Upload
others
View
9
Download
0
Embed Size (px)
Çinqiz İsmayılov
Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası
Donated by tneE m b a g o f^ U e d S ^ o fA m e m »
* И зю м о м -Ekso^Azərt^ycan-^məliy^rat Şirlfeti МММ,
EksonMobilin törfirtö.|irkətb.r o a r *i m ıRegional Kitabxar ••««!»№ »■• ••«
Amerika Biriд о Л " * * » •: v . г ....... > -* _____ _____
“Ayna Mətbu Evi” Bakı - 2005
Azərbaycan Respublikası Prezidentinin
işlər İdarəsi
PREZİDENT KİTABXANASI
&ом * / 6 . -к.н
7 и
Mündəricat
Xəzər dənizinin yaranmasının qısa tarixi və təbii şəraiti 3Xəzər dənizinin səviyyəsinin tərəddüdü və onun izahı 13
Xəzər dənizinin təbii sərvətləri, onlarınmənimsənilməsi və ekoloji vəziyyətin dəyişilməsi 25Xəzər regionunda nəqliyyatın inkişafıvə onun ətraf mühitə təsiri 67Xəzərin sahil ərazilərinin mənimsənilməsivə antropogen təsirin artması 83Xəzər dənizinin ekoloji vəziyyətinin mühafizəsindədövlətlərarası anlaşmaların vacibliyi 109Xəzərin hüquqi statusu problemi və ekoloji məsələlərin həlli 1 1 7
Xəzər dənizinin yaranmasının qısa tarixi
Nadir təbii xüsusiyyətləri ilə fərqlənən Xəzər dənizi bənzərsiz ekosistem kimi Yerin landşaft palitrasında özünəməxsus yer tutur. Bu dənizin özü və onu əhatə edən sahil əraziləri müxtəlif təbii sərvətlərlə zəngindir. Onların bu bölgədə kifayət qədər böyük həcmdə toplanması müxtəlif amillərin təsiri altında baş vermişdir. Ən əsas təsiredici amillər isə, heç şübhəsiz, planetar miqyaslı təbii amillərdir.
Hər bir ekosistemin müasir vəziyyətini dəqiq müəyyənləşdirmək üçün ilk növbədə onun geoloji baxımdan yaranmasının və tədricən dəyişilməsinin tarixi keçmişini öyrənmək lazımdır. Uzun illər aparılmış tədqiqatlar göstərir ki, Xəzər dənizinin yerləşdiyi ərazi çox mürəkkəb və müxtəlif geoloji proseslərin təsirinə məruz qalmışdır.
Bildiyimiz kimi, Xəzər dənizi tarixi keçmişdə uzun müddət Qara dənizlə birlikdə Sarmat dənizi adlanan su hövzəsinin bir hissəsi olmuşdur. Belə ki, Xəzər dənizi vahid dünya okeanı Tetisin quru ilə qovuşduğu bir sahəni əhatə edirmiş. Yalnız yuxarı pliosen- də (2 - 3 mln. il bundan əvvəl) Qafqaz dağ sisteminin əmələgəlmə prosesinin ən güclü fazalarının birində Xəzər dənizi hövzəsinin konturları formalaşmağa başlayır. Məhz elə bu vaxt, daha dəqiq desək, ağcagil dövründə (2 -3 mln. il bundan əvvəl) Xəzər çökəkliyinin əmələgəlmə prosesi tamamlanır.
Xəzər dənizinin Qara dənizdən ayrılması nəticəsində onun Dünya okeanı ilə əlaqəsi kəsilir və sonrakı dövrlərdə onun su hövzəsi sahəsi mütəmadi olaraq dəyişikliklərə məruz qalır. Bu dəyişikliklər bir tərəfdən qlobal iqlim dəyişikliyi, digər tərəfdənsə geoloji proseslərin təsiri altında gedirdi. Nəticə etibarilə Xəzər dənizinin bütün sonrakı inkişaf tarixi onun transqressiya və reqressiyaları ilə bağlıdır. Pliosen və pleystosen dövrlərində transqressiya zamanı onun akvatoriyası - sahəsi özünün ən böyük həddinə - 904 min km2-ə çatırdı. Bu vaxt dənizin səviyyəsi mütləq +46 m təşkil etmiş və suyun ümumi həcmi 133 min km3 olmuşdur. Şimalda dənizin sahil xətti müasir Vol-
qoqrad şəhərinin yerləşdiyi əraziyə qədər gedib çıxmışdı. Əksinə, reqressiya dövründə dəniz akvatoriyası azalaraq təxminən 205 min km2 olmuşdur. Bu zaman dənizin səviyyəsi mütləq -65 m, suyun həcmi isə cəmi 70 min km' imiş.
Əlbəttə, dənizin transqressiya və reqressiyası sahil ərazilərinin relyefinin formalaşmasına böyük təsir göstərmişdir. Belə ki, sahil ərazilərində, xüsusən dənizin qərb sahillərində çoxsaylı akkumulyativ proseslər baş vermişdir. Dəniz səviyyəsinin tərəddüdü onun hövzəsində və şelf bölgəsində müxtəlif mütləq hündürlüklərdə müxtəlif sahil xətlərinin yaranmasına səbəb olmuşdur ki, onların izləri indi də qalır. Dənizin
müasir səviyyəsi ilə götürdükdə 5 - 15 və 20 - 23 m dərinliklərdə, keçmiş dövrlərdə baş vermiş transqres- siyaların və reqressiyaların sübutu kimi, terras qalıqları müşahidə etmək mümkündür. Türkan reqressi- yası dənizin tarixi keçmişində ən böyük reqressiyalar- dan biri olmuşdur. Bu dövrdə Abşeron - Balxan astanası (şərti olaraq Abşeron yarımadasından Çələkən yarımadasına qədər uzanan sualtı xətt) quruya çevrilərək dənizi iki hissəyə bölmüşdür. Nəticədə Orta və Cənubi Xəzər çökəklikləri əmələ gəlmiş, Şimali Xəzər isə quru sahəsinə çevrilmişdir. O vaxt dənizin sə-
Transqressiya nəticəsində tarixi keçmişdə Xəzər
dənizinin sahəsinin dəyişilməsi
iШ
viyyəsi indikindən 300 metr aşağı olmuşdur. Sahil terrasları quruda - müasir sahil xəttindən xeyli aralıda da mövcuddur. Xüsusən qərb sahillərində bu daha aşkar şəkildə görünür. Məsələn, 350 - 450 min il bundan öncə, Bakı transqressiyası dövründə yaranmış ter- raslar indi qərb sahillərində, hətta 300 - 400 m mütləq hündürlüklərdə də müşahidə olunur. Qeyd etmək lazımdır ki, o dövrdə sahil xətti təxminən sıfıra yaxın
hündürlükdə yerləşmişdir və sonrakı dövrdə onun bu qədər qalxması, əlbəttə, bölgədə gedən tektonik proseslərin təsiri nəticəsində baş vermişdir. Beləliklə, tarixi keçmişdə yayılan terrasların müxtəlif hündürlüklərdə olmasını hövzədə cərəyan edən tektonik proseslərin üst-üstə düşməsi ilə izah etmək olar.
Elmi mənbələrdən məlumdur ki, IV - VI əsrlərdə Xəzər dənizinin səviyyəsi mütləq +30 - 35 metr arasında tərəddüd edirmiş. Artıq VII - VIII əsrlərdə də
nizin səviyyəsi qalxdığına görə sahəsi xeyli genişlənmişdir. Bu artım xüsusən XII əsrdən başlayaraq sonrakı yeddi yüz il ərzində özünü daha qabarıq şəkildə büruzə vermişdir. Belə ki, bu müddətdə Xəzərin səviyyəsi təxminən 8 metrə qədər qalxmışdır.
Paleocoğrafi məlumatlar göstərir ki, çox-çox qədim dövrlərdən bizim günlərə kimi Xəzərin səviyyəsinin tərəddüd amplitudası 55 metrə qədər çatmışdır. Səviyyənin dəyişilməsi əsasən mənfi 5 metrdən müsbət 50 metrə qədər olmuşdur. Qədim Xəzərin çöküntülərinin qalınlığına əsasən deyə bilərik ki, Xəzər dənizinin transqressiyası ilə reqressiyası arasında nisbət 3:1 və ya 4:1 nisbəti həddindədir.
Yəni transqressiyaların müddəti kifayət qədər çox uzanmışdır.
Son 500 min il ərzində Xəzər dənizi ən iri transqressiyalara (Bakı, Xəzər və Xvalın) məruz qalmışdır. Bu dövrlərdə Xəzərin səviyyəsi +50 m mütləq hündürlüyə qalxmışdır. Eyni zamanda, dənizin ümumi sahəsi müasir sahəsindən fərqli olaraq 2,5 dəfə böyük idi.
Bakı transqressiyasının uzanma müddəti təxminən 100 min il olduğu halda, Xəzər transqressiyası cəmi 11 - 12 min il olmuşdur. Bütövlükdə Xəzər dənizinin tarixi keçmişdə səviyyəsinin irimiqyaslı tərəddüdü onun sahil ərazilərinin relyefinin, bitki və heyvanat aləminin və ümumiyyətlə, təkrarolunmaz landşaftın formalaşmasına böyük təsir etmişdir.
Bununla bağlı olaraq dəniz hövzəsində baş verən geoloji proseslər və qlobal iqlim dəyişiklikləri Xəzərin mənşəyində və ümumi sahəsinin dəyişilməsində başlıca rol oynayırlar.
Antropogen təsirin ətraf mühitdə ildən-ilə artmasına baxmayaraq, Xəzər dənizi hövzəsində təbii proseslər mühitin dəyişilməsində hələ də həlledici rol oynayırlar. Buna görə də Xəzər dənizinin mənşəyinin və inkişafının elmi əsaslarla izahı onun gələcək transformasiyasını müəyyən etməyə imkan verir.
Xəzər dənizinin təbii şəraiti
Xəzər dənizi Dünya okeanı ilə əlaqəsi olmayan qapalı su hövzəsidir. Lakin bununla belə, ona göl demək düzgün olmazdı. Tarixi keçmişdə Dünya okeanına çıxışı olan Xəzəri bu gün, sahəcə çox böyük olduğu üçün, suyu duzlu və özünəməxsus hidrobioloji xüsusiyyətləri ilə fərqləndiyi üçün dəniz adlandırırlar.
Xəzər dənizi Avropa və Asiya qitələrinin qovuşduğu sahədə yerləşir; uzunluğu meridional istiqamətdə 1200 km-dir, eni isə 200 - 450 km arasında dəyişir. Də
nizin ümumi sahəsi 390 min km2, suyunun həcmi isə 78 min km’-dir. Müqayisə etməkçiin xatırladaq ki, 1970-ci ildə sonuncu dəfə səviyyəsinin artmasından öncə sahəsi 378,4 min km2, 1929-cu ildə isə 422 min km2 olub. Xəzər dənizinin su götürdüyü hövzəsinin iimumi sahəsi 3,6 mln km2-dir. Onun su balansı əsasən
çayların hesabınadır. Xəzərə axan çayların sayı 130-dan çoxdur. Onlardan ən əhəmiyyətlisi Volqa çayıdır. Xəzərə axan suların illik həcminin 78%-i onun payına düşür. Ümumiyyətlə, ilboyu bu dənizə axan suyun 88%-i Şimali Xəzərə tökülən çayların (Volqadan savayı, Ural və Terek də bura daxildir) hesabına yazılmalıdır.
Qərb sahillərində Xəzəri nəzərəçarpacaq həcmdə su ilə təmin edən çaylar Samur, Kür və Sulakdır ki, onların da payına cəmi 7% su düşür. Qalan 5% isə başda Səfidrud olmaqla cənub sahillərində Xəzərə axan İran çaylarının hesabına düşür. Dənizin su balansında yağıntılar bir o qədər də əhəmiyyət daşımır. Dəniz səthinə illik yağıntı 200 mm-ə çatır.
Dibinin relyef xüsusiyyətlərindən çıxış edərək alimlər Xəzər dənizini üç hissəyə ayırırlar: dayaz və sahəcə kiçik olan Mangistau və Abşeron qabarıq astanalarını əhatə edən Şimali Xəzər; nisbətən dərin - Orta Xəzər və ən dərin - Cənubi Xəzər.
Şimali Xəzərin sahəsi 91 min km2, orta dərinliyi 5 - 10 m olduğu halda, maksimum dərinliyi 25 m-dək çatır.
Orta Xəzərin sahəsi 138 min km2, orta dərinliyi 215 m, ən dərin sahəsi isə Dərbənd çökəkliyidir (788 metr).
Cənubi Xəzərin sahəsi 161 min km2, orta dərinliyi 327 m, ən dərin sahəsi isə Cənubi Xəzər çökəkliyidir (800 - 900 metr). Ümumiyyətlə, Xəzərin 1025 metrə çatan ən dərin nöqtəsi də bu sahədədir.
Şimaldan cənuba doğru getdikcə dənizin dərinliyinin artması suyun duzluluğuna da təsir göstərir. Xəzərin orta uzunluğu okean və digər dənizlərə nisbətən azdır. Dənizdə duz- luluq 0,2 - 13,5 promilə qədər dəyişir. Orta duzluluq isə 12,7 promil təşkil edir. Cənubdan şimala doğru istiqamətdə duzluluq azalır. Bunun əsas səbəblərindən biri şimal sahəsində dənizə çoxlu sayda, özü də Volqa,Ural, Terek kimi iri çaylar vasitəsilə böyük həcmdə şirin suların axması-
dır. Duzluluğun az olması və mənfi qış temperaturu Şimali Xəzər sularının qışda donmasına səbəb olur. Bütövlükdə Şimali Xəzərdə orta duzlulııq 2 -3 promil təşkil edir. Əksinə, şərq sahillərində yüksək buxarlanma və çay mənbələrinin olmaması səbəbindən duzlu- luq 13,2 - 13,5 promilə qədər qalxır. Xüsusən bu, Qa- raboğazqol körfəzində daha aydın nəzərə çarpır.
Sahəsi 12 min km2 və dərinliyi 10 metrə çatan Qa- raboğazqol körfəzi Xəzər dənizi səviyyəsindən 5 metr aşağıda yerləşir. İntensiv akkumulyasiya nəticəsində körfəzin dibinin səthi tamamilə düzdür. Dənizdən körfəzə ildə 10 km3 su axır və bu suyun hamısı, demək olar ki, buxarlanmaya gedir. Nəticədə Qarabo- ğazqol körfəzində suyun duzluluğu 300 promilə çatır.
Xəzər dənizində 50-yə yaxın ada var; onların ümumi sahəsi 350 km2-dir. Bununla yanaşı, dənizin səviyyəsinin tərəddüdü və sualtı palçıq vulkanlarının mü- təmadi fəallaşması (xüsusən Abşeron yarımadası sahəsində) adaların sayının və deməli, onların ümumi sahəsinin dəyişilməsinə səbəb olur.
Xəzərin fiziki-coğrafi şəraiti müxtəlifliyi ilə fərqlənir. Belə vəziyyət ardıcıl olaraq dəyişən iqlim zonal- lıqları və dənizi əhatə edən relyefin müxtəlifliyi ilə bağlıdır. Dəniz hövzəsində yaranan təbii şəraitdə soyuq Arktika hava kütlələri, rütubətli Atlantik okeanı, Orta Asiya quru kontinental və isti tropik Aralıq dənizi hava cərəyanları həlledici rol oynayır.
Sahilboyu ərazilərdə formalaşan təbii iqlim şəraiti hər bir konkret sahənin relyefindən bilavasitə asılıdır. Şimalda düzən sahillər üçün mülayim quru kontinental iqlim tipikdir. Dənizin qərb sahillərinin dağlıq zonasında mülayim-isti iqlim, şərq sahillərində isə çox isti, kəskin-kontinental və arid iqlim üstünlük təşkil edir. Cənub-qərb (Lənkəran - Astara sahəsi) və cənub sahilləri isə rütubətli subtropik zonası kimi başqa Xəzəryanı sahələrdən fərqlidir.
Şimali Xəzərdə havanın orta illik temperaturu + 10°C olduğu halda, cənubda +17°C-yə çatır. Temperatur fərqi xüsusən qış aylarında kəskin şəkildə müşahidə olunur. Qeyd etdiyimiz kimi, Xəzərin şimal hissəsi qışda 3 - 4 ay buzlarla örtülü olur.
Bölgəsindən asılı olaraq sahil ərazilərinin illik orta rütubəti də kifayət qədər fərqlidir. Məsələn, əgər də
nizin şərq sahillərində illik orta rütubət 150 - 200 mm-dirsə, cənub sahillərində bu göstərici 1200 - 2000 mm-ə çatır. Beləliklə, ərazilər arasında illik orta rütubətin fərqi təxminən 10 dəfəyə çatır. Dəniz suyunun üst qatlarında qış ayları temperatur şimalda 0°C-yə yaxın olduğu halda, cənubda +12°C-yə çatır. Yayda
isə suyun maksimal temperaturu dənizin cənub və qərb bölgələrində müşahidə olunur. Suyun dərin qatlarında temperatur dəyişmir, sabit qalır; +5...+6°C təşkil edir.
Xəzər dənizi şimal və subtropik hava kütlələrinin kəsişdiyi zonada yerləşdiyi üçün su burda daim dalğalanır. Belə ki, su səthinin 2 -3 ballıq dalğalanması Xəzərin adi vəziyyətidir.
Bu su hövzəsində atmosfer sirkulyasiyasının mürəkkəb olması su cərəyanlarının saat əqrəbi hərəkətinin əksinə, əsasən də sahilboyu üzrə dövr etməsini şərtləndirir. Qərb sahilboyu cənub istiqamətdə hərəkət edən axınlara isə dənizin dərinliyi və relyefi təsir edir.
Abşeron yarımadası şimaldan gələn axını iki hissəyə ayırır. Axının əsas hissəsi cənuba - İran sahillərinə yönələrək sahilboyu - öncə şərqə, sonra şimala dönərək saat əqrəbinin hərəkətinə əks qapalı su dövriyyəsi yaradır. Digər, nisbətən zəif axın yarımadadan Xəzərin şərq sahilinə hərəkət edərək burada sahil boyunca cənubdan şimala gedən cərəyanla birləşib eyni tipli su dövranının yaranmasına səbəb olur. Şərq sahilinin şimal hissəsində dəniz axınları yenə də saat əqrəbinin hərəkətinə əks istiqamətdə su dövranı yaradır.
