33
DÖVLƏTƏ BAĞLILIĞIN ƏHƏMİYYƏTİ HARUN YƏHYA

Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Embed Size (px)

Citation preview

Page 1: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

DÖVLƏTƏBAĞLILIĞIN

ƏHƏMİYYƏTİ

HARUN YƏHYA

Page 2: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Birinci nəşr: Yanvar, 2000

İSBN 975-8432-19-2

VURAL NƏŞRİYYAT

Çatalçeşme Sok. Üretmen Han No: 27/13

Cağaloğlu-İstanbul

Tel: (0 212) 511 42 30 - 522 02 94

Baskı: SEÇİL OFSET

100. Yıl Mahallesi MAS-SİT Matbaacılar Sitesi 4. Cadde No: 77

Bağcılar-İstanbul Tel: (0 212) 629 06 15

Page 3: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

İÇİNDƏKİLƏR

Niyə dövlət haqqında

bir kitabça?

Dövlət nədir?

Türkiyə Cümhuriyyəti

dövlətinin xüsusiyyətləri

Məsələlərin dövlətə

bağlılıqla həlli

Dövlətə bağlılıq və əxlaq

Page 4: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Niyə dövləthaqqında bir kitabça?

Dövlət sisteminin əhəmiyyətini, vəzifələrini və ya funksiyalarını açıqlayan kitablar,

ümumiyyətlə, siyasət elmləri kitablarıdır. Bu kitabların əksəriyyəti tələbələrə məlumat vermək

məqsədini daşıyırlar. Amma əlinizdəki bu kitabça bunlardan fərqlidir. Çünki əsas məqsədi

cəmiyyətdə zaman ərzində görünən bir qisim "dövlət əleyhdarı" cərəyan və ya fikirlərin necə

yanlışlıq içində olduqlarını göstərmək və türk millətinin hər üzvünü dövlətinə sahib çıxmağa

çağırmaqdır.

Haqqında danışdığımız dövlət əleyhdarı cərəyan və ya fikirlər müxtəlif qaynaqlardan gəlir.

Bu qaynaqların başında marksist ideologiya durur. Bu ideologiyaya bağlı olanlar dövlətin

ortadan qaldırılması lazım olan zərərli bir təşkilat olduğuna kor-koranə inanmışlar. Buna görə,

dövlət və dövləti təmsil edən hər cür simvola qarşı qatı düşməndirlər. Bu düşmənlik bəzən şiddətə

də çevrilir və sol terror təşkilatlarını əmələ gətirir.

Digər tərəfdən, marksist ideologiyadan çox təsirlənmiş bir qrup ziyalılar bu gün marksizmi

tərk etdiklərini söyləsələr də, buna bənzər bir yolu davam etdirirlər. Söz mövzusu ziyalılar,

ümumiyyətlə, "68 nəsli" kimi tanınan solçu bir keçmişin bu günki nümayəndələridir. Keçmiş

marksist hərəkat dövrlərinin bitdiyini və hətta liberal olduqlarını desələr də, marksizmin dövləti

düşmən kimi göstərən təlqinlərinin təsirlərini hələ də daşıyırlar.

Bu marksist mənşəli ziyalılara paralel olaraq cəmiyyətdəki bəzi sektorlar demokratiya

anlayışını səhv anlayaraq dövlətə qarşı çıxırlar. Demokratiyanın yanlış bir fikir olan ancaq

dövlətin zəifləməsi halında mümkün olacağını düşünürlər. Bu səhv fikrin təsiri ilə hər cür dövlət

təşkilatını hədəf alır, dövlətin cəmiyyətin faydası üçün tətbiq etdiyi siyasətləri gözü bağlı şəkildə

tənqid edirlər.

Mövzunun qəribə bir cəhəti də kökündə sol ideologiyanın yer aldığı bütün bu dövlət

əleyhinə olan ifadələrin bir qrup mühafizəkar çevrələrə zamanla təsir etməsidir. Bu çevrələr

dövlətin ölkə təhlükəsizliyi, hüzuru və birliyi üçün tətbiq etdiyi bəzi sosial politikaların dinə qarşı

olduğunu zənn edir və sonra da bu zənn səbəbindən dövlətə qarşı cəbhə alırlar. Halbuki həqiqətdə

dövlətimiz heç bir zaman dinə qarşı siyasət yürütməmiş, əksinə, böyük öndər Atatürkün "dinsiz millətlərin davamına imkan yoxdur" sözünün işığında həmişə mənəvi dəyərlərin

mühafizəsinin Türkiyənin mövcudluğunu əsas şərti olduğu düşüncəsi ilə hərəkət etmişdir. Necə

ki, cəmiyyətimizin mənəvi dəyərlərə ən çox bağlı olan qurumları tarixdə həmişə dövlətə ən çox

sədaqət göstərən qurumlar olmuşdur.

Nəticədə, bu kitabçada danışacağımız dövlətə qarşı çıxan qurumların səhv etdikləri və türk

millətinin gələcəyi üçün güclü və təsirli dövlət quruluşunun lazım olduğu həqiqətidir. Vətənini və

Page 5: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

millətini sevən hər kəs bu həqiqət üzərində düşünməli və siyasi düşüncələrini buna görə

tənzimləməlidir.

"Yetişən uşaq və gənclərimizə görəcəkləri təhsilin sərhədindən asılı olmayaraq, hər şeydən əvvəl Türkiyənin müstəqilliyinə, öz mənliyinə, milli ənənələrinə düşmən olan bütün ünsürlərlə mübarizə aparmaq gərəyi öyrədilməlidir. Dünyada beynəlxalq duruma görə belə bir mübarizənin tələb etdiyi mənəvi ünsürlərə sahib olmayan şəxslər və bu xüsusiyyətlərə malik şəxslərə sahib olan cəmiyyətlərə həyat və müstəqillik yoxdur. Uşaqlarımızı eyni təhsil səviyyəsindən keçirməklə yetişdirməliyik. Qəti olaraq bilməliyik ki, iki parça halında yaşayan millətlər zəif və xəstədir. Uşaqlarımıza verəcəyimiz təhsildən asılı olmayaraq, onlara əsas bunları öyrədəcəyik; Millətinə, Türkiyə dövlətinə, TBMM-ə düşmən olanlarla mübarizə. Bu mübarizənin səbəb və vasitələri ilə təchiz edilməyən millət üçün yaşamaq haqqı yoxdur".

(Atatürkün nitq və çıxışları, cild 2, 1952, Türk İnqilab Tarixi İnstitutu nəşrləri)

Dövlət nədir?Dövlət ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu

cəmiyyətə təhlükəsizlik, rifah və hüzur təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn

qanun çıxarma, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan

quruluşdur.

Dövlət tarixin məlum olan ən qədim cəmiyyətlərindən indiyə kimi həmişə var olmuşdur.

Marksistlər ortaya atdıqları xəyali "mədəni təkamül" ssenarisi daxilində dövlətin sonradan ortaya

çıxan bir mexanizm olduğunu iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya bənzəri bir nüfuzun

olmadığını, "kommunal" həyat tərzinin mövcudluğunu qarşıya qoyurlar. Halbuki heç bir tarixi və

ya arxeoloji tapıntı bu iddianı təsdiqləmir. Əksinə, haqqında məlumatımız olan ən qədim

mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərin mövcudluğu ortaya çıxmışdır. Buna görə,

dövlət quruluşunun insanlıq tarixi ilə yaşıd olduğunu söyləmək mümkündür.

Bu, əslində insanın yaradılışının təbii nəticəsidir. İnsan yaradılışının bir gərəyi olaraq

"doğru" və "səhv" anlayışlarına malikdir. Doğrunu öyrənmək və bu doğruya uyğun bir nizam

içində yaşamaq istər. Səhvi tətbiq edənlərin isə dayandırılmasını, onlara mane olmağı arzu edər.

Budur, buna görə də insanlara doğrunu öyrədən bəzi qanunlar qoyacaq və bu qanunlara tabe

olmağı təmin edəcək bir nüfuzun varlığı zəruridir.

Necə ki, insan cəmiyyətlərinin quruluşu düşünüldüyündə dövlətin imtina edilməz bir

əhəmiyyətinin olduğu asanlıqla görünər. Bir cəmiyyətdə asayiş və təhlükəsizliyi təmin edən,

Page 6: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

zərərli davranışları qanunla qadağan edən, bu qanunlara da tabe olmağı məcbur edən yeganə güc

dövlətdir. Buna parelel olaraq dövrümüzdəki cəmiyyətlərin imtinası mümkün olmayan

sağlamlıq, təhsil, milli təhlükəsizlik, infrastruktur kimi xidmətlərin də yalnız dövlət tərəfindən

qarşılana biləcəyi aydındır.

Bunları ətraflı araşdıracağıq. Bunun üçün, əvvəlcə, dövlətin varlığına qarşı çıxan ən

əhəmiyyətli siyasi ideologiya olan anarxizmin yanlışlıqlarına baxaq.

Anarxizmin yanlışlığıAnarxizm sol ideologiyaların ən marjinali kimi qəbul edilir. Termin "özbaşınalıq" mənasını

daşıyan yunan sözündən yaranmışdır. Bu ideologiyanın tərəfdarları dövlətin cəmiyyətə zərər

verən bir təşkilat olduğunu iddia etmiş və insanların azadlıq və sülhə çatması üçün dövlətin

ortadan qaldırılmasının lazım olduğunu müdafiə etmişlər. Dövlətlə yanaşı, dinə qarşı da çıxmış

və dinin yox edilməsinə çalışmışlar. Fransa inqilabının ardından ortaya çıxan bu ideologiya

xüsusilə 19-cu əsrdə məşhurlaşmış, Rusiyada Bolşevik inqilabının (1917) hazırlanmasında da rol

oynamışdır.

