21
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: Quduzluq və aueskiMÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010

FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Quduzluq və aueski ”

  • Upload
    ivory

  • View
    198

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Quduzluq və aueski ” - PowerPoint PPT Presentation

Citation preview

Page 1: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ

EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI

FƏNN: İnfeksion xəstəliklərin əsasları  

MÖVZU: “Quduzluq və aueski”  

MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu   

Gəncə-2010

Page 2: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

PLAN1. Tarixi məlumat2. Xəstəliyin törədicisinin bioloji xüsusiyyətləri3. Epizootoloji məlumatlar4. Patogenez5. Xəstəliyin gedişi və kliniki əlamətləri6. Patoloji –anatomiki dəyişikliklər7. Diaqnoz8. Təfriqi diaqnoz9. Müalicə10. İmmunitet11.Profilaktika və mübarizə tədbirləri.

Page 3: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Istifadə olunan ədəbiyyatlar 1. R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi

epizootologiya”. Bakı, Maarif, 1990.2. R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov-

“Epizootologiya”. Bakı, Maarif, 1998.3. Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan

xəstəlikləri”., 2006.4. R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev,

İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002.

5. Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.

Page 4: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

QUDUZLUQ (Rabies) Quduzluq (Rabies) ağır gedişli infeksion xəstəlik olub poliensefalomielit

(mərkəzi sinir sisteminin ağız zədələnməsi) və polinefrit simptomlar kompleksi ilə səciyyələnir. Xəstəlik bütün növ istiqanlı heyvanlar və insanlar üçün təhlükəlidir.

Tarixi məlumat. Xəstəlik çox qədim tarixə malikdir və ilk elmi məlumat XIV əsrdə D.Frakastoraya məxsusdur. 1780-ci ildə rus alimi D.Samoyloviç xəstəliyin yoluxucu xüsusiyyətini qeyd etmiş,1804-cü ildə Sinkə Fransada quduz Itin ağız suyunun infeksion xüsusiyyətə malik olmasını göstərmiş və Qaltye ada dovşanlarında eksperimental quduzluq törətmişdir.

1881-1889-cu illərdə L.Paster və onun əməkdaşları quduzluq virusunun beyin toxumasına tropizmini müəyyən etmiş və beyin daxili dəfələrlə passac yolu ilə onun virulentliyini zəiflətmiş və inkubasiya dövrünün qısaldılması və daimi olmasını təmin edən viruslu material almışdır. Belə viruslu material virus fixe adlandırılmışdır. Natrium qələvisi üzərində qurutma yolu ilə inaktivasiya edilmiş ada dovşanlarının onurğa beynini Paster antirabik vaksin hazırlamaq üçün istifadə etmişdir. 1885-ci ildə quduzluğa qarşı insanların ilk dəfə məcburi peyvəndi aparılmışdır. 1887-ci ildə Babeş baş beyin hüceyrəsində xüsusi cismciklər aşkar etmiş və 1903-cü ildə Neqri bunların diaqnostik əhəmiyyətə malik olmasını göstərmişdir. Heyvanların Quduzluğu, Avstraliya və Antraktidadan başqa, bütün qitələrdə qeydə alınmışdır

Page 5: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Xəstəliyin törədicisi. Virus RNT-li olub rabdoviruslar ailəsinin lissaviruslar cinsinə mənsubdur. Virus gilizvari formadadır. Virionun diametri 7,5-8,0 nm, uzunu isə 180 nm-dir. Replikasiya şəraitdən asılı olaraq virionun uzunluğu dəyişə bilər. Virionun qişası 3 konsentrik qatdan ibarətdir. Birinci səthi qatı müxtəlif subvahidlərə malik olmaqla diametri 4,5-5,5 nm-dir, ikinci qatın qalınlığı 5,5-7,5 nm-dir, miselyar zülal və lipidlərdən ibarətdir, üçüncü membrana-bənzər qatın qalınlığı 2,5-3 nm-dir və özəyin zülalından ibarətdir. Virionun bütün struktur zülalları 1850 molekuladan ibarətdir.

Quduzluq virusunu epizootik ştammları virulentliyi və digər xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Quzuzluq virusunun dəfələrlə laboratoriya heyvanlarına beyin daxili yoluxdurma yolu ilə yetişdirmək mümkündür. Bundan əlavə virusu müxtəlif növ heyvanların böyrəyindən hazırlanmış ilkin hüceyrə külturasında, toyuq fibroblastlarında, itlərin ağız suyu vəzilərində də yetişdirmək olur.

Davamlılığı. Xəstəlik törədicisi termolabildir. Belə ki, Quduzluq virusu 600C-də 10 dəqiqədən sonra, 1000C-də isə ani olaraq məhv olur. Amil aşağı temperaturun təsirinə davamlı olmaqla, dondurulmuş beyində aylarla yaşama qabiliyyəti saxlanılır.

