33
1 Dr. Elnur NƏSİROV TÜRKİYƏNİN XARİCİ SİYASƏTİ (Mühazirələr) Bakı 2008 Mövzu 1 GİRİŞ Türkiyə üç qitənin (Asiya, Afrika və Avropa) meydana gətirdiyi “dünya adası”nın mərkəzindədir. Qaradəniz və Aralıq dənizini bir-birinə bağlayan ölkə Türkiyədir. Balkan yarımadası, Qafqaz dağları və Orta Şərq kimi regionları bir- birinə Türkiyə birləşdirir. Belə bir coğrafi mövqe dünyada və regionumuzda mövcud ola biləcək istənilən siyasi-iqtisadi- mədəni güvvə üçün böyük dəyərə malikdir. Bu coğrafi mövqe və bəşəri-mədəni dəyərlərdən təşkil olunmuş ölkənin geopolitik güvvəsi ilə regional güc mərkəzlərinin sahib olduğu potensiya birlikdə, müqavyisəli şəkildə dəyərləndiriləndə Türkiyənin geopolitik mövqeyi və dəyəri müəyyənləşmiş olur. Əsasən coğrafi bütünlüyə sahib olan Anadolu (kiçik Asiya) yarımadası Balkan yarımadası, Qafqazlar, İran və Ərəbistan yarımadası ilə əhatə olunmuşdur. Bu mövqeyi ilə Anadolu y.adası coğrafiyamızın qalası və dünya adasının mərkəzidir. Şərq-qərb və şimal-cənub istiqamətində istənilən təşəbbüsü bolk etmək və açmaq imkanına sahibdir. Türkiyə ABŞ, Rusiya və Aİ kimi siyasi-iqtisadi-hərbi güc mərkəzlərinin mənfəətlərinin kəsişdiyi nöqtədə yerləşir. Hətta tarix boyu bir çox dəfə bu güc mərkəzlərinin yeritdiyi siyasətin hədəfi və ya çıxış nöqtəsi də olmuşdur. Türkiyənin sahib olduğu coğrafiya NATO-nun birbaşa nəzarəti xaricində olan Orta Şərq, Qafqazlar və Orta Asiya regionlarında qərbin mənafeyinə yönəldilmiş birbaşa təhlükələrə, qüvvələr balansındakı arzuolunmaz dəyişmələrə

Turkiyenin Xarici Siyaseti Muhazireler

Embed Size (px)

Citation preview

Page 1: Turkiyenin Xarici Siyaseti Muhazireler

1

Dr. Elnur NƏSİROV

TÜRKİYƏNİN XARİCİ

SİYASƏTİ

(Mühazirələr)

Bakı 2008

Mövzu 1

GİRİŞ

Türkiyə üç qitənin (Asiya, Afrika və Avropa) meydana gətirdiyi “dünya adası”nın mərkəzindədir. Qaradəniz və Aralıq dənizini bir-birinə bağlayan ölkə Türkiyədir. Balkan yarımadası, Qafqaz dağları və Orta Şərq kimi regionları bir-birinə Türkiyə birləşdirir. Belə bir coğrafi mövqe dünyada və regionumuzda mövcud ola biləcək istənilən siyasi-iqtisadi-mədəni güvvə üçün böyük dəyərə malikdir. Bu coğrafi mövqe və bəşəri-mədəni dəyərlərdən təşkil olunmuş ölkənin geopolitik güvvəsi ilə regional güc mərkəzlərinin sahib olduğu potensiya birlikdə, müqavyisəli şəkildə dəyərləndiriləndə Türkiyənin geopolitik mövqeyi və dəyəri müəyyənləşmiş olur. Əsasən coğrafi bütünlüyə sahib olan Anadolu (kiçik Asiya) yarımadası Balkan yarımadası, Qafqazlar, İran və Ərəbistan yarımadası ilə əhatə olunmuşdur. Bu mövqeyi ilə Anadolu y.adası coğrafiyamızın qalası və dünya adasının mərkəzidir. Şərq-qərb və şimal-cənub istiqamətində istənilən təşəbbüsü bolk etmək və açmaq imkanına sahibdir. Türkiyə ABŞ, Rusiya və Aİ kimi siyasi-iqtisadi-hərbi güc mərkəzlərinin mənfəətlərinin kəsişdiyi nöqtədə yerləşir. Hətta tarix boyu bir çox dəfə bu güc mərkəzlərinin yeritdiyi siyasətin hədəfi və ya çıxış nöqtəsi də olmuşdur.

Türkiyənin sahib olduğu coğrafiya NATO-nun birbaşa nəzarəti xaricində olan Orta Şərq, Qafqazlar və Orta Asiya regionlarında qərbin mənafeyinə yönəldilmiş birbaşa təhlükələrə, qüvvələr balansındakı arzuolunmaz dəyişmələrə

Page 2: Turkiyenin Xarici Siyaseti Muhazireler

2müdaxilə edə bilmək üçün ən yaxın və ən münasib hərəkət platformudur. Türkiyə coğrafiyasında bütün mənalarda və bütün sahələrdə zəiflik nümayiş etdirən bir cəmiyyətin yaşaya bilmə ehtimalı yoxdur. Bu coğrafiyada sadəcə unitar dövlət təşəkkülünə sahib cəmiyyət öz istiqlaliyyətini və həyatını davam etdirə bilər. Türkiyənin ətrafında və Avrasiyada təşəkkül tapan yeni geopolitik şərait, regional səviyyədə Türkiyənin təhlükəsizliyi nöqteyi-nəzərindən əlverişsiz mühit yaratmaqla yanaşı xüsusilə cənubi Qafqazda və Orta Asiyada, müəyyən dərəcədə də Orta Şərq və Balkan y.adasında Türkiyənin rolunun artmasını təmin edən yeni imkanlar meydana gətirmişdir.

Türkiyənin, xüsusilə SSRİ-nin dağılmasından sonra, meydana çıxan bu yeni şəraitə adaptasiya olması üçün gördüyü işlər əhəmiyyətli maneələrlə qarşılaşmışdır. Kipr problemi, Türkiyə-Yunanıstan anlaşmazlığı, separatist terror, vaxtaşırı olaraq şişirdilən bəzi daxili problemlər, son illərdə iqtidarda olan hökumətlərin zəifləməsinə səbəb olan daxili siyasi düyünlər bu ölkənin sanballı və təsirli xarici siyasət yeritməsinə və geniş əhatəli strategiya qura bilməsinə mane olmuşdur.

XXI əsr qlobal səviyyədə siyasi fürsətlər əsridir. Gələcək yenidən düşünüb planlaşdırılmalıdır. Daxili siyasət, beynəlxalq əlaqələr, üsul-idarə, rəqabət, liderlik, iqtisadi imkanlar, təhlükəsizlik strategiyaları və digər bir sıra sahələrdə region dövlətlərinin, xüsusən də Türkiyənin, o cümlədən Azərbaycanın özünü təftiş etməyə və yenidən təşkilatlanmaya ehtiyacı var. Qloballaşmanı, daha doğrusu qlobal kapitalın dünya hakimiyyətini, mərkəzləri ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Fransa, Hollandiya və İsveçrədə olan təqribən 300 şirkət həyata keçirməkdədir. Bu beynəlxalq nəhənglikdəki şirkətlər, şirkət “evlilikləri” ilə

birləşərək böyüməkdə və bunun təbii nəticəsi olaraq da siyasi iqtidarlara, ən azından, istədiklərini diqtə etmə imkanı qazanmaqdadırlar. Bəzi siyasi nəzəriyyəçilər belə bir şəraitdə milli dövlətlərin yavaş-yavaş siyasi səhnəni tərk edəcəyi fikrini irəli sürürlər. Digərləri isə əksinə, dövlətlərin daha güclü milliyətçi qurumlara çevriləcəkləri fikrini dəstəkləyirlər. Soyuq müharibə dövründə beynəlxalq əlaqələrdəki bəsit şablonlar xarici siyasətdə hədəf və məqsədlərin seçilməsi və xarici siyasi kursun müəyyənləşdirilməsi Türkiyə kimi dövlətlər üçün elə də çətin deyildi və bu sahədə dərin tədqiqatlara elə də ehtiyac duyulmurdu. Çünki bu müharibədə nəticə etibarı ilə iki “cəbhə” var idi və dövlətlər bu cəbhələrdən hansında mövqe tutacaqlarına qərar vermək üçün çox da çətinlik çəkmirdilər. Hal-hazırda isə vəziyyət tamamilə fərqlidir. Bu istiqamətdə daha çox tədqiqat və analizlər aparmağa ehtiyac var. Burada özəl sektorun üzərinə daha çox yük düşməkdədir. Türkiyədəki müstəqil və qismən müstəqil araşdırma mərkəzləri daha çox iqtisadi tədqiqatlara üstünlük verir. Halbuki universitetlər başda olmaqla, tədqiqat mərkəzlərində siyasi-strateəik araşdırmalara, ictimai-mədəni etüdlərlə daha çox yer verilməlidir. Yəni milli qüvvənin bünövrəsini təşkil edən bu səhələrdə uzun vədəyə hesablanmış və mümkün olduqca ideoloəi cəhətdən müstəqil tədqiqatların aparılması zəruridir. Dövlətin qərarvermə mexanizmi fərdi və gündəlik siyasi qayğılara görə deyil dərin analiz və hərtərəfli araşdırmaların nəticələrinə əsaslanaraq hərəkət etməlidir.

Türkiyə artəq əsrlərlə hesablanacaq uzun müddətdən bəri “qərbə inteqrasiyas” adlanan bitməz bir yolda addımlayır. Hal-hazırda Türkiyə 31 il əvvəl rəsmi olaraq müraciət etdiyi Aİ üzvlüyü üçün ciddi islahatlar keçirir. Siyasi, hüquqi, ictimai, iqtisadi, insan hüquqları kimi sahələrdə aparılan islahatlar ciddi əngəllərlə, maneələrlə qarşılaşır.

Page 3: Turkiyenin Xarici Siyaseti Muhazireler

3Qafqaz, Orta Asiya və Balkan regionlarındakı hadisələr

səbəbi ilə müasir Türk-rus əlaqələri daha çətin və həssas mərhələyə qədəm qoymuşdur. Türkiyə-Rusiya əlaqələrinin iqtisadi sahəsində mühüm inkişaf müşahidə edilsə də, siyasi sahədə vaxtaşırı olaraq ciddi gərginliklər məydana gəlir. Türk-rus əlaqələrini sadəcə təhlükəsizlik və iqtisadi mənfəətlər baxımından deyil həmçinin Türkiyənin Qafqaz və Orta Asiya siyasətindən lazımi nəticələrin alınması baxımından da əhəmiyyətlidir. Bu regionda Türkiyə sadəcə Rusiya deyil, eyni zamanda İran və Çin kimi rəqiblərlə də qarşılaşmaqdadır.

İranla əlaqələri həssas qılan sadəcə Orta Asiya deyil, Orta Şərqdəki siyasi balans və ehtimal olunan siyasi hadisələrdir. Hal-hazırda İran regionda siyasi yalnızlıqdan, təklikdən qurtulmaq uğrunda ciddi mübarizə aparır. Strateəistlər və politoloqlar İranın xarici siyasəti haqqında mülahizə yürüdərkən “şiə hilalı” məfhumundan geniş istifadə edirlər. Yəni İran ətraf dövlətlərdəki məzhəb qruplarına hesablanan xarici siyasət kursunu müəyyənləşdirməkdədir. Bunu Livan, İraq, Körfəz ölkələri və s. dövlətlərlə əlaqələrdə açıqca müşahidə etmək mümkündür.

Türkiyənin İsraillə olan əlaqələri də regiondakı siyasi vəziyyət baxımından mühümdür. Türkiyə bu dövlətlə yaxın siyasi əlaqələrə, müxtəlif sahələrdə əməkdaşlıqlara malik olsa da İsraillə əlaqələrində daim ehtiyatlı hərəkət edib. Bu da daha çox ərəb dövlətlərini, qismən də əksəriyyəti müsəlman olan daxili ictimai rəyi qıcıqlandırmamağa hesablanıb.

Türkiyənin ərəb dövlətləri ilə olan əlaqələri çoxcəhətlidir. Əksər ərəb dövlətləri ilə siyasi əlaqələrini müsbət məcrada inkişaf etdirən Türkiyənin uzun müddət, son vaxtlara qədər, Suriya ilə ciddi problemləri olmuşdur. Xüsusən də keçən əsrin 90-cı illərin sonlarına qədər Türkiyə

haqlı olaraq Suriyanı separatçı PKK terror təşkilatını dəstəkləməklə təqsirləndirirdi. Bundan başqa Suriyanın Türkiyəyə qarşı, son vaxtlar demək olar ki, unudulan, torpaq tələbi və su problemi də iki ölkə əlaqələrinə mənfi təsir edən amillər olmuşdur. 1998-ci ildə Suriyanın PKK-nın başçısını öz ərazisindən çıxarması müsbət addım kimi səciyyələndirilmiş və o tarixdən sonra iki ölkə əlaqəlir müsbət istiqamətdə inkişaf etmişdi. Son vaxtlar Türkiyənin İsraillə Suriya arasındakı əlaqələrin normallaşdırılmasında vasitəçilik etməsi də əlaqələrin yaxşı istiqamətdə xeyli irəlilədiyini göstərir.

Türiyənin ən çox problem yaşadığı ölkə olaraq Yunanıstanın adını birinci sıraya yazmaq olar. Başda Kipr məsələsi, Egey dənizindəki sərhədlər, yunanların Egey adalarını silahlandırması, hava sərhədləri, Egeydəki bəzi adaların kimə məxsus olması, qərbi Frakiyadakı türklərin hüquqları kimi məsələlər türk-yunan əlaqələrinə təsir edən əsas amillərdir. Yunanıstanın PKK-ya yardım edən dövlətlərdən biri olması, Ermənistan və Suriyaya təsir göstərməyə çalışan dövəlt olması da iki ölkə əlaqələrinə daim pis təsir etmişdir. Aİ üzvü olan Yunanıstan və cənubi Kipr (2004-cü ildən etibarən) bu ittifaqa üzv olmaq istəyən Türkiyəyə qarşı bir çox məsələlərdə mənfi mövqe nümayiş etdirmişdirlər.

Ermənistanla Türkiyənin hal-hazırda heç bir siyasi

əlaqəsi yoxdur. Türkiyənin bu ölkə ilə siyasi əlaqələrinin

qurulmasına Ermənistanın Türkiyənin torpaq bütünlüyünü

tanımaması, yəni Türkiyədən torpaq tələb etməsi və

Azərbaycana qarşı yeritdiyi təcavüzkarlıq, torpaqlarımızın 20%-

ni işğal altında saxlaması mane olur. Avroatlantik məkana

inteqrasiya yolunu mənimsəmiş Gürcüstanla Türkiyənin

əlaqələri yüksək səviyyədə inkişaf etmişdir.

Page 4: Turkiyenin Xarici Siyaseti Muhazireler

4Mövzu 2.

A. Mudros Sazişi (30 oktyabr 1918)

I dünya müharibəsinin son dövrlərində Osmanlı imp-

ğu ordusu ard-arda uğradığı ağır məğlubiyyətlərdən sonra

dövlət müharibəni davam etdirmək gücünü itirmişdi. İraq və

Suriyaya daxil olmuş ingilis qoşunları Kərkükü də ələ keçirmiş

və Suriya cəbhəsindəki Osmanlı ordusu ilə döyüşləri davam

etdirirdilər. Osmanlı ordusu Hələb şəhərinə qədər geri

çəkilmişdi. Lakin Hələbi də əldə saxlaya biləcəyi şübhəli idi.

Osmanlı dövləti daha çox Frakiya cəbhəsindən narahat idi.

Çünki Antanta qüvvələri Yunanıstandakı hərbi birləşmələri ilə

İstanbula hücum etməyi planlaşdırırdılar. Türklərlə almanlar

arasındakı quru yolu əlaqəsi kəsilmişdi. Bolqarıstan öz

müttəfiqlərinə xəyanət edərək Antantaya sülh sazişi təklif

etmişdi. Bu onsuz da pis olan vəziyyəti bir az da

pisləşdirmişdi. Avstriya-Macarıstan və Almaniyanın da

Antanta ilə atəşkəs sazişi bağlaması Osmanlı dövlətini

tamamilə çıxılmaz vəziyyətdə qoymuşdu.

08 yanvar 1918-ci il tarixli Vilson bəyannaməsi türk tərəfini vəziyyətin daha da çıxılmaz hal almaması üçün atəşkəs sazişi bağlamağa ümidləndirmişdi. Çünki mövcud vəziyyətdə müharibəni davam etdirmək türklərin yalnız əleyhinə olacaqdı. Vilson bəyannaməsində Osmanlı imp-ğunun türklərin məskunlaşdığı torpaqlarda öz hakimiyyətini davam etdiə biləcəyi qeyd olunurdu. İngiltərə başnaziri Lloyd Corcun parlamentdəki 5 yanvar 1918-ci il tarixli nitqi də Vilson bəyannaməsi ilə eyni xarakterli idi: “Bizim bu müharibədə

məqsədimiz türkləri nə paytaxtlarından, nə də Anadolu və Rumelidəki məskunlaşdıqları torpaqlarından məhrum etmək deyil”. Bu iki bəyanat mahiyyətcə eyni olsa da hadisələrin sonrakı inkişafı məqsədin heç bəyan edildiyi kimi olmadığını sübut etmişdi.

Bu gelişmeler sürerken Osmanlı Devleti kendi içinde de birtakım karışıklıklar maruz kalmıştı. V. Sultan Mehmet Reşat’ın ölümü üzerine tahta geçen Mehmet Vahidüttin kendinden öncekine asla benzemiyordu. O, V. Mehmet Reşat’ın aksine zeki ve anlayışlı idi. Talat Paşa’nın kabineden çekilmesi, Tevfik Paşa’nın hükümet kurma çabaları ve bu konuda başarı sağlayamaması ve sonunda İzzet Paşa’nın hükümeti kurmakla görevlendirilip bunu uzun uğraşlardan sonra başarabilmesi Osmanlı Devletine mütarekenin imzalanması hususunda bir hayli zaman kaybettirmiştir. Hükümetin uzun zamanda kurulamamasından anlaşılacağı gibi bir çok devlet adamı Osmanlı Devleti’nin bu kritik anında kabineye gitmek istememişlerdir.

Bu vaxt Osmanlı dövlətinin daxilində də bəzi dəyişikliklər olmuşdu. Sultan V Mehmed Rəşad ölmüş, onun yerinə hakimiyyətə öz sələfindən daha ağıllı və dərrakəli olan VI Mehmed Vahidəddin gəlmişdi. Tələt paşa başnazirlikdən əl çəkmişdi. Tofiq paşanın yeni kabineti qurmaq cəhdləri boşa çıxmışdı. İzzət paşa yeni sultandan hökuməti qurmaq üçün əmr almışdı. Belə çətin bir vəziyyətdə dövlət və siyasət xadimlərinin çoxu məsuliyyəti öz üzərinə götürməkdə tərəddüd edirdilər. Uzun çəkən posesin nəticəsində İzzət paşa başnazir olaraq öz hökumətini qurmuş və fəaliyyətə başlamışdı. Bütün bunlar atəşkəs sazişinin müzakirəsini ləngitmişdi.

İzmir canişini Rəhmi bəy şəhərdə saxlanılan ingilis əsirlərlə xoş rəftarına görə İngiltərə hökumətindən təşəkkür

Page 5: Turkiyenin Xarici Siyaseti Muhazireler

5məktubu almışdı. Buna görə də Rəhmi bəyin atəşkəs sazişi üçün müraciət etməsi planlaşdırıldı. Lakin Rəhmi bəyin məktubuna İngiltərənin İstanbuldakı səfirindən rədd cavabı gəldi və bunun üçün artıq gec olduğu bildirildi. İsveçrə səfiri müharibəyə səbəb olaraq ölkəni bu vəziyyətə salmış hökumətin sülh sazişi tələb etməsinin münasib olmayacağını bildirməsindən sonra Tələt paşanın başçılıq etdiyi hökumət məcburi istefaya getmişdi.

