37
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ SƏRƏNCAM № 177s Bakı şəhəri, 4 iyul 2011-ci il Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən: 1. Bu sərəncamın əlavəsində göstərilən işlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan 29539000 (iyirmi doqquz milyon beş yüz otuz doqquz min) manat məbləğində vəsait ayrılsın və bu vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. 3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin. 4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

  • Upload
    others

  • View
    9

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 177s

Bakı şəhəri, 4 iyul 2011-ci il

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən:

1. Bu sərəncamın əlavəsində göstərilən işlərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan 29539000 (iyirmi doqquz milyon beş yüz otuz doqquz min) manat məbləğində vəsait ayrılsın və bu vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Page 2: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2011-ci il

4 iyul tarixli I77s nömrəli

sərəncamı ilə

təsdiq edilmişdir

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan ayrılan 29539000 (iyirmi doqquz milyon beş yüz otuz doqquz min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə

BÖLGÜSÜ

  (min manatla)

Sifarişçi təşkilatlar üzrə layihələrin adı

Ayrılan vəsaiti

n məbləğ

i

İstifadəyə

verilən güc

1 2 3Respublika üzrə cəmi 29539  o cümlədən:    Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

500  

Muxtar respublikada sosial obyektlərin tikintisinin başa çatdırılması üzrə xərclər

500  

Gəncə Şəhər İcra Hakimiyyəti 1000  Gəncə şəhər Təhsil İdarəsinin qəza vəziyyətində olan Uşaq Yaradıcılıq Mərkəzinin binasının bərpa-gücləndirilməsi və əsaslı təmiri

500 obyekt

Gəncə şəhərində qəza vəziyyətində olan Atatürk prospekti, 264 və 266, Cavad xan küçəsi, 34 və digər ünvanlardakı yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 50 mənzilli yaşayış evinin tikintisi

500  

Sumqayıt Şəhər İcra Hakimiyyəti 400  Şəhərin 21-ci məhəlləsində və "İnşaatçılar" yaşayış massivində köhnə yararsız binaların tam və ya qismən sökülərək yerində yeni binaların tikintisi

400  

Şəki Şəhər İcra Hakimiyyəti 1510  Mirzə Fətəli Axundovun anadan olmasının 200 illik yubileyinin keçirilməsi ilə əlaqədar Şəki Dram

1200  

Page 3: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Teatrının, Mirzə Fətəli Axundov adına mədəniyyət və istirahət parkının təmiri və yenidən qurulması, Mirzə Fətəli Axundovun ev muzeyinə gedən küçə və prospektlərdə, ev muzeyi ətrafında işıqlandırma və abadlıq işləriŞəki şəhəri, S.Rəhman küçəsi, 76 ünvanındakı 5 mərtəbəli yaşayış evində bərpa və əsaslı təmir işləri

310 obyekt

Yevlax Şəhər İcra Hakimiyyəti 500  Şəhər təhsil şöbəsi üçün yeni binanın tikintisi 500 obyektAbşeron Rayon İcra Hakimiyyəti 400  Abşeron rayonunda abadlıq və yenidənqurma işlərinin aparılması

400  

Ağstafa Rayon İcra Hakimiyyəti 624  Ağstafa şəhərində qəza vəziyyətində olan kommunal yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 16 mənzilli yaşayış evinin tikintisi

500  

Ağstafa şəhərində qəza vəziyyətində olan kommunal yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün tikilən 25 mənzilli yaşayış evinin tikintisinin başa çatdırılması

124 obyekt

Beyləqan Rayon İcra Hakimiyyəti 500  Beyləqan şəhərində abadlıq və yenidənqurma işlərinin aparılması

500  

Binəqədi Rayon İcra Hakimiyyəti 400  Bakı şəhərinin Binəqədi kəndində 35 №-li şəhər poliklinikası binasının əsaslı təmiri və yenidənqurulması