Əvvəlcə, anarxizmin tamamilə xəyali və həqiqətlərdən uzaq bir düşüncə olduğuna diqqət

yetirmək lazımdır. Çünki dünyanın heç bir ölkəsində heç bir zaman bu ideologiya tətbiq

olunmamışdır. Heç bir zaman bir dövlətin ləğv edilib anarxist bir cəmiyyətin qurulması kimi bir

hadisə yaşanmamışdır. Yalnız bəzi böhran zamanlarında dövlətlərin nüfuzu zəifləmiş, bunun

nəticəsində isə cəmiyyətə sülh və hüzur deyil, əksinə yalnız çəkişmə, qarşıdurma və talan

gəlmişdir.

Başqa cür də mümkün deyil. Çünki dövlətin olmadığı bir mühitdə cəmiyyətin öz-özünü

təşkil edərək asayiş və sabitlik meydana gətirməsi qeyri-mümkündür. Dövlətin olmadığı bir

mühitdə qanunlar da olmaz. Dolayısı ilə, "cinayət" anlayışı ortadan qalxar və hər kəs istədiyi

hərəkəti rahat şəkildə edə bilər. İstəyən hər kəs başqa birisinin malına və ya canına qəsd etdiyində

bu cinayəti "cinayət" olaraq təyin edən və mane olan bir nüfuzun olmadığı üçün, qarşısında heç

bir maneə görməz. Oğrular istədikləri malı oğurlayarlar, qatillər istədiklərini öldürərlər və onları

dayandıran polis və ya mühakimə edən bir məhkəmə olmaz.

Belə bir cəmiyyət isə mütləq meşə qanunlarının hakim olduğu bir "sürü"yə çevrilər.

İnsanların hüzurunun, mal, can və ismətlərinin heç bir zəmanətinin olmadığı bu sürü həqiqətdə

bir "insan cəmiyyəti"ndən çox heyvan dəstələri kimi yaşayar. Maraqlısı budur ki, bu nəticə

anarxistlərin fəlsəfələri ilə onsuz da tam uyğunluq təşkil edir. Çünki anarxistlər də eynilə

marksistlər kimi Darvinin ortaya atdığı "insanın təkamülü" nağılına inanır və dolayısı ilə, insanı

"inkişaf etmiş heyvan növü" kimi qəbul edirlər.

Ancaq tarix anarxizmin tamamilə səhv bir fəlsəfə olduğunu saysız misallarla sübut edir.

Anarxistlər dövlətin ortadan qalxmasının sülh və hüzur gətirəcəyini qarşıya qoymuşlar. Halbuki

Page 7: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

siyasi tarixə baxıldığında dövlət nüfuzunun ortadan qalxdığı hər dövrün son dərəcə qanlı xaos mühiti olduğu görünər. Orta əsrlər boyu siyasi nüfuzun ortadan qalxdığı dövrlər həmişə

qarət, talan və qırğın dövrləri olmuşdur. Anarxizmin çıxış nöqtəsi sayılan Fransa inqilabı tarixin

ən qanlı siyasi hərəkatlarından biridir. Fransa inqilabında, xüsusilə də inqilabın "Terror dövrü"

olaraq tanınan mərhələsində on minlərlə insan edam edilmiş, inqilabın Robespyer kimi öndə

gələnləri də daxil olmaqla çoxlu sayda insan gilyotinə göndərilmişdir. İnqilabın ardından Fransa

on beş ildən çox bir müddətdə hüzura qovuşa bilməmişdir. Nizam və təhlükəsizliyin təkrar təmin

edilməsi isə inqilab dövrünün sona çatması və Napoleonun mütləq iqtidarının qurulması ilə, yəni

dövlətin yenidən təsis edilməsi ilə mümkün olmuşdur. Bu, tarixin hər dövründə eyni olmuşdur.

Dövlət əleyhində edilən hər cür "inqilab" inqilabçıların buna başladıqları vaxt ortaya atdıqları

bəzəkli şüarların əksinə, qan, acı və gözyaşı gətirmişdir.

Beləliklə, anarxizmin böyük yanlışlıq olduğunu ifadə etdikdən sonra indi dövlətin

lazımlılığını fərqli istiqamətlərdən araşdıraq.

Dövlət və milli müdafiə Üzərində yaşadığımız dünyada insanlar müəyyən birliklərin üzvüdürlər. Bunların ən əsası

ailədir. Sonra, ümumiyyətlə, daha zəif olmaqla qonşuluq, nəsil, həmyerlilik və etnik mənşə kimi

əlaqələr gəlir. Ancaq bütün bu şəxsiyyətlərin, xüsusilə siyasi yöndən ən əhəmiyyətlisi milli

şəxsiyyətdir. Başqa ifadə ilə desək, insanın hansı millətdən olduğu sualıdır. Çünki dünyadakı

siyasi nüfuzlar (dövlətlər) millət əsasına görə bir-birlərindən ayrılırlar. Almaniya alman millətinin

ölkəsidir. Fransa fransızlarındır. Türkiyə isə türk millətinin yurdudur.

Dünyadakı siyasi rəqabət və qarşıdurmalar da yenə milli əsasaslar üzərində inkişaf edir.

Eyni vəziyyət siyasətin davamı sayılan müharibə üçün də etibarlıdır. Almaniya alman millətini

dünyaya hakim etmək xülyası ilə İkinci dünya müharibəsini başlatmışdır. Türkiyə ilə Yunanıstan

arasındakı siyasi balanslar iki millətin milli mənfəətlərinə görə formalaşır.

Dünyanın bu şəkildə, yəni ölkələr arası siyasi balanslar üzərinə qurulması hər insanı

yaşadığı ölkənin mənfəətlərinə görə düşünməyə məcbur edir. Heç kim "tək əhəmiyyətli olan mən, şirkətim və ailəmdir; gerisi əhəmiyyətli deyil"-deyə bilməz, çünki ailəsinin və özünün

gələcəyi yaşadığı ölkənin gələcəyinə bağlıdır. Əgər düşmən ölkə yaşadığı ölkəni işğal etsə, özü,

şirkəti və ailəsi də bundan böyük zərər görər. O, içində yaşadığı ölkənin bir vətəndaşıdır və

mütləq ölkəsinin gücünə və müstəqilliyinə tərəfdar olmaq məcburiyyətindədir.

Dövlətin nə qədər zəruri bir təşkilat olduğu da bu nöqtədə açıq şəkildə ortaya çıxır. Çünki

bir ölkənin mövcudluğunu qoruyan yeganə quruluş dövlətdir. Ölkənin milli təhlükəsizliyindən

məsul olan yeganə nüfuz odur. Milli müdafiə üçün ordu meydana gətirən, bu orduya dəstək olan

və gücləndirən quruluş dövlətdir. Əlbəttə, heç bir xüsusi qurum və ya qeyri-hökumət təşkilatı

qətiyyən belə bir rol oynaya bilməz.

Page 8: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Budur, bu səbəblə, bir ölkədə yaşayan hər bir vətəndaş dövlətinin güclənməsinə və

yüksəlməsinə tərəfdar olmaq məcburiyyətindədir. Dövləti zəiflədən hərəkətlərə yol verən hər kəs

özünün, ailəsinin və sevdiyi hər kəsin əleyhində hərəkət edər. Əgər başqa dövlətə xidmət etməyi

hədəf tutarsa, onda adı "vətən xaini" olar.

Dövlət və ictimai təhlükəsizlikGüclü bir dövlətin varlığı yalnız milli müdafiə üçün deyil, eyni zamanda ölkənin daxilində

təhlükəsizlik və hüzurun təşkili üçün də zəruridir.

Anarxizmin yanlışlığından danışarkən dövlətin zəiflədiyi bir mühitdə hər cür cinayətin

asanlıqla işləndiyini, çünki "cinayət"i təyin edən və ona mane olan bir nüfuzun olmadığını

söyləmişdik. Bu mövzunu bir az daha açıqlaya bilərik.

Dövlətin nüfuzunu itirdiyi və bunun nəticəsində təhlükəsizlik sisteminin ortadan qalxdığı

bir mühit düşünək. Belə bir mühit cinayətkarların hər cür cinayəti asanlıqla işlədiyi, dürüst

vətəndaşların isə hər cür təcavüzün hədəfinə çevrildiyi qorxunc bir cəmiyyət quruluşu meydana

gətirər. Belə olduğu təqdirdə ehtimal olunur ki, təhlükəsizlik üçün dövlətin yerinə "xüsusi

sektor"a müraciət edilər, yəni mafiyaya bənzər şəbəkələr meydana gələr və vətəndaşlar onlara pul

ödəməklə təhlükəsizlik əldə etməyə çalışarlar. Ancaq bu mafiyaya bənzər şəbəkələrin özbaşına və

cinayətə meyilli insanlardan meydana gəlməsi mütləqdir. Bir müddət sonra bu dəfə bu

təşkilatlanmalar vətəndaşlara qarşı təcavüzə başlayar və bu şəbəkələrin arasında qarşıdurma və

daxili hesablaşmalar başlayar.

Polis təşkilatının ortadan qalxması qədər digər dəhşətli bir inkişaf ədliyyə sisteminin

çökməsidir. Dövlətin nüfuzunu itirməsi vəziyyətində məhkəmələr də ortadan qalxar, prokuror və

hakimlər işləməz. Belə bir vəziyyətdə cəmiyyətdəki heç bir hüquqi anlaşılmazlıq həll edilməz.

Ədalətlə hökm edən və bu hökmü icra edən bir mexanizm olmadığı üçün, hər cür haqsızlıq, haqqa

təcavüz və sui-istifadə asanlıqla tətbiq olunar. Əgər yenə "xüsusi sektor"lar vasitəsi ilə

məhkəmələr qurulsa belə, onların yenə mafiyaya bənzər mexanizmlər olacağı, özlərinə daha çox

pul verən tərəfi haqlı çıxarmağa çalışacağı məlumdur. Çünki xüsusi sektorların əsas məqsədi

qazanc əldə etməkdir. Buna görə də özlərinə daha çox qazanc təmin edən vasitələri tətbiq etməyə

çalışarlar.

