36
ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

  • Upload
    others

  • View
    28

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

ANALİTİK İNFORMASİYA JURNALI

İyul 2020 №3 (12)

“Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Page 2: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Tәsisçi“Azәrenerji” ASC

Hәmtәsisçi“Azәrişıq” ASC

Baş redaktorTeymur Abdullayev

“Kütlәvi informasiya vasitәlәri haqqında” Azәrbaycan Respublikası Qanununa müvafi q olaraq tәsis edilib.

Redaksiyanın ünvanı:AZ 1005, Bakı şәhәri, Ə. Əlizadә küç 10.

“Azәrbaycan işıqları”jurnalının kompüterlәrindә yığılıb.

Telefon: (+99412) 493-65-03(+99450) 228-77-11

[email protected]

Tiraj: 2500

MÜNDƏRİCATANALİTİK İNFORMASİYA JURNALI

İyul 2020 №3 (№12)

“Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Prezident İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib

“Azərişıq” ASC-nin "Tərtər" və "Ağcabədi-2" yarımstansiyalarının açılışı olub

Bakıda sistem əhəmiyyətli 220 kV-luq yeni yarımstansiya tikilib

“Azərenerji” SCADA idarəetmə sistemini yeniləyir

“Səngəçal” elektrik stansiyasinin 30 faizdən çox “itirilmiş” gücü bərpa edilib

“Azərişıq” ASC-nin smart kart sayğacı olan abonentləri evdən çıxmadan kart balansını artıra biləcək

“Azərişıq” ASC-nin “Yeni kəndlər layihəsi”

“Siemens”-in Azərbaycandakı nümayəndəsi: “Azərenerji” ASC “Reabilitasiya Proqramı”nı dinamik və uğurlu şəkildə həyata keçirir

“Azərişıq” ASC-nin vətəndaşlara müraciəti

Pandemiya dövründə ölkədə enerji təchizatı yüzfaiz təmin olunub və olunacaq

İnkişaf edən enerjisistemimiz üçün mühüm əhəmiyyət daşıyan elm ocağı

Sənayenin iqlim dəyişikliyinə təsiri, fəsadları və çıxış yolları

Ən azı 50 il ölkəmizin enerji təminatında İES-lərə əsas mənbə kimi baxılmalıdır

Tikinti və yenidənqurma aparılarkən sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması başlıca şərtdir

Çin kosmik GES inşa etməyi planlaşdırır

Beynəlxalq aləmin iqlim fəlakətinin qarşısını almaq üçün son şansı

Dünyada günəş elektrik stansiyalarının gücü artırılacaq

Su damlalarından elektrik enerjisi almaq üçün unikal texnologiya

“Çernobıl” faciəsi ilə bağlı yeni faktlar

Regionda yeni nüvə enerjisi təhlükəsi

Norveçdə elektrik yarış təyyarəsi hazırlanır

01

13

28

10

25

16

31

06

22

29

11

26

18

08

24

14

30

32

12

27

19

20

Page 3: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

“Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

“Azərbaycan” İstilik Elektrik Stansiyası əsaslı yenidənqur-madan sonra iyunun 25-də istifadəyə verilib. Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikin-tisinə 1974-cü ildə başlanan “Azərbaycan” İstilik Elektrik Stan-siyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonun-cu - 8-ci blok isə 1990-cı ildə istismara verilib. Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İstilik Elektrik Stansiyası elə o vaxtdan ölkənin elektrik enerjisinə

olan tələbatının ödənilməsində hər zaman birinciliyini qoruyub saxlayıb. Lakin 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transformatorunda baş verən qəza nəticəsində təxminən min kiloqrama qədər yağ ətrafa axmışdı, yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb olmuşdu. Nəticədə bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu.

AZƏRBAYCAN İŞIQLARI 1

Page 4: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Araşdırmalar nəticəsində məlum olmuşdu ki, stansiya-dakı generatorlarda təsirlənmə sistemləri və soyuducuları köhnəlmiş, istismara tamamilə yararsız hala düşmüşdü. Qa-zanlarda küləkdən mühafizə lövhələri dağılıb, qazan avadan-lıqları aşınıb və sıradan çıxıb. Regenerativ hava qızdırıcıları, qaz yolları, kompensatorlar və digər qurğular uzun müddət istis-mar olunduğundan yararsız vəziyyətə düşüb. Stansiyanın tüstü boruları və konstruksiyaları da aşınmaya məruz qalmışdı, Fasiləsiz Qida Mənbələri demək olar ki, işləmirdi. Maşın zalının konstruksiyası, dam örtüyü və döşəməsi dağılmışdı. Kimyəvi sutəmizləmə qurğusu olduqca köhnəlmiş, azot və oksigen qurğuları, reagent və yağ təsərrüfatları istismar müddətini iki dəfədən çox başa vurmuşdu. Hidrogen qurğusu uzunmüddətli istismar edildiyindən təhlükə yaradırdı. Hətta Yuxarı Qarabağ kanalının stansiya ərazisindən keçən çıxış su kanalı hissəsi-nin yamacları dağılmışdı. 330 və 500 kilovoltluq yarımstansi-yaların avadanlığı və mühafizə sistemləri öz ömrünü başa vur-muşdu. Bu isə sistem qəzasının olması ehtimalını ən yüksək səviyyəyə çatdırmışdı.

Stansiyada yaradılan şərait barədə dövlət başçısına məlumat verən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev bildirdi ki, enerji bloklarının texniki su təchizatı Yuxarı Qarabağ kanalı vasitəsilə təmin edilir. Kanalın yamacları və dib hissəsi beton örtüklərlə bərpa olunub, dövran su xətlərinin altındakı dayaqlar əsaslı təmir edilib. Ərazidə yeni mazut çənləri, dövran və mazut nasosları quraşdırılıb. Stansi-yanın qaz qəbulu məntəqələri də əsaslı təmir olunub.

İki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənu-bi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işləri sürətlə aparılıb. Əsas diqqət həm də “Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokunun yenidən qurulmasına yönəlib. Blokların təbii təsirlərdən qorun-ması və ən əsası da itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Yenidənqurma proqramı çərçivəsində yararsız metal konstruksiyalar yenilənib, yük məhdudiyyətinə təsir edən re-generativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogen və yağ istilik mübadilə aparatları da təzələnib. Kimya sexi müasir tipli əks-osmos sutəmizləyici texnologiyaya əsasən yenidən qurulub, reagent təsərrüfatı yenilənib, əlavə ehtiyat su çənləri yaradılıb.

Enerji bloklarında sıradan çıxmış elektrik mühərriki və nasos avadanlıqları, istismar və təmir üçün tələb olunan liªlər, ağırtonnajlı yükqaldırıcı kran və mexanizmlərin elementləri, yüksəkgərginlikli cərəyan şinləri, güc və nəzarət kabelləri tam yenisi ilə əvəz olunub. Blok və xüsusi sərfiyyat transformator-ları da təmir edilib.

2018-ci ildə sistem qəzasının mənbəyi olan 330 və 500 ki-lovoltluq yarımstansiyalar yenidən qurulub. İstismar müddəti bitmiş və partlayış təhlükəsi olan bütün hava açarları eleqaz tipli açarlarla, cərəyan və gərginlik transformatorları müasir tipli avadanlıqlarla əvəzlənib. Yarımstansiyaların hər biri üçün yeni idarəetmə binaları tikilib.

İndi “Azərbaycan” İES-in fəaliyyəti yeni tikilən inzibati

2 AZƏRBAYCAN İŞIQLARI

Page 5: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

binadan həyata keçirilir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı yaradılıb. Bütün proseslər yeni quraşdırılan nəhəng monitordan idarə olunur.

Sonra dövlət başçısı “Azərbaycan” İstilik Elektrik Stansi-yasını işə saldı.

Prezident İlham Əliyevə yeni tikiləcək “Qobu” Elektrik Stan-siyasının layihəsi barədə də məlumat verildi.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi.Çıxış edən Prezident İlham Əliyev dedi:-Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər

Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbay-cana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təh-lil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil ol-unandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyu-luşuna icazə verdi.

Əlbəttə bu, tarixi hadisədir. Çünki o vaxt mərkəzləşdirilmiş

fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətin-liklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəh-bər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı. Ulu Öndər hələ Azərbaycanda rəhbər olan zaman stansiyanın birinci bloku istismara verildi – 1981-ci ildə. Sonra Heydər Əliyev Moskvada Siyasi Büroda fəaliyyətə başlayanda və Na-zirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda daim gözü Azərbaycanın üstündə idi. Heydər Əliyev bu stansiyanın tikin-tisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik. Çünki yenidən qurulandan sonra bu stansiyanın generasiya gücü 2400 meqa-vatdır.

AZƏRBAYCAN İŞIQLARI 3

Page 6: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Təbii ki, ondan sonra, xüsusilə son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir və onların arasında böyük stansiyaları xüsusilə qeyd etmək istərdim – “Cənub” ES təx-minən 800 meqavat, “Səngəçal” ES 300 meqavatdan çox, “Sumqayıt” ES 525 meqavat, “Şimal-2” ES 400 meqavat, on-dan əvvəl “Şimal-1” ES 400 meqavat. Bütün bunlar son illərdə tikilmiş stansiyalardır. Ancaq müstəqilliyimizin ilk illərində Azərbaycan yalnız bu stansiya hesabına yaşayırdı. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir. Ona görə bu gün Ulu Öndərin abidəsi önündə onun bu xid-mətlərini biz xüsusilə qeyd etməliyik.

Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur. Məhz

Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi. Düzdür, energe-tika sistemimiz köhnəlmişdi, amma yenə də öz istismar müd-dətini uzada-uzada enerji istehsalını davam etdirirdi. O illərdə biz böyük böhranla üz-üzə idik, bir çox hallarda elektrik enerji-si kəsilirdi, rayonlarda ümumiyyətlə elektrik enerjisi fasilələrlə verilirdi, gündə iki saat, Bakı şəhərində də həmçinin. Ona görə bu stansiyanın xüsusi əhəmiyyəti var. İki il bundan əvvəl burada qəza baş verəndə, əlbəttə, bunun ölkəmizə nə qədər böyük zər-bə vurduğunu hər kəs gördü, ölkəmiz zülmətə büründü, qaran-lığa qərq oldu, metro dayandı, bütün hərəkət dayandı. Bu qəza yalnız məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş vermişdir. O qəzadan sonra mənə verilən məlumatdan və bu stansiyadan çəkilmiş şəkillərdən dəhşətə gəldim, bu qədər vicdansızlıq olarmı?! Ona görə dərhal göstəriş verdim, kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndiril-

4 AZƏRBAYCAN İŞIQLARI

Page 7: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

di, təlimatlar verildi. Göstəriş vermişdim ki, bu istilik elektrik stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır. O vaxt 800 meqavat generasiya gücü itirilmişdi, - bu stansiya cəmi 1600 meqavatla işləyirdi. Generasiya gücü yavaş-yavaş itirilirdi və belə bir fikir var idi ki, bunu bağlamaq, yaxud da söküb yenidən tikmək lazımdır, təmir etmək müm-kün deyil. Bu 2400 meqavat gücü yenidən bərpa etmək neçəyə başa gələr, bunu hamı yaxşı bilir - milyardlarla dollara, mil-yardlarla. Ona görə mən “Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müd-dətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyət-dədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikil-di, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq.

Biz 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerji-si alırdıq, çatmırdı. İndi isə biz ixrac edirik. Özü də bir ölkəyə yox, 3 ölkəyə elektrik enerjisini ixrac edirik. Bu gün mənə təq-dim edilən “Qobu” Elektrik Stansiyasının tikintisi nəticəsində 300 meqavat əlavə güc əldə edəcəyik, ixracı daha da artıra-cağıq və ölkəmizin artan sənaye potensialını enerji ilə təmin edəcəyik. Əhali artır, sənaye artır, biznes fəaliyyəti artır – bütün bunlar enerji tələb edir. Bizim təbii resurslarımız var – qaz, neª. Stansiya həm qazla, həm mazutla işləyir. Elektrik xətlərimiz yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulub, yarım-stansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Ona görə bu gün Azərbaycan neª, qaz, yanacaq, elektrik enerjisini hasil edir, istehsal edir və ixrac edir. Yəni, dünyada o qədər də çox ölkə bu dərəcədə çoxşaxəli fəaliyyətə sahib deyil. Bəzi ölkələrdə yanacaq-enerji balansının bir hissə-si mövcuddur, digər hissəsini isə idxal edir, asılıdır. Biz tama-milə müstəqilik və iqtisadi-enerji müstəqilliyi budur. Biz bunu əldə etmişik, Ulu Öndərin ruhu qarşısında vicdanımız təmizdir, onun yolunu davam etdiririk, onun əsərini bərpa etmişik. Bu-rada və bütün başqa sahələrdə onun yolu ilə irəliyə, inkişafa, tərəqqiyə doğru gedirik.

Xahiş edirəm, bütün energetiklərə mənim salamlarımı çat-dırın, Mingəçevir sakinlərinə də həmçinin. Mən bu stansiyanın yenidən qurulmasında əməyi keçən hər bir insana təşəkkür edirəm və sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Qeyd edək ki, stansiyada yenidənqurma işləri aparılarkən ölkəyə elektrik verilişi bir dəqiqə də olsun dayanmayıb. Bütün işlər paralel olaraq yerinə yetirilib. Yanğın təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərilib.

“Azərbaycan” İES ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Stansiyada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür.

Yenidənqurma işlərindən sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Bununla da “Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi təmin olunub.

AZƏRBAYCAN İŞIQLARI 5

Page 8: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Prezident İlham Əliyev “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonun-da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.

Qeyd edək ki, “Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviy- yəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstan-siyanın idarəetmə binası da inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iq-tisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

“Azərenerji” ASC-nin sədri Baba Rzayev dövlət başçısı-na yarımstansiyada görülən işlər barədə məlumat verdi. Bildirdi ki, müasir avadanlıq və qurğuların quraşdırılması yarımstansiyanın səmərəliliyini və gücünü artırıb. Bura-da 3 köhnə transformatorun daha yeni transformator-larla əvəzlənməsi yarımstansiyanın ümumi gücünü 166 mVA-dan 240 mVA-ya çatdırıb. Yarımstansiyada aparılan yenidənqurma işləri istehlakçıların enerji təchizatında fasilə yaranmaması üçün xüsusi rejimdə, onun fəaliyyəti dayandırılmadan həyata keçirilib.

Ümumilikdə, son iki ildə Prezident İlham Əliyevin tapşırığı ilə elektrik stansiyaları ilə yanaşı, ötürücü şəbəkədə də geniş yenidənqurma, təmir və bərpa işləri həyata keçirilir. “Reabilitasiya Proqramı" çərçivəsində bu dövrdə 1 ədəd 500 kV, 2 ədəd 330 kV, 2 ədəd 220 kV və 10 ədəd 110 kV-luq yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada təmir-bərpa işləri həyata keçirilib.

Baba Rzayev Prezident İlham Əliyevə məlumat verərək əlavə etdi ki, “Ağ Şəhər” böyük bir layihədir. Ora-da 110 kilovoltluq 3 böyük yarımstansiya var, onlardan ikisi "Əhmədli" yarımstansiyasından qidalanır.

Dövlət başçısı son illər ərzində energetika sahəsində çox böyük işlər görüldüyünü, nəticədə həm generasiya güclərinin artdığını, eyni zamanda, "itirilmiş" güclərin bər-pa edildiyini diqqətə çatdırdı. Qeyd etdi: "Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə, Azər-baycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağ-cabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarım-

6 AZƏRBAYCAN İŞIQLARI

Page 9: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

stansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna” və “Ağ şəhər”.

Baba Rzayev qeyd etdi: "Cənab Prezident, Sizin bir-başa tapşırığınızla son bir ildə ancaq Abşeron regionunda 12 yarımstansiya, o cümlədən “Görədil” işə salınıb".

Bizim bütün elektrik təsərrüfatımız tamamilə ye-nilənməli və ən yüksək müasir standartlara cavab ver-məlidir. Bir sıra layihələr başa çatıb, ancaq hələ görüləsi işlər çoxdur, onları da ardıcıllıqla icra edəcəyik deyən

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə elektrik enerjisi təsərrüfatının yenidən qurul-ması, bu sahədə ən son innovativ həllərin tətbiqi və nəticə etibarilə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmi-natı istiqamətində böyük işlər görülüb. Həyata keçirilən işlərin tərkib hissəsi kimi çox sayda mövcud yarımstan-siya müasir səviyyədə yenidən qurulub. Onlardan biri də 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasıdır.

AZƏRBAYCAN İŞIQLARI 7

Page 10: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına 110/35/6 kilovoltluq “Tərtər” elek-trik yarımstansiyasının fəaliyyəti barədə məlumat verdi.

Bildirdi ki, bu yarımstansiya İstehlakçıların elektrik təchi-zatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulub. Bu qurğu vasitəsilə Tərtər şəhərində olan sosial-iq-tisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvar-ma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchi-zatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 17 min 103-ü əhali, 1290-ı qeyri-əhali olmaqla, ümumilikdə, 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq.

Yarımstansiya 110 kilovoltluq Naª alan və 110 kilovolt-luq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə, “Azər-

baycan” İstilik Elektrik Stansiyası və 330 kilovoltluq “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sxeminə qoşulub. Həmin yarımstansiya Tərtər və Bərdə rayonlarında, habelə Naª alan şəhərində yerləşən 110 kilovoltluq yarımstan-siyalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlılığını və təhlükəsizliyini təmin etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını daha da artıracaq.

Yarımstansiya beynəlxalq standartlara cavab verən müa-sir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafi zəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafi q xidmət otaqları, o cümlədən mühafi zə, texniki xidmət və idarəetmə otaqları inşa edilib. Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

“Azərişıq” ASC-nin "Tərtər" və "Ağcabədi-2" yarımstansiyalarının açılışı olubPrezident İlham Əliyev hər iki yenidən qurulan yarımstansiyaları işə salıb

"Tərtər" yarımstansiyası

8 AZƏRBAYCAN İŞIQLARI

Page 11: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə Ağcabədi rayonu ərazisində 35 kilovoltluq yarım-stansiyada əsaslı yenidənqurma işləri aparılaraq, gərginlik sinfi artırılıb və 110/35/10 kilovoltluq “Ağcabədi-2” yarımstansiyası inşa edilməklə, yarımstansiyanın qoyuluş gücü 17,5 MVA-dan 40 MVA-ya çatdırılıb. Bu yarımstansiya vasitəsilə Ağcabədi şəhərində sosial-iqtisadi təyinatlı obyektlərin, meliorasiya və suvarma sistemlərinin, ətraf kənd və qəsəbələrin, həmçinin Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərin və hərbi hissələrin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın is-tismara verilməsi ilə 5262-si əhali, 831-i qeyri-əhali olmaqla, ümumilikdə 6093 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq. Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron ti-pli rele mühafi zəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Yarımstansiyanın 330 kilovoltluq “İmişli” və “Ağcabədi” qovşaq yarımstansiyaları ilə əlaqələndirilməklə dairəvi elektrik təchi-zat sxeminə qoşulması təmin edilib ki, bu da istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlılığını və təhlükəsizliyi artırıb.

