7
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub. AZƏRTAC-ın məlumatınsa bil- dirilir ki, dövlətimizin başçısı Bakı Dəmir Yolu Vağzalında əvvəlcə Qə- bələ dəmir yolu stansiyasının bina- sının eskiz layihəsinə baxdı. Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xət- tində hərəkət edəcək sərnişin qatarı ilə tanış oldu. “Azərbaycan Dəmir Yolları” Qa- palı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirdi ki, “Azər- baycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keç- məklə martın 29-da Bakıya çatıb. (Davamı 2-ci səhifədə) Òÿñèñ÷èëÿð: “Àçÿðáàéúàí Äÿìèð Éîëëàðû” Ãàïàëû Ñÿùìäàð Úÿìèééÿòè âÿ Ìöñòÿãèë Ùÿìêàðëàð Èòòèôàãû Ðåñïóáëèêà Êîìèòÿñè İndeks 0006 Qiyməti 40 qəpik APREL 2019-cu il 4 (7007) Ãÿçåòèí ÿñàñû 1931-cè èëäÿ ãîéóëìóøäóð PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR YOLU XƏTTINDƏ HƏRƏKƏT EDƏCƏK SƏRNIŞIN QATARI ILƏ TANIŞ OLUB

PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR ...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək

  • Upload
    others

  • View
    8

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR ...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək

Azərbaycan Respublikasının Pre zidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.

AZƏRTAC-ın məlumatınsa bil-

dirilir ki, dövlətimizin başçısı Bakı Dəmir Yolu Vağzalında əvvəlcə Qə-bələ dəmir yolu stansiyasının bina-sının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xət-

tində hərəkət edəcək sərnişin qatarı ilə tanış oldu.

“Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirdi ki, “Azər-baycan Dəmir Yolları” QSC-nin

sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Türkiyə və Gürcüstandan keç-məklə martın 29-da Bakıya çatıb.

(Davamı 2-ci səhifədə)

Òÿñèñ÷è ëÿð : “Àçÿðáàéúàí Äÿìèð Éîëëàðû” Ãàïàëû Ñÿùìäàð Úÿìèééÿòè âÿ Ìöñòÿãèë Ùÿìêàðëàð Èòòèôàãû Ðåñïóáëèêà Êîìèòÿñè

İndeks 0006Qiyməti 40 qəpikAPREL 2019-cu il 4 (7007)Ãÿçåòèí ÿñàñû 1931-cè èëäÿ ãîéóëìóøäóð

PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR YOLU XƏTTINDƏ HƏRƏKƏT EDƏCƏK SƏRNIŞIN QATARI ILƏ TANIŞ OLUB

Page 2: PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR ...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək

(Əvvəli 2-ci səhifədə)Qeyd edək ki, Bakı-Tbilisi-Qars

marşrutu ilə sərnişin daşınmasının təşkili bu ilə planlaşdırılıb. “Azər-baycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti ara-sında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, müstəqillik ta-riximizin möhtəşəm layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabr ayında Beynəlxalq Dəniz Ticarət Lima-nında keçirilən təntənəli mərasimlə istifadəyə verilib. Asiya ilə Avropa-nı birləşdirən və Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Ba-kı-Tbilisi-Qars dəmir yolu xətti Pre-

zident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilib. Qonşu Türkiyə və Gürcüstanla sıx əmək-daşlığın nəticəsi olan Bakı-Tbili-si-Qars layihəsi ölkələrimiz arasın-dakı əlaqələrin strateji təzahürünü də nümayiş etdirir. Bu yolla artıq yüklərin daşınması uğurla həyata keçirilir. Bununla da çox mühüm transmilli neft-qaz kəmərlərinə ma-lik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki re-gionda, bütünlükdə Avrasiya qitə-sindəki əhəmiyyətini artırıb. Ba-kı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevrilib və regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfədir.

(Əvvəli 1-ci səhifədə)Amma bundan əvvəl qatar Axal-

kalakidə quraşdırılmış xüsusi qur-ğuda test rejimində sınaqdan keçi-rilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqon-da təkər cütlərinin eninə bazasının avtomatik olaraq 1520 millimetr-dən 1435 millimetrə və əksinə də-yişdirilməsini nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda doqquz sərnişin vaqonu və bir restoran var. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Ka-teqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumi-likdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına ma-lik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da dön-gələrdə vaqonun tarazlığını tənzim-ləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçilərini 24 saat fasiləsiz elektrik enerjisi ilə tə-min edəcək.

(Davamı 3-cü səhifədə)

2 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 3ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓAPREL 2019-cu il APREL 2019-cu il

PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR YOLU XƏTTINDƏ HƏRƏKƏT EDƏCƏK SƏRNIŞIN QATARI ILƏ TANIŞ OLUB

PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR YOLU XƏTTINDƏ HƏRƏKƏT EDƏCƏK SƏRNIŞIN QATARI ILƏ TANIŞ OLUB

Page 3: PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR ...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək

Avstriyanın paytaxtı Vya-nada keçirilən “Beynəlxalq Dəmir Yolu Konqresi 2019” Avrasiya marşrutunun mövcud nəqliyyat dəhliz-ləri çərçivəsində rəqəmsal texnologiyalardan və tran-zit potensialından istifa-də edərək beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması problemlərinə həsr olunub.