Belə çətin bir vəziyyətdə İraq cəbhəsində türklərə əsir düşmüş ingilis general Tovvnşind türklərin ona əsir kimi deyil qonaq kimi münasibət bəsləmələrindən mütəəssir olduğunu söyləyərək bu iş üçün öz vasitəçiliyini təklif etimşidi. Əsir generalın təşəbbüsü baş tutmuş və İngiltərə 20 oktyabr 1918-ci ildə admiral Kaltorpa saziş layihəsinin hazırlanması üçün türk tərəfi ilə görüşmək səlahiyyəti verilmişdi. Admiral Kaltorp başnazir İzzət paşaya teleqrafla türk heyətinin göndərilməsini bildirmişdi.

Əslində İngiltərə, Fransa və İtaliya 7 oktyabrda saziş mətnini hazırlamışdılar. Türk tərəfi diplomatik heyətin təşkilində də problemlə qarşılaşmışdı. Sultan Vahidəddin türk heyətinə Damad Fərid paşanın da daxil edilməsini istəmişdi. Bu şəxs Osmanlı sarayının yeznəsi idi. Lakin İzzət paşa Damad Fəridin bu kimi işlərdə məharətinin olmadığını bildiyi üçün bunu etmək istəməmişdi. Buna baxmayaraq sultan başnazirə qulaq asmadan Damad Fəridi heyətə daxil etdirmişdi. Lakin nazirlər kabinetinin bu ağıldan kəmin heyət üzvü olmasını qəbul etməməsi və lazım gəlsə bütün kabinetin istefaya gedə biləcəyini bildirməsi sultanı bu fikirdən daşındırmışdı. Beləcə türk heyətinə dənizçilik naziri Rauf bəy, xarici işlər nazirinin müşaviri Rəşad Hikmət bəy, polkovnik

Sədullah bəy və xarici işlər nazirliyindən katib sifəti ilə Əli Türkgəldi daxil edilmişdilər.

Türk həyiti İstanbulda belə təlimatlandırılmışdı: Yunan gəmiləri istisna olmaqla, Dardanel və Bosfor boğazları ticarət və hərbi gəmilər üçün açıq olacaq, tranzit keçən hərb gəmiləri Mərmərə dənizində 2 gündən artıq qalmayacaq, boğazların ətrafındakı hərbi istehkamlar türk tərəfinin nəzarətində qalacaq. Bu şərt qəbul olunmasa sazişdən sonra müəyyən sayıda ingilis zabitlərinin nəzarət etməsinə imkan yaradılacaq. Səfərbərliyə çağırılmış türk əsgərləri tərxis ediləcək. Sazişin imzalandığı gündən etibarən cəbhələrdəki döyüşlər dayandırılacaq. Osmanlı dövlətinin daxili işlərinə qarışılmayacaq, idarəsi altındakı torpaqlara hərbi qüvvə yeridilməyəcək. Müharibənin nəticələrinin aradan qaldırılması üçün Antanta dövlətləri tərəfindən maddi yardım göstəriləcək.

Diplomatik heyətlər 26 oktyabr 1918-ci ildə Midil adasının Mudros (Mondros) limanda görüşdülər. Sabahı günü Antanta dövlətlərinin hazırladığı saziş mətni türk heyətinə oxundu və heç bir dəyişiklik təklifinin qəbul edilməyəcəyi bildirildi. Həyet şərtlərin çox ağır olmasını teleqrafla İstanbula bildirdi. 29 oktyabrda İstanbuldan gələn təlimatnamədə aşağıdakı şərtlər üzərində təkidlə dayanılması bildirilirdi: „İstehkamlar italyan və yunan əsgərlərinə təhvil verilməyəcək, təhvil verilən istehkamlara ingilis, fransız və türk əsgərləri birgə nəzarət edəcəklər, 7-ci maddənin İstanbula şamil edilməməsi, yunan gəmilərinin türk limanlarına girməməsi, Toros (Tavriya) dağlarındakı tunellərə nəzarətin türk tərəfində qalması“. Lakin bu şərtlərin heç biri qəbul edilmədi. 30 oktyabr 1918-ci ildə aşağıdakı şərtlərlə atəşkəs sazişi bağlandı:

Page 6: Turkiyenin Xarici Siyaseti Muhazireler

61-Dardanel və Bosfor boğazlarının açılması, Qaradənizə

və əks istiqamətə keçişlərin sərbəstləşdirilməsi, boğazlara nəzarətin Antantaya verilməsi.

2-Türklərin dənizlərdə minaladığı bütün ərazilərin dəqiq yerləri göstərilməsi, lazım gəldikdə minaların təmizlənməsinə köməklik göstərilməsi.

3-Qaradənizdəki minalı ərazilərin dəqiq yerlərinin bildirilməsi.

4-Antanta qüvvəliri və erməni əsirlərin İstanbula gətirilərək qeydsiz-şərtsiz Antanta qüvvələrinə təhvil verilməsi.

5-Sərhədlərin qorunması və daxili təhlükəsizliyin təmin edilməsi üçün lazım görülən hərbi qüvvə (ki, bunun sayı Antanta komandanlığı ilə razılaşma əsasında müəyyən ediləcək) xaricindəki bütün türk ordusunun tərxis edilməsi.

6-Sahil və daxili sulardakı təhlükəsizliyin təmini üçün lazım olan kiçik gəmilər istisna olmaqla bütün Osmanlı donanması türk limanlarda lövbər salaraq həbs ediləcək.

7-Antanta dövlətləri təhlükəsizliklərinə xələl gətirən hallarda istənilən məntəqəni işğal hüququna sahib olacaqlar.

8-Osmanlı dövlətinə aid liman və dəmiryollarından Antanta dövlətləri istifadə edə biləcək. Antanta ilə müharibə vəziyyətində olan dövlətlər üçün Osmanlı liman və dəmiryolları qapalı olacaq. Lazım gələndə Osmanlı dövlətinə aid ticarət və hərbi gəmiləri Antanta qüvvələrinin ixtiyarına veriləcək.

9-Antanta dövlətləri Osmanlı dövlətinin bütün liman və tərsanələrindəki gəmi təmiri və inşaat ləvazımatından istifadə edə biləcək.

10-Toros tunelləri tamamilə Antanta qüvvələrinin nəzarətinə keçəcək.

11-İranın şimali-qərb regionundakı Osmanlı hərbi qüvvələri müharibədən əvvəlki türk-iran sərhəddinin arxasına çəkiləcək. Zaqafqaziyadakı Osmanlı hərbi qüvvələri əvvəlcədən müəyyən edilmiş yerlərdən geri çəkiləcək. Antanta müşahidəçilərinin baxış keçirməsindən sonra lazım gələn yerlərdən də tələb olunduğu vaxt geri çəkiləcək.

12-Hökumətin istifadə etdiyi xüsusi xəttlər istisna olmaqla, bütün rabitə sistemi Antanta dövlətinin nəzarətinə veriləcək.

13-Dənizçilik, hərbi və ticarət malların və ləvazımatın sıradan çıxarılmasına son qoyulacaq1.

14-Osmanlı dövlətinin ehtiyacı xaricindəki kömür, duru yanacaq və dənizçilik ləvazımatı Antanta dövlətləri tərəfindən satın alınacaq, bu maddələrin digər ölkələrə satılması qadağan olunacaq.

15-Batumi limanı Antantaya təhvil veriləcək. Osmanlı ərazisindəki bütün dəmiryolarına Antanta zabitləri nəzarət edəcək. Buna həmçinin türklərin ələ keçirdikləri Zaqafqaziyadakı dəmiryolu şəbəkəsi də daxildir.

16-Hicaz2, Yəmən, Suriya və İraqdakı mühafizə polkları ən yaxındakı Antanta qüvvəlirinə təslim olacaqlar. Kilikiyadakı3

1 Düşmən əlinə keçməsin deyə hərbi və sivil mal və ləvazımat sıradan çıxarılırdı. 2 Ərəb yarımadasının qərb, Qırmızı dəniz sahilləri.

Page 7: Turkiyenin Xarici Siyaseti Muhazireler

7hərbi qüvvələr, asayişə nəzarət qüvvələri xaric, 5-ci maddənin hökmünə uyğun olaraq geri çəkiləcəklər.

17-Trablus və Binqazidəki4 türk zabitləri ən yaxındakı italyan hərbi qüvvələrinə təslim olacaqlar. Zabitlər bu mövzudakı əmrlərə tabe olmasalar, Osmanlı dövləti göstərdiyi bütün kömək və dəstəyini kəsəcəkdir.

18-Trablus və Bingazidə Osmanlı dövlətinin əlində olan limanlar Antanta dövlətlərinə təhvil veriləcək.

19-Osmanlı ərizisindəki Alman və Avstriya hərbi (quru və dəniz) və sivil məmurlarının bir ay içində öz ölkələrinə getmələri təmin olunacaq.

20-Beşinci maddəyə əsasən tərxis ediləcək Osmanlı hərbi qüvvələrinə aid silah, ərzaq və s. ləvazımat daşınarkən Antanta dövlətləri tərəfindən verilən əmrlərə əməl ediləcək.

21-Antanta dövlətlərinin mənafelərinin qorunması üçün Osmanlı İaşə Nazirliyində bu dövlətlərin nəzarətçiləri olacaq və tələb olunan bütün məlumatlar bu nəzarətçilərə veriləcək.

22-Osmanlı hərbi əsirləri Antanta dövlətinin əlində qalacaqlar. Sivil əsirlərin (girovların), əsgərlik yaşına çatmışlar istisna olmaqla, azad edilməsi nəzərdə tutulacaqdır.

23-Osmanlı dövləti öz müttəfiqləri ilə bütün əlaqələrini kəsəcəkdir.

3 Kilikiya-ermənilərin “kiçik Ermənistan” dedikləri torpaqlar. Adana, Maraş, Anteb və ətrafı. Türkiyə-Suriya sərhəddinin qərb hissəsinin şimalında qalan ərazi. 4 Şimali Afrika, Liviya və Tunis ərazisi. Türk zabitləri buradakı yerli özünümüdafiə dəstələrini təşkilatlandırmış, təlim keçmiş və italyan işğalçılara qarşı mübarizəyə rəhbərlik etmişdilər.

24-Vilayəti-sittədə (altı vilayət: Ərzurum, Van, Xarput (Əlazığ), Diyarbəkir, Sivas, Bidlis) iğtişaş baş versə Antanta dövlətləri bu vilayətləri işğal etmə hüququna sahib olacaq.

25-Antanta dövlətləri ilə Osmanlı dövləti arasındakı hərbi toqquşmalar 31 oktyabr 1918-ci ildə, yerli saatla günorta vaxtı kəsiləcək.

Dərin diplomatik biliyə sahib olmağa ehtiyac duyulmadan bu sənədin atəşkəs sazişi deyil, qeydsiz-şərtsiz kapitulyasiya aktı olduğunu dərk etmək mümkündür. Hətta kapitulyasi aktından daha biabırçı şərtlər, məsələn düşən işğalına kömək etmək kimi maddələr də bu sənəddə qeyd edilmişdir. Lakin niyə görə isə işğalçıların dəstəyi ilə nəşr olunan bəzi paytaxt qəzetləri bunu diplomatik bir qələbə kimi qələmə verilmişdilər. ABŞ prezidenti Vilsonun yağlı vədlərinə aldanan Osmanlı sarayı da belə bir sazişi qəbul etmişdi. Halbuki Vilson I dünya müharibəsinin əsas məqsədlərini sadalayarkən bunlardan birinin də „qərb mədəniyyətinə aid olmayan türklərin Avropadan kənara atılması“ olduğunu bildirmişdi. Bu həmin Vilson idi ki, Anadolunun şərqində Erməni dövlətinin qurulması üçün sənəd hazırlataraq öz imzası ilə təsdiq etmişdi. Vilayəti-sittənin lazım gələndə Antanta tərəfindən işğal ediləsi şərti də bu məqsədlə Mudros sazişinə qoyulmuşdu. Belə ki, Vilsonun təsdiqlədiyi xəritədə bu vilayətlər qurulacaq Ermənistan dövləti sərhədləri daxilində görünürdü.

Belə ki, qısa müddət sonra Antanta dövlətlərinin bitib tükənməyən tələblərinin paralelində döyüşsüz işğal hərəkatları da başlamışdı. İngilislər həmin ilin 8 noyabrında Mosulu, 9 noyabrda da İsgəndərunu (Xatay) işğal etdilər. 31 dekabrda da Qars, Ərdahan və Batuminin boşaldılması tələb olundu. Türklərdən alınan bu yerlər ermənilərə verildi. İşğallara etiraz

Page 8: Turkiyenin Xarici Siyaseti Muhazireler

8edərək öz əsgərləri ilə birgə müqavimət göstərən Yaqub Şövqi paşa sürgünə göndərildi. 6 noyabrda 22 ingilis, 12 fransız, 17 italyan və 4 yunan hərbi gəmisi İstanbul sahillərində gələrək lövbər saldılar.

B. Sevr Müqaviləsi (10 avqust 1920)

Antanta dövlətləri I dünya müharibəsini hüquqən sona çatdırmaq üçün Paris sülh konfransını təşkil etmişdilər. Lakin konfransın gedişində Antanta dövlətlərinin öz aralarında bir çox məsələdə razılığa gələ bilmədikləri meydana çıxmışdı. Konfransın əsas gündəm maddələrindən biri də “Şərq Problemini” qəti həll edmək, yəni Osmanlı dövlətini tamamən aradan qaldıraraq ərazisini nüfuz dairələrinə bölüşdürmək idi. Məqsəddə birlik var idi, lakin bu bölgünün necə aparalıcağı haqqında Fransa, İngiltərə, İtaliya və Yunanıstan arasında bir sıra ziddiyətlər meydana çıxmışdı. Bununla yanaşı Rusiyada hakimiyyət dəyişikliyi olmuş və bu dövlət müharibədən çəkilərə öz müttəfiqlərindən ayrılmışdı. ABŞ isə müharibənin axırlarında Antanta sıralarında aktiv döyüşlərə girişərək tərəf olmuşdu. Antanda dövlətləri bu qəbildən olan problemlərin həlli üçün 24 aprel 1920-ci ildə San Remo müqaviləsini bağladılar, müqaviləyə görə:

1-Osmanlı sultanı İstanbulda qalacaq, 2-Rumeli və boğazlar zonası Antanta qüvvələri tərəfindən işğal ediləcək, 3-Dənizə çıxışı olan Ermənistan dövləti5 qurulacaq, bu dövlət ABŞ tərəfindən himayə ediləcək, 4-Osmanlı dövləti Suriya, Fələstin, İraq, Ərəbistan və Egey adalarından əl çəkəcəkdi.

Antanta dövlətləri (AD) San Remo müqaviləsinə görə sülh müqaviləsinin mətnini hazırlayıb 11 may 1920-ci ildə

5 ABŞ senatı bu təklifi qəbul etməyərək Vilsonun erməni canfəşanlığını nəticəsiz qoymuşdu.

Osmanlı sarayına göndərdilər. Bu vaxt Damad Fərid paşa Osmanlı başnaziri idi. D. Fərid paşa və bir sıra türk bürokratlar mətn üzərində müyyən dəyişiklər etimşi və 8 iyulda Paris Sülh Konfransı rəyasət heyətinə göndərmişdi. Türk tərəfi müqavilə şərtlərinin xeyli sərt olduğunu və Osmanlı dövlətinin istiqlaliyyətini şübhə altına aldığını bildirmişdi. Lakin AD-nin cavabı çox sərt oldu. Onlar Osmanlı dövlətinin əslində müharibə cinayətkarı kimi mühakimə olunduğunu və cinayətkar kimi mühakimə olunmalı olduğunu bildirmişdilər. Bu şərtlərin qəbul olunmayacağı təqdirdə “lazımi tədbirlərin görüləcəyi” ilə hədələməyi də unutmadılar. Bu hədə-qorxudan sonra 22 iyulda sultan VI Mehmed Vahidəddinin başçılığı ilə Yıldız sarayında Osmanlı Ali Məclisinin iclası toplandı. Artileriya generalı Rza paşa istisna olmaqla təklif olunan şərtlər əsasında müqavilə bağlanması barədə səs çoxluğu ilə qərur qəbul olundu. 1920-ci il avqustun 10-da Müttəfiq dövlətlərlə6 Osmanlı dövləti arasında Sevr (Sèvres) müqaviləsi bağlandı. Sevr müqaviləsi cəmi 433 maddədən ibarət idi. Bunları xülasəsini aşağıdakı kimi sıralamaq olar:

1-Osmanlı dövlətinin sərhədləri bu günkü Türkiyə Resp-sı sərhədlərindən daha kiçik ərazini əhatə edəcəkdi. İstanbul xaric Balkan y.adasındakı türk torpaqlarının böyük bir qismi Yunanıstana verilir.

2-İstanbul Osmanlı dövlətinin paytaxtı olaraq qalacaq, sultan və hökumət bu şəhərdə qala biləcəkdilər.

3- Bosfor və Dardanel boğazları, Mərmərə dənizi bütün ticarət və hərb gəmiləri üçün açıq olacaqdır.

6 Müttəfiq dövlətlər bunlar idi: Böyük Britaniya, Fransa, Đtaliya, Yaponiya və bunların müttəfiqləri olan Belçika, Yunanıstan, Hicaz, Polşa, Rumıniya, Serb-Xorvat-Sloven dövləti, Ermənistan və Çexoslovakiya.

Page 9: Turkiyenin Xarici Siyaseti Muhazireler

94- Boğazlara nəzarət beynəlxalq “Boğazlar

Komissiyası”na veriləcək. Komissiyanın nəzarət sahəsinə Bosfor və Dardanel boğazlarının, Mərmərə dənizinin sahilləri, boğazların girişlərindən üç mil məsafədəki ərazi daxil olacaqdı.

5-İzmir şəhəri və ətrafı hüquqi olaraq Osmanlı dövlətində qalacaq, faktiki olaraq isə Yunanıstana veriləcək. Həmçinin Egey dənizindəki adalar və Egey dənizi üzərində hegemoniya da Yunanıstana veriləcək.

6-Şərqi Anadoluda Qaradənizə sahili olan Ermənistan dövəlti, onun cənubunda isə muxtar Kürdüstan dövləti qurulacaq.

7-Suriya, Fələstin və İraq müstəqil dövlət olacaq, lakin özlərini idarə edə biləcək vəziyyətə gələnə qədər AD-nin mandatında qalacaqdılar. Hicaz müstəqil dövlət olacaq.

8-Osmanlı dövləti Misir, Sudan və Kiprin İngiltərə torpağı olduğunu, Tunis və Mərakeşdə isə Fransa himayədarlığını qəbul edəcək.

9-Osmanlı dövləti Liviya və Egeydəki on iki adanın İtaliyanın ərazisi olduğunu qəbul edəcək.

10-Osmanlı dövləti Avropanın yeni siyasi xəritəsini qəbul edəcək, bağlanmış bütün müqavilələr tanıyacaq və Brest-Litovsk müqaviləsinin ləğvini təsdiqləyəcək.

11-Osmanlı dövləti, daxili asayişin qorunması üçün lazım olan 50 min əsgər xaricindəki, bütün ordusunu buraxacaq. Tərxis edilmiş orduya aid bütün ləvazımat, silah və.s AD-nə veriləcək.

12-AD-i maliyyə komissiyası quracaq. Bu komissiya Osmanlı dövlətinin bütün maliyyəsinə nəzarət edəcəkdir.

