8
Gəncə qrupu General Sisiyanov Tiflisd ən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq, oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edirdi. Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Xanlıq ləğv olunacaq. 1803 -cü ilin 22 noyabr ında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər.Şəhərin yaxınlığında dayanan Sisyanov yenidən Cavad xana məktub yazaraq, şəhəri təslim etmək barədə ultimatum verir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcəkdir. Suallar: 1.General Sisianov hansı dövlətin generalı idi? 2.Nəyə görə Gəncə xanlığının Rusiyanın himayəsi altına keçməsi təhlükəli idi? 3.Cavad xan hansı yol seçmişdir?

Cavadgence

  • Upload
    ayxan12

  • View
    122

  • Download
    3

Embed Size (px)

Citation preview

Gəncə qrupu

General Sisiyanov Tiflisdən Cavad xana yazdığı məktubunda ondan öz fəaliyyəti haqqında qısa hesabat istəyir, dostluq və sədaqət əlaməti olaraq, oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edirdi. Cavad xan belə kobud şəkildə qoyulmuş tələbləri yerinə yetirməkdən imtina edir. O başa düşür ki, bu dəfə rus himayəsi altına artıq xanlığın saxlanması şərti ilə keçmək mümkün olmayacaq. Xanlıq ləğv olunacaq. 1803-cü ilin 22 noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində hərəkət edirlər.Şəhərin yaxınlığında dayanan Sisyanov yenidən Cavad xana məktub yazaraq, şəhəri təslim etmək barədə ultimatum verir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcəkdir.

Suallar:

1.General Sisianov hansı dövlətin generalı idi?

2.Nəyə görə Gəncə xanlığının Rusiyanın himayəsi altına keçməsi təhlükəli idi?

3.Cavad xan hansı yol seçmişdir?

Qarabağ

qrupu Şəhərin yaxınlığında dayanan Sisyanov yenidən Cavad xana məktub yazaraq, şəhəri təslim etmək barədə ultimatum verir. Cavad xan cavab verir ki, o, Gəncəni döyüşərək müdafiə edəcəkdir. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın adamlarını başına yığaraq, düşmənin üzərinə yeriyir. Döyüş dahi şairimiz Nizami Gəncəvinin məqbərəsi yaxınlığında, Quru qobu adlanan yerdə baş verir. Qüvvələr nisbəti açıq-aydın görünürdü ki, bərabər deyil və buna görə də gəncəlilər ağır itkilər verdikdən sonra geri çəkilərək, qalanın darvazalarını bağlayırlar.

1.Ultimatum sözünün

mənasını necə başa

düşürsünüz?

2.Quru qobu yeri nə ilə

məşhurdur?

IRƏVAN QRUPU

ROLLU OYUN:

Verilmiş mətn əsasında Sisianovun və Cavad xanın rolunu ifadə edin

Düz bir ay Sisiyanovun

ultimatumlarına Cavad xan

birmənalı şəkildə eyni cür cavab

verir: "Şəhəri verməyə gəlincə, bu

niyyətindən çəkin, çünki bu olan iş

deyil. Sən Gəncəyə yalnız mənim

meyitimin üzərindən girə bilərsən.

Başa düşürsənmi? Ancaq mən

öləndən sonra, başqa heç cür."

Qazax qrupu Cavad xanın hakimiyyəti

dövründə Gəncə çiçəklənir. Ticarət genişlənir, müxtəlif sənət sahələri

inkişaf edir. Yaşayış binaları, karvansaralar, məscidlər tikilir. Cavad xanın

sarayında alimlər, yazıçılar və şairlər toplaşırdı Qədim Gəncənin azadlıq

simvolu Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad

edilib. 1804-cü ilin yanvarın 3-dən 4-nə keçən gecə işğalçı rus qoşunları ilə

qeyri-bərabər döyüşdə şəhid olan xanın ölümünün 208-ci ildönümü

münasibətilə “Cavad xan” ənənəvi meydan tamaşası göstərilib.

Cavad xan küçəsində Cavad xan Ziyadxan oğlu Qacarın xatirəsinə həsr

olunmuş bədii səhnə nümayiş

etdirilib.

Bu mətn əsasında verilmiş suala cavab verin:

Cavad xanın dövründə Gəncə xanlığının vəziyyəti necə idi?

1.

2.

3.

Azərbaycan xalqı Cavad xanın xatirəsini necə yaşadır?

Şəmşəddil qrupu:

Rusiyaya xoşluqla birləşən xanlıqlardan fərqli olaraq Gəncədə xüsusi

hərbi vəziyyət recimi tətbiq edildi. İnadkar şəhərin minillərin silə

bilmədiyi adını da dəyişərək rus padşahının xanımının «ecazkar»

ismini verdilər.Şəhər Elizavetpol adlandırmağa başladı. Və bu qədim,

comərd şəhər düz 114 il yad qadın adını daşıyası oldu. Amma ad

dəyişməklə yaddaşları pozmaq mümkün deyildi.

Nəyə görə şəhərin adı

dəyişdirildi?Çar Rusiyası öz

məqsədinə çata bildimi?

Nadir şahın siyasəti Azərbaycan

əhalisini tamam müflisləşdirdi.

1747-ci ildə şahın öldürülməsi

müstəqilliyə olan mübarizəni daha

da gücləndirdi ki, bunun da

nəticəsində Azərbaycan ayrı-ayrı

feodal torpaqlarına - xanlıqlara

parçalandı. XVIII əsrin ortalarında

belə xanlıqlardan biri də Gəncə

xanlığı idi. Nadir şahın siyasəti

Azərbaycan əhalisini tamam

müflisləşdirdi. 1747-ci ildə şahın

öldürülməsi müstəqilliyə olan

mübarizəni daha da gücləndirdi ki,

bunun da nəticəsində Azərbaycan

ayrı-ayrı feodal torpaqlarına -

xanlıqlara parçalandı. XVIII əsrin

ortalarında belə xanlıqlardan biri də

Gəncə xanlığı idi. XVIII əsrin 80-ci

illərində hakimiyyətdə olan Cavad

xanın (1785-1804) dövründə Gəncə

xanlığı xeyli möhkəmləndi. O

müstəqil xarici siyasət yeridirdi.

Gəncə xanlığı özü tədavülə pul

buraxırdı. Bu dövrdə tacir və

mülkədarları, feodalları müdafiə

edən çar Rusiyası öz növbəsində

yeni-yeni torpaqlar ələ keçirmək,

özü üçün yeni bazarlar tapmaq

istəyirdi. Bu səbəbdən Rusiya üçün

Azərbaycan iqtisadi və strateji

cəhətdən böyük əhəmiyyətə malik

idi.