15

Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

  • Upload
    others

  • View
    11

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri
Page 2: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

2

Respublikanın ümumtəhsil məktəblərinin

10-cu sinifləri üçün “Ümumi biologiya” dərsliyi

Müəlliflər: Tofiq Mikayılov

Yaşar Seyidli

Qiyas Quliyev

Şükür Mahmudov

Almaz Həsrət

Xumar Əhmədbəyli

Bakı: Bakı Nəşr, 2012.

Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər

əsasında hazırlanmış

YEKUN RƏY

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından;

2. Dil və yazı üslubu baxımından;

3. Dizayn və bədii tərtibat baxımından;

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;

5. Dərsliyin rus dilində olan variantındakı uyğunsuzluq baxımından.

1. Məzmunun işlənməsi baxımından

Dərslik respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramı

əsasında hazırlanaraq “Giriş”, “Sitologiyanın əsasları”, “Hüceyrədə maddələr və

enerji mübadiləsi. İrsi məlumatların nəslə ötürülməsi”, “Orqanizmlərin

çoxalması və fərdi inkişafı”, “Yer üzərində həyatın əmələ gəlməsi və inkişafı

tarixi”, “Təkamül təlimi” fəsillərindən ibarət olub, 40 mövzunu əhatə edir.

Dərsliyin sonunda “Laboratoriya işləri”, “Terminlərin qısa lüğəti”, fənnin tədrisi

üzrə hazırlanmış “Proqram” və “Mündəricat” verilmişdir. Tədris proqramında

nəzərdə tutulan mövzular dərslikdə tam əhatə olunmuş, proqramdankənar heç bir

mövzu dərsliyə daxil edilməmişdir. Mövzular elmi-metodiki baxımından şagirdlərin

yaş səviyyəsinə uyğun tərtib olunmuşdur. Dərslikdəki materiallar fənn üzrə bilik və

bacarıqların formalaşdırılmasına əsasən imkan vermişdir.

Dərslikdə müxtəlif şəkillərdən və cədvəllərdən istifadə olunması, hər mövzunun

sonunda sual və tapşırıqların verilməsi müsbət hal kimi qiymətləndirilir.

Bununla yanaşı, dərslikdə bir qismi tövsiyə xarakterli olan müəyyən qüsurlar

var. Bunlar aşağıdakılardır:

Səhifə 4-də canlıların quruluş səviyyələrində “4. populyasiya-növ səviyyəsi”

yarımbaşlığı verilmişdir. Burada, populyasiya və növ səviyyələrini ayırmaq və hər

biri haqqında qısa məlumat vermək tövsiyə edilir.

Səhifə 5-də “Lakin bakteriya və sianobakteriya (göy-yaşıl yosun)

hüceyrələrində formalaşmış nüvə və bəzi orqanoidlərin olmaması onları ümumi

quruluş prinsipinə görə digər orqanizmlərdən fərqləndirir” cümləsinin “Lakin

bakteriya hüceyrələrində formalaşmış nüvə və bəzi orqanoidlərin olmaması onları

ümumi quruluş prinsipinə görə digər orqanizmlərdən fərqləndirir” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 6-da “Hüceyrə haqqında toplanan biliklər hüceyrə nəzəriyyəsinin

yaradılmasına əsas verdi və 1839-cu ildə alman zooloqu Teodor Şvann

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

4

tərəfindən formalaşdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə

əsaslanaraq alman alimləri M. Şleyden və T. Şvann hüceyrə nəzəriyyəsini irəli

sürdülər (1838-1839)” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Bu fikir alman alimi R. Virxov tərəfindən təkzib

edildi. O, 1858-ci ildə hüceyrə nəzəriyyəsinin əsas müddəası olan “bütün

hüceyrələr bölünmə yolu ilə ana hüceyrədən yaranır”-fikrini irəli sürdü”

cümləsindən R. Virxovun adı çıxarılmalıdır. Hüceyrələrin bölünərək çoxalmasını ilk

dəfə R. Remak kəşf etmişdir. R. Virxov isə onun nəticələrini mənimsəyərək öz adına

yazmışdır.

Səhifə 7-də “Xarici qılaf” yarımbaşlıgı “Qılafın xarici qatı” kimi yazılmalıdır.

