20
MÖVZU: Biomüxtəliflik və onun qorunması AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÖVZU: Biomüxtəliflik və onun qorunması

  • Upload
    lotte

  • View
    190

  • Download
    3

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. MÖVZU: Biomüxtəliflik və onun qorunması. PLAN: 1. Giriş 2. Bitki genetik müxt ə lifliyinin v ə ziyy ə tin ə t ə sir ed ə n amill ə r - PowerPoint PPT Presentation

Citation preview

Page 1: MÖVZU: Biomüxtəliflik və onun qorunması

MÖVZU: Biomüxtəliflik və onun qorunması

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Page 2: MÖVZU: Biomüxtəliflik və onun qorunması

PLAN:

1.Giriş2.Bitki genetik müxtəlifliyinin vəziyyətinə təsir edən amillər3.Kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları və ərzaq məqsədilə istifadə olunan yabanı bitki müxtəlifliyi4.Biomüxtəlifliyin məzmunu və mahiyyətibiomüxtəlifliyin qorunmasında təbiət-cəmiyyət münasibətlərinin rolu, insan məskənləri və məskunlaşmanın biomüxtəlifliyə təsiri5.Biomüxtəlifliyin və ətraf mühitin qiymətləndirilməsi üsulları6.Azərbaycanda bioloji müxtəliflik, növlərin müxtəlifliyi və genetiki müxtəliflik

Page 3: MÖVZU: Biomüxtəliflik və onun qorunması
Page 4: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Mühit amilləri 2 formada olub, ekoloji amil kimi də hesab olunur

biotikcanlı;

bütün orqanizmlərin, о cümlədən insanın fəaliyyəti ilə bağlı olan amillər.

abiotikcansız, qeyri-üzvi, kosmik, iqlim və s. amilləri.

Page 5: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Bioloji müxtəliflik

ekoloji dəyişiklikl

ər şəraitində

təbiətə ciddi

antropogen təsirlər

qlobal geoloji

şəraitində

insanın ən etibarlı müttəfiqi və canlı həyat üçün əsasdır.

Page 6: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Məşhur bioloq E.Vilson biomüxtəlifliyi (bioloji müxtəlifliyi) "həyatın məğzi" adlandırmışdır. Biomüxtəliflik Yer üzərində mövcud olan genlərdən ekosistemlərə qədər bütün canlıların əmələ gətirdiyi müxtəlifliyin məcmusu deməkdir.

Page 7: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Biomüxtəlifliyin təşkil olunma səviyyələri

genlərpopulyasiyalar

növlərareallar

Biomüxtəliflik ekosistemlərin ən vacib elementlərindən biridir.

Page 8: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Sort və forma müxtəlifliyinin çoxluğuna

buğda

qarğıdalı

çəltik (düyü) və s. bitkilərin dünyada

mövcud olan kolleksiyaları

daxildir

Page 9: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Mədəni bitkilərin yabanı əcdad və qohumlarının müxtəlifliyi tədricən

azalmaqdadır. Azərbaycanda buğdanın yabanı növləri aran, dağətəyi, və dağlıq

rayonlarda yayılmışdır.Dağlıq və dağətəyi zonalarda itmək

təhlükəsi ilə üzləşmiş 3 yabanı buğda növü bitir: təkdənli buğda – T.boeoticum

Boiss., ikidənli buğda – T.araraticum Yakubs. və b.

Müəyyən edilmişdir ki, T.boeoticum Boiss. növünün ayrı-ayrı növmüxtəliflikləri

Zəngilanda (dəniz səviyyəsindən 600-800 m yüksəklikdə) Bəsitçay vadisində, Naxçıvanda

Şərur və Ordubad bölgələrində, Cəbrayıl rayonu ərazisində yayılmışdır.

Aegilops cinsinə aid 9 növ Azərbaycanda geniş yayılmışdır. Araşdırma zamanı bəzi yerlərdə bu cinsin növlərinə 2000 m-dən bir qədər yuxarıda da rast gəlinmişdir.

Kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları və ərzaq məqsədilə istifadə

olunan yabanı bitki müxtəlifliyi

Page 10: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Çovdarın 4 yabanı növü yayılmışdır: alaq-tarla çovdarı (S.segetale Roshev.), Vavilov çovdarı – (S.vavilovi Grossh.), Anadolu çovdarı (S.anatolicum Boiss.), meşə çovdarı (S.sylvestre Host.).

Azərbaycanda lərgənin 17, gülülün (Vicia L.) 40 yabanı növü yayılmışdır.

