65
Çinqiz İsmayılov Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası Donated by tne Embagof^UedS^ofAmem» * Изюмом- Ekso^Azərt^ycan-^məliy^rat Şirlfeti МММ, EksonMobilin törfirtö.|irkətb.ro a r*i mı Regional Kitabxar ••««!»№ »■• ••« Amerika Biri доЛ"**» •: v. г. ...... >-* _____ _____ “Ayna Mətbu Evi” Bakı - 2005 Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsi PREZİDENT KİTABXANASI

Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

  • Upload
    others

  • View
    6

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Çinqiz İsmayılov

Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası

Donated by tneE m b a g o f^ U e d S ^ o fA m e m »

* И зю м о м -Ekso^Azərt^ycan-^məliy^rat Şirlfeti МММ,

EksonMobilin törfirtö.|irkətb.r o a r *i m ıRegional Kitabxar ••««!»№ »■• ••«

Amerika Biriд о Л " * * » •: v . г ....... > -* _____ _____

“Ayna Mətbu Evi” Bakı - 2005

Azərbaycan Respublikası Prezidentinin

işlər İdarəsi

PREZİDENT KİTABXANASI

Page 2: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

&ом * / 6 . -к.н

7 и

Mündəricat

Xəzər dənizinin yaranmasının qısa tarixi və təbii şəraiti 3Xəzər dənizinin səviyyəsinin tərəddüdü və onun izahı 13

Xəzər dənizinin təbii sərvətləri, onlarınmənimsənilməsi və ekoloji vəziyyətin dəyişilməsi 25Xəzər regionunda nəqliyyatın inkişafıvə onun ətraf mühitə təsiri 67Xəzərin sahil ərazilərinin mənimsənilməsivə antropogen təsirin artması 83Xəzər dənizinin ekoloji vəziyyətinin mühafizəsindədövlətlərarası anlaşmaların vacibliyi 109Xəzərin hüquqi statusu problemi və ekoloji məsələlərin həlli 1 1 7

Page 3: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Xəzər dənizinin yaranmasının qısa tarixi

Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də­nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra­sında özünəməxsus yer tutur. Bu dənizin özü və onu əhatə edən sahil əraziləri müxtəlif təbii sərvətlərlə zəngindir. Onların bu bölgədə kifayət qədər böyük həcmdə toplanması müxtəlif amillərin təsiri altında baş vermişdir. Ən əsas təsiredici amillər isə, heç şüb­həsiz, planetar miqyaslı təbii amillərdir.

Hər bir ekosistemin müasir vəziyyətini dəqiq mü­əyyənləşdirmək üçün ilk növbədə onun geoloji ba­xımdan yaranmasının və tədricən dəyişilməsinin tari­xi keçmişini öyrənmək lazımdır. Uzun illər aparılmış tədqiqatlar göstərir ki, Xəzər dənizinin yerləşdiyi əra­zi çox mürəkkəb və müxtəlif geoloji proseslərin təsi­rinə məruz qalmışdır.

Bildiyimiz kimi, Xəzər dənizi tarixi keçmişdə uzun müddət Qara dənizlə birlikdə Sarmat dənizi ad­lanan su hövzəsinin bir hissəsi olmuşdur. Belə ki, Xə­zər dənizi vahid dünya okeanı Tetisin quru ilə qovuş­duğu bir sahəni əhatə edirmiş. Yalnız yuxarı pliosen- də (2 - 3 mln. il bundan əvvəl) Qafqaz dağ sisteminin əmələgəlmə prosesinin ən güclü fazalarının birində Xəzər dənizi hövzəsinin konturları formalaşmağa baş­layır. Məhz elə bu vaxt, daha dəqiq desək, ağcagil dövründə (2 -3 mln. il bundan əvvəl) Xəzər çökəkli­yinin əmələgəlmə prosesi tamamlanır.

Xəzər dənizinin Qara dənizdən ayrılması nəticə­sində onun Dünya okeanı ilə əlaqəsi kəsilir və sonra­kı dövrlərdə onun su hövzəsi sahəsi mütəmadi olaraq dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər bir tərəf­dən qlobal iqlim dəyişikliyi, digər tərəfdənsə geoloji proseslərin təsiri altında gedirdi. Nəticə etibarilə Xə­zər dənizinin bütün sonrakı inkişaf tarixi onun transqressiya və reqressiyaları ilə bağlıdır. Pliosen və pleystosen dövrlərində transqressiya zamanı onun ak­vatoriyası - sahəsi özünün ən böyük həddinə - 904 min km2-ə çatırdı. Bu vaxt dənizin səviyyəsi mütləq +46 m təşkil etmiş və suyun ümumi həcmi 133 min km3 olmuşdur. Şimalda dənizin sahil xətti müasir Vol-

qoqrad şəhərinin yerləşdiyi əraziyə qədər gedib çıx­mışdı. Əksinə, reqressiya dövründə dəniz akvatoriya­sı azalaraq təxminən 205 min km2 olmuşdur. Bu za­man dənizin səviyyəsi mütləq -65 m, suyun həcmi isə cəmi 70 min km' imiş.

Əlbəttə, dənizin transqressiya və reqressiyası sahil ərazilərinin relyefinin formalaşmasına böyük təsir göstərmişdir. Belə ki, sahil ərazilərində, xüsusən də­nizin qərb sahillərində çoxsaylı akkumulyativ proses­lər baş vermişdir. Dəniz səviyyəsinin tərəddüdü onun hövzəsində və şelf bölgəsində müxtəlif mütləq hün­dürlüklərdə müxtəlif sahil xətlərinin yaranmasına sə­bəb olmuşdur ki, onların izləri indi də qalır. Dənizin

müasir səviyyəsi ilə götürdükdə 5 - 15 və 20 - 23 m dərinliklərdə, keçmiş dövrlərdə baş vermiş transqres- siyaların və reqressiyaların sübutu kimi, terras qalıq­ları müşahidə etmək mümkündür. Türkan reqressi- yası dənizin tarixi keçmişində ən böyük reqressiyalar- dan biri olmuşdur. Bu dövrdə Abşeron - Balxan asta­nası (şərti olaraq Abşeron yarımadasından Çələkən yarımadasına qədər uzanan sualtı xətt) quruya çevri­lərək dənizi iki hissəyə bölmüşdür. Nəticədə Orta və Cənubi Xəzər çökəklikləri əmələ gəlmiş, Şimali Xə­zər isə quru sahəsinə çevrilmişdir. O vaxt dənizin sə-

Page 4: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Transqressiya nəticəsində tarixi keçmişdə Xəzər

dənizinin sahəsinin dəyişilməsi

viyyəsi indikindən 300 metr aşağı olmuşdur. Sahil terrasları quruda - müasir sahil xəttindən xeyli aralıda da mövcuddur. Xüsusən qərb sahillərində bu daha aş­kar şəkildə görünür. Məsələn, 350 - 450 min il bun­dan öncə, Bakı transqressiyası dövründə yaranmış ter- raslar indi qərb sahillərində, hətta 300 - 400 m mütləq hündürlüklərdə də müşahidə olunur. Qeyd etmək la­zımdır ki, o dövrdə sahil xətti təxminən sıfıra yaxın

hündürlükdə yerləşmişdir və sonrakı dövrdə onun bu qədər qalxması, əlbəttə, bölgədə gedən tektonik pro­seslərin təsiri nəticəsində baş vermişdir. Beləliklə, ta­rixi keçmişdə yayılan terrasların müxtəlif hündürlük­lərdə olmasını hövzədə cərəyan edən tektonik pro­seslərin üst-üstə düşməsi ilə izah etmək olar.

Elmi mənbələrdən məlumdur ki, IV - VI əsrlərdə Xəzər dənizinin səviyyəsi mütləq +30 - 35 metr ara­sında tərəddüd edirmiş. Artıq VII - VIII əsrlərdə də­

nizin səviyyəsi qalxdığına görə sahəsi xeyli genişlən­mişdir. Bu artım xüsusən XII əsrdən başlayaraq son­rakı yeddi yüz il ərzində özünü daha qabarıq şəkildə büruzə vermişdir. Belə ki, bu müddətdə Xəzərin sə­viyyəsi təxminən 8 metrə qədər qalxmışdır.

Paleocoğrafi məlumatlar göstərir ki, çox-çox qə­dim dövrlərdən bizim günlərə kimi Xəzərin səviyyə­sinin tərəddüd amplitudası 55 metrə qədər çatmışdır. Səviyyənin dəyişilməsi əsasən mənfi 5 metrdən müs­bət 50 metrə qədər olmuşdur. Qədim Xəzərin çökün­tülərinin qalınlığına əsasən deyə bilərik ki, Xəzər də­nizinin transqressiyası ilə reqressiyası arasında nisbət 3:1 və ya 4:1 nisbəti həddindədir.

Yəni transqressiyaların müddəti kifayət qədər çox uzanmışdır.

Son 500 min il ərzində Xəzər dənizi ən iri transqressiyalara (Bakı, Xəzər və Xvalın) məruz qal­mışdır. Bu dövrlərdə Xəzərin səviyyəsi +50 m mütləq hündürlüyə qalxmışdır. Eyni zamanda, dənizin ümu­mi sahəsi müasir sahəsindən fərqli olaraq 2,5 dəfə bö­yük idi.

Bakı transqressiyasının uzanma müddəti təxmi­nən 100 min il olduğu halda, Xəzər transqressiyası cə­mi 11 - 12 min il olmuşdur. Bütövlükdə Xəzər dənizi­nin tarixi keçmişdə səviyyəsinin irimiqyaslı tərəddü­dü onun sahil ərazilərinin relyefinin, bitki və heyva­nat aləminin və ümumiyyətlə, təkrarolunmaz landşaf­tın formalaşmasına böyük təsir etmişdir.

Bununla bağlı olaraq dəniz hövzəsində baş verən geoloji proseslər və qlobal iqlim dəyişiklikləri Xəzə­rin mənşəyində və ümumi sahəsinin dəyişilməsində başlıca rol oynayırlar.

Antropogen təsirin ətraf mühitdə ildən-ilə artma­sına baxmayaraq, Xəzər dənizi hövzəsində təbii pro­seslər mühitin dəyişilməsində hələ də həlledici rol oynayırlar. Buna görə də Xəzər dənizinin mənşəyinin və inkişafının elmi əsaslarla izahı onun gələcək transformasiyasını müəyyən etməyə imkan verir.

Page 5: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Xəzər dənizinin təbii şəraiti

Xəzər dənizi Dünya okeanı ilə əlaqəsi olmayan qapalı su hövzəsidir. Lakin bununla belə, ona göl de­mək düzgün olmazdı. Tarixi keçmişdə Dünya okea­nına çıxışı olan Xəzəri bu gün, sahəcə çox böyük ol­duğu üçün, suyu duzlu və özünəməxsus hidrobioloji xüsusiyyətləri ilə fərqləndiyi üçün dəniz adlandırırlar.

Xəzər dənizi Avropa və Asiya qitələrinin qovuşdu­ğu sahədə yerləşir; uzunluğu meridional istiqamətdə 1200 km-dir, eni isə 200 - 450 km arasında dəyişir. Də­

nizin ümumi sahəsi 390 min km2, suyunun həcmi isə 78 min km’-dir. Müqayisə etməkçiin xatırladaq ki, 1970-ci ildə sonuncu dəfə səviyyəsinin artmasından öncə sahəsi 378,4 min km2, 1929-cu ildə isə 422 min km2 olub. Xəzər dənizinin su götürdüyü hövzəsinin iimumi sahəsi 3,6 mln km2-dir. Onun su balansı əsasən

çayların hesabınadır. Xəzərə axan çayların sayı 130-dan çoxdur. Onlardan ən əhəmiyyətlisi Volqa çayıdır. Xə­zərə axan suların illik həcminin 78%-i onun payına dü­şür. Ümumiyyətlə, ilboyu bu dənizə axan suyun 88%-i Şimali Xəzərə tökülən çayların (Volqadan savayı, Ural və Terek də bura daxildir) hesabına yazılmalıdır.

Qərb sahillərində Xəzəri nəzərəçarpacaq həcmdə su ilə təmin edən çaylar Samur, Kür və Sulakdır ki, onların da payına cəmi 7% su düşür. Qalan 5% isə başda Səfidrud olmaqla cənub sahillərində Xəzərə axan İran çaylarının hesabına düşür. Dənizin su ba­lansında yağıntılar bir o qədər də əhəmiyyət daşımır. Dəniz səthinə illik yağıntı 200 mm-ə çatır.

Dibinin relyef xüsusiyyətlərindən çıxış edərək alimlər Xəzər dənizini üç hissəyə ayırırlar: dayaz və sahəcə kiçik olan Mangistau və Abşeron qabarıq asta­nalarını əhatə edən Şimali Xəzər; nisbətən dərin - Orta Xəzər və ən dərin - Cənubi Xəzər.

Şimali Xəzərin sahəsi 91 min km2, orta dərinliyi 5 - 10 m olduğu halda, maksimum dərinliyi 25 m-dək çatır.

Orta Xəzərin sahəsi 138 min km2, orta dərinliyi 215 m, ən dərin sahəsi isə Dərbənd çökəkliyidir (788 metr).

Cənubi Xəzərin sahəsi 161 min km2, orta dərinliyi 327 m, ən dərin sa­həsi isə Cənubi Xəzər çökəkliyidir (800 - 900 metr). Ümumiyyətlə, Xə­zərin 1025 metrə çatan ən dərin nöq­təsi də bu sahədədir.

Şimaldan cənuba doğru getdikcə dənizin dərinliyinin artması suyun duzluluğuna da təsir göstərir. Xəzə­rin orta uzunluğu okean və digər də­nizlərə nisbətən azdır. Dənizdə duz- luluq 0,2 - 13,5 promilə qədər dəyi­şir. Orta duzluluq isə 12,7 promil təş­kil edir. Cənubdan şimala doğru isti­qamətdə duzluluq azalır. Bunun əsas səbəblərindən biri şimal sahəsində dənizə çoxlu sayda, özü də Volqa,Ural, Terek kimi iri çaylar vasitəsilə böyük həcmdə şirin suların axması-

Page 6: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

dır. Duzluluğun az olması və mənfi qış temperaturu Şimali Xəzər sularının qışda donmasına səbəb olur. Bütövlükdə Şimali Xəzərdə orta duzlulııq 2 -3 promil təşkil edir. Əksinə, şərq sahillərində yüksək buxarlan­ma və çay mənbələrinin olmaması səbəbindən duzlu- luq 13,2 - 13,5 promilə qədər qalxır. Xüsusən bu, Qa- raboğazqol körfəzində daha aydın nəzərə çarpır.

Sahəsi 12 min km2 və dərinliyi 10 metrə çatan Qa- raboğazqol körfəzi Xəzər dənizi səviyyəsindən 5 metr aşağıda yerləşir. İntensiv akkumulyasiya nəticəsində körfəzin dibinin səthi tamamilə düzdür. Dənizdən körfəzə ildə 10 km3 su axır və bu suyun hamısı, de­mək olar ki, buxarlanmaya gedir. Nəticədə Qarabo- ğazqol körfəzində suyun duzluluğu 300 promilə çatır.

Xəzər dənizində 50-yə yaxın ada var; onların ümu­mi sahəsi 350 km2-dir. Bununla yanaşı, dənizin səviy­yəsinin tərəddüdü və sualtı palçıq vulkanlarının mü- təmadi fəallaşması (xüsusən Abşeron yarımadası sa­həsində) adaların sayının və deməli, onların ümumi sahəsinin dəyişilməsinə səbəb olur.

Xəzərin fiziki-coğrafi şəraiti müxtəlifliyi ilə fərqlə­nir. Belə vəziyyət ardıcıl olaraq dəyişən iqlim zonal- lıqları və dənizi əhatə edən relyefin müxtəlifliyi ilə bağlıdır. Dəniz hövzəsində yaranan təbii şəraitdə so­yuq Arktika hava kütlələri, rütubətli Atlantik okeanı, Orta Asiya quru kontinental və isti tropik Aralıq dəni­zi hava cərəyanları həlledici rol oynayır.

Sahilboyu ərazilərdə formalaşan təbii iqlim şəraiti hər bir konkret sahənin relyefindən bilavasitə asılıdır. Şimalda düzən sahillər üçün mülayim quru kontinen­tal iqlim tipikdir. Dənizin qərb sahillərinin dağlıq zo­nasında mülayim-isti iqlim, şərq sahillərində isə çox isti, kəskin-kontinental və arid iqlim üstünlük təşkil edir. Cənub-qərb (Lənkəran - Astara sahəsi) və cə­nub sahilləri isə rütubətli subtropik zonası kimi başqa Xəzəryanı sahələrdən fərqlidir.

Şimali Xəzərdə havanın orta illik temperaturu + 10°C olduğu halda, cənubda +17°C-yə çatır. Tem­peratur fərqi xüsusən qış aylarında kəskin şəkildə müşahidə olunur. Qeyd etdiyimiz kimi, Xəzərin şi­mal hissəsi qışda 3 - 4 ay buzlarla örtülü olur.

Bölgəsindən asılı olaraq sahil ərazilərinin illik orta rütubəti də kifayət qədər fərqlidir. Məsələn, əgər də­

nizin şərq sahillərində illik orta rütubət 150 - 200 mm-dirsə, cənub sahillərində bu göstərici 1200 - 2000 mm-ə çatır. Beləliklə, ərazilər arasında illik orta rütu­bətin fərqi təxminən 10 dəfəyə çatır. Dəniz suyunun üst qatlarında qış ayları temperatur şimalda 0°C-yə yaxın olduğu halda, cənubda +12°C-yə çatır. Yayda

isə suyun maksimal temperaturu dənizin cənub və qərb bölgələrində müşahidə olunur. Suyun dərin qat­larında temperatur dəyişmir, sabit qalır; +5...+6°C təşkil edir.

Xəzər dənizi şimal və subtropik hava kütlələrinin kəsişdiyi zonada yerləşdiyi üçün su burda daim dalğa­lanır. Belə ki, su səthinin 2 -3 ballıq dalğalanması Xə­zərin adi vəziyyətidir.

Bu su hövzəsində atmosfer sirkulyasiyasının mü­rəkkəb olması su cərəyanlarının saat əqrəbi hərəkəti­nin əksinə, əsasən də sahilboyu üzrə dövr etməsini şərtləndirir. Qərb sahilboyu cənub istiqamətdə hərə­kət edən axınlara isə dənizin dərinliyi və relyefi təsir edir.

Page 7: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Abşeron yarımadası şimaldan gələn axını iki hissə­yə ayırır. Axının əsas hissəsi cənuba - İran sahillərinə yönələrək sahilboyu - öncə şərqə, sonra şimala dönə­rək saat əqrəbinin hərəkətinə əks qapalı su dövriyyə­si yaradır. Digər, nisbətən zəif axın yarımadadan Xə­zərin şərq sahilinə hərəkət edərək burada sahil boyun­ca cənubdan şimala gedən cərəyanla birləşib eyni tip­li su dövranının yaranmasına səbəb olur. Şərq sahilinin şimal hissəsində dəniz axınları yenə də saat əqrəbinin hərəkətinə əks istiqamətdə su dövranı yaradır.

Qeyd etdiyimiz kimi, dəniz axınlarının sürətinə kü­ləklər kifayət qədər əsaslı təsir göstərir. Dəniz hövzə­sində cərəyan edən bu küləklər əsasən şimal-qərb, şi­mal (xalq arasında “xəzri” adlanan) və cənub (“gilavar”)

istiqamətlərində əsir. Şi­mal-qərb və şimal külək­ləri daha çox Abşeron yarı­madasını və bütövlükdə Orta Xəzəri tutur. Onlar əksər hallarda, ələlxüsus da şiddətli əsdikləri vaxt dənizi çalxalandırıb təlatü­mə gətirir və çox hündür dalğalar yaradırlar.

Əsasən payızda və qış­da Xəzər dənizində mütə- madi olaraq güclü qasırğa­lar müşahidə olunur. Bu qasırğalar zamanı şimal- qərb istiqamətində əsən

küləyin sürəti dənizdə saniyədə 40 - 44 metrə çatır, dal­ğalar isə 14 metr şahə qalxır. Belə qasırğalar neft-mədən və digər hidrotexniki qurğulara böyük zərər vurur.

Qasırğalar eyni zamanda qovulma və gətirmələri gücləndirərək sahilyanı ərazilərin böyük sahələrinin suyun altında qalmasında başlıca rol oynayırlar. Qasır­ğalar nəticəsində suyun səviyyəsi sahil bölgələrində bəzən 4 - 5 metrə qədər qalxır. Bu zaman düzən rel- yefli sahil ərazilərində su kütləsi 30 - 35 km-ə qədər quruya doğru hərəkət edir. Belə hallar daha çox Xə­zərin şimal-şərq sahilində müşahidə olunur.

XƏZƏR DƏNİZİNİN SƏVİYYƏSİNİN 'l'ƏRƏD və ONIJN İZAHI

DUDU

)

Page 8: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Tarix boyu Xəzər dənizinin səviyyəsi daim tərəd­düd etmişdir. Xəzər hövzəsində baş verən təbii pro­seslərin mənşəyi regiondan xeyli kənara çıxaraq pla­netar amillərin təsiri ilə bağlıdır. Qlobal iqlim dəyi­şikliyi, Dünya okeanının səviyyəsinin qalxması və Günəşin fəallığı bütövlükdə Yer kürəsinin təbii şərai­tini dəyişməklə yanaşı, Xəzər dənizinin səviyyəsinə - onun qalxıb-enməsinə də təsir göstərir. Xəzərin sə­viyyəsinin tərəddüdü ilk növbədə, yəqin ki, buradakı su kütləsinin həcminin dəyişilməsi ilə izah edilməli­dir. Bununla belə, mütəxəssislərin fikrincə, iqlimdə baş verən proseslər, Yerin təkinin şaquli hərəkətləri, insanların təbiətə, o cümlədən də dənizə təcavüzü və Günəşin fəallığının mütəmadi olaraq artıb-azalması da Xəzərin səviyyəsinin tərəddüdünə təsir edən əsas amillərdir.

Geoloji baxımdan nisbətən yaxın tarixi keçmişdə, daha dəqiq desək, 5 min il öncə Xəzər dənizinin sə­viyyəsi -20 metr olub. O dövrdə Volqa çayının bugün­kü deltası və Xəzəryanı ovalıq, demək olar ki, olma­yıb. Dəniz səviyyəsinin indikindən 7 metr yuxarı ol­ması nəticəsində sahil ərazilərinin xeyli hissəsi suyun altında qalıbmış. Arxeoloji və tarixi məlumatlar əsasın­da müəyyən edilib ki, Xəzər dənizin səviyyəsi son 2000 il ərzində -22 -30 metr arasında tərəddüd edib.

Ümumiyyətlə, dəniz səviyyəsinin dəyişilməsinin izahında instrumental müşahidələr aparılmasının xü­susi əhəmiyyəti var. Bu istiqamətdə ilk addım isə 1830-cu ildə Bakının Bayıl burnunda ilk hidroloji postun yaradılması olmuşdur. Sonrakı 70 il ərzində Bayıl postu Xəzər dənizi sahilində yeganə hidroloji müşahidə məntəqəsi olduğu üçün səviyyənin tərəd­düdü haqqında tam məlumat əldə etməkçün kifayət deyildi. Odur ki Xəzər dənizinin digər sahil ərazilə­rində yeni hidroloji postlar yaradıldı. 1900-cü ildə Mahaçqala və Küli-Mayakda, 1913-cü ildə Çələ- kəndə, 1915-ci ildə Krasnovodskda (indiki Türkmən­başı), 1921-ci ildə Fort-Şevçenko və Qaraboğazqolda belə hidroloji postlar təşkil olundu. Beləliklə, XX əs­rin ilk illərindən etibarən Xəzərin səviyyəsinin dəyi­şilməsinin monitorinq dövrü başlanır. Sonrakı illər belə postların sayı daha da artmış, hazırda 20-ni öt­müşdür. Lakin səviyyə tərəddüdünü hesablayanda

dörd postun (Bakı, Mahaçqala, Fort-Şevçenko və Türkmənbaşı) göstəriciləri əsas götürülür. Bu məntə­qələrin müşahidələri əsasında səviyyənin dəyişilmə­sinin orta göstəricisi müəyyən olunur.

Keçən yüzillikdə əldə edilmiş məlumatlar göstərir ki, Xəzər dənizinin səviyyə tərəddüdü 3,2 metr ol­muşdur. Bu dövrdə Xəzərin ən aşağı səviyyəsi 1977- ci ildə qeydə alınmışdır. Bu vaxt suyun səviyyəsi kri- tik həddə -29 metrə çatmışdır.

Artıq 1978-ci ildən etibarən Xəzərin səviyyə tə­rəddüdü qalxma fazasına keçir. Səviyyənin qalxması müxtəlif intensivliklə, demək olar ki, bugünkü dövrə qədər davam etməkdədir. Suyun səviyyəsinin qalxma sürəti ayrı-ayrı illərdə dəyişmiş, maksimum göstərici­si (+35 sm) 1991-ci ildə müşahidə edilmişdir. Xəzər dənizində aparılan instrumental müşahidələrin 175 il­lik dövrü ərzində səviyyənin müasir qalxması ən uzunmüddətli hesab olunur. 1979 - 2003-cü illərdə

səviyyə qalxan zaman orta illik göstərici +15 sm ol­muşdur. Əksinə, 1929 - 41-ci illərdə, yəni Xəzər dəni­zinin səviyyəsi enəndə orta illik göstərici -16 sm imiş. Ümumiyyətlə, 1929 - 55-ci illər ərzində Xəzərin sə­viyyəsi 2,5 metr aşağı düşmüşdür.

Xəzər dənizin səviyyəsinin tərəddüdü ilə məşğul olan mütəxəssislərin yekdil fikirlərinə görə, səviyyə-

Page 9: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

nin dəyişilməsi dövri xarakter daşıyır. Müəyyən edil­miş dövrlərin davamiyyəti (22, 35 və 120 il) bilavasitə iqlimdə baş verən qlobal proseslərdən asılıdır.

Bir çox alimlər belə hesab edirlər ki, planetar miq­yasda makrosinoptik vəziyyətin dəyişilməsi birbaşa Günəş fəallığının artması ilə bağlıdır. Deməli, bu də­yişiklik Xəzər dənizin səviyyəsinin tərəddüdünə də təsir göstərir. Buradan da səviyyənin dəyişilməsinin Günəş fəallığından asılılığı fərziyyəsi meydana çıx­mışdır. Müqayisəli tarixi araşdırmalar zamanı səviyyə­nin dəyişilməsi və Günəşin 35 - 40 illik fəallıq dövrü arasında uyğunluq müəyyən edilmişdir. Lakin bu fər­ziyyənin çox inandırıcı olmasına baxmayaraq, o, dəni­

zin səviyyəsinin tərəddü­dü ilə bağlı bütün aydın olmayan məsələlərin iza­hını verə bilmir.

Hələ XIX əsrdə Xəzər dənizinin şərq sahillərin­də məskunlaşan xalqlar onun Aral dənizi ilə yeral­tı əlaqəsi olduğunu söylə­yirdilər. Onların müşahi­dələrinə görə, dənizlərin birində səviyyə qalxdıqda digərində, əksinə, səviy­yə enirdi. Belə əlaqələn­

dirilmə elmi cəhətdən əsassızdır və geoloji baxımdan cəfəngiyatdır.

Səviyyənin dəyişilməsi ilə bağlı Xəzər dənizinin su balansının öyrənilməsi istiqamətində çoxsaylı təd­qiqatlar aparılıb; müəyyən edilib ki, Arktikada hava istiləşdikdə Antarktik siklonlar şimal istiqamətində hərəkət etməyə başlayırlar. Xəzər hövzəsində isə, ək­sinə, qış mövsümündə antisiklonlar fəallaşır, güclənir. Nəticədə qış dövründə Xəzər hövzəsində yağıntıların həcmi azalır və bu da dənizin səviyyəsinin enməsinə birbaşa təsir göstərir.

Xəzər hövzəsində yerləşən meteoroloji məntəqə­lərin məlumatlarına görə, 1978 - 95-ci illər ərzində or­ta illik yağıntı 40 - 60 mm artmışdır. Buna müvafiq olaraq əvvəlki illərlə müqayisədə çaylarla dənizə axan suyun da həcmi 10-11% artmışdır. Bütün bun­

lar Xəzərin səviyyəsinin qalxmasına bilavasitə təsir etmişdir.

Qlobal iqlim dəyişiklikləri ilə yanaşı, Xəzərin sə­viyyəsinin tərəddüdünə regionda cərəyan edən tek­tonik proseslər də təsir göstərir. Məlumdur ki, Xəzər dənizini qərbdən, cənubdan və cənub-şərqdən əhatə edən dağ sistemlərində (Böyük Qafqaz, Talış, Əlburs və Kopetdağ) dağ əmələgəlmə prosesləri davam edir. Böyük Qafqaz dağ sistemi suyun altında davam edə­rək Abşeron və Çələkən yarımadalarını suyun altında birləşdirir və beləliklə, Orta və Cənubi Xəzər arasın­da şərti sərhəd rolunu oynayır.

Baş verən tektonik proseslər nəticəsində Xəzər hövzəsində, yerin dərin qatlarında süxurlar “sıxılır” və “dartılır”. Bunun nəticəsi olaraq dənizin təkində və sahilyanı ərazilərdə seysmik proseslər fəallaşır. Hər il dənizin dibində zəif və orta güclü zəlzələlər müşahidə olunur. Seysmik baxımdan Orta və Cənubi Xəzər daha fəal hesab olunur.

Dənizin dibində baş verən zəlzələlərin əks-sədası sahil ərazilərində də özünü büruzə verir. Məsələn, 2000-ci il noyabrın 25-də Abşeron yarımadasından 80 km aralıda dənizin dibində baş vermiş güclü zəlzələ Bakıda və ətraf yaşayış məntəqələrində yerin 5 - 6 bal gücündə silkələnməsinə səbəb olmuşdur.

1970 - 89-cu illər ərzində bir neçə güclü zəlzələ Xəzər dənizinin Dağıstan və İran sahil ərazilərində baş vermişdir. Tektonik proseslərin fəallaşması nəti­cəsində Cənubi Xəzərin dibinin relyef quruluşunda hündürlüklərin amplituda fərqləri yaranmışdır.

Tektonik proseslərin fəallığını azaldan çox mü­hüm amillərdən biri palçıq vulkanlarıdır. Məlum ol­duğu kimi, dünyada aşkar edilmiş palçıq vulkanlarının təxminən 50%-i Abşeron yarımadası və onu əhatə edən sahil zonasındadır. Palçıq vulkanlarının püskür­məsi nəticəsində hər il Abşeronun dəniz sahilində bir neçə “təpəlik” əmələ gəlir və qısa müddətdən sonra dəniz altında yox olur. Quruda isə palçıq vulkanlarının bir qismi fasilələrlə püskürməkdə davam edir.

Mövcud təbii proseslərlə yanaşı, Xəzər dənizinin səviyyəsinin tərəddüdünə, yəqin ki, insan amili də, daha dəqiq desək, insanların təcavüzü də təsir gös-tərır. Azərbaycan Respublikası Prezidentinin

İşlər İdarəsi

PREZİDENT KİTABXANASI

Page 10: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Məlum olduğu kimi, keçən əsrin 70-ci illərində də­nizin səviyyəsini tənzimləmək üçün Sibir çaylarından Xəzərə süni kanallar çəkilməsi planlaşdırılırdı. Yalnız 1978-ci ildən etibarən səviyyənin kəskin qalxması bu eybəcər planın həyata keçirilməsinin qarşısını aldı.

İnsanın dərindən düşünülməmiş “tədbirlərindən” biri də Qaraboğazqol körfəzini Xəzər dənizi ilə birləş­dirən boğazda inşa edilmiş bənddir. Xəzərin səviyyə­sinin enməsinin qarşısını almaq üçün inşa edilmiş bu bənd dənizdə hər il 10 km3 su artımına səbəb olmuş­du. Bənd dəniz suyunun Qaraboğazqol körfəzinə ax­masının qarşısını aldığı üçün səviyyə qalxmağa başla­dıqda isə artıq 1985-ci ildə bənddə xüsusi olaraq su- keçirici sahələr ayrıldı.

İnsanın təbii proseslərə belə naşıcasına qarışması bir daha sübut edir ki, dəniz səviyyəsinin tərəddüdü­nün səbəbləri hələ də tam öyrənilməmişdir. Lakin bununla belə, alimlərin ümumi fikri budur ki, səviy­yənin tərəddüdünə əsasən iqlimin dəyişilməsi, tekto­nik proseslər və insanın Xəzər hövzəsində təsərrüfat fəaliyyəti - hər üçü birlikdə təsir göstərir.

Xəzərin səviyyəsinin qalxması təbii mühitə və sa­hilyanı təsərrüfata külli miqdarda ziyan vurmuşdur. Eyni zamanda sahilyanı ərazilərdə yaşayan xalqların taleyinə də təsir göstərmişdir. Məşhur alim L.Qumil- yovun fikrincə, X əsrdə Xəzərin səviyyəsinin qalxma­sı Xəzər xaqanlığına məxsus ərazinin çox hissəsinin suyun altında qalmasına səbəb olmuş və beləliklə, xa­qanlığın süqutunu qaçılmaz etmişdir.

Sahil ərazilərinin relyef quruluşu müxtəlif olduğu üçün səviyyə tərəddüdünün ayrı-ayrı ərazilərə təsiri də fərqli olmuşdur. Transqressiyanın güclənməsi nə­ticəsində çayların deltalarının çox hissəsi suyun altın­da qalmışdır. Eyni zamanda ətraf ərazilərdə qrunt su­larının səviyyəsi qalxdığından sahillərdə bataqlıqların əmələgəlmə prosesi də xeyli sürətlənmiş, qovulma və gətirmələrin əhatə etdiyi sahələr xeyli genişlənmişdir.

Ümumiyyətlə, suyun səviyyəsinin qalxması müx­təlif sahil ərazilərində sahənin mənimsənilmə səviy­yəsindən asılı olaraq insanlara müxtəlif dərəcədə zi­yan vurmuşdur. İnsanların daha çox yaşadıqları, daha çox mənimsədikləri qərb və şimal-şərq sahillərində onlara dəyən ziyan da, təbii ki, daha çox olmuşdur.

Mütləq hündürlüklərin müsbət göstəriciləri ilə fərqlə­nən və nisbətən zəif mənimsənilmiş şərq sahilində abraziya proseslərinin sürətinin güclənməsi onların in­tensiv yuyulması ilə nəticələnmişdir. Son 22 il ərzində Xəzərin şimal və şimal-şərq sahillərində 40 min km2- dən çox ərazini su basmışdır. Başqa sahil bölgələrin­dən fərqli olaraq şimal-şərq sahəsində qovulma və gə­tirmələr daha güclü olur. Belə ki, burada qovulma və gətirmələr təxminən 60 km-ə qədər quruya doğru hə­rəkət edərək olduqca böyük sahələrin su altında qal­masına səbəb olmuşdur. Müşahidələr göstərmişdir ki, əgər Xəzərin şimal sahillərində qovulmalar zamanı də­nizin səviyyəsi 1,5 - 2,2 m qalxırsa, şimal-şərq sahillə­rində bu göstərici 2,3 - 2,6 m-ə çatır. Belə qabarmalar dənizin şimal-şərq sahilinin Myortvıy Kultuk - Buzaçi

akkumulyativ düzənliyində daha çox müşahidə olu­nur. Xəzərin şimal-şərq sahilində Qazaxıstanın Ten­giz, Kaşağan, Korolyovskoye, Kanaton və Karaton ki­mi nəhəng və perspektivli neft yataqları təhlükəli zo­nada yerləşirlər; həmin yataqlarda kükürdün miqdarı­nın həddindən artıq çox olmasını nəzərə alsaq, suyun səviyyəsi qalxarsa, baş verəcək ekoloji təhlükənin miqyasını təsəvvür etmək çətin olmaz. Atırau vilayə- tindəki Pribrejnoye, Pustınnoye və Cənub-Qərbi Ta- jiqali neft yataqları artıq suyun altında qalmışlar.