Sevr müqaviləsinin bağlandığı gün İngiltərə, Fransa və İtaliya üç tərəfli müqavilə bağlayaraq Osmanlı dövlətinin əlində qalan əraziləri də öz hegemonluq ərazilərinə böldülər. İngiltərə bunu orta şərqdə ən böyük payın İngiltərəyə düşməsindən narazı olan Fransa və İtaliyanın narazılığına son qoymaq üçün etmişdi. Tezliklə bu dövlətlər öz nüfuz dairələri hesab etdikləri ərazilərə də qoşun yeritməyə başladılar.

C. Misaqi-Milli

Osmanlı dövləti türk millətinin milli istiqlalının sadəcə Anadoluda başladılacaq bir milli müqavimət hərəkatı ilə qurula biləcəyini dərk edirdi. İstanbulda, məhdud imkanlar və işğal qüvvələrinin yanında belə bir hərəkatı başlatmaq mümkün deyildi. VI Vahidəddinin təşəbbüsü ilə bu istiqamətdə bir sıra addamlar atılmışdı. Anadoluda qurulmuş xalq parlamentinin Ədirnədən olan millət vəkili Mehmed Şərəf (Aykut) bəy 17 fevral 1920-ci ildə “Əhdi-Milli” (milli and) adı ilə tanımış bəyannaməni parlamentdə oxumuşdur. Bu bəyannamə sonralar “Misaqi Milli” (milli pakt, milli and) adı ilə məşhur olmuşdu. Bəyannamədə deyilirdi:

1-Mudros müqaviləsi nəticəsində AD-nin işğalı altında qalan və əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan torpaqlarda yaşayan xalq öz müqəddəratını həll etmək hüququna sahib olmalıdır. Mudros müqaviləsi ilə türk hegemoniyasında qalan torpaqlar isə ayrılmaz bir bütündür (Xatay və Mosul daxil olmaqla).

2-Referandum nəticəsində anavətənə birləşdirilən Qars, Ərdahan və Batumidə lazım gəlsə yeni bir referandum

Page 10: Turkiyenin Xarici Siyaseti Muhazireler

10keçirilməli və nəticələrinin hamı tərəfindən qəbul olunması lazımdır.

3-Qərbi Frakiyanın hüquqi statusu burada yaşayan insanların iştirak edəcəkləri rererandum nəticəsində müəyyən edilməlidir.

4-Xilafətin və Osmanlı dövlətinin paytaxtı olan İstanbulun və Mərmərə dənizinin təhlükəsizliyi çox mühümdür. Bu əhəmiyyət nəzərə alınaraq boğazların ticarət gəmiləri üçün açılması məsələsi müzakirə edilməlidir. Bu mövzuda digər dövlətlərlə birgə alınacaq qərarla razılaşacağıq.

5-Bağlanacaq sülh müqaviləsində türk torpaqlarında yaşayan etnik azlıqların hüquqları qonşu ölkələrdə yaşayan müsəlman xalqlara da buna bənzər hüquqların verilməsi şərti ilə təminat altına alınacaqdır.

6. Ekonomik gelişmemize imkân sağlamak için her devlet gibi bizimde özgür ve 6-İqtisadi tərəqqimizə imkan yaratmaq üçün hər bir dövlət kimi bizim də azad və müstəqil olmaq hüququmuz var. Bu səbəblə mali, iqtisadi və hüquqi məhdudiyyətlərin əleyhinəyik. İqtisadi inkişafımız üçün hər bir dövlətlə danışıqlara hazırıq.

Mövzu 3.

A. Qurtuluş Müharibəsi

Qurtuluş Müharibəsi I dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin AD tərəfindən işğal edilmiş və “Misaqi-Milli Sərhədləri” adlanan bugünkü Türkiyə Resp-sının sərhədləri daxilində davam etmiş çox cəbhəli hərbi əməliyyatlara verilən addır. Bu müharibəyə Milli Mücadilə və İstiqlal (Hərbi) Müharibəsi də deyilir. Qurtuluş müharibəsi

1919-1922-ci illərdə baş vermiş və 11 oktyabr 1922-ci ildə bağlanmış Mudaniya atəşkəs sazişi ilə faktiki, 24 iyul 1923-cü ildə bağlanmış Lozanna müqaviləsi ilə isə rəsmən, hüquqi olaraq sona çatmışdır.

Qurtuluş müharibəsini dörd əsas mərhələyə ayıraraq öyrənmək daha məqsədəuyğun olacaqdır:

1- I dünya müharibəsindən sonrakı dövr, Mudros sazişinin qüvvəyə mindiyi 31 oktyabr 1918-ci ildən sultan VI Mehmed Vahidəddinin Mustafa Kamal paşanı 9-cu ordu müfəttişi olaraq Anadoluya göndərdiyi 19 may 1919-cu ilə qədər.

2- Təşkilatlanma dövrü: 1919-cu ilin mayından İstanbulda Seçilmişlər Məclisinin (Məclisi Məbusan) açıldığı 1920-ci ilin martına qədər.

3- Hakimiyyətin ələ keçirildiyi dövr: 1920-ci ilin martından London Sülh Konfransının ikinci mərhələsinin başladığı 1922-ci ilin martına qədər.

4- Sülhün əldə edilməsi dövrü: 1922-ci ilin martından Türkiyə Cumhuriyyətinin elan edildiyi 29 oktyabr 1923-cü ilə qədər.

I və II Balkan müharibələrindən bəri (1912/1913) türk xalqı öz ordusunu böyük fədakarlıqlarla həm maddi həm də mənəvi cəhətdən dəstəkləmiş, lakin nəticə bəzi bürokratların səriştəsizliyi və bacarıqsızlığı, bəzilərinin isə xəyanəti nəticəsində fəlakətə çevrilmişdi. II dünya müharibəsi isə qoca imperatorluğu tamamilə taqətdən salmışdı. Mudros sazişi ilə isə Osmanlı ordusu demək olar ki, kağız üzərində qalmışdı. Çünki hərbi birləşmələr tərxis edilmiş, silah-sursat, cəbbəxananın mühüm bir qismi AD-nin əlinə keçmişdi. Osmanlı

Page 11: Turkiyenin Xarici Siyaseti Muhazireler

11bürokratiyasının və ziyalılarının eləcə də yüksək rütbəli zabit heyətinin mühüm bir hissəsi bu biabırçı vəziyyətlə barışmaq istəmirdi. Lakin düşmən işğalı altında olan İstanbuldan ölkəni idarə edən hökumətdən nəsə gözləmək mənasız idi. Bunu başda sultan olmaqla hökumət də başa düşürdü. Buna görə də xalqı ayağa qaldıraraq vətənlərini düşmən işğalından azad etməyə təşviq etmək lazım idi. Bu da asan deyildi, insanları məlumatlandırmaq, milli azadlıq şüuru aşılamaq, təbliğat işini təşkil etmək, qüvvələri səfərbər edib təşkilatlandırmaq lazım idi. Ölkənin düşmən işğalı altında olduğu bir dövrdə bunu etmək xeyli çətin idi.

Osmanlı dövlətinin gizli servisi sayılan “Təşkilatı-Məxsusə” (Xüsusi Təşkilat) əsasən rus və yunan işğalçıları və erməni separatçılarına qarşı şərqi Anadoluda, eləcə də Rumelidə yerli özünümüdafiə dəstələri, milli müqavimət qüvvələri yaratmışdı.

1919-cu ildən etibarən Milli Qüvvələr (Qüvəyi-Milliyə) adlanan silahlı qruplar Egey və Qaradəniz bölgəsində yunan, cənubi-şərqi Anadoluda isə erməni separatçılarına qarşı aktiv döyüşlərə başlamışdılar. Bu dəstələr 50-200 nəfərlik qeyri-nizami hərbi birləşmələr, partizan dəstələri idi və əksəriyyətinə “Təşkilatı-Məxsusə”nin əməkdaşları rəhbərlik edirdilər.

Partizan müharibəsinin öhdəsindən gələ bilməyəcəklərini və ya bunun böyük itgilər hesabına başa gələcəyini dərk edən AD Ali Komandanlığı 1919-cu ilin fevralında Osmanlı hökumətinə Anadoluda asayişi təmin etmək, daha doğrusu bu partizan dəstələrini nəzarət altına almaq üçün Anadoluya xüsusi səlahiyyətlər verilmiş yüksək rütbəli bir zabitin göndərilməsini təklif etdi. Həmin il mayın 15-i “Fəxri Yavəri Həzrəti Şəhriyari” (sultanın fəxri yavəri)

olan Mustafa Kamal paşa 9-cu ordu komandanı və Anadolu Baş Hərbi Müfəttişi sifəti ilə sultan VI Mehmed Vahidəddin tərəfindən Anadoluya göndərildi.

Mudros sazişi çərçivəsində AD İzmiri zəbt etmək istəmişdilər. İngiltərə başnaziri Lloyd Corc bu işi yunan hərbi qüvvələrinə həvalə etməyi təklif etmişdi. ABŞ prezidenti Vilson əvvəlcə buna etiraz etsə də sonra razılaşmışdı. 1919-cu ilin mayında yunan qoşunları İzmirə girdilər. Güya İzmir və ətrafında asayişi bərpa etməli olan yunan əsgərləri şəhərə girdikləri gün 400 nəfəri öldürmüşdülər. Bir neçə gün ərzində isə yunan əsgərlərinin törətdikləri qətl, qarət və zorlama faktları 5000-i keçmişdi. 23 mayda İstanbulda o vaxta qədər görülməmiş izdihamlı mitinqlər keçirildi. Ölkənin bütün iri şəhərlərində xalq yunan işğalı səbəbi ilə qələyana gəlmişdi. Bu vaxt yunanların İzmir və ətraf rayonlarda zorakılığı davam edirdi. Yunan hərbiçilər şəhərdəki türk zabitləri təhqir edirdilər. Əli Nadir paşanı yerə yıxıb təpikləyən yunan əsgərləri hər gün İzmir küçələrində zəfər marşı çalaraq addımlayırdılar. Mudros sazişinə görə türk ordusu heç bir şey etməməli idi. Zabit və əsgərlərin bir çoxu əmrə tabe olmayaraq ordudan qaçıb yerli özünümüdafiə dəstələrinə qoşulurdular. Qurtuluş müharibəsini başladan ilk güllə İzmirdə atıldı. Zəfər marşı çalaraq addımlayan yunan ordusunun önündə gedən bayraqdarı jurnalist Həsən Təhsin tapança ilə vurub öldürdü.

23 iyul 1919-cu ildə general Musa Kazım Qarabəkirin təşəbbüsü ilə Ərzurumda “Şərq Vilayətləri Hüquq Müdafiəsi Cəmiyyəti Konqresi” (Ərzurum konqresi) toplandı. Konqresdə öz rəsmi vəzifəsindən istefa edən Mustafa Kamal konqresin sədri seçildi. Konqresdə şərq vilayətlərinin Ermənistana verlməsi ehtimalına qarşı müqavimət qərarı alındı. 4 sentyabr 1919-cu ildə Sivas Konqresi çağırıldı. Konqresdə seçgi elan

Page 12: Turkiyenin Xarici Siyaseti Muhazireler

12edilərək yeni Məclisi-Məbusan təşkil edilməsi, seçgilərin keçirilməsinə qədər isə İstanbuldakı hökumətlə bütün əlaqələrin kəsilməsi qərarlaşdırıldı. Ölkə çapında yeni bir idarəetmə mexanizmi və siyasi təşkilatlanma qurulmaq məqsədi ilə Təmsil Heyəti yaradıldı. 23 aprel 1920-ci ildə Məclisi Məbusanın (Bu TBMM/ “Türkiyə Böyük Millət Məclisi” açılış tarixidir, Məclisi Məbusan daha sonra belə adlandırılmışdı) ilk iclası aparılmışdı. Noyabr ayında Adana, Maraş, Anteb və Urfanı işğal edən fransızlara qarşı milli müqavimət başladıldı. Müqavimət hərəkatı gözlənilmədiyi şəkildə uğur qazandı və 1920-ci ilin mayında fransızları atəşkəs tələb etməyə məcbur etdi.

I dünya müharibəsinin son çatması ilə şimal cəbhəsi 1914-cü il Osmanlı-Rusiya sərhəddinə çəkilmişdi. Bu sərhəddin şərqində Ermənistan Demokratik Respublikası qurulmuşdu. Məlum olduğu kimi bu dövlət qurulduğu ilk gündən etibarən qonşuları olan Azərbaycan, Osmanlı və Gürcüstana qarşı təcavüzkarlığa başlamışdı. Osmanlı dövlətinə qarşı torpaq iddiaları ilə çıxış edən ermənilər türk torpaqlarına təcavüz etməkdən də çəkinmirdilər. Sentyabr ayında Sovet Rusiyası ilə razılaşan türklər 28 oktyabr 1920-ci ildə M. Kazım Qarabəkir paşanın komandanlığı altında Ermənistana qarşı hərəkətə keçdilər. Cəmi 10 gün davam edən müharibə Ermənistanın ağır məğlubiyyəti və yüzlərlə itki verməsi ilə nəticələnmişdi. Türk tərəfində cəmi 46 hərbiçi şəhid olmuşdu. 1920-ci il 1 dekabrda Gümrü müqaviləsi bağlandı. Müqaviləyə görə türk-erməni sərhəd xətti 1978-ci il Osmanlı-Rusiya sərhəd xəttinə çəkiləcəkdi. Bu xətt bugünkü Türkiyə-Ermənistan sərhəd xəttidir. Bir gün sonra, dekabrın 2-si qızıl ordu Ermənistanı işğal etmiş və müstəqilliyinə son qoymuşdu.

İngilislər Mosul, Xatay, Kilis, Anteb, Maraş və Urfanı, fransızlar isə Adana, Mersin və Osmaniyə vilayətlərini işğal etmişdilər. Fransız legionlarında çox sayıda erməni əsgəri də var idi. Maraşda küçədə müsəlman qadınlara sataşan fransız əsgərlərinə atəş açaraq öldürən “südçü imam” ləqəbi ilə tanınan din xadiminin atdığı güllələr bu şəhərdə milli müqavimətin başlamasına sanki işarə olmuşdu. Antebdə Qarayılan Mehmed öz dəstəsi ilə minlərlə fransız əsgərini məhv etmişdi. Qarayılan Mehmed bu şəhərin əfsanəsinə və simvoluna çevrilmişdi. 12 fevral 1920-ci ildə ingilislər Maraşı tərk etməli oldular. Daha sonra Urfa, 11 aprel 1920-ci ildə isə Anteb düşməndən azad edildi.

Qərb cəbhəsində yunan ordusu İzmirlə kifayətlənməyərək irəliləmiş Bursanı işğal etmişdi. İsmət paşanın komandanlıq etdiyi türk ordusu 1921-ci ilin yanvarında I İnönü, mart ayında isə II İnönü döyüşlərində yunanların irəliləməsini dayandırdı. Martın 27-si Afyonun yunanların əlinə keçməsi bu qələbələri kölgədə qoydu. İyul ayında isə yunanlar Əskişəhir-Kütahya cəbhəsində türk ordusunu məğlub edərək az qala mühasirəyə salacaqdılar. Fevzi paşa və Mustafa Kamal paşa vəziyyətə şəxsən rəhbərlik etmək üçün cəbhəyə gəldilər. Çətin vəziyyətdə olan türk həbri birləşmələri Sakariya çayının şərq sahilinə çəkdirildi. 23 avqust-13 sentyabr 1921-ci ildə davam edən Sakariya döyüşü yunan ordularının məğlubiyyəti və hücumunun qarşısının alınması ilə nəticələndi. 30 avqust 1922-ci ildə Dumlupınar döyüşündə yunanlar ikinci ağır məğlubiyyətə uğradılar. Darmadağın edilmiş yunan ordusu qaçmağa başladı. Düşməni Egey dənizinə qədər təqib edən türk ordusu bir neçə gün ərzində işğal altındakı torpaqları yunan işğalından azad etdi. 9 sentyabr 1922-ci ildə İzmirə girən türk ordusu sözün həqiqi mənasında yunanları dənizə tökdü.

Page 13: Turkiyenin Xarici Siyaseti Muhazireler

13Qaçmaq üçün gəmi və qayıq tapa bilməyən yunan əsgərlər özlərini dənizə atıb üzməyə çalışmışdılar.

B. Mudaniya Sazişi

İzmirin işğaldan azad edilməsindən bir neçə gün sonra Türk ordusu ingilis işğalı altında olan Çanaqqala ətrafında döyüş mövqelərini tutaraq işğalçıların geri çəkilməsini tələb etdilər. 15 sentyabr 1922-ci ildə Lloyd Corc hökuməti bu ultimatuma rədd cavabı verdi. Lakin İngiltərədə baş verən hökumət böhranı oktyabrda Lloyd Corc kabinetinin istefası ilə nəticələndi. İngilislər də Mudaniya sazişini bağlamağa məcbur olmuşdular deyə bilərik. Buna aşağıda sadalananlar səbəb olmuşdu: verilən dəstəyə və edilən bütün köməklərə baxmayaraq yunalar ümidəlir doğrultmamış və türk ordusu qarşısında ağır məğlubiyyətlərə uğramışdı, Fransa və İtaliya Anadolunun işğalı fikrindən daşınaraq bu iştə ingilsləri tək qoymuşdular, ingilis ictimaiyyəti yeni bir cəbhənin açılmasına və müharibənin davam etməsinə etiraz edirdi, İngiltərənin koloniyalarından da müharibəyə etiraz səsləri gəlirdi, İngiltərədə siyasi böhran var idi.

Oktyabrın 11-i İngiltərə ilə Ankara hökuməti arasında Mudaniya atəşkəs sazişi imzalandı. Saziş ən yaxın müddət ərzində İsveçrənin Lozanna (Lausanne) şəhərində sülh müqaviləsinin bağlanmasını da nəzərdə tuturdu.

14 maddədən ibarət olan Mudaniya sazişində əsas bu mövzular qeyd olunurdu:

1- Saziş imzalanandan üç gün sonra, 14/15 oktyabr gecəsi qüvvəyə minəcəkdir.

2-Sazişin qüvvəyə minməsi ilə türk və yunan tərəfləri dərhal atəşkəs rejiminə əməl edəcəklər.

3-Yunanlar şərqi Frakiyanı 15 gün ərzində tərk edəcəklər, ərazi AD-nin nəzarətində 30 gün ərzində türk tərəfinə təhvil veriləcək.

4-Sülh müqaviləsi bağlanana qədər türk ordusu Frakiyaya keçməyəcək. Sadəcə 8000 nəfərlik türk jandarma qüvvəsi buraya gələrək asayişi təmin edəcək.

5-Sülh müqaviləsi bağlanana qədər türk hərbi qüvvələri Meriç çayının qərb sahili, yəni qərbi Frakiya və Qaraağac AD-nin işğalı altında qalacaq. Türk qüvvələri Çanaqqala boğazı və İzmitdə müəyyən edilmiş xətti keçməyəcəklər.

Yunanlar bu sazişi qəbul etmək istəmirdilər, lakin öz müttəfiqlərindən gözlədikləri dəstəyi görə bilmədikləri üçün sazişə qoşulmaq məcburiyyətində qaldılar. Mudaniya sazişi diplomatik bir uğur və ya üstünlük sayılmazdı. Belə ki, Dardanel və Bosfor boğazları türk hegemonluğundan çıxarılmışdı. Yunanlar məğlub edildikləri halda Frakiyaya türk qoşunları yeridilə bilmirdi. Bu kimi hallar bir sıra türk ziyalılarının və siyasi xadimlərinin bu sazişi ciddi surətdə tənqid etmələri ilə nəticələnmişdi. Təəssüf ki, boğazlar məsələsi Lozanna sülh müqaviləsində də öz həllini tapmamış, 1936-cı ildə bağlamış Monrö müqaviləsinə qədər faktiki işğal altında qalmışdı.

