92
Körpələr Allahı Onun Vədləri vasitəsilə tanıya bilər əllif: Şirli Person Avropaya uyğunlaşma: Reyçel Boll (Original mətndən götürülən əlavə ideyalarla) Copyright © 2004, 2011 Child Evangelism Fellowship® Inc. Copyright © 2012 Общество Евангелизации Детей. Bütün hüquqlar qorunur. Müəllif hüquqlarının icazəsi ilə istifadə olunub. 117420 Moskva Nametkina küç. ev 15 əlaqə tel. (495) 719-79-36 [email protected] Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun Vədləri vasitəsilə tanıya bilər

Müəllif: Şirli PersonAvropaya uyğunlaşma: Reyçel Boll

(Original mətndən götürülən əlavə ideyalarla)

Copyright © 2004, 2011 Child Evangelism Fellowship® Inc.Copyright © 2012 Общество Евангелизации Детей. Bütün hüquqlar qorunur. Müəllif hüquqlarının icazəsi ilə istifadə olunub.

117420 MoskvaNametkina küç. ev 15

əlaqə tel. (495) 719-79-36

[email protected]

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Page 2: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

2

MündəricatMündəricat

Dərs Səhifə

Məktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir? 3Məktəbəqədər uşaqlar... Onlar necədir? 3Silsilə dərslərdən necə istifadə etmək olar? 4Körpələrin təlimatlandırılmasına dair məsləhətlər 4İki və üç yaşlı uşaqların təlimatlandırılması 6Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir? 7Körpələr və Xoş Müjdə 7Yapma (lepka) üçün xəmir, “gil”, alət və kostyumlar 8Məşğələlərin planlaşdırılması 9Dərslərin xülasəsi 10Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər 12Musiqiyə uyğun söz və hərəkətlər 13Ritm tutmaq 15

Dərs1 Allah gəmi tikməkdə Nuha kömək edir 17Dərs 2 Allah Nuhu və onun ailəsini xilas edir 27Dərs 3 Allah İbrahim və Saranı oğulla xeyir-dualandırır 37Dərs 4 Allah İshaqı həyat yoldaşı ilə xeyir-dualalndırır 47Dərs 5 Allah Qoliata qalib gəlməkdə Davuda kömək edir 57Dərs 6 Allah vədinə əməl etməkdə Davuda kömək edir 67

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 2-ci dərslər) 76Ayəni əzbərləmək üçün rəmzlər (3-cü və 4-cü dərslər) 77Ayəni əzbərləmək üçün rəmzlər (5-ci və 6-cı dərslər) 78Yaxalıq üçün qeyd olunmuş adların nümunəsi (1-6-cı dərslər) 79“Mənim üzümü çək” (1-ci dərs) 80“Yeməli gəmi” (1-ci dərs) 81“Hamı gəmiyə” (1-ci dərs) 82“Allah hər zaman Öz vədini yerinə yetirir” bukleti (2-ci dərs) 84Barmağa taxılan kuklalar (2-ci dərs) 86“Qiymətli daşı tap” (4-cü dərs) 86“Müjdə açarı” (3-cü dərs) 87“Quzunu sürüyə əlavə et” (5-ci dərs) 88“Davudun arfası” (5-ci dərs) 89“Mən Xilaskar İsa Məsihə güvənəndə” (5-ci dərs) 90“Allah yer üzündə hər şeyi, o cümlədən məni də yaratdı” (6-cı dərs) 91

Körpələri Məsihə necə yönəltməli............................................................................................... cilddəKörpələri Məsihə necə yönəltməli............................................................................................... cilddə

Page 3: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

3

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

Məktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir?Məktəbəqədər uşaqları öyrətmək nə üçün vacibdir?Siz yeni, yaxud təcrübəli müəllim olmağınızdan asılı olmayaraq, ən bəhrəli xidmətlərdən birinə - uşaqların təlimatlandırılmasına vaxtınızı və gücünüzü ayırmağa qərar vermisiniz! Məktəbəqədər uşaqları öyrətmək nə üçün belə vacibdir? Mütəxəssislər körpələrin biliyə daha açıq və həssas olduqları ilk beş-altı ili onların inkişafında mühüm rol oynadığını hesab edirlər. Uşaqları bilik, yaradıcılıq və qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə can atmasına formalaşdıran bu illər onların gələcək təhsilinə də öz təsirini göstərəcək. Əgər beş yaşına qədər uşaqların intellektual inkişafı yarıyadək tamamlanıbsa, onda Müqəddəs Kitabın həqiqətlərinın tədrisi onların ruhani və intellektual bünövrəsində çox vacib təməl olacaqdır.

Məktəbəqədər uşaqların ruhani inkişafına nəzər saldıqda, Müqəddəs Kitabın əsas həqiqətləri sadə və aydın şəkildə izah olunarsa, onlar böyük həvəslə mənimsəməyi bacarırlar. Bəzi körpələr İsa Məsihi Xilaskar kimi qəbul etməyə artıq hazır olurlar. Dərslərin təkrarlanması zamanı da onları öyrətməyi unutmayın. Uşaqlara düşünmək və fi kirlərini bildirmək üçün imkan yaradın. Körpələrin sizinlə, yəni müəllimlərlə münasibətləri, onların Allahla olan münasibətlərinə təsir edəcəyini unutmayın. Xidmətinizi Rəbbə həsr edin. Xidmətiniz barədə mətanətlə dua edin. Qoy sizin vasitənizlə Allahın məhəbbəti körpələrə izhar olunsun. Bu kitabda Müjdədəki həqiqətlərin sağlam əsasları, həyatdan gətirilən nümunələr, eləcə də müxtəlif dərslərdə söz, hərəkət və mahnılar vasitəsilə təkrar olunan həqiqətlərin tətbiqi izah olunur.

onlar

inan

ırlar

onlar

inan

ırlar

Körpələrin fi ziki inkişafına gəldikdə, onlarda böyük əzələlər inkişaf etdiyinə görə, çox oturmaq onların narahatçılığına səbəb olur. Onların hərəkəti və oynamağı üçün kifayət qədər yer və vaxt lazımdır. Körpələrə rəngarənglik və hər dərs vəziyyətində hərəkət lazımdır. Körpələrə Müqəddəs Kitab və həyat hekayələrini, izah olunmuş həqiqətləri səhnələşdirməyə imkan yaradın. Bu, onların hərəkət etməsinə və dərsin daha yaxşı mənimsənilməsinə şərait yaradacaq. Bu kitabda siz ruhani tədris üçün səhnəciklər, qafi yələnmə, həmçinin müxtəlif fəaliyyət üsulları tapa bilərsiniz. Mahnı və ayələrin əzbərlənməsi dərsin yaddaşda həkk olunmasına kömək edəcək.

onlar

oyna

yırlar

onlar

oyna

yırlar

İntellektual inkişafa gəldikdə isə, məktəbəqədər uşaqlar tez-tez sual verir, müşahidə edir və daima öyrənirlər. Öyrənmək onların xoşuna gəlir. Onlar bunu beş duyğu vasitəsilə həyata keçirirlər. Körpələrin hislərinə toxunan və tədris prosesində böyük fayda əldə etməyə imkan yaradan müxtəlif üsul və vasitələrdən istifadə etmək vacibdir. Bunu da qeyd etməliyik ki, məktəbəqədər uşaqlar hər şeyi hərfi qəbul edirlər. Buna görə də onların sadə və aydın terminologiyaya, yəni özündə hərfi məna daşıyan sözlərə ehtiyacları var. Amma bu, o demək deyil ki, siz heç də mürəkkəb sözlərdən istifadə etməməlisiniz. Körpələri bəlkə də başqa yerdə eşitməyəcəkləri Müqəddəs Kitab terminləri ilə tanış etmək vacibdir. Məsələn: günah, Xilaskar və səcdə kimi sözlərlə. Bu kitabda xüsusi diqqətlə seçilmiş sözlər və izahlar, həmçinin uşaqların beş duyğu hissinə toxunan müxtəlif üsul və vasitələr istifadə olunub.

hər ş

eylə

maraq

lanan

hər ş

eylə

maraq

lanan

İctimai baxımından uşaqlar dünyanı yalnız onların özlərinin və ehtiyaclarının ətrafında dövredən aləm kimi təsəvvür edirlər. Körpələrin dünyagörüşü yalnız onların təsvir etdiyi şəxsinöqteyi-nəzərlə məhdudlaşıb. Ona görə də rəqabətlərdən qaçmağa çalışın və onların fərdisəylərini tərifl əyin. Bu kitabda təklif olunan salamlaşma ideyaları dərsi mənimsəmək üçüntəkrar oyunlar və yaradıcılıq fəaliyyətləri məktəbəqədər uşaqlara dərsin məqsədinə rəqabətsizşəkildə çatmağa imkan verir.

eqois

tdirlə

req

oistdi

rlər

Emosional baxımdan məktəbəqədər uşaqlar asanlıqla küsürlər. Onların hisləri tez-tez özünü büruzə verir. Təhlükəsizlik, məhəbbət və mənsubiyyət mühiti yaradın. Onların xüsusiyyətləri, böyümək və öyrənmək səyləri haqqında müsbət şərhlər əsasında körpələrdə özünüqiymətləndirmə xüsusiyyətini formalaşdırmağa çalışın. Məktəbəqədər uşaqlar sadəlövh olduqları üçün onlarla səmimi və dürüst davranın. Söz və vədlərinizi həyata keçirməyə çalışın, müntəzəmliyə yol verin. Belə etməklə, siz qarşılıqlı etibarlı münasibət yaradacaqsınız. Bu kitabdakı izah edilmiş dərslərin məqsədi, əsas həqiqətlər və onların tətbiqi məktəbəqədər uşaqları birbaşa təhlükəsizlik və sevgi mənbəyinə, yəni İsa Məsihlə şəxsi ünsiyyətə yönəldəcək.

tez in

ciyən

tez in

ciyən

Məktəbəqədər uşaqlar... onlar necədir?Məktəbəqədər uşaqlar... onlar necədir?

Page 4: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

4

Körpələrin təlimatlandırılmasına dair məsləhətlərKörpələrin təlimatlandırılmasına dair məsləhətlərYaxşı hazırlaşmaq və məşğələni təşkil etmək vacibdirYaxşı hazırlaşmaq və məşğələni təşkil etmək vacibdir♦ Dərs və məşğələnin planını yaxşı mənimsəyin♦ Vaxtı düzgün planlaşdırın♦ Məşğələnin yazılı şəkildə planını hazırlayın və ona

əsasən fəaliyyət göstərin.♦ Materialları səhmana salın♦ Hər şeyə hazır olun. Siz mütləq qrupunuzdakı

uşaqların ehtiyaclarına cavab verməlisiniz.♦ Bütün çətinlik və sürprizlərə hazır olun!

Dərsdən qabaq vaxtı planlaşdırınDərsdən qabaq vaxtı planlaşdırınUşaqlar gəlməzdən əvvəl siz sinifdə olmalısınız. Bu, sizə dərsi yaxşı tədris etməyə, həmçinin təhlükəsizlik mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton, yaxud plastik materiallardan (yumşaq, elastik plastik boru materiallardan) hazırlamaq və sancaq və ya ikitərəfl i yapışqandan istifadə etməklə bərkitmək mümkündür. Həmçinin, şəkilli kitabların boyanmasını, audio-hekayələri və ya musiqiləri hazırlayın. Bu cür fəaliyyət növünü otağın hər bir yerində təşkil

etmək olar. Hazırlanmışfəaliyyət növləri dərsin əsas məqsədini vurğulamalı və ötən dərsin təkrarlanmasına kömək etməlidir.

“Salamlaşma” hissəsində olan məsləhətlər dərs qabağı məşğələlər üçün təyin olunub. Bu məsləhətlər çox effektli və sadədir. Həmçinin uzun hazırlaşma prosesi tələb etmir. Həmişə planlaşdırılmış fəaliyyət növlərinin olması çox yaxşıdır. Lakin bəzən dərslərdən qabaq uşaqlarla ünsiyyət daha yaxşı nəticə verə bilər.

Dərsləri müəyyən nizamla hazırlayınDərsləri müəyyən nizamla hazırlayınDərsləri nizamlamaq və dərsin hansı bölümündə otağın hər hansı bir yerində nə ilə məşğul olacağınızı öncədən müəyyənləşdirmək vacibdir. Uşaqlar, onları nə gözləyəcəyini biləndə, özlərini təhlükəsiz hiss edirlər. Təklif olunan nizam qaydaları hər dərsin əvvəlində qeyd olunur. Hazırladığınız plan üzrə hərəkət edin. Lakin uşaqların fəaliyyət növlərinə necə yanaşdığına diqqət edin və hər dərsi buna uyğunlaşdırın. Təhlükəsizlik mühiti və maraq dairəsi yaradan dərsin dəyişməz hissəsi əvvəldə və sonda mahnılardan, uşaqların əyləşə biləcəyi xüsusi poleuritan xalçalardan, müxtəlif fəaliyyət növləri ilə məşğul olmaq üçün

Silsilə dərslərdən necə istifadə etmək olarSilsilə dərslərdən necə istifadə etmək olarƏlinizdə tədris üçün materiallar silsiləsindən bir nüsxə var. Bu materiallar Müjdə Uşaq İctimaiyyəti tərəfi ndən dərc olunub. Kitabın adında olduğu kimi məktəbəqədər uşaqların Allahı tanıyacaqlarına əminik! Məşğələlər keçirtmək üçün bu dərslik bütün lazım olan məlumatları özündə cəmləşdirir. Burada dərslərin tam mətni göstərilib. Şəkillərin əks tərəfi ndə də siz mətnlərə rast gələ bilərsiniz. Yeni dərs tədris etməyə başlamısınızsa, onda şəkillərin əks tərəfi ndəki mətnlər özünüzü daha rahat hiss etməyə sizə kömək edəcək. Lakin mətni vərəqdən oxumağa çalışmayın. Diqqətinizi uşaqlara yönəldin. Oxunmuş deyil, sadə dildə izah olunmuş dərslər uşaqlar üçün maraqlı olacaq. Daha təcrübəli müəllimlər yəqin ki, əyani vəsaitləri uşaqların diqqət mərkəzində olması üçün püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə qoyaraq, əllərində açıq Müqəddəs Kitabla dərsi tədris etməyə üstünlük verə bilərlər.

Əyani vəsaitlər püpitr üzərinə yerləşdirilərsə, onda bu, müəllimə dərs daxilində müxtəlif fəaliyyət növlərindən istifadə etməyə kömək edəcək. Uşaqların fəal iştirak etmələri üçün hər bir dərsə çoxlu maraqlı ideyalar daxildir: səhnəcik, hərəkətli qafi yələnmə və mahnılar. Qrupunuzdakı uşaqların ehtiyaclarını unutmayın. Və uşaqlarınız üçün daha rahat anlaşılan ideyaları seçin.

Bu kitabda siz fəaliyyətin bir növünü əks etdirənnövbəti rəmzlərə rast gələcəksiniz:

Mahnı Səhnəcik Hərəkətliqafi yələnmə

Page 5: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

5

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

otağın müəyyən hissələrindən (məsələn, hekayə, mahnı və əl işləri üçün ayrılmış müəyyən künclər), (hərəkətli və hərəkətsiz) qafi yələnmələrdən ibarət ola bilər.

Uşaqların dərs vaxtı hərəkətdə olmasınaUşaqların dərs vaxtı hərəkətdə olmasınaçalışınçalışın

♦ Kömək. Uşaqlara əyani və digər vəsaitləri əllərində saxlamağa və dərslikləri başqalarına paylamağa imkan yaradın.

♦ Səhnəciklər. Dərsdə olan hekayələri səhnələşdirmək uşaqların çox xoşuna gəlir.

♦ Dua. Dərs zamanı uşaqlara müəyyən bir ehtiyaca görə dua etməyi təklif edin.

♦ Hərəkətli mahnı və qafi yələnmələr. Hərəkətli mahnı və qafi yələnmələr oxuyun

♦ Suallar. Həm tədris, həm də təkrar vaxtı suallar verin. Uşaqların da suallarına cavab verməyə vaxt ayırın.

Duyğu hislərinin fəaliyyətdə olmasınaDuyğu hislərinin fəaliyyətdə olmasınaşərait yaradın.şərait yaradın.

Məktəbəqədər uşaqlar duyğu orqanları vasitəsilə yeni məlumatlar əldə edirlər. Buna görə də ən effektli tədris üsulu kimi görmə, eşitmə, dadbilmə, iybilmə və toxunma duyğu orqanlarından istifadə olunur. Müqəddəs Kitab dərsini hazırlayarkən hekayədəki qəhrəman olsaydınız hansı duyğu orqanınızın fəaliyyətdə olacağını düşünün. Həmin an nə görər, yaxud nə eşidərdiniz? Nə qoxulayar və nə dadardınız? Bəlkə də hansısa əşyalara toxunardınız? Özünüzə bu cür suallar verin. Bu suallar yaradıcılıq baxımından sizə dərsə nə gətirəcəyinizə kömək edəcək. Bir neçə nümunəyə baxaq...

♦ Görmə. İstifadə etdiyiniz əyani vəsaitlər haqqında danışın və uşaqlardan nə gördüklərini soruşun.

♦ Eşitmə. Dərsdəki qəhrəmanların surətini təsvir edərkən səslənmədən istifadə edin. Uşaqlara eyni səsləri və dialoqları təkrarlamağa icazə verin. Dərsi mahnılar vasitəsilə möhkəmləndirin.

♦ İybilmə. Dərsə aid olan və qoxulamaq mümkün olan əşyalardan istifadə edin (məsələn, ərzaq, ədviyyat, ətirlər). Həmçinin uşaqlara sanki ətir qoxuduqlarına imkan yaradın (məsələn, bişirilən yemək, çiçək və heyvanlar).

♦ Dadbilmə. Uşaqlara dərsdə adları çəkilən ərzaqları və başqa xalqlara məxsus milli ərzaqları dadmağa imkan verin.

♦ Toxunma. Dərslə əlaqədar uşaqların toxuna biləcəyi təhlükəsiz əşyaları hazırlayın. Bu, müxtəlif

fi qurlar, teksturalar (süxurların quruluşundakıxarici əlamətlər) və təbiət materialları ola bilər. Eləcə də uşaqlara dərsə aid əyani vəsaitləri, mahnı,ayə

və təkrarlama üçün oyunlar kitabçalarını sizə saxlamağa kömək etməyə izn verin.

Müxtəlif əyani vəsaitlərdən istifadə edinMüxtəlif əyani vəsaitlərdən istifadə edinMüxtəlif formalı, ölçülü, rəngli əyani vəsait və əşyalardan istifadə edin. Mahnı və ayələr lövhəciklərini müxtəlif üsullarla hazırlamaq olar...

♦ Lövhəcikləri çubuğa bərkitmək olar.♦ Onun əks tərəfi nə kiçik maqnit bərkidin ki,

maqnitləşmiş lövhəcikdə əyani vəsaiti yerləşdirmək mümkün olsun

♦ İp üzərində əyani vəsaiti düzmək üçün sıxaclardan istifadə edin.

♦ Əyani vəsaitləri cib üçün nəzərdə tutulmuş lövhəciklərdə yerləşdirin.

♦ Dərsliyi fl anel lövhənin üzərinə yapışdırmaq üçün məxmər kağız, yaxud kağız dəsmalların qalıqlarından istifadə edin.

Dərsləri musiqinin müşayiəti ilə tədris edinDərsləri musiqinin müşayiəti ilə tədris edinMusiqi diqqəti yayınmış dinləyicinin marağını yenidən bərpa etməyə imkan yaradır. Uşaqlarla mahnını əzbərdən öyrənmək elə də vacib deyil. Sadəcə olaraq zümzümə edin. Uşaqlar dinləyərkən mahnını əzbərləyəcəklər. Hətta, sizin musiqi duyumunuz olmasa belə, dərs vaxtı bir neçə mahnı oxuyun. Əksər hallarda uşaqlar nəinki başqa şeyləri, mahnıları daha tez öyrənir.

Tez-tez təkrar edinTez-tez təkrar edinƏsas həqiqəti müxtəlif üsullarla vurğulayın və möhkəmləndirin. Təkrarlar üçün oyun, mahnı, səhnəcik, əl işləri və əyani dərslər hazırlayın. Siz həmçinin uşaqlara əyani vəsaitlər vasitəsilə dərsliyim nəql etməyə imkan yarada bilərsiniz.

Dostpərvər olunDostpərvər olunGülümsəməyi unutmayın. Uşaqlara müraciət edərkən, onların nəzərində eyni səviyyədə olmaq üçün əyləşin. Hər bir uşağa şəxsən adları ilə müraciət edin. Bütün uşaqlara bir şəxsiyyət kimi maraq göstərin. Səbirli olun. Tərifl əmək və ruhlandırmağa can atın.

Page 6: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

6

Nizam-intizamı qorumaqda müntəzəm olunNizam-intizamı qorumaqda müntəzəm olunSevgi göstərin, eyni zamanda münasibətlərinizdə möhkəm və real olun. Unutmayın ki, məktəbəqədər uşaqlara daha çox hərəkətdə olmaq və danışmaq üçün imkan yaratmaq lazımdır. İstənilən halda nizam-intizamda problem yaranarkən ehtiyatlı olun: uşağın şəxsiyyətinə deyil, davranışına nəzarət etməyə çalışın (problem onun şəxsiyyətində deyil, onun düzgün olmayan davranışında yaranır).

Dərsə yaxşı hazırlığın və fəal qarşılıqlı əlaqənin bir çox problemlərdən yan keçməyə imkan yaratdığını yadda saxlayın.

♦ Qaydaları aydın müəyyən edin və onlara ciddi riayət edin. Hər dərsin əvvəlində qaydaları şifahi şəkildə xatırladın. Mümkünsə bunu daha sonra əyani vasitələrlə də tətbiq edin. Nə qədər insanın bu və ya digər fəaliyyət növü ilə məşğul ola biləcəyini müəyyən edin.

♦ Tələblərinizi müsbət nöqteyi-nəzərindən izah edin: uşaqlara qadağalarla yanaşı məşğul ola

biləcəkləri şeyləri də söyləyin. “Belə etmək olmaz!” əvəzinə “Ya bunu, ya da onu et” deyin.

♦ Uşaq sözə baxmaq istəməyəndə özünü düzgün aparmaq barədə fi kirləşməyə ona vaxt lazımdırmı deyə soruşun. Əgər belədirsə, onda ona bir neçə dəqiqə sakit oturmağa və düşünməyə imkan yaradın. (Bu vaxtı onun yaşına müvafi q olaraq müəyyən edin). Vaxt başa çatanda, ondan özünü yaxşı aparmağa hazır olub-olmadığını soruşun. Əgər hazırdırsa, onda o, digər uşaqlara qoşula bilər.

♦ Köməkçinizdən xahiş edin ki, sinfi dərsdən yayındıran uşağın yanında əyləşsin. Uşağın əlinə tez-tez toxunmaq onun diqqətinin cəmlənməsinə kömək edir.

İki-üç yaşlı körpələr öyrənməyə daha meylidirlər. Bəziləri bu dövrü “Kəşf dövrü” adlandırır. Lakin bu yaşdakı körpələrin başa düşmələri və dərk etmələri arasında böyük fərq ola bilər. Buna görə də hər bir uşağa qarşı diqqətli olun.

Dərsin planıDərsin planıTədris vaxtı hər iki-üç dəqiqədən bir müxtəlif fəaliyyət növlərindən istifadə edin.

Müqəddəs Kitabdan dərslikMüqəddəs Kitabdan dərslikDərsi tez-tez təkrarlayın! Bu yaşda uşaqlar (iki- dörd yaş arası), yeni dərsə keçməmişdən əvvəl eyni dərsi bir neçə dəfə dinləməyi xoşlayırlar.

MahnılarMahnılarBu dərsliyə iki və ya üç mahnı daxil edin. Dərs vaxtı hər mahnını bir neçə dəfə oxuyun. Əgər siz mahnı üçün ləvazimat istifadə edirsinizsə, onda mahnını hər dəfə oxuduğunuz vaxt bu ləvazimatı müxtəlif uşaqlara əllərində saxlamağa izn verin. Bütün uşaqlar həmin ləvazimatı əllərində saxlayanadək, mahnını oxumağa davam edin.

İki üç yaşlı körpələrə tədrisİki üç yaşlı körpələrə tədrisƏzbərləmək üçün ayəƏzbərləmək üçün ayə

Təkrar – körpələrə Müqəddəs Kitabdakı ayənin tədrisi üçün açardır. Addımbaaddım qısa cümlələrlə ayəni səsləndirin. Uşaqlar isə sizdən sonra təkrarlasın. Əgər qrupda uşaqların sayı çox deyilsə, onda hər bir uşağa ayəni təkrarlamasını söyləyin. Uşaqları ruhlandırmaq üçün onları yapışqanla (nakleyka) mükafatlandırmaq istəyiniz də yarana bilər. Bütün dərslik boyu bir ayənin üzərində çalışın ki, uşaqlar onu yaxşı əzbərləyə bilsinlər.

Müjdənin qısa izahıMüjdənin qısa izahıBu Müjdənin qısa izahını bütün seriyalarda istifadə edin. Hər simvolu sadə sözlərlə başa salın(vacib deyil rəngdir, və ya şəkildir), və qoy uşaqlar sizin arxanızca təkrarlasınlar. Müjdəni hər dərsin əvvəlində təkrar edin. Hər bir münasib vaxtda onu təkrar edin, mahnı oxuyanda və ya ayəni əzbərləyəndə. Hər dərsi Müjdəni izah etməklə qurtarın.

Page 7: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

7

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir?Körpələrin Məsihə yönəldilməsinin vacibliyi nədədir?Məktəbəqədər uşağın bağışlanma alması mümkündürmü? İsa Məsih dedi: “Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz” (Matta 18:3). İsa Məsih Ona “iman hər kəsə” məhdudiyyət qoymadan xilas vəd edib (Yəhya 3:16). O, “kiçiklərin” və onları büdrətməyin nə qədər təhlükəli olduğunu vurğulayırdı (Matta 18:6).

Şirli Vinser uşaqlara müjdələmək barədə uzun illər müəllimlər öyrətmiş və jurnal üçün məqalələr yazmışdı. Yaş həddinə görə cavabdehliyi o, Yaqubun məktubu 4:17 “... kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir” ayəyə əsaslandırırdı. Visner iddia edirdi ki, “Beş yaşına kimi hər bir uşaq artıq pisi yaxşıdan ayırd etməyi bacarır. Körpə erkən yaşlarından nəyi edib, nəyi etməməli olduğunu artıq dərk edir. Əks halda o, buna görə cəzalandırılacaq. Bu cür uşağın Allahın pis əməllərə görə cəzalandıracağını və günahdan xilas ola bilməyin mümkünlüyünü mənimsəməsi asandır”.

Statistika göstərir ki, imanlıların 85%-i Məsihi 4-14 yaş arası qəbul ediblər. Məşhur yazıçı və təbliğçı Coş Makdauel bu statistikaya əsasən belə deyib: “Ola bilsin ki, növbəti beş il ərzində bu rəqəm 95%-ə qədər qalxdı”. O, həmçinin güman edir ki, bu yaş həddi 4-dən 8-zə qədər azala bilər. Aydın görünür ki, uşaqlar hələ

körpə ikən onlara Məsih barədə müjdələməliyik. Çünki bunda böyük üstünlük var. Bir çox məsihçi xidmətçilər Məsihə çox kiçik yaşlarında iman edib. Məsələn, Korri Ten Bum Məsihə beş yaşında, d-r Ceyms Dobson və Emmi Karmaykl isə üç yaşında iman etmişdi.

Uşaqlara müjdələmək bizim ilk məqsədimiz olmalıdır. D-r Hovard Hendriks bu barədə belə söyləyir: “Hələ Məsihi dərk etməyən uşaqdan məsihçi kimi davranmağı gözləmək sanki ona gülmək kimidir. Müqəddəs Ruh insanın qəlbini doldurmayanadək, o, Allaha məqbul həyat yaşaya bilməz”.

Markın Müjdəsi 16:15-də İsa Məsihin “bütün bəşəriyyətə” müjdələməsi barəsində əmr etdiyini oxuyuruq. Deməli, bura uşaqlar da daxildir. Məşhur şotland tədqiqatçısı və missioner David Livinqston demişdir: “Bizim işimiz xüsusi yaş həddini vurğulamadan uşaqlarımıza günah və Xilaskar barədə danışmaqdır. Çünki Müqəddəs Ruh öz vaxtında günaha görə ifşa edəcək”.

Allah körpəni Özünə cəlb edə bilər. Siz körpənin Allahla ünsiyyət qura biləcəyinə şübhə edə bilərsiniz, ancaq Allahın körpə ilə ünsiyyət qurmasına şübhə etməyin!

Körpələr və Xoş MüjdəKörpələr və Xoş MüjdəMəktəbəqədər uşaqlarla işləyərkən, biz Müqəddəs Kitabın həqiqətlərini onlara anlayacağı tərzdə yavaş-yavaş dərk etdirməyə çalışırıq. Hər bir dərslik Müqəddəs Kitabdakı həqiqətlərin izahına, yaxud artıq öyrədilmiş həqiqətlərin dərinliyinə yönəlir. Beləliklə, uşaqlar nəinki Müjdənin əsas həqiqətlərini, həmçinin də digər həqiqətləri öyrənmiş olurlar. Körpələri öyrədərkən, onlara ruhanı həqiqətləri dərk etdirən və Məsihə yönəldən Müqəddəs Ruha yer verin. Lakin unutmayın ki, məktəbəqədər uşaqlar daha çox müəllimi razı salmağa çalışırlar. Buna görə də uşaqlarınızı məhz bu cür “inam etməkdən” yayındırın.

Əgər məktəbəqədər uşaq sizə sual verirsə, ona onun anlayacağı tərzdə cavab verin. Əgər cavab onu qane etməzsə, o, bu sualı sizə yenidən və ya sizə başqa bir sual vermiş olacaq. Uşağa heç bir təzyiq göstərmədən, onun hazır olduğu vaxtda sərbəst şəkildə imana gəlməsinə icazə verin.

Əgər uşaq Müjdəni dərk edib Rəbbə iman etmək istəyirsə, o zaman sizə “Körpəni Məsihə necə yönəltmək” səhifəsindəki xilas barədə suallar kömək edə biləcək. (Körpəni Məsihə necə yönəltmək” səhifəsinə bax.)

Page 8: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

8

rezın çəkə bilərsiniz. Nəticədə arfaya bənzəyən bir alət alınacaq.

♦ Şeypurun əvəzinə borucuqdan istifadə etmək olar.♦ Nağara əvəzinə konserv qabından istifadə etmək olar.♦ İki çubuq vasitəsilə körpələr ritm tuta bilər.♦ Həmçinin, dəri, yaxud lent kəmərcikdən olan

zınqırovdan istifadə etmək olar.♦ Plastik qabın kənarlarından deşiklər açıb

zınqırovların kəmərini onlara bərkitmək olar. Nəticədə, qaval alınacaq.

♦ İki cilalanmış çubuğun üzərinə sumbata kağızı yapışdırıb ritm tutmaq aləti kimi istifadə etmək olar.

