19
Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli nümayəndəsi Azərbaycan elmi-fantastik ədəbiyyatının görkəmli nümayəndəsi Emin Mahmudovun 91 illiyi münasibəti ilə uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait Bakı - 2016 1

Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

  • Upload
    others

  • View
    14

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

F.K öçər li a dına RespublikaUşa q Kita bx anası

Azərbaycanədəbiyyatında

fantastika janrınıngörkəmli nümayəndəsi

Azərbaycan elmi-fantastik ədəbiyyatının görkəmlinümayəndəsi Emin Mahmudovun 91 illiyi münasibəti iləuşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait

Bakı - 2016

1

Page 2: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

Tərtibçi: Təranə Hacıyeva

Redaktor: Şəhla QəmbərovaƏməkdar Mədəniyyət İşçisi

Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmlinümayəndəsi: Yazıçı, publisist, tərçüməçi EminMahmudovun anadan olmasının 91 illiyi ilə əlaqədar uşaqkitabxanaları üçün hazırlanmış metodik vəsait / tərt. ed.T.Hacıyeva; red. və bur. məs. Ş.Qəmbərova; F.Köçərli adınaRespublika Uşaq Kitabxanası. - Bakı. - 2016. - 19 s.

2

Page 3: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

Tərtibçidən:

Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gəncjanrdır və bu üslubda yazan yazıçıların sayı da çox deyil.Belə yazıçılardan biri də Emin Mahmudovdur. EminMahmudov yalnız yazıçılıq fəaliyyəti ilə məşğul olmamış,həm də tərcüməçi, jurnalist, publisist, redaktor kimitanınmışdır.

Elmi-fantastika janrında yazılmış ədəbiyyat həmdəqiq, həm təbiət elmləri, həm də humanitar elmlərsahəsində fantastik ideyalara, fikirlərə, bəzən dəspekulyasiyalara əsaslanır. Elmi fantastika təxəyyül məhsuluolan texnologiyaları və elmi kəşfləri, insana məxsusolmayan şüurla əlaqəni, mümkün gələcəyi və tarixinalternativ inkişafının gedişatını, həmçinin bütün bunlarıninsan cəmiyyətinə və şəxsiyyətinə təsirini təsvir edir. Bujanrda yazılmış əsərlərdə hadisələr adətən gələcəkdə başverir.

Bu janrın meydana çıxması XIX əsrdəki sənayeinqilabı ilə bağlıdır. İlk əvvəllər elmi-fantastika elm vətexnikanın, onların inkişaf perspektivlərini təsvir edən elmijanr kimi yaranmışdır. Bu dövrdə gələcək daha çox utopiyaşəklində təsvir olunurdu. Bu cür ədəbiyyatın tipiknümayəndələri Jül Vern və Herbert Uellsdir. Zamankeçdikcə bu janrada Rey Bredberi, Ayzek Azimov, RobertHaynlayn, Artur Klark, Nelson Bond və s. kimi məşhuryazıçılar yazmışlar.

Azərbaycan ədəbiyyatında elmi-fantastik janrın ilknümunəsi Yusif Vəzir Çəmənzəminlinin 1933-cü ildəyazdığı “Gələcək şəhər” hekayəsidir. Sonrakı illərdə NamiqAbdullayev (“Sehrli oğlan”, “Balaca kiberin macəraları”,“Gecələr uzanaydı”, “Piyada vəzirə çevrilir” və s.) və EminMahmudov fantastik janrda yazılan əsərlərin müəllifləridir.

3

Page 4: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

Sonralar Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da“Əlaqə” povesti ilə bu janrda öz töhfəsini vermişdir.