Qeyd etdiyimiz kimi, dəniz axınlarının sürətinə küləklər kifayət qədər əsaslı təsir göstərir. Dəniz hövzəsində cərəyan edən bu küləklər əsasən şimal-qərb, şimal (xalq arasında “xəzri” adlanan) və cənub (“gilavar”)
istiqamətlərində əsir. Şimal-qərb və şimal küləkləri daha çox Abşeron yarımadasını və bütövlükdə Orta Xəzəri tutur. Onlar əksər hallarda, ələlxüsus da şiddətli əsdikləri vaxt dənizi çalxalandırıb təlatümə gətirir və çox hündür dalğalar yaradırlar.
Əsasən payızda və qışda Xəzər dənizində mütə- madi olaraq güclü qasırğalar müşahidə olunur. Bu qasırğalar zamanı şimal- qərb istiqamətində əsən
küləyin sürəti dənizdə saniyədə 40 - 44 metrə çatır, dalğalar isə 14 metr şahə qalxır. Belə qasırğalar neft-mədən və digər hidrotexniki qurğulara böyük zərər vurur.
Qasırğalar eyni zamanda qovulma və gətirmələri gücləndirərək sahilyanı ərazilərin böyük sahələrinin suyun altında qalmasında başlıca rol oynayırlar. Qasırğalar nəticəsində suyun səviyyəsi sahil bölgələrində bəzən 4 - 5 metrə qədər qalxır. Bu zaman düzən rel- yefli sahil ərazilərində su kütləsi 30 - 35 km-ə qədər quruya doğru hərəkət edir. Belə hallar daha çox Xəzərin şimal-şərq sahilində müşahidə olunur.
XƏZƏR DƏNİZİNİN SƏVİYYƏSİNİN 'l'ƏRƏD və ONIJN İZAHI
DUDU
)
Tarix boyu Xəzər dənizinin səviyyəsi daim tərəddüd etmişdir. Xəzər hövzəsində baş verən təbii proseslərin mənşəyi regiondan xeyli kənara çıxaraq planetar amillərin təsiri ilə bağlıdır. Qlobal iqlim dəyişikliyi, Dünya okeanının səviyyəsinin qalxması və Günəşin fəallığı bütövlükdə Yer kürəsinin təbii şəraitini dəyişməklə yanaşı, Xəzər dənizinin səviyyəsinə - onun qalxıb-enməsinə də təsir göstərir. Xəzərin səviyyəsinin tərəddüdü ilk növbədə, yəqin ki, buradakı su kütləsinin həcminin dəyişilməsi ilə izah edilməlidir. Bununla belə, mütəxəssislərin fikrincə, iqlimdə baş verən proseslər, Yerin təkinin şaquli hərəkətləri, insanların təbiətə, o cümlədən də dənizə təcavüzü və Günəşin fəallığının mütəmadi olaraq artıb-azalması da Xəzərin səviyyəsinin tərəddüdünə təsir edən əsas amillərdir.
Geoloji baxımdan nisbətən yaxın tarixi keçmişdə, daha dəqiq desək, 5 min il öncə Xəzər dənizinin səviyyəsi -20 metr olub. O dövrdə Volqa çayının bugünkü deltası və Xəzəryanı ovalıq, demək olar ki, olmayıb. Dəniz səviyyəsinin indikindən 7 metr yuxarı olması nəticəsində sahil ərazilərinin xeyli hissəsi suyun altında qalıbmış. Arxeoloji və tarixi məlumatlar əsasında müəyyən edilib ki, Xəzər dənizin səviyyəsi son 2000 il ərzində -22 -30 metr arasında tərəddüd edib.
Ümumiyyətlə, dəniz səviyyəsinin dəyişilməsinin izahında instrumental müşahidələr aparılmasının xüsusi əhəmiyyəti var. Bu istiqamətdə ilk addım isə 1830-cu ildə Bakının Bayıl burnunda ilk hidroloji postun yaradılması olmuşdur. Sonrakı 70 il ərzində Bayıl postu Xəzər dənizi sahilində yeganə hidroloji müşahidə məntəqəsi olduğu üçün səviyyənin tərəddüdü haqqında tam məlumat əldə etməkçün kifayət deyildi. Odur ki Xəzər dənizinin digər sahil ərazilərində yeni hidroloji postlar yaradıldı. 1900-cü ildə Mahaçqala və Küli-Mayakda, 1913-cü ildə Çələ- kəndə, 1915-ci ildə Krasnovodskda (indiki Türkmənbaşı), 1921-ci ildə Fort-Şevçenko və Qaraboğazqolda belə hidroloji postlar təşkil olundu. Beləliklə, XX əsrin ilk illərindən etibarən Xəzərin səviyyəsinin dəyişilməsinin monitorinq dövrü başlanır. Sonrakı illər belə postların sayı daha da artmış, hazırda 20-ni ötmüşdür. Lakin səviyyə tərəddüdünü hesablayanda
dörd postun (Bakı, Mahaçqala, Fort-Şevçenko və Türkmənbaşı) göstəriciləri əsas götürülür. Bu məntəqələrin müşahidələri əsasında səviyyənin dəyişilməsinin orta göstəricisi müəyyən olunur.
Keçən yüzillikdə əldə edilmiş məlumatlar göstərir ki, Xəzər dənizinin səviyyə tərəddüdü 3,2 metr olmuşdur. Bu dövrdə Xəzərin ən aşağı səviyyəsi 1977- ci ildə qeydə alınmışdır. Bu vaxt suyun səviyyəsi kri- tik həddə -29 metrə çatmışdır.
Artıq 1978-ci ildən etibarən Xəzərin səviyyə tərəddüdü qalxma fazasına keçir. Səviyyənin qalxması müxtəlif intensivliklə, demək olar ki, bugünkü dövrə qədər davam etməkdədir. Suyun səviyyəsinin qalxma sürəti ayrı-ayrı illərdə dəyişmiş, maksimum göstəricisi (+35 sm) 1991-ci ildə müşahidə edilmişdir. Xəzər dənizində aparılan instrumental müşahidələrin 175 illik dövrü ərzində səviyyənin müasir qalxması ən uzunmüddətli hesab olunur. 1979 - 2003-cü illərdə
səviyyə qalxan zaman orta illik göstərici +15 sm olmuşdur. Əksinə, 1929 - 41-ci illərdə, yəni Xəzər dənizinin səviyyəsi enəndə orta illik göstərici -16 sm imiş. Ümumiyyətlə, 1929 - 55-ci illər ərzində Xəzərin səviyyəsi 2,5 metr aşağı düşmüşdür.
Xəzər dənizin səviyyəsinin tərəddüdü ilə məşğul olan mütəxəssislərin yekdil fikirlərinə görə, səviyyə-
nin dəyişilməsi dövri xarakter daşıyır. Müəyyən edilmiş dövrlərin davamiyyəti (22, 35 və 120 il) bilavasitə iqlimdə baş verən qlobal proseslərdən asılıdır.
Bir çox alimlər belə hesab edirlər ki, planetar miqyasda makrosinoptik vəziyyətin dəyişilməsi birbaşa Günəş fəallığının artması ilə bağlıdır. Deməli, bu dəyişiklik Xəzər dənizin səviyyəsinin tərəddüdünə də təsir göstərir. Buradan da səviyyənin dəyişilməsinin Günəş fəallığından asılılığı fərziyyəsi meydana çıxmışdır. Müqayisəli tarixi araşdırmalar zamanı səviyyənin dəyişilməsi və Günəşin 35 - 40 illik fəallıq dövrü arasında uyğunluq müəyyən edilmişdir. Lakin bu fərziyyənin çox inandırıcı olmasına baxmayaraq, o, dəni
zin səviyyəsinin tərəddüdü ilə bağlı bütün aydın olmayan məsələlərin izahını verə bilmir.
Hələ XIX əsrdə Xəzər dənizinin şərq sahillərində məskunlaşan xalqlar onun Aral dənizi ilə yeraltı əlaqəsi olduğunu söyləyirdilər. Onların müşahidələrinə görə, dənizlərin birində səviyyə qalxdıqda digərində, əksinə, səviyyə enirdi. Belə əlaqələn
dirilmə elmi cəhətdən əsassızdır və geoloji baxımdan cəfəngiyatdır.
Səviyyənin dəyişilməsi ilə bağlı Xəzər dənizinin su balansının öyrənilməsi istiqamətində çoxsaylı tədqiqatlar aparılıb; müəyyən edilib ki, Arktikada hava istiləşdikdə Antarktik siklonlar şimal istiqamətində hərəkət etməyə başlayırlar. Xəzər hövzəsində isə, əksinə, qış mövsümündə antisiklonlar fəallaşır, güclənir. Nəticədə qış dövründə Xəzər hövzəsində yağıntıların həcmi azalır və bu da dənizin səviyyəsinin enməsinə birbaşa təsir göstərir.
Xəzər hövzəsində yerləşən meteoroloji məntəqələrin məlumatlarına görə, 1978 - 95-ci illər ərzində orta illik yağıntı 40 - 60 mm artmışdır. Buna müvafiq olaraq əvvəlki illərlə müqayisədə çaylarla dənizə axan suyun da həcmi 10-11% artmışdır. Bütün bun
lar Xəzərin səviyyəsinin qalxmasına bilavasitə təsir etmişdir.
Qlobal iqlim dəyişiklikləri ilə yanaşı, Xəzərin səviyyəsinin tərəddüdünə regionda cərəyan edən tektonik proseslər də təsir göstərir. Məlumdur ki, Xəzər dənizini qərbdən, cənubdan və cənub-şərqdən əhatə edən dağ sistemlərində (Böyük Qafqaz, Talış, Əlburs və Kopetdağ) dağ əmələgəlmə prosesləri davam edir. Böyük Qafqaz dağ sistemi suyun altında davam edərək Abşeron və Çələkən yarımadalarını suyun altında birləşdirir və beləliklə, Orta və Cənubi Xəzər arasında şərti sərhəd rolunu oynayır.
Baş verən tektonik proseslər nəticəsində Xəzər hövzəsində, yerin dərin qatlarında süxurlar “sıxılır” və “dartılır”. Bunun nəticəsi olaraq dənizin təkində və sahilyanı ərazilərdə seysmik proseslər fəallaşır. Hər il dənizin dibində zəif və orta güclü zəlzələlər müşahidə olunur. Seysmik baxımdan Orta və Cənubi Xəzər daha fəal hesab olunur.
Dənizin dibində baş verən zəlzələlərin əks-sədası sahil ərazilərində də özünü büruzə verir. Məsələn, 2000-ci il noyabrın 25-də Abşeron yarımadasından 80 km aralıda dənizin dibində baş vermiş güclü zəlzələ Bakıda və ətraf yaşayış məntəqələrində yerin 5 - 6 bal gücündə silkələnməsinə səbəb olmuşdur.
1970 - 89-cu illər ərzində bir neçə güclü zəlzələ Xəzər dənizinin Dağıstan və İran sahil ərazilərində baş vermişdir. Tektonik proseslərin fəallaşması nəticəsində Cənubi Xəzərin dibinin relyef quruluşunda hündürlüklərin amplituda fərqləri yaranmışdır.
Tektonik proseslərin fəallığını azaldan çox mühüm amillərdən biri palçıq vulkanlarıdır. Məlum olduğu kimi, dünyada aşkar edilmiş palçıq vulkanlarının təxminən 50%-i Abşeron yarımadası və onu əhatə edən sahil zonasındadır. Palçıq vulkanlarının püskürməsi nəticəsində hər il Abşeronun dəniz sahilində bir neçə “təpəlik” əmələ gəlir və qısa müddətdən sonra dəniz altında yox olur. Quruda isə palçıq vulkanlarının bir qismi fasilələrlə püskürməkdə davam edir.
Mövcud təbii proseslərlə yanaşı, Xəzər dənizinin səviyyəsinin tərəddüdünə, yəqin ki, insan amili də, daha dəqiq desək, insanların təcavüzü də təsir gös-tərır. Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi
PREZİDENT KİTABXANASI
Məlum olduğu kimi, keçən əsrin 70-ci illərində dənizin səviyyəsini tənzimləmək üçün Sibir çaylarından Xəzərə süni kanallar çəkilməsi planlaşdırılırdı. Yalnız 1978-ci ildən etibarən səviyyənin kəskin qalxması bu eybəcər planın həyata keçirilməsinin qarşısını aldı.
İnsanın dərindən düşünülməmiş “tədbirlərindən” biri də Qaraboğazqol körfəzini Xəzər dənizi ilə birləşdirən boğazda inşa edilmiş bənddir. Xəzərin səviyyəsinin enməsinin qarşısını almaq üçün inşa edilmiş bu bənd dənizdə hər il 10 km3 su artımına səbəb olmuşdu. Bənd dəniz suyunun Qaraboğazqol körfəzinə axmasının qarşısını aldığı üçün səviyyə qalxmağa başladıqda isə artıq 1985-ci ildə bənddə xüsusi olaraq su- keçirici sahələr ayrıldı.
İnsanın təbii proseslərə belə naşıcasına qarışması bir daha sübut edir ki, dəniz səviyyəsinin tərəddüdünün səbəbləri hələ də tam öyrənilməmişdir. Lakin bununla belə, alimlərin ümumi fikri budur ki, səviyyənin tərəddüdünə əsasən iqlimin dəyişilməsi, tektonik proseslər və insanın Xəzər hövzəsində təsərrüfat fəaliyyəti - hər üçü birlikdə təsir göstərir.
Xəzərin səviyyəsinin qalxması təbii mühitə və sahilyanı təsərrüfata külli miqdarda ziyan vurmuşdur. Eyni zamanda sahilyanı ərazilərdə yaşayan xalqların taleyinə də təsir göstərmişdir. Məşhur alim L.Qumil- yovun fikrincə, X əsrdə Xəzərin səviyyəsinin qalxması Xəzər xaqanlığına məxsus ərazinin çox hissəsinin suyun altında qalmasına səbəb olmuş və beləliklə, xaqanlığın süqutunu qaçılmaz etmişdir.
Sahil ərazilərinin relyef quruluşu müxtəlif olduğu üçün səviyyə tərəddüdünün ayrı-ayrı ərazilərə təsiri də fərqli olmuşdur. Transqressiyanın güclənməsi nəticəsində çayların deltalarının çox hissəsi suyun altında qalmışdır. Eyni zamanda ətraf ərazilərdə qrunt sularının səviyyəsi qalxdığından sahillərdə bataqlıqların əmələgəlmə prosesi də xeyli sürətlənmiş, qovulma və gətirmələrin əhatə etdiyi sahələr xeyli genişlənmişdir.
Ümumiyyətlə, suyun səviyyəsinin qalxması müxtəlif sahil ərazilərində sahənin mənimsənilmə səviyyəsindən asılı olaraq insanlara müxtəlif dərəcədə ziyan vurmuşdur. İnsanların daha çox yaşadıqları, daha çox mənimsədikləri qərb və şimal-şərq sahillərində onlara dəyən ziyan da, təbii ki, daha çox olmuşdur.
Mütləq hündürlüklərin müsbət göstəriciləri ilə fərqlənən və nisbətən zəif mənimsənilmiş şərq sahilində abraziya proseslərinin sürətinin güclənməsi onların intensiv yuyulması ilə nəticələnmişdir. Son 22 il ərzində Xəzərin şimal və şimal-şərq sahillərində 40 min km2- dən çox ərazini su basmışdır. Başqa sahil bölgələrindən fərqli olaraq şimal-şərq sahəsində qovulma və gətirmələr daha güclü olur. Belə ki, burada qovulma və gətirmələr təxminən 60 km-ə qədər quruya doğru hərəkət edərək olduqca böyük sahələrin su altında qalmasına səbəb olmuşdur. Müşahidələr göstərmişdir ki, əgər Xəzərin şimal sahillərində qovulmalar zamanı dənizin səviyyəsi 1,5 - 2,2 m qalxırsa, şimal-şərq sahillərində bu göstərici 2,3 - 2,6 m-ə çatır. Belə qabarmalar dənizin şimal-şərq sahilinin Myortvıy Kultuk - Buzaçi
akkumulyativ düzənliyində daha çox müşahidə olunur. Xəzərin şimal-şərq sahilində Qazaxıstanın Tengiz, Kaşağan, Korolyovskoye, Kanaton və Karaton kimi nəhəng və perspektivli neft yataqları təhlükəli zonada yerləşirlər; həmin yataqlarda kükürdün miqdarının həddindən artıq çox olmasını nəzərə alsaq, suyun səviyyəsi qalxarsa, baş verəcək ekoloji təhlükənin miqyasını təsəvvür etmək çətin olmaz. Atırau vilayə- tindəki Pribrejnoye, Pustınnoye və Cənub-Qərbi Ta- jiqali neft yataqları artıq suyun altında qalmışlar.
Şimal-şərq sahilindən fərqli olaraq Mangistau yarımadası sahilində mütləq hündürlüyün quruda art-
ması qovulma və gətirmələrin yayılmasına imkan verməmişdir.
Xəzərin şərq sahilində sənayenin inkişaf etdiyi ikinci bölgə - Çələkən yarımadası və onıı əhatə edən ərazilərdir. Dənizdə suyun səviyyəsinin tərəddüdü hələ keçmişdə Çələkəni gah yarımada, gah da adaya çevirirmiş. Müasir dövrdə Çələkəndə mövcud olan bütün istehsalat obyektləri və inzibati binalar, eləcə də kommunikasiya sistemi subasma zonasında yerləşirlər.
Elektrik xətləri dayaqlarının, neft və qaz kəmərləri və neft rezervuarlarının suyun altında qalma ehtimalı ekoloji baxımdan xüsusi narahatlıq doğurur. Hazırda Çələkən yarımadasında uzun illər istismar edilmiş, hələ də kifayət qədər ehtiyata malik neft yataqları suyun altında qalmışdır. Vaxtilə sahilə yaxın yerləşdirilmiş sənaye, tikinti və məişət tullantıları yerləri də tamamilə suyun altındadır.
Türkmənistan sahilində suyun səviyyəsinin qalxması sosial infrastruktura nəzərəçarpacaq dərəcədə ziyan vurmuşdur. Yalnız Çələkən yarımadası və onu əhatə edən ərazilərdən 300-ə yaxın ailə suya batmış və yararsız vəziyyətə düşmüş evlərdən köçürülmüşdür. Burada yaşayış məntəqələrini birləşdirən qaz kəmərlərinin və avtomobil yollarının 5 - 10%-i suyun altında qalmışdır.
