13

Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

  • Upload
    others

  • View
    15

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin
Page 2: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

2

Respublikanın ümumtəhsil məktəblərinin

10-cu sinifləri üçün “Gənclərin çağırışaqədərki hazırlığı”

dərsliyi

Müəlliflər: Həbib Ocaqov

Rövşən Qasımov

Bakı: Təhsil, 2014.

Dərslik ilə bağlı TQDK-ya daxil olmuş və açıq

müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər

əsasında hazırlanmış

YEKUN RƏY

Page 3: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

3

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmunun işlənməsi baxımından

2. Dil və yazı üslubu baxımından

3. Dizayn və bədii tərtibat baxımından

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından

1. Məzmunun işlənməsi baxımından

Respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramı əsasında

hazırlanmış dərslik “Mündəricat”, “Giriş”, 7 fəsil (“Dövləti müdafiənin əsasları”,

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri”, “Sıra təlimi”,

“Taktiki hazırlıq”, “Silahlar və atəş hazırlığı”, “Hərbi topoqrafiya”,

“Təhlükəsizlik və fövqəladə hallarda insanların mühafizəsi”)və fənn proqramından

ibarətdir. Dərslikdəki materiallar 44 mövzu üzrə 176 səhifəni əhatə etmiş, fənn üzrə

bilik və bacarıqların mənimsənilməsinə və formalaşdırılmasına yönəlmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən,

fənnin tədrisinə həftədə 2 saat olmaqla, 68 saat vaxt ayrılmışdır.

Qeyd etmək lazımdır ki, dərsliyin 2011-ci il nəşrinin Tələbə Qəbulu üzrə Dövlət

Komissiyası tərəfindən aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış

yekun rəydə göstərilən irad və təkliflərin xeyli hissəsi bu nəşrdə nəzərə alınmışdır.

Lakin bəzi iradlar nəzərə alınmamış, dəyişikliklər zamanı isə yeni səhvlərə yol

verilmişdir. Bunlar aşağıdakılardır:

Dərsliyin ilk səhifəsində hansı Nizamnamələrə istinad edilməsi yazılmamışdır.

Səhifə 8. 1-ci abzasda “Orduda bir çox xoşagəlməz hadisələr aradan qaldırıldı”

cümləsinin redaktə edilməsi məqsədəuyğundur.

Səhifə 11-15. 2-ci paraqrafda “Azərbaycan Silahlı Qüvvələrin qoşun növləri”

mövzusu verilmiş, lakin mövzuya aid olan “Sülhməramlı qoşunlar, Dövlətin silahlı

təşkilatı və Silahlı Qüvvələrin vəzifələri, təyinatı” haqqında məlumat verilməyib.

Səhifə 14. 2-ci abzasda Sərhəd Qoşunları Milli Təhlükəsizlik Nazirliyinin tərkib

hissəsi kimi verilmişdir. Lakin Sərhəd qoşunları 31 iyul 2002-ci ildən sərbəst güc

strukturu kimi fəaliyyət göstərir.

Səhifə 14-16. Milli Qvardiya haqqında məlumat hər iki səhifədə göstərilmişdir.

Page 4: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

4

Səhifə 26. 4-cü paraqrafda “Azərbaycan Respublikası Silahlı Qüvvələrin

Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

təsdiq edilmə tarixi göstərilməmişdir.1

Səhifə 43-44. Sonuncu abzasdan “Komandirlərə (rəislərə) və özündən böyüklərə

müraciət” yarımbaşlığına qədər olan abzaslar, ümumiyyətlə, mövzuya aid deyil. Belə ki,

paraqrafın adı “Əmr və sərəncamların verilmə qaydası və onların icrası” olduğu halda,

sözügedən abzaslarda DXN, maddə 38-45 maddələrini əhatə edən hərbi nəzakət və

hərbi qulluqçuların davranışları haqqında qaydalardan bəhs olunur.

Səhifə 49-53. “Sıralar və onların idarə edilməsi” paraqrafında sıranın elementi

sayılan açıq sıralar haqqında məlumat verilməmişdir.

