17
1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 2015-ci ilin I yarım ili ərzində icra vəziyyəti barədə MƏLUMAT Sıra -si Tədbirlərin adı İcraçı təşkilatlar İcra müddə- ti (illər üzrə) İcra vəziyyəti Tədbirin icrasının qiymətləndirilməsi Tədbirin qismən icra edilməsi və ya icra edilməməsi- nin səbəbləri Tam icra olunub Qismən icra olunub İcra olunma- yıb 4.1.2 Dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi 4.1.2.1 Dövlət qulluğunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi 4.1.2.1.2 Dövlət qulluğuna dair qanunvericili- yin məcəllələşdiril- məsi DQMK, ƏN, müvafiq mərkəzi icra hakimiyyəti orqanları 2011- 2015 Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi ilə bağlı dbirlər davam etdirilmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsində əsas məqsəd dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə normativ hüquqi aktların sistemləşdirilməsidir. Hazırlanmış “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi rəy və təkliflərin öyrənilməsi üçün bütün rkəzi icra hakimiyyəti orqanlarına göndərilmişdir. Dövlət orqanlarından layihə ilə bağlı Komissiyaya daxil olmuş y və təkliflər ümumiləşdirilmiş və təhlil edilmişdir. “Dövlət Qulluğu Məcəlləsi” layihəsinin son variantı rəy və təkliflərin öyrənilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, Dövlət İdarəçilik Akademiyasına Apellyasiya məhkəmələrinə yenidən göndərilmişdir. Eyni zamanda “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin son versiyası həm Komissiyanın rəsmi internet saytının (www.csc.gov.az) “Qanunvericilik və digər aktlar” +

Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

  • Upload
    others

  • View
    15

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

1

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın

həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)”nın 2015-ci ilin I yarım ili ərzində icra vəziyyəti barədə

MƏLUMAT

Sıra

№-si

Tədbirlərin adı

İcraçı

təşkilatlar

İcra

müddə-

ti

(illər

üzrə)

İcra

vəziyyəti

Tədbirin icrasının

qiymətləndirilməsi Tədbirin

qismən icra

edilməsi və ya

icra

edilməməsi-

nin səbəbləri

Tam

icra

olunub

Qismən

icra

olunub

İcra

olunma-

yıb

4.1.2 Dövlət qulluğu sahəsində islahatların sürətləndirilməsi

4.1.2.1 Dövlət qulluğunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi

4.1.2.1.2 Dövlət qulluğuna

dair qanunvericili-

yin məcəllələşdiril-

məsi

DQMK,

ƏN,

müvafiq

mərkəzi

icra

hakimiyyəti

orqanları

2011-

2015 Dövlət qulluğuna dair qanunvericiliyin

məcəllələşdirilməsi ilə bağlı tədbirlər davam

etdirilmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin

məcəllələşdirilməsində əsas məqsəd dövlət qulluğu

sahəsində münasibətləri tənzimləyən qanunvericiliyin

təkmilləşdirilməsi və bu sahədə normativ hüquqi aktların

sistemləşdirilməsidir. Hazırlanmış “Dövlət Qulluğu

Məcəlləsi”nin layihəsi rəy və təkliflərin öyrənilməsi üçün

bütün mərkəzi icra hakimiyyəti orqanlarına

göndərilmişdir. Dövlət orqanlarından layihə ilə bağlı

Komissiyaya daxil olmuş rəy və təkliflər

ümumiləşdirilmiş və təhlil edilmişdir. “Dövlət Qulluğu

Məcəlləsi” layihəsinin son variantı rəy və təkliflərin

öyrənilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, Dövlət İdarəçilik Akademiyasına və Apellyasiya

məhkəmələrinə yenidən göndərilmişdir. Eyni zamanda

“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin son versiyası

həm Komissiyanın rəsmi internet saytının

(www.csc.gov.az) “Qanunvericilik və digər aktlar”

+

Page 2: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

2

bölməsinin “Normativ hüquqi aktların layihələri”

altbölməsində, həm də “Azərbaycan Respublikası

Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti

orqanlarının hazırladıqları normativ hüquqi aktların

layihələri” portalında yerləşdirilərək ictimai müzakirəyə

təqdim edilmişdir. 24 dekabr 2014-cü il tarixdə

Komissiya tərəfindən “Dövlət Qulluğu Məcəlləsi”

layihəsinin ictimai müzakirəsi keçirilmişdir. Yığıncaqda

tədbir iştirakçıları tərəfindən Məcəllə layihəsindnin

maddələri ilə bağlı bir sıra təkliflər irəli sürülmüşdür.

Məcəllə layihəsinə dair verilmiş rəy və təkliflər nəzərə

alınmaqla layihənin son versiyası 30 dekabr 2014-cü il

tarixli 01/03-07/2296 nömrəli məktubla Azərbaycan

Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.

4.1.2.1.5 Dövlət

qulluqçularının

xidməti

fəaliyyətinin

qiymətləndirilməsi-

nin həyata

keçirilməsinin təmin

edilməsi

DQMK,

KQMK

2011-

2015 Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q nömrəli

Qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin

qiymətləndirilməsi Qaydaları” təsdiq edilmiş və

Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət

Reyestrinə daxil edilmişdir. Qeyd edilən Qaydalar

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası

Qanununun 30.1-ci maddəsinə əsasən hazırlanmışdır və

inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatlarına uyğun

olan inzibati vəzifələri tutan dövlət qulluqçusunun

xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarını

müəyyən edir.

