91
Xəbər bülleteni № 4 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az Avqust 2015 Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiqlənib Daşınmış nömrələr barədə məlumat e-xidmətindən ötən ay 29 min 650 dəfə istifadə edilib Nazirlikdən isti hava xəbərdarlığı Ötən ay “142-Çağrı mərkəzi” 9716 müraciəti cavablandırıb Quru meyvə xaricdən qəpik-quruşa alınır, amma… Prezident Administrasiyasında qurulmuş server icra hakimiyyətlərinə daxil olan şikayətləri izləyir Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb Nazirlik əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi planı təsdiq edib Hesablama Palatası Kollegiyasının iclası keçirilib Jurnalist olmaq istəyən abituriyentlərin yalnız 55 nəfəri inşa mərhələsini keçib Mərkəzi Bank ötən ay 18,5 milyon dollar itirib 585 – daşınan şəhər telefon xidməti istifadəyə verilib Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin statistikasını yayıb Beynəlxalq kredit reytinqi cədvəli Dövlət Neft Şirkəti neft və qaz hasilatına dair hesabat verib

transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

  • Upload
    trananh

  • View
    241

  • Download
    2

Embed Size (px)

Citation preview

Page 1: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Xəbər bülleteni № 4http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38

E-mail: info©transparency.az

Avqust 2015

Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiqlənib

Daşınmış nömrələr barədə məlumat e-xidmətindən ötən ay 29 min 650 dəfə istifadə edilib

Nazirlikdən isti hava xəbərdarlığı Ötən ay “142-Çağrı mərkəzi” 9716 müraciəti cavablandırıb Quru meyvə xaricdən qəpik-quruşa alınır, amma… Prezident Administrasiyasında qurulmuş server icra

hakimiyyətlərinə daxil olan şikayətləri izləyir Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb Nazirlik əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi

planı təsdiq edib Hesablama Palatası Kollegiyasının iclası keçirilib Jurnalist olmaq istəyən abituriyentlərin yalnız 55 nəfəri inşa

mərhələsini keçib Mərkəzi Bank ötən ay 18,5 milyon dollar itirib 585 – daşınan şəhər telefon xidməti istifadəyə verilib Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin

statistikasını yayıb Beynəlxalq kredit reytinqi cədvəli Dövlət Neft Şirkəti neft və qaz hasilatına dair hesabat verib İyul ayında istehlak bazarında qiymətlər necə dəyişib Kənd təsərrüfatında istehsal 5,9 faiz ucuzlaşıb Azərbaycan İrana Avropa bazarlarına çıxış kəmərləri təklifi etdi

Page 2: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Vergilər Nazirliyində cəza mexanizmi işə salınıb Türkiyə qaz və neft boru xətlərinin mühafizəsini gücləndirir Nazarbayev Qırğız Respublikasının Avrasiya İttifaqına qoşan

qanunu imzalayıb Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli olub Nazir müavini: “Dərman vasitələrinin 90 faizinin qiyməti

düşəcək” Azərbaycanda neçə nəfər “Xalq” və “Əməkdar” fəxri adı

daşıyır? Dolları avronun düşməsi möhkəmləndirir Məhkəmə istintaqı başa çatdı Yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 457,2

manat olub Tikintidə bahalaşma, sənaye istehsalında ucuzlaşma qeydə

alınıb İyul ayında nəqliyyat sektorunda tariflər necə dəyişib Qızılın ucuzlaşması Dövlət Neft Fondunu 22 milyon 187 min

manat ziyana salıb Qızılın ucuzlaşması Dövlət Neft Fondunu 22 milyon 187 min

manat ziyana salıb “Tikinti materialları, məmulatları və konstruksiyaları”

standartlaşdırma üzrə Texniki Komitə yaradılıb Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların 59

milyon dolları Azərbaycan investorlarının payına düşür Bakı metrosu yeni kartlara keçid qaydalarını açıqladı Prokuror Leyla Yunusa 11 il, həyat yoldaşına 9 il cəza istədi “Elektron hökumət” portalı yeni statistika açıqlayıb Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı bəlli olub Azərbaycan Texnologiya Universitetinin rektoruna töhmət

verildi 2015-ci ildə 3470-dən çox sahibkar 128,5 milyon manat

güzəştli kredit alıb

Page 3: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

İnformasiya açıqlığı: dövlət qurumlarının reytinqi Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS

göndərir Turizm şirkətlərinin sayı 295-ə çatıb İcbari Sığorta Bürosundan iyul hesabatı Neftin qiyməti necə oynayır? Ekspert Neft Fondunu Rusiya bazarından çəkilməyə çağırır Dövlət Əmək Müfəttişliyi Xidməti iyulda 1636 pozuntu

aşkarlayıb Dərman vasitələrinin qiymətlərinin göstərilməsi üsulları Əmlak Məsələləri Dövlət Komitəsi Balakəndə “kütləvi çıxarış”

xidməti göstəri Nazirlik informasiya idarəçiliyini bir mərkəzdə topladı Xədicə İsmayılın təxminən 45 min manatlıq vergidən yayındığı

iddia olunur Mikayıl Cabbarov rüşvət və korrupsiya ilə mübarizə

addımlarından danışıb Ekspert nazirin təklifinə qarşı çıxdı Prezident: “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə

unutmalıyıq” Elman Mehdiyev: “Sığorta-pensiya sistemi özünü tam

maliyyələşdirir” Hüquqi şəxslərin elektron qeydiyyatı necə həyata keçirilir?

(Vergilər Nazirliyinin rəsmi cavabı) Nefti, qazı kənara qoysaq… Jurnalistin ölümünə görə tutulanlar var Dövlət başçısı jurnalistin ölümünə reaksiya verdi Elektron imza sertifikatlarının sayı 35 mini ötüb Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarım ayın pozuntuları ilə

bağlı hesabat yayıb Rublun devalvasiyası “Qazprom”un mənfəətini artırıb Elektron arayışlarda əsas yenilik nədir?

Page 4: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Dövlət Sərhəd Xidməti iyul ayının nəticələri ilə bağlı statistika açıqlayıb

Xədicə İsmayılın məhkəməsi: zərərçəkən Tural Mustafayev istintaqa ifadəsindən imtina etdi

12333 nəfər istehsalçıya güzəştlə satılmış mineral gübrə üçün 7 milyon 280 min manat ayrılıb

Təhlil

İslam bankçılığı: halal, amma hələ qanunsuz… Ekspert Mərkəzi Bankı qərarını dəyişməyə çağırır Sahibkarlığa yeni meyar: çatışmayan nədir? Kənd Təsərrüfatı Nazirliyi rəsmisi taxılçılığın durumundan yazıb İpotekanın öhdəlikləri Təhsil naziri: “Çox ağrılı islahatlar başlanıb”

Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiqlənib03.08.2015

Maliyyə Nazirliyi rəsmi açıqlama yayaraq bəyan edib ki, “Standard & Poor’s” reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində təsdiqləyib, proqnozunu isə əvvəlki qiymətləndirmədəki kimi “mənfi” saxlayıb.

Page 5: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Açıqlamaya görə, agentliyin yaydığı hesabatda reytinqin təsdiq edilməsi enerji qiymətlərinin kəskin enməsi və gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması, ölkənin xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır.

Agentlik bildirib ki, Azərbaycanın xarici mövqeyinin sabit qalacağı və mövcud fiskal mühitin daha da sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər.

Transparency.az bildirir ki, “BBB-“ səviyyəsi və ondan yuxarı səviyyələr investisiya ediləcək səviyyə kimi qəbul edilir. Ondan aşağı olan “BB+” və sonrakı səviyyələr investisiya edilməyən səviyyə adlandırılır. Azərbaycan “BBB-“ səviyyəsindən 1 pillə aşağı düşsə, investisiya səviyyəsini itirəcək.

Ölkələrin kredit reytinqi investisiya mühitinin risk səviyyəsini ifadə edir. Beynəlxalq reytinq təşkilatlarının meyarları içərisində ölkənin böyümə potensialı və iqtisadi sabitliyi, xarici siyasət işləri, siyasi gündəmdəki risklər, Mərkəz Bankın müstəqillik dərəcəsi kimi dəyərləndirmələr yer alır.

Daşınmış nömrələr barədə məlumat e-xidmətindən ötən ay 29 min 650 dəfə istifadə edilib03.08.2015

“Elektron hökumət” portalında istifadədə olan “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətindən ötən ay 29 min 650 dəfə istifadə edilib.

Page 6: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu xidmət vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və abunəçi etdiyi zəngin dəyərini hesablaya bilər. E-xidmət abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu — 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.

Mobil nömrə daşınması xidməti ötən il fevralın 1-dən həyata keçirilir. Bununla əlaqədar, müvafiq normativ hüquqi sənədlər qəbul edilib. Bu xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıq quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb və aidiyyəti müqavilələr bağlanılıb. Eyni zamanda, Açıq Hökumət Məlumatları portalında (data.gov.az) yer alan “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətinin məlumat bazası əsasında mobil tərtibatı hazırlanıb.

Nazirlikdən isti hava xəbərdarlığı03.08.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müraciət edib. Avqustun 3-də yayılan rəsmi müraciətdə deyilir ki, Əmək Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir: “Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə aylıq tarıf maaşına hesablanmalıdır.

Page 7: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlərdən qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tələb edir. İşəgötürənlərdə əmək qanunvericiliyinin qeyd olunan tələbinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri bu müddətdə gücləndiriləcək. Qanunvericiliyin bu tələbinə əməl olunmamasına görə işəgötürənlər İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Məcəllədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə müvafiq məbləğlərdə cərimələrin tətbiq olunması nəzərdə tutulur”.

Ötən ay “142-Çağrı mərkəzi” 9716 müraciəti cavablandırıb03.08.2015

İyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142-Çağrı mərkəzi” 9716 müraciəti cavablandırıb. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, həmin müraciətlərin 4194-ü (43,2 faiz) sosial təminat, 2343-ü (24,1 faiz) əmək qanunvericiliyi, 1295-i (13,3 faiz) elektron xidmətlərdən istifadə, 1157-si (11,9 faiz) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 727-si (7,5 faiz) isə məşğulluq məsələlərini əhatə edib.

Müraciətlərin 9080-i qeyd olunan fəaliyyət sahələri ilə əlaqədar sorğu xarakteri daşıyıb. 636 müraciətdə (6,1 faiz) vətəndaşlar əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələlərini, habelə təklif və şikayətlərini ifadə ediblər.

Quru meyvə xaricdən qəpik-quruşa alınır, amma…03.08.2015

Page 8: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Bakı bazarlarında bir kiloqramı 10-15 manata təklif olunan quru meyvələr xaricdən qəpik-quruşa alınır. Transparency.az-a danışan ekspert Dövlət Statistika Komitəsinin təqdim etdiyi “2014-cü ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilər”də yer alan bəzi məhsulların idxal qiymətlərinə əsaslandığını vurğulayıb: “2014-cü ildə əvvəlki ilə nisbətən bəzi məhsulların, o cümlədən qurumuş qara gavalının, qurudulmuş əriyin, hind qozunun, qabığı təmizlənmiş badamın, qabığı təmizlənmiş qozun, şabalıdın və digər məhsulların idxal qiymətlərində enmələr olsa da, satış qiymətlərində fərq özünü göstərmədi.

Dövlət Statistika Komitəsinin məlumatında 1 kiloqram malın qiyməti ABŞ dolları ilə hesablanıb, mötərizədə isə həmin ilin kursuna uyğun olaraq manatla (yuvarlaq) göstərilib:

Limonlar və laymalar, təzə və ya qurudulmuş — 0,30 (0,23 manat)Ananas, təzə və ya qurudulmuş — 0,30 (0,23 manat)Banan təzə, qurudulmuş — 0,91 (0,71 manat)Qurudulmuş qara gavalı — 0,43 (0,33 manat)Qurudulmuş üzüm — 0,48 (0,37 manat)Qurudulmuş ərik — 0,40 (0,31 manat)Portağal, təzə — 0,31 (0,24 manat)Təzə üzüm — 0,31 (0,24 manat)Alma, təzə — 0,31 (0,24 manat)Təzə armud — 0,34 (0,26 manat)Qabıqlı qoz — 0,63 (0,49 manat)Qabıqlı püstə — 1,21 (0,95 manat)Qabıqlı şabalıd — 0,48 (0,37 manat)Hind qozu, quru — 0,40 (0,31 manat)Qabığı təmizlənmiş qoz — 0,96 (0,75 manat)

Page 9: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Qabığı təmizlənmiş badam — 0,45 (0,35 manat)Keşyü fındığı, qabığı təmizlənmiş — 0,48 (0,37 manat)”.

Prezident Administrasiyasında qurulmuş server icra hakimiyyətlərinə daxil olan şikayətləri izləyir03.08.2015

AZƏRTAC Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovdan müsahibə götürüb. O, prezident İlham Əliyevin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 29 aprel 2015-ci il fərmanı, həmin fərmanla təsdiq olunmuş qaydalar, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın təsdiq edilməsi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə” 14 iyul 2015-ci il fərmanı barədə danışıb:

- Ölkənin mərkəzi icra hakimiyyəti orqanlarında indiyədək sənədlərlə iş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”la tənzimlənirdi. Prezidentin 14 iyul 2015-ci il fərmanı ilə müvafiq təlimata edilmiş dəyişikliklər sənədləşmə işində yeni mərhələdir. Həmin təlimatın adı dəyişdirilib və artıq “Dövlət orqanlarında, dövlət

Page 10: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat” adlanır.

Yeni təlimatın mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemi üzrə sənədlərin qeydiyyata alınmasına dair 5-ci bəndinə edilmiş dəyişikliklər dövlət hakimiyyəti orqanlarına daxil olmuş məlumat xarakterli müxtəlif korrespondensiyanın qeydə alınmamasına, əlavə sənədləşmə işi aparılmamasına imkan verir. Yəni mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemində qeydə alınması tələb olunmayan korrespondensiyanın siyahısı təsdiq edilib.

Təlimatın 25-ci bəndində isə rəhbər vəzifəli şəxs üzrlü səbəbə görə rəsmi olaraq işdə olmadıqda yuxarı təşkilatlara sənədlərin göndərilməsi qaydası dəqiqləşdirilib, sənədlərin icra müddətlərinin hansı halda və qaydada uzadılması, bir neçə icraçı olduqda sənədin digər icraçılarla razılaşdırılması qaydası, rəsmi sənədlərin çap qaydaları və digər məsələlər öz əksini tapıb.

Təlimata “Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri” adlı yeni hissə əlavə edilib. Əlavə olunmuş hissə 15 bənd, 37 yarımbənddən ibarətdir. Bu hissədə təşkilatın kargüzarlığı elektron formada aparmaq hüququ təsbit olunur və elektron formada tərtib edilmiş sənədin hansı qaydada qəbul edilməsi, göndərilməsi, eyni zamanda, təşkilatlarda elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərin nədən ibarət olması, onların hansı qanunlara və standartlara uyğunluğu, elektron sənəd hazırlanarkən hansı məsələlərə diqqət yetirilməsinin vacibliyi və sair məsələlər göstərilir.