Şimal-şərq sahilindən fərqli olaraq Mangistau ya­rımadası sahilində mütləq hündürlüyün quruda art-

Page 11: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

ması qovulma və gətirmələrin yayılmasına imkan ver­məmişdir.

Xəzərin şərq sahilində sənayenin inkişaf etdiyi ikinci bölgə - Çələkən yarımadası və onıı əhatə edən ərazilərdir. Dənizdə suyun səviyyəsinin tərəddüdü hə­lə keçmişdə Çələkəni gah yarımada, gah da adaya çe­virirmiş. Müasir dövrdə Çələkəndə mövcud olan bütün istehsalat obyektləri və inzibati binalar, eləcə də kom­munikasiya sistemi subasma zonasında yerləşirlər.

Elektrik xətləri dayaqlarının, neft və qaz kəmərlə­ri və neft rezervuarlarının suyun altında qalma ehti­malı ekoloji baxımdan xüsusi narahatlıq doğurur. Ha­zırda Çələkən yarımadasında uzun illər istismar edil­miş, hələ də kifayət qədər ehtiyata malik neft yataq­ları suyun altında qalmışdır. Vaxtilə sahilə yaxın yer­ləşdirilmiş sənaye, tikinti və məişət tullantıları yerlə­ri də tamamilə suyun altındadır.

Türkmənistan sahilində suyun səviyyəsinin qalxma­sı sosial infrastruktura nəzərəçarpacaq dərəcədə ziyan vurmuşdur. Yalnız Çələkən yarımadası və onu əhatə edən ərazilərdən 300-ə yaxın ailə suya batmış və yarar­sız vəziyyətə düşmüş evlərdən köçürülmüşdür. Burada yaşayış məntəqələrini birləşdirən qaz kəmərlərinin və avtomobil yollarının 5 - 10%-i suyun altında qalmışdır.

Türkmənistan sahilində xüsusi iqtisadi əhəmiyyət daşıyan Türkmənbaşı limanına və bərə sisteminə də xeyli ziyan dəymişdir. Səviyyənin qalxması bərə sis­teminin dəmiryol xətlərində böyük həcmdə yenidən­qurma işləri aparılmasını tələb etmişdir. Yalnız Avro­pa İttifaqı tərəfindən dəstəklənən TRASEKA layihə­si çərçivəsində edilmiş maliyyə və texniki yardım sa­yəsində Türkmənbaşı limanının rekonstruksiyası mümkün olmuşdur.

Xəzərin şimal sahilində səviyyənin qalxmasının mənfi təsiri ilk növbədə Həştərxan vilayətində özünü göstərmişdir. Bu sahil bölgəsi ənənəvi olaraq balıqçı­lıq təsərrüfatının miqyası ilə fərqlənir. İlk baxışdan balıqların kiirütökmə zonasının ümumi sahəsinin artması pozitiv dəyişilmə hesab oluna bilər. Lakin nə­zərə almaq lazımdır ki, sahildə yerləşdirilmiş balıqçı­lıq təsərrüfatının infrastrukturuna böyük ziyan dəy­mişdir. Sahilyanı ərazilərdəki yaşayış evlərinin bir qismi suyun altında qalmışdır.

Həştərxan vilayətində subasma daha çox qaz-kon­densat kompleksinin yerləşdiyi sahə üçün təhlükəli­dir. Hasil olunan qaz-kondensatın tərkibində hidro- gen-sulfidin yüksək dərəcədə olması ətraf mühitə mənfi təsir göstərir. Bununla əlaqədar suyun səviyyə­sinin qalxması müvafiq olaraq qrunt sularının qalxması və nəticədə hidrogen-sıılfidin su ilə qarış­ması ehtimalını artırır. Bunun qarşısının alınması üçün ilk növbədə təhlükə zonasındakı qaz-kondensat yataqlarını müvəqqəti olaraq konservasiya etmək la­zımdır. İndiyə qədər əldə edilmiş dünya təcrübəsi göstərir ki, ətraf mühit üçün təhlükə yaradan istehsal obyektlərinin konservasiyasına qarşı alternativ çıxış yolları hələ ki yoxdur.

Xəzərin səviyyəsinin qalxması Dağıstanın sahil bölgəsinə də öz təsirini göstərmişdir. Bu baxımdan

Mahaçqala, Kaspiysk, Dərbənd və Sulak yaşayış məntəqələrinin dənizsahili ərazilərində daha gərgin vəziyyət yaranmışdır. Bu ərazilərdə sənaye, yaşayış və nəqliyyat obyektləri yararsız vəziyyətə düşmüş­dür. Ən böyük itki sahildə yerləşən təmizləyici qur­ğuların sıradan çıxması olmuşdur. Nəticədə həmin yerlərdə sahil zonası çirkab sularının yığıntı yerinə çevrilmişdir. Əlbəttə, belə vəziyyətdə müxtəlif yolu­xucu xəstəliklərin yayılması təhlükəsi artmışdır. Mə­lum olduğu kimi, Dağıstanda əhali tez-tez epidemi­yaya məruz qalır. Bunun əsas səbəblərindən biri də böyük həcmdə çirkab sularının təmizlənməmiş halda dənizə axıdılmasıdır.

Page 12: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

ггDağıstanın neft hasilatı sənayesi də səviyyənin

qalxması nəticəsində kifayət qədər zərər çəkmişdir. Qayakənd, Izberbaş və Acısu neft yataqları sahələrin­də qrunt sularının səviyyəsinin qalxması ayrı-ayrı əra­ziləri yararsız vəziyyətə salmışdır.

Dağıstan sahillərində abraziya proseslərinin güc­lənməsi xüsusən rekreasiya əhəmiyyətli bölgələrə mənfi təsir göstərmişdir. Burada sahil ərazilərinin eni 3 - 5 km-ə qədər daralmışdır. Məhz bu səbəbdən çi­mərlik zolağının çox hissəsi suyun altında qalmış və bu da həmin yerlərin rekreasiya dəyərinin xeyli aşağı düşməsinə gətirib çıxarmışdır. Son 5 il ərzində sahil bölgəsindəki müalicə-istirahət infrastrukturunun yal­nız 7з hissəsi fəaliyyət göstərə bilir.

Dənizdə suyun səviyyəsinin qalxması Kalmıkiya Respublikasının sahil hissələrində bataqlıqların get­dikcə artmasına səbəb olmuşdur. Nəticədə sahilyanı ərazilərdəki otlaqlar korlanmış və onlar kənd təsərrü­fatı əhəmiyyətini itirmişlər. Bu bölgədə digər təsərrü­fat sahələri olmadığından səviyyə tərəddüdü bir o qə­dər də narahatlıq yaratmamışdır.

Azərbaycana gəlincə isə dənizin səviyyəsinin qalxması təsərrüfatlara xeyli ziyan vurmuşdur. Lakin

onlara dəymiş ziyan sahil­yanı ərazilərin nə dərəcə­də mənimsənilməsindən asılı olaraq xeyli fərqli ol­muşdur. Səviyyə ildən-ilə durmadan qalxmış və nə­hayət, 800 km2 ərazini su basmışdır: 15,5 min hek­tar otlaqlar, 1,2 min hek­tar üzümlüklər və 3,6 min hektar əkin sahələri su­yun altında qalmışdır. Təhlükə zonasında hələ də 250 sənaye obyekti, 10

min hektar suvarılan sahə, 100 min nəfərlik rekreasi­ya obyektləri və 50-yə yaxın yaşayış məntəqəsi var.

Lənkəran - Astara zonasını daha çox su basmışdır. Bölgənin, demək olar ki, bütün çimərlikləri suyun al­tında qalmışdır. Dəniz sahil xəttindən quruya doğru 300 - 500 metrə qədər irəliləmişdir. Bəzi yerlərdə sa­

23hilyanı kommunikasiya sistemi (avtomagistral, dəmir­yol və elektrik xətləri) subasmaya məruz qalmışdır. Suyun səviyyəsinin qalxması bu bölgənin balıq təsər­rüfatına da kifayət qədər ziyan vurmuşdur. Sahilyanı ərazilərdəki yardımçı təsərrüfat binaları yararsız və­ziyyətə düşmüşdür. Belə ki, Sarı adasının 1,5 min sa­kini köçmək məcburiyyətində qalmış və ənənəvi ya­şayış tərzini dəyişməli olmuşdur. Daha dəqiq desək, səviyyənin qalxması böyük həcmdə iqtisadi ziyan və ciddi ekoloji gərginliklə yanaşı, sosial problemlər də yaratmışdır.

Qərb sahillərinin digər bölgələrinə olduğu kimi, dənizin transqressiyası Lənkəran - Astara və Abşeron sahilyanı ərazilərinə də daha çox təsir göstərmişdir. Həmin ərazilərdə abraziya prosesləri nəzərəçarpacaq dərəcədə intensivləşmişdir. Bu isə xüsusən Abşeron sahillərinin quruluşunda dəyişikliklərə səbəb olmuş­dur. Eyni zamanda, sahilin quru hissəsindən böyük həcmdə balıqqulağının daşınması sahil bölgələrinin həssaslığını daha da artıraraq onların təbii təzyiqlərə davamlılığını xeyli azaltmışdır.

Sahilboyu Abşerondan cənuba uzaqlaşdıqca abra­ziya prosesləri nəticəsində əmələ gəlmiş uçqun mate­rialların sahil axınıyla da­şınması müşahidə olunur.Nəticədə sahilin çıxış his­səsindən daşınan materi­allar əsasında akkumulya- siya prosesi sürətlənmiş və laquna tipli sahillərin inkişafı üçün əlverişli zə­min yaranmışdır. Belə la- qunaların əmələ gəlməsi Abşeron yarımadasının şi­mal sahillərinin əvəzsiz çimərliklərinin əhəmiy­yətinin aşağı düşməsinə birbaşa təsir göstərmişdir. Bəzi yerlərdə çimərliklərdə subasma zonasının eni 30 - 80 metr arasında tərəddüd edir.

Bakı buxtasında dəniz limanının, sahilyanı texniki xidmət sahələrinin, gəmi təmiri müəssisələrinin, is­tehsal meydançalarının və paytaxtın bəzəyi olan sa-

Page 13: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

hilyanı parkın subasma nəticəsində yararsız vəziyyətə düşməsi onların bərpasına külli miqdarda vəsait ayrıl­masını tələb etmişdir.

Bakıda su altında qalan təhlükəli zonalardan biri də şəhərin cənub-qərbindəki Bayıl deyilən sahədir. Xəzərin səviyyəsi qalxmağa başladıqdan sonra burada Bibiheybət neft-qazçıxarma idarəsinin buruq suları ilə doldurulmuş gölməcikləri dənizə sızırdı. Bunun qarşısını almaqçün görülmüş təcili tədbirlər ekoloji gərginliyi indi nisbətən aradan qaldırmışdır. Lakin sürüşmə təhlükəsi də xeyli artmışdır.

1999-cu ildə Bakıda baş vermiş sürüşmə Bavılda yerləşmiş yanacaqdoldurma məntəqəsini uçurmuş, Bakıdan cənub istiqamətinə doğru gedən əsas ma­gistral avtomobil şosesini dağıtmış, gəmi təmiri zavo­dunun istehsal meydançalarını yararsız vəziyyətə sal­mış və ətrafda yerləşən yaşayış və məişət binalarına xeyli ziyan vurmuşdu. Sürüşmədən sonra Bayılın bu təhlükəli hissəsində miivafıq sahilbərkitmə işləri apa­rılmışdır.

Subasma və bataqlaşma prosesi Azərbaycanın şimal sahillərində də getmişdir. Belə ki, bölgənin kurort zo­nası kimi tanınan Nabranda səviyyənin qalxması nəti­cəsində sahilin ən dar hissəsində avtomobil yolunun bəzi yerləri və çimərliklərin bir hissəsi suyun altında qalmış və yerində laqunalar əmələ gəlmişdir.

Giləzi - Yaşma sahil bölgəsində isə əsas dəyişiklik­lər sahillərdə abraziya proseslərinin güclənməsi ilə bağlıdır. Burada çimərlik əhəmiyyətli sahillərin yu­yulması ilə yanaşı, yastı sahil terraslar bataqlıq vəziy­yətinə düşmüşdür. Sahillərdə ekoloji vəziyyətin po­zulması, əlbəttə, onların istirahət baxımından cazibə- darlığına mənfi təsir göstərir. Nəticə etibarilə isə bu yerlərdə istirahət edənlərin sayı azalır.

Dənizin səviyyəsinin tərəddüdü sahil ərazilərin­də təsərrüfata böyük ziyan vurmuşdur. Bu vəziyyətin gələcəkdə təkrar olunmaması üçün sahil ərazilərində təsərrüfat obyektləri təşkil edərkən dəniz səviyyəsi­nin mütəmadi dəyişilməsini mütləq nəzərə almaq la­zımdır.

25

XƏZƏR DƏNİZİNİN TƏSƏRVƏTLƏRİ, ONIMƏNİMSƏNİLMƏSİ və

. •

VƏZİYYƏTİN DƏYIŞILM

Page 14: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Neft və qaz ehtiyatlarının mənimsənilməsi

Müasir dövrdə Xəzər regionunda insan fəaliyyəti­nin ən geniş yayıldığı sahə neft sənayesidir. Xüsusən Xəzərin şelf zonasında il-ildən yeni zəngin neft ya­taqlarının aşkar edilməsi həm Xəzəryanı ölkələrin, həm də digər inkişaf etmiş ölkələrin bu regionun tə­bii sərvətlərinin mənimsənilməsinə marağının artma­sına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Xəzər­yanı ölkələrin üçündə - Azərbaycan, Türkmənistan və Qazaxıstanda - sahilyanı ərazilərdə artıq 100 ildən artıqdır neft və qaz hasilatı aparılır. Azərbaycan sahi­lində isə suyun dayaz yerində hələ 1824-cü ildə ilk dəniz quyusu qazılmışdır. Bütün bunlar Xəzər regio­nunda neft sənayesinin inkişafının maraqlı və qədim tarixə malik olduğunu göstərir.

Bununla belə, heç şübhəsiz, dənizdən sənaye miqyaslı neft-qaz hasilatı 1949-cu ilə aiddir və Abşe­ron yarımadasından təxminən 100 km aralıda kəşf olunmuş Neft Daşları yatağından başlanmışdır. Son­rakı dövrdə dənizin bu sahəsində daha yeni yataqlar kəşf olunaraq istismara verilir. Artıq keçən əsrin 60-cı illərindən etibarən Xəzərin Türkmənistan sahəsində də neft hasilatına başlanılır.

Xəzərin digər şelf sahələrində kəşfiyyat və qazıma işləri uzun müddət müsbət nəticə vermirdi. Yalnız 80-ci illərdə Xəzərin Rusiya hissəsində (Dağıstan sa­hilində) perspektivli neft-qaz yataqları aşkar olunaraq istifadəyə verilir. Lakin İnçxe-dəniz adlı bu yatağın istismarı uzun çəkmir, qısa müddətdən sonra dayan­dırılır. İnçxe-dəniz yatağı ilə təxminən eyni zamanda, 80 - 90-cı illərdə Qazaxıstanın sahillərində də çox nə­həng neft yataqları aşkar edilir. Lakin bütün bunlara baxmayaraq, dənizdən neft hasilatının əsas hissəsi günü bu gün də Azərbaycanın payına düşür.

SSRİ dağıldıqdan sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranması neft sənayesinin inki­şafına böyük təkan verdi. Xarici investorların regiona gəlməsi dənizdəki perspektivli neft-qaz yataqlarının mənimsənilməsi üçün əlverişli şərait yaratmışdır. Bu baxımdan Xəzərin daha yaxşı öyrənilmiş Azərbaycan

t Ur k m ə n İs t « h

bölgəsində mövcud olan neft yataqları xüsusi cazibə- darlıqları ilə fərqlənir. Təsadüfi deyil ki, Xəzər regio­nunda ilk iri neft müqaviləsi - “Əsrin kontraktı” - Bakıda 1994-cü ilin sentyabr ayında imzalandı. Azər­baycanda bu, neft renessansının başlanğıcı hesab olu­na bilər. Qeyd etmək lazımdır ki, xarici investorlar heç də yeni yataqlar kəşf etməmişdilər, onlar kifayət qədər öyrənilmiş, real, lakin uzun müddət istifadə olunmamış (dənizin nisbətən dərin yerlərində olduğu üçün) yataqlara maraq göstərmişdilər.

Xəzərin Azərbaycan bölgəsində 10-dan artıq perspektivli neft-qaz yatağı geoloji baxımdan kifayət qədər əsaslı öyrənilmişdir və elə bu səbəbdən də xa-

Xəzər regionunda neft-qaz yataqları

Q A Z A X I S T A N•4

Page 15: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

28

Azərbaycanda neft və qaz hasilatın m artımı (mln. ton)

■ qaz Я neft

rici investorlar bu sahələrə daha çox maraq göstərirlər. Bağlanan müqavilələrin dinamikası belə deməyə əsas verir. Belə ki, “Əsrin müqaviləsi”ndən keçən az müddət ərzində sürətlə daha bir çox neft müqavilələ­ri də imzalandı.

Azərbaycanda yeni neft renessansının başlanğıcı sayılan və 1994-cü il sentyabrın 20-də bağlanmış “Əs­rin kontraktı” beynəlxalq müqaviləsi Azəri - Çıraq - Günəşli dəniz neft yataqlarının mənimsənilməsini nəzərdə tuturdu. Bu müqaviləni Azərbaycanın neft şirkəti ilə yanaşı, dünyanın ən iri bir neçə neft şirkəti imzalamışdır. Müqaviləyə əsasən, üç hissədən ibarət olan bu yataqdan 30 il ərzində 511 mln. ton neft çıxar­maq nəzərdə tutulmuşdur.

Yataqda aparılan qazıma işləri burada hasil edilə­cək neft ehtiyatlarının həcminin 900 mln. ton olduğu­nu göstərmişdir; deməli, nəzərdə tutulduğundan xey­li artıq. Ümumiyyətlə, kəşf edilmiş neft ehtiyatları dənizin 80 - 350 metr dərinliyi olan sahələrdədir.

Müqaviləyə əsasən yaradılmış Azərbaycan Bey­nəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 1997-ci ildən eti­barən Çıraq yatağından neft hasil etməyə başlamışdır. 1997 - 2003-cü illər ərzində bu yataqdan artıq 31 mln. ton neft çıxarılmışdır. 2003-cü ildən Azəri yatağının mərkəzi, şərq və qərb hissələrində mənimsənilməsi

başlanmışdır. Artıq 2005-ci ilin birinci yarısından etı- barənsə Azəri yatağının mərkəzi hissəsində sənaye miqyaslı neft hasilatı nəzərdə tutulmuşdur.

ABƏŞ-in planına əsasən, 2006-cı ildə Azəri - Çıraq - Günəşli yataqlarından 21,3 mln. ton neft hasil edilə­cəkdir. Dənizdə böyük həcmdə neft hasilatı, təbii ki, ətraf mühitə təsirsiz qalmayacaqdır, istehsal artdıqca təhlükə də arta bilər. Bunun qarşısını almaq üçün Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi ABƏŞ- in dənizdə neft istehsalı zamanı ətraf mühitin qorun­ması məsələlərinə riayət edilməsini nəzarət altında saxlayır.

Dünyanın aparıcı neft şirkətləri, o cümlədən EksonMobil şirkəti ətraf mühitin qorunması sahəsin­də öz məsuliyyətlərini dərk edir və fəaliyyətləri ilə ət­raf mühitə zərər vurmamaq üçün səy göstərirlər. Əməliyyatlar zamanı müasir texniki avadanlıqdan is­tifadə olunması ətraf mühitə təsiri azaldır, eləcə də, ekoloji məsələlərin idarə olunması planlarının əvvəl­cədən razılaşdırılması və əməliyyatlar zamanı onlara ciddi əməl edilməsi ətraf mühitə təsirin minimum həddə endirilməsinə yönəldilmişdir.

2004-cü ilin sonuna Azərbaycan Dövlət Neft Şir­kəti ilə 20-dən çox beynəlxalq müqavilə imzalanmış­dır ki, onların da yarısından çoxu dəniz neft yataqları ilə bağlıdır. Bu yataqların əksəriyyətində hələ ki kəş­fiyyat və qazıma işləri aparılır. Əlbəttə, dediyimiz ki­mi, dənizdə aparılan bu texnoloji əməliyyat işləri ət­raf mühitə öz mənfi təsirini göstərir. Belə təsirin mümkün qədər azaldılması məqsədi ilə ətraf mühiti mühafizə edəcək avadanlıqların tətbiqi xüsusən çox böyük əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, belə avadanlığın əldə olunması kifayət qədər vəsa­it tələb edir. Bu baxımdan bağlanmış müqavilələrdə bu çətin məsələnin həlli üçün lazım olan hər şey nə­zərdə tutulmuşdur.

1997 - 2003-cü illərdə ABƏŞ Azəri - Çıraq - Gü­nəşli yataqlarından ilkin neft hasilatı mərhələsində 5 mlrd, dollara yaxın vəsait xərcləmişdir. Yalnız Azəri yatağı üzrə 1 mlrd, dollardan çox investisiya qoyul­muşdur.

Azəri - Çıraq - Günəşlinin tam üç faza üzrə istis­marı nəticəsində neft hasilatı 2009-cu ildə maksimum

Page 16: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

həddə çatdırılacaqdır. Mütəxəssislərin fikrinə görə, bu dövrdə neft hasilatı yataqda ildə 55 mln. tona ça- tacaqdır.

Xəzər dənizinin Azərbaycan sektorunda 1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensant yatağının kəşf olunması dənizdə neft kəşfiyyatı işlərinin intensivləş­məsinə təkan vermişdir. Şahdəniz yatağı Bakıdan 70 km aralıda - cənub-şərqdə yerləşir. Uzunluğu 30 km və eni 12 km olan bu yataq suyun 100 - 500 metr də­rinliyində yerləşir. Şahdənizlə yanaşı, dənizdəki digər perspektivli qaz yataqlarının mövcudluğu yaxın gələ­cəkdə qaz hasilatının artmasına zəmin yaradır.

Şahdəniz yatağında təbii qaz ehtiyatları 900 mlrd. m3 təşkil edir. Yataqda qazıma işləri “İstiqlal” üzən qazıma avadanlığı vasitəsilə aparılır. Nəzərə almaq la­zımdır ki, yatağın əsas qaz ehtiyatları suyun 200 metrdən daha dərin yerlərindədir. Odur ki Şahdəniz yatağının tam həcmdə istismara verilməsi üçün bir neçə belə üzən qazıma avadanlıq tələb olunur və də­nizin dibi ilə Səngəçal terminalı istiqamətində 100 km uzunluğunda sualtı qaz kəmərləri inşa edilməli­dir. Nəticədə isə dənizə texnogen təsir daha da arta­caqdır. Layihə çərçivəsində təbii qaz hasilatının həc­mi 2010-cu ildə 16 mlrd, m’ olmalıdır.

Azəri - Çıraq - Günəşli və Şahdəniz layihələrinin həyata keçirilməsi nəticəsində yaxın 20 il ərzində (1 barrel neftin qiyməti 25 dollar hesabı ilə) Azərbayca­nın gəliri 60 mlrd, dollara çatacaqdır.

Azərbaycanda Sovet dövründə aparılan neft hasi­latı ətraf mühitə öz “izini” qoymuşdur; ilk növbədə Abşeronun sahil əraziləri xeyli çirklənmişdir. Neft ya­taqları ətraflarında buruq sularından və neft məhsul­larından ibarət yüzlərcə gölməçə yaranmışdır. Eyni zamanda, Abşerondakı bir çox təbii göllər (bəziləri müalicəvi əhəmiyyətə malik idi) tullantı sularla dol­durularaq yararsız vəziyyətə salınmışdır.

Neft tullantıları bir tərəfdən torpaqları çirkləndir- miş, digər tərəfdənsə sahilboyu dənizin dibi, xüsusən Bakı buxtası ekoloji baxımdan çox gərgin zonaya çev­rilmişdir.

Neftlə çirklənmiş torpaqların əsas hissəsi Abşeron yarımadasındadır. Belə torpaqlar xüsusən Balaxanı, Binəqədi, Suraxanı, Bibiheybət və digər yataqların

yerləşdiyi ərazilərdə daha çoxdur. Ümumiyyətlə, bu­rada neftlə çirklənmiş torpaqların sahəsi 10 min hek­tardan da artıqdır. Neftlə çirklənmiş torpaqların qa­lınlığı bəzi yerlərdə 5 -1 0 metrə çatır.

Neft mədənlərinin sahəsi eyni zamanda dəmir-be­ton məmulatları tullantıları idə də yararsız vəziyyətə düşmüşdür. Odur ki bu ərazilər həm tullantılardan tə­mizlənməlidir, həm də neftlə çirklənmiş torpaqlar re­kultivasiya olunmalıdır. Bu istiqamətdə bəzi tədbirlər görülür, lakin lazımi nəticələr hələ yoxdur.

indiki neft hasilatı isə Sovet dövründə aparılan və çirklənmə ilə nəticələnən hasilat işlərindən fərqli ola­raq, daha müasir, ətraf mühitə təsir baxımından daha həssas yanaşan yeni texnologiya və üsullarla həyata keçirilir.

Xəzər dənizində neft-qaz hasilatının daha böyük perspektivləri onun şimal-şərq hissəsi ilə, daha dəqiq desək, dənizin Qazaxıstan sektorunun adıyla bağlıdır. Qazaxıstanın neft-qaz sənayesi ölkənin iqtisadiyya­tında aparıcı sahələrdən biri olduğu üçün onun inki­şafına xüsusi fikir verilir. Belə ki, neft hasilatının həc­mi respublikada ildən-ilə artmaqdadır. Əgər 2001-ci ildə respublikada neft hasilatı 39,9 mln. ton olmuşdu­sa, 2003-cü ildə bu göstərici artıq 55 mln. tona çatmış­dır. Hasil edilən neftin 90%-dən çoxu ölkənin Xəzər- sahili əraziləri Mangistau və Atırau vilayətləri hesabı­na yazılmalıdır. Qazaxıstanda ən nəhəng neft yatağı Atırau vilayətində yerləşən Tengizdir. Mütəxəssislə­

Page 17: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

rin hesablamalarına görə, burada karbohidrogen ehti­yatlarının həcmi 1,3 mlrd, tondur. Elə son dövrdə Qa­zaxıstanda neft hasilatının artımı ilk növbədə Tengiz yatağının hesabına əldə olunmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, meydana çıxan bir sıra çox ciddi ekoloji problemlər bu yatağın genişmiqyaslı is­tismarına mane olur.

Qazaxıstanın sahil ərazilərindəki neft yataqlarında böyük həcmdə kükürd vardır. Bu isə ekoloji baxım­dan təhlükəlidir: istehsal prosesində hər hansı bir qə­za ətraf mühitə böyük ziyan vura bilər. 1989-cu ildə Tengiz yatağında baş vermiş qəzanı misal çəkmək olar. O zaman 1 il 6 ay ərzində yanan buruğu söndür­mək mümkün olmamışdı. Nəhayət, 1,5 mlrd, dollar vəsait xərclənmiş, ətraf mühitə dəyən ziyan isə heç müəyyən də edilməmişdi.

Qazaxıstanın Atıraıı vilayətinin sahil ərazilərində­ki yataqlar çökəklikdədir. Dənizdə suyun səviyyəsi qalxdıqda subasma neft buruqlarını yararsız vəziyyə­tə salır və beləliklə, ətraf mühitdə ekoloji gərginlik yaradır. Hazırda Atırauda 1,5 mindən artıq yararsız və ən pisi də - sahibsiz buruq mövcuddur; onlardan 142- si suyun altında qalmışdır.

Xəzərin şimal-şərq sahil bölgəsində torpaqların çirklənməsi son 40 ildə baş vermişdir və buna da neft hasilatının inkişafı səbəb olmuşdur. Göstərdiyimiz dövr kəsiyində Atırau və Mangistau vilayətlərinin sa­hil ərazilərində torpağa 5 mln. tona yaxın neft axıdıl­mışdır. Beləliklə də Qərbi Qazaxıstanda neftlə çirk­lənmiş torpaqların sahəsi 194 min hektara çatmışdır.

Aktau şəhərində yerləşmiş atom-elektrik stansiya­sının radioaktiv tullantıları Koşkar-Ata məntəqəsində toplanmış və sahil bölgəsi üçün təhlükə zonası yarat­mışdır. Digər təhlükə sahəsi Tengiz qaz emalı zavo­du yaxınlığıdır. Burada qaz emalından sonra əmələ gələn kükürd tullantı kimi açıq havadaca boşaldılır. Qısa müddət ərzində burada 5 mln. tondan çox kü­kürd tullantısı yığılmışdır. Açıq havada böyük həcmdə kükürdün sahil ərazilərində yerləşdirilməsi ekoloji baxımdan həddən artıq təhlükəlidir. Belə ki, yağış, yeraltı sular və küləklərin təsiri nəticəsində kü­kürd su akvatoriyasına düşərək canlı aləmin məhvinə səbəb ola bilər.

Xəzər dənizinin Qazaxıstan sektorunun sahəsi 100 min knr-dən çoxdur. Burada karbohidrogen ehtiyatla­rının ümumi həcmi təxminən 7 mlrd, ton təşkil edir.

Xəzərin Qazaxıstan hissəsində kəşf olunmuş perspektivli Kaşağan və Kurmanqazı yataqları geoloji baxımdan Tengiz yatağı ilə eyni mənşəli olduğundan buradakı neftin və qazın tərkibində böyük həcmdə kükürd vardır. Bununla belə, Kaşağan yatağı nəinki Xəzər dənizində, ümumiyyətlə, dünyada ən nəhəng neft yataqlarından biri hesab olunur. Kaşağan yatağı­nın neft ehtiyatları 5 mlrd, tondan çoxdur. Sahildən 30 - 40 km aralıda, dənizdə suyun dərinliyi 3 -5 metr olan bir sahədə yerləşmiş Kaşağan yatağının neft eh­tiyatları 4500 metr dərinlikdədir. Dərin qatlarda təz­yiqin son dərəcə yüksək olması yatağın istismarında ətraf mühitin mühafizəsi məsələsinə xüsusi fikir ve­

1997 - 2002-ci illər ərzində Qazaxıstandan neftin ixracı (mln. ton)

39,3

rilməsini tələb edir. Əks təqdirdə hasilat zamanı kii- kürdlii xammalın birbaşa dənizə axması Xəzərdə eko­loji fəlakət yarada bilər.

Bütün bunları nəzərə almaqla xarici investorlar Kaşağan layihəsinə artıq 2 mlrd, dollardan çox sərma­yə qoymuşlar. 2005 - 2008-ci illər ərzində dünyanın aparıcı neft şirkətləri olan “ExxonMobil”, “Shell”, “Agip”, “Total British Gaz” və başqaları Kaşağan ya­tağının mənimsənilməsi üçün daha 8 mlrd, dollar sər-

Page 18: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

mayə qoymağı planlaşdırırlar. Şimali Xəzər layihəsi­nin operatoru “Agip” kompaniyasıdır. Kaşağan yata­ğının mürəkkəb geoloji xüsusiyyətlərini nəzərə ala­raq Qazaxıstan hökuməti xarici şirkətlərlə bağlanmış müqavilədə aşağıdakı şərtlərin yerinə yetirilməsini xüsusi vurğulamışdır:

4 “Agip” şirkəti neftlə çıxan qazm yığılmasını və nəql olunmasını təmin etməlidir;

♦ yatağın mənimsənilməsi müddəti ərzində servis sahələrinə yerli müəssisələr geniş cəlb edilməlidir;

4 neft hasilatına lazım olan və digər avadanlıqlar əsasən yerli müəssisələrə sifariş verilməlidir;

4 hasilat zamanı yaranmış ekoloji problemlər aradan qaldırılmalıdır.

Sonuncu bəndin xüsusi əhəmiyyətini nəzərə ala­raq onun həyata keçirilməsi, eyni zamanda, yerli icti­mai qurumların da diqqət mərkəzində saxlanılacaqdır.

Ekoloji təhlükəsizliyin təmin edilməsi üçün Kaşa­ğan yatağı sahəsində dənizdə buruq platformalar yer­ləşdirilməsi məqsədi ilə süni adaların yaradılması məqsədəuyğun hesab olunmuşdur. Süni adaların ya­

radılmasında Bautino yaxınlığındakı Ataş karxanası­nın daşından istifadə edilir. Artıq 2001-ci ildə Şərqi Kaşağan blokunda dənizin şimal hissəsində 120 x 80 metr ölçüdə ilk süni ada inşa olunmuşdur. Adanın in­şasında 350 min ton daşdan istifadə edilmişdir.

Xəzərin zəngin neft-qaz yataqlarının mənimsənil­məsində xarici investorların regiona marağı xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstanda Qərb neft şirkət­ləri ilə yanaşı, Çin şirkətləri yüksək fəallıq göstərərək buradakı karbohidrogen xammalının şərq istiqamə­tində nəql edilməsi üçün böyük həcmdə sərmayələr ayırırlar. Yalnız Xəzərin sahil ərazilərindəki neft ya­taqlarının mənimsənilməsinə Çin artıq 1,3 mlrd, dol­lar sərmayə qoymuşdur. Əlbəttə, bu sərmayələrin bir hissəsi ətraf mühitin mühafizəsinə yönəlmişdir.

Qazaxıstanın dənizdəki neft yataqlarından ilk ön­cə istifadəyə veriləcək Kaşağanın mənimsənilməsi üçün yaxın 14 il ərzində təxminən 20 mlrd, dollar sər­mayə qoyulmalıdır. 2004-cii ilin sonuna xarici inves­torlar bu yatağa artıq 2,5 mlrd, dollar sərmayə qoy­muşlar. Potensial sərmayədarların marağını nəzərə alan Qazaxıstan hökuməti 2003-cü ildən etibarən Xə­zərin şelf zonasının daha az öyrənilmiş sahəsində mü­vafiq hazırlıq işləri aparmağa başlamışdır. İlk növbə­də neft şirkətlərinin maraqlarını burada aşkar edilmiş Jambay, Cənub və Cənubi Zaburunye yataqlarına yö­nəltməyi ön plana çəkmişlər. Hökumət xarici şirkət­lərlə birgə müəssisələrin yaradılma prosesinə xüsusi diqqət vermişdir.

Qazaxıstanın dəniz hissəsində yüzdən çox pers­pektivli strukturlardan Kurmanqazı və dənizdə Rusi­ya ilə həmsərhəd bölgədə yerləşən Xvalınskoye və Scntralnoye yataqlarının birgə istifadə edilməsi qəra­ra alınıb.

