20
Idil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix Bəxtiyar Tuncay Özet Büyük Tatarıstan'nın son Hanı Puqaçau hakkındaki Bulgar-Tatar destanı onun Rus işgalcilere karşı savaşını anlatıyor. Bu efsane resmi Rus tarihçiliği ile çelişir. Ancak, gerçekler Bulgar Tatar versiyonunun doğruluğunu kanıtlıyor. Anahtar Kelimeler: Puqaçau , Han, Büyük Tatarıstan, destan. The saga of Pugachev and distorted story Abstract In the Bulgar-Tatar saga about the last Khan of the Great Tataria Pugachev tells about the battle of Pugchev against the Russian invaders. This saga contradicts the official Russian historiography. However, the facts prove the correctness of the Bulgar-Tatar version. Keywords: Pugchev, Khan, Great Tataria, saga. Zəngin bir dastançılıq ənənəsinə sahip olan bulqar- tatar şifahi ədəbiyyatında “Puqaçau Padşah” dastanının özünəməxsus bir yeri var. Bu dastanı Çingizoğullarının qurduqları yaşatdıqları böyük dövlətin son dövrlərindən və tam süqutundan bəhs edir. Digər İdil-Bulqar qəhrəmanlıq dastanları kimi bu dastanın da süjetində bəzi sehirli, magik, əsatiri görüşlər yer alır. Bu hal dastanların yaranma və formalaşma xüsusiyyətlərindəndir. Çünki hər bir epos

bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

Idil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix

Bəxtiyar TuncayÖzet

Büyük Tatarıstan'nın son Hanı Puqaçau hakkındaki Bulgar-Tatar destanı onun Rus işgalcilere karşı savaşını anlatıyor. Bu efsane resmi Rus tarihçiliği ile çelişir. Ancak, gerçekler Bulgar Tatar versiyonunun doğruluğunu kanıtlıyor.

Anahtar Kelimeler: Puqaçau, Han, Büyük Tatarıstan, destan.

The saga of Pugachev and distorted story

Abstract

In the Bulgar-Tatar saga about the last Khan of the Great Tataria Pugachev tells about the battle of Pugchev against the Russian invaders. This saga contradicts the official Russian historiography. However, the facts prove the correctness of the Bulgar-Tatar version.

Keywords: Pugchev, Khan, Great Tataria, saga.

Zəngin bir dastançılıq ənənəsinə sahip olan bulqar-tatar şifahi ədəbiyyatında

“Puqaçau Padşah” dastanının özünəməxsus bir yeri var. Bu dastanı Çingizoğullarının

qurduqları və yaşatdıqları böyük dövlətin son dövrlərindən və tam süqutundan bəhs

edir.

Digər İdil-Bulqar qəhrəmanlıq dastanları kimi bu dastanın da süjetində bəzi

sehirli, magik, əsatiri görüşlər yer alır. Bu hal dastanların yaranma və formalaşma

xüsusiyyətlərindəndir. Çünki hər bir epos formalaşarkən onun strukturuna həmin

elmentlər mifoloji çağın tələbləri kimi daxil olur (Əliyev R., 2014, s. 225).

İdil bulqarlarının düşüncə sisteminə hakim olan el-oba sevgisinin, milli tarixə

sədaqət və bahadırlıq ruhunun izlərinə bulqar dastanlarında sıx-sıx rast gəlməkdəyik.

Bu baxımdan Puqaçau dastanı da istisna seyildir. O, digər Türk qəhrəmanlıq

dastanları ilə bir çox ortaq xüsusiyyətlərə malikdir ki, bu da özünü əsasən süjetin

strukturunda göstərməkdədir. Fəqət bulqar-tatar tarixinin rus işğalçılarına qarşı şanlı

savaşından bəhs edən bu epos sovet dövründə yasaq edilmişdi, bu səbəbdən də,

demək olar ki, unudulmuşdur. Xalqın hafizəsində həmin dastanın bəzi fraqmentləri,

xüsusən də bəzi qəhrəmnalıq nəğmələri ilişib qalmışdır. Onlar sonuncu Bulqar-Tatar

Page 2: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

və ya Türk-Tatar xanı (padşahı) Puqaçaunun rus işğalçılarına qarşı savaşına həsr

olunmuş nəğmələrdir.

