20
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: Donuzların qızıl yeli və quşların qripiMÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu Gəncə-2010

FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Donuzların qızıl yeli və quşların qripi ”

  • Upload
    brita

  • View
    227

  • Download
    0

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA KAFEDRASI . FƏNN: İnfeksion xəstəliklərin əsasları MÖVZU: “ Donuzların qızıl yeli və quşların qripi ” - PowerPoint PPT Presentation

Citation preview

Page 1: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİAZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

  BAYTARLIQ TƏBABƏTİ VƏ ƏCZAÇILIQ FAKÜLTƏSİ

 EPIZOOTOLOGIYA, MIKROBIOLOGIYA VƏ PARAZITOLOGIYA

KAFEDRASI

FƏNN: İnfeksion xəstəliklərin əsasları  

MÖVZU: “Donuzların qızıl yeli və quşların qripi”  

MÜHAZİRƏÇİ: dosent Ələsgərov Zahir Əmir oğlu   

Gəncə-2010

Page 2: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

PLAN1. Tarixi məlumat2. Xəstəliyin törədicisinin bioloji xüsusiyyətləri3. Epizootoloji məlumatlar4. Patogenez5. Xəstəliyin gedişi və kliniki əlamətləri6. Patoloji –anatomiki dəyişikliklər7. Diaqnoz8. Təfriqi diaqnoz9. Müalicə10. İmmunitet11. Profilaktika və mübarizə tədbirləri.

Page 3: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Istifadə olunan ədəbiyyatlar 1. R.A.Qədimov, İ.B.Məmmədov, S.Ə.Culfayev- “Xüsusi

epizootologiya”. Bakı, Maarif, 1990.2. R.A.Qədimov, İ.B.Məmmədov, Z.Ə.Ələsgərov- “Epizootologiya”.

Bakı, Maarif, 1998.3. Z.Ə.Ələsgərov- “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”.,

2006.4. R.A.Qədimov, Z.Ə.Ələsgərov, Q.Ə.Dünyamalıyev,

İ.B.Məmmədov – “Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəliklərinin diaqnostikası və profilaktikasında işlədilən bioloji preparatlar” Gəncə 2002.

5. Z.Ə.Ələsgərov, E.M.Aqayeva, Q.Ə.Dünyamalıyev– “Baytarlıq virusologiyası” Bakı 2009.

Page 4: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

DONUZLARIN QIZIL YELI (Erysipelas suum)

Donuzların qızıl yeli –infeksion xəstəlik olub septise-miya, dərinin iltihabı eriteması (iti gediş zamanı), endokardit və artritlə (xroniki gediş zamanı) xarakterlənir.

Tarixi məlumat. Xəstəliyin törədicisini 1878-ci ildə R.Kox kəşf etmişdir. 1882-ci ildə isə xəstəliyin törədicisi L.Paster və Tyulye tərəfindən aşkar

olunmuşdur. Xəstəlik əleyhinə ilk vaksini Lui Paster hazırlamışdır. Lorens və Leklanş isə xəstəliyə qarşı serum hazırlamışlar. Daha sonra D.F.Konev və A.Vinoqradnik tərəfindən vaksin ştamları (VR-2) əldə

edilmiş, bunlardan vaksin hazırlanmışdır. Xəstəliyin törədicisi. Erysipelothrix insidiosae- Lactoba-cillaceae ailəsinin

Erysipelothrix cinsinə mənsubdur. Amil düz yaxud nisbətən əyilmiş çöpəbənzər bakteriyalar olub, hərəkətsiz, spor və kapsula əmələ gətirməyən, Qram müsbət, bütün anilin boyaları ilə yaxşı boyanan, (0,2-0,3)x(0,5-1,5) mkm ölçüyə malikdir. Amil təbiətdə geniş yayılmışdır və aerob həmçinin anaerob şəraitdə adi qida mühitlərində yetişir.

Page 5: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

DONUZLARIN QIZIL YELI (Erysipelas suum)

Page 6: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Davamlılığı. Erysipelothrix insidiosae bir çox xariçi mühit amillərinin təsirinə qarşı davamlıdır. Törədici torpaqda aylarla öz yaşama qabiliyyətini saxlayır. Amil Qızıl yel xəstəliyindən ölmüş donuz cəsədində və orqanlarında 280 günədək, çay sularında 77 günədək, sidikdə 164-203 gün sağ qala bilir. Günəşin düz düşən şuaları törədicini bir neçə saat ərzində öldürür.

