20
Mövzu 5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari Plan Dielektriklərin fiziki-kimyəvi xarakteristikaları və onların təyin olunma metodları. Ədəbiyyat 1.Богородицкий Н.П. и др. Электротехнические материалы. Издание шестое, переработанное. Л., «Энергия», 1977. 2.Корицкий Ю.В. и др. Справочник по электротехническим материалам. Л., «Энергоатомиздат», 1988. 3.Казарновский Д.М., Тареев Б.М. Испытание электроизоляционных материалов и изделий.Л., «Энергия», 1980. 4.Васильев Н.П. Лабораторные работы по электроматериаловедению. М., «Высшая школа», 1982. 1

Mövzu 5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

  • Upload
    chaman

  • View
    242

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

Mövzu 5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari. Plan Dielektriklərin fiziki-kimyəvi xarakteristikaları və onların təyin olunma metodları. Ədəbiyyat 1.Богородицкий Н.П. и др. Электротехнические материалы. Издание шестое, переработанное. Л., «Энергия», 1977. - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

1

Mövzu 5. Dielektriklərin fiziki – kimyəvi və mexanikixarakteristikalari

Plan Dielektriklərin fiziki-kimyəvi xarakteristikaları və onların təyin

olunma metodları.Ədəbiyyat

1.Богородицкий Н.П. и др. Электротехнические материалы. Издание шестое, переработанное. Л., «Энергия», 1977.

2.Корицкий Ю.В. и др. Справочник по электротехническим материалам. Л., «Энергоатомиздат», 1988.

3.Казарновский Д.М., Тареев Б.М. Испытание электроизоляционных материалов и изделий.Л., «Энергия»,

1980.4.Васильев Н.П. Лабораторные работы по

электроматериаловедению. М., «Высшая школа», 1982.

Page 2: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

2

Dielektriklərin fiziki – kimyəvi və mexaniki xassələri

Konkret tətbiq üçün elektrik izolyasiya materiallarının seçilməsi zamanı yalnız onun normal şəraitdəki elektrik xüsusiyyətlərinə diqqət yetirmək lazım deyil, həm də ətraf havanın nəmliyinin, yüksək temperaturların, şaxtaların və radioaktiv şüaların təsiri zamanı onların stabilliyinə baxmaq lazımdır. Məmulatların normal istifadə edilməsi böyük dərəcədə materialların mexaniki xüsusiyyətlərindən asılıdır: onların dartılmaya, sıxılmağa, əyilməyə, zərbəyə, bərkliyə və elastikliyə davamlılığı bir sıra hallarda məmulatlara, beləliklədə, məlum dərəcədə materiallara müxtəlif amplitudalarda və rəqs tezliklərində titrəyişə davamlılıq tələbləri qoyulur. Müxtəlif materialların yığımından ibarət olan detallar (hissələr) üçün, temperaturdan xətti genişlənmə əmsalları böyük əhəmiyyət daşıyır.

Page 3: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

3

Elektrik maşınlarının və aparatlarının

hazırlanmasının texnoloji proseslərinin işlənməsi həmçinin materialların fiziki, kimyəvi və

mexaniki xüsusiyyətlərini (məsələn, oksidləşməsini, həll olunmasını,

yapışdırılmasını) bilməyi tələb edir. Tropik şəraitdə məmulatların xidmət müddəti

çürüdücü bakteriyalara, həşəratlara və kiflərin yaranmasına qarşı kimyəvi qoruyucu materialların etibarlılığından aslıdır.

 

Page 4: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

4

Dielektriklərin nəmlik xüsusiyyətləri

Elektrik izolyasiya materialları böyük və ya kiçik dərəcədə d.d. ətraf mühitdə olan nəmliyi özünə hopdurma qabiliyyətinə malikdirlər, və rütubət keçirəndirlər, d.d. su buxarını özündən keçirmə qabiliyyətinə malikdir. Atmosfer hava tərkibində həmişə bir qədər su buxarı saxlayır .