300 obyekt

Bakı şəhərinin Binəqədi qəsəbəsində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə salınmış parkda abadlıq işləri

100 obyekt

Daşkəsən Rayon İcra Hakimiyyəti 500  Rayon İcra Hakimiyyətinin balansına verilmiş sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin əsaslı təmiri, onlara xidmət göstərilməsi üçün avadanlıq və maşın-mexanizmlərin alınması və Daşkəsən şəhərində yenidənqurma işlərinin aparılması

500  

Füzuli Rayon İcra Hakimiyyəti 300  Horadiz şəhərinin ərazisində abadlıq və yaşıllıq işləri, yaşıllıq üçün suvarma sisteminin quraşdırılması

300  

Göyçay Rayon İcra Hakimiyyəti 500  İcra Hakimiyyəti binasının yenidən qurulması və ətraf ərazinin abadlaşdırılması

500 obyekt

Göygöl Rayon İcra Hakimiyyəti 500  Göygöl şəhərində dam örtükləri qəza vəziyyətində olan 153 kommunal-yaşayış evlərinin dam örtüklərinin əsaslı təmiri

500  

Xızı Rayon İcra Hakimiyyəti 500  

Page 4: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Yeni Yaşma qəbəsində 295 qəzalı evlərin bərpası 500  Kəlbəcər Rayon İcra Hakimiyyəti 160  Rayon İcra Hakimiyyətinin Gəncə şəhərində yerləşdiyi inzibati binanın əsaslı təmiri

160 obyekt

Kürdəmir Rayon İcra Hakimiyyəti 1000  Rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi

1000  

Qazax Rayon İcra Hakimiyyəti 400  Qazax şəhərində qəza vəziyyətində olan kommunal-yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün 24 mənzilli yaşayış evinin tikintisi

400  

Qobustan Rayon İcra Hakimiyyəti 793  Qobustan Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi üzrə yaranmış qiymət fərqinin ödənilməsi və inventar, avadanlıqla təchiz edilməsi

493  

Qobustan şəhərində abadlıq və yenidənqurma işlərinin aparılması

300  

Neftçala Rayon İcra Hakimiyyəti 500  Neftçala şəhərində yenidənqurma işlərinin aparılması 500  Oğuz Rayon İcra Hakimiyyəti 500  Oğuz şəhərində abadlıq, işıqlandırma, yenidənqurma işlərinin aparılması

500  

Sabirabad Rayon İcra Hakimiyyəti 1000  Sabirabad şəhəri ərazisinin bir hissəsində qrunt sularının səviyyəsinin aşağı salınması üçün drenaj şəbəkəsinin tikintisi

1000  

Salyan Rayon İcra Hakimiyyəti 500  Salyan şəhərinin ərazisindəki 70 yaşayış evinin dam örtüyünün təmiri

500  

Şamaxı Rayon İcra Hakimiyyəti 500  Şamaxı şəhərində Heydər Əliyev, S.Ə.Şirvani və N.Nərimanov küçələrində abadlıq və yenidənqurma işlərinin aparılması

500  

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1600  

Şəki şəhərində müxtəlif kateqoriyadan olan əlillər üçün 4 mərtəbəli 36 mənzilli yaşayış evinin tikintisi

500  

Şəmkir şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 mərtəbəli 36 mənzilli yaşayış evinin tikintisi

500  

Kənd yerlərində yaşayan Qarabağ müharibəsi əlillərinə 10 ədəd fərdi yaşayış evinin tikintisi

600 obyekt

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

900  

Tərtər şəhərində Mədəniyyət Evinin əsaslı təmiri 400 obyektBərdə şəhərində binası qəza vəziyyətində olan 1 №-li uşaq incəsənət məktəbi üçün yeni binanın tikintisi məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması

500  

Page 5: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

və tikinti işlərinə başlanılmasıAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi 1000  150 gəlişli Siyəzən rayon Mərkəzi Poliklinika binasının təmiri, avadanlıq və inventarla təchiz edilməsi