Səhifə 53. 4-cü abzasda verilmiş xəbərdarlıq siqnalları və icra komandası haqqında

məlumat mövzuya uyğun deyil.

Səhifə 53. Komandaların icra etmə qaydası əvvəlki səhifədə verildiyi halda, 14-cü

paraqrafda mahiyyət etibarilə təkrar verilmişdir.

Səhifə 69. 1-ci abzasda (20-ci paraqraf) “Zirehli transportyorlu manqanın heyəti”

haqqında məlumat verilməsinə baxmayaraq, 41-ci şəkildə sadəcə “ZTR-90” təsvir

edilmişdir. ZTR-li manqanın heyətinin döyüş və səfər düzülüşü haqqında heç bir

məlumat yoxdur.

Səhifə 70. 1-ci abzasda “ZTR-də böyük kalibrli Vladimirov pulemyotu və

Kalaşnikov pulemyotu quraşdırılmışdır” cümləsi yazılsa da, 41-ci şəkildə “ZTR-90”

təsvir edilmişdir. Yazılmış məlumat “ZTR-70”-in modifikasiyasına uyğundur.

Səhifə 76. “Kütləvi qırğın silahlarından mühafizə” yarımbaşlığının 3-cü abzası

mövzuya uyğun deyil.

Səhifə 88. “Hərəkətdən hücuma keçərkən əsgərin davranışı və manqanın döyüş

nizamında öz yerini tutması” yarımbaşlığında hərəkətdən hücuma keçən əsgərin

davranışı haqqında məlumat yoxdur.

Səhifə 92. 27-ci paraqrafın “Düşmən nüvə silahı işlədərkən və atəş hazırlığına

başlayarkən müdafiə olunmaq qaydası” yarımbaşlığı XI sinif “Gənclərin çağırışaqədərki

hazırlığı” dərsliyində yer almış “Düşmən nüvə silahı işlədərkən və atəş hazırlığına

başlayarkən müdafiə olunmaq qaydası”(Bakı: Təhsil, 2011; səh.45-50) paraqrafında

təkrar verilmişdir.

1“Azərbaycan Respublikası Silahlı Qüvvələrin Sıra Nizamnaməsi 27 may 1992-ci

il, 144 saylı qanunu ilə təsdiq edilib”. (Bakı, Hərbi nəşriyyat-1995-ci il).

Page 5: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

5

Səhifə 168-171. Məlumatların müəyyən qismi 27-ci paraqrafın “Xəbərdarlıq

siqnalları ilə davranış” yarımbaşlığı ilə eyniyyət təşkil etdiyinə görə burada təkrar

verilməsinə ehtiyac yoxdur.

2. Dil və yazı üslubu baxımından

Dərslikdəki materiallar, əsasən, konkret, lakonik yazılmış, sadə və başadüşüləndir.

Burada xeyli sayda termin, hərbi texnika və silahların adlarından istifadə edilmişdir.

Bəzi hallarda verilənlərin izahı çətinlik törədir. Ümumiyyətlə, hərbi texnikaların taktiki-

texniki göstəricilərinin rus dilindən Azərbaycan dilinə tərcümə edilməsi çox vacib

məsələdir. Buna görə də dərslikdə bir çox terminlərin dəyişdirilməsi məqsədə uyğun

hesab olunur. Bunlar aşağıdakılardır:

Səhifə 11. “Azərbaycan Silahlı Qüvvələrinin qoşun növləri” mövzusunda,

“Motoatıcı qoşunlar – düşmənin havadakı və yerdəki hədəflərini avtomat və

pulemyotlardan, artilleriyadan, operativ-taktiki və taktiki raketlərdən, tanklardan,

piyadanın döyüş maşınlarından, zirehli maşınlardan, zenit raketlərindən istifadə etməklə

məhv etmək qabiliyyətinə malikdir”. “Quru qoşunların ehtiyatda olan zabitlərinin

hazırlanması, Moskva Hərbi nəşriyyat-1989-cu il, V.F.Sotnikov”, səhifə 10-da və

(ru.wikipediya.orq.) “Мотострелковые войска” səhifəsində göstərilir ki, “Motoatıcı

qoşunlar – quruda müstəqil və ya başqa qoşun növləri ilə birgə tam miqyaslı döyüş

əməliyyatlarının keçirilməsi qabiliyyətinə malikdir”.