2015-ci ilin ilk yarımili ərzində “Dövlət qulluqçularının

xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”nın

tətbiqi ilə bağlı dövlət qulluqçuları üçün təlimlər təşkil

edilmişdir.

2015-ci il 14, 15 yanvar tarixlərində Energetika

Nazirliyində “Dövlət qulluqçusunun xidməti

fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda

təlim keçirilmişdir. Təlimdə nazirliyin mərkəzi aparatı

üzrə şöbə müdiri və sektor müdiri vəzifəsində çalışanlar,

habelə kadr məsələlərinə məsul olan şəxslər də daxil

olmaqla ümumilikdə 30 nəfər dövlət qulluqçusu iştirak

+

Page 3: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

3

etmişdir.

2015-ci il 27 fevralda Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Dövlət

qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi”

mövzusunda keçirilən təlimdə Ədliyyə Nazirliyinin İcra

baş idarəsinin 19 yerli icra qurumunun rəhbəri iştirak

etmişdir. Təlimlərdə xidməti fəaliyyətin qiymətlən-

dirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə

edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə

prosesinin mərhələləri, qiymətləndirmə zamanı

tapşırıqların (hədəflərin) müəyyən edilməsi,

qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin

tətbiqi ilə bağlı çətinliklər və onların aradan qaldırılması

ilə bağlı mövzular əhatə edilmişdir.

Xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı təlim

modulu hazırlanmışdır. Təlim modulu dövlət qulluq-

çularının xidməti fəaliyyətinin qiymətləndirilməsi

mövzusunda təlim keçəcək təlimatçıların iş kitabçasını,

dövlət qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsi üzrə 2, 1 və yarım günlük təlim

proqramlarını, dövlət qulluqçularının xidməti

fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təqdimatı

və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə praktiki

tapşırığı əhatə edir.

2015-ci ilin növbəti 6 ayı ərzində də dövlət orqanlarında

qulluq keçən dövlət qulluqçuları üçün “Xidməti

fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlimlərin

keçirilməsi nəzərdə tutulmuşdur.

2015-ci il üçün Komissiyada dövlət qulluqçularının

xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı

müvafiq tədbirlər görülmüş, dövlət qulluqçuları üçün

tapşırıqlar və xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə

meyarların mühümlüyü müəyyən edilmişdir.

Dövlət qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsi 40 mərkəzi, 80 yerli icra hakimiyyəti

orqanlarında və 102 məhkəmə orqanlarında keçirilir.

Page 4: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

4

Dövlət orqanları tərəfindən 2014-cü il üzrə keçirilmiş

dövlət qulluqçularının xidməti fəaliyyətinin

qiymətləndirilməsinin nəticələrinə dair məlumatlar

Komissiyaya təqdim edilmişdir. Xidməti fəaliyyətin

qiymətləndirilməsi üzrə təqdim edilmiş məlumatların

təhlili aparılır. 4.1.2.1.6 Dövlət

Qulluqçularının

Reyestrinin

aparılması işinin

təkmilləşdirilməsi

DQMK,

bütün

digər

dövlət

orqanları

2011-

2015 Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin

(DQRİS) verilənlər bazasının formalaşdırılması 2014 -

cü ildə yekunlaşmış və 2015-ci ilin ilk 6 ayı ərzində

dövlət orqanlarının strukturu ilə Reyestrdə əks olunan

strukturun uyğunluğu təmin olunmuşdur. Ümumilikdə

216 dövlət orqanı, o cümlədən 41 mərkəzi icra

hakimiyyəti orqanı, 79 yerli icra hakimiyyəti orqanı, 96

məhkəmə hakimiyyəti orqanlarının strukturu və ştat

cədvəli üzrə dövlət qulluqçuları barədə məlumatlar

yoxlanılmışdır. Reyestrdə dövlət orqanları üzrə şəxsi

kartlar hissəsində dövlət qulluqçuları barədə

məlumatların yoxlanılaraq dəqiqləşdirilməsi həyata

keçirilmişdir.

+

4.1.2.1.7 Dövlət orqanlarında

etik davranış

qaydalarının tətbiqi

vəziyyətinin

ümumiləşdirilmiş

nəticələrinin illik

müzakirələrinin

keçirilməsi

DQMK, bütün

dövlət

orqanları

2011-

2015 2015-ci il 27 fevralda “Komissiyanın 2014-cü il üzrə

fəaliyyəti və dövlət orqanlarında etik davranış

qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabat”

mövzusunda dəyirmi masa təşkil etmişdir. Dəyirmi

masanın keçirilməsində əsas məqsəd Komissiyanın 2014-cü

il ərzində fəaliyyəti və dövlət orqanlarında etik davranış

qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatı

vətəndaş cəmiyyətinin müzakirəsinə təqdim etməkdən

ibarət olmuşdur. Dəyirmi masada dövlət orqanlarının,

qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil

ekspertlərlə dövlət qulluqçularının etik davranış

qaydaları sahəsində mövcud vəziyyət, Komissiya

tərəfindən etik davranış qaydaları üzrə həyata keçirilən

nəzarət və maarifləndirmə tədbirləri barədə müzakirələr

aparılmışdır. Tədbir iştirakçılarına mərkəzi və yerli icra

hakimiyyəti orqanları üzrə etik davranış qaydaları və

prinsipləri, onlara əməl edilməsi məsələlərini əhatə edən

+

Page 5: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

5

antikorrupsiya, etika məsələləri üzrə il ərzində görülmüş

maarifləndirmə tədbirləri və keçirilmiş təlimlər, etik

qaydaların pozulması ilə əlaqədar Komissiyaya daxil

olmuş şikayətlərin orqanlar üzrə bölgüsü, dövlət

orqanları üzrə daha çox pozulmuş etik davranış

qaydaları, etik davranış qaydalarının pozulması ilə

əlaqədar dövlət qulluqçuları barəsində tətbiq edilmiş

intizam tənbeh tədbirləri və onların dövlət orqanları üzrə

statistikası barədə məlumat verilmişdir.