Yenə həmin səhifədə “Bitki və heyvan hüceyrələrində qılaf əsasən iki

hissədən - xarici və daxili qılafdan ibarətdir. Bitki, göbələk, bakteriya və göy-

yaşıl yosun hüceyrələrinin qalın xarici qılafı hüceyrə divarı adlanır” cümləsinin

“Bitki, heyvan, göbələk və bakteriya hüceyrələrində qılaf əsasən iki hissədən — xarici

və daxili qatdan ibarətdir. Bitki, göbələk və bakteriya hüceyrələrinin qılafın xarici

qatı hüceyrə divarı adlanır” kimi yazılması məqsədəuyğundur.

Səhifə 7-8-də “Heyvan hüceyrələrində xarici qılaf bitkilərdəki hüceyrə

divarından fərqli olaraq nazik divarlı və elastikdir, işıq mikroskopunda

görünmür” cümləsinin “Heyvan hüceyrələrində qılafın xarici qatı hüceyrə

divarından fərqli olaraq nazik divarlı və elastikdir, işıq mikroskopunda görünmür”

kimi yazılması tövsiyə edilir.

Səhifə 8-də “Qlikokaliks bitkilərin xarici qılafı kimi dayaq funksiyasını

daşımır, yalnız hüceyrənin mühitlə əlaqəsini təmin edir” cümləsinin “Qlikokaliks

hüceyrə divarından fərqli olaraq dayaq funksiyasını daşımır, yalnız hüceyrənin

mühitlə əlaqəsini təmin edir” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Daxili qılaf” yarımbaşlığı “Qılafın daxili qatı” kimi

yazılmalıdır.

Yenə həmin səhifədə “Bitki və heyvan hüceyrələrinin daxili qılafı plazmatik

membran adlanır” cümləsinin “Bitki, heyvan, bakteriya və göbələk hüceyrələrinin

qılafının daxili qatı plazmatik membran adlanır” kimi yazılması məqsədəuyğundur.

Səhifə 9-da “İri maddələr və bərk hissəciklər isə faqositoz və pinositoz yolla

hüceyrəyə daxil olur” cümləsinin “İri maddələr və bərk hissəciklər isə faqositoz

yolla hüceyrəyə daxil olur” kimi yazılması tövsiyə edilir.

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

5

Yenə həmin səhifədə “Bitki, göbələk, sianobakteriya və bakteriyaların

hüceyrə divarı iri və bərk maddələrin hüceyrə daxilinə çökməsinə mane

olduğundan onlarda faqositoz baş vermir” cümləsi “Bitki, göbələk və

bakteriyaların hüceyrə divarı iri və bərk maddələrin hüceyrə daxilinə çökməsinə

mane olduğundan onlarda faqositoz baş vermir” kimi yazılmalıdır.

Səhifə 10-da “Pinositoz prosesi heyvan, bitki və göbələk, yosun

hüceyrələrində gedə bilir” cümləsinin “Pinositoz prosesi heyvan, bitki və göbələk

hüceyrələrində gedə bilir” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Əksər hüceyrələrin sitoplazmasında nüvə və digər

hüceyrə orqanoidləri yerləşir” cümləsinin “Əksər eukariot hüceyrələrin

sitoplazmasında nüvə və hüceyrə orqanoidləri yerləşir” kimi yazılması

məqsədəuyğundur.

Yenə həmin səhifədə “Bir-biri ilə birləşmiş müxtəlif ölçülü və formalı

kanallar sistemindən ibarətdir” cümləsi “Bir-biri ilə birləşmiş müxtəlif ölçülü və

formalı kanallar və boşluqlar sistemindən ibarətdir” kimi yazılmalıdır.

Səhifə 11-də “Nüvəcikdə sintez olunan ribosomun böyük və kiçik hissələri

nüvə pərdəsindəki məsamələrdən sitoplazmaya çıxır və burada birləşir”

cümləsinə görə ribosom tam müstəqil bir orqanoid kimi sitoplazmada formalaşır.

Burada, “Ribosomlar sitoplazmada sərbəst şəkildə, yaxud dənəvər

endoplazmatik şəbəkənin membranı üzərində yerləşir. Onlara həmçinin

mitoxondrilərdə, plastidlərdə və nüvədə rast gəlinir” cümləsində isə göstərilir ki,

nüvədə də formalaşmış ribosomlar olur. Bu fikirlərə aydınlıq gətirilməsi tövsiyə

edilir.

Yenə həmin səhifədə “Holci kompleksi bitkilərdə və ibtidailərin

hüceyrələrində çubuqşəkilli və ya oraqvari heyvan hüceyrələrinin bir çoxunda

(məsələn, sinir hüceyrələrində) torvari olur” cümləsi “Holci kompleksi bitkilərdə

və ibtidailərin hüceyrələrində çubuqşəkilli və ya oraqvari, çoxhüceyrəli heyvanların

hüceyrələrinin bir çoxunda (məsələn, sinir hüceyrələrində) torvari olur” kimi

yazılmalıdır. Çünki ibtidailər də heyvanlar aləminin nümayəndələridir.