Noyabrın 1-i TBMM-i İstanbuldakı hökuməti hüquqi olaraq etibarsız hesab edən qanun çıxardı. Beləcə Ankaradakı hökumət Türkiyənin tək və alternativsiz hökumətinə çevrildi. “Sultan”lıqdan məhrum edilən lakin hələ ki, “xəlifə” titulunu daşıyan VI Mehmed Vahidəddin noyabrın 17-si ölkəsini tərk edərək Malta adasına sığınmalı oldu. 19 noyabrda TBMM xəlifəlik titulunu vəliəhd Əbdülməcid Əfəndiyə verdi.

Page 14: Turkiyenin Xarici Siyaseti Muhazireler

14C. Lozanna Konfransları

20 noyabr 1922-ci ildə Lozanna Sülh Konfransında türk tərəfini İsmət paşa və Dr. Rza Nur təmsil edirdi. 4 fevral 1923-cü ildə konfrans heç bir nəticə əldə etmədən dağıldı. TBMM-ində Misaqi-Millinin müəyyən etdiyi sərhəd xəttinə xəyanet edildiyi barədə mübahisələr və çıxışlar edilirdi. TBMM belə bir müqavilənin qəbul edilməz olduğunu bildirmişdi. Mustafa Kamal paşa və silahdaşları xalqı təmsil edən millətvəkillərinin etirazına məhəl qoymadılar və parlament buraxılaraq yeni seçgilərin keçiriləcəyi bildirildi. 23 aprel 1923-cü ildə yenidən toplanan Lozanna Sülh Konfransı 24 iyulda Lozanna sülh müqaviləsinin bağlanması ilə sona çatdı.

Lozanna müqaviləsi ilə Türkiyə Hicaz, Misir, Suriya, Fələstin, İraq, Kipr və on iki ada üzərindəki bütün hüquqlarından əl çəkdi. Qərbi Frakiyanın yunanlara verilməsini qəbul etdi. Dardanel və Bosfor boğazları silahlardan təmizlənərək beynəlxalq komissiyanın idarəsinə verildi. Osmanlı dövlətinin borclarının bir hissəsi silindi, geri qalan hissəsinin ödənilməsini isə yeni hökumət öz üzərinə götürdü. Türkiyədəki qeyri-müsəlman etnik azlıqlara bəzi hüquqlar verildi. Bütün bunların əvəzində Türkiyə idari, hüquqi, ədliyyə və iqtisadi sahələrdə müstəqil olacaqdı. Müqaviləyə əlavə edilən bir protokolda Türkiyədəki yunanlarla Yunanıstandakı türklərin məcburən dəyişdirilməsi qərarlaşdırıldı.

Lozanna müqaviləsi aşağıdakı mövzuları əhatə edirdi:

- Türkiyə-Suriya sərhədi fransızlarla bağlanmış Ankara müqaviləsi əsasında müəyyən edilmişdi.

- Türkiyə-İraq sərhəddi Mosulun kimə aid olacağı barədə qəti razılığa gəlinmədiyi üçün bu mövzu Türkiyə və

İngiltərə dövlətlərinin iki tərəfli görüşlərində müzakirə olunacaqdır.

- Türkiyə-Yunanıstan sərhədi Mudaniya sazişində göstərildiyi kimi qəbul edildi. Meriç çayının qərbindəki Qaraağac stansiyası və Bosnyaköy Yunanıstanın müharibə vaxtı törətdiyi dağıntıların əvəzi təzminat olaraq Türkiyəyə verilir. Egeydəki Göyçə ada və Bozca ada Türkiyəyə, digər adalar isə Yunanıstana verilir. Yunanıstanın Türkiyə sərhəddindəki adaları silahsızlandırılacaq.

- Osmanlı dövlətinə qarşı irəli sürülmüş bütün kapitulyasiyalar ləğv ediləcək.

- Türkiyə ərazisində qalacaq olan bütün azsaylı etnik və dini qruplar Türkiyə vətəndaşlığına keçəcək və heç vaxt separatçı tələblərlə çıxış etməyəcəklər. Qərbi Frakiyadakı türlərlə İstanbulda yaşayan yunanlar xarici Türkiyədəki yunan əhali (1 milyon) ilə Yunanıstandakı türk əhali (500 min) dəyişdiriləcək.

- AD I dünya müharibəsi səbəbiylə tələb etdikləri bütün müharibə təzminatından imtina edəcələr.

- Osmanlı dövlətinin borcları bu dövlətin dağılması nəticəsində müstəqillik qazanan dövlətlər arasında paylaşılacaq, türk tərəfi öz payına düşən borcu kağız pulla öəyəcək.

- Boğazlar mövzusu üzərində ən çox mübahisə edilən məsələ olmuşdu. Buna görə də bu mövzuya müvəqqəti həll variantı şamil edilmişdi. Sülh vaxtı bütün qeyri-hərbi gəmi və təyyarələr boğazladan sərbəst keçə biləcəklər. Boğazların hər iki sahili silahsızlandırılacaq, boğazlardan keçişlər müştərək

Page 15: Turkiyenin Xarici Siyaseti Muhazireler

15komissiya tərəfindən təşkil ediləcək. Bu hökm Montrö sazişinə qədər davam etmişdi.

Mosul, Xatay, Kipr, Egey adaları, boğazlar problemi Lozannada öz həllini tapmamışdı. 11 avqust 1923-cü ildə yeni parlament quruldu. 29 oktyabr 1923-cü ildə ikinci TBMM Türkiyədə respublika elan etdi və respublika üsul-idarəsi quruldu. Dövlətin adı Türkiyə Cumhuriyyəti Dövləti və Mustafa Kamal paşa da onun ilk prezidenti elan edildi.

Mövzu 4

A. Etabli Problemi

Lozanna müqaviləsi ilə Yunanıstanla Türkiyə arasındakı müharibəyə son qoyulmuşdu. Lakin bu iki dövlət arasında öz həllini tapmamış bir sıra problemlər var idi ki, bunların da iki tərəfli danışıqlarla yoluna qoymaq planlaşdırılırdı. Bu problemlərin ən mühümü “türk və yunan əhalinin mübadiləsi” məsələsi idi. Bu məsələ ilk dəfə Loznnada gündəmə gətirilmiş və iki ölkə arasında Lozanna Konfransları çərçivəsində 30 yanvar 1923-cü ildə “Türk və Yunan Əhalinin Mübadiləsinə Dair Müqavilə və Protokol” imzalanmışdı. Cəmi 19 maddədən ibarət olan bu müqavilə və protokol Lozanna müqaviləsinin bir hissəsi sayılmış və məsələnin həllinə dair formulun əsas prinsiplərini müəyyən etmişdi. İlk iki maddədə deyilirdi:

1-Türkiyə ərazisində məskunlaşmış yunan pravoslav dininə mənsub Türkiyə vətəndaşları ilə Yunanıstan ərazisində məskunlaşmış İslam dininə mənsub Yunanıstan vətəndaşlarının 01 may 1923-cü il tarixindən etibarən məcburi mübadiləsinə başlanacaq. Bu şəxslərdən heç biri geri qayıdararq Türkiyə hökumətinin icazəsi olmadan Türkiyə

ərazisində, Yunanıstan hökumətinin icazəsi olmadan da Yunanıstan ərazisində məskunlaşa bilməyəcəklər.

2- Maddə 1-də qeyd edilmiş mübadilə a) İstanbulda yaşayan yunanlara, b) qərbi Frakiyada yaşayan müsəlmanlara şamil edilməyəcəkdir. 1912-ci ildə qəbul edilmiş qanuna əsasən müəyyən edilmiş İstanbul Bələdiyyəsinin ərazisində 30 oktyabr 1918-ci il tarixinə qədər məskunlaşmış bütün yunanlar İstanbulda yaşayan yunanlar hesab olunacaqlar. 1913-cü il Buxarest müqaviləsi ilə müəyyən edilmiş sərhəd xəttinin şərqində məskunlaşmış bütün müsəlmanlar da qərbi Frakiyada yaşayanlar hesab olunacaqlar.

Bu müqavilə Lozanna konfransının yekununu, yəni müqavilə ilə nəticələnməsini gözləmədən iki tərəfli qaydada bağlanmışdı. Müqavilənin hökmü 30 oktyabr 1918-ci ildən əvvəl İstanbul Bələdiyyəsinin əhatə etdiyi ərazidə məskunlaşmış (ètabli) yunanlara şamil edilməyəcəkdi. 4 türk, 4 yunan və 3 bitərəf üzvdən ibarət komissiya quruldu. Bu komissiya 7 oktyabr 1923 tarixindən etibarən öz işinə başladı. Lakin ilk saatlardan etibarən komissiyada türk və yunan nümayəndələr arasında mübahisələr başladı. Mübahisənin əsas səbəbi İstanbulda “məskunlaşmış” (ètabli) yunanlar məsələsi idi. İstanbulda mümkün qədər çox yunanın qalmasını istəyən Yunanıstan heyəti müqavilədə göstərilən tarixdən əvvəl İstanbula istənilən səbəbdən ötrü və istənilən şəkildə gəlmiş yunanların İstanbulda məskunlaşmış (ètabli) hesab olunmasını tələb edirdilər. Lakin türk heyət burada göstərilən tarixdə qüvvədə olan Osmanlı qanunlarını əsas alaraq hər İstanbulda yaşayanın İstanbullu, yəni şəhər sakini hesab olunmayacağı fikrini müdafiə edirdilər. Məsələ komissiyada öz həllini tapa bilmədiyi üçün Millətlər Cəmiyyətinin tövsiyəsi ilə “La Haye Ədalət Məhkəməsi”nə müraciət edildi. Məhkənin “məskunlaşmış” (ètabli) sözünə verdiyi şərh də problemi

Page 16: Turkiyenin Xarici Siyaseti Muhazireler

16aradan qaldıra bilmədi. Bu türk-yunan əlaqələrinin gərginləşməsinə səbəb oldu.

1923-cü il avqustun 23-ü 30 yanvar 1923 tarixli “Türk və Yunan Əhalinin Mübadiləsinə Dair Müqavilə və Protokol”u TBMM-də ratifikasiya edilmişdi. Ratifikasiyadan sonrakı bir neçə ay ərzində 362 min müsəlman əhali Yunanıstandan Türkiyəyə gəlməş, 52,1 min pravoslav xristian Türkiyədən Yunanıstana getmişdi. Burada qrupları milliyətləri ilə deyil dinləri ilə qeyd etməmizin səbəbi əvvəla müqavilədə bu şəkildə yazılmasıdır. Bundan başqa məsələn Türkiyədən köçürülənlər arasında çox olmasa da milliyətcə yunan olmayan, türkcə danışan, lakin dini mənsubiyyətcə pravoslav xristian olan insanlar var idi. Eləcə də Yunanıstandan Türkiyəyə köçürülənlər arasında da milliyətcə türk olmayan, lakin müsəlman olan insanlar var idi. Bunlar əsasən müsəlman yunanlar, makedonlar və albanlar idi.

Müharibədən yeni çıxmış, iqtisadi problemləri kifayət qədər olan bir ölkə olaraq Türkiyə böyük çətinliklə də olsa yeni gələn köçgünlərin məskunlaşdırılması işinin öhdəsindən gələ bildi. Köçgün əhali üçün yeni kəndlər salındı. Kənd təsərrüfatı əmək alətləri, toxumluq buğda və heyvan verildi. Yunanıstanın bu işdə problem yaşamamış, əksinə irəli düşmüşdür deyə bilərik. Çünki mübadəli edilən say arasında 3 dəfə fərq var idi. Gələn yunanlar gedən türklərin evlərində məskunlaşdırılmış, onların təsərrüfatları yunan köçgünlərə təhvil verilmişdi. Yunanıstan bununla da kifayətlənməyərək qərbi Frakiyada yaşayan türklərin əmlakını müsadirə edərək yunan köçgünlərə vermişdi. Bu hadisədən sonra Türkiyə də İstanbulda yaşayan yunanların əmlakını müsadirə edərək türk köçgünlərə vermişdi. Bu hadisə iki ölkə arasındakı gərginliyi artırmışdı. Gərginliyin iki tərəfə də faydası olmayacağı üçün probleki siyasi yola həll etmək qərarına gəlindi. 01 dekabr

1926-cı ildə iki ölkə arasında “Afina Müqaviləsi” imzalandı. Müqavilədə köçgünlərin vəziyyəti, daşınan və daşınmaz əmlak haqqında bəzi qaydalar müəyyən edildi. 1925-ci ildə Afinada Türkiyənin səfirliyi açılmışdı. Yunanlar da Ankarada səfirliklərin açmışdılar. 1927-ci ildə isə Türkiyədən Yunanıstana köçürülən xristianların sayı 150 minə çatmışdı. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasına baxmayaraq gərginlik hələ də davam edirdi. Yunanıstan başnaziri Veniselosla Mustafa Kamal siyasi iradə göstərərək problemlərin siyasi həll variantları üzərində çalışmışdılar. Bu cəhdlər 10 iyun 1930-cu ildə “Ankara Müqaviləsi”nin imzalanması ilə nəticələnmişdi. Müqavilənin əsas müddəası anadan olduqları və köçüb gəldikləri yerdən aslı olmayaraq müqavilə imzalanan tarixdən etibarən İstanbulda yaşayan yunanlar və qərbi Frakiyada yaşayan türklər həmin yerin məskunu (ètabli) hesab olunacaqdırlar. Yunanıstan başnaziri Veniselos Türkiyəyə dəvət olundu. 27-31 oktyabr tarixlərində Ankara və İstanbulda olan yunan başnazirlə 30 oktyabr 1930-cu ildə Ankarada “Dostluq, bitərəflik və münsiflik haqqında” müqavilə, “Daimi qeydiyyat, ticarət və gəmi səyahətləri haqqında” müqavilə, “Hərbi dəniz qüvvələrinin məhdudlaşdırılması haqqında” protokol imzalandı.

B. Mosul Problemi

XIX əsrin ikinci yarısından etibarən gərginləşməyə başlayan türk-ingilis siyasi əlaqələri I dünya müharibəsində iki dövlətin ayrı-ayrı hərbi bloklarda bir-birinə qarşı müharibəyə girməsi ilə nəticələnmişdi. Siyasi gərginlik Lozanna konfransında da davam etmişdi. Güman etmək olardı ki, Lozanna sülh müqaviləsindən sonrakı dönəmdə türk-ingilis siyasi əlaqələrin normallaşma mərhələsi başlayacaq. Lakin belə olmadı. İki dövlət arasında bir sıra problemlər mövcud idi ki, bunların da ən mühümü Mosul məsələsi idi. I dünya

Page 17: Turkiyenin Xarici Siyaseti Muhazireler

17müharibəsinin davam etdiyi vaxt İngiltərə öz müttəfiqləri ilə gəldiyi gizli razılaşmaya əsasən müharibədən sonra Fələstin, İordaniya və İraqı öz mandatı altına alacaqdı, Suriya, Mosul və digər bəzi ərazilər isə Fransaya çatmalı idi. Lakin bir müddət sonra İngiltərə fikrini dəyişərək Mosulu da öz işğal ərazilərinə qatmaq qərarına gəlmişdi. Bu şəhər və ətrafı həm neftlə zəngin idi, həm də şərq ticarət yollarının kəsişdiyi yer idi. I dünya müharibəsində ingilis orduları dəfələrlə Mosulu zəbt etməyə cəhd etsə də türk ordusu qarşısında məğlubiyyətə uğrayaraq geri çəkilmək məcburiyyətində qalmışdılar. İngiltərə bu istəyini ancaq Mudros atəşkəs sazişi bağlanandan sonra, bu sazişin 7-ci maddəsinin hökmünə əsaslanaraq 15 noyabr 1918-ci ildə gerçəkləşdirə bilmişdi.

Türkiyə isə 28 yanvar 1920-ci ildə elan edilən Misaqi-Milli sərhədlərinə görə 30 oktyabr 1918-ci ildə Mudros sazişi bağlanarkən işğal altında olmayan torpaqların vətən torpağı hesab olunduğunu, həmin tarixdə Mosulun da işğal altında olmadığını bildirirdi.

Lozanna müqaviləsi bağlanarkən İsmət paşa Mosulun Türkiyəyə verilməsini ələb etmişdi. Lord Kurzon isə buna qəti etiraz edərək ingilis işğalı altındakı Mosulun İraqa məxsus olduğunu bildirmişdi. Türk tərəfinin Mosulun gələcəyinin plebisit vasitəsi ilə müəyyən edilməsini təklifini ingilislər qəbul etməmişdilər. Mosul məsələsinin konfransın gedişatına mənfi təsir göstərəcəyi fikrini irəli sürərək bu məsələnin müzakirəsinin konfransdan sonraya saxlanmasına qərar verilmişdi. Lozanna müqaviləsinin 3-cü maddəsinin 2-ci bəndində müqavilənin bağlanmasından sonrakı 10 ay ərzində Türkiyə-İraq sərhəd xəttinin Türkiyə ilə İngiltərə tərəfindən müəyyənləşdirilməsi qeyd olunmuşdu. 19 may 1924-cü ildə Türkiyə və İngiltərə nümayəndələri İstanbulda “Xəlic Konfransı”na toplaşdılar. Gərginlik burada da davam etdi.

Konfrans heç bir nəticə əldə etmədən 5 iyunda başa çatdı. İngiltərənin konfransdan sonrakı dövrdə İraq-Türkiyə sərhəddində qarışıqlıq çıxarmağa çalışması iki ölkə əlaqələrini daha da gərginləşdirdi. Problem 20 sentyabr 1924-cü ildə Millətlər Cəmiyyətində müzakirə edildi. Burada macar, belçikalı və isveçli üzvlərdən ibarət bitərəf komissiyanın qurulması və bu komissiyanın verəcəyi rəyə əsasən məsələnin həll edilməsi qərarına gəlindi. Bu “bitərəf” komissiya 13 noyabr 1924-cü ildə öz işinə başladı və 16 iyul 1925-ci ildə öz raportunu Millətlər Cəmiyyətinə təqdim etdi. Raporta görə bu ərazidə plebisitin keçirilməsi mümkün deyildi, Mosul və ətrafının İraq ərazisi hesab edilməsi və İraqın 25 il müddətinə İngiltərənin mandatında qalması məqsədəuyğun idi. Türkiyənin bütün etirazlarına və Cenevrədəki təmsilçiliyini geri çağırmasına baxmayaraq 16 dekabr 1925-ci ildə bu qərar qəbul edildi. Türkiyə etiraz etməkdən başqa bir şey etmədi və etməsi də mümkün deyildi. Müharibədən yeni, üstəlik məğlub çıxmışdı. Daxildə həllini gözləyən bir çox problem var idi. Xarici siyasətdə isə təklənmişdi. Buna görə də Türkiyə, İngiltərə və İraq arasında 5 iyul 1926-cı ildə “Sərhədlər və Xoş Qonşuluq Əlaqələri Müqaviləsi” bağlandı. Müqaviləyə görə Türkiyə-İraq sərhədi Millətlər Cəmiyyətinin aldığı qərara görə müəyyənləşdiriləcək, İraq hökuməti isə müqavilənin qüvvəyə mindiyi vaxtdan etibarən 25 il boyunca neftdən əldə etdiyi gəlirin 10%-ni Türkiyəyə verəcəkdi.

C. Xatay Problemi

Türkiyə ilə Fransa arasında 20 oktyabr 1921-ci ildə “Ankara Müqaviləsi” bağlanarkən Xatay7 mahalı Türkiyənin sərhədləri xaricində qalmışdı. Halbuki bu malah da Misaqi-

7 Türkiyə resp-nın cənubunda Aralıq dənizi sahilində vilayət. Xatay, Đsgəndərun, Antakya (Antioxiya) kimi adlarla tanınır.