2015-ci il 15 martda Komissiyada qulluq keçən dövlət

qulluqçuları ilə etik davranış qaydalarına riayət edilmə

vəziyyəti barədə illik müzakirə keçirilmişdir. Müzakirədə

Komissiyanın rəhbərliyi də iştirak etmiş, Komissiyada

qulluq keçən dövlət qulluqçuları tərəfindən etik davranış

qaydalarına riayət edilməsi vəziyyəti təhlil edilmiş və

etik davranış qaydalarına daim riayət edilməsi ilə bağlı

göstəriş verilmişdir.

4.1.2.2 Dövlət qulluğuna qəbul mexanizminin təkmilləşdirilməsi

4.1.2.2.1 Dövlət qulluğuna

qəbula dair

qanunvericiliyin

təkmilləşdirilməsi

DQMK,

ƏN

2011-

2015 Dövlət qulluğuna qəbul sahəsində Komissiyanın

təcrübəsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübə

nəzərə alınmaqla “Dövlət Qulluğu Məcəlləsi”nin

layihəsində dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi

məqsədi ilə əlavə müddəalar nəzərdə tutulmuşdur.

Dövlət qulluğuna qəbulun müsabiqə və müsahibə

əsasında həyata keçirilməsi prosesi yenidən işlənilərək

daha da təkmilləşdirilmişdir. Yerli icra hakimiyyəti

orqanlarında vakant dövlət qulluğu vəzifələrinə qəbulun

həyata keçirilməsi qaydaları və şərtləri

təkmilləşdirilmişdir.

Dövlət qulluğuna qəbulun şəffaflığı, o cümlədən dövlət

qulluğunda daha yüksək vəzifələrin şəffaf və bərabərlik

prinsipləri əsasında tutulmasının təmin edilməsi

məqsədilə “Dövlət Qulluğu Məcəlləsi” layihəsində

inzibati vəzifələrin üçüncü və dördüncü təsnifatlarına

uyğun olan vəzifələrin müsahibə əsasında tutulması

qaydası müəyyən edilmişdir.

+

Page 6: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

6

4.1.2.2.2 Qanunvericiliklə

müəyyən edilmiş

şərtlərə uyğun olaraq

dövlət qulluğu

vəzifələri üzrə vəzifə

təlimatlarının

hazırlanmasının başa

çatdırılması

DQMK,

müvafiq

mərkəzi və

yerli icra

hakimiyyəti

orqanları

2011-

2013 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu

il 17 sentyabr tarixli 143 nömrəli Qərarı ilə təsdiq

edilmiş “İnzibati vəzifələrin beşinci-yeddinci

təsnifatlarına uyğun olan vakant vəzifələrin

tutulmasının Ümumi Şərtləri”nə əsasən hesabat dövrü

ərzində Komissiya tərəfindən dövlət orqanlarında

inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına aid

olan vəzifələr üzrə formalaşdırılmış vahid məlumat

bazası təkmilləşdirilmişdir. Bəzi dövlət orqanlarında

struktur dəyişikliklərinin aparılması, dövlət qulluğuna

qəbulla bağlı keçirilmiş müsabiqə və müsahibələrin

nəticələrinin təhlili, dövlət orqanlarının kadr tələbatının

dəyişməsi və digər bu kimi hallar nəzərə alınaraq bir

sıra dövlət orqanları üzrə “Təşkilati-hüquqi sənədlər və

inzibati vəzifələr haqqında Məlumat Toplusu”na zəruri

əlavə və dəyişikliklər edilmişdir. Ekologiya və Təbii

Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin və Ali Attestasiya Komissiyasının

Məlumat Topluları hazırlanaraq təsdiq üçün nazirliklərə

və Ali Attestasiya Komissiyasına təqdim edilmişdir.

Yeni yaradılmış Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və

Reabilitasiya Xidmətinin, Mədəniyyət və Turizm

Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və

Bərpası üzrə Dövlət Xidmətinin dövlət qulluğu

vəzifələrinin vəzifə təlimatları işlənib

hazırlanmaqdadır.

+

4.1.2.3 Dövlət qulluqçularının sosial müdafiəsi sisteminin gücləndirilməsi 4.1.2.3.1 Dövlət

qulluqçularının

əməyin ödənilməsi

sisteminin

təkmilləşdirilməsi,

onların fəaliyyətinin

nəticələrinə

əsaslanan

NK, DQMK,

MN,

ƏƏSMN

2011-

2015 Tədbirin icrası ilə bağlı Komissiyanın, Maliyyə

Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin nümayəndələrindən ibarət işçi qrupu

yaradılmışdır və işçi qrupunun görüşü keçirilmişdir.