Virus qurudulmuş beyində bir neçə həftə, günəş şüasının təsirindən isə 1-2 sutka sağ qalır.

Törədici, 1-5%-li formalin məhlulunun təsirindən 5 dəqiqə sonra, 0,1%-li süleymani məhlulunun təsirindən 2-3 saat sonra, 2-5%-li natrium qələvisinin təsirindən isə bir neçə dəqiqə ərzində inaktivləşir.

Virus 50%-li qliserinin bufer məhlulunda bir ilədək yaşama qabiliyyətini saxlayır

Amil fenol və yodun təsirinə isə nisbətən davamlıdır.

Page 6: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Quduzluq zamanı Babeş-neqri cisimcikləri

Page 7: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Epzootoloci məlumatlar. Quduzluq virusuna bütün istiqanlı heyvanlar həssasdırlar.

Quduzluğa xüsusilə tülkü, canavar, çaqqal, pişik bir çox növ gəmiricilər daha yüksək həssaslıq göstərirlər. Xəstəliyə it, qaramal, donuz və at isə nisbətən az həssasdırlar.

Körpə heyvanlar, yaşlılarla müqayisədə, quduzluğa daha yüksək həssaslıq göstərirlər.

Xəstəlik törədicisinin mənbəyi xəstə heyvanlardır Ki, onlarda virusu ağız suyu vasitəsilə xaricə ifraz edərək, virusu sağlam və həssas fərdlərə əsasən dişləmə vasitəsilə ötürürlər. Quduzluq virusunun ağız suyu vasitəsilə ifraz olunması, xəstəliyi ilk kliniki simptomlarından sonra qeydə alınır.

Yoluxma həmçinin viruslu seliyin selik qişalara və həmçinin zədələnmiş dəri örtüyünə sirayət etməsi nəticəsində də mümkündür. Eksperimental olaraq, xəstəlik törədicisinin alimentar və respirator yollarlada ötürülməsi mümkün olmuşdur.

Quduzluq virusu, xəstələrdən sidik və süd vasitəsilə də (az miqdarda) xarici mühitə ifraz olunur. Bu hal Epizootoloci və Epidemioloci baxımdan əhəmiyyət kəsb etmir.

Xəstəliyin yayılması və Epizootiyanın baş verməsində bütün növ həssas heyavnlar rol oynamır.

Quduzluq virusunun rezervuarı ətyeyən vəhşi heyvanlar və itlər, ancaq dünyanın bir çox regionlarında isə yarasalar hesab edilir.

Virusun ehtiyat mnəbəyinin xarakterindən asılı olaraq, xəstəliyin təbiət və şəhər tipli Epizootiyaları mövcuddur.

Page 8: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Patogenez. Həsas heyvanın yoluxması zamanı, Quduzluq virusu bir müddət daxil olduğu yerdə (giriş qapısı) saxlanılır, sinir toxuması hüceyrələrində fiksasiya olunur. Sonra virus, sinir yolu vasitəsilə, onurğa beyin və baş beyinə sirayət edir. Xəstə heyvanların orqanizmində virus, başlıca olaraq baş beyinin boz maddəsində, xüsusilə ammoni buynuzlarında, beyin yarımkürələri qabığında, beyincik və uzunsov beyində artıb çoxalır.

Mərkəzi sinir–sistemində intensiv artıb çoxalan virus, periferiyaya doğru yönəlir və daha çox ağız suyu vəzilərini innervasiya edən sinir hüceyrələrində toplanır.

Xəstəliyin gedişi zamanı, virus sinir hüceyrələrini parçalayır, bunun nəticəsində isə mərkəzi sinir sisteminin zədlənmələri ilə əlaqədar olaraq ürək və tənəffüs apparatı əzələlərinin iflici nəticəsində ölüm baş verir. Xəstələrdə, quduzluq virusunun sirir yolu ilə yayılmasından əlavə, qan və limfa sistemi vasitəsilə də yayılması müəyyən olunmuşdur.

Quduzluğa tutulmuş heyvanların sinir toxumasından neyrotoksinlər ayrılmışdır ki, bunun təsirindən də xəstəliyə xas olan simptomo-kompleks inkişaf edir.

Page 9: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Gedişi və kiniki əlamətləri. Quduzluq zamanı inkubasiya mərhələsi bir neçə gündən bir neçə ayaydək davam edir. Bu dövr adətən 3-6 həftə çəkir.

Inkubasiya dövrünün müddəti dişləmə yeri və dərəcəsindən, yara sahəsinə düşmüş virusun miqdarından və dişlənmiş heyvanın rezistentliyindən asılıdır.

Insanlarda isə inkubasiya dövrü adətən 10 gündən 2 ayadək çəkə bilir. Lakin bu dövr dişləmənin lokalizasiya yerindən asılı olaraq (zədə nahiyəsi başa nə qədər yaxın olarsa, inkubasiya dövrüdə qısa olar) 5 günədək və bəzi hallarda bir ilədək də davam edə bilir.