Azərbaycanda elmi-fantastika janrının azsaylınümayəndələrindən biri olan Emin Mahmudov bu sahədəyazan ilk yazarlarımızdan biri olduğu üçün müəyyənçətinliklərlə qarşılaşmışdır. Lakin rus və dünya elmi-fantastik janrının ən gözəl nümunələrini mütaliə etməsi, elmvə texnikanın nailiyyətləri ilə yaxından tanış olması gəncyazıçıya çox kömək etmişdir. Yaradıcılığa uşaqlar üçünhekayələrlə başlayan E.Mahmudov zaman keçdikcə daha irihəcmli əsərlər yazmağa başlamışdır. Yaziçi elmi-fantastikajanrında povestlərin və çox sayda hekayələrin müəllifidir.

Görkəmli yazıçımızın əsərləri əsasən uşaq vəyeniyetmələrə ünvanlandığı üçün, bu əsərlərin xüsusilə uşaqkitabxanalarında təbliğinə böyük ehtiyac var. Bu məqsədləyazılmış vəsaitimiz iki hissədən ibarətdir. I hissədə yazıçınınhəyat və fəaliyyəti haqqında məlumat verilir, II hissədə isəyazıçıya həsr olunmuş tədbirlərin keçirilməsindən bəhsedilir.

Həyatı və yaradıcılığı

Azərbaycan ədəbiyyatında elmi-fantastika janrınıngörkəmli nümayəndəsi, nasir, publisist, tərcüməçi EminQasıməli oğlu Mahmudov 1925-ci il yanvarın 1-də Göyçayşəhərində anadan olmuşdur. Burada orta təhsil almış, 1943-1945-ci illərdə orduda xidmət etmişdir. Ordudan tərxisedildikdən sonra ADU-nun (indiki BDU) filologiyafakültəsinə daxil olmuşdur. 1945-1950-ci illərdə orada təhsilalmışdır. 1948-ci ildən başlayaraq müxtəlif vəzifələrdəişləmişdir: Baş Mətbuat idarəsində senzor (1948-1952),“Azərbaycan qadını” jurnalı redaksiyasında məsul katib(1955-1966), “Azərbaycan pioneri” qəzeti redaksiyasındaməsul katib (1967-1971), Azərbaycan Dövlət Televiziya və

4

Page 5: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

Radio Verilişləri Şirkətində böyük redaktor (1973-1982)vəzifələrində işləmişdir.

Emin Mahmudov ömrünün son illərini AmerikaBirləşmiş Ştatlarında yaşamış və 2009-cu ildə orada da vəfatetmişdir.

Emin Mahmudovun “RT-1” adlı ilk elmi-fantastikhekayəsi 1952-ci ildə “Pioner” jurnalında dərc edilmişdir.“Günəş şəhəri” adlı ilk elmi-fantastik hekayələr toplusu1953-cü, “Muğanda qütb parıltısı” adlı hekayələr toplusu isə1954-cü ildə çapdan çıxmışdır.

Emin Mahmudov elmi-fantastika janrında “Kainatgəmisi”, “Veneranın göyləri od içindədir”, “Zülmət dənizi”,“Atlant qızı” və s. povestlərin, çox sayda hekayələrinmüəllifidir.

Emin Mahmudov publisist, jurnalist və tərcüməçikimi də fəaliyyət göstərmişdir. Onun elmi-kütləvi,yumoristik, satirik məqalələri, kiçik hekayə və miniatürləridövrü mətbuatda dərc olunmuşdur. Yazıçı bir çoxAzərbaycan müəlliflərinin əsərlərini rus dilinə, çox saydaxarici müəlliflərin əsərlərini isə doğma dilimizə tərcüməetmişdir.