Yenə həmin səhifədə “Ribosomlara bütün hüceyrələrdə rast gəlinir”

cümləsinin “Ribosomlara bütün canlı hüceyrələrdə rast gəlinir” kimi yazılması

tövsiyə edilir.

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

6

Səhifə 12-də “Onun membranı daxilində zülal, yağ və karbohidratları

parçalayan fermentlər olur” cümləsi “Lizosomun daxilində zülal, yağ və

karbohidratları parçalayan fermentlər olur” kimi yazılmalıdır.

Səhifə 13-də “Plastidlər qarşılıqlı surətdə bir-birinə çevrilə bilir” cümləsi

“Plastidlərin bəzi tipləri qarşılıqlı surətdə bir-birinə çevrilə bilir” kimi yazılmalıdır.

Səhifə 14-də “Əzələ toxuması yığıla bilən xüsusi hüceyrələr – miofibrillər

hesabına yığılır” cümləsi “Əzələ toxuması xüsusi membransız orqanoidlər –

miofibrillər hesabına yığılır” kimi yazılmalıdır.

Səhifə 15-də “Nüvə” yarımbaşlığında “Onun forma və ölçüsü hüceyrənin

quruluşundan asılıdır” cümləsi “Onun forma və ölçüsü hüceyrənin forma və

ölçüsündən asılıdır” kimi yazılmalıdır.

Səhifə 16-da “Hər bir növün bütün fərdlərində xromosom sayı eyni olur”

cümləsinin “Əksər hallarda, hər bir növün bütün fərdlərində xromosom sayı eyni

olur” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Somatik (bədən) hüceyrələrdə hər bir xromosomun

özünə oxşar cütü olur” cümləsi “Diploid orqanizmlərin somatik (bədən)

hüceyrələrində hər bir xromosomun özünə oxşar cütü olur” kimi yazılmalıdır.

Səhifə 17-də “Bakteriyalar” yarımbaşlığında “Çox kiçik ölçüyə malik (1-10

mkm) hüceyrələrdir” cümləsinin “Əksəriyyəti çox kiçik ölçüyə malik (1-10 mkm)

hüceyrələrdir” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Bakteriya hüceyrəsi xaricdən möhkəm karbohidrat

qılafla, yəni hüceyrə divarı ilə əhatə olunmuşdur” cümləsinin “Bakteriya

hüceyrəsi xaricdən karbohidratlardan əmələ gəlmiş möhkəm hüceyrə divarı ilə əhatə

olunmuşdur” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Həmin çökmüş hissələr mezosomlar adlanır”

cümləsinin dərslikdən çıxarılması təklif edilir. Çünki mezosomların mövcudluğu

elmdə təsdiq olunmamışdır. Sübut olunub ki, mezosomlar yalnız preparat hazırlandığı

vaxt əmələ gəlir.

Səhifə 18-də “Bakteriyalar ikiyə bölünmə yolu ilə təxminən hər 20

dəqiqədən bir çoxalır” cümləsinin “Bakteriyalar əlverişli şəraitdə ikiyə bölünmə

yolu ilə təxminən hər 20-30 dəqiqədən bir çoxalır” kimi yazılması tövsiyə edilir.

Səhifə 19-da “Bakteriyalarda olduğu kimi, formalaşmış nüvə və membran

quruluşlu orqanoidləri yoxdur. Xarici hüceyrə divarı qalındır” fikrinin

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

7

“Formalaşmış nüvə və membran quruluşlu orqanoidləri yoxdur. Hüceyrə divarı

qalındır” kimi yazılması tövsiyə edilir.

Səhifə 22-də Cədvəl 3-də “Kütlə (%-lə)” əvəzinə “Kütlə payı (%-lə)”

yazılmalıdır.

Səhifə 23-də “Onlar hüceyrədə 0,01%-dən az olur” cümləsi “Onlar

hüceyrədə 0,1% olur” kimi yazılmalıdır.

Səhifə 24-də “Hidrofil maddələrə amin turşuları, duzlar, sadə quruluşlu

karbohidratlar və bəzi zülallar aiddir” cümləsinin “Hidrofil maddələrə

aminturşuları, duzların bir qismi, sadə quruluşlu karbohidratlar və bəzi zülallar

aiddir” kimi yazılması tövsiyə edilir.