Ümumi hazırlanma və işlənmə prinsipləri, demək olar ki, əvvəlki kargüzarlıq qaydaları ilə eyni olan elektron sənədlərin digər sənədlərdən fərqli xüsusiyyətləri təlimatın həmin hissəsində dəqiq və konkret göstərilib. Məsələn, elektron sənədin yaradılması, rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi, onun həqiqiliyinin yoxlanılması, alınmasının təsdiqi, qeydiyyatı, sənəd üzərində kollektiv işin, icraya nəzarətin, axtarışın təmin edilməsi və digər məsələlər öz əksini tapıb.

Təlimatın bu yeni hissəsində elektron sənədlərin yalnız yoxlandıqdan sonra qəbul edilib qeydiyyata alınması, elektron sənədlər çap edilərkən orada hansı məlumatların əks etdirilməsi, elektron bildirişə daxil edilən məlumatlar, sənədin

Page 11: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

hansı hallarda göndərilməmiş və alınmamış hesab olunması, bunun qeydə alınması qaydaları və sənədin dövriyyəsinə aid məlumatların elektron qeydiyyat jurnallarında necə əks etdirilməsi göstərilib.

Yeni hissədə elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydaları da təsdiq edilib, göstərilib ki, bu sənədlər elektron informasiya daşıyıcılarında informasiyanın bütövlüyünü yoxlamağa imkan verən formada saxlanılmalı və onların saxlanılma müddəti “Milli arxiv fondu haqqında” qanunda müəyyən edilmiş müddətdən az olmamalıdır. Həmçinin elektron sənədlərdə olan informasiyadan gələcəkdə istifadə, elektron sənədlərin kağız daşıyıcıda surətlərinin çıxarılması, bərpası mümkün olmalıdır.

“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə qaydaları” isə dövlət idarəetmə sistemində müasir texnologiyaların tətbiqi sahəsində növbəti uğurlarımızdan biridir. Artıq həmin sistem bütün şəhər və rayon icra hakimiyyətlərində tətbiq olunub və işləməkdədir. Hazırda bu sistem vasitəsilə hər bir icra hakimiyyəti orqanına daxil olan vətəndaş müraciətləri dərhal qeydiyyata alınır, onların qeydiyyatı, dövriyyəsi, baxılmasının nəticələri operativ surətdə həyata keçirilir. Artıq tətbiq olunan informasiya sistemində qısa vaxt ərzində 25 mindən artıq vətəndaş müraciəti qeydiyyata alınıb və onlara baxılması nəticələri bu sistemdə öz əksini tapıb.

Bu informasiya sisteminin imkanları çox genişdir. Həm vətəndaşların müraciətlərinə vaxtında baxılıb cavab verilməsini, onların icra müddətlərinə əməl olunmasını, müraciətlər əsasında geniş təhlillər aparılmasını təmin edir, eyni zamanda, Prezident Administrasiyasında qurulmuş mərkəzi server vasitəsilə istənilən şəhər və rayon icra hakimiyyətinə daxil olan təklif, ərizə və şikayətlər üzrə bütün məlumatları öyrənməyə və lazımi araşdırmalar aparmağa imkan verir. Artıq bu, vətəndaş müraciətlərinə baxılmasında tam şəffaflığı təmin edən bir vasitəyə çevrilib. Yəni Prezident Administrasiyasında qurulmuş avadanlıq vasitəsilə hər bir müraciət üzrə görülən tədbirləri izləmək və nəticələrini bilmək mümkündür.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Page 12: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

03.08.2015

Silahlı Qüvvələrə Yardım Fonduna bu il avqustun 1-dək 65 milyon 933 min manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb. Məlumatı avqustun 3-də Müdafiə Nazirliyi yayıb.

Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Nazirlik əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi planı təsdiq edib03.08.2015

Səhiyyə Nazirliyində “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə tədbirlər planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılır.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, tədbirlər planında həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alır və bu sahədə görüləcək işlər öz əksini tapır. Tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndiriləcəyi qeyd edilir.

Page 13: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Tədbirlər planı dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur.

Məlumata görə, iyulun 31-də Səhiyyə Nazirliyində dərman sahəsində dövlət başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, dövlət başçısının tapşırığının icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası bir sıra dərmanların qiymətinin tənzimlənməsi barədə qərar qəbul edib: “Sentyabr ayının 15-dən bu qərar tətbiq olunacaq. Dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, həmçinin bu siyahıya daha da keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq”.

Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənibNazir: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır”

Hesablama Palatası Kollegiyasının iclası keçirilib03.08.2015

Hesablama Palatası Kollegiyasının iclası keçirilib. İclasda dövlət büdcəsindən Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutuna, Respublika Seysmoloji Xidmət Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Page 14: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Nəzarət tədbirlərinin nəticələri üzrə digər hesabatlar dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə; dövlət büdcəsinin yerli xərclərindən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə və idarənin struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına; Yevlax Şəhər  Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair hesabatlar olub.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarları aidiyyəti dövlət qurumlarına göndəriləcək. Audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması da qərara alınıb.

Xəbəri www.ach.gov.az yayıb.

Jurnalist olmaq istəyən abituriyentlərin yalnız 55 nəfəri inşa mərhələsini keçib03.08.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün iyulun 31-də keçirdiyi qabiliyyət imtahanının nəticələrini açıqlayıb. APA-nın xəbərinə görə, imtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri imtahana gəlməyib.

163 abituriyent təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıb. 57 nəfər məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. İki abituriyentin nəticəsi inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

Page 15: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Mərkəzi Bank ötən ay 18,5 milyon dollar itirib04.08.2015

İqtisadçı Samir Əliyev Transparency.az-a deyib ki, Mərkəzi Bank iyul ayında yenidən alış aparmağa məcbur olub: “Valyuta ehtiyatı iyulda 18,5 milyon dollar azalaraq 8,5 milyard dollara düşüb. Bu müddətdə pul bazası da 19,5 milyon manat azalıb. Azalma təxminən valyuta ehtiyatı qədərdir. Deməli, Mərkəzi Bank dövriyyəyə dollar buraxaraq əvəzində manatı məhdudlaşdırıb”.

Ekspert qeyd edib ki, iyul ayında neftin bir barreli dünya bazarında 62 dollardan 50 dollara düşüb: “Hazırda qiymət 50 dollardan da aşağıdır. Neftin ucuzlaşması ilə valyuta ehtiyatının azalması paralel gedir. Ancaq valyuta ehtiyatının əriməsini təkcə neftin qiymətinə bağlamaq düzgün olmaz. Ərimə daha çox ölkədən kapital axını ilə bağlıdır. Böyük həcmdə vəsait daha təhlükəsiz yerlərə — Türkiyəyə, Yunanıstana, müəyyən qədər də Rusiyanın daşınmaz əmlak bazarına yönəlir. Çünki Azərbaycanda kapitala təminat yoxdur. Böyük ehtimalla avqust ayında da azalma baş verəcək”.

585 – daşınan şəhər telefon xidməti istifadəyə verilib04.08.2015

“Aztelekom” İstehsalat Birliyi 585 – daşınan şəhər telefon xidmətini istifadəyə verib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhər şəbəkəsi statuslu sabit telefonlar bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək və regionlardakı hər bir müştəri şəhər telefonlarından istifadə edə biləcək. Açıqlamaya görə, bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi

Page 16: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

ölkə ərazisində istənilən yerə daşınacaq, şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq.

Daşınan telefonlarla Naxçıvan bölgəsi istisna olmaqla ölkə ərazisində limitsiz və pulsuz danışmaq mümkündür. 585 prefiksi ilə 10 min nömrə resursu ayrılıb.

Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin statistikasını yayıb04.08.2015

İyul ayında Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), kommutator xidmətinə daxil olan zənglərin və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərin statistikası açıqlanıb.

Edu.gov.az-ın məlumatına görə, telefon məlumat mərkəzinə 9501 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən eyni) və kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların qəbulu mərkəzində isə 5950 vətəndaşa xidmət göstərilib.

Müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 717 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların qəbulu mərkəzində 1376 sənəd (738 məktub, 598 ərizə, 40 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbulu, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, yerli ali təhsil

Page 17: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb.

Beynəlxalq kredit reytinqi cədvəli04.08.2015

Dünyada kredit reytinqini qiymətləndirən üç əsas reytinq agentliyi var: “Moody’s”, “Standard & Poor’s”, “Fitch”.

Ölkələrin kredit reytinqi investisiya mühitinin risk səviyyəsini ifadə edir. Beynəlxalq reytinq təşkilatları qiymətləndirmədə ölkənin maliyyə keçmişini, iqtisadi durumunu, borclarını nəzərə alır.

Agentliklər şərti hərfləndirmə sistemi ilə kredit notu verirlər və qiymətləndirmə dövri olaraq dəyişir.

Məsələn, “Standard & Poor’s” agentliyinin rəyinə görə, hazırda Azərbaycanın kredit reytinqi investisiya “BBB-” səviyyəsindədir. “BBB-“ səviyyəsi və ondan yuxarı səviyyələr investisiya ediləcək səviyyə kimi qəbul edilir. Ondan aşağı olan “BB+” və sonrakı səviyyələr investisiya edilməyən səviyyə adlandırılır. Azərbaycan “BBB-“ səviyyəsindən 1 pillə aşağı düşsə, investisiya səviyyəsini itirəcək.

Transparency.az beynəlxalq reytinq agentliklərinin qiymətləndirmə cədvəlini oxuculara təqdim edir.

“Moody’s” “Standard & Poor’s” “Fitch”

Uzun müddətli Qısa müddətli Uzun müddətli Qısa müddətli Uzun müddətli Qısa müddətl

Aaa P-1 AAA

A-1+

AAA

F1+

Aa1 AA+ AA+

Aa2 AA AA

Aa3 AA- AA-

A1 A+ A-1 A+ F1

A2 A A

Page 18: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

A3

P-2

A-

A-2

A-

F2Baa1 BBB+ BBB+

Baa2

P-3

BBB

A-3

BBB

F3Baa3 BBB- BBB-

Ba1 BB+

B

BB+

B

Ba2 BB BB

Ba3 BB- BB-

B1 B+ B+

B2 B B

B3 B- B-

Caa1 CCC+

C CCC C

Caa2 CCC

Caa3 CCC-

Ca

CC

C

C

D /

DDD

/

/ DD

/ D

 

Dövlət Neft Şirkəti neft və qaz hasilatına dair hesabat verib04.08.2015

Page 19: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Dövlət Neft Şirkəti (SOCAR) neft və qaz hasilatına dair məlumatlar yayıb. Açıqlamaya görə, bu ilin ilk altı ayında SOCAR-da neft hasilatı 4 milyon 137,6 min ton olub. Yanvar-iyun aylarında ümumən Azərbaycanda 20 milyon 972,3 min ton neft hasil edilib.

Hesabat dövründə Dövlət Neft Şirkəti 3 milyard 372 milyon kubmetr təbii qaz çıxarıb. Azərbaycan üzrə altı aylıq göstərici isə 14 milyard 679,4 milyon kubmetrdir.

İyul ayında istehlak bazarında qiymətlər necə dəyişib04.08.2015

2015-ci ilin iyul ayında ərzaq məhsulları 1,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Dövlət Statistika Komitəsinin avqustun 4-də yaydığı rəsmi açıqlamaya görə, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,7 faiz aşağı düşüb.

Transparency.az rəsmi məlumata əsasən bildirir ki, ay ərzində mal ətinin, balıq məhsullarının, kərə yağının, portağalın, naringinin, bananın, almanın, armudun, albalının, gilasın, alçanın, gavalının, əriyin, şaftalının, qozun, fındığın, üzümün, qarpızın, yemişin, göyərtinin, balqabağın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, kökün, kartofun, kələmin, xiyarın, pomidorun qiymətlərində azalma olub.

Düyünün, buğda ununun, toyuq ətinin, makaronun, yulaf və arpa yarmasının, yumurtanın, şabalıdın, limonun, spirtli içkilərin qiymətlərində isə artım qeydə alınıb.

Page 20: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Kənd təsərrüfatında istehsal 5,9 faiz ucuzlaşıb04.08.2015

Dövlət Statistika Komitəsi iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında açıqlama yayıb. Transparency.az xəbər verir ki, açıqlamaya görə, iyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,9 faiz azalıb. Birillik və çoxillik bitkilərdə uyğun olaraq 12,6 və 2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarında 1,5 faiz azalma olub.

Birillik bitkilərdən buğdanın, noxud dəninin, yaşıl lobyanın, baş kələmin, qarpızın, qovun və yemişin, bibərin, xiyarın, badımcanın, süfrə çuğundurunun, kartofun, baş soğanın istehsalçı qiyməti düşüb, fermentasiya edilməmiş tütünün və yem bitkilərinin istehsalçı qiyməti isə artıb.

Çoxillik bitkilərdən albalının, gilasın, çiyələyin, armudun, böyürtkənin istehsalçı qiyməti yüksəlib, almanın, əriyin, alçanın, gavalının, fındığın, qozun, dəfnə yarpağının istehsalçı qiyməti düşüb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin, qoyun və keçilərin yuyulmamış yununun, mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiyməti azalıb, diri ev quşlarının, yumurtanın və təbii balın istehsalçı qiyməti isə artıb.

Azərbaycan İrana Avropa bazarlarına çıxış kəmərləri təklifi etdi05.08.2015

Page 21: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Azərbaycan İrana Avropa bazarlarına çıxmaq üçün Trans-Anadolu qaz və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərindən istifadə təklifi verib. Təklifi İrana səfər edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev neft naziri Bijən Namidarla görüşündə çatdırıb. Nazir neft və qaz istehsalında istifadə olunan müasir avadanlıqların istehsalı üçün birgə zavodun yaradılması təklifini də irəli sürüb. Zavodun tikilməsi və İranın gələcəkdə Trans-Anadolu qaz kəmərinə qoşulması üçün işçi qruplarının yaradılması haqqında razılıq əldə edilib.

Neft naziri diqqətə çatdırıb ki, İran Xəzər dənizində neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər: “Biz Xəzərdə əməkdaşlıq üzrə konkret təkliflər irəli sürmüşük və Azərbaycandan cavab gözləyirik. Razılaşma əldə edilsə, dövlət başçılarının görüşündə müvafiq sənədi imzalamaq mümkün olacaq.

İranda neft-qaz sahədə fəaliyyət göstərən şirkətlərin böyük təcrübəsi var və Azərbaycanda işləməyə maraq göstərirlər. Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlər isə İranda işləyə bilərlər”.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-İran müştərək iqtisadi komissiyasının həmsədri olan Şahin Mustafayev avqustun 4-də rabitə və informasiya texnologiyaları naziri, digər həmsədr Mahmud Vaezi ilə də bir araya gəlib. Mahmud Vaezi deyib ki, İranın Qərb dövlətləri ilə nüvə proqramına dair əldə etdiyi razılaşmadan sonra Azərbaycandan geniş tərkibli nümayəndə heyətinin İrana səfəri çox əhəmiyyətlidir. O, gömrük, enerji, neft- qaz və neft-kimya, bank sahələrində yaxşı əlaqələrin qurulacağına ümidvar olduğunu nəzərə çatdırıb.