Quduzluq üçün xarakterik xüsusiyyət onun iti gedişli olmasıdır. Kliniki əlamətlər müxtəlif növ heyvanlarda eynidir və itlərdə daha yaxşı öyrənilmişdir. Xəstəlik itlərdə daha çox coşqun və paralitik formada, nisbətən az isə atipik, abortiv və qayıdan formada müşahidə edilir.

Coşqun formada bir-birini ardıcıl şəkildə əvəz edən 3 mərhələ müşahidə edilir: prodromal, oyanıqlıq və ifliclər mərhələsi.

Prodromal mərhələ 12 saatdan 3-günə kimi davam edir və bu dövrdə itlərin davranışında dəyişikliklər müşahidə edilir. It əvvəlcə sakit, qəmgin bir yerdə durur, sahibinin cağırışına reaksiya vermir. Bəzən isə həddən artıq mehri-banlıq göstərir, dili ilə sahibin əlini, üzünü yalamağa çalışır. Bu dövrdə ağız suyunda virus olur. Sonra tədricən onlarda narahatlıq başlayır, o bir yerdən digər yerə qaçır, səsdən və toxunmadan qorxur. Itlərdə qallyusinasiya əlamətləri yəni özünə aid vasitələrə və sahibinə hürümə, havada nə isə ağzı ilə tutma hərəkətləri qeyd olunur. Bəzən zədə sahəsində güclü qaşınma müşahidə edilir. Prodromal dövrün sonunda udlaq əzələlərinin iflici baş verdiyi üçün udma aktı pozulur. Güclü salivasiya başlayır, it xırıltılı şəkildə hürüyür, aqqre-sivlik əlamətləri başlayır.

Page 10: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Patoloji-anatomik dəyişikliklər. Quduzluqda xarakterik Patoloji-anatomik əlamətlər nəzərə çarpmır.

Xəstəlikdən ölmüş heyavnların gəsədi arıq olmaqla, selik qişaların sianozlaşması qeydə alınır.

Bir qayda olaraq başın və boyun nahiyyəsinin yunu, selik kütləsinə bulanmış olur.

Cəsədin yarılaraq, müayinəsi zamanı daxili orqanların doluqanlı vəziyyətdə olması (durğunluq əlamətləri) diqqəti cəlb edir. Mədə və mədə önlükləri adətən boş olur, bəzən orada quru yem kütləsi aşkar olur. Ət yeyənlərin mədəsində isə adətən yabancı cisimlər müşahidə olunur. Müayinə zamanı mədə-bağırsaq sisteminin (əsasən mədə və nazik bağırsaq şöbəsində) selik qişasında kataral iltihab, yerli qansağıntıları qeydə alınır.

Baş beyin və beyin qabığı şişkinli olmaqla, orada xırda qansağıntıları müşahidə olunur.

Baş beyin və onurğa beyinin histoloci müayinəsi zamanı qeydə alınan dəyişikliklər diffuz irinsiz ensefalomielit üçün xarakterikdir.

Neyronların Sitoplazmasında Babeş-Neqri cisimcikləri qeydə alınır Ki, bununda mühüm diaqnostik əhəlmiyyəti vardır.

Qeyd olunan cisimciklər 0,5-30 mkm böyüklükdə olmaqla, adətən yumru, yumurtavari, armudvari, üçbucaqşəkilli, formalarda müşahidə edilir.

Babeş-Neqri cisimciyi xırda Bazofil dənəli strukturaya malik olmaqla, digər hüceyrədaxili cisimlərdən bu xüsusiyyətinə görə fərqlənir.

Diaqnoz. Quduzluğa diaqnoz qoymaq üçün xəstəliyin epizootoloci xüsusiyyətləri və kliniki əlamətləri nəzərə alınır, dəqiq diaqnoz laboratoriya müayinələri və serorloci reaksiayalardan istifadə etməklə qoyulur.

Page 11: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Patoloji material. Laboratoriya müayinələri aparmaq məqsədilə, xırda heyvanların cəsədi bütöv halda, iri heyvanların isə başı və ya baş beyin götürülərək, ümumi qəbul edilmiş qayda üzrə laboratoriyaya göndərilir. Nəzərdə saxlanılmalıdır ki, heyvanın cəsədi, başı ikiqat polietilen torbaya qoyularaq, metallik konteynerlə, beyin isə (təzə, yaxud 30-50%-li qliserinlə konservləşdirilməlidir).

Kip bağlanmış şüşə bankaya qoyularaq göndərilməlidir. Patoloji nümunənin götürülməsi və qablaşdırılması zamanı, təhlükəsizlik qaydalarına ciddi əməl olunmalı, icraçı xüsusi geyim formasından, qoruyucu vasitələrdən (o cümlədən əlcək, qoruyucu eynək və s.) istifadə etməlidir.