Bu nəğmələrdə həm rus çarı I Pyotr (Dəli Petro), həm də Puqaçau "patşa"

(padşah) kimi yad edilirlər. Bunlardan birincisi mənfi, ikincisi isə müsbət obraz kimi

çıxış edir. Nəğmələr XVIII əsrin 70-ci illərində cərəyan etmiş real tarixi hadisələrdən

bəhs edir. Onlardan biri "Puqaçau patşa" adlanır:

Puqaçau patşanı kürse idenq, (Puqaçau padşahı görsəydin,

Allarınnan bil böqen uzsa idenq, Qarşısından keçib təzim etsəydin,

Arqamak menep, dan totıo, Yorğa ata şərəflə minib,

Caek yaularında yörsə idenq. Ural yaylaqlarına yürüsə idin.).

Sonuncu Türk-tatar xanına (padşahına) həsr olunmuş başqa bir nəğmə

"Puqaçau yavı" (Puqaçaunun ordusu) adlanır:

Olı qına yulnınq tuzanı, (Yol uzunı sıx qara toz dumanı,

Çanq börketmen qaskər uzqanı, Əsgərin yoxdur ucu-bucağı,

Puqaçau la patşa üz doşmanın Puqaçau patşahın ordusu,

Kuy-sarıktay iten kırqanı. Qırıb keçir düşmanı.)

(Xakimov R. F., 2012, s. 16).

Bundan başqa Puqaçau xanın cəsur sərkərdələrindən olmuş Bəxtiyara həsr

edilmiş bir neçə nəğmə də məlumdur.

Türk-Tatar filklor yaddaşı sözügedən Puqaçaunu “Türk-Tatar padşahı” kimi

tanıtsa da, rus tarixşünaslığı bu faktı uzun müddət inkar etmiş, ondan kəndli

üsyanının başçısı və quldur kimi bəhs etmişdir. Rus mənbələrində onun adı

"Puqaçov" kimi çəkilməkdədir. Son dövrlərdə bəzu rus tarixçiləri bu yalanı ifşa edən

bir neçə məqalə ilə çıxış etmişlər. A. T. Fomenko və Q. V. Nosovdkiy isə bu

mövzuya xüsusi kitab həsr etmişlər (Fomenko A. T., Nosovskiy Q. V., 2012)

Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlara qədər gizlədilən tarixi

dəlillərin üzərindən gizlilik pərdəsinin götürməsindən və Rusiya məktəblərində tədris

edilən rəsmi Rusiya tarixinin siyasi məqsədlərlə təhrif edilmiş saxta tarix olduğunun

üzə çıxmasından sonra Rus-Türk əlaqələrinin tarixinə yeni nəzərlərlə baxmaq üçün

yeni imkanlar açılmışdır. Söhbət V. Putinin göstərişi ilə Rusiyalı iş adamı Əlişir

Page 3: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

Usmanovun dünyanın müxtəlif yerlərindən əldə edərək Rusiyaya gətirilən və

müxtəlif dövrlərdə Avropa ölkələrində, eləcə də Rusiyada nəşr edilən xəritələrdən

gedir.

XIII – XVIII əsrlərə aid olan bu xəritələrin hamısında bugünkü Rusiya

ərazisinin tamamının «Böyük Tartariya», başqa sözlə, «Böyük Tatarıstan»

adlandığını və 1771-ci ilə qədər «Rusiya» adının işlədilmədiyini görürük. Yalnız

həmin ildən sonra Rusiya indiki Peterburq və Moskva şəhərləri arasında yerləşən

kiçik bir ərazidə peyda olur. Öncəki xəritələrdə isə həmin kiçik ərazi ya Avropanın

bir hissəsi kimi göstərirlir, ya da «Avropa Moskoviyası» (Avropa Moskva dövləti)

kimi qeyd edilir. Onun şərqində İsə Böyük Tartariyanın (Böyük Tatarıstanın) önəmli

hissəsini əhatə edən «Moskva Tartariyası» (Moskva Tatar dövləti) göstərilir

(Fomenko A. T., Nosovskiy Q. V., 2012).

Bu sırada Giymon Delil və Tobias Konard Lotter tərəfindən tərtib edilərək,

1772-ci ildə Ausburqda dərc edilmiş xəritəni (Bax: Xəritə 1), 1786-cı ildə

Almaniyada çəkilmiş, Rusiya imperatorluğunun və Böyük Tatarıstanın əks olunduğu

alman xəritəsini (Bax: Xəritə 2), eləcə də XVIII əsrdə Avropada cızılan (ili məlim

deyil) başqa bir xəritəni (Bax: Xəritə 3), eləcə də XVIII əsrə aid başqa xəritələri

(Bax: Xəritə 4, 5, 6) misal çəkmək olar.

Giymon Delil və Tobias Konard Lotter tərəfindən tərtib edilərək, 1772-ci ildə

Ausburqda dərc edilmiş xəritədə (Moskva, şifrəsi ГО-7891077/4) Avropanın bir

hissəsi kimi göstərilən Avropa Moskoviyası ilə Moskva Tatar dövləti arasında

sərhədlərin haradan keçdiyi dəqiq göstərilib. Bu sərhədd 1772-ci ildə Azov

dənizindən Don çayının yuxarı axarı böyunca uzanır və daha sonra isə Novqoroddan

keçirdi.

XVIII əsrin daha öncəki dövrlərə aid başqa xəritələri (Bax: Xəritə 4, 5, 6) ilə

müqayisə göstərir ki, 1772-ci ildə sərhədd xətti Moskva Tatar dövlətinin xeyrinə

dəyişərək, bir qədər qərbə tərəf sıxışdırılmış və Don çayının aşağı axarına çatmışdır.

Rus alimlərindən Q. V. Nosobskiy və A. T. Fomenki hesab edirlər ki, həmin ildə iki

ölkə arasında müharibə baş vermiş və ehtimal ki, hərbi əməliyyatlara ilk öncə tatarlar

başlamışlar. Onlar bildirirlər ki, həmin dövrdə paytaxtı Tobolsk şəhəri olan Moskva

Page 4: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

Tartariyası, yəni Moskva Tatar dövləti dünyanın ən böyük dövləti olmuşdur

(Fomenko A. T., Nosovskiy Q. V., 2012). 

Bu fikri Britaniya Ensiklopediyasının 1771-ci il nəşri də təsdiqləyir.

Ensiklopediyanın «Coğrafiya» bölümündə əks olunmuş bir cədvəl var. Həmin

cədvəldə dövrün əsas dövlətləri sadalanır, onların sahəsi, paytaxtı və Londondan

olan uzaqlığı, eləcə də Londonla saat fərqi qeyd edilmişdir.

Sözügedən ensiklopediyada Rusiyanın adı Avropa bölümündə, sadəcə bir dəfə

çəkilir. Paytaxtının Peterburq, sahəsinin isə 1.103.485 mil kvadrat olduğu göstərilir.

Paytaxtı Tobolsk olan Moskva Tatar dövlətinin sahəsinin isə bunda təqribən üç dəfə

daha böyük, yəni 3.050.000 mil kvadrat olduğu yazılıb. Həmin dövrdə dörd hissədən

ibarət olan (Krım xanlığı, Moskva Tatar dövləti və Çin Tatarıstanı bir dövlət idi və

Krımdan idarə olunurdu, Azad Tatar dövləti adlandırılan Türküstan isə bağımsız idi)

Böyük Tartariyanın, yəni Böyük Tatarıstanın ümumi sahəsi 4.472.290 mil kvadrat

olmuşdur (Encyclopaedia Britannica, 1771, s. 682-684).

XVIII əsrin ortalarına aid edilən, Moskvada, Qədim Aktlar Arxivində qorunan

bir rus xəritəsində (Bax: Xəritə 5) isə üç tatar dövləti qeyd olunub: Böyük Tartariya

(Krım xanlığı və Moskva Tatar dövlətlərini əhatə edir), Azad (bağımsız) Tartariya və

onun tərkib hissəsi olan və Krımdan idarə edilən Çin Tartariyası (Çin Tatar dövləti)

(Fomenko A. T., Nosovskiy Q. V., 2012).

Lakin bir qədər sonrakı xəritələrdə artıq başqa mənzərə ilə rastlaşırıq

Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və

üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin

adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində Moskva Tatar dövlətinin

ərazisi Sibir kimi göstərirlir və onun haqqında belə yazılır. Böyük Sibir ölkəsi.

Əvvəllər xanlıq idi, indi Rusiyanın tərkibindədir (Bax: Xəritə 7).

Eyni mənzərəni 1796-cı ildə cızılmış bir alman xəritəsində də görməkdəyik.

Burada artıq Böyük Tatarıstan önəmli hissəsi, yəni Moskva Tatar dövlətinin və Krım

xanlığının ərazisinin Rusiyanın tərkibində göstərilir. Bununla belə, Azad Tartariya

(Türküstan) və Çin Tatar dövləti Rusiya sınırlarından kənardadır. Yəni onlar hələ

bağımsızlıqlarını sürdürməkdədirlər (Fomenko A. T., Nosovskiy Q. V., 2012).

Page 5: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

Q. V. Nosovskiy və A. T. Fomenki hesab edirlər ki, Romanovlar sülaləsinin

hakimiyyətdə olduğu Rusiya ilə Böyük Tatarıstan arasında sonuncu savaş 1768-

1774-cü illər Rusiya-Osmanlı müharibəsi ilə paralalel getmiş və bu müharibədə

tatarlar Osmanlı xəlifəsinin təbələri kimi savaşmışlar. Lakin 1774-ci ildə

Osmanlıların gözlənilmədən Rusiya ilə sülh sazişi imzalaması tatarları arxasız

qoymuş və bu, ruslara, Çin Tatarıstanı və Azad Tatarıstan dışında, Böyük

Tatarıstanın digər ərazilərini işğal etməsinə imkan vermişdir (Fomenko A. T.,

Nosovskiy Q. V., 2012). Nəticədə Krımın və Böyük Tatar dövlətinin sonuncu xanı

Şahin Gəray 14 aprel 1783-cü il tarixində xaqanlıq taxtından imtina etməyə, tatar

bəyləri də rus təəbəliyini qəbul etməyə məcbur olmuşlar (Qayvorоnskiy О., 2003).

Avropa mənbələrində, o cümlədən ensiklopediya və xəritələrdə Tatarıstanın

adı «Tartariya», tatarların adı isə «tartar» kimi tələffüz edilir və beləcə də yazılırdı.

Başqa sözlə, «tartar» kəlməsi tatarların, «Tartariya» adı isə Tatarıstanın sinonimi

kimi işlənirdi (Vitsen N. Bruno Naarden, 2010, s. 255-256). Latın dilində tərtib

edilmiş mətnlərdə adı «Tartaria», fransızdilli mətnlərdə «Tartarie», ingilis dilində

«Tartary», almancada isə «Tatarei» kimi qeyd edilən bu ölkə Qara dənizindən Sakit

Okeana, Çin və Hindistana qədər uzanırdı. Onun şimal sərhəddini Şimal Buzlu

Okeanı təşkil edirdi. Adı XIII-XVIII əslərə aid xəritələrdə dünyanın ən böyük

dövlətinin adı olaraq keçirdi. Bu hala  hətta artıq mövcud olmadığı dövrün, daha

dəqiq desək,  XIX əsrin bəzi xəritələrində də rast gəlinir (Zakiyev M. Z., 2002, s.