Page 22: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Şahin Mustafayev qeyd edib ki, tərəflər arasında qarşılıqlı maraq doğuran sahələr çoxdur: “Neft-qaz, energetika, nəqliyyat, təhsil, səhiyyə sahəsində və özəl qurumlar arasında əlaqələrimiz ildən-ilə genişlənir. Turizm sahəsində irəliləyiş müşahidə olunur. 2013-cü ildə Azərbaycandan İrana 500 min turist gəlmişdisə, 2014-cü ildə 800 min turist gəlib”.

Nazir bildirib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir: “Şirkətlərin biri İranda zavod tikmək istəyir. Bəzi problemlər var ki, bunların da həlli yolları axtarılacaq. Güman edirəm ki, iş adamlarımız İranın Ticarət Palatasında danışıqlar apararaq ortaq məxrəcə gələcəklər.

“İran Khodro” şirkəti də Azərbaycanda avtomobil istehsalı üçün zavod tikmək istəyir. Azərbaycan hökuməti bu işi dəstəkləyir və planın reallaşması üçün yer verməyə hazırdır”.

Avqustun 4-də Şahin Mustafayevi İran prezidenti Həsən Ruhani də qəbul edib. APA-Economics xəbər verir ki, İran prezidenti Azərbaycanın İranın Qafqaz regionu ilə əlaqələrində qapı rolunu oynaya biləcəyini vurğulayıb: “Azərbaycan da İran vasitəsilə Fars körfəzi, Oman dənizinə və oradan dünyanın hər yerinə çata bilər. Bu potensialdan istifadə etmək üçün işbirliyini inkişaf etdirmək lazımdır”.

İran prezidenti əlavə edib ki, neft və təbii qaz sektorları iki ölkə arasında münasibətləri genişləndirəcək sahələrdəndir. O, Xəzər dənizində birgə sərmayə yatırmağın digər ortaqlıqlara yol açacağını vurğulayıb.

Vergilər Nazirliyində cəza mexanizmi işə salınıb05.08.2015

Page 23: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Vergilər naziri Fazil Məmmədov Bakı Vergilər Departamentinin, ərazi vergilər departamentləri və idarələrinin strukturunda dəyişikliklər edib. 2 nömrəli Ərazi Vergilər Departamentinin, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər idarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib. Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi isə tutduqları vəzifələrdən azad edilərək sərəncama göndəriliblər.

Nazirliyin mətbuat xidmətinin açıqlamasına görə, bu addımlar Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısına həsr olunan iclasında vergi nəzarətinin təkmilləşdirilməsi ilə əlaqədar tapşırıqların icrası məqsədilə atılıb. Qeyd olunur ki, Nazirlər Kabinetinin iclasında verilmiş tapşırıqlar üzrə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq vergilər nazirinin müavinlərinin iştirakı ilə ərazi vergilər departamentləri və idarələrində, eləcə də Bakı şəhərində yerləşən müvafiq struktur bölmələrində keçirilmiş görüşlərdə dövlət başçısının göstərişlərinin icra vəziyyəti müzakirə edilib: “Görüşlərdə sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin, vətəndaş müraciətlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının, vergi orqanı əməkdaşlarının etik-davranış məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görüləcəyi bir daha vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılıb”.

Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev sahibkarlara olan təzyiqlərdən söz açıb: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç

Page 24: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm.

Eyni zamanda dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır”.

İyulun 27-də Vergilər Nazirliyi kollegiyasının iclası keçirilib. Kollegiyada çıxış edən vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 13 iyul iclasında prezident İlham Əliyevin vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan nazir vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol verən vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edib.

Türkiyə qaz və neft boru xətlərinin mühafizəsini gücləndirir05.08.2015

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin Qars vilayətinin Sarıqamış rayonundan keçən hissəsində baş

Page 25: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

vermiş partlayışla (SOCAR: “Azərbaycana ciddi ziyan dəyməyib”) bağlı yazılı bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, nazir kəmərin Sarıqamış rayonunun Yağbasan kəndindən keçən hissəsində partlayışın avqustun 4-ü gecə saatlarında separatçı terror təşkilatının hücumu nəticəsində baş verdiyini, nəticədə qazın nəqlinin kəsildiyini deyib. Bəyanatda bildirilib ki, hücumda Ərzurumdan Türkiyənin qərbinə qaz nəql edən boru kəməri hədəf alınıb.Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Uzunluğu 980 kilometr olan boru kəmərinin ildə 20 milyard kubmetrədək ötürmə gücü var.

APA-nın məlumatına görə, Taner Yıldız “Anadolu” agentliyinə müsahibəsində deyib ki, Türkiyə qaz və neft boru xətlərinin diversiyalardan mühafizəsini qabaqcıl texnologiyaların tətbiqi ilə təmin edəcək: “Biz qabaqcıl texnologiyalardan istifadə etməklə boruların mühafizəsinin təmin olunması üzərində çalışırıq. Bu problem üzrə yol xəritəsi var və biz onu Baş Qərargahla birgə icra edirik. Ümid edirəm ki, borular  daha təhlükəsiz olacaq”.

Nazir əlavə edib ki, ötən həftə Kərkük-Ceyhan neft borusunda törədilmiş partlayışdan sonra İraqdan yanacağın verilişi hələ də bərpa olmayıb.

İyulun 27-də isə terrorçular Türkiyənin Ağrı əyalətində qaz borusunu partladıb.

Nazarbayev Qırğız Respublikasının Avrasiya İttifaqına qoşan qanunu imzalayıb05.08.2015

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qırğız Respublikasının Avrasiya

Page 26: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

İqtisadi İttifaqına qoşulması haqqında müqaviləni təsdiqləyən qanunu imzalayıb. Transparency.az xəbər verir ki, avqustun 5-də dərc olunan qanunla ratifikasiya prosesi tamamlanıb. Qırğız Respublikasının Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə Rusiya, Belarus və Ermənistanda daha əvvəl təsdiqlənib.

Avrasiya İqtisadi İttifaqını 2014-cü il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistan ittifaqa oktyabrın 10-da, Qırğız Respublikası dekabrın 23-də qoşulub. Müqaviləyə əsasən, qurumda sədrlik rus əlifbası ilə rotasiya qaydasında həyata keçirilir. Sədrlik müddəti 1 ildir. 2015-ci ildə Avrasiya İqtisadi İttifaqına Belarus sədrlik edir.

Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli olub05.08.2015

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsi başa çatıb. Təhsil Nazirliyinin rəsmi portalı Edu.gov.az-ın məlumatına görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibələrdə 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.

Tutulan vakansiyalar daha çox paytaxt və iki rayon üzrə olub: Bakı şəhəri üzrə 345 yer, Cəlilabad rayonu üzrə 83 yer, Lerik rayonu üzrə 71 yer. Üç fənn üzrə daha çox vakant yerlər tutulub: ibtidai sinif üzrə 335 yer, coğrafiya üzrə 206 yer, kimya üzrə 156 yer.

İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.

Qaydalara müvafiq olaraq tutulmayan və imtina edilmiş vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.

Page 27: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Nazir müavini: “Dərman vasitələrinin 90 faizinin qiyməti düşəcək”05.08.2015

Səhiyyə Nazirliyinin mətbuat xidməti nazir müavini Elsevər Ağayevin müsahibəsini yayıb. Transparency.az-ın məlumatına görə, Elsevər Ağayev deyib ki, dövlət başçısının tapşırığı ilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası 30 iyul 2015-ci il qərarı ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiymətini tənzimləyib: “Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır. Tarif Şurasının təsdiq etdiyi təlimata görə, müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir. Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub.Yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək. Hazırlıq işlərinin, o cümlədən əczaçılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir.

Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən çox, 40 faizindən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaq. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90 faizinin qiyməti düşəcək. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczaçılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq.

Page 28: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Eyni zamanda Tarif Şurasının qərarı ilə dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən bu preparatların alınmasına çəkilən xərclərin optimallaşdırılmasına, əldə edilən qənaət hesabına güzəştli kateqoriyadan olan və stasionarda müalicə alan əhaliyə pulsuz verilən dərmanların çeşidinin artımına şərait yaradacaq. Bu isə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına, həmçinin tibb müəssisələrinin aparıcı farmakoloji şirkətlərin istehsal etdiyi daha müasir dərman vasitələri ilə təchiz olunmasına müsbət təsir edəcək”.

Nazir müavini əlavə edib ki, ilkin mərhələdə siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları salınıb: “İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq”.

Elsevər Ağayevin sözlərinə görə, Səhiyyə Nazirliyində olduqca geniş məsələlər spektrini əhatə edən “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə tədbirlər planı” təsdiq edilib: “Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir.

Bundan əlavə mərkəzləşdirilmiş apteklərin fəaliyyətinin və idarə olunmasının gücləndirilməsi üçün müvafiq tibb müəssisələrinin apteklərinin ştat cədvəllərinə yenidən baxılması və zəruri vəzifələrin daxil edilməsi nəzərdə tutulur”.

Azərbaycanda neçə nəfər “Xalq” və “Əməkdar” fəxri adı daşıyır?05.08.2015

Page 29: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Maliyyə Nazirliyi Transparency.az-ın fəxri adlarla bağlı sorğusunu cavablandırıb. Rəsmi cavabda qeyd olunur ki, prezidentin 4 iyul 2005-ci il sərəncamı ilə fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 100 manatdır.

Maliyyə Nazirliyi bildirir ki, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat təqaüd müəyyən edilib.

Rəsmi açıqlamaya əsasən, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına verilir. Digər şəxslərə isə təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəyir.

Maliyyə Nazirliyi əlavə edir ki, fəxri adlara görə təqaüdlərin ödənişi üçün dövlət büdcəsinin illik xərcləri 1,7 milyon manatdır.

Nazirlikdə olan son rəsmi rəqəmlərə görə, 2015-ci il aprel ayının 1-dək Azərbaycan Respublikasının “Xalq” fəxri adı alanların sayı 219, “Əməkdar” fəxri adına layiq görülmüş şəxslərin sayı isə 2013 nəfər olub.

Transparency.az bildirir ki, 2015-ci il aprelin 1-dən sonra prezident İlham Əliyev ayrı-ayrı sərəncamlarla 44 nəfərə əməkdar jurnalist, 19 nəfərə əməkdar mədəniyyət işçisi, 8 nəfərə əməkdar həkim, 7 nəfərə əməkdar tibb işçisi, 5 nəfərə əməkdar mühəndis, 5 nəfərə əməkdar dövlət qulluqçusu, 4 nəfərə əməkdar müəllim, 2 nəfərə əməkdar hüquqşünas, 1 nəfərə əməkdar pilot, 1 nəfərə əməkdar elm xadimi, 1 nəfərə xalq artisti fəxri adı verib. Bu hesablama

Page 30: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

ilə indi Azərbaycan Respublikasında 220 nəfər “Xalq” fəxri adı, 2109 nəfər isə “Əməkdar” fəxri adı daşıyır.

Dolları avronun düşməsi möhkəmləndirir05.08.2015

Bu həftə manatın dollara nisbətən məzənnəsi aşağı düşür. Avqustun 3-də 1 dollar rəsmən 1.0493 manata satılıb, növbəti iki gündə isə rəsmi kurs 1.0495 və 1.0499 manat olub.

İqtisadçı ekspert Vüqar Bayramov Transparency.az-a deyib ki, manatın dollar qarşısında zəifləməsi avronun dünya bazarında mövqelərinin sarsılması ilə bağlıdır: “Dollara nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirir. Avqustun 3-də 1 avro almaq üçün 1.1524 manat ödəmək lazım idi, növbəti günlərdə isə rəsmi məzənnə 1.1482 və 1.405 manata düşüb.

Manatın məzənnəsində son günlərdəki azalma neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirilməməlidir. Təbii ki, neftin dünya bazar qiyməti Azərbaycan üçün vacibdir. Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. Yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə, milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək”.

Ekspertin fikrincə, avro zonasındakı durum Avropa pulu üçün nikbinlik vəd etmir.

Məhkəmə istintaqı başa çatdı05.08.2015

Bakı Ağır Cinayətlər Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunusun işi üzrə məhkəmə istintaqını başa çatdırıb.

Ötən ilin yayında tutulan Yunusların işi külli miqdarda ziyan vurmaqla dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, külli

Page 31: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

miqdarda vergi ödəməkdən yayınma, saxtakarlıq ittihamları ilə araşdırılır. Onlara irəli sürülmüş dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

APA-nın məlumatına görə, avqustun 5-də hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə vəkil Ramiz Məmmədov cinayət işinə qismən xitam verilməsini, müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsini istəyib. Vəsatətin kitabların cinayət işinə daxil edilməsi hissəsi təmin olunub.

Məhkəmə prosesində bank əməliyyatlarına dair sənədlər, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı götürülən sənədlər təhlil olunub.

Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar onun hesabına köçürülürdü. Sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.

Bununla da məhkəmə istintaqı yekunlaşıb. Proses avqustun 6-da dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.

Baş Prokurorluğun ötən il iyulun 31-də yaydığı rəsmi açıqlamaya görə, Leyla Yunus dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə 526 min manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, dövlət büdcəsinə ümumilikdə 369 min manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb, “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının hesablarına köçürülmüş 78 min ABŞ dollarını əri Arif Yunus vasitəsilə ələ keçirib.

Yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 457,2 manat olub05.08.2015

Page 32: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə rəsmi məlumat açıqlayıb. Məlumata görə, 2015-ci il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,9 min nəfər olub, onlardan 874,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 457,2 manat olub.

Tikintidə bahalaşma, sənaye istehsalında ucuzlaşma qeydə alınıb05.08.2015

2015-ci ilin ikinci rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8 faiz yüksəlib. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,5 faiz bahalaşma müşahidə etdiyini açıqlayıb.

Rəsmi hesabata görə, cari ilin ikinci rübündə yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,8 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,2 faiz artıb.

Rüb ərzində yol tikintisində 0,5 faiz, körpü tikintisində 0,2 faiz bahalaşma olub.

Başqa bir məlumata görə, 2015-ci ilin iyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 6,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 7,1 faiz, emal sənayesi üzrə isə 0,9 faiz ucuzlaşıb.

Page 33: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

İyul ayında nəqliyyat sektorunda tariflər necə dəyişib05.08.2015

2015-ci ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2 faiz, sərnişindaşıma tarifləri isə 1,5 faiz ucuzlaşıb. Məlumatı avqustun 5-də Dövlət Statistika Komitəsi yayıb.

