92
Xəbər bülleteni № 3 http://transparency.az/cnews/ Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7 Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38 E-mail: info©transparency.az İyul 2015 “Administrasiyada bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm” Media işçiləri üçün binanın tikintisinə 5 milyon manat əlavə vəsait ayrılıb AZAL prezidenti eşidib ucuzlaşmaya getdi Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi hesabat verdi Dünya Bankı Qrupu Azərbaycan üzrə yeni çərçivəni təsdiqləyib Əmək qanunvericiliyi: 6 ayda 8 mindən çox pozuntu qeydə alınıb Bu il Çində korrupsiyaya görə 19 min məmur cəzalandırılıb Azərbaycan Şengen zonasına dəvət olunur Banklara sağ qalmaq üçün 8 ay möhlət verilib Media sərəncamı büdcəyə ayda 5660 manata başa gələcək Beynəlxalq Bank rəhbərlərini dəyişdi. Kurs da dəyişir Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qaynar xətt” hesabatı verdi Hesablama Palatası 6 aya yekun vurdu, pozuntuları açıqladı Dövlət Əmək Müfəttişliyi Xidməti 12 nəfəri işinə bərpa etdirib Hüquqşünas avtomobillərin paytaxta girişinə məhdudiyyəti qanunsuz sayır Sığorta növləri: artım nədədir, azalma nədə? Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı dərc olundu Avro zonası borc içində batır (Ən yeni statistika) DSMF sədri: “Sosial sığorta gəlirləri 8 faiz artıb”

transparency.aztransparency.az/alac/files/Bulleten 3.docx · Web viewTransparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin iclasında turizm sahəsində vəziyyətdən

  • Upload
    others

  • View
    1

  • Download
    0

Embed Size (px)

Citation preview

Xəbər bülleteni № 3

http://transparency.az/cnews/

Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38E-mail: info©transparency.az

İyul 2015

· “Administrasiyada bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm”

· Media işçiləri üçün binanın tikintisinə 5 milyon manat əlavə vəsait ayrılıb

· AZAL prezidenti eşidib ucuzlaşmaya getdi

· Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi hesabat verdi

· Dünya Bankı Qrupu Azərbaycan üzrə yeni çərçivəni təsdiqləyib

· Əmək qanunvericiliyi: 6 ayda 8 mindən çox pozuntu qeydə alınıb

· Bu il Çində korrupsiyaya görə 19 min məmur cəzalandırılıb

· Azərbaycan Şengen zonasına dəvət olunur

· Banklara sağ qalmaq üçün 8 ay möhlət verilib

· Media sərəncamı büdcəyə ayda 5660 manata başa gələcək

· Beynəlxalq Bank rəhbərlərini dəyişdi. Kurs da dəyişir

· Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qaynar xətt” hesabatı verdi

· Hesablama Palatası 6 aya yekun vurdu, pozuntuları açıqladı

· Dövlət Əmək Müfəttişliyi Xidməti 12 nəfəri işinə bərpa etdirib

· Hüquqşünas avtomobillərin paytaxta girişinə məhdudiyyəti qanunsuz sayır

· Sığorta növləri: artım nədədir, azalma nədə?

· Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı dərc olundu

· Avro zonası borc içində batır (Ən yeni statistika)

· DSMF sədri: “Sosial sığorta gəlirləri 8 faiz artıb”

· Avropa İttifaqı Donald Tuskun Şengen bəyanatına aydınlıq gətirdi

· Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan üç qurumun əsasnamələri təsdiq edilib

· İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası: yeni təkliflər hazırlanır

· Dövlət Neft Fondu hesabat verdi. Aktivlərdə 3,56 faiz azalma var

· Prezident Administrasiyasının sabiq rəhbəri rüşvət ittihamı ilə tutuldu

· Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib

· Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxsin işi məhkəmələrə gedib

· Maliyyə Nazirliyinin nəzarət tədbirlərinin nəticələri barədə məlumat

· Hökumət 4 milyard manatı haradan tapacaq?

· Qızılı nələr ucuzlaşdırır

· Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı açıqlayıb

· İnformasiya əldə etməyi asanlaşdıran yeni sistem yaradılıb

· Manatla əmanət qoyuluşu 62 faizdən 27 faizə enib

· Dünyanın 500 ən böyük şirkətinin illik reytinqi

· İlin birinci yarısında 13676 nəfər işlə təmin edilib

· “Elektron hökumət” elektron viza sistemi tətbiq edəcək

· AZAL aviabiletlərin qiyməti ilə bağlı yeni açıqlama yaydı

· Yunusların məhkəməsi: ittiham aktı elan olunub

· Vergilər Nazirliyinin kollegiya iclası prezident İlham Əliyevin iradlarını müzakirə edib

· İnsan alveri ilə mübarizə: Azərbaycan üç dəstənin ikincisində yer alır

· Prezident sərəncamının icrası: nazir ilkin hesabat verdi

· İstehlak bazarında monitorinqin nəticələri açıqlanıb

· Naşir dövlət başçısından kömək istəyir

· Malayziyada korrupsiya qalmaqalı istefalara gətirib

· Prokuror olmaq istəyənlər yazılı imtahan verib

· Məhbus hüquq müdafiəçisi vergi borcunu ödəyib

· “Elektron hökumət” portalına dair yeni statistika

· İntiqam Əliyev cəza evinə köçürülüb

· Dövlət Sosial Müdafiə Fondu ilin birinci yarısına yekun vurub

· Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi özünü yandıran köçkünlə bağlı açıqlama yayıb

· Sosial xidmətlə bağlı yeni layihə təqdim edilib

· Hökumət qərarı: bəzi mallar gömrük rüsumundan azad olunub

· Rusiyalılar sanksiyaların təsiri barədə nə düşünür?

· Milli Arxiv İdarəsi 6 aylıq işi ilə bağlı hesabat verib

· Bakıda internet xidmətləri: rəsmi qurum bu ilin göstəricilərini açıqlayıb

· “Facebook” kasıblayır?

· Təhqiqatçı jurnalistə Con Aubuçon Mətbuat Azadlığı Mükafatı verilib

· “Təmiz hava” aylığında hansı tədbirlərin görüləcəyi bəyan edilib

· Gömrük məmurlarının iş adamları ilə görüşü keçirilib

· “Şell”in mənfəəti 37% azalıb, 6500 iş yeri ixtisara düşür

· Rusiyadan Azərbaycana və əks istiqamətdə nə qədər pul köçürüldüyü bəlli olub

· Müdafiə Nazirliyinin üç baş zabiti rüşvət ittihamı ilə həbs olunub

· Yarım ildə Vergi Apellyasiya Şurasında 11 müraciətə baxılıb

· Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib

· Müdafiə Sənayesi Nazirliyi səyyar kollegiya iclası keçirib

· Vergi borcunu ödəyən məhbusun cəzası 3 ay azaldıldı

· “Şəhriyar-99”da məhsul istehsalı yasaqlanıb. GMO sınaqları isə davam edir

· Ermənistanda demoqrafik vəziyyətlə bağlı yeni statistika

· Azərbaycanda keçirilən Dünya Kimya Olimpiadası ilə bağlı hesabat açıqlanıb

· Bütün kateqoriyalı torpaqlar elektron uçota alınacaq

· Korrupsiya cinayətləri üzrə 99 iş tamamlanıb

Təhlil

· “Şəffaflıq Azərbaycan”ın Əmlak Məsələləri Dövlət Komitəsinə tövsiyələri

· Mübahisələr qanunu

· Ekspert yeni özəlləşdirmə dalğası proqnozlaşdırır

· Ekspertdən bank tövsiyələri

· Sabiq baş nazir oliqarxlarsız hökumət təklif edir

· Sabiq maliyyə naziri: “İnsanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib”

· Ekspert: “Bu hələ son deyil”

· Bağla bazar arasında

· Qanun dövlət qulluqçusuna nələri yasaqlayır?

· Nazir: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır”

· Korrupsiya ilə mübarizə qanunundan çıxarışlar

“Administrasiyada bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm”

22.07.2015

“Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar — korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var”. Prezident İlham Əliyev iyulun 21-də Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə belə deyib.

Transparency.az-ın məlumatına görə, dövlət başçısı bir çox hallarda pozuntular, qüsurlar, xoşagəlməz vəziyyət barədə məlumatı o cümlədən mətbuatdan əldə etdiyini vurğulayıb: “Bu, mənim üçün də çox əhəmiyyətlidir. Çünki prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə, ölçü götürülməlidir.

Ona görə sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm. Bu, belə də olmalıdır, çünki ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur. Bir çox məsələlər öz həllini tapıb. Ancaq hələ ki, həm siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir. Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar — korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq.