Səhifə 12. 1-ci abzasda “Artilleriya qoşunları operativ-taktiki və taktiki

məqsədli reaktiv artilleriya, minaatan və digər hərbi texnika ilə təchiz

olunmuşdur” verilmişdir. Burada, “Artilleriya qoşunları operativ-taktiki və taktiki

raket kompleksləri; reaktiv yaylım atəşi sistemləri; özüyeriyən və daşınan artilleriya

sistemləri; Tank əleyhinə idarəedilən raket kompleksləri ilə təchiz olunmuşdur”

yazılması məqsədəuyğundur.

Yenə həmin səhifədə 2-ci abzasda “Müasir Hava Hücumundan müdafiə

qoşunları texniki cəhətdən mürəkkəb hərbi avadanlıqlarla təmin olunmuşdur”

cümləsində “avadanlıqlar” sözünün əvəzinə “texnikalarla” yazılması

məqsədəuyğundur.

Səhifə 21. 1-ci abzasda “İstiqlal ordeni” haqqında məlumatda “Azərbaycan

dövləti və xalqı qarşısında xüsusi böyük xidmətlərinə görə” əvəzinə “Azərbaycan

dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə” yazılması

Page 6: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

6

məqsədəuyğundur (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident

Kitabxanası. “Orden və medallar”, “Döş nişanları və Fəxri adlar” səh. 23).

Səhifə 22. 1-ci abzasda yazılır ki, Azərbaycan Respublikasının “Azərbaycan

Bayrağı” ordeni vətəndaşlara “Hərbi elminin və hərbi sənayenin inkişafında xüsusi

xidmətlərinə görə” verilir. “Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı”

ordeninin Statusu”, Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 756 saylı

Qanununa əsasən isə “Hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə

görə” verilir və burada da bu şəkildə dəyişdirilməsi tövsiyə olunur.

Səhifə 22. 1-ci abzas, 5-ci sətirdə “dövlət sərhədinin toxunulmazlığını

qoruyarkən sərhəd qarovulunun döyüş əməliyyatlarına bacarıqla rəhbərliyinə

görə” əvəzinə “Azərbaycan Respublikası dövlət sərhədinin toxunulmazlığını

qoruyarkən sərhəd qarovulunun döyüş əməliyyatlarına bacarıqla rəhbərliyinə görə”

yazılmalıdır (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident

Kitabxanası. “Orden və medallar”, “Döş nişanları və Fəxri adlar” səh. 23).

Səhifə 22. 1-ci abzas, 10-cu sətirdən sonra “Azərbaycan Respublikası dövlət

sərhədinin mühafizəsində qüsursuz xidmətə görə” ifadəsinin əlavə edilməsi

məqsədəuyğundur.

Səhifə 33. 2-ci abzasda “yaşayış yeri və ya olduğu yer üzrə uçotda” cümləsində

“uçotda” sözünün “qeydiyyatda” ilə əvəz edilməsi məqsədəuyğundur.

Səhifə35. 2-ci abzasda “hərbi komissarlığa” ifadəsinin əvəzinə “səfərbərlik və

hərbi xidmətə çağırış şöbəsinə” yazılması məqsədəuyğundur.

Səhifə 39. 4-cü abzasda “hərb və ya xüsusi hazırlığından” ifadəsinin “hərbi və

ya xüsusi hazırlığından” kimi verilməsi düzgündür.

Səhifə 43. 1-ci abzasda “Tutduğu vəzifəsinə və hərbi rütbəsinə görə bir hərbi

qulluqçu başqasına görə və yaxud tabe edəndir” cümləsinin “Tutduğu vəzifəsinə və

hərbi rütbəsinə görə bir hərbi qulluqçu bir-birinə münasibətdə və yaxud tabe olandır”

kimi verilməsi düzgün olar (Azərbaycan Respublikasının Daxili Xidmət

Nizamnaməsində (DXN maddə 9, səhifə 9, Bakı-2013)).