Konqresdə “Bir kəmər, bir yol: Beynəlxalq əmək-daşlığın inkişafı”, “İnves-tisiyaların cəlb edilməsi yolu: Nəqliyyat layihə inf-rastrukturunun maliyyələş-dirilməsinin qlobal trans-formasiyası”, “Rəqəmsal dəmir yolları və ağıllı in-frastruktur: rəqəmsallaş-dırma, standartlaşdırma və miqyaslama”, “Nəqliyyat infrastrukturunun inkişa-fında sinerji və miqyas ef-fekti”, “Sərhədləri aşaraq: beynəlxalq əməkdaşlıq, standartlaşdırma və miqyas-lama”, “Çeviklik və gələ-cəyin logistika mərkəzlə-

ri” sessiyaları çərçivəsində gömrük maneələrinin azal-dılması yolları, həmçinin Avropa və Asiya arasında dəmir yolu nəqliyyatının fəaliyyətini tənzimləyən hüquqi və texniki qayda-ların uyğunlaşdırılması məsələləri müzakirə edilib.

Forumda Rusiya Fede-rasiyasının nəqliyyat naziri Yevgeni Ditrix, “Azərbay-can Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov, Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiş-tof Maminski, “Avstriya Federal Dəmir Yolları”nın baş direktoru Andreas Mat-te, Belarus Dəmir Yollarının rəisi Vladimir Morozov, İs-veçrə Dəmir Yollarının baş direktoru Andreas Meyer, Slovakiya Dəmir Yollarının baş direktoru Yuray Tkaç, eləcə də “enli” və “ensiz” izlərə malik dövlətlərin mil-li dəmir yolu şirkətlərinin, ixtisaslaşdırılmış beynəlxalq

təşkilatlarının və beynəlxalq bank sektorlarının rəhbərləri iştirak ediblər.

“Beynəlxalq Dəmir Yolu Konqresi 2019” 1520 mm və 1435 mm izli dəmir yol-ları məkanındakı milli də-mir yolu şirkətləri rəhbərlə-rinin görüşməsi üçün ən iri iş platformasdır. Konqresə

dəvət edilmiş şirkətlər Avra-siya marşrutunda daşımalar həcminin artımına və Şərqlə Qərb arasında dəmir yolu dəhlizinin davamlı inkişafı-na töhvə verməkdədirlər.

Konqres dövlət-özəl tərəfdaşlığın ən yaxşı təc-rübələrinə əsaslanaraq, nəqliyyat infrastrukturu-

nun modernləşdirilməsinə, quruda daşıma xərclərinin azaldılmasına, həmçinin 1520 mm və 1435 mm izli dəmir yolu məkanındakı qarşılıqlı əlaqələrin stan-dartlaşdırmasına və inten-sivləşdirilməsinə yönəlmiş sistemli həllərin tapılmasına istiqamətlənib.

4 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 5ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ

VYANADA "BEYNƏLXALQ DƏMIR YOLU KONQRESI 2019” KEÇIRILIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlo-bal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezi-denti Məhəmməd Əşrəf Qani arasın-da təkbətək görüş oldu.

Təkbətək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisa-di əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra görüş nümayəndə heyətlə-rinin iştirakı ilə davam etdirildi.

Dövlətimizin başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda işti-rakına görə minnətdarlığını bildirdi. Bu səfərin ölkələrimiz arasında iqti-sadi, ticarət, enerji və digər sahələr-

də əməkdaşlıq üçün yeni fürsətlər yaradacağını qeyd etdi, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğuladı. Dövlət başçı-ları arasında mütəmadi qarşılıqlı gö-rüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirildi.

Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə etdi və nəqliyyat sahəsində ölkələri-mizin əməkdaşlığını yüksək qiymət-ləndirdi.

Əfqanıstan Prezidenti əlaqələ-rin inkişafı baxımından enerji, nəq-

liyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu dedi.

Sonra prezidentlər İlham Əliye-vin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalandı.

“Azərbaycan Dəmir Yolları” Qa-palı Səhmdar Cəmiyyəti ilə Əfqanıs-tanın Dəmir Yolları İdarəsi “ARA” arasında əməkdaşlıq haqqında Niy-yət Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cə-miyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifə-sini icra edən, Prezidentin infrast-ruktur və texnologiyalar üzrə müşa-viri Mohammad Hamayun Qayumi imzaladılar.

“Azərbaycan Respublikası Hö-

kuməti ilə Əfqanıstan İslam Respub-likası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Sa-ziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ra-min Quluzadə və Əfqanıstanın maliy-yə naziri vəzifəsini icra edən, Prezi-dentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.

“Azərbaycan Respublikası Hö-kuməti ilə Əfqanıstan İslam Respub-likası Hökuməti arasında mədəniy-yət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azər-baycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasi-ya və mədəniyyət nazirinin vəzifəsi-ni icra edən Hasina Safi imzaladılar.

AZƏRBAYCAN VƏ ƏFQANISTAN DƏMIR YOLLARI ARASINDA NIYYƏT MEMORANDUMU IMZALANIB

APREL 2019-cu il APREL 2019-cu il

Page 4: PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR ...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək

(Əvvəli 6-cı səhifədə)Cənub istiqaməti sahəsində yük

və hərəkət işçilərinin əmək şəraiti-nin yaxşılaşdırılması, texniki təh-lükəsizlik qaydalarına riayət edil-məsi ilə bağlı məsələlər öz həllini tapmaqdadır. Yeni işçilər işə başla-mamışdan öncə təlimatlandırılırlar. Bu da qəza hadisələrinin qarşısını almaq üçün dəmir yolu kimi mə-suliyyətli bir sahədə vacib amildir. “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəs-sisələrində əməyin mühafizəsinin ümumi vəziyyəti yoxlanılarkən, məlum oldu ki, rəhbərlik əmək-çilərin sağlamlıqlarını qorumaq, zədəalma hallarına yol verməmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirib. Əməkçilər mütəmadi ola-raq tibbi müayinəyə göndərilirlər. 24 saylı Rels Qaynaqlama Qata-rında qaynaq sexinin əsaslı təmiri başa çatıb, əməkçilərə təhlükəsiz əmək şəraiti yaradılıb. Səliqə-səh-man da həmişəki kimi yüksək sə-viyyədə qorunub saxlanılır. Uzun ölçülü relslərin qaynaqdan sonra xüsusi vaqonlara ötürülməsi zamanı gecə vaxtı ərazının işıqlandırılması üçün yeni elektrik kabelləri çəkilib, dayaqlarda işıqlanma lampaları qu-raşdırılıb.