Nəticədə dövlətin nüfuzunun zəifləməsinin ictimai təhlükəsizliyi, nizamı və hüzuru tamamilə yox edəcəyi aydındır. Belə bir vəziyyətdə ölkə yaşanılmaz bir xaos mühitinə keçər.

Dövlətin ictimai həyatdakı qaçılmaz roluGüclü bir dövlət yalnız təhlükəsizliyin deyil, cəmiyyətin ümumi rifahının təmin edilməsi

üçün də zəruridir. Buna nümunə olaraq iki sahəni nəzərdən keçirə bilərik: Sağlamlıq və təhsil.

Page 9: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Xəstələrin müalicə işini üzərinə götürən təşkilatlar xəstəxanalardır. Bir cəmiyyətin

sağlamlıq probleminin həll olunması üçün mütləq dövlət xəstəxanaları mövcud olmalıdır.

Əlbəttə, dövrümüzdə xüsusi sektorlar tərəfindən açılan çoxlu sayda xəstəxanalar da var. Ancaq

bir nöqtəyə diqqət yetirmək lazımdır: Xüsusi sektorlar həmişə qazanc məqsədini daşıyırlar.

Dolayısı ilə, xüsusi sektorların bütün bir cəmiyyətin sağlamlıq problemini həll etməsi qeyri-

mümkündür. Kasıb insanlar heç bir zaman xüsusi xəstəxanalardan faydalana bilməzlər və mütləq

dövlətin qurduğu və özlərinə kömək edəcək xəstəxanalara ehtiyac duyarlar. Bundan başqa,

peyvənd kampaniyaları və ümumi sağlamlıq işləri kimi ictimai xidmətləri reallaşdıran yeganə

nüfuz da dövlətdir. Qazanc məqsədini daşıyan heç bir xüsusi təşkilat ibtidai məktəb uşaqlarını

epidemik xəstəliklərdən qorumaq üçün ölkə miqyasında peyvənd kampaniyası təşkil etməz və ya

ölkənin ucqar yerlərinə sağlamlıq xidməti aparmaz.

Cəmiyyətin rifahı ilə əlaqədar ikinci əhəmiyyətli mövzu isə təhsildir. Təhsili də yenə

sağlamlıq kimi qismən xüsusi sektorlar üzərlərinə götürə bilərlər, amma bu vəziyyətdə yenə

xüsusi sektorun qazanc tələbini qarşılaya bilməyən yoxsul təbəqələr təhsil imkanından məhrum

olarlar. Təhsilin bütün ölkəyə və böyük şəhərlərdən uzaq kəndlərə qədər yayılması da yenə ancaq

dövlət sayəsində mümkündür. Əgər dövlətin təhsil sistemi işləməsə, xüsusi sektor üçün qazanc

gətirməyən bütün məskunlaşma vahidləri təhsil şanslarını itirər.

Dövlətin varlığı təhsilin bərabər və standart olması üçün də zəruridir. Təhsil dövlətin təyin

etdiyi standart tədris planına uyğun formalaşmadığı və tamamilə xüsusi qurumların idarəsində

olduğu təqdirdə cəmiyyət qısa müddətdə düşərgələrə ayrıla bilər. Kommunistlər kommunist

ideologiyanı təlqin edən məktəblər aça bilər. İrqçilər uşaqlarını bir irqçi olaraq yetişdirən

məktəblər qura bilər. Bu şəkildə qısa zamanda cəmiyyət bir-birinə tamamilə yad və düşmən

fərdlərdən meydana gələ bilər. Cəmiyyətin birliyinin qorunması və bir yerdə yaşamağı mümkün

edən ortaq bir mədəniyyətin inkişafı üçün, mütləq dövlət tərəfindən təyin olunan standart təhsil

tətbiq olunmalıdır. Fərqli mədəni qruplara və ya peşə təhsili tələblərinə xüsusi məktəb statusu

verilə bilər; amma bu xüsusi status da yenə tədris planının əsas xətlərinə bağlı olmalıdır.

Qısası, bir cəmiyyətin təhsil və sağlamlıq kimi ən əsas ehtiyacları ancaq güclü bir dövlətin

müdaxilə və idarəsi ilə qarşılana bilər.

Dövlətin iqtisadi həyatdakı qaçılmaz rolu19-cu əsr çoxlu sayda mütəfəkkirin nəzəriyyələr yazdığı bir dövr idi. Liberalizm və

marksizm kimi iki fərqli sosial nəzəriyyə bu dövrdə ortaya çıxdı. Hər iki nəzəriyyənin də ortaq

xüsusiyyəti təcrübələrə deyil, mücərrəd fikirlərə əsaslanması idi. 20-ci əsrdə isə bu fikirlər tətbiq

edilməyə başlandı və ortaya bəzi konkret təcrübələr çıxdı.

Marksizmin bu təcrübələrin nəticəsində çökdüyü məlumdur. Dövlətin əvvəl şiddət yolu ilə

ələ keçirilməsini, sonra bütün iqtisadiyyatın dövlət idarəsinə alınmasını və uzaq gələcəkdə də

Page 10: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

dövlətin tamamilə ləğv edilməsini müdafiə edən bu nəzəriyyənin həqiqətlərlə uyğunlaşmayan və

son dərəcə səmərəsiz bir iqtisadi model ortaya qoyduğu aşkardır. Sovet İttifaqının mərkəzi

planlamağa əsaslanan iqtisadi modelinin çökməsi mütləq dövlətçiliyin səhv bir iqtisadiyyat

siyasəti olduğunu və iqtisadiyyatın ancaq xüsusi sektorun rolu ilə məhsuldar hala gələcəyini

ortaya qoymuşdur.

Ancaq bu qədər diqqət çəkməyən başqa bir əhəmiyyətli inkişaf 20-ci əsrdəki təcrübələrin

19-cu əsr liberalizmini də bəzi istiqamətlərdən haqsız çıxarması idi. 19-cu əsrdə yaşamış liberal

iqtisadiyyat müdafiəçiləri 18-ci əsrdəki ingilis iqtisadçı Adam Smitin yolunu izləyərək "ən yaxşı

dövlət ən az müdaxilə edən dövlətdir"-demişdilər. Dövlətin iqtisadi həyata heç müdaxilə

etməməsinin və bütün iqtisadiyyatın xüsusi təşəbbüsün idarəsində olmasının lazım olduğunu

müdafiə etmişdilər.

Dövlətin tamamilə xaric edildiyi bu iqtisadi model 19-cu əsrin sonlarından 20-ci əsrin

birinci rübünə qədər başda ABŞ olmaqla bir çox qərb ölkəsində qəbul edildi. Ancaq 1929-cu ildə

başlayan və "Böyük böhran" kimi tanınan nəhəng iqtisadi böhran bu modelin səhv olduğunu

gözlər önünə gətirdi. Böyük böhran Nyu-York birjasında baş qaldıran və sonra da oradan bütün

dünyaya yayılan bir həyəcanla doğulmuşdu. Dünya iqtisadiyyatını illərlə zəiflədən bu böhran

dünya ticarət həcminin böyük ölçüdə azalmasına, cəmiyyətlərin gəlir və rifah səviyyələrinin aşağı

düşməsinə, milyonlarla insanın işsiz qalmasına səbəb oldu.

Böyük böhranın ortaya qoyduğu ən əhəmiyyətli nəticələrdən biri dövlətin iqtisadiyyatdan

tamamilə uzaqlaşdırılmasının son dərəcə zərərli bir tətbiq olduğu idi. Necə ki, Böyük böhranın

ardından inkişaf edən "Keynes modeli" iqtisadi sistemi dövlətin lazımi vəziyyətlərdə iqtisadiyyata

müdaxilə etməsinin, bəzən də sərmayələrlə iqtisadiyyatı istiqamətləndirməsinin lazım olduğunu

qəbul etdi. Bir çox dövlət də Keynes modelini tətbiq etməklə Böyük böhranın vurduğu zərərləri

ortadan qaldıra bildi.

Bu gün üçün də etibarlı olan iqtisadi model xüsusi qurumun lokomotiv funksiyasını yerinə yetirdiyi, amma dövlətin idarəsi və istiqamətləndirməsi ilə işləyən iqtisadi modeldir. Dövlətin başda infrastruktur sərmayələri olmaqla iqtisadiyyatın bəzi sahələrinə əl atması

zəruridir. Ayrıca, xüsusi qurum üçün qazanc gətirməyən, amma cəmiyyətin ümumi rifahı

baxımından lazım olan bəzi xidmətlərin yerinə yetirilməsi üçün də yenə dövlətin müdaxiləsi

zəruridir. (Məsələn, məktub xidməti dünyanın heç bir ölkəsində qazanc gətirmir, amma

cəmiyyətin faydası üçün dövlət tərəfindən icra edilir). Eyni şəkildə, bir ölkənin strateji

təhlükəsizliyini maraqlandıran iqtisadi məsələlər də dövlət tərəfindən təşkil edilməlidir.

Xülasə olaraq, bir ölkənin rifahı üçün iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi,

qanunlarla təşkil edilməsi, bəzən də birbaşa dövlətin müdaxiləsi ilə istiqamətləndirilməsi

zəruridir. Dövlət bunları edə bilmək üçün, əlbəttə, güclü olmalıdır.

Page 11: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

NəticəBura kimi araşdırdığımız mövzular bir cəmiyyətin etibar, hüzur və rifah dolu həyat

yaşaması üçün, mütləq güclü bir dövlətin qorumasında və idarəsində yaşamalı olduğunu göstərir.