Azərbaycanın sahil ərazilərində olduğu kimi, Qa­zaxıstanın Xəzərsahili bölgəsində də 100 ildən artıq­dır neft-qaz hasilatı aparılır. Bu müddət ərzində ətraf mühitdə kifayət qədər dəyişikliklər baş vermişdir. Neft hasilatını nəyin bahasına olursa-olsun artırmaq üçün ekoloji tələblərə cavab verməyən layihələr belə həyata keçirilmiş və bunun nəticəsində neft mədən­ləri ərazilərində dəhşətli həcmdə neft tullantıları yığı­lıb qalmışdır. Belə ki, ən “köhnə” Emba mədənində

Qazaxıstanın karbohidrogen ehtiyaclarının paylanması■ Xəzərin Qazaxıstan

bölgəsində Я Qazaxıstanın quru

hissəsində

Page 19: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

neftlə çirklənmiş torpağın qalınlığı 10 metrə çatır. Uzen yatağı sahəsində 138 açıq neft anbarında 211,7 min ton neft yığılmışdır. Bu yatağın xüsusi olaraq ay­rılmış 7 poliqonunda 328 min neft şlamı və mazutla çirklənmiş qrunt toplanmışdır.

Torpaqların çirklənməsi ilə yanaşı, hava da çirklə­nir. Neftlə çıxan qaz bir çox hallarda qeyri-əsas xam­mal kimi yerindəcə yandırılır.

Yalnız Mangistau vilayətində neft hasilatı zamanı 1995 - 2000-ci illər ərzində neft şirkətləri tərəfindən 190 mln. m3 qaz yandırılmışdır. Qeyd etmək lazımdır

ki, neftlə çıxan qazın tərkibi çox qarışıq və mürəkkəb olduğu üçün onun yandırılması havanın ekoloji gər­ginliyini artırır. Elə bu səbəbdəndir ki, neft mədənlə­ri ərazilərində ekoloji şərait heç də qənaətbəxş deyil.

Son illər Qazaxıstanın neft mədənləri sahələrində radiasiyanın normadan artıq olması ekoloji baxımdan xüsusi narahatlıq yaradır. Buradakı neft yataqlarının buruq sularında böyük həcmdə radionukleidlər aşkar edilmişdir. Mangistau vilayətinin Uzen, Jetıbay və Kalamkas yataqlarında dərin qatlardan çıxarılmış lay sularının tərkibində uran, torium və radium radionuk- leidləri müəyyən olunmuşdur. Bu yataqların istismarı zamanı ətraf mühitdə radiasiya mənbəli 1456,6 ton tullantı toplanmışdır.

Xəzər sahilinin Qazaxıstan hissəsində radiasion çirklənmənin digər səbəbi isə sovet dövründə (1970 - 90-cı illərdə) burada yerin altında sınaq məqsədi ilə 20-dən çox atom bombasının partladılmasıdır. Aydın­

dır ki, vaxt keçdikcə radiasion çirklənmiş lay sularının yerin üzərinə və dənizə sızma ehtimalı xeyli artır. Bü­tün bunları nəzərə alaraq belə söyləməyə əsas var ki, Qazaxıstanın sahil zonası, eyni dərəcədə Rusiyanın sahil əraziləri Xəzərin ən təhlükəli radiasion çirklən­miş sahəsi hesab oluna bilər.

İctimaiyyəti narahat edən məsələlərdən biri də sa­hil ərazilərində çoxlu sayda neft buruqlarının suyun altında qalması və uzun illərdən bəri sahildə batmış gəmilərlə bağlı heç bir tədbir görülməməsidir. Qaza­xıstanın sahilində bu günə kimi 29 gəmi batmışdır. Bu gəmilər əsasən Bautino və Ataş yaşayış məntəqə­ləri sahillərindədir. Təbii ki, korroziya nəticəsində gəmilərin yanacaq anbarlarından neft məhsulları də­nizə sızır. Elə buna görədir ki, bu sahələrdə dənizin neft məhsullarıyla çirklənməsi müəyyən edilmiş həd­dən 10-11 dəfə çoxdur.

Xəzərin sahil ərazilərinin neft və qazla zəngin olan bölgələrindən biri də Türkmənistanın sahilyanı zona­sıdır. Burada əsas neft yataqları Çələkən - Nebitdağ sahəsindədir. Yüz ildən artıq davam edən neft hasila­tı ətraf mühitə kifayət qədər mənfi təsir göstərmişdir. Neft yataqları əraziləri ilə yanaşı, körfəz akvatoriya­sında da çirkab suları, tullantılar baş alıb gedir.

Türkmənistanda neft hasilatının əsas mərkəzi Qərbi Balxan neft-qaz rayonu hesab olunur. Burada ən iri yataqlar Qumdağ, Qoturtəpə, Qanuşlıca və Okərəmdir. Yerli mənbələrin neft ehtiyatları haqda rəsmi məlumatları çox da inandırıcı deyil. Beynəlxalq neft şirkətlərinin məlumatına görə, Xəzərin Türkmə­nistan sektorunda təxminən 3 mlrd, ton neft və 4,8 mlrd, m’ təbii qaz ehtiyatı vardır. Respublikada neft- qaz sənayesinin inkişaf strategiyası proqramına uy­ğun olaraq 2000 - 2010-cu illərdə neft hasilatı 10 mln. tondan 48 mln. tona, təbii qaz hasilatı isə 46,5 mlrd, m’-dən 120 mlrd. m3-ə qədər artırılacaqdır.

Digər Xəzəryanı ölkələr kimi, Türkmənistanda da neft sənayesinə xarici investorları cəlb etməyə çalışır­lar. Lakin bu iş çox ləng getdiyi üçün burada yalnız üç xarici neft şirkəti fəaliyyət göstərir. Onlardan yal­nız biri - ingilis - ərəb “Dragon oil” şirkəti, “məhsu­lun tən bölünməsi” şərti ilə fəaliyyət göstərir, yəni konkret neft çıxarır. Danimarka şirkəti “Maersk oil”

Page 20: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

və Malayziya şirkəti “Petronas” hələ ki neft kəşfiyya­tı işləri ilə məşğuldurlar. “Dragon oil” şirkəti artıq səkkizinci ildir öz fəaliyyətini dənizdəki 3 yataqla bağlamışdır. Bunlar Çələkən yarımadasından aralı Ceytun (keçmiş LAM), Çıqalıbəy (keçmiş Jdanov) və Çələkənyanğımaz yataqlarıdır. Mütəxəssislərin fik­rincə, burada bütövlükdə təxminən 70 mln. ton neft və 62 mlrd, m3 qaz vardır.

Dənizdə neft hasilatının artması ilk öncə yeni perspektivli yataqların istismara verilməsindən asılı­dır. Bu baxımdan Türkmənistan tərəfi dənizdə aşkar edilmiş bir neçə yatağa xüsusi ümid bağlayır. Bunlar­dan biri Azərbaycan tərəfi ilə mübahisəli olan Kəpəz yatağıdır (türkmənlər bu yatağı Sərdar adlandırırlar).

Kəpəz yatağı Azərbaycan mütəxəssisləri tərəfin- , „ dən kəşf edildiyi üçün beynəlxalq hüquq normaları-

hasilatının 1990 - 2004-cü na иУЁип olaraq ona sahib məhz Azərbaycan olmalı- illər ərzində dəyişilməsi dır. Lakin Xəzərin hüquqi statusu hələ də müəyyən

(mln. ton) edilmədiyi üçün və Kəpəz yatağı dənizin orta xətt sa­

həsində yerləşdiyindən bu neft yatağı mübahisəli ola­raq istismar edilmir.

Türkmənistanın Xəzərsahili perspektivli yataqları olan Qoturtəpə, Barsa - Gəlməz və Burun strukturla­rında neft 4500 - 5000 metr dərinlikdə yerləşən məh­suldar qatdadır.

Sahil ərazilərində neft hasilatı və emalı həm quru­nun, həm də suyun çirklənməsinə səbəb olmuşdur.

Uzun illər ərzində Türkmənbaşı neftayırma zavodu­nun tullantıları Saymonov körfəzinə axıdılırdı. Yalnız son illərdə körfəz təmizlənmiş və tullantıların axıdıl- masının qarşısı alınmışdır. Eyni zamanda, dəniz akva­toriyasının çirklənməsində Okərəm və Çələkən neftdoldurucu limanları kimi yeni mənbələr meyda­na çıxmışdır. Bu limanların hər biri ayrılıqda ildə 3,6 mln. ton neft qəbul etmək imkanına malikdir.

Xəzər dənizinin Türkmənistanın sahil sahələri üçün təhlükə yaradan digər mənbə Qaraboğazqol körfəzi və onu əhatə edən duzla örtülmüş ərazilərdir. Xəzər dənizinin səviyyə tərəddüdü burada uzun illər istismar edilən zəngin duz ehtiyatlarının təsərrüfatına mənfi təsir göstərmişdir. Belə ki, səviyyənin əvvəlcə aşağı düşməsi körfəz sahəsinin xeyli azalmasına sə­bəb olmuşdur və nəticədə də duzla örtülü böyük əra­zilərdən minerallar külək vasitəsilə digər bölgələrə yayılırdı. Səviyyənin qalxması isə təsərrüfat əhəmiy­yətli mineral duzların səmərəli mənimsənilməsində çətinliklər yaradır. Hər iki halda Qaraboğazqol körfə­zi bölgəsində ekoloji gərginlik artır və nəticədə bura­da ekosistemin tarazlığının pozulması kifayət dərəcə­də nəzərə çarpır.

Xəzər dənizinin Rusiya ərazisinə aid olan sahil bölgəsinin bütün yerləri eyni dərəcədə mənimsənil­məmişdir. Bu səbəbdən də sahil ərazilərində ekoloji gərginliyin səviyyəsi xeyli fərqlidir.

Təsərrüfat baxımından inkişaf etmiş Həştərxan vilayətinin sahil əraziləri daha çox mənimsənildiyi və Volqa çayının geniş dcltasıyla çirkab suları dənizə ax­dığı üçün burada ekoloji vəziyyət ağırdır. Məlumdur ki. Xəzər dənizinə çayla gətirilən suların 85%-i Volqa çayının payına düşür. Nəzərə alsaq ki Volqa çayı Ru­siyanın sənaye baxımından inkişaf etmiş Avropa his­səsindən istehsal tullantılarını dənizə axıdır, burada təbii şəraitin kifayət qədər pozulması heç də təəccüb doğurmamalıdır.

Rusiyanın Xəzərdəki şelf bölməsində karbohidro­gen ehtiyatları təxminən 1,2 -1,5 mln. ton təşkil edir. Əsas neft-qaz ehtiyatları Həştərxan vilayəti və Dağıs­tanın sahil ərazilərindədir. Dağıstanda hələ keçən əs­rin 70-ci illərində İnçxe-dəniz neft yatağı istismar edi­lirdi. Lakin sonrakı illərdə yataq ətraf mühit üçün təh-

Page 21: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

к

А

ж

lükəli olduğundan burada bütün işlər dayandırılmışdı. Yalnız 1997-ci ildə yatağın yenidən istismara verilmə­si üçün beynəlxalq tender elan edilmiş və onun qalibi “İP Kenni” olmuşdur. Beləliklə də İnçxe-dəniz yata­ğında neft hasilatının bərpası imkanı yaranmışdır.

Şimali Xəzərlə Orta Xəzər arasında keçən şərti sərhəd xəttində perspektivli Sarmatski yatağında in­tensiv kəşfiyyat işləri aparılır. Dənizin Rusiya sekto­rundakı Dmitriyevskoye və Xvalınskoye (Qazaxıstan­la həmsərhəd bölgədə) yataqları da neft hasilatının inkişafında mühüm rol oynaya bilər. Rusiya üçün Xə­zər dənizində Qazaxıstanla birgə istismar ediləcək Sentralnoye, Xvalınskoye və Kurmanqazı və Azər­baycanla müştərək işlənəcək Yalama (Xəzərin Azər­baycan sektorunda yerləşir) yataqları xüsusi əhəmiy­yət kəsb edir. Müqaviləyə əsasən, bu yataqlar Rusi­yanın “LUKoyl” neft şirkəti ilə şərikli istismar olun­malıdır. “LUKoyl” şirkəti artıq Azərbaycan Dövlət Neft Şirkəti ilə Yalama yatağında qazıma işləri aparır.

Yalama yatağı sahildən təxminən 30 km aralıda, suyun dərinliyi 80 - 700 metr arasında olan bir ərazi­də yerləşir. Yatağın sahəsi 3037 km2.

Rusiya sahilinin quru hissəsində neft və qaz yataq­ları Dağıstanda və Həştərxan vilayətində aşkar olun­muşdur. Həştərxandan şimal-şərq istiqamətində 80 km aralı eyniadlı iri qaz-kondensat yatağı artıq neçə il­lərdir istismar edilir. Bütövlükdə Xəzərin şimal və şi­mal-şərq hissəsində olan neft və qaz yataqlarında ol­duğu kimi, Həştərxan strukturunda da böyük həcmdə

kükürd toplanmışdır. Elə bu səbəbdən də qaz hasilatı ekoloji baxımdan bölgədə və hətta ondan kənarlarda da vəziyyətin gərginləşməsinə səbəb olmuşdur.

Məlumdur ki, Həştərxan yatağından xeyli aralı (10 - 30 km) ekosistemdə neqativ dəyişiklikər nəzərəçar- pan dərəcədə olmuşdur. Nəticədə bitki və heyvanat

aləminin bəzi növləri, demək olar ki, yox olmuşdur. Hətta bir neçə yaşayış məntəqələrinin sakinlərini hö­kumət daimi yaşayış yerlərindən köçürmək məcbu­riyyətində qalmışdır.

Rusiya hökumətinin Xəzərin neft ehtiyatlarına xüsusi marağı 1998-ci ildə Xəzər dənizinin şimal his­səsində qoruq zonasında hüquqi qaydalara qismən dəyişiklik edilməsi haqda 1998-ci ildə qəbul olunmuş qərarda öz əksini tapdı. Bütövlükdə Xəzərin balıq eh­tiyatları üçün təhlükə yaradan bu qərar şimal sahillə­rində neft kəşfiyyatının genişlənməsinə əlverişli zə­min yaratdı. Beləliklə, bölgədə yeni ekoloji gərginlik zonalarının yaranma ehtimalı artdı.

Dağıstan sahilində əsas neft yataqları sahilin Ma- haçqala - Dərbənd hissəsindədir. Lakin neft hasilatı­nın bu sahədə hələ nisbətən az olmasına baxmayaraq, yataqların istismarı digər təsərrüfat sahələrinin fəaliy­yətinə mənfi təsir göstərir. Bu, ilk növbədə rekreasi­ya sahəsində özünü büruzə verir. Onsuz da qeyri-sta- bil region sayılan Dağıstanda ekoloji gərginlik bu əra­zinin inkişafına maneçilik edən əlavə amillərdən biri

Page 22: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

ola bilər. Lakin bütün bunlara baxmayaraq, Dağısta­nın şelf zonasında aşkar edilmiş 4 perspektivli blok bəzi neft şirkətlərinin maraq dairəsindədir. Bu sahə­nin tədqiqi üçün “Dağneft” aksioner birliyi ABŞ-ın “JP Redd” və Kanadanın “Conarco” neft kompaniya­ları ilə birgə “Caspoil” konsorsiumunu yaratmışdır. Dəniz şəraiti üçün lazım olan avadanlığın çatışmazlı­ğı kəşfiyyat və qazıma işlərinin aparılmasına müəy­yən qədər mane olur.

Xəzərin İran sahili neft ehtiyatlarının aşkar edil­məsi məqsədi ilə hələ keçən əsrin 70-ci illərində təd­qiq olunmuşdur. İran tərəfinin dəvəti ilə Azərbaycan mütəxəssisləri şelf zonasında qazıma işləri aparmış, lakin gözlənilən nəticələr əldə olunmamışdır.

Xəzər regionunda yeni geosiyasi vəziyyətin yaran­ması və nəticədə bura iri neft şirkətlərinin cəlb olun­ması dənizin İran bölgəsinə marağın artmasına səbəb oldu. “Lasmo”, “Dutch/Shell” və “Monument oil” xarici neft şirkətləri dənizdə - Azərbaycanın İran sər­hədinə yaxın ərazisində aşkar edilmiş Muğan-1, Mu- ğan-2 və sahilin şimal-şərq hissəsində olan Qorqan yataqlarına maraq göstərmişlər. Bu layihələrlə eyni zamanda Yaponiya və Çin şirkətləri də maraqlanırlar.

Xəzər dənizindəki iri neft yataqları əsasən seys­mik aktiv zonalarda yerləşir. Bununla əlaqədar kəş­fiyyat, qazıma və neft hasilatı zamanı burada az güc­də mütəmadi yeraltı təkanlar baş verir.

Bəzi hallarda seysmoloji amil həddən artıq şişirdi­lir. Bunun səbəbi başlıca olaraq maraqlı tərəflərin Xə­zər regionuna iqtisadi və siyasi baxışlarından irəli gə­lir. Belə ki, Rusiya və İran mütəxəssisləri Xəzərin seysmik fəal sahədə olduğunu təsdiqləyərək onun di­bi ilə inşa olunacaq neft-qaz kəmərlərinin ətraf mühit üçün təhlükə yaradacağını qeyd edirlər.

26 dekabr 2004-cü ildə Hind okeanında baş ver­miş zəlzələ və onun nəticəsində yaranmış sunami Cə­nub-Şərqi Asiya sahillərində 300 mindən çox insanın ölümünə səbəb olmuşdur. Belə dəhşətli sunamilər əsasən açıq okeanlarda yaranır və onun dağıdıcı qüv­vəsi sahillərdə özünü büruzə verir. Lakin İran alimlə­ri siyasi maraqlara uyğun olaraq belə sunamilərin Xə­zər dənizində də baş verəcəyi haqda fikir söyləmişlər. Bu sahədə isə çalışan hər bir mütəxəssis bilir ki, qa­

palı dənizdə belə gücdə sunamilər qətiyyən yarana bilməz. Elmi əsası olmayan bu cür “mülahizələr” po­tensial investorların, xüsusilə də neft sektorundakı iri şirkətlərin regiona marağını azaltmağa yönəlmiş bir cəhddir.

Xəzər regionunda neft-qaz hasilatının getdikcə artması, təbii ki, ətraf mühitə texnogen təsirin güc­lənməsinə səbəb olacaqdır. İmkan daxilində bunun qarşısını almaq üçün bıı gün ən vacib məsələlərdən biri kimi bu sahədə dövlətlərarası əməkdaşlığı geniş­ləndirmək lazımdır. Yalnız bu istiqamətdə aparılan praktik fəaliyyət Xəzər dənizinin ekosisteminin mü­hafizəsində səmərə verə bilər.

Page 23: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Xəzərin bioloji ehtiyatları

Karbohidrogen ehtiyatları ilə yanaşı, Xəzər bitki və heyvanat aləmi təsərrüfatları baxımından da mü­hüm əhəmiyyət kəsb edir. Bioloji ehtiyatların dəniz­də yayılmasını dənizin hidroloji xüsusiyyətləri, qida maddələrinin qeyri-bərabər paylanması və üzvi mad­dələrin minerallaşma səviyyəsi müəyyən edir.

Xəzər dənizində heyvanat aləminin 1839 növü mövcuddur. Onlardan təxminən 78%-ni onurğasızlar təşkil edir. Bitki aləmi isə dənizdə, əgər belə demək mümkünsə, 733 növlə təmsil olunur; onların da bö­yük əksəriyyəti, yəni 99%-dən çoxu yosunlardır.

Sözsüz ki, Xəzər dənizi ilk növbədə özünün balıq ehtiyatları ilə fərqlənir. Mütəxəssislərin fikrincə, Xə­zər dənizində 124-dən 156-dək balıq növü var. Qara

və Aralıq dənizləri ilə müqayisədə Xəzərin ixtiofau- nası müxtəliflik baxımından bir o qədər də zəngin de­yil. Bununla belə, Xəzər dənizi ixtiofaunanın yüksək məhsuldarlığı ilə Cənubi Avropa dənizlərindən fərqlənir. Növ və yarımnövlər arasında Xəzər dəni­zində başlıca yeri xulkimilər (35,6%), çəkikimilər (22,7%) və siyənəkkimilər (17,8%) tutur. Onların pa­yına dənizdə olan ixtiofaunanın 76%-dən çoxu düşür. İxtiofaunanın fərqləndirici cəhətlərindən biri də on­ların təxminən 46%-nin endemik şəkildə olmasıdır.

Daha çoxsaylı endemik formalar siyənəkkimilər qru­punda yayılmışdır.

Endemik canlı orqanizm kimi suiti Xəzər dənizin­də özünəməxsus yer tutur. Belə ki, suiti ovunun bu­rada təxminən üç yüz ilə qədər vətəgə ovu tarixi var. Hələ keçən əsrdə Xəzərdə ildə yüz minlərlə suiti ov- lanırmış. Son onillikdə ekoloji vəziyyətin gərginləş­məsi ilə bağlı suitinin sayı xeyli azalmışdır. Eyni za­manda, suitinin akvatoriyada yayılma sahəsi də qısa­laraq əsasən Şimali və Orta Xəzər bölgələri ilə məh­dudlaşmışdır.

Şimaldan cənuba doğru suyun duzluluğunun də­yişilməsi (artması) və mineral maddələrin paylanma xüsusiyyətləri balıqların qida məhsullarının yaranma­sına, növünə və həcminə birbaşa təsir göstərir. Vətə­gə balıqlarının coğrafiyası da buna uyğun olaraq mü­əyyən edilir.

Xəzərdə balıqların əsas kütləsi sahilyanı zonalarda məskən salmışdır. Onlar başlıca olaraq dənizin 50 - 75 metr dərinliklərində yaşayırlar.

Vətəgə balıqlarını burada əsasən kilkə, nərəkimi- lər və siyənəkkimilər təşkil edir. Nərəkimilərin yayıl­ma sahəsi - Şimali Xəzərin şelf zonası, Orta Xəzərin qərb hissəsi və Cənubi Xəzərin şərq hissəsidir. Qış dövründə nərəkimilər əsasən Orta və Cənubi Xəzərə çəkildikləri halda, yazda su tədricən isindikcə şimala doğru hərəkət edirlər.

Nərəkimilər kürü tökmək üçün başlıca olaraq Şi­mali Xəzər və Volqa çayına miqrasiya edirlər. Digər iri çaylar istiqamətlərində nərəkimilərin hərəkəti nis­bətən azdır. Bütiin bunlara uyğun olaraq nərəkimilə­rin ovlanmasının paylanma dərəcəsi xeyli fərqlidir. Ən çox nərə ovu Xəzər - Volqa bölgəsinin payına dü­şür. Bu göstərici 69% təşkil edir. Digər yerlərdə nərə­kimilərin ovu müvafiq olaraq Xəzər - Uralda 21%, Xəzər - Kürdə isə 0,9% təşkil edir.

Nərəkimilərin ovunun ildən-ilə azaldığını və dün­ya üzrə onun ovunun 95%-nin Xəzər dənizinin payı­na düşdüyünü nəzərə alsaq, onda bu nadir balıq nö­vünün mühafizəsinin necə böyük əhəmiyyət daşıdığı aydın olar. Yalnız son on il ərzində nərəkimilərin ovu təxminən 10 dəfə, o cümlədən son 5 ildə 2 dəfə azal­mışdır. Əgər 1985-ci ildə nərəkimilərin ovu 28,5 min

Page 24: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

ton olmuşdursa, artıq 2003-cü ildə 1,5 min tona qədər azalmışdır.

Son 25 ildə balıq ovunun əsasını kilkə təşkil edir. 1980-ci illərdən başlayaraq onun xüsusi çəkisi ümumi balıq ovunda 75%-i ötmüş və hazırda 96%-ə çatmış­dır. Bununla belə, digər balıq növləri kimi, kilkə ovu­

Xəzər dənizində əsas balıq növlərinin ovunun dəyişilməsi (1980 - 2003-cü illər ərzində; min tonla)

Balıq növləri 1980 1985 1995 2003

Nərəkimilər 25,0 28,5 2,9 1,5

Kilkə 304,7 400,0 107,8 50,0

İri pulcuqlular 23,0 35,0 41,2 —

nun həcmi də son 10 il ərzində 2 dəfədən çox azal­mışdır. Azərbaycan bölgəsində son 4 il ərzində kilkə ovu 5 dəfə azalmışdır.

Kilkə balığı ovunun kəskin azalmasının əsas səbə­bi tənzimlənməyən qanunsuz ov və Qara dənizdən Xəzərə daxil olmuş mneopsisdir. Bu sadə canlı orqa­nizm kilkənin əsas qida mənbəyi olan canlılarla qida­landığından onun həcminin azalmasına səbəb olmuş­dur. Qısa müddət ərzində intensiv surətdə artan və dənizin hər tərəfinə yayılan mneopsis Xəzərin bioloji aləmi üçün böyük təhlükə yaratmışdır. Kilkənin sayı­nın bərpası üçün kifayət qədər qida mənbəyi tələb olunur. Deməli, kilkənin qida mənbəyinə ortaq çıx­mış mneopsislə mübarizə aparmaq lazımdır. Bu məq­sədlə məhz mneopsislə qidalanan berol adlı digər canlı orqanizmin Xəzər dənizinə gətirilməsi nəzərdə tutulmuşdur.

Kilkədən fərqli olaraq nərəkimilərin həcminin azalmasına əsas səbəb qanunsuz balıq ovu və böyük həcmdə qiymətli qida sayılan kürü əldə edərək, de­mək olar ki, mümkün artımın qarşısının alınmasıdır. Qismən İran istisna olmaqla nərəkimilərin böyük həcmdə qanunsuz ovu ilə bütün Xəzəryanı dövlətlər­də məşğul olurlar. Nərəkimilərin əsas hissəsi kürü tökmək üçün Rusiya sahillərinə, şirin suya can atır. Digər Xəzəryanı ölkələrdən fərqli olaraq bu ölkədə qayıqların sayı-hesabı yoxdur və genişmiqyaslı qa­nunsuz balıq ovu baş alıb gedir.

47Rusiyanın cənub dənizlərində qanunsuz balıq

ovunun artmasını sübut edən faktlardan biri də Kras­nodar diyarının nisbətən əlverişli hesab olunan Azov dənizi sahillərindəki vəziyyətdir. Son bir il ərzində qanunsuz balıq ovu nəticəsində nərəkimilərin həcmi burada 10 dəfə azalmışdır.

Xəzər dənizinin Rusiyaya aid olan hissəsində və­ziyyət daha acınacaqlıdır. Müxtəlif mənbələrə görə, burada hər il qanunsuz olaraq bir neçə min ton nərə- kimilər ovlanır. Əlbəttə, qanunsuz balıq ovu Xəzərin digər bölgələrində də müşahidə olunur. Lakin onun həcmi Rusiya bölgəsində aparılan qanunsuz ovdan xeyli azdır.

Nərəkimilər qədim və nadir balıq növlərindən ol­duğu üçün və bu populyasiyanın sayının azalması beynəlxalq təşkilatları da narahat edir. Yox olma həd­dinə çatmış nərəkimilərin sayına nəzarət və onların mühafizəsi üçün Xəzərin fauna və florasını daim diq­qət mərkəzində saxlayan xüsusi beynəlxalq konven­siya (CITES) mövcuddur. Onlar Xəzəryanı dövlətlə­rə hər ildə nərəkimilərin ovlanmasına və kürünün eksportuna kvotalar müəyyən edir. Hər bir Xəzəryanı ölkəyə kvotanın həcmi müəyyən edildikdə başlıca olaraq bu ölkənin süni balıqartırma məntəqələrindən dənizə buraxılan balıq körpələrinin sayı və dəniz sa­hili ərazilərin mühafizəsinin təmin edilmə səviyyəsi nəzərə alınır.

Nərəkimilərin ovlanmasının Xəzəryanı dövlətlər arasında kvota üzrə paylanması (2003-cü il; ton)Я İran - 671 ■ Rusiya - 417 Я Qazaxıstan - 226 Я Azərbaycan - 109 Я Türkmənistan - 63

Page 25: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

ртД

Dənizə buraxılan körpə balıqların sayına görə Ru­siya və İran xeyli irəlidədir. 2003-cü ildə Rusiya böl­gəsindən dənizə 42,2 mln. ədəd balıq körpəsi buraxıl­mışdır. Rusiyanın əsas balıqartırma müəssisələri Vol­qa çayı deltasında yerləşdirilmişdir.

Qazaxıstanda nərəkimiləri artırma zavodları Atırau vilayətindədir. Burada 2 iri balıqartırma zavodu fəa­liyyət göstərir ki, onların da hər biri ildə 3 mln. körpə balıq yetişdirmə gücünə malikdir.

2003-cü ildə Neftçalada istifadəyə verilmiş yeni balıqartırma müəssisəsi buradan dənizə hər il 15 mln. körpə balıq buraxmağa imkan yaratmışdır. Hazırda dənizə buraxılan körpə nərəkimilərin 15 - 20%-ni Azərbaycan bölgəsi təmin edir.

Bunu nəzərə alaraq CITES 2004-cü ildə ölkəmizə ayrılan qara kürünün kvotasını 9 tona qaldırmışdır. Nərəkimilərin ovunu tənzimləyən CITES beynəl­xalq təşkilatı eyni zamanda qara kürünün eksport həcmini də Xəzəryanı dövlətlər arasında bölüşdürür. Balıqların ovlanmasına və sayının süni artırılmasına uyğun olaraq qara kürünün ən böyük həcmdə ekspor- tuna İran tərəfmə icazə verilmişdir.

2003-cü ildə Xəzəryanı dövlətlərə qara kürünün eksportu üzrə ayrılmış kvotalar (tonla)

Ö lkələr Tonla %-lə

tran 75,7 54

Rusiya 31,3 22,3

Qazaxıstan 25 17,9

Azərbaycan 4,5 3,2

Türkmənistan 3,6 2,6

Cəm i 140,1 100

2003-cü ildə İran xaricə 65 ton qara kürü ixrac et­mişdir. Əgər nəzərə alsaq ki dünya bazarında 1 kq qa­ra kürünün qiyməti 750 dollardır, onda aydın olar ki, İranın qara kürü satışından gəliri 50 mln. dollara yaxın olmuşdur. Şimali Amerikada isə 1 kq bölgə (ağbalıq) kürüsünün qiyməti 3 min dollara çatır.

Bütün bunlarla yanaşı, “qara bazar”da yüzlərcə ton qanunsuz ovlanmış nərə balıqlarının və qara kü­

rünün alveri davam etməkdədir. Bu səbəbdən də bir çox beynəlxalq təşkilatlar nərəkimilərin yox olması təhlükəsini gördükləri üçün bu balıqların ovuna mü­vəqqəti qadağa qoyulması təklifini irəli sürmüşlər. Belə ki, ABŞ-ın “Təhlükə altında olan növlər aktı”na əsasən (US. Endangered Akt) ağbalıqda yox olmaqda olan balıqlar siyahısına daxil edilib. Eyni zamanda, müvafiq təşkilatlar 2004-cü ildə Xəzəryanı ölkələrin dünya bazarına qara kürü çıxarmalarına məhdudiyyət qoymuşlar.

CITES təşkilatının məlumatlarına görə, hər il Xə­zərdə tutulan nərəkimilərin 70%-dən çoxu qanunsuz ovlanır. Məsələnin ən dəhşətli cəhəti ondan ibarətdir ki, qanunsuz tutulan balıqların əsas həcmi nərəkimi­lərin kürütökmə dövrünə düşür. Daha çox qara kürü əldə etmək üçün “başabəla balıqçılar” minlərlə dişi balıqları məhv edir və beləliklə, dənizin bioloji aləmi­nə bərpa olunmayacaq ziyan vururlar.

Yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün bütün Xəzəryanı dövlətlər dənizin balıq ehtiyatlarını mühafizə etmək sahəsində əməkdaşlığı gücləndirə­rək müvafiq tədbirlər planını həyata keçirməlidirlər. Yalnız birgə və razılaşdırılmış tədbirlər keçirməklə ol­duqca qiymətli və bənzərsiz Xəzər dənizini və onun balıq ehtiyatlarını gələcək nəsillər üçün qoruyub-sax­lamaq mümkündür.

Page 26: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Rekreasiya ehtiyatları

Xəzər dənizinin sahil ərazilərində təbii iqlim şəra­itinin müxtəlif və rekreasiya ehtiyatlarının zəngin ol­ması kurort istirahətinin təşkili üçün çox əlverişlidir. Lakin hər bir konkret sahil ərazisinin coğrafi mövqe­yindən və mənimsənilmə səviyyəsindən asılı olaraq mövcud imkanlardan fərqli dərəcədə istifadə edilmiş­dir. Belə ki, çöl, yarımsəhra, səhra, quru və rütubətli landşaftlar müxtəlif istiqamətdə ixtisaslaşmış istira­hət mərkəzlərinin yaradılmasını müəyyənləşdirmiş­dir. Heç şübhəsiz, fəaliyyətdə olan istirahət mərkəz­lərinin cazibədarlığına bir çox amillər təsir edir. Məhz bununla əlaqədar Xəzər dənizinin və onu əhatə edən ərazilərin rekreasiya ehtiyatlarının mənimsənilmə sə­viyyəsi kifayət qədər fərqlidir.

Azərbaycanın nadir təbii iqlim şəraiti və ərazisin­də müalicə əhəmiyyətli zəngin təbii ehtiyatları sahil ərazilərində rekreasiya təsərrüfatının inkişafı üçün yaxşı imkanlar yaradır. Bildiyimiz kimi, rekreasiya tə­sərrüfatı üçün ən əlverişli şərait əsasən dağ, dağətəyi və sahil əraziləridir. Elə bu mənada şimaldan cənuba uzanan 825 km sahilyanı zona ölkəmizdə rekreasiya təsərrüfatının səmərəli yerləşdirilməsini çox gözəl tə­min edə bilər.

Sahil ərazilərinin çox hissəsi yarımsəhra landşaft­lardan ibarətdir. Lakin şimal sahili üçün enliyarpaqlı- ların üstünlük təşkil etdiyi meşələr, cənub üçünsə subtropik bitkilər daha xarakterikdir. Sahilin 30%-dən çoxu narın qum çimərliklərindən ibarətdir. İlin günəş­li günləri burada qat-qat çox olur, günəşsiz günlər isə təxminən 70-ə çatır. Bütövlükdə isə kütləvi istirahət üçün burada ilin 7 - 8 ayı əlverişli hesab olunur.

Dəniz suyu kifayət qədər qızdığı üçün çimərlik mövsümü 4 - 5 ay davam edir. Əlverişli iqlim şəraiti və çimərliklərin müalicəvi əhəmiyyəti sahil əraziləri­nin rekreasiya dəyərliliyini xeyli artırır. Bu səbəbə gö­rə Azərbaycanın sahil ərazilərindəki əsas kurort mər­kəzləri Abşeron yarımadasında yerləşdirilmişdir.

Azərbaycanın dənizsahili zonasında 10-dan çox müalicə əhəmiyyətli mineral və termal bulaq var. Mü­

alicə əhəmiyyətli karbonatlı və hidrokarbonatlı mine­ral sular əsasən Siyəzən - Dəvəçi ərazisində yayılmış­dır. Buradakı mineral su bulaqlarının ümumi debid sutkada 5 min litrdən çox olur. Qalaaltı müalicə mər­kəzində çıxan bu sular başlıca olaraq uroloji, revma- dzm və digər xəstəliklər zamanı əvəzsiz hesab edilir.

Abşeronun kurort ocaqlarındakı hidrogen-sulfıdli termal sular isə ürək-damar, ginekoloji və revmatizm xəstəliklərinin müalicəsində tətbiq edilir. Burada həm də müalicə əhəmiyyətli palçıqlardan da istifadə olunur. Bu cür palçıqlar əsasən Masazır və Böyük Şor göllərində mövcuddur. Lakin onların ehtiyatları çox azdır və ona görə də kurort təsərrüfatında geniş miq­yasda istifadəsi mümkün deyil.

Abşeron yarımadasından cənuba doğru getdikcə mineral suların temperaturu artır. Belə ki, natrium- xlorlu suların temperaturu 45°C-yə çatır. Belə termal sular əsasən Lənkəran zonasında aşkar edilmişdir. Buradakı kurort mərkəzlərində həmin sulardan hərə­kət orqanlarının, ürək-damar sisteminin, əsəb sistemi xəstəliklərinin müalicəsində istifadə olunur.

Azərbaycanın sahilyanı zonalarında müalicə əhə­miyyətli termal sular geniş yayılsa da, onların istifadə­si qənaətbəxş sayıla bilməz. Buradakı 9 iri istirahət-

Azərbaycamn dəniz sahilindəki əsas miialicə müəssisələrinin ümıımi vəziyyəti

Müalicəmüəssisələrininadı

Rckrcantları qəbul etmək imkanlarının

həddi

İl ərzində rckrcantlara

xidmət imkanları

Yerləşdirilmişqaçqınların

sayı

Xəstələrəayrılmışyerlərin

sayı

1 lazırdamüəssisələri

xidmət etmək imkanları

Araz 550 550 - - -

Abşeron 731 731 328 318 318

Bilgəh 456 367 - 416 367

Qaranquş 498 359 320 100 100

Günəşli 665 665 320 331 331

Xəzər 360 360 240 51 -

Pirşağı 1190 910 910 -S m ~

Şıxov 200 200 100 1001 * 100

Lənkaran 400 250 150 250 250

Cəmi 5050 4392 2368 1566 1466

Page 27: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

kurort mərkəzinin potensial rekreant qəbul imkanından hazırda yalnız 29%-ə qədər istifadə olu­nur.

Azərbaycanın sahilyanı əraziləri, dediyimiz kimi, iqlim-landşaft etibarilə çox rəngarəngdir. Belə ki, ya­rımsəhra Abşeron yarımadasının əksinə olaraq cənub­da (Lənkəran - Astara bölgəsi) və şimalda (Yalama - Nabran bölgəsi) meşə sahələri yaşıllığı və sıxlığı ilə nəzəri cəlb edir. Relikt ağac sayılan eldar şamı hesa­bına son 30 il ərzində Abşeronda xeyli yaşıllıq salın­mışdır. Bunun əksinə olaraq şimal və cənub bölgələ­

rində enerji çatışmazlığı səbəbindən və istehsalat məqsədi ilə meşələrdə ağaclar kütləvi surətdə qırıl­mış və nəticədə seyrək meşə zolaqları əmələ gəlmiş­dir. Belə xoşagəlməz dəyişiklik xüsusən Lənkəran - Astara bölgəsində aydın nəzərə çarpır. Belə ki, Azər­baycanın Astara şəhərindən İran Astarasına keçəndə Talış dağlarının yamaclarındakı ağac sıxlığının fərqi qabarıq şəkildə özünü büruzə verir. Əlbəttə, region­da meşələrin qırılmasının qarşısını almaq üçün ilk növbədə yerli əhalini qazla təmin etmək lazımdır.

Ümumiyyətlə, Azərbaycanın Xəzərsahili zonasın- dakı meşəlik sahəsi 830 km’-dir. Onun əsas hissəsi meşə-parkların payına düşür. Meşələrin və digər təbii abidələrin mühafizəsi məqsədi ilə Xəzərsahili zonada 113 min hektar sahəni əhatə edən 2 dövlət qoruğu (Qobustan və Qızılağac) və 3 yasaqlıq (Abşeron, Gil

adası, Bəndovan) yaradılmışdır. Dövlət qoruq və ya­saqlıqları sahil ərazilərinin çox həssas hissələrində tə­bii mühitin mühafizəsini bilavasitə təmin edirlər.

Dünya təcrübəsindən bəhrələnməklə son illər res­publikamızda milli parkların yaradılması ideyası ge­niş müzakirə edilərək bəyənilmişdir. Artıq respublika prezidentinin fərmanı ilə Bakının sahil bağına milli park statusu verilmişdir. Şirvan və Hirkan qoruqları müvafiq olaraq 2003 və 2004-cü illərdə milli park sta­tusu almışlar. Bununla yanaşı, sahəsi 230 min hektar olan Şahdağ milli parkının yaradılması ilə bağlı müva­fiq proqram tərtib edilmiş və həyata keçirilməkdədir. Növbəti milli park Samur - Yalama rayonunda yaradı­lacaq.

Sahil ərazilərində rekreasiya sisteminin inkişafına əsas təsiredici amillərdən biri xidmət sahələri ilə tə­minat səviyyəsidir. Xəzərin Azərbaycan sahilində tu­ristlər üçün əhəmiyyət kəsb edən mehmanxana tə­sərrüfatı kifayət qədər inkişaf etmişdir. Xüsusən Bakı şəhərində olan yüksəkkeyfiyyətli mehmanxanaların sayı bütövlükdə Xəzərsahili regionda olan mehman­xanaların ümumi sayından çoxdur.

Bakı nəqliyyat qovşağı respublikanın ən iri nəqliy­yat mərkəzi kimi sahil ərazisində müxtəlif nəqliyyat növlərinin yerləşdirilməsi üçün əlverişli şərait yarat­mışdır. Sahil ərazisinə paralel Astara - Yalama dəmir­yol və şose xətləri potensial rckreantların sahil ərazi­lərinin istənilən yerində istirahət və asudə vaxt keçir­mələrinə imkan yaradır.

Quru nəqliyyatından fərqli olaraq dəniz nəqliyya­tı rekreasiya təsərrüfatına hələ ki cəlb olunmamışdır. Dəniz nəqliyyatı başlıca olaraq yükdaşıma istiqaməti­nə yönəldilib. Halbuki Orta və Cənubi Xəzərdə də­niz nəqliyyatı vasitəsilə turist kruizlərinin təşkili, zənnimizcə, çox cəlbedici ola bilər. Təəccüb doğuran odur ki, belə sahilyanı səyahətlər nəinki dövlətlərara- sı, hətta bir dövlət daxilində sahil akvatoriyası üzrə də hələ ki yoxdur. Bütün Xəzərin sahil zonası üzrə dəniz kruizinin təşkili isə ilk növbədə region dövlətləri ara­sında əməkdaşlığın inkişafına təkan verər və qonşu bölgələr haqqında biliklərin artmasına yardımçı olar.

Azərbaycanın sahil ərazilərini şərti olaraq üç regio­na ayırmaq olar. Respublikamızın aparıcı iqtisadi rayo­

Page 28: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

nu olan Abşeron eyni zamanda ölkəmizin əsas kurort- istirahət zonası kimi tanınır. Abşeron yarımadasının sahəsi 2,1 min knr-dir. Rekreasiya məqsədi ilə istifa­də olunan sahil ərazilərinin sahəsi ildən-ilə artmaqda­dır. Uzunmüddətli icarəyə götürülən sahil ərazilərin­də müasir tələblərə cavab verən çimərlik servisi yara­dılır. Artıq Abşeron rayonu ərazisində istirahət mər­kəzləri sahəsinin xüsusi çəkisi təxminən 30% təşkil edir. Təəssüf ki, yeni yaradılan istirahət ocaqlarında bəzi hallarda ətraf mühitin mühafizəsi məsələlərinə lazımi diqqət vermirlər. Belə ki, məişət tullantıları birbaşa sahil ərazilərinə tullanılır, əmələ gələn çirkab təmizlənmədən dənizə axıdılır. Nəticədə də zahirən kifayət qədər müasir görünən istirahət mərkəzləri ekoloji baxımdan təhlükəli zonaya çevrilir.

Abşeron rayonunda rekreasiya təsərrüfatının geniş inkişaf imkanlarından tam istifadə olunmamasının əsas səbəblərindən biri xidmət sahələrinin bütövlük­də lazımi tələblərə cavab verməməsidir. Yalnız yeni yaradılan istirahət mərkəzlərində bu problem, demək olar, həll edilmişdir. Lakin hətta bu mərkəzlərin yer­ləşdiyi sahil bölgələrində dəniz suyunun vəziyyəti də əksər hallarda sanitar-gigiyenik tələblərə cavab ver­mir.

Rekreasiya baxımından respublikanın sahil ərazi­lərində əhəmiyyətcə ikinci rayon Yalama - Nabran zo­nasıdır. Sahəsi 665 km2 olan bu rayon Samur - Dəvə- çi və Şollar düzünü əhatə edir. Meşə zolağının bəzi yerlərdə terras üzərində birbaşa dənizsahili qumluğa çıxması burada təkrarolunmaz landşaftlar yaradır.

Rayonun əlverişli təbii iqlim şəraiti və zəngin rek­reasiya ehtiyatları burada 5 istirahət evinin, 2 turist bazasının və müxtəlif təşkilatların tabeliyində olan çoxsaylı istirahət mərkəzlərinin yaradılmasına imkan vermişdir. Bunlardan əlavə, son illər müasir tələblərə cavab verən özəl istirahət yerləri də istifadəyə veril­mişdir. Onların sayı artıq 15-i ötmüşdür. Məhz belə yerlərin fəaliyyəti sayəsində Azərbaycanın digər böl­gələrindən (əsasən Bakıdan) qısamüddətli istirahət üçün Nabrana rekreantların axını artmışdır.

Uzunluğu 24 km və eni 7 -9 km olan Nabran sa­hil zonası nadir meşə və bitki örtüyü ilə fərqlənir. Be­lə təbii şərait bura hər il 100 min nəfərdən çox rekre-

antı cəlb edir. Lakin istirahət mərkəzlərinin sahibləri ətraf mühitin mühafizəsi məsələlərinə barmaqarası baxırlar. Tullantıların yığılması və utilizə edilməsi tə­min olunmadığı üçün burada hər il 600 - 800 m3 çir­kab suları Xəzərə axıdılır. Eyni zamanda, ildə 25 min tondan çox bərk tullantılar meşələrə atılır və təbiətin bu gözəl guşələri ekoloji baxımdan yararsız vəziyyətə salınır.

Azərbaycanın sahil ərazilərində istirahət üçün çox əlverişli üçüncü rayon Lənkəran - Astara zonasıdır. Ərazisi əsasən Lənkəran ovalığını əhatə edən bu böl­gə özünəməxsus landşaftı ilə digər sahilyanı zonalar­dan fərqlənir. Talış dağları yamaclarının lap sahil zo­nasına kimi yaxınlaşması təbiətin rəngarəngliyini da­ha da artırır. Hirkan milli parkı, Xanbulançay, İstisu meşəlikləri və digər təbiət abidələri bura gələn tu­ristləri heyran edir.

Lənkəran - Astara zonasının sahil zolağı əsasən qum və çaydaşlarından ibarətdir. Sahilin bəzi yerlə­rində subasma nəticəsində çimərlik sahələrinin eni 5 - 10 metrə qədər azalmışdır. Dəmiryol xəttinin dəni­zə yaxınlaşdığı yerlərdə yolun mühafizəsi üçün iri çaydaşları düzülmüşdür. Təəssüf ki, bu cür gözəl yer­lərdə servis məsələsi arzuolunan səviyyədə həll edil­məyib. Buna görə bölgənin dəyərli çimərlikləri hələ ki tam istifadə olunmur.

Turistlərin regiona cəlb edilməsi üçün marketinq işlərinin də böyük əhəmiyyəti var. Bu məsələnin həl­li üçün Azərbaycan hökuməti BMT-nin inkişaf Proq­ramı ilə birgə Bakıda Turizm İnformasiya Mərkəzi

Page 29: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

yaradır. Layihəni həyata keçirmək üçün artıq 240 min dollar ayrılmışdır. Bakı şəhəri ilə yanaşı, turizm infor­masiya mərkəzləri respublikanın daha 7 rayonunda təşkil olunacaq. Xəzərin sahil zonasında isə belə mər­kəzlərin Lənkəran və Xaçmazda da yaradılması nə­zərdə tutulmuşdur.

2004-cü ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı xey­li artmışdır. Həmin il respublikamızda 1,35 mln. nə­fər turist olmuşdur. Bu, 2003-cü ilə nisbətən 33% çox­dur. Belə artıma ölkəmizdə turizm servisinin intensiv inkişafı təsir etmişdir. Yalnız son üç il ərzində bu sa­hədə fəaliyyət göstərən kompaniyaların sayı yeddi dəfə artmışdır. Eyni zamanda, respublikamızda 52 yeni mehmanxana kompleksi istifadəyə verilmiş və 20-də tikinti işləri tamamlanmaq üzrədir. Əfsuslar ol­sun ki, bu mehmanxanaların çox hissəsi hələ də Ab­şeron rayonunda yerləşir.

Abşerondan kənarda, sahil ərazilərində ekoturiz- min inkişafına şərait vardır. Belə ki, nisbətən zəif mə­nimsənilmiş və ekoloji baxımdan “təmiz” olan Dəvə- çi - Siyəzən və Qızılağac - Kürdili bölgələri ekoturiz- min təşkili üçün yararlı hesab edilə bilər.

Xəzər dənizinin Azərbaycan sahilində təbii şərai­tin və təbii ehtiyatların müxtəlifliyi onu digər dəniz- sahili bölgələrdən fərqləndirir. Sahilyanı ərazilərdə fəaliyyət göstərən istehsal müəssisələrindən fərqli olaraq rekreasiya təsərrüfatı əsasən məişət tullantıları

mənbəyi kimi narahatlıq doğurur. Odur ki regionda ətraf mühitin mühafizəsi üçün minimum tullantıların toplanması məsələsi həll olunmalı, onların təkrar emalı təmin edilməli və çirkab sularının axıdılması məqsədi ilə istirahət yerlərində kanalizasiya sistemi qurulmalıdır.

Subtropik iqlim şəraiti ilə fərqlənən cənub sahillə­ri rekreasiya təsərrüfatının inkişafı üçün çox əlverişli­dir. Lakin mövcud imkanlardan hələ də tam istifadə olunmur. Buna baxmayaraq İranın sahil əraziləri həm Xəzər regionu, həm də bütövlükdə ölkə üzrə ən vacib və əhəmiyyətli istirahət zonalarından biridir.

Xəzər regionunun digər sahil ərazilərindən fərqli olaraq çoxsaylı kiçik və orta istirahət mərkəzlərinin sıxlığı İran sahilinin rekreasiya təsərrüfatı üçün əsas səciyyəvi cəhətdir. Yaz - yay mövsümündə on minlər­lə iranlının ölkə daxilində əsas istirahət məkanı məhz Xəzər sahilidir.

Rəsmi məlumatlara görə, yay mövsümü ərzində yalnız Gilan və Mazandaran ostanlarının sahil ərazilə­rində əhalinin sayı 2 - 3 dəfə artır.Təbii ki, bu axın xidmət sahələrinin və ümumiyyətlə, rekreasiya təsər­rüfatının inkişafına təkan verir.

Gilan ostanında füsunkar təbii iqlim şəraiti ilk ön­cə onun fiziki-coğrafi mövqeyindən irəli gəlir. Bu di­yarın bir tərəfi dəniz sahili, digər tərəfi isə Talış və Əlburs dağı və dağətəyi sahələrdir. Nisbətən yığcam ərazidə (sahəsi 14,7 min km2) müxtəlif istiqamətdə ixtisaslaşmış rekreasiya təsərrüfatı sahələrinin təşkili üçün hər cür imkan vardır. Bu bölgənin təbii gözəlli­yi, yumşaq iqlimi insanları özünə cəlb edir. Odur ki Gilan ostanı (Tehran istisna olmaqla) İran əhalisinin ən sıx məskunlaşdığı bölgədir. Burada əhalinin orta sıxlığı 1 km2-də 170 nəfərə çatır. Ostanin mərkəzi şə­həri sayılan Rəştdə əhalinin sıxlığı 330 nəfər təşkil edir.

Rekreasiya təsərrüfatının inkişaf etmiş servis sa­hələrinə başlıca olaraq sahilboyu salınmış 10-dan çox şəhərdə rast gəlmək mümkündür. Lakin son illər bu­rada qısamüddətli (“week-end”) kütləvi istirahətlərin təşkili dəbdədir. Xəzər regionunun digər sahil ərazi­lərində bunu müşahidə etmək mümkün deyil. Yay mövsümündə dağətəyi sahələrdə sahil boyunca uza-

Page 30: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

nan magistral şose ətrafında çoxsaylı rekreant “təbiət­də istirahət” təşkil edərək böyük həcmdə məişət tul­lantıları ilə ətraf mühiti çirkləndirir. Eyni zamanda, vətəndaşların birbaşa avtomagistral kənarında qısa­müddətli də olsa istirahət etməsi, təbii ki, narahatlıq yaradır.

Məlumdur ki, havanın çirklənməsində avtomobil­lərin xüsusi çəkisi çox böyükdür. Əlbəttə, avtoma- gistrallar boyunca uzanan sahələrin ekoloji vəziyyəti

heç də əlverişli sayıla bilməz. Belə ki, magistral yol kənarında istirahət edənlər burada keçirdikləri vaxt ərzində kifayət qədər zərərli maddələrlə “qidalanır­lar”. Yaranmış vəziyyətin aradan qaldırılması üçün ilk növbədə ekoloji maarifləndirmə istiqamətində təbli­ğat işlərini gücləndirmək lazımdır.

Dağətəyi landşaftların dəniz sahilinə “yaxınlaşdı­ğı” zonalarda insanın buranın həddən artıq kövrək tə­bii mühitə təsiri daha da güclənir. Digər Xəzərsahili ərazilərdə olduğu kimi, İranda da dağətəyinin sahillə

qovuşduğu zonada meşələrə divan tutulması prosesi daha intensiv gedir. Buna nümunə kimi İran - Azər­baycan sərhədinin Astara sahəsini göstərmək olar. Sərhədin hər iki tərəfində vaxtilə sıx olan meşələr tədricən seyrək ağaclı meşələrə çevrilməkdədir. Me­şələrin qırılmasına bir neçə amil təsir edir. Onlardan ən əsasları: yanacaq problemi, selluloza-kağız istehsa­lı və digər ağac emalı sahələrinin inkişafı, rekreasiya obyektlərinin yerləşdirilməsi və kommunikasiya sis­temlərinin inşasıdır.

İranın sahil ərazilərində qrunt sularının qalxması çəltik əkini təsərrüfatına böyük ziyan vurmuşdur. Gi- lan ostanında onsuz da geniş olmayan sahil ərazilərin­də torpaqların məhsuldarlığının aşağı düşməsinə me­şələrin qırılması da təsir etmişdir. Bölgədə çox həcmdə yağıntıların düşməsi (ildə 1800 - 2000 mm) gilli süxurların yayıldığı yerlərdə sürüşmə təhlükəsini artırır. Yağıntılarla yanaşı, sürüşmələrə zəlzələlər də təsir göstərir. Seysmik cəhətdən fəal olan bu bölgədə hər il çoxsaylı zəif və orta güclü zəlzələlər müşahidə etmək olar.

Rekreasiya təsərrüfatı daha çox Rəşt - Ənzəli və Rudsar - Langerud - Lahican sahələrində inkişaf et­mişdir. Rəşt Gilan ostanının paytaxtıdır və əhalinin ən çox məskunlaşdığı şəhərdir (800 min nəfərə ya­xın). Burada qədim tarixi-mədəni abidələr də çoxdur. Rəştin coğrafi mövqeyinə uyğun olaraq buradan bü­tün istiqamətlərə magistral avtomobil yolları uzanır. Şəhərdə lazımi səviyyədə servis sahələri inkişaf edib və turistlər üçün müxtəlif gəzinti marşrutları da məhz buradan təşkil olunur.

Birbaşa sahil zolağında yerləşmiş ən cazibədar şə­hərlərdən biri Ənzəlidir (iranlılar onu Bəndər-Ənzəli adlandırırlar). Ənzəli Rəştdən 40 km şimal-qərb isti­qamətində yerləşir. Əhalisi 150 min nəfərə çatan bu şəhər İranın Xəzər sahilində ən iri ticarət limanı hesab olunur. Nadir təbiəti, zəngin subtropik bitki və heyva­nat aləmi ilə fərqlənən Ənzəli laqunası hər il minlərlə turisti, həvəskar ovçu və balıqçını bura cəlb edir.

Ənzəli laqunasının eni 10 km, uzunluğu 30 km və sahəsi 320 km2 təşkil edir. Burada hər il 1000-dən çox köçəri quş olur. Laqunanın dərinliyi 1 - 4 metr olsa da, burada hələ ki 37 balıq növünə rast gəlmək müm-

Page 31: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

kündür. Bütövlükdə Xəzərin sahil regionunda analo­qu olmayan Ənzəli laqunasının 20%-dən çoxu qamış­lıq sahələrdən ibarətdir. Belə təbii şərait köçəri quşla­rı cəlb edir və nəticədə biosenozun zənginləşməsinə səbəb olur.

Rudsar - Langerud - Lahican zonası bir xətt üzrə şərq - qərb istiqamətində sahilə paralel uzanmışdır. Rudsar və Lahicanda əhalinin sayı təxminən eynidir: 240 - 250 min nəfər. Langerudda bu göstərici 850 min nəfərə çatır. Burada dağlardan dənizə axan Çaboksar, Qalaçay və Amlaş kimi kiçik çaylar bölgədə təbii şə­raiti daha da zənginləşdirir. Gözəl təbiəti ilə turistləri cəlb edən Sefıdabad və Sarvat kəndləri Çaboksar və Amlaş çaylarının dağətəyi sahəsində yerləşir. Lakin xidmət sahələrinin nisbətən aşağı səviyyədə olması rekreasiya ehtiyatlarından tam istifadə edilməsinə maneçilik törədir. Langeruddan 15 km aralıda - dəniz sahilində turistləri özünə cəlb edən gözəl bir istirahət mərkəzi yerləşir. Çamxaledən qərb istiqamətinə hə­rəkət etdikdə sahildə gəlib Kiaşəhr yaşayış məntəqə­sinə və eyniadlı limana çatırsan. Liman təsərrüfatı əsasən balıqçılıq istiqamətində fəaliyyət göstərir.

Lahican şəhəri gözəl təbiəti və tarixi abidələri ilə fərqlənir və bölgənin çayçılıq mərkəzi hesab olunur. Turistlər üçün burada çay muzeyi yaradılıb.

İran sahilinin əlverişli təbii iqlim şəraitinə baxma­yaraq, onun rekreasiya potensialından hələ ki tam is­tifadə olunmur. Digər bölgələrlə müqayisədə burada xarici turistlər, demək olar, olmurlar. Bunun əsas sə­bəbi isə xarici turistlər üçün Qərb tələblərinə uyğun servis sahələrinin olmamasıdır.

Xəzər dənizinin Rusiya sahillərində rekreasiya tə­sərrüfatı qeyri-bərabər inkişaf etmişdir. Ənənəvi ola­raq rekreantları daha çox cəlb edən sahələr Dağısta­nın Mahaçqala - Dərbənd sahil zolağı və Volqa çayı­nın delta hissəsidir. Lakin 1990-cı illərin ikinci yarı­sında Çeçenistanda və qonşu ərazilərdə baş vermiş hərbi münaqişələr əhalinin miqrasiyasına və bölgəyə gələn rekreantların sayının ildən-ilə azalmasına gəti­rib çıxarmışdır.

Sahil ərazilərinin təbii iqlim şəraitinin əlverişliliyi­nə uyğun olaraq əhalinin daha sıx məskunlaşdığı sa­hələr Həştərxan - Kamızyak və Mahaçqala - İzberbaş

- Dərbənd bölgələridir. Sahilin bu hissələrində əsas istehsal və qeyri-istehsal sahələri yerləşdirilmişdir.

Xəzər dənizinin Dağıstan sahilində dörd istirahət rayonu var: Mahaçqala, Manas, Qayakənd və Dər­bənd. Bu istirahət rayonlarının hər birində kurort mərkəzləri inkişaf etməkdədir. Onlardan ən əsasları - Mahaçqala rayonu sahilində Şuraozen; Manas rayonu sahilində Turali, Kaspi, Acısu və Koliçay; Qayakənd rayonu sahilində Yeni Qayakənd, Acı, Uluçay, Inçxe və Darvaqçay; Dərbənd rayonu sahilində Şimali Dər­bənd, Cənubi Dərbənd və Rubasdır. Qeyd etdiyimiz

bu kurort mərkəzləri Dağıstanın əsas iri şəhərləri Ma­haçqala, Kaspiysk, İzberbaş və Dərbənd ətrafındakı ərazilərdə yerləşmişdir. Hər bir istirahət rayonu üçün istifadə olunacaq sahil zolağının orta uzunluğu 4 km- dən 10 km-ə qədərdir.

Digər bölgələrdə olduğu kimi, Dağıstan sahilində də rekreasiya təsərrüfatının inkişafı üçün təbii iqlim və tarixi-mədəni amillər əlverişli sayıla bilər. Dağıs­tan Torpaq Komitəsinin məlumatına görə, 2003-cü ilin əvvəlinə respublikanın sahil ərazilərinin 881,5 hektarı rekreasiya məqsədi ilə istifadə olunurdu. Yal­nız Mahaçqala şəhərinin Kirov rayonunda 166,5 hek­tar ərazi 46 hüquqi şəxs tərəfindən rekreasiya sahələ­ri kimi istifadə edilir. Rekreasiya əhəmiyyətli sahələr həm fiziki, həm də hüquqi şəxslər tərəfindən özəlləş­dirilir. Eyni proses Kaspiyskdə Qarabudaqkənddə və başqa yerlərdə də gedir.

Dağıstanda mövcud olan rekreasiya obyektlərinin 81%-i sahil ərazilərində yerləşir, istirahət mərkəzləri

Page 32: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

ildə 20,1 min nəfər rekreant qəbul etmək gücünə ma­likdir. Burada rekreasiya obyektləri əsasən istirahət bazalarından, sanatoriyalardan, pansionatlardan, müa­licə düşərgələrindən, turist bazalarından, uşaq düşər­gələrindən və kempinqlərdən ibarətdir.

Rekreasiya şəbəkələrinin sıxlığı kifayət qədər yüksək olaraq bir istirahət mərkəzində təxminən 110 nəfərdir. Hər istirahət mərkəzinin sahəsi orta hesabla 4,8 hektara çatır. Sahil ərazilərində istirahət edənlərin

Dağıstanın kurort əhəmiyyətli sahil zonasında rekreasiya şəbəkəsi

Əsas istirahət yerləri İstirahətSayı

müəssisələri Unıumi

çarpayı yeri

11 m u m i torpaq sahəsi

(hektarla)

Mahaçqala şəhərinin Kirov rayonu 46 2970 166,5

Mahaçqala şəhərinin Lenin rayonu 5 2300 121,5

Kaspiysk şəhəri 9 3215 16,2

Qarabudaqkənd rayonu 68 6205 317,4

İzberbaş şəhəri 19 1275 52,9

Qayakənd rayonu 18 1305 75,2

Dərbənd şəhəri 18 2850 131,8

Cəmi sahil zonası üzrə 183 20.120 881,5

payına düşən sahə də olduqca sıxdır. Belə ki, 1 hek­tara 23 nəfərlik istirahət yeri düşür.

Son illər regionda gedən qarşıdurma və hərbi əməliyyatlar nəticəsində sahil ərazilərindəki istirahət mərkəzləri öz cazibədarlığını itirmişdir. Vaxtilə çox­saylı turist qəbul edən istirahət mərkəzləri və kem­pinqlərdən indi artıq təyinatı üzrə istifadə olunmur. Bu obyektlərin bir hissəsi uşaq düşərgələrinə çevril­miş, digərləri isə qaçqınlara verilmişdir. Bununla bə­rabər, bəzi istirahət obyektləri özəlləşdirilərək şəxsi mülkiyyətə çevrilmişdir. Sahil ərazilərindəki kurort- müalicə obyektlərinin bir neçəsi dəniz səviyyəsinin qalxması nəticəsində yararsız vəziyyətə düşmüşdür.

Regionda turizmin inkişafı üçün ekskursiya ob­yektlərindən Baş Sulak kanyonu və Sarı qum barxanı xüsusi maraq doğurur. Bu yerlərlə bərabər, “Daş tıs­bağalar” qayalıqları, Tarki-Tau dağı, Samur çayı del-

tasındakı meşə də təbiət abidələri kimi turist marşrutlarına daxil edilir.

Turistlərin diqqətini cəlb edən tarixi abidələr əsa­sən Dərbənd şəhərindədir. VI əsrdə tikilmiş Narınqa- la, dənizə uzanan qədim qala divarları, Dərbənd xan­ları mavzoleyi, qədim məscid və digər tarixi abidələr turistləri bu məkana yönəldir. Belə ki, bütövlükdə sa­hil ərazilərində yerləşən ekskursiya obyektlərinin 7з- i məhz Dərbənddə cəmləşmişdir.

Rekreasiya təsərrüfatının təşkilində ərzaq məsələ­lərinin həlli xüsusi əhəmiyyət kəsb edir. Respublika­dakı üzümlüklərin yarıdan çoxu sahilboyu ərazilərdə salınmışdır; əsasən də Dərbənddə. Tərəvəz məhsul­ları da həmçinin Dərbənd rayonunda istehsal olunur. Sahil ərazilərinin ən cənub bölgəsi olan Məhərrəm- kənd rayonunda giləmeyvə məhsulu istehsalının xü­susi çəkisi 90%-ə çatır. Heyvandarlığın əsas sahələ­rindən biri olan quşçuluq da bu bölgədə inkişaf edir. Quşçuluq məhsulunun '/з-i Mahaçqala şəhəryanı zo­nasında istehsal edildiyi halda, təxminən 50%-i Qara- budaqkənddə olur. Lakin bütövlükdə heyvandarlıq sahilyanı ərazilərdə istənilən dərəcədə inkişaf etmə­yib. Burada ət istehsalının xüsusi çəkisi respublika üzrə 12%-dir.

Dağıstanın sahil ərazilərində rekreasiyanın inkişa­fında mühüm rol oynayan nəqliyyat infrastrukturu la­zımi coğrafi əlaqələrə malikdir. Sahil boyunca salın­mış nəqliyyat şəbəkəsi rekreantların ekskursiya xid­mətlərini və müxtəlif xidmət sahələrinin tələblərini təmin edir.

Bütün bu əlverişli şəraitlə yanaşı, Dağıstanın sahil ərazilərində rekreasiyanın inkişafına ətraf mühitin sa­nitar-gigiyenik vəziyyəti xüsusi təhlükə yaradır. Uzun illər ərzində aparılmış müşahidələr göstərmişdir ki, yay dövründə Mahaçqala, Kaspiysk, Izberbaş və Dər­bənd şəhərlərinin çimərlik zonalarında və ümümiyət- lə, sahil zolağında biogen çirkləndirici maddələrin və neft məhsullarının suda həcmi qəbul olunmuş həd­dən çox olur. Bu vəziyyətin yaranmasına səbəb müəs­sisələrin ətraf mühitin mühafizəsi məsələlərinə riayət etməməsidir; sənaye və məişət tullantıları birbaşa də­nizə buraxılır. Aydındır ki, Qayakənd istirahət zonası yaxınlığında dənizin şelf zonasında olan İnçxe-dəniz

Page 33: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

neft yatağının istismara verilməsi burada ekoloji gər­ginliyin daha da artmasına səbəb ola bilər.

Dağıstanın sahil ərazilərinin vacib ekoloji prob­lemlərindən biri də qumlu çimərlik sahələrinin ildən- ilə azalmasıdır. Dəniz səviyyəsinin tərəddüdü və artmaqda olan tikinti materiallarına tələbat çimərlik və dyun qumlarının yuyulmasına və intensiv mənim­sənilməsinə səbəb olmuşdur. Çimərlikyaradıcı qum­ların həcminin azalması Maxas və Dərbənd bölgələ­rində daha çox nəzərə çarpır. Nəticədə istirahət üçün əlverişli çimərlik zolağının sahəsi azalmış və bölgənin əhəmiyyəti xeyli dəyərsizləşmişdir.

Kalmıkiya sahili təbii şəraitinə görə Rusiyanın di­gər Xəzərsahili ərazilərindən fərqlidir. Burada sahil bölgəsi əsasən bataqlaşmış qamışlıqdan ibarətdir. Bu səbəbdən bölgədə əhalinin sıxlığı Xəzərin qərb sahil­ləri ilə müqayisədə çox aşağıdır. Sahil ərazilərindən təsərrüfatda əsasən qışlaqlar kimi istifadə olunur.

Həştərxan vilayəti sahili Volqa çayının delta zona­sını əhatə edir. Delta sahəsində çayın çoxsaylı qolları və qamışlıq balıqçılıq və ovçuluğun inkişafı üçün əl­verişli şərait yaratmışdır. Keçmiş SSRİ rəhbərlərinin ən sevimli ov yeri kimi burada istirahət üçün bir neçə məntəqə yaradılmışdır. İlin soyuq ayları istisna ol­maqla turistlər bu yerlərdə həvəskar balıqçılar və ov­çular kimi asudə vaxtlarını keçirirlər.

Volqa çayı sahilində yerləşən Həştərxan turistlərin çay səyahətindən istifadə etməsində mühüm rol oy­

nayır. Volqa çayı boyunca təşkil olunan səyahətlər məhz Həştərxan şəhərindən başlanır. Lakin son illər Şimali Qafqazda baş verən hərbi əməliyyatlar nəticə­sində Həştərxan vilayətinə Çeçenistan və Dağıstan­dan çoxsaylı qaçqınlar gəlmişlər. Bununla əlaqədər regionda sosial vəziyyət gərginləşmişdir.

Həştərxanla digər Xəzər limanlarının əlaqələrinin güclənməsi xidmət sahələrinin inkişafına zəmin ya­ratmışdır. Bu, xüsusən mehmanxana təsərrüfatında öz əksini tapmışdır. Artıq şəhərdə dünya standartları­na cavab verən yüksəkkeyfıyyətli bir neçə mehman­xana istifadəyə verilmişdir.

Xəzərin Qazaxıstan sahili ekstremal təbii iqlim şə­raiti ilə fərqlənir. Bütövlükdə isə arid iqlim şəraiti rekreasiyanın inkişafına bir o qədər də yararlı deyil. Yarımsəhra və səhrada nəsə təşkil etmək son dərəcə böyük vəsait istəyir.

Atırau vilayətində mütəmadi olaraq sahil zonasını su basır. Təbii ki, belə sahil əraziləri rekreasiya üçün yararsız hesab olunur. Bununla belə, Ural çayının aşağı hissəsində rekreasiya əhəmiyyətli sahələr möv­cuddur.

Atırau vilayəti sahil ərazilərində neft mədənləri­nin bir hissəsi suyun altında qaldığı üçün burada eko­loji gərginlik artmışdır. Bölgədəki yaşayış məntəqələ­ri ərazilərində ekoloji gərginlik elə həddə çatıb ki, hətta yerli əhali buradan köçmək məcburiyyətində qalıb: Beryozovka kənd sakinlərinin yaranmış ekoloji böhranla bağlı ölkə prezidentinə açıq məktubu buna misal ola bilər.

Aktau vilayəti sahilində ekoloji vəziyyət daha mü­rəkkəbdir. Uzun illər sahil bölgələrində hərbi sınaq məqsədi ilə yeraltı nüvə partlayışlarının aparılması burada radiasiya fonunun artmasına gətirib çıxarmış­dır. Əlbəttə, belə şəraitdə sahil əraziləri rekreasiya əhəmiyyətini itirir.

Türkmənistanın sahil əraziləri təbii iqlim şəraitinə görə Qazaxıstanın sahillərindən çox da fərqlənmir. Səhra və yarımsəhra landşaftları və yüksək quraqlıq rekreasiya təsərrüfatının inkişaf imkanlarını xeyli məhdudlaşdırır. Bölgədə əhalinin məskunlaşması əsa­sən buradadan neft-qaz, brom, natrium-sulfat, bento­nit və digər ehtiyatların mənimsənilməsi ilə bağlıdır.