Bu görkəmli nasirimizin yaradıcılığının təbliğolunması, əsərlərinin gələcəyimiz olan uşaqlara, gənclərətanıdılmasına çox böyük ehtiyac var. Bu məqsədlə uşaqkitabxanalarında, məktəb, lisey və gimnaziyalarda EminMahmudovla bağlı tədbirlərin keçirilməsiməqsədəuyğundur. Kitabxanada ilk öncə yazıçı haqqındasərgi hazırlamaq olar. Sərgi aşağıdakı başlıqlar altındakeçirilə bilər: “Azərbaycan elmi-fantastik ədəbiyyatınıngörkəmli nümayəndəsi Emin Mahmudov”, “Ulduzları bizəyaxınlaşdıran yazıçı”, “Emin Mahmudov - fantastikanınreallığa çevriləcəyinə inanan yazıçı”, “Emin Mahmudovlaxəyalla həqiqətin sərhədində”, “İnsan ağlının vəfantaziyasının hüdudsuzluğuna inanan yazıçı - Emin

5

Page 6: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

Mahmudov”, “Xatirələrdə qalan yazıçı Emin Mahmudov”və s.

Sərgidə: 1. Başlıq;2. E.Mahmudovun kitablarının nümayişi;3. Emin Mahmudov haqqında görkəmli

şəxsiyyətlərin söylədikləri fikirlər;4. Kitablarının və dövrü mətbuatda dərc olunan

yazılarının biblioqrafiyası.

6

Page 7: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

7

Page 8: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

Kitabxanalarda yazıçının yubileyi ilə əlaqədar həyatvə yaradıcılığına həsr olunmuş gecə keçirmək olar. Butədbirin keçirilməsi üçün yazıçı və şairlər,ədəbiyyatşünaslar, müəllimlər, oxucular kitabxanaya dəvətolunur. Tədbirin keçiriləcəyi zal öncədən yazıçının şəkli vəkitablarından ibarət sərgi ilə bəzədilir. Hər kəs yerinitutduqdan sonra Emin Mahmudovun həyatına vəfəaliyyətinə həsr olunmuş slayd nümayiş olunur. Daha sonraaparıcılar səhnəyə dəvət olunur.

I Aparıcı: Hörmətli tədbir iştirakçıları, əzizqonaqlar! Görkəmli fantast-yazıçı, publisist, tərcüməçi EminMahmudova həsr olunmuş bugünkü tədbirimizə xoşgəlmisiniz. Əminliklə deyə bilərik ki, Azərbaycandafantastika janrında ədəbiyyatın yaranması və inkişafındaEmin Mahmudovun çox böyük xidmətiləri olmuşdur.

II Aparıcı: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrında üç görkəmli yazıçının adı xüsusi qeyd

8

Page 9: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

olunmalıdır. Bunlar Namiq Abdullayev, Əhməd Xaspoladovvə Emin Mahmudovdur.

Azərbaycan ədəbiyyatında fantastika janrınıngörkəmli nümayəndələrindən biri olan Emin Qasıməli oğluMahmudov 1925-ci il yanvarın 1-də Göyçay şəhərindəanadan olmuşdur. Buradakı 1 saylı orta məktəbi bitirdikdənsonra uşaq evində tərbiyəçi işləmiş, 1943-1945-ci illərdəorduda xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra1945-ci ildə ADU-nun filologiya fakültəsinin jurnalistikaşöbəsinə daxil olmuşdur. 1950-ci ildə təhsilini başa vurmuşvə əmək fəaliyyətinə başlamışdır.

Emin Mahmudov müxtəlif vəzifələrdə - Baş mətbuatidarəsində senzor, “Azərbaycan Qadını” jurnalıredaksiyasında ədəbi işçi, “Azərbaycan pioneri” qəzetiredaksiyasında məsul katib, Azərbaycan Televiziya və RadioVerlişləri Şirkətində böyük redaktor işləmişdir.

1992-ci ildə Amerika Birləşmiş Ştatlarına mühacirətedən Emin Mahmudov ömrünün son illərini AmerikaBirləşmiş Ştatlarında, Los-Anceles şəhərində yaşamış və2009-cu ildə orada vəfat etmişdir.