Dövlətin ortadan qaldırılmasını müdafiə edən anarxizm böyük bir yanlışlıqdır. "Ən yaxşı dövlət

ən az idarə edən dövlətdir"-deyən 19-cu əsr liberalizmi də yanılmışdır və dövlətin müdaxiləsinin

lazım olduğunu qavraya bilməmişdir.

Dövlətin hər şeydən uzaqlaşdırılması bir tərəfə, dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir

cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoyur. Dövlət nüfuzundakı ən kiçik bir boşluq bu

boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnər ki, bundan da hamı

zərər çəkər. Zəif bir dövlət cəmiyyətdəki bəzi mənfəət güdən çevrələrin təsiri altında qalar və

yenə bütün cəmiyyət bundan zərər görər.

Dolayısı ilə, bir cəmiyyətin hər bir üzvü güclü dövlət mexanizminə tərəfdar olmalıdır.

Dövlətin güclənməsi üçün səy göstərməli və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı

çıxmalıdır. Qısası, dövlətinə sahib çıxmalıdır.

Türkiyə Cümhuriyyəti dövlətinin xüsusiyyətləri

Əvvəlki hissədə açıqladığımız nöqtələr bir millətin niyə güclü bir dövlətə ehtiyac duyduğu

sualının cavabı idi. Əlbəttə, dövlət sisteminin güclü olmasının lazım olduğunu ifadə etmək kafi

deyil, bunun qədər başqa bir əhəmiyyətli mövzu isə dövlətin xüsusiyyətləridir.

Çünki dünyada fərqli dövlət sistemləri vardır. Əvvəlki hissədə haqqında danışdığımız

vəzifələri ifa edən, yəni millətinə təhlükəsizlik, hüzur və rifah təmin edən dövlətlər olduğu kimi,

millətini əzən, vətəndaşların konstitusional haqq və azadlıqlarını açıq şəkildə pozan dövlətlər də

vardır.

Bu ikinci qrup dövlətlər siyasət elmində "avtoritar rejim" və ya daha da irəli mərhələdə

"totalitar rejim" olaraq tanınan rejimlərə malikdir. Totalitar dövlətlər cəmiyyət və vətəndaşlara

heç bir azadlıq verməz, bütün cəmiyyəti müəyyən bir ideologiya yönündə istiqamətləndirər,

istifadə edər və bunun üçün də təzyiq üsullarını işlədər. Totalitar rejimlərin 20-ci əsrdəki ən açıq

iki nümunəsi nasist Almaniyası və Sovet İttifaqıdır. Hər iki ölkədə dövlət müəyyən bir ideologiya

(nasist Almaniyasında irqçilik, Sovet İttifaqında isə kommunizm) adına cəmiyyətə böyük təzyiq

tətbiq etmişdir. Müxaliflər mərhəmətsizliklə ortadan qaldırılmış, bütün cəmiyyət sanki "qorxu

rejimi" ilə idarə olunmuşdur. Sovet İttifaqında təkcə Stalin dövründə 20 milyon insanın dövlətin

apardığı siyasət nəticəsində öldürüldüyü hesablanmışdır.

Avtoritar rejimlər isə "beyin yuma" gücləri daha zəif olan, ancaq yenə təzyiq və şiddət

üsullarını tətbiq etməklə cəmiyyəti boyun əydirməyə çalışan despot rejimlərdir. Başda Afrika

Page 12: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

olmaqla üçüncü dünya ölkələrindəki kiçik diktatorluqlar və ya Soyuq müharibə dövründəki Şərq

Bloku ölkələri avtoritar rejimlərin bir nümunəsidir. Bu ölkələrdə etibarlı olan sistem millətin

tələblərinin heçə sayıldığı, bütün siyasi gücün bir partiyaya və ya diktatora təhvil verildiyi bir

sistemdir.

Siyasi gücün millətə aid olduğu sistemlər isə demokratiyalardır.

Demokratiya "xalqın idarəsi" mənasını verir və siyasi iradənin əsas olaraq xalqa aid olduğu

siyasi bir sistemi ifadə edir. Demokratiyalarda ölkəni idarə etmə və qanun çıxarma səlahiyyəti bir

partiyaya, zümrəyə və ya diktatora deyil, bütün xalqa aiddir. Xalq bu səlahiyyətindən sərbəst

seçki yolu ilə seçdiyi siyasətçilər vasitəsilə istifadə edər. Ölkəni idarə edənlər və qanunları

çıxaranlar xalqın təsdiqini almaq məcburiyyətindədirlər. Xalq təsdiq etdiyində vəzifə başına

keçirlər. Vəzifədən uzaqlaşdırılmaları da yenə xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi

sərbəst seçkilərlə olar.

Demokratik ölkələrdə dövlət əvvəlki hissədə bildirdiyimiz kimi, millətin təhlükəsizlik,

hüzur və rifahını təmin etmə məqsədini daşıyır. Dövlətin rəhbərliyi bir zümrənin, məzhəb və ya

şəxsin mənafeyini saxlamadığı üçün, dövlət bütün millətin ümumi mənfəətlərini güdər.

Budur, Türkiyə Cümhuriyyəti dövləti bu xüsusiyyətlərə sahib bir demokratik dövlətdir.

Konstitusiyamızda Türkiyə Cümhuriyyətinin əsas xüsusiyyətləri yer almışdır. Bu

dəyişdirilməz xüsusiyyətlər Türkiyə Cümhuriyyətinin dünyəvi və sosial bir hüquq dövləti olduğu

hökmünü verir. Bunlar son dərəcə əhəmiyyətli xüsusiyyətlərdir və Türkiyə Cümhuriyyəti

dövlətinin türk millətinin mənfəətlərini ən yaxşı şəkildə güdəcək bir quruluşa sahib olduğunun

göstəricisidir. İndi bunları sıra ilə nəzərdən keçirək.

Dövlətimizin dəyişməz unitar quruluşuTürkiyə Cümhuriyyəti dövləti unitar bir dövlətdir, yəni öz bünyəsində fərqli qanunların

etibarlı olduğu fərqli idarəetmə bölgələri yoxdur. "Federativ" quruluş yoxdur. Türkiyə Böyük

Millət Məclisinin səlahiyyəti bütün Türkiyə torpaqlarını əhatə edir və hər türk vətəndaşı bu

torpaqlarda bərabər hüquqa malikdir. Söz mövzusu unitar dövlət quruluşu Türkiyənin bölünməz

bütünlüyünün və daxili hüzurunun ən böyük təminatıdır.

Unitar dövlət quruluşumuzun təməlində konstitusiyamızda yer alan milliyyətçilik prinsipi

vardır. Cümhuriyyətimizi quran böyük öndər Atatürkün təyin etdiyi və bu səbəblə də "Atatürk

milliyyətçiliyi" olaraq xatırlanan bu milliyyətçilik anlayışının ən əhəmiyyətli xüsusiyyəti mədəni

əsasa dayanmasıdır. Etnik mənşəyi, dini, dili hər nə olursa olsun, özünü "türk" olaraq təyin edən

hər kəs Türkiyə Cümhuriyyətinin vətəndaşı sayılır. Türk mədəniyyətini bölüşən, özünü türk

millətinin bir üzvü hesab edən hər kəs mənşəyi nə olursa olsun, türkdür və Türkiyə vətəndaşıdır.

Atatürkün məşhur "necə xoş türkəm deyənə" sözü ilə yekunlaşdırdığı bu milliyyətçilik

tərifi son dərəcə ağıllı və məqsədəuyğun bir tərifdir. Çünki bilindiyi kimi, Türkiyə Cümhuriyyəti

Page 13: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

fərqli etnik qrupların bir yerdə yaşadığı Osmanlı İmperiyasının varisi olaraq quruldu. Osmanlının

əsl ünsürü həmişə türklər olmuşdu, hətta buna görə, avropalılar "osmanlı"nın yerinə "türk"

sözünü seçmişlər. Ancaq bu imperiya daxilində ərəb, boşnaq, alban, çərkəz, kürd, rum, erməni,

yəhudi kimi fərqli etnik qruplar da yaşayırdı. İmperiyanın son dövrlərində əvvəl qeyri-müsəlman

azlıqlar, sonra da ərəblər Osmanlıdan ayrılıb öz yollarını təyin etdilər. Türkiyə Misaqi-milli

sərhədləri daxilində qalan və başda türklər olmaq üzrə digər bəzi müsəlman etnik qruplardan

ibarət olan bir ölkə olaraq quruldu. Atatürk yeni bölünmə və parçalanmalara imkan verməmək

üçün, bu torpaqlarda yaşayan hər kəsin türk millətinin bir parçası olduğunu, heç kimin azlıq və ya

"ikinci sinif vətəndaş" sayıla bilməyəcəyini qəbul və elan etdi.

Türkiyənin unitar dövlət quruluşu bu milli əsasın üzərinə qurulmuşdur. Türkiyə sərhədləri

daxilində ana dili türkcə olmayan, fərqli etnik mənşədən gələn qruplar ola bilər, ancaq bu

vətəndaşlarımız da türk millətinin bir parçasıdır. Türkiyənin hər yerində və hər kəs üçün etibarlı

olan qanunlar onlar üçün də etibarlıdır. Türkiyənin hər yerində və hər kəs üçün etibarlı olan

konstitusional haqq və azadlıqlara onlar da malikdir.

Yaxın keçmişdə Türkiyənin bu unitar quruluşunu dəyişdirməyi və federativ dövlət modeli

qurmağı təklif edənlər olmuşdur. Buna görə, ifadə etmək lazımdır ki, federasiya anlayışı Türkiyə

üçün həm son dərəcə lazımsız, həm də son dərəcə zərərli bir anlayışdır. Federasiya bir-birindən

fərqli millətlərin eyni dövlət daxilində yaşadığı vəziyyətlərdə söz mövzusudur. Halbuki

Türkiyədə tək bir millət vardır. Əgər etnik mənşə bir ayrılıq səbəbi sayılar və federasiyaya

səbəb kimi qəbul edilərsə, onda harada bitəcəyi müəyyən olmayan bir bölünmə dövrü başlayar.