Page 34: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Yarımsəhra ərazilərində qoyunçuluq inkişaf etdiyi üçün burada antropogen səhralaşma prosesi daim güclənməkdədir.

Türkmənbaşı şəhərində gilli səhra yayılmışdır. Burada sahil boyunca salınmış neft kəmərləri və mə­dən avadanlığı suyun altında qalaraq ətraf mühit üçün ciddi təhlükə yaradır. Qısamüddətli istirahət üçün Türkmənistan sahilində yararlı yer Türkmən­başı şəhəri yaxınlığındakı Avaza qəsəbəsidir. Təbii ki, bu istirahət mərkəzi yalnız yerli əhəmiyyət daşıyır. Burada aşkar edilmiş balneoloji əhəmiyyətli mineral sular hələ ki genişmiqyaslı istifadəsini tapmamışdır. Çələkən yarımadasındakı müalicə əhəmiyyətli palçıq ehtiyatları da eyni vəziyyətdədir.

Xəzər dənizinin bütövlükdə şərq sahillərində ol- .duğu kimi, burada da ərazinin mənimsənilməsi yo­lunda həllini tələb edən ən vacib məsələlərdən biri bölgənin şirin su problemidir. Bu sahədə uğurlu irəli­ləyiş kimi dəniz suyundan şirin su alınması üçün lazı­mi avadanlığın quraşdırılması və istismarını göstər­mək olar.

Xəzərsahili ərazilərdə rekreasiya təsərrüfatının in­kişaf səviyyəsi göstərir ki, müalicə əhəmiyyətli zən­gin mineral və termal suların Xəzər boyunca geniş şə­kildə yayılmasına və bütövlükdə əlverişli təbii iqlim şəraitinin olmasına baxmayaraq, regionda bu sahənin potensial imkanlarından çox aşağı səviyyədə istifadə edilir. Eyni zamanda, təbii mühitin mühafizəsi məsə­lələrinə də lazımi diqqət verilmir. İnanmaq istəyirik ki, neft sektoruna ayrılan investisiyalar gələcəkdə tə­biətin mühafizəsi məsələlərinin yoluna qoyulması üçün şərait yaradacaq, Xəzər dənizində və onu əhatə edən ərazilərdə ekoloji gərginlik azalacaq, bu isə öz növbəsində regionda rekreasiya təsərrüfatının inkişa­fına müsbət təsir götərəcək.

67

XƏZƏR REGİONUNDA NƏQLİYYATIN İNKİŞAFI v; ONUN ƏTRAF MÜHİTƏ T(

Page 35: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Xəzər dənizi və onu əhatə edən ərazilər nəqliyyat infrastrukturunun inkişafına görə, demək olar, “yeni renessans” dövrünü keçirir. Regional çərçivədən kə­nara çıxan iri beynəlxalq layihələrin həyata keçirilmə­si nəqliyyatın da müvafiq səviyyədə inkişafını tələb edir. Buna görə müxtəlif beynəlxalq qurumlar nəqliy­yatla bağlı layihələrə həvəslə dəstək verirlər.

Məlumdur ki, Xəzər dənizinin coğrafi mövqeyi, Qafqaz və Mərkəzi Asiya ölkələrinin geosiyasi əhə­miyyəti və regionda aşkar edilmiş zəngin neft-qaz eh ­tiyatları iri dövlətlərin marağına səbəb olmuşdur. N ə­ticədə transmilli şirkətlər regionda fəaliyyətə başla­mış və iri maliyyə qurumlarının dəstəyi ilə böyük nəqliyyat layihələrini həyata keçirməyə nail olmuşlar.

Xəzər dənizində əsas nəqliyyat növü, aydın məsə­lədir ki, dəniz nəqliyyatıdır.

Limanların rekonstruksiyası nəqliyyat əlaqələri­nin coğrafiyasının genişlənməsinə birbaşa təsir edir. Bununla yanaşı, ticarət əlaqələrinin həcmi sahilyanı dövlətlərin təsərrüfatlarının ixtisaslaşmasından asılı­dır. Belə ki, Xəzərin şimal limanlarından cənub isti­qamətinə (Aktau - Ənzəli, Türkmənbaşı - Neka, Ma- haçqala - Neka) əsasən neft məhsulları və xam neft daşınılır. Şərq - qərb istiqamətində isə karbohidrogen xammalı ilə yanaşı, pambıq və digər kənd təsərrüfatı məhsulları da nəql edilir.

Xəzər dənizinin Qərblə Şərq arasında yerləşməsi regiondan keçən nəhəng Avropa - Qafqaz - Mərkəzi Asiya nəqliyyat dəhlizinin yaradılmasına səbəb ol­muşdur. 1993-cü ilin may ayında Avropa İttifaqının mənzil-qərargahı Brüsseldə TRASEKA (Transport Corridor Europe Caucaus Asia) beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Avropaya çıxışı təmin edən Böyük İpək yolu layihəsi özünün inkişafı üçün lazımi bey­nəlxalq dəstək əldə etmişdir. Xəzər dənizinin liman­ları vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Belə ki, TRASEKA beynəlxalq nəqliy­yat dəhlizi üzrə Asiyadan Avropaya 1995-ci ildə əgər 355 min ton yük daşınmışdısa, artıq 1999-cu ildə bu rəqəm 4,8 mln. tona, 2002-ci ildə isə 12 mln. tona çat­mışdır. Təbii ki, yükdaşımaların bu istiqamətdə in­tensiv artımı Xəzərin əsas limanları olan Bakı, Türkmənbaşı və Aktau hesabına mümkün olmuşdur.

Kommersiya cazibədarlığı ilə fərqlənən TRASEKA layihəsinə müxtəlif iri maliyyə qurumları dəstək ver­mişlər. Onlardan Avropa Yenidənqurma və inkişaf Bankını, Dünya Bankını xüsusi qeyd etməyə dəyər.

Xəzər dənizi sahilində yerləşmiş dəniz limanları­nın əksəriyyəti çoxfunksiyalı nəqliyyat qovşağı kimi bir neçə nəqliyyat növünü özündə birləşdirmişdir.

Nəqliyyat qovşağında müxtəlif nəqliyyat növlərinin cəmləşməsi yiikdaşımalarda yüksək iqtisadi səmərə versə də, ərazidə ekoloji gərginliyin yaranmasına sə­bəb ola bilər. Odur ki nəqliyyatın sahil ərazilərində fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi məsələlə­rinin həllinə xüsusi nəzər yetirilməsi tələb olunur. Li­manda dəmiryol bərəsinin fəaliyyəti bu məsələni da­ha da aktuallaşdırır. Son on il ərzində Xəzər dənizin­də olan dəmiryol bərəli limanların sayı 2 dəfə artaraq 6-ya çatmışdır. Təxminən bir o qədər də sahildə neft terminallarının sayı artmışdır. Dəniz akvatoriyasında yük dövriyyəsinin artması isə ətraf mühitə neqativ tə­sirin də xeyli güclənməsinə səbəb olmuşdur.

Nəqliyyat əlaqələrinin genişləndirilməsi məqsədi ilə hələ 1997-ci ildə Azərbaycan, Türkmənistan, Özbə­kistan və Gürcüstan arasında dəmir yollarının istismarı­na dair əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Sonralar buna Qırğızıstan, Qazaxıstan, Ukrayna, Bolqa­rıstan və Rumıniya da qoşuldular. Razılaşmaya əsasən, gömrük tariflərinin 50% azalması nəzərdə tutulurdu. Eyni zamanda, iştirakçı-ölkələrin yükləri üçün nəqliy­yat xidmətlərində müxtəlif imtiyazlar veriləcəkdir.

Page 36: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

GUAM əməkdaşlıq bidiyinin yaradılması və Avro­pa İttifaqı tərəfindən dəstəklənən INOGATE (neft və qaz kəmərləri) proqramının realizə edilməsinin Xəzər regionunda nəqliyyat şəbəkəsinin inkişafına əhəmiyyətli dərəcədə təsiri olmuşdur. İqtisadi əlaqə­lərin inkişafında Azərbaycan öz coğrafi mövqeyinə görə xüsusi rol oynayır. Ölkəmiz Cənubi Qafqazı Mərkəzi Asiya ölkələri ilə birləşdirdiyi üçün burada nəqliyyat sisteminin daha da təkmilləşdirilməsinə tə­ləbatdan irəli gələn ehtiyac yaranmışdır.

Azərbaycan nəqliyyat sistemində inkişaf ilk öncə neft boru xətlərinin çəkilməsində öz əksini tapmışdır. Neft hasilatının gələcək artımı ixrac neft kəmərlərin­dən istifadə məsələsini gündəliyə çıxarırdı. Bu ba­xımdan ilk olaraq hələ SSRİ dövründə istifadə olunan Qroznı - Bakı neft kəmərinin təmiri və bu kəməri əks istiqamətdə Bakı - Qroznı - Novorossiysk marşrutu üzrə istismarı diqqəti cəlb etdi.

Uzunluğu 1397 km olan Bakı - Novorossiysk neft kəməri 1997-ci ildə istismara verildi. Neft kəməri il­də 5 mln. ton neft ixrac etmək gücünə malikdir. La­kin neftin tranziti üçün Rusiya tərəfi yüksək tariflər tətbiq etdiyinə görə bu istiqamətdə ildə cəmi 2 - 2,5 mln. ton neft ixrac olunur. Neft kəməri Dağıstan və Çeçenistan ərazilərindən keçdiyi üçün onun təhlükə­sizliyi xüsusi narahatlıq doğurur. Belə ki, bu ərazilər­də boru bir neçə dəfə partladılmış və nəticədə ətraf mühitə böyük ziyan dəymişdir.

Son beş il ərzində Mozdok - Qazıməmməd qaz kəməri Xəzər sahili boyunca uzanaraq Azərbaycanın “mavi yanacağ”a tələbatını müəyyən qədər təmin edir. 2003-cü ildə bu istiqamətdə Rusiyadan 4 mlrd. m3 təbii qaz idxal olunmuşdur. Lakin Dağıstan ərazi­sində təkcə 2004-cü il ərzində terror aktları nəticəsin­də boru 4 dəfə partladılmış və ətraf mühitə ziyan dəy­mişdir.

Şimali Qafqaz istiqamətində uzanan boru kəmər­lərinin istismarında tez-tez ortaya çıxan problemlər digər nəqliyyat dəhlizlərindən istifadə məsələsini ak­tuallaşdırdı. Artıq 1999-cu ildə uzunluğu 827 km olan Bakı - Supsa neft kəməri istifadəyə verildi. Borunun inşasına 590 mln., Supsa limanının tikintisinə isə 565 mln. dollar xərclənmişdir. Əgər 2001-ci ildə Bakı -

71Supsa boru xətti ilə 5,2 mln. ton neft ixrac edilmişdi­sə, 2002-ci ildə bu göstərici 6,7 mln. tona çatmışdı. Regionda istismarda olan boru kəmərlərindən fərqli olaraq Bakı - Supsa neft kəməri nisbətən təhlükəsiz­dir və Xəzər regionu neftini ən qısa yolla Avropa ba­zarına çıxarmağa imkan yaradır.

Azəri - Çıraq - Günəşli yataqlarından yaxın illərdə böyük həcmdə neftin hasil olunacağını nəzərə alaraq 1999-cu ildə Azərbaycan, Türkiyə və Gürcüstan Bakı - Tbilisi - Ceyhan marşrutu üzrə neft kəmərinin inşa­sı haqda müqavilə imzaladılar. 2005-ci ildə işə salına­

caq bu neft kəmərinin uzunluğu 1730 km olacaq; onun 468 km-i Azərbaycan ərazisindən, 225 km-i Gürcüstandan və 1037 km-i Türkiyə ərazisindən ke­çəcək. Dəyəri 3,9 mlrd, dollara çatan bu kəmər vasi­təsilə ildə 50 mln. ton neft Aralıq dənizi sahillərinə çatdırılacaq.

Azərbaycan tərəfi Xəzər dənizinin şərq sahillərin­dən böyük həcmdə neft qəbul edilməsi üçün mövcud infrastrukturda təkmilləşdirmə və yenidənqurma iş­ləri aparmaqdadır. Məlum olduğu kimi, idxal nefti qəbul etmək üçün Azərbaycan sahilində üç limandan istifadə olunur; bunlardan ikisi Səngəçalda, biri isə Diibəndidə yerləşir.

Bakıdan 40 km cənub-qərbdə Səngəçal terminalı yerləşir. Terminala neft Azəri - Çıraq - Günəşli yataq­larından uzunluğu 177 km olan sualtı neft borusu va­sitəsilə gətirilir. Hazırda terminalda 4 iri rezervuar (çən) istifadə olunur. Hər bir rezervuarın həcmi 500

Bakı - Ceyhan nefc kəməri layihəsinin iştirakçıları

Я B İP İ-34,76%Я A R D N Ş-25%Я Stacoyl - 8,71%■ Yunokal - 8,9%Я TPAO - 6,87%Я E N İ-5%Я İTO ÇU -3,4%■ Amerada Hess - 2,36%

TocalFinaElf - 5%

Page 37: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

min barrel təşkil edir. Dəniz yatağının mənimsənil­məsinin birinci mərhələsinə uyğun olaraq hərəsi 800 min barrel neft tutan daha iki rezervuarın tikilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Azəri yatağın­dan Səngəçal terminalına qədər daha bir sualtı neft kəməri salınacaqdır.

Səngəçal terminalı dənizdən çıxarılan nefti topla­dıqdan sonra onu paylaşdıracaqdır. Terminala eyni zamanda Şahdəniz yatağından iki boru vasitəsilə qaz

və kondensatın ötürülməsi də nəzərdə tutulmuşdur. Səngəçal terminalında böyük həcmdə karbohidrogen xammalı toplandığı üçün ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi fikir verilir. İlk növbədə, əlbəttə, terminalın təhlükəsizliyi təmin edilməlidir və bu iş daim diqqət mərkəzindədir.

Xəzər regionunda inşa edilən ən əhəmiyyətli bo­ru xətlərindən biri Şahdəniz - Ərzurum qaz kəməri­dir. Şahdənizdən karbohidrogen xammalının Türki­yəyə ixrac edilməsi üçün 2001-ci ildə Azərbaycan və Türkiyə arasında müvafiq müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Şahdəniz yatağından 178 mlrd, m’ qaz və 34 mln. ton qaz kondensatının hasili nə­zərdə tutulmuşdur. Yəni yataqdan ildə 6,6 mlrd. m! hesabı ilə təbii qaz 15 il ərzində Türkiyəyə ixrac olunacaq.

Şahdəniz layihəsinin həyata keçirilməsi üçün ilkin mərhələdə 2,3 mlrd, dollar investisiya qoyulacaq. Bu, yatağın tam gücdə istismar edilməsinə imkan yarada­

caq. Artıq Abşeron sahilində TPG-500 dəniz stasionar platforması inşa edilir. Platforma istifadəyə verildik­dən sonra suyun dərinliyi 105 metr olan müqavilə sa­həsində 15 buruğun qoyulması nəzərdə tutulmuşdur. Eyni zamanda, hasil edilən xammalın sahilə çatdırıl­ması üçün 26 düymlük qaz kəməri və 12 düymlük kondensat kəməri istifadəyə veriləcək. Uzunluğu 100 km-ə çatan boru kəmərləri platformanı Səngəçal ter­minalı ilə birləşdirəcək.

Şahdəniz - Ərzurum qaz kəməri Azərbaycan və Gürcüstan ərazilərində inşa olunan Bakı - Tbilisi - Ceyhan neft kəmərinə paralel tikiləcəkdir. Boru kə­mərinin uzunluğu Azərbaycanda 442 km olduğu hal­da, Gürcüstanda 248 km təşkil edir. Boru kəmərinin diametrı 42 düymdür. Türkiyənin “Botaş” dövlət şir­kəti tərəfindən maliyyələşdirilən boru kəmərinin də­yəri 900 mln. dollardır. Maliyyələşdirmə vəsaitlərinin vaxtlı-vaxtında ayrılması qaz kəmərinin 2006-cı ilin sonuna qədər istifadəyə verilməsinə imkan yarada­caq.

Şahdəniz - Ərzurum qaz kəməri istismara verildik­dən sonra yataqdan qaz hasilatının tədricən artırılma­sı nəzərdə tutulur. Əgər 2007-ci ildə qaz hasilatı 4 mlrd, m’ olacaqsa, 2008-ci ildə 5,8 mlrd, m’ və 2009- cu ildə 7,2 mlrd, m’-ə çatacaqdır. Layihənin birinci mərhələsinə uyğun olaraq qaz hasilatının həcmi yal­nız 2011-ci ildə 8,5 mlrd, nr'-ə çatdırılacaq. Ümumiy­yətlə, Şahdəniz - Ərzurum qaz kəmərinin tam gücü ilə istifadəsi ildə 16 mlrd, m3 qazın nəqlini nəzərdə tutur.

Xəzər dənizində neftdaşımaların gələcəkdə art­masını nəzərə alaraq Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” zavoduna 4 neftdaşıyan tanke­rin inşasına sifariş vermişdir. Onlardan üçü (“Heydər Əliyev”, “Babək” və “Cəlil Məmmədquluzadə”) ar­tıq istifadəyə verilmişdir. Orta hesabla hər bir tanker ildə 1 mln. ton neft daşımaq imkanına malikdir.

Qazaxıstanın sahil ərazilərindən Rusiyaya uzanan əsas ixrac neft kəmərlərindən birincisi Atırau - Sama­ra kəməri olmuşdur. Bu kəmərlə ildə 10 mln. ton neft daşınırdı. 2002-ci ildən başlayaraq bu marşrutla daşı­nan neftin həcmi artırılaraq ildə 15 mln. tona çatdırıl-

Page 38: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

mışdır. Qazaxıstanda neft hasilatının intensiv inkişafı həm fəaliyyətdə olan boru kəmərlərinin gücünün ar­tırılmasına səbəb olmuşdur, həm də yeni kəmərlərin inşasını zəruriləşdirmişdir.

Qazaxıstanda çoxvektorlu boru kəmərlərinin inşa­sı siyasəti 1992-ci ildə Xəzər boru kəməri konsorsiu­munun yaradılması ilə başlandı. Bu müqavilə Qaza­xıstan neftinin Qara dəniz sahillərinə çıxarılması

Qazaxıstanın Xəzər dənizi sahilindəki əsas neft kəmərləri

Neft komorlori Uzunluğu Ncftdaşıma gücii, ildə (mln. ton)

Uzen-Jetıbay-Aktau 142 8

Uzen-Atırau-Samara 1500 15

Kalamkas-Karajanbaş-Aktau 62 15

Prorva-Gülsarı 103 5

Tengiz-Atırau-Həştərxan-Qroznı 678 30

məqsədi ilə Qazaxıstan, Rusiya və Oman hökumətlə­ri arasında imzalanmışdır, istifadəyə veriləsi neft kə­mərinin marşrutu Tengiz - Atırau - Komsomolskaya - Kropotkino - Novorossiysk istiqamətində olmalıdır.

Neft kəmərinin ümumi uzunluğu (Atırau bölgə­sindən Novorossiysk terminalına kimi) 1580 km təş­kil etmiş və onun inşası üçün 2,4 mlrd, dollar sərma­yə qoyulmuşdur. Boru vasitəsilə ildə maksimum 67 mln. ton neft daşınması mümkündür. Lakin ilkin mərhələdə bu göstərici cəmi 28,2 mln. ton olacaqdır.

Tengiz - Novorossiysk neft kəmərinin inşası 2001- ci ilin mart ayında tamamlanmış və həmin ilin noyabr ayında Novorossiysk şəhərindən Tengiz nefti ilə dol­durulmuş ilk tanker Avropa istehlakçılarına göndəril­mişdir. Bununla belə, gözlənilən neft ixracının həcmi əldə olunmamışdır. Bu boru vasitəsilə 2003-cü ildə dünya bazarına 14,8 mln. ton neft ixrac edilmişdir.

2001-ci ildə istifadəyə verilmiş Tengiz - Novoros­siysk marşrutu üzrə Xəzər boru kəməri konsorsiumu 50 mln. tondan çox neft ixrac etmişdir. 2004-cü ildə neft ixracı bu istiqamətdə 22,5 mln. tona çatmış və 2005-ci ildə bu göstərici 32 mln. tona qədər artacaqdır.

Qazaxıstanın sahil ərazilərindən neft boru kəməri ilə yanaşı, dəniz nəqliyyatı vasitəsilə də ixrac edilir. Bununla əlaqədar limanların fəaliyyətinə xüsusi əhə­miyyət verilir. Belə ki, qısa müddət ərzində Aktau li­manında yenidənqurma işlərinin aparılması nəticə­sində onun yükötürmə gücü iki dəfə artaraq ildə 12 mln. tona çatmışdır. 2015-ci ildə Qazaxıstanın ildə 150 mln. tondan çox neft hasil edəcəyini nəzərə alsaq, onda Aktau limanından Bakı, Mahaçqala və Neka is­tiqamətində də neftdaşımaların həcminin kifayət qə­dər artacağını gözləmək olar. Odur ki Azərbaycan tə­rəfi hələ qabaqcadan Rusiyada yeni tankerlərin tikin­tisini sifariş vermişdir. Tankerlərin hər biri ayda orta hesabla 7 dəfə Aktau limanından neft daşınmasını tə­min edəcəkdir.

Məlumdur ki, Qazaxıstanın sahil ərazilərində neft hasilatının artımı əsasən Tengiz yatağı hesabınadır. Elə bu səbəbdən də Tengiz yatağında ekoloji moni­torinqin aparılması bölgənin ən mühüm məsələlərin­dən biridir.

Dediyimiz kimi, Xəzərin Qazaxıstan sektorunda zəngin neft ehtiyatlarının aşkarlanması bu bölgədən

müxtəlif istiqamətlərdə və bir neçə nəqliyyat növün­dən istifadə edərək xammal ixracına imkan verir. Qa­zaxıstan Xəzəryanı dövlətlərə nefti Aktau limanından tankerlər vasitəsilə daşıyır.

1996-cı ildə Qazaxıstan və İran neft daşınması üz­rə müqavilə imzalayaraq “swaps” sistemi əsasında əməkdaşlıq etməyə başlamışdılar. Müqaviləyə əsa-

Page 39: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Vч " '* #

«*•*" А

sən, Qazaxıstan tərəfi İranın Xəzər sahilindəki Neka terminalına hər hansı bir həcmdə neft daşıyır və İran tərəfi də buna uyğun olaraq eyni həcmdə nefti İran körfəzindəki limanlarından Qazaxıstan neftinin alıcı­larına verməyi öhdəsinə götürür. Artıq 1997-ci ildə Aktau - Neka marşrutu üzrə Qazaxıstandan İrana 2 mln. ton neft daşınmışdı. Bu ölkələrin neftdaşıyan tankerləri olmadığı üçün Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyinin tankerlərindən istifadə edilirdi. Lakin sonrakı illər bu istiqamətdə neftin daşınması dayan­dırılmışdır. Bunun əsas səbəbi isə Qazaxıstan neftinin yüksək dərəcədə kükürdlü olmasıdır. Hazırda İran tərəfi bu əlaqələrin bərpası üçün ölkənin şimal bölgə­lərindəki neftayırma zavodlarında kükürdii neftdən ayırmaq üçün əlavə texnoloji qurğuların quraşdırıl­ması ilə məşğuldur.

Qazaxıstanda neft hasilatının kifayət qədər artma­sı digər Xəzəryanı dövlətlərə də dəniz nəqliyyatı ilə neft daşımağa imkan vermişdir. Belə ki, 1996-cı ildən başlayaraq Qazaxıstandan Aktau - Dübəndi marşrutu üzrə Azərbaycana xam neft daşınır. Bu müddət ərzin­də nəql edilən neftin həcmi 10 min. tona çatmışdır. Lakin son illər neftdaşımalar bu istiqamətdə azalmış­dır. Əgər 2001-ci ildə həmin marşrut üzrə 2,04 mln. ton neft daşınmışdısa, 2002-ci ildə bu göstərici cəmi 0,5 mln. ton olmuşdur. Bunun əsas səbəbi Tengiz - Novorossiysk neft borusu üzrə ixracın təmin edilmə­si zəruriyyətindən irəli gəlmişdir. Ehtimal etmək olar ki, yaxın gələcəkdə həmin istiqamətdə neftdaşımalar yenidən artacaqdır. Çünkü bu istiqamətdə əlaqələrin inkişafı “Qazaxıstanın 2030-cu ilə qədər strateji inki­şaf proqramf’nda açıq göstərilmişdir.

Artıq 2004-cü ildə Azərbaycan dövləti tərəfindən Orta Asiya regionundan Qara dəniz sahillərinə Azər­baycan ərazisi ilə keçən nəqliyyat dəhlizinin inkişafı istiqamətində də mühüm işlər görülüb. Xəzər Dəniz Gəmiçiliyi tərəfindən müasir neft tankerləri alınıb, mövcud olanları isə təmir edilib. Azərbaycan Dövlət Dəmir Yolu idarəsi də bu yaxınlarda ölkənin qərb hissəsində - Böyük Kəsik stansiyası istiqamətində dəmiryol xəttinin, bundan başqa, dartıcı lokomotivlə­rin əsaslı təmirini başa çatdırıb, müasir rabitə və mo­nitorinq vasitələrini istifadəyə verib. Görülən tədbir­

lər hesabına daşınma imkanları xeyli artmışdır. Res­publikamızın coğrafi və infrastruktur imkanlarının genişlənməsi ölkəmizin nəqliyyat dəhlizi statusunu bir daha önə çəkib. Bu istiqamətdə aparılan işlərdən biri də “Səngəçal” neftaşırma terminalının genişlən­dirilməsi və beynəlxalq nəqliyyat vasitələrinin inkişa­fı sahəsində həyata keçirilən layihələrə qoşulmasıdır. Terminalın neft və neft məhsullarının birdəfəlik tu­tum qabiliyyətinin 320.000 tona çatdırılması üçün əlavə 120.000 ton tutumu olan 4 ədəd rezervuar alına­raq quraşdırılacaq sahəyə nəqli başlanıb. Artıq dekab­rın sonunda suyun dərinliyi 9 metr olan və 12 min m3 tutumlu gəmiləri qəbul edə bilən əlavə 2 yanalma körpüsü istifadəyə verilib.

Bunlardan əlavə, dəmir yolu vaqonlarının yüklən­məsi və boşaldılması obyektləri yeniləşdirilib, Qərb modellərinə və beynəlxalq standartlara əsaslanan təh­lükəsizliyin və ətraf mühitin idarə olunması proqram­ları yaradılıb.

Qazaxıstan neftinin öz ərazisindən keçməsi məq­sədi ilə Rusiya tərəfi 2002-ci ildə Qazaxıstanla razılaş­ma əldə edərək Aktau - Mahaçqala - Novorossiysk neft marşrutu üzrə neftin ixracını təmin etməyi öhdə­sinə götürmüşdür. Bu razılaşmaya görə, neft tankerlə­ri vasitəsilə Aktaudan Mahaçqalaya ildə 2,5 mln. ton

Page 40: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

neft daşınması nəzərdə tutulmuşdur. Gətirilən neft Bakı - Novorossiysk neft kəmərinin Mahaçqala - No­vorossiysk hissəsində əlavə neftlə doldurulmasını tə­min edəcəkdir.

Artıq bir neçə ildir Qazaxıstan neftinin Xəzərin qərb sahilinə çatdırılması üçün dənizin dibi ilə neft kəmərinin salınması ideyası müzakirə olunur. Bu Transxəzər neft kəmərinin uzunluğu 618 km təşkil edəcəkdir. Aktau - Bakı istiqamətində salınacaq sual­tı kəmər yalnız ildə 20 mln. ton neft daşıdığı halda sə­mərəli hesab oluna bilər. Bu kəmərlə yanaşı, Aktau - Mahaçqala və Aktau - Türkmənbaşı kəmərlərinin in­şa edilməsi variantları da vardır. 2001-ci ilin mart ayında Bakı - Tbilisi - Ceyhan neft kəməri layihəsinə qoşulmaq məqsədi ilə Qazaxıstan neft şirkətləri qru­pu yaradıldı və bir ay sonra Qazaxıstan və ABŞ arasın­da “Subsidiyalar haqqında razılaşma” imzalanaraq Aktau - Bakı - Ceyhan ixrac neft kəmərinin marşrutu üzrə maliyyələşdirmə məsələləri həll olundu. Artıq 2001-ci ilin sonunda ABŞ Bakı - Ceyhan neft marşru­tu xəttinin Aktau - Bakı - Ceyhan xəttinə çevrilməsi­ni mümkün hesab etdi.

Xəzər regionunda ixrac neft kəmərlərinin yeni coğrafiyası, təbii ki, Rusiyanın və İranın qısqanclığına səbəb olmuşdur. Bu ölkələr Xəzər dənizində neft və qaz kəmərlərinin inşasının əleyhinə çıxaraq əsasən ekosistemin ekoloji kövrəkliyini və dənizin geodina- mik fəallığını bəhanə gətirdilər. Heç şübhəsiz, bu öl­kələr özlərinin geosiyasi maraqlarını ört-basdır etmək istəyirdilər. Belə ki, artıq bir müddət sonra Rusiya tə­rəfi maraqları güdüldüyü təqdirdə Aktau - Bakı neft kəmərinin inşasına etirazı olmadığını bəyan etdi.

2003-cü ilin əvvəlində Qazaxıstanla anlaşma əldə edən Azərbaycan Bakı - Tbilisi - Ceyhan neft kəmə­rinə Aktaudan neftin gətiriləcəyi haqqında açıqlama verdi. Anlaşmaya əsasən, Bakı - Tbilisi - Ceyhan neft kəməri istifadəyə verildikdən bir ay sonra Aktaudan Diibəndiyə tankerlərlə neft gətirilərək Səngəçal ter­minalına doldurulacaq. Sonrakı mərhələdə çıxarılacaq neftin həcmindən asılı olaraq Transxəzər boru kəmə­rinin inşası məsələsi həll ediləcək. Qeyd etmək la­zımdır ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tan­kerlərlə ildə 10 mln. ton neftdaşıma imkanına malik­

dir. İxrac olunan neftin həcmi artırıldıqda neftdaşıyan tankerlərin sayının çoxalması problemini yaradacaq. 2003-cü ildə Xəzər dənizində “Merkuri” gəmisinin qəza nəticəsində batması tankerlə daşınmaların eko­loji cəhətcə təhlükəli olduğunu göstərir. Əgər tanker­lə neftdaşımaları digər Xəzəryanı ölkələrin də artıra­cağını nəzərə alsaq, onda Xəzər dənizində ekoloji təhlükəsizliyin həllinin ağır bir problemə çevriləcəyi şübhə doğurmur.

Qazaxıstan həmçinin Xəzər dənizinin şərq sahili boyunca Türkmənistan ərazisindən keçərək İrana neft kəmərinin salınması ilə bağlı layihəni də müza­

kirə edir. Xəzər dənizinin şərq sahili çox az mənimsə­nilib və belə ki, hətta iki qonşu ölkəni - Qazaxıstanla Türkmənistanı birləşdirən neft kəməri hələ ki yox-

Page 41: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

dur. Lakin Qazaxıstan öz coğrafi mövqeyindən istifa­də edərək müxtəlif istiqamətlərdə neft kəmərlərinin inşası siyasətini həyata keçirir.

2000-ci ilin sentyabr ayında Sankt-Peterburq şə­hərində Rusiya, İran və Hindistan arasında “Şimal - Cənub beynəlxalq dəhlizi haqda” razılaşma imzalan­mışdır. Layihəyə əsasən, Helsinki - Sankt-Peterburq - Moskva Panavropa nəqliyyat dəhlizinin cənub isti­qamətində Həştərxana, sonra dənizlə İrana, ordan da İran körfəzi ölkələrinə və Hindistana qədər uzadıl­ması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçi­rilməsi üçün 3 milyard dollara yaxın kapital qoyuluşu tələb olunur. Mütəxəssislərin fikrincə, bu marşrut üz­rə ildə 20 - 40 mln. ton arasında yük daşınacaq.

Həm İran, həm də Rusiya tərəfi bu marşrutun Xə­zərin qərb sahili ərazilərindən də keçməsində maraq­lıdır. Məhz Rusiyanın təklifindən sonra Azərbaycan bu layihəyə qoşulmağı qərara almışdır.

Məlum olduğu kimi, Xəzər dənizinin qərb sahilin­də dəmiryol xətləri Həştərxandan Astaraya qədər uzanmışdır. Bu xəttin səmərəli istifadəsi üçün onun İranın dəmiryol xətlərinə birləşdirilməsi məqsədəuy­ğun hesab edilir. Şimal - Cənub layihəsi əsasında İranda Qəzvin - Rəşt dəmiryol xətti Astara şəhərinə qədər uzadılmalıdır. Yeni inşa ediləcək dəmiryol xət­

tinin uzunluğu 175 km-ə çatacaq və onun həyata ke­çirilməsi üçün 125 mln. dollar vəsait ayrılacaq. Bunun nəticəsində Rusiya - Azərbaycan - İran dəmiryol sis­

temlərinin Xəzərin qərb sahili boyunca birləşməsi imkanı əldə olunacaqdır.

İranla Türkmənistan arasında 1996-cı ildə Məş­həd - Sərəxs - Təcən dəmiryol xətti istifadəyə veril­mişdir. Bu marşrutun rəsmi açılışından sonra İran, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bəndər - Türkmən - Türkmənbaşı - Bekdaş - Man- gistau dəmiryol xəttinin inşası haqqında memoran­dum imzalanmışdır. Lakin bu layihə bir cox siyasi və maliyyə-iqtisadi səbəblərdən hələ ki kağız üzərində qalmışdır.

Rusiya sahilində nəqliyyatın inkişafı başlıca olaraq limanların fəaliyyəti ilə bağlıdır. Nisbətən inkişaf et­miş Həştərxan və Mahaçqala limanları ilə yanaşı, yükdaşımalarda perspektiv artım Olya limanı ilə bağ­lıdır. Olya limanı artıq Türkmənbaşı və Ənzəli liman­ları ilə əlaqə yaratmışdır. Yaxın vaxtlarda Olya - Bakı və Olya - Aktau bərə əlaqələri də yaradılacaq.

Olya limanı Həştərxandan 100 km cənubda yerlə­şir. Dərinliyi 5,2 metr olan liman il ərzində 540 min ton yükvurma qabiliyyətinə malikdir. 1997-ci ildə is­tifadəyə verilən Olya limanında ildə 45 min ədəd konteyner qəbuletmə imkanına malik terminalın in­şası tamamlanmaq üzrədir.

Olya limanından aralı sahildə İlyinka qəsəbəsində iri neft terminalı istifadəyə veriləcəkdir. Bu, Rusiya­nın Xəzər sahilində Mahaçqaladan sonra ikinci neft terminalıdır. Eyni zamanda, Həştərxandan şimalda, çayın dibi ilə Tengiz - Novorossiysk neft kəməri ke­çir. Almaniyanın “FAB” şirkəti tərəfindən həyata ke­çirilmiş bu layihə “Ginnesin rekordlar kitabfna dün­yanın ən uzun (1,5 km) sualtı keçidi kimi düşmüşdür.