2-ci abzasda “Tabelikdə olanlar rəislərə danışıqsız tabe olmalıdırlar”

cümləsinin “Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar” kimi

verilməsi məqsədəuyğundur (Azərbaycan Respublikasının Daxili Xidmət

Nizamnaməsində (DXN maddə 9, səhifə 9, Bakı-2013)).

4-cü abzasda “Tabeliyinə görə ən yaxın rəis bilavasitə rəis adlanır” cümləsinin

“Tabelikdə olana ən yaxın rəis bilavasitə rəis adlanır” kimi verilməsi

Page 7: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

7

məqsədəuyğundur (Azərbaycan Respublikasının Daxili Xidmət Nizamnaməsində (DXN

maddə 10, səhifə 9, Bakı-2013)).

6-ci abzasda “Hərbi rütbəsi böyük olanlar rütbəcə kiçik olanları məzəmmət

etmək ixtiyarına malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna,

geyim formasının səliqəsinə, həmçinin davranış qaydalarına riayət etmələrini tələb

edə bilər” cümləsinin “Hərbi rütbəsi böyük olanlar hərbi rütbəsi kiçik olanlara irad

tutmaq hüququna malik olub, onlardan hərbi intizama, ictimai qayda-qanuna, geyim

forması geyinmə, həmçinin davranış və salamlaşma qaydalarına riayət etmələrini tələb

etmək hüququna malikdir” kimi verilməsi düzgün olar (Azərbaycan Respublikasının

Daxili Xidmət Nizamnaməsində (DXN maddə 12, səhifə 10, abzas 3, Bakı-2013)).

Səhifə 46. 3-cü abzasın 1-ci bəndində “Azərbaycan Respublikasının

Konstitusiyasına və qanunlarına ciddi əməl etsin, hərbi andın, hərbi

nizamnamələrin tələblərini, komandirlərin(rəislərin) əmr və sərəncamlarını dəqiq

və vaxtında yerinə yetirsin” əvəzinə “Azərbaycan Respublikasının Konstitusiyasına və

qanunlarına ciddi riayət etsin, Hərbi Andın və hərbi Nizamnamələrin tələblərini dəqiq

yerinə yetirməyə, komandirlərin(rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa”

kimi olmalıdır (Azərbaycan Respublikası İntizam Nizamnaməsində (İN maddə 3,

səh.182, I fəsil,Bakı-2013)).

3-cü abzasın 2-ci bəndində “Hərbi xidmətin bütün çətinlik və

məhrumiyyətlərinə mətinliklə tab gətirsin, borcunu yerinə yetirərkən öz canını və

hətta həyatını belə əsirgəməsin” əvəzinə “Hərbi xidmətin bütün çətinlik və

məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən öz qanını

və hətta həyatını belə əsirgəməməyə” yazılmalıdır (Azərbaycan Respublikası İntizam

Nizamnaməsində (İN maddə 3, səh.182, I fəsil, Bakı-2013)).

3-cü abzasın 4-cü bəndində “namuslu və dürüst olsun, hərbi işi vicdanla

öyrənsin, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi və xalq

əmlakını hər vasitə ilə qorusun” əvəzinə “namuslu və doğruçu olmağa, hərbi işi

vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi və

xalq əmlakını hər vasitə ilə qorumağa” olması məqsədəuyğundur (Azərbaycan

Respublikası İntizam Nizamnaməsində (İN maddə 3, səh.182, I fəsil,Bakı-2013)).

3-cü abzasın 5-ci bəndində “komandirlərə(rəislərə) tabe olmaqla bərabər,

intizam qaydalarına əməl etsin” əvəzinə “komandirlərə(rəislərə) və böyüklərə hörmət

etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə” yazılmalıdır

Page 8: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

8

(Azərbaycan Respublikası İntizam Nizamnaməsində (İN maddə 3, səh.182, I fəsil,Bakı-

2013)).