Görüşdə dövlət qulluqçularının əməyinin ödənilməsi və

mükafatlandırılması sisteminin təkmilləşdirilməsi ilə

bağlı Komissiya tərəfindən hazırlanmış təkliflər

müzakirə edilmişdir. Müzakirələrin nəticəsi nəzərə

+

Page 7: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

7

həvəsləndirilmə

sisteminin

yaradılması

alınaraq hazırda təkliflər üzərində işçi qrup tərəfindən

işlər davam etdirilir.

Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q

nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət

qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi

Qaydaları”nda dövlət qulluqçusunun xidməti

fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında

həvəsləndirmə tədbirlərinin görülməsi nəzərdə

tutulmuşdur. Bu tədbirlərə uyğun olaraq dövlət

qulluqçusunun xidməti fəaliyyətinin nəticəsindən asılı

olaraq onun fərdi qaydada mükafatlandırılması və

yaxud vəzifə maaşına əlavələrin müəyyən edilməsi,

mümkün olacaq.

Xidməti fəaliyyətin nəticələrinə əsaslanan

həvəsləndirilmə sisteminin tədbiqinin tənzimlənməsi

məqsədilə 2015-ci ilin sonuna Azərbaycan Respublikası

Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli

Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının

mükafatlandırılmasının növləri və qaydaları haqqında

Əsasnaməyə” müvafiq dəyişikliklərin edilməsi üçün

təkliflərin verilməsi nəzərdə tutulur.

4.1.2.3.2.

Dövlət

qulluqçularının

özlərinin və ailə

üzvlərinin dövlət

hesabına icbari tibbi

sığortasının tətbiqi

istiqamətində zəruri

tədbirlərin həyata

keçirilməsi

NK, DQMK,

MN,

ƏƏSMN

2011-

2015 “Dövlət qulluqçularının icbari sığortası haqqında”

Azərbaycan Respublikasının Qanunu “Dövlət

qulluqçularının icbari sığortası haqqında” Azərbaycan

Respublikası Qanununun ləğv edilməsi barədə”

Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli

933-IVQ nömrəli Qanunu ilə qüvvədən düşmüşdür.

Dövlət qulluqçularının icbari sığortası ilə bağlı

məsələlərin tənzimlənməsinin “İcbari sığorta haqqında”

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq

həyata keçirilməsi nəzərdə tutulur.

+

4.1.2.4 Dövlət qulluqçularının əlavə peşə sisteminin inkişaf etdirilməsi

4.1.2.4.1 Dövlət

qulluqçularının

əlavə peşə təhsili

sahəsində

NK, DQMK,

ƏN

2011-

2012 Dövlət qulluqçularının əlavə təhsilini tənzimləyən

qaydaların təkmilləşdirilməsi məqsədi ilə “Dövlət

qulluğu haqqında” Azərbaycan Respublikası

Qanununda dövlət qulluqçularının təlim keçməsi

+

Page 8: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

8

qanunvericiliyin

təkmilləşdirilməsi

məsələləri ilə bağlı dəyişikliklər edilməsi barədə qanun

layihəsi hazırlanmışdır. Layihəyə əsasən “Dövlət

qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa

22-2-ci maddənin (Maddə 22-2. Dövlət qulluqçusunun

təlim keçməsi) əlavə edilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilən maddəyə əsasən dövlət qulluqçularının

təlim keçməsinin məqsədi, qısa-müddətli təlimlərin

keçirilmə qaydası, dövlət qulluqçularının təlim

tələbatlarının öyrənilməsi qaydasının müəyyən

edilməsi dövlət qulluqçularının qısamüddətli təlimlərdə

iştirakı üçün əsaslar, ilk dəfə inzibati vəzifə üzrə dövlət

qulluğuna qəbul edilən şəxslərin, habelə ilk dəfə

inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatları üzrə

rəhbər vəzifələrə təyin edilən dövlət qulluqçularının

xüsusi təlim kurslarından keçməsinin hüquqi əsaslarının

müəyyən edilməsi nəzərdə tutulmuşdur. Layihə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə

təqdim edilmişdir.

Eyni zamanda “Dövlət qulluqçusunun əlavə təhsilinin

növü, forması, müddəti və maliyyə təminatı

Qaydaları”na dair təkliflər təqdim edilmişdir. Təqdim

edilmiş təkliflərlə qeyd edilən qaydaların

təkmilləşdirilməsi, həmin qaydaların “Təhsil haqqında”

Azərbaycan Respublikası Qanununun tələblərinə

uyğunlaşdırılması təmin olunacaqdır. Eyni zamanda

layihədə dövlət qulluqçuları üçün əlavə təhsil istiqaməti

olaraq ixtisasartırma ilə yanaşı staj keçmə və

təkmilləşdirmə də nəzərdə tutulmuşdur.

“Dövlət Qulluğu Məcəlləsi” layihəsində dövlət

qulluqçularının əlavə peşə təhsili ilə bağlı xüsusi fəsil

nəzərdə tutulmuşdur. Həmin fəsildə əlavə təhsilin

məqsədi və onun növləri, forması, həyata keçirilməsi

(təşkili) və maliyyə təminatı ilə bağlı müddəalar

nəzərdə tutulmuşdur.

Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yerli

ekspert cəlb edilmiş və “Dövlət Qullğu Məcəllə”

Page 9: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

9

layihəsində dövlət qulluqçularının əlavə peşə təhsili ilə

bağlı hissələrinə təkliflər hazırlanmışdır.