Sorgonun 2, darının 3 yabanı növü (Panicum capillare L., P.dichotomiflorum M., P.sumatrens Roth ety Roem) florada qalmaqdadır. Cənub bölgəsində Medicago glutinosa Bieb., Eremurus spectabilis, Solanum sysimbrifolium kimi növlər də təbii areallarını itirməkdədirlər

Tərəvəz-bostan bitkilərinin yabanı əcdad və qohumları içərisində Physalis L. (2 yabanı növ), Allium L. (41 yabanı növdən 6-sı Azərbaycanın endemidir), Amaranthus L. (yabanı bitən 6 növ), Rumex L. (17 növ), Polygonum L. (27 növ), Calligonum L. (4 növ), Malva L. (10 növ), Alcea L. (8 növ), Mentha L. (Azərbaycanda 5 növü var, bunlardan 4-ü yabanıdır) daha geniş yayılmışdır

Page 11: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Biomüxtəlifliyin məzmunu və mahiyyəti

Biomüxtəlifliyin əsasını biosenozlar təşkil edir.

Biosenoz biotop (canlı orqanizmlərlə məskunlaşmış az və ya çox dərəcədə bircins (oxşar) quru və ya su hövzəsi hissəsi) daxilində məskunlaşmış, bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqələri ilə səciyyələnən bitki, heyvan və mikroorqanizm lərin məcmusudur.

Bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan biosenoz və biotop bu və ya digər dərəcədə dayanıqlı bir təbii kompleks - biosferin elementar funksional vahidi olan ekosistem əmələ gətirir. deməli, biomüxtəlifiik ekosistemlərin ən vacib elementlərindən biridir.

Əgər yer üzündə biomüxtəliflik tamamilə məhv olsaydı, insan birbaşa və ya dolayısı yolla təbiətdən əldə etdiyi ərzaq və təsərrüfat məhsullarınıi tapmaz, yeri kəskin ultrabənövşəyi süalanmadan mühafizə edən ozon qatı yox olar, atmosferdə oksigenin sürətlə azalması nəticəsində nəfəs almaq çətinləşər, iqlim isə həyat üçün dözülməz hala düşərdi.

Biomüxtəlifliyin, təbiətin, vəhşi heyvanların və genetik resursların mühafizəsi bu prioritetli istiqamətin, cəmiyyətin, xüsusilə gələcək nəsillər üçün əhəmiyyəti şəksizdir, çünki hal-hazırda bu məsələlərin, lokal və milli səviyyələrdə həlli heç də qənaətbəxş deyildir.

Page 12: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Biomüxtəlifliyin qorunmasında təbiət-cəmiyyət münasibətlərinin rolu, insan məskənləri və məskunlaşmanın biomüxtəlifliyə təsiri

Page 13: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Təbiət Cəmiyyət

Ekoloji istifadə

İqtisadi maraqlar

Maddi tələblərin ödənilməsi

Sağlam ətraf mühitin təmin olunması

Mənəvi və sosial psixoloji tələblərin ödənilməsi, rekreasiyası

Təbiət-cəmiyyət münasibətləri və ekoloji istifadə

Page 14: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Ekosistem

Enerji mübadiləsi

Ətrafmühit

Biosenoz

Biotop

Maddələr mübadiləsi

İnformasiya mübadiləsi

Ətraf mühitin strukturu və əlaqələri

Page 15: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Ətraf mühit

Enerji mübadiləsi

İnformasiya mübadiləsi Maddələr

mübadiləsi

Mikro bosenoz

Fitosenoz Zoose

noz

Klim

ato

pTropfotop

Ekotop

Biosenoz

Ətraf mühit amillərinin qarşılıqlı əlaqəsi

Page 16: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Proqnozun dəqiqliyi aşağıdakı 3 vəzifənin nə

dərəcədə tam həll edilməsindən asılıdır:

1) Emprik (praktiki, təcrübi) informasiyanın toplanması, identifikasiyası və analizi

2) Proqnozların tərtibində istifadə edilən modellərin qurulması

3) Bu modelin istifadəsi və ekoloji optimal qərarın qəbulu

Page 17: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Azərbaycanda bioloji müxtəliflik növlərin müxtəlifliyi və genetiki müxtəliflik

Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir.

Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir.

Azərbaycan Respublikasının "Qırınızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir.

Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlgi, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış lərameyası və s.) daxil edilmişdir.

Page 18: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Floranın nəsli kəsilməkdə olan inciləri

Page 19: MÖVZU: Biomüxtəliflik və onun qorunması

Genefondu təşkil edən nadir bitki növləri

Page 20: MÖVZU: Biomüxtəliflik və onun qorunması

DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM