285
Bəxtiyar Tuncay HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA

bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

  • Upload
    others

  • View
    21

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Bəxtiyar Tuncay

HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA

BAKI 2020

Page 2: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

GİRİŞ

ابسم ه لل حمن الر حيم الرBu kitabda dünya müsəlmanlarını maraqlandıran və əsirlərdən bəri üzərində

düşündükləri bir sıra maraqlı məqamlardan bəhs edilir. Söhbət Həzrət Mehdi (ə), Həzrət İsa (ə) və Axırzamandan gedir. Təbii ki, hazırda dünyamızda baş verən və hər birimizin şahidi olduğumuz hadisələr də diqqətdən kənarda qalmır.

Axırzamanın 10 əlamətindən söz açılan bir hədisdə deyilir ki, bir gün Peyğəmbərin (s) səhabələri oturub öz aralarında söhbət edirdilər. Bu zaman onlara yaxınlaşan Rəsulillah (s) nə barədə söhbət etdiklərini soruşur. Onlar cavab verirlər:

-Ya Rəsulillah (s), biz “Əlamətu səə” (Axırzamanın əlamətləri) barədə danışırıq.

Peyğəmbər (s) bildirir ki, 10 böyük əlamət olmadan Axırzaman gəlməyəcəkdir. Və Peyğəmbər (s) onlara həmin 10 əlaməti bildirir.

Bu o əlamətlərdir ki, onların gerçəkləşdiyini artıq bu dünyada yaşayan hər bir insan görməkdə və şahidi olmaqdadır.

Həzrət Məhəmmədin (s) səhabələrinə söylədiyi və bu gün hər birimizin müşahidə etdiyimiz birinci əlamət budur: “Geyməyə paltarı olmayan, ayağı yalın çobanlar bir-biri ilə uca binaların tikilməsində yarışa girişəcəklər”.

Bu o deməkdir ki, bir vaxt gələcək, insanlar təqvaları, Allaha olan sevgiləri və Peyğəmbərin (s) yoluna sədaqətləri ilə deyil, mal və mülkləri, tikdikləri sarayları və ucaltdıqları göydələnləri ilə öyünəcəklər. Həmin əlamətin gerçəkləşdiyini görmək və göydələnləri seyr etmək üçün Nyu-York, Tokio və ya Kuala-Lumpur və Dubaya getməyə ehtiyac yoxdur. Keçmiş ayağıyalın çobaların bu gün xalqdan və dövlətdən oğurlanmış haram pullarla tikdikləri dəb-dəbəli saray və göydələnlər Bakıda da az deyil. Onların sahibləri, şübhəsiz ki, İblisin nökərləridirlər və Dəccala xidmət edirlər.

Qoy, gözü olanlar gözlərini yaxşı-yaxşı açsınlar və qulağı olanlar da eşitsinlər. Bu adamlar Həzrət Məhəmmədin (s) yolunun yox, Təkgöz Dəccalın yolunun yolçularıdırlar.

Sevimli Peyğəmbərimizin (s) səhabələrinə söylədiyi ikinci əlamət budur: “Qadınlar geyinəcək, amma eyni zamanda çılpaq olacaqlar”.

Söyləmək nə qədər acı olsa da, bu əlamətin də gerçəkləşdiyinin şahidiyik. Bu tip qadıları görmək üçün Paris, London və Amsterdama səyahət etməyə ehtiyac varmı? Əlbəttə ki, yoxdur. Onların sayı Azərbaycanda da yetərincədir və hətta ürək ağrıdan səviyyədə çoxdur. Hər dəfə küçəyə çıxanda, çobanların tikdiyi saray və göydələnləri, çobanlara kafe, restoran, masaj salonları və bardellərdə xidmət edən yarı çılpaq qadınları görəndə nə düşünürsünüz?

Bir çox insan bu mənəzərəyə o qədər alışıb ki, olanlara olmalı olan adi hal kimi, müasir inkişaf və tərəqqinin məntiqi məhsulu kimi baxır. Onların bir qismi də bunu Avropalaşma, mədəniləşmə və müasirləşmə hesab edir, yaxşı hal olduğunu düşünür. Yalnız iman sahibləri Peyğəmbərimizin (s) öncədən xəbər

Page 3: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

verdiyi Axırzamanın artıq yetişdiyini dərk edir, qarşıdan gələn və artıq gəlmiş olan və içinə düşmüş olduğumuz fəlakətin miqyasını görüb narahat olurlar.

Düşündünüzmü, 14 əsr öncə yaşamış, yazı-pozu bilməyən bir insan bütün bunları necə bilmiş və öncədən xəbər vermişdir? Axı, o hardan bilmişdir ki, gün gələcək və geyməyə düz-əməlli paltarı olmayan, ayağı yalın çobanlar bir-biri ilə uca binaların tikilməsində yarışa girişəcəklər? Haradan bilmişdir ki, qadınlar geyinəcək, amma eyni zamanda çılpaq olacaqlar? Və təkcə bunlarımı bilmiş və söyləmişdir?

Əlbəttə ki, yox. Bu deyilənlər 10 böyük əlamətin sadəcə ikisidir. Peyğəmbərimiz (s) bu iki əlamətdən başqa Dəccal, Yəcuc və Məcuc, Həzrət

İsanın (ə) yer üzünə ikinci gəlişi, Duhan, Dəbbət ül-Ərz, Günəşin qərbdən doğuşu, Böyük zəlzələ və Yəməndən yüksələcək atəş barədə də öncədən məlumat vermiş və onları Axırzaman əlamətləri kimi sıralamışdır.

Axırzamanla məşğul olan “esxatologiya” adlı bir elm var. Bu elm sahəsi Axırzamanda olacaqları araşdırmaqla məşğuldur. Bu elm ayrıca xristian esxatologiyası, yəhudi esxatologiyası, İslam esxatologiyası və s. kimi istiqamətlərdən ibarətdir. Hər bir ümmət öz dinmin inanclarına görə özünə aid olan istiqaməti müəyyən və inkişaf etdirir, tədqiqatlar aparır və bu zaman öz dini kitablarına əsaslanırlar. Biz müsəlmanlar da bu istiqamətdə müqabil olaraq, təbii ki, ilk növbədə Qurani-Kərimə və müqəddəs hədislərə əsaslanırıq.

İslam esxatologiyasında (Elmül-Axir üz-Zaman) mərkəzi yerlərdən birini Həzrət İsa (ə), Həzrət Mehdi (ə) və Dəccal tutmaqdadırlar. Bunlardan İsa Məsih (ə) mövzusu həm yəhudu, həm xristian, həm də İslam esxatalogiyalarında ən mərkəzdə duran mövzulardır. Yəhudilər, məlum olduğu kimi, xristian və müsəlmanlardan fərqli olaraq, Həzrət İsanın (ə) Məsih olduğuna inanmır və Məsihin hələ gəlmədiyini hesab edir və “Maşiah” adlandırdıqları bu şəxsin gəlişini gözləyirlər. Xristian və müsəlmanlarsa İsanın (ə) Məsih olduğunu bilir və onun yer üzünə ikinci gəlişini gözləyirlər.

Müsəlmanlar onun ikinci dəfə gəlişini hədislərdən bilirlər. Məsələn, “Səhih Buxari”də belə bir hədis var:

“Məryəm oğlu İsa yerə, aranıza enib sizi idarə etməyə başlayan anda hansı durumda olacaqsınız?”

Bu hədis bilavasitə müsəlmanlara müraciət etdiyindən tam qətiyyətlə deyə bilərik ki, o müsəlmaların yaşadığı bir yerə enəcək və müsəlmanların arasında nüzul edəcəkdir. Yəni bu hadisə nə Vaşinqtonda, nə Romada, nə Tel-Əvivdə, nə də Pekində baş verməyəcəkdir. Məhz müsəlmanların sıx yaşadığı, müsəlmanların məskun olduğu bir bölgədə baş verəcəkdir.

Və əgər bu kimi hədislər olmasa idi belə, biz bunu Qurandan bilirdik. Allah-Təala bunun baş verəcəyinə Qurani-Kərimdə açıq-aydın işarə etmişdir. İkinci qayıdışa inanmayanların, bunu inkar edənlərin Quranı açıb, Əl-Zuxruf surəsinin 61-ci ayəsinə nəzər salmaları kifayətdir:

“Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!”

İncilin “Vəhy” fəslinin 22 bölümünün 12-ci ayəsində də eyni fikir təkrarlanır. Həmin ayədə Həzrət İsanın (ə) adından belə deyilir:

Page 4: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Bax, mən tezliklə gələcəyəm. Mükafat da Özümlədir. Hər kəsə əməlinə görə mükafat verəcəyəm”.

Xristianlar İncilə istinadən Həzrət İsanın (ə) gəlişindən öncə, yəni Axırzamanda beş əlamətin gerçəkləşəcəyinə inanırlar:

1. Böyük müharibə, aclıq və zəlzələ2. İsrail dövlətinin bərpası3. İncilin bütün dünyada təlim edilməsi4. Qanunsuzluqların çoxalması və soyuqluğun ürəklərdəki məhəbbəti

əvəzləməsi5. Yalançı “Məsih” və “peyğəmbərlərin” ortaya çıxması.Bunlardan birincisi haqqında Matta “İncil”inin XXIV fəslinin 6-8 – ci

bəndlərində İsa Məsihin (ə) dilindən belə deyilməkdədir: “Siz müharibə səsləri, müharibə xəbərləri eşidəcəksiniz. Təşvişə düşməyin.

Bunlar baş verməlidir, amma bu, hələ son deyil. Millət millətə qarşı, dövlət dövlətə qarşı qalxacaq. Gah burada, gah orada qıtlıq, zəlzələlər olacaq. Bütün bunlar bəlaların başlanğıcıdır”.

İkinci əlamət, yəni İsrail dövlətinin yaranması ilə bağlı əlamət də Matta İncilin eyni fəslinin 32-33 – cü bəndlərində yer almaqdadır. Həmin bəndlərdə özünü “İnsan Oğlu” adlandıran Məsihin (ə) dilindən İsrailin bərpa edilməsi əncir ağacının tumurcuqlamasına bənzədilərək, belə deyilməkdədir:

“Nümunə üçün əncir ağacını götürək. Onun budaqları tumurcuqlayıb yarpaqları görünəndə bilirsiniz ki, yay yaxındır. Siz də bütün bunları görəndə bilin ki, İnsan Oğlu yaxında, qapının ağzındadır”.

Eyni İncilin eyni fəslinin 14-cü bəndində üçüncü əlamətdən bəhs edilir:“Padşahlıq haqqındakı bu müjdə (İncil) xalqların hamısına şəhadət olsun

deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək”.Dördüncü əlamət Matta “İncil”inin eyni, yəni XXIV fəslinin 12-ci ayəsində yer

alır: “Hərc-mərclik baş alıb getdiyindən əksər insanlarda məhəbbət

soyuyacaq”.Beşinci əlamət barədə isə Mark “İncil”inin XIII fəslinin 6-cı bəndində belə

deyilməkdədir: “Bir çoxları mənim adımla gəlib “Məsih mənəm”  deyəcək və çoxlarını

aldadacaq”. Bu sonuncu əlamətin üzərində xüsusi durmağa ehtiyac var. Çünki gəlib “Məsih

mənəm”  deyəcək olanlardan biri də xristianların “Antixrist”, müsəlmanların isə “Dəccal” adlandırdıqları şəxs olacaq. Qeyd edək ki, Dəccal (Antixrist) mövzusu da xristian və müsəlman esxatologiyalarının ortaq mövzularından biridir və Axırzaman əlamətlərindəndir.

İncil Antixristdən, yəni Dəccaldan “qanunsuzluq adamı” və ya “qanunsuz adam” kimi bəs etməkdədir. “II Saloniklilərə” kitabının II fəslinin 3-10 – cu ayələrində Həzrət İsannnın (ə) onu belə tanıntdığı deyilir:

“Qoy heç kəs sizi aldatmasın, çünki o gün gəlməzdən əvvəl dönüklük baş qaldırmalı, qanunsuzluq adamı, yəni həlaka məhkum edilmiş şəxs zühur etməlidir. Bu düşmən özünü allah deyilən hər kəsdən və pərəstiş edilən hər

Page 5: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

bir şeydən üstün tutacaq, Allahın məbədində oturub özünü allah kimi qələmə verəcək. Yadınızdadırsa, sizinlə olanda bunlar barədə sizə danışırdım. Siz yaxşı bilirsiniz, bu adamın vaxtından əvvəl zühur etməsinin qarşısını nə alır. Onun qanunsuzluğu bir sirdir və bu sirr artıq fəaliyyətdədir, ancaq indi onun qarşısını alan keçib gedənə qədər o, sirr olaraq qalacaq. O vaxt qanunsuz adam üzə çıxacaq, ancaq Ağamız İsa öz ağzının nəfəsi ilə onu məhv edəcək, hüzuru aşkar olan vaxt onu yox edəcək. Qanunsuz adamın hüzuru Şeytanın sayəsindədir. Şeytan ona hər cür qüdrətli işlər, saxta əlamətlər, möcüzələr, hər cür yalan və günah üçün güc verir ki, məhvə gedənləri aldatsın”.

Burada yazılanları çox sayda hədis də təsdiqləməkdədir.Müsəlmanlar Dəccal və Həzrət İsa (ə) ilə eyni zamanda ayrıca Həzrət

Mehdinin (ə) də gələcəyinə, onun İsadan (ə) bir qədər öncə zühur edəcəyinə inanırlar və onun gəlişi də çox sayda hədislə müjdələnməkdədir. Həmin hədislərdən belə aydın olur ki, bu iki şəxs yer üzündə zülmün kökünü birlikdə kəsəcək və bütün dünyada İlahi ədalət və səadəti bərpa edəcəklər.

Mehdi (ə) kimdir, onun haqqında nələr məlumdur?Bu sualın cavanını Buxari və Müslimin qeydə aldıqları hədisərdən və daha bir

çox hədis kitabından tapa bilərik və tapırıq. Bilirik ki, Peyğəmbərimiz (s) onun bir imam (İmam ül-Mehdi) olacağını bildirmişdir. Həzrət Fatimənin (r) dediklərindən onu da bilirik ki, o, Həzrət Məhəmmədin (s) soyundan olacaqdır. Hədislərdən onun xarici görkəmi və digər əlamətləri də məlumdur. Odur ki, zühur edəndə müsəlmanlar onu tanımaqda çətinlik çəkməyəcəklər.

Sevgidəyər oxucular bu kitabda həm Həzrət Mehdi (ə), Həm həzrət İsa (ə), həm onların yer üzündə quracaqları İlahi ədalət, həm də yuxarıda adı çəkilən digər mövzular barədə bir çox maraqlı fakt və fikirlərlə tanış ola biləcəklər. Eyni zamanda Həzrət İsa (ə) və Həzrət Mehdi (ə) gələnə qədər nə etməli olduğumuz, onların gəlişinə necə hazırlaşmalı olduğumuz barədə də çoxsaylı suallara cavab tapacaqlar.

Təbii ki, bizlər boş durmamalı, zülmə boyun əyməməli və İsa (ə) ilə Mehdi (ə) gəlib, hər şeyi qaydasına salacaqlar deyə, əl-qolumuzu yanımıza salmamalıyıq. Dünyada baş verən pisliklərə susmamalı və ətrafımızda baş verənlərə seyrçi qalmamalıyıq.

Nə etməli olduğumuzu anlamaq üçün isə, əlbəttə ki, yaşadığımız dövrü dərindən təhlil etməli və başa düşməyə çalışmalıyıq. Bunu etmədən və İblisin yer üzündə qurmağa nail olduğu Böyük Şər İmperiyasının mahiyyət və mexanizmini dərk etmədən məsələnin incəliklərini dərk etmək, yaranmış vəziyyətdən çıxış yolu tapmaq çox çətindir və hətta heç mümkün də deyil.

Page 6: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

I FƏSİL

İblisin böyük Şər imperiyası

Əzəli və Əbədi olan Allah-Təala Qurani-Kərimdə İblisi belə anlatmaqdadır : “Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə: “Adəmə

səcdə edin!”– dedik. İblisdən başqa (hamısı) səcdə etdi. O, səcdə edənlərdən olmadı.

(Allah) dedi: “Mən sənə əmr etdikdə sənə səcdə etməyə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha üstünəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”.

(İblis) dedi: “Onların dirildiləcəyi günə qədər mənə möhlət ver”.(Allah) dedi: “Şübhəsiz ki, sən möhlət verilənlərdənsən”” (Əl-Əraf surəsi,

11-15-ci ayələr).Qurani Kərimdə buyurulanlardan anlaşıldığı kimi, Allah-Təala İblisə Qiyamət

gününə qədər möhlət vermişdir və o da Həzrət Adəmin (ə) yaradıldığı gündən günümüzədək Adəmoğullarını haqq yoldan yayındırmaqda, onları toruna salmağa çalışmaqdadır.

O vaxtdan günümüzədək nə qədər vaxt keçdiyini kimsə dəqiq bilmir. Fosil qeydlərini əldə əsas tutan elm adamlarının filrincə, anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195.000 il əvvələ aiddir, yəni insanın yer üzündə peyda olması 195.000 il əvvələ aid edilir.

Keçən bu illər ərzində İblis yüzmilyonlarla insanı öz toruna salaraq, onların əli ilə özünün böyük Şər imperiyasını qurmağı bacarmışdır. Bunun ən gözəl sübutunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 25-ci maddəsində tapmaqdayıq. Nizamnamədə nəinki bircə dəfə də olsun, Allahın adı çəkilmir, yer üzündə “Ali hakimiyyətin” dolayısı ilə BMT-nin Təhlükəsizlik Şurasına məxsus olduğu, daha dəqiq desək, dünya dövlətlərinin mövcud Nizamnaməyə əsasən TŞ-nın qərarlarına

Page 7: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

tabe olmağı öz üzərlərinə öhdəlik kimi götürdükləri bildirilir və beləcə, dünyanın hakiminin Allah olduğu, hakimiyyətin ona məxsus olduğu dolayısı ilə inkar edilir.

Bu, Qurani-Kərimin Əl-Ənam surəsinin 61-ci ayəsində deyilənlərlə ziddiyyət təşkil edir. Həmin ayədə belə deyilir:

“(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir...”.Allah-Təala Quranın Əl-Maidə surəsinin 44-45 - ci ayələrində bizlərə belə

buyurmaqdadır: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır.

(Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.

Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, (vurulmuş) yaralara da (yaralar) qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə (qisasdan vaz keçsə), bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır”.

Eyni surənin 47-ci ayəsində isə belə deyilir:“Qoy İncil əhli Allahın onda nazil etdiyi (şəriət qanunları) əsasında hökm

versinlər. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir”. Bütün bunlara baxmayaraq, istisnasız olaraq bütün müsəlman dövlətləri BMT-

nin üzvüdür və onun Nizamnaməsini, o cümlədən yer üzündə ali hakimiyyətin Allaha deyil, bu təşkilatın Təhlükəsizlik Şurasına aid olduğunu ifadə edən maddəni qəbul etmişlər. Yəhudilərin tək dövləti olan İsrail də bu təşkilatın üzvüdür. Sadəcə bir dövlət, dünya katoliklərinin mərkəzi olan Vatikan yuxarıdakı səbəbdən BMT üzvü olmaqdan imtina etmişdir.

Qərargahı Nyu-Yorkda yerləşən BMT 1945-ci ildə II Dünya müharibəsində qalib gəlmiş 5 dövlət tərəfindən yaradılmışdır. Bu dövlətlər ABŞ, Fransa, İngiltərə, keçmiş SSRİ (bugünkü Rusiya) və Çindir. Bunlardan son ikisinin o dövrdə başında kommunit partiyaları dururdu və bu partiyalar öz ölkələrində ateizm, yəni Allahsızlıq siyasəti aparırdılar. İlk üçü isə dünya masonluğunun mərkəzi olan dövlətlərdir. Və təbii ki, onlar da Nizamnamədə Allahın adının yer almasında maraqlı deyildilər. Məhz bu beş dövlət BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər və qəbul edilən qərarlara yalnız və yalnız bu dövlətlərin veto qoymaq hüququ var. Digər dövlətlər isə bu beş dövlətin təmsil olunduğu Təhlükəsizlik Şurasının qərarlarına tabe olmağa məcburdurlar.

Beləliklə, II Dünya savaşından sonra bu təşkilat bütün dünyanın siyasi mərkəzinə çevrilmişdir. Və bu qurum hazırda İblisin Böyük Şər İmperiyasının siyasi qanadını və əsasını təşkil edir.

İblisin Böyük Şər İmperiyasının iqtisadi qanadını isə sələm kapitalı və üzərində çox sayda mason simvolunun yer aldığı bir valyuta, yəni ABŞ dolları təşkil edir. Hazırda bütün dünyada beynəlxalq ticarət məhz bu valyuta ilə aparılır. Və həmin valyuta da məhz II Dünya savaşından sonra bütün dünyaya hakim olmuşdur.

Page 8: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Biz bu barədə bir qədər sonra daha ətraflı söhbət açacaq, İblisin Şər imperiyasının siyasi və iqtisadi mexanizmlərini və iş prinsiplərini ən incə detallarına qədər izah etməyə çalışacağıq. Hələlik isə İblisin bu imperiyanı qurana qədər hansı yollardan keçdiyinə ötəri bir nəzər salmağımıza ehtiyac var.

Allah-Təala Həzrət Adəm (ə) və Həvvanı yaradar-yaratmaz, İblisin insanlara qarşı məkrli planı işə düşmüşdür. Onun ilk hədəfrinə gələnlər məhz Həzrət Adəm və (ə) Həvva olmuşlar:

“Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.

Biz dedik: “Ey Adəm! Bu (İblis), həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.

Sən orada (Cənnətdə) nə ac qalacaq, nə də çılpaq olacaqsan.Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!”.Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və

tükənməyəcək bir mülkü göstərimmi?İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə

Cənnət (ağaclarının) yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.

Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və (onu) doğru yola yönəltdi” (Ta ha surəsi, 115, 117-122 – ci ayələr).

Həzrət Adəmlə (ə) Həvvadan sonra İblisin hədəfinə onun oğlanları gəldi:“Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də

qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!

Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.

Mən istəyirəm ki, sən mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!”

Nəfsi onu qardaşını öldürməyə sövq etdi, onu öldürdü və bununla da zərərçəkənlərdən oldu.

Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (O) dedi: “Vay halıma! Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu (Əl-Maidə surəsi, 27-31 - ci ayələr).

Quranda Adəmin (ə) bu oğullarının adları çəkilmir. Əvəzində isə Əhdi-Ətiqə daxil olan “Yaradılış” kitabının IV fəslində həm onların, həm digər övladlarının, həm də nəvələrindən bəzilərinin adlarına rast gəlirik:

“Adəm arvadı Həvva ilə yaxınlıq etdi. O da hamilə qalıb Qabili doğdu və dedi: «Allahın köməyi ilə dünyaya insan gətirdim».  Sonra o, yenə hamilə qalıb Qabilin qardaşı Habili dünyaya gətirdi. Habil çoban oldu, Qabil isə əkinçi. 

Page 9: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Bir gün Qabil torpağın məhsulundan Allaha bəxşiş gətirdi.  Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini piyi ilə birlikdə Allaha təqdim etdi. Allah Habildən və onun bəxşişindən razı qaldı, lakin Qabildən və onun gətirdiyi bəxşişdən razı qalmadı. Qabil bərk qəzəbləndi, qaş-qabağını salladı.  Onda Allah Qabilə dedi: «Niyə qəzəblənib qaş-qabağını salladın?  Düzəlib yaxşı iş görsən, məgər gözümdə ucalmazsan? Ancaq belə etməsən, onda bil ki, yolunun üstündə günah pusqu qurub, o, səni ələ keçirmək istəyir. İndi nə edəcəksən, ona üstün gələcəksən?» 

Bundan sonra Qabil qardaşı Habilə dedi: «Gəl çölə gedək». Onlar çöldə olanda Qabil qardaşı Habilin üstünə hücum çəkib onu

öldürdü. Bir qədər sonra Allah Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O cavab verdi: «Bilmirəm. Məgər mən qardaşımın keşikçisiyəm?»  Onda Allah dedi: «Sən nə etdin? Qardaşının qanı torpaqdan Mənə fəryad edir! İndi sən lənətlənirsən və torpaqdan qovulursan, o torpaqdan ki ağzını açıb sənin əlində ölən qardaşının qanını udub. Torpağı becərəndə o, sənə məhsul verməyəcək. Yer üzündə avara, sərgərdan dolaşacaqsan». 

Qabil Allaha dedi: «Verdiyin cəza gücümdən artıqdır. İndi məni bu torpaqdan qovursan. Artıq hüzuruna çıxa bilməyəcəyəm. Yer üzündə avara, sərgərdan dolaşacağam, kimin rastına çıxsam, məni tutub öldürəcək». 

Onda Allah ona dedi: «Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq».

Allah Qabil üçün bir əlamət verdi ki, onunla rastlaşan heç kim onu öldürməsin. Beləliklə, Qabil Allahın hüzurundan getdi və Ədəndən şərqdə yerləşən Nod diyarında məskən saldı.  Qabil arvadı ilə yaxınlıq etdi. O da hamilə qalıb Hənuqu doğdu. Sonra Qabil bir şəhər salıb ona oğlu Hənuqun adını verdi. Bir müddət sonra Hənuqun İrad adında bir oğlu oldu. İradın Məhuyail, Məhuyailin Mətuşail, Mətuşailin isə Ləmek adında oğlu oldu. Ləmek iki arvad aldı: birinin adı Adah, o birinin adı Zillah idi. Adahdan Yabal oldu. O, çadırda yaşayıb maldarlıqla məşğul olan ilk adam oldu. Onun qardaşının adı Yubal idi. O, çəng və tütək çalan ilk adam oldu. Zillahdan isə Tubal-Qayin oldu. O, mis və dəmirdən hər cür alət düzəldirdi. Tubal-Qayinin bacısının adı Nəama idi.  

 Ləmek arvadları Adah və Zillah üçün belə bir şeir qoşdu: «Ey Ləmekin arvadları, eşidin səsimi, Sözümə qulaq verin: Məni yaraladığı üçün bir adam öldürdüm,Məni vurduğu üçün bir cavan öldürdüm. Əgər Qabil üçün yeddi qat qisas alınacaqsa Ləmek üçün yetmiş yeddi qat alınacaq».  Adəm yenə arvadı ilə yaxınlıq etdi, o da bir oğlan doğdu və «Qabil Habili

öldürdü, Allah da onun yerinə mənə başqa bir övlad verdi» deyərək adını Şeys qoydu. Şeysin də oğlu oldu, adını Ənuş qoydu. Həmin vaxt insanlar Allahın adını çəkməyə başladılar”.

Eyni mövzuya İncildə, daha dəqiq desək, İbranilərə ünvünlünmış məktubun XI fəslinin 4-cü bəndində də toxunulmaqdadır:

Page 10: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Habil imanı sayəsində Allaha Qabilin qurbanından daha qiymətli qurban gətirdi. Habil bu imanı sayəsində saleh olduğu barədə şəhadət aldı, çünki Allah onun bəxşişlərindən razı qaldı. Habil ölsə də, imanı vasitəsilə indiyədək danışır”.

Beləliklə, artıq qeyd etdiyimiz kimi, Həzrət Adəmlə (ə) Həvvadan sonra İblisin hədəfinə onların oğlanları gəlmiş və beləcə insanlıq tarixində ilk qətl hadisəsi həyata keçmişdir.

İblis nədir və ya kimdir?

II FƏSİL

İblisin Qurani-Kərimdəki xarakteristikası

Xəbisliyi və hiyləgərliyi ilə məşhur olan İblis insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristian və müsəlman elm adamlarının təsbitinə görə, o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, bununla belə, Allah ona cin və insanlardan ibarət olan azmışlar ordusu üzərində hökm sürməyə icazə vermişdir. Yəhudi din alimləri isə şeytanı daha çox “Yetzer har”, yəni “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edirlər.

Şeytanın adı yazılı mənbələrdə ilk dəfə “Satana” formasında Tanaxda qeyd edilib. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və yəhudilərin “Yehova” (Yahvə) adlandırdıqları Tanrıya tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yehova ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir.

Həmin kitabda həm də Mastema adlandırılan Satanaya, yəni şeytana Allahın hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verdiyi bildirilir. İncildə isə Şeytan

Page 11: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

səhrada İsaya (ə) əziyyət verən varlıq, eləcə də  xəstəlik və əziyyətin yaranmasının səbəbkarı kimi təsvir edilir.

Əhdi-Cədidə daxil olan “Vəhy” kitabında İblis qırmızı əjdaha cildində peyda olur, mələk Mikayıl (ə) tərəfindən məğlubiyyətə uğradılır və Cənnətdən qovulur. Min il ərzində o, bağlı saxlansa da, qısa müddətə azad olmağı bacarır. Lakin, yenə də məğlub edilir və Alov gölünə  atılır. Əhdi-Ətiqə daxil olan “Yaradılış” kitabında adı çəkilməsə də, Ədən (Cənnət) bağındakı  ilanın o olduğu söylənilir.

İblis Qurani-Kərimdə də bir çox halda “şeytan” adlanır və bu halda ondan bəzən cəm şəklində söhbət açılır. Şeytanlar yolunu azmışların yoldaşı kimi təqdim edilir. Məsələn, Əl-Bəqərə surəsinin 14 ayəsində deyilir:

“Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər”.

Eyni surənin 102-ci ayəsində isə belə yazılıb:“Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca

getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!”

Əl-Bəqərə surəsinin 168-ci ayəsində Allah-Təala insanlara belə müraciət edir:“Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım

izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir”.Bənzər müraciət eyni surənin 208-ci ayəsində də təkrarlanır:“Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri

ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir”.Əl-Fətir surəsinin 4 və 5 – ci ayələrində isə belə deyilir:“Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi

aldatmasın, tovlayan (şeytan da) sizi yoldan çıxartmasın.Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz

tərəfdarlarını Od sakini olmağa çağırır”.Əl-Ənam surəsinin 142-ci ayəsində də eyni müraciətə bir qədər başqa şəkildə

rast gəlirik:“(Üstündə) yük daşınan və yük daşınmayan mal-qaranı da (yaradan

Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir”.

Ya Sin surəsinin 60 və 62-ci ayələri də eyni qəbildəndir. Bunlardan birincisində belə deyilir:

“Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir”.

O biri ayədə isə belə buyurulur:

Page 12: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?”.

Əl-Bəqərə surəsinin 168-ci ayəsində Allah-Təala insanlara belə bir xəbərdarlıq edir:

“Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”.

Ali-İmran surəsinin 175-ci ayəsində eyni xəbərdarlıq bir qədər başqa formada təkrarlanır:

“O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!”

Eyni surənin 155-ci ayəsindən belə məlum olur ki, şeytan ən çox günah sahiblərini aldatmağa nail olur:

“(Uhudda) iki qoşun qarşılaşdığı gün içərinizdən üz döndərənləri şeytan, qazandıqları bəzi günahlar üzündən səhv etməyə vadar etdi. Allah artıq onları bağışladı. Həqiqətən, Allah Bağışlayandır, Həlimdir”.

İblisin öz tərəfdarlarını daha çox günaha meyilli adamlardan seçdiyinə Qurani-Kərimin , Əl-Maidə surənin 90 və 91-ci ayələrində də işarə edilməkdədir. Həmin ayələrdə içki içənlərin və qumarbazların da şeytanın yoldaşları olduğu diqqətə çatdırılır:

“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.

Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?”

Ən-Nisa surəsinin 36-cı ayəsində Həzrət Məryəmin (ə) doğulmasından sonra anasının Məryəmi (ə) şeytandan qoruması üçün Uca Yaradana dua etdiyi bildirilir:

“Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan (qorunmağı) Sənə həvalə edirəm”.

Ən-Nisa surəsinin 38-ci ayəsində mallarını Allah yolunda deyil, şöhrət naminə xərcləyənlər şeytanın yoldaşları sırasında göstərilir və şeytanın pis yoldaş olduğu vurğulanır:

“Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!”

Həmin surənin daha yeddi ayəsində şeytanın adı çəkilir. Məsələn, 60-cı ayə bunlardan biridir. Həmin ayədə İblisin daha bir adı ilə, Tağut adı ilə də tanış oluruq. Həmin ayədə belə deyilir:

“Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün Tağuta müraciət etmək istəyirlər. Halbuki onlara Tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir”.

Page 13: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

76-cı ayədə də Tağut və Şeytan adlarına paralel rast gəlirik:“Möminlər Allah yolunda, kafirlər isə Tağut yolunda vuruşurlar. Elə

isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”.83-ca ayədə söylənilənlər də çox maraqlıdır:“Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki

bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (ha-mınız) şeytana uyardınız”.

117-120 - ci ayədə bütpərəstlərlə şeytana sitayiş edənlərin eyni mahiyyət daşıdıqları nəzərə çatdırlır, şeytanın lənətlənmiş olduğu, Allahı qoyub, şeytana sitayiş edənlərin ziyana uğradıqları və şeytanın yalan vədlərinə inandıqları bildirilir:

“Onlar Allahı qoyub, yalnız qadın bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.

Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.

Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır.

(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir”.

Bu ayələrdə açıq-aydın şəkildə şeytana sitayiş edənlərə işarə edilir. Və bu da təsadüfi deyil. Çünki İblisin böyük Şər imperiyasının əsas qurucularından biri məhz şeytana sitayiş edənlərdir. İblisin ordusunun önəmli hissəsini də məhz onlar təşkil edirlər.

Kimdir onlar?Onlar əsasən şeytanı və ya şeytan simvolunu ucaldan və bəzi məzhəblərində

şeytana inanmağı əmr edən “Satanizm” adlı dini-fəlsəfi cərəyanın üzvləridir. Bu cərəyanın üzvlərinə satanistlər və ya şeytanpərəstlər deyilir.

Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi yəhudilik və xristianlığa qarşı mübarizə aparmaq olmuşdur. Buna çox vaxt "Müasir Etiraz Hərəkatı" da deyilməkdədir. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir.

Əslində satanizmin tarixi çox-çox qədəimdir. Amma bu cərəyan XX əsrdə yeni bir forma alıb. Başda İngiltərə, Fransa və Almaniya olmaq əksər Avropa ölkələrində, xüsusilə də ABŞ və Kanadada çox geniş yaılıb, bu ölkələrdən digər ölkələrə də yayılıb. Satanistlər İblisin ən əhəmiyyətli xüsusiyyəti hesab etdikləri Allaha müxalifəti əldə əsas tutaraq, dinin və dini olan hər şeyin qarşısında, şeytanın və onun təmsil etdiyi düşüncənin yanında yer alırlar.

Müasir satanizmin əsası macar əsilli amerikalı Anton Szandor Lavey tərəfindən qoyulub. Bu cərəyan onun 1966-cı ildə San-Fransisko şəhərində qurduğu Şeytanın Kilsəsi ilə ortaya çıxıb şəkillənmişdir. Satanizmə çox vaxt qurucusunun adı ilə

Page 14: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Laveyan satanizm” də deyilməkdədir. Cərayanın qurucusu çox sayda kitab yazmışdır ki, hazırda həmin kitablar satanistlərin stolüstü kitabıdır. Bunlardan ən məşhuru 1969-cu ildə nəşr edilmiş “Şeytan İncili” adlanır. Bu kitabda satanizmin və satanistlərin həyat qanunlarını səciyyələndirən 12 maddə sıralanıb və onların şərhi verilib. Həmin maddələr aşağıdakılardır:

1. Sizdən soruşulmadığı müddətcə fikirlərinizi heç kimlə bölüşməyin.2. Daxilinizdəki dərdləri mütləq şəkildə eşitmək istəyənlərdən savayı heç kimə

deməyin.3. Başqa bir insanın evində qonaqsınızsa, ev sahibinə qarşı hörmətli olun. Əks

təqdirdə heç oraya getməyin.4. Sizin evinizdə olan qonaq sizi incidər, sizə qarşı kobud hərəkət edərsə, siz də

ona qarşı eyni cür edin.5. Əks cins açıqca dəvət eməsə, onunla cinsi əlaqədə olmayın, ona təcavüz

etməyin.6. Var olan problemi həll edib kiminsə dərdinə çarə olmaq kimi bir məsuliyyət

xaricində, sizinlə heç bir əlaqəsi olmayan işə burnunuzu soxmayın.7. Öz əməl və azrularınızı reallaşdırmada sehrin gücündən istifadə edərək

müvəffəqiyyətli olmusunuzsa, mütləq sehrin haqqını verin, onun gücünü qəbul edin.

8. Sizinlə əlaqəsi olmayan bir şeydən şikayət etməyin.9. Körpə uşaqlara zərər verməyin.10. Vəhşi heyvanlara zərər verməyin.11. İctimai yerlərdə gəzərkən heç kimə zərər verməyin. Əgər kimsə sizi narahat

etsə, ilk ona bunu etməməsini deyin, əgər yenə buna davam etsə onu məhv edin.

12. Kimsə sizi təhqir edərsə, ilk öncə ona xəbərdarlıq edin, əgər buna davam etsə onu məhv edin.

“Şeytan İncili” girişdən və dörd hissədən ibarətdir:1. Şeytanın kitabı2. Lüsiferin kitabı3. Velialın kitabı4. Leviafanın kitabıSatanizmin ən radikal növü Teistik satanizm hesab edilir. Bu cərəyan “radikal

satanizm” adı altında da tanınmaqdadır. Bu dini mənimsəyən və simpatiya duyan şəxslər, canlı və cansız aləmdə yeganə gücün Şeytanın gücü olduğuna inanarlar. Testik satanistlər, bir adamın nə qədər çox pislik edərsə, şeytana o qədər yaxın olacağına və dərəcəsinin də o qədər böyük olacağına inanırlar. Onların inancına görə, Şeytana yaxın olanlar cəhənnəmdə çox cəza çəkməyəcəklər və İblisin xidmətində zəbanilik edəcəklər.

Teistik satanizmdə, kökü olduqca qədim zamanlara qədər uzanan bir qurban və quru cadu ənənəsinə də rast gəlinir.

Satanizm təliminin qollarından biri də Lüsiferizmdir. Bu cərəyan öz adını şeytanın çoxsaylı adlarından biri olan Lüsifer adından almaqdadır. Bu cərəyanın nümayəndələri özlərini Şeytanın ən seçmə adamları hesab edir və gizliliyə xüsusi

Page 15: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

əhəmiyyət verirlər. Bu səbəbdən də onlar haqqında məlumat çox azdır. Bilinən odur ki, bir sıra simvollara şeytani vəsflər və məna verir və simvolizmə xüsusi yer ayırırlar. Lüsiferizmin izlərinə qədim Misir, Yunanıstan və Romada rast gəlindiyi söylənilir

Bunlardan başqa satanizmin “Simvolik satanizm” və “Doqquz mələk” adlı digər təriqətləri də vardır.

Qeyd edək ki, satanistlər ABŞ-ın Detroit şəhərində İblisə heykəl ucaltmışlar. Bu heykəldə o, keçi başlı təsvir edilib.

Quranda, daha dəqiq desək, Ya Sin surəsinin 60-cı ayəsində insanlara Şeytana səcdə etmək qadağan olunur:

“Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir”

Bununla belə satanistlər Allahın bu əmrini heçə saymaqda və Şeytana ibadət etməkdədirlər. Belələri Allaha tabe olmayanlardır. Quranda bu məsələ öz əksini Əl-Ənam surəsinin 43-cü ayəsində tapmaqdadır. Həmin ayədən belə aydın olur ki, Şeytanın dostları içərisində əsas yeri Allaha boyun əyməyənlər, Onun kitablarına istehza edənlər tutur:

“Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma”.

Qurani-Kərimə inanmayan və ayələri lağlağıya qoyanlardan eyni surənin 68-ci ayəsində də söz açılır və belələri zalım adlandırılır, möminlərin onlarla bir yerdə oturmamaları buyurulur:

“Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma”.

Həmin surənin 71-ci ayəsində ümmət şeytana uymamağa, Allaha təslim olmağa dəvət edilir:

“De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!” (deyib doğru yola) çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq”.

Burada Əl-Həcc surəsinin 52-ci ayəsini xatırlatmaq da yerinə düşər:“Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o,

(ayələrimizi)(oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir”.

Şeytana uymamağa çağırılmalarına rəğmən, ona uyanlardan söz düşmüşkən, mormonlar və mormonizm haqqında da bir neçə kəlmə söz deməyə ehtiyac var.

Mormonizm Şeytan haqqında öz xüsusi baxışlarını formalaşdırmış cərəyanın adıdır. Bu cərəyanın nümayəndələri iddia edirlər ki, Şeytan şöhrət qazanmaq və insanlığın günahının bağışlanması üçün özünün qurban verilməsini təklif edib. Bundan sonra “atasının” iradəsinin yerinə yetirilməsi üçün İsa (ə) da öz

Page 16: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

namizədliyini təklif edib. Təklifinin rədd edilməsindən sonra Şeytan üsyan edib və nəticədə Cənnətdən qovulub.

Mormonlar hesab edirlər ki, Adəmin (ə) oğlu Qabil  Şeytanı Tanrıdan çox sevirdi və qardaşı Habili öldürmək üçün  onunla iş birliyinə başlayır. Məhz bu işbirliyi sayəsinqə Qabil Master Mahan, yəni Baş Usta  olur. Tək olan Allahın“ adını çəkənə kimi Musa da Şeytanın təsiri altında olmuşdur.

Mormonizm hazırda ABŞ, İngiltərə və Latın Amerikası ölkələrində geniş yayılıb. Bu ölkələrində Şeytana və insanların onun təsiri altına düşməsinə inam güclü olaraq qalmaqdadır. 2013-cü ildə  keçirilmiş rəy sorğusu nəticəsində müəyyən edilmişdir ki, ABŞ sakinlərinin 57%-i, Böyük Britaniya  sakinlərinin 18%-i Şeytanın varlığına inanır. ABŞ sakinlərinin 51%-i həm də Şeytanın insanlar üzərində nəzarət qabiliyyəti olduğuna etiqad edirlər. 

“Satana Amerikada: Tanıdığımız Şeytan” kitabının müəllifi U. Skott Pul yazır ki, son qırx-əlli il ərzində ABŞ-da həm xalq arasındakı əfsanələrdən, həm də dini mənbələrdən alınmış məlumatlar əsasında mürəkkəb Şeytan obrazı yaranmışdır və “ABŞ xristianlarının bir çoxu şeytan haqqında filmlərdən öyrəndikləri məlumatlarla dini mənbələrdən əldə etdikləri məlumatları ayırmırlar”.

XIX əsrin sonları-XX əsrin əvvəllərindən etibarən Katolik kilsəsi Şeytanı Allaha bərabər tutan bu batil inancı zəiflətməyə çalışsa da, 2010-cu illərdə Papa Fransiskin  “Şeytan ağıllıdır, o, bütün ilahiyyatçıların bildiyi ilahi kəlamlarla müqayisədə daha çox ilahi kəlam bilir” bəyanatından sonra Şeytana inam bir qədər də güclənmişdir.

Marmonların inanc sistemindən söz açan Bernard MakGinnyazır bildirir ki, Mormonların inancına görə Tanrı İsanın (ə) cildinə girdiyi kimi, Şeytan da Dəccaslın, yəni Antixristin cildinə girəcək.

Satanizm və mormonizm kimi batil inanclardan söz düşmüşkən, bu cərəyanlara yaxın olan Yezidilik dini təriqətinin də adını çəkməyimizə ehtiyac var. Kürdlərin İslamı qəbul etməsindən əvvəlki inanclarının qalığı olan dini təsəvvürləri daşıyan və hazırda sayları bir neçə on min nəfərlə ölçülən yezidi kürdləri Mələk Tavus adlandırdıqları Şeytana sitayiş edir və onu Tanrı ilə eyni gücə sahib varlıq hesab edirlər. Əsası Şeyx Adi tərəfindən qoyulmuş bu dini cərəyanın mənsubları buna paralel olaraq, günəşə də sitayiş edir, tovuz quşu və xoruzu müqəddəs hesab edirlər.

Belələri barədə Allah-Təala Əl-Həcc surəsinin 3 və 4-cü ayələrində belə buyurub:

“İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir.

Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər”.

Gördüyümüz kimi, İblis çox sayda insanı aldadaraq öz yanına çəkə bilmişdir. Təsadüfi deyil ki, Əl-Ənam surənin 112-ci ayəsində şeytanın ordusunu həm insanlardan, həm də cinlərdən ibarət olan şeytanlar təşkil etdiyi nəzərə çatdırılır və onlar düşmən kimi xarakterizə edilir:

“Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik. (Bunlar) aldatmaq məqsədilə

Page 17: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

bir-birlərinə təmtəraqlı sözlər təlqin edirlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et”.

Burada cinlər haqqında da qısa məlumat verməmizə ehtiyac var.İslama görə cinlər azad iradəyə sahib olan odlu məxluqlar, xristianlara görə isə

murdar ruhlar hesab edilir, “demon”, “bes” adlandırılır. Gözlə görülə bilməyən bu məxluqlar gözə görünməyən məxluqların böyük hissəsini təşkil edir. Bunlar da insan kimi şüurlu varlıqlardır. Atəşdən yarandıqları məlumdur. Onlar iradə və zəka ilə yanaşı bir sıra başqa xüsusiyyətləri ilə insana bənzəyirlər. Yer üzünün insanlardan sonra ən mühüm sakinləridirlər. Kainatda insanlardan əvvəl cinlərin yarandığı, imtahana tabe olduqları, üsyan etmələri səbəbiylə bir qisminin məhv edildiyi də ayələrdən məlumdur. Qurani-Kərim onların da kitabıdır, Peyğəmbərimiz (ə) həm insanlara, həm də cinlərə göndərilmişdir.

Qurani-Kırimin Əl-Cinn surəsi cinlərdə bəhs edilir. Burada bir qrup cinin Peyğəmbərimizə (ə) doğru gələrək necə müsəlman olduğu təsvir edilir. Həmin sirənin 1-15 – ci ayələrində belə deyilir:

“(Ya Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Quranı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik.

 O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.

Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! 

Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.

Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.

Həqiqətən, bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü artırırdılar.

Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir.

Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük. 

Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.

Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bəzi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.

Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq. 

Page 18: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik).

Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar.

Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. 

(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)””. 

Peyğəmbərin (s) səhabələrinin rəvayətinə görə Qəza Hamə adlı bir cin Peyğəmbərin yanına gələrək iman etdiyini orada olan insanlar öz gözləri ilə görmüşdülər.

Yuxarıdakı ayələrdən belə aydın olur ki, cinlərin kafir və günahkar olanları da vardır, bunlara şeytan deyilir, ataları İblisdir. O, Adəmə sitayiş etməyərək, Allaha üsyan etmiş, işi insanları və həmcinsləri olan cinləri haqq yolundan yayındırmaqdır. Necə insanlar içində yolunu azmışlar varsa, cinlər arasında da belələri var.

Şeytan, mələk və cinlərin mənşəyi məsələsində İslam alimləri arasında yekdil fikir yoxdur. Maraqlıdır ki, Quranda Şeytanın özünü oddan yaradılmış varlıq kimi təqdim etməsi, cinlərin onu özlərindən biri hesab etmələri barədə dəqiq ayələr olsa da, fərqli fikirdə olan alimlərə də rast gəlinməkdədir. Onlar Quran ayələri ilə birlikdə doğru olub-olmadığı dəqiq bilinməyən hədislərə istinad edirlər. Belə hədislərdən biri İbn Abbasın nəql etdiyi bir hədisdir. Bu hədisə görə, İblis Allahın oddan yaratdığı bir mələk olmuşdur. İbn Abbas  qeyd edir ki, “cin” sözü nə dünyəvi cinlərə, nə də Şeytan kimi “alov mələklərinə” aid edilə bilməz. 

Bu hədis həm Quranla, həm də VII əsrdə yaşamış ən nüfuzlu İslam ilahiyyatçılarından biri olan Bəsrəli Həsinin  İslam Peyğəmbərindən (s) sitat gətirdiyi hədislə ziddiyyət təşkil edir. Sözügedən hədisdə Peyğəmbərin (s) dilindən belə deyilir: 

“İblis heç bir saniyə belə mələk olmayıb. Adəm insanlığın mənşəyi olduğu kimi, İblis də cinlərin mənşəyidir”. 

Orta əsr fars alimlərindən Mahmud Zəmaxşəri yazır ki, “mələk” və “cin” sözləri sinonimdir. Digər bir fars alimi Əl-Bəyzavi  isə onun əksinə qeyd edir ki, Şeytan mələk olmağa ümid etsə də, hərəkətləri onu cin etmişdir. Digər İslam alimləri isə razılaşırlar ki, Şeytan cin olmuş və düzgünlüyünə görə Cənnətə qəbul edilmişdir, lakin, mələklərdən fərqli olaraq ona, Allaha tabe olub-olmamaq seçimi verilmişdir. Cənnətdən qovulduqda isə Şeytan, insanlığı özünün cəzalandırılmasının səbəbksrı və günahkarı elan etmişdir. 

İblisin alov mənşəli olmasını izah etməyə çalışan Zəkəriyyə Qəzvini və Məhəmməd ibn Əhməd İbşihi  bildirmişlər ki, bütün fövqəltəbii varlıqlar oddan yaradılsalar da, mələklər odun işığından, cinər isə alovundan yaradılmışdır və buna görə də bütün fövqəltəbii varlıqların mənşəyi oda bağlıdır. Əbdülqani əl-

Page 19: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Məqdisinin fikrincə isə, yalnız mərhəmət mələkləri işıqdan, cəza mələkləri isə alovdan yaradılmışdır.

Əl-Təbəri bildirir ki, Adəmin yaradılmasından əvvəl Yer cinlərlə məskun idi və onlar boş-boşuna gəzirdilər. İblis əvvəlcə Əzazil və ya Əl-Harit adlı oddan yaradılmış mələk olmuş və dünyəvi cinlərə qarşı durması üçün Allah tərəfindən yerə göndərilmişdir. Əzazil döyüş zamanı cinlərə qalib gəlmiş və onları dağlara qovmuşdur. Lakin, bundan sonra özünün insanlar və digər mələklərdən üstün olduğunu düşünməyə başlamış və bu da onun qovulmasına səbəb olmuşdur. Əzazilin rəhbərlik etdiyi mələklər qrupu Cənnəti qoruduqlarına görə cinlər adlandırılırdılar. 

Ət-Təbəriyə aid edilən başqa bir ənənəyə görə isə, Şeytan, mələklər tərəfindən ələ keçirilərək əsir alınmış yer cinlərindən biri olmuşdur. Bundan sonra Allah onu digər cünlər üzərində hakim təyin etmiş və o, Əl-Hakam adını almışdır. Laqeydlik göstərməsinə qədər, min il ərzində, o, öz vəzifəsini yerinə yetirmiş, lakin, sonra bağışlanaraq Adəm qarşısında baş əyməkdən imtina edənə kimi işini davam etdirmişdir.

Bu kimi fikir və baxışların sayı olduqca çoxdur. Lakin onlar bizi azdırmamalıdırlar. Bizim tək istinadgahımız, əlbəttə ki, Quran olmalıdır. Quran isə bizə İblisin cinlərdən olduğunu bildirir. Əl-Kəhf surəsinin 50-ci ayəsi bunu açıq şəkildə ortaya qoymaqdadır:

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi...”.

Quranda şeytaları xarakterizə edən ayələrdən biri də Əl-Ənam surəsinin 121-ci ayəsidir. Bu ayədən belə məlum olur ki, şeytan insanları Allahın yolundan döndərmək üçün batil inanclar uydurur və onları insanlara təlqin edir. Onun batil əqidəsinə uyanlar müşriklərdir:

“Üstündə Allahın adı çəkilməmiş (“bismilləh” deyilib kəsilməmiş heyvanlardan) yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız”.

Yuxarıda misal çəkdiyimiz ayələrdən göründüyü kimi, Şeytan insanları Allaha və Qurana inanmaqdan vaz keçdirməyə nail olmaq üçün hər bir yola baş vurur. Yəni onun əsas hədəfi Adəm övladları arasında imansızlıq toxumu səpməkdir. Təsadüfi deyil ki, Əl-Əraf surəsinin 27-ci ayəsində Şeytanın inanmayanların dostu olduğu bildirirlir və qeyd edilir ki, şeytanlar insanları insanların onları görə bilmədikləri yerlərdən görürlər:

“Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik”.

Eyni surənin 30-cu ayəsində də eyni məsələ diqqətə çatdırılır, Allahı qoyub, Şeytanı özlərinə dost tutanların doğru yolda olduqlarını zənn etdikləri deyilir:

Page 20: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“(Allah Öz bəndələrinin) bir qismini doğru yola yönəltdi, digərlərinə isə (haqq yoldan) azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar”.

Həmin surənin 175-ci ayəsində deyilənlərə bir qədər də aydınlıq gətirilir:“Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən

kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu”.Maraqlıdır ki, nə Tövratda, nə İncildə, nə də Quranda Şeytanın xarici görünüşü

heç vaxt təsvir edilməsə də, İslam miniatürlərində Şeytan buynuzlu, qabarıq dişli, quyruqlu və caynaqlı təsvir edilir. XIX əsrdən başlayaraq xristian incəsənətində də o, buynuzlu, haça dırnaqlı, qeyri-adi tüklü ayaqları olan, çox vaxt da çılpaq və əlində yaba tutmuş halda təsvir edilir.

Dünya ədəbiyyatının bir çox şah əsərində Şeytanın bədii obrazı ilə rastlaşmaq mümkündür. Bu sırada Dantenin “İlahi komediya”sının, Hötenin “Faust” əsərinin Con Miltonun “İtirilmiş Cənnət” və “Qaytarılmış Cənnət”, eləcə də Uilyam Bleykin poemalarının adını çəkmək mümkündür.

Şeytan, Hüseyn Cavidin “İblis” dramında xüsusilə canlı təsvir edilmiş, onun daxili aləmi böyük ustalıqla açılaraq gözlər önünə sərilmişdir. Həmin əsərdə İblisin dialoqu Cavid poeziyasının zirvəsini təşkil edir:

İblis!.. O böyük ad nə qədər calibi-heyrət! Hər ölkədə, hər dildə anılmaqda o şöhrət, Hər qülbədə, kaşanədə, viranədə İblis! Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis! Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, Hər kəs bana aciz qul ikən, bəslər ədavət,Lakin bəni təhqir edən, ey əbləhü miskin! Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, Daim ayaq altında sönüb məhv olacaqsın. Bənsiz də, əmin ol sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, Altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?! Onlar, əvət onlar sizi çignətməyə kafi, Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... Bən tərk edərim sizləri əl’an, nəmə lazim! Hiçdən gələrək, hiçliyə olmaqdayım azim. İblis nədir? – Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? – İblis!..

Page 21: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Bir çoxları yanlış olaraq, İblisi mələk hesab edirlər və bu fikirlərini əsaslandırmaq üçün Əl-Bəqərə surəsinin 34-cü ayəsini misal çəkirlər:

“Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu”.

Halbuki, buradan İblisin də mələklərdən biri olduğu mənası çıxmır. Üstəlik də Allahın mələkləri nurdan, Şeytanı isə atəşdən yaratdığı bilinməkdədir. Cinn surəsinin 4-cü ayəsində də açıq-aydın şəkildə Şeytanın cinlərdən biri olduğu söylənilir.

Bu fakt bir daha sübut edir ki, Quranın hər hansı bir ayəsini digərlərindən təcrid edərək sadəcə onun əsasında hökm vermək özünün həmişə doğrultmur. Mütləq eyni məzmunlu ayələrə də müraciət edilməli, onlar tutuşdurulmalı və bundan sonra fikir yürüdülməlidir.

Tağut adı ilə də tanınan İblisin tam mahiyyətini başa düşmək üçün Qurandakı digər ayələri də gözdən keçirməyə ehtiyac var. Əks təqdirdə gəldiyimiz nəticə yarımçıq olacaq, İblisin qurduğu Şər imperiyasının mexanizmlərini anlamağımız çətinləşəcək.

İblis barədə maraqlı məlumatlardan biri də Əl-Əraf surəsinin 200-202-ci ayələrində yer alır. Bu ayələrdən belə aydın olur ki, yalnız Allaha sığınanlar Şeytanın şərindən qorunmaq imkanına sahibdirlər:

“Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər.

(Şeytanlar) öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər”.

Ən-Nəhl Surəsinin 98-99 – cu ayələrində Şeytanın şərindən Allaha sığınmaq lazım olduğu fikri təkrarlanır və İblisin möminlər üzərində heç bir təsiri olmadığı bildirilir:

“Quran oxuduqda qovulmuş Şeytandan Allaha sığın!Fussilət surəsinin 36-cı ayəsində də Şeytanın şərindən Allaha sığınmaq əmr

olunur:“Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir,

Biləndir”.Şübhəsiz ki, Şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər

üzərində heç bir hökmranlığı yoxdur”. Əl-Müminun surəsinin 97-ci ayəsində oxuyuruq:“De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!”.Şeytan barədə məlumata Əl-Ənfal surəsində də rast gəlməkdəyik. Həmin

surənin 11-ci ayəsi də Şeytandan qorunmağın tək yolunun Allaha sığınmaq olduğunu təsdiqləməkdədir:

“O zaman (Allah) Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin”.

Page 22: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Bu faktın üzərində diqqətlə durmalıyıq. Deməli, insan Allaha sığındıqca, onun Şeytana qul olması mümkün deyil. Madam ki, Şeytan insanları özünə qul etməyə çalışır və Allaha olan iman və inam ona bunda mene olur, həmin iman və inamı zəiflətmək, hətta mümkün olarsa, imanı qəlblərdən tamamilə silmək lazımdır. Buna isə ateizmi qəlblərə və zehinlərlə yerləşdirməklə nail olmaq mümkündür.

Dəqiq bilməliyik ki, ateizm İblisin əlindəki əsas silahlardan biridir.Allahın, eləcə də mələk, ruh, cin və s. bu kimi varlıqların varlığını inkar edən,

Axirət həyatını rədd edən bu təlim öz adını qədim yunan dilindəki “a” inkar şəkilçisi və Tanrı anlamına gələn “teo” sözünün birləşməsindən almaqdadır.

2015-ci ildə keçirilən rəy sorğularından belə aydın olur ki, dünyada ən çox ateist Çin, Avropa Birliyi və ABŞ-da yaşayır. Çin əhalisinin 64 faizi, Avropa Birliyində yaşayanların 20 faizi, Amerikalıların isə 11 faizi özünü ateist kimi xarakterizə edir.

Ateizm təlimini müdafiə edən filososflar bunun səbəbini müxtəlif cür izah edirlər. Məsələn, Pol Anri Holbax yazırdı: "Hər uşaq ateist olaraq doğular: onların Tanrı haqqında fikirləri yoxdur".

Eyni şəkildə, Corc H. Smith 1979-cu ildə belə demişdir: "Teizm ilə tanış olmayan adam, bir Tanrıya inanmadığı üçün ateistdir. Bu kateqoriyada olanlar, həm də bu məsələləri başa düşmək üçün konseptual qabiliyyəti olan, lakin bu məsələlərdən hələ xəbərsiz olan uşaqları da əhatə edir. Bu uşağın Tanrıya inanmaması onu ateist olaraq təyin edir".

Heç şübhəsiz ki, ateistlər və ya başqa sözlə ifadə etsək, kafirlər Şeytanın dostlarıdır. Şeytan onların üzərinə sövq edilmişdir və bunun belə olduğunu Məryəm surəsinin 83-cü ayəsi təsdiqləməkdədir:

“Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?”

Eyni surənin 68-ci ayəsində onların aqibəti haqqında belə deyilməkdədir:“Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq,

sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik”.İblis insanların qəlbinə və zehninə satanizm və ateizm kimi fikirləri təlqin etsə

də, onları Allahdan uzaqlaşdırmağa çalışsa da, Əl-Ənfal surəsinin 48-ci ayəsindən göründüyü kimi, özü Allaha inanır və hətta ondan qorxur da. Həmin ayədə oxuyuruq:

“O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi”.

Gördüyümüz kimi, Şeytan Allahdan qorxduğunu, Allahın cəzasının şiddətli olduğunu bilir və etiraf edir.

Bu ayədə diqqəti çəkən başqa bir məqam da Şeytanın insanlar arasına ədavət toxumu səpməsi, bir-birinə düşmən etməsi, savaşdırması və bir-birini qətl etməyə təşviq etməsidir. Onun bir-birinə düşmən etdiyi ilk insanların Həzrət Adəmin oğulları – Qabillə Habil olduqlarını bilirik.

Page 23: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

İnanmaq çətin olsa da, əldə olan məlumatlara görə İblis Qabillə Habil arasında düşmənşilik toxumu səpməklə kifayətlənməmiş və hələ Eneolit, yəni Mis-Daş dövründə, başqa sözlə, təqribən 7 min il öncə Adəmin (ə) oğlanlarından birinin soyunun başqa bir oğlunun soyu tərəfindən başdan-başa qətlini təşkil etməyi bacarmışdır. Bu o qədər maraqlı mövzudur ki, onun üzərində bir qədər ətraflı durmağımız vacibdir.

Hədislərin birində Həzrət Adəmlə (ə) Həvvanın 20 oğlu və 20 qızı, başqa birisində isə 40 oğlu və 40 qızı olduğu söylənilir. Genetika elmi bu hədislərdən birincisinin doğru olduğunu təsdiqləməkdədir. Belə ki, genetiklərin müəyyən etdiklərinə görə, yer üzündəki insanların hamısı irqindən və danışdığı dildən asılı olmayaraq, 20 kök nəsildən budaqlanmışlar. Alimlər həmin kök nəsilləri haploqrup adlandıraraq şərti olaraq, latın əlifbasının A-dan T-yə ilk 20 həfi ilə işarələmişlər. Bu 20 kök nəslin budaqları isə elmi ədəbiyyatda haplotip adlanmaqdadır və onlar kök nəsilləri işarələyən hərflərin arxasına müxtəlif rəqəm və hərflər artırılmaqla işarələnirlər. Bu minvalla istənilən adam genetik analizlərdən keçərək, özünün 10-15 min il öncəki nəsil ağacını müəyyən edə bilər.

Sevimli oxucularımızda dəqiq təsəvvür yaransın deyə, qeyd etməliyik ki, elmi ədəbiyyatda fərqli məktəblər tərəfindən «DNT geneologiya» və ya «Genetik geneologiya» adlandırılan elm sahəsi əslində geneologiya elminin bir istiqaməti kimi yaranıb. Hazırda onu müstəqil elm sahəsi kimi nəzərdən keçirənlər daha çoxdur. Bu sahə və ya istiqamət ənənvi geneoloji metodlarla yanaşı DNT analizlərinin nəticələrindən istifadə etməklə, insanların və ya insan topluluqlarının qədim əcdadlarını və yaxın qohumlarını müəyyənləşdirməklə məşğuldur. Bu zaman irsiyyəti təmin və təyin edən Y və X xromosomlarının tədqiqinə diqqət yetirilir. Amma ulu əcdadların üzə çıxarılması və nəsil ağacının rekonstruksiyası məqsədilə daha çox Y-xromosomların tədqiqi əsas götürülür. Niyə məhz Y-xromosomlar? Məlum olduğu kimi irsiyyətin müəyyən edilməsinin əsasını təşkil edən və tərkibi dezoksoribonuklein turşusundan (DNT) ibarət olan cinsi xromosomlar iki tipə bölünürlər: Y və X xromosomları. Hər adamda iki xromosom var. Bunlardan biri ona atasından, digəri isə anasından keçir. Qadınlar həm atadan, həm də anadan X – xromosomunu qəbul edir və bu üzdən də onlarda eyni tipli iki X – xromosomu (XX) olur. Kişilər isə analarından X, atalarından isə Y- xromosomunu qəbul edir və iki fərqli tipli xromosoma (XY) sahib olurlar. Y-xromosomu atadan oğula keçdiyi və minillər ərzində dəyişmədiyi üçün nəsil ağacını yalnız onun vasitəsilə izləmək mükündür. X-xromosomu əsasında isə bunu etmək mümkün deyil. Çünki X-xromosomu anadan keçdiyi kimi atadan da keçə bilir və bu zaman qarışıqlıq əmələ gəlir və şəcərə ağacını dəqiq rekonstruksiya etmək mümkün olmur. Bununla belə, ana xromosomlarında olan mitoxondriayalar də qədim əcdadlar haqqında müəyyən məlumat əldə etməyə imkan verir.

Əldə olan məlumatlara görə, monqoıoid irqinə mənsub olan millətlərin böyük əksəriyyəti, o cümlədən Çinlilər, monqollar, eləcə də Türk dillərindən birində danışan qazaxların yarıdan çoxu C haploqrupuna aiddirlər. Fin-uqor dillərində danışan xalqların əksəriyyəti, eləcə də türkdilli yakutların əksəriyyəti, türkdilli çuvaşların 35 faizə yaxını, slavyandilli rusların 13-14 faizi N1 haploqrupunun daşıyıcısıdırlar. Arxeoloq və genetiklərin birgə tədqiqatları nəticəsində məlum

Page 24: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

olub ki, Avropanın qədim əhalisi G haploqrupuna aid idilər. Eneolit dövründə Adəm övladları içərisində metaldan ilk istifadə etməyi öyrənən, atı əhliləşdirən və təkəri kəşf edərək arabalar düzəldən R1a və R1b nəslinin nümayəndələri Anadoludan Avropaya axın edərək, G nəslinin bütün kişilərini məhv etmiş, onların arvad, bacı və qızları ilə evlənərək yeni millətlərin törəməsinə səbəb olmuşlar. Onların nəsilləri ulu babalarının sahib olduqları R1a və R1b genlərini daşısalar da, bu gün də ulu nənələrinin dillərində, yəni hind-Avropa dillərində danışırlar.

Avropada məhvə uğramış G nəslindən xilas olan və qadınlarını da xilas etməyi bacarmış kişilər Qafqaza qaçıb burada doğub-törəmişlər. Onların davamı olan osetinlər Avropanın əski dilini qoruyub saxlaya bilmirşlər. Osetin dili də hind-Avropa dilləri ailəsinə aiddir.

G nəslinin öz qadınlarını atıb qaçan və Qafqaza sığınan kişiləri burada Qafqazlı qızlarla evlənmiş və artıb törəmişlər. Bunlar abxazlar, adıgeylər, kabardin və çərkəzlərdir. Gürcülərin də 30 faizi onların nəslindədir. Onlar da osetinlər kimi G haploqrupuna sahibdirlər, lakin ulu nənənlərinin dillərində, yəni İber-Qafqaz dillərində danışırlar.

Beləliklə, Eneolit dövründə yüzminlərlə insanın ölümü ilə nəticələnən böyük müharibə olmuş və Həzrət Adəmin (ə) oğullarından birinin nəsli (R1a və R1b) başqa oğlunun nəslini (G) məhv etmişlər. Əsas səbəb də ədavətdir. Ədavət tarixən mövcud olmuş bütün qətl və müharibələrin əsas səbəbidir. Təsadüfi deyil ki, Allah-Təala Quranın Əl-İsra surəsinin 53-cü ayəsində Peyğəmbərə (ə) belə əmr etmişdir:

“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”.

Eyni surənin 64-cü ayəsində müharibələrin əsil səbəbkarının Şeytan olduğu söylənilməkdədir:

“Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər”.

Beləliklə, İblisin Adəm (ə) oğullarına vurduğu ziyan biz düşünə biləcəyimizdən qat-qat çoxdur və bugünə qədər baş vermiş və verməkdə olan, milyonlarla insanın məhvinə səbəb olmuş və olan bütün qanlı müharibələrin arxasında, əlbəttə ki, Şeytan durmaqdadır. İnsanlar arsında ədavət toxumunu səpən, bir-birinə düşmən edən də odur. Elə bu səbəbdən də bütün peyğəmbərlər ümmətlərini bu barədə xəbərdar etməyi özlərinə borc bilmişlər.

Bütün bu deyilənlər barədə düşünərkən, istər-istəməz, Həzrət Yaqubun (ə) oğlu Yusifə verdiyi nəsihət yada düşür. Bu barədə Qurani-Kərimin Yusif surəsinin 4 və 5-ci ayələrində belə deyilməkdədir:

“Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”.

O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”.

Eyni surənin 42 və 100-cü ayələrindən göründüyü kimi, Həzrət Yaqub (ə) haqlıydı. Şeytan Həzrət Yusifə (ə) ziyan vurmaq üçün əlindən gələn hər şeyi etmişdir. Bu ayələrdən birirncisində bildirilir:

Page 25: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“(Yusuf) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona (Yusufu) ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı”.

100-cü ayədə isə belə deyilir:“O (Yusif), ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun

qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir”. 

İblisin hədəfində olanlar yalnız sadə insanlar deyil. Peyğəmbərlər də ondan az ziyan çəkməmişlər. Bu baxımdan Həzrət Əyyubun (ə) adını ilk sırada çəkə bilərik. Onunla bağlı Əs-Sad surəsinin 41-ci ayəsində buyurulmuşdur:

“Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!””

Burada İbrahimin (ə) hekayətini də xatırlatmaq lazımdır. Həzrət Yaqubdan (ə) fərqli olaraq o bənzər öyüd-nəsihəti övladına yox, bütpərəst olan atasına etmişdi. Bu hadisə Məryəm surəsinin 41-45 – ci ayələrində belə nəql edilir:

“Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi.Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və

sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl

ki, səni doğru yola yönəldim.Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan ər-Rəhmana çox asi oldu.Atacan! Qorxuram ki, ər-Rəhmandan sənə bir əzab toxunsun və beləcə

şeytana yoldaş olasan””.Şübhəsiz ki, Şeytan peyğəmbərləri azdırmaq və onları haqq yoldan döndərmək

iqtidarında deyil. Amma təəssüf ki, ümmətlər haqqında bunu demək mümkün deyil. Bu barədə Quranın Ən-Nəhl surəsinin 63-cü ayəsində belə buyurulmaqdadır:

“Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə onların əməllərini özlərinə gözəl göstərmişdi. (Şeytan), bu gün də onların dostudur. Onlar üçün üzücü bir əzab vardır”.

İbrahim surəsinin 22-ci ayəsindən belə aydın olur ki, Qiyamət günü İblis onlara, yəni öz peyğəmbərinin sözlərinə qulaq verməyən ümmətlərə belə deyəcəkdir:

“Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”.

Şeytanın toruna düşənlər içərisində israfçıların da xüsusi yeri vardır. Toy və yas məclislərində edilən israfçılığın hamımız dəfələrlə şahidi olmuşuq. Halbuki

Page 26: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Allah-Təala öz Kitabında dəfələrlə insanları israfçılıqdan çəkinməyə çağırmışdır. Məsələn, Ən-Nisa surəsinin 6-cı ayəsində belə buyurulur:

“Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin...”.

Əl-Ənam surəsinin 141-ci ayəsində belə deyilir:“Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları,

dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”.

Əl-Əraf surəsinin 31-ci ayəsində buyurulur:“Ey Adəm oğulları! Məscidlərə (gedərkən) gözəl geyimlərinizi geyin.

Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir”.Quranda israfçılar Şeytanın qardaçları adlandırılır:“Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı

nankordur” (Əl-İsra, 27-ci ayə).Əl-Həcc surəsinin 53-cü ayəsindən isə belə məlum olur ki, Şeytanın təbliğatına

uyanlar içərisində qəlbində xəbislik olan, qəlbi sərt olan zalımlar da əsas yerlərdən birini tutur:

“(Allah belə edər ki,) şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq (vasitəsinə) çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər”.

Şeytanla bağlı daha bir ayə Ən-Nur surəsində yer almaqdadır. Söhbət həmin surənin 21-ci ayəsindən gedir. Bu ayənin məzmunu belədir:

“Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir”.

Daha iki ayə ilə Əl-Fürqan surəsində üzləşirik. Bunlardan birincisi olan 29-cu ayədə deyilir:

“...Zikr (Quran) mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır”.

55-ci ayədə isə Şeytanın bilavasitə adı çəkilməsə də söhbətin ondan getdiyi anlaşılır:

“Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir”.

Növbəti ayələr Əş-Şüara surəsinin 210, 221 və 223-cü ayələridir. Bunlardan birincisində belə deyilir:

“(Quranı )şeytanlar endirmədi”.221-ci ayə sual formasındadır:“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?”.223-cü ayə isə bu suala cavab mahiyyəti daşıyır:

Page 27: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!”.

Bir çoxları “kahin” kəlməsinin anlamını doğru bilmədiyi üçün kahinlərin kimlər olduğu barədə bir neçə söz söyləməyimizə ehtiyac var.

“Kahin” gələcəkdə baş verəcək hadisələrdən (qeybdən) xəbər verən, falçılıq edən deməkdir. Bu falçılar sadəlövh insanları özlərinə inandırmağa məcbur edirlər, onların pullarını və mallarını haram yolla əllərindən alırlar. Onlar qum üstünədə cizgi çəkməklə, əl içinin xətlərini guya oxumaqla, balıqqulağı, kofe stəkanı ilə, fincan, güzgü və s. üsullarla qeybdən xəbər verdiklərini iddia edirlər.

Avam insanların bəzisi gələcəyini bilmək, nigahda və ticarətdə uğur qazanıb-qazanmayacağını öyrənmək, ulduzlar vasitəsilə gələcəkdən xəbər tutmaq, bəziləri də nə zaman evlənəcəklərini, kimə ərə gedəcəyini, itmiş əşyaları tapmaq və buna oxşar məqsədlərlə kahinlərə müraciət edirlər. Xalq arasında onlara falçı və cadugər də deyilir. Cadugərlərə daha çox kiminsə ailəsini dağıtmaq məqsədilə müraciət edilir. Sanki, bu adamlar oğurlanmış, itmiş şeylərin yerlərini göstərə bilən və digər dərdlərə çarə edən kimsələrdir. Belələri avam insanları aldadaraq Qurani-Kərimi açırlar və itən əşyaların yerlərinin orada yazıldığını “xəbər” verirlər, avam, cahil və nadanlar da onlara inanırlar.

Şübhəsiz ki, özünü Allahın yaxını və qeybi bilən kimi bəyan edən kahinlər və digər bənzəri şarlatanlar Allahın yaxını yox, Şeytanın dostudurlar. Qeybi bilmək yalnız Allaha xas olan bir xüsusiyyətdir. Bunu Quran bizə belə öyrədir:

“Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın” (Əl-Ənam 59).

“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar” (Əl-Cinn 26-27).

Beləliklə, kahinlərə inananlar bu ayələrin həqiqiliyini inkar etmiş olur ki, bu da küfrdür. Falçının və ya cadugərin yanına gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa, küfr etmiş olar. Əbu Hureyra (r.) rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Kim bir kahinin (sehirbazın) yanına gələrək onun dediyini təsdiq edərsə, Muhəmmədə nazil olana küfr etmiş olar” (Əhməd 2/ 408, 429, 476, Əbu Davud 3903, ət-Tirmizi 135, əd-Dərimi 1136).

Şübhəsiz ki, avam, cahil və nadan adamları başa salmaq çox çətindir. Eynən Loğman surəsinin 21-ci ayəsində deyildiyi kimi:

“Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun?”.

Allahı buraxıb öz əcdadlarının yolu ilə gedənlər, müxtəlif əşyalara, məsələn, günəşə tapınanlar və s. Şeytanın hökmü altındadırlar və onun ordularına daxildirlər. Belələri haqqında Ən-Nəml surəsinin 24-cü ayəsində belə buyurulmaqdadır:

Page 28: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər”.

Ayədən göründüyü kimi, bu halda söhbət təkcə ayrı-ayrı insanlardan yox, hətta bütöv tayfalardan gedir. Tarixən böyük-böyük şəhərlərin bütün əhalisinin belə Şeytanın toruna düşdüyü müşahidə edilmişdir. Onların hamısı Allahın qəzəbinə gəlmiş, Allah bu səbəbdən bütöv tayfaları məhv etmişdir. Bu barədə Əl-Ənkəbut surəsinin 38-ci ayəsində deyilənlər ibrətamizdir:

“Adı da, Səmudu da (məhv)(etdik). Bu, onların məskənlərindən sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər”.

Əlbəttə ki, peyğəmbərlərə qulaq asmayanda, əcdadların yanlış yolu ilə gedib, İblisin quluna çevrildikdə sonu belə olur. Allah-Təala bu insanları məhv etməmişdən öncə onları xəbərdar edir və yalnız bundan sonra məhv edir. Belə xəbərdarlıqlardan biri Loğman surəsinin 33-cü ayəsində əksini tapıb:

“Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu (fani) dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allahın (əzabından) arxayınlaşdırıb tovlamasın”.

İblisin və bütünlükdə şeytanların tam xarakteristikası haqqında dəqiq məlumata sahib olmaq üçün Qurani-Kərimdə bununla bağlı olan bütün ayələri gözdən keçirməmizə ehtiyac var. Çünki onların hər birində İblisin fərqli bir xüsusiyyəti izah edilir. Məsələn, Əs-Səba surəsinin 21-ci ayəsindən Allahın nədən Şeytana fürsət verdiyinin səbəbi aydın olur:

“Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün (şeytana )belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir”.

Şeytanın xüsusiyyətlərinin təsvirindən söhbət düşmüşkən, Əs-Saffat surəsini 6-10 - cu ayələrinə də xüsusi diqqət yetirmək lazımdır:

“Biz dünya səmasını parlaq ulduzlarla bəzədik və (onu) hər bir asi şeytandan mühafizə etdik.

Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar (və oradan) qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. 

Lakin (şeytanlardan) hər kim (o söhbətlərdən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər”.

Bənzər fikir Əl-Mülk surəsinin 5-ci ayəsində də təkrarlanır:“Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan

(alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq”.Əl-Mülk surəsinin 5-ci ayəsində də eyni fikirlə rastlaşırıq:“Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan

(alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq”.Bunlar mütəşabih, yəni mənası tam aydın olmayan ayələrdir və onları

oxuduqda belə bir təəssürat yaranır ki, şeytanlar mələklərin söhbətini eşitmək üçün

Page 29: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

ərşə qalxmağı, yəni uçmağı bacarırlar. Bu gerçəkdənmi belədir? Doğrusunu Allah bilir.

Əl-Züxruf surəsinin 36-cı ayəsindən belə məlum olur ki, İblisə qarşı ən effektli mübarizə metodlarından biri zikrdir:

“Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar”.

Zikr o qədər önəmli məsələdir ki, onun üzərində bir qədər durmağa ehtiyac var.Zikr xatırlamaq, yad etmək deməkdir. Uca Allahı zikr etmək Onu yad

etməkdir. İslam alimlərinə görə, bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır.

Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (Əl-Bəqərə surəsi,

152-ci ayə). "Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük

mükafat hazırlamışdır" (Əl-Əhzəb surəsi, 35-ci ayə).Quran oxumaq, dini söhbətlər etmək, dini elm öyrənmək, Quran ayələri

haqqında düşünmək Allahı zikr etmək sayılır. Həmçinin, Uca Allah insanlara xüsusi sözlər söyləməyi buyurmuşdur ki, insanlar onları söyləyərək Allahı yad etsinlər. Peyğəmbər demişdir:

“Allah kəlmələrdən dördünü seçdi: “Subhənəllah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”.