Son vaxtlar Bakının hər hansı bir yerində əgər bir ağac kəsilirsə dərhal qəzetlərdə, internet saytlarında bu barədə məlumat gedir. Dərhal reaksiya verilir və ölçü götürülür. Digər sahələrdə də həmçinin. Mən dəfələrlə həm iş adamlarına, həm, ümumiyyətlə, vətəndaşlara müraciət etmişəm ki, əgər hər hansı bir ədalətsizlik, qanun pozuntusu, özbaşınalıq baş verirsə, dərhal reaksiya verin. İndi bu reaksiyanı vermək üçün kifayət qədər imkanlar var. Azərbaycanda internet şəbəkəsi geniş yayılıb. Əhalinin 75 faizi internet istifadəçisidir. Biz indi hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilişini təmin etməyə çalışırıq.

Ona görə mən bir daha qeyd etmək istəyirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Şəxsən mənim üçün mətbuat burada çox gözəl dəstəkçi rolunu oynayır. Əminəm ki, gələcəkdə biz bu əməkdaşlığı davam etdirəcəyik”.

Media işçiləri üçün binanın tikintisinə 5 milyon manat əlavə vəsait ayrılıb

22.07.2015

Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisi ilə bağlı əlavə tədbirlərə sərəncam verib. İyulun 21-də imzalanan sərəncam 2015-ci il dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılmasını nəzərdə tutur.

Transparency.az xatırladır ki, jurnalistlər üçün yaşayış binası Bakının Bibiheybət qəsəbəsində tikilir. 17 mərtəbəli, 255 mənzilli binanı 2016-cı ildə təhvil vermək planlaşdırılır. Dünənədək binaya dövlət büdcəsindən 8 milyon manat ayrılmışdı.

Jurnalistlər üçün yaşayış binası dövlət vəsaiti hesabına tikilir və pulsuz paylanır.

Ərazidə jurnalistlər üçün tikilmiş 156 mənzilli ilk bina 2013-cü ildə istifadəyə verilib.

AZAL prezidenti eşidib ucuzlaşmaya getdi

22.07.2015

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər), həmçinin aviaşirkətin bütün mövcud reysləri üzrə təyyarələrdə aşağı tarifli yerlərin yeni blokunu tətbiq edib. Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq görülüb.

İyulun 21-də AZAL-ın İdarə Heyətinin kollegiyasının qapalı iclasında çıxarılan qərara görə, bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətti (lou-kost istiqamətlər) yaradılır:

- Bakı-Antalya-Bakı – bu ilin avqustundan başlayaraq həftədə 3 dəfə;

- Bakı-İstanbul-Bakı – bu ilin sentyabrından başlayaraq hər gün 1 uçuş;

- Bakı-Moskva-Bakı – bu ilin oktyabrından başlayaraq hər gün 2 uçuş;

- Bakı-Dubay-Bakı – bu ilin oktyabrdan başlayaraq hər gün bir uçuş.

Bu sadalanan istiqamətlərdə lou-kosterlər üçün səciyyəvi sayılan hava daşımalarının biznes-modeli tətbiq olunacaq.

Uçuşlar “Embraer” təyyarələri ilə həyata keçiriləcək. Bu istiqamətlər üzrə aşağı büdcəli sərnişindaşıma xətlərinin yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.

“Azərbaycan Hava Yolları”nın bütün mövcud reyslərində cari qiymətlərin azaldılmasına yönəlmiş yeni tarif siyasətinin tətbiq olunmasına dair qərar da qəbul edilib. Bu tarif siyasəti yeni lou-kost istiqamətlərə şamil olunmayacaq.

Avqustun 1-dən etibarən “Azərbaycan Hava Yolları”nın bütün istiqamətləri üzrə minimal cari ekonom-klass tariflərinə 20 faiz endirim tətbiq olunacaq. Bu tarif üzrə satılan biletlərin sayı təyyarədə yerlərin 30 faizini təşkil edəcək. Bu zaman sərnişinlər üçün bütün növ ekonom-klass xidmətləri saxlanacaq.

Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin iclasında turizm sahəsində vəziyyətdən danışan prezident İlham Əliyev təyyarə biletlərinin bahalığından gileylənib: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

П

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi hesabat verdi

22.07.2015

Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2015-ci ilin birinci yarım ilinin göstəricilərini açıqlayıb. APA-nın məlumatına görə, iyulun 21-də mətbuat konfransı keçirən Kamran Əliyev deyib ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu ilin birinci yarısında vətəndaşların 5150 müraciətinə baxıb, həmçinin 95 cinayət xarakterli material araşdırıb.

Hesabata əsasən, cinayət xarakterli materialların 65-i (68%) üzrə cinayət işi başlanıb, 30 (32%) material üzrə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib. 6 ayda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3414 müraciət daxil olub, həmin müraciətlərin 12-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri açılıb.

Cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlanıb, 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31,8 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Dünya Bankı Qrupu Azərbaycan üzrə yeni çərçivəni təsdiqləyib

22.07.2015

Dünya Bankı Qrupunun İcraçı Direktorlar Şurası Azərbaycan üçün 2015-2020-ci illər üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsini (ÖTÇ) təsdiqləyib. ÖTÇ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İnvestisiya Zəmanətləri üzrə Çoxtərəfli Agentliyin (MİGA) daxil olduğu Dünya Bankı Qrupunun 5 illik birgə strategiyasını əks etdirir.

Dünya Bankının Azərbaycan nümayəndəliyinin iyulun 22-də yaydığı məlumatda deyilir ki, ÖTÇ ölkənin qısa və uzun müddətli perspektivdə qarşılaşdığı iqtisadi şəraitin, sınaq və məhdudiyyətlərin əhatəli təhlilini ehtiva edən Azərbaycan üzrə Sistemli Ölkə Diaqnostikasına əsaslanır. ÖTÇ iki sahəyə diqqət ayırır: dövlət sektorunun idarə edilməsi və dövlət xidmətlərinin göstərilməsi, iqtisadi rəqabət qabiliyyəti.

Məlumata görə, İFC-nin əsas diqqəti ÖTÇ-nin iqtisadi rəqabət qabiliyyəti gündəliyinin dəstəklənməsi, maliyyə inkluzivliyinin gücləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi üçün təşəbbüslərin davam etdirilməsi və gücləndirilməsinə yönələcək. İFC həmçinin əhəmiyyətli infrastruktur layihələri, kənd təsərrüfatı və digər ixrac yönümlü sahələr də daxil olmaqla real sektoru dəstəkləmək məqsədilə sərmayə və məsləhət imkanlarını araşdıracaq.

Azərbaycan 1992-ci ildə Dünya Bankına, 1995-ci ildə isə İFC-yə üzv olub. Bu müddət ərzində Dünya Bankı ölkədə 55 layihə üçün 3 milyard dollardan çox vəsait ayırıb. Dünya Bankının Azərbaycanda cari sərmayə portfeli 2 milyard dollar həcmində olan 16 layihəni əhatə edir.

1995-ci ildən bəri İFC ölkədə 54 uzunmüddətli maliyyə layihələri üzrə 365 milyon dollardan çox sərmayə yatırıb və digər borc mənbələrindən əlavə 74 milyon dollar cəlb edib. İFC həmçinin ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə ticarətə təqribən 77 milyon dollar dəstək verib.

Əmək qanunvericiliyi: 6 ayda 8 mindən çox pozuntu qeydə alınıb

22.07.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin birinci yarısında 8076 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edib. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Transparency.az-a verilən məlumata görə, hüquq pozuntularının daha çox ticarət və ictimai iaşə, topdansatış, tikinti sahələrində əsasən özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən edilib.

Hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun formada zəruri tədbirlər görülüb. Əmək qanunvericiliyinin pozulması hallarına görə aidiyyəti işəgötürənlərə qarşı cərimələr tətbiq olunub. Həmin cərimələrin 53,8 faizinin (1047777 manat) dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 119421 manat və ya 12,8 faiz çoxdur.

Hesabat dövründə əmək qanunvericiliyinin pozulması faktlarının sayı 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 12,8 faiz azalıb.

Bu il Çində korrupsiyaya görə 19 min məmur cəzalandırılıb

22.07.2015

Transparency.az xəbər verir ki, iyulun 22-də Çin Kommunist Partiyasının Nizam-İntizam üzrə Mərkəzi Komissiyası 2015-ci ilin ilk yarısında korrupsiyaya görə 19 min məmurun cəzalandırıldığı haqda məlumat yayıb. Bu rəqəm ötən illə müqayisədə korrupsiya hallarının azaldığını göstərir. 2014-cü ildə ölkədə korrupsiya ilə bağlı cəzalandırılan vəzifəli şəxslərin sayı 70 min nəfər olub.