Bu dövrün böyük narahatlıqlar, köçlər, ictimai gərginliklər yaradacağı isə məlumdur.

Bu səbəblə, Türkiyə Cümhuriyyətinin unitar quruluşuna sahib çıxmaq bu torpaqlarda

yaşayan hər kəsə faydalıdır və buna görə də milli vəzifədir. Unitar quruluşu hədəf alan cərəyanlar

bilərək və ya bilməyərək Türkiyəni zəiflətmək istəyən xarici qüvvələrə xidmət edirlər.

Dünyəvilik prinsipiTürkiyə konstitusiyamızda ifadə edildiyi kimi, dünyəvi bir dövlətdir. Dünyəvilik tarixdə və

dövrümüzdə zamanla səhv başa düşülmüş və səhv tətbiq olunmuş bir prinsipdir. Buna görə, bu

prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar.

İfadə etmək lazımdır ki, dünyəvilik prinsipinin əsas məqsədi həqiqətdə inancı azad etməkdir. Dünyəvilik dövlətimizin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin gərəklərini

yerinə yetirmə və ya yetirməmə mövzusunda öz vicdanları ilə baş-başa buraxmaq və onlara azad

seçim şansı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə imtiyaz vermədiyi üçün, hər kəs sahib

olduğu inanca görə yaşamaq imkanı əldə edir.

Diqqət edilsə, əslində Türkiyə Cümhuriyyəti dövlətinin sahib olduğu bu dünyəvilik modeli

İslam dininin özünə də son dərəcə uyğundur. Çünki İslam inanc üçün azad iradəni və vicdani

Page 14: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

qəbulu şərt qoyur. Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz azad iradəsi ilə

olmalıdır. İslamı qəbul etdikdən sonra da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və ya

qadağalardan (oğurluq, cinayət kimi ictimai cinayət törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə

olmalıdır. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq

olunması üçün xəbərdar və təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə ola bilməz.

Yaxud dünyəvi imtiyaz verilməklə şəxs dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.

Bunun əksinə olan bir dövlət modelindən danışaq. Məsələn, insanların zəruri olaraq

müsəlman və ya xristian edildiyi bir ölkəni düşünək. Bundan başqa, bu dinlərə inananların

dinlərin qaydalarına görə yaşamaları üçün məcbur edildiklərini fərz edək. Deyək ki, söz mövzusu

dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya kilsəyə getmək üçün xüsusi polis gücü

ilə məcbur etsin. Yaxud bir az daha "mülayim" bir üsuldan istifadə edib namaz qılanlara və ya

kilsəyə gedənlərə xüsusi bir dövlət hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə zidd

dövlət olar. Bundan başqa, bir o qədər də dinə zidd olar.

Bunun səbəbi zorla və ya mənfəət qarşılığı əldə edilən bir dini inancın, yaxud ibadətin

İslama görə heç bir dəyərinin olmamasıdır. Çünki inanc və ibadətin yalnız Allah üçün olduğunda dəyəri vardır. Əgər dövlət insanları inanca və ibadətə məcbur etsə, bu vəziyyətdə

insanlar dövlətdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə vicdanların

tamamilə sərbəst olduğu bir mühitdə dinin yaşanmasıdır.

Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik prinsipi həm vicdan azadlığı kimi

əsas insani dəyərə xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən İslam dini ilə

uyğunlaşdığı üçün, hər Türkiyə vətəndaşının mənimsəməsinin və müdafiə etməsinin lazım

olduğu bir prinsipdir.

Hüquq dövlətiTürkiyə Cümhuriyyəti dövləti bir hüquq dövlətidir. Başqa sözlə, "hüququn üstünlüyü"

prinsipini mənimsəmişdir. Bu prinsip ədalət anlayışının əsasını meydana gətirir.

Hüququn üstünlüyü dövlətin bütün mexanizmlərinin əvvəldən təsbit edilmiş bəzi qanun və

qaydalar daxilində işləyəcəyi mənasını verir. Hər dövlət quruluşu konstitusiyanın və digər

qanunların təsbit etdiyi vəzifə və səlahiyyətlərə malikdir. Heç kimin bu vəzifə və səlahiyyətləri

aşmaq və dəyişdirmək kimi bir gücü yoxdur. Hüquq hər kəsin üzərindədir və dolayısı ilə, dövlət

"özbaşına" deyil.

Hüququn üstünlüyü prinsipinin etibarlı olmadığı bir dövlət modelində isə dövlət

mexanizmi tamamilə özbaşına olar. Məsələn, dövlət başçısına sərhədsiz səlahiyyət və hər cür

qanundan üstün olma haqqı verildiyini düşünək. (Diktatorluqlar belədir). Bu vəziyyətdə dövlət

mexanizminin ədalətsizliyə və istismara doğru getməsi qaçılmaz olar. Nəyin ədalətli, nəyin doğru

Page 15: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

və nəyin qanuni olduğunu ifadə edən qaydaların olmadığı və ya bu qaydalara diqqət edilmədiyi

vəziyyətdə ədalət, düzgünlük və hökumət də olmaz.

Bir hüquq dövlətində yaşamaq bütün türk vətəndaşları üçün böyük qazancdır. Çünki hüquq

dövləti hər kəsin canını və malını, konstitusional haqq və azadlıqlarını qoruyar. Heç kimin malı

və mülkü zorla müsadirə edilməz, heç kim zorakılıqla işlədilməz, haqlarından məhrum edilməz.

Əgər bir şəxs bu haqlarının tapdalandığını, ədalətsizliyə uğradığını düşünürsə, bu dəfə ona

mühakimə yolu açıqdır. Türkiyənin dörd tərəfindəki ədliyyə orqanları başda dövlət ittihamçıları

olmaqla hüquq dövlətindəki haqları qorumaq üçün çalışırlar. İstəyən hər kəs hüquq dövlətinin

qaydalarına uyğun olaraq, ərizə ilə prokurorluqlara müraciət edə bilər və dövlətdən ədalət tələb

edə bilər.

Hüququ, yəni qanunları isə millətin seçdiyi vəkillərdən ibarət olan Türkiyə Böyük Millət

Məclisi təyin edir. Əgər qanunlarda bir boşluq görülsə və ya səhvin fərqinə varılsa, bu vəziyyətdə

qanunlar dəyişdirilir, yeniləri qəbul edilir. Dolayısı ilə, bu qanunların hər hansı bir şəkildə

millətin əleyhinə işləməsi qeyri-mümkündür.

Göründüyü kimi, hüquq dövləti sistemi və bir ölkənin vətəndaşları üçün ən ədalətli, azad

və rahat sistemdir. Dolayısı ilə, hər türk vətəndaşı Türkiyə Cümhuriyyətinin bu əsas

xüsusiyyətinə sahib çıxmalıdır. Əgər hüquq dövlətinin işlərində axsaqlıq meydana gələrsə, hər

kəs əlbir olub dövlətə kömək etməli və hüququn üstünlüyü prinsipini qorumağa cəhd

göstərməlidir.

Sosial dövlətDövlətimizin başqa bir konstitusiya xüsusiyyəti "sosial dövlət" olmasıdır. Sosial dövlət

qanunlarında və işlərində cəmiyyətin faydasını güdən dövlətdir. Bu əsas prinsip

Cümhuriyyətimizin digər əsas xüsusiyyətləri ilə birlikdə konstitusiyamızın 2-ci maddəsində belə

açıqlanır:

Maddə 2- Türkiyə Cümhuriyyəti cəmiyyətin hüzuru, milli həmrəylik və ədalət anlayışı daxilində insan haqlarına hörmət edən, Atatürk milliyyətçiliyinə bağlı olan, başlanğıcda ifadə edilən əsas qanunlara əsaslanan, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir.

Sosial dövlət anlayışına konstitusiyanın 5-ci maddəsində belə aydınlıq gətirilir:

Maddə 5- Dövlətin əsas məqsəd və vəzifələri türk millətinin müstəqilliyini və bütünlüyünü, ölkənin bölünməzliyini, Cümhuriyyəti və demokratiyanı qorumaq, şəxslərin və cəmiyyətin rifah, hüzur və xoşbəxtliyini təmin etmək; şəxsin konstitusional haqq və azadlıqlarını sosial hüquq dövləti və ədalət qanunları ilə uyğun gəlməyəcək surətdə məhdudlaşdıran siyasi, iqtisadi və sosial maneələri qaldırmağa, insanın maddi və mənəvi varlığının inkişafı üçün lazımi şərtləri hazırlamağa çalışmaqdır.

Page 16: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Konstitusiyamızın 60 və 61-ci maddələrində sosial dövlət quruluşunun bəzi xüsusiyyətləri

belə hökmə bağlanmışdır:

Maddə 60- Hər kəs sosial təhlükəsizlik haqqına malikdir. Dövlət bu təhlükəsizliyi təmin edən lazımi tədbirləri alar və təşkilatı qurar.

Maddə 61- Dövlət müharibə və vəzifə şəhidlərinin dul və yetimlərini, əlil və qaziləri qoruyar və onları cəmiyyətdə lazımi həyat səviyyəsi ilə təmin edər. Dövlət şikəstlərin qorunmasını və cəmiyyət həyatına adaptasiyalarını təmin edən tədbirlər alar. Yaşlılar dövlət tərəfindən qorunar. Yaşlılara dövlətin köməyi və təmin ediləcək digər haqlar və asanlıqlar qanunla təşkil edilər. Dövlət qorunmağa möhtac uşaqların cəmiyyətə qazandırılması üçün hər cür tədbir alar. Bu məqsədlərlə lazımi təşkilat və təsisləri qurar və ya qurdurar.