Page 18: Turkiyenin Xarici Siyaseti Muhazireler

18Milli sərhədləri daxilində idi. Mahalda yaşayan əhalinin böyük əksəriyyəti türklərdən ibarət idi. Ankara müqaviləsinə görə Xatay mahalı xüsusi bir statusa malik olacaqdı. Fransa öz mandatında olan Suriya torpaqlarında Hələb, Dəməşq, Livan və Lazkiyə dövlətləri qurmuşdu. 1921-ci ildə Xatay Muxtar Mahalı Hələb dövlətinə bağlanmışdı. 1926-cı ildə Fransa “Müstəqil İsgəndərun Hökuməti”ni quraraq bu hökuməti Livandakı Fransız Baş Komissarlığına bağladı. Lakin bu hadisə Suriya dövlətlərinin etirazına səbəb oldu. Ciddi etirazlar qarşısında Fransa bu hökumətin adını “Şimali Suriya Hökuməti” olaraq dəyişdirdi və Dəməşq dövlətinə bağladı. Xatayın türk əhalisi çoxdan bəri öz mahallarının Türkiyəyə birləşməsini istəyirdilər. 1935-ci ildə Suriyadakı Fransız mandatının müddəti başa çatdı. Xatay hökuməti bunu birləşmə üçün münasib fürsət olaraq dəyərləndirdi. Lakin Fransa 9 noyabr 1936-cı ildə Suriya ilə bağladığı müqavilədə Xatay hökuməti də daxil Suriya ərazisindəki bütün hüquqlarından Suriyanın xeyrinə əl çəkdiyini bildirdi. Bu Türkiyənin ciddi etirazına səbəb oldu. Fransa Türkiyənin Xatay məsələsini Millətlər Cəmiyyəti çərçivəsinəd həll etmək təklifinə mənfi cavab verdi. Bu Türkiyə-Fransa əlaqələrinin daha da gərginləşməsinə səbəb oldu. Bu vaxt Avropa və dünya çapında beynəlxalq siyasi vəziyyət gərginləşir, güclər balansı dəyişirdi. Belə ki, İtaliyada Mussolini, Almaniyada Hitler hakimiyyətə gəlmişdilər. 1935-ci ildə Almaniya Versal müqaviləsinin bu ölkəyə silahlanma qadağası qoyan maddəsini tanımadığını elan etmişdi. Almaniya-İtaliya ittifaqının Avropada güclənməyə başlaması, Türkiyənin SSRİ ilə olan müsbət münasibətləri Fransanı Türkiyə ilə daha ehtiyatlı davranmağa məcbu etmişdi. Digər tərəfdən, irəlidə haqqında danışacağımız, Montrö boğazlar müqaviləsinin də yeni bağlanmış olması Türkiyə ilə əlaqələrin gərginləşməsinin

Fransanın əleyhinə olacağını göstərirdi. 9 oktyabr 1936-cı ildə Türkiyə Fransaya nota verdi. Notada Fransadan Suriya və Livanın müstəqilliyini tanıdığı kimi Xataya da müstəqillik verilməsi tələb edilirdi. Lakin Fransa 10 noyabr1936-cı ildə bu notaya mənfi cavab verdi və belə bir səlahiyyətinin olmadığını, problemin Millətlər Cəmiyyəti çərçivəsində həll edilməsinin daha münasib olacağını bildirdi. 14 dekabrda məsələ ilə bağlı Millətlər Cəmiyyətinə müraciət edildi. Bu vaxt Xatayda Fransa əleyhinə mitinqlər davam edirdi. 27 yanvar 1937-ci ildə MC Xatayın yeni statusunu açıqladı. Xatay daxili işlərində müstəqil, öz konstitusiyası olan, xarici işlərində Suriyaya bağlı, müstəqil bir ölkə kimi göstərilir və varlığı Türkiyə və Fransanın zəmanətinə verilirdi. Lakin Fransa Xatayın bu yeni statusunun qüvvəyə minməsi işini ləngidirdi. Buna görə də Türkiyə Xatay sərhədinə qoşun yığmağa başladı. Bununla Türkiyə Xatay məsələsində nə qədər qərarlı olduğunu Fransaya göstərdi. 6 iyun 1938-ci ildə Fransa Xataydakı canişinini geri çağıraraq onun yerini Əbdürrəhman Mələk adlı xataylı bir türkə verdi. Bu regiondakı gərginliyi azaltdı. 3 iyul 1938-ci ildə Xatayda Fransa ilə Türkiyə arasında Xatayla bağlı hərbi saziş imzalandı. Fransa sazişə görə 2500 əsgərini Xatayda yerləşdirdi. 5 iyul 1938-ci ildə də Türkiyə Xataya öz ordusunu göndərdi. 4 iyulda isə Fransa ilə Türkiyə arasında “Dostluq, Razılaşma və Münsiflik Müqaviləsi” bağlandı. 01 avqust 1938-ci ildə Xatay parlamentinə seçkilər keçirildi. 40 nəfərlik parlamentə 38 türk millətvəkili seçilmişdi. 02 sentyabrda Xatay parlamenti öz iclasında Xatay Respublikasını elan etdi.

Bu vaxt Avropada və bütün dünyada siyasi vəziyyət gərginləşmişdi. Almaniya ard-arda işğalçılıq planlarını gerçəkləşdirməklə məşğul idi. Almaniya əvvəl Avstriyanı, 15 mart 1939-cu ildə də Çexoslovakiyanı zəbt etmişdi. İtaliya Albaniyanı işğal etmişdi. Fransa və İngiltərə orta şərqdəki

Page 19: Turkiyenin Xarici Siyaseti Muhazireler

19mövqelərini qorumaq üçün Türkiyə ilə yaxınlaşmaq məcburiyyətində qalmışdılar. 12 may 1939-cu ildə Türkiyə ilə İngiltərə tərəfindən “Qarşılıqlı Yardımlaşma Deklarasiyası” bəyan edilmişdi. 23 iyun 1939-cu ildə Fransa ilə Türkiyə arasında Ankarada “Türkiyə ilə Suriya Arasındakı Ərazi Məsələsinin Qəti Həllinə Dair Müqavilə” bağlanmışdı. Fransa yeni müəyyən olunmuş sərhəd xəttinin Türkiyəyə və Xatay resp-na aid tərəfində qalan torpaqlarındakı ordusunu dərhal geri çəkməli idi və bunu 23 iyul 1939-cu ildə etdi. 23 iyun 1939-cu ildə Xatay parlamenti Xatay resp-nın Türkiyə resp-na birləşdirilməsi və Xatay resp-nın ləğvi haqqında qərar qəbul etdi. 23 iyul 1939-cu ildə Xatay Türkiyəyə birləşdirildi.

Mövzu 5 A. 1923-1932-ci illərdə Türkiyənin Xarici Siyasəti Sovet Rusiyası ilə əlaqələr

Türk Qurtuluş müharibəsi davam edərkən Sovet Rusiyası da demək olar ki, eyni dövlətlərlə müharibə vəziyyətində idi. Belə hal iki dövləti bir-birinə yaxınlaşdırmışdı. Bu yaxınlaşma Mustafa Kamal paşanın başçılıq etdiyi hərəkat və qurumla Sovet Rusiyası arasında 1921-ci il 16 martda Moskvada “Türkiyə-Sovet Rusiyası Dostluq və Qardaşlıq Müqaviləsi” bağlanmışdı. Bu müqavilə ilə S. Rusiya Sevr müqaviləsini tanımadığını, Misaqi-Milli sərhədlərini tanıdığını və türk-sovet sərhədi ilə razılaşdığını bəyan etmişdi. Beləcə bu müqavilə ilə Türkiyə və S. Rusiyası arasında dostluq, əməkdaşlıq və həmrəylik qurulmuşdu. Lozanna konfransının gedişində də S. Rusiya İngiltərə və Fransaya qarşı Türkiyənin mövqeyini müdafiə etmişdi. Daha sonrakı siyasi hadisələr də bu iki dövlətin bir-birinə daha da yaxınlaşmasına səbəb olmuşdu. Mosul məsələsində İngiltərə və Millətlər Cəmiyyətinin ədalətsiz mövqeyi qarşısında təklənmiş Türkiyə S. Rusiyasından dəstək görmüşdü. 01

dekabr 1925-ci ildə Antanta Dövlətləri ilə Almaniya arasında “Lokarno müqaviləsi” bağlanmışdı. Bu müqaviləni özünə qarşı yönəlmiş hesab edən S. Rusiyası Türkiyə Respublikasının (TR) timsalında özünə dəstək tapmışdı. 16 dekabr 1925-ci ildə Millətlər Cəmiyyətinin (MC) Mosul məsələsində Türkiyənin əleyhinə qərar verməsindən dərhal sonra 17 dekabr 1925-ci ildə S.Rusiyası ilə Türkiyə arasında Parisdə “Türkiyə respublikası ilə SSRİ arasında Dostluq və Bitərəflik Müqaviləsi” bağlandı. Bu müqavilə üç il ərzində qüvvədə qalacaqdı. Bu müqavilə bağlanərkən nə TR nə də SSRİ MC-nin üzvü deyildilər. İngiltərə Türkiyəyə MC-nə üzv olması üçün təzyiq göstərirdi. SSRİ isə MC-ndən qərb dövlətlərinin ona təzyiq göstərmək üçün bir vasitə olaraq istifadə edəcəyinin düşünərək Türkiyənin bu quruma üzv olmasının qarşısını almağa çalışırdı. İngiltərə türk-rus yaxınlaşmasının qarşısını almaq istəyirdi. Bunun üçün göstərilən təzyiqlər əks-təsir göstərir, bu iki dövlətin əlaqələrini daha da sıxlaşdırırdı. Siyasi əlaqələrlə yanaşı iqtisadi-ticari əlaqələri də inkişaf etdirməyə girişmişdilər. 1927-ci il 11 martda Ankarada TR ilə SSRİ arasında “Ticarət və Gəmi səfərləri haqqında” müqavilə bağlanmışdı. 1920-ci illərin sonlarında qərb dövlətləri ilə Türkiyə arasındakı problemlərin böyük ölçüdə həll olunması və siyasi əlaqələrin normallaşmağa başlaması SSRİ-ni məmnun etməmişdi. Buna görə də 1929-cu il 17 dekabrda iki ölkə arasıda bir protokol imzalandı. Bu protokol 1925-ci ildə 3 il mötəbər olmaq şərti ilə bağlanmış “Dostluq və Bitərəflik Müqaviləsi”nin müddətini 2 il daha uzatmışdı.

İtaliya ilə əlaqələr

Antanta üzvü olan İtaliya ilə Türkiyə arasındakı əlaqələr I dünya müharibəsi və sonrasında gərgin olmuşdur. Mudros sazişindən sonra Anadolu torpaqlarına qoşun yeridən dövlətlərdən biri də İtaliya idi. Lakin daxildəki problemlər İtaliyaya Paris konfansından sonrakı dövrdə aktiv xarici siyasət

Page 20: Turkiyenin Xarici Siyaseti Muhazireler

20yeritmək imkanı verməmişdi. 1921-ci ilin iyulunda İtaliya Anadoludakı qoşunlarını geri çəkmiş və heç bir haqq tələb etməmişdi. Bu İtaliya ilə Türkiyə arasındakı əlaqələrin daha tez normallaşmasına səbəb olmuşdu. 1922-ci ildə İtaliyada hakimiyyətə gələn Mussolinin “böyük İtaliya”, “bizim Aralıq dənizi” kimi çıxışları digər Aralıq dənizi ölkələri kimi Türkiyədə də narahatlıqla qarşılanmışdı. 30 may 1928-ci ildə Romada İtaliya ilə Türkiyə arasında “Türkiyə-İtaliya bitərəflik və əməkdaşlıq müqaviləsi” bağlanmışdı. Həmin ilin 23 sentyabrında da İtaliya ilə Yunanıstan arasında eyni mövzuda müqavilə bağlanmışdı. İtaliya Türkiyə ilə Yunanıstan əlaqələrinin normallaşdırılmasında rol oynayaraq regionda öz əhəmiyyətini artırmaq məqsədi güdürdü. Lakin I dünya müharibəsi vaxtı İtaliyanın Egeydə işğal etdiyi bəzi adalara görə Türkiyə ilə əlaqələrinin tam normallaşmasına imkan vermirdi. Buna görə də 30 may 1929-cu ildə “Münsiflik haqqında” müqavilə bağlandı. Müqavilə Türkiyə və İtaliya arasındakı adalar probleminin La Haye ədalət məhkəməsində həll edilməsi nəzərdə tutulurdu. Lakin tərəflər La Haye’yə müraciət etmədən 4 yanvar 1932-ci ildə “Anadolu sahili ilə Meis adası arasındakı dəniz sahəsi və Bodrum qarşısındakı Qara adanın statusu haqqında” müqavilə bağlayaraq hansı adanın Türkiyəyə hansının İtaliyaya məxsus olduğu müəyyənləşdirildi.

Əfqanıstanla əlaqələr

Türkiyə respubliksı ilə ilk və ən yaxın əlaqələrini Əfqanıstanla qurmuşdu. Qurtuluş savaşında türk istiqlal mübarizəsini dəstəklədiyini bildirən Əfqanıstanla Türkiyə arasında 01 mart 1921-ci ildə Moskvada “Dostluq Müqaviləsi” bağlanmışdı. Bu müqavilə ilə iki ölkə bir-birinin ərazi bütövlüyü və istiqlaliyyətini tanıdıqlarını bəyan edirdilər. Türkiyə Əfqanıstana mədəni və hərbi sahədə kömək

göstərməyi, müəllim və zabitlər göndərməyi öhdəsinə götürmüşdü. Lozanna müqaviləsindən sonra iki dövlət arasındakı əlaqələr daha da möhkəmlənməyə başlamışdı. 1928-ci ilin mayında Əfqanıstan kralı Əmanullah xan Türkiyəyə rəsmi səfər etmiş və mayın 25-i iki dövlət arasında “Türkiyə-Əfqanıstan Dostluq və Əməkdaşlıq Müqaviləsi” bağlanmışdı. Türkiyə Əfqanıstana göndərdiyi əfqan ordusunda xidmət etmək və təlim keçmək üçün zabitlər, müəllimlər və həkimlərin sayını artırmışdı.

İranla əlaqələr

Türkiyənin bu ölkə ilə əlaqələri Türkiyə Respublikasının rəsmi olaraq elanından sonra normallaşmağa başlamışdı. Lakin iki tərəf arasında sərhəd məsələlərindən ötrü tez-tez narahatlıqlar müşahidə olunmuşdu. Xüsusən də 1925-ci ildə şeyx Səid qiyamının yatırılmasından sonra iki dövlət arasında bir sıra problemlər meydana çıxmışdı. Problemləri və qarşılıqlı etimadsızlığı aradan qaldırmaq üçün 22 aprel 1926-cı ildə Tehranda “Qarşılıqlı təhlükəsizlik və dostluq haqqında” müqavilə bağlanmışdı. Lakin bu müqavilə iki ölkə arasındakı sərhəd məsələlərindəki problemi aradan qaldıra bilməmişdi. 15 iyun 1928-ci ildə Tehranda iki ölkə arasında “1926-cı il Tehran Müqaviləsinə Əlavə Protokol” imzalanmışdı. 23 yanvar 1932-ci ildə Tehranda “Türkiyə-İran sərhəd xəttinin müəyyənləşdirilməsi haqqında” yeni bir müqavilə imzalanmışdı. Bu müqavilə ilə iki ölkə arasındakı sərhəd anlaşmazlıqları aradan qaldırılandan sonra 5 noyabr 1932-ci ildə Ankarada “Türkiyə-İran Dostluq Müqaviləsi” və həmin gün “Təhlükəsizlik, Bitərəflik və İqtisadi Əməkdaşlıq Müqaviləsi” bağlanmışdı. Bu müqavilələr 28 dekabr 1933-cü ildə TBMM-ndə ratifikasiya ediləndən sonra qüvvəyə minmişdi.

Page 21: Turkiyenin Xarici Siyaseti Muhazireler

21ABŞ ilə əlaqələr

ABŞ-ın 20 aprel 1917-ci ildə Antanta sıralarında I dünya müharibəsinə girməsi ilə Osmanlı-ABŞ siyasi əlaqələri kəsilmişdi. Lakin ABŞ və türk orduları heç vaxt bu müharibədə vuruşmamış, silahlı toqquşmaya girməmişdilər. Buna görə də ABŞ Paris sülh konfransında Türkiyə ilə ayrıca sülh sazişi bağlamğa ehtiyac duymamışdı. Türkiyə ilə əlaqədar ABŞ-ın maraqlandığı iki məsələ var idi: boğazlar və erməni məsələsi.

Paris konfransında Anadolu torpaqlarında müstəqil Ermənistan dövlətinin qurulması və ABŞ mantadına verilməsi məsələsi ortaya atılanda ABŞ Prezidenti Thomas Woodrow Wilson bunu qəbul etmişdi. Lakin ABŞ konqresinin hər hansı bir ölkənin mandatçılığının ABŞ tərəfindən öhdəyə götürülməsini Monro doktrinası çərçivəsində qadağan etmişdi. Buna görə də mandatçılıq məsələsi yerinə Wilson yeni erməni dövlətinin sərhədlərini müəyyən edən hakimlik vəzifəsini qəbul etmişdi. Sevr müqaviləsinə 88, 89 və 230-cu maddələrlə Wilsonun sərhədlərini müəyyən etdiyi, dənizə çıxışı olan erməni dövləti daxil edilmişdi. Lakin Paris konfransından sonra ABŞ-ın Avropa siyasətindəki aktivliyində azalma müşahidə edilmişdi. Bu da daha çox ABŞ Senatının Almaniyaya məcburən qəbul etdirilən Versal müqaviləsini və Millətlər Cəmiyyəti müqaviləsini təsdiq etməməsi ilə əlaqədar olmuşdu. Bundan sonra ABŞ Almaniya, Avstriya və Macarıstanla iki tərəfli müqavilələr bağlamışdı. Lakin Türkiyə ilə faktiki müharibə vəziyyətində olmadığı üçün hər hansı bir müqavilə bağlanmamışdı. Lozanna sülh konfranslarında da ABŞ müşahidəçi qismində iştirak etmişdi. 06 avqust 1923-cü ildə ABŞ ilə Türkiyə arasında 32 maddəlik “Ümumi Razılaşmalar haqqında” müqavilə imzalanmışdı. Müqaviləyə görə ABŞ Türkiyə respublikasının ərazi bütövlüyünü və

sərhədlərini tanıyırdı. Lakin Lozanna konfranslarının nəticələri ilə əlaqədar ABŞ ictimai rəyində və mediasında narazılıqlar müşahidə olunmuşdu. Əsas səbəb isə Türkiyədə ABŞ missioner və təhsil ocaqlarının fəaliyyətinin ləğv edilməsi, erməni dövlətinin qurulmaması kimi məsələlər idi. Senat 1927-ci il 18 yanvarda ABŞ-Türkiyə müqaviləsini rədd etmişdi. Senatın bu qərarından sonra ABŞ hökuməti 17 fevral 1927-ci ildə “Türkiyə-ABŞ əlaqələrinin nizamlanmasına dair məktub-nota”nı ali komissar admiral Bristol vasitəsi ilə Türkiyə xarici işlər naziri Dr. Tofiq Rüşdü Araza təqdim etmişdi. Türkiyə də öz tərəfindən belə bir “məktub-nota”nı 28 aprel 1927-ci ildə admiral Bristola təqdim etmişdi. Belə bir müqavilə parlamentlərin təsdiqinə ehtiyac duymur və hökumətlər tərəfindən imzandığı gün qüvvəyə minirdi. Bununla da iki dövlət arasında “mövcud vəziyyəti nizamlayan müvəqqəti müqavilə” (modus vivendi) bağlanmışdı. 12 noyabr 1927-ci ildə Ankarada ABŞ səfiri, həmin ilin 5 dekabrında da Türkiyənin Vaşinqtondakı səfiri fəaliyyətə başlamışdı. 1 oktyabr 1929-cu ildə “Türk-amerikan ticarət müqaviləsi” bağlanmışdı. ABŞ və Türkiyə “modus vivendi”nin müddətini uzadaraq “Nəticə müqaviləsi” bağlamışdılar. 1930-cu ilin 18 fevralında ABŞ Senatı, 12 apreldə də TBMM bu müqaviləni təsdiq etmişdi.