Rəsmi açıqlamaya görə, korrupsiya hallarının azalması 2012-ci ilin sonunda qəbul olunmuş səkkiz davranış qaydasının işə düşdüyünü göstərir. Həmin davranış qaydalarına xidməti fəaliyyətdə bürokratiyanın, israfçılığın, xoşagəlməz davranışın kökünün kəsilməsi daxildir.

Qurum 2012-ci ildən bəri məsuliyyətə cəlb olunmuş korrupsiyalaşmış məmurların ümumi sayının 120 minə çatdığını bildirib.

Azərbaycan Şengen zonasına dəvət olunur

22.07.2015

İyulun 22-də prezident İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla əvvəl nümayəndə heyətlərinin iştirakı ilə, sonra təkbətək görüşüb. Görüşlərin ardınca İlham Əliyevin və Donald Tuskun birgə mətbuat konfransı olub.

APA-nın məlumatına görə, İlham Əliyev mətbuat konfransında deyib ki, Azərbaycanın xarici ticarətinin demək olar yarısı Avropa İttifaqı ölkələri ilə aparılır: “Avropa İttifaqı ölkələri həmçinin bizim əsas investorlarımızdır. Ölkəmizə sərmayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır. Potensial əməkdaşlıq sahələrindən biri də daşımalar sahəsidir. Artıq dəmir yolu xətti layihəsi bitmək üzrədir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan birləşəcək, qədim İpək Yolu bərpa olunacaq, iki qitə arasında ticarət dövriyyəsi artacaq. Azərbaycan tranzit ölkəsi kimi bunda öz mühüm rolunu oynayacaq”.

Prezident görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğunu söyləyib: “Avropa ilə yaxşı tərəfdaşıq. Cənub Qaz Dəhlizi layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə bu layihəni irəli sürüb. Hazırda tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək. Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. “Şahdəniz” qaz yatağının ehtiyatı 1 trilyondan artıqdır. Bu da gələn on illər ərzində bizi qazla təmin edəcək. Cənubi Qaz Dəhlizi layihəsi ölkələri birləşdirən, istehsalçı, istehlakçı və tranzit ölkələrə xidmət edən bir layihədir.

Bu ilin mart ayında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Bu layihə həm də enerji diversifikasiyası layihəsidir və nəinki marşrutların, həmçinin mənbələrin də şaxələndirilməsi deməkdir”.

Donald Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib: “Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq”.

Banklara sağ qalmaq üçün 8 ay möhlət verilib

22.07.2015

Mərkəzi Bank bank kapitalının və onun adekvatlığının hesablanması qaydalarına edilmiş dəyişikliyin icrasını təxirə salıb. Ötən ilin dekabrında edilmiş dəyişikliyə görə, banklarda məcmu kapitalın adekvatlıq əmsalı hesablananda aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan çıxılması tələb olunur. Bu qayda 2015-ci il iyunun 1-dən qüvvəyə minməli idi. Yəni banklar hər il aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu kapitaldan çıxılmalı olan payını 20 faiz artırılmalı idi. Ancaq Mərkəzi Bank güzəştə gedərək banklara əlavə 8 ay vaxt verdi və müddəti 1 fevral 2016-cı ilədək uzatdı.

Son dəyişiklik nəticəsində məcmu kapitalın və I dərəcəli kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı çıxılmalı olan aidiyyəti şəxslərə verilmiş kreditlərin payı 1 fevral 2017-ci ilədək 20 faizə, 1 iyun 2018-ci ilədək 40 faizə, 1 iyun 2019-cu ilədək 60 faizə, 1 iyun 2020-ci ilədək 80 faizə, bundan sonra isə 100 faizə çatdırılacaq. Bu qayda ancaq 1 iyun 2015-ci ilədək verilmiş kreditlərə şamil ediləcək. Həmin müddətdən sonra aidiyyəti şəxslərə yeni verilmiş və ya restrukturizasiya olunmuş kreditlərin 100 faizi adekvatlığın hesablanmasında nəzərə alınacaq.

Banka aidiyyəti olan şəxslər sırasına bankda mühüm iştirak payı olan şəxslər, bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərar qəbulu prosesində iştirak edənlər və onların yaxın qohumları daxildir.

Bu dəyişiklik nədən ibarətdir və bank sektoruna nə kimi təsir göstərəcək?

Transparency.az-a danışan iqtisadçı ekspert Samir Əliyev deyir ki, Mərkəzi Bank fəaliyyət göstərən bankların kapitalına dair bir sıra normativ müəyyənləşdirib: “Həmin normativə əsasən, məcmu kapitalın adekvatlıq əmsalı 12 faizdən, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 6 faizdən az olmamalıdır. Banklar leverec əmsalını 6 faizdən az olmayan səviyyədə saxlamalıdır.

Müşahidələr göstərir ki, heç də bütün banklar bu tələbləri yerinə yetirə bilmir. Devlavasiya zərbəsi nəticəsində bankların kapitalında ciddi problemlər yaranıb. Hətta 50 milyon manatlıq həddi keçməyə müvəffəq olmuş banklar yenidən kapital çatışmazlığı ilə üzləşiblər. Ötən il adekvatlıq əmsalı bank sistemində ortalama 19 faiz olduğu halda bu il əmsal kəskin azalıb və normadan aşağı düşüb. İyunun 1-dən sonra adekvatlıq hesablanan zaman aidiyyəti şəxslərə verilmiş kreditlərin 100 faiz nəzərə alınması durumu daha da pisləşdirir. Deməli, banklar kapitalın artırılmasında daha dayanıqlı vəsait cəlb etməyə vadar olacaq, kreditlərə isə təkcə aidiyyəti şəxslərə yox, həm də təsadüfi müştərilərə veriləcək”.

Ekspert deyib ki, 8 ay təxirə salınan proses konsolidasiyaya xidmət edir və bankların manevr imkanını məhdudlaşdırır: “Yəni Mərkəzi Bankın normativini yerinə yetirməyən banklar, xüsusən də kiçik banklar lisenziyanı itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bu isə onların bazarı tərk etməsi deməkdir. Deməli, bütün yollar bankların sayının azaldılmasına aparır. Əmanətlərin Sığortalanması Fondu yəqin ki, bir nömrəli hazırlıq vəziyyətinə gətirilib. Elə əhalinin əsəbləri də son həddədir. Hazırda bütün gözlər Mərkəzi Banka baxır”.

Media sərəncamı büdcəyə ayda 5660 manata başa gələcək

22.07.2015

Bu ay Azərbaycanda 61 jurnalistə “Əməkdar” fəxri adı verildi – prezidentin sərəncamı ilə 44 nəfər əməkdar jurnalist, 17 nəfər əməkdar mədəniyyət işçisi fəxri adı aldı. Transparency.az bildirir ki, 61 nəfərin təqaüdü dövlət büdcəsinə ayda 3660 manata başa gələcək.

Azərbaycanda “Əməkdar” fəxri adı üçün 60 manat təqaüd müəyyən edilib (“Xalq” fəxri adı üçün təqaüdün məbləği 100 manatdır).

İyulda daha 2 jurnalistə prezidentin fərdi təqaüdü kəsilib. Bu təqaüdün məbləği 1000 manatdır. İki yeni fərdi təqaüdçü üçün büdcədən ayda 2000 manat ödənəcək.

Beynəlxalq Bank rəhbərlərini dəyişdi. Kurs da dəyişir

23.07.2015

İyulun 22-də Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda bankda dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması fərmanından (Fərman) irəli gələn vəzifələr müzakirə edilib, Müşahidə Şurasının və İdarə Heyətinin tərkibi, bankın səhmlərinin formasının dəyişdirilməsi barədə məsələlərə baxılıb.

Beynəlxalq Bankın İdarə Heyətinin əvvəlki sədri Cahangir Hacıyev bu il martın 18-də istefa verib. O zamandan sədrin səlahiyyətlərini Emil Mustafayev icra edirdi.

Transparency.az www.ibar.az-a istinadla xəbər verir ki, səhmdarların 22 iyul toplantısında bankın Müşahidə Şurasının tərkibi 7 nəfərdən 5 nəfərə endirilib. Emil Mustafayev, Vaqif Əkbərov, Qubad Hüseynov və Rəşad Hacıyev səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar İdarə Heyətinin üzvlüyündən və tutduqları vəzifələrdən azad ediliblər. İdarə Heyətinin yeni tərkibi seçilib, Elmar Məmməd oğlu Məmmədov 4 il müddətinə İdarə Heyətinin sədri vəzifəsinə, Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov isə həmin müddətə İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyinat alıblar.

Yeni seçilmiş İdarə Heyətinə kredit siyasətinin yenidən işlənib hazırlanması, bankın təşkilati strukturunun və filial şəbəkəsinin təkmilləşdirilməsi barədə tapşırıqlar verilib. Bankın Audit Komitəsinə kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərinin araşdırılması, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsi həvalə edilib.