1 mln. ton neft qəbul etmə gücünə malik İlyinka neft terminalı və Novorossiyskə gedən neft kəməri Şimali Xəzərdə ətraf mühitin neftlə çirklənmə təhlü­kəsini artırır. Bunun qarşısını almaq üçün vaxtında la­zımi tədbirlər kompleksi həyata keçirilməlidir. Belə ki, yaxın gələcəkdə Rusiya İlyinka limanından İrana böyük həcmdə neft göndərməyi nəzərdə tutur; bu is­tiqamətdə hələ ki Mahaçqala terminalından neft ix­rac olunur.

Mahaçqala limanı Rusiyanın Xəzər dənizində əsas neft limanı hesab olunur. Liman layihə üzrə ildə 10

Page 42: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

mln. ton həcmində neft və neft məhsullarının daşın­ması gücünə malikdir. Lakin limandan hələ ki ildə yalnız 3 mln. tona yaxın neft daşınır. Bura neft əsasən Xəzər dənizinin şərq sahilindən (Aktau və Türkmən­başı limanlarından) gətirilir. Tranzit neft tam gücün­də istifadə olunmayan Mahaçqala - Novorossiysk neft borusuna doldurulur.

İran sahilində nəqliyyatın gələcək inkişafı Ənzəli və Nouşəhr limanlarının fəaliyyəti ilə yanaşı, Neka terminalının istismarı və Neka - Tehran neft kəməri­nin istifadəsi ilə bağlıdır. Xəzərin İran sahili nisbətən təmiz olduğu üçün burada neft tullantıları müşahidə edilmir. Lakin Neka terminalına neftdaşımaların artması və terminalın genişləndirilməsi sahil ərazilə­rində ekoloji təhlükə yaradır.

Azərbaycanla həmsərhəd olduğu üçün İranın şi­mal qonşularla iqtisadi əlaqələrində Gülüstan ostanı xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yalnız 2003-cü il ərzində Gülüstan ostanı ərazisindən dəyəri 82 mln. dollar həcmində 214 min ton tranzit yüklər daşınmış­dır.

Neft hasil edən digər Xəzəryanı ölkələrdən fərqli olaraq Türkmənistanda neft və qaz kəmərlərinin coğ­rafiyası əsasən yerli əhəmiyyət daşıyır və bunlar Çə- ləkən - Nebitdağ və Barsagəlməz - Okərəm sahələri­ni əhatə edir. Sahil boyunca isə İrana Körpəcə - Qurdquyu qaz kəməri uzanır. Ətraf mühit üçün ən çox təhlükə yaradan boru kəmərləri isə dəniz yatağın­dan sahilə uzanan kəmərlərdir.

Xəzər regionunda bir-birinin ardınca yeni neft və qaz kəmərlərinin inşası, karbohidrogen ehtiyatlarının hasilatı və daşınması həcminin günü-gündən artması dəniz mühitinə və onu əhatə edən ərazilərə texnogen təsiri gücləndirir. Odur ki Xəzəryanı ölkələr bir gün belə itirmədən ekoloji məsələlərin həllində əmək­daşlığın dərinləşməsinə xüsusi fikir verməlidirlər.

83

XƏZƏRİN SAHİL ƏRAZİLƏ MƏNİMSƏNİLMƏSİ və ANTROPOGEN TƏSİRİN ARTMASI

Page 43: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Sahil ərazilərində əhalinin məskunlaşma xüsusiyyətləri

Ta qədim zamanlardan Xəzər dənizi sahillərində müxtəlif qəbilələr və xalqlar yaşamış və burada möh­təşəm dövlətlər yaratmışlar. Aparılmış arxeoloji qa­zıntılar da sahil ərazilərində qədim sivilizasiya ocaqla­rının olmasını təsdiq etmişdir. Belə inkişaf etmiş mərkəzlərin izlərinə xüsusən qərb sahillərində rast gəlmək mümkündür. Azərbaycanın Dəvəçi rayonu ərazisində tapılmış qədim Şabran şəhərini (e.ə. III əsr) və Dağıstanın Qarabudaqkənd rayonunun Vəli- kənd kəndini (e.ə. VI əsr) buna misal göstərmək olar.

Xəzər dənizinin coğrafi mövqeyi və onun sahil ərazilərində təbii şəraitin müxtəlif olması, əlbəttə, re­gionun etnogenez palitrasına da əsaslı təsir göstərmiş­dir. Bununla bağlı məşhur rus alimi L.Qumilyovun

sözləri yada düşür. O özünün “Xəzər ətrafı minillik ərzində” əsərində yazır: “Antrosferanın mozaikliyinin əsas səbəbi landşaftların müxtəlifliyindədir”. Bu belə bir fikri bir daha təsdiq edir ki, Xəzər dənizində və sahil ərazilərində baş verən təbii proseslər ətraf ərazi­lərdə məskunlaşmış insanların yaşayış tərzinə birbaşa təsir etmişdir.

Qədim dövrdə Xəzər dənizi haqda tam və hərtə­rəfli coğrafi biliklər olmasa da, bəzi səyyahlar öz yazı­larında onun haqqında səthi də olsa, bəzi məlumatlar vermişlər. Eramızdan əvvəl V minillikdə Herodot

özünün “Tarix” əsərində Xəzər dənizi haqqında belə yazmışdır: “Bu dənizin bir sahilindən digərinə, məsə­lən, şimaldan-cənuba avarlı qayıqla on beş günə, ən geniş yerdə - eninə isə səkkiz günə üzürlər. Qərb sa­hilləri boyu hündür Qafqaz sıra dağları yerləşir. Qaf­qazda çox sayda müxtəlif qəbilələr yayılmışdır”.

Xəzər dənizinin yerləşmə xüsusiyyəti onu əhatə edən ərazilərdə müxtəlif Avrasiya sivilizasiyalarının kəsişməsini müəyyən etmişdir. Qədim dövrlərdə Ki- aksar, Kir, Dara, Makedoniyalı İsgəndər, Çingiz xan, Batı, Toxtamış və Teymurləng kimi məşhur sərkər­dələrin qoşunları bu regionda olmuşlar. Tarixdən mə­lumdur ki, həmin qoşunların tərkibi çoxsaylı qəbilə­lərdən ibarət idi. Sahil ərazilərini tutduqdan sonra müdafiə qalalarının inşasında onlar azsaylı yerli qəbi­lələrdən istifadə etmişlər. Təbii ki, sonrakı mərhələ­də gəlmə qəbilələr burada tədricən məskən salmış və beləliklə də sahil ərazilərində etnik tərkibin dəyişil­məsində mühüm rol oynamışlar.

Xəzər dənizini əhatə edən bölgələrdə tarix boyu müxtəlif dövlətlər mövcud olmuşdur. Bu dövlətlərdə yaşamış qədim qəbilələrin və xalqların nümayəndələri əsrlər keçdikcə tədricən assimilyasiyaya məruz qalaraq yox olmuşlar. Onlar sonrakı dövrlərdə yaranmış nisbə­tən cavan xalqların əsasını qoymuşlar. Yox olmuş bu xalqlardan skifləri, sarmatları, sakları, hunları, massa­getləri, xəzərləri, qıpçaqları, peçeneqləri, oğuzları və digərlərini göstərmək olar. Xəzər regionunda müasir dövrdə məskunlaşmış türkdilli xalqların - azərbaycan­lıların, türkmənlərin, qazaxların, kumıkların, tatarların formalaşmasında məhz assimilyasiyaya uğrayıb yoxa çıxmış həmin xalqlar başlıca rol oynamışlar. Son minil­likdə Xəzərətrafı bölgələrdə türk mənşəli xalqların məskunlaşması üstünlük təşkil etmişdir. Sahil ərazilə­rində təxminən 25 - 30% digər xalqların nümayəndələ­ri - gilanlılar, kalmıklar, farslar və ruslar yaşamışlar.

Xəzər dənizinin coğrafi adına gəlincə, bu ad sabit qalmamış, zaman-zaman dəyişmişdir. Hətta eyni za­manda bu dənizi müxtəlif cür adlandırmışlar. Hər ye­ni qoyulan ad əsasən regionda yaşayan xalqların və yaxud ölkələrin adma uyğun olmuşdur. Tarix boyu ona gah Hirkan, Xvalın, Alban, Kaspi, Bakı, Dərbənd, gah da Gilan, Mazandaran, Fars, Avar və s. demişlər.

Page 44: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Xəzər regionunda əhalinin müxtəlif dövrlərdə məskunlaşması barədə, baş verən dəyişikliklər haq­qında hələ eramızın əvvəllərinə aid bir sıra mənbələr­də geniş məlumat vardır. Qədim yunan alimi Strabon özünün “Coğrafiya” əsərində qeyd edirdi ki, onun vaxtında Şimali və Qərbi Xəzərin çox hissəsində artıq kaspi qəbiləsi yox olmuş və onun yerini sarmatlar qə­biləsinə aid aorslar tutmuşlar. Bu dövrdə Xəzərin şərq sahilində köçəri skiflərə yaxın olan saklar və massa­getlər üstünlük təşkil edirdi. Massagetlər, eyni za­manda, indiki Azərbaycanın sahil ərazilərində də ya­şayırdılar.

Mərkəzi Asiyadan Xəzər istiqamətində irəliləyən hunlar sarmadan məhv edərək onların yaşadıqları sa­hil ərazilərində məskunlaşırlar. Artıq IV əsrin ortala­rında hunların Xəzəryanı çöllərdə məskən salmaları türk dilinin Aşağı Volqa və Şimali Qafqazda yayılma­sına zəmin yaradır.

VI - VII əsrlərdə Aşağı Volqadan Dərbəndə qədər olan ərazidə bölgənin ən möhtəşəm xalqlarından biri olan xəzərlər tərəfindən Xəzər xaqanlığı yaradılır. Xa­qanlığın paytaxtı müasir Həştərxan şəhərindən 120 km şimalda yerləşən İtil şəhəri imiş. Xəzərlərin bir hissəsi iudaizm dininə, digər hissəsi isə islama itaət etmişlər. Xaqanlığın şəhərlərində xristianlar da yaşa­mışlar; onların bu şəhərlərdə kilsələri də olmuşdur.

VII əsrin ikinci yarısında Qafqazda və Xəzərin şərq sahillərində Ərəb xilafətinin yarımköçəri qəbilə­ləri peyda olurlar. Xəzər regionuna yürüş edən bu ərəb qəbilələrinin əsas məqsədi islam dinini regionda yaymaq idi.

IX - X əsrlərdə Böyük Step adlanan ərazini tutmuş cəngavər türk xalqları - qıpçaqlar və peçeneqlər Dər­bənd keçidi vasitəsilə müasir Azərbaycanın sahil böl­gələrinə daxil olurlar. Nəticədə bu qəbilələr az bir vaxtda, demək olar, bütün sahil ərazilərində məskun­laşır, hətta çox keçmir, üstünlük təşkil edirlər. Belə­liklə, Xəzər xaqanlığı X əsrin sonunda tam süquta uğ­rayır.

IX əsrin sonunda sonuncu türk xalqları nümayən­dələri - oğuzlar və səlcuq türkləri Xəzər dənizi sahil­lərində məskunlaşırlar. Onlar bütövlükdə Azərbay­can, Türkmənistan və İran sahillərini tədricən mə­

87nimsəyərək köçəri maldarlıqdan əkinçiliyə və balıq­çılıqla məşğul olmağa keçirlər. Sonrakı dövrdə Azər­baycan, türkmən və digər türk xalqlarının formalaş­masında məhz elə oğuz türkləri başlıca rol oynayırlar.

XII əsrin ikinci yarısında Xəzər dənizinin şərq sa­hillərinə cəngavər monqol-tatar qəbilələri yürüş edir­lər. Artıq 1220-ci ildə Çingiz xanın rəhbərliyi ilə mon­qol-tatarlar Azərbaycanı və Şimali İranı qarət edirlər. XIII əsrin ortalarında Batı xan başda olmaqla monqol- tatarlar Krım yarımadası və Şimali Qafqazı da öz əsa­rətləri altına salırlar. Beləliklə, Batı xan tərəfindən əsası qoyulmuş Qızıl Orda monqol-tatar xanlığı yara­nır. Xəzər dənizinin sahil ərazilərinin təkrarolunmaz təbii şəraitini nəzərə alaraq Qızıl Orda müasir Həştər­xan şəhərindən bir qədər aralıda yerləşən Saray şəhə­rini özünə paytaxt seçir.

Xəzər dənizinin şimal və şimal-şərq sahillərində Qızıl Ordanın yaxın müttəfiqi Noqay Ordası məskən

salır. Noqay Ordasına daxil olan qəbilələr Volqa və Ural çayları arasındakı çöl ərazilərində köçəri həyat sürür, heyvandarlıqla məşğul olurdular. Noqay Orda­sı parçalandıqdan sonra noqay qəbilələrinin əksər his­səsi müasir qazax millətinin formalaşmasına əsaslı tə­sir göstərmişdir.

XIV əsrin ikinci yarısında qüdrətli sərkərdə Tey- murləngin ordusu Xəzər dənizinin cənub-şərq, cənub və qərb sahillərinə yürüşlər edir.

Page 45: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

1552-ci ildə Rusiya çarı İ van Qroznı Ordaya həlle­dici zərbə vuraraq onun əsas mərkəzlərindən biri olan Kazan şəhərini süquta uğradır. Möhtəşəm Qızıl Orda­nın qalıqlarından tədricən yeni dövlətlər - Kazan və Həştərxan xanlıqları yaranır. Çar Rusiyası Həştərxan xanlığını özünə tabe etdirdikdən sonra Aşağı Volqada yeni yaşayış məntəqələri salır və rusların burada məs­kunlaşması üçün əlverişli şərait yaradır. Nəticədə rus­ların Aşağı Volqada ilk yaşayış məntəqələri olan Çyor- my Yar (1627) və Krasnıy Yar (1667) kimi qala-şəhər­cikləri salınır. Bu yaşayış məntəqələrinin əhalisi əsa­sən kazaklardan ibarət idi. Kazaklar tədricən Xəzərin sahil ərazilərinin şimal-şərq hissəsində də məskunlaş­mağa başlayırlar. Belə ki, onlar Yayık (Ural) çayı sahi­lində Yayızkiy (Uralsk) şəhərciyinin və Quryev qəsə­bəsinin əsasını qoyurlar.

Xəzərin şimal-qərb sahillərində məskunlaşmış qə­bilələrdən monqol mənşəli köçəri kalmıklar Rusiya­nın cənubunda öz xanlıqlarını yaradırlar. Burada yaşa­yan insanlar lamaizmə itaət edirdilər. Onlar Avropa­nın bu tipli yeganə sivilizasiya ocağı idi.

XVII əsrdən başlayaraq Cənubi Volqaboyunda rus­ların məskunlaşma sahəsi genişlənir. Bunun əsas səbə­bi rusların Xəzərsahili ərazilərə marağının artması ol­muşdur. Qeyd etmək lazımdır ki, rusların bu marağı daha qədim dövrdə də müşahidə edilmişdir. Məsələn, ərəb və fars səyyahlarının əlyazmalarında qeyd edilirdi ki, rus drujinalarının işğalçı yürüşləri hələ IX - X əsrlər­də başlanmışdır. Bununla bağlı ingilis səyyahı Cons Hanvey özünün “Britaniya ticarəti Xəzər dənizində ta­rixi oçerki” əsərində yazır ki, rusların Qafqaza yürüşlə­ri sanki səlib yürüşlərinin Yaxın Şərqə doğru hərəkəti idi və həmin ərazilərin daha hazırlıqlı və əsaslı təşkil olunmuş işğalına yönəlmişdi. Rusların Qafqaza maraq­larının əsas səbəblərindən biri də bu bölgənin zəngin təbii sərvətləri idi. Məsələn, Moskva hökumətinin 1637-ci il sənədlərindən birində “Top ehtiyatlarının yazılması”nda belə bir qeyd var ki, Bakı nefti yanan halda həddən artıq təhlükəli bir silah hesab edilə bilər.

Hərbi-strateji baxımdan ruslar Xəzər dənizinə Hind okeanına çıxış vasitəsi kimi baxırdılar. Elə bu səbəbdən də I Pyotrun təşəbbüsü ilə 1715-ci ildə Xə­zər dənizinin şərq sahillərinin öyrənilməsi üçün

89A.Bekoviç-Çerkasskinin rəhbərliyi altında xüsusi ekspedisiya təşkil olunur. O zaman dənizin şərq sa­hillərində köçəri maldarlıqla məşğul olan türkmən tayfaları məskunlaşırdılar. Köçəri maldarlıq tərzi dai­mi yaşayış yerlərinin yaranmasına imkan vermirdi. Aparılmış ekspedisiyalar nəticəsində ruslar Xəzərin şərq sahilində bir neçə gözətçi-qalalar inşa etməklə gələcək yaşayış məntəqələrinin yaranması üçün əlve­rişli zəmin yaratdılar.

Cənub və qərb sahillərinin uzun illər boyu İran və türk tayfaları tərəfindən mənimsənilməsinə baxma­yaraq, I Pyotr şərq sahilləri ilə yanaşı, qərb sahillərin­də yeni mövqelərdə möhkəmlənməkçün bu istiqa­mətdə bir neçə ekspedisiya təşkil etdirir. Bakı şəhəri­nə xüsusi diqqət verilir. Çünki Rusiya ilə Şərq ölkə­ləri arasında aparılan ticarət əlaqələrinin inkişaf etdi­rilməsində Bakının çox əlverişli strateji mövqeyi var

idi. Elə bu səbəbdən də I Pyotr sərəncamlarından bi­rində belə yazırdı: “Bizimçün Xəzər dənizi sahillərini ələ keçirmək son dərəcə vacibdir; türklərin bura gəl­mələrinə gərək imkan verməyək”. Bu rəsmi əhval-ru-

I

Page 46: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

hiyyə ilə də ruslar tədricən regionda özlərinin işğalçı siyasətlərini həyata keçirməyə başlayırlar.

1722 - 23-cü illər müharibəsində İran Rusiyaya məğlub olur və nəticədə Xəzərin qərb sahili müvəq­qəti olaraq (Rəşt - 1732-ci il və Gəncə - 1735-ci il müqavilələrinə qədər) rusların əlinə keçir. Məhz elə bu vaxtdan etibarən ruslar Xəzərin qərb sahilində məskən salmağa başlayırlar. Şərq sahillərində olduğu kimi, burada da ilk növbədə gözətçi-qalalar inşa edi­lərək yaşayış qəsəbələri yaradılır. 1722-ci ildə qərb sa­hilində ilk iri qala-şəhərin - Petrovskın (sonralar Ma- haçqala) əsası qoyulur.

Qərb sahillərinin çox hissəsi uzun müddət İranın təsiri altında olduğu üçün burada məskunlaşmış əha­li əsasən müsəlmanlardan ibarət idi. Odur ki Rusiya ilk növbədə bölgəyə xristianları köçürmək siyasətinə başlayır. Bu planını həyata keçirərkən ermənilərə xü­susi imtiyazlar verir. Hətta Bakı və Dərbənd kimi bö­yük yaşayış məntəqələrində ermənilər üçün ərazilər ayrılır. Məsələn, 1723-cü ildə Rusiya generalı Mat- yuşkinin Bakını işğal edəndən sonra erməni patriarxı İsayın xahişi ilə I Pyotr Bakıda ermənilər üçün torpaq ayrılması haqda xüsusi fərman verir. Beləliklə də XVIII əsrdə ermənilər Bakıda “ermənikənd” adlı qə­səbə yaradırlar. I Pyotrun əmri ilə ermənilərin ticarət­lə məşğul olması üçün də hər cür şərait yaradılır; on­ları hətta müxtəlif vergilərdən də azad edirlər.

XIX əsrin əvvəlində baş verən Rusiya - İran mü­haribələri nəticəsində ruslar Xəzər sahillərinin təxmi­nən 90%-ni (cənub sahili istisna olmaqla) ələ keçirir­lər. Rusların nəzarət etdiyi sahil ərazilərində təbii sər­vətlərin aşkar edilməsi, qiymətləndirilməsi və tədri­cən mənimsənilməsi istiqamətində aparılan işlər il­dən-ilə artmağa başlayır. Bu baxımdan qərb sahilləri daha çox fərqlənirdi. Zəngin neft ehtiyatlarının istis­marı və onun emalı bölgənin, xüsusən Bakının iqtisa­diyyatına güclü təkan verir.

Uzun illər Abşeron yarımadasında yerli əhalinin neftdən gen-bol istifadə etməsi burada böyük həcmdə yanacağın olması ehtimalını daha real şəkil­də ortaya qoydu.

XIX əsrin ikinci yarısından etibarən Abşeronda qazılan neft quyularının sayı ildən-ilə artmağa başla­

yır. Nəticədə neftlə çirklənmiş torpaqların sahəsi xeyli genişlənir. Bundan əlavə, Bakı buxtasında sahil boyunca çoxlu sayda kiçik neft emalı müəssisələri ya­radılır. Neft sənayesinin belə ekstensiv inkişafı ətraf mühitə mənfi təsir göstərməyə başlayır. Artıq 1870-ci ildə Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə şəhər rəhbərliyi sahildə yerləşən 100-dən çox neft emalı müəssisəsinin ləğv edilməsi haqda mə­sələ qaldırır. Demontaj ediləcək istehsal müəssisələri üçün Bakının yaxınlığındakı Keşlə qəsəbəsinin otlaq sahələri ayrılır. Belə kompakt ərazidə neft emalı is­tehsal sahələrinin yerləşdirilməsi çar Rusiyasının şə­hərsalma təcrübəsində ilk dəfə idi həyata keçirilirdi. Çox keçmir, burada çoxlu sayda kiçik neft emalı za­

vodları yaradılır. Nəticədə hava olmazın dərəcədə çirklənir və bakılılar şəhərin bu hissəsini “Qara şə­hər” adlandırırlar. “Qara şəhər”in zəhərli, tüstülü ha­va şəraiti fəhlələrin vəziyyətini ağırlaşdırır; burada ya­şamaq dözülməz idi. Odur ki Bakının digər bölgəsin­də - Bayıl deyilən ərazidə neftçi fəhlələr üçün yeni yaşayış qəsəbəsi yaradılır. Beləliklə, neft sənayesi və onunla bağlı digər istehsal sahələrinin Bakı şəhərin­dən ətraf qəsəbələrə çıxarılması əhalisi sürətlə artan neft paytaxtının ekoloji durumunu xeyli yaxşılaşdırır.

XX əsrdə Azərbaycanda neft sənayesi 40-cı ilə qə­dər ardıcıl olaraq inkişaf edir. Sonrakı illər quruda neft yataqlarının ehtiyatları tədricən tükənməyə başlayır. Elə təxminən bu vaxtlar Volqaboyunda, Qərbi Sibir­də, Türkmənistan və Qazaxıstan sahillərində ixtisaslı

Page 47: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

neftçilərə tələbat günü-gündən artırdı. Bu səbəbdən də xeyli azərbaycanlı mütəxəssis yeni neft rayonlarına köçür. Məsələn, 1942-ci ildə SSRİ-nin Dövlət Müda­fiə Komitəsinin qərarı ilə Bakıdan Türkmənistana 1624 yüksəkixtisaslı neftçi köçürülmüşdür. 60-cı illər­də bu proses daha da güclənir. Mütəşəkkil olaraq gənc mütəxəssislər göndərişlə Qərbi Sibirə və Manqışlağa işə yönəldilir. Yalnız 1960 - 88-ci illər ərzində Azər­baycanda işləyən neftçilərin sayı 42% azalmışdır.

90-cı illərdə sahilyanı ərazilərdə əhalinin məskun­laşmasında vəziyyət nəzərəçarpan dərəcədə dəyişmə­yə başlayır. Ermənistanın təcavüzü nəticəsində min­lərlə azərbaycanlı qaçqın vəziyyətinə düşərək əsasən Abşeron rayonunda məskunlaşır. Bütövlükdə rayon­da baş verən etnik konfliktlər nəticəsində Abşeron­dan köçən rusdilli əhalinin bir hissəsinin əvəzinə MDB məkanından türklər - məshətilər, azərbaycanlı­lar və kürdlər respublikaya immiqrasiya edirlər.

90-cı illərin ikinci yarısında bir-birinin ardınca bey­nəlxalq neft kontraktlarının bağlanması və onların hə­yata keçirilməsi Abşeronun cazibədarlığını artırır. Bu­nunla bağlı olaraq respublikanın digər bölgələrindən

əhali Bakıya axışır. Beləliklə, hazırda respublika əhali­sinin təxminən 30%-i Bakı şəhərində məskunlaşır.

XIX əsrin ikinci yarısında Xəzərin şərq sahilində Krasnovodsk şəhərinin əsası qoyulur və Zakaspiyski dəmir yolu xəttinin inşası başlanır. Sonrakı illərdə neft, mirabilit və xörək duzu ehtiyatlarının mənimsə­

nilməsi bu regionda yeni-yeni yaşayış məntəqələrinin yaranması ilə nəticələnir. Bununla bərabər, Çələkən yarımadasında təbii şəkildə yerin üzərinə çıxan neft torpaq sahələrinin uzun müddətə çirklənməsinə sə­bəb olur.

Neft hasilatının tədricən artması Xəzərin Türk­mənistan sahilində əhalinin artımına və yeni şəhərlə­rin yaranmasına birbaşa təsir göstərir. Burada Krasno­vodsk şəhəri ilə yanaşı, Çələkən və Nebitdağ şəhər­ləri inkişaf etməyə başlayır.

Neft və qaz yataqlarının istismarı yeni fəhlə qəsə­bələrinin yaranmasına da təkan verirdi. Belə fəhlə qə­səbələri sırasında Dağacıx, Əzizbəyov, Qoturtəpə, Okərəm və digərlərinin adlarını çəkmək olar. Sahil ərazilərinin mənimsənilməsində nəqliyyat qovşaqla­rının xüsusi əhəmiyyəti vardı. Bu baxımdan Krasno- vodskın neft limanı kimi Ufranı, Çələkənin neft lima­nı kimi isə Cəngə və Cəbəli qeyd etmək lazımdır.

Türkmənistanın sənaye istehsalında əsasən gəlmə işçilər üstünlük təşkil edirdilər. Burada azərbaycanlı­larla yanaşı, ruslar və Şimali Qafqaz xalqları nüma­yəndələri çalışırdılar. Əgər nəzərə alsaq ki Türkmə­nistan ənənəvi olaraq əhalinin yüksək təbii artımı ilə fərqlənən respublikalardan biridir, onda yerli əhalinin sənaye istehsalına cəlb edilməsinin bölgədə olan iş­sizliyin aradan qaldırılmasında nə qədər böyük rol oy­naya biləcəyi aydın olar. Xatırlatmaq yerinə düşərdi ki, keçən əsrin 80-ci illərində Türkmənistanda əhali­nin artımı 34% idi.

XX əsrin 90-cı illərində respublikanın iqtisadiyya­tında baş verən neqativ proseslər əhalinin miqrasiya­sına da təsir göstərdi. Neftçilərin fəhlə qəsəbələrində əhalinin sayı azalmağa başladı. Qaraboğazqol körfəzi ətrafında yaranmış təbii ekoloji gərginlik Bektaş şə­hərində əhalinin təxminən 25% azalmasına səbəb ol­du. Bu müddət ərzində Türkmənistanın sahil ərazilə­rindən köçüb gedənlərin xüsusi çəkisi 4 - 5% təşkil edirdi.

Rusiyanın Xəzər sahilində əhalinin məskunlaşma­sı Həştərxan vilayəti, Kalmıkiya və Dağıstan bölgələ­rində təbii iqlim şəraitinin fərqli olmasından, ərazilə­rinin tarixi keçmişindən, iqtisadi və coğrafi-siyasi mövqelərinin müxtəlifliyindən bilavasitə asılıdır.

Xəzərsahili ərazilərdə ayrılmış bölmələr üzrə əhalinin məskunlaşmasıЛ 5 km -44%■ 5 - 10 k m - 17%Ш 10 -30 km -14%Ш 30-50 k m -8%Л 50- 70k m - 17%

Page 48: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Volqa çayının aşağı hissəsini əhatə edən Həştər­xan vilayəti bütövlükdə əlverişli təbii iqlim şəraitinə malikdir. Burada illər boyu ənənəvi olaraq balıqçılıq təsərrüfatı kifayət qədər inkişaf etmişdir. Təbii ki, bu ərazidə məskunlaşmış əhali əsasən balıqçılıqla məş­ğuldur. Məhz buna görə də Volqa çayının delta sahə­sində çoxlu sayda kiçik balıqçı qəsəbələri yayılmışdır.

Məlum olduğu kimi, Aşağı Volqa Xəzərin nərə ba­lıqlarının kürü tökdüyü ən əsas sahədir. Odur ki Xəzə­rin bu bölgəsində balıq ovunun intensiv artımı, heç şübhəsiz, ekoloji baxımdan bioloji tarazlığın pozulma­sına səbəb olurdu. Bununla yanaşı, Həştərxan vilayə­tində 70-ci illərin ortalarında zəngin qaz-kondensat eh­tiyatının aşkar edilməsi və hasilatı ətraf mühitə son də­rəcə mənfi təsir göstərirdi. Qaz-kondensatın tərkibin­də böyük həcmdə kükürdün olması bölgədə əhalinin yaşayış şəraitinin pisləşməsinə bilavasitə təsir edirdi. Ona görə də Xəzər regionunda “əhalinin ekoloji miq­rasiyası” ilk dəfə məhz Həştərxan qaz-kondensat kompleksi yaxınlığındakı yaşayış məntəqələrində mü­şahidə olunmuşdur. Bunun qarşısını almaqçün vilayət­də yüksəkkükürdlü mədənlərin bəziləri konservasiya edilmişdir. Nəticədə işsizlərin sayı artmış və bölgədə sosial gərginlik daha da mürəkkəbləşmişdir.

Həştərxan vilayətində son illər əhalinin mexaniki artımı Şimali Qafqazda baş verən proseslərlə birbaşa bağlıdır. Belə ki, Çeçenistan və onu əhatə edən ərazi­lərdə hələ də davam edən etnik münaqişələr və ter­

ror aktları rusların və digər rusdilli xalqların buradan köçməsinə təsir göstərmişdir. Köçənlərin əksəriyyəti Həştərxana üz tutmuşdur. Vilayətdə gəlmələrin sayı­nın artması işsizlik problemini daha da mürəkkəbləş­dirmiş və bu da öz növbəsində kriminogen vəziyyəti xeyli gərginləşdirmişdir. Belə ki, qeyri-qanuni balıq ovu günü-gündən artır. Başqa sözlə, Şimali Xəzərin bioloji ehtiyatları vəhşicəsinə istismar olunur və böl­gənin ekoloji tarazlığına bərpa olunmayacaq dərəcə­də zərbə vurulur.

Həştərxan vilayətindən fərqli olaraq Rusiyanın Xəzərsahili zonasının digər bölgəsi - Kalmıkiya əhali­nin seyrək yaşadığı sahədir. Burada gözəçarpan yega­nə yaşayış məntəqəsi Lagan qəsəbəsidir. Yerli əhali əsasən balıqçılıq və qismən qoyunçuluqla məşğuldur.

Rusiyanın Xəzər sahilində yerləşən üçüncü inzi­bati bölgəsi Dağıstandır. Sahil rayonları Dağıstan əra­zisinin yalnız Vıo-i qədər olsa da, respublika əhalisinin 'li-ı burada məskunlaşıb. Üstəlik, Dağıstanın əsas sə­naye müəssisələri də burada yerləşdirilmişdir. Belə­liklə, respublikanın şəhər əhalisinin təxminən 80%-i sahil ərazilərində yaşayır. Respublikanın ən iri şəhər­ləri hesab olunan Mahaçqala, İzberbaş, Dərbənd, Kaspiysk və Daqestanskiye Oqni burada yerləşir.

Dağıstan Rusiyanın ən cənub bölgəsidir; qərbdən Çeçenistanla və cənubdan Azərbaycanla həmsərhəd­dir. Çeçenistanda davam edən hərbi münaqişə Dağıs­tanda baş verən proseslərə birbaşa təsir göstərir. Eyni zamanda belə bir cəhəti də qeyd etmək lazımdır ki, hələ sovetlər dövründə Dağıstan, Çeçenistan və Kal- mıkiya Rusiya Federasiyası subyektləri arasında sosi­al-iqtisadi inkişafına və əhalinin yaşayış səviyyəsinə görə ən geridə qalmış muxtar respublikalar idilər. Əl­bəttə, SSRİ süquta uğradıqdan sonra bu respublika­larda vəziyyət (xüsusən Çeçenistanda) daha da ağır­laşdı.

Rusdilli əhalinin Dağıstandan köçməsi əsasən şə­hər əhalisinin azalmasında özünü göstərməli idi. La­kin şəhər əhalisi nəinki azalmadı, əksinə, daha da artmağa başladı. Bunun səbəbi bir tərəfdən Rusiyadan və digər MDB dövlətlərindən Dağıstan xalqlarının cmiqrasiyası olmuşdursa, digər tərəfdən respublika­nın dağ ərazilərindən əhalinin şəhərlərə köçməsi idi.

Page 49: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Dağıstan Şimali Qafqazda siyasi və sosial-iqtisadi baxımdan qeyri-stabil region olaraq qalmaqdadır. Həştərxan vilayətinə xas olan işsizlik və kriminogen vəziyyət burada daha qabarıq şəkildədir. Burada bra- konyer balıq ovu xeyli “vüsət almışdır”.

Xəzərin şərq sahilləri landşaft tipinə görə əsasən səhra və yarımsəhradır. Əhalinin dispers şəkildə məs­kunlaşmasını şərtləndirən də məhz mövcud təbii iq­lim şəraitidir. Uzun illər köçəri həyat tərzi sürən yer­li tayfalar tədricən kiçik yaşayış qəsəbələri yaradaraq oturaq həyata üstünlük verməyə başlamışlar. Burada yaşayan əhali əsasən maldarlıqla (atçılıq, qoyunçuluq və dəvəçilik) və qismən balıqçılıqla məşğul idilər.

Neft sənayesinin 60-cı illərdən başlayan intensiv inkişafı Qazaxıstanın Xəzərboyu sahilində əhali artı­mına güclü təkan verir. Manqışlaq yarımadasında kəskin iqlim şəraitinə baxmayaraq, zəngin neft yataq­larının istismarı bura çoxlu sayda ixtisaslı mütəxəssis­lərin gətirilməsini tələb edirdi. Odur ki Manqışlaq vi­layətinə Azərbaycandan, Şimali Qafqazdan və Volqa- boyundan xeyli neftçi mütəxəssis dəvət olundu. Ey­ni zamanda, bura təbii surətdə azad işçi qüvvəsinin axını başlandı. Qısa müddət ərzində vilayətdə gəlmə­lər say etibarilə əhali arasında üstünlük təşkil etdi. Belə ki, Aktau, Fort-Şevçenko, Yeni Uzen və digər

97şəhərlərdə ruslar və rusdilli əhalinin xüsusi çəkisi 70 - 80% həddinə çatdı.