Kim “Subhənəllah”- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim “Allahu Əkbər”- deyərsə, eynilə olar. Kim “Lə iləhə illəllah”- deyərsə, eynilə olar. Kim ürəkdən “Aləmlərin Rəbbi olan Allaha həmd olsun (Əlhəmdulilləhi Rabbil-Aləmin)”- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər.”

Bu zikrləri dodaqları tərpədərək söyləmək vacibdir. Müəyyən vaxta və hala görə edilən xüsusi zikrlər vardır. Peyğəmbər (s) yuxudan oyandıqda, məscidə getdikdə, səhər və axşam olduqda, evə daxil olduqda, evdən çıxdıqda, namaz qıldıqdan sonra, miniyə oturduqda və s. gündəlik zikrlər edərdi. Hər bir müsəlman bu zikrləri zikr və dualar kitablarından əzbərləməyə, mənalarını öyrənməyə və gündəlik həyatında tətbiq etməyə çalışmalıdır.

Uca Allahı zikr etmək insanı Allaha yaxınlaşdırır. Peyğəmbər (s) demişdir:“Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da

edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm” (əl-Buxari, 6856).

Böyük İslam alimi imam ən-Nəvəvi bu hədisi şərh edərkən belə demişdir:“Bəndə Allaha itaət etməklə yaxınlaşarsa, Allah da ona mərhəməti və

yardımı ilə yaxınlaşar. Bəndə Allaha nə qədər çox müti olarsa, Onun mərhəməti də bir o qədər çox olar. Bəndə Allahın itaətinə tələsərək gələrsə, Allah da ona mərhəmətini yağdırar, onu  qabaqlayıb məqsədinə çatmaqda

Page 30: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

çox addım atmamaq üçün əziyyətə salmaz. Bəndənin Allaha yaxınlaşmasının dərəcəsinə görə mükafatı qat-qat verilir”.

Beləliklə, İblisi qəlblərdən qovmağın ən gözəl yolu zikrdir.Allahı zikr etməyənlər, Ona sığınmayanlar çox vaxt özləri də bilmədən və

istəmədən şeytanların qurduğu tora düşür və tora düşdüklərindən heç xəbərləri belə olmur. Elə bu səbəbdən də Allah-Təala Əz-Züxruf surəsinin 37-ci ayəsində belə deyir:

“Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər”.

Tora düşənlər içərisində, çox-çox təəssüflər olsun ki, hidayət olunaraq, iman sahibi olmuşlar da az deyil. Belələri haqqında Allah –Təala buyurur:

“Hidayət yolunu tanıdıqdan sonra (haqdan dönüb) geriyə üz tutanlara şeytan (günah işləri) gözəl göstərdi və onlara uzun ömür vəd etdi”(Mühəmməd surəsi, 25-ci ayə).

Belə insanlar zənnə qapılaraq özlərini məhvə məhkum edənlərdir və onlar haqqında Əl-Fəth surəsinin 12-ci ayəsində bunlar yazılıb:

“Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, (şeytan tərəfindən) qəlbinizdə bəzədilmişdi. Siz pis fikrə düşüb məhvə məhkum adamlar oldunuz”.

Söhbətin bu yerində zənn haqqında da bir-iki kəlmə söyləməyə ehtiyac var. Çünki zikr insanları şeytanlardan uzaqlaşdırdığı kimi zənn də yaxınlaşdırır və tora düşmələrinə səbəb olur.

Bəri başdan qeyd edək ki, zənn iki cürdür: 1. Hüsnü zənn, yəni yaxşı zənn 2. Sui-zənn, yəni pis zənn. Hüsnü zənn etmək günah deyil. Əksinə bəyənilən bir şeydir. Sui-zənn etmək

isə günahdır və bəyənilməyən bir haldır. Sui-zənn bir müsəlmanı pis insan olaraq zənn etməkdir. Bir müsəlmanın günah işlədiyini zənn etmək sui-zəndir.  Biz insanlar əsasən hadisələri öz gördüyümüz şəkliylə şərh edirik. Hətta çox vaxt dəqiq olaraq görmədiyimiz və ya bilmədiyimiz bir hadisəni şüphə və tərəddüd etmədən  “yüzdə yüz bu iş belədir” deyə fikir irəli sürürük. Ancaq heç bir zaman, “görəsən, yanılmış ola bilərəmmi, bəlkə məsələ mən fikirləşdiyim kimi deyildir” deyə heç düşünmürük. Halbuki bu, zəndən başqa bir şey deyildir. Zənnin çoxu isə yalandır. Yalan isə Allah qatında ən böyük günahlardandır. Elə  bu səbəblə Uca Allah zənn etməyi qəti bir şəkildə qadağan edərək belə buyurur:

“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (Əl-Hücurat surəsi, 12-ci ayə).

Mücadilə surəsinin 19-cu ayəsində isə belə deyilir:“Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur.

Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır”.

Page 31: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Arxadan edilən söhbət və qeybətlərin də əsas səbəblərindən biri zənndir. Şeytandandır. Bu barədə Əl-Mücadilə surəsinin 10-cu ayəsindən xəbər almış oluruq:

“Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər”.

Bütün bu deyilənləri ümumiləşdirəsi olsaq, İblisin vəsvəsələrinin əsas hədəflərini aşağıdakı kimi qruplaşdıra bilərik:

1. Şirkə dəvət.2. Böyük günahlara dəvət.3. Kiçik günahlara dəvət4. Məkruh əməllərə dəvət5. Savabı çox olan işdən uzaqlaşdırmaq üçün savabı az olan işə dəvət.6. Bidətə dəvətBunlardan birincisi şirkə dəvətdir. Şirk nədir?Tövhidin ziddi olan şirk “Allaha şərik qoşmaq” deməkdir.Şirkin ən böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran

ayəsii və hədislər mövcuddur. Məsələn, Ən-Nisa surəsinin 48-ci ayəsində belə deyilir:

“Şübhəsiz ki, Allah Ona şərik qoşulmasını əsla bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur”.

Bu ayədən göründüyü kimi, şirk Allahın əsla bağışlamayacağı yeganə günahdır. Digər günahların isə bağışlanması mümkündür.

Loğman surəsinin 13 ayəsindən Loğmanın öz oğluna belə nəsihət etdiyi bilinməkdədir:

"Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür".Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün

Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" (Əl-Kəhf surəsi, 110-cu ayə).

Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi belə bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа

dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin" (əl-Kаfi, c.2, səh. 397, hədis 1).

Başqa bir hədisdə isə belə deyilir:"Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə  bidət gətirən, sonrа dа onа

xаtir sevən və düşmənçilik edən şəxsdir" (əl-Kаfi, c.2, səh. 397, hədis 2).Bir sıra hallarda insanlar şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən

qaynaqlanır. Bu cür şirk gizli şirk adlanır. Bu barədə Quranda buyurulur: "Və onlаrın əksəriyyəti Allаhа imаn gətirsələr də, Onа şərik qoşаrlаr"

(Yusif surəsi, 116-cı ayə).

Page 32: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Bu ayəni şərh edən imam Cəfər Sadiq (r) bildirmişdir ki, bu halda şirk ibadətdə deyil, itaət məqamındadır. Əslində birndən üzrxahlıq etməkdə də gizli şirk mümkündür, ona görə də Peyğəmbər (s) bu cür üzrxahlıq etməyə səbəb olan işlərdən çəkinməyi tövsiyə edir:

"Üzrxаhlığа səbəb olаn işdən çəkin. Çünki ondа gizli bir şirk vаr" (əl-Kаfi, c.2, səh. 397, hədis 4).

Bir varlığın qarşısında, həmin varlığı məbud hesab etmədən, səcdə olunması həmin varlığa ibadət etmək anlamına gəlmir, yəni ibadətdə şirk hesab olunmur. Belə ki, Quranda, Yusif peyğəmbərin qissəsində buyurulur:

"(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!" (Yusif surəsi, 100-cü ayə).

İblisin vəsvəsələrinin əsas hədəflərindən biri də insanları böyük və kiçik günahlara sövq etməkdir.

Günah Allah-Təalanın istədiyi şeyləri  etməmək və ya istəmədiyi şeyləri etməkdir. Namaz qılmaq bir əmrdir. Namaz qılmayan bir adam günah işləmiş olur. Ata-anaya hörmət Allahın bir əmridir. Kim valideynlərinə qarşı hörmətsizlik edərsə, günah işləmiş olar. Hədislərin birində qeyd edildiyi kimi, Peyğəmbərimiz (s) günahı belə təsvir etmişdir:

“Günah sənin vicdanını narahat edən və başqalarının bilməsini istə-mədiyin şeydir (əməldir)” (Müslim, “Səhih”, 12, 403).

Günahlar böyük və kiçik olaraq iki qismə ayrılır. Qurani-Kərimdə bu barədə belə buyurulur:

“Əgər günahların böyüklərindən uzaqlaşsanız, sizin kiçik günahlarınızı örtüb bağışlayar və sizi dəyərli məqamlara yüksəldərik!” (Nisa” surəsi, 3-ci ayə).

İslam alimləri böyük günahların sayı ilə bağlı fərqli fikirlər irəli sürmüşlər. Bəzi alimlər dörd yüzə qədər böyük günahın adını çəkmişdir. Peyğəmbərimiz (s)  bir hədisində böyük günahları belə sıralayır:

1.   Allaha şərik qoşmaq2.   Sehrlə məşğul olmaq3.   İnsan öldürmək4.   Faiz almaq5.   Yetim malı yemək6.   Döyüşdən qaçmaq7.   Namuslu qadına iftira atmaq (Müslim, “Səhih”, 1, 244).Bu sıraya zinanı da əlavə etmək lazımdır.

Page 33: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Əslində, kiçik günah yoxdur. İnsanın tutduğu mövqe və mənəvi səviyyə baxımından işlədiyi kiçik bir günah, bəlkə də, böyük günah sayılır. Belə hesab edilir ki, bütün yaxşı cəhətləri şəxsində toplayan, sağlam etiqada malik,doğru sözlü, ibadətlərində səmimi olan bəndələrin yaxşı əməlləri müqərrəbinlər (Allaha yaxınlaşmış möminlər) üçün günah ola bilər. Buna görə də müntəzəm işlənən  günah kiçik günah deyildir, tövbəsi edilmiş günah da böyük günah deyildir. Amma böyük günahlara gedən yol kiçik günahlardan keçir. “Bu kiçik yalanı söyləsəm, nə olacaq” deyirik, sonra da böyük yalanlar danışmağa başlayırıq. Çünki kiçik günahlar işlənə-işlənə ruh qaralanır və bu hal insanı tövbədən uzaqlaşdırır.

Bu mövzu hər kəsi maraqlandırır və bu üzdən də özünə belə sual verir: “Görəsən, günahlarım bağışlanacaqmı?”, “Günahlarım bağışlanmasa, nə edəcəyəm?”. 

Günahların bağışlanması üçün tövbə etmək şərtdir. İblisin vəsvəsələrinin əsas hədəflərindən biri də insanları məkruh əməllərə

sövq etməkdir.Məkruh əməl, baş yetirildiyində ona görə heç bir günah  yazılmayan, lakin

bəyənilməyən əməldir. Söhbət dində qəti olaraq qadağan edilməyən, ancaq icrası da xoş qarşılanmayan davranış və hərəkətlərdən gedir.

Hər hansı bir işin günah  olub-olmaması onun necə, nə zaman, harada, kim tərəfindən icrasından da çox asılıdır. Bununla yanaşı, məkruh əməllərə əhəmiyyətsiz bir şey kimi baxmamalıyıq. Çünki onlar kiçik günahlara gətirib çıxara bilir. Kiçik günahlar da birləşib böyük günahlara çevrilir.

İblisin əsas məqsədlərindən biri də insanları savabı çox olan işdən uzaqlaşdıraraq savabı az olan işə dəvət etməkdir.

Məlum olduğu kimi, ən böyük savab ilk növbədə müsəlman olmaq və Allaha şərik qoşmamaqdır. Uca Allah buyurur: 

"Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan" (Əz-Zumər surəsi, 65-66 – cı ayələr).

Səhih əl-Buxari və Səhih Muslimdə yer alan bir hədisə görə, Peyğəmbərimiz (s) buyurmuşdur: 

"İslam odur ki, Allahdan başqa ibadət haqqına malik heç bir tanrının olmadığına və Muhəmmədin Onun elçisi olduğuna şəhadət gətirəsən, namaz qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və imkanın olduğu təqdirdə Kəbəni ziyarət edəsən". 

Bunlar Allahın vacib buyurduğu əməllərdir. Onları edən böyük savab, etməyən isə böyük günah qazanır. Bunlardan əlavə savab qazanmaq üçün yollar olduqca çoxdur, bunlar Quranda və hədislərdə bildirilmişdir:

1. Valideynlərə yaxşılıq etmək 2. Nafilə (əlavə) ibadətlər etmək (namaz, oruc və s.) 3. Allahı çox zikr etmək 4. Sədəqə vermək 5. Elm öyrənmək və öyrətmək 6. Ailənin, qohum-əqrəbanın haqqını vermək 7. Yetimləri yedirtmək

Page 34: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

8. Günahlardan çəkinmək 9. Harama baxmamaq və s.İblisin əsas məqsədlərindən biri də insanları bidətə sövq etməkdir.Bidət - dində olmayan şeyi qanun kimi dinə daxil etməkdir və o, İslam dinində

böyük günahlardan biri sayılır. Bu işə İslam dinindəki qanunlara, yəni sünnələrə təcavüz kimi baxılır.

Dinimizdə Allahın və Peyğəmbərin (s) sünnələrinə ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs sünnələrə etinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ İslam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün edam hökmü təyin olunmuşdur. Sünnələri, yəni qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs İslam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal  olan bir şeyi haram və ya haram bir şeyi halal etsin.

Peyğəmbərdən (s) nəql olunan hədisdən məlum olur ki, insanlar arasında bidət hökm sürəndə alimlərin ilk növbədə vəzifəsi onları islah etməkdir:

"Ümmətimin arasında bidətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsi odur ki, öz elmlərini camaata aşkar etsinlər (bidət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lənəti onlara olsun".

Peyğəmbərimiz buyurub (s): "Şeytan bidətə əməl edən şəxsi ibadətlə tək qoyar və ona itaətkarlıq hissi

və göz yaşları verər" (Biharul-Ənvar, c.72, səh.216, hədis 8).

III FƏSİL

İblisin Şər imperiyasının iqtisadi ayağı

Yer üzündə 7 milyarda yaxın insan olduğu söylənilir. Bunlardan neçəsi banklardan istifadə edir?

Page 35: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Uşaqları nəzərə almasaq, demək olar ki, hamı bankların xidmətindən istifadə edir. Maaş və ya təqaüdünü banklar vasitəsilə alır, pul köçürmələri edir, kredit götürür və s.

Banklar sələm kapitalı əsasında fəaliyyət göstərir. Sələm isə haramdır və böyük günahlardan hesab edilir. Təsadüfi deyil ki, Qurani-Kərimin Əl-Bəqərə surəsinin 275-276 - cı ayələrində belə buyurulur:

“Sələm (faiz) yeyənlər Qiyamət günü qəbirlərindən cin vurmuş kimi qalxarlar. Bu, onların “alış–veriş də sələm kimi bir şeydir” – dedikləri ucbatındandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram(qadağan) etmişdir...

Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!”.

Eyni surənin 278-279 – cu ayələrində isə belə deyilir:“Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri

(sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!

Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!”.

İslam faizi, bütün növləri və miqdarları ilə, qadağan etmiş və haram qılmışdır. Tövrat və İncildə də eyni halla rastlaşırıq. Fəqət yəhudilər sələmçiliklə məşğul ola bilmək üçün bununla bağlı hissəni Tövratdan çıxarmış, bu məqsədlə “Çıxış” kitabının 24-cü fəsli 18 bəndə endirilmişdir. Halbuki Əhdi-Ətiqin əski nüsxələrində sözügedən kitabın 24-cü fəslinin 22-ci bəndində faizlə borc vermək qəti şəkildə qadağan edilmişdir.

Tövratdan sələmi qadağan edən bəndlər çıxarıldıqdan sonra yəhudilər geniş şəkildə sələmçiliklə məşğul olmağa başladılar və bir müddətdən sonra bütün dünyada dövriyyədə olan sələm kapitalının ən azı 80 faizi bir neçə yəhudi ailəsinin əlində cəmlənmiş oldu. Onlar hazırda nəzarətdə saxladıqları banklar vasitəsilə dünyadakı bütün maliyyə axınlarını nəzarətlərində saxlaya və istədikləri istiqamətə yönəldə bilirlər. Əslində isə bütün bu proses İblisin əlində cəmlənmişdir və dünya bank sistemi İblisin böyük Şər imperiyasının iqtisadi əsaslarından birini təşkil edir.

İblis bu prosesi 13 məşhur ailənin vasitəsilə yönləndirir ki, onların da başında Rotşildlər gəlirlər.

Rotşild xanədanı ya da qısaca “Rotşildlər” olaraq bilinən Rotşild ailəsi XVIII əsrin sonlarından başlayaraq Avropanın çeşidli mərkəzlərində banklar quran yəhudi mənşəli Almaniyalı bir ailədir. Ailənin Avstriya qolunun beş budağı 1816-

Page 36: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

cı ildə Habsburq imparatoru II Fransisdən baronluq rütbəsi əldə etmiş, beləcə, Avstriya zadəganları sırasına daxil olmuşlar. Ailənin ingilis qolu isə kraliça Viktoriyanın izniylə Avstriyada sahib olduqları baron ünvanını İngiltərədə də istifadə etmək imkanı əldə etmişlər. Ailənin öz sərvətininin əsas hissəini XIX əsrdə qazandığı önə sürülməkdədir.

Rotşildlərin Avropada tanınmaya başlaması 1744-cü ildə xarici valyutanın dəyişitirilməsiylə məşğul olan Hesse şahzadəsi ilə ticarət edən Amşel Moses Rotşildin oğlu Mayer Amşel Rotşildin adı ilə bağlıdır. Frankfurtun Yudengasse deyilən yəhudi gettosunda doğulan Mayer bir maliyyə qurumu qurmuş və iş görmələri üçün 5 oğlunu fərqli Avropa şəhərlərinə yollayaraq nüfuzunu genişləndirmişdi. Ailənin yaratdığı qurum yerlilərin hücumlarına qarşı çox dayanıqlı idi.

1819-cu ildə Almanyanın bir çox yerində antisemitizm halları çoxalmağa başladı. Yəhudilərə qarşı həyata keçirilən üsyanlardan birində Rotşildlərin Frankfurtdakı bankına da hücum oldu, amma Rotşildlərin fərqli mərkəzlərə yayılmış sərvətinə zərər dəymədi. Mayer Rotşild, banklarının gələcək uğuru üçün fərqli strategiyalar işləyib hazırlamış, bu, ailənin maliyyə axınlarını daim nəzarətdə saxlaya bilməsini təmin etmiş, sərvətinin həcmini gizli tuta bilmişdi. 1906-cı ildə çap olunan Yəhudi Ensiklopediyası bu barədə belə yazırdı: "Rotşildlərin başlatdığı fərqli maliyyə mərkəzlərinə eyni ailənin şöbə açmasına əsaslanan bu texnika qısa zaman içərisində Bisçoffşeim, Pereire, Seliqman, Lazard Limi kimi digər yəhudi ailə və maliyyəçilər tərəfindən də tətbiq edildi. Bu metod onları təkcə yəhudilər arasında deyil, bütün bankçılıq sektorunda məşhurlaşdırdı. Bunun sayəsində yəhudi maliyyəçilər XIX əsrin orta ve son çəyərəyində beynəlxalq maliyyə aləmində getdikcə böyük pay sahibi olmağa başladılar. Bütün bu qrupun arxasınca getdiyi ailə isə Rotşildlər idi..."

Ensiklopediyada daha sonra belə deyilir: "Daha yaxın zamanlarda, yəhudi olmayan maliyyəçilər də eyni kosmopolit metodu mənimsədi və yəhudilərin nəzarəti əvvəlki dövrə görə daha da azaldı".

Rotşildlərin emblemi sıxılmış yumruq və Mayer Rotşildin beş oğlunu simvolizə edən beş oxdan ibarətdir. Bu, eyni zamanda Həzrət Davudun (ə) “Zəbur”unun 127-ci məzmurunda yer alan aşağıdakı sözlərdən qaynaqlanır:

“Yığdın əlində bir yolla oxlar,Elədir gənçlikdə doğulan uşaqlar.Nə xoş ox qabı onlarla dolu insana!”.Ailənin şüarı isə emblemin altında latın dilində yazılmış bu sözlərdir:

“Concordia, İntegritas, İndustria” (Ahəmg, Dürüstlük, Təşəbbüskarlıq). Ailənin soy adı almancadan "Qırmızı Qalxan" kimi tərcümə edilir. Bu soy adı

Almanyada çox yaygın olsa da, onun daşıyıcılarının əksəriyyətinin bu ailəyə heç bir aidiyyatı yoxdur.

Məlum olduğu kimi, kral və zadəgan ailələrində hakimiyyət və sərvəti daim ailənin əlində saxlamaq üçün əmi uşaqları və əmi nəvələri arasında evliliklər geniş yayılıb. Mayer Rotşild də sərvətinin ailəsində qalması üçün bu metoddan istifadə edərək sərvətini qorumağı bacarmışdır. Fəqət XIX əsrin sonlarına doğru Rotşildlər aristokratik ailələr və diğər maliyyəçi xənadanlarla evlilik bağları qurmağa

Page 37: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

başladılar. Mayer Amşel Rotşildin oğulları və yerləşdikləri şəhərlər aşağıdakılar idi:

1. Amşel Mayer Rotşild (1773–1855): Frankfurt, övladsız öldü, mirası Salomon və Kalmannın uşaqlarına qaldı.

2. Salomom Mayer Rotşild (1774–1855): Vyana.3. Mathan Mayer Rotşild (1777–1836): London.4. Kalmann Mayer Rotşild (1788–1855): Neapol.5. Yakob Mayer Rotşild (1792–1868): Paris.Rotşildlər Napaleonun apardığı savaşlar  (1803-1815) başlamadan öncə də

önəmli bir miqdarda sərvətə sahib idi və bu sıralarda da qiymətli külçə metal ticarətində üstünlük əldə etdilər. Natan Mayer Rotşild 1813-1815-ci illər arasında ingilislərin müharibə xərclərini, demək olar ki, tək başına öz üzərinə götürərək, müharibədə önəmli rol oynadı. Bir yandan Vellinqton knyazının Avropanın çeşidli yerlərindəki ordularına qiymətli metal külçəlerinin çatdırılmasını təmin edib, o biri yandan da İngiltərənin materikdəki müttəfiqlərinə maliyyə yardımları ayırırdı. Təkcə 1815-ci ildə Rotşildlər müttəfiqlərə 9.8 milyon funt (bugünkü dəyəri ilə 634 milyon funt) dəstək krediti verdilər.

Qardaşlar materikdəki Rotşild aktivitlərini koordinə etdilər və ailə savaş yorgununa çevrilmiş Avropada qızıl nəqliyyatı üçün təmsilcilər, əlaqələndirici ve kuryelərdən oluşan bir əməliyyat şəbəkəsi qurdular. Bu şəbəkə daha sonralar Nathan Rotşildəin siyasi və mali məlumatları oprrativ şəkildə əldə etmək üçün də yaramaqda idi. Beləcə, Nathan rəqibləri üzərində üstünlük əldə etmiş, bu səbəbdən də aiəlnin əlində olan banklar şəbəkəsi İngilis dövləti üçün vazkeçilməz hala gəlmişdi. Maraqlıdır ki, sözügedən şəbəkə Nathanın və Vellinqtonun  Vaterlooda qazanılmış qələbə barədə dövlətin rəsmi səfirindən tam bir gün öncə xəbər tutmasını təmin etmişdi.

Rotşildlərin ən gəir gətirən əməliyyatlarından birinin təməli İngiltərənin qələbəsinin xalqa çatdırılmasından sonra atıldı. Nathan Rotşild sülhün elan edilməsindən sonra dövlət borçlanmasının azalacağını nəzərə alaraq, yönünü savaş sonrasında ölkədaxili iqtisadiyyatın yenidən qurulmasını sona çatdıracaq iki illik planlaşdırmaya yönəltdi. O bunun ardından sənaye mallarının istehsalında bir yüksəliş olacağını və bunun maliyyə və sənaye birjalarının canlanmasına səbəb olacağını hesablaya bilmişdi.

Maliyyə tarixin ən cürətli əməliyyatlarından biri kimi qəbul edilən bir adımla Nathan dərhal dövlət birjasını o zaman üçün olduqça yüksək görünən bir qiymətə satın alıb, iki il gözlədikdən sonra, 1817-ci ildə birjalardakı qısa bir yüksəlişin 40%-lik gəlir gətirdiyi bir dövrdə satdı. Həmin dövrdə Rotşild ailəsinin əlində olan "inkişaf" məqsədli sərnayəni (leverage) də nəzərə alsaq, bu qazancın nə qədər böyük olduğunu təsəvvür etmək çətin deyil.

Beləcə, Rotşildlər dünyanın ən zəngin ailəsinə çevrildilər. İngiltərədə çıxan “Daily Telegraph”ın yazdığına görə, “hazırda (yəni o dövrdə) bu beynəlxalq bankirlər ailəsinin ismi sərvət, güç və sirliliyin sinoniminə çevrilib... Rotşildlər ailəsinin adı pul və güçlə, başqa heç bir ailənin yaxına belə düşə bilməyəcəyi qədər bütünləşmişdir".

Page 38: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

İblisin Şər imperiyasının iqtisadi əsaslarından danışarkən, Rotşildlərlə birlikdə Rokfellerlərin də adını xüsusi çəkmək lazımdır. Birincilərdən fərqli olaraq, ikincilər İngiltərədə deyil, ABŞ-da əsas söz sahibidirlər. Birincilər kimi yəhudi yox, xristian-protestantdırlar.

Dünyanın ən zəngin ailələrindən biri olan Rokfellerlər sənayeçi və bankir ailəsi kimi ad çıxarmışlar. Onların bu səviyyəyə gəlib çıxması XIX-XX əsrlərdə Con Rokfeller və Uilyam Rokfeller qardaşlarının “Standart Oil” şirkəti vasitəsilə məşğul olduqları neft ticarəti ilə bağlı olub. Ailənin sahib olduğu digər nüfuzlu şirkət isə “Canse Manhattan Bank” adlı bank idi.

Nəslin əsasının tanınmış iş adamı Uilyam Rokfeller (Böyük) tərəfindən qurulduğu bilinməkdədir. O, Qreyncerdə (Nyu-York) bir protestant ailəsində dünyaya gəlmişdi və birinci arvadı Eliza Devisondan altı övladı olmuşdu. Bunlardan ən tanınanları “Standart Oil” şirkətinin əsasını qoyan və neft maqnatları kimi tanınan Con Rokfeller və Uilyam Rokfeller (Kiçik) idilər. Onlardan birincisi dindar baptist olduğu üçün dini qurumlarla sıx əlaqə saxlayır, onlara maliyyə dəstəyi verirdi.

Rokfellerlər ailəsinin sərvətinin həcmi, o cümlədən aktivlərinin dəyəri, qoyduqları investisyaların və şəxsi kapitallarının miqdarı haqqında nəinki dəqiq, heç təxmini məlumat da yoxdur. Ailənin bütövlükdə və hər bir üzvünün ayrılıqda hansı sərvətlərə sahib olduqları barədə heç vaxt heç bir açıqlama verilməyib. Sərvətlərinin təyinatı ilə yalnız kişilər məşğul olar, qadınlar isə məsləhət verməklə yetinər, yalnız ailə büdcəsinin təyinaində əsas söz sahibi kimi çıxış edərdilər. Bu ənənə bu gün də davam etməkdədir.

Ailənin kapitalı 1934 və 1952-ci illərdə qurulan və “Case Manhaddan Bank”ın xələfi kimi çıxış edən “Chase Bank”ın təsisçiləri olan fondlarda cəmlənmişdir. “Standart Oil” şirkətinin gəlirləri həmin fondlara yönəldilir. Fondlara Ailə Komitəsi nəzarət edir. İnvestisiyalar “Rockfeller Financial Services” tərəfindən yönləndirilir. Bu quruma 2017-ci ildən etibarən Devid Rokfeller (Kiçik) başçılıq edir.

Ailənin tanınmış üzvləri:1. Uilyam Rokfeller (Böyük) (1810-1906).2. Con Rokfeller (1839-1937) - Uilyam Rokfellerin (Böyük) böyük oğlu.3. Uilyam Rokfeller (Kiçik) (1841-1922) - Uilyam Rokfellerin (Böyük) ikinci

oğlu.4. Franklin Rokfeller (1845-1917) - Uilyam Rokfellerin (Böyük) üçüncü oğlu.Con Rokfellerin (Böyük) övladları:1. Elizabet Rokfeller (1866-1906) - Con Rokfellerin (Böyük) birinci qızı.2. Alta Rokfeller (1871-1962) - Con Rokfellerin (Böyük) ikinci qızı.3. Edit Pokfeller (1872-1932) - Con Rokfellerin (Böyük) üçüncü qızı.4. Marqaret Rokfeller Stronq (1897-1985) – Elizabet Rokfellerin qızı, Con

Rokfellerin (Böyük) nəvəsi.5. Con Rokfeller (Kiçik) (1874-1948) - Con Rokfellerin (Böyük) oğlu.Con Rokfellerin (Kiçik) övladları:1. Ebiqeyl Oldric Rokfeller (1903-1976) - Con Rokfellerin (Kiçik) qızı.

Page 39: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

2. III Con Devison Rokfeller (1906-1978) - Con Rokfellerin (Kiçik) böyük oğlu.

3. Nelson Oldric Rokfeller (1908-1979) - Con Rokfellerin (Kiçik) ikinci oğlu.4. Lorans Spelman Rokfeller (1910-2004) - Con Rokfellerin (Kiçik) üçüncü

oğlu.5. Uintrop Oldric Rokfeller (1912-1973) - Con Rokfellerin (Kiçik) dördüncü

oğlu. 6. Devid Rokfeller (1915-2017) - Con Rokfellerin (Kiçik) beşinci oğlu. III Con Devison Rokfellerin övladları:1. IV Con Devison Rokfeller (1937) - III Con Devison Rokfellerin birinci

oğlu.2. Houp Oldric Rokfeller (1948) - III Con Devison Rokfellerin ikinci oğluLorans Spelman Rokfellerin övladları:1. Laura Spelman Rokfeller Hesin (1938) - Lorans Spelman Rokfellerin əkiz

qızlarından birincisi.2. Mariaon Fraenç Rokfeller (1938) - Lorans Spelman Rokfellerin əkiz

qızlarından ikincisi.3. Lüsi Rokfeller (1941) - Lorans Spelman Rokfellerin üçüncü qızı.IV Con Devison Rokfellerin övladları:1. Castin Oldric Rokfeller (1979) - IV Con Devison Rokfellerin oğlu.Nelson Oldric Rokfellerin övladları:1. Rodman Klark Rokfeller (1932-2000) - Nelson Oldric Rokfellerin böyük

oğlu.2. Stiven Klark Rokfeller (1936) - Nelson Oldric Rokfellerin ikinci oğlu.3. Maykl Klark Rokfeller (1938) - Nelson Oldric Rokfellerin üçüncü oğlu.4. Fitler Mark Rokfeller (1967) - Nelson Oldric Rokfellerin dördüncü oğlu.Rodman Oldric Rokfellerin övladları:1. Milli Rokfeller (1955) - Rodman Oldric Rokfellerin qızı.Uintrop Oldricin övladları:1. Uintrop Pol Rokfeller (1948-2006) - Uintrop Oldric Rokfellerin oğlu.Devid Rokfellerin övladları:1. Devid Rokfeller (Kiçik) (1941) - Devid Rokfellerin böyük oğlu.2. Ebigeyl Rokfeller (1943) - Devid Rokfellerin böyük qızı.3. Neva Rokfeller (1944) - Devid Rokfellerin ikinci qızı.4. Dulani Marqeret Rokfeller (1947) - Devid Rokfellerin üçüncü qızı.5. Hilder Riçard Rokfeller (1949-2014) - Devid Rokfellerin kiçik oğlu.6. Eylin Riçard Rokfeller (1952) - Devid Rokfellerin kiçik qızı.İblisin qurduğu böyük Şər imperiyasının iqtisadi əsaslarından söz açarkən,

Rotşild və Rokfeller ailələri ilə birlikdə Morqan ailəsinin adını çəkməyi də unutmamaq lazımdır. Bu Amerikalı bankirlər ailəsinin əsasını Cunius Spenser Morqan (1813-1890) qoymuşdur. O, atası Cozef Morqandan miras qalan az olmayan sərmayə ilə 1829-cu ildə Harfort və Bostonda (ABŞ) iş həyataına qədəm qoymuş və qısa müddətdə əlindəki sərmayəni çoxaltmağı bacarmışdı. Bu ona tez bir zamanda ölkənin əksər tükanlarına mal paylaşdıran ən böyük şirkətlərindən biri kimi tanınan “J. M. Beebe & Co.” şirkətinin ortaqlarından biri olmağa imkan verdi

Page 40: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

və o, 1864-cü ildə Londona köçdü. Burada ”George Peabody & Co.” bankının ortağı oldu. Con Pibodinin təqaüdə çıxmasından sonra şirkəti idarə etməyə başladı. Cunius Spenser Morqan bu qurumun adını “J.S. Morgan & Co.” kimi dəyişdirdi və 1877-ci ildə ABŞ-a geri döndü. Üç il sonra Monte-Karloda vəfat etdi. Öləndə varislərinə bu günkü kursla 279 milyon dollara bərabər olan 10 milyon pul qoyub getdi.

Cunius Spenser Morqanın beş övladı olmuş, ondan miras qalan ailə sərmayəsini və “J.S. Morgan & Co.” bankını böyük oğlu Con Pirpont Morqan (1837-1013) yönəltməyə başlamışdır.

Təhsilini Göttinq Universitetində alan Con Pirpont Morqanın 1857- 1861 – ci illər arasında Nyu-Yorkdakı “Dancan Shermann & Co.” bankında çalışmış və 1861-ci ildə Amelin Starces (1835-1862) ilə ailə həyatı qurmuşdur. Arvadının ölməsindən sonra Frensis Luiz Treysi (1842-1924) ilə evlənmişdir. Sonuncudan dörd övladı olmuşdur:

Luiza Pirpont Morqan (1866-1946) – böyük qızı.Cek Pirpont Morqan (1867-1943) - oğlu.Culetta Morqan (1870-1952) – ortancıl qızı.Enn Morqan (1873-1952) – kiçik qızı.Amerikada baş verən 1861-1865 – ci illər vətəndaş müharibəsində silah alveri

ilə məşğul olan və sərvətini bir neçə dəfə artırmağı bacaran Con Pirpont Morqan müharibədən sonra ABŞ Konqresinin xüsusi komissiyası tərəfindən sorğu-suala çəkilmiş, fəqət hökumətdəki sıx əlaqələri sayəsində məsuliyyətə cəlb olunmaqdan qurtula bilmişd. Onun əsgərliyə getməmək müqabilində rəsmi qaydada 300 dollar ödədiyi, bundan sonra müxtəlif firmalarda çalışdığı, 1871-ci ildə Entoni Dreksel ilə birlikdə “Drecsel, Morgan & Co.” adlı şirkət qurduğu bilinməkdədir.

Ortağının ölümündən sonra (1893) şirkətin təkbaşına sahibinə çevrilən Con Pirpont Morqan sonralar sahibi olduğu Filadelfiya, Paris və Londondakı digər bankları da bura daxil edərək, onu “J. P. Morgan & Co.” (Nyu-York) adlı “Bankirlər Evi”nə çevirdi və dünyanın ən məşhur kreditorlarından biri kimi tanınmağa başladı.

“J. P. Morgan & Co.” Bankirlər evi dəmir yollarının tikintisənə, poladtökmə müəssisələrinin qurulmasına önəmli ölçüdə maliyyə köçürdü və dünyanın ən böyük bu tip müəssisələrindən biri olan “US Stell”, elektrotexnika avadanlıqların istehsalı üzrə ixtisaslaşan “Generel Electric” şirkətinin qurulmasında iştirak etdi, Atlantikdəki sərnişin daşımalarını maliyyələşdirdi.

Con Pirpont Morqan 1892-ci ildə “Edison Generel Electric” və “Thomson-Houston Electric Company” şirkətlərinin vahid “Generel Electric” şirkətində birləşməsində yaxından iştirak etdi, eləcə də “Unitet States Stell Cirparation”, İnternational Harvestr” və “AT& T” kimi nəhəng şirkətlərin ortaya çıxması üçün az əmək sərf etmədi. Özünün iş həyatının ən qızğın çağında ABŞ hökumətində maliyyə məsələləri ilə məşğul olan şəxsləri, eləcə də bir çox konqresmeni ələ almağı bacardı. Bunun sayəsində 1907-ci ilin maliyyə panikasına son qymağı bacardı və “Tərəqqi erasının” əsas maliyyə baronuna çevrildi.

Page 41: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Con Pirpont Morqanın işini oğlu Cek Pirpont Morqan davam etdirmişdir. Hazırda Morqanlar ailəsi Rotşild və Rokfeller ailələri ilə birlikdə dünyadakı sələm və sənaye kapitalının önəmli hissəsinə sahibdirlər.

Dünyanı sələm kapitalının əsirinə çevirərək, İblisin əmr etdiyi kimi idarə edən 13 ailədən biri də Astorlar ailəsidir. Bu ailə CFR-in (Council on Foreign Relations) İngiltərə qolu olan RİİA-nın (Royal İnstıtute of İnternatıonal Affaırs // Beynəlxalq Əlaqələr Kraliyət Təşkilatı) qurucusudur. Təşkilatın təsis qeydlərində “Xeyriyyə Təşkilatı” kimi təqdim edilsə də, bu qurum əslində varlı təbəqənin istəklərinin hökumətin siyasətilə əlaqəsini təmin etməklə məşğuldur. Bu təşkilatın sonradan Cecil Rhodes tərəfindən qurulmuş “Rounda Table” ilə birlikdə “Associatıon Of Helpers” (Yardımsevərlər Birliyi) təsis etdiyi və Bill Klinton kimi bir çox ABŞ prezidentlərinin hakimiyyətə gəlməsində yaxından iştirak etdiyi bilinməkdədir. Əldə olan məlumatlara görə, “Associatıon Of Helpers” Oxford Üniversitesinin tələbələrinə xüsusi təqaüdlər verməklə, onları tək dünya hökumətinin (Dəccalın hakimiyyətinin) qurulması istiqamətində yetişdirir.

Astor ailəsinin Narkotik ticaretiylə də məşğul olduğu və ABŞ-ın CİA, İngiltərənin MI5 və MI6, eləcə də İsrailin Mossad kimi xüsusi xidmət orqanlarından  böyük dəstək aldığı söylənilir.

Dünyadakı sələm kapitalının əsas sahibi olan 13 ailədən biri də Bandi (Bundy) ailəsidir. XVI əsrdə ABŞ-a köç edən bir puritan ailəsi olan Bandilərin bir çox üzvünün “Skulls and Bones Society” (Kəllə və Sümük Təriqəti) gizli təşkilatının üzvü olduğu və Amerika hökumətində önəmli vəzifələr tutduğu məlumdur. Bunlar Harvi Hollister Bandi (Harvey Hollister Bundy), Uilyam Patnam Bandi (William Putnam Bundy) və MakQriqori Bandidir (McGeorge Bundy).

Adı çəkilənlərdən birincisi, yəni Harvi Hollister Bandi ayrı-ayrı vaxtlarda ABŞ-ın xəzinə müştəşarı, Maliyyə naziri, hərbi katibi vəzifələrini tutmuş və sonuncu vəzifəsində ikən atom bombasının hazırlanmasında, başqa sözlə, Manhetten Layihəsində birbaşa iştirak etmişdir.

Uilyam Patnam Bandi müxtəlif dövrlərdə CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsinin) Milli Hədəflər Katiblik Komissiyasının rəhbərlərindən biri, Beynəlxalq Təhlükəsizlik və Müdafiə nazirinin yardımçısı, Vyetnam savaşı dönəmində Şərqi Asiya və Sakit Okean katibi, CFR-in Xarici işlər editoru, Amerika Konqresinin üzvü kimi vəzifələr daşımışdır.

MakQriqori Bandi Xarici İşlər analisti, CFR analisti, Savaş katibinin yardımcısı, Milli Təhlükəsizlik özəl yardımçısı, Milli Təhlükəsizlik üzrə məsləhətçi, Ford Fondunun başqanı kimi önəmli vəzifələrdə çalışmışdır.

Bütün önəmli Məsləhət şirkətləri Bandi ailəsinin nəzarətindədir və bu sayədə ABŞ və Qərb dövlətlərinin bütün dövlət orqanları ilə əlaqədədirlər.

Sözügedən 13 ailədən biri də Kollins (Collins) ailəsidir. Bu ailə New Englanddan gələn çox köklü bir ailədir. Onun fərdlərinin əksəriyyəti satanist bir klub olan “Hell Fire Club”un (Cəhənnəm Atəşi Klubu) üzvüdürlər. Bu kluba üzvlük Biritanya hökumətinin yüksək çevrələrinin nəzarətindədir. Klub dünyadakı bütün satanist axınları dünyaya yayaraq və bu yolla şüurları zəbt edərək, İblisə kölə etmək üçün istifadə edilməkdədir. “Hell Fire Club”un üzvləri arasında ABŞ

Page 42: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

prezidentləri, İngilis nazirlər, lordlar və kral övladları da vardır. Klubun üzvləri gizli cinsi rituallar həyata keçirməkdədirlər.

Kollins ailəsinin keçmişində bəzi ailə mənsubları, məsələn, Janna Kollins (Jane Collıns) 1650-ci illərdə cadugərlik və sehirbazlıqda suçlanmışdılar. Ailənin  Amerikadakı qolu oradakı vətəndaş müharibəsindən bir qədər öncə Todd soyadını qəbul etmişdir. Ailəyə mənsub qadınların ərləri içərisində əski Amerika prezidentlərindən Madison və Linkoln da olub.

13-lərdən biri də DuPont ailəsidir. Dünyanın ən məşhur kimyəvi mallar istehsal edən “DuPont” şikəti bu ailəyə məxsusdur. Bu gün ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya və Avropada elə bir ev tapmaq çətindir ki, orada sözügedən şirkətin məhsulları istifadə edilməmiş olsun.

Barıt və partlayıcı maddələr istehsalı sektorunun, demək olar ki, monopolisti olan bu ailə Amerikadakı ilk barıt fabrikinin qurucuları kimi tanınır.

Ailənin əsasını qoyan Pyer Samuel DuPont (Pierre Samuel DuPont) illüminatilərin təmsilçisi olub. Onun 1799-cu idə Amerikaya köç etdiyi və ABŞ prezidenti Ceffersonun yaxın dostu olduğu bilinməkdədir. Bu dostluq sayəsində ABŞ hökuməti ordunun barıt ehtiyacını qarşılamağı ona tapşırmışdı. Bu da Pyer Samuel DuPontun həddən artıq varlanmasına səbəb olmuşdu.

DuPont ailəsinin sərvətinin önəmli hissəsi də eynən Friman, Astor, Rokefeller, Rotşild və Rassell ailələrinin sərvətinin müəyyən hissəsi kimi narkotik ticarətindən əldə edilmişdir. Bu ailənin II Dünya Savaşında Adolf Hitlərə hərbi sursat və silah yardımı etdiyi məlumdur.

13-lərdən biri də Friman (Freeman) ailəsidir. Bu ailə də Bandi ailesi kimi ABŞ hökumətinin məsləhətçiləri arasında yer almaqdadır. Bunlardan Qaylord Friman (Gaylord Freeman) və Rocer A. Frimanın (Roger A. Freeman) adlarını çəkmək mümkündür. Bu şəxslərin bir çox prezident və konqres üzvü üçün tövsiyyə və məsləhətlər hazırladığı bilinməkdədir. Qaylord Friman və Sion təriqətinin liderlərindən olan Stefen M. Friman (Stephen M. Freeman) Amerika konqresində Anti Defamation League (Yəhudi Ağlı Birliyi) adlı nüfuzlu yəhudi lobbisinin İnsan Haqları bölümünə rəhbərlik etməkdədirlər. Ceyms D. Friman (James D. Freeman) yəhudi və xristianlar arasında birliyi hədəfləyən “Birlik Məktəbi” adlı məktəbin rəhbəridir.

13-lərə daxil olan ailələrdən başqa birisi də Habsburq ailəsidir. Ailənin Avropanın gizli kralı kimi tanınan və Müqəddəs Romanın imperatorlarından olan Çarlesin (Charles) soyundan olduğu iddia edilir. Bu iddianın müəllifi Avstriya imperatriçasının oğlu, 98 yaşlı Otto fon Habsburqdur (Otto fon Habsburg). O ailənin en yaşlı üzvüdür.

Habsburq ailəsi xiristianlığın rəsmi doktrini ilə ziddiyyət təşkil edən inancın müdafiəçisidir. Bu inanca görə, Həzrət İsa (ə) guya arvadı və övladıyla birlikdə çarmıxa çəkilməkdən qurtularaq, Fransaya qaçmış və məşhur Merovengian Xanedanlığıyla qohum olaraq soyunu günümüzədək davam etdirməyi bacarmışdır. Bu səbəbdən də 98 yaşında olan Otto fon Habsburq guya Qüds kralı olmağa əsas namizəddir. Maraqlıdır ki, bu inancdan çıxış edən Otto fon Habsburq qurulması planlaşdırılan “Böyük İsrail Dövləti”ndə Qüds kralı olmağa namizədliyini rəsmən irəli sürmüşdür.

Page 43: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Habsburq ailəsinin digər bir “önəmli” özəlliyi isə Allahın onları guya Həzrət İsanın (ə) soyunu korumaqla vəzifələndirmiş olmasıdır. Bu səbəbdən də ailə “Sion Manastırı” adlı təşkilatla çox yaxın əlaqə saxlamaqda və onu maliyyələşdirməkdədir.

İblisin Şər imperiyasının iqtisadi əsasını təşkil edən dünya sələm kapitalının əsas sahibləri kimi tanınan 13 ailədən biri də Lordlar ailəsidir. Bu ailənin XVI əsrdə Amerikaya köçdüyü və ABŞ dövlətinin qurulması və möhkəmlənməsində önəmli rol oynadığı söylənilir. Onun Natan Lord (Nathan Lord) və Tomas Lord (Thomas Lord) qolları ABŞ-ın idarəçiliyində təsirli rola sahib olan və Corc Buşu (Oğul) hakimiyyətə gətirən “Skulls and Bonnes Society” (Kəllə və sümüklər Təriqəti) ilə birbaşa bağlıdır. Lordlar ailəsinin Franklin Atkıns Lord, Uilyam Qaley Lord (William Galey Lord), Osvald Bates Lord (Oswald Bates Lord), II Çarls Edvins Lord (Charles Edwıns Lord) və Uinston Lord (Wınston Lord) kimi üzvləri sözügedən təriqətin nüfuzlu simaları içərisində yer almaqdadırlar. Bunlardan Uinston Lord 1977-1985 - ci illər arasında CFR-in (Cost and Freight) İdarə Heyətinin sədri olmuşdur. Çarls Edvar Lord xarici investisiyaların idarə edilməsində əsas söz sahiblərindən bir idi.

13-lərə daxil olan ailələrdən biri də Oppenhaymerlər ailəsidir (Oppenheımer). Ailənin ən tanınmış isimlərin olan Nikolas Oppenhaymer Şeytani İllüminati sisteminin Güney Afrika üzvüdür. “Almaz kralı” kimi tatanan atası Harri Opperhaymerdən qalan böyük mirasa sahib olmuşdur. Hazırda ailə dünyadaki almaz yataqlarının 95%-inə və qızıl, platin kimi diğər qiymətli daş və mədən yataqlarının əksər hissələrinə sahibdir. Rotşild ailəsinin dəstəyi ilə “Cecıl Rhodes”in sahibi olduğu, Güney Afrikadakı ən böyük mədən şirkəti olan “DeBeers Consolidated Mines” şirkətinə nəzarət etdiyi bilinir. Dünyanın ən büyük yəhudi məbədi sayılan, Yohannesburqda yerləşən sinaqoqun baş maliyyəçisidir. “MOSSAD”la yaxın əlaqəsi var.

13-lərdən biri də Rassellərdir (Russell). Bu ailənin keçmişi markotik maddələr və qul ticarəti ilə bağlı olub. “Skulls & Bones Socıety” və “Yəhova Şahidləri”nin qurucularındandır. Sözügedən təriqətlərin qurucularından olmamışdan öncə ailənin qurucusu hesab edilən General Rassell illüminatilərlə əlaqə qurmuş və bu təşkilatın fikirlərindən təsirlənmişdir.

Rassell ailəsinin Pittsburqda özəl bir məzarlığı var. Onlar keçirdikləri əksər ayin və gizli rituallarını burada həyata keçirirlər. Rassellərin qurduğu fond “Skulls and Bones Socıety”nın əsas maliyyələşdiricilərindəndirlər.

13-lərə daxil olan sonuncu, 13-cü ailə Varburqlardır (Warburg ailəsi). Rotşild ailəsinin ortağı olan və keçmişi onlarla eyni olan bu ailə İspaniyaya qaçan və Varburq şəhərində məskunlaşan Simon fon Kesselin (Simon von Kesse) nəvəsi Markus Qumbrix Varburq (Marcus Gumprıch Warburg) tərəfindən qurulmuşdur. O babasının və atasının yaşadığı şəhəri tərk edərək, Hamburqa gəlmiş, burada bankirliklə məşğul olmuş, “M. M Warburg” bankını qurmuşdu. Markusun oğulları Rotşild ailəsiylə əlaqələrini daha da genişləndirərək, bütün Avropanın maliyyə birjasını monopoliyalarına almağı bacarmış, bu da onlara Almanyanın kanslerləri və kral övladları ilə sıx əlaqələr qurmasına imkan yaratmışdı. Onlardan Maks Varburq (Max Warburg) kral sarayının əsas mali məsləhətçisi olub.    

Page 44: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Hazırda Varburqların təmsilçisiləri dünyanın idarə edilməsində ‘sas söz sahiblərindən biriolmaqda davam edirlər.

İblisin Şər imperiyasının iqtisadi əsaslarından birini də təməli 1944-cü ildə ABŞ-ın Hemoşir ştatının Bretton-Vuds əyalətində keçirilmiş BMT-nin valyuta konfransında qoyulan Beynəlxalq Valyuta Fondu (İnternational Monetary Fund // BVF) təşkil edir. Bu qurum valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, beləcə, üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, onların tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək etmək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Mərkəzi qərargahı Vaşinqtonda yerləşən BVF-nun ali rəhbər orqanı İdarəedicilər Şurasıdır. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrləri içərisindən təyin edilir. Bundan sonrakı orqan İcraedici Şuradır.

Fondun icraçı direktorlarının sayı 53-dür. BVF-da ən çox paya və səsə malik ölkələr aşağıdakılardır: ABŞ - 17.78%, Almaniya - 5.58%, Yaponiya -5.53%, Böyük Britaniya - 4.48%, Fransa - 4.98%, Səudiyyə Ərəbistanı - 3.45%, İtaliya -3.09%, Rusiya - 2.9%.

Hazırda 189 ölkə BVF-nun üzvüdür. Onun strukturlarında 133 ölkədən 2500 nəfər çalışır.

Fond əsasən iki məqsədə xidmət edir: Tədiyyə balansındakı qeyri-tarzlığı aradan qaldırmaq Büdcə xərclərinin kreditləşməsi başda olmaqla, ölkələrin makroiqtisadi

stabilliyinə yönəldilən tədbirlərin həyata keçirilməsi. Qeyd edək ki, üzv ölkələrin cəlb etdikləri kreditin həcmi kvotanın 25%-dən

çox ola bilməz. Bundan yuxarı həcmdə kredit verilməsi isə BVF-nun direktorunun razılığından asılıdır və bir qayda olaraq, həmin ölkənin ümumiqtisadi, eləcə də, maliyyə siyasətinin təhlili əsasında həyata keçirilir. Ümumiyyətlə, kredit müraciət əsasında və ölkənin iqtisadi durumunu qiymətləndirdikdən sonra verir. Üzv ölkələrin qarşısında məqsədli layihələrin həyata keçirməsi üçün bir sıra şərtlər qoyulmuşdur. Kredit vəsaitləri yalnız bu şərtlərin reallaşmasından sonra həyata keçirilir.

Üzv ölkələrin qarşısında duran şərtlər aşağıdakılardır: Beynəlxalq ticarət fəaliyyətində valyuta məhdudlaşdırılmalarına, hissə-hissə

üzən valyuta sisteminin tətbiq edilməsinə, eləcə də möhtəkir xarakterli kapital hərəkətinə yol verməmək.

Dövrü olaraq ölkənin maliyyə və iqtisadi durumu haqqında fonda məlumat vermək, məqsədli devalivasiya siyasətinə zərurət yarandıqda, devalivasiya dərəcəsini fonda bildirmək və s.

Fonda üzv olan ölkələr üzərlərinə götürdükləri məsuliyyəti yerinə yetirmədikdə, bir sıra cəza tədbirlərinə məruz qalırlar. Belə ki, bu maliyyə qurumu

Page 45: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

həmin ölkələrə kredit verilişini dayandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviyyəsindən asılıdır.

Qurumun fəaliyyəti dünyanın bir çox analitiki tərəfindən sərt tənqidlərə məruz qalmaqda və o, verdiyi kreditlərlə ölkələrin nəinki iqtisadi müstəqilliyinə imkan yaratmır, eyni zamanda onları beynəlxalq sələm kapitalından asılı vəziyyətə salır.

Əldə olan məlumatlara görə, BVF üçüncü dünya ölkələrinin ABŞ, İsrail və Avropa mənşəli beynəlxalq şirkətlərlə sıx əlaqədə olan hərbi diktatorlarını daim dəstəkləmişdir. Hətta bəzi iddialara görə, BMF demokratiya, insan haqları, işçi haqları kimi məsələlərdə qeyri-qənaətbəxş, hətta əks bir tutum sərgiləmişdr.

BVF-nun üzvü olan ölkələrdəki diktatura rejimlərinin borclanma (milyard dollar hesabı ilə) cədvəli

(Cədvəldə 1996-cı ilə qədər olan faktlar yer almaqdadır)

BVF-na

borclu olan

ölkələr

Diktatorlar

İqtidara gəliş Tarixi

İqtidardan

düşdüyü tarix

Ölkənin rejimin

başlanğıcında

kı borcu

Rejimin s

onundakı borc

1966-cı

ildəki t

oplam

borc

Diktatorların aldığı

toplam borç

Diktatorların yarattığı borç faizi

Argentina

 

Hərbi diktatura

1976 1983 9.3 48.9 93.8 39.6 42.00%

Boliviya

Hərbi diktatura

1962 1980 0 2.7 5.2 2.7 52.00%

Braziliya

Hərbi diktatura

1964 1984 5.1 105.1 179 100 56.00%

Çili

 

Avqusto Pinoçet

1974 1989 5.2 18 27.4 12.8 47.00%

Salvador Hərbi 1979 1994 0.9 2.2 2.2 1.3 59.00%

Page 46: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

BVF-na

borclu olan

ölkələr

Diktatorlar

İqtidara gəliş Tarixi

İqtidardan

düşdüyü tarix

Ölkənin rejimin

başlanğıcında

kı borcu

Rejimin s

onundakı borc

1966-cı

ildəki t

oplam

borc

Diktatorların aldığı

toplam borç

Diktatorların yarattığı borç faizi

 diktatura

Efiopiya

 

Mengistu Hale Mariam 1977 1991 0.5 4.2 10 3.7 37.00%

Haiti

 Jan-Klod Duvalye

1971 1986 0 0.7 0.9 0.7 78.00%

İndoneziya

 

Suxarto 1967 1998 3 129 129 126 98.00%

 Keniya

Mol1979 2002 2.7 6.9 6.9 4.2 61.00%

Liberiya Doe

1979 1990 0.6 1.9 2.1 1.3 62.00%

Maliviya

 Banda

1964 1994 0.1 2 2.3 1.9 83.00%

Page 47: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

BVF-na

borclu olan

ölkələr

Diktatorlar

İqtidara gəliş Tarixi

İqtidardan

düşdüyü tarix

Ölkənin rejimin

başlanğıcında

kı borcu

Rejimin s

onundakı borc

1966-cı

ildəki t

oplam

borc

Diktatorların aldığı

toplam borç

Diktatorların yarattığı borç faizi

Nigeriya

Buxari // Abaxa

1984 1998 17.8 31.4 31.4 13.6 43.00%

Pakistan

 

Ziya ül-Haqq

1977 1988 7.6 17

Pakistan

 Hərbi diktatura

1990 günümüz 20.6 29.9 29.9 18.7 63.00%

Paraqvay

 Strosner

1954 1989 0.1 2.4 2.1 2.3 96.00%

Filippin

 Markos

1965 1986 1.5 28.3 41.2 26.8 65.00%

Somali

 Siad Barre

1969 1991 0 2.4 2.6 2.4 92.00%

Cənubi Afrika

Aparteid rejimi

1992 18.7 23.6 18.7 79.00%

Page 48: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

BVF-na

borclu olan

ölkələr

Diktatorlar

İqtidara gəliş Tarixi

İqtidardan

düşdüyü tarix

Ölkənin rejimin

başlanğıcında

kı borcu

Rejimin s

onundakı borc

1966-cı

ildəki t

oplam

borc

Diktatorların aldığı

toplam borç

Diktatorların yarattığı borç faizi

 

Nimeyri Nimeyri // Əl-Mehdi

1969 Günümüz 0.3 17 17 16.7 98.00%

Suriya

 

Hafiz Əsəd – Bəşər Əsəd 1970 Günümüz 0.2 21.4 21.4 21.2 99.00%

Tailand

 Hərbi diktatura

1950 1983 0 13.9 90.8 13.9 15.00%

Zair // Konqo

 Mobutu 1965 1997 0.3 12.8 12.8 12.5 98.00%

İblisin Şər imperiyasının iqtisadi ayaqlarından birini də Dünya Bankı təşkil etməkdədir. Yetəri qədər sələm kapitalına sahib olan bu bankın dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət etdiyi hesab edilir. O, maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri kimi 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunub. Əslində, klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir və BMT-nin ixtisaslaşmış qurumlarından biri kimi

Page 49: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

fəaliyyət göstərir. Bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir.

Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və bəzi hallarda faizsiz və uzunmüddətli kreditlər və qrantlar verir. Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir. Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.

Bank yaradılarkən ilkin məqsədi II Dünya savaşında dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bu bankı digər banklardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu bankda heç bir kəs hesab aça bilməz. Onun müştəriləri yalnız dövlətlərdir.

Dünya Bankı dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Adından məlum olduğu kimi, o, dünyanın əsas mərkəzi bankıdır. Belə ki, Dünya Bankı dünya ölkərinin bank sektorunu tənzimləyir, yəni o bankları vaxtaşırı məlumat və məsləhətlər ilə təmin edir. Dünya Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, eləcə də üzv dövlətlərin inkişafını təmin etməkdir.

Artıq qeyd etdiyimiz kimi, Dünya Bankı Birləşmiş Millətlər Təşkilatının (BMT) pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılıb. Bu razılaşma 1944-cü ilin iyul ayında baş tutmuşdur və bununla da Dünya Bankı yaradılmışdır. Bankın yaradılmasında məqsəd II Dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərmək olmuşdur. İki il sonra bank özünün ilk kreditini 250 mln dollar olmaqla Fransaya müharibə sonrası yenidənqurma işləri üçün ayırmışdır. Bu təşkilatın rəsmi adı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı idi. Bank öz işinə başlayarkən cəmi 38 üzvü var idi. Lakin, 50-60-cı illərdə dünyada yeni dövlətlərin sayının artması ilə, onun üzvlərinin sayı əhəmiyyətli dərəcədə artdı.

Məlum olduğu kimi, 1923-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı, dünya valyuta sisteminin stabilliyini məhv etmişdi. Buna görə də dünyada yeni valyuta sisteminin yaranmasına ehtiyac var idi. Bu ehtiyacı qarşılamaq üçün 1944-cü ildə Amerika Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransı keçirildi. Bu konfransda qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi. Beləliklə, dünya valyuta sisteminin yeni forması – Bretton Vuds sistemi yarandı. Sözügedən konfransda iki müqavilə imzalanmışdır:

-Beynəlxalq Valyuta Fondu (BVF) haqqında müqavilə-Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) haqqında

müqaviləBretton Vuds sistemi, dolların dünya ehtiyat valyutasına çevrilməsi demək idi.

Bu da ona gətirib çixardı ki, dünya iqtisadiyyatında ABŞ-ın rolu aparıcı oldu. Sisteminin ən önəmli cəhətlərindən biri o idi ki, müharibə nəticəsində dağıdılmış beynəlxalq təsərrüfat əlaqələri, istehsalat və ticarət bərpa olundu.

Page 50: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Terminoloji mənada “Dünya Bankı” dedikdə, "Beynəlxalq İnkişaf Assosiasiyası" və "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı" nəzərdə tutulur. Ancaq Dünya Bankının fəaliyyət sahəsi geniş olduğundan adları çəkilən 2 qurum bankın fəaliyyətini tam həcmdə həyata keçirməyə bəs eləmir. Əlavə 3 qurum, yəni Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz yuxarıda qeyd olunan 2 qurumla birgə Dünya Bankı ailəsini yəni, Dünya Bankı Qrupunu əmələ gətirir. Dünya Bankı Qrupunu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:

1. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)2. Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)3. Beynəlxalq Maliyyə Korporasiyası (BMK)4. İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA)5. İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM).Dünya Bankı anlayışı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və

Beynəlxalq İnkişaf Assosiasiyası qurumları ilə yekunlaşır. Belə ki yuxarıda adları çəkilən 5 qurum birlikdə yeni bir anlayışı, yəni Dünya Bankı Qrupunu təşkil edirlər. Dünya Bankı Qrupu (DBQ) tərkibindəki 5 qurumla yoxsulluğun azaldılması və dünya iqtisadiyyatının inkişafının qarantıdır. DBQ 185 ölkənin üzv olduğu nəhəng iqtisadi təşkilatdır.

Müsəlman ölkələri sələm kapitalından asılılığı müəyyən qədər yüngülləşdirmək və son nəticədə bu asılılığa son qoymaq üçün arıtq dünyanın aparıcı maliyyə-kretid qurumlarından birinə çevrilmiş İslam İnkişaf Bankı (İİB) qurmuşlar.

İİB körfəz ölkələrinə neft gəlirlərinin artışı sayəsində ortaya çıxmış ilk maliyyə təsisatıdır. Onun yaradılması niyyəti haqqında Bəyannamə 1973-cü (İslam təqvimi ilə hicri 1393-cü) ilin dekabrında Müsəlman ölkələri maliyyə nazirlərinin konfransında imzalanmış, bank fəaliyyətə 1975-ci (hicri ilə 1395-ci) ilin oktyabrında başlamışdır. Yalnız İslam Konfransı Təşkilatında (İKT) iştirak edən ölkələr İİB-ə üzv ola bilər. Başlıca məqsəd üzv dövlətlərin və müsəlman icmalarının iqtisadi və sosial inkişafına İslam qanunlarına uyğun şəkildə yardım göstərməkdən ibarətdir. Xatırlatmaq lazımdır ki, İslam bankları öz iqtisadi fəaliyyətlərini, istisnasız olaraq, Qurani-Kərimin prinsipləri əsasında qurur.

Bankın təsisçiləri yalnız müsəlman dövlətləridir. Hazırda 57 ölkə İİB-in üzvüdür. Bu, ilk üzvlərin sayından 2,4 dəfə çoxdur. Banka üzv olmağın əsas şərtləri hökmən İKT-nin iştirakçısı olmaq, ilkin kapitalı ödəməkdir. İdarəçilər Şurasının müəyyən etdiyi başqa şərtlər də var.

İştirakçıların əksəriyyəti Afrika və Asiya, ikisi Avropa (Albaniya,Türkiyə), biri Amerika (Surinam) ölkəsidir. Bir çox bölgələrində müsəlmanlar yaşadığına görə Rusiya da İİB-ə üzv olmaq arzusundadır. Üzv ölkələr müxtəlif regionları təmsil etdikləri üçün İİB-ni regionlararası bank kimi təsnif etmək olar.

İİB-nin maliyyə ehtiyatları böyük, vəziyyəti sabitdir. Mövcudluğu dövründə Nizamnamə kapitalı 7,5 dəfə, ödənmiş hissə isə 9 dəfə artıb. Digər regionlararası banklarla müqayisədə imzalanmış və ödənmiş kapital nisbətinə görə ən yaxşı göstəriciyə malikdir. Əsas səhm sahibləri Səudiyyə Ərəbistanı (27,3%), Liviya

Page 51: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

(11,0%), İran (9,6%), Misir (9,5%), Türkiyə (8,7%), BƏƏ (7,8%), Küveyt (6,9%) və Pakistandır (3,4%). Azərbaycan Respublikasının payı 0,13%-dir. Əməliyyatlarda əsas yeri kredit tutur. Əməliyyatların ümumi planının 30%-dən çoxunu kənd təsərrüfatının, tikintinin, suvarma sistemlərinin yenidən qurulmasında, iqtisadi və sosial infrastrukturun inkişafı layihələrinin maliyyələşdirilməsinə sərf olunan uzunmüddətli kreditlər təşkil edir. İİB-nin adi kreditlərinin əsas xüsusiyyəti onların faizsiz verilməsidir. Bu zaman yığılan cüzi (2,5%) rüsumlar inzibati xərclərin ödənilməsinə gedir. Ödəmə dövrü 25 il, güzəştli müddət 7 ildir. Başqa ölkələr üçün bu müddətlər cəmi 0,75% rüsumla müvafiq olaraq 30 və 10 ilə qədər uzadıla bilər.

İİB-nin fəaliyyətində fərqli cəhət təkcə öz cari əməliyyatlarında İslam prinsiplərindən bəhrələnməsi deyil, həm də gerçəkləşdirilən layihələrin uzunmüddətli maliyyələşdirliməsində orta hesabla 15-25 illik müddətlərdən istifadə etməsidir. Ehtiyatlardan səmərəli surətdə faydalanmaq məqsədilə Bank ətrafında İİB qrupunda birləşən 11 ixtisaslaşdırılmış təşkilat yaradılıb. Qrup indiyədək alıcı ölkələrə 40 milyard dollara yaxın vəsait verib.

Bank layihə maliyyələşməsini də fəallıqla tətbiq edir: 2008-ci ildə sosial sahənin ehtiyaclarına 30%, nəqliyyata 22,4%, kənd təsərrüfatına 16,4%, kommunal xidmətlərə 22,3% vəsait ayrılıb.

İİB-nin fəaliyyətinin əsas istiqamətlərini üzv dövlətlərin ərazilərində infrastruktur layihələrinin reallaşmasında fəal iştirak etməkdən, iqtisadi və sosial inkişaf məsələlərinin həllində onlara yardım göstərməkdən ibarətdir. Bundan başqa, o, iştirakçı dövlətlər arasında beynəlxalq ticarətin inkişafına kömək edir, sığorta fondları, habelə İKT üzvü olmayan ölkələrdəki müsəlman icmalarına maliyyə dəstəyi verən xüsusi fondlar yaradır. İİB-nin kənd təsərrüfatı sektorunda maliyyələşdirdiyi layihələr kənd təsərrüfatının inkişafına, məhsulun və torpağın qorunmasına, heyvandarlığa və əkinçiliyə, suvarma işlərinə istiqamətlənib. Sənaye sektorundakı proqramlara sənaye menecmenti, istehsalın təkmilləşdirilməsi ilə bağlı əməliyyatlar, sənaye müəssisələrinin dəstəklənməsi və bərpası, fəaliyyət göstərməyən istehsal güclərindən istifadə edilməsi daxildir.

IV FƏSİL

İblisin Şər imperiyasının siyasi ayağı

Page 52: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Məlum olduğu kimi, iqtisadiyyat bazis, siyasət isə onun üstqurumudur. Başqa sözlə, siyasət aysberqin su üzündə qalan və gözlə görünən hissəsi, iqtisadi maraqlar isə aysberqin su altında qalan gözdən uzaq hissəsidir.

İblisin Şər imperiyasının siyasi ayağından danışarkən bu siyasəti aşağıdan planlaşdıran 300-lər komitəsinin adını ilk sırada çəkmək lazımdır. “Olimpiyaçılar”, yəni dünya hakimiyyətinin olimpində oturanlar olaraq da bilinən və 300 nəfərdən ibarət olan bu Komitə 1727-ci ildə İngiltərə aristokratiyası tərəfindən qurulduğu söylənilən bir qrupdur. Bildirilənə görə, sayları dəyişməyən Komitə, 3 əsrə yaxındır ki, mərkəzləşdirilmiş qlobal səylər üçün siyasət, ticarət, bank, media və hərb təşkil edən beynəlxalq bir şuradır.

300-lər komitəsi barədə ilk dəfə məlumat verən şəxs alman siyasətçisi Valter Rathenau (Walther Rathenau) olub. O bu barədə 1909-cu ildə “Neue Freie Presse”dəki "Geschäftlicher Nachwuchs" adlı məqaləsində məlumat vermişdir: “Hamısı bir-birini tanıyan üç yüz adam Qitənin iqtisadi taleyini istiqamətləndirir və öz ətraflarından öz ardıcıllarını axtarır”.

Rathenau həmin məqalədə "Üç yüz"ün hamısının yəhudi olmasını iddia etməsə də, 1912-ci ildə Teodor Fritş (Teodor Fritsch) 300-lərin hamısının, istisnasız olaraq, yəhudi olduğunu, onların bütün dünyanı öz hegemonluqları altına aldığını, Rathenaunun da onlardan biri olduğunu dünyaya duyurdu. Bundan sonra yenidən eyni mövzunun üzərinə qayıdan Rathenau 1921-ci ildə bir məktubunda sözügedən üç yüz nəfərin yəhudi olmaqdan daha çox iş dünyasında lider olduqlarını ifadə edərək, konkret söz deməkdən qaçınmışdı.

1922-ci ilin iyununda Rathenau öldürüldükdən sonra qatillərindən biri qətlin əsaslandırılması zamanı Rathenauun "Üç yüz " lərdən biri olduğunu açıq şəkildə bildirmişdir.

Artur Çeper Spridoviç (Artur Cherep-Spiridoviç) yazır ki, qrupa Rotşildlər ailəsi rəhbərlik etməkdədir və o, dünyanın bir çox milli bank təşkilatlarına və kral ailələrinə "Gizli əl" qismində başçılıq edir.

300-lər haqqında ən ətraflı məlumatlara Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti  Con Koulmanın “Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri”

Page 53: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

adlı kitabında yer ayrılıb. Müəlifin yazdığına görə,"həqiqət ondan ibarətdir ki, biz (İngiltərə) müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxt da müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib...

...Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüuru nəzarət edilən bir səviyyəsinə çatdırılıb”.

Con Koulmanın sözlərinə görə, 300-lər komitəsi dünyanı faktiki olaraq, 1897-ci ildən idarə edir. Onun məqsədi Maşiah // Dəccal tərəfindən yönləndiriləcək və mərkəzi şəhəri Qüds (Yerusəlim) olacaq Tək Dünya Dövləti qurmaq, bütün dünləri birləşdirərək, “vahid din” yaratmaqdır. Bu “dinin” təmsilçiləri artıq 1920-ci ildən etibarən fəaliyyətdədirlər. Onlar “deizm” adlandırdıqları bu süni ortaq dinin qurulması qarşısında İslamı və müsəlmanları ən böyük maneə kimi görürlər və İslama qarşı savaşı əsas fəaliyyət istiqamətlərindən biri kimi seçmişlər.

Müəllif bildirir ki, 300-lər komitəsinə dünyanın Corc Buş kimi məşhur siyasətçiləri, Avropanın kral ailələri, Rokfellerlər və s. daxildir. 1990-cə illərdə onlar Boris Yeltsinin vasitəsilə Rusiyanı da hökmləri altına almağı bacarmışdılar.

300-lərin öz planlarını həyata keçirmək üçün qurduqları qurumlardan biri “Bilderberq klubu” və ya “Bilderberq qrupu” adı ilə tanınan qurumdur ki, özündə dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarını, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi və mədəni dairələrini, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərini birləşdirir. O, həmin şəxslərin illik qeyri-formal yığıncağı formasında fəaliyyət göstərir.

Mənzil-qərargahı Karneqi Fondunun  Nyu-York ofisində yerləşən klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrupun adı da buradan qaynaqlanır. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. Təsis toplantısının təşkilatçıları arasında Rokfellerlər Fondunun prezidenti Devid Rokfellerin və Karneqi Fondunun prezidenti Cozef Consonun  adlarını çəkmək olar. Dəvətlilər arasında digərləri ilə yanaşı, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, Londonun Kral Beynəlxalq Münasibətlər İnstitutunun, Şröder Bankının rəhbərlərinin, həmçinin “Nyu-York Tayms”, “Vaşinqton Post” kimi mətbuat orqanlarının nüfuzlu təmsilçilərinin də olduğu məlumdur. Təşkilatın əsas sahibləri isə Lourens Rokfeller və Ed Rotşild idi. Klub üzvlərini məhz onlar seçirdilər.

Klubun ilk rəhbəri hollandiyalı şahzadə, Niderland kraliçasının həyat yoldaşı Bernard olub. Onun vaxtilə nasist Almaniyasında ali hərbi rütbədə xidmət etmiş olduğu bilinsə də, bu, Bernardın XX əsrin 50-ci illərinin əvvəllərində Rotşildlər ailəsinə məxsus "Royal Dutch Shell" neft korporasiyasının əsas səhmdarına çevrilməsinə mane olmamışdı.

Klubun üzvləri ilk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar. Onların tərkibi klubun rəhbər şurası tərəfindən diqqətlə seçilərək müəyyənləşdirilir. İştirakçılar bu konfransın nəticələrindən istifadə edə bilərlər. Lakin onların toplantıdakı çıxışların, iddiaların detallarını açıqlamağa ixtiyarları yoxdur.

Page 54: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Hazırda Bilderberq görüşlərində ildə 130 nəfərdən çox adam, o cümlədən, klubun daimi üzvləri iştirak edir. Onların arasında Rokfeller və Rotşild sülalələrinin nümayəndələri, Avropa ölkələrinin bir sıra sabiq və hazırkı baş nazirləri, Böyük Britaniya, İspaniya, Niderland və s. kral ailələrinin təmsilçiləri, Dünya Bankının keçmiş prezidentləri və meqakorporasiyaların rəhbərləri də var. Tez-tez NATO generalları, ABŞ prezidentləri və dövlət katibləri də görüşə gəlir.

Klubun 60 illik tarixi ərzində mətbuata klubun iclaslarında nə baş verdiyi, kimin nə danışdığı haqda heç bir məlumat daxil olmayıb. Əgər hansısa jurnalist araşdırmalarının nəticələrini mətbuata sizdırarsa, onu heç kəs təsdiq və ya təkzib etməyə tələsmir.  Niderlandın Hərbi Sənədlər İnstitutunun elmi işçisi, Avropa tarixinə dair bir neçə kitabın müəllifi Cerard Aalder bildirir ki, "Bilderberq konfransı ətrafında nə qədər şayiələr dolaşsa da, bir şey dəqiqdir: Bilderberq klubu, ilk növbədə, milyardlarla dollar potensiallı investisiyadır."

Klubun 2015-ci il 11-14 iyun tarixləri arasında Avstriyanın Tirol əyalətinin Telfs-Buhen qəsəbəsindəki "İnteralpen" hotelində keçirimiş toplantısında 22 ölkədən 140-a yaxın adamın iştirak etdiyi barədə məlumat mətbuata sızan azsaylı məlumatlardan biridir.

Təşkilatın yaradılmasından sonra qarşıya qoyulan əsas məqsəd özünün mərkəzi bankı, sonradan vahid valyutası olan Avropa super dövlətinin yaradılması və Avroatlantizm prinsiplərinin möhkəmləndirilməsi idi. Son hədəf isə mərkəzi Qüdsdə (Yerusəlimdə) yerləşəcək vahid qlobal hökumətin (Maşiahın // Dəccalın başçılıq etdiyi qlobal dövlətin) yaradılması olaraq müəyyənləşdirilmişdi.

Klubun üç idarə və dairəsinin olduğu bilinməkdədir:

- Xarici dairə - kifayət qədər genişdir və klub iştirakçılarının yarıdan çoxu oraya daxildir. Onlar klubun hədəfləri, strategiyanın reallaşdırılması üsulları haqqında o qədər də məlumatlı deyil.

- İdarə komitəsi dairəsi - daha qapalı sayılan dairə olub, 35 nəfərdən ibarətdir. Bu dairəyə daxil olan insanlar, demək olar ki, klubun işi və məqsədləri haqqında hər şeyi bilirlər.

- Məşvərətçi komitə dairəsi — ən kiçik dairədir. Onun, təxminən, 10 üzvü var. Təşkilatda baş verən hər şey haqda məhz həmin insanlar məlumatlıdırlar və qərar qəbul etmək səlahiyyətləri də onlardadır.

Rəhbərləri:Şahzadə Bernard (1954–1975)Alek Duqlas-Hom (1977–1980)Uolter Şel (1981-1985)Erik Rol (1986–1989)Peter Karinqton (1990–1998) Etyen Daviqnon (1999–2011) Henri de Kastries (2012-ci ildən). 300-lərin öz planlarını həyata keçirmək üçün qurduqları qurumlardan biri də

Üçtərəfli Komissiyadır (ÜK). Şimali Amerika, Qərbi Avropa və Asiya (Yaponiya

Page 55: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

və Güney Koreyanın simasında) ölkələrinin nümayəndərlərindən ibarət olan və beynəlxalq məsələləri müzakirə etmək məqsədilə qurulan ÜK 1973-cü ildə bilavasitə Devid Rokfeller, Henri Kissencer və Zbiqnev Bzejinskinin məsləhəti ilə Bilderberq Klubu və Beynəlxalq Əlaqələr üzrə Şura tərəfindən təsis edilmişdir. Qurum təqribən 300-400 tanınmış biznesmen və siyasətçini əhatə etməkdədir. Əsas hədəflərindən biri sonda Vahid dünya dövlətinin qurulması ilə nəticələnməli olan qlobalist hərəkata dəstək vermək, bu məqsədlə Avro-Atlantik məkanla Sakit Okean bölgəsi arasında inteqrasiyaya nail olmaqdır.

