339
1 Rauf Mirzə

Rauf mirzənin kosalar kitabı

Embed Size (px)

Citation preview

1

Rauf Mirzə

2

Rauf Mirzə

K O S A L A R Ümumi məlumatlar toplusu

BAKI-2013

3

Redaktor: İradə Aytel Rauf Mirzənin ərsəyə gətirdiyi bu kitab Qarabağımızın dilbər guşəsi olan Kosalar kəndinin tarixi, coğrafi ərazisi, mədəniyyəti, adət-ənənsi, əhalisindən bəhs etməklə, həm də bütövlükdə Qarabağ yanğısını özündə əks etdirir. Kirabda torpaqlarımız uğrunda şəhid olan, döyüşən hər bir vətənpərvərdən ayrıca bəhs edilir. Kitab gələcək nəsillərə həm tarixi biliyin, eləcədə milli vətənpərvərlik ruhunun aşılanmasında böyük əhəmiyyətə malikdir “Kosalar kəndinin ensklopediyası” müəllifin ilk kitabıdır.

... nəşriyyatı Bakı 2013

4

Kosalar kənd orta məktəbinin fəaliy- yətinin 90 illik yubileyinə həsr olunur

5

Müəllifdən Əziz oxucular, yəqin ki, tariximizin necə zəngin və keşməkeşli olduğu sizin hər birinizə məlumdur. Tarixi zənginliklərimiz hər əyalətdə, rayonda, kənddə özünü qabarıq büruzə verir. Belə zəngin tarixə malik olan bölgələrimizdən biri də Qarabağdır ki, onun hər bir yaşayış məntəqəsi özünə xas orjinal xüsusiyyətləri ilə diqqəti cəlb edir... Füsünkar təbiətə, zəngin tarixə malik olan gözəl Qarabağımızın bir parçası idi Kosalar kəndi. Bütöv Qarabağımız kimi bu kənd də uzun illər yadellilərin xain planlarında olmaqla hücum hədəfinə çevrilmişdir. Onun Xankəndi ilə Laçın rayonu arasındakı əlverişli strateji-coğrafi mövqeyi daim əzəli düşmənlərimiz olan ermənləri buraya cəlb etmişdir. Zəngin sərvətləri, gözəl təbiəti başına bəla olmuşdur daim bu yurdun... Müvəqqəti də olsa məqsədlərinə çatdı xain düşmənlərimiz... Məqsələrinə catdı, ancaq bu onlar üçün elədə asan olmadı. Kosalar sakinləri əzəli düşmənlərimiz olan ermənilərin tutarlı cavablarını həm XX əsrin əvvəllərində, həmdə sonlarında vermişdilər. Biz hər zaman acı günlərimizi, soyqrıma uğramamızı yada salaraq gənc nəsillərin yaddaşında neqativ hisslər formalaşdırırıq- hər zaman əzilmişik, hər dəfə qırılmışıq. Əksinə bu heçdə belə deyildir. Artıq qəhrəmanlıqlarımızı yada salaraq, etdiklərimizi təbliğ etməyin vaxtıdır. Hər zaman Azərbaycan oğulları bir itkinin əvəzini bir neçəsi ilə ödədiblər... Belə şanlı irsimizi gələcək nəsillərə çatdırmalı, böyük məqsədimizə nail olmaq üçün hər birimiz

6

əlimizdən gələni əsirgəməməliyik. Keçmişimizi dərindən öyrənib gələcəyimizi özümüz müəyyənləşdirməliyik... Bu baxımdan mən də çalışdım ki, heç olmasa öz doğulub boya-başa çatdığım yurd yerlərimizi xatırladaraq yaddan çıxmağa qoymayım. İşğalda olan hər qarış torpağımız haqqında bir kitab yazılmalıdır. Bunu yaxşı bələd olduqları yerlər haqqında hər bir ziyalı etsə kifayətdir. Yeri gəlmişkən, Kosalar kəndi haqqında hansısa yazı yazaraq onun tarixini işıqlandıran hər bir qələm əhlinə öz dərin minnətdarlığımı bildirirəm. Deyirəm ki, sal yadına, sal yadına yurd-yuvanı, Sal yadına oymaqları, sal yadına el-obanı, O gəzdiyin çölü, düzü, həm gecəni, həm gündüzü, Vətəninin hər yanını, gündoğanı, günbatanı. Sal yadına o keçdiyin cığırları, bənd-bərəni. Vətən oğlu nədir belə, unutmusan doğma kəndi?! Bir zamanlar bulağından su içəni axı səndin, Düzlərində at oynadıb, cövlan edən axı səndin. Nə oldu bəs doğma yurddan ayrı qaldın? Düşmənlərin bu yerlərdə qovğasına seyrə qaldın. Bir azda döz doğma kəndim, qayıdacaq övladların, Yandıracaq çırağını əbədi var olan kəndim. İş olan yerdə nöqsan da olar deyərlər. Bu kitabı sizin müzakirənizə verərək haqlı irad və təkliflərinizi gözləyir və eyni zamanda kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürümü bildirirəm. Kitabda Kosalar kəndinin və ətraf ərazilərin coğrafi mövqeyindən, zəngin təbiətindən,

7

tarixindən, mədəni həyatından, sosial-iqtisadi vəziyyətindan bəhs edən bir çox materiallar öz əksini tapmışdır. Əziz oxucular kitabda mətnlər müəyyən məzmun xəttinə uyğun olaraq ardıcıllıqla verilmişdir. Əsas məqalələr qara hərflərlə, onların məzmunundan irəli gələnlər isə kursivlə verilmişdir.

8

Ümumi Məlumat

Azərbaycanın gözəl təbiətə, füsunkar gözəlliyə malik

yerlərindən biri də Kosalar kəndidir. Kosalar buz bulaqları, zəngin meşələri, geniş yaylaqrı, görməli-gəzməli yerləri, uca, başı həmişə qarlı dağları ilə çox məşhur idi. Füsünkar təbiətə malik bu

ərazilər görən hər bir kəsi valeh edər və öz sehirli dünyasından çıxmağa qoymazdı. Kosaların təbiəti olduqca gözəldir. Sanki ilahi bir qüvvə öz rəngli fırçası ilə bu yerlərə bəzək vurmuşdur. Kənd sıx meşələrlə, sıra dağlarla əhatə olunmuşdur. Bahar fəslində bu yerlərin əsrarəngiz gözəlliyi insanın qəlbini coşdurur. Nəhəng və uca palıd ağacına qonub şən nəğmələr oxuyan alabaxtanın səsi ətrafa yayılır. Sərt, sıldırım qayaların arasından çıxıb şırıltı ilə axan buz kimi sərin bulaqların zümzüməsi quşların nəğməsinə qarışır, gözəl simfoniya yaradır. Bağlarda, meşələrdə meyvə ağaclarının çiçək açması təsvirə

9

gəlməyən xalıya bənzəyir. Havalar isindikcə burada istirahət etməyin ayrı ləzzəti var. Adam ağacın kölgəsində özünü sanki dağların başında hiss edir. Çox zaman turistlər, səyyahlar gördükləri yerləri tərifləyirlər. Mən isə deyərdim ki, bizim yerlər nağıllarda təsvir olunan əsil cənnətdir. Hər cür meyvəsi, sərin bulaqları, təmiz havası, ümumi mənzərəsi gözəl bir yeri həqiqətən cənnət adlandırmaq olar. Bu, təvazökarlıqdan uzaq, əsil həqiqətdir. Bizim üçün Azərbaycanın hər yeri vətəndir. Ancaq doğma Kosalar kəndi bir an belə yaddan çıxmır... Kəndimizə yenidən qovuşsaq, bu bizim üçün xoşbəxtlik və səadət olar. Gecələr yuxumda görürəm səni, Yurdumuz, yuvamız viran Kosalar. Unutmaq olarmı doğma vətəni, Çıxmayır yadımdan bir an Kosalar. Bəyməmməd Quliyev

Flora və faunası Kosaların zəngin meşələrində müxtəlif növ ağac və kollar bitir. Bunlardan: palıd, vələs, fıstıq, gəvriş, cökə, qarağac, ağcaqayın və s. göstərmək olar. Eyni zamanda Kosaların meşələri yabanı meyvə ağacları ilə də zəngindir. Onlardan armud, alma, əzgil, alça, zoğal, qarağat, yemişan, zirinc, qoz, fındıq, quşarmudu və s. göstərmək olar. Ərazidə müalicəvi əhəmiyyətə malik dərman bitkiləri olan bənövşə, kəklikotu,

10

əvəlik, qırxbuğum, yarpız, qatırquyruğu, dəvədabanı, qurdotu, lüləpər, çobanyastığı bitkiləri də daha çoxdur. Yaşıl xalısını sərmiş təbiət, Adi torpaq deyil, sanki bir cənnət. Qatarlanıb durur sıra dağları, Barlı-bəhərlidir meyvə bağları. Bəyməmməd Quliyev Kosalar kəndinin meşələri zəngin flora ilə yanaşı eyni

zamanda zəngin faunaya da ____________ II. Yüksək dağlığın (subalp və alp) çəmən

landşaftlarında Cənubi Qafqaz muflonu, Bezoar keçisi, köpgər, Dağıstan turu, qonur ayı, canavar, bəbir, tülkü, Kiçik Asiya gürzəsi, qaya

kərtənkələləri, Qafqaz petrası, göyərçinlər və s.

III.Orta dağlığın meşə və meşədən sonra yaranmış çəmən-kol landşaftlarında nəcib maral, cüyür, Bezoar keçisi, köpgər, çöldonuzu, lenot, qonur ayı, vaşaq, bəbir, çölpişiyi, daşlıq dələsi, meşə dələsi, İran sincabı, süleysin, Hindistan tirəndazı, Rostonbəyov kərtənkələsi, zolaqlı kərtənkələ, yaşılqarın

11

kərtənkələ, bataqlıq tısbağası, göl qurbağası, Qafqaz petrası, qırqovul, qaraleylək, göyərçinlər, qızılxallı və s. ____________________ malikdir. Meşələrimizdə ayı, canavar, porsuq, çaqqal, tülkü, vaşaq, ceyran, cüyür, dovşan; quşlardan: kəklik, turac, qartal, qızılquş, qırğı, qaratoyuq, alabaxta, qırqovul, tetra, qarğa, sağsağan, sərçə və s. göstərə bilərik. Kosalar kəndinin ətrafında Qırxqız, Dəvəboynu, Ya Əli və s. dağlar vardır. Qırx qızdan yaranmış o Qırxqız dağı, Buzdan da sərindir Haça bulağı. Cüyür mələrtisi, ayı nərəsi, Gəlir xəyalıma bəndi-bərəsi. Bəyməmməd Quliyev

Topdaşın əhvalatı Baba, nənə, nəvə səhər yeməklərin yeyərək yola çıxdılar.

Gün təzəcə qalxırdı. Nəvə dinc durmur tez-tez gah babaya gah da nənəyə müxtəlif suallar verirdi:

- Baba, bu nədi? - Bulaqdır balası, Mehvalının bulağı. - Baba, bu nədi? - Ağacır. - Baba, bu nədi? - Ağacın köğuşudur.

12

- Onu kim elə edib? - Dələ. - Baba, bəs bu nədir? - Daşdır, Topdaş. - Onu kim üst-üstə yığıb? - Div yığıb mənim əziz balam. - Div bəs harada yaşayırdı? - Bax o kahada. - Bəs indi hanı? - Div keçmişdə yaşayıb indi yoxdur. - Bəs indi niyə yoxdur?...

Nəvənin sualları bitmək, tükənmək bilmir. Baba isə çalışır ki, hər bir suala nəvəyə maraqlı gələcək bir cavab tapıb versin...

Kosalar kənd inzibati ərazi vahidi Coğrafi mövqeyi. Kosalar kəndi Azərbaycanın cənub-qərbində, kiçik Qafqazın qoynunda, Xankəndindən 8 km

13

qərbdə, Şuşadan 10 km şimal-qərbdə, Xocalıdan 14 km cənub-qərbdə,

Qarabağ silsiləsinin

şimal-şərqində,

dəniz səviyyəsində

n 1350 m yüksəklikdə,

çox əlverişli, gözəl yerdə yerləşir.

Geniş əraziyə malik olan Kosalar kəndi Şuşa,

Xocalı, Xankəndi,

Laçınla geniş mənada əhatələnmişdi. Sovetliyi Şuşa və Xankəndi ilə 2 istiqamətdə avtomobil yolları birləşdirirdi. Ərazisi Darçay-Kərkicahan arası (Kosalara baxar üzü Ağdaş), Hacı talası, Çobandaşaşıran, Çuxurtala-Muxtökən yoxuşu, Şırlanın Qoruqlar üzü, Palçıqlı, Qurtlu bulaq, Şotlanlı yaylağı, Ələm ağacı, Yelli gədik (Laçın üzü), Pərişan doğranan, Nayıblı dağı, Bayramdüşən, Qaragav kəndi (Qaragav-Qayabaşı arası), Çayqovşan (Sağ qol Sarı tala çayı, sol qol Alçalı çayı), Canhəsən, Canhəsəndən yenir Darlı piri və oradan Darçayın özünə olan yerlər arasındakı torpaqları əhatə edir. Sahəsi 58,5 km2 -dir. Əhalinin sıxlığı 1 km2– də 22 nəfər (1992-ci ilə qədər; hazırda demək olar ki, ərazidə heç kim yaşamır: Kənd sökülərək xarabazara çevrilmişdir).

14

Zaman-zaman kəndin ərazisi Ballıca və Xənəzək

kəndləri arasında

bölüşdürülmüşdür.

Kosalar kəndi əvvəllər Şuşa qəzasının,

1930-1978-ci illərdə

Stepanakert rayonunun

(1923-cü ilə qədər Xankəndi), 1978-1991-ci illərdə Əsgəran (qəsəbə) rayonunun, 1991-ci ildən isə Xocalı rayonunun tərkibinə daxil edilmişdir. Hazırda da Xocalı rayonunun tərkibindədir. Göründüyü kimi, Kosalar müxtəlif zamanlarda müxtəlif inzibati ərazi vahidlərinə daxil olmuşdur. Hətta, 1991-ci ildə yeni rayon mərkəzi məsələsində Xocalı ilə alternativ variant olub. Hər halda Kosalar kəndi nümayəndəliyə daxil olan kəndlərlə birlikdə vahid orqan halında daim öz spesifikliyi ilə seçilib. Yəni, hansı rayon tərkibində olmasıdından asılı olmayaraq, daim müstəqilliyə, özünəməxsusluğa, fərqliliyə meyilli olub. Bəzən başqa rayonda hardan olduğunu bildirmək üçün hansı rayondan olduğunu deyirsən. Bu baxımdan “Kosalardanam” demək kifayətdir. Kənd infrastrukturunun formalaşdırılmasında birinci addım 1923-cü ildə Kosalar kənd sovetliyinin yaradılması ilə atılmışdır. Sovetliyin ilk sədri Bilal.............. olmuşdur. Sonralar da bu vəzifədə qüsursuz əmək fəaliyyətinə malik insanlar çalışmışdır. Kosalar kənd sovetliyi (mərkəzi Kosalar kəndi olmaqla) 6 kənddən: Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən və Qaragav yaşayış məntəqəsindən ibarət olmuşdur.

15

K O S A L A R K Ə N D N Ü M A Y Ə N D Ə L İ Y İ

Ümumi Məlumat. Azərbaycanın gözəl təbiətə, füsunkar gözəlliyə malik yerlərindən biri də Kosalar kəndidir. Kosalar buz bulaqları, zəngin meşələri, görməli-gəzməli yerləri, uca, başı həmişə qarlı dağları ilə çox məşhurdur. Görən hər bir kəsi valeh edir və öz sehrli dünyasından çıxmağa qoymur. Kəndimizin təbiəti olduqca gözəldir. Kənd sıx meşələrlə, sıra dağlarla əhatə olunmuşdur. Kosalar kəndinin ətrafında Qırxqız, Dəvəboynu, Ya Əli və s. dağlar vardır. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olur. Bu yerlər

əsasən qışı quraq keçən soyuq iqlim

zonasına aiddir. Qış

uzun çəkir (5-6 ay). Əraziyə 400-600 mm, dağlara isə hətta 800 mm-ə qədər yağıntı düşür. Yağıntılar əsasən yazın axırı, yay aylarında düşür. Kosalar kənd nümayəndəliyinə 6 kənd daxil idi. Nümayəndəlik Kosalar kəndində yerləşirdi. Kəndlər: Cavadlar mərkəzi kənddən 0,9 km, Yaloba 2 km, Canhəsən 5 km, Başkənd 5 km, Qaragav 25 km aralıda yerləşirdi. Mərkəzi kəndin, eyni zamanda digər kəndlərin istər daxili, istərsə də şəhərlər ilə əlaqəli yolları qurunt yolları idi.

16

Coğrafi Mövqeyi. Kosalar kəndi Azərbaycanın cənub- qərbində, Kiçik Qafqazın qoynunda, Xankəndindən 8 km qərbdə, Şuşadan 10 km şimal-qərbdə, Xocalıdan 14 km cənub-qərbdə, Qarabağ silsiləsinin şimal-şərqində çox əlverişli, gözəl yerdə yerləşir. Memarlıq xüsusiyyətləri. Keçmişdə ərazidə “Qaradam” (“Ev damı”, “Torpaq dam”) və “Tağbənd” ev tipləri geniş yayılmışdır. Kənd özünəməxsus mətbəxi ilə də seçilirdi. Sənətkarlıq. Bölgədə toxucluq və xüsusi ilə xalçaçılıq inkişaf etmişdir. Ərazidə Xovlu və xovsuz xalçalar, həndəsi ornamentli cejimlər, tikmələr geniş yayılmışdır. Qarabağ xalçaları əsas etibarı ilə palıdı, al-qırmızı, piyazi rənglərdə olardı. Qarabağda xalçaçılığın əsas mərkəzi Şuşa idi. Bundan əlavə sənətkarlığın digər sahələri; dəmirçilik, dülgərlik, nəccarlıq və s. inkşaf etmişdir. Təsərrüfat sahələri. Əmək qabiliy-yətinə malik kənd sakinlərinin demək olar ki, əksəriyyəti bu və ya digər sahələrdə çalışırdılar. Buna misal olaraq kənd təsərrüfatının ayrı-ayrı sahələrini, Səhiyyə idarəsini, İcra Nümayəndəliyini, təhsil müəssisələrini, mədəniyyət müəsisələrini, tikiş sexlərini, oyuncaq istehsalı sahəsini, rabitə qovuşağını və digər sahələri göstərmək olar. Son zamanlar kəndin bütün infrastrukturu yenidən qurulmuşdur. Yeni su kəməri çəkilmiş, kənd telefonlaşdırılmış, qaz xətti çəkilmiş, bir neçə sex, o cümlədən mərkəzi kənddə çox böyük tikiş sexi tikilmişdir. Əlavə olaraq, 1990-cı ilə qədər kəndə göstərilən diqqət və qayğını da nəzərə alsaq, Kosalara kənd yox, şəhər demək olardı. Kəndimiz dağlıq ərazidə yerləşdiyi üçün kənd təsərrüfatı həmişə geridə qalırdı. Bunun başlıca səbəbi vilayətin erməni başçıları idi. Onlar kəndin qətiyyən inkişaf etməsini istəmirdilər,

17

əksinə, bir neçə dəfə kəndin Xankəndi şəhərinin ətrafına (Xoruztəpə adlanan yerə) köçməsi təklifini vermişdilər. Yaranma tarixi. (bax: Kosalar adının etimalogiyası) Kosalar XX əsrin əvvəllərində. (bax: Eyni adlı başlıq) Represiya illəri. (bax: Eyni adlı başlıq) Kosalar Böyük Vətən Müharibəsi illərində. (bax: Eyni adlı başlıq) Müharibədən sonrakı illər. Müharibədən sonrakı dövrdə Kosalar yavaş-yavaş dirçəlib inkişaf etməyə başladı. Yeni yollar çəkildi, əkin sahələri genişləndirildi, texniki təchizat yaxşılaşdırıldı, 1961-ci ildə kəndə elektrik xətti çəkildi, elektriklə işləyən dəyirman inşa olunub istifadəyə verildi və digər tədbirlər həyata keçirildi (bax: Təsərrüfat). Kosaların bu inkşafı və əhalinin getdikcə sürətlə artımı bədnam qonşumuzu- yəni vaxtı ilə Qarabağa köçürülmüş erməniləri narahat etməyə başladı. Ərazinin çox hissəsinin dağlıq relyefə malik olması və kənd təsərrüfatının inkişafı üçün yararsız olması bəhanəsilə çıxış edən ermənilər azərbaycanlıları buradan köçürməyə çalışırdılar. Kənd sakinlərinin qətiyyəti, yurduna bağlılığı sayəsində düşmən mənfur niyyətinə çata bilmədi. Kənd Qarabağ müharibəsi illərində. (bax: Eyni adlı başlıq) Kosalar öz varlığını 1992-ci il 9 may tarixinə kimi qoruyub saxlaya bildi. Diqqət yetirin bu tarixə, bu tarix həmin tarixdir ki, o zaman keçmiş DQMV-nin çərçivəsində heç bir azərbaycanlı yaşayış məntəqəsi qalmamışdır. Demək, Kosalar son qanına, son nəfəsinə qədər vuruşan və başının üstünü qara buludlar alan yaşayış məntəqəsi idi. Bu qanlı-qadalı döyüşlərdə xeyli insan yaralanmış və şəhid olmuşdur. Təkcə Kosalardan bu qanlı döyüşlərdə 18 nəfər şəhid olmuşdur.

18

Bu oğulların xidmətləri hökumətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Tabil Qasım oğlu Həsənovla bərabər, Natiq İliyas oğlu Əhmədov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” (ölümündən sonra), Möhsüm Şahin oğlu Məmmədov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülmüş, Xəzani Kərəm oğlu Əsgərov “Azərbaycan Bayrağı Ordeni” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur. Kənd infrastrukturunun formalaşması. Kənd infrastrukturunun formalaşdırılmasında birinci addım 1923-cü ildə Kosalar kənd sovetliyinin yaradılması ilə atılmışdır. Sovetliyin ilk sədri Bilal.............. olmuşdur. Sonralar da bu vəzifədə qüsursuz əmək fəaliyyətinə malik insanlar çalışmışlar. Onlardan aşağıdakı şəxsləri göstərmək olar: Həmid; Həzrətqulu; Bilal; Tamaşa (Böyük Vətən müharibəsi illərində); Rəşid Quliyev; Fərhad Məmmədov ( 14 il ); Bayram Vəliyev (9 il, 1959-cu ilədək); Salah Mərdanov; İsfəndiyar Quliyev; Fərhad Məmmədov; İsfəndiyar Quliyev; Kərəm Əsgərov (25.07.1974-30.11.2009); Şahid Rzayev (2010-cu ildən). Kosalar kənd sovetliyində kənd infrastrukturunun formalaşdırılmasında əsas addımlardan biri ilk ibtidai məktəbin yaradılması idi. Məktəbin ilk müəllim və müdiri Məhərrəm Qaybaliıyev olmuşdur. (bax. Kosalar kənd orta məktəbi) Kəndin sosial obyektləri (infrastrukturu). (bax. Eyni adlı başlıq)

19

Xüsusi olaraq: Kənd klubu müxtəlif tədbirlərlə sakinlərin qəlbində unudulmaz xatirələrlə dolu dərin iz buraxmışdır... Bir zamanlar hələ televiziyanın kəndə ayaq açmadığı vaxtlar idi... Kəndə tez-tez müxtəlif ölkələrin, xüsusilə Hindistanın istehsalı olan filmlər gətirilərək klubda nümayiş etdirilirdi. Müxtəlif yaş qruplarından olan insanları, eləcə də qadınları və qızları bu tamaşalarda görmək olardı... O zamanlar başqa idi bu həvəs. Hamı kinoya baxmağa tələsərdi. Klubda belə qələbəliyin olması kino göstərənləri buraya tez-tez gəlməyə sövq edərdi. Başqa idi toplu halında kinoya baxmağın ləzzəti. Cavanlar özlərini film qəhrəmanlarına oxşadaraq həmin tərzdə geyinməyə çalışardılar. Uzun saçlar, enli balaqlı, xüsusilə də cins şalvarlar bu cür geyimlərin əsas tərkib hissələri idi... Klub, mərkəzi kənd olan Kosalar kəndində yerləşdiyi üçün digər kəndlərin sakinləri məsafənin uzun olmasına baxmayaraq bütün tamaşalarda iştirak edirdilər. Axşam saatlarında tamaşa bitdikdən sonra isə hərə öz söhbəti tutan adamla yol yoldaşı olardı... Necə də gözəl anlar idi o anlar... Yolu necə qət etdiyini, hara ilə gəldiyini xatırlamaqda çətinlik çəkirsən... Kənd klubu eyni zamanda özünün hazırladığı tədbirlərlə də

tamaşaçılarının qarşısına çıxardı. Bəzən müxtəlif yerlərdən konsert qrupları da gələrdi. Belə konsertlərin hamısında mütləq

Gəlmə konsert qrup ilə birgə çıxış edir Möhübbət Əliyev

yerli nümayəndə də çıxış edərdi. Elə olurdu ki, kənd klubu öz kollektivi ilə səfərdə olurdu...

20

Ə h a l i s i. (bax. Kosalar əhalisi hazırda) 9 May 1992-ci ildə kənd işğal olunan zaman əhalisi 1530 nəfər idi.

Əskərov Kərəm Əskərov Kərəm Əşrəf oğlu 1941-ci il may ayının 20-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində dünyaya göz açmışdır. O, ilk təhsilini Kosalar kənd 7 illik məktəbində, 11 illik təhsilini isə Kosalar kənd fəhlə-kəndli axşam məktəbində alaraq, Ağdam kənd təsərrüfatı texnikumuna daxil olmuşdur. Kərəm kişi 1978-ci ildə həmin məktəbi bitirərək, ali partiya məktəbinin dinləyicisi olmuşdur (1978-83-cü illərdə). O, 1989-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olmuş, 1996-cı ildə oranı aqranom və politexnik ixtisasları üzrə bitirmişdir. Kərəm kişi bir müddət klub müdiri, 1964-69-cu illərdə kolxoz komsomol komitəsinin katibi, 1974-cü ilədək isə kolxoz partiya təşkilatı katibi işləyib. 13 dəfə kənd, rayon, vilayət deputatı seçilib, 14 il Vilayət Ali məhkəməsinin üzvü olub. O, 1974-2009-cu illərdə Kosalar kənd İcra Nümayəndəsi vəzifəsində çalışmışdır. Bütün fəaliyyəti dövünrdə o, elinə bağlılığı ilə daim seçilmişdir. Kərəm kişi bu vəzifədə işlədiyi ilk

21

illərdə Sovetliyin 5 ştat yeri olmuşdur. Sonralar yeni iş yerləri təşkil olunmuşdu ki, belə iş yerlərinin açılmasında onun da xidmətləri az olmamışdır. Bundan başqa, bir müddət Cəmilli kəndi də müvəqqəti olaraq Kosalar İcra Nümayəndəliyinə tabe edilmişdir. Burada da bir çox sosial obyektlərin təşkilində Kərəm kişi yaxından iştirak etmişdir. Fəaliyyəti dövründə göstərdiyi xidmətlərinə görə o, bir çox fəxri fərman və mükafatlarla təltif olunmuş, 1986-cı ildə “Əmək veteranı” medalı ilə, 2008-ci ildə “Dövlət qulluğunda fərqləndiyinə görə” medalı ilə təltif olunmuşdur. Maarif Quliyev: “İstər Kosalardakı fəaliyyəti dövründə, istərsə də Hacıkənddəki fəaliyyəti dövründə Kosalar kənd orta məktəbinə rayon rəhbərləri ilə yanaşı kənd nümayəndəsi Kərəm Əskərov da xüsusi diqqət və qayğısı ilə həmişə seçilmişdir. Məktəblərimizin müvəffəqiyyət qazanmasında çox böyük təsiri olmuşdur. Kərəm kişi həmişə kollektivin yanında olmuş, çətin günlərdə öz kömək əlini uzatmışdır. O, “Son zəng” və digər müxtəlif tədbirlərdə birinci növbədə Kosalar kənd orta məktəbində iştirak etmişdir”. Müharibə illərində də Kərəm kişinin xidmətləri az olmamışdır. Kəndin müdafiəsinin təşkilində, silah-sürsatla təminatında onun xidmətləri danılmazdır. Əsgərov Kərəm: “May ayının 6-da 120 min avtomat patronu və 100 top mərmisini Kosalara gətirmişdik. Ayın 8 və 9-da gedən ağır döyüşlərdə həmin patron və top mərmiləri köməyimizə çatdı. May ayının 9-da saat 2-də patronumuz qurtardı. Kömək isə gəlmədi...”

22

Məmmədov Kamran

Məmmədov Kamran Cümşüd oğlu, 1940-cı il may ayının 9-da Xankəndi rayonunun Kosalar kəndində anadan olub. 1947-ci ildə Kosalar kənd (Başkənd kənd) ibtidai məktəbinə gedib. O vaxt məktəbin müəllimi və rəhbəri Malbəylidən olan Alxanov Qulam idi. 1958-ci ildə Kosalar kənd 7 illik məktəbini bitirib. Təhsilini 1958-60-cı illərdə Xankəndi şəhər 4 saylı orta məktəbində davam etdirmişdir. Orta

məktəbi əla qiymətlərlə bitirərək, 1960-cı ilin oktyabrında hərbi xidmətə yola düşür. Əsgəri xidməti Başqırdıstanın Ufa şəhərində Aviasiya hərbi hissəsində keçirir. O, orda həm də mexanik-elektrik təlimi alır. 1961-ci ildən xidmət üçün və ixtisası üzrə işləmək üçün Kürdəmir rayonuna Aviabazaya göndərilir. 1962-ci ildə hərbi xidməti bitirərək, doğma kəndinə qayıdır. 1962-ci ilin sentyabrında Şuşa Kənd Təsərrüfatı Texnikumuna “zootexnik” ixtisası üzrə daxil olur. 1967-ci ildə oranı bitirir. 1963-65-ci illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda komsomol təşkilatında sədr işləyib. 1967-73-cü illərdə Kosalar kolxozunda süd-əmtəə fermasında briqadir işləyir. 1973-87-ci illərdə kənddə anbardar vəzifəsində işləmişdir. 1987-ci ildən Kosalar kənd Xalq Deputatları Sovetində katib vəzifəsində işləmişdir. 1987-91-ci illərdə Kosalar kənd yerli Zəhmətkeş Deputatları Sovetinin deputatı olub. Kosalar kənd sovetliyində katib vəzifəsində çalışmışdır. 1992-ci ildən qurumun adı dəyişdirilmiş, kənd İcra Numayəndəliyi adlandırılmışdır. Kamran kişi nümayəndəlikdə müavin kimi əvvəlki işini davam etdirməyə başlamışdır. 2008-ci ildə isə bu qocaman əmək insanı öz ərizəsi ilə təqaüdə çıxmışdır.

23

Kamran kişi zəhmətkeş, xalqını sevən, onun xeyir-şərinə yarayan bir insandır. O, lazım olan anda fərq qoymadan, kimliyindən asılı olmayaraq, hamının köməyinə çatan, nurani, haqqında mənfi rəy söylənməyəcək insanlardandır. Kamran kişi işlədiyi müddətdə Kosalar kənd orta məktəbinin keçirdiyi bütün tədbirlərdə: “Əlifba bayramı”, “Son zəng” və digər tədbirlərdə yaxından iştirak edir.

Rzayev Şahid

Rzayev Şahid Şahmar oğlu 25 may 1968-ci ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. Şahid 1975-85-ci illərdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbində orta təhsil

almışdır. O, 1986-cı ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnistutunun “Əməyin iqtisadiyyatı” fakültəsinə qəbul olunmuşdur. O, 1987-1989-cu illərdə sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurub vətənə qayıdan Şahid 1989-94-cü illərdə Azərbaycan Dövlət İqtisad Universtetində təhsilini davam etdirmişdir. Şahid müəllim əmək faliyətinə fəhlə kimi başlamışdır. 1989-94-cü illərdə Şuşa rayon elektrik şəbəkəsində iqtisadçı, 1995-97-ci illərdə Xocalı rayon 54 saylı yol istismar İdarəsində baş mühasib, 2003-cü ildən 2009-cu ilə kimi Kosalar kənd İcra

24

nümayəndəliyində baş mühasib vəzifələrində çalışmışdır. 2010-cu ildən isə Kosalar kənd İcra nümayəndəsi vəzifəsində çalışır. Şahid müəllim kənd icra nümayəndəsi vəzifəsində çalışdığı müddətdə uğurlu fəaliyyəti ilə seçilmişdir. Təhsil və mədəniyyət müəssisələri ilə işin səmərəli təşkili sahəsindəki gördüyü işlər xüsusi ilə təqdirəlayiqdir. Hər şeydən öncə edilən müraciətlərin cavabsız qalmaması, əhalinin sözünü demək bacarığı ona xas xüsusiyyətlərdəndir. Məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Kosalar kənd sakinlərinin 60%-dən çoxu Gəncə şəhər Hacıkənd qəsəbəsində yaşayır. Bu baxımdan kənd idarə və strukturlarının 95%-i burada yerləşir. Qaçqınçılıq şəraitində olmasına baxmayaraq bütün müəssisələr öz fəaliyyətlərini uğurla davam etdirir. Müxtəlif əlamətdar günlər münasibəti ilə konsertlər və tədbirlər həyata keçirilir ki, bu sahədə başda Şahid müəllim olmaqla nümayəndəliyin, onun strukturlarının rolu təqdirəlayiqdir.

K O S A L A R

Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 8 km qərbdə, Şuşadan şimal – qərbdə, Xocalıdan cənub–qərbdə dağlıq ərazidə yerləşir. Kənd Darçayın yaxası boyu dərə-təpə və yamaclar qoynunda salınmışdır. Dağların sərt təbiətinə uyğunlaşıb sinə gərən dağ adamları bu sıldırım yamaclarda isti od-ocaq, yurd-yuva sahibi olmuşdular. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Geniş çəmənliklərə malik idi. Daha çox

25

meyvəçilik üçün əlverişli idi. Kənddə geniş meyvə bağları

mövcud olmuşdur. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin

xarakterik xüsusiyyətlərindən idi. Həmçinin

meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış uzun çəkirdi (5-6 ay). Adının mənşəyi, yaranma tarixi. Kəndin adı və ilk sakinləri ilə bağlı maraqlı məlumatlar vardır. Kəndin ilk sakinlərindən biri də Hacı Avaz olmuşdur. Ona Kosa Avaz da deyərmişlər (“Kosa” seyrək saqqallı adamlara deyilir). Beləliklə, sonrakı nəsillər Kosalar adlandırılmış, kəndin adı da belə yaranmışdır. Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu sübut edir. Bunu təsdiq edən tapıntılar az deyildir. Əksinə, kəndin daha da qədim tarixə malik olduğunu göstərir. Maraqlı xüsusiyyət ondan ibarətdir ki, bütün elmi ədəbiyyatda Kosalar adı nümayəndəlik yerləşən kəndin adı kimi getsə də, kənd əhalisi bunu ümumi ad kimi qəbul edirlər. Eyni zamanda, Kosalar kənd sakinləri öz yaşadıqları ərazini ”Beşdəlilər” , “Tərifdaş” kimi də adlandırırlar. Hər halda nümayəndəliyə daxil olan altı kəndən əhalisi “Kosalar” adını ümumi ad kimi qəbul edirlər. Müasir tarix (erməni təcavüzü). Torpaqlarımıza qarşı erməni qəsbkarları təcavüzə başlayan gündən, Kosalar kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar.

26

Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi, Kosalar kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşən olmasına baxmayaraq, igid oğullarımız öz vətənini düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Belə igid kənd oğullarından Həsənov Tabil “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülmüş, Rüstəmov Eldar (ölümündən sonra), Ağayev Rasim (ölümündən sonra), Abdullayev Mahir (ölümündən sonra) isə “İgidliyə görə” medalı ilə təltif olunmuşlar. Göründüyü kimi, kəndi “Qəhrəman kənd” adlandırmaq olar. 1992-ci il may ayının 8–də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka (düşmənə qalmasın deyə) od vuraraq dağlarla kəndi tərk etməyə məcbur oldular. Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Kosalar kəndində 177 ailə, 629 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız

27

azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar çoxluq təşkil edir. Onlar müxtəlif sahələrdə təmsil olunur. Elm və təhsil sahəsindəki nailiyyətləri təqdirəlayiqdir. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 1 ibtidai məktəb, 5 kitabxana, 2 klub, 1 mədəniyyət evi, 1 həkim ambulatoriyası mövcud idi. İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı, əhali hökumətdən gizli olaraq (Sovet dövründə şəxsi təsərrüfata geniş yer verilmirdi). şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi. Geniş otlaq sahələrinin olması heyvandarlığı daha da gəlirli sahəyə çevirirdi.

CAVADLAR Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 8 km qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub-qərbdə dağlıq ərazidə yerləşir. Kənddən baxanda Qırxqızın və Qarabağın füsünkar gözəlliyi göz oxşayırdı. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin

28

sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xusüsiyyətlərindəndir.

Həmçinin meşələri və ətraf dağları zəngin

flora və faunaya malik idi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Sakinlər yaxşı xatırlayırlar, may ayının ortalarında qar yağdığı məlumdur. Qeyri-adi hadisələr unudulmur, 21 iyunda kəndin yüksəkliklərinə qar yağdığı olmuşdur. Adının mənşəyi, yaranma tarixi . Əslən Xəlfəlidən olan Cavad kişi (Məşhəddə olduğuna görə ona Məşədi Cavad deyirdilər) XIX əsrin 80-ci illərində Kosalar kəndinə gəlir. Kənddə yaşayan mülkədar Məhəmməd ağadan yaşamaq üçün yer alır. Orada özünə dam tikərək mülk salır. Sonradan tək qalmamaq üçün Məhəmməd ağadan özünə qonşu gətirmək icazəsini alır. İllər keçdikcə əhali artır, kənd yaranmağa başlayır.

29

Kəndin adı da buranın ilk sakini Məşədi Cavadın adı ilə bağlıdır. Kənd Xocalı rayon Kosalar kənd nümayəndəliyinə daxildir. Son zamanlar 45-50-yə qədər ev mövcud idi. Müasir tarix (erməni təcavüzü). Düşmən baş qaldıran elə ilk andan Cavadlar kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Cavadlar kəndində də əhalinin əlində olan ov silahları rusların əli ilə yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşənlər olmasına baxmayaraq igid oğullarımız öz vətənini düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Belə igid kənd oğullarından biri də Rzayev İldırım Barat oğlu olmuşdur. O, kənd uğrunda bütün döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir. Təəssüflər olsun ki, tale gənc İldırımın üzünə gülmədi. Döyüşlərin birində İldırım itkin düşdü. 1992-ci il may ayının 8-də Şuşa şəhərinin işğalı kəndin müdafiəsini mümkünsüz etdi. Bununlada kənd mühasirəyə düşmüş oldu. Qız-gəlini çıxarmaq üçün döyüşçülər Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Burada da itkilər çox oldu. Məcbur olan əhali yol olmadığından texnikaya və daşınılmaz əmlaka od vuraraq, dağlıq ərazilərlə kəndi göz yaşları içərisində tərk etdilər. Tarixi memarlıq abidələri. Ərazidə tapılan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Cavadlar kəndində 68 ailə, 255 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar çoxluq təşkil edir. Onlar müxtəlif sahələrdə təmsil olunur. Elm və təhsil sahəsindəki nəaliyyətləri təqdirəlayiqdir.

30

Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 2 kitabxana, 1 klub, 1 FMM mövcuddur. İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı, əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi.

B A Ş K Ə N D

Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 11 km qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub –qərbdə dağlıq ərazidə yerləşir. Kənd Mıxtökən dağının ətəyində yerləşir. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik sahələri üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xüsusiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Sakinlər yaxşı xatırlayırlar, may ayının ortalarında qar yağdığı məlumdur. Adının mənşəyi, yaranma tarixi. Məlumatlara görə Başkənd kəndinə məskunlaşmaq üçun bir qrup insan XIX əsrin əvvələrində qonşuluqda yerləşən Mirzələr kəndindən gəlmişlər. Bəzi məlumatlara görə kənd sakinlərinin ulu babası Kosa Avazın oğlu Məhərrəm olmuşdur.

31

Bütün bunlara baxmayaraq Başkənd ərazisi qədim yaşayış məskəni olmuşdur. Bunu qədim qəbir abidələri, müxtəlif tapıntılar bir daha sübut edir. Başkənd adının etimalogiyası da maraq doğuran məsələdir. Hər şeydən əvvəl “Baş” sözü böyük, yüksək, əsas, başlanğıc və s. mənalara gəlir. Məlumatlara görə bir çox digər kəndlərə məskunlaşmaq üçün əhali bu kənddən köç etmişdir. Mövqe baxımından da kənd müəyyən qədər yüksəkdə yerləşir, Şuşaya nəzərən Kosaların birinci kəndidir. Əhali arasında bu kənd bir neçə digər adlarla da adlandırılmışdır. Məsələn: “Ankova” (Ayankı oba: O tərəfki oba mənasında). Müasir tarix (erməni təcavüzü). Başkənd kəndində də əhalinin əlində olan ov silahları yığılmışdı. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini təşkil etdilər. Bunun sayəsində öz itkilərindən çox düşmənə itki verdirdilər. Müdafiənin səmərəliliyi kənd oğullarının igidliyi sayəsində mümkün oldu. Belə igid kənd oğullarından biri də Sərvər Yelmar oğlu Məmmədov idi. O, kəndin müdafiəsində xüsusi fədakarlıq göstərmişdir. Bu qəhrəmanlıqlarına görə o, “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 1992-ci il may ayının 8–də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Kənd müdafiəçiləri daha bir gündə müdafiə olundular. Ancaq daha müdafiə olunmaq mümkün deyidi. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Erməni texnikası artıq Şuşa üzərindən kəndə yeridildi. Qız-gəlini çıxarmaq ümidi ilə kənd döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Bütün avtolobil yolları nəzarətə alınmışdı... Burada da itkilər çox oldu...

32

Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu bir daha sübut edir. Tarixi qəbiristanlıq Çuxurtalada idi. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Başkənd kəndində 84 ailə, 340 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar çoxluq təşkil edir ki, onlar da müxtəlif sahələrdə təmsil olunur. Elm və təhsil sahəsindəki nailiyyətləri təqdirəlayiqdir. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 2 kitabxana, 2 klub, 1 FMM mövcuddur. İqtisadiyyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi.

Y A L O B A

Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 10 km Qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub-qərbdə, dağlıq ərazidə yerləşir. Kənd yal üstündə salınmışdı. Sağ və solu sıldırım dərələrdən ibarət idi. Başkənd kəndi ilə onu bir dərə ayırırdı. Ən qədim və böyük qəbristanlıq da bu kəndin yuxarı hissəsində yerləşirdi. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha

33

çox meyvəçilik üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xusüsiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. Zəngin çəmənlərə malik olması burada heyvandarlığın inkşafına müsbət təsir göstərirdi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Adının mənşəyi, yaranma tarixi. Yaloba məskunlaşma baxımından demək olar ki, Kosalar nümayəndəliyinə daxil olan

kəndlər arasında daha sonraya aiddir. XIX əsrin ortalarında əhali burada daha da sıx

məskunlaşmışdır. Əvvəllər bu ərazi yaylaq kimi mal-qaranın saxlanması üçün əlverişli otlaq olub. Sonralar XX əsrin əvvəllərində (1905-

06-cı illərdə) erməni hücumlarından xeyli ziyan görən Məhəmməd Ağa adlı bir nəfər mülkədar Xənəzəkdə öz mülkünü qoyaraq məcburən burada özünə məskən salaraq bu zonada ağalıq edir.

34

Bütün tarixi faktlar Yaloba ərazisinin qədim yaşayış məskəni olduğunu sübut edir. Bunu qədim qəbir abidələri, müxtəlif tapıntılar, tikili qalıqları bir daha sübut edir. Yaloba adının etimalogiyası da maraq doğuran məsələdir. Əslində bu adın mənası aydındır: “Yal”-təpə, yüksəklik; “Oba”- el, oymaq mənasındadır. Müasir tarix (erməni təcavüzü). Düşmənlərimiz yurdumuza göz dikdikləri gündən Yaloba kəndində də sakinlər könüllü özünümüdafiə dəstələri yaratdılar. Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi Yaloba kəndində də əhalinin əlində olan ov silahları yığılmışdı. Buna baxmayaraq özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək kəndin müdafiəsini təşkil etdilər. Şuşanın işğalı ilə əhalinin son ümid çırağı da söndü. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Bundan daha əvvəl Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxartdı. Dinc əhalini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə hazırlaşdılar. Artıq ermənilər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Əhali apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka (düşmənə qalmasın deyə) od vuraraq dağlıq ərazilərlə çıxmağa məcbur oldu. Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri əsas tarixi abidələr sayıla bilər. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Bundan əlavə təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı.

35

Əhalisi (sayı, milli tərkibi). Yaloba kəndində 77 ailə, 302 nəfər əhali yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 3 kitabxana, 1 mədəniyyət evi, 1 klub, 1 muzey, 1 FMM mövcud idi (hazırda bu müəssisələrin əksəriyyəti öz fəaliyyətini davam etdirir). İqtisadiyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Bu sahələrə kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi.

C A N H Ə S Ə N

Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 8 km şimal-qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub-qərbdə dağlıq ərazidə yerləşir. Əkin sahələri ilə nisbətən yaxşı təmin olunmuşdur. Ərazi meyvəçilik üçün daha çox əlverişli olduğundan geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xüsusiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Adının mənşəyi, yaranma tarixi. Kənd əhalisinin əksəriyyəti XIX əsrdə İranın Həmədan şəhərindən

36

Ağcabədiyə gəlmişlər. Sonradan onların bir qismi Xənəzəyə və Kosalar kəndinə gələrək, Kosalardan 2 km şimalda məskunlaşırlar. Onlar bəy nəslindən idilər. Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovla nəsil bağlarına malik idilər. Deyirlər ki, Üzeyir bəy onlara “Fışqanın yalı” deyilən yerdə beşmərtəbəli ev tikdirib onları məskunlaşdıracaqmış. Canhəsənlilərin qohumlarının xeyli hissəsi Ağcabədidə qalmışdır. Hüseyn bəy adlı varlı qohumları tez-tez Canhəsənə gələr, onlara pul paylayarmış. Kənd əhalisinin bir hissəsi isə Kosalar kənd nümayəndəliyinə daxil olan Qaragavdan köçüb gəlmişlər. Müasir tarix (erməni təcavüzü). Münaqişə başlayar başlamaz Qarabağın bütün bölgələrində olduğu kimi Canhəsən kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Çətinliklədə olsa döyüşçülər özləri üçün silah təmin edə bildilər. Bütün çətinliklərə və çatışmamazlıqlara baxmayaraq kənd oğullarının igidlikləri unudulmazdır. Belə igid kənd oğullarından biri də Möhsün Məmmədov idi. O, kəndin müdafiəsində və sonralar Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. Bu qəhrəmanlıqlarına görə ona “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı verilmişdir. Göründüyü kimi kəndi “Qəhrəman kənd” adlandırmaq olar. Hələ Böyük Vətən müharibəsi başlayan gündən cəbhəyə yollanan kənd oğullarından biri də Surxay Həsənov olmuşdur. Döyüşlərin birində düşmənə əsir düşməsinə baxmayaraq mübarizəsini partizan hərəkatında davam etdirmişdir. Onun qəhrəmanlıqları dillər əzbəridir. 1992-ci il may ayının 8-də Şuşanın işğal olunması xəbəri kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Kənd müdafiəçiləri qız-gəlini çıxarmaq ümidi ilə Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Bu istiqamətdə

37

olan yllar düşmən tərəfindən tutuldu. Erməni hərbi texnikası Şuşa istiqamətindən kəndə yeridilərək bütün yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Əhali apara bilmədiyi əmlak od vuraraq dağlarla çıxmağa məcbur oldu. Tarixi memarlıq abidələri. Ərazidə tapılan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Canhəsən kəndində 28 ailə, 107 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı, əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 kitabxana, 1 klub, 1 FMM mövcuddur.

Q A R A G A V

Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 14 km şimal-qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub-qərbdə dağlıq ərazidə, dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşir. On altı evdən ibarət kənd Qırxqız dağının ətəyində yerləşirdi. Kosalar kənd sovetliyinə

38

daxil olan ən ucqar kənd idi. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xusüsiyyətlərindən idi. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. Zəngin çəmənlərə malik olması burada heyvandarlığın inkşafına müsbət təsir göstərirdi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Adının mənşəyi, yaranma tarixi. Qaragav qədim yaşayış məskənlərimizdəndir. Ərazinin məskunlaşılması XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aiddir. Deyilənlərə görə, əhali əsasən Laçın ərazisindən gəlib. Əhalisi demək olar ki, bir nəsildəndi. Bütün bunlara baxmayaraq, Qaragav ərazisi qədim yaşayış məskəni olmuşdur. Bunu qədim qəbir abidələri, müxtəlif tapıntılar, tikili qalıqları bir daha sübut edir. Ancaq uzun illər bu yaşayış məntəqəsi bütün rəsmi sənədlərdən kənarda qalmışdır. Kosalar kənd nümayəndəliyinə daxil olan kəndlərdə hamı nümayəndəliyin 6 kənddən ibarət olduğunu bilirdi. Lakin bu rəsmi sənədlərdə öz əksini tapmamışdır. Sovet hökuməti dövründə bu, erməni xislətinin nəticəsi olmuşdur. Ermənilər Qarabağda azərbaycanlıların və yaşayış məskənlərinin sayını az göstərmək naminə belə xain əməllərə əl atmışlar. Qaragav adının etimalogiyası da maraq doğuran məsələdir. Qaragav: “Qara” – böyük; ulu; qara (rəng), “Gav” – keçid; çətin keçilən keçid. Müasir tarix (erməni təcavüzü). Torpaqlarımıza qarşı erməni qəsibkarları təcavüzə başlayan gündən Qaragav kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Münaqişə ərəfəsində ruslar tərəfindən əhalinin əlində olan ov silahları da yığıldığından müəyyən çətinliklər meydana çıxdı.

39

Buna baxmayaraq özünümüdafiə dəstələri ümidlərini itirmədən vətənin keşiyində mərd dayandılar. Şuşanın işğalı əhalinin son ümid çırağını da söndürdü. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Daha əvvəl Xocalı və Xankəndinin işğalı kəndin vəziyyətini onsuzda ağırlaşdırmışdı. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Qaragav döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə hazırlaşdılar. Əhali düşmənə qalmasın deyə apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka od vuraraq dağlıq ərazilərlə çıxmağa məcbur oldu. Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Qaragavın tarixi qəbiristanlığı “Bayramdüşən”dədir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Qaragav kəndində 36 ailə, 150 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 1 kitabxana, 1 klub, 1 FMM mövcuddur. İqtisadiyyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu, arıçılıq və ovçuluq aid idi. Ancaq əhalinin əsas məşğuliyyəti maldarlıq olmuşdu. Geniş otlaq və meşə sahələri mövcud idi. Qarabağ əhalisinin xeyli hissəsini yağla, ətlə, balla Qaragav təmin edirdi. Geniş əkin və biçənək sahələri var idi. Uca dağların

40

qoynunda, əsrarəngiz təbiətə, gözəl içməli sulara malik olan bu kəndə XX əsrin sonlarına qədər avtomobil yolu çəkilməmişdir. Elektrik yox idi. Əhalinin yeganə nəqliyyat vasitəsi atlar idi. Qoçaq, cəsur adamları ilə seçilən bu kəndin çoxlu qoyun sürüləri, mal-qara naxırları, at ilxıları olardı. Sonradan çəkilən avtomobil yolları Qaragavı Ballıca və Kosalar kəndləri ilə birləşdirirdi. Qarabağ müharibəsi ərəfəsində Meşəli kəndinə qədər dağ yolu çəkilmişdir.

Kosalar adının etimalogiyası

Kəndin adı və ilk sakinləri ilə bağlı maraqlı məlumatlar vardır. Kəndin ilk sakinlərindən biri də Hacı Avaz olmuşdur. Ona Kosa Avaz (“Kosa” seyrək saqqallı adamlara deyilir) da deyərmişlər. Beləliklə, sonrakı nəsillər Kosalar adlandırıla, kəndin adı da belə yarana bilərdi. Azərbaycanın bir çox bölgələrində, o cümlədən qədim yurdumuz Borçalı mahalında Kosalar adlı yaşayış məntəqələri mövcuddur (aşağıdakı cədvələ bax).

41

Bəzi yaşayış məntəqələrinin adlarındakı sonluqlarda fərq olsada, əslində adlar eyni kökdəndir. Maraqlıdır, hələ bizə məlum olan bu yaşayış məntəqələri (ola bilsin ki, qədim Qərbi, Cənubi Azərbaycan, yaxud da ki, digər bölgələrimizdə belə adlı yaşayış məntəqələri vardı) tarixi Azərbaycan torpaqları boyunca səpələnmişdir. Bu yerdə həmin adın etimalogiyası bizi düşünməyə vadar edir. Xocalı rayon Kosalar kəndinin adı ilə bağlı ehtimalı xatırlayaq. Bəs onda digər yer adlarının adı hardandır? Bu sahədə müxtəlif

Yaşayış məntəqəsinin

adı.

Hansı kənd nümayəndəliyinə

daxildir.

Hansı rayona daxildir.

Kosalar k. Kosalar k. Xocalı Kosalar k. Göytəpə k. Ağdam Kosalar k. Kosalar k. Qazax Kosalar k. Kərmətük

qəsəbə Nüm. Lənkəran

Kosalar k. Qosmalan Lerik Kosalar k. ------------- Laçın Kosalar k. ------------- -------

(Türkiyə, Şərqi Anadolu)

Kosalar k. Ağbulaq ərazi. -------(Gürcüstan, Borçalı)

Kosalı k. ------------- Qardabani (Gürcüstan)

Kosakan (lar) k. Cahangirbəyli Zəngilan Kosagül k. Banbaşı Masallı Kosacan k. Siyaqut Şərur

42

fərziyyələr yürütmək olar. Ancaq bir fakt mövcuddur ki, bu ad Türk mənşəlidir və bu məntəqələr qədim Azərbaycan yaşayış məskənləridir. Baxmayaraq ki, bədnam qonşularımız, ermənilər “Kosa” sözünün sonuna “kan” hissəciyi artırmağa cəhd etmişlər. Bu nə adın mənasını, nə də ki, kənd əhalisinin mənşəyini dəyişə bilməz. Kəndimizdə əhalinin məskunlaşması ilə əlaqədar bir neçə fərziyyə mövcuddur. Bunlardan biri Laçının Kosalar kəndindən gələnlərlə əlaqələndirilməsidir. Ancaq bu, bir o qədər də ağılabatan deyil. Əhalinin oradan köçüb eyni şəraitə malik əraziyə gəlməsi ideyası bir o qədər də özünü doğrultmur. Başqa bir məlumatda bildirilir ki, kənd əhalisi Qazağın Kosalar kəndindən gəlmişdir. Tariximizin vərəqlərini bir-bir səhifələdikcə görürük ki, gürcülər tez-tez Azərbaycan sərhədlərini pozardılar. Nəticədə çoxlu adam qaçıb canını onların basqınlarından qurtarmışlar (mənbələrin məlumatına görə Türk soylu Qazax tayfası XI-XII əsirlərdə Azərbaycanın şimal-qərb torpaqlarında məskunlaşmışdılar. XVIII əsrin əvvəllərində bir hissəsi Qarabağa köçmüşdür). Bu ehtimallar da özlüyündə sübutunu tapmamış bir fərziyyədir. Bütün göstərilən maraqlı tarixi faktlara baxmayaraq, Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu sübut edir. Nəsil şəcərələrini izlədikcə bir daha buna əmin olursan. Demək heç də burada əhalinin məskunlaşmasını XVIII əsrə aid etmək doğru olmazdı. Əhali burada köklü tarixə malikdir. Bunu təstiq edən tapıntılar az deyildir. Əksinə, kəndin daha da qədim tarixə malik olduğunu göstərir. Təpə adlanan yerdə tikinti işləri aparılan zaman və Balaqan adlanan yerdə əkin zamanı tapılan küplər, mis, gümüş qurşaqlar, mis qablar,

43

Qədim qəbir abidəsi gil qablar və s. tapıntılar, eyni zamanda müsəlman adət-ənənəsinə uyğun qədim Oğuz qəbir abidələri kəndin qədim Oğuz-Azərbaycan yurdu olduğunu sübut edir. Bu qəbir abidələrinin üzərində yazılar olmasa da, qeyd etdiyimiz kimi dəfn üsulu bu qəbirlərin babalarımıza, həm də çox keçmişdə yaşayan ulu babalarımıza aid olduğunu göstərir. Əhalinin haradan gəlib, nə zaman məskunlaşmasından asılı olmayaraq, biz o yerlərdə doğulmuş, böyümüş, öləndə də o yerlərdə ölməliyik. İnsanın doğulduğu yer onun anasıdır, onun üçün müqəddəsdir.

44

Toponimika (Yer adları)

Hər bir yerdə olduğu kimi Kosalar kəndində də maraqlı yer adları mövcud olmuşdur. Bu adların hərəsinin öz tarixi, mənşəyi və maraqlı izahı vardır: Uzun yer- eninə, boyu nisbətən çox uzun olduğuna görə belə adlandırılmışdır. Pencərli yal- heyvanların yataq yeri olduğundan həmin yerdə çoxlu pencər (cincilim) olurdu. Ağaların yeri- yəqin ki, ya hansısa ağanın və yaxud ağa adlı adamın yeri olmuşdur. Sarının binəsi- Sarı adlı bir nəfər həmin yerdə ağacdan tövlə tikib mal qara saxlayıb. Yəni binə edib. İmamqulu əkən- adı çəkilən şəxsin əkin yeri olmuşdur. Əskər əkən təpə- adı çəkilən şəxsin əkin yeri olmuşdur. Mədətin yeri- Mədətin əkin-biçin sahəsi olub. Zoğallıq- əkin yeri olmuşdur, ətrafında zoğal ağacı çox idi. Cəbrayılın yeri- Cəbrayılın əkin-biçin sahəsi olub. Qurbanın yeri- Qurbanın əkin-biçin sahəsi olub. Zamanın yeri- Zamanın əkin-biçin sahəsi olub. Sarı tala- qış vaxtı kolxozun mal-qarasının saxlandığı yer olub. Bu ad orada çoxlu müxtəlif sarı çiçəklərin olması ilə bağlıdır. Göl yeri- vaxtı ilə göl olub. Balaqan- ? Əzgilli- əzgil ağaclarının çoxluq təşkil etdiyinə görə həmin yerə bu ad verilmişdi. Ya Əli dağı- dağ kəndin cənubunda yerləşirdi. Göründüyü kimi qibləyə düşürdü. Ola bilsin ki, bu baxımdan sakinlər üzlərini qibləyə tutub Ya Əli deyə iman gətirərək, kömək diləmişlər... Muxtökən (Mıx tökən)- sərt yoxuş olduğu üçün atların ayağında nal durmurdu. Çobandaşaşıran- el yaylağa gedərkən həmişə bu ərazidən keçərdi. Çobanlar hündür qayanın arxa üzünə daş aşırmaq üçün mərc gəlirlər. Biri bu işin öhdəsindən gələ bilir, bununla həmin qayanın adı Çobandaşaşıran qalır. Mıraqaz- ? Mirzə əkən- Mirzə kişinin əkin sahəsi olub. Darılı- çox güman ki, həmin ərazidə darı əkinləri üstünlük təşkil etdiyindən həmin ərazi belə adlandırılmışdır.

45

Çalayurd- ərazi yurd yeri idi. Çökəklik olduğuna görə belə deyilirdi. Qaşqa güney- Ərazinin relyef xüsusiyyətlərinə görə bu cür adlandırılırdı. Təndirli- ? Dəflər- yurd yeri idi. Hər yay burada çoxlu alaçıqlar (dəf) qurulurdu. Belə adlandırmanın səbəbi bu idi. Hacı talası (İsmaylın talası)- ərazidə İsmayıl adlı bir şəxsin evi mövcud olmuşdur ki, son zamanlara qədər həmin binənin qalığı dururdu. Kotanqaya- zirvəsi şiş qaya kotana bənzədiyi üçün ona belə deyilirdi. Darçay- dar sıldırım qayalarla əhatə olunmuş dərədən axırdı. Çuxur tala- adı çəkilən tala çökək ərazi quruluşuna malik olduğuna görə belə adlandırılmışdır. Ola bilsin Çalayudla eyni əraziyə işarədir. Palçıqlı- yurd yeri olub, ilin yağıntılı aylarında palçıqlıq olardı. Qurtlu bulaq- suyun içində qurdlar üzərmiş. Şotlanlı yaylağı- ? Ələm ağacı- İmamlarımızın qətil günü insanlar həmin ağacın ətrafına toplaşaraq mərsiyə deyərmişlər. Yelli gədik- gədik aşırım deməkdir. Ərazi küləkli olduğu üçün belə adlandırılmışdır. Qırxqız- adın mənşəyi şah və onun qırx kənizi haqqındakı rəvayətlə əlaqələndirilir. Pərişan doğranan- deyilənə görə, həmin ərazidə Pərişan adlı bir nəfər öldürülmüşdür. Nayıblı dağı- ? Bayram düşən- Bayramın yurd yeri olub. Laləli dağ- ərazidə lalə gülü çox idi. Təkqəbir- ərazidə tək məzar olmuşdur. Talanın bulağı- bulaq yerləşdiyi ərazinin xüsusiyyətlərinə uyğun adlandırılmışdır. Haça bulaq- ? Cavadların bulağı- kəndin adı ilə adlandırılmışdır. Fındıqlı- ərazidə fındıq ağacı çoxluq təşkil edirdi. Maşınuçan- ərazidə maşın qəzaya düşmüşdür. Məhəmməd Ağanın qoruğu- Məhəmməd ağanın qoruq yeri olmuşdur. Dəvəboynu- ərazinin relyef quruluşu dəvənin boynunu xatırladırdı. İstisu bulağı (İstisu)- ? Sarı bulaq- ? Alçalı- ərazidə alça ağacı üstünlük təşkil edirdi

46

Qreh yolu- fransızlar Çayqovuşandan Laçının Fərraş və Nürəddin kəndlərinə Avropaya qiymətli qırmızı palıd aparmaq üçün araba yolu çəkmişdilər. Çayqovuşan- ərazidə iki çay qovuşurdu. Sağ qol Sarıtala çayı, sol qol Alçalı çayı burada qovuşur. Ulasdı yal- vələs ağacı ərazidə çox bitdiyi üçün belə adlandırılırdı. Kosalar kəndi və ətrafındakı ərazilərdə adını çəkmədiyimiz belə yerlər çox idi.

Kosalar XX əsrin əvvəllərində

XX əsrin əvvəllərində Kosalar kəndi ağır sınaqlardan çıxmalı olmuşdur. 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələri zamanı Kosalar da erməni planından kənarda qalmamışdır. Ermənilərə qarşı cavab əməliyyatlarında-döyüşlərdə Kosalar igidləri də fəal iştirak etmişdir. Mir Mövsüm Nəvvabın “1905-1906-cı ildə erməni-müsəlman davası” adlı kitabında Kosaların ermənilərə qarşı mübarizəsindən bəhs olunmuşdur. Bu kitabda kəndimizin bir çox igidlərinin adı çəkilmişdir. Ermənilər həmin zaman Kosalar kəndinə ayaq basa bilməmişdilər. Layiq olduqları paylarını alaraq, geri qayıtmışdılar.

47

Mir Mövsüm Nəvvabın yazdığına görə, ermənilərə qarşı mübarizədə xəlfəlilərin arasında Qasım (Vəli oğlu Qasım) adlı çox qeyrətli bir gənc vuruşurdu (yaşlı adamların verdikləri məlumatlara görə Qasım Xəlifəli döyüşündə yox, Kosalar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur). O, bu mübarizədə hədsiz cəsarət və qəhrəmanlıqlar göstərirdi. Döyüşlərin birində Qasım 4 erməni öldürmüşdü. Həmin döyüşdə birdən qəfil bir namərd gülləsi onu haklayır (Qasımı ermənilər Tumaş daşının yanında öldürdülər. Qasım vurulduqdan sonra ermənilər üç gün toy edərək şənlənmişdilər). Daha bir cəsur Kosalar övladı döyüş meydanında qəhrəmancasına həlak olur. Onun cənazəsi Kosalar kəndinə gətirilir. Bir neçə nəfər at və qatırla molla dalınca Qalaya (Şuşaya) gedirlər. Yolda ermənilər onları Yel dəyirmanı qayasından və Qaybalı kəndindən atəşə tutdular. Onlar çətinliklə özlərini “Qala”ya çatdıra bildilər. Əhvalatdan xəbər tutan “Qala” (bəzən Şuşa şəhərinə belə müraciət edirdilər) əhli silaha sarıldı... Məlum olduğu kimi XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü daha da artmışdır. Belə təcavüzlərə qarşı tutarlı cavab verən şəxslərdən biri də İsmayıl oğlu Valah olmuşdur. O, sözün əsl mənasında erməni qatili idi.

48

Qeyrətli vətən oğullarından biri də Qara Tağı olmuşdur. O da ermənilərə qarşı aparılan mübarizədə xüsusi ilə amansız olmuşdur. Bundan əlavə, Şırlan yaylağını zəbt edərək, özünə mülk etmişdir. XX əsrin əvvəllərində ermənilər Kosalara torpaq iddiası etməyə başladılar. İş məhkəməyə düşür. Əslən Kosalar kəndindən olan Qara Tağı və Murtuza Xəlfəli kəndində və Kosalarda yerləşən ən qədim qəbiristanlıqda yerləşən baş daşlarını tapıb, məhkəmədə bir daha bu yerlərin onların ata-babalarına məxsus olduğunu sübut etmişlər. Məşədi Əbdül kişi və həyat yoldaşı Bayaz xala Kosalar kənd Sovetliyinə daxil olan Canhəsən kəndində yaşayırdılar. Süfrəmizin qırağında böyüyən ermənilər daim onlarda olardılar. Həmişə hörmət görər, bu evin çörəyini yeyərdilər. Sonralar bədnam düşmənlər dəfələrlə Canhəsənə hücum edir. Növbəti basqında Məşədi Əbdül və yoldaşı kəndi tərk etmir. Fikirləşirlər ki, bədnamlara bu qədər çörək vermişik, bizə heç nə etməzlər. Düşmən onların evlərinə də “təşrif” buyurur. Bayaz arvad onlara deyir ki, sizə bu əllərimlə çörək vermişəm. Mənfur, vicdansız, çörəyi dizinin üstündə olan düşmənlər deyir ki, elə birinci bizə çörək verən o əlini kəsəcəyik. Belə də edirlər. Oğlanları Məcid (Həsənov), anası ermənilər tərəfindən öldürüldüyü üçün, təkbaşına erməni kəndlərinə yaxınlaşır, bulaq üstündəki ağaca çıxır, bulağın başına gələnləri vuraraq, anasının qisasını alır, düşməni öldürür, əllərini kəsir. Deyir: “Bu atamın əvəzi, bu anamın əvəzi”. Sonralar ondan soruşanda ki, nə qədər erməni öldürmüsən, deyərmiş başımın tükünün sanı qədər, çoxlarına da cavab verməzmiş. Bir dəfə Məcid kişi Xankəndinə gedir. Dükanların birində əzəldən düşməni olan bir erməni ilə qarşılaşır. Onlar bir-birlərini tanıyırlar. Erməni xəncəri çıxararaq ona hücum edir. Məcid kişi özünü itirmədən yalın əllə xəncərin ağzından tutub onun əlindən alır. Bunu belə görən ətrafdakı ermənilər həmvətənlərini Məcid kişinin əlindən xilas edirlər.

49

Ermənilər tərəfindən faciəli şəkildə öldürülmüş insanlardan biri də Ağəli olmuşdur. Kərbəlayi Məmməd oğlu Ağəli 1879-cu ildə Kosalar kəndinin Başkənd obasında anadan olmuşdur. O, el-obada igidliyi ilə ad-san qazanmış bir şəxs idi. Ağəli də elin dar günündə silaha sarılaraq doğma kəndinin müdafiəsinə qalxmışdır. Müharibə şəraitində silah-sürsatnan təminat çətinləşmişdir. Belə bir vaxtda Ağəli gizli yolla Malıbəylidən silah-sursat gətirirdi. Malıbəyli Kosalar kəndindən 10 km şərqdə, Xankəndinin şimal-şərqində yerləşirdi. Bir gecədə bu qədər dağlı-dərəli yolu qət edib, kürəyində silah, patron gətirmək hər igidin hünəri deyildi. 1905-ci ilin dumanlı payız günlərindən birində, “Yalobanın tili” adlanan qayalıqda bizim döyüşçülərə patron apararkən düşmənlə qarşılaşır. Bunu görən ermənilər onu Azərbaycan dilində çağırırlar. Kişi aldanaraq onlara tərəf gedir. Ermənilər əvvəlcə onun barmaqlarını, qolunu və qıçını, daha sonra başını kəsirlər. Onlar qaçıb gedəndən sonra bizimkilər kişinin cəsədini bir yerə toplayıb dəfn etmişlər. Sonrakı döyüşlərdə Kosalar igidləri düşməni darmadağın edərək layiqli cavablarını verdilər. İgid Kosalar oğullarından biri də Abdulhüseyn olmuşdur. O da əfsanəvi mübariz Kosalar sakinlərindən idi. Abdulhüseyn sonradan Xankəndində məskunlaşmışdır. Burada onun 4 otaqlı evini ermənilər yandırdığından yenidən doğma yurdu-Kosalara pənah aparmışdır. O, bu kəndin müdafiəsində və erməni quldurlarına qarşı mübarizəsində fəal iştirak edərək xüsusi qəhrəmanlıqları ilə fərqlənmişdir: Abdulhüseyn bir dəfə eşidir ki, ermənilər Şuşa qalasına hücum edəcəklər. Gedib türk əsgərlərinə xəbər verir ki, ermənilər hücum edəcəklər. Türk əsgərləri ermənilərin tutarlı cavablarını verərək onları geri çəkilməyə məcbur etmişlər. Bu döyüşdə azərbaycanlılar da türklərlə birgə hərəkət edirdilər. Abdulhüseyn də onlarla birgə idi. Bu döyüşdə xeyli sayda erməni qulduru məhv edilmişdir. Ballıcada (Abdulhüseyn Ballıcaya, Xənəzəyə, Mehdikəndə, Badaraya edilən hücumlarda həmişə iştirak edərdi) ermənilərin üzərinə hücum

50

edirlər (çox vaxt o özü tək gedirmiş). Ermənilər qaçıb bir binaya-Əlihisan bəyin evinə sığınırlar. Abdulhüseyn və yoldaşları onun evində gizlənən ermənilərin hamısını qırır. Abdulhüseyn qapının arxasında bir qız görür. O, qorxudan tir-tir əsərək ağlayırdı. Bu gözəl qız Əlihisan bəyin qızı idi. Abdulhüseynin ona yazığı gəlir, onu öldürmür, kar Səmədə verir ki, apar dağa, ailəmin yanına. O da kəndə (Kosalara) gələrkən yolda (meşədə) qızı öldürür. Abdulhüseyn dağa gələn kimi “Səməd bura kimisə gətirməyib?”- deyə qızı soruşur. Deyirlər ki, yox. Səməddən soruşur. Səməd deyir ki, onu meşədə öldürdüm. Abdulhüseyn Səmədi yerə yıxaraq, xəncərlə başını kəsmək istəyəndə güclə əlindən alırlar. Abdulhüseynin igidlikləri bununla bitmir. Abdulhüseyn Salahla Xankəndindən 160 başa qədər qaramal qarət edib kəndə gətirmişdir. Ballıca kəndində 40 erməni evinin yandırılmasında iştirak etmişdir. Qaybalı kəndində ermənilər bir uşağı şaqqa vuraraq gəlin ət alın deyə car çəkiblər. Abdulhüseyn də Soltan bəyin qoşunu ilə birgə ermənilərə qarşı hücumda iştirak edir. Onlar ermənləri qıraraq uşağın meyidini basdırmışlar. Abdulhüseynin bibisi oğlu Qasımı ermənilər öldürmüşdülər. O, Qasımın qanını Darçayın körpüsündə 20 erməni öldürməklə almışdır. Abdulhüseynin dayıları Saleh və Valeh də bir çox erməni evlərini yandırmışdır. Kalxozlaşma ilə əlaqədar olaraq, Sovet quruluşundan ziyan çəkənlər arasında Abdul- hüseyn də olmuşdur. Onun 200 baş mal-qarası müsadirə edilərək kolxoza verilmişdi. Nəticədə özü də kolxozda işləməyə məcbur olmuşdur. Bağırov ona demişdir: “Sən bizim düşmənimizsən. Çoxlu erməni öldürmüsən”. Ona görə də onu və 4 qardaşını-Musa, Abdulhəsən, Cəmil və Xəlili sürgün etmişdilər. Bununla kifayətlənməyib, onun yüzlərlə hektar yerini, evini və qalan bütün əmlakını müsadirə etmişlər. Harada və necə ölməsi ilə bağlı heç bir məlumat yoxdur.

51

Yaşlı nəslin əksəriyyəti ermənilərə öz layiqli cavablarını vermişlər. Bunlardan Mirzalı Əhmədovu göstərmək olar. 80-ci illərin ortalarında Mirzalı kişi Xankəndində tibbi əməliyyat olarkən erməni həkim soruşur ki (guya zarafatla) köhnə kişilərdənsən, nə qədər erməni öldürmüsən? Mirzalı kişi cavab verir ki, sənin başının tükü qədər. Bircə sən qalmısan. O vaxt əlimə düşsəydin, səni də öldürərdim. Cavabdan pərt olan erməni həkimi xəfifcə gülümsəyir. Mirzalı kişi 1905-ci il erməni müsəlman davasının canlı şahidi olub. 1918-ci il hadisələri zamanı ermənilərə qarşı mübarizədə yaxından iştirak edib. Mirzalı kişi danışarmış ki: “Ermənilər 1918-ci ildə Kosalara Qaybalı tərəfdən hücum etmişdilər. O vaxt onları həmin ərazidə çox qırmışıq. Rəhmətlik Abdulhüseynlə vuruşan dəstələrə Malıbəylidən qorxulu yollarla çox patron daşımışıq”. Bir dəfə o, yoldaşları ilə erməni hücumunun qarşısını alarkən təklənir. Qəflətən qarşısına 12 nəfərlik bir dəstə çıxır. Mirzalı kişi tüfəngi çəkərək, dayanın, deyir. Gələnlər deyirlər ki, atma, azərbaycanlıyıq, Soltan bəyin adamlarındanıq. Mirzalı kişi də onlara qoşularaq birlikdə hərəkət edirlər. Erməniləri pərən-pərən saldıqdan sonra Soltan bəy onları yanına çağıraraq deyir, hansınız idi mənim adamlarıma tüfəng çəkən? Mirzalı kişi vəziyyəti başa salaraq, mən idim, deyir. Soltan bəy onun alnından öpüb afərin, deyir. Bu ərəfədə xəbər gəlir ki, ermənilər Canhəsən kəndinə hücuma keçiblər. Soltan bəy dəstəsini üç yerə bölərək 6 nəfərdən ibarət bir dəstəni Mirzalı kişiyə tapşırır. Onlar üç istiqamətdə hücuma keçərək erməniləri pərən-pərən salırlar.

52

Məhəmməd ağa Ataxan oğlu Sayılan kənd sakinlərindən biri də Kosalar, Ballıca, Xanbağı, Xocalı, Xənəzək və s. ərazilərdə mülkləri olan Məhəmməd ağa olmuşdur. O, ucaboy, xasiyyətcə mülayim adam olmuşdur. Onu da qeyd etməliyik ki, Məhəmməd ağanın təsir gücünü həmişə ermənilər hiss etmiş, ondan qorxmuşlar. Bu barədə yaşlı adamlar çox danışırlar. Demək olar ki, onun Kosalar sakinləri ilə daim xoş münasibətləri və əlaqəsi olmuşdur. Sonralar ermənilər onu öz ev-eşiyindən didərgin etmişlər (1903). Məhəmməd ağa Kosalara gələrək, kənddən 3 km şimal-qərbdə özünə yeni iqamətgah salır. O, burada bir çox ərazilərin məskunlaşmasında əhaliyə kömək edir, öz mülklərindən onlara yer ayırırdı. Ölümündən sonra mülkləri baxımsız qalaraq dağılır. Ancaq son zamanlara qədər onun iqamətgahının qalıqları qalırdı və bu ərazilərə “Məhəmməd ağanın otağı”, “Məhəmməd ağanın evi” -deyə müraciət edirdilər. 1905-1906-cı illər erməni-müsəlman davası ərəfəsində erməni quldur dəstələri Xənəzək kəndinə basqın edirlər. Məhəmməd ağanın bu kənddə gözəl imarətləri və bağları var idi. Erməni quldurları vəhşicəsinə bu imarətləri dağıtmış, bağlarını ağaclarını doğramış, evdə olan mal-dövləti qarət etmiş və üç yüz qoyununu aparmışlar. Məhəmməd ağanın nökərləri qaçıb canlarını xilas edə bilmişlər. Çoban isə onlardan qurtara bilməmişdi. Quldurlar onu vəhşicəsinə öldürmüşlər. Xanəzək kəndi və Xanbağı da Əbrəxanovun mülkü idi. Məhəmməd ağanın orada tikdirdiyi ikimərtəbəli mülki var idi. Xənəzək kəndində onun evi indi də kafirlərə məktəb kimi xidmət edir. Xanbağında isə onun qış iqamətgahı, tut, alma, armud və s. meyvə bağları olmuşdur. Ağdərə də Məhəmməd ağanındır. Bu mülk atası Əbrəxanovdan ona miras qalmış, o isə oranı qızına cehiz vermişdir.