1000 obyekt

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

1873  

Efir təhlükəsizliyinin qorunması üçün xüsusi təyinatlı avadanlıqların alınıb quraşdırılması və avadanlıqların istismar xərclərinin ödənilməsi

1873 obyekt

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

1264  

Sumqayıt şəhərində neft-kimya və dozimetrik laboratoriyaların yaradılması layihəsi üzrə avadanlıqların alınması (MAQATE)

1264  

Azərbaycan Milli Elmlər Akademiyası 1000  "Tədqiqat nüvə reaktorunun planlaşdırılması və qurulması" və "Radiasiya proseslərinin imkanlarının genişləndirilməsi-sterilizasiya qurğusunun yaradılması" layihələri üzrə ilkin tikinti işlərinin aparılması (MAQATE)

1000  

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi

2600  

Milli Onkologiya Mərkəzinin avadanlıqlarla təchiz edilməsi (MAQATE)

2600  

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası

15  

Komissiyanın inzibati binasında sanitariya qovşaqlarının əsaslı təmiri

15  

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti 1000  Sumqayıt şəhərində sosial obyektlərin və yaşayış evlərinin istilik təchizatının bərpası

1000  

Bakı Metropoliteni 2300  Bakı Metropoliteni yollarında normadan artıq yük buraxılmış relslərin dəyişdirilməsi

1000  

Bakı Metropoliteni stansiyalarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə "SOS" həyəcan sisteminin quraşdırılması

1300 obyekt

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

500  

Agentliyin Horadiz qəsəbəsindəki bazasında təbii fəlakət nəticəsində ziyan çəkmiş bina və qurğuların, maşın-mexanizmlərinin bərpası

92 obyekt

Abşeron yarımadasının "Palçıq Vulkanları Qrupu" dövlət təbiət qoruğunun Kirdağ palçıq vulkanı ərazisinin partlamamış hərbi sursatlardan təmizlənməsi

408 obyekt

İctimai Televiziya və Radio Yayımları Şirkəti 2000  "Eurovision -2011" mahnı müsabiqəsinin qaliblərinin 1000 obyekt

Page 6: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

2012-ci ildə keçiriləcək müsabiqəyə qədər xarici ölkələrdə turları və respublika daxilində konsertlərinin təşkil olunması"Euronews" kanalı ilə işgüzar əlaqələrin qurulması, yeni müxbir bürolarının açılması, onların müasir texnika ilə təchiz olunması

1000 obyekt

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M 

№ 332s 

Bakı şəhəri, 21 oktyabr 2011-ci il 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. 2020-ci ildə XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri tədbirlərin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 300.000 (üç yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 377s

Bakı şəhəri, 17 noyabr 2011-ci il

Page 7: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 162-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 465 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Dini mərkəzə (idarələrə) maliyyə yardımı göstərilməsi, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin müvafiq ölkələrdə nümayəndəliklərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2.000.000 (iki milyon) manat, qeyri-islam təmayüllü dini qurumlar arasında bölüşdürülməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 400.000 (dörd yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 SƏRƏNCAM

 № 370s

 Bakı şəhəri, 15 noyabr 2011-ci il

  2012-ci ildə ölkəmizdə keçiriləcək mötəbər beynəlxalq tədbirlərlə (Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı, Qəbələ şəhərində IV Beynəlxalq Musiqi Festivalı, Eurovision-2012 mahnı müsabiqəsi, Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı və s.) bağlı ölkəmizə böyük sayda xaricdən qonaq və turistlərin gəlməsini nəzərə alaraq, cari ildə bir sıra hazırlıq işlərinin artıq aparılması zərurəti yaranmışdır.