80-ci illərin sonunda milli zəmində yaranan konf­likt (Yeni Uzendə) Manqışlaq vilayətində əhalinin miqrasiyasına səbəb oldu. Rusdilli əhalinin bir hissə­si Rusiyanın müxtəlif bölgələrinə və Azərbaycana köçmək məcburiyyətində qaldı. Əgər nəzərə alsaq ki rusdilli əhali əsasən sənayedə məşğul idi və müəssi­sələrin fəaliyyətinin dayanması heç də mütəxəssislə­rin olmaması ilə bağlı deyildir, onda aydın olur ki, bu miqrasiya Qazaxıstan üçün “ağrısız” keçmişdir. Bu­nunla yanaşı, Atırau vilayətində çox perspektivli Tengiz, Korolyovskoye, Kaşağan və Kurmanqazı ki­mi yataqların kəşfi və tədricən istismara verilməsi res­publikanın mərkəzi və cənub rayonlarından yerli əha­linin bura köçməsinə səbəb olmuşdur. 2002-ci ildə Atırau vilayətində əhalinin sayı 500 mini keçmişdi və onlardan 60%-ə yaxmı şəhər əhalisi idi. Təkcə kiçicik Atırau şəhərinin əhalisi 2003-cü ildə 153 min nəfər ol­muşdur. Atırau vilayətində cərəyan edən miqrasiya prosesləri nəticəsində əhalinin tərkibində qazaxların xüsusi çəkisi xeyli artmışdır. 2003-cü ildə bu göstəri­ci 85%-ə çatmışdır. Mangistau vilayətində (keçmiş Manqışlaq) 2003-cü ildə əhalinin sayı 351 min nəfər olmuşdur. Bunun da 70%-i şəhər əhalisidir. Onlar əsasən Aktau (163 min nəfər), İanoazon (keçmiş Yeni Uzen - 62 min nəfər), Fort-Şevçenko (25 min nəfər) və Qızıl-Sayda (keçmiş Uzen - 7 min nəfər) yaşayır­lar. Vilayətdə qazaxların xüsusi çəkisi 75% təşkil edir. Bölgədə bir çox sənaye müəssisələrinin fəaliyyətinin dayanmasına baxmayaraq, neft-qaz hasilatı sənayesi və liman təsərrüfatı intensiv inkişaf edir.

Xəzərin cənub sahili əsasən subtropik landşaftla­rın üstünlüyü ilə İrana aid bölgələrdən ibarətdir. Di­gər sahil ərazilərindən fərqli olaraq bu bölgə daha əl­verişli təbii iqlim şəraitinə malikdir. Elə buna görə də burada əhali daha çox məskunlaşmışdır. Həm əhali­nin sayına, həm də əhalinin sıxlığına görə İran sahili Xəzər regionunda aparıcı yer tutur.

Xəzər dənizinin sahil ərazilərində əhalinin yayıl­ma strukturu göstərir ki, Xəzər sahilində yaşayan əha­linin 52%-i cənub sahilinin payına düşür. 2003-cü il­də burada 6,1 mln. nəfər məskunlaşmışdır.

Xəzər dənizinin sahil ərazilərində əhalinin yayılma strukturu (%-lə)Я İran -52%■ Azərbaycan - 27%

Həştərxan vilayəti - 7% Я Dağıstan - 6%Я Qazaxıstan - 5%Я Türkmənistan - 3%Я Kalmıkiya - 0,01%

Page 50: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Xəzərin İran sahilində əhali təxminən bərabər ya­yılmışdır. Bütün sahilboyu saysız-hesabsız azsaylı ya­şayış məntəqələri bir-birini əvəz edir. Bu regionun ən iri şəhərləri Rəşt, Ənzəli, Babol və Sarıdır. Sahilboyu əhalinin orta sıxlığı 1 km2-də 70 - 100 nəfər arasında dəyişir.

Bunun əksinə olaraq əhalinin ən seyrək yaşadığı bölgə dənizin şərq sahilidir. Burada əhali bir-birində çox aralı məsafədə yerləşən yaşayış məntəqələrində məskunlaşmışdır. Nisbətən iri şəhərlər sırasında Atı- rau, Aktau və Krasnovodskı göstərmək olar. 1500 km-

Xəzərsahili ərazilərdə əhalinin sıxlığı

Я 300 - 500 Я 100-110 ■ 70-100 Я 30-40 Я 20-30 Я 10-20 Я 5 - 1 0

3 - 5 □ 1 - 2

dən çox uzanan şərq sahilində əhalinin orta sıxlığı 1 krm-də 1 -5 nəfərdir.

Xəzərin qərb sahilində regionun ən iri çoxsaylı Ba­kı şəhəri yerləşir. Azərbaycanın paytaxtı olan bu şə­hərin əhalisinin sayı 2 mln. nəfəri keçmişdir. Bütöv­lükdə Azərbaycanın sahil ərazilərində təxminən 3,4 mln. nəfər yaşayır. Onlardan təxminən 78%-i Abşe­ron yarımadasında məskunlaşmışdır. Burada əhalinin orta sıxlığı 1 kırr-də 500 nəfərə çatır. Respublikanın digər sahil bölgələrində orta sıxlıq 70 - 100 nəfər ara­sında tərəddüd edir.

Xəzərin Rusiya sahilində əhali nisbətən seyrək məskunlaşmışdır. Kalmıkiya sahili istisna olmaqla (orada orta sıxlıq 1 - 2 nəfərdir) digər bölgələrdə əha­linin orta sıxlığı 10 - 20 nəfər arasında dəyişir. Yalnız Həştərxan şəhəri və onun ətraf zonasında bu göstəri­ci 40 nəfərə qədərdir.

Xəzər dənizinin sahil ərazilərində əhalinin mütləq sayının və sıxlığının ildən-ilə artması, əlbəttə, ətraf mühitə antropogen təsirin güclənməsinə səbəb olur. Yaranmış şəraitdə dənizə axıdılan çirkab sularının tə­mizlənməsi və məişət tullantılarının utilize edilməsi xüsusi əhəmiyyət kəsb edir. Yalnız ətraf mühiti mü­hafizə edəcək tədbirlər həyata keçirməklə həddən ar­tıq həssas olan sahil ərazilərində ekoloji tarazlığı tə­min etmək mümkündür.

Page 51: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

100

Xəzərin sahilyanı ərazilərində səhralaşma prosesi

Xəzərin sahilyanı ərazilərinin çox hissəsini səhra, yarımsəhra və quru çöllər tutur. Bu ərazilərdə atmos­fer yağıntıları az olduğundan bitki örtüyü qıtdır. Yal­nız subtropik qurşağa aid olan cənub sahil zonası bit­ki örtüyünün zənginliyi ilə fərqlənir.

Sahilyanı ərazilərdə səhraların sahəsinin dəyişməsi (artması) bir tərəfdən təbii proseslər, digər tərəfdənsə insanın təsərrüfat fəaliyyətinin təsiri altında baş verir. Təbii amillər dedikdə burada əsasən qlobal iqlim də­yişiklikləri və dənizin səviyyəsinin tərəddüdü nəzər­də tutulur. Dəniz səviyyəsinin aşağı düşməsi nəticə­sində sahilyanı ərazilərdə eroziya prosesləri güclənir və eol tipli səhralaşma gedir. Çünki suyun çəkildiyi sahilyanı bölgələrdə torpaqların duzlaşması müşahidə olunur. Ümumiyyətlə, dəniz səviyyəsinin tərəddüdü nəticəsində sahilyanı ərazilərdə subasma, qrunt suları­nın qalxması və bitki örtüyünün deqradasiyası baş ve­rir və beləliklə də sahilyanı bölgələrin ekoloji vəziyyə­ti ağırlaşır, təbii mühitdə gərginlik artır.

Xəzərin şərq sahilinə dənizin səviyyə tərəddüdü ilə yanaşı, yarımsəhra landşaftı hesab olunan geniş Turan

düzənliyi də təsir edir. Bitki qıtlığı ilə fərqlənən oazis y' iü " və kəhrizli ərazilərdə çoxsaylı mal-qaranın nəzarətsiz

otarılması tədricən bitki örtüyünün deqradasiyasına sə­bəb olur. İJstəlik, bu azmış kimi, kolluqların qırılması

burada bitki örtüyünün tamamilə yox olmasına gətirib çıxarmışdır. Belə vəziyyət xüsusilə dənizin şərq sahili­nin şimalda Emba çayından, cənubda isə Atrek çayına qədər olan hissəsi üçün daha xarakterikdir. Dənizin qərb sahilində səhralaşma Kalmıkiyanın sahilyanı sahə­sində (Çyornıye Zemli) və Abşeron yarımadasında da­ha intensiv müşahidə edilir. Əgər Kalmıkiyada bu pro­ses çoxsaylı mal-qaranın otarılması ilə bağlıdırsa, Abşe­ronda neft-qazıma işlərinin həddən artıq intensiv apa­rılması və mədənlərin istismarı ilə izah olunur. Uzun il­lər ərzində davam edən neft və qaz hasilatı Abşeron ya- nmadasında buruq sularından əmələ gəlmiş çoxsaylı gölməçələrin yaranmasına gətirib çıxarmışdır. Nəticədə isə burada neftlə çirklənmiş və yararsız vəziyyətə düş­müş torpaqlar ildən-ilə çoxalmışdır. Beləliklə də bu əra­zilərdə torpaq və bitki örtüyü deqradasiyaya məruz qa­laraq antropogen səhralaşmaya səbəb olmuşdur.

Xəzərin sahilyanı ərazilərinin təxminən 130 min km2 sahəsi səhra və səhralaşmış landşaftlardır. Təbii səhralardan fərqli olaraq səhralaşmış landşaftların for­malaşması müxtəlif proseslərin təsiri altında baş ver­mişdir. Bununla əlaqədər belə ərazilərdə müxtəlif tipdə səhralaşmış sahələr üstünlük təşkil edir: külək və su eroziyası; torpaqların su altında qalması və duz- laşması və texnogen səhralaşma. Texnogen səhralaş­ma bura üçün daha səciyyəvidir.

Səhralaşma prosesi Xəzərin şimal, şimal-şərq, xü­susilə şərq və qismən qərb sahillərində daha intensiv baş verir. Bu bölgələrdə bir çox hallarda həm təbii proseslər, həm də antropogen təsir üst-üstə düşərək səhralaşmanın sürətlənməsinə səbəb olmuşdur. Qeyd etdiyimiz sahil bölgələri əsasən yarımqııraq və quraq­lıq zonalarında yerləşdiyindən hər hansı bir təsərrüfat fəaliyyəti səhralaşma prosesinin yayılmasıda təkanve­rici rol oynayır.

Xəzər sahilinin yalnız cənub-qərb və cənub sahə­lərində səhralaşma prosesi, demək olar, çox zəif şəkil­dədir. Burada yalnız antropogen səhralaşma, özü də qismən, məhəlli səviyyəsində yayılmışdır.

Xəzərin sahilyanı ərazilərindəki ölkələr üzrə səhra­laşma prosesi müxtəlif səviyyədə gedir. Səhralaşmaya məruz qalan ən geniş sahə Qazaxıstan bölgəsindədir. Ən uzun sahil xəttinə malik olan bu bölgədə yalnız qu-

Page 52: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

ru çöl, yarımsəhra və səhra landşaftları mövcuddur. Xə­zər dənizi sahillərində yayılmış səhralaşmış ərazilərin 40%-dən çoxu məhz Qazaxıstanın payına düşür. Sahil­yanı ərazilərdə bir neçə dayaz körfəzin olması (Kaydak, Komsomolets, Myortvıy Kultuk) şoran torpaq sahələri­nin genişlənməsinə təsir göstərir. Burada su və külək eroziyası eyni dərəcədə səhralaşma prosesini sürətlən­dirir. Bundan əlavə, yalnız subasma nəticəsində hər il 10 - 12 min km2 ərazi mütəmadi yararsız vəziyyətə dü­şür. Subasma kənd təsərrüfatı üçün yararlı torpaqlara, suvarma sisteminə, otlaqlara, boru kəmərləri və nəqliy­yat şəbəkəsinə böyük ziyan vurur. Myortvıy Kultuk körfəzinin sahəsinin dəyişməsi nəticəsində sahil böl­gələrində daim gölməçələr əmələ gəlməkdədir.

Mütəmadi küləklər nəticəsində qumla örtülü Na- rınkum sahəsində yeni relyef formaları əmələ gəlir və beləliklə, onsuz da bitki örtüyü məhdud olan sahələr getdikcə azalır. Lakin qeyd etmək lazımdır ki, otlaq­larda çoxsaylı mal-qaranın otarılması, müxtəlif tikinti işlərinin aparılması və torpağın zərərli maddələrlə çirklənməsi də bitki örtüyünün seyrəlməsinə birbaşa təsir göstərir.

Qazaxıstanın sahilyanı ərazilərinin təxminən 45%- ni güclü səhralaşmaya məruz qalan sahələr təşkil edir. Onların daxilində antropogen səhralaşmış ərazilər getdikcə genişlənməkdədir. Belə ərazilər əsasən təbii sərvətlərin intensiv mənimsənildiyi bölgələrdə daha çoxdur. Çoxsaylı neft mədənləri ərazilərində səhra­laşma daha aydın nəzərə çarpır. Bu, ilk növbədə Ka- rajanbas, Tengiz, Kalamkas, Uzen və digər neft ya­taqları sahələrinə aiddir.

Rusiyanın sahilyanı ərazilərinin əsas sahələri olan Xəzərsahili düzənliyində, Çyornıye Zemli bölgəsində və Terek çökəkliyində antropogen səhralaşma nəzə- rəçarpacaq dərəcədə özünü büruzə verir.

Böyük bir sahəni əhatə edən Xəzərsahili düzənli­yi bütünlükdə Şimali Xəzər ərazisini tutur. Şimali Xəzər sahillərinin həddən ziyadə girintili-çıxıntılı ol­ması burada akkumulyativ relyef formalarının yayıl­masına səbəb olmuşdur. Volqa çayı deltasının sağ sa­hilində qum küləklər vasitəsilə sovurularaq kiçik tə­pəciklər yaratmışdır. Bura, demək olar, başdan-başa quru çöllərdən ibarətdir.

Volqa çayının sol sahilində, dənizdən təxminən 80- km aralıda yerləşən Həştərxan qaz-kondensat komp­leksinin fəaliyyəti nəticəsində antropogen səhralaşmış ərazilər yaranmışdır. Külək eroziyası texnogen təsir sahəsinin daha da artmasına səbəb olmuşdur.

Xəzərin şimal sahilində səhralaşan ərazilərin artmasına əsasən sənaye obyektləri təsir göstərirsə, şi­mal-qərb və qərb sahillərinin düzənlik yerlərində kənd təsərrüfatının təsiri üstünlük təşkil edir.

Xəzərin şimal-qərb bölgəsinin əsas düzən sahələri olan Çyornıye Zemli və Kizlər otlaqları Kalmıkiya və Dağıstan sahilləri boyunca uzanıb gedir. Bu təbii eko­sistemlərdə fasiləsiz olaraq, bəzən isə həddən artıq dərəcədə mal-qara otarılması nəticəsində bitki örtüyü xeyli seyrəkləşmiş, hərəkət edən qum sahələri əmələ gəlmiş və beləliklə, səhralaşmış ərazilər yaranmışdır.

Volqa və Terek çayları arasındakı sahil bölgəsində, əsasən də çökəklik sahələrində vaxtaşırı subasma pro­sesləri baş verir. Elə buna görədir ki, sahilyanı ərazilə­rin torpaqları öz münbitliyini itirmiş və bitki aləmi xey­li dərəcədə qıtlaşmışdır.

Sahilyanı ərazilərin ay­rı-ayrı sahələrində əhali əkinçiliklə məşğul olur.Quraqlıq yerlərdə suvarıl­ma tətbiq olunduğundan təkrar duzlaşma müşahidə edilir. Bu, daha çox suvar­ma kanalları ətrafında nə­zərə çarpır. Təkcə Kalmı- kiya sahillərində təkrar duzlaşmış torpaqların sahə­si 105 min hektarı keçib.

Səhralaşmanın daha qabarıq şəkildə özünü bü­ruzə verməsi bitki aləmi­nin deqradasiyasında əks olunur. Quru çöllərdə bitki müxtəlifliyinin azalması heyvandarlığın intensiv inki­şafı ilə əlaqədardır. Bitki örtüyünün qıtlaşması eyni də­rəcədə Volqa çayının sol sahillərində və Xəzərin Da­ğıstan sahilində də müşahidə olunur. Burada sahələrin bəzi yerlərində torpağın şumlanmasına baxmayaraq, əkinçiliyi inkişaf etdirmək yenə də mümkün deyil.

Page 53: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Azərbaycanın sahilyanı əraziləri şimaldan Qusar - Dəvəçi öndağ çökəkliyindən başlanır. Samur, Qusar- çay və Qudyalçay kimi iri çaylar məhz bu sahə ilə axa­raq dənizə tökülür. Meyvə-tərəvəzçiliyin və heyvan­darlığın inkişafı həmin ərazinin kifayət qədər mənim­sənilməsinə dəlalət edir.

Son on il ərzində səhralaşma prosesinin güclənmə­sinə təsir göstərən amillərdən biri də meşələrin sis­temsiz şəkildə qırılmasıdır. Bütövlükdə isə Qusar - Dəvəçi çökəkliyində deqradasiyaya uğramış meşə sa­hələri mövcuddur. Meşə sahələrinin azalması yeni əkin sahələrinin təşkili üçün əlverişli imkan yaratmış­dır. Lakin təbii şəraitin dəyişməsi səhralaşmanın sa­hilyanı ərazilərdə genişlənməsində təkanverici rol oy­naya bilər.

Beşbarmaq dağından başlayaraq Pirsaatçaya qədər sahilyanı ərazilərdə quru çöl və səhralaşmış sahələr göz işlədikcə uzanıb gedir. Bu bölgədə meşə zolağı­nın yox olmasına uzun illər insanların heyvandarlığı və əkinçiliyi inkişaf etdirmələri səbəb olmuşdur. Şübhəsiz, kəskin dəyişən relyef sahələrində su erozi­yası torpaqların münbitliyinin azalmasına və səhrala- şan bölgələrin formalaşmasına zəmin yaradır.

Sumqayıt çayından cənubda - Abşeron yarımada­sının mərkəzi hissəsində Qobustan çölləri yerləşir. Buradan dənizsahili zonasına irəlilədikcə abrazion- akkumulyativ düzənlik nəzərə çarpır. Eol mənşəli qum dyunları və təpəcikləri çöl sahələrinin yarımsəh­ra landşaftları ilə əvəz olunmasına şərait yaradır. Məhz bu zonada çoxsaylı şoran gölməçələr və çuxur­lar müşahidə olunur.

Xəzər dənizinin qərb sahilində Abşeron yarımada­sı sənayenin intensiv inkişafına görə xüsusilə fərqlə­nir. Bu bölgədə sahilyanı ərazilərin yüksək səviyyədə mənimsənilməsi ətraf mühitə texnogen təsirin artma­sı ilə nəticələnmişdir. Bu tip səhralaşma prosesi daha çox Bakı şəhəri ətrafındakı ərazilərdə aydın görün­məkdədir.

Bir tərəfdən daş karxanalarının (Qaradağ və Şüvə- lan) istismarı, digər tərəfdənsə neft mədənlərinin ki­fayət qədər geniş ərazidə yayılması səhralaşmış böl­gələrin əmələ gəlməsinə səbəb olmuşdur. Belə ərazi­lərin ümumi sahəsi 10 min hektardan çoxdur. Abşero­

nun neft, qazçıxarma idarələrinin balansında olan tor­paq sahələrinin yarısından çoxu neftlə çirkləndiyin­dən bu torpaqları səhralaşmış ərazilərə aid etmək olar. Buruq sularından əmələ gəlmiş gölməçələr isə təxminən 2 min hektar sahəni tutur.

Bütün bunlarla yanaşı, Abşeron və Qobustanda arid iqlim şəraiti yarımsəhra və səhra areallarının ya­yılmasına əlverişli şərait yaradır. Digər tərəfdən çox təkrarlanan isti cənub və bəzən qasırğaya çevrilən so­yuq şimal küləkləri eol proseslərinin səhralaşan ərazi­lərdə mühüm rol oynadığım göstərir.

Şəhər ətrafında yaşayan insanlar heyvandarlığa meyl etdiklərindən onsuz da qıtlığı ilə fərqlənən ya­rımsəhra landşaftlarında bitki örtüyü tamam məhv olur. Beləliklə, Abşeronda səhralaşan ərazilər daha da genişlənir.

Xəzər dənizinin digər sahilyanı bölgələrində oldu­ğu kimi, Azərbaycanın da sahil zonasında dənizin sə­viyyəsinin qalxması bu sahələrin bəzi yerlərdə suyun altında qalmasına gətirib çıxarmışdır. Eyni zamanda, sahilboyu bir çox sahələrdə torpaqların şoranlaşması müşahidə olunur. Bu proseslər Kür - Araz düzənliyi­nin, Cənub-Şərqi Şirvanın, Qızılağac körfəzinin, Lən­kəran rayonunun sahil zonalarında özünü daha aydın büruzə verir.

Kür - Araz ovalığının və Qusar - Dəvəçi çökəkliyi­nin sahil zolağında qrunt sularının səviyyəsi 1 - 2 metr təşkil edir. Bunun nəticəsində sözügedən bölgələrdə­ki əkin sahələri və otlaqlar şoranlaşmışdır.

Page 54: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Yüksək temperatur rejimi, atmosfer yağıntılarının az olması (150 - 300 mm) və ümumiyyətlə, arid iqlim şəraiti Kür - Araz ovalığında yarımsəhra landşaftları­nın geniş yayılmasına səbəb olmuşdur. Mövcud təbii şərait və üstəlik, insanların təsərrüfat fəaliyyətləri ya­rımsəhra ərazilərin tədricən səhralara çevrilməsinə zəmin yaratmışdır.

iranın sahilyanı əraziləri subtropik zonada olduğu üçün burada səhralaşma prosesi əsasən antropogen xüsusiyyət daşıyır. İndiyə kimi sahil zonasının təxmi­nən 'İ3-i səhralaşma prosesinin təsirinə məruz qalmış­dır. Bu sahə başlıca olaraq sahilin cənub-qərb hissəsi­ni əhatə edir. Türkmənistanla həmsərhəd bölgədə iq­lim quraqlıq olduğu üçün səhralaşma prosesinin sürə­tini artırır. Bütün bunlarla yanaşı, İran sahilində əha­linin yüksək sıxlığı və bu ərazilərin intensiv mənim­sənilməsi antropogen səhralaşmanın yayılmasında çox mühüm amil sayılmalıdır.

Cənubi Xəzərin sahil düzənliklərində çəltikçiliyin inkişafı torpaqların su eroziyasına səbəb olmuşdur. Cənub-qərbə doğru bu düzənliyin eni xeyli azaldığı üçün antropogen səhralaşma prosesi burada təbiətdə olan tarazlığın pozulması baxımından daha böyük təhlükə yaradır. Bir sözlə, bir tərəfdən çəltikçiliyin in­

kişafı, digər tərəfdənsə dağətəyi sahələrdə meşələrin qırılması ensiz sahilyanı ərazilərdə səhralaşma prose­sinin güclənməsinə və bölgədə ekoloji gərginliyin artmasına gətirib çıxarır.

Bununla belə, bütövlükdə Əlburs dağlarının ya­maclarında cərəyan edən meşəqırmanın dayanmaması

107bitki örtüyünün deqradasiyası ilə nəticələnmişdir. Bö­yük sahələrdə meşələrin qırılması bir tərəfdən odun (yanacaq) problemini həll edirsə, digər tərəfdən dəm­yə əkinçilik üçün əlavə torpaq deməkdir. Nəhayət, sa­hil xətti boyunca yayılmış çoxsaylı yaşayış məntəqələ­ri ətrafında kolluqlar qırılır və həddən artıq mal-qara otarılır. Nəticəsi də bu olur ki, çox əlverişli təbii şəra­itə malik İran sahillərində səhralaşma prosesi gedir.

Dağətəyi rayonlarda su eroziyası daha intensiv ge­dir. Meşələrin qırılması münbit torpaq örtüyünün yox olmasına və mikroiqlimin dəyişməsinə birbaşa təsir göstərir. Belə sahələr sahilyanı ərazilərdə səhralaşma- mn inkişaf etdiyi əsas areallar hesab oluna bilər.

İran - Türkmənistan sərhəd bölgəsinin Xəzərsahi- li ərazisində də nəzərəçarpacaq səhralaşma prosesi gedir. Dəniz səviyyəsinin mütəmadi tərəddüdü bura­da şoranlaşmaya səbəb olur. Odur ki vaxtilə münbit olan torpaqlar kənd təsərrüfatı baxımından yararsız vəziyyətə düşmüşdür. İran sahilinin təxminən 7 - 8%- ni şoranlaşmış ərazilər təşkil edir.

Türkmənistanın sahilyanı ərazilərində səhralaşmış sahələr də eynilə Qazaxıstandakı kimidir; hətta daha çoxdur. Burada səhralaşmış ərazilər bölgənin ümumi sahəsinin 60%-dən çoxunu təşkil edir. Sahilyanı əra­zilərdə bir tərəfdən subasma və bataqlaşma, digər tə­rəfdənsə torpaqların şoranlaşması baş verir. Belə pro­seslər ən çox sahilə yaxın çökəkliklərdə, habelə Türkmənbaşı və Balxan körfəzləri ətrafında gedir.

Şoranlaşmış torpaqların daha geniş sahələri Türk­mənistan sahilinin cənubunda (Atrek çayının qədim deltasında) və şimalında (Qaraboğazqol körfəzi ətra­fında) yayılmışdır. Qədim zamanlardan suvarılan tor­paq sahələri artıq şoranlaşaraq takır sahələrinə və qumlu ərazilərə çevrilmişlər.

Daha çox mənimsənilmiş ərazilərdə su eroziyası və bitki örtüyünün deqradasiyası üstünlük təşkil edir. Bu amillərin təsiri altında yaşayış məntəqələri ətrafın­da və sənaye obyektləri zonasında antropogen səhra­laşma daha güclü şəkildə özünü büruzə verir.

Türkmənistanın sahilyanı ərazilərində uzun illər boyu neft yataqlarının istismarı ətraf mühitə texno- gen təsirin artmasına səbəb olmaqla yanaşı, antropo­gen səhralaşma prosesinin inkişafına da gətirib çıxar-

Page 55: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

mışdır. Bu, xüsusilə iri neft yataqları sahələrində (Ne- bitdağ, Qumdağ, Okərəm, Çələkən) və sənaye şəhər­ləri ətrafında (Türkmənbaşı, Türkmənabad, Nebit- dağ) müşahidə olunur. Neftlə çirklənmiş torpaqlar və buruq suları olan gölməçələr kifayət qədər geniş sa­hələrdə onsuz da son dərəcə seyrək olan bitki örtüyü­nün az qala yox olmasına gətirib çıxarmışdır. Sosial- iqtisadi amillər sahilyanı ərazilərin səhralaşmasına getdikcə daha artıq dərəcədə təsir edir.

Türkmənistan sahillərində yeni nəqliyyat şəbəkə­lərinin (xüsusilə boru kəmərləri və avtomobil yolları­nın) yaradılması və onsuz da seyrək olan otlaqlarda getdikcə daha çox qoyun otarılması, əlbəttə, təbii ta­razlığı pozaraq səhralaşma prosesinin intensivləşmə­sinə birbaşa təsir göstərir.

Xəzərin Türkmənistan sahillərinin qeyri-bərabər səviyyədə mənimsənilməsi müvafiq olaraq antropogen səhralaşmanın yayılmasında da öz əksini tapır. Belə səhralaşma lokal xüsusiyyət daşıyaraq əsasən Türkmənbaşı - Çələkən sənaye zonasında və həmçi­nin Bekdaş - Qaraboğazqol sahəsində daha aydın nəzə­rə çarpır. Belə ki, Bekdaş - Qaraboğazqol istiqamətin­də dəniz səviyyəsinin tərəddüdü körfəzin ətraf sahələ­rində duzla örtülmüş geniş ərazilər yaratmışdır. Bu duz örtüyünü güclü küləklər uzaq məsafələrə daşıyaraq ye­ni səhralaşan arealların əmələ gəlməsinə səbəb olur.

Xəzərin sahilyanı ərazilərində səhralaşma prosesi mütəmadi olaraq genişlənməkdədir. Nəzərə almaq lazımdır ki, sahilyanı ərazilərin 60%-dən çoxu yarım­səhra və səhralardır. Lakin hətta subtropik zonaların belə səhralaşması dəhşətdir. Bu, artıq insanların öz əl­ləri ilə oturduqları budağı baltalaması deməkdir. Odur ki elə günü bu gündən insan fəaliyyətində tən­zimləyici üsullardan istifadə olunmazsa və bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq yeni mərhə­lədə inkişaf etməzsə, yaxın gələcəkdə sahilyanı ərazi­lərdə səhra landşaftlarının daha da artacağına heç bir şübhə yoxdur. Yaranmış vəziyyət Xəzəryanı dövlətlə­rin bu sahədə əməkdaşlığını, özü də əməli əməkdaş­lığını tələb edir. Yoxsa sabah gec olacaq.

XƏZƏR d ə n i z i n i n e k o . VƏZİYYƏTİNİN MİJHAFİ DÖVLƏTLƏRARASI ANLAŞMALARIN VACİBLİ

[

Ш Ш Ш Э

Y \

)

Page 56: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

F Р г т '1

W УщШГл jk >Ж

%в S-f 94 i Ш

Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün səna­yenin inkişafı, təbii sərvətlərinin mənimsənilməsi və sahilyanı ərazilərində məhsuldar qüvvələrin yerləşdi­rilməsi bütövlükdə Xəzəryanı regionda ekoloji vəziy­yəti müəyyən edir. Təbii şəraitin fərqli olması, təbii sərvətlərin qeyri-bərabər paylanması və sahilboyu ay­rı-ayrı ərazilərdə əhalinin sıxlıq dərəcəsi “ekoloji cə­

hətdən gərgin” zonaların yaranmasına səbəb olmuş­dur. Lakin Xəzərin dəniz cərəyanları çirkab maddələ­ri bütün su hövzəsinə yaydığı üçün burada yalnız nis­bətən təmiz zonaların qalması haqqında mülahizə irə­li sürmək mümkündür.

Xəzər dənizinin ətrafında beş müstəqil dövlətdən hər biri dənizin təbii sərvətlərinin mənimsənilməsini və ətraf mühitin mühafizəsini ilk növbədə öz milli

maraqlarına uyğun başa düşür və fəaliyyətlərini də buna uyğun qurur. Lakin şübhəsiz ki, hər iki məsələ­nin həllində müvəffəqiyyət əldə etmək üçün dövlət- lərarası əməkdaşlıq tələb olunur. Bu istiqamətdə son onillikdə müəyyən irəliləyiş vardır.

Məlum olduğu kimi, uzun illər Xəzər dənizinə da­ir məsələlər SSRİ - İran danışıqları çərçivəsində mü­zakirə olunurdu. Danışıqlar əsasən dənizdə gəmiçili­yin inkişafı və dənizlə ticarət əlaqələrinin genişləndi­rilməsi ətrafında gedirdi. Bu danışıqlarda ekoloji problemlərə aid qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunurdu. Yeni yaranmış şəraitdə, yəni Xəzəryanı dövlətlərin təbii sərvətlərdən müxtəlif sə­viyyədə istifadə etdiyi bir vaxtda, təbii ki, ətraf mühi­tə təsir də müxtəlif dərəcədədir.

İllər boyu küllü miqdarda sənaye tullantıları Xə­zərə atılmışdır ki, bu da dənizin ekologiyasına əhə­miyyətli zərər vurmuşdur. Həmçinin, Xəzəryanı döv­lətlər imkanı daxilində təbii sərvətlərdən isti­fadə etmiş və ətraf mü­hitin mühafizəsi məsə­lələrinin həllinə lazımi dərəcədə diqqət yeti­rilməmişdir. Nə qədər paradoksal olsa da, Xə­zər dənizində və onu əhatə edən ərazilərdə sənaye istehsalının kəs­kin surətdə aşağı düş­məsi bölgədə ekoloji vəziyyəti mürəkkəb­ləşdirmişdir. Düzdür, dənizə axıdılan sənaye tullantı­larının və çirkab sularının həcmi azalmışdır, lakin bu­nunla yanaşı, dənizdə ekoloji tarazlığı pozan ən güclü amillərdən biri qanunsuz balıq ovu - brakonyerlik dəhşətli dərəcədə artmışdır. Qanunsuz balıq ovu, de­mək olar, bütün dəniz akvatoriyası üzrə yayılmışdır. Brakonyerlərlə mübarizədə dövlətlərarası əməkdaşlıq hələ ki qənaətbəxş sayıla bilməz. Bu sahədə dövlət- lərarası tam anlaşma əldə olunmayıb. Buna görə də Xəzəryanı dövlətlər tərəfindən süni balıqartırma tə­sərrüfatının inkişafı istənilən nəticəni vermir.

Page 57: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Xəzəryanı regionda ekoloji gərgin zonalar

■ çox ağır vəziyyət U gərgin vəziyyət

münaqişəli vəiyyət □ kafi vəziyyət

Xəzər dənizinin ekoloji problemlərinin həlli ilə bağlı Xəzəryanı dövlətlər arasında bir çox görüşlər və müzakirələr keçirilmişdir. Bunun ilk nəticəsi kimi 2003-cü il noyabrın 4-də Tehranda beş Xəzəryanı dövlətin nümayəndələri tərəfindən “Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında ÇƏRÇİVƏ KONVENSİYASI” imzalanmışlar. Əldə edilmiş döv- lətlərarası razılaşmanın əsas müddəalarından olan “Çirklənmənin qarşısının alınması, azaldılması və ona nəzarət” və “Dəniz mühitinin mühafizəsi, qorunub- saxlanması və bərpası” bölmələri tərəflərin öz arala­rında konstruktiv əməkdaşlıq üçün yeni imkanlar ya­ratmışdır. “Çərçivə konvensiyası”nda diqqəti cəlb edən maddələrdən biri də “Dənizin yaxınlığının təsi­ri altında olan qurunun idarə edilməsi” bəndidir. Hə­min bənddə qeyd edilir ki: “Razılığa gələn tərəflər dənizin yaxınlığının təsiri altında olan quru hissənin planlaşdırılması və idarə edilməsi istiqamətində milli strategiyaların və planların hazırlanması və yerinə ye­tirilməsi üzrə zəruri tədbirlərin görülməsinə cəhd göstərirlər”. Xəzər dənizinin mühafizəsi ilə bağlı sahil ərazilərinin strateji inkişaf planlarının tərtib edilməsi­nin vacibliyinin ayrıca maddədə göstərilməsi sahil ərazilərinin idarə edilməsinin əhəmiyyətini qabarıq şəkildə əks etdirir.

Fikrimizcə, “Çərçivə konvensiyası”nın “Xəzər dənizinin dəniz təsirinin qiymətləndirilməsi” və “Monitorinq” maddələri xüsusi maraq doğurur. Birin­ci maddəyə əsasən, “Xəzər dəniz mühitinə xeyli mənfi təsir göstərə biləcək hər hansı planlaşdırılan fəaliyyətin təsirini qiymətləndirmək qaydalarının tət­biqi üçün bütün zəruri tədbirlərin həyata keçirilmə­si” nəzərdə tutulur, ikinci maddəyə əsasən isə “Tə­rəflər Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin müvafiq müstəqil və yaxud birgə monitorinq proq­ramlarının yaradılması və həyata keçirilməsi üçün səy göstərirlər”.

Ümumiyyətlə, 37 maddədən ibarət “Çərçivə kon­vensiyası” Xəzəryanı dövlətlər arasında Xəzər dənizi­nin mühafizəsi ilə bağlı ilk iri anlaşma sənədi kimi əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Be­lə ki, Xəzər dənizinin hüquqi statusu haqqındakı da­nışıqlarda yaranmış mövcud anlaşılmazlığın aradan

113qaldırılmasında “Çərçivə konvensiyası”nın bəzi müd­dəalarından istifadə etmək məqsədəuyğun hesab olu­na bilər.

“Çərçivə konvensiyası” və buna bənzər digər bey­nəlxalq razılaşmalara əməl olunması üçün Xəzəryanı dövlətlərin hər biri ayrılıqda Xəzər dənizinin və ətraf mühitin mühafizəsi ilə bağlı ölkədaxili müvafiq qa­nunlar qəbul etməlidir. Yalnız bu halda Xəzər regio­nunun mühafizəsinə dair dövlətlərarası anlaşmanın real nəticələri olar.