Səhifə 25-də “Lakin amin turşularının yalnız 20-si zülalların tərkibinə daxil

olur” cümləsinin “Lakin aminturşuların yalnız 20 növü zülalların tərkibinə daxil

olur” kimi yazılması tövsiyə edilir

Yenə həmin səhifədə “Təxmini hesablamalara görə sərbəst amin

turşularının molekul kütləsi 128, onun qalığının isə molekul kütləsi 110-dur”

cümləsinin “Təxmini hesablamalara görə sərbəst amin turşularının nisbi molekul

kütləsi 128, onun qalığının isə nisbi molekul kütləsi 110-dur” kimi yazılması tövsiyə

edilir.

Yenə həmin səhifədə “Beləliklə, zülalın əmələ gəlməsində n molekul amin

turşusu iştirak edərsə, onda n-1 molekul su ayrılır” cümləsi “Beləliklə, bir zəncirli

zülalın əmələ gəlməsində n molekul aminturşusu iştirak edərsə, onda n-1 molekul su

ayrılır” kimi yazılmalıdır.

Səhifə 31-də “O, azot əsası, karbohidrat (monosaxarid – dezoksiriboza) və

fosfor turşusu qalığından ibarətdir” cümləsinin “O, azot əsası, karbohidrat

(monosaxarid – dezoksiriboza) və ortofosfat turşusu qalığından ibarətdir” kimi

yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Ona görə də onları tərkibində olan azot əsaslarına

görə adlandırırlar (məsələn, adenin nukleotidi)” cümləsi “Ona görə də onları

tərkibində olan azot əsaslarına görə adlandırırlar (məsələn, adenil, quanil, sitidil,

timidil)” kimi yazılmalıdır.

Səhifə 32-də “RNT-yə nüvədə, mitoxondridə, xloroplastlarda, ribosomda,

bir sözlə, zülal sintezi gedən bütün hissələrdə rast gəlinir” cümləsinin “RNT-yə

nüvədə, mitoxondridə, plastidlərdə, ribosomda, bir sözlə, zülal sintezi gedən bütün

hissələrdə rast gəlinir” kimi yazılması tövsiyə edilir.

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

8

Yenə həmin səhifədə “Hər üç növ RNT DNT-də sintez olunur” cümləsinin

“Hər üç növ RNT DNT üzərində sintez olunur” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “n RNT ölçüsünə və molekul kütləsinə görə ən kiçik

RNT olub, m-RNT-sindən on dəfə kiçikdir” cümləsi səhvdir. Çünki m-RNT həm

kiçik, həm də olduqca iri ola bilər.

Səhifə 33-də “Hər bir nukleotiddə olduğu kimi, bunlar da azot əsası,

karbohidrat və fosfor turşusu qalığından ibarətdir” cümləsinin “Hər bir

nukleotiddə olduğu kimi, bunlar da azot əsası, karbohidrat və ortofosfat turşusu

qalığından ibarətdir” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Bu, çox davamsız birləşmədir, xüsusi fermentin

təsirindən nukleotiddə olan fosfor və oksigen arasında rabitə asanlıqla hidrolizə

uğrayaraq, özündə fosfat qalıqları ayıra bilir” cümləsinin “Bu, çox davamsız

birləşmədir, xüsusi fermentin təsirindən nukleotiddə olan fosfor və oksigen

arasındakı rabitənin qırılması hesabına asanlıqla hidrolizə uğrayaraq, özündən

fosfat turşusunun qalıqlarını ayıra bilir” kimi yazılması məqsədəuyğundur.

Səhifə 34-də “Bu enerji üzvi maddələrin parçalanmasından əldə edilir.

Beləliklə, hüceyrədə biosintez prosesləri ilə yanaşı, daim parçalanma prosesləri

də gedir. Hüceyrədə gedən bütün parçalanma reaksiyalarının cəmi energetik

mübadilə (katabolizm) adlanır” fikri “Bu enerji üzvi maddələrin parçalanmasından

və oksidləşməsindən əldə edilir. Beləliklə, hüceyrədə biosintez prosesləri ilə yanaşı,

daim parçalanma və oksidləşmə prosesləri də gedir. Hüceyrədə gedən bütün

parçalanma və oksidləşmə reaksiyalarının cəmi energetik mübadilə (katabolizm)

adlanır” kimi yazılmalıdır.