Page 8: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, qeyd olunan hazırlıqla bağlı müəyyən texniki, təhlükəsizlik, nəqliyyat, rabitə, abadlıq işlərinin həyata keçirilməsi, müvafiq avadanlıqların alınması, mədəni, təbliğat və tərtibat proqramlarının hazırlanmasının sifariş edilməsi işlərinin maliyyələşdirilməsi məqsədi ilə:

1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.4.8-ci yarımbəndində birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 40 000 000,0 (qırx milyon) manatının və 2.5.8-ci yarımbəndində birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 10 000 000,0 (on milyon) manatının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.

2. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin aidiyyəti dövlət orqanlarına və təşkilatlarına onların əsaslandırılmış təklifləri nəzərə alınmaqla ödənilməsini təmin etsin.

4. 2012-ci ildə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın ikinci hissəsində göstərilən işlərin sifarişçi təşkilatlar tərəfindən bir mənbədən satınalma metodu ilə yerinə yetirilməsinə icazə verilsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 noyabr tarixli 370 s nömrəli sərəncamına

əlavə

Page 9: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqamət

(manatla)

Xərclərin adı Bölmə

Köməkçi

bölmə

İnzibati

təsnifatİqtisadi təsnifat

2011-ci il üçün qalıq vəsait

I. Azaldılır         50 000 000,0Sair xərclər 4 7 1551 282100 40 000 000,0Sair xərclər 5 6 1551 282100 10 000 000,0II. Artırılır         50 000 000,03air xərclər 14 1 1202 282100 50 000 000,0

Aparatın rəhbəri Aga-Bala Hacıyev

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 SƏRƏNCAM

 № 20s

 Bakı şəhəri, 2 fevral 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Bosniya və Hersoqovinanın Sarayevo şəhərində “Dostluq Parkı” və abidə kompleksi ilə bağlı tikinti və bərpa-təmir işlərinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 408.259 (dörd yüz səkkiz min iki yüz əlli doqquz) avro məbləğində vəsaitin manat ekvivalenti ayrılsın.

2. Bu sərəncamın 1-ci hissəsində göstərilən tikinti işlərinin yerinə yetirilməsinə təxirəsalınmadan başlanmasının və qısa müddət ərzində başa çatdırılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilsin.

Page 10: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının  Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 16s

 Bakı şəhəri, 26 yanvar 2012-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə əlavə ştat vahidlərinin ayrılması ilə bağlı tələb olunan 380.000 (üç yüz səksən min) manat məbləğində vəsait və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinə əlavə ştat vahidlərinin ayrılması ilə bağlı tələb olunan 1.045.926 (bir milyon qırx beş min doqquz yüz iyirmi altı) ABŞ dolları məbləğində vəsaitin manat ekvivalenti Azərbaycan Respublikasının 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitləri bölgülər üzrə müvafiq qaydada təsdiq etsinlər.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Page 11: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikasının

Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 SƏRƏNCAM

 № 437s

Bakı şəhəri, 28 dekabr 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən :

1. Türkiyə Respublikasının Van vilayətində baş vermiş təbii fəlakətdən zərər çəkmiş insanlara göstərilmiş humanitar yardımın dəyərinin və çəkilən nəqliyyat xərclərinin ödənilməsi, habelə yeni ehtiyatların yaradılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 2093430 (iki milyon doxsan üç min dörd yüz otuz) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3.. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 359s

Bakı şəhəri, 3 noyabr 2011 il

Page 12: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Balet ustası və xoreoqraf Blanka Guteerres Li tərəfindən hazırlanmış Azərbaycanda muğamın zəngin musiqi və obraz aləmini əks etdirən xoreoqrafik muğam tamaşası layihəsinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2601500 (iki milyon altı yüz bir min beş yüz) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

  № 341s

 Bakı şəhəri, 27 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2,0 (iki) mln. ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin təyinatı üzrə köçürülməsini təmin etsinlər.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Page 13: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 335s

Bakı şəhəri, 24 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yerinə yetirilmiş aviareyslərə görə yaranmış və ilin sonunadək yarana biləcək kreditor borcun ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə 6635000 (altı milyon altı yüz otuz beş min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