Türkmənistan sahilində xüsusi iqtisadi əhəmiyyət daşıyan Türkmənbaşı limanına və bərə sisteminə də xeyli ziyan dəymişdir. Səviyyənin qalxması bərə sisteminin dəmiryol xətlərində böyük həcmdə yenidənqurma işləri aparılmasını tələb etmişdir. Yalnız Avropa İttifaqı tərəfindən dəstəklənən TRASEKA layihəsi çərçivəsində edilmiş maliyyə və texniki yardım sayəsində Türkmənbaşı limanının rekonstruksiyası mümkün olmuşdur.
Xəzərin şimal sahilində səviyyənin qalxmasının mənfi təsiri ilk növbədə Həştərxan vilayətində özünü göstərmişdir. Bu sahil bölgəsi ənənəvi olaraq balıqçılıq təsərrüfatının miqyası ilə fərqlənir. İlk baxışdan balıqların kiirütökmə zonasının ümumi sahəsinin artması pozitiv dəyişilmə hesab oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, sahildə yerləşdirilmiş balıqçılıq təsərrüfatının infrastrukturuna böyük ziyan dəymişdir. Sahilyanı ərazilərdəki yaşayış evlərinin bir qismi suyun altında qalmışdır.
Həştərxan vilayətində subasma daha çox qaz-kondensat kompleksinin yerləşdiyi sahə üçün təhlükəlidir. Hasil olunan qaz-kondensatın tərkibində hidro- gen-sulfidin yüksək dərəcədə olması ətraf mühitə mənfi təsir göstərir. Bununla əlaqədar suyun səviyyəsinin qalxması müvafiq olaraq qrunt sularının qalxması və nəticədə hidrogen-sıılfidin su ilə qarışması ehtimalını artırır. Bunun qarşısının alınması üçün ilk növbədə təhlükə zonasındakı qaz-kondensat yataqlarını müvəqqəti olaraq konservasiya etmək lazımdır. İndiyə qədər əldə edilmiş dünya təcrübəsi göstərir ki, ətraf mühit üçün təhlükə yaradan istehsal obyektlərinin konservasiyasına qarşı alternativ çıxış yolları hələ ki yoxdur.
Xəzərin səviyyəsinin qalxması Dağıstanın sahil bölgəsinə də öz təsirini göstərmişdir. Bu baxımdan
Mahaçqala, Kaspiysk, Dərbənd və Sulak yaşayış məntəqələrinin dənizsahili ərazilərində daha gərgin vəziyyət yaranmışdır. Bu ərazilərdə sənaye, yaşayış və nəqliyyat obyektləri yararsız vəziyyətə düşmüşdür. Ən böyük itki sahildə yerləşən təmizləyici qurğuların sıradan çıxması olmuşdur. Nəticədə həmin yerlərdə sahil zonası çirkab sularının yığıntı yerinə çevrilmişdir. Əlbəttə, belə vəziyyətdə müxtəlif yoluxucu xəstəliklərin yayılması təhlükəsi artmışdır. Məlum olduğu kimi, Dağıstanda əhali tez-tez epidemiyaya məruz qalır. Bunun əsas səbəblərindən biri də böyük həcmdə çirkab sularının təmizlənməmiş halda dənizə axıdılmasıdır.
ггDağıstanın neft hasilatı sənayesi də səviyyənin
qalxması nəticəsində kifayət qədər zərər çəkmişdir. Qayakənd, Izberbaş və Acısu neft yataqları sahələrində qrunt sularının səviyyəsinin qalxması ayrı-ayrı əraziləri yararsız vəziyyətə salmışdır.
Dağıstan sahillərində abraziya proseslərinin güclənməsi xüsusən rekreasiya əhəmiyyətli bölgələrə mənfi təsir göstərmişdir. Burada sahil ərazilərinin eni 3 - 5 km-ə qədər daralmışdır. Məhz bu səbəbdən çimərlik zolağının çox hissəsi suyun altında qalmış və bu da həmin yerlərin rekreasiya dəyərinin xeyli aşağı düşməsinə gətirib çıxarmışdır. Son 5 il ərzində sahil bölgəsindəki müalicə-istirahət infrastrukturunun yalnız 7з hissəsi fəaliyyət göstərə bilir.
Dənizdə suyun səviyyəsinin qalxması Kalmıkiya Respublikasının sahil hissələrində bataqlıqların getdikcə artmasına səbəb olmuşdur. Nəticədə sahilyanı ərazilərdəki otlaqlar korlanmış və onlar kənd təsərrüfatı əhəmiyyətini itirmişlər. Bu bölgədə digər təsərrüfat sahələri olmadığından səviyyə tərəddüdü bir o qədər də narahatlıq yaratmamışdır.
Azərbaycana gəlincə isə dənizin səviyyəsinin qalxması təsərrüfatlara xeyli ziyan vurmuşdur. Lakin
onlara dəymiş ziyan sahilyanı ərazilərin nə dərəcədə mənimsənilməsindən asılı olaraq xeyli fərqli olmuşdur. Səviyyə ildən-ilə durmadan qalxmış və nəhayət, 800 km2 ərazini su basmışdır: 15,5 min hektar otlaqlar, 1,2 min hektar üzümlüklər və 3,6 min hektar əkin sahələri suyun altında qalmışdır. Təhlükə zonasında hələ də 250 sənaye obyekti, 10
min hektar suvarılan sahə, 100 min nəfərlik rekreasiya obyektləri və 50-yə yaxın yaşayış məntəqəsi var.
Lənkəran - Astara zonasını daha çox su basmışdır. Bölgənin, demək olar ki, bütün çimərlikləri suyun altında qalmışdır. Dəniz sahil xəttindən quruya doğru 300 - 500 metrə qədər irəliləmişdir. Bəzi yerlərdə sa
23hilyanı kommunikasiya sistemi (avtomagistral, dəmiryol və elektrik xətləri) subasmaya məruz qalmışdır. Suyun səviyyəsinin qalxması bu bölgənin balıq təsərrüfatına da kifayət qədər ziyan vurmuşdur. Sahilyanı ərazilərdəki yardımçı təsərrüfat binaları yararsız vəziyyətə düşmüşdür. Belə ki, Sarı adasının 1,5 min sakini köçmək məcburiyyətində qalmış və ənənəvi yaşayış tərzini dəyişməli olmuşdur. Daha dəqiq desək, səviyyənin qalxması böyük həcmdə iqtisadi ziyan və ciddi ekoloji gərginliklə yanaşı, sosial problemlər də yaratmışdır.
Qərb sahillərinin digər bölgələrinə olduğu kimi, dənizin transqressiyası Lənkəran - Astara və Abşeron sahilyanı ərazilərinə də daha çox təsir göstərmişdir. Həmin ərazilərdə abraziya prosesləri nəzərəçarpacaq dərəcədə intensivləşmişdir. Bu isə xüsusən Abşeron sahillərinin quruluşunda dəyişikliklərə səbəb olmuşdur. Eyni zamanda, sahilin quru hissəsindən böyük həcmdə balıqqulağının daşınması sahil bölgələrinin həssaslığını daha da artıraraq onların təbii təzyiqlərə davamlılığını xeyli azaltmışdır.
Sahilboyu Abşerondan cənuba uzaqlaşdıqca abraziya prosesləri nəticəsində əmələ gəlmiş uçqun materialların sahil axınıyla daşınması müşahidə olunur.Nəticədə sahilin çıxış hissəsindən daşınan materiallar əsasında akkumulya- siya prosesi sürətlənmiş və laquna tipli sahillərin inkişafı üçün əlverişli zəmin yaranmışdır. Belə la- qunaların əmələ gəlməsi Abşeron yarımadasının şimal sahillərinin əvəzsiz çimərliklərinin əhəmiyyətinin aşağı düşməsinə birbaşa təsir göstərmişdir. Bəzi yerlərdə çimərliklərdə subasma zonasının eni 30 - 80 metr arasında tərəddüd edir.
Bakı buxtasında dəniz limanının, sahilyanı texniki xidmət sahələrinin, gəmi təmiri müəssisələrinin, istehsal meydançalarının və paytaxtın bəzəyi olan sa-
hilyanı parkın subasma nəticəsində yararsız vəziyyətə düşməsi onların bərpasına külli miqdarda vəsait ayrılmasını tələb etmişdir.
Bakıda su altında qalan təhlükəli zonalardan biri də şəhərin cənub-qərbindəki Bayıl deyilən sahədir. Xəzərin səviyyəsi qalxmağa başladıqdan sonra burada Bibiheybət neft-qazçıxarma idarəsinin buruq suları ilə doldurulmuş gölməcikləri dənizə sızırdı. Bunun qarşısını almaqçün görülmüş təcili tədbirlər ekoloji gərginliyi indi nisbətən aradan qaldırmışdır. Lakin sürüşmə təhlükəsi də xeyli artmışdır.
1999-cu ildə Bakıda baş vermiş sürüşmə Bavılda yerləşmiş yanacaqdoldurma məntəqəsini uçurmuş, Bakıdan cənub istiqamətinə doğru gedən əsas magistral avtomobil şosesini dağıtmış, gəmi təmiri zavodunun istehsal meydançalarını yararsız vəziyyətə salmış və ətrafda yerləşən yaşayış və məişət binalarına xeyli ziyan vurmuşdu. Sürüşmədən sonra Bayılın bu təhlükəli hissəsində miivafıq sahilbərkitmə işləri aparılmışdır.
Subasma və bataqlaşma prosesi Azərbaycanın şimal sahillərində də getmişdir. Belə ki, bölgənin kurort zonası kimi tanınan Nabranda səviyyənin qalxması nəticəsində sahilin ən dar hissəsində avtomobil yolunun bəzi yerləri və çimərliklərin bir hissəsi suyun altında qalmış və yerində laqunalar əmələ gəlmişdir.
Giləzi - Yaşma sahil bölgəsində isə əsas dəyişikliklər sahillərdə abraziya proseslərinin güclənməsi ilə bağlıdır. Burada çimərlik əhəmiyyətli sahillərin yuyulması ilə yanaşı, yastı sahil terraslar bataqlıq vəziyyətinə düşmüşdür. Sahillərdə ekoloji vəziyyətin pozulması, əlbəttə, onların istirahət baxımından cazibə- darlığına mənfi təsir göstərir. Nəticə etibarilə isə bu yerlərdə istirahət edənlərin sayı azalır.
Dənizin səviyyəsinin tərəddüdü sahil ərazilərində təsərrüfata böyük ziyan vurmuşdur. Bu vəziyyətin gələcəkdə təkrar olunmaması üçün sahil ərazilərində təsərrüfat obyektləri təşkil edərkən dəniz səviyyəsinin mütəmadi dəyişilməsini mütləq nəzərə almaq lazımdır.
25
XƏZƏR DƏNİZİNİN TƏSƏRVƏTLƏRİ, ONIMƏNİMSƏNİLMƏSİ və
. •
VƏZİYYƏTİN DƏYIŞILM
Neft və qaz ehtiyatlarının mənimsənilməsi
Müasir dövrdə Xəzər regionunda insan fəaliyyətinin ən geniş yayıldığı sahə neft sənayesidir. Xüsusən Xəzərin şelf zonasında il-ildən yeni zəngin neft yataqlarının aşkar edilməsi həm Xəzəryanı ölkələrin, həm də digər inkişaf etmiş ölkələrin bu regionun təbii sərvətlərinin mənimsənilməsinə marağının artmasına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Xəzəryanı ölkələrin üçündə - Azərbaycan, Türkmənistan və Qazaxıstanda - sahilyanı ərazilərdə artıq 100 ildən artıqdır neft və qaz hasilatı aparılır. Azərbaycan sahilində isə suyun dayaz yerində hələ 1824-cü ildə ilk dəniz quyusu qazılmışdır. Bütün bunlar Xəzər regionunda neft sənayesinin inkişafının maraqlı və qədim tarixə malik olduğunu göstərir.
Bununla belə, heç şübhəsiz, dənizdən sənaye miqyaslı neft-qaz hasilatı 1949-cu ilə aiddir və Abşeron yarımadasından təxminən 100 km aralıda kəşf olunmuş Neft Daşları yatağından başlanmışdır. Sonrakı dövrdə dənizin bu sahəsində daha yeni yataqlar kəşf olunaraq istismara verilir. Artıq keçən əsrin 60-cı illərindən etibarən Xəzərin Türkmənistan sahəsində də neft hasilatına başlanılır.
Xəzərin digər şelf sahələrində kəşfiyyat və qazıma işləri uzun müddət müsbət nəticə vermirdi. Yalnız 80-ci illərdə Xəzərin Rusiya hissəsində (Dağıstan sahilində) perspektivli neft-qaz yataqları aşkar olunaraq istifadəyə verilir. Lakin İnçxe-dəniz adlı bu yatağın istismarı uzun çəkmir, qısa müddətdən sonra dayandırılır. İnçxe-dəniz yatağı ilə təxminən eyni zamanda, 80 - 90-cı illərdə Qazaxıstanın sahillərində də çox nəhəng neft yataqları aşkar edilir. Lakin bütün bunlara baxmayaraq, dənizdən neft hasilatının əsas hissəsi günü bu gün də Azərbaycanın payına düşür.
SSRİ dağıldıqdan sonra Xəzər regionunda yeni müstəqil dövlətlərin yaranması neft sənayesinin inkişafına böyük təkan verdi. Xarici investorların regiona gəlməsi dənizdəki perspektivli neft-qaz yataqlarının mənimsənilməsi üçün əlverişli şərait yaratmışdır. Bu baxımdan Xəzərin daha yaxşı öyrənilmiş Azərbaycan
t Ur k m ə n İs t « h
bölgəsində mövcud olan neft yataqları xüsusi cazibə- darlıqları ilə fərqlənir. Təsadüfi deyil ki, Xəzər regionunda ilk iri neft müqaviləsi - “Əsrin kontraktı” - Bakıda 1994-cü ilin sentyabr ayında imzalandı. Azərbaycanda bu, neft renessansının başlanğıcı hesab oluna bilər. Qeyd etmək lazımdır ki, xarici investorlar heç də yeni yataqlar kəşf etməmişdilər, onlar kifayət qədər öyrənilmiş, real, lakin uzun müddət istifadə olunmamış (dənizin nisbətən dərin yerlərində olduğu üçün) yataqlara maraq göstərmişdilər.
Xəzərin Azərbaycan bölgəsində 10-dan artıq perspektivli neft-qaz yatağı geoloji baxımdan kifayət qədər əsaslı öyrənilmişdir və elə bu səbəbdən də xa-
Xəzər regionunda neft-qaz yataqları
Q A Z A X I S T A N•4
28
Azərbaycanda neft və qaz hasilatın m artımı (mln. ton)
■ qaz Я neft
rici investorlar bu sahələrə daha çox maraq göstərirlər. Bağlanan müqavilələrin dinamikası belə deməyə əsas verir. Belə ki, “Əsrin müqaviləsi”ndən keçən az müddət ərzində sürətlə daha bir çox neft müqavilələri də imzalandı.
Azərbaycanda yeni neft renessansının başlanğıcı sayılan və 1994-cü il sentyabrın 20-də bağlanmış “Əsrin kontraktı” beynəlxalq müqaviləsi Azəri - Çıraq - Günəşli dəniz neft yataqlarının mənimsənilməsini nəzərdə tuturdu. Bu müqaviləni Azərbaycanın neft şirkəti ilə yanaşı, dünyanın ən iri bir neçə neft şirkəti imzalamışdır. Müqaviləyə əsasən, üç hissədən ibarət olan bu yataqdan 30 il ərzində 511 mln. ton neft çıxarmaq nəzərdə tutulmuşdur.
Yataqda aparılan qazıma işləri burada hasil ediləcək neft ehtiyatlarının həcminin 900 mln. ton olduğunu göstərmişdir; deməli, nəzərdə tutulduğundan xeyli artıq. Ümumiyyətlə, kəşf edilmiş neft ehtiyatları dənizin 80 - 350 metr dərinliyi olan sahələrdədir.
Müqaviləyə əsasən yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 1997-ci ildən etibarən Çıraq yatağından neft hasil etməyə başlamışdır. 1997 - 2003-cü illər ərzində bu yataqdan artıq 31 mln. ton neft çıxarılmışdır. 2003-cü ildən Azəri yatağının mərkəzi, şərq və qərb hissələrində mənimsənilməsi
başlanmışdır. Artıq 2005-ci ilin birinci yarısından etı- barənsə Azəri yatağının mərkəzi hissəsində sənaye miqyaslı neft hasilatı nəzərdə tutulmuşdur.
ABƏŞ-in planına əsasən, 2006-cı ildə Azəri - Çıraq - Günəşli yataqlarından 21,3 mln. ton neft hasil ediləcəkdir. Dənizdə böyük həcmdə neft hasilatı, təbii ki, ətraf mühitə təsirsiz qalmayacaqdır, istehsal artdıqca təhlükə də arta bilər. Bunun qarşısını almaq üçün Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyi ABƏŞ- in dənizdə neft istehsalı zamanı ətraf mühitin qorunması məsələlərinə riayət edilməsini nəzarət altında saxlayır.
Dünyanın aparıcı neft şirkətləri, o cümlədən EksonMobil şirkəti ətraf mühitin qorunması sahəsində öz məsuliyyətlərini dərk edir və fəaliyyətləri ilə ətraf mühitə zərər vurmamaq üçün səy göstərirlər. Əməliyyatlar zamanı müasir texniki avadanlıqdan istifadə olunması ətraf mühitə təsiri azaldır, eləcə də, ekoloji məsələlərin idarə olunması planlarının əvvəlcədən razılaşdırılması və əməliyyatlar zamanı onlara ciddi əməl edilməsi ətraf mühitə təsirin minimum həddə endirilməsinə yönəldilmişdir.
2004-cü ilin sonuna Azərbaycan Dövlət Neft Şirkəti ilə 20-dən çox beynəlxalq müqavilə imzalanmışdır ki, onların da yarısından çoxu dəniz neft yataqları ilə bağlıdır. Bu yataqların əksəriyyətində hələ ki kəşfiyyat və qazıma işləri aparılır. Əlbəttə, dediyimiz kimi, dənizdə aparılan bu texnoloji əməliyyat işləri ətraf mühitə öz mənfi təsirini göstərir. Belə təsirin mümkün qədər azaldılması məqsədi ilə ətraf mühiti mühafizə edəcək avadanlıqların tətbiqi xüsusən çox böyük əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, belə avadanlığın əldə olunması kifayət qədər vəsait tələb edir. Bu baxımdan bağlanmış müqavilələrdə bu çətin məsələnin həlli üçün lazım olan hər şey nəzərdə tutulmuşdur.