Səhifə 35-də “Fermentlərin köməyi ilə minlərlə qlükoza molekulu

polimerləşərək polisaxaridlər əmələ gətirir” cümləsinin “Fermentlərin köməyi ilə

minlərlə qlükoza molekulu polikondensləşərək polisaxaridlər əmələ gətirir” kimi

yazılması tövsiyə edilir.

Səhifə 36-da “Qlikolizdə qlükoza, ADF və fosfor turşusu iştirak edir və

nəticədə süd turşusu, ATF və su alınır” cümləsinin “Qlikolizdə qlükoza, ADF və

ortofosfat turşusu iştirak edir və nəticədə süd turşusu, ATF və su alınır” kimi

yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Qlükozanın iki molekul süd turşusuna parçalanması

zamanı 200 kc enerji ayrılır. Bu enerji birdən birə yaranmır” fikrinin “Bir mol

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

9

qlükozanın iki mol süd turşusuna parçalanması zamanı 200 kc enerji ayrılır. Bu

enerji birdən birə ayrılmır” kimi yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə “ATF-in sintezi enerjinin udulması ilə getdiyi üçün

lazım olan enerji qlükozanın oksigensiz parçalanmasından yaranır” cümləsi

“ATF-in sintezi enerjinin udulması ilə getdiyi üçün lazım olan enerji qlükozanın

oksigensiz parçalanmasından ayrılır” kimi yazılmalıdır.

Yenə həmin səhifədə “Onun bir hissəsi enerji ilə zəngin fosfat qalığını əmələ

gətirən rabitənin yaranmasına sərf olunur” cümləsinin “Onun bir hissəsi

ortofosfat turşusunun qalıqları arasında enerji ilə zəngin rabitənin yaranmasına sərf

olunur” kimi yazılması məqsədəuyğundur.

Səhifə 37-də “Nəticədə membranın hər iki tərəfində potensiallar fərqi

meydana gəlir” cümləsinin “Nəticədə membranın hər iki tərəfində müxtəlif yüklü

elektrik sahələri əmələ gəlir ki, bu da potensiallar fərqinin yaranmasına səbəb olur”

kimi yazılması məqsədəuyğun hesab edilir.

Səhifə 38-də “DNT zənciri isə cəmi 4 nukleotid birləşməsindən yaranır”

cümləsinin “DNT zənciri isə cəmi 4 növ nukleotidin birləşməsindən yaranır” kimi

yazılması məqsədəuyğun hesab edilir.

Yenə həmin səhifədə “Oksigenli parçalanma zamanı 2600 kc enerji alınır

ki, bunun da 55 %-i ATF şəklində saxlanır, 45 %-i isə istilik şəklində ətrafa

yayılır. Beləliklə, bir molekul qlükozanın tam parçalanması nəticəsində 38 mol

ATF yaranır” fikri “Oksigenli parçalanma zamanı 2 mol süd turşusundan 2600 kc

enerji alınır ki, bunun da təqribən 55 %-i ATF şəklində saxlanır, təqribən 45 %-i isə

istilik şəklində ətrafa yayılır. Beləliklə, bir mol qlükozanın tam parçalanması

nəticəsində 38 mol ATF yaranır” kimi yazılmalıdır.

Yenə həmin səhifədə “Zülalları əmələ gətirən amin turşularının sayı 20-yə

qədərdir. DNT zənciri isə cəmi 4 nukleotid birləşməsindən yaranır” fikri

“Zülalları əmələ gətirən aminturşularının növ sayı 20-yə qədərdir. DNT zənciri isə

cəmi 4 növ nukleotid birləşməsindən yaranır” kimi yazılmalıdır.

Səhifə 42-də “Bu addımdan sonra həmin n-RNT-si özündəki

aminturşusunu polipeptid zəncirə birləşdirir” cümləsi yanlışdır. Belə ki,

aminturşusunun polipeptid zəncirə birləşdirilməsi ribosomun translokasiyasından

sonra deyil, ondan əvvəl baş verir.

Səhifə 47-də “ADF + H3PO4→ATF” əvəzinə “ADF + H3PO4→ATF + H2O”

yazılmalıdır.

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

10

Səhifə 49-da “Stromada ATF kimi digər enerji akkumulyatoru olan

NADF+… olur” cümləsi yanlışdır. Çünki NADF

+ molekulları hidrogen daşıyıcısıdır,

enerji akkumulyatoru deyil.

Yenə həmin səhifədə “Bundan sonra triozalar birləşərək karbohidrat

(C6H12O6)n əmələ gətirir” cümləsinin “Bundan sonra triozalar birləşərək

karbohidrat (C6H12O6) əmələ gətirir” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən

istifadə edir” cümləsinin “Bitkilərin yaşıl yarpaqları üzərinə düşən Günəş

enerjisinin 1%-dən fotosintez prosesində istifadə edir” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 50-də “Xemosintezedici bakteriyaların bir qrupu (dəmir

bakteriyaları) ikivalentli dəmiri üç valentliyə, digərləri isə hidrogen-sulfidi sulfat

turşusuna qədər oksidləşdirir” cümləsinin “Xemosintezedici bakteriyaların bir

qrupu (dəmir bakteriyaları) ikivalentli dəmiri üç valentliyə, digərləri isə (sulfid

bakteriyaları) hidrogen-sulfidi sulfat turşusuna qədər oksidləşdirir” kimi yazılması

tövsiyə edilir.

Səhifə 56-da “Ana hüceyrədən haploid xromosom yığımına malik iki qız

hüceyrə yaranır (bəzi hallarda bu mərhələ olmur)” fikrinin “Ana hüceyrədən

haploid xromosom yığımına malik iki qız hüceyrə yaranır. Birinci telofazada

hüceyrədə qütblərə çəkilmiş xromosomlar despriralizasiyaya uğrayır - spirallar

açılır, xromosomlar öz aydın görkəmini itirir və yumaq formasını alırlar. Nüvə

pərdəsi bərpa olunur, nüvəcik formalaşır” kimi izah edilməsi tövsiyə edilir.

Səhifə 59-da şəkil 36-da cinsiyyət vəzilərində zonalar mərhələlər kimi

göstərilmişdir. Bunların hər ikisinin fərqli anlayış olduğu nəzərə alınmalıdır. Mərhələ

anlayışının zona ilə əvəz olunması məqsədəuyğundur.

Yenə həmin səhifədə “Meyoz prosesində xromosomların sayı iki-qat azalır.

Əgər belə azalma baş verməsəydi, onda hər bir sonrakı nəsildə spermatozoid və

yumurtahüceyrələrin nüvələrinin birləşməsi sayəsində xromosom yığımı sonsuz

sayda arta bilərdi” fikrinin “Əgər belə azalma baş verməsəydi, onda hər bir sonrakı

nəsildə spermatozoid və yumurtahüceyrələrin qarşılıqlı assimilyasiyası nəticəsində

xromosom yığımı hər bir sonrakı nəsildə iki dəfə artmış olardı” kimi yazılması

tövsiyə edilir.

Yenə həmin səhifədə “Heyvanlarda qametlərin bəziləri hərəkətsiz və iri

olub ehtiyat qida maddələrinə malik sarılıqla zəngindir” cümləsində

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

11

“qametlərin” sözünün “dişi qametlərin”, “Digər qametlər isə kiçik və aktiv

olub...” cümləsində isə “digər qametlərin” ifadəsinin “erkək qametlərin” kimi

yazılması tövsiyə edilir.

Səhifə 61-də “Partenogenez” yarımbaşlığına “erkək bal arısı” əlavə edilməli

və qeyd olunmalıdır ki, erkək bal arılarının (trutenlərin) yetkin fərdlərində xromosom

dəsti 2n-dir.

Yenə həmin səhifədə “Haploid partenogenez” yarımbaşlığından erkək bal

arılarının adı çıxarılmalıdır. Belə ki, yetkin erkəklərdə hüceyrələrin diploid

xromosom dəsti bərpa olunur. Onların hüceyrələri yalnız rüşeym dövründə haploid

olur.

Səhifə 84-də “Paleogendə quşlar həm quru, həm də hava mühitini, bəzi ali

məməlilər (kürəkayaqlılar və balinakimilər) isə dənizləri tutmağa başladılar”

cümləsindən “kürəkayaqlılar” sözü çıxarılmalıdır. Belə ki, kürəkayaqlılar neogendə

əmələ gəlib.

Səhifə 104-105-də “Mimikriya”, “Qoruyucu rəng”, “Xəbərdarlıqedici rəng”

ayrı-ayrı yarımbaşlıqlar kimi verilmişdir. Əslində isə bu anlayışların üçü də qoruyucu

rənglərdir. Bu anlayışların ümumi şəkildə “Qoruyucu rənglər: mimikriya,

xəbərdarlıqedici rəng (mühitə uyğun)” kimi yazılması tövsiyə olunur.

Səhifə 113-də Şəkil 67-yə əsasən eohippus, hipparion bilavasitə müasir atın

əcdadlarıdır. Lakin onlar kor şaxələrdir, əcdad hesab oluna bilməz.