Ərazilərdə abadlıq işləri davam edir. Aparılan təlimatların keyfiy-yətini yaxşılaşdırmaq üçün inzibati binada ayrılmış otaq xüsusi zövqlə təmir edilib. “Əməyin mühafizəsi” kabineti tərtib edilərək istifadəyə verilib. Müəssisədə ilk tibbi yardı-mın göstərilməsi otağı və işçilərin tibb məntəqəsi istifadəyə verilib. Əməkçilərin təlimatlandırılması standartlar sisteminin tələbinə mü-vafiq tərtib edilmiş konspektlər əsa-sında aparılır, onlar ilkin və növbəti tibbi müayinədən keçirilirlər. İşçilə-rin yağışdan və açıq günəş şüaların-dan qorunması məqsədi ilə qaynaq sexinin qarşısında relslərin çeşid-lənməsi üçün ayrılmış yerin üstü-

nün hündür cardaqla örtürülməsi planlaşdırılır.

Biləcəri stansiyasında əməkçilə-rin təhlükəsizliyini təmin etmək, onlara təhlükəsiz əmək şəraiti ya-ratmaq istiqamətində işlər ardıcıl-lıqla aparılır və nəzarətdə saxlanılır. Stansiya işçiləri ilə 05/S standartlar sisteminə müvafiq təlimatlar vax-tında keçirilir. Təlimatların keyfiy-yətli aparılması üçün əməyin mü-hafizəsi kabineti əyani plakatlarla təchiz edilib. Qatarların hərəkəti ilə bilavasitə məşğul olan işçilər vax-tında tibbi müayinədən keçirilirlər. Stansiya ərazisinin işıqlandırılması lazımi səviyyədə təşkil olunub. Qa-tarların təpədən çeşidlənməsi üçün qatar tərtibatçılarının xidməti marş-rutu asfaltlanib, xidməti otaq paltar dəyişmək üçün şkaflarla təchiz edi-lib, standart soba və iş ləvazimatları ilə təmin edilib. İsti havalarda qısa-müddətli istirahət üçün çardaq qu-raşdırılıb. Vaqonları siyahıya alan operatorların, qatar qəbul edənlərin, post növbətçilərinin xidməti otaqla-rı lazımi inventarlarla təchiz edilib. Stansiyada mütamadi olaraq post növbətçilərinin otaqları təmir edilir.

Keşlə stansiyasında əməkçilər üçün təhlükəsiz iş şəraiti yaradılsa da, rəhbərlik bununla kifayətlən-mir, əmək adamlarının təlimatlan-dırılmasını daim nəzarətdə sax-layır. Stansiya növbətçisi, manevr dispetçeri, vaqonları siyahıya alan operatorların otaqları təmirlidir və otaqlar lazımi inventarlarla təchiz edilib. Stansiya ərazisində işıqlan-dırma sistemi normaldır.

Natiqlər qeyd etdilər ki, yoxlama aparılan sahələrdə çatışmazlıqlar da diqqətdən yayınmayıb. Aşkar edilən pozuntuların bir hissəsi yerindəcə həllini tapıb. Müəyyən məsələlərdə aidiyyəti olan şəxslərə lazımi töv-siyyələr verilib.

Məsələ ilə bağlı ətrafında Pənah Kərimov və digərləri çıxış edərək, öz fikir və mülahizələri ilə bölüş-

dükdən sonra mövzu ətrafında qərar qəbul edildi. Gündəlikdə duran di-gər məsələlər də müzakirəyə cıxa-rıldı və müvafiq qərar qəbul olundu.

Sonda 2018-ci ilin yekunlarına görə, əməkdə yüksək nailiyyətlər əldə edən dəmiryolçulara “İlin qa-baqcıl maşinisti-F. Ağayev” adı-na və “Əla yol işçisi-ilin ən yaxşı mütəxəssisi” yol müsabiqələrinin qaliblərinə mükafatlar təqdim edildi və bu, toplantıya xoş ovqat gətirdi. Ümumiyyətlə, hər bir əməyin arxa-sında canlı insan durur. Heç kimə sirr deyil ki, dəmir yolu iqtisadiyya-tın ən çətin, diqqət və məsuliyyət tələb edən ən gərgin sahələrindən biridir. Dəmiryolçunun əməyinə verilən yüksək qiymət, ilk növbədə, onun özünə, sonra çalışdığı kol-lektivə, bütövlükdə dəmir yoluna

şərəf gətirir. Yaxşı işləyən dəmir-yolçular “Azərbaycan Dəmir Yolla-rı” heç vaxt Cəmiyyət rəhbərliyi və MHİRK-nin diqqətindən yayınmır-lar.

Komitə sədri Fəzail Bağırov mükafata layiq olan dəmiryolçula-rın siyahısını oxudu və ayrı-ayrılıq-da onların əmək fəaliyyətindən bəhs etdi. Qeyd etdi ki, əmək adamı üçün ən böyük mükafat onun zəhmətinə verilən dəyərdir. Son iki ayda 150-yə yaxın dəmiryolçuya maddi yar-dımlar edilib.

Sonra dəmiryolçulara mükafat-lar təqdim olundu. Bu qayğı və diqqətə görə onlar da öz növbəsində təşəkkür etdilər.