Qurumun biri Vaşinqtonda, ikincisi Parisdə və üçüncüsü Tokioda olmaqla, üç qərargahı vardır. ÜK-nın əsas simaları aşağıdakılar idi:

1. D. Rokfeller – Komissiyanın prezidenti2. Z. Bzejinski – Komissiyanın icracı direktoru.3. R. P. Boui.4. K. Karstens və s.“Kəllə və sümüklər” (Skull & Bones) təşkilatı 1832-1833 – cü illər arasında

ABŞ-ın Yel Unuversitetinin gizli təşkilatı kimi ortaya çıxıb. Onun əsasını Uilyam Rassel və Alfonso Taft qoymuşdular.

Zəngin ailələrin, siyasi elitanın üzvlərini əhatə edən “Kəllə və sümüklər” təşkilatına Bandilər, Lordlar, Rokfellerlər, Uitnlər, Felpslər və Buşlar kimi ailələrin daxil olduqları bilinməkdədir.

Təşkilata üzv olduğu dəqiq bilinən şəxslərdən aşağıdakıların adını çəkə bilərik:Alfonso Taft (1833). ABŞ-ın 31-ci hərbi naziri və 34-cü baş prokuroru. 27-ci

ABŞ prezidenti Uilyam Taftın atası.Riçard Teylor (1845). Torpaq sahibi və vətəndaş müharibəsi dövründə general.

ABŞ prezidenti Zakari Teylorun oğlu.Endrü Dikson Uayt (1853). Diplomat və tarixçi. Kornell Universitetinin

təsisçilərindən və professorlarından biri.Mozes Koyt Tayle (1857). Yazıçı, tarixçi bə ədəbiyyatşünas.Yevgeniy Şuler (1859). Alim, yazıçı, tərcüməçi, səyyah və diplomat.Franklin Mak-Vey (1862). ABŞ-ın 45-ci maliyyə naziri.Uilyam Qrem Samner (1863). Sosioloq, filosof və iqtisadçı. Yel

Universitetinin professoru.Con Uilyam Sterlinq (1864). Korporativ hüquqşünas, Yel Universitetini əsas

maliyyələşdirənlərdən biri.Uilson Bizzel (1869). Siyasətçi. ABŞ-ın 36-cı poçt müdiri.Uilyam Hovard Taft (1878). ABŞ-ın 27-ci prezidenti, 10-cu Ali Məhkəmə

sədri.Henri Uoters Taft (1880). Hüquqşünas, ictimai xadim, ABŞ-ın 27-ci prezidenti.

Uilyam Hovard Taftın kiçik qardaşı.Horasiy Datton Taft (1883). Pedaqoq, ABŞ-ın 27-ci prezidenti. Uilyam Hovard

Taftın kiçik qardaşı.İrvinq Fişer (1888). İqtisadçı.Henri Lüis Stimson (1888). Dövlət xadimi, Filippinin general-qubernatoru və

hərbi naziri, ABŞ-ın dövlət katibi.Peyn Uitni (1898). İş adamı və filantrop..

Page 56: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Robert Alfonso Taft (1910). Ohayo ştatından seçilmiş senator. ABŞ-ın 27-ci prezidenti. Uilyam Hovard Taftın böyük oğlu.

Avrell Harriman (1913). Sənayeçi, dövlət xadimi və diplomat.Arçibald Makliş (1915). Şair və yazıçı, diplomat.Preskott Buş (1917). Bankir, Konnektut ştaından seçilmiş senator, böyük Corc

Buşun atası və kiçik Corc Buşun babası.Robert Lovett (1918). Dövlət xadimi, nazir.Henri Lüs (1920). Jurnalist və naşir, dünyaca məşhur “Time”, “Fortune”,

“Life” kimi jurnalların təsisçisi.Layman Spitser (1935). Astrofizik.Potter Stüart (1037). ABŞ Ali Məhkəməsinin üzvü.Makcorc Bandi (1940). ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri.Ceyms Uitmor (1944). Aktyor.Corc Herbert Uoker Buş (1948). ABŞ-ın 41-ci prezidenti.Uilyam Bakli (1950). Yazıçı və siyasi şərhçi.Kolduell Esselstin (1956). Həkim, dietoloq, yazıçı və avarlı qayıq üzrə

Olimpiya çempionu.Uilyam Nordhaus (1963). İqtisadçı.Con Kerri (1966). Massaçutes ştatından senator, ABŞ-ın dövlət katibi.Corc Uoker Buş (1968). ABŞ-ın 43-cü prezidenti.Don Şollander (1968). Üzgüçü, 5 dəfə Olimpiya çempionu.Stiven Şvartsman (1969). Biznemen, investor.Kristofer Bakli (1975). Yazıçı, satirik.Robert Kaqan (1980). Siyasətçi, jurnalist.Stiven Mnuçin (1985). İş adamı, ABŞ-ın maliyyə naziri.Pol Cmatti (1989). Komediya aktyoru.Ostan Qulsbi (1991). İqtisadçı, Çikaqo Universitetinin professoru, Ağ Evin

İqtisadi Şurasının sədri.

V FƏSİL

Rotşildlərin “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ilk mərhələsi

Page 57: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Qeyd etdiyimiz kimi, 300-lər Komitəsinin əsas hədəfi Qüds (Yerusəlim) mərkəzli Vahid dünya dövləti və Vahid dünya hökuməti qurmaqdır. Bu ideyanın əsas fikir babalarından biri Rotşildlərdir. Əsrlərdir sözügedən ideyanı gerçəkləşdirməyə çalışan və hədəfinə doğru mərhələ-mərhələ irəliləyən sözügedən ailənin, eləcə də digər zəngin yəhudi ailələrinin bu məqsədlə görməli olduğu ilk iş Osmanlı dövlətini, başqa sözlə, İslam Xilafətini məhv etmək, həmin dövrdə Osmanlı dövlətinin tərkib hissəsi olmuş Fələstin (İndiki İsrail) torpaqlarını, o cümlədən Qüdsü “azad etmək” olmuşdur.

Əldə olan məlumatlara görə, Rotşildlər bu fikrə Benjamin Disraelinin İngiltərə baş naziri olduqdan sonra gəlmişdilər.

Mühafizəkarlar Partiyasının təmsilçisi qismində 1868 və 1874-1888 – ci illərdə İngiltərənin baş naziri olmuş yəhudi mənşəli Benjamin Disraelidən bəhs edən Henri Kissencerin yazdığına görə, “Benjamin Disraeli (1804-1881) İngiltərə hökumətinə baş nazirlik edən ən alışılmamış və ən fövqaladə şəxsiyyətlərdən birisiydi. O, frapan geyimli, parlaq və hiyləgər idi. İngilis siyasi hayatında heç bir yəhudi bu qədər yüksək bir mövqeyə yüksəlməmişdi. Siyasi karyerasından öncə bir yazıçıçı və natiq olan Disraeli 1844-cü ildə yayınladığı “Yeni nəsil” adlı hekayəsində yeni bir dunyadan söz edərkən, bu vaqeənin əsas aktyorları kimi Rotşild ailəsini göstərrməkdə idi. Hekayədəki Sidonia xarakterinin Lionel de Rotşildə həsr edildiyi bilinməkdədir.

Sefard yəhudilərindən olan Disraelinin, mədəniyyət, xarici görünüş və alışqanlıqları baxımından onlara bənzəməyən aşkenaz yəhudilərinin təmsilçisi olan Rotşild ailəsinə belə bir rol verməsi təəccüblüdür. Əntiq əşya, hissə sənədləri, qiymətli daş-qaş və əntiq pullarla məşğul olan Rotşild ailəsinin, Disraelinin onlara bicdiyi rola uyğun olduqları və bu rolu mənimsədikləri, sonrakı hadisələrdən anlaşılmaqdadır...

...Disraeli’nin göstərdiyi hədəflər Rotşild ailəsinin aralıqsız olaraq 200 ilə yaxın bir müddətdə həm dünya iqtisadiyyatında, həm də dünya siyasətində əsas qərarverici olmalarını təmin etmişdir. Onun Rotşild ailəsinə göstərdiyi hədəf

Page 58: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

kitablarında daha cox işarətlərlə, simvollarla bildirməyə çalışdığı sionist layihələr idi. Disraeliyə görə, Rotşildlər yəhudi irqini qürurlandıran insanlardır”.

Disraelinin yəhudi dövləti barədə xəyallarını paylaşanlardan biri də onun yaxın dostu lord Edvard Henri Stenley idi. O və Disraeli bir gün lord Carrinqtonun Hiq Vaykombedəki parkında gəzintiyə çıxmışdılar. Gəzintidən sonra lord Edvard Henri Stenley öz gündəliyinə bunları qeyd etmişdi:

“Hava cox soyuqdu. Geneilfidə hava dəyişikliklərinə qarşı cox həssas olmasına rəğmən, bu dəfə havanın dərəcəsinə fikir verməyərək, planını anlatdı. “Fələstin, təbii sərvətlərə sahibdir” - dedi, - “...Topraq Türkiyədən satın alına bilər. Pul Rotşildlərdən və irəli gələn ibrani kapitalistlərdən gələcək. Türk İmperatorluğu iflasın eşiyindədir və gəlir əldə etmək üçün hər şeyə razı olar. Görülməli olan əsas iş topraq üzərindəki haqqlara sahib koloniyaların qurulması və güvənliyin təminat altına alınmasıdır. Vətəndaşlıq mövzusu bunların gercəkləşməsinə qədər gözləyə bilər”.

Bu mövzuların sıx-sıx yəhudi xalqının gündəminə gəldiyini əlavə etdi. Bunları həyata keçirəcək yeni Məsihin (Maşiahın) öz xalqının əsil xilaskarı olacağını söylədi”.

Disraelinin 1851-ci ildə dostuna anlatdığı bu layihədən bəhs edən Sezai Balçı özünün “İsraili quran ailə - Rotşildlər” adlı məqaləsində yazır ki, sözügedən layihə, yəni İsrail dövlətinin qurulması və yeni Məsih (Maşiah) layihəsi Rotşildlərin bəsirət dolu mali və siyasi tutumlarıyla bir müddət sonra həyata keçirilməyə başlanmışdır. Disraelinin xəyalı 100 il sonra, 1948-ci ildə beynəlxalq əlaqələr və siyasət elmi barədə bütün nəzəriyyələri alt-üst edəcək bir şəkildə İsrailin qurulmasıyla gercək olmuşdur. “Əslində Türkiyənin Rotşild ailesiylə tanışlığı Disraelinin yuxarıda anlatılan hekəyəsindən və “Yeni nəsil” adlı əsərin nəşrindən cox daha oncəki tarixlərə təsadüf etməkdədir”.

Sezai Balçı haqlı olaraq bildirir ki, Rotşild ailəsinin Osmanlı dövlətiylə ilk əlaqələri 1828-1829 - cu illər Osmanlı-Rusiya Savaşı sırasında gerçəkləşmişdir. Savaş sırasında Osmanlı dövləti Dunay qarnizonları üçün gərəkli olan ləvazimatı Rotşild ailəsinin ortaqlarından “Stametz Mayer” şirkətindən satın almışdı. Yunanistanın müstəqilliyini elan etməsindən Osmanlı dövlətinə ödəməli olduğu “Yunan mükufat-i nəqdiyyəsi” adlı təzminatı da 1834-cü ilində Nataniel de Rotşild İstanbula gətirmiş və bu zaman Sultan Il Mahmudla göruşə bilmişdi.

Rotşild ailəsinin axtardıgı fürsət 1853-1856 - cı illər Kırım savaşı sırasında ortaya cıxdı. Həmin savaşdan sonra güclü maliyyə sıxıntısı çəkən İslam Xilafəti, yəni Osmanlı dövləti o dövrdən başlayaraq I Dünya savaşına qədər bir cox Avropa bankirindən borc almışdı ki, bunların arasında Rotşildlər də vardı. Bu barədə Türkiyənin Başbakanlıq Osmanlı Arxivində qorunan sənədlərdən məlumat əldə etmək mümkündür. sənəd qorunmaqdadır. Həmin sənədlərdən belə aydın olur ki, Rotşildlərdən böyük miqdarda ilk borc Kırım savaşı davam edərkən, 1853-cü ildə alınmışdır. Bundan başqa, eyni sənədlərdən o da aydın olur ki, Osmanlılar Kırım savaşından öncə Rotşildlərlə ticarət etmiş və həmin dövrdə də qısamüddətli borclar almışdır. Bu borcu verən Ceyms Mayer de Rotşild (1792-1868) idi.

Bitib-tükənmək bilməyən müharibələr və borclanmalar 1876-cı ilin 30 may tarixində xəlifə və sultan Əbdüləzizin taxtdan endirilməsi və bundan az sonra,

Page 59: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

daha dəqiq desək, 4 iyunda öldürülməsi ilə nəticələndi. Ondan sonra taxta Fransa Mason Lojasına (Maşnk-i Əzəmlik) bağlı olan Mason Proodos Lojasının üzvü V Murad çıxtı. Təkcə o deyil, şahzadələrdən Nurəddin və Kamaləddin də Rotşildlərin Fransa qolu tərəfindən yönləndirilən həmin lojanın üzvü idilər. Beləcə, Rotşildlər Osmalı dövlətinin, yəni İslam Xilafətinin başına dolayısı ilə özlərinə bağlı olan adamları gətirməyi bacardılar. Lakin V Murad hakimiyyətdə sadəcə 93 gün qaldıqdan sonra ağlını itirdi. Hakimiyyətə masonların proqnozlaşdıra bilmədikləri II Əbdülhəmid gəldi və bu, Rotşildlərin planını müvəqqəti də olsa, pozdu. Lakin artıq Osmanlı dövləti əvvəlki qüdrətinə sahib deyildi. Məşrutiyyətin elan edilməsi və Rusiya ilə davam edən savaş ölkənin daha çox borclanmasına səbəb olurdu. Dövlət iflasın tam astasına gəlmişdi.

İflasın elan edilməsi Osmanlı ilə Rotşildlər arasında bir problemin yaranmasına səbəb olmadı. Çünki Rotşildlərə olan borclar İngiltərə və Fransanın kəfalətləri (zəmanətləri) altındaydı. Osmanlı borcunu ödəməyəcəyi halda bu iki dövlət həmin borcun məsuliyyətini öz üzərinə alacaqdı. Elə bu da Rotşildlərin vəziyyətini Osmanlılara borc vermiş diğər bankirlərin vəziyyətindən fərqləndirirdi.

Əlbəttə, bu o demək deyil ki, Osmanlı borclarını qaytarmırdı. Məsələn, 22 noyabr 1879-cu il tarixində dövlətin öz borclarının qarşılığında gəlir gətirən obyektlərin bir hissəsini kreditorlara kirayə verdiyi məlumdur. Bu məqsədlə “Rüsum-i Sittə İdarəsi” adlı xüsusi idarə də qurulmuşdu. Bundan başqa, Osmanlı dövlətinin bütün daxili və xarici borclarını ödəmək üçün “Mühərrəm Qərarnaməsi” verildi. Qərarnaməyə görə, Osmanlı dövləti bəzı gəlirlərini 13 yanvar 1882-ci il tarixindən etibarən xarici borcların ödənməsinə ayırdı. Təhvil sahiblərinin mənafelərini qorumaq üçün bir İdarə Məclisinin qurulması qərara alındı. Rəsmi adı “Düyün-i Ümumiyə-i Osmaniyə Məclisi” olan və İstanbulda yerləşən bu məclis təhvil sahiblərinin təmsilçilərindən təşkil edilməliydi.

Sezai Balçı qeyd edir ki, bu qurumun təsisindən sonra da müxtəlif səbəblərlə borclanmalar davam etmişdir. Belə ki, dövlət 1886, 1888, 1890, 1891, 1893, 1894-cü illərdə iki dəfə, 1896, 1902, 1903-cü illərdə üç dəfə, 1904, 1905-ci illərdə iki dəfə, 1906, 1908-ci illərdə üç dəfə istikraza getmək məcburiyyətində qalmışdı. II Məşrutiyətin elanından sonra da bu yoldan dönulməmiş, 8 dəfə xaricdən borc alınmışdı ki, onların hamısı yalnız Cümhuriyyət dövründə ödənilə bildi.

II Əbdülhəmid Rotşildlərdən ilk dəfə 1891-ci ildə borc almış, ümumilikdə isə bu ailə ilə iki dəfə borc müqaviləsi imzalanmışdır. 1891-ci borcianmasının eyni zamanda 1877-ci il borclanmasıyla əlaqəli olduğunu yazan Sezai Balçının sözlərinə görə, 5 Mart 1891-ci il tarixində imzalanmış muqaviləyə əsasən, “bu təhvil-təslim prosesi Osmanli dövləti ilə London və Parisdəki Rotşild qrupları və Osmanlı Bankı arasında gerçəkləşdirilmişdir. Bu sözləşmə ilə 1877-ci ildə ixrac edilmiş olan və 4.285.630 sterlin tutan və hələ tədavüldə olan Mühafəza-i Hüquq-i Osmaniyə İstikrazı (Ottoman Defence Loan) və Misir vergisi qarşılıq göstərilərək, Rotşildlər və Osmanlı Bankı arasında imzalanmışdır. Osmanlı dövləti 1877-ci il istikrazının 4.285.630 sterlin dəyərindəki təhvilatının dəyişimi üçün, Rotşildlərdən 4 faizlə 6.316.920 sterlin borc alımışdır. Borclanma müddəti müqaviləyə görə 60 il idi. Borcun illik geri ödənməsi isə 280.612 sterlin 18 şilinq və 4 peni olaraq təsbit edilmişdi. Yəni bu halda 60 il içində Rotşild ailəsinə ödənəcək paranın toplamı

Page 60: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

üst-üstə 16.837.000 sterlinə çatacaqdı. Bu müqavilə 2 mart 1891-ci ildə sultan və xəlifə II Əbdülhəmid tərəfindən təsdiq edilərək icraata girmişdir”.

Sultan və xəlifə II Əbdülhəmid dövründə Rotşild ailəsindən alınan ikinci borc 1894-cü ilə təsadüf edir. Bu borc 15 oktyabr 1955-ci il tarixinə qədər kecərli olacaqdı. Osmanlı dövlətinin yeni borcları illik 329.249 sterlin, 6 şilin, 1 penilik hissələr halında İngiltərə Bankına yatıracaqdı. Bu halda borc 61 il içində 20.084.189 sterlinə çatacaqdı.

Rotşildlərin “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ilk mərhələsi İslam Xilafətinin, yəni Osmanlı dövlətinin tərkib hissəsi olan Fələstini yəhudi mühacirlərlə məskunlaşdırmağı nəzərdə tuturdu. Ailə bu barədə tələblərini ilk dəfə 1891-ci il borclanmasından sonra açıq şəkildə dilə gətirməyə başladı. Lakin istədiyinə nail olmadı.

II Əbdülhəmidə bu barədə növbəti dəfə müraciət edən şəxsin sionizmin banisi hesab edilən Teodor Hertzelin olduğu bilinməkdədir.

Vyana Universitetində hüquq təhsili alan Teodor Hertzel Budapeştdə  vəkil kimi fəaliyyət göstərməkdə idi, yazıçılıqla da məşğul olurdu və bir neçə pyes qələmə almışdı. O da digər yəhudilər kimi, bütün yəhudilərin bir dövlətinin qurulmasını vacib sayır, buna çalışırdı. Yəhudilərin bütün dünyada əzildiyini və zülm çəkdiyini iddia edən Hertzel 1896-cı ildə "Yəhudi dövləti" kitabını qələmə aldı, 1897-ci ildə Dünya Sionist Təşkilatının qurucularından və təşkilatın İsveçrənin Bazel şəhərində keçirilən təsis konqresinin təşkilatçılarından biri oldu. Onun Konqresdəki nitqi zamanı "mən bu gün burda yəhudi dövlətini qurdum, ancaq bunu yüksək səslə söyləsəm, bütün dünya mənə gülər. Ancaq beş, ya da əlli il sonra bunu hər kəs belə qəbul edəcək" dediyi məlumdur.

Rotşildlər tərəfindən maliyyələşdirilən həmin konqresdə yaradılması planlaşdırılan yəhudi dövlətinin sərhədləri də müəyyən edilmiş, Hertzel Dünya Sionist Təşkilatının sədri seçilmişdi.

Yəhudilərin Fələstinə yerləşdirilməsini hədəfləyən Teodor Hertzel  17 may 1901-ci il tarixində II Əbdülhəmid ilə görüşə bildi. Görüşdən sonra “Daily Mail” qəzetinə müsahibə verən və sultanla görüşməsindən duyduğu məmnuniyəti dilə gətirən Hertzel II Əbdülhəmiddən yəhudilərin dostu kimi bəhs edərək bildirmişdir ki, II Əbdülhəmid yəhudilərin, müəyyən bir yerdə toplu halda olmamaq şərtiylə, Osmanlı topraqlarına gəlmələrini qəbul etsə də, Fələstinə yerləşmələrini qəbul etmədi. 

Hertzelin əsil istəyi yəhudilərin məhz Fələstində məskunlaşmasını təmin etmək idi. Bunun qarşılığında Rotşildlər Osmanlı borçlarının önəmli bir qismini ödəməyə hazır idilər. Lakin II Əbdülhəmid borcların ödənilməsi təklifini də rədd etdi. Osmanlı arxivlərində bulunan sənədlərdən belə məlum olur ki, xəlifə, Hertzeli hüzurundan qovmamış, onunla xoş davranmış, fəqət yəhudilərin yerləşə bilmələri üçün onlara Mesopotamyanı təklif etmişdi.

Rotşildlər “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ilk mərhələsini yalnız və yalnız I Dünya savaşında ingilislərin əli ilə gerçəkləşdirə bildilər. Həmin savaşda Fələstin cəbhəsinə başçılıq edən Mustafa Kamal Paşanın 75 min müsəlman türk əskərini ingilislərə əsir verərək geri çəkilməsi səbəbindən

Page 61: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

ingilislər qalib gəldilər və Fələstin torpaqları, o cümlədən Qüds ingilislərin əlinə keçdi.

VI FƏSİL

“Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ikinci mərhələsi

2 noyabr 1917-ci il tarixində “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin həyata keçirilməsinin ikinci mərhələsinin, daha dəqiq desək, İsrail dövlətinin qurulmasına aparan sürəcin ilk toxumları səpildi. Həmin dövrdə İngiltərə hökümətində xarici işlər naziri olan Artur Jeyms Balfourun təəşəbbüsü ilə tarixə Balfour Deklarasiyası kimi düşən deklarasiya qəbul edildi. Və həmin deklarasiyadan sonra başlayan proses 14 may 1948-ci ildə İsrailin qurulması sona çatdı.

Sözügedən deklarasiya Britanyanın baş naziri Lloyd Corcun kabinəsi tərəfindən hazırlanmışdı. İngiltərə hökuməti bu sənəddə Sionist hərakatının liderlərinə Fələstin topraqlarında bir musəvi dövləti qurulması məsələsində dəstək verəcəyini rəsmən ifadə edilməkdə idi. Deklarasiya ABŞ tərəfindən də son dərəcə müsbət qarşılanmış və ABŞ-ın Orta Şərqə yönəlik siyasəti üçün onun Orta Şərqdə bir musəvi dövlətinə hər zaman ehtiyacı olacağı ifadə edilmişdi.

1918-ci ildə ABŞ prezidenti Tomas Vudrou Vilsonun deklarasiyaya dəstək verdiklərini açıqlamasının ardından Fransa və İtaliya hökumətləri də Balford deklarasiyanı dəstəklədiklərini bəyan etdilər və Orta Şərqdə bütün Qərb dövlətləri tərəfindən dəstəklənən İsrail dövlətinin qurulmasının önü açıldı.

1920-ci ildə bugünkü Birləşmiş Millətlər Təşkilatının sələfi olan Millətlər Cəmiyyəti Fələstin üzərindəki ingilis mandatını tanıdı. Həmin ildən etibarən sionistlər dünyanın bir çox yerində dağınıq vəziyətdə yaşayan yəhudiləri Fələstinə köç etdirmək səylərinə başladılar. Köç prosesini maliyyələşdirənlərin başında, əlbəttə ki, Rotşildlər dururdu.

Bu planı həyata keçirmək üçün prosesə şiddətlə qarşı çıxan müsəlmanların mənəvi birliyinə son qoymaq, bunun üçünsə onların birlik simvolu olan xəlifələyi

Page 62: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

ləğv etmək lazım idi. Bunu etmək heç də çətin olmadı. 1924-cüüü ildə Mustafa Kamalın başçılığı ilə toplanan Böyük Millət Məclisi xilafətin ləğv edilməsi barədə qərar qəbul etdi.

1930 və 1940-cı illər arasında Hitlerin yəhudilərə uyguladığı soyqırım nəticəsində Fələstinə böyük bir yəhudi köçü başladı. II Dünya savaşında Almanyanın məğlub olmasından sonra İngiltərə İsrail məsələsini Birləşmiş Millətlər Təşkilatında gündəmə gətirdi. ABŞ, Fransa və Rusiyanın da dəstəyiylə BMT 1947-ci ilin noyabrında Fələstinin biri yəhudi, o biri ərəb olmaq üzrə iki dövlət arasında paylaşılmasına qərar verdi. Qüds şəhrinə də BMT nəzarətində beynəlxalq bir bölgə statusu verildi.

Qüds şəhərinə BMT nəzarətində beynəlxalq status verilməsi ilə Rotşildlərin “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ikinci mərhələsinin birinci bölümü bitmiş oldu. Bundan sonra Rotşildlər tərəfindən təşviq edilən qlobalizm siyasətinə start verildi. Bu siyasətin son hədəfi ailə tərəfindən idarə ediləcək Qüds mərkəzli Ümumdunya Yəhudi Dövlətinin qurulması idi. Lakin bu qərar ərəbləri məmnun adə bilməzdi və etmədi də. Yəhudilər onu qəbul etsə də, ərəblər rədd etdi. Nəticədə İsrail-Fələstin savaşı başladı.

14 may 1948-ci il tarixində BMT qərarını əldə əsas tutan David Ben Qurion İsraili müstəqil dövlət elan etdi. Bundan 24 saat sonra Misir, İordaniya, Suriya, Livan və İraq orduları hücuma keçərək, “İsrail topraqları”na girdilər.

1949-cu ilin ilk aylarında BMT nəzdində İsrail və onunla savaşan ərəb ölkələri (İraq xaric) arasında sülh müzakirələri təşkil edildi və müzakirələr sonucunda atəşkəs anlaşması imzalandı. Anlaşmaya görə, sahil şeridi, Cəlilə və bütün Nəcəf İsrailə, Yəhuda və Samiriyə (Batı Şeria) İordaniyaya, Qazzə Misirə və Qüdüsün isə əski şəhərin də daxil olduğu doğu qismi İordaniyaya, batısı da İsrailə keçdi. Lakin bu, İsraillə Fələstinlilər arasındakı gərginliyi azaltmadı.

1967-ci ildə tarixə “Altı günlük savaş” adı altında düşən üçüncü ərəb-İsrail savaşı başladı.  5 İyun 1967-ci il tarixində İsrail ilə Misir, İordaniya və Suriya arasında başlayan və cəmi 6 gün sürən bu savaşda Ərəb İttifaqının yanında yer alan İraq, Səudiyyə Ərəbistanı, Sudan, Tunis, Mərakeş və Tunis kimi digər ərəb ölkələri də  əskər və silah yardımıyla qatılmışdılar.

İsrailin tam üstünlüyü ilə bitən bu savaşdakı önəmli olaylardan biri də hərbi əməliyyatları müşahidə etmək üçün bölgəyə göndərilən “USS Liberty” adlı bir Amerika gəmisinin İsrail tərəfindən hücuma uğraması olmuşdur. Hazırki bir çox problemin əsasını qoymuş sözügedən hərbi əməliyyatlar sonunda Misirin Sinay yarımadası,  Suriynın Colan təpələri  və Fələstinin Qazzə Şəridi ilə Batı Şeria topraqları İsrail tərəfindən işğal edildi və nəticədə İsrailin ərazisi dörd dəfə böyümüş oldu. Savaş sonrasında Sinay yarımadasından Misir lehinə geri çəkilən İsrail işğal etdiyi digər torpaqları özünə qatdığını elan etdi. Onun bu qərarının BMT tərəfindən pislənməsi də İsraili geri addım atmağa məcbur edə bilmədi. 

Müharibənin bitməsindən sonra toplanan BMT Təhlükəsizlik Şurasına vasitəçi kimi dəvət edilən Türkiyənin kamalist hakimiyyəti o dövrdə təktərəfli mövqe sərgiləyərək, gözlənildiyi kimi, İsraili  dəstəkləyən bir tutum sergilədi. Bundan başqa, Türkiyə Mərakeşdə toplanan İslam Konfransı Təşkilatında alınan “İsraillə diplomatik əlaqələrin kəsilməsi barədə” qərara da veto qoydu.

Page 63: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Burada 1956-cı il Süveyş böhranı barədə də bir neçə söz demək lazımdır. Bu böhran Misir üçün hərbi cəhəttən məğlubiyyət, fəqət siyasi cəhətdən qələbə olmuşdur. Həmin il İsrail ABŞ və keçmiş SSRİ-nin, yəni Rusiyanın təzyiqləri ilə Sinay yarımadasını azad etməyə məcbur oldu.

Misir sərhəd bölgəsinin əskərlərdən təmizlənməsi və partizanların sınırı keçib İsrailə girməsini əngəlləmək məqsədilə bölgəyə BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razı oldu. Eyni zamanda, öncəki Süveyş böhranı zamanı İsrail gəmilərinə bağlayaraq, böhranın yüksəlməsinə səbəb olduğu Tiran boğazını  təkrar açmağı qəbul etdi. Nəticədə İsrail-Misir sınırında bir müddət sakitlik hökm sürdü.

1956-cı il böhranından sonra bölgədə siyasi tarazlıq dəyişmiş, bu dönəmdə heç bir ərəb ölkəsi İsraili diplomatik mənada tanımamışdır. Həmin ilin 16 may tarixində, axşam saat 10-da BMT qüvvələrinin komandiri general İndra Cit Rixye Birləşmiş Ərəb Cumhuriyyətlərinin Müdafiə nazirliyində çalışan general Mühəmməd Fövzidən  bir məktub aldı. Məktubda bunlar yazıılmışdı:

“Nəzərinizə çatdırılır ki, bütün BƏC zirehli birliklərinə İsrailə qarşı ediləcək bir hərəkata hazır olmaları üçün əmr verdim. Hər an hər hansı bir ərəb ölkəsinə qarşı hücum hərəkatı başlaya bilər. Bu təlimatlar səbəbimizdən birliklərimiz Sinayda, doğu sınırlarımızda zatən hazırdı. Sınırlarımız boyunca müşahidə nöqtələri quran Bütün BMT TŞ adından sənin təcili olaraq, bütün birliklərini geri çəkmə əmri verməni rica edirəm.”

Rixye BMT baş katibinə ondan təlimatlar almaq üçün bu barədə məruzə edəcəyini söylədi. BMT-nin o dövrki baş katibi U Tanın onu qəbul edecəyini də sözlərinə əlavə etdi. Fəqət 18 may günü Misirin Xarici işlər naziri BMT qüvvələrinin Misirlə Qazzə Şəridinin arasındakı ərazini tərk etməli olduğunu bildirdi. Misir hərbi qüvvələri BMT-nin hərbi birliklərinin öz ərazisinə girməsini əngəllədi. Belə olan halda, Hindistan və Yuqoslavilya U Tanın qərarını gözləmədən özlərinin BMT qoşunları içərisində yer alan hərbi birliklərini çəkmək qərarı aldılar. U Tan Misir-İsrail səhəddindəki BMT qüvvələrini İsrail ərazisinə çəkməyi tövsiyyə etdi, lakin İsrail bunu rədd etdi. Nəticədə mayın 19-da BMT qüvvələrinə geri çəkilmək barədə əmr gəldi. Bundan sonra Misir prezidenti Camal Əbdülnəsr  qoşunlarını yenidən Sinaya yerləşdirdi və İsrail sınırındaki tanklara və birliklərə baxış keçirdi.

Mayın 22-də Misir Tiran boğazını dənizdən İsrailə hərbi ləvazimat göndərilməsi səbəbindən bağlamaq məcburiyyətində olduğunu bəyan etdi və 23 mayda boğazı bütün gəmilərə qapatdı. Bu addımını 18 yanvar 1951-ci ildə qəbul edilmiş və 17 fevral 1958-ci il tarixində son şəklini almış BMT Dəniz  Konvensiysı Qanununun üçüncü maddəsi ilə əsaslandırdı və həmin maddəyə uyğun olaraq, 12 dəniz mili genişliyindəki dəniz sahəsinni nəzarətə götürdü. Misir sözügedən sahədən keçən bütün gəmiləri yoxlamaq səlahiyyətinə sahib olduqlarını elan etdi və oradan keçən bütün gəmilərdə axtarışlar aparmağa başladı.

Əslində BƏC boğazda sadəcə 5 km genişlidəki bir əraziyə nəzarət etmək haqqına sahibdi. Bu vəziyyət boğazın böyük bir qismini çevrələyən Misirın gəmiləri yoxlaya bilməsi və körfəzə keçişlerin nəzarətini əlində tutması səbəbiylə mübahisələrə səbəb olmaqda idi. Camal Əbdül Nasirin sərgilədiyi bu tutum neft

Page 64: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

tankerlərinin keçişinə böyük əngəl yaradırdı. Ən böyük zərbə isə, təbii ki, İsrailə dəyirdi. İsrailin Aralıq (Ağ) dənizi üzərindən gerçəkləşdirdiyi ticarət əlaqələri böyük problemlərlə üzləşmişdi. Bir sözlə, bəlirsizlik davam edirdi. Bununla belə, İsrailə aid olmayan bəzı neft gəmiləri bu yoldan istifadə edə bilirdi. Nəticədə yaranmış vəziyyət beynəlxalq məhkəmənin mövzusu halına gəldi və İsrail Misirin tutumunun qeyri-qanuni olduğunu önə sürdü. Bundan öncə, yəni 1957-ci ildə də İsrail Sinay və Gazzədən geri çəkilərkən də “casus belli” elan etmişdi.

İsrailin boğazdan sərbəst keçməsi səbəbindən ərəb dövlətləri arasında bəzi narazılıqlar vardı. İsrailə bu haqları təmin edən Quru suları və Quru sularına Yaxın Bölgələr Konvensiyasının 16-cı maddəsinin 4-cü bəndi idi. Misir buna əməl etmək məcburiyyətində idi. Bununla belə, bəzi çətinliklər yaradırdı. Qarşıda ərəb-İsrai savaşının yenidən alovlanması üçün yeni zəmin yaranmaqda idi.

May və iyun ayları boyunca İordaniyanı savaşın dışında tutmaq üçün var gücü ilə çalışan İsrail çoxtərəfli hucumların baş verə biləcəyindən narahat idi və Batı Şeriadakı Fələstinlilər ilə uğraşmaq məcvuriyyətində qalmaq istəmirdi. İordaniya kralı Hüseyn mayın 30-da Fələstin ilə qarşılıqlı müdafiə andlaşması imzaladı. Bu səbəblə də Misir və Suriya arasında olan hərbi birliklərə qatıldı. Misir prezidenti Nasır bundan bir neçə gün öncə kral Hüseyni “imperializmin nökəri” adlandırmış olmasına rəğmən, “Bizim əsas vəzifəmiz İsrailin məhvini gerçəkləşdirməkdir, ərəb xalqı savaşmaq istəyir” şəklində bir bəyanatla çıxış etdi. 1967-ci ilin may ayının sonunda İordaniya qüvvələri Misir generalı Əbdül Münim Riyadın əmrinə verildi. Eyni gün Nasır “Misir, İordaniya, Suriya və Livan orduları İsrail sınırlarında mövqe tutmalı, mücadilənin qüruru üçün İraq, Əlcəzair, Küveyt, Sudan və bütün ərəb xalqı hazır olmalıdır. Bu hərakat bütün dünyanı şok edəcek. Bu gün onlar ərəb xalqının savaşa hazır olduğunu biləcək. Kritik saat yaxınlaşdı. Ciddi bir hücum üçün bəlli bir səviyyəyə çatdıq, bundan artığı açıq ifadə edilmək üçün deyil” – deyə yeni bir bəyanatla çıxış etdi.

İsrail İordaniyanı savaşa girməməsi üçün dəfələrcə xəbərdar etsə də, İordaniyanın sərt cavabı ilə üzləşdi: “Əğər İordaniya müharibəyə qatılmazsa, ölkədə vətəndaş müharibəsi başlayar”.

İsrail savaşın çıxacağı halda Batı Şerianın üzərində nəzarətin bütünlüklə İordaniyanın əlinə keçə biləcəyindən narahat idi. Narahatçılığın başqa bir səbəbi isə ərəb hərbi qüvvəlerinin İsrailin daxili sularından sadəcə 17 kilometr aralıda olması idi. Bu nöqtədən həyata keçirələcək bir tank hücumu İsraili saat yarım ərzində ikiyə bölə bilərdi. Üstəlik də Batı Şeriadan gerçəkləşdiriləcək hər hansı bir hücum İsrail üçün böyük bir təhlükə yarada bilərdi. Bu azmış kimi, Iraq, Sudan, Küveyt və Əlcəzair də bölgəyə öz zirehli texnikasını göndərmişdi.

1967-ci ilin 27 mayında Ərəb Ticarət Birliyində çıxış edən Camal Əbdül Nasir əsas vəzifənin İsraili  yox etmək olduğunu bəyan etdi. Lakin, İsrailin keçmiş xarici işlər naziri Abba Ebanın da yazdığı kimi, onun əslində müharibə etmək fikri yox idi, onun əsas amacı SSRİ-nin köməyi ilə müharibəsiz bir qələbə qazanmaq idi. Bunun gerçəkdən belə olduğunu Jeyms Reston da özünün 4 iyin 1967-ci il tarixində “Nyu York Tayms” qəzetində yayınlanan yazısında təsdiqləməkdədir: "Qahirə müharibə istəmir və savaşa hazır deyildir. Lakin o, savaşın hər an çıxa biləcəyini başa düşür, O, artıq vəziyyətə nəzarəti bütünlüklə itirmişdir".

Page 65: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Yenidən alovlanmaq üzrə olan müharibənin əvvəllərində Mısır üst-üstə 160 min olan əskərinin 100 minini Sinay yarımadasına yerləşdirmişdi. Bu əskərlərin üçdə biri Yəməndəki vətəndaş müharibəsində iştirak etmiş təcrübəli əskərlər idi. İordaniya ordusunun 55 min, Suriya ordusunun 75 min əskəri vardı. İsrail ordusunun toplam əskər sayı isə ehtiyatdakılar da daxil olmaqla 264 nəfərdən ibarət idi.

İyunun 1-də, axşam İsrailin müdafiə naziri Moşe Dayan yüksək rütbəli komandanlarla toplantı keçirərək, Misirə qarşı hazırladığı planı onlara təqdim etdi. İsrailin ilk və ən sarsıdıcı həmləsi Misirin hava qüvvələrinə qarşı başladılan önləyici hava hucumu oldu. Həmin dövrdə Misirin hava qüvvələri ərəb ölkələrinin hava qüvvələri arasında ən böyüyü idi. Misir hamısı sovet istehsalı olan 450 yeni tipli savaş uçağına sahib idi. Bunlardan 30-u İsrail ordusuna və mülki mərkəzlərinə ağır xəsarət yetirmək imkanında olan “Tu-16” markalı orta  bombardıman təyyarəsi idi. İlk olaraq onları sıradan çıxartmaq lazım idi. 

İyunun 5-də, İsrail vaxtı ilə 07:45-də çalınan həyacan siqnalının ardınca İsrail hava qüvvələri gözlənilmədən əməlliyata başladı. İsrailin əlində olan 200 təyyarənin, 12-si xariç, hamısı havaya qaldırılaraq, Misirin hərbi aerodromlarını və havadan müdafiə sistemlərini hədəfə aldılar. Beləcə, Misirin havadan müdafiə sistemlərinə və təyyarələrinə aşırı dərəcədə xəsarət yetirildi. Hərbi aerodromlar eyni zamanda top atəşlərinə də məruz qalmış, nəticədə Misirin təqribən 300 təyyarəsi məhv edilmişdi.

İngiltərə və ABŞ-ın dəstəyi ilə həyata keçirilən hücum gözlənildiyindən də uğurlu oldu. Misirin hərbi aerodromları elə bir xəsarət aldı ki, sağ qalan uçaqları havaya qaldırmaq mümkünsüz oldu. Bu hücumda İsrail sadəcə 19 uçaq itirdi. Onların da əksəriyyəti təmir edilə biləcək yüngül xəsarətlər almışdı.

Artıq savaşın nəticəsi əvvəlcədən bəlli idi. Bu səbəbdən də İordaniya savaşa daxil olmaq istəmirdi. Lakin Camal Əbdül Nasir kral Hüseyini dilə gətirə bildi və kral öz qoşunlarına hücum əmri verdi.

Müharibədən öncə İordaniyanın 300 modern tankı, 200 topu və sadəcə 24 ədəd təyyarəsi vardı. Ordu 55 min professional əskərdən ibarət idi. İsrail bu orduya qarşı Batı Şeria cəbhəsində sahəyə 40 000 əskər və 200 tank çıxarməşdı. Məqsəd İordaniya ordusunun irəliləməsinə yol verməmək idi. Əsas qüvvələr isə Misirə qarşı göndərilmişdi.

İyunun 5-də İordaniya hərbi birlikləri Qüds bölgəsinə hücuma keçərək, BMT müşahidəçilərinin bulunduğu Hökumət Mehmanxanasını ələ keçirdilər və şəhərin İsrailin nəzarətindəki qərb qismini bombalamağa başladılar. Qalileyadakı qoşunlar Tel-Əviv istiqamətinə atəş açdılar. İordaniya Kraliyyət Hava Qüvvələri  isə İsrail aerodromlarına hücüma keçdi. Hava və topçu hücumları kiçik miqyaslı zərərlərə səbəb oldu. Bunun qarşılığında İsrail hava qüvvələri İordaniya hava qüvvələrini də Misirin hava qüvvələrini məhv etdiyi qaydada məhv edə bildi və havada tam bir üstünlük ədə etdi.

İyunun 6-da İsrail birlikləri əks-həmləyə keçti. Ehtiyat paraşütçü tüməni Qüdsü mühasirəyə aldı və bu, tarixə “Qanlı Sursat Təpəsi” adı ilə düşmüş təpənin ələ keçirilməsi ilə tamamlandı. Piyada tüməni Latrundakı qalaya hücuma keçdi və

Page 66: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

səhərə yaxın oranı ələ keçirərək, Beyt Horondan Ramallaha doğru irəliləməyə başladı, axşam Ramallaha çatdı. Burada İorddaniyanın 60-cı tüməni yox edildi.

İyunun 7-də ağır döyüşlər oldu. Yəhudilər həmin döyüşdən sonra ən böyük xəyallarını gerçəkləşdirdilər. İsrail birlikləri Qüdsün Əski şəhər hissəsinə daxil oldular, Batı Divarını və Tapınaq Dağını ələ keçirdilər. Daha sonra Yudea, Quş Etzion və Hebron işğal edildi. Yəhudi orduları irəliləməkdə davam edərək, Nablusu tutdular, bundan sonra İordan çayına qədər olan torpaqları ələ keçirdilər.

İyunun 7 və 8-də davam edən döyüşlərdə böyük itkilər verən Misir və Suriya orduları geri çəkilməyə məcbur oldu. İsrail Suriyaya aid Colan təpələrini də işğal etdi. Lakin yəhudilər üçün ən önəmli olan Qüdsün Əski şəhər hissəsi, Batı Divarı və Tapınaq Dağı idi. Tapınaq dağının ələ keçirilməsi ilə “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin ikinci mərhələsinin ikinci bölümü də tamamlanmış oldu. Bu savaşda ərəblərin ən böyük səhvi o idi ki, SSRİ-yə həddən artıq çox güvəndilər, ABŞ və İngiltərənin İsrailin arxasında durduğuna isə ciddi əhəmiyyət vermədilər. Bu savaş əslində ABŞ və İngiltərənin SSRİ, yəni “Ümumdünya Kommunist Cəmiyyəti” qurmağı hədəfləyən və bu məqsədlə ərəblərlə işbirliyinə önəm verən Rusiya üzərində möhtəşəm qələbəsi idi. Qərb imperializmi rus imperializminə qalib gəlmişdi.

1967-ci il savaşında məğlub olan və torpaq itirən Misir, İordaniya və Suriya savaşdan sonra aldıqları silah və sursatlar ilə ordularını yenidən təmin etdilər və təşkilatlandırdılar. İsrail də eyni dönəm içində ABŞ və Fransadan  aldığı modern silah və təçhizatlardan başqa, bunların bir qismini öz imkanlarıyla istehsal etməyə başladı. Misir kanalından keçmə çətinlikləri səbəbiylə sulardan geçmə təlimlərinə ağırlıq verirdi. İsrail isə kanalın şərqində 1967-ci ildən etibarən güçləndirdiyi "BAR-LEV Xətti" ilə lazım gəldiyi zaman qələbə qazanacağını və bu müddət içində Suriya-Livan  tərəfindəki ərəb ordularına hücum edərək, bunları sürətlə məhv edəcəyini düşünürdü. Misirlə Suriya arasındakı uzaqlığın 300 km olması və Misirlə İsrail arasında kanal və çölün yerləşməsi İsrailə manevrlər etmək imkanı verirdi.

Ərəblər danışıqlar yolu ilə itirdikləri torpaqları geri almağa çalışırdılar. Fəqət İsrail işğal etdiyi torpaqlardan çəkilmək fikrindən çox uzaq idi. Belə olan halda, sülh danışıqlarından ümidini kəsən Misirin yeni prezidenti Ənvər Sədat və Suriya prezidenti Hafiz Əsəd 1 aprel 1973-cü ildə bir araya gələrək, İsrailə qarşı yeni hərbi əməliyyatlara başlamaq barədə fikir birliyinə gəldilər və bu planı gizli saxlamağa qərar verdilər. Lakin plan həyata keçirilmək ərəfəsində ikən, Misir və Suriyadakı sovet hərbi təlimatçılarının və ailələrinin hava yolu ilə bu ölkələri tərk etməsindən şübhələnən İsrail 1973-cü ilin 6 oktyabrında, saat 03.00-də öz hərbi qüvvələrini hazır vəziyyətə gətirdi.

Həmin ana qədər ərəb quru qoşunlarının sayı, Misirinki 325 min, Suriyanınkı isə 112 min olmaq üzrə, 473 min ikən, İsrailin əskərlərinin sayı 105 min idi. Ancaq İsrail sürətli və təsirli səfərbərlik sistemiylə onların sayını 48-72 saat içində 300 minə çıxara bilmişdi.

Yenidən alovlanan bu savaş da rəsmən Misir və Suriya ilə İsrail arasında cərəyan etdi. Livan və İordaniya savaşa rəsmən qatılmaqdan qaçındılar. Bununla

Page 67: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

belə, bu savaşda bütün ərəb ölkələri tam bir yardımlaşma içində Misir və Suriyaya malî, siyasî və hərbi yardımda bulunmuşdular.

Misir və Suriya orduları İsraillilərin Yom Kippur bayramını qeyd etdiyi gün, yəni 6 oktyabr 1973-cü il günü saat 14:00-da hücuma keçdilər. Suriya cəbhəsindəki hücumları Colan  bölgəsində durduran İsrail əsas gücünü Suriya cəbhəsinə yönəltdi ve 9 oktyabr sabahı Colan cəbhəsində əks-hücuma keçdi. 22 oktyabr 1973-cü ildə İsrail Hermon dağının  hakim yüksəkliyini, yəni 2201 saylı təpə bölgəsini ələ keçirdi və Suriya topraqlarında 20 km dərinlikdə, 40 km genişlikdəki bir ərazini işgal etdi.

Sinay cəbhəsində kanalı keçməyə müvəffəq olan Misirin 1-ci və 2-ci orduları BAR-LEV müdafiə xəttini ələ keçirdilər və kanalın 10–15 km qədər şərqinə tərəf irəlilədilər. 14 oktyabr günü 70 min əskər və 700 tank ilə İsrailin ikinci müdafiə mövqelərinə həmləyə keçdilər. Ancaq Suriya cəbhəsində vəziyyəti öz lehinə dəyişməyi bacaran və 4 zirehli birliyini Sinay cəbhəsinə sövq edən İsrail qısa bir zamanda bu cəphədə də üstünlük əldə edə bildi. 16 oktyabr 1973-cü il tarixində İsrail qoşunları Sinay cəbhəsində əks-hücuma keçdi və 18-19 oktyabr gecəsi Süveyş kanalının qarşı tərəfinə keçdi. Misir İsrail ordusunu yalnız İsmailiyə-Qahirə  yolunun 5 km qədər şərqində durdura bildi.

BMT-nin 22 və 24 oktyabr tarixli atəşkəs qararlarına əhəmiyyət verməyən İsrail, 26 oktyabr günü BMT Barış Gücünün gəlməsiylə atəşkəsə uydu. Bunda SSRİ-nin bölgəyə təktərəfli hərbi qüvvə göndərmək istəməsinin də təsiri olmuşdu. Atəşkəs qərarı tətbiq edilməyə başladı.

Bu savaş sonunda Misir 500, Suriya 500, Iraq 120, İsrail isə 600 tank itirdi. Savaş sırasında Misir-Suriya qüvvələri 8500, İsrail isə 6000 əskərindən məhrum oldu. Ərəblər itirilmiş torpaqlarını qaytara bilmədilər, İsrail daha əvvəl işğal etmiş olduğu torpaqları, o cümlədən Tapınaq təpəsini əlində saxlamağı bacardı.

VII FƏSİL

Tapınaq təpəsi, Beytül-Məqdis (Süleyman məbədi) və ya “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin üçüncü mərhələsi

Tapınaq təpəsinin yəhudilərin əlinə keçməsi ilə “Ümumdünya yəhudi hökuməti və Maşiah” layihəsinin üçüncü, sonuncu mərhələsi başlamış oldu.

Azərbaycan ədəbiyyatında adı daha çox “Məbəd dağı” kimi çəkilən Tapınaq təpəsi yəhudilərin ən müqqəddəs yer hesab etdikləri məkandır. Bura həm də Tampliyerlər təriqətinin (Knights Templar) siyasi mərkəzidir. Tövrata görə, Həzrət İbrahimin (ə) oğlunu  Tanrıya qurban vermək üçün çıxtığı və daha sonra Həzrət Süleyman (ə)  tərəfindən ucaldılan məbədin yerləşdiyi təpədir. Hazırda sözügedən məbədin yerində Əl-Əqsa məscidi bulunmaqdadır ki, bu da həmin təpəni müsəlmanlar üçün də önəmli müqəddəs yerlərdən biri halına gətirməkdədir.

Page 68: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Əhdi-Ətiq”də yazılanlara görə, Həzrət Süleyman (ə) dövrü İsrail krallığının ən möhtəşəm dövrü olub. Bu dövr təkcə dindar yəhudiləri deyil, tarixçiləri də çox məşgul edən mövzulardandır. Əski yəhudi kitablarında belə rəvayət edilir ki, Həzrət Süleyman (ə) atası Həzrət Davudun (ə) vəsiyyətinə əsasən, e.ə 950-947 – ci illər arasında bir məbəd tikdirmişdi. Bu məbəd Həzrət Musaya (ə) Sina Dağında nazil edilən 10 əmrin yazıldığı iki daş lövhəni mühafizə edən Müqəddəs Əhd sandığının saxlanılması məqsədilə ucaldılmışdı. Yəhudilərin “Müqəddəs Ev” (müsəlman qaynaqlarının da eyni anlama gələn “Beytül-Məqdis”) adlandırdıqları bu məbədin əsas tapınaq hissəsi, müxtəlif yazılı qaynaqlara görə, onun qərb bölümündəydi, məbədin şərq tərəfində isə qadınlar üçün həyət yerləşirdi.

Beytül-Məqdisin içində bir ön otaq və bir də müqəddəs əmanətlərin, yəni Əhd sandığının saxlanıldığı əsas otaq vardı. Məbədin divarlarından kənarda isə qurbanların kəsilməsi və qanların axıdılması üçün nəzərdə tutulan qurbangah yerləşirdi. Bina 27 metr uzunluğunda, 9 metr genişliyində və 13,5 metr yüksəkliyində idi.

Beytül-Məqdis (Süleyman (ə) məbədi) ilk dəfə e.ə. 587-ci ildə Babillilərin Qüdsü ələ keçirdikləri zaman II Navuxodnosorun əmriylə dağıdılmışdır. Bu tarixdən etibarən yəhudilər üçün Babil sürgünü başlamış, bu əsarət e.ə. 538-ci ilə qədər sürmüş, fars şahı Kirin bölgəni ələ geçirməsi və yəhudilərə azadlıq verməsi ilə sona çatmışdı. Kirdən sonra hakimiyyətə gələn Dara şahın dövründə, daha dəqiq desək, e.ə. 515-ci ildə məbəd onun izni və dəstəyi ilə təkrar inşa edildi.

Beytül-Məqdisin, başqa sözlə, II Süleyman məbədinin b.e. 20-ci ilində Romalıların Yəhuda valisi Hirod tərəfındən restavrasiya edildiyi, genişləndirildiyi, ətrafının qoruma divarları ilə əhatə edildiyi bilinməkdədir. Bu gün əski Qüdsün “ağlama divarı” kimi tanınan qismi həmin Hirodun zamanında məbədin memarlığına əlavə edilmiş divarın qalığından başqa bir şey deyildir.

66-cı ildə yəhudilər Romalılara qarşı üsyan qaldırdılar. Roma imperatoru Neron üsyanı yatırtmaq üçün Yəhudaya 30 minlik ordu göndərdi, amma bu ordu üsyançılar tərəfindən məğlub edildi. Belə olunca,

Page 69: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

bölgədəki problemi həll etmək üçün Neron özünün qəddarlığı ilə tanınan general Vespasian və oğlu Titusu üsyançıların üzərinə göndərdi.

Vespasian və ordusu bütün yol boyu qarşılarına çıxan kənd və şəhərlərdə qətliam edə-edə, Qüdsə doğru irəliləyərkən, Neron öldürülür və Vespasian imperator elan edilir, orduya başçılığı oğluna verərək geri dönür.Titus Qüdsü mahsirəyə alır və şəhər əhlini aclığa məhkum edir. Bu yolla Qüdsü ələ keçirən Titus şəhəri, o cümlədən məbədi yerlə bir edir. Bu hadisə 70-ci ildə baş verir.

Romalılar II Süleyman məbədinin yerində öz dini inanclarına uyğun olaraq, Yüpiter məbədi tikirlər. Yəhudilərin e.ə 132-133 - cü illərdə təkrar üsyan etmələri və Yüpiter tapınağını yıxmalarından sonra bölgəyə göndərilən Roma orduları tapınağı büsbütün ortadan qaldırırlar. Konstantinin dövründə yəhudilərə oralarda dolaşmaq belə yasaq edilir, onlar Qüdsdən sürgün edilirlər. Tapınağ təpəsi isə şəhərin zibillik yerinə çevrilir.

637-ci ildə uzun bir mühasirədən sonra Qüds şəhəri müsəlmanlar tərəfindən fəth edilir. Şəhər Həzrət Ömərə (r) təslim olmağı qəbul edir. Müslümanların gəlişiylə Tapınaq təpəsi yenidən yəhudilərin üzünə açılır. Onlara tətbiq edilən bütün qadağalar ləğv edilir. Təpə Həzrət Ömərin (r) əmri ilə zibildən təmizlənir və Beytül-Məqdisin xarabalıqları üzərində taxtadan bir məscid (Mescid-i Əqsa) tikilir. Qeyd edək ki, Peyğəmbərimiz (s) məhz bu məsciddən Meraca yüksəlmiş və müsləmanlar 16 ay boyunca buranı qiblə qəbul etmiş, üzlərini həmin istiqamətə tutaraq, namaz qılmışlar.

Əməvilər dövründə Məscid-i Əqsa yenidən, bu səfər daşdan tikilir, 3 min adamın eyni anda namaz qıla biləcəyi şəkildə genişləndirilir. Həzrət Mühəmmədin (s) Meraca qalxarkən ayağını son olaraq basdığı yer olan Muallaq daşının üstündə Qübbətüs-Səhra inşa etdirilir.

I Xaçlı səfəri zamanı, daha dəqiq desək, 1099-cu ildə Qüdsü işğal edən xaçlılar məscidi dağıdırlar və yerində saray tikirlər. Tikdikləri sarayı “Süleyman məbədi adlandırırlar. 1119-cu ildə həmin saray tampelyerlərin mərkəzi qərargahına çevrilir. 1187-ci ildə Qüdsü xaçlılardan azad edən Səlahəddin Əyyubi Əl-Əqsa məscidini yenidən bərpa edir.1516-cı ildə Qüds Osmanlılara keçir və 1918-ci ilə, yəni ingilis işğalına qədər həm şəhər, həm də Məscid-i Əqsa Osmanlı himayəsində qalır.

Əl-Əqsa məscidi həmişə yəhudilər üçün bir göz dağı olmuş və bu gün də göz dağı qalmaqda davam edir. Çünki o, Beytül-Məqdisin, yəni Süleyman (ə) məbədinin üzərində inşa edilmişdir. Müsəlmanlar üçün böyük önəm daşıyan bu məscidi dağıtmadan Süleyman (ə) məbədini bərpa etmək mümkün deyil. Bu səbəbdən də 1967-ci il savaşı zamanı, iyunun 7-də baş verən ağır döyüşlərdən sonra yəhudilər Qüdsün Əski Şəhər hissəsinə daxil olub, Batı Divarını və Tapınaq Dağını ələ keçirdikləri sırada ilk növbədə məscidi partlatmaq istəmiş, fəqət beynəlxalq təzyiq və qınaqlardan çəkilən Moşe Dayan buna imkan verməmişdi.

1969-cu ildə bir yəhudi təxribatı (terror aktı) nəticəsində məscidin bir bölümü yıxılmış, fəqət yıxılan hissələr sonradan İordaniya kralının maddi dəstəyi ilə bərpa edilmişdir.

Page 70: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Məscid-i Əqsa bir neçə dəfə bombalama və hücuma məruz qalmışdır. Bunlardan ən qanlısı 8 oktyabr 1990-cı il tarixində 30 müsəlmanın öldürülüb, 800-ünün isə yaralandığı terror aktıdır.

1994-cü ildə İsrail və İordaniya arasında imzalanan Sülh müqaviləsinə əsasən, İsrail məscidin təhlükəsizliyinə təminat verilmişdir. Bununla belə, hazırda yəhudilər məscidi uçurmaq üçün yeni bir hiyləgər plana baş vurmuşlar. İllərdir ki, məscidin altında arxeoloji qazıntılar adı ilə çox sayda lağım atılır. Məqsəd süni bir qəza təşkil etmək və Əl-Əqsa məscidini uçurmaqdır.

Yəhudilərin dini inancının və esxatoloji dünyagörüşünün önəmli sütunlarından birini Maşiaha, yəni Məsihə inam təşkil edir. “Maşiah” adının anlamı “yağlanmış”, “yağ sürtülmüş” deməkdir. Maşiah Axırzamanda gəlməsi və yəhudilərin hökmdarı olması gözlənilən şəxsdir. Tanrı tərəfindən seçildiyinə və Onun tərəfindən göndəriləcəyinə inanılan bu şəxs bir sıra əski yəhudi kitablarında, məsələn, Talmud, Midraşim (Talmudun şərhi) və Əhdi-Ətiqdə müjdələnmişdir.

Yəhudilərin fikrincə, Maşiah haqqında ilk müjdəyə Əşiya (İsayya) peyğəmbərin (ə) kitabının IX fəslinin 1-6 – cı bəndlərində rast gəlinməkdədir:

“Lakin bu dəfəki zülmət ölkə əzab çəkərkən olduğu kimi olmayacaq. O zaman Zəbulun və Niftalı torpağı xar olmuşdu. Sonra isə O, dənizkənarı yol boyunca uzanan, İordan bölgəsində yerləşən, yadellilər yaşayan Cəliləni şərəfləndirəcək.  

Zülmətdə gəzən xalq Parlaq işıq gördü. Zülmət diyarında yaşayanların üzərinə Nur ələndi. Sən bu xalqı çoxaltdın, Sevincini artırdın.Biçin vaxtı sevinən adamlartək,Qəniməti bölüşdürən adamlartəkSənin önündə sevindilər. Sən onların ağır boyunduruğunu,Çiyinləri üstündə duran çomağı, onları işlədənlərin dəyənəyini,Mədyənin məğlubiyyət günündə olduğu kimi sındırdın. Addımlarkən yeri titrədən hər bir əsgər ayaqqabısı,Qana bulaşmış hər bir paltar Oda yem olacaq. Bizim üçün körpə doğuldu, Bizə oğul bəxş edildi.Hakimiyyət onun çiynində olacaq. Onun adı Müdrik məsləhətçi, Qüdrətli ilah, Əbədiyyət atası, Sülh əmiri olacaq”.Eyni kitabın 11-ci fəslinin 1-10 – cu bəndləri də ona aiddir:“Yəssənin kötüyündən fidan qalxacaq,Kökündən boy atan pöhrə barlı olacaq. Yehovanın ruhu onun üzərində olacaq,Hikmət və dərrakə ruhu,Öyüd-nəsihət və qüdrət ruhu,

Page 71: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Elm və Yehovadan qorxmaq ruhu onun üzərində olacaq. O, Yehova xofunda zövq tapacaq.Gözlərinin gördüyü ilə hökm etməyəcək,Qulağı ilə eşitdiyinə görə tənbeh etməyəcək.O, fağır-füqəra üçün insafla hökm çıxaracaq.Dünyadakı həlimlərin xatirinə ədalətlə tənbeh edəcək.Dünyanı ağzının dəyənəyi ilə vuracaq.Şər adamı ağzından çıxan nəfəslə öldürəcək.O, belini salehliklə qurşayacaq,Sədaqət onun kəməri olacaq.Qurdla quzu sülhdə yaşayacaq,Bəbirlə çəpiş yan-yana uzanacaq.Buzov, aslan və bəslənmiş heyvan bir yerdə olacaq.Onları balaca uşaq otaracaq. İnəklə ayı birgə otlayacaq,Balaları qoşa uzanacaq.Şir öküz kimi saman yeyəcək.Südəmər uşaq ilan yuvası üstündə oynayacaq,Süddən kəsilmiş uşaq əlini zəhərli ilanın yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində onlardan xətər gəlməyəcək,Heç nəyi tələf etməyəcəklər.Çünki sular dənizi doldurduğu kimi,Dünya başdan-başa Yehova barədə biliklə dolacaq. O gün Yəssənin kökü xalqlar üçün nişan kimi duracaq.Xalqlar məsləhət üçün onun yanına gələcək,Onun məkanı əzəmətli olacaq”.Həmin kitabın 32-ci fəslinin 1-5 – ci bəndlərində yazılanlar da Maşiaha

(Məsihə) aid olduğu söylənir:“Budur, padşah salehlik uğrunda hökmranlıq edəcək,Rəhbərlər ədalət uğrunda başçılıq edəcək. Hər biri küləkdən daldalanacaq,Leysandan sığınacaq,Susuz diyarda axar çaylar,İstidən qovrulan diyarda nəhəng qaya kölgəsi kimi olacaq. O zaman görən gözlər daha bağlanmayacaq,Eşidən qulaqlar dinləyəcək. Çılğın qəlblər biliyə meyil salacaq,Pəltək dillər apaydın danışacaq.Daha axmağa səxavət sahibi,Alçaq adama alicənab deməyəcəklər”.Əşiya (İsayya) peyğəmbərin (ə) kitabının VII fəslinin 14-cü bəndində onun

bakirə qadından doğulacağı öncədən bildirilmişdi:“Buna görə Yehova Özü sizə əlamət verəcək: qız hamilə qalıb bir oğul

doğacaq və adını İmanuil (Tanrı bizimlədir) qoyacaq”.

Page 72: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Maşiah (Məsih) barədə müjdələrə Ərəmya (İeremiya) və Hizqiyal (Hezekiil) peyğəmbərlərin (ə) də kitablarında da rastlanmaqdadır. Məsələn, Ərəmyanın (ə) kitabının XXIII fəslinin 5-6 – cı bəndlərində onun Həzrət Davudun (ə) soyundan olacağı və şahlıq quracağı bildirilməkdədir:

“Gün gələcək, Davudun nəslindən saleh pöhrə çıxaracağam. O, padşah olacaq. Bəsirətlə davranacaq, bütün ölkədə haqq-ədalətin, salehliyin keşiyində duracaq, - bəyan edir Yehova”.

Bu fikir eyni kitabın XXXIII fəslinin 15-16 – cı bəndlərində də təkrarlanır:“O günlərdə, o zaman Davudun nəslindən saleh pöhrə çıxaracağam. O,

ölkədə salehliklə, haqq-ədalətlə davranacaq. O günlərdə Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. Onu “Salehliyimiz Yehovadandır” deyib çağıracaqlar”.

Hizqiyal (Hezekiil) peyğəmbərin (ə) kitabınıb XVII fəslinin 23-cü ayəsinin də Maşiahla (Məsihlə) bağlı olduğu hesab edilir:

“Külli-İxtiyar Yehova belə deyir: “Hündür sidr ağacının təpəsindən bir budaq götürüb əkəcəyəm. Onun başındakı pöhrələrdən zərif zoğ qıracağam, gətirib hündür, əzəmətli dağda əkəcəyəm”...”.

Yəhudilərin fikrincə, Maşiah haqqında müjdələrə Həqqay və Zəkəriyyə peyğəmbərlərin (ə) kitablarında da rast gəlinməkdədir. Məsələn, Həqqayın (ə) kitabının II fəslinin 23-cü bəndinin Maşiaha işarə etdiyi düşünülür:

“Ordular Allahı Yehova bəyan edir: “Ey Şəəltiil oğlu Zərubabil, ey Mənim qulum! O gün səni götürüb möhür üzüyü edəcəyəm”, - Yehova bəyan edir, - “Çünki Mən səni seçmişəm”, - ordular Allahı Yehova bəyan edir”.

Zəkəriyyənin (ə) kitabında da Maşiahın müjdələndiyinə inanılır. Bu kitabın III fəslinin 8-ci bəndində belə deyilir:

“Ey baş kahin Yuşə, sən və sənin önündə oturan, rəmzi məna daşıyan yoldaşların, qulaq asın: Mən qulum Pöhrəni gətirirəm! ”.

Eyni kitabın VI fəslinin 12 bəndindən isə belə aydın olur ki, Beytül-Məqdisi (Süleyman məbədini) Maşiah bərpa edəcəkdir:

“Ona söylə: “Ordular Allahı Yehova deyir: “Bax, Pöhrə adlı adam budur! O, olduğu yerdə boy atacaq və Yehovanın məbədini tikəcək”.

Müjdələrin Dənyal Peyğəmbərin (ə) kitabında da olduğuna inanılır. Məsələn, sözügedən kitabın VII fəslin 18-ci bəndində söylənilənlər yəhudi xalqının Maşiahın bütün dünya üzərində əbədi şahlığı ilə mükafatlandırılacağı kimi şərh edilir:

“Lakin padşahlığı Haqq-Taalanın müqəddəs bəndələri alacaq, onlar bu padşahlığa əbədi sahib olacaqlar. Bəli, əbədiyyən, sonsuzadək”.

Həmin fəslin XXII bəndində yazılanlar da eyni mənada yozulur:“Bu zaman Əzəldən Var Olan gəldi və Haqq-Taalanın müqəddəs

bəndələrinin xeyrinə hökm çıxarıldı. Beləcə, müqəddəs bəndələrin padşahlığa sahib olmaq vaxtı yetişdi”.

Eyni fikir 27-ci bənddə də təkrarlanır:“Padşahlıq, hakimiyyət və göylər altında olan səltənətlərin cah-calalı

Haqq-Taalanın müqəddəslərinə, Onun xalqına veriləcək. Onların padşahlığı əbədi padşahlıqdır, bütün hökmdarlar onlara qulluq edib boyun əyəcək”.

Page 73: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Yuxarıda yəhudi dini kitablarından gətirdiyimiz sitatlar yəhudilərin, o cümlədən Rotşildlərin “Maşiah (Məsih) və Ümumdünya yəhudi dövləti” barədə görüş və inanclarının, eləcə də bu görüş və inanclara əsaslanan planlarının əsasında durur. Onlar, xristianlardan fərqli olaraq, bu kitablardakı müjdələrin İsa Məsihə (ə) aid olmadığına, Maşiahın (Məsihin) hələ yer üzünə gəlmədiyinə, fəqət gələcəyinə inanırlar. İnanır və buna hazırlaşırlar. Hazırlıqlarının mərkəzində duran ən önəmli məsələlərdən biri də Beytül-Məqdisin, yəni Həzrət Süleyman (ə) məbədinin bərpası məsələsidir. Bu məbəd iki dəfə, bir dəfə Babillilər, bir dəfə də Romalılar tərəfindən dağıdıldığından bərpa etmək istədikləri məbədi “III Süleyman (ə) məbədi” adlandırırlar.

Əhdi-Ətiqə daxil olan “1-ci Padşahlar” kitabının VII fəslində Süleyman (ə) məbədinin tikintisi belə təsvir edilib:

“Süleyman özünün bütün sarayını on üç ilə tikib başa çatdırdı.O, Livan Meşəsi adlanan evi tikdi. Ev 100 qulac uzunluğunda,

50 qulac enində, 30 qulac hündürlüyündə olub dörd cərgə sidr sütunların üstündə dururdu. Sütunların da üstündə sidr tirləri var idi. 

Ev sütunların üstündə yerləşən dayaqlardan yuxarı sidr taxtalarla örtülmüşdü. Onların sayı hər cərgədə on beş ədəd olmaqla cəmi qırx beş ədəd idi. 

Evin üç cərgə çərçivəli pəncərəsi var idi və bu pəncərələr qarşıdakı üç cərgə pəncərələrlə üzbəüz idi. 

Girişlər və yan taxtalar çərçivəyə alınmışdı. Üç cərgədə üzbəüz yerləşən pəncərələrin də qabağı belə idi.

O, 50 qulac uzunluğunda, 30 qulac enində sütunlu eyvan düzəltdi. Onun qabağında sütunlu və çıxıntısı olan başqa bir eyvan var idi.

O həmçinin taxt qurub hökm çıxarmaq üçün eyvan-divanxana tikdi. Oranı döşəmədən tavanın tirlərinə qədər sidr ağacı ilə örtdü.

Özü üçün yaşamağa evi eyvandan aralıda başqa həyətdə tikdirdi. Amma tikilişi eyni idi. Süleyman həmçinin arvadına, fironun qızına da bu eyvana bənzər ev tikdi.

Bütün bu binalar təməldən dama qədər və bayır tərəflərindən böyük həyətə qədər bahalı daşlarla tikilmişdi. Daşlar ölçülərinə görə içdən və bayırdan daş mişarı ilə kəsilib yonulmuşdu. 

Təməl çox iri, bahalı daşlardan qoyulmuşdu. Daşların bəziləri 10 qulac, bəziləri 8 qulac idi. 

Onların üstündən ölçülərinə görə yonulmuş bahalı daşlar və sidr ağacından tirlər qoyulmuşdu. 

Yehovanın evinin içəri həyətində və evin eyvanında olduğu kimi, böyük həyətin ətrafına üç çin yonulmuş daşdan və bir çin sidr tirdən hasar çəkilmişdi.

Süleyman padşah adam göndərib Surdan Hiramı+ gətirtdi. O, Niftalı qəbiləsindən bir dul qadının oğlu idi. Atası surlu misgər idi.

Hiram çox bacarıqlı, dərrakəli, misgərlik sənətində mahir idi. O, Süleyman padşahın yanına gəlib onun tapşırdığı işləri görməyə başladı.

Page 74: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Hiram misdən iki sütun tökdü, hər iki sütunun hündürlüyü 18 qulac idi. Hər sütunun çevrəsi ölçü ipi ilə 12 qulac idi.

Sütunların başına qoymaq üçün misdən iki başlıq tökdü. Hər iki başlığın hündürlüyü 5 qulac idi. 

Sütunların başındakı başlıqların hər birində hörmə tor və burulmuş zəncir naxışları var idi, hər başlıqda yeddi dənə. 

O, sütunların üstündəki başlıqları örtmək üçün torun dövrəsində iki sıra nar düzəltdi, hər başlıq üçün belə etdi. 

Eyvandakı sütunların başlıqları zanbaq şəklində idi, başlıqların bu hissəsi 4 qulac hündürlüyündə idi  və iki sütunun üstündə, tora bitişik dairəvi hissənin yuxarısında idi. Hər başlıqda dairəvi sıralarla 200 nar var idi.

O, məbəd eyvanının sütunlarını qoydu. Sağ tərəfdəki sütunu yerləşdirib ona Yakin adı, sol tərəfdəki sütunu yerləşdirib ona Buəz adı verdi.

Sütunların başlıqları zanbaq şəklində idi. Beləcə, sütunlar hazırlanıb qurtardı.

O, dairəvi tökmə çən düzəltdi. Onun hündürlüyü 5 qulac, çevrəsi ölçü ipi ilə 30 qulac idi. Bir qırağından o biri qırağına qədər məsafə 10 qulac idi.

Onun ağzının aşağısında hər qulacda on dənə olmaqla, iki sıra dövrələmə balqabaq naxışları var idi. Onlar çənlə bir tökülmüşdü. 

Çən 12 buğanın üstündə dururdu. Buğalardan üçünün üzü şimala, üçününkü qərbə, üçününkü cənuba, üçününkü şərqə baxırdı. Çən onların üstündə idi. Onların sağrısı mərkəzə doğru idi. 

Çənin qalınlığı dörd barmaq idi, ağzı kasa ağzı kimi düzəldilmişdi və zanbaqvari idi. Çənə 2000 bat su tökürdülər.

Sonra o, on ədəd mis araba düzəltdi. Arabaların hər biri 4 qulac uzunluğunda, 4 qulac enində, 3 qulac hündürlüyündə idi. 

Arabalar belə düzəldilmişdi: onların yan lövhələri var idi. Lövhələr çərçivələrin içində idi. 

Çərçivənin içindəki yan lövhələrin üzərində şir, buğa, kərrub təsvirləri var idi. Çərçivənin də üzərində eyni təsvirlər var idi. Şirlərdən və buğalardan yuxarıda və aşağıda qabarıq çələnglər var idi. 

Hər arabanın dörd mis çarxı və mis oxları var idi. Onun dörd künc dayağı bunları saxlayırdı. Bu künc dayaqlar teştin altında idi, hər biri üzərindəki çələnglərlə birgə tökülmüşdü. 

Teştin ağzı çanağın içində idi və o, aşağıdan yuxarıya bir qulac idi. Arabanın ağzı dairəvi idi və boğazı bir qulac yarım idi. Arabanın ağzında oyma təsvirlər var idi. Yan lövhələri dairəvi yox, dördbucaq idi. 

Dörd çarx yan lövhələrin altında idi. Çarxların dayaqları arabaya bitişik idi. Hər çarxın hündürlüyü bir qulac yarım idi. 

Çarxlar adi araba çarxları kimi idi, dayaqları, sağanaqları, oxları və topları tökmə idi. 

Arabaların dörd küncündə dörd dayaq var idi. Dayaqlar arabalarla bir tökmə idi. 

Page 75: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Arabanın yuxarısında yarım qulac hündürlüyündə çənbər yerləşirdi. Arabanın yuxarısındakı dayaqcıqlar və yan lövhələr arabanın özü ilə bir tökmə idi. 

O, dayaqcıqların və yan lövhələrin üzərində yer çatan qədər kərrub, şir, xurma ağacı və dövrələmə çələng təsvirləri oydu.

O, on arabanı bu cür düzəltdi. Onların hamısı eyni cür tökmə idi, hamısının ölçüsü və quruluşu eyni idi.

O, on ədəd mis teşt düzəltdi. Teştin hər biri 40 bat su tuturdu. Hər teşt 4 qulac idi. On arabanın hər biri üçün bir teşt düzəltmişdi. O, arabalardan beşini evin sağ tərəfinə, beşini sol tərəfinə qoydu. Çəni isə evin sağ tərəfində, cənub-şərq tərəfdə qoydu.

Hiram həmçinin teştlər, kürəklər və ləyənlər düzəltdi. Beləcə, o, Yehovanın evi ilə bağlı Süleyman padşahın tapşırdığı bütün işləri görüb qurtardı. O, bunları düzəltdi: 

2 sütun, sütunların üstündə 2 kasavarı başlıq, sütunların üstündəki iki kasavarı başlığı örtmək üçün 2 tor, sütunların üstündəki iki kasavarı başlığı örtən torlar üçün, hər tora iki sıra olmaqla, 400 nar, 10 araba və arabaların üstü üçün 10 teşt, çən və çənin altı üçün 12 buğa, kül qabları, kürəklər, ləyənlər və başqa əşyalar. Hiram Yehovanın evi üçün bütün əşyaları Süleyman padşahın əmri ilə pardaqlanmış misdən düzəltdi. 

Padşah onları İordan bölgəsində, Suqqutla Sərfan arasında gil qəliblərə tökdü.

Əşyalar o qədər çox idi ki, Süleyman onları tərəzidə çəkmədi. Misin çəkisi müəyyən edilmədi.

Süleyman Yehovanın evi üçün bütün əşyaları, qızıl qurbangah, hüzur çörəyi qoymaq üçün qızıl masa, xalis qızıldan çıraqdanlar (beşini iç otağın qarşısında sağ tərəfə, beşini sol tərəfə qoydu), qızıl qönçələr, çıraqlar və maşalar,   qızıl teştlər, fitil maqqaşları, ləyənlər, camlar, xəkəndazlar, həmçinin Ən müqəddəs yer olan iç otağın qapıları və baş otağın qapıları üçün qızıl dabanlıq düzəltdi.

Beləliklə, Süleyman padşah Yehovanın evi ilə bağlı bütün işləri tamamladı. Sonra atası Davudun Allah üçün ayırıb qoyduğu əşyaları içəri gətirdi. Qızıl-gümüşü və əşyaları Yehovanın evinin xəzinəsinə qoydu”.

Yəhudilər Əhdi-Ətiqə daxil olan “1-ci Padşahlar” kitabının VII fəslində bütün bu bildirilənləri əldə əsas tutaraq, məbədin layihəsini artıq hazırlamış və yuxarıdakı sitatda adı çəkilən əşyaların da surətlərini düzəltmişlər. Maşiahın taxtı və qızıldan düzəldilmiş tacı da artıq çoxdan hazırdır.

III məbəd, mövcud olmasa da, artıq “GOOGLE map” xəritələrinə belə salınıb (https://www.youtube.com/watch?v=SaMFFqjMT7Q).