1997 - 2003-cü illərdə ABƏŞ Azəri - Çıraq - Günəşli yataqlarından ilkin neft hasilatı mərhələsində 5 mlrd, dollara yaxın vəsait xərcləmişdir. Yalnız Azəri yatağı üzrə 1 mlrd, dollardan çox investisiya qoyulmuşdur.
Azəri - Çıraq - Günəşlinin tam üç faza üzrə istismarı nəticəsində neft hasilatı 2009-cu ildə maksimum
həddə çatdırılacaqdır. Mütəxəssislərin fikrinə görə, bu dövrdə neft hasilatı yataqda ildə 55 mln. tona ça- tacaqdır.
Xəzər dənizinin Azərbaycan sektorunda 1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensant yatağının kəşf olunması dənizdə neft kəşfiyyatı işlərinin intensivləşməsinə təkan vermişdir. Şahdəniz yatağı Bakıdan 70 km aralıda - cənub-şərqdə yerləşir. Uzunluğu 30 km və eni 12 km olan bu yataq suyun 100 - 500 metr dərinliyində yerləşir. Şahdənizlə yanaşı, dənizdəki digər perspektivli qaz yataqlarının mövcudluğu yaxın gələcəkdə qaz hasilatının artmasına zəmin yaradır.
Şahdəniz yatağında təbii qaz ehtiyatları 900 mlrd. m3 təşkil edir. Yataqda qazıma işləri “İstiqlal” üzən qazıma avadanlığı vasitəsilə aparılır. Nəzərə almaq lazımdır ki, yatağın əsas qaz ehtiyatları suyun 200 metrdən daha dərin yerlərindədir. Odur ki Şahdəniz yatağının tam həcmdə istismara verilməsi üçün bir neçə belə üzən qazıma avadanlıq tələb olunur və dənizin dibi ilə Səngəçal terminalı istiqamətində 100 km uzunluğunda sualtı qaz kəmərləri inşa edilməlidir. Nəticədə isə dənizə texnogen təsir daha da artacaqdır. Layihə çərçivəsində təbii qaz hasilatının həcmi 2010-cu ildə 16 mlrd, m’ olmalıdır.
Azəri - Çıraq - Günəşli və Şahdəniz layihələrinin həyata keçirilməsi nəticəsində yaxın 20 il ərzində (1 barrel neftin qiyməti 25 dollar hesabı ilə) Azərbaycanın gəliri 60 mlrd, dollara çatacaqdır.
Azərbaycanda Sovet dövründə aparılan neft hasilatı ətraf mühitə öz “izini” qoymuşdur; ilk növbədə Abşeronun sahil əraziləri xeyli çirklənmişdir. Neft yataqları ətraflarında buruq sularından və neft məhsullarından ibarət yüzlərcə gölməçə yaranmışdır. Eyni zamanda, Abşerondakı bir çox təbii göllər (bəziləri müalicəvi əhəmiyyətə malik idi) tullantı sularla doldurularaq yararsız vəziyyətə salınmışdır.
Neft tullantıları bir tərəfdən torpaqları çirkləndir- miş, digər tərəfdənsə sahilboyu dənizin dibi, xüsusən Bakı buxtası ekoloji baxımdan çox gərgin zonaya çevrilmişdir.
Neftlə çirklənmiş torpaqların əsas hissəsi Abşeron yarımadasındadır. Belə torpaqlar xüsusən Balaxanı, Binəqədi, Suraxanı, Bibiheybət və digər yataqların
yerləşdiyi ərazilərdə daha çoxdur. Ümumiyyətlə, burada neftlə çirklənmiş torpaqların sahəsi 10 min hektardan da artıqdır. Neftlə çirklənmiş torpaqların qalınlığı bəzi yerlərdə 5 -1 0 metrə çatır.
Neft mədənlərinin sahəsi eyni zamanda dəmir-beton məmulatları tullantıları idə də yararsız vəziyyətə düşmüşdür. Odur ki bu ərazilər həm tullantılardan təmizlənməlidir, həm də neftlə çirklənmiş torpaqlar rekultivasiya olunmalıdır. Bu istiqamətdə bəzi tədbirlər görülür, lakin lazımi nəticələr hələ yoxdur.
indiki neft hasilatı isə Sovet dövründə aparılan və çirklənmə ilə nəticələnən hasilat işlərindən fərqli olaraq, daha müasir, ətraf mühitə təsir baxımından daha həssas yanaşan yeni texnologiya və üsullarla həyata keçirilir.
Xəzər dənizində neft-qaz hasilatının daha böyük perspektivləri onun şimal-şərq hissəsi ilə, daha dəqiq desək, dənizin Qazaxıstan sektorunun adıyla bağlıdır. Qazaxıstanın neft-qaz sənayesi ölkənin iqtisadiyyatında aparıcı sahələrdən biri olduğu üçün onun inkişafına xüsusi fikir verilir. Belə ki, neft hasilatının həcmi respublikada ildən-ilə artmaqdadır. Əgər 2001-ci ildə respublikada neft hasilatı 39,9 mln. ton olmuşdusa, 2003-cü ildə bu göstərici artıq 55 mln. tona çatmışdır. Hasil edilən neftin 90%-dən çoxu ölkənin Xəzər- sahili əraziləri Mangistau və Atırau vilayətləri hesabına yazılmalıdır. Qazaxıstanda ən nəhəng neft yatağı Atırau vilayətində yerləşən Tengizdir. Mütəxəssislə
rin hesablamalarına görə, burada karbohidrogen ehtiyatlarının həcmi 1,3 mlrd, tondur. Elə son dövrdə Qazaxıstanda neft hasilatının artımı ilk növbədə Tengiz yatağının hesabına əldə olunmuşdur. Eyni zamanda qeyd etmək lazımdır ki, meydana çıxan bir sıra çox ciddi ekoloji problemlər bu yatağın genişmiqyaslı istismarına mane olur.
Qazaxıstanın sahil ərazilərindəki neft yataqlarında böyük həcmdə kükürd vardır. Bu isə ekoloji baxımdan təhlükəlidir: istehsal prosesində hər hansı bir qəza ətraf mühitə böyük ziyan vura bilər. 1989-cu ildə Tengiz yatağında baş vermiş qəzanı misal çəkmək olar. O zaman 1 il 6 ay ərzində yanan buruğu söndürmək mümkün olmamışdı. Nəhayət, 1,5 mlrd, dollar vəsait xərclənmiş, ətraf mühitə dəyən ziyan isə heç müəyyən də edilməmişdi.
Qazaxıstanın Atıraıı vilayətinin sahil ərazilərindəki yataqlar çökəklikdədir. Dənizdə suyun səviyyəsi qalxdıqda subasma neft buruqlarını yararsız vəziyyətə salır və beləliklə, ətraf mühitdə ekoloji gərginlik yaradır. Hazırda Atırauda 1,5 mindən artıq yararsız və ən pisi də - sahibsiz buruq mövcuddur; onlardan 142- si suyun altında qalmışdır.
Xəzərin şimal-şərq sahil bölgəsində torpaqların çirklənməsi son 40 ildə baş vermişdir və buna da neft hasilatının inkişafı səbəb olmuşdur. Göstərdiyimiz dövr kəsiyində Atırau və Mangistau vilayətlərinin sahil ərazilərində torpağa 5 mln. tona yaxın neft axıdılmışdır. Beləliklə də Qərbi Qazaxıstanda neftlə çirklənmiş torpaqların sahəsi 194 min hektara çatmışdır.
Aktau şəhərində yerləşmiş atom-elektrik stansiyasının radioaktiv tullantıları Koşkar-Ata məntəqəsində toplanmış və sahil bölgəsi üçün təhlükə zonası yaratmışdır. Digər təhlükə sahəsi Tengiz qaz emalı zavodu yaxınlığıdır. Burada qaz emalından sonra əmələ gələn kükürd tullantı kimi açıq havadaca boşaldılır. Qısa müddət ərzində burada 5 mln. tondan çox kükürd tullantısı yığılmışdır. Açıq havada böyük həcmdə kükürdün sahil ərazilərində yerləşdirilməsi ekoloji baxımdan həddən artıq təhlükəlidir. Belə ki, yağış, yeraltı sular və küləklərin təsiri nəticəsində kükürd su akvatoriyasına düşərək canlı aləmin məhvinə səbəb ola bilər.
Xəzər dənizinin Qazaxıstan sektorunun sahəsi 100 min knr-dən çoxdur. Burada karbohidrogen ehtiyatlarının ümumi həcmi təxminən 7 mlrd, ton təşkil edir.
Xəzərin Qazaxıstan hissəsində kəşf olunmuş perspektivli Kaşağan və Kurmanqazı yataqları geoloji baxımdan Tengiz yatağı ilə eyni mənşəli olduğundan buradakı neftin və qazın tərkibində böyük həcmdə kükürd vardır. Bununla belə, Kaşağan yatağı nəinki Xəzər dənizində, ümumiyyətlə, dünyada ən nəhəng neft yataqlarından biri hesab olunur. Kaşağan yatağının neft ehtiyatları 5 mlrd, tondan çoxdur. Sahildən 30 - 40 km aralıda, dənizdə suyun dərinliyi 3 -5 metr olan bir sahədə yerləşmiş Kaşağan yatağının neft ehtiyatları 4500 metr dərinlikdədir. Dərin qatlarda təzyiqin son dərəcə yüksək olması yatağın istismarında ətraf mühitin mühafizəsi məsələsinə xüsusi fikir ve
1997 - 2002-ci illər ərzində Qazaxıstandan neftin ixracı (mln. ton)
39,3
rilməsini tələb edir. Əks təqdirdə hasilat zamanı kii- kürdlii xammalın birbaşa dənizə axması Xəzərdə ekoloji fəlakət yarada bilər.
Bütün bunları nəzərə almaqla xarici investorlar Kaşağan layihəsinə artıq 2 mlrd, dollardan çox sərmayə qoymuşlar. 2005 - 2008-ci illər ərzində dünyanın aparıcı neft şirkətləri olan “ExxonMobil”, “Shell”, “Agip”, “Total British Gaz” və başqaları Kaşağan yatağının mənimsənilməsi üçün daha 8 mlrd, dollar sər-
mayə qoymağı planlaşdırırlar. Şimali Xəzər layihəsinin operatoru “Agip” kompaniyasıdır. Kaşağan yatağının mürəkkəb geoloji xüsusiyyətlərini nəzərə alaraq Qazaxıstan hökuməti xarici şirkətlərlə bağlanmış müqavilədə aşağıdakı şərtlərin yerinə yetirilməsini xüsusi vurğulamışdır:
4 “Agip” şirkəti neftlə çıxan qazm yığılmasını və nəql olunmasını təmin etməlidir;
♦ yatağın mənimsənilməsi müddəti ərzində servis sahələrinə yerli müəssisələr geniş cəlb edilməlidir;
4 neft hasilatına lazım olan və digər avadanlıqlar əsasən yerli müəssisələrə sifariş verilməlidir;
4 hasilat zamanı yaranmış ekoloji problemlər aradan qaldırılmalıdır.
Sonuncu bəndin xüsusi əhəmiyyətini nəzərə alaraq onun həyata keçirilməsi, eyni zamanda, yerli ictimai qurumların da diqqət mərkəzində saxlanılacaqdır.
Ekoloji təhlükəsizliyin təmin edilməsi üçün Kaşağan yatağı sahəsində dənizdə buruq platformalar yerləşdirilməsi məqsədi ilə süni adaların yaradılması məqsədəuyğun hesab olunmuşdur. Süni adaların ya
radılmasında Bautino yaxınlığındakı Ataş karxanasının daşından istifadə edilir. Artıq 2001-ci ildə Şərqi Kaşağan blokunda dənizin şimal hissəsində 120 x 80 metr ölçüdə ilk süni ada inşa olunmuşdur. Adanın inşasında 350 min ton daşdan istifadə edilmişdir.
Xəzərin zəngin neft-qaz yataqlarının mənimsənilməsində xarici investorların regiona marağı xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstanda Qərb neft şirkətləri ilə yanaşı, Çin şirkətləri yüksək fəallıq göstərərək buradakı karbohidrogen xammalının şərq istiqamətində nəql edilməsi üçün böyük həcmdə sərmayələr ayırırlar. Yalnız Xəzərin sahil ərazilərindəki neft yataqlarının mənimsənilməsinə Çin artıq 1,3 mlrd, dollar sərmayə qoymuşdur. Əlbəttə, bu sərmayələrin bir hissəsi ətraf mühitin mühafizəsinə yönəlmişdir.
Qazaxıstanın dənizdəki neft yataqlarından ilk öncə istifadəyə veriləcək Kaşağanın mənimsənilməsi üçün yaxın 14 il ərzində təxminən 20 mlrd, dollar sərmayə qoyulmalıdır. 2004-cii ilin sonuna xarici investorlar bu yatağa artıq 2,5 mlrd, dollar sərmayə qoymuşlar. Potensial sərmayədarların marağını nəzərə alan Qazaxıstan hökuməti 2003-cü ildən etibarən Xəzərin şelf zonasının daha az öyrənilmiş sahəsində müvafiq hazırlıq işləri aparmağa başlamışdır. İlk növbədə neft şirkətlərinin maraqlarını burada aşkar edilmiş Jambay, Cənub və Cənubi Zaburunye yataqlarına yönəltməyi ön plana çəkmişlər. Hökumət xarici şirkətlərlə birgə müəssisələrin yaradılma prosesinə xüsusi diqqət vermişdir.
Qazaxıstanın dəniz hissəsində yüzdən çox perspektivli strukturlardan Kurmanqazı və dənizdə Rusiya ilə həmsərhəd bölgədə yerləşən Xvalınskoye və Scntralnoye yataqlarının birgə istifadə edilməsi qərara alınıb.
Azərbaycanın sahil ərazilərində olduğu kimi, Qazaxıstanın Xəzərsahili bölgəsində də 100 ildən artıqdır neft-qaz hasilatı aparılır. Bu müddət ərzində ətraf mühitdə kifayət qədər dəyişikliklər baş vermişdir. Neft hasilatını nəyin bahasına olursa-olsun artırmaq üçün ekoloji tələblərə cavab verməyən layihələr belə həyata keçirilmiş və bunun nəticəsində neft mədənləri ərazilərində dəhşətli həcmdə neft tullantıları yığılıb qalmışdır. Belə ki, ən “köhnə” Emba mədənində
Qazaxıstanın karbohidrogen ehtiyaclarının paylanması■ Xəzərin Qazaxıstan
bölgəsində Я Qazaxıstanın quru
hissəsində
neftlə çirklənmiş torpağın qalınlığı 10 metrə çatır. Uzen yatağı sahəsində 138 açıq neft anbarında 211,7 min ton neft yığılmışdır. Bu yatağın xüsusi olaraq ayrılmış 7 poliqonunda 328 min neft şlamı və mazutla çirklənmiş qrunt toplanmışdır.
Torpaqların çirklənməsi ilə yanaşı, hava da çirklənir. Neftlə çıxan qaz bir çox hallarda qeyri-əsas xammal kimi yerindəcə yandırılır.
Yalnız Mangistau vilayətində neft hasilatı zamanı 1995 - 2000-ci illər ərzində neft şirkətləri tərəfindən 190 mln. m3 qaz yandırılmışdır. Qeyd etmək lazımdır
ki, neftlə çıxan qazın tərkibi çox qarışıq və mürəkkəb olduğu üçün onun yandırılması havanın ekoloji gərginliyini artırır. Elə bu səbəbdəndir ki, neft mədənləri ərazilərində ekoloji şərait heç də qənaətbəxş deyil.
Son illər Qazaxıstanın neft mədənləri sahələrində radiasiyanın normadan artıq olması ekoloji baxımdan xüsusi narahatlıq yaradır. Buradakı neft yataqlarının buruq sularında böyük həcmdə radionukleidlər aşkar edilmişdir. Mangistau vilayətinin Uzen, Jetıbay və Kalamkas yataqlarında dərin qatlardan çıxarılmış lay sularının tərkibində uran, torium və radium radionuk- leidləri müəyyən olunmuşdur. Bu yataqların istismarı zamanı ətraf mühitdə radiasiya mənbəli 1456,6 ton tullantı toplanmışdır.
Xəzər sahilinin Qazaxıstan hissəsində radiasion çirklənmənin digər səbəbi isə sovet dövründə (1970 - 90-cı illərdə) burada yerin altında sınaq məqsədi ilə 20-dən çox atom bombasının partladılmasıdır. Aydın
dır ki, vaxt keçdikcə radiasion çirklənmiş lay sularının yerin üzərinə və dənizə sızma ehtimalı xeyli artır. Bütün bunları nəzərə alaraq belə söyləməyə əsas var ki, Qazaxıstanın sahil zonası, eyni dərəcədə Rusiyanın sahil əraziləri Xəzərin ən təhlükəli radiasion çirklənmiş sahəsi hesab oluna bilər.
İctimaiyyəti narahat edən məsələlərdən biri də sahil ərazilərində çoxlu sayda neft buruqlarının suyun altında qalması və uzun illərdən bəri sahildə batmış gəmilərlə bağlı heç bir tədbir görülməməsidir. Qazaxıstanın sahilində bu günə kimi 29 gəmi batmışdır. Bu gəmilər əsasən Bautino və Ataş yaşayış məntəqələri sahillərindədir. Təbii ki, korroziya nəticəsində gəmilərin yanacaq anbarlarından neft məhsulları dənizə sızır. Elə buna görədir ki, bu sahələrdə dənizin neft məhsullarıyla çirklənməsi müəyyən edilmiş həddən 10-11 dəfə çoxdur.
Xəzərin sahil ərazilərinin neft və qazla zəngin olan bölgələrindən biri də Türkmənistanın sahilyanı zonasıdır. Burada əsas neft yataqları Çələkən - Nebitdağ sahəsindədir. Yüz ildən artıq davam edən neft hasilatı ətraf mühitə kifayət qədər mənfi təsir göstərmişdir. Neft yataqları əraziləri ilə yanaşı, körfəz akvatoriyasında da çirkab suları, tullantılar baş alıb gedir.