Açıqlamaya əsasən, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3 faiz, digər xarici ölkələr üzrə 4,8 faiz enib, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma 7,2 faiz ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə dəyişməyib.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Qızılın ucuzlaşması Dövlət Neft Fondunu 22 milyon 187 min manat ziyana salıb05.08.2015

2014-cü ilin sonunda qızıl külçələr yenidən qiymətləndiriləndə Dövlət Neft Fondunun 22 milyon 187 min manat xalis zərər gördüyü bilinib. Transparency.az fondun 2014-cü ildə fəaliyyəti barədə illik hesabatına istinadla xəbər verir ki,

Page 34: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

qurumun qızıl külçələrinin balans dəyəri 1 yanvar 2014-cü ildə 924 milyon 331 min manat olduğu halda ilin sonunda bu rəqəm 902 milyon 144 min manata düşüb.

Hesabata görə, fond keçən il qızıl külçə almayıb.

Dövlət Neft Fondunun London Qiymətli Metallar Bazarı Assosiasiyasının tələblərinə uyğun qızıl külçələri investisiya portfelinə daxil etmək hüququ var. 31 dekabr 2014-cü ilədək xarici banklara qızıl külçə yerləşdirilməyib.

Dünya bazarında qızıl son 1 ildə 16 faiz, yarım ildə 15 faiz, iyul ayında 7 faiz dəyər itirib.

Qızılın ucuzlaşması Dövlət Neft Fondunu 22 milyon 187 min manat ziyana salıb05.08.2015

2014-cü ilin sonunda qızıl külçələr yenidən qiymətləndiriləndə Dövlət Neft Fondunun 22 milyon 187 min manat xalis zərər gördüyü bilinib. Transparency.az fondun 2014-cü ildə fəaliyyəti barədə illik hesabatına istinadla xəbər verir ki, qurumun qızıl külçələrinin balans dəyəri 1 yanvar 2014-cü ildə 924 milyon 331 min manat olduğu halda ilin sonunda bu rəqəm 902 milyon 144 min manata düşüb.

Hesabata görə, fond keçən il qızıl külçə almayıb.

Page 35: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Dövlət Neft Fondunun London Qiymətli Metallar Bazarı Assosiasiyasının tələblərinə uyğun qızıl külçələri investisiya portfelinə daxil etmək hüququ var. 31 dekabr 2014-cü ilədək xarici banklara qızıl külçə yerləşdirilməyib.

Dünya bazarında qızıl son 1 ildə 16 faiz, yarım ildə 15 faiz, iyul ayında 7 faiz dəyər itirib.

“Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb06.08.2015

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradıb. Transparency.az dövlət komitəsinin yaydığı rəsmi məlumata istinadla bildirir ki, texniki komitənin yaradılmasında əsas məqsəd tikinti materialları sahəsində milli, dövlətlərarası və beynəlxalq standartların layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkili, milli standartlaşdırma sisteminin sənədlər fondunun tərkibində olan sahə standartlarının yeniləşdirilməsi, texniki reqlament və standartların dövlət məlumat fonduna verilməsi üçün beynəlxalq standartların rəsmi tərcümələrinin hazırlanması, standartlaşdırma üzrə beynəlxalq, regional təşkilatların layihələri üzrə səsvermədə Azərbaycan Respublikasının mövqeyinə dair təkliflərin hazırlanmasıdır.

Texniki komitəyə ümumilikdə 17 dövlət və qeyri-dövlət müəssisəsi üzv seçilib: İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyinin Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu, “Gilan” , “Akkord” şirkətləri və s.

Page 36: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların 59 milyon dolları Azərbaycan investorlarının payına düşür06.08.2015

Bu ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində xarici investisiya qoyulub. Bunun 59 milyon dolları Azərbaycan investorlarının payına düşür.

AZƏRTAC Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsaslanaraq qeyd edir ki, Azərbaycan bu göstərici ilə xarici investorlar sırasında birinci yerdədir.

Siyahıda ikinci yerdə Türkiyə (27 milyon dollar), üçüncü yerdə isə Rusiya (23 milyon dollar) durur.

Bakı metrosu yeni kartlara keçid qaydalarını açıqladı06.08.2015

Avqustun 6-da “Bakı Metropoliteni” QSC-də vahid ödəniş kartı olan “Bakıkart” və “Bakıkart — məhdud istifadə üçün” kartlarının təqdimat mərasimi keçirilib. APA-Economics-in məlumatına görə, “Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev bəyan edib ki, avqustun 8-dən Bakı metrosunun stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartlarının istifadəsinə başlanır.

Page 37: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

İlkin mərhələdə kartlardan “BakuBus” MMC-yə məxsus avtobuslarda və Bakı metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. “Bakıkart” və “Bakıkart — məhdud istifadə üçün” kartlarını bütün stansiyaların vestibüllərində və “BakuBus” MMC-yə məxsus marşrutların dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür.

“Bakıkart”ın (plastik kart) qiyməti 2 manat, 1 gediş haqqının qiyməti isə 20 qəpikdir.

Qiyməti 20 qəpik olan “Bakıkart — məhdud istifadə üçün” kartına yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil.

Hər iki növ kart heç bir halda geri qaytarılmır.

“Metrokart”ın yeni karta inteqrasiya qaydalarından danışan Ceyhun Əliyev deyib ki, avqustun 15-dək “Metrokart”ın girov dəyəri nağd şəkildə geri qaytarılacaq. Qeyd olunan tarixdən sonra bu mümkün olmayacaq. “Metrokart”ı “Bakıkart”la dəyişdirmək də mümkün deyil.

Ceyhun Əliyevin sözlərinə görə, “Metrokart”dan iki şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: “Metrokart”ın girov dəyəri ona gediş haqqı olaraq yüklənir, balans sıfır olduqda kart atılır, “Bakıkart” alınaraq istifadə olunur və ya “Metrokart”ın girov dəyəri, eləcə də balansında olan məbləğ “Bakıkart”a köçürülür”.

“Metrokart”ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. Onun girov dəyərini və balansında olan məbləği “Bakıkart”a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə “Bakıkart” alıb istifadədə olan “Metrokart”la birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.

Avqustun 15-dən sentyabrın 30-dək “Metrokart”ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Metropolitendə “Metrokart” və “Bakıkart”ın birgə istifadəsi sentyabrın 30-dək həyata keçiriləcək. Sentyabrın 30-dan “Metrokart”ın istifadəsi dayandırılacaq.

Page 38: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Prokuror Leyla Yunusa 11 il, həyat yoldaşına 9 il cəza istədi06.08.2015

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusla politoloq Arif Yunusun cinayət işi üzrə proses avqustun 6-da prokurorun çıxışı ilə davam edib. Dövlət ittihamçısı Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı Fərid Nağıyev çıxışında təqsirləndirilən şəxslərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, vergidən yayındıqlarını deyib. Onun sözlərinə görə, Leyla Yunus fəaliyyət göstərdiyi müddətdə Sülh və Demokratiya İnstitutu adından Vergilər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin müvafiq qurumlarına heç bir hesabat verməyib, yalnız Maliyyə Nazirliyinə müəyyən hesabatlar təqdim edilib. İttihama görə, Leyla Yunus bağlanan 27 qrant müqaviləsindən yalnız 4-nü qeydiyyatdan keçirib.

Prokuror deyib ki, Leyla Yunusun faktiki rəhbərlik etdiyi Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin sədr müavini olmasına dair heç bir sənəd yoxdur. Onun sözlərinə görə, külli miqdarda vəsaitin xarici banklara transfer edildiyi, Leyla Yunusun Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda Cəmiyyətinin hesabından öz şəxsi bank hesabına pul köçürdüyü təsdiqlənib.

Dövlət ittihamçısı bildirib ki, “Accessbank”da Leyla Yunusun adına 17, Arif Yunusun adına 14, “Unibank”da Leyla Yunusun adına 19, Arif Yunusun adına 4 hesab olub.

Prokuror Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.

Proses avqustun 10-da davam etdiriləcək.

Xəbəri APA yayıb.

Leyla Yunus külli miqdarda ziyan vurmaqla dələduzluqda, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda, külli miqdarda vergi ödəməkdən

Page 39: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

yayınmada, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmada, bilə-bilə saxta sənədlərdən istifadədə, Arif Yunus isə külli miqdarda ziyan vurmaqla dələduzluqda təqsirləndirilir.

Ötən ilin yayında tutulan həyat yoldaşlarının dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

“Elektron hökumət” portalı yeni statistika açıqlayıb06.08.2015

“Elektron hökumət” portalının istifadəçilərinin sayı avqustun 1-nə 2 milyon 300 min nəfərdən çox olub. Onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə edib.

Məlumat Hesablama Mərkəzindən Transparency.az-a bildiriblər ki, 2012-ci ilin aprel ayında istifadəyə verilərkən “Elektron hökumət” portalına 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunmuşdu, hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45-ə, təqdim edilən xidmətlərin sayı isə 409-a çatdırılıb.

Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı bəlli olub06.08.2015

2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5 milyon 761 min 200 nəfər olub.

Page 40: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi avqustun 6-da belə hesabat yayıb.

Hesabata görə, 6 ay ərzində sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin 66,3 faizi Azərbaycan Respublikasının, 10,4 faizi Rusiya Federasiyası, 10,1 faizi Gürcüstan, 5,2 faizi Türkiyə, 2,5 faizi İran, 0,9 faizi Ukrayna, 0,7 faizi Birləşmiş Krallıq, 0,4 faizi Qazaxıstan, 0,3 faizi Özbəkistan, 0,3 faizi Almaniya, 0,2 faizi Amerika Birləşmiş Ştatları, 0,2 faizi İtaliya, 0,2 faizi Belarus və 2,3 faizi digər ölkələrin vətəndaşlarıdır.

Cari ilin ilk altı ayı ərzində ölkəyə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub. Onların 310,7 min nəfəri Rusiya Federasiyası, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Birləşmiş Krallıq, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

2015-ci ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1 milyon 919 min 200 nəfər olub.

Azərbaycan Texnologiya Universitetinin rektoruna töhmət verildi06.08.2015

Avqustun 6-sı Gəncədə Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib. Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub.

Edu.gov.az-ın məlumatına görə, təhsil nazirinin müavini Qurbanov çıxışında son zamanlar universitet ətrafında cərəyan edən proseslər haqqında danışıb. O,

Page 41: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib. Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.

Tədris işləri, həmçinin elm və texnika üzrə yeni təyin olunmuş prorektorları kollektivə təqdim edən Qurbanov rektora universitetin gənc və perspektivli kadrlarla təmin edilməsi, kollektivdəki mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması, maliyyə intizamının gücləndirilməsi, tədrisin keyfiyyətinin qaldırılması barədə nazirin tapşırıqlarını çatdırıb. Universitet rəhbərliyinin nazirliyin kollegiya iclasında 2015/2016-cı tədris ilinin nəticələrinə dair geniş hesabatın təqdim etməsinin nəzərdə tutulduğu qeyd olunub.

İclasda müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov da çıxış edib və rəhbərlik etdiyi kollektivin adından deyilən iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.

İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri də iştirak edib.

2015-ci ildə 3470-dən çox sahibkar 128,5 milyon manat güzəştli kredit alıb06.08.2015

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu avqustun 6-da Şabran rayonunun Rəhimli kəndində keçirib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şabran və ətraf rayonlarda həyata keçirilməsi məqsədəuyğun sayılan nümunəvi layihələr təqdim olunub, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılıb, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

Page 42: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunda ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək, şirniyyat və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 3470-dən çox sahibkara 128,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2020-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 137 milyon manat güzəştli kredit verilib, 10400-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Şabran və ətraf rayonlardan olan 44 sahibkara 1 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, toxumçuluq, bağçılıq, əkinçilik, arıçılıq, logistik mərkəzin inşası və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

İnformasiya açıqlığı: dövlət qurumlarının reytinqi06.08.2015

Multimedia Mərkəzi avqustun 6-da dövlət qurumlarının onlayn şəffaflıq hesabatı və reytinq cədvəlini ictimaiyyətə təqdim edib. Bu ilin aprel-iyun aylarında həyata keçirilən monitorinq prosesində 130-dan çox mərkəzi və yerli icra orqanının rəsmi saytlarının informasiya açıqlığının vəziyyəti araşdırılıb.

İnformasiya.org xəbər verir ki, monitorinqin nəticələrinə əsasən, mərkəzi icra orqanları arasında informasiya açıqlığı üzrə reytinq cədvəlində 1-ci, 2-ci və 3-cü yerləri Vergilər Nazirliyi (78,2 faiz), Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (76,3 faiz), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 faiz) tutub.

Page 43: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Sonuncu yerlər isə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası, Dövlət Sərhəd Xidməti və Nazirlər Kabinetinə məxsusdur.

73 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 56% olub. İnformasiya açıqlığı üzrə 50%-lik həddi 55 qurum keçə bilib.

Yerli (şəhər və rayon) icra hakimiyyətləri üzrə orta informasiya açıqlığı göstəricisi isə 15%-dir.

Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS göndərir07.08.2015

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində sentyabrın 15-dən qüvvəyə minəcək yeni qiymətlərə dair məlumat tədbirlərinə start verir. Bu məqsədlə ölkədəki bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib. Transparency.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bildirişlərdə qiymətləri tənzimlənmiş 256 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətlərini, həmçinin reseptsiz buraxılan dərman vasitələrinin siyahısını əldə rəhbər tutmaq tapşırılır. Siyahılar www.pharma.az və www.medportal.az saytlarında yerləşdirilib.

7 avqust açıqlamasına görə, aptek rəhbərlərinə xəbərdarlıq edilir ki, ölkədə dövlət qeydiyyatından keçmiş bütün dərman vasitələri ancaq vahid resept blankı əsasında buraxılmalıdır.

SMS kampaniyasının ikinci mərhələsi olaraq əhalinin məlumatlandırılmasına başlanacaq. Kampaniya çərçivəsində vətəndaşlara www.pharma.az və

Page 44: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

www.medportal.az saytlarında 24 saat işləyən növbətçi apteklərin siyahısı (adlarını, ünvanlarını və əlaqə telefonlarını) və digər faydalı məlumatlar veriləcək.

İyulun 30-da Tarif (qiymət) Şurasının iclası keçirilib və dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlanıb. İclasda həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib. Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri sentyabrın 15-dən qüvvəyə minəcək. Həmin tarixdən Tarif Şurasının qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidməti onu da bəyan edib ki, apteklərin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir. Aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək cərimələr tətbiq olunub. Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülüb.

Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənibNazir: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır”

Nazirlik əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi planı təsdiq edibNazir müavini: “Dərman vasitələrinin 90 faizinin qiyməti düşəcək”

Turizm şirkətlərinin sayı 295-ə çatıb07.08.2015

Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilin iyul ayı ərzində 9 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Transparency.az-ın məlumatına görə, həmin şirkətlər bunlardır: “Ze Tur”, “Luna Travel”, “Bir An Tur”, “Kaspi Tur”, “Azera Turizm”, “Time To Travel”, “Mondo Travel”, “A La Carte Travel”, “Filosofi”.

Page 45: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Mct.gov.az-da yayılan rəsmi açıqlamada qeyd olunur ki, hazırda ölkə ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən 295 turizm şirkəti var.