35).

Orta əsrlərdə Avropada bütün türklər «tartar», yəni tatar adı ilə tanınırdılar. Qədim farslar bütün türk xalqlarını «saka» (sak), yunanlar «skyth» (iskit), ərəblərsə «türk» adlandırdıqları kimi, avropalılar, o cümlədən slavyanlar da «tatar»  deyirdilər. Bu ad XIII əsrdə Çingiz xanın parça-parça olan əski Turan torpaqlarını öz hakimiyyəti altında birləşdirməsindən və yenidən vahid dövlətə

çevirməsindən sonra geniş yayılmışdır. Avropalılar sözügedən etnonimi qərəzlə «cəhənnəm» mənasında işlətdikləri «Tartar» adı ilə

eyniləşdirərək, bu şəkildə də işlətməyə başladılar. Onlar üçün ucu-

Page 6: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

bucağı görünməyən bu ölkə ilk dövrlərdə bir müamma olaraq qalmaqda idi

(Zakiyev M. Z., 2002, s. 192-198; Fyodorova Ye. A. Slivinskiy V. P., 2013, s. 27).

S. Qorşeninanın yazdığına görə, Çingiz xanın tarix səhnəsinə çıxışı

avropalıların ürəyinə elə bir qorxu salmışdı ki, onlar bu türk xalqını xristian

miflərindəki Yəcuc və Məcuclarla eyniləşdirməyə başladılar (Gorshenina S., 2014, s.

108-109). Bu mövzu 1846-cı ildə ruslar tərəfindən dərc edilmiş bir akademik nəşrdə

öz obrazlı əksini aşağıdakı şəkildə tapmışdır: «Avropalıların təsəvvüründə tatarlar

dəhşət saçan və axır-zamanı başladan xalq idi və bu səbəbdən də etnonim xristianlığa

qədərki təsəvvürlərlə uyğunlaşdırılaraq «tartar» şəklini almışdı» (Karmannaya

knijka.., 1848, s. 256). 

Maraqlıdır ki, «Tartariya», yəni «Tatarıstan» terminini Çingiz xanın tarix

səhnəsinə çıxmamışdan təqribən yarım əsr öncə Navarralı səyyah Veniamin Tudelli

işlətmiş və bu adla Tibetin bir hissəsini, Türküstanla Tanqutlar ölkəsi arasındakı

geniş ərazini adlandırmışdır (Karmannaya knijka.., 1848, s. 255). Eyni terminə

«Relatio de David» (1221) adlı kitabda da rast gəlinir. Fəqət bu kitabda həmin

ölkənin coğrafi məkanı göstərilməyib. Burada söhbət nestorian məzhəbindən olan

tatar xanı Davudun müsəlmanlar üzərində çaldığı qələbədən söhbət açılır. Fransalı

salnaməçi Alberik də eyni ölkənin adını çəkmişdir. Bu iki mənbədə «tartar» adı

qətiyyən mənfi çalar daşımır, tatarlar isə xristian missioneri pastor İohanın adı ilə

əlaqədar yad edilir. Adın mənfi çalar daşıması Çingiz xan dövründən sonrakı illərə

təsadüf edir (Gorshenina S., 2014, s.107).

Ehtimal ki, «tartar» (tatar) adının mənfi anlamda ilk dəfə qıpçaqların qadın

hökmdarı Russutana 1224-cü ildə Poma papası Honoriyaya yazdığı məktubunda

işlətmişdir. Həmin məktubda söhbət tatarların Qafqaza hücumundan bəhs edilir.

Eyni termindən eyni mənada 1238-ci ildə qıpçaq çöllərində xristianlığı yaymaqla

məşğul olan Dominikanlı rahib Yulian da istifadə etmişdir (Gorshenina S., 2014,

s.108-109).