Türkmənistanda neft hasilatının əsas mərkəzi Qərbi Balxan neft-qaz rayonu hesab olunur. Burada ən iri yataqlar Qumdağ, Qoturtəpə, Qanuşlıca və Okərəmdir. Yerli mənbələrin neft ehtiyatları haqda rəsmi məlumatları çox da inandırıcı deyil. Beynəlxalq neft şirkətlərinin məlumatına görə, Xəzərin Türkmənistan sektorunda təxminən 3 mlrd, ton neft və 4,8 mlrd, m’ təbii qaz ehtiyatı vardır. Respublikada neft- qaz sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq 2000 - 2010-cu illərdə neft hasilatı 10 mln. tondan 48 mln. tona, təbii qaz hasilatı isə 46,5 mlrd, m’-dən 120 mlrd. m3-ə qədər artırılacaqdır.
Digər Xəzəryanı ölkələr kimi, Türkmənistanda da neft sənayesinə xarici investorları cəlb etməyə çalışırlar. Lakin bu iş çox ləng getdiyi üçün burada yalnız üç xarici neft şirkəti fəaliyyət göstərir. Onlardan yalnız biri - ingilis - ərəb “Dragon oil” şirkəti, “məhsulun tən bölünməsi” şərti ilə fəaliyyət göstərir, yəni konkret neft çıxarır. Danimarka şirkəti “Maersk oil”
və Malayziya şirkəti “Petronas” hələ ki neft kəşfiyyatı işləri ilə məşğuldurlar. “Dragon oil” şirkəti artıq səkkizinci ildir öz fəaliyyətini dənizdəki 3 yataqla bağlamışdır. Bunlar Çələkən yarımadasından aralı Ceytun (keçmiş LAM), Çıqalıbəy (keçmiş Jdanov) və Çələkənyanğımaz yataqlarıdır. Mütəxəssislərin fikrincə, burada bütövlükdə təxminən 70 mln. ton neft və 62 mlrd, m3 qaz vardır.
Dənizdə neft hasilatının artması ilk öncə yeni perspektivli yataqların istismara verilməsindən asılıdır. Bu baxımdan Türkmənistan tərəfi dənizdə aşkar edilmiş bir neçə yatağa xüsusi ümid bağlayır. Bunlardan biri Azərbaycan tərəfi ilə mübahisəli olan Kəpəz yatağıdır (türkmənlər bu yatağı Sərdar adlandırırlar).
Kəpəz yatağı Azərbaycan mütəxəssisləri tərəfin- , „ dən kəşf edildiyi üçün beynəlxalq hüquq normaları-
hasilatının 1990 - 2004-cü na иУЁип olaraq ona sahib məhz Azərbaycan olmalı- illər ərzində dəyişilməsi dır. Lakin Xəzərin hüquqi statusu hələ də müəyyən
(mln. ton) edilmədiyi üçün və Kəpəz yatağı dənizin orta xətt sa
həsində yerləşdiyindən bu neft yatağı mübahisəli olaraq istismar edilmir.
Türkmənistanın Xəzərsahili perspektivli yataqları olan Qoturtəpə, Barsa - Gəlməz və Burun strukturlarında neft 4500 - 5000 metr dərinlikdə yerləşən məhsuldar qatdadır.
Sahil ərazilərində neft hasilatı və emalı həm qurunun, həm də suyun çirklənməsinə səbəb olmuşdur.
Uzun illər ərzində Türkmənbaşı neftayırma zavodunun tullantıları Saymonov körfəzinə axıdılırdı. Yalnız son illərdə körfəz təmizlənmiş və tullantıların axıdıl- masının qarşısı alınmışdır. Eyni zamanda, dəniz akvatoriyasının çirklənməsində Okərəm və Çələkən neftdoldurucu limanları kimi yeni mənbələr meydana çıxmışdır. Bu limanların hər biri ayrılıqda ildə 3,6 mln. ton neft qəbul etmək imkanına malikdir.
Xəzər dənizinin Türkmənistanın sahil sahələri üçün təhlükə yaradan digər mənbə Qaraboğazqol körfəzi və onu əhatə edən duzla örtülmüş ərazilərdir. Xəzər dənizinin səviyyə tərəddüdü burada uzun illər istismar edilən zəngin duz ehtiyatlarının təsərrüfatına mənfi təsir göstərmişdir. Belə ki, səviyyənin əvvəlcə aşağı düşməsi körfəz sahəsinin xeyli azalmasına səbəb olmuşdur və nəticədə də duzla örtülü böyük ərazilərdən minerallar külək vasitəsilə digər bölgələrə yayılırdı. Səviyyənin qalxması isə təsərrüfat əhəmiyyətli mineral duzların səmərəli mənimsənilməsində çətinliklər yaradır. Hər iki halda Qaraboğazqol körfəzi bölgəsində ekoloji gərginlik artır və nəticədə burada ekosistemin tarazlığının pozulması kifayət dərəcədə nəzərə çarpır.
Xəzər dənizinin Rusiya ərazisinə aid olan sahil bölgəsinin bütün yerləri eyni dərəcədə mənimsənilməmişdir. Bu səbəbdən də sahil ərazilərində ekoloji gərginliyin səviyyəsi xeyli fərqlidir.
Təsərrüfat baxımından inkişaf etmiş Həştərxan vilayətinin sahil əraziləri daha çox mənimsənildiyi və Volqa çayının geniş dcltasıyla çirkab suları dənizə axdığı üçün burada ekoloji vəziyyət ağırdır. Məlumdur ki. Xəzər dənizinə çayla gətirilən suların 85%-i Volqa çayının payına düşür. Nəzərə alsaq ki Volqa çayı Rusiyanın sənaye baxımından inkişaf etmiş Avropa hissəsindən istehsal tullantılarını dənizə axıdır, burada təbii şəraitin kifayət qədər pozulması heç də təəccüb doğurmamalıdır.
Rusiyanın Xəzərdəki şelf bölməsində karbohidrogen ehtiyatları təxminən 1,2 -1,5 mln. ton təşkil edir. Əsas neft-qaz ehtiyatları Həştərxan vilayəti və Dağıstanın sahil ərazilərindədir. Dağıstanda hələ keçən əsrin 70-ci illərində İnçxe-dəniz neft yatağı istismar edilirdi. Lakin sonrakı illərdə yataq ətraf mühit üçün təh-
к
А
ж
lükəli olduğundan burada bütün işlər dayandırılmışdı. Yalnız 1997-ci ildə yatağın yenidən istismara verilməsi üçün beynəlxalq tender elan edilmiş və onun qalibi “İP Kenni” olmuşdur. Beləliklə də İnçxe-dəniz yatağında neft hasilatının bərpası imkanı yaranmışdır.
Şimali Xəzərlə Orta Xəzər arasında keçən şərti sərhəd xəttində perspektivli Sarmatski yatağında intensiv kəşfiyyat işləri aparılır. Dənizin Rusiya sektorundakı Dmitriyevskoye və Xvalınskoye (Qazaxıstanla həmsərhəd bölgədə) yataqları da neft hasilatının inkişafında mühüm rol oynaya bilər. Rusiya üçün Xəzər dənizində Qazaxıstanla birgə istismar ediləcək Sentralnoye, Xvalınskoye və Kurmanqazı və Azərbaycanla müştərək işlənəcək Yalama (Xəzərin Azərbaycan sektorunda yerləşir) yataqları xüsusi əhəmiyyət kəsb edir. Müqaviləyə əsasən, bu yataqlar Rusiyanın “LUKoyl” neft şirkəti ilə şərikli istismar olunmalıdır. “LUKoyl” şirkəti artıq Azərbaycan Dövlət Neft Şirkəti ilə Yalama yatağında qazıma işləri aparır.
Yalama yatağı sahildən təxminən 30 km aralıda, suyun dərinliyi 80 - 700 metr arasında olan bir ərazidə yerləşir. Yatağın sahəsi 3037 km2.
Rusiya sahilinin quru hissəsində neft və qaz yataqları Dağıstanda və Həştərxan vilayətində aşkar olunmuşdur. Həştərxandan şimal-şərq istiqamətində 80 km aralı eyniadlı iri qaz-kondensat yatağı artıq neçə illərdir istismar edilir. Bütövlükdə Xəzərin şimal və şimal-şərq hissəsində olan neft və qaz yataqlarında olduğu kimi, Həştərxan strukturunda da böyük həcmdə
kükürd toplanmışdır. Elə bu səbəbdən də qaz hasilatı ekoloji baxımdan bölgədə və hətta ondan kənarlarda da vəziyyətin gərginləşməsinə səbəb olmuşdur.
Məlumdur ki, Həştərxan yatağından xeyli aralı (10 - 30 km) ekosistemdə neqativ dəyişiklikər nəzərəçar- pan dərəcədə olmuşdur. Nəticədə bitki və heyvanat
aləminin bəzi növləri, demək olar ki, yox olmuşdur. Hətta bir neçə yaşayış məntəqələrinin sakinlərini hökumət daimi yaşayış yerlərindən köçürmək məcburiyyətində qalmışdır.
Rusiya hökumətinin Xəzərin neft ehtiyatlarına xüsusi marağı 1998-ci ildə Xəzər dənizinin şimal hissəsində qoruq zonasında hüquqi qaydalara qismən dəyişiklik edilməsi haqda 1998-ci ildə qəbul olunmuş qərarda öz əksini tapdı. Bütövlükdə Xəzərin balıq ehtiyatları üçün təhlükə yaradan bu qərar şimal sahillərində neft kəşfiyyatının genişlənməsinə əlverişli zəmin yaratdı. Beləliklə, bölgədə yeni ekoloji gərginlik zonalarının yaranma ehtimalı artdı.
Dağıstan sahilində əsas neft yataqları sahilin Ma- haçqala - Dərbənd hissəsindədir. Lakin neft hasilatının bu sahədə hələ nisbətən az olmasına baxmayaraq, yataqların istismarı digər təsərrüfat sahələrinin fəaliyyətinə mənfi təsir göstərir. Bu, ilk növbədə rekreasiya sahəsində özünü büruzə verir. Onsuz da qeyri-sta- bil region sayılan Dağıstanda ekoloji gərginlik bu ərazinin inkişafına maneçilik edən əlavə amillərdən biri
ola bilər. Lakin bütün bunlara baxmayaraq, Dağıstanın şelf zonasında aşkar edilmiş 4 perspektivli blok bəzi neft şirkətlərinin maraq dairəsindədir. Bu sahənin tədqiqi üçün “Dağneft” aksioner birliyi ABŞ-ın “JP Redd” və Kanadanın “Conarco” neft kompaniyaları ilə birgə “Caspoil” konsorsiumunu yaratmışdır. Dəniz şəraiti üçün lazım olan avadanlığın çatışmazlığı kəşfiyyat və qazıma işlərinin aparılmasına müəyyən qədər mane olur.
Xəzərin İran sahili neft ehtiyatlarının aşkar edilməsi məqsədi ilə hələ keçən əsrin 70-ci illərində tədqiq olunmuşdur. İran tərəfinin dəvəti ilə Azərbaycan mütəxəssisləri şelf zonasında qazıma işləri aparmış, lakin gözlənilən nəticələr əldə olunmamışdır.
Xəzər regionunda yeni geosiyasi vəziyyətin yaranması və nəticədə bura iri neft şirkətlərinin cəlb olunması dənizin İran bölgəsinə marağın artmasına səbəb oldu. “Lasmo”, “Dutch/Shell” və “Monument oil” xarici neft şirkətləri dənizdə - Azərbaycanın İran sərhədinə yaxın ərazisində aşkar edilmiş Muğan-1, Mu- ğan-2 və sahilin şimal-şərq hissəsində olan Qorqan yataqlarına maraq göstərmişlər. Bu layihələrlə eyni zamanda Yaponiya və Çin şirkətləri də maraqlanırlar.
Xəzər dənizindəki iri neft yataqları əsasən seysmik aktiv zonalarda yerləşir. Bununla əlaqədar kəşfiyyat, qazıma və neft hasilatı zamanı burada az gücdə mütəmadi yeraltı təkanlar baş verir.
Bəzi hallarda seysmoloji amil həddən artıq şişirdilir. Bunun səbəbi başlıca olaraq maraqlı tərəflərin Xəzər regionuna iqtisadi və siyasi baxışlarından irəli gəlir. Belə ki, Rusiya və İran mütəxəssisləri Xəzərin seysmik fəal sahədə olduğunu təsdiqləyərək onun dibi ilə inşa olunacaq neft-qaz kəmərlərinin ətraf mühit üçün təhlükə yaradacağını qeyd edirlər.
26 dekabr 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələ və onun nəticəsində yaranmış sunami Cənub-Şərqi Asiya sahillərində 300 mindən çox insanın ölümünə səbəb olmuşdur. Belə dəhşətli sunamilər əsasən açıq okeanlarda yaranır və onun dağıdıcı qüvvəsi sahillərdə özünü büruzə verir. Lakin İran alimləri siyasi maraqlara uyğun olaraq belə sunamilərin Xəzər dənizində də baş verəcəyi haqda fikir söyləmişlər. Bu sahədə isə çalışan hər bir mütəxəssis bilir ki, qa
palı dənizdə belə gücdə sunamilər qətiyyən yarana bilməz. Elmi əsası olmayan bu cür “mülahizələr” potensial investorların, xüsusilə də neft sektorundakı iri şirkətlərin regiona marağını azaltmağa yönəlmiş bir cəhddir.
Xəzər regionunda neft-qaz hasilatının getdikcə artması, təbii ki, ətraf mühitə texnogen təsirin güclənməsinə səbəb olacaqdır. İmkan daxilində bunun qarşısını almaq üçün bıı gün ən vacib məsələlərdən biri kimi bu sahədə dövlətlərarası əməkdaşlığı genişləndirmək lazımdır. Yalnız bu istiqamətdə aparılan praktik fəaliyyət Xəzər dənizinin ekosisteminin mühafizəsində səmərə verə bilər.
Xəzərin bioloji ehtiyatları
Karbohidrogen ehtiyatları ilə yanaşı, Xəzər bitki və heyvanat aləmi təsərrüfatları baxımından da mühüm əhəmiyyət kəsb edir. Bioloji ehtiyatların dənizdə yayılmasını dənizin hidroloji xüsusiyyətləri, qida maddələrinin qeyri-bərabər paylanması və üzvi maddələrin minerallaşma səviyyəsi müəyyən edir.
Xəzər dənizində heyvanat aləminin 1839 növü mövcuddur. Onlardan təxminən 78%-ni onurğasızlar təşkil edir. Bitki aləmi isə dənizdə, əgər belə demək mümkünsə, 733 növlə təmsil olunur; onların da böyük əksəriyyəti, yəni 99%-dən çoxu yosunlardır.
Sözsüz ki, Xəzər dənizi ilk növbədə özünün balıq ehtiyatları ilə fərqlənir. Mütəxəssislərin fikrincə, Xəzər dənizində 124-dən 156-dək balıq növü var. Qara
və Aralıq dənizləri ilə müqayisədə Xəzərin ixtiofau- nası müxtəliflik baxımından bir o qədər də zəngin deyil. Bununla belə, Xəzər dənizi ixtiofaunanın yüksək məhsuldarlığı ilə Cənubi Avropa dənizlərindən fərqlənir. Növ və yarımnövlər arasında Xəzər dənizində başlıca yeri xulkimilər (35,6%), çəkikimilər (22,7%) və siyənəkkimilər (17,8%) tutur. Onların payına dənizdə olan ixtiofaunanın 76%-dən çoxu düşür. İxtiofaunanın fərqləndirici cəhətlərindən biri də onların təxminən 46%-nin endemik şəkildə olmasıdır.
Daha çoxsaylı endemik formalar siyənəkkimilər qrupunda yayılmışdır.
Endemik canlı orqanizm kimi suiti Xəzər dənizində özünəməxsus yer tutur. Belə ki, suiti ovunun burada təxminən üç yüz ilə qədər vətəgə ovu tarixi var. Hələ keçən əsrdə Xəzərdə ildə yüz minlərlə suiti ov- lanırmış. Son onillikdə ekoloji vəziyyətin gərginləşməsi ilə bağlı suitinin sayı xeyli azalmışdır. Eyni zamanda, suitinin akvatoriyada yayılma sahəsi də qısalaraq əsasən Şimali və Orta Xəzər bölgələri ilə məhdudlaşmışdır.
Şimaldan cənuba doğru suyun duzluluğunun dəyişilməsi (artması) və mineral maddələrin paylanma xüsusiyyətləri balıqların qida məhsullarının yaranmasına, növünə və həcminə birbaşa təsir göstərir. Vətəgə balıqlarının coğrafiyası da buna uyğun olaraq müəyyən edilir.
Xəzərdə balıqların əsas kütləsi sahilyanı zonalarda məskən salmışdır. Onlar başlıca olaraq dənizin 50 - 75 metr dərinliklərində yaşayırlar.
Vətəgə balıqlarını burada əsasən kilkə, nərəkimi- lər və siyənəkkimilər təşkil edir. Nərəkimilərin yayılma sahəsi - Şimali Xəzərin şelf zonası, Orta Xəzərin qərb hissəsi və Cənubi Xəzərin şərq hissəsidir. Qış dövründə nərəkimilər əsasən Orta və Cənubi Xəzərə çəkildikləri halda, yazda su tədricən isindikcə şimala doğru hərəkət edirlər.
Nərəkimilər kürü tökmək üçün başlıca olaraq Şimali Xəzər və Volqa çayına miqrasiya edirlər. Digər iri çaylar istiqamətlərində nərəkimilərin hərəkəti nisbətən azdır. Bütiin bunlara uyğun olaraq nərəkimilərin ovlanmasının paylanma dərəcəsi xeyli fərqlidir. Ən çox nərə ovu Xəzər - Volqa bölgəsinin payına düşür. Bu göstərici 69% təşkil edir. Digər yerlərdə nərəkimilərin ovu müvafiq olaraq Xəzər - Uralda 21%, Xəzər - Kürdə isə 0,9% təşkil edir.
Nərəkimilərin ovunun ildən-ilə azaldığını və dünya üzrə onun ovunun 95%-nin Xəzər dənizinin payına düşdüyünü nəzərə alsaq, onda bu nadir balıq növünün mühafizəsinin necə böyük əhəmiyyət daşıdığı aydın olar. Yalnız son on il ərzində nərəkimilərin ovu təxminən 10 dəfə, o cümlədən son 5 ildə 2 dəfə azalmışdır. Əgər 1985-ci ildə nərəkimilərin ovu 28,5 min
ton olmuşdursa, artıq 2003-cü ildə 1,5 min tona qədər azalmışdır.