Gülnaz ƏLİYEVA Zahid QURBANOV (foto)

6 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 7ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ

Dəmir yolunda gedən islahat-lar polad magistral boyu ayrı-ayrı müəssisələrdə çalışan əmək adam-larının hər birinə imkan verdi ki, onlar öz iş metodlarını bir daha nəzərdən keçirsinlər. Müəssisə və təşkilatlarda aparılan təmir işləri insanların iş şəraitini yaxşılaşdır-maqla yanaşı, həm də əməkçiləri öhdələrinə düşən tapşırıqlara daha ciddi yanaşmağa sövq edir. İnzibati binalarda otaqlar təmirdən sonra yeni və müasir avadanlıqlarla təc-hiz edildi. İlin əvvəlindən görülən işlər bu gün də uğurla davam et-dirilir. Qarsız-çaxtasız yola saldı-ğımız qış fəsli öz yerini şıltaq və küləkli mart ayına versə də, fəda-kar dəmiryolçuların əli işdən soyu-

mur. İstehsalatda çalışan insanlar sağlam rəqabətə qoşulmaqda qə-rarlıdırlar. Ancaq bu, kollektivçilik siyasətini uğurla davam etdirməyə mane olmur. Əksinə, bir-birilə zəncirvari bağlanan dəmir yolu müəssisələri öz çalışqanlıqları ilə başqa təşkilatlarda çalışan həm-karlarına da dəstək çıxırlar.

MHİRK-in Rəyasət Heyətinin

iclası açıq elan edən Komitə sədri Fəzail Bağırov toplantı iştirakçıları-nı, onların ailə üzvlərini, ümumiy-yətlə, bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təb-rik etdi. Bildirdi ki, millətimizin adət-ənənələrini təcəssüm etdirən bu bayram, illər boyu təqibə məruz qalıb. Məqsədli şəkildə onun qeyd edilməsinə imkan verilməyib. Bu-nunla belə, xalqımız çətinliklə də olsa, Novruz bayramını qoruyub saxlaya bildi.

Sonra natiq gündəlikdə duran məsələləri toplantı iştirakçılarının nəzərinə çatdırdı: “Azərbaycan Dəmir Yolları” QSC Yük daşıma-ları Departamentinin aparatında və tabeçiliyində olan stansiyalarda,

Qərb, Cənub, Şimal istiqamətləri üzrə bölmələrdə və “Dəmiryolser-vis” MMC-də ƏM-nin tələblərinə, əmək haqqı və digər müavinətlərin ödənilməsi qaydalarına riayət olun-ması, əməyin mühafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə rəhbər-lik ilə HİK-in gördüyü işlərlə əlaqə-dar MHİRK-in Rəyasət Heyətinin müvafiq qərarının icrası haqqın-

da; Azərbaycan Dəmiryolçularının MHİRK-in xidmətində olan həm-karlar ittifaqı təşkilatlarında struktur dəyişikliklərinin aparılması haqqın-da; Ezamiyyə haqqında; Beynəlxalq

Novruz bayramının qeyd edilməsi haqqında; 11 saylı İxtisaslaşdırıl-mış Dəmir Yolu Müəssisəsi MMC Həmkarlar İttifaqı Komitəsinin bank hesabının açılması haqqında; 8 Mart Beynəlxalq Qadınlar bay-ramının qeyd edilməsi haqqında; Mükafatlandırma haqqında; Maddi yardım haqqında.

“Azərbaycan Dəmir Yolları” QSC Yük Daşımaları Departamen-tinin aparatında və tabeçiliyində olan stansiyalarda, Qərb, Cənub, Şimal istiqamətləri üzrə bölmələrdə və “Dəmiryolservis” MMC-də ƏM-nin tələblərinə, əmək haqqı və digər müavinətlərin ödənilməsi qaydala-rına riayət olunması, əməyin mü-hafizəsinin ümumi vəziyyəti və bu istiqamətdə rəhbərlik ilə HİK-in gördüyü işlərlə əlaqədar MHİRK-in Rəyasət Heyətinin müvafiq qərarı-nın icrası haqqında” məsələ ilə bağ-lı baş texniki əmək müfəttişi və ko-missiyanın sədri Hüseyn Cəfərov,

həmçinin sosial-iqtisadi şöbənin müdiri Fətəli Bəyimov çıxış edərək, mövcud vəziyyət haqqında ətraf-lı məlumat verdilər. Natiqlər qeyd etdilər ki, Şimal istiqaməti, Cənub

istiqaməti, Qərb istiqaməti üzrə, Biləcəri stansiyası, Keşlə stansiyası üzrə, “Dəmiryolservis” MMC, 24 saylı Rels Qaynaqlama Qatarı üzrə komissiya üzvləri yoxlama aparıb-lar. Komissiyanın nəticələri toplantı iştirakçılarının nəzərinə çatdırıldı.

Natiqlər qeyd etdilər ki, Şimal istiqamətində əməyin mühafizəsi sahəsində işlər daim diqqət mərkə-zində saxlanılır. Əməyin müha-fizəsinə dair 05/S, 135 saylı əmrlər vaxtında icra edilir. Hərəkət işçilə-rinə müəyyən çeşidlərdə keyfiyyətli xüsusi geyim, ayaqqabı, işarə jileti, gödəkcə, əlcəklər paylanılıb. Diqqət çəkən məqamlardan biri o idi ki, əvvəlki illərlə müqayisədə fərdi ge-yimlərin keyfiyyəti xeyli yaxşıla-şıb. Bunu öz çıxışında YD-nin yük şöbəsinin rəisi Pənah Kərimov da vurğuladı. Yoxlama komissiyasının diqqətini çəkən digər məsələlər də müzakirəyə çıxarıldı.