53

Represiya illəri Azərbaycan xalqına qarşı törədilən faciələr, qırğınlar, sürgünlər bitmək bilmir. Hələ ən dəhşətli faciəmiz qabaqda idi. 1937-1939-cu illər Azərbaycan xalqının başına gətirilən represiya Kosalar kəndindən də yan keçməmişdir. Kənddə az, çox dünyagörüşlü, savadlı adamları “Kulak”a salıb sürgün edirdilər. Kənddən 25 nəfər müxtəlif səbəblərdən; bir neçə arı saxladığına görə, müəyyən qədər ərzağa malik olduğuna görə, məhsul oğurluğu adı ilə şərlənərək sürgün və represiyaya məruz qalmışlar. Əgər bir kənddən, həm də əhalinin sayı elə də çox olmayan bir dövrdə bu qədər adam sürgünə göndərilmişsə, onda Respublikada represiyanın miqyasını müəyyən etmək çətin deyildir. Represiya qurbanları yaşayış üçün əlverişli olmayan Uzaq Şərqə, Sibirə, Qazaxıstana sürgün edilirdilər. Sürgünə göndərilələrin doğma yurdları ilə buranın iqlimi, mühiti arasındakı kəskin fərqlər ucbatından onların çoxu məhv oldu. Bir neçəsi geriyə dönüşün olmadığını anlayaraq, həyatlarını bu torpaqlara bağladılar. Sürgün olunanların içərisində bəxt üzlərinə gülənlər də oldu. Onlara yenidən vətənə qayıtmaq xoşbəxtliyi nəsib oldu. Kosalar Kənd Sovetliyində 1937-ci il represiyasına məruz qalanlar:

1. Abdullayev Abduləli Abduləli o. 2. Ağaməmmədov Məhəmməd 3. Bağırov Məmmədbağır Vəli o. 4. Həsənov Mikayıl Cəbrayıl o. 5. Həsənov Nadir Cəbrayıl o. 6. Həsənov Valeh İsmayıl o. 7. Hümbətov Mirzalı Əhməd o. 8. Quliyev Abdulhüseyn Heydər o. 9. Quliyev Adil Cavad o. 10. Quliyev Ağalar Abış o.

54

11. Quliyev Əbülhəsən Heydər o. 12. Quliyev Həmzə Məşədi Cavad o. 13. Quliyev Murtuza Rza o. 14. Quliyev Musa Heydər o. 15. Quliyev Mirzə Rza o. 16. Nəcəfov Nəcəf Bayraməli o. 17. Nəcəfov Sarı Bayraməli o. 18. Nəcəfov Usub Ələsgər o. 19. Nəcəfov Zaman Ələsgər o. 20. Nəcəfov Azad Ələsgər o. 21. Nəcəfov Mahmud Ələsgər o. 22. Rüstəmov Zülfüqar Tağı o. 23. Rzayev Fərhad Murtuza o. 24. Rzayev Murtuz Murtuza o. Bu illərdə haqsız yerə günahsız adamları haqsız olaraq dövlətə xəyanət etməkdə ittiham edərək ya güllələyiblər, ya da Uzaq Sibir və Qazağıstan çöllərinə sürgün ediblər.

Qaçaq Mahmud Nəcəfov Mahmud Ələsgər oğlu Kosalar kəndində anadan olmuşdur. Uşaqlığı və gəncliyi bu yerlərdə keçmişdir. O, sarıyanız, boydan çox da hündür olmayan bir adam idi. Şura hökmətinin Azərbaycanda yeritdiyi mürtəce siyasətə və kollektivləşdirməyə qarşı yüzlərlə silahlı qaçaq dəstəsi fəaliyyət göstərirdi.1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi fəaliyyət göstərmişdir. Təkcə 1929-33-cü illərdə - 4 il ərzində onların sayı 400-dən çox olmuşdur.

55

Belə qaçaqlardan olan, öz igidliyi, qoçaqlığı, qorxmazlığı ilə seçilən, yuxarı Qarabağın Kosalar kəndində doğulmuş, ad-sanı ilə tanınan Qacaq Mahmud nəinki sovetlərə, hətta ermənilərə qarşı çox amansız olmuşdur. Qaçaq olmasının səbəbi isə ermənilərin ona qarşı qərəzli hücumları olmuşdur. Çünki o da çoxlu erməni öldürmüşdür. O zamankı rayon rəhbərləri Mahmudu tapıb və həbs etmək istəyirlər. Ancaq Mahmud erməni

silahlılarının qabağından elə qaçır ki, arxasınca güllə belə ata bilmirlər. O, həm də sərrast atıcı olmuşdur. Xankəndində Cəlal adlı bir erməni var idi. Qaçaq Mahmud onu Kərkicahan tərəfdə o tay-bu tay “5 atılan“la atır. Digər erməni quldurları başçılarının qanını almaq üçün Mahmudu atəşə tutaraq mühasirəyə almağa çalışırlar. O, düşməni aldatmaq üçün yapıncısını yerə ataraq, atın döşünə yatıb oradan uzaqlaşır. Yapıncını görən düşmən Mahmudun vurulduğunu və atının qaçdığını zənn edirlər. Erməni quldurbaşı Calal ölməzdən qabaq, yaralıykən: “Məni o məsafədən ancaq Mahmud ata bilərdi” -demişdir. Bunu sonradan Calalın qızları deyirmiş. Digər bir məlumata görə Mahmud kişi Əsgərandan keçəndə görür ki, ermənilər daşa dolub onu gözləyirlər. Atı bərk sürərək çiynindəki yapıncısını irəli tullayır. Düşmənlər elə bilirlər ki, Mahmudu vurdular və o, atdan yıxıldı . Yapıncını gülləyə tuturlar o isə atı geriyə çevirərək aradan çıxır.

56

Mahmud çox ehtiyatlı adam idi, heç kimə güvənməz, çətin vəziyyətdə cəld qərar qəbul edərək gözlənilməz manevr edib vəziyyətdən çıxardı. O, heç vaxt başqa adamla, hətta ailəsi ilə bir yerdə yatmazmış (iki adamla bir yerdə yatmalı olanda, yoldaşı yatandan sonra yerini dəyişərdi). Başqa-başqa yerlərdə qalar, yerini tez-tez dəyişərmiş. Kosalar ərazisini “beş barmağı” kimi tanıyırdı. Müxtəlif ərazilərdə yalnız özünə məlum olan daldalanacaqları var idi. Belə yerlərdən biri də Sarı tala meşəsindəki kaha idi ki, ona sonradan Mahmudun “siqreti” deyirdilər. Bir dəfə Mahmudun gizləndiyi yeri NKVD (Xalq Daxili İşlər Komisarlığı) qüvvələri mühasirəyə alır. Bu yerdə onun vəziyyətdən cəld çıxmaq bacarığı köməyinə gəlir. Mahmud daldalandığı yerdən düşmənə atəş açmağı ailəsi üçün təhlükəli hesab edir. O, qadın paltarı geyərək tüfəngi altdan qurşanıb, əlində səhəng suya getmək adı ilə içərdən çıxır. Milis işçiləri onun bu fəndinə aldanaraq su dalınca getməsinə icazə verirlər. Bir az aralaşdıqdan sonra daşın dalına girib silahını milis işçilərinə tərəf tuşlayaraq deyir: “Malı-mülkü götürün, ailəmi sərbəst buraxın, yoxsa leşinizi yan-yana sərəcəyəm”. Mahmudun sərrast atıcılığına bələd olan NKVD qüvvələri onun ailəsini sərbəst buraxırlar. Mahmud evinin çardağında yatdığı yerdə hiss edir ki, milis işçiləri evə daxil oldu. Yuxarıdan aşağı onların ayaq səsinə birini vurur və çardaqdan atın belinə atılaraq aradan çıxır. Bir gün Mirzəyev Hüseyn yolla getdiyi yerdə arxadan səs gəlir: “Geriyə çönmə, get evdən çörək gətir o ağacdan as”. Hüseyn kişi elə də edir. Bu arada səs-küy düşür ki, kəndə milis işçiləri gəlirlər... Sonradan Hüseyn kişi çörək qoyduğu yerə bir neçə dəfə baş çəkir ki, görsün götürülüb ya yox. Ancaq çörək yerində idi... Mahmud ermənilərə qan uddururdu. O, çox erməni öldürmüşdü. Sarı Babada, Qırxqızda hökümətin çoxsaylı dəstələri onun dalınca düşərmiş. O da həmişə bir və yaxud ikisini vurduqdan sonra Mahmudan əl çəkib geri qayıdarmışlar.

57

Bəzən müxtəlif şəxslər el dağa gedəndə köçü çapıb talayarmışlar və deyərlərmiş ki, bunu edən Mahmuddur. Bunun cavabını Mahmud çox sərt ödətmişdir. Onun arvadı Züleyxa da Mahmudla birgə 5 il qaçaqlıq edib. Meşədə Züleyxanın bir qızı olur. Adını Sığınaq qoyurlar. Onu uşaqla birgə tutaraq türməyə salırlar, sonra onu uşaqla birgə türmənin yanında bir erməni evinə verirlər ki saxlasınlar. Mahmud kişi günün günorta çağı gedib NKVD Kiponun evinə girir. Kiponu hədələyib deyir ki, sabah onu azad edib qohumlarına verməsən səni öldürəcəyəm. Kipo səhər tezdən arvadı azad edib, Ağdamın Sarıcalı kəndində qardaşlarına təhvil verdirir. Ancaq təəssüflər olsun ki, uşaq ölür. Züleyxa arvadı iki dəfə tutmalarına baxmayaraq Mahmud kişi onu azad edir. 1937-ci ilə qədər hökumət onun 100 baş inəyini, bir ilxı atını, qoyun, keçi sürüsünü və ev əmlakını əlindən alır. Hökumətlə heç cür barışmayan Mahmud dövlətə, erməni mənşəli məmurlarına qarşı daim amansız olmuşdur. Onun Usuf, Azad, Behbud və Zaman adlı qardaşlarını həbs edib sürgünə göndəriblər. Ancaq Kosalar əhalisi həmişə Mahmuda əllərindən gələn köməkliyi etmişlər. Deyilənə görə, onun 150 baş qaramalı, 2000 baş qoyunu, at ilxısı, Xankəndində evi və karvansarası olmuşdur. Eyni zamanda atasınnan da böyük mal-dövlət qalmışdır. Sadalananlardan əlavə Darçayda onun iki dəyirmanı olub. Son dövürə qədər dəyirmanın daşları dururdu. “At muraddı” -deyiblər. Mahmud kişinin bir boz atı var imiş. Onunla İrana və başqa yerlərə tez-tez səfərlər edərmiş. Bir gün bu atı canavar yeyir. Bir həftə çörək yeməyən Mahmud kişi deyir ki, boz atım getdi, mənim igidliyim də getdi. Bir dəfə qaçahaqaç düşür, Mahmud kişi bütün qızıllarını yığıb qardaşı arvadı Dürdanəyə (Məhəmməd ağanın qızı olub) verir. Çayı keçəndə qızıllar onun əlindən çaya tökülür. Mahmudun oğlu Məhəddin Məmmədov: “Mənim atam ancaq erməniləri qırıb. Ermənilər atamı çox hərləyib, lakin tuta bilməyiblər. Əsas məskəni Qırxqız meşələri olub. Mir Cəfər Bağırov çox dəvət edib ki, üzə çıx səni tutmayacam”.

58

Bir dəfə Mahmud Ağdam tərəfdə ailəsi ilə dostunun yanında idi. NKVD-dən bir qrup milis işçisi dostunun evinə gəlir.Onlar Mahmudu tanımırlar. Birdən bir nəfər milis işçisi gözü Mahmudun oğluna sataşır. O, deyir: “Gözlərin necə də Mahmudun gözlərinə oxşayır”. Ev yiyəsi: “Mənim oğlumdur” -deyərək, izi yayındırmaq üçün uşağı atı qaytarmaq bəhanəsi ilə göndərir ki, milisin nəzərindən yayınsın. O, 1936-cı ilə qədər qaçaqlıq etmiş, sonra izsiz, soraqsız yoxa çıxmışdır. Mahmud bundan sonra bir daha üzə çıxmır, heç bir yerdə görünmür. Qeyri-rəsmi məlumatlara görə başqa adla Bərdə rayonunda yaşamışdır. Müəyyən kənd sakinlərini görəndə bəzi sözlər soruşar, doğma kəndi haqqında məlumat alaraq kövrələrdi. “Dövrana bax, zamana bax bir vaxtlar at oynatdığım meşələr, dağlar, indi sənə bir quş baxışı belə baxa bilmirəm”. Mahmud Bərdə ərazisində XX əsrin 80-ci illərinə qədər onu tanıyanlardan gizli şəkildə yaşamışdır. Bəlkə də hansısa qohumu ondan xəbərdar idi... Oğlu Məhəddin: “ Qarabağda atamı çox soraqladım, bir nəfəri tapdım. O, mənə dedi ki, Mahmud kişi heç bir yana getməyib. Qarabağda köçəri Təhlə tayfasının içində yaşayıb. Şotlanlıdan Bahar adlı arvadı olub. 1984-cü ilə qədər yaşayıb və 102 yaşında vəfat edib. Sonra əsli türk olan Rza kişini tapdım. Beş dəfə yanıma gəldi. Dedi ki, atanın çobanı olmuşam.Mənə var-dövlət verib. Atamın yeganə şəkilini də o verdi”. Qızı rəhmətə gedir. Bunu eşidən Mahmud kişi çox kədərlənir. Gecə ikən xəbərsiz 7-yə qədər qoyunu yas üçün gətirərək, oğlunun həyətində qoyub gedir. 1937-ci ildə bütün nəsli Orta Asiyaya sürgün edilmişdir. Nəhayət, Qaçaq Mahmudun sağ qalan övladlarına Ümumittifaq əzilmiş, günahsız siyası qurbanlar Assosiasiyasının Azərbaycan şöbəsi 1989-cu il yanvar ayının 16-da bəraət verir. Mahmudun Kosalar kəndində 12 otaqdan ibarət böyük evi var idi. Sovet hökuməti bu evi müsadirə etdikdən sonra burada bir çox müəsisələr fəaliyyət göstərmişdir: Bina uzun illər

59

(müxtəlif zamanlarda) məktəb, Kənd Soveti idarəsi, tikiş sexi, oyuncaq sexi və s. kimi xalqa xidmət etmişdir. Müsür Quliyev (qızının xatirələrindən): “...Sovet sədri işləyirdim. Şuşanın naçalniki mənə dedi ki, Mahmud Qırxqızın Çalayurd yaylağındadır... Onu tutmaq üçün bizə kömək etməlisiniz. Bu xəbəri gecə ikən Mahmuda çatdırdıq. Xalq Mahmudu sevdiyi üçün onu ələ vermirdi”. Bu yerdə məhşur el misalı yada düşür: “Qaçağı el saxlar”.

Rza oğlu Mirzə Mirzə kişi sayılıb-seçilən el ağsaqqallarından olmuşdur. Onun xalq təbabəti sahəsində xidmətləri çox idi. O, məşhur sınıqçı olmuşdur. Hətta tanınmış tibb işçilərinin müalicə edə bilməyəcəyi sınığı o sağalda bilirdi. Deyilənlərə görə, onun bacarığını yoxlamaq üçün belə bir təcrübə keçirirlər: Küpəni sındıraraq, qırıqlarını xarala yığıb qarşısına qoyurlar. O, çöldən xaraldakı qırıqları düzgün yığır və mərci udur. Mirzə kişi hətta ovuqlu sınığı da çöldən düzəldərək sağaldarmış. Bu xüsusiyyəti irsən oğlu Hətəmə də keçmişdir. Mirzə kişi tək xalq təbabəti sahəsindəki bacarıqları ilə yaddaşlarda qalmamışdır. Bir çox maraqlı əhvalatları vardır ki, el arasında dillər əzbəri olmuşdur və adamı şəxsiyyətinə heyran edir.

60

Qədimdən xalqımızın maraqlı xüsusiyyətləri olmuşdur. Belə xüsusiyyətlərdən biri də oğurluqda ad çıxarmayan insana qız verməmək idi. Oğurluğu igidliyin bir nümunəsi kimi qəbul edərmişlər. Deyilənə görə, Mirzə kişi çeviklikdə tayı-bərabəri olmayan bir şəxs olmuşdur. Ancaq onun əhvalatlarını dinləyəndə ona oğru kimi yox, əksinə rəğbət hissi ilə yanaşırsan. Mirzə kişi sürüdən yalnız bir heyvan oğurlayarmış. Nəfsi heç vaxt ona güc gəlməmişdir. Deyilənə görə, özünün 100-ə qədər yalnız dibiri (erkək keçi) olmuşdur. Həmzə adlı bir nəfər ailəsinin qızıllarını ağacın koğuşunda gizlədir. Necə olursa Mirzə kişi onları tapır. Qızılların əksəriyyətinin qadın əşyaları olduğu üçün rahat yata bilmir. Hamısını kom öz yiyəsinə qaytarır. Həmzə nə qədər edirsə Mirzə kişi qızıldan heç nə götürmür. Bax bu yerdə onun vicdanına, gözütoxluğuna heyran qalmaya bilmirsən. Bir gün Nayıblıda belə bir əhvalat baş verir: Qırxqıza bir neçə adam ova gedirmiş. Yolda Mirzə kişi ilə qarşılaşırlar. Elə bu anda bir nəfər Laçınlı bazara satmağa iki toğlu aparırmış. Ova gedən şəxslər Mirzə kişi ilə bir toğludan mərc gəlirlər ki, çox özündən deyirsən, bax o toğlulardan birini oğurla, deyək ki, əsl qoçaqsan. Mirzə kişi sahibinin ruhu da incimədən toğlunun birini tutaraq, ayağını bağlıyıb kolluğa atır. Kişi arxaya baxaraq, qoyunun birinin olmadığını görür. O biri qoyunu qoyaraq itəni axtarmağa gedir. Mirzə kişi o birsinin də ayağını bağlayaraq, tez kolluğa atır. Kişi kor peşman, mat-məəttəl qalır, necə ola bilər qoyun ki, bir az bundan əvvəl burda idi?! Mərci udan Mirzə kişi qənşərə çıxaraq, qoyunların onda olduğunu deyir. Kişi inanmır, Mirzə kişinin zarafat etdiyini zənn edir: “Ay kişi zarafat ediləsi halda deyiləm” -deyir. Mirzə kişi qoyunları yiyəsinə qaytarır. Çox mübahisədən sonra kişi qoyunun birini Mirzə kişiyə verir. Mirzə kişi: “Sənin qoyunun mənə lazım deyil, mərc gəlmişdim onu da uddum” -deməsinə baxmayaraq, kişi: “Hamısını aparsaydın neyləyəcəkdim”? Kor-peşman qalan Mirzə kişi qoyunu götürməyə məcbur olur. Hamısı birgə oturaraq, qoyunu

61

kəsib yeyirlər. Yenə də ürəyi dözməyən Mirzə kişi yoldaşlarından qoyunun pulunu yığıb kişiyə verir. Mirzə kişi gözəl tütək də çalarmış. Həmçinin zarafatcıllığı ilə də seçilirmiş. Bir dəfə qayanın üstündə oturaraq tütək çalırmış. Atlılar gedərkən deyirlər: “Sağ ol ay cavan oğlan, yaxşı çalırsan”. O, cavab verir: “Cavan deyil, baboydu, baboy”. Represiya illərinin acı nəticələri Mirzə kişinin də həyatından yan keçməmişdir. “Kulak”a salaraq onu Alma-Ataya sürgün etmişlər. Sürgündə başqa bir Kosalardan olanla birgə olmuşdur. Sürgündə olarkən yoldaşı Əfqanıstana keçməyi təklif etmişdir. Ancaq Mirzə kişi: “Evimə, ailəmin yanına qayıtmalıyam” -deyərək yoldaşının fikrinə etiraz edir. Yoldaşı Əfqanıstana keçir və bir daha doğma vətəninə qayıtmır. Məhbəs həyatına 6 il dözərək sinə gərən Mirzə kişiyə doğma elinə qayıtmaq nəsib olur.

Rəştiyev Məcid

Rəştiyev Məcid Zülfüqar oğlu 1873-cü ildə Cənubi Azərbaycanın Rəşt şəhərində anadan olmuşdur. Məcid kişi Rəşt şəhərinin adından Rəştiyev soyadını qəbul etmişdir. Məcid kişi tacir olmuşdur. Onun Riqadan belə bir çox şəhərlə ticarət əlaqələri var idi. Məcid kişinin Tiflisdə bir çox dükanları var idi. O, Tiflis şəhərində özünə üçmərtəbəli imarət tikdirmişdir. Evin inşası başa çatan ərəfədə ürək xəstəliyindən əziyyət çəkir. Həkim ona Tiflisdə yaşamağı məsləhət görmür. Çarəsiz qalan Məcid kişi evin qapısını qırmasınlar deyə açıq qoyaraq (satmadan), Şuşaya gəlir. O, Şuşada şəhər hamamının

62

yanında, Mədəni-maarif texnikumu ilə üzbəüz ərazidə Tiflisdəki formada ikinci imarəti tikdirir (evin 3-cü mərtəbəsindəki 70 nəfərlik məclis zalınının tavanı güzgülü idi. Birinci mərtəbəsində isə dükanı vardı). Məcid kişi xeyirxah insan idi. O, hər il Novruz bayramında və digər müqəddəs bayramlarımızda məhəllələrində yaşayan 12 kasıb ailənin hər birinə 1 kq yağ və 2 kq düyü paylayardı. Deyərdi ki, qoy onların da evindən plov iyi gəlsin və uşaqlarının gözü başqasında olmasın. Bu minvalla o, özünə hər zaman hörmət və savab qazanardı. Küçədə əlində zənbil olan seyid Məcid kişini görən şəhər camaatı yaxınlaşıb zənbilini əlindən alar, evinə qədər aparardılar. Camaat deyərdi ki, bizə eyib olar seyid əlində zənbil aparır. Bu onun özünün böyük hörməti hesabına idi. Represiya illəri zamanı, təqiblərə görə (bir dəfə rus əsgərləri onun evində axtarış aparırlar. Qurani-Kərimi görərək yaxın getmirlər. Evi tərk edən anda əsgərlərdən biri təsadüfən əlini evdəki masanın üstünə qoyur, masa qəfilətən açılır. Masanın altından kömür çıxır. Vəziyyətin nə yerdə olduğunu anlayan əsgərlər kömürü eşələyərək qızılların hamısını tapıb aparırlar) Məcid kişi var-dövlətini, evini Şuşada qoyub, Kosalar kəndinə, oğlu Məhəmmədin yanına gəlir. 1947-ci ildə elə burada da dünyasını dəyişir. Kosalar kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun yaşayış evindən hökumət bir neçə məqsədlər üçün istifadə etmişdir. Əvvəl uşaq bağçası kimi, sonra şəhər Sovet İdarəsi kimi və şəhər Xalq Məhkəməsi binası kimi fəaliyyət göstərmişdir. Azərbaycan hökumətinin dövlət istifadəsində olmuş evlərin sahiblərinə qaytarılması barədə 1950-ci ildə qərarı olmuşdur. Oğlu Məhəmməd evin geri alınması haqqında maraqlanmamışdır (çünki əhalidə Sovet hökumətinə hələ də inam yox idi). Qarabağ hadisələrinin başlanma ərəfəsində nəvəsi Nadir müəllim bütün sənədləri tam hazır etmişdi. Lakin mənfur erməni işğalı bu işi yarımçıq qoydu.

63

Molla Ədil Əliyev Ədil Hüseynalı oğlu, 1893-cü ildə Qaragav kəndində anadan olmuşdur. İbtidai təhsilini başa vurduqdan sonra, Şuşa şəhər ruhani məktəbində dini təhsil almışdır. Çox bilikli bir şəxs idi. Dinin əsaslarını dərindən bilirdi. Onun bilik və bacarığına hamı inanırdı. Hər yerdə, istər doğma kəndində, istərsə də onun hüdudlarından kənarda onu yaxşı tanıyırdılar. Ona “Molla Ədil”, daha çox “Ədil əmi”- deyə müraciət edirdilər. Ədil kişi 1950-ci ildən kolxozda briqadir vəzifəsində çalışmışdır. O, eyni zamanda gizli də olsa dini işlərlə məşğul olurdu. Azərbaycanda Sovet hökuməti bərqərar edildikdən sonra, hər yerdə dini təqiblərə başlanıldı. Sovet ateist təbliğatı dinin inkişafına mane olsa da, xalq öz milli-mənəvi ənənələrini qoruyub saxlamağa çalışırdı. Hər yerdə dini kitablar yığılır, dini ibadətgahlar, məscidlər anbarlara, kitabxanalara, klublara çevrilirdi. Məscidlərin sayı az da olsa fəaliyyətini davam etdirirdi. Dini bayramlar, milli mərasimlər yarı gizli, yarı açıq şəkildə qeyd olunurdu. Müqəddəs ocaqlar ziyarət edilirdi. Ədil kişi müqəddəs kitablarını kafir əlinə keçməsin deyə qayada gizlədərək, daşla hördürmüşdür. O, özü də övladlarının xatirinə dini işlərlə məşğul olmaqdan əl çəkmişdir. O zamanlar ibadətlə məşğul olan şəxsləri və övladları təqib edir, işə qəbul etmirdilər. Ədil kişi müqəddəs dini kitablara baxaraq, maraqlı fikirlər söyləyərdi. Söylədikləri əsasən düzgün çıxaraq həyata keçmişdir. Deyilənə görə, o, SSRİ-yə xallı bir padşah gələcək və bu ölkəni dağıdacaq demişdir. Sonrakı hadisələr də onun dediyinin eyni ilə olmuşdur. Ədil kişi 1987-ci il, aprel ayının 4-də vəfat etmişdir.

64

Kosalar Böyük Vətən Müharibəsi illərində

Təəssüflər olsun ki, xalqımızın başına gətirilən faciələr bitib-tükənmək bilmir. Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar 1941-1945-ci illər ərzində Azərbaycandan cəbhələrə 600 minə qədər insan göndərilmişdir. Sözsüz ki, səfərbər olunanlar içərisində Kosalar kəndindən olanlar da az deyildir. İş yerləri, kolxoz və sovxozlar və digər ictimai xidmət sahələri boş qoyularaq Kosalardan 122 nəfər səfərbər olunmuşdur. Onlardan 71 nəfərinin taleyi məlum deyildir. Yalnız 51 nəfər kənd sakininə cəbhədən qayıtmaq qismət olmuşdur. Cəbhədən qayıdanların çoxu əmək qabliyyətini qismən, yaxud tamamilə itirmişlər. Kosalar oğullarının əksəriyyəti order və medallarla təltif olunmuşdur. Fərqlənənlər arasında olanlardan Bayram Nəsib oğlu Vəliyevi göstərmək olar ki, o, “Qırmızı ulduz” medalı ilə təltif olunmuşdur. O, ayağından bərk yaralanmış, diz qapağı çıxmışdır. Müalicədən sonra ayağı qatlanmırdı. Dünyasını dəyişənə qədər ayağında mərmi qəlpəsi gəzdirərək, bütün ömrü boyu əziyyət çəkdi. Döyüşdən medalla qayıtdı kəndə, Neçə-neçə qızı salmışdı bəndə. Döyüşdə olmuşdu qəhrəman əsgər, İndi də əməyə olmuş səfərbər.

Bəyməmməd Quliyev Kosalar oğullarından cəbhə ilə yanaşı partizan hərəkatında da fəal iştirak edənlər az deyildir. Kəndin belə oğullarından olan Surxay Həsənov partizan hərəkatında iştirak etmiş, Vətənə qəhrəman kimi qayıtmışdır. Onun haqqında rus yazıçılarından biri roman da yazmışdır. Böyük Vətən müharibəsində itkin düşən və ya barələrində “Qara kağız” gələnlər:

65

1. Abdullayev Allahverən Abduləli o. 2. Abdullayev Bəndalı Abduləzim o. 3. Abdullayev Gülmalı Abduləzim o. 4. Abdullayev İsrafil Abdul o. 5. Abdullayev Qədir Abdulkərim o. 6. Ağayev Həşim Əsgər o. 7. Ağaməmədov Misir Məhəmməd o. 8. Ağayev İslam Qələndər o. 9. Bayramov Dadaş Abbas o. 10. Bağırov Bahadur Əliş o. 11. Bağırov Əli Alı o. 12. Bağırov Əşrəf Müseyib o. 13. Bağırov Hidayət Alış o. 14. Bağırov Məmli Alı o. 15. Bağırov Münsüf Əbdülqasım o. 16. Bağırov Mürşüd Müseyib o. 17. Bağırov Rəhim Alı o. 18. Bağırov Rəsul Usub o. 19. Ələkbərov Bəylər Abdul o. 20. Ələkbərov Cahangir Həzrətqulu o. 21. Ələkbərov Çərkəz Həzrətqulu o. 22. Ələkbərov Əlfəsiyaf Sadiq o. 23. Ələkbərov Murad Şirin o. 24. Ələsgərov Əvəz Behbud o. 25. Ələsgərov Qarakişi Behbud o. 26. Ələsgərov Nuğay Azad o. 27. Əliyev Boran Cabbar o. 28. Əliyev Əvdil Səməd o. 29. Əliyev Qaytaran Murtuza o. 30. Əliyev Qədir Söynalı o. 31. Əliyev Məhəmmədəli Hüseyn o. 32. Əsədov İldırım Səməd o. 33. Həsənov Xanlar İbrahim o. 34. Həsənov Xudan Hüseyn o. 35. Həsənov Məhəmməd Nəsir o. 36. Həsənov Məmiş Nəriman o.

66

37. Həsənov Nəbi Bəşir o. 38. Hümbətov Həsənalı Əhməd o. 39. Hümbətov Hidayət Bayramqulu o. 40. İsmayılov Bəhrəm Bəşir o. 41. İsmayılov Niyaz Valeh o. 42. Kərimov Böyükkişi Mehvalı o. 43. Kərimov Rəşid Muxtar o. 44. Qaraxanov Hümbət Əmiraslan o. 45. Qəmbərov Fərhad 46. Qəmbərov Gəray Paşa o. 47. Quliyev Boran Həmid o. 48. Quliyev Çərkəz Hüseyn o. 49. Quliyev Əvəz Hüseyn o. 50. Quliyev Fərrux Qabil o. 51. Quliyev Firudin Aslan o. 52. Quliyev Mahmud Həmid o. 53. Quliyev Mürşüd Qurban o. 54. Quliyev Miriş Aslan o. 55. Quliyev Səlim Kərim o. 56. Quliyev Zalan Həmid o. 57. Məmişov Miyan Məmmədəli o. 58. Məmmədov Bəbir Abutalub o. 59. Məmmədov Əjdər Hümbət o. 60. Məmmədov Xasay Abutalub o. 61. Mirzəyev Müseyib Salman o. 62. Nəcəfov Hacı Zaman o. 63. Nəcəfov Novruz Zaman o. 64. Rüstəmov Fərrux Tağı o. 65. Rüstəmov Rüstəm Əzim o. 66. Rüstəmov Süleyman Əzim o. 67. Rzayev Həmdəm Mirzə o. 68. Süleymanov Balağa Şəmil o. 69. Süleymanov Tapdıq Daşdəmir o. 70. Tanrıquluyev Əyyub Kərim o. 71. Tanrıquluyev Firudin Kərim o.

67

Böyük Vətən Müharibəsindən qayıdanlar:

1. Ağayev Bəşir Əsgər o. 2. Ağayev Əşrəf Əsgər o. 3. Ağayev İsa Qələndər o. 4. Ağayev Xaspolad Qələndər o. 5. Bağırov Aslan Zülal o. 6. Bağırov Cahangir Zülal o. 7. Bağırov Əşrəf Zülal o. 8. Bağırov Xasay Əliş o. 9. Bağırov Hüsü Əliş o. 10. Bağırov Məhəmməd Usub o. 11. Bağırov Bəylər Alı o. 12. Bayramov Əvəz Sarı o. 13. Bayramov Səməd Abbas o. 14. Ələkbərov Novruz Əbdül o. 15. Ələsgərov Əli Zaman o. 16. Əsədov Surxay Sadıq o. 17. Həsənov Ağalar Məcid o. 18. Həsənov Surxay Nəsir o. 19. Həsənov Qaçay Nəsir o. 20. Həsənov Əli Nəsir o. 21. Həsənov Xasay Nəsir o. 22. Hümbətov Rəcəb Hümbətalı o. 23. Hümbətov Gülmalı Mirzalı o. 24. Hümbətov Əvəz Hüseynalı o. 25. Hümbətov Fərzalı Mirzalı o. 26. İsgəndərov Qasım Müseyiv o. 27. İsmayılov Müsür Mürsəl o. 28. Kərimov Bahadur Səlim o. 29. Qaybalıyev Məhiş Sarı o. 30. Quliyev Bərxudar Salah o. 31. Quliyev Hilal Salah o. 32. Quliyev Ənvər Mürsəl o. 33. Quliyev Əkbər Pənah o. 34. Quliyev İsbəndiyar İbrahim o.

68

35. Quliyev Müsür Əsgər o. 36. Quliyev Şahbaz Mürsəl o. 37. Quliyev Yunis Qəbil o. 38. Məhərrəmov Bəhram Qulu o. 39. Məhərrəmov Salah Rza o. 40. Məmmədov Murad Həbib o. 41. Məmmədov Cümşüd Aləli o. 42. Məmmədov Əkbər Hümbət o. 43. Məmmədov Fərhad Həbib o. 44. Məmmədov Əjdər Hümbət o. 45. Mirzəyev Hüseyn Salman o. 46. Ramazanov Şiraslan Əmiraslan o. 47. Rüstəmov Cəbrayıl Tağı o. 48. Rzayev Hətəm Mirzə o. 49. Rzayev Əsəd Mirzə o. 50. Süleymanov Əliqulu İsgəndər o. 51. Vəliyev Bayram Nəsib o.

Vəliyev Bayram Vəliyev Bayram Nəsib oğlu 1925-ci ildə Kosalar kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq 1941-ci ildə 16 yaşında könüllü olaraq cəbhəyə yollanmışdır. O, bu müharbənin iştirakçısı olan minlərlə Vətən övladından olmuşdur. Onun bu hərəkətindən valdeyinləri sonradan

69

xəbər tutmuşlar. Bayram müəllimin döyüş yolu keçmə-keşli olmuşdur. Bir çox şəhərlər uğrunda döyüşlərdə məharətlə iştirak etmişdir. O, Krımdan ta Berlinə qədər şanlı döyüş yolu keçmişdir. İki dəfə ağır yaralanmış, göstərdiyi xidmətlərinə görə orden və medallarla, o cümlədən “Lenin ordeni” ilə təltif olunmuşdur. İş yerləri, kolxozlar, sovxozlar və digər ictimai xidmət sahələri boş qoyularaq Kosalardan 122 nəfər səfərbər olunmuşdur. Onlardan 71 nəfərinin taleyi məlum deyildir. Yalnız 51 nəfər kənd sakininə cəbhədən qayıtmaq qismət olmuşdur. Cəbhədən qayıdanların çoxu əmək qabliyyətini qismən, yaxud tamamilə itirmişlər. Kosalar oğullarının əksəriyyəti orden və medallarla təltif olunmuşdur. Fərqlənənlər arasında olanlardan Bayram Nəsib oğlu Vəliyevi göstərmək olar ki, o, “Qırmızı ulduz” medalı ilə təltif olunmuşdur. Bayram müəllim xatirələrində söyləyirdi ki, rus dilini bilmədiyimdən döyüşlərdə etdiklərimin nəticələrini komandirlərə başa sala bilmirdim. Tərcüməçi də bəlkə də qəsdən düzgün məlumat vermirdi. O, deyirdi: “Alman faşistlərinin hərbi obyektlərini, yanacaq anbarlarını partlatmışam. Bəlkədə göstərdiyim qəhramanlıqlara görə “Sovet İtifaqı Qəhrəmanı” adı da ala bilərdim”. Bu igid Kosalar oğlu ayağından bərk yaralanmış, diz qapağı çıxmışdır. Müalicədən sonra ayağı qatlanmırdı. Ölənə qədər ayağında mərmi qəlpəsi gəzdirdi. Bayram müəllim 1945-ci ildə müharibə sona yetdikdən sonra doğma kəndinə qayıdır. Ağdam şəhərində təhsil alaraq, bir müddət Kosalar Kənd Sovet sədri işləmişdir. Sonralar isə Kosalar kənd orta məktəbində müəllim işləmişdir. O, 1982-ci ildə təqaüdə çıxmışdır. Böyük Vətən müharibəsi kimi qanlı, ağır müharibədə, şiddətli döyüşlərdə mərd-mərdanə döyüşərək düşmənin məğlubiyətində iştirak edən bir şəxsə də təəssüflər olsun ki, Vətənindən uzaq düşmək nəsib oldu, 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədər olaraq el-obasınan didərgin

70

düşdü. Vətən həsrətinə dözməyən bu qocaman döyüşçü 1995-ci ildə Vətən həsrəti ilə əbədiyyətə qovuşdu.

Rzayev Hətəm

Rzayev Hətəm Mirzə oğlu 1914-cü ildə Şuşa qəzasının Kosalar kəndində anadan olmuşdur. O dövrdə Kosalar kəndində fəaliyyət göstərən 7 illik məktəbi

bitirdikdən sonra, Ağdam 1 illik Kənd Təsərrüfatı məktəbini bitirmişdir. Nəhayət, doğma kəndinə qayıdaraq, ixtisası üzrə bir çox vəzifələrdə-kolxozda briqadir, ferma müdiri, partkom, təfdiş komitəsinin sədri vəzifələrində çalışmışdır. 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədər olaraq, Hətəm kişi də cəbhəyə yola düşür. O, müharibədə Almaniyaya qədər uzun döyüş yolu keçmişdir. Döyüşlər zamanı göstərdiyi qəhrəmanlığa görə order və medallara layiq görülmüşdür. Hətəm kişi 1946-cı ildə ordudan tərxis olunduqdan sonra yenidən doğma kəndinə qayıdaraq, kolxozda əmək fəaliyyətini davam etdirmişdir. Baxmayaraq ki, ikinci qrup müharibə əlili idi öz işinin öhtəsindən uğurla gələrək, müharibədən sonrakı quruculuq işində fəal mübarizəyə qoşulmuşdur. Hətəm kişi öz şəxsi təsərrüfatında adətən arıçılıqla məşğul olardı. Bu sahə həm gəlirli sahə idi, həm də ona xüsusi marağı var idi. Bütün yuxarıda sadalanlarla bərabər, Hətəm kişi el arasında bu və ya digər müsbət keyfiyyətləri ilə tanınırdı. Müasir tibbin qəbul etmədiyi el həkimləri vardır ki, hardasa onların da insanların sağlamlığı yolunda hansısa müsbət xidmətləri olmuşdur. Belə şəxslərdən də biri Hətəm kişi olmuşdur. O, məşhur sınıqçı idi və yüzlərlə insanın sağlamlığa qovuşmasında

71

yüksək səviyyəli xidmətlər göstərmişdir. Hətta başqa-başqa rayonlardan onun yanına gələrdilər. Bununla yanaşı, Hətəm kişi müxtəlif təbii şəfaverici otlardan dərmanlar hazırlayırdı. Bir dəfə belə bir maraqlı hadisə olur. Başkənddə yaşayan Hümbətov Əvəz adlı bir nəfərin qabırğa və ayaq sümüyü sınır, Şuşaya xəstəxanaya aparırlar. Ancaq o, həkimləri yaxına buraxmır. Deyir ki, Hətəmi gətirin. Həkimlər deyir ki, biz boyda həkimləri qoyub ara həkiminə etibar edirsən? Əvəz kişi israr edir. Nəhayət, Hətəm kişini çağırırlar. O, xəstəyə baxaraq, iki qabırğasını və ayağının sındığını deyir. Belə bir cavaba məəttəl qalan həkimlər deyir ki, necə olar bilər ki, bizim aparatla müəyyənləşdirməkdə çətinlik çəkdiyimiz işi, bu kişi əli ilə baxaraq müəyyənləşdirdi. Başqa bir məlumata görə Kifayət adlı bir qadını at yıxır, qılçı onbadan sınır. Xankəndində xəstəxananın məşhur travmatoloqu Cəlilovun sahəsində 2-3 ay yatır. Cəlilov deyir gedin Hətəm kişini gətirin. Hətəm kişini gətirirlər. Onun qılçasını xəstəxananın həyətində sarıyır. Kifayət arvad tam sağalaraq, son gününə qədər sərbəst gəzmişdir. Əskərov Kərəm: “Topuğumun üstündən qılçım sınmışdır. Hətəm kişini gətirdilər. O, əli əsə-əsə qılçamı sarıdı. Eşitdim ki, həmin gecə də özünü xəstəxanaya aparıblar. Hətəm kişi elə orada da rəhmətə gedir. Əlimdə əsa, qılçım təzə qırılmasına baxmayaraq, yasına getməyi özümə borc bildim”. Hətəm kişi hətta əyri bitmiş sınıqları sındıraraq yenidən sarıyarmış. Bu kimi bilik və bacarığı sayəsində Hətəm kişinin sorağı bütün region hüdudlarını aşmışdı. O,1979-cu ildə rəhmətə getmişdir. 11 övlad sahibi idi.

72

Mirzəyev Hüseyn

Mirzəyev Hüseyn Salman oğlu 1910-cu ildə Kosalar kəndinin yaxınlığında yerləşən Mirzələr kəndində anadan olmuşdur. 3 yaşında ikən atasın itirir, bir ay keçmir ki, anası da rəhmətə gedir. Babası Məşədi Cavad onu himayəyə götürərək öz yanına- Kosalara gətirir. Məcburiyyət qarşısında qalaraq atasından qalma mal-qaranı satır. O zamankı pullar dəyərini saxlamadığından əldə olunmuş gəlir dəyərsiz olur. Üç qardaş, bir bacı idilər.

Çətinliklə dolanırdılar. Sovetləşmə onların da həyatında mənfi rol oynayır. Böyük Vətən müharibəsi başlayır... Cəbhəyə göndərilən 122 nəfər Kosalar kənd sakinindən ikisi də Hüseyn və qardaşı Müseyib olur. 2 il davam edən döyüşlərdən sonra qolundan yara alaraq tərxis olunur. Hüseyn kişi hündürboy, cüssəli, qorxmaz, igid bir insan idi. Onun müharibə ilə bağlı çoxlu xatirələri vardı. Deyirdi ki, rus dilini başa düşməyib, əmrləri düzgün yerinə yetirməyəni rus komandiri incidirmiş. Hüseyn kişi həmin rus komandirini bərk əzişdirir. Əvəzində rus komandiri döyüşdə görüşərik deyir. Vəziyyətin nə yerdə olduğunu düzgün qiymətləndirən Hüseyn kişi bilir ki, həmin komandir döyüşdə onu xaincəsinə arxadan vuracaq. Məcburən batalyonu dəyişir. Bir dəfə həyəcan siqnalı verilir. “Lajis”- deyə rus komandirinin səsi eşidilir. Hərə bir tərəfə üzü üstə yerə uzanır. o, deyirdi ki, mən karıxıb arxası üstə uzandım. Bir də gördüm ki,

73

bomba üzərimə gəlir, tez çevrilərək kənara sıçradım. Dabanıma nəyinsə dəydiyini hiss etdim. Baxdım ki, sapoğun dabanı yoxdur... Hüseyn kişi kəndə qayıdır. Müharibədən sonra dinc quruculuq həyatı başlayır. O, daim dağlarda olar, gününü ovda keçirərdi. Bir dəfə bir neçə ovçu ilə ova gedir. Qəfildən ayı mağarasına rast gəlirlər. Çox gözləsələr də bir şeyə nail ola bilmirlər. İgid Hüseyn kişi onları mağaranın ağzında qoyub, əlində xəncər mağaraya girir. Ayını mağaradan çıxarır. Təəssüflər olsun ki, nişanda dayananlar ayını vura bilmirlər. Bir dəfə Bəhrəm kişi ilə ağac materialı apararkən Xankəndində erməni milisi onları tutur. Hüseyn kişi onu: “Kirvə bura gəl”- deyərək yanına çəkir və başını qoltuğuna- yapıncının arasına salıb, Bəhrəmə tez atı sür qaç deyir. Bəhrəm kişi yüklü atı çəkərək aradan çıxarır. Onun uzaqlaşdığını görən Hüseyn kişi milisi buraxır. Hüseyn kişinin belə qoçaqlıqları çox olmuşdur. Eyni zamanda onun nəsiətamiz sözləri onu tanıyanların dilində daim səslənir: “Yek (tək) kəlmə bir olsun, pir olsun”. Hüseyn kişi 1989-cu il yanvar ayının 3-də Xankəndi şəhərində rəhmətə getmiş, doğma Kosalarda dəfn olunmuşdur.

Məmmədov Cümşüd

Məmmədov Cümşüd Ağaəli oğlu 1904-cü ildə Kosalar kəndinin Başkənd obasında dünyaya göz açmışdır. 1 yaşında olarkən atası Ağaəli ermənilər

74

tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. 3 yaşında olarkən anasını da itirdiyi üçün əmiləri Həbib, Bayramqulu və qohumlarının himayəsində qalmışdır. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq o da cəbhəyə yola düşür. 1945-ci ildə müharbə qurtardıqdan sonra sinəsi medallarla dolu Vətənə qayıdır. Müharibədə dəfələrlə yaralanmış Cümşüd kişi ömrünün sonuna qədər kürəyində qəlpə yaşamışdır. Dinc quruculuq illərində o da təsərrüfatın inkişafında öz xidmətləri ilə seçilmişdir. Sadəliyi və mehribanlığı ilə uşaqdan-böyüyə kimi hamının hörmətini qazanmışdır. 1982-ci il mart ayının 8-də dünyasını dəyişmişdir.

Məmmədov Ədil

Məmmədov Ədil Həbib oğlu 1912-ci ildə Kosalar elinin Başkənd kəndində doğulmuşdur. O, ibtidai təhsil almışdır.

Ədil kişi çox qoçaq, igid, qorxmaz adam olub. O, sözün düzünü danışan, imkansızlara kömək duran, mərd insan olub. Böyük Vətən müharibəsi başlayanda Ədil kişi də cəbhəyə yola düşmüşdür. Onun döyüş yolu Latviya, Litva və digər ərazilərdən keşmişdir. 1942-ci ilin sonlarında ağır yaralanır. Bir qolu şikəst olur. Nəticədə 2-ci qrup müharibə əlili olur. 1987-ci ildə Kosalar kəndində rəhmətə gedib. Ədil kişinin atası Məmmədov Həbib Kərbəlayi Məmməd oğlu da Kosaların sayılıb-seçilən insanlarından olmuşdur. O, 1883-cü ildə Başkənd kəndində anadan olmuşdur. O da çox qoçaq, mərd adam olub. Onun Başkənddə mülkləri olmuşdur.

75

Sonradan onun mülkündə nəvəsi Məhəmməd daha gözəl ev-eşik tikmişdir. Təəssüflər olsun ki, bu yurda, el-obaya əlimiz yetmir.

Hümbətov Fərzalı

Hümbətov Fərzalı Mirzalı oğlu 1922- ci il yanvar ayının 12- də Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, ilk təhsilini də orada almışdır. Qarşıdan Böyük Vətən müharibəsinin qanlı günləri gəlirdi. Səfərbər olunanlar içərisində Fərzalı kişi də var idi. O, gənc yaşında- 10 yanvar 1942- ci ildə cəbhəyə yola düşür. Ağır döyüş yolunu keçən Fərzalı kişi 10 sentyabr 1943- cü ildə yaralanması ilə

əlaqədar olaraq ehtiyata buraxılmışdır. Arxa cəbhədə cəbhə üçün yorulmadan fəaliyyətini davam etdirir. Müharibədən sonra o, həyatını Mülki təsərrüfata bağlayır.Uzun illər kolxozda təftiş komissiyasının sədri vəzifəsində çalışır. Müharibədəki xidmətlərinə görə “Qələbənin 20 illiyi”, “Qələbənin 30 illiyi”, “Şanlı əmək-Leninin 100 illiyi” medalları və I dərəcəli “Böyük Vətən müharibəsi veteranı orderi” ilə təltif edilmişdir. Fərzalı kişinin həyatı kədərli olub. O, oğlunu, qızını və ailəsini vaxtsız itirib. Köçkünlük həyatı Fərzalı kişidən də yan keçmədi. Bu həyat onu Gəncə şəhər Hacıkənd qəsəbəsində yaşamağa vadar

76

etdi.Ömrünün sonuna kimi Hacıkənddə yaşadı. O, 2001-ci ildə Hacıkənd qəsəbəsində vəfat etdi. Qəbri Aşıqlı kənd qəbiristanlığındadır.

Quliyev Mürşüd Quliyev Mürşüd Qurban oğlu 1912-ci ildə Kosalar kəndində anadan olmuşdur. Xoşxasiyyət, mülayim, zarafatcıl, deyib-gülən insan idi. O, uzun illər kolxozda əmək fəaliyyəti ilə məşğul olmuş, bir müddət kənd dükanını işlətmişdir. Mürşüd kişi çox xeyirxah adam idi. Heç kimə pislik etməzdi. Çalışardı kiməsə yaxşılıq etsin. Hələ heç kim onun haqqında bədgüman olmayıb. Qaçaq hərəkatı dövrü idi. Belə qaçaqlardan da biri Kosalar kəndindən

olan Qaçaq Mahmud idi. O zamanlar qaçağın ailəsinə yaxın durmaq, ona köməklik etmək ölümə və ya sürgünə bərabər idi. Qayğıkeş, qorxmaz, igid Mürşüd kişi bütün bu risklər qarşısında, sünnətin qadağan olunduğu bir dövrdə Qaçaq Mahmudun uşaqlarını sünnət etdirərək, onların kirvəsi olmuşdur. Bundan onu hətta qohumları da çəkindirməyə çalımışlar ki, çox təhlükəli addımdır. Ancaq Mürşüd belə təhlükələrdən qaçan adam deyildi. 1941-ci il iynun 22-də Böyük Vətən Müharibəsi başlayır. 600 min azərbaycanlı səfərbər olunur. Səfərbər olunanlar içərisində Kosalar kəndindən olanlar da az deyildir. İş yerləri,

77

kolxozlar, sovxozlar və digər ictimai xidmət sahələri boş qoyularaq, Kosalardan 122 nəfər səfərbər olunmuşdur. Onlardan 71 nəfərinin taleyi məlum deyildir. Yalnız 51 nəfər kənd sakininə cəbhədən qayıtmaq qismət olmuşdur. Müharibədən qayıtmaq qisməti olmayan kənd sakinlərindən biri də Mürşüd kişi olmuşdur. Döyüşlərin birində yaralanır. 6 ay müalicə olunur. Bu səbəbdən o, arxa cəbhədə, əvvəlki kolxoz işində işləməyə başlayır. Qarşılıqlı şikayətlər nəticəsində, bir neçə müəllimin şikayəti səbəbindən şikayətlərdə tərəfi olmayan Mürşüd kişi, bu şikayətlərin qurbanı olaraq, yenidən cəbhəyə göndərilir. Mürşüd kişi mahir ovçu idi. O, Sarı tala deyilən yerə, bir qrup yüksək rütbəli milis işçisi ilə ova gedir. Geri qayıdan zaman evdə narahatçılıq olmasın deyə cəbhəyə getmək üçün birbaşa Xankəndinə yola düşür. Böyük oğlu Gülməmməd kəndin ayağına qədər dalınca ağlayır. Məcbur olan ata ürəyinə daş basıb, onu şallaqla vurur. Sonradan məktubunda yazır ki, qolum quruyaydı Gülmməmədi vurduğum yerdə. Yoldaşı Xanış arvad və qohumu Məmməd kişi Mürşüdlə sonuncu dəfə Qubada görüşür. Xanış arvadın dediyinə görə, apardığı uzun yolda kiflənmiş çörəyi ac əsgərlər gözlərinə təpirdilər. Mürşüd kişi Qubadan da cəbhəyə yola düşür. Ondan bir daha xəbər çıxmır. Dedilər ki, “qara” kağız gəlib. Ancaq ailəsi onun da üzünü görmür. 5 uşaqlı ailənin bütün yükü Xanış xalanın və böyük oğul Gülməmmədin üzərinə düşür.

78

Quliyev Hilal

Quliyev Hilal Salah oğlu Kosalar kəndində anadan olub. Gənc yaşlarında kolxozda işləyib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq o da ordu

sıralarına hərbi xidmətə çağırılmışdır. Döyüşlərin birində Hilal kişi dizdən aşağı hər iki qılçını və əl barmaqlarının hamısını yarıdan itirmişdir. Buna görə də o, ordudan tərxis olunaraq, Kosalar kəndinə qayıdır. Hilal kişi çox qoçaq adam idi. Əlil olmasına baxmayaraq protezlə gəzib müəyyən işlər görürdü. O, təsərrüfat işlərini sevərdi, heç zaman bekarçılıqla gün keçirməzdi. Ömrünün sonuna kimi heç kəsə minnəti olmadan yaşadı.

Quliyev Müsür

Quliyev Müsür Əsgər oğlu Xankəndi rayon Kosalar kənd nümayəndəliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. O, zəhmətkeş ailədə doğulub, boya-başa çatmışdır. Onun hörməti kənd sakinləri arasında xüsusi ilə yüksək idi. Kolxoz quruculuğu illərində təsərrüfatın inkişafında qayğısı çox olmuşdur. O, briqadir, kolxoz sədiri kimi müxtəlif vəzifələrdə çalışaraq, təsərrüfatın

inkişafında öz xidmətlərini göstərmişdir. Həmişə haqqın tərəfini saxlayan bu insan qürurunu daim hər şeydən üstün tutardı. 1941-45-ci illər Böyük Vətən müharibəsi ilə əlaqədar olaraq kənd cavanları kimi, o da cəbhəyə yola düşmüş və şərəfli döyüş

79

yolu keçmişdir. Belə döyüşlərin birində o, ağır yaralanır. Bir neçə yerindən ağır yara alan Müsür kişini huşsuz vəziyyətdə tapırlar. Neçə aylarla hospitalda yatdıqdan sonra xoşbəxtlikdən həyata qayıtmışdır. Vəziyyətini nəzərə alaraq onu arxa cəbhəyə qaytarmışlar. Arxa cəbhədə yenidən fədakar əməyə qoşulan Müsür kişi, burada da bir çox haqsızlıqlarla qarşılaşmışdır. Satqın ünsürlər guya Müsür kişinin dilindən deyilən: “Mən almanlara əsir düşdüm, onlar mənim yaralarımı sarıdılar və məni sağaldıb sərhəddən Vətənə keçirdilər”- ifadəsini özlərinə lazım olan tərzdə izah edərək, yaralı insanı həbsə atılmasına səbəb olurlar. Məhkəmə zamanı aydın olur ki, Müsür kişi ağır döyüşlərin birində qılçasından yaralanaraq, huşsuz vəziyyətdə meşədə qalır. Bu vaxt alman əsgərləri onu görmüş, onlardan biri güllə ilə Müsür kişinin başından vurmuşdur. Möcüzə nəticəsində güllə başına dəysə də siyirib yan keçmişdir. Bax bu cür əzab-əziyyətlərə düçar olmuş bir şəxsi vətənə xəyanətdə təqsirləndirmək özü əsl bir cinayətdir. Müsür kişi bütün bu haqsızlıqlara son qoymaq üçün həbsxanadan Stalinə məktub yazmaq qərarına gəlir. Məktubuna cavab olaraq Bakıdan Xankəndinə bir müstəntiq göndərilir. Həmin müstəntiq işi araşdırır və məhkəmə vaxtı yalançı şahidlərə təhqiredici söyüş söyür və soruşur: “Siz heç faşist görmüsünüz? Faşistlərin necə insanlar olduğunu bilirsiniz?”. Yalançı şahidlər deyirlər: “Xeyir”. Müstəntiq: “Bəs onda bu kişidən nə istəyirsiniz?”. Həmin vaxtdan Müsür kişi bəraət alaraq kəndə qayıdır. Qayıdarkən anasının dərddən vəfat etdiyini eşidir. Bütün bu dözülməz hallara baxmayaraq, o, daim xalqına laiqli xidmət etməyə çalışır. Kolxozda yüksək səviyyəli xidmətlərinə baxmayaraq, qaynatası Abdulhüseynin varlı olmasını, Qaçaq Mahmudla birlikdə çalışmasını və nəhayət, sürgün edilməsini əsas gətirərək, onu partiya sıralarına qəbul etməmişlər. Müsür kişiyə də qaçqınçılıq həyatı nəsib oldu.Təəssüflər olsun ki, Vətənini görmək ona bir daha nəsib olmadı.

80

Hər zaman adları anılan üç insan Hümbətov Gülmalı Mirzalı oğlu 1924-cü ildə Kosalar kəndinin Başkənd obasında dünyaya göz açmışdır. Böyük Vətən Müharibəsinin başlaması ilə əlaqədar olaraq, Gülmalı kişi də 1942-ci ildə cəbhəyə yola düşür. Gülmalı kişi 336-cı Strayovel polkunda atıcı olub. O, 1943-cü il avqustun 13-də böyründən yaralanır, dekabr ayının 10-da isə ağır yaralanaraq, dörd qabırğasını itirir və cəbhədən geri qaytarılır. Gülmalı kişi yaralı olmasına baxmayaraq, pulemyotunun düşmən əlinə keçməsinə yol vermir. Cəbhədə göstərdiyi xidmətlərə görə Gülmalı kişi 1946-cı ildə “Almaniya üzərində qələbəyə görə”, “Qələbənin 20 illiyi”, “Qələbənin 25 illiyi”, “Qələbənin 50 illiyi”, “SSRİ-nin 60 illiyi”, “Çoxillik əməyə görə” medalları və orduda yüksək xidmətə görə bir çox başqa orden və medallarla təltif olunmuşdur. Müharibədən doğma yurduna qayıdan irzalı kişi müharibədən sonrakı dinc quruculuq illərində fəal əməklə məşğul olmuşdur. O, 30 ilə yaxın meşə gözətçisi işində çalışmışdır. 1982-ci ildə dünyasını dəyişib. Gülmalı ki-şinin həyat yoldaşı Qəmər xala da sayılan insanlardan olmuşdur. Hümbətova Qəmər Rəzi qızı 1928-ci ildə indiki Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olmuşdur. 1946-cı ildə Kosalar sovetliyinə daxil olan Başkənd kəndinə gəlin gəlmişdir. 10 övlad anası olan seyid Qəmər Kosalar kəndinin ən çox sayılıb-seçilən insanlarından idi. O, ağır seyid idi. Etdiyi dualar Allahın izni ilə qəbul olunardu.

81

Qəmər xala çox zəhmətkeş bir insan olmuşdur. Onun da ailəsi Qarabağ müharibəsi ilə əlaqədar olaraq 1992-ci ildən Gəncə şəhər Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmışdır. 2007-ci ildə Qəmər xalanın ömründə ağır itki- oğul itkisi üz verdi. Bu dərdə dözməyən Qəmər xala da iki ay keçməmiş Allahın dərganına qovuşdu. Bu gün onun qəbrini hər bir Kosalar sakini ziyarət edir.

Qəmər xalanın atası Rəzi kişi də Laçının ən ağır seyidlərindən olub. O, möcüzələri ilə görən hər kəsi heyrətləndirərdi. Közü dili ilə söndürməsi, isti dovğanı əli ilə qarışdırması, Tanrı izni ilə yağışı yağdırması dillərdə əzbərdir.

Kosalar kəndi erməni planında

Bədnam qonşularımız Kosalar kəndinin məhvinə XX əsr ərzində bir neçə dəfə cəhd göstərmişlər. Ancaq onların bu planları dəfələrlə iflasa uğramışdır. Əsrin əvvəllərində kəndi köçürməyə bir neçə dəfə cəhd etmişdilər. 1976-cı ildə Keçmiş DQMV partiya komitəsinin qərarına əsasən Kosalar kəndi Xankəndinin 2 km-likdə yerləşən “Xoruz təpə” adlı əraziyə köçürülməli idi. Ermənilərin bu məkrli planları da boşa çıxmışdır. Bu aqibəti Çayqovşan kəndi bir dəfə yaşamışdı. Onun əhalisi bu ərazidən köçürülmüşdür. Bəhanə bu yaşayış məntəqəsinin Xankəndinə çəkilən su kəmərinin sutoplayıcı

82

ərazisində yerləşməsi idi. Kosaların köçürülməsi üçün də eyni ssenaridən istifadə etməyə çalışırdılar. Ancaq Kosalar camaatının qətiyyətliliyi o zaman onların planlarının baş tutmasına imkan vermədi. Ermənilər Laçın rayonu ərazisindən keçməklə Ermənistana qısa məsafəli yol çəkmək üçün Çayqovuşan kəndi kimi Qaragavı da köçürmək üçün məkrli planlar hazırlayırdılar. Ancaq əhali doğma torpaqları atıb getməyi xəyallarına belə gətirməmişdi. 1988-сi ilə qədər Qarabağla Laçın arasında əlverişli strateji-coğrafi mövqedə yerləşən Kosalar sovetliyinin ərazisinə sahib olmaq üçün dəfələrlə müxtəlif səviyyələrdə məsələlər qaldırsalar da əhalinin qətiyyəti sayəsində onlar bu məqsədə nail ola bilməmişlər.

Xankəndindən didərgin salınanlar 1988-ci ilin əvvəllərindən başlayaraq artıq azərbaycanlıların Xankəndi şəhərində yaşaması qeyri-mümkün hal alırdı. Həmin ilin sonlarına yaxın Xankəndində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Onlar iş yerlərini, ev-eşiklərini itirərək, Respublikamızın bu və ya digər şəhər, rayon və kəndlərində məskunlaşmağa məcbur oldular. Onların bir çoxu əslən Kosalar kəndindən olduqları üçün doğma obalarına pənah apardılar. Xankəndindən çıxarılan 500 nəfərə qədər əhali Kosalar kəndinə üz tutdu. Onların burada yerləşdirilib, problemlərinin həll edilməsində kənd əhalisi əllərindən gələni əsirgəmədi. Kosalara pənah gətirənləri kənd sakinləri öz

83

evlərində yerləşdirdilər. Bu tədbirlərin həyata keçirilməsində kənd rəhbərliyinin də xüsusi rolu olmuşdur. Kərəm Əsgərov: “Təkcə Sevyan Quliyevlə, Kəklik Quliyevanın evində 50 nəfəri yerləşdirdik”. Xankəndi şəhər sakinləri təminatının yaxşılaşdırılmasında həm kənd əhalisinin, həm də bura pənah gətirən Xocalı tikinti idarəsinin rəisi Mübariz Əliyevin himayəsində olan vertolyotların da əvəzsiz rolu vardı. Hadisələrin ilk illərində Xankəndi yolu bağlandığı üçün yeganə nəqliyyat hava nəqliyyatı idi. Xankəndi Kosaların həmişə dayağı olmuşdur. Elə bu fikri Kosalar haqqında da söyləmək doğru olar. Şəhər tamamilə düşmən nəzarətinə düşdükdən sonra Kosalar kəndinə pənah gətirənlər özləri üçün kəndin girəcəyində yeni yaşayış evləri tikmişdilər. Həmin yaşayış məntəqəsinə Mikayıl Cəbrayılovun adının verilməsi planlaşdırılırdı. Təəssüflər olsun ki, ermənilər tərəfindən Kosalar kəndinin də işğala məruz qalması bu planın baş tutmamasına səbəb oldu.

Xeyirxahlıq heç zaman unudulmur

1988-ci ilin əvvələrində erməni mənfurlarının fitnəsi sayəsində Xankəndində yaşayan bir çox soydaşımız Kosalar kəndinə pənah gətirdi. Öz ev-eşiyini ən sonda tərk etmək məcburiyyətində qalaraq, Kosalara pənah gətirənlərdən biri də Yaqub Mirzəyevin ailəsi olmuşdur. Onlar öz ev- eşiyini əmlakı ilə birlikdə tərk etmək məcburiyyətində qalmışlar. Evdən çıxartdıqları yalnız 2 at yükü lazimi ləvazimat olmuşdur. Bütün bu məhrumiyyətlərə baxmayaraq, Kosalar kənd sakinlərinin köməkliyi sayəsində özlərinə normal şərait yarada bilmişlər. Bu cəhətdən Rüstəmov Tacirin, Mirzəyev Telmanın, Quliyev

84

Şahların, Quliyev Maarifin, Ağayev İsanın ailələri və başqa adlarını çəkmədiyimiz insanlar yaxından lazimi köməkliklərini göstərmişlər. Quliyev Elxan kolxoz sədri işləyirdi. Mal saxlayan köçkünlərə hər zaman kolxozdan yem, ot verərdi. Kosalar geniş bağları ilə də məşhur idi. Demək olar ki, hər bir ailəyə məxsus geniş meyvə bağları mövcud idi. Bunlar kənd sakinlərinin əməyi,

zəhməti hesabına başa gəlmişdir.

Buranın meyvələrinin də başqa dadı, tamı var idi. Belə geniş meyvə bağlarından biri də Ağayev İsa kişiyə məxsus idi ki, onun bağı Kosalarda ən böyük bağ sayıla bilərdi. Zəhmətkeş, torpağa bağlı olan

bu insan əlinin zəhməti ilə ağaclara can verirdi. O, ağaclarının tez böyüməsini, tez bar verməsini arzulayırdı. Baxmayaraq ki, tez keçməsini arzuladığı bu illər onun ömründən hər dəfə bir yarpaq salırdı. İsa kişi çox xeyirxah, ağzıdualı bir insan idi. Qonşuya, əqrəbaya həmişə kömək əlini uzatmağa çalışardı. Mirzəyev Yaqub: ”Suyumuz Tacir kişinin qapısından gəlirdi, lazım olanda çağıran kimi öz işlərini bir kənara qoyub, suyu biz tərəfə açardılar”. İsa kişi həmişə öz ailəsinə tapşırardı ki: “Suyun altına bir qab qoyun, onlar gələndə töküb aparsınlar, qapıda gözləməsinlər”. Bu, Kosalar camaatının onlara pənah gətirən hər bir şəxsə göstərdikləri doğma, xeyirxah münasibətlərin yalnız kiçik bir hissəsi idi ki, onları qeyd etməyi özümə borc bildim.

85

Kosalar Qarabağ müharibəsi illərində XX əsr 80-ci illərin sonlarında ermənilərin Qarabağın müxtəlif bölgələrində qarətçilik, terror, silahlı hücum planlarına əl atmaları orada yaşayan azərbaycanlıların, eyni zamanda Kosalar kənd sakinlərinin vəziyyətini ağırlaşdırdı. Ancaq bu sakinləri qorxutmadı. Müharibənin ilk günlərindən Kosaların bütün əhalisi Xankəndində, Şuşada və digər qonşu bölgələrdə yaşayan soydaşlarımıza dayaq durmağa başladı. 1400 nəfər əhalisi olan kəndin 700 nəfəri əmək qabiliyyətinə malik idi. Əhalisinin 50-60 nəfəri kolxozda işləyir, təxminən bir o qədəri yardımçı təsərrüfatlarda çalışır, qalan hissəsi isə kənddə iş yeri olmadığından iş dalınca başqa yerlərə getməyə məcbur olurdular. Əhalinin bir qismi əsasən Xankəndində fəaliyyət göstərən fabrik və zavodlara üz tuturdu. 120 nəfər kənd sakini ipək kombinatında, 50 nəfər ayaqqabı fabrikində, 40 nəfər Kondensatorlar zavodunda, 80 nəfər isə müxtəlif müəsisələrdə keşikçi, yaxud digər işlərdə çalışırdılar. Hadisələrin ilk günlərində ermənilərin ilk hədəfinə bu insanlar çevrildilər. Belə ki, müxtəlif yollarla onlar təqib olunmağa başladılar. Vəziyyət getdikcə ağırlaşır, artıq bu müəssisələrdə işləmək təhlükəli hal alırdı. Nəticədə Xankəndində işindən edilən 400 nəfərdən artıq Kosalar sakini iqtisadi cəhətdən çətinliklərlə üz-üzə qaldı. “Qarabağ problemi”nin ilk illərində kəndə ərzaq məhsullarının göndərilməsi dayandırıldı. Ağır xəstələrin müalicəsi təmin olunmamış qalırdı. Dərman preparatları göndərilməsi dayandırılmışdı. Xüsusi idarə komitəsinə edilən bütün müraciətlər cavabsız qalırdı. Rabitə əlaqəsi kəsilmiş, pensiya, əmək haqqı almaq mümkün olmurdu. Xankəndindən elektrik verilişi tez-tez kəsilirdi. Sonradan elektrik şəbəkəsinin Şuşa xətti ilə birləşdirilməsi nəticəsidə bu problem də aradan qaldırıldı. Kosaların belə acınacaqlı vəziyyəti rəhbərlərimizdən heç kimi maraqlandırmırdı. Edilən şikayətlər, yenidən vilayət

86

rəhbərlərinə qaytarılırdı ki, bunlar da çoxdan Kosaların qatilinə çevrilmişdilər. Ev tikintisi üçün sahələrin ayrılması çətinləşmiş, kənddə heç bir sosial obyektin tikintisinə icazə verilmirdi. Telefon, su xətlərinin çəkilməsi hər dəfə müxtəlif bəhanələrlə təxirə salınırdı. Erməni kəndlərində müxtəlif sosial obyektlər, xəstəxana, çörəkxana, rabitə şöbəsi və digərləri fəaliyyət göstərməsinə baxmayaraq, vilayət rəhbərləri utanmadan erməni kəndlərinin “Acınacaqlı vəziyyət”də olduğundan danışırdılar. İşsiz qalan Kosalar əhalisi bir yana, Xankəndindən öz ev-eşiyindən qovulmuş 300 nəfərə yaxın soydaşımız Kosalar kəndinə pənah gətirmişdir ki, onlar həm evlərindən, həm də işlərindən edilmişdilər. Məcburən ev-eşiyini itirən, Xankəndindən didərgin salınmış 80 ailə Kosalar kəndinin yaxınlığındakı ərazidə yeni Qayğı kəndinin bünövrəsini qoydular. 1988-ci ilin fevral ayında başlayan hadisələr genişlənir, ermənilərin özbaşınalığı qarşısıalınmaz bir hal alırdı. Getdikcə daha da azğınlaşan, daha da təcavüzkar əməllər həyata keçirən düşmən nəinki Kosalar əhalisini öz işlərindən məhrum etmişlər, eyni zamanda bütün iqtisadi həyatı Xankəndi şəhəri ilə bağlı olan əhalini ərzaq təminatı cəhətdən də çətin vəziyyətə salmışlar. O zaman Kosalardan yeganə avtomobil yolu Xankəndi istiqamətində idi. Artıq Xankəndi şəhərinə daxil olmaq təhlükəli idi. Bununla da əhali eyni zamanda ərzaq blokadasına alınmış oldu. Bu səbəbdən kənd avtobusu Xankəndindən keçərək Ağdama işləməyə, lazimi tələbat mallarına olan eytiyaclarını ödəmək üçün gedib-gəlməyə başladılar. 1988-ci il mart ayının 10-da azğınlaşan erməni quldurları Ağdamdan Kosalara qayıdan avtobusa əllərində daş və armatur hücum etdilər. Şüşələri sındırılan avtobusda 2 nəfər Kosalar kənd sakini yaralandı. Təcrübəli sürücü Həsənov Göyüş təhlükəni düzgün qiymətləndirərək, avtobusu onu mühasirəyə almaq istəyən erməni quldurlarının üstünə sürüb əhalini sağ-salamat kəndə çatdıra bilir. İqtisadi cəhətdən çətin vəziyyətə düşmüş əhali qərara gəlir ki, Bakıya nümayəndə göndərilsin. Kənd ağsaqqalı, Kosalar

87

kənd orta məktəbinin tarix müəllimi Ağayev Xaspolad başda olmaqla bir qrup nümayəndə 1988-ci ilin sentyabr ayının 15-də Bakıya yola düşürlər. 3 gündən sonra çox çətinliklə onlar Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun qəbulunda olurlar. Xankəndi şəhəri və ətraf kəndlərdəki vəziyyət haqqında onunla danışırlar. Vəzirov isə onlara deyir: “Mən hər gün bu işlərlə məşğulam, heç vaxt tapmıram ki, atamın qəbrinin üstünə gül aparıb qoyam”. Ancaq onun bu işlərlə necə məşğul olduğu, hadisələrə qarşı necə ”mübarizə” aparması göz qabağında idi. Kosalar nümayəndələri qayıdan kimi Xankəndində oturmuş Xüsusi İdarəetmə idarəsinin başçısı A.Volskinin havadarlığı ilə ermənilər sentyabrın 18-də azərbaycanlı evlərini talan edərək yandırdılar. Azərbaycanlılar yaşayan kəndlərdə qətllər, sui-qəsdlər təşkil olunur, dinc əhali öldürülürdü. Artıq 1988-ci ilin sentyabrında Kosalar-Xankəndi yolu erməni quldurları tərəfindən tamamilə bağlandı. Əhali eyni zamanda ərzaq blokadasına alınmış oldu. Zəruri tələbat ehtiyaclarını ödəmək üçün Şuşa istiqamətində mövcud 30 km-lik baxımsız dağ yolunu bərpa etmək lazım gəldi. Bir traktorun köməyi ilə kənd əhalisi çox çətinliklə də olsa bu yolu iştək vəziyyətə gətirə bildi. 2 aylıq gərgin əməkdən sonra yol istifadəyə verildi. Əhalinin gediş-gəlişini təmin etmək üçün yüksək dağ keçid qabiliyyətinə malik olan UAZ markalı maşınlar taksi kimi istifadə olunmağa başlandı. Sonralar bu yol Azərbaycan Yol Tikinti İdarəsi tərəfindən yenidən işlənməyə başlandı. Bir neçə aylıq çətin vəziyyətə baxmayaraq, Kosalar öz məğrurluğunu, yenilməzliyini bir daha sübut etdi. Yeri gəlmişkən onu da qeyd edək ki, UAZ markalı taksi maşınlarının sürücüləri Vidadi Həsənov, Yaqub Mirzəyev, Sevyan Quliyev, Hidayət Əliyev və başqaları boranlı-qarlı günlərdə əhalinin ehtiyaclarını ödəmək üçün əllərindən gələni etmişlər. Kənddəki tikiş sexinin balansında olan avtomaşınlar da daim əhalinin xidmərində olmuşdur. Kamaz (sürücüsü əvvəllər Mirzəyev Yaqub, sonradan isə Qaybalıyev Mamed olmuşdur) və ZİL (sürücüsü Əliyev Əbülfət) markalı yük maşınları əhalinin yüklərinin daşınmasında, yanğınsöndürən maşın isə əhalinin yeni ev inşası zamanı və digər halklarda su ilə təminatında, müharibə ərəfəsində isə potların su ilə təminatında əhalinin köməyinə çatırdı.

