Upload
rod
View
104
Download
0
Embed Size (px)
DESCRIPTION
Məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiya etməsi. N ərmin Əhmədova. ADNA Geofizika mühəndisliyi fakültəsi II kurs Kateqoriya: Tibb və sağlamlıq İdeyadan faydalanacaq tərəflər : Məhdud fiziki imkanlı şəxslər. Kiçik statistik göstəricilər. - PowerPoint PPT Presentation
Citation preview
Nərmin Əhmədova. ADNA Geofizika mühəndisliyi fakültəsi II kurs
Kateqoriya:Tibb və sağlamlıq
İdeyadan faydalanacaq tərəflər:
Məhdud fiziki imkanlı şəxslər
Məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiya etməsi
Azərbaycan Respublikasının Əlil Təşkilatları İttifaqının rəsmi saytında (
http://www.udpo.az/category.php?lang=1&content=346) verilən statistikaya əsasən ölkəmizdə əhalinin ümumi sayı 9 235 100 nəfərdir, onlardan 506 127 nəfəri məhdud fiziki
imkanlı şəxslərdir. Beləliklə, əhalinin ümumi sayının 5,5%-ni məhdud fiziki imkanlı şəxslər təşkil edir. İstənilən sosial fəal olmayan bir şəxsdən belə soruşsan ki, gün ərzində o neçə
fiziki məhdud imkanlı şəxs ilə rastlaşır, sözsüz ki sorğuya cəlb olunanların yarıdan çoxu yalnız iki-üç nəfəri gördüklərini
qeyd edəcəklər.
Kiçik statistik göstəricilər
Lakin hər il dekabr ayının 3-də Beynəlxalq Əlillər Günü münasibətilə ilə keçirilən və TV ilə nümayiş etdirilən tədbirlərdə bu cür insanların cəmiyyətimizdə heç də az olmadıqlarını və onların arasında istedadlı, yaradıcı, əməksevər insanların olmasının əyani şahidi
3 dekabr Beynəlxalq Əlillər Günü
oluruq. Lakin bu cür insanların sosial həyata cəlb olunmamalarının əsas səbəbi nədir? Axı bu insanların çoxu adi ev şəraitində, normal, tamtəminatlı ailələrdə yaşayırlar. Lakin biz onları görmürük.
Problemə yaxınlaşmaq
Sözügedən mövzuda müsabiqələr elan etmək
Təkliflərdən ibarət seçim turu keçirmək
Təklifləri qəbul edilən istənilən qurumun fikir və ideyalarını maddi və mənəvi cəhətdən dəstəkləmək.
İctimai qınaqdan qurtulmaq
Məhdud fiziki imkanlı şəxslərin görünüşünü, həyat tərzini cəmiyyətə tanıtmaq və öyrəşdirmək üçün əhalinin çox
toplandığı yerlərdə gənclərin iştirakı ilə sosial aksiyaların, flaşmobların keçirilməsi.
Sosial aksiyalar
Istedadlı fiziki məhdud şəxslər haqqında çap
məhsullarının paylanması
Fiziki məhdud şəxslərin ictimai yerdə yürüşünü
təşkil etmək
Əhalinin fiziki məhdud şəxlər haqqında
fikirlərindən sosial sorğu təşkil etmək
Sosial şəraitsizlik
Bu problemə daha geniş yanaşmaq lazımdır. Gündəlik həyatimizda istifadə olunan xidmətlərin demək olar ki heç birində fiziki məhdud şəxslər üçün imkanlar yaradılmamışdır. İlk növbədə
Nəqliyyat Təhsil müəssisələri Tibb və istirahət mərkəzlərində
yaradılması mühüm olan xüsusi enmə və qalxma imkanlarının (pandusların), tikintisindən, liftlərin inşasından başlamaq lazımdır.
Əlillər üçün platformalar
http://alfalift.ru/platformihttp://www.neofishka.ru/?page=ramp3
Motivasiya
Fiziki məhdud imkanlı şəxslərin əksəriyyəti müəyyən dərnəklərin, birliklərin üzvü olurlar. Bu cür şəxslərdə motivasiya yaratmaq üçün:
Onları bir araya gətirmək İstedadlı şəxslər arasında müsabiqələr keçirmək Onların əl işlərindən ibarət sərgilər təşkil etmək Bu tədbirlərin nəticələrindən ibarət dərgilər çap etmək Qalibləri onlar üçün yararlı ola biləcək müasir texnologiyalı
hərəkət arabaları ilə mükafatlandırmaq Dəstəkləyici təşkilatların yardımı ilə əlillərə tibbi
müayinələri üçün güzəştli paketlər təqdim etmək