Müqəddəs Kitabda qəhrəmanların libaslarıMüqəddəs Kitabda qəhrəmanların libaslarıAşağıda təsvir olunan örtükdən Müqəddəs Kitabda bəhs olunan həm kişi, həm də qadın rollarını ifa etmək olar. İstənilən parçadan istifadə edin, lakin ətəklərini kəsin. Uşaqlar üçün üç cür örtük düzəldin: balaca örtüyün ölçüsü – 60x120 sm, orta örtüyün ölçüsü 70x152 sm, böyük örtüyün ölçüsü isə 75x160 sm olsun. Böyüklər və ya yeniyetmələrə örtük hazırlamaq üçün, onlardan ölçü götürmək lazımdır. Beləcə, istədiyiniz ölçünü əldə etmiş olacaqsınız). Hər örtük üçün kəndirdən, yaxud parçadan kəmər düzəldin. Daha sadə libasları böyük kağız çantalardan hazırlamaq olar.Bunun üçün baş və qola görə oyuqlar açmaq lazımdır.

tikiş

tikiş

əymə əymə

kəsik

60 sm

120 sm

Yapma (lepka) üçün xəmir, “gil”, alət və libaslarYapma (lepka) üçün xəmir, “gil”, alət və libaslarYuxarıda adları qeyd olunanlar məktəbəqədər uşaqların oyun və tədrisi üçün lazım olan ləvazimatlardır. Dərsliyi əl işləri vasitəsilə təkrarlamaq üçün uşaqlar, dərslə bağlı duzlu xəmirdən (yapma üçün xəmir), yaxud “gildən” nümunələr düzəldə bilərlər. Ritmik alətlər ilahilər zamanı fəal iştirak etmək üçün ən yaxşı vasitədir. Libaslar isə uşaqlara rolları ifa etməkdə onları daha çox həvəsləndirir. Körpələr hansısa bir dərsliyi səhnələşdirə bilərlər.

Yapma (lepka) üçün xəmirYapma (lepka) üçün xəmir1 fi ncan adi un1,5 fi ncan duz2 xörək qaşığı çaxır daşı2 xörək qaşığı duru yağ1 fi ncan suda qarışdırılmış qida boyası

İstəyə görə əlavə inqrediyentlər: qida boyası, vanilin, darçın, yaxud digər ədviyyatlar; parıldayan bəzək şeylər (zərlər).

Bütün inqrediyentləri böyük bir qabda qarışdırın. Bütün bunları qaz pilətəsində aşağı istilikdə məhlul bərkiyənə qədər qarışdırın. Sonra məhlulu soyudub, onu elastik olana qədər qarışdırın.

Hazırlanmış məhlulu hava keçməyən qabda saxlayın. Məsələn, ağzı bağlanan plastik paket. Məhlulu paketini içinə qoymazdan əvvəl havasını çıxardın.

“Gil”“Gil”200 qr. qarğadalı unu 2 ¼ litr su400 qr. qida sodasıBütün bu inqrediyentləri orta ölçülü qabda qarışdırın. Qabı pilətənin üzərində orta istilikdə dayanmadan xəmir halını alana qədər qarışdırın. Sonra onu düz qaba töküb, üzərinə az miqdarda qarğıdalı unu əlavə edib yoğurun. Daha sonra isə xəmiri nəm dəsmal ilə, yaxud plastik paketlə örtün. Hazırlanmış xəmirdən fi qur düzəltmək üçün istifadə etmək olar. Hazır fi qurlar quruduqdan sonra, onları rəngləmək olar.

Ritmik alətlərRitmik alətlərSadə ritmik alətləri adi evdəki məişət əşyalarından düzəldə bilərsiniz. Onları yapışqanla, yaxud rəngli yapışqan lentlərlə və ya başqa vəsaitlərlə bəzəyə, parıltılı fl omasterlə, yaxud rəngli boyalarla rəngləyə bilərsiniz. (Alətləri ya dərslikdən öncə, ya da ki, uşaqlarla əl işi görərkən hazırlayın). İçinə düyü və paxla qoyduğunuz ritmik alətlərin qapaqlarını mütləq möhkəm yapışdırın.

♦ Balaca plastik qapaqlı qabların içinə düyü və noxud qoya bilərsiniz.

♦ Çox da böyük olmayan qapaqsız qutuların ağzına

Page 9: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

9

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

Məşğələlərin planlaşdırılmasıMəşğələlərin planlaşdırılması30-dəqiqəlik və ya 1-2 saatlıq (həftəlik, yaxud gündəlik) məşğələni planlaşdırmaq üçün, sizə cədvəl təklif edirik. Əgər siz həftədə bir dəfə dərs deyirsinizsə, fəaliyyətinizin növlərində seçiminiz geniş, lakin vaxtınız məhdud olacaq. Uşaq bağçasında dərs deyirsinizsə, əlavə ideya və vəsaitlərinizi tərbiyəçiyə ötürə bilərsiniz. O zaman dərsiniz daha bəhrəli olacaq. Əgər məşğələlərinizi məbəddə ibadət zamanı keçirsinizsə, bu ideyalar daha əlverişlidir. Əgər siz bazar ertəsindən cümə gününə qədər dərs deyirsinizsə, onda vaxtınıza uyğun olan üç plandan birini seçin. Məşğələ üçün sizə 30 dəqiqə vaxt verilibsə, cədvəldə olduğu kimi, Müqəddəs Kitabdan ayəni əzbərləmək və mövzunu keçmək üçün dərsi dörd günə bölün. Təkrarlamaq üçün ya həftənin sonunu, ya da gündəlik vaxt ayırmaq olar.

1-ci günBibliya ayəsi

2-ci günBibliya dərsi,

1-ci hissə

3-cü günBibliya dərsi,

2-ci hissə

4-cü günBibliya dərsi,

3-cü hissə

5-ci günTəkrarlama

Məşğələ cədvəliMəşğələ cədvəli(Əgər əlavələr yoxdursa, saat dəqiqələrə bölünüb).

Məşğələ bölümü 30 dəqiqə 1 saat 2 saat

Salamlaşma Dərsdənöncə

Dərsdənöncə

Dərsdənöncə

İlahilər - 5 5

Əzbərləmək üçün ayə 5 5 10

Bədənin açılışması üçünhərəkətlər*

5 5 5

Bibliya dərsi** 15 15 20

? Təkrar 5 5 10

Dua vaxtı - 5 5

Yemək vaxtı - - 10

Yaradıcılıq fəaliyyəti - 15 20

Əlavə fəaliyyətlər - - 25

Sağollaşma *** - 5 10

* məşğələnin bu hissəsində təklif olunan fəaliyyətlərdən istifadə edə bilər və ya əl hərəkətləri ilə nəğmə oxuya bilərsiniz.** Vaxtı nəzərə alaraq siz səhnələrdən istifadə edə bilərsiniz*** Uşaqlar valideynləri gözləyərkən, onlar sizə otağı yığışdırmağa kömək edə, ayəni təkrarlamağa və ya bir neçə ilahi

oxuya bilərlər.

Page 10: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

10

Dərs

likMər

kəzi

həqi

qət

Sala

mlaşm

aSə

cdə

Əzbə

rləmək

üçü

n ayə

Bədə

n hə

rəkə

tləri

Təkr

arla

ma

Müj

dəni

n qı

sa

izahı

Qafi

yə v

ə nəğ

mələ

rYa

radı

cılıq

aliy

yəti

Əlavə fəa

liyyə

tlər

(qafi

yələr

kur

sivlə

işarələn

ib)

(Biri

ni se

çin)

(Biri

ni seç

in)

Alla

h gə

mi

tikmək

də N

uha

kömək

edi

rYa

radı

lış

1:1,

31Ya

radı

lış 6

:5-7

:9Həv

arilə

rin iş

ləri

17:2

42

Pete

r 2:5

Alla

h hə

mişə

dedi

yi S

özü

yerinə

yetir

ir

“Mən

im

üzüm

ün

rəsm

ini çək

“Mən

Alla

tanı

ya

bilə

rəm

Dua

“Eht

iyat

la”

İanə

yığ

maq

“Çün

ki

Rəb

bin

adın

ı çağı

ran

hər

kəs x

ilas

olac

aq”

(Rom

alıla

ra

10:1

3)

Ayən

i əl

hərə

kətlə

ri ilə

öy

rəni

rik

“Mən

m

üxtə

lif

rəng

lər

görü

rəm

“Hey

vanl

arı

götü

r”R

omal

ılara

10

:13

“Alla

h dağl

arı

yara

dıb”

“Üçü

biri

ndə”

“Ona

vənə

cəm

”“M

ən M

üqəd

dəs

Kita

ba in

anıra

m”

“Nuh

un gəm

isi

vard

ı”

“Yem

əli

gəm

i”İş

vərəq

ləri

Yapm

a (le

pka)

üçü

n xə

mir

“Ham

ı gə

midə”

oy

unu

“Hey

vanl

ar

haqq

ında

ta

pmac

alar

Alla

h N

uhu

onun

ailə

sini

xi

las e

dir

Yara

dılış

6:5

-8:

22

Həv

arilə

rin iş

ləri

17:2

4

2 Pe

ter 2

:5

Alla

h İs

a Məs

ihə

iman

edən

ləri

xila

s et

məyə

vəd

verir

“Səs

ləri

tapm

aq

oyun

u”

“Mən

Alla

tanı

ya b

ilərə

m”

Dua

“Eht

iyat

la”

İanə

yığ

maq

(Rom

alıla

ra

10:1

3)

Təkr

arla

ma

Ayən

i əl

hərə

kətlə

ri ilə

öy

rəni

rik

“Apa

rıcın

ın

ardı

nca

təkr

arla

“Göy

qurşağı

tik

irik”

Rom

alıla

ra

10:1

3 (tə

krar

)

“Ona

vənə

cəm

”“E

htiy

atla

”“N

uhun

gəm

isi

vard

ı”“M

ən M

üqəd

dəs

Kita

ba in

anıra

m”

“Mən

Alla

tanı

ya b

ilərə

m”

“Üçü

biri

ndə”

“Alla

h hə

r za

man

Öz

vədi

ni y

erinə

yetir

ir”

İş vərəq

i

Y apm

a (le

pka)

üçü

n xə

mir

“Min

iatü

rdə

kukl

a te

atrı”

“Alq

ış

qurb

anga

tikiri

k”

Allah

İbra

him

i və

Sara

nı oğu

lla x

eyir-

duala

ndırı

r

Yara

dılış

12:

1-9

Yara

dılış

15:1

-6

Yara

dılış

17:1

6-19

Yara

dılış

18:1

-15

Yara

dılış

21:

1-7

Alla

h bü

tün

düny

aya

İbra

him

in

ailə

si

vasi

təsi

xeyi

r-dua

ve

rəcə

yini

d ed

ir

“Mən

im

əllə

rimə

bax”

“Mən

Alla

tanı

ya

bilə

rəm

Dua

“Eht

iyat

la”

İanə

yığ

maq

“Rəb

b xe

yirx

ahdı

r...

Ona

vənə

nlər

i ta

nıyı

r”

Nah

um 1

:7

Ayən

i oxu

yun

“Baş

la

çiyi

nlər

, di

zlə

topu

qlar

“Səy

ahətə

hazı

rlaşı

rıq”

“Müj

açar

ı”“O

na

güvə

nəcə

m”

“Müj

də a

çarı”

İş vərəq

i

Y apm

a (le

pka)

üçü

n xə

mir

Qul

aq a

smaq

zündən

«Q

” hə

rfi ni

zəldək

“Qırm

ızı işı

q,

yaşı

l işı

q”

Dərslərin xülasəsiDərslərin xülasəsi

Page 11: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

11

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

Dərs

likMər

kəzi

həqi

qət

Sala

mlaşm

aSə

cdə

Əzbə

rləmək

üçü

n ayə

Bədə

n hə

rəkə

tləri

Təkr

arla

ma

Müj

dəni

n qı

sa iz

ahı

Qafi

yələ

r və n

əğmələ

rYa

radı

cılıq

fəal

iyyə

tiƏl

avə fəa

liyyə

t

(qafi

yələr

kur

sivlə

işarələn

ib)

(Biri

ni se

çin)

(Biri

ni se

çin)

Alla

h İs

haqı

yat y

oldaşı

ilə

xey

ir-du

alan

dırır

Yara

dılış

24

Alla

h O

ndan

di

ləyə

nlərə

yol

göstərəcəy

inə

söz

verib

“Gəl

inci

k xoş

söz

deyi

r”“M

ən A

llahı

ta

nıya

bilə

rəm

”D

ua“E

htiy

atla

”İa

nə y

ığm

aq

Hah

um 1

:7

Təkr

ar

Ayən

i oxu

yun

“Baş

la

çiyi

nlər

, di

zlə

topu

qlar

“Dəvələr

i iç

izdi

r”“M

üjdə

aça

rı”

(təkr

ar)

“Bəzək

-düzək

ha

zırla

yırıq

İş vərəq

i

Yapm

a (le

pka)

üç

ün xəm

ir

“Buy

urun

təşə

kkür

ed

irəm

“Qiy

mət

li daşı

ta

p”

Alla

h Q

olya

ta q

alib

lmək

Dav

uda

kömək

edi

r

1Şam

uel

17:1

-52

Alla

h O

na

güvə

nənlərə

kömək

edəcəy

inə

dair

vəd

verir

“Mən

im

ayağ

ıma

bax”

“Mən

Alla

tanı

ya b

ilərə

m”

Dua

“Eht

iyat

la”

İanə

yığ

maq

“Qor

xduğ

um

an y

alnı

z Sə

güvə

nirə

m”

Zəbu

r 56:

3

Ayən

i əl

hərə

kətlə

ri ilə

öyrə

nirik

“Alla

h mən

im

ayaq

larım

ı ya

radı

b”

“Quz

unu

sürü

qayt

ar”

“Müj

rəsm

lərdə”

“Qar

a qu

zu”

“Ona

vənə

cəm

“Mən

Alla

tanı

ya b

ilərə

m”

“Bir,

iki,

üç-

Dav

uda

bax”

“Dav

udun

ar

fası

İş vərəq

i

Yapm

a (le

pka)

üç

ün xəm

ir

Mən

Xila

skar

İs

a Məs

ihə

güvə

nəndə”

“Dav

ud və

Qol

yat”

Alla

h öz

dini

yer

inə

yetir

mək

Dav

uda

kömək

edi

r

1 Şa

mue

l 18

:1-5

1 Şa

mue

l 20

:14-

17

1 Şa

mue

l 31

:1, 6

2 Şa

mue

l 4:4

2 Şa

mue

l 8:

15

2 Şa

mue

l 9

Alla

h Ö

z və

dini

yer

inə

yetir

ir

“Alla

h bu

nyad

a hə

r şey

i, o

cüm

lədə

n mən

i də

yara

tdı”

“Mən

Alla

tanı

ya b

ilərə

m”

Dua

“Eht

iyat

la”

İanə

yığ

maq

Təkr

ar

Zəbu

r 56:

3

Ayən

i əl

hərə

kətlə

ri ilə

öyrə

nirik

“Alla

h mən

i gö

rür və

sevi

r”

“Süf

açırı

q”“M

üjdə

smlə

rdə”

(tə

krar

)

“Ona

vənə

cəm

“Eht

iyat

la”

“Mən

hər

gün

du

a ed

irəm

“Mən

Müqəd

dəs

Kita

ba

inan

ıram

“Tac

zəld

irik”

İş vərəq

i

Yapm

a (le

pka)

üç

ün xəm

ir

“Büt

ün d

ünya

üç

ün z

iyafət

“Xey

irxah

ol

maq

la

zım

dır”

Dərslərin xülasəsiDərslərin xülasəsi(davam)(davam)

Page 12: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

12

Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər Ayəni əzbərləmək üçün musiqi və hərəkətlər Dərs 1-2 Romalılara 10:13Ayəni oxuyun «Rəbbin adını çağıran hər kəs xilas olacaq».

* Ola bilsin, siz İsa Məsihin çarmıxda ölməsini uşaqlara izah etməli olacaqsınız.

Dərs 3-4 Nahum 1:7Ayəni oxuyun «Rəbb xeyirxahdır... Ona güvənənləri tanıyır».

Nahum 1:7Nahum 1:7

Dərs 5-6 Zəbur 56:3Ayəni hərəkətlərlə öyrənirik “Bu dəhşətli günümdə Sənə güvənirəm” (“Barmaqlar üzərində ayə” metodunun təlimatı hər iki dərsdə verilib)

“Rəbbin adını” “çağıran”Orta barmağınızla sol əlinizin ovcunun içinə

toxunun; Orta barmağınızla sağ əlinizin ovcunun içinə toxunun*

Əllərinizi carçı kimi ağzınızın kənarına qoyun

“hər kəs” “xilas olacaq”Otaqdakı adamları göstərin Əlinizi sinənizin üzərində çarpazlayın, sonra

biləyinizi üzü yuxarı çevirib əllərinizi açın

Page 13: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

13

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

Allah dağları yaradıbAllah dağları yaradıb(1) Allah dağları yaradıb

(2) Ağacları da yaradıb

(3) Dərin dənizi

(4) Sudakı canlıları

(5) Cəh-cəh vuran quşları

(6) Balaca qarışqanı

(7) Ancaq hər şeydən gözəl

(8) Səni, məni yaradıb

Hərəkətlər: Əllərinizlə başınızın üstündə dam örtüyü təsvir edin. (2) Əllərinizi başınızın üzərində qaldıraraq sağa-sola yellədin və ağacları təsvir edin. (3) Barmaqlarınızı tərpədə-tərpədə biləyiniz aşağı olmaqla soldan-sağa tərpədin. (4) Ovucunuzu birləşdirib uzağa “üzən” balığı təsvir edin. (5) Əllərinizi uçurmuş kimi yellədin. (6) Şəhadət barmağınızı baş barmağınızla birləşdirin, sanki barmaqlarınızda xırda bir şey tutmusunuz. (7) Qələbə elan edirmiş kimi əvvəlcə sağ yumruğunuzu, sonra isə sol yuçruğunuzu qaldırın. (8) Əvvəlcə uşaqlara, sonra özünüzə göstərin.

Qara quzuQara quzu(1) Ay qara quzu, (2) qorxmursanmı sən?

(3) Yox, mən qorxmuram, (4) Rəbb yanımdadır.

(5) O, yaxşı Çobandır, quzuları otarır

(6) O heç vaxt yorulmur (7) heç vaxt da yatmır.

(ilk iki sətiri təkrarlayın)

Hərəkətlər: (1) Yumruğunu digər əlinlə sığalla. (2) Yumruğunuzu sinənizə sıxıb əsdirin, sanki siz nədənsə qorxursunuz. (3) Başınızı qətiyyətlə yelləyib, şəhadət barmağınızı silkələyin. (4) Əllərinizi göyə yönəldin. (5) Əlinizi günlük kimi alınınızın üstünə qoyun. (6) Başınızı yatırmış kimi əllərinizin üstünə qoyun. (7) Başınızı yatırmış kimi əllərinizin əks tərəfi nə qoyun.

Mən Müqəddəs Kitaba inanıramMən Müqəddəs Kitaba inanıram1. (1) Mən Müqəddəs Kitaba inanıram

(1) Orada Rəbbin iradəsi açıqlanıb.

2. (2) Mən Məsihə inanıram.

(2) O, Allahın Oğludur, Ona inanıram.

3. (3) Hamımız günah işlətmişik.

(3) Günahlarımız Rəbbi kədərləndirdi.

4. (4) Günahdan azad olmağım üçün

(4) Məsih uğurumda öldü.

5. (5) O, ölülərdən dirildi.

(5) Mənim üçün dirildi.

6. (6) Məsihi qəbul edirsənmi sən?

(6) Onun övladı olmaq üçün Məsihi qəbul edirsənmi sən?

Əl hərəkətləri: (1) Əllərinizi kitab formasında açın. (2) Barmağınızla göyə işarə edin. (3) Əvvəlcə başqalarını, sonra isə özünüzü göstərin. (5) Əlinizi uzadaraq şəhadən barmağınızı göyə yönəldin. (6) Əllərinizi duaya açın.

“Mən Allahı tanıya bilərəm”“Mən Allahı tanıya bilərəm”(uyğunlaşdırılıb)

1. (1) Mən bəlkə də hündür deyiləm,

(2) Mən qayalardan kiçiyəm.

(3) Ancaq bunları yaradan

(4) Allahı tanıya bilərəm.

(5) Mən axar sular kimi

(6) güclü deyiləm. Amma sulara güc verən

(4) Allahı tanıya bilərəm.

Nəqarət: (7) Bəli, mən (3) Allahı tanıya bilərəm.

(5) O, böyük və qüdrətlidir.

(7) Bəli, mən (3) Allahı taniya bilərəm,

(8) Ona uca səslə ilahi oxuya bilərəm.

(9) Məni Allah sevir

(7) Məni övladı (10) adlandıraraq,

(11) ailəsinə qəbul edir.

2. (12) Çarmıxda ölümünü (13) görməsəm də,

(3) Ancaq mən Allahı tanıya bilərəm.

(1) Kiçik olsam da, (15) hər şeyə dərk etməsəm də,

(3) Ancaq mən Allahı tanıya bilərəm.

(16) Məsihin diri olduğunu bilirəm.

Hərəkətlər: (1) Əllərinizi yuxarı qaldırıb, dik durun. (2) Əllərinizlə başınızın üstündə dam örtüyü təsvir edin. (3) Şəhadət barmağınızla göyü göstərin. (4) Əllərinizi irəli uzadıb, ovucunuzu açaraq, sonra yanlara doğru uzadın. (5) Əzələləri möhkəmləndirin. (6) Ovuclarınızı üzü aşağı çevirib, barmaqlarınızı

Mahnını əzbərləmək üçün sözlər və hərəkətlər Mahnını əzbərləmək üçün sözlər və hərəkətlər

Page 14: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

14

Mahnını əzbərləmək üçün sözlər və hərəkətlər Mahnını əzbərləmək üçün sözlər və hərəkətlər

tərpədərək, əllərinizi soldan sağa aparın. (7) Barmağınızla özünüzə işarə edin. (8) Əllərinizi carçı kimi ağzınızın kənarına qoyun. (9) Özünüzü qucaqlayın. (10) Əlinizi aşağı yendirin. (11) Əllərinizi göyə qaldıraraq yuxarı baxın. (12) Başınızı qətiyyətlə yelləyib, şəhadət barmağınızı silkələyin. (13) Şəhadət barmaqlarınızla çarmıxı göstərin. (14) Ovucunuzu kitab kimi açın. (15) Əlinizlə başınızı göstərin. (16) Əllərinizi göyə yönəldin.

Mən hər gün dua edirəmMən hər gün dua edirəm1. (1) Mən hər gün, gecə-gündüz

(1)Rəbbə dua edirəm.

(1) Hər gün dua edirəm

(4) Allah məni eşidir

(1) Duanı unutmaram.

2. Bəzən Rəbb (6) “bəli” (5) deyir

Bəzən (7) “gözlə” söyləyir,

(1) Bəzən isə “yox” deyir.

(9) Rəbbin sevgisi güclüdür

(5) Mənə cavab verəcək.

Hərəkətlər: (1) Əllərinizi duaya açın. (2) Əllərinizi yanlara açaraq, ovuclarınızı yuxarıya doğru yönəldib barmaqlarınızı aralayın. (3) Əllərinizi birləşdirib, başınızın altına qoyub yatdığınızı göstərin. (4) Əllərinizi qulağınızın ardına qoyub başınızı yuxarı yönəldin. (5) Göyə işarə edin. (6) Əlinizi irəli uzadıb “dayan” işarəsini göstərin. (7) Başınızla birgə şəhadət barmağınızı yelləyin. (9) Özünüzü qucaqlayın.

Ona güvənəcəmOna güvənəcəm(1) Gorxduğum an (2) güvənəcəm

(3) Rəbb Məsihə (2) güvənəcəm

(1) Gorxduğum an (2) güvənəcəm

(2) Sənə (3) Rəbbim (4) Xilaskarım!

Hərəkətlər: (1) Yumruğunuzu sinənizə sıxıb əsdirin, sanki siz nədənsə qorxursunuz. (2) Şəhadət barmağınızla göyə işarə edin. (4) Şəhadət barmaqlarınızla çarmıx işarəsini göstərin. (3) Əlinizi ürəyinizin üstünə qoyun.

Üçü birində Üçü birində 1. (1) Ata Allah (təkrarlayın), (2) Allahın Oğlu (təkrarlayın), (3) Müqəddəs Ruh (təkrarlayın), (4) Üçü birində (təkrarlayın).2. Ataya izzət olsun! (təkrarlayın),

Oğula izzət olsun (təkrarlayın),Müqəddəs Ruha izzət olsun (təkrarlayın),

Üçlükdə bir Olana (təkrarlayın),

Hərəkətlər: (1) Şəhadət barmağınızı yuxarı qaldırın. (2) Orta barmağınızla sol əlinizin ovucunu göstərin; sağ barmağınızla digər əlinizin ovucunu göstərin.* (3) Əlinizi ürəyinizin üstünə qoyun. (4) Əvvəlcə üç barmağınızı, sonra isə bir barmağınızı göstərin.

* Bəlkə də siz bu əl hərəkətləri ilə İsa Məsihin çarmıxda uğurumuzda öldüyünü izah etməli olacaqsınız.

Ehtiyatlı olEhtiyatlı ol1. (1) Gözcüyüm ehtiyatla bax (2 dəfə)

(2) Rəbb sənə baxır (3) göydən səni izləyir,

(1) Hara baxıb nə görürsən sən, gözcüyüm.

2. (4) Qulaqcığım, gün boyu nə dinləyirsən sən? (2 dəfə).

Xilaskar barədə yaxşı sözlərə qulaq as,

(4) Qulaqcığım, Rəbbin sözünə qulaq as.

3. (5) Ey kiçik əlim, Rəbb üçün nə edirsən? (2 dəfə)

Rəbb həmişə kömək edər, qüvvət verəcək hər an

(5) Əlim, Rəbbə xidmət edirsənmi?

4. (6) Dilim, ehtiyatla söz söylə (2 dəfə)

Məsih dediklərini eşidir, səndən sorushur

(6) Kimisə incitməmisəm, ay dil?

5. (7) Ehtiyatlı ol, tələsmə ayağım (2 dəfə)

Rəbb yollarını görür, Özünə O çağırır

(7) Rəbbin yanına tələs ey ayağım.

6. Qulaqcığım, ayağım, gözcüyüm, dilim (2 dəfə)

Ehtiyatla yaşayın, Rəbbə qulluq edin siz

Qulaqcığım, ayağım, gözcüyüm, dilim.

Hərəkətlər: (1) Şəhadət barmalarınızla gözünüzü göstərin. (2) Şəhadət barmağınızı göyə göstərin. (3) Günəşdən qorunduğunuz kimi gözlərinizi əlinizlə örtünə və aşağı baxın. (4) Yaxşı eşitmək üçün əlinizi qulağınızın arxasına qoyun. (5) Ovucunuzu irəli uzadın. (6) Şəhadət barmağınızla dodaqlarınızı göstərin. (7) Yerinizdə addımlayın.

Page 15: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

15

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

Nuhun gəmisi var idiNuhun gəmisi var idi(“Qoca MakDonaldsın” musiqisi ilə)

1. Nuhun gəmisi var idi, Hi-Ha-Hi-Ha-Ho

(1) gəmidə isə iki it var, Hi-Ha-Hi-Ha-Ho

Orada “hav-hav”, burada “hav-hav”, hər yerdə “hav-hav”.

Nuhun isə gəmisi var idi, Hi-Ha-Hi-Ha-Ho.

2. (təmiz heyvanlar)

Nuhun gəmisi var idi, Hi-Ha-Hi-Ha-Ho

(2) Gəmidə isə yeddi quzu var, Hi-Ha-Hi-Ha-Ho

(3) “Bə-ə-ə-bə-bə” orada, “Bə-bəə-bə-bəəə” burada,

Orada “Bə-ə-ə-bə-bə”, burada “Bə-bəə-bə-bəəə”, hər yerdə “Bə-bəə-bə-bəəə”.

Nuhun gəmisi var idi, Hi-Ha-Hi-Ha-Ho

Hərəkətlər: (1) İt yaxud “hav-hav-“ sözü eşidən kimi, pəncə tək əllərinizi önününzdə sallayın. (2) Barmaqlarınızla yeddini görsətib cəld şəkildə ayağa qalxıb əllərinizi irəli uzadın. (3) Başınızı yelləyin, güya quzu otlaqda yemləyir.

İstəyə görə qafi yələnməyə digər heyvanların adlarını da çəkmək olar. Lakın unutmayın ki, bu heyvanlar Müqəddəs Kitabda qeyd olunan təmiz heyvanlardan olmalıdır.

Qafi yələnməQafi yələnmə

Bir-iki-üç – Davuda nəzər sal!Bir-iki-üç – Davuda nəzər sal!(1) Birinci vəhşi aslan idi,

(2) İkinci – yekə ayı,

(3) Üçüncü – nəhəng adam,

(4) Heç biri Davudu qorxuzmadı!

Hərəkətlər: Barmağınızla 1-i göstərin, aslan kimi nərildəyin. (2) Barmağınızla 2-ni göstərin, ayı kimi bağırın. (3) Barmağınızla 3-çü göstərin, cəld tərpənib ayağa sıçrayaraq əllərinizi göyə qaldırın. (4) Əyləşin, başınızı yelləyib barmağınızı silkələyin.

Page 16: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

16

Page 17: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

17

Dərs 1Allah gəmi tikməkdə Nuha kömək edir.

Müqəddəs Kitabdan ayələr: Yaradılış 1:1,31, Yaradılış 6:5-7:9, Həvarilərin işləri 17:24, 2Peter 2:5

Mərkəzi həqiqət: Allah həmişə dediyi sözü yerinə yetirir

Tətbiq etmə: Həm iman edən, həm də iman etməyən uşaq üçün: Müqəddəs Kitabda Allahın sənə dediklərinə iman et.

Əzbərləmək üçün ayə: Çünki Rəbbin adını çağıran hər kəs xilas olacaq” (Romalılara 10:13).

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

SalamlaşmaSalamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar – hər uşağa bir ədəd olmaqla(səh. 79)

◆ Üz üçün oval (səh. 80), hər uşağa bir ədəd

◆ Rəngli karandaşlar və ya fl omasterlər

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına

qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Mənim üzümün rəsmini çək” Uşaqlara oval formalı vərəqlər paylayın. Hər biri bu

vərəqdə öz üzünü çəksin, gözlərini olduğu rənglə rəngləsin.Uşaqlar rəsm çəkməyi qurtarandan sonra hər bir uşağın adını “Allah _________sevir” xəttin üzərində yazın. Şəkilləri müzakirə edin. Bu sizə uşaqlarla yaxından tanış olmağa kömək edər.

İlahilər və duaİlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh 13, 14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına əyani vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (nəqarəti iki dəfə

oxuyuruq)Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbimiz, bizi

sevdiyin üçün Sənə minnətdarıq. Sənə vədlərinə görə şükür edirik. Gördüyümüz gözlərə görə Sənə təşəkkür edirik. İsa Məsihin adı ilə, amin”.

Mahnı “Ehtiyatlı ol” (1-ci bənd)İanələr (Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün

ki, onlar ianələrini oraya atsın. (Valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə mütləq danışın).

Əzbərləmək üçün ayəƏzbərləmək üçün ayə

◆ PPRO-e, PPRO-f, PPRO-g və PPRO-h əyani vəsaiti

◆ Yaxud PPRO-R1, PPRO-R2, PPRO-R3 və PPRO-R4 əyani vəsaitləri (səh. 76)

◆ İzah (səh. 20) ◆ Əl hərəkətləri. (səh.12) ◆ 150 santimetrdən qısa

olmayan qalın ip və ya parçadan hazırlanmış kəmər.

Ayə Romalılara 10:13Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik

Page 18: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

18

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün Bədənin açılışması üçün edilən hərəkətlər.edilən hərəkətlər.

Fəaliyyət “Mən müxtəlif rənglər görürəm” Uşaqlardan növbəti tapşırığı yerinə yetirməyi xahiş

edin: Qırmızı rəngli bir əşyaya yaxınlaşın. Göy rəngli nəyəsə toxunmaq üçün hoppana-hoppana getsinlər. Sarı rəngli bir əşyaya toxunmaq üçün bir ayaqları üstə hoppana-hoppana qaçsınlar. Qəhvəyi rəngli nəyəsə çatmaq üçün cəld hərəkət etsinlər. Yaşıl rəngli əşyaya çatmaq üçün ayaq barmaqları üstə yerisinlər.

Müqəddəs Kitab dərsiMüqəddəs Kitab dərsi

◆ Mətn (səh. 22) ◆ Dərs vəsaiti PPRO1-1,

PPRO1-2, PPRO1-3, PPRO1-4, PPRO1-5 və PCHU1-6

◆ PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d vəsaiti

◆ PPRO-e, PPRO-f, PPRO-g və PPRO-h və ya PPRO-R1, PPRO-R2, PPRO-R3 və PPRO-R4 (səh 76 – istəyə uyğun olaraq)

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13, 14)

◆ “Müqəddəs Kitaba inanıram” nəğməsinə uyğun vəsait

◆ İçərisi plastmas və ya taxtadan hazırlanmış heyvan oyuncaqlarla doldurulmuş parça çanta

◆ Kök, banan, alma və zeytun

Dərs “Allah gəmi tikməkdə Nuha kömək edir” Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb

danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün maili lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?TəkrarlamaTəkrarlama

◆ Heyvan formalı krekerlər ◆ Nuhun gəmisi (səh. 82) ◆ Nahar üçün kağızdan

hazırlanmış paket ◆ Suallar (səh. 26)

Oyunlar “Heyvanları seç» Heyvan formasında olan krekerləri (hər formadan

birini) gəmiyə yerləşdirin. Krekerlərin digər dəstini kağız paketə yerləşdirin. Suala düzgün cavab verən uşaq paketdən heyvancığı götürüb onu gəmidəki eyni heyvanın yanına qoyur. Bu zaman qrup bu heyvana xas olan səsləri çıxarır ya da hərkətləri nümayiş etdirir.

Müjdənin qısa izahıMüjdənin qısa izahı

◆ Bax, səh. 21 ◆ Əyani vəsaitlər PPRO-f,

PPRO-g və PPRO-h ◆ Yaxud PPRO-R2, PPRO-R3

və PPRO-R4 əyani vəsaitlər (səh. 86)

◆ Əyani vəsaitlər PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d (istəyə görə)

İzah Romalılara 10:13

Page 19: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

19

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yemək vaxtıYemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün

fasilə elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyətiYaradıcılıq fəaliyyəti

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Hər uşağa bir ədəd “ Nuhun gəmisi”(səh. 81)

◆ Heyvan formasında krekerlər

◆ Şəkər şirəsi (qatı şərbət) ◆ Çubuqlar ◆ Hər uşağa bir ədəd iş vərəqi ◆ Yapışqan. ◆ Boya fırçası, yaxud pambıqlı

çubuqlar ◆ Sarı rəngli qida boyası

(istəyə görə) ◆ Yapma (lepka) üçün xəmir

və ya “gil” (səh. 8)

Əl işləri “Yeməli gəmi” Heyvan formalı krekerlerı gəmiyə yapışdırın.

Yapışqan əvəzinə qatı şərbətdən istifadə edin. Bıçaq əvəzinə çubuqlardan istifadə edin.

İş vərəqi “Allah Nuha gəmi tikməkdə kömək edir” Uşaqlara gəminin damına nazik qatla “qatran”

çəkməyə kömək edin. Qida boyası ilə yapışqanın rəngini dəyişə bilərsiniz.

Yapma üçün xəmir “Hər heyvandan iki cüt” Uşaqlara hər heyvandan iki cüt düzəltməyə kömək

edin.

Əlavə yaradıcılıqƏlavə yaradıcılıq

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Damanın içində heyan (səh. 82)

◆ Hər uşağa bir ədəd boş dama ilə doldurulmuş vərəq (səh. 83)

◆ Rəngli karandaş və ya fl omasterlər.

◆ Qayçı ◆ Yapışqan. ◆ Heyvan formalı krekerlər. ◆ Heyvan təsvirləri ilə

doldurulmuş çanta Hər heyvandan bir ədəd.

Fəaliyyət “Hamı gəmidə” Oyunu Uşaqlardan heyvanları rəngləməyi, sonra damaları

kəsməyi xahış edin. Kəsilən damaları istənilən şəkildə boş damalarla dolu vərəqə yapışdırsınlar. Oyun boyunca müəllim çantadan heyvan təsvir olunmuş şəkli çıxardaraq uşaqlara göstərir. Hər uşaq öz vərəqində eyni heyvanı taparaq üzərinə eyni formalı krekerı qoyur. Əgər hər hansı bir uşaqda üç kreker istənilən səmtdə cərgəyə düzülərsə, o, ucadan “hamı gəmidə” deyə qışqırmalıdır. O zaman uşaqlar bütün krekerləri vərəqdən təmizləyir və oyun yenidən başlayır.

Oyun “Heyvanlar haqqında tapmaca” Hansısa heyvanı təsvir edin. Qoy uşaqlar təsvir

olunmuş heyvanın adını tapsınlar. Həmçinin uşaqlar növbə ilə istədikləri hevyanı təsvir edə bilər, digər uşaqlar isə təsvir olunmuş heyvanı tapmalıdır.

* Доступны в офисе ОЕД или на сайте www.cefonline.com.

Page 20: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

20

Yadda saxlamaq üçün ayə“Çünki Rəbbin adını çağıran hər kəs xilas olacaq” (Romalılara 10:13).

GirişTəsəvvür et ki, səni uzun bir iplə sarıyıblar.Bunu nümayiş etdirin: sizin biləklərinizi iplə (yaxud ipək kəmərlə) sarısınlar.

Səni xilas etməsi üçün tezliklə birini çağırmalı olacaqsan. Müqəddəs Kitabda səni günahından xilas etməsi üçün çağırmalı olduğun Birindən danışılır.

Mövzu ilə tanış olmaqMüqəddəs Kitabda yazılan sözlər ayələr adlandırılaraq bölünür. Ayələri tez tapa bilmək üçün Müqəddəs Kitabda hər bir ayənin öz ünvanı var. Bizim bu günki ayəmizin ünvanı “Romalılara 10:13”-dədir.Ayənin ünvanını üç dəfə xorla təkrar edin: əvvəlcə, əllərinzi sinənizə qoyaraq, sonra əllərinizi yana açaraq, daha sonra isə əllərinizi yuxarı qaldıraraq.Müqəddəs Kitabda nişan qoyduğunuz yeri açaraq, Romalılara 10:13-cü ayəni tapmaq üçün uşaqlardan birinə sizə yardım etməyi təklif edin. Ayəni oxuyun, sonra isə PPRO-e, PPRO-f, PPRO-g və PPRO-h; və ya PPRO-R1, PPRO-R2, PPRO-R3 və PPRO-R4 əyani vəasitlərini göstərin.

İzahetmə“...Rəbbin adını...” “Rəbb” sözü Rəbb İsa Məsihi ifadə edir. Rəbb İsa Məsihin adını çağırmaq Ona öz Xilaskarın kimi iman etmək deməkdir. O səni günahdan xilas edir.“...çağıran...” “Çağırmaq” – müraciət etdiyin kəslə danışmaq deməkdir. Bunun üçün sənə telefon lazım deyil. Sən Allaha duada müraciət edərək Onu çağıra bilərsən.“... hər kəs...” Sən, mən, çağırmaq istəyən hər kəs. “...xilas olacaqdır...” İsa Məsihi öz Xilaskarı kimi çağırmağa qərar verən hər kəs xilas olacaq və günahlarından azad olacaqdır. Günah bədbəxtlik və göz-yaşları gətirir. Allah mütləq günahı cəzalandırmalıdır. Bütün insanalr günah işlədib və cəzaya – Allahla əbədi ayrılığa layiq olublar. Allahdan həmişəlik ayrı düşmək kədərli olardı. Lakin Allah İsa Məsihi öz Xilaskarı kimi çağıran insanları bu cəzadan xilas etməyi vəd verib.

Tətbiqetməİman etməyən uşaq üçün: Allah səni xilas etmək istəyir. İsa Məsih çarmıxda ölməklə sənin

günahlarının cəzasını çəkib. O, indi yenidən sağdır və yalnız O bizim yeganə Xilaskarımızıdr. Əgər sən dərk etsən ki, günah etmisən, buna görə peşiman olsan və İsa Məsihə öz Xilaskarın kimi iman etsən, sən günahlarından azad olaraq, xilası qazanacaqsan.

İman edən uşaq üçün: Əgər sən artıq İsa Məsihə öz Xilaskarın kimi iman etmisənsə,

onda Allaha səni sevmək və xilas etmək vədinə görə minnətdar ola bilərsən.

Page 21: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

21

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

Təkraretmə“Ayəni hərəkətlərlə öyrənirik”Ayəni (səh. 12) hərəkətləri yerinə yetirməklə sözbəsöz təkrar edin. Sonra bu ayəni simvollarından istifadə etməklə təkrarlayın.

Müjdənin qısa izahı“Romalılara 10:13”PPRO-f (və ya PPRO-R2) illüstrasiyasını göstərin.

Bilirsənmi, yaşadığımız dünyanı, insanları, dünyada olan hər şeyi Kim yaradıb? (Allah). Düzdür, Allah – O, bütün kainatı Yaradandır. Allah hər bir uşağı, o cümlədən səni də yaradıb. Müqəddəs Kitabda deyilir ki, Allah dünyanı sevir (Yəhya 3:16). Allah sənin haqqında hər şeyi bilir. Allah sənin etdiyin bütün pis əməllərdən xəbərdadır. O, bunları günah adlandırır. Sən günah etmək anlayışında doğulmusan və bunu da edirsən! Sən Allaha məqbul olmayan tərzdə düşünür, danışır və hərəkət edirsən.PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyaları haqqında danışın.

Bütün insanlar günah işlədib (Romalılara 6:23). Lakin Allah buna baxmayaraq, səni sevir. Buna görə də Allah sənə bağışlanma qazanmaq fürsəti verir.PPRO-g (və ya PPRO-R3) illüstrasiyasını göstərin.

Allah səni elə bir güclü məhəbbətlə sevir ki, Öz Oğlunu – İsa Məsihi Göylərdən yer üzünə göndərdi. O, kiçicik bir körpə kimi doğuldu. Sonra İsa böyüyərək böyük oğlan oldu. Daha sonra isə həddi-buluğa çataraq böyük kişi oldu. O, tamamilə müqəddəs idi. Bu isə o deməkdir İsa Məsih ömründə bir dəfə də olsun günah etməmişdi. Lakin İsa Məsih sənin günahlarının əvəzini ödəyərək çarmıxda ölməyə razılıq verdi. O, dünyadakı bütün inasanların günahının cəzasını Öz üzərinə götürməyə razılıq verdi. İsa Məsihi qəbirdə (mağarada) basdırdılar, lakin O, üç gündən sonra dirildi! Beləcə, Allah sənə və mənə olan Öz ilahi məhəbbətini göstərdi. Müqəddəs Kitabda deyilir: “Biz hələ günahkar ola-ola Məsih (İsa) bizim uğrumuzda öldü” (Romalılara 5:8). Allah yaxşı bilirdi ki, biz özlüyümüzdə heç vaxt İsa Məsih kimi günahsız ola bilmərik. İsa Məsih səni elə bir ülvi məhəbbətlə sevir ki, sənin günahdan azad ola bilməyindən ötrü Öz ölümünə razılıq verib.PPRO-h (və ya PPRO-R4) illüstrasiyasını göstərin.

Çox vaxt zəncirdən dustağın polisdən qaçmasına imkan verməmək məqəsdilə istifadə olunur. Yox, əgər polsilər qərara gəlsə ki, dustaq pis bir hərəkət etməyib, onda zəncirləri çıxardır və onu azadlığa buraxırlar. Lakin günahın zəncirindən xilas olmaq daha yaxşıdır. İsa Məsih sənin günahlarına görə Allahın təyin etdiyi cəzanı Öz üzərinə götürən Xilakarımızdır. Əgər sən İsa Məsihə Xilaskarın kimi iman etsən, Allah sənin pis əməllərini (günahlarını) bağışlamağı vəd edir. Beləliklə də, sən xilas qazanaraq günahlarından azad olursan.Bir daha Romalılara 10:13-cü ayəni xorla təkrar edin.Əgər sən Allahı çağırmaq və bu gün xilası qazanmaq istəyirsənsə, mən böyük məmnuniyyətlə bunu etməkdə sənə kömək edərəm (vaxtı və yeri göstərin).

Page 22: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

22

Dərs – I hissə“Allah dağları yaradıb” nəğməsini oxuyun.

İllüstrasiya PPRO1-1Bizim Allahımız – bütün dünyanı Yaradan böyük Allahdır. Allah dağları və ağacları yaradıb. Allah suları, onun içində üzən balıqları yaratdı. Allah qurunu və onda yaşıllaşan ağacları yaratdı. Allah bütün heyvanları – göydə uçanları, yerdə gəzənləri yaratdı. Gəlin, onlardan bir neçəsinin adını çəkək.Oyuncaq heyvanlarla dolu olan parçadan düzəldilmiş çantanı götürün. Hər bir uşaq bir oyuncaq heyvan götürsün və onun necə adlandığını desin. Heyvanların adını düzgün söyləməkdə uşaqlara kömək etməyə hazır olun.

Allah insanları yaratdı ki, onlar yer üzündə yaşayıb Onun yaratdıqlarından zövq alsınlar. Biz də səninlə nə isə yarada bilərik. Lakin biz Allahın yaratdığı kimi heç nə edə bilmərik.

İllüstrasiya PPRO1-2Müqəddəs Kitabda deyilir ki, bir vaxtlar Allah hələ dünyanı yaratmadığı vaxtlar olmuşdu. O vaxtlar yalnız Allah var idi.Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allah bir Alalhdır. Bu, üç Şəxsiyyətdə olan bir Allahdır. Allah müqəddəsdir (günahsızdır) və hər şeydə kamildir. Allah həmişə düzgün etməyi bilir və O, həmişə düzgün edir. Biz Allahın üç adını barmaqlarımızla saya bilərik.Adları barmaqlarınızla saymaqla xorla təkrar edin.

“Üçü birində” nəğməsini oxuyun (1-ci bənd).

Allahın möcüzəli bir planı var idi – yer üzünü insanlarla doldurmaq. Allahın planı belə idi: körpələr onları sevən və qayğılarına qalan ailələrdə doğulmalı və boya-başa çatmalı idilər. Uşaqlar böyüdüyü vaxt onlar ərə gedə, yaxud evlənə bilər, beləcə öz ailələrini qura bilərdilər. Allah onların hər birini sevir.

Yer üzü hələ təzə yaradıldığı vaxtlar, Allah yaratdığı hər şeyə baxdı və gördü ki, yaxşıdır. Hər şey kamil idi. Lakin ilk kişi və qadın – Adəm və Həvva Allaha qarşı günah işlədəndən sonra dünyanın kamilliyi yoxa çıxdı. Adəmlə Həvvanın uşaqları oldu; sonra bu uşaqların da uşaqları oldu; tezliklə yer üzü insanlarla doldu. Lakin bu insanlardan heç biri günahsız deyildi. Onların hamısı günah etmək istəyi ilə doğulmuşdular. Müqəddəs Kitabda deyilir: “... saleh olan yoxdur, bir nəfər belə yoxdur” (Romalılara 3:10). Sizlərdən heç kim həmişə yaxşı və düzgün hərəkət edə bilməz. Sən günah etmək istəyi ilə doğulmusan və buna görə də günahlı işlər görmüsən.Aşağıda göstərilmiş günahlardan nümunələr çəkin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyalarını müzakirə edin.

Dostlarınla oynayarkən yarışda (ya da qaçışda) qalib gəlmək üçün sən hiylə işlədirsənmi? Bəlkə də sən bəzən icazə almadan piroq dilimi və ya konfet götürürsənmi? Allah bunu oğurluq adlandırır. Aldatmaq və oğurlamaq – günah etmək deməkdir. Əgər sən günah işlətmisənsə, valideynlərin səni cəzalandıra, yaxud da xoşladığın nədənsə məhrum edə bilərlər. Allah da həmçinin bizi günaha görə cəzalandırır. Günahlarımıza görə sən və mən Allahdan əbədi ayrı düşmüşük. Lakin

Page 23: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

23

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

Allahın sevgisi sayəsində sən bağışlanma qazana və bu cəzadan xilas ola bilərsən.

Dərs - II hissəİllüstrasiya PPRO1-3Necə düşünürsən, Allah bilirdi ki, insanlar Ona qarşı günah işlədir? Allah bu dünyada baş verən hər şeyi görür. Müqəddəs Kitabda yazılır ki, Allah insanların get-gedə necə pisləşdiyini görürdü. Allah yaratdığı insanların daha Ona diqqət ayırmamasına, əvəzində isə Ona qarşı laqeyd yanaşdıqlarına və bir-birlərinə qarşı münasibətdə kobud və qəddar olmalarına görə kədərlənirdi. Allah bütün insanları izləyirdi. O, hamını – kişiləri, qadınları, qızları və oğlanları görürdü.Uşaqlar baş verənləri şəkildə təsvir etsinlər.

Allah gördü ki, adamlar Ona itaət etmir və bir-birlərinə qarşı pis rəftar edirlər. Allah gördü ki, insanlar hər dəfə Ona qarşı günah etməyə davam edir. Allah dünyada gördüyü bütün günahlara görə çox məyus olmuşdu.Özünüzdə məyus üz gösətrin.

İnsanlar Allahı sevmək və Ona qulaq asmaq istəmirdilər. Allah qərara aldı ki, dünyadakı bütün günahkar adamları cəzalandırmaq vaxtı gəlib çatıb. Və olduqca qeyri-adi bir cəza təyin etdi.Amma Allah bilirdi ki, Nuh başqa insanlara oxşamır. Özünüzdə gülərüz yaradın.

Baxmayaraq ki, Nuh bəzən günah edirdi, lakin o, Allahı sevirdi və Ona qarşı itaətli olmağa can atırdı. Müqəddəs Kitabda yazılır: “Ancaq Nuh Rəbbin gözündə lütf tapdı” (Yaradılış 6:8). Müqəddəs Kitabınızdan Yaradılış 6:8-i oxuyun.

Allaha Nuhu cəzalandırmaq lazım deyildi, çünki Nuhun günahları artıq bağışlanmışdı.

İllüstrasiya PPRO1-4Allah Nuha üç mərtəbəli gəmi tikməyi əmr etdi.Üç mərtəbə səviyyəsini əlinizlə göstərin.

Allah Nuha bu böyük gəmini necə tikəcəyini öyrətdi.. O, gəminin hansı uzunluqda, endə və hündürlükdə olacağını da bildirdi.Əllərinzi uzadaraq uzunluğu, eni və hündürlüyü göstərin.

Allah Nuha gəmini hansı ağacadan tikməli, suyun daxilə keçəməməsi üçün onu nə ilə rəngləməli olduğunu dedi. Allah bu nəhəng gəminin qapsının necə olacağını, pəncərə və otaqlarını necə düzəltmək lazım olduğunu izah elədi.

Agacları necə kəsdiyinizi, tirləri necə balta ilə böldüyünüzü və odunu necə yığdığınızı,eləcə də taxtaları necə bir-birinə vurub bitişdirdiyini göstərin.

Allah Nuha dedi ki, günahı olduqca qeyri-adi bir üsulla cəzalandıracaq. O, günahkar adamları məhv edəcək daşqın göndərəcək. Allah Nuha onu da dedi ki, onun ailəsi və çoxlu heyvanlar təhlükəsizlikdə olacaqlar – onlar gəmidə gizlənəcəklər. Nuh və bütün ailəsi Allahın şərti ilə razılşadılar. Onların qarşısında müxtəlif vəhşi heyvanları özləri ilə götürmək də dururdu.

Page 24: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

24

Bu vaxta kimi nə Nuh, nə də onun ailəsi heç vaxt daşqın görməmişdilər. O vaxtlar su yalnız çaylarda və dənzilərdə olurdu. Su heç vaxt sahildən çıxmamış, nə də ki, qurunu basmamışdı. Bundan başqa, Nuh ömründə heç vaxt qayıq da görməmişdi. Lakin Nuh Allahın sözünə inandı və Ona itaət etdi. Nuh və ailəsi Allahın buyurduğu kimi gəmini tikdi və oraya yemək tədarükü götürdülər. Biz də səninlə Allahın Sözünə inanmalıyıq. Allah vəd etdiyi hər şeyi yerinə yetirir. O, o qədər qadirdir ki, həmişə Öz vədini yerinə yetirə bilir. Biz indiki vaxtda Allahın nə dediyini Müqəddəs Kitabı oxuyanda və adamların bu kitabdan danışdğı əhvalatlardan, onların verdiyi izahatlardan öyrənə bilirik. Sən məşğələyə (qrupunuza ad qoyun) gələndə Allahın dedikləri haqda eşidirsən. Sən Ona inanmalısan, çünki O, həmişə Öz vədini yerinə yetirir.

“Ona güvənəcəm” nəğməsini oxuyun.

Dərs - III hissəİllüstrasiya PPRO1-5Nuh ailəsi (arvadı, üç oğlu və gəlinləri) ilə birlikdə gəmini tikərkən Allaha etibar etmişdilər. Bununla yanaşı, onlar tezliklə günahın cəzasi olacağı barədə başqa adamları xəbərdar etmiş və günahın nə qədər təhlükəli olduğu barədə onlara danışmışdılar. Nuh onlara Allahın yolu barədə həqiqəti danımışdı ki, adamlar Allahı tanısınlar və günahlarına görə bağışlanma qazansınlar. Allah istəyir ki, bütün insanlar günahın cəzasından azad olsunlar (xilas və müdafi ə olunsunlar).Sən etdiyin günahların cəzasından xilas ola bilərsən. Əgər Romalılara 10:13-cü ayəni uşaqlarla birlikdə öyrənmisinizsə, xorla bu ayəni təkrar edin. İstəyə uyğun olaraq əyani vəsaitdən istifadə etmək olar (PPRO-e, PPRO-f, PPRO-g və PPRO-h; və ya PPRO-R1, PPRO-R2, PPRO-R3 və PPRO-R4).

Allah səni elə sevir ki, sənin günahlarının cəzasını çəkmək üçün Rəbb İsa Məsihi göndərdi. İsa Məsih – Oğul Allahdır. O, Göylərdən yer üzünə gəldi. O, balaca körpə kimi doğuldu, böyüdü və kişi kimi həddi-buluğa çatdı. İsa Məsih həmişə düzgün hərəkət edirdi. O, bir dəfə də olsun, günah etmədi. İsa Məsih xoşluqla sənin və mənim günahımın cəzasını Öz üzərinə götürərək çarmıxda öldü. Müqəddəs Kitabda deyilir: “Biz hələ günahkar ola-ola Məsih (İsa) bizim uğrumuzda öldü” (Romalılara 5:8). İsa Məsihi qəbirdə (mağarada) basdırdılar, amma üç gündən sonra O dirildi. İsa Məsih – səni günahdan azad edə bilən yeganə Xilaskardır. Beləliklə, İsa Məsih bizim Xilaskarımız olduğu halda sən layiq olduğun cəzadan xilas ola bilərsən. Sən nə indi, nə də gələcəkdə Allahdan ayrı düşməmək üçün günahlarına görə bağışlanma ala bilərsən.

Ayağa qalxın və “Müqəddəs Kitaba inanıram” nəğməsini oxuyun (1-5-ci bəndlər).

Nuh və onun ailəsi Allahın onları yer üzünü bürüyəcək daşqından xilas edəcəyi barədə olan vədinə inandılar. Onlar Allaha itaət etdilər və Onun əmrlərini yerinə yetirdilər.

Page 25: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

25

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

Bəlkə də, onlar iş vaxtı Allaha deyirdilər: “Bizi sevdiyinə görə Sənə minnətdarıq, ay Allah! Sənə təşəkkür edirik ki, bu gəmini necə tikmək lazım olduğunu bizə öyrətdin. Sənə minnətdarıq ki, Sən bizi daşqından qurtaracağına vəd vermisən!”Nuh Allahın vədinə inandı. Müqəddəs Kitabda yazılır ki, Nuh Allahın ona əmr etdiyi hər şeyi yerinə yetirdi. (Yaradılış 6:22 və 7:5). Nuh inandı ki, Allah onun bütün ailəsini xilas edəcək.Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman edirsənsə, vədinə görə Allaha minnətdarlıq et. Allaha minnətdar ol ki, O sənin günahlarını bağışlamağı vəd edib. Səni günahın cəzasından – Allahla əbədi ayrılıqdan azad edəcəyinə dair verdiyi sözə görə Allaha minnətdar ol.

İllüstrasiya PPRO1-6Nuh Allahın ona əmr etdiyi hər şeyə əməl etdi. Gəmi tikilib qurtardı. Heyvanlar, ehtiyat qida, Nuh və ailəsi üçün lazım olan bütün yerlər hazır idi. Gəmiyə lazım olan bütün ərzaqlar yığılmışdı.Nuhun gəmiyə yığa biləcəyi yeməklərin dadına baxın (məsələn, dovşanlar üçün olan kökün, meymunlar üçün nəzərdə tutulmuş bananın, atlar üçün almanın, və ailəsi üçün nəzərdə tutulan zeytunun).

Allah Nuha hər növdən olan heyvandan bir cüt (ana–heyvan, ata-heyvan) götürməsini əmr etdi. Lakin Allah bəzi heyvanlardan və quşlardan yeddi cüt götürməsini əmr etdi. Bütün bu heyvanları Allah yaratmışdır. Allah bütün canlıları idarə edəndir. Buna görə də O elə etdi ki, heyvanlar gəmidə özlərini yaxşı aparsınlar, nə bir-birlərinə, nə də Nuha və onun ailəsinə hücum etməsinlər. Allahın həmişə Öz vədini yerinə yetriməsindən ötrü gücü yetir.

“Nuhun gəmisi vardı” qafi yəsi (“Qoca Mak Donald” mahnısının melodiyası ilə) (“Old Mc Donald”).

Daşqın gələndə Nuh ailəsi ilə birlikdə tamamilə təhlükəsizlikdə olacaqdı. Nuh onu sevdiyinə və bütün ailəsini daşqından qurtaracağına dair verdiyi vədə görə Allaha minnətdarlıq edirdi. Biz Müqəddəs Kitabda bizə verdiyi vədlərə görə Allaha minnətdar ola bilərik. Nuh Allahın bütün dünyanı suya qərq edəcəyinə dair verdiyi xəbərdarlığa inandığı kimi, biz də Allahın bütün dediklərinə inanmalıyıq.

Ayağa qalxın və “Müqəddəs Kitaba inanıram” (1-6 bəndlər) nəğməsini oxuyun.

Page 26: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 1

26

Təkrar üçün suallarYadda saxlamaq üçün ayə1. Rəbbin adını kim çağıra bilər və xilas olar? (Sən, mən, Onu

çağırmağa qərar verən istənilən hər kəs).2. Səni xilas edə bilən Rəbb kimdir? (İsa Məsih).3. Rəbb İsa Məsih səni nədən xilas edə bilər? (günahdan və

günahın cəzasından).Dərs (I-III hissə)1. Allahın yaratdığı bir şeyin adını çək. (Müxtəlif cavablar ola

bilər. Nümunələr sırasında dərsdə dağların, ağacların, suyun, qurunun, bitkilərin, balıqların, heyvanların adı çəkilir).

2. Allahın üç adı var, hansılardır? (Ata Allah. Oğul Allah, Müqəddəs Ruh Allah).

3. Səni yaradan və sevən kimdir? (Allah).4. Allah bizim dünyamızda günaha necə yanaşır? (Günah Allahı

kədərləndirir).5. Allah Nuha nə etməsini əmr etdi? (Gəmi tikməyi).6. Allah günah etmiş insanları cəzalandırmaq üçün nə etməyə

hazırlaşırdı? (Daşqın göndərdi).7. Kim Allahın onları daşqından qurtaracağına dair vədinə

inandı? (Nuh və onun ailəsi)8. Nuh və ailəsi gəmiyə nə yığmışdı? (qida, hər növ heyvandan

bir cüt və bəzi heyvanlardan yeddi cüt).9. Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman etmisənsə,

hansı vədinə görə Allaha minnətdar ola bilərəsn? (Səni sevdiyinə, səni günahdan və günahın əbədi cəzasından xilas etmək vədinə görə).

Müjdənin qısa izahı1. Kim günah işlədib? (sən, mən, bütün insanlar).2. Kim sənin günahlarının cəzasına görə ölüb? (İsa Məsih).3. Günahından azad olmaq və qurtulmaq üçün nə etməlisən?

(İsa Məsihə öz Xilaskarın kimi iman etməlisən. Təkrarlayın: “Allaha de: “Mən bilirəm ki, günah etmişəm, buna görə çox peşimanam. Mən inanıram ki, İsa Məsih mənim günahlarımdan ötrü ölüb və yenidən dirilib. Xahiş edirəm, mənim günahalrımı bağışlayasan və məni Öz övladın edəsən”).

Page 27: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

27

Dərs 2Allah Nuhu və onun ailəsini xilas edir

Müqəddəs Kəlamdan ayələr: Yaradılış 6:5-8:22, Həvarilərin işləri 17:24, 2Peter 2:5

Mərkəzi həqiqət: Allah İsa Məsihə iman edənləri xilas etməyə söz verir.

Tətbiq etmə: İman etməyən uşaq üçün: İsa Məsihə Xilaskarın kimi iman et İman edən uşaq üçün: Allahın ailəsində təhlükəsizlikdə olduğuna görə Ona

minnətdarıq et.

Əzbərləmək üçün ayə: Romalılara 10:13-ün təkrarı

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

SalamlaşmaSalamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar – hər uşağa bir ədəd olmaqla(səh. 79)

◆ Müxtəlif səslərin audioyazısı (istəyə görə)

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına

qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Səsləri tapmaq oyunu” Müəllim hansısa bir heyvana, əşyaya və ya hərəkətə

xas olan səs çıxardır və ya ifa edir. Uşaqlar isə bu səsin nəyə aid olduğunu tapmalıdırlar. Uşaqların özləri də növbə ilə səslər çıxara bilərlər.

.

İlahilər və duaİlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13, 14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına əyani vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” (nəqarəti iki dəfə

oxuyuruq)Dua Uşaqlarla belə dua edin: “Əziz Allahımız, bizi

sevdiyinə və xilas edə bildiyinə görə Sənə minnətdarıq. İsa Məsih haqqında xoş xəbəri eşidə bilən qulaqlarımıza görə Sənə təşəkkür edirik. İsa Məsihin adı ilə, amin”.

Mahnı (ilahi) “Ehtiyatlı ol” (1-2-ci bəndlər)İanələr (Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün

ki, onlar ianələrini oraya atsın. (Valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə mütləq danışın).

Əzbərləmək üçün ayəƏzbərləmək üçün ayə

◆ PPRO-e, PPRO-f, PPRO-g və PPRO-h əyani vəsaiti

◆ Yaxud PPRO-R1, PPRO-R2, PPRO-R3 və PPRO-R4 əyani vəsaitləri (səh. 76)

◆ İzah (səh. 30) ◆ Əl hərəkətləri (səh. 12)

Ayə Romalılara 10:13Təkrar Ayəni əl hərəkətləri ilə öyrənirik

Page 28: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

28

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün Bədənin açılışması üçün edilən hərəkətlər.edilən hərəkətlər.