88

Qarabağda vəziyyət getdikcə daha da gərginləşirdi. Kənd fəal hücum hədəfinə çevrilirdi. Kosaların çənbərində Kərkicahan istiqamətindən Badaraya qədər 70 km-lik cəbhə xətti uzanırdı (kəndi 180 nəfər yerli özünümüdafiə qüvvəsi və 40 nəfər gəlmə qüvvələr qoruyurdular). Qarabağda döyüşün ağırlıq mərkəzlərindən biri də məhz Kosalar kəndi olub. Ermənilər hələ əlisilahsız Kosalar əhalisindən çəkinirdi. Bunun nəticəsi idi ki, özləri müasir tipli silahla silahlandıqları halda, kənd əhalisindən ov silahları yığılmışdı. Dediklərimizin təsdiqi olaraq Kosalar könüllülərinin ermənilərə verdiyi ağır itkiləri misal göstərə bilərik. Düzdür, torpaq itkisindən ağır itki yoxdur, ancaq Kosalar oğullarının şücaəti, mərdliyi təqdirəlayiqdir. Quduzlaşmış ermənilər nəiki Xankəndində yaşayan Azərbaycanlılar üzərinə hücum etdilər, eyni zamanda qonşu kəndlərimizi talan edib yandırmağa başladılar. Belə aqibəti yaşamamaq üçün 1991-ci ilin əvvəllərində Kosalar kənd ağsaqqallarından və hərbi işi bilənlərdən ibarət kəndi qorumaq üçün müdafiə qərərgahı yaradıldı. Kənd ağsaqqalları Ağayev Xaspolat, Quliyev Maarif kənd sovetliyinin sədri Əsgərov Kərəm, müavin Məmmədov Kamran və Ərazi İcraiyyə Komitəsinin sədri Ağayev Vaqif postlarımızda səngərlərin qazılması üçün texnikanı səfərbər etdilər. Qısa müddətdə ərazi boyu müdafiə səngərləri qazıldı. Həmin şəxslər kəndin müdafiəsi üçün lazimi şəraiti təmin edirdilər. Hərbi sahədə işi ərazi rotasının komandiri Quliyev Ramiz və ərazi qərərgahının komendantı Quliyev Mehman öz üzərlərinə götürmüşdülər. 180-ə yaxın kənd sakini əldə silah səfərbər olaraq, kəndin müdafiəsində durdular. Hamı bir yumruq kimi kəndin müdafiəsinə qalxmışdı. Bunun nəticəsi idi ki, 70 km-lik cəbhə boyu qıraqdan Kosalarda döyüşənlərlə birlikdə 220 nəfər müdafiə qüvvəsi olan Kosalar döyüşçüləri axıra qədər bütün döyüşlərdə qalib gəlirlər. 1992-ci il may ayının 8-də də erməni quldurlarının layiqli cavabını verərək, 200-ə qədər qulduru məhv etmişlər. Bütün döyüşlərdə itgilər verilməsinə baxmayaraq, məğlub olmayan Kosalar döyüşçüləri Şuşa işğal

89

edildikdən sonra Kosaların mühasirə vəziyyətində olmasına baxmayaraq, əhalini sağ-salamat çıxarmışlar. 1991-ci il dekabr ayının axırında Kərkicahan qəsəbəsi işğal edildikdən sonra, erməni quldurları yüksəkliklər uğrunda mübarizə aparmağa başladılar. Hacı talası, Çobandaşaşıran yüksəkliyi, Ağdaş, Qızılqaya, Siçanlı əraziləri və Ya Əli dağı uğrunda ölüm-dirim savaşına başladılar. Düşmənlərimiz Kərkicahanın üstündən Kosalara doğru maşın yolu çəkir, səngərlər qazır, sığınacaqlar yaradır, ağır texnikalarını o ərazidə yerləşdirməyə başlayırdılar. Kosalar müdafiəçiləri də öz nöbəsində cəbhə xətti boyunca səngərlər qazır, müdafiə üçün lazimi tədbirlər görürdü. 1991-ci ildən Kosalar ərazi özünümüdafiə rotası yaradıldıqda könüllü döyüşcülərimiz kimi sürücülərimiz də ərazi özünümüdafiə rotasına yazıldılar. Bunlardan Hümbətov Bayram, Məmmədov Şükür, Rzayev Möhübbət, Muradov Ramiz və başqalarını göstərmək olar. Şükür ZİL-131, Bayram və Ramiz QAZ-66, Möhübbət UAZ markalı avtomaşınları idarə edirdilər. Postlarımızın şəxsi heyyətinin dəyişdirilməsində, təchizatında sərt dağ şəraitində, qarlı-boranlı qışda sürücülərimizin fədakarlığı danılmazdır. Cəmilli, Meşəli və Kosalar kəndlərinə erməni hücumları zamanı qorxmaz sürücülər güllə yağışı altında döyüşçüləri döyüş zonasına çatdırır, yaralıları və həlak olanları döyüş zonasından çıxarırdılar. Lazım gəldikdə onlar da əldə silah döyüş meydanına atılırdılar. Belə birgə mübarizənin nəticəsidir ki, Kosalar döyüşcüləri bütün döyüşlərdən qalib çıxırdılar. Ulularımız deyiblər: “El bir olsa dağ oynadar yerindən”. Kosalar kəndinin müdafiəsində gənclərlə birlikdə kənd ağsaqqalları da əldə silah düşmənlə üz-üzə dayanmışlar. Belə ağsaqqallardan Əhmədov Qiyas, Quliyev Novruz, Quliyev Kamal, Məmmədov Kamal və başqaları gənc döyüşçülərlə birlikdə Cəmilli, Meşəli və Kosalar uğrunda gedən döyüşlərdə igidliklə döyüşmüşlər. 1991-ci il dekabırın 16-da Cəmillinin mühasirədə olduğu ağır vaxtlar idi. Düşmən Cəmillini ələ keçirərək, Kosaları növbəti hədəfə çevirmək fikrində idi. Cəmilli uğrunda gedən amansız döyüşlərdə 56 yaşlı ağsaqqal Qiyas Əhmədov və Kamal Məmmədov ov tüfəngi ilə bu kəndin əhalisinin köməyinə

90

gələrək, kənd əhalisinin xilasına böyük köməklik göstərmişlər. Əhməd və Novruz kişi isə Ermənilərin Kosalara bütün hücumlarının dəfində fəal iştirak etmişlər. Onlar xüsusi ilə 1992-ci il yanvar ayının 16- da Ulasdı yal, Canhəsən kənd uğrunda gedən döyüşlərdə fəal iştirak etmişlər. Kosalar kənd özünümüdafiə dəstəsinin və polis rotasının döyüşçüləri 1991-ci il 15 dekabrda Cəmilli uğrunda, 23 dekabrda Meşəli uğrunda gedən döyüşlərdə mərdliklə iştirak etmişlər. Erməni quldur birləşmələri Cəmilli və Meşəli kəndlərini mühasirəyə alıb, əliyalın əhalini qırmaq istəyirdilər. Kosalar igidləri bu kəndlərin əhalisinə kömək əlini uzatmış, Cəmillinin 700 və Meşəlinin 390 nəfər əhalisini quduzlaşmış erməni qaniçənlərinin pəncəsindən xilas etmişlər. 1992-ci il yanvarın 5-də ermənilər İstisu postuna hücum edəndə 3 nəfər Kosalar igidi “Şahin çalan” deyilən yüksəklikdə düşmənin arxasına keçərək onlara ağır zərbə vururlar. Bu hücuma tab gətirməyən quldurlar 3 nəfər itki verərək geri çəkilirlər. 1992-ci il yanvar ayının 9-da erməni quldurları qar geyimində Canhəsən postuna hücum etmək üçün axşamdan posta yaxınlaşıb pusquya yatırlar. Bundan duyuq düşən postda olan döyüşçülər kömək üçün qərərgaha xəbər verirlər. Kömək üçün qüvvələr gəlir. Səhər işıqlanar-işıqlanmaz özünümüdafiə qüvvələri düşmənləri pusquda durduqları yerdə haqlayırlar. 60-dan artıq erməni qulduru məhv edilir, xeyli silah və sursat ələ keçirilir. Döyüşçülərimizdən yaralanan olmasına baxmayaraq bu döyüşü itkisiz qazandılar. Bu qələbənin qazanılmasında Kosalara hərbi cəhətdən yardım göstərən Natiq Məşədiyevin də xidmətləri olmuşdur. O, 50 nəfərlik polis dəstəsi ilə Bakıdan Kosaların köməyinə gəlmişdir. Canhəsən və İstisu postlarında səngərlərin qazılmasında və kəndin müdafiə şəbəkəsinin formalaşdırılmasında onun çox böyük xidmətləri olmuşdur. Bundan əlavə, Azərbaycanın müxtəlif rayonlarında polis dəstələri Kosalara gələrək hərəsi 10 gün öz ərzaq və təminatları hesabına kəndin müdafiəsində yaxından iştirak edirdilər. Kosalar kənd əhalisi onlara istənilən sahədə kömək əlini uzadan, doğma kəndlərinin qorunmasında əllərindən

91

gələni əsirgəmiyən hər bir kəsin xidmətini heç zaman unutmayacaq. Belə fədakar insanlardan biri də o zamankı Əlibayramlı şəhər prokuroru Eldar Sultanov olmuşdur. O, Kosalara xeyli silah-sürsat və yanacaq gətirmişdir. Yeri gəlmişkən, Kosalara kömək əlini uzatmış bir çox yüksək vəzifəli şəxslərin adını çəksək səhv etmərik: Yüngül Sənaye Naziri(“Xalq üçün mallar” Dövlət Konserninin sədri)- Əhməd Mustafayev və onun rəhbərlik etdiyi kollektiv, ticarət konserninin sədri E.Hidayətzadə, Ticarət Naziri- Rizvan Hüseynov, Sənaye Naziri- Rahim Hüseynov, Rabitə Naziri- Nadir Əhmədov, Azərittifaqın keçmiş sədri və müavini- Ə. Babayev, Yerli Sənaye Naziri- Abdullayev. Bax, bu şəxslərin Kosalara böyük dəstəkləri olmuşdur. 1991-ci il, dekabr ayının 27-də erməni silahlıları Kərkicahan kəndini işğal edərək, 1992-ci ilin yanvar ayında Hacıtalası istiqamətində irəliləməyə başladılar. Onlar 1992-ci il yanvarın 16-dan 18-nə kimi, Başkənd kəndi istiqamətində “Fanar” postuna hücum etdi. Onlar güclü müqavimətə rast I. Çobandaşaşıran (Fanar postu) döyüşü- 16-18.01.1992 II. Canhəsən döyüşü- 28.01.1992

gəlmədiyindən,

azğınlaşaraq Kosalar istiqamətində hücuma keçdilər. Onların qarşısını almaq üçün səhər-səhər “Fanar” postuna Kosalar qüvvələri hərəkət etdilər. Dəstə qəflətən erməni qüvvələri ilə qarşı-qarşıya gəldi. Düşmən qüvvələrinin sayca üstün olmalarına baxmayaraq, dəstənin üzvləri onlara müqavimət göstərirdilər. İlk döyüşdə ermənilər postu ələ keçirmələrinə

92

baxmayaraq, cəsur döyüşçülərimiz ermənilərə layiq olduqları cavabı verirlər. 3 gün davam edən gərgin döyüşlərdə Kosalar döyüşçüləri 2 nəfər itki verdilər. Yevlax polis şöbəsinin əməkdaşı, Polad düşmən tərəfindən vuruldu, Sərvər Məmmədov isə ağır yaralandı. Düşmənə layiqincə müqavimət göstərsə də, Sərvər yaralandığı üçün qüvvələrimiz geri çəkilməyə məcbur oldu. Düşmən “Fanar” postu istiqamətində strateji nöqtələri ələ keçirərək, özünümüdafiə qüvvələrini geri çəkməyə məcbur etdilər. Bir neçə saatdan sonra özünümüdafiə dəstəsi bütün qüvvələri birləşdirərək düşmən üzərinə hərəkətə başladılar. Bu əməliyyatda Mehman Quliyevin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. “Fanar” postu azad edilərək, düşmən qüvvələri geri oturduldular. Bu döyüşdə 20-dən artıq erməni qulduru məhv edildi. Quldurlar sərt qayalığa doluşaraq, əlverişli mövqe tutmalarına baxmayaraq, Kosalar igidləri yenə də öz sözlərini dedilər. Xeyli hərbi qənimət ələ keçirdilər. Ermənilər bu itkinin əvəzini çıxmaq üçün, son qüvvələrini toplayaraq 1992-ci il yanvar ayının 28-də səhər saat 5-də Ballıca kənd məktəbinin direktoru Balasaniyan Valerikin başçılığı ilə Canhəsən postu istiqamətində hücuma keçdilər. Bu döyüşdə Rafail Rəhimovun verdiyi pulemyot döyüşcülərimizin çox karına gəldi. Bu əməliyyatda düşmənin 500 nəfər piyada qüvvəsi, 2 BTR-i iştirak edirdi. Döyüş səhər saat 05:00-dan axşam saat 18:00-a qədər davam etdi. Ermənilər “Topxana” postunun meşəlik üzü və Canhəsən kəndi istiqamətində irəliləyirdilər. İlk döyüşdə “Topxana” postu istiqamətində milli ordunun döyüşçüləri Ə.Bayramov, R.Quliyev, M.Məmmədov və başqaları 20-dən çox erməni quldurunu məhv etdilər. Həmçinin onların komandiri Balasanyan İlham Məmmədov tərəfindən öldürüldü. Kərəm Əskərov: “Onun meyidini yandırmaq istəyəndə Rövşən Ələsgərov qoymur. Üstünü axtarırlar, onun üstündən qumbara çıxır. Xoşbəxtlikdən onun meyidini yandırmamışdılar”. Belə böyük qüvvələrlə hücuma keçmələrinə baxmayaraq, düşmən bu döyüşdə 20 nəfərdən artıq itki verərək geri

93

çəkilməyə məcbur oldular. Canhəsən istiqamətində zirehli texnikaları ilə hücuma keçən erməni quldurlarına qarşı Nəsimi rayon polis şöbəsinin 50 nəfər əməkdaşı, digər rayonlarımızdan olan polis əməkdaşları və Kosalar oğulları birgə mübarizəyə qoşuldular. Bu döyüşdə Nizami Əliyev düşmənin 2 zirehli texnikasını sıradan çıxardı, ermənilər böyük itki verdi. Düşmənlərdən xeyli qənimət ələ keçirilmişdir. Bir-birinin ardınca Kərkicahanın, Malıbəylinin , Xocalının külü göylərə sovrulur, növbəti hədəfə Şuşa və Kosalar çevrilirdi. Quliyev Mehman: “Xocalı qırğını olan gecə Vaqif Ağayev, Kərəm Əsgərov və Eldar Bağırovla qərərgahda idik. Hücum olacağı barədə radiostansiya ilə xəbər vermişdilər. Biz Şuşaya məlumat verdik və bildirdik ki, Həsənabad istiqamətində ağır texnika Xocalıya tərəf yeriyir. Əmr gözləyirdik ki, Çayqovuşandan keçib Ballıcanı götürək və Xocalı aeroportuna çıxaq. Bizə dedilər ki, Rəhim Qazıyev buna razılıq vermir. Kənd ərazisində yerləşən topları və qrad qurğusunu işə salmaq lazım idi. Bu zaman Qaragavdan xəbər gəldi ki, Ballıcadan Kosalar istiqamətində piyadaların döyüş maşınları hərəkət edir...”

94

Göründüyü kimi, düşmən ola biləcək bu ehtimalı əvvəlcədən dəyərləndirərək, Kosalar döyüşçülərinin başını qatmaq üçün eyni zamanda həmin istiqamətdə də qoşun yeritmişdilər. Eyni zamanda ermənlərin Ağdaş postundan iri çaplı silahlarla düz özünmüdafiə dəstəsinin qərərgahını vururdular. Xankəndi ərazisindən isə qərərgah “Qrad” qurğuları ilə atəşə məruz qalırdı. Yalnız Ağdaş postu alınandan sonra Kosaların təhlükəsizliyindən danışmaq olardı. Süleyman Ələsgərov, Elman Abdullayev, Kamil Quliyev və İlham Quliyev həmin ərazidə kəşfiyyatda olmuşdular. Növbəti dəfə Tabil Həsənov, Sənani Məhərrəmov və Ramiz Həsənov kəşfiyyata getmiş və lazimi məlumatları toplaya bilmişdir. Əgər hücum əməliyyatı sabah həyata keçirilməsəydi düşmənlər Kosaları məhv edəcəkdilər. Ermənilər Kosalara hücumu mart ayının 30-na planlaşdırmışdılar. Şuşadakı komandanlığa heç bir məlumat vermədən Kosalar döyüşcüləri düşmən üzərinə hücumu mart ayının 29-na planlaşdırdılar. Onlar bilirdilər ki, Şuşaya məlumat verilicəyi halda ermənilər bundan xəbər tuta bilərlər. 1992- ci il mart ayının 29-da baş vermiş Ağdaş döyüşü daha dəhşətli olmuşdur. Kosalar özünümüdafiə qüvvələri və milis bölməsinin döyüşçüləri düşmənin Şuşa, Kərkicahan və Kosalar arasında, Xankəndinin 2 km-də qərar tutmuş atəş nöqtəsini susdurmaq üçün hərəkətə keçdilər. Əməliyyatda biz tərəfdən 80 nəfər döyüşçü iştirak edirdi. Həm Kosalar kəndini, həm Şuşa şəhərini artilleriya atəşi altında saxlayan düşmən postunu dağıtmaq üçün, Kosalar döyüşçüləri əks hücuma keçdilər. Saat 07:00-dan 19:00-a qədər, 10-12 saat davam edən bu döyüşdə düşmən 80 nəfərə qədər itki verərək geri çəkildi. 3 istiqamətdə aparılan döyüşə batolyon komandiri Əşrəf Fazili başçılıq edirdi. İlk hücumda düşmənin 4 postu ələ keçirildi. İlk andan ağır məğlubiyyətə uğrayan ermənilər təyyarələrin köməyi ilə Ermənistandan əlavə qüvələr gətirdilər. Buna baxmayaraq, döyüşçülərimiz əlavə iki postu da ələ keçirərək, Kərkicahana yaxınlaşdılar. Kosalardan 9 nəfər şəhid oldu. Tabil Həsənov 12

95

erməni quldurunu məhv edərək özü də şəhidlik zirvəsinə ucaldı. Rasim Ağayev çiynindən yaralanmasına baxmayaraq, döyüşü davam etdirərək daha 5 erməni quldurunu cəhənnəmə vasil edib, özü də həlak oldu. 12 nəfər isə ağır yaralandı. Kosalar döyüşçüləri saat yarım ərzində erməniləri Ağdaş postundan çıxardı və onların iri çaplı pulemyotu ələ keçirildi. Həmin döyüşdə igid döyüşçülərimizdən Fəzail Quliyev, Zahid Ağayev və Əhliman Quliyev ağır yaralandılar. Vzvod komandiri B.Quliyev, S.Ələsgərov, K.Məmmədov igidlik göstərdilər. 100 nəfərə qədər itki verən düşmən, həm Xankəndində, həm də Ermənistanda üç günlük matəm elan etdilər. Bu döyüşdə özünümüdafiə dəstələri ilk dəfə olaraq, düşmən üzərinə hücuma keçdilər. Bu hücum eyni zamanda, Azərbaycan ordusunun ilk hücumlarından biri idi. Mart ayının 29-dakı döyüşdən sonra radiostansiyada Oqanesyanın əmrinin mətni tutulmuşdur. Əmrdə belə deyilirdi: “Ağdaş uğrunda gedən döyüşlər dayandırılsın və meyidlər yığılsın. 29 mart döyüşündə fərarilik edərək postu qoyub qaçan 17 əsgər güllələnsin. Yüzlərlə ölən və yaralanan əsgərlərin ailələrinə və özlərinə yardım edilsin. Qarabağda 3 gün matəm elan edilsin”. Döyüşdə yaralıların daşınmasında, ölənlərin dəfnində Kərəm Əsgərovun və Kamran Məmmədovun əvəzsiz xidmətləri olmuşdur. Yaralıların daşınmasında sürücülərdən Cahid Quliyevin, Xəzani Əsgərovun, Bayram Hümbətovun xidmətləri çox olmuşdur. “Qızılqaya” istiqamətində də qanlı döyüşlər başladı. Şuşadan Ziyyədin Quliyevlə Vahid Quliyevin topçu dəstəsi o istiqamətdə düşmən mövqelərini darmadağın etdilər. 1992-ci il aprel ayının 29-da erməni quldur dəstələri mart ayının 29-da kı ağır məğlubiyətin əvəzini çıxmaq üçün Kosalar sovetliyinin Başkənd kəndi istiqamətində güclü hücuma keçdilər. Səhər saatlarından axşama qədər davam edən bu döyüşdə yenə də erməni quldurları ağır itki verərək geri çəkildilər. Həmin vaxt Şuşadan köməyə gəlmiş Ramiz

96

Qəmbərovun batolyonu da igidliklə vuruşdu. Həmçinin Şuşadan Fərmanın polis dəstəsi də köməyə gəlmişdir. Bu döyüşdə igid döyüşçü milis rotasının komandiri Mehman Quliyev və Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərov yaralandı. Mehman Quliyev yaralanmasına baxmayaraq, döyüş bölgəsini tərk etmədi. Bu döyüşdə o, 4 erməni quldurunu məhv etdi. Ramiz Qəmbərov isə yaralı halda düşmən mühasirəsində qaldı. Mühasirəni Şuşa polis batalyonunun komandiri Fəxrəddinlə birlikdə döyüşçülərimiz Elman, Mahir, Kamil, Süleyman və Muşviq yararaq Ramizi xilas etdilər. Ancaq Ramizlə birlikdə 4 silahdaşı həmin döyüşdə qəhrəmanlıqla həlak oldular. Bu döyüşdə 60-dan çox erməni qulduru məhv edilmişdir. Ziyəddin və Vahid 12 nəfərlə Çobandaşaşıran postuna köməyə gəldilər. “Çobandaşaşıran və Ağdaş döyüşlərində Ziyəddin və Vahid top arxasında oldular. Topla 16 ermənini məhv etdilər. Kosalar döyüşçüləri mühasirədən qurtuldular. Çobandaşaşıran qorunub saxlana bildi. Səhərisi gün Başkənd döyüşçüləri “Fanar” postunda mövqe tutub möhkəmləndilər. Quliyev Mehman: “Özünümüdafiə dəstələrinin döyüş mövqeyində irəliləməsi və möhkəmlənməsi üçün Kərəm Əsgərov, Kamran Məmmədov, Məhəmməd Məmmədov əllərindən gələn köməyi edirdilər”. Düşmənin müvəffəqiyyətsizliyi onlara sarsıdıcı zərbə vurmuşdu. Ardıcıl qələbələr Kosalar döyüşçülərini isə əksinə ruhlandırmışdır. Quduzlaşmış erməniləri nə çox saylı itkiləri, nə də ağır məğlubiyyətləri Kosaların qanına yerikləməkdən çəkindirmədi. Onlar Ermənistandan, Livandan, Xankəndindəki 366-cı moto-atıcı rus alayından özləri üçün silah-sürsat və canlı qüvə təmin edərək sıralarını artırırdılar. Bütün bunlara baxmayaraq, o dövürkü rəhbərlərimiz torpaqlarımızın bir-bir işğalına göz yumaraq heç bir tədbir görmürdülər. 1992-ci il, may ayının 7-nin gecəsi həm Kosalar, həm də Şuşa Xankəndi və Şuşukənd istiqamətlərindən güclü artilleriya

97

atəşinə tutuldu. Eyni zamanda düşmən Canhəsən postunu üzük qaşı kimi mühasirəyə aldı. Bununla kifayətlənməyən quldurlar, bütün cəbhə boyu, Qaragav və Başkənd istiqamətlərində də güclü hücuma keçdilər. 1992-ci il may ayının 8-də erməni quldurları Canhəsən kəndini və 4 postumuzu mühasirəyə alanda Kosalar döyüşçüləri İstisu postundan hücuma keçdilər. Ağır döyüşlərin birində Mahir 4 erməni quldurunu məhv etdi. Bu döyüşdə qüvvələrimiz az olduğundan Kosalar döyüşçüləri geri çəkilmişdilər. Döyüşlərin sonrakı gedişatında onlara köməyə gələn yerli müdafiyə dəstələri və Zeynal bəyin, Əşrəf bəyin dəstələrindən olan döyüşçülər çox böyük fədakarlıqla müqavimət göstərərək düşməni geri oturtdular. Həmin gün yaralı və itkilərimiz olmasına baxmayaraq, düşmənə xeyli canlı qüvvə və texnika itkisi verdirərək onlar geri oturutduruldu. Düşmən qüvvələrinin arxasına keçən Süleyman, Kamil, Əhliman və Bakir, düşmən döyüşçülərinin birini əsir götürmüşdülər. Bu döyüşdə Şükür Quliyev itkin düşdü. Əhliman, Ələsgər, Sənani, Məzahir, İsmayıl, Qəhrəman və Mahir ağır yaralandılar (Mahir Abdullayev may ayının 16-da vəfat edərək, şəhidlik zirvəsinə yüksəldi). Erməni quldurları Kosalar sovetliyinə 3 istiqamətdə-Qaragav, Canhəsən və Başkənd istiqamətlərində hücum etdilər. Ən ağır döyüş mərkəzi Canhəsən kəndi istiqamətində oldu. Ayın 8-nə keçən gecə, erməni ordusu Canhəsən kəndinin meşəlik ətrafını dörd tərəfdən mühasirəyə aldı. Ərazidə yerləşən 4 postdan ikisini Zeynal Əliyevin 30 nəfərlik əsgərləri, iki postu isə Kosalar milli özünümüdafiə rotasının və polis bölməsinin döyüşçüləri qoruyurdular. Gecə saat 2-dən başlayaraq, Xankəndi tərəfindən həmin postlar güclü artilleriya və qrad qurğularından atəşə tutuldu. Bu vaxt 3 postun müdafiəçiləri mərmilərdən qorunmaq üçün özlərini meşəlik tərəfə atdılar. Səhər saat 06:00 radələrində burada pusquda duran quldurlar onları yaxın məsafədən atəşə tutdular. Bir nəfər özünümüdafiə bölməsinin əsgəri İldırım Rzayev girov götürüldü. May ayının 8-i səhər saat 5-də Kosalar özünümüdafiə rotasının və milis

98

bölməsinin döyüşcüləri mühasirəyə düşmüş yoldaşlarına köməyə tələsdilər. Birinci rotanın 1 BMP, 2 piyadanın döyüş maşını yola düşdü. Yol kənarında pusqu qurmuş ermənilər BMP-ni vurdular. Bu özünümüdafiə qüvələrinin işini ağırlaşdırdı. Belə ki, Kosaların müdafiəsi üçün ağır texnikadan yalnız 1 tank qaldı. Rotanın tankçısı Elçin Həsənov idarə etdiyi həmin köhnə tankla Ermənilərin tutduqları mövqeləri sərbəst atəşlə susdurdu. Səhər saat 6-da Canhəsən kəndi uğrunda ağır döyüşlər başladı. Bu istiqamətdə bizim birinci postumuz artıq ermənilərin əlində idi. II, III və IV postlardakı döyüşçülərimiz mühasirə şəraitinə baxmayaraq, ağır döyüşlər aparırdılar. Postlarımızın döyüşçüləri I postu geri almaq üçün hücuma keçdilər. Eyni zamanda, Kosalar döyüşçüləri müxtəlif istiqamətlərdə hücuma keçərək düşmənə ağır zərbə vurdular. Bu döyüşdə döyüşçülərimizdən 7 nəfər həlak oldu. Hüseyn İsmayılov, İsmayıl Quliyev, Mahir Abdullayev, Məzahir Əliyev, Əhliman Quliyev, Sənani Məhərrəmov ağır yaralandılar. Buna baxmayaraq, döyüşçülərimiz ruhdan düşməyərək, hücumu davam etdirirdilər. Rotanın döyüşçüsü Şahmar Həsənov səngərlərin birində 11 erməni quldurunu məhv etdi, Elmidar Quliyev isə 5 qulduru məhv edib, 6 quldurla əlbəyaxa döyüşməli oldu. Artıq zərbələrdən özlərinə gələ bilməyən ermənilər I postu verərək geri çəkildi. II post uğrunda gedən gərgin döyüşlərdə isə Əhməd Quliyev, Rövşən Ələsgərov, Bakir Quliyev misli görünməmiş qəhrəmanlıqlar göstərdilər. Digər II postlarımız da mühasirə şəraitindən azad edildi. Axşama qədər davam edən döyüşdə Qabil Bağırov, İlham Həsənov, İlham Məmmədov, Tofiq Quliyev və onlarla başqa döyüşçülərimiz igidliklə vuruşdular. Ağır zərbələrə tab gətirməyən erməni quldurları döyüş meydanında 200-dən artıq meyid qoyaraq geri çəkildilər. Canhəsən postundan 30 km aralıda Badara və Qayabaşı yaxınlığında yerləşən Qaragav kəndinə də eyni zamanda oxşar ssenari ilə hər tərəfdən hücuma keçdilər. Ərazi rotasının Qaragav bölgəsinin komandiri Əhliman Əliyevin komandanlığı altında igid döyüşçülər Nemət Göyüşov, Şakir Əliyev, Möhübbət Əliyev və başqalarının tutarlı cavabları sayəsində

99

düşmən bu istiqamətdə 50-dən artıq canlı qüvvə və texnika itirərək geri çəkildi. Canhəsən istiqamətində gedən döyüş günorta saat 2-yə kimi davam etdi. Axşama yaxın Canhəsən və Qaragav istiqamətlərində döyüş səngisə də, Şuşa ilə Kosalar arasındakı yüksəklikdə ağır döyüşlər davam edirdi. Başkənd istiqamətində də düşmənə ağır zərbələr vuruldu. Ermənilər Canhəsəndəki, məğlubiyyətin əvəzini çıxmaq üçün “Fanar” postu istiqamətində hücumu gücləndirdilər: Bu istiqamətdə ermənilər xeyli irəliləsələr də, buraya göndərilən əlavə qüvvələrin köməyi ilə ermənilər nəinki tutduqları ərazini, hətta əvvəlki mövqelərini də qoyub qaçdılar.

Çobandaşaşıran yüksəkliyi onların nəzarətində idi. 12 nəfərdən ibarət dəstəmiz 2 yerə bölündü. Dəstənin birinə Süleyman, o birinə isə Əşrəf başçılıq edirdi. Süleymanın dəstəsi- Əhliman, Bakir və Elman düşmənin arxasına keçərək 18 yaşlı Andrey adlı bir əsgəri girov götürdülər (o, ermənilərin Kosalar döyüşlərinə öz övladlarını göndərmək istəmədiklərini demişdir). Qəzəblənən düşmənlər əks hücuma keçdilər. Buna baxmayaraq, xeyli itki verdilər. Həmin döyüşdə Ələkbərov Qəhrəman və Quliyev Əhliman ikinci dəfə yaralandı. Məmmədov Kamal üstündəki bintlə onun başını sarıdı. Bəlkə də Qəhrəmanın həyatını həmin bint xilas etdi. Onu döyüş meydanından çıxarmaq üçün, Məmmədov Vaqif və Rüstəmov Nazim köməyə gəldilər. Düşmən gülləsi bu döyüşdə Mahirdən də yan keçmədi.

Bu istiqamətdəki bölməmizdən isə topçu Əlövsət İsgəndərov və döyüşcülərimizdən Vidadi Hümbətov, Mətləb Məmmədov, Elman Abdullayev, Yaqub Quliyev, Fizuli Məmmədov və başqaları igidliklə döyüşdülər. İgid sürücü Şükür Məmmədovun postlarımıza qüvələrimizin çatdırılmasındakı rolu böyük olmuşdur. İlk anda ermənilər hücuma keçəndə ata-bala Kamal və Natiq Məmmədovlar, onlarla bərabər Vaqif Məmmədov və b. döyüşçülərimiz mövqelərimizi qoruyaraq düşmənə verməmişlər. Bu döyüşlərdə də itkilərimiz az olmadı. May ayının 7-dən 8-nə keçən gecə, Şuşa ilə bütün rabitə əlaqəsi kəsildi. Özünümüdafiə qüvvələri 70 km-lik cəbhə xətti

100

boyu postları möhkəmləndirdilər. Çünki, düşmənin yeni hücumu gözlənilən idi.

1992-ci il may ayının 8-də düşmən Çobandaşaşıran istiqamətində hücuma keçir. Kosalardan olan 18 nəfərlik bir dəstə mühasirəyə düşür. Mühasirənin yarılmasında Ələsgər Hümbətov, Vidadi Hümbətov və yoldaşlarının böyük xidmətləri olur. Ələsgər onlara tərəf gələn 2 BMP-dən qabaqdakını qumbaratanla (Ələsgər Hümbətov: “4 mərmidən güclə yararlı birini taparaq atəş açdım. O da BMP-nin sepindən tutaraq onu qırdı”.) vurdu. Digəri geriyə qayıdaraq qaçmaq istəyəndə Ələsgər digərini də vurmaq üçün mövqelərindən irəli keçdi (Ələsgər Hümbətov: “Vidadi Hümbətov məni çağırdı ki, hara keçmisən, başının üstündəki ermənidir. Həmin an özümü Kosalar üzə atıb üzüyenişə qaçaraq, yerimi dəyişdim. Arxamca atəş açdılar, qumbara atdılar, ancaq xoşbəxtlikdən heç biri məni tutmadı). Mühasirədə olan əsgərlərimiz azad oldu. Ancaq Ələsgər özünü mühasirədən güclə çıxara bildi.

Döyüşçülərimiz may ayının 8-də işğal olunmuş “Fanar” postumuz uğrunda gecə saat 23:00-a kimi vuruşmuş və postu azad etmişlər. Tək bu istiqamətdə yox, 1992-ci ilin may ayının 8-də axşam saat 22:00-a qədər qüvvələrimiz 3 istiqamətdə də ermənilər üzərində tam qələbə çalaraq, azğınlaşmış düşmənləri geri oturtdular. Təəsüflər olsun ki, ətraf yaşayış məntəqələri bir-birinin ardınca işğal olunmuşdur. Artıq Kosalar ətrafındakı erməni çənbəri daralırdı. May ayının 7-si axşamdan işıq olmadığından Şuşa ilə Rabitə və Ratsiya əlaqəmiz tam kəsilmişdir. May ayının 9-da səhər saat 10-da Şuşa haqqında alınan kədərli xəbər hamını sarsıtdı. Ancaq heç kəs buna inana bilmədi. Axı necə ola bilər ki, 70 km cəbhə boyu ermənilərlə 3 istiqamətdə aparılan döyüşdə Kosalar igidləri düşmənə ağır zərbələr vuraraq onları məğlub etsinlər, amma alınmaz qala olan Şuşa belə asan əldən getsin? Bu sualın cavabı hələ də Kosalar camaatı üçün aydın deyil, yaxud bu işğal onların da kəndinin işğalına səbəb olduğuna görə bu haqda danışmaq belə istəmirlər. May ayının 8-də 9 nəfər itki, 15 nəfərdən artıq yaralı verərək, düşməni canları

101

bahasına kəndə buraxmayan kənd əhalisi xəyanətin qurbanı olmuşdu. 8 may 1992-ci ildə ermənilərin 33 meyidi bizim əsgərlərin əlində idi. Onların əksəriyyəti Leninakandan idi. Ölənlərin arasında Leninakanın cinayət axtarış idarəsinin rəisi mayor Qirqaryan Edik də var idi. Ondan götürülmüş xəritədə may ayının 8-də Kosaları işğal edərək, Laçının Fingə kəndindən Şuşanın yolunu bağlayıb, bütün Şuşa əhalisini girov götürmək planı əks olunmuşdu. Kosalar döyüşçüləri onları məğlub edərək geri oturtdular. Düşmənin bu planının baş tutmasına, Şuşanın mühasirəyə düşməsinə şərait yaratmadılar. Ancaq Şuşanın işğalı Kosalar üçün ağır zərbə oldu. Köməksizlikdən kəndin işğalı labüd idi. Həmin gün də əhalinin itkiləri çox oldu. Kosalar öz varlığını 1992-ci il 9 may tarixinə kimi qoruyub saxlaya bildi. Diqqət yetirin bu tarixə, bu tarix həmin tarixdir ki, o zaman keçmiş DQMV-nın çərçivəsində heç bir azərbaycanlı yaşayış məntəqəsi qalmamışdır. Demək, Kosalar son qanına, son nəfəsinə qədər vuruşmuşdur. May ayının 9- da, səhər saat 9-da igid döyüşçülərimiz Şuşa istiqamətindən irəliləyən tankların qarşısını çətinliklə də olsa aldılar. Kəndin yeganə yolu olan Kosalar-Şuşa yolunda 4 PDÇM, 6 tank, 5 BTR-in hərəkəti müşahidə olundu. Əhali bu texnikaların Şuşadan Kosalara kömək məqsədi ilə gəldiyini zənn etdilər. Ancaq bu zirehli texnikalar “Çuxur tala” deyilən yüksəklikdən kəndi atəşə tutdular. Vəziyyət aydın idi. Demək Şuşa artıq işğal olunmuşdur. Düşmən 5 min nəfər döyüşçü ilə hər tərəfdən hücuma keçmişdilər. 150 nəfər özünümüdafiə qüvvələri Kosaları mərdliklə qorudu. Ancaq 5 batalyon Şuşa şəhərini qoruya bilmədi, qorumadı, qorumağa qoymadılar. Alınmaz qala, qürur mənbəyimiz, gözəl Şuşamız süqut etmişdi. Şuşanın süqutundan sonra Kosalar yaralı qurd kimi, quduz itlərə daha 2 gün can vermədi. Kosaların müdafiəçiləri kömək gələcəyini bilsəydilər, canlarını dişlərinə tutub yenə də kəndi yağı düşmənə verməzdilər. Ancaq kömək gözləmək yersiz idi. Bir nəfər də olsun, arvad-uşaq kəndi tərk etməmişdi. Camaatın olanı-olmazı

102

hər şeyi kənddə idi. Quduzlaşmış düşmən Kosalar əhalisini tamam qırmaq istəyirdilər. Çünki, necə deyərlər, Kosalar onların gözlərinə dağ çəkmişdi. Artıq bircə yol qalırdı, faydasız yerə itki verməmək. Əhalinin çıxması üçün Kosalar özünümüdafiə qüvvələri kənd uğrunda son döyüşə girdilər. Düşmən texnikasının qarşısını çətinliklə olsa da aldılar. Əslində artıq əsas məqsəd əhalini sağ-salamat çıxarmaq idi. Kənd müdafiəçilərinin yeganə döyüş texnikası “T-55” markalı bir tank idi ki, onun da cəmi 7 mərmisi qalmışdı. İgid tankçı Vahid Quliyev həmin mərmilərdən səmərəli istifadə edərək, qabaqdan gələn erməni tankını məhv etdi. Bu an arxadan gələn erməni tankları pərən-pərən düşdülər. Bu istiqamətdə piyada qoşunlarımız özlərinə mövqe seçərək may ayının 9-nun axşamına qədər ermənilərin kəndə girməsinə imkan vermədilər. 100-dən artıq erməni qulduru məhv edildi. May ayının 8-9-dakı döyüşlərdə Kosalardan 6 nəfər həlak oldu. Yaralananlar da az olmadı. Ümumilikdə bu qanlı-qadalı döyüşlərdə 17 nəfər insan yaralanmış, 18 nəfər şəhid olmuş, 7 nəfər itkin düsmüşdür. Yaralıların və meyidlərin mühasirədən çıxarılmasında Vahid Quliyev, Elçin Həsənov, İlqar Quliyev, Yaqub Quliyev, Zeynalabdin Əliyevin dəstəsindən Tofiq Kazımov, Arif Kazımov, lənkəranlı Malik və başqalarının xidmətləri danılmazdır.

103

9 may 1992-ci il Avtomobil yolu bağlandığından əhali texnikalara, apara bilmədiyi əmlaka od vuraraq (Zülfü Quliyev “URAL” markalı yanacaq maşını, Şükür Məmmədov “ZİL-131” markalı maşını düşmənə qalmasın deyə dərəyə boşladılar. Vahid Quliyev isə son ana qədər Kosaların müdafiəsində əhalinin əlindən tutmuş tankın üzərinə yanacaq tökərək göz yaşları içərisində oda qərq etdi.) sərt dağ yolu ilə Laçın istiqamətində kəndi tərk etməyə məcbur oldular. Əhalinin sağ-salamat çıxmasında igid döyüşçülərimizin rolu danılmazdır. Cəsur kənd müdafiəçilərindən vzvod komandiri Bəkir Quliyevi, Süleyman Ələsgərovu, Şakir Abdullayevi, Rafiq Quliyevi, Əhməd

104

Bayramovu, Nizami Əliyevi, Kamil Məmmədovu və başqalarını göstərmək olar. Bu oğulların xidmətləri hökumətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Tabil Qasım oğlu Həsənov (ölümündən sonra), Natiq İliyas oğlu Əhmədov (ölümündən sonra), Möhsüm Şahin oğlu Məmmədov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı”, Xəzani Kərəm oğlu Əsgərov “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra) , Rüstəmov Eldar Əmir oğlu(ölümündən sonra), Ağayev Rasim Mirsalam oğlu(ölümündən sonra), Abdulayev Mahir Tanrıverən oğlu(ölümündən sonra), Məmmədov Sərvər Yelmar oğlu(ölümündən sonra) isə igidliyə görə medalı ilə ilə təltif olunmuşdur.

Ermənilər Canhəsən postunun arxasından keçib, digər 3 postu da mühasirəyə aldılar. Mükəmməl silahlanmış düşmənin müqabilində bizim bir tankımız, bir ədəd əldəqayırma qrad qurğumuz vardı. Gecə saat 2:00-a kimi döyüş davam etdi. Döyüşdən sonra döyüş meydanında 233 erməni meyidi qalmışdır. Erməni separatçıları Kosalara hücum zamanı hər zaman yalquzaq canavar kimi kəndi hər iki tərəfdən əhatə edən dağlıq ərazi ilə yalbeli hərəkət edirdilər. Məqsəd Kosaları mühasirəyə salaraq bu döyüşkən Kosalar əhalisini qırmaq idi. Üzərlərində Azərbaycan bayraqları olan tanklarla kəndə daxil olmaları bunu bir daha sübut edir... Axı Kosalar döyüşçüləri onlara çox zərbə vurmuşdu.

Əhali kəndi tərk edərkən, bir qism yolun açıq olduğunu zənn edib, Başkənd kəndinin içi ilə kəndi tərk etməyə çalışdılar. Bu istiqamətdə ermənilər texnika çıxardaraq artıq yolu kəsmişdilər. Texnikaların üzərində Azərbaycan bayrağı dalğalandığından sakinlər onları azərbaycanlı zənn edərək, bizik, atmayın,- deyərək irəliləməyə çalışdılar. Ancaq onları atəşə tutanların danışıqlarından erməni olduqlarını anladılar. Artıq gec idi. Düşmənə haqlanmışdılar... Dağ yolu ilə kəndi tərk edən əhali yarı canları qohum əqrabasının yanında, qarın-çovğunun (may ayı olmasına baxmayaraq qar yağırdı.) altında Laçın istiqamətində hərəkət etdilər.

105

Erməni nəzər-nöqteyindən

1992-ci ilin may ayının 8-də Canhəsən kəndində öldürülmüş, Leninakandan olan bir quldurun cibindən çıxan qeyd dəftərçəsində bu sətirlər yazılmışdır: “May ayının 7-də bütün erməni birləşmələrini Həsənəbaddakı alma bağına topladılar. Təlimdən sonra, bizə elan etdilər ki, may ayının 8-də Kosalar və Şuşa üzərinə hücum edəcəklər. Bu vaxt döyüşçülərin çoxu Kosalar üzərinə getməkdən imtina etdilər. Axı onlar yaxşı bilirdilər ki, Kosalar üzərinə gedənlər geri qayıtmırlar”. Onların bu sözləri may ayının 8-də bir daha öz təsdiqini tapdı. Erməni qoşunlarının başçısı Oqanesyan son axırıncı əmrini vermişdir: “Kosalara qəti şəkildə hücum etməli, oranın döyüşün bütün qüvvələrini məhv etməli, həmin kəndi bütövlükdə yandırmalı və hərbi qənimətlər ələ keçirməli!” Arutyun Kirokosyanın gündəliyindən: “Artıq beşinci gündür ki, bu kənddəyik. Yuxarıda, təxminən 2-3 km hündürlükdə Şuşa, aşağıda isə Stepanakertdir... Sabah bizimkilər yenidən “Şeytan dağı“ na qalxacaq. Azərbaycanlıların mövqeyini tutmaq, şəhəri ələ keçirmək üçün döyüşə girəcəklər. Uşaqlar danışırlar ki, şəhərdə az qüvvə qalıb. Ancaq daxilimdə hər şey bir birinə qarışıb: Qorxu, ağrı, ümidsizlik... Bu gün qorxu məni yaman üstələdi. İstədim hər şeyi atıb ailəmin yanına qayıdam... Geriyə yol yoxdur. Yuxarıda azərbaycanlıların dayaq nöqtəsi Canhəsən mövqeləridir. Həmin mövqelər alınmalıdır. Uşaqlar döyüşə hazırlaşırlar. Mən onların hər biri üçün qorxuram. Nəyin uğrunda dəli kimi ölümə atılırlar? Bunu başa düşmək mənim üçün çətindir. İlahi, sənin qarşında diz çöküb yalvarıram, bu mənasız qanın axıdılmasının qabağını öz qüdrətinlə al! Mənim əzizlərim!mənim üçün sizləri görmək, sizin gülümsər gözlərinizə baxmaq, dünyada hər şeydən qiymətlidir. Gözləyin, qayıdacağam. Mütləq! Görüm müharibə törədənləri lənətə gəlsinlər! Biz burdan (Canhəsəndən) aeroporta (Xocalı aeroportu nəzərdə tutulur) tərəf atılan topların səsini aydın eşidirik. Şuşadan Stepanakertin necə vurulduğu da görünür. Adamın canına vəlvələ düşür. Uşaqların bəzilərinin qorxudan rəngləri ağarır. Bəziləri isə heç veclərinə almırlar, elə bil heçnə baş vermir. Hərdən mənə elə gəlir ki, artıq zəifəm. Atəş səslərindən diksinirəm. Var gücümü toplayıb, özümü düzəldirəm. Mənim bu dağlarda nə ölümüm var? Sabah Yəqin işim çox olacaq. Şuşanı almaq asan olmayacaq. Təki hər şey tez qurtaraydı!!!”

106

TARİXİ XRONİKA

- 1991- 16 dekabr - Kosalarla Cəmilli arasında düşmən Cəmillidən Kosalara taxıl dalıncan gələn avtomobili güllə yağışına tutur. 3 nəfər həlak olur. 29 dekabr - Kosalar kəndi atəşə tutulur - 1992- 5 yanvar - ermənilər Kosalara, İstisu postuna hücum edirlər. 16 yanvar - Kosalar kəndi atəşə tutulur. Kosalarda 1 nəfər həlak olur, 2 nəfər yaralanır. 19 yanvar - Kosalar ara-sıra atəşə tutulur. 24 yanvar - Kosalar kəndi atəşə tutulur, dağıntılar var. 27 yanvar - Kosalar atəşə tutulur. 28 yanvar - Xankəndi üzərində Ağdam- Şuşa marşurtu ilə uçan vertolyot vurulur. 40-nəfərə qədər sərnişin və heyət həlak olur. Vertolyotda bir neçə nəfər Kosalar kənd sakini də olmuşdur. 28 yanvar - Canhəsən kəndi hücuma məruz qalır. 17 fevral - Kosalar kəndi gecə atəşə tutulur. Yaralananlar və dağıntılar var. 17-18 fevral - Kosalar kəndi gecə atəşə tutulur. Yaralananlar var. 25 mart - Kosalar kəndi atəşə tutulur. 29 mart - Kosalar kəndi mühasirəyə alınaraq, hücuma məruz qalır, 7 nəfər həlak olur, 20-dən çox adam yaralanır. 1 aprel - Kosalar kəndi gecə atəşə tutulur və hücuma məruz qalır. 1 nəfər həlak olur, 7 nəfər yaralanır. 7 aprel - Kosalar kəndi gecə atəşə tutulur. 29 aprel - Kosalar kəndinə hücum edilir, əks- hücumla Kərkicanadək bütün döyüş mövqeləri ələ keçirilir. 7 may - Kosalar artilleriya atəşinə tutulur.

107

May ayının 7-dan 8-nə keçən gecə Şuşaya gecə saat 02:30-da hücum ediləcəyi haqqında məlumat radio stansiyada tutulur. Şuşa şəhəri gecə saat 02:00-dan başlayaraq, erməni silahlı qüvvələri tərəfindən Xankəndi və Daşaltı istiqamətindən şiddətli atəşə tutulur. Artilleriya hazırlığından sonra üç tərəfdən şəhərə geniş hücum başlanır. Respublikanın rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirilir. Kosalar kəndi atəşə tutularaq, hücuma məruz qalır. Şiddətli döyüşlər gedir. Xəlfəli körpüsü partladılır. 8 may- erməni silahlı qüvvələri müdafiə xəttini yararaq, benzindoldurma stansiyasına soxulur. Şuşa toplardan birbaşa atəşə tutulur. Axşama doğru şəhəri sonuncu qüvvələr tərk edirlər. Şəhərin müəmmalı işğalı başa çatdırılır. 8 may - Düşmənlər Canhəsən kəndini və Kosaların 4 postunu mühasirəyə alır. İgid Kosalar oğulları düşmənin arxasına keçərək layiqli cavablarını verirlər. 9 may- Şuşanın işğal olunması Kosalar kəndinin vəziyyətini kəskinləşdirdi. Ermənilər hər tərəfdən 16-minlik qoşunla kəndə hücuma keçdilər. Qaragava da qoşun yeriyirdi. Laçın isə aramsız atəşə tutulurdu. Üzərində Azərbaycan bayraqları dalğalanan tanklar kəndə girdilər. Bu Şuşadan gələn kömək deyildi. Şuşa artıq işğal olumuşdur. Dünən dağı-daşı lərzəyə salan oğullar, bir gün sonra göz yaşları içərisində kəndi tərk etmək məcburiyyətində qaldılar. Kosalar qəhrəmanlığı, Şuşa xəyanətinin kölgəsində görünməz oldu. Ancaq Kosalar övladları, əhali kəndi tərk edənə qədər düşmənləri Kosalara buraxmadılar. Əhali döyüşə-döyüşə Şırlan istiqamətində geri çəkilməyə başladı. Ermənilər bu istiqamətdə də texnika çıxardaraq yolu kəsdi. Yeganə ümid yolu da tutuldu. Əhali bütün texnikanı mal-mülkünü qoyaraq dağlarla Laçın istiqamətində hərəkət etdi. Beləliklə, daha bir yaşayış məntəqəmiz ermənilər tərəfindən işğal edilərək vəhşicəsinə dağıdıldı. Bütün döyüşlərdə Kosalar kənd özünümüdafiə qüvələri ilə birgə canından keçməyə hazır olan Yevlax, Gəncə,

108

Xanlar (indiki Göygöl), Şəki, Ağdam və başqa bölgələrimizdən olan igid oğullarımız olmuşdur ki, Kosalar əhalisi heç vaxt onların qəhrəmanlıqlarını unutmaycaqlar. Kosaların işğalından sonra, Kosalar oğulları düşmənə qarşı mübarizələrini Tərtər, Ağdam, Kəlbəcər, Ağdərə, Laçın istiqamətlərində gedən döyüşlərdə davam etdirdilər. Bu döyüşlərdə də itkilərimiz az olmadı: Fərhad, Xəzani, Şəmsi, Ramiz, Faiq kimi igidlərimiz Vətən uğrunda canlarından keçdilər. Bu gün də atəşkəs şəraitində yaşamağımıza baxmayaraq, Kosalardan olan gənclər torpaqlarımızı azad etmək üçün bu və ya digər hərbi hissələrdə döyüş sənətinə yiyələnirlər.

Ağdaş əməliyyatı Çobandaşaşıranda aldıqları məğlubiyyətin əvəzini çıxmaq üçün, əlavə qüvvələr hesabına güclənən erməni quldurları Ağdaş yüksəkliyinə hücum edərək oranı tutdular. Onlar bir neçə yerdə post təşkil edərək 6 böyük çadır qurdular. Ermənilər burada möhkəmlənməyə çalışırdılr. Bu baş tutsaydı, onlar buraya texnika çıxara bilsəydilər, onda Kosalar müdafiə oluna bilməyəcəkdi. Kənd üçün bu yolverilməz idi, vəziyyəti yaxşı başa düşən kənd sakinləri uşaqdan-böyüyə ayağa qalxmışdılar. Əlavə kömək almaq üçün Kosalar özünümüdafiə dəstəsinin komandiri Quliyev Mehman kömək üçün Şuşa polis şöbəsinə müraciət etdi. Ancaq müdafiə naziri Rəhim Qazıyev bunu eşidəndə qəti etirazını bildirdi. Hücuma keçməmək barədə qəti xəbərdarlıq etdi. Lakin Kosaların taleyi həll olunurdu. Buna görə özünümüdafiə batolyonu heç bir xəbərdarığa məhəl qoymdan qəti hücuma hazırlaşdı.

109

Kosalar döyüşçülərinə məlum olmuşdu ki, mart ayının 30-da ermənilər kəndə hücum edəcəklər. Bu hücumu gözləmədən qabaqlayıcı tədbirə əl ataraq, özləri 1992-ci il mart ayının 29-da Xankəndi istiqamətinə hücum edərək 70-ə qədər erməni quldurunu məhv etdilər.

1992-ci il mart ayının 28-də gecə düşəmənin zərbə

mövqelərini müəyyənləşdirmək

üçün T.Həsənov, S.Məhərrəmov və R.Həsənovdan ibarət kəşfiyyat qrupu göndərildi. Onlar öhdələrinə düşən vəzifəni çətinliyinə baxmayaraq dəqiqliklə yerinə yetirdilər.

Kəşfiyyatçılar düşmənin mövqelərini, çadırlarını, təxmini saylarını, hansı

isdiqamətdən hücumun mümkünlüyünü müəyyənləşdirdilər. Bütün bu məlumatlar əsasında səhər saat 5-də özünümüdafiə dəstələri düşmən üzərinə hərəkət etdilər. Döyüş axşam saat 20:00-a qədər davam etmişdir. Hücum əməliyyatı 2 istiqamətdə müəyyənləşdirildi. Dəstənin biri meşədən, digəri isə 36 nəfərlə Qaybalı tərəfdən və Çobandaşaşıran postundan Ağdaş yüksəkliyi istiqamətinə hücuma keçdilər. Bu postlar arasında ermənilərin 5-6 postu var idi. Qəfil hücum erməniləri çaşdırdı. Gözlənilmədən hücuma keçən Kosalar oğulları erməni postlarını məhv edib, çadırlara doğru hücum etdilər. 60-a qədər erməni quldurunu məhv edərək əbəs yerə Kosaların indiyə kimi müdafiə olunmadığını düşmənə

110

bir daha sübut etdilər. Bu tək bir kəndin hünəri idi. Qarabağdan, Ermənistandan, Livandan və digər xarici ölkələrdən gətirilərək xususi təlim görmüş, rus silahları ilə təpədən-dırnağa qədər silahlandırılmış erməni quldurları kortəbii şəkildə silahlanmış Kosalar oğullarının, onların planları, qeyrəti qarşısında aciz qalmışdılar. Bu rüsvayçı məğlubiyyət ermənilərin yaddaşından heç vaxt silinməyəcək. Belə ki, 1992-ci il 29 martda baş vermiş bu ağır döyüşdə verdikləri itkiyə görə Xankəndində və Ermənistanda 3 günlük matəm elan etdilər. Ermənilər Xankəndindən İrəvana xəbər vermişdilər ki, Kosalar kəndinə girmək mümkün deyil. Ancaq havadan girmək olar. Həmin döyüşdə 45 aftomat, 4 pulemyot və xeyli sayda digər döyüş ləvazimatı ələ keçirildi. Bu döyüşdə 7 nəfər kənd sakini həlak olmuş, 20-dən çox adam yaralanmışdır. Döyüşçülərimiz döyüşü davam etdirərək Kərkicahan istiqamətində hərəkət etmək qərarına gəlirlər. Ancaq lazimi texnika və canlı qüvvənin catışmamazlığı bunu mümkünsüz edir. Yuxarda dediyimiz kimi, müharibə illərində kənd əhalisi uşaqdan-böyüyə kimi silaha sarılmışdı. Ermənilər dəfələrlə Kosalar kəndinə hücumlar etmişdilər. Onlar nəyin bahasına olursa-olsun, bu igid yurdun dəyanətini qırmaq, kəndi işğal etmək istəyirdilər. Belə ağır günlərdə Kosalar kəndinə Gəncə, Bakı, Şəki, Ağdaş, Yevlax və digər şəhər və rayonlarımızdan köməyə gələn qeyrətli oğullarımız olmuşdur. Onlardan canlarını bu torpağa fəda edənlər də az olmamışdır. Onları kənd sakinləri daim xatırlayacaq.

111

777 saylı Briqadanın tabeliyində olan 835 saylı Hərbi hissənin Kosalar kənd

ozünümüdafiə rotasının şəxsi heyətinin və döyüşçülərinin siyahısı

1. Bölük komandiri: Quliyev Ramiz Şahlar o. 2. Bölük komandirinin köməkçisi: Ağayev Zahid İsa o. 3. Taqım komandiri: İbrahimov Rasim Maarif o. 4. Abbasov Abbas Bəyməmməd o. 5. Abdullayev Sahib İsa o. 6. Abdullayev Əlövsəd İsa o. 7. Abdullayev Sərhad Yusif o. 8. Abdullayev Fərhad Yusif o. 9. Abdullayev Şakir İsa o. (polisə k.) 10. Abdullayev Zakir Hamayıl o. 11. Ağayev Yaqub Mirsalam o. (polisə k.) 12. Ağayev Məzahir Yunis o. 13. Ağayev Vaqif Cəlil o. 14. Bağırov Şamil Hüsən o. 15. Bağırov Azər Yusif o. (polisə k.) 16. Bağırov Qabil Yusif o. 17. Bayramov Əhməd Səməd o. (polisə k.) 18. Bayramov Şəvalət Binnət o. 19. Bayramov Mahir Binnət o. 20. Bayramov Ədalət Səmməd o. 21. Cabbarov Nemət Misir o. 22. Əhmədov Rafil Zeynal o. 23. Əhmədov Rasim Zeynal o. 24. Əhmədov Vüqar Qiyas o. 25. Ələsgərov Süleyman Əhməd o.(polisə k.) 26. Əliyev Şakir Sabir o. 27. Əliyev Nizami Qaçay o. 28. Əliyev Əhliman Bəbir o. 29. Əliyev Eyvaz Bəbir o. 30. Əliyev Asif Qara o.

112

31. Əliyev Ramil Qara o. 32. Əliyev Yusif Qara o. 33. Əliyev Əlövsət Surxay o. 34. Əliyev İdayət Surxay o. (polisə k.) 35. Əliyev Əli Hətəm o. 36. Əliyev Naməd Qaçay o. 37. Əliyev Əhməd Qaçay o. 38. Əliyev Möhübbət Surxay o. 39. Əhmədov Amil Fazil o. 40. Ələsgərov Rüsdəm Surxay o. 41. Ələsgərov Vüqar Əhməd o. 42. Ələsgərov Vaqif Fərman o. 43. Ələsgərov Yaşar Şahlar o. 44. Ələkbərov Arif Novruz o. 45. Həsənov Bulud Qaçay o. (polisə k.) 46. Həsənov Elxan Bəhmən o. (polisə k.) 47. Həsənov Həsən Qaçay o. 48. Həsənov İlham Ağalar o. (polisə k.) 49. Həsənov Tahir Xankişi o. 50. Həsənov Məşədi Nəriman o. 51. Həsənov Şahmar Baxış o. 52. Hümbətov Hümbət Muğay o. 53. Hümbətov Vidadi Gülmalı o. (polisə k.) 54. Hümbətov Rizvan Rəşid o. 55. Hümbətov Həsən Gülmalı o. 56. Hümbətov Bayram Əvəz o. 57. İsgəndərov Zakir Qasım o. (starşina rota) 58. İsgəndərov Əlövsət Əliqulu o. 59. İsmayılov Hüseyn Müsür o. 60. İsmayılov Müsrət Müsür o. 61. Quliyev İsmayıl Yunis o. 62. Quliyev Adil Hamayıl o. 63. Quliyev Süleyman Novruz o. 64. Quliyev Ramil Şahlar o. (polisə k.) 65. Quliyev Vaqif Nurməmməd o. 66. Quliyev Rafiq Şahlar o.

113

67. Quliyev Elşən Şahlar o. 68. Quliyev Şükür Bərxüdar o. (itgin) 69. Quliyev İlham Tapdıq o. 70. Quliyev Bakir Yelmar o. 71. Quliyev Calal Xanlar o. 72. Quliyev Zakir Mürsəl o. 73. Quliyev Məhər Mürsəl o. 74. Quliyev Daşqın Almaz o. 75. Quliyev Araz İsa o. 76. Quliyev Süleyman Tapdıq o. 77. Quliyev Tofiq Rəşid o. 78. Quliyev Sərvər Qaytaran o. 79. Quliyev Camal Hilal o. 80. Quliyev Famil Hilal o. 81. Quliyev Fəzail Seviyan o.(polisə k.) 82. Məmmədov Kamil Kamran o. (polisə k.) 83. Məmmədov Bakir Qasım o. 84. Məmmədov Nadir Qasım o. 85. Məmmədov Süleyman Qarakişi o. 86. Məmmədov Sərvər Yelmar o. (şəhid) 87. Məmmədov Vaqif Cümşüd o. 88. Məmmədov Şükür Cümşüd o. 89. Məmmədov Məhəmməd Ədil o. 90. Məmmədov Kamal Fərhad o. 91. Məmmədov İlham Şahin o. 92. Məmmədov Fazil Şahlar o. 93. Məmmədov Mehman Şahlar o. 94. Məmmədov Tofiq Şahlar o. 95. Məhərrəmov Şamil Qasım o. (polisə k.) 96. Məhərrəmov Saleh Bəhmən o. 97. Məhərrəmov Ramiz Təhməz o. 98. Məhərrəmov Məhəmməd Təhməz o. (polisə k.) 99. Muradov Ramiz Təyyar o. (sürücü) 100. Muradov Yaşar Təyyar o. 101. Nəcəfov İsmayıl Soltan o. 102. Nəcəfov Yaşar Niyaz o.

114

103. Ramazanov Umud Bulud o. 104. Rəşidov Akif Arif o. 105. Rüsdəmov Nazim Eldar o. 106. Rzayev Möhübbət Bəhrəm o. 107. Rzayev Mahir Cavanşir o. 108. Rzayev Füzuli Hətəm o. 109. Rzayeva Təzəgül Məhəmməd q. (aşbaz) 110. Rzayev Əhəd Əsəd o. 111. Rzayev Səyyaf Barat o. 112. Rzayev Ağa Əsəd o. 113. Rzayev İldırım Barat o. 114. Süleymanov Oqtay Əjdər o. 115. Süleymanov Cabbar Hətəm o. 116. Süleyman Soltan o. 117. Tağıyev İsmayıl Tapdıq o. 118. Vəliyev Azər İsgəndər o.

Bölük komandiri Ramiz Quliyev: “Aşağıda adlarını çəkdiyim döyüşçülər bir çox döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişlər. Süleyman Ələsgərov, Bakir Quliyev, Məmmədov İlham, Vəliyev Azər, Quliyev Süleyman, İbrahimov Rasim, Məmmədov Kamil, Quliyev Rafiq, Abdullayev Şakir, Quliyev Zülfü, Quliyev Laçın, Məmmədov Şükür, Ağayev Cəlil, İsmayılov Hüseyn, Quliyev Daşqın, Bayramov Əhməd, Əliyev Möhübbət, Həsənov Elxan, Əliyev Əhliman, Məmmədov Kamal, Əliyev Nizami, Quliyev İsmayıl, Rzayev Səyyaf.” 1992-сi il may ayının 9-da hər yerdən kömək əli üzülən Kosalar kənd özünümüdafiə bataliyonunun qarşısında bir vəzifə qalırdı mühasirə vəziyyətinə düşmüş kənd əhalisini sağ-salamat çıxarmaq. İtkilər verilməsinə baxmayaraq Kosalar müdafiəçiləri bu işin öhdəsindən laiqincə gələ bildilər.

115

Həmin döyüşlərdə Rzayev İldırım Barat oğlu itkin düşdü, Quliyev İsmayıl və İsmayılov Hüseyn yaralandı. Onlarla yanaşı Quliyev Bakir, Məmmədov Kamil, Ələsgərov Süleyman, Əliyev Nizami, Bayramov Ədalət, Quliyev Ramil, Həsənov İlham, Həsənov Elxan, Əliyev Möhübbət, Rzayev Səyyaf əsl fədakarlıq göstərdilər. Rota Kosalar kəndinin işğalından sonra Laçın və Ağdərə uğrunda gedən hərbi əməliyyatlarda da yaxından iştirak etmişdir. 1992-ci il avqustun 28-dən 31-nə qədər Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə rotanın döyüşcülərindən Quliyev Bakir, Ağayev Zahid, Bayramov Əhməd, Quliyev Ramil, Abdullayev Şakir və başqaları xüsusi fədakarlıq göstərmişlər. Rota 1992-ci ilin payızında ləğv olunmuşdur. Kosaların işğalı Kosalar uğrunda döyüşdə canlarını qoyanlara çox ağır gəlirdi. Döyüş ruhu hələ onunların bədənindən çıxmamışdır. Kəndin işğalından sonra Kosalar döyüşçüləri Şuşa polis bölməsində cəmləşdilər. Mehman Quliyev, Eldar Bağırov, Ramil Ağayev və digərlərinin təşkilaçılığı ilə Kosalar batoliyonu yaradılaraq birgə mübarizə təşkil olundu. Kosalar döyüşcüləri bir yerə yığılaraq Vətən torpağı uğrunda birgə mübarizəyə qoşuldular...

Quliyev Ramiz Quliyev Ramiz Şahlar oğlu 1964-cü il may ayının 8-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan

116

Cavadlar kəndində anadan olmuşdur. O, 1971-1981-ci llərdə Kosalar kənd orta məktəbində təsil almışdır. Orta məktəbi bitirən Ramiz 1982-ci ildə Sovet ordusu sıralarında hərbi xidmətə yola düşür. O, hərbi xidməti Qazağısdanda raket dviziyasında keçirir. Ramiz 1984-cü illərdə hərbi xidməti başa vurub doğma Kosalara qayıdır. Ramiz 1990-cı ildə Azərbaycan Neft Akadimiyasına daxil olmuş, 1995-ci ildə isə həmin akademiyanı

bitirmişdir. O, hələ tələbə ikən Kosalar kənd orta məktəbində hərbi hazırlıq müəllimi kimi əmək fəaliyyətinə başlamışdır (1990-cı ildən). Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq o da digər Kosalar oğulları kimi 1988-ci ildən erməni qəsbkarlarının çirkin əməllərinə qarşı fəal hərəkata başlamışdır. Ramiz 1991-ci ildə Kosalar kəndində özünümüdafiə batoliyonunun yaradılmasında fəyal işdirak edərək onun komandiri olmuşdur. Bu vəzifəyə o, yükdək səviyyəli hərbi biliyinə və bacarığına görə layiq görülmüşdür. Özünümüdafiə məqsədi ilə Kosalar kəndinə Müdafiə Nazirliyinin xətti ilə müxtəlif hərbi hissələrdən döyüş silahlarının alınıb gətirilməsində böyük rol oynamışdır. Onun rəhbərlik etdiyi batalyonun tabeliyində 119 nəfər əsgər və zabit qulluq edirdi. Ramiz - bu ad Kosalar kəndində uşaqdan böyüyə hamıya tanışdır. Ağır, uzun və şərəfli döyüş yolu keçən bu insan sadəcə döyüşçü yox döyüş pılanın hazırlayan döyüşə rəhbərlik dən şəxislərdən biri olmuşdur. O, bir komandir kimi Kosalar kəndi uğrunda gedən bütün döyüşlərdə öz sözünü demişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələrinin miqiyası genişləndikcə erməni təcavüzünə məruz qalan yaşayış məntəqələri gündən-günə artırdı. Azğınlaşmış düşmənin hücum hədəfinə çevrilən belə yaşayış məntəqələrindən biri də Kosalar

117

kəndi olmuşdur. Kosalar kəndi 3 tərəfdən 70 km-lik müdafiyə xəttinə malik bir vəziyətə salınmışdır. Bu ağır gündə vətənin qorunmasında hər bir kənd sakini çalışırdı ki, bacardığından artığını etsin. Belə fədəkar kənd oğullarından biri də elə məhz Ramiz idi. Qarabağ döyüşlərində, Kosalar özünümüdafiə batalyonunun təşkilində Ramizin xidmətləri danılmazdır. O, şəxsi şücaəti, qəhrəmanlığı, təşkilatçılığı ilə daim fərqlənmişdir. Özünümüdafiə batalyonunun komandiri kimi onun üzərinə çox ağır yük düşürdü. Dəstənin üzvlərini silahla təmin etmək üçün bir dəfə Ramiz Quliyev Vaqif Ağayev ilə birlikdə Bakıya silah dalınca getmişdilər. Müxtəlif çətinliklərə baxmayaraq az da olsa rotanın əsgərləri üçün silah-sürsat tapa bilmişdilər. Kosalar kəndinin işğalından sonra Ramizin rəhbərlik etdiyi özünümüdafiə batalyonu Laçın və Ağdərə rayonlarında da vuruşdu. Batalyon sonradan 1992-ci ilin payızında ləğv olundu. Qarabağ onun üçün hər şey idi. Onun bütün bu mübarizəsi torpağına olan məhəbbətindən irəli gəlirdi. Belə vətən oğullarının sayəsində Kosalar Qarabağı sonuncu tərk etdi. Təsəsüflər olsun ki, belə bir insanı Kosalar eli tez itirdi. Ramiz 2008-ci ildə əbədiyyətə qovuşdu. Kosalar eli yaşadıqca o, da əməlləri ilə yaşayacaqdır. Ancaq təəssüflər olsun ki, o, Vətən nisgili ilə bu dünyadan köçdü. Allah rəhmət etsin! Evli idi 3 övlad atasıdır.

118

Kosalar döyüşcüləri Cəmillinin harayında 1990-cı il dekabr ayının 15-də əhalinin ərzaq tələbatını ödəmək üçün, bir neçə nəfər Cəmilli kənd sakini və Şəki RPŞ-nin əməkdaşları ZİL-130 markalı maşınla Kosalar kəndinə taxıl gətirmək üçün gedərkən, yolda (Cəmilli- Kosalar arasında) pusqu qurmuş düşmənin atəşinə məruz qalırlar. Qeyri-bərabər döyüşdə 1 nəfər Cəmilli kənd sakini, 2 nəfər Şəki RPŞ-nin əməkdaşı: Şəki şəhər polis şöbəsinin əməkdaşları, Mikayıl Cəbrayılov, Arzu Əliyev, cəmilli kənd sakini Əhməd Cavadov qətlə yetirilmişdir. (Həlak olan Şəki RPŞ-nin əməkdaşlarından biri: Şəki RPŞ-nin sahə müvəkkili, polis baş leytenantı, 1952-ci ildə Şəki rayonunun Oxud kəndində doğulmuş, Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov (Fransa müqavimət hərəkatının fəallarından olan Əhmədiyyə Cəbrayılovun oğlu) olmuşdur.). 4 nəfər isə yaralandı. Bu hadisə zamanı onlara ilk köməyə gələn də Kosalar camaatı olmuşdur. 1991-cı ilin avqust ayında Şuşadan gələn “UAZ” markalı maşını ermənilər Darlı adlanan ərazidə atəşə tutdular. Maşında olan 6 nəfərdən 3-ü, Natiq Salahov, Tahir Sadıqov və Kosalardan olan 5 yaşlı Maya qətlə yetirildi. Bu hadisə zamanı da Cəmillinin köməyinə Kosalar polis rotasının əməkdaşları çatmışlar. Ermənilərin ətraf azərbaycanlı yaşayış məntəqələrinə birinci həmləsi Cəmilli kəndi üzərinə oldu. İntensiv düşmən hücumu qarşısında köməksiz qalan kənd 16 dekabr 1991-ci ildə işğal olundu. Cəmillinin köməyinə ilk gələnlər Kosaların mərd oğulları oldu. Onlar əhalinin mühasirədən sağ-salamat çıxarılmasında həlledici rol oynadılar. Nəticədə minimum itki hesabına əhali çıxarıldı. Orada bir nəfər Ağcabədi milisi və yerli sakin Məmməd həlak oldu. Döyüşün sonrakı gedişində kənd ermənilərdən azad olundu. Onlar çoxlu itki verərək geri oturuldular. Cəmilli əhalisinin müdafiəsində Quliyev Mehman, Məmmədov Kamal,

119

Məmmədov Möhsüm, Əhmədov Qiyas, Abdullayev Şakir, Əliyev Nizaminin xidmətləri çox olmuşdur. Əsgərov Kərəm: “Mikayıl Gözəlovla (Şuşanın keçmiş İcra Başçısı) 1991-ci il, dekabr ayının 13-də Şuşada görüşməyi planlaşdırdıq. Biz həmin gün də görüşdük. O, dedi ki, Cəmillinin müdafiəsinə siz də kömək etməlisiniz. Axşam Ziyəddin Quliyev mərmi götürüb Kosalara gələcək. Sayıqlığınızı itirməyin. Mikayıl kimi cəsur rəhbər... öz kabinetində qətlə yetirildi.” Təəssüflər olsun ki, Vətənin qeyrətli oğlu Mikayıl Gözəlovun qətlindən sonra bölgə müdafiəsiz qaldı. Ətraf ərazilərin bir-bir işğalı daha heç bir səlahiyyətli vəzifəli şəxslərimizi maraqlandırmadı. Cəmilli kəndi də belə münasibətin qurbanı oldu. Köməksizlik uçbatından daha bir yaşayış məntəqəmiz işğal olundu. Cəmillinin işğalı ilə ermənilər Kosalara bir az da yaxınlaşmış oldular.

Kosalar döyüşcüləri Meşəlinin harayında 1991-ci il, dekabr ayının 22-dən 23-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış erməni quldurları Meşəlini mühasirəyə alaraq, səhərə yaxın camaatı atəşə tutub, əhalini vəhşicəsinə qətlə yetirmişdilər. Yenə də Kosalardan bir dəstə döyüşçü, özünümüdafiə dəstəsinin döyüşçüləri, polis dəstələri milis baş leytenantı Mehman Quliyevin rəhbərliyi ilə köməyə gəldilər. Bu döyüşdə Mehman Quliyevin xidmətləri çox oldu.

120

Kosalardan Meşəliyə gedən yolda Ballıca kəndi yerləşirdi. Təhlükəsizlik üçün bütün yol boyu təcili postlar təşkil edildi. Bu döyüşdə Xocalı milli ordusunun komandiri mərhum Tofiq Hüseynov da dəstəsi ilə köməyə çatdı. Şükür Məmmədovun maşını ilə əlavə olartq 10 nəfər polis işçisi Meşəliyə köməyə gədi. Onlar kəndə çatanda artıq ermənilər öz çirkin əməllərini törətmişdilər. Qanlı döyüşdən sonra düşmən itki verə-verə geri çəkildi. Həmin döyüşdə Əhlimanın, Mehmanın, Məzahirin, Eldarın, Tabilin, Arzunun, Cəfərin, Tacirin, Bəbirin və digər döyüşçülərimizin göstərdiyi şücaət hərəsi bir qəhrəmanlıq idi. Kosalar döyüşçüləri Meşəlini birinci dəfə azad edikdən sonra kəndin köməyinə gələn olmadı. O dövrkü respublika rəhbərliyi yaşayış məntəqələrimizin bir-bir işğal olunmasına göz yumurdu. 1992-ci ilin fevral ayında Mehman Quliyev, Vaqif Qasımov, Tabil Həsənov, Möhübbət Əliyev, Əli Əliyev, Tofiq Quliyev, İlham Quliyev, Namiq Rəşidov, Ramiz Həsənov Şuşadan gələn Ayaz Kərimov, Orduxan Kərimov və Xəyyam Bəşirov “Alazan” raket qurğusunu və “Yapon” traktorunu çıxarmaq üçün əməliyyat keçirdilər. 2 günlük intensiv hücumdan sonra Meşəli ermənilərdən azad edildi. Eldar Rüstəmov, Arzu Ələkbərov, sürücü Şükür Məmmədov “Alazan”ı Meşəlidən çıxarda bildilər. Ancaq traktoru çıxarda bilmədilər. Kəndi müdafiə üçün qüvvələr olmadığından ürək ağrısı ilə Meşəlini tərk edərək Kosaların müdafiəsinə qayıtdılar. Eldar Sultanov Meşəliyə gəldi. Meşəlini gördü, üzünü Qırxqıza tutdu, dərindən bir ah çəkərək: “Belə bir yurdu yağıya vermək olmaz”- dedi. Eldar Sultanov Meşəlidən getdikdən sonra iki gün keçməmiş, Kosalar döyüşçülərinə iki maşın ərzaq və hərbi sursat göndərdi.

121

Milli qəhrəmanlar

Həsənov Tabil

Həsənov Tabil Qasım oğlu 1960-cı il iyul ayının 4-də Xankəndi rayonunun Kosalar kənd Sovetliyinə daxil olan Canhəsən kəndində anadan olmuş, 1992-ci il mart ayının 29- da Kosalar kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur. Tabil 1967-1977-ci illərdə Kosalar kənd 8 illik məktəbini bitirmişdir. 1978-

ci ildə hərbi xidmətə çağrılmış, Qazaxıstan Respublikasında Baykonurda hərbi xidmətdə olmuşdur. 1980-ci ildə ordu sıralarından təxris olunan Tabil doğulduğu Kosalara qayıdaraq, kənd rabitə şöbəsində əmək fəaliyyətinə başlamışdır. O, bir müddət Xankəndində su idarəsində çilingər işləmişdir. 1988-ci ilin fevral ayının axırlarında idarədə iclas zamanı erməni direktoru Qarabağın Ermənistana birləşdirməsi haqqında danışanda Tabil iclas zalının qapısını çırpıb, siz onu görməyəcəksiniz deyərək zalı tərk etmişdir. Həmin vaxtdan Tabil millətçi ermənlərə qarşı mübarizəyə başlamışdır. O, 1989-cu ildən məlum hadisələr ilə əlaqədar kənd özünümüdafiə batalyonuna qoşulur. Tabil batalyonun ən sınanmış əsgərlərindən birinə çevrilir. Tabil bu batalyonda kəşfiyyatçı vəzifəsini öz üzərinə götürür. O, doğma kəndinin hər qarışına, cığırına, keçidinə bələd idi. 1992-ci ildən Şuşa polis idarəsində işləmişdir. 1991-ci il, dekabr ayının 15-də ermənilər dörd tərəfdən Cəmilli kəndinə qəfil hücuma keçərkən Tabil öz dəstəsi ilə düşmənin qarşısına çıxmışdır. Tabil yoldaşları ilə 20-yə qədər erməni quldurunu məhv edərək Cəmilliləri xilas etmişdir.