Dövlət başçısı “Ağcabədi-2” elektrik yarımstansiyasını işə saldı.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb, çatışmazlıqların aradan qaldırılması, yeni yarım-stansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Ağcabədi rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub.

Son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa

işləri nəticəsində rayonun kəndləri və ətraf ərazilərin elektr-ik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Bununla mövcud elektrik şəbəkəsinin qo-yuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

"Ağcabədi-2" yarımstansiyası

AZƏRBAYCAN İŞIQLARI 9

Page 12: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Bakıda sistem əhəmiyyətli 220 kV-luq yeni yarımstansiya tikilib

Bakı şəhəri və ətraf qəsəbələrin sosial, iqtisadi, sənaye və digər sahələrin sürətli inkişafını, əhalinin, o cümlədən son illərdə tikilən çoxmənzilli binaların elektrik enerjisinə artan tələbatını qarşılamaq üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sistem əhəmiyyətli 220/110/10 kilovoltluq tam yeni yarımstansiya tikib. Baki şəhərinin şimal hissəsindəki 110 kilovoltluq yarımstansi-yaları qidalandırmaqla yanaşı paytaxtdakı sistem əhəmiy- yətli mövcud 220 kilovoltluq yarımstansiyaların yükünü azaltmağa, bununla da qəzaların qarşısını almağa, itkiləri azaltmağa, dayanıqlığı və etibarlığı artırmağa xidmət edəcək “Böyükşor” adlanan yeni 220 kilovoltluq yarım-stansiya istehlakçıların normalara uyğun keyfiyyətli elek-trik enerjisi ilə təchizatında müstəsna rol oynayacaq. At-mosfer şəraitinin təsirinə məruz qalmamaq, ətraf mühiti qorumaq və daha az yer tutmaq üçün qapalı şəraitdə, tam müasir üslubda tikilən “Böyükşor” yarımstansiyasında 3 ədəd 250 meqavolt amper gücündə transformator, 220 kV və 110 kV-luq qapalı paylayıcı qurğular tikilib. Yarımstan-

siya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulacaq.

“Böyükşor” yarımstansiyasının sistemə qoşulması ilə Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq hava xətlərinin yüklənməsinin, həmçinin bu xətlərdə olan itkilərin azalmasına nail olunacaq. Onu da qeyd edək ki, “Böyükşor” yarımstansiyası qurularkən perspektiv so-sial-iqtisadi inkişaf, əhalinin artan tempi nəzərə alınıb.

Qeyd edək ki, son iki ilə qədər Bakı və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarım-stansiya fəaliyyət göstərirdi ki, onların da dördü istismar müddətini başa vurmuşdu. Son iki ildə isə Böyükşor və “Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilərək 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb. Eyni zamanda istismar müddəti-ni bitirən sistem əhəmiyyətli dörd ədəd 220 kilovoltluq yarımstansiyanın ikisində yenidənqurma işi tamamlanıb, digər iki yarımstansiyada isə yaxın aylarda tamamla-nacaq.

Page 13: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

“Azərenerji” SCADA idarəetmə sistemini yeniləyir

Enerjisistemin müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi quru-lur. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansi-yasını və 70 yarımstansiyanı əhatə edəcək. Artıq yeni SCADA sisteminə qoşulacaq enerji obyektlərində müvafiq işlər aparılıb, o cümlədən, yeni avadan-lıqların yerləşəcəyi obyektlərdə otaqların təmir-bərpa işləri yekunlaşdırılıb.

Yeni SCADA sistemi layihəsi çərçivəsində müasir dispetçer telefon rabitəsi yaradılır və təhlükəsizlik sistemi isə kiberhücumlara qarşı tam cavab verə biləcək səviy-yədə qurulur. Rabitə və telekommuni-kasiya avadanlıqları xarici ölkələrdən gətirilir. Ümu-

mi uzunluğu 1300 km olacaq əlavə fiber-optik ka-belin çəkilişi davam edir. Yeni radiorabitə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır.

İsveçrənin ABB şirkəti ilə bağlanmış Müqavilənin şərtlərinə uyğun olaraq 1 avqust 2019-cu il tarixindən layihənin icrasına başlanılıb və yeni SCADA layihəsi-nin 31 dekabr 2020-ci il tarixində tam başa çatdırıl-ması nəzərdə tutulur.

Yenilənəcək SCADA sistemi müasir idarəetməni nəzərdə tutur və tam avtomatlaşdırılır. Bununla eti-barlılıq və təhlükəsizliyi gücləndirilməklə yanaşı qonşu ölkələrin sistem operatorlarının istifadə et-dikləri SCADA sistemlərinin məlumat mübadiləsinin, o cümlədən idxal-ixrac əməliyyatlarının yüksək səviy- yədə təmin edilməsinə bilavasitə dəstək olur.

AZƏRBAYCAN İŞIQLARI 11

Page 14: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

“Səngəçal” Elektrik Stansiyasının 30 faizdən çox “itirilmiş” gücü bərpa edilib

“Azərenerji” Bakı və Abşeron yarımadası da daxil ol-maqla ölkə enerjisistemində xüsusi rolu olan “Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” gücün bərpa edilməsi is-tiqamətində həyata keçirdiyi təmir-bərpa işlərini yekun-laşdırıb. 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na qədər “Səngəçal” Elektrik Stansiyasında mövcud 18 aqreqatdan 4 ədədi ümumiyyətlə işləmirdi, qalan 14 aqreqat isə kəsirlə işləyirdi. Məhz işləməyən 4 aqreqatdan biri yenisi ilə əvəz edilib, digər aqreqatların isə əsas ehtiyat hissələri xarici ölkələrdən gətirilərək dəyişdirilib və işə qoşulub. Nəticədə 100 meqavata qədər “itirilmiş” güc bərpa edilib. Bununla da qoyuluş gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyasının üçdə

biri qədər gücü bərpa olunub. Müqayisə üçün deyək ki, 100 meqavat güc orta hesabla Respublikanın 4-5 rayo-nunun elektrik enerji tələbatına bərabərdir. Qeyd edək ki, “Azərenerji” 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır ki, həmin elektrik stansi-yalarından 6-sı məhz “Səngəçal” kimi modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər həmin 6 modul tipli elek-trik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən ümumilikdə 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı etibarlılıq və dayanıqlığın təmin edilməsi qarşıya əsas məqsəd olaraq qoyulub.

12 AZƏRBAYCAN İŞIQLARI

Page 15: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Artıq bu gün əminliklə deyə bilərik ki, bu istiqamətdə işlər yekunlaşıb, bütün texniki məsələlər həll edilib.

Ölkənin kommunal sektorunda ilk dəfə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti belə bir innovativ və günün tələblərinə uyğun yeniliyə imza atmışdır. "Azərişıq" mobil əlavəsi isti-fadəçiləri smart kart balanslarını evdən çıxmadan smartfonları vasitəsilə artıra biləcəklər. Mobil tətbiqi "Play Market"-lərdən rahatlıqla əldə edə bilərsiniz.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də COVID-19 vi-rusunun yayılmasının qarşısının alınması tədbirləri həyata keçirildiyi bir dövrdə abonentlərimizin evdən çıxmadan bir sıra əməliyyatları “Azərişıq” ASC-nin rəsmi saytı və ya xüsusi mobil əlavələr vasitəsilə həyata keçirməsi təmin edilmişdir.

Bu tipli layihələr texnoloji imkanlardan daha çox sosial xarakter daşıdığından hazırki karantin dövründə əhalinin ümu-mi təyinatlı terminallar, nağd ödəniş vasitələri və s. daha az təmasda olması vacib şərtlərdəndir. Məhz bu səbəbdən, hər iki tərəf mütəxəssisləri qısa müddət ərzində mobil telefonla smart-kart balansının artırılmasının, fərdiləşdirilmiş imkanını

işləyib hazırladı. Layihənin prioritet şərtlərindən biri də cihazın və mobil tət-

biqin abonentlər tərəfindən istifadə sadəliyi və asanlığı idi ki, buna da nail olundu.

İlkin mərhələdə istifadəçi smartfona qoşulan kart oxu-cunu əldə etməlidir ki, smart kartının balansını evdən çıx-madan artıra bilsin. İstifadəsi çox rahat olmaqla yanaşı heç bir əlavə proqram açmadan kart oxuyucu smartfona qoşulur, "Azərişıq" mobil tətbiqi açılır və smart kart oxuyucuya daxil edilərək menyudaki “OXU” düyməsi sıxılaraq kart məlumatları oxunur, daha sonra altdakı səkmədən məbləğ daxil edilir və “ÖDƏ” düyməsi sıxılır, açılan pəncərədə ödəniş kartı məlumat-ları daxil edilir və “OK” düyməsi sıxılır.

Bir neçə saniyə ərzində ödənilən məbləğ smart kar-ta yazılır. Smart kartınızı sayğaça daxil etməklə balansınızı artırmış olursunuz.

Artıq evdən çıxmadan istənilən vaxt kart balansınızı rahat-lıqla artıra bilərsiniz. "Evdə qalın, sağlam olun". Özünüzü və yaxınlarınızı qoruyun!