◆ Musiqili disk və pleyer Fəaliyyət“Aparıcının ardınca təkrarla”Musiqi çalındığı vaxt aparıcının ardınca hərəkətləri təkrarlayın (məsələn, yerinizdə addımlayın, tullanın, bir ayağı üzərində hoppanın, digər ayağınız üzərində hoppanın, yerinizdə qaçın, ayaq barmaqlarınızın üzərində gəzin. Musiqi kəsilən kimi yerinizdə donub qalın.

Müqəddəs Kitab dərsiMüqəddəs Kitab dərsi

◆ Mətn (səh. 32) ◆ Dərs vəsaiti PPRO2-1,

PPRO2-2, PPRO2-3, PPRO2-4, PPRO 2-5 və PCRO2-6

◆ PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d vəsaiti

◆ PPRO-e, PPRO-f, PPRO-g və PPRO-h və ya PPRO-R1

◆ PPRO-R2, PPRO-R3 və PPRO-R4 əyani vəsaitləri (səh . 76 – istəyə uyğun olaraq)

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13, 14)

◆ “Müqəddəs Kitaba inanıram” və “Mən Allahı tanıya bilərəm” nəğməsinə əyani vəsait

◆ Kiçik qayıqcıq ◆ Yapma üçün xəmir və ya gil ◆ Bişirmək üçün məcməyi və

ya piroq üçün forma ◆ Fincan və su

Dərs “Allah Nuhu və ailəsini xilas edir” Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb

danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?TəkrarlamaTəkrarlama

◆ Arxasına pambıq parça yapışdırımış göy qurşağı üçün rəngli zolaqlar

◆ Suallar (səh. 36)

Oyunlar “Göy qurşağı düzəldirik» Suala düzgün cavab verən uşaq fl anelqraf lövhədəki

“göy qurşağı”na zolaq əlavə edə bilər.

Müjdənin qısa izahıMüjdənin qısa izahı

◆ Bax, səh. 34 ◆ Əyani vəsaitlər PPRO-f,

PPRO-g və PPRO-h ◆ Yaxud PPRO-R2, PPRO-R3

və PPRO-R4 əyani vəsaitlər (səh. 76)

◆ Əyani vəsaitlər PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d (istəyə görə)

İzah “Romalılara 10:13” (təkrar)

Page 29: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

29

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yemək vaxtıYemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün

fasilə elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyətiYaradıcılıq fəaliyyəti

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ “Buklet” (səh. 84-85) – hər uşağa bir ədəd

◆ Rəngli karandaş və ya fl omasterlər

◆ İş vərəqi - hər uşağa bir ədəd

◆ Heyvan şəkilli yapışqanlar ◆ Yapma (lepka) üçün xəmir

və ya “gil” (səh. 8)

Əl işləri “Allah hər zaman vədinə sadiq qalır” Uşaqlardan öz bukletlərinin səhifələrini rəngləmyəi

xahiş edin. Hər səhifədə gösətrilən Allahın vədləri haqqında danışın.

İş vərəqləri* “Allah Nuhu və ailəsini xilas edir” Heyvanları gəmiyə

yapışdırmalarını uşaqlardan xahiş edin.Yapma üçün xəmir “Göy qurşağı düzəlt” Göy qurşağı düzəltməkdə

uşaqlara kömək edin.

Əlavə yaradıcılıqƏlavə yaradıcılıq

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Barmağa taxılan kuklalar.(səh. 86)

◆ İçi paket sıxışdırıcı ilə doldurulmuş və ağzı steplerlə bağlanmış qəhvəyi rəngli kağızdan hazırlanmış kiçik paketlər – hər uşağa bir ədəd.

Səhnə “Miniatürdə kukla teatrı” Uşaqlardan barmağa taxılan kuklaların köməyilə

Müqəddəs Kitab dərsini oynamağı xahiş edin.Fəaliyyət “Şükür qurbangahı düzəldirik” Uşaqlardan “daş”lardan – kağız paketlərdən

qurbangah düzəltməyi xahiş edin. Qurbangaha yeni bir daş əlavə edən uşaq Allahı Kim olduğuna və ya etdiyi hansısa bir əmələ görə alqışlamalıdır.

* Доступны в офисе ОЕД или на сайте www.cefonline.com.

Page 30: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

30

Yadda saxlamaq üçün ayə“Rəbbin adını çağıran hər kəs xilas olacaq” (Romalılara 10:13).

GirişTəsəvvür edək ki, biz meşəyə gəzintiyə getmişik. Büdrəməmək üçün addımlayın. Kötüyün üstündən hoppanın. Çalaya düşməmək üçün onun üstündən keçin. Budaqlara toxunmamaq üçün əyilin. Yıxılmaqdan və ya hər hansı bir zədə almaqdan qorunun. Əslində belə etməyiniz yaxşıdır. Lakin Müqəddəs Kitabda daha böyük təhlükədən xilas olmaq haqda danışılır.

Mövzu ilə tanış olmaqBu barədə biz Romalılara 10:13-cü ayədə oxuya bilərik.Ayəni üç dəfə kötüyün üstündən addımlayaraq, çalanın üstündən hoppanaraq və budaqların altından əyilərək xorla deyin.Müqəddəs Kitabda nişan qoyduğunuz yeri açaraq, Romalılara 10:13-cü ayəni tapmaq üçün uşaqlardan birinə sizə yardım etməsini təklif edin. Ayəni oxuyun, sonra isə PPRO-e, PPRO-f, PPRO-g və PPRO-h; və ya PPRO-R1, PPRO-R2, PPRO-R3 və PPRO-R4 əyani vəasitlərini göstərin.

İzahetmə“Rəbbin adını çağıran hər kəs...” Sən Rəbbi telefonun köməkliyi olmadan da – duada çağıra bilərsən. Rəbbin adını çağırmaq o deməkdir ki, sən Onun Xilaskar olduğunu bilməlisən və yalnız O səni günaha görə cəzalanmaq təhlükəsindən xilas edə bilər. Bu, o deməkir ki, O sənin günahlarından ötrü ölüb və sonra dirilib. “...xilas olacaqdır...” İsa Məsihi öz Xilaskarı kimi çağırmağa qərar verən hər kəs xilas olacaq və günahlarından azad olacaqdır. Günah insanların Allahla əbədi – bu günlük və həmişəlik ayrılığına gətirib çıxarır. Allahdan ayrı düşmək çox kədərlidir. Lakin Allah İsa Məsihi öz Xilaskarı kimi çağıran insanları bu cəzadan xilas etməyi vəd verib.

Tətbiqetməİman etməyən uşaq üçün: Allah səni xilas etmək istəyir. İsa Məsih çarmıxda ölməklə sənin

günahlarının cəzasını çəkib. O, yenidən həyata qayıtdı və yalnız O, yeganə Xilaskarıdr. Əgər sən dərk etsən ki, günah etmisən, buna görə peşiman olsan və İsa Məsihə öz Xilaskarın kimi iman etsən, onda sən Allahdan ayrı düşməyəcəksən. Sən xilas olaraq günahdan azad olacaqsan.

İman edən uşaq üçün: Əgər sən artıq İsa Məsihə öz Xilaskarın kimi iman etmisənsə, onda

Allahın səni xilas edəcəyinə əmin ola bilərsən. Çünki Allah Öz vədini yerinə yetirir.

Təkraretmə“Ayəni hərəkətlərlə öyrənirik”Ayəni (səh. 13) hərkətləri yerinə yetriməklə sözbəsöz təkrar edin. Sonra bu ayəni simvollarıdan istifadə etməklə təkararlayın.

Page 31: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

31

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

Müjdənin qısa izahı“Romalılara 10:13”( təkrar)PPRO-f (və ya PPRO-R2) illüstrasiyasını göstərin.

• Allahın yaratdığı nələrinsə adını çək. (Dünya, bütün insanlar; sən, mən).

• Allah kimi sevir? (Dünyanı – Yəhya 3:16).• Allah sənin haqqında nəyi bilir? (Hər şeyi; günah etdiyini).• Günah nədir? (Allaha məqbul olmayan hər şey: pis fi kirlər, sözlər

və ya hərəkətlər. Nümunələr göstərin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyalarını müzkirə edin).

• Kim günah edir? (Hamı – Romalılara 3:23).• Günaha görə hansı cəza təyin edilir? (Allahdan əbədi ayrı düşmək).• Allah səni nədən xilas etmək istəyir? (Günahdan və onun

cəzasından).PPRO-g (və ya PPRO-R2) illüstrasiyalarını göstərin.

• Allah səni sevdiyinə görə Kimi yer üzünə göndərdi? (Öz Oğlunu. Rəbb İsa Məsihi).

• İsa Məsih sənin və mənim günahlarımdan ötrü necə cəzalandırıldı? (O, çarmıxda öldü – Romalılara 5:8).

• İsa Məsihi qəbirdə (mağarada) dəfn edəndən üç gün sonra Onun başına nə gəldi? (O dirilərək həyata qayıtdı).

PPRO-h (və ya PPRO-R4) illüstrasiyalarını gösətrin.

• Əgər polislər bilsə ki, dustaq cinayət işlətməyib, onda onu bağlayan zəncirləri nə edərlər? (Zəncirləri açar və dustağı azad edərlər).

• Sənin və mənim nədən azad olmağımız lazımdır? (Günahın hakimiyyətindən).

• Sən günahın hakimiyyətindən necə xilas ola bilərsən? (İsa Məsihə Öz Xilaskarın kimi iman etməklə).

• Allah səni pis əməllərinə - günahına görə nə vaxt bağışlayacağını deyir? (Sən İsa Məsihə öz Xilaskarın kimi iman edəndə).

• Sən günahdan nə vaxt azad olursan? (Sən İsa Məsihə öz Xilaskarın kimi iman edəndə. Rəbbin adını çağıranda Romalılara 10:13).

Əgər sənin Allahı çağırmaq və xilas olmaqla bağlı hər hansı bir sualın yaranarsa, mən sənə kömək etməyə hazıram (vaxtı və yeri göstərin).

Page 32: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

32

Dərs – I hissəUşaqlara hava haqqında - sizin iqlimə uyğun, yaxınlaşan boran haqqında məlumat verin, məsələn: “fırtına xəbərdarlığı: küləkli qasırğa, şiddətli yağış, güclü ildırım və saysız-hesabsız şimşək çaxması!”.

Sən nə vaxtsa güclü boran haqqında xəbərdarlıq eşidəndə qorxmusanmı? Cavab vermələri üçün uşaqlara şərait yaradın.Bizlərdən hər biri nə vaxtsa qorxub! Əgər qorxmusansa, nə etmək lazımdır? (Allaha etibar et!).

“Ona güvənəcəm” nəğməsini oxuyun.

İllüstrasiya PPRO2-1Allah Nuhu tezliklə baş verəcək daşqın haqqında xəbərdar etdi. Nuh Allaha inandı, çünki Allahın dediyi hər şey həqiqətdir. Nuh Rəbb Allahı sevirdi və Ona etibar etdi. Nuh hələ gəmini tikdiyi vaxtlar insanları tezliklə baş verəcək daşqınla bağlı xəbərdar etdi. “Daşqın olacaq. O sizin günahlarınızın ucbatından baş verir. Siz Allaha iman edib Onun sözlərinə qulaq asmalısınız, yoxsa hamınız batacaqsınız – deyə Nuh adamlara xəbərdarlıq edirdi.Allah görürdü ki, Nuhun dövründə olan bütün insanlar günahlı həyat yaşayır. Onlar Allahı sevmək, Ona qulaq asmaq istəmirdilər. Allah qərara gəldi ki, yer üzünə nəsə qeyri-adi bir şey – daşqın göndərsin. Su bütün yer üzünü basmalı idi. Bu daşqın Allaha iman etməyən insanların günahına görə olan cəza idi.Müqəddəs Kitab bizi günaha görə olan cəza – Allahla əbədi ayrılıqla bağlı xəbərdar edir. Allaha məqbul olmayan hər nə varsa – pis düşüncələr, sözlər, hərəkətlər hamısı günah hesab olunur. Sən də, mən də, bir sözlə hamımız günah işlətmişik. Müqəddəs Kitabda deyilir ki, “...saleh olan yoxdur, bir nəfər belə yoxdur” (Romalılara 3:10). Bizlərdən heç kim heç cürə hər bir işdə yaxşı ola bilməz. Aşağıda göstərilən günah nümunələrindən misal çəkin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyalarını müzakirə edin.

Qızlar, siz ananızın ciddi–cəhdlə toxunmağınıza qadağan etməsinə baxmayaraq, onun bahalı kosmetikasına baxanda onlarla oynamaq istəyirsinizmi?PPRO-b illüstrasiyasını göstərin.

Bəlkə sən dodaqlarını pomada ilə bəzəmisən. Bəlkə də ananın ətir şüşəsini açmısan. Ananın otağa gəldiyini eşidəndə qaçmısan və ondan gizlənmisən. Anan səni tapdığı vaxt isə “bunu mən etmədim!” deyə inandırmağa çalışacaqsan.PPRO-c illüstrasiyasını göstərin.

Oğlanlar, sizlərdən kimsə başqasının sizi görmədiyini zənn edib öz bacısını incidibmi? Halbuki, ata-anan sənə mehriban olmağı deyiblər. Valideynlərin sözünə qulaq asmamaq – günahdır. Çünki Allah deyir: “Uşaqlar, ata-ananıza itaət edin” (Efeslilərə 6:1). Siz günah etmək istəyində doğulmusunuz. Buna görə də gözlərinizlə, əllərinizlə və ayaqlarınızla günah edirsiniz!

Ayağa qalxın və “Ehtiyatlı ol” nəğməsini oxuyun.

Page 33: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

33

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

Allah səni çox sevir, lakin buna baxmayaraq, O, adamları etdikləri günahlara görə cəzalandırmalıdır.Biz səninlə Allahdan əbədi ayrı düşmüşük, çünki günah işlətmişik. Lakin Allah bizə bu cəzadan xilas olmaq üçün vəd verir. Allah İsa Məsihə iman edən hər kəsi xilas etməyə vəd verir.

İllüstrasiya PPRO2-2Allah Nuhu daşqından xilas edəcəyinə dair söz vermişdi. Allah vəd verdi ki, gəmidə olan bütün insanlar və heyvanlar təhlükəsizlikdə olacaqlar. Nuh gəmini məhz Allahın ona buyurduğu kimi tikdi. Gəmidə Nuh, onun ailəsi və bütün heyvanlar üçün otaqlar var idi. Gəmidə həmçinin zəruri olan bütün ərzaqlar da vardı. Bütün bunlardan sonra Allahın vəd etdiyi kimi, hər növ heyvandan bir cüt və bəzi heyvanlardan yeddi cüt gəmiyə daxil oldu. Nuh və onun ailəsi Allaha inandı və Ona itaət etdilər.

“Nuhun gəmisi vardı” nəğməsini oxuyun (“Qoca MakDonald”nəğməsinin melodiyasına uyğun olaraq) (“Old Mc

Donald”).Nuh və onun ailəsinin Allaha inanması və Ona iatət etməsi sayəsində onlar daşqın başladığı vaxt gəminin içində - təhlükəsizlikdə oldular.

Dərs – II hissəİllüstrasiya PPRO2-3Nuh, ailəsi və bütün heyvanlar gəmiyə daxil olnadan sonra Allah onların arxasınca qapını örtdü. Nuh Allahın vədinə inandı. Nuh inandı ki, Allah onu günahın belə bir qeyri-adi cəzasından – dünyanı bürüyən daşqından xilas edəcək. Sən də əmin ola bilərsən ki, Allah səni günahın əbədi cəzasından (Allahdan əbədi ayrı düşməkdən) xilas edəcək. Allah İsa Məsihi – Oğul Allahı yer üzünə göndərdi ki, O, Xilaskar olsun. İsa Məsih körpə kimi doğuldu, sonra boya başa çataraq kişi oldu. İsa Məsih həmişə düzgün olanı edirdi – O, hər bir işdə günahsız idi. İsa Məsih böyük kişi olanda, Allahın sənə və mənə olan ilahi sevgisini göstərdi. Müqəddəs Kitabda deyilir: “Biz hələ günahkar ola-ola Məsih (İsa) bizim uğrumuzda öldü” (Romalılara 5:8). Bəli, İsa Məsih sənin və mənim günahlarımın cəzasına görə çarmıxda ölümə getdi. İsa Məsihi qəbirdə (mağarada) basdırmışdılar. Lakin üçüncü gündə O dirildi. İsa Məsih – O, Xilaskardır və yalnız O səni günahın əbədi cəzasından xilas edə bilər. Allah isa Məsihə iman edən hər kəsi xilas etməyə vəd verib.

Ayağa qalxın və “Mən Müqəddəs Kitaba inanıram” nəğməsini oxuyun. (1-5-ci bəndlər).

Xorla Romalılara 10:13-cü ayəni təkrarlayın. İstəyə uyğun olaraq PPRO-e, PPRO-f, PPRO-g və PPRO-h və ya PPRO-R1, PPRO-R2, PPRO-R3 və PPRO-R4 əyani vəsaitlərini istifadə edin.Allah İsa Məsihə iman edən hər kəsi xilas etməyə vəd verib.Nuh və onun ailəsi heç də günahsız adamlar deyildilər. Onlar da günah işlətmişdilər. Lakin onlar Allaha iman etdilər. Müqəddəs Kitabda yazılır: “Ancaq Nuh Rəbbin gözündə lütf tapdı” (Yaradılış 6:8). Müqəddəs Kitabınızdan Yaradılış 6:8-i oxuyun.

Nuhu cəzalandırmaq Allaha lazım deyildi. Çünki Nuhun günahları

Page 34: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

34

bağışlanmışdı. Nuh və ailəsi inandılar ki, Allah onları başlamaqda olan daşqından xilas edəcək. Başqa günahlı insanlar Allaha iman etmədilər və Ona itaət etmədilər.Nuh gəmidə yeddi gün (yeddiyə kimi sayın) gözlədikdən sonra Allah yer üzünə yağış göndərdi. Yağış dayanmadan ele hey yağırdı, yağırdı. Göydən yağış yağır, yeri su ilə doldururdu. Dənizlər və çaylar sahillərindən çıxaraq qurunu basdı.

Əlinizlə yağan yağışı təsvir edin.

İllüstrasiya PPRO2-4Yağış qırx gün qırx gecə yağdı. Su bütün yer üzünü basdı. Su o qədər çox idi ki, bütün vadiləri doldurdu və bütün ağacları, hətta, dağları belə basdı. Su bütün yer üzünü basmışdı. Lakin gəmi suyun üzərində qalmışdı.Balaca qayıqcığı torpaqla və ya yapma üçün xəmilrə doldurulmush məcməyinin üstünə, yaxud hündür divarlı tort qabının içinə yerləşdirin. Qoy uşaqlar fi ncanla su götürüb“yer”i su basana kimi tort qabını doldursunlar, belə ki, qayıqcıq batmasın. (məşğələyə kimi bunu məşq edin!).

Gəmidə olanlardan başqa yer üzündə yaşayanların hamısı daşqın vaxtı məhv oldu. Lakin gəminin içində olanların hamısı təhlükəsizlikdə idilər. Nuh, onun ailəsi və onlarla olan bütün heyvanlar sağ-salamat qaldılar. Daşqın onlara heç bir zərər vermədi.Nuh gəmidə daşqından xilas oldu, çünki Allaha inanmışdı. Əgər sən isa Məsihə öz Xilaskarın kimi iman etmisənsə, onda əmin ol ki, Allah da səni xilas edib. Lakin sən daşqından da daha pis bir şeydən xilas olunmusan. Sən günahın əbədi cəzasından azad olmusan. Sənin günahların bağışlanıb. Sən nə indiki, nə də gələcək dövrdə Allahdan ayrı düşməyəcəksən. Sən indi tam təhlükəsiz bir yerdəsən – sən Allahın ailəsində olan bir körpəsən. Allaha minnətdar ol ki, O səni xilas edib və Öz ailəsinə qəbul edib.

“Mən Allahı tanıya bilərəm” nəğməsini oxuyun. (nəqərat).

Dərs - III hissəİllüstrasiya PPRO2-5Nə qədər ki, yağış yağırdı gəmi qırx gün, qırx gecə suyun üzündə qalmışdı. Sonra isə yağış kəsdi. Gəmi sakit-sakit üzür, su isə yavaş-yavaş çəkilirdi. Yüz qırx gündən (uzun bir vaxt idi) sonra gəminin üzməsi dayandı, dağın başına ilişib qaldı. Günlərin bir günü Nuh pəncərəni açıb iki quş – qarğa və göyərçini buraxdı. Qarğa - bu, istirahət etmədən uzun müddət uça bilən böyük və güclü quşdur. Lakin göy göyərçin bir qədər ətrafı dolandıqdan sonra Nuhun yanına qayıtdı. Nuh bir həftə gözləyəndən sonra yenidən göyərçini buraxdı. Lakin göyərçin bu dəfə qayıdanda dimdiyində zeytun ağacının yarpağını gətirmişdi. Bu, yaxşı xəbər idi. Bu o demək idi ki, yer üzündə yenidən bitki bitmişdi. Bir neçə həftədən sonra Nuh göyərçini buraxdı, amma göyərçin bu dəfə geriyə qayıtmadı.

Gəmidən uçub çıxan böyük qarğanı və kiçik göyərçini təsvir edin.Nuh və onun ailəsi gəmidə bir ildən artıq vaxt keçəndən sonra Allah onlara indi çölə çıxa biləcəklərini dedi. Gəmidə olanalrın hamısı bir il yaşlanmışdılar. Adamlar orada heyvanlarla birlikdə uzun bir vaxt keçirdilər. Onlar suyun çəkilməsini və quruya çıxmağı gözləyirdilər.

Page 35: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

35

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

İllüstrasiya PPRO2-6Onlar yenidən quruya çıxdıqlarına görə elə sevinirdilər ki! Gəlin, elə təsəvvür edək ki, biz indi orada – Nuhla birlikdəyik. Aşağıda göstərilmiş monoloqdan istifadə edin, yaxud uşaqların təklif etdiyi ideyalara əsasən nəsə fi kirləşin.

“Bir baxın, güllər necə çiçək açıb!. Quşlar necə də sevinclə qanad açıb uçur. Təmiz havada nəfəs almaq necə də ürəkaçandır. Sənə minnətdarıq, ya Rəbb!”Müqəddəs Kitabda deyilir ki, Nuh sevincindən Allahı izzətləndirirdi. Nuh yaxşı bilirdi ki, onu daşqından Allah xilas edib. Nuh qurbangah düzəltdi (daşdan düzəldilmiş xüsusi tikili).Nuh Allaha səcdə edəndə yəqin ki, Ona bu sözləri deyirmiş: “Allahım, sən hər şeyə qadirsən! Sən bizi daşqından qorudun! Sənə minnətadaram ki, sən məni sevirsən və mənim ailəmi xilas etmisən!”Allah bizim səcdələrimizə layiqdir, çünki O, qüdrətli Yaradandır. Allah dünyanı və onda olan hər şeyi – yağışı, heyvanları, onların qidalandıqları bitkiləri, Göydə yerləşdirdiyi günəşin işığından və istisindən zövq alan insanları yaratdı. Bizim Allahımız müqəddəsdir və O, həmişə düzgün hərəkət edir. Allah Nuhu və onun ailəsini gəmidə qoruyub saxlayacağına dair söz vermişdi və O, Sözünə əməl etdi. Allah verdiyi vədə həmişə əməl edir.Allah göyün üzündə gözəl bir göy qurşağı – dünyanın ən birinci göy qurşağını qoydu. Allah dedi ki, bu göy qurşağı insanlara Onun bir daha yer üzünü daşqınla məhv etməyəcəyinə dair vədini xatırladacaq. Arabir yer üzündə çayların daşması, su basmaları, uzun müddət yağışın yağması olur. Lakin Nuhun və ailəsinin başına gələnlər bir daha olmayıb və bundan sonra da heç vaxt olmayacaq. Allah Öz vədinə sadiq qalır. Nuh bilirdi ki, onu məhz Allah xilas edib.

“Üçü birində” nəğməsini oxuyun (2-ci bənd).

Əgər sən İsa Məsihə Xilaskarın kimi iman edirsənsə, onda Allahın səni xilas etdiyinə əmin ola bilərsən. İndi Allahın ailəsində təhlükəsizlikdə olduğuna dair heç bir şübhən olmasın. Səni Öz ailəsinə qəbul etdiyinə görə Ona minnətdarlıq et. Əgər sən Allahın ailəsinə qubul olunduğuna əmin deyilsənsə, onda bu gun ailənin üzvü ol.

A - Allaha qarşı günah etdiyini etiraf elə.A - Ancaq, İsa Məsihin səni xilas etməkdən ötrü uğrunda öldüyünə

iman et.A - Allahı dualarında çağır. Günahlarına görə Ondan bağışlanma və İsa

Məsihin Xilaskarın olmasını dilə.Allah İsa Məsihə öz Xilaskarı kimi iman edən hər kəsi xilas etməyə vəd

verib. Allah həmişə Öz vədini yerinə yetirir.

Page 36: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 2

36

Təkrar üçün suallarYadda saxlamaq üçün ayə1. Zərbədən qorunmaq – bu, çox yaxşıdır, lakin hansı daha böyük

təhlükədən biz xilas olmalıyıq? (Günahdan və günahın cəzasından).2. Səni günahdan yalnız Kim xilas edə bilər? (İsa Məsih).3. Sən Rəbbin adını necə çağıra bilərəsn? (Allaha dua edərək, İsa

Məsihə öz Xilaskarın kimi iman etdiyini deyərək)

Dərs (I-III hissə)1. Nə üçün Allah yer üzünə daşqın göndərdi? (Nuhun dövründə

yaşayan adamları günahlarına görə cəzalandırmaq üçün).2. Günahın cəzası nədir? (Allahla əbədi ayrılıq).3. Allah kimləri günahdan azad edəcəyinə dair vəd verir? (İsa Məsihə

öz Xilaskarı kimi iman edənləri).4. Yağış qırx gün, qırx gecə yağanda gəminin başına gəldi? (O, suyun

üzündə üzürdü). 5. Kim Nuhu, onun ailəsini və gəmidə olan heyvanları daşqın vaxtı

qoruyurdu? (Allah).6. Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman edirsənsə, onda Allah

sənin üçün nə edir? (Günhadan azad edir; səni Allahın ailəsinin övladı edərək təhlükəsizlikdə qoruyub saxlayır).

7. Bir ildən də çox gəmidə yaşayan Nuh quruya çıxandan sonra nə etdi? (Allahı izzətləndirdi).

8. Allah bir daha yer üzünə daşqın göndərməyəcəyi ilə bağlı Öz vədini xatırlatmaq üçün göyün üzünə nə qoydu? (Göy qurşağı).

9. Əgər sən İsa Məsihə Öz xilaskarın kimi iman etmisənsə, onda Allah və onun vədləri haqda mütləq nə deyə bilərsən? (Allah Öz vədlərini yerinə yetirir, səni sevir və xilas edir).

Müjdənin qısa izahı1. Günah nədir? (Allaha məqbul olmayan hər şey: pis düşüncələr,

sözlər və əməllər).2. İsa Məsih Sənin günahlarına görə necə cəzalandırıldı? (Çarmıxda

öldü).3. Günahdan azad olmaq üçün nə etməlisən? (İsa Məsihə öz

Xilaskarın kimi iman etməlisən. Təkrar edin: “Allaha deyin: “Mən bilirəm ki, günah işlətmişəm və buna görə də çox peşimanam. Mən iman edirəm ki, İsa Məsih mənim günahlarımdan ötrü ölüb və dirilib. Yalvarıram, günahalrıma görə məni bağışla və məni Öz övladın et”).

Page 37: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

37

Dərs 3Allah İbrahim və Saranı oğulla xeyir-dualandırır

Müqəddəs Kəlamdan ayələr: Yaradılış 12:1-9 Yaradılış 15:1-6, Yaradılış 17:16-19, Yaradılış 18:1-15, Yaradılış 21:1-7

Mərkəzi həqiqət: Allah İbrahimin ailəsi vasitəsilə bütün dünyaya xeyir-dua verəcəyinə dair vəd edir.

Tətbiq etmə: İman etməyən uşaq üçün: İsa Məsihin bu dünyaya sənin Xilaskarın olmaqdan

ötrü gəldiyinə iman et.

Əzbərləmək üçün ayə: “Rəbb xeyirxahdır... Ona güvənənləri tanıyır” (Nahum 1:7).

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

SalamlaşmaSalamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar – hər uşağa bir ədəd olmaqla(səh. 79)

◆ Rəngli karandaşlar və ya fl omasterlər

◆ A4 vərəqi – hər uşaq üçün bir ədəd.

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına

qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Mənim əlimə bax” Hər bir uşağın əlinin vərəq üzərində haşiyəyə alın.

Uşaqlardan əllərini rəngləməyi xahiş edin. Onlara bu əllərlə nə etmək mümkün olduğu barədə danışın.

İlahilər və duaİlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13, 14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” Dua Uşaqlarla belə dua edin: “Əziz Rəbbim, məni

sevdiyin üçün Sənə minnətdaram. Öz əlimlə etdiklərimə və digər şeylərdə Sənə qulaq asmağıma yardımçı ol. İsa Məsihin adı ilə, amin”.

Mahnı “Ehtiyatlı ol” (1-3cü bənd)İanələr (Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki,

onlar ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayəƏzbərləmək üçün ayə

◆ PPRO-R5 PPRO-R6, PPRO-R7 və PPRO-R8 əyani vəsaiti (səh. 77)

◆ İzah (səh. 40) ◆ Notlar. (səh.12)

Ayə Nahum 1:7Təkrar Ayəni oxuyun

Page 38: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

38

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün Bədənin açılışması üçün edilən hərəkətlər.edilən hərəkətlər.

Fəaliyyət“Başla çiyinlər, dizlə topuqlar”Bu sözləri əl hərəkətlərini yerinə yetirərək hansısa bir məşhur mahnının motivi əsasında oxumaq olar:Başla çiyinlər, dizlə topuqlar,Dizlə topuqlar, dizlə topuqlar,Başla çiyinlər, dizlə topuqlar,Əl çalırıq, Rəbbi alqışlayırıq!

Müqəddəs Kitab dərsiMüqəddəs Kitab dərsi

◆ Mətn (səh. 43) ◆ Dərs vəsaiti PPRO3-1,

PPRO3-2, PPRO3-3, PPRO3-4, PPRO 3-5 və PCHU4-2

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13-14)

◆ Plasmastdan hazırlanmış mətbəx ləvazimatları

Dərs “Allah İbrahim və Saranı oğulla xeyir-dualandırır” Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb

danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?TəkrarlamaTəkrarlama

◆ Kiçik çamadan ◆ Səyahət zamanı istifadə

olunanan ləvazimatlar (məs, geyim, yemək, tulaet avadanlıqları)

◆ Suallar (səh. 46)

Oyunlar “Səfərə hazırlaşırıq» Suala düzgün cavab verən uşaq çamadana bir əşya

əlavə edə bilər.