122

Dekabrın 25-də isə Meşəli kəndi uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərərək kəndi azad etmişdilər. 1992-ci il yanvarın 5-də erməni saqqallıları Çobandaşaşıran yüksəkliyinə qəflətən üç istiqamətdə hücuma keçdilər. Kosalar döyüşçülərinə kömək üçün gələn Yevlax polis şöbəsinin işçiləri mühasirəyə düşmüşdülər. Özünümüdafiə batalyonunun qüvvələri hazırlıq görərək iki istiqamətdə hücuma keçdilər. Tabil: “Ura Azərbaycan” deyə “nərə çəkərək” düşmən üstünə səhər tezdən qəfl elə hücum etdi ki, düşmən özünü itirərək meyidlərini də qoyaraq qaçdı. O, 1992-ci ilin əvvələrində Canhəsən uğrunda gedən döyüşdə 4 erməni quldurunu məhv etdi. 16 yanvar Başkənd istiqamətində gedən döyüşlərdə neçə-neçə erməni quldurun məhv etdi. Döyüş 3 gün davam etdi. Döyüşçülərimiz yanvarın 18-də Çobandaşaşıranı azad etdilər. Ermənilər bu məğlubiyyətin əvəzini Ağdaşda çıxmağa çalışdılar. Onlar Ağdaş bölgəsində 6 böyük çadır quraraq orada möhkəmlənməyə çalışdılar. Əgər onlar bura texnika çıxartsaydılar Kosaların aqibəti heç də yaxşı olmayacaqdı. Döyüşdən əvvəl Tabil Həsənov bir neçə yoldaşı ilə kəşfiyyata çıxaraq 20 m-ə qədər düşmənin postuna yaxınlaşdılar. Toplanan səlis məlumatlar əsasında hücum planı hazırlandı. Tabilin də iştirak etdiyi əməliyyatda Kosalar döyüşçüləri 1992-ci il martın 29-da səhər saat 5-də düşmən üzərinə atıldılar. Düşmən böyük təlafat verdi. Bu döyüşdə 80 qədər erməni qulduru məhv edilmişdir. Tabil bu döyüşdə 12 erməni saqqallısını məhv etdi. Quldurlar pərən-pərən salındılar. Tabil Kərkicahana qədər döyüşü davam etdirmək istəyirdi. O, öndə gedirdi. Elə bu anda yerə sərilmiş yaralı erməni saqqallısı Tabilə atəş açdı. Döyüşçü yoldaşları həmin ermənini məhv etdilər. Ancaq Tabil qəhrəmancasına həlak oldu. Tabil həmişə düşmən üstünə “Ura Azərbaycan” deyə nərə çəkərək gedərdi. O, doğma Kosalar kəndində dəfn edilmişdir. Ailəli idi. Üç övladı yadigar qaldı. Azərbaycan Respublikası Prezidenti Cənab Heydər Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Şuşa

123

rayon polis əməkdaşı Həsənov Tabil Qasım oğlu düşmən həmlələrini qəhrəmancasına dəf etdiyinə, döyüş zamanı igidlik, mərdlik nümunəsi göstərdiyinə görə “Azərbaycan Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq görüldü.

Məmmədov Mövsüm

Məmmədov Möhsüm Şahin oğlu, 1967-ci il iyun ayının 6-da Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Canhəsən kəndində dünyaya göz açmışdır. O, uşaqlıqdan qoçaq, bacarıqlı bir oğlan idi. Canhəsən kənd ibtidai məktəbini bitirdikdən sonra, orta təhsilini 1984-cü ildə doğma kəndində başa vurmuşdur. 1985-87-ci illərdə Xabarovsk

diyarında əsgəri xidmətdə olmuşdur. 1987-ci ildə ordudan təxris olunaraq, vətənə dönmüşdür. O,1988-ci ildə Şuşa Elektrik Şəbəkəsi Birliyində əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildən, Meşəli Polis Bölməsi yaranandan həyatını daxili işlər orqanlarına bağlamışdır. 1992-1993-cü illərdə ağır döyüş əməliyyatlarında iştirak etmişdir. 1994- cü ildə Şuşa rayon Polis Şöbəsinin PPX bölüyünə komandir təyin edilmişdir. 1995-ci ildə PPX-nin komandiri vəzifəsinə irəli çəkilmişdir.1998-ci ildə DİN-nin polis Akademiyasını bitirmişdir. Şuşa rayon polis şöbəsinin xidməti üzrə rəis müavini vəzifəsində çalışmışdır. Möhsüm 1988-ci ildə, Qarabağ hadisələri başlanan gündən torpaqlarımızın müdafiəsi üçün fəal mübarizəyə qoşulmuşdur. Möhsümün döyüş yolu keşməkeşli olmuşdur. Doğma kəndin müdafiəsi, Şuşanın, Cəmilli və Meşəli kəndlərinin müdafiəsi, Daşaltı əməliyyatı, Kərkicahan uğurunda döyüşlər,

124

Ağdam, Ağdərə, Tərtər istiqamətində hərbi əməliyatlar: Bütün bunlar Möhsümün keçdiyi döyüş yoluna qısa bir nəzərdi. Bu müddətdə Məmmədov Möhsüm düşmənin 70-ə qədər canlı qüvəsini məhv etmişdir. İki dəfə ağır yaralanmışdır. İkinci dəfə 1993-cü il yanvarın 26-da başından ağır yara alır. Buna baxmayaraq, Möhsüm həkimlərin məsləhətinə məhəl qoymadan, yenidən döyüş meydanlarına qayıtmışdır. Aərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, erməni qəsbkarlarına qarşı mübarizədə, Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində xususilə fərqlənərək, şücaət və mərdlik göstərdiklərinə, Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirdiklərinə görə aşağdakılara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin. 1. Məmmədov Möhsüm Şahin oğlu- Şuşa PŞ-nin əməkdaşı 2. Novruzov Ələsgər Xanlar oğlu- Xocalı özünümüdafiə

dəstəsinin döyüşçüsü (ölümündən sonra). 3. Rüstəmov Füzuli Salah oğlu- Xocalı özünümüdafiə

dəstəsinin döyüşçüsü (ölümündən sonra). 4. Səlimov Araz Bahadur oğlu- Xocalı özünümüdafiə

dəstəsinin döyüşçüsü (ölümündən sonra).

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 25- fevral 1997- ci il tarixli, 553 saylı Fərman Hazırda Şuşa rayon polis şöbəsində rəis müavini vəzifəsində çalışır. Ailəlidir.

125

Əhmədov Natiq

Əhmədov Natiq İlyas oğlu, 1 sentyabr 1969-cu ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. Onun ailəsi 1975-ci ildə Kosalardan Ağdamın Novruzlu kəndinə köçmüşdür. Ağdam rayonunun Novruzlu kənd orta məktəbini bitirmiş, 1986-cı ildə hərbi xidmətə çağrılmışdır. 1988-ci ildə hərbi xidməti başa vuraraq vətəninə

qayıtmışdır. Natiqin hərbiçi olmaq, tankçılar kursuna getmək uşaqlıq arzusu idi. O, düşünürdü ki, hərbi xidmətdən sonra zabitlər məktəbinə daxil olsun. Natiq Kalininqrad şəhərinin artilleriya hissəsində hərbi xidmətdə olmuş, ilk günlərdən komandirlərin rəğbətini qazanmışdır. Sonradan Sovet ordusunun riyakarlığını görərək bu orduda qalmaq istəməyən Natiq hərbi xidməti başa vuraraq doğma yurda qayıdır. Natiq məktəbdə oxuyarkən idmanla məşğul olurdu. O, hətta Ağdamdakı güləş bölməsinin fəal üzvlərindən olmuşdur. Hərbi xidmət illərində əsgər yoldaşlarından biri ona “karate”nin bəzi sirlərini öyrətmişdi. Xidməti başa vurduqdan sonra Natiq həmin əsgər yoldaşının dəvəti ilə 1989-cu ildə Riqaya gedir. Bir neçə ay ondan Şərq əlbəyaxa döyüş sənətinin sirlərini öyrənir. Birlikdə Yaponiyaya getmək qərarına gəlirlər. Ancaq Natiq bunun üçün lazımi vəsait tapa bilmir. Buna Natiq heçdə təəssüflənmir… Axı onun kimi oğullara vətənin daha çox ehtiyacı vardı… Elə həmin il Xocalı rayon Daxili İşlər Şöbəsinin Yol Patrul xidməti müfəttişi vəzifəsinə qəbul olunmuşdur. Bu illərdə Xocalıdan digər azərbaycanlılar yaşayan məntəqələrə gediş-gəlişin təhlükəsizliyini təmin etmişdir. 1991- ci il sentyabrın 24-də ermənilər Xankəndindən Xocalını atəşə tuturlar. Natiq də dərhal köməyə gələnlər içərisində idi. Mərmilərdən biri Natiqin yanında partladı. O, ayağından yaralandı. Yarasından məhəl

126

qoymayaraq qohumlarla, dost tanışla görüşdü. Sanki bunun son görüşü olduğunu hiss etmişdi. 26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən içərisində olduğu maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutulmuşdur. Natiq düşmənlə döyüşərək qəhrəmancasına həlak olmuşdur. Natiq bu az yaşında əsl qəhrəman ömrü yaşadı. Ağdam rayonunun Novruzlu kəndində dəfn edlimişdir. Subay idi. Azərbaycan Respublikası Prezdentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əhmədov Natiq İlyas oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Orden və medallarla təltif olunanlar

Əskərov Xəzani

Əskərov Xəzani Kərəm oğlu, 1962-ci ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində anadan olmuş, 1994-cü il fevral ayının 12-də indiki Göygöl rayonu ərazisində həlak olmuşdur. Xəzani 1991-ci ildən Şuşa polis şöbəsinin nəzdində fəaliyyət göstərən Kosalar rotasında polis nəfəri kimi fəaliyyətə başlayıb. Müharibənin qızğın çağlarında o, idarə etdiyi maşınla yaralı

127

və ölənlərin atəş mövqeyindən uzaqlaşdırılmasında həmişə seçilib. 1990-cı il, dekabr ayının 15-də Cəmilli Kosalar yolunda qətlə yetirilən Mikayıl Cəbrayılovun, Arzu Əliyevin, Əhməd Cavadovun cənazələrinin döyüş nöqtəsindən çıxarılmasında, həmçinin ağır yaralanan Rövşən Türbəndiyevin həyatının xilas olunmasında iştirak etmişdir. Xəzani 1991-ci il dekabr ayının 15-də Cəmilli, 23-də Meşəli, 1992-ci il yanvar ayının 28-də Canhəsən döyüşlərində xidməti maşını ilə fəal iştirak etmişdir. 1992-ci il mart ayının 29-da, aprelin 29-da Kosalarda gedən döyüşlərdə yaralıların çıxarılmasında yaxından iştirak edib. Kosalar kəndi işğal olunduqdan sonra Şuşa polis batalyonu tərkibində Xəzani Laçın, Ağdərə, Dranbon, Mehmanə, Laçının Billur düzü, Fingə, Arduşlu, Xaçınyalı kəndləri, Şuşanın Sarıbaba ərazilərində gedən hərbi əməliyyatlarda da iştirak etmişdir. 1993-cü ilin iyul ayından Xəzani tərkibində olduğu Şuşa polis batolyonu Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir. Ağdərə yüksəkliklərinin ələ keçirilməsində, Ağdərənin və kəndlərinin geri alınmasında Kosalar polis rotasının xidmətləri danılmazdır. Xəzani Ağdərə bölgəsində 708 saylı yüksəkliyin alınması zamanı 5 nəfər yaralının həyatını xilas etdiyi üçün mükafatlandırılmışdır. Xəzani 1994-cü il, fevral ayının 12-də idarə etdiyi “QAZ- 66” markalı xidməti maşınla Murovdağ bölgəsinə ezam olunmuşdu. Təəssüflər olsun ki, bu onun son xidmətləri oldu. Gəncədə şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Resbublikasının Pirezdenti cənab Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “Azərbaycan bayrağı”ordeni ilə təltif edilmişdi.

128

Abdullayev Mahir

Abdullayev Mahir Tanrıverən oğlu 1971-ci il yanvar ayının 21-də Xankəndi rayo-nunun Kosalar kəndində anadan olmuş, 1992-ci il may ayının 8-də Kosalar uğrunda gedən döyüşdə ağır yaralanaraq, may ayının 17-də Bakı şəhər hospitalında əbədiyyətə qovuşmuşdur. Mahir 1978-ci ildə Kosalar kənd orta məktəbinin I sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbi bitirmişdir. O,

dərslərini yaxşı oxuması və Vətənə məhəbbəti ilə fərqlənirdi. Mahir 1990-cı ildə ordu sıralarına qulluğa yola düşür. 1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra doğma Kosalar kəndinə qayıtmışdı. Mahir yoldaşları arasında qoçaqlığı və qorxmazlığı ilə fərqlənirdi. O, yaxşı bilirdi ki, Vətən dardadı, kəndin müdafiəsi üçün Mahir kimi igid oğullar gərəkdi. O, Azərbaycan kəndlərinin müdafiəsində yaxından iştirak etmişdir. Dəfələrlə Kosalar kəndinə mənfur düşmənin hücumu zamanı Mahir igidliklə döyüşərdi. Silah çatışmamazlığı ucbatından o bəzən ov tüfəngi ilə postda durardı. 1992-ci il yanvar ayının 25-də ermənilər “İsti su” postuna hücum edəndə Mahir 3 nəfər silahdaşları ilə “Şahin çalan” deyilən yüksəklikdə düşmənin arxasına keçərək onlara ağır zərbə vururlar. Bu hücuma tab gətirməyən quldurlar 3 nəfər itki verərək geri çəkilirlər. Mahir 1992-ci ilin yanvar ayının 16-dan 19-na kimi “Çobandaşaşıranda”, 27-də “Topxanada”, 29 mart 1992-ci ildə isə Ağdaş döyüşlərində xüsusi igidlik göstərmiş, xeyli erməni quldurunu məhv etmişdir. Mahirin son döyüşü 8 may 1992-ci ildə olmuşdu. Bu hücumda misilsiz qəhrəmanlıq göstərərək düşmənin layiqli cavabını vermişdir. Düşmənlər Canhəsən kəndini və 4 postumuzu mühasirəyə alanda Mahir öz yoldaşları ilə birlikdə

129

“İstisu” postundan hücuma keçir. Ağır döyüşlərin birində Mahir 4 erməni quldurunu məhv edir. Lakin özü də boğaz nahiyəsindən ağır yaralanır. Onu Laçına, oradan isə Bakıya hospitala aparırlar. Həyata qaytarmaq mümkün olmur. Mahir may ayının 17-də şəhidlik zirvəsinə yüksəlir. Arzusu gözündə qalır. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi. Abdullayev Mahir Azərbaycan Respublikasının Pirezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif olunmuşdur.

Rüstəmov Eldar

Rüstəmov Eldar Əmir oğlu, 1938-ci ildə Xankəndi rayonunun Kosalar kəndində doğulmuş, 1992-ci il aprel ayının 24-də Kosalar kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuşdur. O, əvvəllər kolxozda anbardar vəzifəsində işləyirdi. 1988-ci ilin əvvəllərindən başlayan, sonralar isə qanlı fəlakətlərə səbəb olan Qarabağ hadisələri Kosalarda sürücü

işləyən Eldarı çox narahat edirdi. O, Xocalı 2 saylı kolxozda sürücü işləyirdi. Həmim il sentyabr ayının 18-də soydaşlarımızın evləri yandırılıb, var-dövlətləri talan ediləndə Xankəndinə köməyə tələsənlərdən biri də o olmuş, neçə-neçə qız-gəlini, qoca və qadını, xəstələri və uşaqları təhlükəli dağ yolları ilə Şuşaya və Şuşanın kəndlərinə çatdırmışdı.

130

1991-ci ildə yaşının çoxluğuna baxmayaraq, Eldar Rüstəmov da silaha sarılıb, Kosalar ərazi müdafiə batalyonunun tərkibində övladları Nazim və Vidadi ilə çiyin-çiyinə döyüşürdü. Eldar kişi ən təhlükəli yerlərdə olur, gənc döyüşçülərə ağsaqqal təmkini ilə yol göstərirdi. O, Meşəli və Cəmillinin müdafiəsində də mərdliklə iştirak etmişdir. Eldar kişi Kərkicahanın ağır günlərində ora ilk yardım edənlərdən olmuşdur. Ora Ərzaq apararkən yolda atəşə tutulmuşlar. Eldar kişi Kosaların müdafiəsinə gələn polis dəstəsinin lazımi yerə çatdırılmasında danılmaz xidmətlərə malik olmuşdur. O, 1992-ci il, yanvar ayının 16-dan, 19-a qədər davam edən Cobandaşaşıran, 27 yanvar Canhəsən döyüşündə igidliklə döyüşmüşdür. 1992-ci il, mart ayının 29-da Kosalar və Kərkicahan istiqamətində gedən vuruşma onun son döyüşü oldu. Bu vaxt Kosalar igidlərinin qarşısında Şuşa ilə Kosalar arasında, Xankəndindən 2 km aralı olan Ağdaş postunu ələ keçirmək planı dururdu. Həmin gün saat 3:00-da Kosalar igidləri maşına doluşan vaxt Eldar da maşına mindi. Komandirin etirazına baxmayaraq, o da bu döyüşdə iştirak edir. 3 istiqamətdə ediləcək hücumda o sağ cinahda döyüşür. Dörd post ələ keçirilir, beşinci posta hücum zamanı Eldar kişi qılçından ağır yaralanıır. Döyüşçü yoldaşları və oğlanları onu döyüş zonasından çıxararkən demişdi: “Təki sizin kimi igidlərimizə heç nə olmasın”. Laçına, oradan da vertolyotla Bakıya apardılar. Döyüşdə Kosaların igid müdafiəçilərindən biri olan, hamıdan öndə gedən, gəncləri döyüşə ruhlandıran 54 yaşlı Eldar Rüstəmov da ağır yaralandı. O, aldığı güllə yarasından Bakı şəhər Travmatologiya xəstəxanasında 1992-ci il aprel ayının 24-də əbədiyyətə qovuşdu. Kosalar kənd Şəhidlər qəbirstanlığında dəfn olunmuşdur. Rüstəmov Eldar Əmir oğlu, Azərbaycan Respubilkasının Prezidenti Heydar Əliyevin 25 fevral, 1997-ci il tarixli fərmanı ilə “İgidliyə görə” medalına layiq görülmüşdü (ölümündən sonra).

131

Məmmədov Sərvər Məmmədov Sərvər Yelmar oğlu, 1970-ci il, sentyabr ayının 4-də Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. Sərvər 1977-ci ildə Başkənd ibtidai məktəbinə getmişdir. O,1988-ci ildə Kosalar kənd orta məktəbini bitirib, həmin ilin payızında Sovet ordusu sıralarında hərbi xidmətə yola düşür. Xabarovsk vilayətində Bikin şəhərində xidmət edir. O

zaman ermənilər Qarabağda artıq aranı qarışdırmışdılar. Vətən təhlükədədir. Bunu yaxşı başa düşən Sərvər, hərbi texnikanın sirlərinə dərindən yiyələnirdi. Sərvər 1990-cı ildə hərbi xidməti başa vurub, vətənə qayıdır. Bu dövrdə Qarabağ hadisələri getdikcə dərinləşir, nankor ermənilər Xankəndindəki Azərbaycan evlərini qarət edərək yandırırdılar. Bu hadisələr gənc Sərvərdə Vətənə məhəbbət hissini daha da alovlandırırdı. O, ilk gündən, 1991-ci ildə Kosalar ərazi rotası yaradılan gündən torpaqlarımızın müdafiəsinə qoşulur. Milli ordu yaranandan onun sıralarına yazılır. Artıq gündən-günə Kosalara erməni quldurlarının hücumları intensivləşir, kəndin müdafiəsi üçün postlar yaradılırdı. Sərvər də gecə-gündüz bu postlarda keşik çəkən vətən oğullarından idi. Onu düşündürən yalnız Vətən torpaqları idi .Doğma torpağın keşiyində durmğı özünə fəxr bilirdi. Kənd camaatından bir neçəsinə deyərdi ki, arxayın olun, nə qədər ki biz varıq, düşmənə bir qarış da olsun torpağımızı vermərik. Başqa döyüşçü yoldaşları kimi, Sərvər də Meşəli və Cəmilli uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

132

1992-ci il Kosalar kəndi üçün daha da ağır oldu. Yanvar ayının 16-da düşmən “Çobandaşaşıran” istiqamətində güclü hücuma keçdi. İlk döyüşdə ermənilər postu ələ keçirirdilər. Qeyri-bərabər döyüşdə düşmən mövqeyinin arxasına keçən Sərvər düşmənlə tək qaldı. O, yaralanmasına baxmayaraq, döyüşü davam etdirirdi. Bu döyüşdə ağır yaralanan Sərvəri döyüşçü yoldaşları çətinliklə də olsa, döyüş zonasından çıxararaq, Şuşa rayon Mərkəzi xəstəxanasına aparılar. Cərrahiyyə əməliyyatı edilir, ancaq həyatını xilas etmək mümkün olmur. Cəsur döyüşçü 1992-ci il, yanvarın 28- də əbədiyyətə qovuşdu . Burada da Vətən torpağına tapşırıldı. Subay idi. Ölümündən sonra Məmmədov Sərvər Yelmar oğlu, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdi.

Ağayev Rasim

Ağayev Rasim Mirsalam oğlu, 1967-ci ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuş, 1992-ci il mart ayının 29-da Kosalar kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Rasim 1984-cü ildə Kosalar kənd orta məktəbini bitirərək hərbi xidmətə yola düşmüş, 1985-87-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. Əsgəri xidməti başa vuraraq doğma kəndinə

qayıdan Rasim 1987- ci ildən bir müddət Xankəndində fabrikdə

133

işləyir. Bu vaxt məlum Qarabağ hadisələri başlayır. Ermənilər Qarabağı Ermənistana birləşdirmək ideyası ilə imza toplayanda Rasim onlara: “Qulağınızın ardın görəndə Qarabağı görəcəksiniz” demişdir. 1991-ci ildən isə Şuşa rayon Polis Şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayır. Bu vaxtdan da torpaqlarımızın müdafiəsində yaxından və fəal iştirak etməyə başlayır. Artıq 1991-ci ilin sonları, 1992-ci ilin əvvəllərində digər yaşayış məntəqələrimiz kimi, Kosalar kəndi də ermənilərin fəal hücum obyektinə çevrilir. Kosalar özünümüdafiə dəstəsinin və polis bölməsinin bütün hərbi əməliyyatlarında Rasim yaxından iştirak edir. O, əvvəl Kosalar özünümüdafiə batalyonunun üzvü, sonra isə polis rotasına daxil olmuşdur. Rasim Meşəli kəndinin erməni quldurlarından təmizlənməsində şücaət göstərmişdir. Cəmilli kəndi quldur erməni-rus birləşmələri tərəfindən mühasirəyə alınarkən Rasimin də iştirakı ilə Kosalar oğulları köməyə gəlmiş, təhlükəsizlik təmin olunmuşdur. Bu döyüşdə tək Rasim 5 nəfər erməni quldurunu zərərsizləşdirmişdir. Rasim mübariz döyüşcü olmaqla bərabər, həm də yaxşı kəşfiyyatcı idi . O, dəfələrlə düşmən mövqelərinin və texnikasının cəmləşmə sahələrini müəyyən edilərək zərərsizləşdirilməsində yaxından iştirak etmişdir. Bununla yanaşı, Rasimin kənd döyüşçülərinin erməni mövqelərinə yaxın ərazilərdən keçirilərək lazımi yerə aparılması və əməliyyatların düzgün yerinə yetirilməsi sahəsindəki xidmətləri də təqdirəlayiqdir. Rasim 1992-ci il yanvar ayının 16-da “Çobandaşaşıran” postuna, həmin ayın 28-də Canhəsən kəndinə erməni quldurlarının etdikləri hücumun dəf edilməsində xüsusi igidlik göstərərək 4 nəfər erməni quldurunu məhv etmişdir. 1992-ci il mart ayının 29-da Kosalar kənd özünümüdafiə qüvvələri erməni quldurlarının Şuşa ilə Kosalar arasındakı atəş nöqtəsini söndürmək üçün ermənilərin bu istiqamətdəki postlarlına hücuma keçdilər. Ağdaş deyilən yerdə qanlı döyüşlər başlandı. Rasim bu döyüşdə əsl qəhrəmanlıq göstərərək düşmənin 8 nəfər

134

döyüşçüsünü öldürdü. Yaralanmasına və yoldaşlarının təkidinə baxmayaraq o, yenidən döyüşə atılır. “Qarabağ şikəstəsi”ni oxuya-oxuya düşmən üzərinə yeriyir. Budur, bir neçə erməni quldurunu da yerə sərir. İkinci dəfə ağır yara alan Rasimin zümzüməsi yarımçıq qalır. Daha bir qeyrətli Kosalar oğlu öz şücaəti ilə öz adını yaddaşlara yazır. Döyüşcü yoldaşları daha bir silahdaşını öz əlləri ilə öz doğma torpağına tapşırırlar. Evli idi. Bir qızı yadigar qaldı. Ağayev Rasim Mirsəlam oğlu Azərbaycan Respblikasının Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdi.

Quliyeva Zöhrə

Quliyeva Zöhrə Lətif qızı 1978-ci ildə Xankəndində anadan olmuşdur. Onun ailəsi əslən Kosalar kəndindəndir. O, Axşam məktəbində oxuya-oxuya Xankəndi kondisioner zavodunda işləmişdir. 1988-ci il hadisələri ilə əlaqədar olaraq ailəsi ilə birlikdə Xocalıya köçməyə məcbur olmuşlar. Xocalıda mənfur düşmənin hədəfinə çevrildikdən sonra o, 1991-ci il noyabr ayında Xocalı özünümüdafiə batolyonuna yazılmışdır. Zöhrə batolyonun həm döyüşçüsü, həm də tibb bacısı kimi fəaliyyətə başlamış, yaralılara öz kömək əlini hər zaman uzatmışdır. Bir dəfə Ağdamdan Xocalıya gələn avtobusu ermənilər Əsgəranda daş-qalaq edirlər. Sürücü yaralanır. Zöhrə sükanın arxasına keçərək 30 nəfəri sağ-salamat Xocalıya çatdırır. Xocalının dar günlərində hərbi formanı əyninə geyinənlərdən biri də Zöhrə olmuşdur. O, Xocalıya düşmən hücumu zamanı bir körpəni kürəyinə bağlayaraq çıxarmağa

135

çalışmışdır. Lakin zalım düşmən gülləsi onun da ömrünə son qoydu. Azərbaycan Resbublikası Prezidenti Heydar Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir (ölümündən sonra). Qarabağ müharibəsində şəhid olanlar

Həsənov Ramiz

Həsənov Ramiz Allahverdi oğlu, 1971-ci il mart ayının 3-də Xankəndi rayonunun Kosalar kəndində doğulmuş, 1993-cü il avqustun 5-də Ağdərə rayonunun Talış kəndində şəhid olmuşdur. Ramiz 1978-ci ildə Kosalar kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1986-cı ildə orta məktəbin 8-ci sinfini bitirərək, sənədlərini Ağdam şəhər 50

saylı Texniki Peşə məktəbinə vermişdir. Ramiz “Elektirik, qaz qaynaqçı” ixtisasını seçmişdi. O, istəyirdi ki, bu ixtisasa yiyələnsin. 1989-cu ildə məktəbi bitirdikdən sonra ordu sıralarına çağrılır. 1989-1991-ci illərdə Xabarovsk vilayətində Sovet ordusu sıralarında hərbi xidmətdə olur. Hərbi xidməti başa vurduqdan sonra Qarabağın gözəl guşəsi olan doğma kəndi Kosalara qayıdır. Ramiz əvvəl Kosalar kənd özünümüdafiə

136

batolyonuna üzv olmuşdur. 1991-ci ildə Şuşa polis şöbəsinin Cəmilli polis bölməsində polis nəfəri kimi fəaliyyətə başlayır. Ramiz Kosalar, Meşəli kəndlərinin müdafiəsində həmişə ön cərgədə dayanıb. 1992-ci il yanvarın 16-dan 18-nə kimi erməni quldurları Başkənd istiqamətində “Fanar” postuna hücum edirlər. 3 gün davam edən ağır döyüşdə Kosalardan 2 nəfər şəhid olur, ermənilərdən isə 20-yə yaxın quldur məhv edilir. Bu quldurlardan 3-nü Ramiz məhv etmişdir. O, 15 dekabr 1995-ci ildə Cəmilli uğrunda, 23 dekabrda Meşəli uğrunda, 1992-ci il yanvarın 28-də Canhəsən, 29 martda Ağdaş, aprelin 29-da Çobandaşaşıran postlarında gedən ağır döyüşlərdə igidlik göstərərək bir neçə erməni quldurunu məhv etmişdir. Cəmillinin 700, Meşəlinin 390 nəfər əhalisi Ramiz və yoldaşlarının sayəsində erməni quldurlarının pəncəsindən xilas edilmişdir. Kosalar kəndinə ermənilər tərəfindən edilən bütün basqınların qarşısının alınmasında iştirak edib. O, 1992-ci il may ayının 8-9-da Kosalar kəndi uğrunda gedən ağır döyüşlərdə xalqın gözündə öz igidliyini bir daha sübut etmişdir. Ramiz heç vaxt ölümdən qorxmazdı. Kənd işğal edildikdən sonra Ramiz öz döyüş yoldaşları ilə birlikdə Laçın rayonunun Bülüldüz, Sarıbaba kəndləri, Şuşanın kəndləri və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərdi. Azərbaycanın bütün torpaqları Ramiz üçün əziz idi. Çünki, Azərbaycanın suverenliyini hər şeydən üstün tuturdu. Ramiz sonralar Şuşa polis batalyonunun tərkibində, Kosalar rotasında döyüşmüşdür. O, Qubadlı, Zəngilan, Ağdərə rayonlarında igidliklə vuruşub. 1993-cü il avqustun 5-də Ağdərə rayonunun Talış kəndində həlak olub. Subay idi. Altı ay nişanlı qaldı. Torpaqlarımızı azad edib, ailə həyatı qurmaq istəyirdi. Ancaq bu Ramizə nəsib olmadı. Arzusu gözündə qaldı. Yevlax rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib. Kiçik bir xatirə: Uşaq idim, hələ məktəbə də getmirdim, o zaman Ramiz Sovet ordusu sralarından yenicə gəlmişdi. Döş nişanı, qalstuk, papaq almaq üçün dostum Fuadla onun yanına

137

getdik. Ramiz hərəmizə bir neçə döş nişanı verdi və əlavə etdi ki: “İkicə əsya qalıb; şapka, qalstuk”. Heç birimiz şapkanın nə olduğunu anlamadığımızdan qalstukun üstündə dava-dalaş etdik. Axır ki, qalstukun mənim olacağına razılaşdıq. Ramiz hərənin payını verəndə şapkanın nə olduğu aydınlaşdı... Fuada uduzmuşdum... Nə qədər dil-tab... Çifayda... Papaq artıq onunku idi.

Abdullayeva Maya

Abdullayeva Maya Salah qızı 1911-ci ildə Kosalar kəndində anadan olmuşdur. 1992-ci il may ayının 9-da Kosalar kəndi mühasirəyə alınmış 81 yaşlı Maya ananı çıxarmaq mümkün olmamışdır. O: “Ölə-rəm bu torpağı tərk etmərəm” demişdir. Maya ana 1918-20-ci illərdə ermənilərin Qarabağda və Kosalarda törətdikləri qırğınların canlı şahidi olmuşdur. 1992-ci ilin əvvəllərində

ermənilərin Kosalar kəndinə hücumları intensivləşdi. Nə qədər çalışılsa da Maya ana kəndi tərk etməmişdi. Onun həyat yoldaşı da Böyük Vətən müharibəsində həlak olmuşdur. 1992-ci il may ayının 9 da Kosalar kəndi ermənilərin hücumuna məruz qaldı. Qəfil düşmən gülləsi 81 yaşlı Maya ananı da şəhid etdi.

138

Abdullayeva Maya

Abdullayeva Maya Sərhad qızı 1986-cı ildə Keçmiş Əsgəran rayonunun Kosalar kəndində anadan olmuşdu, 23 avqust 1991-ci ildə mənfur düşmənlərimiz tərəfindən qətlə yetirilmişdir. Mayanın babasının ailəsi Cəmilli kəndində yaşayırdı. Mayanın ailəsi 23 avqust 1991-ci ildə Şuşadan gələrkən Kosalar- Cəmilli yolunun “Darılı” adlanan sahəsində erməni quldurları tərəfindən atəşə tutulmuşlar. Anası da daxil olmaqla bir

neçə adam yaralanmış, 5 yaşlı Maya da daxil olmaqla 3 nəfər isə aldıqları güllədən vəfat etmişdi. Kosalar kəndində dəfn edilmişdir.

Bayramov Cəllad Bayramov Cəllad Səməd oğlu, 1948-ci ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində doğulmuşdur. O, Kosalar kənd gecə məktəbini bitirdikdən sonra, uzun illər Xankəndində işləmişdi. Cəllad çox zarafatcıl və mehriban bir insan idi. Onun zarafatları dillər əzbəridir.

139

Cəllad Novruz bayramını yaxşı keçirmək üçün kənd cavanları ilə bir avtobusda bazarlıq etmək, bayramlıq almaq üçün 1991-ci il martın 14-də Ağdam şəhərinə getmişdi. Geri qayıdarkən, Ağdamla Əsgəran arasında Qarağacı qəbiristanlığı yaxınlığında avtobusu bir neçə erməni silahlısı avtomatlardan atəşə tutdu. Avtobusda bir neçə adam həlak oldu. Onların arasında Cəllad da var idi. Vətən övladlarından biri də düşmən gülləsinin qurbanı olaraq şəhidlik zirvəsinə ucaldı.

Kosalar kənd şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Dörd övladı yadigar qaldı.

Əliyev Nadir Əliyev Nadir Qaçay oğlu, 1967-ci ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Qaragav kəndində anadan olmuşdur. O, 1982-ci ildə Kosalar kənd 8 illik məktəbini bitirmişdir. 1985-87-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra, Nadir doğma kəndi olan Qaragava

140

qayıtmışdır. 1988-ci ildən o da mənfur ermənilərə qarşı Vətənin müdafiəsinə qalxır. Sonradan Nadir Kərkicahan qəsəbəsinə köçür. Burada da qəsəbənin erməni hücumlarından müdafiəsində fəal iştirak edir. Bu qanlı-qadalı günlərdə düşmən gülləsi Nadirdən də yan keçmədi, 1991-ci il oktyabr ayının 9-da Nadir Qaçay oğlu Əliyev də şəhidlik zirvəsinə ucaldı. O, Kərkicahan qəsəbəsinin müdafiəsində iştirak edərkən qətlə yetirilmişdir. O, doğma kəndi olan Qaragavda dəfn olunmuşdur. Atası Qaçay kişi də oğlu kimi, 1984-cü ildə erməni xəyanətinin qurbanı olmuşdur. 24 yaşlı Nadir cəmi iki həftə idi ki, ailə həyatı qurmuşdu.

Həsənov Elşad

Həsənov Elşad Qaçay oğlu, 1949-cu ildə Xankəndi rayonunun Kosalar kənd nümayəndəliyinə daxil olan Canhəsən kəndində anadan olmuş, 1989-cu il oktyabr ayının 29-da beyninə qan sızması nəticəsində vəfat etdi. Elşad ibtidai təhsilini Canhəsən kənd ibtidai məktəbində almış və sonrakı təhsilini Kosalar kənd 8 illik məktəbində davam etdirmişdir. 1966-68-ci illərdə Qazaxıstanda hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vuraraq doğma

vətənə qayıdan Elşad 1969-70-ci illərdə Xankəndində elektrik avadanlıqları zavodunda fəhlə işləmişdir. 1973-cü ildən əmək fəaliyyətini polis kimi davam etdirməyə başlamışdır. Elşad işi ilə əlaqədar Xankəndində yaşamalı olur. Orada zəhmətlə özünə ev tikir. Heç ağlına gətirməzdi ki, nankor qonşuları onun da

141

başına olmazın bəlalarını açacaqlar. 1988-ci il hadisələri ilə əlaqədar azərbaycanlılar Xankəndini tərk etməyə məcbur olurlar. Doğma elini tərk etməyə məcbur edilənlərdən biri də Elşad olur. Elşad Xankəndi şəhərindən 5 km aralı İstisu deyilən yerdə xidməti vəzifəsi ilə əlaqədar olaraq postda dururdu. Bir dəfə evinə baş çəkir, evin əşyalarının qarət olunaraq yandırıldığını görür. Bu haqsızlığa Elşad dözə bilmədi. 1989-cu il oktyabr ayının 29-da beyninə qan sızması nəticəsində vəfat etdi. Kosalar kənd Şəhidlər qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi, bir qızı var.

Hüseynova Qızbəs Hüseynova Qızbəs Mərdan Qızı, 1936-cı ildə Xankəndi rayonunun Kosalar kəndində doğulmuş, 1992-ci il may ayının 9-da Kosalar kəndinə erməni qaniçənlərinin hücumu zamanı itkin düşmüşdü . Qızbəs xala həyat yoldaşı Paşayev Vahidlə birlikdə Xankəndində yaşayırdı. Xeyli müddət Xankəndində ipək fabrikində fəhlə işlədi. Həyat yoldaşı rəhmətə getdikdən sonra Kosalar kəndinə qayıtdı. Çox əməksevər bir qadın idi. Ömrünün sonuna qədər torpaq qayğısı ilə yaşamışdır. Kənd həyatına yaxşı alışan Qızbəs xala neçə illər kolxozda işlədi. Həyət-bacasının əkin-biçini ilə özünə güzəran qurdu. Bir övlad anası idi. Şuşanın işğal edilməsi, Kosaların əl-qolunu bağlanması və işğal olunması 56 yaşlı Qızbəs Hüseynovanın məşəqqətlə dolu həyatına daha bir qara səhifə yazdı. İtkinlik taleyi bu günə kimi məlum deyil...

142

Məmədov Zakir

Məmmədov Zakir Qasım oğlu, 1966-cı il, aprel ayının 18-də Əsgaran rayonunun Kosalar kəndində anadan olmuş, 1992-ci il, yanvar ayının 28-də Şuşa səmasında Ağdam-Şuşa relsi ilə uçan Mi-8 vertolyotunun erməni quldurları tərəfindən vurulub partladılması nəticəsində həlak olmuşdur. Zakir Məmmədov dağlar qoynunda yerləşən Kosalar kənd sovetliyinin Başkənd kəndində dünyaya göz açmışdır.

Hələ kiçik yaşında ikən anasını itirmiş, atasının himayəsində böyümüşdü. 1973-cü ildə Başkənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. Oxuduğu illər ərzində müəllimləri ona vətənpərvərlik ruhu aşılamışdır. Zakir hələ şagirdlik illərində göz açdığı Qarabağ torpağını hər şeydən üstün tuturdu. O, 1983-cü ildə orta məktəbi bitirərək, 1984-cü ildən bir neçə il Xankəndində ipək fabrikində fəhlə işləmişdir. 1988-ci ildə ermənilər Qarabağı Ermənistana birləşdirmək şüarı ilə küçələrə çıxdıqları zaman Zakir onlara demişdir: “Siz heç vaxt Qarabağı görməyəcəksiniz.” 1988-ci il ilin ortalarında başlayan hadisələr ucbatından Zakir və həyat yoldaşı Aybəniz də işlərini itirərək, Xankəndini tərk etməyə məcbur oldular. Müasir silahlarla silahlamış ermənilər Xankəndində nəzarəti ələ aldıqdan sonra, ətraf ərazilərdə yerləşən yaşayış məntəqələrini də hədəfə aldılar. Zakir erməni qəsbkarlarının Qarabağdakı təcavüzünə laqeyd qala bilməzdi. Kəndimizin müdafiə edilməsi üçün postlar yaradıldı. Zakir də başqa kənd cavanları kimi, postlarda keşik çəkməyə başladı. O, ürəyi təmiz

143

və mehriban bir oğlan idi. Təəsüf ki, 26 yaşlı Zakir Məmmədovun ömrü qısa oldu. 1992-ci il yanvarın 28-də Şuşa səmasında erməni terrorçularının vurduğu Mi-8 vertolyotda həlak olan 40 nəfər arasında Zakir də var idi. Məmmədov Zakir öz dədə-baba torpağı olan Kosalar kəndində anasının uyduğu torpaqda dəfn edildi. Zakir Ailəli idi, iki övladı yadigar qaldı.

Muradov Faiq

Muradov Faiq Təyyar oğlu, 1954-cü il, aprel ayının 26-da Xankəndi rayonunun Kosalar kəndində anadan olmuş, 1993-cü il aprel ayının 22-də Xanlar rayonunun Toğana kəndində həlak olmuşdur . 1969-cu ildə Kosalar kəndindəki 8 illik məktəbi bitirdikdən sonra, Xankəndi şəhərindəki 4 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1971-ci ildə orta

təhsilini başa vurduqdan sonra, Sovet ordusu sıralarına çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra, o, sənədlərini Xankəndi Pedaqoji İnstitutuna vermiş, burada haqsızlıqla üzləşərək, Qazağıstanın Çimkənd şəhərinə getmişdir. 1982-ci ildən Çimkənd orta milis məktəbini bitirmiş, daxili işlər orqanlarında fəaliyyətinə isə Şuşa rayon DİŞ–də sahə müvəkkili kimi başlamışdı. Sonra cinayət axtarışı üzrə inspektor baş SƏDM işçisi, Suşa rayon polis rəisinin müavini işləmiş ,1992-ci il, yanvar ayının 1-dən isə rəis təyin edilmişdi. 1986-cı ildə Volqoqrad Ali Milis Akademiyasına daxil olmuş, 1991-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdi. Faiq Muradov da Şuşa rayon

144

polisinin bir sıra digər üzvləri kimi, Suşanın və Qarabağdakı digər Azərbaycan məntəqələrinin müdafiəsində fəallıq göstərmişdi. 1992-ci il, mart ayının 29-da Şuşa rayon Daxili İşlər Şöbəsinin bombarduman edilməsi nəticəsində ağır yaralanan Faiq Muradov 3 saatlıq cərrahiyyə əməliyyatından sonra xilas edildi. Vətənə məhəbbəti sayəsində o, bir müddətdən sonra yenidən döyüş xəttinə qayıdaraq, doğma kollektivə başçlıq etməyə başladı. Sağaldıqdan sonra Laçın, Ağdərə və Kəlbəcər döyüşlərində iştirak etmişdir. 1993-cü il, aprel ayının 22-də polis polkovnik-leytenantı Faiq Muradov Murovdağın ətəyindəki Toğana kəndi yaxınlığında yerləşən hərbi qərargahda qətlə yetirilmişdi .Aprel ayının 26- da Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Evli idi, iki oğlu yadigar qaldı.

Quliyev Şəmsi

Quliyev Şəmsi Əjdər oğlu, 1961-ci ildə Xankədi rayonunun Kosalar kəndində doğulmuş, 1994-cü il, yanvar ayının 1-də Ağdam rayonunun Papravəd kəndində həlak olmuşdur. Şəmsi 1976-ci ildə Kosalar kənd orta məktəbini bitirdikdən sonra, 1982-1986-cı illərdə Mingəçevir şəhərində, Mingəçevir Politexnik Texnikumunun avtomobillərin təmiri və istismarı ixtisası üzrə təhsil

alaraq, “texnik” ixtisasına yiyələnmişdir. İşləmək üçün, təyinatla Xankəndinə, sonra isə Şuşaya göndərilir. Hələ, texnikuma daxil olmamışdan qabaq, 1979-1981-ci illərdə Arxangelsk şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

145

Şəmsi Xankəndində yaşayırdı. Məlum hadisələr başlayanda o da ailəsi ilə doğma şəhəri tərk etməyə məcbur oldu. Ev-eşiyindən didərgin düşdü, yurdu yağmalandı. Lakin, Dağlıq Qarabağı tərk etməyib, Şuşaya köçdü. Şuşaya köçdükdən sonra, o, şəhər elektrik şəbəkəsində qaraj müdiri işləyirdi. Şəmsi Quliyev Şuşa şəhərində yaradılmış, özünümüdafiə batolyonuna üzv yazılır. Şuşanın kəndləri uğrunda gedən ağır döyüşlərdə fədakarlıqla iştirak etmişdir. “Daşaltı əməliyatı”nda iştirak etmiş, təsadüf sayəsində sağ qalmışdır. Şəmsi 1991-ci ildə, Cəmilli kənd ermənilər tərəfindən mühasirəyə alınanda döyüş yoldaşları ilə birlikdə köməyə gəlmişdir. O, həmin döyüşdə xüsusi fədakarlığı ilə seçilərək, üç erməni quldurunu məhv etmişdir. O, Kosalar kəndi uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur. Şuşanın süqutundan sonra, Şəmsi Bakıya pənah aparmışdır. 1993-cü ilin oktabr ayından, könüllü surətdə Azərbaycan Milli Ordusu sıralarına yazılıb. Vətənin keşiyində dayanıb. Əzizbəyov rayonunda yaradılmış batalyonun tərkibində Ağdam cəbhəsi boyunca, Güllücə, Qərvənd, Papravənd və başqa kəndlər uğrunda döyüşlərdə hünərlə vuruşub. Döyüşlərin birində 8 nəfər erməni quldurunu məhv etmişdir. Düşmənin tankını vurub partladaraq, bir neçə düşmən əsgərlərini məhv etmişdi. 1994-cü il, yanvar ayının 1-də erməni silahlı qüvvələri yenidən Ağdamın Salahlı kənd istiqamətində hücuma keçir. Şəmsi bu ağır döyüşdə 6 nəfər döyüşçü yoldaşı ilə birlikdə həlak olur, amma düşmənin Salahlı kəndinə daxil olmasına imkan vermirlər. Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi. 3 övladı var.

146

Quliyev Fərhad

Quliyev Fərhad Səfər oğlu 1970-ci il mart ayının 27-də Xocalı (keçmiş Əsgərən) rayonunun Kosalar kəndində doğulmuş, 1992-ci il mayın 11-də Tərtər rayonunun Marquşavan kəndində həlak olmuşdur. Cənazəsi çıxarıla bilməmişdir. Fərhad 1977-1987-ci illərdə Kosalar orta məktəbində oxumuşdur. 1988-1990-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa

vurduqdan sonra bir neçə ay kənd kitabxanasında kitabxanaçı işləmişdir. Fərhad istəyirdi ki, ali təhsil alsın. O, 1991-ci ildə sənədlərini indiki BDU-nun tarix fakultəsinin əyani şöbəsinə vermiş və müvəffəq qiymətlər alaraq həmin universitetin tələbəsi olmuşdur. 1992-ci ilin fevral ayında Dağlıq Qarabağda erməni quldurlarına qarşı BDU-da tələbə döyüşçü dəstəsi yaradılır. Fərhad həmin dəstəyə ilk yazılanlardan olur. Həmin vaxt o, birinci kurs tələbəsi idi. Hələ sessiya başa çatmamışdı. Fərhad məktəbə qəbul olmasına bir tərəfdən sevnirsə də, o biri tərəfdən Qarabağ hadisələri onu rahat buraxmırdı. O, doğma kəndin müdafiəsində yaxından iştirak etmişdi. Vətənin hər qarış torpağı Fərhad üçün əziz idi. Bu dəfə o, Tərtər rayonuna döyüşə getmişdi. Onun üçün Vətən bir idi. O, Azərbaycanın bütövlüyü uğrunda canından keçməyə hazır idi. Tərtər rayonunun Marquşavan kəndinə erməni quldurları hücuma keçirlər Fərhad bu döyüşdə qəhramanlıq gösdərərək bir düşmən tankını partladır. Özü də 13 may 1992-ci ildə şəhid olur. Beləliklə də o, çox həvəslə hazırlaşdığı universiteti bitirə bilmədi. Subay idi. Allah rəhmət eləsin.

147

Quliyev Şükür

Quliyev Şükür Bərxudar oğlu, 1954-cü ildə Xankəndi (keçmiş Stepanakert) rayonunun Kosalar kəndində anadan olmuş, 1992-ci il may ayının 9-da Kosalar kəndinə ermənilərin növbəti hücumu zamanı itkin düşmüşdür. 1964-cü ildə Kosalar kənd 8 illik məktəbini bitirmişdir. Şükür məktəbi qurtardıqdan sonra, bir neçə il Xankəndi şəhərində işləyir. Şəhərdə işləyə-işləyə

böyük əzab-əziyyətlə özünə ev tikdirir. Nə biləydi ki, Xankəndində tikdirdiyi ev ona qismət olmayacaq. Azərbaycan xalqı üçün qondarma Qarabağ düyünü ən böyük faciə olacaq. Heç vaxt ağlına gətirə bilməzdi ki, 1988-ci ildən xalqımızın başının üstünü qara buludlar alacaq. Xankəndində yaşayan azərbaycanlılar, o cümlədən Şükür də işini itirdi. Ev-eşiyi isə qarət edilərək yandırıldı. O, doğma el-obası uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1988-ci il, avqust-sentyabr aylarında Xankəndində yaşayan 17 min azərbaycanlıların evləri yandırıldı. Bu vaxt min bir çətinliklə tikilmiş, Şükürün evi də yandırılıb talan edildi. Şükür halal zəhmətilə tikdirdiyi evi tərk etmək istəmirdi. Lakin gördü ki, vəziyyət gərgindir, azərbaycanlıların evlərini yandırırlar. Evini tərk etməyə məcbur olur və öz dədə -baba torpağı olan, Kosalar kəndinə qayıdır. Bir neçə il kənddə yaşayır. Şükür də kənd cavanları kimi, kəndin müdafiəsində yaxından iştirak edir. Mövqelərdə dayanıb, kəndin keşiyini çəkir. Ermənilərin Kosalara 6 dəfə hücumu olmuş, hər dəfə də Şükür bu döyüşlərdə quduzlaşmış ermənilərə qarşı mərdliklə döyüşmüşdür. Şükür Quliyev Kosalar camaatı arasında sadəliyi,

148

səmimliyi, işgüzarlığı ilə seçilirdi. Ailəsinə çox mehriban və qayğıkeş idi. 9 may 1992-ci ildə Kosalar kəndi erməni quldurları tərəfindən işğala məruz qalarkən itgin düşmüşdür. Bu günə kimi hqqında heç bir məlumat yoxdur. Ailəli idi, iki övladı var.

Quliyeva Məxmər

Quliyeva Məxmər Xanlar qızı 1930-cu ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. 1992-ci il may ayının 9-da ermənilərin Kosalar kəndinə hücumu zamanı Məxmər xala itkin düşmüşdür. Məxmər xala Kosalar kənd 8 illik məktəbini bitirmişdir. Hələ uşaq yaşlarında əməyə bağllılığı ilə fərqlənmiş, müharibə illərində arxa cəbhədə çalışmışdır. O, Xankəndinin cəmi 4 km-

liyində yerləşən İstisu deyilən yerdə “Üzeyir Hacıbəyov” adına kolxozun fermasında çalışırdı. Erməni təcavüzü ilə əlaqədar olaraq, Kosalar kənd sakinləri də müdafiə postları yaratmağa məcbur oldular. Kosalar kəndinin ilk postu da istisuda yerləşirdi. Erməni quldurları tez-tez həmin posta hücum edirdilər. Qarşıdakı Ya Əli meşəsinin yüksəklilərindən həmin əraziləri iri çaplı silahlardan atəş altında saxlayırdılar. Məxmər xala öz kəndinə bağlı idi. Ömrünün yarısından çoxunu kolxozda işləyib. Çox əməksevər, qeyrətli bir qadın idi.

149

Məxmər xala neçə illər quşçuluq fermasında işləmişdi. Halal zəhmətlə hamının hörmətini qazanmışdı. Qarabağ hadisələri başlayandan ermənilər, ruslar müxtəlif tələblərlə, neçə dəfə fermaya gəliblər. Məxmər xala heç vaxt qorxmayıb, düşmənlərə layiqincə öz sözünü demiş, mərdliyini sübut etmişdir. Torpağa bağlılıq, yurd sevgisi 62 yaşlı Məxməri buradan getməyə qoymamışdır. May ayının 9-u ermənilər kəndi işğal edərkən o, kənddə qalmışdır. Təəssüf ki, Həcər qeyrətli Məxmər xaladan hələ də bir məlumat yoxdur.

Quliyev Şahbaz

Quliyev Şahbaz Mürsəl oğlu 1923-cü ildə Kosalar kəndində anadan olmuş, 1990-cı il fevral ayının 17-də orada şəhid olmuşdur. Şahbaz kişi Kosalar kənd 8 illik məktəbini bitirmişdir. O, Böyük Vətən müharibəsinin başlaması ilə ələqadər olaraq hələ 18 yaşı tamam olmamış, 1941-ci ildə müharibənin iştirakçısı olmuşdur. Müharibə illərində Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. O, Stalinqrad,

Kursk altındakı döyüşlərdə igidlik göstərmiş rota komandiri kimi fəalliyətdə olmuşdur. Müharibə bitdikdən sonra, 1946-cı ildə doğma kəndinə qayıtmışdır. Müharibədən qayıtdıqdan sonra bir çox işlərdə işləmişdir: Kənd kolxozunda ferma müdiri, son 20 ilə yaxın kənd sovetliyində katib vəzifəsində çalışmışdır.

150

1989-ci ildən isə təqaüdçü idi. O, həmişə bacarığı işgüzarlığı ilə seçilmişdir. Erməni daşnakları doğma yurd üzərinə ayaq açdıqları vaxtda belə döyüş təcrübəsinə malik olan insanların olması çox önəmli idi . İnanmaq çətindir ki, o boyda müharibədən sağ-salamat qayıtmış Sahbaz kişi Ballıca kəndində məskunlaşan .erməni quldurunun atdığı bir güllənin qurbanı olsun. O, 1990-cı il fevral ayının19-da heyvanlarını kənddən 6 km aralı, ”Çayqovşan“ deyilən yerə örüşə aparmışdır. Qəfildən ətrafı bürüyən qara duman sanki ona ölüm gətirirmiş. Şahbaz kişi atını ağacın gövdəsinə bağlayaraq, yoldaşlarının harada olduğunu müəyyəyən etmək üçün ağaca çıxır. Qəflətən atılan namərd erməni gülləsinə tuş gələn Şahbaz kişi şəhid oldu. Bu Kosaların verdiyi ilk şəhid idi.

Rzayev İldırım

Rzayev İldırım Barat oğlu, 1970-ci il, may ayında Xankəndi rayonunun Kosalar kəndində doğulmuşdur. 1977-87-ci illərdə Kosalar kənd orta məktəbini bitirmişdir. İldırım oxuduğu illərdə müəllimlərinin dərin hörmətini qazanmışdır. Vətənə, torpağa məhəbbət ruhunda tərbiyə olunmuşdur. 1988-90-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra, doğma kəndinə qayıdır.

1991-ci ildə N.Tusi adına ADPU-nu Şuşa filialının fizika-riyaziyyat

151

fakültəsinə daxil olmuşdur. İkinci kursda oxuyurdu. Qiyabi təhsillə eyni vaxtda o, Yaloba kənd 8 illik məktəbində ixtisası üzrə dərs deyirdi.

Qarabağda erməni təcavüzü baş qaldırdıqda o da öz qələmini süngü ilə əvəz etdi. Vətəni qorumaq eşqi ilə alışıb-yanan İldırım könüllü olaraq kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır.

Erməni işğalçılarının Kosalar kəndinin ətrafındakı kəndlərə hücumu gündən-günə şiddətlənirdi. Cəmilli və Meşəli kəndlərində əhalinin sağ-salamat çıxarılmasında Kosalardan kömək üçün gələn dəstədə İldırım da yaxından iştirak etmişdi. O, Qaragav, Kərkicahan döyüşlərində də qəhrəmanlıqla iştirak edərək, onlarla erməni quldurunu məhv etmişdir.

Artıq erməni hərbi birləşmələri tərəfindən Kosalar kəndinin ətrafında yerləşən bir çox yaşayış məntəqələri işğal edilmişdir. Əsas hədəf Kosalar kəndi idi. Kosalara qarşı təşkil olunan hər bir hücumu kənd oğulları mərdliklə dəf edirdilər. İldırım da daim bu müdafiəçilər arasında olardı.

1992-ci il may ayının 8-də, ermənilər Kosalara növbəti dəfə hücuma keçdilər. İldırım da həmin vaxt Canhəsən kəndində yerləşən “Topxana” postunda idi. Erməni quldurları qəfildən posta hücum edərək, onları mühasirəyə alır. İldırım və yoldaşları döyüşü davam etdirirlər. Atışma səngiyəndən sonra məlum oldu ki, İldırım yoxdur.

Döyüşçü yoldaşları onun taleyi ilə bağlı müxtəlif fikirdədilər. Bir məlumata görə onu əsir aparıblar, digər məlumata görə ona güllə dəyib. Anası Maytavan ananın oğul itkisi çox olub, ancaq İldırımın nəməlum aqibəti onun qəddini qırdı. Atası Barat kişi isə bu nisgillə dünyadan köçdü.

Maytavan ananın dediklərindən: “Mənim oğlumun necə oğul

olduğunu hamı bilirdi. Döyüşlərdə həmişə qabaqda gedərdi.Oğul dərdi qəddimi əyib. Başına nə gəldiyini öyrənə bilsəyidim, ürəyim bir azca təskinlik tapardı. Hələ də onun yolunu gözləyirəm. Nə olar, təki Vətən yaşasın. Onsuz da dərd çəkməyə öyrəşmişəm. Bu dərdi də çəkərəm...”

Subay idi.

152

Rəşidov Adil

Rəşidov Adil Məhəmməd oğlu 1941-ci il noyabr ayının 10-da Xankəndi rayonunun Kosalar kəndində anadan olmuş, 1992-ci il fevral ayının 26-da o şaxtalı, boranlı gecədə ermənilərin hücumunu növbəti uğursuz hücum hesab eləyərək öz evin tərk etməmişdir. Adil 1956-cı ildə Kosalar kənd 7-illik məktəbini bitirmiş, orta təhsilini isə Xankəndi şəhərində almışdır. Orta məktəbi bitirdikdən sonra orada da

qalmışdır. Adil əvvəllər “Elektroset” zavodunda işləmiş və sonradan mühəndislik texnikumunu bitirmişdir. O, uzun illər Xankəndində sosial-təminat şöbəsində mühasib, bir müddət Vilayət İcraiyyə Komitəsində müfəttiş vəzifəsində çalışmışdır. Vəzifəsinin profilinə uyğun Leninqradda kursda olmuşdur. O, peşəsini gözəl bilən peşəkar bir işçi idi. 1988-ci ilə kimi Xankəndində yaşamış, məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə birgə Xocalı şəhərinə köçmüşdür. Burada yaşadığı müddətdə rayon sosial-təminat şöbəsində mühasib vəzifəsində işləmişdi. Adil çox mehriban, səmimi bir insan idi. O, da xocalılarla birlikdə rayonun müdafiəsində mərdliklə iştirak etmişdir. İki oğul, iki qız atası idi. Məlum faciə zamanı oğlu Nazim ilə birlikdə itkin düşmş, bu ata-balanın taleyi haqqında bu gün də heç bir məlumat yoxdur.

153

Rəşidov Nazim

Rəşidov Nazim Adil oğlu, 1972-ci ildə keçmiş Əsgəran rayonunun Kosalar kəndində anadan olmuş, 1992-ci il, fevral ayının 26-da ermənilərin Xocalıya növbəti hücumu zamanı onların şəhəri ala biləcəyinə inanmayaraq, atası ilə birlikdə şəhəri tərk etməmişlər. Haqlarında bu günə qədər məlumat yoxdur. Nazim 1989-cu ildə Ağdam rayon orta məktəbini əla qiymətlərlə

bitirmişdir. Orta məktəbdə oxuduğu müddətdə şəhər musiqi məktəbinin ”Tar” şöbəsini bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Neft Akademiyasına vermiş, oranın tələbəsi olmuşdur. Eyni zamanda, Xocalı rayonunda qaz idarəsində mühəndis vəzifəsində işləməyə başlamışdır. Nazim ali məktəbi bitirə bilmədi. O, doğma yurdun müdafiəsində mərdanə dayanan vətən oğullarından idi. Bu dəfəki düşmən hücumundan Xocalımız xilas ola bilmədi. Dəfələrlə onlara Xocalını tərk etmələri barədə xəbər verilmiş, lakin atası ilə birlikdə buna məhəl qoymamışlar. Taleyi məlum olmayan minlərlə soydaşımızdan ikisi də, 20-yaşlı Nazim və atası Adil kişi oldu...

154

Quliyev Oqtay

Quliyev Oqtay Gülməmməd oğlu, 1970-ci ildə Xankəndi şəhərində ana-dan olmuşdur. Onun valideynləri əslən Kosalar kəndindəndilər. Oqtay 1985-ci ildə orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yola düşür. 1988-90-cı illərdə hərbi xidmətdə olmuşdur. 1990-ci ildə xidməti vəzifəsini başa vuraraq, Vətənə dönür. Artıq, məlum Qarabağ hadisələri başlamışdır. O, Şuşa şəhərində yaradılan könüllü özünümüdafiə batalyonuna yazılır. Bu batalyonun döyüşlərində cəsarətlə

yaxından iştirak edir. Oqtayın keçdiyi döyüş yolu ağır olmuşdur. Onun döyüş yolu Xankəndi, Kərkicahan, Kosalar, Qeybalı, Xəlifəli, Nəbilər və nəhayət Daşaltı ərazilərində keçib. Həmişə öndə gedən qorxmaz, igid Oqtay 26 yanvar 1992-ci ildə keçirilən mənfur “Daşaltı əməliyyatı” zamanı qəhrəmancasına həlak olmuşdur. Belə oğulları xalqımız heç zaman unuymayacaq.

Quliyev Zakir

Quliyev Zakir Lətif oğlu, 1965-ci ildə anadan olmuşdur. Əslən Kosalar kəndindən idi. O, orta təhsilini Xankəndində

155

almışdır. Hərbi Xidməti başa vurduqdan sonra, Xankəndi şəhərinə qayıtmışdı. 1988-ci il hadisələri ilə əlaqədar olaraq, ailəsi ilə birlikdə Xocalıya köçməyə məcbur olmuşlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə edilən təkidlərə baxmayaraq, Xocalını tərk etmədi... Haqqında heç bir məlumat yoxdur.

Hümbətova Füruzə Hümbətova Füruzə Musa qızı, 1934-cü ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. Kosalar kənd 8 illik məktəbini bitirmişdir. Füruzə 1954-cü ildə Hümbətov Cəlil Hümbətalı oğlu ilə ailə qurmuş və Xankəndi şəhərinə köçmüşdülər. Füruzə xala zəhmətkeş bir insan idi. O, 7 övlad böyütmüşdü. Ailəsi ilə birlikdə 1974-cü ildə Şuşa

şəhərinə köçmüşdülər. O, Xankəndində Qarabağ İpək kombinatının işçisi idi. Məlum Qarabağ hadisələri başlayır. 1988-ci ildən başlanan iğtişaşlar nəticəsində əvvəl Şuşaya sonra Xocalı ərazisinə insan axını başladı. Əhali özlərinə güzəranı Xocalıda tapmağa başlayırdılar. Cəlil əmi və Füruzə xala da, əvvəlcə Şuşaya sonra, 1989-cu ildə Xocalı şəhərinə köçdülər. 1992-ci il fevral ayının 26-da bu ailəyə faciə üz verdi. Füruzə xala, 8 aylıq gəlini olan Südabə, oğlu Muğan və 16 yaşlı, hələ həddi buluğa çatmamış gələcəklə bağlı ülvi arzuları gözündə qalan gənc qızı Simuzər vəhşicəsinə qətlə yetirildi. Ailə

156

başçısı Cəlil kişini əzab-əziyyətlə onları dəfn etməyə məcbur etdilər. Bu bir ailədə baş verə biləcək ən dəhşətli hadisə idi.

Hümbətov Muğan

Hümbətov Muğan Cəlil oğlu, 1973-cü ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuş, 1992-ci il fevral ayının 26-da qarlı gecədə Xocalı şəhərində vəhşicəsinə qətlə yetirilmişdir. Muğanın atası Hümbətov Cəlil 1974-cü ildə Kosalar kəndindən Şuşa şəhərinə köçmüşdür. Muğan Şuşa şəhərindəki 3-saylı orta məktəbin 8-ci sinfini bitirib,

sənədlərini 1989-cu ildə 72 saylı Şuşa TP məktəbinə verdi. Arzusu dərzi olmaq idi. Sonralar Xankəndi şəhərinə köçmüş və orada yaşamışlar. 1988-ci il sentyabr ayının 18-də ermənilər Muğangilin Xankəndindəki evlərini yandırıb özlərini oradan didərgin salırlar. Onlar əvvəl Şuşa şəhərinə, 1989-cu ildə isə Xocalıya köçdülər. Muğan səmimi bir insan kimi böyük hörmət və nüfuz sahibi idi. Onun 1991-ci il iyun ayının 26-da toyu olmuşdur. Bu xoşbəxtlik cəmi 8 ay sürdü. Xocalı faciəsi Muğan və onun həyat yoldaşı Südabənin həyatına qara kölgə saldı. Faciədə atası Cəlil kişinin yanında onu, həyat yoldaşı Südabəni, bacısı Simuzəri, anası Firuzəni ermənilər güllələmişlər. Cəlil kişini iki ay girov saxladıqdan sonra azad etmişlər.

157

Hümbətova Simuzər

Hümbətova Simuzər Cəlil qızı, 1976-cı il dekabrın 18-də Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1983-cü ildə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 sayıl orta məktəbə getmişdir. 1988-ci ildə ermənilər Simuzərgilin ailəsinin evlərini yandırdığından onlar Xocalıya köçürlər. Simuzər orta təhsilini Xocalı şəhər 1 saylı orta məktəbində davam etdirir.

Ancaq o, burada da təhsilini davam etdirə bilməyib, cəmi 7-ci sinfi bitirə bilir. Məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq məktəbləri bağlanır. 26 fevral 1992-ci ilin faciəsi zamanı erməni cəlladları tərəfindən ailəsi ilə birgə qətlə yetirilmişdir.

Hümbətova Südabə Hümbətova Südabə Rəşid qızı, 1969-cı il yanvar ayının 15-də Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. Südabə 1967-ci ildə Kosalar kənd 8-illik məktəbinin 1-ci sinfinə getmiş, 1975-ci ildə 8-ci sinfi bitirmişdir.

158

Südabə uzun illər Xankəndində ipək fabrikində işləmişdir. Bir ilə yaxın idi ki, Qarabağ hadisəsi başlamışdır. O, hələ ipək fabrikində işləyirdi. Südabə 8- ayın gəlini oldu. O, 26-iyun 1991-ci ildə Xocalı rayonuna gəlin köçərək Hümbətov Muğan Cəlil oğlu ilə ailə həyatı qurmuşdur. Xoşbəxt ailə olmaq arzusu gözündə qaldı. XX əsrin ən böyük faciələrindən olan, 1992-ci il fevral ayının 26-da həyata keçirilmiş, Xocalı faciəsi zamanı qətlə yetirilmişdir. O qanlı-qadalı 26 fevral gecəsi Hümbətova Südabə və həyat yoldaşı Muğanın həyatında son gecə oldu. Onlar qaynatası Cəlil kişinin gözləri qarşısında ailəlikcə güllələnmişdir. Erməni şərəfsizləri onları Xocalı çayının kənarında Cəlil kişiyə dəfn elətdirmişlər.Belə zülmü Allah əvəzsiz qoymaz.

Kəndin müdafiəsində bu insanlarin xidmətləri çox olmuşdur

Quliyev Vahid Quliyev Vahid Nurməmməd oğlu, 1954-cü ildə Kosalar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, Mingəçevir İnşaat Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdi. Məktəbi bitirdikdən sonra Xankəndində tikinti idarəsində iş icraçısı vəzifəsində çalışırdı. Onun bütün fəhlələri ermənilər idi. Öz

159

peşəsini yaxşı bildiyi üçün, ermənilər ona bir söz deyə bilməzdi. 1988-ci il hadisələri başlananda evini məcburən tərk edir. Şuşa şəhərində müvəqqəti məskunlaşan Vahid, Şuşa “Tikinti quraşdırma idarəsi”ndə baş mühəndis işləyir. Bundan sonra, həyatını Şuşanın müdafiəsinə bağladı. Ələ keçirdikləri topla Şuşadakı tar sexinin yanından, Xankəndinə yüzlərlə top mərmisi atmışdır. Bir dəfə də binoklla baxarkən, görür ki, ermənilər Kərkicahan kəndinin üstündəki meşədə çadır qurublar. Topu tuşlayıb elə sərrast atəş açır ki, çadırla birlikdə erməni kafirləri havaya uçurlar. O vaxt Müdafiə Naziri işləyən Rəhim Qaziyev və Şuşanın katibi Mikayıl Gözəlov idi. Gözəlov Vahidi tanıyır, onunla fəxr edirdi. Amma xainlik, satqınlıq baş alıb gedirdi. Vahidi hədələyir, Şuşadan getməyini tələb edirdilər. Odur ki, Vahid döyüş dostu Ziyəddin Quliyevlə öz kəndimizə gəlir. O,səriştəli tank idarəçisi kimi, döyüşlərdə ad-san qazanmışdı. İnsafən demək lazımdır ki, o vaxt Sürət Hüseynov bütün qüvvəsini, vəsaitini müdafiə yoluna qoymuşdur. O, Gəncədən general Şerbakla əlaqəyə girib, 1 ədəd “T 55” tank alır. Vahid Almaniyada tank qoşunları ordusunda xidmət etdiyi üçün, tankın dilini əla bilirdi. Buna görə də tankı Vahidə verirlər. Bir neçə gün Şuşada vuruşur, sonra doğma kəndin müdafiəsi üçün Kosalara gəlir. Elçin Həsənovla birlikdə tankı idarə edir. Xankəndinə və ətraf kəndlərə mərmi yağdırır. Mübağiləsiz demək olar ki, onun atdığı mərmilər yüzlərlə erməni öldürmüşdür. 1992-ci il, may ayının 9-u idi. Artıq Şuşa şəhəri düşmən əlinə keçmişdir. Kosalar kəndinə hər tərəfdən erməni-rus hərbi birləşmələri yeridildi. Qarabağda düşmən əlinə keçməmiş yeganə yaşayış məntəqəsi olan Kosalar kəndi köməksiz qalmışdı. Vahid və onun silahdaşlarının səyi ilə əhali çıxmağa müvəffəq oldu. Son anda Vahid düşmən əlinə keçməsin deyə “Qara pələng” adlandırdığı sevimli tankını yandırdı. Bu onun üçün çox ağır idi. Çünki, bu Kosalara olan ümidin sonu demək idi.

160

Vahid Bakıya gedərək, Müdafiə Nazirliyində, Etibar Məmmədovun yanında olmuş, ancaq qrad qurğusu üçün lazım olan hissələri ala bilməmişdi. Vahid: “May ayının 9-da tamam taqətdən düşmüşdüm. Kənddə qalan maşınları məhv etmək üçün, tankı yol aşırımına gətirdim. Uşaqlardan bir kibrit aldım, yanacağı açıb tankı yandırdım. Biz Şırlana çatana qədər, iki maşın və tank yandı. O tankı yandıranda zülüm-zülüm ağladım. Tank bizim xilaskarımız və yaxın dostumuz idi. Çəkdiyimiz ağır məşəqqətlərin belə faciəli sonluqla bitməsi ürəyimə xal salmışdır”. Döyüşlərdə aldığı sarsıntı və iztirablar nəticəsində ağır xəstəlik keçirmişdir.

Quliyev Ziyəddin Quliyev Ziyəddin Müsür oğlu, 1951-ci ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan, Cavadlar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan Neft-kimya İnstitutuna daxil olmuş və oranı müvəffəqiyyətlə başa vurmuşdur. Ali məktəbi bitirdikdən sonra, onun təyinatını Şuşa şəhərinə verirlər. Son dərəcə qabiliyyətli, bacarıqlı və işinin ustası olan Ziyəddini Şuşada və ətraf ərazilərdə yaxşı tanıyırdılar. O, Şuşa rayon elektirik şəbəkəsinin müdiri idi. İşlədiyi müddətdə çoxlarının hörmətini qazanmışdı. Qarabağda erməni qəsbkarları baş qaldırdığı andan, Ziyəddinin də qaynar həyatı başladı. Şuşanın, ətraf kəndlərini və xüsusi ilə Kosalar kəndinin düşməndən müdafiəsində mərdliklə iştirak etmişdir. Vahid, Elçin, Ziyəddin və başqa

161

oğulların sayəsində Kosalar camaatı ikinci Xocalı taleyi yaşamadı. Şuşanın müdafiəsindəki xidmətlərinə görə ondan dəfələrlə Şuşadan çıxmasını tələb edirdilər, evinə hücumlar çəkirdilər. Ancaq Ziyəddini heç nə qorxutmadı. O, torpağı müdafiə etmək amalı ilə yaşayırdı. Ziyəddin döyüş yoldaşları ilə Kosaların müdafiəsində son günə qədər mərdliklə durdu. Onun atdığı sərrast top atəşləri onlarla ermənini cəhənnəmə vasil etmişdir. Ziyəddin hal-hazırda Bakı şəhəri üzrə enerji sahəsində baş mühəndis vəzifəsində çalışır. Ancaq onu yenə də “topçu Ziyəddin” deyə çağırırlar. Ziyyədin və Vahid Quliyev Şuşa rayon İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlovun verdiyi topu Canhəsən yüksəkliyində qoymuşdular. Bu topun Xankəndi və ətraf erməni kəndlərini cavab atəşi ilə qarşılamaq üçün müstəsna əhəmiyyəti var idi. Həmin topu gecələr atır, gündüzlər isə gizlədirdilər. Çünki, rus hərbiçiləri onu ələ keçirmək istəyirdilər. Vahid Quliyev: “...Ağır günlərdə Ziyəddin Şuşanı işıqsız qoymur, Kosaların müdafiəsinə də köməklik göstərirdi”.

İsgəndərov Əlövsət (Öz dediklərindən)

...Qalxdım topun yanına, bu an erməni BMP-ləri tilə çıxmaq istəyirdi. Bir-iki gün qabaq Hümbətov Ələsgər həmin yerdə bir BMP-ni vurmuşdu. Ekipajı ilə birlikdə məhv olan BMP yolu

162

kəsmişdi. Ancaq düşmən texnikası yanan həmin texnikanı burunlayıb yoldan kənara ataraq təpəyə qalxmağa çalışırdı. Əgər belə olsaydı, ilk hədəfləri, onları atəş altında saxlayan, mənim idarə etdiyim “top” olacaqdı. Tez mən bir iki snaryad atdım ki, onları yüksəkliyə qalxmağa qoymayım. Bu an bir təyyarə Daşaltını bombalayıb Laçına keçdi, yenidən geri qayıdaraq, Daşaltını bombaladı. Mən göyə yanan güllə ataraq, ermənilərə bizim də yiyəmiz gəldi deyə

qışqırdım. Onlar məni atəşə tutdular... ...Artıq sonuncu snaryad idi. Bununla düşmən texnikasının qarşısını ala bilməyəcəyimi anladığımdan sonuncu mərmini düşmənin daha çox cəmləşdiyi yerə atdım ki, heç olmasa onlar canlı qüvvə itirsinlər. Sonuncu mərmini ataraq bizə çox köməyi dəymiş “top”u ürək ağrısı ilə tərk etdim. Elə bu an yüksəkliyə çıxan düşmən BMP-si topu vurdu. Döyüşçülərimiz mənim vurulduğumu zənn etdiyindən həmin yerə tələsdilər. Havaya güllə ataraq, Ağayev Vaqifə sağ olduğumu və geriyə qayıtmalarını bildirdim... ...Şuşa işğal olunmuşdu. Düşmən texnikası üstümüzə həmin istiqamətdən irəliləyirdi... Geriyə bircə yol qalırdı... Əlvida doğma kəndim demək, elə də asan deyildi... Xəyanət olmasaydı... Göründüyü kimi, Əlövsət İsgəndərov doğma yurdun qorunmasında yüksək xidmətə malik olan kənd oğullarından biri idi. Yuxarıda öz dilindən dedikləri onun xidmətlərinin yalnız bir hissəsidir. Əlövsət kişinin xidmətləri təkcə əldə silah döyüşməklə bitmirdi. O, həm də Azərbaycanın müxtəlif bölgələrindən gələrək, kəndin müdafiəsində iştirak edən döyüşçülərimizin daldalanacaqla təmin edilməsində yaxından iştirak edərək, tez-

163

tez evdə hazırlatdığı müxtəlif xörəklərlə səngərdə olan döyüşçülərimizin yanına tələsərdi... Fədakar xidmələr heç zaman unudulmur. Quliyev Mehman: “İsmayılın talasına top gətirmişdik. Həmin topu Əlövsət İsgəndərov idarə edirdi. Qüvvələr “Fanar” postunu təhlükədən qurtarandan sonra “Hacı talası” istiqamətində döyüşə başladı... Əlövsət kişi topla “Hacı talasındakı” erməni mövqelərini sərrast vururdu”.

Kosalar döyüşlərində yaralananlar

1. Ağayev Zahid Yunis o. 2. Ağayev Ələsgər Yunis o. 3. Bağırov Elmidar Həsən o. 4. Cavadova Gülər Əmir q. 5. Ələsgərov Rövşən Əhməd o. 6. Ələkbərov Qəhrəman Lələkişi o. 7. Əliyev Məzahir Məmməd o. 8. İsmayılov Hüseyn Müsür o. 9. Quliyev Əhliman Əjdər o. 10. Quliyev İsmail Yunis o. 11. Quliyev Fəzail Sevyan o. 12. Quliyev Mehman Müsür o. 13. Məmmədov MöhsümŞahin o. 14. Məhərrəmov Sənani Möhsüm o. 15. Məmmədov Əmirah Seymur o.