3-cü abzasın 6-cı bəndində “hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu

aparsın, özü və başqaları tərəfindən ictimai asayiş qaydalarının pozulmasına yol

verməsin, vətəndaşların şərəf və ləyaqətlərinin qorunmasına hərtərəfli səy

göstərsin” əvəzinə “hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa,

ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların

şərəf və ləyaqətlərinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir” yazılması

düzgün olar (Azərbaycan Respublikası İntizam Nizamnaməsində (İN maddə 3, səh.182,

I fəsil, Bakı-2013)).

Səhifə 47. 2-ci və 3-cü abzaslarda “rəğbətləndirilməlidir” sözünün yerinə

“həvəsləndirilməlidir” sözü yazılmalıdır (İntizam Nizamnaməsi, maddə 1, Bakı-2013).

5-ci abzasda “hərbi qulluqçunu hissənin “Döyüş Bayrağı” yanında çəkilmiş

fotoşəkli ilə mükafatlandırmaq” əvəzinə “hərbi qulluqçunu hissənin açılmış “Döyüş

Bayrağı” yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq” yazılmalıdır.

Həmin abzasda “öz vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq etmək,

aşağı vəzifəyə keçirmək, hərbi rütbəsini bir pillə aşağı salmaq” əvəzinə “öz

vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq, aşağı vəzifəyə keçirmə, hərbi

rütbəsini bir pillə aşağı salma” olmalıdır (Azərbaycan Respublikası SQ-ninİntizam

Nizamnaməsində (İN, səh.195, maddə 49, II fəsil, Bakı-2013)).

Səhifə 48. 1-ci abzasda “əlaçı döş nişanından məhrum etmə, aşağı vəzifəyə

keçirmək, çavuş hərbi rütbələrini bir pillə aşağı salmaq, çavuş hərbi rütbəsindən

məhrum etmək” əvəzinə “əlaçı döş nişanından məhrumetmə, aşağı vəzifəyə keçirmə,

çavuş hərbi rütbələrini bir pillə aşağı salma, çavuş hərbi rütbəsindən məhrumetmək”

olmalıdır (Azərbaycan Respublikası SQ-nin İntizam Nizamnaməsində

(İN,səh.195,maddə 49, II fəsil, Bakı-2013)).

2-ci, 3-cü və 4-cü abzaslarda “əsgəri dustaqxanada(təcridxanada)”ifadəsinin

yerinə “hauptvaxt” sözünün verilməsi məqsədəuyğundur (İntizam Nizamnaməsi, Bakı-

2013).

Səhifə 51. 5-ci abzasda “Dörd nəfər və daha az adam bir cərgədə düzülür”

cümləsi səhifə 52-nin 8-ci abzasında təkrarən yazılmışdır.

Səhifə 56. 4-cü abzasda “Barmaqlar yarıbükülmüş vəziyyətdə, qollar şalvarın

yan tikişinə paralel olmaqla irəli çiyin səviyyəsinə qədər və geriyə arxaya qədər

yellənir” cümləsinin “Barmaqlar yarıbükülmüş vəziyyətdə, ovucun içi yerə baxaraq

Page 9: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

9

qollar şalvarın yan tikişinə paralel olmaqla irəli çiyin səviyyəsinə qədər və geriyə

arxaya qədər yellənir” kimi verilməsi düzgün olar.

Yenə həmin səhifədə 5-ci abzasda “qolları irəlidə” əvəzinə “qollarla irəlidə”

olmalıdır(Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsində (SN,səh.384,maddə

33, II fəsil, Bakı-2013)).

Səhifə 56. 2-ci abzasda “Addımla MA\RŞ” əvəzinə “Addımla MARŞ”

yazılmalıdır.