Səhifə 115-də Cədvəl 12-də “İmperiya - hüceyrəvi orqanizmlər” əvəzinə

“İmperiya - canlı orqanizmlər” yazılması məqsədəuyğundur.

2. Dil və yazı üslubu baxımından

Dərslikdə nəzərdə tutulmuş materialların dili sadə və başadüşüləndir.

Mətnlərdəki fikirlərin ifadə tərzi şagirdlərin yaş xüsusiyyətlərinə uyğundur. Yeni

termin və sözlərin izahları verilmişdir. Mətnlərdə qrammatik və orfoqrafik qaydalara

əməl olunmuşdur.

3. Dizayn və bədii tərtibat baxımından

Dizayn və bədii tərtibat baxımından dərslik qənaətbəxşdir. İstifadə edilən şriftlər

müvafiq yaş qrupuna uyğundur. Mövzularda istifadə olunan şəkil, sxem və cədvəllər

mövzunu tam əhatə edir.

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

12

Səhifə 8-də şəkil 2-də “Xarici qılaf” əvəzinə “Qılafın xarici qatı” yazılmalıdır.

Səhifə 21-də şəkil 18-də Bakteriofaqın ümumi quruluşundan “yaxalıq” adlanan

hissə çıxarılmalıdır.

Yenə həmin səhifədə Şəkil 20-də adeninin ölçüsü quaninə, timinin ölçüsü

sitozinə bərabər olmalıdır.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

Dərslikdə verilmiş sual və tapşırıqlar biliklərin tətbiqinə və mövzunun

möhkəmləndirilməsinə yönəlmişdir.

5. Dərsliyin rus dilində olan variantındakı uyğunsuzluq

baxımından

Dərsliyin rus dilində olan variantında müəyyən qüsurlar var:

Səhifə 7-də “Клетка любого организма представляет собой целостную

живую систему, состоящую из трех неразрывно связанных между собой

частей: оболочки, цитоплазмы и ядра” cümləsinin “Клетка эукариотического

организма представляет собой целостную живую систему, состоящую

обычно из трех неразрывно связанных между собой частей: оболочки,

цитоплазмы и ядра” kimi yazılması tövsiyə edilir.

Səhifə 9-da “Ввиду наличия прочной клеточной стенки у растений,

грибов и цианобактерий фагоцитоз у них не происходит” cümləsinin “Ввиду

наличия прочной клеточной стенки у растений, грибов и бактерий фагоцитоз у

них не происходит” kimi yazılması məqsədəuyğundur. Əks halda belə təsəvvür

yaranır ki, bakteriyalardan yalnız sianobakteriyalar faqositoz etmək qabiliyyətinə

malik deyil.

Səhifə 12-də “Размер митохондрий – 02,-0,7 мкм,…” cümləsi verilmişdir.

Dərsliyin Azərbaycan dilində olan variantında isə bu ölçü - 2-10 mkm kimi

göstərilmişdir. Bunun dəqiqləşdirilməsi məsləhətdir.

Səhifə 13-də şəkil 9-da “Гран” əvəzinə “Граны” yazılmalıdır.

Səhifə 27-də “Так, гемоглобин, состоящий из 4 глобул, имеет еще и

небелковую часть, называемую “гемом”” cümləsinin “Так, гемоглобин,

Page 13: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

13

состоящий из 4-х глобул, имеет еще и небелковую часть, состоящую из 4-х так

называемых “гемов”” kimi yazılması tövsiyə edilir.

Yenə həmin səhifədə “Иногда при образовании третичной структуры

белка участвуют аминокислот,...” cümləsində “аминокислот” sözü əvəzinə

“аминокислоты” yazılmalıdır.

Yenə həmin səhifədə “ … в грудных железах, …” əvəzinə “...в молочных

железах...” yazılmalıdır.

Səhifə 29-da “Находящийся в каждой цепи гемм способен

присоединить 4 атома кислорода” cümləsinin ―Находящийся в каждой цепи

гемм, способен присоединить 1 молекулу кислорода‖ kimi yazılması

məqsədəuyğundur.

Səhifə 30-da “У животных такие клетки находятся под кожей, в

грудных железах, в сальнике” cümləsinin “У животных такие клетки

находятся под кожей, в молочных железах, в сальнике” kimi yazılması

məqsədəuyğundur.

Səhifə 36-da “Образование и накопление энергии...” Bu, düzgün ifadə

deyil, çünki enerji yaranmır və itmir, yalnız bir formadan digərinə çevrilir. Buna görə

də yazılmalıdır: “выделение и накопление энергии‖. Dərsliyin Azərbaycan dilində

olan variantında da anoloji səhv mövcuddur.