Göründüyü kimi, sosial dövlətin varlığı bir cəmiyyətdə həqiqi rifah və hüzurun təmin

edilməsinin əsas şərtlərindən birini meydana gətirir. Əgər dövlətimiz güclü olmazsa və dolayısı

ilə, sosial dövlət funksiyasını lazımi kimi yerinə yetirməzsə, onda cəmiyyətdəki köməyə möhtac

olan insanları, dulları, yetimləri, yaşlıları, kimsəsizləri qoruyan təşkilatlar da işləməz.

Cəmiyyətdəki xeyriyyəçi insanların öz cəhdləri ilə köməyə möhtac olan insanlara zamanla

yardım etdiyi doğrudur, ancaq belə mülki cəhdlər heç vaxt daimi və kafi olmazlar.

Dövlətimiz sahib olduğu sosial dövlət xüsusiyyətini həyata keçirmək üçün böyük əmək

sərf edir. "Çocuk Esirgeme Kurumu"ndan "Kızılay"a, "Darülaceze" və bənzəri təşkilatlardan

şəhid ailələrinə edilən yardımlara qədər bir çox sahədə təsirli işlər görülür. Dövlətimiz sosial

dövlət xüsusiyyətini ən son olaraq 1999-cu ilin avqust və noyabr aylarında Marmara bölgəsində

reallaşan iki böyük zəlzələ fəlakətindən sonra göstərmiş, zəlzələdə evsiz qalan on minlərlə

vətəndaşı əvvəl çadırlara yerləşdirmiş, ardından fabrik evləri hazırlayıb buralarda

məskunlaşdırmışdır. Zəlzələdə zərər görən ailələrə verilən evsizlik maaşı da yenə böyük bir sosial

dövlət işidir.

Bütün bunlar Türkiyə Cümhuriyyəti dövlətinin xüsusiyyətlərinin fəzilətini göstərir və bu

xüsusiyyətlərin qorunmasının türk milləti üçün necə zəruri olduğunu ortaya qoyur. Hər bir

Türkiyə vətəndaşı özünün və sevdiklərinin xoşbəxtliyi və rifahı üçün dövlətinin xüsusiyyətlərinə

sahib çıxmalı və bu xüsusiyyətlərin təsirli şəkildə həyata keçirilməsi üçün dövlətə yardımçı

olmağa çalışmalıdır.

Ayrıca, ifadə etmək lazımdır ki, dövlət mexanizmlərində çatışmazlıqlar meydana gələ bilər

və yuxarıda bəhs etdiyimiz xidmətlərdə problemlər ola bilər. Ancaq belə problem və

çatışmazlıqlara qarşı yönələn tənqidlər mütləq konstruktiv olmalıdır. Bir dövlət idarəsindəki

çatışmazlıq və ya səhvlər qarşısında bütün dövləti ittiham edən üslubdan istifadə etmək son

dərəcə səhvdir və heç kimə fayda verməz. Başda media olmaqla bütün sivil quruluşlar hər bir

şərhlərində dövlətə kömək etməli, mövcud çatışmazlıq və problemləri konstuktiv şəkildə aradan

qaldırmaq istiqamətində hərəkət etməlidirlər.

Page 17: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Məsələlərin dövlətəbağlılıqla həlli

Bu nöqtəyə qədər nəzərdən keçirdiklərimiz bizlərə iki əhəmiyyətli nəticəni göstərir:

1.Bir millətin varlığı və davamlılığı üçün güclü bir dövlətə sahib olması zəruridir.

2.Türkiyə Cümhuriyyəti türk millətinin faydasını güdən, millətin rifahının,

təhlükəsizliyinin və gələcəyinin yeganə təminatı olan bir dövlətdir.

Dolayısı ilə, əvvəldən də ifadə etdiyimiz kimi, Türkiyə Cümhuriyyəti dövlətini qorumaq,

dövlətə sahib çıxmaq hər bir Türkiyə vətəndaşının birinci vəzifəsidir. Heç bir Türkiyə vətəndaşı

dövlət təşkilatlarına zərər verən, bu təşkilatların işlərini axsadan və ya dövlətin əsas dəyərlərinə

ziyan verən heç bir fəaliyyətə qətiyyən yol verməməlidir. Milli vəzifəmiz həmişə dövlətin

yanında olmaqdır. Buna zidd fəaliyyət göstərən bir insan öz oturduğu evin bünövrəsini qazan kəs

kimi öz varlığına və gələcəyinə zərər vermiş olar.

Bəzi insanların bu həqiqəti qavraya bilməyərək dövlətə qarşı çıxmalarının və "dövlət

əleyhdarı" fikrini mənimsəmələrinin səbəbi isə çox vaxt dövlətlə hökumət arasındakı fərqi göz

ardı etməsidir.

Hökumətlə dövləti ayırmaqDövlətin üç əsas gücündən biri icraedicilikdir. İcraetmə gücü, yəni qanunları tətbiq və

ölkəni idarə etmə vəzifəsi konstitusiyamıza görə Nazirlər Kabineti və ya başqa sözlə hökumət

tərəfindən istifadə edilir. Hökumətlər dövlət başçısı tərəfindən TBMM üzvləri arasından seçilən

Baş nazir tərəfindən qurulur. Təmayüllərə uyğun olaraq, ümumiyyətlə, ümumi seçkidə ən çox səs

toplayan siyasi partiyanın sədri Baş nazir təyin edilir. Hökumət üzvləri isə ya tamamilə eyni

siyasi partiyanın millət vəkillərindən meydana gəlir, ya da bir koalisiya hökuməti vəziyyətində

hökumətə qatılan partiyalar arasında bölüşülür.

Burada diqqət edilməsi lazım olan budur: Hökumət keçicidir. Seçki ilə vəzifəyə gəlir və

icra ilə məşğul olur. Ölkəni yaxşı da idarə edə bilər, pis də. Əgər pis idarə etsə, bir sonrakı seçki

ilə vəzifədən uzaqlaşar. İqtidarda qaldığı müddətdə hökumət tənqid olunar, səhvlərinin üzərinə

gedilər. Ola bilər ki, nazirlərin bir qismi vəzifələrini müvəffəqiyyətlə icra etdiyi halda digərləri

eyni nəticəni əldə edə bilməsin. Buna görə, hökumətdə zaman ərzində dəyişikliklər olar, bəzi

nazirlər vəzifədən alınarkən yerlərinə yeni siyasətçilər təyin edilər.

Xülasə olaraq, hökumət dövlət kimi daimi bir quruluş deyil. Silahlı Qüvvələr kimi,

ədliyyə sistemi kimi, bürokratiya kimi mütləq qorunması və dəstəklənməsi lazım olan bir quruluş

Page 18: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

deyil. Hər kəs dövlətə sahib çıxmaqla vəzifəlidir, amma hökumət tənqid oluna bilər, dəyişməsi

tələb edilə bilər.

Ancaq bəzən bu ayrı-seçkilik göz ardı edilir və hökumətlərə yönələn tənqidlər birbaşa

dövlətə qarşı ittihamlar halına gətirilir. Bir çoxlarının "dövlət əleyhdarı" psixologiyasına

girməsinə və belə nümayişlərə qatılmasına səbəb olan amil əslində hökumətin icralarına qarşı

duyduğu reaksiyanı birbaşa dövlət quruluşuna yönəltməsidir.

Bu səhv məntiqin nümunələri dövlətin başqa idarəsində yaşanan səhvlər və ya

qanunsuzluqlar üzərinə də ortaya çıxa bilər. Məsələn, bürokratiyanın müəyyən bir idarəsində

edilən bir haqsızlıq və ya qanunsuzluq bəzi insanlarda "dövlətə reaksiya" şəklində əks-səda

oyadır. Halbuki dövlət idarələrinə yönələn hər cür tənqid konstruktiv olmalıdır.

Hər Türkiyə vətəndaşı belə düşünməlidir: "Dövlət bizim dövlətimizdir, bizim varlığımızın və gələcəyimizin təminatıdır. Dövlət idarələrindəki hər cür səhv və axsamaları əməkdaşlıqla düzəldib təmir etməliyik".

Fərqli siyasi görüşlərin dövlətə bağlılıqda birləşməsiDemokratik bir cəmiyyətdə ölkə məsələlərinin həllində hər kəsin və hər qrupun fərqli

fikirləri ola bilər. Məsələn, kimisi sərbəst bazar iqtisadiyyatını müdafiə edər, başqa birisi qarışıq

iqtisadiyyatın faydalı olacağını düşünər. Bənzər şəkildə, xarici siyasətdən tutmuş ölkənin abadlıq

məsələlərinə qədər hər mövzuda fərqli görüşlər ola bilər. Dünya görüşü cəhətdən də cəmiyyətin

bir qismi daha mühafizəkar, bir qismi daha liberal olar. Amma əhəmiyyətli olan bütün bu fərqli

siyasi və mədəni cərəyanların dövlətə bağlılıq mövzusunda ortaq davranış göstərmələridir.

Çünki bütün bu qruplar Türkiyə Cümhuriyyətinin ünsürləridir və ancaq Türkiyə

Cümhuriyyəti dövləti güclü olduğu müddətdə müstəqil bir millət olaraq yaşama şansına

sahibdirlər. Öz aralarında siyasi mübarizələr apara bilər, fərqli partiyalar qura bilərlər. Amma

hamısı dövlətə sadiq, dövlətin və dövlət təşkilatlarının qorunması mövzusunda eyni həssaslıqda

olmalıdır.