164

16. Məmmədov Kamil Kamıran o.

Kosalar uğrunda döyüşlərdə həlak olan digər bölgələrdən

olan soydaşlarımız 9 may 1992-ci ilə kimi Kosalardan 17 nəfər şəhid, 4 nəfər itkin düşmüşdür. Kosaların ağır günlərində digər rayonlarımızdan olan və Kosalarda döyüşən igid oğullarımız da az olmamışdır. Köməyə gələn qüvvələrdən 19 nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir: 1.Səfərov Mübariz Həsən oğlu; 2.Fərmanov Mübariz İsrafil oğlu; 3.Pənahov Mübariz Sabir oğlu; 4.Hüseynov Yaşar; 5.Hacıyev Alim Əjdər oğlu; 6.İbrahimbəyli Xəqani və bir çox başqaları olmuşlar ki, digərlərinin adlarını müəyyən edə bilmədiyimiz üçün təəssüf hissi keçiririk.

165

Kosalar döyüşçüləri doğma kəndin işğalından sonra, atəşkəsəqədərki dövrdə

1992-ci il may ayının 9-da Kosalar kəndi erməni quldurları tərəfindən işğal olundu. Kənd uğrunda mərd oğulların

mübarizəsi sona yetdi. Ancaq kənd sakinləri, o cümlədən döyüşçülər kəndi geri alacaqlarına əmin idilər. Bu inamla da 80 nəfərə qədər Kosalar igidi 1994-cü il - atəşkəs elan olunana qədər Laçın, Ağdərə, Goranboy, Kəlbəcər, Ağdam və başqa bölgələrimiz uğrunda gedən döyüşlərdə iştirak edərək düşmənə qarşı mübarizələrini davam etdirmişdilər. Eyni zamanda, onlardan 60 nəfərə yaxını

Şuşa polis şöbəsinin nəzdində öz fəaliyyətlərini sonralarda davam etdirmişlər. Onlardan hazırda da fəaliyyətlərini davam etdirənlər az deyildir. Onlar uzun illərdir ki, düşmənlə qarşı-qarşıya dayanıblar.

166

Ağayev Ramiz Ağayev Ramiz Yunis oğlu Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində anadan olmuşdur. Ramiz də Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə yaxından iştirak etmişdir. Onun ən ağır döyüşləri Murovdağ istiqamətində olmuşdur. Ramiz mahir tankçı idi. 1994-cü ilin aprel ayında Murovdağ bölgəsində idarə etdiyi tankla 4 erməni tankına qarşı döyüşə girir. Həmin tanklardan birini vuraraq sıradan çıxarır. Digərləri isə vahiməyə düşür, geriyə qayıdaraq qaçırlar. Bu vaxt Ramiz onlardan birini də zədələyir. Həmin vaxtlar döyüşcülərimiz Kəlbəcəri geri almaq üzrə idi. Satqınlıq ucbatından ordunu geri çəkdilər. Əsgərlərin çoxunu don vurdu. Bu zaman Ramiz də ac-susuz Daşkəsən yolunda döyüşcü yoldaşları ilə qalırlar. Tankın çıxış yolu olmadığına görə Ramiz onu yandırır. Ramizin döyüş yolu bununla bitmir. O, Ağdam, Füzuli bölgələrində döyüşlərdə iştirak emişdir.

Hümbətov Araz Hümbətov Araz Rəsul oğlu, 1980-ci ildə Əsgəran rayonunun Kosalar kənd nümayəndəliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. Araz 1986-cı ildə Əli Kərim adına Başkənd kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. Arazın ailəsi də erməni fitnəsi nəticəsində doğma yurdlarından didərgin salınmışlar. Bu səbəbdən ailələri 1992-ci ilin sonlarından Gəncə şəhər Hacıkənd qəsəbəsində məskunlaşmışlar. Bu səbəbdən Araz orta təsilini Hacıkənd qəsəbəsində müvəqqəti fəaliyyətini bərpa etmiş doğma məktəbində davam etdirmişdir. O, 1996-cı

167

ildə həmin məktəbin 11-ci sinfini əla qiymətlərlə bitirmişdir. Araz məktəbə getdiyi ilk günlərdən müəllimlərinin, şagird dostlarının rəğbətini qazanmışdır. Araz kiçik yaşlarından qohum-əqrəbanın, dost tanışın da hörmətini qazanmışdır. O, sakit təbiətə malik olan xoşxasiyyət bir insan idi. Araz həmçinin Vətəninə, torpağına, valideynlərinə hörmət etməyi bacaran bir şəxs idi. Hələ uşaq yaşlarından mənfur ermənilərin millətimizin başına

gətirdikləri müsibətlərə həmişə qəzəb və ürək ağrısı ilə baxırdı. Onun doğma torpağa bağlılığının səbəbləri çox idi. Hər şeydən əvvəl bu hiss onun şəxsinə xas olan xüsusiyyət idi. Eyni zamanda yaşının az olmasına baxmayaraq, doğma kəndinin döyüş səhnələri onun gözünün qabağında baş vermişdir. Nəhayət əmiləri, atası və bir çox digər qohumları nəinki Kosalarda gedən hərbi əməliyyatlarda, eyni zamanda Qarabağın bir çox bölgələrində gedən hərbi əməliyyatlarda fəal iştirak etmişlər. Demək Arazın uşaqlıqdan böyüdüyü mühiti “Hərbi mühit” adlandırsaq heç də yanılmarıq. Həmin dövr elə bir dövr idi ki, Araz və yoldaşlarının oynadıqları oyun yalnız “dava-dava” idi. Yaxşı yadımdadır, uşaqlarla bir yerə yığışaraq, hərəmiz taxtadan bir tüfəng düzəldib “dava-dava” oynayırdıq. Araz məndən bir neçə yaş böyük idi. Yaşca böyük olnlar hərəsi bir komanda yaradırdı və beləliklə də uşaqlar dəstələrə bolünürdü. Hərə bir cürə öz təxəyyülünə uyğun düzəltdikləri “tüfəng”ləri götürərək, yerlərini tuturdu. Beləliklə “müharibə” başlayırdı. Atalar bu yerdə yaxşı deyiblər: ”Aşıq gördüyünü çağırar”. O zamankı uşaqlar başqa nə görürdülər axı... Müşahidə edirən indiki uşaqlar heç belə oyunlar oynamırlar... Bəlkə müharibəyə hazırlıq elə burdan başlamalıdır...

168

Nəhayət o, 1998-ci il oktyabr ayının 1-də ən böyük arzusuna çatdı. Araz könüllü olaraq Şuşa rayon hərbi komisarlığına müraciət etdi. O, öz xahişi ilə “N” saylı hərbi hissənin Murovdağ silsiləsində yerləşən Ballı qaya postunda mina atan batareyada hərbi xidmətə başladı. Araz ilk vaxtlardan əsgər və zabitlərin sevimlisinə çevrildi. Vaxt, zaman öz işini gördü: 2000-ci il aprel ayının 1-də Prezidentimizin fərmanı ilə o, ehtiyata buraxılmalı idi. Lakin təəssüflər olsun ki, aprel ayının 8-də Arazın da adı şəhidlər sırasına yazıldı. Torpaqlarımızın bütövlüyü uğrunda Vətən daha bir oğlunu itirdi. Məzarı Gəncə şəhər Şəhidlər Xiyabanındadır. Subay idi.

Müharibə illərində Kosalar kəndini himayəyə götürən rayonlar

1.Kosalar-Yevlax 2.Cavadlar-Ağsu 3.Başkənd-Göyçay 4.Yaloba-Ucar 5.Canhəsən-Ağdaş 6.Qaragav-Oğuz Yuxarıda göstərilən rayonlar müharibə dövründə Kosalar kəndini iqtisadi və hərbi cəhətdən təmin edirdilər.

169

Yevlax rayonu Kosalara hərbi sürsat, canlı qüvvə və ərzaq sarıdan köməklik etmişdir. Gəncə şəhəri də öz növbəsində hərbi sürsat, ərzaq və geyim ləvazimatları ilə Kosalara kömək əlini uzatmışdır. Gəncə şəhər Dİİ-nin rəisi Eldar Həsənovun rəhbərliyi ilə könüllülərdən ibarət batalyon düzəldilmiş və həmin batolyon 5 ay Kosalar uğrunda qəhrəmanlıqla vuruşmuşdur. Kərəm kişi bir dəfə Bakıda “Qarabağa yardım” komitəsində olur. Komitənin sədiri Bayram müəllimlə görüşür, vəziyyət haqqında ona məlumatlar verir. Ağır vəziyyətdə olan kəndə kömək üçün lazimi tədbilərin görülməsini istəyir. Bayram müəllim deyir ki: “Adətən hər nümayəndəliyi bir rayona təhkim edirik. Ancaq sizin hər bir kəndinizi bir rayonun himayəsinə verəcəyəm”. Kərəm kişi eyni zamanda Mədəniyyət Nazirinin müavini Marat Allahverdiyevin verdiyi maşınla müvafiq rayonlara gedərək rayon rəhbərləri ilə görüşür. Rayon rəhbərləri kəndin köçürülməsi üçün maşınlar ayırırlar. Əhalinin bir qismi cüzi də olsa əşyalarının bir hissəsini verilən maşınlarla kənddən çıxartdılar. Bir hissəsi isə bu haqda heç düşünmək belə istəmədilər. Çünki, hamı Kosaların işğalına bir nəfər kimi inanmırdı. Fikirləşirdilər ki, nə qədər ki, Şuşa ermənilərə göz dağıdır, Kosalar düşmənə verilməyəcək. Hətta cüzi də olsa əşyalarının bir hissəsi kənddən çıxarılmış insanlar əşyalarını aprel ayının sonu may ayının əvvəllərində yenidən kəndə qaytarmışdılar.

170

Kosalar kəndinin sosial obyektləri (sosial infrastrukturu)

Pedaqoji sahənin inkişafi ilə yanaşı Kosalar kənd sovetliyinə daxil olan kəndlərdə əhalinin sosial, iqtisadi səviyyəsinə xidmət edən digər maddi və qeyri-maddi istehsal sahələri də kənd işğal olunana qədər fəaliyyət göstərirdi. Təsərrüfatın inkşafı və yerləşməsinə təsir göstərən əsas amillərdən biridə infrastrukturdur. İnfrastruktur məhsul istehsalında və əhalinin normal yaşamasında mühüm rol oynayan iki sahəyə - sosial və istehsal infrastrukturlarına bölünür. Sosial infrastruktura yaşayış evləri, məktəblər, mədəniyyət müəsisələri, səhiyyə obyektləri, ticarət obyektləri, sərnişin daşınmasına xidmət edən yollar və s. daxildir. İstehsal infrastrukturlarına fabrik və digər müəsisələr, xammal daşınmasında iştirak edən yollar və s. istehsal obyektləri daxildir.

İlk olaraq 1986-cı ildə 30 nəfər işçi potensialına malik olan sex açılmışdı. Sonralar belə

müəsisələrin sırasına yeniləri əlavə olunurdu. Kosalar kəndində fəaliyyət göstərən Bərdə şəhər tikiş fabrikinin filialı, Xankəndindəki yerli

Bərdə şəhər tikiş fabrikinin Kosalar filialının texnikası

171

1989-cu ildə Kosalarda 3 böyük sex tikildi. Tikinti materialları ya karvanla Xankəndindən keçirilir, ya da vertolyotla daşınırdı.

istehsal kombinatının uşaq oyuncaqları sexinin filialı, Bakı məişət malları (oyuncaqlar kombinatı) zavodunun filialı, Şuşa istesal kombinatının filyalı, Başkənddə Bakı ayaqqabı fabrikinin filialı, Yalobada T. İsmayılov adına kosmik tədqiqatlar zavodunun filialı, xalça kombinatının 3 toxuculuq sexi və b. belələrindən idi. Quşçuluq ferması, kolxoz və digər bu kimi təsərrüfat sahələri isə artıq uzun illər idi ki, fəaliyyət göstərirdi (müharibə ərəfəsində belə müəsisələr artıq ömürünün sonlarını yaşayırdı). Bundan əlavə Kosalar kəndində sərraclıq (yəhərtikmə) sexi açılmışdır. Cavadlar kəndində Bakı mebel mağazasını filialı təşkil edilərək fəaliyyətə başlamışdır. Bütün bunların hamısı işğal nəticəsində məhv edilmişdir. Cavadlar kəndində Yüngül Sənaye Nazirliyinin başqa bir sexinin tikilməsi nəzərdə tutulurdu. Qeyd olunan sexlərdə 160 nəfər işlə təmin olunmuşdur. Sonradan açılmış sexlərin sayəsində daha 333 nəfərin işləyə biləcəyi yeni iş yerləri təmin edildi. Təşkil olunmuş bu yeni iş yerlərində ümumilikdə 500 nəfər işlə təmin olunmuşdur. Bunlara əlavə olaraq yuxarıda qeyd etdiyimiz kimi Cavadlar kəndində 250 nəfər işçi potensialına malik olan yeni tikiş sexinin təşkili nəzərdə tutulurdu. Bu obyektlərin fəaliyyətə başlaması dövrün tələblərindən irəli gəlirdi... Belə müəssisələrin açılması xalqımızın qədirbilən oğullarının uzaqgörən siyasətinə hesablanmışdı. Kənd sakinləri düşmən qarşısında iqtisadi cəhətdən zəif olmamalı idilər... Son zamanlarda yolların çəkilməsi də diqqətdən kənarda qalmırdı. 10 km-lik Xankəndi- Kosalar yolu “dövlət təmir planı”na salınaraq təmir edilmiş, sərnişinlərin daşınması və

172

Xankəndində yerləşən müxtəlif müəsisələrdə işləyən işçilərin gediş-gəlişi üçün marşrutlar açılmışdı. Xankəndi yolu bağlandıqdan sonra isə Şuşadan- Kosalara 23 km-lik yol təmir edilmişdir. Müharibə ərəfəsində isə kəndlərarası daxili əlaqəni möhkəmləndirmək üçün Qaragava 25 km-lik yol çəkilmişdi. Görülən işlərdə yerli rəhbər işçilərin və ümumilikdə kənd sakinlərinin əməyi çox olmuşdur. Əsgərov Kərəm: “Məni və mühəndis texnik Quliyev Vahidi Ağa körpüsündə heç bir əsas olmadan tutaraq girov kimi saxladılar. Guya biz güllə atıb adam öldürmək istəmişik... B. Məmmədovun köməkliyi ilə biz azad olunduq.” Yuxarıda göstərilən bu infrastruktur sahələrinin hamısı mənfur düşmən tərəfindən ya məhv edilmiş yaxud da ki, qarət edilmişdir. İlk illərdə qaçqınçılıqda müəsisələrin bir çoxu bərpa edilsə də, sonradan respublikamızda iqtisadi münasibətlərin yeni yolu və şəraitin olmaması ilə əlaqədar olaraq bu müəsisələrin əksəriyyəti fəaliyyətlərini dayandırmışdır. Bütün bunlara baxmayaraq hal-hazırda Kosalar kənd İcra Nümayəndəliyinə daxil olan kəndlərdə aşağıdakı müəsisələr fəaliyyət göstərir.

S\s

Kəndlər

Müəssisələr K

osal

ar

Cav

adla

r

Baş

kənd

Yal

oba

Canh

əsən

Qar

agav

1 Məktəb 1 1 1 1

2 İbtidai məktəb 1

3 Kitabxana 5 2 2 3 1 1

4 Klub 2 1 2 1 1 1

5 Mədəniyyət evi 1 1

6 Muzey 1

173

7 Həkim amblatoriyası 1

8 FMM 1 1 1 1 1

9 Rabitə poçt şöbəsi 1

Yuxarıda qeyd olunanların hamısı maddi-texniki bazası, yaşayış evləri və içinin əmlakı, kolxoz əmlakı, kənd nümayəndəliyi arxivi ilə birgə düşmən hərbi birləşmələri tərəfindən ələ keçirilərək məhv edilmişdir!

Yol idarəsi 1991-ci ilin iyun ayında Kosalar kəndində Şuşa şəhər 54 saylı trestin nəzdnində fəaliyyət göstərən Yol İdarəsi (idarəyə Vüqar Əhmədov rəhbərlik edirdi) açıldı. Bu idarənin Kosalar kəndi üçün xidmətləri çox olmuşdur. İdarə Kosalarda kəndlərarası yolların və Kosalarla Şuşa şəhərini birləşdirən yolun təmirində mühüm rol oynayırdı. Əziz oxucular artıq sizə Şuşa-Kosalar yolunun Kosalar kəndi üçün nə qədər vacib olduğu məlumdur. Bildiyiniz kimi kəndin ətraf ərazilərlə mümkün yeganə quru əlaqəsi bu yolla idi. Digər tərəfdən idarəsinin canlı qüvvə və texnikası Qarabağ hadisələrinin tüğyan etdiyi vaxtlarda kəndin müdafiəsində dayanmış könüllü dəstənin postları ətrafında səngərlər qazırdı. Ağır günlərdə Kosalarla Cəmilli, Meşəli, Qaragav və digər yaşayış məntəqələrimiz arasındakı yolların açılmasında və təmirində idarənin çox böyük xidmətləri olmuşdur. Yol İdarəsi 1992-ci ilin may ayında Kosalar kəndinin işğalı ilə öz fəliyyiətini dayandırdı.

174

Azəravtoyol Dövlət Şirkətinin prezidenti cənab Cavid Qənbər oğlu Qurbanovun təşəbbüsü və qayğısı ilə 1993-cü ildə Yol İdarəsi Hacıkənd qəsəbəsində yenidən bərpa oldundu. Qaçqın və köçkün düşmüş, çətin vəziyyətdə qalmış əhali üçün iş yeri lazım idi. Belə bir iş yerini xalqımızın humanist oğlu, xalqını və millətini sevən, səmimi insan cənab Cavid Qurbanov bərpa etdirdi. Onun sayəsində 55 nəfər işlə təmin olundu. Hələ də gösdərdiyi xeyirxahlıq haqında yeri gəldikcə danışılır. Cavid müəllim hansı vəzifədən çalışmasından asılı olmayaraq daim el-obasına, vətəninə xidmətləri, xeyriyyəçiliyi ilə ilə seçilmişdir. 2010-cu il may ayının sonlarında sel və daşqın Hacıkənd qəsəbəsinin yollarını bərbad vəziyyətə salmışdı. Cavid Qurbanov onsuzda bərbad vəziyyətdə olan, selin isə daha da dağıtdığı yolların təmirində öz kömək əlini uzatdı. Yolun xeyli hissəsi yeni asfalt örtüklə örtükləndi. Daşqın zamanı zərərçəkmiş ailələrin zəruri ehtiyaclarla təminatında da Cavid müəllim yaxından iştirak etdi. Bundan əlavə o, deputatı olduğu rayon sakinlərinin müxtəlif təminatlarının ödənilməsində hər zaman yaxından iştirak edir. Eyni zamanda Cavid Qurbanovun xeyriyyəçiliyi deputatı olduğu rayonla məhdudlaşmır. O, hər zaman hər bir azərbaycanlıya öz kömək əlini uzatmağa qadir bir insandır. Belə oğulları olan millət heç zaman yağıya möhtac olmaz. İdarə Hacıkənd qəsəbəsində yenidən öz fəaliyyətini bərpa etdikdən sonra 3 ədəd ağır texnika, 5 ədəd yol avtomobili və 1 ədəd yanacaq daşıyan avtomobillə (idarə ilk yarananda onun tabeçiliyində 5 ədəd texnika mövcud idi) təmin olundu. İndiki Göygöl rayonu ərazisində olan bir çox yolların işlək vəziyyətdə saxlanılmasında bu idarənin çox boyük xidmətləri olmuşdur. İdarənin tabeçiliyində olan yollardan əlavə Toğana-Murovdağ-Kəlbəcər yolunun daima işlək vəziyyətdə olması üçün yol işçiləri qışın sərt, soyuq keçməsinə baxmayaraq gecə-

175

gündüz, yorulmadan çalışırdılar, hansı ki, bu yol müharibə ərəfəsində müstəsna əhəmiyətə malik olan bir yol idi. Mürəkkəb reliyef şəraiti, qışda tez-tez baş verən qar uçqunları yolların tez-tez bağlanmasına səbəb olurdu. Fəal döyüş əməliyatları şəraitində Murov yolunu daima açıq saxlamaq vacib olduğu qədərdə çətin idi. Bir tərəfdən də, o zamanlar orduda vahid rəhbərliyin olmaması ucbatından hərc-mərclik baş alıb gedirdi. “Yol niyə bağlıdı”- deyə qar-tarı təmizləməyə çalışan idarə işçilərinin üzərinə silah çəkmə halları da az olmurdu. Çətin idi bu şəraitdə fəaliyyət göstərmək- düşmən gülləsindən qorunasan, işini görəsən, yaxud da ki... Murov yolunun daim açıq saxlanılmasında idarə işçilərindən başda idarə müdiri Əhmədov Vüqar olmaqla İbrahimov Arif, Əliyev Ələmdar, Rəşidov Akif, Süleymanov Ramiz, Hümbətov Ələsgər, Mirzəyev Yaqub, Süleymanov Habil və başqalarının çox böyük xidmətləri olmuşdur. Belə xidmətlər yuxarıda dediyimiz kimi heç də asan başa gəlmirdi. Bir dəfə Murovda iş zamanı hansısa mənşəyi məlum olmayan hərbiçi idarə işçilərinin üzərinə silah çəkdi. Güllə “ZİL-130” markalı maşının (sürücü Mirzəyev Yaqub) qabaq təkərinə dəydi. Çox sonralara qədər, hələ də həmin güllə təkərlə hərəkət edirdi. Yaxşı yadımdadır. O zamanlar mən hələ uşaq idim. Külək Hacıkənd qəsəbəsindən keçən əsas yola ağac aşırmışdı. İdarənin texnika və canlı qüvvəsi yolu açmağa cəlb olunmuşdu. “DT-75” markalı traktorla (idarə edirdi Süleymanov Rasim) yolu açmağa çalışırdılar. Təzəcə hadisə yerinə yaxınlaşan “QAZ-66” markalı maşını idarə edən hərbiçi heç 2 dəqiqə gözləmədən avtomatı idarə işçilərinə, o cümlədən mexanizatora çevirərək yolu tez açın deyə bağırdı... Bu yerdə müasir dövürlə o zamankı vəziyyəti müqayisə etməyə bilmirsən. O zamanlar çətin dövürlər idi, evdən çölə çıxanda (baxmayaraq ki, düşmən mövqelərindən aralısan) bir daha geriyə qayıdacağına əmin deyildin. Şükürlər olsun bu günə. Şükürlər olsun ki, o zamanlar Azərbaycanımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldi.

176

Bəzən elə olurdu ki, qarlı, buzlu yolları buzdan azad etmək üçün idarənin işçiləri məvaciblərini toplayaraq duz alıb yollara səpirdilər. Yolların duzlanmasında və açılmasında Əliyev Ələmdarın və Süleymanov Ramizin xüsusilə xidmətləri çox idi. Onlar növbə ilə hər həftə biri Murovda qalır və yolları nəzarətsiz qoymurdular. Bəzən Ramizin əvəzinə qohumları gedərək, bu işdə yaxından iştirak edirdilər. Bu baxımdan Süleymanov Rasimi və atası Şura kişini qeyd etməliyik. Mirzəyev Yaqub: “Bir dəfə Şura kişinin idarə etdiyi traktor xarab oldu. Hərbiçilərdən biri traktorun yanındakı idarə əməkdaşlarını qabağına qatıb aparmaq istədi ki: “Sizi aparıb dalda da öldürəcəyəm işləmirsiniz”. Şura kişi yalvar-yapış, güclə işçiləri onun əlindən aldı ki, bəs traktorun nasosu partlayıb, düzəldib işləyirik” Müharibənin qızğın vaxtlarında təxribatla qoşunları geri çəkirdilər. Belə bir vaxtda Yol İdarəsinin “DT-75” markalı traktoru ön xətdə qalır. İdarənin işçiləri- Əliyev Ələmdar, Mirzəyev Yaqub və Ağayev Ələsgər həyatlarını riskə ataraq texnikanı çıxarırlar. Bir dəfə “Azərbaycan yolu” qəzetinin əməkdaşlarından nümayəndə Murovdağ yolunda iş zamanı işçilərlə görüşüb, işlərin gedişi və ümumi vəziyətlə tanış olduqdan sonra, həmin qəzetdə yol idarəsi əməkdaşlarının fədakar əməklərini yüksək qiymətləndirərək, haqqlarında məqalə yazmışdır.

177

Əhmədov Vüqar

Əhmədov Vüqar Qiyas oğlu 10 avqust 1965-ci ildə Xankəndi rayon Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, 1971-81-ci illərdə Kosalar kənd orta məktəbində təhsil almış, 1982-ci ildə isə Mingəçevir şəhər Politexnik texnikumuna daxil olmuşdur. Ancaq Vüqar məktəbi yarımçıq qoyaraq hərbi xidmətə yola düşmüş, 1984-86-cı illərdə Sovet ordusu sralarında (Moskva vilayəti Yaroslavl şəhərində Hava Hücumundan Müdafiə hərbi hissəsində) xidmət etmişdir. Əsgəri xidmətdən döndükdən sonra təhsilini Bakı Politexnik texnikumunda davam etdirmiş, 1987-ci ildə həmin məktəbi yüksək nailiyyətlərlə bitirərək, əmək fəaliyyətinə başlamışdır. 1991-ci ildə Kosalar kəndində Yol idarəsi fəaliyyətə başlayır. Elə həmin ildən də idarəyə Vüqar müəllim rəhbərlik edir. Vüqar müəllim yüksək səviyyəli peşəkarlığı sayəsində 1997-ci ilə kimi həmin idarəyə rəhbərlik etmişdir. Baxmayaraq ki, 1992-ci ildə Kosalar kəndi düşmənlərimiz olan ermənilər tərəfindən işğal olunmuşdu. Vüqar müəllimin bacarığı və fədakarlığı sayəsində həmin idarə öz fəaliyyərini Gəncə şəhər Hacıkənd qəsəbəsində yenidən bərpa edə bildi. Vüqar müəllim 1997-ci ildə öz ərizəsi ilə işdən azad olunmuşdur.

178

Kosalar kənd orta məktəbi Kosalar kənd sovetliyində kənd infrastrukturunun formalaşdırılmasında əsas addımlardan biri ilk ibtidai məktəbin yaradılması oldu. Məktəb olmadığından 1920-ci ilə kimi Kosalar əhalisi başdan-başa savadsız olub. Kosalar kəndində yaradılan ibtidai məktəbin ilk müəllim və müdiri Məhərrəm Qaybaliyev olmuşdur. İlk müəllimlər: Xudan Həsənov, Rəşid İsgəndərov, Məhəmməd Rəşidov olub. Məktəb 1922-ci ildən fəaliyyət göstərir. 1949-cu ildə (bəzi məlumatlara görə 1930-cu ildə) yeddiillik, Dərs deyən müəllimlər əsasən kənardan çağrılırdı. 30-cu illərdə Məktəbi əsasən Malbəyli kəndindən gələn müəllim kadrlar təmin edirdilər. Səmayə Kərimova, Almaz Həsənova Malbəyli kəndindən məktəbdə işləyən, gənc nəslə işıqlı yol göstərən müəllimlərdən olmuşlar. Bu illəri məktəbin formalaşma və inkişaf dövrü kimi səciyyələndirmək olar. 40-cı illər yenidən təhsil səviyəsinin aşağı düşdüyü illər hesablanır. 1941-ci ildə Böyük Vətən müharibəsi başlanır. Müəllimlərin xeyli hissəsi cəbhəyə yola düşür. İxtisaslı kadrlara ehtiyac duyulur. Bu dövrdə məktəbin direktoru Yusif Əliyev idi. Bütün çətinliklərə baxmayaraq onun səyi nəticəsində tədrisin keyfiyyətlərində yüksəlişə nail olunur. Kənddə ərzaq çatışmamazlığına baxmayaraq, aztəminatlı olan şagirdlər qismən də olsa ərzaq və geyimlə təmin olunmuşlar.

1959-cu ildə səkkizillik, 1978-ci ildə isə onillik təhsilə keçilmişdir. 1990-cı ildən 11 illik adlandırılmağa başlamış (IV sinif olmamaq şərti ilə ), 1992-ci ildən 11 illik təsilə keçilmişdir. 1978-ci ilə kimi məktəb Qaçaq Mahmudun fərdi yaşayış evində fəaliyyət göstərmişdi (1922-ci ildən). Aşağıda adlarını

179

çəkəcəyimiz sonkı nəsil müəllim ziyalıların əksəriyyəti orada təhsil almışdılar.

Qaçaq Mahmudun fərdi evi (uzun illər məktəb kimi xidmət

gösdərmişdir).

70-ci illərin sonlarında Kosalar kənd məktəbi hələ də natamam orta məktəb olaraq qalırdı. 8 illik məktəb artıq təhsilimizin səviyyəsinə cavab vermirdi. Bu da şagirdlərin Xankləndinə və ya başqa yerə gedərək təhsillərini davam etdirməsinə səbəb olurdu. Bu vəziyyət eyni zamanda kənd əhalisinin sayının ildən-ilə azalmasına da səbəb olurdu. Belə yarıtmaz siyasət Vilayətin erməni rəhbərlərinin məqsədyönlü planları idi. Orta məktəb lazim idi ki, gənclər orta təhsilini öz doğma məktəbində alsın. Bunun üçün isə yeni məktəb binası lazım idi. Yuxarıda dediyimiz kimi bu isə erməni rəhbərlərini heç maraqlandırmırdı. Müraciətlər cavabsız qalırdı. Azərbaycanlı yaşayış məntəqəsində yeni tipli məktəbiin tikilməsini heç cürə qəbul etmirdilər.

Qaçaq Mahmud zəhmətkeş və bacarıqlı adam olub. Bunun sayəsində də varidat sahibi olub. Onun 15 otaqdan ibarət şəxsi evi var idi. O, yeni yaranmış Sovet dövlətinə, onun haqsızlıqlarına qarşı çıxıb, həmin dövlət quruluşu ilə, onun məmurları ilə heç cür barışmayıb. Beləliklə də mal-dövləti müsadirə olunaraq, özü də qaçaq salınıb. Həmin vaxtdan vilayətdə rəhbər vəzifələri tutan ermənilər Qaçaq Mahmudu iynə axtaran kimi axtarırdılar ki, tutub işgəncə ilə məhv eləsinlər. Ancaq buna heç zaman nail ola bilmədilər. Kosalar kənd məktəbi 60 ilə yaxın müddətdə onun 15 otaqlı evində fəaliyyət göstərmişdir.

180

Dövrün tələbinə uyğun olaraq yeni məktəb binası tikilməli və məktəb on illik təhsilə keçməli idi. Yeni məktəbin tikilməsi üçün dəfələrlə şagirdlərin, əhalinin, “Qəhrəman analar”ın adından Moskvaya məktublar göndərilmişdir. Hər dəfə də yeni məktəb tikintisinə erməni rayon rəhbərləri maneəçilik törədirdilər. 1969- cu ildən ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra Qarabağda ermənilərin azərbaycanlılara qarşı mürtəce siyasəti iflasa uğradı. Artıq onlar azəzbaycanlı faktorunu nəzərə almağa məcbur olur, azərbaycanlıların da tələbatlarını ödəyirdilər. 70-ci illərin əvvəllərində ona edilən yeni müraciətə müsbət cavab verildi. H.Əliyevin xüsusi göstərişi ilə yeni məktəbin inşasına başlanıldı. Kosalar əhalisi elə həmin vaxtda ümummilli liderə öz etimadını göstərərək, minnətdarlıqlarını bildirmişdilər. Yeni məktəb binasının tikintisi üçün bir neçə yer müəyyənləşdirilmişdi. Belə ki, hər kəs məktəbin öz kəndinə yaxin tikilməsinə çalışırdı. Müəyyənləşdirilən yerlər Başkəndlə Kosalar arasındakı körpünün yanı deyilən ərazi, Kosalarda kolxozun köhnə qarajının yeri və xırmanın yeri idi. Vilayət Partiya Komitəsinin birinci katibi Qasbaryan göstərilən yerlərlə tanış olmaq üçün kəndə gəlir. Yerlərlə tanış olur. Ancaq kəndin yerinin perspektivsizliyini əsas gətirərək, kəndin gələcəkdə burdan köçürüləcəyini əsas gətirərək, məktəbi inşa etdirmək istəmir. Fin məktəbi verməklə əhalinin başını aldatmağa çalışır. Əsgərov Kərəm: “Onda mən əhaliyə deyəcəyəm ki, Qasbaryan bizim 700-illik doğma kəndimizdən köçürüləcəyimizi deyərək, məktəb tikmək istəmir”. Bu sözlərdən pərt olaraq o, nəhayyət ki, əhalinin istəyini (yeni məktəbin tikilməsi üçün müəllimlərin, şagirdlərin, kənd əhalisinin adından dəfələrlə məktublar yazılmışdı. Belə ümui tələbin nəticəsi idi ki, əhali yeni məktəb binasının tikilməsinə nail oldu) yerinə yetirərək məktəbin tikilməsinə qərar verir. Fin məktəb isə Cəmilliyə verilir.

181

Xırmanın yeri münasib yer seçilərək, məktəb tikintisi üçün işlərə başlanılır. 1978-ci ildə kəndin gözəl, mənzərəli yerində yeni tipli ikimərtəbəli, şəhər məktəbləri üslubunda 24 otaq, idman zalı və digər bütün təminatı olan 360 yerlik məktəb inşa edilib istifadəyə verilmişdir. Məktəbdə bütün texniki və əyani vəsaitlər, bütün fənlər üzrə kabinetlər var idi. 1 sentyabr 1978-ci il tarixdə məktəb yeni binaya köçdü. Elə bil ki, məktəb yenidən doğuldu. Həmin ildən etibarən məktəb orta məktəbə çevrildi. Bununla da pedaqoji kollektivin məsuliyyəti ikiqat artdı. Qarşıda onları yeni qayğılı əmək gözləyirdi. Texniki təchizat yaxşılaşdırılmalı, onlardan səmərəli istifadə edilməli və bunun üçün lazımlı şərait yaradılmalı idi. İndi orta məktəbi öz doğma kəndində bitirənlərin gələcək taleyi kollektivi ciddi düşündürürdü. Orta məktəbi bitirənlərdən hansı ali məktəbə, neçə nəfərin qəbul olunması hər bir fənn müəllimini ciddi düşündürürdü. 70-ci illərdə müəllim kadrları tərkibində xeyli sayda yeniləşmə prosesi başladı. Quliyev Bəyməmməd, Quliyev Elxan ali təhsilli dil-ədəbiyyat müəllimi kimi məktəbdə fəaliyyətə başladılar. Bir-birinin ardınca 3 nəfər riyaziyyatçı: Quliyev Məhərəm, Ağayev Vaqif, Ağayeva İlqar Xankəndində fəaliyyət göstərən APİ-ni bitirib öz doğma məktəblərinə təyinat aldılar. Yeni bilik, yeni həvəslə məktəbdə işə başlayan bu müəllimlər gənc nəslin biliklərin əsaslarını daha dərindən mənimsəməsinə güclü təsir etdi. Qısa zaman kəsiyində lazimi şərait yaradılaraq, maddi-texniki baza zənginləşdirildi. Dərslərdə texniki vasitələrdən geniş istifadə olunmağa başlandı. Dərslər kabinet üsulu ilə aparılmağa başlandı. Artıq kollektivin əməyi bəhrəsini verirdi. Məktəbi bitirən məzunların xeyli hissəsi təhsillərini ali və orta ixtisas məktəblərində davam etdirirdilər. 80-ci illərdə ali məktəbləri bitirmiş məzunların xeyli hissəsi rayon, vilayətin və hətta respublikamızın məktəblərində müəllim

182

kimi və müxtəlif peşələr üzrə mütəxəssis kimi fəaliyət göstərirdilər. Həmin illərdə ali təhsil almış məzunlardan Məmmədov Məhəmməd riyaziyatçıdır və Başkənd orta məktəbinin direktoru vəzifəsində çalışır. Mərhum Hümbətov Həsən tarix müəllimi və direktor kimi Yaloba kənd orta məktəbində çalışırdı. Əliyev Şakir Qaragav kənd orta məktəbinin direktoru işləyir və s. 1980-ci ildən etibarən orta məktəbin ilk buraxılışı oldu. Əvvəllər 8 illik Kosalar kənd orta məktəbini bitirən şagirdlər Respublikamızın bu və ya digər, xüsusi ilə də Xankəndində fəaliyyət göstərən, yeganə azərbaycanlı məktəbi olan 4 saylı orta məktəbdə təhsillərini davam etdirirdilər. İlk buraxılışdan (1980) 2012-ci ilə kimi məktəbi 436 nəfər bitirmişdir. Bunların böyük bir hissəsi istehsalatın müxtəlif sahələrində işləmişlər. Bir hissəsi isə ali məktəbləri müvəffəqiyyətlə bitirərək, müxtəlif ixtisaslar üzrə ölkəmizin ayrı-ayrı müəssisələrində çalışırlar. 1992-ci ildən Kosalar kənd sakinləri Hacıkənd qəsəbəsində məskunlaşdı. Məktəb də öz fəaliyyətini burada bərpa etdi. Burada müxtəlif çətinliklər meydana çıxdı. Hər cür şəraiti olan, bir sözlə, bütün təchizata malik bir məktəbdən, Hacıkənd qəsəbəsində lazimi təchizata malik olmayan yerli məktəbin binasında dərs keçmək laboratoriyasız, fənn kabinetlərsiz şəraitə uyğunlaşmaq elə də asan olmadı. Bir ədəd belə əyani vəsaitin olmaması vəziyyəti daha da çətinləşdirirdi. Kosalar kənd orta məktəbi zəngin kitabxanaya malik olan bir məktəb idi. Bu kitabxanada müxtəllif illərdə Vəliyev Bayram, Quliyev Bəyməmməd, Nəcəfova Dilbər, Mirzəyeva Sevda böyük səy Haşiyə: Sevda Arif qızı Mirzəyeva 1962-ci il avqust ayının 1-də keçmiş Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1991-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Univerisitetinin tarix fakultəsinə daxil olmuş, 1995-ci ildə həmin univerisiteti bitirmişdir.

183

1990-cı ildən Xocalı rayon Kosalar kənd orta məktəbində kitabxanaçı (2010-cu ilə qədər), 1992-ci ildən isə həmin məktəbdə tarix müəllimi vəzifəsində çalışır. Digər şəxslər haqqında ayrılıqda bəhs olunmuşdur (Bax: Vəliyev Bayram, Quliyev Bəyməmməd, Nəcəfova Dilbər ). və əməklə kitabxana işini təşkil edirdilər. İstər bədii kitab, istərsə də dərslik sahəsində heç bir çətinlik yaranmazdı. Ancaq yeni şəraitdə nə dərslik nə də bədii kitablar yox idi. Bu dövr elə bir dövr idi ki, Respublika böhranlı vəziyyət yaşayır, yeni əlifbaya keçilir, latın qrafikası ilə az-az dərsliklər nəşr olunurdu. Ayrı-ayrı müəssisələrdən, təhsil ocaqlarından dərsliklər alınaraq, ehtiyacın qismən də ödənilməsinə çalışılırdı. Kitabxana otağının olmadığına görə, Kitabxanaçı Mirzəyeva Sevda böyük çətinliklər hesabına olsa da bu işin öhtəsindən gəlirdi. Ancaq bütün çətinliklərə sinə gərən kollektiv məktəbi yenidən təşkil etməyə başladılar. Qısa müddət ərzində məktəbin normal fəaliyyətini bərpa edə bildi. Kosalar məktəbində fəaliyyət göstərən müəllim kadrlarının 85%-i Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşdığı üçün kadr məsələsində çətinliklər az oldu. Müasir tələblərə cavab vermək məqsədi ilə hər bir müəllim öz üzərində ciddi işləyərək, uğurlu nailiyyətlər yoluna qədəm qoydu və ciddi irəliləyişlər əldə etdilər. Sinif müəllimi Nəcəfova Mirvari respublikada keçirilən pedaqoji mühazirələrdə II dərəcəli diploma layiq görülmüşdür. İstər Kosalardakı fəaliyyət dövründə, istərsə də Hacıkənddəki fəaliyyət dövründə məktəbə rayon rəhbərləri ilə yanaşı, kənd nümayəndəliyinin də xüsusi diqqət və qayğısı az olmamışdır. Yerli nümayəndələr müxtəlif yığıncaqlarda birinci növbədə Kosalar kənd orta məktəbində iştirak edərdi. Bu ənənə indidə davam etdirilir. Qeyd etmək lazımdır ki, məcburi köçkün olduğumuz dövrdə də məktəbimizin müvəffəqiyyətləri az olmayıb: 1992-ci ildən hazırkı dövrə kimi məktəbi bitirmiş məzunların 80%-i ölkənin ali və orta ixtisas məktəblərində təhsil almışlar. Məzunlarımız hazırda da müxtəlif elm ocaqlarında təhsillərini davam etdirirlər.

184

Vaxtı ilə bir nəfər belə savadlısı olmayan bir kənddə əhalinin 100%-i savadlıdır. Söz yox ki, bu müvəffəqiyyətlərin səbəbi uzun illər məktəbin, onun pedaqoji kollektivinin intensiv və gərgin əməyinin nəticəsidir. Yeri gəlmişkən qeyd edək ki, bu işdə nəvələri sayılacaq Başkənd və Yaloba məktəbləri də onunla birgə yaxından fəal iştirak etmişdir. Kosalar kənd məktəbi regionda öz yüksək adını daim qoruyub saxlamışdır. Hər yerdə, hətta ermənilər belə bu məkdəbə xüsusi ehtiramla yanaşırdılar. Bəzən hansısa orta ixtisas məktəbinə, hətta ali məktəbə qəbul olunarkən, Kosalar kəndindənəm, yaxud, Kosalar kənd məktəbinin məzunuyam, ifadəsi yetərli idi. Ermənilərin Azərbaycan məktəblərinə olan qısqanclıqlarına baxmayaraq, Vilayət, Təhsil şöbəsinə gələn 5 əşyadan biri Kosalar məktəbinə çatırdı. Bu məcburi diqqət və qayğının nəticəsi olaraq, 1975-78- ci illərdə Kosalar kəndində yeni məktəb tikilərək istifadəyə verilir. Bu işdə o dövrkü məktəb direktoru Quliyev Maarif İbrahim oğlunun da rolu az olmamışdır: “9- cu trestin erməni mənşəli müdiri, məktəbi tikmək istəmirdi. O, yolun çətinliyini bəhanə gətirərək vertolyotla Kosalara panel daşıyası deyiləm, deyirdi. Başqa çıxış yolu olmadığını görüb, Azərbaycan məktəbi olduğuna görə tikmirsən? Dedim və otaqdan çıxdım. Bu sözdən çəkinən müdir tikintiyə razılıq verdi.” Bu uzun illər ərzində bir çox müəllimlər fəaliyyət göstərmiş, Kosalar kənd məktəbinin uğurlarına öz imzalarını atmışdılar. Bu uzun illər məktəbə bir çox şəxslər rəhbərlik etmişlər. Böyük Vətən müharibəsindən sonra İsi Hacıyev, İdris Quliyev, Şahid Hacıyev, Maarif Quliyev məktəbə rəhbərlik etmişdilər və hal-hazırda bu vəzifəni Rasim İbrahimov icra edir. Onların hər birinin müxtəlif iş metodu və tələbkarlığı olmuşdur. 50-ci illərin ikinci yarısında Şuşa Pedaqoji Texnikumunu bitirən Rəşidov Arif, Quliyev Yelmar, Məhərrəmov Təhməz, Ələsgərov Şahlar, Ələkbərova Qəndil, Qənbərov Alı və başqaları Kosalar məktəbində fəaliyyətə başladılar. Onlar xalqın

185

savadlanması yolunda əllərindən gələni əsirgəmirdilər. Sonradan onların hər biri ali təhsil aldılar. Kosalar kənd orta məktəbinin Şagirdləri daim yaradıcıqları ilə seçiliblər. Sonradan doğma məktəbin qocaman müəllimləri olan məktəbin yetirmələri 1954-55-ci tədris illərində Şuşa şəhər M.Əzizbəyov adına Pedaqoji Texnikumunda oxuyarkən özləri müstəqil olaraq, heç bir müəllimdən kömək almadan S.Vurğunun “Vaqif “ dramını hazırlayıb Kosalar kənd klubunda, camaat qarşısında numayiş etdirmişlər. Bu münasibətlə kənd kolxozunun sədri Təyyar Muradov Pedaqoji Texnikumun müəllim kollektivinə təşəkkür yazıb göndərmişdi. Həmin təşəkkür texnikumda müəllim və tələbələrin yığıncağında direktor tərəfindən elan olunmuşdur. Məktəbin direktoru və müəllim heyyəti öz təşəkkürlərini bildirmişdilər. Bu, Kosalar kənd orta məktəbinin müəllim və şagirdlərinin nəyə qadir olduğunu bir daha sübut edir. 40-50-ci illərdə müəllim kadrları çox az idi. Hətta 60-cı illərdə kadr çatışmamazlığı ciddi hiss olunurdu. Bəzən başqa yerlərdən məkdəbdə müəllim işləməyə kadrlar cəlb olunurdu. Kosalar kənd məkdəbində işləmək üçün gələnlər içərisində Malbəylidən olanlar üstünlük təşkil edirdi. 1965-ci ilə qədər 5 nəfər ixtisaslı kadr (Quliyev Maarif, Rəşidov Arif, Məhərrəmov Təhməz, Quliyev Yelmar, Qənbərov Alı) məktəbdə fəaliyyətə başladı. Bununla da kadrlara tələbat əsasən ödənmiş oldu. 60-cı illər Kosalar kənd 8 illik məktəbinin yüksəliş illəridir. Artıq bütün ixtisaslar üzrə müəllimlərin yetərincə olması nəticəsində tədrisin keyfiyyəti daha da yaxşılaşmağa başladı. Demək olar ki, pedaqoji kadrların əksəriyyəti yerli idi. Kosalar kənd orta məktəbi böyük tarixi keçmişə malikdir. Bu məktəbin yetirmələrinin sorağı daim yüksəklərdən gəlmişdir. Belə yüksək nəticələrin əldə olunması yüksək ixtisaslı müəllim kollektivinin gərgin əməyi ilə bağlıdır. Quliyev Maarif: Yarım əsrə qədər direktorluq fəaliyyəti, ondan da artıq müəllimlik təcrübəsinə malik olan Maarif müəllim yüksək tələbkarlığı və müsbət keyfiyyətləri ilə daim seçilmişdir. Müəllimlər onun dövründə işləməkləri ilə fəxr edirdilər.

186

Maarif müəllim 1965-ci ildə direktor olduqdan sonra nizam-intizam təmin olundu. Əmək intizamı incəliyinə kimi gözlənilirdi. Daha səmərəli iş üsulu tətbiq olunur, gənc nəsildə oxumağa, təhsil almağa maraq daha da artırılırdı. Məktəblərarası metodbirləşmə yığıncağı keçirilirdi. Sentyabr-oktyabr aylarında Cəmilli kənd orta məktəbində, mart ayında Xocalı orta məktəbində, aprel-mart aylarında Kosalar kənd orta məktəbində keçirilirdi. Pedaqoji mühazirələr oxunurdu, sonra ayrı-ayrı otaqlarda sinif müəllimləri və ixtisas müəllimlərinin bölmə yığıncağı olurdu. Yekunda ziyafət təşkil edirdilər. Bu görüşü ömürlərində xoş bir xatirəyə çevirirdilər. Əliyev Yusif: Əslən Malıbəylidən olan Yusif müəllim 1942-47-ci illərdən Kosalar kənd məktəbində pedaqoji fəaliyyət göstərmişdir. O, eyni zamanda həmin illərdə məktəbə rəhbərlik etmişdir. Sonradan 1947-ci ildən etibarən Vilayət xalq təhsil şöbəsində müdir müavini vəzifəsinə təyin olunmuşdur. Bu dövrdə dərsdən sonra şagirdlər təsərrüfat işləri ilə məşğul olur, əldə edilən gəlir ilə tam imkansız uşaqlar yemək və paltarla təmin edilirdilər. Beləliklə, tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirilirdi. 1942-ci ildən müəllimlərin müharibəyə aparılmaması haqqında qərar çıxır. Bu qərar məktəblərin müəllim kadrları ilə təminatına müsbət təsir göstərir. Yusif Əliyevin direktor işlədiyi zamanlarda məktəbdə təlim və tərbiyənin inkişafında yüksək rol oynamışdır. Vilayət maarif şöbəsində işləyəndə də Kosalar məktəbi ilə vaxtaşırı maraqlanar, lazımi ehtiyaclarını ödəyərdi. Əliyev Asif: Yusif Əliyev yüksək vəzifəyə aparıldıqdan sonra qardaşı Əliyev Yusifdən sonra 1947-50-ci illərdən məktəbə rəhbərlik etmişdir. Bu zaman məktəbdə artıq yerli müəllim kadrları da yetişməkdə idi. Asif müəllim sonralar Xankəndi Rayon Partiya Komitəsinə Təlimatçı vəzifəsinə irəli çəkildi. 70-ci illərdə o, Vilayət Partiya Komitəsində ideoloji şöbənin müdir müavini vəzifəsinə qədər yüksəlmişdi. Hacıyev İsa: 1949-cu ildən etibarən məktəbə rəhbərlik əslən Malıbəylidən olan Hacıyev İsa Bəşir oğluna həvalə

187

olunmuşdur. O, Kosalar kəndində ailə qurduğu üçün yerli kadr sayılırdı. O, bir direktor kimi gənc müəllimləri daima nəzərdə saxlayıb. Vaxtaşırı dərslərini dinləyib lazımi tövsiyyələrini verərdi. Məktəb işlərinə, təlim-tərbiyənin inkişafına xüsusi əhəmiyyət verirdi. Onun intizamını, tələbkarlığını görən gənc müəllimlər işinə məsuliyyət hissi ilə yanaşardılar. Bu müəllimlərin gələcəkdə əsl müəllim kimi yetişməsində İsa müəllimin xususi rolu olmuşdur. İsa müəllim öz üzərində də tələbkar müəllim idi. Öz fənninin şagirdlərə mənimsədilməsində uğurlu nəticələr əldə edə bilirdi. 7-ci sinfi yüksək biliklə başa vuran müdavimlərin təhsillərini davam etdirmək üçün orta məktəblərə, xüsusi ilə pedaqoji texnikumlara cəlb olunmalarına güclü təsir edirdi. Quliyev İdris: 1941-ci ildən müəllim kimi fəaliyyətə başlayan Quliyev İdris İbrahim oğlu özündən sonrakı qocaman müəllim nəslinin yetişməsində əvəzsiz rola malikdir. İdris müəllim bilik və bacarığına, müəllimlik ustalığına, təşkilaçlığına görə qabaqcıl pedaqoq kimi tək Kosalar məktəbində deyil vilayətdə qabaqcıl müəllimlər sırasında idi. O, Kosalar məktəbindən əvvəl 3 il Xocalı məktəbində müəllim işləmişdir. Hacıyev İsanın məktəbdə direktor vəzifəsində işlədiyi illərdə İdris müəllim təlim-tərbiyə işləri üzrə müavin vəzifəsində çalışırdı. İsa və İdris müəllimin Kosalar kənd 7-illik, sonralar isə (1959 ildən )8-illik məktəbinin həyatında, yeni kadr potensialının yaradılmasında, məktəbin həyata keçirmək istədiyi məqsədə nail olmaq üçün tədris bazasının zənginləşdirilməsində müstəsna rola malikdirlər. Onlar rayon rəhbərləri və kənd sakinləri arasında da yüksək nüfuza malik idilər. İdris müəllimin məktəbin 8 illik məktəbə çevrilməsində mühüm rolu olmuşdur. Çünki, o, artıq 1950-ci ildən etibarən məktəbə rəhbərlik edirdi. İdris müəllim 1950-58-ci illərdə Kosalar kənd məktəbinə rəhbərlik etmişdir. O, direktor kimi çox tələbkar və işinə məsuliyyətli müəllim idi. 50-ci illəri məktəbdə tədrisin yüksəliş illəri adlandırmaq olar. Kənddə yerli müəllim kadrları ildən ilə artırdı.

188

Hacıyev Şahin: 50-ci illərin İkinci yarısında əslən Kərkicahan qəsəbəsindən olan mükəmməl ali təhsil almış Hacıyev Şahin Kosalar kənd 8 illik məktəbində 4 il təlim-tərbiyə işlərinə rəhbərlik etmiş və sonralar Xankəndində yaradılmış pedaqoji İnstitutda müəllim vəzifəsində çalışmışdır. Ağayev Xaspolad: 1953-cü ildə Ağdam pedaqoji məktəbini bitirən Ağayev Xaspolad məktəbdə əmək fəaliyyətinə başlamışdır. Sonradan Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirərək ali təhsil almışdır. Tarix müəllimi idi. Şagirdlərdə tarix fənninə böyük maraq yaratmışdır. Müharibə veteranı idi. O, həmçinin bütün ictimai işlərdə fəal iştirak edərdi. Çalışardı ki, hamıya yaxşılıq etsin. Daha çox kasıb adamlara kömək etməyə çalışardı. Vəliyev İsgəndər: Azərbaycan dili və ədəbiyyatı müəllimi idi. Yaxşı yoldaşdığa malik olan İsgəndər müəllim zarafatcıl, deyib-gülən və işinə tələbkar insan idi. Məmmədov İbad: Azərbaycan dili və ədəbiyyatı müəllimi idi. Salmanova Zərif: Peşəsini sevən yüksək ixtisaslı ibtidai sinif müəllimi idi. Hazırkı yaşlı nəsil müəllimlərimizin əksəriyyəti onun yetirməsi olub. Murdaova Zümrüd: İbtidai sinif müəllimi idi. Rzayev Cavanşir: Riyaziyyat müəllimi idi. Məktəbdə Partiya təşkilatı katibi işləmişdi. 1955-ci ildə Cavanşir müəllim Ağdam pedaqoji məktəbini bitirmişdir.

189

Solda Maarif müəllim, sağda Cavanşir müəllim və şagird kollektivi. Quliyev Yelmar: Tarix müəllimi və təşkilatçı müavin idi. Məktəbdə ilk partiya təşkilatı katibi işləmişdir. O, işinə tələbkar müəllim idi. Qəmbərov Alı: Kimya- bialogiya müəllimi idi. İntizamlı, işini bilən insan idi. Ələkbərova Qəndil: İbtidai sinif müəllimi idi. Nəcəfova Ziba: İbtidai sinif müəllimi idi. Əvvəl 8 illik məktəbdə sonra isə 10 illik məktəbdə müəllim işləmişdir. Uzun müddət isə Pioner Baş Dəstə rəhbəri işləmişdir. Gözəl işçi idi. İşində çox məsuliyyətli idi. Verilən tapşırıqları səlis və vaxtında yerinə yetirirdi. Fəaliyyətdə olduğu müddətdə öz işinin öhtəsindən layiqincə gəlmişdir. Eyni zamanda gözəl insan idi. Vəliyev Bayram: Müharibə veteranı idi. Bayram müəllim 1953-cü ildə Ağdam pedaqoji texnikumunu bitirmişdir. Məktəbdə kitabxanaçı və eyni zamanda musiqi müəllimi işləyib. Bağırov Hüsü: Müharibə veteranı olan Hüsü müəllim biologiya müəllimi idi. Uzun illər direktor müavini işləyib.

190

Ələsgərov Şahlar: Rəhbərliyi ilə Xankəndində, Şuşada gənclərin idmanın müxtəlif növləri üzrə keçirilən məktəblərarası yarışlarda Kosalar kənd orta məktəbi əksər hallarda I yeri tuturdu. Quliyeva Səltənət: Qaragav ibtidai məktəbində ibtidai sinif müəllimi işləyib. Məhərrəmov Təhməz: Kimya- biologiya müəllimi idi. Baş müəllim adı almış, yüsək ixtisaslı, işini bilən, məsuliyyətli müəllim idi. Təhməz müəllimin işində nöqsan tapmaq müşkül məsələ idi. Rəşidov Arif: Tarix müəllimi olub. Uzun illər Direktor müavini işləyib. Arif müəllim qayğıkeş, işini bilən, məsuliyyətli və tələbkar müəllim olmuşdur.

Kosalar kənd orta məktəbi Mirzəyeva Səmayə: İbtidai sinif müəllimidir. Bir müddət direktor müavini işləmişdir. Yüksək ixtisaslı, tələbkar, işini bilən, gələcək nəslə örnək olacaq müəllimdir. Quliyev Bəyməmməd: Azərbaycan dili və ədəbiyyatı müəllimi idi. Yüksək ixtisaslı və savadlı müəllim olmuşdur. Quliyev Elxan: Elxan müəllim ixtisaslı Azərbaycan dili və ədəbiyyatı müəllimidir

191

Quliyev Məhərrəm: Riyaziyyat müəllimidir. Bir müddər Təhsil Şobəsində inspektor işləmişdir. Yüksək ixtisaslı müəllimdir. Ağayev Vaqif: Yüksək ixtisaslı və tələbkar riyaziyyat müəllimi idi. Onu şagirdləri daima xoş xatirələrlə xatırlayırlar. Ağayeva İlqar: İlqar müəllimə də tələbkar və işinə məsuliyyətli bir riyaziyyat müəllimi olmuşdur. İbrahimov Rasim: Fizika- riyaziyyat müəllimidir. Hal-hazırda Kosalar kənd tam orta məktəbində direktor işləyir. Adları çəkilən və çəkilməyən müəllimlərimizin hər biri öz nizam-intizam və savadları ilə daim seçilmişlər və hər birinin məktəbin uğurlarında payı vardır. Kosalar tarixən savadlı insanları ilə seçilib. Belə insanların yetişdirilməsində əsas yük məktəbin üzərinə düşür. Məktəb kollektivi daim çalışmışdır ki, öz fəaliyyətləri ilə daim məktəbin, kəndin adını yüksək tutsunlar. Onlar məktəbin bütün tədbirlərində, içtimai işlərdə, kolxoza köməklikdə ön cəbhədə olublar. Məktəb həyatında maraqlı hadisələr çox olurdu. Müəllim və şagirdlər birgə yanacaq üçün meşədən odun tədarükü edərək məktəbə daşıyır, əmək təlimi dərslərində hazır edirdilər. Məkdəbdə zəif təminata malik ailələrdən olan uşaqları təmin etmək üçün məktəbdə onlara bir öynə yemək verilirdi. Kolxozdan götürülmüş yerin becərilməsi də bu sahədə əsaslı rol oynayırdı. Sovet dövründə əməyə geniş yer verildiyi üçün əmək təlimi və praktikum dərslərində şagirdlər məktəbin tədris-təcrübə sahəsində işləyirdilər. Yuxarda adlarını qeyd etdiyimiz müəllimlərin səyi nəticəsində şagirdlərin 80-90%-i məkdəbə müntəzəm olaraq, hazırlıqlı gəlirdilər. Bu, müəllimlərin həddindən artıq çox tələbkarlığının nəticəsi idi.

192

Kosalar kənd orta məktəbində “Radio-uzel” qurulmuşdur. Vaxtaşırı lazimi məlumatlar elan olunurdu. Hər həftənin birinci günü siyasi məlumatlar, qalan vaxtlar isə məktəb xəbərləri: “Əla” və “qeyri-kafi” qiymət alan şagirdlər haqında məlumat verilirdi. Rəşidov Arif: “1974-cü ildən 1993-cü ilə kimi dərs hissə müdiri işlədiyim vaxtlarda məktəbin direktoru Maarif Quliyevin məqsədyönlü fəaliyyəti sayəsində vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilirdi. Hər həftənin birinci günü həftəlik xəbərlər

Fizika kabineti haqqında məlumat verilirdi. Beşinci günləri isə təhsilin

keyfiyyətini yüksəltmək məqsədi ilə təsis edilmiş 3 bayraq: təhsil

uğrunda, təmizlik uğrunda, davamiyyət uğrunda bayraqlar layiq olduğu siniflərə təqdim olunurdu. Bu tədbirlər şagirdlərin hərtərəfli inkişafına müsbət təsir edirdi. Məktəbimizin zəngin fizika laboratoriyası, əyani vəsaitləri və texniki vəsaitləri var idi. Pedaqoji kollektiv onlardan mövzu ilə bağlı səmərəli və vaxtında istifadə edirdi. Belə tədris metodu qazanılmış biliyin şagirdlərin yaddaşında qalmasında zəmin yaradırdı”. Kamal Məmmədov: “Əgər bu gün mən bir müəllim kimi fəaliyyət göstərib, müəyyən uğurlar qazanmışamsa, əsl müəllim kimi özümü göstərmişəmsə bunun üçün birinci növbədə 1975-ci ildə ali məktəbi bitirərək gəlib Kosalar kənd orta məktəbində çalışdığım illərə, çiyin-çiyinə işlədiyim müəllim yoldaşlarıma borcluyam”.

193

Həsənov Faiq: “Elimizin, obamızın xoş, firavan çağlarında öz kəndimizdə - Kosalar kəndində qayğısız, sevimli günlər vardı. 1982-1992-ci illərdə Kosalar kənd orta məktəbində oxuduğum illər ömrümün ən sevimli illərindəndir. Öz doğulduğum torpaq, doğma məktəbin və əziz müəllimlərimlə birgə olmaq nə qədər xoş anlar imiş..! Yüzlərlə məzunu ziyalı kimi yetişən bir məktəbin kollektivi həmişə bütün xoş sözlərə və yüksək adlara layiqdir. Mən həmişə öz müəllimlərim ilə və Kosalar kənd orta məktəbi ilə fəxr etmişəm.” Rəşidov Arif: “1957-ci ildən Kosalar kənd 7 illik məktəbində pedaqoji fəaliyyətə başlamışam, gənc bir müəllim kimi yetişib, ustad müəllim səviyyəsinə çatmağımda əvvəllər mənə dərs demiş, sonralar birgə işlədiyimiz dövrlərdə məktəbimizin uzun illər direktoru olmuş İsi Hacıyev və İdris Quliyev kimi savadlı, əsl insan, humanist şəxsiyyətlərin bəhrəli zəhməti, gənc müəllimlərə xüsusi maraq göstərmələri ömrüm boyu xatirimdən silinməz” Məmmədov Kamran: “Kosalar kənd orta məktəbində olan nizam-intizam, təlim-tərbiyə və mehriban kollektivçilik həmişə məni bu məktəbə çəkibdir. Mənim də 5 övladım bu məktəbin məzunu olub... onların hər biri ali məktəblərdə təhsil alanda heç bir çətinliklə üzləşmədilər”. Kosalar kənd məktəbi taşkil olunduğu dövrdən bir çox ziyalı nəsli yetişdirmişdir. Onlardan bir çoxu müxtəlif peşələr üzrə yüksək vəzifələrdə çalışır. Üç nəfər isə fəlsəfə doktoru adını almışdır. Məktəbin şagirdləri gənc yaşlarından yaradıclıqları ilə seçiliblər. Onların bir çoxları Mingəçevirdə, Şuşada texnikumlarda xüsusi qabiliyyət tələb edən ixtisaslarda yüksək nailiyyətlərlə təhsil alaraq Kosalar məktəbinin adını həmişə yüksək tutmuşlar.

194

Özünün çiçəklənmə dövrünü yaşayan, müasir tələblərə tam cavab verən məktəbə, onun pedaqoji kollektivinə, ümumiyyətlə bütün kənd əhalisinə görünməmiş bir bədbəxtlik üz verdi: Erməni quldurları Qarabağı Ermənistana birləşdirmə şüarı ilə küçələrə töküldülər. Qarabağın Azərbaycanlı əhalisini sıxışdırmağa, onları doğma yurd-yuvalarından çıxarmğa başladılar. Ermənilərə qarşı xalqımızın mübarizəsində Kosalar camaatı da kənarda qalmadı. 1988-ci ildən başlayaraq məktəbin müəllimləri gündüzlər məktəbdə dərs məşğələlərində olur, gecələr isə səngərlərdə erməni cəlladlarının hücumlarına cavab vermək, onları geri oturtmaq məqsədi ilə postlarda dayanırdılar. Kənd əhalisi ilə birlikdə Kosalar kənd orta məktəbinin müəllimləri də 1992-ci il may ayının 9-na kimi erməni quldurlarına qarşı döyüşlərin fəal iştirakçısı oldular. Bütün Respublikamıza məlumdur ki, Kosalar igidləri, bütövlükdə kəndin əhalisi erməni işğalçılarına qarşı, doğma yurdun müdafiəsi naminə əsl qəhrəmanlıq göstərmişlər. Ancaq bütün səylərə baxmayaraq, Qarabağda yeganə azərbaycanlı yaşayış məntəqəsi kimi tək qalan Kosalar camaatı kəndi tərk etməyə məcbur oldular. 1992-ci il 9 may tarixdən etibarən Kəndi tərk edən Kosalar əhalisi respublikamızın müxtəlif rayonlarına səpələndilər. Amma, əhalinin 75%-i Gəncə şəhər Hacıkənd qəsəbəsində məskunlaşmalı oldu. O cümlədən Kosalar kənd orta məktəbi də Hacıkənd qəsəbəsində təşkil olunaraq öz işini davam etdirməyə başladı.

Məktəbin pedaqoji

kollektivi öz pedaqoji

bacarıqlarından səmərəli istifadə edərək gənc, nəslə elmin əsaslarını vermək

üçün yenidən qollarını çirməyib gərgin əməyə qoşuldular. Bu

Kosalar kənd orta məktəbi bazasından 1990-cı ildən başlayaraq, Başkənd orta məktəbi, Yaloba kənd orta məktəbi, Qaragav kənd orta məktəbləri ayrılaraq zamanın tələbinə uyğun olaraq ayrıca fəaliyyət göstərməyə başladılar. Həmin məktəblər də öz fəaliyyətlərini Hacıkənd qəsəbəsində bərpa etmişlər. Hazırda məktəblərin üçü də fəaliyyətlərini müvəf-fəqiyyətlə davam etdirirlər.

195

yolda yaşlı müəllimlərin təcrübəsindən istifadə edilir və xeyirxah əməllər davam etdirilir. Son zamanlar məktəbdə texniki vasitələrlə təminat sahəsində müəyyən işlər görülmüşdür. Müxtəlif fənlər üzrə əyani vəsaitlərlə təminat dərslərin səmərəli keçirilməsində əvəssiz rola malikdir.

Quliyev Maarif

Quliyev Maarif İbrahim oğlu, 1935-ci ildə Xankəndi rayon Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. 1941-48-ci illərdə Kosalar kənd 7-illik məktəbində təhsil almışdır. O, həmişə öz ilk müəllimini hörmətlə anır: “30-cu illərin sonlarından pedaqoji fəaliyyətə başlayan Zərif Salmanovanın gənclərin təhsilə cəlb olunmasında və onların ibtidai siniflərdə mükəmməl təhsil

almasında əvəzsiz xidmətləri olmuşdur. O, pedaqoji fəaliyyətini hazırda davam etdirən yaşlı müəllimlərimizin ibtidai siniflərdə bələdçisi və sevimli müəllimi olmuşdur”. 1948-ci ildə Xankəndi şəhər 4-saylı orta məktəbinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. 1954-cü ildən etibarən, Kosalar kənd 7 illik məktəbində müəllimlik fəaliyyətinə başlayır. İki aylıq fəaliyyətdən sonra əsgəri xidmətə yola düşür. 1954-57-ci illərdə Gürcüstanın Tetruskaro şəhərində hərbi xidmətdə olur. Həmin müddətdə Potidə avtomobil məktəbini

196

bitirir. Hərbi xidməti Rusiyanın Krasnodar vilayətində başa vurur. Həmin ildən doğma kəndində müəllimlik fəaliyyətini davam etdirir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirir. 1965-ci ildən, 2008-ci il tarixə kimi Kosalar kənd orta məktəbində direktor vəzifəsində çalışır. Öz zəhmətinin, hörmətinin və savadının nəticəsi idi ki, lap gənc yaşlarından Kosalar kənd məktəbinə direktor təyin edilmişdir. Onun fəaliyyəti dövründə məktəbdə təhsilin səviyyəsi yüksəlmiş, əmək intizamı ciddiləşmişdi. Nəticədə 70-80-ci illərdə məktəb vilayətdə, nəinki vilayətdə, hətta resbubilkada ön cərgələrə çıxdı. 2008-2011-ci illərdə həmin məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir. Xocalı rayon TŞ-nin 25.08.2011-ci il 40 saylı əmrinə əsasən, əmək məcəlləsinin 70-ci madəsinin “e” bəndi ilə yaş həddinə görə, işdən azad olunmuşdur. Maarif müəllim əsl maarif işçisi, əsl pedaqoq, gözəl dilçi və təşkilatçı olmuşdur. Onun doğma Kosalarda çalışdığı vaxtla, indiki vaxt arasında heç bir fərq yoxdur. Yəni, doğma Kosalarda hansı qüvvə ilə məktəbə rəhbərlik edirdisə, Gəncə şəhər Hacıkənd qəsəbəsində köçkün həyatı yaşayan doğma məktəbə də həmin diqqət və qayğı ilə rəhbərlik edirdi. Gənclik ruhu ilə şagirdlərin təlim-tərbiyəsinin qayğısına qalır, özü də yorulmadan, usanmadan. O, həmişə polad intizamlı bir rəhbər, müəllim olmuşdur. Maarif müəllim əsl maarif fədaisi olmuşdur. Bu gün Kosalar kənd nümayəndəliyinə daxil olan kəndlərdə ziyalıların əksəriyyətinə demək olar ki, o, dərs vermişdir. Onun pedaqoji fəaliyyəti, həyat yolu haqqında nə qədər xoş sözlər söyləsək, yenə də azdır. Maarif müəllim hələ çox-çox nəsillərə örnək ola biləcək bir ömür yaşamışdır. Maarif müəllim canlı tarixdir. Bəzən bu tarixi dinləmək, qeydə almaq adama asan gəlir. Ancaq bu elə də asan deyil. Belə adamın ömrü, özü bir kitabdır. 57-illik pedaqoji fəaliyyəti, 43-illik direktorluq fəaliyyəti dövründə çoxlu uğurlara imza atmışdır. Bu işdə ona yorulmaz silahdaşları, təcrübəli müəllim kollektivi daim köməklik edib. Maarif müəllimin işlədiyi məktəb həmişə nümunəvi təhsil ocağı olub. Bu işdə Maarif müəllimin ciddiliyi, tələbkarlığı da az rol

197

oynamayıb. Bunun nəticəsidir ki, məktəbin məzunlarının səsi daim zirvələrdən gəlib. 1987-ci ildə Maarif müəllimin uğurlu fəaliyyətinə görə sənədləri “Əməkdar müəllim” adı verilmək üçün hazırlanır. Məlum vəziyyətlə əlaqədar olaraq, sənədlər Vilayət Maarif şöbəsində itirilir. Maarif müəllim işlədiyi uzun illər ərzində nümunəvi fəaliyyəti ilə daim seçilib. Yüksək səviyyəli fəaliyyətlərinə görə müxtəlif təltiflərə: “Qabaqcıl maarif işçisi” döş nişanı və 2008-ci ildə fəaliyyətinə verilən ən böyük qiymət olan “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. O, bunu kollektivə ad kimi qiymətləndirmişdir. Kosalar kənd orta məktəbi Maarif müəllimin rəhbərliyi altında yüzlərlə məzunla vidalaşmışdır. Bu məzunlar içərisində respublika daxilində və hüdudlarından kənarda özlərinə yüksək mövqe qazanmış müəllimlər, həkimlər, hüquqşünaslar, mühəndislər və digər müxtəlif peşə sahibləri var ki, bu gün də onlar Maarif müəllimin qarşısında özlərini məzun kimi hiss edirlər. Kosaların erməni quldurlarından müdafiəsində Maarif müəllimin də rolu az olmamışdır. Bu, müharibədə düşmənə layiqli cavab verən Kosalar övladları, Maarif müəllimin şagirdləri, Kosalar kənd orta məktəbinin yetirmələri idi. Kamal Fərhadoğlu: “Bir müəllim kimi fəaliyyətə başladığım illərdə, əllbətdə çətinliklərim çox olub. Yəni, şagirdlərə sərt münasibətimdə, dərsə verilən pedaqoji tələbləri hələ yerinə yetirə bilmədiyim vaxtlarda, bir müəllim kimi özümü necə aparmağımı dərk etmədiyim anlarda Maarif müəllim dərhal köməyimə çatıb, çatışmamazlıqları önə çəkib, bir sözlə, əsl yardımçım olub”. Rəşidov Arif: “1974-cü ildən, 1993-cü ilə kimi dərs hissə müdiri işlədiyim vaxtlarda məktəbin direktoru Maarif Quliyevin məqsədyönlü və pirinsipial rəhbərliyi sayəsində vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilirdi”.

198

Həsənov Faiq: “Maarif müəllim müstəqil dövlətimizin ən cəfakeş təhsil işçilərindəndir. O, Kosalar kənd orta məktəbinə rəhbərlik etdiyi vaxtdan bu günə qədər öz kollektivi ilə birlikdə güclü ziyalı ordusu yaratmışdır. Bu ziyalı ordusunun yaranmasında Maarif müəllimlə çiyin-çiyinə işləyən Arif müəllimin, Təhməz müəllimin, Məhərrəm müəllimin, Elxan müəllimin, Şahlar müəllimin, Alı müəllimin və onlarca belə fədakar müəllimlərin əvəzsiz rolu olmuşdur. Mən Kosalar kənd orta məktəbində tarix müəllimi işləyərkən Maarif müəllimin və eləcə də burada çalışan qocaman müəllimlərin gənc müəllimlərin daim qayğısına qaldığının şahidi oldum”. Məmmədov Aqil: “Maarif müəllim mənim üçün ideal bir insandır. Ona görə ki, orta məktəb illərində 7 il mənə dil və ədəbiyyat fənlərindən dərs demişdir. Məndə ədəbiyyata, poeziyaya, qələmə olan marağı Maarif müəllim lap erkən vaxtlardan aşılamışdır. Bu gün poeziya aləmində, yazarlar arasında qazandığım uğurlar, aldığım fəxri fərmanlar məhz Maarif müəllimin uğurlarıdır. Orta məktəb illərində məktəbin fəalı olduğum üçün mənə hədiyyə edilən S.Rüstəmxanlının “Ömür kitabı” ilk və unudulmaz hədiyyəmdir ki, bunu da Maarif müəllimdən almışam. Məmmədov Kamran: “60 ilə yaxın təcrübəsi olan təkrarolunmaz pedaqoq, gözəl insan, sədaqətli dost, gözəl ailə başçısı, elimizin gözəl ağsaqqalı, işinə ciddi və tələbkar olan Maarif müəllimin zəhməti elimiz üçün danılmazdır”. Quliyev Bəyməmməd: “Məktəbimizin keçmiş direktoru, əvvəlki kimi bizə qayğı göstərərdi. Eyni zamanda, tələbkar idi. Bu da işimizin xeyrinə olduğu üçün, məktəbimizin adı birincilər sırasında çəkilirdi”.

199

Rəşidov Arif

Rəşidov Arif Məhəmməd oğlu 1939-cu il iyul ayının 16-da Xankəndi rayonunun Kosalar kəndində, ziyalı ailəsində anadan olmuşdur. O, 1 sentyabr 1946- cı ildə Kosalar kənd 7 illik məktəbin birinci sinfinə daxil olub. 1953-cü ildə Həmin məktəbi bitirərək M.Əzizbəyov adına Şuşa Pedaqoji texnikumunun bədən tərbiyəsi şöbəsinə daxil olmuşdur. 1957-ci ildə texnikumu bitirərək, həmin il sentyabr ayının 1-

dən Kosalar kənd 7-illik məktəbinə müəllim təyin olunmuşdur. O, 1958-ci ildə ordu sıralarında xidmətə yola düşür. 1961-ci ildə xidməti başa vuraraq vətənə qayıdan Arif müəllim Kosalar kənd 7 illik məktəbində pedoqoji fəaliyyətini davam etdirir. Daim təhsilinin qayğısına qalan Arif müəllim 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. 1974-cü ildə həmin universiteti bitirir. Uğurlu fəaliyyəti sayəsində 1974-cü il 14 iyunda Kosalar kənd 8 illik məktəbinə direktor müavini təyin olunur. 1993 cü il 31 avqusda kimi bu vəzifədə çalışır. Bu illərdə uğurlu fəaliyyəti ilə həm müəllim kollektivinin, həm də Vilayət Təhsil Şobəsində hamının hörmət və etimadını qazanmışdır. Arif müəllim 2011-ci ilə kimi fasiləsiz olaraq 54 il pedaqoji fəaliyyətdə olmuşdur. Bu illərin xatirələri kitab şəkilində çap olunsa neçə cild kitab yaranardı. Atasının və başqa ağsaqqalların ona verdiyi nəsihətləri o, oğluna, nəvələrinə vaxtaşırı çatdırır. Hər birinin dünyagörüşü müxtəlif olduğu üçün, verilən nəsihətləri də müəyyən səviyyədə qəbul edilir. Arif müəllim: “Onları başa salıram ki, göydə Tanırı hamımızın böyüyüdür, yerdə isə ata-ana böyükdür. Elə ona görə də atalar haqlı deyiblər ki: ”Allahsıs yerdə otur, böyüksüz yerdə oturma”. Kosalar kəndində ən uzun ömürlü Həmid baba (130 il yaşamışdı) olmuşdur. O, öz xatirələrində danışarkən deyirdi ki, xain və özgə adamların hesabını çəkən adamlar

200

həmişə xəstə və əsəbi olurlar. Lazimi səviyədə sağlam olmurlar. Əsəblikdən gecələr rahat yata bilmirlər”. Arif müəllim yalan danışmaqla işi olmayan bir adamdır. Bu xüsusiyyətinə görə atası Məhəmməd kişi ona “Natarios” deyərdi. Arif müəllim pedaqoji fəaliyyətdə olduğu dövrdə şagird, müəllim kolektivi və Kosalar kəndinin sakinlərinin böyük hörmətini qazanmışdır. O, tələbkar olmaqla yanaşı, heç kimi incitməzdi. Yəqin ki, bundan sonra da işlədiyi doğma kolektivdə onun haqqında çox danışılacaqdır. Arif müəllimin istər şagirdlərə, istərsə də böyüklərə münasibətində zəif-güclü, varlı-kasıb, vəzifəli-vəzifəsiz deyə bir seçimi olmamışdır. Bax, budur insanı ucaldan. O, bu xüsusiyyəti nəinki öz övladlarına, eyni zamanda hamıya tövsiyyə etmişdir. Arif müəllim dərs dediyi siniflərdə tarix-coğrafiya fənnlərinə şagirdlərə maraq hissi aşılayırdı. Arif müəllim: “Hazırda Kosalar kəndi üzrə məktəblərdə işləyən tarix müəllimləri və başqa sahələrdə çalışanların əksəriyyəti biz həmyaşıdların yetirməsidir. Mən yetirmələrimlə fəxir edirəm... Onlara çəkdiyim zəhməti unutmur və daima öz minnətdarlıqlarını bildirirlər. Bu da mənim üçün əvəzolunmaz hədiyyədir”. Pedaqoji fəaliyyəti dövründə bir neçə dəfə fəxri fərmanla təltif olunmuşdur. Müxtəlif olimpiadalarda, bilik yarışlarında və ali məktəblərə qəbulda şagirdləri daim yüksək yerlər tutmuşlar. 2005-ci ildə tarix fənnindən Naftalan şəhərində keçirilən yarışda məktəbin şagirdləri I yeri, 2011 ci ilin may ayında Ağcakənd qəsəbəsində Xocalı rayonunun məktəbliləri arasında “Azərbaycan tarixi “ fənni üzrə keçirilən bilik yarışında II yeri tutmuşlar. Nəhayət, yarım əsrdən artıq pedaqoji fəaliyyətdən sonra 2011-ci il 25 avqustda yaşla əlaqədar olaraq işdən azad olunmuşdur.