İcbari Sığorta Bürosundan iyul hesabatı07.08.2015

İyulda daşınmaz əmlakın icbari sığortası üzrə 7 min 893 sığorta müqaviləsi bağlanıb. Bu mənbədən daxil olan sığorta haqlarının məbləği isə 1,3 milyon manat olub. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,35 faizi yaşayış evləri və mənzillər, 0,38 faizi inzibati binalar, 30,27 faizi isə digər daşınmaz əmlakla bağlıdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 4,9 faiz, sığorta haqlarının məbləğində isə 9,4 faiz azalma müşahidə edilib.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a verilən məlumata görə, iyulda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 369, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9 sığorta müqaviləsi bağlanıb.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 27 min 930 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 1 819 manat təşkil edib.

Neftin qiyməti necə oynayır?07.08.2015

Avqustun 7-də yayılan ilkin məlumatlara görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,51 dollar ucuzlaşaraq 44,66 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 49,77 dollar olub.

Dövlət Neft Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 1,38 dollar ucuzlaşaraq 50,32 dollar təşkil edib.

Page 46: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

“Azadlıq” radiosunun neft mövzusunda yaydığı materialda qeyd olunur ki, analitiklər 2015-ci il üçün mümkün ən aşağı qiyməti 40 dolların üstündə proqnozlaşdırıblar: “Brent”in mümkün eniş həddi kimi bir barrel üçün 45,19 dollar müəyyən edilib. “Röyter” agentliyinin rəy sorğusunun nəticələrinə görə, “Brent” neftinin 2015-ci il üçün orta qiyməti bir barrel üçün 60 dollar həddində qərar tutacaq.

bp şirkətinin baş icraçı direktoru Robert Dadli isə qeyd edir ki, aşağı neft qiymətləri uzun müddət davam edəcək. Onun fikrincə, neft sənayesindəki indiki böhran 1986-cı ili xatırladır. O zaman neftin barreli 10 dollara enmişdi”.

Ekspert Neft Fondunu Rusiya bazarından çəkilməyə çağırır07.08.2015

Ötən il Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından gəlirləri 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub. Bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu belə deyib.

Ekspert qeyd edib ki, Dövlət Neft Fondunun daşınmaz əmlaka (bu portfel London, Paris, Moskva və Seulda yerləşən 4 aktivdən ibarətdir) yönələn investisiyalarından əldə edilən gəlirləri aşağı düşüb: “Neft Fondunun 2012-ci ildə Moskvada 133 milyon ABŞ dollarına aldığı “Aktyorlar qalereyası” ofis və ticarət mərkəzinin dəyəri ötən ilin sonunda 88,6 milyon ABŞ dollarına enib. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb.

Page 47: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, fondu oradakı vəsaitlərini geri çəkməyə çağırsaq da, buna hələ də əməl edilmir. Nəticədə fondun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində fondun Rusiya bazarındakı əməliyyatlardan itkilərinin daha yüksək olacağı gözlənir. Son məlumatlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz düşüb”.

Dövlət Əmək Müfəttişliyi Xidməti iyulda 1636 pozuntu aşkarlayıb07.08.2015

İyulda ayrı-ayrı müəssisələrdə 1636 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Transparency.az-a daxil olan məlumatda deyilir ki, hüquq pozuntuları əsasən özəl sektora aid müəssisələrdə, ticarət, xidmət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında müəyyən olunub.

Hüquq pozuntularına görə işəgötürənlərə verilən cərimələrin ümumi məbləğinin 30 faizi (172608 manat) dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin iyuluna dair müvafiq göstərici ilə müqayisədə 37,5 faiz çoxdur.

Məlumatda deyilir ki, iş yerlərində əmək qanunvericiliyinin pozulması halları ötən ay 11,2 faiz, yanvar-iyul aylarında isə 12,5 faiz azalıb.

Dərman vasitələrinin qiymətlərinin göstərilməsi üsulları07.08.2015

Page 48: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

İqtisadiyyat və Sənaye Nazirliyi “Dərman vasitələrinin qiymətlərinin göstərilməsinin digər üsulları”nı təsdiq edib. Üsullara əsasən, qiymətlərini Tarif (qiymət) Şurasının tənzimlədiyi dərman vasitələrinin pərakəndə satış qiymətlərinin qablaşdırmanın üzərində mətbəə qaydasında çap edilməsi mümkün olmadıqda seçimdən asılı olaraq qiymətlər sənaye printeri vasitəsilə çap olunmaqla, qiymət kağızı yapışdırmaqla və ya ştamp vasitəsilə vurmaqla göstərilməlidir.Dərman vasitəsinin pərakəndə satış qiymətini onun üzərinə topdansatış əczaçılıq müəssisəsinə mədaxil edilməzdən əvvəl istehsalçı və ya onun səlahiyyətli nümayəndəsi, dərman vasitəsinin qiymətində dəyişiklik baş verdikdə isə onun mülkiyyətçisi vurmalıdır. Aptek təşkilatı topdansatış əczaçılıq müəssisəsindən daxil olmuş dərman vasitəsinin üzərindəki qiymətin Tarif (qiymət) Şurasında təsdiq edilmiş qiymətə uyğunluğunu yoxlamalıdır.

Bu üsullardan istifadə edilməklə dərman vasitəsinin üzərində qiymət göstərilən zaman qiymətin aydın oxunması təmin edilməli, dərman vasitəsinin istehsal və son istifadə tarixlərinin üzərinin örtülməsinə, eləcə də istehlakçı tərəfindən dərman vasitəsi barədə məlumatların oxunmasının vizual məhdudlaşdırılmasına yol verilməməlidir.

Xəbəri avqustun 7-də www.economy.gov.az yayıb.

Əmlak Məsələləri Dövlət Komitəsi Balakəndə “kütləvi çıxarış” xidməti göstəri

Page 49: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

07.08.2015

Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan “kütləvi çıxarış” kampaniyası avqustun 7-si Balakən rayonunda xidmət göstərib. Qurumun mətbuat xidmətinin məlumatına görə, ümumilikdə 550-yə yaxın vətəndaş daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət alıb.

300-ə yaxın rayon sakininə dövlət reyestrindən çıxarış verilib, 150-yə yaxın vətəndaşdan daşınmaz əmlaka, həmçinin torpağa dair qeydiyyat üçün zəruri sənədlər qəbul edilib. 100-ə yaxın vətəndaş hüquqi yardımla təmin olunub.

Rəsmi açıqlamaya görə, kampaniya komitənin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. İndiyədək kampaniya çərçivəsində ümumilikdə 4350-yə yaxın vətəndaşa xidmətlər göstərilib: “8 aydır davam edən kampaniyada indiyədək bir neçə yenilik edilib. İlkin mərhələdə kampaniya zamanı yalnız çıxarışlar təqdim olunurdusa, sonra həm də mülkiyyət barədə sənədlərin qəbuluna başlandı. Daha sonra kampaniyaya fiziki məhdudiyyətli mülkiyyət sahibləri cəlb olundu. Kampaniyanın davamında format daha da genişləndirildi. Növbəti yenilik isə kampaniya çərçivəsində hüquqi maarifləndirmə aksiyalarının keçirilməsi oldu, vətəndaşlara daşınmaz əmlakın qeydiyyatında hüquqi tələblər, qeydiyyatın sosial-iqtisadi üstünlükləri çatdırıldı”.

Nazirlik informasiya idarəçiliyini bir mərkəzdə topladı07.08.2015

Page 50: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Avqustun 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzi açılıb. Rəsmi məlumata görə, açılış mərasimində iştirak edən nazir Əli Abbasova bildirilib ki, nazirliyin informasiya siyasətinin tənzimlənməsi, qurumun həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək.

Mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), “Rabitə dünyası” qəzeti və ICTnews Elektron Xidməti fəaliyyət göstərəcək. Yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.

Xədicə İsmayılın təxminən 45 min manatlıq vergidən yayındığı iddia olunur07.08.2015

Page 51: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Avqustun 7-si Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın cinayət işi üzrə proses başlayıb.

39 yaşlı Xədicə İsmayıl 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

“Azadlıq” radiosunun məlumatına görə, işdə zərərçəkmiş keçən jurnalist Tural Mustafayev prosesə gəlməyib. Xədicə İsmayıl prosesdə deyib ki, bu epizod üzrə zərərçəkmiş şəxsin iştirakı olmadan ifadə verməyəcək. Tural Mustafayevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar çıxarılıb.

Xədicə İsmayıl Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Lakin sonradan Tural Mustafayev hüquq mühafizə orqanlarının təzyiqləri altında Xədicə İsmayıla böhtan atdığını bəyan edib.

Vəkillər vergi ödəməkdən yayınma ittihamı üzrə vəsatət qaldırıblar. Onlar bildiriblər ki, “Azadlıq” radiosu haqqında bu il yanvarın 5-də başlanan səyyar vergi yoxlaması bitmədiyi və mayın 15-dən dondurulduğu halda Xədicə İsmayıla bununla bağlı ittiham irəli sürmək qərəz göstəricidir, bu ittiham üzrə işə baxılmamalı, son baş verənlər istintaq materiallarına əlavə olunmalıdır. Hakim bu vəsatəti rədd edib.

Xədicə İsmayılın təxminən 45 min manatlıq vergidən yayındığı iddia olunur.

Mikayıl Cabbarov rüşvət və korrupsiya ilə mübarizə addımlarından danışıb07.08.2015

Təhsil naziri Mikayıl Cabbarov ANS-ə müsahibəsində deyib ki, Azərbaycanda rüşvət və korrupsiya ilə ciddi mübarizə aparılır: “Təhsil sahəsi bu istiqamətdə öndə gedən və qətiyyətli addımlar atan sistemlərdən biridir. Atılan addımlardan bir neçəsini deyə bilərəm. Birincisi, baş verən hallarla mübarizə zamanı

Page 52: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

cəzalandırmadır. Son iki il ərzində nazirliyin müvafiq strukturu tərəfindən görülən işlər nəticəsində onlarla məmur, məktəb direktoru və təhsil rəsmləri vəzifəsindən azad edilib, bir çox işlər üzrə cinayət işləri açılıb, başa çatdırılıb. Bəziləri barədə hökmlər var.

İkinci mühüm məsələ odur ki, biz fərdi hallarla mübarizə ilə yanaşı iş görürük ki, rüşvətin yaranması üçün lazım olan zəmini aradan qaldıraq. Deyək ki, daha çox hansı istiqamətlərdə həmin o mənfi pozuntunu biz görürdük? Təlim-tədris prosesində, məktəblərdə pul yığımları kimi hallar, 1-ci siniflərə uşaqların qəbulunda, təhsil hüququnun həyata keçirilə bilməsinə yaradılan süni maneələr, müəllimlərin işə qəbulu.

Bütün sadaladığım istiqamətlər üzrə sistemli qərarlar qəbul eləmişik. Müəllimlərin işə qəbulunu tam şəkildə mərkəzləşdirmişik. 20 mindən çox adam imtahana girir, tam şəffaf bir şəkildə imtahan keçirilir. Bunların videomüşahidəsi həyata keçirilir, proses şəffaflaşır, nəticədə şikayətlər azalır. Birinci sinfə qəbul üçün bu ildən başlayaraq elektron sistem tətbiq etmişik. Valideynlə direktor arasında heç bir ünsiyyət yoxdur, siz istənilən məktəbi internet üzərindən seçirsiniz, orada dərhal sizə göstərilir ki, məktəbdə neçə sinif var və sair. Uşağın sənədini elektron qaydada təqdim edirsiniz. Bütün bunlarla prosesdə məmurla vətəndaş ünsiyyətini tam aradan qaldırmışıq.

Məktəblərdə yığımlar məsələsinə gələk. Verdiyimiz qərarlardan biri ondan ibarətdir ki, Bakı şəhərində yerləşən hər bir məktəbi təsərrüfat işləri üçün lazımi vəsait olan bank kartı ilə təmin etmişik və məktəbdə oxuyan şagirdlərin sayına uyğun maliyyə limitləri vermişik. Bununla, kiçik xərcləri direktorlar birbaşa özləri həyata keçirirlər. Qeyri-qanuni vəsait yığımı üçün bəhanə aradan qaldırılıb.

Digər məsələ xaricdə təhsildir. Dövlət başçımızın təşəbbüsü ilə qəbul olunan dövlət proqramına uyğun olaraq vətəndaşlarımız xaricdə təhsil alır. Unikal proqramdır bu. Biz son üç il ərzində müraciətlərin 4 dəfə artmasını görürük. Müraciətçilər görürlər ki, seçim şəffafdır. Müraciətlər elektron ərizə vasitəsilə qəbul edilir, müsahibə videomüşahidə olan otaqda aparılır. Heç bir məmurla ünsiyyət yoxdur. Müsahibə komissiyasında yalnız bir nəfər Təhsil Nazirliyindəndir. Apellyasiya veriləndə də müraciətçinin müsahibəsi istənilən şikayətçi ilə birgə baxılır”.

Page 53: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Ekspert nazirin təklifinə qarşı çıxdı07.08.2015

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov rabitə xidmətləri göstərən “Skype”, “Facebook”, “WhatsApp” şəbəkələrinin Azərbaycanda fəaliyyətini lisenziyalaşdırmağı təklif edib. Transparency.az-a bu haqda danışan internet məsələləri eksperti Osman Gündüz deyib ki, lisenziyalaşdırmanın “Skype”, “Facebook”, “WhatsApp” şəbəkələrinə aidiyyəti yoxdur: “Radio, televiziya, beynəlxalq telefon rabitəsi lisenziyalaşdırıla bilər. Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində sosial şəbəkə xidmətlərinin lisenziyalaşdırılması anlayışı yoxdur”.

Osman Gündüz lisenziyalaşdırma təklifinin bəzi iqtisadi dairələrin maraqları ilə bağlı olduğunu istisna etmir: “WhatsApp” üzərindən çox danışırlar. Görünür, kimlərsə maliyyə zərəri çəkir, onların maraqları ola bilər. Bazarda çeşidli, keyfiyyətli xidmətlərdən qazanmaq yerinə başqasının hüquqlarını tapdalayıb qazanmağı doğru saymıram.

Ancaq internetdə, sosial mediada zərərli informasiyaların qarşısının alınmasından söhbət gedirsə, buna etiraz ola bilməz. Kiber təhlükəsizliyin, uşaqların internetin zərərli təsirindən qorunması işi önəmlidir. Təbii ki, nəzarətin internet azadlığını məhdudlaşdırmaması şərti ilə”.

Prezident: “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq”10.08.2015

Page 54: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

“Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq”. Avqustun 8-i Şabranda “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı kompleksin kollektivi ilə görüşdə qeyd edib ki, regionların inkişafı, qeyri-neft sektorunun, turizm sektorunun inkişafı prioritet sahədir: “Regionların inkişafı o cümlədən turizmin inkişafı ilə bağlıdır, xüsusilə nəzərə alsaq ki, bizim çox gözəl təbiətimiz var. Biz çox xoşbəxt insanlarıq ki, belə gözəl ölkədə yaşayırıq. Xəzər dənizi, dağlar, çaylar, bulaqlar, göllər, meşələr — bütün bunlar bizdə var. Belə olan halda turizmin inkişafı bir neçə il bundan əvvəl prioritet istiqamət kimi müəyyən edilib və hazırda ölkəmizin müxtəlif yerlərində dünya səviyyəli turizm mərkəzləri və kurortlar fəaliyyət göstərir.