Əgər bir siyasi qrup bu əsas qanunu tərk edib dövlətə qarşı çıxmağa başlayarsa, onda buna

izn verilə bilməz. Necə ki, Türkiyə tarixində belə sınaqlar olmuşdur. Bir qisim qruplar Sovet

İttifaqının və ya kommunist Çinin idarəsinə daxil olub Türkiyə Cümhuriyyəti dövlətinə qarşı

mübarizəyə cürət etmişlər. "Beşinci qol" olaraq fəaliyyət göstərmiş, Qızıl ordunun Əfqanıstan

işğalını alqışlayan Babrak Karmal hökumətinə bənzəmişdilər. Ancaq tarix bunun kimi

hərəkatların həmişə zərərlə sona çatdığını göstərir.

Belə "beşinci qol" hərəkatları xüsusi zamanlara aid olan və nadir görünən hərəkatlardır.

Dolayısı ilə, əsl əhəmiyyətli olan təhlükə bəzi siyasi hərəkatların dövlətin bəzi idarələrini tənqid

etməklə başlayan bir müddətin sonunda "dövlət əleyhdarı" olan siyasi yol tutmalarıdır. Bunun son

Page 19: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

dərəcə səhv olduğu aydındır. Türkiyə torpaqlarında inkişaf edən hər cür siyasi hərəkat mütləq

dövlətinə bağlılığı əsas prinsip olaraq mənimsəməli və bu prinsipə görə fəaliyyət göstərməlidir.

Problemlərin dövlətlə uzlaşaraq həll edilməsiDövlət tərəfindən cəmiyyətin ümumi faydası üçün aparılan siyasətlər bəzən cəmiyyətdəki

bəzi qrupları narahat edə bilər. Onlar özlərinin dövlətin apardığı siyasət üzündən zərər çəkdiyini

düşünə bilərlər. Amma bunun kimi vəziyyətlərdə həll dövlətə qarşı çıxmaq, küçələrə tökülüb

dövlətə etiraz etməyə çalışmaq, hətta dövlətin təhlükəsizlik güclərinə qarşı çıxmaq deyildir. Həll

problemlərin və tələblərin dövlətə bildirilməsi və dövlətlə birlikdə həll yollarının axtarılmasıdır.

Necə ki, dövlətin bunun kimi tələb və problemləri həll edən mexanizmləri vardır.

Dövlətimiz başda kommunist rejimlər olmaqla bəzi təzyiq edən dövlətlərdə olduğu kimi,

cəmiyyətin tələblərini dinləməyən bir quruluş deyil. Əksinə, dövlət ədalət sistemi, parlamenti və

bürokratik sistemi ilə cəmiyyətin tələblərini qarşılamağa yönələn quruluşdadır. İstəyən hər kəs bir

ərizə ilə dövlət idarələrinə müraciət edə bilər və kömək istəyə bilər. İstəyən hər sivil quruluş

məclisdəki parlamentarlar vasitəsilə tələblərini TBMM gündəminə gətirə bilər. Hətta hər kəs

dövlətdən izn alıb yürüş, nümayiş kimi demokratik fikirlərini ifadə edə bilər.

Qaldı ki, türk-osmanlı mədəniyyətində dövlət vətəndaşlarının tələblərinə həmişə

əhəmiyyət vermişdir. Osmanlı dövründə padşahlar "ayaq divanı" deyilən qəbul günlərində sadə

vətəndaşları qəbul edib dərdlərini dinləmişlər. Cümhuriyyətimiz də eyni gözəl ənənəni davam

etdirir və vətəndaşlarının tələblərinə qulaq asır.

Türkiyə Cümhuriyyəti vətəndaşları bu xüsusları nəzərə almalı və hər cür problem və

şikayətlərini dövlətə zidd davranmaqla deyil, dövlətin rəsmi instansiyalarına müraciət etməklə və

uzlaşma yolu ilə həll etməyə çalışmalıdır. Buna uyğun olmayan hərəkət bunu edən şəxsə bir

fayda verməməklə yanaşı, cəmiyyətimizə də yalnız narahatlıq verər.

Dövlətə qarşı üsyankar davrananların sonuDövlətə qarşı üsyankar davranışların səhv olduğunu görmək üçün tarixə baxmaq kifayətdir.

Tarix bu yolu seçənlərin hamısının sonda zərər çəkdiyini göstərir.

Türkiyənin dövlət ənənəsi Osmanlı İmperiyasına qədər uzanır. Osmanlı İmperiyası

bilindiyi kimi, Cəbəllütariqdən Yəmənə qədər uzanan nəhəng bir coğrafiyanı əsrlər boyu ədalət

və sabitlik içində idarə edən güclü bir dövlət sistemi qurmuşdur. Bu sistemə qarşı müxtəlif

səbəblərlə üsyan edənlər isə həmişə zərər çəkmişdir. İmperiyanın çökmə dövrü sayılmazsa, 17-ci

əsrdən etibarən başda Cəlali üsyanları olmaqla hər cür daxili ayaqlanmanın qiyamçılara yalnız

müsibət gətirdiyi görünər. Bu üsyanlar çox vaxt Anadoludakı bəzi mənfəətgüdən çevrələr

tərəfindən təşviq edilmiş, ancaq heç bir zaman müvəffəqiyyət qazana bilməmişdir.

Page 20: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Türkiyə Cümhuriyyətinin tarixində yenə sonu zərərlə bitən üsyanlar vardır. 1920 və 30-cu

illərdə xüsusilə cənub-şərq bölgəsində bir çox üsyan hərəkatı yaşanmış, ancaq hamısı zərərlə

bitmişdir. Bu üsyanları reallaşdıranlar təbii olaraq dövlətin sərt tədbirlər almasına səbəb olmuş və

beləcə, həm özlərinə və həm də ətraflarına böyük zərərlər vermişlər. Ölkəmiz 1960-cı illərdən

etibarən marksist ideologiyaya inanan bəzi sol təşkilatların üsyan cəhdlərinə səhnə olmuşdur.

"İnqilab" xəyallarına düşən bəzi gənclər əllərinə silah alıb dağa çıxmış və özlərinə görə dövlətin

rejimini dəyişdirəcəklərini sanmışlar. Dövlətimiz, əlbəttə, bunun kimi anarxiya cəhdlərinə

güzəştə getməmiş və həmin hərəkatları təşkilatlandıranlar cəzalandırılmışlar.

Türkiyə Cümhuriyyəti dövlətinə yönəlmiş heç bir üsyan və terror hərəkatının əsla

müvəffəqiyyət əldə edə bilməyəcəyini və dövlətimizin belə cəhdləri qəti şəkildə aradan

qaldıracağını göstərən ən əhəmiyyətli nümunə isə bölücü terror təşkilatı PKK-nın

məğlubiyyətidir. Bilindiyi kimi, PKK 1984-cü ildən etibarən Türkiyənin cənub-şərqində ayrı bir

dövlət qurmaq xəyalına əsaslanan bir terror kampaniyası başlatmışdır. Minlərlə polis və

əsgərimizi şəhid etmiş, on minlərlə vətəndaşımızın ölümünə səbəb olmuşdur. PKK bütün bu

terror hərəkatları üçün çox ciddi xarici dəstək də görmüş, bəzi ölkələr bu təşkilata pul, silah və

hər cür texniki imkan təmin etmişdir. Ancaq bütün bu səylər yenə də nəticə verməmiş, başda

Türkiyə Silahlı Qüvvələri olmaqla dövlətimizin əlaqədar təşkilatları terror təşkilatını

çökdürmüşdür. PKK-nın lider heyətinin də ələ keçərilməsinin ardından təşkilatın əsgəri gücü

böyük ölçüdə yox olmuşdur.

Bütün bunlar dövlətə qarşı üsyankar davranan hər kəsə dərs olmalıdır. Türkiyə

Cümhuriyyəti dövləti güclü bir dövlətdir və dövləti hədəf alan heç bir hərəkat müvəffəqiyyət

qazana bilməz. Bölücü ideologiyalar tərəfindən beyni yuyulan və dövləti yıxmaq, parçalamaq və

ya ələ keçərmək kimi xam xəyallara düşənlər bu açıq həqiqət üzərində düşünməli və girdikləri

yolun sonunun olmadığını görməlidirlər. Əks halda bu yol dövlətimizə heç bir zərər verə bilməz,

ancaq özlərini həlaka sürüyər.

Page 21: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Dövlətə bağlılıqvə əxlaq

Bu nöqtəyə qədər dövlətə bağlılığın əhəmiyyətini fərqli ölçülərlə bildirdik.

Vətəndaşlarımızın dövlətimizə daimi hörmət etmələrinin lazım olduğunu, ancaq bu şəkildə sülh,

hüzur və rifah təmin edilə biləcəyini açıqladıq. Ancaq bütün bu məntiqi səbəblərdən başqa

dövlətə bağlılığı təmin edən əsl amil cəmiyyətdə görünən əxlaq anlayışıdır.

Əgər bir cəmiyyətdə mənfəətpərəstlik yayılarsa, üsyan və qarşıdurma məqbul olaraq

görülərsə və hörmət və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o cəmiyyətin

fərdlərinin dövlətə bağlı olmaları da düşünülə bilməz. Çünki dövlətə bağlılığın təməlində

müəyyən tərbiyə və əxlaq durur. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda ifadə etdiyimiz pis

əxlaq xüsusiyyətləri bir cəmiyyətdə məşhurlaşarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən

ortadan qalxmağa başlayar.

Haqqında danışdığımız tərbiyə və əxlaqın təməlində isə dini inanclar durur. Necə ki,

Cümhuriyyətimizi quran böyük öndər Atatürk "Dinsiz millətlərin davamına imkan yoxdur"-

deməklə bu həqiqəti açıq şəkildə elan etmişdir.