Müjdənin qısa izahıMüjdənin qısa izahı

◆ Hadisə səh. 41 yazılıb ◆ “Müjdə açarları” – PPRO-i ◆ Əyani vəsaitlər PPRO-a,

PPRO-b, PPRO-c və PPRO-d (istəyə görə)

Fəaliyyət “Müjdə açarları”

Yemək vaxtıYemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün

fasilə elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 39: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

39

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyətiYaradıcılıq fəaliyyəti

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ “Müjdə açarları” hər uşağa bir dəst(səh. 87);

◆ Rəngli karanadaşlar və ya fl omasterlər

◆ Qayçı ◆ Deşikaçan ◆ Açar üçün halqa – hər uşağa

bir ədəd ◆ İş vərəqi – hər uşağa bir ədəd

◆ Kəsilmiş parça – hər uşağa bir ədəd

◆ Yapışqan ◆ Yapma üçün xəmir və ya

“gil” (səh. 8)

Əl işləri “Müjdə açarları” Uşaqlara açarları rəngləməyi, onları kəsməyi, onlarda

deşik açmağı və halqadan asmağı tapşırın.

İş vərəqləri* “Allah İbrahimi oğulla xeyir dualandırır” Uşaqlara

kəsilmiş parçaları çadırın içində xalça əvəzinə döşəməyə yapışdırmaqda kömək edin.

Yapma üçün xəmir “Qulaq asmaq” sözündəki “Q” hərfi ni düzəldək. Uşaqlara valideynin, müəllimənin sözünə qulaq

asmağın vacibliyi haqqında danışın. Onlara yapma üçün xəmiri əvvəlcə kolbasa formasında, daha sonra onu yumurlayaraq “Q” hərfi düzəltməyə kömək edin.

Əlavə yaradıcılıqƏlavə yaradıcılıq

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Qırmızı plastilin ◆ Sarı plastilin ◆ Yaşıl plastilin

Fəaliyyət “Qulaq asmaq” sözündəki “Q” hərfi ni düzəldirik.

Söyləyin: “Qulaq asmaq” yaxşı və düzgün etmək mənasını verir. Müqəddəs Kitab – Allahın Sözü –haqqında kitabdır. Orada nəyin yaxşı, nəyin pis olduğu haqqında danışılır. Allah istəyir ki, sən yaxşı olanı edəsən. “Qulaq asmaq” sözü “Q” hərfi ilə başlayır (Qırmızı, yaşıl və sarı rəngli “Q” hərfi düzəldin, onları bir xətt boyunca düzərək işıqfor düzəldin).

“Sən ata və ya ananla maşında yol gedəndə onlar işıqforun siqnallarına nəzarət edirlər ki, qəza törətməsinlər. Qırmızı işıq o deməkdir ki, maşını saxlamaq lazımdır. Sarı işıq saxlamaq barədə xəbərdarlıq edir, ola bilsin ki, gözləmək lazım ola bilər. Yaşıl işıq isə deyir ki, hərkət etmək olar. Bəzən valideynlər sən nəsə edəndə səni durdurmaq istəyirlər, bəzən gözləməyi deyir, bəzən isə istədiyini etməyə sənə icazə verirlər. Sən onlara qulaq asmalısan. Allah bizə Müqəddəs Kitab verib ki, O bizim üçün işıqfor rolunu oynasın. Müqəddəs Kitab nə vaxt necə etməli olduğumuzu başa düşməyə kömək edir. Allah istəyir ki, sən Onun Sözünə qulaq asasan.

Fəaliyyət “Qırmızı işıq, yaşıl işıq” Qrupdan 7-8 metr uzaqlaşın. Siz “yaşıl işıq” deyəndə

uşaqlar tullana-tullana, qaça-qaça, iməkləyə-iməkləyə yanınıza gəlsinlər. Siz “qırmızı işıq” deyəndə isə onlar yerlərində durmalıdırlar. Oyunun qaydası bundan ibarətdir ki, uşaqlar sizə qulaq assınlar.

* Доступны в офисе ОЕД или на сайте www.cefonline.com.

Page 40: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

40

Yadda saxlamaq üçün ayə“Rəbb xeyirxahdır... Ona güvənənləri tanıyır” (Nahum 1:7).

GirişSən bilirsənmi ki, bu gün sənin üçün naharı kim hazırlayıb? Bəs, sabah şam yeməyinə nə yeyəcəyini bilirsənmi? Suallara savab vermələri üçün uşaqlara şərait yaradın.

Mən hər şeydən xəbərdar olan Birini tanıyıram. Müqəddəs Kitab Onun bildikləri haqqında danışır.

Mövzu ilə tanış olmaqBizim bu günki ayəmiz “Nahum 1:7” ünvanında yerləşir. Ayənin ünvanını üç dəfə xorla təkrar edin: əvvəlcə, bir tərəfə, sonra digər, daha sonra isə yuxarı nəzər salaraq.Müqəddəs Kitabda nişan qoyduğunuz yeri açaraq, Nahum 1:7-ci ayəni tapmaq üçün uşaqlardan birinə sizə yardım etməyi təklif edin. Ayəni oxuyun, sonra isə PPRO-R5, PPRO-R6, PPRO-R7 və PPRO-R8; əyani vəsaitlərini göstərin.

İzahetmə“... Rəbb...” Bu ayədə Rəbb Allah haqqında danışılır. Rəbb – Allahın və ya İsa Məsihin adıdır. O bizə Onun Hökmüdar olduğunu xatırladır. Müqəddəs Kitab bizə Rəbb Allah haqqında bəhs edir. “Xeyirxahdır...” Bəli, bizim Rəbbimiz xeyirxahdır! O, həmişə dürüst hərəkət edir. O, hər şeydə kamildir. Rəbb hamı haqqında hər şeyi bilir. “...Ona güvənənləri tanıyır...” Rəbb Allah Ona inananları və Ona güvənənləri tanıyır. O, sənə çətin və kədərli olanda Ona inanıb-inanmadığını bilir. O, başqa adamları sevməkdə və hər gün Ona itaət etməkdə, Onun köməyinə güvənib-güvənmədiyini bilir.

Tətbiqetməİman etməyən uşaq üçün: Əgər sən günah etdiyini bilir, amma Allaha və Onun xilasına hələ

iman etməmisənsə, bunu elə bu gün edə bilərsən. İsa Məsih sənin günahlarına görə cəzalanan Xilaskardır. Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman etsən, onda Allahın səni xilas edəcəyinə əmin ola bilərsən. Sən günahlarına görə bağışlanma alıb Allahın övladı olursan.

İman edən uşaq üçün: Əgər sən artıq İsa Məsihə öz Xilaskarın kimi iman etmisənsə,

onda hər şeydə Ona etibar edə bilərsən. Sənin üçün çətin və kədərli olanda Ona etibar et. Allaha etibar et ki, O, başqa adamları sevməkdə və hər gün Onun sözünə qulaq asmaqda sənə kömək edəcək.

Təkraretmə

“Ayəni oxuyun”

Zəruri ardıcıllıqla simvolları göstərərək uşaqlarla bu ayəni xorla bir neçə dəfə oxuyun.

Page 41: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

41

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

Müjdənin qısa izahıMüjdə açarlarıAçarlarla biz qapını açırıq ki, evimizə daxil olaq, avtomobilə əyləşək, yaxud da hansısa bir darvazadan keçək. Məndə bir neçə rəngli açar var. Bu açarlar Göylərə düşməyin yollarını dərk etməkdə sənə kömək olacaq.Qızılı açarı göstərin.

Qızılı açar bizə Göyləri, Allahın evini xatırladır. Göylər – bu, möcüzəli bir yerdir. Müqəddəs Kitabda Göylər təmiz qızıldan hazırlanmış gözəl şəhər kimi təsvir olunur (Vəhy 21:21). Göylərdə hər şey kamildir, çünki Allah müqəddəsdir (kamildir). Allah həmişə düzgün hərəkət edir. Müqəddəs Kitabda yazılır ki, Allah bütün dünyanı yaratdı və “...Allah dünyanı sevdi” (Yəhya 3:16). Bu, o deməkdir ki, Allah dünyadakı bütün insanları sevir. Allah səni sevir! Allah istəyir ki, sən günlərin birində Göylərdə olasan, Onunla birlikdə orada yaşayasan.Tünd açarı göstərin.

Tünd açar bizə günahı xatırladır. Sən də, mən də Allahın qanunlarını pozanda Allaha qarşı günah işlədirik. Sən öz həvəsinə görə hərəkət etmək istəyi ilə doğulmusan. Buna görə də günahlı hərəkətlərə yol verirsən. Müqəddəs Kitabda deyilir : “... hamı günah edib” (Romalılara 3:23).Günaha aid nümunələr göstərin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyalarını müzakirə edin.

Göylərdə heç bir günah ola bilməz. Buna görə də günah etmiş adamlar ora girə bilməz. Biz səninlə günahalrımıza görə cəzaya layiqik.Qırmızı açarı göstərin.

Qırmızı açar bizə Xilaskar İsa Məsihi xatırladır. İsa Məsih yer üzünə gəldi, körpə kimi doğuldu, sonra boya-başa çataraq kişi oldu. İsa Məsih heç bir günah etmədi. Lakin O, başqalarının günahını Öz üzərinə götürərək çarmıxda öldü. Müqəddəs Kitabda deylir: “Məsih (İsa) günahalrımız üçün öldü” (1 Korinfi lilərə 15:3). İsa Məsih öldüyü vaxt Onu qəbirdə (mağarda) basdırdılar. Sonra isə Müqəddəs Kitabda deyilir ki, O, “üçüncü gün dirildi” (1 Korinfi lilərə 15:4). Xilaskarımız İsa Məsih bu gün də yaşayır! Yalnız O səni günahalrından azad edə bilər.Ağ açarı göstərin.

Bu ağ açar bizə günahdan xilas olmanı göstərir. Günahından azad olmağın bir yolu var – İsa Məsihə öz Xilaskarın kimi iman etmək. Müqəddəs Kitabda deyilir: “Rəbb İsaya iman et, xilas olarsan” (Həvarilərin işləri 16:31).Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman etmək və günahından azad olmaq istəyirsənsə, məmnuniyyətlə sənə kömək edərəm (vaxtı və yeri gösətərin). Beləliklə, sən Allahın əbədi ailəsinin övladına çevrilə və günlərin birində Onunla birlikdə göylərdə ola bilərsən.Yaşıl açarı göstərin.

Yaşıl açar bizə Allahın övladlarının böyüməli olduğunu göstərir. Müqəddəs Ruh Allah, Allahın hər bir övladının ürəyində yaşayır. O sənə Allaha itaət etməkdə və Allahın səndən gözlədiyi xeyirxah işləri

Page 42: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

42

görməkdə kömək edir. Amma buna baxmayaraq, hərdənbir Allahın Sözünə qulaq asmaq istəməyəcəksən. Əgər bu, baş versə, sən yenə də Allahın övladı olaraq qalacaqsan. Lakin sən etdiyin günah barədə Ona deməlisən. Bundan sonra isə günhalarının bağışladığına görə Allaha minnətdarlıq et və Ona itaətli olmaqda sənə kömək etməyini xahiş et.

Page 43: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

43

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

Dərs – I hissəİllüstrasiya PPRO3-1Allah İbrahim adlı bir adamla danışdı.“Öz torpağından çıx, sənə göstərəcəyim torpağa get” (Yaradılışdan 12:1).İbrahim uzun illər bundan əvvəl yaşamışdı. Onun Sara adlı arvadı var idi. Necə düşünürsən, Allah ona başqa yerə getməyi əmr edəndə, o, özünü necə hiss etdi. Müqəddəs Kitabda deyilir ki, Allah İbrahimə təkcə evini qoyub getməyi əmr etmədi. Allah həm də İbrahimə bir vəd verdi. Allah ona dedi: “Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”. Yaradılış (12:2-3).Bu, xüsusi bir vəd idi.Allah bütün dünyaya İbrahim vasitəsilə necə xeyir-dua verə bilərdi? Allah söz verdi ki, ondan böyük bir millət törədəcək və bu millət İsrail xalqı olacaq. Aradan uzun illər keçəcək, Məryəm adlı yəhudi bir qadın Oğul Allahı – İsa Məsihi doğacaq. O, bütün dünyanın Xilaskarı olmaq üçün Göylərdən gələcəkdi. Bəs, nə üçün dünyaya Xilaskar lazım idi? Yer üzündəki bütün insanalr Allaha qarşı günah etmişdilər. Hamımız Onun sözündən çıxmışdıq. Sən valideyinin sözünə qulaq asmayanda Allahın da sözünə qulaq asmırsan. Çünki O deyir ki, ataya və anaya qarşı itaətli olmaq lazımdır (Efeslilərə 6:1). Sənə də, mənə də Xilaskar lazımdır. Allah da bu Xilaskarı - İsa Məsihi göndərdi. Bax, beləcə Allah İbrahim vasitəsilə bütün dünyaya xeyir-dua verməyə hazırlaşırdı.

İllüstrasiya PPRO3-2İbrahim Allaha itaət etdi və Allahın ona dediyi kimi hərəkət etdi. O, bütün əşyalarını yığdı, sonra isə Sara ilə birlikdə Allahın onlara göstərəcəyi torpağa getməyə hazırlaşdı. Onlar mal-qaranı və qulluqçularını da özləri ilə götürdülər. Onlar qərara gəldilər ki, özləri ilə yola bəzi ərzaqlar götürsünlər. Bəlkə də bu, pendir-çörək, üzüm və ya digər quru meyvələr idi. Onlar yola çıxmaq üçün çadırlarını, geyimlərini və bütün qalan şeylərini yığışdırdılar. Bunu etmək heç də asan deyildi, çünki iş həm çox, həm də çətin idi.

Elə bir görünüş yaradın ki, sanki səyahət üçün əşyalarınızı qablaşdırırsınız.

Əgər qohumları İbrahim və Saradan “Hara gedirsiniz?” deyə soruşmuşdularsa, yəqin ki, onlar “Hara gedəcəyimizi hələ bilmirik” cavabı vermişdilər.Lakin onlar qəti əmin idilər ki, Allaha etibar etmək olar. Allah onlara xüsusi bir vəd vermişdi. Onlar inanırdı ki, Allah onlara yolu göstərəcək. Və O, yolu göstərdi.

İllüstrasiya PPRO3-4Yol getdikləri müddətdə Allah İbrahimə görünüb dedi: “Bu torpağı sənin nəslindən olana verəcəyəm” (Yaradılış 12:7).

“Etibar edəcəyəm” nəğməsini oxuyun.

Page 44: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

44

Dərs - II Hissəİbrahimlə Sara uzun illər evli olsalar da onların uşaqları yox idi. İllər üstünə illər gəlsə də, uşaq olmurdu. Allah Öz vədinə sadiq qalacaqmı? İbrahim narahat olmağa başladı.

İllüstrasiya PPRO3-3Günlərin bir günü gecə vaxtı İbrahim Allaha dedi: “Sən mənə övlad vermədin” (Yaradılışdan 15:3).Bu vaxt Rəbb İbrahimə çölə çıxmağı və göylərə baxmağı əmr etdi.Hamı yuxarıya - “göyə” baxsın.

Göy üzü aydın və qaranlıq idi. Göyün üzündə saysız-hesabsız parlaq ulduz işıq saçırdı. “Göyə bax, ordakı ulduzları saya bilərsənsə, say. Ailən o qədər böyük olacaq” (Yaradılışdan 15:5).Allah Öz vədini İbrahimin yadına saldı. Vaxt keçdi, lakin İbrahim və Saranın əvvəlki kimi uşağı olmurdu. Ürəkdən istədiyin bir şeyi gözləmək sənin üçün çətin olurmu? İbrahim və Sara üçün də gözləmək çox çətin idi. Onlar artıq qocalmışdılar, amma yenə də uşaqsız qalmışdılar.Allah bir daha İbrahimlə danışdı. Allah ona dedi: “Sənlə Saranın bir oğlunuz olacaq” (Yaradılışdan 17:6). Bilirsinizmi, İbrahim nə etdi? Müqəddəs Kitabda deyilir ki, o güldü. (Yaradılışdan 17:7). O qərara gəldi ki, saleh olmaq çox yaxşıdır. Axı, o vaxt İbrahimin təxminən yüz yaşı var idi.“Mən çox qocayam. Doğrudanmı mənim oğlum ola bilər?” – İbrahim Allahdan soruşdu (Yaradılışdan 17:7). “Sənin bir oğlun olacaq və adını İshaq qoyacaqsan” (Yaradaılışdan 17:19).Bu adı təkrar etmələrini uşaqlardan xahiş edin.

Bir dəfə İbrahim çadırında otrduğu vaxt onun yanına üç xüsusi səyyah gəldi. İbrahim onlara dadlı yeməklər və içkilər hazırlamağa tələsdi.

Uşaqlarla birlikdə elə görünüş yaradın ki, sanki yemək hazırlayırsınız. Plasmastdan hazırlanmış mətbəx ləvəzimatları və oyuncaq qidalardan istifadə etmək olar.

Çox qəribədir ki, günün istisində bu insanlar harasa gedirdilər. Hamınız əllərinizi yelləyin.

Lakin onlar adi yolçu deyildilər, Allahın elçiləri idilər. Onlar İbrahimə dedilər ki, bir ildən sonra Saranın balaca bir oğlu olacaq. Necə fi kirləşirsən, çadırın girəcəyində durub onlara qulaq asan kim idi? Sara. O düşünürdü ki, uşaq doğmaq onun üçün çox gecdir, axı, o, çox qoca idi.Elçilər dedilər: “Məgər Rəbb üçün çətin bir şey varmı?” (Yaradılışdan 18:14).Biz şübhə etməməliyik ki, Allah həmişə istədiyini edir. O, İbrahimlə Saraya oğul verməyi vəd etmişdi və bunu etmək Onun üçün heç də çətin deyildi. Allah İbrahim vasitəsilə dünyaya xeyir-dua verəcəyinə

Page 45: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

45

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

dair vəd etmişdi. Bunu etmək Onun üçün çox da çətin deyildi. Əgər sən İsa Məsihə Öz Xilaskarın kimi iman etmisənsə, onda yadında saxla ki, Allah hər zaman Öz vədini yerinə yetirməyə qadirdir.

Dərs - III hissəHəmin xüsusi qonaqların gəlişindən bir ilə yaxın vaxt ötdü.Növbəti bölümdən əvvəl kiçik bir fasilə edin..

Bu, nə səsdir, mən eşidirəm?Elə təsəvvür edin ki, hardasa uzaqdan bir səs eşidirsiniz.

Səs İbrahimlə Saranın çaıdırndan gəlir. Doğrudanmı, oradan yenidoğulmuş körpənin səsi gəlir? Bəli, mən hətta, onun gülüşünü eşidirəm! Nə baş verdi?Uşaqlara icazə verin, suala cavab verinlər.

Bir neçə vaxtdan sonra körpə İshaq nəhayət ki, doğuldu.

İllüstrasiya PPRO3-5Onun əllərində on barmağı (onları sayın) və ayaqlarında on barmağı (ayaqlarınızı göstərin), iki balaca qulağı (qulaqlarınızı gösətrin) və balaca burnu (burnunuzu gösətin) vardı. İbrahim və Saranın vəd olunmuş oğlu doğuldu. Allah Öz vədini yerinə yetirdi. Səncə, İbrahim və Sara özlərini necə hiss edirdilər? Müqəddəs Kitabda deyilir ki, Sara sevincindən gülürdü. Yeni doğulan körpəyə baş çəkən qonşular onunla birlikdə sevinirdilər – bu, çox xoş bir vaxt idi.İbrahim və Sara öz evlərini tərk edərək tanımadıqları bir ölkəyə üz tutdular. Allah vəd verdi ki, bu torpağı onların uşaqlarına verəcək və onların ailəsi vasitəsilə bütün dünyaya xeyir-dua verəcək.

İllüstrasiya PPRO3-3İbrahim Allahın bu yerin bir vaxtlar onun oğlu İshaqa verəcəyinə dair olan vədinə iman etdi. İbrahimin ailəsi böyüyərək Allahın bu dünyaya Xilaskar vermək vədinin bir hissəsinə çevrildi. Allah Öz vədinə əməl etdi və onlara yeni torpağı göstərdi. Həmçinin onlara nəsil verdi. Bəs, Allah onların vasitəsilə dünyaya necə xeyir-dua verəcəkdi? Uzun illər keçdi, İbrahim və İshaqın nəslinin biri İsa Məsih oldu. O, Göylərdəki evini tərk edərək yer üzünə gəldi ki, çarmıxda ölərək sənin, mənim kimi adamları layiq olduğumuz cəzadan xilas etsin.

İllüstrasiya PPRO4-2Allah Oğlu isa Məsih vasitəsilə bütün dünyaya xeyir-dua verə bilir. Sən artıq İsa Məsihə öz Xilaskarın kimi iman etmisənmi? Sən Ondan Xilaskarın olmağı və günahalrını bağışlamağı xahiş edə bilərsən. Allah həmişə Öz vədini yerinə yetirir. Allah Allah İsa Məsihi göndərməklə bütün dünyaya xeyir-dua verdi. Dərsi dua ilə bitirin. Duada Allaha minnətdarlıq edin ki, O, insanlarr layiq olduğu cəzadan xilas etmək üçün İsa Məsihi göndərdi.

Page 46: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 3

46

Təkrar üçün suallarYadda saxlamaq üçün ayə1. Kim hamı haqqında hər şeyi bilir? (Rəbb Allah).2. Allah nə dərəcədə xeyirxahdır? (O, hər şeydə kamildir).3. Bizim yadda saxlamaq üçün olan ayəmizdə hansı xüsusi söz Allaha

iman etməyi ifadə edir? (Güvənmək).

Dərs (I-III hissə)1. İbrahim onu yeni yaşayış yerinə aparacağına görə Kimə güvənə

bilərdi? (Allaha).2. Allah İbrahim vasitəsilə bütün dünyaya necə xeyir-dua verməyə

hazırlaşırdı? (İsa Məsihi dünyaya göndərməklə).3. Nə üçün dünyaya İsa Məsih lazımdır? (Bizə Xilaskar lazımdır,

çünki biz hamımız günah etmişik).4. İbrahim gecə vaxtı göyə baxanda nə gördü? (Saysız-hesabsız

ulduz).5. İbrahimin yanına kimlər qonaq gəlməli idi? (Allahın üç elçisi).6. Kim çadırın girəcəyində duraraq bu kişilərə qulaq asırdı?

(İbrahimin arvadı Sara).7. Uzun illər gözlədikdən sonra Allah İbrahim və Saraya hansı xeyir-

duanı verdi? (oğul İshaqı).8. Allah İshaqla bağlı İbrahimə hansı vədi verdi? (O, İbrahimin

torpağını irs oalraq alacaq və onun böyük ailəsi olacaq).9. Kim həmişə Öz vədini yerinə yetirir? (Allah).

Müjdənin qısa izahı1. Günlərin birində Allah səninlə harada olmaq istəyir? (Onun

Göylərdəki evində)2. Xilaskar İsa Məsih sənin günahlardan təmizlənməyin üçün nə etdi?

(Çarmıxda öldü).3. Öz günahından azad olmaq (təmizlənmək) üçün nə etməlisən?

İsa Məsihə öz Xilaskarın kimi iman etməlisən. Təkrar edin: “Allaha deyin: “Mən bilirəm ki, günah etmişəm. Buna görə çox peşimanam. Mən inanıram ki, İsa Məsih mənim günahlarımdan ötrü ölüb və dirilib. Xahiş edirəm, günahlarıma görə məni bağışla və məni Öz Övladın et”).

Page 47: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

47

Dərs 4 Allah İshaqı həyat yoldaşı ilə xeyir-dualandırır

Müqəddəs Kəlamdan ayələr: Yaradılış 24

Mərkəzi həqiqət: Allah Ondan diləyən hər kəsə istiqamət göstərir.

Tətbiq etmə: İman etməyən uşaq üçün: İsa Məsihdən sənin Xilaskarın olmasını istə. İman edən uşaq üçün: Səni istiqamətləndirməsini Allahdan istə.

Əzbərləmək üçün ayə: Nahum 1:7-nin təkrarı

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

SalamlaşmaSalamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar – hər uşağa bir ədəd olmaqla(səh. 79)

◆ Yekə ağızlı ələ taxılan kukla

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı

mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın.

Fəaliyyət “Kuklalar xoş sözlər deyir” Qoyun sizin kuklanız uşaqlara xoş sözlər desin

(məsələn, “buyurun”, “təşəkkür edirəm”, “mən səni sevirəm”, “yaxşı görünürsən”). Uşaqlara imkan yaradın ki, onlar da kuklanı əllərinə götürsün və xoş sözlər desin.

İlahilər və duaİlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13, 14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” Dua Uşaqlarla belə dua edin: “Əziz Allahımız,

gözlərimizə, qulaqlarımıza, əllərimizə və ağzımıza görə Sənə minnətdarıq. Onlardan daha yaxşı şeylər üçün istifadə etməkdə bizə kömək ol. Sənə təşəkkür edirik ki, bizi istiqamətləndirirsən. İsa Məsihin adı ilə, Amin”.

Mahnı “Ehtiyatlı ol”İanələr (Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara

ötürün ki, onlar ianələrini oraya atsın. (Valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə mütləq danışın).

Əzbərləmək üçün ayəƏzbərləmək üçün ayə

◆ PPRO-R5 PPRO-R6, PPRO-R7 və PPRO-R8 əyani vəsaiti (səh. 77)

◆ İzah (səh. 50) ◆ Notlar.(səh. 12)

Ayə Nahum 1:7Təkrar Ayəni oxuyun

Page 48: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

48

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün Bədənin açılışması üçün edilən hərəkətlər.edilən hərəkətlər.

Fəaliyyət“Başla çiyinlər, dizlə topuqlar”Bu sözləri əl hərəkətlərini yerinə yetirərək hansısa bir məşhur mahnının mövzusu əsasında oxumaq olar:Başla çiyinlər, dizlə topuqlar,Dizlə topuqlar, dizlə topuqlar,Başla çiyinlər, dizlə topuqlar,Əl çalırıq, Rəbbi alqışlayırıq!

Müqəddəs Kitab dərsiMüqəddəs Kitab dərsi

◆ Mətn (səh. 52) ◆ Dərs vəsaiti PPRO4-1, PPRO4-

2, PPRO4-3, PPRO4-4, PPRO 4-5 və PCHU4-6

◆ Xalçacıqlar, paraşüt, masa (istəyə görə)

◆ Qonaqlıq

Dərs “Allah İsahqı həyat yoldaşı ilə xeyir-dualandırır” Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb

danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?TəkrarlamaTəkrarlama

◆ Biri su ilə dolu olmaqla iki ədəd iri qazan

◆ Çömçə ◆ Müşəmbə (Klyonka) ◆ Dəsmal ◆ Suallar (səh. 55-56)

Oyunlar “Dəvələrə su içizdir» Suala düzgün cavab verən uşaq yaxınlaşıb suyun

yarısını bir qazandan digərinə tökə bilər.

Müjdənin qısa izahıMüjdənin qısa izahı

◆ Səh. 51 bax ◆ “Müjdə açarları” – PPRO-i ◆ Əyani vəsaitlər PPRO-a,

PPRO-b, PPRO-c və PPRO-d (istəyə görə)

Fəaliyyət“Müjdə açarları” (təkrar)

Yemək vaxtıYemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün

fasilə elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Page 49: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

49

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yaradıcılıq fəaliyyətiYaradıcılıq fəaliyyəti

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Dairə şəklində kəsilmış meyvələr, yaxud borucuq formalı makaron

◆ İp, toqqa hissələri və ya kapron tilov ipi

◆ İş vərəqi – hər uşağa bir ədəd ◆ Parıltılı zərlər və ya “daş-qaşlar” ◆ Yapışqan ◆ Yapma üçün xəmir və ya “gil”

(səh. 8)

Əl işləri “Bəzək-düzək hazırlayırıq”

Uşaqlardan dairə şəklində doğranmış meyvələri və makaronu ipə, yaxud kapron tilov ipə yığaraq muncuq düzəltməyi xahiş edin.

İş vərəqləri*“Allah İshaqı həyat yoldaşı ilə xeyir-dualandırır” Parıltılı zərləri və ya daş-qaşları Rivqanın dəvəsinin yəhərinə yapışdırmaqda uşaqlara kömək edin.

Yapma üçün xəmir“Dəvə düzəlt” Dəvə düzəltməkdə uşaqlara kömək edin.

Əlavə yaradıcılıqƏlavə yaradıcılıq

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Uşaqların əllərində tuta biləcəyi içi əşyalarla (məsələn, yumşaq oyuncaqlar, kuklalar, maşınlar, topla və s.) dolu olan qutu və ya səbət

◆ Qiymətli daş (səh. 86)

Fəaliyyət “Rica edirəm və təşəkkür edirəm”

Uşaqlar icazə almalıdırlar: Rica edirəm, bunu _______ (əşyanın adını deyin) götürə bilərəm” sonra isə “təşəkkür edirəm” desinlər. Sonra isə eynilə bu qayda ilə müəllimə oyuncaqları səbətə və ya qutuya qaytarmağı xahiş edir.

Fəaliyyət “Daş-qaş xəzinəsini tap”

Qrupdan iki uşaq seçin: onlardan biri qiymətli daşı gizlətməli, digəri isə onu tapmalıdır. Uşağa kömək etmək məqsədilə, yerdə qalan digər uşaqlar o, xəzinədən uzaqlaşanda yavaş səslə “Ona güvənəcəm” mahnısını oxuyurlar. Yaxınlaşanda isə hündür səslə oxumağa başlayırlar. Əgər vaxtınız varsa, daha bir neçə cüt seçin.

* Доступны в офисе ОЕД или на сайте www.cefonline.com.

Page 50: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

50

Yadda saxlamaq üçün ayə “Rəbb xeyirxahdır... Ona güvənənləri tanıyır” (Nahum 1:7).

GirişYolu keçəndə sənin əlindən kim tutur? Səni nənənin evinə kim apara bilər ki, yolu azmayasan? Əgər gözlərini bağlasalar, səni otaqdan otağa keçirtməkdə kimə etibar edərsən? Suallara savab vermələri üçün uşaqlara şərait yaradın.Bu adamların köməyinə güvənmək çox yaxşıdır. Müqəddəs Kitabda isə hər şeydə xeyirxah olan Biri haqqında danışılır. Sən həmişə hər şeydə Ona güvənə bilərsən.

Mövzu ilə tanış olmaq “Nahum 1:7” ayəsində Onun Kim olduğu haqda danışılır.Ayənin ünvanını üç dəfə xorla təkrar edin: əvvəlcə, yerinizdə addımlayaraq, sonra yerinizdə qaçaraq, daha sonra isə yerinizdə tullanaraq.Müqəddəs Kitabda nişan qoyduğunuz yeri açaraq, Nahum 1:7-ci ayəni tapmaq üçün uşaqlardan birinə sizə yardım etməyi təklif edin. Ayəni oxuyun, sonra isə PPRO-R5, PPRO-R6, PPRO-R7 və PPRO-R8; əyani vəasitlərini göstərin.

İzahetmə“Rəbb xeyirxahdır...” Bəli, bizim Rəbbimiz xeyirxahdır, kamilcəsinə xeyiraxhdır, həmişə xeyirxahdır! Rəbb Allah həmişə düzgün hərəkət edir. Rəbb sənin üçün nəyin yaxşı olduğunu bilir. Və Rəbb yalnız yaxşı olanları edir, çünki O, xeyirxahdır.“...Ona güvənənləri tanıyır..” Rəbb Allah hamı haqqında hər şeyi bildiyindən Ona güvənənləri də yaxşı tanıyır. O, Onun köməyinə güvənənləri tanıyır. Rəbb Allah istənilən anda etibar edə biləcəyin Kəsdir.