Erysipelothrix insidioseae yüksək temperaturun təsirinə davamsızdır, 600 C temperaturda 6-10 dəqiqə, 700 C-də 2-5 dəqiqə, 1000C temperaturda bir neçə saniyə ərzində amil ölür.

Amil antibiotiklər və dezinfeksiyaediçi maddələrin təsirinə də davamsızdır. Epizootoloci məlumatlar. Xəstəliyə 3-12 aylıq yaş qrupunda olan donuzlar həssasdırlar. Qızıl

yel 3…4 həftəlikdən yuxarı quzularda da qeydə alınmaqla, digər növ heyvanlar isə təsadüfi halda xəstələnirlər. Xəstəlik törədicisinin əsas mənbəyi xəstə və xəstəlikdən sağalmış (xəstəliyi keçirmiş) donuzlardır. Xəstə donuzlar virulentli bakteriyaları sidik və kal vasitəsilə külli miqdarda ətraf mühitə yayırlar. Infeksiya törədicisinin yayılmasında əsas faktor olaraq yem, su, çəmdək, heyvan mənşəli ərzaq məhsullarıdır və heyvana qulluq əşyaları mühüm rol oynayır.

40 günlüyədək olan çoşqalar xəstəliyə yoluxmaya davamlıdırlar Ki, bu da körpələrdə yaranmış passiv immunitetlə əlaqədardır. Xəstəlik törədicisinin daşıyıçıları gəmiricilər, həşaratlar və quşlardır. Xəstəliyin baş verməsində torpaq əsas mənbə olaraq mühüm rol oynayır.

Xəstəlik Törədicisii ilə yoluxma əsasən alimentar, bəzən isə transmissiv və kontakt yolla baş verir.

Page 7: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Patogenez. Həssas orqanizmə daxil olmuş patogen faktor, həmin nahiyədəki, limfa düyünlərində lokalizasiya edərək, artıb çoxalır. Orqanizmin rezistentliyi yüksək olduqda, yaxud amil zəif virulentliyə malik olduqda patoloji proses inkişaf etmir və nəticədə xəstəlik simptomsuz yaxud zəif formada nəzərə çarpan kliniki əlamətlərlə özünü birüzə verir. Nəticədə yoluxmuş fərdlərdə sağalma baş verir və xəstəliyə qarşı immunitet yaranır.

Orqanizmin rezistentliyi zəif olduqda, orqanizmə daxil olmuş amil, orqanizmi qoruyan sistemin baryerlərini keçərək, qan dövranı sisteminə daxil olur, intensiv surətdə artıb çoxalaraq, o cümlədən parenximatoz orqanlara yayılır, septisemiya baş verir. Patogen faktor orqanizmdə intensiv çoxalaraq toksiki məhsullar hasil edir. Bakteriyaların toksinləri ürəkdə və bütün parenximatoz orqanlarda ağır distrofiki dəyişikliklər əmələ gətirir. Daxili orqanlarda qanın durğunluğu baş verir, bununla əlaqədar maddələr mübadiləsi pozulur, orqan və toxumalarda nekrotiki zədələnmələr inkişaf edir, xəstəliyə xas olan kliniki əlamətlər xarakterik olaraq meydana çıxır.

Gedişi və kliniki əlamətləri. Inkubasiya dövrü 2-5 gün bəzi hallarda 14 günədək davam edir. Insanlarda bu dövr 1 gündən 7 günədək, bəzən isə 2-3 gün çəkir. Xəstəliyin gedişi bir sıra

faktorlardan asılıdır. Belə ki, xəstəlik törədicisinin virulentliyi, infeksiyanın giriş qapısı, heyvanın və insanın yaşından asılı olaraq, Qızıl yel kəskin iti gedişli, yarımiti və xroniki gedişli olaraq özünü birüzə verir. Xəstəliyin kəskin iti gedişli formasına təsadüfi hallarda rast gəlinir. Bu gediş 7-10 aylıq donuzlar arasında təsadüf edir.

Heyvanların saxlanma şəraiti pis olduqda, zoogigiena qaydaları pozulduqda, heyvanların transportirovkası zamanı, xəstəliyin bu gedişata malik olması üçün real zəmin yaranır. Bu zaman xəstəlik bir neçə saat davam edir. Kəskin iti gediş zamanı bədən temperaturunun yüksəlməsi, yemdən imtina, kəskin zəiflik, bəzən sinir pozğunluğu xarakterik əlamətlət hesab edilir. Bir qayda olaraq xəstəlik ölümlə nəticələnir.