Son 25 ildə balıq ovunun əsasını kilkə təşkil edir. 1980-ci illərdən başlayaraq onun xüsusi çəkisi ümumi balıq ovunda 75%-i ötmüş və hazırda 96%-ə çatmışdır. Bununla belə, digər balıq növləri kimi, kilkə ovu
Xəzər dənizində əsas balıq növlərinin ovunun dəyişilməsi (1980 - 2003-cü illər ərzində; min tonla)
Balıq növləri 1980 1985 1995 2003
Nərəkimilər 25,0 28,5 2,9 1,5
Kilkə 304,7 400,0 107,8 50,0
İri pulcuqlular 23,0 35,0 41,2 —
nun həcmi də son 10 il ərzində 2 dəfədən çox azalmışdır. Azərbaycan bölgəsində son 4 il ərzində kilkə ovu 5 dəfə azalmışdır.
Kilkə balığı ovunun kəskin azalmasının əsas səbəbi tənzimlənməyən qanunsuz ov və Qara dənizdən Xəzərə daxil olmuş mneopsisdir. Bu sadə canlı orqanizm kilkənin əsas qida mənbəyi olan canlılarla qidalandığından onun həcminin azalmasına səbəb olmuşdur. Qısa müddət ərzində intensiv surətdə artan və dənizin hər tərəfinə yayılan mneopsis Xəzərin bioloji aləmi üçün böyük təhlükə yaratmışdır. Kilkənin sayının bərpası üçün kifayət qədər qida mənbəyi tələb olunur. Deməli, kilkənin qida mənbəyinə ortaq çıxmış mneopsislə mübarizə aparmaq lazımdır. Bu məqsədlə məhz mneopsislə qidalanan berol adlı digər canlı orqanizmin Xəzər dənizinə gətirilməsi nəzərdə tutulmuşdur.
Kilkədən fərqli olaraq nərəkimilərin həcminin azalmasına əsas səbəb qanunsuz balıq ovu və böyük həcmdə qiymətli qida sayılan kürü əldə edərək, demək olar ki, mümkün artımın qarşısının alınmasıdır. Qismən İran istisna olmaqla nərəkimilərin böyük həcmdə qanunsuz ovu ilə bütün Xəzəryanı dövlətlərdə məşğul olurlar. Nərəkimilərin əsas hissəsi kürü tökmək üçün Rusiya sahillərinə, şirin suya can atır. Digər Xəzəryanı ölkələrdən fərqli olaraq bu ölkədə qayıqların sayı-hesabı yoxdur və genişmiqyaslı qanunsuz balıq ovu baş alıb gedir.
47Rusiyanın cənub dənizlərində qanunsuz balıq
ovunun artmasını sübut edən faktlardan biri də Krasnodar diyarının nisbətən əlverişli hesab olunan Azov dənizi sahillərindəki vəziyyətdir. Son bir il ərzində qanunsuz balıq ovu nəticəsində nərəkimilərin həcmi burada 10 dəfə azalmışdır.
Xəzər dənizinin Rusiyaya aid olan hissəsində vəziyyət daha acınacaqlıdır. Müxtəlif mənbələrə görə, burada hər il qanunsuz olaraq bir neçə min ton nərə- kimilər ovlanır. Əlbəttə, qanunsuz balıq ovu Xəzərin digər bölgələrində də müşahidə olunur. Lakin onun həcmi Rusiya bölgəsində aparılan qanunsuz ovdan xeyli azdır.
Nərəkimilər qədim və nadir balıq növlərindən olduğu üçün və bu populyasiyanın sayının azalması beynəlxalq təşkilatları da narahat edir. Yox olma həddinə çatmış nərəkimilərin sayına nəzarət və onların mühafizəsi üçün Xəzərin fauna və florasını daim diqqət mərkəzində saxlayan xüsusi beynəlxalq konvensiya (CITES) mövcuddur. Onlar Xəzəryanı dövlətlərə hər ildə nərəkimilərin ovlanmasına və kürünün eksportuna kvotalar müəyyən edir. Hər bir Xəzəryanı ölkəyə kvotanın həcmi müəyyən edildikdə başlıca olaraq bu ölkənin süni balıqartırma məntəqələrindən dənizə buraxılan balıq körpələrinin sayı və dəniz sahili ərazilərin mühafizəsinin təmin edilmə səviyyəsi nəzərə alınır.
Nərəkimilərin ovlanmasının Xəzəryanı dövlətlər arasında kvota üzrə paylanması (2003-cü il; ton)Я İran - 671 ■ Rusiya - 417 Я Qazaxıstan - 226 Я Azərbaycan - 109 Я Türkmənistan - 63
ртД
Dənizə buraxılan körpə balıqların sayına görə Rusiya və İran xeyli irəlidədir. 2003-cü ildə Rusiya bölgəsindən dənizə 42,2 mln. ədəd balıq körpəsi buraxılmışdır. Rusiyanın əsas balıqartırma müəssisələri Volqa çayı deltasında yerləşdirilmişdir.
Qazaxıstanda nərəkimiləri artırma zavodları Atırau vilayətindədir. Burada 2 iri balıqartırma zavodu fəaliyyət göstərir ki, onların da hər biri ildə 3 mln. körpə balıq yetişdirmə gücünə malikdir.
2003-cü ildə Neftçalada istifadəyə verilmiş yeni balıqartırma müəssisəsi buradan dənizə hər il 15 mln. körpə balıq buraxmağa imkan yaratmışdır. Hazırda dənizə buraxılan körpə nərəkimilərin 15 - 20%-ni Azərbaycan bölgəsi təmin edir.
Bunu nəzərə alaraq CITES 2004-cü ildə ölkəmizə ayrılan qara kürünün kvotasını 9 tona qaldırmışdır. Nərəkimilərin ovunu tənzimləyən CITES beynəlxalq təşkilatı eyni zamanda qara kürünün eksport həcmini də Xəzəryanı dövlətlər arasında bölüşdürür. Balıqların ovlanmasına və sayının süni artırılmasına uyğun olaraq qara kürünün ən böyük həcmdə ekspor- tuna İran tərəfmə icazə verilmişdir.
2003-cü ildə Xəzəryanı dövlətlərə qara kürünün eksportu üzrə ayrılmış kvotalar (tonla)
Ö lkələr Tonla %-lə
tran 75,7 54
Rusiya 31,3 22,3
Qazaxıstan 25 17,9
Azərbaycan 4,5 3,2
Türkmənistan 3,6 2,6
Cəm i 140,1 100
2003-cü ildə İran xaricə 65 ton qara kürü ixrac etmişdir. Əgər nəzərə alsaq ki dünya bazarında 1 kq qara kürünün qiyməti 750 dollardır, onda aydın olar ki, İranın qara kürü satışından gəliri 50 mln. dollara yaxın olmuşdur. Şimali Amerikada isə 1 kq bölgə (ağbalıq) kürüsünün qiyməti 3 min dollara çatır.
Bütün bunlarla yanaşı, “qara bazar”da yüzlərcə ton qanunsuz ovlanmış nərə balıqlarının və qara kü
rünün alveri davam etməkdədir. Bu səbəbdən də bir çox beynəlxalq təşkilatlar nərəkimilərin yox olması təhlükəsini gördükləri üçün bu balıqların ovuna müvəqqəti qadağa qoyulması təklifini irəli sürmüşlər. Belə ki, ABŞ-ın “Təhlükə altında olan növlər aktı”na əsasən (US. Endangered Akt) ağbalıqda yox olmaqda olan balıqlar siyahısına daxil edilib. Eyni zamanda, müvafiq təşkilatlar 2004-cü ildə Xəzəryanı ölkələrin dünya bazarına qara kürü çıxarmalarına məhdudiyyət qoymuşlar.
CITES təşkilatının məlumatlarına görə, hər il Xəzərdə tutulan nərəkimilərin 70%-dən çoxu qanunsuz ovlanır. Məsələnin ən dəhşətli cəhəti ondan ibarətdir ki, qanunsuz tutulan balıqların əsas həcmi nərəkimilərin kürütökmə dövrünə düşür. Daha çox qara kürü əldə etmək üçün “başabəla balıqçılar” minlərlə dişi balıqları məhv edir və beləliklə, dənizin bioloji aləminə bərpa olunmayacaq ziyan vururlar.
Yaranmış gərgin vəziyyəti aradan qaldırmaq üçün bütün Xəzəryanı dövlətlər dənizin balıq ehtiyatlarını mühafizə etmək sahəsində əməkdaşlığı gücləndirərək müvafiq tədbirlər planını həyata keçirməlidirlər. Yalnız birgə və razılaşdırılmış tədbirlər keçirməklə olduqca qiymətli və bənzərsiz Xəzər dənizini və onun balıq ehtiyatlarını gələcək nəsillər üçün qoruyub-saxlamaq mümkündür.
Rekreasiya ehtiyatları
Xəzər dənizinin sahil ərazilərində təbii iqlim şəraitinin müxtəlif və rekreasiya ehtiyatlarının zəngin olması kurort istirahətinin təşkili üçün çox əlverişlidir. Lakin hər bir konkret sahil ərazisinin coğrafi mövqeyindən və mənimsənilmə səviyyəsindən asılı olaraq mövcud imkanlardan fərqli dərəcədə istifadə edilmişdir. Belə ki, çöl, yarımsəhra, səhra, quru və rütubətli landşaftlar müxtəlif istiqamətdə ixtisaslaşmış istirahət mərkəzlərinin yaradılmasını müəyyənləşdirmişdir. Heç şübhəsiz, fəaliyyətdə olan istirahət mərkəzlərinin cazibədarlığına bir çox amillər təsir edir. Məhz bununla əlaqədar Xəzər dənizinin və onu əhatə edən ərazilərin rekreasiya ehtiyatlarının mənimsənilmə səviyyəsi kifayət qədər fərqlidir.
Azərbaycanın nadir təbii iqlim şəraiti və ərazisində müalicə əhəmiyyətli zəngin təbii ehtiyatları sahil ərazilərində rekreasiya təsərrüfatının inkişafı üçün yaxşı imkanlar yaradır. Bildiyimiz kimi, rekreasiya təsərrüfatı üçün ən əlverişli şərait əsasən dağ, dağətəyi və sahil əraziləridir. Elə bu mənada şimaldan cənuba uzanan 825 km sahilyanı zona ölkəmizdə rekreasiya təsərrüfatının səmərəli yerləşdirilməsini çox gözəl təmin edə bilər.
Sahil ərazilərinin çox hissəsi yarımsəhra landşaftlardan ibarətdir. Lakin şimal sahili üçün enliyarpaqlı- ların üstünlük təşkil etdiyi meşələr, cənub üçünsə subtropik bitkilər daha xarakterikdir. Sahilin 30%-dən çoxu narın qum çimərliklərindən ibarətdir. İlin günəşli günləri burada qat-qat çox olur, günəşsiz günlər isə təxminən 70-ə çatır. Bütövlükdə isə kütləvi istirahət üçün burada ilin 7 - 8 ayı əlverişli hesab olunur.
Dəniz suyu kifayət qədər qızdığı üçün çimərlik mövsümü 4 - 5 ay davam edir. Əlverişli iqlim şəraiti və çimərliklərin müalicəvi əhəmiyyəti sahil ərazilərinin rekreasiya dəyərliliyini xeyli artırır. Bu səbəbə görə Azərbaycanın sahil ərazilərindəki əsas kurort mərkəzləri Abşeron yarımadasında yerləşdirilmişdir.
Azərbaycanın dənizsahili zonasında 10-dan çox müalicə əhəmiyyətli mineral və termal bulaq var. Mü
alicə əhəmiyyətli karbonatlı və hidrokarbonatlı mineral sular əsasən Siyəzən - Dəvəçi ərazisində yayılmışdır. Buradakı mineral su bulaqlarının ümumi debid sutkada 5 min litrdən çox olur. Qalaaltı müalicə mərkəzində çıxan bu sular başlıca olaraq uroloji, revma- dzm və digər xəstəliklər zamanı əvəzsiz hesab edilir.
Abşeronun kurort ocaqlarındakı hidrogen-sulfıdli termal sular isə ürək-damar, ginekoloji və revmatizm xəstəliklərinin müalicəsində tətbiq edilir. Burada həm də müalicə əhəmiyyətli palçıqlardan da istifadə olunur. Bu cür palçıqlar əsasən Masazır və Böyük Şor göllərində mövcuddur. Lakin onların ehtiyatları çox azdır və ona görə də kurort təsərrüfatında geniş miqyasda istifadəsi mümkün deyil.
Abşeron yarımadasından cənuba doğru getdikcə mineral suların temperaturu artır. Belə ki, natrium- xlorlu suların temperaturu 45°C-yə çatır. Belə termal sular əsasən Lənkəran zonasında aşkar edilmişdir. Buradakı kurort mərkəzlərində həmin sulardan hərəkət orqanlarının, ürək-damar sisteminin, əsəb sistemi xəstəliklərinin müalicəsində istifadə olunur.
Azərbaycanın sahilyanı zonalarında müalicə əhəmiyyətli termal sular geniş yayılsa da, onların istifadəsi qənaətbəxş sayıla bilməz. Buradakı 9 iri istirahət-
Azərbaycamn dəniz sahilindəki əsas miialicə müəssisələrinin ümıımi vəziyyəti
Müalicəmüəssisələrininadı
Rckrcantları qəbul etmək imkanlarının
həddi
İl ərzində rckrcantlara
xidmət imkanları
Yerləşdirilmişqaçqınların
sayı
Xəstələrəayrılmışyerlərin
sayı
1 lazırdamüəssisələri
xidmət etmək imkanları
Araz 550 550 - - -
Abşeron 731 731 328 318 318
Bilgəh 456 367 - 416 367
Qaranquş 498 359 320 100 100
Günəşli 665 665 320 331 331
Xəzər 360 360 240 51 -
Pirşağı 1190 910 910 -S m ~
Şıxov 200 200 100 1001 * 100
Lənkaran 400 250 150 250 250
Cəmi 5050 4392 2368 1566 1466
kurort mərkəzinin potensial rekreant qəbul imkanından hazırda yalnız 29%-ə qədər istifadə olunur.
Azərbaycanın sahilyanı əraziləri, dediyimiz kimi, iqlim-landşaft etibarilə çox rəngarəngdir. Belə ki, yarımsəhra Abşeron yarımadasının əksinə olaraq cənubda (Lənkəran - Astara bölgəsi) və şimalda (Yalama - Nabran bölgəsi) meşə sahələri yaşıllığı və sıxlığı ilə nəzəri cəlb edir. Relikt ağac sayılan eldar şamı hesabına son 30 il ərzində Abşeronda xeyli yaşıllıq salınmışdır. Bunun əksinə olaraq şimal və cənub bölgələ
rində enerji çatışmazlığı səbəbindən və istehsalat məqsədi ilə meşələrdə ağaclar kütləvi surətdə qırılmış və nəticədə seyrək meşə zolaqları əmələ gəlmişdir. Belə xoşagəlməz dəyişiklik xüsusən Lənkəran - Astara bölgəsində aydın nəzərə çarpır. Belə ki, Azərbaycanın Astara şəhərindən İran Astarasına keçəndə Talış dağlarının yamaclarındakı ağac sıxlığının fərqi qabarıq şəkildə özünü büruzə verir. Əlbəttə, regionda meşələrin qırılmasının qarşısını almaq üçün ilk növbədə yerli əhalini qazla təmin etmək lazımdır.
Ümumiyyətlə, Azərbaycanın Xəzərsahili zonasın- dakı meşəlik sahəsi 830 km’-dir. Onun əsas hissəsi meşə-parkların payına düşür. Meşələrin və digər təbii abidələrin mühafizəsi məqsədi ilə Xəzərsahili zonada 113 min hektar sahəni əhatə edən 2 dövlət qoruğu (Qobustan və Qızılağac) və 3 yasaqlıq (Abşeron, Gil
adası, Bəndovan) yaradılmışdır. Dövlət qoruq və yasaqlıqları sahil ərazilərinin çox həssas hissələrində təbii mühitin mühafizəsini bilavasitə təmin edirlər.
Dünya təcrübəsindən bəhrələnməklə son illər respublikamızda milli parkların yaradılması ideyası geniş müzakirə edilərək bəyənilmişdir. Artıq respublika prezidentinin fərmanı ilə Bakının sahil bağına milli park statusu verilmişdir. Şirvan və Hirkan qoruqları müvafiq olaraq 2003 və 2004-cü illərdə milli park statusu almışlar. Bununla yanaşı, sahəsi 230 min hektar olan Şahdağ milli parkının yaradılması ilə bağlı müvafiq proqram tərtib edilmiş və həyata keçirilməkdədir. Növbəti milli park Samur - Yalama rayonunda yaradılacaq.
Sahil ərazilərində rekreasiya sisteminin inkişafına əsas təsiredici amillərdən biri xidmət sahələri ilə təminat səviyyəsidir. Xəzərin Azərbaycan sahilində turistlər üçün əhəmiyyət kəsb edən mehmanxana təsərrüfatı kifayət qədər inkişaf etmişdir. Xüsusən Bakı şəhərində olan yüksəkkeyfiyyətli mehmanxanaların sayı bütövlükdə Xəzərsahili regionda olan mehmanxanaların ümumi sayından çoxdur.
Bakı nəqliyyat qovşağı respublikanın ən iri nəqliyyat mərkəzi kimi sahil ərazisində müxtəlif nəqliyyat növlərinin yerləşdirilməsi üçün əlverişli şərait yaratmışdır. Sahil ərazisinə paralel Astara - Yalama dəmiryol və şose xətləri potensial rckreantların sahil ərazilərinin istənilən yerində istirahət və asudə vaxt keçirmələrinə imkan yaradır.
Quru nəqliyyatından fərqli olaraq dəniz nəqliyyatı rekreasiya təsərrüfatına hələ ki cəlb olunmamışdır. Dəniz nəqliyyatı başlıca olaraq yükdaşıma istiqamətinə yönəldilib. Halbuki Orta və Cənubi Xəzərdə dəniz nəqliyyatı vasitəsilə turist kruizlərinin təşkili, zənnimizcə, çox cəlbedici ola bilər. Təəccüb doğuran odur ki, belə sahilyanı səyahətlər nəinki dövlətlərara- sı, hətta bir dövlət daxilində sahil akvatoriyası üzrə də hələ ki yoxdur. Bütün Xəzərin sahil zonası üzrə dəniz kruizinin təşkili isə ilk növbədə region dövlətləri arasında əməkdaşlığın inkişafına təkan verər və qonşu bölgələr haqqında biliklərin artmasına yardımçı olar.