S. Qorşeninanın yazdığına görə, tatarların adı ilk öncələr pastor İohanla

birlikdə hallandırıldığı üçün Avropada xoş qarşılansa da, Çingiz xanın yürüşləri bu

münasibəti dəyişdi. 1241-1242-ci illərdə yürüşlər Avropanı da hədəfə alandan sonra

Page 7: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

tatarlara «Tartar»ın (Cəhənnəmin) elçiləri kimi yanaşılmağa başlanıldı (Gorshenina

S., 2014, s. 111-112).

Yuxarıda haqqında söz açdığımız xəritələrin sayı təqdim etdiklərimizdən qat-

qat çoxdur. Və onlar bizə Turanın gerçək ərazisinin haraları əhatə etdiyini

göstərməklə yanaşı, qarşımızda duran hədəfin də nə qədər böyük olduğunu nümayiş

etdirir. Xatırladaq ki, Avropa mənbələrində qədim zamanlarda «Skhytya» (İskitlər

ölkəsi), sonralar isə «Tartariya» adlandırılan ərazi fasr mənbələrində «Türyana»

(Avesta), «Turan» (Firdövsi) və «Türküstan» adlandırılmışdır. 

Turan idealını bizə miras qoyan Əli bəy Hüsynzadə, İsmayıl bəy Qaspıralı,

Zəki Vəlidi Toğan və Ziya Gökalp kimi fikir böyüklərimiz bu adı Firdövsidən əxz

etmişlər. Çingiz xan isə onu «Yekə Menqu El Ulus» adlandırmışdır. Əski

türkcəmizdə bu, «Böyük və Əbədi Respublika Ölkəsi» (Yekə-Böyük, Menqu-Əbədi,

El – xalq, dövlət, başqa sözlə Xalq Dövləti, yəni Respublika, Ulus-Ölkə) deməkdir.

Əldə olan məlumatlar sözügedən Türk dövlətinin 1870-lərə qədər

mövcudiyyətini qoruduğunu və hadisələrin rus tarixçilərinin yazdıqları kimi deyil,

bulqar-tatarlara aid Puqaçau dastanında söylənildiyi kimi cərəyan etdiyini sübut edir.

Q. V. Nosovskiy və A. T. Fomenki yazırlar ki, Boyük Tatariya rusların

Puqaçov (Puqaçau – B.T.) üzərində qələbəsindən sonra (1773-1775) süquta uğradı,

dövlətin mərkəzi olan Tobolsk (Tubal // Tabal – B.T.) darmadağın edildi. Bundan

sonra Romanovlar sülaləsinə qulluq edən tarixçilər, tarixi təhrif edərək Puqaçovu

kəndli üsyanının başçısı kimi qələmə verməyə başladılar (Fomenko A. T., Nosovskiy

Q. V., 2012).

Həmin dövlətin XVII əsrdəki siyasi idarəçilik forması haqqında “Universial

coğrafiya” kitabında deyilir ki, bu dövlət xanlar tərəfindən idarə edilir. Bu barədə

məlumatımız az olduğundan onların hamısını “tatar xanları” adlandırırıq (La

Geographie Universelle, 1676, s. 239).

Qaynaqça

«Encyclopaedia Britannica; or, a Dictionary of Arts and Sciences, compiled

upon a new Plan. In which the different Sciences and Arts are digested into distinct

Treatises or Systems; and the various Technical Terms, etc. are explained as the

Page 8: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

occur in the order of the Alphabet. Illustrated with one hundred and sixty

copperplates». By a Society of Gentlemen in Scotland. In three volumes. –

Edinburgh: Printed for A.Bell and C.Macfarquhar. M.DCC.LXXI, 1771.

Əliyev R. Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər). Bakı:

“ ” nəşriyyatı, 2014. 350 s.

Fomenko A. T., Nosovskiy Q. V. Pyotr I Puqaçyov. Qde zarıta sobaka russkoy

istorii. Çast 2. Qlava 1. 22 avqust 2012 (http://ruvera.ru/researches/gde_ zaryta_sobaka_russkoiy_istorii_2_chast 1).