“Azərişıq” ASC-nin smart kart sayğacı olan abonentləri evdən çıxmadan kart balansını artıra biləcək

AZƏRBAYCAN İŞIQLARI 13

Page 16: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

“Azərişıq” ASC-nin “Yeni kəndlər" layihəsi

Astara rayonunun üç yaşayış məntəqəsində - Diqo, Dolu və Sekaşan kəndlərində elektrik enerjisi təchizatının keyfi yyətinin yüksəldilməsi və dayanıqlığını artırmaq məqsədilə ölkə pre- zidentinin müvafi q sərancamına uyğun olaraq “Azərişıq” ASC tərəfi ndən başlanan işlər yekunlaşıb. Rayonun hər üç dağ kəndində müasir elektrik enerji sistemi qurulub. Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb, yeni daya-qlar quraşdırılıb və elektrik kabel xətləri çəkilib. Keçilməz dağ yolları vasitəsilə həyata keçirilən işlər tam yekunlaşıb.

Layihə çərçivəsində daha bir rayonun ucqar kəndinin 40 il-lik elektrik problemi həll olunub

Cəlilabad rayonunun mərkəzindən 50 kilometr məsafədə yerləşən Boyxanlı kəndində elektrik dirəkləri çürüdüyündən, transformatorlar yararsız vəziyyətə düşdüyündən bu uc-qar kənddə əhali payız-qış aylarında elektrik enerjinin isti-

fadəsindən əziyyət çəkirdi. Yağış, qar yağanda və güclü külək əsəndə işıqlar sönür, kənd saatlarla qaranlığa qərq olurdu.

Ölkənin digər ucqar kəndlərində olduğu kimi, “Azərişıq” ASC tərəfi ndən “Yeni kəndlər" layihəsi çərçivəsində yeddi yaşayış məntəqəsini özündə birləşdirən Boyxanlıda da elektrik təsərrüfatının yenilənməsinə başlanıldı. Kənddə yeni elektrik dirəkləri quraşdırılaraq, köhnələri yenisi ilə əvəzlənib. Sıradan çıxmış elektrik xətləri dəyişdirilərək istismar müddətini başa vuran transformatorların yerinə yeniləri quraşdırılıb.

Qeyd edək ki, yenidənqurma işləri bütün respublikanı əhatə edir. Bu günə qədər 500 yaşayış məntəqəsində elektrik təsər-rüfatının yenilənməsi başa çatdırılıb. İşlər mərhələli şəkildə digər kənd və qəsəbələrdə də davam etdiriləcək.

Görülən işlər illərlə işıq sarıdan əziyyət çəkən sakinlər tərəfi ndən rəğbətlə qarşılanıb.

İllər sonra Astara rayonunun üç yaşayış ucqar məntəqəsinə elektrik enerjisi verilib

14 AZƏRBAYCAN İŞIQLARI

Page 17: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

"Azərişıq" ASC-nin paylayıcı elektrik şəbəkələrinin yenidən-qurulması proqramına əsasən 5 minədək sakini olan Çuxuryurd kəndində ilk dəfə 1966-cı ildə elektrik şəbəkəsi qurulub.

Köhnə transformator məntəqələri, yararsız kabellər, çürümüş

ağac dayaqlar, hətta sayğaclar belə yeniləri ilə əvəz olunaraq yaşayış məntəqəsinin elektrik təsərrüfatı tamamilə yenilənib. Yenidənqurmada əsas məqsəd istehlakçıları dayanıqlı və keyfi y- yətli elektrik enerjisi ilə təmin etməkdir.

Şamaxı rayonunun Çuxuryurd kəndində də yenidənqurma işləri aparılır

Əsaslı şəkildə yenidənqurma işləri Bərdənin Mehdili kəndində də həyata keçirilir

320 abonenti olan kənddə köhnə şəbəkənin uzun zaman is-tismar müddətini keçdiyindən yenidən qurulması zərurəti yaranıb. Bu məqsədlə dayaqlar, elektrik verilişi xətləri yenilənir, komplekt transformator məntəqələri quraşdırılır. İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfi yyətli elektrik enerjisi ilə təchiz olu-

nacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaqdır.Həmçinin, 1980-ci ildə istifadəyə verilən 35/10 kv-luq “Yeni

Həyat” yarımstansiyasında da yenidənqurma işləri aparılır. Bu yarımstansiya Yeni Daşkənd, Şatırlı, Kürdborakı, Nazırlı, Qazaxlar, Hacılı kəndlərini və bir hərbi hissəni elektrik enerjisi ilə təchiz edir.

AZƏRBAYCAN İŞIQLARI 15

Page 18: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

1883-cü ildə Azərbaycanda ilk elektrik stansiyası “Siemens“ şirkəti tərəfindən ərsəyə gətirilib və 160 ildən çox tarixi olan şirkət bu gün də ölkənin energe-tika sahəsində əməkdaşlığını davam etdirir. “Siemens” Avstriya SC-nin Azərbaycan Nümayəndəliyinin baş di-rektoru Azər Quliyevlə söhbətə də tarixi anlara ekskur-siya etməklə başlayırıq.

Demək olar ki, yaranma tarixindən başlayaraq "Siemens" Azərbaycanda da öz fəaliyyətinə başlamışdır. Belə ki, hələ 1883-cü ildə "Siemens" şirkəti tərəfindən Gədəbəyin Qalakənd kəndində ilk su elektrik stansiyası tikilib. Bir müddətdən sonra, artıq Bakıda “Siemens und Halske” firması tərəfindən 1901-ci ildə“Bibiheybət” stan-siyası istismara verilmişdir. Əməkdaşlıq Sovet dövründə səngisə də, SSRİ dağıldıqdan sonra, 1998-ci ildə “Siemens” şirkətinin Azərbaycanda nümayəndəli- yinin açılması ilə öz davamını tapmışdır. Bu baxımdan “Siemens” şirkəti ilə Azərbaycan arasında yaranmış əməkdaşlıq demək olar ki, ənənəvi xarakter daşıyır. Tə-

bii ki, zaman və zamanın tələbləri dəyişdikcə "Siemens" şirkəti də bu dəyişikliklərə uyğunlaşmağa çalışır. 7 may 2019-cu ildə "Siemens" Səhmdar Cəmiyyəti, "Siemens Gas and Power (GP)" törəmə şirkətinin yarandığını elan etdi. "Siemens" SC-nin neft və qaz, elektrik enerjisi isteh- salı, elektrik enerjisi ötürülməsi, yüksəkgərginlik ava-danlıqları ilə əlaqəli şöbələr bu törəmə şirkətin struk-turuna daxil oldu.

- Azərbaycanda bu yeni yaranan törəmə qrup necə təmsil olunacaq?

- Yeni yaranan qrup Azərbaycanda "Siemens Gas and Power GmbH & Co. KG" filialı ilə təmsil olunacaq və qeyd etdiyim kimi enerji istehsalı, ötürülməsi, YG ava-danlıqları və bu sahəni əhatə edən istiqamətləri təmsil edəcək.

- Qalan sahələrin Azərbaycanda hansı formatda təmsil olunması gözlənilir?

- Qalan sahələr artıq "Siemens" SC Avstriyanın Azər-baycandakı nümayəndəliyi tərəfindən təmsil olunur.

Yeni nəsil SIPROTEC-5 releləri ilə layihələndirilmiş və komplektləşdirilmiş 220/110/10kV "Xırdalan" YS SION-L tipli yük açarları

16 AZƏRBAYCAN İŞIQLARI

Page 19: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

"Bibi Heybət" elektrik stansiyası

“Siemens”-in Azərbaycandakı nümayəndəsi:

“Azərenerji” ASC“Reabilitasiya Proqramı”nı

dinamik və uğurlu şəkildə həyata keçirir

Bu nümayəndəlik Ağıllı İnfrastruktur Texnologiyalarını (Smart Infrastructure) və Rəqəmsal Sənaye (Digital Industry) bölməsini təmsil edir. Ağıllı İnfrastruktur Tex-nologiyaları öz növbəsində şəbəkələrdə mühafizə və idarəetmə sistemləri, SCADA, orta və aşağı gərginlik avadanlıqları və bina avtomatikasını əhatə edir.

- Azərbaycanda həyata keçirilən hal-hazırki layi- hələrinizdə bu dəyişikliklər öz əksini necə tapacaq?

- Dəyişikliklər modifikasiya xarakteri daşıyır və daxili strukturları müxtəlif "Siemens" şirkətlərinə bölür. Məlum olduğu kimi, "Azərenerji" ASC tərəfindən 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı” dinamik və uğurlu şəkildə həyata keçirilir. Bu proqram çərçivəsində "Siemens" şirkəti "Qobu" yarımstansiyasında quraşdırıl-ması nəzərdə tutulan 4 ədəd 250MVA transformatorların tədarükü üçün sifariş alıb. Bu sifariş "Siemens Energy Gas and Power" bölməsinə aiddir. Yenidən qurulan "Abşeron" yarımstansiyasının YG avadanlıqları da bu bölmə tərəfindən təchiz olunur.

“Reabilitasiya Proqramı” çərçivəsində 220/110kV-luq "Xırdalan" APQ-nin yenidən qurulmasında mühafizə və idarəetmə sistemlərinin, eləcə də, avtomatlaşdırılmış yerli idarə etmə (mini SCADA) isə "Siemens Avstriya" SC tərəfindən həyata keçirilir. Bu layihədə "Siemens Avstriya" SC “Ağıllı İnfrastruktur” şöbəsinin Rəqəmsal Şəbəkələr bölməsi fəaliyətdədir.

- Yuxarıda qeyd olunan layihərdə sifarişçi "Azərenerji" ASC-dir. “Azərişıq” ASC ilə də hal-hazırda hansısa layıhələrdə "Siemens" şirkətinin iştirakı varmı?