Azərbaycanın sahil ərazilərini şərti olaraq üç regiona ayırmaq olar. Respublikamızın aparıcı iqtisadi rayo
nu olan Abşeron eyni zamanda ölkəmizin əsas kurort- istirahət zonası kimi tanınır. Abşeron yarımadasının sahəsi 2,1 min knr-dir. Rekreasiya məqsədi ilə istifadə olunan sahil ərazilərinin sahəsi ildən-ilə artmaqdadır. Uzunmüddətli icarəyə götürülən sahil ərazilərində müasir tələblərə cavab verən çimərlik servisi yaradılır. Artıq Abşeron rayonu ərazisində istirahət mərkəzləri sahəsinin xüsusi çəkisi təxminən 30% təşkil edir. Təəssüf ki, yeni yaradılan istirahət ocaqlarında bəzi hallarda ətraf mühitin mühafizəsi məsələlərinə lazımi diqqət vermirlər. Belə ki, məişət tullantıları birbaşa sahil ərazilərinə tullanılır, əmələ gələn çirkab təmizlənmədən dənizə axıdılır. Nəticədə də zahirən kifayət qədər müasir görünən istirahət mərkəzləri ekoloji baxımdan təhlükəli zonaya çevrilir.
Abşeron rayonunda rekreasiya təsərrüfatının geniş inkişaf imkanlarından tam istifadə olunmamasının əsas səbəblərindən biri xidmət sahələrinin bütövlükdə lazımi tələblərə cavab verməməsidir. Yalnız yeni yaradılan istirahət mərkəzlərində bu problem, demək olar, həll edilmişdir. Lakin hətta bu mərkəzlərin yerləşdiyi sahil bölgələrində dəniz suyunun vəziyyəti də əksər hallarda sanitar-gigiyenik tələblərə cavab vermir.
Rekreasiya baxımından respublikanın sahil ərazilərində əhəmiyyətcə ikinci rayon Yalama - Nabran zonasıdır. Sahəsi 665 km2 olan bu rayon Samur - Dəvə- çi və Şollar düzünü əhatə edir. Meşə zolağının bəzi yerlərdə terras üzərində birbaşa dənizsahili qumluğa çıxması burada təkrarolunmaz landşaftlar yaradır.
Rayonun əlverişli təbii iqlim şəraiti və zəngin rekreasiya ehtiyatları burada 5 istirahət evinin, 2 turist bazasının və müxtəlif təşkilatların tabeliyində olan çoxsaylı istirahət mərkəzlərinin yaradılmasına imkan vermişdir. Bunlardan əlavə, son illər müasir tələblərə cavab verən özəl istirahət yerləri də istifadəyə verilmişdir. Onların sayı artıq 15-i ötmüşdür. Məhz belə yerlərin fəaliyyəti sayəsində Azərbaycanın digər bölgələrindən (əsasən Bakıdan) qısamüddətli istirahət üçün Nabrana rekreantların axını artmışdır.
Uzunluğu 24 km və eni 7 -9 km olan Nabran sahil zonası nadir meşə və bitki örtüyü ilə fərqlənir. Belə təbii şərait bura hər il 100 min nəfərdən çox rekre-
antı cəlb edir. Lakin istirahət mərkəzlərinin sahibləri ətraf mühitin mühafizəsi məsələlərinə barmaqarası baxırlar. Tullantıların yığılması və utilizə edilməsi təmin olunmadığı üçün burada hər il 600 - 800 m3 çirkab suları Xəzərə axıdılır. Eyni zamanda, ildə 25 min tondan çox bərk tullantılar meşələrə atılır və təbiətin bu gözəl guşələri ekoloji baxımdan yararsız vəziyyətə salınır.
Azərbaycanın sahil ərazilərində istirahət üçün çox əlverişli üçüncü rayon Lənkəran - Astara zonasıdır. Ərazisi əsasən Lənkəran ovalığını əhatə edən bu bölgə özünəməxsus landşaftı ilə digər sahilyanı zonalardan fərqlənir. Talış dağları yamaclarının lap sahil zonasına kimi yaxınlaşması təbiətin rəngarəngliyini daha da artırır. Hirkan milli parkı, Xanbulançay, İstisu meşəlikləri və digər təbiət abidələri bura gələn turistləri heyran edir.
Lənkəran - Astara zonasının sahil zolağı əsasən qum və çaydaşlarından ibarətdir. Sahilin bəzi yerlərində subasma nəticəsində çimərlik sahələrinin eni 5 - 10 metrə qədər azalmışdır. Dəmiryol xəttinin dənizə yaxınlaşdığı yerlərdə yolun mühafizəsi üçün iri çaydaşları düzülmüşdür. Təəssüf ki, bu cür gözəl yerlərdə servis məsələsi arzuolunan səviyyədə həll edilməyib. Buna görə bölgənin dəyərli çimərlikləri hələ ki tam istifadə olunmur.
Turistlərin regiona cəlb edilməsi üçün marketinq işlərinin də böyük əhəmiyyəti var. Bu məsələnin həlli üçün Azərbaycan hökuməti BMT-nin inkişaf Proqramı ilə birgə Bakıda Turizm İnformasiya Mərkəzi
yaradır. Layihəni həyata keçirmək üçün artıq 240 min dollar ayrılmışdır. Bakı şəhəri ilə yanaşı, turizm informasiya mərkəzləri respublikanın daha 7 rayonunda təşkil olunacaq. Xəzərin sahil zonasında isə belə mərkəzlərin Lənkəran və Xaçmazda da yaradılması nəzərdə tutulmuşdur.
2004-cü ildə bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizə gələn xarici turistlərin sayı xeyli artmışdır. Həmin il respublikamızda 1,35 mln. nəfər turist olmuşdur. Bu, 2003-cü ilə nisbətən 33% çoxdur. Belə artıma ölkəmizdə turizm servisinin intensiv inkişafı təsir etmişdir. Yalnız son üç il ərzində bu sahədə fəaliyyət göstərən kompaniyaların sayı yeddi dəfə artmışdır. Eyni zamanda, respublikamızda 52 yeni mehmanxana kompleksi istifadəyə verilmiş və 20-də tikinti işləri tamamlanmaq üzrədir. Əfsuslar olsun ki, bu mehmanxanaların çox hissəsi hələ də Abşeron rayonunda yerləşir.
Abşerondan kənarda, sahil ərazilərində ekoturiz- min inkişafına şərait vardır. Belə ki, nisbətən zəif mənimsənilmiş və ekoloji baxımdan “təmiz” olan Dəvə- çi - Siyəzən və Qızılağac - Kürdili bölgələri ekoturiz- min təşkili üçün yararlı hesab edilə bilər.
Xəzər dənizinin Azərbaycan sahilində təbii şəraitin və təbii ehtiyatların müxtəlifliyi onu digər dəniz- sahili bölgələrdən fərqləndirir. Sahilyanı ərazilərdə fəaliyyət göstərən istehsal müəssisələrindən fərqli olaraq rekreasiya təsərrüfatı əsasən məişət tullantıları
mənbəyi kimi narahatlıq doğurur. Odur ki regionda ətraf mühitin mühafizəsi üçün minimum tullantıların toplanması məsələsi həll olunmalı, onların təkrar emalı təmin edilməli və çirkab sularının axıdılması məqsədi ilə istirahət yerlərində kanalizasiya sistemi qurulmalıdır.
Subtropik iqlim şəraiti ilə fərqlənən cənub sahilləri rekreasiya təsərrüfatının inkişafı üçün çox əlverişlidir. Lakin mövcud imkanlardan hələ də tam istifadə olunmur. Buna baxmayaraq İranın sahil əraziləri həm Xəzər regionu, həm də bütövlükdə ölkə üzrə ən vacib və əhəmiyyətli istirahət zonalarından biridir.
Xəzər regionunun digər sahil ərazilərindən fərqli olaraq çoxsaylı kiçik və orta istirahət mərkəzlərinin sıxlığı İran sahilinin rekreasiya təsərrüfatı üçün əsas səciyyəvi cəhətdir. Yaz - yay mövsümündə on minlərlə iranlının ölkə daxilində əsas istirahət məkanı məhz Xəzər sahilidir.
Rəsmi məlumatlara görə, yay mövsümü ərzində yalnız Gilan və Mazandaran ostanlarının sahil ərazilərində əhalinin sayı 2 - 3 dəfə artır.Təbii ki, bu axın xidmət sahələrinin və ümumiyyətlə, rekreasiya təsərrüfatının inkişafına təkan verir.
Gilan ostanında füsunkar təbii iqlim şəraiti ilk öncə onun fiziki-coğrafi mövqeyindən irəli gəlir. Bu diyarın bir tərəfi dəniz sahili, digər tərəfi isə Talış və Əlburs dağı və dağətəyi sahələrdir. Nisbətən yığcam ərazidə (sahəsi 14,7 min km2) müxtəlif istiqamətdə ixtisaslaşmış rekreasiya təsərrüfatı sahələrinin təşkili üçün hər cür imkan vardır. Bu bölgənin təbii gözəlliyi, yumşaq iqlimi insanları özünə cəlb edir. Odur ki Gilan ostanı (Tehran istisna olmaqla) İran əhalisinin ən sıx məskunlaşdığı bölgədir. Burada əhalinin orta sıxlığı 1 km2-də 170 nəfərə çatır. Ostanin mərkəzi şəhəri sayılan Rəştdə əhalinin sıxlığı 330 nəfər təşkil edir.
Rekreasiya təsərrüfatının inkişaf etmiş servis sahələrinə başlıca olaraq sahilboyu salınmış 10-dan çox şəhərdə rast gəlmək mümkündür. Lakin son illər burada qısamüddətli (“week-end”) kütləvi istirahətlərin təşkili dəbdədir. Xəzər regionunun digər sahil ərazilərində bunu müşahidə etmək mümkün deyil. Yay mövsümündə dağətəyi sahələrdə sahil boyunca uza-
nan magistral şose ətrafında çoxsaylı rekreant “təbiətdə istirahət” təşkil edərək böyük həcmdə məişət tullantıları ilə ətraf mühiti çirkləndirir. Eyni zamanda, vətəndaşların birbaşa avtomagistral kənarında qısamüddətli də olsa istirahət etməsi, təbii ki, narahatlıq yaradır.
Məlumdur ki, havanın çirklənməsində avtomobillərin xüsusi çəkisi çox böyükdür. Əlbəttə, avtoma- gistrallar boyunca uzanan sahələrin ekoloji vəziyyəti
heç də əlverişli sayıla bilməz. Belə ki, magistral yol kənarında istirahət edənlər burada keçirdikləri vaxt ərzində kifayət qədər zərərli maddələrlə “qidalanırlar”. Yaranmış vəziyyətin aradan qaldırılması üçün ilk növbədə ekoloji maarifləndirmə istiqamətində təbliğat işlərini gücləndirmək lazımdır.
Dağətəyi landşaftların dəniz sahilinə “yaxınlaşdığı” zonalarda insanın buranın həddən artıq kövrək təbii mühitə təsiri daha da güclənir. Digər Xəzərsahili ərazilərdə olduğu kimi, İranda da dağətəyinin sahillə
qovuşduğu zonada meşələrə divan tutulması prosesi daha intensiv gedir. Buna nümunə kimi İran - Azərbaycan sərhədinin Astara sahəsini göstərmək olar. Sərhədin hər iki tərəfində vaxtilə sıx olan meşələr tədricən seyrək ağaclı meşələrə çevrilməkdədir. Meşələrin qırılmasına bir neçə amil təsir edir. Onlardan ən əsasları: yanacaq problemi, selluloza-kağız istehsalı və digər ağac emalı sahələrinin inkişafı, rekreasiya obyektlərinin yerləşdirilməsi və kommunikasiya sistemlərinin inşasıdır.
İranın sahil ərazilərində qrunt sularının qalxması çəltik əkini təsərrüfatına böyük ziyan vurmuşdur. Gi- lan ostanında onsuz da geniş olmayan sahil ərazilərində torpaqların məhsuldarlığının aşağı düşməsinə meşələrin qırılması da təsir etmişdir. Bölgədə çox həcmdə yağıntıların düşməsi (ildə 1800 - 2000 mm) gilli süxurların yayıldığı yerlərdə sürüşmə təhlükəsini artırır. Yağıntılarla yanaşı, sürüşmələrə zəlzələlər də təsir göstərir. Seysmik cəhətdən fəal olan bu bölgədə hər il çoxsaylı zəif və orta güclü zəlzələlər müşahidə etmək olar.
Rekreasiya təsərrüfatı daha çox Rəşt - Ənzəli və Rudsar - Langerud - Lahican sahələrində inkişaf etmişdir. Rəşt Gilan ostanının paytaxtıdır və əhalinin ən çox məskunlaşdığı şəhərdir (800 min nəfərə yaxın). Burada qədim tarixi-mədəni abidələr də çoxdur. Rəştin coğrafi mövqeyinə uyğun olaraq buradan bütün istiqamətlərə magistral avtomobil yolları uzanır. Şəhərdə lazımi səviyyədə servis sahələri inkişaf edib və turistlər üçün müxtəlif gəzinti marşrutları da məhz buradan təşkil olunur.
Birbaşa sahil zolağında yerləşmiş ən cazibədar şəhərlərdən biri Ənzəlidir (iranlılar onu Bəndər-Ənzəli adlandırırlar). Ənzəli Rəştdən 40 km şimal-qərb istiqamətində yerləşir. Əhalisi 150 min nəfərə çatan bu şəhər İranın Xəzər sahilində ən iri ticarət limanı hesab olunur. Nadir təbiəti, zəngin subtropik bitki və heyvanat aləmi ilə fərqlənən Ənzəli laqunası hər il minlərlə turisti, həvəskar ovçu və balıqçını bura cəlb edir.
Ənzəli laqunasının eni 10 km, uzunluğu 30 km və sahəsi 320 km2 təşkil edir. Burada hər il 1000-dən çox köçəri quş olur. Laqunanın dərinliyi 1 - 4 metr olsa da, burada hələ ki 37 balıq növünə rast gəlmək müm-
kündür. Bütövlükdə Xəzərin sahil regionunda analoqu olmayan Ənzəli laqunasının 20%-dən çoxu qamışlıq sahələrdən ibarətdir. Belə təbii şərait köçəri quşları cəlb edir və nəticədə biosenozun zənginləşməsinə səbəb olur.
Rudsar - Langerud - Lahican zonası bir xətt üzrə şərq - qərb istiqamətində sahilə paralel uzanmışdır. Rudsar və Lahicanda əhalinin sayı təxminən eynidir: 240 - 250 min nəfər. Langerudda bu göstərici 850 min nəfərə çatır. Burada dağlardan dənizə axan Çaboksar, Qalaçay və Amlaş kimi kiçik çaylar bölgədə təbii şəraiti daha da zənginləşdirir. Gözəl təbiəti ilə turistləri cəlb edən Sefıdabad və Sarvat kəndləri Çaboksar və Amlaş çaylarının dağətəyi sahəsində yerləşir. Lakin xidmət sahələrinin nisbətən aşağı səviyyədə olması rekreasiya ehtiyatlarından tam istifadə edilməsinə maneçilik törədir. Langeruddan 15 km aralıda - dəniz sahilində turistləri özünə cəlb edən gözəl bir istirahət mərkəzi yerləşir. Çamxaledən qərb istiqamətinə hərəkət etdikdə sahildə gəlib Kiaşəhr yaşayış məntəqəsinə və eyniadlı limana çatırsan. Liman təsərrüfatı əsasən balıqçılıq istiqamətində fəaliyyət göstərir.
Lahican şəhəri gözəl təbiəti və tarixi abidələri ilə fərqlənir və bölgənin çayçılıq mərkəzi hesab olunur. Turistlər üçün burada çay muzeyi yaradılıb.
İran sahilinin əlverişli təbii iqlim şəraitinə baxmayaraq, onun rekreasiya potensialından hələ ki tam istifadə olunmur. Digər bölgələrlə müqayisədə burada xarici turistlər, demək olar, olmurlar. Bunun əsas səbəbi isə xarici turistlər üçün Qərb tələblərinə uyğun servis sahələrinin olmamasıdır.
Xəzər dənizinin Rusiya sahillərində rekreasiya təsərrüfatı qeyri-bərabər inkişaf etmişdir. Ənənəvi olaraq rekreantları daha çox cəlb edən sahələr Dağıstanın Mahaçqala - Dərbənd sahil zolağı və Volqa çayının delta hissəsidir. Lakin 1990-cı illərin ikinci yarısında Çeçenistanda və qonşu ərazilərdə baş vermiş hərbi münaqişələr əhalinin miqrasiyasına və bölgəyə gələn rekreantların sayının ildən-ilə azalmasına gətirib çıxarmışdır.
Sahil ərazilərinin təbii iqlim şəraitinin əlverişliliyinə uyğun olaraq əhalinin daha sıx məskunlaşdığı sahələr Həştərxan - Kamızyak və Mahaçqala - İzberbaş
- Dərbənd bölgələridir. Sahilin bu hissələrində əsas istehsal və qeyri-istehsal sahələri yerləşdirilmişdir.
Xəzər dənizinin Dağıstan sahilində dörd istirahət rayonu var: Mahaçqala, Manas, Qayakənd və Dərbənd. Bu istirahət rayonlarının hər birində kurort mərkəzləri inkişaf etməkdədir. Onlardan ən əsasları - Mahaçqala rayonu sahilində Şuraozen; Manas rayonu sahilində Turali, Kaspi, Acısu və Koliçay; Qayakənd rayonu sahilində Yeni Qayakənd, Acı, Uluçay, Inçxe və Darvaqçay; Dərbənd rayonu sahilində Şimali Dərbənd, Cənubi Dərbənd və Rubasdır. Qeyd etdiyimiz
bu kurort mərkəzləri Dağıstanın əsas iri şəhərləri Mahaçqala, Kaspiysk, İzberbaş və Dərbənd ətrafındakı ərazilərdə yerləşmişdir. Hər bir istirahət rayonu üçün istifadə olunacaq sahil zolağının orta uzunluğu 4 km- dən 10 km-ə qədərdir.
Digər bölgələrdə olduğu kimi, Dağıstan sahilində də rekreasiya təsərrüfatının inkişafı üçün təbii iqlim və tarixi-mədəni amillər əlverişli sayıla bilər. Dağıstan Torpaq Komitəsinin məlumatına görə, 2003-cü ilin əvvəlinə respublikanın sahil ərazilərinin 881,5 hektarı rekreasiya məqsədi ilə istifadə olunurdu. Yalnız Mahaçqala şəhərinin Kirov rayonunda 166,5 hektar ərazi 46 hüquqi şəxs tərəfindən rekreasiya sahələri kimi istifadə edilir. Rekreasiya əhəmiyyətli sahələr həm fiziki, həm də hüquqi şəxslər tərəfindən özəlləşdirilir. Eyni proses Kaspiyskdə Qarabudaqkənddə və başqa yerlərdə də gedir.