Dövlət qulluqçuları üçün Təlim Mərkəzinin yaradılması

məqsədi ilə hazırlanmış sənəd layihələrinə dair Əmək

və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Maliyyə və

Təhsil Nazirliklərinin rəy və təklifləri nəzərə alınaraq

müvafiq hüquqi akt layihələri yenidən işlənərək 10

noyabr 2014-cü il tarixli 01/03-07/1829 nömrəli

məktubla Azərbaycan Respublikasının Nazirlər

Kabinetinə təqdim edilmişdir.

4.1.2.4.2 Dövlət

qulluqçularının əlavə

peşə təhsili

ehtiyaclarının

müəyyən edilməsi

mexanizminin

hazırlanması

DQMK,

müvafiq icra

hakimiyyəti

orqanları

2011-

2012 Nəzərdə tutulmuş tapşırıqlar 4.1.2.4.1-ci bənddə qeyd

olunan təkliflərdə öz əksini tapmışdır.

“Dövlət qulluğu məcəlləsi” layihəsində xidməti

fəaliyyətin qiymətləndirilməsi nəticəsində dövlət

qulluqçusunun mütləq qaydada peşə hazırlığına və

ixtisasının artırılmasına cəlb edilməsi nəzərdə

tutulmuşdur.

“Dövlət Qulluğu Məcəlləsi” layihəsində rəhbər vəzifə

tutan dövlət qulluqçularının idarəetmə və komanda

qurmaq və s. məsələlər üzrə, ilk dəfə dövlət qulluğuna

qəbul edilmiş şəxslərin isə dövlət qulluğuna dair

qanunvericiliyin tətbiqi, etik davranış, maraqların

toqquşması, korrupsiyaya qarşı mübarizə və s.

məsələlər üzrə peşə hazırlığına və ixtisasının

artırılmasına cəlb edilməsi nəzərdə tutulmuşdur.

“Dövlət Qulluğu Məcəlləsi” layihəsində dövlət

qulluqçusunun əlavə təhsilinin maliyyələşdirilməsi

məqsədilə hər il müvafiq dövlət orqanı üçün nəzərdə

tutulan büdcənin 2 faizi məbləğində həmin orqan üçün

maliyyə vəsaitinin ayrılması müəyyən edilmişdir.

Komissiyanın 2014-cü il 10 fevral tarixli 021-Q

nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət

qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi

Qaydaları”nda xidməti fəaliyyətin qiymətlən-

dirilməsinin nəticəsində dövlət qulluqçusunun xidməti

fəaliyyətinin təkmilləşdirilməsi üçün təlim

+

Page 10: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

10

tələbatlarının müəyyən edilməsi və təlimlərə cəlb

edilməsi nəzərdə tutulmuşdur.

2015-ci il 22, 23 yanvar, 27, 28 aprel tarixlərində

“Dövlət qulluqçularının təlim tələbatlarının

öyrənilməsi” mövzusunda 10 dövlət orqanında çalışan

26 dövlət qulluqçusuna təlim keçirilmişdir. Təlimin

keçirilməsində əsas məqsəd təlim iştirakçıların dövlət

orqanlarında çalışan dövlət qulluqçularının təlim

tələbatlarının müəyyən edilməsi üzrə praktiki biliklərə

yiyələnməsi olmuşdur.

Xarici və yerli ekspertlər cəlb edilməklə dövlət

qulluqçularının təlim ehtiyaclarının qiymətləndirilməsi

metologiyası hazırlanmışdır. Komissiyada və

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət

Avtomobil Nəqliyyatı Xidmətində pilot layihə

çərçivəsində dövlət qulluqçularının təlim ehtiyaclarının

qiymətləndirilməsi həyata keçirilmişdir.

4.1.2.4.3 Dövlət qulluqçuları

üçün ümumi

kitabxananın

yaradılması

NK,

DQMK

2011-

2013 Komissiyada dövlət qulluğu və idarəetmə sahəsi üzrə

kitabxana fondu yaradılmışdır. Lakin kitabxana

fondunun daha səmərəli idarə olunması və geniş

miqyaslı auditoriyanı əhatə etməsi üçün onun

yerləşəcəyi müvafiq sahəyə və fəaliyyətinə məsul ştat

vahidinin olmasına ehtiyac vardır.

Qeyd edilənləri nəzərə alaraq Komissiya tərəfindən

yaradılması nəzərdə tutulan dövlət qulluqçuları üçün

ixtisaslaşmış Təlim Mərkəzinin nəzdində dövlət

qulluqçuları üçün ümumi kitabxananın fəaliyyət

göstərməsi, Komissiyanın yeni inşa ediləcək inzibati

binasının layihəsində binanın birinci mərtəbəsində

kitabxananın yerləşdirilməsi və Təlim Mərkəzinin ştat

cədvəlində kitabxananın fəaliyyətinə məsul olan 1 ştat

vahidinin təsis edilməsi ilə bağlı 2013-cü ildə təkliflər

hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.

Kitabxananın əlavə olaraq elektron kitabxana və resurs

mərkəzi kimi fəaliyyət göstərməsi də nəzərdə tutulur.

Hesabat dövrü ərzində Komissiyanın kitabxana fonduna

+ Komissiyanın

hazırda

icarəyə

götürdüyü

binasında

kitabxananın

yerləşdirilmə-

si üçün

şəraitin

olmaması

Page 11: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

11

dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə

yeni kitablar alınmışdır.