- "Siemens" şirkəti 2010-cu ildə Mərkəzi Dispetçer İdarəsi üçün Spectrum PowerCC bazasında “Azərişıq” üçün SCADA sistemini quraşdırmışdır. Bu sistemin 10 il müddətində uğurlu istismarından sonra və şəbəkənin genişlənməsini nəzərə alaraq, "Siemens" yeni nəsil Spectrum Power 7 üzərində qurulmuş SCADA sistemi üçün öz təklifini təqdim etmiş və 2020-ci ilin mart ayında sistemin yeniləşdirilməsi üçün sifariş almışdır. Bununla uğurlu əməkdaşlığın davamında yeni səhifə açılmışdır.

525MVt "Sumgayıt" buxar qaz tiplielektrik stansiyası

AZƏRBAYCAN İŞIQLARI 17

Page 20: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

“Son zamanlar bəzi çoxmənzilli binalarda və böyük obyekt-lərdə baş verən yanğın hadisələri bir daha göstərir ki, bəzi sahibkarlar tərəfindən təhlükəsizlik texnikası, elektrik qurğu-larının quraşdırılması və elektrik enerjisindən istifadə qayda-larına dair müvafiq qanunvericiliyin tələblərinə əməl edilmir, nəticədə vətəndaşlara çox ciddi maddi və mənəvi ziyan dəyir. Təəssüflər olsun ki, hələ də obyektlər və çoxmənzilli binalar bir çox hallarda elektrotexniki normalara əməl olunmadan inşa edilir.

Baş verən yanğınların səbəbləri araşdırılarkən müəyyən olunur ki, tikinti obyektləri, binalar, evlər inşa edilərkən ener-ji təsərrüfatına aid olan işlər texniki normalara və qaydalara uyğun aparılmır. Bir çox hallarda elektrik naqilləri və avadan-lıqların qeyri-peşəkar quraşdırıldığından, eyni zamanda onlara istismar qaydalarına uyğun qulluq göstərilmədiyindən qeyd olunan bədbəxt hadisələr baş verir.

Abonentləri bu hadisələrdən qorumaq məqsədi ilə “Azərişıq” ASC tərəfindən texniki qaydalara əməl etməyən obyekt sahiblərinə, çoxmənzilli bina inşa edən sahibkarlara mütəmadi olaraq xəbərdarlıqlar olunmasına baxmayaraq, qeyd olunan nöqsanlar hələ də aradan qaldırılmayıb. Ona görə də “Azərişıq” ASC enerji təchizatı sistemində problemi olan şirkətlərin siyahısının yaxın günlərdə ictimaiyyətə təqdim olun-

masını nəzərdə tutur. Qaydalar tələb edir ki, inşa edilən çoxmənzilli binalar-

da yaşayan sakinləri və obyektləri keyfiyyətli, dayanıqlı və təhlükəsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə enerji təchizatı müəssisəsi ilə sahibkar arasında enerjinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzillər enerji ilə təmin olu-na bilər. Bəzi sahibkarlar əksər hallarda qanunun tələblərini yerinə yetirmir və məsuliyyətdən boyun qaçırmaq üçün isteh-lakçıları “Azərişıq” ASC ilə üz-üzə qoymağa çalışırlar.

Bir daha vətəndaşlarımızın nəzərinə çatdırmaq istəyirik ki, “Azərişıq” ASC-nin rəsmi saytında yaradılmış xüsusi bölmədən istifadə edərək yeni tikililərdən obyekt və ya mənzil alarkən gələcəkdə elektrik enerjisi təchizatında problemlərin yaran-maması üçün binanın texniki sənədlərinin düzgünlüyü və kom-munal təminatının vəziyyəti haqqında məlumat əldə etsinlər. Eləcə də tikinti aparan təşkilat bu sistemin yaradılması zamanı normativ sənədlərin tələblərinin icrası və bu günə qədər inşa etdikləri binalarda elektrik quraşdırma işləri yerinə yetirilən zaman binanın və yaşayacaq sakinlərin təhlükəsizliyinin təmin olunmasında gördüyü işlərin keyfiyyəti barədə məlumatlarla öncədən tanış olsunlar”.

“Azərişıq” ASC-nin vətəndaşlara müraciəti Enerji təchizatı sistemində problemi olan şirkətlərin siyahısı ictimaiyyətə təqdim oluna bilər.

18 AZƏRBAYCAN İŞIQLARI

Page 21: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Pandemiya dövründə ölkədə enerji təchizatı yüzfaiz təmin olunub və olunacaq

24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, ötürülməsini və paylanmasını dayandırmayan “Azərener-ji” ASC və "Azərişıq" ASC-lər tabeliklərindəki müəssisələr və şəbəkələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanılqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.

Bu səbəbdəndir ki, pandemiya elan edilən gündən bəri, istər qaydalar yumşaldılanda, istərsə də sərt karan-

tin elan olunan günlərdə elektrik stansiyalarında, sistem əhəmiyyətli yarımstansiya və yüksəkgərginlikli elektrik xətlərində və bununla da enerji təchizatında heç bir prob-lem yaranmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qayda-larına uyğun olaraq sərt karantin günlərində də işləməsi vacib sayılan qurum olaraq “Azərenerji”nin əksər əmək-daşları iş başında olublar. Üstəlik bu müddət ərzində pan-demiyanın hökm sürdüyü qonşu ölkələrə də enerji ixracı lazımi səviyyədə həyata keçirilib.

AZƏRBAYCAN İŞIQLARI 19

Page 22: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Alim Asəf Hüseynovun sözlərinə görə, 1933-cü ildə Elmlər Akademiyasının Zaqafqaziya fi lialının nəzdində Energetika bölməsi yaradılıb. O vaxt bu bölmənin elmi istiqamətinə bərpa olunan enerji mənbələrinin potensia- lının tədqiqi, elektrik stansiyalarının tikintisində Azərbay-canın su resurslarının istifadəsi, həmçinin inkişaf edən enerjisistemdə elektrik verilişi xətlərinin və elektrik stan-siyalarının tikintisi daxil idi. Bu bölmənin ilk rəhbərləri o zamanın Pokrovsi, Yesman, Yelyaşeviç və Melikov kimi alimləri olublar.

- Bəs nəyə görə institutun yaranma tarixi 1941-ci ildən götürülür?

- Əldə olunmuş nəticələrdən sonra 1941-ci il yanvarın 1-dən bu bölmə SSRİ Elmlər Akademiyasının nəzdində Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutuna çevril-di. Burada elmi mövzular inkişaf etməyə başladı. Elmi

mövzular ümumi energetika, istilik-texniki balansın öyrənilməsi, elektrik verilişi xətləri və onların ildırımdan mühafi zəsini əhatə edirdi. 1963-cü ilə kimi, institutda Böyük Vətən müharibəsi zamanı zəruri olan elmi–təd-qiqat işləri aparılırdı. 1963-cü ildən başlayan növbəti mərhələdə institutumuz SSRİ Energetika Nazirliyi tərki- binə verildi və İ.Q.Yesman adına Azərbaycan Elmi-Təd-qiqat Energetika İnstitutu adlandırıldı. Belə demək olar ki, 1963-cü ildən 1990-cı ilə kimi institut SSRİ Energetika Nazirliyinin strukturunda akademik institut kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində institutun əməkdaşları müəyyən istiqamətlər üzrə çox böyük işlər görmüşdülər. İnstitutumuzda Energetika Nazirliyinin, Elm üzrə Dövlət Komitəsinin, SSRİ Dövlət Planlaşdırma Komitəsinin 15-ə yaxın elmi-texniki proqramları işlənmişdir. Növbəti məhələdə, yəni 1980-1990-cı illər ərzində institutun möv-

2021-ci ildə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu”nun (AETLAEİ) yaradılmasının 80 ili tamam olur. 1960-cı ildən institutda müxtəlif vəzifələrdə çalışan texnika elmləri doktoru, professor, Asəf Mustafa oğlu Hüseynov ilə söhbətimiz də məhz AETLAEİ ilə bağlı oldu.

İnkişaf edən enerjisistemimiz üçün mühüm əhəmiyyət daşıyan elm ocağı

2021-ci ildə “Azərbaycan 2021-ci ildə “Azərbaycan

20 AZƏRBAYCAN İŞIQLARI

Page 23: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

zularında Azərbaycanın yanacaq-energetika balansının, enerjisistemin inkişafı, sistemlərarası əlaqənin inkişafı, respublika enerjisisteminin güc balansının inkişafı, xü-susilə də Azərbaycan enerjisisteminin dayanıqlığı və eti-barlılığı məsələlərinə diqqət yetirilmişdir. Bütün bu işlər SSRİ-nin digər enerjisistemləri ilə, həmcinin beynəlxalq elmi-texniki təşkilatlar ilə əlaqəli aparılırdı. İnstitutda, həmçinin istilik texnikası istiqamətində eksperimental işlər aparılırdı, hətta təcrübə bazası yaradılmışdır. Belə eksperimental işlər Vyetnamda, Kubada da aparılmışdır.

- İşlədiyiniz illərdə institutun digər ölkələrin sahə İnstitutları ilə əməkdaşlığı və elmi potensialı barəsində nə deyə bilərsiz?