B. 1932-1939-cu illərdə Türkiyənin Xarici Siyasəti Türkiyənin Millətlər Cəmiyyətinə üzvlüyü

1930-cu illərin əvvəllərində Avropada siyasi vəziyyətin yavaş-yavaş dəyişməyə, dünyada sülhün və təhlükəsizliyin təhlükə altına girməyə başladığı bir vaxtda Türkiyə hələ də beynəlxalq əməkdaşlıq fəaliyyətlərindən kənarda qalmaqda idi. Lakin dəyişən siyasi vəziyyət Türkiyənin əhəmiyyətini vaxt keçdikcə artırırdı. Yeni bloklaşmalara doğru ilk addımlar atılmağa başlandıqca qərb dövlətlərinin hər biri Türkiyəni öz tərəfində görməyi arzulayırdı. Buna görə də hər şeydən əvvəl

Page 22: Turkiyenin Xarici Siyaseti Muhazireler

22Türkiyənin Millətlər Cəmiyyətinə üvlüyü məsələsi müzakirə edilməyə başlandı. Məlum olduğu kimi Millətlər Cəmiyyəti əsas etibarı ilə Paris (Versal) sülh müqaviləsinin yaratdığı vəziyyətin qorunub saxlanmasına xidmət etməsi məqsədi ilə yaradılmış bir cəmiyyət idi. Bu cəmiyyətin üzvlərinin əksəriyyəti I dünya müharibəsindən qalib çıxmış dövlətlər idi. Türkiyə isə bu müharibədən məğlub çıxmış bir dövlət idi. 1930-cu illərin əvvəllərində isə siyasi konyenkturada dəyişiklik müşahidə edilmiş və məğlub dövlətlər də bu cəmiyyətə üz qəbul edilməyə başlanmışdılar. Türkiyə MC-nə üzvlük məsələsinə ehtiyatla yanaşırdı. Belə ki, Mosul məsələsində bu təşkilatın Türkiyəyə qarşı ədalətsiz hərəkət etməsi türklərə mənfi təsir etmişdi. Bundan başqa SSRİ ilə olan müsbət münasibətlər də MC-nə üzvlük məsələsini ləngidirdi. SSRİ qərb dövlətləri ilə olan əlaqələrini nizamlayara müsbət məcraya yönəldə bilməmişdi. Buna görə də MC-nə üzv olmamışdı. MC-ni isə özünə qarşı yönəlmiş bir ittifaq kimi qəbul edirdi. Türkiyənin bu cəmiyyətə üzv olmaması üçün də əlindən gələni edirdi. 1931-ci ildə Türkiyə prinsip olaraq MC-nə üzv ola biləcəyini açıqlamışdı. Lakin Türkiyə resp-nın prezidenti Mustafa Kamal Türkiyənin üzvlük üçün müraciət etməyəcəyini, bu təşkilatın dəvət edəcəyi halda MC-nə üzv ola biləcəklərini bildirmişdi. MC-nin 06 iyul 1932-ci il tarixli iclasında İspaniya Türkiyənin MC-nə üzlük məsələsini qaldırmış və bu dövlətin cəmiyyətə dəvət edilməsini təklif etmişdi. Bu təklif türk tərəfinə çatdırılmış, 09 iyulda TBMM-si bu təklifə müsbət cavab vermişdi. 18 iyulda MC-nin 43 üzvünün yekdil qərarı ilə Türkiyə MC-nə üzv qəbul edilmişdi. Türkiyə bununla birlikdə SSRİ-yə yazılı şəkildə etimad zəmanəti də vermişdi.

Balkan patkı

I dünya müharibəsi ərəfəsinəd və gedişatında, söz yerində isə, qaynayan qazanı xatırladan Balkan yarımadası I dünya müharibəsindən sonra özünün dinc dövrünü yaşayır və yarımada dövlətləri arasında isti münasibətlər qurulurdu. Bu istiqamətdə ən çox çalışan dövlət Türkiyə idi. Yaxın keçmişdə qanlı müharibələrə girişdiyi Balkan qonşuları ilə iki tərəfli müqavilələr bağlayan Türkiyə beləcə özünün qərb sərhədlərinin təhlükəsizliyini təmin edirdi. 15 dekabr 1923-cü ildə Albaniya, 18 oktyabr 1925-ci ildə Bolqarıstan və 28 oktyabr 1925-ci ildə də Yuqoslaviya ilə dostluq müqavilələri bağlanmışdı. 1930-cu illərin əvvəllərində müsbət məcraya yönələn türk-yunan siyasi əlaqələri “Balkan paktı”nın qurulması fikrini meydana gətirdi. Digər yarımada dövlətləri də bu fikirə müsbət münasibət bildirdilər. Beləcə 05 oktyabr 1930-cu ildə Afinada “I Balkan Konfransı” öz işinə başladı. Daha sonra da 1931-ci ilin oktyabrında İstanbulda II, 1932-ci ilin oktyabrında Buxarestdə III və 1933-cü ilin noyabrında Yunanıstanın Saloniki şəhərində “IV Balkan Konfransı” toplandı. 1933-cü ildə İtaliya ilə Almaniyanın yeritdiyi xarici siyasət Balkan dövlətlərini daha da bir-birlərinə yaxınlaşdırdı. Türkiyə ilə Yunanıstan arasında 14 sentyabr 1933-cü ildə Ankarada “Səmimi Razılaşma Paktı” imzalandı. 22 sentyabrda Sofiada Bolqarıstanla, 17 oktyabrda da Ankarada Rumıniya ilə, 27 noyabrda da Belqradda Yuqoslaviya ilə buna bənzər müqavilələr bağlandı. 1934-cü ilin fevralında Türkiyə, Yunanıstan, Rumıniya və Yuqoslaviya Belqradda toplanaraq “Balkan Paktı”nın layihəsini hazırlamış, 09 fevral 1934-cü ildə Afinada adı çəkilən 4 dövlətin iştirakı ilə bu layihə təsdiqlənmişdi. Ölkələr bir-birlərinin ərazi bütövlüyünü tanıyır, qarşılıqlı təhlükəsizliyə zəmanət verir, üçüncü bir dövlətlə pakt üzvü dövlətlərin hər hansı birinə qarşı siyasi fəaliyyətə qoşulmayacağını və heç bir öhdəlik götürməyəcəyini vəd

Page 23: Turkiyenin Xarici Siyaseti Muhazireler

23edirdilər. Bolqarıstan və Alabaniya bəzi ərazi iddialarından ötrü paktda iştirak etməmişdilər. Bolqarıstan Rumıniyadan Dobranitsa şəhərini istəyir və Egey dənizinə birbaşa çıxış tələb edirdi.

Sədabad paktı

“Balkan paktı” ilə qərb sərhədlərinin təhlükəsizliyini zəmanət alan Türkiyə üzünü şərqə çevirmiş və şərqdəki qonşuları ilə də buna bənzər bir təhlükəsizlik müqaviləsi əldə etmək istəmişdi. İran və İraq da Türkiyə ilə belə bir müqavilənin bağlanmasının tərəfdarı idilər. 1935-ci ildə Mussolininin Efiopiyaya hücum etməsi orta şərq dövlətlərini narahat etmişdi. 02 oktyabr 1935-ci ildə İran, İraq və Türkiyə arasında üç tərəfli müqavilənin prinsip razılaşması əldə edilmişdi. Daha sonra Əfqanıstan da bu razılaşmaya qoşulmuşdu. Lakin adı çəkilən dövlətlər arasında bəzi problemlər var idi. İranla Türkiyə arasındakı problemlərə yuxarıda toxunmuşduq. Buna bənzər problemlər İraqla İran arasında da var idi. İki dövlət arasında sərhəddə mübahisəli ərazilər var idi. Buna görə də əvvəlcə bu kimi problemlərin ikitərəfli razılaşmalarla aradan qaldırlması qərarına gəlindi. 1937-ci ilin yanvar-aprel aylarında İranla Türkiyə arasında silsilə diplomatik görüşlər keçirildi və müqavilələr bağlandı. 1937-ci ilin aprelində Türkiyə ilə İraq arasında 05 iyun1926-cı ildə bağlanmış “Dostluq Müqaviləsi”nin müddəti iki illiyinə uzadıldı. 04 iyul 1937-ci ildə bağlanmış müqavilə ilə də İranla İraq arasındakı mübahisəli məsələlər həll edildi. 08 iyul 1937-ci ildə Tehranın Sədabad sayarında Türkiyə, İran, İraq və Əfqanıstan arasında “Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi” bağlandı.

C. Montrö Müqaviləsi (Convention de Montreux)

24 iyul 1923-cü ildə Lozanna müqaviləsi ilə eyni gündə “Boğazlar müqaviləsi” də bağlanmışdı. Bu müqavilənin bir tərəfində Türkiyə digər tərəfində isə İngiltərə, Fransa, İtaliya, Yaponiya, Bolqarstan, Yunanstan, Rumıniya, Rusiya və Yuqoslaviya var idi. Bu müqaviləyə görə Dardanel (Çanaqqala) boğazı, Mərmərə dənizi və Bosfor (İstanbul) boğazlarından dənizdən və havadan keçişlər sərbəst olacaq, boğazların hər iki sahili 15-20 km-lik ərazidə, Mərmərə dənizindəki adalar hərbisizləşdiriləcək (demilitarizasiya), buralarda istehkam tikmək və əsgər saxlamaq Türkiyəyə qadağan olunacaqdı. Bu yerlərin təlükəsizliyinin təmini Millitlər Cəmiyyətinin öhdəsində olacaqdır. Bu statusun davam etməsinə nəzarət üçün sədriliyini Türkiyənin təyin etdiyi şəxsin edəcəyi “Boğazlar Komissiyası” qurulacaqdı.

Bu əslində Türkiyənin öz ərazisinin bir qismi üzərindəki hegemonluğundan könüllü əl çəkməsi demək idi. Həmin vaxt Türkiyə bu şərtlər altında belə bir müqaviləni istəməyərək də olsa imzalamaq məcburiyyətində qalmışdı. 1930-cu illərdə Türkiyə özünün beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsindən istifadə edərək boğazlar məsələsinin yenidən gündəmə gətirmək və öz lehinə dəyişmək istəyirdi. Bunun üçün müvafiq siyasi şəraitin yaranmasını gözləyirdi. Türkiyə bu istəyini ilk dəfə 24 mart 1933-cü ildə Londonda keçirilən “Silahların Azaldılması və Məhdudlaşdırılması Konfransı”nda səsləndirmişdi. Almaniyanın Versal müqaviləsindən çıxdığını bəyan etməsindən sonra Türkiyə bu məsələni daha sıx gündəmə gətirməyə başladı. 17 aprel 1935-ci ildə Xİ naziri Dr. Tofiq R. Araz MC Şurasında Türkiyənin boğazların statusunun dəyişdirilməsi məsələsində təkid etdiyini bildirmişdi. Nazir iki bunun üçün iki əsas səbəb irəli sürmüşdü. Birincisi Türkiyə özünün təhlükəsizliyini tam təmin edə bilməsi

Page 24: Turkiyenin Xarici Siyaseti Muhazireler

24üçün ölkənin hər yerində hərbi tədbirlər görə bilməlidir. İkincisi mövcud vəziyyət dövlətlərarası bərabərlik prinsipinə zidd idi. 1935-ci ilin sentyabrında T.R.Aras ikinci dəfə məsələni MC-ndə səsləndirdi və Türkiyənin özünün dəniz sahili təhlükəsizliyini təmin etməkdə çətinlik çəkdiyini bildirdi. 10 aprel 1936-cı ildə Türkiyə Lozannada “Boğazlar müqaviləsi”nə imza atmış dövlətlərin hər birinə nota göndərərək bu müqavilənin 18-ci maddəsinin tətbiq edilməsinin artıq mümkün olmadığını, Türkiyənin öz təhlükəsizliyini, milli müdafiəsini və öz ərazisində hegemonluq hüququnu qorumaqda ciddi problemlərlə qarşılaşdığını, bu müqavilənin dəyişdirilməsinin vaxtının çatdığını bildirdi. Avropada güclənən Almaniya və İtaliya qarşısında İngiltərə Aralıq dənizi hövzəsində güclü bir Türkiyəyə ehtiyac duyurdu. Buna görə də Türkiyənin bu çağırışına müsbət cavab verdi. İtaliya istisna olmaqla, digər bütün dövlətlər də məsələyə müsbət yanaşdılar. 22 iyun 1936-cı ildə İsveçrənin Montrö (Montreux) şəhərində konfrans öz işinə başladı. Montrö Konfransında Türkiyə, Avstriya, İngiltərə, Bolqarıstan, Fransa, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ və Yuqoslaviya iştirak edirdi.

Konfransın ikinci günü Türkiyə özünün 13 maddəlik prinsiplərini iştirakçı dövlətlərin nümayəndələrinə bəyan etdi. Türkiyə “Boğazlar Komissiyası”nı ləğv etmək, boğazların hərbisizləşdirilməsinə son qoyaraq buraya öz ordu birləşmələrini yerləşdirmək, buradakı mövqelərini möhkəmləndirmək istədiyini bildirdi. Bundan başqa Türkiyə Qaradənizə sahili olan və olmayan dövlətlərin hərbi gəmilərinin boğazlardan keçişinə məhdudiyyət qoyulmasını istəyirdi.

Bu sonuncu tələb bəzi dövəltlər tərəfindən narazılıqla qarşılandı. Başda SSRİ olmaqla Qaradənizə sahili olan

dövlətlər bu mövzuda sahili olmayan dövlətlərdən daha çox haqq sahibi olduqlarını irəli sürərək öz hərbi gəmilərinin boğazlardan sərbəst keçişinin təmin olunmasını istəyirdilər. Konfrans uzun mübahisələrlə müşayət olundu. Nəhayət Türkiyənin Qaradənizə sahili olmayan dövlətlərin hərbi gəmilərinin boğazlardan keçişinə məhdudiyyət qoyan təklifi, başda SSRİ və İngiltərə olmaqla, qəbul olundu. 29 maddə, 4 “əlavə” və 1 protokoldan ibarət olan “Montrö Müqaviləsi” 20 iyul 1936-cı ildə imzalandı. Müqavilənin ehtiva etdiyi şərtlərdən bəziləri belə idi:

1-Sülh şəraitində və Türkiyənin iştirak etmədiyi müharibə şəraitində ticarət gəmiləri, gecə və gündüz, üstlərindəki bayraq və daşıdıqları yükdən aslı olmayaraq, səhiyyə nəzarəti xaric, heç bir prosesdən keçmədən boğazlardan keçiş, gəliş və gediş səbəstliyinə malik olacaqlar. Bu sərbəstlikdən istifadə edərkən, səhiyyə yoxlamaları, mayaklar, xilasetmə xidməti istisna olmaqla, heç bir rüsum və vergi ödəməyəcəklər.

2-Müharibə şəraitində, Tükiyə vuruşan tərəflərdən biri isə, Türkiyə ilə vuruşmayan dövlətlərə məxsus ticarət gəmiləri düşmənə heç bir surətdə kömək etməmək şərti ilə boğazlardan keçiş sərbəstliyindən istifadə edə biləcəklər.

3-Müharibə şəraitində Türkiyə ticarət gəmilərinə sadəcə gündüz keçiş imkanı verə biləcək və bu keçiş üçün müəyyən güzərgah təyin edə biləcək.

4-Qaradənizə sahili olan dövlətlər 15 min tondan daha ağır hərb gəmilərini və sualtı qayıqlarını əvvəlcədən Türkiyə tərəfini xəbərdar etmək şərti ilə boğazlardan keçirə biləcəkdir. Müqavilə 20 il müddətinə qüvvədə olacaqdır.

Montrö müqaviləsindən sonra Türkiyə ilə İngiltərə arasında açıq bir yaxınlaşma müşahidə olundu. 1937-ci ildə

Page 25: Turkiyenin Xarici Siyaseti Muhazireler

25Karabükdə İngiltərənin köməyi ilə poladəritmə zavodu tikilib istifadəyə verildi. 1938-ci ildə İngiltərə Türkiyə üçün 10 milyonu ticari-iqtisadi və 6 milyonu da hərbi gəmilər və digər hərbi ləvazımatın alınması üçün 16 milyon ₤ kredit tranşı açdı. Türkiyə və İngiltərə rəsmən olmasa da müttəfiq kimi hərəkət edirdilər.

Mövzu 6.

A. II Dünya Müharibəsi Ərəfəsində və Gedişində Tükiyənin Xarici Siyasəti

1920 və 1930-cu illərdə Türkiyə özünün bir çox daxili və xarici problemlərini həll etmiş, aqrar ölkəsi olmaqdan çıxıb sənayeləşmədə ilk addımlarını atmışdı. Bununla yanaşı ölkənin mədəni kimliyini dəyişdirmə, qərbiləşdirmə istiqamətində də, birçoxu zorakı, islahatlar aparılmışdı. Montrö müqaviləsi Türkiyənin beynəlxalq siyasətdəki mövqeyinin möhkəmlənməsində atılmış mühüm addım idi. Bu müqavilə həm də Türkiyənin gələcək üçün seçdiyi xarici siyasi kursun göstəricisi idi. 10 noyabr 1938-ci ildə Türkiyə resp-nın ilk prezidenti Mustafa Kamal ölmüş onun yerinə bu vəzifəyə İsmət İnönü keçmişdi. İsmət İnönünün prezidentliyinin birinici iləndə, Lozanna müqaviləsindən isə 16 il sonra, 01 sentyabr 1939-cu ildə II dünya müharibəsi başlamışdı. II dünya müharibəsi ərəfəsində Türkiyənin bu müharibədə tərəf olacaq dövlətlərin demək olar ki, hamısı ilə normal siyasi əlaqələri mövcud idi. Lakin müharibənin başlanğıc tarixinə yaxınlaşdıqca və daha sonra da müharibənin gedişində Türkiyənin bu müharibənin iki əsas tərəfi olan Almaniya və SSRİ ilə əlaqələrində bəzən gərginlik bəzən də yumuşama müşahidə olunmuşdu.

Müharibə Ərəfəsində Türkiyə-Almaniya Siyasi Əlaqələri

Almaniyada Hitlerin hakimiyyətə gəlməsindən sonra türk-alman siyasi əlaqələri normal məcrada inkişaf etmiş, hətta bu əlaqələrdə irəliyə doğru addımlar da atılmışdı. Gələcəkdə Avropada müharibənin qaçınılmaz olduğunu hiss edən Türkiyə ordusunu gücləndirmək məqsədi ilə Almaniyaya 120 milyon markalıq silah və hərbi ləvazımat sifarişi vermişdi. Lakin Türkiyənin xarici siyasi kursunu, daha dəqiq desək Balkan paktının əsas memarlarından biri olmasını Almaniya ingilis xarici siyasətinin təsiri ilə əlaqələndirərək narazılığını aşkarca bildirmişdi. 12 may 1939-cu ildə “Türk-ingilis-fransız Yardımlaşma Deklarasiyası”nın imzalanmasına 5 gün qalmış, yəni may ayının 7-si Almaniya Türkiyənin hərbi sifarişlərinin göndərilməsini dayandırdı. Deklarasiyanın imzalanmasından 2 gün sonra 14 mayda da Hitlerin birbaşa əmri ilə sifarişlərin yerinə yetirilməsi tamamilə dayandırıldı. 29 iri çaplı top, 12 torpedo, 68 hərbi təyyarə, 1 sualtı qayıq, İstanbulda almanların inşa etdikləri iki sualtı qayığın mühərrikləri Türkiyəyə verilməyərək Almaniyada saxlandı. Bunun əvəzində Türkiyə də Almaniyaya göndərilən bir sıra xammalın satışını dayandırdı və bəzilərini azaltdı.