Səhifə 58. 1-ci abzasda (15-ci paraqraf)“Yerişdə dönmələr” mövzusunda

“Yerində dönmə bu cür komandalar ilə yerinə yetirilir. “Sağa”, “Sola-Dön”,

“Geriyə-Marş”. İcra komandası ilə sağa dönmək üçün sağ ayağı yerə qoymaq, sol

ayaqla addım atmaq və sol ayağın pəncəsi üstə dönmək lazımdır. Eyni zamanda

dönərək sağ ayağı qabağa atmaq və yerişi yeni istiqamətdə davam etdirmək

lazımdır” cümləsinin “Yerişdə dönmə bu cür komandalar ilə yerinə yetirilir. “Sağa-

Dön”, “Sola-Dön”, “Geriyə-Marş”. İcra komandası ilə sağ ayağın yerə qoyulması ilə

eyni vaxtda verilir. Bu komanda ilə sol ayaqla bir addım atıb, sol ayağın pəncəsi

üstündə dönməklə eyni vaxtda sağ ayağı irəli çıxarıb, yeni istiqamətdə yeriməli” kimi

verilməsi məqsədəuyğundur (Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsində

(SN,səh.386,maddə 40, II fəsil, Bakı-2013)).

Həmin abzasda “Sola dönmək üçün icra komandası verildikdə sol ayağı yerə

qoymaq, sağ ayaq ilə irəliyə addım atmaq və sağ ayağın pəncəsi üstə dönmək

lazımdır, eyni zamanda dönərək sol ayağı atmaq və eyni istiqamətdə yerişi davam

etdirmək lazımdır” əvəzinə “Sola dönmək üçün icra komandası sol ayağın yerə

qoyulması ilə eyni vaxtda verilir. Bu komanda ilə sağ ayaqla bir addım atıb, sağ ayağın

pəncəsi üstündə dönməklə eyni vaxtda sol ayağı qabağa çıxarıb, yeni istiqamətdə

yeriməli” olmalıdır (Azərbaycan Respublikası SQ-nin Sıra Nizamnaməsində (SN,

səh.386, maddə 40, II fəsil, Bakı-2013)).

2-ci abzasda “Geriyə-Marş icra komandası verildikdə sağ ayağı yerə qoymaq,

sol ayaq ilə bir addım atmaq(bir hesabı ilə), sağ ayağı yarım addım irəli, bir qədər

sola və iki ayağın pəncəsi üstə kəskin surətdə sol qol tərəfə çevirmək(2 hesabla),

yeni istiqamətdə sol ayağı ilə yerişi davam etdirmək (2 hesabla) lazımdır. Dönüş

zamanı qol ilə hərəkət addımın taktına uyğun edilir” əvəzinə “Geriyə dönmək üçün

icra komandası sağ ayağın yerə qoyulması ilə eyni vaxtda verilir. Bu komanda ilə bir

sayı ilə sol ayaqla bir addım da atıb iki sayı ilə sağ ayağı yarım addım qabağa və bir

qədər sola çıxarmalı və hər iki pəncə üstündə qolları yana sıxaraq sol tərəfə cəld

Page 10: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

10

dönüb, üç sayı ilə sol ayaqla yerişi yeni istiqamətdə davam etdirməli. Dönmələr vaxtı

qolları addımın taktı ilə hərəkət etdirməli” olmalıdır (Azərbaycan Respublikası SQ-nin

Sıra Nizamnaməsi (SN, səh.386, maddə 40, II fəsil, Bakı-2013)).

Səhifə 68-69. 2-ci və 3-cü abzaslarda “qəlpələnən əl qumbaraları və tank

əleyhinə kumulyativ əl qumbaraları” ifadəsində “əl qumbaraları” sözü

təkrarlanmışdır. Bu cümləni “Qəlpələnən və tank əleyhinə kumulyativ əl qumbaraları”

cümləsi ilə əvəz etmək məqsədəuyğundur.

Səhifə 73. 1-ci abzasda “piyada halda (ayaq xizəyində)” ifadəsinin “piyada

halda (xizəkdə)” kimi verilməsi məqsədəuyğundur.

Səhifə 94. V fəslin adının “Silahlar və Atıcılıq hazırlığı” əvəzinə “Silahlar və

Atəş hazırlığı” kimi yazılması məqsədəuyğundur.

Həmin səhifənin 1-ci və 3-cü abzaslarında “atıcılıq hazırlığı” sözünün yerinə

“atəş hazırlığı”, 2-ci abzasda isə “atıcılıq silahları” sözünün yerinə “atıcı silahlar”

yazılması məqsədəuyğundur.