“Qiymətli kağızlar bazarı haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar səhmlərin sənədli formadan sənədsiz formaya dəyişdirilməsi barədə qərar qəbul edilib (Sənədli səhm və istiqraz buraxılışı qadağan edilir).

İyulun 15-də prezident İlham Əliyev Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması haqqında fərman verib. Fərmanda qeyd olunub ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub, yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb.

Sənədə görə, Maliyyə Nazirliyi və Mərkəzi Bank on beş gün müddətində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus problemli aktivləri müəyyən etməli və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılıb dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qaynar xətt” hesabatı verdi

23.07.2015

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 24 saat fəaliyyət göstərən 168 saylı “Qaynar xətt”inə 2015-ci ilin aprel-iyun ayları ərzində 955 şikayət daxil olduğunu açıqlayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada deyilir ki, şikayətlərin 901-ni nazirliyin əməkdaşları yerində araşdırıb qanuna müvafiq tədbirlər görüb, digər müraciətlərin araşdırılması isə davam etdirilir.

Şikayətlər əsasən ağacların kəsilməsi, aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

Aprel-iyun ayları ərzində daxil olmuş şikayətlər əsasında Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 301 şikayət, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 44 şikayət, istehsalat siyasəti şöbəsinə göndərilmiş 10 şikayət əsasında tədbirlər görülüb.

Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 457 şikayətdən 451-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 80 şikayətdən 65-i, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 52 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 7 şikayətdən 5-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 4 şikayətdən 1-i üzrə araşdırma aparılıb, qalan şikayətlərin araşdırılması davam etdirilir.

Hesablama Palatası 6 aya yekun vurdu, pozuntuları açıqladı

23.07.2015

Hesablama Palatası 2015-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumat yayıb. Rəsmi açıqlamaya görə, 6 ay ərzində 58 nəzarət tədbirinin başlanması və 34 tədbirin nəticələri ilə bağlı kollegiya qərarları qəbul olunub. 34 nəzarət tədbirindən 1-i dövlət büdcəsinin gəlirləri ilə yanaşı xərclərini, 1-i dövlət büdcəsinin xərcləri ilə birgə dövlət zəmanəti ilə alınmış kreditlər üzrə vəsaitləri, 29-u dövlət büdcəsinin xərclərini, 2-si Dövlət Sosial Müdafiə Fondunun vəsaitlərini, 1-i Dövlət Neft Fondunun büdcəsini əhatə edib.

6 ay ərzində 107 kollegiya qərarı qəbul edilib. Nəticələri ilə bağlı qəbul edilmiş kollegiya qərarları əsasında 50 quruma təqdimat göndərilib. Həmin təqdimatların 34%-ni yerli icra hakimiyyəti orqanlarına aid olub.

Ötən illər üzrə qəbul olunmuş qərarların icrasının davamı olaraq və 2015-ci ilin hesabat dövründə görülmüş tədbirlərin nəticəsi kimi ümumilikdə 1564,3 min manat dövlət vəsaitinin bərpası təmin edilib (ötən il üzrə müvafiq göstəricidən 5,2% çox).

Qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa edilmiş pul vəsaitlərinin nöqsanlar üzrə tərkibi əsasən artıq əməkhaqqı xərclərinin ödənişi, təmir-tikinti işlərinin dəyərinin artırılması və maddi dəyərlililərin çatışmazlığı ilə bağlı olub.

Hesabat dövründə təhvil verilməmiş 1309,1 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilib.

Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri görülüb.

Müəyyən edilmiş xarakterik nöqsanlar arasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və vəsaitlərin istifadəsi zamanı funksional və iqtisadi təsnifatı tələblərinin pozulması halları xüsusilə seçilir. 2015-ci ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885 milyon manat təşkil edib. Ümumi məbləğdən 9,8 milyon manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 milyon manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.

Satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunması, rəqabətsiz satınalma metodlarından istifadə halları, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilib.

6 aylıq hesabatda deyilir ki, nəzarət tədbirlərində tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verilməsi hallarına da rast gəlinib.

Dövlət Əmək Müfəttişliyi Xidməti 12 nəfəri işinə bərpa etdirib

23.07.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin yanvar-iyun aylarında 489402 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsini təmin edib. Transparency.az-a verilən rəsmi məlumata görə, ödənilməsi təmin olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin 413969 manatı əmək haqlarından, 8278 manatı zərərə görə ödənclərdən, 67155 manatı sosial müavinət və kompensasiyalardan ibarət olub.

Nazirliyin açıqlamasında deyilir ki, 6 ayda DƏMX işdən qeyri-qanuni şəkildə çıxarılmış 12 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunmasını təmin edib.

Hüquqşünas avtomobillərin paytaxta girişinə məhdudiyyəti qanunsuz sayır

23.07.2015

Nəqliyyat vasitələrinin paytaxt Bakıya girişi çərçivəyə salınır. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya açıqlamasına görə, icazə verilən maksimum kütləsi 5 tondan artıq yük avtomobillərinin, habelə regionların qeydiyyatında olan minik avtomobillərinin saat 7-dən 22-dək paytaxta girişinə məhdudiyyətlər tətbiq ediləcək.

“Azadlıq” qəzetinə danışan hüquqşünas Müzəffər Baxışov deyib ki, məhdudiyyəti Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası müəyyən edib: “Həmin komissiyanın belə bir məhdudiyyət qəbul etmək səlahiyyəti yoxdur. Bu, konstitusiyanın 71-ci maddəsi (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı – red.) ilə ziddiyyət təşkil edir. Avtomobillərin istismarı və müəyyən yerlərə daxil olması ilə bağlı məhdudiyyətlər yalnız “Yol hərəkəti haqqında” qanunla müəyyən oluna bilər. “İnsan hüquqlarının tənzimlənməsi” haqqında konstitusiya qanununun 3-cü maddəsinə görə, insan və vətəndaşların hüquqlarının məhdudlaşdırılması yalnız qanunla müəyyən edilə bilər. Yəni “Yol hərəkəti haqqında” qanunla belə bir məhdudiyyət tətbiq oluna bilər ki, 5 tondan yuxarı olan avtomobillərin Bakı şəhərinə buraxılması qadağandır. Bu yalnız qanunla müəyyən edilə bilər, belə bir səlahiyyətə isə Milli Məclis sahibdir.

“Yol hərəkəti haqqında” qanunda belə bir norma yoxdursa, hər hansı nəqliyyat vasitəsini şəhərə buraxmamağa heç kimin səlahiyyəti çatmır. Baş verənlər konstitusiyanın 25-ci maddəsinin (Bərabərlik hüququ – red.) pozulmasıdır. Hamı məhkəmə və qanun qarşısında bərabərdir. Sosial vəziyyətindən asılı olmayaraq bu və ya digər şəxslərə məhdudiyyət qoyula bilməz”.

Avropa Oyunlarına görə iyunun 1-dən rayon qeydiyyatında olan avtomobillər şəhərə buraxılmayıb. Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov bu ayın əvvəlində bəyan edib ki, Avropa Oyunları zamanı (12-28 iyun 2015) paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər planı hazırlanır.

Sığorta növləri: artım nədədir, azalma nədə?

23.07.2015

2015-ci ilin birinci yarısında sığorta növləri arasında ən ciddi artım kreditlərin sığortasında qeydə alınıb. AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib ki, bu növ sığortadan toplanan sığorta haqqı 28,9 dəfə artaraq 436,9 min manat təşkil edib.

Su nəqliyyat vasitələrinin sığortasında yığım 6,8 dəfə artaraq 2 milyon manat, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 6,6 dəfə artaraq 1,2 milyon manat olub.

Orxan Bayramov əlavə edib ki, həyatın yaşam sığortasında 27,7 faiz, sağalmaz xəstəliklərdən sığortada 90,5 faiz, fərdi qəza və xəstəlik sığortasında 6,1 faiz, səfər sığortasında 6,7 faiz artım var.

Avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 46,1 faiz azalma qeydə alınıb.

Hesabata əsasən, istehsalatda bədbəxt hadisələrdən sığortada 11,2 faiz, daşınmaz əmlakın icbari sığortasında 2,1 dəfə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 6 faiz, avtomobillərin icbari sığortasında isə 19,8 faiz artım olub.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı dərc olundu

23.07.2015

İyulun 23-də AZƏRTAC Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarını dərc edib. Qərara əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkətinin Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 7-dən axşam saat 10-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 7-dən axşam saat 9-dək məhdudlaşdırmaq tapşırılıb.

Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilməlidir.

Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti Bakı şəhərinə şəhər və rayonlardan, həmçinin ölkə xaricindən gələn ümumi istifadədə olan nəqliyyat vasitələri istisna olmaqla, digər növ avtonəqliyyat vasitələri üçün şəhərin cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz duracaqların təşkili ilə bağlı təklifləri üç gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.