I Aparıcı: Bədii ədəbiyyatın janrlarından biri olanelmi-fantastika nisbətən cavan janrdır. Elmi-fantastikədəbiyyatla bağlı tənqidçilər və ədəbiyyatşünaslar arasındabir sıra mübahisələr mövcuddur. Lakin onların əksəriyyətieyni fikirdə birləşirlər: elmi-fantastik ədəbiyyat elmsahəsində müəyyən fərziyyələrə, ehtimallara imkan verir.Bunlar, yeni icadların meydana gəlməsi, təbiətin yeniqanunlarırın “aşkar edilməsi”, hətta sosial fantastikadaolduğu kimi, bəzən cəmiyyətin yeni modellərinin qurulmasıola bilər. İlk vaxtlar “elmi-fantastika” termini gələcəyin elmikəşfləri haqqında məlumat verən əsərlərə aid edilirdi. Lakinzaman keçdikcə bu janrın tematik diapazonu çoxgenişlənmişdir. Artıq müasir elmi-fantastik əsərlər diqqətmərkəzinə yalnız elmi qoymur, həm də sosial fantastikanı

9

Page 10: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

əhatə edir. Elmi problemlər həm də ictimai-əxlaqiproblemlərlə yanaşı verilir. Təsadüfi deyildir ki, elmi-fantastika janrında yazılmış ədəbiyyat həm də “intellektualədəbiyyat” adlanır.

II Aparıcı: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı XX əsrin ortalarında təşəkkül tapmağabaşlamışdır. Heç bir ədəbi ənənəyə, bünövrəyəəsaslanmadığı üçün bu janrda yazmaq da çətin və eynizamanda çox məsuliyyətli bir addım olmuşdur. Lakin buçətinliklər gənc Emin Mahmudovu çəkindirməmişdir. O,dünya və rus ədəbiyyatında elmi-fantastika üslubundayazılmış bir çox məşhur əsərləri oxumuş, öyrənmişdir.Elmin qabaqcıl nailiyyətlərini də mənimsəyən EminMahmudov artıq müəyyən hazırlığa malik olaraqyaradıcılığa başlamışdır.

I Aparıcı: Bədii yaradıcılığa 1952-ci ildən başlayanEmin Mahmudov ilk qələm təcrübəsi olan “RT-1” adlıhekayəsini “Pioner” jurnalında dərc etdirmişdir. 1953-1954-cü illərdə yazıçının “Günəş şəhəri” və “Muğanda qütbparıltısı” adlı elmi-fantastik hekayələrdən ibarət ilk kitablarıişıq üzü görmüşdür. Yazıçının əsərləri ədəbi ictimaiyyətətəqdim olunduğu ilk vaxtlardan fikir təzəliyi, orijinallığı,mövzuları ilə diqqəti cəlb etmişdir. Bu hekayələrdəuydurma, yalançı fantaziya yoxdur, müəllif bugün üçünxəyal olsa da, gələcəkdə həqiqətə çevriləcək hadisələrdənyazır. O, elmin qüdrətini, kimya, fizika, astronomiya kimibilavasitə texnika ilə bağlı elmlərin perspektivlərinigöstərməyə çalışır.

II Aparıcı: Emin Mahmudovun əsərlərindəkifantaziya real həqiqətə bağlı olan, varlıqdan qida alanyaradıcı xəyaldır. Bu xəyal uydurma, passiv utopiyadeyildir. Onun təsvir etdiyi insanlar əməli və düşüncəsietibarilə canlı, real obrazlardır. Bu hekayələri oxuyarkənhiss olunur ki, müəllif qələmə aldığı mövzunu hərtərəfli

10

Page 11: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

öyrənmiş, məsələnin həm elmi mənasını, həm də bədiiəhəmiyyətini düzgün izah etməyə nail olmuşdur.

Emin Mahmudovun əsərləri bədii forma cəhətdən dəyeni və diqqətəlayiq xüsusiyyətlərə malikdir. O, həyatınözünü göstərməyə, həqiqəti deməyə çalışırdı. Bu əsərlərdəmöhkəm süjet xətti, hadisələrin inkişafında məntiqiardıcıllıq hiss olunur.