Səhifə 95. 1-ci abzasda “Kalaşnikov avtomatı fərdi silahdır və düşmənin canlı

qüvvələrini” ifadəsinin əvəzinə “düşmənin canlı qüvvəsini” yazılması

məqsədəuyğundur.

Səhifə 96. 1-ci abzasa “Lülə eyni zamanda güllənin uçması üçün başlanğıc sürət

də verməlidir” cümləsinin artırılması məqsədəuyğundur.

Səhifə 99. 7-8-ci abzaslarda; səhifə 100-101, 1-ci abzaslarda verilən materiallar

şagirdlərin yaş səviyyəsinə uyğun deyil.

Səhifə 106. 1-ci abzasda “cibciyə” sözünü “cibə” ilə əvəz etmək

məqsədəuyğundur.

3. Dizayn və bədii tərtibat baxımından

Dərslikdə tədris vahidlərinin izahında çoxlu sayda şəkillərdən, sxemlərdən istifadə

olunması təqdirəlayiqdir. Bu halda materialların şagirdlər tərəfindən aydın şəkildə başa

düşülməsi asanlaşır. Bununla yanaşı, müəyyən qüsurlar da var. Bunlar aşağıdakılardır:

Səhifə 12. Şəkil 8-də adsız və modifikasiyasız qırıcı təyyarə təsvir edilmişdir.

Hərbi Hava Qüvvələrimizin arsenalında olan təyyarənin təsvir edilməsi daha

məqsədəuyğundur.

Yenə həmin səhifədə şəkil 9-da adsız və modifikasiyasız hərbi vertolyot təsvir

edilmişdir. Hərbi Hava Qüvvələrimizin arsenalında olan hərbi vertolyotun təsvir

Page 11: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

11

edilməsi məqsədəuyğundur. Həmin səhifədə Zenit Raket Qoşunların arsenalında olan

S-300 “Favorit” tipli ZRK-nin (57 mm-lik zenit topu, 23 mm-lik zenit qurğusu) və

Radiotexnika qoşunların arsenalında olan müasir radiolokasiya stansiyaların

təsvirinin verilməsi tövsiyə olunur. Artilleriya qoşunları haqqında məlumat verilməklə

yanaşı, onların arsenalında olan müasir artilleriya 300 mm-lik “SMERÇ” tipli RYAS(122

mm-lik DM-21 “Qrad”, 152mm-lik DM “URAQAN”) sistemlərinin təsvirlərinin

verilməsi tövsiyə olunur.

Səhifə 14. “Azərbaycan Respublikası SQ-nin struktur sxemi”ndə ox işarələri

düzgün göstərilməmişdir (Düzgün variantı “İbtidai hərbi hazırlıq” I hissə, Bakı-2002-ci

il, səh.16)

Səhifə 55. Şəkil 33-də “Sıra addımı” təsvir edilmişdir. 1-ci təsvirdə “Sıra

addımı” düzgün göstərilmiş, 2-ci təsvir isə “Səfər addımı” olmasına baxmayaraq, bu

barədə heç bir məlumat verilməmişdir.

Səhifə 66. Şəkil 38-də “Döyüşdə tətbiq edilən əsas silah və döyüş texnikası

növlərinin şərti taktiki işarələr” yazılmışdır. Hal-hazırda Azərbaycan Silahlı

Qüvvələri NATO standartlarına uyğunlaşdırıldığına görə rus taktikasının şərti işarələri

ilə deyil, NATO taktikasının şərti işarələri ilə təsvir olunur. Bundan əlavə, şəkildə

“qırmızı rənglə işarələnir” yazılsa da, şərti işarələr qara rənglə göstərilmişdir.

Səhifə 69. Şəkil 40-da “Piyadanın döyüş maşını PDM-2”-nin təsviri ilə döyüş

xassələri, silahları haqqında məlumat bir-birini tamamlamır.

Səhifə 70. Şəkil 41-də “Hərbi zirehli maşın ZTR-90 “Berejok”-un təsviri ilə

döyüş xassələri haqqında məlumat üst-üstə düşmür.