(Davamı 7-ci səhifədə)

QALIBLƏRƏ MÜKAFATLAR TƏQDIM EDILDI QALIBLƏRƏ MÜKAFATLAR TƏQDIM EDILDI

APREL 2019-cu il APREL 2019-cu il

MHIRK-IN RƏYASƏT HEYƏTINDƏ

MHIRK-IN RƏYASƏT HEYƏTINDƏ

Page 5: PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR ...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dəmiryolçuların Həm-karlar İttifaqı Beynəlxalq Kon-federasiyası Şurasının növbəti 56-cı iclası və “Avrasiya nəqliyyat dəhlizlərində sosial-siyasətin uy-ğunlaşdırılmasında həmkarlar itti-faqlarının rolu” mövzusunda bey-nəlxalq konfrans keçirilib.

Tədbirdə MHİRK-in sədri Fə-zail Bağırovun rəhbərlik etdi-yi nümayəndə heyəti iştirak edib (Nümayəndə heyətinin tərkibinə MHİRK-in təşkilat şöbəsinin müdi-ri Samir Böyükzadə, baş mütəxəssi-si Cavid Fərmanov və mütəxəssisi Nazim Behbudov daxil idi).

Şuranın iclasında Konfederasiya Şurasının cari fəaliyyət haqqında; Dəmiryolçuların sosial-iqtisadi və-ziyyəti və real əmək haqqlarının ar-tırılması istiqamətində həmkarlar it-tifaqlarının gördüyü işlər haqqında; MDB ölkələrinin dəmiryol nəqliy-yatı üzrə şuranın fəaliyyətinin əsas nəticələri və istiqamətləri haqqında və Konfederasiya Şurasının növbə-ti 57-ci iclasının keçirilmə yeri və vaxtı haqqında məsələlər müzakirə olunub.

Tədbirlərdə çıxış edən MHİRK-in sədri Fəzail Bağırov son 4 il ərzin-də Azərbaycanın nəqliyyat-logisti-

ka imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cə-nub-Qərb nəqliyyat dəhlizləri, Bey-nəlxalq Transxəzər Nəqliyyat Mar-

şrutu barədə ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi işti-

rakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Natiq bildirib ki, son vaxtlar də-mir yolunda ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji tə-

chizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi

üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılma-sı, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər hə-yata keçirilib. Keçən ili sonlarında Bakı-Gəncə sürət qatarı istifadəyə verilib. Qarşıda perspektiv və-zifələr durur. Növbəti belə bir qatar Bakı-Qəbələ istiqamətində olacaq. Bakı dairəvi yolu əsaslı təmir olu-nur.

2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti ara-sında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb. Artıq 10 vaqondan ibarət sərnişin qatarı Ba-kıya çatıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tu-tulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.

F. Bağırov bildirib ki, bütün bu işlərdə MHİRK Cəmiyyət rəhbər-liyi ilə əlbir fəaliyyət göstərir. Də-mir yolunda çalışan əməkçilərin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azalması, əmək şəraitinin yaxşılaş-dırılmasını təmin etmək məqsədi ilə Cəmiyyət rəhbərliyinin atdığı uğurlu addımlar görülən işlərin əsas tərkib hissələrindəndir. Struktur də-yişikliklərinin aparılması, yeni işə qəbul qaydalarının tətbiq olunması son illərin ən uğurlu hadisələrin-dən biridir. Departament, idarə və təşkilatlarda izafi xərclərin qarşısı alınmış, əldə olunan qənaət təşkilat-larda çalışan dəmiyolçiların əmək haqqının artırılmasına yönəldilib.

Gündəlikdə duran bütün məsələlər müzakirə olunub və mü-vafiq qərarlar qəbul edilib.

Tədbirin mədəni proqramı çər-çivəsində iclas iştirakçıları üçün Tbilisi şəhərinin tarixi abidə və di-gər obyektlərinə ekskursiya təşkil edilib.

Vasif SÜLEYMAN

8 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 9ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. “Azərbay-can Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kol-lektivi sərnişin qatarlarında vətəndaşlara göstərilən xid-mət mədəniyyətinin yüksəl-dilməsi üçün bir sıra tədbir-lər həyata keçirir.

Martın 19-də Bakı sərni-şin stansiyasında sərnişinlə-rin bayram əhvali-ruhiyyə-sini qaldırmaq üçün Novruz şənliyi keçirilib. Qədimdən bu günəcən gəlib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yal-nız adət-ənənələri ilə deyil, həmçinin milli-mənəvi xü-susiyyətləri ilə yaddaşlarda yaşayır.

Bayram tədbiri əvvəlcə Bakı sərnişin stansiyasında keçirilib, sonra Bakı-Sumqa-yıt –Bakı elektrik qatarında davam etdirilib.

Novruz bayramının əzə-li-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əh-vali-ruhiyyəsi yaşadıb.

Qatarda olan balaca sər-nişinlərə bayram hədiyyələri təqdim olunub.

Sərnişinlər onlara göstə-rilən diqqətə görə "Azərbay-can Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəh-bərliyinə öz minnətdarlıqla-rını bildiriblər.

Qeyd edək ki, Azərbay-canın Respublikasının Birin-ci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gər-gin əməyi nəticəsində xalqı-mızın bu əziz bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq "Bey-nəlxalq Novruz Günü" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

BAKI SƏRNIŞIN STANSIYASINDA NOVRUZ ŞƏNLIYI DƏMIRYOLÇULARIN HƏMKARLAR ITTIFAQI BEYNƏLXALQ KONFEDERASIYASI ŞURASININ NÖVBƏTI 56-CI ICLASI TBILISIDƏ REALLAŞDI

APREL 2019-cu il APREL 2019-cu il

Page 6: PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR ...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək

10 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ 11ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ

“Azərbaycan Dəmir Yolla-rı” Qapalı Səhmdar Cəmiyyətin-də Novruz bayramı münasibətilə “Sağlamlıq günü” keçirilib. Tədbi-rin əsas mahiyyəti, dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsi-dir.

”Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Təd-

birlər Planına əsasən, dəmiryolçu-ların tibbi müayinəsi aparılır, on-ların sağlamlıq durumları barədə müvafiq məsləhətlər verilir, lazım gəldikdə isə pasientlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyyə olunur. Mütəmadi olaraq keçirilən “Sağlamlıq günü” tədbir-ləri də görülən işlərin tərkib hissələ-rindəndir.

Eyni zamanda, qatarların hərəkə-ti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklə-rinin profilaktikası eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.

Tədbirdə Bakı dəmir yolu xəstəxanasının 9 həkimi dəmiryol-çuları müayinə edib.

Gün ərzində 63 nəfər müayinə-dən keçirilib, bunlardan 27 nəfəri ambulator müyinəyə cəlb olunub.

Qeyd edək ki, “Sağlamlıq günü” tədbirləri dəmir yolunun iri qovşaq-larında da təşkil olunur.

DƏMIR YOLUNDA “SAĞLAMLIQ GÜNÜ” KEÇIRILIB Nəqliyyatın təhlükəsiz və ma-neəsiz hərəkətinin təmin edilməsi bəşəriyyəti daim düşündürən ən ümdə məsələlərdən biri olub. Axı, söhbət insan taleyindən gedir. “Həyat bir gündürsə, o da bu gün-dür” – deyiminin maraqlı səslən-məsi adamı özünə çəksə də, bəzən onun mənasının dərinliyinə varmı-rıq. Həqiqətən də ömür, bircə gün olmasa da, bir göz qırpımında qırı-la bilər. Bunu isə unutmamalıyıq.

Dünyanın hər yerində dəmir yolu nəqliyyatının təkmilləşdiril-məsi üçün mütəxəssislər böyük təcrübəsi olan ölkələrə müraciət ediblər. Bəzən dağların arasında belə, bu kimi nəqliyyatın olmasına ehtiyyac duyulur. Bu, mürəkkəb bir proses olmaqla yanaşı, həmçinin kifayət qədər məsuliyyət tələb edən işdir. Odur ki, polad magistral bo-yunca yük və sərnişin daşımaların-da qaydalara düzgün riayət edilməsi önəmlidir.

Dünyada nəqliyyatla bağlı çox qəzalar olub. Hadisə baş verdikdən sonra təsəlli naminə “bir alın yazısı idi”- deyib, hər şeyi taleyin, qismə-tin ayağına bağlamaq, artıq heç nəyi dəyişməz. Bəli, həyatın öz sərt qa-nunları var və o, dünyanın ən gözəl neməti olan sağlam ömrə laqeyd davranısı bağışlamır.

Nəqliyyat qəzalarından sığor-talanmaq mümküsüzdür. Başqa-larının kiçik səhvi üzündən də kimlərinsə ömrü yarı yolda qırılır. Niyyətim oxucuları pessimist hiss-lərə yuvarlamaq deyil. Sadəcə, on-ları yalnız özlərinin deyil, hər kəsin təhlükəsizliyi barədə düşünməyə dəvət etməkdir. Dəmir yolunda təh-lükəsizliyi təmin etmək zamanın tələbi olduğundan, bu mövzuda tez-tez simpoziumlar keçirilməli, polad magistral boyunca təbliğat xarakter-li plakatlar yaradılmalıdır. Cəmiy-yətdə insanların psixologiyasına təsir edəcək amillərdən mütəmadi istifadə etməyin özü də təhlükəsiz-liyin təminatına yardımçı ola bilər.

“Daşımaların təhlükəsizliyinin artırılması başlıca vəzifələrdən bi-ridir” – deyən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyə-tinin sədri Cavid Qurbanov KİV-də Azərbaycanda həyata keçirilən mütərəqqi islahatlar çərçivəsin-də qeyri-neft sektorunun prioritet sahələrindən biri olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışarkən, daşımaların təhlükəsizliyinin artırılmasının va-cibliyindən bəhs edib.

Dəmir yolunda fövqəladə və qəza hallarının vaxtında aradan qal-

dırılmasını təmin etmək üçün “qə-za-bərpa qatarı”nın maddi-texniki bazasının təkmilləşdirilməsi müt-ləqdir. Yolların texniki vəziyyəti də vaxtı-vaxtında yoxlanılmalıdır. Bundan başqa, elektrik mərkəzləş-dirmə qurğuları, rabitə və telekom-munikasiya sistemi də qaydasın-da olmalıdır. O zaman qatarların təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək mümkündür. Ancaq iş şəraitinin yaxşılaşdırılmasını da unutmaq olmaz.

Yüklərin qatarlarla daşınma-sı zamanı hərəkətin təhlükəsizli-yinə zəmanət vermək, sərnişinlərin sağ-salamat mənzil başına çatdırıl-masından az əhəmiyyət kəcb etmir. Axı. söhbət ölkə əhalisinin rahat, problemsiz, həmçinin sağlam həyat tərzi keçirməsindən gedir. Ölkənin iqtisadiyyatına dəyən hər bir ziyan, birmənalı olaraq əhalinin maddi durumuna təsir edir. Varlı dövlətin varlı vətəndaşları olur.

Yüklərin qatarlarla daşınmasının üstünlükləri çoxdur. Yüklər mənzil başına daha tez və daha təhlükə-siz çatdırılır. Bununla belə, onu idarə edən insanların məsuliyyəti azalmır. Maşinist peşəsi ən çətin peşələrdən biri kimi dəyərləndirilir. Yüzlərlə yük və sərnişin daşıyan qatarları idarə etmək heç də asan deyil. Maşinistlər əsl qəhrəman-lıq şücaəti göstərirlər,. Təbiətin ya şaxtasında, ya da isti günlərində, istər gecə, istərsə də gündüz saatla-rında ayıq-sayıqlıqlarını itirmirlər. Respublikamızda da kifayət qədər bacarıqlı maşinistlər çalışır. Azər-baycan dəmir yollarının rəhbərliyi onların işini yüksək qiymətləndirir. Ancaq bir çox ölkələrdə baş verən qəza hadisələrini eşidərkən, üzül-məmək mümkün deyil.