Sovet dövründə iki məşhur kurortumuz var idi — biri Qalaaltı, biri də Naftalan. Naftalan kurort mərkəzi də bu gün ən yüksək səviyyədə yaradılıb. Artıq beşulduzlu üç otel fəaliyyət göstərir. Mən o otellərin hər birinin açılışında şəxsən iştirak etmişəm və dördüncü otel də tikilməkdədir. Beləliklə, Naftalana hər il istirahət üçün artıq on minlərlə insan gəlir və son vaxtlar xarici ölkələrdən də gələnlərin sayı gündən-günə artır. Əminəm ki, Qalaaltı da o səviyyəyə qalxacaq. Çünki burada da müalicə almaq, istirahət etmək, dincəlmək üçün çox gözəl imkanlar var.

Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz — bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”.

Page 55: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Transparency.az xəbər verir ki, İlham Əliyev neftin qiymətinin keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdüyünü vurğulayıb: “Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək, neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları — Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”.

Elman Mehdiyev: “Sığorta-pensiya sistemi özünü tam maliyyələşdirir”10.08.2015

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlama verərək deyib ki, Azərbaycanın sığorta-pensiya sistemi özünü tam maliyyələşdirir, hətta sosial sığorta ilə bağlı olmayan dövlət öhdəliklərinin qarşılanmasına da vəsait ayırır. Fondun rəsmi portalında yer alan açıqlamaya görə, ödənilən pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1 yanvar 1992-ci ildən əvvəlki dövr üzrə formalaşmış məbləğlər, həmçinin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmayan əlavələr təşkil edir ki, bu xərclərin illik məbləği təqribən 1,5 milyard manatdır: “Dövlət büdcəsindən ayrılan illik transfertin həcmi isə 1,1 milyard manat olmaqla həmin dövlət öhdəliklərindən əhəmiyyətli şəkildə aşağıdır, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir.

Page 56: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Jurnalistlərə bu barədə danışan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev cari ilin yanvar-iyun aylarında Fondun sosial sığorta gəlirlərinin artığını diqqətə çatdırıb: “Fondun sosial sığorta gəlirləri 8 faiz artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır. Artım dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub”.

Hüquqi şəxslərin elektron qeydiyyatı necə həyata keçirilir? (Vergilər Nazirliyinin rəsmi cavabı)10.08.2015

Vergilər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslərin elektron qeydiyyatı iki üsulla — sürətli və adi qaydada həyata keçirilir. Sürətli qeydiyyat təsisçi bir nəfər olduqda tətbiq edilir. Bu halda təsisçi yalnız özü, təyin edəcəyi rəhbər və cəmiyyətin fəaliyyət sahəsi barədə məlumatı sistemə daxil edib elektron imza qoymaqla hüquqi şəxsin dövlət qeydiyyatı üçün tələb olunan məlumatları qeydiyyat orqanına təqdim etmiş olur.

Təsisçilərin sayı birdən çox olduqda, həmçinin hüquqi şəxsə aid daha geniş məlumatların daxil edilməsi tələb olunduqda isə adi elektron qeydiyyat üsulu seçilir.

Vergilər Nazirliyinin rəsmi açıqlamasına görə, hazırda e-qeydiyyata keçidlə əlaqədar prosesin başa çatdırılması üçün vətəndaşların yerinə yetirdiyi əməliyyatların sayı, xərclənən vəsaitin məbləği və sərf edilən vaxt minimuma

Page 57: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

endirilib, bunun müqabilində isə Azərbaycanda hüquqi şəxsin qeydiyyata alınması müddəti 3 dəfə azaldılıb.

Nefti, qazı kənara qoysaq…10.08.2015

Prezident İlham Əliyev avqustun 8-i Şabrandakı “Qalaaltı Hotel & SPA” müalicə-istirahət kompleksinin açılışı zamanı neftin qiymətinin keçən ilə nisbətən iki dəfədən çox aşağı düşdüyünü vurğulayaraq bunun gəlirlərə mənfi təsir göstərdiyini deyib: “Az pul qazanırıq, amma bununla bərabər iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək, neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları — Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”.

Dövlət başçısının çıxışını Transparency.az-a şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, nefti, qazı kənara qoymaq qənaətinə iqtisadçılar 10 il bundan əvvəl gəliblər: “Onda bu yanaşma daha çox fayda gətirər və əhəmiyyət kəsb edərdi. Çünki hazırda biz nefti-qazı kənara qoysaq, onda ümumi daxili məhsulun (ÜDM) 39 faizini, büdcənin 65 faizini, ixracatın isə 85 faizini itiririk. Onda ötən il bizim ÜDM 59 milyard manat deyil, 36 milyard manat, adambaşına illik gəlirlər 6264 manat deyil, 3821 manat, dövlət büdcəsinin mədaxili 18,4 milyard manat

Page 58: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

deyil, 6,5 milyard manat, cəmi ixrac 21,8 milyard dollar deyil, 1,8 milyard dollar olardı. Bu hesablamalar neft sektorunun təsiri ilə inkişaf edən inşaat, ticarət və xidmət bölməsi nəzərə alınmadan aparılıb”.

Qubad İbadoğlu prezidentin son açıqlamasını Azərbaycanda postneft gəlirləri dövrünün anonsu kimi dəyərləndirir: “Amma indiki şərtlər, inhisarçılıq, korrupsiya, himayəçilik, mərkəzləşdirmə, inzibatçılıq postneft dövründə ciddi çətinliklərlə üzləşəcəyimizi göstərir. Yeganə alternativ bazar iqtisadi mexanizmlərinin tətbiqindən, fiskal mərkəzsizləşmədən, iqtisadiyyatın liberallaşdırılmasından, hökumətin açıq və hesabatlı fəaliyyətindən keçir”.

Jurnalistin ölümünə görə tutulanlar var10.08.2015

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ANN.az saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı birgə məlumat yayıb. Məlumata görə, avqustun 8-i saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlunu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxs döyüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist avqustun 9-u saat 5 radələrində orada vəfat edib.

Page 59: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Rəsmi açıqlamada qeyd olunur ki, Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb: “Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir”.

Jurnalistin “Facebook” şəbəkəsində “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov barədə yazdığı statusa görə döyüldüyü bildirilir.

Avqustun 6-sı “Qəbələ” Bakıda Kiprin “Apollon” klubu ilə beynəlxalq oyunda qələbə qazanıb. Oyun bitəndə qələbə topunun müəllifi Cavid Hüseynov sevincini Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını başı üzərinə qaldırmaqla ifadə edib. Meydançadan ayrılan zaman kiprli jurnalistin “Nəyə görə Türkiyə bayrağını qaldırmışdınız” sualına cavabında Cavid Hüseynov yumruqlarını bir-birinə vuraraq Azərbaycan və Türkiyənin bir olduğunu anlatmağa çalışıb. Bu jest videoya düşüb. Futbolçunun əl hərəkəti ilə etdiyi jesti başqa cür qiymətləndirən jurnalist avqustun 7-də “Facebook”da onu əxlaqsız və tərbiyəsiz adlandırıb.

Avqustun 8-də Rasim Əliyev “Facebook”da yeni bir statusla çıxış edib: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-də açıqlama versin”.

“Yeni Müsavat” qəzeti yazır ki, Rasim Əliyev Cavid Hüseynovu “Facebook”da Kiprdəki hərəkətinə görə də tənqid edibmiş. “Qəbələ”nin “Apollon” klubu ilə səfər matçında (30 iyul) yerli azarkeşlər Azərbaycan bayrağını cırıb. Oyunun sonuncu dəqiqəsində penaltidən hesabı bərabərləşdirən Cavid Hüseynov rəqib azarkeşlərə qeyri-etik əl hərəkəti ilə cavab verib.

Qeyd olunur ki, jurnalistin avqustun 7-də yazdığı statusdan sonra bir qrup şəxs zəng vuraraq onu təhqir ediblər. Daha sonra Cavid Hüseynov özü jurnalistə zəng edərək iradını bildirib. Rasim Əliyev yanlış anlaşılma olduğunu deyib və tərəflər telefonda sağollaşıb. Ancaq Rasim Əliyevi təhqir edənlər yenidən ona zəng

Page 60: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

edərək üzr istəmək məqsədi ilə görüşmək istədiklərini deyiblər və jurnalistin yaşadığı Bayıl qəsəbəsinə gəliblər. Görüş “Bayıl market”in qarşısında olub. Altı nəfər olduqları deyilən şəxslər jurnalisti döyərək ciddi bədən xəsarətləri yetiriblər.

Rasim Əliyev özü atasının maşını ilə yaxınlıqda olan təcili tibbi yardım məntəqəsinə gedib. Sakitləşdirici iynə vurduqdan sonra onu Kliniki Tibbi Mərkəzə aparıblar. Müayinə zamanı məlum olub ki, Rasim Əliyevin qabırğaları sınıb, sol qulağı eşitmə qabiliyyətini itirib, daxili orqanları da zədələnib. Avqustun 9-u gecə saat 1 radələrində vəziyyəti ağırlaşan jurnalistdə daxili qanaxma olduğu bilinib. Əməliyyat zamanı Rasim Əliyevin dalağı çıxarılıb. Məlum olub ki, onun ağ ciyəri də deşilib. Səhərə yaxın jurnalist vəfat edib.

Jurnalist avqustun 9-da Mehdiabad qəbiristanlığında dəfn olunub.

APA-nın məlumatına görə, Rasim Əliyevin ölümü ilə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanıb. Saxlanılan şəxslərin arasında futbolçu Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da var.

Hüquq mühafizə orqanlarından APA-ya bildirilib ki, hadisənin baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntüləri istintaqa təqdim olunub. Rasim Əliyevin mobil telefonuna edilən zənglər də araşdırılıb və hadisə şahidlərinin, mərhumun yaxınlarının, onun müayinəsini aparan həkimlərin izahatı alınıb.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Rasim Əliyevin ölümü ı ilə əlaqədar AZƏRTAC-a bunları bildirib: “ANN.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır. Hadisənin başvermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”.

“Qəbələ” İdman Klubu bəyanat yayaraq qeyd edib ki, baş verən hadisədə Cavid Hüseynovun adının hallanması onları çox təəssüfləndirir”: “Mərhum Rasim

Page 61: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Əliyev son müsahibələrində və “Facebook” sosial şəbəkəsindəki statusunda futbolçu ilə telefonla danışdığını, aralarında heç bir problemin qalmadığını bildirsə də, sonradan baş verən hadisələr heç də birmənalı deyil. Ona görə də tezliklə bu məsələnin hüquq mühafizə orqanları tərəfindən araşdırılacağına, günahkarların layiqli cəzalarını alacaqlarına inanırıq. Bildiririk ki, Cavid Hüseynov komandamız üçün nə qədər vacib oyunçu olsa belə, bu hadisələrə aydınlıq gələnədək əsas komandadan kənarlaşdırılıb”.

Dövlət başçısı jurnalistin ölümünə reaksiya verdi10.08.2015

Avqustun 10-da AZƏRTAC jurnalist Rasim Əliyevin ölümü ilə bağlı yeni açıqlama yayıb. Açıqlamaya əsasən, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyev avqustun 8-də ANN.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olub: “Azərbaycan prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.

Prezident İlham Əliyev hadisə barədə xəbər tutan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə məsələnin qısa müddətdə, tam təfsilatı ilə araşdırlması, cinayətkarların tapılması və məsuliyyətə cəlb edilməsi, habelə hadisənin baş vermə səbəbləri, istintaqın

Page 62: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

gedişi haqqında dövlət başçısının və ictimaiyyətin müntəzəm qaydada məlumatlandırılması ilə bağlı tapşırıqlar verib. Azərbaycan prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

Cənab prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib”.

Elektron imza sertifikatlarının sayı 35 mini ötüb10.08.2015

Transparency.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla bildirir ki, Azərbaycanda istifadədə olan elektron imza sertifikatlarının sayı 35098-ə çatıb. İyul ayında e-imza istifadəçilərinin sayı 501 nəfər artıb. Ötən ay vətəndaşlara 34, dövlət qurumlarına 336, hüquqi şəxslərə isə 131 elektron imza verilib.

Rəsmi açıqlamaya görə, ümumilikdə  e-imzaya sahib vətəndaşların sayı 7629-a, dövlət qurumlarının sayı 21201-ə, hüquqi şəxslərin sayı isə 6268-ə çatıb.

Elektron imza məlumatı göndərəni təyin edən bir ədədi koddur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin başqa bir hesabatına əsasən, statistik uçotun aparıldığı tarixdən — 2012-ci ilin

Page 63: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

dekabrından 2015-ci ilin iyul ayının 31-nə qədər “Elektron hökumət” portalına daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 8 204 936 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 2 300 721 nəfər olub.

2 300 721 nəfər ümumən 8 204 936 dəfə portala baxıb və 14 173 264 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 28 327 790 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 24 saniyə olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarım ayın pozuntuları ilə bağlı hesabat yayıb10.08.2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyulun 16-dan 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırıb. Eco.gov.az xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslərin atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantıları atılması sahəsində yol verdiyi qanun pozuntularına görə 228 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 104 müddətli məcburi göstəriş verilib.

Açıqlamaya görə, ümumilikdə 65 iş üzrə 122322.6 manat məbləğində inzibati cərimə tətbiq edilib, 14 iş üzrə 5705.25 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 65075.36 manat məbləğində ödəmə tətbiq edilib.

Page 64: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 21, icra qurumlarına isə 32 iş göndərilib.

Rublun devalvasiyası “Qazprom”un mənfəətini artırıb10.08.2015

Rusiyada rublun devalvasiyası 2015-ci ilin birinci rübündə “Qazprom” şirkətinin təmiz mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 71% artırıb.

Transparency.az xəbər verir ki, “Qazprom”un bu ilin ilk üç ayı üçün yaydığı hesabata görə, şirkətin səhmdarlara aid təmiz mənfəəti 71% (159 milyon 105 min rubl) artaraq 382 milyard 112 milyon təşkil edib. 2014-cü ildə bu rəqəm 223 milyard rubl olub.

Şirkətin rüblük gəliri 5,8% artaraq 1 milyard 648 milyon, əməliyyat xərcləri isə 7,5% artaraq  trilyon 171 milyard səviyyəsinə qalxıb.

Rüb ərzində qaz satışından əldə olunan gəlirin 91 milyard 657 milyon artması (bu, 2014-cü ilin analoji dövrü ilə müqayisədə 10% çoxdur) rublla ifadə olunan orta hesablaşma qiymətinin 37% çoxalması  ilə izah olunur.

2015-ci ilin yanvarın 1-dən martın 31-nə qədər olan dövrdə “Qazprom”un təmiz borcu 202 milyard 367 milyon rubl azalıb. Bu azalma pul vəsaitləri  və onların ekvivalentlərinin çoxalması ilə bağlıdır.