Xəzər dənizinin nadir ekosistem olduğunu və onun mühafizəsinin vacibliyini nəzərə alaraq Avropa İttifaqı və iri beynəlxalq maliyyə qurumlarının dəstə­yi ilə 1995-ci ildə “Xəzər ekoloji proqramı” həyata keçirilməyə başlandı. Proqramın reallaşdırılması üçün Xəzəryanı ölkələrin müvafiq dövlət və qeyri-dövlət təşkilatları işə cəlb olunmuşlar.

Xəzər regionunda dayanıqlı inkişaf üçün şərait ya­radan və ətraf mühitin mühafizəsinə dəstək verən bu proqram Xəzər dənizinin ümumi problemlərinə aid layihələrlə yanaşı, hər bir sahilyanı bölgə üçün də ki­çik layihələr həyata keçirir.

Xəzər dənizində neft və qaz hasilatının tədricən artması ilə əlaqədar, bu sahədə çalışan şirkətlər həya­ta keçirməyə başladıqları hər bir layihənin ətraf mü­hitə təsirinin qiymətləndirilməsini aparır və bu təhli­lin nəticələrini əməliyyatlar zamanı nəzərə alırlar. Be­lə ki, ətraf mühitə və Xəzərin ekologiyasına ziyan

Page 58: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

vurmamaq məqsədilə hələ əməliyyatlara başlamaz­dan əvvəl neft axmasına qarşı reaksiya planı hazırlanır və qazıma qurğusunda işləyən və əməliyyatlara nəza­rət edən bütün işçi heyəti belə axmaların baş vermə­sinin qarşısını almaq üçün lazımi dərəcədə təlimat­landırılır və əməliyyatlar zamanı bu təlimatlara ciddi riayət edilməsinə nəzarət edilir.

Şirkətlər karbohidrogen ehtiyatlarının istismarı və nəqli ilə bağlı layihələr həyata keçirərkən ilk öncə onları yerli ictimaiyyət və ətraf mühit mühafizəçiləri­nin müzakirəsinə çıxarır və onların qeydlərini nəzərə alırlar.

23 - 25 iyun 1998-ci ildə Danimarkanın Orxus şə­hərində ətraf mühit nazirlərinin “Avropa üçün ətraf mühit” mövzusunda keçirilən dördüncü konfransın­da “Ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qəbul olunan qərarlarda ictimaiyyətin işti­rakı və ədalət məhkəməsinin açıq keçirilməsi haq­qında” konvensiya qəbul edilmişdir. Bir çox dövlət­lər kimi, Xəzəryanı dövlətlər, o cümlədən Azərbay­can da bu konvensiyaya qoşulmuşdur. Artıq 9 aprel 1999-cu ildə “Azərbaycan Respublikasının “Ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qəbul olunan qərarlarda ictimayyətin iştirakı və əda­lət məhkəməsinin açıq keçirilməsi haqqında” BMT- nin müvafiq konvensiyasına qoşulması barədə” Azərbaycan Respublikasının qanunu qəbul olun­muşdur. Bu qanun ekoloji vəziyyətlə bağlı ictimaiy­yəti narahat edən lazımi məlumatların əldə edilməsi­nə şərait yaradır. Belə ki, hər bir insan özünün sağ­lamlığı və firavanlığı üçün əlverişli olan ətraf mühit­də yaşamaq hüququna malikdir. Odur ki ictimaiyyə­tin ətraf mühitə aid məsələlər üzrə məlumat əldə et­məsi üçün şərait yaradılmalıdır. Belədə insanlar qə­bul olunan qərarların həyata keçirilməsi prosesinə qoşulur və lazım gəldikdə öz narahatlıqlarını ifadə etməyə imkan qazanırlar.

Xəzər dənizinin mühafizəsinə gəlincə, Xəzəryanı dövlətlərin arasında razılıq əldə edilməsi üçün ilk ön­cə Xəzərin hüquqi statusu məsələsi həll olunmalıdır. Lakin bu vaxta qədər hələ də hər bir Xəzəryanı döv­lət dənizin mühafizəsi istiqamətində özlərinin milli proqramlarını tərtib edir. Belə ki, hələ 2005-ci ilin or­

talarına Azərbaycanda “Neftin axıdılmasının qarşısı­nın alınması üçün milli fəaliyyət planı” tərtib oluna­caqdır. Qazaxıstanda isə 2004 - 2015 illər ərzində “Ekoloji təhlükəsizlik konsepsiyası” artıq həyata ke­çirilməkdədir.

İranda iri şəhərlərdə də ekoloji gərginlik mövcud­dur. Belə vəziyyəti nəinki Tehran şəhərində, hətta Xəzəryanı Rəşt şəhərində də müşahidə etmək olar. Ekoloji gərginliyi aradan qaldırmaq məqsədi ilə İran

2001-ci ildən “Havanın çirklənməsinin qarşısını al­maq haqqında” 10 illik dövlət proqramını həyata ke­çirməkdədir.

Bu istiqamətdə əldə olunmuş razılaşmalar bir tə­rəfdən ekoloji gərginliyin aradan qaldırılması üçün şərait yaradacaq, digər tərəfdənsə Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə birbaşa təsir göstərəcəkdir.

Page 59: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Azərbaycan təbii sərvətlərin səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi ilə bağlı bir çox beynəlxalq konvensiyaları qəbul etmişdir. Onlardan Xəzər dəni­zinin problemləri ilə bağlı daha əhəmiyyətli olanlar aşağıdakılardır:4 “Bioloji müxtəliflik haqqında” konvensiya;4 “Transsərhəd su axınlarının və beynəlxalq göllərin

istifadəsi və mühafizəsi haqqında” konvensiya;4 “Yoxolma və təhlükə altında olan nadir fauna və

flora növlərinin beynəlxalq ticarəti haqqında” konvensiya;

4 “Quraqlıq və səhralaşma ilə mübarizə haqqında” BMT-nin konvensiyası;

4 “Gəmilərdən çirklənmənin qarşısının alınmasına dair” konvensiya;

4 “Beynəlxalq əhəmiyyətli su-bataqlıq sahələri haqqında” YUNESKO-nun konvensiyası. Azərbaycanın yuxarıda sadaladıqlarımızla yanaşı,

digər beynəlxalq konvensiyalara qoşulması və ölkə daxilində ətraf mühitlə bağlı 20-yə yaxın qanun qə­bul etməsi çox əhəmiyyətli məsələdir. Bu qanunların təxminən yarısının Xəzər dənizinin və onu əhatə edən ərazilərin problemlərinə birbaşa aidiyyəti var. Qəbul olunmuş qanunlardan Xəzər dənizi üçün ən vacibləri aşağıdakılar hesab oluna bilər:1. Ətraf mühitin mühafizəsi haqqında qanun

(08.06.1999) .2. Ekoloji təhlükəsizlik haqqında qanun

(08.06.1999) .3. Yeraltı sərvətlər haqqında qanun (13.02.1998).4. Balıqçılıq haqqında qanun (27.03.1998).

Xəzəryanı ölkələr regionda ətraf mühitin mühafi­zəsi ilə bağlı əməkdaşlığı bir neçə vacib istiqamətdə aparırlar. Bunlardan ən əsasları aşağıdakılardır:4 balıq ehtiyatlarının istifadəsi və mühafizəsi;4 neft-qaz ehtiyatlarının istifadəsi və mühafizəsi;4 nəqliyyat-iqtisadi əlaqələrin inkişafı;4 rekreasiya ehtiyatlarının inkişafı;4 dənizə axıdılan çirkab sularının və başqa tullantı­

ların azaldılması istiqamətində birgə əməkdaşlıq.

XƏZƏRİN HÜQUQİ STA' PROBLEMİ və EKOLOJf'MppiMƏSƏLƏLƏRİN HƏLİ

T U

.. . I #ш 10 к

«* ЛS §РЙ

Ш' M;

Page 60: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

Məlum olduğu kimi, tarix boyu Xəzər dənizinin sahillərində müxtəlif xalqlar yaşamışlar. Qədim dövrlərdə burada yaşayan xalqlar əsasən köçəri həyat tərzi keçirirmişlər. Sahildə salınmış yaşayış məntəqə­lərində ilk növbədə karvansaralar və müdafiə qalaları tikilirdi. Elə bu səbəbdən də Xəzərdə uzun müddət dəniz donanması yaradılmamışdır.

Orta əsrlərdə və ondan sonrakı dövrdə Qafqaz və Xəzəryanı regionlar uğrunda Osmanlı, Fars və Rusiya imperiyalarının rəqabəti burada özünəməxsus geosi­yasi şəraitin yaranmasına səbəb oldu. Türkiyənin uc­qar şimal-şərq, İranın ucqar şimal-qərb və Rusiyanın ucqar cənub-qərb bölgəsi olmasına baxmayaraq, Qaf­qaz və Xəzəryanı region hər bir imperiya üçün xüsusi əhəmiyyət kəsb edirdi. Elə bu səbəbdən də XVI -

XIX əsrlərdə böyük döv­lətlər arasında bu regionu öz təsir dairələri altındasaxlamaq uğrunda çoxsaylı müharibələr olmuşdur.

Rusiyanın Xəzər sahillə­rini öz təsir dairəsinə keçir­mək cəhdinin başlanğıcı 1569-cu il hesab oluna bilər. Məhz bu vaxt ilk rus - türk müharibəsi nəticəsində Xə­zərin şimal sahilləri Rusiya­nın tabeliyinə keçmişdir.

Hazırda Xəzərin bölün­məsində yaranmış problemin başlanğıcı rus çarı I Pyotrun vaxtına gedib çıxır. Hələ 1715-ci ildə I Pyot- run təşəbbüsü ilə Xəzərin şərq sahillərinə ekspedisi­ya göndərilmiş, 1721 - 23-cü illərdə qərb sahillərinə hərbi “Fars yürüşü” olmuşdur. Rusiyanın Xəzər dəni­zinə iddiaları ilk növbədə “cənubun isti sulu dənizlə­rinə çıxış” əldə etmək cəhdindən irəli gəlirdi. Məhz bu niyyətin ilk addımları kimi I Pyotrun tapşırığı ilə ruslar ilk dəfə olaraq Xəzər dənizinin sahillərinin də­qiq topoqrafik xəritəsini tərtib etmişlər.

XVIII - XIX əsrlərdə aparılan Rusiya - İran mühari­bələri nəticəsində Peterburq (1723), Rəşt (1729), Gü­lüstan (1813) və Türkmənçay (1828) müqavilələri bağ­lanmış və sahilyanı ərazilərin bölünməsi haqda və rus­

lara Xəzərdə dəniz donanmasından istifadə etmək ixti­yarı verilməsi barədə ümumi razılıq əldə edilmişdir.

Gülüstan müqaviləsinə görə, müharibədə uduzan ölkə kimi İran tərəfmə Xəzərə yalnız ticarət gəmiləri çıxarmağa icazə verilirdi, Xəzər dənizində təkcə qalib Rusiya dövləti hərbi donanma saxlaya bilərdi. Əlbət­tə, müqavilənin belə tərtib olunması gələcəkdə İran tərəfinin Xəzər dənizini yenidən bölməklə bağlı hər hansı bir cəhdinin qarşısını almaq məqsədi güdürdü.

Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra İranla dostluq və əməkdaşlıq haqqında müqavilə (1921) bağlanmışdır. Müqaviləyə əsasən, Xəzər dəni­zi iki dövlət arasında bölünürdü. Lakin bu müqavilə­də dənizdə sərhədlər dəqiq müəyyən edilməmişdi. Sonrakı 1935 və 1940-cı illər müqavilələrində də SSRİ və İranın Xəzərdə dəniz təsərrüfatı ilə eyni də­rəcədə məşğul olmaq hüququ bir daha təsdiq edil­mişdir. Ancaq SSRİ tərəfi özünün hərbi və iqtisadi gücünə əsaslanaraq birtərəfli qaydada Xəzərdə faktik olaraq sərhədlərin ayrılmasına başladı.

SSRİ 1934-cü ildə havada və 1953-cü ildə isə suda Astara - Həsənqulu xəttini dövlət sərhədi kimi götürüb bu sahəni hərbi hava və hərbi dəniz qüvvələri ilə nəza­rət altına aldı. Müqavilə əsasında bu xətt iki dövlət ara­sında sərhəd olaraq təsdiqlənməsə də, faktik olaraq də­nizdə SSRİ və İran arasında sərhəd kimi qəbul edil­mişdir. Belə ki, bu sərhədi keçmək üçün İran gəmiləri SSRİ tərəfindən xüsusi icazə almalı idi. Bütün bunlar İran tərəfinin, narazı olsa da belə, vəziyyətlə barışmaq məcburiyyəti qarşısında qaldığını göstərirdi.

Yalnız 1982-ci ildə SSRİ-nin dövlət sərhədi haq­qında qəbul olunmuş qanunda SSRİ birtərəfli qayda­da Astara - Həsənqulu xəttini dövlət sərhədi kimi təs­diq etmişdir. İran tərəfi bu qərara özünün rəsmi mü­nasibətini bildirməmiş və nəşr etdiyi xəritələrdə (mə­sələn: İranın geoloji xəritəsi) Xəzər dənizi Astara - Hə­sənqulu xətti üzrə göstərilmişdir. Beləliklə, İran ya­ranmış vəziyyətlə barışmaq məcburiyyətində qalmış və vəziyyəti dəyişmək üçün rəsmən heç bir addım at­mamışdır. Nəticədə də Xəzər dənizinin 88%-i SSRİ- nin, 12%-i isə İran tərəfinin nəzarəti altında qalmışdır.

SSRİ dağıldıqdan sonra Xəzəryanı regionda yeni müstəqil dövlətlərin yaranması burada siyasi vəziyyəti

Page 61: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

köklü surətdə dəyişmişdir. Buna əsas səbəb isə həm Xəzəryanı dövlətlərin, həm də dünyanın iri ölkələrinin regiondakı zəngin karbohidrogen ehtiyatlarına marağı­nın artması olmuşdur; ilk öncə də Azərbaycanın və Qa­zaxıstanın şelf zonalarında perspektivli neft-qaz yataq­larının aşkar edilməsi bu bölgələrə başqa ölkələrin bö­yük həcmdə kapitallarının axması ilə nəticələndi.

1991-ci ilin dekabr ayından başlayaraq Rusiya Xə­zərdə öz nüfuzunu və təsir imkanlarını əldə saxlamaq məqsədi ilə müxtəlif təkliflər irəli sürür (10, 15, 45 millik dənizsahili akvatoriyasında müstəqil hüquqla­rın təmin edilməsi) və dənizin ümumi olmasına can atırdı. Bu halda təklif olunurdu ki, dənizdə hər hansı bir neft şirkətinin fəaliyyəti üçün yalnız yeni yaradı­lacaq kollektiv orqan razılıq verməli və dənizdəki neft yataqlarında hər bir Xəzəryanı dövlətin eyni də­rəcədə payı olmalıdır. Belə absurd və buna bənzər tə­şəbbüslər Rusiya tərəfindən irəli sürülürdü və İran tərəfi özünün siyasi və iqtisadi maraqlarına uyğun ola­raq bu ideyaları məmnuniyyətlə dəstəkləyirdi.

Xəzərin hüquqi statusu məsələsində Rusiyanın 1991 - 98-ci illərdə qeyri-konstruktiv təkliflərinə və regionda apardığı uğursuz siyasətinə baxmayaraq, Azərbaycanın bu məsələdə beynəlxalq hüquqlara əsaslanan düzgün və ardıcıl siyasəti çox keçmədən öz bəhrələrini verdi.

Məlum olduğu kimi, Xəzər dənizində neft hasila­tına 1949-cu ildə başlanmışdır. Neft Daşları yatağı Azərbaycanın dənizdə ilk iri neft yatağı olmuşdur. Sa­

hildən təxminən 100 km aralıda yerləşən bu yataq istismara veriləndə İran tərəfi “nədənsə” buna münasibətini heç bildir­məmişdi. Odur ki təbii olaraq belə bir sual mey­dana çıxır: “Bəs nə səbəb­dən indi İran tərəfi Azər­baycan bölgəsindəki də­niz yataqlarının mənimsə­nilməsi ilə bağlı müxtəlif iddialar qaldırır?”. Sualın cavabı, yəqin ki, aydındır.

Rusiya hökuməti 1990-cı illərdə Xəzərin statusu məsələsində qeyri-ardıcıl və bir-birinə zidd addımlar atmışdı. Rusiyanın Xarici İşlər Nazirliyi dənizin sta­tusunun yalnız SSRİ - İran müqaviləsi əsasında mü­əyyən edilməsi tərəfdarı olduğu halda, həmin ölkənin Yanacaq və Energetika Nazirliyi “LUKoyl” şirkəti­nin Azərbaycanın neft layihələrində iştirakına dəstək verirdi. 1993-cü il noyabrın 29-da Azərbaycanla Rusi­ya arasında imzalanmış dövlətlərarası sazişin (“LUK­oyl” un Azərbaycanın dəniz neft yataqlarının istisma­rında iştirakı nəzərdə tutulur) mətnində “Xəzər dəni­zinin Azərbaycan sektoru” ifadəsinə rast gəlirik. Bun­dan öncə isə (iyun, 1993) Xəzərin Azərbaycan sekto­runda neft yataqlarının birgə istismarı ilə bağlı Brita­niya - Azərbaycan memorandumuna Rusiya qeyri- diplomatik üsulla təzyiq göstərərək Azərbaycan isti­qamətində Volqa nəqliyyat yollarını blokadaya saldı. Buna baxmayaraq Rusiya tərəfi 1994-cü ildə “Əsrin müqaviləsi” kontraktında iştirak edərək “Xəzər dəni­zinin Azərbaycan sektorunun şelfindəki neft yataqla­rının birgə istismarı” na qoşulmuş və müqaviləyə im­za atmışdır. Eyni zamanda, “Əsrin müqaviləsi” imza­landıqdan dərhal sonra Rusiyanın Xarici İşlər Nazirli­yi bu məsələ ilə bağlı kəskin bəyanatla çıxış edərək burada Rusiyanın maraqlarına zidd müqavilələrin im­zalanmasına öz etirazını bildirmişdir.

1996-cı il yanvarın 18-də Azərbaycan neftinin Ru­siyadan tranziti haqqında əldə olunmuş Azərbaycan - Rusiya xüsusi konvensiyasında bir daha “Xəzərin Azərbaycan sektoru” ifadəsi işlədilmişdir. Beləliklə, Rusiya tərəfi Xəzərdə Azərbaycan sektorunun möv­cudluğunu etiraf edirdi.

Xəzər dənizində perspektivli neft-qaz yataqlarının mənimsənilməsi, bioloji sərvətlərdən istifadə, nəqliy­yatın inkişafı və getdikcə kəskinləşən ekoloji prob­lemlər Xəzər dənizinin hüquqi statusu haqqında ümumi konvensiyanın tərtibi zəruriyyətini region dövlətləri qarşısında bütün aktuallığı ilə irəli sürürdü. Belə konvensiyanın tərtib edilməsi üçün Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə xüsusi işçi qrupu yaradılmışdır. Bu isə Xəzəryanı ölkələr üçün haqqında söhbət gedən məsələnin əhəmiyyətini əks etdirir. İşçi qrupunun Xəzəryanı ölkələrin hər birində

Page 62: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

122çoxsaylı iclaslarının keçirilməsi mövqelərin yaxınlaş­masına səbəb olmuşsa da, lakin bu, hələ ki tam anlaş­maya gətirib çıxarmamışdır.

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üçün ilk öncə bu su hövzəsinin “dəniz”, yoxsa “göl” olması barədə ümumi razılıq əldə olun­malıdır. Çox əfsuslar ki, bəzi Xəzəryanı ölkələr öz geosiyasi və iqtisadi maraqlarını əsas tutaraq beynəl­xalq hüquq normalarına hələ də məhəl qoymur və statusun onlara sərf edən şəkildə qəbul olunması üçün region ölkələrinə müxtəlif təzyiqlər göstərirlər.

Xəzəryanı dövlətlər arasında aparılan danışıqlarda ölkələrin mövqeləri tədricən dəyişməkdədir. Pozitiv istiqamətdə dəyişiklik ilk öncə Rusiyanın mövqeyin­də özünü büruzə verir.

1998-ci ildə Rusiya tərəfi Volqa nəqliyyat xətləri­nin Azərbaycan istiqamətində 4 ildən bəri davam edən blokadasına son qoydu. Rusiyanın irəli sürdüyü və İranın dəstəklədiyi dəniz sahilinin 10, 15 və hətta 45 millik ərazi su zonalarına ayrılması təklifləri digər Xəzəryanı dövlətlər tərəfindən qəbul olunmamışdır. Əks təqdirdə aydındır ki, qalan su akvatoriyası və ora­dakı təbii sərvətlər ümumi sayılacaqdı. Nəzərə alsaq ki əsas neft-qaz ehtiyatları Azərbaycan, Qazaxıstan və Türkmənistanın şelf zonalarında yayılmışdır, onda Rusiya ilə İranın bu məsələdə maraqlarının üst-üstə düşməsi təəccüb doğurmur.

Xəzərin statusu ilə bağlı Rusiyanın siyasətinin za­hirən dəyişməsinə baxmayaraq, mahiyyətcə onlar re­al vəziyyəti düzgün qiymətləndirərək öz maraqlarını qorumağa nail olmuşlar. Bu, ilk növbədə Xəzər dəni­zinin təkinin bölünməsi haqqında 1998-ci ildə Qaza­xıstanla və 2002-ci ildə Azərbaycanla müvafiq razılaş­maların imzalanmasıdır. Razılaşmaya əsasən, Xəzər dənizinin dibi orta xətt prinsipinə uyğun olaraq bö­lünmüşdür. Maraqlıdır ki, Rusiya hər iki dövlətlə həmsərhəd bölgədə aşkar olunmuş yataqlarda (Azər­baycanla - Yalama yatağı, Qazaxıstanla - Kurmanqa- zı, Sentralnoye və Xvalınskoye) şərik tərəf kimi (50:50 payla) iştirakını təmin etmişdir.

Digər maraq doğuran məsələ isə bu razılaşmalar əldə olunduqdan sonra Rusiyanın 15 millik ərazi su zonalarının yaradılmasının əleyhinə çıxış etməsidir.

nəzərə çarpır:6 dənizin təki orta xətt prinsipinə uyğun bölünmə­

li, lakin su hövzəsi ümumi olaraq qalmalıdır. İm­zalanmış sazişlər əsasında Rusiya Azərbaycanla və Qazaxıstanla dənizin dibini özlərinə aid hissə­lərdə bölüşdürmüşlər. Su hövzəsi isə hələ ki de- fakto ümumi olaraq qalır. Digər Xəzəryanı ölkə­lər arasında bu məsələdə yaranmış anlaşılmazlıq­ları isə Rusiya sanki müşahidə edir;

4 Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırıl­ması məsələsində dövlətlərarası əlaqələrin inkişa­fını dəstəkləyən Rusiya tərəfi realıqda isə hələ ki nəticəverəsi tədbirlər həyata keçirə bilmir;

4 Rusiya özünün siyasi və iqtisadi maraqları nami­nə Xəzərdə sualtı boruların inşasının əleyhinə çıxış edir.Azərbaycan Xəzəryanı

regionda yeganə dövlətdir ki, Xəzər dənizinin hüqu­qi statusu ilə bağlı 1993- cü ildən etibarən beynəl­xalq hüquq normalarına uyğun ardıcıl siyasət hə­yata keçirməkdədir.

Dənizin hüquqi statu­su onun göl olmasının Xəzəryanı dövlətlər tərə­findən rəsmi təsdiqini tə­ləb edir. Coğrafiya alə­mində qəbul olunmuş el­mi təsnifata görə, “Dünya okeanına təbii çıxışı olmayan su hövzəsi” göl adlandı­rılır. Təəccüblü də olsa, bəzi Xəzəryanı dövlətlər be­lə danılmaz faktı inkar edərək Xəzərə qapalı dəniz, daxili su hövzəsi və digər adlar verməklə onun hüqu­qi statusunu öz mənafelərinə uyğun formalaşdırmaq niyyətində idilər. Baş verən sonrakı proseslər göstər­di ki, bu cəhdlər uğursuz olmuşdur.

Buna 15 millik zonanın mühafizəsi üçün Qazaxıstan tərəfinin hərbi dəniz qüvvələri yaradacağı ilə əlaqə­dar yaranan narahatlıq səbəb olmuşdur.

2004-cü ilin sonuna Rusiyanın Xəzərin statusuna dair siyasətində bir neçə məqam çox aydın şəkildə

Page 63: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

П Qonşu dövlətlərin siyasi təzyiqlərinin artdığı bir mə­qamda Azərbaycan mütəxəssislərinin müxtəlif səviyyə­li müşavirələrdə bu məsələ ilə bağlı mövqeyimizi lazım gələrsə, Beynəlxalq Məhkəmə səviyyəsində müdafiə etməyə hazır olmağımız haqda bəyanatları öz bəhrəsini verdi. Belə ki, Rusiya və İran tərəfləri bu məsələnin yalnız Xəzəryanı dövlətlər arasında müzakirə edilməsi təklifini irəli sürməyə başladılar. Rusiya və İran yaxşı bilirlər ki, Xəzərin hüquqi statusunun beynəlxalq sə­viyyədə həll olunması onlara sərfəli deyil. Ona görə də sözügedən dövlətlər digər xarici ölkələrin bu məsələnin həlli prosesinə qarışmasının əleyhinədirlər.

Xəzər dənizinin orta xətt 2002-ci ildə Azərbaycanla Rusiya arasında Xəzərin prinsipi üzrə bölünməsi dibinin orta xətt prinsipinə uyğun olaraq sektorlara

bölünməsi razılaşdırıldı. Bu razılaşma Xəzərin sek­torlara bölünməsi kimi çox mühüm və mürəkkəb bir problemin həlli istiqa­mətində atılmış ilk uğurlu addım sayılmalıdır. Lakin, bununla belə, bağlanmış müqavilədə dənizin su akvatoriasının bölünməsi məsələsi həll edilməmiş­dir. Bu məsələdə tərəflər arasında fikir ayrılığı var­dır. Belə ki, Azərbaycan tərəfinin fikrincə, Xəzərin dibi sektorlara bölündüyü kimi, su hövzəsi də eyni dərəcədə orta xətt üzrə bölünməlidir. Ölkələrara- sı danışıqlarda qarşılıqlı kompromislər müqavilə­lərin müvəffəqiyyətlə hə­yata keçirilməsinə şərait yaradır. Odur ki, zənni- mizcə, Azərbaycan tərəfi müəyyən kompromisə ge­dərək su hövzəsinin ümu­mi olması prinsipi ilə gə­ləcəkdə razılaşacaq.

Azərbaycan dənizdə hər dörd Xəzəryanı dövlətlə həmsərhəd olduğu üçün Xəzərin hüquqi statusunun kompromis əsasında qəbul edilməsi xüsusi əhəmiy­yət kəsb edir. Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycan dənizdə hər bir həmsərhəd öl­kə ilə öz mövqeyini ayrı-ayrılıqda razılaşdırmaq məc­buriyyətindədir. Xəzəryanı regionda belə vəziyyətdə olan ikinci bir dövlət yoxdur.

Xəzərin hüquqi statusu probleminin həllində Qa­zaxıstan tərəfinin mövqeyi Azərbaycan tərəfinin möv­qeyi ilə əsasən üst-üstə düşür. Xəzər dənizinin orta xətt prinsipi üzrə bölünməsində Qazaxıstan tərəfi ha­mıdan çox maraqlıdır. Çünki bu halda Qazaxıstanın payı Xəzərdə başqa ölkələrin hər birindən çox - 29% təşkil edir. Qazaxıstan yeganə ölkədir ki, özü ilə hər üç həmsərhəd Xəzəryanı dövlətlə dənizdə sektorların sərhədlərini müəyyən etmiş və Azərbaycan, Rusiya və Türkmənistanla müvafiq razılaşmalar imzalanmışdır.

Dənizdə orta xətt üzrə sərhədlərin müəyyən edil­məsi Qazaxıstan tərəfini öz sektorunu və ərazi suları­nı mühafizə məqsədi ilə hərbi dəniz donanması yarat­maq məcburiyyəti qarşısında qoymuşdur. Qazaxısta­nın bu istiqamətdə apardığı işlər ilk növbədə Rusiya­nı qıcıqlandırır.

Rusiya Xəzər dənizində güclü hərbi dəniz donan­masına malik olaraq digər Xəzəryanı dövlətlərin hər­bi dəniz qüvvələrinin artmasına mənfi yanaşır. Özlə­rinin dominantlıq etdiyi dənizdə yeni yaranmış Xə­zəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin forma­laşması təbii bir proses kimi qəbul olunmalıdır. Qeyd etmək lazımdır ki, hələ 1998-ci ildə Azərbaycan rəh­bərliyinin irəli sürdüyü Xəzər dənizinin hərbiləşmə- dən azad olunması təklifini həm Rusiya, həm də di­gər Xəzəryanı dövlətlər cavabsız qoydu.

Xəzəryanı ölkələrdən - Azərbaycan, Rusiya və Qazaxıstan Xəzər dənizinin hüquqi statusu məsələ­sində kifayət qədər irəliləyiş əldə edərək qarşılıqlı anlaşmalar imzalamışlar. Beynəlxalq müşahidəçilərin fikrincə, yalnız Türkmənistanın mövqeyi bəzi hallar­da anlaşılmazlığı ilə fərqlənir.

Türkmənistan rəhbərliyi hərdən qısa müddət ər­zində bir-birinə zidd bəyanatlarla çıxış etmişdir. Bu­nun əsas səbəbi isə Xəzərin hüquqi statusu məsələsin-

Page 64: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

126də Türkmənistanın ardıcıl siyasətinin olmamasıdır. Bütövlükdə isə son illər Türkmənistan da Xəzərin or­ta xətt prinsipinə uyğun sektorlara bölünməsi tərəfda­rıdır. Lakin Türkmənistanın əsas iddiaları orta xəttin müəyyən edilməsi prinsiplərinədir. Bu səbəbdən Türkmənistanla Azərbaycan arasında münasibətlər so­yuqlaşmışdır. Belə ki, Türkmənistanın baxışına görə, orta xətt üzərində yerləşən Kəpəz yatağı onun sektoru­na aiddir. Eyni dərəcədə iddialar Azərbaycanın Azəri və Günəşli yataqları ilə bağlıdır. Əlbəttə, belə mübahi­səli məsələlər yalnız beynəlxalq hüquq normalarına uyğun və qarşılıqlı anlaşma əsasında həll oluna bilər.

Türkmənistanın digər mübahisəli sahəsi dənizdə iranla həmsərhəd Zarit strukturudur. Türkmənistan və Rusiya arasında əldə olunmuş razılaşmaya əsasən, Cənubi Xəzərdə perspektivli Zarit yatağında birgə kəşfiyyat işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin İran tərəfi bu yatağın Türkmənistana aid olma­sını mübahisəli hesab edir. Rusiya və Türkmənista­nın İran tərəfinə bu yatağı birgə istifadə etmək təkli­finə sonuncu rədd cavabı vermişdir.

Xəzərin hüquqi statusu problemi ilə bağlı İran tə­rəfi, yuxarıda qeyd olunduğu kimi, əksər hallarda heç bir kompromisə getmir. Uzun müddət İran tərəfi Ru­siyanın müttəfiqi kimi Xəzər dənizinin sektorlara bö­lünməsinin əleyhinə çıxış edirdi. Lakin Rusiyanın Qazaxıstan və Azərbaycanla dənizin dibinin sektorla­ra bölünməsi haqda müqavilələr imzalaması İranın bu məsələdə tək qalması ilə nəticələndi. Bu müqavilələ­rin imzalanmasını İran narazılıqla qarşıladı, hətta on­ların tanınmaması haqda bəyanat da verdi.

Beynəlxalq müqaviləyə əsasən, BP şirkəti 2001-ci ilin iyul ayında Alov - Şərq - Araz yataqları blokunda kəşfiyyat işlərinin aparılması üçün “Geofızika-3” Azər­baycan gəmisindən istifadə edirdi. Azərbaycan sekto­runda yerləşən sözügedən yataqlara İran öz iddiasını təsdiqləyərək hərbi hava qüvvələrini bu sahəyə yö­nəltmiş və gəminin buradan getməsini tələb etmişdi, əks halda silahdan istifadə edəcəyi ilə hədələmişdi.

İran tərəfinin bölgədə özünün hərbi gücünü “nü­mayiş” etdirməsi, əlbəttə, regionda gərginliyin artma­sına səbəb oldu. Rəsmi Bakı Azərbaycanın hava mə­kanını pozan İran hərbi təyyarələrinə qarşı lazımi ca­

vab veriləcəyini bəyan etdi. Eyni zamanda, İranın Azərbaycana təzyiqi digər dövlətlər tərəfindən də ca­vabsız qalmadı.

Son illər İran tərəfi Xəzərin 5 bərabər hissəyə bö­lünməsi təklifi ilə çıxış edir. Digər Xəzəryanı ölkələr bu fikirlə razı deyillər. Bu halda Türkmənistan Cənu­bi Xəzərdəki perspektivli yataqlarını “itirir”. İran tərə­fi öz təklifinin absurdluğunu anlayaraq şüurlu surətdə belə iddialarla çıxış edir. Məqsəd - gələcək kompro­mislərdən kifayət qədər güzəştlər əldə etməkdir.

İran tərəfinin təklif etdiyi “hər Xəzəryanı ölkəyə dənizin 20%-i ayrılsın” prinsipinin həm metodoloji, həm də texniki cəhətcə həlli, demək olar ki, müm­kün deyil. Çünki dəniz səviyyəsinin mütəmadi dəyiş­məsi və sahil xətlərinin xeyli girintili-çıxıntılı olması hövzənin bərabər bölün­məsi üçün akvatoriyada mərkəzi nöqtənin tapıl­masını mümkünsüz edir.Təbii ki, Xəzərin hüquqi statusunda irəliləyiş əldə olunması üçün İran tərəfi siyasətini reallığa və ya­ranmış vəziyyətə uyğun qurmalıdır. Belə ki, bu məsələdə Türkmənistan digər Xəzəryanı dövlətlər­lə razılaşma əldə etsə, İran tərəfi təcridolunmuş və­ziyyətdə qala bilər. Dörd keçmiş SSRİ dövlətinin isə Xəzərin hüquqi statu­su ilə bağlı ümumi fikrə gəlməsi, çox güman ki,İranın mövqeyində dəyi­şikliklərə səbəb ola bilər.Hər halda, böyük ehtimal­la qeyd etmək olar ki, bu şərait bütövlükdə Xəzər­yanı dövlətlər arasında konsensusa nail olmaq üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

Xəzər dənizinin 5 bərabər hissəyə bölünməsi

Page 65: Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası · Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər də nizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitra

SATIŞ ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB

ərazilərin ekologiyası

R edaktor:intiqam Qasımzadə

Dizayn:Vüsal Əsgərov

Korrektor:Aqşin Məsimov

Naşir - “Ayna Mətbu Evi”, 095 370138, Bakı, Şərifzadə 1.Tel.: 975031, 975174 Lisenziya AB N 022048, qeydiyyat N A-048 30.09.99. Çapa imzalanıb 22.04.2005. Format 70x100 1/16. Ç.v. 8;128 səh. Tiraj 2000. Pulsuz

ISBN 9952-23-018-4

© “Ayna Mətbu Evi“, 2005