Dünya xəbərlərini nəzərdən ke-çirirdim. Baxışlarım bir informasi-yanın üstündə dayandı: “Çexiyanın cənubunda sərnişin qatarı ilə yük qatarı toqquşub...” Yazını sonacan oxuya bilmədim. Köməksiz qo-caların, ağrı və qorxudan çığıran uşaqların o anda hansı yaşantılara məruz qaldıqlarını təsəvvür edəndə, ürəyim sıxıldı. Düşündükcə, öz alə-mimdə qəzanın səbəblərini anlama-ğa çalışdım. Bəlkə bir səhlənkarlıq üzündən həmin hadisə baş vermiş-dir, bilmirəm, amma, neçə-neçə gü-nahsız adama “yaşamamaq” hökmü kəsildi, o gün.

Hər il nə qədər səyahətçi həya-tının ən gözəl anlarını keçirmək üçün dəmir yolu nəqliyyatını seçir. Amma heç kəs təxmin belə etmir ki, sevə-sevə seçdiyi nəqliyyat vasitəsi yüklə dolu qatarla toqquşa bilər...

Bəlkə həmin yüklər tez alışıb ya-nan məhsullar olardı. Sözün düzü, bunu, heç təsəvvürümdə belə can-landırmaq istəməzdim.

Bugünkü tələblər baxımından, Azərbaycan dəmir yolunun inkişafı infrastrukturu, vaqon və lokomotiv parkının yeniləndirilməsi, həmçinin ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsiz və etibarlı şəkildə fəaliyyət göstər-məsinin təmin edilməsi üçün dəh-lizlər boyu dəmir yolunda vacib infrastruktur obyektlərinin modern-ləşdirilməsi vacib şərtlərdəndir.

Sovet hakimiyyəti dağıldıqdan sonra Azərbaycan dəmir yollarını normal vəziyyətdə saxlamaq üçün çoxlu vəsait lazım idi. Həmin vəsa-it kifayət qədər olmadığından, ölkə polad magistralı boyu çoxlu sayda texniki problemlər yaranmışdır ki, bu da dəmir yolu ilə daşıma imkan-larını məhdudlaşdırmışdı. Ölkədə kadr dəyişikliyi başlandı. Təcrübəli mütəxəssislərin səmərəli təklifləri sayəsində polad magistral boyunca islahatlara start verilsə də, həmin yeniliklər kifayət etmədi. Çünki yo-lun üst örtüyünün, lokomotiv parkı-nının, eləcə də elektrik təchizatı sis-teminin böyük hissəsinin istismar müddəti çoxdan başa çatmışdır. Bu səbəbdən, daşımaların təhlükəsizli-yinin təmin edilməsində çətinliklər yaranırdı. Qeyd olunan problemlə-rin həll edilməsi məqsədilə “Azər-baycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proq-ramı” çərçivəsində dəmir yolu in-frastrukturunun və hərəkət heyəti parkının yeniləndirilməsi üzrə təd-birlər və başlanılmış islahatların da-vam etdirilməsinin, dəmir yolunda normativ- hüquqi bazanın təkmil-ləşdirilməsinin və dəmir yolu kad-rlarının hazırlığının əsas istiqamət-ləri müəyyənləşdirildi. Bu gün

Azərbaycan dəmir yolları təhlükə-sizliyə riayət olunması baxımından bir çox Müstəqil Millətlər Birliyi ölkələrini arxada qoyur.

Son zamanlar ölkənin nəqliy-yat sektorunda, xüsusilə respub-lika polad magistralında bir sıra iri layihələr həyata keçirilmişdir. Qatarların müasirləşdirilərək sərni-şinlərin tələblərinə uyğun modern-ləşdirilməsi prosesi uğurla gerçək-ləşdirilir. Vaqonlarda təhlükəsizliyə cavab verən dizayner üsullarından istifadə edilir. Dünya dəmir yolu mütəxəssisləri ilə təcrübə müba-diləsi davam etdirilir.

Respublikamızın dəmir yolu beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini möhkəmləndirmiş, gələcək-də daha böyük layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaranmışdır. Azərbaycanın tranzit potensialı artmaqdadır. Qeyd etmək lazımdır ki, istismara verilən Ba-kı-Tbilisi-Qars dəmir yolu Asiya və Avropa ölkələri arasında birbaşa də-mir yolu əlaqələrinin qurulmasına, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə ölkənin tranzit potensialı-nın artmasına böyük ümidlər yara-dır.

Dəmir yollarımız düşmən Ermə-nistanla ehtiyyatını əldən buraxmır. Biz bəzən erməni mətbuatından gələn hədə-qopxu ismarıclarını on-ların öz saytları vasitəsilə yayılan müxtəlif mətbu orqanlardan oxu-yuruq. Amma işimizi hər zaman möhkəm qurmuşuq, ayıq-sayıqlığı-mızı itirməmişik. Düşmən bizi öz diversiya xarakterli təxribatları ilə qorxuda bilməz. Bir də ki, qorxut-maq qorxaqlara məxsusdur. Biz isə insanlığı, sərnişinlərin təhlükəsizli-yini təbliğ etməkdə qərarlıyıq.