1939-cu ilin avqustunda ən üst həddə çatan alman siyasi təzyiqinə Türkiyənin cavabı da sərt oldu. Türkiyənin xarici işlər nazirliyinə çağırılan Almaniyanın Ankaradakı səfirinə “Türkiyənin heç bir dövlətin dominionuna çevrilməyəcəyi və sərbəst hərəkət edə biləcək səviyyəyə çatdırılacağı” bildirildi. İsmət İnönü də alman səfir von Papenlə söhbətində Türkiyənin I dünya müharibəsinə İngiltərənin pulunu aldığı halda iki hərbi gəmini göndərməməsi səbəbi ilə girdiyini Almaniyanın unutmalı olduğunu bildirmişdi. 23 avqust 1939-cu ildə SSRİ-

Page 26: Turkiyenin Xarici Siyaseti Muhazireler

26Almaniya dostulq müqaviləsi bağlandı. 01 sentyabr 1939-cu ildə isə türk-alman ticari-iqtisadi əlaqələri tamamən kəsildi.

Müharibə Ərəfəsində Türkiyə-SSRİ Siyasi Əlaqələri

1939-cu ilin aprel ayından bəri SSRİ ilə Türkiyə arasında diplomatik görüşlər davam edirdi. SSRİ bu ərəfədə Almaniya tərəfindən hücum gözlədiyi üçün narahat idi və özünün bütün qonşuları, o cümlədən Türkiyə ilə də əlaqələrini daim yaxşı səviyyədə saxlamağa çalışırdı. Balkan yarımadası və Aralıq dənizində İtaliyanın ehtimal olunan hücumuna qarşı Türkiyə İngiltərə ilə əməkdaşlığa üstünlük verirdi. Almaniyaya qarşı da SSRİ ilə razılaşacağı təqdirdə özünü əsaslı ölçüdə zəmanət altına almış olacaqdı. SSRİ də Almaniyaya qarşı Türkiyəni öz yanında görmək istəyirdi. Ölkələr bu hesab və ehtimalları düşünərkən 12 may 1939-cu ildə Türkiyə İngiltərə və Fransa ilə üç tərəfli yardımlaşma deklarasiyasını imzalamışdı. 23 avqust 1939-cu ildə isə SSRİ ilə Almaniya arasında “Qarşılıqlı Təhlükəsizlik müqaviləsi” (Molotov-Ribbentrop paktı) bağlandı. Beləcə Türkiyə ilə SSRİ bir-biri ilə düşmən olan tərəflərin yanında yer tutdular. Bundan bir həftə sonra I dünya müharibəsi başlamış, SSRİ Polşanı və Baltik respublikalarını işğal etmişdi.

Hadisələr belə bir istiqamətdə inkişaf edərkən Türkiyə SSRİ tərəfindən diplomatik görüş üçün dəvət edildi. 25 sentyabr 1939-cu ildə Türkiyənin Xİ naziri Şükrü Saraçoğlunun başçılıq etdiyi türk diplomatik heyəti Moskvaya getdi. Türk heyətini qəbul edən SSRİ Xİ naziri Molotovla ilk görüş səmimi atmosferdə keçmişdi. Lakin görüşlərin sonrakı gedişatı rusların əsl niyyətini aydınlaşdırdı. Sovetlər Montrö müqviləsində SSRİ-nin lehinə müəyyən dəyişikliklər edilməsini və Türkiyənin İngiltərə və Fransa ilə bağladığı üçtərəfli müqavilnin bəzi müddəalarından imtina etməsini

istəyirdilər. Bu vaxt Almaniyanın Xİ naziri Ribbentrop da Moskvaya gəldi. Bu hadisə Türkiyə diplomatik heyətinin əleyhinə oldu. Əvvəla türk-rus əlaqələrinə gərgin olan türk-alman əlaqələri mənfi təsir göstərdi. Bundan başqa Molotov türk heyətini gözləmədə qoyub Ribbentropla görüşdü. 28 sentyabrda SSRİ ilə Almaniya arasnıda yeni müqavilə və bəzi gizli protokollar imzalandı. 01 oktyabrda Türk-Sovet görüşləri yenidən başladı. Bu görüşdə Molotovla birgə Stalin də iştirak etmişdi. Ruslar əvvəlki təkliflərini təkrarladılar və boğazları SSRİ xaric digər dövlətlər üçün qapalı vəziyyətə gətirən gizli protokolun imzalanmasını təklif etdilər. Protokol o qədər ağır şərtləri ehtiva edirdi ki, bunu əslində SSRİ-nin Bosfor və Dardanel boğazlarına sahiblikdə Türkiyəyə şəriklik təklifi adlandırmaq olardı. Bundan başqa ruslar Bassarabiya və Bolqarıstanın bir hissəsinə qoşun yeridəcəkləri təqdirdə Türkiyənin bitərəf qalmasını da tələb etmişdilər. Şükrü Saraçoğlu sovetlərin bu təkliflərinə rədd cavabı verdi və 16 oktyabr 1939-cu ildə Ankaraya qayıtdı. Bununla da Türk-Sovet əlaqələri özünün gərgin mərhələsinə qədəm qoydu.

Müharibə Ərəfəsində Türkiyənin İngiltərə və Fransa ilə Siysai Əlaqələri

Türk-Alman və Türk-Sovet əlaqələrinin belə bir məcraya girməsi Türkiyəni İngiltərə-Fransa ittifaqına yaxınlaşdırdı. Uzun müddətdən bəri davam edən türk-ingilis-fransız diplomatik görüşləri 19 oktyabr 1939-cu ildə Ankarada “Üçtərəfli Qarşılıqlı Yardımlaşma Müqaviləsi”nin bağlanması ilə nəticələndi. Müqavilə 9 maddə, biri gizli 3 protokol, 1 gizli hərbi razılaşma, 1 gizli “xüsusi razılaşma”dan ibarət idi. Müqavilənin əsas müddəalarını belə sarılaya bilərik:

Page 27: Turkiyenin Xarici Siyaseti Muhazireler

271-Bu müqavilənin əsas məqsədi ehtimal hücumlara

müqavimət göstərmək üçün Türkiyə, Fransa və İngiltərənin bir-birinə qarşılıqlı kömək göstərməsini təminat altına almaqdır.

2-Türkiyəyə Avropa dövlətilərindən hər hansı biri hücum edərsə İngiltərə və Fransa Türkiyəyə kömək göstərəcəkdir.

3-İngiltərə və Fransa hər hansı bir Avropa dövlətinin hücumuna məruz qalsa və bu müharibə Aralıq dənizində də cərəyan etsə Türkiyə İngiltərə və Fransaya kömək edəcək. Müharibə Avropada cərəyan etsə Türkiyə bu iki dövlətin lehinə olmaqla bitərəf qalacaqdı.

4-Tərəflər bu müqavilənin gətirdiyi öhdəliklər səbəbi ilə müharibəyə qoşulsalar atəşkəs sazişi və sülh müqaviləsi üçün də birlikdə qərar verəcəklər.

5-İngiltərə və Fransa Yunanıstan və Rumıniyaya verdikləri zəmanətləri yerinə yetirmək üçün müharibəyə qoşulsalar Türkiyə müttəfiqlərinə kömək edəcək və müharibəyə qoşulacaqdı.

6-Bu müqavilə on beş il müddətində etibarlı sayılacaqdı.

Müqaviləyə əlavə olaraq imzalanmış ikinci protokolda deyilirdi: “Bağlanmış bu müqavilə çərçivəsində Türkiyənin üzərinə götürdüyü öhdəliklər onun SSRİ-yə qarşı hər hansı bir silahlı toqquşmaya cəlb etməsinə səbəb olmayacaq və belə bir nəticəyə gətirib çıxaracaq hər hansı bir fəaliyyətə girişməyə məcbur edilməyəcəkdir”.

Beləcə Türkiyə Almaniya və İtaliyaya qarşı Fransa və İngiltərə ilə ittifaqa girmiş, bunun paralelində SSRİ-yə qarşı bitərəfliyini də zəmanət altına almışdı.

Türkiyə heç bir tərəfdən real müharibə təhlükəsi gözləməsə də müharibə hazırlıqlarını ciddi şəkildə görmüşdü. Ordu döyüşə tam hazır vəziyyətə gətirilmiş, ordunun ehtiyacları əsasən təmin edilmişdi. Ölkənin qərbində Ədirnə-Qırxlareli arasında “Çaxmaq müdafiə xətti”, şərqində Qars-Zivin arasında isə “Ərzurum müdafiə xətti” möhkəmləndirilmişdi. Yəni Türkiyə bir tərəfdə italyan-alman hücumuna, digər tərəfdə də sovet hücumuna qarşı tədbilrə görmüşdü.

Müharibənin ilk dövrləri Türkiyə üçün məyusedici nəticələrlə davam etmişdi. 1940-ci ilin yayında Almaniya Fransanı məğlub edərək ərazisinin bir hissəsini işğal etmişdi. Bununla da Fransa Türkiyə üçün lazımi anda dəstək təmin edəcək müttəfiq olmaqdan çıxmış oldu. 1940-cı ilin oktyabrında İtaliya Yunanıstana hücum etdi. 1941-ci ilin birinci yarısında bütün Balkan yarımadası Almaniya tərəfindən işğal edildi. Eləcə də həmin ilin aprel ayında Yunanıstan və Egey adaları alman orduları tərəfindən zəbt olundu. Yunanıstan, Bolqarıstan və Egey adalarının işğalı ilə Almaniya və mütəfiqləri Türkiyə sərhədlərinə çatmış oldular. Suriya və İraqda da Fransa və İngiltərə əleyhinə çıxışlar baş verirdi. 1941-ci ilin birinci yarısında Türkiyənin digər qonşuları SSRİ və İran isə hələ ki, müharibəyə qoşulmamışdılar. Almaniyanın Balkanlardakı hərbi uğurları SSRİ-ni də dərindən narahat etmiş və Sovet-Alman əlaqələri gərginləşməyə başlamışdı. Bu hal SSRİ-nin nəzərində Türkiyənin əhəmiyyətini artırmışdı. 25 mart 1941-ci ildə SSRİ ilə Türkiyə arasında müştərək deklarasiya imzalandı. Deklarasiyaya görə iki tərəfdən hər hansı biri hücuma məruz qalar və ya müharibəyə girərsə digər tərəfin “tam bitərəfliyinə etimad” edəcəkdi.

Müharibənin Gedişində Türkiyənin Vuruşan Tərəflərlə Siyasi Əlaqələri

Page 28: Turkiyenin Xarici Siyaseti Muhazireler

28Müharibə ərəfəsində gərginləşən və iqtisadi

əlaqələrinin kəsildiyi Almaniya ilə Türkiyə siyasi əlaqələrində 1940-cı illərin ortalarında mülayimləşmə müşahidə olundu. Bunun əsas səbəbləri arasında Almaniyanın hərbi uğurları və İngiltərə də daxil olmaqla qərb dövlətlərinin Almaniyaya qarşı astagəlliyini göstərmək olar. 24 iyul 1940-cı ildə Almaniya ilə Türkiyə arasında ticarət müqaviləsi bağlandı. Buna baxmayaraq Türkiyə siyasi dairələri alman ordusunun ölkənin qərb sərhədlərinə dirənməsindən ötrü ciddi narahat idilər. Bu Türkiyənin qərb müttəfiqlərinin yanında müharibəyə girməsinə səbəb ola bilərdi. Ankaranın bu addımı atması üçün qərb ciddi diplomatik təzyiq göstərirdi. Türk tərəfinin narahatlığına son qoymaq və Türkiyənin ingilislərin tərəfində müharibəyə girməsinin qarşısını almaq məqsədi ilə Hitler 28 fevral 1941-ci ildə prezident İ. İnönüyə məktub göndərdi. Məktubda Almaniyanın Türkiyənin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını, Türkiyəyə qarşı hər hansı bir ərazi iddiasının olmadığını, Balkanlarda görülən hərbi tədbirlərin tamamən İngiltərəyə qarşı olduğunu və alman əsgərlərinə Türkiyə sərhəddindən mümkün qədər uzaq durmaları barədə təlimat verildiyini yazılmışdı. Cavab məktubunda Türkiyənin heç bir dövlətin yanında digər bir dövəltə qarşı hərbi fəaliyyətə başlamaq niyyətində olmadığı, türk torpaqlarına ediləcək hər hansı bir təcavüzə də layiqli cavab veriləcəyi qeyd edilmişdi.

Türkiyənin tam bitərəflik mövqeyi seçdiyini və heç bir təzyiq və hədəylə müharibəyə cəlb edilə bilinməyəcəyini dərk edən Almaniya bu dəfə də Türkiyəyə torpaq vədi ilə mühraciət etdi. Almaniya bunda bir neçə məqsəd güdürdü. Əgər bacarsa Türkiyəyə torpaq vəd edərək öz yanında müharibəyə qoşmaq, bunu bacarmasa SSRİ-yə planlanın hücum vaxtı bu ölkənin tam bitərəf qalacağından əmin olmaq.

Almaniya Türkiyəyə Lozanna müqaviləsi ilə Yunanıstanda qalmış qərbi Frakiyanı və Egey dənizindəki adaları vəd edirdi. Türkiyə bundan imtina etdi. Bu kimi müzakirələr Almaniya ilə Türkiyə arasında 18 iyun 1941-ci ildə “Türk-Alman Dostluq Müqaviləsi”nin bağlanması ilə nəticələndi. Müqvilənin şərtlərini aşağıdakı kimi xülasə etmək olar: “Türkiyə ilə Almaniya bir-birinin ərazi bütövlüyünü tanıyır, bu iki dövlətdən heç biri digərinə qarşı birbaşa və ya dolaylı yollarla heç bir hərbi fəaliyyətə girişməyəcəklər. İki ölkə arasında bundan sonra meydana gələ biləcək bütün problemlər sadəcə diplomatik yollarla həll ediləcəkdir”. Bu müqavilə ilə Türkiyə Almaniyadan heç bir hücumun gəlməyəcəyini, Almaniya da Türkiyənin öz bitərəfliyini qoruyub saxlayacağını zəmanət altına almış oldu.

Türkiyə hər iki tərəflə müqavilə bağlayaraq öz təhlükəsizliyini zəmanət altına almış bunun paralelində vuruşan tərəflərin nəzərində öz əhəmiyyətini də artırmışdı. Almaniya Türkiyə ilə belə bir müqavilə bağlamaqla SSRİ-nin boğazlardan sərbəst keçidinin və öz müttəfiqlərinə dəniz yolu ilə kömək göndərə bilməsinin qaşısını almış olurdu. Digər tərəfdən də Almaniya bu müqavilə ilə özünün Süveyş kanalına və Qafqaza, daha doğrusu SSRİ-nin yanacaq ambarı rolunu oynayan Azərbaycana yolunu öz əli ilə bağlamış oldu. Bu vəziyyət Türkiyənin əhəmiyyətini artırmışdı. Bu müqavilə tezliklə qərbli müttəfiqlərin etirazına səbəb oldu. İngiltərə və ABŞ öz narazılıqlarını bildirdilər. Bir müddət sonra ABŞ Türkiyəyə göstərdiyi hərbi yardımı dayandırdı. SSRİ isə Türkiyəyə İngiltərənin tərəfində müharibəyə qoşulmasını tələb edirdi. Lakin bir müddət sonra qərb öz münasibətini yumuşaltdı. 1941-ci ilin noyabrında ABŞ hərbi yardım göndərilməsini bərpa etdi.

Page 29: Turkiyenin Xarici Siyaseti Muhazireler

29Bu vaxt SSRİ, İngiltərə və ABŞ-ın Türkiyənin

Almaniyaya müharibə elan etməsi üçün cəhdləri davam edirdi. 23 noyabr 1941-ci ildə Stalin İngiltərə Xİ naziri Anthony Edenlə Moskvadakı görüşündə on iki ada ilə Egey dənizindəki adaların və Bolqarıstanın cənubunun Türkiyəyə verilməsi məsələsini müzakirə etmişdi. Müharibəyə qoşulmayan bir ölkəyə belə bir “mükafat”ın nə səbəblə veriləcəyini soruşan A. Eden Stalindən “bitərəfliyini çox yaxşı qoruya bildiyi üçün” cavabını eşitmişdi. Bu söhət dərhal Moskvadakı türk səfirə çatdırılmış və səfir də Ankaraya bildirmişdi. Stalin belə bir “jest”i boş yerə etmirdi. SSRİ Türkiyənin müharibəyə qoşulmasını canı-dildən istəyirdi. 1941-ci ilin fevralında isə ABŞ Türkiyəyə göndərdiyi bir polkovnik vasitəsi ilə başnazir Refik Saydama ABŞ-ın Almaniyaya qarşı müharibəyə qoşulan hər bir dövlətə hər cür kömək göstərməyə hazır olduğunu bildirmiş və bir sıra vədlər etmişdi. 1941-ci ilin yanvarında İngiltərə başnaziri Çörçil Balkanı və Egey adalarını işğal etmiş Almaniyaya qarşı buralarda hərəkət edə bilmək məqsədi ilə hərbi hava bazasına ehtiyacı olduğunu, Türkiyənin öz ərazisindən bu məqsədlə istifadəyə icazə verilməsini istədi. Lakin İ. İnönü ingilis əsgərlərinin heç bir şəkildə Türkiyə ərazisinə daxil olmasına icazə verməyəcəklərini bildirdi.

1943-cü ilin əvvəllərində cəbhələrdə vəziyyət Almaniya və onun müttəfiqlərinin əleyhinə dəyişdi. Almanlar və italyanlar şimali Afrikada məğlub edilmiş, Stalinqrad ətrafında ağır məğlubiyyətə uğramış almanlar geri çəkilməyə başlamışdılar. 1943-cü ilin yanvarında Almaniya və müttəfiqlərinə qarşı vuruşuna dövlətlər Kasablanka konfransında toplandılar. Konfransda Türkiyənin də müharibəyə qoşulmasının vacibliyi və bunun üçün əldən gələn hər şeyin edilməsi vurğulanmışdı. Bu konfransdan sonra Çörçil, həm də ABŞ prezidenti Rusveltin təmsilçisi olaraq,

“Türk ordusunun müasir silahlarla təchiz edilməsinin yollarını müzakirə etəm” üçün Türkiyəyə gəlmişdi. 30-31 yanvar 1943-cü ildə Adanada Türkiyə resp-sı prezidentinin qatarında Çörçil, İnönü və Saraçoğlu arasında danışıqlar aparılmışdı. Çörçil yaxın vaxtlarda Türkiyənin Almaniyaya müharibə elan etməsinin vacibliyini vurğulamışdı. Türk tərəfi isə almanların orta şərqdəki neft mənbələrini ələ keçirmək üçün ani hücum edə iləcəklərini, Türkiyənin təcəlili silah, sursat və hərbi ləvazımata ehtiyacı olduğunu bildirmiş və SSRİ barədəki narahatlıqlarını dilə gətirmişdilər. Türklər SSRİ-nin ərazi iddiaları və ərazilər üzərində müştərək haqq iddiaları ilə çıxış edə biləcəklərini də Çörçilin diqqətinə çatdırmışdılar.