Laboratoriya müayinələri patoloji materialdan hazırlanmış yaxmaların mikroskopiyası, Babeş-Neqri cismciklərinin tapılması, ağ siçanlar, ada dovşanları və ya pişiklərdə Bioloji sınağın qoyulması əsasında həyata keçirilir.

Xəstəliyin spesifik diaqnostikası üçün immunolyminessent mikroskopiya, Aqar gelində diffuz Presipitasiya Reaksiyası (ADPR), Neftrallaşma Reaksiyası (NR), KBR və eləcədə ekspress-diaqnostika məqsədilə immunoferment analizdən (IFA) istifadə vacib sayılır.

Immunolüminessent mikroskopiya zamanı spesifik antirabik serum və xəstə heyvanın beyni istifadə edilir. Bu metod yüksək spesifikliyə malik olmaqla, müayinə zamanı Quduzluq virusunun antiqeni olan Preparatlarda, yaşıl rəngli dənəciklər müşahidə olunur.

Aqar gelində diffuz Presipitasiya reaksiyası, köhnəlmiş nümunələrin müayinəsi məqsədilə də istifadə edilir və bu reaksiya 90%-ə qədər düzgün nəticə verir. Ayrılmış virusun identifikasiyası məqsədilə, Neytrallaşma reaksiyasından (NR) istifadə olunur.

Bioloji sınaq Quduzluğun diaqnostikasında məqsədəuyğun hesab edilir. Bu məqsədlə ağ siçan, ada dovşanı və ya pişiklərdən istifadə olunur. Təcrübə

heyvanları intraserebral yoluxdurulur. Bioloji sınaqın nəticəsi müsbət olduqda, yoluxmadan 1-3 həftə keçmiş təcrübə heyvanları xəstələnir və ölür.

Ölmüş heyvanların beyni seroloci və histoloci müayinə metodları ilə yoxlanılır. Beyin hüceyrələrində Babeş-Neqri cisimciklərinin aşkar olunması, spesifik əlamət

sayılır.

Page 12: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Təfriqi diaqnoz. Quduzluq Aueski xəstəliyindən, Ensefalomielitdən, Listeriozdan, Yaman kataral isitmədən və itlərdə taundan təfriq edilməlidir.

Müalicə. Effektli terapiya vasitəsi yoxdur. Quduzluğa tutulmuş heyvanlar bir qayda olaraq öldürülür və mövcud Baytarlıq Qanunu əsasında zərərsizləşdirilir.

Immunitet. Antirabik immunitetin təbiəti əsaslı olaraq öyrənilməmişdir.

Praktikada heyvanların spesifik profilaktik və məcburi peyvəndi məqsədilə, antirabik, Şelkovo-51 ştammından hazırlanmış inaktivləşdirilmiş kultural vaksin işlədilir. Bu vaksin xüsusilə vəhşi ətyeyən heyvanların peroral immunizasiyası üçün məqsədəuyğun hesab edilir.

Quduzluğun spesifik profilaktikası üçün diri və inaktivləş-dirilmiş vaksinldər tədbiq olunur. Hal-hazırda itlərin və pişiklərin peyvəndi üçün 1957-ci ildən V.P.Nazarov tərəfindən hazırlanmış quru antirabik fenolvaksindən istifadə edilir. Peyvənddən 3-4 həftə keçmiş immunitet yaranır və 1 il yüksək gərginlikdə qalır. Bu vaksin kənd təsərrüfatı heyvanlarının quduzluğuna qarşı peyvənd vasitəsi kimi əhəmiyyətsizdir. Ona görə də kənd təsərrüfatı heyvanlarının və xüsusilə iri buynuzlu heyvanların peyvəndi üçün maye adyu-vant-depolaşdırılmış diri antirabik AZVI vaksindən istifadə edilir.

Page 13: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Profilaktika və mübarizə tədbirləri. Hər bir yaşayış məntəqəsində, yerli idarəetmə orqanları, itlərin və pişiklərin saxlanma qaydasının, hesaba alınmasının, onlardan istifadənin qanunauyğunluqlarına nəzarəti düzgün təmin etməlidir.

Baytarlıq və Sanitar-Epidemioloci xidmət üzrə mütəxəssislər, qeyd olunan məsələlərin həyata keçməsinə ciddi nəzarət etməlidirlər.

Ey heyvanlarının, vəhşi ət yeyən heyvanların hücümundan qorunması daima təmin edilməlidir.

Quduzla xəstə heyvanlar (it və pişiklər) təcili zərərsizləşdirilməli və cəsəd yandırılmalıdır. Xəstə heyvanlar saxlanılmış yerlər. 10%-li isti natrium qələvisi, yaxud 4%-li formaldehid

məhlulu ilə dezinfeksiya edilməlidir. Peyin, qalıq yem kütləsi, az qiymətli əşyalar yandırılaraq zərərsizləşdirilməlidir. Xəstələrin ağız suyu ilə çirklənmiş, torpaq xlorlu əhənglə qarışdırılır və basdırılır.   Meşə təsərrüfatı, ovçular cəmiyyəti və qoruq olan təsərrüfatlarda heyvanlar arasında

quduzluq qeydə alındıqda, baytarlıq işçilərinə təcili məlumat verili rvə ölmüş heyvan cəsədləri laboratoiyaya göndərilir.laboratoriya xidməti mütləq, insan və heyvanlarda quduzluğun tez və səmərəli diaqnostikasını təmin etməlidir.