Page 8: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Patoloji-anatomik dəyişikliklər. Qızıl yel zamanı iti və yarımiti gedişdən ölmüş xəstələrin cəsədində dərinin zədələnməsi xarakterik nəzərə çarpır, septiki prosesin dəyişiklikləri müşahidə köpüklü maye axır. Əksər parenximatoz orqanlarda, qan durğunluğu baş verdiyinə görə onlarda sianozlaşma müşahidə edilir. Qann tünd-qırmızı rəngdə olmaqla, pis pıxdalaşır.

Limfa düyünləri serozlu iltihab vəziyyətində olmaqla, böyümüş olur, qırmızı-bənövşəyi rəngdə müşahidə olunur. Dalaq və qaraçiyər doluqanla olmaqla, dalaq və böyrəklərdə həçmçə böyümə diqqəti çəlb edir və parenximası tünd albalı rəngdə kapsulası altında nöqtəvarı qan sağıntıları nəzərə çarpır. Miokarda sarımtıl-boz rəngdə sahələr, Epikardda isə qan sağıntıları aşkar edilir.

Ağ çiyər Şişkin görünməklə, traxeya və bronxlarda köpüklü maye müşahidə edilir. Mədə və bağırsaqlarda iti kataral iltihab diqqəti çəlb edir, selik qişalarında şişkinlik, hipereiya və qan sağıntıları müşahidə olunur.

Verrukoz endokardit zamanı ürəyin ikitaylı qanağının səthində bozumtul-qırmızı rəngdə qabarcıqlar aşkar edilir.

Oynaqların müayinəsi zamanı serozlu-fibrinozlu eksudat və bəzi hallarda isə qırmızı rəngli fibrin kütləsi müşahidə edilir.

Diaqnoz. Epizootoloci məlumatlar, kliniki əlamətlər, Patoloji-anatomiki dəyişikliklər nəzərə alınır, Bakterioloci və Seroloci müayinələr əsasında dəqiq diaqnoz qoyulur.

Patoloji- material Bakterioloci müayinə məqsədilə, laboratoriyaya ölmüş heyvanın çəmdəyi, yaxud parenximatoz orqanlar (ürək, qara ciyər, dalaq, böyrək), borulu sümük göndərilir.

Təzə Patoloji nümunə adi qaydada, yaxud 30%-li kimyəvi təmiz qliserin məhlulunda konservləşdirilərək göndərilir. Borulu sümük yumşaq toxumadan təmizlənir və 2-3 %-li fenol məhlulu hopdurulmuş tənzifə bükülür.

Page 9: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Donuzların qızıl yeli zamanı Patoloji materialın müayinə sxemi

Патоложи материал

Микроскопийа

Гида мцщитляриня

якилмя

Биоложи сынаг

(аь сичан вя йа эюйярчин)3…4 суткадан сонра юлцм

Йарма вя бактери-оложи

мцайиня

Грамм цсулу иля бойама

Лйуминесляшдириъи серумла

бойама

Гида мцщитляриня

якилмя

ЯПБ ЯПЖ ЯПА Сент-Ивани гида

мцщитиИндо

лЩ2С Щяряк

ят-лийи

Микрос-

копийа

Биокимйяви

хцсусиййятляри

Индигаторлу

мцщит (лак-мус

вя с)Спесифик серумла

АР-сы

глукоза

лактоза

Галак-тоза

Араби-ноза

Малтоза

Салисин

Page 10: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Mikroskopiya. Patoloji materialdan ləpir-yaxma hazırlanır və Qram üsulu ilə boyanır. Qram üsulu ilə boyanmış yaxmanın mikroskopiyası zamanı, amilin Qram müsbət, xırda çöpəbənzər, bakteriyaların tək-tək, bəzən Qoşa zənçir formasında yerləşməsi, ürəyin zədələnmiş klapanlarından hazırlanmış yaxmalarda isə uzun sap şəklində müşahidə olunması, müsbət nəticəni göstərir. Donuzların qızıl yelinin Törədicisi hərəkətsizdir. Spor və kapsula əmələ gətirmir.

Təmiz kulturanın alınması. Amili kulturalaşdırmaq məqsədilə ƏPA, ƏPB yaxud Xottinqer bulyonundan istifadə olunur. 370C temperaturda, PH 7,2-7,6 olan mühitdə Erysipelothrix insidiosae 18-24 saat müddətində boy verir. Törədici aerob, mikroaerofil (CO2 mühitdə 5-10% olan) şəraitdə daha intensiv inkişaf edərək boy verir. Sent-Ivani elektiv qida mühiti Qızıl yel törədicisinin ayrılması üçün məqsədyönlü sayılır.