- İnstitut öz işlərini İranda, Türkiyədə, Çexiyada, Ame- rika Birləşmiş Ştatlarında təqdim etmişdir. Demək istə-yirəm ki, institutun inkişafında akademik Azad Əli oğlu Əfəndizadə, akademik Çingiz Mehdi oğlu Cuvarlı, 1980-ci ilə kimi institutun direktoru, Akademiyanın müxbir üzvü Əlizadə Əlisəməd Abdul oğlu, Akademiyanın müxbir üzvü Hüseynov Firudin Həmzə oğlunun böyük rolu olmuşdur. Onlar 1990-cı ildən başlayaraq müvəffəqiyyətlə müstəqil fəaliyyət göstərən institutun təməlini qoymuşlar. İnsti-tutun elmi istiqamətləri dəyişməmişdir, amma bu is-

tiqamətlər xarici elmi təşkilatlarla əlaqələr sayəsində daha da genişlənmişdir. 80-cı illərdə adlarını çəkdiyim alimlər institutumuzun inkişaf təməlini qoymuşlar. Bu həm də onun nəticəsidir ki, institutda uzun illər doktor-luq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə İx-tisaslaşdırılmış Şura fəaliyyət göstərib. Bu illər ərzində institutumuzda 60-dan çox namizədlik və 13 doktorluq dissertasiyası müdafiə olunmuşdur. Bu, institutun çox yüksək potensialının göstəricisidir.

- Bizim bu gün də Moskva Energetika İnstitutu, Moskva Enerjişəbəkəlayihə və digər xarici təşkilat-larala əlaqələrimiz mövcuddur. Bizim konfranslarda iştirakımızla bağlı çox böyük siyahımız var. Hələ 70-ci illərdə Avropanın bir sıra dövlətlərində, həmçinin indi-yə kimi, hər il Rusiyanın İrkutsk şəhərində enerjisiste-min etibarlılığı istiqamətində keçirilən konfranslarda alimlərimiz iştirak edirlər.

- Bu gün də institutumuzda kadrların hazırlığı prosesi və əsasən enerjisistemin intellektuallaşdırılması və re-jimlərin idarəolunması üzrə mövzuların inkişafı davam etdirilir. Bu bizim inkişaf edən enerjisistemimiz üçün çox mühüm əhəmiyyət kəsb edir.

Page 24: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Dünya bankının hesablamalarına əsasən XX əsr ərzində dünyada sənaye istehsalının həcmi 50 dəfə artıb, əhalinin sayı isə 7 milyardı ötüb. Proqnozlara görə, XXI əsrin ortalarına əhali sayı 10 milyard nəfər olacaq. Əgər sənaye və əhali artımının hazırkı artım tempi dəyişməzsə, yaxın gələcəkdə planetin təminetmə imkanları məhdudlaşacaq.

Təbii ki, ekoloji problemin kəmiyyətcə dəyişməsi onun sosial əhəmiyyətinin artmasına səbəb olur. Əgər insanın ətraf mühitə mənfi təsiri əvvəllər təbiətin ayrı–ayrı obyektlərinə təsir göstərirdisə, müasir şəraitdə insan özü bu mənfi təsirləri hiss edir, onun sağlamlığı və həyatı təhlükəyə məruz qalır. Hazırda biosferin özünü bərpaetmə mexanizmi öz imkanlarının mak-simal həddində işləyir.

Dünyada ekoloji problemin kəskinləşməsinin əsas səbəbləri nəqliyyat, energetika, neft istehsalı və emalı səna- yesi, metallurgiya, maşınqayırma, qaz sənayesi və başqaları tə- rəfindən ətraf mühitin çirkləndirilməsidir. Sənaye sahələri ara- sındakı çirkliliyə görə birinci yeri metallurgiya sənayesi (34 %), sonrakı yerləri müvafiq olaraq energetika sahəsi (27 %) və qaz sənayesi (7 %) tutur.

Antropoloji faktorların neqativ təsiri nəticəsində, ətraf mühitin çirklənməsi istiləşməyə səbəb olub. Əsas təhlükə at-mosferdə və digər texnogen qazların artmasıdır. Atmosferdə karbon dioksid qazının (CO2) miqdarı 1880-ci ildə 0,029 % ol-duğu halda, hazırda 0,03456 %-ə çatıb. CO2-nin qlobal emissi-yası 1990-cı ildən bəri, təxminən 50 faiz artıb. Karbon dioksid qazının atmosferdə normadan çox artması "istixana effekti" ilə nəticələnə bilər. Bu isə yer ilə kosmos arasındakı istilik müba-diləsi prosesinin pozulmasına gətirib çıxarar. İstilik effektinin

əmələ gəlməsində digər amillərlə yanaşı, sənaye müəs-sisələrinin ətraf mühitə buraxdığı tullantılar xüsusi əhəmiyyət daşıyır.

Qlobal istiləşmə təbii bir hadisə deyil və bəşəriyyətin fəaliy- yəti ilə əlaqəlidir. Sənayeləşmə prosesi inkişaf etməkdə olan ölkələrin artan enerji tələbatını ödəmək üçün istər-istəməz qlobal istiləşməyə səbəb olur.

İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələr 2015-ci ildə Paris Sazişini qəbul etdilər. Müqavilədə bütün ölkələr qlobal temperaturun artım səviyyəsinin 2 dərəcə selsini keçməməsini təmin etmək və ciddi riskləri nəzərə alaraq, bu göstəricinin 1,5 dərəcə selsidən aşağı olması üçün tədbirlər görmək barədə razılığa gəldilər.

Beynəlxalq ekspertlər qeyd edirlər ki, 2050-ci illərdə yer səthinin atmosferin temperaturu 20 C-dən artıq olacaq. Ona görə hesab edirlər ki, dünya miqyasında atmosferə atılan CO2 qazının miqdarı 60% azaldılmalıdır ki, temperaturun artması baş verməsin.

Qeyd etdiyimiz kimi, sənaye sahələri arasındakı çirkliliyə görə energetika sahəsi 27 % təşkil edir. Elektroenergetikada karbon dioksid qazının (CO2) əmələ gəlməsinin əsas səbəbi istilik elektrik stansiyalarında (İES) yanacağın yandırılmasıdır. Buna görə də hal-hazırda praktiki olaraq istilik elektrik stan-siyalarında atmosferə atılan CO2-nin azaldılması məqsədilə mümkün qədər tərkibində karbon qazı az olan yanacaqlar-dan, bərpa olunan enerji mənbələrdən istifadə etmək, enerjiyə qənaət etmək, stansiyaların faydalı iş əmsalını daha da artır-maq üçün texniki və texnoloji tədbirlər görmək.

Birinci tələbi ödəmək məqsədilə istilik stansiyalarında yal-

Sənayenin iqlim dəyişikliyinə təsiri, fəsadları və çıxış yollarıRüfət Kəlbəliyev“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC Enerjisistemin ekoloji problemləri şöbəsinin rəisi

22 AZƏRBAYCAN İŞIQLARI

Page 25: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

nız qaz yanacağından istifadə etmək tələb olunur. Çünki tərkibi əsas etibarilə metan qazdan ibarət olduğu üçün hər kilovat saat elektrik enerji hasilində atmosferə atılan CO2-nin miqdarı azlıq təşkil edir. Bu baxımdan respublikamızın enerjisiste-mində qaz yanacağından istifadə etdiyi bu məsələ həll olunub.

İkinci təklif ən perspektiv istiqamətdir, bərpa olunan ener- ji mənbələrindən istifadə etməklə əsas elektrik enerjisi hasil edən mənbələrdən CO2-nin atmosferə atılan miqdarının kəskin azalması üçün əsas istiqamət ola bilər.

Digər CO2-ni azaltmaq üsullarından əlverişlisi istilik elek-trik stansiyasının faydalı iş əmsalının artırılmasıdır. İES-də buxar-qaz qurğularını tətbiq etməklə faydalı iş əmsalını daha da artırmaq mümkündür. Bu üsulla atmosferə atılan CO2-nin miqdarını 25-30% azaltmaq mümkündür.

Hal-hazırda respublikamızın enerjisisteminin atmosferə atılan CO2 qazı barəsində praktiki problemi yoxdur və tələb olunan normaya cavab verir. Amma buna baxmayaraq iqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrini əhatə edir və iqlim dəyişikliyi ölkələrin iqtisadiyyatına zərbə vurur, insanların

həyatına təsir edir. Belə ki, genişmiqyaslı iqlim anomaliyası- nın bütün Şimal yarımkürəsini əhatə etməsi Atlantik-Avropa sektorunda antisiklonik hava rejimi qurulmasına səbəb olub və bunun nəticəsində son illərdə yağışların kəskin azalmasına, çaylarda və Xəzər dənizində suyun səviyyəsinin əhəmiyyətli dərəcədə enməsinə gətirib çıxardıb. Bunu da iqlim dəyişikli- yinin nəticəsi kimi göstərmək olar.

Page 26: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Elektoenergetika sektoru praktiki olaraq bütün sahələrin inkişafını təmin edən, respublikamızın yüksəlişinin ana xəttini təşkil edən ən vacib strateji sahədir. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində müstəqil dövlətimiz digər sahələrdə olduğu kimi, enerji təminatı sahəsində də dünyada qabaqcıl sıralardadır.

Respublikamızın inkişaf planlarına uyğun enerji tələbatını, enerjisistemin inkişafını təmin etmək üçün “Azərenerji” ASC-nin yeni rəhbərliyi qarşısında geniş miqyaslı yenidənqurma və əsaslı tikinti işlərinin reallaşması üçün mühüm tələblər qoyulub. Hazırda enerjisistemin bütün müəssisələrində tikinti, yenidən-qurma, abadlıq işləri müvəffəqiyyətlə həyata keçirilir. Praktiki olaraq istismar müddətini başa vurmuş “Azərbaycan” İES müa-sir səviyyədə qurularaq yenidən bərpa edilib. “Azərbaycan” İES ilə yanaşı, enerji sistemin bütün müəssisələrində yenidənqurma tədbirləri davam etdirilir, enerjisistemin dayanıqlı və faydalı işi təmin olunur. “Azərenerji” ASC-nin yeni rəhbərliyi kadr hazırlığını həmişə diqqət mərkəzində saxlayır, enerji müəssisələrində gənc, perspektivli kadrlara xüsusi qayğı göstərilir. Həmçinin yeni təmir olunmuş “Azərenerji” ASC-nin yenidən qurulan Baş İdarəetmə, elm, tədris və laboratoriya kompleksində ixtisasartırma kursları fəaliyyət göstərir, Azərbaycan dilində ədəbiyyatlarla təmin olun-muş müasir tədris mərkəzi yaradılır.