Bakı şəhərinə gələn taksi avtomobilləri üçün şəhərə daxil olmadan çatma məntəqəsi kimi Bakı Beynəlxalq Avtovağzalı təyin olunur.

Daxili İşlər Nazirliyinə duracaqların tikintisini 2015-ci ilin sentyabrın 1-dək başa çatdırmaq, Nəqliyyat Nazirliyinə isə duracaqlardan istifadə edən sürücülərin və sərnişinlərin Bakı şəhərinin daxilinə çatdırılması üçün avtobus və taksi dayanacaqlarının və müvafiq avtobus marşrutlarının təşkilini təmin etmək tapşırılıb.

Qərarda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarının bu ilin sentyabrın 15-dək istismara verilməsi də öz əksini tapıb.

Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını müəyyənləşdirməli, bu zolaqlarda göstərilən növ nəqliyyat vasitələrinin hərəkətinin təşkili ilə bağlı təklifləri 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.

Avro zonası borc içində batır (Ən yeni statistika)

23.07.2015

2015-ci ilin birinci rübündə avro zonası ölkələrinin xarici borcu ümumi daxili məhsula (ÜDM) nisbətdə 92,9 faizə çatıb. Transparency.az xəbər verir ki, Britaniyanın “Financial Times” qəzeti Avropa İttifaqının Statistika Xidmətinə istinadla belə açıqlama yayıb.

Statistikaya görə, 2014-cü ilin son rübündə avro zonası ölkələrinin xarici borcu ÜDM-ə nisbətdə 92 faiz, bir il bundan öncə isə 91,9% faiz olub.

Xarici borc sarıdan ən acınacaqlı durum Yunanıstandadır. Bu ölkənin xarici borcu ÜDM-ə nisbətdə 169 faizə çatıb. 100 faizlik həddi İtaliya, Belçika, Kipr və Portuqaliya da ötüb.

Transparency.az bildirir ki, 2015-ci il yanvarın 1-nə Azərbaycanın xarici borcu 6 milyard 478 milyon 200 min ABŞ dolları olub. Bu, ÜDM-in 8,6 faizi həcmində borc deməkdir.

DSMF sədri: “Sosial sığorta gəlirləri 8 faiz artıb”

23.07.2015

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlama verib. O deyib ki, 2015-ci ilin yanvar-iyun aylarında fondun gəlirləri 1 milyard 466,5 milyon manat təşkil edib, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz və ya 44,8 milyon manat artıb: “Fondun sosial sığorta gəlirləri 8 faiz artaraq 870,2 milyon manat olub. Daxilolmaların 65,3 faizi və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5 faiz və ya 49 milyon manat yuxarıdır”.

İyulun 23-də fondun yaydığı rəsmi məlumata görə, Elman Mehdiyev deyib ki, qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədə orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir: “Bu artım tendensiyası dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub”.

Elman Mehdiyev deyib ki, bu ilin 6 ayı ərzində DSMF-nin xərcləri 1 milyard 457,7 milyon manat təşkil edib, vəsaitin 98,2 faizi və ya 1 milyard 431 milyon manatı əhaliyə ödənişlərə yönəldilib.

Avropa İttifaqı Donald Tuskun Şengen bəyanatına aydınlıq gətirdi

23.07.2015

İyulun 22-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda prezident İlham Əliyevlə birgə mətbuat konfransı keçirib. APA-nın həmin gün yaydığı məlumata görə, Donald Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını bildirib: “Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq”.

İyulun 23-də Avropa İttifaqının Azərbaycan nümayəndəliyi dəqiqləşdirmə yayıb. Nümayəndəlikdən Transparency.az-a verilən məlumatda qeyd edilir ki, prezident Tuskun viza rejiminin sadələşdirilməsi ilə bağlı dəqiq bəyanatı belə olub: “Biz insanların mobilliyini, xalqlarımız arasında səfərləri və birbaşa əlaqələri təşviq etmək kimi ortaq qəti niyyətimizi müzakirə etdik. Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişinin keçən ilin payızında qüvvəyə minməsini alqışlayıram. Bu, mühüm addımdır. Keçən il Azərbaycandan Şengen məkanına olan ziyarətçilərin sayı 70 min nəfər olub. Bu, əvvəlki ilə nisbətən təxminən 20 faiz artım etməkdir. İndi verilən vizaların üçdə bir hissəsini uzunmüddətli vizalar təşkil edir”.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan üç qurumun əsasnamələri təsdiq edilib

24.07.2015

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan üç qurumun (Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi) əsasnamələrini təsdiqləyib. Transparency.az bildirir ki, fərman iyulun 23-də imzalanıb.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kənd təsərrüfatı layihələrinin qiymətləndirilməsini, maliyyələşdirilməsini, təşkilini və icrasına nəzarəti həyata keçirir, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə dövlət büdcəsindən ayrılan və digər mənbələrdən cəlb edilən maliyyə vəsaitinin müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kredit şəklində verilməsini təmin edir.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti bitki sortlarının ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetində müəyyən edilən nəqliyyat vasitələrinin və mexanizmlərin dövlət qeydiyyatını aparır, onların texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirir.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti haqqında ƏSASNAMƏ

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi haqqında ƏSASNAMƏ

İqtisadiyyat və Sənaye Nazirliyində kollegiya iclası: yeni təkliflər hazırlanır

24.07.2015

İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. www.economy.gov.az-ın məlumatına görə, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2015-ci ilin birinci yarısının nəticələrindən danışıb. O deyib ki, ilin birinci yarısında ümumi daxili məhsul 5,7% artıb, sənaye istehsalında 3,8%, kənd təsərrüfatında 7,3%, rabitədə 10,7%, tikintidə 11,5%, nəqliyyatda 1,7%, ticarətdə 13,4%, ümumilikdə qeyri-neft sektorunda 9,2%-lik artıma nail olunub, ölkə iqtisadiyyatına 12,7 milyard manat həcmində investisiya qoyulub.

Şahin Mustafayev bildirib ki, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir: “Artıq Sumqayıt Kimya Sənaye Parkında 4 rezident qeydiyyatdan keçib və bu rezidentlər 700 milyon manatdan çox investisiya qoyuluşunu nəzərdə tutur. Balaxanı Sənaye Parkında isə avtomobil şinlərinin bərpası, işlənmiş mühərrik yağlarının və plastik qabların təkrar emalı üzrə fəaliyyət göstərəcək 3 rezident qeydiyyatdan keçib. Neftçalada sənaye məhəlləsinin təşkilinə hazırlıq işləri başa çatdırılıb və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Ölkənin digər regionlarında da sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır”.

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsi barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, bu sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb: “Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək. Bununla yanaşı dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək”.

Kollegiya iclasında sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər və nəzərdə tutulan tədbirlər müzakirə edilib. Qeyd olunub ki, 2015-ci ilin birinci yarısında əsas hissəsi qaytarılmış vəsaitlər olmaqla sahibkarlara 97 milyon manat həcmində güzəştli kreditlər verilib. Sahibkarlığın inkişafının stimullaşdırılması, özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə güzəştli kreditlərin faiz dərəcəsinin aşağı salınmasına dair təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

İclasda bildirilib ki, hazırda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edən iri fermer təsərrüfatlarının və aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Belə ki, indiyədək 30 min hektar sahəni əhatə edən 19 iri fermer təsərrüfatı yaradılıb, müasir suvarma sistemləri qurulub.Kollegiya iclasında bəzi xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin qəbuledilməz olduğu vurğulanıb və bu cür halların qarşısının alınması üçün tədbirlər barədə təkliflərin hazırlanması qərara alınıb.

Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə dinlənilib, müzakirələr aparılıb. Qeyd edilib ki, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklər edilərək sahibkarlıq subyektlərinin elektron qeydiyyatı zamanı prosedur və müddətlər azaldılıb, korporativ idarəetmənin və kiçik paya malik səhmdarların hüquqlarının qorunması təkmilləşdirilib, tikintiyə icazələrin verilməsi və idxal-ixrac əməliyyatları üçün mövcud prosedur, müddət və xərclər azaldılıb, elektrik təchizatı şəbəkəsinə qoşulma üçün sənədlərin elektron qəbulu təşkil olunub.

Dövlət Neft Fondu hesabat verdi. Aktivlərdə 3,56 faiz azalma var

24.07.2015

Bu ilin ilk altı ayında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 milyard 54 milyon manat, büdcə xərcləri isə 4 milyard 42,1 milyon manat təşkil edib. Fonddan AZƏRTAC-a bildirilib ki, ilin birinci yarısında neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər 3 milyard 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri isə 5,7 milyon manat olub.