4.1.2.5. Dövlət qulluğu sahəsində təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi 4.1.2.5.1 Vətəndaş

cəmiyyətinin inkişaf

etdirilməsi ilə bağlı

ali təhsil

müəssisələrinin

yuxarı kurs tələbələri

ilə görüşlərin

keçirilməsi, QHT

sektoru, KİV ilə

əlaqələrin

genişləndirilməsi

DQMK,

müvafiq

mərkəzi və

yerli icra

hakimiyyəti

orqanları

2011-

2015 Vətəndaş cəmiyyətini Komissiyanın fəaliyyəti və

dövlət qulluğu sahəsində aparılan islahatlarla yaxından

tanış etmək, qeyd edilən sahələrə ictimai nəzarəti

artırmaq məqsədi ilə hesabat dövrü ərzində bir sıra

tədbirlər görülmüşdür. Dövlət qulluğuna qəbulla bağlı

keçirilən müsabiqələrin test imtahanı və müsahibə

mərhələlərində Komissiyanın dəvəti ilə qeyri-hökumət

təşkilatları və media nümayəndələri müşahidəçi kimi

iştirak etmişlər. Eyni zamanda vətəndaş cəmiyyəti

üzvləri vakant dövlət qulluğu vəzifələrinin tutulması

üçün keçirilən müsahibələrdə qrup üzvü kimi iştirak

edərək dövlət qulluğuna kadrların seçilməsi prosesində

qərarların qəbuluna cəlb edilmişlər.

2015-ci il 27 fevralda “Komissiyanın 2014-cü il

üzrə illik fəaliyyəti və etik davranış qaydalarına əməl

edilməsi vəziyyəti barədə hesabatları” mövzusunda

dəyirmi masa təşkil edilmişdir. Tədbirdə Azərbaycanda

fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının

nümayəndələri və müstəqil ekspertlər iştirak etmişlər.

Dəyirmi masanın keçirilməsində məqsəd 2014-cü il

ərzində Komissiyanın fəaliyyəti və dövlət qulluqçularının

etik davranış qaydalarına riayət etməsi vəziyyəti barədə

tədbir iştirakçılarını, eləcə də ictimaiyyəti

məlumatlandırmaq, Komissiyanın fəaliyyəti və dövlət

qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyi

öyrənmək olmuşdur. Tədbir Azərbaycan, İctimai və

Space televiziya kanalları, APATV və SƏSTV onlayn

televiziya kanalları, AzərTAC, Azadinform, APA,

Publika, The First News və Səs İnformasiya Agentlikləri,

“Azərbaycan”, “Xalq qəzeti” və “Palitra” qəzetləri,

habelə Komissiyanın rəsmi internet saytı, Facebook və

Twitter sosial şəbəkəsindəki səhifəsi vasitəsilə

ictimaiyyətə çatdırılmışdır.

+ Mütəmadi

həyata

keçirilir

Page 12: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

12

Komissiya 2015-ci il 18, 23, 24 və 25 fevral tarixlərində

Dövlət Neft Akademiyasında, Azərbaycan Dövlət

Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan

Dillər Universitetində, Azərbaycan Dövlət Milli

Aviasiya Akademiyasında 2015-ci ildə məzun olacaq

bakalavrlarla görüş keçirmişdir.

2015-ci il 20 fevralda Azərbaycan Dövlət Pedaqoji

Universitetində Komissiya, Gənclər və İdman Nazirliyi

və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının

birgə təşkilatçılığı ilə tələbələr üçün “Dövlət qulluqçusu:

Milli dövlət quruculuğu istiqamətində kadr hazırlığı”

mövzusunda görüş keçirilmişdir. Görüşdə Azərbaycan

Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Elm və

Təhsil Mərkəzi "Təfəkkür" Universiteti, Azərbaycan

Dövlət Neft Akademiyası, Bakı Slavyan Universiteti,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman

Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu və

Kooperasiya Universitetinin tələbə və magistrləri iştirak

etmişdir.

2015-ci il 27 fevralda Komissiya ADA

Universitetində təşkil edilmiş “2-ci Karyera sərgisi”ndə,

30 apreldə Azərbaycan Texniki Universitetində

“Karyerada ilk addım” mövzusunda təşkil edilən əmək

yarmarkasında iştirak etmişdir. Bu tədbirlərdə iştirakın

məqsədi Komissiyanın fəaliyyəti, dövlət qulluğuna

qəbulun müsabiqə və şəffaflıq əsasında aparılması,

dövlət qulluğunun üstünlükləri və təminatları barədə

iştirakçıları məlumatlandırmaq, potensiallı gəncləri

dövlət qulluğuna cəlb etmək olmuşdur.

2015-ci il 24 apreldə “Açıq qapı - dövlət

qulluğuna qəbul” forumu çərçivəsində Sumqayıt Gənclər

Evində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin,

4 iyunda Tərtər rayon Gənclər Mərkəzində Tərtər Rayon

İcra Hakimiyyəti və Gənclər və İdman Baş İdarəsinin

əməkdaşlarının iştirakı ilə gənclərlə maarifləndirici görüş

keçirilmişdir. Görüşün əsas məqsədi Komissiyanın

Page 13: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

13

fəaliyyətinə, xüsusi ilə dövlət qulluğuna qəbula ictimai

etimadın artırılması və potensiallı gənclərin dövlət

qulluğuna cəlb edilməsi olmuşdur.