Biokimyəvi xüsusiyyətləri. Erysipelothrix insidiosae-yetişdirildiyi mühitdə indol və karbon qazı (CO2) əmələ gətirir, katalaza əmələ gətirmir, turşu əmələ gətirməklə qlukozanı, laktozanı qalaktozanı, arabinozası, saplisini və s.parçalayır. Saxarozanı və manniti isə parçalamır.

Bioloji sınaq. Bu məqsədlə 16-18 qramlıq ağ siçanlar, dərialtı üsulla parenximatoz orqanlardan əldə edilmiş suspenziya ilə yaxud 1-2 sutkalıq aqar kulturasından əldə olunmuş mikrob emulsiyası ilə 0,1-0,2 ml dozada yoluxdurulur. Təcrübə məqsədilə göyərçini də yoluxdurmaq vacibdir.

Seroloci identifikasiya. Bu məqsədlə çisim şüşəsi üzərinə 1 damla 1:50 duruldulmuş, Qızıl yel əleyhi immun serum tökülür, sonra isə sutkalıq aqar kulturasından ilməklə nümunə götürülərək serumla qarışdırılır. Qısa zamanda sistemlə bərk xırda topaların formalaşmaması, reaksiyanın (AR) müsbət nətiçəsini göstərir.

Page 11: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Təfriqi diaqnoz. Epizootoloci məlumatlar, xəstəliyin kliniki xəritəsi, xarakterik Patoloji-anatomiki dəyişikliklər, qanın göstəriciləri əsas götürələrək, təfriqi diaqnoz həyata keçirilir.

Donuzların Qızıl yeli – Taun, Pasterellyoz, Listerioz, Qara-yara, isti və gün vurmalarrdan təfriq edilməlidir. Xəstəliyin xroniki gedişli forması isə, xroniki taundan, mikoplazmalı poliserozit*, Poliartrit, Streptokokk infeksiyası, Raxit və osteomalyasiyadan təfriq edilir.

Təfriqi diaqnoz zamanı Bakterioloci, immunoseroloci (mikoplazmalı serozit) və Bioloji müayinələr həlledici rola malikdir.

Müalicə. Xəstəliyin müalicəsində Qızıl yel əleyhi serum və antibiotiklər effektli müalicəvi preparatlar hesab edilir. Serum hər 1 kq diri çəkiyə 1-1,5 ml dozada, dərialtı yaxud əzələdaxilinə tətbiq olunur.

Xəstə heyvanlarda mürəkkəbləşmə zamanı, serumun 0,5-0,75 ml dozada qulaq venasından yeridilməsi yüksək müalicəvi effekt verir. Həmçinin antibiotiklərdən Pensillin, Streptomisin, Oksitetrasiklin, Ekmonovosilin, Eritromisin və s. Səmərəli müalicə vasitələridir.

Xəstəliyin müalicəsində Pensillin hər 1 kq diri çəkiyə 2-3 min TV dozada 6-8 saatlıq fasilə ilə tətbiq edilir. Müalicə zamanı serumla antibiotiklərin birgə tətbiqi daha səmərəli nəticə verir. Serumla antibiotiklərin birgə tətbiqi zamanı xəstə heyvanın vəziyyəti 8-12 saat keçmiş yaxşılaşmazsa, serum və antibiotiklər təkrar yeridilir. Spesifik müalicə zamanı, simptomatik müalicənin aparılması vaçibdir.

Immunitet. Qızıl yel xəstəliyindən sağalmış donuzlarda uzun müddətli və gərgin immunitet formalaşır. Donuzların Qızıl yelinə qarşı immunizasiya məqsədi ilə VR-2 rumin ştammından hazırlanmış vaksin, D.F.Konev ştammından hazırlanmış depolaşdırılmış vaksin, həmçinin konsentrasiya olunmuş hidroksialiminium formol vaksin istifadə edilir. Fəal süni immunitet yaratmağ məqsədilə 2 aylıqdan yuxarı donuzlar təlimat əsasında peyvənd olunur. VR-2 ştammından olan vaksin bir dəfə, dopolaşdırılmış və inaktivləşdirilmiş vaksinlər isə iki dəfə 12-14 günlük fasilə ilə tətbiq olunur. Heyvanlar 4-5 aydan sonra revaksinasiya edilir. Insanlarda immunoprofilaktika vasitəsi hazırlanmamışdır.