Rəsmi açıqlamaya görə, ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manat, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlir 8 013,4 milyon manatdır.

Hesabat dövrü ərzində 3 milyard 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat vəsait ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə fonddan 17,2 milyon manat gedib. 5,9 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Cənub Qaz Dəhlizi layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb.

Yanvar-iyun aylarında ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib. İyulun 1-nə fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 3,56 faiz azalaraq 35 milyard 783,3 milyon ABŞ dollarına bərabər olub. Açıqlamaya əsasən, ilin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlıdır.

Prezident Administrasiyasının sabiq rəhbəri rüşvət ittihamı ilə tutuldu

24.07.2015

Qırğızıstan Prezidenti Administrasiyasının sabiq rəhbəri Daniyar Narımbayev iyulun 24-də həbs edilib. İyulun 22-də Baş Prokurorluqda dindiriləndən sonra şübhəli şəxs qismində saxlanan Daniyar Narımbayev paytaxt Bişkekin sabiq meri Nəriman Tüleyevin qohumlarından rüşvət qoparmaqda ittiham olunur.

Transparency.az bildirir ki, ötən həftə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi ölkə parlamentinin deputatı Hacımurad Qorxmazovu işinə Ali Məhkəmədə baxılan Nəriman Tüleyevin yaxınlarından 100 min dollar rüşvət alarkən həbs edib. Bunun ardınca Nəriman Tüleyevin qohumları Daniyar Narımbayevi deputatla işbirliyində, rüşvət qoparmaqda, məhkəməyə təzyiqdə ittiham ediblər. İyulun 20-də Daniyar Narımbayev vəzifəsindən istefa verib.

İttihama görə, Daniyar Narımbayev Ali Məhkəmədə Nəriman Tüleyevin işinin yüngülləşdiriləcəyini vəd edib.

Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib

24.07.2015

İyulun 24-ü Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılın vəkili Yalçın İmanovun yenidən onun hüquqlarını müdafiə etməsi ilə bağlı vəsatəti təmin olunmayıb. Vəkil Fariz Namazlı isə cinayət işinə xitam verilməsi, prosesdə audio-video çəkilişin aparılması, Xədicə İsmayılovanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və digər vəsatətlərlə çıxış edib. Vəsatətlər təmin olunmayıb. Məhkəmə baxışı avqustun 7-nə təyin olunub.

Xədicə İsmayıl (Xədicə Rövşən qızı İsmayılova) 1976-cı il mayın 27-də Bakıda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl özünü öldürməyə cəhd həddinə çatdırmaq, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxsin işi məhkəmələrə gedib

24.07.2015

Silahlı Qüvvələrdə korrupsiya hallarına yol vermiş 43 şəxs barəsində 25 cinayət işinin istintaqı 2015-ci ilin birinci yarım ilində tamamlanaraq hərbi məhkəmələrə göndərilib. APA-nın məlumatına görə, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2015-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində belə deyib.

Vəliyev qeyd edib ki, hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşıb, günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 82,3 faizinin istintaq zamanı ödənilməsi təmin olunub.

Birinci yarım ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 793 müraciətinə baxılıb, 428 vətəndaş mərkəzi aparatda qəbul olub, ərazi hərbi prokurorluğunda 1491 vətəndaşın fərdi qəbulu aparılıb, bilavasitə hərbi hissə və birləşmələrdə 1206 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarlar verilib.

Maliyyə Nazirliyinin nəzarət tədbirlərinin nəticələri barədə məlumat

24.07.2015

Maliyyə Nazirliyi 2015-ci ilin birinci yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada deyilir ki, Təhsil Nazirliyində, Azərbaycan Texnologiya Universitetində, 3 rayon üzrə təhsil şöbəsində və 1 internatda, Qax Mərkəzi Rayon Xəstəxanasında, Qobustan Rayon Gənclər və İdman İdarəsində, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, habelə Maliyyə Nazirliyinin Ağstafa Rayonu üzrə Maliyyə İdarəsində yoxlamalar aparılıb:

- Aşkar olunmuş nöqsanlarda təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına məktublar göndərilib, Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.

Aşkar edilmiş nöqsanların xeyli hissəsi nəzarət tədbirlərinin gedişində aradan qaldırılıb, artıq və əsassız ödənişlərin əsas hissəsinin (3099,43 min manat) büdcəyə bərpası təmin edilib, rayon təhsil şöbələri üzrə faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 23 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 113 dərnək və qrup, normadan artıq saxlanmış 39,5 ştat vahidi ləğv edilib, işlə təmin olunduğu müəyyən edilmiş 78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki səviyyəyə qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 214 nəfər azaldılıb, normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Azərbaycan Texnologiya Universitetində və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş ümumilikdə 428 nəfər vəzifəli şəxs 263,8 min manat məbləğində cərimələnib.

Əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında apardığı yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.

Baş Prokurorluğun məktubları ilə Maliyyə Nazirliyinə göndərilmiş qərarlarda və həmin məktublarda göstərilən sahə və suallar Dövlət Maliyyə Nəzarəti Xidmətində yoxlanıb və cəmi 450,21 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Hökumət 4 milyard manatı haradan tapacaq?

24.07.2015

Dövlət Neft Fondu 6 aylıq büdcə məlumatlarını açıqlayıb. Yarım ilin nəticələrinə görə, fondun gəlirləri 4 milyard manat ətrafında olub. Gəlirlərin 3,5 milyard manatı dövlət büdcəsinə yönəldilib. 2015-ci ilin dövlət büdcəsi qanununa görə, ikinci 6 ayda büdcəyə əlavə olaraq 6,9 milyard manata yaxın vəsait köçürülməlidir.

Transparency.az-a danışan iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, neftin qiyməti indiki kimi qalarsa, fond büdcəyə transfertləri tam həyata keçirə bilməyəcək: “Növbəti 6 ayda da Neft Fondunun gəlirlərinin 4 milyard manat ətrafında olacağı nəzərə alınsa, 6,9 milyard manat transfert üçün tələb olunan əlavə 3 milyard manata yaxın vəsait hansı mənbədən götürüləcək?

İndiki qiymətlərlə ən yaxşı halda bütövlükdə il üzrə 7 milyard manat transfert real görünür. Amma proqnoza görə, 10,4 milyard transfert olmalıdır.

Dövlət büdcəsinin 6 aylıq nəticələrinin təhlili göstərir ki, vergi daxilolmaları da ilin sonuna təxminən 500 milyon manat kəsirlə icra edilə bilər. Hər iki mənbədən qeyd olunan miqyasda mümkün gəlir itkilərini nəzərə alsaq, hökumətin artıq indidən dövlət büdcəsinin tam icrası üçün 3,5-4 milyard manat gəlirin mənbəyini tapmalıdır. İki yol var: ya fondun ehtiyat aktivləri büdcəyə cəlb edilir, ya da hökumət gəlirlərin azalmasına uyğun xərcləri ixtisar edir. Üçüncü alternativ bu iki yolun qarışığıdır. Amma hələ də hökumət qurumlarında və büdcəyə nəzarət səlahiyyəti daşıyan parlamentdə mümkün büdcə ssenariləri ilə bağlı heç bir müzakirə yoxdur”.

Qızılı nələr ucuzlaşdırır

24.07.2015

Dünya bazarında qızılın bir qramı 34 dollara düşüb. Bu barədə şərh yayan iqtisadçı Vüqar Bayramov yazır ki, 34 dollar dünya bazarında qızılın son 5 ildə ən çox ucuzlaşması deməkdir: “Qızıl son 1 ildə 16 faiz, yarım ildə 15 faiz, iyul ayında 7 faiz dəyər itirib. Son 5 ildə 8 faiz ucuzlaşma qeydə alınıb.

Dünya bazarında qızıla tələbin azalması, bir sıra ölkələrin ehtiyatlarını satışa çıxarması və investorların bazardan öz vəsaitlərini tədricən çəkməsi qiymətli metalı dəyərdən salır. Qızılın ucuzlaşmasına təsir edən digər amil ona zinət əşyası kimi marağın azalmasıdır.

Hazırda dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri artmağa başlayıb və dollar güclənir. Bütün bunlar qızılın investisiya baxımından cəlbediciliyini azaldır.

2008 və 2009-cu illərdə ehtiyatlarının bir qismini qızıla çevirən bir sıra ölkələr, o cümlədən Çin və Hindistan qızıl külçələri və sikkələri ötən ildən bazara çıxarıblar, bu da qızıl təklifinin artmasına səbəb olub.

Qızılın qiymətindəki dəyişikliklər valyuta bazarında son vaxtlar müşahidə olunan tendensiya ilə də bağlıdır. Dolların möhkəmlənməsi qızıl bazarına iqtisadi və psixoloji təsir göstərir”.