2015-ci il 5 mayda “Şəffaflıq Azərbaycan”

Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin dəstəyi

ilə “Dövlət qulluğuna qəbul prosesi, dövlət qulluğuna

qəbulda şəffaflıq və korrupsiyaya qarşı mübarizə

məsələləri” mövzusunda seminar keçirilmişdir. Seminar

gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın

artırılması istiqamətində həyata keçirilən maarifləndirici

silsilə tədbirlərin davamı olmuşdur.

2015-ci il 30 mayda Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında

Komissiyanın, Akademiyanın və Azərbaycan

Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət

və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə

təşkilatçılığı ilə “İnnovativ idarəetmə görüşü”

çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə “ASAN

xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş

gənclər və hazırda fəaliyyət göstərən könüllülərlə yanaşı

Dövlət İdarəçilik Akademiyasının yuxarı kurs tələbələri

iştirak etmişlər.

Qeyd edilən tədbirlərdə Komissiyanın fəaliyyəti,

dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında

aparılması, dövlət qulluğunun üstünlükləri və təminatları

barədə tədbir iştirakçılarına məlumat verilmiş,

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti”,

“Dövlət qulluğuna qəbul”, “Dövlət qulluğuna qəbul

zamanı vəzifə seçimini düzgün necə etməli ?” və “Dövlət

qulluğuna müsabiqə əsasında qəbul” mövzularında çap

məhsulları paylanılmışdır.

Dövlət qulluğuna qəbulla bağlı keçirilmiş

müsabiqələrdə müvəffəqiyyət əldə edən və hazırda dövlət

qulluğunda çalışan gənclərin peşə bacarıqlarının

artırılması məqsədi ilə 2015-ci il 25, 26 və 27 may

Page 14: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

14

tarixlərində təlimlər keçirilmişdir. Təlimlərdə dövlət

orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri üzrə

yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən 90

nəfər gənc dövlət qulluqçusu iştirak etmişdir. Təlimlərdə

“İnsan resurslarının idarə edilməsi”, “Motivasiya” və

“Dövlət qulluqçularının etik davranış qaydaları”

mövzularında təqdimatlar edilmiş və dövlət qulluğuna

dair qanunvericiliyin tətbiqi ilə bağlı müzakirələr

aparılmışdır.

Hesabat dövrü ərzində dövlət qulluğu sisteminin

mahiyyəti, dövlət qulluğunda aparılan islahatlar, dövlət

qulluğuna qəbul, dövlət qulluqçularının etik davranış

qaydalarına riayət etməsi və korrupsiyaya qarşı mübarizə

ilə bağlı təşkil edilən tədbirlər, habelə Komissiyanın

ümumi fəaliyyəti barədə məlumatlar Komissiyanın

rəhbərliyi və əməkdaşları tərəfindən mütəmadi olaraq

Azərbaycan, İctimai, ANS, Lider televiziyaları,

AzərTAC, Trend, APA, The First News, Azadinform,

Səs İnformasiya Agentlikləri, Lent.az onlayn xəbər

agentliyi, Qafqazinfo internet qəzeti, Modern.az xəbər

portalı, “Xalq qəzeti”, “Respublika,” “Həftə içi”

qəzetləri, habelə Komissiyanın rəsmi internet saytı,

Facebook və Twitter sosial şəbəkəsindəki səhifəsi

vasitəsilə ictimaiyyətə çatdırılmışdır.

Komissiya rəhbərliyinin və əməkdaşlarının ANS

televiziyasının “Salam Azərbaycan” musiqili-

informasiya proqramında çıxışları olmuş, “Xalq qəzeti”,

“Respublika” və “Həftə içi” qəzetlərində məqalə və

müsahibələri dərc edilmişdir.

Komissiya vətəndaşlarla əlaqələrini daha çox özünün

internet saytı vasitəsilə qurur. Hesabat dövrü ərzində

Komissiyanın internet saytında yerləşdirilmiş yazılara 4

yüz əlli minə yaxın baxış olmuşdur. 2015-ci ilin ilk 6 ayı

ərzində Komissiyaya internet saytı vasitəsilə daxil olan

onlayn müraciətlərin sayı 172 olmuşdur. 4.1.2.5.2 Dövlət qulluğuna DQMK, 2011- 2015-ci ilin ilk yarımili ərzində mərkəzi və yerli icra +

Page 15: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

15

dair qanunvericiliyin

tətbiqi üzrə

maarifləndirmənin

aparılması

müvafiq icra

hakimiyyəti

orqanları

2015 hakimiyyəti orqanları üçün mütəmadi təlim və seminarlar

keçirilmiş, müvafiq maarifləndirmə həyata keçirilmişdir.

2015-ci il 16 mart tarixdə Komissiyada “Dövlət

qulluqçularının etik davranış qaydaları” mövzusunda

təlim keçirilmişdir. Təlimdə Komissiyanın şöbə

müdirləri, şöbə müdirlərinin müavinləri və sektor

müdirləri iştirak etmişlər. Təlim etika anlayışı, dövlət

qulluğunda etik prinsiplər və onların əhəmiyyəti,

loyallıq, korrupsiyanın qarşısının alınması, maraqların

toqquşmasının qarşısının alınması, nizam-intizam və

subordinasiya qaydalarına əməl edilməsi və s. mövzuları

əhatə etmişdir.

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə

müsahibələrdə qrup üzvü kimi iştirakı nəzərdə tutulan

dövlət orqanlarının nümayəndələri və mütəxəssislər üçün

müsahibələrin keçirilməsi qaydaları və texnologiyası

barədə 2015-ci il 25-27 may tarixlərində təlimlər təşkil

edilmişdir. Təlimlərin məqsədi qeyd edilən

nümayəndələrin müsahibələrin keçirilməsinə dair

qanunvericiliyin tələbləri barədə məlumatlandırılması,

namizədlərin potensialının üzə çıxarılması üçün

müsahibələrin aparılması texnologiyası üzrə

təlimatlandırılması olmuşdur. Təlimlərdə ümumilikdə 60

nəfər iştirak etmişdir.

Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı

keçirilmiş müsabiqələrdə müvəffəqiyyət əldə edən və

hazırda dövlət qulluğunda çalışan gənclərin peşə

bacarıqlarının artırılması məqsədi ilə 2015-ci il 25, 26 və

27 may tarixlərində “Dövlət qulluqçularının etik davranış

qaydaları” mövzusunda təlimlər keçirilmişdir. Təlimlərdə

dövlət orqanlarının mərkəzi aparatlarında və Bakı şəhəri

üzrə yerli bölmələrində inzibati vəzifələrdə qulluq keçən

90 nəfər gənc dövlət qulluqçusu iştirak etmişdir.

Eyni zamanda 4.1.2.1.5 bəndində qeyd edilən dövlət

qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi

mövzusunu əhatə edən təlimlər keçirilmişdir.

Page 16: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

16

Komissiya tərəfindən dövlət qulluqçularının etik davranış

məsələləri ilə bağlı maarifləndirilmənin həyata

keçirilməsi məqsədilə bələdçi sənədlərin hazırlanması

müvafiq qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu

məqsədlə Komissiya tərəfindən “Dövlət qulluğunda

etika” mövzusunda kitabça nəşr edilərək mərkəzi, yerli

icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında

çalışan dövlət qulluqçularına paylanılmışdır.

2015-ci ilin növbəti 6 ayı ərzində də dövlət orqanlarında

qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət

qulluqçularının etik davranış qaydaları” mövzusunda

təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. 4.1.2.5.3 Dövlət qulluğunun

tənzimləmə

institutları və bu

sahədə insan

resurslarının idarə

edilməsinin aktual

məsələlərinə dair

nəşrlərin buraxılması

DQMK

2011-

2015

İctimaiyyəti Komissiyanın fəaliyyət istiqamətləri və

gördüyü işlər barədə məlumatlandırmaq, vətəndaşları

dövlət qulluğuna qəbul qaydaları üzrə maarifləndirmək,

onları potensiallarına və maraqlarına uyğun vəzifə

seçiminə yönəltmək məqsədi ilə Azərbaycan

Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiya haqqında jurnal, “Azərbaycan

Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

Məsələləri üzrə Komissiyanın fəaliyyəti”, “Dövlət

qulluğuna qəbul”, “Dövlət qulluqçularının etik davranış

qaydaları” və “Dövlət qulluğuna müsabiqə əsasında

qəbul” mövzularını əhatə edən bukletlər ölkədə keçirilən

müxtəlif tədbirlərdə tədbir iştirakçılarına paylanmışdır.

Hesabat dövrü ərzində Komissiya korrupsiyaya qarşı

mübarizə və dövlət qulluqçularının etik davranış

məsələləri üzrə ictimaiyyət arasında maarifləndirməni

həyata keçirmək üçün tədbirləri davam etdirmişdir. Bu

məqsədlə “İnformasiyanın açıqlanması korrupsiyaya

qarşı alət kimi”, “Dövlət qulluğunda korrupsiyaya qarşı

mübarizə: korrupsiya və onun aradan qaldırılması

sahəsində tədbirlər” və “Dövlət qulluğunda korrupsiyaya

qarşı mübarizə: rüşvət, yoxsa hədiyyə?” mövzularında

bukletlər nəşr edilərək müxtəlif tədbirlərdə ictimaiyyətə

paylanmışdır. Komissiya tərəfindən “Dövlət qulluğunda

+

Page 17: Azərbaycan Respublikasının Prezidenti yanında …dqmk.gov.az/aze/downloads/hesabatlar/YOXSULLUQ HESABAT.pdf1 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu

17

etika” mövzusunda kitab nəşr edilmişdir. Vəsaitin

hazırlanmasında məqsəd dövlət qulluğunda etik

prinsiplər və onların əhəmiyyəti, etik davranış

qaydalarına əməl olunmasına nəzarət mexanizmləri və

etik pozuntuların araşdırılması üzrə qanunvericiliyin

tələbləri barədə məlumat verilməsi, dövlət qulluqçularını

etik davranış qaydaları ilə bağlı nümunələrlə tanış edərək

onların etik qaydaların tətbiqi üzrə praktiki biliklərə

yiyələnməsinə və xidməti fəaliyyəti zamanı qərar

verərkən qarşılaşdıqları dilemmaların həllinə köməklik

göstərilməsidir. Qeyd olunan vəsait dövlət qulluqçuları

arasında paylanmışdır.

Qeyd: 4.1.2.1.1, 4.1.2.1.3, 4.1.2.1.4, 4.1.2.1.8 və 4.1.2.2.3-cü yarımbəndlərdə nəzərdə tutulmuş tapşırıqlar tam icra edilmişdir. Həmin tapşırıqların icrası barədə məlumat əvvəlki hesabatlarda təqdim olunmuşdur.