Xəstəliyə görə qeyri sağlam təsərrüfatlardan it və pişiklərin kənara çıxarılmasına icazə verilmir.

Peyvənd olunmuş heyvanların ət üçün kəsilməsinə peyvənddən 2 həftə keçmiş icazə verilir. Belə heyvanların südü ümumi qayda üzrə istifadə edilir. Xəstəliyə şübhəli hyevanların əti ekspertizadan keçirilməli, südü isə qaynadılmalıdır.

Insanların təhlükəsizliyini təmin etmək üçün ev heyvanlarının ilk növbədə isə itlərin quduzluğa qarşı hər il profilaktik immunizasiyası həyata keçirilməlidir.

Ev itlərinin və pişiklərin saxlanılma qaydalarına düzgün əməl olunmalıdır ( qeydyiyata alınmalı, xüsusi ağızlıqlardan istifadə edilməli, bağlı şəraitdə saxlanılmalı və s.).

Ev heyvanlarının kənara çıxarılması nəzarət altında həyata keçirilməlidir. Sahibsiz it və pişiklərin zərərsizləşdirilməsi təmin edilməlidir. Vəhşi heyvanların peroral immunizasiyası aparılmalıdır.

Page 14: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

AUESKI XƏSTƏLIYI (Morbus Auceszkyi) Aueski xəstəliyi (Morbus Auceszkyi) infeksion xəstəlik olub ağ ciyərin

iltihabı, mərkəzi sinir sisteminin zədələnmələri isitmə, donuz və bəzi xəzdərili heyvanlar müstəsna olmaqla digər növ kənd təsərrüfatı heyvanlarında güclü qaşınma sahələrinin əmələ gəlməsi ilə səciyələnir.

Tarixi məlumat. Xəstəliyi ilk dəfə macar alimi A.Aueski 1902-ci ildə qeyd etmiş və onu guduzluqdan təfriq etmişdir. XX əsrin 30-cu illərindən başlayaraq xəstəlik dünyanın bir çox ölkələrində aşkar olunmağa başlamış və donuzçuluq təsərrüfatlarına böyük iqtisadi ziyan vurmuşdur. A.Akulov, P.Andreyev, P.Solomkin, M.Nikitin, I.Lukaşov, K.Bucnev, P.Bazılev xəstəliyin epizootologiyasının, spesifik profilaktika metodlarının və diaqnostikasının öyrənilməsində xüsusi xidmətlər göstərmişlər.

Xəstəliyin törədicisi. Amil DNT-li virus olub, Herpesviruslar ailəsinə mənsubdur. Virionların böyüklüyü 180-190 nm-dir. Xəstəliyin törədicisi sferik yumru formaya malik olub, lipoproteid qişası mövcuddur. Virus pantropdur. Ona görə də virus, qanda, müxtəlif daxili orqanlarda, baş və onurğa beyində, limfa düyünlərində, əzələlərdə, dəridə toplanaraq,oradan ayrılır. Törədici virusneytrallaşdırıcı, komplementbirləşdirici və presipitinləşdirici antitellər əmələ gətirir. Virusu kulturalaşdırmaq məqsədilə, toyuq embrionundan və toxuma kulturalarından istfiadə edilir. Amil sitopatogen təsirə malikdir. Virusu yetişdirmək üçün, ilkin tripsinləşdirilmiş hüceyrə kulturasından da istfiadə edilir.

Page 15: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Davamlılığı. Virus efirin. Fenol və formalinin, həmçinin ultrabənövşəyi şüaların təsirinə həssasdır.

Amil +100oC temperaturda 30 saniyə, 80oC –də 3 dəqiqə, 70 oC- də 10-15 dəqiqə, 60oC-də 30 dəqiqə, 50oC-də isə 1 saat sonra məhv olur.

Virus yem kütləsində 1 ayadək, payız, yay və yaz aylarında 10-20 günədək, qurumuş gəmirici çəsədlərində 175 günədək yaşama qabilyiyətini saxlayır.

Xəstəliyin törədicisi aşağı temperaturun təsirindən konservləşir. Dondurulmuş orqanlarda (- 8oC-dən – 25 oC-dək) 110 günədək amil yaşaya bilir. Patoloji materialda, 50%-li qliserin məhlulunda, soyuq şəraitdə, virus 6 ayadək yaşaya bilir.