Ekspertin sözlərinə görə, dünya bazarındakı dəyişikliklər Azərbaycanda qızılın qiymətinə təsir göstərir: “İdxalın ucuzlaşması nəticəsində daxili bazarda son 1 ayda 7 faizə yaxın qiymət azalması qeydə alınıb”.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmət hesabatı açıqlayıb

27.07.2015

Əmlak Məsələləri Dövlət Komitəsi bu ilin birinci yarısında daşınmaz əmlakın qeydiyyatına yönəlmiş 3 SMS istifadəyə verib. “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı”, “İxtisaslaşdırılmış pul hərraclarında sifarişlərin və sənədlərin elektron qəbulu” xidmətləri də təqdim olunub. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən göstərilir.

Komitədən AZƏRTAC-a bildirilib ki, 31 e-xidmət vasitəsilə hüquqi və fiziki şəxslərdən 227 minədək e-müraciət daxil olub. Təqdim olunan e-xidmətlərdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə vətəndaşlardan 45 min 500 müraciət qəbul edilib. “Kütləvi çıxarış” kampaniyası çərçivəsində 3 min 800-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.

İnformasiya əldə etməyi asanlaşdıran yeni sistem yaradılıb

27.07.2015

Azərbaycanlı startapçılar informasiya əldə etmək prosesini asanlaşdıran yeni sistem yaradıblar. “MobChannel”(qlobal layihə olduğu üçün ad ingilis dilində seçilib) adlanan layihənin rəhbəri Vaqif Abbasov AZƏRTAC-a bildirib ki, sistem əksər yerli və xarici mətbuatı bir mənbədə toplayır: “Layihə üzrə internetdə lazımı informasiyaları daha rahat əldə etmək üçün 14 kanal təqdim olunur. İstifadəçilər bu kanallar üzrə filtrlərini daxil etməklə lazımı məlumatları rahat əldə edə bilər”.

Hazırda proqram “Android” əməliyyat sistemli telefonlar üçün mövcuddur. Onu yükləmək üçünmobchannel.com/app ünvanından istifadə etmək mümkündür.

Manatla əmanət qoyuluşu 62 faizdən 27 faizə enib

27.07.2015

Əmanətlərin Sığortalanması Fondu 6 aylıq statistika açıqlayıb. Transparency.az-a bu məsələ ilə bağlı danışan iqtisadçı ekspert Samir Əliyev deyib ki, açıqlamaya qorunan əmanətlərin həcmi barədə məlumat daxil edilməyib: “Buna baxmayaraq əmanətlərin sığortalanması sahəsində müəyyən tendensiyaları müşahidə etmək mümkündür. Əvvəla, 2014-cü ilin ikinci rübü ilə müqayisədə kompensasiya olunan əmanətlərin payı 31 faizdən 28 faizə düşüb. Qorunan əmanətçilərin payında isə 91 faizdən 90 faizə azalma var.

İkincisi, əmanətlərin dollarlaşmasının nəticəsi olaraq qorunan əmanətlərdə ABŞ dollarının payı 34 faizdən 69 faizə yüksəlib. Manat əmanətlərin payı isə 62 faizdən 27 faizə enib. Fondun vəsaitlərinin illik gəlirliliyi 4,34 faizdən 4,2 faizə azalıb”.

Samir Əliyev əlavə edib ki, əmanətlərin azalması iyun ayında da dayanmayıb və 40 milyon manat azalaraq 7,56 milyard manat olub: “Ümumiyyətlə, əmanət qoyuluşu 4 aydır düşür. 4 ayda əmanət qoyuluşu 5 faiz və ya 371 milyon manat azalıb”.

Dünyanın 500 ən böyük şirkətinin illik reytinqi

27.07.2015

“Fortune” jurnalı dünyanın 500 ən böyük şirkətinin illik reytinqini (Reytinq cədvəli) dərc edib. Lider dünyanın ən böyük pərakəndə satış şirkəti “Wal-Mart” super-marketlər şəbəkəsidir. Şirkətinin illik mədaxili 485,6 milyard, xalis gəliri 16,3 milyard dollar olub.

Siyahıda ikinci yerdə Çinin neft-kimya şirkəti “Sinopec Group” qərarlaşıb. Şirkət il ərzində 446,8 milyard dollar qazanıb.

Reytinqdə şirkətlər ötən maliyyə ili ərzində əldə etdikləri mədaxilin həcminə görə sıralanır. Transparency.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadla bildirir ki, “Fortune Global 500” siyahısında “Apple” şirkəti 15-ci yeri tutaraq Cənubi Koreyanın “Samsung” istehsalçısından iki pillə geri qalıb. “Samsung” il ərzində 195 milyard, “Apple” 183 milyard dollar qazanc əldə edib. Lakin reytinqdə xalis gəlirə görə ABŞ istehsalçısı həm Cənubi Koreya şirkətindən, həm də reytinqin digər iştirakçılarından xeyli yüksəkdə qərarlaşıb. 39,5 milyard dollarlıq xalis gəlirlə “Apple” 500 şirkət arasında ikinci, “Samsung” doqquzuncu yerlə (21,9 milyard dollar) kifayətlənib.

“Microsoft” korporasiyası 22 milyard dollar xalis gəlir əldə etməklə «Samsung”u bir pillə geridə qoyub. Reytinqdə gəlirə görə ABŞ-ın proqram təminatı istehsalçısı 95-ci yeri tutub.

İlin birinci yarısında 13676 nəfər işlə təmin edilib

27.07.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) bu ilin birinci yarısında 13676 nəfər işsiz və iş axtaran vətəndaşı işlə təmin edib. Nazirlikdən Transparency.az-a daxil olan məlumatda deyilir ki, hesabat dövründə DMX-nin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif peşə və ixtisaslar üzrə qəbul edilmiş sifarişlər əsasında 1879 nəfəri müvəqqəti xarakterli işlərə göndərib.

1800 nəfərədək işsiz və iş axtaran vətəndaş kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadıçı, aşpaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 675 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

“Elektron hökumət” elektron viza sistemi tətbiq edəcək

27.07.2015

“Elektron hökumət” portalının tərkibində elektron viza sistemi tətbiq olunacaq. Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, immiqrantlar üçün yeni bölmənin yaradılması planlaşdırılır. Gələcəkdə bu bölmənin funksiyaları genişləndirilə, Azərbaycana gələn əcnəbilər üçün ünsiyyət platforması da təqdim oluna bilər.

Hazırda e-viza Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi saytında təqdim edilir. E-viza anketini iki dildə — ingilis və Azərbaycan dillərində doldurmaq mümkündür. Viza 3 həftə dəyərləndirildikdən sonra immiqrantın anketdə göstərdiyi elektron poçt ünvanına PDF formatında göndərilir. Bundan sonra isə immiqrant əldə etdiyi vizaya möhür vurdurmaq üçün aidiyyəti quruma yaxınlaşmalıdır.

Məlumatda əlavə olunur ki, dünya təcrübəsində miqrasiya prosesinin sadələşdirilməsi məqsədilə aidiyyəti saytlarda viza üçün sorğu anketi təqdim edilir. E-viza sorğu anketində immiqrantın fərdi məlumatları ilə yanaşı səfərin məqsədi və müddəti qeyd olunur. Həmçinin xarici pasportun surəti yüklənir, vizanın növü, turistik, işgüzar (biznes), rəsmi səfər, təhsil, müalicə, şəxsi (qohum və ya dostların ziyarəti), tranzit, idman yarışlarında iştirakı da qeyd edilir.

Viza üçün tələb olunan dövlət rüsumu sayt üzərindən plastik kartlar vasitəsilə elektron şəkildə ödənilir. Müəyyən edilən zaman ərzində (3-5 iş günü, Avropa ölkələrində 14 gün) anketdə göstərilən elektron ünvana verilən vizanın təsdiqi barədə bildiriş göndərilir.

AZAL aviabiletlərin qiyməti ilə bağlı yeni açıqlama yaydı

27.07.2015

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviabiletlərin qiymətləri ilə bağlı yeni açıqlama yayıb. APA-Economics-in məlumatına görə, avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30% arasında endirim tətbiq olunacaq. Qeyd olunur ki, Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406 avrodan 321 avroya, Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya, Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya endiriləcək.

Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro, Bakı-Lvov-Bakı üzrə 141 avro, Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro, Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro endirim tətbiq olunacaq.

Açıqlamaya görə, ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılıb, biznes-klassdan başqa digər bütün yerlərin 30 faizindən az deyil və təyyarənin tipindən asılı olaraq 32-61 arasında dəyişir.

AZAL həmçinin daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xətləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlayıb. Bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.

Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcək. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi  kimi 50 manat deyil, 25 avro ödəyəcəklər.

Ətraflı məlumat

Yunusların məhkəməsi: ittiham aktı elan olunub

27.07.2015

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun işi üzrə proses iyulun 27-də davam etdirilib. Ötən ilin yayında tutulan Yunusların işi külli miqdarda ziyan vurmaqla dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, külli miqdarda vergi ödəməkdən yayınma, saxtakarlıq ittihamları ilə araşdırılır. Onlara irəli sürülmüş dövlətə xəyanət ittihamı üzrə cinayət işi ayrı icraata verilib.

APA-nın məlumatına görə, 27 iyul prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamnaməyə əsasən, Leyla Yunus dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirib, dövlət büdcəsinə vergiləri ödəməkdən yayınıb, külli miqdarda pulu Arif Yunusun hesabına köçürərək mənimsəyib.

İttihamla razılaşmayan Leyla Yunus dövlət ittihamçısının suallarını cavablandırmayıb, Arif Yunus isə indiki mərhələdə ifadə verməkdən imtina edib.

Virtualaz.org saytının məlumatına görə, Leyla Yunus deyib ki, bir hesabdan digərinə pul köçürülməsi dələduzluq deyil: “Biz dələduz deyilik. Özü də bu pullar Azərbaycan hökumətinin pulları deyildi, donor təşkilatların, donorlarla mənim aramdakı pullar olub”.

Vergilər Nazirliyinin kollegiya iclası prezident İlham Əliyevin iradlarını müzakirə edib

28.07.2015

İyulun 27-də Vergilər Nazirliyi kollegiyasının iclası keçirilib. Kollegiyada çıxış edən vergilər naziri Fazil Məmmədov Nazirlər Kabinetinin 13 iyul iclasında prezident İlham Əliyevin vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində ciddi addımlar atıldığını bildirib, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayan nazir vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol verən vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görülməsinin vacibliyini qeyd edib.

AZƏRTAC-ın məlumatına görə, nazir deyib ki, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırlması istiqamətində səylər artırılmalı, vergi ödəyicilərinə xidmətlərin spektri və informasiya texnologiyalarının tətbiqi imkanları genişləndirilməli, vergi orqanlarının fəaliyyətində şəffaflıq artırılmalı, bu sahələrdə qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə edilməlidir.

Yekunda vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.

Transparency.az xatırladır ki, iyulun 13-də Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev sahibkarlara olan təzyiqlərdən söz açıb: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm.

Eyni zamanda dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq.

Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.

İnsan alveri ilə mübarizə: Azərbaycan üç dəstənin ikincisində yer alır

28.07.2015

ABŞ Dövlət Departamenti insan alveri ilə mübarizəyə dair illik hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda 188 ölkəyə qiymət verilir. İnsan qaçaqmalçılığı, cinsi istismar və quldarlıqla mübarizədə fəal ölkələr birinci dəstəyə (Tier-1), qismən fəal ölkələr ikinci dəstəyə (Tier-2), passiv ölkələr isə üçüncü dəstəyə (Tier-3) aid edilib.

Tier-1-də 31 ölkə, o cümlədən qonşu Ermənistan yer alır. Siyahıda ABŞ, Böyük Britaniya, İsveç, Kanada, Cənubi Koreya, Avstraliya və başqaları öndə gəlir.

İkinci dəstəyə 89 ölkə daxildir. Onların arasında Azərbaycan da var.

Tier-3-ə Tailand, Malayziya, Venesuela, Qambiya və başqa ölkələrin adları salınıb.

“Azadlıq” radiosunun məlumatında deyilir ki, ikinci dəstəyə keçmiş sovet respublikalarının çoxu, o cümlədən Gürcüstan daxil edilib. Qonşu Rusiya və İran isə üçüncü dəstədə qərar tutublar.

Hesabatın Azərbaycana aid hissəsində qeyd olunur ki, ölkə insan qaçaqmalçılığına qarşı mübarizədə əhəmiyyətli tərəqqiyə nail olub, bununla belə məcburi əməyə və cinsi istismara cəlb olunanlar üçün mənbə, tranzit və mənzil rolunu oynayır: “Azərbaycanlı kişilər və oğlanlar Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində məcburi əməyə məruz qalır. Azərbaycan həm də Çin, Rusiya, Türkiyə və Özbəkistandan əmək trafikinqinə məruz qalanların mənzil ölkəsidir. Türkiyədən, Avropanın bəzi ölkələrindən, Cənubi və Mərkəzi Asiyadan olan qurbanlar Azərbaycanda məcburi əməyə cəlb olunurlar. Azərbaycan həm də Mərkəzi Asiyadan Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İrana seks və əmək trafikinqi qurbanlarının nəqli üçün tranzit ölkə funksiyasını daşıyır”.

Transparency.az qeyd edir ki, statistikaya görə, dünyada 21 milyon şəxs insan alveri qurbanıdır, bu biznes işbazlara 150 milyard dollar gəlir gətirir.

Prezident sərəncamının icrası: nazir ilkin hesabat verdi

28.07.2015

Prezident İlham Əliyevin 20 iyun 2014-cü il sərəncamının icrası olaraq inşası başa çatmış ilk fərdi ev Qusar rayonunda şəhid ailəsinin istifadəsinə verilib. Xəbəri iyulun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Prezident sərəncamı 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər müharibə əlili və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsini nəzərdə tutur. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qusar rayonunun Həsənqala kəndində tikilmiş fərdi yaşayış evinin şəhid ailəsi Hacıyeva Səlimə Şah qızına təqdim olunması zamanı bildirib ki, 52 rayonda 375 fərdi evin inşası da həyata keçirilib.

Səlim Müslümov ötən ay Tərtər rayonunda 54 mənzilli daha bir yaşayış binasının müharibə əlilləri və şəhid ailələrin istifadəsinə verildiyini xatırladaraq bildirib ki, hazırda Bakı şəhərində və İmişli, Beyləqan, Şamaxı rayonlarında ümumilikdə 238 mənzili olan 4 çoxmənzilli yaşayış binası tikilir: “Hazır binalardan 165 mənzilin alınması işləri də aparılır ki, onlar təmir edildikdən sonra istifadəyə veriləcək. Ümumilikdə cari il ərzində 964 mənzilin və fərdi yaşayış evinin müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilməsi planlaşdırılır”.

Nazir müharibə əlilləri və şəhid ailələrinin digər sahələrdə də dövlət qayğısı ilə təmin olunduqlarını diqqətə çatdırıb: “Hazırda müharibə əlilləri və onlara bərabər tutulan 18784 nəfər vətəndaş sosial müavinət və ya əmək pensiyası ilə bərabər prezidentin aylıq təqaüdləri ilə təmin olunurlar ki, onların 12289 nəfəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdir. Təkcə ötən ilin əvvəlindən bu təqaüdlərin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. 13 min 405 şəhid ailəsinə də prezidentin aylıq təqaüdü ödənilir. Həmin təqaüdün aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 200 manata çatdırılıb.

Müharibə əlilləri və şəhid ailələrinin uşaqları aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin olunurlar. Eləcə də onların ödənişli təhsil alan övladları təhsil haqqından azad ediliblər. “Əmək pensiyaları haqqında” qanunla isə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır”.

İstehlak bazarında monitorinqin nəticələri açıqlanıb

28.07.2015

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqlə bağlı məlumat yayıb. Qeyd olunur ki, Bakının Xətai rayonunda — Naximov küçəsi, 41 ünvanında Zərifə Quliyevaya məxsus mağazada; Pirallahı rayonunda — K.Rzayev küçəsi, 16 ünvanında Aida Cəfərovaya məxsus mağazada; Abşeron rayonunda — Novxanı qəsəbəsində Şahin Quliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar aşkarlanıb.

Bakının Xəzər rayonunda — Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsi, 14 ünvanında İlqar Allahverdiyevə məxsus mağazada; Pirallahı rayonunda — Pirallahı qəsəbəsi, 28-ci məhəllədə Gülarə Hüseynovaya məxsus mağazada; İsmayıllı rayonunda — İvanovka kəndində Arif Məsimova məxsus mağazada; Ağcabədi şəhərində — S.Vurğun küçəsində Adil Quliyevə məxsus mağazada və H.Hacıyev küçəsində Habil Allahverdiyə məxsus mağazada isə normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların üzə çıxdığı bildirilir.

Transparency.az qeyd edir ki, rəsmi açıqlamaya görə, Bakının Qaradağ rayonunda- Səngəçal qəsəbəsində Bənövşə Behbudovaya və Aygül Kazımovaya məxsus mağazalarda; Pirallahı rayonunda — M.Əzizbəyov küçəsi, 94 ünvanında Yaqub Yusubova məxsus mağazada; Xətai rayonunda — İ.İsmayılov küçəsi, 8 ü