  № 314s

 Bakı şəhəri, 11 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, orta ixtisas təhsili müəssisələrinə və rezidenturaya qəbul imtahanlarının keçirilməsini təmin etmək məqsədi ilə:

Page 14: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına 122400 (yüz iyirmi iki min dörd yüz) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 278s

 Bakı şəhəri, 16 sentyabr 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. 2011-ci il 10-11 oktyabr tarixlərində Bakı şəhərində “XXI əsr ümid və çağırış” Beynəlxalq Humanitar Forumunun keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2 000 000 (iki milyon) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Page 15: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

S Ə R Ə N C A M№ 266s

Bakı şəhəri, 27 avqust 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Serbiya Respublikasının Belqrad şəhərində şəhər məscidinin əsaslı təmirinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 722 190 (yeddi yüz iyirmi iki min yüz doxsan) avro məbləğində vəsaitin manat ekvivalenti ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M№ 265s

Bakı şəhəri, 27 avqust 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Serbiya Respublikasının Novi Sad şəhərində Müqəddəs Petka kilsəsinin tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 647 619 (altı yüz qırx yeddi min altı yüz on doqquz) avro məbləğində vəsaitin manat ekvivalenti ayrılsın.

Page 16: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M№ 262s

Bakı şəhəri, 26 avqust 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq, Gürcüstanda 2008-ci il avqust müharibəsinin partlayıcı qalıqlarının təmizlənməsi üzrə NATO-nun Texniki Təminat və Təchizat Agentliyinin “Gürcüstan III Etimad Fondu” layihəsində Azərbaycan Respublikasının iştirakının məqsədəuyğunluğunu, eləcə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan “Gürcüstan III Etimad Fondu” layihəsinə 50 000 (əlli min) avro məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci bəndi ilə ayrılan vəsaitin təyinatı üzrə müvafiq qaydada köçürülməsini təmin etsinlər.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 dekabr tarixli 386s nömrəli sərəncamı ləğv edilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M№ 258s

Bakı şəhəri, 25 avqust 2011-ci il

Page 17: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi məqsədi ilə:

1. “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 2.6.3-cü yarımbəndində (Sosial müdafiə və sosial təminat sahəsi üzrə əmək haqqı və pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər) birdəfəlik təyinat üçün nəzərdə tutulmuş vəsaitin bu sərəncamın əlavəsində göstərilmiş xərclər üzrə qənaət olunmuş 50 000 000,0 (əlli milyon) manatı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə müvafiq olaraq “Ehtiyat fondları” köməkçi bölməsinin “Dövlət büdcəsinin Ehtiyat Fondu” paraqrafına aid edilməsinə razılıq verilsin.

2. “Azərbaycan Respublikası 2011-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 50 000 000,0 (əlli milyon) manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 2-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Page 18: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “25” avqust tarixli 258 s nömrəli

sərəncamına

əlavə

  2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqamət

(manatla)

Xərclərin adı Bölmə

Köməkçi bölmə

İnzibati

təsnifat

Paraqraf

İqtisadi təsnifat

2011-ci il üçün qənaət

vəsaitI. Azaldılır           50 000

000,0Sosial müdafiə və sosial təminatı 6         50 000

000,0Sosial müdafiə 6 1       50 000

000,0Digər sosial müdafiə tədbirləri 6 1 1551 6   50 000

000,0Əmək haqqı və pensiya təminatı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşməsi ilə bağlı xərclər