Dinin insanlara qazandırdığı "itaət" xüsusiyyətiBilindiyi kimi, bir cəmiyyətdə hüzur və sakitlik o cəmiyyətdəki insanların dövlətə və onun

bütün idarələrinə göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər. Quranda isə "itaət"

məqbul sayılan əxlaq xüsusiyyəti olaraq təşviq edilir. Allah müsəlmanlara bir çox ayəsi ilə itaəti

əmr edir. Dolayısı ilə, Quran əxlaqına görə yaşayan insanların meydana gətirdiyi bir cəmiyyət

eyni zamanda dövlətə itaət və hörmətin ən yüksək dərəcədə yaşandığı bir mühit olar.

Din eyni zamanda insanları hər cür anarxiya və terror hərəkatından də uzaq tutar. Çünki

Allah Quranda insanları fitnə-fəsaddan uzaq durmağa çağırmışdır. Bu mövzu ilə əlaqədar bir çox

ayə vardır:

…Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin! (Bəqərə surəsi, 60)

(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi, 205)

Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin... (Əraf surəsi, 56)

Page 22: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

…Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu, sizin üçün xeyirlidir! (Əraf surəsi, 85)

Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” (Qəsəs surəsi, 77)

Din əxlaqını lazımi kimi qavrayan və yaşayan bir insan Allahın yuxarıdakı ayələrindəki

əmrinə uyğun olaraq yer üzündə qarışıqlıq çıxarmaqdan, sıxıntı və qarışıqlıq dolu mühitlər

yaratmaqdan şiddətlə qaçar. Quran əxlaqına uyğun hüzur və sükunət dolu, etidallı, həmişə

problemləri həll etməyə çalışan, hadisələri böyütməyən, əksinə, həmişə uzlaşdırıcı mövqe

göstərər.

Dövrümüzdə dinin bəzi çevrələr tərəfindən səhv başa düşüldüyü və tətbiq olunduğu

doğrudur. Halbuki yuxarıdakı Quran ayələrində izah edilən həqiqi dindar modeli cəmiyyətdə

yayılarsa, ictimai həyat da son dərəcə sülh və əminliklə dolu olar. İnsanlar dövlətə duyduqları

güvən və hörməti ona itaət etməklə göstərərlər. Polisə və digər təhlükəsizlik güclərinə qızğın, tərs

davranan, çətinlik yaradan insanlar olmaz. Əksinə, İslam əxlaqını yaşayan insanlar son dərəcə

yardımsevər və mərhəmətli mövqeləri ilə təhlükəsizlik qüvvələrinin yanında yer alar, onların

işlərini asanlaşdıracaq şəkildə hərəkət edərlər. Bu əxlaqdakı insanların varlığı sayəsində

cəmiyyətdən anarxiya, terror, qarışıqlıq və düşmənlik aradan qaldırılar. İnsanlar arasındakı

qarşıdurma və mübahisələr tamamilə qalxar. İnsanlar küçələrə rahat çıxa bilər, gecə-gündüz

güvən içində hər yerdə gəzə bilər.

Din əxlaqı ictimai həyatı necə dəyişdirir?Dinin varlığı Allah sevgisini özü ilə gətirdiyi üçün, bu, bütün insanlara çox müsbət və

gözəl təsir edər. Hər kəs Allahın razılığını qazanmaq üçün gözəl əxlaq göstərər, bir-birini Allah

rizası üçün sevər. Bütün cəmiyyətə şəfqət, mərhəmət və gözəllik hakim olar. İnsanlar Allahın

əmri istiqamətində xeyirlərdə yarışarlar. Digər tərəfdən Allah qorxusu sayəsində hər kəs

əxlaqsızlıqlardan və pisliklərdən qaçar. Əsrlərlə önü alına bilinməyən hər cür mənfi hallar bir

anda bitər. Dinin sevgi və sülhsevər ruhu hər yerə hakim olar. Əlbəttə, burada nəzərdə tutulan

Qurandakı həqiqi dindir və bu dinin səmimi olaraq yaşanmasıdır.

Bir cəmiyyətin varlığında ailənin rolu çox böyükdür. Dinin tam mənası ilə yaşandığı bir

mühitdə daha əvvəlki mövzularda ifadə edildiyi kimi, ailə əlaqələri çox gözəlləşər, həqiqi sevgi

və hörmət yaşanar. Ailə olmazsa, dövlət və millətin də mənası qalmaz. Bunlar bir-birləri ilə çox

Page 23: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

əlaqəli anlayışlardır. Ailə dağıldıqda millət anlayışı da yox olar, dövlət də zərər görər. Bu

vəziyyət domino daşları nümunəsində olduğu kimi, belə davam edər.

Necə ki, dinin yaşanmadığı cəmiyyətlərdə insanların üsyankar davrandıqları, anarxist

hərəkatlara qoşulduqları, dövlətə qarşı cəbhə aldıqları məlum olan bir həqiqətdir. Xüsusilə də

milli və mənəvi dəyərlərin qorunmasının lazım olduğu vəziyyətlərdə Allah qorxusu olmayan

insanların vecsiz davranacaqları qətidir. Milli və mənəvi mənfəətlərlə öz mənfəətləri arasında

müqayisə lazım gəldiyində dindən uzaq insanların asanlıqla nəfslərini seçəcəkləri aydındır. Bu,

yeri gəldiyində vətənə və millətə xidmət etməkdən, onun uğrunda mübarizə aparmaqdan

qaçmağa, hətta bölücü fəaliyyətlərdə olmağa qədər geniş ölçüdə düşünülə bilər.

Halbuki dini yaşayan insanlar üçün dövlət və millət anlayışları çox böyük dəyərə malikdir.

Lazım olduğunda dövlət üçün canını təhlükəyə atar, dövlətinin və millətinin mənfəətlərini şəxsi

mənfəətlərindən üstün bilərlər. Milli və mənəvi dəyərlərini canla-başla qoruyarlar.

Din əxlaqının yaşandığı bir mühitdə tələbələr də dövlətə, millətə qarşı hörmət və sevgi

göstərərlər. Bu müqəddəs quruluşlara qarşı mübarizə aparmaz, əksinə, dəstək verib, kömək

edərlər. İndiki dövrdə olduğu kimi, əsgər və polislərə hücum etməzlər; dövləti qoruyan, müdafiə

edən bu vəzifəlilərə qarşı son dərəcə hörmət göstərərlər. Cəmiyyət daxilində dövlətə, orduya və

polisə qarşı tam bir güvən və sahib çıxma duyğusu inkişaf edər. Tələbə hadisələri, qardaş

davaları, sağ-sol qarşıdurmaları kimi problemlər ortadan qalxar. Çünki heç kimin razılaşmadığı

və çəkişdib-döyüşdüyü bir xüsus qalmaz. Hər kəs Allahın kitabına iman edər, onda bildirilən

gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə də heç kimin sözü çəp gəlməz. Problemlərin həllində

hər kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər, hörmətlə yanaşar. Beləcə, hər

problem qısa müddətdə gözəlliklə həll olar.

Dövlət belə bir mühitdə çox rahat idarə olunar. Ölkə daha etibarlı və rifahlı hala gələr.

İdarəçilər də insanlara qarşı çox ədalətli, mərhəmətli olarlar, hər cür ədalətsizlik ortadan qalxar.

Dolayısı ilə, özləri də çox hörmət görərlər. Belə dövlətlər də çox güclü və sarsılmaz bir təmələ

sahib olarlar.

Din əxlaqı yaşanmadığında isə ata oğula, oğul ataya düşmən olar, qardaş qardaşa qarşı

çıxar, işçi müdirə, işə götürən işçiyə düşmən olar. Anarxiya üzündən fabriklər, iş yerləri işləməz,

ziyan görər. Sosial anarxiya başlayar, kasıb təbəqələr zənginlərə hücum edər, zənginlər kasıbları

əllərindən gəldiyi qədər istismar etməyə çalışar. Müxtəlif peşə qrupları digərlərinə hücum edər.

İctimai qarışıqlıqlar, anlaşılmazlıqlar, anarxiya bitməz.

Bütün bunların səbəbi insanların Allah qorxularının olmamasıdır. Allah qorxusu olmayan

insanlar rahat şəkildə haqsızlıq və ədalətsizlik edər, cinayət işləyər, bənzəri görünməmiş zülm və

qəddarlıqlardan çəkinməzlər. Üstəlik, vicdan əzabı çəkmədən etdikləri vəhşilikdən peşman

olmadıqlarını söyləyərlər. Halbuki Allaha qarşı məsuliyyət hissi olan bir adam bu hərəkətlərə əsla

yol verməz.

Page 24: Dövlətə bağliliğin əhəmiyyəti. azərbaycan

Din əxlaqı yaşandığında bu saydığımız mənfi halların heç biri qalmaz. Hər şey sakitliklə,

gözəlliklə, ədalətlə həll edilər. Qanuna zidd hadisələr olmaz, polis bölmələri, ədliyyə orqanları

demək olar işləməzlər.

NəticəBütün bunlar dinin insanlara qazandırdığı əxlaq xüsusiyyətlərinin dövlətin davamlılığı və

cəmiyyətin hüzuru baxımından son dərəcə lazımlı olduğunu göstərir. Dinsiz bir insan modelinin

meydana gətirdiyi cəmiyyət quruluşu eqoizm və qarşıdurma üzərinə qurulduğu üçün, istər-

istəməz dövlətə dəstək olan dəyərləri də korlayar. Dinsizlik üsyanı, qarşıdurmanı, anarxiyanı,

nifrəti, etibarsızlığı gətirdiyi halda din insanlara itaəti, sülhü, nizamı, sevgini və etibarı

qazandırar. Allah bir ayəsində insanlara "ey iman gətirənlər, hamınız bir yerdə sülhə gəlin!"-

deyə buyurur. (Bəqərə surəsi, 208). Bu ayədə dəvət edildiyi şəkildə sülh və təhlükəsizliyə girən

insanlar dövlətin davamlılığının ən böyük dayağı olarlar.