Fyodorova Ye. A. Slivinskiy V. P. Sibir v linqvomifoloqiçeskom komtinuume

Rossii: Postanovka problem osmısleniya v russkom yazıkovom soznanii // Vestnik

Kem QUKİ. 2013, № 22.

Gorshenina S. L’invention de l’Asie central: histoire du concept de la Tartarie

a l’Eurasie. Droz, 2014. 702 s.

Xakimov R. F. İstoriçeskiye pesni v tatarskom folklore. Аvtoreferat diss. na

soiskaniye uç. stepeni kan. fil. nauk. Kazan, 2012.

Karmannaya knijka dlya lyubiteley zemledeliya. SPb.: İmperatorskoye

Russkoye Qeoqrafiçeskoye Obşestvo. 1848.

La Geographie Universelle contenent les Descriptions, les Cartes,       et le

Blason, des principaux Pais du MONDE. Par P.DuVal       d'Abbeville Geogr.

Ordu. du Roy. -  A PARIS, Cheu l'Auteur,   proche du Palais, sur le Quay de

l'Orloge, au coin de la rue – de Harlay. Auec Priuilege de la Majeste, pour 20 Ans.

MDCLXXI (1676 год).

Qayvorоnskiy О. Sozvezdiye Qerayev. Simferopol: Dolya, 2003. 107 s.

Vitsen N. Bruno Naarden. Nikolaas Vitsen i Tartariya // Severnaya i

Vostoçnaya Tartariya, vklyuçayuşyaya oblasti, raspolojennıye v severnoy i

vostoçnoy çastyax Yevropı i Azii. V 3 t. (Per. s qol. V. Q. Tisman; red. i nauç. ruk.

N. P. Kopaneva, B. Naarden). Amsterdam: Prgasus, 2010.

Zakiyev M. Z. Proisxojdeniye tatar // Proisxojdeniye tyurkov i tatar. М.: İnsan,

2002.

Page 9: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

Xəritələr

Xəritə 1. Giymon Delil və Tobias Konard Lotter tərəfindən tərtib edilərək, 1772-ci ildə Ausburqda

dərc edilmiş xəritə (Guil. Delisle. Tobias Conrad Lotter. Asia. Augsbourg. 1772). Boyanmış qravüra. Rusiya Dövlət Tarix Muzeyinin xəritəşünaslıq bölməsində saxlanılır (Moskva,

şifrəsi ГО-7891077/4).

Page 10: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

Xəritə 2. Rusiya imperatorluğunun və Böyük Tatarıstanın əks olunduğu alman xəritəsi (Gussefeld

F.L. Carte de l’Empire de Russie & de la Grande Tatarie. Publiee par les Heredum   Homannianorum. Norimberg. 1786). Moskva, Dövlət Tarix Muzeyinin Xəritəşünaslıq

bölməsi. Şifrəsi ГО-6217. 

Page 11: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

Xəritə 3. Böyük Tatarıstanın XVIII əsrdə tərtib edilmiş daha bir xəritəsi. “L’Asie dresse sur les

observations de l’Academie Royale des Sciences et quelques autres, et Sur les memoires les plus recens. Amsterdam. Chez R. & J. Ottens”. Tərtib edildiyi il məlum deyil.

Page 14: bextiyartuncay.files.wordpress.com  · Web viewIdil bulqarlarına aid Puqaçau dastanı və saxtalaşdırılmış tarix. Bəxtiyar. Tuncay. Özet. Büyük Tatarıstan'nın son Hanı

Xəritə 7. Moskvadakı Dövlət Tarix Muzeyində qorunan, XVIII əsrin sonlarına aid edilən və

üzərində «Roma dilindən tərcümə edilmiş kosmoqrafiya. Burada dövlət və ölkələrin adları bildirilir» sözləri yazılmış başqa bir rus xəritəsində