VIII FƏSİL

Page 76: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Rokfellerlərin “İsa Məsih (ə) və Ümumdünya xristian dövləti” planı

Rotşildlərin dünyadakı ən əsas rəqiblərindən hesab edilən Rokfellerlər birincilərdən fərqli olaraq yəhudi yox, protestant xristiandırlar və təbii ki, onların da dünyanın gələcəyi barədə özlərinə məxsus planları var və bu plan Rotşildlərin planından fərqlənir. Rokfellerlərin dünyanın gələcəyinə yönəlik ideoloji baxışlarının əsasında protestantlıqdan qaynaqlanan məqamlar üstünlük təşkil edir.

Ortodos xristianlıq və katolisizm ilə birlikdə xristianlığın üç ən böyük məzhəblərindən biri olan protestantlıq cərəyanının adı latıncadakı “protestans” (etiraz edən) kəlməsindən qaynaqlanır və bu məzhəb Avropada Reformasiya dövründə meydana gəlmişdir. Almaniyada Martin Lüterin, Hollandiyada  isə Jan Kalvinin katolik kilsəsinə qarşı çıxışları protestantlığın əsasını qoydu, beləcə, protestantlıq və onun lüteranlıq və kalvinizm kimi iki əsas qolu ortaya çıxdı. 

Reformasiyanın başlaması ilə protestantlıq əvvəlcə Avropada,  sonra isə bütün dünyada əsas siyasi cərəyana çevrildi. Əvvəllər bütün protestanlar lüteranlar adını daşıyırdı. Sonrakı inkişaf mərhələlərində bir neçə qola bölünən protestanlıq cərəyanı mənsublarının sayı hal-hazırda altı-yeddi yüz milyondan artıqdır.

XVI əsrdə bir çox Avropa ölkəsində olduğu kimi, Fransada da  protestanlar və katoliklər arasında ciddi mübarizə geniş yer almışdı. 1572-ci ilin 24 avqustunda katoliklər protestantlara qarşı tarixə adı “Varfolomey gecəsi” kimi düşən dəhşətli qətliam törətdilər. Bu hadisənin qurbanlarının sayı barədə alimlər arasında yekdil fikir yoxdur. Hesab edilir ki, Parisdə təqribən üç min, bütün Fransada isə on min ilə əlli min arasında protestant qətl edilmişdir. Həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası XIII Qriqori faciəni alqışlayaraq, Vatikanda fişəng atılmasını və medal təsis edilməsini əmr etmişdi.

Page 77: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Protestantlıq xristianlığı xeyli sadələşdirdi, müqəddəslərə pərəstişi, ilk növbədə də Roma papasına pərəstişi rədd etdi.

Hazırda daha çox Skandinaviya ölkələrində, Almaniya, İsveçrə, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Niderland və ABŞ-da yayğın olan protestantlığın əsas qolları aşağıdakılardır:

1. Lüteranlıq2. Kalvinizm3. Anqlikanizm4. Yevangelizm.Bunlardan yevangelizm özündə bir neçə protestant axınını (baptistlər,

pentekostallar, xarizmatik yevangelistlər, neoxarizmatik yevangelistlər, qeyri-denominasiya yevangelistləri) birləşdirir. Cərayan adını “Yevangeliya” (İncil) kəlməsindən alır və bununla da İncilə ən düzgün əməl edənlərin birliyi olduğu fikri diqqətə çatdırılmağa çalışılır. Evangelistlər şəxsi mənəvi keyfiyyətlərin yüksəldilməsinə, missionerlik fəaliyyətinə və ciddi etik prinsimlərə önəm verdiklərini iddia edirlər. Onlar günahlardan təmizlənmək və xilas olmaq üçün Həzrət İsanın (ə) təlimlərinə sıx-sıx bağlanmaq lazım olduğunu hesab edirlər.

Rokfellerlər tərəfindən maliyyələşdirilən yevangelistlərin saylarının 2016-cı ildə 619 milyon olduğu açıqlanmışdı. Bunlardan 100 milyondan bir qədər çoxu ABŞ-da yaşayır. Onlar bu ölkədə artıq önəmli siyasi güc halına gəlmişlər. Önəmli güc halına gəlmələrinin ən gözəl sübutu 2017-ci il prezident seçkilərində dəstəklədikləri namizədi – Donald Trampı hakimiyyət gətirə bilmələri oldu.

Yevangelistlər arasında liberalizm və konsevatizm, arminiançılıq və kalvinizm mövzularında fikir ayrılıqlarının olmasına baxmayara, bütün yevangelist axınlar özlərini bir və müttəfiq hesab edirlər. Onları bir-birinə sıx bağlayan əsas ideyalar içərisində Həzrət İsanın (ə) ikinci gəlişi ilə dünyada haqq və ədalətin bərpa olunacağı, bütün dünyadakı dinlərin aradan qalxacağı, hamının xristianlığı qəbul edəcəyi və dünyada vahid xristian dövlətinin qurulacağı ideyasıdır.

Əksər xristian məzhəb və cərəyanlar kimi yevangelistlər də yəhudilərin gəlişini gözlədikləri Maşiahın, əslində, Məsih deyil, Atixrist (Ziddi-Məsih, Dəccal) olduğuna, Məsihin, yəni Həzrət İsanın (ə) ikinci dəfə yer üzünə gəlməsinin Antixristin (Dəccalın) peyda olmasından sonra baş verəcəyinə, gəldikdən sonra İblisin təmsilçisi olan Antixristi (Maşiahı) öldürəcəyinə inanırlar. Bu səbəbdən də İsrailin Qüdsü təktərəfli paytaxt elan etmək istəməsini və Beytül-Məqdisi bərpa etmək, yəni III Süleyman məbədini inşa etmək planını dəstəkləyirlər. Hesab edirlər ki, Beytül-Məqdis bərpa edilmədən Maşiah (Antixrist) gəlməyəcək, Maşiah gəlmədən də Həzrət İsa (ə) gəlməyəcək. İsanın (ə) gəlişini sürətləndirmək üçün Maşiahın gəlişini, onun gəlişini sürətləndirmək üçün Beytül-Məqdisin bərpasını, Beytül-Məqdisin bərpası üçünsə, Qüdsün yəhudilərin bölünməz paytaxtına çevrilməsini sürətləndirmək lazımdır. Bunun üçünsə müsəlmanların, ilk növbədə də ərəblərin müqaviməti tam qırılmalı, müsəlmanlar müqavimət göstərəbilməyəcək qədər zəiflədilməli və ya məhv edilməlidir.

Xristian-yevangelistlərin Beytül-Məqdisin bərpası məsələsinə baxışı yəhudilərinkindən bir qədər fərqlənir. Yevangelistlər məbədin Məscidi-Əqsanı yıxmadan, onun yanında bərpa etməyin tərəfdarıdırlar. Məsələ burasındadır ki, Əl-

Page 78: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Əqsa məscidinin hazırda olduğu yer Sülüyman məbədinin həyətinin olmuş olduğu yerə düşür. Bu səbəbdən də məbədin həyətsiz bərpa edilməsi öngörülür. Bu fikrin “Vəhy” kitabının XI fəslinin 1-2 – ci bəndlərində söylənilənlərdən qaynaqlandığını söyləyə bilərik:

“Mənə çomağa bənzər bir qamış çubuq verildi və deyildi: «Dur, Allahın məbədini, qurbangahı və orada ibadət edənləri ölç. Lakin məbədin həyətini ölçmə, qoy qalsın, çünki o, digər xalqlara verilib. Müqəddəs şəhər 42 ay ərzində onların tapdağı altında qalacaq”.

Məhz bu kimi inanışlar yevangelistlərin təmsilçisi olan Donald Trampı Qüdsü İsrailin paytaxtı elan etməyə, ABŞ səfirliyini Tel-Avivdən Qüdsə köçürməyə, Colan təpələrini İsrailin ayrılmaz tərkib hissəsi kimi tanımağa, daha sonra isə Fələstini ərəblərdən təmizləməyi öngörən “Əsrin planı” ilə çıxış etməyə sövq etmişdir.

Türkiyə başda olmaqla, müsəlman ölkələrinin şiddətlə qarşı çıxdıqları “Əsrin planı” nədir?

Fələstin Qurtuluş Təşkilatının baş katibi Saib Ureyqatın sözlərinə görə, ABŞ Fələstinlilər üçün Qazzə Şəridində ayrıca bir dövlət qurmağı planlaşdırır. Bu plan Donald Trampın guya İsrail-Fələstin probleminə çözüm gətirmək üçün ortaya atdığı " Əsrin planı " adı altında önə sürdüyü layihənin bir parçasıdır. Layihənin əsil məqsədi Qazzə Şəridini Batı Şeriadan qopartmaq, Fələstinli qaçqınların öz ölkələrinə qayıtmalarını önləmək, Qüdsü İsrailin, Ramallahı isə Fələstinin paytaxtı etmək və bu yolla BMT-nin İsrail və Fələstin dövlətlərinin ərazilərini, eləcə də Qüdsün statusunu müəyyən edən 1967-ci il qərarını və bu qərarla təsbit edilmiş sərhədləri aradan qaldırmaqdır.

Qüds məsələsində yəhudilərlə eyni ideoloji-siyasi baxışları paylaşdıqları üçün yevangelistləri bəzən “xristian-sionistlər” də adlandırırlar. Onları “Tanrını qiyamətə zorlayanlar” adlandıranlar da az deyil.

Əksər xristian məzhəb və cərəyanları tərəfindən Axırzamanda baş verəcəyinə inanılan Harmageddon savaşının yevangelistlərin ideoloji-siyasi baxışları içərisində də xüsusi yeri var. Bu baxımdan ABŞ-ın 33-cü prezidenti Ronald Reyqan da istisna deyildi. Onun yevangelist olduğu, Armageddon savaşının yaxın zamanlarda baş verəcəyinə inadığı bilinməkdədir. Bunu o özü etiraf etmişdir.

Xristianların, o cümlədən yevangelistlərin Harmageddon savaşı barədə düşüncələrinin əsasını İncildə gələcəyə yönəlik verilmiş müjdələr və vəhylər təşkil edilr. Bu baxımdan “Vəhy” kitabının XVI fəslinin 14-16 – cı bəndlərində yazılanları misal çəkmək olar:

“Bu vəhylər cin vəhyləridir və əlamətlər göstərirlər. Onlar yer üzünün padşahlarının yanına gedib onları Qadir Allahın böyük günündə olacaq müharibəyə toplayırlar. 

«Budur, mən oğru kimi gəlirəm. Oyaq qalıb paltarını qoruyan xoşbəxtdir. Çünki o, çılpaq gəzməyəcək və insanların qarşısında biabır olmayacaq».

Onlar padşahları ibranicə Harmageddon adlanan yerə topladılar”.Bu sitatdan da göründüyü kimi, Harmageddon savaşı “Qadir Allahın böyük

günündə”, yəni Qiyamət günündə, daha dəqiq desək, Qiyamətdən öncə, başqa sözlə, Axırzamanda  olacaq. Həmin müharibədə iştirak edəcək ölkələri bu addımı

Page 79: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

atmağa sövq edən isə cinlərin, başqa sözlə, şeytanların vəhylərinə qulaq asan dövlət başçıları olacaqlar.

Burada istər-istəməz İraq savaşını başladarkən, ABŞ prezidenti Corc Buşun söylədiyi “Harmageddon savaşı başladı” kəlmələri yada düşür.

Beləliklə, Rokfellerlər tərəfindən maliyyələşdirilən “Kəllə və sümüklər” təşkilatının üzvü, ABŞ-ın 43-cü prezidenti Corc Buş Orta Şərqdə müharibəyə start vermiş və bunu “Harmageddon savaşının başlanması” adlandırmışdır. Bu, heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir.

Artıq qeyd etdiyimiz kimi, “Harmageddon savaşı” düşüncəsinin qaynağı İncildir. Mövzu ilə bağlı müjdələr isə daha çox Əhdi-Cədidə daxil olan “Vəhy” kitabında yer almaqdadır. Həmin kitabın XIX fəslinin 11-12, 16 və 19-cu bəndlərində söylənilənlər də eyni müjdələr sırasındadır:

“Sonra mən açılmış göyü gördüm və budur: bir ağ at. Atın belində oturan Sadiq və Həqiqi adlanır. O, ədalətlə hökm edir və döyüşür. Onun gözləri alov saçır, başında çoxlu tac var. Onun üzərində özündən başqa heç kimə məlum olmayan bir ad yazılıb” (11-12).

“Onun libasının üstündə, budu örtən yerdə «padşahlar Padşahı və ağalar Ağası» adı yazılmışdır” (16).

“Mən gördüm ki, vəhşi heyvan və dünya padşahları ilə qoşunları atın belində oturanla və onun qoşunları ilə vuruşmaq üçün bir yerə toplaşıb” (19).

İncilin şərhçiləri buradakı “padşahlar Padşahı və ağalar Ağası”nın Həzrət İsa (ə), “vəhşi heyvan”ın isə Antixrist (Dəccal) olduğu fikrindədirlər və bu məsələdə onlar arasında heç bir fikir ayrılığı yoxdur.

Əhdi-Cədidin “Vəhylər” kitabının XI fəslinin 18-ci bəndində söylənilənlər isə şərhçilər tərəfindən Harmageddonda İsa (ə) ilə İblis arasında savaş olacağı və bu savaş sonunda İblisin 1000 illiyinə zəncirə vurulacağı və dünyada 1000 il sülh və əmin-amanlıq olacağı kimi şərh edilməkdədir:

“Lakin xalqlar qəzəbləndi, Sənin də qəzəbin coşdu və ölüləri mühakimə etmək, qulun peyğəmbərləri, müqəddəsləri, adından qorxanları, kiçikləri və böyükləri mükafatlandırmaq, yeri tələf edənləri tələf etməyin vaxtı gəldi”.

Harmageddonla bağlı müjdələrin Əhdi-Ətiqdə də yer aldığı hesab edilir. Xristianlar Hizqiyal peyğəmbərin (ə) kitabının XXXVI və XXXIX fəsillərində yazılanları Harmageddon savaşı ilə bağlayırlar. XXXVIII fəslin məzmunu belədir:

“Yenə mənə Yehovanın sözü nazil oldu: «Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca, Roş, Məşəq və Tubalın baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Roş, Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm, səni dəbdəbə ilə geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla - ordunla, süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm. Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put,   həmçinin Qomerlə ordusu, ucqar şimaldan Toqarma evi və bütün ordusu - çoxlu-çoxlu xalqlar səninlədir. Haydı, hazır olun! Sən də, səninlə toplaşan bütün ordular da. Onlara sən başçılıq edəcəksən. Xeyli vaxt keçəndən sonra çağırılacaqsan.

Page 80: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Uzun illər sonra xalqların içindən toplanan, qılıncdan qurtularaq çoxdandır xaraba qalmış İsrail dağlarında məskunlaşan, digər xalqların arasından çıxarılıb dinclik içində yaşayan insanların torpağına soxulacaqsan. Sən, bütün ordun və səninlə birgə çoxlu xalqlar tufantək onların üstünə gələcəksiniz, ölkəni bulud kimi örtəcəksiniz”.  

Külli-İxtiyar Yehova belə deyir: “O gün sənin ağlına bəzi fikirlər gələcək, pis niyyətə düşəcəksən. Deyəcəksən: “Müdafiəsiz kəndləri olan ölkəyə həmlə edəcəyəm. Dinc yaşayan, qorxu-hürkü bilməyən, divarları, darvazaları, cəftələri olmayan kəndlərdə yaşayanların üstünə gələcəyəm”. 

Sən çoxlu qənimət, talan malı qazanmaq eşqinə düşəcəksən. Bir zamanlar viran qalmış, sonradan məskunlaşmış yerlərə hücum edəcəksən, xalqların içindən toplanmış, indi var-dövlət, mal-mülk yığan, dünyanın mərkəzində yaşayan xalqın üstünə qoşun çəkəcəksən.  Səba ilə Didan, Tarşiş tacirləri ilə döyüşçüləri sənə söyləyəcəklər: “Çoxlu qənimət, talan malı yığmağa gedirsən? Ordunu səfərbər etmisən ki, qızıl-gümüş götürəsən, var-dövlət, mal-mülk aparasan, çoxlu qənimət ələ keçirəsən?”  

Buna görə, ey bəni-adəm, Yəcuca söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “O gün başa düşəcəksən ki, xalqım İsrail əmin-amanlıqda yaşayır. Sən öz yerindən, uzaq şimaldan gələcəksən, yanında da çoxlu xalqlardan atlara süvar olmuş qoşun-ləşkər, böyük bir izdiham. Ölkəni bürüyən buludlar kimi, xalqım İsrailin üstünə hücum çəkəcəksən. Zamanın sonunda səni, ey Yəcuc, öz ölkəmə qarşı qaldıracağam ki, xalqların gözü önündə müqəddəsliyimi sənin vasitənlə göstərim, qoy hamısı Məni tanısın”. Külli-İxtiyar Yehova belə deyir: “Qədim günlərdə qullarım İsrail peyğəmbərlərinin dililə haqqında danışdığım kəs sən deyilsənmi? O peyğəmbərlər səni onların üstünə gətirəcəyim barədə illər uzunu peyğəmbərlik ediblər”. 

“Həmin gün, Yəcuc İsrail torpağına soxulan gün Mən qəzəbdən alışıb-yanacağam, - Külli-İxtiyar Yehova bəyan edir, -  Qeyzimlə, alovlu qəzəbimlə danışacağam. O gün İsrail torpağında güclü zəlzələ olacaq.  Dəryadakı balıqlar, göydəki quşlar, meşədəki heyvanlar, yerdə sürünən canlılar, cümlə cahan önümdə zağ-zağ əsəcək, dağlar kökündən qopacaq, qayalar parçalanacaq, divarlar yerə çökəcək”.  

“Bütün dağlarımda Yəcucun üstünə getməyə qılınc çağıracağam, - Külli-İxtiyar Yehova bəyan edir, - Hər kəs öz qardaşının üstünə qılınc çəkəcək. Onu mühakimə edəcəyəm. Canına azar salıb, üstünə ölüm göndərib onu cəzalandıracağam. Onun da, qoşunlarının da, onunla olan xalqların da üzərinə leysan, dolu, alov, kükürd yağdıracağam. Xalqların qarşısında Özümü ucaldacağam, müqəddəsliyimi göstərəcəyəm, Özümü tanıdacağam. Onda biləcəklər ki, Mən Yehovayam””.

39-cu fəsildə isə belə davam edilir:“Ey bəni-adəm, peyğəmbərlik edib Yəcuca söylə ki, Külli-İxtiyar Yehova

deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam, uzaq şimaldan çıxarıb İsrail dağlarına aparacağam. Sol əlindən kamanı, sağ əlindən oxları vurub salacağam. Sən də,

Page 81: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

qoşunların da, səninlə olan xalqlar da İsrail dağlarında məhv olacaqsınız. Səni hər cür yırtıcı quşa, vəhşi heyvana yem edəcəyəm”.

“Sən çöldə məhv olacaqsan, çünki bunu Mən dedim”, - bəyan edir Külli-İxtiyar Yehova, - “Məcucun və adalarda əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. O zaman biləcəklər ki, Mən Yehovayam. Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, daha qoymayacağam, adıma ləkə vursunlar. Xalqlar biləcəklər ki, Mən Yehovayam, İsraildə Müqəddəs Allaham”.

“Bəli, peyğəmbərlik yerinə yetməlidir, yetəcək də, - deyir Külli-İxtiyar Yehova, - Mən bu gün haqqında xəbər vermişəm.  İsrail şəhərlərinin sakinləri çıxıb silahlarla od qalayacaqlar, böyük və kiçik qalxanları, ox-kamanları, toppuzları və nizələri oda atacaqlar. Onlarla yeddi il od qalayacaqlar. Çöldən çırpı yığmaq, meşədən odun gətirmək lazım gəlməyəcək, çünki silahlarla od qalayacaqlar”.

“Onları qarət edənləri qarət, talan edənləri talan edəcəklər”, - bəyan edir Külli-İxtiyar Yehova.  

“O gün Yəcuca İsraildə, dənizin şərq tərəfindən keçənlərin dərəsində dəfn yeri verəcəyəm, o yer yolçuların yolunu kəsəcək. Orada Yəcuc və onunla olan izdiham basdırılacaq. O yer Həmun-Yəcuc dərəsi adlanacaq. İsrail evi yeddi ay ərzində onları basdırıb ölkəni təmizləyəcək. Bütün ölkə əhli onları dəfn etməklə məşğul olacaq və bununla ad-san qazanacaq. O gün Mən Özümü şərəfləndirəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir.  

“Camaata ölkəni sərasər dolaşmaq, ölkəni təmizləmək üçün ortalıqda qalan cəsədləri dəfn etmək tapşırılacaq. Axtarışlar yeddi ay davam edəcək. Ölkəni dolaşanlar insan sümüyü gördükləri yerdə nişan qoyacaqlar. Sonra qəbirqazanlar onları Həmun-Yəcuc dərəsində basdıracaqlar. Orada həmçinin Həmunah adlı şəhər olacaq. Beləcə, camaat ölkəni təmizləyəcək”. 

Sənə isə, ey bəni-adəm, Külli-İxtiyar Yehova belə deyir: “Hər cür quşa, vəhşi heyvana söylə: “Toplaşıb gəlin. Sizin üçün hazırladığım qurbanın, İsrail dağlarındakı böyük qurbanın ətrafına toplaşın. Siz ət yeyib qan içəcəksiniz. İgidlərin ətini yeyib, dünya rəhbərlərinin qanından içəcəksiniz. Onların hamısı Başanın bəslənmiş heyvanları - qoç, qoyun, keçi, öküzdürlər. Sizin üçün hazırladığım qurbanın piyindən doyunca yeyib, qanından sərxoş olanadək içəcəksiniz”. 

Külli-İxtiyar Yehova bəyan edir: “Siz atların, arabaçıların, igidlərin və döyüşçülərin ətini yeyib süfrəmdə doyacaqsınız”. 

“Mən xalqlar arasında izzətimi göstərəcəyəm. Onlar hökmümün icrasını və qolumun gücünü görəcəklər. O gündən İsrail evi biləcək ki, Mən onların Allahı Yehovayam. Onda xalqlar biləcək ki, İsrail evi öz günahına görə sürgünə aparıldı, çünki Mənə bivəfa çıxmışdılar. Buna görə də Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncdan keçirildi. Murdarlıqlarına və asiliklərinə görə onlara cəza verdim. Onlardan üz döndərdim”.  

Külli-İxtiyar Yehova deyir: “Mən Yaqubun əsir düşmüş balalarını geri qaytaracağam, bütün İsrail evinə rəhm edəcəyəm, adımın müqəddəsliyini

Page 82: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

qoruyacağam. Vəfasızlıqlarına görə alçaldıqdan sonra öz yurd-yuvalarında dinc yaşayacaqlar, onları qorxudub-hürküdən olmayacaq. Onları səpələndikləri digər xalqlar arasından geri qaytaranda, düşmən ölkələrindən toplayanda Özümü onların arasında ucaldacağam, xalqlar da buna şahid olacaq”. 

“Onları xalqlar arasına sürgün edib, sonra hamısını bir nəfər kimi yurd-yuvasına qaytaranda biləcəklər ki, Mən onların Allahı Yehovayam. Bir də onlardan üz döndərməyəcəyəm, çünki İsrail evinin üzərinə ruhumu tökəcəyəm”, - Külli-İxtiyar Yehova bəyan edir”.

Belə hesab edilir ki, Həzrət İsanın (ə) ikinci zühuru sözügedən savaş sırasında baş verəcək. İsa Məsihin (ə) başçılığı ilə İblisə və onun təmsilçisi Antixristə (Dəccala) qarşı baş verməsi gözlənilən bu savaş İsrailin şimalında yerləşən Karmel (əski Megiddo) dağının ətəyində mövcud olmuş qədim Megiddo (bugünkü Karmel) şəhərində və ətrafında baş verəcək.

Qüdsü İsrailin bölünməz paytaxtına çevirə və Beytül-Məqdisin yenidən qura bilmək üçün buna qarşı olan müsəlmanların müqavimətini qırmaq və onları daha da zəiflətmək həm Ümumdünya yəhudi dövləti qurmaq hədəfini güdən Rotşildlərin, həm də Ümumdünya xristian dövləti qurmaq planını həyata keçirməkdə olan Rokfellerlərin qarşısında duran ən vacib şərtlərindən biridir. Bu məsələdə onlar arasında fikir ayrılığı yoxdur. Odur ki, ABŞ-ın ortaya atdığı Böyük Orta Şərq planı hər ikisinin mənafeyinə tam uyğun idi.

Böyük Orta Şərq planı (Greater Middle East) və ya da tam adıyla “Genişləndirilmiş Orta Şərq və Şimali Afrika Bölgəsi ilə Müştərək bir Gələcək və İrəliləmə üçün Ortaqlıq (Partnership for Progress and a Common Future with the Region of the Broader Middle East and North Africa)” layihəsi XXI əsrin ilk on ilində İslam dünyasını, ilk növbədə də İraq, Suriya, İran, Türkiyə, Əfqanıstan və Pakistanı əhatə etməkdəydi və Corc Buş administrasiyası tərəfındən işlənib hazırlanmışdı. Bu planın sonrakı hədəfləri arasındaa Güney Qafqaz və Orta Asiya ölkələr də yer almaqda idi.

Plan 2004-cü ildə G8 zirvəsinə təqdim edilmək üçün hazırlanmışdı. Planın əsas hədəflərindən biri müsəlman dövlətlərini parçalamaq, ABŞ-ın keşmiş dövlət katibi Kondaliza Raysın da ifadə etdiyi kimi, “22 dövlətin sərhədlərini dəyişmək” idi. I Dünya savaşından sonra əski Osmanlı dövlətini parçalayaraq onun yerində çox sayda kiçik dövlət və dövlətcik yaradan, başlarına özləri tərəfindən idarə edilən diktatorlar qoyan Qərb imperializmi bu dövlət və dövlətciklərdən bəzilərinin əldə edə bildikləri müəyyən iqtisadi və hərbi gücü də yox etmək qərarına gəlmişdi. Bunun üçün mövcud siyasi-inzibati sərhədlərin dəyişdirilməsi, yeni konflikt ocaqlarının yaradılması və müsəlmanların bir-biri ilə savaşaraq güclərini tükətməsi öngörülürdü.

Bir çoxları bu planın ortaya çıxmasını 2011-ci ilin 11 sentyabr tarixində “Əl-Qaidə”nin Nyu-Yorkdakı əkiz qüllələrə düzənlədiyi hücumla bağlamaqdadırlar ki, bu da məsələnin kökünü və əsil səbəblərini bilməməkdən qaynaqlanır. Məsələnin kökündə isə İsrailin keçmiş baş naziri Şimon Peresin 1993-cü ildə dərc etdirdiyi “Yeni Yaxın Şərq” kitabında önə sürülən ideyalar durmaqdadır. O bu kitabda İsrail və ABŞ-ın aparıcı iqtisadçı və alimlərinin çoxillik tədqiqatlarının nəticələrini

Page 83: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

ümumiləşdirmişdir. Lakin onun kitabında yeniləşdirilməsi nəzərdə tutlan bölgə Livandan başlanır və şərq istiqamətində uzanırdı. Böyük Orta Şərq planı bu bazis üzərində qurulsa da, Afrikanın şimal-qərbindən Hindistan sərhədlərinə qədər uzanan daha geniş bir ərazini əhatə etməkdəydi.

İkinci hədəf isə sionistlərin “Ərzi-Məvud” (Vəd edilmiş torpaqlar) idealının gerçəkləşə bilməsi üçün zəmin hazırlamaq idi. Bu xəyalın həyata keçə bilməsi üçün də müsəlman ölkələrinin müqavimətinin zəiflədilməsinə, onların hərbi potensialının yox edilməsinə ehtiyac var idi.

IX FƏSİL

Sionistlərin “Ərzi-Məvud” planı

Çoxları İsrail bayrağında yer alan altı guşəli Davud (ə) ulduzunun nə anlama gəldiyini bilsə də, bu ulduzu yuxarıdan və aşağıdan əhtə edən iki mavi xəttin hansı anlama gəldiyini bilməz. Bilənlər isə bu iki mavi xəttlərdən birinin Nil çayını, digərinin isə Fərat çayını ifadə etdiyindən xəbərdardırlar. Nədən sözügedən iki çay İsrail bayrağında, simvolik də olsa, təsvir edilmişdir. Cavab sadədir. Yəhudilər Allahın onlara vəd etdiyinə inandıqları “Ərzi-Məvud”un (Vəd edilmiş torpaqlar) bu iki çay arasında yerləşdiyinə, yəni Nillə Fərat çayları arasındakı geniş əraziləri əhatə etdiyinə inanırlar və bu inanış da Əhdi-Ətiq və Əhdi-Cədiddən qaynaqlanmaqdadır.

İbrânîcədə “Eretz İsrael” (İsrail diyarı) deyilən bu bölgə Əhdi-Ətîqdə “Kənan diyarı” (Yaradılış, XI, 31; XVII, 18; Çıxış, VI, 4), “Diyar” (Qanunların təkrarı, XXVI, 15; Əşiya, LVII, 13), “Qürbət diyarı” (Yaradılış, XVIII, 8), “Məmləkət” (Yaradılış, XXVI, 2-3) deyə də zikr edilməkdədir. II Məbəd (Süleyman (ə) məbədi) dönəmindən etibarən isə “Ərzı-Məvud” kimi adlandırılmış olub, Əhdi-Cədiddə də bu adla keçməkdədir (İbranîlərə Məktub, XI, 9).

Əhdi-Ətîqdə sözügedən məkan ayrıca “Yaxşı və geniş diyar” (Çıxış, III, 8), “Süd və bal axan diyar” (Çıxış, III,8; Levililər, XX, 24; Qanunların təkrarı, XI, 9; Ərəmya, XI, 5; XXXII, 22; Hizqiyal, XX, 6, 15), “Bütün məmləkətlərin bəzəyi olan diyar” (Hizqiyal, XX, 6, 15) deyə tərif edilmişdir.

Kitab-i Müqəddə əsasən, Həzrət İbrahimə (ə) verilən vəddə, “Misir çayından böyük çaya, Fərat çayına qədər olan bölgə” (Yaradılış, XV, 8), Həzrət Musa (ə) və

Page 84: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Yeşuya (ə) edilən vəddə, “Ayaq dabanınızın basacağı hər yer sizin olacaq” deyilmişdir (Yaradılış, XI, 24; Yeşu, I, 3).

Ərzi-Məvudun sınırları Əhdi-Ətîqdə daha dəqiq verilməkdədir. Saylar kitabının XXXIV fəslinin 3-5 – ci bəndlərində onun cənub sınırları belə təsvir edilir:

“Cənub sərhədiniz Sin səhrasından başlayıb Ədum boyunca uzanacaq. Şərq tərəfdə isə cənub sərhədiniz Şor dənizin qurtaracağından başlayacaq, sonra istiqamətini dəyişib Əqrəb yoxuşunun cənubundan keçərək Sinə doğru uzanacaq. Onun ucqar nöqtəsi Qədis-Barninin cənubu olacaq. Oradan Hazar-Addara, sonra isə Əzmuna istiqamət alacaq. Əzmunda Misir vadisinə tərəf dönəcək. Sərhədin qurtaracağı dəniz olacaq”.

Buradakı Sin çölü Kadeşin şimal-şərqində yer almaqda və Ərzi-Məvudun güney sınırını təşkil etməkdədir. Şor (Duz) dənizi bugünkü Ölü dənizidir. Əqrəb yoxuşu Ölü dənizinin cənubunda, bugünkü Nakb əs-Səfa, Hatsar-Addar Qədis (Kadeş)-Barneanın şimal-qərbindəki Vadil-Qudeyrat, Əzmun (Atsmon) da Vadil-Qudeyratın qərbindəki yerdir. Misir vadisi isə, Gazzənin cənub-qərbindən Ağ dənizə (Aralıq dənizinə) açılan Vadil-Arişdir.

Ərzı-Mevudun qərb sınırı “Saylar” kitabının eyni fəslinin 6-cı bəndində təsvir edilib:

“Böyük dəniz və onun sahili olacaqdır”. “Gərb dənizi” də adlandırılan (Qanunların təkrarı, XI, 24) bu dəniz Ağ dəniz,

yəni Aralıq dənizidir. Şimal sınırı: “Böyük dənizdən Hor dağına qədər özünüzə işarə qoyacaqsınız. Hor

dağından Hamata giriləcək yerə qədər işarə qoyacaqsınız və sınırın uçları Sedadda olacaq və sınır Zifrona çıxacaq və onun ucları Hatsar-Enanda olacaqdır” (Saylar, XXXIV, 7-9).

Ərzi-Məvudun şimal sınırı Əhdi-Ətiqin diğər yerlərində Livan kimi göstərilməkdədir (Qanunların təkrarı, XI, 24; Yeşu, I, 4). Bəzi şərhçilər sözügedən Hor dağının Güney Anadoludakı Toros dağlarının olduğunu iddia etsə də, əksəriyyət bu fikirdədir ki, burada söhbət Livan dağından (Cəbəlil-Lübnan) gedir. Fakt budur ki, Əhdi-Ətiqin heç bir yerində Ərzi-Məvudun quzey sınırı Livan bölgəsini aşmamaqdadır.

Şərq sınırı: “Və şərq sınırınız üçün Hatsar-Enandan Şefama qədər işarə qoyacaqsınız

və sınır Şefamdan Ainin şərq tərəfində Riblaya enəcək və şərqə doğru Kinneret dənizinin sahilinə toxunacaqdır və sınır Erdenə enəcək və ucları Duz (Şor) dənizi yanında olacaqdır” (Sayılar, XXXIV, 10-12).

Kinneret dənizi Tabəriyə gölüdür. Əhdi-Ətîqdə doğu sınırı “böyük çay, Fərat çayı” kimi də göstərildiyi halda (Yaradılış, XV, 18; Qanunların təkrarı, XI, 24; Yeşu, I, 4), “Saylar” kitabının XXXIV fəslinin 10-12 - ci bəndlərində Rəbb Yehova tərəfindən Həzrət Musaya (ə) cızılan şərq sınırı Tabəriyə və Lut göllərinin şərq tərəfindəki bölgəylə sınırlı qalmaqdadır. Şərq sınırının Fərata qədər uzadılması ideal ölçülərə görədir və yəhudi tarixində heç vaxt gerçək olmamışdır. İsrail tarixinin ən parlaq dövrü Həzrət Süleyman (ə) dövrü olmasına, Həzrət

Page 85: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Süleymanın (ə) “Çaydan Fələstinlilər ölkəsinə və Misir sınırına qədər bütün ölkələr üzərində hökm sürdüyü”nün (I Padşahlar, IV, 21) bildirilməsinə rəğmən, şahlığın şərq sınırı əsla Fərata çatmamışdır.

Ərzi-Məvud ilk öncə Həzrət İbrahimə (ə) və onun zürriyətinə vəd edilmişdir (Yaradılış, XIII, 14-17).

“Qərib kimi yaşadığın torpağı - bütün Kənan diyarını əbədilik sənə və gələcək övladlarına verəcəyəm. Mən onların Allahı olacağam” (Yaradılış, XVII, 8).

Ancaq Bibliya, yəni Kitabi-Müqəddəs ənənəsi daha sonra İbrahimin (ə) oğullarından İsmaili (ərəblərin ulu babası) görməzdən gələrək, vədin sadəcə İshaq və onun zürriyətinə (yəhudilərə) aid olduğunu bildirməkdədir (Yaradılış, XXI, 12). Həzrət İbrahimdən sonra eyni vəd İshaqa və onun zürriyətinə (Yaradılış, XXVI, 2-3), Həzrət Yaquba (ə) və zürriyətinə (Yaradılış, XXVIII, 4, 13; ILVIII, 4), Həzrət Yusifə (ə) (Yaradılış, L, 24), Həzrət Musaya (ə) (Çıxış, III, 8, XVII; VI, 4, 8; XXXII, 13; XXXIII, 1; Saylar, XXXIV, 1-12; Qanunların təkrarı, XI, 24-25) və Yeşuya (ə) (Yeşu, I, 2-4) verilmişdir.

Ərzı-Məvud Həzrət İbrahim (ə), Həzrət İshaq (ə), Həzrət Yaqub və Həzrət Musaya və onların zürriyətlərinə əbədi mülk və miras kimi verilmişdir (Yaradılış, XVII, 8; XXVIII, 4, 13; ILVIII, 4; Çıxış, VI, 8), ancaq bu heç bir şərtə bağlı olmayan, mütləq bir vəd deyildir. Ərzi-Məvuda sahib olmanın, oranı əbədî mülk və miras olaraq almanın şərtlərı Rəbb Yehova ilə İsrailoğulları arasında fərqli zamanlarda bağlanan əhdlərlə təsbit edilmişdir. İsrailoğulları bu əhdlərə riayət etmələri şərtiylə vədin yerinə yetirilməsinə haqq qazanacaq, əks təqdirdə bundan məhrum qalacaqlardı.

Ərzi-Məvudla bağlı ilk əhd Rəbb Yehova ilə Həzrət İbrahim (ə) arasında bağlanmışdır:

“Həmin gün Yehova İbrahimlə əhd bağlayıb dedi: «Misir çayından tutmuş böyük çaya, Fərat çayına qədər olan bu torpağı sənin övladlarına verəcəyəm. Qənilərin, qənazilərin, qədmunilərin, hetlərin, fərizilərin, rəfaların, amorilərin, kənanilərin, girqaşilərin, yəbusilərin torpağı sənin nəslinə məxsus olacaq»” (Yaradılış, XV, 18-21).

Bu əhd ilə Tanrı Həzrət İbrahimin (ə) soyunu artıqlamasıyla çoxaldacaqdır; o, millətlərin atası olacaqdır. Onun soyundan şahlar çıxacaqdır. Onun gürbət diyarını, bütün Kənan diyarını ona və ondan sonra da zürriyətinə əbədî mülk olaraq verəcəkdir. Bu vədin qarşılığı olaraq Həzrət İbrahim (ə) və onun zürriyəti, Tanrı kimi sadəcə Onu tanıyacaq və hər oğlan uşağı sünnət olacaqdır. Bu əhd əbədîdir (Yaradılış, I, 14).

Həzrət İshaq (ə) və Həzrət Yaqub ilə də bir əhd bağlanmışdır (Çıxış, VI, 4). Rəbb Həzrət İshaqa (ə) vədini bu şəkildə bildirməkdədir:

“Misirə getmə, sənə söyləyəcəyim məmləkətdə otur, bu diyarda müsafir ol, səninlə olacağam, səni mübarək qılacağam, çünki bütün bu məmləkətləri sənə və zürriyətinə verəcəyəm və atan İbrahimə verdiyim andı gücləndirəcəyəm və sənin zürriyətini göylərin ulduzları kimi çoxaldacağam, zürriyətinə bütün bu məmləkətləri verəcəyəm, yerin bütün millətləri sənin zürriyətində mübarək

Page 86: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

qılınacaqlar, çünki İbrahim sözümü dinlədi və tənbehlərimə, əmirlərimə, qanunlarıma və şəriətlərimə əməl etdi” (Yaradılış, XXVI, 2-5).

Bu sitatdan göründüyü kimi, bu halda vədin yerinə yetirilməsi, Allahın əmirlərinə, qanun və şəriətinə əməl edilməsi ilə əlaqəlidir.

Yehova Həzrət Yaquba (ə) belə deyir: “Atan İbrahimin Allahı, İshaqın Allahı Rəbb mənəm. Üzərində yatmaqta olduğun diyarı sənə və sənin zürriyətinə verəcəyəm, sənin zürriyətin yerin tozu kimi olacaq, gərbə, şərqə, şimala və cənuba yayılacaqsan, yerin bütün qəbilələri səndə və sənin zürriyətində mübarək qılınacaklar” (Yaradılış, XXVIII, 13-14).

Həzrət Musa ilə də bir əhd bağlanmışdır: “Bunun üçün İsrailoğullarına söylə. Mən Rəbbəm. Sizi Misirlilərin yükləri

altından çıxaracağam..., sizi özüm üçün bir qövm olaraq alacağam və sizə Allah olacağam... və İbrahimə, İshaqa Yaquba vermək üçün əmin etdiyim diyara sizi gətirəcəyəm və onu sizə miras kimi verəcəyəm” (Çıxış, VI, 2-8).

Rəbb Yehova ilə İsrailoğulları arasında Həzrət Musanın (ə) vasitəsiylə bağlanan əhdin şərtləri isə Rəbbin Həzrət Musaya (ə) verdiyi şəriətin (Tövrat) hökmləridir (Çıxış, XIX, 24). İsrailoğulları Tövratda bildirilən hökmlərə riayət etdikləri müddətcə Rəbb Yehova onları özü üçün bir qövm olaraq alacaq və onların Allahı olacaqdır (Çıxış, VI, 7; Levililer, XXVI, 12).

“Əğər gerçəkdən sözümü dinleyəcək və əhdimi tutacaqsanız, mənə bütün qövmlərdən xas qövm olacaqsınız, çünki bütün dünya mənimdir və siz mənə kahinlər mələkutu və müqəddəs millət olacaqsınız” (Çıxış, XIX, 5-6).

Əhdi-Ətiqin bir çox yerində Ərzi-Mevudda əməl edilməsi zəruri olan qaydalar təfsilatı ilə qeyd edilmişdir (Çıxış, XIII, 5-16; XIX, 24, 33-34; Saylar, 15; Qanunların təkrarı, V, 8; XI, 22-25; XII, 1; XXVI, 19; Yeşu, I, 6-8; Ərəmya, I, 1-7). Əhdin şərtlərinə əməl edilmədiyi, Rəbbin əmirləri yerinə yetirilmədiyi, Onun qanunları rədd edildiyi (Levililər, XXVI, 14-15), şəriətlə bağlı əmirlərə əməl edilmədiyi təqdirdə isə başlarına hər cür fəlakət gələcək. Rəbb Yehova onlara nifrət edib, onlara qarşı əsəb ilə yürüyəcək (Levililer, XXVI, 14-33; Qanunların təkrarı, XXVIII, 58-68), onlar mülk əldə etmək üçün girdikləri diyardan qovullacaqlardır (Qanunların təkrarı, XXVIII, 63).

Fakt budur ki, İsrailoğulları tarixləri boyunca heç bir zaman “Rəbb Yehova ilə bağlanan əhdə” sadiq qalmamışlar. Əhdi-Ətîq də onların əhdi pozmalarını ısrarla vurgulamaqdadır (Qanunların təkrarı, XXIX, 25; XXXI, 16, 20; Yeşu, VII, 11; I Padşahlar, XIX, 10; II Salnamələr, XII, 1; Ezra, XIX, 10; Məzmur, CIX, 53; Əşiya, XXIV, 5; Ərəmya, IX, 13; XXII, 9; Hizqiyall, XLIV, 7). Məlum olduğu kimi, Həzrət Musa (ə) zamanında yapılan əhd İsrailoğullarının altın buzova sitayiş etmələri ilə pozulmuş (Çıxış, 32), daha sonra Ərzi-Məvudun əbədiyən veriləcəyi təkrar bildirilərək (Çıxış, XXXII, 13) əhd yenilənmişdir (Çıxış, 33-34). Çöldə ahd təkrar xatırladılaraq Ərzi-Məvuda daxil olduqda yerinə yetirilməli olan qydalar bildirilmiş (Levililər, XXV, LV, 26-46), fəqət İsrailoğulları hər dəfə əhdi unudub, “Rəbb Yehovaya” üsyan etmişlər. Rəbbin əmri ilə Həzrət Musa hər qəbilədən bir nəfər təmsilçini Ərzi-Məvud haqqında məlumat toplamaq üçün Kənan diyarına göndərmiş, qırx gün sonra dönən qrup, iki nəfər xariç, oraya getmənin təhlükəli olduğunu bildirmişlər və təkrar Misirə dönmək arzularını dilə gətirmişlər. Belə

Page 87: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

olan halda, “Rəbb Yehova” onları mirasdan məhrum edəcəyini bildirmiş və oranı onlara qırx il haram etmişdir (Saylar, XIV, 33-34).

İsrailoğullarına belə bir vədin verilməsi, onların salehliyinə və ürəklərinin doğruluğuna görə deyil, oradakı millətlərin pisliyindən və Rəbbin İbrahimə (ə), İshaqa (ə) və Yaquba (ə) and verdiyi sözü sabit qılması səbəbindəndir (Qanunların təkrarı, IX, 4-5). İsrailoğulları Misirdən çıxdıqları gündən bəri Rəbbə asi olmuşlardır (Qanunların təkrarı, IX, 7). öküz öz sahibini, eşşək də ağasını tanıdığı halda İsrail Rəbbini tanımamaqdadır (Əşiya, I, 2-3) İsrailoğulları suçlu bir millətdir, haqsızlığı özünə adət etmiş qövmdür, pislik edənlərin nəslidir. Rabbdən üz döndərmişlər (Əşiya, I, 4), əhdi pozmuşlar (Qanunların təkrarı, XXXI, 16, 20; Ərəmya, XI, 10), başqa ilahların ardınca getmişlər (Ərəmya, XI, 10). Rəbb Yehovanın xoşgörüsünə rəğmən hər dəfəsində əhdi pozduqları üçün Rəbb onları məhv etmək istəmiş, fəqət bu niyyətindən dönmüş, onlara rəhm etmişdir. Onlar o qədər çox üsyan etmişler ki, onları cəzalandırmaq istəyən, fəqət rəhm edən Yehova, rəhm edə-edə yorulmuşdur (Ərəmya, XV, 6).

Əhdə riayət etməyən Ərzi-Məvuddan məhrum qalacaq və lənətlənəcəkdir (Ərəmmya, 11:3). Orada əbədî qala bilmək üçün əhdə riayət etməklə yanaşı, başqa şərtlər də irəli sürülmüşdür:

“Yollarınızı və işlərinizi islah edin, sizi bu yerdə oturdum. Yollarınızı və işlərinizi yaxşıca islah edərsizsə, bir adamla konşusu arasında tam ədalət edərsinizsə, qəribi, yetimi və dul qadını incitməsinizsə, bu yerdə suçsuz qanı tökməsəniz, öz ziyanınıza olaraq başqa ilahların ardınca yürüməsəniz o zaman bu yerdə, əzəldən əbədə qədər atalarınıza vermiş olduğum diyarda sizi oturdaram” (Ərəmya, 7:1-7).

“Çünkü məmləkətdə doğru adamlar oturacaqlar və kamillər orada qalacaqlar. Fəqət pis adamlar məmləkətdən atılacaqlar və xainlər oradan qovulacaqlar” (Süleymanın Məsəlləri, 2:21-22).

Bu mövzuya Qurani-Kərimdə də xeyli yer ayrılmışdır. Məsələn, Ən-Ənbiya surəsinin 71-ci ayəsində Ərzi-Məvuddan Allahın bərəkət verdiyi yer kimi bəhs edilir:

“Biz onu da (İbrahimi də), Lutu da (zalımlardan) xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik”.

Əl-Maidə surəsinin 21-ci ayəsindən isə həmin ərazi “müqəddəs torpaq” kimi vəsf edilir və Həzrət Musanın (ə) öz qövmünə, yəni yəhudilərə belə söylədiyi məlum olur:

“Ey qövmüm! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və arxa çevirməyin ki, ziyana uğrayaraq dönməyəsiniz”.

Növbəti 22-26 – cı ayələrdə deyilənlərdən isə belə aydın olur ki, yəhudilər həmin əraziyə daxil olmaq istəməmişlər:

“Onlar dedilər: “Ey Musa! Orada, həqiqətən də, nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.

Allahdan qorxanlardan, Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə (şəhər) qapısından daxil olun. Əgər siz ora daxil olsanız, əlbəttə, qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”

Page 88: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Onlar dedilər: “Ey Musa! Nə qədər ki onlar oradadırlar, biz ora heç vaxt girməyəcəyik. Odur ki, sən və sənin Rəbbin gedin, (onlarla) vuruşun. Biz isə burada oturacağıq”.

O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”

(Allah) dedi: “Artıq ora (o müqəddəs yer) onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa üçün heyfsilənmə””.

Əl-Qasas surəsinin 5-6 – cı ayələrində bildirilir ki, Misirdə zəif vəziyyətdə olan İsrailoğullarının Allah tərəfindən “o yerdə” hakim olması istənmişdir:

“Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək, yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək”.

Əl-Əraf surəsinin 137-ci ayəsində İsrailoğullarına öncədən verilən sözün gerçəkləşdirildiyi və səbr etdiklərinə görə, xor görülüb əzilən bu millətin “xeyir-bərəkət verilən” topraqlara varis qılındığı ifadə edilmişdir:

“(Musa ilə olan) zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik. Səbr etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik”.

Qurani-Kərimdə “Ərzi-Müqəddəsə”, “bərəkətli ərz” kimi ifadələrlə yad edilən və İsrailoğulları üçü yaradıldığı bildirilən bu yerin hara olduğu açıq şəkildə bildirilməmişdir.

Yəhudilər Ərzi-Məvuddan uzaqlaşdırıldıqdan sonra (b.e. 70) daim oranın xəyalıyla yaşamışlar, zaman-zaman ortaya çıxan saxta “məsihlər” də oraya qovuşmaq idealını körükləmişlər. Bu “məsih”lərdən bəzilərı “Ərzi-Məvud”u öncə Fələstin, sonra da bütün yer üzü şəklində yorumlamışlar. Sionizm hərakatının ortaya çıxış səbəbi də Ərzi-Məvud idealının gerçəkləşdirilməsi arzusudur.

Vəd öncəliklə Həzrət İbrahimə (ə) verildiyinə görə, bu vəd bir haqq doğurursa, İbrahimin (ə) kiçik oğlu İshaq soyundan olan yəhudilər qədər onun böyük oğlu İsmailin nəslindən olan ərəblərin də o topraqlarda ən azı bir o qədər haqqı olmalıdır və vardır. Diğər tərəfdən vədin gerçəkləşməsi bir sıra şərtlərın yerinə yetirilməsinə bağlanmışdır. Bunların başında Allaha itaət gəlməkdədir. Bu xüsus Əl-Maidə surəsinin 12-ci ayəsində belə ifadə edilmişdir:

“Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və (kasıblara könüllü yardım etməklə) Allaha gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, (bilsin ki,) artıq o, doğru yoldan azmışdır””.

Fakt isə budur ki, İsrailoğulları Allahın əmrlərinə boyun əyməmiş, əhdləri yerinə yetirməmiş, hətta Allahın elçilerini öldürüb fəsad çıxarmışlar:

“Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən,

Page 89: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və (bəzi) peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi” (Əl-Bəqərə surəsi, 61-ci ayə).

“Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu (buna) inanmır” (Əl-Bəqərə surəsi, 100-cü ayə).

“Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, pey-ğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).

Onlar (həm də )küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətə düçar edildilər)...”  (Ən-Nisa surəsi, 155-157 – ci ayələr).

“(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir” (Əl-Maidə surəsi, 13-cü ayə).

Bütün bunlardan başqa, Quranda “Ərzi-Məvud”a və ümumilikdə bütün dünyaya bəlli bir irqin mənsublarının deyil, saleh qulların varis qılınacağı və bu ilahi hökmün bütün müqəddəs kitabların hökmü olduğu bildirilmişdir. Bu barədə Əl-Ənbiya surəsinin 105-ci ayəsində belə buyrulmaqdadır:

“Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar”.

Eyni hökm Həzrət Davudun (ə) yəhudilərin müqəddəs kitabları içərisində yer alan “Zəbur”unda da söylənməkdədir. Məsələn, sözügedən kitabın XXXVII fəslinin 29-cu bəndində deyilir:

“Salehlər yerə sahib olacaq,Orada əbədi yaşayacaqlar”.Eyni kitabın LXIX fəslinin 32-36 – cı bəndlərində isə belə deyilir:“Həlimlər bunu görüb sevinəcək.Ey Allahı axtaranlar, qoy ürəyiniz dirçəlsin.  Çünki Yehova fağırları eşidir,Əsirlikdə olan xalqını unutmaz.Qoy göy və yer,Dənizlər və içindəki məxluqlar Ona alqış etsin. Allah Sionu xilas edəcək,

Page 90: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Yəhuda şəhərlərini təzədən tikəcək,Onlar orada yaşayacaq, o torpağa sahib olacaqlar. Qullarının övladları oranı miras alacaq,Adını sevənlər orada yaşayacaq”.Sionizm ideyasının və Ərzi-Məvuda qayıdış idealının doğmasında və

yəhudilərin ideoloji-siyasi hədəfi halına gəlməsində sonuncu sitatda söylənilənlərin də önəmli yeri və rolu vardır.

X FƏSİL

Farsların “Şiə hilalı”, Mehdi (ə) inancı və Sasani imperatorluğunun bərpası planı

Farsların tarixən son dərəcə qürur duyduqları üç böyük dövlətləri olub. Bunlardan birincisi e.ə. VI əsrin ortalarından b.e. 330-cu ilinədək sürən, Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən imperatorluq idi. Dövlətin əsasını Əhəmənilər (Haxamanişilər) sülaləsi qoymuşdu. II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses və III Dara bu sülalənin nümayəndələri kimi tarixə düşmüşlər. Sülaləyə və dövlətə Makedoniyalı İskəndərin  son qoyduğu bilinməkdədir.

Tarixdən məlum olan 2-ci fars dövləti Sasanilər sülaləsinin qurduğu böyük imperatorluqdur ki, sözügedən dövlət 226-cı ildən 651-ci ilə qədər mövcud olmuş, çağdaş İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Güney Azərbaycan ərazilərini əhatə etmişdir.

Sülalənin və dövlətin əsasını 226-cı ildə bugünkü İranın cənubunda yerləşən Pars (Fars) vilayətinin başçısı,  Sasan nəslindən olan Ərdəşir Papakan qoymuşdu. O 224-cü ildə Parfiya-Türk imperatoru V Artabanı məğlubiyyətə uğratmış, beləcə,

Page 91: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Türk mənşəli Arşaklar sülaləsinin hakimiyyətinə son qoyaraq, sözügedən sülalənin hakimiyyəti altında olan bütün torpaqlara hakim olmuş, 226-cı ildə özünü Mədain şəhərində şahənşah elan etmişdi.

Əhəməni dövləti kimi bu dövlətin də dövlət dini zərdüştilik idi.400 ildən artıq mövcud olan Sasanilər dövlətinə İslam Xilafətinin, yəni

müsəlmanların son qoyduğu bilinməkdədir. 642-ci ilin yayında Həmədanla İsfahan arasında yerləşən Nəhavənd şəhəri yaxınlığında müsəlmanlarla 3 gün davam edən misli görünməmiş qanlı döyüş müsəlmanların qələbəsi ilə sona çatdı. Bu döyüş İslam tarixinə "zəfərlər zəfəri" kimi düşdü. Bu döyüşdən sonra müsəlmanlar imperiyanın bütün torpaqlarını ələ keçirməyi bacardılar. Xəlifə Ömər ibn Xəttab (r) fars şahı III Yəzdigərdin müqavimət göstərmək üçün yenidən qoşun toplamasının qarşısını almaq üçün ərəb ordusuna ölkənin müxtəlif əyalətlərinə yürüşlər təşkil eməyi tapşırdı.

Tezliklə İsfahan da müsəlmanların əlinə keçdi. III Yəzdigərd qaçıır, onu təqib etməyə çalışan İslam ordusu onun şəhərləri bir-bir fəth edirdi. 642-644-cü illərdə İsfahan, Təbəristan, Fars, Kirman, Sistan və Xorasan əyalətlərinin fəthi ilə farsların vaxtilə işğal etdiyi bütün torpaqlar fəth edildi.

Farsların xəlifə Ömərə (r) olan nifrətləri məhz buradan qaynaqlanır. Bu nifrət o qədər böyükdür ki, farslar bu nifrətlərini İslam Xilafətinə qarşı müxalif təlim kimi mənimsəmiş olduqları şiəlik təliminin tərkib hissəsinə çevirməkdən belə çəkinməmişlər. Həmin dövrdən şiəlik farslar arasında geniş yayılmağa başlamış və farslar onu İslam Xilafətinə qarşı ideoloji-siyasi mübarizə alətinə çevirmişlər.

Həzrət Hüseynə (r) olan böyük sevgi və 12 imam konsepsiyasının inkişafında da farsların rolu az olmamışdır. Səbəb isə o idi ki, Həzrət Hüseyn (r) fars-Sasanilər sülaləsindən olan şahzadə Şəhərbanu ilə ailə həyatı qurmuşdu. Bu fakt farslara damarlarında Həzrət Hüseynlə yanaşı Şəhrəbanunun, yəni fars Sasani şahlarının qanını daşıyan nəslin nümayəndələrini imam elan edərək müqəddəsləşdirməyə sövq etmişdir. Həmin nəslə olan münasibətlərinin, daşıdıqları fars-Sasani qanından qaynaqlandığını gizlətmək üçün bu nəslin Həzrət Fatimə (r) vasitəsilə Həzrət Peyğəmbərə (ə) uzandığı üçün xüsusi üstünlüyə sahib olduğu barədə xüsusi

Page 92: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

konsepsiya işləyib hazırlamışlar. Bu konsepsiyaya görə, Həzrət Əli (r) birinci, onun böyük oğlu Həzrət Həsən (r) ikinci, Həzrət Hüseyn isə üçüncü imam elan edilmişdir. Sonrakı imamlar isə qanlarında Şəhrəbanunun qanını daşıyan nəslin nümayəndələri, yəni Həzrət Hüseynin (r) övladları elan edilmiş, onların hakimiyyətə gətirilməsinə çalışılmışdır. Buna nail olunmayınca, onların 12-cisi kimi qələmə verilən Mehdi, Sahibəzzaman (ə) elan edilmiş, qeybə çəkildiyi bildirilmişdir. Həzrət Əli (r), Həzrət Fatimə (r), Həzrət Həsən (r) və Həzrət Hüseyn (r) Peyğəmbərin (s) Əhli-Beytinin (ev əhlinin) digər nümayəndələrindən ayrılaraq fərqli statusa qaldırılmışdır.

Qeyd edək ki, iki sözün birləşməsindən yaranan, ərəbcədəki “Əhl əl-Beyt” ifadəsinin farslaşdırılmış forması olan “Əhli-Beyt” kəlməsi ərəb dilində geniş mənada “ev əhli”, “ailə üzvləri” mənasını verməkdədir. Dar mənada, yəni, sırf dini termin kimi isə sadəcə sevimli Peyğəmbərimizin (s) ev əhlini, yəni, ailə üzvlərini əhatə etməkdədir. Kəlmə dövrümüzədək yetişmiş hədislərdə, eləcə də Qurani-Kərimdə məhz bu anlamda işlənmişdir. Sözügedən sözbirləşməsinə münasibətdə, daha doğrusu, kəlmənin kimlərə aid olması məsələsində özlərini “Əhli-Beyt aşiqləri” adlandıran şiələrlə əhli-sünnə arsında əsaslı fikir ayrılıqları mövcuddur.

Şiələr bu məsələdə aşağıdakı hədisə üstünlük verir və düşüncələrində bilavasitə ona əsaslanırlar. "Səhihi-Müslim"də yer alan və Peyğəmbərin (s) zövcəsi Aişənin dilindən nəql olunan hədisin məzmunu belədir:

"Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi. Sonra Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Həzrət Fatimə gəldi,  Peyğəmbər onu da əbasının altına aldı. Daha sonra Əli  gəldi, Peyğəmbər onu da əbasının altına aldı. Sonra Peyğəmbər (s) "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" ayəsini oxudu”. 

Sözügedən hədisi Şeybənin qızı Səfiyyə də Həzrət Ayişənin dilindən bir qədər başqa formada nəql edib:

“Bir gün Peyğəmbər (s) əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Həsən  o həzrətin  yanına gəldi. Peyğəmbər (s) onu əbasının altına çəkdi. Sonra Hüseyn , daha sonra Fatimə , ondan sonra da Əli  gəldi. Peyğəmbər (s) hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi... "Ey əhli-beyt! Allah  sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". 

Şiələr bu hədisi əldə rəhbər tutaraq, bildirirlər ki, buradan aydın olduğuna görə, Peyğəmbərin Əhli-Beyti, yəni ev əhli, başqa sözlə, ailəsi Həzrət Əli (r), Həzərt Fatimə (r), Həzrət Həsən (r) və Həzrət Hüseyndir (r).

Haqlıdırlarmı?Əlbəttə ki, haqlıdırlar. Qızı Fatimənin, əmisi oğlu və kürəkəni Həzrət Əlinin

(r), nəvələri Həsən və Hüseynin sevimli Peyğəmbərimizin (s) ev əhli, yəni ailə üzvləri olduğuna kim şübhə edər ki?

Bu məsələdə sünnilərlə şiələr arasında heç bir fikir ayrılığı yoxdur və ola da bilməz. Fikir ayrılığı başqa şeydədir. Şiələr iddia edirlər ki, «Əhli-Beyt» anlayışı yalnız və yalnız adı çəkilən dörd nəfərə aiddir və Peyğəmbərimizin (s) digər qızları

Page 93: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

və həyat yoldaşları Əhli-Beytdən deyillər. Yəni onlar Peyğəbmərin (s) ev əhli, yəni ailə üzvləri deyillər…

Burada bir məntiq varmı? O zaman sual ortaya çıxır: Bəs, kimin ev əhli və ailə üzvləri idilər?

Diqqətlə fikir verin, Peyğəmbər (s) evdən çıxır, çöldə öncə Həsən, sonra, Hüseyn, ondan sonra Fatimə, daha sonrasa Əli ona yaxınlaşırlar. Və Həzrət Məhəmməd (s) bu şəxslərin onun ailə üzvləri olduğunu bildirir və onlara Qurandan ayə oxuyur. Şübhəsiz ki, həmin an ona evdə qalan digər qızları və ya zövcələri də yaxınlaşsaydılar, eyni şeyi edərdi. Sadəcə həmin an yanında ailə üzvlərindən sadəcə dördü vardı və o onları xüsusi olaraq çağırmamışdı. Onlar özləri ona yaxınlaşmışdılar.

Təsəvvür edin ki, sizin üç oğlunuz var. Onlardan ikisi evdə dərs oxumaqla məşğuldurlar. Biri boş olduğu üçün onu sizə kömək etməsi məqsədilə özünüzlə bazara aparırsınız. Yolda ona deyirsiniz ki, sənin oxuyub adam olmanı istəyirəm. Bu o deməkdirmi ki, o biri oğlanlarınızın oxuyub adam olmasını istəmirsiniz?

Bir qədər getdikdən sonra qarşınıza köhnə tanışınız çıxır və yanınızdakı oğlanın kim olduğunu soruşur. Siz də «oğlumdur» deyə cavab verirsiniz. Bu halda sizin cavabınız şübhəsiz ki, onun sizin yeganə oğlunuz olduğu və evdə qalan iki oğlanın oğlunuz olmadığı anlamına gəlməz…

Şiələrdən fərqli olaraq, əhli-sünnə «Əhli-Beyt» kəlməsinin təkcə Həzrət Fatimə, Həzrət Əli (r), Həsrət Həsən və Həzrət Hüseynə deyil, eyni zamanda Peyğəmbərin (s) digər qızlarına və zövcələrinə də aid olduğunu bildirirlər və tamamilə haqlıdırlar. Haqlı olduqlarını aşağıdakı hədis də təsdiq edir.

Belə ki, Buxari Ənəs bin Malikə istinadən Peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə Peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra Peyğəmbərin (s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və onların da eynən Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur.

Lakin şiələr bu hədisi saxta hədis hesab edirlər. Əhli-sünnə isə birinci hədisi qəbul etdiyi kimi, ikinci hədisi də qəbul edir. Və etməkdə də haqlıdırlar. Onların haqlı olduqlarını “Əl-Əhzab” surəsinin bir-birinin məntiqi davamı olan 30, 31, 32 və 33-cü ayələri təsdiq edir:

“Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır.

Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır!

Sizlərdən hər kim Allaha və Onun Elçisinə itaət edib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün bol ruzi hazırlamışıq.

Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat (başqa qadınların mükafatlarından iki dəfə artıq) verərik. Biz onun üçün (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi hazırlamışıq.

Page 94: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın.

Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)

Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Ey ev əhli (Əhli-Beyt)! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir”.

Şiələr sünnilərdən, yəni əhli-sünnədən fərqli olaraq, bu ayələri birlikdə götürmür, 33-cü ayəni digərlərindən ayrı götürməyi lazım bilirlər. Bununla da kifayətlənməyib, sözügedən ayənin əvvəlindəki sırf qadınlara aid olan «açıq-saçıq gəzməyin» cümləsini də gözardı edir və sadəcə «Ey ev əhli (Əhli-Beyt)! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir» cümləsini əsas götürür və bu ayəni də parçalayırlar.

Beləliklə, eyni məzmunlu hədisləri bir-birindən ayırmaqla müsəlmanları bir-birindən ayırmağa, yəni müsəlmanlar arasında təfriqə salmağa çalışan İranın fars-şiə rejiminin molla və ayətullahları istədikləri mənanı əldə etmək üçün Quran ayələrini parçalamaqdan da çəkinmirlər. Belə etməklə dinimizi də öz imperialist məqsədlərinə çatmaq üçün parçalayırlar. Dinimizi parçalayanlar isə mütləq cəzalandırılacaqlar və Allah-təala bu barədə uca kitabımızda belə buyurub:

“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin şiə (firqə-firqə)  olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (6,159).

Bu faktlar sübut edir ki, farslar Əhli-Beyt aşiqi yox, Əhli-Beytin düşmənidirlər. Düşməni olmalarının ən gözəl sübutu da Əhli-Beytin ən şərəfli üzvlərindən biri olan Həzrət Ayişəni söymələri və aşağılamalarıdır. Halbuki, Allah Qurani-Kərimin “Əl-Əhzab” surəsinin 6-cı ayəsində buyurur ki, Peyğəmbərin (s) zövcələri möminlərin anasıdır.

Şübhəsiz ki, möminlərin anasına şər və böhtan yaxan, onu təhqir edənlər nə mömindirlər, nə də müsəlman.

Şiəlikdə Mehdi (ə) inancının özünəməxsus xüsusi bir yeri var və Həzrət Mehdi (ə) şiə inancının ayrılmaz tərkib hissəsidir. Fəqət şiələrin bu mövzuya baxışı sünnilərinkindən bir çox parametrlərinə görə fərqlənir və daha çox mifoloji çalarlar daşıyır.

Qeyd edək ki, şiəliyin dini-ideoloji baxışlarının təməlini təşkil edən hədislər, o cümlədən Həzrət Mehdi (ə) ilə bağlı hədislər əsasən “Biharül-Ənvar” adlı kitabda toplanmışdır və bu kitab şiələrin ən çox etimad gödtərdikləri kitabdır. XVIII əsrdə ərəb dilində qələmə alınmış bu kitabın müəllifi Əllamə Məhəmməd Baqir Məclisidir.

Page 95: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Biharül-Ənvar” şiə hədis elmində ən böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. Şiələrin fikrincə, onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır. Bu əsəri Əllamə Məclisi 36 il ərzində bir çox şiə alim və şagirdlərinin həmkarlığı ilə tamamlamışdır. Kitab yeni çapda 110 cild, 2327 bab və təxminən 40000 səhifədən ibarətdir.

Şiələrin iman etdikləri və müqəddəs saydıqları hədislərin bir qismi də “Ən-Nəcm əs-Səqib”, “Sürur-i Əhlil-İman” və “Tarix mə Badə əz-Zühur” adlı kitablarda yer almaqdadır. Bu sıraya Ət-Tusinin “Əl-Ğeybə”sini və Ən-Nomanın “Əl-Ğeybə”sini də əlavə etmək lazımdır.

“Biharül-Ənvar”da Həzrət Mehdinin (ə) adı Mehdi Mühəmməd ibn Həsəndir. Yəni o, şiələrin 11-ci imamı Həsən əl-Əskərinin oğlu Məhəmməddir. O, Peyğəmbərin (s) nəvəsi Həzrət Hüseynin (r) nəslindəndir.

Sünni hədislərində isə Həzrət Mehdinin adı Mühəmməd ibn Abdullahdır, yəni Abdullah oğlu Mühəmməddir. Və o, Həzrət Hüseynin (r) deyil, Həzrət Həsənin (r) nəslindən olacaqdır.

Qeyd edək ki, Səduqun “Kəmal əd-Din” (s. 44), eləcə də “Dəlailül-Əimmə” (s. 224) və “Ğaribul-hədis fi Biharül-Ənvar” (52/67) kimi bəzi tarixi mənbələrdə şiələrin 11-ci imamının qardaşı Cəfər ibn Əli əl-Hədinin qardaşı Həsən əl-Əskəri barədə söylədiyi aşağıdakı sözlər yer almaqdadır:

“Mən Cəfər ibn Əli əl-Hədiyəm. Şiə əhlinin etiqad etdiyi 10-cu imam Əli əl-Hədinin oğlu, 11-ci imam hesab etdikləri Həsən əl-Əskərinin qardaşı və varlığını iddia etdikləri, olmayan və doğulmayan “Mehdi”nin “əmisi”yəm.

Doğma qardaşım Həsən əl-Əskərinin övladı olmadığını dediyimə görə şiələr məni yalançılıqda ittiham edərək, mənə “Əl-Kəzzəb” (yalançı) ləqəbini verdilər, Əhli-Beytdən olan Peyğəmbər (s) nəvəsini Cəfər əl-Kəzzəb deyə çağırdılar. Məni şərab içməkdə və daha bir çox fasiqliklərdə ittiham etdilər. Tək “günahım” isə doğma qardaşım Həsən əl-Əskərinin sonsuz olduğunu deməyim oldu.

Başa düşmürəm, öz doğmaca qardaşımın halını və evimizin içini mən yaxşı bilirəm, yoxsa Kufə avaralarımı?

Daha sonra da qardaşım Həsənə bir oğul nisbət edərək, onu məcburi də olsa, şəxsiyyəti belə bilinməyən “anasının” budundan doğuzdurdular”.

Bu sözləri əldə əsas tutan sünnilər Mehdinin (ə) Həzərət Hüseynin (r) deyil, Həzrət Həsənin (r) soyundan olacağının sübutu kimi qəbul edirlər. Təbii ki, şiələr də bu sözlərin uydurma olduğunu söyləyirlər.

Beləliklə, şiələrin fikrincə, Həzrət Mehdi 12 əsrdir ki, dünyaya gəlib, qeybə çəkilib və vaxtı gələndə zühur edəcək. O, hicrətin ya 254, ya 255, ya 256, ya 257, ya da 258-ci ilində dünyaya gəlmişdir (Biharül-Ənvar, 2/51).

Sünnilər isə onun hələ doğulmadığını, əgər doğulubsa da, kim olduğunun məlum olmadığını, Qiyamətə yaxın bir zamanda dünyaya gəlməli olduğunu söyləyirlər.

Şiələrin təqribən 1200 il əvvəl doğulduğuna inandıqları Mehdinin (ə) doğumu, onların fikrincə, qeyri-təbii olmuşdur (Biharül-Ənvar, 26/51), anası ona qarnında deyil, böyründə hamilə qalıb və o, anasının budundan doğulmuşdur (Biharül-

Page 96: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Ənvar, 51/26). Üstəlik də anasının ona hamilə qalması ilə doğması eyni anda baş verib (Ən-Nəcm əs-Səqib,s. 144). Anasının kimliyi isə məlum deyil (Ən-Nəcm əs-Səqib, s. 135).

Əhli-sünnənin Qiyamətə yaxın bir zamanda doğulmalı olduğuna inandığı Mehdi (ə) isə, başqa insanlarda olduğu kimi, təbii yolla və adi qaydada doğulacaq. Yəni anası onu 9 ay qarnında gəzdirdikdən sonra doğacaqdır.

Şiələrin inancına görə, Mehdi (ə) doğuşunun 7-ci günündə Nuhun (ə), İdrisin (ə), Salehin (ə) səhifələrini, Davudun (ə), Musanın (ə) və İsanın (ə) kitablarını və Quranı oxumuşdur (Biharül-Ənvar, 51/27). Doğumunun 40-cı gününsə isə artıq gəzirdi (Biharül-Ənvar, 51/20). Onun uşaqlığı mağarada keçib (Biharül-Ənvar, 51/24).

Əhli-sünnənin inancında bunlar yoxdur və sünnilər Mehdinin (ə) uşaqlığının digər uşaqlar kimi keçəcəyinə, ata-anasının himayəsində yaşayacağına etiqad edirlər.

Şiələrə görə, Mehdinin (ə) 182 adı var (Ən-Nəcm əs-Səqib, s. 266). Onu öz adı ilə çağırmaq olmaz, kim onu öz adı ilə çağırarsa, lənətlənər (Biharül-Ənvar, 51/33).

Əhli-sünnənin fikrincə isə, onun bir adı var, bu ad Mühəmməd və ya onun sinonimi olan Əhməddir və onu öz adı ilə çağırmağın heç bir qəbahəti yoxdur.

Şiələrin fikrincə, Mehdini (ə) gözləyənlərin qazandığı savab Uhud və Bədr döyüşlərində iştirak edənlərin qazandığı savabdan artıqdır (Biharül-Ənvar, 51/128). Mehdinin (ə) möcüzələri vardır (Biharül-Ənvar, 53/202-312). O, zühur edəndə “əsil” Quranla gələcək, əldə olan Quran isə tam deyil, naqisdir (Ən-Nomaəni “Əl-Ğeybə”, s. 200). Mehdi (ə) Quranın bəzi surələrini dəyişib, yeni bir şəriət gətirəcəkdir (Ən-Nəcm əs-Səqib, s. 293).

Sünnilər bu iddaları uydurma, dünyanın ən kamil kitabı olan Qurana hörmətsizlik və küfr hesab edirlər.

Şiələrin inancına görə, Mehdi (ə) Həzrət Mühəmmədin (s) deyil, Həzrət Davudun (ə) şəriəti ilə hökm edəcəkdir (Ən-Nomaəni “Əl-Ğeybə”, s. 329).

Sünnilər isə hesab edirlər ki, Həzrət Mühəmmədin (s) şəriəti Qiyamətə qədər keçərlidir və bunun əksini söyləmək küfrdür. Mehdi (ə) heç bir yeni şəriət gətirməyəcək, Rəsulullahın (s) şəriətinə tabe olacaq, onunla hökm verəcəkdir.

Şiələrin fikrincə, Mehdi (ə) zühur edəndə ona tabe olanlar İsrailoğulları, yəni yəhudilər olacaq (Biharül-Ənvar, 52/346). O, zühur edəndə ərəbləri öldürəcək, Əbu-Bəkri (r), Öməri (r) və Aişəni (r) dirildib qəbrlərindən çıxaracaq, Həzrət Əbu-Bəkrlə (r) Həzrət Öməri (r) çarmıxa çəkəcək, möminlərin anası Həzrət Aişəni (r) isə şallaqlayacaqdır (Biharül-Ənvar, 52/349; 22/240; 14/53).

Sünnilərin əqidəsinə görə isə, Mehdinin (ə) ardınca gedənlər müsəlmanlar olacaqlar. Onun ərəblərlərlə heç bir düşmənçiliyi olmayacaq, çünki özü də ərəb olacaqdır. Bu hədis farslar tərəfindən ərəblərdən Sasani imperiyasının qisasını almaq məqsədilə uydurulub. Həm ərəblər, həm də Həzrət Əbu-Bəkr (r), Həzrət Ömər (r) və Həzrət Aişə (r) barədə söylənilənlər yəhudi fitnəsindən başqa bir şey deyildir.

Page 97: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Şiə hədislərində deyilənlərə görə, Mehdi (ə) məscidləri, o cümlədən Peyğəmbər (s) məscidini dağıdacaqdır. O, çox əsəbi və qəzəbli olacaqdır (Biharül-Ənvar, 52/315, 338).

Sünni hədislərinə görə isə, Mehdi (ə) məscidləri təmir etdirəcək, insanlara qarşı mehriban və şəfqətli olacaqdır.

Şiələrin inancına görə, Mehdi (ə) kişiləri öldürəcək, qadınların qarınlarını yaracaq, uşaqları nizələrə keçirəcəkdir (Biharül-Ənvar, 52/348; Sururu əhlil-iman, 105). Çoxlu qətllər törədəcək, heç bir səbəb olmadan çoxlu qanlar axıdacaqdır (Tarix mə Badə əz-Zühur, s. 397, 472).

Sünnilərin təsəvvürlərinə görə isə, Mehdi (ə) ədalətli və rəhmli olacaq, haqsız yerə qan tökməyəcəkdir.

Şiələrin fikrincə, Mehdi (ə) zühur edəndə ona ilk biət edən quş cildinə girmiş Həzrət Cəbrail (ə) olacaq. O, Mehdinin (ə) əlindən öpəcək (Biharül-Ənvar, 52/286). Mehdinin (ə) hakimiyyəti 309 il sürəcək (Ət-Tusi “Əl-Ğeybə”, s. 474).

Bu təsəvvür də əhli-sünnənin təsəvvürləri ilə ziddiyyət təşkil edir.Şiələrə görə, Mehdinin (ə) hakimiyyəti 309 il (Ət-Tusi “Əl-Ğeybə”, s. 474),

sünnilərə görə isə 7 və ya 9 il sürəcək.Şiə hədislərində deyilənlərə görə, Mehdinin (ə) ardınca gedənlərin içərisində

mələklər (Biharül-Ənvar, 52/326) və ölülər də olacaq. Sonuncular Mehdinin (ə) ordusuna qatılmaq və ya qəbirdə qalmaq arasında seçim edəcəklər (Biharül-Ənvar, 53/92-93). Mehdiyə (ə) tabe olan adamlar gündüz vaxtı buludların üstündə gəzəcəklər (Tarix mə Badə əz-Zühur, s. 271).

Əhli sünnənin inandığı hədislərdə bu kimi hallara rast gəlinmir və bu hədislərdə Mehdinin (ə) ardınca istisnasız olaraq adamlar, özü də həyatda olan adamlar gedəcəklər. Buludlarda deyil, hamı kimi yerdə gəzəcəklər.

Farsların başqa bir idealı da artıq reallaşdırmış olduqları “İran” idealıdır. Bu idealın kökləri zərdüştiliyin dini kitabı “Avesta”ya qədər uzansa da, onun gerçək müəllifi böyük fars şairi Firdovsidir. Firdovsinin “Şahnamə”si ilə birlikdə hər bir farsın qəlbinə və zehninə hakim kəsilmiş bu ideya üçüncü fars dövlətinin – bugünkü İran dövlətinin tarix səhnəsinə çıxmasında önəmli rol oynamışdır.