Elektron arayışlarda əsas yenilik nədir?10.08.2015

Prezident İlham Əliyevin 14 iyul fərmanı ilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”da dəyişikliklər edilib. Təlimata elektron kargüzarlıqla bağlı bəndlər salınıb, yeni tələblər və standartlar müəyyən olunub.

Page 65: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Transparency.az-ın məlumatına görə, “Elektron hökumət” bülleteninin avqust buraxılışında deyilir ki, elektron arayışların bütün dövlət qurumlarında tanınması sahəsində problemlər var: “Qəbul edilən dəyişikliklər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Bu qaydalar kargüzarlıqda yeni bir mərhələnin başlanğıcını qoyur. Qaydalar xüsusilə də elektron formada sənədlərin tanınmasında mühüm rol oynayacaq.

Təlimatda diqqət çəkən əsas bəndlərdən birinə görə, elektron sənəd çap edilərkən avtomatik olaraq birinci səhifənin üz tərəfində təşkilatın tam adını, təşkilatın hüquqi ünvanını, elektron sənədin qeydiyyat nömrəsini və qeydiyyat tarixini özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod yerləşdirilməlidir.

Bu bəndin önəmli əhəmiyyəti ondan ibarətdir ki, bu vaxtadək elektron sənədlər (hətta elektron imza ilə imzalanmış sənədlər belə) çap edildikdə sənədi kimin, nə vaxt imzalaması, təsdiq etməsi və sair barədə məlumatlar öz əksini tapmırdı. Yeni qaydaların tətbiqindən sonra isə elektron sənədlərin çap edilərək kağız şəklində aidiyyəti qurumlara təqdim edilməsi də mümkün olacaq.

Kargüzarlıqla bağlı yeni qaydalar elektron sənəd dövriyyəsinin genişlənməsinə təkan verəcək və qurumlar arasında məlumat mübadiləsinin sürətlənməsinə, yazışmaların daha operativ şəkildə həyata keçirilməsinə imkan yaradacaq”.

Dövlət Sərhəd Xidməti iyul ayının nəticələri ilə bağlı statistika açıqlayıb10.08.2015

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi xəbər verir ki, 2015-ci ilin iyul ayı ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 60 nəfər saxlanıb. Onların 28 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Moldova, 7 nəfəri İran İslam Respublikası, 7 nəfəri Özbəkistan, 6 nəfəri Əfqanıstan, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Nigeriya, Gürcüstan, Banqladeş vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 7 nəfər, Xəzər dənizində 36 halda 60 nəfər saxlanaraq barələrində müvafiq tədbir görülüb. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının axtardığı 417 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Page 66: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 24 halda 10 kiloqram 403,1 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 64 halda ümumi dəyəri təqribən 398 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd F-1 əl qumbarası, 2 ədəd beşbarmaq, 1 ədəd gecəgörmə cihazı, 192 ədəd mobil telefon, 5278 qutu siqaret, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanıb.

Xədicə İsmayılın məhkəməsi: zərərçəkən Tural Mustafayev istintaqa ifadəsindən imtina etdi10.08.2015

Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılın cinayət işi üzrə prosesi davam etdirir.

“Azadlıq” radiosunun əməkdaşı olan 39 yaşlı Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də tutulub. O, özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır.

Xədicə İsmayıl jurnalist Tural Mustafayevin şikayəti əsasında özünü öldürməyə cəhd həddinə çatdırmaq ittihamı ilə həbs olunub. Sonradan Tural Mustafayev mediaya açıqlamalarında hüquq mühafizə orqanlarının təzyiqləri altında Xədicə İsmayıla böhtan atdığını bəyan edib.

Page 67: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

APA-nın məlumatına görə, avqustun 10-da keçirilən məhkəmə iclasında Xədicə İsmayılın vəkili Cavad Cavadlı Tural Mustafayevin mediaya verdiyi açıqlamaların iş materiallarına daxil edilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətin baxılmamış saxlanmasına qərar verib.

Zərərçəkən Tural Mustafayev məhkəmədə ifadə verib. Jurnalist deyib ki, ibtidai istintaqa verdiyi ifadə — Xədicə İsmayılın onu intihar həddinə çatdırması ilə bağlı ifadəsi doğru deyil: “O zaman əsəbi idim və ona böhtan atmaq istəyirdim”.

“Azadlıq” radiosunun məlumatına görə, Tural Mustafayev ifadəsində deyib ki, psixoloji problemləri olduğundan əsəb dispanserində müalicə alıb, psixi problemlərinin yaranmasında, intihara cəhd etməsində Xədicə İsmayılın hər hansı rolu olmayıb.

Eyni məzmunlu ifadəni onun nişanlısı Rövşanə Rəhimova verib. Tural Mustafayevin anası Nəzakət Mustafayeva isə ifadəsində deyib ki, Xədicəni tanımır, oğlu Rövşanə Rəhimovaya görə intihar edib.

Tural Mustafayevin ibtidai istintaqa verdiyi ifadələrlə indiki ifadəsi arasında kəskin ziddiyyətlər olduğu üçün ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

Vəkil Cavad Cavadlı Tural Mustafayevin iş üzrə zərərçəkən kimi tanınmasına xitam verilməsini istəyib.

İstintaq materiallarında qeyd olunur ki, “Azadlıq” radiosu” və “Meydan TV” teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 20 oktyabr 2014-cü ildə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan “Sink oksid” dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb: “Tural Mustafayev Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək qeyd edilən KİV-lərdə işlədiyi müddətdə “Azadlıq” radiosunun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.

Page 68: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Araşdırmalar zamanı Xədicə İsmayılovanın Tural Mustafayevlə münasibətlərinin pisləşməsi və onun başqa qadınla ailə həyatı qurmaq istəməsi ilə əlaqədar şəxsi əlaqələrindən istifadə edərək sosial şəbəkələrdə və yaxın tanışları arasında ləyaqətini mütəmadi olaraq alçaltmasında, jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş hərəkətləri ilə onu işdən azad etdirməklə ondan asılı vəziyyətə düşməsinə nail olmasında, maddi vəziyyətinin pisləşməsində, eyni zamanda yaxın münasibətlərinin bərpa olunmayacağı təqdirdə barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələməsində, eləcə də Tural Mustafayev ondan əl çəkməyəcəyi halda özünü öldürəcəyini bildirsə də, Xədicə İsmayılovanın buna əhəmiyyət verməyərək ona qarşı qanunazidd hərəkətlərini davam etdirməsində əsaslı şübhələr olduğundan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib”.

Külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları jurnalistin işinə bu ilin fevralında əlavə olunub.

12333 nəfər istehsalçıya güzəştlə satılmış mineral gübrə üçün 7 milyon 280 min manat ayrılıb10.08.2015

Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslərin istehsalçılara satdığı mineral gübrələrin dəyərinin 70 faizinin dövlətdən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti bildirir ki, 12333 nəfər istehsalçıya 102215,8 hektara görə güzəştlə satılmış 17841 ton mineral gübrə üçün 7 milyon 280 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə Respublika Komissiyasının qərarı və müvafiq sənədlər Maliyyə Nazirliyinə göndərilib.

Page 69: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Təhlil

İslam bankçılığı: halal, amma hələ qanunsuz…03.08.2015

      Bəkir NərimanoğluMaliyyə böhranından zərərsiz çıxan sektorların başında islam bankçılığı dayanır. Bəs Azərbaycanda bu sahənin inkişafı üçün seqmentlər, xüsusilə də qanunvericilik bazası varmı?

“Banklar haqqında” qanunun 33-cü maddəsinə görə, bank ticarətlə məşğul ola bilməz. Amma islam bankçılığının fəlsəfəsi budur ki, bank öz müştərisi ilə riskləri və gəlirləri bölüşür. Bu isə birbaşa ticarətlə məşğul olmaq deməkdir.

İqtisadçı ekspert Samir Əliyev ilk mərhələdə hüquqi bazanın yaradılmasını vacib sayır: “Məsələn, Qazaxıstanda bank qanunvericiliyinə dəyişiklik edilərək islam bankçılığının hüquqi bazası yaradılıb. Bizdə də qanunvericilik imkanları olsa, yeni banklar yaradılar, yaxud mövcud banklardan profilini dəyişənlər ola bilər. Azərbaycanda islam bankçılığının inkişafına çox böyük zərurət var. Ən azı insanların ucuz vəsaitə əlçatanlığı artar. Digər tərəfdən inancları mömin insanlara adi banklardan kredit götürməyi, həmin banklara əmanət yatırmağı qadağan edir. Əhalinin bu kəsimi faktiki olaraq bank sistemindən kənarda qalıb, onun bizneslə məşğul olmaq imkanları məhduddur”.

Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı Departamentinin direktoru Behnam Qurbanzadə də indiki vəziyyətdə ən böyük boşluğun qanunvericilik sahəsində olduğunu bildirir: “Azərbaycan qanunvericiliyi islam bankçılığının

Page 70: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

fəaliyyətini tənzimləmir, hərçənd ona qadağa da qoymur. Əgər biz islam bankçılığının dərininə getsək, model iki əsas istiqamətə ayrılır. Birinci istiqamət ticarət üstündə qurulan bankçılıqdır. İkincisi isə vəkalət üzərində qurulub. Yəni bank həm korporativ, həm də fərdi müştərinin vəsaitlərini idarə edə bilər. Buna maliyyə imkanlarının idarə olunması deyilir.

Dünyada islam bankçılığı hər iki yolla inkişaf edir. Əsas xətt vəkalət xəttidir. İslam bankçılığının inkişaf etdiyi, qanunvericilik bazasının olduğu 10-15 ölkə içində aktivlərin 37-40 faizi İrana məxsusdur. İran da islam bankçılığını vəkalət növü ilə idarə edir. Malayziya da bu modelə keçib. Yəni bankların ticarətlə məşğul olması 100 faizlik tələb də deyil”.

Behnam Qurbanzadə deyir ki, qanunvericilik olmadan rəqabət mümkün deyil: “Ənənəvi bankların bu baxımdan əlində yaxşı imkan var. İslam bankları isə bu gün hansısa çərçivədə fəaliyyət göstərir. Onların inkişaf etməsi, bazarda genişlənməsi üçün qanunvericilik baxımından imkanlar yaradılmalıdır. Bu halda rəqabət maraqlı olar”.

Mərkəzi Bankdan da bu sahədə qanunvericiliyin olmadığını bildirirlər: “İslam bankçılığı” prinsiplərinin klassik bankçılıq mühitinə implementasiyası spesifik hüquqi çərçivənin və prudensial nəzarət rejiminin mövcudluğunu tələb edir. Hazırda bu prinsiplərin tətbiqi üçün qanunvericilik bazası mövcud deyil. İslam bankçılığında tətbiq olunan bir sıra bank məhsulları milli qanunvericilikdə müəyyən edilmiş “kredit” anlayışı və bank fəaliyyəti növləri ilə uyğunsuzdur. “Banklar haqqında” qanunun 33-cü maddəsinə əsasən, banklar topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla bu işlərdə tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilməz”.

Prezident İlham Əliyevin “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında 4 noyabr 2014-cü il sərəncamında Nazirlər Kabinetinə tapşırıq verilib. Sərəncama əsasən, sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyətini və bu sahənin bir neçə qanunla tənzimləndiyini nəzərə alaraq Bank Məcəlləsinin layihəsi hazırlanıb prezidentə təqdim edilməlidir. Məcəllədə islam bankçılığı ilə bağlı məsələlər də əksini tapacaq.

Page 71: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Ekspert Mərkəzi Bankı qərarını dəyişməyə çağırır03.08.2015

“Mərkəzi Bankın komisyon haqlarının 1 faizə salınması və kredit faizlərinə yuxarı tavanın tətbiqi ilə bağlı göstərişləri bank sektorunun baş ağrısına çevrilib”. Bunu Transparency.az-a iqtisadçı ekspert Samir Əliyev deyib.

Ekspert bildirib ki, göstərişlər həm kreditləşməni zəiflədəcək, həm də bankların  gəlirlərini kəskin azaldacaq: “Mərkəzi Bank qeyri-rəsmi göstəriş verməklə ikinci dəfə öz səlahiyyətlərini aşmaq yolunu tutdu. “Banklar haqqında” qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Mərkəzi Bankın inzibati yolla komisyon haqlarını endirmək və faiz tavanı tətbiq etmək göstərişi verməsi qanuna ziddir. O uzaqbaşı banklara tövsiyə verə bilər. Tövsiyəni həyata keçirmək isə bankların öhdəliyi yox, hüququdur.

Mərkəzi Bankın komisyon haqlarını və illik faiz dərəcələrini inzibati yolla tənzimləməsi təşəbbüsü daha çox bank olmayan kredit təşkilatlarını (BOKT) vuracaq. Çünki BOKT-ların maliyyə mənbələri məhdud, göstərdikləri xidmətlərin çeşidi isə azdır. Banklarla müqayisədə BOKT-larda kredit faizləri daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 42 faizə çatır. Onların kredit portfeli də məhduddur. BOKT-ların kredit qoyuluşu ümumilikdə 591 milyon manata yaxındır. Ölkə üzrə kredit qoyuluşunun 2,9 faizi onların payına düşür.

Azərbaycanda 157 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir ki, onların 109-u kredit ittifaqlarıdır. Deməli, hazırda əhalini və kiçik sahibkarları aktiv

Page 72: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

olaraq kreditləşdirən 48 kredit təşkilatı var. Bu kredit təşkilatlarının ümumilikdə 224 filial şəbəkəsi mövcuddur. Onların əksəriyyəti regionlarda yerləşir. BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər.

Mərkəzi Bankın son tapşırıqları BOKT-ların gəlirlərini kəskin azaldacaq. Nəticədə bəziləri filial şəbəkəsinin bağlanması, işçilərin ixtisarı kimi sərt addımlar atılacaq. Hətta bəzi BOKT-ların bazarı tərk etməsi mümkündür. Bununla da regionların kreditə əlçatanlığı pisləşəcək. BOKT-ların kredit vermək üçün cəlb etdikləri resurslar çox bahadır. Mövcud faiz həddi (istehlak kreditləri üçün 29, mikrokreditlər üçün 25 faiz) onlar üçün çox əlverişsizdir. Ona görə Mərkəzi Bank kreditlərin illik faiz dərəcələrinə tətbiq etdiyi tavanı BOKT-lara şamil etməməlidir. Onlara faizləri müəyyənləşdirməkdə sərbəstlik verilməlidir. Bu qurumların kredit bazarında faizlərin formalaşması siyasətinə təsir imkanları yox səviyyəsindədir. Kredit faizlərini banklar formalaşdırır, BOKT-lar isə onların arxasınca gedir. Mərkəzi Bank kredit faizlərini aşağı salmaq istəyirsə, banklarla işləməlidir. Banklarla BOKT-lara eyni yanaşma olmamalıdır”.

Sahibkarlığa yeni meyar: çatışmayan nədir?04.08.2015

      Bəkir Nərimanoğlu

Nazirlər Kabineti iri, orta və kiçik sahibkar meyarlarını qəbul edib. Yeni qaydalar bir çox məqamına görə öncəkindən fərqlənir.