Son zamanlar bəzi mütəxəssislər istilik energetikası dövrünün bitdiyini, alternativ enerji mənbələrin rolunu xüsusi qeyd edirlər. Doğrudur, son illər respublikamızda alternativ ener- ji mənbələri üzrə böyük miqdarda işlər aparılır və biz bu işləri dəstəkləməliyik. Bununla yanaşı, nəzərə almalıyıq ki, hələ yaxın dövrlərdə, ən azı 50 ildən çox respublikamızda elektrik enerjisi təminatında İES-lərə əsas mənbə kimi baxılmalıdır. Azərbay-canda hasil olunan elektrik enerjisinin təxminən 90 faizə qədəri

istilik elektrik stansiyalarında istehsal olunur. Yaxın gələcəkdə inkişaf planlarının həyata keçirilməsi ilə əlaqədar elektrik ener-jisinə tələbat nəzərəçarpacaq dərəcədə artacaq. Həmçinin qonşu ölkələrə elektrik enerjisinin ixracı məqsədəuyğun olduğu üçün yeni istilik elektrik stansiyaların tikilməsi tələb olunacaq.

Energetika sektorunda işin etibarlı və səmərəli təşkilində təhsil müəssisələrinin müstəsna əhəmiyyəti var. Qeyd edim ki, keçən il Təhsil Nazirliyi tərəfindən ixtisasların birləşdirilməsi barədə Nazirlər Kabinetinə təkliflər verilib və bu təkliflər təsdiqi-ni tapıb. Təhsil Nazirliyinin təqdim etdiyi variantda “elektrik” və “istilik energetikası” ixtisasları birləşdirilərək “energetika” ixtisası adlandırılıb, hər iki ixtisas üçün eyni tədris planı təklif olunub. İxtisasların birləşdirilməsi zamanı ilk növbədə ixtisasların spe-sifik uyğunluğu, strateji sahələrdə kadr hazırlığının keyfiyyətinə təsiri və bu məsələlər sahələr üzrə təcrübəli mütəxəssislərlə müzakirə edilməli idi. Hesab edirəm ki, bu ixtisasları birləşdirmək düzgün deyil. Nəticədə istilik energetikası sahəsində hazırlanan kadrların bilik səviyyəsi daha da aşağı düşəcək. Ona görə də Ener- ge-tika Nazirliyi bu işə müdaxilə etməli, uzun illər olduğu kimi, “is-tilik energetikası” ixtisası ayrıca saxlanılmalıdır. Həmçinin Ener- getika kollecində ixtisas fənləri əvvəllər olduğu kimi, Azərbaycan Dövlət Neª və Sənaye Universitetinin tanınmış müəllimləri tərəfindən tədris olunmalıdır. Əgər energetika sahəsində keyfiy- yətli kadrların hazırlanmasını istəyiriksə, respublikamızın təhsil müəssisələrində energetika sahəsi üzrə hazırlanan kadrların səviyyəsi bu strukturun tələblərinə cavab verməlidir.

Ən azı 50 il ölkəmizin enerji təminatında İES-lərə əsas mənbə kimi baxılmalıdır

Kamal AbdullayevTexnika elmləri doktoru, əməkdar elm xadimi, Prezident təqaüdçüsü

24 AZƏRBAYCAN İŞIQLARI

Page 27: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Enerji təchizatı obyektlərinin tikintisi, bərpası, təmiri və istismarı zamanı sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması (SƏTƏM) prinsipləri prioritet təşkil edir. Xü-susilə, son dövrlərdə tikilən və yenidən qurulan obyektlərdə işə cəlb olunan minlərlə işçinin SƏTƏM qaydaları tələblərinə əməl etməsi ciddi nəzarət altında olub.

İşlərə başlanmazdan qabaq ərazinin müvafi q briqadir və əməyin təhlükəsizliyi əməkdaşları tərəfi ndən monitorinq, risk-lərin qiymətləndirilməsi aparılıb və yalnız bundan sonra işə icazənin verilməsi kompleks şəklində tətbiq olunub və olun-maqdadır.

“Altnap” MMC-nin rəhbəri Azad Yahyazadənin sözlərinə

görə layihələrdə iştirak edən podradçı şirkətlərin müntəzəm olaraq toplantısı keçirilir və görüləcək işlərlə bağlı potensial təhlükələr, onların qarşısının alınması yolları müzakirə edi-lir: “Təkcə Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stan-siyasının yenidənqurma tikinti-bərpa işlərinə cəlb edilmiş 1500-dən çox işçiyə tərəfi mizdən təlim keçirilib, 2500-dən çox təhlükəli şərait və hərəkət təsbit edilib və beynəlxalq SƏTƏM qaydalarına uyğunlaşdırılaraq təhlükəsiz vəziyyətə gətirilib”. Azad Yahyazadə onu da bildirib ki, SƏTƏM siyasəti çərçivəsində koronavirusla mübarizə də ciddi nəzarət altında olub. “İşçilər gündəlik əsasda işə gələrkən yoxlanılır, ərazilər mütəmadi dezinfeksiya edilir, gigiyenik tədbirlər görülür”.

Tikinti və yenidənqurma aparılarkən sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin qorunması başlıca şərtdir

AZƏRBAYCAN İŞIQLARI 25

Page 28: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Çin 2035-ci ilə qədər 200 MVt gücündə kosmik günəş elektrik stansiyası tikməyi planlaşdırır. Bu barədə Çin Kosmik Texnologiyalar Akademiyasından açıqlama veri-lib. Kosmik Günəş Elektrik Stansiyası bütün fəsillərdə planetə düşməyən günəş enerjisini çəkəcəkdir. Bu ener-ji mikrodalğalı və ya lazer radiasiyasına çevrilir, istehlakı üçün naqilsiz olaraq Yer səthinə ötürülür. "Biz beynəlxalq əməkdaşlığı gücləndirməyə, bəşəriyyətə elmi, texnoloji nailiyyətlər bəxş etməyə ümid edirik. Əsas məqsədimiz isə dünyanın məhdudiyyətsiz təmiz enerji xəyalını tez həyata keçirə bilməsinə yönəlib," – deyə şirkət rəsmiləri bəyan edirlər. Çinin güclü naqilsiz enerji ötürülməsini və ətraf mühitə təsirini öyrənmək üçün Çunçin şəhərinin Bişan rayonunda sınaq bazası qurur. Layihə üçün plan-laşdırılan investisiyanın miqdarı 28,4 milyon dollardır.

Çin kosmik GES inşa etməyi planlaşdırır

26 AZƏRBAYCAN İŞIQLARI

Page 29: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Beynəlxalq Enerji Agentliyi bəşəriyyətin iqlim fəlakətindən çəkinməsini, istixana qazlarının əvvəlki səviyyəsinə qayıtmasının qarşısını almagın vacib oldu- ğunu açıqlayıb. Agentliyin məlumatına görə, yaxın bir neçə ay ərzində dünyanın müxtəlif ölkələri koronavirus pandemiyasının yaratdığı böhrandan xilas olmaq üçün doqquz trilyon dollara qədər vəsait xərcləməyi plan-laşdırır. Bu, yaxın üç il ərzində iqtisadiyyatın inkişafına əsasən müəyyənləşdiriləcək. Bu zaman tullantıların kəskin və daim azaldılması üçün tədbirlər görülməlidir. Əks təqdirdə, 2015-ci il Paris Sazişinin hədəfl əri əlçat-maz olacaq. Mütəxəssisin fi krincə, bu sahədə ciddi ad-dımlar atılmasa son şans altı aydan sonra əldən çıxacaq.

Paris Sazişi 12 dekabr 2015-ci il tarixdə Parisdə keçirilən UNFCCC üzvlərinin (BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası) 21-ci konfransın-da 196 üzv tərəfi ndən qəbul edilib. Bu razılaşmada bütün ölkələr qlobal istiliyin artmasının 2 dərəcədən daha az olmasını təmin etməyi öhdələrinə götürür və mövcud risklərin ciddiliyini nəzərə alaraq temperaturun 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasına çalışdığına söz verib. Bunun üçün qaz yanacaqlarının yandırıl-ması səbəbindən karbon qazının tullantılarını ildə 7.6 faiz azaltmaq lazımdır. Lakin bu günə qədər ciddi bir tədbir görülməyib.

Mütəxəssislərin hesablamalarına görə, karbon qazı tullantıları ötən ilə nisbətən orta hesabla 17 faiz azalsa da o vaxt-dan bəri yenidən beş faiz artım tempi ilə çoxalıb.

Beynəlxalq aləmin iqlim fəlakətinin qarşısını almaq üçün son şansıDünyanın müxtəlif ölkələri koronavirus pandemiyasının yaratdığı böhrandan xilas olmaq üçün doqquz trilyon dollara qədər vəsait xərcləməyi planlaşdırır

AZƏRBAYCAN İŞIQLARI 27

Page 30: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Qlobal fotoelektrik energetikası bazarının bu il 142 GW artacağı gözlənilir ki, bu da 2019-cu ilə nisbətən 14% çoxdur. Müqayisə üçün deyək ki, son onilliyin əv-vəlində dünyada PV qurğularının ümumi gücü cəmi 20 GW idi. Bundan əlavə 2010-cu ildə quraşdırılmış və gücü 1 GW-dan çox olan 7 ölkə var idisə, 2020-ci ilin sonuna qədər 43 ölkənin bu səviyyəyə çatacağı gözlənilir.