Page 12: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Profilaktika və mübarizə tədbirləri. Xəstəliyə qarşı mübarizədə ümumi və spesifik profilaktika tədbirlərinin plana uyğun olaraq həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Donuzların saxlanılması və yemləndirilməsi zamanı baytarlıq-sanitariya qaydalarına, texnoloci tələblərə çiddi riayət edilməsi olduqca vaçibdir.

Qeyd olunan tələblərə əməl edilməsi, gələcəkdə xəstəliklərə davamlı və məhsuldar körpələrin alınmasına təminat yaradır. Heyvanların yem rasionlarında protein, mikroelementlər və vitaminlər balanslaşdırılmalı, eləcədə istilik stressinin profilaktikası həyata keçirilməlidir.

Donuzçuluq fermalarında və ərazilərdə sistematik olaraq peyin yığılmalı, zərərsizləşdirilməli, mühit təmizlənməli, plana uyğun olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmalıdır.

Spesifik profilaktika məqsədilə heyvanların planlı şəkildə peyvənd edilməsi başlıça məsələdir. Əgər təsərrüfatlarda digər xəstəliklərə qarşı (Taun, Aueski xəstəliyi, Salmonellyoz, Pasterellyoz) immunizasiya aparılarsa, Qızıl yel əleyhi vaksini digər biopreparatlarla eyni vaxtda kompleks üsulla təlimat əsasında istifadə etmək olar.

Təsərrüfatlarda xəstəlik qeydə alınarsa, məhdudlaşma tədbirləri həyata keçirilir, bütün donuzlar müayinə edilir, xəstələr ayrılaraq müalicə edilir. Bütün heyvanlar peyvənd edilir, yekun dezinfeksiya aparılır və axırınçı sağalma və ya ölümdən 14 gün keçmiş məhdudlaşma götürülür. Insanlarda profilaktika məqsədilə, xəstə heyvanların xüsusi izolyatorlarda yerləşdirilməsi, gəmiricələrə qarşı mübarizə, heyvan mənşəli ərzaq və qeyri-ərzaq məhsullarının emalı zamanı şəxsi profilaktika qaydalarına ciddi əməl olunması diqqət mərkəzində olunmalıdır. Xəstə heyvanlarla iş şəraitində dəri örtüyünün zədələnməsi zamanı, yaranın dezinfeksiya edici məhsullarla işlənməsi və pensillinlə profilaktika təcili həyata keçirilməlidir.

Page 13: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

QUŞLARIN QRIPI (Qrippus avium)

Quşların qripi kontaqioz xəstəlik olub, ümumi zəiflik, septisemiya, tənəffüs orqanlarının, bağırsaqların zədələnməsi ilə xarakterlənir. Xəstəlik zamanı döş, boğaz, boyun nahiyyələrində şişlərin əmələ gəlməsi, boyun və qanadların parezi, səçiyyəvi əlamətlər sayılır.

Tarixi məlumat. Ilk dəfə 1880-ci ildə Italiyada Perronçito tərəfindən qeydə alınan xəstəlik «Toyuqların eksudativ tifi» adlandırılmışdır. Daha sonra bir çox ölkələrdə qeydə alınmış xəstəlik, quşların klassik taunu (Avropa taunu) adlandırılmışdır.

Xəstəliyin törədicisi. 80-120 nm ölçüyə malik Amil Orthomyxoviridae ailəsinə mənsub olan RNT-li virusdur.

Törədicinin 15 sub tipi (A1-A15) məlumdur. Virusa məxsus Hemaqqlütinin və Neyraminidazanın birləşmə nisbəti 24 kombinasiya (H1N1; H2-N2; H2N3; H3N2; H3N8; H4N2; H4N4; H4N6; H4N8; H5N1; H5N2; H5N9; H6N1; H6N2; H6N5; H6N9; H7N1; H7N2; H7N3; H7N7; H9N2; H9N8; H10N7; H11N9) əmələ gətirir ki, bunlardan da H5N1 və H7N7 subtipləri daha patogen olmaqla, insanlar üçün qorxuludur. Quş orqanizmində antihemmaqqülütinin, virus neytrallaşdırıcı və komplement təsbit edici antitellər yaratmaq virusun spesifik xüsusiyyətidir. Ümumdünya Səhiyyə təşkilatının təqdimatına əsasən, quş qripi virusunun 15 yarımtipi sırasında xüsusilə narahatçılıq yaradan H5N1 virusudur ki, bu da yüksək patogen virus olmaqla, insanlar üçün olduqca təhlükəlidir.