201

Arif müəllim: ”Mənim can-ciyərlərim! Arzu edirəm ki, yolunuzu dar cığırdan salmayın. Valideynlərinizin tövsiyə və nəsihətlərinə əməl edəsiniz, məncə peşiman olmazsınız. Allah hamınızı arzularınıza çatdırsın, biz də o dünyada rahat yataq.” Bu kitabın ərsəyə gəlməsində Arif müəllimin köməkliyi çox olmudur. Arif Məhəmməd oğlu Rəşidov 1957-ci ildən 2011-ci ilə kimi Kosalar kənd orta məktəbində fasiləsiz olaraq 54 il pedaqoji fəaliyyətdə olmuşdur. Nəhayət 2011-ci il avqust ayının 25-də yaşla əlaqədar olaraq təqaüdə çıxmışdır.

Quliyev Yelmar

Quliyev Yelmar Ədil oğlu, 1936-cı ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. O, Kosalar kənd 8 illik məktəbini bitirdikdən sonra, Şuşa Pedaqoji Texnikumuna daxil olur. 4 illik orta ixtisas təhsilindan sonra, Azərbaycan Pedaqoji İnstitutuna daxil olaraq, tarix-coğrafiya ixtisası üzrə başa vurur. Yelmar müəllim ixtisası üzrə Kosalar kənd orta məktəbində əmək

fəaliyyətinə başlayır. İşlədiyi müddətdə savadı, bacarığı ilə hamının hörmətini qazanan Yelmar müəllim bütün həyatını təhsilə həsr edir. Onun üçün dövlət işi, bütün işlərdən vacib idi. Yelmar müəllim uzun ilər məktəbdə təşkilati işlər üzrə direktor

202

müavini işləmişdir. O, bütün mədəni tədbirlərin təşkilində özü şəxsən yaxından iştirak edərdi. İşinə son dərəcə ciddi və məsuliyyətli olan Yelmar müəllim məktəb partiya təşkilatının sədri idi. Məlum Qarabağ hadisələri ilə əlaqədər olaraq, 9 may 1992-ci ildən Yelmar müəllim də yurd-yuvasından didərgin düşdü. Müvəqqəti olaraq Bakıda məskunlaşdılar. Bakıda fəaliyyət göstərən Şuşa məktəbində ömrünün axırına kimi tədris işləri üzrə direktor müavini işlədi. Yelmar müəllim də yurd həsrətilə bu dünyaya gözlərini yumdu. Həsənov Faiq: “Kosalar kənd orta məktəbində təhsil aldığım zaman tarix fənnini mənə sevdirən və peşənin ardınca getmək istiqamətini göstərən mərhum Quliyev Yelmar müəllim olmuşdur. Yelmar müəllimin xatirəsi mənim üçün doğma və əzizdir”.

Məhərrəmov Təhməz

Məhərrəmov Təhməz Səfi oğlu, 1937-ci il, yanvar ayının 5-də Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1945-ci ildə Kosalar kənd 7-illik məktəbinin birinci sinfinə gedir. 1952-ci ildə həmin məktəbi bitirir. Həmin ilin sentyabr ayında Şuşa şəhər Bədən tərbiyəsi Texnikumuna daxil olur. 1956-cı ildə həmin məktəbi bitirir. Həmin ilin sentyabr ayının 1-dən Kosalar kənd 7 illik məktəbinə müəllim təyin edilir.

203

Təhməz müəllim 1960-61-ci illərdə Sovet ordusu sıralarında xidmət edir. Ordudan tərxis olunaraq, Vətənə, doğma kəndinə qayıdan Təhməz müəllim, doğma məktəbdə əmək fəaliyyətini davam etdirir. O, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsinə daxil olur. 1969-cu ildə institutu həmin ixtisas üzrə başa vurur. Təhməz müəllim pedoqoji fəaliyyəti ərzində yüksək səviyyəli dərs üsulu ilə həmişə seçilmişdir. O, həmişə nizam- intizamı ilə örnək olmuşdur. Yeni dərs ilində lazımi sənədləri ilk təsdiqlədən müəllimlərdən biri də Təhməz müəllim olardı. Onun haqqında eyni illərdə işləmiş müəllim yoldaşlarından kifayət qədər xoş sözlər eşitmək olar. 1985-ci ildə təhsildə yüksək nailiyyələrinə görə o Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Baş müəllim” adına layiq görülmüşdür. 2008-ci ildə müəllimlər arasında keçirilən atestasiya imtahanında göstərdiyi yüksək nəticəyə görə Xocalı rayon Təhsil Şöbəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2010-cu ildə şagirdlərin təlim- tərbiyəsində yüksək xidmətlərinə görə məktəb üzrə ilin müəllimi seçilmişdir. Təhməz müəllimin şagirdləri fənn olimpiadalarında yüksək nəticələr göstərmişlər. Bu səbəbdən də bir çox fəxri fərmanlarla təltif olunmuşdur. Yaş həddi ilə əlaqədar olaraq, 2011-ci il, avqust ayının 26-da müəllimlik vəzifəsindən azad edilmişdir.

204

Quliyev Bəyməməd

Quliyev Bəyməməd Kərim oğlu 1940-cı ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. Həyatının çox hissəsi demək olar ki, Kosalar kəndində keçmişdir. 1947-ci ildə Kosalar kənd 7 illik məkdəbin birinci sinfinə daxil olur. 1959-cu ildə həmin məktəbi bitirərək həmin ildən ordu sıralarında xidmətə yola düşür. Sovet ordusu sıralarında hərbi xidməti 1962-ci ildə başa vuraraq doğma kəndinə, Kosalara

qayıdır. 1962-66-cı illərdə axşam kəndli-gənclər orta məktəbində oxuyur, eyni zamanda həmin illərdə Xankəndi şəhər Yanğından Mühafizə dəstəsində çalışır. Hələ kiçik yaşlarından müəllim olmağa böyük həvəsi olduğundan 1966-cı ilin avqust ayında Şuşa Pedaqoji texnikumuna daxil olaraq, 1968-ci ildə oranı pedaqoji sahə üzrə bitirir. Burada o, klassik pedaqoqların fikirləri ilə pedaqogikanın əsasları, müəllimlərinin təcrübələri ilə tanış oldu. Müəllimlik fəaliyyətinə isə 1968-ci ildə doğma kəndi olan Kosalar kəndində başlayır. Orta ixtisas təhsili ilə kifayətlənməyərək təhsilini davam etdirmək üçün Bəyməməd müəllim 1972-ci ildə Xankəndi Pedaqoji İnstitutuna daxil olur. Məsuliyyət hissi ilə ali təhsilə dərindən yiyələnən Bəyməmməd müəllim qədim, orta və müasir həm xarici həm də Azərbaycan ədəbiyyatı ilə tanış olur. Dünya dillərinin və Azərbaycan dilinin inkişaf mərhələlərini öyrənir. 1977-ci ildə buranı bitirdikdən sonra artıq o, ali təsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətini davam etdirir. Bəyməməd müəllim: “1968-ci ildən gənc nəsilin təlim-tərbiyəsilə məşğul oluram. Qeyd etməliyəm ki, bu illər ərzində çətinliklərim də olmuşdur. Öz işinə sonsuz məhəbbət çətinlikləri aradan qaldırmağa adama kömək edir. İşlədiyim doğma

205

məktəbimizdə öz xeyirxah məsləhət və nəsihətləri ilə mənə kömək rdən müəllimlər olmuşdur. Öz müəllimlərim ilə çiyin-çiyinə işləmək mənim üçün şərəf və xoşbəxtlik idi”. Bəyməməd müəllim yüksək ixtisaslı və savadlı müəllim kimi daim seçilmişdi. O, həqiqətən dilimizin keşiyində duran fədakar bir müəllim olmuşdu. Mütəmadi olaraq onun şagirdləri Kosalar kənd orta məktəbini rayon, Resbulika səviyyəli bilik yrışlarında, inşa müsabiqələrində layiqincə təmsil edərək mükafatlandırılmışdır. Dərs dediyi şagirdlərin çoxu indi müxtəlif ixtisas sahibləridir. Azərbaycan xalqının taleyinə yazılan qaçqınlıq, köçkünlük, məlum Qarabağ hadisələri ilə bağlı olaraq 1992-ci ildən Kosalar kənd orta məktəbi Gəncə şəhər Kəpəz rayon Hacıkənd qəsəbəsində müvəqqəti olaraq fəaliyyətini bərpa etmişdir. Doğma məktəbə həmişə bağlı olan Bəyməməd müəllim yenidən 1993-cü ildən doğma məktəbdəki fəaliyyətini bərpa etmişdi. Məktəbin gözəl ənənələrinin qorunmasında yaxından iştirak etmişdir. Bəyməməd müəllim: “Adam öz sənətinin vurğunu olanda əl işdən, ürək arzudan doymur”. 2011-ci ilin avqust ayının 26-da yaşla əlaqədar olaraq işdən azad olunmuşdur. Bəyməməd müəllim: “ İndi isə istirahət edir, şəxsi işlərimlə məşğul oluram. Ancaq şairin dediyi kimi əl işdən, ürək arzudan doymur. Bu arzuların içində Qarabağın azad olunması daha qiymətlidir.”

Allahın tərifi, ona yalvarış Allahın adıyla başlanır dastan Oxuyaraq ibrət alsın hər bir insan. Adilsən böyüksən, çox müzəffərsən. Düşmən üzərində həm də zəfərsən. Ədalətinin heç yoxdur bir onu,

206

Əvf edərsən, günahı vardısa onun. Əvvəldən sevmisən oğlunu, Qismətin vermisən, o bilir bunu. Böyüklüyünə bir de, şübhəmi var? Bunu danmağa kimdə cürət olar. Əmrinə müntəzir durmuşdur göylər, Günəş də sənə baş əyib əl eylər. Tutmuşdur kainat əmrinlə qərar, Sözündən çıxanlar suda qərq olar. Əvvəlin, axırın yox olmuş belə Şöhrətin, hörmətin çox olmuş belə. Daim yaradansan, yaranan deyilsən Əbədisən, daimisən sən yox deyilsən. Sən vermisən quru torpağa nəfəs, Mənsiz də bunları bilir hərbir kəs. Bütün yıxılanı sən qaldırırsan. Hamının könlünə yol saldırırsan. Alan da, verən də yalnız sənsən, İşinlə layiqsən bu qüdrətə sən. Görürəm, çox böyük cəlalın vardı, Himayəndə olan nə bəxtiyardı. Səndən bir ricam var, ey böyük Allah, Yolunda hazıram ölməyə, Vallah. Uzat dost əlini mənim xalqıma, Bağışla günahın onu qınama, Çünki kiçik etsə səhvən bir xəta, Onu böyüklər edərlər əta. Qapında qulunam, vurma boynumu. Öz yaratdığına özün əlac et. Ya dirilt, ya öldür, ya tarac et. Özün uzat bizə kömək əlini, Birlikdə də qıraq düşmən əlini. Əgər bu xahişim yetsə yerinə, Ölmərəm, yaşaram neçə qərinə. Əlin ətəyində, dilim alqışda, Mənə bahar olar boranlı qış da.

207

Tutarıq adını dağlardan uca, Daim sənə alqış edər gənc, qoca. Yoxsa mən kiməm ki, nəsihət verəm, Özümü əl çatmaz göylərdə görəm. Bunların hamısı sənin işindir, Qalib, məğlubiyət öz gərdişindir. Hamı kimi Bizi sən yaratmısan, Yaratdığını bəs niyə atmısan?! Ümidlər sənədir bizi sal yada. Daim alqış edək sən tək ustada. Mən həm bir sufiyəm, həm də bir dindar, Məhəmməd hümmətli şair sənətkar. Dinim, təriqətim sənin yolundur. Səndən kömək uman sənin qulundur. Bir də bizi salma sən ayaqlara, Düşmən qabağında etmə üzü qara. Sənin qüdrətinə inanmışıq biz, Səninlə döyünür, yalnız qəlbimiz. Biz ki, bir millətik gözü önündə, Arzusu əməli, sözü özündə. Mənim torpaqlarım bəsdir özümə Kimsənin torpağı gəlmir gözümə. Daima yaratmaq olmuş peşəmiz İndi çəkilmişdir göyə nəşəmiz. Yalvarıram, bizə də sal bir nəzər Tökülər düşmənin canına bədnəzər. Sənin bir əməlinlə qələbə çalaq Düşmən torpağına vəlvələ salaq Rahat nəfəs alsın doğma yurdumuz. Qoy qələbə çalsın bizim ordumuz. Sənin dərdli xalqın bəxtiyar olsun Arzusu, sevinci elə car olsun. Şerimi adınla vururam başa. Göylər oğlu, qəlbimizdə əbədi yaşa!

208

Qırxqızın əfsanəsi Torpağı qızıldır, suyu zəfəran, Burada həyatın xoş keçər hər an. Geniş meşəsində bol meyvələr var. Qonağın gözləyir soyuq bulaqlar. Təbiətin özü sərmiş göy xalı, Min dərdə dərmandır ağ beçə balın. Qozdan, fındıqdan yeyib incisən, İndi də üstündən zoğal ye, nə qəm! Dağlarından gələr sərin küləyi, Adamlar xoşbəxtdir, yetər diləyi. Oylağımız “Qırxqız” dağları, biıin! Yayda çən darayır zirvəsin, telin. Boz cüyürlərindir dağın gəlini, Hər yerdə görərsən rəssam əlini. Qayalar döşündə qızarar lalə, Duvaqlı gəlindir, ağzı piyalə. Alınmaz qayaya bənzər zirvələr, Gizlədir özündə neçə möcüzələr. Deyirlər burada bir şah yaşarmış, Onun qırx gözəl kənizi varmış. Atadan-anadan ayrılan qızlar, Əsir tək yaşayar, ağlayar, sızlar! Zalım şah zülmünün yox imiş sonu, Kimə hirslənsəydi öldürərdi onu. O şahın acığı tutdu qızlara, İstədi onları çəkdirsin dara. Qızlar da allaha yalvara-yalvara, Tezcə çəkildilər evdən dağlara. Şah da tez tərpənib dağlara vardı, Hər daşı, qayanı gəzdi-axtardı. İynə gəzən kimi gəzdi, yoruldu, Düşdü hünərdən, çox zəif oldu.

209

Yaman yasa batdı, qarışdı halı, Qızların yanındaydı fikri xəyalı. Hər yerə qoşun tökdü, çox soraq saldı, İşini buraxıb qırxqızda qaldı. Dağları səslədi, kəsdi dərəni, Bağladı yolları, bəndi bərəni. Mağaralara baş çəkdi durmadan, Sanki sapsız iynə gəzir bu adam. Qızlar tapılmadı, şah əliboş, fəqət. Dedi: “Qızlar daşa dönmüş əlbət.” Qızlar da allaha yalvardılar: “Kaş çönüb olaydıq bir böyük qara daş” Allah da eşitdi bu nalələri, Tez daşa döndərdi o lalələri. O məsum qızların ahı, fəqanı, Yayılıb dağlara tutdu dünyanı. Hər biri çönərək cansız daş oldu, Tarixə əbədi bir sirdaş oldu. İndi gördüyün o çılpaq qayalar, Qırx qızdan qalmışdır bizə yadigar. Soyuq bulaqlar qızların qanı, Yorğanı döşəyi olmuş dumanı. Ağ yaylıq başlardan düşdüyü zaman Hə.ya üçün duman, çən qondu haman. Fəryadlar, nalələr ucaldı göyə, Bir zülmət pərdəsi çökdü ölkəyə. O, qırx məssum gözəl qayaya döndü, Tufandan, küləkdən şam kimi söndü. Əbədi bakirə qaldı o qızlar, Həyatdan beləcə kam qldı qızlar. Namusla ölüm çarpışdı üz-üzə, Qaranlıq neylər günəşli gündüzə. Qırxqızın kədəri qəmli dastanı, Ürəkdə yaşasın ulduzlar sanı! Bu xəbər yayıldı ətraf mahala, Çoxları ağladı bu ağı hala.

210

“Qırxqız” çağırdılar dağı o gündən, Dağ əsgik olmadı toydan-düyündən. Görüb mehribanlıq gözəl cüyürlər, Hər yerdən axışıb bura gəldilər. Çoxalıb artdılar, bala verdilər, Qayğısız yaşayıb xoş gün gördülər. Heyvanlar qızlara oldular həmdəm, Şənlik başladı, yox oldu qüssə-qəm. Oxucum,halını pozma heç çəkmə qəm, Bu qəmi əvvəlcə özüm çəkmişəm. Yaxşı bir iş daim həyatda qalır, Gördüyün o Qırzqız vuqarla ucalır. Bəymməmməd müəllimin avtobioqrafik janrda yazdığı şeri onun iç dünyasını bir daha göz önünə sərir: Əslimi soruşsan, Qarabağlıyam, Dağların oğluyam, xalqa bağlıyam. Xalqımın haqqı var mənim boynumda, Özümə bir şərəf duyuram bunda. Xalqıma borcluyam can varkən canda, Böyümüşəm vətənim Azərbaycanda. Mən ona həmişə ana demişəm, Suyundan içmişəm, çörək yemişəm. Ondan ayrı necə yaşayaram mən? İkiyə bölünsə yaşarsa bədən? Onun birliyindən çox söz açmışam Daim bəd əməldən, addan qaçmışam, Xain gözlərə də iynə sancmışam. Əvvəldən sənətim müəllimlikdir, Şagirdə verdiyim elmdir, bilikdir. Neçə müddətdir şam kimi ərimişəm, Körpə balalara bilik vermişəm. Ali məktəblərdə var tələbələrim, Saymaqla qurtarmaz qələbələrim.

211

Şeirə, sənətə də çox həvəskaram, Əməklə, sənətlə yaxşıdı aram. Nə qədər peşələr gəlir əlimdən, Binalar tikmişəm lap təməlindən.

Mirzəyeva Səmayə

Mirzəyeva Səmayə Müsür qızı, 1949-cu il oktyabr ayının 5-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. Kosalar kənd 8 illik məktəbini bitirərək, 1964-cü ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuşdur. 1968-ci ildə həmin məktəbi ibtidai sinif müəllimi ixtisası üzrə bitirmişdir. Təyinatını Kosalar kənd orta məktəbinə alan Səmayə müəllimə bu

peşəni seçməkdə özünü əziz müəllimi Zərif müəlliməyə borclu sayır. İşlədiyi illərdə o, daim yüksək nailiyyətləri ilə seçilmişdir. Onun yüksək bilik və bacarığı diqqətdən kənar qalmamışdır. İlk təltifi Vilayət Maarif şöbəsinin fəxri fərmanı olmuşdur. Müəllimlərin rayon üzrə ümümi yığıncağında oxuduğu məruzə “Azərbaycan müəllimi” jurnalında çap olunmuşdur. Səmayə müəllimənin növbəti uğuru “Qabaqcıl sinif müəllimi” fəxri adına layiq görülməsi olmuşdur. 1991-ci ildə “Azərbaycan müəllimləri müsaqibəsi”nin qalibi olaraq, pul mükafatına layiq görülmüşdür. Səmayə müəllimə daim öz üzərində işləyən, yenilikləri ilə seçilən yüksək ixtisaslı müəllimdir. O, 1987-ci ildə təcrübəsini və ixtisasını daha da artımaq üçün Xankəndində təşkil olunmuş

212

Nəsrəddin Tusi adına instituta daxil olmuşdur. Həmin institutun qiyabi şöbəsini sinif müəllimi ixtisası üzrə bitirmişdir. Səmayə müəllimə artıq demək olar ki, 3 nəslin nümayəndələrinin əlində qələm tutmasına kömək edərək, onlara Ana Vətən kəlməsini öyrətmişdir. Səmayə müəllimə elə bir yüksək keyfiyyətə malik olan bir şəxsdir ki, şagirdləri onun sinfində oxuması ilə fəxr etmiş, valideynlər isə uşaqlarını onun sinfinə qoymağa çalışmışlar. Belə müəllimlərin sayəsində Kosalar kənd orta məktəbi daim ənənələri ilə seçilmişdir. Hal-hazırda onunla çiyin-çiyinə işləyən savadlı və bacarıqlı sinif müəllimləri daim bu qocaman müəllimlə fəxr etmişlər.

Köçkünlük həyatı Səmayə müəllimənin həyatından yan keçməmişdir. Kosalar əhalisinin çox hissəsi Hacıkənd qəsəbəsində məskunlaşdığından, Səmayə müəllimə də doğma elindən, məktəbindən uzaq düşə bilməmiş və Hacıkəndə gəlmişdir. Özü kimi köçkün həyatı yaşayan, Kosalar kənd orta məktəbində əmək fəaliyyətini bərpa edir. Bu dövr məktəbin həyatında yeni bir dövr idi. Bu yeni dövrün qurucularından biri də Səmayə müəllimə olmuşdur. O, 1993-cü ildən 2005-ci ilə qədər, Kosalar kənd orta məktəbində tədris işləri üzrə direktor müavini işləmişdir. Növbəti dəfə yüksək səviyyəli fəaliyyətinə

213

görə Nazirliyin fəxri fərmanına layiq görülmüşdür. O, həmişə işinə ciddi və məsuliyyətliliyi ilə seçilmişdir. O, öz bilik və bacarığını heç kəsdən əsirgəməmişdir. O, şagirdləri və kənd sakinləri arasında daim yüksək, xüsusi hörmətə layiq olmuşdur. Səmayə müəllimə həmişə şagirdlərinin səsinin müxtəlif yerlərdən gəlməsinə sevinmiş və bununla fəxr etmişdir. 2010-cu ildə 60 illik yubileyi Maarif Şöbəsi və məktəb kollektivinin təşkilatçılığı ilə keçirildi. Bu münasibətlə fəxri fərmana layiq görülmüşdür. O, müəllimlərin atestasiyasında da növbəti dəfə fəxri-fərmana layiq görülmüşdür. Həsənov Faiq: “Şagirdin müəllimə olan istəyi, müəllimin şagirdə olan qayğısından çox asılıdır. İbtidai sinif müəllimim Mirzəyeva Səmayə müəllimə olmuşdur. Hər bir şagirdinin sevimlisi olan Səmayə müəllimə pedaqoji qabliyyəti, bacarığı ilə həmişə seçilmiş və seçilməkdədir. Elə onun üçün də başlanğıcı yüksək olan təlim-tərbiyənin gələcək üçün ümüdləri daha çox olur”. Quliyev Maarif: “Səmayə müəllimə təcrübəli sinif müəllimi olmaqla yanaşı, həm də bacarıqlı təşkilatçıdır. Məktəbdə özünün bilik, bacarıq və pedaqoji ustalığından istifadə edərək, təlim-tərbiyənin müasir tələblərə cavab verməsinə nail olmaq üçün gərgin işləyir. Gənc müəllimlərlə apardığı pedaqoji iş xüsüsi ilə təqdirəlayiqdir”.

Nəcəfova Dilbər Nəcəfova Dilbər Ədil qızı, 1948-ci ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan, Qaragav kəndində anadan olmuşdur.

214

O, Kosalar kənd 8 illik məktəbini bitirərək, 1970-74-cü illərdə Şuşa şəhər Pedaqoji Texnikumunda sinif müəllimi ixtisası üzrə təhsil almışdır. 1974-cü ildən Kosalar kənd orta məktəbində sinif müəllimi kimi fəaliyyətə başlamışdır. Eyni zamanda, kitabxanaçı vəzifəsində də çalışmışdır. Dilbər müəllimə öz üzərində işləyən bacarıqlı bir pedaqoji işçidir. Bu baxımdan o, təhsilini artımaq üçün, 1985-90-cı illərdə Xankəndi Pedaqoji İnstitutunda ixtisası üzrə təhsil almışdır. 1990-cı ildə Kosalar kənd orta məktəbinin nəzdində fəaliyyətə başlayan Kosalar kənd ibtidai sinif müdiri vəzifəsində çalışmağa başlamışdır.2009-cu ilə qədər həmin vəzifədə işləmişdir. Hazırda Xocalı rayon Meşəli kənd orta məktəbində ixtisası üzrə əmək fəaliyyətini davam etdirir.

Rzayev Mərkəz

Rzayev Mərkəz Hətəm oğlu 1955-ci ildə Xankəndi rayonunun Kosalar kənd nümayəndəliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. O, 1962-ci ildə Kosalar kənd məktəbinin birinci sinfinə getmişdir. 1970-ci ildə

həmin məktəbin 8-ci sinfini bitirərək Şuşa Pedaqoji texnikumuna daxil olmuşdur. 1974-cü ildə həmin məktəbi əmək-rəsmxət ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, təyinatla 1il Əsgəran rayon Seyidbəyli kəndində ixtisası üzrə işləmişdir.

215

Mərkəz müəllim 1976-77-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətə yola düşür. Hərbi xidməti Litva SSR-in paytaxtı Vilnüs şəhərində motoatıcı alayda keçir. Orta məktəb və texnikumda olduğu kimi

burada da yüksək təşkilatçılığı ilə seçilir. Belə yüksək keyfiyyətləri sayəsində Çavuş kimi xidmət etmişdir. Xidməti vəzifəsini başa vurduqdan sonra 1978-ci ildən Kosalar kənd orta məktəbində Hərbi hazırlıq müəllimi vəzifəsində çalışmağa başlayır. Bununla da gənclərin hərbi texnikanın sirlərinə yiyələnməsində əlindən gələni əsirgəməmişdir. Belə ki, sonralar müharibə illərində şagirdlərinə öyrətdiyi bu biliklər düşmənə qarşı əsas silaha çevrildi. Mərkəz müəllim 1980-ci ildə

Nasosnuda 6 ay zabit kursu keçmişdir. 1982-ci ildə Moskvanın qərarı ilə Leytenant rütbəsi almışdır. O zamanlar məktəbin yuxarı sinif şagirdləri rayon, Vilayət, respublika səviyyəli hərbi yarışlarda dəfələrlə iştirak edirdilər. Həmişə də vilayət səviyəsində keçirilən

yarışlarda erməni komandalarının çoxluq təşkil etmələrinə baxmayaraq Kosalar kənd orta məktəbinin komandası bütün məktəbləri üstələyərək 1, 2, 3-cü yerləri tutaraq fəxri-fərmanla,

216

diplom və hədiyyələrlə təltif olunurdular. Hətta mənfur düşmənin üzgörənliyi də onların köməyinə çatmırdı. Daim öz təhsilinin də qayğısına qalan Mərkəz müəllim 1985-ci ildə Xankəndində yerləşən Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunur. 1991-ci ildə Nəsrəddin Tusi adına pedaqoji institutu bitirir. 1988-1992-ci illərdə məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Kosalar kənd ərazi özünümüdafiə batalyonun işində xidmətləri çox olmuşdur. Bundan əlavə, gənclərin hərbi texnikanın sirlərinə yiyələnməsində fəal xidmətləri olmuşdur. Eyni zamanda, onlarla birgə düşmənə qarşı aparılan bütün döyüşlərdə fəal iştirak etmiş, Meşəli, Cəmilli və digər yaşayış məntəqələrində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Bu ərəfədə kapitan rütbəsinə qədər yüksəlmişdir.

1992-ci il may ayının 9-da Kosalar kəndinin işğalı ilə əlaqədar olaraq may ayının 15-dən Ağsu rayonunun Xanbulaq kəndində məskunlaşıb. Qeyd edək ki, müharibə ərəfəsində Cavadlar kəndini Ağsu rayonu himayəyə götürmüşdü. Mərkəz müəllim çətin də olsa burada da öz pedaqoji fəaliyyətini davam etdirməyə başlayır. 1992-ci il tarixdən Xanbulaq kənd orta məktəbinin direktoru vəzifəsində çalışır. Burada da yüksək səviyyəli iş qabiliyyəti ilə seçilir.

217

İbrahimov Rasim

İbrahimov Rasim Maarif oğlu, 1963-cü il oktyabr ayının 27-də Xankəndi rayon Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-81-ci illərdə Kosalar kənd orta məktəbində təhsil almışdır. Məktəbi əla qiymətlərlə bitirən Rasim Sovet Azərbaycanının 60-illiyi adına, Xankəndi Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olur. 1986-cı ildə institutu bitirib doğma Kosalar kənd orta

məktəbinə ixtisası üzrə təyinat alır. Həmin ildən fasiləsiz olaraq, doğma kəndin övladlarına təhsillərində uğurlar qazanmaları üçün yardımçı olub. Gənc Rasim müəllim şagirdləri o dövrün yeni texnikalarından istifadəyə həvəsləndirmiş və onlara fizikanın sirrlərini öyrətməyə çalışmışdır. 1988-ci ilə qədər bütün qarabağlılar kimi, Rasim müəllimin həyatında da dinc inkişaf dövrü idi. Ancaq məlum Qarabağ hadisələri başladıqdan sonra Rasim müəllim də qaynar həyata başladı. Belə ki, kəndin müdafiəsi üçün yaradılan özünümüdafiə batalyonun işində fəal iştirak edərək, sonradan 777 saylı hərbi hissənin 835 saylı rotasında dəstə komandiri vəzifəsində fəaliyyət göstərmişdi. Ordunun fəaliyyəti çərçivəsində Rasim müəllimin döyüş yolu Kosalar kəndi uğrunda, sonralar Azərbaycanın digər bölgələrində gedən döyüşlərdən keçmişdir. 1992-ci ildən, Kosalar kənd əhalisi müvəqqəti olaraq, Gəncə şəhər Hacıkənd qəsəbəsində məskunlaşıblar. Eyni zamanda,

218

Kosalar kənd orta məktəbi də müvəqqəti olaraq öz fəaliyyətini burada bərpa etmişdir. Rasim müəllim də doğma məktəbdə pedaqoji fəaliyyətini bərpa edir. 2009-cu ildən etibarən Kosalar kənd tam orta məktəbində direktor vəzifəsində çalışır. Bu vəzifədə çalışdığı müddət ərzində hamının hörmətini qazanan Rasim müəllimin üzərinə daha çox yük və məsuliyyət düşmüşdür. O, daim bir amalla yaşayır- Kosalar kənd tam orta məktəbinin tarixi ənənələrini qoruyub inkişaf etdirmək, ululardan gələn ənənələrə sadiq qalmaq, bacarıqlı, qabiliyyətli, savadlı kadr potensialı yaratmaq və nəhayət Kosalar kəndinin gələcəyi üçün faydalı olan savadlı gənc nəsil yetişdirmək.

Əhmədov Rəhman Əhmədov Rəhman Zeynal oğlu, 1960-cı il may aynın 20-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, orta təhsilini Kosalar kənd orta məktəbində almışdır. 1979-cu ildə Şuşa Pedaqoji Texnikumunda İbtidai sinif müəllimi ixtisasını, 1987-ci ildə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutunu (indiki Slavyan Universiteti) və nəhayət 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdi. 1979-cu ildən, 1992-ci ilə kimi doğma Kosalar kənd orta məktəbində Rus dili müəllimi işləmişdir. Məlum qanlı-qadalı Qarabağ hadisələri başlayır. Rəhman müəllim də 1988-ci ildən, 1992-ci ilə kimi Kosalar kənd özünümüdafiə dəstəsinin döyüşçüsü olmuşdur. Doğma kəndin işğalı ilə bağlı olaraq doğma yurdundan uzaq düşmüşdür. Müvəqqəti olaraq Göyçay rayonu ərazisində məskunlaşmışdır. Başqa məktəblərdə olsa da o, pedaqoji fəaliyyətini bu günə kimi davam etdirir.

219

Rəhman müəllim yaradıcı insandır. O, mütəmadi olaraq “Azərbaycan müəllimi”, “Qarabağ” və ”Göyçay” qəzetlərində hərbi vətənpərvərlik mövzusunda məqalələrlə çıxış edir. “Koroğlu qeyrətli məkan Kosalar” (Şəhidlər) (1997), “Yadan çıxmaz Qarabağ”(2008) kitablarının müəllifidir. Adı çəkilən kitablardakı məlumatlar çox dəyərli məlumatlardır.

Kosalar kənd məktəbinin yetirmələri (Kəndin fəxri sakinləri)

Kosalar kənd məktəbinin yetirmələri respublikamızın ayrı-ayrı rayonlarında müxtəlif sahələrdə çalışırlar. Onlardan onlarla ali təhsilli müəllim respublikamızın müxtəlif şəhər və kəndlərində, orta və ali məktəblərdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldurlar. Aşağıda adları çəkilən şəxslər təhsillərini ya tamamilə, ya da bir neçə il Kosalar kənd orta məktəbində almışlar. Üstəlik hamısı da Kosalar məktəbinin yetirmələrindən dərs almışlar. Bir çox məzunlar Tibb Universitetini bitirərək öz şəfalı əlləri ilə xalqımızın sağlamlığı keşiyində dayanırlar:

İlham Məmmədov Belə tibb işçilərindən biri də İlham Məmmədovdur ki, o, savadı, bacarığı ilə nəinki ölkəmizdə, eyni zamanda müxtəlif xarici ölkələrdə tibbi fəaliyyətdə olmuşdur.

Qoşqar Məhərrəmov

220

Qoşqar Məhərrəmov da Digər belə Kosalar kənd orta məktəbinin yetirmələrindəndir ki, o da həkim kimi Gəncə şəhərində fəaliyyət göstərir. O, yüksək ixtisaslılığı ilə seçilən həkimlərdəndir ki, tanıyanlar öz sağlamlıqlarını ona etibar etməkdən çəkinmirlər.

Rübabə İbrahimova Tibb Universitetinin stomatologiya fakültəsini bitirmişdir. Müəllimləri onun orta məktəbi yaxşı oxumasından ağız dolusu danışırlar. Bax, budur sonrakı uğurların təməli. Hazırda Kosalar kənd həkim ambulatoriyasının işçisidir. Kosalar kənd orta məktəbinin bir çox digər məzunları mühəndis sahəsi üzrə təhsil alaraq respublikamızın müxtəlif bölgələrində bu və ya digər sahələr üzrə xalqımızın xidmətində dururlar:

Mənsur Nəcəfov Kosalar kənd məktəbinin fəxri məzunlarından biri də Nəcəfov Mənsurdur. O, bir çox müxtəlif sahələr üzrə iş fəaliyyətində olmuşdur. Belə ki, bir müddət Bərdə Yol İdarəsi Tirestinin Kosalar şöbəsinin müdiri olmuş, sonralar Bərdə Elektrik İdarəsinin rəisi, daha sonra Goranboy rayonu üzrə eyni vəzifədə çalışmışdır.

Bakir Quliyev Bakir Quliyev də elinin qayğısına qalan məzunlardandır. O da öz elinə xidməti hər şeydən üstün tutmuşdur. O, ixtisasca mühəndisdir. Bir vaxtlar Hacıkənd qəsəbəsində məcburi köçkünlərin yaşadıqları evlərin təmiri üçün xarici şirkətlər maliyyə vəsaiti ayırmışdılar. Bakir də bu layihə çərçivəsində mühəndis kimi fəaliyyət göstərərək, öz həmyerlilərinin arzuları çərçivəsində təmiri həyata keçirməyə çalışırdı. Kosalar kəndinin müdafiəsində Bakir seçilən döyüşçülərdən olmuşdur.

221

Müxtəlif ixtisaslar, müxtəlif peşələr... Kosalar kənd orta məktəbinin yetirmələri üçün fəaliyyət dairəsi məhdudiyyəti yoxdur. Onlar idarəçilik sahəsində, dövlət strukturlarında özlərini təsdiq etmişlər:

Vahid Əliyev Kosalar kənd məktəbinin fəxri məzunlarından biri də Əliyev Vahiddir. O, müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə çalışmışdır. Dağlıq Qarabağda Respublika Təşkilat Komitəsinin sədr müavini olmuşdur. Hazırda Xocalı rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsində çalışır. YAP Xocalı rayon təşkilatının sədridir. Vahid müəllim Kosalar kənd orta məktəbində şagird kimi təhsil alan zamanlardan müəllimlərinin sevimlisi olmuşdur. Bütün siniflərdə dərs əlaçısı kimi yaddaşlara həkk olunmuşdur.

Vaqif Ağayev Ağayev Vaqif İsa oğlu, öz əmək fəaliyyətinə məzunu olduğu doğma məktəbdə fizika-riyaziyyat müəllimi kimi başlayıb. O, işlədiyi 70-80-ci illərdə şagirdlərinin sevimlisinə çevrilmişdir. Sonralar o, Kosalar kəndinin müxtəlif idarə strukturlarında çalışmış, Kosalar kənd Ərazi İcraiyyə Komitəsinin sədri olmuşdur. Müharibə illərində Vaqif müəllimində xidmətləri çox olmuşdur. Hazırda o, Xocalı rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində çalışır.

Arif Əliyev

Kosalar kəndinin fəxri vətəndaşlarından biri də Əliyev Arifdir. Belə ki, o da Kosalar kənd məktəbinin yetirmələri sırasında özünə layiqli yer tutanlardan olmuşdur. Arif müəllim uzun illər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində məsul vəzifələrində çalışmış, Ağdərə rayon Partiya Komitəsinin II katibi olmuşdur. O, 1990-cı il sentyabr ayının 10-da Martunidə ermənilər tərəfindən girov götürülür. Sonradan dəyişdirilir.

222

Hazırda Xocalı rayon İcra aparatında şöbə müdri vəzifəsində çalışır.

Nadir Rəşidov Kosalar məktəbinin fəxri məzunlarından biri də Nadir müəllimdir. O, Xankəndi Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Nadir müəllim orta məktəbdə oxuduğu illərdə verilən məsələni müəllimindən qabaq həll etməyə qadir bir şagird olmuşdur. Nadir müəllim müxtəlif orta məktəb, ali məktəb və digər sahələrdə əmək fəaliyyətində olmuşdur. Hazırda Şuşa rayon İcra Hakimyyətində Xankəndindən olan məcburi köçkünlər üzrə nümayəndə vəzifəsində çalışır.

Elman Quliyev Elman müəllim də Kosalar kənd məktəbinin yetirmələrindəndir. Ali təhsilini başa vurduqdan sonra bir müddət Xankəndi 4 saylı orta məktəbində idman müəllimi işləmişdir. Hazırda Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərinin işi üzrə Dövlət Komitəsində çalışır.

Məzunlardan bir çoxu respublikamızda asayişin qorunmasında, müstəqil Dövlətimizin daha da tərəqqisində öz qüvvə və bacarıqlarını əsirgəmirlər. Bu və ya digər güc strukturlarında şərəfli xidmətləri ilə həm doğma məktəbin, həm Kosalar kəndinin adını üstün tuturlar:

Vidadi Bağırov Bağırov Vidadi bir çox orqanlarda xalqımızın xidmətində durmuşdur. Sonuncu iş yeri Bakı şəhər Səbail rayonu mühafizə polisi idarəsi olmuşdur ki, o, polis polkovniki rütbəsində idarənin rəisi vəzifəsində çalışmışdır. Hazırda təqaüddədir.

Mehman Quliyev

223

Mehman Quliyev də Kosalar kənd məktəbinin yetirməsidir. O, Məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Xankəndi Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir. Onun fəaliyyəti daim Kosalar kəndinin adını yüksək tutmuşdur. Mehman müəllim sonrakı fəaliyyətini Daxili İşlər orqanı ilə bağlanmışdır. işi üzrə xüsusi təhsilini davam etdirmişdir. O, bu işdə də uğurlu fəaliyyəti sayəsində Şuşa rayon polis şöbəsinin rəisi vəzifəsinədək yüksəlmişdi. Hazırda işləmir. Qarabağ müharibəsi illərində Mehman Quliyevində şəxsi xidmətləri çox olmuşdur. Bu illərdə onun üzərinə daha da böyük iş düşmüşdür desək yanılmarıq. Çünki ayrı-ayrı döyüşlərin gedişatına o, özü rəhbərlik etmişdir.

Eldar Bağırov

Xocalı rayon Polis Şöbəsinin rəis müavini polkovnik-leytenant Bağırov Eldar da bir vaxtlar Kosalar kənd məktəbində təhsil almışdır. O, ali məktəbi bitirdikdən sonra demək olar ki, həyatını polis sənətinə bağlayır. Bir çox müxtəlif vəzifələrdə çalışan Eldar müəllim öz bacarığı, qabiliyyəti ilə hazırda tutduğu vəzifəyə yüksəlmişdir. Doğma kəndin müdafiəsində və sonralar Qarabağın müxtəlif bölgələrində gedən ağır hərbi əməliyyatlarda Eldar müəllimdə fəallıqla iştirak etmişdir.

Elşən Quliyev Müəllimləri bu adı yaxşı xatırlayırlar. Xatırlayırlar ki, o, yüksək səviyyəli qabiliyyəti ilə hamının diqqətini çəkirdi. O, hüquq ixtisası üzrə ali məktəbi bitirdikdən sonra bir müddət tarix müəllimi kimi fəaliyyət göstərmişdir. Sonradan polis sıralarına daxil olaraq müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda polkovnik-leytenant rütbəsində Göygöl rayonu polis idarəsində Çaykənd bölməsinin rəisi vəzifəsində çalışır. Onun bu işə təyin edildikdən sonra mübət mənada gördüyü işlər Respublikamızda cinayətkarlığa qarşı görülən tədbirlərin yerlərdəki bariz nümunələrindən biridir. Hazırda demək olar ki, ərazidə

224

cinayətkarlıq halları yox səviyyəsindədir. O, hamının hörmətini qazanmışdır.

Tofiq İbrahimov Tofiq də həyatını polis sənəti ilə bağlayan sakinlərimizdəndir. O, çalışdığı illər ərzində bir çox vəzifələrdə çalışmışdır. Cinayətkarlığa qarşı fəal mübarizəyə qoşulan Tofiq əməliyyatların birində hətta ağır yaralanmışdır. Hazırda kapitan rütbəsində Kəpəz rayon polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışır. Qarabağ müharibəsi illərində Tofiq İbrahimovunda xidmətləri az olmamışdır.

Rəhim İbrahimov İxtisasca həkim-feldşer olan Rəhim müharibə illərində polis sıralarına daxil olmuşdur. O, erməni quldurlarına qarşı mübarizədə həm əldə silah, həm də həkim kimi iştirak etmişdir. İbrahimov Rəhim polis sralarında işlədiyi illərdə müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Kapitan rütbəsində Gəncə şəhərində fəaliyyət göstərir.

Ramil Ağayev Ramil Ağayev də Kosalar kənd orta məktəbinin fəxri məzunlarındandır. O, müəllimlərinin yaddaşında yaxşı oxuyan şagird kimi qalmışdır. Ramil ali məktəbi bitirdikdən sonra bir müddət Kosalar kənd orta məktəbində hərbi hazırlıq müəllimi işləyir. Sonradan polis sıralarına daxil olaraq, müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Şuşa rayon Polis Şöbəsi rəisinin birinci müavini vəzifəsində çalışır. Ramil müəllimdə müharibə illərində fədakarlıq göstərmişdir.

Zahid Ağayev Zahid Ağayev də Kosalar kənd orta məktəbinin fəxr olunası məzunlarındandır. O, da həyatını polis orqanlarında xidmətlə bağlamışdır. Zahid işlədiyi sahədə bir çox xidmətləri ilə

225

seçilmişdir. Hazırdı Sumqayıt şəhərində sahə müvəkkili vəzifəsində çalışır. Mayor rütbəsini daşıyır.

Vidadi Hümbətov Hümbətov Vidadi həyatını polis sralarında xidmətlə bağlamışdır. Onun fəaliyyəti əsasən Şuşa rayon Polis Şöbəsi ilə bağlı olmuşdur. Hazırda Vidadi həmin idarədə çalışır. O, hər zaman işinə bağlılığı ilə seçilmiş və bir çox vəzifələrdə çalışmışdır. Polis mayoru rütbəsini daşıyır. Vidadi dğma Kosalar kəndinin müdafiəsində seçilən döyüşçülərdən idi. Kosalar kəndinin işğalından sonra o, Qarabağın müxtəlif ərazilərində gedən hərbi əməliyyatlarda iştirak etmişdir.

Nizami Əsgərov Əsgərov Nizami Kərəm oğlu da Kosalar kənd orta məktəbinin yetirmələridir. O, da polis əməkdaşı kimi bir çox vəzifələrdə çalışmışdır. Bir müddət Xocalı rayon Polis Şöbəsində şöbə müdiri vəzifəsində çalışmış, hazırda isə Gəncə şəhər polis idarəsində çalışır. Nizaminin də iş fəaliyyətinin xeyli hissəsi müharibə illərinə təsadüf etmişdir. Kosalar kəndindən olan istedadlı insanların fəaliyyət sahələri bununla bitmir. Məhkəmələrdə də məktəbin yetirmələri bu və ya digər vəzifələrdə çalışırlar:

Gülnaz Quliyeva Gülnaz Kosalar kənd orta məktəbini Hacıkənd qəsəbəsində bitirmişdir. Hüquq təhsili almışdır. Dövlət qulluğunda xidmət üçün imtahan verərək uğur qazanmış, hazırda Gəncə şəhər məhkəməsində hakim köməkçisi vəzifəsində çalışır.

Rafiq Əsgərov

226

Əsgərov Rafiq ali hüquq təhsili aldıqdan sonra bir çox məsul vəzifələrdə çalışmışdır. Hazırda Kəlbəcər rayon məhkəməsində hüquq məsləhətçisi vəzifəsində çalışır. Kosalar kənd orta məktəbinin məzunlarının çoxu müəllimlik peşəsinə yönəlmişlər. 1980-ci illərin sonlarından başlayaraq, zamanın tələbinə uyğun olaraq, Kosalar kənd orta məktəbi bolünüb genişlənməyə başladı. Əvvəllər Kosalar kənd məktəbinin filialları sayılan Başkənd, Yaloba, Qaragav kənd orta məktəbləri və Kosalar kənd ibtidai məktəbi ayrılaraq müstəqil fəaliyyətə başladılar. Buna baxmayaraq, Kosalar kənd orta məktəbi özünəməxsus müsbət xüsusiyyətləri qoruyub saxladı və inkişaf etdirdi. Hazırda da müasir dövrün tələblərinə uyğun olaraq, öz fəaliyyətini təşkil edir. Respublikamızın bu və ya digər təhsil müəssisələrində uğurla fəaliyyət göstərən bir çox məzunlar vardır ki, onlar Kosalar kənd orta məktəbinin şərəfini daim uca tutmuşlar:

Kazım Mirzəyev Kosalar kənd məktəbinin yetirmələrindən biri də Mirzəyev Kazım Müseyib oğlu olmuşdur. O, bir müddət Dağlıq Qarabağ üzrə Komsomol Təşkilat katibi vəzifəsində çalışmışdır. Sonralar Xankəndi Pedaqoji İnstitutunda tarix müəllimi vəzifəsində çalışmışdır. Sonralar Qarabağ hadisələri ilə əlaqədar olaraq həmin məktəb də öz fəaliyyətini Ağcabədi şəhərində bərpa etdi. Kazım müəllim də doğma kollektivdə yenidən əmək fəaliyyətinə başladı. Tarix elimləri namizədi, dossent idi. Təəssüflər olsun ki, doğma institut kollektivinin Xankəndindəki fəaliyyətinin bərpa olunmasını görmək ona qismət olmadı.

Faiq Həsənov Faiq müəllim ali məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə öz doğma məktəbində tarix müəllimi kimi

227

başlamışdır. Sonralar o, Başkənd kənd tam orta məktəbində əmək fəaliyyətinə başlamış və nəhayət həmin məktəbin direktoru kimi fəaliyyət göstərmişdir. Faiq müəllim bilikli, bacarıqlı və təşkilatçı bir insandır. Bu müsbət keyfiyyətləri sayəsində məktəbə uğurla rəhbərlik etmişdir. Dövlət qulluğuna imtahan verərək yüksək nəticə ilə imtahanı uğurla keçmişdir. Samux rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsində çalışır.

Nəsimi Məmmədov Nəsimi müəllim Kosalar kənd orta məktəbinin yetirmələrindən biridir. Belə ki, o, biologiya ixtisası üzrə ali təhsilini başa vurduqdan sonra doğma məktəbdə əmək fəaliyyətinə başlayır. Sonradan o da Başkənd kənd tam orta məktəbində fəaliyyət göstərir. Bir müddət Uşaq Yaradıclıq Mərkəzinə rəhbərlik edir. Sonradan Dövlət qulluğunda xidmət üçün imtahan verərək uğur qazanır. Hazırda TQDK-nin Gəncə bölməsinə rəhbərlik edir.

Şakir Əliyev Şakir müəllim Qaragav kəndində doğulub, orada boya-başa çatmışdır. O da təhsilini Kosalar kəndində almışdır. O, əvvəl orta ixtisas təhsilinə yiyələnmiş, bununla kifayətlənməyərək ali təhsil almışdır. Uzun illər doğma Qaragav kənd orta məktəbinə püxtələşmiş bir pedaqoq kimi rəhbərlik etmişdir. Şakir müəllim hazırda Xocalı rayon Təhsil Şöbəsinə rəhbərlik edir.

Fikrət Əliyev Fikirət müəllim Kosalar kənd orta məktəbini bitirib. Rus dili ixtisası üzrə ali təhsil alaraq doğma Kosalar kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. Sonralar Vilayət Xalq təhsil şöbəsində müdir müavini vəzifəsində çalışmışdır.

Habil Quliyev

228

Quliyev Habil Kamal oğlu, Kosalar kənd orta məktəbini bitirib. Ali məktəbi bitirərək pedaqoji fəaliyyətə başlamışdır. Hazırda Xocalı rayon Uşaq Yaradıclıq Mərkəzinin direktoru vəzifəsində çalışır. Məktəbin məzunlarından elmi fəaliyyətlə məşğul olanlar da az deyildir:

Rəhim Ələkbərov Ələkbərov Rəhim də Kosalar kənd orta məktəbinin fəxri məzunlarından biridir. O, Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra təhsilini davam etdirərək magistratura və aspiranturanı bitirmişdir. Namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru elmi adı almışdı. Kosalar kənd orta məktəbinin bir çox yetirmələri Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif idarə və təşkilatlarında çalışır.

Elşən Vəliyev Vəliyev Elşən Bayram oğlu Kosalar kənd orta məktəbinin məzunlarındandır. O, ali təhsilini başa vurduqdan sonra müxtəlif işlərdə əmək fəaliyyətində olmuşdur. Hazırda Abşeron Milli Parkının direktoru vəzifəsində çalışır.

Əli Ağayev Ağayev Əli Vaqif oğlu Kosalar kənd orta məktəbinin məzunlarındandır. Əli ali məktəbi başa vurduqdan sonra Hacıkənd qəsəbəsində yerləşən Hava Məlumatları Bürosunda əmək fəaliyyətinə başlamışdır. Hazırda həmin müəssənin direktorudur. Kosalar kənd sakinlərindən, Kosalar kənd orta məktəbinin yetirmələrindən rabitə sahəsində işləyənləri də var:

229

Ağamir Hümbətov Kosalar kəndinin nüfuzlu və qabaqcıl sakinlərindən, Kosalar kənd məktəbinin fəxri məzunlarından biri də Hümbətov Ağamirdir. O, uzun illər Kosalar kənd poçt idarəsinin rəisi vəzifəsində çalışmışdır. Ağamir müəllim yüksək səviyyəli bacarığına görə hamının diqqət mərkəzində olub. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq həmin müəssisə fəaliyyət göstərmədiyindən, hazırda o, Azərpoçtun Göygöl rayon Hacıkənd şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Kosalar kənd orta məktəbinin kollektivi bir cəhədən xoşbəxdir ki, onun yetirmələri bacarıqlı, savadlı və işgüzardılar. Peşəsindən, iş yerindən asılı olmayaraq vəzifələrinin öhdəsindən uğurla gəlirlər. Vaxtı ilə bir nəfər belə savadlısı olmayan Kosalar kəndi indi başdan-başa savadlılar, təhsil almışlar diyarına çevrilmişdir. Bu böyük müvəffəqiyyət 90-illik tarixə malik olan Kosalar kənd orta məktəbinin və həmin məktəbdə zaman-zaman fəaliyyət göstərən müəllimlərin gərgin, yorulmaz əməyinin nəticəsidir.

Muradov Rövşən

Muradov Rövşən Təyyar oğlu, 1949-cu ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Canhəsən kəndində anadan olmuşdur. Rövşən Kosalar kənd 8 illik məktəbini bitirmişdir. O, orta məktəbdə oxuduğu illərdə həmişə yaxşı

230

oxuması ilə seçilərdi. Qabaqcıl və tərbiyyəli şagirdlərdən olmuşdur. Yaxşı oxuduğuna görə müəllimlər çox zaman onun dəcəlliyinin də üstündən keçərdilər. O, bütün sahələrdə özünü nümunəvi şagird kimi aparardı. Məktəbdə keçirilən bütün tədbirlərdə, içdimai işlərdə fəal iştirak edərdi. Rövşən 1964-cü ildə Şuşa Pedqoji Texnikumuna daxil olur. 1968-ci ildə həmin məktəbi yüksək nailiyyətlərlə başa vurur. Rövşənin təyinatını Cəmilli kənd məktəbinə verirlər. Beləliklə, bir neçə ildən sonra Azərbaycan Dövlət Üniversitetinin Hüquq fakültəsinə daxil olur. Universitetin qiyabi şöbəsini yüksək nailiyyətlərlə bitirən Rövşən müəllim, bir müddət Xankəndində müstəntiq vəzifəsində işləmişdir. Burada da hamının hörmətini qazanan Rövşən müəllim, vilayətdə bacarıqlı bir hüquqşünas kimi tanındı. 1988-ci ilin əvəllərində ermənilərin Qarabağda baş qaldırması, buradakı azərbaycanlıların vəziyyətini daha da çətinləşdirirdi. Vəziyyətlə əlaqədar olaraq, onu Şuşaya prokuror təyin etdilər. Rövşən Muradov Şuşa şəhər prokuroru vəzifəsində işlədiyi dövrdə Rəşidov Arif onunla görüşü belə xatırlayır: “Yüngül bir iş üçün Rövşən müəllimin yanında oldum. İş otağının qapısında katibəsi ilə üzləşdik. O, məndən soruşanda haradan gəlmisiniz, cavab verdim ki, Kosalar kəndindən. Tez Rövşən müəllim dedi ki, buraxın gəlsin. Mən otağa daxil oldum, Rövşən müəllim ayağa durdu, iki əlli mənimlə salamlaşıb hal-əhval tutdu. Oturmaq üçün öz yerini mənə təklif etdi, lakin mən onun yerində oturmadım. Özü bir stul gətirib, öz stulunun yanında qoydu, mənə oturmağı təklif etdi. Yanaşı oturub söhbət etdik. Dedi ki, Arif müəllim sizi eşidirəm. Yüngülvari eht iyacımı deyəndə əlini əlinə vurub güldü. və dedi: Mən də elə bildim ki, Arif müəllim Şuşanın yarısını istəməyə gəlib. Belə xırda iş üçün niyə zəhmət çəkib gəlmisiniz? Sonra sözünə əlavə edib dedi ki, yaxşı oldu gəldiniz. Həm görüşdük, həm də az da olsa borcumdan çıxdım. Rövşən adam yeri bilən yaxşı bir insan idi. Heyif ki, gənc yaşında faciəli surətdə dünyasını dəyişdi”.

231

Burada da o, bacarığı, işinə məsuliyyəti ədaləti ilə çoxlarının hörmətini qazandı. Ancaq burada da bədxahlar öz işlərini gördülər. Yerli İcra Aparatı ilə olan narazıçılığa görə, onun iş yerini Qazağa dəyişdilər. Rövşən bir axşam evə gəlir. Səmayə müəllimə: “Axşam evdə maması qızı Ruhangizlə telefonla danışırdı. Rövşən ona dedi ki, Qazaxda ağır bir işin üstünü açmışam. İşi Bakıya təhvil verib qayıdıram Bərdəyə. Məni ora göndərəcəklər. Elə bu vaxt Nazilə (yoldaşı) o biri evdəki telefonu qaldırır ki, söhbətə qulaq asan var. Nazilə dedi ki, Rövşən, danışığınıza qulaq asan vardı. O isə buna məhəl qoymadı. Dedi ki, narahat olma. Bu minvalla səhər Qazağa yola düşdü. Onu deyim ki, maşını çox sürətlə sürürdü. Dedi ki, Nazilə, telefonu yanına qoy, Qazağa saat 8-də çatıb, sənə zəng vuracağam”. Rövşən 1988-ci il avqust ayının ....... səhər saat 6-da evdən çıxır, Qazağa çatha-çatda yol qırağında durmuş polislə salamlaşır. 150 metr getməmiş, qəza baş verir. Deyilənə görə, guya Rövşən maşında yatıbmış. Ancaq ailəsi bu hadisənin onu susdurmaq üçün qəsdən törədildiyinə əmindir. Hər halda daha bir xeyirxah, kəndini, Vətəni sevən Kosalar övladı dünyasını dəyişdi. Ondan yadigar 3 övladı qaldı.

Başkənd kənd orta məktəbi

Başkənddə ibtidai məktəb XX əsrin 40-cı illərində açılmışdı. Bu məktəb Kosalar kəndində fəaliyyətdə olan (7 illik, 8illik və nəhayət 10 illik) orta məktəbin nəzdində fəaliyyət göstərib. 1988-ci ildən 5 sinifli ibtidai məktəb fəaliyyətə başlayıb. 1989-cu il sentyabrın 1-dən həmin ibtidai məktəbin

232

bazasında Başkənd kənd orta məktəbi təşkil olunur. Bu işdə Məmmədov Məhəmməd Ədil oğlunun rolu çox olmuşdur. İbtidai məktəbin natamam orta məktəbə çevrilmədən birbaşa olaraq tam orta məktəbə çevrilməsi elə də asan iş deyildi. Bu da Məhəmməd müəllimin fəaliyyətinin səmərəli bəhrəsi idi. Məktəbin fəaliyətə başlaması üçün çatışmamazlıqlar çox idi. Maddi texniki baza pedoqoji kadrlar, sinif otaqları yox idi. Keçmiş ibtidai məktəb kolxozun köhnə taxıl anbarı binasında fəaliyyət göstərirdi. Cəmi 2 otaq vardı. Məktəbin direktoru Məhəmməd müəllimin və müəllimlərin səyi ilə bina uyğunlaşdırılaraq şagirdlərin istifadəsinə verildi. Kadr çatışmamazlığını aradan qaldırmaq üçün qonşu kəndlərdən pedoqoji kadrlar dəvət olundu. Bu işdə Kosalar kənd orta məktəbi əsas baza rolunu oynadı. Məktəb göstərilən bütün bu çətinliklərə baxmayaraq öz təhsil səviyyəsi ilə daim seçilmişdir. Məzunların səsi daim uca zirvələrdən gəlmişdir:

Şərafət Məmmədova Şərafət Məmmədova əvvələr ibtidai təhsilini Başkənd ibtidai məktəbində almış, yuxarı sinifləri Kosalar kənd orta məktəbində oxumuşdur. Hazırda Respublika məhkəməsində hakim vəzifəsində çalışır.

İntiqam Hümbətov Onun da təhsil almasında Kosalar kənd orta məktəbinin az da olsa rolu olmuşdur. Eyni zamanda onun müəllimləri də bu məktəbin yetirmələridir. Müəllimləri onun orta məktəbdə oxuduğu illər haqqında yadda qalan fikirlər söyləyirlər. Belə ki, yaxşı oxuması ilə daim seçilərdi. Hazırda Mədəniyyət Nazirliyində Mətbuat xidmətinin rəisi və eyni zamanda “Mədəniyyət” qəzetinin redaktoru vəzifələrində çalışır.

Mahir Hümbətov

233

Bu məktəbin yetirmələri çox olmuşdur. Belə məzunlardan biri Hümbətov Mahirdir. Onun da yüksək nailiyyətlər əldə etməsində Kosalar kənd orta məktəbinin rolu az olmamışdır. Belə ki, Mahir hazırda Bakı Dövlət Sirkində mətbuat xidmətində çalışır. Adlarını çəkmədiyimiz bir çoxları ilə siyahımızı daha da genişləndirə bilərik.

Yeni məktəb binasının tikilməsi üçün işlər başlanmışdır. Ancaq məlum Qarabağ hadisələri bu işi yarımçıq qoydu. Nazirlər kabinetinin 1500 metrdən yuxarıda yerləşən məntəqələr üçün məktəblərdə müavinətə 20% əlavə nəzərdə tutulurdu. Bunun Başkənd orta məktəbinə şamil olunmasında da Məhəmməd müəllimin fəaliyyəti çox olmuşdur.

Məktəb müvəqqəti olaraq bu binada fəaliyyət göstərir. 1992-ci ilin 1

sentyabrından Başkənd kənd tam orta məktəbi Gəncə şəhər Kəpəz rayon Hacıkənd qəsəbəsində fəaliyyət göstərir. Məktəb

nakam xalq şairi Əli Kərimin adını daşıyır.

234

Hümbətov Əhməd Hümbətov Əhməd Fərzalı oğlu, 1958-ci il may ayının 10-da Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1966-cı ildə Başkənd ibtidai məktəbinin 1-ci sinfinə gedir. Əhməd müəllim 1974-cü ildə Kosalar kənd 8 illik məktəbini bitirərək, Məşədi Əzizbəyov adına Şuşa Pedaqoji texnikumuna daxil olur.

1979-cu ildə həmin məktəbi ibtidai sinif müəllimliyi ixtisası üzrə bitirir. Əhməd müəllim 1980-ci ildən Başkənd kənd ibtidai məktəbində sinif müəllimi işləyir. Bu müddətdə O, həmkarlarının, ümumiyyətlə hər bir insanın rəğbətini qazanır. Hətta yoldan keçəni evə döndərib qarnını doyurardı. Əhməd müəllim gülərüzlüyü, genişqəlbliyi, düzgünlüyü ilə kənd sakinlərinin xatirələrində daim yaşıyacaqdır. Müəllimliklə yanaşı o, qələmini şeir-sənət sahəsində də sınayardı. Onun gözəl şeirləri xatirələrdən heç zaman silinməyəcək. Boş vaxtlarında ova gedərdi, mahir ovçu olan Əhməd müəllim gününün çox hissəsini təbiət qoynunda keçirərdi. Bəlkə də ərsəyə gətirdiyi gözəl şeirlər təbiətə belə bağlılığının bəhrəsi olmuşdur. Vaxtsız əcəl onu bu zövqlərindən tez ayrı saldı. O, 1985-ci il may ayının 27-də vəfat etdi. Ailəli idi. 4 övladı var. Kiçik oğlu Şahsuvar müəllim atasının yolunu davam etdirir, sözün əsl mənasında... Ovçu qardaş, gəldi ovun zamanı, Ova çıxdın, gəzmə yaxşı-yamanı. Qalxanda yerindən vermə amanı Yağdır güllələri ona dalbadal. Əlinə keçməsə belə fürsətlər, Bəndi-bərələri yaxşı kəsərlər.

235

Üstünə gələcək onda gözəllər Gətir sən, qaynadaq, onu dalbadal. Xəstə Əhməd söylər sözün düzünü, Çox görmədim övladımın üzünü. Qaçırtdım minini, vurdum yüzünü, Qarğadı ömrümə onlar dalbadal. Əhməd müəllim bu şeirində bildirir ki, dünya onsuz da vəfasızdır. Tanrı verən ömrü dəyərləndirmək isə çox insanın nəsibi olmur: Dünynın sərvəti,dünyanın varı, Badəyə vurulub içənlərindir. Dağların əriyən ağappaq qarı Cavan yaşlarında köçənlərindir. Kef çəkib həmişə müftə yeyənlər, Əli cibdə olub təmiz geyənlər, Kasıblar yanında özün öyənlər, Dar günə düşəndə gülənlərindir. Ay Əhməd, insanı ucaldar varı, Olmasa, yad evə göndərər yarı. “Muğam saatı”nda səslənən tarı, Ürəkdən anlayıb bilənlərindir.

Məmmədov Məhəmməd

236

Məmmədov Məhəmməd Ədil oğlu 1960-cı il avqust ayının 28-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, 1967-ci ildə doğma Başkənd ibtidai məktəbin birinci sinfinə gedir. Sonrakı təhsilini Kosalar kənd 8 illik məktəbində davam etdirir. Kosalar kəndində tam orta məktəb olmadığından təhsilini davam etdirənlər məcburiyyət qarşısında qalaraq, Xankəndinə yollanırdılar. O zaman Xankəndində yeganə Azərbaycan məktəbi Nizami Gəncəvi adına 4 saylı orta məktəb idi. Məhəmməd də 1977-ci ildə orta təhsilini həmin məktəbdə başa vuraraq, o vaxt Azərbaycanın 60-illiyi adına Xankəndi Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə yüksək qiymətlərlə daxil olur. İnstitutu 1981-ci ildə yüksək səviyyədə oxuyaraq başa vurmuşdur. İnstitut illərində o, həmişə yüksək səviyyəli nizam-intizamı və xüsusi ilə təhsilə marağı ilə seçilirdi. 1978-ci ilin may ayında riyaziyyat fənnindən keçirilən ali məktəblər arasındakı olimpiada mərhələsində 2 nəfər qrup yoldaşı ilə birgə I yeri tutmuşlar. İnstitutdakı yüksək səviyyəli nəticələri haqqında onun öz dediklərindən: “3-cü kursda oxuyarkən riyazi -analiz kursundan çox əhəmiyyətli bir elmi iş yazmışdım və məşhur rus, alman, fransız və ingilis riyaziyyatçıların əsərlərini dərindən mütaliə edərək, öz elmi işimdə yeni, çox kəsə yollar, digər elmi əsərlərdə rast gəlinməyən bir düstur kəşf etdim. Mənə dedilər ki, sənə ən azı “elmlər namizədi” adı veriləcək. Ancaq o işi bir azdan yoxa çıxartdılar və mənə dedilər ki, Bakıdan, Moskvadan, elmi şuradan cavab gözləyirik. O vaxtlar elmi

237

cəhətdən öndə olsaq da siyasi cəhətdən demək olar ki, erməni xislətini duya bilməmişik”. Ali məktəbi bitirdikdən sonra gənc Məhəmməd həyatını doğma kəndi ilə bağlayır. Doğma Başkəntdə təhsilin səviyyəsini yüksəltməyi, körpə balaları oxumağa həvəsləndirməyi elm arxasınca getməkdən üstün tutur. Bəlkə də onu bu yerlərə bağlayan doğma yurdun füsunkar təbiəti, təmiz havası, saf suyu, vuqarlı dağları idi. Məhəmməd müəllimin Başkəntdə təhsilin səviyyəsinin yüksəldilməsində rolu danılmazdır. O, 1989-cu ildən rəhbərlik etdiyi Başkənd ibtidai məktəbinin birbaşa olaraq orta məktəb statusu almasında əvəzsiz rol oynamışdır. Məhəmməd müəllimin fəaliyyəti tək təhsil sahəsindəki gördüyü işlərlə bitmir. O, Dağlıq Qarabağ hadisələri başlayan gündən əldə silah kəndin müdafiəsinə qalxmışdır. Çobandaşaşıran yüksəkliyində “Fanar” postunun yaradılması təklifini irəli sürmüşdür ki, sonralar bu post Kosaların müdafiəsində həyati əhəmiyyətli rol olmuşdur. Ermənilərə qarşı döyüşlərdə yerli müdafiə batolyonunda vzvod komandiri kimi həmin postun təşkilinə rəhbərlik etmişdir. Təəssüflər olsun ki, onun, silahdaşlarının, öz amalı uğrunda canından keçən Sərvər kimi oğulların əzab-əziyyəti heç oldu. Doğma yurd itirildi. Məhəmməd müəllim qapısından götürdüyü torpağı və suyu hələ də əziz xatirə kimi saxlayır. Tək arzusu doğma yurda qayıdaraq, onları öz yerinə tökməkdir. Məhəmməd müəllimin də bu müharibədə maddi itkiləri çox olmuşdur. İkimərtəbəli böyük evi buna tipik misaldır. Ancaq o, bunların heç birinin dərdini çəkmir. Həsrət yalnız Vətən həsrətidir. Bəzən o, bu dərd-qəmini dindirmək üçün tələbəlik illərinin, doğma Kosaların yadigarı olan gitarasını sinəsinə basaraq, həzin nəğmələr ifa edir. Bu zaman sanki xəyalı həmin yerləri bir də dolaşır. Bəzən isə o, xəyalından bəhrələnən, şüurundan süzülən misraları kağız üzərinə düzərək təskinlik tapmağa çalışır. Məhəmməd müəllimin müxtəlif mövzuları

238

əhatə edən bir çox şeirləri vardır ki, onları toplayaraq, doğma yurdda çap etdirmək xəyalı ilə yaşayır. Məlum hadisələrlə əlaqədar olaraq, 1992-ci ildən Kəpəz rayon Hacıkənd qəsəbəsində məskunlaşmışdır. Yenə də doğma məktəbə- Başkənd kənd tam orta məktəbinə, doğma kollektivə rəhbərlik edir. Məhəmməd müəllimin şeirlərində Qarabağ mövzusu daim əsas mövzu olaraq qalacaq: Kaş olaydın axır bizim,sürünərdim dizin-dizin, Yoxdur gecəm, nə gündüzüm, həsrətindən bil, Qarabağ. Ayaq açıb yerimişəm, sinən üstə böyümüşəm, İlk kəlməmin şahidisən, səndə açdım dil, Qarabağ. Çox gəzmişəm çöllərində. Yamacında, tillərində, Səndə keçən günlərimdə ,olmuş nisgil, Qarabağ. Köç edirik bircə-bircə, gəlib sənə yetişincə, Hərə sığınıb bir küncə, ötdü neçə il, Qarabağ. Zaman ötür axarında, ömür sürət qatarında, Dəllalların bazarında, taleyin müşkül, Qarabağ. Yuxularım olaydı çin, gəlib səni görəm bir gün, Qorxutmazdı orda ölüm, yetsə əzrail, Qarabağ. Çölün –düzün qara torpaq, dolanmışıq oymaq-oymaq, Burda olmur məzar qazmaq, hər yan çınqıl, gil, Qarabağ. Sərin sulu uca yayla, anam çalan qəmli layla, Gözümüzə bayatıyla, çəkilibdir mil, Qarabağ. Nə sağ qalıb,nə də ki sol, bağlanıbdır hər yol, Axıracan sən məğrur ol, nəmli gözün sil, Qarabağ. Gözəl idi hər ləçəyin, o narıncı dağçiçəyin, Azad olsun gələcəyin, gülümsəsin gül, Qarabağ.

239

Namərdlər qurdular tələ, qismətimiz oldu belə, Vuruşurmu de xar ilə, Şuşada bülbül, Qarabağ. Dağlarına yağıbmı qar, dinmir kaman, susubmu tar? Xan əmi qoymuş yadigar, sədaların zil, Qarabağ. Məhəmmədəm Vətənsizəm, səbrim çatmır daha dözəm, Alışsam da hələ közəm, səndə olum kül, Qarabağ. Dərdlər çoxdur, bu dərdləri yalnız Vətəndə dindirmək olar. Yalnız ümid Allahadır, bu səbəbdən Məhəmməd müəllim də üzünü Allaha tutaraq, yalnız ondan imdad diləyir: Aylar gəldi döndü ilə, Günü verdik yelə, Əbəs düşdük dildən-dilə, şikayətim var Allaha!.. Gənclik keçdi qürbət eldə, neçə bülbül meyli güldə, Günah yoxdur ayda-ildə, şikayətim var Allaha!.. Düşündükcə boğdu qəhər, bir də gördüm oldu səhər, Yurd-yuvamızdan dərbədər, şikayətim var Allaha!.. Desəm mərdəm mənası yox, nadanların sayı lap çox, Ürəyimə tuşlanıb ox, şikayətim var Allaha!.. Tapdaq altda ata qəbri, istəmirəm belə səbri, Bilinməyir insan qədri, şikayətim var Allaha!.. Ən az ömür düşdü gülə, qarğa ömrü oldu şələ, Yaxşı hər an düşdü felə, şikayətim var Allaha!.. Gözlərdən yaş gilə-gilə, tökülərək döndü selə, Bax didərgin düşən elə, şikayətim var Allaha!.. Vardı min dərdə dəvası, xəstəyə məlhəm dəvası, Satıldı Şuşa qalası, şikayətim var Allaha!.. Yetişmədi arzu dilək, başqa səmtə əsdi külək, Haqqa qalib gəlir kələk, şikayətim var Allaha!.. Qohum qardaş aralaşdı, soyuqlaşdı, qabalaşdı, Xırmanlarda yabalaşdı, şikayətim var Allaha!..

240

Bəmə düşdü barmaqlarım, əsir düşdü oymaqlarım, İtirildi yaylaqlarım, şikayətim var Allaha!.. İlk məhəbbət izi kimi, ürəyimin közü kimi, Dərdlilərin yüzü kimi, şikayətim var Allaha!.. Danda görünən ulduzum, dustaqdır Kirsim, Qırxqızım, Yaşamağa yoxdur lüzum, şikayətim var Allaha!.. Sevgim qaldı dağlarında,ömrün gənclik çağlarında, Ölülərin, sağların da, şikayəti var Allaha!.. Məhəmmədəm, qəlbi talan, qəm- kədərdi mənə qalan, Ümüdlərim oldu yalan, şikayətim var Allaha!.. Qalacaq özünə axı, bu dünyanın azı- çoxu Hər şey oldu qərib yuxu, şikayətim var Allaha!.. Onun şeirlərində məhəbbət mövzusu da özünəməxsus gözəlliyi ilə insanı valeh edir: Məskəni, ürəkdə, müjganı gözdə, Onu vəsf etməyə qüdrət yox sözdə. Kiminə doğmadır, kiminə özgə, Sevgidir, aləmdir, qəmdir məhəbbət, Şehli bənövşətək nəmdir, məhəbbət. Vüsalı nəşədir, hicranı kədər, Onsuz günlərimiz sayılmış hədər. Qeyrəti hər kəsə öz eşqi qədər, Sevgidir, aləmdir, qəmdir məhəbbət, Şehli bənövşətək nəmdir məhəbbət. Axıdar çox zaman qəlblərə dərdi, Nadana aldanar, əydirər mərdi. Həyatın özütək gəldi-gedərdi, Sevgidir, aləmdir, qəmdir məhəbbət, Şehli bənövşətək nəmdir məhəbbət.

241

İstəyir alim ol, istər üləma, Sirli möcüzədir, gəlmiş cahana. Satılsa əşyadır onu alana, Sevgidir, aləmdir, qəmdir məhəbbət, Şehli bənövşətək nəmdir məhəbbət. Uca zirvəsidir, durar başında, Sevgini yaradan dağın, daşın da. Baş əyir Məhəmməd sənin qarşında, Sevgidir, aləmdir, qəmdir məhəbbət, Şehli bənövşətək nəmdir məhəbbət. Bu şeirləri oxuyarkən bir daha Məhəmməd müəllimin istedadının doğma yurddan qaynaqlandığının şahidi olursan.