6 1 1551 6   50 000 000,0

Digər xərclər 1 1 1551 6 280000 50 000 000,0

Sair müxtəlif xərclər 1 1 1551 6 282000 50 000 000,0

Sair xərclər 1 1 1551 6 282100 50 000 000,0

II. Artırılır           50 000 000,0

Əsas bölmələrə aid edilməyən xidmətlər

14         50 000 000,0

Ehtiyat fondları 14 1       50 000 000,0

Dövlət büdcəsinin Ehtiyat Fondu 14 1 1202 0   50 000

000,0Digər xərclər 14 1 1202 0 280000 50 000

Page 19: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

000,0Sair müxtəlif xərclər 14 1 1202 0 282000 50 000

000,0Sair xərclər 14 1 1202 0 282100 50 000

000,0

Aparatın rəhbəri Ağa-bala Haciyev

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 251s

 Bakı şəhəri, 19 avqust 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikasının Ağdam, Qazax, Tərtər və Goranboy rayonlarının Ermənistan qoşunları ilə təmas xəttinin 3 kilometrlik məsafəsində yerləşən kəndlərində hərbi təcavüz nəticəsində yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın mərhələlərlə aradan qaldırılması üçün tikinti işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu sərəncamın 1-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Page 20: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 234s

Bakı şəhəri, 10 avqust 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Bakı şəhərində Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi üzrə Mərkəzin müvafiq qaydada yaradılması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə 260,0 (iki yüz altmış) min manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

  № 202s

 Bakı şəhəri, 26 iyul 2011-ci il

 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156 s nömrəli sərəncamı ilə təsdiq edilmiş bölgüdə nəzərdə tutulmuş Ehtiyat vəsaitin 27500000 (iyirmi yeddi milyon beş yüz min) avronun manat örtüyü məbləğində azaldılması hesabına beynəlxalq tədbirlərin təşkili üçün tələb olunan nəqliyyat vasitələrinin alınması, məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə 27500000 (iyirmi yeddi milyon beş yüz min) avronun manat örtüyü məbləğində vəsait ayrılsın.

Page 21: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini Yaqub Eyyubov

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

  № 190s

 Bakı şəhəri, 15 iyul 2011-ci il

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası diplomatik nümayəndəliklərinin yerləşdirilməsi ilə bağlı daşınmaz əmlakla qarşılıqlı təmin olunması haqqında razılaşmaya uyğun olaraq, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 13-cü iclasının 2011-ci il 18 mart tarixli protokolunu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təklifini nəzərə alaraq:

1. Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 31 ünvanında yerləşən binanın alınması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə 4500000,0 (dörd milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən binanın alınmasını mövcud qanunvericiliyə uyğun həyata keçirsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Page 22: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Meksika Birləşmiş Ştatlarında Azərbaycan-Mexiko dostluq parkının, Xocalı soyqırımına həsr olunmuş parkın salınması, həmin parkların layihə-smeta sənədlərinin

hazırlanması və 3 abidənin hazırlanması, həmçinin daşınması üçün vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 SƏRƏNCAM

 № 383s

 Bakı şəhəri, 23 noyabr 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Meksika Birləşmiş Ştatlarında Azərbaycan-Mexiko dostluq parkının, Xocalı soyqırımına həsr olunmuş parkın salınması, həmin parkların layihə-smeta sənədlərinin hazırlanması və 3 abidənin hazırlanması, həmçinin daşınması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 6,900.000 (altı milyon doqquz yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrəMilli Agentliyə vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 368s

 Bakı şəhəri, 11 noyabr 2011-ci il

Page 23: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin NATO-nun Texniki Təchizat və Təminat Agentliyi ilə birgə həyata keçirəcəyi “Ceyrançöl Təmizləmə Layihəsi”nin 2011-ci ildə başlanılması üçün Layihənin birinci mərhələsinin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının payına düşən vəsaitin cari İlin sonunadək NATO Etimad Fonduna köçürülməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə 750 000 (yeddi yüz əlli min) avronun manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsinlər.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə

dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar

və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü"ndə ali təhsil müəssisələri üçün yeni yataqxanaların tikintisi məqsədi ilə nəzərdə tutulmuş 20000000,0 (iyirmi milyon) manat

vəsaitin 400000,0 (dörd yüz min) manat azaldılması hesabına, Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərindəki Səfirliyinin işçiləri üçün tikilmiş 20 mənzilli

yaşayış evinin əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 361s

 Bakı şəhəri, 3 noyabr 2011-ci il

  "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 358 nömrəli Fərmanının 3.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Xarici İşlər