Gülnaz ƏLİYEVA

APREL 2019-cu il APREL 2019-cu il

Page 7: PREZIDENT ILHAM ƏLIYEV BAKI-TBILISI-QARS DƏMIR ...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək

Yetmiş ildən çox dövr ərzində keçmiş Sovet-lər İttifaqının tərkibin-də müttəfiq respublika kimi fəaliyyət göstərən və bir çox sahələrdə yal-nız rus dilinin hökmran olduğu ölkəmiz, şükürlər olsun ki, öz müstəqilli-yinə qovuşmuşdur. Döv-lət müstəqilliyinin bərpa olunduğu 27 ilə yaxın zaman kəsiyində doğma Azərbaycan dilimizin dövlət dili kimi təşəkkül tapması olduqca əlamət-dar hadisədir. Belə ki, artıq latın qrafikalı Azər-baycan əlifbasının tətbiqi

işinin təkmilləşdirilməsi haqqında bir sıra mühüm sənədlər imzalanmışdır.

Önəmli hallardan biri də odur ki, bu işlərə ölkə-nin polad magisrtalında da yüksək səviyyədə diqqət ayrılıb. Bu baxımdan, doğma dilimizdə dəmir yolu nəqliyyatının fəaliy-yətinə dair bir çox direk-tiv sənədlər kitab şəklində işıq üzü görüb. “Azərbay-can Dəmir Yolları” QSC sədri yanında qatarların hərəkətinin təhlükəsizliyi üzrə baş texniki müfət-tişi Kazım Şərifovun bu sahədə böyük xidmətləri-

ni xüsusi qeyd etmək ye-rinə düşərdi. Məhz onun gərgin zəhməti bahasına təkmilləşdirilərək ikinci dəfə nəşr olunan ”Rus-ca-azərbaycanca dəmir-yol nəqliyyatı terminləri” kitabında əvvəlki nəşrdə mövcud olan yanlışlıqlar aradan qaldırılmış və əv-vəlki nəşrlə müqayisədə tərcümələrin sayı 5 dəfə-dən çox artırılmışdır.

Burada bir faktı da xü-susi qeyd etmək lazımdır ki, müasir dövrün tələblə-rinə uyğun olaraq inkişaf edən, modernləşən dəmir yolu nəqliyyatı sistemin-də elmin və texnikanın son nailiyyətlərinin bu sahədə tətbiqinə xüsusi önəm verilmişdir. Məhz buna görə də yeni texni-kanın tədbiqi ilə əlaqədar dilimizə daxil edilən ter-minlərin mənşəyi, onun Azərbaycan dilində dəqiq qarşılığı və s. amillər də nəzərə alınmışdır. Sonda onu demək istəyirəm ki, bu dəyərli vəsait çoxminli dəmiryolçular ordusunun bir-birini qarşılıqlı şəkildə anlamasında əhəmiyyətli rol oynayacaqdır. Bu xey-rxah əməlinə görə Kazım Şərifova dəmiryolçular adından “çox şad olsun” deyir və gələcək işlərində uğurlar diləyirəm.

Bəxtiyar MUSTAFAYEV,

İD-nin H. Z. Tağıyev elektrik təchizatı sahəsi-

nin rəis müavini

İstanbulda Avropa ilə Asiyanı ən rahat yolla birləşdirən

Gebze-Halkalı şəhərətrafı dəmir yolu xəttinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, 2012-ci ildən inşasına başlanılan

bu dəmir yolu xətti hazırda istifadədə olan “Marmaray” xəttinə

birləşdiriləcək. İstanbulda fəaliyyət göstərən, uzunluğu 63

kilometr olan bu xəttin şəhərdəki tıxac probleminin aradan

qaldırılmasında mühüm rol oynayacağı planlaşdırılır. Tikintisi

üçün indiyədək 1,4 milyard avro xərclənən yeni dəmir yolu

xətti ilə saatda bir istiqamətə 75 min, gün ərzində isə 1 milyon

700 min sərnişin daşınacaq. Xəttə buraxılacaq 440 vaqondan

300-ü Türkiyədə istehsal olunub. Bu yol vasitəsilə İstanbulun

iki qitəsinin ən yaxın bölgələri olan Üsküdar-Sirkeci

arasındakı məsafəni 4, ən uzaq - Gebze-Halkalı məsafəsini isə

115 dəqiqəyə qət etmək mümkün olacaq.

Yeni dəmir yolu xətti martın 13-dən sərnişinlərin

istifadəsinə verilib.

12 ÀÇßÐÁÀYCÀÍ ÄßÌÈÐYÎË×ÓÑÓ

Baш ре дак тор: Севинъ ГЯДИРОВА

Ре дак тор: Васиф СЦЛЕЙМАН

Лисензийа АБ Н 022560.

Гейдиййат нюмряси Б 360

Бизим материаллардан истифадя едяркян гязетя истинад един.

www.ady.az Ñà éû 1100. Ñè ôà ðèø 795

Цн ва ны мыз: Ба кы. Азд 371010. Д. Ялиyе ва кц чя си, 230. “Азяр бай ъан Дя мир Йо ллары” ГСЪ

Те ле фон лар: 499-43-19; 499-63-91Мцял лиф ля рин мюв гейи ре дак сийа нын мюв ге йи иля уй ьун эял мя йя би ляр.

Гя зет редаксийaнын ком пц тер мяр кя зин дя йы ьыл мыш, ся hи фя лян миш, “Вятяноьлу” Няшриййат vя Полиграфийа ММЪ-нин

мятбяясиндя чап олун муш дур.

Йа ра дû cû hеéят Göë íàç ßËÈ YÅ ÂÀ (ðåä. ìöàâèíè) Åëáàðèç ÌßÌÌßÄËÈ Àëëàùâåðäè ßËÈÉÅ Tural QASIMOV (fotoqraf) Zahid QURBANOV (fotoqraf)

ISTANBULDA AVROPA ILƏ ASIYANI BIRLƏŞDIRƏN YENI

DƏMIR YOLU XƏTTI ISTIFADƏYƏ VERILIB

APREL 2019-cu il