1943-cü ilin fevralında Moskvada türk-sovet danışıqları başladı. Türk diplomatın birlikdə dostluq bəyanatı vermə təklifi Molotov tərəfindən qəbul edilmədi. Molotov türk tərəfinə həm də İngiltərənin müharibə sonrası dövr üçün SSRİ ilə nəzərdə tutulan əməkdaşlıq planını bütünlüklə qəbul etmədiklərini bildirmişdi. Sovetlər Türkiyəyə SSRİ ilə əlaqələrin İngiltərədən ayrı olaraq, yəni ingilis müttəfiqi kimi deyil, birbaşa “Türk-Sovet” əlaqələri formasında qurulmasının vacibliyinə işarə etmişdilər. Lakin Türkiyə SSRİ-nin bu təklifinə müsbət cavab vermədi. 13 oktyabr 1943-də Moskvada müttəfiq dövlətlərin Xİ nazirlərinin konfransında Türkiyənin müharibədə oynayacağı rol da müzakirə edilmişdi.

5-6 noyabr 1943-də ingilis və türk xarici işlər nazirləri Qahirədə görüşdülər. Bu I Qahirə konfansında İngiltərə türk tərəfinə Egeydəki adalarda almanlara qarşı hərbi əməliyyatlarda hava qüvvələrindən istifadə edə bilmədikləri üçün çox çətinlik çəkdiklərini, Türkiyənin öz hərbi aerodromlarını ingilis təyyarələri üçün açmalı olduğunu

Page 30: Turkiyenin Xarici Siyaseti Muhazireler

30bildirmişdi. Bu Türkiyənin faktiki olaraq müharibəyə qoşulması demək olduğu üçün bu təklif qəbul olunmadı.

1943-cü ilin noyabrında keçirilən Tehran konfransında da əsas mövzulardan biri Türkiyənin müharibəyə qoşulması olmuşdu. Stalin burada lazım gəlsə Türkiyənin zorla müharibəyə cəlb edilməli olduğunu bildirmişdi. 4-6 dekabr 1943-cü ildə II Qahirə konfarnsı keçirildi. Bu dəfə konfransda ABŞ prezidenti Ruzvelt, İngiltərə başnaziri Çörçil və Türkiyə prezidenti İnönü iştirak edirdi. Müttəfiqlər yenidən hərbi hava qüvvələrinin Türkiyənin hava limanlarından istifadəsini və bu ilin sonuna qədər Tükiyənin Almaniyaya müharibə elan etməsini tələb etdilər. 15 fevral 1944-də ingilis və amerikan təyyarələrinin Türkiyənin hava sahəsindən və bazalarından istifadə edəcəklərini, Türkiyənin buna imkan verməyəcəyi təqdirdə nəticəsinin çox ağır olacağını bildirdilər. İnönü müttəfiqlərin verdikləri vədlərə əməl etmədiklərini, Adana konfansında vəd edilən silah və sursatın indiyə qədər cəmi 4%-nin Türkiyəyə çatdırıldığını, türk ordusunun zirehli texnika, top və təyyarələrə ehtiyacı olduğunu, bunların təmin edilmədiyi halda Türkiyənin müharibəyə qoşulmasını tələb etmənin ədalətsizk olduğunu müttəfiqlərə bildirmişdi. Çörçil və Ruzvelt türk ordusunun tam təchiz ediləcəyi vədini verdilər.

1944-cü ilin yanvar ayında tərəflər arasında hərbi kömək mövzusunda danışıqlar aparılmağa başlanmış, lakin fevralın 3-də danışıqlar anidən kəsilmiş və danışıqları aparan ingilis hərbi heyəti Ankaranı tərk etmişdi. İngiltərə və ABŞ Türkiyəyə qarşı münasibətlərini sərtləşdirdilər. 1944-cü ilin fevralında Türkiyədəki bütün ingilis mühəndislər, texniki işçilər və hərbi məsləhətçilər ölkəni tərk etdilər. Misirdəki ingilis hərbi hava bazasında təlim keçən türk pilotlar

ölkələrinə geri göndərildilər. ABŞ və İngiltərə Türkiyəyə göndərdikləri hərbi yardımı 1944-cü ilin martında tamamilə kəsdilər. Türkiyə bütün siyasi və diplomatik kanallardan dərhal Almaniyaya müharibə elan etməyə məcbur edildi və ağır təzyiq göstərildi. Təzyiqlər qarşısında Türkiyə geri addım atmalı oldu və 02 avqust 1944-cü ildə Almaniya ilə olan bütün əlaqələrini kəsdi. Oktyabr ayında Almaniya on iki adanı tərk edəcəklərini və Türkiyənin dərhal sonra gəlib bu adaları zəbt edə biləcəyini bildirdi. Lakin bu təklif ingilis maneəsi ilə qarşılaşdı. İngiltərə Türkiyəyə “müharibədə iştirak edən tərəf olmadığınız üçün adaları işğal edə bilməzsiniz, adalar bizə baza olaraq lazımdır, biz işğal edəcəyik” mesajını göndərdi. Bu vaxt SSRİ Montrö müqaviləsinin dəyişdirilməsini yenidən gündəmə gətirmiş və Yalta konfransında (fevral 1945) bu təklifini yenidən səsləndirmişdi. Lakin İngiltərə və ABŞ bunun mümkün olmadığını qətiyyətlə bildirmiş və bu mövzuda Türkiyəni dəstəkləmişdilər. İngiltərə Yalta konfransından sonra 1945-ci il aprelin 25-i San Fransiskoda konfrans keçiriləcəyini, bu konfransa isə 1 mart 1945 tarixindən əvvəl Almaniyaya müharibə elan etmiş ölkələrin iştirak edə biləcəyini bildirmişdi. Bu elandan sonra Türkiyə 23 fevral 1945-ci ildə Almaniya və Yaponiyaya müharibə elan etdi. 5 martda Türkiyə rəsmi olaraq San Fransisko konfransına dəvət edildi və beləcə BMT-nin qurucu üzvlərindən biri olma fürsətini əldə etdi.

Mövzu 7

A. II Dünya Müharibəsindən Sonrakı Dövrdə Bloklaşma

II dünya müharibəsi 1945-ci ilin mayında Avropada, sentyabrında da Asiyada sona çatmışdı. Müharibə müttəfiq dövlətlər və SSRİ-nin qələbəsi ilə bitsə də qalib dövlətlər olan İngiltərə və Fransa bu müharibədən xeyli zəifləmiş vəziyyətdə

Page 31: Turkiyenin Xarici Siyaseti Muhazireler

31çıxmışdılar. Orduları gücdən düşmüş, iqtisadiyyatlarına ağız zərbə dəymiş, infrastruktur əsaslı dərəcədə sıradan çıxmışdı. II dünya müharibəsindən nisbətən qazanclı çıxan iki dövlət var idi, ABŞ və SSRİ. ABŞ bütün müharibə boyu öz hərb sənayesinin işləməsinə, dayanmadan sifarişlər almasına nail olmuşdu. Bu ümumilikdə ölkə sənayesinin inkişaf etməsinə səbəb olmuşdu. Bundan başqa ölkə müharibədə iştirak etsə də ərazisində hərbi əməliyyatlar aparılmamış, beləcə dağıntı və sivil itkilərdən qurtulmuşdu. SSRİ-də vəziyyət eyni olmasa da bu ölkə də müharibənin qazanclı tərəfi idi. Ölkənin qərbi müharibə zonası olaraq dağıntı və sivil itkilərə məruz qalsa da hərb sənayesi daim işləmiş, qalib tərəf olaraq xeyli əsir, yəni ucuz iş qüvvəsi əldə etmiş, bütün şərqi və mərkəzi Avropaya qoşun yeritmişdi. Üstəlik Türkiyə, Yunanıstan və İranı da zəbt etmək həvəsinə düşmüşdü. Polşa, Rumıniya, Çexoslovakiya, Bolqarıstan, Macarstan, şərqi Almaniya, Albaniya və Yuqoslaviya rus ordusunun nəzarətinə keçmişdi. SSRİ bu ölkələrdə kommunist rejimləri hakimiyyəət gətirdi. 5 oktyabr 1947-ci ildə Almaniyada SSRİ dünya ölkələri kommunist partiyalarının qurultayını çağırmış və burada “Kominform”un qurulduğu elan edilmişdi. Bununla da rəsmi olaraq blolklarşmanın ilk addımı atılmışdı. Qərb, kapitalist ölkələri də təşkilatlanırdılar. Marşal planı tətbiq edilməyə başlanmış və Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) qurulmuşdu (aprel 1948). Buna cavab olaraq 5-8 yanvar 1949-cu ildə Moskvada SSRİ, Bolqarıstan, Çexoslovakiya, Macarstan, Polşa və Rumıniyanın iştirakı ilə keçirilən iclasda Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası (QİYŞ) quruldu. Sonrakı illərdə bu şuraya Almaniya Demokratik Respublikası (ADR), Albaniya, Kuba və Monqolstan da qoşulmuşdular. 1949-cu ildə Çində kommunistlərin hakimiyyəti ələ keçirmələri ilə kommunist birliyinin ərazisi daha da böyüdü. İqtisadi və siyasi

əməkdaşlığın ardından SSRİ adı çəkilən dövlətlərin hərbi ittifaqını da qurmuşdu. 14 may 1955-ci ildə NATO-nun əleyhinə olaraq SSRİ, Albaniya (1968-də çıxmışdı), ADR, Bolqarıstan, Macarstan, Polşa, Rumıniya və Çexoslovakiya “Varşava Müqaviləsi”ndə birləşdilər. Bu hərbi pakt “şərq bloku” kimi tanınırdı.

II dünya müharibəsindən əvvəlki dövrdə İngiltərə qərb dövlətləri arasında daha aktiv xarici siyasəti ilə seçilir və qərbin lideri hesab olunurdu. Lakin II dünya müharibəsi bu dövlətə əvvəlki mövqeyini qoruyub saxlamağa imkan vermirdi. Çörçil öz ölkəsində SSRİ-nin ekspansiya siyasətinə qarşı müqavimət göstərəcək gücü görmürdü. 1946-cı ilin 5 aprelində Missuri ştatında keçirilən bir iclasda Çörçil ilk dəfə “dəmir pərdə” (iron curtain) sözünü işlətmiş və Sovet Rusiyanın qarşısının alınmasının vacibliyini vurğulamışdı. İngiltərə qərbin liderliyini könüllü şəkildə ABŞ-a təhvil vermək niyyətini də açıqlamışdı. ABŞ I dünya müharibəsindən sonra olduğu kimi bu dəfə də öz qitəsinə çəkilərək “özünütəcrid” siyasətinə qayıtmaq istəyirdi. Lakin bunun SSRİ qarşısında dünya siyasi arenasını boş qoymaq olacağını bildiyi üçün bu fikirdən daşındı. ABŞ prezidenti Truman 12 mart 1947-ci ildə konqresə verdiyi bəyanatında “ABŞ-nın xarici təzyiqlərlə üzləşən hürriyətpərvər xalqları dəstəkləmək siyasətini mənimsəməli olduğunu” bildirmişdi. Kommunizmə qarşı “çəpər” çəkin bu siyasət “Truman doktrinası” kimi tanınmışdı. 1947-ci ilin mayında ABŞ parlamentinin hər iki palatasında “Yunanıstan və Türkiyəyə Kömək Haqqında” qanun təsdiq edildi. Bu qanun çərçivəsində ABŞ Yunanıstana 300 milyon $, Türkiyəyə də 100 milyon $ yardım edilməsi nəzərdə tutulmuşdu. “Truman doktrinası” ilə dünyanın iki bloka ayrılması qəti olaraq müəyyənləşdi və Sovet-Amerikan mübarizəsinin, başqa adla “Soyuq müharibə”nin başlanğıcı qoyulmuş oldu. Lakin sadəcə

Page 32: Turkiyenin Xarici Siyaseti Muhazireler

32Amerikanın hərbi, iqtisadi yardımı ilə bu işin öhdəsindən gəlmək çətin olardı. ABŞ Xİ naziri Corc Marşal (George Marshall) 5 iyun 1947-ci ildə bəzi təkliflərlə çıxış etdi. “Marshall planı” adı ilə tanınan bu təklif paketi ABŞ-ın köməyi ilə yanaşı Avropa dövlətlərinin də öz aralarında qarşılıqlı yardımlaşmasını nəzərdə tuturdu. Bu plandan ilham alınaraq 16 aprel 1948-ci ildə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (OEEC) quruldu. Qərb, kapitalist dövlətlərinin iqtisadi və siyasi əməkdaşlığını hərbi ittifaqla daha da möhkəmlətmək məqsədi ilə ABŞ-nın liderliyində İngiltərə, Fransa, Hollandiya, Lüksemburq, Norveç, Danimarka, İslandiya, Portuqaliya, İtaliya və Kanada arasında 4 aprel 1949-cu ildə Vaşinqtonda “Şimal Atlantik Müqaviləsi Təşkilatı” (NATO: North Atlantic Treaty Organization) quruldu. 5 may 1949-cu ildə 10 Avropa dövləti İngiltərə, Fransa, İtaliya, Belçika, Hollandiya, Lüksemburq, Danimarka, İrlandiya, İsveç və Norveç Londonda “Avropa Şurası”nı qurdular. Sonrakı illərdə Türkiyə, Yunanıstan, Avstriya, Almaniya Federativ Respublikası (AFR) və s. dövlətlərin qoşulması ilə AŞ-na üzv ölkələrin sayı 23 yüksəlmişdi.

B. SSRİ İlə Siyasi Əlaqələr

Hələ müharibədən əvvəl Türkiyəyə bəzi qəbul edilməsi müşkül olan təkliflər edən SSRİ bu mövqeyindən II dünya müharibəsindən sonra da əl çəkməmişdi. Əksinə, müharibədən qalib ölkə kimi çıxan SSRİ bu kimi tələblərini daha da sərt dilə gətirməyə başlamışdı. 1945-ci ilin martında Molotov öz ölkəsinə gedən Türkiyənin Moskvadakı səfiri Səlim Sarperə SSRİ-nin, dəyişmiş beynəlxalq siyasi vəziyyətin tələblərinə uyğun olaraq, 17 dekabr 1925-ci il türk-sovet dostluq və məkdaşlıq müqaviləsini artıq tanımadığını bildirmişdi. Türkiyə SSRİ ilə siyasi əlaqələrini illərdən bəri bu

müqaviləyə əsasən formalaşdırırdı. Buna görə də 7 aprel 1945-ci ildə Türkiyə SSRİ-dən bundan sonrakı dövr üçün hansı təklifləri olduğunu öyrənmək istədi. 7 iyunda SSRİ Xİ nazirliyi Türkiyənin əgər bundan sonra da SSRİ ilə əlaqələrinin yaxşı səviyyədə olmasını istəyirsə aşağıdakı tələblərə müsbət cavab verməli olduğunu bildirmişdi:

1-16 mart 1921-ci il müqaviləsi ilə müəyyənləşdirilmiş Türk-Sovet sərhədlərində SSRİ-nin lehinə olmaqla dəyişikliklər etmək.

2-Boğazların müdafiə işinin Türkiyə ilə SSRİ-nin müştərək təşkil etməsi. Bunun üçün boğazlar ətrafında SSRİ-yə quru və dəniz hərbi bazalarının verilməsi.

3-SSRİ-nin lehinə olmaqla Montrö müqaviləsində dəyişikliklər edilməsi.

Səlim Sarpər Molotova cavabında ilk iki tələbin qəti surətdə qəbul edilməyəcəyini, Montrö müqaviləsinin isə iki tərəfli deyil, çox tərəfli, yəni beynəlxalq müqavilə olduğu üçün Türkiyə və ya SSRİ-nin bu müqavilədə hər hansı bir dəyişiklik etmək hüququna sahib olmadığını bildirmişdi. Bu cavabdan sonra SSRİ Türkiyəyə ağır siyasi təzyiq göstərməyə və açıq-aşkar Qars və Ərdahan vilayətlərinin SSRİ-yə verilməsini tələb etməyə başladı. 8 avqust 1946-cı ildə SSRİ Ankaraya nota göndərərək Türkiyənin II dünya müharibəsində boğazlar üzərindəki nəzarət hüququndan sui-istifadə etdiyini, Montrö müqaviləsinin şərtlərini pozduğunu, Almaniya və müttəfiqlərinin hərb gəmilərinin keçişinə izn verdiyini bildirir və boğazların statusunun yenidən müzakirə edilməli olduğunu vurğulayırdı. 22 avqustda Türkiyə də notaya nota ilə cavab verdi. Türkiyə gəmilərin keçişi ilə bağlı Montrö müqaviləsində müəyyən dəyişikliklər edilməsinin mümkün olduğunu, lakin

Page 33: Turkiyenin Xarici Siyaseti Muhazireler

33boğazlar üzərində müştərək müdafiə hüququnun heç bir dövlətə verilməyəcəyini, Türkiyənin öz haqqlarından heç bir şəkildə əl çəkməyəcəyini bildirmişdi. Bununla da Ankara sovet təzyiqləri qarşısında geri addım atmayacağını göstərdi. İngiltərə və ABŞ isə heç bir şəkildə Montrö müqaviləsi mövzusunda “Türkiyəyə təzyiq göstərməyəcəklərini” bəyan etmişdilər. Həmin il 24 sentyabrda SSRİ yeni bir nota ilə istəklərini təkrarladı, 18 oktyabrda Türkiyə nota ilə eyni cavabı verdi. Bu dəfə İngiltərə və ABŞ Türkiyəyə daha açıq dəstək verdilər. 09 oktyabrda iki ölkə birlikdə Moskvaya nota verərək boğazlar üzərində sadəcə Türkiyənin nəzarətinə tərəfdar olduqlarını bildirdilər. Bu türk-sovet əlaqələrindəki gərginliyin üst səviyyəyə çıxmasına səbəb oldu. Bu gərginlik 1953-cü il, Stalinin ölümünə qədər davam etdi.

C. ABŞ və Avropa İlə Siyasi Əlaqələr

SSRİ-nin boğazlar məsələsində Türkiyəyə göstərdiyi təzyiqlər qarşısında bu ölkəni ən çox müdafiə edən xarici dövlət ABŞ olmuşdur. Daha doğrusu SSRİ-nin təzyiqləri qarşısında duruş gətirməsi üçün ehtiyac duyulan dəstək Amerika tərəfindən göstərilmişdir. ABŞ bu mövzuda Türkiyəni ilk dəfə Potsdam Konfransında (17 iyul-02 avqust 1945) müdafiə etmişdi. Real dəstək isə 1946-cı ildə görülmüşdür. Türkiyənin Vaşinqtondakı səfirinin cənazəsini vətən gətirmək bəhanəsi ilə bir amerikan təyyarədaşıyanı 5 aprel 1946-cı ildə İstanbul sahillərində lövbər salmışdı. Həmin gün ABŞ prezidenti H. Truman Orta şərqin ABŞ xarici siyasətindəki əhəmiyyətini vurğulayan nitq söyləmişdi. 1947-ci ilin mayından etibarən “Truman doktrinası” çərçivəsində ABŞ Türkiyəyə 100 milyon $ yardım etməyə başlamışdı. 1948-ci ildə isə Yunanıstanla birgə, Türkiyəyə 225 milyon $-lıq ikinci maliyyə yardımı göstərildi. 04 iyul 1948-də ABŞ ilə Türkiyə

arasında “İqtisadi Əməkdaşlıq Müqaviləsi” bağlandı. 1949-cu ildə Amerika Türkiyəyə sadəcə hərbi xərclər üçün 152,6 milyon $ yardım etmişdi. 08 avqust 1949-cu ildə Avropa Şurasının daimi mərkəzinə çevrilmiş Strasburqa dəvət edilən Türkiyə bu təşkilata üzv qəbul edilmişdi.