Yazıçının dili, təsvir vasitələri, obrazı təbii halındagöstərmək bacarığı, təbiət hadisələrini canlı cizgilərləvermək məharəti onun əsərlərini daha da oxunaqlı edir.

I Aparıcı: Emin Mahmudov elmi-fantastika janrındaçox məhsuldar yazıçı olmuşdur. Onun bir-birinin ardınca“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Qeybolmuş səslər”, “Dəmir necə ayaq açdı”, “Zülmət dənizi”,“Ulduzlar yolumuzu gözləyir”, “Qüdrətli pillə”, “Gününnəfəsi”, “Atlant qızı” kitabları nəşr olunmuşdur. Bukitablardakı povest və hekayələr fantastik-elmi təcrübələrhaqqında yazılmış ən gözəl nümunələrdir.

II Aparıcı: Emin Mahmudov elmi-fantastikajanrında yazdığı əsərlərlə yanaşı, bir sıra publisistikyazıların, dövrü mətbuatda dərc olunan çox sayda satirik,yumoristik, elmi-kütləvi məqalələrin, hekayələrin,miniatürlərin də müəllifidir.

Yazıçının tərcüməçilik fəaliyyəti də çoxdiqqətəlayiqdir. Belə ki, o, bir çox xarici müəlliflərinəsərlərini dilimizə, eyni zamanda Azərbaycan müəlliflərininəsərlərini rus dilinə tərcümə etmişdir.

I Aparıcı: Elmi-fantastika janrında yazılmış əsərləruşaqlarda və gənclərdə fantaziyanın genişlənməsinə,təxəyyülün inkişafına böyük təsir göstərir. Elmi-fantastiküslubda yazılmış əsərləri mütaliə edən uşaqlar fizika,astronomiya və s. elmlərə, texnikaya maraq göstərirlər.Məhz buna görə də Azərbaycanda elmi-fantastika janrındaəsərlər qələmə almış azsaylı yazıçılardan biri olan Emin

11

Page 12: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

Mahmudovun yaradıcılığının diqqətdə saxlanmasına,əsərlərinin yenidən, latın qrafikası ilə nəşr olunmasınaehtiyac vardır.

Emin Mahmudov, Namiq Abdullayev və XaspoladƏhmədovla birgə Azərbaycan elmi-fantastika ədəbiyyatınınsütunlarını təşkil edirlər. Hər üç yazıçı bu janrda çoxmaraqlı, bənzərsiz əsərlərin müəllifidirlər. Çox sevindiricihaldır ki, Azərbaycanda bugün də fantastika janrında yazanyazıçılarımız var. Belə yazıçılarımızdan biri də F.Köçərliadına Respublika Uşaq Kitabxanasının yaxın dostu ReyhanYusifqızı-Şıxlinskayadır. Reyhan Yusifqızı 1995-ci ildənbədii yaradıcılıqla məşğuldur və onun ilk iri həcmli əsəri –“Yaşıl gözlü qız” elmi-fantastik povesti 2009-cu ildəTürkiyədə keçirilmiş uşaq kitabları yarışmasında laureatolub və Ankarada türk dilində çap edilib.

Bu janrda yazan daha bir yazar sistemli şəkildə buişlə məşğul olan Vüsal Nurudur. Yazıçı bu janrda beş roman,müxtəlif hekayələr çap etdirmişdir. Nə yaxşı ki,ədəbiyyatımızda bu janr unudulmamışdır. Emin Mahmudov,Namiq Abdullayev kimi görkəmli yazıçılarımızın əsasınıqoyduğu Azərbaycan elmi-fantastik ədəbiyyatında yeni vəmaraqlı əsərlər yaranıb və yaranmaqda davam edir.

II Aparıcı: Görkəmli yazıçımız Emin Mahmudovunəsərləri hər zaman aktual, maraqlı və oxunaqlıdır. F.Köçərliadına Respublika Uşaq Kitabxanası da Emin Mahmudov vəonun əsərlərinin unudulmaması, uşaqlar və gənclər arasındatəbliğ olunması üçün əlindən gələni edir.