Page 24: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklərdə dövlət əsaslı vəsait qoyuluşu üçün əlavə nəzərdə tutulmuş 2484117000,0 (iki milyard dörd yüz səksən dörd milyon yüz on yeddi min) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü"ndə ali təhsil müəssisələri üçün yeni yataqxanaların tikintisi məqsədi ilə nəzərdə tutulmuş 20000000,0 (iyirmi milyon) manat vəsaitin 400000,0 (dörd yüz min) manat azaldılması hesabına, Azərbaycan Respublikasının Türkiyə Respublikasının Ankara şəhərindəki Səfirliyinin işçiləri üçün tikilmiş 20 mənzilli yaşayış evinin əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 400000,0 (dörd yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə vəsaitin ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 № 351s

Bakı şəhəri, 2 noyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 1436 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan “Azərbaycan Respublikasının Milli Atlası”nın nəşri, eləcə də dövlət əhəmiyyətli (ölkənin

Page 25: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

müdafiə və təhlükəsizliyi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, yaşayış məntəqələrinin əraziləri və sərhədlərinin əks etdirilməsi, nəqliyyat infrastrukturunun, mühüm obyektlərin və şəhərsalmanın layihələndirilməsi, dövlət torpaq və şəhər kadastrı işlərinin aparılması və sair məqsədi ilə) müxtəlif miqyaslı topoqrafik xəritələrin, ayrı-ayrı mövzulu digər xəritə və atlasların, turizm əhəmiyyətli bukletlərin, sxemlərin nəşrinin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən çap maşınının alınması məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə 3234000 (üç milyon iki yüz otuz dörd min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3 Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ

Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat

Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

  № 341s

 Bakı şəhəri, 27 oktyabr 2011-ci il

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərər çəkmiş insanlara humanitar yardımın göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 2,0 (iki) mln. ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin təyinatı üzrə köçürülməsini təmin etsinlər.

Page 26: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

№ 321s

Bakı şəhəri, 18 oktyabr 2011-ci il

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının razılaşdırılmış təkliflərini nəzərə alaraq:

1. 2011-ci il 30 noyabr tarixində Azərbaycan Respublikasının bəzi bələdiyyələrində təkrar, əlavə və yeni seçkilərin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına 952.000 (doqquz yüz əlli iki min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin bölgüyə (əlavə olunur) əsasən müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 18 oktyabr tarixli

321s nömrəli sərəncamına əlavə

2011-ci il 30 oktyabr tarixində Azərbaycan Respublikasının bəzi bələdiyyələrində təkrar, əlavə və yeni seçkilərin keçirilməsi məqsədi ilə

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mərkəzi Seçki

Komissiyasına ayrılan vəsaitin bölgüsü

Page 27: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Kod Xərclərin adı Məbləğ(manatla)

210000 Əməyin ödənişi 952000211000 Əmək haqqı 780328211300 Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri 780328212000 Əmək haqqına üstəlik 171672212100 Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 171672

Aparatın rəhbəri Ağa-Bala Hacıyev

“Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 6 iyul tarixli 1617 nömrəli Sərəncamının tələblərini yerinə yetirmək məqsədi ilə

stadionda həyata keçiriləcək əsaslı təmir və yenidənqurma işlərinin icrasına təcili başlanılmasının və nəzərdə tutulmuş proqramın icrasının təmin edilməsinin vacibliyini

nəzərə alaraq, müstəsna hal kimi, bu işlər üzrə müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə

bağlanılmasına icazə verilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

  № 319s

 Bakı şəhəri, 14 oktyabr 2011-ci il

“Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 6 iyul tarixli 1617 nömrəli Sərəncamına əsasən stadionda əsaslı təmir və yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulmuş və bu işlərin maliyyələşdirilməsi məqsədi ilə 10 milyon manat məbləğində vəsait ayrılmışdır.