Farsların tarixən üçüncü dəfə öz dövlətlərinə sahib olması Pəhləvilər sülaləsinin adı ilə bağlıdır. Bu sülalə 1925-ci ildən 1979-cu ilə qədər İranda hakim olmuş, İslam inqilabı nəticəsində ləğv olunmuşdur. Xanədan 1925-ci ildə Rza şah Pəhləvi tərəfindən qurulmuşdur. O, 1925-ci ildə ingilis və rusların Türk-Qacar sülaləsinin hakimiyyətinə son qoymasına qədər rus kazaklarının tərkibində fəaliyyət göstərən fars briqadasının generalı idi. O, ingilis və ruslar tərəfindən hakimiyyətə gətirilən Pəhləvi sülaləsindən İranın ilk, oğlu Məhəmməd Rza şah Pəhləvi isə son şahı oldular.

Pəhləvilər hakimiyyətə gələndən 10 il sonra 1000 ilə yaxın bir dövrdə ürəklərində yaşatdıqları “İran dövləti”ni qurmaq arzusunu yerinə yetirə bildilər. Belə ki, 1935-ci ildə Rza şah xarici nümayəndələrdən başında durduğu dövləti “İran” adlandırmağı, rəsmi yazışmalarda “İran” adından istifadə etmələrini və dövlətin rəsmi adının “Keşvər-e Şahənşahi-ye İran” kimi qəbul olunmasını tələb etdi.

Page 98: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

1978-ci ildən etibarən artan ictimai narazılıq və xalq üsyanı ilə qarşı-qarşıya gələn Pəhləvilər 1979-cu ilin yanvarında sürgün olundular.

Özlərini Əhəmənilər dövlətinin davamçıları hesab edən Pəhləvilər fars milliyyətçiliyini rəsmi ideologiyalarına çevirmişdilər. Dövlətin daxili siyasətində bu ideologiya bütün sahələrə hakim idi.

1979-cu ildə Pəhləvilərin devrilməsi ilə nəticələn inqilab nəticəsində İranda Xomeyninin öndərliyində İslam Respublikası elan edildi və şiəlik dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bir müddət sonra isə Mehdinin (ə) zühuruna qədər onun adından qərar vermək, onun naibliyini etmək məqsədi ilə “Vilayəti-fəqih” institutu təsis edildi. Hazırda bu vəzifəni Ayətullah Xamneyi icra edir. Fars şiəliyinin mərkəzi rolunda çıxış edən Qum məktəbindən fərqli olaraq, dünya şiəliyinin mərkəzi olan Nəcəf məktəbinin nümayəndələri, ilk növbədə də İraq şiələrinin başçısı Ayətullah Sistani bunun doğru olmadığını, “Vilayəti-fəqih” institutunun İslama zidd olduğunu bəyan etməkdədirlər.

2001-ci ildə ABŞ-ın İraqa qarşı başladtdığı savaş və ardınca da 2010- cu ildə baş qaldıran “Ərəb baharından” sonra yaranmış münbit vəziyyətfən istifadə edən İran özünün “Şiə hilalaı” planının gerçəkləşdirməyə başladı.

“Şiə hilalı” planı da eynən sionist yəhudilərin Nildən Fərata qədər geniş ərazini ələ keçirməyi öngörən “Ərzi-Məvud” planı kimi dəqiq coğrafi sınırları məlum olan, həmin coğrafiyadan sünniləri təmizləməyi nəzərdə tutan, “azad edilən” ərazilərdə böyük şiə dövləti qurmağı və bu yolla İranın ərazisinin Sasanilər dövründəki sərhədlərə qədər böyüdülməsini, başqa sözlə, Sasanilər dövlətini bərpa etməyi hədəfləyən, fars şovinizmindən qidalanan mürtəce mahiyyətli imperialist bir layihədir.

İlk mərhələdə İrandan İraqa, İraqdan Suriyaya, oradan da Livana qədər uzanan bu layihənin müəllifləri əslində ABŞ və İsraildir, daha dəqiq desək, Rotşildlərdir. İslam dünyasını məzhəb savaşına sürükləmək və daxildən zəiflətmək üçün ustalıqla düşünülmüş bu şeytani planı ilk dəfə, nə qədər qəribə olsa da, 2004-cü ildə İordaniya kralı Abdullah dilə gətirmiş və həmin ildən də İran tərəfindən diqqətə alınmışdır.

Bu plan səsləndirilər-sələndirilməz, bütün dünyada, ilk növbədə də İslam dünyasında çox mənfi qarşılansa da, İran tərəfindən dərhal qəbul edildi və hazırda həm İraq və Suriyada, həm də Livan və Yəməndə həyata keçirilməkdədir. İranın bu planı gercəkləşdirə bilməsi üçün İraq və Suriyada ABŞ, Rusiya, İsrail və İran işğalçılarına, eləcə də onların əlaltılarıı rolunda çıxış edən PKK//YPG-yə qarşı İslam torpaqlarını müdafiə edən yerli müsəlmanlar (sünni ərəb və türkmənlər) və onlara kömək məqsədi ilə çeşidli müsəlman ölkə və bölgələrindən, əsasən də Çeçenistan, Dağıstan, Şərqi Türküstan və Orta Asiyadan, eləcə də çeşidli Avropa ölkələrindən gələn müsəlmanların hamısı “terrorçu” elan edildi, bununla da İranın sünni müsəlmanlara qarşı deyil, terrorçulara qarşı savaşdığı imici formalaşdırılmağa başladı.

“Şiə hilalı” layihəsi imperialist güclər tərəfindən, artıq qeyd edildiyi kimi, İslam dünyasını məzhəb savaşına soxmaq, bu yolla onun müqavimət gücünü zəiflətmək, beləcə, sionistlərin “Ərzi-Məvud” planını gerçəkləşdirə bilməsi üçün münbit şərait yaratmaqdır. Lakin bu, qarşıya qoyulan hədəflərdən sadəcə biridir.

Page 99: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

İkinci hədəf müsəlmanların Qüdsün İsrailin bölünməz paytaxtı elan edilməsinə və Beytül-Məqdisin bərpasına mane olmaq potensialını minimuma endirmək, üçüncüsü isə Maşiahın (Dəccalın) və İsa Məsihin (ə) gəlməsinin vacib şərtlərindən biri olan Harmageddon savaşını körükləməkdir.

XI FƏSİL

Əl-Qaidə və “Ümumdünya İslam dövləti” planı

Türkcə “Quruluş” anlamına gələn “Əl-Qaidə” ( القاعدة) adı ilə tanınan, bütün dünya miqyasında fəaliyyət göstərən, yaxşı təşkilatlanmış İslamçı  silahlı təşkilatın kökləri Əfqanıstanda müsəlmanların işğalçı rus-sovet qoşunlarına qarşı apardığı müqavimət hərəkatı dövrlərinə qədər uzanmaqdadır.  Qurum adını bütün dünyaya 11 sentyabr 2002-ci il tarixində Nyu-Yorkdakı əkiz qüllələrə gerçəkləşdirdiyi hücumdan sonra duyura bildirmişdir. İlk lideri ABŞ tərəfindən “1 №-li terrorist elan edilən Hüsamə ben Laden olmuş, onun öldürülməsindən sonra təşkilatın başına Əymən əz-Zəvahiri keçmişdir.

Əfqanıstanın Sovet İttifaqı tərəfindən işğalı və əfqan xalqının işğalçılara qarşı qəhrəmanlıq savaşı başlar-başlamaz, dünyanın bir çox yerindən, o cümlədən ərəb ölkələrindən Əfqanıstandakı müsəlmanlara yardımçı olmaq məqsədi ilə minlərlə müsəlman bu ölkəyə gəlmişdi. Eyni zamanda Pakistan və Səudiyyə Ərəbistanı əfqan mücahidlərinə silah və maliyyə dəstəyi verməyə başladı. Bundan başqa, SSRİ-nin beynəlxalq aləmdə bir nömrəli rəqibi olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) vasitəsilə mücahidlərə dəstəyin təşkil edilə bilinməsi üçün “Siklop Əməliyyatı” adlı bir proqram da hazırlanmışdı. 1979-1989 – illər arasında yürüdülən bu proqram çərçivəsində, Pakistanın xüsusi xidmət teşkilatı (İSİ) və Pakistan Silahlı qüvvələri tərəfindən mücahidlərə təlim, maliyyə və silah dəstəyi təmin edilirdi. 

Bənzər dəstək Səudiyyə Ərəbistanı tərəfindən də həyata keçirilməkdə. Səudiyyədən mücahidlərə göndərilən maliyyə və silah dəstəyinin çatdırılmasında əsas vasitəçiliyi Əfqanıstana gələn mücahidlərdən Abdullah Əzzəm və Hüsamə

Page 100: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

ben Laden edirdilər. Onlar bu məqsədlə “Məktəb əl-Xidəmat” (Xidmətlər Bürosu) adlı bir büro qurmuşdular. Abdullah Əzzəm büroya rəhbərlik edir, Hüsamə ben Laden isə daha çox maliyyə işləri ilə məşğul olurdu.

1986-cı ildə Abdullah Əzzəmlə arası dəyən Hüsəma ben Laden Əfqanıstanın Paktiya əyalətində “Əl-Masada” (Aslan Yuvası), adlı hərbi təlim düşərgəsi qurdu. 1988-ci ildə o, “Məktəb əl-Xidəmat”a olan dəstəyinə son verərək, oradan ayrıldı. 

14 aprel 1988-ci il tarixində BMT-nin təşəbbüsü ilə Cenevrədə  imzalanan Cenevrə sazişinin qərarına uyğun olaraq, işğalçı rus-sovet qoşunları mayın 15-dən etibarən Əfqanıstandan çıxmağa başladı. 

Rusiya üzərində möhtəşəm qələbəndən sonra mücahidlərin daha sonra nələr etməli olduğu məsələsi gündəmə gəldi. Belə olan halda, 1988-ci ilin 11 avqustunda Abdullah Əzzəmin çağrışı ilə Peşəvərdə böyük bir toplantı təşkil edildi  və həmin toplantıya Mühəmməd Arif, Seyyid İmam əl-Şərif, Əbu Übeydə əl-Bənşiri, Mühəmməd Loay Bəyazid, Məmduh Mahmud Salim və Vael Həmzə Əbdülfəttah ilə yanaşı, Hüsəma ben Laden də qatıldı. Toplantının mövzusu cihadın və mücahidlərin gələcəyi məsələsi idi, sovet hərbi qüvvələrinin məğlub olaraq ölkədən ayrılmasından sonra da cihada davam edilməsi qərarlaşdırıldı. Həmin toplantının sənədlərindən belə məlum olur ki, artıq həmin dövrdə Əl-Qaidə mövcud idi.

Əl-Qaidenin əski xəzinədarlarından Mədani əl-Tayyib bu təşkilatın 11 avqustdaki toplantıdan öncə də var olduğunu, Ben Laden tərəfindən 17 may tarixində özünün də iştirak etdiyi gizli bir toplantıda təsis edildiyini təsdiqləmişdir. Beləliklə, Əl-Qaidənin yarandığı tarix 17 may 1988-ci il tarixidir. 

Bu qurumun əsas hədəfi Allahın adını uca tutmaq, İslam dinini bütün dünyada müzəffər etmək kimi bəyan edilmiş, əsas düşmən qismində isə ABŞ və İsrail müəyyənləşdirilmişdi. Odur ki, Əl-Qaidənin guya ABŞ tərəfindən yaradıldığı və yönləndirildiyi barədə söylənilənlərin heç bir əsası yoxdur. Bu qurumun üzvləri Əfqanıstan savaşında iştirak etmiş, yüksək səviyyədə hərbi təlim görmüş insanlardan ibarət idi. Təşkilat mücahidlərin ən yaxşılarını seçir və öz sıralarına qatırdı.

Abdullah Əzzəmin 24 noyabr 1989-cu ildə Peşəvərdə, cümə namazına gedərkən arvadı və iki övladı ilə birlikdə rus KQB-si tərəfindən terror edilməsindən sonra “Məktəb əl-Xidəmat” tədricən dağıldı və onun üzvlərinin çoxu Əl-Qaidəyə qatıldı.

2 avqust 1990-ci ildə İraqın Küveyti işğal etməsindən sonra Hüsamə ben Laden Səudiyyə Ərəbistanına gəldi, burada kral Fəth və müdafiə naziri Sultan ilə görüşərək, yaranmış təhlükə qarşısında ABŞ-a müraciət etməyə ehtiyac olmadığını, Əl-Qaidənin Səudiyyəni ehtimali təhlükədən qorumaq gücündə olduğunu söylədi və öz xidmətini təklif etdi. Fəqət kral bu təklifi qəbul etmədi. Nəticədə Səudiyyənin dəvəti ilə ABŞ hərbi hissələri ölkəyə yerləşdirildi.

Müsəlman olmayan Amerikalıların Məkkə və Mədinənin yerləşdidiyi müqəddəs torpaqlara ayaq basmasına şiddətlə qarşı çıxan Hüsəma ben Laden kral Fəthin əmri ilə ev həbsinə məhkum edildi. Daha sonra bəzi işləri həll etmək üçün Pakistana getməli olduğunu söylədi və ev həbsindən azad edilərək, Pakistana

Page 101: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

getdi. 1991-ci ilin dekabrında ailəsinə məktub göndərərək bir daha Səudiyyəyə dönməyəcəyini yazdı.

Hüsəma ben Laden Səudiyyə Ərəbistanın böyük iş adamlarında biri idi. Milyonlarla ölçülən sərvəti vardı. O özünün iş tərəfdaşlarını da Əl-Qaidəyə cəlb etməyi və bu yolla təşkilata yetərincə maliyyə qaynağı yaratmağı bacarmışdı. Odur ki, təşkilatın heç bir maliyyə problemi yox idi. Ona yüzlərlə şirkətdən maliyyə axmaqda idi.

Sudanda Milli İslamçı Cəbhənin dəstəyi ilə hərbi çevrilişin gerçəkləşməsindən sonra Sudana gələn və ailəsi ilə birlikdə 1991-ci ilin iyun ayında ölkənin paytaxtı Xartuma yerləşən Hüsəma ben Laden buradan Əfqanıstandakı təlim düşərgələrində Əl-Qaidə üçün yeni-yeni mücahidlərin yetişdirilməsinə bilavasitə özü rəhbərlik edir, hər şeyi ciddi nəzarət altında saxlayırdı. Bu azmış kimi, o, ən etibarlı adamlarından Əbu Übeydə və Əbu Hafizi Sudana çağırtdıraraq burada da təlim kampları qurdu, adamlarını bütün ölkələrə yerləşdirməyə başladı. Onların vəzifəsi Əl-Qaidənin digər ölkələrdə də şöbələrini yaratmaq idi. Bu işdə ona Sudanın xüsusi xidmət təşkilatı da dəstək verməkdə idi. Beləcə, təşkilat genişlənir və güclənirdi. Əvəzində isə onun yerlərdəki özəkləri Sudan hökuməti üçün kəşfiyyat məlumatları toplayırdı.

Hüsəma ben Laden daha sonra Əbu Übeydə və Əbu Hafizi təşkilatın yerli özəyini qurmaq məqsədilə Somaliyə göndərdi. Bundan da sonra o, Eritreya İslami Cihad təşkilatı ilə əlaqə qurdu. Onlar üçün təlim düşəgələri qurmaq və maliyyə dəstəyi xəttlərini təşkil etmək məqsədilə Əbu Übeydə Efiopiyaya getdi. Özü isə 1992-ci ilin dekabrında Somaliyə gələrək, buradan Yəməndə ABŞ əskərlərinin yerləşdiyi “Gold Mohur Hotel” və “Ədən Mövenpick Hotel” adlı iki hotelə bombalı həmlə təşkil etdi. Fəqət artıq gec idi, Amerikalı əskərlər bu hotelləri tərk etmişdilər. Odur ki, həmlə hədəfinə çatmadı.

1990-cı illərin başında, Əl-Qaidənin Bosna-Hersekdə də yerli özəyi təsis edildi və bu özək1992-ci ilin martında baş verən Bosna-Hersek savaşında yaxından iştirak etdi, müxtəlif müsəlman ölkələrdən olan mücahidlərin Bosna müsəlmanlarına yardıma getməsini təşkil etdi və bunun, eləcə də Türkiyədən gələn hərbi və mali yardımlar sayəsində Bosna müsəlmanları ruslar tərəfindən dəstəklənən serb faşistlərinin hucumlarının qarşısını almağı və yerli müsəlmanların büsbütün məhv edilməsini önləməyi bacardılar.

1993-cü ilin 26 fevralında Əl-Qaidə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinə (əkiz qüllələrə) ilk bombalı hücumunu təşkil etdi. Bu həmlə içi partlayıcı maddələrlə dolu yük maşını vasitəsilə gerçəkləşdirildi. Bu hücumun məqsədi maşının daşıdığı partlayıcıyla Quzey Qülləsindən keçib, Güney Qülləsinə çatararaq, partlayış törətmək və qüllələrin hər ikisinin yıxılmasına nail olmaq və bu yolla on minlercə yəhudi bankir və iş adamının məhvini təşkil etmək idi. Lakin plan istənilən kimi baş tutmadı. Hücum sadəcə 6 nəfərin ölümü və 1.042 nəfərin də yaralanması ilə nəticələndi. 

Bu arada Somalidə vətəndaş müharibəsi gedirdi. Bundan istifadə edən Ben Laden ölkənin güneyində bir neçə təlim düşərgəsi qurudurdu və bu düşərgələrdə yetişdirilən mücahidlər müharibədə İslamçı qruplar tərəfində ən fəal şəkildə iştirak etməyə başladı. Ben Ladenin 1993-1994 - cü illərdə Somalidəki İslamçılara həm

Page 102: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

silah, həm döyüşçü, həm də maliyyə dəstəyi verdiyi bilinməkdədir. O da məlumdur ki, 3-4 oktyabr 1993-cü il tarixində ölkənin paytaxtı Moqadişuda baş verən savaş zamanı Somaliyə göndərilmiş BMT həbi hissələrinə hücum təşkil edənlər içərisində Əl-Qaidə üzvləri və Əl-Qaidə tərəfindən təlimə cəlb edilərək hazırlanmış döyüşçülər də yer almışdılar. 

Amerikalı analiklərin araşdırmalarına görə, 1994-cü ilin yanvarından etibarıyla Ben Laden Sudanda ən azı üç əskəri təlim düşərgəsi quraraq, fərqli ölkələrdən gələn üsyançılara təlim verməyə başlamışdı. O, 1995-ci ildə kral Fəhdə yazdığı açıq məktubda, Amerika qüvvələrinin Səudiyyə Ərəbistanını tərk etməyənə qədər çeşidli hücumlar gerçəkləşdirəcəyini bildirməkdəydi. Bu hədənin nəticəsi özünü çox gözlətmədi və 13 noyabr 1995-ci il tarixində Ər-Riyadda  bulunan, Amerika həbçilərinin nəzarətində olan “Səudiyyə Ərəbistanı Milli Mühafizləri” adlı təlim mərkəzinə bomba yüklü maşınlarla hücum  düzənlendi. 7 nəfərin hayatını itirdiyi hücumu gerçəkləşdirənlər arasında olduğu söylənilən dörd nəfər aprel 1995-ci ildə televizİyada yayınlanan etiraflarında Ben Ladendən təsirləndikdiklərini ifadə etdilər. Ben Laden isə verdiyi müsahibələrində bu aksiya ilə hər hansı bir əlaqəsinin olmadığını, ancaq baş verən hadisədən məmnuniyyət duyduğunu dilə gətirdi. 

1995-ci ilin 26 iyununda Efiopiyaya səfəri sırasında Misir diktatoru Hüsnü Mübarəkə sui-qəsd cəhdi oldu. Belə hesab edilir ki, bu sui-qəsdin arxasında Əl-Qaidə ilə eyni xətdə olan, onunla birlikdə fəaliyyət göstərən “İslam Camaatı”  ilə “Misir İslam Cihadı” təşkilatları durmaqda idi və bu aksiyanın təşkilatçısı Sudanın xüsusi xidmət təşkilatı idi. Bu hadisədən sonra ABŞ-ın təzyiqi ilə üzləşən Sudan Hüsəma ben Ladeni ölkədən xaric etməyə məcbur oldu. Belə olan halda Hüsəma ben Laden 1996-cı ilin mayında Sudanı tərk etmək və Əfqanistana döbmək məcburiyyətində qaldı. Burada o, Cəlalabad şəhrində məskunlaşdı.

Deyilənlərdən başqa, 1995-ci ilin yanvar ayında Filippinin paytaxtı Maniladadaki bir evdə çıxan yangından sonra başladılan istintaq zamanı “Bojinka planı” adlı bir plan üzə çıxdı. Əl-Qaidə ilə əlaqəli şəxslər tərəfindən tərtib edilmiş bu planda Papa II İohan Paula  sui-qəsd, Asiya ilə ABŞ arasında səfər edən on bir sərnişin təyyarəsinin partladılması və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Virciniya ştatındakı mərkəzinə təyyarə ilə hücum yer almaqda idi.

Həm “Səudiyyə Ərəbistanı Milli Mühafizləri” adlı təlim mərkəzinə bomba yüklü maşınlarla hücum, həm Hüsnü Mübarəkə təşkil edilən sui-qəsd cəhdi, həm də Filippindən əldə edildiyi deyilən plan barədə mətbuatda çox sayda məqalələr yazılıb-pozulsa da, onların Əl-Qaidə ilə bağlılığını sübut edən dəqiq faktlar ortaya qoyula bilmədi. Eyni sözləri 25 iyun 1996-cı il tarixində Səudiyyə Ərəbistanın Əl-Huber şəhərində ABŞ və digər koalisiya güçləri zabitlərinin məskunlaşdığı qonaq evi kompleksinə bomba yüklü maşınla düzənlənən və 19 Amerika hərbiçisinin ölümünə və 400 nəfərin yaralanmasına səbəb olan hücum barədə də söyləmək olar. Bu aksiyanı da kütləvi informasiya vasitələrində Əl-Qaidə ilə əlaqələndirməyə çalışdılar. Fəqət yenə də ortaya heç bir təkzibedilməz sübut qoyulmadı. 

Bununla belə, 1996-cı ilin 23 avqustunda Londonda ərəb dilində nəşr olunan “Əl-Qüds əl-Ərəbi” qəzetində Ben Ladenin adından bir bəyanat yayınlandı. Bu

Page 103: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

bəyanatda müsəlmanlara qarşı düşmən mövqeyi səbəbindən Səudiyyə Ərəbistanındakı ABŞ hərbi qüvvələrinə, eləcə də ümumilikdə ABŞ dövlətinə qarşı cihad elan edilməkdə, əsas hədəfin Amerika hərçilərini Ərəbistan yarımadasından çıxartmaq, Səudiyyənin ABŞ nökəri olan rəhbərliyini devirmək, İslamın müqəddəs məkanlarını xilas etmək və dünyadakı bütün İslami İnqilabi təşkilatları dəstəkləmək olduğu ifadə edilməkdə idi. 

1998-ci ilin sentyabrından Əfqanıstanın paytaxtı Taliban tərəfindən ələ keçirdikdən sonra Hüsəma ben Ladin Əfqanıstan İslam Əmirliyini qurdu və Talibanın himayəsi altında rahat yaşamağa başladı. O, Talibanın elit hissələrindən hesab edilən “055 batalyonu”nu maliyyələşdirməyə başladı və onların təlimini təşkil etdi.

23 fevral 1998-ci ildə Ben Laden və Əz-Zəvahiri “Əl-Qüds əl-Ərəbi”də fətva yayınladılar. Fətvada Əl-Əqsa məscidi və Məkkəni azad etmək üçün Amerikalıları və onların müttəfiqlərini mümkün olan hər yerdə vurmağın hər bir müsəlmanın vəzifəsi olduğu vurğulanır, müsəlmanlar yəhudi və xristianlara qarşı cihada çağırılırdı.  1996-cı ildəki çağrışdan fərqli olaraq, bu dəfəki fətva bir çox İslami təşkilatlar və müsəlman ziyalılar, o cümlədən elm adamları tərəfindən də müsbət qarşılandı, fətvanın altına daha beş fərqli İslamçı təşkilat lideri də imza adtı və fətva Dünya İslam Cəbhəsi adıyla yayınlandı.

7 avqust 1998-ci ildə Əl-Qaidə və “Misir İslam Cihadı” qurumu tərəfındən Tanzaniyanın Darüssəlam şəhəri və Keniyanın paytaxtı Nayrobidəki Amerika konsolluqlarına bomba yüklü maşınlarla hücum təşkil edildi. Bu aksiyada  224 nəfər öldü, 4.000-dən çox adam isə yaralandı.  Buna cavab olaraq ABŞ avqustun 20-də Xartumdakı “Əş-Şəfa” farmokologiya fabrikini və Əfqanıstandakı bəzi təlim düşərgələrini bombaladı. Fabrikin bombalanması orada kimyəvi silah istehsal edilməsi bəhanəsilə gerçəkləşdirildi. Halbuki o fabrikada tibbi dərmanlar istehsal edilirdi. Bunu sonralar Amerikalı mütəxəssislər də etiraf etməyə məcbur oldular.

2000-ci ilin 1 mart tarixində Əl-Qaidə üzvləri tərəfindən İordaniyadakı dörd fərqli nöqtədə - paytaxt Ammandakı “Radisson Hotel”də, İsrail-İordaniya sərhəddində, xristianlar üçün müqəddəs sayılan Nibu dağında və Həzrət Yəhyanın (ə) Həzrət İsanı (ə) vəftiz  etdiyinə inanılan Şeri çayı shilindəki bir yerdə, eləcə də ABŞ-ın Los-Anceles şəhərindəki Beynəlxalq hava limanında partlayışlar törədilməsinin, Yəmənin Ədən şəhərində lövbər atmış ABŞ-a bağlı “USS The Sullivans (DOG-68) gəmisinin hücuma məruz qalmasının planlaşdırıldığı, fəqət bunlardan heç birinin baş tutmadığı iddia edildi. Bu iddia mediada geniş təbliğ edildi və həmişəki kimi ortaya yenə də heç bir sübut qoyulmadı. 12 oktyabr 2000-ci il tarixində “USS The Sullivans (DOG-68) gəmisinə gerçəkdən də hücum təşkil edildi, 17 Amerikalı əskər öldü, 39 əskər də yaralandı.

2001-ci ilin 11 sentyabrında ABŞ-da daxili xəttlər üzrə uçuş gerçəkləşdirən dörd təyyarə qaçırıldı. “Airlines 11” və “Airlines 175” xətləri ilə səfər edən iki təyyarə qısa arayla Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpıldılar və qüllələrin hər ikisi darmadağın oldu. “Airlines 77” xətti üzrə səfər edən təyyarə isə özünü Pentaqonun binasına çırpdı və binaya böyük xəsarət yetirdi. Konqres bunasına və ya Ağ evə çırpılması planlaşdırılan “Airlines 93” marşrutlu dördüncü təyyarə isə ABŞ-ın havadan müdafiə sistemləri vasitəsilə

Page 104: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

zərərsizləşdirildi. Bu aksiya nəticəsində təyyarələri qaçıran 19 nəfər də daxil olmaqla, 2.996 nəfər öldü, 6.000-dən çax adamsa yaralandı. 16 sentyabr günü Ben Laden tərəfindən verilən bəyanatda sözügedən hadisənin ona aidiyyatı olmadığı bildirildi. 3 il sonra, daha dəqiq desək, 29 oktyabr 2004-cü il tarixində yayınlanan videosunda isə, o ilk dəfə 11 sentyabr aktını özünün təşkil etdiyini iddia etdi. FBİ tərəfindən yürüdülən araşdırma nəticəsində hücumu təşkil edən adamların Əl-Qaidə ilə əlaqələri olduğu “təsdiqləndi”. Hüsəma ben Laden 1 №-li terrorist elan edildi.

11 sentyabr hadisəsi ABŞ-a çoxdan planlaşdırdığı “Böyük Orta Şərq” planını həyata keçirmək üçün bəhanə verdi. Planın “Terrorizmə qarşı mübarizə” adı altında gerçəkləşdirilməsi qərara alındı. 7 oktyabr 2001-ci ildə, Əfqanıstandakı Taliban və Əl-Qaidə hədəflərinin ABŞ və Britaniya hava qüvvələri tərəfindən bombalanmasıyla Əfqanıstan müharibəsi rəsmən  başlamış oldu. “Şimal İttifaqı” ilə birlikdə hərəkət edən koalisiya güçləri, 2001-ci ilin noyabrında paytaxt Kabili işğal edərək, Əfqanıstan İslam Əmirliyinə son qoydu, fəqət Talibanı yıxmaq mümkün olmadı. Bu işğal əfqan xalqını Talibana rəğbətlə yanaşmağa sövq etdi və əfqanlar, əsasən pəştular Taliban başçılığında ABŞ və müttəfiqlərinə qarşı müqəddəs cihada başladılar.

O gündən 19 il keçməsinə baxmayaraq, əfqan xalqına qalib gəlmək mümkün olmayıb. Bu azmış kimi, ABŞ hakimiyyəti dünənə qədər “terrorist” adlandırdığı Talibanla sülh danışıqlarına başlamaq və bir masa arxasına oturmaq məcburiyyətində qalıb.

Əfqanıstanın işğalından təqribən iki il sonra, daha dəqiq desək, 2003-cü ilin 20 martında ABŞ və müttəfiqləri Səddam Hüseyni devirmək məqsədilə İraqın işğalına başladılar, beləcə, “Böyük Orta Şərq” planının ikinci mərhələsi başlamış oldu.

XII FƏSİL

İslam dövləti (İŞİD), “Ümumdünya İslam xilafəti” planı və Hzərət Mehdi (ə) inancı

1999-cu ildə Əbu Mssab əz-Zərkavi tərəfindən İordaniyada qurulan və 2001-ci ildə başlayan Əfqanıstan savaşı sonrasında İraqa hərəkət edərək, fəaliyətlərini burada davam etdirən “Tövhid və Cihad Camaatı” adlı təşkilat 2003-cü ilin martında İraqın işğalı ilə başlayan müharibə sırasında işğalçı qüvvələrə qarşı silahlı müqavimət fəaliyyətinə başladı. 17 oktyabr 2004-cü ildə təşkilat İnternet üzərindən yayınladığı bəyanatda Əl-Qaidəyə bağlılıq andı içərək, “İraq Əl-Qaidəsi” adını aldı. İşğalçı qüvvələrlə yanaşı, onlarla birlikdə hərəkət edən, onlara dəstək verən və əksər hissəsi İrandan idarə edilən şiə hərbi birlikləri, eləcə də bölgədə ABŞ-ın dəstəyi ilə bir kürd dövlətinin yaranmasına çalışan kürdlər yeni yaranmış təşkilatın əsas hədəfinə çevrildilər.

“Böyük Orta Şərq” planına görə İraqın üç hissəyə parçalanması öngörülürdü. Şimalda kürd dövlətinin, mərkəzi bölgələrdə sünni, cənub bölgələrdə isə şiə dövlətlərinin qurulması nəzərdə tutulmuşdu. Buna nail olmağın yolu ölkədə məzhəblərarası savaşı qızışdırmaqdan, eləcə də kürd-ərəb qarşıdurması

Page 105: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

yaratmaqdan keçirdi, bu yolla həm də İraqın işğalçılara qarşı müqavimət gücünü zəiflətmək istənirdi. Bu mənfur planda “Şiə hilalı” yaratmağı və bu yolla Sasani imperatorluğunu bərpa etməyi hədəfləyən İrana xüsusi bir rol ayrılmışdı.

2005-cı ilin 15 yanvar tarixində Əl-Qaidənin İraq üzrə sözçüsü Əbu Meysərə əl-İraqi tərəfindən,"Iraqı işgaldan qurtarmaq, bütün mücahidləri tək bir çətir altında toplamaq, birlikdə hərəkət etmələrini təmin etmək, İslam və Sünnə bayrağını ucaltmaq" məqsədi ilə, İraq Əl-Qaidəsinin də aralarında olduğu altı təşkiltaın birleşərək, “Mücahid Şura Məclisi” adlı koalisiya təşkilatının qurulduğu bəyan edildi. Həmin ilin iyun ayının 7-də ABŞ təyyarələri Əz-Zərkavinin də iştirakçısı olduğu bir toplantının keçirildiyi evi bombardıman etdi və Əz-Zərkavi öldürüldü. Bu hadisədən sonra təşkilatın liderliyi Əbu Əyyub əl-Misriyə keçdi.

15 oktyabr 2006-cı il tarixində təşkilat yayınladığı bir videoyla İraqın Bağdad, Ənbar, Diyala, Kərkük, Səlahəddin və Mosul əyalətlərinin tamamını və Babil əyalətinin bir qismini əhatə edən geniş ərazidə İraq İslam dövlətinin qurduğunu açıqladı. Bunun ardınca İraq İslam dövlətinə bağlı kürd hərbi birlikləri ABŞ-ın İraqın şimalında qurduğu “Kürd muxtariyyəti”nə qarşı savaşa başladılar.

Əl-Misrinin 18 aprel 2010-cu il tarixində ABŞ-ın təşkil etdiyi bormbardıman nəticəsində öldürülməsindən sonra Əbu Bəkr əl-Bağdadi  təşkilatın və İraq İslam dövlətinin yeni lideri oldu. O, 8 aprel 2013-cü ildə verdiyi bir açıqlamada, Əl-Qaidəyə bağlı olan və Suriyada fəaliyət göstərən Ən-Nüsra Cəbhəsi ilə birləşdiklərini və beləcə İraq və Şam İslam dövlətini (İŞİD) qurduqlarını bəyan etdi. Buna qarşılıq olaraq, Əl-Qaidə tərəfindən 3 fevral 2014-cü ildə bəyanat yayınlanaraq, bu addımın onlarla məsləhətləşilmədən və Əl-Qaidənin razılığı alınmadan atıldığı bildirildi. Bəyanatda Əl-Qaidə rəhbərliyinin bu addımdan məmnun qalmadığı, yeni dövlətin qurulmasının rəhbərlik tərəfindən dəstəklənmədiyi , İŞİD-in Əl-Qaidə ilə hər hansı bir bağnının qalmadığı ifadə edilməkdə idi.

İŞİD-lə Əl-Qaidə arasında əsas fikir ayrılığı İslam Xilafətin bərpa edilməsi məsələsinə görə yaranmışdı. Əl-Qaidə hesab edirdi ki, Xilafətin elan edilməsinin vaxtı hələ gəlməyib. Bunun elan edilə bilməsi üçün mücahidlər hər hansı bir müsəlman ölkəsində hakim duruma gəlməli və Xilafət yalnız bundan sonra həmin

Page 106: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

dövlətin ərazisində elan edilməlidir. Əl-Qaidənin İraq və Suriya şöbələrinin, yəni dəqiq desək, İraqda fəaliyyət göstərən “Mücahid Şura Məclisi”  və Suriyada fəaliyyət göstərən Ən-Nüsra Cəbhəsinin fikri isə fərqli idi. Onlar bunun üçün İraq və Suriyanın əllərində tutduqları geniş ərazilərində İslam Dövlətini qurmaqla orada Xilafəti bərpa etməyin mümkün olacağını düşünməkdə idilər. İraq və Şam İslam dövlətinin elan edilməsi də məhz bu məqsədlə həyata keçirilmişdi.

İŞİD-in qurulması həm ABŞ-ın “Böyük Orta Şərq” layihəsi, həm də İranın “Şiə hilalı” proqramı üçün böyük təhlükə törətməkdə idi. Təhlükə daha çox ondan qaynaqlanırdı ki, bu dövlət İraq və Suriyanın yerli sünni-müsəlman xalqları tərəfindən, eləcə də İraqdakı ABŞ və İran işğalçılarına və Suriyadakı əliqanlı Bəşər Əsəd rejiminə qarşı savaşda onlara yardım üçün İraq və Suriyaya dünyanın dörd bir yanından axışaraq gəlmiş mücahidlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmaqda idi.

Ruh yüksəkliyinin yaranmasının başqa bir səbəbi də bir çox müsəlmanların İŞİD-in simasında “Xorasan (Əfqanıstan) tərəfdən gələcək Qarabayraqlılar”ın zühurundan bəhs edən hədislərin gerçəkləşdiyini düşünmələri olmuşdu. Söhbət Hzərət Mehdinin (ə) zühuru ilə əlaqəli hədislərlərdən gedir.

Həmin hədislər aşağıdakılardır:“Həqiqətən də Şərqdən bəzi insanlar çıxar ki, Axırzaman Mehdisi (ə) üçün

zəmin hazırlayarlar” (Fetava-i Hadîsiyye, İbn-i Hacer-i Heytemi, 40).Məlum olduğu kimi, Əfqanıstan İraq və Suriyadan şərqdə yerləşir və Əl-Qaidə

təşkilatı da məhz Əfqanıstanda yaranmış və orada fəaliyyət göstərməkdə idi. Əl- Qaidənin törəmə təşkilatlarının İraq və Suriyada qurduqları İŞİD-in rəhbər və döyüşçülərinin əksəriyyəti, o cümlədən Əl-Bağdadi daha öncə Əfqanıstanda savaşmışdılar. Bu fakt İŞİD tərəfdarları tərəfindən sözügedən hədisin Əl-Qaidə və İŞİD-ə işarə olduğu kimi yozulmaqda idi.

Nəzərə alsaq ki, həm Əl-Qaidənin, həm də İŞİD-in bayraqları qara rəngdə idi, aşağıdakı hədisdə də məhz onlara işarə edilməkdə olduğu sanılırdı:

“Xorasan tərəfdən çıxan qara bayraqlıları gördüyünüzdə, qar üzərində sürünərək olsa belə, onlara gedin. Çünki onların içində Allahın xəlifəsi Mehdi (ə) vardır” (Fətava-i Hadîsiyye, İbn-i Həcr-i Həytəmi, 40).

Qeyd edək ki, Xorasan vilayəti Əfqanıstan, İran, Türkmənistan, Özbəkistan və Tacikistanın müəyyən bölümlərini əhatə edən böyük bir vilayətdir və onun şərq hissəsi Əfqanıstan ərazisindədir. Elə bu da bir çoxlarına hədisin bilavasitə Əl-Qaidə və İŞİD-ə aid olduğunu düşünməyə əsas verirdi.

Termizinin Əhməd bin Hənbələ istinadın anlatdığı hədislərdə belə deyilir:“Xorasandan qara bayraqlılar çıxar və bayraqlarını İlyaya (Qüdsə)

taxana qədər onları kimsə durdura bilməz” (Celâleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s. 61, hədis №: 7. 3).

“Şərqdən qara bayraqlılar çıxar. Onların ürəkləri dəmir kimidir. Kim onlar barədə eşidərsə, qar üzərində sürünərək də olsa, getsin və onlara beyət etsin”.

Daha bir həsidə isə belə deyilməkdədir:

Page 107: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Onun (qara bayraqlıların) başçısının əskərlərinin saçları və bığları çox uzun olacaq, libasları qaradır və onlar qara bayraqların adamlarıdır” (Ğaybeti Numani, s. 303).

“Onlar (özlərinə qarşı çıxanları) heç bir fərq qoymadan toplu şəkildə qətlə yetirəcəklər”.

Həzrət Əlinin (r) oğullarından Mühəmməd bin Hənəfiyyədən nəql edilin başqa bir hədisdə belə deyilir:

“... Qara bayraqlılar ortaya çıxacaq. Sonra əmmamələri qara və libasları ağ olan başqa qara bayraqlılar da ortaya çıxacaqlar... Süfyaninin dostlarını məğlubiyyətə uğradacaqlar. Nəhayət, Beytül-Məqdisə varacaqlar. Oranı Mehdi (ə) üçün hazırlayacaqlar (Mücəm-ül Əhadis-i İmam Mehdi. Cilt 3, s. 270; Ət Təşrif-i bil Mənun, s. 117).

İŞİD-in tərəfdarlarının fikrincə, bu hədisdəki birinci qara bayraqlılar Əl-Qaidə, ikincilər isə, İŞİD-dir. İŞİD-in Suriya qolunu təmsil edən Ən-Nüsra Cəbhəsinin tərafdarları isə ikinci qara bayraqlıların özləri olduqları fikrindədirlər. Məlumat üçün bildirək ki, Ən-Nüsranın da bayrağı qara rəngdədir və Əl-Qaidənin bayrağından çox cüzi fərqlənir. İŞİD-in ortadan qaldırılmasından sonra bu fikirdə olanların sayı artıb.

Bu tip hədislərin sayı olduqca çoxdur. Onlardan daha birində Süfyaninin adı keçir. Bir çoxları hədislərdəki Süfyaninin Suriya diktatoru Bəşər Əsəd olduğunu düşünürlər:

“Böyük bir savaş olacaq. Nəticədə qara bayraqlılar qalib gələcək. Süfyaninin qüvvələri qaçacaq. Bax, o zaman insanlar Mehdini (ə) təmənnə edəcək və ərəblər Mehdinin itaəti altına girəcəklər” (Celâleddin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s.61, hədis №: 7.26).

Əhl-i Sünnə qaynaqlarından Naim bin Hammadıın "Kitab-ül Fitən" sdlı kitabında, "Fi Xüruci Bəni-i Abbas" bölümündə nəql edilən hədis belədir:

"... Əli bin Əbi Talib (r) belə dedi: "Qara bayraqları gördüyünüzdə yerə qapanın, əllərinizi və ya ayaqlarınızı oynatmayın. Sonra zəif bir topluluq çıxar ki, (əvvəl) onlara etina edilməz, qəlbləri dəmir parçaları kimi (qatıdır), dövlət iddiasıyla ortaya çıxarlar, əhdə vəfa göstərməz, sözləşməyə uymazlar, haqqa çağırırlar, amma özləri haqq əhli deyildirlər, adları künyədir, nisbətləri məmləkətləridir, saçları qadın saçı kimidir, sonra aralarında ixtilafa düşərlər və Allah haqqı istədiyinə bəxş edər”.

Burada məhz İŞİD-dən söhbət getdiyi düşünülür. Çünki dövlət qurmaq iddiasıyala ortaya çıxmış, İraq və Şam İslam dövlətini elan etmişdilər. Adları gerçəkdən də künyə, yəni ləqəbdir, nisbətləri də məmləkətlərinin adından qaynaqlanır (Əbu Əyyub əl-Misri, Əbu-Bəkr əl-Bağdadi və s.). Hazırda İŞİD-çilərin aralarında fikir ayrılığı çıxdığı, Ən-Nüsra Cəbhəsinin artıq ayrıca, yəni müstəqil çıxış etdiyi bilinməkdədir. “Haqq bunlardan birinə verilib”. Belə iddia edilir ki, həmin haqq sahibi İŞİD-dən fərqli olaraq, hələ də ayaqda qalan və mücadiləsini Suriyada davam etdirən Ən-Nüsra Cəbhəsidir. Yəni birinci qara bayraqlılar Əl-Qaidə yox, İŞİD-dir, ikincisi isə Ən-Nüsradır.

Birinci və ikinci qara bayraqlılarla bağlı daha bir hədis də var:

Page 108: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Əbdürrəhman ibni əl Ğaz ibni Rəbia əl Cərşinin belə dediyi eşidildi: Eşitdim ki, Rəsulullahın (s) dostu əmr ibni Mürrə əl Cəmli belə deyirdi: Əlbəttə, Xorasandan qara bayraqlar çıxacaq. Belə ki, atlarını bu zeytun ağaçlarına bağlayacaqlar. Dedik ki: Bu dediyin yerlərdə zeytun ağacı görmürük. Dedi: Buralara zeytun ağacı əkiləcək, bu bayraqlılar oraya enəcəklər və atlarını onlara bağlayacaqlar. Əbdürrəhman ibni Süleyman bu rəvayəti söyləyincə, Abdullah ibni Adəm, belə dedi: Ancaq, birincinin ardından, ikinci olaraq çıxan qara bayraqlılar atlarını buraya bağlayacaq. Onlar buraya enincə, üzərlərinə bu bölgə əhlindən olan xaricilər gələr, ilk qara bayraqlılar gizlənməkdən başqa çarə tapmazlar” (Naim bin Hammad Kitab-ul Fitən).

8 aprel 2013-cü ildə İraq və Şam İslam dövlətinin (İŞİD) qurlmasının bəyan edilməsindən sonra İŞİD-lə Suriya kürdləri, daha dəqiq desək, PKK-nın Suriya qolu olan, ABŞ tərəfindən silahlandırılan, mərkəzi Eyn əl-Ərəbdə (Kobanidə) yerləşən YPG // PYD (Partiya Yekitiya Demokrat) arasında savaş başladı. Bu savaşın başlaması ilə yaddaşlara daha bir hədis düşdü. Muğayrə bin Səidə istinadən nəql edilən həmin hədisdə sarı bayraqlılarla müsəlmanların savaşından bəhs edilməkdə idi:

İmam Mühəmməd həzrətləri belə buyurdu: “Əmirülmöminin (Həzrət Əli (r)) şöyle buyurdu: Şamdakı bir zəlzələdə yüz min adam öləcək. Allah bu zəlzələni möminlərə rəhmət, kafirlərə isə əzab olaraq göndərəcəkdir. Belə olunca, qara-ağ və qulağı kəsik atlara minən süvarilərə və sarı bayraqlara baxın ki, onlar qərbdən gələrək Şama ulaşacaqlar. O sırada ən böyük dəhşət və qırmızı ölüm gerçəkləşəcək. Sonra Şam yaxınlarındaki Heresta kəndi toprağın altına girəcək. Tam o sırada ciyərlər yeyən qadın quraq çöllərdən ortaya çıxacaq və Şam minbərinə hakim olacak. Belə olunca, Mehdinin zühurunu gözləyin” (Gaybeti Numani).

Hədislərdə qara bayraqlılar ilə sarı bayraqlıların Suriyda savaşacaqları, qara bayraqlıların öz aralarında ixtilafda olacağı, bu fitnə və ixtilaflar əsnasında Süfyaninin, sonra da Həzrət Mehdinin (ə) çıxacaqları bildirilir. 

Bəri başdan qeyd edək ki, PYD-nin bayrağı sarı rəngdədir və təşkilatı iki rəhbərindən biri (Ayşə Hiso) qadındır. Hədisdə adı keçən Heresta kəndi Əsədə bağlı təyyarələr tərəfindən bombardıman edilərək xarabalığa çevrilmişdir. Maraqlıdır ki, Şamın (Dəməşqin) şərqində yerləşən həmin kənddə nə az, nə çox, eynən hədisdə deyildiyi kimi, 100 min adam yaşayırdı.

İŞİD 29 iyun 2014-cü il tarixində Xilafət yaradıldığını bəyan etdi və Əbu Bəkr əl-Bağdadi xəlifə elan edildi.

Qeyd edək ki, Bu qurum həm BMT tərəfindən, həm də dünyanın əksər ölkələri tərəfindən rəsmən terrorçu qurum elan edilmişdir.

İŞİD ideoloqları Hakim, Əhməd və Tabərani sayəsində dövrümüzədək yetişən aşağıdakı hədisin də onlara işarə etdiyi fikrindədirlər:

“Avf bin Malik əl-Əşcainin belə dediyini eşitdim:Təbük gazvəsində Rəsulullahın (s) yanına gəldim. O, dəridən bir çadırın içindəydi.

Mənə:

Page 109: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

-Ey Avf! Qiyamətdən öncə bu altı şeyi say: Mənim ölümüm, sonra Beytül Məqdisin fəthi, sonra koyunların ani ölümlərinə səbəb olan bir xəstəlik kimi aranızda sürətlə yayılan ölümlər, sonra aranızda malın, birinizə yüz dinar verilsə, əsəbiləşəcəyi qədər çoxalması, sonra ərəblərın evlərindən girmədiyi heç bir ev buraxmayan bir fitnə, sonra sizlərlə Bəni-Əsfər (sarı irqin oğulları) arasında baş verəcək və onlar tərəfindən (hər bir sancaq altında) on iki min adamın olacağı səksən sancaq altında üzərinizə gəlib darmadağın edəcəkləri bir andlaşma, - buyurdu”.

Buradakı “Bəni-Əfsər” (sarı irqin oğulları) ifadəsi ABŞ, Avropa və Rusiya əhalisinə aid edilir. Belə hesab edilir ki, “Bəni-Əfsər tərəfindən müsəlmanlara qarşı onların darmadağı ediləcəkləri səksən sancaq altında savaş” ABŞ-ın İŞİD-ə qarşı qurduğu beynəlxalq koalisiyaya işarədir. Məsələ burasındadır ki, həmin dövrdə dünya mətbuatında, o cümlədən Azərbaycan mətbuatında həmin koalisiyaya 80 dövlətin daxil olduğu bildirilməkdə idi. Məsələn, “Xalq Qəzeti”ndə dərc edilmiş “Donald Tramp: Ərazilər gələn həftə azad oluna bilər” başlıqlı məqalədə (http://xalqqazeti.com/az/news/15181) belə deyilməkdədir:

“İŞİD terror qruplaşmasının Suriyada və İraqda zəbt etdiyi ərazilər gələn həftə 100 faiz azad oluna bilər. Çox güman ki, biz bu barədə gələn həftə bəyan edəcəyik. Bu bəyanatı ABŞ Prezidenti Donald Tramp səsləndirib. Məlumatı “Reuters” yayıb.

Mənbə yazır ki, bu sözləri Prezident Donald Tramp İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya üzvlərinin toplantısında deyib. D.Tramp, həmçinin xəbərdarlıq edib ki, bunun üçün rəsmi məlumat veriləcək.

ABŞ hərbçiləri və kəşfiyyatçıları bəyan ediblər ki, İŞİD antiterror əməliyyatları başlamamışdan qabaq da zəbt etdiyi ərazilərdən çıxa bilər.

Donald Tramp İŞİD-in təbliğat mexanizmindən, bu terror qruplaşmasına Avropadan və digər regionlardan terrorçuların cəlb edilməsindən də danışıb. “Uzun müddətdir ki, onlar internetdən bizdən yaxşı istifadə ediblər. Lakin bu, artıq belə deyil”, - deyə D.Tramp əlavə edib.

ABŞ dövlət katibi Mayk Pompeo, öz növbəsində deyib ki, ölkəsi ordunu Suriyadan çıxarsa da, İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ildə yaradılmış İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya 80-nə yaxın dövlət daxildir”.

“Kaspi” qəzetinin 7 fevral 2019-cu il tarixli sayında dərc edilmiş “İŞİD-in zəbt etdiyi ərazilər gələn həftə azad oluna bilər” başlıqlı məqalədə də təqribən eyni şeylər qeyd edilib (http://kaspi.az/az/isid-in-zebt-etdiyi-eraziler-gelen-hefte-azad-oluna-biler):

“AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Donald Tramp İŞİD terror qruplaşması ilə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya üzvlərinin toplantısında deyib. D.Tramp, həmçinin xəbərdarlıq edib ki, bunun üçün rəsmi məlumat veriləcək.

ABŞ hərbçiləri və kəşfiyyatçıları bəyan ediblər ki, İŞİD anti-terror əməliyyatları başlamamışdan qabaq da zəbt etdiyi ərazilərdən çıxa bilər.

Page 110: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Donald Tramp İŞİD-in təbliğat mexanizmindən, bu terror qruplaşmasına Avropadan və digər regionlardan terrorçuların cəlb edilməsindən də danışıb. "Uzun müddətdir ki, onlar internetdən bizdən yaxşı istifadə ediblər. Lakin bu, artıq belə deyil”, - deyə D.Tramp əlavə edib.

ABŞ dövlət katibi Mayk Pompeo, öz növbəsində deyib ki, ölkəsi ordunu Suriyadan çıxarsa da, İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, 2014-cü ildə yaradılmış İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya 80-ə yaxın dövlət daxildir”.

“1news.az” xəbər saytının 5 sentyabr 2016-cı il tarixində “Fərat Qalxanı” Rusiya, Türkiyə və ABŞ-ı birləşdirəcəkmi?” adı altında dərc etdirdiyi bir müsahibədə aşağıdakı məlumat yer almaqdadır:

“İŞİD-lə mübarizəyə koalisiya demək olar ki, iki qrupa bölünüb. Birinci qrupa ABŞ başda olmaqla 80 Avropa dövləti, ikinci qrupa isə Rusiya, Suriya və İran daxildir. Baxmayaraq ki, bu əməliiyatın başlıca strategiyası İŞİD-lə mübarizə səslənsə də, koalisiya üzvləri arasında qarşılıqlı anlaşma çox aşağı, effektsiz səviyyədədir” (https://1news.az/az/news/f-rat-qalxan-rusiya-t-rkiy-v-ab---birl-dir-c-kmi).

Sonradan adı “İslam dövləti” olaraq dəyişdirilən İraq və Şam İslam dövlətinin qurucularından biri, artıq qeyd edildiyi kimi, Ən-Nüsrə Cəbhəsi (  النصرة جبهة

الشام (ألهل idi. Əl-Qaidənin Suriya və Livan ərazisindəki qolu kimi 23 yanvar 2012-ci il tarixində təsis edilən bu təşkilat, eynən İŞİD kimi BMT və bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınmaqdadır. Bu səbəbdən də sözügedən qurum 2014-cü ildə ABŞ və müttəfiqlərinin “İŞİD-ə qarşı savaş” çərçivəsində endirdiyi aviazərbələrin hədəfi olmuşdur. Bir neçə dəfə adını dəyişdirmiş, 2015-ci ildən etibarən “Ceyş əl-Fəth”in tərkibinə daxil olmuş, 2016-cı ilin iyulunda adı Cəbhət Fəth əş-Şam ( الشام فتح .Şamın Fəthi Cəbhəsi) kimi dəyişdirilmişdir // جبهة

Qruplaşmanın tərkibində Suriyalılardan başqa, bir çox ölkədən, o cümlədən Səudiyyə Ərəbistanı, İraq, Pakistan, Livan, Rusiya, Fransa, Böyük Britaniya və s. ölkələrdən gəlmiş döyüşçülər də savaşmaqdadır. Təşkilat 2013-cü ildə, Suriyanı Bəşər Əsəd rejimindən azad etdikdən sonra əsas hədəfinin İsrail olduğunu bütün dünyaya bəyan etmişdir.

Suriyada gedən vətəndaş müharibəsi zamanı sayları ən sürətlə artan və ən barışmaz təşkilat kimi tanınmağa başlayan Ən-Nüsra Cəbhəsi Suriyada 2011-2013-cü illərə qədər Suriya əskərlərinə və hərbi obyektlərinə qarşı düzənlənmiş 70 hücumdan 57-sinin məsuliyyətini öz üzərinə götürmüşdür. Onu ən çox əsirlərlə, xüsusən də işğalçı İran əskərləri və İran tərəfində savaşan muzdlu döyüşçülərlə çox pis davrandığına və onlara işkəncələr verdiyinə görə tənqid edirlər.

Hələb uğrunda savaşda müxalif Azad Suriya Ordusu ilə birlikdə fəaliyyət göstərdiyi bilinən bu təşkilat 2013-cü ildə Ayman əz-Zəvahiri tərəfindən Əl-Qaidənin Suriyadakı yeganə təmsilçisi elan edildi və bu da Azad Suriya Ordusunun öz yolunu Ən-Nüsra Cəbhəsindən ayırmasına gətirib çıxartdı.

Hazırda Ən-Nüsra Cəbhəsi (Cəbhət Fəth əş-Şam) bir çox radikal İslamçı təşkilatlarla birlikdə Həyat Təhrir-i əş-Şam koalisiyasına daxildir. Bu koalisiya 2017-ci ilin fevralında yaradılıb və Əl-Qaidəylə bütün əlaqələri kəsdiyini bəyan

Page 111: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

edib. Bu gün Suriyanın İdlib əyalətinin böyük bir hissəsi sözügedən qurumun nəzarəti altındadır.

Quruma aşağıdakı qruplaşmalar daxildir:1. Cəbhət Fəth əş-Şam2. Cəbhət Ənsar əl-Din3. Liva əl-Haqq4. Ceyş əl-Sünnə5. Kafavil Şühada6. Liva Abbas7. Mərkəzi dağın azad insanları8. Saraya əl-Əqsa9. Kətibə Əsvad əl-Hərb10. Rəhmanın aslanları briqadası11. Camaat Fursan əl-Sünnə12. Camaati Alban13. Liva Təmkin14. Kətibə Əhməd Əfsan15. Kətibə Taliban 16. Liva şəhid Mühəmməd əl- Asfaruh17. Əssəd əl-Xiləfə18. Liva Əbu İslam19. Liva əl-Xəttab20. Liva Hüzəyfa ibn əl-Yaman21. Kətibə Fursan əl-Şam22. Kətibə Riya əl-CənnətQurumun başında Əbu Mehəmməd əl-Colani durur. Onun 1981-ci ildə Əl-

Küneytrədə doğulduğu, əsil adının Əhməd Hüseyn əş Şaraa olduğu, Dəməşq Unuversitetində təhsil aldığı, ABŞ və müttəfiqlərinin İraqı işğal etdiyi sırada təhsilini yarımçıq ataraq, İraq müsəlmanlarının işğalçılara qarşı mübarizəsinə dəstək vermək və onlarla birlikdə savaşmaq üçün İraqa yola düşdüyü, orada İraq və Şam İslam dövlətinin qurulmasında yaxından iştirak etdiyi, Ən-Nüsra Cəbhəsinin, daha sonra Cəbhət Fəth əş-Şam təşkilatının lideri olduğu, ABŞ-ın onun başına 10 milyon dollar mükafat təyin etdiyi məlumdur.

XIII FƏSİL

Türkiyənin “Yeni Osmanlıçılıq” layihəsi və Türk-İslam Xilafətinin bərpası planı

Türkiyədə AKP-nin (Ədalət və Qalxınma Partiyas) hakimiyyətə gəlişindən bu ölkənin inanılmaz bir dəyişikliklər və inkişaf dövrünə qədəm qoyduğu çoxlarının gördüyü və etiraf etdiyi bir həqiqətdir. 14 avqus 2001-ci il tarixində qurulan və mühafizəkar baxışları ilə fərqlənən sözügedən təşkilatın, Nizamnaməyə görə, rəsmi qısa adı  "AK Parti", simvolu isə narıncı və qara rənglərlə işlənmiş elektrik lampasıdır. Parlament seçkilərinə qatılandan sonra daim ən çox millət vəkili sayına

Page 112: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

sahib olmuş, bütün seçkilərdən daim zəfərlə çıxması ilə bütün dünyanın diqqətlərini öz üzərinə çəkməyi bacarmışdır. Onun qurucularının və liderlərinin əksəriyyəti, o cümlədən partyanın başqanı Rəcəb Tayyib Ərdoğan keçmiş Fəzilət Partiaysının üzvləri və ya dəstəkçiləri oluublar. Bu şəxslər Fəzilət Partiyasının qapadılmasından sonra onun yerində qurulan İslam dəyərlərini üstün tutan Səadət Partiyasına daxil olmaq istəməmiş və yeni bir partiya  qurmaq qərarına gəlmiş və bunu gerçəkləşdirmişlər.

AKP qurulduğu gündən bəri iştirak etdiyi bütün seçkilərin hamısında birinci olmuş və qatıldığı altı seçkinin beşində (2002, 2007, 2011, noyabr 2015, 2018) tək başına iqtidar ola bilmişdir. Partiyanın 2001-ci ildən etibarən baş katibi vəzifəsini sürdürən Ərdoğanın, 2014-cü ildə Türkiyə Prezidenti seçilməsindən və bu vəzifəyə keçmiş Xarici İşlər naziri Əhməd Davudoğlunun gətirilməsindən sonra təşkilat yeni başqanın, yəni Davudoğlunun liderliyində iştirak etdiyi iyun 2015 seçkilərində tarixindəki ən böyük səs itkisi ilə üzləşdi, bununla belə, səslərin 49.5 %-ini qazanaraq yenə də birinci oldu, 2015-ci ilin noyabrında keçirilən təkrar seçkilərdə isə 2011- ci ildən sonra ən yüksək nəticə göstərərək, 317 millət vəkili yeri əldə etdi və Türkiyə Böyük Millət Məclisində tək başına iqtidar ola biləcək saya nail oldu. 

Əhməd Davudoğlunun istefa etməsindən sonra təşkil edilən konqresdə Binəli Yıldırım partiyanın başqanı seçildi və o, 24 may 2016-cı il tarixində 65-ci Türkiyə hökumətini quraraq baş nazir oldu.

Dünya mediasında AKP-dən daha çox İslamçı bir partiya kimi danışılmaqdadır. Bu mövqedən çıxış edənlər fikirlərini əsaslandırmaq üçün əsasən aşağıdakı arqumentlərdən çıxış edirlər:

1. AKP İslamçı Fəzilət Partiyasının “bətnindən doğulub” və seçicilərinin əksəriyyəti mühafizəkar kəsimdir.

2. AKP liderləri çıxış və müsahibələrində Qurandan sıx-sıx sitatlar gətirir, İslam dünyasının problemlərini, ilk növbədə də Fələstin xalqının

Page 113: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

sıxıntılarını tez-tez dilə gətirilər ki, əvvəlki hakimiyyətlər dövründə belə bir şey müşahidə edilməmişdir.

3. AKP-nin kamalist partiyaların hakimiyyətləri dövründə hüquqları tapdanılan dindar kəsimin, xüsusəndə universitetlərdə təhsil alması, dövlət idarələrində işləməsi, seçkilərdə öz namizədliklərini irəli sürməsi yasaq olan hicablı qadınların hüquqlarını bərpa etmiş və onların Türkiyədə digər digər kəsimlərlə eyni hüquqlara sahib olmasını təmin etmişdir s.

AKP rəhbərliyi onların  İslamçı bir partiya kimi tanıdılmasına daim etiraz etmişdir. Deyilənlərə aydınlıq gətirən AKP-nin başqan yardımcısı Hüseyn Çelik:  "Batı basınında, AK Parti yönetimi isimlendirilirken, bazen maalesef 'İslamcı', 'Ilımlı İslamcı' ve bunun gibi bir dil kullanılmakta. Bu tanımlamalar gerçeği yansıtmamakta ve bizi üzmektedir. AK Parti muhafazakâr demokrat bir partidir. AK Parti'nin muhafazakârlığı ahlaki ve sosyal konular ile sınırlıdır" - demişdir.

Ərdoğan 2001-ci ildə “AK Partiye İslamcı parti yakıştırması hem İslam'a saygısızlıktır hem de partimize saygısızlıktır” demiş, 2005 yılında yapılan başka bir konuşmada "Biz İslamcı bir parti değiliz ve aynı zamanda “Müslüman-demokrat” gibi etiketleri de kabul etmiyoruz" – deyə söyləmişdir. O, AKP-nin gündəminin "muhafazakâr demokrasi" olduğunu bildirmiş, 2006-cı ildə söylədiyi başqa bir nitqində isə “Biz din eksenli bir parti değiliz. Biz laik, demokratik, sosyal bir hukuk devletinin mensubuyuz ve bütün çalışmalarımızı bu çerçeve içerisinde yürütüyoruz. Bireysel olarak durumumu sorarsan dindar olmaya çalışan bir Müslümanım, ama bunun derecesini takdir etme yetkim yok" - deyə bəyan etmişdir.

Partiyanın yanvar 2016-cı il Nizamnaməsinin 129-cu səhifəsində və partiya programının 2-ci maddəsində belə deyilməkdədir:

"Partimiz, dini insanlığın en önemli kurumlarından biri, laikliği ise demokrasinin vazgeçilmez şartı, din ve vicdan hürriyetinin teminatı olarak görür. Laikliğin, din düşmanlığı şeklinde yorumlanmasına ve örselenmesine karşıdır. Esasen laiklik her türlü din ve inanç mensuplarının ibadetlerini rahatça icra etmelerini, dini kanaatlerini açıklayıp bu doğrultuda yaşamalarını ancak inançsız insanların da hayatlarını tanzim etmelerini sağlar. Bu bakımdan laiklik, özgürlük ve toplumsal barış ilkesidir".

Bununla belə, Türkiyə Parlamentinin başqanı İsmail Qəhrəmanın 2016-cı ilin aprelində İslam Ölkələri Akademklər və Yazarlar Birliyi tərəfindən təşkil edilən “Yeni Türkiyə və Yeni Anayasa” adlı Konfransda  "Yeni anayasada Laiklik maddesi olmamalı, dindar bir anayasa olmalı" dediyi, bu bəyanatının kamalistlər tərəfindən şiddətli tənqidlərə məruz qaldığı, daha sonra yanlış anlaşıldığını söylədiyi də təkzibolunmaz faktdır. Qeyd edək ki, bu tənqidlərdən sonra Prezident Rəcəb Tayib Ərdoğanın belə dediyi bilinməkdədir:  

“...Benim düşüncem AK Parti’yi kurduğum dönemden itibaren belli. Laiklikle ilgili düşüncemizin ne olduğu, kurucusu olduğum AK Parti’nin programında kayıtlı. Kaldı ki İsmail Bey de AK Parti’nin mensubu olarak Parlamento Başkanı seçildi. Bu da onun, AK Parti programında belirtilenleri kabul ederek oraya gelmiş olduğunu gösterir. Ama ne yapmış? Yeni hazırlanmakta olan anayasa ile ilgili bir bilimsel toplantıda kendine göre, dünyadan bazı örnekler vererek bazı şahsi

Page 114: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

kanaatlerini paylaşmış. Ben bu konudaki görüşümü, Mısır’da Kahire’de o dev opera binasındaki konuşmamda da söyledim. Laikliğin, devletin tüm farklı inanç grupları için bir güvence olduğunu, bütün farklı inanç gruplarına eşit mesafede durması olduğunu anlattım. Hatta o zaman, şimdi hapiste olan Müslüman Kardeşler yetkilisi Muhammed Bedii, “Bu dediğiniz nasıl bir şey” diyerek şaşkınlığını dile getirmişti. Kendisine anlatınca, ‘Böyle olduktan sonra ben de bunu tasvip ediyorum’ demişti. Laikliği, ladinilik, din karşıtlığı gibi sunar ya da uygularsanız, elbette itirazlarla karşılaşırsınız. Oysa laiklik, devletin, tüm inançlara, ateistler dahil tüm gruplara eşit mesafede olması; tüm inanç gruplarının devletin güvencesi altında olmasıdır..." .

Daha bir fakt ondan ibarətdir ki, AKP-nin bu mövzuya yanaşması fərqli zamanlarda qızğın diskussiyalar mövzusuna çevrilmiş, hətta partiya kamalistlər tərəfindən "Laikliyə əks fəaliyyətlərin məkanı durumuna gəldiyi" ittihamı ilə 2008-ci ildə qapatma tələbi ilə məhkəməyə verilmiş, lakin məhkəmə iddianın əsassız olduğunu təsbit etmişdir.

Deyilənlərə Prezidentin hərbi məsələlə üzrə keçmiş müşaviri Tanrıverdinin “Biz Mehdinin (ə) gəlişinə hazırlaşmalı və buna zəmin hazırlamalıyıq” dediyini də əlavə etmək lazımdır. Doğrudur o, bu açıqlamasından və Ümumdünya İslam dövlətinin Proqram və Nizamnaməsi üzərində işlədiyinin məlum olmasından sonra təşkilatı zərbə altında qoymamaq üçün onun sıralarını tərk etmək məcburiyyətində qalmışdır, amma bu işin mahiyyətini dəyişmir.

Bir çoxları bu fikirdədir ki, Türkiyənin mövcud Konstitusiyası İslami siyasi görüşləri açıq şəkildə ifadə etməyi qadağan etdiyindən AKP əsil hədəf və məqsədlərini gizlətmək məcburiyyətindədir və onun izləməkdə olduğu Yeni Osmanlıçılıq siyasətinin son məqsədi 1924-cü ildə kamalistlər tərəfindən ləğv edilmiş Xilafəti (Türk-İslam Xilafətini) yenidən bərpa etməkdir.

Qeyd edək ki, Yeni Osmanlıcılıq Türkiyənin Osmanlı dövlətinin, başqa sözlə, Türk-İslam Xilafətinin dini, mədəni və siyasi mirasına sahiblənməyin vacibliyini önə sürən ideoloji-siyasi baxışlar sistemidir. Belə hesab edilir ki, bu ideoloji-siyasi baxışlar sisteminin əsasında Türkiyənin 1974-cü ildə Kiprin şimalını yunan işğalından azad etməsindən və adada yaşayan türkləri soyqırımdan xilas etməsindən sonra yunanların ortaya atmış olduqları nəzəriyyə durmaqdadır. Amma bu, yanlış fikirdir. Çünki sözügedən ideoloji-siyasi nəzəriyyənin banisi AKP-nin qurucularından biri olmuş əski Xarici İşlər naziri Əhməd Davudoğludur və o bu barədə fikirlərini “Strateji dərinlik” adlı kitabında ortaya qoymuşdur. Davudoğlu həmin kitabında Yeni Osmanlıcılığı Turgut Özalıın xarici siyasəti ilə əlaqələndirmiş və onun siyasi xəttindən diplomatik bir yenilik kimi bəhs etmişdir.

Kitabın müəllifi İngiltərənin qurduğu Millətlər Birliyi təşkilatını misal çəkərək, Türkiyənin də Osmanlı Millətlər Birliyini qura biləcəyini önə sürmüşdür. O, 25 aprel 2011-ci il tarixində fikrini daha da inkişaf etdirərək, Çanaqalada “Bizden koparılan dünya, bizimle tekrar bütünleşsin. Türkiye önümüzdeki 12 yıl içinde cihan devleti olacaktır” - deyə açıklama vermiş, Osmanlıdan qoparılan topraqların yeniden sülh və hüzura qovuşmalarını istədiyini söyləmişdir. 

Lakin bu fikrə həm ölkə içində, həm də ölkənin xaricində şiddətlə qarşı çıxanlar var. Məsələn, Türkiyənin tanınmış kamalist tarixçilərindən İlbər

Page 115: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Ortaylı “Milliyyət” qəzetində dərc etdirdiyi bir məqaləsində bəzi ölkələrdə Türkiyənin ifrat şəkildə “Neo-Osmanlı” deyə tanıdıllmasının normal olduğunu, amma Türkiyənin imperatorluq xülyaları qura biləcək durumda olmadığını yazmışdır.

Onun bu fikirləri əliqanlı Suriya diktatoru Bəşər Əsədin fikirləri ilə tam üst-üstə düşür. Belə ki, Suriya diktatoru "Türkiyədə bəziləri hələ Osmanlı İmperatorluğunu yenidən qurmaq xəyalındadır... Türk liderlər bu xəyalın qeyri-mümkün olduğunu bilirlər və bu üzdən dini agentləri olan partiyaları istismar edərək, Ərəb dünyasındakı təsirlərini artırmaq istəyirlər" – deyə bəyan etmişdir.

Fakt isə budur ki, Yeni Osmanlıçılıq siyasəti Türkiyənin I Dünya savaşından sonra itirilmiş nüfuz və qüdrətinin qaytarılmasına xidmət edir. Unutmayaq ki, bugünkü ərəb ölkələrinin hamısı əski Osmanlı torpaqlarıdır və daim İslam Xilafətinin ərazisi olmuşlar. XVI əsrdə Xilafətin sükanı Osmanlılara keçdikdən və Osmanlı Xilafət dövlətinə çevrildikdən sonra bütün bu ərazilərdə yaşayan müsəlman xalqlar həm də xəlifə olan Osmanlı sultanlarını öz dini liderləri kimi görmüşlər.

İstəsək də, istəməsək də, bu gün təkcə Yaxın və Orta Şərq bölgəsində deyil, bütün dünyada yenidən böyük gücə çevrilməkdə olan Türk və İslam faktorunu diqqətə almamaq mümkün deyil. Və imperialist güclər də bunu nəzərə alır və başa düşürlər ki, yerli xalqların müqaviməti qırılmadan bölgəni yeni nüfuz dairələrinə bölmək mümkün olmayacaqdır. Bu səbəbdən də yenidən İslam dünyasının lideri ola bailmək potensialına sahib olan Türkiyənin güclənməsini, içinə qapılmış vəziyyətdən çıxmasını, xaricə açılmasını qətiyyən istəmirlər.

Məsələnin başqa bir tərəfi də var. İş burasındadır ki, Türkiyə və AKP İslam dünyasında çox populyardır və hazırda ən çox sevilən və rəğbət bəslənən qüvvə kimi çıxış edir. Üstəlik də Türkiyə Böyük Millət Məclisi imperialist güclərin təkid və təzyiqi ilə 1924-cü ildə Xilafətin ləğv oluması barədə qərar qəbul edəndə, qərara qarşı olan millət vəkilləri ona bir bənd salmağa müvəffəq olmuşdular. Həmin bənddə deyilir ki, gələcəkdə Xilafət bərpa olunacaqsa, bu, müstəsna olaraq Türkiyə Böyük Millət Məclisinin hüququdur. Yəni Türkiyə Xilafəti, başqa sözlə, Türk-İslam Xilafətini bərpa etmək hüququna sahib olan yeganə dövlətdir.

Türkiyənin xeyrinə olan daha iki faktoru da unutmamalıyıq. Əvvəla qeyd edək ki, tarixən İslam Xilafətinin 4 uzunmüddətli paytaxtı olub: Şam (Dəməşq, Əməvilər dövrü), Bağdad, Qahirə (Abbasilər dövrü) və İstanbul (Osmanlılar dövrü). Bu gün İraq, Suriya və Misirin nə gündə olduğunu bilirik. Türkiyə isə güclü, demokratik dövlətdir və orada sabitlik hökm sürür. Üstəlik də Peyğəmbərimizin (s) Müqəddəs Əmanətləri bu şəhərdə (Topqapı sarayında) qorunmaqdadır.

XIV FƏSİL

Ərəb Baharı və “Şamda çıxan Fitnə”

Page 116: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Ərəb Baharı ( الثورات العربية // əl-Təvrət əl-ʻƏrəbiyyəh) 2010-cu ildə Ərəb dünyasında başlayan və günümüzədək davam edən xalq hərəkatlarına verilən ortaq addır.

2002-ci ildə Türkiyədə AKP-nin hakimiyyətə gəlməsindən, ardınca da İslamla demokratiyanın bir arada yaşamasının mümkünsüzlüyü barədə illərdən bəri Qərb imperializminin müsəlman ölkələrində təbliğ etdiyi fikirlərin alt-üst olmasından sonra ictimai şüurlarda baş verən inqilabın nəticəsi kimi Ərəb dünyasında ortaya çıxan və daha çox İslami-demokratik mahiyyət daşıyan bu möhtəşəm hərəkatın əsas hədəfi Osmanlı dövlətinin çöküşündən sonra Qərb imperialistlərinin, ilk növbədə də ingilis və fransızların keçmiş Osmanlı dövlətinin parçaları olan ərəb ölkələrində qurduqları diktatura rejimlərini yıxaraq, İslami dəyərlərə əsaslanan demokratik cəmiyyət qurmaq idi və bu hədəf bu gün də dəyişməmiş qalmaqdadır.

Ərəb xalqının demokratiya, azadlıq və insan haqları istəyindən qaynaqlanan Ərəb Baharının ortaya çıxmasında İnternetin və sosial şəbəkələrin rolu heç də az olmamışdır. Əsasən dinc bir hərəkat kimi başlayan Ərəb Baharı ayrı-ayrı ölkələrdəki diktatorların öz hakimiyyətini qorumaq məqsədilə xalqa qarşı silah tətbiq etməsindən sonra silahlı hərəkata çevrilmişdir. Dinc hərəkatların sonradan silahlı xarakter almasının başqa bir səbəbi də həmin ölkələrə xarici dövlətlərin hərbi müdaxiləsi idi. Elə bu səbəbdən də bir çox ölkədə hərəkat silahlı Milli Azadlıq hərəkatı forması almağa başladı.

Xalq hərəkatı nəticəsində bəzi ərəb ölkələrində diktatura rejimlərini yıxmaq mümkün olmuşdur.

Tunis, Misir, Liviya, Suriya, Bəhreyn, Əlcəzair, İordaniya və Yəməndə geniş miqyas alan Ərəb Baharı Mavritaniya, Səudiyyə Ərəbistanı, Oman, İraq, Livan və Mərakeşdə kiçik etiraz aksiyalarından o yana keçə bilməmişdir. Bununla belə, indiyə qədər Ərəb dünyasında heç vaxt bu böyüklükdə və möhtəşəmlikdə hərakət görünməmişdir.

Hərəkatın yaranmasını zəruri edən bir başqa önəmli səbəb təbii sərvətləri imperialist ölkələr və onların əlaltıları rolunda çıxış edən yerli kral, şeyx və diktatorlar tərəfindən sömürülən ərəb ölkələrində yaşayan xalqların işsizlik, kasıblıq, gəlirlərin qeyri-ədalətli bölünməsi, korrupsiya, rüşvət, məmur özbaşınalığı problemləri ilə üz-üzə qalması, buna etiraz etmək və fikrini azad

Page 117: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

şəkildə ifadə emək hüququndan məhrum edilməsi, eləcə də azad seçkilərin keçirilməməsidir. Bir sözlə, Qərb imperializminin üçüncü dünya ölkələrində tətbiq etdiyi ənənəvi modeldir.

Etirazlar ilk olaraq 18 dekabr 2010-cu il tarixində Tunisdə başladı. Daha sonra Misir, Yəmən, Əlcəzair və İordaniyaya sıçradı. İlk ayaqlanmalar Tunis və Misirdə uğurla nəticələndi, 23 ildən bəri hakimiyyətdə olan Zeyn əl-Abidin bin Əli və 30 il hakimiyyət sürən Hüsnü Mübarək xalqın təzyiqinə tab gətirməyərək, istefa verməyə məcbur oldular. Bundan sonra hərəkat “domino effekti” ilə Orta Şərq və Şimali Afrika ölkələrinə, ardınca da ərəb olmayan İran, Albaniya və hətta müsəlman olmayan Ermənistana yayıldı.

2010-2011-ci illəri əhatə edən və tarixə adı “Yasəmən inqilabı” kimi düşən inqilabın baş verdiyi Tunis, sənayesi zəif inkişaf etmiş aqrar bir ölkə idi. Bununla belə, onun iqtisadi göstəriciləri Quzey Afrikanın digər qonşu ölkələri ilə müqayisədə çox da pis deyildi. Orta sinif inkişaf etmişdi, bunun da sayəsində əhalinin kasıblıq həddindən aşağı səviyədə yaşayan hissəsinin sayı önəmli dərəcədə azalmışdı. İşsizliyin səviyyəsinin endirilməsində də bəzi uğurlar müşahidə edilirdi. 2004-cü ildən 2009-cu ilə qədər olan müddət ərzində ölkənin adam başına düşən gəliri 3, 5 min dinardan (2,7 min $) 5 min dinara (3,9 min $) qədər yüksəlmişdi. Ümumi Daxili Məhsulun (ÜDM) 20 faizi sosial ehtiyaclara yönləndirilməkdəydi. Əgər kasıblıq həddi 1984-cü ildə adam başıma 2 dinar idisə və əhalinin 20 faizi onun altında yaşayırdısa, artıq 2005-ci ildə bu göstərici 6 faizə, 2010-cu ildə isə 3,8 faizə enmişdi. Əhalinin 80 faizi ev, 21 faizi avtomobil sahibi idi. Kəndlərin 80 faizi elektrikləşdirilmiş, 70 faizi içməli su ilə təmin edilmişdi. Orta sinif əhalinin 60 faizini təşkil edir və ümumi istehlakın 83 faizi məhz bu sinifə aid idi. Varlı təbəqə ilə kasıb təbəqə arasında fəqr çox da böyük deyildi və təqribən 1-in 2-yə nisbətində idi.