Peyinin biotermiki zərərsizləşdirilməsi zamanı, virus 15-20 gündən sonra məhv olur. 1%-li süleymani məhlulu, Ani olaraq törədiciyə öldürücü təsir edir. 0, 5%-li xlorid və sulfat turşusu, 0.5%-li natrium qələvisi- 3 dəqiqə, 2%-li formalin

məhlulu – 20 dəqiqə, 10-15%-li sönmüş əhəng – 10 dəqiqə sonra virusu öldürür. Epizootoloci xüsusiyyətləri. Infeksiyanın mənbəyi xəstə və xəstəliyi keçirmiş

heyvanlar, başlıca olaraq isə donuzlar, həmçinin cəmiricilər hesab edilir. Xəstə və xəstəlikdən sağalmış hyevanlar uzun müddət virusdaşıyıcı olmaqla, amili

əsasən sidik və burun axıntısı, eləcədə süd və koyuktival maye vasitəsilə xarici mühitə ifraz edir.

Cəmiricilər epizootik prosesin uzun müddət davam etməsinə səbəb olmaqla, xəstəlik törədicisinin ehtiyat mənbəyi hesab edilir.

Aueski xəstəliyinə yoluxma, virusla çirklənmiş yemin və suyun qəbulu zamanı baş verir. Xəstəliyə selikli qişalar, aerogen yol, dəri örtüyü vasitəsilə və ana bətnində yoluxma da qeydə alınmışdır. Xəstəlik adətən enzootiya formasında özünü biruzə verir. Enzootiya adətən 1,5 aydan 6 ayadək davam edir.

Təbii olaraq xəstəliyə əksər kənd təsərrüfatı heyvanları, xəzdərili heyvanlar və cəmiricilər həssaslıq göstərir. Xəstəliyə ən çoxisə donuzlar. itlər və cəmiricilər tutulurlar.

Page 16: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Patogenez. Virus orqanizma daxil olduğu yerdə sürətlə çoxalır, sonra isə hematogen və limfagen yollarla bütün orqanizma yayılır. Virus həmçinin Neyrolimfogen yolla (üçlü sinir, dil udlaq və hissi sinir vasitəsilə) baş beyinə yayılır.

Yaşlı donuzlarda təsadüfi hallarda virus Mərkəzi-sinir sistemini zədələyir, ancaq bu hal isə çoşkalarda daim təsadüf olunan patoloji prosesdir.

Çoşkalarda xəstəliyin birinci mərhələsində, virusemiya ilə əlaqədar olaraq bədən temperaturunun yüksəlməsi,depressiya, hemmoroci diatez baş verir. Qızdırma və hemorroci diatez virusun həyat fəalyiyəti məhsulunun qan damarlarının divarına təsiri ilə əlaqədardır. Xəstəliyin ikinci mərhələsində, virusun təsirindən, mərkəzi sinir sisteminin zədələnmələri ilə əlaqədar olaraq meninqoensefalit üçün xarakterik olan əlamətlər meydana çıxır.

Sinir sisteminin pozğunluğu ilə əlaqədar olaraq. Orqanizmdə maddələr mübadiləsi pozulur.

Xəstələrdə, qanda albuminin miqdarı azalmaqla,beta və qamma qlobulin fraksiyaları artır.

Leykositoz başverməklə, eritrositlərin miqdarı azalır. Müayinə zamanı sidikdə zülalın. Şəkərin, böyrək epitelilərinin çox olması aşkarlanır.

Asetilxolin və histamin mübadiləsinin pozulması ilə əlaqədar olaraq, xəstələrdə dərinin qaşınan sahələri əmələ gəlir.

Page 17: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Gedişi və kliniki əlamətləri. Donuzlarda xəstəliyin inkubasiya dövrü orta hesabla 5-10gün, iri buynuzlu heyvanlarda6-15 gün, itlərdə2-4 gün, ada dovşanlarında 1-6 gündür.

Insanlarda isə xəstəliyin inkubasiya dövrü 2-3 gündür. Iribuynuzlu heyvanlarda xəstəlik ağır getməklə, adətən ölümlə nəticələnir. Xəstəlik üçün xarakterik olan əsas əlamətlər. bədən temperaturunun 40-

41,8oC-dək yüksəlməsi. Iştahanın kəsilməsi, gövşəmənin dayanması,tənəffüsün tezləşməsi, ümumi zəiflik, gövdənin bəzi nahyiyələrində, xüsusilə baş və boyun nahiyyələrində şiddətli qaşınmaların meydana çıxması ilə səciyyələnir. Xəstələrdə ayaqları yerə döymə,o yana bu yana çırpınma əlamətləri, yerə yıxılma və çevrilmə hərəkətləri qeydə alınır.

Skelet əzələlərində gərginləşmə ilə əlaqədar olaraq, başın geri qatlanması, belin donqarlaşması diqqəti cəlb edir.