Lakin mövcud qaydalara əsasən işlərin icraçısının seçilməsinə müəyyən vaxt tələb olunduğunu, bu səbəbdən də 2011-ci il üçün nəzərdə tutulan proqramın tam həcmdə yerinə yetirilməsində problemlərin yarana biləcəyini və bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müraciətini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən:

Page 28: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

1. “Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 6 iyul tarixli 1617 nömrəli Sərəncamının tələblərini yerinə yetirmək məqsədi ilə stadionda həyata keçiriləcək əsaslı təmir və yenidənqurma işlərinin icrasına təcili başlanılmasının və nəzərdə tutulmuş proqramın icrasının təmin edilməsinin vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu işlər üzrə müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlanılmasına icazə verilsin.

2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

№ 303s

Bakı şəhəri, 7 oktyabr 2011-ci il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, NATO-nun maliyyə dəstəyi ilə Azərbaycanda keçmiş SSRİ-nin Silahlı Qüvvələrindən qalan raket yanacağının oksidləşdirici komponentlərinin “Melanj” layihəsi çərçivəsində utilizasiyası ilə bağlı işlərin görülməsindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən hərbi hissəsində qalan tullantıların, melanjla təmasda olan avadanlıq və digər maddi vəsaitlərin müvafiq qaydada zərərsizləşdirilməsi və utilizasiyasının başa çatdırılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 235,220,0 (iki yüz otuz beş min iki yüz iyirmi) manat məbləğində vəsait ayrılmasını təmin etsin.

2. Azərbaycan Respublikasının 2012-ci il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində raket yanacağının oksidləşdirici komponentlərinin utilizasiyasından qalan tullantıların, melanjla təmasda olan avadanlıq və digər maddi vəsaitlərin müvafiq qaydada zərərsizləşdirilməsi və utilizasiyasının başa çatdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasına 150,751,0 (yüz əlli min yeddi yüz əlli bir) manat məbləğində vəsaitin ayrılması nəzərə alınsın.

Page 29: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

3. Yerinə yetiriləcək işlərin təxirəsalınmadan başlanmasının vacibliyi nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasına bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamasına icazə verilsin.

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş

Ehtiyat Fondundan İslam İnkişaf Bankının İnkişaf üzrə Həmrəylik Fonduna

vəsait ayrılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

  № 284s

 Bakı şəhəri, 22 sentyabr 2011-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan İslam İnkişaf Bankının İnkişaf üzrə Həmrəylik Fonduna 100 000 (yüz min) ABŞ dolları məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Page 30: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

Hökumət nümayəndə heyətinin xarici ölkələrə səfəri ilə əlaqədar təşkil edilən xüsusi reyslərin dəyərinin ödənilməsi üçün 2011-ci ilin

dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsaitin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayrılmasının təmin

edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M

  № 280s

 Bakı şəhəri, 20 sentyabr 2011-ci il

  1. Hökumət nümayəndə heyətinin xarici ölkələrə səfəri ilə əlaqədar təşkil edilən xüsusi reyslərin dəyərinin ödənilməsi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 356.950 (üç yüz əlli altı min doqquz yüz əlli) manat məbləğində vəsaitin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayrılması təmin edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində birdəfəlik təyinat üçün qənaət olunmuş vəsait və onun yönəldildiyi istiqaməti

haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

S Ə R Ə N C A M№ 258s

Bakı şəhəri, 25 avqust 2011-ci il

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun

Page 31: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR … · Web viewAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 16 iyun tarixli 156s nömrəli sərəncamı ilə təsdiq edilmiş

vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin inşa edilməsi məqsədi ilə: