14
Aqronomluq ixtisasının “Bitki mühafizəsi” ixtisaslaşması üzrə “Ümumi fitopatologiya” kursu Mövzu 3. Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti P L A N: 3.1 Xəstəlik nədir ? 3.2 Patoloji proses və onun mahiyyəti 3.3 Patomorfoloji dəyişikliklər 3.4 Patofizioloji- biokimyəvi dəyişikliklər 3.5 Bitki xəstəliklərinin tipləri və simptomları 3.6 Bitki xəstəliklərinin təsnifatı

Mövzu 3 . Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

Embed Size (px)

DESCRIPTION

Aqronomluq i xtisas ı nın “Bitki mühafizəsi” i xtisaslaşması üzrə “Ümumi fitopatologiya” kursu. Mövzu 3 . Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti. P L A N: 3 . 1 Xəstəlik nədir ? 3.2 Patoloji proses və onun mahiyyəti 3.3 Patomorfoloji dəyişikliklər - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

Aqronomluq ixtisasının “Bitki mühafizəsi” ixtisaslaşması üzrə

“Ümumi fitopatologiya” kursu

Mövzu 3. Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

P L A N:

3.1 Xəstəlik nədir ? 3.2 Patoloji proses və onun mahiyyəti3.3 Patomorfoloji dəyişikliklər3.4 Patofizioloji- biokimyəvi dəyişikliklər3.5 Bitki xəstəliklərinin tipləri və simptomları3.6 Bitki xəstəliklərinin təsnifatı

Page 2: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

ƏDƏBİYYAT

1. Cəfərov İ. Ümumi fitopatologiya. Bakı: Elm, 2007, 392 s.2. Cəfərov İ.H. Fitopatologiya (fənnini öyrənilməsinə dair metodik vəsait) Bakı: Elm, 2008, 184 s.3. İbrahimov A.Ş., Abdulova Z.A., Mehdiyeva L.N. Mikologiya. Bakı: “Bakı Universiteti”, 2008, 324 c.4. M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin Fitopatoloji. Erzurum: 2010, 256 s.5. Головин П.Н., Арсенъева М.В., Тронова А.Т. Практикум по общей фитопатологии. Санкт-Петербург, изд. Ланъ, 2002, 288 с.6. Защита растений в устойчивых системах землепользования / Под общей ред. док. с.х. наук Д.Шпаара, книга 1, Торжок ООО «Вариант», 2003, 391 с.7. Попкова К.В. Общая фитопатология. М.: Агропромиздат, 1989, 362 с.8. Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с.9. Чикин Ю.А. Общая фитопатология (часть 1). Учебное пособие - Томск: ТГУ, 2001, 170 с.

Page 3: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

Bitki xəstəliyi patoloji proses olub, sahib bitki, xəstəlik törədici və ətraf mühit amillərinin təsiri altında baş verir.

Xəstəlik haqqında ilk tərif hələ XIX əsrin əvvəllərində A.Frank (1812), O.Dekandol (1832) tərəfindən verilmişdir. Alimlər hesab etmişlər ki, bitkinin normal fizioloji vəziyyətindən hər hansı bir kənarlaşması onun xəstəliyidir. Belə anlayış bitki xəstəliyi haqqında birtərəfli təsəvvür yaradır, xəstəliyə yalnız fizioloji hal kimi baxır, ona səbəb amillər barədə isə fikir yaratmır. Bir sıra əlavələrlə bu nöqteyi nəzəri XX əsrin alimlərindən S.İ.Rostovsev, A.Ş.Bondarsev, E.Stekmen, Dj.Xarrar və başqaları da müdafiə etmişlər.

Bitki xəstəliyi - bu məhsulu məhv edəndir (A.Frank, 1812).

Bitki xəstəliyi - bu bitkinin normal fizioloji vəziyyətdən kənarlaşmasıdır (O.Dekandol, 1832).

3.1 Xəstəlik nədir ?

Page 4: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

Bitki xəstəliyi filogenezdə bitki orqanizmi ilə mühit arasında for-malaşan münasibətlərin pozulmasının nəticəsidir (N.Naumov, 1926).

Bitki xəstəliyi - bütöv bitkini və ya onun ayrı-ayrı orqanlarına toxunan və bəzən bitkinin vaxtından əvvəl məhv olmasına səbəb olan normal həyati proseslərinin pozulmasıdır (F.T.Brooks, 1953).

Bitki xəstəliyi haqqında müasir anlayış DÜİST 24507-81-ə aiddir: «Fitopatogenin və ya əlverişsiz mühit şəraitinin təsiri altında hüceyrə, toxuma, orqan və bütövlükdə bitkidə normal maddələr mübadiləsinin pozulması xəstəlikdir» (K.V.Popkova, 1989).

Bitki xəstəliyi - bitki orqanizminin strukturunun və funksiyaları-nın patogenlə qarşılıqlı əlaqələr nəticəsində pozulmasıdır, bu isə bioloji məhsuldarlığın aşağı düşməsinə və ya bitkinin məhv olmasına səbəb olur (A.Belyayev, 1999).

Qeyd etmək lazımdır ki, bitkidə gedən fizioloji və struktur pozul-malar onun məhsuldarlıq göstəricilərinə təsir edir: bir çox hallarda məhsul kəskin azalır, başqa halda isə onun keyfiyyəti pisləşir.

Page 5: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

Örtük

Sitoplazma

Nüvə

Mitoxondri

Ribosomlar

Lizasom

Holci aparatı

Xloroplast

Xromoplast

Etdoplazmatik şəbəkə

Plazmodesma Mikro borular

Nişasta dənəsi

Vakuol

Sağlam bitki hüceyrəsi və onun komponentləri

Page 6: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

Hüceyrə daxilində qaustoriyalar

Page 7: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

Mildyu ilə yoluxmuş üzüm yarpaqlarının alt səthinə ağızcıq vasitəsilə parazitin konididaşıyanlarının çıxışı

Page 8: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti
Page 9: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti
Page 10: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti
Page 11: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti
Page 12: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

3.2 Patoloji proses və onun mahiyyəti

Xəstə bitki- özünəməxsus bioloji sistemdir, onun çərçivəsi daxilində iki orqanizmin- bitki və patogenin böyüməsi, inkişafı baş verir. Bitki xəstəliklərini öyrə-nən zaman aşağıdakıları nəzərə almaq lazımdır: 1. Bilavasitə xəstəlyin səbəbinin öyrənilməsi; 2. Xəstə bitkinin xüsusiyyətlərinin tədqiq edilməsi, sahib bitkinin və patogenin qarşılıqlı əlaqələrinin öyrə-nilməsi; 3.Patoloji prosesin inkişafına təsir edən ətraf mühit şəraitinin öyrənilməsi.

Page 13: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

PSEUDOMONAS

ERWİNİA

MONİLİA

CLASTEROSPORİUM

XANTHOMONAS

VERTİCİLLUM

PRUNUS NECROTİK RİNG-SPOT VİRUS

Page 14: Mövzu  3 .  Xəstəliklərin əmələ gəlməsi və mahiyyəti

T.D.Straxov (1962) yazır: «Ətraf mühit amillərinin köməyi ilə, bütün sort xüsusiyyətlərinin seçilməsi və qidalanma şəraitini dəyiş-məklə təkamül prosesi nəticəsində formalaşan parazit və bitki qar-şılıqlı əlaqələrini pozmaq olar». Patoloji prosesin inkişafı haqqında deyilən fikirlər dünyanın bir sıra alimləri tərəfindən qəbul edilir və təkmilləşdirilir. Bu nöqteyi nəzərdən E.Qoyman (1954), E.Müller, B.Lefler (1995), Y.T.Dyakov (2001) və baş-qalarının fikirləri maraq kəsb edir. Alimlər göstərirlər ki, ətraf mühit amilləri həm yoluxmaya qədər xəstəlik törədicinin həyatına və bitkinin həssaslığına, eləcə də xəstəliyin gedişi dövrün-də onlara güclü surətdə təsir edə bilirlər. Oxşar fikrləri E.Stekmen, Dj.Xarrar (1959), H.İbrahimov (1962), K.V.Popkova (1989) da söyləyirlər ki, bütün parazit xəstəliklərin inkişafı açıq- aydın patogen, sahib bitki və ətraf mühit amillərindən asılıdır.