Yaxın gələcəkdə Çin dünyanın ən böyük günəş enerjisi bazarı olaraq qalacaq. Bununla birlikdə, IHS Markitə görə, Çinin üstünlüyü azalmaqda davam edir. 2017-ci ildəki ən yüksək hədd ilə müqayisədə, 50 GW-dan çox gücün quraşdırıldığı təqdirdə, 2020-ci ildə artım daha az əhəmiy- yət kəsb edəcəkdir. Ölkə günəş enerjisi olmayan maliy-yələşdirmə siyasətinə keçmək mərhələsindədir. Bundan

əlavə gələcəkdə günəş enerjisi digər elektrik mənbələri ilə daha sərt rəqabət aparmalı olacaq.

ABŞ-ın günəş enerjisi bazarı bu il 20% genişlənərək ikinci yerdə mövqeyini möhkəmləndirəcək. Növbəti beş il ərzində Avropadakı PV qurğularında istehsalın 24 GW-dən çox artacağı proqnozlaşdırılır ki, bu da 2019-cu illə müqayisədə 5% çoxdur.

Tədqiqat göstərir ki, 2020-ci ildə tələb liderləri İspan-iya, Almaniya, Hollandiya, Fransa, İtaliya və Ukrayna ola-caqdır. Hindistandakı günəş enerjisi bazarının 2020-ci ildə 14 GW-dən çox artacağı gözlənilir. Modullar üçün aşağı qiymətlər və böyük bir layihə axını, günəş batareyaları və modulları ilə bağlı siyasət və vəzifələrin qeyri-müəyyən-liyindən sonra artımı stimullaşdıracaq.

Dünyada günəş elektrik stansiyalarının gücü artırılacaq

Page 31: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Qərb mühəndisləri su damlalarından elektrik enerji-si almaq üçün unikal texnologiya təklif ediblər. Yeni növ texnologiya vasitəsilə ərsəyə gələcək elektrik enerjisi ilk olaraq 17 belə prototip mobil telefonu qidalandira bilər. Beləliklə, yaxın gələcəkdə mobil cihazları elektrik enerjisi çəkilməyən böyük səhrada da yükləmək olar.

Təklif olunan yeni cihaz, keçirici protein nanonaqilli pnevmatik generatordur. Su, qurğunun yuxarı tərəfi ndə kondensasiya edilir və zülallarla reaksiyaya girərək doldurulmuş ionlara parçalanır və bu zaman şarjlar yığılaraq potensial fərq yaradır və iki lövhəcik arasındakı sərbəst elektronların - yəni elektrik cərəyanının istiqa-mətli hərəkətinə səbəb olur.

Prosesin fasiləsizliyi üzvi maddələrin oksidləşməsi və istifadəsi üçün elektrik enerjisindən istifadə edən və pro-tein molekullarından keçirici nanosaplar istehsal edən torpaq bakteriyası (Geobacter) tərəfi ndən təmin edilir.

Yeni texnologiya ekoloji cəhətdən təmiz, bərpa olu-

nan və ucuzdur. Tədqiqatçı ların fi krincə, bu cihazın vasitəsi ilə havanın rütubətinin az olduğu yerlərdə də elektrik enerjisi alına bilər. Hava genləri günəşin, suyun və ya küləyin enerjisini tələb et-mir və hətta daxili səthlər şəraitin-də də təsirli ola bilər.

Alimlər bu yeniliyin bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük əhəmiyyət daşıya biləcəyinə inanırlar. Divarlara air-gen prinsipi üzrə hazırlanan boyanın hop-durulması ilə evi ənənəvi istilik mənbələrindən istifadə etmədən də istiləşdirmək mümkündür. Bu təcrübə iqli- min idarə edilməsi və təbabətdə də faydalı ola bilər.

Su damlalarından elektrik enerjisi almaq üçün unikal texnologiya

AZƏRBAYCAN İŞIQLARI 29

Page 32: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Ukraynanın “Çernobıl” Atom Elektrik Stansiyasında baş vermiş qəza barədə arxiv sənədlərinin üzərindən məxfi lik qadağası götürülüb. Açılan sənədlərdə qeyd olu-nur ki, stansiyada 1986-cı ilin aprelinə qədər də müəyyən qəzalar baş verib, lakin bunlar ictimaiyyətə açıqlanmayıb. 1971-1981-ci illər arasında stansiyada ümumilikdə

29 qəza hadisəsi baş verib ki, bu hadisələrdən səkkizinə şəxsi heyətin səhvləri səbəb olub.

Sənədlər arasında, həmçinin, qəza baş verən 26 aprel gecəsinə dair telefon danışıqlarının səsyazmaları, baş verənlər haqqında ilk məlumat, araşdırmanın başladıl-ması və digər bu kimi məsələlərə dair qərar var.

“Çernobıl” faciəsi ilə bağlı yeni faktlar

Page 33: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Elektrik enerjisinin alınma payı bu gün daha çox təbii qazın və suyun üzərinə düşür. Lakin bununla kifayətlən-məyən bəzi ölkələr özlərinin ambisiyalarından geri çəkilmək niyyətində deyillər. Mütəxəssislərin fi krincə, yaxın gələcəkdə dünya yeni enerji reallıqlarının şahidi olacaq ki, bu reallıqlar bəşəriyyət üçün həddindən artıq təhlükə yaradacaq. Alimlərin fi krincə, yer üzərindəki can-lıları ölüm faktorundan qorumaq üçün beynəlxalq aləm bu sahədə üstünlüyü daha çox alternativ enerji mən-bələrinin yaradılmasına verməlidir. Lakin bəzi dövlətlər bu istiqamətdəki təşəbbüsə qoşulmaq əvəzinə, əksinə öz çirkin əməllərini reallaşdırmağı daha üstün tuturlar.

Bəşəriyyətin ölüm mənbəyinə çevrildiyi bir məqam-da Ermənistan regionda yeni nüvə enerjisi yaratmağı planlaşdırır. Yeni AES tikmək üçün tender keçirmək niy- yətində olan Ermənistan hazırda dünya üzrə özünü nüvə elektrik enerjisi ilə təmin edən yeddinci ölkə sırasındadır. Belə ki, bu gün istismarda olan "Metsamor" AES Ermənis- tanın enerji tələbatının 43,5 %-ni təmin edir. Hətta bir neçə dünya ölkələri özünü nüvə enerjisilə təmin etməkdə belə Ermənistandan geridə qalır.

Lakin unutmaq olmaz ki, əgər bu gün Cənubi Qafqaz regionunda o cümlədən dünyada iqtisadi prosesləri neft və qaz hərəkətə gətirirsə, gələcəkdə bunun yerini uran ehtiyatları tuta bilər. Onu da yaddan çıxarmaq olmaz ki, ermənilər "Çernobıl" AES-in oxşarı olan "Metsamor" AES-in istismar müddətini başa vurmasına baxmayaraq hələ də bu stansiyanı bağlamaq niyyətində deyillər. Baxma-yaraq ki, mütəxəssislərin rəyinə görə, "Çernobıl" AES-də baş verən qəzanın Ermənistanda da nə vaxtsa təkrarlan-mayacağına heç bir zəmanət yoxdur.

Buna baxmayaraq hazırda erməni hökuməti "Met-samor" AES-in yaxınlığında gücü 1000 MVt olan yeni atom enerji bloku tikməyi planlaşdırır.

Regionda yeni nüvə enerjisi təhlükəsi

AZƏRBAYCAN İŞIQLARI 31

Page 34: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

Norveçin “Equator Aircraª” şirkəti elektrik yarış təy-yarəsi hazırlamağa başlayıb. Şirkət 2021-ci ildə plan-laşdırılan ilk elektrik təyyarələri yarışında iştirak et-mək niyyətindədir. Bu vaxtadək dünyada belə yarış keçirilməyib. İlk sınaq uçuşları bu ilin sonuna nəzərdə tutulub. İlk rəsmi yarışların isə bir il sonra keçirilmə-si planlaşdırılır. Yarışlarda 400 km/saat sürətlə 1,5 km uzunluğunda dairəvi hava yolu ilə bir dönmədən di-gərinə uçacaq 10 təyyarənin iştirakı gözlənilir. Uçuşun hündürlüyü 9 metr təşkil edəcək. Tələblərə görə, “Air

Race E” elektrik təyyarəsi 100-150 kilovat-saat gücündə elektromotorla təchiz edilməli və 300-350 kq çəkiyə ma-lik olmalıdır. İştirak üçün 10 şirkət, o cümlədən “Equator Aircraª” müraciət edib.

Bildiririk ki, elektrik təyyarələrinin hazırlanmasında ixtisaslaşan Norveç şirkəti artıq “P2 Xcursion” elektrik hidrotəyyarələrinin uçuş sınaqlarına başlayıb. Bundan başqa, şirkət dörd və səkkiz nəfərlik sərnişin tutumuna malik “X4” və “X8” elektrik təyyarələrinin yaradılması ilə də məşğuldur.

Norveçdə elektrik yarış təyyarəsi hazırlanır

32 AZƏRBAYCAN İŞIQLARI

Page 35: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub

"AZƏRBAYCAN" İSTİLİK ELEKTRİK STANSİYASI

Page 36: ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12)ANALİTİK İNFORMASİYA JURNALI İyul 2020 №3 (12) “Azərbaycan” İES-in əsaslı yenidənqurmadan sonra açılışı olub