Səhifə 107. Şəkil 73-də “Güllə” təsvir edilməsinə baxmayaraq, zirehdələn

yandırıcı güllənin adı yazılmış, lakin nümunəsi göstərilməmişdir.

Səhifə 172. Tablo 5-də “7,62 mm-lik patron”ların növləri təsvir edilmişdir. Adi

patron; İzburaxan patron(ucluğu yaşıl); Zirehdələn yandırıcı patron(ucluğu qırmızı)”.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Atıcı silahların təşkili, qorunması və

saxlanması (Bakı-1995, Hərbi nəşriyyat)” təlimatında “Yandırıcı patron Qırmızı

ucluğlu və Zirehdeşən patronun isə ucluğlu Qara rənglə təsvir edilir. Zirehdeşən-

yandırıcı patron güllənin ucluğu qara rənglə və qırmızı kəmərciklə” kimi təsvir

edilmişdir.

Page 12: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

12

4. Tapşırıqların elmi-metodiki uyğunluğu

Dərslikdə hər mövzu üzrə sual və tapşırıqlar verilmişdir. Bunların içərisində həm

faktoloji biliklərə əsaslanan, həm də öyrənilənlərin tətbiqini tələb edən tapşırıqlar var.

Bəzi mövzularda ev tapşırıqları da nəzərdə tutulmuşdur. Bununla yanaşı, müəyyən

qüsurlar da var ki, bunlar aşağıdakılardır:

Səhifə 10. 2-ci sualda “Sülhməramlı ordunun modernləşdirilməsi, ilk növbədə

nəyə xidmət edir?” verilsə də, mövzuda “Sülhməramlı qoşunlar ” haqqında heç bir

məlumata rast gəlinmir.

Səhifə 46. 4-cü sual –“Hərbi qulluqçuların davranış mədəniyyəti haqqında

danışın” mövzuya uyğun deyil.

Səhifə 46. 5-ci sual– “Komandirə(rəisə) müraciət edilməsi qaydaları necədir?”

mövzuya uyğun deyil.

Səhifə 56. 1-3-cü suallar “Yerində dönmələr.Yeriş” mövzusuna aid deyil,

sualların səhifə 53-də verilməsi məqsədəuyğundur.

Səhifə 102. 1-ci sualda “Kalaşnikov avtomatının təyinatı və döyüş

xüsusiyyətləri” əvəzinə “Kalaşnikov avtomatının təyinatı və döyüş xassələri”

yazılmalıdır.

Səhifə 171. 3-cü sualda “Mülki müdafiə sahəsində vətəndaşların nə kimi

vəzifələri var” verilmişdir. Lakin (44-cü paraqraf) mövzuda bu sualla bağlı heç bir

məlumata rast gəlinmir.

Nəticə

Dərslik gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, müasir texnika

və silahlara yiyələnməsini əsasən təmin edir. Materiallar əhatəli, anlaşılan dildə

yazılmışdır. Materialların izahında çoxlu sayda şəkillərdən, sxemlərdən istifadə

olunması şagirdlərin mənimsəmə prosesini asanlaşdırır. Dərslərin sonunda verilmiş sual

və tapşırıqlar isə öyrənilənlərin möhkəmləndirilməsi, tətbiq edilməsi baxımından

əhəmiyyət daşıyır.

Bununla yanaşı, proqramda verilmiş bəzi mövzular və onlara ayrılmış saatlar

olmasına baxmayaraq, dərslikdə onlar öz əksini tapmamışdır.

Dərsliyin daha mükəmməl və milli üslubda hazırlanması üçün yeni və müasir silah,

texnika, hərbi avadanlıqlar, Azərbaycan Respublikası Müdafiə-Sənaye Nazirliyinin

Page 13: Respublikanın ümumtəhsil məktəbləderslik.edu.az/monitoring/level10/pdf_10_2014/yr_genclerin... · Nizamnamələri haqqında anlayış” mövzusu verilmiş, amma Sıra Nizamnaməsinin

13

istehsal etdiyi milli atıcı silahlar, zirehli maşınlar, artilleriya sistemləri haqqında

məlumat hazırlamaq təklif edilir.