Havanın mütləq nəmliyini havanın vahid həcmində olan (m3) su buxarının kütləsi ilə (m) qiymətləndirirlər . Doyma zamanı (mdoy) hər temperatura müəyyən mütləq nəmlik qiyməti uyğun gəlir. Hava, böyük miqdarda suyu saxlaya bilməz, o şeh şəklində yerə düşür. Havanın doyması üçün lazım olan mütləq nəmlik, temperaturun artması ilə kəskin sürətdə artır, d.d. su buxarlarının təzyiqi də artır.

Page 5: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

5

Havanın nisbi nəmliyini faizlə ifadə olunan nisbət adlandırırlar

Şəkildə havanın mütləq nəmliyinin (normal atmosfer təzyiqində) nisbi nəmliyin φ müxtəlif qiymətlərinə uyğun gələn qiymətləri verilmişdir. Yuxarıdakı əyri su buxarı ilə tamamilə doymuş havaya uyğun gəlir. Normal temperatur (200 C) və normal atmosfer təzyiqdə (0,1Mpa) mdoy qiyməti 17,3 q / m3 təşkil edir.

Page 6: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

6

Normal atmosfer təzyiqində və nisbi nəmliyin müxtəlif qiymətlərində havanın mütləq nəmliyinin temperaturdan asılılığı.

Page 7: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

7

  Havanın normal nəmliyi (müxtəlif sınaqlar üçün, materialların

standart isladılma şəraitdə xassələrini təyin etmək üçün) ümumiyyətlə havanın nisbi rütubətini = 65% qəbul edirdilər.

Normal nəmlikli havada 200C-də m = 17,3 • 0, 65 = 11, 25 q / m3 su buxarları saxlanır..

Su aşağı xüsusi müqavimətli, təxminən 103 – 104 Om·m olan güclü dipol dielektrikdir, və ona görə də onun bərk dielektriklərin

məsamələrinə düşməsi onların elektrik xassələrinin kəskin azalmasına gətirir. Nəmliyin təsiri əsasən yüksək temperaturlardan (300 – 400 C) və nəmliyin 98 – 100%-ə yaxın yüksək qiymətlərində gözə çarpır.

Belə şəraitlər nəmli tropik iqlimi olan ölkələrdə müşahidə edilir, həm də yağışlar dövründə onlar uzun müddət saxlanıla bilər ki, bu da

elktrik maşınlarının və aparatlarının istismarına ağır təsir göstərir. Birinci növbədə havanın yüksək nəmliyinin təsiri dielektriklərin səthi

müqavimətlərində özünü göstərir. Bərk polyar dielektriklərdən hazırlanmış elektrik izolyasiya hissələrinin səthini nəmliyin təsirindən

qorumaq üçün onların səthini suda islanmayan laklarla örtürlər.

Page 8: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

8

Mayenin damcısı dielektrikin islanan səthində (a) və islanmayan səthində (b).

Page 9: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

9

Dielektrikin su (və ya digər maye ilə) ilə islanma qabiliyyəti yastı səthə çəkilmiş su damcılarının

kənarlarının islatma bucağı θ ilə xarakterizə olunur. θ bucağı nə qədər az olsa islanma o qədər güclüdür;

isladilan səthlər üçün < 900 (şəkil ....., a), isladılmayan üçün > 900 (şəkil, b).

Dielektriklərdə açıq həcmi məsaməliliyin olması zamanı və ya onların strukturu sıx olmayan zaman

nəmlik materialın daxilinə nüfuz edir.

Page 10: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

10

Dielektriklərin fiziki-kimyəvi xarakteristikaları vəonların təyin olunma metodları

Dielektriklərin keyfiyyətini və onları bu və ya digər şəraitlərdə istifadə oluna bilmə imkanlarını qiymətləndirmək üçün onların müxtəlif fiziki-kimyəvi xarakteristikalarını bilmək vacibdir.

Onlara aiddirlər:---- özülülük;---- turşuluq;---- kimyəvi davamlılıq;---- atmosfer davamlılığı;---- tropikə davamlılığı və s.