Quşların qrip virusunun insanların, atların və donuzların A tip qrip virusu ilə qohumluğu müəyyən edilmişdir. Amili kulturalaşdırmaq məqsədilə toyuq embrionu və hüceyrə kulturasından istifadə olunur.

Page 14: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”
Page 15: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”
Page 16: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Davamlığı. Xəstəliyin törədicisi yüksək temperaturun təsirinə davamsızdır. 600S temperatur 30 dəqiqə ərzində, 1000S temperatur isə ani olaraq virusu məhv edir. Virus 40S temperaturda bir neçə həftə öz yaşama qabiliyyətini saxlayır. Amil cürüyən quş cəsədlərində bir neçə ay, suda 4 gün infeksion xüsusiyyətini saxlayır.

Xəstəliyin törədicisi liofilizasiya halında və –70oS temperatur şəraitində 1 ildən 2 ilədək virulentliyini saxlayır. Quş qripi virusu tərkibində yod və formalin olan dezinfeksiyaedici maddələrin təsirinə daha həssasdır.

Virus turşuların təsirinə həssas, qələvilərin təsirinə isə davamlıdır. 5%-li xlorid turşusu, 4%-li fenol, 5%-li karbol burşusu, 3%-li xlorlu əhəngin təsiri altında amil 5 dəqiqə müddətində inaktivləşir.

Törədici ilə sirayətlənmiş qurudulmuş substratı, 1%-li NaCl məhlulu ilə konservləşdirmə zamanı virus 5-7 həftə müddətində öz yaşama qabilyiyətini saxlayır.

Erizootoloci məlumatlar. Quşçuluq təsərrüfatlarında quş qripi baş verdikdə, xəstəlik qısa müddətdə yayılmaqla, kütləvi tələfata səbəb olur.

Xəstəliyə 15 növ quş və bütün toyuq cinsləri, bütün yaş dövrlərində həssaslıq göstərirlər. Yaşlı quşlar cavanlara nisbətən xəstəliyə daha həssasdırlar. Vəhşi quşlar isə mühüm epizootoloci rola malikdir.

Xəstəlik törədicitsinin əsas mənbəyi xəstə quşlardır ki, bunlar da virusu göz yaşı, burun və ağız axıntısı, nəcislə, ekskrementlə, tənəffüs sistemi, həmiçnin yumurta ilə xarici mühitə yayırlar. Xəstəliyi keçirmiş quşlar 2 ay müddətində virus daşıyıcı olur. Yem, hava, su, xidmət əşyalarının patogen virusla sirayətlənməsi, sağlam quşların və insanların yoluxması üçün real təhlükə yaradır.

Virulentliyi zəif olan quş qripi virusu, quş orqanizmindən bir neçə dəfə passac olunduqda yüksək virulentliyə malik olur.

Sağlam təsərürfatlarda, virusun keçirici faktorları yoluxmuş yem, yumurta, alət və vasitələr, zərərsizləşdirilməmiş quş cəsədi, vəhşi quşlar və s. sayılır.

Page 17: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Patoqenez. Tənəffüs aparatı vasitəsilə orqanizma daxil olan virus, tənəffüs yolunun selik qişasına lokalizasiya edir. Selik qişası hüceyrələrində artıb çoxalır, həyat fəaliyyəti məhsulunu hasil edir, bu isə qan damarlarına daxil olub, eritrositlərin səthinə adsorbsiya edilərək, bütün orqan və toxumalara yayılır. Patogen virusun hasil etdiyi ifrazat məhsulu toksiki təsirə malik olduğuna görə xəstəlik zamanı orqanizmdə güclü intoksikasiya baş verir.

Nəticədə visseral orqanlarda iltihabi-nekrotiki proses baş verir və qan dövranı prosesi pozulur. Damar divarlarının zədələnməsi nəticəsində, hemorroci diatez və eksudasiya baş verir. Hipoplaziya və limfositopeniya sayəsində, orqanizmin müdafiə qüvvəsi zəifləyir.

Gedişi və kliniki əlamətləri. Xəstəliyin inkubasiya dövrü eksperimental qrip zamanı 12-36 saat ,spontan qrip zamanı isə 1-5 günədək davamedir.

Quşların qripi iti, yarımiti və xroniki gedişata malikdir. Xəstəliyin iti gedişi, ümumi halsızlıq, konyuktivit, tənəffüsün çətinləşməsi, iştahanın zəifləməsi. Bədən

temperaturunun kəskin yüksəlməsi (44oS-yə dək) əlamətləri ilə səciyyələnir. Xəstəlik zamanı döş, boyun və baş naziyyəsində dərialtı şişlər əmələ gəlir.