Tətbiqetməİman etməyən uşaq üçün: Əgər sən günah etdiyini bilir, amma Allaha və Onun xilasına hələ

iman etməmisənsə, bunu elə bu gün edə bilərsən. İsa Məsih sənin günahlarına görə cəzalanan Xilaskardır. Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman etsən, onda Allahın səni xilas edəcəyinə əmin ola bilərsən. Sən günahlarına görə bağışlanma alıb Allahın övladı olursan.

İman edən uşaq üçün: Əgər sən artıq İsa Məsihə öz Xilaskarın kimi iman etmisənsə,

onda hər şeydə Ona etibar edə bilərsən. Rəbb sənin üçün nəyin yaxşı olduğunu bilir və sənin üçün bunları edir. Ona güvən. Səni yönəltməsi və Onun övladı kimi böyümənə kömək etməsini Allahdan istə. Müqəddəs Kitabda deyilənləri başa düşməkdə Rəbbin sənə kömək edəcəyinə güvən. Həyatının bütün vacib qərarlarında Alalhın səni yönəldəcəyinə dair Ona etibar et və güvən.

Təkraretmə“Ayəni oxuyun”Ardıcıllıqla simvolları göstərərək uşaqlarla bu ayəni xorla bir neçə dəfə oxuyun.

Page 51: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

51

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

Müjdənin qısa izahıMüjdə açarları (təkrar)Bu açarlar kağızdan düzəldilib. Əslində onlarla heç bir qapını açmaq olmaz. Lakin onların rəngi sənin Göylərə necə düşə bilcəyini unutmamağa kömək edər!Qızılı açarı göstərin.

• Qızılı açar bizə nəyi xatırladır? (Göyləri, Allahın evini).• Nə üçün Göylərdə hər şey kamildir? (Çünki Allah kamildir).• Bizim yaşadığımız dünyanı Kim yaradıb? (Allah).• Allah kimi sevir? (Sən və mən daxil olmaqla dünyadakı bütün

insanları).• Allah Göylərdə kimlərlə yaşamaq istəyir? (Səninlə, mənimlə)Tünd açarı gösətrin.

• Bu tünd açar bizə nəyi xatırladır? (Günahı).• Sən nə üçün günah işlədirsən? (Sən günah işlətmək istəyilə

doğulmusan).• Allah bizim hansı hərəkətlərimizi günah adlandırır? (Cavablar

müxtəlif ola bilər. Günaha aid nümunələr gösətrin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstarsiyalarını müzakirə edin).

Qırmızı açarı göstərin.

• Bu qırmızı açar bizə nəyi xatırladır (Çarmıxda ölən İsa Məsihi).• İsa Məsih çarmıxda ölərkən kimlərin günahından ötrü cəza çəkdi?

(Başqa insanların günahından ötrü – 1 Korinfi lilərə 15:3).• Nə üçün İsa Məsih sənin günahlarından ötrü cəza çəkə bilərdi? (O,

günahsız idi, Özü heç vaxt günah etməmişdi).• İsa Məsih ölüb basdırıldıqdan sonra üçüncü gündə nə baş verdi?

(İsa Məsih ölülərdən dirildi – 1 Korinfi lilərə 15:4).Ağ açarı göstərin.

• Sən öz günahlarından necə xilas olub təmizlənə bilərsən? (İsa Məsihə öz Xilaskarın kimi iman etməklə - Həvarilərin işləri 16:31).

• Əgər sən günahlarından azad olmusansa, beləliklə Kimin övladı olursan? (Allahın, eləcə də öz valideynlərinin övladı).

Yaşıl açarı göstərin.

• Allahın hər bir övladında onun böyüməsinə kömək edərək yaşayan Kimdir? (Müqəddəs Ruh Allah).

• Müqəddəs Ruh sənə nələrdə kömək edir? (Allahın Sözünə qulaq asmaqda; Allahın səndən gözlədiyi yaxşı əməlləri etməkdə).

• Əgər Allahın övladları Ona iatət etmirsə, onlar nə etməlidirlər? (Allaha öz günahlarını deməli; Bağışlanmaya görə Allaha minnətdar olmalı; itaətli olmağa kömək etməsini Allahdan istəməli).

Page 52: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

52

Dərs –I hissə Elə təsvir yaradın ki, sanki uşaqları dağlardan keçirirsiniz: böyük daşın yaynından keçin, kiçik çayların üstündən tullanın, ağacların budaqlarının altından əyilib keçin. Otaqda müxtəlif maneələr qoyun, məsələn: xalçadan hazırlanmış “cığır”, altından keçməli olduğunuz paraşüt, yanından ötüb keçəmk üçün masa. Vaxtaşırı bu söləri təkrar edin: “Mənim arxamca gəlin – mən sizin bələdçinizəm. Mən sizi düz

yolla aparıram”.

Allah İbrahimin bələdçisi idi. Allah İbrahimə yaşamalı olduğu yeri göstərdi. Allah İbrahimə və onun arvadına oğul verəndə öz vədinə sadiq qaldı. Oğlanın adı yadındadırmı? Valideynləri körpəyə İshaq adını vermişdilər.Uşaqlardan bu adı təkrar etmələrini xahiş edin.

İbrahim və Sara oğullarının doğulmasına görə çox xoşbəxt idilər. Allah onlara verdiyi vədə əməl etmişdi.Üçüncü dərsin əyani vəsaitlərinin köməkliyi ilə İbrahimi, Saranı və İshaqı uşaqların yadına salın.

Allah həmişə Öz vədini yerinə yetirir. O, vəd etdiyini yerinə yetirməyə qadirdir. Allah heç vaxt insanalrı pis vəziyyətdə qoymur, Ona həmişə etibar etmək olar.

İllüstrasiya PPRO4-1Budur, İshaq böyüyüb boya başa çatdı. Mənim fi krimcə, İbrahim oğluna Allah haqqında, Allahın onu Kənan torpağına necə aparmasından danışmışdı. O, İshaqa Allahın bu torpağı İbrahimə və onun ailəsinə verməsi, onlardan böyük bir nəsil törədəcəyi və bu xalq vasitəsilə dünyanın bütün xalqlarına xeyir-dua verəcəyi barədə olan vədi haqqında da danışmışdı.Lakin xalq yalnız oğul vasitəsilə törəyə bilməzdi. İshaqın evlənmək və öz uşaqlarını dünyaya gətirmək vaxtı gəlib çatdı. Necə düşünürsən, özünə arvad olacaq münasib qızı tapmaqda Allah İshaqa kömək edəcəkdimi? İndi bu haqda biləcəyik!İbrahim qulluqçuların böyüyünü çağırıb ona xüsusi bir tapşırıq – İbrahimin vətəninə gedib orda İshaq üçün arvad tapmaq tapşırığını verdi. Bu, çox vacib, eyni zamanda da çox çətin bir tapşırıq idi. Qulluqçunu şübhə bürüdü. O, münasib bir qız tapıb-tapmayacağını bilmirdi. Birdən həmin qız doğma vətənini buraxıb qərib bir ölkədə yaşayan adama ərə getmək istəmədi. Lakin İbrahim əmin idi ki, Allah qulluqçunu lazımi yerə və lazımi ailənin yanına aparacaq.Allah insanları istiqamətləndirə bilir. O, onlara necə yaşamaq, nə etmək lazım olduğunu gösətərə bilir. Bu gün biz necə yaşamaq lazım olduğunu Onun Kəlamından - Müqəddəs Kitabdan öyrənirik. Müqəddəs Kitabınızı uşaqlara göstərin.

Müqəddəs Kitabda deyilir ki, Allah sənin, mənim kimi adamların İsa Məsihə öz Xilaskarı kimi iman etmələrini istəyir. Bizim hər birimizə Xilaskar lazımdır, çünki hamımız Allaha qarşı itaətsizlik etmişik. Biz Ona qarşı günah edirik. Biz yalan danışanda, ya da başqa adamın xətrinə dəyəndə Allaha qarşı günah edirik. Lakin Allah səni də, məni

Page 53: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

53

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

də sevir. Buna görə İsa Məsihi göndərdi ki, bizim cəzamızı Öz üzərinə götürərək çarmıxda ölsün. Sən İsa Məsihə öz Xilaskarın kimi iman edə və Allahın səni bağışladığına əmin ola bilərsən.İbrahim Allaha iman etdi. O, Alalhın onun qulluqçusunu bu vacib səyahətdə istiqamətləndirəcəyinə heç şübhə etmədi.

Dərs - II hissə İllüstrasiya PPRO4-3İbrahimin qulluqçusu uzun yola çıxmaq üçün hazırlıq görməyə başladı. O özü ilə birlikdə bir neçə qulluqçu və on dəvə götürdü. O, İbrahimin verdiyi çoxlu gözəl hədiyyələr və zinət əşyalarını da götürdü. Yol çox uzaq idi. Onlar bir neçə gün yol getdilər, gecələmək üçün müxtəlif yerlərdə dayanırdılar.

Sanki dəvənin üstündə gerdirmiş kimi özünüzü yavaşca yellədin.Nəhayət, qulluqçu mənzil başına çatanda gecə düşmüşdü. O, şəhərdən çox da uzaq olmayan bir yerdə, qadınların su götürmək üçün gəldiyi su quyusunun yaxınlığında dayanmışdı (O vaxtlar adamların evində indiki kimi su boruları olmurdu). O, Allaha dua etdi ki, İshaqın arvadı olacaq qızı ona göstərsin. Allah İshaqı sevirdi və onun üçün yaxşı bir arvad hazırlamışdı. Allah hər şeyi biləndir, ona görə də O, hansı qızın İshaqla xoşbəxt olacağını bilirdi. Və Allah qulluqçuya məhz həmin qızı göstərməyə qadir idi. Bəs, necə?Qulluqçu üzünü Allaha tutub dedi: “Ya Rəbb, İshaqın gələcək arvadını bu gün qarşıma çıxart. Mən bu qızın məhz həmin qız olduğunu onun mənə və on dəvəmə su təklif etməsindən biləcəm”. Bu çox qeyri-adi bir vəziyyət idi.İbrahimin qardaşının nəvəsi Rivqa quyuya yaxınlaşdığı vaxt qulluqçu hələ də dua edirdi. Rivqa çox gözəl qız idi və o, valideynləri ilə birlikdə yaşayırdı.

İllüstrasiya PPRO4-4Qulluqçu qıza yaxınlaşıb dedi. “Səhəngini ver, su içim” (Yaradılışdan 24:17).Rivqa səhəngini ona uzadıb: “İç” - dedi. Mən sənin dəvələrin üçün də su çəkərəm – deyə o, əlavə etdi. (Yaradılışdan 24:18,19).Kimin yadında qalıb, dəvələrin sayı neçə idi? On dəvə var idi. Bu o demək idi ki, o, quyudan çoxlu su çəkməli idi. Yadındadırmı ki, qulluqçu nəyə görə Allaha dua edirdi? O, dua etmişdi ki, qız quyuya yaxınlaşıb dəvələrə də su içizdirməyi ona təklif etsin.Rivqa on dəvə üçün quyudan su çəkdi. O, böyük məmnuniyyətlə bütün heyvanlara su içizdirənə kimi əziyyət çəkdi.

Elə təsvir yaradın ki, siz sanki on dəvəyə su içizdiririsiniz.

Qulluqçu Rivqaya hədiyyə verib ondan ailəsini xəbər aldı. Rivqanın babası İbrahimin doğma qardaşı imiş! Allah qulluqçunu birbaşa onun ağasının qohumu ilə rastlaşdırmışdı. Qulluqçu onun üçün yaxşı bələdçi olduğuna görə Allahı izzətləndirdi.

Page 54: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

54

Dərs - III hissəRivqa evə qaçıb doğmalarına hədiyyələrini gösətərə-göstərə başına gələnləri danışdı.

İllüstrasiya PPRO4-5Onun qardaşı Lavan (uşaqlardan bu adı təkrarlamalarını xahiş edin) quyunun yanına gedib İbrahimin qulluqçusunu evlərinə dəvət etdi. Lavan üzünü qulluqçuya tutub dedi: “Nə üçün bayırda durursan? İçəri gəl, mən sənə otaq və dəvələrinə yer hazırlamışam”. (Yaradılışdan 24:31).Qulluqçu və onunla gələnlər dəvələri də götürüb içəri girdilər. Orada dəvələr üçün saman və yem vardı. Qulluqçular isə çirkli ayaqlarını yuyandan sonra sərin bir kölgəlikdə dincələ bilərdilər. İbrahimin qulluqçusuna yaxşı yeməklər təklif etsələr də o, imtina etdi.“Bura gəlişimin məqsədini söyləməyincə, heç nə yeməyəcəm” – o dedi. (Yaradılışdan 24:33).Uşaqlar üçün kiçik bir qonaqlıq hazırlayın. Yeməkləri masaların üstünə düzün. Onlardan xahiş etdin ki, qulluqçu sözünü deyib qurtarana kimi gözləsinlər. Qulluqçu geyimində olan köməkçiniz aşağıdakı monoloqu danışa bilər:

“Mən İbrahimin nökəriyəm. Rəbb ağama çoxlu xeyir-dua verdi, onu varlandırdı. Günlərin birində bütün var-dövlət onun oğlu İshaqa miras qalacaq. İbrahim məni bura göndərdi ki, İshaqla evlənmək üçün qız tapım. O mənə demişdi ki, Rəbb məni lazım olan ailəyə yönəldəcək. Mən Allaha dua etdim ki, mənim bələdçim olsun. Mən dedim ki, qızdan içməyə su istəyəcəm və əgər qız mənim dəvələrimə də içməyə su təklif etsə, onda biləcəm ki, bu elə həmin qızdır. Rivqa quyuya yaxınlaşanda məhz mənim duada istədiyimi etdi. İshaqın arvadı olmaqdan ötrü Rivqanı mənimlə buraxmağa razısınızmı?” (Yaradılışdan 24:34-49).Qoyun, uşaqlar yeməkləri yesinlər. Diqqət edin ki, yemək çox vaxt aparmasın (yaxud da hekayəni onlar yeyənədək danışmağı təklif edin).

Rivqanın doğmaları başa düşdülər ki, bu qulluqçunu Allah onların yanına göndərib. Onlar düşündülər ki, Rivqa üçün Allahın planı yaxşı olacaq.Rivqa cəsarətlə “Gedirəm” dedi (Yaradılışdan 24:58).İbrahimin qulluqçusu Allahı izzətləndirdi. O, əvvəldən sona kimi onu istiqamətləndirdiyinə görə Allaha minnətdarlıq və alqışlar etdi. Rivqanın ailəsi böyük bir ziyafət təşkil etdi. Qulluqçu da İbrahimin göndərdiyi çoxlu gözəl hədiyyələri onlara bağışladı.Ertəsi gün Rivqa qulluqçu və onunla gələn dəvələrlə birlikdə yola çıxdı.

İllüstrasiya PPRO4-6Rivqa özü ilə bir neçə qulluqçusunu da götürdü. Yol çox uzaq idi. Müqəddəs Kitabda deyilir ki, onlar İbrahimin evinə çatanda İshaq Rivqa ilə evləndi və onu çox sevdi (Yaradılış 24:67). Allah İbrahimin qulluqçusuna İshaq üçün münasib qız tapmaqda kömək etdi. Allah eyni zamanda Rivqaya yaxşı ər verdi.

Page 55: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

55

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

Əgər İsa Məsih sənin Xilaskarındırsa, səni istəqamətləndirməyi Allahdan istə. Ondan xahiş elə ki, sənə yaxşı dostlar versin və valideynlərinin sözünə qulaq asmaqda sənə kömək etsin. İshaq ilə Rivqanın çoxlu uşağı oldu. Və İbrahimin ailəsi artmağa başladı. Allahın İbrahimə nə vəd etdiyini unutmamısan ki? Allah onların ailəsi vasitəsilə bütün dünyaya xeyir-dua verəcəyini vəd etmişdi. Uzun illərdən sonra İsa Məsih məhz bu ailədən doğuldu. Sonra isə O, çarmıxda öldü ki, dünyanın Xilaskarı olsun. O sənin də xilas olmana kömək edə bilər.

Təkrar üçün suallarYadda saxlamaq üçün ayə1. Rəbb Allah nə bilir? (O, hər şeyi bilir; Ona güvənənləri tanıyır).2. Nə üçün Allah yaxşılıq edir? (Çünki O xeyirxahdır).3. “Ona güvənmək” nə deməkdir? (Allahın səni xilas edəcəyinə və

sənə kömək edəcəyinə inanmaq və arxalanmaq).

Dərs (I-III hissə)1. Bələdçi nə edir? (Səni aparır; hara getməli olduğunu sənə göstərir).2. İbrahimi aparmağa və onu çoxlu xalqların atası edəcəyinə Kim söz

verdi? (Allah).3. Bu xalqın içindən olan qadından doğulan Xilaskar Kimdir? (İsa

Məsih, Oğul Allah).4. Öz ailəsini qurmaq üçün kimi evləndirmək lazım idi? (İshaqı)5. İbrahim Allahın onun qulluqçusuna İshaq üçün münasib qızı

göstərəcəyini hardan bilirdi? (Allah Ondan istəyən hər kəsə yol göstərir).

6. Rivqanın hansı hərəkəti qulluqçuya, onu Rəbbin göndərdiyini göstərdi? (O qulluqçunu da, dəvələrini də su ilə doyuzdurdu).

7. Rivqanın doğmaları qulluqçunun onu İshaqa ərə vermək təklifi nə necə cavab verdilər? ( Bəli; onlar başa düşdülər ki, bu, Allahın planıdır).

8. Qulluqçu Rivqanı tapdığına görə Kimə minnətdarlıq etdi? (Allaha).9. Əgər İsa Məsih sənin xilaskarındırsa, Ondan istəsən, sənə nələrdə

yol göstərər? (O sənə dostluqsevər olmaqda, valideynlərinin sözünə qulaq asmaqda, müəlliminə tabe olmaqda və s. şeylərdə kömək edər).

Müjdənin qısa izahı1. Kim günah etmiş və Allahdan əbədi ayrı düşmüşdür? (Sən, mən,

bütün insanlar).2. Sənin gühahlarından ötrü İsa Məsih – Oğul Allah necə cəza çəkdi?

(İsa Məsih çarmıxda öldü).

Page 56: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 4

56

3. Öz günahından azad olmaq (təmizlənmək) üçün nə etməlisən? (İsa Məsihə öz Xilaskarın kimi iman etməlisən. Təkrar edin:

“ Allaha deyin: “Mən bilirəm ki, günah etmişəm. Buna görə çox peşimanam. Mən inanıram ki, İsa Məsih mənim günahlarımdan ötrü ölüb və dirilib. Xahiş edirəm, günahlarıma görə məni bağışla və məni Öz Övladın et”).

Page 57: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

57

Dərs 5Allah Qolyata qalib gəlməkdə Davuda kömək edir.

Müqəddəs Kəlamdan ayələr: 1Şamuel 17:1-52

Mərkəzi həqiqət: Allah Ona güvənən hər kəsə kömək edəcəyinə dair söz verir.

Tətbiq etmə: İman etməyən uşaq üçün: İsa Məsihə səni günahlardan azad edən Xilaskarın kimi

iman et. İman edən uşaq üçün: Allahın köməyinə güvən.

Əzbərləmək üçün ayə: “Bu dəhşətli günümdə Sənə güvənirəm” (Zəbur 56:3).

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

SalamlaşmaSalamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd olunan

nişanlar – hər uşağa bir ədəd olmaqla(səh. 79)

◆ A4 vərəqi – hər uşağa bir ədəd

◆ Rəngli karandaşlar və ya fl omasterlər

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Mənim ayaqlarıma bax”

A4 vərəqinin üzərində hər bir uşağın ayağını və ya çəkməsini haşiyəyə alın. Qoyun uşaqlar öz ayaqlarını rəngləsinlər. Onların gedə biləcəyi yerlərlə bağlı uşaqlarla danışın.

İlahilər və duaİlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh 13, 14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” Dua Uşaqlarla belə dua edin: “Əziz Allahımız, bizi

sevdiyinə görə Sənə minnətdarıq. Biz inanırıq ki, Sən bizə kömək edirsən. Sənə məqbul olan yerlərə getməkdə bizə kömək et. İsa Məsihin adı ilə Amin”.

Mahnı “Ehtiyatlı ol”İanələr (Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün

ki, onlar ianələrini oraya atsın. (Valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə mütləq danışın).

Əzbərləmək üçün ayəƏzbərləmək üçün ayə

◆ PPRO-R9 PPRO-R10, PPRO-R11 və PPRO-R12 əyani vəsaiti (səh. 78)

◆ İzah (səh. 60)

Ayə Zəbur 56:3Təkrar “Ayəni hərəkətlərlə öyrənirik”

Page 58: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

58

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün Bədənin açılışması üçün edilən hərəkətlər.edilən hərəkətlər.

Fəaliyyət Cümləni səsləndirin və uşaqlar sizin ardınızca müvafi q hərəkətləri yerinə yetirərək təkrar etsinlər:

“Mən yeriyə bilirəm” (yerinizdə addımlayın)“Mən hoppana bilirəm” (İki ayaqlarınızın üstündə hoppanın)“Mən bir ayaqdan digər ayağa hoppana bilirəm” (yerinizdə hoppanın)“Mən qaça bilirəm” (yerinizdə qaçın)“Mən barmaqlar üzərində yeriyə bilirəm” (yerinizdə barmaqlar üzərində yeriyin)

Müqəddəs Kitab dərsiMüqəddəs Kitab dərsi

◆ Mətn (səh. 63) ◆ Dərs vəsaiti PPRO5-1,

PPRO5-2, PPRO5-3, PPRO5-4, PPRO5-5 və PCHU5-6

◆ PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d vəsaiti

◆ PPRO-R9, PPRO-R10, PPRO-R11 və PPRO-R12 (səh. 78 – istəyə görə)

◆ Musiqili disk və pleyer; ilahilər və mahnının sözləri (səh. 13, 14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına əyani vəsait

◆ Yumşaq oyuncaq – quzu ◆ Dərzi santimetri və ya ölçü

lenti

Dərs “Allah Qolyata qalib gəlməkdə Davuda kömək edir”

Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?TəkrarlamaTəkrarlama

◆ Kağız paketdə şirlər, ayılar və quzular (səh. 88)

◆ Döşəmədə Kəndir və ya ipdən düzəldilmiş dövrə

◆ Suallar (səh. 66)

Oyunlar “Quzunu sürüyə qaytar»

Suala düzgün cavab verən uşaq kağız paketdən bir heyvan götürür. Uşaqların hamısı bu heyvanın səsini çıxardırlar. Sonra isə uşaq əlindəki heyvanı sürüyə yerləşdirir (əgər bu heyvan quzudursa, onu kəndirdən və ya ipdən düzəldilmiş dövrənin içinə, yox əgər şir və ya ayıdırsa, dövrənin çöl tərəfi nə)

Müjdənin qısa izahıMüjdənin qısa izahı

◆ Səh. 61 bax ◆ “Müjdə rəsmləri” –

PPRO-j, PPRO-k, PPRO-l və PPRO-m

◆ Əyani vəsaitlər PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d (istəyə görə)

Fəaliyyət “Müjdə rəsmlərdə” (təkrar)

Page 59: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

59

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yemək vaxtıYemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün

fasilə elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyətiYaradıcılıq fəaliyyəti

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Arfa və mil (səh. 89) – hər uşağa bir ədəd

◆ Dəftərxana knopkaları ◆ Rezinlər – hər uşağa beş ədəd

◆ Musiqi mövzusuna uyğun yapışqanlar

◆ İş vərəqi – hər uşağa bir ədəd

◆ Alüminum falqadan kəsilmiş daşlar

◆ Yapışqan ◆ Yapma üçün xəmir və ya

“gil” (səh. 8)

Əl işləri “Davudun arfası”

Dəftərxana knopkaları ilə zolağın A və B nöqtələrini arfadakı A və B nöqtələri ilə birləşdirin. Sonra sxemdə göstərildiyi kimi arfa simləri kiçik beş rezin bağ çəkin. Daha sonra arfanı müsiqiyə aid olan şəkilli yapışqanları yapışdırın.

İş vərəqləri* “Allah Qolyata qalib gəlməkdə Davuda kömək edir”

Alüminum falqadan kəsilmiş daşları uçurumun kənarına yapışdırmqda uşaqlara kömək edin.

Yapma üçün xəmir “Şir və quzu yapırıq”

Şir və quzu düzəltməkdə uşaqlara kömək edin.

Əlavə yaradıcılıqƏlavə yaradıcılıq

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Plakatlar (səh . 90) – hər uşağa bir ədəd

◆ Sadə kostyumlar. (səh. 8).

Fəaliyyət “Mən Xilaskar İsa Məsihə güvənəndə”

Uşaqların hərəsinə bir plakat verin. Onların hansı vəziyyətlərdə Allaha güvənə biləsəyi barədə danışın.

Səhnə “Davud və Qolyat”

Uşaqlardan Davud və Qolyatın rollarını oynamağı xahiş edin. Onların yadına salın ki, Davud Allahın köməyinə güvənirdi. Səhnəni bir neçə dəfə təkrarlayın ki, uşaqların hər biri Davud və Qolyatı ola bilsin. Digər uşaqlar isə fi liştililər və israillilər ola bilər.

* Доступны в офисе ОЕД или на сайте www.cefonline.com.

Page 60: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

60

Yadda saxlamaq üçün ayə“Bu dəhşətli gündə mən yalnız Sənə güvənirəm” Zəbur 56:3

GirişHər bir insan bəzən nədənsə qorxur. Əgər indi adını çəkəcəyim bir şey səni qorxudursa, qorxmuş üz göstər.Bütün uşaqların özlərini qorxurmuş kimi göstərmələrinə kimi variantların adını çəkin. Hörümçəyin, güclü ildırımın, sənin ətrafında vızıldayan arının və s. nin adını çəkə bilərsən.

Əgər sən qorxmusansa və bu zaman etməli olduğun barədə Müqəddəs Kitab danışır.

Mövzu ilə tanış olmaqBu barədə Müqəddəs Kitabın içində, Zəbur 56:3-cü ayədə danışılır.Ayənin ünvanını üç dəfə xorla təkraralayın: sanki arıları qovurmuşsunuz kimi, böyük hörümçəyin ayağını əzirmiş kimi və nəhayət, ildırım vaxtı qulaqlarınızı bağlayırmışsınız kimi.Müqəddəs Kitabda nişan qoyduğunuz yeri açaraq, Zəbur 56:3-cü ayəni tapmaq üçün uşaqlardan birinə sizə yardım etməyi təklif edin. Ayəni oxuyun, sonra isə PPRO-R9, PPRO-R10, PPRO-R11 və PPRO-R12; əyani vəasitlərini göstərin.

İzahetmə“Bu dəhşətli gündə...” Bütün insanlar, hətta, ən böyük, güclü və zirək adamlar bəzən nədənsə qorxurlar. Lakin Allah heç vaxt heç nədən qorxmur.“...Mən yalnız Sənə güvənirəm...” Bu ayə Allaha edilən duadır. Ona görə də “Sənə” sözü Allahı ifadə edir. Qorxduğun vaxt Allaha güvənmək o deməkdir ki, Allahın səninlə olduğunu və səni sevdiyini dərk edirsən, həm də Onun köməyinə arxalanırsan. O sənə kömək edə bilər, səni böyüklərdən kiməsə nədən qorxduğun barədə danışmağa vadar edər.

Tətbiqetməİman etməyən uşaq üçün: Allahla əbədi ayrılıq sənin günahına görədir. Buna görə də

qorxmaq lazımdır. Lakin sən Allahın səni günahlarından azad edəcəyinə güvənə bilərsən. İsa Məsihi Xilaskarın kimi qəbul et və Allahın əbədi ailəsinin övladına çevril.

İman edən uşaq üçün: Əgər sən artıq İsa Məsihi öz Xilaskarın kimi qəbul etmisənsə,

onda qorxduğun vaxt Allahın köməinə güvənə bilərsən. Hər dəfə nədənsə qorxanda Allaha Ona güvəndiyini de. Sən bunu səslə deyə bilərsən. Sən bu sözləri özlüyündə duada deyə bilərsən. Sən hətta, bu sözləri Allah üçün oxuya da bilərsən. Allah Ona güvənənlərə kömək edəcəyinə dair vəd verir. Buna görə də Allahın sənə kömək edəcəcyinə inan.

Page 61: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

61

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

Təkraretmə“Ayəni hərəkətlərlə öyrənirik”Növbə ilə hərəktləri yerinə yetirərək ayəni sözbəsöz təkrar edin. «Bu dəhşətli gündə» - əllərinizi geniş açın, sonra titrəyin. «Mən ” – özünüzü göstərin.“Yalnız” – şəhadət barmağınızı göstərin. “Sənə” – göyü göstərin.“Mən” – özünüzü göstərin. “Güvənirəm” – ovucunuzu birləşdirin. «Sənə güvənəcəm” mahnısını oxuyun.

Müjdənin qısa izahıMüjdə rəsmlərdə“Günah” rəsmini göstərin (PPRO-j)..

Uşaqlar bu rəsmdə nə edirlər? Suala cavab vermələri üçün uşaqlara şərait yaradın.İnsanlar Allaha hörmət etməyəndə və ya Onun Sözünə qulaq asmayanda günah edirlər. Sən necə etmək lazım olduğunu bildiyin halda o cür hərəkət etmirsənsə, günah edirsən. Müqəddəs Kitabda deyilir ki, “... kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir” (Yaqub 4:17).Günaha aid nümunələr göstərin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyalarını müzakirə edin.Günahına görə sən Allahdan əbədi ayrı düşməyə layiq görülmüsən. Günahın əvəzi cəzadır. Lakin Allah səni sevir və səni etdiyin günahlara görə bağışlamağa və Öz övladı etməyə hazırdır.“Müjdə” rəsmini gösətrin (PPRO-k).Allah İsa Məsihi Oğul Allahı yer üzünə göndərdi ki, O, Xilasakr olsun. İsa Məsih körpə kimi doğuldu, sonra isə boya başa çataraq kişi oldu. İsa Məsih günahsız idi. O, həmişə düzgün hərəkət etmişdi. O, ölümə layiq deyildi. Lakin başqa adamların günahının cəzasını çəkmək üçün O, çarmıxda ölməyə hazır oldu. Müqəddəs Kitabda deyilir ki, “Məsih (İsa) günahalrımız üçün öldü, dəfn olundu və üçüncü gün diirldi” (1 Korinfi lilərə 15:3-4). Xilaskar İsa Məsih bu gün sağdır!“İmanlı uşaqlar” rəsmini göstərin (PPRO-l).

Allaha “Mən günah etmişəm” deyən və İsa Məsihi Xilaskarı kimi qəbul edən istənilən bir adam bağışlanma qazana bilir. İsa Məsih Ona iman edənlərin günahına görə cəza çəkib. Müqəddəs Kitabda yazılır ki, “Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi” (Yəhya 1:12). Buna görə də əgər sən İsa Məsihi öz Xilasakrın kimi qəbul etsən (iman etsən), Allahın övladı olursan. Sən öz valideynlərinin də övladı olursan, eyni zamanda Allahın da övladı olursan! Allahın övladları nə qədər ki, bu dünyadadırlar, Müqəddəs Ruh Allah onlarda yaşayır. Müqəddəs Ruh Allah onlara Alalhın Sözünü başa düşməkdə və Allaha itaət etməkdə kömək edir. Allahın övladları Ona güvənir, Allah isə onlara xeyir-dua verməyi vəd edir. Günlərin birində isə onlar göylərin xeyir-duasından zövq alacaqlar.

Page 62: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

62

“Göylər”(PPRO-m) rəsmini göstərin .