Page 11: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

11

Maye dielektriklər üçün ( elektrik izolyasiya yağları, laklar, tökmə və hopdurma kompaundları və onlar kimi

materiallar ) ən vacib xarakteristikalardan biri özlülükdür. Özlülük özünü, mayenin nisbi yerdəyişməsi

zamanı, daxili sürtünmə əmsalı kimi göstərir. Əgər mayenin özlülüyü böyükdürsə, onda maye qatıdır, onun

hissəcikləri kiçik hərəkərliliyə (mütəhərrikliyə) malikdirlər. Əgər özlülük azdırsa, onda mayenin

hissəcikləri çox hərəkətlidirlər. Maye dielektriklərin hopdurma xasusiyyətləri onların özlülüyü ilə təyin edilir. Maye dielektrikin özlülüyü nə qədər az olarsa, onda onun hissəcikləri məsaməli dielektriklərə və dolaqların sarğıları

arasında bir o qədər dərin daxil olur.

Page 12: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

12

viskozimetr

Özlülüyü viskozimetrin köməyi ilə ölçürlər. Viskozimetrin işi müəyyən həcmli qabdakı mayenin onun dibindəki silindrik deşikdən axma müddətinin ölçülməsinə əsaslanır. Axma müddətinin çox olması özlülüyün çox olmasına dəlalət edir. Transformatora tökülən yağın özlülüyü mümkün qədər az olmalıdır ki, yağ dolaqdan istiliyi daha yaxşı kənarlaşdırsın. Sadə viskozimetrin sxemi aşağıdakı kimidir.Axım deşiyinin diametri 4mm olmalıdır və tıxacla qapanmalıdır. Özlülük mayenin qaba axma müddəti ( san. ) ilə təyin edilir.

1 – qab; 2 – tutqac; 3 – ştativ;4 – horizontal

quraşdırmaq üçün ştift; 5 – maye qəbuledici qab; 6 – axıtmaq üçün

dəlik ;7 – içlik.

Page 13: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

13

Aşağıdakı növ özlülükləri seçirlər:

şərti;dinamiki;kinematik.

Page 14: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

14

Şərti özlülüyün qiyməti, verilmiş temperaturda 200ml elektrik izolyasiya mayesinin axma müddətinin, 200ml suyun 20oS temperaturda axma müddətinə nisbəti kimi

özünü göstərir. 200ml suyun 20oS-də axma müddəti cihazın sabiti adlanır, o 50...52 san-yə bərabərdir. Maye

dielektriklərin şərti özlülüyünü təyin etmək üçün universal viskozimetr ВУ istifadə olunur.

SU

M

TT

V = TSU = 50 ... 52 san.

Page 15: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

15

universal viskozimetr ВУ

1 – ölçü kolbası2 – elektrik qızdırıcı pribor3 – axıtmaq üçün dəlik4 – içlik5 – termometr6 – termometr7 – içlik üçün dəlik8 – krışka9 – qarışdırıcının qolu10 – latun qab11 – göstərici12 – su hamanı13 – qarışdırıcı14 – quraşdırıcı vint15 – metka

Page 16: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

16

Dinamiki özlülük Stoks qanunu əsasında təyin edilir. Bu qanuna əsasən polad kürəciyin mayedə hərəkət sürəti bu düsturla təyin edilir:

rf

V6

=

m/san

Burada f – kürəyə təsir edən qüvvə, N;

ɳ - mayenin cinsini və növünü müəyyən edən əmsal, Paskal · san;

r – kürənin radiusu, m.

V

f

Dinamiki özlülük kürəli viskozimetrin köməyi ilə təyin edilir. Kürəli viskozimetrlər polad kürənin öz ağırlığı altında sınağı aparılan mayeyə batma sürətinin ölçülməsinə əsaslanır. Saniyə ölçən vasitəsi ilə şüşə silindrin divarında qeyd olunmuş iki nöqtə arasındakı şaquli məsafəni kürənin keçmə müddəti qeyd edilir. Şüşə silindrin içərisində sınaqdan keçirilən maye doldurulur.