Qrip zamanı qıcolma, hərəkət koordinasiyasının pozulması, manec hərəkətləri, ətrafların parezi, respirator simptomokomplekslə yanaşı, diareyada müşahidə edilir.

Xəstə quşlarla bəzən boyun və qanad əzələlərində qicolma da xarakterik kliniki əlamətlərdən hesab olunur. Xəstəliyin yarımiti və xroniki gedişi zamanı zəiflik, iştahanın kəsilməsi, yumurta məhsuldarlığının

azalması, zobun atoniyası, diareya (nəcis duru, yaşılımtıl rəngdə olur) əsas simptomlar olaraq meydana çıxır.

Xəstəliyin yüngül gedişi zamanı qeyd olunan kliniki nişanələr müşahidə olunmaya da bilir. Quş qripi virusu (H5N1) ilə yoluxmış və xəstəliyə tutulmuş insanlarda, bədən temperaturunun kəskin

yüksəlməsi, koyüktivit, öskürək, boğazda və əzələlərdə ağrılar, tənəffüsün çətinləşməsi,baş və boyun nahiyyələrində şişlərin əmələ gəlməsi xarakterik kliniki simptomlar hesab edilir.

Xəstəlik zamanı Pnevmoniya inkişaf etməklə, ürək və böyrəklərin zədələnməsi də baş verə bilir.

Page 18: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Patoloji-anatomik dəyişikliklər. Cəsəd yarılan zaman xüsusi geyim forması və qoruyucu vasitələrdən istifadə vacibdir. Xəstəlik nəticəsində qastroenterit, perikardit, peritonit. Ağ ciyərlərdə şişkinlik, hemorroci meninqit xarakterik patoloji-anatomiki dəyişikliklər hesab edilir.

Dərialtı toxumaların müayinəsi zamanı, orada sarı-samanı rəngli maye diqqəti cəlb edir. Vəzili mədə, əzələvi mədə, bağırsaq şöbəsinin selikli qişasında qan sağıntıları, müşahidə olunmaqla, seroz

örtüklərdə, qara ciyərdə, ürəkdə, yumurtalıqda, skelet əzələlərində, traxeyanın selikli qişasında çox saylı qan sağıntıları qeydə alınır.

Müayinə zamanı qara-ciyər, dalaq, böyrəklərdə, mərkəzi sinir sistemində nekroz ocaqları müşahidə olunur. Dalaqda anemiyalı vəziyyət, öd kisəsinin dolu olması, yaşlı quşlarda yumurta follikulalarının

deformasiyaya uğraması və hemotomalı omlası səciyyəvidir. Diaqnoz. Xəstəliyə diaqnoz epizootoloci məlumatlar, kliniki əlamətlər, patoloji anatomiki göstəricilər

nəzərə alınmaqla, başlıca olaraq laboratoriya müayinələri əsasında virusun ayrılması və identifikasiyası həyata keçirilməklə dəqiqləşdirilir.

Xəstəliyin diaqnozunda qan serumu ilə hemoqllyütinasiyanın lənqiməsi reaksiyasının, neytrallaşma reaksiyasının, komplementin birləşməsi reaksiyasının və s. qyoulması məqsədəuyğun sayılır. Laboratoriyada patoloji nümunə həvənvdəstədə yaxud homogenizatorda doğranaraq, fosfat-bufer məhlulunda suspensiyası hazırlanır və nəticədə viruslu material əldə olunur. Hazırlanmış suspensiya süzülərək, süzüntünün 1 ml həcminə 5 min TV pensillin və ya streptomisin əlavə olunur. Süzüntü 9-12 günlük toyuq embrionlarının allontois boşluğuna yeridilir. Inyeksiyadan 48 saat keçmiş, allontois mayesi götürülərək hemaqqülinitasiya reaksiyası ilə yoxlanılır.

2-4 aylıq cücələr 0, 5- 1 ml dozada viruslu suspensiya ilə əzələ içi yoluxdurulmaqla, virusun patogenliyi müəyyənləşdirilir. Cücələrdə, yoluxdurmadan 3- 5 gün keçmiş ölüm yaxud tənəffüs aparatının patologiyaya uğraması simptomlarının meydana çıxmas, patoloji nümunədə patogen qrip virusunun olduğunu müəyyənləşdirir.