Yenə həmin səhifədə “...окислении же неорганических веществ дает

энергию для автотрофных организмов” cümləsi düzgün deyil. Çünki

avtotrofların çox cüzi bir qismi – məhz xemotroflar enerjini belə üsulla əldə edirlər.

Avtotrofların əksəriyyəti üçün isə enerji mənbəyi işıqdır. Dərsliyin Azərbaycan

dilində olan variantında da analoji səhv mövcuddur.

Səhifə 39-da “Эти знаки препинания отделяют друг от друга гены и

синтезируемые белки” cümləsində “и синтезируемые белки” ifadəsi artıqdır.

Dərsliyin Azərbaycan dilində olan variantında da analoji səhv mövcuddur.

Səhifə 47-də “Накапливающиеся здесь электроны образуют

отрицательно заряженный участок” cümləsinin “Накапливающиеся здесь

электроны образуют отрицательно заряженное электрическое поле” kimi

yazılması daha məqsədəuyğundur.

Yenə həmin səhifədə “У пурпурных и зеленых бактерий протекает

процесс, схожий с фотосинтезом, однако свободный кислород при этом не

выделяется” cümləsinin “У пурпурных и зеленых бактерий (хемо-

Page 14: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

14

фотосинтезирующих серобактерий) происходит фотосинтез, однако

свободный кислород при этом не выделяется‖ kimi yazılması tövsiyə edilir.

Səhifə 52-də şəkil 31-də göstərilir ki, sentriolların ikiləşməsi interfazada baş

verir. Səhifə 53-də isə bu fikir “Центриолии ( в тех клетках, где они имеются)

удваиваются и расходятся к противоположным полюсам клетки” kimi

verilmişdir. Mətndə düzəliş edilməsi tövsiyə edilir.

Səhifə 58-də “К нему можно отнести размножение ......разделением

корня (роза, смородина, и др. кустарниковые растения) ,... ” cümləsinin “К

нему можно отнести размножение ......разделением куста (роза, смородина, и

др. кустарниковые растения)” kimi yazılması tövsiyə edilir.

Səhifə. 60-da “...(например, в яичниках человека 400 000 первичных

половых клеток достигает….” cümləsində “яичниках” əvəzinə “в яичнике”

yazılmalıdır.

Səhifə 67-də “У всех многоклеточных животных, кроме губок и

кишечнополостных, в ходе дальнейшего развития …” cümləsinin “У всех

многоклеточных животных, кроме губок, кишечнополостных и

пластинчатых, в ходе дальнейшего развития …” kimi yazılması

məqsədəuyğundur.

Yenə həmin səhifədə “хорду” əvəzinə “хорде” yazılmalıdır.

Səhifə 68-də “Преимущества непрямого превращения” cümləsi

“Преимущества непрямого развития” kimi yazılmalıdır.

Səhifə 80-də “...а в конце Девона нервные голосеменные растения

семенные папоротники” cümləsi “..а в конце Девона первые голосеменные

растения семенные папоротники” kimi yazılmalıdır.

Yenə həmin səhifədə şəkil 47-də “5 - зверозубый ящер иностранцевий”

əvəzinə “5 - зверозубый ящер иностранцевия” yazılmalıdır.

Səhifə 82-də “В триасе появляются растительноядные наземные

животные, хищные динозавры, в морях развиваются настоящие костистые

рыбы” cümləsi “В триасе появляются растительноядные пресмыкающиеся,

хищные динозавры, в морях появляются настоящие костистые рыбы” kimi

yazılmalıdır. Dərsliyin Azərbaycan dilində olan variantında da analoji səhv

mövcuddur.

Page 15: Respublikanın ümumtəhsil məktəblərinin PDF/Biologiya...4 tərəfindən formalaúdırıldı” cümləsinin “Hüceyrə haqqında toplanan biliklərə əsaslanaraq alman alimləri

15

Nəticə

1. Dərslik tədris proqramındakı mövzuları tam əhatə edib, verilmiş məlumatlar

elmi-metodiki baxımdan dəqiq ifadə edilib.

2. Mövzular elmi-metodiki baxımından şagirdlərin yaş səviyyəsinə uyğun tərtib

olunub.

3. Dərslikdəki materiallar fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına

imkan verir.

4. Dərslikdə müəyyən mövzular üzrə bir sıra qüsurlara da rast gəlinir.