Məmmədov Vaqif Məmmədov Vaqif Cümşüd oğlu, 1950-ci il avqust ayının 6-da Xankəndi rayon Kosalar kənd nümayəndəliyinə daxil olan, Başkənd kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. O, Kosalar kəndinin ilk sakini olduğu güman edilən Kosa Avazın törəməsidir. Vaqif müəllim Kosa Avazın nəticələri olan Kərbəlayi Məmməd, Əhməd, Hümbət qardaşlarından Kərbəlayi Məmmədin nəticəsi, Ağəlinin nəvəsidir. O,

Başkənddə fəaliyyət göstərən ibtidai məktəbdə, Şəfiqə müəllimənin sinfində oxumuşdur. Yüksək zəkası və ağlı ilə

242

Şəfiqə müəllimənin rəğbətini qazanmışdır. Həmin məktəb Kosalar kənd natamam orta məktəbin nəzdində fəaliyyət göstərirdi. İbtidai məktəbi qurtardıqdan sonra təhsilini Kosalar kənd natamam orta məktəbində davam etirmişdi. Həmin məktəbi 1976-cı ildə bitirib, təhsilini Şuşa şəhəri 1-saylı orta məktəbdə davam etdirir. 1979-cu ildə həmin məktəbi birirərək hərbi xidmətə yola düşür. 1981-ci ildə xidməti borcunu Rusiyanın Voronej şəhərində layiqincə yerinə yetirərək, doğma kəndə qayıdır. 1982-ci ildə Şuşa şəhəri Pedaqoji Texnikumunun idman bölməsinə daxil olmuşdur. 1974-cü ildə həmin məktəbi bitirərək, təyinatını Kosalar kənd məktəbinə alır. Burada O, Maarif Quliyev, Arif Rəşidov, Yelmar Quliyev, Təhməz Məhərrəmov və digərləri kimi qocaman müəllimlərlə çiyin-çiyinə işləmişdir. 1980-ci ildə Vaqif müəllimi Başkənd ibtidai məktəbinə müəllim təyin edirlər. Həmin ildən bu məktəb Kosalar kənd məktəbindən ayrılaraq, müstəqil ibtidai məktəb kimi fəaliyyətini davam etdirir. Bu məktəbdə Vaqif müəllim, Kamal müəllim kimi təcrbəli müəllimlərlə çiyin-çiyinə fəaliyyət göstərmişlər. Gələcək nəsillərin tərbiyəsində, təhsilində Vaqif müəllimin çox böyük xidmətləri olmuşdur. Yetirmələrinin bir çoxunun səsi yüksək yerlərdən gəlir, bir çoxu isə hal-hazırda onunla birgə çalışır. Vaqif müəllim 1989-cu ilə qədər Başkənd ibtidai məktəbinin müdiri olub. Həmin ildən məktəb müdiri Məmmədov Məhəmməd olur. Onun təşəbbüsü ilə məktəb orta məktəb statusu aldı. Vaqif müəllim 1989-cu ildə N.Tusi adına ADU-nun Şuşa şəhərində fəaliyyət göstərən filialına daxil olur. 1994-cü ildə təhsilini başa vurur. Həmin ildən fasiləsiz olaraq, bu günə kimi, Başkənd kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Hal-hazırda həmin məktəbdə təşkilatçı müavin vəzifəsində çalışır. Onun amalı daim elinə-obasına xidmət etmək olmuşdur.

243

Yaloba kənd orta məktəbi

Qənbərov Alı

Qənbərov Alı Fərhad oğlu 1936-cı ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində anadan olmuşdur. O, Kosalar kənd 7 illik məktəbini bitirdikdən sonra Şuşa pedaqoji texni-komuna daxil olur. 1957-ci ildə həmin məktəbi bitirərək 1958-ci ildən doğma kəndində müəllim işləyib. Alı müəllim demək olar ki, Yaloba kəndinin ilk ziyalısı, müəllimi olmuşdur. O, təhsilini davam tdirmək üçün Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji

İnstitutuna daxil olur. Qiyabi şöbə üzrə biologiya fakültəsində oxuyaraq 1971-ci ildə həmin universiteti bitirir. Alı müəllim yüksək səviyyəli əmək fəaliyətinə görə ”Əmək medalı” ilə təltif edilmişdir. Alı müəllim təhsillə yanaşı, müxtəlif idman növlərinə marağı olan bir şəxs olmuşdur. Belə ki, təhsil aldığı illərdə müxtəlif idman yarışlarında iştirak etmiş, iki dəfə qızıl medalla təltif olunmuşdur.

244

Alı müəllim hər şeydən əvvəl gözəl insan, gözəl müəllim, təcrübəli pedaqoq idi. Onun yetirmələri respublikamızın müxtəlif bölgələrində müxtəlif işlərdə çalışırlar. Alı müəllim nəinki kollektivin, şagirdlərin və eləcə də gözəl insani xüsusiyyətləri ilə bütün el-obanın dərin hörmətini qazanmışdır. O, sənətini çox sevirdi. Bunun nəticəsidir ki, 1958-ci ildə 2007-ci ilə qədər fasiləsiz olaraq pedaqoji fəaliyyətdə olmuşdur. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Alı müəllim də yurd-yuvasından didərgin düşmüşdür. Ancaq o, doğma məktəb, Yaloba kənd orta məktəbində pedaqoji fəaliyyətini bərpa etmişdir. Qohum-əqrəba el-oba, şagirdlər hamısı yerində idi, ancaq bircə çatışmayan doğma torpaq, yurd, Vətən idi. Alı müəllim Kosalar kəndinin ictimai-siyasi, mədəni, tarixi, gerçəkliklərindən bəhs edən yazıları ilə respublikamızın bir çox mətbu orqanlarında çıxış edərdi ki, bu onun fəaliyətinin zirvəsi sayılmağa layiq bir işdir. Çünki onun yazıları tək tariximizin ayrı-ayrı səhifələrini əks etdirmirdi, eyni zamanda bizi tarixi gerçəkliklərimizdən nəticə çıxararaq gələcəyimizi müəyyənləşdirməyə səsləyirdi. Onun yazılarını oxuduqca həqiqətən Vətənini necə sevdiyinə bir daha əmin olursan. O, tutarlı yazıları ilə Kosaların acısını, kədərini məharətlə bütün respublikaya duyururdu. Alı müəllimin müxtəlif mətbu orqanlarla fəal əməkdaşlığı hələ doğma Kosalar işğal olunmamışdan əvvəl başlamışdır. O, keçmiş DQMV-nin Xankəndi yerli radiosunda 15 dəqiqə ərzində yayımlanan Azərbaycan dilində xəbərlər redaksiyasının Kosalar kəndi üzrə müxbiri idi. Hər həftə Alı müəllimin bir məqaləsi radioda oxunardı. Bu məqalələrin əhatə dairəsi həm geniş, həmdə rəngarəng idi. Kənddə baş verən bu və ya digər müvafiq hadisələr Alı müəllimin qələminin sehri ilə daha da maraqlı olurdu. Təəssüflər olsun ki, Alı müəllim bu gün aramızda yoxdur. 3 mart 2008-ci ildə dünyasını dəyişib.

245

Ələkbərova Qəndil Ələkbərova (Qəmbərova) Qəndil Xanlar qızı 1937-ci ildə Xankəndi rayon Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində dünyaya göz açmışdır.

Kosalar kənd 7 illik məktəbini başa vuraraq, 1957-ci ildə Şuşa pedaqoji texnikumunu bitirmişdir. İlk müəllimlik fəaliyyətinə 1958-ci ildə Qaragav kəndində başlamışdır. Qəndil müəllimə 1959-cu ilin martından, 1969-cu ilin aprelinə kimi Kosalar kənd zəhmətkeş deputatlar sovetinin katibi olmuşdur. Öz ərizəsi ilə katiblikdən azad olunmuşdur. O, 30 aprel 1960-cı ildən, 11 avqust 2011-ci ilə kimi pedaqoji fəaliyyətdə olmuşdur.

Kosalar kəndində yerləşən məktəb, Yaloba kəndindən uzaqda olduğuna görə şagirdlər gedib-gəlməkdə çətinlik çəkirdilər. Bunun üçün 1967-ci ildə Yalobada ibtidai məktəb açıldı. Bu məktəbin açılmasında barmaqla sayıla biləcək ziyalılarından olan Qəndil müəllimənin rolu böyük olmuşdur. Sonradan camaatın əziyyətini nəzərə alaraq, klub və kitabxana da fəaliyyətə başladı. Qəndil Ələkbərova ömrünün çox hissəsini doğma kənd balalarının təlim-tərbiyəsinə həsr etmişdir. O, uşaqların təlim və təhsili yolunda saçlarını ağartmışdır. Qəndil müəllimə həmişə xeyirxahlığı ilə kənd sakinləri arasında xüsusi hörmətə malik olub.

246

1992-ci il may ayının 9-da doğma Kosalar kəndi erməni qəsbkarları tərəfindən işğala məruz qaldığından o da digər kənd sakinləri kimi, Gəncə şəhər Hacıkənd qəsəbəsində məskunlaşmağa məcbur olmuşdur. Burada o, yenə də doğma məkdəbdə- Yaloba kənd orta məktəbdə pedaqoji fəaliyyətini bərpa etmişdir. Artıq bu zaman ibtidai sinif müəllimi kimi Qəndil müəllimənin üzərinə daha böyük yük düşmüşdür. O, balalarda ilk təəssüratı elə formalaşdırmalı idi ki, onlar Vətənə layiq bir insan kimi yetişə bilsinlər. Qəndil müəllimə üzərinə düşən işin öhtəsindən məharətlə gələrək şagirdlərini Vətənə, xalqa məhəbbət ruhunda tərbiyə etmişdir. Onun bir vaxt əllərindən tutaraq Ana, Vətən kəlmələrini yazdırdığı övladları hazırda bu və ya digər işlərdə öz yerlərini tutmuşlar. Bir vaxtlar barmaqla sayılacaq qədər ziyalısı olan bir kənd, Qəndil, Alı kimi müəllimlərin sayəsində bütöv ziyalı kontingenti olan bir kəndə çevrilmişdir. 41-ilik sərasər, yorulmaz pedaqoji fəaliyyətdən sonra 2011-ci ilin avqust ayında yaşla əlaqədar olaraq təqaüdə çıxmışdır.

Hümbətov Həsən

Hümbətov Həsən Gülmalı oğlu, 2 iyun 1952-ci ildə Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, 1959-67-ci illərdə Kosalar kənd ibtidai məktəbində, 1967-69-cu illərdə isə Ağdam şəhər 3 saylı orta məktəbdə təhsil almışdır. 1970-72-ci illərdə M. Əzizbəyov adına Şuşa Pedaqoji məktəbini bitirən Həsən müəllim həmin il də əmək fəaliyyətinə Xankəndi rayonunun Cəmilli kənd 8 illik

247

məktəbində idman müəllimi (1972-74-cü illərdə) kimi başlamışdır. Həsən müəllim 1974-cü ildə sovet ordusu sıralarında hərbi xidmətə yola düşür. 1976-cı ildə xidməti vəzifəsini başa vuraraq doğma Vətənə qayıdan gənc müəllim təhsilini artırmaq üçün 1976-ci ildə Xankəndi Pedaqoji İnstitutuna daxil olmuş, 1981-ci ildə institutu tarix ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir. O, 1982-ci ildən 1991-ci ilə qədər Cəmilli kənd orta məktəbində tarix müəllimi, 1985-89-cu illərdə Başkənd ibtidai məktəbində sinif müəllimi, 1989-91-ci illərdə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1991-ci ilin 23 sentyabrından isə Yaloba kənd orta məktəbinin direktoru təyin edilmişdir. Həsən müəllim yüksək səviyyəli pedaqoji təcrübəyə malik olan bir maarif işçisi idi. 1994-cü ildə xüsusi attestasiya nəticəsində ali dərəcəli müəllim kateqoriyası almışdır. Yüksək səviyyəli pedaqoji fəaliyyəti ilə yanaşı o, həm də gözəl, dosta sədaqətli, yoldaşlığa düzgün bir insan idi. Öz müsbət keyfiyyətləri ilə pedaqoji kollektivin, kənd sakinlərinin və ümumlikdə onu tanıyanların hörmətini qazanmışdır. Pedaqoji fəaliyyəti dövründə bir çox yüksək səviyyəli mükafat və diplomlarla təltif edilmişdir. Onun üçün belə şərəfli təltiflərdən biri də təhsil sahəsində göstərdiyi müstəsna xidmətlərinə görə Ümummilli lider Heydər Əliyev adına “Müstəqil Dövlət” qəzetinin təsis etdiyi “Şərəf və Ləyaqət” diplomuna laiq görülməsi olmuşdur (2007). Həsən müəllim 30 iyun 2007-ci ilə kimi doğma məktəbə rəhbərlik etməklə yanaşı, pedaqoji fəaliyyətini davam etdirmişdir. Həmin gün kəndə yayılan xəbər hamını sarsıtdı. Həsən müəllim avtomobil qəzasında həlak olmuşdu. Onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

248

Bayramov İslam

Bayramov İslam Binnət oğlu 1961-ci il oktyabr ayının 12-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində anadan olmuş, 1969-cu ildə Yaloba kənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1977-ci ildə Kosalar kənd 8 illik məktəbini bitirərək, Şuşa Pedoqoji texnikumunun “İbtidai sinfin pedaqogikası və metodikası” fakültəsinə daxil olmuşdur. 1981-ci ildə həmin məktəbi bitirərək ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1981-1983-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Xidməti vəzifəsini başa vuraraq doğma kəndinə qayıtdıqdan sonra yenidən pedaqoji fəaliyyətini davam etirmişdir. İslam müəllim daim öz üzərində çalışan, məsuliyyətli bir təhsil işçisi olmuşdur. Təhsilə daim diqqətlə yanaşan İslam müəllim 1991-1995-ci illərdə Nəsrəddin Tusi adına Pedaqoji Universitetin qiyabi şöbəsində ixtisası üzrə təhsil almışdır. 1992-ci il 9 may tarixindən Yaloba kənd orta məktəbi də köçkün həyatına qədəm qoydu. Yaloba kəndində məktəblilərin elmə, təhsilə diqqət və marağının yüksəldilməsində İslam müəllimin xidmətləri az olmamışdır. Bu baxımdan 1995-ci ildən 2008-ci ilə qədər Yaloba kənd orta məktəbində təşkilatçı müavin işlədiyi dövrdə onun üzərinə daha çox yük düşmüşdür. İslam müəllim öz üzərinə düşən işlərin öhtəsindən məharətlə gələn bir işçidir. Hazırda onun üzərinə daha çox məsuliyyət düşür, belə ki, 2008-ci ildən Yaloba kənd orta məktəbinin direktoru kimi fəaliyyətini

249

davam etdirir. O, həmişə öz işinə ciddi yanaşaraq, kollektivin də işinə ciddi yanaşmasına xüsusi diqqət yetirir. Onun başlıca amalı xalqımızın övladlarını vətənini sevən əsl vətənpərvər kimi görməkdir. Bu baxımdan məktəbin dəhlizində yaradılan tanışlıq tabloları, dövlət rəmzlərinin düzgün olaraq yerləşdirilməsi, şəhidlər löhvəsi xüsusi ilə diqqəti cəlb edir. Baxmayaraq ki, hazırda məktəb uyğunlaşdırılmış binada fəaliyyət göstərir, sözün əsil mənasında həmin bina şagirdlərin səmərəli təhsilinə uyğunlaşdırılmışdır. Qarabağ müharibəsində İslam müəllim də erməni separatçılarına qarşı mübarizədə fəal iştirak etmişdir.

Qaragav kənd orta məktəbi

Əvvəllər Qaragav kəndində orta məktəb olmamışdır. İlk vaxtlar orada ibtidai məktəb fəaliyyət göstərmişdir. Tələbkar müəllimlərdən olan Səltənət müəllimə həmin ibtidai məktəbdə pedaqoji fəaliyyətdə olmuşdur. Kənd əhalisinin savadlanmasında onun xidmətləri çox olmuşdur. Bu məktəb sonradan orta məktəbə çevrilmişdir. Əliyev Şakir Sabir oğlu, həmin məktəbə direktor təyin olunmuşdur ki, o, bütün çətinlikləri dəf edərək yeni məktəb binasının tikilməsinə nail olmuşdur. Onun səyi və pedaqoji fəaliyyəti sayəsində təhsildə müsbət dəyişikliklər olmuşdur. Dağlıq ərazidə mövcud çətinliklər, kadr çatışmazlığı, nəqliyyatın olmaması məktəb rəhbərliyi, o cümlədən kollektivi uğurlu fəaliyyətlərindən heç zaman usandırmamışdır. Kollektivin belə fədakar fəaliyyəti sayəsidə qohum-əqrəbanın, el obanın övladlarının yüksək səviyyədə təhsil alması mümkün

250

olmuşdur. Zaman-zaman müxtəlif problemlər və kadr çatışmamazlıqları da aradan qaldırılmışdır. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq, 1992-ci ilin 9 mayında doğma Qaragavı tərk etməyə məcbur olan kənd sakinləri müharibə illərində həmin kəndi himayəyə götürən Oğuz rayonu ərazisində məskunlaşmağa məcbur olmuşlar. Sakinləri kimi, Qaragav kəndinin orta məktəbi də həmin ərazidə müvəqqəti sığınacaq tapmışdır. Şakir müəllimin rəhbərliyi ilə kollektiv keçmiş ənənələrin qorunaraq inkişaf etdirilməsinə var gücləri ilə çalışır.

Yaloba tarix diyarşunaslıq muzeyi Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Kosalar kənd nümayəndəliyinə daxil olan Yaloba kəndində tarix diyarşunaslıq müzeyi yaradılmışdır. Bu muzey təşkil olunduğu ilk gündən səmərəli fəaliyyəti ilə seçilib. Qısa müddətdə yerləşdiyi bina muzey üçün uyğunlaşdırılmışdır. Ancaq muzey işi çox maraqlı, eyni zamanda çətin işdir. Çünki eksponatların tapılaraq toplanması, əhalidən yığılması xüsusi diqqət və qayğı tələb edən bir işdir. Götürsək ki, ekisponatların alınması üçün elə də böyük vəsait ayrılmırdı, onda müzeyin direktoru Məmmədov Tofiqin fədakar əməyini qiymətləndirə bilərik. Ağdam-Şuşa yolunda yaranan gərgin vəziyyət, yolların bağlanması, gediş-gəlişin çətinləşməsi peşəsinə bağlı olan Tofiq Məmmədovu heç vaxt qorxutmamışdır. Hələ müharibənin qızğın vaxtında Tofiq müəllim sanki heç nə olmamış kimi səylə müzeyin təşkili ilə məşğul olurdu. Onda əməyə, peşəsinə bağlılıq o qədər güclüdür

251

ki, hər cür çətinliyə sinə gələrək işinin öhtəsindən məharətlə gəlmişdir.

Bu fədakər əməyin nəticəsidir ki, müzeyə daxil olanda sanki səni alıb uzaq keşmişlərə götürür. Kosalar kəndi uzun tarixi

252

keçmişə malik olan bir kənddir. Keçmişimizlə bağlı maddi mədəniyyət nümünələrimiz zənginliyi ilə diqqəti cəlb edir. Ancaq bunları toplayaraq bir araya gətirmək və şöbələr üzrə təşkil etmək xüsusi bacarıq tələb edən bir işdir. Tofiq müəllim bu işin öhdəsindən məharətlə gələn bir şəxsdir. Xüsusi ilə erməni terorunun, hücumlarının tüğyan etdiyi həmin vaxtlarda maddi-mədəniyyət nümünələrimizin toplanması və bizim hansı mədəniyyətə sahib olduğumuzu subut etmək torpaqlarımızı qorumaq qədər şərəfli bir işdir. Belə bir vaxda tariximizi yaşadan Tofiq kimi övladları xalq heç zaman unutmayacaq.

253

Kosalar kəndi tarixliyi ilə özlüyündə bir müzey idi. Təəssüflər olsun ki, bizim bu müzeyimizlə yanaşı Tofiq Məmmədovun şəxsi fədakarlığının bəhrəsi olan Yaloba tarix diyarşunaslıq müzeyi də erməni vəhşiliyinin qurbanı oldu. Kosalar kəndi erməni quldurları tərəfindən işğal olundu. Kosalar kənd strukturları da əhalisi kimi qaçqınçılıq həyatına qədəm qoydu. Kosalar kənd infrastrukturu əsasən Gəncə şəhər

Hacikənd qəsəbəsində yerləşdirilmişdir. Muzey də burada ikinci həyatına qədəm qoymuşdur. Tofiq heç bir çətinliyinə baxmayaraq bütün məhrumiyyətləri göz ardına alaraq muzeyi yenidən qurub yaratdı. Hazırda müzey 3 otaqdan ibarət uyğunlaşdırılmış binada öz fəaliyyətini bərpa etmişdir. Ancaq içəri daxil olanda insana yüksək səviyyəli təchizata malik olan muzey təəssüratı bağışlayır. Qətiyyətlə demək olar ki, yenidən doğma torpağa qədəm basacağımız halda Tofiq müəllim bu muzeyi üçüncü dəfə yenidən təşkil edəcəkdir. Həm də əvvəlkindən daha möhtəşəm, daha təmtəraqlı və heç bir maliyyə yardımını, dövlət qayğısın gözləmədən!

254

Tibb müəssisələrinin fəaliyyəti və yüksək bacarıqli həkimlər

Mirzəyev Telman Mirzəyev Telman Hüseyn oğlu, 1941-ci il mart ayının 18-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. O, natamam orta təhsilini Kosalar kəndində, tam orta təhsilini isə Şırlan

255

kəndində başa vurduqdan sonra Xankəndində sürücülük məktəbinə daxil olmuş, bu məktəbi başa vurduqdan sonra isə Sovet ordusu sıralarında hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti başa vurduqdan sonra doğma elinə qayıtdıqdan sonra o, Bakıdakı 3 saylı Tibb məktəbinə daxil olmuş, oranı fərqlənmə ilə bitirmişdir. Həmin vaxtlar Kosalar kəndində bacarıqlı həkimə çox ehtiyac vardı. Bacarıqlı, savadlı həkim olan Telman kişi, tibb məktəbini bitirib doğma kəndinə qayıdaraq, 45 il öz elinə fədakarlıqla xidmət etmişdir. Kənd sakinlərindən kiminləsə Telman həkim haqqında söhbət salsan deyərlər: “Alim idi, hər şeyi bilirdi, qoyduğu diaqnoz müayinələrdə təstiqlənirdi, qorxma heç nəyin yoxdur deyərdi”- və s. Bəlkə də çoxlarınız bu mətni oxuyanda Telman həkimin orta ixtisas təhsilini nəzərə alaraq, deyilənlərin şişirtmə olduğunu zənn edəcəksiniz. Ancaq mən eşitdiyimi, bildiyimi sizə çatdırıram. Deyilənlərin doğruluğunu hər biriniz kənd sakinlərindən soruşmaqla ozünüz üçün sübut edə bilərsiniz. Telman həkim istənilən xəstəyə baxan kimi: “Heç nəyin yoxdur”, “Aparın şəhərə” və yaxud xəstə adamına “Əziyyət çəkmə”- deyərdi. Yuxarıda deyildiyi kimi həqiqətən onun heç bir aparatsız verdiyi proqnozlar eynən özünü doğruldardı. Buna görə də Telman həkim elinin-obasının hörmətini qazanmışdı. Qədirbilən elimiz onu hər zaman yad edir. Onun yüksək ixtisaslı kadr olması Səhiyyə Nazirliyinin də diqqətindən kənarda qalmamışdır. Telman həkim Qarabağda SSRİ-nin “Tibb əlaçısı” nişanına layiq görülmüş iki həkimdən biri idi.

256

Telman həkim çoxsahəli bir insan idi. O, boş vaxtlarında müxtəlif tarixi kitablar mütaliə edərdi. Onun oxuduğu kitablar içərisində, musiqiyə aid olan kitablar da üstünlük təşkil edirdi. Onun oxuduğu kitablara bir-bir nəzər saldıqca hamısında Qarabağa, erməni xislətinə aid olan motivləri görürsən. Vətən eşqi ilə daim alışıb-yanan Telman həkim Qarabağdan söz düşəndə əsəbləşər, özündən çıxar və baiskarlara daim lənət yağdırardı. Bu dərəcədə torpaq həsrəti, yurd həsrəti onun ömrünə qənim kəsildi. O, torpaq həsrətinə dözə bilmədi. Təəssüflər olsun ki, daha bir fədakar Kosalar övladına doğma yurda qayıtmaq nəsib olmadı. Telman həkim 2008-ci il fevral ayının 15-də əbədiyyətə qovuşdu. Quliyev Maarif: “Kəndimizin həkimi, həm də fəal valideyn mərhum Telman Mirzəyevi əksər vaxtlarda ağ xalatla məktəbdə görmək olardı. Gənc nəslin sağlam və gümrah olmasında, həm də bir valdeyin kimi faydalı məsləhətləri ilə məktəbə yaxından köməklik göstərərdi”. Əsgərov Kərəm: “Müharibə illərində təşkilatı işlərdə, xəstələrə və yaralılara ilk yardım göstərməsində Telman Mirzəyevin əməyi az olmayıb”. Hümbətov Şahsuvar: “Orta məktəbdə oxuyurdum. Babamın ölümü məni möhkəm sarsıntmışdı. Həmin vaxtlar psixi sarsıtılar keçirirdim. Özümü müayinə etdirmək üçün bir çox həkimlərin yanına getdim. Ancaq heç bir faydası olmadı. Telman həkim bu işi öz öhtəsinə götürdü. Mən Telman həkimin əsl həkimlik simasını həmin vaxt gördüm. Nəinki mən, bütün Kosalar kənd əhalisinin xəstələrinə əlindən gələn yardımı edib. Onun güclü zəkasına bir çox həkimlər həsəd aparırdılar. Mən bugün onun ruhu qarşısında baş əyirəm. Yeri behişt olsun.”

257

Mirzəyeva Malina Mirzəyeva Malina Möhsüm qızı 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Muradbəyli kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra, Ağdam rayon Tibb Texnikumuna daxil olaraq, həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1959-cu ildə Kosalar kəndinə gəlin gəlmiş və burada da əmək fəaliyyətinə başlamışdır. Əvvələr Kosalar kənd tibb məntəqəsində işləmiş, sonralar Başkənd kəndində tibb məntəqəsi açıldığından o, həmin kənddə əmək fəaliyyətinə başlayır. 1992-ci ilə kimi həmin işdə çalışır. Qarabağ hadisələri ilə əlaqədar olaraq, o da yurd-yuvasından didərgin düşüb, Gəncə şəhər Hacıkənd qəsəbəsində müvvəqqəti olaraq məskunlaşmışdır. Burada da əmək fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə öz işinə məsuliyyət hissi ilə yanaşmışdır. Başkənd sakinlərinin hörmət və ehtiramını qazanmışdır. Peşəsinin vurğunu olan Malinə həkim hər gün atla Başkəndə işə gedib-gələrdi. 2001-ci il dekabrın 3-də Hacıkənd qəsəbəsində vəfat etmişdir.

Ağayeva Rahilə

Ağayeva Rahilə Xankəndi rayon Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Ağdam Tibb texnikumunu bitirmişdir. 30 ildən artıq ixtisası üzrə çalışmışdır. Əvvələr həkim çatışmamazlığından Telman həkimlə birlikdə 6 kəndin

258

hamısında xidmət edirdilər. Rahilə həkim gecə-gündüz, qar-boran demədən hər zaman ehtiyacı olan hər bir kəsə hansı kənddə olmasına baxmayaraq öz kömək əlini uzadardı. O, seçdiyi ixtisasını yaxşı bilir və öhtəsindən layiqincə gəlirdi. İşini bilməsi ilə yanaşı, öz mədəniyyəti, insani keyfiyyətləri ilə də kənd əhalisi arasında xüsusi hörmətə malik idi.

Məmmədov Aqil

Məmmədov Aqil Kamran oğlu, 10 aprel 1973-cü ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1980-1990-cı illərdə Kosalar kənd orta məktəbində təhsil almışdır. Məktəb illərində fəallığı ilə seçilən Aqil, müxtəlif məzmunlu olimpiadalarda daim ön yerləri tutub. O, həmçinin məktəbdə “Komsomol gənclər təşkilatı”nın sədri olub. Aqil 1990-cı ildə N.Nərinanov adına Azərbaycan Dövlət Tibb

İnstitutunun stomatologiya fakültəsinə daxil olur, 1995-ci ldə həmin fakültəni bitirir. Burada da o, fəallığı ilə seçilir. 1995- ci ildən 1996-cı ilə kimi, indiki Göygöl rayon Mərkəzi Xəstəxanasında həkim- stomatoloq işləyib. 1996-cı ildən Meşəli kənd Həkim Amblatoriyasının həkimi, 2005-ci ildən Kosalar kənd Həkim Amblatoriyasının baş həkimidir. Səhiyyə sahəsindəki xidmətlərinə görə 2011-ci il 16 iyun tarixdə Cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi medalı” ilə təltif edilib.

259

Aqil həkim könüllü olaraq, torpaqlarımızın müdafiəsində iştirak edən insanlardan biri olmuşdur. Bununla yanaşı, Aqil həkim 1986-cı ildən dövrü mətbuatda publisistik yazıları və şeirləri ilə çıxış edir. O, həmçinin “Düşmən tapdağında qalan Kosalar”(2004) və “Zirvənin qanlı şəfəqi” (2006) adlı kitabların müəllifidir. Şeirlərinə 2005-ci ildə “Sənsiz” adlı audio albom buraxılmışdır. Aqil həkim Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvü, “Xocalının səsi” qəzetinin bölgə müxbiridir. Mətbuat sahəsindəki xidmətlərinə görə dəfələrlə Xocalı rayon İcra başçısı, “Xocalının səsi” qəzetinin redaksiya heyyəti tərəfindən fəxri-fərmanlara layiq görülüb. Aqil həkim həmçinin gözəl şeirləri ilə də dövri mətbuatda çıxış edir. Yaradıcılığında Vətən, yurd həsrətli şeirləri üstünlük təşkil edir. Aqil həkim: “Maarif müəllim ədəbiyyat dərslərində məndən dərs soruşar, dərsi mükəmməl öyrənməyimə, hətta bir dərsdə Füzulinin bir neçə qəzəlini, Vaqifin bir neçə qoşmasını əzbərləməyimə baxmayaraq, narazı qalardı. Deyərdi ki, hələ çox çalışmalısan. Xüsusi diqqəti məni çox sıxırdı. Elə başa düşürdüm ki, məni sevmir. Daha sonralar anladım (özü də etiraf etdi) ki, məndə poeziyaya olan istedadı kəşf etdikdən sonra,

260

mənə daha çox vaxt ayırırmış ki, özüm-özümə arxayınlaşmayım”.

Mirzəyev Nicat Mirzəyev Nicat Telman oğlu, 1973-cü il yanvar ayının 21-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində ziyalı ailəsində anadan olmuşdur. Nicat 1980-90-cı illərdə Kosalar kənd orta məktəbində təhsil almışdır. O, orta məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1997-ci ildə həmin universiteti bitirərək, Respublika Xəstəxanasına ekspert vəzifəsinə təyinat almışdır. Burada 2 illik əmək fəaliyyətindən sonra onu Gəncəyə, həm hərbi xidmətə, həm də ixtisası üzrə işləməyə göndərirlər. Nicat həkim Gəncə hərbi hospitalında işləməyə başlayır. O, az vaxt içərisində uğurlar qazanaraq, mayor rütbəsinə yüksəlmişdir. Nicat həkimin atası Telman həkim xalq arasında hörmətlə anılan savadlı bir həkim olmuşdur. Nicat həkim atasının davamçısıdır. Öhtəsinə düşən vəzifəni layiqincə yerinə yetirir. Bu müsbət keyfiyyətləri sayəsində həm iş yerində, həm də el-obasında hamının hörmətini qazanmışdır. Nicat həkim elinin köməyinə çatan bir insandır. Ailəlidir, 2 övlad atasıdır. \

261

Nəcəfov Misir

Nəcəfov Misir Novruz oğlu, 1939-cu ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. O, 1953-cü ildə Kosalar kənd 7 illik məktəbini bitirərək, Şuşa Kənd Təsərüfatı Texnikumuna daxil olmuşdur. 1957-ci ildə həmin məktəbi baytarlıq ixtisası üzrə bitirib, Kosalar kənd kolxozunda baytar kimi əmək fəaliyyətinə başlamışdır. Kosalar kəndi 1992-ci ilin may ayında mənfur erməni

quldurları tərəfindən işğal edilənə qədər həmin işdə çalışmışdır. İxtisasını çox gözəl bilən Misir kişi, uzun müddət Kosalar kəndində baytar işləmişdir. Xeyirxah, insanpərvər bir şəxs olan Misir kişi, həm kolxozun heyvanlarına, həm də fərdi təsərrüfatda olan heyvanlara müalicə xidməti göstərirdi. Misir kişi ixtisasında loğman idi. Verdiyi diaqnoz sonda öz təstiqini mütləq tapırdı. Eyni zamanda o, çox qabiliyyətli bir insan idi. Əlindən hər sənət işləri gəlirdi. Əhali arasında həmişə yüksək hörmətə malik olmuşdur. Yaşdaşlarından kimi dindirsən onun haqqında hansısa xoş xatirəni söyləyəcəkdir... Saf, təmiz qəlbli bir insan olan Misir kişi uşaqdan-böyüyə hamının qəlbində xoş xatirələrlə yaşayacaqdır. Misir kişi 1996-cı il, mart ayının 23-də vəfat etmişdir.

262

Təsərrüfat

Sovetləşmədən əvvəl Kosaların para kəndlərində əhali kənd təsərrüfatının müxtəlif sahələri ilə fərdi şəkildə məşğul olurdu. Kənd əhalisi içərisində geniş təsərrüfata malik varlı şəxslər də az olmamışdır. Kollektivləşmə ilə əlaqədar olaraq belə şəxsi təsərrüfatlarda olan bütün mal-qara kolxozlara yığıldı. Kol-lektivləşdirmə 1932-33-

1962-ci il cü illərdə başa çatdırıldı. Kosalarda əvvəl iki kolxoz olub. Yaloba, Cavadlar, Canhəsənin birgə kolxozu “Bağırov” adına kolxoz (sədri Müsür Quliyev). Kosalar, Başkənd, Qaragavın birgə kolxozu “Şaumyan” adına kolxoz (sədri Quliyev Bərxudar Salah oğlu) olmuşdur. 1953-cü ildən sonra kolxozlar birləşir. 1979-cu ildə isə Kosalar kolxozu Xocalı sovxozu ilə birləşdirilmişdir. Kosalar kəndi dağətəyi ərazidə yerləşdiyi üçün, əkin sahələrinin çox hissəsi yamac yerlərdən ibarət idi. Bu səbəbdən texniki vasitələrdən istifadə də çətinlik yaradırdı. Uzun illər ərazilərin şumlanmasında öküz qoşulmuş kotanlardan, səpində isə çubuqdan hörülmüş maladan istifadə olunmuşdur. Əkinçilikdə taxıl əkinləri üstünlük təşkil edirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində taxılçılıq ənənəvi xarakterini qoruyub saxlayırdı. Taxılçılıqla yanaşı, bağçılıq, bostançılıq və tərəvəzçilik də inkişaf etmişdir. XIX əsrdə dənli bitkilərdən əsasən buğda, arpa, qismən də qarğıdalı və darı əkilirdi. Həmin əsrin sonlarında taxılçılığın 60%-i buğda, 28%-i arpa və digər

263

dənli bitgilərdən ibarət idi. Getdikcə məhsuldarlıq artırdı. Ancaq XIX əsrin sonu və XX əsr ərzində taxıl məhsullarının artımı ekstensiv yolla, yəni əkin sahələrinin genişləndirilməsi nəticəsində əldə edilirdi. Əkinlər əsasən, dəmiyə əkinləri idi. Alınan məhsulun miqdarı ilin quraq və ya yağmurlu keçməsindən aslı olurdu. Səpin əllə həyata keçirilirdi. Bunu əsasən, təcrübəli əkinçilər həyata keçirirdilər ki, toxum sahəyə bərabər miqdarda paylansın. Səpindən dərhal sonra sahə malalanırdı. Əkinçilikdə xış, cüt, mala, qarakotan və onların müxtəlif növləri, həmçinin çin, oraq, dəryaz, vəl, yaba, şana, kürək, şadara, xəlbir və s. yenə də əsas əmək alətləri kimi qalmaqda idi. Əkinlərin şumlanması zamanı öküz qoşulmuş kotanlardan istifadə edilirdi. Belə kotanlar əvvəllər, əsasən ağacdan hazırlanardı. Sonralar isə dəmir konstruksiyalardan Qara kotan- mürəkkəb quruluşa malik olan qədim şum aləti. Azərbaycanda VIII-IX əsrlərdə meydana çıxmışdır. Torpağın quruluşundan şumun dərin və şırımın enli aparılmasından aslı olaraq, kotana 8-10, bəzən isə 12 öküz, yaxud kəl qoşulurdu.

istifadə edilirdi. Belə kotanları əsasən 8 öküz dartırdı: qabağa bələdçi öküzlər, ortaya nabələd öküzlər, arxaya isə ağır dartıcı öküzlər qoşulardı. (öküzlər əsasən kastrasiya (toxumluğun kəsilib götürülməsi) edilirdi). Kotanın iki təkəri olardı. Biri iri-şumun xəndəyi ilə gedirdi (bu eyni zamanda şumlanmış ərazi ilə kotan arasındakı məsafəyə nəzarət etməyə imkan verirdi), digəri kiçik-şumlanmamış ərazi ilə gedirdi. Öküzləri yormamaq üçün onları çox işlətməz və işdən sonra açaraq otarardılar. Yamac yerlərdə ərazi birüzlü şumlanardı. Əsas biçin alətləri dişli (çin) və dişsiz oraqlar və mərəndi idi. Mərəndinin ağzı oraqdan xeyli böyük olurdu. Bəzən taxılı biçmək üçün dəryazdan da istifadə olunurdu. Biçinçilər biçin

264

zamanı dəridən hazırlanmış qolçaqdan, barmaqcıqdan və döşlükdən istifadə edirdilər. Biçindən sonra dərzlər bağlanır və döyülmək üçün xırmana gətirilirdi. Kənddə belə xırmanlar çox idi: Azadın xırmanı, Əbilhəsənin xırmanı, Behbudun xırmanı, üç qoşa xırman və b.

Xırmanlar adətən, hündür, küləktutan yerlərdə düzəldilirdi. Xırman yerinin eni 50-70m və bəzən daha böyük olurdu. Dərzilər açılaraq yerə sərilir və öküz, at qoşulan vəllər vasitəsi ilə döyülürdü.

göstərmək olar. Hər xırmanda 3 qadın işləyirdi. Qoşqu üçün 4 öküz və 2 vəldən istifadə olunurdu.

Vəl - taxılı döymək üçün əsasən, ağacdan, xüsusilə palıd ağacından yonulan enli, qalın alətdir. Altına möhkəm daşlar (“Diş”) bərkidilirdi. Bəzən daş vəllərdən və “Carcarlardan” da istifadə edilirdi.

Biçilən taxılın həcminə görə müxtəlif

adları var idi. Bir əl tutumu

sünbülə-dəstə, çəngə və ya bafa deyilir, on bafa bir dərz, on və ya iyirmi dərz isə pəncə

adlanırdı. Biçindən sonra

pəncələr

265

(dərzlər) yük heyvanları və arabalarla xırmana daşınırdı. Xırmanların yanında “Qapan” deyilən qalağa vururdular. O, dərziləri bağından (bəndəmdən ) açıb xırmana sərirdilər. Vəllər taxılın üzərində fırlanır, buğda sünbüldən ayrılırdı. Sünbül taxıldan ayrıldıqdan sonra öküzləri vəllərdən açırdılar. Xırmandakı samanı uzununa toplayıb (heşan) onu külək əsdikcə sovururdular. Saman haraya, taxıl qabağa toplanırdı. Onu şadarada ələyib təmizləyirdilər. Taxılı xırmanda tam təmiz hala salana qədər şana, kürək, çalqu,

Şadara - Taxılın həşəmdən təmizlənməsi üçün istifadə edilən alət. Bir üzünə tor çəkilmiş dairəvi taxtadan ibarət idi. Şadaranın toru nisbətən böyük gözlü olduğundan, taxıl əvvəl şadarada, sonra isə xəlbirdə ələnirdi.

süpürgə, kürəkeş və başqa alətlərdən istifadə edirdilər. O, dövrdə istifadə olunan kənd təsərrüfatı alətlərini hazırlamaq elə də asan iş deyildi. Belə alətləri düzəldən xeyirxah insanlardan biri də Quliyev Pənah idi. Kənd təsərrüfatında istifadə olunan əl alətlərini və qoşqu alətlərini o düzəldərdi. Bu işlərdə ona oğlu Əjdər kişi də köməklik edərdi. Belə qoşqu alətlərindən: boyunduruq, samı (öküzləri boğazından bağlamaq üçün), gözək (samları bir-birinə bağlamaq üçün, onu qadınlar düzəldirdi) və s. göstərmək olar. Əl alətlətlərindən isə şana, kürək, çalqu, süpürgə, kürəkeş və digərlərini göstərmək olar. Pənah kişi camaatın mətəl qalmasına yol vermirdi. Ona zəhmət haqqı olaraq, əmək günü verilirdi. Pənah kişi eyni zamanda həm də yaxşı ovçu idi. O vaxtlar sıx meşəlik olduğundan və vuran olmadığına görə canavarlar kəndə girirdi. Pənah kişi təsərrüfatlara ziyan vuran bu heyvanları vuraraq təsərrüfatları olsı ziyanlıqdan xilas edirdi.

266

Kosalarda belə xeyirxah insanlar çox olub. Xırmanın bir tərəfində mərək (çubuqdan hörgü) hörürdülər. Samanı bu mərəklərə doldururdular. Qışda kolxozun öküzlərinə, yük və minik atlarına verirdilər. Zəmilərdə yetişmiş taxılı əllə biçən zaman yerə tökülən sünbülləri yaşlı qadın və məktəbli uşaqlar yığıb, axşamlar kolxozun anbarında, qapanda çəkdirib xırmana, dərzilərin yanına tökürdülər. Yığılan sünbüllərin 10 kq-na bir əmək günü verilirdi.

O vaxt hər bir adam tapşırılan işi vaxtında yerinə yetirirdi. O dövrdə insanlarda məsuliyyət hissi möhkəm idi. Adamların bir-birinə etibarı və inamı vardı.

Şəkillərdə gördüyünüz insanlar

kəndin ictimai həyatında fəal iştirak

edən şəxslər olmuşlar

Hər yay məhsul yığımında, ot biçimində Kosalar kənd 7-illik (sonralar 8-illik və nəhayət orta məktəb olmuşdur) məktəbin şagird və müəllimləri kolxoza kömək etməli

267

idilər. Hər bir ziyalı minimum 15 əmək günü almalı idi. Sarıtala, Qaçaqlar, Nayıblı, Alçalı və s. yerlərdəki otlaq sahələrində ot biçib, kolxoz üçün tayalar yığırdılar. Kolxozda görülən işlər əllə görülürdü. Kənd təsərrüfatı texnikası, demək olar ki, yox dərəcəsində idi. Ancaq 1960-70-ci illərdə kənd təsərrüfatı işlərində traktorlardan və taxılı döymək üçün “malaterkadan” istifadə olunmağa başladı. Bunlardan istifadə kəndlilərin zəhmətini nisbətən yüngülləşdirdi. Təəssüflər olsun ki, bu kimi texnikaların istifadə qaydaları haqqında əhalinin təlimatlandırılmaması ucbatından bir çox kənd sakini öz sağlamlığını itirmişdi (Əliqulu kişi və b.). 1970-80-ci illərdə kəndin 6 yük maşını 2 traktoru və bir taxıldöyən malaterkası var idi. Vilayətin mərkəzi Xankəndi şəhərindən 30-40 km aralı olan erməni kəndləri asfalatlaşdırıldığı halda, 8 km aralı olan Kosalar kəndinin qurunt yolu da bərbad vəziyyətdə idi. Kənd əhalisi xüsusi ilə qış fəslində bu sahədə bir çox çətinliklərlə üzləşirdilər. Eyni rayon tabeliyində olan erməni kəndləri asfalt yolla, kolxozları müasir texnika ilə təmin olunmasına baxmayaraq, azərbaycanlılar yaşayan kəndlər ayrıseçkililiyə məruz qalaraq, baxımsızlığa məhkum edilmişdilər. 1961-ci ildə kənd elektrikləşdirildi, bununla da təsərrüfatda köklü dəyişikliklər baş verdi. Belə yenilliklərdən biri də elektiriklə işləyən un dəyirmanının işə salınmasıdır. Kənd əhalisinin zəhməti ağır olsa da, hər bir ailənin fərdi evi, həyətyanı sahəsi, bağ-bağçası var idi. Hamı şən, firəvan və mehriban yaşayırdı. Qeyd etdiyimiz kimi, kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq idi. Mal-qaranı Alçalı, Sarıtala, Təkqəbir

268

və Canhəsən fermalarında saxlayırdılar. Tövlələr ağacdan idi və köhnədən inşa edilmişdi. Fermada əl əməyi üstünlük təşkil edirdi. Kolxozda mal-qaradan başqa, at və qoyun da saxlanılırdı. Bundan əlavə, kənddə toyuq ferması da fəaliyyət göstərirdi. O dövrkü təsərrüfat planlı təsərrüfat olduğu üçün, hər bir təsərrüfatın qarşısında illik plan qoyulurdu. Ümumi təsərrüfatla yanaşı, fərdi təsərrüfat da əhalinin təminatında yüksək rola malik idi. Kənd camaatı əkinçiliklə məşğul olmaq üçün əkin sahələrini kol-kosdan, daşlardan təmizləyib, sonra şum edirdilər. Torpaq əvvəlcə arat edilirdi. Onsuz yerə toxum səpmək olmazdı. Belə sahələr əhalinin fərdi təsərrüfatının formalaşmasında əsas rol oynayırdı. Belə sahələrdə sakinlər əsasən ya bağ salır, ya da biçənək kimi istifadə edirdilər, yaxud da ki, bostan kimi istifadə edirdilər. Kosalar kəndinin meşələri zəngin idi. Eyni zamanda, cır meyvələr çoxluq təşkil edirdi. Bunlardan: zoğal, fındıq, alma, armud (Ərazidə nə qədər cır armud vardı, onların içərisində ən dadlısı Əbülhəsənin töləkəsi idi. Neçə bağbanlar həmin armuddan calaq etmişdilər, lakin bitməmişdi.), əzgil və s. göstərmək olar. Əhali meşədəki cır meyvələri calayaraq, özləri üçün bağ salırdılar. Yuxarıda deyildiyi kimi əhalinin ənənəvi məşğuliyyət sahələrindən biri də maldarlıq idi. Burada xalq seleksiyası yolu ilə “Qarabağ atı” və “Qarabağ qoyun” cinsi yetişdirilmişdir. Ancaq bununla yanaşı sənətkarlıq da əsas rola malik olmuşdur. Arıçılıq da əhalinin məşğuliyyətində önəmli röl oynayırdı. Sakinlərin bir çoxu bu sahə ilə məşğul olurdu. Təsərrüfat tikililəri. Onlardan bəziləri həyətin daxilində, evə bitişik və ya ondan aralı, bəziləri kəndin içərisində, bəziləri isə kənddən xeyli aralı, qışlaqlarda və yaylaqlarda inşa edilərək istifadə edilirdi. Dağ və dağətəyi kəndlərdə 2 mərtəbəli evin alt mərtəbəsindən təsərrüfat tikintisi kimi istifadəyə üstünlük verilirdi.

269

XIX-XX əsrin əvvələrində xalqımıza məxsus olan təsərrüfat tikintiləri istifadə məqsədlərindən aslı olaraq müxtəlif səciyyəli olduqlarından, onları əsasən 3 qrupa bölmək olar:

I. Məişətlə bağlı tikintilər: Təndirxana, odun və kömür yığmaq üçün yer, taxıl quyusu, taxıl kəndisi, talvar, əl damı, anbar, buzxana, zirzəmi və s.

II. Heyvandarlıqla əlaqədar olan təsərrüfat tikintiləri: pəyə, tövlə, ağzıbir, yataq, sığırxana, küz, ağıl, xalxal, hin və s.

III. İstehsal binaları: dükan, emalatxana, dəmirçixana, dəyirman, dabbaqxana.

Təndirxana-təndir və onun yanında xörək hazırlamaq üçün düzəldilmiş qarından, bunların üzərində isə 4 dirəklə qurulan çardaqdan ibarət idi. Təndirxanada qarının düzəldilməsi, ondan həmçinin, yay mətbəxi kimi də istifadə olunmasına imkan verirdi. Təndirxananın yanları adətən açıq saxlanılırdı. Onu həyətin sakit, dalda bir tərəfində inşa edirdilər. Qablar. XIX-XX yüzilliyin əvvəllərində də xalq məişətində üstün yer tutan toxuma və hörmə qabları, bir qayda olaraq, hər bir ailə özü hazırlaya bilirdi. Çuvallar, məfrəşlər, xalça-palaz kimi toxunan müxtəlif ornametli xurcunlar, heyvələr, duz torbası, qaşıqlıq, səbət, zənbil, beçəgir, kəndi, səhəng, çörək bişirmədə istifadə olunan rəfətə, ot, peyin və saman kimi məişət yüklərini daşımaq üçün “Saqqur”, meyvə daşımaq üçün “Cəvərə”, “Qoysara”, “Balsəbəti” və s. toxuma və hörmə qablar xalq məişətində uzun müddət istifadə olunaraq, zəmanəmizə qədər gəlib çatmışdır. İstifadə olunan qablar içərisində gil qablar da xüsusi çəkiyə malik idi. XIX-XX yüzilliyin əvvələrində istifadə olunan saxsı məişət qabları təyinatına görə təsərrüfat küpləri, su qabları, süd-ağartı məhsulları

270

nəzərdə tutulan qablar, xörək qablar, qızdırıcı və işıqlandırma vasitələri kimi qruplaşdırılırdı. Sifarişlə hazırlanan təsərrüfat küpləri, taxıl, un, düyü və s. ehtiyat qida məhsullarını saxlamaq, turşu-şoraba saxlamaq üçün nəzərdə tutulurdu. Bəzi iri küplərin tutumu bəzən 150-litrə çatırdı. Suyun təmiz və sərin saxlanması, işlədilməsi çox çeşidli su qablarının hazırlanmasını şərtləndirmişdir. Su daşımaq üçün müxtəlif ölçülü səhənglər, kuzə, bardaq, və s. kimi gil qablardan istifadə edilirdi. XIX-XX əsrin əvvəllərində mis məmulatlardan məişətdə istifadə olunurdu. Mis qablar ailə-təsərrüfat məişətində su daşımaq, süd-ağartı məhsulları hazırlamaq, xörək bişirmək, xörəyi süfrəyə vermək üçün istifadə olunurdu. İstifadə olunan qabların geniş çeşidi onların məişətə geniş daxil olduğunu göstərir: 1.Su qabları: səhəng, farş, gəl-gəl, tayqul, dolça, parç, afdafa-ləyən, abgərdən, satıl, piyalə, tas, cam, ləyən və b. Süd-ağartı qabları: sərnic, badya, qablama, tiyan, cınqır, qapaqlı. 2.Xörək hazırlanması və süfrəyə verilməsində istifadə olunan qablar: quplu qazan (xeyir-şər qazanı), bala qazan (bala toa), orta qazan, zəncirli qazan(məclis qazanı), tiyəncə, sapılca, döyrə, kəfgir, tava, mis kasa, kiçik və dərin nimçə, peşqon (böyük padnos), aşsüzən, çömçə, məcməyi, sini, kasa, cam, teşt və s. Bütün bunlardan başqa, ev məişətində, samovar, çıraq, manqal, şamdan, qaşıq, şərbət qabı və s. kimi mis qablardan da geniş istifadə edilirdi.

271

XIX –XX əsrin əvvələrində və daha sonralar ev məişətində işlədilən qabların müəyyən bir qismini də ağac qablar təşkil edirdi. Məişət qabları əldə və xüsusi su dəzgahlarında hazırlanırdı. Bir qayda olaraq, təknə-tabaq istehsalı su

dəzgahları vasitəsilə başa gəlirdi. Çörək bişirmədə istifadə olunan məişət qabları və alətlərinin (təknə, tavaq-hövsər, oxlov, vərdənə, duvaq, ələk, yuxayayan (dördayaq, dügəc, yayqı, yaymaxın, ayaqlı) və s. demək olar ki, hamısı ağacdan düzəldilirdi. Taxıl saxlamaq üçün kəndi, god, saqan, yaxdan, iri ağac sandıqlar, çömçə, qaşıq, çanaq, arı godu, ağac nehrə, müxtəlif ölçülü nimçə və kasalar ağacdan hazırlanan ev avadanlıqları olub, xalq məişətində, bəziləri hələ də

işlədilməkdədir. Ağacişləmə sənətinin mahir biliciləri məişət qablarının hansı ağacdan hazırlanmasına xüsusi diqqət yetirirdilər. Bir qayda olaraq təknə, tabaq qozqara, qızılağac, fıstıq, qismən də qovaq ağacından (qovaqdan hazırlanan təknə-tabaqdan süd emalında istifadə edilmirdi) (belə ləvazimatları hazırlamaq üçün, Çayqovuşanda xarratxana fəaliyyət göstərirdi. Xarrat çarxlarını hərəkətə gətirmək üçün belə tikililər çay qırağında inşa edilirdi.); Çömçə və qaşıq isə cır armud, yemişan, şümşad və fıstıqdan düzəldilirdi. Bu ağac növləri hamar yonulur və tifdik vermirdi. Bu kimi işləri görən bacarıqlı ustalardan Rzayev Əsəd, Cəbrayılov Mayıl, Abdullayev Tanrıverən və b. göstərmək olar.

272

Keçmişdə gəlin köçəcək qızların cehiz bağlamalarında ağacdan düzəldilən bər-bəzəkli sandıqlar, təknə-tabaqlar, çömçə-qaşıq dəstləri, mücrü, qənddan və b. məişət qablarının olması vacib sayılırdı. Ev məşətində, xüsusi ilə də köçmə maldar elatların gündəlik həyatında dəri qablar əvəzedilməz idi. Dəri qablardan istifadə bəşərin ilkinlik çağları ilə səsləşir. Toxuculuq və dulusçuluq hələ inkişaf etmədiyi dövrlərdə ovçuluqla məşğul olan ibtidai insanlar ovladıqları heyvanların dərisindən təkcə bürüncək və yatacaq kimi deyil, həm də dəri qab kimi istifadə edirdilər. Etibarlılığı və b. təbii keyfiyyətləri dəri qabların məişətdə son zanmanlara qədər istifadəsini zəruri etmişdir. Dağarcıq, tuluq, motal, tuluq-nehrə, darın kimi dəri qabların hazırlanma qaydaları ümum Azərbaycan səciəli idi. Dağarcıq istisna olmaqla, (ondan taxıl, un, duz və b. ərzaq məsullarının saxlanması üçün istifadə olunurdu) qalan dəri qablar süd-ağartı məsullarının emalı və saxlanmasında istifadə edilirdi. Çörəkbişirmə qaydaları. Bəşəriyyətin ən qədim və ən mühüm kəşflərindən biri oddan istifadədir. Odun-ocağın kəşfi ilə əmək daha təkminləşdi, çörək hazırlanması meydana gəldi. Arxeoloji və etnoqrafik materiallardan məlum olur ki, qədim insanlar çörək bişirmək üçün çalalarda ocaq çatar, sonra onun kül və közünü təmizləyib yoğrulmuş xəmir kündəsini qızmar çalaya qoyar, üzərinə ocaq közü tökərdilər. Bu sadə çörəkbişirmə qaydası son zamanlara qədər qalmış, el-obada küllü kömbə adlandırılmışdır. Bu ibtidai üsulla bişən çörəyə külləmə də demişlər. Bu növ sadə çalaların tətbiqi sonralar döymə təndirlərin yaranmasına gətirib çıxarmış, onun inkişafına zəmin yaratmışdır. Təndirlərin ilk dəfə harada istifadə edilməsi hələlik məlum deyil. Tədqiqatçılar təndiri Yaxın Şərq xalqlarının adı ilə bağlayırlar. Təndir əsas çörəkbişirmə vasitəsi kimi Kosalar kəndlərində də aktual idi. Təndir Azərbaycanda hələ Enolet dövründən təşəkkül tapmışdır.

273

Bəzi bölgələrdə yer təndiri kimi tanınan döymə təndiri düzəltmək üçün bir qayda olaraq, münasib yerdə təndir formasında quyu qazır, divarlarına duz qarışıqlı küllü su səpilərək yastı, hamar daşla döyüb bərkidirlər. Bəzən qazılmış quyuya su doldurulur və su tamamilə quruyandan sonra quyunun divarları eyni qayda ilə döyülür, çalanın divarları bərkiyir. Sonra içərisində od qalanır. Bu qayda ilə hazırlanmış döymə təndiri divarlarına kündə yapılır və çörək bişirilir. Azərbaycanda əsrlər boyu geniş yayılmış təndir növlərindən biri də “badlı” təndirdir. Badlı təndirlər yerüstü və yeraltı təndirlərdən ibarətdir. Bu növ təndirlər xüsusi torpaqdan hazırlanır. Xalq arasında həmin torpağa gil, təndir torpağı, sarı torpaq deyilir. Təmizlənmiş torpağa narın saman, keçi və at qılı, bişmiş kərpic ovuntusu, saxsı parçaları, xırda çınqıl daşı və s. qatılır, sonra su tökülüb qarışdırılır və palçıq yoğrulur. Yoğurma prosesi bir neçə dəfə təkrar edilir. Qurmanın qarşısını almaq üçün palçığın üstü örtülür. Həmin müddət ərzində yoğrulmuş palçıq həll olur və yumşalır. Bu təndirin çatlamasının

qarşısını alır və ona möhkəmlik verir. Hamar taxtanın üzərində palçıqdan kəsilən kündə qoyulur. Əvvəlcə ondan badlar düzəldilir. Badlar müxtəlif uzunluqda olur. Badın uzunluğu 25-30 sm; diya metri 5-7 sm-ə qədər olur. Təndir tədricən qurulur. Təxminən bir həftəyə başa gəlir. Yaş odunla təndir “Bişirilir”. Bəzən içərisin də möhkəm olsun deyə sümükdə yandırılardı. Təndir xeyir-bərəkət rəmzi olub, təndir yapmaq ən savab iş sayılıb. Ellərimizdə ixtiyarlar deyəni, bu savab onun özünə də bəs edərdi, yeddi arxa dönəninə də. Bu növ təndirlər Kosalar kəndində üstünlük təşkil edirdi.

274

Sac. Azərbaycanın ən qədim çörəkbişirmə vasitələtindən biridə sacdır. Sac Eneolit dövründən məlumdur. Ən qədim növləri daş və gil saclardır. XIX-XX əsrin əvvəllərində gil saclardan istifadə edilsə də, sonralar bəzi dağ zonalarını çıxmaq şərtilə gil saclar aradan çıxmışdır. XVII-XIX əsrdən etibarən, gil saclarla başqa çuqun saclardan da istifadə edilmişdir. Sacın qızdığını, çörək bişirməyə hazır olduğunu bilmək üçün üstünə un səpirlər: un qızarırsa deməli çörək bişirməyə başlamaq olar. Sacdan eyni zamanda bayramlıq qorğa qovurmaq üçün də istifadə olunurdu. Bəzən qorğadan kirkirədə qovudda çəkilirdi. Kirkirə sadə unüyütmə alətidir.

Yollar. Əhali arasında “araba yolu”, “qara yol”, ”el yolu” və s. adlanan torpaq yollar əsasən kəndlərarası əlaqə vasitəsi idi. Dar və təhlükəli dağ cığırlarından fərqli olaraq, bu

275

yollar təkərli nəqliyyat vasitələrinin işləməsi üçün az-çox yararlı olsa da, ilin yağıntılı fəsillərində gediş-gəlişi xeyli çətinləşdirirdi. Dövlət tərəfindən belə yolların təmirinə heç bir maraq gösdərilmirdi. XX əsrin əvvəllərində fransızlar Çayqovuşandan Laçının Fərraş və Nurəddin kəndlərinə araba yolu çəkmişdilər. Laçının qırmızı palıdını doğratdırır (dros), araba ilə Xankəndinə gətirirdilər. Xankəndindən isə “Kukuşka” (kiçik ölçülü gəmiryol nəqliyyat vasitələri) vasitəsilə xaricə daşıtdırırdılar. Qırmızı palıddan Fransız şərab müəsisələri çəlləklərlə təmin edilməsində istifadə edirdilər. (Taxta daşımağa gələn fıransızlar–ata və oğul öldürüldükdən sonra yadların ayaqları bu yerlərdən kəsilmişdir). Həmin yolun böyük strateji əhəmiyyətini bilən ermənilər Çayqovuşan kəndinin əhalisini su hövzəsində məskunlaşmaları bəhanəsi ilə onları oradan köçürmüşlər. Beləliklə, sakinlər öz yurd- yuvalarından perik salınmışlar. Onların bir qismi Cəmilli kəndinə köçmüşlər. Xalqımızın təsərrüfat məişətində əkinçiliklə yanaşı, maldarlıq da mühüm təsərrüfat sahəsi olduğundan, köçmə maldarlıq üçün səciyyəli olan köç yolları daxili əlaqə yollarının başlıca bir qismini təşkil edirdi. Daimi işlək yollarından fərqli olaraq, belə yollar əsasən, dağ və aran köçü zamanı istifadə olunurdu. Binə-müvəqqəti yaşayış məskənlərini ilkin tipi olaraq, bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ təşkil etmişdir. XIX əsrdə Azərbaycanın dağlıq bölgələrindəki kəndlərin əksəriyətində mövcud olmuşdur. Əsasən, maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında təsərrüfat tikililəri ( yatq, tövlə, pəyə, xalxal, at damı və s.) binə adlanırdı. Təsərrüfat tikililəri və yaşayış evlərinin sayı artdıqca binə daimi yaşayış məntəqəsinə çevrilir və həmin yer ya orada ilk məskən salmış adamın adı ilə, ya da maldarlıq təsərrüfatının üstün sahələrinin birinin adı ilə adlandırılırdı. (Qasım binəsi, qoyun binəsi və s.)

276

Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış yerlərindən biridə yaylaqdır. Yaylaqlar adətən yüksək dağlıq yerlərdə, alp

çəmənliklərində yerləşirdi. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada

alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu. Bu baxımdan Kosalar kəndinin yaylaqları zəngin ot ehtiyatı və su bolluğu ilə seçilirdi. Sakinlər hələ də oranın suyuna bərabər su olmadığını deyirlər. Yurdsalma baxımından da elə bir ciddi seçimə ehtiyac yox idi. Belə ki, əhalinin demək olar ki, hamısı bir-biri ilə qohumluq bağlarına malik idi. Qohum ailələrin bir neçə il dalbadal düşdükləri yurd yerləri, yaylaqlar ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin adı ilə adlanırdı. Müvəqqəti yaşayış evlərindən biri də alaçıq idi. Əhali yaylaqlara köçərkən özləri üçün müxtəlif formalı daldalanacaqlar təmin edirdilər ki, onların içərisində alaçıqlar üstünlük təşkil edirdi. Bəzən təkrarən eyni yurda düşən insanlar həmin ərazidə çubuqla hörülərək suvanmış, müvəqqəti yaşayış evləri tikirdilər. Yuxarıda haqqında danışdıqlarımız Azərbaycan etnoqrafiyasının, təsərrüfat ənənələrinin ayrılmaz tərkib hissəsi olan Kosaların təsərrüfatının tarixi mədəni keçmişindən yalnız kiçik bir yarpaq idi.

277

Təsərrüfat sahələrində yüksək xidmətləri ilə seçilən şəxslər

Məmmədov Fərhad

Məmmədov Fərhad Həbib oğlu 1924-cü ildə Kosalar kənd nüma-yəndəliyinə daxil olan Başkənd kən-dində anadan olmuşdur. İlk təh-silini Kosalar kənd ibtidai məktəbində almışdır. Böyük Vətən Müharibəsinin başlaması ilə əlaqədər olaraq, Kosalar kəndində cəbhəyə yola düşənlərdən biri də Fərhad kişi olmuşdur. Müharibə bitir. Fərhad kişiyə də Vətənə qayıtmaq nəsib olur. Müharibədən qayıtdıqdan sonra, dinc quruculuq illərində o, bir

çox vəzifələrdə çalışmışdır. Fərhad Məmmədov Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Fəaliyyət göstərdiyi müddətlərdə elinin, obasının qayğısına qalmışdır. O, heç vaxt eli üçün əlindən gələni əsirgəməzdir. Baxmayaraq ki, onun vaxtsız ölümündən 29-il ötür. Tanıyanların dilindən hələ də xatirələri əksik olmur. Başkənd torpağı, suyu ilə daim istedadlar yetirmişdir. Onlardan biri də gözəl şeirləri ilə qəlbləri oxşayan Fərhad kişi olmuşdur. O, işdən vaxt tapanda gözəl şeirlər yazardı. Çox yazıları isə digər insanlarda qalardı. Bəzən onun şeirləri kimlərinsə xatirələrində dövrümüzə qədər gəlib çatmışdır. Fərhad kişinin şeirləri toplanaraq “Ömür karvanım” (2011) adı altında toplu şəkildə çap etdirilmişdir. Yazdığı şeirlərində el-obaya, Allaha sidq ürəkdən bağlılıq, Vətənə məhəbbət hissi

278

ustalıqla qələmə alınıb. Eləcə də qəmli, kədərli yazıları da onu tanıyanların qəlbində keçmişə qarşı kövrək hisslər oyadacaq. Fərhad kişi bir müddət Kosalar kəndində kolxoz sədri işləmişdir. Bu dövrdə maraqlı bir əhvalat olmuşdur. Yeri gəlmişkən, o, həmişə elin, obanın tərəfini saxlamış, heç bir milis işçisinin, meşə gözətçisinin kəndə gəlib kimsəni incitməsinə imkan verməmişdir. Yaz əkini zamanı kartof əkilən vaxt o, milislərə tapşırır ki, heç kəsin odun satmasına imkan verməsinlər. Heç olmasa əkin planı yerinə yetirilənə qədər. Bu ərəfədə Fərhad kişi bir milislə Xankəndindən Kosalara gəlirmiş. Elə bu vaxt Eldar adlı bir nəfər Xankəndinə, öz qapısına bir maşın odun aparırmış. Milis həmin adamı odun dolu maşını ilə geriyə, kəndə qaytarmaq istəyir. Bu vaxt Fərhad Məmmədov öz minik maşınından yerə düşür və deyir ki, siz gedin sonra sürücü gəlib məni aparar. Milis işçisi təəccüblə ondan soruşur ki, bəs sən demədin ki, hələlik odun satışının qabağı alınsın? Bu vaxt o, cavab verir ki, düzdür, demişəm. Amma mən öz ellimi əsir kimi qabağımda apara bilmərəm. Vəziyyəti belə görən milis işçisi həmin adamı buraxır və Fərhad kişinin təəssübkeşliyinə heyran qalır. Fərhad Məmmədov rayonun müxtəlif təşkilatlarında hörmətə malik bir insan idi. Bu nüfuzu sayəsində müvafiq idarələrdən texnika alaraq, Başkənd kəndinə gedən yolun abadlaşdırılmasına nail olmuşdur. Onun haqqında bir çox digər maraqlı xatirələr söyləmək olar. Hər bir xatirədə onun iç dünyası ilə tanış olmaq mümkündür. Bir işim olmadı əsla bir kəslə, Ev tikdim bağ saldım, böyük həvəslə. Qarşımda dayanıb mehriban səslə, Ata deyən uşaqlardan doymadım. Fərhad kişi bu dünyada əsl vətənpərvər insan kimi yaşadı. Böyük hörmət sahibi kimi də bu dünyadan köçdü. Ondan gözəl

279

şeirləri nəsillərə yadigar qalmışdır. Fərhad kişi deyir: “Axtarsa məni” Bir zaman gözlərin axtarsa məni, Sorağımı bu dağlardan xəbər al. Ürəyim ordadır, ruhum ordadır, Gur çaylardan, bulaqlardan xəbər al. Meydanın düzündən çıxardım hara? Kotan qayasından baxaram hara? Dərib çiçəklərin taxardım hara? Bahar vaxdı yaylaqlardan xəbər al. Hansı qaya qucağında yatmışam? Nə vaxt evdən çıxıb, nə vaxt çatmışam? Hansı bərəsində güllə atmışam? Qırxqızdakı oylaqlardan xəbər al. Rəhmi yoxdur, çağırmayın fələyi. Səsdən həzin-həzin əsən küləyi, Qəlbimdə gizlənən arzu diləyi, Kamandan xəbər al, tardan xəbər al. Fərhad əmi sanki, yuxarıdakı mövzunu davam etdirir. Aşağıdakı şeiri baxmayaraq ki, 1981-ci ildə Qırxqızda yazmışdır. Bu şeirdə də bir həsrət duyulur: Ovçu dosdum, üz tutursan dağlara, Mən əvəzdən o dağları xəbər al. Dolan Firəng yolun, Ayğırdan su iç, Hər nə görsən üzüyuxarı xəbər al. Hər bahar gəzdiyim uca dağları, Mən gedə bilmirəm sən dolan barı.

280

Gör Pələng yol versə kotana sarı, İllər boyu yatan qarı xəbər al. Tezdən çıx ki, gün batmamış çatasan, Od qalayıb kahalarda yatasan. Ötənlərin başın hərdən qatasan, Dolandığın ovlaqları xəbər al. At qoruqda yığ köhlənin başını, Ağzımcan öp qartal qonan daşını. Yol verməyir, tez aldadır naşını, Yüz min sirli qayalardan xəbər al. Xəbər al, gör Heydər oğlu dururmu? Ağ çadırın Çalayurdda qururmu? Yoxuşlarda cavanları yorurmu? Qan ağlayan yaylaqları xəbər al. Məndən salam söylə ovçu Cabbara, Gör indi nə edir o dostum Qara. Namərdəm onlarsız çıxsam dağlara, Bəxdi yatmış qocaları xəbər al. Görməmiş qayıtma Ədil əmini, De, çəkməsin bu dünyanın qəmini. Açsa sinəsinin söz aləmini, Fərhad deyər düz ilqarı xəbər al. Fərhad kişi bu dünyadan sanki köçün yığırmış kimi şikayətim var deyir. Fələyin əlindən şikayətim var, Kim edər dünyada ona etibar. Özü ki, yaratdı gözəl insanlar, Dübarə canını bəs niyə aldı.

281

Şair sanki, həyatın vəfasızlığı ilə barışır. Keçirdik cavanlığı, indi qocalıq duyuruq, Gün nə vaxt gəlib keçdi, demə dünyadan doyuruq. Sən mənə hörmət elə, mən də sənə, vəfalım, O zaman bizdən olan övlada adət qoyuruq. Bir dəfə açdım gözüm, gördüm uşağam, nə bilim, Bir dəfə hiss elədim bir uca dağam, nə bilim. Quş kimi uçub getdi gəncliyimiz göz önündən, İndi də hiss edirəm türmədə dustağam, nə bilim. Artıq həyata sığmayır, onun ruhu gördükləri ilə kifayətlənməyir.

Rəşidov Məhəmməd

Rəşidov Məhəmməd Məcid oğlu 26 noyabr 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdur (onun soyadı əslində Rəştiyev olmalıdır. Məhəmməd birinci sinfə gedəndə müəllim ondan soyadını soruşur o da səhvən Rəşidov deyir). Məhəmməd 1 yaşında ikən anası vəfat edir. Bu onun həyatında çoxlu məhrumiyyətlərə səbəb olur. Bütün çətinliklərə baxmayaraq Məhəmməd orta təhsilin bitirərək, Şuşa

gimnaziyasına daxil olur. Oranı bitirdikdən sonra o, 1927-28-ci illərdə Hadrut rayonuna müəllim təyin olunur. İşlədiyi qısa zaman ərzində rayona “cümə” xəstəliyi yayılır. “Qarantin” elan

282

olunduğu üçün şəhərə giriş və çıxış qadağan edilir. Xəstəliyin yayılmaması üçün, ölənləri dəmir yol şpalı ilə pillə-pillə qalaqlayıb yandırırdılar. Yaşamaq üçün tezliklə şəhərdən çıxmaq vacib idi. Tək ümüd Allaha idi. Məhəmməd kişi qəfildən görür ki, küçədən bir fayton gedir. Pəncərədən səsləyir, faytonçu firqonu saxlayır. Məhəmməd kişi nəyin bahasına olursa-olsun, onu burdan çıxarmağı – Şuşaya evinə aparmağı xahiş edir. Faytonçu razılaşır o, firqonun içərisinə uzanır. Faytonçu onun üstünə köhnə bir əsgər şineli atır. Qeyri millətin nümayəndəsi olmasına baxmayaraq, etibarlı faytonçu Məhəmməd kişini axşamüstü öz evinə çatdırır. Bu xəbərə sevinən atası Məcid kişi milliyətcə ukraynalı olan faytonçuya öz minnətdarlığını bildirir və ona 8 metrlik qiymətli qədim xalça hədiyyə edir. Məcid kişi faytonçudan əlavə nə istədiyini soruşur, faytonçu daha heç nə istəmədiyini bildirir. Məhəmməd kişi xilaskarı olan faytonçunu layiqli qonaq edib yola salır. Daha sonra Məhəmməd kişi 1928-29-cu illərdə Xocalı kəndinə müəllim təyin olunur. İşlə əlaqədar Xocalıda, yeraltı qazmada qalası olur. Çox məhrumiyyətlərlə üzləşir. Ancaq bütün çətinliklərin öhtəsindən gəlir. Nəhayət təyinatını dəyişərək, Kosalar kənd məktəbinə müəllim göndərilir. 1929-30-cu illərdə həmin kənddə pedaqoji fəaliyətə başlayır, 1935-ci ilə qədər bu təhsil ocağında çalışır. Həmin vaxt kənddə savadlı adamlar yox dərəcəsində idi. 1929-33-cü illər kolxoz quruculuğu dövrü idi. Savadlı olduğu üçün, onu yeni qurulmuş kolxoza mühasib təyin etdilər. 1933-78-ci illərdə, 45 il müddətində fasiləsiz olaraq kolxozda mühasib vəzifəsində çalışır. Bu müddətdə 22 kolxoz sədri ilə birgə fəaliyyətdə olur. Müharibə dövrü idi. Kənddə vəziyyəti ağır olan ailələr çox idi. Məhəmməd kişi belə ailələrə avans buğda verirdi. Yoxsulların əlindən tutardı. Həmişə mehribançılıq tərəfdarı olan Məhəmməd kişi deyərdi: “Allah əvvəl qonşuya, sonra bizə versin, qoy gözü özündə olsun.” O, heç zaman özündən danışmağı sevməzdi.

283

Bədbin, naşükür adamlardan xoşu gəlməzdi. Allaha daim şükür edəni, deyib-güləni, aynaq, ürəyiaçıq adamları çox sevərdi. Məhəmməd kişinin oğlu və nəvəsi Xocalının erməni quldurları tərəfindən işğalı zamanı itkin düşmüşlər (bax: Rəşidov Adil, Rəşidov Nazim). O, elə bu dərdlə də, 1992-ci ildə qəribçilikdə - Bakı şəhərində rəhmətə getmişdir.

Muradov Təyyar

Mutadov Təyyar Həmid oğlu, Kosalar kəndinə daxil olan Canhəsən kəndində anadan olmuşdur. O, Kosalar kənd 7 illik məktəbini bitirirək, Kosalarda ilk ali aqranom təhsili almışdır. Təyyar kişi yüksək ixtisaslı kənd təsərrüfatı işçisi olmuşdur. Bir müddət kolxozda baş mühasib vəzifəsində çalışıb. Kolxoz birləşəndən 1956-cı ilə qədər sədr işləyib. Özünün idarə etdiyi maşınla qəzaya düşür. İnsan tələfatı olduğuna görə həbs

olunaraq, vəzifədən, partiyadan azad edilir. Sonralar baş aqranom, sovxozda briqadir, şöbə müdiri, aqranom işləyib.

284

Məmmədov Qasım

Məmmədov Qasım Həbib oğlu, Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, Kosalar kənd 7 illik məktəbini bitirə-rək Ağdam Kənd Təsərrüfatı Texnikumunun aqranomluq fakültəsinə daxil olmuşdur. Qasım kişi həmin məktəbi bitirərək, bir neçə il ixtisası üzrə Kosalar kənd kolxozunda əmək fəaliyyətində olmuşdur. O, bir müddət Anbardar vəzifəsində işləmişdir. Fəaliyyətinin sonrakı dövrlərində baş mühasibin köməkçisi vəzifəsində çalışmışdır. Baş mühasib Məhəmməd kişi öz xatirələrində söyləyirdi

ki: “Mənim mühasibat üzrə iki köməkçim olmuşdur. Məmmədov Qasım və Həsənov Ağalar”. Məhəmməd kişi onların hər ikisindən çox razı qaldığını bildirirdi. Hər ikisi həm təmiz, vicdanlı və etibarlı şəxslər olublar. Onlar öz işlərinin öhtəsindən bacarıqla gəlirdilər.

285

Kosalar kəndinin yaradıcı insanları Söz əhli

Kamal Fərhadoğlu

Kamal Fərhadoğlu (Məmmədov), 1947- ci ildə indiki Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Şuşa Pedaqoji Texnikumunu, 1975-ci ildə isə Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan Kamal müəllim 46 ildir ki, Azərbaycan dili və ədəbiyyatı fənnini böyük həvəslə şagirdlərinə öyrədir. Kamal müəllim daim ədəbi yaradıclığa meylli insan olmuşdur.