Mayenin özlülüyü nə qədər azdırsa, kürəni bir o qədər kiçik götürmək lazım gəlir, belə ki, batma sürəti V həddindən çox böyük olmasın və kifayət qədər dəqiqliklə ölçülə bilsin.

Page 17: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

17

Kinematik özlülük

Kinematik özlülük mayenin dinamiki özlülüyünün onun sıxlığının nisbətinə bərabərdir:

mV=

Page 18: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

18

Turşuluq

Turşuluq turşu ədədinin qiyməti ilə təyin edilir. Turşu ədədi – bu kəmiyyət 1q maye dielektrikin tərkibində olan sərbəst turşunu neytrallaşdırmaq üçün lazım olan kalium hidroksidin ( KOH ) miqdarıdır. Ölçü vahidi

.)(

qKOHmq

Maye izolyasiyada sərbəst turşunun olması verilmiş mayenin keyfiyyətinin pisləşməsinə gətirib çıxarır və transformator dolağının izolyasiyasını dağıdır. Buna görə də istismar prosesində turşu yaranması buraxılmazdır, hansı ki, turşuluq ədədi ilə qiymətləndirilir və ciddi nəzarətdə saxlanılır.

Transformator yağında buraxıla bilən turşuluq ədədinin qiyməti göstərilən normadan böyük olmamalıdır:

M qKOHmq )(

≤ 0,25

Page 19: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

19

Kimyəvi davamlılıq

Elektrik izolyasiya materiallarının kimyəvi davamlılığı izolyasiyanın müxtəlif kimyəvi qarışıqlara malik atmosferdə istifadəsi ilə əlaqədar olan istismar şəraitində böyük əhəmiyyətə malikdir. Yağ doldurulmuş transformatorlarda, kondensatorlarda və elektrik aparatlarında tətbiq edilən bərk elektrik izolyasiya materialları neft yağının təsirinə davamlı olmalıdırlar.

Məmulatların kimyəvi davamlılığını sınaqdan keçirmək üçün müxtəlif turşular, aseton, metil spirti, benzol, toluol və s. maddələr tətbiq edirlər.

Sınaq metodları aşağıdakılardır:• kimyəvi davamlılığı kütlənin dəyişməsinə görə təyin etmək;• kimyəvi davamlılığı xətti ölçülərin dəyişməsinə görə təyin etmək;• kimyəvi davamlılığı mexaniki xüsusiyyətlərin dəyişməsinə görə təyin

etmək.

Page 20: Mövzu  5. Dielektriklərin fiziki – kimyəvi və mexaniki xarakteristikalari

20

Atmosfer davamlılığı altında elektrik izolyasiya materiallarının atmosfer faktorlarının təsirinə dözümlülük başa düşülür: yüksək

nəmliyə, ozona, günəş radiasiyasına, atmosfer çöküntülərinə və b.b. Elektrik avadanlıqlarının, o cümlədən elektrik izolyasiya

materiallarının iş şəraiti tropik klimatda əhəmiyyətli dərəcədə dəyişir. Tropik klimat materiallara və məmulatlara təsir xarakterinə

görə nəm və quru iqlimə bölünür. Nəmli tropik iqlim yüksək nisbi nəmliyin yuxarı temperaturla

uyğunlaşması ilə xarakterizə olunur. Bu iqlim üçün güclü lehsanlar, yüksək günəş radiasiyası və bioloji faktorların ( kiflənmə, həşaratlar,

kəsəyənlər və s. ) xarakterikdir.Quru tropik iqlim havanın yüksək temperaturu və güclü günəş radiasiyası havanın nisbətən aşağı nəmliyi ilə və havada toz və

qumun olması ilə xarakterikdir. İzolyasiya materialları o vaxt tropikə davamlı sayılır ki, onlar göstərilən zərərli təsirlərə dözə bilsinlər və öz xüsusiyyətlərini

saxlaya bilsinlər.