Hər kəsi Emin Mahmudovun yaradıcılığı iləyaxından tanış olmağa, əsərlərini oxumağa çağırırıq!

Tədbirin sonunda məktəblilərin ifasında EminMahmudovun “Kainat gəmisi” fantastik povestindən birsəhnəcik təqdim oluna bilər.

“Planetlərarası səyahət”

12

Page 13: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

adlı səhnəcik

İştirak edirlər:Gəray – fizikFiruzə - Gərayın həyat yoldaşıTeymur – həkimProf. Konovalov – layihənin rəhbəriZerkalov – qütb tədqiqatçısıRoqov – şturmanProf. Qarayev – Gərayın müəllimiGərayın dostları – 3 nəfər

I Hissə

Bakıda bir mənzil. Firuzə fikirli halda paltar ütüləyir. Gərayəl-üzünü yuyur. Çarpayıda bir qız uşağı yatıb. Firuzə paltarütüləməyi bitirib stola yemək düzür. Gəray otağa daxil olubdeyir:-Firuzə, bəsdir, bu qədər narahat olma. Müharibəyə-zadagetmirəm ki. Firuzə:

- Kaş ki, müharibəyə getmiş olaydın. Heç olmazsa,oradan məktubun gələrdi. Amma indi heç bilmirəmki, hara gedirsən.

Gəray yemək stoluna oturub yeməyə başlayır və gülərəkdeyir:

- Ay canım, məktub nədir. Mən hər gün radio ilədanışacağam. Dünyanın hər yerində bizdən yazacaq,bizdən bəhs edəcəklər. Qəzetləri açan kimigörəcəksən ki, bizdən yazılıb.

Firuzə:

13

Page 14: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

- Mənə şöhrətin lazım deyi. Gəray, sən iki il bizdənayrı düşəcəksən. Bəlkə başına nəsə gəldi. Mən biryana, Gülnaz atası üçün çox darıxacaq (Firuzənin səsititrəyir, gözləri dolur. Gəray əlini uzadıb Firuzəninsaçını sığallayır).

Gəray:- Sənin, Gülnazın sevginiz məni hər yerdə, Ayda da,

Marsda da qoruyacaq. İki il nədir ki? Gülnaz məktəbəgedəndə mən artıq evdə olacağam.

(Qapı döyülür. Prof. Qarayev və Gərayın üç dostu otağadaxil olurlar. Firuzə və Gərayla salamlaşır və üzləriniGəraya tutub deyirlər).

- Gəray, hazırsan? (Dostları onunla müxtəlif gülməlizarafatlar edirlər).

- Bizi unutma ha, məktub yaz.- Aydan bizə teleqram vur (Hamı gülüşür. Firuzə isə

qayğılı halda kənarda dayanıb onları seyr edir). Prof.Qarayev cibindən bir saat çıxarıb Gəraya uzadır:

- Gəray, sən mənim ən sevimli, ən bacarıqlıtələbəmsən. Bu saatı sənə bağışlayıram. O, mənəatamdan qalıb. İki il az müddət deyil, bilmək olmaz,bir də görüşə biləcəyikmi?

Gəray ehtiramla saatı alır və deyir:- Professor, çox sağ olun. Bu, mənim üçün çox böyük

şərəfdir. Elə deməyin, sizin 100 illiyinizi qeyd etməkhələ bizə nəsib olacaq.

Firuzə:- Bəlkə çay içəsizniz?

Prof. :- Çox sağ ol, qızım. Biz artıq tələsək, təyyarəyə

gecikməyək. Dost:

- Gəray, biz çantaları maşına aparaq, sən də gələrsən(Prof. və dostları Firuzə ilə sağollaşıb çıxırlar. Firuzə

14

Page 15: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

və Gəray üz-üzə dayanıb bir müddət susurlar. Firuzəsəssizcə ağlayır.).

Gəray: - Firuzə, axı niyə ağlayırsan? İki il nədir ki, tez gəlib

keçəcək. Firuzə:

- Çox narahat oluram, Gəray, axı heç bilmirəm sən haragedirsən? İndiyəcən Moskvadan uzağa getməmisən.İndi isə Aya, Marsa uçursan.

Gəray:- Firuzə, heç narahat olma. Hər şey yaxşı olacaq.

( Sonra Gəray çarpayıda yatan Gülnaza yaxınlaşıbonun yanağından öpür və qapıya yönəlir. O, Firuzəilə sağollaşır və Firuzə onun arxasınca su atır).

II HİSSƏ:

(Kabinet. Yaşlı bir kişi stolun arxasında oturub sənədlərəbaxır. Bu vaxt Gəray və daha üç nəfər otağa daxil olur. Kişiayağa durub onlarla əl tutur. Onlar onunla salamlaşırlar).

- Salam, prof. Konovalov. Prof. Konovalov:

- Salam, dostlar. Mən öncə sizləri bir-birinizə təqdimetməliyəm. (O, öncə Gərayı təqdim edir):

- Bu cavan oğlan Gəray İbrahimovdur. Fizik, alpinist,idmançı.

- Bu, Nikolay Zerkalovdur. Qütb tədqiqatçısı, elmlərdoktoru.

- Bu, İqor Roqovdur. Gəminin şturmanı. - Bu isə Teymur Əsədov, tibb elmləri namizədi.

(Onların hamısı bir-biri ilə əl tutub görüşürlər).Prof. Konovalov:

15

Page 16: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

- Planetlərarası gəmidə uçmaq üçün sizin dördünüzseçilmisiniz. Səfəriniz öncə Aya, sonra isə Marsadır.Bu işin nə qədər məsuliyyətli olduğunu anladığınızaşübhə etmirəm. Bir-birinizlə yaxından tanış olun. Sizdördlükdə iki il müddətində hava gəmisi ilə uçubbaşqa planetlərə gedəcəksiniz. Səyahətdən sağ-salamat döndükdən sonra yəqin ki, ömrünüzünsonuna kimi ən yaxın dostlar olacaqsınız. Dünyanıgəzib dolaşacaq, başqa planetlərdə gördüklərinizdəndanışacaqsınız. İndi isə kosmik gəmi sizləri gözləyir.“Kainat gəmisi” ilə səyahətiniz uğurlu olsun!(Sonda astronavtlar kosmik gəmiyə minirlər).

Kitabxanada oxucular arasında sual-cavab gecəsinində keçirilməsi məqsədəuyğundur. Belə tədbirdə kitabxanaçıvə orta və yuxarı sinif şagirdləri iştirak edə bilər.Kitabxanaçı məktəblilərlə fantastika janrı ilə bağlı sual-cavab edir.

Kitabxanaçı: Uşaqlar, ədəbiyyatın janrlarından biridə fantastikadır. Bu janr haqqında eşitmisinizmi?

I Oxucu: Bəli, mən bu janrda yazılan ədəbiyyatı çoxsevirəm.

Kitabxanaçı: Bu janr haqqında nə bilirsiniz? Buüslubda yazılan əsərləri başqa ədəbiyyat janrlarında yazılmışəsərlədən fərqləndirən hansı cəhətlərdir?

II Oxucu: Bu üslubda yazılmış əsərlərdə yazıçı öztəxəyyülü əsasında bizə qeyri-adi cihazlar, başqa planetlərəsəyahət, gələcəkdə ola biləcək texnoloji yeniliklər və s.haqqında danışır.

Kitabxanaçı:Fantastika janrında yazmış yazıçılardankimləri tanıyırsınız?

I Oxucu: Jül Vern, Con Tolkin, Stanislav Lem, ReyBredberi, Nil Stivenson..

16

Page 17: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

II Oxucu: Coan Roulinq, Kir Bulıçev, KurtVonnequt, Alksandr Belyayev, Edqar Alan Po və s.

Kitabxanaçı: Bəs azərbaycanlı fantastika ədəbiyyatıustalarından kimləri tanıyırsınız?

I Oxucu: Emin Mahmudov, Namiq Abdullayev,Reyhan Yusifqızı.

Kitabxanaçı: Bu yazıçıların hansı əsərlərinioxumusuz?

I Oxucu: Mən Emin Mahmudovun “Atlant qızı”,“Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, NamiqAbdullayevin “Balaca kiberin macəraları” əsərlərinioxumuşam.

II Oxucu: Mən xalq yazıçısı Anarın “Əlaqə”povestini oxumuşam və bu əsər əsasında çəkilmiş filməbaxmışam. Reyhan Yusifqızının” “Yaşıl gözlü qız” əsərinidə oxumuşam.

I Oxucu: Vüsal Nuru adlı bir yazıçımızın“Eybəcərlər adası”, “Yağış damlasıyam”, “999” adlıəsərlərini oxumuşam. Bu əsərlər əsasən qotik üslubdayazılmışdır.

Kitabxanaçı: Bəs siz fantast-yazıçı olsaydınız hansımövzuları əhatə edərdiniz?

II Oxucu: Mən naməlum planetlər, qeyri-adicihazlar, gələcəyə aid əsərlər yazardım.

I Oxucu: Mən daha çox psixoloji, sosial fantastikanıçox xoşladığım üçün bu üslubda utopik əsərləri çoxsevirəm.. Kitabxanalarda yazıçının əsərlərinin mövzuları üzrə rəsmsərgisi təşkil etmək olar. Məsələn, bu rəsmləri onun hərhansı bir əsəri üzrə təşkil etmək olar. Sərgi üçün yazıçınnı“Atlant qızı”fantastik povesti üzrə rəsm nümunələrinitəqdim edirik:

17

Page 18: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

Kitabxanada həmçinin uşaqlar arasında EminMahmudovun əsərləri əsasında rəsm müsabiqəsi təşkiletmək olar. Müsabiqənin keçiriləcəyi haqqında öncədənməlumat verilir. Belə məlumat kitabxanaın saytında,Facebook səhifəsində elan şəklində verilə, həmçininkitabxananın giriş qapısına vurula bilər. Məlumatdaoxuculara yazıçının əsərləri, kitabları haqqında məlumat daverilir ki, bu əsərləri oxumayanlar da oxusunlar. Sərgiyətəqdim olunmuş əsərlər kitabxananın zalında sərgilənir.Rəssam və sənətşünaslardan ibarət münsiflər heyəti ən yaxşıəsərləri seçirlər. Sonda qaliblər kitabxananın rəhbərliyitərəfindən rəmzi şəkildə mükafatlandırılır.

Son İstifadə olunmuş ədəbiyyat:

1. Əlamədar və tarixi günlər təqvimi - 20152. Mahmudov, E. Kainat gəmisi: elmi-fantastik povest.

- B.: Uşaqgəncnəşr, 1957. - 189 s.3. Mahmudov, E. Ulduzlar yolumuzu gözləyir: elmi-

kütləvi hekayələr. - B.: Gənclik, 1975. - 93 s. 18

Page 19: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli ...Tərtibçidən: Azərbaycan ədəbiyyatında elmi-fantastika janrı gənc janrdır və bu üslubda yazan yazıçıların

4. Mahmudov, E. Atlant qızı: Povest və hekayələr. -B.:Gənclik, 1987. - 230 s.

Haqqında:5. Oruc, M. Amerikadan telefon zəngləri: Səksən beşi

haqlamış dostum Emin Mahmudova / MəmmədOruc // Ədəbiyyat qəzeti. - 2009. - 17 aprel. - S. 8.

Rus dilində:

6. Махмудов Эмин Касымали оглы / Энциклопедияфантастики: Кто есть кто // Под ред. Вл. Гакова. -Минск: ИКО «Галаксиас», 1995. - 694 с.

19