Xəstəlik zamanı cinsi oyanıqlığın baş verməsi, sidik ixracı aktının tez-tez baş verməsi, timpaniya, əzələlərin titrəməsi və tərləmə də xarakterik kliniki əlamətlərdən hesab edilir. Bir qayda olaraq nəticədə 36-48 saatsonra ölüm baş verir.

Qoyun və keçilərdə Aueski xəstəliyi üçün xas olan kliniki mənzərə, iri buynuzlu heyvanlarda olduğu kimidir.

Ətyeyən heyvanlarda iştahsızlıq narahat olma, gövdənin müxtəlif nahiyyələrində güclü qaşınma sahələri qeyd olunur. Atlarda xəstəlik yüngül gedir və 2-4 günə baş verən kliniki əlamətlər itir. Xəstəliyin bəd gedişi zamanı hiperemiya və oyanıqlığın artması qeyd edilir. Udma aktı çətinləşir. Salivasiya güclənir, tərləmə, sürətlə zəifləmə və 1-2 günə ölüm qeyd olunur.

Page 18: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Patoloji anatomiki dəyişikliklər. Ölmüş heyvanların cəsədləri Patoloji-anatomik müayinə edilən

zaman donuzlardan başqa diqərlərində qaşınan sahələri aşkar edilir. Bu sahələrdə yun və ya tükün tökülməsi, zədələr, dərialtı toxumada hemorroci infiltratın toplanması, yarma zamanı mədə və bağırsaqların selikli qişasının hiperemiyası və qan sızmalar, ağ ciyərin hiperemiyası və şişi, beyin qan damarlarının dolu qanlılığı, beyin və beyin qişalarının şişkinliyi aşkar edilir.

Donuzlarda burun boşluğu, qırtlaq və udlağın selikli qişasının hiperemiyası və şişkin vəziyyətdə olması, çoşqalarda çox vaxt udlaqda, badamcıqlarda, qırtlaqda hətta traxeyada selikli qişada krupoz-difteriki və nektorotiki yaralı zədələnmə sahələri aşkar edilir. Ağciyərin həcmən böyüməsi, kataral qastrit və enterit. qaraciyərdə və dalaqda xırda nekroz ocaqları nəzərə çarpır. Baş və onurğa beyin qişaları iltihablaşır, baş beyin şişkin vəziyyətdədir, onun yan mədəciliklərində müəyyən qədər serozlu maye görünür. Histoloci müayinədə qliol və qanqliol hüceyrələrdə Kaudri tip cisimciklərin görünməsi böyük əhəmiyyətə malikdir.

Diaqnoz. Aueski xəstəliyinə diaqnoz qoymaq üçün onun Epizootoloci xüsusiyyətləri, kliniki əlamətləri və Patoloji-anatomik dəyişiklikləri nəzərə alınır, diaqnozun dəqiqləşdirilməsi üçün virusoloci müayinə və immünoloci diaqnostika üsulundan istifadə edilir.

Page 19: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Patoloji material. Laboratoriya müayinələri məqsədilə, xırda heyvanlar bütövlükdə, iri heyvanlardan isə baş beyin, onurğa beyin, qara ciyər, ağ ciyər, dalaq, limfa düyünləri götürülərək göndərilir. Yay aylarında patoloji nümunə, 50%-li qliserin yaxud xörək duzunun doymuş məhlulunda konservləşdirilməlidir.

Virusoloji müayinə məqsədilə ümumi qayda üzrə əldə edilmiş viruslu materialla ada dovşanları və cavan pişiklər üzərində Bioloji sınaq qoyulur. Yeni yoxlanan materialın suspenziyası ilə həmin heyvanların yoluxdurulması nəticəsində 3-5 gündən sonra xəstəliyə məxsus kliniki əlamətldərin (sinir oynaqlığı, qaşınma və s.) meydana çıxması Patoloji materialda Aueski xəstəliyi virusunun olmasını təsdiq edir.

Xəstəliyin diaqnostikasında seroloci reaksiyalarından NR, KBR və IEFR-dan istifadə edilir.

NR ada dovşanları üzərində, həmçinin çoşqaların böyrəyinin hüceyrə kulturasında və toyuq embrionlarının fibroblastlarında qoyulmaqla virusun identifikasiyası üçün istifadə edilir. Xəstəliyin diaqnostikası məqsədilə KBR da istifadə edilir. Reaksiyanın qoyuluşu üçün xüsusi metodla antigen hazırlanmalıdır. Onu da bilmək lazımdır ki, komplementtəsbitedici antigen daha çox heyvanların baş beynində, beyincikdə nisbətən az isə uzunsov beyində yaranır.

Xəstəliyi keçirmiş heyvanların qan seriumunda presipitinləşdirici antitellər aşkar edilir və ona görə də diaqnostikada aqar gelində diffuz presepitasiya reaksiyası da diaqnostika məqsədilə istifadə edilir. Bundan əlavə immunaelektroforek reaksiyası (IEFR) immuno-flüoressensiya reaksiyası (IFR) vasitəsilə baş beyinin, beyinciyin varoli körpüsünün dondurulmuş kəsiklərinin müayinəsi aparılır və ən yaxşı nəticə-baş beyin qabığının müayinəsindən əldə edilir. Xəstə-liyin diaqnostikasında allergiya sınağından da istifadə edilir. Bu sınaq infeksiyanın stasionar ocaqlarının müəyyən edilməsində böyük əhəmiyyətə malikdir.