Bütün bu göstəricilərə baxmayaraq, işsizlik problemini həll etmək mümkün olmurdu. 2010-cu ildə işsizlər ölkə əhalisinin 13-14 faizini təşkil edirdi. Onların da yarıdan çoxu gənclər və ali məktəb məzunları idilər. İnqilabın əsas hərəkətverici qüvvəsi də məhz onlar, yəni 19-25 yaş arasında olan gənclər oldular.

İnqilab ərəfəsində ölkədə bütün hakimiyyət və iqtisadi sərvət, əksər müsəlman ölkələrində olduğu kimi, dövlət başçısı Zeyn əl-Abidin ibn Əli və arvadının mənsub olduqları klanların və onlara yaxın olan ailələrin əlində cəmlənmişdi. Bu da digər klan və ailələrin, eləcə də inkişaf etməkdə olan, fəqət özlərinə yeni iş sahələrini genşləndirə bilməyən sahibkarların narazılığına səbəb olmaqda idi. Bir sözlə, ölkədə İnqilabi şərait yaranmışdı. Millət bir qığılcıma bənd idi.

İnqilabın siyasi səbəbləri bir adamın və tək bir partiyanın 23 ilə yaxın bir müddətdə hakimiyyətdə olmasından daha çox, müxalifətin daim təzyiq və təqiblərə məruz qalması, söz azadlığının məhdudlaşdırılması idi. Bundan başqa, Tunis keçmiş Fransa müstəmləkəsi idi və ənənəvi Qərbpərəst siyasət yeridirdi. Əhalisinin 98 faizinin ərəb və müsəlmanlardan ibarət olmasına baxmayaraq, dini dəyərlər daim alçaldılır və süni surətdə aradan aparılmağa çalışılırdı.

İnqilabın başlamasına səbəb 2010-cu ilin 27 dekabrında kiçik meyvə-tərəvəz satıcısı olan Mühəmməd Buazizinin Sidi-Buzid vilayətində polislər tərəfindən incidilməsinə etiraz əlaməti olaraq, özünə nümayəşkarcasına od vurması oldu.

Page 118: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Hadisələrin xronikası:24 dekabr. İntiharın baş verdiyi Mənzil Buzayen şəhərciyində xalq korrupsiya,

işsizlik və məmur özbaşınalığına etiraz etmək məqsədilə ayağa qalxdı. Qəzəbli kütlə hakim partiyanın qərərgahına və milli qvardiyanın mənzil-qərargahına hücuma keçdi, yerli vağzalı ələ keçirdi. Polisin şiddət göstərməsinə gənclər Molotov kokteylləri ilə cavab verməyə başladı, üç polis maşını və şəhərciyə hərbiçiləri daşıyan bir qatarın lokomotivi atəşə verildi. Polislər kütlənin əlindən yerli məsciddə gizlənməyə məcbur oldular. Açılan atəş nəticəsində bir etirazçı həyatını itirdi.

27 dekabr. Tunis Həmkarlar İttifaqı paytaxtda manifestasiya təşkil etdi və etirazçılar Mənzil Buzayendəki etirazçılarla həmrəy olduqlarını bəyan etdilər. Aksiyaya təqribən 1000 nəfər qatılmışdı və dinc xarakter daşıyırdı. Buna baxmayaraq, polisin müdaxiləsi nəticəsində dağıdıldı. İştirakçılar vəhşicəsinə döyüldü.

3 yanvar. Tala şəhərində işsizliyə, məmur və polis özbaşınalığına etiraz olaraq tələbələrin kiçik mitinqi keçirildi. Təqribən 250 tələbənin iştirak etdiyi mitinq iştirakçıları polis tərəfindən amansızcasına döyülərək dağıdıldı. Buna cavab olaraq tələbələr şinlərə od vurdular və hakim partiyanın qərargahına hücuma keçdilər.

4 yanvar özün yandırmış Mühəmməd Buazizin xəstəxanada öldüyü xəbəri bütün ölkəni yasa bürüdü.

8-10 yanvar. Ölkənin qərbindəki Tala və Kaserin şəhərlərində xalq ayağa qalxdı. Polis 14 etiazçını güllələyərk öldürdü. Bu, Ət-Tadhamin şərinin əhalisin də ayağa qalxmasına səbəb oldu. Vəziyyətin nəzarətdən çıxmağa başladığını görən Bin Əli Milli TV ilə çıxış edərək 2 il ərzində 300 min yeni iş yerinin açıldığını dedi. Müvəqqəti olaraq məktəb və unuversitelərin bağlanıldığını bəyan etdi.

12 yanvar. Baş nazir Mühəmməd Hannuşi Daxili İşlər naziri Rafiq Belhəccin işdən çıxarıldığını söylədi və etirazın başladığı gündən bəri tutuqlanmış bütün etirazçıların azad edilməsinə göstəriş verdi. Lakin bütün bunlar etirazçıları sakitləşdirmədi. Nəticədə etirazları boğmaq üçün şəhər və kəndlərə ordu hissələri yeriməyə başladı. Bu da bir işə yaramadı, bu dəfə ölkənin əsas turist şəhərlərindən olan Hammametdə də xalq ayağa qalxdı.

13 yavvar. Xalq bütün şəhərlərdə küçə və meydanlara töküldü və ilk dəfə iqtisadi tələblərlə yanaşı, siyasi tələblər də eşidilməyə başladı. Polis avtomobilləri, hərbi zirehli maşınlar və bəzi mülki obyektlər yandırıldı. Polis xalqı gülləbaran etməyə başladı.

14 yanvar. Zeyn əl-Abidin bin Əli ölkədən qaçdı.15 yanvar. Müxalifət ölkədə keçid hökumətinin yaradıldığını bəyan etdi.BMT-nin rəsmi məlumatlarına görə, Yasəmən İnqilabı zamanı Tunisdə 219

nəfər həyatını itirmiş, 510 nəfər yaralanmışdır.Bu hadisədən 10 gün sonra İnqilabi hərəkat Misirə sıçradı. 2011-ci ilin 25

yanvarənda başlayan, cəmi 17 gün sürən və Hüsnü Mabarəkin 30 illik hakimiyyətinə son verilməsi ilə başa çatan Misir inqilabının səbəblərindən söz açan analitiklər bu səbəblər içində bir şəxsin və klanın 30 il fasiləsiz hakimiyətinin fəsadlarını, ilk növbədə də digər klanların öz siyasi və iqtisadi arzularını

Page 119: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

gerçəkləşdirə bilməməsini, işsizliyi, sosial müdafiəsizliyi və bəzi demoqrafik faktorları ön sıraya çıxarmaqdadırlar.

Belə hesab olunur ki, Tunisdə inqilabın qələbə ilə nəticələnməsi “domino effekti” yaradaraq Misir inqilabına təkab vermişdir. Tunisdə olduğu kimi, Misirdə də inqilabın alovlanmasına bir nəfərin özünün nümayişkarcasına yandırması səbəb olmuşdu. Öncə bir tələbə 17 yanvar 2011-ci ildə özünü Qahirədə, Parlament binası önündə yandırdı. Hadisə sosial şəbəkələr vasitəsilə bütün ölkəyə ildırım sürətilə yayıldı. Nöyütə ikinci alovu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin keçmiş sədri, əslən Misirdən olan Mühəmməd əl-Bəradeyin müsahibəsi vurdu. O müsahibəsində Misirdəki vəziyyətin Tunisdəki vəziyyətə bənzədiyini, xalqın dəyişikliklər istədiyini söyləyərək, Hüsnü Mabarəkin xalq tərəfindən devrilə biləcəyini bildirdi. Əslində o bu fikrə daha öncə, hətta Tunis hadisələrindən də öncə gəlmişdi. Belə ki, 2010-cu ilin fevral ayında tutduğu vəzifəni tərk edərkən, Misir maxalif hərəkatı yaratdığını bəyan etmişdi. O, 2010-cu ilin dekabrında Misir xalqını ayağa qalxmağa və mövcud rejimi devirməyə çağırsa da, səsinə səs verən olmamışdı. Çünki ölkədə yetərincə nüfuza sahib deyildi. Üstəlik də xalq arasında “ABŞ agenti” kimi tanınmaqdayıdı.

İnqilab “Müsəlman Qardaşlar” Təşkilatının xalqı küçə və meydanlara axışmaq barədə çağırışı ilə yanvarın 25-də başladı. Paytaxt Qahirədə gənclər küçə və meydanlara axışaraq polislə daşlı-zopalı savaşa girişdi. Molotov kokteylləri ilə silahlanmış nümayaişçilər polis maşınlarını yandırmağa başladılar. Onlara döyüş patronları ilə cavab verildi.

İki gün sonra, yanvarın 27-də Vyanadan Qahirəyə qayıdan Əl-Bəradey 28 yanvar mitinqində iştirak edərək, Hüsnü Mübarəkdən istefa verməsini tələb etdi. Yanvarın 30-da baş tutan növbəti mitinqdə o, artıq liberalların və islamçıların bir araya gəlməsilə yaradılan birləşmiş müxalifətin lideri qismində çıxış etməkdə idi. Həmin gün Vadi-Natrun zindanında saxlanılan minlərlə dustaq gözətçilərin müqavimətini qıraraq azadlığa çıxdı və müxtəlif şəhər və kəndlərə dağılaraq yola çıxdılar. İşdən evə dönən Azərbaycan səfirliyinin bir əməkdaşı müəmmalı şəkildə öldü. Elə həmin gün Azərbaycan səfirliyinin bütün əməkdaşları Qahirədən Vətənə dönmək məcburiyyətində qaldı. ABŞ hökuməti öz vətəndaşlarına Misiri mümkün qədər təcili tərk etməyə çağırdı. Rusiya “Lukoil” və “Novatek” şirkətlərinin əməkdaşlarının ölkədən çıxartdı. Misir hökuməti Şarm əş-Şeyx kurort şəhərinə qoşun yeritdi.

31 yanvar. Yaponiyanın Xarici işlər Nazirliyi yapon turistlərn Misirdən Vətənə dönmələri üçün təyyarələr kirayələdiyini bəyan etdi. “Nissan” şirkəti istehsalatı bir həftəliyinə durdurdu. “Panasonic”, “Toyota” və “Hitachi” şirkətləri əməkdaşlarının Misirə planlaşdırılan ezamiyyətlərini təxirə saldı.

Qahirənin Əl-Əhzər universitetində təhsil alan başqırd tələbələr Başqırdıstan rəhbərliyindən onların Misirdən təhliyə edilməsin üçün yardım istədi.

Misir hökuməti İskəndəriyyə limanını bağlayır.1 fevral. Müxalifət Milli Cəbhədə birləşərək, Əhalini çərşənbə axşamı Təhrir

meydanında keçirilməsi nəzərdə tutlan “Milyonların marşı”na dəvət etdi. Həmin gün 200 mindən artıq insan mitinqə çıxdı və hərbiçilərin yaratdığı səddin ətrafında etiraz aksiyası keçirdi. Mitinqin fəalları “Xalq təhlükəsizliyi” dəstələri yaratmağa

Page 120: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

başladı. Vəziyyətin artıq nəzarətdən çıxmaq üzrə olduğunu görən Hüsnü Mübarək axşam xəlqa TV vasitəsilə müraciət edərək bildirdi ki, 2011-ci ilin payızında keçiriləcək Prezident seçkilərində iştirak etməyəcək, amma o vaxta qədər hakimiyyəti idarə edəcək.

2 fevral. Misirin Daxili İşlər Nazirliyi bəyanat yayaraq, zindanlardan böyük əksəriyyəti “Müsəlman Qardaşlar” və “HƏMAS” təşkilatlarının üzvləri olan 20 000 dustağın qaçdığını bildirdi.

Qahirədə Mübarəkin tərəfdarıarı ilə əleyhidarları arasında armaturlardan və Molotov kokteyllərindən istifadə etməklə kütləvi dava-dalaş oldu. Tərəfləri ayıra bilməyən əskərlər çıxış yolunu göyə atəş açmaqda gördülər. Mübarikin tərəfdarları müxalifətə atlar və dəvələrlə hücuma keçdilər. Tərəflər qalxan kimi binaların divarlarından qırdıqları və ya dükanlardan aldıqları peyk antenalarından istifadə edirdilər.

Qahirədə Rusiya Radio-Televiziya Komitəsinin xaricə yalan məlumatlar ötürməkdə ittiham edilən müxbiri Sergey Paşkov döyüldü.

Özünü müxalifətin lideri hesab edən, fəqət sözünə qulaq asılmadığını görən Mühəmməd əl Bəratei orduya müdaxilə etmək və Qahirənin küçələrini savaşan tərəflərdən təmizləmək xahişi ilə müraciət edir.

4 fevral. Müxalifət Təhrir meydanına 1 milyon adam çıxarır. Mitinqə çıxanlar Hüsnü Mübarəkin rədd olub getməsini tələb edir. Mitinqlər eyni zamanda İskəndəriyyə və Əl-Mənsur şəhərlərində də keçirilir və millət eyni tələblə çıxış edir.

10 fevral. TV ilə xalqa müraciət edən Hüsnü Mübarək öz səlahiyyətlərinin bir qismini vitse-prezident Ömər Süleymana ötürdüyünü bəyan etdi, fəqət istefaya getməkdən imtina etdi. O, preziden səlahiyyətlərini növbəti seçkilərə qədər davam etdirməkdə qərarlı olduğunu təkrarladı. Konstitusiyaya dəyişikliklər etməyə söz verdi.

11 fevral. Hüsnü Mübarək istefa verdiyini bəyan etdi.Bu inqilabda qələbə Misir xalqına 846 nəfərin həyatını itirməsi hesabına başa

gəldi. Ərəb Baharının qələbə ilə nəticələndiyi növbəti ölkə Yəmən oldu. Tunis

inqilabından ilham alan Yəmən xalqı ilk mitinqini 2011-ci ilin yanvar ayının 22-də keçirdi və sonrakı hadisələr belə davam etdi:

27 yanvar. Paytaxtda yeni etiraz aksiyası keçirildi.2 fevral. Parlamentdə çıxış edən prezident Əli Abdullah Saleh növbəti

Prezident seçkilərində iştirak etməyəcəyini, hakimiyyəti oğluna və ya hər hansı bir yaxınına ötürmək fikrində olmadığını, Konstitusiyada prezidentlik müddətinin 2 il kimi təsbit edən maddəsinin dəyişdirilməsini istəmədiyini bəyan etdi.

3 favral. Müxalifətin elan etdiyi “Qəzəb günü” çağırışına 20 mindən artıq insan cavab verdi və onlar universitetin yaxınlığında toplaşdılar. Buna qarşılıq prezidentin də bir neçə yüz tərəfdarı Sananın mərkəzində yerləşən Təhrir meydanına yığışdılar. Ədəndə nümayişçilərlə polis arasında çatışma baş verdi.

17 fevral. Əli Abdullah Salehin istefası tələbi ilə çıxış edən xalq fasiləsiz mitinqlərinə davam edir. Polisin kütləyə atəş açması millətin qəzəbini daha da artırmışdı.

Page 121: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

21 favral. Prezident müxalifətin tələbinə baxmayaraq, istefaya getməyəcəyini bəyan edir.

26 fevral. Ölkənin nüfuzlu iki qəbiləsi prezidenti dəstəkləməkdən imtina edərək, xalqın tərəfinə keçir.

28 fevral. Prezident müxalifətə “Birləşmiş hakimiyyət” təklifi ilə çıxış edir. Müxalifət bunun artıq geç olduğunu söyləyərək imtina edir və Əli Abdullah Salehin istefasını tələb edir.

4 mart. Iki nümayişçi öldürülür.8 mart. Polislə çatışmalarda 50 adam yaralanır.13-14 mart. Hərbçilər bütün şəhərlərdə nümayişçilərə atəş açır.18 mart. Xalq cümə namazından sonra məscidlərdən küçə və meydanlara

axışır. Tapança, bıçaq, xəncər və armaturlarla silahlanmış prezidentə bağlı “başkəsənlər” xalqa hücuma keçir, 52 adam qətlə yetirilir. Hakimiyyət baş verənlərə görə müxalifəti günahlandırır və indiyə qədər həyatını itirmiş 100 civarında insanın qanının müxalifətin üzərində olduğunu bəyan edir.

20 mart. Müxalifət şəhid olanları basdırdı və dəfn prosesi kütləvi etiraz aksiyasına çevrildi. İndiyə qədər rejimin 140 nəfəri qətlə yetirdiyi açıqlandı. Axşam prezident hökuməti istefaya göndərdiyini, fəqət əski kabinənin yeni nazirlər təyin edilənə qədər vəzifələrinə davam edəcəklərini bəyan etdi. İki nazir, Yəmənin BMT-dəki nümayəndəsi və 23 deputata müxalifətə keçdiklərini bildirdilər.

21 mart. Bir neçə general, onlarla zabir və çox sayda qəbilə müxalifətin tərəfinə keçir. Onların hamısı prezidentdən istefa verməsini tələb edirlər. İstefa verəcəyi halda ona toxunulmayacağı barədə söz verirlər. Yəmənin I Zirehli diviziyasının komandiri, general mayor Əli Mösün əl-Əhmar tabeçiliyində olan bütün zabitlər adından müxalifətə dəstək verdiklərini bəyan edir. O, prezidenti öz xalqının qanını tökməkdə ittiham edir. Onun bu bəyanatına münasibət bildirən Müdafiə naziri generalı fərarilikdə suçlayır və prezidenti qoruyacaqlarını söyləyir.

28 mart. Müxalifətə dəstək verən Caardakı hərbi zavodda partlayış baş verir, onlarla insan ölür.

31 mart. Yəmən hökuməti beynəlxalq aləmdə müxalifəti Əl-Qaidə ilə bağlamaq üçün təbliğat kampaniyasına başlayır. Bu kampaniyanın ilk addımı kimi Yəmənin “Əl-Bavaba” İnformasiya Agentliyi Əl-Qaidənin Abyan əyalətini ələ keçirərək, həmin əyalətdə İslam əmirliyi elan etdiyi barədə xəbər yayır. “The New York Times” sözügedən əyalətdə İslamçıların hakimiyyəti gerçəkdən də ələ keçirdiklərini təsdiqləyir, fəqət onların Əl-Qaidə ilə hər hansı bir əlaqəsinin olmadığını bildirir. Əyaləti ələ keçirən müxalifətin başında özünü antikommunist-mücahid kimi tanıdan Tariq əl-Fədlinin durduğu, onun cənub bölgələrində separatist ideyaların müəllifi kimi tanınan Sultan Fədlinin varisi olduğu məlum olur.

Aprel ayında İnqilabi hərəkatın mərkəzi Taizə keçir. Aprelin ortalarında Şeyx Sadiq əl-Əhmar prezidenti istefa verməyə, qan tökməkdən vaz keçməyə çağırır. Təqribən eyni dövrdə Prezident sarayının yaxınlığında xalqın tərəfinə keçən hərbiçilərlə dövlətə bağlı hərbi hissələrin əskərləri arasında atışma baş verir. Atışmada 5 nəfər ölür.

Page 122: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

12 may. Hakimiyyətin tədricən itirməkdə olduğu nəzarəti yenidən ələ keçirmək cəhdi Abyan əyalətinin inzibati mərkəzi olan Zəncibərdə 2011-ci ilin 10 sentyabrına qədər davam edəcək silahlı qarşıdurmaya gətirib çıxartdı.

19 may. Hakim partiya və müxalifət arasında prezidentin 30 gün ərzində istefaya getməsini öngörən yazılı razılaşma əldə edildi və tərəflər həmin sənədin imzalnmasının mayın 22-də həyata keçirilməsi barədə razılığa gəldilər. Eyni gün Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası Əli Abdullah Salehi istefaya getməyə çağırdı. İstefa verəcəyi halda onun toxunulmazlığına zəmanət veriləcəyi bildirildi. ABŞ prezidenti Barak Obama da Yaxın Şərq və Şimali Afrikadakı vəziyyətə həsr edilmiş nitqində Əli Abdullah Salehi Əl-Qaidəyə qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi adlandırsa da, müxalifətlə əldə edilmiş razılaşmaya əməl etməli olduğunu bəyan etdi.

20 may. Əli Abdullah Saleh ölkədə növbədənkənar Prezident seçkiləri keçirmək və ölkədəki böhrana son qoymaq niyyətini açıqladı.

21 may. Buna qarşılıq olaraq Yəmən müxalifəti də öz arasında ABŞ və Avropa Birliyi ölkələri səfirlərinin iştirakı ilə hakimiyyətin ötürülməsi barədə sənəd imzaladı. Qərb hakimiyyətə radikal İslamçıların gələ bilmə ehtimalından bərk narahat idi, bu səbəbdən də liberal və mötədil İslamçılar arasında belə bir sənədin imzalanmasında maraqlı idi. Prezident bu hadisəni dövlət çevrilişi kimi dəyərləndirdi və bunun ölkənin nəzarətinin Əl-Qaidənin əlinə keçməsinə səbəb olacağını bəyan etdi.

22 may. Bu gün hakim partiya ilə müxalifət arasında 19 mayda əldə edilmiş razılaşmanın imzalanması gözlənirdi, fəqət Əli Abdullah Saleh sənədi imzalamaqdan imtina etdi. Körfəz ölkələrinin sənədi imzalaması üçün Salehə göstərdikləri təzyiq də nəticəsiz qaldı.

23-25 may. Ölkənin paytaxtı Sanada prezidentə sadiq hərbi birləşmələr və prezidentin mənsub olduğu Haşid qəbiləsi arasında silahlı qarşıdurma oldu. Hər şey hərbiçilərin sözügedən qəbilənin başçılarından biri Şeyx Sadiq əl-Əhmarın qərargahına hücuma keçməsilə başladı. Bu müxalifətə ölkədəki bir çox dövlət obyektini, o cümlədən Daxili İşlər Nazirliyinin binasını ələ keçirməyə əsas verdi. 3 gün davam edən qarşıdurmada 72 nəfər həyatını itirdi.

27 may. Yəmən ordusuna aid təyyarələr Yəmənin cənubundakı müxalif qüvvələrə zərbələr endirdilər.

28 may. Prezidentin tərəfdarları ilə üsyan edən qəbilələr arasında sülh əldə edildi. BBC-nin yaydığı məlumata görə, silahlı qarşıdurmaların davam etdiyi 5 gün ərzində 124 adam öldü.

30-31 may. Taizdə baş verən etiraz aksiyalarının dağıdılması zamanı daha 50 adam həyatını itirdi. Buna paralel olaraq Zəncibarın da hökumət qüvvələri tərəfindən göydən bombardımanı davam edirdi. Nəticədə 13 dinc sakin də orada öldürüldü.

3 iyun. Prezident sarayının atəşə məruz qalması nəticəsində Saleh yaralanır. Onun yeddi mühafizəçisi ölür. Bu silahlı hücuma səbəb hökumət qüvvələrinin Şeyx Sadiq əl-Əhmarın qardaşı Həmid əl-Əhmarın evinə hücum etməsi olur.

30 iyun Yəmən höküməti 5 əyalət üzərində nəzarəti bütünlüklə itirdiklərini rəsmən etiraf edir.

Page 123: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

23 sentyabr. Xaricdə tibbi müalicə alan Saleh ölkəyə qayıdır və bu da bütün şəhərlərdə yeni etiraz dalğası yaradır. Hər yerdə xalq Salehdən rədd olub getməsini tələb edir.

Bütün sentyabr və oktyabr ayları ərzində Taizdə hakimiyyətlə müxalifət arasında silahlı savaş gedir.

23 noyabr. Əli Abdullah Saleh Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində hakimiyyətin vitse-prezident Əbd Rəbbo Mənsura ötürülməsi barədə fərman imzalayır və rəsmən istefa verdiyini bəyan edir.

Beləliklə, Tunus və Misirdə olduğu kimi, Yəməndə də inqilab qalib gəlir. Liviya və Suriyada isə İnqilabi proseslər vətəndaş müharibəsinə çevrilir. Səbəb də hər iki ölkədə diktatorların xoşluqla hakimiyyəti xalqa ötürmək istəməməsi və öz xalqına qarşı müharibə elan etməsi olur.

Ərəb Baharı Qərb imperializmini ciddi narahat etməkdə idi. Yaxın və Orta Şərqin, eləcə də Şimali Afrikanın onun nəzarətindən çıxması prosesi başlamışdı.

2011-ci ildə Liviyaya Fransa başda olmaqla Qərb ölkələrinin hərbi müdaxiləsi diktator Müəmmər Qəddafinin öldürülməsi ilə bitir və müxalifət Ümmmilli Razılıq Hökuməti qurur və bu hökumət BMT tərəfindən rəsmən tanınır. Bununla belə qəbilələr arasında silahlı qarşıdurmalar son bulmur. 2014-cü ildə keçmiş müdafiə naziri Xəlifə Həftərin ABŞ-dan Liviyaya qayıtması və BƏƏ və Misirdən hərbi yardım alaraq ölkənin ikinci böyük şəhəri və əsas liman şəhəri Benqazini ələ keçirməsi bugünə qədər davam etməkdə olan vətəndaş müharibəsinin başlamasına səbəb olur.

Misirdə ABŞ general Sisinin əli ilə dövlət çevrilişi edir və xalq tərəfindən seçilmiş qanuni prezident Mursi öldürülür. Yəməndə isə bölgədə ABŞ-ın yardımı ilə “Şiə hilalı” qurmağı planlaşdıran İran işə qarışır və yerli şiələri mövcud hakimiyyətə qarşı silahlı üsyana təhrik edir. Daha sonra üsyançıları sakitləşdirmək məqsədi ilə ölkəyə Səudiyyə Ərəbistanı və BƏƏ-nin qoşunları yeridilir və Yəmən bugünə qədər davam edən qanlı müharibə meydanına çevrilir.

Ən dramatik hadisələr isə Suriyada baş vermişdir və verməkdə də davam edir. Hər şey bir qrup məktəblinin oyunundan başladı. Oxuduqları sinfin yazı

lövhəsinə Tunis və Misirdə başlayan Ərəb Baharının təsiri ilə İnqilabi şüarlar yazan bu uşaqlar polis tərəfindən tutlaraq naməlum istiqamətə aparıldılar. Onların taleyindən narahat olan və harada olduqlarını öyrənməyə çalışan valideynlərinə “Siz onları bir daha görməyəcəksiniz, gedin yenilərini əkin” – deyə cavab verildi. Bu, məktəblilərin qohumlarının kiçik miqyaslı etiraz aksiyası keçirməsinə səbəb oldu. Suriyanın müxtəlif yerlərində onlara dəstək aksiyaları təşkil edildi. 2010-cu ilin yanvar ayından etibarən baş qaldıran bu kiçik aksiyalar tədricən böyüyərək, korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ve insan haqlarının pozulmasına qarşı xalq üsyanına çevrildi. İlk geniş miqyaslı etiraz aksiyası 15 mart 2011-ci il tarixində Dera şəhərində  ortaya çıxdı ki, bu səbəbdən də Dera “Suriya inqilabını beşiyi" sayılmaqdadır.

Qısa müddət sonra etiraz dalğası bütün ölkəni bürüdü.  Hökumət mitinqlərə kütləvi həbslər, işkəncələr, polis şiddəti və senzura ilə cavab verdi, fəqət bu etiraz dalğasının qarşısını nəinki ala bilmədi, əksinə, dalğa daha da böyüməyə davam etdi. Aprel ayının sonunda Bəşər Əsəd, dirənən şəhər və qəsəbələrə qarşı büyük

Page 124: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

ölçüdə hərbi əməliyyatlara başladı, yaşayış yerlərinə tanklar, əskərlər və ağır silahlar yeridildi, nəticədə çox sayda mülkü vətəndaş həyatını itirdi.

Baş verən inanılmaz vəhşiliklər çox sayda müsəlman zabit və əskərin silahları ilə birlikdə ordudan qaçaraq xalqın tərəfinə keçməsinə, Bəşər Əsədin ələvi rejiminə qarşı çıxşış etməsinə və müxalifəti silahlandırmasına səbəb oldu. Cisr əş-Şuğur  qəsəbəsində ilk böyük mitinqlərdən 79 gün sonra, 4 iyun 2011-ci il tarixində ölkədə ilk silahlı çatışma baş verdi. Suriya ordusunu bir dəfn mərasiminə qatılan izdihamın üzərinə atəş açması mitinq iştirakçılarının atəşin açıldığı binaya od vurması və millətə atəş açan 8 ələvi hərbçini öldürməsi, eləcə də bir polis məntəqəsini silahları ilə birlikdə ələ keçirməsi ilə nəticələndi. Müsəlmanlar bütün ətrafı nəzarətə aldı. Nümayişçilərlə hərbçilər arasındakı çatışmalar sonrakı günlərdə də davam etdi. Əldə olan məlumata görə, xüsusi xidmət orqanları mülki əhaliyə silah qaldırmaqdan imtina edən hərbiçiləri dərhal məhv edirdilər. Bu, orduda qalan müsəlmanların da qaçmasına və müxalifətin tərəfinə keçməsinə səbəb oldu. Nəticədə qarşıdurma tədricən ələvi-müsəlman qarşıdurması şəklini aldı və böyüyərək, vətəndaş müharibəsinə çevrildi.

Qeyd edək ki, 12 imama sitayiş edən ələvilər nə sünni, nə də şiələr tərəfindən müsəlman hesab edilmirlər. Əslində, ələvilərin özləri də müsəlma kimi tanıdılmalarına qarşıdırlar. Səbəb də, İranda “Əliallahilər” adlandırılan ələvilərin namazı, həcc ibadətini, Ramazanda oruc tutmağı inkar etmələri, came və məscidlərin əvəzinə “cəm evləri” adlandırılan ibadət evlərinə qadınlı-kişili toplaşaraq, özlərinə məxsus ibadət etmələri, Məhərrəm ayında 12 imamın şəninə 12 gün oruc tutmaları, şiə və ya sünni olmasından asılı olmayaraq, müsəlmanlara qız verib-almamaları, müsəlmanlarla ailə həyatı quran övladlarını övladlıqdan çıxarmaları və s. kimi düşüncə və əməlləridir.

Keçmiş Fransa müstəmləkəsi olan Suriyada, ələvilər əhalinin sadəcə 17 faizini təşkil etsələr də, Qərb imperializmi onların hakimiyyəti ələ keçiməsinə və onların əli ilə İslamın dirçəlişinin önünün kəsilməsinə şərait yaratmışdılar. Həm diktator Hafiz Əsəd, həm də oğlu Bəşər Əsəd ələvi idilər və bu səbəbdən də müsəlmanların etirazlarını həmişə qanlar içində boğmuşlar.

Bu gün Suriyadakı vətəndaş müharibəsini çoxtərəfli silahlı qarşıdurma kimi xarakterizə etmək daha doğru olar. 2011-ci ilin baharında Bəşər Əsəd rejiminə qarşı dinc etiraz aksiyaları şəkilində başlayan, sonradan vətəndaş müharibəsinə çevrilən hərbi qarşıdurmaya artıq həm Türkiyə kimi Suriya ilə həmsərhəd olan ölkə, həm də bu ölkə ilə heç bir sərhəddi olmayan İran, Rusiya, ABŞ və Fransa kimi çox sayda ölkə qatılmışdır. Nəticədə sevimli Peyğəmbərimizin (ə) “Şamda çıxacaq Fitnə” barədə məşhur hədisində, eləcə də Şamla (Suriya ilə) bağlı digər hədislərində söylənilənlər həyata keçmişdir. Bu hədislərin birində Ərəb Baharına işarənin izlərini belə görmək mümkündür. Heysəm, Əbu Dərdaya (r) istinadən, həmin hədisi belə nəql edib:

“ Rasulullah (s):-Muhəqqəq ki, sizlər (irəlidə) ordular bulacaqsınız. Bir ordu Şamda, (bir

ordu) Misirdə, (bir ordu) İraqda və (bir ordu) Yəməndə, - buyurdu. Əshab:-Ey Allahın Rəsulu! Bizim üçün seç (hansına qatılaq)? – dedilər.

Page 125: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Rəsulullah (s) da:-Şam ordusuna qatılın, - buyurdu. Əshab bu dəfə:-Ey Allahın Rəsulü! Biz qoyun sürülərinə sahib olan kimsələrik. Şama

getməyə güç yetirə bilmərik, - dedilər. Rasulullah (s) da:-Şam ordusuna qatılmağa güç yetirə bilməyən kimsə Yəmən ordusuna

qatılsın. Şübhəsiz, Allah Şama (və əhlinə) mənim üçün kəfil olmuşdur, - buyurdu”.

“Şamda çıxacaq Fitnə” barədə məşhur hədis Abdullah bin Əmr bin Asa (r) istinadən Hakim tərəfindən nəql edilmişdir:

“Rəsulullah (s) belə buyurdu:Kitabın dirəyinin yastığımın altından çəkildiyini görən kimi oldum.

Gözümlə onu təqib edincə, onun yüksələn bir nur olduğunu, onun Şama buraxıldığını gördüm. Diqqət edin, şübhəsiz iman, – fitnələr meydana gələcəyində - Şamda olacaqdır”.

Başqa bir hədisdə fitnənin çıxacağı yer kimi İraqa işarə edilir. Buxari, Termizi, Əhməd, İbni Hibban və diğərlərində fərqli variantlarına rast gəlinən sözügedən hədisin Tabərani tərəfindən, İbni Abbasa (r) istinadən nəql edilən variantı belədir:

“Rəsulullah (s):-Allahım! Saımıza ve Müddümüzə bərəkət ver (mübarək et). Məkkəmizə

və Mədinəmizə bərəkət ver (mübarək et). Şamımıza və Yəmənimizə bərəkət ver (mübarək et), - deyə dua etdi.

Ətrafında olan bir adam:-Ey Allahın Peyğəmbəri! iraqımıza da (dua et), - dedi. Rəsulullah (s):-Şeytanın buynuzu orada ortaya çıxacaq və fitnə orada yayılacaqdır, -

buyurdu”.Dövrümüzədək Şamla, yəni Suriya ilə bağlı bir çox hədis yetişmişdir ki,

onlardan biri də Termizi, Müslim, Əhməd, İbni Hibban, Əbdürrəzaq və s. mühəddilərin nəql etdiyi bir hədisdir:

“Abdullah bin Amr, atasından (r) belə rəvayət etmiştir. Rəsulullah (s):-Qiyamətdən öncə Hadramevtdən və ya Hadramevt tərəfindən bir atəş

çıxacaq və insanları ətrafında toplayacaqdır. Əshab:-Ey Allahın Rəsulu! (O zaman) bizə nə etməyimizi əmr edərsən? – deyə

soruşdular. Rəsulullah (s) da:-Şama gedin, - buyurdu”.Müslimin nəql etdiyi daha bir hədis:“Səd bin əbi Vəqqas (r) belə rəvayət etmişdir: Rəsulullah (s) belə

buyurdu: “Ğərb əhli qiyamət gününə qədər haqq üzrə üstün gəlməyə davam edəcəkdir.”

Page 126: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

İmam Əhməd və İbni Teymiyə “Ğərb əhli”nin Şam əhli olduğunu söyləmişdir”.

Taberanidə belə bir hədis yer almaqdadır:“Rəsulullah (s) belə buyurdu:-Möminlər yurdunun mərkəzi Şamdadır”.Əhmədin nəql etdiyi daha bir hədisdə belə buyurulub:“Şam xalqı Allahın yer üzündəki qamçısıdır. Allah onlar vasitəsiylə

dilədiyi kimsələrdən dilədiyi şəkildə intiqam alar. Şam münafiqlərinin Şam möminlərinə üstün gəlməsi haramdır. Onlar (münafiqlər) ancaq dərd, qəzəb və kədər içində ölərlər”.

Termizinin nəql etdiyi, variantlarına Əhməd, İbni Hibban, Hakim və Əbdürrəzzaqda rast gəlinən hədis:

“Zeyd bin Sabit (r) belə rəvayət etmişdir: Rasulullahın (s) yanında oturarkən bir gün:

-Nə xoş Şama! Nə xoş Şama! - buyurdu. Mən:-Şamın əhvalı nədir? – deyə soruşdum. Rəsulullah (s) da:-Mələklər Şamı qanadlarının üzərinə gərmişlərdir, - buyurdu”.Əlbaninin zəif hesab etdiyi bir hədis də belədir:“Şam həlak olduğunda artıq ümmətimdə xeyr qalmamışdır demək olacaq.

Ümmətimdən bir tayfa haqq uğrunda Dəccalla savaşmağa davam edəcəkdir”.Beləliklə, Şamda, yəni Suriyada çıxan atəş get-gedə böyüyərək, qanlı savaşlar

şəklini almaqdaydı. İlk böyük çatışmalar Hüms, Dera və Şamda yaşansa da, qısa müddətdə bütün ölkəyə yayılmış, Cisr əş-Şuğur müharibəsi və Hama mühasirəsi Suriya vətəndaş müharibəsi tarixinə  ilk böyük şəhər savaşlarının yaşandığı nöqtələr kimi düşmüşdür.

2012 və 2013-cü illər müxaliflərin üstünlüyü ələ keçirtdikləri illər oldu. Onlar Şam (Dəməşq) şəhirinin mərkəzinin bir neçə kilometrliyinə qədər irəlilədilər, Hələbin böyük bölümünü ələ keçirdilər. Hümsdə də savaş şəhər mərkəzində getməkdəydi. Şimal və Şərqi Suriyanın böyük bir hissəsi Əsəd rejiminə bağlı qüvvələrdən azad edildi. Fürsətdən istifadə edən YPG (PYD)  terrorçuları Afrin, Ayn əl-Ərəb (Kobani) və Hasekedə kürd muxtar kantonlar elan etdilər.

2013-cü ilin sonu və 2014-cü ilin başında müxaliflərin xarici dəstəyi böyük ölçüdə itirməsi və aralarında çarpışmaya başlaması nəticəsində rejim güclərinin irəliləməyə başladığı dövr olmuşdur. Rejim paytaxt Dəməşqin mərkəzinin əsas hissəsində möhkəmlənə bilmiş, Hama və Hünsün əsas hissəsi və Lazkiyə (Latakiya) yolu rejimin nəzarətinə keçmişdir. Bu sırada İŞİD də Şimal və Şərq bölgələrinin çoxunda möhkəmlədi.

2015-ci ildə muxaliflərin aralarındakı ixtilaflara son qoyması, bir çox bölgədə işbirliyinə getməsi ilə rejimin irəliləməsi durduruldu, müxaliflər Hələbin mühasirəsini qırdı, İdlib şəhər mərkəzini rejimdən aldı və İdlibin ətraf bölgələri rejim güclərindən böyük ölçüdə təmizləndi. Fəqət işin içinə rejimə dəstək verən Rusiya və İranın girməsilə vəziyyət yenidən dəyişməyə başladı.

2015-ci ilin sentyabrından etibarən Rusiya təyyarələrinin müxaliflərə havadan yağdırdığı bombalar, eləcə də atdığı roketlər müxalifətin lehinə olan güc balansını

Page 127: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

onların əleyhinə dəyişməyə başladı. 2015-ci ilin sonları Rusiya, İran və İrana bağlı çoxsaylı terrorçu şiə qruplaşmalarının Əsəd rejiminə dəstəyini önəmli ölçüdə artırdığı bir dönəm oldu. Müxaliflər isə Qərbdən aldıqlarıı dəstəyi itirdilər. Səbəb də Qərbin İrana “Şiə hilalı”nı qurmaqda mane olmaq istəməməsi idi.

Qərb Türkiyənin İslam dünyasına açılmasını önləmək üçün onunla Suriya və İraq arasında iki mühafizə zolağı qurmaq istəyirdi. Bunlardan birincisi İran sərhəddindən Aralıq dənizi sahillərinə qədər uzanan, İraq və Suriyanın şimal bölgələrini əhatə edən kürd bölgəsi və ya kürd zolağı idi, ikincisi isə İranın əli ilə qurulmağa çalışılan “Şiə hillaı” layihəsi idi. Qərbin Suriya müxalifətinə yardım etmək istəməməsinin əsas səbəbi də məhz bu idi. Bəhanə kimi isə İŞİD təhlükəsi göstərilirdi. İŞİD-in İslam Xilafəti qurmaq ideyası həm Qərbin, daha dəqiq desək, ABŞ-ın, həm Lazkiyə və Tarsusdakı sovet dönəmindən qalma hərbi bazalarını əldə saxlamaq istəyən Rusiyanın, həm də bölgəni sünni müsəlmanlardan təmizləyərək, “Şiə hillalı” qurmaq, bu yolla əski Sasanilər imperiyasını bərpa etmək arzusunda olan İranın məqsəd və hədəfləri üçün əsas maneə rolunda çıxış edirdi. Odur ki, onun ləğv edilməsində hər üç ölkə - həm Rusiya, həm ABŞ, həm də İran maraqlı idilər.

2016-cı ildə rejim və müttəfiqləri, yəni Rusiya və İran İŞİD-i və digər müxalif qüvvələri Hələb ətrafındakı bir çox yaşayış yerindən sıxışdırdılar. Bundan başqa, Türkmən dağının böyük qismini və Palmira şəhərini ələ keçirdilər.  Həmin sırada ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı savaşan YPG (PYD) martın 16-da Suriyanın şimalında “Şimali Suriya Federasiyası” adı altında kürd dövləti qurmaq niyyətini açıqladı. Belə olan halda, Türkiyə artıq baş verənlərə seyrçi qala və cənub sərhəddində terrorçu bir dövlətin yaranmasına imkan verə bilməzdi. Odur ki, rəsmi Ankara hərbi müdaxilə qərarı vermək məcburiyyətində idi və verdi də. Bu o zamana təsadüf etdi ki, Suriyanın şimalında sevimli Peyğəmbərimizin (s) 1400 il öncə xəbər verdiyi kimi, qara bayraqlılarla sarı bayraqlılar, yəni İŞİD-lə kürd terrorçuları arasında qanlı savaş gedirdi.

Martın 31-də Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən belə bir xəbər yaydılar ki, əgər ABŞ Hərbi Hava Qüvvələrinin dəstəyi ilə İŞİD mövqelərinə hücuma keçən kürd terrorçu dəstələri Türkiyənin təhlükəsizliyi baxımından “qırmızı xətt” təşkil edən Əzaz-Cərablus xəttini keçərlərsə, Türkiyə silahlı qüvvələri onlara qarşı atəş açacaqdır.

Avqustun 24-də Türkiyə müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriya ərazisində “Fərat qalxanı” adı altında hərbi əməliyyata başladığını elan etdi və bu hərəkatın əsil məqsədinin Cərablus və Əl-Bab şəhərlərinin də daxil olduğu 5 min kv. km-lik bir ərazini İŞİD-dən təmizləmək olduğunu bəyan etdi. Əslində isə, əsil hədəf İŞİD yox, ABŞ-ın qurmaqda olduğu kürd zolağını yarmaq və bu zolağın Aralıq dənizinə çıxışını, eləcə də Afrin və Münbic kantonları arasındakı rabitəni kəsmək idi. İŞİD onsuz da ABŞ-ın havadan verdiyi dəstəklə irəliləməkdə olan kürdləri artıq durdurmaq gücündə deyildi.

Əməliyyat səhər saat 04.00-da başladı və həmin tarixdə müsəlman Türkiyə ordusunun gələckdə Bəni-Əsfərlə (ruslarla) savaşacağı, yəni Məlhəməyi-Kübranın baş verəcəyi yer olan əraziyə, yəni Amiq ovası ilə Dabiq şəhəri arasındakı torpaqlara daxil oldu. Və beləcə yerli müsəlmanlar həm ABŞın dəstəklədiyi sarı

Page 128: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

bayraqlılara, yəni YPG (PYD-yə, həm farslarla (İranla) eyni cəbhədə savaşan digər sarı bayraqlılara, yəni Hizbullaha, həm də Bəni-Əsfərə (ruslara) qarşı böyük bir dəstək əldə etmiş oldular. Artıq onlar göydən başlarına od yağdıran, şəhər və kəndlərini xarabazara çevirən, ailələrini vəhşicəsinə məhv edən İslam düşmənlərinə qarşı tək qalmayacaqdılar. NATO-nin ikinci böyük ordusu, NATO-ya üzv olan yeganə müsəlman ölkəsinin böyük və güclü ordusu onların yanında yer almaqdaydı.

Beləcə, sevimli Peyğəmbərimizin (s) Əbu Hüreyranın dilindən anladılan aşağıdakı hədisi gerçəkləşmiş oldu:

“Rəsulullah (s) belə buyurdular: Məlahim vüquya gəldiyi zaman Allah məvalidən (ərəb olmayan müsəlmanlardan) elə bir ordu göndərəcək ki, atların cinsi baxımından ərəblərın ən qiymətlisi və silah baxımınada onların ən yaxşısı olacaq, Allah İslam dinini onlarla təyid edəcək, yəni qüvvətləndirəcəkdir” (İbrahim Canan, Kütüb-i Sitte Muhtasarı, 17, 559-560).

Beləliklə, Türkiyə ordusunun Azad Suriya ordusu ilə birlikdə həyata keçirməkdə olduqları “Fərat qalxanı” əməliyyatının başladığı 24 avqust 2017-ci il tarixi Allah tərəfindən həmin ordunun göndərildiyi tarix hesab edilə bilər.

XV FƏSİL

Məlhəmə-i Kübranın xronikası

Allah Rəsulunun (s) bizlərə bildirdiyinə görə, qiyamətdən öncə İslam əhliylə ruslar (Rumlar // Bəni-Əsfər) arasında böyük bir savaş yaşanacaqır. İslam tarixi boyunca bu qədər dəhşətli bir savaş nə görülmüşdür, nə də görüləcekdir. Allah Rəsulu (S) bu savaş üçün “Məlhəmə” demişdir. Məlhəmə kəlməsi “ət' anlamına gələn “ləhm” kəlməsindən törədilmişdir. Savaşın şiddətindən insanlar ət kimi bir-birlərinə qarışacaq ya da öldürülən insanların ətləri ətrafa dağılacaqdır (Ən-Nihayə fil Ğəribi'l Hədis vəl Əsər, 4/239). Savaş meydanı ətdən bir zəminə çevriləcək, insanların ətləri tikə-tikə doğranacaqtır (Təhzibül Luğa, 5/68).

Peygəmbərimiz (s) tarixin axışını dəyişdirəcək bu önəmli hadisəni bütün təfsilatıyla anlatmış, ondan əvvəl və sonra yaşanacaq böyük olayları, hadisələrin təfsilatını və axışını mahir bir rəssam kimi rəsm etmişdir.

Page 129: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Dünyanın bir çox müsəlman, xristian və yəhudi esxatoloqları bu mövzuyla çox yaxından maraqlanmış, xüsusən də böyük savaşın (Məlhəmə-i Kübranın) baş verəcəyi Şam (Suriya) bölgəsinin qarışması, rusların Dabıq və Amiq bölgəsinə enməyə hazırlaşması, “Harmageddon” (Megido dağı) yaxınlarında nizamın pozulması və buranın Suriyaya yaxınlığı məsələsini dəfələrlə gözdən keçirmişlər və keçirməkdə davam edirlər.

Xristianlara görə də savaş bu məntəqədə baş verəcəkdir. Xristian dünyasının İsrail dövlətinin qurulmasına yardım etməsinin və İsraili himayə etmələrinin altında məhz bu yatmaqtadır. Yevangelistlərin inancına görə, artıq qeyd etmiş olduğumuz kimi, Harmageddonun başlangıcının ilk addımı, böyük bir müsəlman-yəhudi savaşı olacaqdır. Bu savaş indiyə qədər gördüğümüz İsrail-Fələstin və İsrail-Ərəb müharibələrindən çox geniş və çox qanlı bir şəkildə anladılır və elə o şəkildə də planlaşdırılır. Bu savaşın ardından Həzrət Süleyman (ə) məbədi, yəni Beytül-Məqdis yenidən qurulacaq, saxta Məsih (Maşish), yəni Dəccal (Antixrist) çıxacaqdır. Dəccal İsrail ilə Fələstin ya da bütün müsəlmanlar arasında barış anlaşması imzalanmasına vəsilə olan şəxs olacaq. Yevangelistlərə görə, Qıyamət qopmadan öncə Həzrət İsa (ə) ikinci dəfə yer üzünə enəcək, İsanın (ə) başçılıq etdiyi Xeyir ordusu ilə bütün digərlərinin daxil olacağı Şər ordusu arasında Qıyamət Savaşı (Harmageddon) baş verəcək, Xeyir ordusu savaşdan qalib çıxacaq, yer üzündə qırx və ya min il sürəcək xoşbəxt və hüzurlu bir dövr başlayacaq, sonra da dünya həyatı sona çatacaqdır. Həzrət İsanın (ə) dönə bilməsi isə yer üzündə səhnənin hazırlanmasına bağlıdır (http://gizliilimler.tr.gg/Megiddo-Tepesi-ve-Armagedon-Savaşı).

Əldə olan hədislərdən biri Məlhəmə-i Kübranın başlanğıcının Beytül-Məqdisin, yəni III Süleyman (ə) məbədinin bərpası ilə eyni vaxta təsadüf edəcəyinə işarə etməkdir.

Muaz bin Cəbələ (r) istinadən söylənilən həmin hədisdə deyilir:"Rəsul (ə): Beytül-Məqdisin yenidən qurulması Yəsribin (Mədinənin)

xarabalığa çevrilməsidir. Yəsribin xarabəsi məlhəmənin (savaşın) çıxmasıdır. Məlhəmə Qənstəntiniyyənin (İstanbulun? Moskvanın? Romanın?) fəthidir, Qənstəntiniyyənin fəthi Dəccalin çıxmasıdır! - buyurdu. Sonra əlini xitab etdiyi şəxsin (Muazın) dizinə vurdu və: Sənin burada oturmuş olman necə gerçəkdirsə, bu söylədiyim də eləcə gerçəktir, - buyurdu" (Müsnəd, 22023; Əbu Davud, 4294).

Hədisdə zikr edilən Qənstəntiniyyə şəhərinin adından sonra niyə mötərizə açaraq, “İstanbulun? Moskvanın? Romanın?” yazdığımızı növbəsi gəldiyində izah edəcəyik. Hələliksə qeyd edək ki, Bu hədis Armageddon savaşı ilə Məlhəmə-i Kübranın eyni şey olduğunu, Məlhəmənin başlama tarixinin Beytül-Məqdisin bərpası və Mədinənin xarabəyə çevrilməsi ilə eyni vaxta təsadüf edəcəyini düşünməyə əsas verir. Lakin digər hədislər göstərir ki, Məlhəmə Dabiq və Amiq arasında yerləşən bir yerdə başlayacaqdır. Deməli, bu halda söhbət ya iki fərqli Məlhəmə-i Kübradan ya da eyni müharibənin iki fərqli fazasından getməlidir. Yəni müharibənin birinci fazası Amiq və Dabiq arasında başlayacaq, ikinci fazaya keçid isə III Süleyman (ə) məbədinin tikilməsindən, yəni Beytül-Məqdisin bərpasından sonra baş verəcək.

Page 130: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Nəfi bin Ütbə bin Əbil Vəqqasdan (r) nəql edilən aşağıdakı hədis Məlhəməy-i Kübranın önəmli bir hissəsini Dəccalla müharibə təşkil edəcəyinə işarə etməkdədir:

"Hicazla (Ərəbistan yarımadasının qərb tərəfi) savaşacaqsınız, Allah sizə fəth nəsib edəcək. Sonra farslarla savaşacaqsınız, Allah sizə fəth nəsib edəcək. Sonra rumlarla savaşacaqsınız, Allah sizə fətih nəsib edəcək. Sonra Dəccalla savaşacaqsınız, Allah sizə fəth ehsan edəcək" (Müsnəd, 1540; Müslim, 2900).

Dəccalla savaş isə, çox güman ki, İsrail ərazisində olacaq.Hədislərdə ruslardan bəzən “Bəni-Əsfər”, bəzənsə “Rumlar” kimi bəhs edilir.

Bir hədisdə onlar “Rumlar” kimi qeyd edilir və deyilir ki, "Rumlar Amiq və ya Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz...” (Müslim, 2897). Bu isə o deməkdir ki, Məlhəmə-i Kübra və ya da onun birinci fazası rusların Suriyaya müdaxiləsi ilə başlayacaqdır.

Amiq deyildikdə Amiq ovası nəzərdə tutulur. Onun əsas hissəsi Türkiyənin Xətay elində, Xətay çöküntülü sahəsinin tam mərkəzində, kiçik bir hissəsi isə Suriyadadır. Kənd təsərrüfatı baxımdan çox məhsuldar torpaqlara sahibdir. Burada vaxtilə Amiq adlı bir göl vardı. Asi çayı, eləcə də Qarasu və Afrin çayları bu gölə axırdı. Bu çaylardan Asi çayı öz mənbəyini Livanın Bekaa vadisindən alır, Suriyanın Lazkiyə (Latakiya) ərazisindən keçərək, Amiq ovasına istiqamət alır. Afrin çayı isə adından da göründüyü kimi mənbəyini Suriyanın Afrin bölgəsindən alır.

Dabıq isə Suriyanın şimal-qərbində, Hələbin Əzəz bölgəsinədə yerləşən bir qəsəbədir.

Amiq və Dabıq arasında qalan bölgə, yəni Məlhəmə-i Kübranın başlamalı olduğu əraziyə Suriyanın Əzəz, Cərablus, Hələb, Afrin, Münbic, İdlib və Lazkiyə, o cümlədən Xmeymim yaşayış məntəqələri və ətrafları daxildir.

Ruslar ilk öncə məhz Xmeymim və Lazkiyəyə gəldilər. Onun ardınca Türkiyə əskərləri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əzəz və Cərablus bölgələrinə daxil oldular.

Əməliyyat Türkiyə silahlı qüvvələrinin Cərablusdakı YPG (PYD) terrorçularını toplardan bombardımana tutması ilə başladı. Rəsmi məlumatlara görə 294 topçu atəşi ilə 81 hədəf məhv edildi. 3 saat sonra Türkiyə Silahlı Qüvvətlərinə bağlı çox sayıda tank və zirehli birlik sınırı keçərək oradakı Azad Suriya Ordusu mənsubu müsəlman türkmən və ərablərlə bir araya gəldi. İlk hücumdaca Azad Suriya Ordusu Kəklicə və Qıvırcıq qəsəbələrini ələ keçirdi. Əməliyyat sırasında ərəb birlikləri qollarına qırmızı, türkmən birlikləri isə firuzəyi sarıqlar taxmışdılar və beləcə bir-birlərini tanıya bilirdilər. 15 saat içərisində Cərablus Azad Suriya Ordusunun əlinə keçdi. IŞİD müqavimət göstərmədən geri çəkildi. Bu səbəbdən də Türkiyə ordusu Cərablusa daxil olarkən itki vermədi. Azad Suriya Ordusunun sadəcə bir məsubu şəhid oldu. 

Cərablusun ələ keçirilməsindən sonra Suriya rejimindən təpki gəldi. Rejim Türkiyə tanklarının sınırı keçib Cərablusu nəzarət altına almasını "işğal" kimi dəyərləndirdi.

25 avqustda Türkiyə Cərablusa doğru hərəkət edən YPG (PYD) mənsubu bir qrup terroristi Qarqamışdakı toplardan atəşə tutdu. 26 avqust günü saat 00:20-də

Page 131: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Türkiyə SQ tərəfindən tərtib edilən mətbuat konfransında, "Fərat Qalxanı” hərəkatının davam etdiyi, bölgədə yaşayan mülki xalqın zərər görməməsi üçün hər cür tədbirin alındığı və bu mövzuda böyük həssasiyət göstərildiyi bəyan edildi. Eyni zamanda, Türkiyə SQ-inin ələ keçirdiyi torpaqları işğal etmək fikrində olmadığı və terroristlərdən azad edilən ərazilərin Azad Suriya Ordusunun ixtiyarına veriləcəyi bildirildi.

27 avqust 2016-cı il tarixində kürd terrorçularının Amerikalılardan aldıqları roketlərlə Türkiyə birliklərinə doğru açdıqları atəş nəticəsində bir tank yüngül, diğəri isə ağır zədə aldılar. 3 türk əskəri yaralandı və 1 əskər də şəhid oldu

29 avqust 2016-cı il tarixində 400 km²-lik geniş ərazidə yerləşən Tukhar Qəbir, Halvanji, Möhsinli və Ərəb Həsən Sağır kimi 43 kənd nəzarət altına alındı.

30 avqust. Türkiyə SQ 21 hədəfə 108 atış atıldığını açıqladı. Eyni zamanda "tank ovcusu" kimi tanına A-10 tipli təyyarələr ilk dəfə istifadə edildi və 2 hədəf məhv edildi. Türk ordusu həmin gün Suriyanın 24 kilometr dərinliyinə qədər daxil oldu.

31 avqust. 25 hədəf uzaqvuran “Fırtına” toplarından atılan 107 atəşlə zərərsizləşdirildi. Diğər yandan sınıra tank sövqiyyəti davam etdi. Cərablusun qərbində 1 türk tankı roketlə vuruldu, 3 əskər yaralandı. Türkiyə Silahlı Qüvvələri tanka atəş açılan nöqtəni məhv etdi.

1 sentyabr. Türkiyə SQ15 hədəfə 99 atəş açıldığı barədə məlumat yaydı. Ümumilikdə 262 hədəfin məhv edildiyi bildirildu. Cərablusun qərbində Zavqar, Tel-Ağbar, Şainə, Külliyə və Əs-Sabuniyə kəndləri ələ keçirildi.

3 sentyabr. Türk zirehli vasitələri Kilisin Əlibəyli elçəsindən Suriyanın Çobanbəy elçəsinə, Ria qəsəbəsinə girdi. Beləcə əməliyyatın ikinci mərhələsi başladı. Gün içində Türk Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Ərəb İzzah, Ər-Fursan və Əl-Rai bölgələrində torpaq qazanmağa başladı. Türkiyə Silahlı Qvvələri verdiyi açıqlamada İŞİD mənsublarının mövqelərindən döyüşsüz çəkildiklərini bildirdi. Beləcə, Kubba Turkuman aerodromu döyüşsüz ələ keçirildi və ilk dəfə Əl-Baba yürüşün başlanacağı söylənməyə başlandı.

4 sentyabr. Əl-Rai bölgəsinə gerçəkləşdirilən hücum nəticəsində Əzəz-Cərablus xətti də tamamən Türk Silahlı Qüvvələrinin əlinə keçdi. İŞİD bölgədən döyüşsüz geri çəkildi. Türkiyə ordusu Tuvayran, Qübbə Türkmən, Əl-Kadi, Tel-Ar, Əs-Süveydah, Vüquf və Tel-Battal bölgələrində bulunan kürd terroristlərinin mövqelərinə 293 dəfə toplardan atəş açıldığını və 83 hədəfin məhv edildiyini açıqladı.

5 sentyabr. İŞİD-in geri çəkilməsilə Əzəz-Cərablus arasındaki avtomobil yolu nəqliyyatın üzünə açıldı. 12 bölgə Türk Silahlı Qüvvələrinin əlinə keçdi.

6 sentyabr. Vüquf bölgəsində 2 türk tankına roketlərdən atəş açıldı. Türk ordusu itkilərə məruz qaldı. 3 türk əskəri şəhid oldu, 1 əskərsə yaralandı.

7 sentyabr. Şandır bölgəsindəki 4 hədəf zərərsizləşdirildi. 8 sentyabr. Kantara, Əş-Şəhid, Əl-Humran və Daşlı Höyük məhəllələri ələ

keçirildi. 9 sentyabr. Daha bir türk tankı vuruldu, 3 türk əskəri şəhid oldu, 1 əskər

yaralandı. Tel-Əli, Tel əl-Hava və Vüquf bölgələrində 4 IŞİD qərargahı yerlə bir edildi.

Page 132: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Həmin gün İsveçrədə Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Türkiyənin irəliləyişini əngəlləmək üçün Suriya barədə çoxpilləli plan haqqında razılığa gəldilər. Plana atəşin 7 günlüyünə dayandırılması, müxalifətin və terrorçu qruplaşmaların təsnifi və humanitar yardımların çatdırılması məqsədilə Kastello yolu ətrafında silahdan arındırılmış zonanın yaradılması daxil idi. O, sentyabrın 12-dən qüvvəyə minməli idi. Rusiya və ABŞ İŞİD-in geri çəkiləcəyini, Türkiyənin də kürd terrorçularının müqavimətini asanlıqla qıraraq bu cür sürətlə irəliləyəcəyini gözləmirdilər. Türkiyənin Suriyada “Bataqlığa” düşəcəyinə inanırdılar. Fəqət bunun əksi baş verməkdə idi.

10 sentyabr. Türkiyə ordusu daha 10 hədəfi vurdu. Gün ərzində 6 mina zərərsizləşdirildi.

11 sentyabr. Türk ordusunun irəliləyişi, IŞİD-in geri çəkilişi davam etdi. Qaziantepdən döyüş bölgələrinə tank və əskər göndərilməsi də aralıqsız davam etdi.

12 sentyabr. Türkiyə SQ əməliyyatın 20-ci günündə 845 kilometrlik sahənin nəzarət altına alındığını, irəliləyişin davam etdiyini və həyata keçirilən 2 hava hücumu ilə bir silah-sursat ambarının və bir topçu mənzilinin zərərsizləşdirildiyini bildirdi.

Həmin gün Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerrinin İsveçrədə sentyabrın 7-də əldə etdikləri Suriya barədə çoxpilləli plan haqqında razılaşma qüvvəyə mindi.

13 sentyabr. Rai, Əzəz və Cərablus bölgələrində kəşfiyyat, müşahidə əməliyyatları davam etdi.

17 sentyabr. Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ-ın dövlət katibi Con Kerrinin İsveçrədə sentyabrın 7-də əldə etdikləri və 12 sentyabrda qüvvəyə minən Suriya barədə çoxpilləli plan haqqında razılaşma Əsəd rejiminn və Rusiyanın ona əməl etməmələri səbəbindən pozuldu.

Həmin gün ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Deyr əz-Zor istiqamətində irəliləyən Əsəd qüvvələrinə havadan zərbə endirdilər. Nəticədə rejimin 60 əskəri öldü və 100 nəfər də yaralandı. Bu, İŞİD-in işinə yaradı və İŞİD dərhal şəhərin yaxınlarında yerləşən aviabazanı mühasirəyə aldı.

19 sentyabr. Hələb yaxınlarında BMT və Suriyanın Qırmızı Aypara Cəmiyyətinin birgə təşkil etdikləri humanitar yardım konvoyuna zərbələr endirildi. ABŞ bunun məsuliyyətini Rusiyanın və Əsəd rejimini daşıdığını bəyan etdi. Rusiya isə insindentə səbəb kimi ABŞ-ın müxalifətlə terrorçuların təsnifinə mane olmasını göstərdi. ABŞ da öz növbəsində Rusiyanı problemin siyasi yollarla həllinə nail olmaq üçün Bəşər Əsədə təzyiq göstərməməkdə günahlandırdı.

19 sentyabr. Ən-Nüsra Cəbhəsi Hələb ətrafında rejim qüvvələrinə və onlara dəstək verən İrana bağlı qüvvələrə hücuma keçdi.

22 sentyabr. Rejim qüvvələri havadan Rusiyanın, yerdə isə İrana bağlı qüvvələrin dəstəyi ilə şəhəri xarabazara çevirmək və dinc əhalini məhv etmək hesabına Hələbi ələ keçirdilər. Şəhəri müdafiə edən Ən-Nüsra Cəbhəsinin döyüşçüləri dinc əhalini xilas edə bilmək üçün şəhər əhalisinin sağ qalan hissəsi ilə birlikdə İdlibə çəkilmək məcburiyyətində qaldılar.

Page 133: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

3 oktyabr. ABŞ Rusiya ilə atəşkəsə nail olmaq üçün saxladığı ikitərəfli əlaqəyə son verdiyini, bununla belə, Rusiyanın Müdafiə Nazirliyi ilə koordinasiyanın davam etdiriləcəyini bəyan etdi.

16 oktyabr. Dabıq və ətrafındakı Suran və Ahterin şəhərləri Türkiyə dəstəkli Azad Suriya Ordusunun nəzarətinə keçdi. Heç kəsin gözləmədiyi halda, İŞİD Dabiqi, demək olar ki, müqavimətsiz tərk etdi. Halbuki İŞİD mənsubları bura çox böyük önəm verir və aşağıdakı hədisə istinad edərək, “Rumlar”, yəni xristianlar (Rusiya) üzərində məhz Dabıqda böyük qələbə çalacaqlarına inanır və həmin günü gözləyirdilər:

"Rumlar Amiq və ya Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz...” (Müslim, 2897).

Gözlənilmədən qarşılarına müsəlman ordular – Azad Suriya Ordusu və Türkiyə Silahlı Qüvvələri çıxdı. Bu səbəbdən də ərazi müqavimətsiz tərk edildi. Çünki önəmli olan bölgənin rusların və ya da ABŞ-ın əlinə keçməməsi, müsəlmanlarda qalması idi.

Dabıq mövzusu İŞİD-in ideoloji-siyasi təbliğatında o qədər böyük yer tuturdu ki, bu adda dərgi çıxarır və öz baxışlarını həmin jurnal vasitəsiylə geniş kütlələrə çatdırırdılar. İlk nömrəsi 5 iyul 2014-cü ildə, Əl-Bağdadinin xəlifə elan edilməsindən dərhal sonra işıq üzü görən bu elektron dərgi İŞİD-in “Al-Hayat Media Senter” adlı mətbuat xidməti tərəfindən çıxarılır, “Portable Document Format” formatında bir çox saytlarda yayınlanırdı. Onun mətbu variantı bir müddət “Amazon.com” dükanlarında satılmış, fəqət ABŞ hökuməti bundan xəbər tutan kimi bunun qarşısı alınmışdır.

14 noyabr. Suriya havasında rusların МİQ-29КR qırıcı təyyarəsi vuruldu. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında tərəflər “terrorçulara” qarşı birgə mübarizə aparmaq barədə razılığa gəldilər.

5 dekabr. Ruslara aid SU-33 təyyarəsi vurularaq düşürüldü.21 dekabr. 14 türk əskəri şəhid oldu, 33 nəfəri də yaralandı. Buna qarşılıq

olaraq Türkyənin Hava qüvvələri 67 hədəfi bombaladı.29 dekabr. 2016-cı ilin sonlarında Rusiyanın Müdafiə Nazirliyi iki ay

müddətində Türkiyənin vasitəçiliyi ilə Suriyanın mərkəzi və şimal bölgələrinə nəzarət edən və ümumi sayları 60 mindən artıq olan silahlı müxalifət qüvvələri ilə apardığı danışıqlar nəticəsində rejimlə onlar arasında dekabr ayının 29-dan etibarən atəşkəs imzalanmasına nail oldu. Saziş BMT tərəfindən terrorist təşkilatlar kimi tanınan İŞİD və Ən-Nüsra Cəbhəsinə şamil edilmirdi. Türkiyə, Rusiya və İran arsında əldə edilən razılaşmaya əsasən, Rusiya özünün Xmeymimdə yerləşən Su-24M və Su-34 bombardımançı təyyarələrinin bir qismini Suriyadan çıxartmağa, 12 ədəddən az olmamaq şərtilə onları Su-25SM qırıcı təyyarə ilə əvəz etməyə boyun oldu. Aviatexnikanın, helikopterlər də daxil olmaqla, 30-35 sayını keçməməsinə razılaşdı.

2016-cı ilin sonunda Rusiyanın Aralıq dənizində göyərtəsində 14 ədəd qırıcı (Su-33 və MiQ-29K) olan “Admiral Kuznetsov” adlı təyyarə daşıyan gəmisi, “Böyük Pyotr” atom kreyseri, “Minsk”, “Müzəffər Georgiy” və “Nikolay

Page 134: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Filçenkov” desant gəmiləri, eləcə də kiçik ölçülü “Miraj” raket kateri lövbər salmışdı.

Buna və havadan başına yağdırılan bombalara baxmayaraq, İŞİD Palmiranı rejim qüvvələrindən və İrana bağlı qruplaşmalarından geri ala bildi. Bu, hal Rusiya və İranın nüfuzuna xeyli dərəcədə sarsıdıcı zərbə vurdu.

2017-ci illin 6 yanvarında Rusiyanın Müdafiə Nazirliyi prezident Vladimir Putinin qərarına əsasən təyyarə daşıyan “Admiral Kuznetsov” gəmisinin Surya sahillərini tərk etməkdə olduğunu açıqladı.

18 yanvar. Rusiya və Türkiyə birlikdə hərbi əməliyyat keçirdilər. Rusiyaya məxsus Su 24M və Su-34 təyyarələri İŞİD, Türkiyənin F-16 və F-4 təyyarələri YPG (PYD) mənzillərini bombaladı.

2017-ci ilin əvvəlində Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan və Rusiyalı həmkarı Vladimir Putinlə əlaqə saxlayaraq, onlara Suriyadakı bütün tərəflərin atəşkəs barədə ümumi razılığa gələ bilmələri üçün Qazaxıstanın paytaxtı Astananı danışıqlar məkanı kimi təklif etdi. Təklif böyük məmnuniyyətlə qəbul edildi.

23-24 yanavar. Astana formatında ilk görüş keçirildi. Görüşdə rejimi Rusiya və İran, müxalifəti isə Türkiyə təmsil edirdi. BMT-nin vasitəçi, ABŞ-ın isə müşahidəçi rolunda çıxış etdiyi bu görüşdə ilk dəfə rejimlə müxalifət eyni masa arxasına oturduldu.

Zamin ölkələr qismində çıxş edən Türkiyə, Rusiya və İran BMT-nin nəzarəti altında monitorinq qrupunun yaradılması barədə razılıq əldə etdilər.

9 fevral. Rusiya “səhvən” Əl-Bab yayxınlarındakı Türkiyə mövqelərinə atəş açdı, nəticədə 3 türk əskəri şəhid oldu.

15-16 fevral. Astana formatında ikinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

24 fevral. Əl-Bab Azad Suriya Ordusunun əlinə keçdi. Beləcə, 198 gün davam edən “Fərat qalxanı əməliyyatı” sona çatdı. Beləcə, 243 yaşayış məntəqəsi və 2015 km²-lik ərazi Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun nəzarətinə keçmiş oldu.

14-15 mart. Astana formatında üçüncü görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

Zamin dövlətlər atəşkəs rejiminin hazırki vəziyyətini , əsirlərin dəyiş-düyüşünü, yeni Suriya Konstitusiyası və digər məsələləri müzakirə etdilər.

Aprelin əvvəlində İdlibdə baş vermiş kimyavi hücumun məsuliyyətinin Əsəd rejimininin üzərinə düşdüyünü söylətən ABŞ prezidenti Donald Trampın əmri ilə ABŞ Hüms əyalətində yerləşən Əş-Şayrat aviabazasına roket zərbələri endirdi.

3-4 may. Astana formatında dödrüncü görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər.

Zamin ölkələr silahsızlaşdırılmış bölgələr barədə Memorandum imzaladılar. Sənəd İdlib, Hüms, Şərqi Quta, Dera və Kuneytra bölgələrini əhatə etməkdə idi.

Page 135: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Türkiyə, Rusiya və İran Suriyanın torpaq bütünlüyünə tərəfdar olduqlarını bəyan etdilər.

Mayın sonunda müxalif qruplaşmalar Hümsdən çəkildilər.İyunda ABŞ və Rusiya arasında Suriyanın cənubunda silahsızlaşdırılmız bölgə

yaratmaq barədə razılıq əldə edildi. ABŞ və Rusiya nüfuz dairələrini müəyyənləşdirdilər. Fərat çayı nüfuz dairələri arasında sərhədd kimi müəyyənləşdirildi.

4-5 iyul. Astana formatında beşinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər atəşkəs rejimini davam etdirməkdə qərarlı olduqlarını bir daha təsdiqlədilər.

Sentyabrın rejim qüvvələri Deyr əz-Zor şəhərinin blokadasını qırdılar.14-15 sentyabr. Astana formatında altıncı görüş keçirildi. Görüşdə rejim və

müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər Doğu Qutada, Hümsün bəzi bölgələrində, İdlibdə və ona sərhədd Lazkiyə, Hama və Hələb vilayətlərində gərginliyi azaltma zonaları yaratmağa qərar verdilər.

6-14 oktyabr. Rejim qüvvələri havadan rus təyyarələri, yerdən isə İrana bağlı qüvvələrin dəstəyi ilə İŞİD-i Deyr əz- Zor əyalətinin Məyadin şəhərindən sıxışdırıb çıxara bildilər.

30-31oktyabr. Astana formatında yeddinci görüş keçirildi. Görüşdə rejim və müxalifət nümayəndələri, zamin ölkələr və müşahidəçi qismində BMT, ABŞ və İordaniya iştirak etdilər. Tərəflər Suriya konfliktinin həll edilməsində qərarlı olduqlarını diqqətə çatdırdılar.

Həmişəki kimi İŞİD və Ən-Nüsra razılaşmalardan kənarda qaldı.3 noyabr. İŞİD Deyr əz-Zordan sıxışdırıldı.Bu arada Əsəd rejiminə bağlı

qüvvələr Rusiya və İranın dəstəyi ilə Fərat çayını keçərək Hişam və Tabiya qaz yataqlarından 5 km aralıda 20 km dərinliyində bir ərazidə mövqe qazandılar.

Noyabr ayında Suriya cəbhəsində baş verənlərə münasibət bildirən Rusiya prezidenti Vladimir Putin ən önəmli hadisə kimi Astana prosesini və silahdan arındırılmış gərginliyi azaltma bölgələrinin yaradılmasını qeyd etdi və fəal hərbi əməliyyatlara son qoyduğunu bildirdi. Eyni zamanda Suriyada sülhə nail olmaq üçün görülən işləri daha da dərinləşdirmək məqsədilə Soçidə Suriya xalqlarının Konqresini keçirməyi təklif etdi.

21-22 dekabr. Astana formatında səkkizinci görüş keçirildi. Tərəflər növbəti 2018-ci ilin 29-30 yanvarında Soçidə Konqres keçirilməsinə qərar verdilər. Astana prosesinin də davam etməsinin vacibliyini xüsusi qeyd etdilər.

2018-ci ilin 20 yanvarında Türkiyə Afrində ABŞ-ın silahlandırdığı PKK-YPG (PYD) terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına start verdi. Əməliyyat səhər saat 17.00-da başladı. Hərəkatın ilk mərhələsində PKK-YPG (PYD)-yə aid 7 bölgədə yerləşən müşahidə nöqtəsi, mənzil və siah-sursat anbarlarından ibarət 108 hədəf, eləcə də YPG-nin əlində olan Minninq hərbi hava bazası bombardıman edldi. Əməliyyatda 8 fərqli aerodromdan qalxan 72 ədəd F-16 təyyarəsi iştirak etdi. Buna paralel olaraq, Azad Suriya Ordusu da Əzəzdən Afrin istiqamətində hərəkata keçdi.

Page 136: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

YPG (PYD) Bəşər Əsədə müraciət edərək, ondan kömək istədi, fəqət Rusiyanın kuklası halına gələn və Moskvanın əmri olmadan hərəkət edə bilməyən Əsəddən heç bir cavab gəlmədi. Kürd terrorçular Əl-Bab əməliyyatı zamanı olduğu kimi, bu dəfə də Suriyanın hava sahəsini Türkiyə təyyarələrinə açan Rusiyanı xəyanətdə günühlandırdılar.

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Afrindəki kürd terrorçularına yardım məqsədilə Fəratın şərqində buluna YPG (PYD) silahlılarının Fəratın qərbinə keçmələrinə yardımçı oldu. Fəqət ABŞ Rusiya ilə Suriyanı nüfuz dairələrinə böldüklərindən və Fəratın qərbi ruslara aid olduğundan Afrindəki YPG (PYD) qüvvələrinə, Fəratınn şərqində olduğu kimi, hava dəstəyi verə bilmirdi.

Türkiyə Silahlı Qüvvələri əməliyyatın səkkizinci günündə YPG (PYD)-yə aid toplam 340 hədəfin məhv edildiyini bəyan etdi. 28 yanvar 2018-ci il tarixində Burseya dağı bütünlüklə nəzarət altına alındı. Həmin gün YPG-nin qadın qolu YPJ mənsubu olan “Avesta Xabur” kod adlı bir qadın terroristin Türkiyə əskərlərinin olduğu bölgədə terror aktı törətdi.

30 yanvar. Türkiyə Silahlı Qüvvələri Afrinə havadan türkçə, kürdcə və ərəbcə yazılmış vərəqələr atdı. Vərəqələrdə yerli xalq bölgədə olan kürd terrorçularına qarşı mübarizəyə səsləndi və "Afrin Afrinlilərindir" mesajı verildi. Eyni şəkildə Afrinlilərin telefonlarına da SMS-lər göndərildi. 

31 yanvar. Darmıq dağının cənub yamacında Abdullah Öcalanın betondan inşa edilmiş böyük barelyefi insansız hava araçları tərəfindən bombalandı.

1 fevral. Afrinin şimalındakı Əli Qar və Zar kəndləri YPG (PYD)-dən alındı. Əli Qar və Zar kəndlərinin alınmasıyla birlikdə Zəhran bölgəsi ile Şinqal kəndi arasındakı ərazi bütünlüklə nəzarət altına götürüldü. Afrinin şimalında böyük bir bölgə Türkiyə Silahlı Qüvvələrinin əlinə keçdi. Həmin gün Bülbül qəsəbəsi də terrorçulardan təmizləndi. Beləcə, Türkiyə Silahlı Qüvvələri hərəkat boyunca ilk dəfə böyük bir bölgəni elə keçirmiş oldu.  Afrin vilayətində yerləşən kəndlərin 10-da biri Azad Suriya Ordusunun tam nəzarətinə keçdi.

17 fevral. 2018-ci ilin fevral ayı ərazində itkilərin artdığı, bir ay ərzində Türkiyə SQ-dən 32 əskərin şəhid, 170 əskərin də qazi olduğu açıqlandı. Azad Suriya Ordusunun da 60-dan çox şəhid verdiyi məlum oldu. Bu məlumatı 2018-ci tarixində Rəcəb Tayib Ərdoğan yaydı. 