Page 19: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Patoloji material. Laboratoriyaya müayinə məqsədilə, qan, quşun cəsədi, yaxud quş cəsədinin ayrı-ayrı orqanlarından kəsiklər nümunələr götürülərək izolyasiya şəraitində göndərilir. Laboratoriyada patoloji nümunə, virusoloci, seroloci, bioloji müayinələr əsasında analiz olunur. Ilin isti aylarında patoloji nümunənin xarab olmaması məqsədilə nümunə ya dondurulur, yaxud 50%-li qliserində konservləşdirilir.

Təfriqi diaqnoz. Quşların qripi: Nyukasl xəstəliyi, pasterellyoz, infeksion bronxit, respiratoz mikoplazmoz, infeksion larinqotraxeit xəstəliklərindən, spiroxetoz və zəhərlənmələrdən təfriq edilməlidir.

Immunitet. Xəstəliyə tutularaq, təbii sağalmış quşlarda gərginliyi 4 ayadək davam edən qeyri-steril immunitet yaranır. Hal-hazırda xəstəliyin spesifik profilaktikası məqsədilə hazırlanmış inaktiv alüminium-hidroksidli embrion vaksinindən istfiadə olunur.

Vaksin iki həftə fasilə ilə əzələ arasına iki dəfə inyeksiya edilir. Bu vaksinlə 45 günlük kliniki sağlam ev quşları (toyuq, hind toyuğu və ördək) peyvənd olunaraq onlarda 14-21 gün keçmiş yaranan immunitetin müddəti 6 ayadək davam edir. A1 tipindən hazırlanmış maye və quru inaktivləşdirilmiş vaksinlər də spesifik profilaktika məqsədilə istifadə edilir. Bu vaksinlər əzələarası 1(bir) dəfə inyeksiya olunur.

Peyvənd edilmiş quşlarda formalaşan immunitetin gərginliyi, vaksinasiyadan 21-30 gün keçmiş, Hemaqqülitinasiyanın ləngiməsi reaksiya (HALK) vasitəsilə müəyyənləşdirilir və bu zaman quşların 80%-də antihemaqqulitininlərin titri 1:10-də olursa, yaranan immunitet gərginlikli hesab edilir.

Page 20: FƏNN:  İnfeksion xəstəliklərin əsasları   MÖVZU:  “ Donuzların qızıl yeli və quşların qripi ”

Müalicə. Xəstə quşları müalicə etmək məqsədəuyğun hesab edilmir. Xəstələr qansız metodla öldürülür və yandırılaraq zərərsizləşdiriilr.

Profilaktika və mübarizə tədbirləri. Xəstəliklə mübarizə məqsədilə, eyni yaş qrupuna mənsub olan quşların qruplaşdırılaraq saxlanılması, baytarlıq-sanitariya qaydalarına, düzgün riayət edilməsi, olduqca vacibdir.

Mütəmadi olaraq təsərrüfatlarda təmizlik və dezinfeksiya işlərinin aparılması, quşçuluqda istfiadə edilən alət və vasitələrin, xidmət əşyalarının zərərsizləşdirilməsi həyata keçirilməlidir.

Təsərrüfatlarda xəstəlik qeydə alınan halda, qeyri-sağlam qrup quşlar qansız üsulla öldürülür və yandırılaraq zərərsizləşdirilməlidir.

Sağlam quşlar ət üçün kəsilir və əgər kəsilmiş cəmdəklərdə xarakterik patoloji dəyəşikliklər müşahidə edilirsə, cəmdək utilizasiya olunur.

Xəstə, xəstəliyi keçirmiş, şübhəli quşlardan alınan yumurtalar. 10 dəqiqə qaynadıldıqdan sonra istifadə edilə bilər.

Qrip qeydə alınan təsərrüfatlarda ciddi karantin qoyulur. Qripə görə qeyri-sağlam təsərrüfatlardan alınan yumurtalar inkubasiya olunmur. Inkubasiya məqsədilə sağlam yumurtalardan istfiadə edilməlidir. Xəstəliyə görə qeyri sağlam yaxud şübhəli təsərrüfatlarda tük və lələklər toplanaraq, zərərsizləşdirilməlidir. Bu məqsədlə tük və lələklər xüsusi quruducu qurğularda 15 dəqiqə ərzində 85-90oS temperaturda qurudulmalı, yaxud xüsusi qablarda 3%-li isti (45-50oS) formaldehid məhlulu ilə 20 dəqiqə ərzində dezinfeksiya olunaraq qurudulur.