Yaradıcılığa erkən yaşlarından başlayan Kamal müəllimin şeirləri respublikamızın bir çox mətbu orqanlarında mütəmadi olaraq dərc edilir. Yorulmaz fəaliyyətinin nəticəsidir ki, “Dağlarda nisgilli bir ağım qaldı”(2008), “Rübailər”(2010), “Bəlkə elə Həsən Hüseyn səsiydi”(2010) kimi üç kitabı işıq üzü görüb. Bir kitabı isə çap edilmək üzrədir. Bu kitabların əsas mövzusu Vətəndə vətənsizlik və yurdsuzluqdur. O, Vətən, yurd həsrətli bir insandır. Doğma kəndin gözəl təbiətindən zövq alaraq, gözəl şeirlər yazıb-yaratmışdır. Bu gün də ədəbi fəaliyyətini davam etdirir. Doğma torpaq işğal altındadır. Bu səbəbdəndir ki, son zamanlar Kamal müəllimin yaradıclığında yurd həsrətli şeirlər üstünlük təşkil edir.

286

Kamal müəllim: “ Mənim üzüm o vaxt güləcək ki, Şuşa həsrətinə, Kosalar ayrılığına son qoyulacaq. Elə ona görə də mənim Vətən, yurd həsrətli şeirlərim çox nisgilli, çox kədərlidir.” Zaman, dövr belə qala bilməz. Arzu edirik ki, Kamal müəllimin yaradıclığında əsas yeri yurda qayıdış ruhunda yazılmış əsərlər tutsun. Kəpəz, gendən durub elə hey məni, Sən qəsdən yandırıb yaxdınmı, nədi? Deyirdim dağlardı mənim pənahım, Mənsiz Kirs dağına baxdınmı, nədi? Kaş gözün olaydım, yurda baxaydım, Hönkürüb ağlardım bir doyunca mən. Dincəlib sakitlik tapmaram qəti, Şuşa torpağına üz qoyunca mən. Vətənsizliyin yayı Kamal müəllim üçün həmişə qış olmuşdur. Yadıma salanda ötüb- keçəni, Gözünün önündən gör nələr keçər. Hərdən düşünəndə həyatın sonun, Yaralı sinəmi qəm dələr keçər. Zalım fələk mənə sitəmlər etdi, Qurub- yaratdığım əlimdən getdi. Görünür həyatım tay sona yetdi, Buludlar başıma qan ələr keçər. Nə sevildim, nə də güldüm doyunca, Nələr gördüm ömrü başa vurunca. Dünyanın işindən agah olunca

287

Günlər ötər, aylar tez gələr keçər. Onun xəyalı daim yurdun dağlarını dolaşır. Xəyalən də olsa, Kamal müəllimi yaşadan o yerlərə səyyahətdir. Bəlkə də ona verilə biləcək bircə günlük Vətəndə real gəzintiyə bütün qalan ömrünü verərdi. Boylanıb dağlara bir xeyli baxdım, Ürəyim dözmədi, gözdən yaş axdı. Bu fani dünyada, ey zalım fələk, Nədən verdin mənə bu qara baxdı. Dağları dolaşdım, düzləri gəzdim, Bizim dağlar kimi dağlar görmədim. Güllər bir-birinin eyni olsa da, Meyvəsi şirəli bağlar görmədim. Qaçaq Nəbi gəzən Muxtökən dağı, Kaş gözümlə yenə görə biləydim. Murovdan adlayıb, Sarıbabadan, Kotan qayasından Kirsə gələydim. Pələng qayasında məclis quraydım, Hər yandan quşların gələydi səsi. Ovçu yoldaşlarım yanda olaydı, Nurunun vuraydı məni nəfəsi. Qara at altımda tüfəng çiynimdə, Yaəli dağının döşün gəzəydim. Dəfləri, Talanı, Otağın yalın, Çox gəzib yorulub sonda bezəydim. Hələ ki, qürbətdə qaçqın adıyla, Gəzib-dolanıram xəstə canımla. Şuşadan ayrılıb mən nə iş tutum? Günahım yuyular təkcə qanımla.

288

Kamal müəllim daim mövcud vəziyyətə üsyan edir, heç vaxt bununla barışa bilmir. Yurd, el, oba, ev-eşik… kim aldı bunları əlimizdən deyir. Yazın gəlməsinə nədən tələsdim, Bəlkə bu baharda üzüm güləcək? Sevinc bəxş edəcək quşların səsi, O ötən günlərim bir də gələcək? Kim aldı əlimdən gözəl çağları, Məndən ayrı saldı bizim dağları. Düşmən viran qoydu yaşıl bağları, Hər kəsin günahın zaman biləcək. Gözün görə-görə yurd-yuvan yansın, Yüz ildə qurduğun oda qalansın. Kamal hardan bilsin, kimə inansın? Axan göz yaşların bir gün siləcək.

Əhmədov Valeh

Kosalar kəndi özünün istedadlı insanları ilə həmişə hər yerdə seçilmişdir. Belə istedadlı kənd övladlarından biri də Valeh Əhmədovdur. O, müxtəlif mövzularda gözəl şeirlərin müəllifidir. Valehin şeirlərini oxuyarkən bir daha əmin olursan ki, ona mövzu kəsadlığı xas deyildir. Yaradıclığının bəhrəsi olaraq, “Kosalar döyüşləri”( 1997), “Mənim sözlərim şahə qalxır”(2001) kimi kitabları işıq üzü görmüşdür.

289

Valehin şeirlərini oxuduqca sanki bu yerləri qarış-qarış bir də gəzirsən. O buz bulaqlardan əyilib su içirsən. O yerlərdə olmayan adam sanki həmin yerlərə səyyahət edir: Ruhları oxşayır çayların səsi, Dağların nərgizi tər bənövşəsi. Gözümdə canlanır Yaəli meşəsi, Elə ki. düşürsən yada, Kosalar. Baş əyməz düşmənə, yada Kosalar. Məhəmməd ağanın gözəl oylağı, Palçıqlı yurdunun yeddi bulağı, Alçalı, Quzqulaq, ay Dəflər dağı, Gəlmişəm qoynunda gəzim, Kosalar, Düşsün gədiklərə izim, Kosalar. Əliyin, cüyürün, ceyranın vardır, Kəklikli daşına qartal heyrandır, Qarağat, moruğun dərdə dərmandır, Min nemət yetirir sinən, Kosalar. Susarmı eşqinlə dinən Kosalar. Başkənddə asılsa bir toyun sacı, Gözəllər bəzənib oynar turacı, Canhəsən gözəli baxıb qıyqacı, Qəlbimə od salar hərdən Kosalar. Yox belə boy-buxun, gərdən Kosalar. Qaragavın səndən iraq düşübdür, Qırxqızdan bu elə sazaq düşübdür, Yolların nə yaman uzaq düşübdür. Ey ana vətənim, Ağdam-Kosalar. Doyarmı hüsnündən ilham Kosalar. Valehəm, kaş səni gülən görəydim, Yurdumda al-əlvan güllər görəydim.

290

Şənlikli, büsatlı ellər görəydim, Coşaydı damarda qanım, Kosalar. Ürəyim Kosalar, canım Kosalar. Valeh müəllim bu şeirində vətəni, eli, oğullarımızı Vətənin azadlığı naminə birləşməyə, torpaqlarımızı azad etməyə çağırır. Ay xalqım, oyanın, ayağa qalxın, İşğal rayonlarım sadalanmasın, Hər düşmən başına bir güllə çaxın, Var-dövlət dağılıb, mal talanmasın. Koroğlu dağlarda bir nərə çəksin, Babək də qılıncla meydana gəlsin, Fidanlar kəsənin başını kəssin, Meşələr qırılıb, baltalanmasın. Topçular, tankçılar, mərmilər atsın, Fəhlə də arxada qan-tərə batsın. Hamının cəbhəyə köməyi çatsın, Kimsə daldalarda daldalanmasın. Atılsın meydana igidlər şir tək, Yıxılsın bel-belə düşmənlər tir tək. Qız-gəlinlər yaşamasın əsir tək, Namus- qeyrətimiz tapdalanmasın. Zərbələrdən qoy titrəsin dağ-dərə, Azad olsun Şuşa, Ağdam, Ağdərə İrəliyə, qələbəyə, zəfərə. Bir igid təntiyib darda qalmasın. Quzılquş göylərdə hay- həşir salar, Uçar yuvasına bir gün qartallar. Yaraşmır zirvəyə, vallah qarğa, sar, Qarğalar zirvədə qartallanmasın.

291

Valeh, azalmamış gözünün nuru, Görmək istəyirəm mən Zəngəzuru. Siz Allah, göstərin düşmənə zoru, Ana vətənimiz parçalanmasın! Vətən həsrəti dözülməz dərddir. Bu hissləri Vətənindən uzaq düşən anlayar. Ancaq Valeh bu yerlərə qayıdacağımıza həmişə inanır. Yaman qəribləyib sizi anıram, Zirvəsi dumanlı, haçalı dağlar! Qırxqızı oturmuş gözəl sanıram, Dizləri Nayıblı, Halçalı, dağlar! Yorulmaz köhlənlə zirvənə çatdım, Sinəndə gül-çiçək ətrinə batdım. Bəzən də baş qoyub dizinə yatdım, Qəlbimi sizlərə açalı dağlar! Qopartma Valehin qaysaq yarasın, Al qoynuna, nə dərdim var sağalsın! Qıyma həsrətinlə qar tək ağarsın, Dən düşmüş saçları, ah! Çalı,dağlar! Valeh müəllimin yaradıcılığında Vətən, yurd həsrətli şeirlərlə yanaşı, gənc nəslə nəsihətamiz ruhda yazılan şeirlər də üstünlük təşkil edir. Taleyi qara yazılar, Dar ağacından asılar, Tez yıxılar, tez basılar, İgidin fəndi olmasa. Qızı qoysan özbaşına, Sonra döyər öz başına.

292

Ər yox, tapar bir dost- aşna, Gözəlin zəndi olmasa. Yaz gələndə sellər coşar, Dağ çayına sel qovuşar. Macəradan çıxıb daşar, Gur çayın bəndi olmasa. Göstərir özün hər fəsil, Zatı qırıq olmaz əsil. Bilməz nədir tayfa, nəsil, Kiminki, kəndi olmasa.

Şahsuvar Əhmədoğlu

Hümbətov Şahsuvar Əhməd oğlu 1984-cü il noyabr ayının 27-də Əsgəran rayonunun Kosalar kəndində anadan olub. 1992-2002-ci illərdən müvəqqəti olaraq, Gəncə şəhər Hacıkənd qəsəbəsində yerləşən Başkənd kənd orta məktəbində oxumuşdur. Həmin il Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olur. 2006-cı ildə universiteti bitirərək təhsil aldığı doğma

məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayır. Şahsuvar Hümbətov universitetdə oxuduğu illərdə hamının hörmətini qazanmışdır. Bu xoş münasibət təlim-tərbiyəsinə, gözəl şeirlərinə olan münasibətin nəticəsi idi.

293

O, bədii yaradıclığa kiçik yaşlarından başlamışdır. Yaradıclığında əsas yeri nəzm təşkil edir. Onun şeirləri “Şəkər villası”, “Gəncənin səsi”, “Xocalının səsi”, “Yüksəliş”, “Rüzgar”, “Töhfə” və başqa mətbu orqanlarda mütəmadi olaraq dərc olunmuşdur. Vətən həsrəti Şahsuvarın da yaradıclığından təsirsiz ötüşməyib: Ürəyimdə Vətən dərdi kök atıb, Qürbət el güc ilə başımı qatıb. Atam məzarında narahat yatıb, Məni Vətənimə yetir, İlahi! Bezib gözlərimdən gözümün yaşı, Anlamaz dərdimi heç zaman naşı. Vallah, zəhər olur həsrətin aşı Məni Vətənimə yetir, İlahi! Mən yazıq nə qədər dözüb-dayanım, Səksənib gecələr tez-tez oyanım. Axı o yerdədir, fikrim, hər anım Məni Vətənimə yetir, İlahi! O yerdə bəsimdir, bir quru çörək, Kaş ki, o yerləri biz gedib görək. Kimsə getməyirsə nəyimə gərək, Məni Vətənimə yetir, İlahi! Həsrət coşdurubdur mənim qanımı, Fikrə qərq eyləyib hər bir anımı, Razıyam, o yerdə al bu canımı Məni Vətənimə yetir, İlahi! Bu baxımdan Şahsuvarın yaradıcılığında Kosalar həsrəti xüsusi yer tutur. Yurd hərəti onu daim düşündürür.

294

Bu gecə yuxuma girdi Kosalar O dağlar, dərələr ağlayırdılar. Vətənin aldığı ürək yarasın Şəhidlər əli ilə bağlayırdılar. İrəli yeridim, həyəcan ilə, Sanki gedən mən yox, qədəmlərimdi. Dedim: övladınam, qucaqla məni, Dedi: övladlarım şəhidlərimdi. Yenə səs eşitdim söylədi: get-get, Onsuz öyrənmişəm ayrı qalmağa İndi yada düşdüm o da yuxuda Ehtiyac qalıbdır heç yalvarmağa? Ağlaya-ağlaya geriyə döndüm, Hər gilə göz yaşım bir dolu idi. Özüm öz səsimə ayıldım qəfil Təəssüf, gördüyüm bir yuxu idi. Şahsuvar müəllimin yaradıcılığında insanın mənəvi zənginliyinə, özünüdərketmə bacarığına yüksək qiymət verilir: Gəlmişik dünyaya bir qonaq kimi, Hər şeyi görürük göz hesabına. Verilir hər kəsin qiyməti bir-bir, Daim söylədiyi söz hesabına. Özünü bir insan sanasan gərək, Kəlməni, sözünü qanasan gərək, Yaxşının yolunda yanasan gərək, Ocaq da alışır köz hesabına. Hər zaman Allahı salgınan yada, O zaman İlahi yetişər dada. Şahsuvar deyər ki, qoca dünyada

295

Çalış hörmət qazan, öz hesabına. Şahsuvar müəllimin mənəvi dəyərlərimizə qırılmaz tellərlə bağlılığı daim sezilir: Xəyalım dolaşır uca dağları, Min ətir qoxuyan bağça-bağları. Durub düşündükcə ötən çağları, Duymaq istəyirəm, zil muğamatı. Ondan ağ gülümün qoxusu gəlir, Səsinə insanın çoxusu gəlir. Səsindən insanın yuxusu gəlir Heç vaxt dəyişdirməz il, muğamatı. Şahsuvarın xəyalı daim doğma yurdu, doğma yurdun dağlarını dolaşır. Düşüncələri süzülərək kağız üzərində iz salır: Çiçəkli qoynuna həsrətəm sənin, Görən necə keçir, günlərin dağlar?! Sənsiz bərk darıxır ürəyim mənim, De yenə daşırmı sellərin, dağlar?! Kədərdən çəkilib dağ üstən dağın, Quruyub laləzar, meyvəli bağın, Gör neçə ildir ki,gəlmir sorağın, Yoxsa lal olubdur, dillərin, dağlar?! Şır-şır axan buz bulağa həsrətəm, Şiş qayaya, göy otlağa həsrətəm, O turşməzə quzqulağa həsrətəm Düşüb səndən ayrı ellərin dağlar. Şahsuvarın sən bitmisən dilində, Xəstə üçün dərman vardır gülündə. Məğrursanki, dayanmısan yerində

296

Verməyir heçkimə sirlərin dağlar. Onun şerlərində intiqam hissi, mübarizə duyğusu daim sezilir. Şahsuvar deyir: “And içirəm sənə Vətən, səni geri alacağıq!” Qanımızda Türk qanı var,qolumuzda onun gücü And içirəm sənə Vətən, səni geri alacağıq! Düşmən neçə körpələrə alov vurub yandırıbdır, Bundan daha ağır dərdə düşmənləri salacağıq. And içirəm, çörəyinə, bu müqəddəs nemətinə, And içirəm, illər boyu o çəkdiyin zillətinə, And içirəm, itkinlərin, itkin düşmüş qismətinə, Bu üç rəngli bayrağını Qarabağda taxacağıq. And içirəm, şəhidlərin nahaq axmış qanlarına, Süngülərə keçirilmiş uşaqların canlarına, And içirəm, qəriblikdə qalmış ata məzarına, Qaçqın adın üstümüzdən biz əbədi atacağıq.

Əliyev Taleh Əliyev Taleh İsgəndər oğlu 1979-cu il mart ayının 19-da Xankəndi şəhərində anadan olmuşdur. O, əslən Kosalar kənd nümayəndəliyinə da-xil olan Qaragav kəndindəndir. Taleh 1986-cı ildə Xankəndi şəhər 4 saylı orta məktəbinə getmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Talehin də ailəsi

297

Xankəndini tərk etməyə məcbur olur. Bu səbəbdən təhsilini müxtəlif məktəblərdə davam etdirmişdir. 1996-cı ildə Oğuz rayonunda Şuşa 22 saylı orta məktəbini bitirmişdir. 1996-2000-ci illərdə Hüquq ixtisası üzrə ali məktəbi bitirmişdir. Onun Vətənimizə aid ürək yanğısı ilə dolu olan şeirləri daim oxucuların diqqətini cəlb etmişdir. O, kiçik yaşlarından yaradıcılığa meylli bir insan olmuşdur. Doğulub, zaman keçdikcə böyüyüb boya-başa çatdığı yurd-yuvasından didərgin düşən Əliyev Talehin yurdumuza, Vətənə, şəhidlərimizə həsr etdiyi şeirləri daim oxucuların rəğbətini, sevgisini qazanmışdır . Azərbycanım mənim, Çoxuna olmuş göz dağı, Fars,erməni, rus ona daim kəsilmiş yağı. Qanlı qırğın törətmiş erməni cəlladları, Kömək olmuş onlara daim rus qardaşları. Xanlıqlar zamanından İrəvanım alınmış, Azəri Rəvan sözüm ermənicə adlanmış. Bu riyakar hiylələr davam etmiş durmadan, Soyqırım yaşamışıq günahımız olmadan. Bu cənnət Qarabağım uğramış təcavüzə, Erməni xislətilə hər an gəlmiş üz-üzə. Düşmənin qanlı əli talan etdi yurdumu, Buna şərhsiz sübutdur Xocalı soyqırımı. Şəhid oldu yurdumun cəsur, mərd övladları, Tarixinə yazıldı neçə qəhrəman adı. Nigarandır onların günahsız ruh dünyası, Çünki, alınmayıbdır Qarabağın qisası. Otuz bir Mart- xalqımın qanlı soyqırım günü, Dünənə kəm baxmayaq, unutmayaq bu günü. Gərəkdirki hər zaman nifrət edək düşmənə, Müsəlləh əsgər olaq, hər birimiz vətənə! Talehin mövzuları rəngarəngliyi ilə seçilir. Təbiətə həsr olunmuş şeirləri xüsusilə diqqəti cəlb edir: Xoş gəlir yurduma bahar bayramı,

298

Bu günə sevinir elimdə hamı. Hər yanda qalanır bayram tonqalı, Xalqımın çox gözəl olur əhvalı. Süfrələr bəzənir naz-nemətlə, Anılır yaxınlar, dostlar hörmətlə. Bəzəyir süfrəni ətirli dadlar, Tonqaldan atlanır oğlanlar, qızlar. Xonçalar əllərdə ünvanın tapır, İgidlər cıdırda atların çapır. Bayrama zövq verir xoruz döyüşü, Bahar qızı, Kosa, Keçəl görnüşü. Xalqımın bayramı olsun mübarək, Yurdum Qarabağa dönək, sevinək. İnşallah, qeyd edək o eldə şənlik, İlhamla irəli gedir biz gənclik. Ədəbiyyatımızda Vətənə, anaya həsr olunmuş seirlər üstünlük təşkil edir. Hər bir əsər özünəməxsusluğu ilə seçilir. Talehin də bu mövzuda yazdığı şeirlər xüsusilə diqqətə-layiqdir: Hər zaman dərdlərin məlhəmi ana, Övladın hər bir an salar yadına, Qurban olaq biz onların adına, Sadiq qalmalıyıq ana andına. Əziyyət çəkərlər elə əzəldən, Gözləyər bizləri hər bədnəzərdən, Şıltaqlıq etsək də ara-bir hərdən, Xətrinə dəyməyib düz keçər gendən. Övladını xoşbəxt görmək istəyər, Harasa gedəndə qəlbi titrəyər, Nigaranlıq çəkər həmin anlarda, Gözləri gəlincə qalar yollarda. Övlad başa düşməlidir ananı,

299

Duymalıdır ona candan yananı, Sevməlidir həm ana, həm Vətəni, Daim olmalıdır zəhmət çəkəni. Talehəm, güc allam mən də anamdan, Ruhlanıram eşidəndə bu addan, Gəzib dolansam da, bütün dünyadan, Doyaram, doymaram ancaq anamdan.

Qalib Nəğməkar

Quliyev Qalib Bəyməmməd oğlu, 1986-cı il may ayının 6-da keçmiş Əskaran rayonunun Kosalar kəndində anadan olmuşdur. Köçkünlük həyatı onun da qismətindən yan keçmədi. O, 1993-cü ildə Hacıkənd qəsəbəsində müvvəti fəaliyyət göstərən Kosalar kənd orta məktəbinin 1-ci sinfinə gedir, 2004–cü ildə həmin məktəbi bitirir. Həmin il Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialının qiyabi şöbəsinə daxil olub, hərbi

xidmətə yola düşür. 2005-ci ildə əsgəri xidmətdən qayıdaraq təhsilini davam etdirir. 2009-cu ildə ali məktəbi bitirir. 2011-ci ildə riyaziyyat-informatika ixtisası üzrə ixtisasartırma kursunda olur. 2012-ci ildən Xocalı rayon Kosalar kənd orta məktəbində informatika müəllimi işləyir. Gənc, istedadlı bir insan olan Qalib, orta məktəb illərindən ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, daha çox qələmini nəzm sahəsində sınayır. “Nəğməkar” təxəllüsü ilə gözəl şerlər yazır. Onun şeirlərini dinlədikcə insanda gözəl hisslər, vətənə

300

məhəbbət hiss olunur. Qalib müasir dövrdə dəb halını almış məhəbbət mövzusundan daha çox vətənə, yurda məhəbbət mövzusunda yazıb-yaradır. Onun şerlərini oxuyarkən sanki tarixi Azərbaycan torpaqlarını gəzir, tariximizə bir daha nəzər salırsan. Xətainin yurdu axdı, qum kimi, Odlar diyarımız yandı, mum kimi, Talandı,çapıldı oldu, şum kimi, Tarixdən yadigar Qarabağ vardı. Bu parçalanmanın gəlməsin ardı. Borçalı bir yanda, Dərbənd bir yanda, Göyçə kəsilmiş qol, sanki bu canda. Yatır millət, güney Azərbaycanda Səttarxan, Bağırxan üsyan qopardı, Bu parçalanmanın gəlməsin ardı. Yoxsa azadlığa cəsarətimiz, Əbədi olacaq əsarətimiz. Qarabağ qaldıqca xəcalətimiz Qeyrətə xələldi, namusa ardı, Bu parçalanmanın gəlməsin ardı. Qalibin şeirləri mövzu baxımından müxtəlifliyi ilə seçilir. Onun şeirləri də dilimiz kimi rəvan, səlis, axıcıdır. Doğma dilimiz mövzusu gözəl işlənilmişdir. Xalçaların naxışıdır, Nurlu bulaq axışıdır, Dədə Qorqud alqışıdır, Şadlıq etsin Oğuz elim. Çox şirindir, doğma dilim. Ana südü qədər təmiz, Dilim mənə candan əziz.

301

Qoymaq üçün dünyada iz, Şən nəğmələr yazır əlim Çox şirindir doğma dilim. O, mənim saf məhəbbətim, Şirin, şəkər, bal, şərbətim. Yoxdur sözə qənaətim Tükənməyən varım, ləlim, Çox şirindir doğma dilim. Qalib müəllimin bir çox şeirlərində azadlıq, vətənin müdafiəsinə çağırış ruhu duyulur. Böyük Azərbaycan –yaralanmış can, Bir yanı ağrısız, bir yanı sancan, Qurtarar bu dərddən Qarabağ haçan? Doğma yurdumuza qovuşmalıyıq, Xain düşmənlərlə savaşmalıyıq. Qəlbimdə bir qisas bəsləyirəm mən, Hər kəsi döyüşə səsləyirəm mən. Yadları həmişə pisləyirəm mən. Satqından,namərddən sovuşmalıyıq, Xain düşmənlərlə savaşmalıyıq. Tarix yazsın döyüş sınağımızı, Qaytaraq tapdanmış torpağımızı. Sancıb Xankəndinə bayrağımızı Zəfər nəğməsi ilə biz coşmalıyıq, Xain düşmənlərlə savaşmalıyıq. Hansı mövzuda yazmasından asılı olmayaraq, yurd, vətən həsrəti Qalibin yaradıcılığında özünü büruzə verir: Kəlbəcərdən gələn durna qatarı Nəğmələr yerinə yas var, ağı var.

302

Onlar da qovulub, yurd-yuvasından Deyirlər: vətəndə düşmən, yağı var. Gəzib dolaşıblar bütün elləri, Murova dağılıb durna telləri. Qanadında dəli dağın gülləri Dırnağında vətən, yurd torpağı var. A bala, onların nədir günahı? Qəmli nəğməsində Şücaət ahı. Görəsən, gələn yaz hara pənahı? Murovdan bu yana el sorağı var. Sizə boylanıram, üz tutub yerdən, Bir xəbər gətirin, siz Kəlbəcərdən. Öləcək həsrətdən, bu dərdi-sərdən Qalibin qəlbində vətən dağı var. Göründüyü kimi, müəllifin yaradıcılığı, mövzu müxtəlifliyi ilə seçilir. Onun vətənpərvər ruhda yazılmış şeirləri mütəmadi olaraq bu və ya digər mətbu orqanlarda işıq üzü görür.

Bağırov Vasif Bağırov Vasif Vidadi oğlu 1987-ci il avqust ayının 9-da Əsgəran rayonunun Kosalar kəndində anadan olmuşdur. Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq onun da ailəsi yurd yuvalarından didərgin salınmışlar. Bu səbəbdən o, 1992-ci ildən etibarən Gəncə şəhər Hacıkənd qəsəbəsində

303

müvəqqəti məskunlaşmışdır. Vasif 1994-2005-ci illərdə Xocalı rayon Kosalar kənd orta məktəbində təhsil almışdır. 2005-ci ildə Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialına daxil olmuş, 2011-ci ildə həmin institutu bitirmişdir. Vasif 2008-ci il 26 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti adından “Silahlı Qüvvələrimizin Yaradılmasının 90 illik yubileyi” medalı ilə təltif olunmuşdur. Vasif də istedadlı gənclərdəndir. O, doğma Azərbaycanımızın, doğulduğu Kosaların təbiətini, igidlərini tərənnüm edən şeirlərin müəllifidir. Dağlar sənə, sən dağlara sığmısan. Nə baxırsan həsrət ilə Kosalar. Bizlər üçün yanıb hey darıxmısan, Sinən dolub söhbət ilə Kosalar. Yolumuz bağlıdır, tikanlı məftil, Üstündən qara yel əsirdi qəfil. Düşmənin başına od təki səpil, Yox olsun ortadan sərhəd, Kosalar. Ər oğlu ər təki dözmüsən dayan, Düşmənin başını üzmüsən dayan, Qələbə bizimdir bir az da dayan. Zəfər çalıb, görüşərik Kosalar. Vasif heyranındır lap kiçik yaşdan. Rəsmini söz ilə çəkmişəm çoxdan. Bu gün məni bu həyatda yaşadan, Vətən kimi hörmətindir Kosalar. Yaxud Vətənə müraciətlə yazılan digər bir şeirdə Vasif deyir: Baxıram dağlara qəmli, yaralı, Vətən bizdən biz vətəndən aralı.

304

Tükənmir heç zaman səbri, qərarı, Üz döndərmə barı bizdən, a dağlar. Vasifin şeirlərində zəmanədən şikayət motivləridə özünü büruzə verir: Zamanla üz-üzə qoymayın məni, Balaca dünyamdan qovmayın məni, Biçarə, kimsəsiz, sanmayın məni, Mənim də yaşamaq həvəsim vardır. Həyatın hər üzün görüb gəlmişəm, Bir ömür yolunu hörüb gəlmişəm, Heyif ki, dünyaya qərib gəlmişəm, Tək qəlbdə quruca nəfəsim vardır. Dostları seçmədim, yaxşıdır- pisdir, Tüstüdə əyləndim, demədim hisdir, İndi aldığımız quru nəfəsdir, Düşmənə dar olan qəfəsim vardır. Musiqiçilər

Əhmədov Xəlil Əhmədov Xəlil Yaqub oğlu, 31 avqust 1954-cü ildə Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Kosalar kəndində anadan olmuşdur. O, 1961-ci ildə Başkənd

305

ibtidai məktəbinin 1-ci sinfinə getmişdir. Ailəsi Ağdam şəhərinə köçür. Bununla əlaqədar olaraq o, təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirir. Hər yay gününü doğma kəndində keçirərdi. Uşaqlıqdan musiqiyə böyük həvəsi olduğu üçün atası Yaqub kişi ona qarmon alır. Balaca Xəlil 5-ci, 6-cı siniflərdə oxuyarkən Azərbaycanda məhşur sənətkar olan Əli müəllimdən dərs almışdır. 8-ci sinfi bitirdikdən sonra Üzeyir Hacıbəyev adına musiqi

texnikumuna daxil olur. O vaxtlar həmin musiqi məktəbində qarmon şöbəsi olmadığından onu xor-dirijorluq şöbəsinə qəbul edirlər. 1974-cü ildə həmin məktəbi bitirərək məktəbdə 2 ay qarmon müəllimi işləyib, hərbi xidmətə yola düşür. 1976-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra musiqi təmayüllü internat məktəbində müəllim kimi (qarmon sinfində musiqi müəllimi) fəaliyyətə başlayır. 1993-cü ildə Ağdam şəhəri mənfur erməni quldurları tərəfindən işğal edildikdən sonra öz doğma eli, Kosalar kənd əhalisi ilə birlikdə Hacıkənd qəsəbəsində məskunlaşmışdır. Burada o, Yaloba kənd orta məktəbində ixtisası üzrə müəllim işləyir. Ağdamda yaşadığı illərdə hər yayı öz kəndində keçirərdi. Xəlil müəllim: “Təxminən 16 -17 yaşlarım olardı, doğma kəndimizdə idim, mənzərəli yerlərdə oturub hər gün qarmonla ifa edərdim. Bir dəfə musiqinin səsini eşidən atamın xalası oğlu Rəşid əmi gəlib yanıma dedi ki, ay xala nəvəsi, oğluma toy eyləyirəm, qarmonunun səsi çox xoşuma gəldi. Bir neçə oyun havası deyəcəyəm, əgər bilsən toya səni aparacağam... Nə isə,

306

toya gedəsi oldum.” O vaxtdan Xəlil müəllim musiqi aləmində yavaş-yavaş tanınmağa başladı. Aydın Məmmədov, Yaqub Məmmədov, Şahmalı Kürdoğlu, Qədir Rüstəmov, Səxavət Məmmədov, Yusif Mustafayev və bir çox başqa Qarabağ sənətkarları ilə yoldaşlıq etmişdir. Dəfələrlə Bakıya dəvət olunmasına baxmayaraq, o, el içində yaşamağı hər şeydən üstün tutmuşdur. Xəlil müəllimin bir çox musiqiçilərin yetişməsində zəhməti çox olmuşdur. Xəlil müəllim mənimdə müəllimim olmuşdur. Bu baxımdan ona qarşı münasibətim yaxşı mənada tamam fərqlidir. Ancaq mən bu sənəti davam etdirmədim. Vətənini sevən bu insan dəfələrlə müxtəlif yerlərdə, xüsusilə hərbi hissələrdə konsertlər ilə çıxış etmişdir.

Məmmədov Amil Məmmədov Amil Murad oğlu, 1961-ci il may ayının 15-də Xankəndi rayonunun Kosalar kənd Nümayəndəliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. İbtidai təhsilini Başkənd ibtidai məktəbində almışdır. Başkənd şeir, musiqi ruhlu bir yerdir. Buradan bir çox şairlər, musiqiçilər, müğənnilər çıxmışdır. Bunlardan da biri Amil Məmmədov olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olan Amil, məktəb tədbirlərində fəal iştirak etmişdir. 17-18 yaşlarında sənətə ilk addımlarını ataraq, Xəlil müəllimlə toylara getmişdir. 1981-83-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra, doğma Vətənə, ana yurda qayıdaraq, sənətini davam etdirməyə başlamışdır. Bundan sonra onun yaradıcılığında uğurlu mərhələ başlamışdır.

307

Bir çox festivalların laureatı adını almışdır. Yüksək müsuqi ixtisasını əldə etmək üçün, Amil Şuşa musiqi texnikumunda səs fakültəsini bitirmişdir. O, yalnız ifaçılıqla qalmamış, bir çox musiqilərin müəllifidir. 200o-2005-ci illərdə kaset və diskləri işıq üzü görmüşdür. Bir neçə bəstələrin müəllifidir: “Səndən ayrı”, “Sədaqət”, “Mahirə”, “Muradım”, “Qarabağım”, “Şuşam”, Qısqanıram”, “Qonşular” və s. Onun mahnıları xalqımız tərəfindən sevilə-sevilə dinlənilir. “Qonşular” mahnısı şənliklərdə daim səslənir. Kosalar əhalisi onu sevə-sevə öz məclislərində görmək istəyirlər.

Quliyev Rüstəm

Quliyev Rüstəm Yelmar oğlu Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. Onlar əkiz qardaşlar idi. Rüstəm və İlyas. Onlar Kosalar kənd orta məktəbində birgə oxudular. Orta məktəbi əla qiymətlərlə başa vuraraq, Azərbaycan Neft- Kimya İnstitutuna birlikdə daxil oldular. İnstitutu başa vurub əsgərlik xidmətinə yola düşürlər. Əkiz qardaşlar Sovet ordusu sıralarında hərbi xidməti başa vurduqdan sonra, doğma Kosalar kəndinə geri qayıtdılar. Uşaqlıqdan Rüstəm başqalarından fərqlənərdi. 5 yaşından atası Yelmar

308

müəllimin yanına düşüb, tez-tez məktəbə gələrdi. Balaca Rüstəmin musiqiyə xüsusi marağı var idi. Onun kiçik yaşlarında tar çalması hamını heyran qoymuşdur. Bu balaca, hələ tara gücü çatmayan oğlan, sanki öz çalğısı ilə gələcəkdə məhşur sənətkar olacağam deyirdi. Sonraki illərdə də Rüstəm meylini əsas musiqiyə saldı. Rüstəmin bu həvəsinə evdə hamı qoşulmuşdu. Bacı- qardaş hərə bir alətdə ifa edərək, sanki Rüstəmin səsinə səs verirdilər. Maraqlı burası idi ki, bu ailə ansamblının müəllimləri elə özləri idi. Rüstəm həm də gitarada gözəl ifa edirdi. Rüstəmgilin evi kəndin yuxarı başında idi. Səhər-axşam Rüstəmin ifası kəndi musiqi sədalarına qərq edirdi. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq, Rüstəm də kəndin müdafiəsinə qoşuldu. Kosalar kəndinin əli silah tutan hər *bir nəfəri kimi o da torpağı uğrunda mərdi- mərdanə döyüşdü. Ancaq artıq tək qalmış Kosaları müdafiə etmək mümkün deyildi. Rüstəm də öz doğma ev-eşiyindən dididərgin düşərək, Bakıya pənah apardı. Şəhər mühiti onun istedadının daha da çiçəklənməsinə şərait yaratdı. Onun gitarasının səsi az müddətdə Azərbaycana yayıldı. İstedadı onu çox yerlər, çox ölkələr gəzdirdi. Musiqi albomları işıq üzü gördü. gitara sənətinin şahı olan Rəmiş ona “bala Rəmiş” deyə müraciət etdi. Bəlkə də hələ heç kim belə sürətlə inkişaf edərək, şöhrətin zirvəsinə doğru, eləcədə həyatının sonuna dğru irəliləməmişdi. Ömrünün və sənətinin ən gözəl çağlarında Rüstəmin qəflətən səsi tutuldu. Bir neçə dəfə əməliyyat olmasına baxmayaraq, həkimlər dərdinə əlac edə bilmədilər. Yenicə ailə həyatı qurmuşdu. 1 oğlu dünyaya gəlmişdir. Balaca Vüsalı böyütmək ona qismət olmadı. Ölüm onu tez haqladı. Əbədiyyətə qovuşdu. Qəlblərdə özünə yuva saldı.

309

Ağayev Məzahir Ağayev Məzahir Yunis oğlu Xankəndi rayon Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində anadan olmuşdur. Kosalar kəndi zəngin təbiəti ilə yanaşı, mənəvi cəhətdən zəngin insanları ilə də fərqlənir. Belə zəngin mənəvi dünyaya malik olan insanlardan biri də Məzahir Ağayevdir. Kosaların suyunu içən hər bir kəs müxtəlif xüsusi istedada sahib olurdu. Məzahir gözəl səsə malik olan bir şəxsdir. Kosalar kəndinin toy məclislərində məharətlə iştirak edir. Bütün bu deyilənlərdən də üstün onun başqa bir xüsusiyyətlərindən danışacağıq ki, o, digər bütün müsbət keyfiyyətləri kölgədə qoyur. Məzahir elini sevən, onun sözünü deyə bilən əsl vətəndaşdır. Elin mübarizəsində həmişə öndə gedən bu insan gizlənmək üçün yer axtarmır. Başqaları ilə heç zaman bəns etmədən, usanmadan öz mübarizəsini aparır.

310

Adət-ənənələr

Toy. Azərbaycanda evlənmənin ənənəvi yolu qızı elçilik vasitəsilə nişanlayıb toy etmək olmuşdur. Ancaq qız qaçırmaq da xalqımızın qədim ənənələrinin ayrılmaz tərkib hissəsi idi. “Toy çoxlu adət və ənənələrlə müşaiyyiət olunan, qızbəyənmədən başlamış gəlinin ər evində üzə çıxmasınadək davam edən çoxtəbəqəli, mürəkkəb bir mərasimdir”.

Xalq arasında “toy” dedikdə müasir evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb-oynamaq mərasimi nəzərdə tutulur. Bu da təsadüfi deyildir, ulu babalarımız da “toy” dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: “Filankəs şadyanalıq eləyib, toy çaldırdı”. Bu fikir “Kitabi-Dədə Qorqud” dastanında öz təsdiqini belə tapmışdır: “Xanlar-xanı Bayandır xan ildə bir kərə toy edib Oğuz bəylərini qonaqlardı”.

311

Toy məclisləri sakinlərin özlərinin meşə materiallarından tikdikləri mağarlarda keçirilirdi. Əvvəllər toylar gecə və gündüz olmaqla 2 gün davam edərdi. Sonralar 1 gün, hazırda isə 5-6 saat şadlıq saraylarında keçirilir. Xeyir işlərin gedişində indiki zamanın adəti ilə xeyli fərqlər var idi.

312

Yeni ev tikənlərə hamı elliklə köməklik edərdilər. Evin çardağını vurmaq üçün sallama, qabırğa camaatın köməyi ilə bir günə gətirilərdi.

Adamlarda bir-birinə inam, etibar var idi.

313

Kosalardan olan el sənətkarları

Qədim tarixə malik olan Kosalar kənd sakinləri tikinti, avadanlıq istehsalı işlərində yerli və kənar yerlərdən olan sənətkarlardan istifadə edirdilər. Sonralar müxtəlif peşələr üzrə təcrübəli ustalar püxtələşərək əmək fəaliyyəti meydanına çıxdılar. Onlardan elektirik üzrə usta Məhərrəmov Möhsün, Ələsgərov Şura; Bənnalıq sənəti üzrə Əhmədov Yaqub, Əhmədov Qiyas, Əhmədov Mayıl, Hümbətov Cəlil, Ağayev Mirsəlam; Dülgərlik sənəti üzrə: Quliyev Kamal, ...Səttar, Süleymanov Muxtar və Dəmirçilik sənəti üzrə Məhərrəmov Bəhmən, Ələsgərov Surxay, Məhərrəmov Salah və başqalarını göstərmək olar. Adı çəkilən sənətkarların hesabına kənd günbəgün abadlaşır, genişlənir və inkişaf edirdi. O abadlıq, sürətli inkişaf kənd camaatına göz dağı oldu. Abadlaşdırılmış el-oba düşmən əlinə keçdi. “Yaman günün ömrü az olar” deyiblər. Vaxt gələr, işğal olunmuş torpaqlarımız geri qaytarılar. Həmin sənətkarlar da kəndlərimizi yenidən abadlaşdırarlar.

Əhmədov Yaqub

Əhmədov Yaqub Mirzalı oğlu, 1930-cu il mayın 1-də Kosalar kənd sovetliyinə daxil olan Başkənd kəndində anadan olmuşdur. O, 1946-cı ildə Kosalar kənd 7 illik məktəbini bitirərək Bakıya sənət məktəbinə oxumağa yola düşür. 6 ay oxuduqdan sonra Bakı tikinti idarəsində işə başlayır. 1946-1951-ci ilərdə respublika əhəmiyyətli bir çox binaların tikintisində yaxından iştirak

314

edir. Belə tikintilər sırasında ATU-nun binası, Tofiq Bəhrəmov adına Respublika stadionu və bir çox başqa tikililəri göstərmək olar ki, orada Yaqub kişinin də zəhməti az olmamışdır. O, 1953-cü ildən Ağdam şəhərində məskunlaşıb. Orada təmir tikinti idarəsində, PMK -8 və s. idarələrdə işləyib. Yaqub kişi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 14 nömrəli xüsusi elmi bərpa istehsalat emalatxanasının qabaqcıl bənnası olmuşdur. Ağdamda, Şuşada bir çox tarixi abidələrin bərpasında Yaqub kişi yaxından iştirak etmişdir. Belə abidələr sırasınada Pənah xanın, İbrahim xanın, Sarıcalı xanın, Mehdiqulu xanın, Xanqızı Natəvanın, Natəvanın oğlunun türbələrini göstərə bilər ki, onların təmirində Yaqub kişinin zəhməti misilsiz olmuşdur. Yaqub Əhmədov Ağdamda çoxmərtəbəli binaların tikintisində yaxından iştirak etmişdir. İşgüzar bənna onuncu beşillikdə nəzərdə tutulan şəxsi planını artıqlaması ilə yerinə yetirmişdir. Dünyada ən gözəl sənət əsərləri məhəbbətin qüdrəti, qüvvəsi ilə yaranan sənət əsərləridir. Sənətə məhəbətlə yanaşmasan uğur əldə edə bilməzsən. Bu baxımdan Yaqub kişi sənətinə məhəbətlə yanaşan bir insandır. Əgər belə olmasaydı o daşlara can verə bilməzdi. Artıq 82-ci ildir ki, Yaqub kişi sözün əsl mənasında çörəyi daşdan çıxan bir insandır.Yeri gəlmişkən qeyd edək ki, o, əslində çörəkpulu üçün çalışan insanlardan olmamışdır. O, yaratmışdır- yaratmışdır yaşamaq üçün. Yaratdıqları onu daim yaşadacaq.

315

Göstərdiyi xidmətlərə görə Yaqub Əhmədov bir çox mükafatlarla- “Əmək veteranı” medalı (1988), “Qızıl əllər ustası” diplomu ilə təltif edilmişdir. O, eyni zamanda “Sosializm” yarışının qalibi olmuşdur. Onun əməyinə verilən qiymət daha da səmərəli fəaliyyəti üçün bir stimul olmuşdur.

Ələsgərov Şura

Ələsgərov Şura Behbud oğlu, 1934-cü ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. Çətin ailə vəziyyəti ilə əlaqədar olaraq 2-illik təhsildən sonra kolxozda işləməyə məcbur olmuşdur. Şura kişi 1949-cu ildə Bakıya gəlir. Tikintidə və sonralar dənizdə gəmiçilikdə işləyir. Sonradan o, yenidən doğma Kosalara qayıdır. O zamanlar kənddə vəziyyət çox çətin idi. 1953-57-ci

illərdə Gürcüstanda Sovet ordusu sıralarında hərbi xidmətdə

316

olur. Qayıtdıqdan sonra Sumqayıt şəhərinə köçür. 3-il müxtəlif işlərdə çalışır. O, sonralar Xankəndində məskunlaşaraq, özünə ev-eşik tikmişdir. Burada Şura kişi müəyyən işlərdə çalışmışdır: Qaynaqçı, briqadir və elektrik. Ancaq onun ən çox sevdiyi işi elektrik sənəti idi. Həmçin bu sənətin mahir bilicisi idi. 76 yaşına kimi bu sənətlə məşğul olmuşdur. Təqaüdçüdür. Hazırda Bakı şəhərində yaşayır. Şura kişi mehriban, qayğıkeş, alicənab bir insandır. O, çoxlarının evində elektrik işində çalışmış və lazımi güzəştlər edərək öz kömək əlini uzatmağa çalışmışdır.

Məhərrəmov Möhsün

Yuxarıda qeyd etdiyimiz kimi Kosalar kəndi öz sənətkarları ilə seçilirdi. Onlardan fərqlənəni, universal sənətkar Mövsüm Salah oğlu Məhərrəmovdur. Onun gördüyü işlərə söz ola bilməz. Heç kim onun işinə irad tuta bilməzdi. Kamil sənətkar kolxozda elektrik montajçısı işləyirdi. Buradakı və öz həyət-bacasındakı işləri bir tamaşa idi. Hər kəsin ayağı onun evinə düşərdisə, Möhsün kişinin gördüyü işlərə maraqla baxıb öz fikirini bildirərdi. Elektrik avadanlıqlarına aid istənilən sahədə onun baçarıqları çox təqdirəlayiq idi. Möhsün kişi həqiqətən hər işə marağı insandır.

317

Kosalardan olan el adamları

Kosalar kənd məktəbinin uğurlu fəaliyyəti sayəsində savadlı nəsillər yetişməkdə idi ki, belə savadlı şəxslər xalq təsərrüfatının ayrı-ayrı sahələrində təmsil olunurdular. Hər zamanda öz el-obaları üçün əllərindən gələni əsirgəmirdilər. Onlar müxtəlif idarə və təşkilatlarda öz uğur və nailiyyətləri ilə daim döğma kəndin şərəfini üstün tutmuşlar:

Quliyev Qarakişi

Quliyev Qarakişi Niftalı oğlu da təhsilini Kosalar kənd 7 illik məktəində bitirmişdir. Sonradan təhsilini davam etdirərək orta ixtisas təhsili almışdır. Əmək fəaliyyətinə Xankəndi yağ-süd kombinatında başlamışdır. Nəhayət həmin kombinatda iş ustası vəzifəsində çalışmışdır ki, bütün cavabdehlik onun öhdəsində idi. Qarakişi elə bir müsbət keyfiyyətlərə malik idi ki, onun haqqında danışarkən ilk növbədə insanın yadına onun müsbət keyfiyyətləri düşür. Döğma kəndi olan Kosalarda elə bir xeyir-şər məclisi olmazdır ki, o, orada iştirak etməsin. İştirak etmək bir yana, Qarakişi məclis sahibinə həm də maddi köməklik edərdi. Onun bu xeyirxah əməllərini hər bir Kosalar kənd sakini hörmətlə anır. Tək Kosalar kəndində yox, bütün Azərbaycanda onun haqqında çətinki xoşagəlməz fikir eşitmək mümkün olsun. Baxmayaraq ki, o, bu gün cismani cəhətdən aramızda yoxdur, xeyirxah əməlləri daim qəlblərdə yaşayacaqdır.

318

Bağırov Möhsün

Doğma kəndinin, doğma elin şərəf və ləyaqətini daim üstün tutan el oğullarından biri də Bağırov Möhsüm olmuşdur. O, uzun illər Xankəndi su idarəsində su təmizləyici stansiyanın müdiri vəzifəsində çlışmışdır. Milli vətənpərvərlik ruhu daim yüksək olan Möhsüm kişi həmişə işə azərbaycanlıları cəlb etməyə çalışardı. Belə işçilər arasında Kosalardan olanlar üstünlük təşkil edirdi.

Quliyev Şahlar Quliyev Şahlar Ədil oğlu, 16 iyun 1934-cü ildə Xankəndi rayonunun Kosalar sovetliyinə daxil olan Cavadlar kəndində anadan olmuşdur. O, 1948-ci ildə Kosalar kənd 7 illik məktəbini bitirmişdir. Uşaqlıqdan üzərinə ağır yük düşmüşdür. Ailənin dolanışığına köməklik etmək üçün, çox zaman məktəbdən yayınar, təsərrüfatla məşğul olardı. Ancaq məkdəbə elə də meylinin olmasına baxmayaraq, elə bil ki, institutu bitirmişdir. Belə ki, 1961-ci ildə Kosalar kəndində mağaza açmış və 1992-ci ilə kimi, yəni, Kosalar kəndi erməni quldurları tərəfindən işğal edilənə qədər işləmişdir. Yəqin ki, oxuculara məktəb görməmiş bir şəxsin uzun illər dükan işlətməsinin nə demək olduğu aydındır. Şahlar kişi belə demək mümkündürsə, anadangəlmə

319

riyaziyyatçı idi. Hansı sahədə işləməsindən asılı olmayaraq, özünə böyük hörmət qazanmışdır. Şahlar kişi Qarabağın sayılıb-seçilən insanlarından olub. Genişürəkli, pəhləvan cüssəli Şahlar kişinin evi, daim qonaq-qaralı olub. O, zəhmətkeş, xeyirxah, zarafatcıl bir insan idi. Bir az kəmhövsələ olmasına baxmayaraq, onun ürəyində xainlik yox idi. O, çalışardı ki, həmişə ünsiyyətdə olduğu adamların qəlbinə dəyməsin. Camaatın heç bir məclisindən qalmazdı. Qonaqpərvər və qohumcanlı insan idi. Həmyerlilərinin çətin anlarında həmişə onlara dayaq olub. Kəndinin ağır günlərində həmişə camaatının yanında olaraq, onlara ağıllı məsləhətlər verib. Çətin anlarda dükanın məhsullarını ehtiyacı olanlara paylıyıb, müharibənin çətinliyindən çıxmaq üçün, onlara yardımçı olub. Şahlar kişini Qarabağda çoxları xoş xtirələrlə yad edirlər. Kosalar kəndində onun dükanına uşaqdan-böyüyə hamı gedərdi. Heç kim də onun davranışından, münasibətindən narazı qalmazdı. Uşaqlar da onu bir baba kimi sevər və hörmət bəsləyərdilər. Bəzən uşaqlar dükandan siqaret almağa çalışardılar. Ancaq Şahlar kişi onlara siqaret satmazdı. Məcbur olan uşaqlar böyüklərin adını verərək, almağa çalışsalar da, bəzən istəklərinə nail olar, bəzən isə Şahlar kişi onların yalanına duyuq düşərdi. Şahlar kişi bu və ya digər şəxsi təsərrüfat sahələri ilə də məşğul olardı. Ancaq ən çox məşğul olduğu və vurğunu olduğu təsərrüfat sahəsi, arıçılıq təsərrüfatı idi. Bəzən 2 qonşu dalaşanda, ailə məsələlərində hamıya sözü keçən Şahlar kişiyə müraciət edərdilər. Münaqişə tərəfləri onun sözünü heç zaman iki etməzdilər. Hamının dostu olan Şahlar kişi, bax belə bir insan idi. 1992-ci il 9 may tarixində, Kosalar kənd işğalından sonra Gəncə şəhər Hacıkənd Qəsəbəsində məskunlaşmışdır. Burada da bir müddət doğma kəndindindəki peşəsini davam etdirir. Ancaq sonradan yaşla, yeni iqtisadi vəziyyətlə əlaqədar olaraq, çətin də olsa, bu peşəsindən ayrı düşür.

320

Şahlar kişi də Qarabağ dərdi ilə, nisgilli bir ürəklə köçdü bu dünyadan. O, 2004-cü ildə Gəncə şəhər Hacikənd qəsəbəsində dünyasını dəyişdi. Ailəli idi. 8 övladı var.

Kosaların azman adamları Belə azman kişilərdən biri də Kərbəlayı Həsən oğlu Cəbrayıl olmuşdur. O, meşədə olarkən bir ayı ona hücum çəkir. Silah olmadığından Cəbrayıl kişi ayının boynunu qolunun arasına salaraq boğur. Cəbrayıl kişinin oğlu Salah Ballıcadan bir cöngəni çiyninə alıb (iz düşməsin deyə) Çayqovuşana qədər gətirir. Çayqovuşanda “Qanlı bulaq”da su içməyə əyilir, cöngənin iki ayağının izi bulağın başına düşür. Erməni itən heyvanını axtara-axtara bulağın başına gəlib çıxır. Bulağın başındakı izi görərək: “bu Salahın işidir” deyib geri qayıdır. Avan adlı Ballıcalı bir erməni pəhləvanı var imiş. Məhəmməd ağa Salah kişi ilə Avan pəhləvanı güləşdirir. Salah kişi onu yıxır. Məhəmməd ağa onu mükafatlandıraraq, pəhləvan kimi yanında saxlayır. Digər bir məlumata görə bu hadisə Asdan kişi ilə Avan arasında olur. Bir gün Məhəmməd Ağa Ballıcalı erməni pəhləvanı Avanla Asdan kişini güləşdirir. Avan Asdan kişini yıxa bilməyəcəyini görüb, onu utandıraraq, başını qatıb yıxmaq üçün şalvarını cırır. Məhəmməd Ağa Asdan kişinin çəkindiyini

321

görüb deyir: “Asdan qağa, ondan hamıda var, utanma, onu yıx”. Asdan kişi Avanı başına alaraq yerə çırpır.

Kərbəlayı Bayramalı oğlu Sarı. Xan bağında, Xankəndinə doğru Çayqovuşan çayının üstündəki yolla bir erməni üzüyuxarı iki kəl qoşulmuş, yüklü araba ilə gedirmiş. Erməni arabada yuxulayırmış. Sarı kişi bir neçə nəfər yoldaşı ilə gedərkən erməni ilə rastlaşır. Onlar göndən ötrü o kəlin birini oğurlamaq qərarına gəlir. Sarı kişi yoldaşlarına deyir: Gəlin kəlin birini açaq, siz aparın, mən onun yerinə qoşulum, kəli uzaqlaşdırandan sonra arabanı buraxıb gələrəm. Belə də edirlər. Kəlin birini açırlar, Sarı kişi onun yerinə qoşulur. Ağır yüklü arabanı üzüyoxuşa məharətlə dartır. Yarı yuxulu vəziyyətdə olan erməni arabaçısı bunu hiss etmir. Yoldaşlarının uzaqlaşdığını görərək Sarı kişi boyunduruğu buraxaraq yoldaşlarına qoşulur. Kəli kəsib, cəmdəyi ot xotmasının altında gizlədərək gönü aparırlar. Erməni otu daşıyanda cəmdəyi görür və bunu ancaq Sarı edər demişdir (Hələ arabada kəlin birinin olmadığını görəndə bunu Sarı kişinin əməli olduğu ona gün kimi aydın idi).

Sözüm sözdür

Kosalar kənd nümayəndəliyinə daxil olan Başkənd kəndindən olan Lələkişi dayı yaxın adamları ilə erməni yaşayış məntəqəsi olan Ballıca üzə ova gedir. Ov ovlayırlar ermənilər qəflətən ortaya çıxaraq ovu onların əlindən almağa çalışırlar. Lələkişi dayının dəfələrlə xəbərdarlığına baxmayaraq erməni dığası ovdan əl çəkmək istəmir. Məcburiyyət qarşısında qalan Lələkişi dayı onu güllə ilə vuracağı ilə hədələyir. Erməni buna da məhəl qoymur. Çıxılmaz vəziyyətdə qalan Lələkişi dayı vəziyyəri öz qüruruna sığışdırmayaraq dığanı tüfənglə

322

kəlləsindən atır. O zamanlar bunun əvəzini çox ağır ödəyirdin. Buna baxmayaraq Lələkişi dayı məhbəs həyatını mərdliklə başa vuraraq vətənə dönür...

Kosalar kəndinin baməzə adamları

Xanlar Ələkbər oğlu həm baməzə həm də dəllal olub. O, atın yalını, quyruğunu qırxaraq, azı dişini çəkərək dayça əvəzinə satarmış. Xanlar kişi Çayqovuşanda dəyirman işlədərdi. Bir gün yolla köç dağa gedirmiş, Xanlar kişi (bir gözü kor idi): “Burada bir yaxşı cins kor ayğır var, yaxşı madyanınız varsa, onunla çəkdirin”- deyir. Gəlib görürlər ki, özünü deyir. Xanlar kişi bir dəfə bazara satmaq üçün at aparır. Bu an bir adam gəlir, sövdələşirlər. Xanlar kişi ona deyir: “Keçirdim öz çırağımı, yandırdım sənin çırağını (öz-özünə bu gecə mən çıraq yandırdım, innən belə sən yandırarsan)”. Sən demə at qoca və ölüntü imiş. Həmin axşamda, Xanlar kişi tövlədə çıraq yandırıbmış ki, at avxura düşüb ölməsin. Səhərdə atın yalını, quyruğunu qırxaraq dayça adına ona satır...

٭٭٭

Həsənov Nəriman da baməzə insanlardan olub. O, bir dəfə Çayqovuşanda dəyirmanda işləyərkən bir neçə qadın yolla keçirmiş. Qadınlardan biri zarafat üçün soruşur: “Nəriman dayı bax gör hansımız yaxşıyıq (yəni kökük)”. Nəriman kişi söz altda qalmayaraq deyir: “Bala Vallah əlləməsəm bilmərəm”

323

٭٭٭

Surxay (ləqəbi Sibir) Səməd oğlu. Başkənddə Suqra adlı gözəl bir qadın var imiş. O, bir neçə dəfə ərdə olmuşmuş. Bir gün toyda oyun havası sifariş edir: ““14-ü” çal” deyir. Surxay kişi yerdən deyir: “Az 14 olmaz, çox olar.” Fərhad kişi Surxay kişiyə deyir: “Sən öl Surxay arvad bir şey göndərmişdi (öz üstünü axtarır) salıb itirdim.” Surxay kişi söz altında qalmayaraq deyir: “O itiriləsi şey deyil, yolda yemisən”.

٭٭٭ Qara Tağı oğlu Bəbiş. Zeynal kişi Bəbiş kişinin qapısına gedərək deyir: “Bəbiş dayı gəlmişəm motala bir keçi dərisi verəsən”. Bəbiş kişi deyir: “Ə bala gəl bir çay iç, çətin deyil, Tamaşa xalana deyərəm verər”. Bəbiş kişi arvadı alt evə göndərir: “Get o dərini gətir”. Arvad kor peşiman qayıdaraq, deyir: “A kişi dəri zad yoxdur”. Bəbiş kişi deyir: “A bala Zeynal, qurudur, gərək istağa qoya, istağa qoysun, gəl apar”.

٭٭٭

Abış Quliyev ata minərkən xurcunu öz çiyninə salarmış. Deyəndə ki, Abış dayı xurcunu nə üçün atın belinə salmırsan. Deyərmiş ki: “Ağrın alım elə deyirəm ata ağırlıq düşməsin”. Bir dəfə də at yedəyində Hacı talasından evə doğru gəlirmiş. Laçından olan məşhur bir oğru atın noxtasını çıxararaq onu aparır. Abış kişi cilovu sürüyə-süryə evə gəlir, kənddə görür ki, at yedəyində yoxdur.

324

Uzunömürlülər

Kosalar uzunömürlülər diyarıdır. Bağışlayın, Kosalar uzunömürlülər diyarı idi. Bəlkə yenə də səhv edirik bu indidə belədir. Ancaq bizim üçün yox, düşmən üçün: Onlar bu yurdun suyunu içərək, daha da çox və sağlam yaşayırlar, ancaq biz isə yurd həsrətindən, itkilərimizin qübarından və daha başqa səbəblərdən ömrümüzü tez başa vururuq. 20 ildə qəbiristanlıqda uyuyanlarımızın sayı kənd sakinlərinə çatha-çatdadır. Acınacaqlısı odur ki, ildən-ilə orta ömür aşağı düşür. Ancaq bir vaxtlar belə idi: Quliyev Həmid – 130 il; Hümbətova Güldəstə -112 il (1897- 2009); Hümbətov Mirzalı - 102 il (1880 – 1982); Bağırova Əsiyə; Qara Tağı; Güllü nənə 100 ildən artıq ömür sürmüşlər bu dünyada (diqqət yetirin adı çəlkilənlər yüzdən artıq yaşayıblar. Nəzərə alsaq ki, faktlarla araşdıra bildiklərimizdir bunlar və 100 yaşdan aşağı yaşayan uzunömürlülərimizi demirik, bu böyük göstəricidir), bu gəlimli-gedimli dünyanın ulu gərdişinə bələd idilər. Ermənilərin xalqımıza qarşı törətikləri yüzlərlə qırğının şahidi idi onlar. Sovet hakimiyyəti dövründə onlar deyirdilər, başa salırdılar bizi ki, düşmənimizi tanıyaq. Ancaq biz onların xəbərdarlıqlarına, bizi ayıltmalarına heç bir məhəl qoymadan sovetlərin bədnam “Xalqlar dostluğu” ideyası ilə yaşayırdıq. Bu bitməz-tükənməz yuxudan ayılmaq bilmirdik. Lakin indi onların nə demək istədiyini anlayırıq, anlayırıq ancaq sonradan özümüzəqayıdışın bizə heç bir faydası olmayacaq. Bu yerdə ermənilər deyərdilər: “Müsəlmanın sonrakı ağlı bizdə olsaydı...”

325

Kosalar əhalisi hazırda Məlum Qarabağ hadisələri nəticəsində Kosalar kəndi də 1992-ci il may ayının 9-da erməni quldurları tərəfindən işğal olundu. Doğma yurdundan didərgin salınmış 1783 nəfər (2010-cu ilə olan məlumata görə) Kosalar kənd sakini respublikamızın ayrı-ayrı rayonlarına səpələnmişlər .

0

200

400

600

800

1000

1200

1400

1600

1800

1980199020002010

1980 1025

1990 1530

2000 1675

2010 1800

Əhalinin artımı

Kənd əhalisinin 60%-i Gəncə şəhər Kəpəz rayon Hacıkənd qəsəbəsində məskunlaşıb. Əhalinin qalan hissəsi əsasən Bərdə, Yevlax, Ağdaş, Oğuz, Ucar, Goranboy, Şəki, Göyçay, İsmayıllı, Bakı və digər rayon və şəhərlərimizdə məskunlaşmışlar. Ümumlikdə kənd əhalisi 17 rayonun ərazisində yığcam şəkildə məskunlaşmışdır.

326

Hazırda kəndlər üzrə əhalinin sayı aşağıdakı kimidir: S\s Kəndlər Təsərrüfat Əhalisi

(nəfər) 1 Kosalar 177 629 2 Cavadlar 68 255 3 Başkənd 84 340 4 Yaloba 77 302 5 Canhəsən 28 107 6 Qaragav 36 150 7 CƏMİ 470 1783

2010-cu ilə olan məlumata görə

Köçkün həyatı sürməsinə və butün çətinliklərə baxmayaraq, kəndin bütün idarə və təşkilatları, mədəni- maarif müəsisələri və səhiyyə ocaqları öz fəaliyyətlərini davam etdirir.

327

Əlavə

Kosalar oğulları keçmiş SSRİ hərbi birləşmələri tərkibində

1978-ci ildə Əfqanıstan Demokratik Xalq Partiyası çeviriliş edərək sosializm qruculuğu xəttini elan etdi. Bu ölkədə sosializm qruculuğu yolunu müdafiə etməyən vətəndaşlarla müharibəyə səbəb oldu. Yenicə hakimiyyəti ələ keçirmiş iqtidar kömək üçün Sovet ittifaqına müraciət etdi. 1979-cu ildə Əfqanıstan Demokratik Xalq Partiyasını müdafiə edərək onu hakimiyyətdə saxlamaq məqsədi ilə keçmiş Sovet ordusu Əfqanıstana yeridildi (1989-cu ilə qədər Sovet ordusu Əfqanıstanda qaldı; fevral ayının 15-də keçmiş SSRİ-nin "məhdud hərbi kontingenti"nin Əfqanıstandan çıxarılması prosesi sona yetmişdir). 10 illik Əfqanıstan müharibəsi Sovet dövləti üçün biabırçılıqla başa çatdı. SSRİ xarici işlər nazirinin müavini Yuri Vorontsov çıxışında ölkənin 18 milyon nəfər əhalisinin yalnız 5 milyon nəfərinin hakimiyyətin nəzarəti altında olduğunu (yəni onu müdafiə etdiyini) söyləyərək orduların çıxarılması təklifini müdafiə etdi.

Əfqanıstana yola salınan azərbaycanlı əsgərlər

O zaman Əfqanıstana göndərilən Sovet qoşunlarının tərkibində yüzlərlə azərbaycanlı var idi. Onlardan biri də Kosalar kəndindən olan Rövşən Ələsgərov idi. Əfqanıstan torpaqları yüzlərlə Sovet əsgərinin qanı ilə suvarıldı. Bu qanlı

328

müharibədən geriyə qayıtmaq qismətinə yazılan vərən oğulları Azərbaycan müstəqillik əldə etdikdən sonra onun könüllü hərbi birləşmələri tərkibində təcrübəli əsgər və zabtlərə çevrildilər. Ələsgərov Rövşən də belələrindən idi. O, döğma Kosalar kəndinin müdafiəsində yüksək xidmətləri ilə daima seçilmişdir. Əfqanıstan müharibəsində qazandığı böyük təcrübə Qarabağ müharibəsində ona və yoldaşlarına hər zaman kömək olmuşdur...

1986-cı il aprelin 26-sı Sovet dövlətində ümumu həyəcana səbəb oldu. Həmin gün Ukraynada yerləşən atom elektrik stansiyanın 4 nömrəli reaktorunda partlayış olmuşdu. Baş verən bu qəza olkənin sərhədlərindən xeyli kənarda bütün canl təbiətə öldürücü təsir etmişdi. Qəzanın nəticələrini aradan qaldırmaq üçün Sovet ordu birləşmələri işə cəlb olundular. Çernobl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb olunan qoşun birləşmələrinin içərisində yüzlərlə azərbaycanlı var idi. Onlardan biridə Kosalar kəndindən olan Babil Quliyev idi. Qəza xilasedicilərinin hər biri burada yüksək şüalanmaya məruz qaldılar. Bu elə bir zərbədir ki, onu Çernobl əlilləri daima öz üzərlərində hiss edəcəklər...

Qasım Qırxqızlı Qırxqızlı (Qasımov) Qasım İslam oğlu 1945-ci ildə Laçın rayonunun Arduşlu kəndində anadan olmuşdur. İxtisasca

329

müəllim olan Qasım respublika mətbuatında şeirləri və publisistik yazıları ilə mütəmadi çıxış edir. Mətbuat sahəsindəki xidmətlərinə görə o, 1993-cü ildə “Məhəmməd Əsədov” adına mükafata layiq görülüb. Qasım müəllim Qarabağda uzun illər müxtəlif məsul vəzifələrdə işləmiş Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Hörmətli oxucular, bəlkə də çoxunuzda belə bir sual meydana çıxır?... Axı Qasım müəllim Kosalar kəndindən deyil. Ancaq o, Kosaların ən yaxın qohumudur. Hər şeydən də ötə hər zaman ürəyi Kosalarla döyünür. Bəlkə də onun yazılarının çoxu Kosalardan bəhs edir və yaxud Kosalardan onun qədər yazıb-yaradan ikinci bir şəxs olmamışdır. Bax elə buna görə də Qasım Qırxqızlı Kosalardandır desəm heç kim məni qınamaz. Qasım müəllimin yaradıcılığının məhsulu olan “Qırxqızda qartal yuvası”(1998) adlı ilk kitabı Kosaların igidlik salnaməsindən bəhs edir. Tarix özü onun bu xeyirxah işinin qiymətini verəcəkdir. Bundan əlavə “Əsrin Faciəsi –Xocalı”, “Kərkicahan-Qarabağın daş yaddaşı”, “Vətən qeyrət umurdu bizdən”, “Naşir”, “Qarabağım-Xankəndim mənim”(2001) “Hər ömürdən bir yarpaq”(2008) Ümumlikdə 10-a qədər böyük tirajlı kitabların müəllifidir. “Qarabağda talan var...” sənədli televizya filiminin ssenari müəllifi də Qasım Qırxqızlıdır. Doğma Qarabağın unudulmaması baxımından onun əsərləri qiymətli mənbədir. Bütün bunlardan əlavə, Qasım müəllim Vətən mücahidlərinin döyüş yolu, Qarabağ hadisələri və tarixi, ermənilərin törətdikləri vəhşilikləri cəmiyyətə tanıdan yüzlərlə qəzet məqaləsinin müəllifidir. Qasım müəllim hazırda ”Xocalının səsi” qəzetinin baş redakdorudur.

330

Son söz

Sonda belə bir nəticəyə gəlmək elə də çətin deyil ki, Azərbaycan xalqı zəngin adət-ənənələrə, mədəni- mənəvi irsə malikdir. Zəngin mədəniyyətimizin formalaşmasında hər bir bölgəmizin öz rolu vardır. Bu baxımdan Qarabağ bölgəsi xüsusilə seçilir. Qarabağ bölgəsinə xas olan adət-ənənələrin də formalaşmasında onun ayrı-ayrı bölgələri özünəməxsus töhfələri ilə çıxış edir. Həmçinin Kosalar bölgəsi də özünəxas mənəvi dəyərləri ilə həm Qarabağ bölgəsində, həm də Azərbaycanda xüsusi çəkiyə malikdir. Kosalar kəndinə aid bir çox mədəni-mənəvi xüsusiyyətlər Qarabağ bölgəsi üçün ümumi səciyyə kəsb etsə də, bir çoxları Kosalar ərazisi üçün regional xüsusiyyət kəsb edir. Hər birimiz çalışmalıyıq ki, Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini ümumilikdə öyrənməklə yanaşı, hər bir bölgəmizə ayrılıqda yanaşaq. Yalnız bu yolla regional xüsusiyyətlərimizi dolğun səkildə araşdıra, təbliğ edə və haqq səsimizi dünyaya çatdıra bilərik. Bu yolda xalqımıza uğurlar...!

331

M Ü N D Ə R İ C A T

Müəllifdən..……………………………………………………... Ümumi Məlumat.......................................................................... Flora və faunası........................................................................... Topdaşın əhvalatı................................................................ Kosalar kənd inzibati ərazi vahidi............................................. Kosalar kənd nümayəndəliyi...................................................... Əskərov Kərəm..................................................... Məmmədov Kamran............................................. Rzayev Şahid........................................................ Kosalar.......................................................................................... Cavadlar....................................................................................... Başkənd......................................................................................... Yaloba........................................................................................... Canhəsən....................................................................................... Qaragav......................................................................................... Kosalar adının etimalogiyası..................................................... Toponimika................................................................................... Kosalar XX əsrin əvvəllərində.................................................. Məhəmməd ağa Ataxan oğlu............................... Represiya illəri.......................................................................... Qaçaq Mahmud................................................... Rza oğlu Mirzə...................................................... Rəşitiyev Məcid...................................................... Molla Ədil..........................................................

332

Kosalar Böyük Vətən Müharibəsi illərində............................... Vəliyev Bayram................................................... Rzayev Hətəm....................................................... Mirzəyev Hüseyn................................................... Məmmədov Cümşüd............................................. Məmmədov Ədil.................................................. Hümbətov Fərzalı................................................. Quliyev Mürşüd.................................................... Quliyev Hilal........................................................ Quliyev Müsür....................................................... Hər zaman adları anılan üç insan..................... Kosalar kəndi erməni planında............................................... Xankəndindən didərgin salınanlar............................................. Xeyirxahlıq heç zaman unudulmur.................................. Kosalar Qarabağ müharibəsi illərində...................................... Tarixi xronika.............................................................. Ağdaş əməliyyatı.......................................................................... 777 saylı Briqadanın tabeliyində olan 835 saylı Hərbi hissənin Kosalar kənd ozünümüdafiə rotasının şəxsi heyətinin və döyüşçülərinin siyahısı................................................................ Quliyev Ramiz.................................................................. Kosalar döyüşcüləri Cəmillinin harayında................................ Kosalar döyüşçüləri Meşəlinin harayında................................. Milli Qəhrəmanlar Həsənov Tabil........................................................ Məmmədov Möhsüm........................................... Əhmədov Natiq...................................................... Orden və medallarla təltif olunanlar

333

Əskərov Xəzani...................................................... Abdullayev Mahir................................................. Rüstəmov Eldar................................................. Məmmədov Sərvər................................................. Ağayev Rasim..................................................... Quliyeva Zöhrə..................................................... Qarabağ müharibəsində şəhid olanlar Həsənov Ramiz..................................................... Abdullayeva Maya............................................... Abdullayeva Maya................................................ Bayramov Cəllad................................................. Əliyev Nadir......................................................... Həsənov Elşad....................................................... Hüseynova Qızbəs................................................. Məmmədov Zakir............................................... Muradov Faiq..................................................... Quliyev Şəmsi...................................................... Quliyev Fərhad................................................... Quliyev Şükür.................................................... Quliyeva Məxmər.............................................. Quliyev Şahbaz ................................................... Rzayev İldırım................................................... Rəşidov Adil....................................................... Rəşidov Nazim.................................................. Quliyev Oqtay.................................................... Quliyev Zakir..................................................... Hümbətova Füruzə........................................... Hümbətov Muğan............................................ Hümbətova Simuzər.......................................... Hümbətova Südabə......................................... Kəndin müdafiəsində bu insanların xidmətləri çox olmuşdur. Quliyev Vahid...................................................

334

Quliyev Ziyəddin................................................. İsgəndərov Əlövsət............................................... Kosalar döyüşlərində yaralananlar......................................... Kosalar uğrunda döyüşlərdə həlak olan digər bölgələrdən olan soydaşlarımız.................................................................. Kosalar döyüşçüləri doğma kəndin işğalından sonra, atəşkəsəqədərki dövrdə............................................................... Ağayev Ramiz................................................. Hümbətov Araz.................................................. Müharibə illərində Kosalar kəndini himayəyə götürən rayonlar................................................................................... Kosalar kəndinin sosial obyektləri (sosial infrastrukturu)..... Yol idarəsi.......................................................................... Əhmədov Vüqar................................................. Kosalar kənd orta məktəbi............................................. Quliyev Maarif.................................................. Rəşidov Arif.................................................... Quliyev Yelmar.............................................. Məhərrəmov Təhməz........................................... Quliyev Bəyməməd............................................. Quliyev Məhərrəm.............................................. Mirzəyeva Səmayə............................................... Nəcəfova Dilbər................................................... Rzayev Mərkəz.................................................... İbrahimov Rasim.................................................. Əhmədov Rəhman............................................... Kosalar kənd məktəbinin yetirmələri................................

335

Muradov Rövşən.............................................. Başkənd kənd orta məktəbi................................................ Hümbətov Əhməd............................................. Məmmədov Məhəmməd............................... Məmmədov Vaqif............................................... Yaloba kənd orta məktəbi. Qənbərov Alı........................................................ Ələkbərova Qəndil.............................................. Hümbətov Həsən................................................. Bayramov İslam............................................... Qaragav kənd orta məktəbi.............................................. Yaloba tarix diyarşunaslıq muzeyi.................................. Tibb müəsisələrinin fəaliyyəti və yüksək baçarıqlı həkimlər. Mirzəyev Telman............................................ Mirzəyeva Malina............................................ Ağayeva Rahilə............................................... Məmmədov Aqil............................................... Mirzəyev Nicat............................................... Nəcəfov Misir............................................... Təsərrüfat..................................................................................... Təsərrüfat sahələrində yüksək xidmətləri ilə seçilən şəxslər Məmmədov Fərhad........................................... Rəşidov Məhəmməd........................................ Mutadov Təyyar............................................... Məmmədov Qasım........................................... Kosalar kəndinin yaradıcı insanları.

336

Söz əhli. Kamal Fərhadoğlu........................................... Əhmədov Valeh................................................. Şahsuvar Əhmədoğlu...................................... Əliyev Taleh..................................................... Qalib Nəğməkar............................................... Bağırov Vasif.................................................. Musiqiçilər. Əhmədov Xəlil.................................................. Məmmədov Amil.............................................. Quliyev Rüstəm.............................................. Ağayev Məzahir............................................... Adət-ənənələr............................................................................... Kosalardan olan el sənətkarları................................................. Əhmədov Yaqub................................................. Ələsgərov Şura................................................... Məhərrəmov Möhsün........................................ Kosalardan olan el adamları....................................................... Quliyev Qarakişi................................................. Bağırov Mohsün................................................ Quliyev Şahlar.................................................... Kosaların azman adamları.......................................................... Sözümüz sözdür.................................................. Kosalar kəndinin baməzə adamları.............................................. Uzunömürlülər............................................................................ Kosalar əhalisi hazırda............................................................... Əlavə.

337

Kosalar oğulları keçmiş SSRİ hərbi birləşmələri tərkibində....... Qasım Qırxqızlı........................................................................... Son söz.........................................................................................

338

Mətnləri kompüterdə yığdı: Fatma Mirzəyeva Dizayner və tərtibatçı: Rauf Mirzə

Fotomantaj: Rauf Mirzə, Cahid Hümbətov

339

Rauf Mirzə (Rauf Yaqub oğlu Mirzəyev) 1983-cü il mart ayının 31-də Xankəndi şəhərində anadan olmuşdur. O, 2000-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 2004-cü ildə həmin universiteti bitirmişdir. Həmin il “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə universitetin magistratura pilləsinə qəbul olmuş, 2008-ci ildə magistr elmi dərəcəsi almışdır. 2005-ci ildən Xocalı rayon Kosalar kənd orta məktəbində tarix müəllimi işləyir. 2010-cu idən isə həmin məktəbdə təşkilatçı müavin vəzifəsində çalışır.