Page 73: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatında deyilir ki, Nazirlər Kabinetinin 18 dekabr 2009-cu il qərarı ilə təsdiq edilmiş meyara əsasən, sənaye və tikintidə işçilərin sayı 50 nəfərdən az və illik dövriyyəsi 500 min manatadək, kənd təsərrüfatında işçilərin sayı 25 nəfərdən az və illik dövriyyəsi 250 min manatadək, topdansatış ticarətdə işçilərin sayı 15 nəfərdən az və illik dövriyyəsi 1 milyon manatadək, pərakəndə satış ticarəti, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növlərində işçilərin sayı 10 nəfərdən az və illik dövriyyəsi 250 min manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektləri hesab olunurdu.

Nazirlər Kabinetinin 5 iyun 2015-ci il qərarı ilə müəyyənləşmiş iri, orta və kiçik sahibkar meyarı isə belədir:

Sahibkarlıq subyektlərinin

ölçüsünə görə kateqoriyası İşçilərin orta siyahı sayı

Kiçik sahibkar 25 nəfərədək

Orta sahibkar 25 nəfərdən 125 nəfərədək

İri sahibkar 125 nəfər və ondan yuxarı 1 milyon 250 min manat və ondan yuxarı

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, yeni təsnifat əsasən iki konseptual dəyişikliyi şərtləndirib: “Birincisi, ilk dəfə olaraq orta və iri müəssisələr qrupu üçün meyarlar müəyyənləşdirilib, ikincisi, kiçik müəssisələrin indiyə qədər olan sektorlar üzrə təsnifatına son qoyularaq vahid təsnifatı verilib”.

Ekspert hesab edir ki, əslində Qərb ölçüləri ilə müqayisədə meyarlar yenə kiçik götürülüb: “Amma orta və iri müəssisələr təsnifatı verilməklə Avropa standartlarına yaxınlaşmaq üçün irəliyə doğru addım atılıb. Məsələn, ABŞ-da mikro müəssisələr işçilərinin sayı 20 nəfərədək, kiçik müəssisələr 20-dən 100 nəfərədək, orta müəssisələr 100-dən 499 nəfərədək olan firmalardır. Təbii ki, 500-dən çox işçisi olanlar da iri müəssisələrdir.

Bu təsnifatlar vergi siyasəti və özəlləşdirmə baxımından əhəmiyyətlidir. Təəssüf ki, Azərbaycanda müəssisələrin ölçüsünə görə vergi tənzimlənməsindən istifadə

Page 74: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

olunmur. Kiçik və orta müəssisələrin özəlləşdirilməsi də demək olar başa çatıb, ola bilər ki, iri müəssisələrin özəlləşdirilməsi zamanı bu təsnifata diqqət yetirilsin.

Burda çatışmayan cəhətlərdən biri də mikro, xüsusilə də kiçik müəssisələr qrupunun yaradılmamasıdır. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının xarakterik cəhətləri nəzərə alınmaqla bunu da etmək olardı”.

İqtisadçı Natiq Cəfərlinin də fikrincə, bu təsnifat o zaman əhəmiyyətli olar ki, güzəştlər uçun istifadə olunsun: “Orta və kiçik sahibkarlığın təsnifatı genişləndirilib, bu da digər normativ akt və qanunlara görə, həmin subyektlərə müəyyən güzəştlərin verilməsini asanlaşdıracaq. Məqsəd kiçik və orta sahibkarlığın genişləndirilməsidir, amma bunun üçün tək təsnifatı dəyişmək azdır”.

Kənd Təsərrüfatı Nazirliyi rəsmisi taxılçılığın durumundan yazıb06.08.2015

Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov AZƏRTAC-da dərc olunmuş məqaləsində taxılçılığın durumundan yazıb. O qeyd edir ki, kənd təsərrüfatı sektorunda islahatlar 2014-cü ildən dərinləşib, bu sahənin inkişafına dövlət dəstəyi gücləndirilib: “Dövlət başçısının sərəncamları ilə əkin sahəsinin becərilməsində istifadə edilən yanacağa və motor yağlarına görə büdcə vəsaiti hesabına ayrılan yardımın həcmi 40 manatdan 50 manata qaldırılıb, lizinqə verilən və lizinq yolu

Page 75: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

ilə satılan kənd təsərrüfatı texnikalarının və mütərəqqi suvarma sistemləri və avadanlıqlarının ilkin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilib. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə və ya güzəşt edilən yardımın yuxarı həddi 50 manatdan 80 manatadək artırılıb, əkin sahəsinin becərilməsinə və mineral gübrələrə edilən güzəştlər təkrar əkinlərə də şamil olunub”.

İmran Cümşüdov yazır ki, əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün su anbarları və kanallar inşa edilir, dövlət fondu torpaqlarında iri təsərrüfatların yaradılması üçün ayrılmış sahələrin infrastruktur, texniki və meliorasiya məsələləri dövlət səviyyəsində dəstəklənir.

Şöbə müdiri cari ilin məhsulu üçün görülən tədbirlərdən söz açır: “892253 hektarda dən və yaşıl yem üçün, o cümlədən 875686 hektarda dən üçün payızlıq bitkilər səpilib. Bunun 537231 hektarını buğda, 338444 hektarını arpa təşkil edib. 26362 hektarda yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız), 36433 hektarda dən üçün qarğıdalı əkilib”.

Kənd Təsərrüfatı Nazirliyi rəsmisi ötən mövsümlə müqayisədə taxıl, o cümlədən buğda üzrə yüksək məhsuldarlığın qeydə alındığını vurğulayır: “Dövlət Statistika Komitəsinin 2015-ci il avqustun 3-nə olan məlumatına görə, sahələrin 908094 (99,2 faiz) hektarı biçilib, hər hektardan 30,5 sentner olmaqla 2766006 ton taxıl götürülüb. O cümlədən 539715 hektar buğda sahəsinin 536809 hektarı (99,5 faiz) biçilərək hektardan 31,3 sentner olmaqla 1679297 ton məhsul yığılıb. Qeyd edilən tarixə taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 33,8 faiz, o cümlədən buğda üzrə 30,4 faiz yüksəkdir. Cari mövsüm respublika tarixində ilk olaraq taxılçılıqda rekord orta məhsuldarlıq göstəricisinə nail olunub. İndiyə qədər ən yüksək məhsuldarlıq 2008-ci ildə (27,9 sentner) qeydə alınıb”.

İpotekanın öhdəlikləri07.08.2015

Page 76: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

İpoteka ilə alınan ev özgəninkiləşdirilə bilərmi? Bakı Hüquq Mərkəzinin əməkdaşı, vəkil Dünyamin Novruzov Transparency.az-a bu barədə danışıb:

- “İpoteka haqqında” qanunun 30.1-ci maddəsinə görə, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair).

Qanunun 30.2-ci maddəsinə əsasən, ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.

Əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, evi əldə edə bilməniz üçün ipoteka saxlayanın yazılı razılığı tələb olunur. Bu zaman siz ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın (yəni evi sizə satan şəxsin) bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyacaqsınız. Əsas öhdəliyin (məsələn, kredit müqaviləsinin) icra edilməməsi və ya lazımınca icra edilməməsi halında ipoteka predmetinə (yəni evinizə) tutma yönəldilməsi riski var.

Təhsil naziri: “Çox ağrılı islahatlar başlanıb”07.08.2015

Page 77: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

Təhsil Nazirliyinin mətbuat xidməti nazir Mikayıl Cabbarovun ANS televiziyasına müsahibəsinin mətnini yayıb. Transparency.az bildirir ki, Mikayıl Cabbarov nazir postunda çalışdığı 2 ildən bir az artıq vaxt ərzində görülən işlərdən söz açıb: “Bu dövr ərzində baş verən ən böyük hadisə Azərbaycanın təhsil sisteminin cəmiyyətimizin və dövlətimizin digər sahələrlə bağlantısını əks etdirən, qarşımızda duran vəzifələri aydın şəkildə müəyyən edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nın dövlət başçımız tərəfindən qəbul edilməsi olub. Bu, cənab prezidentin yenidən dövlət başçısı vəzifəsinə seçiləndən sonra dövlət strategiyası sahəsində imzaladığı ilk sənəd olub və bununla da təhsil sahəsində islahatların prioritetliyi müəyyənləşib. Bu ilin yanvarında isə strategiyanın həyata keçirilməsi üçün fəaliyyət planı imzalanıb. Qarşımızda duran işlər çoxdur, mən düşünürəm ki, islahatların başa çatdırılmasından danışmaq çox tezdir. İslahatlar yenicə başlayıb, buna baxmayaraq qısa müddət ərzində bir sıra konkret addımlar atılıb. İlkin mərhələdə olan bu proses davam etdiriləcək.

Biz nəyə nail olmuşuq və nəyin üzərində gələcək işlərimizi qurmaq niyyətindəyik? Hesab edirəm ki, ilk növbədə təhsil sisteminə olan, müəyyən mənada skeptisizm və inamsızlıq aradan qaldırılıb. Təhsil sahəsində həyata keçirilən bir sıra işlərin nəticələrini görürük, digər işlərin nəticələrini biz gələcəkdə görəcəyik. Təhsildə ab-hava dəyişib, ilk növbədə kadr seçimi və kadrların təhsil sistemi daxilində uğurlu vəzifəyə nail olması üçün hansı meyarlara malik olmasının vacibliyi kimi meyarlar aydın şəkildə müəyyənləşdirilib, seçimdə yalnız peşəkar nailiyyətlərə, akademik göstəricilərə, konkret təhsil nəticələrinin yaxşılaşdırılmasına əsaslanan meyarların tətbiqi mümkün olub. Bunun bir nümunəsi olaraq biz Azərbaycan Respublikasında müəllimlərin işə qəbulu prosesini göstərə bilərik – bu, tam şəffaf şəkildə keçirilən bir prosesdir. Bu proses başa çatıb, 20 mindən çox ərizəçi respublikamızın məktəblərində 3 mindən çox vakant yerlərə iddiaçı idilər və imtahan nəticəsində

Page 78: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

2200-ə yaxın vakant yer tutulub. 2200-ə yaxın müəllim tam şəffaf və peşəkar imtahan nəticəsində iş yeri əldə edib (Qeyd: müsahibə avqustun 1-də alınan vaxt müəllimlərin işə qəbul müsabiqəsinin birinci – test mərhələsinin nəticələrinə görə vakant yer tutmağa namizədlərin sayı 2200 nəfər idi, müsabiqənin ikinci mərhələsi avqustun 4-də tam yekunlaşıb və 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib).Cənab prezidentin sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında müəllimlərin əməkhaqqının qaldırılması ilə bağlı islahatı da xatırlatmaq istəyirəm. Bunu yalnız hazırda fəaliyyət göstərən müəllimlərin firavanlığının artırılmasına deyil, həm də müəllim peşəsinin imicinin yüksəlməsinə və onun cəmiyyətdə seçilən peşə edilməsinə yönəlmiş bir addım kimi dəyərləndirmək lazımdır. Profilləşmiş məktəblərin, ixtisaslaşmış məktəblər şəbəkəsinin yaradılması və genişləndirilməsi, peşə təhsilində yeni layihələr, ali təhsildə SABAH qruplarının yaradılması, ali təhsil müəssisələrində həyata keçirilən bəzi kadr islahatları və sair də əhəmiyyətli işlərdəndir. Ənənəvi təhsil sisteminin yığılıb qalan problemləri fonunda müasir çağırışlara cavab verə bilən vətəndaş, kadr hazırlaya bilən təhsil sisteminin qurulması prosesi davam etdirilir və bu işin orta müddətdə, yəni 3-5 il ərzində davam edəcəyi gözləniləndir.

Çox ağrılı islahatlar başlanıb. Onların bəziləri kifayət qədər irəliləyib. Bunun bir misalı kimi ali təhsildə keyfiyyət və kəmiyyət göstəricilərinin tarazlaşmasını göstərə bilərik. Son 20 il ərzində Azərbaycanda ali təhsilə qəbul olunan məzunların sayı 2 dəfədən çox artıb. 20 il öncə ilə müqayisədə məzunların ümumi sayı azalıb. Bu, demoqrafik səbəblərlə izah edilir. Buna baxmayaraq, biz ali təhsil müəssisələrimizə daha çox tələbə qəbul edirik. Sadə dillə desək, əgər ötən əsrin 90-cı illərinin əvvəllərində məktəbi bitirən hər 100 məzundan 15-16-nı, yəni 15-16 faizini ali təhsilə qəbul edirdiksə, 2014-cü ildə bu göstərici 37%-ə yaxınlaşıb. Yəni cəmiyyət olaraq biz ali təhsil müəssisələrində tələbələrimizin sayını artırmışıq. Hazırda ali təhsil sistemində 160 min tələbə təhsil alır. Lakin sual yaranır ki, bütün bunlar tələbələrin akademik keyfiyyətinə və ali təhsil müəssisəsində həmin tələbənin hazırlıq prosesinə müsbət təsir göstəribmi? Biz illər ərzində ali təhsil səviyyəsinə qəbul olunmaq üçün abituriyentlərə qoyulan tələblərin getdikcə aşağı salınmasının şahidi olmuşuq.

Bu ildən başlayaraq biz çox mühüm qərar qəbul etmişik. Ali təhsil səviyyəsində qəbulda elan olunmuş minimal keçid balı aşağı salınmayıb. Bu il keçid balı 200 elan olunub və bal qorunub saxlanılır. Səhv etmirəmsə, yalnız kənd təsərrüfatı ixtisası istisnadır. Çünki onun üçün hökumətin ayrıca qərarı var. Minimal balın

Page 79: transparency.aztransparency.az/alac/files/Bulleten 4.docx · Web viewHər iki növ kart heç bir halda geri qaytarılmır. “Metrokart”ın yeni karta inteqrasiya qaydalarından

saxlanması bəzilərinə texniki qərar kimi görünə bilər. Əslində bu, ali təhsil sahəsində çox ciddi islahat yönümlü bir qərardır. Qərarın balaca bir tarixçəsi də var. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın iclasında Təhsil Nazirliyinin ali təhsildə keyfiyyətin qaldırılması ilə bağlı bu təklifi müzakirə olunarkən sual olundu ki, biz ali təhsildə keyfiyyətə fikir vermək istəyirik, yoxsa kəmiyyətə. Bizim cavabımız odur ki keyfiyyətə, çünki bugünkü minimal biliyə, akademik göstəriciyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Çox faydalı müzakirələr oldu. Təhsil Nazirliyinin bu təklifi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, TQDK rəhbərlikləri tərəfindən də dəstəkləndi, ümumi qərar ondan ibarət oldu ki, bu il və gələcək illərdə elan olunmuş ballar, yəni səviyyə saxlanılacaq. Bu il ola bilsin ki, biz ötən illərlə müqayisədə 3-5% daha az tələbə qəbul edəcəyik. Lakin biz əmin olacağıq, ki qəbul etdiyimiz hər bir tələbənin keyfiyyəti minimum standartlara cavab verir və onların gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişməsi üçün biz daha əlverişli zəmin yaradırıq”.