Page 20: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Təfriqi diaqnoz. Xəstəliyi quduzluqdan, donuzlarda isə əlavə olaraq taundan, listeriozdan, teşena xəstəliyindən, pasterellyozlan, müxtəlif mənşəli miningit və ensefalit lərdən təfriq etmək lazımdır.

Müalicə. Xəstəliyin başlanğıc mərhələsində hiperimmun serum və qamma-qlobulinlərin tətbiqi effektli nəticə verir.

Sekundar mikrofloranın inkişafı əleyhinə bir sıra antibiotiklər və vitaminlərin tətbiqi vacib hesab edilir. Simptomatik müalicə zamanı, mərkəzi sinir sisteminin zədələnməsi ilə əlaqədar olaraq natrium , yaxud kalium bromitdən istfiadə edilir.

Immunitet. Xəstəliyi keçirmiş donuzlar yüksək gərginlikli immunitet əldə edir. Onların seriumunda virus neytrallaşdırıcı antitellər 1:32 -1:256 nisbətində qeyd edilir və belə titr 4,5 ilə qədər davam edir. Immun analardan antitellər plasenta vasitəsilə balaya verilmir və ona görə də yeni doğulmuş çoşqalarda Aueski xəstəliyinə qarşı antitellər olmur. Immun analardan bala vasitəsilə alınmış ağız südü 24 saata kolostral immuniteti təmin edir. Bu immunitet çoşqaları 5-7 həftəyədək qorumaq qabiliyyətinə malikdir.

Aueski xəstəliyinin spesifik profilaktikası məqsədilə diri və inaktivləşdirilmiş vaksinlərdən istifadə edilir. Ruminiyada belə vaksinləri qoyunların beynində yetişdirməklə əldə edilən H ştammından, Bolqarıstanda Rus ştammından və hind donuzlarının orqanizminə adaptasiya edilmiş virus ştamından (MK-25), Çexiyada uzun müddət toyuq embrionunda passac etməklə (366 passac) alınmış BUK ştamından və s. istifadə edilir. Keçmiş SSRI-ərazisində donuzları, iri və xırda buynuzlu heyvanların Aueski xəstəliyinə qarşı quru kultural DETNI vaksini, donuzların Aueski xəstəliyinə qarşı BUK-628 vaksini tətbiq edilir.

Bundan əlavə xəzdərili heyvanların, qoyunların və donuzların Aueski xəstəliyinə qarşı inaktivləşdirilmiş kultural vaksin də hazırlanmışdır və təsərrüfatlarda geniş şəkildə istifadə edilir. Xəstəliyə qarşı qammaqlobulin hazırlanmışdır və heyvanlardı passiv immunitet əldə etmək üçün infeksiya baş verən zaman tətbiq edilir. Insanlarda immunoprofilaktika vasiətsi yoxdur.

Page 21: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Quduzluq və aueski ”

Profilaktika və mübarizə tədbirləri. Xəstəliyin profilaktikası məqsədi ilə ev heyvanları və vəhşi heyvanların plana uyğun olaraq epizootoloci nəzarəti vacib sayılır. Təsərrüfatlarda kompleks baytarlıq sanitariya tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Donuzçuluq təsərrüfatlarında bioloji sınaq, seroloci və immunoloci müayinə metod larının köməyi ilə xəstəliyin araşdırılması diqqət mərkəzində olmalıdır. Müayinə zamanı təsərrüfatda xəstəlik müşahidə edildiyi halda karantin qoyulur və tələb olunan bütün şərtlərə ciddi riayət olunur. Xəstə və xəstəliyə şübhəli heyvanlar xüsusi izolyatorlarda yer ləşdirilərək müalicə kursu həyata keçirir. Təsərrü fatdakı digər heyvanlar isə mövcud təlimata uyğun olaraq peyvənd edilir. Təsərrüfatda peyin yığılaraq biotermin üsullazərərləşdirilir. Xəstəliyə görə qeyri sağlam təsərrüfatlarda mexaniki təmizləmə işləri aparıldıqdan sonra dezinfeksiya vacib sayılır. Bu məqsədlə 3%-li natrium qələvəsi, 1%-li formaldehid məhlulu, 20%-li sönmüş ahəng məhlulundan istifadə olunur. Qeyd olunan vasitələrin təsiri altında Aueski xəstəliyi virusu 5-20 dəqiqə müddətində məhv olunur.

Insanlarda xəstəliyin profilaktikası məqsədi ilə sanitariya-gigiyena qaydalarına əməl edilməsi vacibdir.