19 fevral. Həmin günədək 1641 YPG terrorçusunun zərərsizləşdirildiyi məlum oldu. Verilən məlumatlarla Türkiyə SQ tərəfindən düzənlənən hava hücumlarında bir azalma baş verdiyi diqqətə çatdırıladı. Belə ki, 20-26 yanvar arasında 340, 27 yanvar-2 fevral arasında 198, 3-11 fevral arasında 89 və 12-16 fevral tarixləri arasında 47 hava hərəkatının düzənləndiyi bildirildi. Buna səbəb kimi fevralda müsəlman döyüşçülərin bir rus təyyarəsini vurması göstərildi.

Əməliyyata qatılan Türkiyə SQ və Azad Suriya Ordusu təkcə YPG (PYD) terrorçuları ilə deyil, bölgədə olan və terrorçulara açıq dəstək verən rejim gücləri və İrana bağlı şiə qruplaşmaları ilə də çatışmalı olurdular. Rejimin və İranın dəstəyi ABŞ-ın Fəratın şərqindən göndərdiyi yeni terrorçu dəstələrin döyüş yerinə şiə qruplaşmaların nəzarətində olan ərazilərdən sərbəst keçərək gəlmələri şəklində də davam etməkdəydi. ABŞ-ın bölgəyə sövq etdiyi terrorçular içərisində İraqın

Page 137: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Sincar bölgəsindən gələn PKK-lılar da vardı. Onlar da İrana bağlı şiə qruplaşmaların onlar üçün açdığı dəhlizdən keçib gəlirdilər.

Hərəkatın 31-ci günündə Əsəd rejimi dövlət televiziyası vasitəsilə rejimə  bağlı güçlərin kürd terrorçularına dəstək məqsədilə Afrinə sövq edildiyini rəsmən bəyan etdi. Buna cavab olaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  Türkiyənin buna cavabının çox ağır olacağını açıqladı.

20 fevral. Kürd terrorçularına dəstək məqsədilə rejim güclərinin və İrana bağlı Haşti-Şabi güclərinin Hələbdən Afrinə  göndərildiyi, onların yük və zirehli maşınlardan ibarət “Baqir Batalyonu”na aid konvoyunun Afrin istiqamətində hərəkət etdiyi barədə məlumat əldə edildi. Türkiyə Silahlı Qüvvələri bu konvoya toplardan xəbərdarlıq atəşi açdı, nəticədə konvoy 10 km geri çəkilmək məcburiyyətində qaldı.

22 Həmin gün axşam Afrinə silah-sursat daşıyan 30-40 maşınlıq YPG (PYD)  konvoyu Türkiyə ordusu tərəfindən məhv edildi. 

26 fevral. Daha 115 düşmən mövqeyi ələ keçirildi. YPG (PYD)-nin nəzarətində olan ərazilərin sahəsi daha da daraldılaraq bu ərazilərin Türkiyə sınırıyla bağlantısı bütünlüklə kəsildi. Bundan sonra çatışmalar Raco və Cin Dərəsi istiqamətində davam etdi.

6 mart. Türkiyə SQ və ASO Raconu nəzarətləri altına aldılar. Raco və Cin Dərəsindən Afrinə uzanan avtomobil yolları da ələ keçirildi.

12 mart. Afrin mühasirəyə alındı. Ətraf kəndlər ələ keçirildi.17 mart. Şərqdən qərbə və qərbdən şərqə irəliləyən Türkiyə ordusu Afrinin

şimalında birləşdi.  48 saat sonra Afrin bütünlüklə Türkiyə ordusunun və Azad Suriya Ordusunun

nəzarəti altına keçdi. Əməliyyat uğurla başa çatdı.30 yanvar. Soçidə 1,5 min nümayəndənin iştirakı ilə konqres tərtib edildi.

Beləcə, Astanada başlayan sülh prosesi yeni bir mərhələyə qədəm qoydu. Eyni zamanda sevimli Peyğəmbərimizin (s) 1400 il öncə bildirdikləri təsdiqini tapmış oldu. Söhbət aşağıdakı hədisdən gedir:

"Sizlər (müsəlmanlar) Rumlarla (ruslarla) güvənli bir sülh bağlayacaqsınız. Siz və onlar birlikdə arxanızdan hücum edən başqa bir düşmənlə (YPG // PYD) savaşacaqsınız. Zəfər qazanıb, qənimət mallarını alaraq savaşdan sağ-salamat çıxacaqsınız. Sonra savaşdan dönüb təpələri olan bir yerə çatacaqsınız. Orada xaç əhlindən bir adam, xaçı yuxarı qaldıraraq xaç qalib gəldi deyəcək, müsəlmanlardan bir adam da əsəbiləşərək, qalxıb o xaçı qıracaqdır, bax, o zaman Rumlar (ruslar) aranızdaki barışı pozaraq, sizinlə böyük bir savaş etmək üçün toplanacaqlar" (Əbu Davud, 4292).

Beləliklə, Soçi konqresi ilə “müsəlmanlarla ruslar arasındakı güvənli sülh” daha da möhkəmlənmiş oldu. Bundan əvvəl Astanada əsası atılan sülhdən istifadə edən müsəlmanlar Rusiyanın dəstəyi ilə, daha doğrusu, hava sahəsini açması ilə ABŞ-ı dəstəklədiyi “sarı bayraqlılar”la, başqa sözlə, YPG (PYD) ilə savaşıb zəfər çaldılar. Sülhün pozulması və ruslarla böyük savaş hələ qabaqda idi. Hələliksə sülh şəraiti davam edirdi.

Soçidə görüşən tərəflər Suriyanın yeni Konstitusiyası üzərində müzakirələr apardılar. Sülh danışıqları və müzakirələr BMT tərəfindən terrorçu kimi tanınan

Page 138: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

İŞİD və Ən-Nüsra Cəbhəsi, eləcə də Əhrar əş-Şam, Təhrir əş-Şam, Fəyləq ər-Rəhman kimi barışmaz qruplaşmaları əhatə etmirdi. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejimi ilə onlar arasında qanlı toqquşmalar davam edir, tərəflər ağlasızmaz itkilər verirdi. Yanvarın 7-də baş verən döyüşlərdə Əsəd rejiminin briqada generalı Heydər Həsənin məhv edilməsi döyüşlərin hansı cəviyyədə getdiyinin göstəricisi idi.

7-8 fevral. ABŞ-ın hava qüvvələri Həşm şəhərində yerləşən Bəşər Əsəd güclərinə hücum təşkil etdi.

14-15 may. Astana formatında doqquzuncu görüş oldu.2018-ci ilin yayında Rusiya, gözlənildiyi kimi, müsəlmanlarla əldə edilmiş

“güvənli sülh”ü pozaraq, 4 gərginliyi azaltma bölgəsindən 3-də hərbi əməliyyatlara başladı. Rusiya və İran tərəfindən dəstəklənən Əsəd rejiminə bağlı hərbi hissələr Rusiyanın havadan, İrana bağlı şiə qruplaşmalarının yerdən dəstəyi ilə Əs-Süveydə, Dera və Əl-Kunytra, eləcə də Şərqi Qutanı ələ keçirdi. Hüms və Hamanın da bir hissəsi rejim qüvvələrinin əlinə keçdi. Sözügedən bölgələr müsəlmanlardan, qadın, qoca, uşaq demədən, bütünlüklə təmizləndi və aşağıdakı hədisdə deyilənlər təsdiqini tapdı:

"...Orada xaç əhlindən bir adam, xaçı yuxarı qaldıraraq “xaç qalib gəldi” deyəcək, Müsəlmanlardan bir adam da əsəbiləşərək, o adamı öldürəcəkdir. Bax, o zaman Rumlar (ruslar) aranızdaki barışı pozaraq sizinlə (müsəlmanlarla) böyük bir savaş yapmaq üçün toplanacaqlar" (Müsnəd, 16826).

Ələ keçirilən həmin bölgələrdən Şərqi Quta üzərində xüsusi durmamız lazımdır. Çünki sevimli Peyğəmbərimiz (s) həmin bölgədə baş verəcək savaş barədə də öncədən xəbər vermişdi:

"Böyük savaş günündə müsəlmanların çadırı (komanda qərargahı) Şamın (Suriyanın) ən xeyirli şəhərlərindən olan Dəməşq adındakı şəhər tərəfindəki Qutada olacaqdır'' (Müsnəd, 21725; Əbu Davud, 4298).

Dəməşqin mərkəzindən 10 km şərqdə yerləşən Qutada, Əsəd rejimi, rus və fars faşistləri onu yerlə bir etməmişdən və əhalisini köçə zorlamamışdan öncə, yarısı uşaq olmaqla, 400 min əhali yaşamaqda idi. Müxalifətin əsas istinad nöqtələrindən biri hesab edilirdi. Oranın xalqı təqribən 6-7 il idi ki, rejim qüvvələri tərəfindən mühasirəyə alınmış və digər bölgələrdən təcrid edilmiş vəziyyətdə yaşayır, dirənməkdə davam edirdi. Bəşər Əsədin dinc əhaliyə qarşı 2013-cü ildə kimyəvi silah işlətməsi və tətbiq edilən sarin qazından 1729 nəfər mülki şəxsin həyatını itirməsi də onu yıprada bilməmişdi.

Əsəd və İran gücləri, Rusyanın havadan dəstəyi ilə müxaliflərin nəzarəti altındakı Şərqi Qutanı ələ keçirmək üçün 19 fevral 2018-ci il tarixində hərəkətə keçmişdi. Həmin tarixdən etibarən rejim, İrana bağlı şiə qruplaşmalar və Rusiyanın savaş təyyarələri 400 min mülki əhalinin yaşadığı bölgəyə havadan və yerdən təşkil etdikləri hücumları artırdılar. Hücum nəticəsində onminlərlə insan evsiz-eşiksiz qaldı, minlərlə insan qətlə yetirildi və ya şikəst edildi. Minlərlə uşaq yetim qaldı.

BMT Təhlükəsizlik Şurasının 24 fevralda aldığı atəşkəs qərarına rəğmən rejim və dəstəkçilərinin intensiv hücumlarına məruz qalan Şərqi Qutada mülki əhali

Page 139: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

arasında ölümləri dəvam etmiş, beynəlxalq müşahidəçilərin sülhə nail olmaq barədə təşəbbüsləri nəticə verməmişdi.

3 martdan etibarən bölgəyə quru əməliyyatı başladılmış və mülki obyektlər, o cümlədən evlər, məktəb və xəstəxanalar bombalamanmağa davam etmişdi. Əsədə və İrana bağlı ələvi və şiə hərbi birləşmələr martın 11-12 – də qəsəbənin şərqindən qərbinə doğru irəliləyərək Haresta qəsəbəsini də mühasirəyə almış və Şərqi Quta bölgəsini 3 parçaya bölmüşdü.

Nəhayət, yayda başdan-başa xarabazara çevrilən Hüms, Hama və Quta əhalisi, eləcə də silahlı müxalifətin döyüşçüləri Türkiyənin yardımı ilə İdlib bölgəsinə sövq edilə bildilər. Bu barbarlıq aksiyasından sonra yüzminlərlə Suriyalı Türkiyəyə pənah gətirmək məcburiyyətində qaldı və Türkiyədəki Suriyalı mültəcelərin sayı 3 milyonu keçdi.

İllər ərzində Qutanı və xalqını qaniçən rejimdən və dəstəkçiləri Rusiya və İrandan müdafiə müdafiə edən əsas qüvvə Ceyş ül-İslam (İslam Ordusu) təşkilatı olmuşdur.

Peyğəmbərimizin (s) 1400 il öncə müjdələlədiyi və haqqında öygü ilə bəhs etdiyi sözügedən qurum 2013-cü ildə bir neçə xırda İslami təşkilatın birləşməsi ilə yaradılıb. 2018-ci ilə qədər Şərqi Qutada ən güclü silahlı qruplaşma olan Ceyş ül-İslamın qərargahı Dumada yerləşirdi. Təşkilat Bəşər Əsəd rejimi, Rusiya və İran tərəfindən terrorist qruplaşmalar siyahısına daxil edilsə də, nə BMT, nə də digər ölkələr onu terrorçu təşkilat kimi tanımır və Rusiyanın 2016-cı ildə onu BMT-nin terrorçu təşkilatlar siyahısına saldırması cəhdi BMT tərəfindən rədd edilmişdir.

Hazırda Hələb vilayətinin Azad Suriya Ordusunun nəzarətində olan şimal hissəsində fəaliyyət göstərir. Onun dəfələrlə terrorizmə qarşı bəyanatlar verdiyi bilinməkdədir.

Ceyş ül-İslamın qurucusu və ilk başçısı Mühəmməd Zəhran Alluşdur. Tanınmış din xadimi Abdullah Mühəmməd Alluşun oğıu olan Mühəmməd Zəhran Alluş 1970-ci ildə doğulub, öncə Dəməşqdəki Şəriət Universitetində, daha sonra isə Mədinədəki İslam Universitetinin Şəriətşünaslıq fakultəsində təhsil alıb. Magistr dərəcəsi alıb. 2011-ci ildə Liva əl-İslam (İslam briqadası) adlı təşkilat qurub, sonra bu təşkilatın digər təşkilatlarla birləşdirilməsi ilə Ceyş ül-İslam təşkilatını yaradıb. 2015-ci ilin 25 dekabrında rusların atdığı raket zərbəsi nəticəsində şəhid olub. Qardaşı Mühəmməd Alluş təşkilatı 2017-ci ildə Astana görüşündə təmsil edib.

Mühəmməd Zəhran Alluşun şəhid olmasından sonra təşkilata İssam əl-Buvaydani başçılıq edir.

Qeyd edək ki, Ceyş ül-İslamın ən yadda qalan hərbi aksiyası Suriyanın müdafiə naziri Davud Racih və müavini Asəf Şövkətin məhv edilməsi ilə nəticələn aksiyadır.

Suriya savaşının, başqa sözlə, Məlhəmə-i Kübranın sonrakı xronologiyası aşağıdakı kimidir:

17sentyabr (2018). Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İdlib ətrafında yaranmış gərginliyi aradan qaldırmaq üçün Soçidə bir araya gələrək İdlibdə silahlardan arındırılmış bir bölgə qurulması barədə anlaşma əldə etdilər. Razılaşmaya əsasən 15-20 kilometr derinliyində və 250

Page 140: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

kilometr uzunluğundaki silahsızlandırma bölgəsi yaratmaq qərara alındı və bu yolla Türkiyə prezidenti Rusiya, İran və Əsəd rejiminin müsəlmanları son sığınacaq yerləri olan İdlibdən də təmizləmək planının həyata keçməsini əngəlləməyə nail oldu.

Razılaşma aşağıdakı müddəaları əhatə etməkdə idi: 1. İdlib gərginliyi azaltma bölgəsi qorunacaq. Türkiyənin müşahidə nöqtələri

güçləndiriləcək.2. Rusiya İdlibdə hərbi əməliyyat və hücumlardan qaçınılması üçün gərəkli

tədbirlər alacaq və mövcus status-kvo qorunacaq.3. Silahsızlaşdırma bölgəsi yaradılacaq və bölgə 15 - 20 km olacaq.4. Silahsızlaşdırma bölgəsinin sınırları sahədəki çalışmalarla müəyyən

ediləcək.5. Bütün radikal qruplar silahsızlaşdırma bölgəsindən 15 oktyabra qədər

çıxarılacaq.6. Qarşıdurma tərəflərinə aid bütün tanklar, çoxlüləli raketatanlar, toplar ve

minaatanlar da daxil olmaqla, ağır silahlar 10 oktyabrda İdlibdəki silahsızlaşdırma bölgəsinden çəkiləcək.

7. Silahsızlaşdırma bölgələrindəki monitorinqlər türk və rus əskərləri tərəfindən həyata keçiriləcək. Monitorinqlər insansız hava araçlarıyla havadan da gerçəkləşdiriləcək.

8. M4 - M5 avtomobil yolu təhlükəsizliyi ilin sonuna qədər təmin ediləcək və nəqliyyata açılacaq.

9. İdlibdə sürdürüləcək atəşkəs rejiminin təmin edilə bilməsi üçün təsirli tədbirlər alınacaq. İran, Türkiyə, Rusya ortaq koordinasiya mərkəzi təşkil ediləcək.

Razılaşmaya əsasən, İdlibdə fəaliyət göstərən ve başında Həyat Təhrir əş-Şamın durduğu təşkilatların, təşkil ediləcək silahsızlaşdırma bölgəsini tərk etmələri, ağır silahların da 15 oktyabra qədər geri çəkilməsi öngörülməkdə idi.

18 sentyabr. Gecə İsrailə aid dörd F-16 təyyarəsi rejimin Latakiya ərazisindəki mövqelərinə zərbələr endirdi. Bu zərbələri Rusiya istehsalı S-200 zenit-raket kompleksi vasitəsilə zərərsizləşdirmək istəyən Əsəd rejiminin əskərləri həmin sırada Xmeymin hərbi bazasına enməyə çalışan, içində rus generallarının və yüksək rütbəli zabitlərinin olduğu, Suriya ordusu üçün hərbi-tezniki ləvazimat gətirən Rusiyaya aid İl-20M yük təyyarəsini vurdular.

25 sentyabr. Xmeymin bazasına iki İl-76 hərbi yük təyyarəsi vasitəsilə çoxfunksiyalı “Krasuxa-4” tipli dalğaqarışdırıcı avadanlıqlar gətirildi.

3 oktyabr. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Təhlükəsizlik Şurasını Suriyaya S-300 zenit-raket komplekslərinin çatdırıldığı barədə məlumatlandırdı.

19 noyabr. Əsəd rejiminin “baş hərbi qərargahı” İŞİD-ə qarşı Əs-Səfa vulkanik yaylasında aparılan çoxhəftəlik əməliyyatların bitdiyini bəyan etdi.

28-29 noyabr. Astana formatında 11-ci görüş keçirildi. Tərəflər Türkiyənin israr və təkidi ilə Suriyanın Fəratdan şərqdəki bütün ərazilərdə soyqırıma və təmizləmələrə məruz qalmış dinc müsəlman əhalinin ən son sığınacaq yeri olan İdlib bölgəsində gərginliyin azaldılması barədə Memorandum imzaladılar.

Page 141: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

19 dekabr. ABŞ öz qoşunlarını Suriyadan çəkməyə hazırlaşdığını bildirdi. Prezident Tramp bunu İŞİD-in tamamilə məhv edilməsi ilə əlaqələndirdi.

28 dekabr. Əsədə bağlı hərbi birləşmələr ABŞ və Rusiyanın gizli razılığı əsasında Türkiyənin önünü kəsmək məqsədilə Münbicə daxil oldular.

2019-cu ilin yanvarında YPG (PYD) Münbicdən çıxdığını bəyan etdi, gerçəkdə isə kürd terrorçuları öz səhra geyimlərini Suriya ordusunun uniformaları, sarı bayraqlarını da Suriya bayraqları ilə əvəz etdilər.

23 yanvar (2019). Moskvada Rusiya və Türkiyə prezidentlərinin İdlibdəki vəziyyətlə bağlı görüşü oldu. Tərflər fevralda Suriyadakı vəziyyəti müzakirə etmək üçün Soçidə Rusiya-Türkiyə-İran sammitinin keçirilməsinə qərar verdilər.

14 fevral. Soçidə Rusiya, Türkiyə, İran sammiti keçirildi. Tərəflər Suriyanın ərazi bütövlüyünə tərəfdar olduqlarını növbəti dəfə təkrarladılar.

25-26 aprel. Astana formatında 12-ci görüş keçirildi.1-2 avqust. Astana formatında 13-cü görüş keçirildi.7 avqust. Müxalifət Hamanın şimalında itirilmiş mövqelərini ələ keçirmək

üçün İdlib sərhəddi istiqamətində hücuma keçdi. Məqsəd İdlibin cənubunda, Xan Şeyhunda möhkəmlənmiş Ən-Nüsra Cəbhəsi və Ceyş əl-İzzə ilə quru əlaqəsi yarada bilmək, Hama ilə Hələbi birləşdirən M5 avtomobil yolunun daha bir hissəsini nəzarət altına almaq idi. Əsəd rejimi rusların havadan və İrana bağlı şiə qruplaşmalarının yerdən verdikləri dəstəklə hücumun qarşısını, çətinliklə də olsa, ala bildilər. Hər iki tərəf böyük itkilər verdi.

10-11 avqust. Əsəd rejimi hücum nəticəsində müxalifətin azad edə bildiyi Əl-Hübeyt Sükeyk yaşayış məntəqələrini geri aldı.

19 avqust. Suriya nişanlı rus təyyarələri dinc əhalini qorumaq üçün Xan-Şeyhun istiqamətinə hərəkət edən Türkiyə zirehli maşınlarını bombaladı və yolunu kəsdi. İrana bağlı şiə qruplaşmaların yerdən verdiyi dəstəklə rejim gücləri Türkiyənin 9№-li müşahidə postunu mühasirəyə aldılar və Xan-Şeyhun istiqamətində irəliləməyə başladılar. Rus təyyarələri digər şəhərlər kimi bu şəhəri də bombardıman edərək xarabazarlığa çevirdi. Çox sayda mülki əhali məhv edildi. Müxalifət sağ qalan dinc əhalinin İdlibin içlərinə doğru qaça və canını qurtara bilməsi üçün, çətinliklə də olsa, şərait yaratmağı bacardı. Düşmənlə savaşa-savaşa geri cəkilməyə məcbur oldu. Dağılmış şəhərə daxil olan İran və rejim gücləri hər yerdə etdiklərini təkrar etdilər, yaralanan və şəhəri tərk edə bilməyən müsəlmanları işkəncə verərək öldürdülər.

23 avqust. Rejim Hama vilayətini və İdlibin Xan-Şeyhun şəhərini bütünlüklə ələ keçirdiyini bəyan etdi.

Rusiya və İranın əldə edilmiş razılıqları pozması, gərginliyi azaltma bölgələrini işğal etməsi və ələ keçirilən bölgələrdə etnik və məzhəbi təmizləmə aparılması Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı təcili Moskvaya getməyə məcbur etdi.

Vəziyyət ABŞ-ın nəzarəti altında olan ərazilərdə, yəni Fəratın şərqində də ürək açan deyildi. Orada da kürd terrorçuları ABŞ-ın dəstəyi ilə ərəb və türkmənlərdən, eləcə də müsəlman kürdlərdən təmizlədikləri bölgədə “kürd dövləti” qurmağın hazırlıqları içində idilər.

Page 142: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

27 avqust. Moskvada Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirildi. Türkiyə Rusiya və İranın hücumlarını müvəqqəti də olsa, dayandırmağa və Fəratın cənubunda əməliyyat keçirmək üçün vaxt qazanmağa nail oldu.

30 avqust. Putin 31 avqust 2019 tarixndən, səhər saat 6.00-dan etibarən atəşkəs elan ediləcəyini bəyan etdi.

31 avqust. İdlibdə müvəqqəti atəşkəs elan edildi. Həmin gün ABŞ hərbi hava qüvvələri İdlibə, Hürras əd-Din təşkilatının qərargahının olduğu yerə roket zərbələri endirdi.

9 oktyabr. Türkiyə ABŞ-ın israrına rəğmən Fəratın Şərqində ABŞ-ın silahlandırdığı YPG (PYD) terrorçularına qarşı “Barış pinarı” hərəkatına başladı. ABŞ öz hərbi birliklərini, iki NATO ölkəsi qarşı-qarşıya gəlməsin deyə, bütün Türkiyə-Suriya sərhəddi boyu 30-35 km cənuba çəkməyə məcbur oldu.

Hərəkatın əsil səbəbi YPG(PYD)-nin Türkiyə sərhəddində qurmağa hazırlaşdığı qondarma “dövlət”in qarşısını almaq və M4 avtomobil yolunu nəzarət altına götürmək və gələcəkdə Türkiyədə bulunan 4 milyon Suriyalı qaçqını terrorçulardan azad ediləcək torpaqlarda məskunlaşdıra bilmək idi.

Əməliyyat Türkiyənin hava qüvvələrinə bağlı uçaqların hava zərbələri və Suriyanın Tel-Abyad,  Rəsuleyn, Ayn İssa və Qamışlı bölgələrini hədəfə alan top atışlarıyla başladı. Gün ərzində rejim tərəfindən Nusaybinə  altı roket atıldı və nəticədə üç mülki vətəndaş öldü. Rasuleyndə YPG (PYD)-nin nəzarəti altındakı bir bölgədən Ceylanpınara  2 mina atıldı. Şanlı Urfanın Ağçaqalə, Birəcik və Ceylanpınar elçələri ilə Mardinin Nusaybin elçəsindəki bəzi nöqtələrə gerçəkləşdirilən hücumlarda üç nəfər mülki şəxs hayatını itirdi, 46 nəfər də yaralandı. Günün sonunda Türkiyə Silahlı Qüvvələri əməliyyatın, Tel-Abyad da daxil olmaqla, üç nöqtədən yer mərhələsinin başladığını bəyan etdi.

YPG (PYD) Türkiyənin bombardımanda guya mülki əhalini hədəf aldığını iddia etdi, ABŞ da öz növbəsində əməliyyat sahəsində uçuşa yasaq zona qurmağa çalışdı. YPG (PYD) eyni zamanda, əməliyyata etiraz əlaməti olaraq, İŞİD-ə qarşı hücumlarını durduracağını bildirdi, Türkiyə ordusuna qarşı Rəsuleyndəki gizli hücrələrini hərəkətə keçirdiklərini bəyan etdi. 

Əməliyyatın başladığı 9 oktyabr günü ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana  bir məktub göndərdi. Ənənvi diplomatik ifadələrdən fərqli bir üslubda yazılan və 16 oktyabr günü mediaya sızan və YPG (PYD)-nin baş komandiri kimi təqdim edilən Məzlum Kobaninin daha öncə Trampa göndərmiş olduğu məktubun da əlavə edildiyi həmin məktubun məzmunu belə idi:

“Hörmətli Prezident!Xeyirli bir razılaşmaya gələk! Minlərlə insanın qətl edilməsi

məsuliyyətinin altına girmək istəməsəniz, mən də Türkiyə iqtisadiyyatını məhv etmək məsuliyyətini üzərimə götürmərəm – ki, bunu edərəm. Rahib Branson hadisəsində bunun kiçik nümunəsini göstərdim.

Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı xəyal qırıqlığına uğratmayın. Xeyirli bir razlaşma həyata keçirə bilərsiniz. General Məzlum sizinlə müzakirə etmək və keçmişdə əsla gedə bilməyəcəkləri

Page 143: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

güzəştlərə getmək arzusundadır. Onun mənə yazdığı, mənim də yenicə aldığım məktubun surətini Sizə göndərirəm.

Bu məsələni doğru və humanistcəsinə həll etsəniz, tarix sizi xoş xatırlayar. Yaxşı işlər baş verməzsə, tarix sizi sonsuza qədər bir şeytan kimi xatırlayar. Sərt adam olmayın, axmaqlıq etməyin. Sizi daha sonra arayacağam...”

Məktuba münasibət bildirən bir hökumət sözçüsü “Məktub Ərdoğan tərəfindən oxunaraq zibilliyə atıldı” dedi. Bundan başqa, “Bu məktuba verilən ən konkret cavab bu gün saat 16.00-da Barış Pınarı Hərəkatının başlamasıdır” kimi bir açıqlama da verildi.

10 oktyabr. Səhər tezdən Türkiyə Silahlı Qüvvələri rəsmən YPG (PDY)-ə qarşı hücuma keçdiklərini, bu sırada 181 hədəfi vurduqlarını bildirdi. Türkiyə tərəfindən dəstəklənən 14 000 Azad Suriya Ordusu mənsubunun da hücümda iştirak etdiyi qeyd edildi.

Günün irərliləyən saatlarında YPG (PYD) ilə Türkiyə dəstəkli Azad Suriya Ordusu arasında Əl-Bab yaxınlarında savaş başladı. ASO Tel- Abyad bölgəsində irəliləyərək Tabatin və Əl-Müşrifah kəndlərini kürd terrorçularından azad etdi. Axşam saatlarında Türkiyə Silahlı Qüvvələri 11 kəndin nəzarət altına alındığını açıqladı.

Kürd terrorçularının Suriya ərazisindən Türkiyə ərazisinə atdığı roketlər 7 mülki vətəndaşın hayatını itirməsinə və 85 mülki şəxsin yaralanmasına yol açdı. 

11 oktyabr. Qamışlıdan açılan atəş nəticəsində Nüsaybində çəkiliş aparan iki türk  müxbiri yaralandı. Olay Türkiyədəki TV kanallarında canlı olaraq yayınlandı. Surucda da iki mülki şəxs terrorçuların minaatandan açdığı atəşlə öldürüldü. Həmin gün Türkiyədə ümumilikdə 9 nəfər həyatını itirdi. 

Türkiyə SQ Suruça açılan atəşə qarşılıq olaraq sınırın qarşısındaki Ayn əl-Ərəbə toplardan atəş açdı. Adını “Suriya Milli Ordusu” (SMO) kimi dəyişən Azad Suriya Ordusuna bağlı qüvvələr Tel-Abyadın cənub-şərqində yerləşən Halava kəndini ələ geçirdiyini bildirdi. Türkiyə SQ və SMO daha sonra Tel-Hələfin ələ keçirildiyini açıqladılar və kəndin içindən video-görüntülər yayınlandı.

Həmin gün Ceyş ül-İslam Türkiyə SQ və SMO-nun hərbi əməliyyatlarına qatılacağını açıqladı.

12 oktyabr. Türkiyə SQ və SMO Suriya topraqlarının 32 km içində yer alan M4 avtomobil yoluna çatdığını və Münbic ilə Qamışlı arasındaki əlaqəni kəsdiyini açıqladı. SMO eyni zamanda Rakkanın şərqində M4 avtomobil yoluna yaxın 18 kəndin terrorçulardan təmizləndiyini qeyd etdi. Yerli vaxtla saat 12:00 civarında Rəsuleyn də ələ keçirildi.

13 oktyabr. Türkiyə və onunla birlikdə hərəkət edən qrupların Şimali Suriyadakı hərəkatı davam etdi. “Hələb Today TV” xəbər portalı türk topçularının Tel-Abyad yaxınlarındakı bölgələrə atəş açdığını, Suriya Milli Ordusu mənsublarının kəndlərə girdiyini və 17 kəndi ələ keçirdiyini bildirdi. Türkiyə SQ və SMO səhər saatlarında Tel-Abyada bağlı Suluk qəsəbəsini də terroristlərdən təmizlədiklərini bəyan etdi. 

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan əməliyyatın başlamasından bu yana Türkiyəyə minatanlardan 652 mina və roket atıldığını, nəticədə sınır bölgələrində 18 mülki vətəndaşın öldüyünü və 147-sinin yaralandığını söylədi.

Page 144: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Həmin gün Rusiya və İran tərəfindən dəstəklənən rejim qüvvələri terroristlərlə anlaşaraq, Münbic və Kobaniyə girəcəklərini bəyan etdilər. Xəbər YPG (PYD) tərəfindən də doğrulandı. Rusyanın Suriya özəl təmsilcisi Aleksandr Lavrentyev “Suriya hökuməti” və PYD arasındakı bu anlaşmanın ruslara aid Xmeymim hərbi bazasında əldə edildiyini bildirdi ve Rusiyanın vasitəçi olduğunu təsdiqlədi. 

Anlaşmadan qısa müddət sonra rejimin rəsmi xəbər agentliyi SANA “Suriya Silahlı Qüvvələrinə bağlı birliklər”in, "Türkiyənin işğalının qarşısını almaq” məqsədilə şimal bölgələrinə yeridilməyə başladığını bildirdi. Anlaşmayla birlikdə rejim qüvvələri 5 il sonra Rakkaya girdi və şəhərdə müşahidə məntəqələri qurdu.

14 oktyabr. Rusiya silahlı qüvvələri və rejim gücləri Münbicə və Türkiyə ilə sərhəddə yeridildi. Üstəlik də ruslar yenidən həmin bölgələrə qayıtmaq istəyən Amerikalıların önünü kəsdilər. ABŞ prezidenti Amerika hərbi birləşmələrinin, Əl-Tanf hərbi bazası xaric, Suriyadan çıxaralacağını bəyan etdi.

15 oktyabr. Həmin gün Türkiyə prezidenti Ərdoğan "Batıdan doğuya 444 km, kuzeyden güneye 32 km genişliğinde, ülkemizdeki mültecilerin geri döneceği güvenli bir alanın kurulduğunu ilan ediyoruz" - dedi və əməliyyatın başlamasından bu yana Türkiyə SQ ve SMO tərəfindən toplam 1000 vadrat kilometrlik ərazinin terroristlərdən azad edildiyini açıqladı.

Rejim gücləri Münbicin tamamını nəzarət altına aldı. ABŞ birlikləri Əsədə bağlı hərbi birliklərin Ayn əl-Ərəbə girməsini əngəllədi və hərbi konvoy Münbicə geri döndü. ABŞ birlikləri Münbicin şimal-qərbində yerləşən Dadat və Um-Mialdakı bazalarını tərk etdi. Rejim qüvvələri Əl-Təvbəyə də girə bildilər. Rusiyanın Müdafiə Nazirliyi rus hərbiçilərinin Türkiyə və Suriya orduları arasındakı zolağa nəzarəti öz əllərinə aldıqlarını bəyan etdi.

16 oktyabr. Rusiya silahlı Qüvvələrinə bağlı birliklər axşam saatlarinda Kobani şəhərinə daxil oldular. Kürd terrorçularının başçısı Məzlum Kobani müsahibəsində Təmsilçilər Məclisindəki bir neçə rəsmi şəxsin yanında oturduğu vaxt ABŞ prezidenti Donald Trampın onu telefonla aradığını, telefon danışıqında Suriya hökuməti və Rusya ilə anlaşılacağını və "Türkiyə işgalına qarşı birlikdə savaşacaqlarını" söylədiyini bildirdi.

17 oktyabr. YPG (PYD) Hələbin şimalındakı Mare şəhərində SMO-ya qarşı terror aktı düzənlədi və SMO mənsubu 6 nəfəri öldürdü. Bu terror aktında daha 9 nəfər yaralandı. Həmin gün ABŞ prezidentinin yardımçısı Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında gerçəkləşən görüşdə YPG (PYD)-nin Suriya-Türkiyə sınırından 32 km dərinliyə sahib güvənli bölgədən çəkilməsi üçün hərəkatın 120 saatlığına durdurulması barədə razılıq əldə edildi. Pens hərbi əməliyyatın durması halında ABŞ-in Türkiyəyə uyguladığı bütün embarqoların qaldırılacağını və başqa embarqo olmayacağını bildirdi. Anlaşmaya görə, 32 km-lik güvənli bölgənin Türkiyə və SMO-nun nəzarəti altında olması qərarlaşdırıldı. 

18 oktyabr. Suriya İnsan Haqları komitəsi (SOHR) Türkiyə və YPG (PYD)-ni atəşkəsi pozmaqda, sonuncuları bundan başqa növbəti dəfə mülki obyektləri və əhalini bombardıman etməkdə günahlandırdı.

22 oktyabr. Soçidə bir araya gələn Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan YPG (PYD)-nin Türkiyə ilə sərhədd bölgələrdən, eləcə də Tel-Rifat və Münbicdən 30 km uzağa çəkilməsi üçün atəşkəs müddətinin 150 saat daha uzadılması barədə

Page 145: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

razılığa gəldilər. Bu məqsədlə Rusiya hərbi polisi və rejim güclərinə bağlı sınır mühafizləri hərəkat sahəsinin dışında qalan sahəyə girməsi qərarlaşdırıldı. Bundan başqa, Qamışlı şəhəri xaric,  10 kilometr uzaqda ortaq Rusiya-Türkiyə dövriyyələrinin təşkili qərarlaşdırıldı.

23 oktyabr. Rus hərbi polisləri və Kobani hərbi şurası Ayn əl-Ərəbdə (Kobanidə) dövriyyə fəaliyyətinə başladı. Ardından Qamışlının qərbindəki Amudə və Dırbasiyə qəsəbələrində Rusiya hərbi polisi ilə asayiş gücləri də eyni fəaliyyətə başladılar.  Həmin gün Türkiyə Müdafiə Nazirliyi əməliyyatın sona çatdığını bəyan etdi. ABŞ prezidenti Donald Tramp da bölgədə qalıcı bir atəşkəsin yarandığını, bu səbəbdən də Türkiyəyə tətbiq edilən embarqoların aradan götürüldüyünü bəyan etdi.

24 oktyabr. Rejim güclərinə aid 160 maşından ibarət bir hərbi konvoyAyn əl-Ərəbə (Kobaniyə) girdi, 1300 rejim əskərinin olduğu konvoy sınır xəttinə yerləşdi.

25 oktyabr. Rəsuleynin günüyində irərliləyişini sürdürmək istəyən SMO ilə PYD arasında çatışmalar baş verdi. Qarşıdurmaya Türkiyə SQ və rejim gücləri də qatıldı, SMO geri çəkildi, 5 türk əskəri yaralandı.

26 oktyabr. Bəşər Əsədə bağlı rejim gücləri Rəsuleyn – Tel-Tamər yolu üzərindəki bəzi kəndlərə soxuldu və burada Türkiyə SQ və SMO ile çatışmalar yaşandı, SMO tank, uzaqvuran top və minatanlardan açdığı atəşlərlə düşməni geri çəkilməyə məcbur etdilər.

29 oktyabr. Rusiyanın Suriyadəkı Tərəfləri Uzlaşdırma Mərkəzi başqanı, general Yuriy Borenkov üst-üsə 34 min nəfərin yer aldığı 68 kürd terror birliyinin və 3 mindən artıq silah və hərbi təçhizatın Türkiyə SQ ilə təmas xəttindən 30 kilometr geri çəkilməsinin tamamlandığını bəyan etdi. O, həmçinin rejimə bağlı əskərlərin Türkiyə sınırında, 60-ı Qamışlı və  24-ü Ayn əl-Ərəb (Kobani) bölgəsində olmaq üzrə, toplam 84 keçiş-nəzarət nöqtəsi qurduqlarını bildirdi.

30 oktyabr. Rejim onun hərbi birliklərinə qatılmaq istəyən PYD mənsublarını qəbul edəcəklərini bəyan etdi.

3 noyabr. Kürd terrorçuları Tel-Abyadda terror aktı törətdilər. 2020-ci il yanvarı tarixə Rusiya və İranın növbəti dəfə imzaladıqları sülhə və

verdikləri sözə xəyanət etmələri və müsəlmanların son sığınacaq yeri olan İdlibə havadan və yerdən genişmiqyaslı hücum təşkil etmələri, şəhər və kəndlərin bombardımana tutulması, dinc əhalinin kütləvi şəkildə Türkiyə sınırına doğru qaçması ilə düşdü. Bu hal Türkiyənin rejimin təmizləməyə çalışdığı müsəlmanları qorumaq məqsədilə açıqdan-açığa rus və fars qüvvələri ilə savaşa girməyə məcbur etdi.

27 fevral (2020). Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusu (SMO) rusların bölgə xalqına qarşı həyata keçirdikləri bombardımana cavab olaraq, İdlib əyalətində “Bahar qalxanı” adı verdikləri hərəkata başladılar. Türkiyənin müdafiə naziri Hülusi Akar hərakatın məqsədinin Adana, Astana və Soçi razılaşmalarında nəzərdə tutulmuş atəşkəsi təmin etmə, köçü önləmək, yerli xalqın və Türkiyə sınırlarının güvənliyini qorumaq olduğunu açıqladı.

Həmin gün Türkiyə SQ dəstəkli müxalif güçlər, başqa sözlə, müsəlmanlar Sərakibi, Sərakibin güneyində bulunan Cubas və Dadıq kəndlərini, Kafr Battıxın

Page 146: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

cənubunda yerləşən Qadura kəndini rejim güclərindən və onlarla birlikdə hərəkət edən İrana bağlı şiə qruplaşmalarından təmizləyərək nəzarət altına aldılar. Rus qaynaqları isə Sərakibin yenidən geri alındığı iddia etdi.

Həmin gün Suriya nişanı altında uçan rus təyyarəsi Türkiyə ordusuna havadan zərbə endirdi, 34 türk əskəri şəhid oldu. Buna qarşılıq olaraq Türkiyə rəsmiləri rejim güclərinin (bu ad altında hərəkət edən rus, eləcə də İrana bağlı qruplaşmaların və kürd terrorçularının) "məşru hədəf" olduğunu açıqladı və TSQ tərəfindən 200-dən artıq hədəf topçu atışlarıyla vuruldu. 329 rejim əskəri zərərsizləşdirildi. TSQ-ya bağlı topçu birlikləri Hələbin şimalında, Nubl-Zəhra bölgəsinde bulunan Hizbullah hədəflərini də vurdu.

29 fevral. Türkiyə tərəfindən havadan və yerdən dəstəklənən müsəlman döyüşçülər İdlibin cənubundakı Dukmaq, Tel-Mabutah (Zukum), Qalaydin, Kavqafinah və Sahafun kəndlərini düşməndən təmizləyərək nəzarət altına aldılar. Həmin gün Türkiyə Silahlı Qüvvələri Milli İstihbarat Təşkilatının  (MİT) əldə etdiyi gizli biliklər əsasında İdlibin Cəbəl əl-Zaviyə  bölgəsindəki üç qatlı bir binada yerləşərək kəşfiyyat məlumatları əsasında rejim qüvvələrini idarə edən yüksək rütbəli üç rejim zabitini - 124-cü alayın komandiri, general  Burhan Rahmun, general İsmayıl Əli və albay  Məzən Fərvatini ve çox sayıda rejim əskərini silahlı insansız hava araçları vasitəsilə məhv etdi.

1 Mart.Türkiyə Suriya nişanı altında uçan və dinc əhalini bombalayan 2 rus Su-24

tipli bombardımançı təyyarəni vurub düşürdü. 2 Mart. Rejim Rusiyanın havadan, İrana bağlı şiə qruplaşmalarının qurudan

dəstəyi ilə Sərakib ətrafındakı bir neçə qəsəbəni ələ keçirdi. Rusiya hərbi polisi Sərakibə daxil oldu.

3 Mart. Türkiyə Əsəd rejiminə aid L-39 "Albatros" tipli rus təyarəsini məhv etdi. Həmin gün 1 türk əskəri şəhid oldu, 9 əskər yaralandı. Türkiyə Silahlı Qüvvələri bölgədəki 82 rejim ünsürünü atəş altına aldı, 9 tank, 2 uzaqvuran top, 6 çoxlüləli roketatan sistemi və 2 hərbi maşın sıradan çıxarıldı, 299 nəfər düşmən əskəri öldürüldü.

4 Mart. Rejim ünsürlərinin Türkiyə Silahlı Qüvvələrini atəşə tutması nəticəsində 2 türk əskəri şəhid, 6 əskər qazi oldu. Həmin gün Türkiyənin Milli Müdafiə Nazirliyi 27 fevral 2020-ci il tarixindən, yəni Bahar Qalxanı hərəkatı başladığından bu yana 3 düşmən təyyarəsinin, 8 helikopterin, 151 tankın, 47 topun, 52 çoxlüləli roketatan qurğunun, 8 “Pansır” tipli hava hücumundan müdafiə sisteminin,12 tankvuran silahın, 4 minatanın, 51 zirehli maşının, 34 silahlı pikapın, 60 hərbi yük maşınının,10 silah-sursat anbarının və 3138 nəfər düşmən əskərinin məhv edildiyini açıqladı.

5 Mart. Daha 1 türk əskəri şəhid oldu. Rus savaş təyyarələrinin İdlibin Marretmısrin qəsəbəsində bir toyuq hinində gizlənən qadın, qoca və uşaqlara düzənlədəyi hava hücumu nəticəsində 16 mülki şəxs həyatını itirdi, 18 nəfər də yaralandı. Son 24 saatda düşmənin 4 tankının, 5 çoxlüləli roketatanının, 3 tankvuranının məhv edildiyi, 184 rejim əskərinin zərəsizləşdirildiyi bildirildi. Hərəkat başladığı gündən bu yana məhv edilən düşmən əskərlərinin sayı 3322 nəfərə çatdı.

Page 147: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Prezident Rəcəb Tayib Ərdoğan İdlib problemini müzakirə etmək məqsədilə Vladimir Putin ilə Moskvada  bir araya gəldi. Təqribən 6 saatliq görüş nəticəsində İdlibdə atəşkəs təmin edildi. İki ölkənin xarici işlər naziri ortaq mətbuat konfransı keçirərək, əldə edilmiş razılaşmanın mətnini türk və rus dillərində açıqladılar.

6 Mart. Saat 00.01-dən etibarən atəşkəs qüvvəyə mindi.Mart ayının birinci yarısında İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH)

Suriyada fəaliyyət göstərən batalyonunu və Hizbullahın qərargahı Dəməşqdən, “Şüşə ev” adlanan yerdən Hələbə, daha doğrusu Hələbin 7 km cənub-qərbində yerləşən “Əl-Əsəd” hərbi akademiyasının binasına köçürüldüyü, orada “Bavar-373” tipli havadan müdafiə sistemləri quraşdırdığı barədə məlumat yayıldı. Təqribən eyni dövrdə daha iki türk əskəri şəhid edildi.

Bundan sonra hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. Əldə olan bir hədis qarşıdakı hadisələri belə təsvir edir:

"Rumlar Amiq və Dabıq adlı yerlərə enmədikcə qiyamət qopmaz. Onlara qarşı Mədinədən bir ordu çıxar. Bunlar o gün ərz əhlinin ən xeyirliləridır. Bu ordunun əskərləri savaşmaq üçün səf-səf düzülüncə, Rumlar: Bizdən əsir alanlarla aramızdan çəkilin ki, onları öldürək! - deyəcəklər. Müsəlmanlar da: Xeyr! Vallahi sizinlə, qardaşlarimizin arasından çəkilmərik, - deyəcəklər. Bunun üzərinə (müsəlmanlar) onlarla hərb edər. Bunlardan üçdə biri qaçar. Allah əbədiyyən bunların tövbəsini qəbul etməz. Üçdə biri qətl edilər, bunlar Allah dərgahında şəhidlərin ən fəzilətliləridir. Üçdə biri də müzəffər olar. Bunlar əbədiyən fitnəyə düşməzlər. Savaşı qazanan üçdə birlik ordu Qənstəntiniyyəni (İstanbulu? Moskvanı?) fəth edərlər. (Fəthdən sonra) bunlar, qılınçlarını zeytun ağacına asmış, qnniməti bölərkən, şeytan aralarında belə səslənər: Dəccal sizin arxanızdan ailələrinizə yetişdi!

Bunun üzərinə yola çıxarlar. Ancaq bu xəbər yanlışdır. Şama gəldiklərində (Dəccal) çıxar. Bunlar savaş üçün hazırlıq görüb səflərini düzərkən, “namaz üçün qamət oxunur” – deyərkən, İsa ibn-i Məryəm (ə) enər və onlarla getmək istər. Allahın düşməni İsanıı (ə) görüncə, eynən duzun suda əriməsi kimi əriyər və əriyər. Əgər buraxacaq olsa, (öz-özünə) həlak olana qədər əriyəcəkdi. Ancaq Allah onu İsanın əliylə öldürər, elə ki onlara, mizrağındakı qanını göstərər" (Müslim, Fitən, 34, 2897).

XVI FƏSİL

Dəccalın zühuru, Dabbətül-Ərz, Yəcuc və Məcuc

Abdullah bin Büsrdən nəql ediləm bir hədisdə belə deyilməkdədir:“Məlhəmə-i Kübra ilə Qənstəntıniyyənin fəthi arasında altı il vardır.

Yeddincidə Məsih (Maşiah) – Dəccal çıxar” (Əbu Davud, Məlahim, 4, 4296; İbn-i Mace, Fitən 35, 4093).

Əgər Məlhəmə-i Kübranın başlanğıcını rusların Suriyaya gəldiyi 2015-ci ili qəbul etsək, bu deməkdir ki, Qənstəntiniyyənin (Romanın? İstanbulun? Moskvanın?) fəthi 2021-ci ildə, Dəccalın zühuru isə 2022-ci ildə baş verməlidir. Yox, başlanğıc kimi rusların müsəlmanlarla sülhü (Soçi razılaşmasını) pozduğu

Page 148: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

(Müsnəd, 16826; Əbu Davud, 4292) və İdlibdə Türkiyə-Rusiya savaşının çıxdığı 2020-ci ili qəbul etsək, Qənstəntiniyyənin fəthinin 2026-cı ildə, Dəccalın zühurunun isə 2027-ci ildə baş verəcəyini düşünmək olar.

Doğrusunu, təbii ki, Allah bilir.

Ortada başqa bir hədis də var:“Məlhəmə-i Kübra, Qənstəntiniyyənin fəthi və Dəccalın ortaya çıxması

yeddi ay içərisində meydana gələr”( Termizi, Fitən, 58).Bu hədis 2015-ci ili başlanğıc kimi götürməyin doğru olmayacağını təsdiqləyir. Yenə də doğrusunu Allah bilir.Dəccal haqqında çox sayda hədis vardır. Onlardan bir neçəsini gözdən keçirək.İbn-i Abbasdan (r) nəql edilən hədis: “Rəsulullah (s), təşəhhüddən sonra bunu oxuyardı: “Allahım, mən

cəhənnəm azabından Sənə sığınıram. Qəbir əzabından da Sənə sığınıram. Dəccal fitnəsindən də Sənə sığınıram. Həyat və ölüm fitnəsindən də Sənə sığınıram”” (Əbu Davud, Salat 184, 984).

Hüzeyfədən (r) nəql edilən hədis: “Rəsulullah (s) buyurdular ki: “Hər ümmətin məcusiləri vardir. Bu

ümmətin məcusiləri qədər yoxdur!.. Bunlardan kim ölərsə cənazələrində hazır olmayın! Onlardan kim xəstələnərsə onu ziyarət etməyin! Onlar Dəccalın dəstəsidir. Onları Dəccala ilhaq etmək Allah üzərinə bir haqdır”” (Əbu Davud, Sünnət 17, 4692).

İbn-i Ömərdən (r) nəql edilən hədis: “Rəsulullah (s) buyurdular ki: “İrəlilərdə gənç bir dəstə ortaya çıxacaq.

Bunlar Quranı oxuyacaqlar, ancaq oxuduqları qırtlaqlarından aşağıya keçməyəcək. Onlardan bir qrup çıxdıqca, kökləri qazılacaqdır".

İbn-i Ömər deyir ki, Rəsulullahın (s) “Onlardan bir qrup çıxanda kökləri qazılacaqdır" ibarəsini iyirmi dəfədən çox eşitdim".

İbn-i Ömər Rəsulullahdan eşitdiyi sözləri belə tamamladı:

Page 149: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

"Nəhayət bu camaatın sürdürdüyü hiylə və aldatma əsnasında Dəccal çıxacaqdır".

Əbu Hüreyrə (r) nəql edir: "Bəni Təmim haqlarında Rəsulullahdan (s) esitdiyim üç seydən sonra

onları sevdim. Demisdi ki:-Onlar Dəccala qarşı ümmətimin ən siddətlisidirlər.Onların zəkatları gəlmişdi. Rəsulullah (s):-Bu qövmümüzün zəkatlarıdır! - buyurdular.Həzrət Aişənin (r) yanında onlardan bir əsir qadın vardı. Həzrət-i Aişəyə:-Onu azad et, çünki o, Həzrət-i İsmayıl övladlarındandır! - buyurdular"

(Buxari, İtk 13, Məqazi 67; Müslim, Fəzailüs-Səhabə 198, 2525).Həzrət Ənəs (r) nəql etmişdir: “Rəsulullah (s) buyurdu ki: "Üç şey vardır ki, imanın əslindəndır:1. “La ilahə illəllah” deyənə hücum etməmək. İşlətdiyi hər hansı bir günah

səbəbindən bu kimsəni təkfir etmə! Hər hansı bir əməli səbəbiylə də İslamdan dışarı atma!

2. Cihad. Bu, Allahın məni peygəmbər olaraq göndərdiyi gündən bu ümmətin Dəccala qarşı savaşacaq ən son fərdinə qədər cərəyan edəcəkdir. Onu nə imamın zalim olması, nə də adil olması ortadan qaldıramayacaqdır.

3. Qədərə iman" (Əbu Davud, Cihad, 35, 2532).İmran ibn-i Hüseyn (r) nəql edir: “Rəsulullah (s) buyurdular ki: "Ümmətimdən bir tayfa haqq uğrunda

savaşmağa davam edəcəkdir. Onlar onlara meydan oxuyanlara qalib gələcək. Belə ki, bunların sonuncuları Məsih (Maşiah)-Dəccalla da savaşarlar"” (Əbu Davud, Cihad 4, 2484).

İbn-i Ömər (r) nəql edir:"Rəsulullah (s) aramızda olduğu halda biz vida həccindən bəhs edərdik və

vida həccinin nə olduğunu bilməzdik. Vida həccində Rəsulullah (s) Allaha həmd və səna edib, sonra da Məsih (Maşiah)- Dəccaldan söz açmışdı. Sözü onun haqqıında xeyli uzatıb bunları da şöyləmişdi:

-Allahın göndərdiyi hər peyğəmbər ümmətini onunla qorxutdu. Həzrət-i Nuh (ə) və ondan sonra gələn bütün peyğəmbərlər onunla qorxutdular.

Biləsiniz, o, aranızdan çıxacaqdır. Onun şənindən (işlərindən) heç bir sey sizə gizli qalmayacaq. Çünki sizlərdən gizlətməz. Rəbbinizin gözü kor deyildir, halbuki onun sağ gözü kordur. Onun gözü pırtlaq bir üzüm kimidir.

Xəbəriniz olsun, Allah sizlərə bir-birinizin qanını, malını haram etdi. Bunlar bu günlərinizin, bu qəsəbələrinizin haramlığı kimi haramdır.

Əcaba təbliğ etdim mi?Rəsulullahın (s) bu sualına camaat bir ağızdan:-Bəli - deyə cavab verdi.Bunun üzərinə üç səfər:-Ya Rəbb, şahid ol! Ya Rəbb, şahid ol! Ya Rəbb şahid ol!" - dedi və təkrar

camaata yönələrək:

Page 150: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

-Vay sizə! Məndən sonra dönüb bir-birlərinizin boyunlarını vuran kafirlər olmayın! - dedi" (Buxari, Həcc, 132, Ədeb 43, 95, Hud 9, Diyat 2, Fitən 8; Müslim, İman 119, 66).

İbn-i Abbas (r) anladır: “Rəsulullah (s) bu duanı bizə Qurandan bir surə öyrədirmiş kimi

öyrətmişdi: "Allahım! Cəhənnəm əzabından, qəbir əzabından, Məsih-Dəccalın fitnəsindən, həyat və ölüm fitnəsindən Sənə sığınıram"”.

Həzrət Ənəs ibn-i Malik (r) nəql edir: “Rəsulullah (s) buyurdular ki:Bu altı seydən öncə yaxşı əməllər işlətməyə tələsin:1. Günəşin batdığı yerdən doğması2. Duhan3. Dabbətül-Ərz4. Dəccal5. Hər birinizə məxsus olan ölüm6. (Sizin saleh əməlinizə mane olacaq) ammə xidməti”.İbn-i Ömər (r) nəql edir: “Xeyr, Allaha and olsun ki, Rəsulullah (s) Həzrət İsanın qırmızı çöhrəli

olduğunu söyləmədi. Ancaq bunu şöylədi: "Mən bir dəfə yatmışdım. Yuxumda Beytüllahı tavaf edirdim. O sırada düz saçlı, qumral bənizli, başından su axar vəziyəttə iki nəfər dayanıb ortalarında getməkdə olan birisini gördüm.

-Bu kimdir? - dedim.-Məryəmin oğludur!' – dedilər.Belə olan halda daha yaxından görmək üçün irəlilədim.Qırmızı, iri, qıvrım saçlı, sağ gözü kor, gözü üzüm gibi pırtlaq bir adam

daha vardı.-Bu kimdir? - dedim.-Bu, Dəccaldır! – dedilər.İnsanlardan ən çox ona bənzəyəni İbn-i Katandır.Zühri deyir ki, İbn-i Katan cahiliyyə dövründə vəfat edən Huzaalı bir

kimsəydi"(Buxarî, Tabi 33, 11, Ənbiya, 42, Libas 68, Fitən 26; Müslim, İmam 275, 169; Müvatta, Sıfətun-Nəbi 2, 2, 920).

Zeyd ibn-i Sabit (r) nəql edir:"Rəsulullah (s) Uhuda çıxdığı zaman (bir müddət sonra) onunla bərabər

çıxanlardan bir qismi geri döndü. (Bunlar haqqında) Rəsulullahın (s) əshabı ikiyə ayrıldı. Bir qrup: Bunları öldürək! - deyirdi. O biri qrup isə: Yox, onları öldürməyək! - deyirdi. Bu ixtilaf üzərinə bu ayə nazil oldu:

"Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə (ayrıldınız)? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə (küfrə) qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən" (Ən-Nisa surəsi, 88-ci ayə).

Rəsulullah da belə buyurdu:

Page 151: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

-Bura Taybədir. Dəccalı sürər çıxarar, eynən körüyün dəmirin pasını çıxardığı kimi" (Buxari, Məgazi 17, Fədailül-Mədinə 10, Təfsir, Nisa 15; Müslim, Munafiqun 6, 2776; Termizi, Təfsir, Nisa 3031).

Əbu Hüreyrə (r) nəql edir: "Rəsulullah (s) (bir gün):-Bir tərəfi quruda, bir tərəfi də dənizdə olan bir şəhər esitdiniz mi? – deyə

soruşdu.Oradakılar "Bəli!" deyincə, belə buyurdular:-İshaqoğullarından yetmiş min nəfər bu şəhərə səfər etmədikcə qiyamət

qopmaz. Əskərlər şəhərə gəlincə düşərgə salarlar. Ancaq silahla savaşmazlar, tək bir ox belə atmazlar. "La ilahə illallahu valləhu əkbər!" – deyərlər. Bu vaxt şəhərin dəniz tərəfı düşər. Sonra əskərlər ikinci dəfə "La ilahə illallahu valləhu əkbər!" – deyərlər, şəhərin diğər tərəfi də düşər. Sonra təkrar "La ilahə illallahu valləhu əkbər!" – deyərlər. Bu səfər onlara qapılar açılar. Oradan şəhərə girərlər və şəhərin qənimətini toplarlar. Qənimətləri aralarında bölərkən, yanlarına bir münadi gəlib, "Dəccal çıxdı!" deyə bağırar. Əskərlər hər şeyi buraxıb geri dönərlər" (Müslim, Fitən 78, 2920).

Həzrət Hüzeyfə (r) nəql edir: "Rəsulullah (s) buyurdular ki: "Dəccal çıxdığı vaxt yanında su və od

olacaq. Ancaq xalqın od olaraq gördüyü dadlı sudur, su olaraq gördüyü isə yaxıcı bir atəşdir. Sizdən kim o günə yetişərsə, xalqın atəş olaraq gördüyünə düşməyi qəbul etsin. Çünki o, dadlı soyuq sudur"” (Buxari, Fitən 26, Ənbiya 50; Müslim, Fitən 105, 2935); Əbu Davud, Məlahim 14, 4315),

Əbu Hüreyrə (r) nəql edir: "Rəsulullah (s) buyurdular ki: “Mədinə yolundakı dağ ətəklərində (bir-

biriylə sıx durmuş) mələklər var. Her ətəkdə (qınından çəkilmiş) qılınclarıyla gözləyən iki mələyin qoruduqları səbəbindən Medinəyə ne vəba, nə də Dəccal girə bilməz" (Buxari, Fəzailül-Mədinə 9, Tibb 30, Fitən 27; Müslim, Həcc 485, 486, (1379, 1380); Müvatta, Cami 16, (2, 892); Termizi, Fitən 51, 2244).

Müslimin rəvayetində bu əlavə var: "Rəsulullah (s) buyurdular ki: "Məsih-Dəccal Şərq tərəfdən gələr. Qəsdi

Mədinədir. Uhudun arxa tərəfinə enər. Dərkən (Mədinəni qoruyan) mələklər, onun üzünü Şam tərəfinə çevirərlər və orada həlak olar"”.

Həzrət Ənəs (r) nəql edir: "Rəsulullah (s) buyurdular ki: “Məkkə və Mədinə xariç Dəccalın

çeynəməyəcəyi məmləkət yoxdur. Məkkə və Mədinəyə uzanan yolların hər birində səf tutmuş mələklər vardır, buraları qoruyurlar. (Dəccal) Əs-Səbbiha adlı mövqeyə enər. Sonra Mədinə əhalisini üç sarsıntı ilə sarsar. Bundan sonra (şəhərdə olan) bütün kafir və münafiqlər (şəhəri tərk edərək Dəccalın yanına) gələrlər"” (Buxarî, Fəzailül-Mədinə 9; Müslim, Fitən 123, 2943).

Əbu Saidi əl-Hüdri (r) nəql edir: "Rəsulullah (s) bizə Dəccal barədə uzun bir hədis rəvayət etdi. Bizə

anlatdığı zaman belə də demişdi: "Dəccal, Mədinə civarına girmək ona haram edilmiş olaraq, çıxacaq. Dərkən (Mədinə civarındaki) bəzı ... yerlərə qədər

Page 152: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

gələr. O gün insanların ən xeyirlisi olan və ya ən xeyirlilərindən biri olan bir nəfər onun qarşısına çıxar və:

-Sən Rəsulullahın (s) bizə xəbər verdiyi Dəccalsan! – deyər.Dəccal da (öz adamlarına):-Mən bunu oldürüb sonra da diriltsəm, nə deyərsiniz? Bu işdə bir sübhəyə

düşərsinizmi? – deyər.Oradakılar:-Xeyr!" – deyərlər.Dəccal onu öldürər və sonra dirildər. Dirildildiyi zaman adam:-Allaha and olsun, sənin haqqında heç bir vaxt bugünkündən daha

bəsirətli olmamışdım!" – deyər.Dəccal “onu təkrar öldürümmü” deyərək öldürmək istəyəcək, fəqət

müsəllət edilməyəcək" (Buxari, Fitən 27, Fədailül-Mədinə 9; Müslim, Fitən 112, 2938).

Əbu Hüreyrə (r) nəql edir: “Rəsulullah (s) buyurdular ki:-Qiyamətin üç əlaməti vardir, onlar zühur edincə, daha öncə inanmamış

olanların artıq inanmaları da onlara fayda vermez.1. Günəşin batdığı yerdən doğması2. Dəccal3. Dabbətül-Ərz" (Müslim, İman 249, 158; Termizi, Təfsir, Ənam 3074).Axırzamanın və qiyamətin əlamətlərindən biri kimi qəbul edilən Dabbətül-Ərz

( دابة haqqında ,(األر müsəlman üləması haqqında bugünə qədər yekdil bir fikir yoxdur. İslam esxatologiyasına görə, Axırzamanda peyda olacağına inanılan bu varlıq haqqında Qurani-Kərimin Ən-Nəml surəsinin 82-ci ayəsində belə məlumat verilməkdədir:

“O söz onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir Dabbə çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər”.

Bu məxluq haqqında müxtəlif fikirlər söylənmişdir. Bir çoxları onu heyvan hesab edir. Bəziləri sözün kökündəki “dabbəh” kəlməsini “cəsus” kimi şərh edir və bu halda söhbətin hansısa cəsusdan getdiyini söyləyirlər. Onu QİÇS və ya başqa xəstəlik hesab edənlər, bit, çəyitgə, qurbağa istilası sayanlar, avtobus, qatar, təyyarə və s. kimi şeylərə bənzədənlər də olub.

Rağib əl-İsfahaninin fikrincə isə, o, heyvan kimi qəbul edilən şərbaz, zərərlı kimsələrdir. Bu fikir bizə daha inandırıcı gəlir. Doğrusunu isə yalnız və yalnız Allah bilir.

Əhdi-Cədiddə Dəccalın (Antixristin) zühurundan öncə müəyyən qədər Qurani-Kərimdə haqqında bəhs edilən Dabbətül-Ərzi xatırladan heyvanlardan söhbət açılır. Fikrimizcə, Əhdi-Cədididn “Vəhy” kitabında təsvir edilən həmin heyvanlar barədə simvolik bir dillə söylənilənləri nəzərdən keçirməmizə ehtiyac var. Çünki orada söylənilənlər həm Axırzamanı, həm də Məlhəmə-i Kübranı daha dərindən anlamamıza yardımçı ola bilər.

Sözügedən kitabın XII fəslində deyili:

Page 153: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Göydə böyük bir əlamət göründü: günəşə bürünmüş bir qadın. Ay onun ayaqlarının altında idi, başında on iki ulduzdan ibarət tac vardı. Qadın hamilə idi və ağrıdan, doğuş sancılarından qışqırırdı. 

Sonra göydə başqa bir əlamət göründü. Budur, yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngdə böyük əjdaha. Onun başlarında yeddi tac vardı.  O, quyruğu ilə göydəki ulduzların üçdə birini süpürüb yerə atdı. Əjdaha doğmaq üzrə olan qadının qabağında dayanıb gözləyirdi ki, o, azad olan kimi körpəsini udsun. Qadın bir oğlan uşağı doğdu. Bu oğul bütün xalqlara dəmir çomaqla çobanlıq edəcək. Qadının övladı o andaca Allahın yanına, Onun taxtına aparıldı.  

Qadın isə çöllüyə qaçdı. Allah onun üçün orada yer hazırlamışdı. Orada qadını 1260 gün ərzində bəsləyəcəkdilər. Sonra göydə müharibə oldu. Mikayıl öz mələkləri ilə əjdahaya qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu, lakin üstələyə bilmədi. Artıq onlar üçün göydə yer qalmadı. 

Beləliklə, İblis və Şeytan adlanan böyük əjdaha, bütün dünyanı aldadan qədim ilan yerə atıldı, mələkləri də onunla birlikdə atıldı.  

Sonra göydə gur bir səs eşitdim: “İndi Allahımızın qüdrəti, xilası, Padşahlığı və Məsihinin hakimiyyəti yetişdi, çünki qardaşlarımızı gecə-gündüz Allahımızın qarşısında ittiham edən yerə atıldı! 

Onlar ittiham edəni Quzunun qanı ilə və verdikləri şəhadət ilə məğlub etdilər. Onlar ölümün gözünə dik baxıb bu yolda canlarından keçməyə hazır oldular. 

Buna görə də, ey göylər və göylərin sakinləri, sevinin! Yerə və dənizə isə vay olsun! Çünki İblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi”. 

Əjdaha yerə atıldığını görəndə oğlan uşağı doğmuş qadını təqib etməyə başladı. Ancaq qadına çöllükdəki yerinə uçmaq üçün iki böyük qartal qanadı verildi. Orada, ilanın gözündən uzaq yerdə, qadını dövr, dövrlər və yarım dövr ərzində bəsləyəcəklər. İlan qadını suda boğmaq üçün onun ardınca ağzından sel buraxdı. Lakin yer qadının imdadına çatdı. Yer ağzını açıb əjdahanın ağzından çıxan seli uddu. 

Əjdaha qadına bərk qəzəbləndi və onun övladından qalanlara - Allahın əmrlərinə əməl edən və İsa haqqında şəhadət edənlərə qarşı vuruşmağa getdi”.

Əhdi-Ətiq və Əhdi-Cədidin (Bibliyanın) şərhçilərinin bir qismi “başında on iki ulduzdan ibarət tac” olan qadını gerbində 12 ulduz olan Avropa Birliyi, doğulan oğlan uşağını həmin birliyin yaranması, 7 taclı “qırmızı əjdaha” nı keçmiş SSRİ, əjdahanın başlarındakı 7 tacı küçmiş SSRİ-nin rəhbərləri (Lenin, Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov), əjdahaya qalib gələn mələk Mikayılı SSRİ-nin varlığına son qoyan Mixail Qorbaçov, Quzunu isə Həzrət İsa (ə) ilə eyniləşdirirlər. Bu eyniləşdirmə bizə inandırıcı görünür və sonrakı XIII - XVII fəsillərdə deyilənlərin bunu bütünlüklə təsdiq etdiyini düşünürük.

XIII-XVII fəsillərdə belə deyilir:

Page 154: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“O (qırmızı əjdaha), dənizin qumu üzərində durdu. Bu vaxt gördüm ki, dənizdən onbuynuzlu, yeddibaşlı bir vəhşi heyvan çıxır. Onun buynuzları üstündə on tac vardı, başlarında isə küfrlü adlar yazılmışdı.  

Gördüyüm vəhşi heyvan bəbirə bənzəyirdi. Amma pəncələri ayı pəncəsi, ağzı isə şir ağzı kimi idi. Əjdaha bu vəhşi heyvana güc, taxt və böyük səlahiyyət verdi. Mən gördüm ki, onun başlarından biri, sanki, ölümcül yaralanıb. Lakin sonra bu ağır yara sağaldı və bütün bəşər heyrətlə vəhşi heyvanın ardınca getdi. 

İnsanlar əjdahaya səcdə etdilər, çünki o, vəhşi heyvana səlahiyyət vermişdi. Onlar vəhşi heyvana da səcdə qılıb deyirdilər: “Bu vəhşi heyvanın tayı-bərabəri varmı? Kim onunla vuruşa bilər?” 

Ona lovğa-lovğa danışan, küfr söyləyən ağız və qırx iki ay ərzində hakimiyyət sürmək ixtiyarı verildi.  O, ağzını açıb Allaha, Onun adına, məskəninə və göylərin sakinlərinə küfr söylədi.  Ona həmçinin izin verildi ki, müqəddəslərlə vuruşsun və onları məğlub etsin. Üstəlik, ona hər bir tayfa, ümmət, dil və xalq üzərində hakimiyyət verildi.  Yer üzündə yaşayanların hamısı ona səcdə edəcəklər. Bəşərin təməli qoyulandan bəri onların adı qətlə yetirilmiş Quzunun həyat kitabına yazılmır. 

Qulağı olan eşitsin. Kim əsir düşməlidirsə, əsir düşəcək, kim qılıncla öldürərsə, qılıncla öldürülməlidir. 

Burada müqəddəslərə dözüm və iman gərəkdir.  Sonra mən yerin tərkindən qalxan başqa bir vəhşi heyvan gördüm. Onun

quzu buynuzuna bənzər iki buynuzu var idi, lakin o, əjdaha kimi danışmağa başladı.  

O, birinci vəhşi heyvanın önündə onun bütün səlahiyyətindən istifadə edir, yeri və sakinlərini ölümcül yarası sağalmış birinci vəhşi heyvana səcdə qılmağa məcbur edir. O, böyük əlamətlər göstərir, bəşərin gözü qarşısında hətta göydən alov yağdırırdı.  Ona vəhşi heyvanın qarşısında göstərmək üçün əlamətlər verilmişdi. O, bu əlamətlərlə yer üzünün sakinlərini aldadır və onlara deyirdi ki, qılınc yarası alıb sonradan sağalmış vəhşi heyvanın surətini düzəltsinlər.  Ona bu vəhşi heyvanın surətinə nəfəs vermək izni verildi ki, vəhşi heyvanın surəti həm danışsın, həm də ona səcdə etmək istəməyənləri öldürtdürsün.  O, bütün insanları - kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin. Burada hikmət gərəkdir. Qoy dərrakəli adam vəhşi heyvanın rəqəmini hesablasın, çünki bu rəqəm insan rəqəmidir. Onun rəqəmi altı yüz altmış altıdır.

Sonra baxdım və budur: Quzu və onun yanında 144 000 nəfər Sion dağında durublar. Onların alınlarında Quzunun və onun Atasının adı yazılmışdı. 2 Göydən bir səs eşitdim. Bu səs gur suların və güclü göy gurultusunun səsinə oxşayırdı. Eşitdiyim səs həm də çəngdə çalıb-oxuyanların səsini xatırladırdı.  Onlar taxtın, dörd məxluqun və ağsaqqalların qarşısında, sanki, yeni bir mahnı oxuyurlar. Bu mahnını yerdən satın alınmış 144 000

Page 155: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

nəfərdən başqa heç kəs öyrənə bilmirdi. Bunlar bakir qalmış, özlərini qadınlarla ləkələməmiş şəxslərdir. Quzu hara getsə, onlar da onun ardınca gedirlər. Onlar Allah və Quzu üçün insanların arasından nübar kimi alınmışlar. Onların ağzında heç bir hiylə tapılmamışdır. Onlar qüsursuzdurlar. 

Sonra göyün üzü ilə uçan başqa bir mələk gördüm. Bu mələkdə yer üzünün sakinlərinə - hər xalqa, tayfaya, dilə və ümmətə car çəkmək üçün əbədi müjdə vardı. O, ucadan deyirdi: “Allahdan qorxun, Onu ucaldın, çünki Onun hökm vaxtı yetişdi. Göyü, yeri, dənizi və bulaqları yaradana təzim edin”.

Onun ardınca ikinci mələk gələrək deyirdi: “Yıxıldı! Bütün xalqlara öz əxlaqsızlıq şəhvətinin şərabını içirdən Böyük Babil yıxıldı!” 

Onların ardınca üçüncü mələk gələrək ucadan deyirdi: “Əgər kimsə vəhşi heyvana və onun surətinə səcdə edir, alnına və ya əlinə nişan qoydurursa, o, Allahın qəzəb kasasına süzülmüş şərabı, Onun hiddətinin xalis şərabını içəcək, müqəddəs mələklərin və Quzunun gözü qarşısında alov və kükürd içində əzab çəkəcək. Onların çəkdiyi əzabın tüstüsü əbədiyyət boyu qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib onun adının nişanını qəbul edənlər nə gecə, nə də gündüz rahatlıq bilmirlər. Burada Allahın əmrlərinə əməl edən və İsanın imanından bərk yapışan müqəddəslərə dözüm gərəkdir”.  

Göydən bir səs eşitdim. O deyirdi: “Yaz! İndən belə Ağanın yolunda ölənlər nə bəxtiyardır! Ruh onlara deyir ki, işlərini saxlayıb dincəlsinlər, çünki əməlləri onlarla birlikdə gedir”. 

Sonra baxdım və budur: bir ağ bulud. Buludun üstündə, sanki, insan oğlu oturmuşdu. Onun başında qızıl tac və əlində iti oraq var idi.  Məbəddən daha bir mələk çıxdı. O, buludun üzərində oturana ucadan dedi: “Orağını işə sal və biç. Artıq biçin vaxtıdır və yerin məhsulu tam yetişib”. Buludun üzərində oturan orağını yerə tuşladı və yer üzü biçildi.  Sonra göydəki məbəddən ayrı bir mələk çıxdı. Onun da əlində iti oraq vardı.  

Daha sonra qurbangahdan başqa bir mələk çıxdı. Onun od üzərində hökmü var idi. O, iti orağı olana ucadan dedi: “Əlindəki iti orağı işə sal və yer üzündə bitən meynənin salxımlarını yığ, çünki üzüm dəyib”. 

Onda mələk orağını yerə tuşladı və yerdə bitən meynəni kəsib Allahın qəzəbinin böyük üzümsıxanına atdı. 

Üzüm şəhərdən kənarda tapdalandı. Üzümsıxandan axan qan təxminən 1600 stadi məsafəyə yayılıb atların yüyəninə qədər qalxdı.

Müqəddəs məkandan gur bir səs yeddi mələyə dedi: “Gedin, Allahın qəzəbi ilə dolu yeddi camı yerin üzərinə boşaldın”. 

Birinci mələk gedib camını yerin üzərinə boşaltdı. Üzərlərində vəhşi heyvanın nişanı olanların və onun surətinə sitayiş edənlərin bədənlərində bədxassəli, ağrıyan yaralar əmələ gəldi. 

İkinci mələk camını dənizə boşaltdı. Dəniz qana çevrildi. Su ölü qanı kimi oldu və dənizdə yaşayan bütün canlılar tələf oldu.  

Page 156: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Üçüncü mələk camını çaylara və bulaqlara boşaltdı. Bu sular da qana çevrildi. Mən suların üzərində hökmü olan mələyin bu sözlərini eşitdim: “Ey Var Olan, Var Olmuş,  Vəfa Sahibi! Sən haqsan, çünki bu hökmləri çıxartdın. Onlar müqəddəslərin və peyğəmbərlərin qanını axıtmışdılar, Sən də onlara qan uddurdun. Çünki onlar buna layiqdirlər!” 

Sonra mən qurbangahdan bir səs eşitdim: “Bəli, Yehova Allah, ey Qüdrət Sahibi! Sənin hökmlərin haqq və doğrudur”. 

Dördüncü mələk camını günəşin üzərinə boşaltdı və günəşə izin verildi ki, insanları alovla qarsalasın.   İnsanlar qızmar istidən qovrulsalar da, bu bəlaların üzərində hökmü olan Allahın adına küfr etdilər, öz əməllərindən dönüb tövbə etmədilər və Onu mədh etmədilər.  Beşinci mələk öz camını vəhşi heyvanın taxtına boşaltdı. Onun padşahlığı zülmətə qərq oldu. İnsanlar ağrıdan ağızlarında dillərini çeynəməyə başladılar,   lakin çəkdikləri ağrılara, düçar olduqları yaralara görə göylərin Allahına küfr etdilər və əməllərindən tövbə etmədilər.  

Altıncı mələk öz camını böyük Fərat çayına boşaltdı. Gündoğandan gələn padşahların yolu hazırlansın deyə, çayın suları qurudu.  

Mən əjdahanın, vəhşi heyvanın və yalançı peyğəmbərin ağzından çıxan, qurbağaya oxşar üç murdar vəhy gördüm.  Bu vəhylər cin vəhyləridir və əlamətlər göstərirlər. Onlar yer üzünün padşahlarının yanına gedib onları Qadir Allahın böyük günündə olacaq müharibəyə toplayırlar. “Budur, mən oğru kimi gəlirəm. Oyaq qalıb paltarını qoruyan xoşbəxtdir. Çünki o, çılpaq gəzməyəcək və insanların qarşısında biabır olmayacaq”. Onlar padşahları ibranicə Harmageddon adlanan yerə topladılar.  

Yeddinci mələk öz camını havaya boşaltdı. Bu vaxt müqəddəs məkandakı taxtdan gur bir səs gəldi: “Tamam oldu!” 

Göy guruldadı, şimşək çaxdı, səslər gəldi və böyük bir zəlzələ oldu. Elə bir zəlzələ ki beləsi insan dünyaya gələndən bəri olmayıb. Böyük şəhər üç yerə parçalandı. Xalqların şəhərləri də yıxıldı. Böyük Babil Allahın önündə xatırlandı ki, ona Allahın şiddətli qəzəbinin şərabı ilə dolu cam verilsin. Bütün adalar qaçdı, dağlar qeyb oldu. İnsanların üzərinə göydən hər dənəsi bir talant ağırlığında olan iri dolu yağdı. İnsanlar bu bəlaya, bu doluya görə Allaha küfr etdilər, çünki bu, misli görünməmiş böyük bəla idi.

Yeddi camı olan yeddi mələkdən biri mənə yaxınlaşıb dedi: “Gəl, sənə çoxlu sular üstündə oturan böyük fahişəyə çıxarılacaq hökmü göstərim. Dünyanın padşahları onunla zina etmiş, yerdə yaşayanlar onun əxlaqsızlığının şərabından sərxoş olmuşlar”. 