Göylər – Allahın qüsursuz evidir. Allahın bütün övladları Rəblə birlikdə burada yaşayacaq. Bu, sənin nə vaxtsa yaşamalı olacağın qeyri-adi gözəl bir yerdir. Çünki bu yerdə Allah yaşayır. Orada nə xəstəlik, nə kədər, nə inciklik, nə də ki, tənhalıq var! Göylərdə hər şey qüsursuz və yaxşıdır. Ən yaxşısı isə odur ki, biz orada Ata Allah və Rəbb İsa Məsihlə birlikdə yaşayacağıq. Allah səni sevir. Müqəddəs Kitabda deyilir: “Biz sevirik, çünki öncə O bizi sevdi” (1 Yəhya 4:19). Allah səni sevir və O istəyir ki, sən elə indicə Onun övladı olasan. O, həm də istəyir ki, günlərin birində Onunla birlikdə yaşamaq üçün Göylərdə olasan.

Page 63: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

63

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

Dərs – I hissəSənə nə vaxtsa çox çətin görünən bir işi yerinə yeritməyi tapşırıblar? Ola bilsin ki, anan nə vaxtsa deyib: “Artıq böyümüsən. Özün paltarlarını geyinə bilərsən”. Yaxud da atan yadına salıb: “Oyuncaqların hamısını otaqda yerbəyer et”. Və ya tərbiyəçi qadın qeyd edir: “İpləri bağlamağı öyrən”. Elə olubmu ki, sən nəsə etməlisən və bu da sənin öhdəsindən gələ bilməyəcəyin qədər çətindir?Bunu birlikdə müzakirə edin.

İllüstrasiya PPRO5-1Çobanın nə etdiyi haqqında danışmağa başlayanda oyuncaq quzunu əlinizə götürün.Davuda vacib iş təyin edəndə o, demək olar ki, balaca bir oğlan idi. O, atası Yesseyin quzularının qayğısına qalmalı idi. Davud çoban idi. O, quzuları yaşıl otlaqlara aparırdı ki, onlar orada otlaya bilsinlər. O, quzuların içə bilməsi üçün təmiz və sakit axar su axtarıb tapmalı idi. O, quzuları ilandan, aslandan və ayıdan qorumalı idi. O, gecə-gündüz quzuların yanında olur, onlarla birlikdə təpələrdə, sahələrdə, evdən uzaqlarda yatırdı. Balaca quzular və hətta, böyük qoyunlar qəribə bir səs eşidəndə hürkür, yaxud da onları hansısa bir vəhşi heyvan qovalayanda çaşıb qalırdılar. Onlar üçün Davudun yaxşı çoban olması vacib idi.

“Qara quzu” nəğməsini oxuyun.Davud heç nədən qorxmurdu. O, igid çoban oğlan idi. O, cəsarət də göstərə bilirdi, çünki bilirdi ki, tək deyil. Allah həmişə onun yanında idi. Davud bilirdi ki, Allah Ona inananlara və Ona ümid bağlayanlara yardım etməyə vəd verir.Allah sənə də kömək edə bilər, çünki O, hər şeyə qadir və müqəddəsdir (günahsızdır). Onun etdiyi bütün əməllər yaxşı və düzgündür. Allah heyvanları və insanları yaradıb. Onların hamısından da güclüdür. Sən Allaha güvənə bilərsən. O, həmişə xeyirxahdır. Əgər İsa Məsih sənin Xilaskarındırsa, hər gün Allahın köməyinə güvən.İllüstrasiya PPRO5-2Allah Davuda atası Yesseyin quzularını otarmağa kömək etdi. Davud Allaha güvənirdi ki, təhlükəsiz, yaşıl otlarla zəngin və təmiz suyu olan otlaq tapmaqda ona kömək edəcək. Davud Allahın onu gecə və gündüz güclü, cəsur edəcəyinə güvənirdi. Aslan və ya ayı sürüyə hücum çəkəndə Allah Davuda quzuları qorumada kömək edirdi. Davud özünün çoban işində Allaha güvənməyi öyrənmişdi. Əgər sən İsa Məsihə Xilaskarın kimi iman edirsənsə, onda Allahın köməyinə etibar et. Əgər sən paltarlarını özün geyinməli olmusansa, inan ki, Allah sənə nəyi əvvəlcə, nəyi isə sonra geyinəcəyini sənin yadına salacaq. Allah köynəyinin və ya koftanın qolunu geyinməkdə və corablarını ayağına düzgün geyinməkdə kömək edə bilər. Əgər sən bütün oyuncaqlarını yığışdırmalı olmusansa, hər bir əşyanı hara qoymaq lazım olduğunu başa düşməkdə Allahın köməyinə arxalan. İşi sona çatdırana kimi Allahdan sənə kömək etməsini dilə.Elə görünüş yaradın ki, siz sanki geyinir, yaxud da müxtəlif oyuncaqları yığışdırırsınız.Hamının qarşısında nəsə danışmaqda və ya oxumaqda Allahın sənə cəsarət verəcəyinə arxalana bilərsən. Səni Allah yaradıb və heç nəyi yaddan çıxrtmamaq üçün O, sənə kömək edər. Allah Ona etibar edənlərə kömək etməyi vəd verib.

Page 64: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

64

Buna görə də hansısa bir iş sənə çətin görünəndə Allahın köməyinə güvənə bilərsən. İman et ki, Allah səninlədir; Onun sənə kömək edəcəyinə ümud bağla. Əgər siz Zəbur 56:3-cü ayəni uşaqlarla birlikdə əzbərləmisinizsə, xorla onu təkrar edin. İstəyə uyğun olaraq əyani vəsaitdən də (PPRO-R9, PPRO-R10, PPRO-R11 və PPRO-R2) istifadə edə bilərsiniz.“Ona güvənəcəyəm” nəğməsini oxuyun.

Dərs - II hissəTəkcə Davud Allaha güvənməli deyildi. Onun özündən böyük üç qardaşı padşah Şaulun ordusunda xidmət etmişdi. Onlar İsrail ordusunun əsgərləri idi. Bu ordu Allaha itaət etməyə cəhd edən xalqdan təşkil olunmuşdu. Allah istəyir ki, bütün xalq Ona etibar etsin. İllüstrasiya PPRO5-3İsrail ordusunun çox güclü rəqibləri var idi. Onlar fi liştililər idi. Filiştililərin isə Qolyat adlı nəhəng və güclü bir döyüşçüsü var idi. Bu adı təkrarlamalarını uşaqlardan xahiş edin.Müqəddəs Kitabda deyilir ki, Qolyatın boyu iki metr yetmiş santimetr idi. O, əsl pəhləvan idi. Dərzinin metrəsi ilə uşaqlardan birini ən hündür – boyu 2 m. 70 sm olan böyük adamla (horizontal, yaxud vertikal şəkildə) müqayisə edərək boylarını ölçün. Bütün İsrail əsgərləri onun qarşısında qorxudan tir-tir əsirdilər. Hər gün Qolyat - mənimlə döyüşməyə kimin cəsarəti çatar? – deyə onlara meydan oxuyurdu.“Mənim qarşıma təkbətək vuruşmaq üçün bir döyüşçü çıxarın!” – deyə o qışqırdı (1 Şamuel 17:8-10).Qolyat həqiqi və tək olan Allaha iman etmirdi. O, çox yekəpər adam idi. O, əynində zireh və ağır qalxan, əlində isə böyük bir nizəsi vardı.Şəkildə zirehi, qalxanı və nizəni göstərin.O, çox qorxunc idi. Qolyat İsraillilərin qarşısında onları lağa qoyurdu. O, Allahı da lağa qoyurdu. O, israillilərin Allahının həqiqi olduğuna inanmırdı. Ona elə gəlirdi ki, Allaha rişxənd etməklə ona heç nə baş verməyəcək. Amma nəsə baş verdi.Heç kəs Allaha rişxənd edə bilməz. İnsanlar Allaha sitayiş etməkdən imtina edəndə günah edirlər. Sən də, mən də doğulandan günah etmək istəyinə malikik. Müqəddəs Kitabda deyilir ki, “... kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir” (Yaqub 4:17). Bu, o deməkdir ki, əgər sən Allahın səndən nə etməyini istədiyini bildiyin halda, onu etmirsənsə, günah edirsən!Aşağıda sadalanan günah nümunələrini göstərin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyalarını müzakirə edin.Allah deyir ki, insanlar Ona hörmət etməli və Onu izzətləndirməlidirlər (Çıxış 20:1-7). Sən Allaha mahnı oxuyanda lağa qoyursansa, ədəbazlıq edirsənsə, yaxud məzəli səslə danışırsansa, Ona qarşı hörmətsizlik edirsən. Əgər Allahın adını boş yerə, yaxud da təhqiredici şəkildə çəkirsənsə, Allaha hörmət etmirsən. Günahına görə sən cəzaya – Allahla əbədi ayrılığa layiqsən. Lakin İsa Məsih Oğul Allah bizi elə sevir ki. Bizim günahımızın cəzasını çəkməyə razı oldu. İsa Məsih Göyləri tərk edərək yerdə körpə kimi doğuldu, sonra isə böyük adam oldu. İsa Məsih günahsız idi. O, həmişə yaxşı əməllər edir və Allahın Ondan gözlədiyini edirdi. İsa Məsih heç bir cəzaya layiq deyildi. Lakin İsa Məsih sənin və mənim günahımızıdan ötrü çarmıxda öldü. “Məsih (İsa) günahlarımız üçün öldü, dəfn olundu və üçüncü gün dirildi” (1 Korinfi lilərə 15:3-4). İndi isə İsa Məsih Göylərdədir. O, Xilaskardır və yalnız O səni Allahla əbədi ayrılıqdan xilas edə bilər. Allah istəyir ki,

Page 65: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

65

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

sən İsa Məsihə öz Xilaskarın kimi iman edəsən.“Allahı tanıya bilərəm” nəğməsini oxuyun.Lakin buna baxmayaraq, bəzi insanlar İsa Məsihə güvənməyi istəmirlər və Allaha inanmırlar. İsraillilərin ordusuna qarşı döyüşməklə Qolyat və onun ordusu göstərdi ki, onlar Allaha inanmırlar. Və onları cəzalandırmaq vaxtı gəlib çatdı. Baxmayaraq ki, İsrail ordusu Allaha inanırdı, amma yenə də Qolyatdan qorxurdu. Onlar unutmuşdular ki, Allah istənilən insandan güclü və qüdrətlidir. Onlar Qolyata qalib gəlməkdə Allahın onlara kömək edəcəyinə güvənmirdilər.

İllüstrasiya PPRO5-4Günlərin bir günü Davud döyüşçü qardaşlarına baş çəkməyə və yemək gətirməyə gələndə, o, Qolyatın Allaha və bütün İsrail ordusuna necə lağ etdiyini eşitdi. Davud yanındakı döyüşçülərə dedi: “Axı, bu nəhəng adam kimdir ki, var olan Allahın alaylarına meydan oxuyur?” (1 Şamuel 17:26)Çoxları Davudun bu cəsarətli sözlərini eşitdi. Nəhayət, onu padşah Şaulun yanına gətirdilər.Davud Şaula dedi “ Mən Qolyatla döyüşməyə hazıram” (1 Şamuel 17:32).“Sən ki hələ uşaqsan, bir döyüşçü kimi döyüşməyə sənin gücün çatmaz” – deyə padşah Şaul cavab verdi. (1 Şamuel 17:33)Davud isə etiraz etdi: “Mən atamın qoyunlarını otaranda bax bu yalın əllərimlə aslan da, ayı da öldürmüşəm. Mənim gücüm Allahdandır. Allah bu nəhəng Qolyatı öldürməkdə də mənə kömək olacaq. (1 Şamuel 17:34-37). “Bir, iki, üç, - Davuda bax” qafi yəsini söyləyin.Padşah Şaul təklif etdi ki, Davud onun yarağını geysin. Davud böyük dəbilqə və dəmir zireh geyindi. O, başına padşahın tunc dəbilqəsini qoydu. Lakin bu yaraq-yasaqla o, güc-bəla ilə tərpənirdi. Belə olan halda o, yaraq-yasaqdan imtina etdi. Çünki onlar Davuda lazım deyildi. Davud Allaha güvənirdi. O, yaxşı bilirdi ki, Allah Qolyatdan güclüdür və onunla döyüşdə qalib gəlməyə Allah ona kömək edəcək. Çünki Davud Allahı tanıyırdı.“Allahı tanıya bilərəm” nəğməsini oxuyun (nəqarət).

İllüstrasiya PPRO5-5Davud bilirdi ki, Allah Qolyatdan güclüdür. Həm də Davud bilirdi ki, Allah ondan nə gözləyir. O, padşahın yaraq-yasağını çıxardıb nəhəngin yanına yolandı. Özü ilə çoban çantasını və sapandını götürdü. Davud əlinə beş ədəd hamar daş götürüb çantasına qoydu və cəsarətlə nəhəng Qolyatla görüşə getdi.Elə görünüş yaradın ki, sanki beş hamar daş götürür, onları sayır, sonra isə çoban çantasına qoyursunuz.Qolyat Davudu görəndə qəhqəhə çəkdi. O, Davudun, İsrail ordusunun və elə Allahın Özü qarşısında rişxənd etməyə başladı. “Məgər mən itəm ki, hansısa bir balaca oğlan üstümə dəyənəklə gəlir? İndi səni göydəki quşlara yem edərəm!” – deyə Qolyaf özünü öydü. (1 Şamuel 17:43-44). Lakin Davud Ona cavab verdi: “Mən sənin üstünə İsraillilərin Allahı Rəbbin adı ilə gəlirəm” (1 Şamuel 17:45).Davud Allaha güvəndi. Allah Ona güvənən hər kəsə kömək etməyi vəd edir. Əgər İsa Məsih sənin Xilaskarındırsa, Allahın köməyinə etibar et. Əgər hansısa vacib bir işi yerinə yetirmək istəyrsənsə, Allahın köməyinə arxalanan. Əgər sən qorxu içindəsənsə, Allahın köməyinə

Page 66: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 5

66

güvən. Yadındadırmı, balaca quzuları nə qorxudurdu? – tanış olmayan səslər, vəhşi heyvanlar. Bəs, səni nə qorxuza bilər? Gecə yarısı eşidilən qəribə səs? Böyük, qəddar it? Quzular öz çobanları – Davuda inanmağı öyrənmişdilər. Sən də Allaha güvənə bilərsən – O, çoban quzularının qayğısına qaldığı kimi sənin qayğına qalar. Allaha inan – Allahın köməyinə etibar et.“Qara quzu” nəğməsini oxuyun.

İllüstrasiya PPRO5-6Davud Qolyatla döyüşməkdə ona kömək edəcək Allaha güvəndi. Davud sapanda daş qoydu, onu möhkəm çəkdi və daşı fırlatdı. Allah elə etdi ki, daş birbaşa Qolyatın alnına dəydi. Qolyat üzüstə yerə yıxıldı. Təsəvvür et ki, o, yerə səriləndə necə səs-küy qopdu.Elə görünüş yaradın ki, siz sanki Davud kimi sapandın köməkliyi ilə daş atırsınız.Davud Qolyatı öldürdü. Filiştililərin ordusu qorxub qaçdılar. İsrail ordusu Allahın Davuda etdiyi köməyin sayəsində qalib gəldi. Davud Allahın köməyinə arxalandı və Allah da Öz vədinə əməl edərək ona kömək etdi. Dərsi sadə bir dua ilə bitirin: “Rəbb, Sənə minnətdarıq ki, Sən həmişə Öz vədini yerinə yetirirsən. Amin!”.

Təkrar üçün suallarYadda saxlamaq üçün ayə1. Səni nə qorxuza bilər? (Cavablar müxtəlif ola bilər).2. Kim heç vaxt heç nədən qorxmur? (Allah).3. Əgər qorxmusansa, sən nə etməlisən? (Allaha güvənmək).

Dərs (I-III hissə)1. Davud atası Yesseyin quzularını otaranda onun üzərinə hansı işlər

düşürdü? (Yaşıl otlaqlar tapmaq, təmiz və sakit axar su axtarmaq, quzuları təhlükədən qorumaq, gecə və gündüz onların yanında olmaq, onların yanında yatmaq).

2. Davudun qorxmaması üçün həmişə yanında Kim olurdu? (Allah).3. Əgər İsa Məsih sənin Xilaskarındırsa, sənə çətin olanda Kim həmişə sənin

yanında olub sənə kömək edəcək? (Allah).4. Davudun qardaşları və digər israillilər kimdən qorxurdu (Qolyatdan –

fi liştili əsgərdən).5. Uşaqlar hansı hərəktləri ilə bəzən Allaha qarşı hörmətsizlik edirlər?

(Allaha ilahi oxuduqları zaman gülməli səslər çıxardır, ədəbazlıq edir və Allahın adını ədəbsiz söz kimi səsləndirəndə).

6. Davud Qolyatla döyüşməyə hazırlaşanda Kimə güvəndi? (Allaha).7. Davud Qolyatla döyüşmək üçün padşahın yaraq-yasağı əvəzinə nədən

istifadə etdi? (Sapand və hamar daşlardan)8. Qolyatın başına nə gəldi? (Daş onun alnına dəydi).9. Əgər İsa Məsih sənin Xilaskarındırsa, hansı vəziyyətlərdə Allahın

köməyinə güvənə bilərəsn? (Müxtəlif cavablar ola bilər).Müjdənin qısa izahı1. Sən günahına görə hansı cəzaya layiqsən? (Allahla əbədi ayrılığa).2. İsa Məsih sənin Allahın övladı olmağından ötrü nə etdi? (Sənin

günahlarının cəzasına görə öldü və dirildi).3. Allahın əbədi ailəsində övlad olmaqdan ötrü nə etmək lazımdır? (İsa

Məsihə öz Xilaskarın kimi iman etmək. Təkrar edin: “Allaha de: “Mən bilirəm ki, günah etmişəm və buna görə də çox peşimnam. Mən iman edirəm ki, İsa Məsih mənim günahlarımdan ötrü ölüb və dirilib. Xahiş edirəm, günahlarımı bağışla və məni öz övladın et”).

Page 67: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

67

Dərs 6Allah Davuda vədinə sadiq qalmaqda kömək edir.

Müqəddəs Kəlamdan ayələr: 1Şamuel 18:1-5; 1 Şamuel 20:14-17; 1 Şamuel 31:1,6; 2 Şamuel 4:4; 2 Şamuel 8:15; 2 Şamuel 9

Mərkəzi həqiqət: Allah Öz vədini yerinə yetirir.

Tətbiq etmə: İman etməyən və iman edən uşaq üçün: Allah istəyir ki, sən öz vədini yerinə yetirəsən.

Əzbərləmək üçün ayə: Zəbur 56:3 ayəsinin təkrarı

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

SalamlaşmaSalamlaşma

◆ Musiqili disk və pleyer ◆ Uşaqların adları qeyd

olunan nişanlar – hər uşağa bir ədəd olmaqla(səh. 79)

◆ “Allah yaradıb” (səh. 91) hər uşağa bir ədəd

◆ Rəngli karandaşlar və ya fl omasterlər

Salamlaşma Sakit bir musiqi qoyun. Hər bir uşağı mehribancasına qarşılayıb, adlarını çəkərək nişanları yaxalarına taxın. Fəaliyyət “Allah bütün dünyanı, o cümlədən məni də yaradıb”

“Allah ... yaradıb” adlanan hər bir bölümdə uşaqlardan Allahın yaratdığı nəylərisə çəkmələrini xahiş edin. “Allah məni yaradıb”adlanan bölümdə isə onlardan öz portretlərini çəkməyi xahiş edin. Qoyun, hər bir uşaq öz rəsmi haqqında danışsın.

İlahilər və duaİlahilər və dua

◆ Musiqili disk və pleyer; ilahilər kitabı, yaxud mahnının sözləri (səh. 13, 14)

◆ “Mən Allahı tanıya bilərəm” mahnısına vəsait

◆ İanə üçün səbət və ya pul daxılı

Mahnı (ilahi) “Mən Allahı tanıya bilərəm” Dua Uşaqlarla belə dua edin: “Əziz Allahımız dünyanı

yaratdığına görə Sənə minnətdarıq. Məni yaratdığına görə Sənə təşəkkür edirəm. Mənə kömək et ki, gözümü, qulaqlarımı, ağzımı, əllərimi və ayağımı Səni məmnun etmək məqsədilə istifadə edim. İsa Məsihin adı ilə Amin”.

Mahnı “Ehtiyatlı ol”İanələr (Sərbəst istəyə görə). Səbəti bir-bir uşaqlara ötürün ki,

onlar ianələrini oraya atsın. (Mütləq valideynlərə ianə və onların nə üçün xərcləndiyi barədə danışın).

Əzbərləmək üçün ayəƏzbərləmək üçün ayə

◆ PPRO-R9 PPRO-R10, PPRO-R11 və PPRO-R12 əyani vəsaiti (səh. 78)

◆ İzah (səh. 70)

Ayə Zəbur 56:3Təkrar “Ayəni hərkətlərə öyrənirik”

Page 68: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 6

68

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Bədənin açılışması üçün Bədənin açılışması üçün edilən hərəkətlər.edilən hərəkətlər.

Fəaliyyət “Allah məni görür və sevir”

Cümləni səsləndirin və uşaqlar sizin ardınızca müvafi q hərəkətləri yerinə yetirərək təkrar etsinlər:“Mən ayağa qalxanda Allah məni görür və sevir”.“Mən əl çalanda Allah məni görür və sevir”.“Mən gedəndə Allah məni görür və sevir”“Mən tullananda Allah məni görür və sevir”.“Mən qaçanda Allah məni görür və sevir”“Mən oturanda Allah məni görür və sevir”

Müqəddəs Kitab dərsiMüqəddəs Kitab dərsi

◆ Mətn (səh. 72) ◆ Dərs vəsaiti PPRO6-1,

PPRO6-2, PPRO6-3, PPRO6-4, PPRO6-5 və PPRO6-6

◆ PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d vəsaiti

◆ “Mən Müqəddəs Kitaba inanıram” mahnısına aid vəsait

◆ Musiqili disk və pleyer; ilahilər və mahnının sözləri (səh. 13, 14)

◆ Müxtəlif rəngli kağızlarda konfetlər – hər uşağa bir ədəd və iki ədəd artıq

◆ İçərisində meyvələr və pendir olan məcməyi

Dərs “Allah vədinə sadiq qalmaqda Davuda kömək edir”

Dərsi ya bütöv, ya da ki, bir neçə hissələrə bölüb danışın. Dərsi danışarkən əlləriniz boş qalsın deyə, dərsə aid olan rəsmləri uşaqların görə biləcəyi hündürlükdə püpitr (üzərinə not və kitab qoymaq üçün mail lövhəsi olan ştativ) üzərinə yerləşdirin.

?TəkrarlamaTəkrarlama

◆ Plastik boşqablar, stəkanlar və ləvazimat

◆ Suallar (səh. 75)

Oyunlar “Süfrə açırıq»

Suala düzgün cavab verən uşaq masanın üstünə bir ədəd boşqab, bir ədəd stəkan və ya bir ləvazimat əlavə edə bilər.

Müjdənin qısa izahıMüjdənin qısa izahı

◆ Səh. 71 bax ◆ “Müjdə rəsmləri” –

PPRO-j, PPRO-k, PPRO-l və PPRO-m

◆ Əyani vəsaitlər PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d (istəyə görə)

Fəaliyyət “Müjdə rəsmlərdə” (təkrar)

Page 69: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

69

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 6

Məşğələ planı Lazım olan ləvazimatlar Nə etməli?

Yemək vaxtıYemək vaxtı

◆ Süfrə (sizin zövqünüzə görə); uşaqların bəzi qidalara qarşı allergiyası ola biləcəyini nəzərə alın.

Fasilə Uşaqların tualetə getməsi və əllərini yuması üçün fasilə

elan edin.Dua Qida üçün Allaha minnətdarlıq edin.Sürfə başında Yemək vaxtı uşaqları dərsi təkrarlamağa yönəldin.

(Qeyd. Dərsi yaxşı mənimsəməsi üçün uşaqlar dərs vaxtı bir az yemək yeyə bilər, amma bunlar kiçik porslar olmalıdır ki, əsas yeməyi əvəz etməsin.

Yaradıcılıq fəaliyyətiYaradıcılıq fəaliyyəti

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Kağız boşqablar – hər uşağa bir ədəd

◆ Qayçı ◆ Rəngli karandaşlar və ya

fl omasterlər ◆ Yapışdırmalar ◆ Yapışqan ◆ Zərlər və ya zərli

yapışqan ◆ İş vərəqi – hər uşağa bir ədəd

◆ Portağal ətirləndiricisi ◆ Pambıq çubuqlar ◆ Yapma üçün xəmir və ya

“gil” (səh. 8)

Əl işləri “Tac düzəldirik”

Kağız boşqabı tən yarıdan qatlayın. Boşqabın mərkəzdən qırağına kimi, sanki piroq kəsdiyiniz kimi uçbucaqlı şəkildə kəsin. Fiqurun ucunda isə dayanın. Kağız boşqabını dibini yuxarı tutmaqla, açın. Piroq kimi kəsilmiş uclarıni qatlayın, belə ki, tacda uclu dişlər alınsın. Uşaqlar öz taclarını yapışqanla, ulduzcuqlarla, fl omasterlərlə, zərlərlə bəzəsinlər.

İş vərəqləri* “Allah Davuda vədinə sadiq qalmaqda kömək edir”

Uşaqlara pambıqlı çöpünü portağal ətirləndiricisinə batırıb masada olan meyvələrin yanına qoymaqda kömək edin.

Yapma üçün xəmir “Boşqab və ləvazimatlar yapırıq”

Boşqab və masa ləvazimatları yapmaqda uşaqlara kömək edin.

Əlavə yaradıcılıqƏlavə yaradıcılıq

(Yaradıcılıq (Yaradıcılıq fəaliyyətlərindən birini fəaliyyətlərindən birini

seçin)seçin)

◆ Plastik boşqablar, stəkanlar və ləvazimatlar

◆ Hər uşağa gözəl salfet ◆ Süfrə ◆ Tac – hər uşağa bir ədəd(yaradıcılıq fəaliyyəti zamanı hazırlanmış)

◆ Sadə kostyumlar

Fəaliyyət “Bütün dünya üçün ziyafət”

Uşaqlardan taclarını taxmağı xahiş edin və əsas yemək vaxtınızda “ziyafət” təşkil edin. Hərəsinə bir plakat verin. Onların hansı vəziyyətlərdə Allaha güvənə biləcəyi barədə danışın.Fəaliyyət“Xeyirxah olmaq lazımdır”Uşaqlardan bir-birlərinə qarşı xeyirxah ola biləcəkləri rollarda oynamağı xahiş edin. Komandalardan biri səhnə göstərir, digərləri isə onların nə etdiklərini tapmağa çalışır. Aşağıda mümkün variantlar təklif olunur:Kədərli olanı qucaqla.Kor adamı stula qədər ötür.Gəzə bilməyənə oyuncağı ötür.Köməyə ehtiyacı olana qapını aç.Çəlikdə olan adamın nəyinisə daşımağa kömək et.Kiməsə İsa Məsih haqqında danış.

* Доступны в офисе ОЕД или на сайте www.cefonline.com.

Page 70: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 6

70

Yadda saxlamaq üçün ayə“Bu dəhşətli gündə mən yalnız Sənə güvənirəm” (Zəbur 56:3).

GirişTəsəvvür et ki, sən cəsarətlə bəyan edirsən: “Mən o hündür təpəcikdən özüm aşağı sürüşəcəm”. Lakin təpəciyə qalxıb aşağı baxanda səni qorxu bürüyür. Atan sənə deyir: “Aşağı düş şürüş, qorxma. Mənə güvən, mən səni tutaram”. Amma sən yenə də qorxursan.Mövzu ilə tanış olmaqQorxduğun vaxt nəyi etməli olduğun barədə Zəbur 56:3- deyilir. Ayənin ünvanını xorla üç dəfə təkrar edin: Əvvəlcə, gözlərinizi əllərinizlə bağlayaraq, sonra barmaqların arasından baxmaqla, və nəhayət, əlinizi gözünüzün üstündən götürməklə.Uşaqlardan birinə Müqəddəs Kitabdan nişan qoyduğunuz yeri – Zəbur 56:3-cü ayəni tapmaqda sizə kömək etməsini xahiş edin. Ayəni oxuyun, sonra isə PPRO-R9,PPRO-R10, PPRO-R11 və PPRO-R12 əyani vəsaitləri göstərin.İzahetmə“Bu dəhşətli günümdə mən yalnız Sənə güvənirəm...” Müqəddəs Kitabda bu sözləri yazan adam da bəzi vaxtlar qorxurmuş. Lakin o, Allaha deyir: “Mən yalnız Sənə güvənirəm”. “Sənə” sözü burada Allahı nəzərdə tutur. Güvənmək ümid etməyi (inanmağı) nəzərdə tutur. Allaha güvənmək – bu və ya digər bir vəziyyətdə qorxduğun zaman etməli olduğun ən yaxşı davranışdır. İndi isə biz yanımızda oturan adama güvənməyi təcrübədən keçirəcəyik.Uşaqlardan əllərini açmış vəziyyətdə bir-birindən aralı durmalarını xahiş edin.

Əlini qonşunun çiyninə qoyub de: “Mən söz verirəm ki, sənin çiynini möhkəm sıxmayacam”. İndi is ehtiyatla onun çiynindən tutub, ayaqlarınızın birini qaldırın. Tutmağa davam edərək, yavaşca digər ayağın üstndə hoppan. Sən ümid edirsən ki, sənin qonşun bir ayağı üstündə hoppanmaqla sənin çiynini möhkəm sıxmayacaq, qonşun isə sənə ümid bəsləyir.İnsanlar günah etdiyindən, etibar etdiyin adam sənin ümidini sarsıda bilər. Lakin Allah günahsızdır və sən həmişə Allaha güvənə bilərsən.Tətbiqetməİman etməyən uşaq üçün: Əgər sən İsa Məsihə öz Xilaskarın kimi iman etsən, Allah

sənin günahlarını bağışlamağa və səni Öz övladı etməyə söz verir. İsa Məsihi öz Xilasakrın kimi qəbul et və ümid et ki, Allah Öz vədlərini yerinə yetirir və səni bağışlayır.

İman edən uşaq üçün: Əgər sən İsa Məsihi artıq öz Xilaskarın kimi qəbul etmisənsə,

qorxduğun vaxtlarda Allahın köməyinə güvənə bilərsən.Təkraretmə“Ayəni hərəkətlərlə öyrənirik”Növbəti hərəktləri yerinə yetirməklə ayəni sözbəsöz təkrar edin.“Bu dəhşətli günümdə” - əllərinizi geniş açıb sonra əsin.

Page 71: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

71

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 6

“Mən” – özünüzü göstərin.“Sənə” – yuxarını gösətərin“Güvənirəm” - əllərinizi ovucunuzda birləşdirin.Ayəni bir neçə dəfə xorla təkrar edin. “Ona güvənəcəm” nəğməsini oxuyun.

Müjdənin qısa izahıMüjdə şəkillərdə“Günah” rəsmini gösətrin (PPRO-j).

• Uşaqlar bu rəsmdə nə edirlər? (Cavab vermələri üçün uşaqlara icazə verin).

• Allah uşaqlardan hansı yaxşı hərəkətləri gözləyir? (Cavablar müxtəlif ola bilər).

• Günah nədir? (Allahın səndən istədiyi əməlləri etməmək – Yaqub 4:17. Günaha aid misal çəkin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyalarını müzakirə edin).

• Sən və mən öz günahlarımıza görə hansı cəzaya layiq görülmüşük? (Allahla əbədi ayrılığa)

“Müjdə” (PPRO-k” rəsmini göstərin).