Mələk ruhun qüvvəsi ilə məni çöllüyə apardı. Mən yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngli, küfrlü adlarla dolu vəhşi heyvanın belində oturan bir qadın gördüm.  Qadın bənövşəyi və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylərlə və əxlaqsızlığının çirkabı ilə dopdolu qızıl cam var idi. Qadının alnına sirli bir ad yazılmışdı: “Fahişələrin və dünyadakı murdarlığın anası Böyük Babil”. 

Qadın müqəddəslərin və İsanın şahidlərinin qanından sərxoş idi. Qadını görəndə bərk təəccübləndim. Onda mələk dedi: “Niyə təəccüblənirsən? Mən

Page 157: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

sənə qadının və onu belində gəzdirən yeddibaşlı, onbuynuzlu vəhşi heyvanın sirrini açacağam.  Gördüyün vəhşi heyvan əvvəllər olmuşdu, indi yoxdur, amma dibsiz quyudan çıxmaq üzrədir və məhv ediləcək. Yerin sakinləri (adı bəşər nəsli dünyaya gələndən bəri həyat kitabına yazılmayanlar) görəndə ki, vəhşi heyvan əvvəllər olub, indi yoxdur, amma yenə olacaq, heyrətə gələcəklər. Burada ağıl və hikmət gərəkdir. Yeddi baş yeddi dağı bildirir. Qadın bu dağların üstündə oturur.  Onlar həmçinin yeddi padşahı təmsil edir: onlardan beşi yıxıldı, biri indi var, o birisi hələ gəlməyib, amma gələndə çox qalmayacaq. Əvvəllər olub, amma indi olmayan vəhşi heyvan səkkizinci padşahdır. O, yeddi padşahdan törəyəcək və məhv ediləcək.  Gördüyün on buynuz hələ padşahlıq almamış on padşahı təmsil edir. Onlar vəhşi heyvanla birlikdə padşahlıq hakimiyyəti alacaqlar, lakin bu hakimiyyət cəmi bir saat sürəcək.  Onların niyyəti birdir, buna görə də güc və səlahiyyətlərini vəhşi heyvana verirlər. Onlar Quzu ilə vuruşacaqlar, lakin Quzu ağalar Ağası və padşahlar Padşahı olduğu üçün onları məğlub edəcək. Çağırılmışlar, seçilmişlər və sadiqlər də Quzu ilə birlikdə qələbə çalacaqlar”. 

O, mənə dedi: “Sən fahişənin sular üzərində oturduğunu görmüşdün. Həmin sular ümmətləri, kütlələri, xalqları və dilləri təmsil edir. Gördüyün on buynuz və vəhşi heyvan fahişəyə nifrət edəcək, onu tar-mar edib çılpaq qoyacaq, ətini yeyəcək və sonra onu yandırıb külə çevirəcək. Bu fikri onların ürəyinə Allah qoyub. Allahın sözləri yerinə yetənədək onlar öz padşahlıq hakimiyyətini vəhşi heyvana verməklə Allahın fikrini, eyni zamanda öz ürəklərindən keçən fikri icra edəcəklər.  Gördüyün qadın isə yerin padşahları üzərində hökmranlıq edən böyük şəhərin timsalıdır”.

Mətndə yeddi başın yeddi dağı (təpəni) simvolizə etdiyi söylənilir. Yeddibaşlı, onbuynuzlu, al-qırmızı rəngli, küfrlü adlarla dolu vəhşi heyvanın belində oturan, bənövşəyi və al-qırmızı libasa bürünmüş, qızıl, daş-qaş və mirvari ilə bəzənmiş qadın bu dağların (təpələrin) üstündə oturur və yerin padşahları üzərində hökmranlıq edən böyük şəhərin timsalıdır. Burada söhbət yeddi təpə üzərində inşa edilmiş şəhərdən gedir.

Dünyada sadəcə üç şəhər yeddi təpə üzərində inşa edilmişdir. Bunlar Roma, Moskva və Çerdın şəhərləridir ki, üçüncüsü böyük əhəmiyyət təşkil etmir. Rusiyadadır, Uralın şimalında, Perm diyarında yerləşir. İlk ikisi isə paytaxtdırlar. Deməli, söhbət ya Romadan, ya da Moskvadan gedə bilər. Bunlardan məhz Moskva yeddi taclı (Lenin, Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov) qırmızı əjdahanın (SSRİ-nin) paytaxtı olub və indi də Rusiyanın, başqa sözlə, dənizdən çıxan onbuynuzlu, yeddi başlı, 10 taclı vəhşi heyvanın paytaxtıdır. Əjdaha bu vəhşi heyvana ona görə güc, taxt və böyük səlahiyyət vermişdir ki, o (Rusiya), əjdahanın (SSRİ-nin) varisidir.

Mətndəki “Böyük Babil” ibarəsi də sırf bu şəhərə, yəni Moskvaya aid edilməkdədir.

10 buynuza (padşaha) gəlincə, bunlar ya SSRİ-nin yeddi başçısını (Lenin, Stalin, Xruşov, Brejnev, Andropov, Çernenko, Qorbaçov) və çağdaş Rusiyanın üç prezidentini (Yeltsin, Medvedev və Putin), ya da Rusiyanın 10 federal dairəsinin

Page 158: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

(Mərkəzi, Şimal-Qərb, Cənub, Şimali Qafqaz, Volqaboyu, Ural, Sibir, Uzaq Şərq dairələrinin) başçılarını təmsil edir. İstənilən halda söhbət məhz Rusidan gedir.

Vəhşi heyvanın bəbirə (pələngə) bənzəməsi, amma pəncələrinin ayı pəncəsi, ağzının isə şir ağzı kimi olması onun (Rusiyanın) tək deyil, Suriya (Bəşər Əsəd rejimi) və İranla birlikdə fəaliyyət göstərməsinə işarədir.

Buradakı pələng Bəşər Əsəd rejiminə bağlı hərbi hissələrinin elitar qismini təşkil edən, ərəbcə “Quvvət əl-Nimr” ( قوات ,(النمر yəni “pələng gücləri” adlandırılan  25-ci dviziyanı təmsil edir. Bu diviziyanın başında duran, Latakiya, Hama, Hüms, İdlib və Hələbdə müsəlmanlara qarşı soyqırımın əsas təşkilatçılarından biri olan general-mayor Süheyl əl-Həsən rus xüsusi təyinatları tərəfindən qorunur. Onun ləqəbi “Pələng”dir.

Müxaliflər “pələng”lərin gücünün şişirdildiyini, Rusiya  təyyarələri və İranın köməyi olmasaydı, heç bir uğurun olmayacağını bildirərək onları “çəhrayı bəbirlər” adlandırırlar.

Əsəd tərəfdarları arasında qəhrəman sayılan Həsən müxaliflərin nəzərində mülki insanları və əraziləri amansız şəkildə bombardman edən hərbi cinayətkardır.

Həsənin “uğurları” Əsədin mənsub olduğu nüseyrilər, yəni ərəb-ələvilər və digər Əsəd tərəfdarları arasında şöhrətinin artmasına səbəb olub. Buna görə də, müxalif dairələrdə Süheyl Həsənin Rusiya  tərəfindən Əsədin yerinə hazırlanması və hətta Əsədi devirəcəyi iddiaları zaman-zaman irəli sürülür.

Ayı Rusiyanı təmsil edir. Ayı həmişə, o cümlədən 1980-ci il Moskva Olimpiadasında Rusiyanın rəmzi rolunda çıxış edib.

Şir, yəni aslan İranın rəmzidir və bu rəmz İslam inqilabına qədər bu ölkənin bayrağını bəzəmişdir.

Mətndə haqlarında söhbət açılan “144 000 nəfər” isə Harmageddon savaşından sonra sağ qalacaq yəhudiləri təmsil edir. Yəni yəhudilərin hamısı qırılacaq, sadəcə əməlisaleh olan 144 000 nəfər xilas olacaq. Bunlar çox güman ki, hədislərdə haqlarında müsəlman olmuş İshaqoğulları kimi bəhs edilənlərdir.

Vəhşi heyvanın, mətndə qeyd edildiyi kimi, dibsiz quyudan çıxmaq üzrə olması, onu Dabbətül-Ərzlə eyniləşdirməyə əsas verir.

Doğrusunu, əlbəttə ki, Allah bilir.İki buynuzlu əjdahaya gəlincə, mətndə “Onun rəqəmi altı yüz altmış altıdır” –

deyilir və bu rəqəm, yəni 666 söhbətin ABŞ-dan, iki buynuz isə söhbətin prezeident Donald Trampdan və onun baş müşaviri və kürəkəni Caredd Kuşnerdən getdiyinə dəlalət edir. Bu təkcə bizim yox, bəzi Bibliya şərhçilərinin də fikridir.

Məsələ burasındadır ki, Tramp ailəsinin Manhettemdə sahib olduğu binalardan biri 5-ci Avenyu 666 ünvanında yerləşir, onun hündürlüyü 203 metr, yəni 666 futdur. 41 mərtəbəli bu binanı Caredd Kuşnerin 2008-ci ildə, “Kushner Properties” şirkətinin direktoru ikən, “Yehova Şahidləri” təşkilatından 1,8 milyard dollara satın aldığı bilinməkdədir.

Yəhudilərin habad cərəyanının təmsilçisi olan Kuşner bundan bir il sonra, yəni 2009-cu ildə Trampın qızı İvanka ilə evlənmiş və qayınatasının prezident ola bilməsində böyük rol oynamışdır. Qeyd edək ki, o, eynən Tramp kimi Qüdsü İsrailin bölünməz paytaxtına çevirmək, eləcə də “Əsrin razılaşması” ideyalarının əsas müəlliflərindən biridir.

Page 159: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Qeyd edək ki, xristianların bir qismi “iki buynuzlu əjdahanı” Dəccalla eyniləşdirirlər. Ola bilsin ki, Dəccalın “tək gözlü” olması ABŞ dollarının üzərindəki tək göz rəsminə işarədir.

Xristianların digər qismi isə “on buynuzlu heyvanı” Dəccal (Antixrist) hesab edirlər və fikirlərini Həzrət Dənyalın (ə) kitabının VII fəslinə istinad edirlər. Həmin fəslin 23-25 – ci bəndlərində belə deyilir:

“O, belə dedi: “Dördüncü heyvana gəlincə, o, dünyada peyda olacaq dördüncü padşahlıqdır. Bu padşahlıq digər padşahlıqların hamısından fərqlənəcək. O, bütün yer üzünü udub yeyəcək, tapdalayıb əzəcək. On buynuz isə bu padşahlıqdan çıxacaq on padşahdır. Onlardan sonra başqa biri qalxacaq və əvvəlkilərdən fərqli olacaq. O, üç padşahı alçaldacaq. Haqq-Taalaya qarşı danışacaq və Haqq-Taalanın müqəddəs bəndələrini dinc qoymayacaq. O, dövrləri və qanunu dəyişmək niyyətinə düşəcək və onlar dövr, dövrlər və yarım dövr müddətinə onun ixtiyarına veriləcək””.

Əgər burada söhbət gerçəkdən də Rusiyadan gedirsə, bu zaman söhbət, ola bilsin ki, Rusiyanın Putindən sonrakı 4-cü prezidenti olacaq şəxsdən getməlidir (Onlardan sonra başqa biri qalxacaq və əvvəlkilərdən fərqli olacaq. O, üç padşahı alçaldacaq). Amma bu da faktdır ki, Putin “prezident” titulunu daşıyan dördüncü rusdur. Ondan öncə bu titulu Qorbaçov, Yeltsin və Medvedyev də daşımışlar.

Mətndən gördüyümüz kimi, Dəccalın hakimiyyəti “dövr, dövrlər və yarım dövr ” qədər olacaq.

Qeyd edək ki, Dənyalın (ə) kitabında yazılana görə, “dövr” 1 il, “dövrlər” 2 il, “yarım dövr” isə 6 aydır. Belə çıxır ki, Dəccalın hakimiyyəti üst-üstə 3 il 6 ay sürəcək.

Eyni hakimiyyət müddətinə “Vəhy” kitabının XIII fəslinin 5-7 – ci bəndlərində də işarə edilməkdədir. Burada 42 aydan, yəni yenə də 3 il 6 aydan söhbət getməkdədir:

“Ona (Dəccala // Antixristə) lovğa-lovğa danışan, küfr söyləyən ağız və qırx iki ay ərzində hakimiyyət sürmək ixtiyarı verildi. O, ağzını açıb Allaha, Onun adına, məskəninə və göylərin sakinlərinə küfr söylədi.  Ona həmçinin izin verildi ki, müqəddəslərlə vuruşsun və onları məğlub etsin. Üstəlik, ona hər bir tayfa, ümmət, dil və xalq üzərində hakimiyyət verildi”.

Həmin müddət “Böyük müsibət” dövrü adlandırılır:“Buna görə də Dənyal peyğəmbərin dediyi viranəlik gətirən iyrənc şeyin

(Dəccalın) müqəddəs yerdə (Beytül-Məqdisdə) durduğunu görəndə (oxuyan dərk etsin) qoy Yəhudiyyədə (Qərbi Bankda) olanlar dağlara qaçsın. Evin damında olan əşyaları götürmək üçün evə düşməsin.  Tarlada olan üst paltarını götürmək üçün evə qayıtmasın.  O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına! Dua edin ki, qaçmağınız qışa və ya şənbə gününə təsadüf etməsin. Çünki o vaxt elə böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır və bir daha olmayacaq.  O günlər qısaldılmasaydı, heç kəs xilas ola bilməzdi. Ancaq seçilmişlərə görə o günlər qısaldılacaq” (Mətta, XXIV, 15-22).

Page 160: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Qeyd edək ki, Yəhudiyyə, yəni Qərbi Bank yəhudilər tərəfindən 1967-ci ildə işğal edilib. Hazırda oraya 300.000 yəhudi köçürülüb. Görünən budur ki, əsas müsibət məhz onların başına gələcək.

“Vəhy” kitabının XII fəslinin 13-14 – cü bəndləri də eyni müddətdən bəhs edir:“Əjdaha yerə atıldığını görəndə oğlan uşağı doğmuş qadını (Başında on iki

ulduzdan tac olan qadın // Avropa Birliyi) təqib etməyə başladı. Ancaq qadına çöllükdəki yerinə uçmaq üçün iki böyük qartal qanadı verildi. Orada, ilanın gözündən uzaq yerdə, qadını dövr, dövrlər və yarım dövr ərzində bəsləyəcəklər”.

Belə görünür ki, “qadın”, yəni Avropa Birliyi də “böyük müsibətdən” yəni Harmageddon savaşından kənarda qala bilməyəcək.

Doğrusunu Allah bilir.Xristianlar 3 il 6 ay çəkəcək “böyük müsibət”in sonunda Həzrət İsanın (ə)

zühur edəcəyinə, “böyük müsibət”dən öncə isə daha bir 3 il 6 aylıq dövrün olacağına inanırlar. Fikirlərini də Həzrət Dənyalın (ə) kitabının IX fəslinin 27-ci bəndində söylənilənlərlə əsaslandırırlar:

“O, çoxlarından ötrü əhdi bir yeddilik (yeddi il) qüvvədə saxlayacaq. Yeddiliyin ortasında qurban və bəxşişi dayandıracaq. İyrənc şeylərin qanadı üstündə birisi gəlib viranəlik gətirəcək. Viran qalan tamamilə məhv edilənədək ona çıxarılmış qərar icra ediləcək”.

Burada ortaya bir neçə sual çıxır:1. O kimdir?2. Söhbət hansı əhddən gedir?3. Hansı qurban və bəxşişlərə son qoyulacaq və bunu kim edəcək?4. İyrənc şeylərin qanadı üstündə gəlib viranəlik gətirəcək şəxs kimdir?Öncə ilk sualdan başlayaq. Belə hesab edilir ki, “o”, əhdi qüvvəyə mindirəcək

şəxsdir. Əhd isə, İsraillə Fələstin arasında imzalanması nəzərdə tutlan “Əsrin razılaşması”dır. Bu halda söhbət, yəqin ki, Kuşnerdən getməlidir. Çünki 666 rəqəmi məhz ona aiddir.

Deməli, Kuşner və Tramp “Əsrin razılaşması”nı tərəflərə imzalatmağa nail olacaqlar. Bundan sonra Beytül-Məqdisin, başqa sözlə, III Süleyman (ə) məbədinin tikintisinə start veriləcək, tikinti 3 il 6 ay çəkəcək və məbəd hazır olanda, bu məqsədlə qurban verilməli olan qırmızı inəyin kəsilməsinə imkan verilməyəcək, dini qanunun həyata keçirilməsi əngəllənəcək. Bunu kim edəcək?

Əlbəttə ki, “İyrənc şeylərin qanadı üstündə gəlib viranəlik gətirəcək şəxs”. Bəs o kimdir?

Həmin şəxs haqqında Dənyalın (ə) kitabının XI fəslinin 21-22 – ci bəndlərində belə deyilir:

“Onun yerini bir mənfur kəs tutacaq, ona padşahlıq izzəti verilməyəcək. O, dinclik dövründə gəlib hiylə ilə padşahlığı ələ keçirəcək. Selə bənzər qüvvələr onun önündən süpürülüb atılacaq, onlar da, əhdin öndəri də həlak olacaq”.

Fikrimizcə bu halda söhbət bilavasitə Dəccaldan gedir. Belə çıxır ki, Kuşner Dəccal deyil, onun gəlişi üçün zəmin hazırlayandır. O isə, gələr-gəlməz, onu, yəni “əhdin öndəri”ni, Başqa sözlə, Kuşneri məhv edəcək.

Page 161: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Eyni fəslin 31-ci bəndində isə deyilir:“Ondan qüvvələr çıxıb qalxacaq. Onlar müqəddəs məkanı, istehkamı

murdarlayacaq və daimi qurbanlığı dayandıracaqlar”.Bu halda söhbət, çox güman ki, Putindən sonra Rusiyanın növbəti prezidenti

olacaq şəxsdən gedir.Bu, təkcə bizim fikrimiz deyil. Rusiyanın özündə də belə düşünənlər çoxdur.

Onların başında Moskva Ruhani Akademiyasının müəllimi və əməkdar professoru, apoloqet və ortodoks katrxizator Aleksey Osipov gəlir. O, dərs dediyi Ruhani Akademiyasında söylədiyi bütün mühazirələrdə Antixristin (Dəccalın) Rusiyadan çıxcağını söyləyir (https://www.youtube.com/watch?v=301Wjp8XsM4) və fikrini əsaslandırmaq üçün yepiskop İqnatiy Bryançaninov, keşiş Nektariy Optinskiy, rahib Serafim Sarovskiy və s. kimi rus-ortodoks kilsəsi tərəfindən müqəddəsləşdirilmiş şəxslərə istinad edir.

Osipovun fikrincə, Antixrist (Dəccal) Rusiyanın Putindən sonrakı dövlət başçısı olacaq (https://www.youtube.com/watch?v=JjnI0MUJdJc).

Doğrusunu Allah bilir.Rusiyanın gələcək prezidentinin ABŞ prezidentinin müşavirini məhv etməsi iki

ölkə arasında savaş deməkdir. Bu isə o deməkdir ki, Harmageddon, yəni III Dünya savaşı “Əsrin razılaşması”nın imzalanmasından 3 il 6 ay sonra başlayacaq, 3 il 6 ay davam edəcək və Həzrət İsanın (ə) Dəccalı məhv etməsi ilə tamamlanacaqdır.

Axırzaman və Dəccalla bağlı hədislərin birində Yəcuc və Məcucdan da söhbət açılmaqda, onların da eynən Dəccal kimi Həzrət İsa (ə) tərəfindən məhv ediləcəyi deyilməkdədir.

Abdullah ibn-i Məsud (r) nəql edir:"Merac gecəsində Rəsulullah (s) Həzrət İbrahim (ə), Həzrət Musa (ə) və

Həzrət İsa (ə) ilə qarşılaşdı. Qiyaməti aralarında müzakirə etdilər. Öncə Həzrət İbrahimdən (ə) başlayıb ondan qiyamət barədə soruşdular. Onun qiyamət haqqında hər hansı bir məlumatı yox idi. Sonra Həzrət Musdan (ə) soruşdular. Qiyamət haqqında onun da bir bilgisi yoxdu. Söz Həzrət İsaya (ə) gəldi. O:

-Qiyamətin qopmasina yaxın şeylər (əlamətlər) haqqında mənə bilgi verildi. Amma Qiyamətin qopma (vaxtını) Allahdan başqa heç kimsə bilə bilməz! - dedi.

Sonra (Qiyamətin əlamətlərindən biri olan) Dəccalın çıxmasını anlatdı. Bunları söylədi:

-Sonra mən enib onu öldürəcəyəm və bundan sonra xalq məmləkətlərinə dönəcək. Bu dəfə onların qarşısına Yəcuc və Məcuc çıxacaq və hər təpədən sürətlə hücum edəcəklər. Onlar gedərkən rastlaşdıqları hər suyu icib tükəndirəcəklər və uğrayacaqları hər şeyi dağıdıb alt-üst edəcəklər.

Belə olan halda xalq fəryad edərək Allahdan yardım diləyəcək. Mən də Yəcuc və Məcucu öldürməsi üçün Allaha dua edəcəyəm. (Duam qəbul ediləcək) və yer onların (leşlərinin) qoxusu ilə çox pis qoxuyacaq. Mən yenə Allaha dua edəcəyəm! Allah da bir su göndərəcək və o su onları ağuşuna alıb dənizə atacaqdır.

Page 162: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Daha sonra dağlar parçalanıb dağıdılacaq və yer dərinin yayılıb genislədildiyi kimii yayılıb genişlədiləcək. İşdə söylənilən bu hal vaqe olduqda, insanlara yaxınlığı etibariylə Qiyamətin, ev xalqı nə zaman doğumu ilə anidən karşılaşacaqlarını bilmədikləri hamilə qadın kimi olacağı mənə bildirildi.

Ravi Əl-Avvam demişdir ki, bunun təsdiqi Kitabullahda bildirilmişdir: "Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman..." (Ənbiya surəsi, 96-cı ayə).

Yəcuc və Məcuc barədə uca Kitabımızda da məlumat verilməkdədir:“Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc (tayfaları) yer üzündə

fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?”” (Əl-Kəhf surəsi, 94-cü ayə).

“Nəhayət, Yəcuc-Məcuc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə axışdıqları zaman...” (Əl-Ənbiya surəsi, 96-cı ayə).

Yəcuc və Məcuc qövmünün yaşadığı dağ hansı dağdır?Təfsirçilər bu suala müxtəlif cavablar vermişlər. Bəzilərinin fikrincə,

Zülqərneynin çəkdiyi sədd məşhur Çin səddidir. Bu nəzər Quranda vəsf olunmuş sədlə uyğun gəlmir. Qurani-Kərimdə sözügedən sədd ilk növbədə mis və dəmirdəndir. Həm də iki dağın arasındadır. Halbuki Çin səddi nə iki dağın arasında yerləşir, nə də mis və dəmirdən düzəldilmişdir.

Bəzi təfsirçilərə görə isə, Yəcuc və Məcuc tayfasının arxasında yaşadığı sədd Yəməndə yerləşən Marib səddidir. Bu nəzər də Qurani-Kərimlə müxalifdir. Çünki həmin sədd də mis və dəmirdən düzəldilməyib.

Uyğun sədd yalnız Xəzər və Qara dənizlərinin arasında yerləşən dağlardakı “Daryal” boğazda olan səddir. Çünki bu sədd dəmirdəndir (“Nümunə təfsiri”, c.12, səh.552; “Əl-Mizan”, c.13, səh.525).

Nizami Gəncəvinin “İskəndərnamə”də verdiyi məlumatdan isə bu səddin Dərbənddə yerləşdiyi aydınlaşır.

Sözügedən sədd istər Daryal səddi olsun, istərsə də Dərbənd səddi, fərqi yoxdur, hər ikisinin arxasında bu gün Rusiya yerləşir və bu gün Suriyada fitnə-fəsad çıxaranların, müsəlman xalqa zülm edənlərin də məhz ruslar olduğu heç kəsə sirr deyil. Söhbətin məhz ruslardan getdiyini həm Əhdi-Ətiq, həm də Əhdi-Cədid təsdiqləməkdədir.

İsrailə qarşı savaşacaqları və onu yerlə bir edəcəkləri bildirilən sözügedən tayfa və onların axırzamanda törədəcəkləri fitnə-fəsad barədə Hizqiyalın kitabından (38-39 – cu fəsillər) məlumat almış oluruq.

Kitabda yazlanlardan göründüyü kimi, Yəcuc bir ölkənin başçısı və ali baş komandanıdır. Ölkəsi Məcucdur. O, “Roş, Məşəq və Tuvalın baş əmiri” adlandırılır:

“Yenə mənə Yehovanın sözü nazil oldu: “Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca, Roş, Məşəq və Tubalın baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Roş, Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm, səni dəbdəbə ilə

Page 163: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla - ordunla, süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm”. 

Buradakı “Roş” (ראש) kəlməsinin ivrit (yəhudi) dilində nə anlama gəldiyi məlum deyil. Sadəcə çox sayda mülahizələr var. Bu səbəbdən də “Bibliya” başqa dillərə tərcümə edilərkən, hərə bu kəlməyə bir anlam verməyə çalışmışdır.

İngilis kralı Yakobun əmri ilə ingiliscəyə çevrilən Bibliyada (XVII əsr) həmin kəlmə “the chief prince”, yəni “baş şahzadə // böyük knyaz”, fransız tərcüməsində “prince-chef” (baş şahzadə), latın tərcüməsində “princeps capitis” (baş şahzadə), Martin Lüterin almancaya tərcüməsində “der oberste fuerst” (baş rəhbər) kimi tərcümə edilmişdir.

Ən qədim tərcümələrdən olan yunan tərcüməsində isə “Roş” kəlməsi xüsusi isim kimi işlənmiş və “Ros” kimi yazılmışdır. Əski slavyan dilində yazılmış qədim rus “Bibliya”larında da eyni halla, yəni kəlmənin xüsusi isim kimi çıxış etməsi və “Ros” şəklində yazılması halı ilə üzləşirik. Bu səbəbdən də ortodoks kilsə mənsubları onu həmişə “Rus”, yəni Rusiya kimi anlamışlar. Onların təsəvvüründə Yəcuc “Məcuc” adının sinonimi olan Rusiyanın ali baş komandanıdır.

Məşəq və Tuval // Tubal isə bir çox şərhçinin fikrincə, Moskva və Tobolsk şəhərlərini bildirir.

Hazırda Rusiyanın ali baş komandanı prezident Vladimir Putindir. Ölkənin paytaxtı da Moskvadır. Tuvala gəlincə isə, burada söhbət Tobolsk şəhərindən yox, Rusiyanın Tuva Muxtar Respublikasından getməlidir. Çünki hazırda Rusiyanın müdafiə naziri olan Sergey Şoyqu (Sergey Küjüget oqlu Şoyqu) Tuvalıdır və Tuva türklərindədndir.

Beləliklə, Harmagedon savaşı zamanı Rusiya İsrailə qarşı savaşacaq. Mətndən göründüyü kimi, əsas müttəfiqləri eynən Suriyada olduğu kimi Fars, yəni İran olacaq. Belə aydın olur ki, müttəfiqlər sırasında Həbəş (Efiopiya) və Put (Liviya ?) da olacaq:

“Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put, həmçinin Qomerlə ordusu, ucqar şimaldan Toqarma evi və bütün ordusu - çoxlu-çoxlu xalqlar səninlədir”. 

Mətndə Qomer və Toqarmanın da adları çəkilir. Musa Kağankatlının “Alban tarixi” kitabında yazdığına görə, Qomer kimerlərin əcdadırdır. Kimerlər isə Prokopiyanın verdiyi məlumata görə hunların, yəni türklərin əcdadlarıdır. Toqarmaya gəlincə, ermənilər də, gürcülər də onu öz ulu əcdadları hesab edilrlər. İslami qaynaqlarda Toqarmanın adı Türk kimi çəkilir. Musa Kağankatlı onu Albaniyanın (Azərbaycanın) 4-cü hökmdarı kimi qələmə verir. Qomer isə, ona görə, Yafəsdən sonrakı 2-ci hökmdarı olub.

Xəzər türkləri özlərini və özləri ilə qohum olan daha 9 Türk boyunu Toqarmanın (Türkün) nəslindən hesab etmişlər. Təsadüfi deyil ki, Xəzər xaqanı İosif Bizans imperatoruna yazdığı məktubda xəzərlərin Toqarmanın (Türkün) 10 oğlundan biri olan Xəzərin nəslindən olduqlarını yazmışdır. Toqarmanın digər oğullarının adlarını isə belə sıralamışdır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Yanur, Bulqar, Savir.

Bununla belə, Bibliya ənənəsi Toqarmanı ermənilərlə bağlayır. Ola bilsin ki, Harmageddon savaşında Rusiyanın müttəfiqi kimi Ermənistan da iştirak etsin.

Page 164: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Nəzərə alsaq ki, Ermənistanda Rusiyanın hərbi bazası var, İsrailə roketlər həmin bazadan da göndərilə bilər. Yəni ermənilər İsraildə birbaşa savaşmaya da bilərlər.

Savaşda müsəlmanların da Həzrət Mehdinin (ə) başçılığı altında İsrailə qarşı iştirak edəcəklərinə heç bir şübhə yoxdur. Təbii ki, Türkiyə də kənarda qalmayacaq.

XVII FƏSİL

Həzrət Mehdi (ə)

Bəri başdan qeyd edək ki, Qurani-Kərimdə Həzrət Mehdi (ə) haqqında bircə dənə də olsun, ayə yoxdur. Lakin, şiələr aşağıdakı ayələrin ona aid olduğunu iddia edirlər:

“Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar” (Əl-Ənbiya surəsi, 105-ci ayə).

“Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək...” (Əl-Qəsas surəsi 5-ci ayə).

“Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur” (Ət-Tövbə surəsi, 33-cü ayə).

“Bilin ki, Allah torpağı onun ölümündən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə anlayasınız” (Əl-Hədid surəsi, 17-ci ayə).

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət

Page 165: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (Ən-Nur surəsi, 55-ci ayə).

“Kitab əhlindən elə kimsə yoxdur ki, (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirməsin. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır” (Ən-Nisa surəsi, 159-cu ayə).

“And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!” (Əl-Leyl surəsi 1-ci ayə) və s.

Bu iddiada olanlar fikirlərinin sübutu kimi şiələrin etiqad etdikləri hədisləri misal gətirirlər.

Həzrət Mehdinin (ə) adı Buxari və Müslimin qeydə aldıqları səhih hədislərdə çəkilməsə də, aşağıdakı hədislərin bilavasitə onun barədə olduğu heç bir şübhə oyatmır:

Buxari Əbu Hüreyrəyə istinadən nəql edir: “Peyğəmbər (s) buyurmuşdur: “İmamınız aranızda olduğu halda,

Məryəm övladı nazil olan vaxt halınız necə olacaq?”” (Səhih-Buxari, c.4, s.143; Səhih-Müslim, c.1, s.94).

Müslim Cabir ibn Abdullah Ənsariyə istinadən nəql edir: “Peyğəmbər (s) buyurmuşdur: “Sonda ümmətim üçün elə bir xəlifə gələr

ki, hesab aparmadan çoxlu mal bağışlayar”” (Səhih-Müslim, c. 8, s.185).Burada diqqət etməli və yaxşı-yaxşı yadda saxlamalı olduğumuz xüsus

Mehdinin (ə) xəlifə olacağı xüsusudur.Müslim Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Bir şəxs bir evə sığınar və onun üstünə qoşun göndərilər. Bu qoşun Beyda

məntəqəsinə çatdıqda yerə gömülər” (Səhih-Müslim, c. 8, s.167).Həzrət Mehdi (ə) barədə hədislərin sayı o qədər çoxdur ki, onun Dəccal və

Həzrət İsadan (ə) bir qədər əvvəl zühur edəcəyinə heç bir şübhə yeri qalmır. Onlardan bəzilərini nəzərdən keçirək.

"Əhl-i Beytimdən adı mənim adım kimi olan birisi ərəblərə hökumət etmədikcə dünyanın sonu gəlməz" (Səhih-i Termizi, c. 9, Babu ma cae fil Mehdi, s. 74).

Termizi bu hədis haqqında "Bu hədis səhihdir" demişdir. Sonra Mehdi haqqında Həzrət Əli (r), Əbu Səid, Ümm-ü Sələmə (r) və Əbu Hüreyrədən də bir sıra hədislər nəql edildiyini qeyd etmişdir (Səhih-i Termizi, c. 9, Babu ma cae fil Mehdi, s. 74)

Həzərət Əli bin Əbi Talib (r) Peyğəmbərin (s) belə buyurduğunu nəql etməkdədir:

"Əğər (dünyanın sonuna) bir gün qalsa belə, zulmlə dolan dünyanı ədalətlə doldurması üçün mənim Əhl-i Beytimdən olan birisi mütləq göndəriləcəkdir" (Səhih-i Əbi Davud, Kitab-ül Mehdi, c. 2, s. 207).

Ümm-ü Sələmə də Peyğəmbərdən (s) bu hədisi eşitdiyini nəql edib: "Vəd edilmiş Mehdi mənim Əhl-i Beytimdən və Fatimənin (r)

övladlarındandır" (Səhih-i Əbi Davud, Kitab-ül Mehdi, c. 2, s. 207).Əbu Səid nəql edir:

Page 166: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

"Bizim Mehdimiz irəli çıxan alına və incə buruna sahibdir. Zülmlə dolduqdan sonra yer üzünü ədalət ilə dolduracaqdır. O, yer üzündə tam yeddi il hökumət edəcekdir" (Səhih-i Əbi Davud, Kitab-ül Mehdi, c. 2, s. 208).

Həzrət Əli (r) da Rəsulullahın (s) belə buyurduğunu nəql edir:"Vəd edilmiş Mehdi mənim Əhl-i Beytimdəndir. Allah-u Təala onun üçün

gərəkli şərtləri bir gecədə hazırlayar" (Səhih-i İbn-i Mace, c. 2, Bab-u Xüruc-il Mehdi, s. 519).

Əbu Səid Peyğəmbərimizə (s) istinaddən belə nəql edir: "Yer üzü zülmlə dolacaq. Daha sonra Əhl-i Beytimdən olan birisi zühur

edəcək, yeddi və ya doqquz il hökm sürəcək  və yer üzünü ədalətlə dolduracaqdır" (Müsnəd-i Əhməd, c. 3, s. 28).

Əbu Səid isə Peyğəmbərin (s) dillindən belə nəql edir: "Axır zamanda sultan tərəfindən ümmətimə şiddətli bir bəla gələcəkdir.

Elə bir bəla ki, ondan daha şiddətlisi eşidilməmişdir. Elə ki geniş yer üzü onlara daralacaq və zulmlə dolacaqdır. Möminlər bu zülmdən qurtulmaq üçün bir sığınaq və bir qurtarıcı tapa bilməyəcəklər. Daha sonra Allah-u Təala Əhl-i Beytimdən birini zülmlə dolan yer üzünü ədalətlə doldurması üçün göndərəcəkdir. Göy üzü və yer üzünün sakinləri ondan razı olacaqlar. Yer üzü bütün bitkilərini onlar üçün bitirəcək və göy üzü onlara davamlı yağış yağdıracaq, yeddi və ya doqquz il xalq arasında yaşayacaq və Allah-u Təalanın yer üzünə endirdiyi bu qədər xeyir səbəbindən ölülər yenidən yaşamağı arzulayacaqlar" (Əl-Bəyan, s.72; Əs-Səvaiq-ül Muhrika, s.161).

Əbu Davud və Termizinin İbn Məsuddan (r) nəql etdiklərinə görə, Allahın elçisi (s) belə buyurmuşdur:

“Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaq...” (Qiyamət əlamətləri, genişlədilmiş 9 -cu nəşr, s. 159-160).

“... Sizə... adı Əhməd, atasının adı Abdullah olan Mehdini başçı etmişdir. Ona qoşulun” (Əl-qövlül-müxtəsər fi əlamətil-Mehdiyyil-müntəzər, s. 31).

“... Ona qoşulun, o, Mehdidir. Adı da Əhməd bin Abdullahdır...” (Qiyamət əlamətləri, mədinəli əllamə Muhəmməd bin Rəsul əl-Hüseyn Əl-Bərzənci, Pambıq nəşriyyat, 8-ci nəşr, s. 165).

Beləliklə, Mehdinin (ə) əsl adının ya Mühəmməd, ya da Əhməd, atasının adının isə Abdullah olacağı məlumdur.

Mövzumuz baxımından ən maraqlı hədislərdən biri də budur:"Mehdi (ə) İsanın (ə) ona iqtida etdiyi (arxasında durub namaz qıldığı) 

kimsədir" (“Əl-Məlahim vəl Fitən” kitabının tərcüməsi, yazarı Ibn-i Tavus, s. 46).Burada diqqət etməli və yaxşı-yaxşı yadda saxlamalı olduğumuz məqam

Həzərt İsanın (ə) Mehdinin xəlifəliyini və imamlığını, yəni liderliyini qəbul edəcəyi məqamıdır.

Şeyx İmran Hüseyn 2011-ci ildə Malayziyada verdiyi bir konfransda “Səhih-Müslim”də yer alan, Həzərət Mehdiyə Məkkədə necə beyət ediləcəyini anladan və diqqətimizi çox çəkən bir hədisi misal çəkmiş, fəqət onun nömrəsini qeyd etməmişdir (https://www.youtube.com/watch?v=ol1cuYOxg5k).

Sözügedən hədis belədir:

Page 167: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Xəlifə öləcək və onun varisinin kimi olacağı barədə fikir ayrılıqları yaranacaq. Birisi Mədinədən çıxıb Məkkəyə tələsəcəkdir. Və Məkkə əhli (onun pişvazına) çıxaraq onu onların beyətini qəbul etməyə məcbur edəcəklər".

Məlum olduğu kimi, Xilafət 1924-cü ildə ləğv edilmişdir. Belə olan halda hansı xəlifədən söhbət gedə bilər, yəni “ölən xəlifə” kim olacaq və ya kimdir?

Burada, istər-istəməz, ağla gələn ilk şey İŞİD-in xəlifə elan etdiyi Əl-Bağdadinin adı olur. Yəni doğrudanmı bu hədisdə söhbət Əl-Bağdadən gedir? Yəni doğrudanmı Mehdi (ə) Əl-Bağdadinin varisi olacaq?

Buna inanmaq bir qədər çətindəir.Amma fakt budur ki, Mehdi (ə) qara bayraqlıların içindən çıxacaqdır. Bunu

inkar etməmiz, əlbəttə ki, mümkün deyil. Doğrusunu, əlbəttə ki, yalnız Allah bilir.2019-cu ilin 27 oktyabrında dünya mətbuatı Əbu Bəkr əl-Bağdadinin ABŞ

hərbçiləri tərəfindən İdlibdə öldürüldüyü barədə məlumat yaymışdır. Hazırda onun varisinin, kimliyi və əsl adı məlum olmayan, yəni gizli tutulan Əbu İbrahim Haşimi əl Qüreyşi olduğu söylənilir. Bəziləri Qüreyşinin əsl adının Əmir Mühəmməd Əbdül Rəhman əl-Səlbi olduğunu ehtimal edirlər. Neçə yaşı olduğu, harda doğulduğu, hazırda harada olduğu məlum deyil. Hazırda onun ikinci xəlifə (31 oktyabr 2019-cu il) olduğu söylənilir.

Bəzi mülahizələrə görə bu ad altında Əl-Həcc (Hacı) Abdullah Qardaş kimi tanınan Hacı Abdullah əl-Afari çıxış edir. Bəziləri isə onun 2017-ci ildə ABŞ hərbi təyyarələrinin bombardımanı zamanı öldüyünü, Abdullah Qardaşla Əmir Mühəmməd Əbdül Rəhman əl-Səlbinin fərqli-fərqli adamlar olduğunu qeyd edirlər. Milliyyətcə türkmən olan Abdullah Qardaşın əslən Qüreyşilərdən olduğu, Həzrət Həsənin (r) nəslindən gəldiyi, 2014-cü ilin məlumatına görə, həmin dövrdə 50-dən çox yaşı olduğu, Səddam Hüseyn dövründə İraq ordusunda qulluq etdiyi, həmin dövrdə general-mayor rütbəsi daşıdığı, İraqın ABŞ tərəfindən işğalından sonra İŞİD-ə qatıldığı və Əl-Bağdadinin sağ əli olduğu, Əl-Bağdadinin onu özünə varis elan etdiyi söylənməkdədir. Qardaşın Mühəmməd adlı bir oğlu var.

Əldə olan məlumatlara görə, Mosul Universitetinin İlahiyyat fakultəsini bitirən Abdullah Qardaşın 2017-ci ildə öldüyü xəbəri təsdiqini tapmayıb. Belə ki, onunla bağlı 2018-ci ildə xəbər portallarında çox sayda məlumat yayılıb.

Doğrusunu, əlbəttə ki, yalnız və yalnız Allah bilir.Şeyx İmran Hüseyn sözügedən hədisi söyləyəndə, yəni 2011-ci ildə hələ nə

İŞİD vardı, nə də onun xəlifə elan etdiyi şəxs. Odur ki, Şeyx İmran hədisdə “xəlifə” deyilərkən, Səudiyyə kralının nəzərdə tutulduğunu və ola bilsin, ki, Mehdinin Səuduyyə kral ailəsindən çıxacağını söyləmişdi.

Yenə də doğrusunu Allah bilir.Hazırda bir çoxları özünü bu və ya digər dərəcədə Həzrət Mehdi (ə) ilə

bağlamağa çalışır. Bu halda söhbət təkcə Mehdi (ə) olduğunu iddia edən saxtakar və ya psixoloji xəstələrdən və ya da özünü “vilayəti-fəqih”, yəni Mehdinin (ə) yer üzündək naibi elan edən Ayətullah Xamneidən getmir. Söhbət həm də “Ənsarül-Mehdi” adlı bir təşkilat yaradan, özünün İmam Yamani olduğunu iddia edən başqa bir saxtakardan gedir.

Page 168: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Şiə esxatologiyasında yer alan fiqurlardan biri də İmam Yamanidir. Onun Həzrət Mehdidən (ə) öncə gələrək, onun gəlişi üçün zəmin hazırlayacağına inanılır. İmam Cəfəri Sadiqə (r) istinadən söylənilən şiə hədislərinin bəzi variantlarında o, Həzrət Hüseynin (r), bəzilərində isə Həzrət Həsənin (r) soyundan olacaq bir şəxs kimi təsvir edilir (Biharül-Ənvar, 52, s. 162; Shablanji. Noor al-Absar. p. 172). İmam Cəfəri Sadiq sözügedən şəxsin onun əmisi Zeydin nəslindən olacağını və Yəməndə üsyan edəcəyini söyləmişdir. Bəziləri Yəməndəki Zeydi şiələrinin (husilərin) İranın təhriki ilə çıxartdıqları üsyanı bu hədislə bağlamağa çalışırlar.

Yamaninin əsl adının nə olacağı haqqında da yekdil bir fikir yoxdur. Onun “Həsən”, “Hüseyn”, “Səid”, Nəsr”, “Əhməd” adını daşıyacağı barədə müxtəlif fikirlər mövcuddur. Onun Yəməndə ağ bayraq qaldıracağı söylənilir.

Özünü Əhməd Yamani adlandıran və əslən İraqdan olan birisi “Ənsərül-Mehdi” adında təşkilat yaradıb. Təşkilatın təqribən 300 üzvü var. İraqda bu qurumun üzvlərinin fəaliyyətinə qadağa qoyulub. Bu üzdən də Liviyada fəaliyyət göstərirlər. Qurumun başçısı və üzvləri məqsədlərinin Mehdinin (ə) gəlişini hazırlamaq olduğunu söyləyirlər.

Əgər Yamani haqqında hədislər doğrudursa, Mehdi (ə) üçün zəmin hazırlamalı olan həmin şəsxin Səudiyyə Ərəbistanının keçmiş Neft və Mineral Resurslar naziri (1962-1986) Əhməd Zəki Yamani olduğunu düşünmək daha doğru və ağlabatan olar. Belə ki, məhz onun səyləri nəticəsində 1985-ci ildə Səudiyyə Ərəbistanı özünün neftinin hasilatını artıraraq, bu yanacaq növünün dünya bazarlarındakı qiymətinin 6,1 dəfə enməsini itəmin etmişdi. Məhz bunun nəticəsində iqtisadi çətinliklərlə üzləşən Rusiya (SSRİ-nin) həmin ildən etibarən “Yenidənqurma” yolunu tutdu, 1989-ci ildə Əfqanıstanda məğlub duruma düşərək, bu ölkəni tərk etmək məcburiyyətində qaldı. Məhz bu addım SSRİ-nin çöküşünə (1991) səbəb oldu. Təsadüfi deyil ki, Rusiyanın keçmiş baş naziri Yeqor Qaydar özününü 2006-cı ildə işiq üzü görmüş “İmperiyanın məhvi: Müasir Rusiya üçün dərslər” adlı kitabında bu faktı xüsusi qeyd etmişdir.

Lakin Rusiya baş verənlərdən lazımi dərs çıxarmadı və 2015-ci ildə Suriyaya soxuldu. Səudiyyə Ərəbistanı da 2020-ci ilin mart ayında yenidən eyni addımı atdı və İdlibdə (Amiq və Dabıq arasında) müsəlmanlarla amansız savaş aparan Rusiyanın, eləcə də onun müttəfiqi İranın iqtisadiyyatına inanılmaz bir zərbə vurdu. Əhməd Zəki Yamaninin 1985-ci ildə tətbiq etdiyi metodun yenidən tətbiq edilməsi səbəbindən Məlhəmə-i Kübranın əsas iştirakçılarından olan ABŞ-ın neft sənayəsi də böyük problemlərlə üzləşdi. Həmin ay G-20 ölkələrinin zirvə toplantısında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan öz nitqində Səudiyyə kralına bu addıma görə xüsusi təşəkkürünü bildirdi.

Bir sözlə, Məlhəmə-i Kübra savaşında müsəlmanlara qarşı cəbhədə yer alan Rusiya, İran və ABŞ zərbə yedilər, müsəlmanlar və müharibə meydanında onların tək hamisi rolunda çıxış edən Türkiyə bundan çox məmnun qaldılar. Həzrət Mehdinin (ə) gəlişi üçün bundan daha yaxşı hansı zəmin hazırlana bilərdi ki?

İraqın nüfuzlu şiə din xadimlərindən Müqtəda əs-Sədr də “Mehdi Ordusu” deyilən bir hərbi təşkilat yaradıb.

Page 169: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Məlum olduğu kimi? şiəliyin bir-biri ilə rəqabət aparan iki dini mərkəzi var: Qum (İran-fars) və Nəcəf (İraq-ərəb). İraq şiələri 90 yaşlı Ayətullah əl-üzma seyid Əli Hüseyni Sistanini, İran şiələri isə Ayətullah Xamneini özlərinə lider hesab edirlər.

İraqda 47 yaşlı daha bir şiə lideri var. Özünün radikal görüşləri və xarizmatikliyi ilə fərqlənən bu şəxs Müqtəda əs-Sədrdir. Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğlu olan Müqtəda əs-Sədr ilə Ayətullah Sistani arasında ciddi ziddiyyətlər var. O və ona bağlı “Mehdi Ordusu” ABŞ qırıcılarının Nəcəf və Kərbəlanı bombardıman etməsindən və Nəcəfdəki Həzrət Əli (r) türbəsinə atəş açmasından sonra, yəni 2004-cü ildə buna cavab olaraq, Amerikaya qarşı savaş elan etdi.

2007-ci ilin fevralında Müqtəda əs-Sədr İraqı tərk edərək, İrana  üz tutur. Buna İraq təhlükəsizlik qüvvələrinin onun həbs edilməsi üçün Bağdad şəhərində əməliyyatlar keçirməsi səbəb olur.

2008-ci ilin mart ayının 31-də Bağdadda kommendant saatı ləğv edilir. Hökumət bu addımı Əs-Sədrin öz tərəfdarlarına hərbi əməliyyatları dayandırmaq barədə göstərişindən sonra atır.

Qeyd edək ki, Müqtəda əs-Sədrin "Mehdi Ordusu" ilə koalisiya və müvəqqəti hökumətin qoşunları arasında döyüşlər 2008-ci ilin avqust ayının 28-ə qədər davam edib. Həmin  ilin avqust ayının sonlarında isə Müqtəda əs-Sədr yaydığı bəyanatla "Mehdi Ordusu"nun fəaliyyətini dayandırğını elan edib və həmin tarixdən sonra silahlı deyil, siyasi mübarizəyə qoşulacağını bildirib. Bundan əvvəl, daha dəqiq desək, 2008-ci ilin iyununda "Mehdi Ordusu" ələ keçirdiyi və əs-Sədrin dayaq nöqtələrindən olan Amara şəhərini döyüşsüz təhvil vermişdi.

Hazırda Türkiyənin paytaxtı Ankara  şəhərində olan Müqtəda əs-Sədrin olduğu yer məxfi saxlanılır. Türkiyənin XİN rəsmiləri Əs-Sədrin İrandan Türkiyəyə gətirilməsinin səbəbini İraqdakı təhlükəsizlik və stabillik mövzusu ilə bağlı olması, eləcə də Türkiyənin vasitəçilik edəcəyi sülh prosesinin müzakirə edilməsi ilə əlaqələndirirlər.

Mehdi (ə) haqqında əldə olan hədisləri ümumiləşdirərək, aşağıdakıları söyləyə bilərik:

1. Hz. Mehdi (ə) Əhli-beytdən olacaq, Hz. Həsənin (r) nəslindən gələcəkdir.2. Adı ya Əhməd, ya Mühəmməd, atasının adı Abdullah, ləqəbi Əbu Abdullah

olacaq.3. Alnı geniş, burnu qövsvari, dişləri aralıdır.4. Yeddi, səkkiz və ya doqquz il Yer üzünün xəlifəsi olacaq. O, Zülqərneyn və

Hz. Süleyman (ə) kimi bütün dünyaya hökm edəcəkdir.5. Bütün dünyada zülmə son qoyacaq, dünyanı ədalətlə dolduracaqdır.6. Ondan həm göy, həm də yer əhli razı qalacaq.7. Dünya malını bütün insanlar arsında bərabər böləcək, yer üzündə bircə nəfər

də kasib qalmayacaq, hər kəsin istədiyi hər şeyi olacaqdır. Bu səbəbdən də heç kəsin zəkat və sədəqəyə ehtiyacı qalmayacaq.

8. Zühurundan əvvəl, xəlifənin ölüm xəbəri yayılacaq və yeni xəlifənin kim olması barəsində ixtilaf düşəcəkdir. Məhz elə o əsnada Mədinədə olan Hz. Mehdi (ə) Məkkəyə gələcək və Məkkəlilər, özü istəmədiyi halda, ondan ortaya çıxmasını

Page 170: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

tələb edəcək və axırda Kəbənin küncü ilə Hz. İbrahimin (ə) məqamı arasında olan yerdə ona beyət edəcəklər. Beyət edənlərin sayı 313 nəfər olacaq. Həmin vaxt Mehdi (ə) 40 yaşında olacaq.

9. Beyətdən sonra Şamdan və ya İraq tərəfdən Hz. Mehdinin (ə) üstünə bir ordu göndəriləcək, ancaq bu ordu çöldə Zulhüleyfə adlı yerə çatdıqda, yerin dibinə batırılacaqdır.

10. Hz. Mehdi (ə) Xorasandan (Əfqanıstandan) gələn, döyüşə-döyüşə Qüdsə qədər irəliləyən qara bayraqlıların içindən çıxacaqdır.

11. Şərq tərəfdən gələnlər onun xəlifəliyi üçün zəmin hazırlayacaqlar.12. Hz. Mehdi (ə) zühur edərkən başında bir sarıq olacaq və bir carçı (ya

mələk): “Bu, Allahın xəlifəsi olan Mehdidir, ona tabe olun” – deyə car çəkəcəkdir. Onun zühuru Məhərrəm ayında, Aşura günü baş verəcək.

13. Onun bayraqdarı Şərqdən gələn, Əl-Təmim tayfasına mənsub bir gənc olacaq. Adının Şüeyb olacağı ehtimal edilir.

14. O, Qüdsə daxil olacaq. Orada səhər namazı qılacaq. Həzrət İsa (ə) onun imamlığını qəbul edib, arxasında namaz qılacaq, onun xəlifəliyini təsdiq edəcəkdir.

15. Mədinəni (Qənstəntiniyyəni) və Deyləm dağını fəth edəcəkdir.16. Yəhudilərə bənzəyəcək, sağ yanağında xalı olacaq.17. Rumlarla (ruslarla) Amiq və Dabıq arasında 3 gün döyüşəcək, 3-cü gün

qələbə çalacaqdır. Bu zaman əskərlərinin sayı 70 min olacaq. Rumu (Rusiyanı) və Qənstəntiniyyəni (Roma? İstanbul? Moskva?) fəth edəcək. Müsəlman əskərlər Rumda 400 min və ya 600 min kafiri məhv edəcəklər.

Qeyd: İstanbul (Konstantinopol) tarixdə ikinci, Moskva isə üçüncü Roma kimi tanınınr. İstanbul müsəlman şəhəri olduğu üçün oranın fəthi ağlabatan deyil. İtaliya da sözügedən savaşda iştirak etmədiyi üçün bu halda söhbətin üçüncü Romadan (Moskvadan) getdiyi bizə daha ağlabatan görünür. Üstəlik də hədislərdə Mehdinin (ə) “Allahu Əkbır!” deyəcəyi və şəhərin 12 qülləsinin (bürcünün) dağılacağı qeyd edilir. İstanbulda sadəcə üç qüllə var. Moskvada isə, təkcə Kremldə 16 bürc var. Onlardan 4-ü bir, 12-si isə başqa tipdədir.

18. Hökm verərkən Qurani-Kərimə, Peyğəmbərin (s) şəriətinə və sünnələrinə əsasən hökm verəcəkdir.

Son söz

Həzrət Mehdinin zühurundan sonra dünyada zülmə son qoyulacağı, ədalətin bərqərar olacağı, dünya malının bütün insanlar arsında bərabər bölünəcəyi, yer üzündə, bircə nəfər də olsun, kasibın qalmayacağı, hər kəsin istədiyi hər şeyinin olacağı, bu səbəbdən də heç kəsin zəkat və sədəqəyə ehtiyacı qalmayacağı söylənilir. Bu o deməkdir ki, sinifli cəmiyyətə və insanın insan tərəfindən istismarına son qoyulacaq, hər bir insanın bütün ehtiyaclarını ödəyəcək qədər maddi nemətlər bolluğu yaranacaqdır.

Bu mümkündürmü?

Page 171: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Nəzərə alsaq ki, bəşəriyyət 4-cü sənayə inqilabı ərəfəsindədir, yəni biz 3-cü sənaye devrimindən 4-cü sənaye devriminə keçid ərəfəsindəyik, suala çəkinmədən müsbət cavab vermək olar.

Belə hesab edilir ki, sənaye devrimıərinin birincisi su və buxar enerjisinin istifadə edilməsi olub. Bu inqilab XVIII əsrin ilk çəyərəyində gerçəkləşib. Buxar maşınının icadı və istehsalatın müxanikləşdirilməsinə əsaslanan bu devrimi təqribən yüz il sonra kütləvi istehsala keçidi təmin edən 2-ci devrim dalgası təqib etdi. Bu, elektrik enerjisinin kəşfi və onun sənayeyə tətbiqi ilə mümkün oldu. XX əsrdə dünya, nəhayət ki, dijital çağa addım atdı və beləcə, devrimlərin 3-cüsü olan dijital sənaye inqilabı çağı başladı. Elektronik ve informasiya texnologiyalarının təkmilləşdirilməsi sayəsində istehsalın avtomatlaşdırılması gerçəkləşdirildi. 3-cü devrim öz ardınca avtonom maşın ve virtual mühitə start verərək, əski istehsal vasitələrini daha da təkmilləşdirən 4-cü sənaye devrimini gətirdi.

4-cü sənaye devriminin təməlini İoT (İnternet vasitəsilə bir-birinə bağlanan obyektlər) sayəsində fiziki və virtual mühitlərin əlaqələndirilməsi nəticəsində yaranan informativ paylaşımın əmələ gətirdiyi intellektual şəbəkə, eləcə də virtual sistemin sensor məlumatları ilə əlaqələndirilməsi təşkil edir.

4-cü sənaye devriminin gətirdiyi yenilikləri aşağıdakı kimi sıralaya bilərik:5 G texnologiyaları3 D texnologiyasıSüni zəkaBulud hesablamaGenişlənmiş reallıqBöyük məlumatların təhliliRobot texnologiyalarıTamamilə robotlaşdırılmış istehsal sahələriSöhbət süni zəka tərəfindən idarə ediləcək robotlaşdırılmış sistemlər -

robotlaşdırılmış istehsal və xidmət sahələri sayəsində yaradılacaq maddi nemətlər bolluğundan, robotların istismar edilənləri əvəz etməsi ilə insanın insan tərəfindən istismarına son qoyulmasından, 5G texnologiyaları sayəsində nəqd pulun bütünlüklə kripto valyuta (virtual pul) ilə əvəz edilməsi sayəsində sələm kapitalına əsaslanan bank-sisteminin aradan qaldırılmasından, süni zəka tərəfindən insanların ehtiyaclarının müəyyən edilərək maddi nemətlərin onlar arasında ədalətli paylaşımına əsaslanan ədalətli cəmiyyətdən gedir.

Elmi-texniki tərəqqi bütün bu deyilənlərin çox yaxın zamanlarda reallığa çevrilməsi üçün optimal şərait yaradır. Və bu gün şeytani qüvvələrin əsas məqsədi bu sistemi çalışdıracaq proqramlaşdırma mərkəzlərini ələ keçirərək, bütün bəşəriyyəti özünün köləsinə çevirməkdir.

Dəccalın görəcəyi ilk işlərdən biri insanların dərisinin altına xüsusi proqramlaşdırılmış çiplər yerləşdirmək, bu çiplər vasitəsilə onları izləmək, insanları maddi sərvətlərin paylaşılma sisteminə bağlayaraq, ona qarşı cıxanları, lazım gəldiyi an, çipinini sistemdən kəsməklə aclığa məhkum edə bilməkdir. Bu barədə “Vəhy” kitabında belə deyilir:

Page 172: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“O, bütün insanları - kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin”. 

Təbabətin inkişafı ilə insanın sağlamlığıü üçün yeni imkanlar ortaya çıxdığı kimi, bəşəriyyət üçün, əslində, təhlükə də xeyli artır. Çünki, tibb Dəccala xidmət edən şeytani qüvvələrin əlində milyonlarla "əlavə" insanın qətliamı üçün bir vasitəyə çevrilir. Bununla nə demək istədiyimizi izah edək.

Biriləri baltanı ağac doğramaq üçün kəşf etdi, başqa biriləri isə ondan insanları qətl etmək üçün istifadə etdi. Ataom enerjisi yüzlərlə şəhər və kəndi elektrik enerjisi ilə təmin edə bildiyi kimi, biriləri tərəfindən bombaya çevrildiyindən həmin şəhər və kəndləri məhv etmək potensialına da sahibdir.

Dəccalın görəcəyi ilk işlərdən biri də Harmageddon savaşını çıxarıb. Dünya əhalisinin sayını 500 milyona salmaq olacaq. Bu, ABŞ-ın Georgia ştatının Elbert County şəhərində ucaldılan və “Dəccalın daşları” kimi tanınan abidədə açıq-aydın şəkildə ifadə edilmişdir. 6 granit daştan ibarət olan bu abidənin fərqli səthlərində 8 çağdaş ve 4 ölü dildə yazılmış 10 prinsip qeyd edilib. Həmin prinsiplər “Dəccalın 10 əmri” olaraq bilinməkdədir. Onlardan birincisi dünya əhalisinin sayının 500 milyona endirmək əmridir.

Abidənin hündürlüyü 5.47 metr, ağırlığı 108 tondur. 1979-cu ildə qoyulsa da, kim tərəfindən qoyulduğu məlum deyil. Onu ucaldanlar özlərini “Qızıl çağı arayan bir qrup Amerikalı” və “R. C. Christian camaatı” kimi təqdim etmişlər.

Beləliklə, Dəccalın və ona xidmət edən şeytani qüvvələrin məqsədi insanların sayını tam nəzarət edilə biləcək səviyyəyə qədər azaltmaqdır. Azalda bilmək üçün ən effektli vasidə “Harmagedon”, yəni III Dünya savaşını çıxartmaqdır. Müharibədən sağ çıxacaq əhalini nəzarətdə saxlamaq üçünsə onlara çiplər yeridilməlidir. Çiplərin yeridilə bilməsi üçün, yəni insanların buna könüllü razı olmaları üçün bu çiplərə sahib olmayacaq adamları alış-veriş etmək imkanından məhrum etmək lazımdır. Yəni söhbət nəqd paranın ortadan qalxmasından və elektron para ilə əvəz edilməsindən sonra maliyyə əməliyyatlarını aparmaq üçün zəruri olan ağıllı çiplərdən gedir. Bu çiplər həm şəxsiyyət vəsiqələrini, həm maaş kartlarını, həm də tibbi kartları əvəz etməli, eyni zamanda insanın bədənində yaranacaq hər hansı bir xəstəlik zamanı onu dərhal xəbər etməlidir.

İlk baxışdan çox mütərəqqi bir şey kimi nəzərə çarpan kütləvi çipləşdirmə planı, şübhəsiz ki, Dəccala bütün insanları izləmək, danışıqlarını dinləmək və lazım gəldiyi halda maliyyə əməliyyatları şəbəkəsindən ayırmaqla cəzalandıra bilmək imkanı verəcək. Üstəlik də insanları kiborqa çevirmək istəndiyi də istisna edilmir.

“Azadİnform”un yaydığı 29.09.2015 tarixli, “ABŞ insanları çipləşdirmə prosesinə əsgərlərdən başlayır” adlı xəbərdə deyilir:

“ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) hərbçilərin beyninə elektron çiplərin tətbiqi ilə bağlı işlər aparır.

Azadinform Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir ki, layihənin başlıca məqsədi superəsgərlərin

Page 173: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

yaradılması yox, onların beyninin qorunmasıdır. Artıq “Neuroprosthetics” adlanan implantların sınaqları keçirilir. Bu barədə ABŞ jurnalisti Enni Ceykobsenin “Pentaqonun beyni” adlı kitabında da bəhs olunur.

Məlumata görə, “DARPA” uzun illər ərzində hərbi qulluqçuların beyninə çiplərin yerləşdirilməsi ideyasını həyata keçirməyə çalışsa da, əsgərlərin “kiborq”lara çevrilməsi yalnız indi mümkün olub. Agentlik əsgərlərin döyüş meydanında döyüş qabiliyyətinin artırılması və əsgərlərin kəllə-beyin zədəsindən sonra müalicəsi üzrə bir sıra layihələr həyata keçirib.

"Newsru” yazır ki, superəsgərlərin yaradılması Pentaqonun yeni proqramının yeganə məqsədi deyil. Hərbçilərin fikrincə, çiplərin tətbiqi süni intellektin yaradılması yolunda yeni addım olacaq və daha yüksəksəviyyəli robotlar yaratmağa imkan verəcək. Kitab müəllifinin yazdığına görə, agentliyin başlıca məqsədinin yeni silah növlərinin yaradılması olduğunu unutmaq olmaz. Sual doğuran əsas məsələ isə proqramın məhz hərbi məqsədlər üçün necə istifadəsi ilə bağlıdır”.

“Virtual Azərbaycan”da “Virtualaz.org azvision.az”a istinadən dərc edilmiş “Məmurların bədəninə çip yerləşdirilir” (31 yanvar 2014) adlı yazıda isə deyilir:

“ABŞ-ın Vayominq ştatının administrasiyası əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Ştatın Hanna dairəsində dərc olunan qərara görə, sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər.

Vayominq ştatı tərəfindən başlanan çipləşdirmə prosesi (MINI RFID) vətəndaşların avtomatik identifikasiyasını nəzərdə tutur. Haqqında söhbət gedən çip – 100 Qiqabayt yaddaşı olan mini-kompüterdir. Onun içərisinə müxtəlif məlumatlar: tibbi, sığorta məlumatları, sürücülük vəsiqəsinin nömrəsi, kredit tarixçəsi, kriminal keçmişi və s. daxil ediləcək.

Vayominq ştatının əhalisi MINI RFID qurğusuna məmnunluqdan – kəskin narazılığa qədər müxtəlif münasibət bildirirlər. Bir vətəndaş isə əvvəllər necə yaşadığına təəccüblənərək yeni çip vasitəsilə maqazalardan pul kisəsi olmadan belə alver edə bildiyini söyləyib. Bununla yanaşı təkuşaqlı ana dövlət dəstəyindən imtina edə bilmədiyini və bu səbəbdən MINI RFID çipini quraşdırmağa məcbur olduğunu dilə gətirib.

Texniki yenilik tərəfdarı olan vətəndaşlar isə terror aktlarının qarşısını ala biləcək Amerika istehsalı olan yeni qurğu ilə qürur duyurlar.

İnanclı xristianlarda isə əhalinin çipləşdirilməsi kampaniyası ciddi narazılıq doğurub. Onların fikrincə, bu yenilik “İncil”də göstərilən və insanın əllərində yazılacaq “heyvan rəqəmi” ilə üst-üstə düşür. Belə işarəsi olan insan bütün ömrü boyu cəhənnəm odunda əzab çəkəcək.

Qeyd olunur ki, Vayominq ştatının əksər əhalisi MINI RFID çipinin quraşdırılmasına sevinir. Çünki bu həyati qayğıları – tibbi yoxlamanı rahat keçmək, valideynlərin uşaqları üçün narahat olmamaları və s. həllində yardım edir.

Lakin insanlar çipləşdirmədən sonra yorğunluq, yuxusuzluq və həyəcan hisslərinin peyda olmasından da şikayətlənirlər”.

Page 174: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

“Son xəbər” in 27 sentyabr 2016-cı ildə dərc etdirdiyi “Alnımıza yazılacaq ştrix-kodun müdhiş sirri” adlı məqalədə (müəllifi: Sultan Laçınlı) oxuyuruq:

“2030-cu ilədək hər kəsin elektron köləyə çevrilməsi gözlənilir......Əgər yer üzündə gedən prosesləri beynəlxalq aləmlə yanaşı, həm də

özümüz və ətrafımızın nümunəsində diqqətlə izləsək görərik ki, hər şey məhz "vahid imperiya"ya doğru gedir. Birbaşa Amerika, İsrail və Avropadan idarə edilən total nəzarət mərkəzləri formalaşmaqdadır. Bir sıra ölkələrdə biometrik şəxsiyyət vəsiqələri, universal elektron kartlar buraxılıb. Bütün bank, nəqliyyat və s. kartlardan da eyni məqsədlə istifadə edilir. Elektron kartların və biometrik pasportların tətbiqinə artıq Almaniya və Rusiyada etiraz edən qüvvələr var...

Bilderberq klubunun əmri ilə ABŞ və bəzi digər ölkələrdə kütləvi çipləşdirmə başladılıb...

Dünya bankir imperiyası onu da bilir ki, insan bəzən nəzarətdən yayınmaq üçün, yaxud təsadüfən vəsiqə və kartları üzərində daşımaya, telefon və ya kompüter işlətməyə bilər. Odur ki, daha etibarlı olan elektron çiplərin tədricən hər bir yer sakininin dərisi altına yerləşdirilməsi haqda göstəriş verilib. Son məlumatlara görə, bu əmri Rokfellerlərin başçılıq etdiyi Bilderberq klubu 2008-ci ilin iyun toplantısında verib. Araşdırmalarımız sayəsində bu mövzuda yeni-yeni məlumatlar əldə etməkdəyik…

2030-cu ildə ümumdünya çipləşdirmə kampaniyası başa çatmalıdır.Rusiyada universal elektron kartının tətbiqi əleyhinə koordinasiya

komitəsinin rəhbəri Qalina Sarevanın verdiyi məlumata görə, hələ 2000-ci ildə məşhur milyarder, “San Maykrosistems” kompaniyasının lideri Bill Coy super oliqarxiyanın 2030-cu ilədək dünya əhalisinin hamısını çipləşdirməyi başa çatdırmaqla insanları sözün həqiqi mənasında elektron köləyə çevirməyi nəzərdə tutan proqramları barədə danışıb. Artıq ABŞ, Braziliya, Meksika, İsveç, Rusiya kimi ölkələrdə müxtəlif bəhanələrlə, xüsusən pasientlərin sağlamlığına nəzarət adıyla kütləvi çipləşdirmə kampaniyasına start verilib. Çipləşdirmə - insanın sağlamlığı, həyat və düşüncə tərzi, yerdəyişmələri, fəaliyyəti, peşəkar məşğuliyyəti və s. üzərində tam, sutkaboyu texniki elektron nəzarətin həyata keçirilməsidir. Bu, insanlığın gizli soyqırım növlərindən biridir. 2001-ci ilin iyunundan ABŞ-da imlantant çiplərin kütləvi istehsalına başlanılmışdır. 2002-ci ildə ABŞ-da ilk dəfə insan bədəninə çip yeridilmişdir. 2004-cü ildə isə artıq çipləri istehsal edən kompaniya Rusiyada da fəaliyyətə başlamışdır.

Bütün ölkələrdəki insan haqqında məlumatlar əsasən “Mossad” tərəfindən idarə edilən, amma ABŞ-da yerləşən “VeriChip” kompaniyasının bazasına ötürüləcək. Həmin mərkəzdən çip vasitəsilə insanın beyninə müxtəlif siqnallar və elektromaqnit dalğaları göndərərək onun əhval-ruhiyyəsini, fikir və davranışlarını istədikləri kimi dəyişə, hətta xəstələndirə biləcəklər.

2025-ci ildə Rusiyada uşaqların beyninə də çip yerləşdirəcəklər. Bu barədə hələ 2007-ci il avqustun 7-də ölkənin Sənaye və Energetika naziri Viktor Xristenkonun 311 nömrəli əmrlə imzaladığı “2025-ci ilədək Rusiyada elektron sənayesinin inkişaf strategiyası” haqqındakı proqramda rəsmən yazılıb.

Page 175: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

Rusiyada və digər ölkələrdə insanları gizli olaraq çipləşdirmək üçün içərisinə çip yeridilmiş peyvəndlərin də tətbiqinə başlanıb...

Amerikada çipli gənclər gecə klublarına pulsuz buraxılır...Hazırda bütün Amerikada çipləşdirmə prosesi gedir. Öncə şəxsiyyət və

sürücülük vəsiqələrindən başlayan bu proses, cihazların artıq insan bədənlərinə yerləşdirilməsi ilə davam edir: İş yerlərinə qəbul üçün bu, müqavilə şərtlərindən birinə çevrilib. Gəncləri çipləşdirməyə həvəsləndirmək üçün çipli şəxslər gecə klublarına növbəsiz buraxılır və xüsusi pulsuz içkilərə qonaq edilirlər.

Şəxsiyyət vəsiqələrini dəri altına yerləşdirilən düyü boyda çiplər əvəzləyəcək...

ABŞ-ın Vayominq ştatının administrasiyası da 2015-ci ildən əhalinin çipləşdirilməsi kampaniyasına başlayıb. Sosial müavinət alan və dövlət müəssisələrində çalışan şəxslər mütləq şəkildə özlərinə çip yerləşdirməlidirlər. İnsanlar çipləşdirmədən sonra yorğunluq, yuxusuzluq və həyəcan hisslərinin peyda olmasından da şikayətlənirlər.

Hökumətin əleyhinə çıxanların çipləri söndürüləcək və onlar heç avtomobil də sürə bilməyəcəklər...

Texniki yenilik tərəfdarı olan sadəlövh vətəndaşlar isə mağazalardan pul kisəsi olmadan belə alver etməyə imkan verməklə bərabər, terror aktlarının qarşısını da ala biləcək Amerika istehsalı olan yeni qurğu ilə qürur duyurlar. Ancaq məsələnin əks tərəfi var: hökumətinin əmrlərini yerinə yetirməyən və ya ona qarşı etirazlar təşkil edən şəxslərin çipləri dərhal söndürüləcək və onlar ictimai həyatdan təcrid olunmuş vəziyyətdə qalacaqlar. Yəni iş, yaxud təhsil yerinə buraxılmayacaq, nəinki hansısa maliyyə əməliyyatı hətta adi ərzaq alış-verişi də edə, avtomobilini belə idarə edə bilməyəcək.

Çipləşdirilmədən imtina edənləri türməyə basacaqlar..."International Business Times" nəşrinin verdiyi məlumata görə, 2015-ci

ilin əvvəlindən İsveçin "Epicenter" şirkəti öz əməkdaşlarının bədəninə çiplər quraşdırıb. Artıq bu ilin sonunadək ABŞ, İtaliya və İsveçdə bütün yeni doğulanları və dövlət qulluqçularını çipləşdirmək nəzərdə tutulur. 2017-ci ildə isə həmin ölkələrin əhalisinin qalan hissəsini çipləşdirmək planlaşdırılır. Bundan sonra digər ölkələr də bunlardan “nümunə” götürəcək. Üstəlik, beynəlxalq təşkilatlar da çipləşdirmənin vacibliyini dövlət rəhbərlərinə “məsləhət” görəcək, “tövsiyə” eədəck və s. 2018-ci ildən isə çip implantasiyasından imtina edənləri iri məbləğdə cərimə və hətta azadlıqdan məhrumetmə ilə cəzalandırmaq nəzərdə tutulur...

Bununla müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir...Rusiya Geosiyasi Problemlər İnstitutunun prezidenti, general-polkovnik

Leonid İvaşov hesab edir ki, elektron çipləşdirmə, insan üzərində elektron kontrol, insan şüuruna qarşı kütləvi qırğın silahıdır. Deməli artıq kütləvi çipləşdirmə ilə müqayisədə nüvə silahı ikinci dərəcəli məsələdir: yüksək texnologiyalara yiyələnmə savaşı gedir...

Gələcəkdə insanların, daha doğru desək, elektron qulların total nəzarətdən bezərək çipləri bədənlərindən xaric edə bilmələrini nəzərə alan

Page 176: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ

dünya ağaları mikroçiplərdən də sərfəli olan, lazer vasitəsilə görünməyən işarə - tatu qoyulması daha məqsədəuyğun hesab edirlər. Hələ 1984-cü ildə Almaniyanın "Diaqnoz" nəşrinin 8-ci sayında bildirilirdi ki, Amerika konsern və banklarının əhaliyə total nəzarətini tətbiq etmək üçün insanlar görünməyən kütləvi identifikasiya sisteminə daxil ediləcək. Bu, ABŞ-da yoxlanıldıqdan sonra Avropa Birliyi ölkələrini də həmin sistemə qoşmaq planlaşdırılır...”

Alman nəşri daha sonra yazır:”Nağdsız ödəniş siteminin tətbiqi adı altında qanunla hər bir vətəndaşın alnına, yaxud əlinə lazer şüası ilə görünməyən tanıtım işarəsi yazılacaq. Həmin işarə insanın şəxsiyyəti haqqında bütün məlumatları daşıyan 18 rəqəmdən ibarət olacaq. (Bu rəqəmlər hazırkı şəxsiyyət vəsiqələrindəki 7 rəqəmlik identifikasiya kodunu daha dəqiq və geniş formada əvəzləyəcək.-S.L.) Yazının əvvəlində, ortasında və sonunda aşağı uzanan qoşa xətlər 6 rəqəminin yerini göstərir ki, bu da "666" şeytan rəmzini ifadə edir. Həmin qoşa xətlər hazırda beynəlxalq bazarda satılan məhsulların da üzərinə vurulmalıdır. Bu sistem bütün dünyada tətbiq edilməlidir"...

Sözügedən plana görə, artıq nə alış-verişdə, nə nəqliyyatda- heç bir yerdə nağd pul işlənməyəcək. Deməli, son vaxtlar nağd pulla hesablaşmanın sıxışdırılması da texnotron quldarlığın simptomlarındandır... Hər kəs marketdə, ofisdə, seçki məntəqəsində, yaud hava limanında əlini və ya alnını lazer- fiksatorun qarşısına uzatmaqla qeydiyyatdan keçəcək, işə qəbul ediləcək, işdən çıxarılacaq, hesabından pul çıxılacaq, səs verəcək, səfərə gedəcək və s. Bir sözlə, 18 rəqəmli, şeytan rəmzli şrtix-kod olmadan heç kəs dünyada yeyib-içib gəzə bilməyəcək...

Öncə söylədiyimiz kimi, kainatda ən kiçicik zərrədən, hüceyrədən tutmuş canlı və cansız bütün varlıqları idarə edən, onlara bütövlükdə tam nəzarət edən Allahdır. Deməli, bütün vasitələrlə Yer sakinlərini öz idarə olunan elektron qullarına çevirmək istəməyə çalışanlar, əstəğfürullah, "allahlıq" iddiasındadırlar. Lakin onların cəhdləri əbəsdir. Bəşər əhlini sonadək köləyə çevirmək, xalqları xüsusən də müsəlman, türk xalqlarını, o cümlədən Azərbaycan xalqını məhv etmək, İnşallah, bu güclərə nəsib olmayacaq. Çünki Rəbbimizin Quranda buyurduğu kimi, Allah bütün hiyləgərlərdən tədbirlidir (Quran, Ali-İmran, 54)...

Amma bununla yanaşı, Yaradan hər bir bəndəsindən haqsızlığa qarşı bacardığı qədər susmamağı, mübarizə aparmağı da tələb edir...”.

Həzrət Mehdi (ə) və Həzrət İsa (ə) bü dünyaya Allah-Təala tərəfindən ona görə göndəriləcəklər ki, yaranmaqda olan yeni sistemi şeytani qüvvələrin və Dəccalın əlindən alsınlar, ədalətli bir dünya qursunlar və bəşəriyyətin şər qüvvələrin köləsinə çevrilməsinə imkan verməsinlər.

Bu gün Orta Şərqdə aparılan savaş, başqa sözlə, Məlhəmə-i Kübra məhz bunun savaşıdır. Lakin bu savaşın İsrail ərazisini əhatə edəcək, oradan da bütün dünyaya yayılacaq ikinci mərhələsi, yəni Harmageddon mərhələsi hələ irəlidədir.

Xristianların fikrincə, Fərat çayı sahillərindən başlayacaq və bütün dünyaya yayılacaq bu müharibədə dünya əhalisinin üçdə biri öləcək.

Page 177: bextiyartuncay.files.wordpress.com€¦  · Web viewBəxtiyar Tuncay. HƏZRƏT MEHDİ (Ə) VƏ MƏLHƏMƏ-İ KÜBRA. BAKI 2020. GİRİŞ. الرَّحِيمِ الرَّحْمَٰنِ