• İsa Məsih Oğul Allah bu dünyada yaşadığı vaxt digər insanlardan nə ilə fərqlənirdi? (İsa Məsih günahsız idi)

• Nədən ötrü İsa Məsih çarmıxda öldü? (Sənin günahlarından ötrü).• İsa Məsihi basdırdıqdan üç gün sonra nə baş verdi? (O dirildi – 1

Korinfl ilərə 15:3-4).“İmanlı uşaqlar” (PPRO-l) rəsmini göstərin.

• Kim günahlarına görə bağışlanma qazana bilər? (Allaha “Mən bilirəm ki, günah etmişəm” deyən və İsa Məsihi öz Xilasakarı kimi qəbul edən hər kəs – Yəhya 1:12).

• Əgər sən İsa Məsihi öz Xilaskarın kimi qəbul edirsənsə, Kimin övladı olursan? (Allahın övladı olmaqla yanaşı öz valideynlərinin də övladı).

• Allahın Sözünü başa düşməkdə və Ona qulaq asmaqda Allahın balalarında Kim yaşayır? (Müqəddəs Ruh Allah).

“Göylər” (PPRO-m) rəsmini göstərin.

• Günlərin bir günü Allahın balalarının bu dünyadakı ömrü bitdikdən sonra onlar harada yaşayacaq? (Göylərdə - Allahın kamil evində).

• Göylərdə heç vaxt nələr olmayacaq? (Xəstəlik, inciklik, göz yaşı və ya tənhalıq).

• Bizi Göylərdə gözləyən daha yaxşı şey nədir? (Biz əbədi olaraq Allahla olacağıq).

• Allah nə üçün istəyir ki, biz Göylərdə olaq? (Çünki O bizi sevir – 1 Yəhya 4:19).

• Əgər sən İsa Məsihi öz Xilasakrın kimi qəbul edib Allahın övladı olmaq istəyirsənsə, mən sevinclə sənə kömək edərəm (vaxtı və yeri göstərin).

Page 72: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 6

72

Dərs – I hissəSənin əsl dostun var? Nə vaxtsa əsl dostuna onunla birlikdə nəsə etmək və ya ona nəsə bağışlamaq barədə söz vermisənmi? Bəlkə də, sən demisən: “Atacan, əgər sən mənim dostumun bizə qonaq gəlməsinə icazə versən, söz verirəm ki, özümü yaxşı aparacam!” Sonra isə dostuna demisən: “Mən söz veririəm ki, yeməyi birinci sən özün seçəcəksən. Lap doğru sözümdür!”

İllüstrasiya PPRO6-1Müqəddəs Kitab çox yaxın olan dostlar haqqında bizə danışır. Davud nəhəng Qolyata qalib gəldikdən sonra padşah Şaulun ordusunun əsgəri oldu. Padşah Şaulun oğlu – Yonatan da əsgər idi. Davudla Yonatan yaxın dost oldular. Onlar bilrikdə vaxt keçirməyi, ünsiyyət qurmağı xoşlayırdılar. Onların hər biri yaxşı döyüşçü idi. Şahzadə Yonatan hətta, öz geyimini, yaraq-yasağını da – qılınc, kaman və kəmərini də Davuda bağışlamışdı. Davud belə bir dostunun olmasına görə çox sevinirdi. Şahzadə Yonatan Davudu çox sevir, onun qayğısına qalırdı.Allah ən yaxın dostundan da çox sənin qayğına qalır. Müqəddəs Kitabda deyilir ki, Allah bütün dünyanı sevir (Yəhya 3:16). Allah səni yaradıb və səni də necə yaradıbsa, elə o cür sevir. Allah səni indi və həmişəlik olaraq sevməyə söz verib. Və O səni sevir. Allah Müqəddəsdir (günahsızdır). Onun etdiyi hər şey yaxşı və düzdür. Allah Öz vədini yerinə yetirir.Şahzadə Yonatan Davudu çox sevirdi. Davud Yonatanla uzun müddət idi ki, yaxın dost idilər. Lakin sonralar Davud Yonatanla ayrılmalı oldu, çünki o, daha padşah ordusunun əsgəri deyildi. Şahzadə Yonatan çox kədərləndi. O, söz verdi ki, həmişə Davudu xatırlayacaq və ona sevgi bəsləyəcək. Davud da ona eyni sözləri vəd etdi. Onlar söz verdilər ki, bir-birilərinin uşaqlarının qayğısına qalacaqlar.

İllüstrasiya PPRO6-2Atası Yonatan döyüşə gedəndə Mefi boşetin cəmi beş yaşı var idi. “Mefi boşet” adını xorla təkrar edin, sonra isə barmaqlarınızla beşə kimi sayın.Oğlanın qayğısına qalan dayəsi vardı. Bəlkə də onun çoxlu dostları və müxtəlif məşğuliyyətləri var idi: o, ağaclara dırmaşır, oyuncaqları ilə oynayırdı. Bəlkə də o, döyüşçü oyuncaqları ilə oynamağı xoşlayırdı, axı onun atası əsgər idi.Elə görünüş yaradın ki, siz sanki ağaca dırmaşır və əsgər kimi yerinzdə addımlayın.Amma Mefi boşet ola bilsin ki, atası üçün darıxırdı. Şahzadə Yonatan çox vaxt evdə olmurdu. Çünki o, döyüşlərə gedirdi. Bəlkə də Mefi boşet hərdənbir atasının evdə olmamasından qorxuya düşürdü. Bizim ayədə qorxuya düşdüyün vaxt nə etmək lazım olduğu barədə danışılır. Gəlin, birlikdə ayəni təkrarlayaq.Hərəkətlər etməklə, xorla Zəbur 56:3 ayəni səsləndirin.

“Ona güvənəcəm” nəğməsini oxuyun.

Dərs - II hissəGünlərin bir günü Mefi boşetin ailəsinə kədərli bir xəbər gəlib çatdı: padşah Şaul və şahzadə Yonatan döyüşdə ölüblər. Bundan sonra İsraildə yeni padşah olacaqdı. Bəs, yeni padşah kim olacaqdı? Və o, nə edəcəkdi? Bəs, sarayda yaşayanların başına nə iş gələcəkdi?

Page 73: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

73

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 6

İllüstrasiya PPRO6-3Mefi boşetin dayəsi çox qorxmuşdu. O elə düşnürdü ki, yeni padşah Mefi boşetlə pis davranacaq. Ona görə də oğlanın əlindən tutub saraydan qaçdı. O, Mefi boşeti gizlətmək istəyirdi. Ona elə gəlirdi ki, yeni padşah Mefi boşetə düşmən olacaq.Müqəddəs Kitabda yazılır ki, sən öz günahına görə Allaha düşmən olmusan. Əgər sən Allahın səndən gözlədiyi xeyirxah əməlləri etmirsənsə, günah edirsən. Müqəddəs Kitabda deyilir: “Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir” (Yaqub 4:17).Aşağıda qeyd olunan günah nümunlərindən misallar çəkin və ya PPRO-a, PPRO-b, PPRO-c və PPRO-d illüstrasiyalarını müzakirə edin.Əgər sən öz ehtiyat gödəkçəni anan icazə verdiyi halda dostuna vermirsənsə, günah edirsən. Əgər sən mağazada kiminsə pulunu itirdiyini görüb, pulu sahibinə qaytarmaq əvəzinə özünə götürürsənsə, günah edirsən. Bizim hər birimiz günah etmək istəyi ilə doğulmuşuq. Hər bir günah da cəzaya layiqdir və buna görə də sən Allahla əbədi ayrılığa məhkum olunmusan. Amma Allah istəmir ki, sən Onun düşməni olasan. O səni özünə dost etmək fi krindədir. O səni Özünə dost etmək üçün yol tapıb. Yeni padşah Mefi boşetlə dost olmaq istəyirmi? Oğlanın dayəsi qorxdu ki, belə olmayacaq. Ola bilsin ki, yeni padşah Mefi boşetlə düşmənçilik etsin, buna görə də dayə uşağı götürüb onu gizlətmək üçün qaçdı.Yerinizdə qaçın.Dayə beş yaşlı Mefi boşeti qucağında tutub qaçırdı. Bəlkə də oğlan dayə üçün həddindən artıq ağır olduğundan, ya da sadəcə ayağı büdrədiyindən müvazinətini itirdi. Müqəddəs Kitabda deyilir ki, dayə Mefi boşeti əlindən yıxdı. Onun ayağı zədələndi. Bundan başqa o, ağlamağa başladı və uzun müddət sakitləşə bilmədi. Mefi boşet üçün çətin idi. O, bir daha hamı kimi yeriyə bilmədi. Onun atası və babsı isə (şəhazadə Yonatan və padşah Şaul) döyüşdə ölmüşdülər. Oğlan böyüdü, ancaq heç kim onun ayağını sağalda bilmədi. Beləcə, Mefi boşet ömrü boyu şikəst qaldı.İllüstrasiya PPRO6-4Tezliklə Yonatanın ən yaxın dostu – Davud padşah oldu. Davud yaxşı padşah idi. O, Allahı sevirdi və Allahın dostu idi. Davud Allahın ona quzuları vəhşi heyvanlardan qorumaqda necə kömək etdiyini xatırlayırdı. Davud hələ döyüşçü olmamışdan qabaq Nəhəng Qolyatla döyüşərək ona qalib gəlmək üçün Allahın ona necə kömək etdiyini də unutmamışdı. Həmçinin, Allahın onu bir gün padşah edəcəyi ilə bağlı verdiyi vəd də Davudun yadında idi. Və budur, o gün gəlib çatdı. Davud padşah oldu. Allah Davuda verdiyi vədi yerinə yetirdi.Daha bir vəd var idi ki, onu Davud özü yerinə yetirməli idi. O, dostu Yonatana verdiyi vədi xatırladı. Davud ona və onun uşaqlaranına həmişə məhəbbətlə yanaşacağına söz vermişdi. Davud Allahı sevirdi və Onu razı salmaq istəyrdi. Davud bilirdi ki, əgər Allah verdiyi vədi həmişə yerinə yetirirsə, onda Davud da öz vədlərini yerinə yetirməlidir. Əgər İsa Məsih sənin Xilaskarındırsa, Allah istəyir ki, sən öz vədlərini yerinə yetirəsən. Allah həmişə səni izləyir. O, sənin gözlərinin, qulaqlarının, əllərinin , ağzının və ayaqlarının nəylə məşğul olduğunu yaxşı bilir. Allah səni sevir. O sənə öz vədlərini yerinə yetirməkdə və yaxşı, düzgün əməllər etməkdə kömək edər. Əgər sən öz vədini birdən yerinə yetirə bilməsən, sən buna görə Allahın qarşısında bağışlanma istəyə bilərsən və Allah da səni

Page 74: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 6

74

bağışlayar.“Ehtiyatlı ol” nəğməsini oxuyun.

Əgər sənin dostun sizə qonaq gəlibsə, sən onunla yaxşı oynayacağına və oyuncaqlarını bölüşdürəcəyinə dair verdiyin vədi xatırlayırsanmı? Yemək vaxtı dostunun birinci özünə yemək seçəməsinə icazə verirsənmi? İndi bizim hər birimiz dostuna birinci onun yemək seçməsinə dair söz versin və bu vədini yerinə yetirməyə cəhd etsin.Hər uşağa naborunuzdan bağlı konfet paylayın. Həmçinin, qoy uşaq təklif etdiyiniz daha bir konfet də əlavə götürsün. Növbəti uşaq birinci uşaqda olan iki konfetdən birini seçə bilər və s. Növbə sonuncu uşağa çatanda, o, sizə iki konfetdən birini seçməyi təklif etsin. Yalnız bundan sonra uşaqlar konfetlərini yeyə bilər.Allahın bütün vədləri yaxşı və xeyirxahdır. Bizim Allahımız günahsızdır və hər şeyi biləndir. Buna görə də O, həmişə Öz vədlərini yerinə yetirir. Allah istəyir ki, sən də söz verdiyin hər şeyi yerinə yetirəsən. Hərdən elə olur ki, sən öhdəsindən gələ bilmədiyin işlərə söz verirsən. Məsələn, nə isə almaqla, ya da harasa getməklə bağlı. Yaxud da gözlənilmədən elə bir hal baş verir ki, sən verdiyin sözü yerinə yetirə bilmirəsn. Nəsə bir söz verməmişdən qabaq, yaxşı-yaxşı düşünmək lazımdır. Dua et ki, ağıllı və yaxşı vədlər verməkdə, həmçinin öz vədlərini yerinə yetirməkdə Allah sənə kömək etsin.

Mən hər gün dua edirəm” nəğməsini oxuyun (1-ci bənd).

Dərs - III Hissəİllüstrasiya PPRO6-5Allah sənə sənin bütün xeyirxah və yaxşı vədlərini yerinə yetirməyə kömək edir. Allah beləcə də Davuda Yonatana verdiyi sözü yerinə yetirməkdə kömək edir.Padşah Davud ətrafındakı adamları sorğu-sual etməyə başlayır: “Yonatanın yaxınlarından sağ qalan kimsə varmı ki, ona kömək edim” (2 Şamuel 9:1). Padşah Şaulun xidmətçilərindən biri Davuda Yonatanın oğlu Mefi boşetdən bəhs etdi. Padşah o dəqiqə Mefi boşetin arxasınca adam göndərdi. Davud Mefi boşetə mərhəmət göstərmək istəyirdi, çünki dostu Yonatanı çox sevirdi. Allah da sənə qarşı mərhəmətlidir, çünki səni sevir. Müqəddəs Kitabdan biz oxuyuruq: “Biz hələ günahkar ola-ola Məsih (İsa) bizim uğrumuzda öldü” (Romalılara 5:8). Allah Oğul Allah - İsa Məsihi Göylərdən yerə göndərməklə Öz ilahi məhəbbətini göstərdi. İsa Məsih adi uşaqlar kimi böyüsə də, heç vaxt günah etməyərək həmişə yaxşı və doğru olanı etdi. Sonra isə İsa Məsih sənin və mənim günahımdan ötrü çarmıxda ölməklə Xilaskar olmaq barədə olan vədini yerinə yetirdi. İsa Məsihi basdırsalar da O, ölü olaraq qalmadı. İsa Məsih ölülərdən dirilmək barədə olan vədini də yerinə yetridi və indi O, Göylərdədir. Allah istəyir ki, sən İsa Məsihi Xilasakrın kimi qəbul edəsən və Allahın övladı olasan. Sən İsa Məsihə öz Xilaskarın kimi iman edə bilərsən.A - Allaha qarşı günah etdiyini etiraf et.A – Ancaq İsa Məsihin səni xilas etməkdən ötrü ölüb-dirildiyinə iman et.A – Allahı duada çağır. Günahlarına görə Ondan bağışlanma istə və İsa Məsihdən sənin Xilaskarın olmasını istə.

Ayağa qalxın və “Müqəddəs Kitaba inanıram” nəğməsini oxuyun.

Page 75: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

75

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər. Dərs 6

Allah sənə verdiyi vədini yerinə yetirir və O sənin başqalarına verdiyin vədi yerinə yetirməkdə də sənə kömək edir. Allah Yonatana verdiyi vədi yerinə yetirməkdə Davuda kömək etdi.İllüstrasiya PPRO6-6Mefi boşet artıq böyümüşdü. O, əvvəllər heç vaxt padşah Davudla görüşməmişdi. Yəqin ki, uzun illərdən sonra saraya getmək Mefi boşet üçün bir qədər çətin idi, amma o getdi. O, padşah Şaula və onun ailəsinə məxsus olan bütün torpaqları ona verməyi vəd edəndə çox təəccübləndi. Davud dedi ki, bu torpaqda xidmətçilər işləyəcək, Mefi boşetin özü isə sarayda qalıb Davudun ailə üzvləri ilə birlikdə yaşaya bilər.Məcməyiyə qoyulmuş meyvə və pendirə baxmaları, iyləmələri və dadmaları üçün uşaqlara şərait yaradın.Məhəbbətlə edilmiş necə gözəl bir vəddir! Allah Davudun Yonatana verdiyi əvvəliki və Mefi boşetə verdiyi indiki vədinə əməl etməkdə kömək etdi.Ən vacibi isə odur ki, Allah həmişə Öz vədlərini yerinə yetirir. Biz isə buna görə Onu alqışlamalı və Ona minnətdar olmalıyıq.

Təkrar üçün suallarYadda saxlamaq üçün ayə1. Əgər qorxmusansa, nə etməyin daha yaxşı olardı? (Allaha güvənmək).2. “Güvənmək” sözünün mənası nə deməkdir? (Etibar etmək, ümid

bağlamaq).3. Allaha güvəndiyin bir hadisə danış (Cavablar müxtəlif ola bilər).Dərs (I-III hissə)1. Şahzadə Yonatanın yaxın dostu kim oldu? (Davud).2. Səni ən yaxın dostundan da daha çox kim sevir? (Allah).3. Davudla şəhzadə Yonatan bir-birinə hansı vədi verdilər? (Bir-birinə və

bir-birilərinin uşaqlarına qarşı xeyirxah olmaq).4. Nə üçün Mefi boşetin dayəsi padşah Şaulun və Yonatanın müharibədə

öldüyünü bildiyi vaxt oğlanı gizlətmək istədi? ( O, belə hesab edirdi ki, yeni padşah Mefi boşetə düşmən olacaq).

5. Dayə Mefi boşeti yıxdığı vaxt nə baş verdi? (Mefi boşet ayağını zədələdi).6. Allahın Öz vədini yerinə yetirdiyini bildiyin halda, sən də kiməsə söz

vermisənsə nə etməlisən? (Öz vədinə sadiq qalmalısan).7. İsa Məsih Xilaskar olmaq barədə vədinə necə sadiq qaldı? (O, Göylərdən

yerə gələrək günahlara görə öldü və dirildi).8. Padşah Davud şəhzadə Yonatana verdiyi vədə necə sadiq qaldı? (O,

Mefi boşeti öz ailə üzvü kimi saraya yerləşdirdi; ona qarşı mehriban oldu; padşah Şaulun torpaqlarını ona qaytardı).

9. Əgər İsa Məsih sənin Xilaskarındırsa, Allah sənə vədlərinlə bağlı necə kömək edə bilər? (O sənə yaxşı və xeyirxah vədlər verməkdə, onları yerinə yetirməkdə kömək edə bilər).

Müjdənin qısa izahı1. Günah nədir? (Biz Allahın dediyini etməyəndə günah edirik. Allaha

məqbul olmayan bütün düşüncələr, sözlər və hərəkətlər).2. Allahın Sözünü başa düşmək, Allaha qulaq asmaq və öz vədlərini yerinə

yetirməkdə onlara kömək etməkdən ötrü Allahın balalarında Kim yaşayır? (Müqəddəs Ruh Allah).

3. Allahın əbədi ailəsində övlad olmaq üçün sən nə etməlisən? (İsa Məsihə öz Xilasakrın kimi iman etməlisən. Təkrar edin: Allaha deyin: “Mən bilirəm ki, günah etmişəm və əməllərimə görə çox peşimanam. Mən iman edirəm ki, İsa Məsih mənim günahlarımdan ötrü ölüb və dirilib. Xahiş edirəm, mənim günahlarımı bağışla və məni Öz övladın et”).

Page 76: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

76

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

Romalılara 10:13

“Romalılara10:13”PPRO-R1

“Rəbbin adını ,”PPRO-R2

“çağıran hər kəs...”PPRO-R3

“xilas olacaq .”PPRO-R4

Ayəni əzbərləmək üçün rəmzlər (1-ci və 2-ci dərslər)Ayənin simvollarının surətini çıxarın və kəsib rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh. 5.)

Page 77: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

77

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

Ayəni əzbərləmək üçün rəmzlər(3-cü və 4-cü dərslər)Ayənin simvollarının surətini çıxarın və kəsib rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh. 5.)

Nahum 1:7

“Nahum 1:7”PPRO-R5

“Rəbb xeyirxahdır…”PPRO-R6

“Ona güvənənləri”PPRO-R7

“tanıyır.” PPRO-R8

Page 78: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

78

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

Ayəni əzbərləmək üçün rəmzlər (5-ci və 6-cı dərslər) Ayənin simvollarının surətini çıxarın və kəsib rəngləyin. Məsləhətlərdən istifadə etmək üçün “Müxtəlif əyani vəsaitlərdən yararlanmaq” paraqrafına baxın. (səh. 5.)

Zəbur 55:4

“Zəbur 55:4”PPRO-R9

“Bu dəhşətli günümdə,”PPRO-R10

“Sənə”PPRO-R11

“güvənirəm”.PPRO-R12

Page 79: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

79

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

Yaxalıq üçün qeyd olunmuş adların nümunəsi(1-6-cı dərslər) Simvolların surətini kifayət ədər çox çıxarıb onları kəsin (hər uşağa bir ədəd və bir neçə artıq nümunə saxlayın). İşarələri rəngli karton və penaplendən hazırlayıb uşaqların yaxasına təhlükəsiz sancaq və ikitərəfl i skotçla bərkitmək olar.

Nuhun gəmisi (1-2 dərslər)

Tac (5-6-cı dərslər)

Dəvə (3-4-cü dərlər)

Page 80: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

80

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

«Mənim üzümü çək»(1-ci dərs)Hər uşağa bir ədəd.

Allah ___________________ sevir.

Page 81: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

81

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

«Yeməli gəmi» (1-ci dərs)Təkrarlama oyunu zamanı kartonun üzərində bir ədəd nüsxə çıxardın. Yaradıcılıq fəaliyyəti üçün hər uşağa bir ədəd nüsxə çıxardın.

Page 82: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

82

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

«Hamı gəmiyə»(1-ci dərs)Hər uşağa bir ədəd nüsxəsini çıxardın. Müəllim üçün isə bir nüsxəni kartonun üzərində çıxardıb kəsərək kağız paketə yerləşdirin.

Page 83: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

83

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

«Hamı gəmiyə» (davam)(1-ci dərs)Hər uşağa kartonda bir ədəd nüsxəni çıxardın.

Page 84: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

84

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

Allah hər zaman Öz vədini yerinə yetirir (2-ci dərs)Hər uşaq üçün bir ədəd nüsxə çıxardın. Qalın xətlərin üzərindən kəsin, dörd səhifəni bir qatlayın və buklet almaq üçün steplerlə bərkidin.

All

ah hər

za

man

Öz

vədi

ni y

erinə

yeti

rir

Page 85: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

85

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

Allah həmişə Öz vədini yerinə yetirir (davam)

Page 86: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

86

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

Barmağa taxılan kuklalar (2-ci dərs)Kartonun üzərində bir neçə surətini çıxardın. Fiqurları kəsib digər üzünə kağızdan zolaqlar yapışdıraraq halqa formasında qatlayın. Hər uşağa bir-iki kukla çatsın deyə kifayət qədər nüsxələrini çıxardın.

Qiymətli daş-qaşı tap (4-cü dərs)Karton üzərində sürəti çıxarılmış daş-qaşdan istifadə edin.

barmağa taxılan kukla- arxadan görünüş.

Page 87: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

87

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

“Müjdə açarları” (Dərs 3)Hər uşaq üçün açar dəstinin naborunun surətini çıxardın.

Allah səni sevir «Allah dünyanı elə sevdi ki…»Yəhya 3:16

Allahın övladı kimi inkişaf et.«Allahdan dilə ki, sənə itaətli olmaqda kömək etsin!”».

İsa Məsihə Xilaskarın kimi iman et.«Rəbb İsaya iman et». Həvarilərin İşləri 16:31

Məsih sənin günahlarına görə öldü.«Məsih günahlarımız üçün öldü... üçüncü gün dirildi». 1 Korinfi lilərə15:3-4

Sən günah işlətmisən.«Hamı günah işlədib».Romalılara 3:23

Page 88: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

88

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

«Quzunu sürüyə əlavə et »(5-ci dərs)Kartonun üzərində üç nüsxəsini çıxart.

Page 89: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

89

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

«Davudun arfası» (5-ci dərs)Kartonun üzərinə surətini çıxarın və ya fi qurları kartonu üzərinə yapışdırın. Hər uşağa bir ədəd.

AB

AB

Page 90: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

90

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

«Mən Xilaskar İsa Məsihə güvənəndə »(5-ci dərs)Hər uşağa bir ədəd plakatın surətini çıxardın.

Mən

baş

qala

rına

Rəb

bin

mən

im ü

çün

etdi

klər

ini d

anış

a bi

lərə

mMən

Alla

hla

istə

diyi

m v

axt d

anış

a bi

lərə

mMən

Alla

hı b

ütün

yar

atdı

qlar

ına

görə

min

nətd

arlıq

edə

bilə

rəm

Qor

xmağ

a eh

tiyac

yox

dur,

çünk

i Rəb

b İs

a mən

imlə

dir

Mən

baş

qala

rına

köm

ək e

tmək

Rəb

bə x

idmət

edə

bilə

rəm

Mən

Alla

hın

Kəl

amın

ı öyrənən

nəyi

n ya

xşı,

nəyi

n pi

s old

uğun

u də

rk

etməyə

başl

ayır

am

Ey uşa

qlar

, hər

vəc

hlə

valid

eynlər

inizə

itaət

edi

n; ç

ünki

bu,

Rəb

bə məq

buld

ur.

Kol

oslu

lara

3:2

0

Mən

Xila

skar

İsa

Məs

ihə

güvə

nəndə

Page 91: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

91

Körpələr Allahı Onun vədləri vasitəsilə tanıya bilər

«Малыши могут познать Бога через Его обещания» © 2004, 2011 ОЕД. Все права закреплены.Лист разрешается копировать только для детей вашей группы.

«Allah yer üzündə hər şeyi, o cümlədən məni də yaratdı »(6-cı dərs)Hər uşağa bir ədəd surətini çıxardın

Allah yaratdı Allah yaratdı

Allah yaratdı Allah məni yaratdı.

Page 92: Körpələr Allahı Onun Vədləri - Teach Kids · 2016. 5. 18. · mühiti yaratmağa da kömək edəcək. Adlar qeyd olunmuş yaxalıqları hazırlayın. Onları rəngli karton,

Körpələrin Məsihə yönəldilməsiKörpələrin Məsihə yönəldilməsiVerilən işarələr Müjdənin əsas amillərini təşkil edir. İstənilən həqiqət nümunələri və MüqəddəsKitab ayələrinin izahı üçün istifadə olunan amillər aşağıda qeyd olunub. “Yaxın ünsiyyətdə istifadəolunan əsas suallar”ın surətini istəyə görə çıxarıb kəsmək olar. Həmin sualları Müqəddəs Kitabınarasına qoyub uşaqla xilas barədə danışarkən istifadə edin.

Yaxın ünsiyyətdə istifadə olunanYaxın ünsiyyətdə istifadə olunanəsas suallarəsas suallar

EhtiyacEhtiyac Mən, mənimlə nə barədə söhbət etmək

istədiyini bilirəm. Ancaq söhbəti özün açabilərsən?

Nəyə görə sənə Rəbb İsa lazımdır? Günah nədir? Kim günah etmişdir?

(Romalılara 3:23). Allahın günah adlandırdığı hərəkətin

haqqında danışa bilərsən?

Allahın cavabıAllahın cavabı Allah Rəbb İsanı dünyaya nə üçün göndərdi? Rəbb İsa Kimdir? İsa Məsih günaha qarşı nə etdi?

(1Korinfl ilərə 15,3,4). İsa Məsih öldükdən və dəfn olunandan sonra

nə baş verdi?

Xilasın yoluXilasın yolu (Uşağa şərt və vəd bildirən ayələri göstərin

və sizinlə birlikdə onu təkrarlamasına kömək edin. Məsələn, Yəhya 3:16, Yəhya 1:12, yaxud Həvarilərin İşləri 16:31). Allah sənin üçün nə edəcəyinə söz verir?

Allahın indi sənin üçün nə etməsini istəyirsən?

(Əgər uşaq nəyə ehtiyac duyduğunu dərkedirsə, ona dua etməyi imkan yaradın. Duaüçün bir neçə nümunə təklif edin: Allahlasəni ayıran günah barədə Onunla danış; İsaMəsihin sənin üçün nə etdiyinə olan imanınbarədə söylə; bu gün Allahdan nə almaqistədiyin barədə xahişini bildir).

Əminlik və inkişafƏminlik və inkişaf Allah indi sənin üçün nə etdi? (Uşağa bir

daha şərt və vəd verilən ayələri göstərin).Allaha səni xilas etdiyinə görə minnətdarlıq et.

Allah səni nə vaxtsa tərk edəcəkmi? (İbranilərə 13:5).

Allah günahdan imtina etməyinə köməkedəcək. Bəs, birdən bir daha günaha yolversən, nə etməlisən? (1Yəhya 1:9).

Uşağa minnətdarlıq duasını etməyə imkanyaradın.

Allahın Şəxsiyyəti və uşaqlara olan sevgisi♦ Allah Yaradandır; O səni yaradıb.♦ Allah Müqəddəsdir (O, qüsursuz və kamildir)♦ Allah səni sevir.♦ Müqəddəs Kitabda yazılıb: “Allah dünyanıelə sevdi ki..” (Yəhya 3:16).

Uşağın problemi♦ Günah – Allaha məqbul olmayan düşüncə,söz və hərəkətlərdir.♦ Sən özbaşınalıq etmək istəyi ilə doğulmusan.♦ Sən ... (məktəbəqədər uşaqların dərk etdiyitərzdə günahın nümunəsini göstərin) günahişlədirsən.♦ Müqəddəs Kitabda yazılıb: “hamı günahedib” (Romalılara 3:23).♦ Allah günahı ölümlə cəzalandırır, yəni insanəbədi olaraq Allahdan ayrı düşür.

Allahın cavabı – İsa Məsih vasitəsilə günahların bağışlanmasıdır♦ İsa Məsih – Allahın Oğludur.♦ İsa Məsih heç vaxt günah işlətməyib♦ İsa Məsih günahlarımızın əvəzi olaraqkönüllü şəkildə çarmıxda cəza çəkdi.♦ Müqəddəs Kitabda yazılıb: “İsa Məsihin qanıbizi hər günahdan təmizləyir” (1Yəhya 1:7).♦ İsa Məsih çarmıxda öldü və üç gündən sonrahəyata qayıtdı (1Korinfl ilərə 15:3-4).♦ İndi İsa Məsih Göylərdədir.

Xilasın yolu İsa Məsihi Xilaskar kimi qəbul etməkdir♦ Günahdan imtina etməyə hazır olmaqlazımdır.♦ Çarmıxda sənin uğrunda öldüyünə görə İsaMəsihə minnətdarlıq et.♦ Ondan günahlarını bağışlamağı və sənə əbədihəyat verməyini xahiş et.♦ Müqəddəs Kitabda yazılıb: “Çünki Allahdünyanı elə sevdi ki, Vahid Oğlunu verdi;bunu ona görə etdi ki, Ona iman edən hərkəs həlak olmasın, amma əbədi həyata malikolsun” (Yəhya 3:16). (Şərt və vəd verilən bu, və ya digər ayəni oxuyun.

Məsələn, Həvarilərin işləri 16:31, yaxud Yəhya 1:12. Bu ayələrdə qoyulan şərtlərə əməl edənlər üçün Allah Öz vədini yerinə yetirəcək. Yəhya 3:16-da “İsa Məsihi qəbul et” şərti qoyulur. Əvəzində “Allah sənə

əbədi həyat verəcək” vədi verilir. Əgər uşaqlar İsa Məsihi qəbul etmək istəsələr, uşaqlara proqramın növbəti hissəsində onların sizinlə harada və nə vaxt söhbət edə biləcəyini müəyyənləşdirin).