Dağıstanda mövcud olan rekreasiya obyektlərinin 81%-i sahil ərazilərində yerləşir, istirahət mərkəzləri
ildə 20,1 min nəfər rekreant qəbul etmək gücünə malikdir. Burada rekreasiya obyektləri əsasən istirahət bazalarından, sanatoriyalardan, pansionatlardan, müalicə düşərgələrindən, turist bazalarından, uşaq düşərgələrindən və kempinqlərdən ibarətdir.
Rekreasiya şəbəkələrinin sıxlığı kifayət qədər yüksək olaraq bir istirahət mərkəzində təxminən 110 nəfərdir. Hər istirahət mərkəzinin sahəsi orta hesabla 4,8 hektara çatır. Sahil ərazilərində istirahət edənlərin
Dağıstanın kurort əhəmiyyətli sahil zonasında rekreasiya şəbəkəsi
Əsas istirahət yerləri İstirahətSayı
müəssisələri Unıumi
çarpayı yeri
11 m u m i torpaq sahəsi
(hektarla)
Mahaçqala şəhərinin Kirov rayonu 46 2970 166,5
Mahaçqala şəhərinin Lenin rayonu 5 2300 121,5
Kaspiysk şəhəri 9 3215 16,2
Qarabudaqkənd rayonu 68 6205 317,4
İzberbaş şəhəri 19 1275 52,9
Qayakənd rayonu 18 1305 75,2
Dərbənd şəhəri 18 2850 131,8
Cəmi sahil zonası üzrə 183 20.120 881,5
payına düşən sahə də olduqca sıxdır. Belə ki, 1 hektara 23 nəfərlik istirahət yeri düşür.
Son illər regionda gedən qarşıdurma və hərbi əməliyyatlar nəticəsində sahil ərazilərindəki istirahət mərkəzləri öz cazibədarlığını itirmişdir. Vaxtilə çoxsaylı turist qəbul edən istirahət mərkəzləri və kempinqlərdən indi artıq təyinatı üzrə istifadə olunmur. Bu obyektlərin bir hissəsi uşaq düşərgələrinə çevrilmiş, digərləri isə qaçqınlara verilmişdir. Bununla bərabər, bəzi istirahət obyektləri özəlləşdirilərək şəxsi mülkiyyətə çevrilmişdir. Sahil ərazilərindəki kurort- müalicə obyektlərinin bir neçəsi dəniz səviyyəsinin qalxması nəticəsində yararsız vəziyyətə düşmüşdür.
Regionda turizmin inkişafı üçün ekskursiya obyektlərindən Baş Sulak kanyonu və Sarı qum barxanı xüsusi maraq doğurur. Bu yerlərlə bərabər, “Daş tısbağalar” qayalıqları, Tarki-Tau dağı, Samur çayı del-
tasındakı meşə də təbiət abidələri kimi turist marşrutlarına daxil edilir.
Turistlərin diqqətini cəlb edən tarixi abidələr əsasən Dərbənd şəhərindədir. VI əsrdə tikilmiş Narınqa- la, dənizə uzanan qədim qala divarları, Dərbənd xanları mavzoleyi, qədim məscid və digər tarixi abidələr turistləri bu məkana yönəldir. Belə ki, bütövlükdə sahil ərazilərində yerləşən ekskursiya obyektlərinin 7з- i məhz Dərbənddə cəmləşmişdir.
Rekreasiya təsərrüfatının təşkilində ərzaq məsələlərinin həlli xüsusi əhəmiyyət kəsb edir. Respublikadakı üzümlüklərin yarıdan çoxu sahilboyu ərazilərdə salınmışdır; əsasən də Dərbənddə. Tərəvəz məhsulları da həmçinin Dərbənd rayonunda istehsal olunur. Sahil ərazilərinin ən cənub bölgəsi olan Məhərrəm- kənd rayonunda giləmeyvə məhsulu istehsalının xüsusi çəkisi 90%-ə çatır. Heyvandarlığın əsas sahələrindən biri olan quşçuluq da bu bölgədə inkişaf edir. Quşçuluq məhsulunun '/з-i Mahaçqala şəhəryanı zonasında istehsal edildiyi halda, təxminən 50%-i Qara- budaqkənddə olur. Lakin bütövlükdə heyvandarlıq sahilyanı ərazilərdə istənilən dərəcədə inkişaf etməyib. Burada ət istehsalının xüsusi çəkisi respublika üzrə 12%-dir.
Dağıstanın sahil ərazilərində rekreasiyanın inkişafında mühüm rol oynayan nəqliyyat infrastrukturu lazımi coğrafi əlaqələrə malikdir. Sahil boyunca salınmış nəqliyyat şəbəkəsi rekreantların ekskursiya xidmətlərini və müxtəlif xidmət sahələrinin tələblərini təmin edir.
Bütün bu əlverişli şəraitlə yanaşı, Dağıstanın sahil ərazilərində rekreasiyanın inkişafına ətraf mühitin sanitar-gigiyenik vəziyyəti xüsusi təhlükə yaradır. Uzun illər ərzində aparılmış müşahidələr göstərmişdir ki, yay dövründə Mahaçqala, Kaspiysk, Izberbaş və Dərbənd şəhərlərinin çimərlik zonalarında və ümümiyət- lə, sahil zolağında biogen çirkləndirici maddələrin və neft məhsullarının suda həcmi qəbul olunmuş həddən çox olur. Bu vəziyyətin yaranmasına səbəb müəssisələrin ətraf mühitin mühafizəsi məsələlərinə riayət etməməsidir; sənaye və məişət tullantıları birbaşa dənizə buraxılır. Aydındır ki, Qayakənd istirahət zonası yaxınlığında dənizin şelf zonasında olan İnçxe-dəniz
neft yatağının istismara verilməsi burada ekoloji gərginliyin daha da artmasına səbəb ola bilər.
Dağıstanın sahil ərazilərinin vacib ekoloji problemlərindən biri də qumlu çimərlik sahələrinin ildən- ilə azalmasıdır. Dəniz səviyyəsinin tərəddüdü və artmaqda olan tikinti materiallarına tələbat çimərlik və dyun qumlarının yuyulmasına və intensiv mənimsənilməsinə səbəb olmuşdur. Çimərlikyaradıcı qumların həcminin azalması Maxas və Dərbənd bölgələrində daha çox nəzərə çarpır. Nəticədə istirahət üçün əlverişli çimərlik zolağının sahəsi azalmış və bölgənin əhəmiyyəti xeyli dəyərsizləşmişdir.
Kalmıkiya sahili təbii şəraitinə görə Rusiyanın digər Xəzərsahili ərazilərindən fərqlidir. Burada sahil bölgəsi əsasən bataqlaşmış qamışlıqdan ibarətdir. Bu səbəbdən bölgədə əhalinin sıxlığı Xəzərin qərb sahilləri ilə müqayisədə çox aşağıdır. Sahil ərazilərindən təsərrüfatda əsasən qışlaqlar kimi istifadə olunur.
Həştərxan vilayəti sahili Volqa çayının delta zonasını əhatə edir. Delta sahəsində çayın çoxsaylı qolları və qamışlıq balıqçılıq və ovçuluğun inkişafı üçün əlverişli şərait yaratmışdır. Keçmiş SSRİ rəhbərlərinin ən sevimli ov yeri kimi burada istirahət üçün bir neçə məntəqə yaradılmışdır. İlin soyuq ayları istisna olmaqla turistlər bu yerlərdə həvəskar balıqçılar və ovçular kimi asudə vaxtlarını keçirirlər.
Volqa çayı sahilində yerləşən Həştərxan turistlərin çay səyahətindən istifadə etməsində mühüm rol oy
nayır. Volqa çayı boyunca təşkil olunan səyahətlər məhz Həştərxan şəhərindən başlanır. Lakin son illər Şimali Qafqazda baş verən hərbi əməliyyatlar nəticəsində Həştərxan vilayətinə Çeçenistan və Dağıstandan çoxsaylı qaçqınlar gəlmişlər. Bununla əlaqədər regionda sosial vəziyyət gərginləşmişdir.
Həştərxanla digər Xəzər limanlarının əlaqələrinin güclənməsi xidmət sahələrinin inkişafına zəmin yaratmışdır. Bu, xüsusən mehmanxana təsərrüfatında öz əksini tapmışdır. Artıq şəhərdə dünya standartlarına cavab verən yüksəkkeyfıyyətli bir neçə mehmanxana istifadəyə verilmişdir.
Xəzərin Qazaxıstan sahili ekstremal təbii iqlim şəraiti ilə fərqlənir. Bütövlükdə isə arid iqlim şəraiti rekreasiyanın inkişafına bir o qədər də yararlı deyil. Yarımsəhra və səhrada nəsə təşkil etmək son dərəcə böyük vəsait istəyir.
Atırau vilayətində mütəmadi olaraq sahil zonasını su basır. Təbii ki, belə sahil əraziləri rekreasiya üçün yararsız hesab olunur. Bununla belə, Ural çayının aşağı hissəsində rekreasiya əhəmiyyətli sahələr mövcuddur.
Atırau vilayəti sahil ərazilərində neft mədənlərinin bir hissəsi suyun altında qaldığı üçün burada ekoloji gərginlik artmışdır. Bölgədəki yaşayış məntəqələri ərazilərində ekoloji gərginlik elə həddə çatıb ki, hətta yerli əhali buradan köçmək məcburiyyətində qalıb: Beryozovka kənd sakinlərinin yaranmış ekoloji böhranla bağlı ölkə prezidentinə açıq məktubu buna misal ola bilər.
Aktau vilayəti sahilində ekoloji vəziyyət daha mürəkkəbdir. Uzun illər sahil bölgələrində hərbi sınaq məqsədi ilə yeraltı nüvə partlayışlarının aparılması burada radiasiya fonunun artmasına gətirib çıxarmışdır. Əlbəttə, belə şəraitdə sahil əraziləri rekreasiya əhəmiyyətini itirir.
Türkmənistanın sahil əraziləri təbii iqlim şəraitinə görə Qazaxıstanın sahillərindən çox da fərqlənmir. Səhra və yarımsəhra landşaftları və yüksək quraqlıq rekreasiya təsərrüfatının inkişaf imkanlarını xeyli məhdudlaşdırır. Bölgədə əhalinin məskunlaşması əsasən buradadan neft-qaz, brom, natrium-sulfat, bentonit və digər ehtiyatların mənimsənilməsi ilə bağlıdır.
Yarımsəhra ərazilərində qoyunçuluq inkişaf etdiyi üçün burada antropogen səhralaşma prosesi daim güclənməkdədir.
Türkmənbaşı şəhərində gilli səhra yayılmışdır. Burada sahil boyunca salınmış neft kəmərləri və mədən avadanlığı suyun altında qalaraq ətraf mühit üçün ciddi təhlükə yaradır. Qısamüddətli istirahət üçün Türkmənistan sahilində yararlı yer Türkmənbaşı şəhəri yaxınlığındakı Avaza qəsəbəsidir. Təbii ki, bu istirahət mərkəzi yalnız yerli əhəmiyyət daşıyır. Burada aşkar edilmiş balneoloji əhəmiyyətli mineral sular hələ ki genişmiqyaslı istifadəsini tapmamışdır. Çələkən yarımadasındakı müalicə əhəmiyyətli palçıq ehtiyatları da eyni vəziyyətdədir.
Xəzər dənizinin bütövlükdə şərq sahillərində ol- .duğu kimi, burada da ərazinin mənimsənilməsi yolunda həllini tələb edən ən vacib məsələlərdən biri bölgənin şirin su problemidir. Bu sahədə uğurlu irəliləyiş kimi dəniz suyundan şirin su alınması üçün lazımi avadanlığın quraşdırılması və istismarını göstərmək olar.
Xəzərsahili ərazilərdə rekreasiya təsərrüfatının inkişaf səviyyəsi göstərir ki, müalicə əhəmiyyətli zəngin mineral və termal suların Xəzər boyunca geniş şəkildə yayılmasına və bütövlükdə əlverişli təbii iqlim şəraitinin olmasına baxmayaraq, regionda bu sahənin potensial imkanlarından çox aşağı səviyyədə istifadə edilir. Eyni zamanda, təbii mühitin mühafizəsi məsələlərinə də lazımi diqqət verilmir. İnanmaq istəyirik ki, neft sektoruna ayrılan investisiyalar gələcəkdə təbiətin mühafizəsi məsələlərinin yoluna qoyulması üçün şərait yaradacaq, Xəzər dənizində və onu əhatə edən ərazilərdə ekoloji gərginlik azalacaq, bu isə öz növbəsində regionda rekreasiya təsərrüfatının inkişafına müsbət təsir götərəcək.
67
XƏZƏR REGİONUNDA NƏQLİYYATIN İNKİŞAFI v; ONUN ƏTRAF MÜHİTƏ T(
Xəzər dənizi və onu əhatə edən ərazilər nəqliyyat infrastrukturunun inkişafına görə, demək olar, “yeni renessans” dövrünü keçirir. Regional çərçivədən kənara çıxan iri beynəlxalq layihələrin həyata keçirilməsi nəqliyyatın da müvafiq səviyyədə inkişafını tələb edir. Buna görə müxtəlif beynəlxalq qurumlar nəqliyyatla bağlı layihələrə həvəslə dəstək verirlər.
Məlumdur ki, Xəzər dənizinin coğrafi mövqeyi, Qafqaz və Mərkəzi Asiya ölkələrinin geosiyasi əhəmiyyəti və regionda aşkar edilmiş zəngin neft-qaz eh tiyatları iri dövlətlərin marağına səbəb olmuşdur. N əticədə transmilli şirkətlər regionda fəaliyyətə başlamış və iri maliyyə qurumlarının dəstəyi ilə böyük nəqliyyat layihələrini həyata keçirməyə nail olmuşlar.
Xəzər dənizində əsas nəqliyyat növü, aydın məsələdir ki, dəniz nəqliyyatıdır.
Limanların rekonstruksiyası nəqliyyat əlaqələrinin coğrafiyasının genişlənməsinə birbaşa təsir edir. Bununla yanaşı, ticarət əlaqələrinin həcmi sahilyanı dövlətlərin təsərrüfatlarının ixtisaslaşmasından asılıdır. Belə ki, Xəzərin şimal limanlarından cənub istiqamətinə (Aktau - Ənzəli, Türkmənbaşı - Neka, Ma- haçqala - Neka) əsasən neft məhsulları və xam neft daşınılır. Şərq - qərb istiqamətində isə karbohidrogen xammalı ilə yanaşı, pambıq və digər kənd təsərrüfatı məhsulları da nəql edilir.
Xəzər dənizinin Qərblə Şərq arasında yerləşməsi regiondan keçən nəhəng Avropa - Qafqaz - Mərkəzi Asiya nəqliyyat dəhlizinin yaradılmasına səbəb olmuşdur. 1993-cü ilin may ayında Avropa İttifaqının mənzil-qərargahı Brüsseldə TRASEKA (Transport Corridor Europe Caucaus Asia) beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Avropaya çıxışı təmin edən Böyük İpək yolu layihəsi özünün inkişafı üçün lazımi beynəlxalq dəstək əldə etmişdir. Xəzər dənizinin limanları vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Belə ki, TRASEKA beynəlxalq nəqliyyat dəhlizi üzrə Asiyadan Avropaya 1995-ci ildə əgər 355 min ton yük daşınmışdısa, artıq 1999-cu ildə bu rəqəm 4,8 mln. tona, 2002-ci ildə isə 12 mln. tona çatmışdır. Təbii ki, yükdaşımaların bu istiqamətdə intensiv artımı Xəzərin əsas limanları olan Bakı, Türkmənbaşı və Aktau hesabına mümkün olmuşdur.
Kommersiya cazibədarlığı ilə fərqlənən TRASEKA layihəsinə müxtəlif iri maliyyə qurumları dəstək vermişlər. Onlardan Avropa Yenidənqurma və inkişaf Bankını, Dünya Bankını xüsusi qeyd etməyə dəyər.
Xəzər dənizi sahilində yerləşmiş dəniz limanlarının əksəriyyəti çoxfunksiyalı nəqliyyat qovşağı kimi bir neçə nəqliyyat növünü özündə birləşdirmişdir.
Nəqliyyat qovşağında müxtəlif nəqliyyat növlərinin cəmləşməsi yiikdaşımalarda yüksək iqtisadi səmərə versə də, ərazidə ekoloji gərginliyin yaranmasına səbəb ola bilər. Odur ki nəqliyyatın sahil ərazilərində fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi məsələlərinin həllinə xüsusi nəzər yetirilməsi tələb olunur. Limanda dəmiryol bərəsinin fəaliyyəti bu məsələni daha da aktuallaşdırır. Son on il ərzində Xəzər dənizində olan dəmiryol bərəli limanların sayı 2 dəfə artaraq 6-ya çatmışdır. Təxminən bir o qədər də sahildə neft terminallarının sayı artmışdır. Dəniz akvatoriyasında yük dövriyyəsinin artması isə ətraf mühitə neqativ təsirin də xeyli güclənməsinə səbəb olmuşdur.
Nəqliyyat əlaqələrinin genişləndirilməsi məqsədi ilə hələ 1997-ci ildə Azərbaycan, Türkmənistan, Özbəkistan və Gürcüstan arasında dəmir yollarının istismarına dair əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Sonralar buna Qırğızıstan, Qazaxıstan, Ukrayna, Bolqarıstan və Rumıniya da qoşuldular. Razılaşmaya əsasən, gömrük tariflərinin 50% azalması nəzərdə tutulurdu. Eyni zamanda, iştirakçı-ölkələrin yükləri üçün nəqliyyat xidmətlərində müxtəlif imtiyazlar veriləcəkdir.
GUAM əməkdaşlıq bidiyinin yaradılması və Avropa İttifaqı tərəfindən dəstəklənən INOGATE (neft və qaz kəmərləri) proqramının realizə edilməsinin Xəzər regionunda nəqliyyat şəbəkəsinin inkişafına əhəmiyyətli dərəcədə təsiri olmuşdur. İqtisadi əlaqələrin inkişafında Azərbaycan öz coğrafi mövqeyinə görə xüsusi rol oynayır. Ölkəmiz Cənubi Qafqazı Mərkəzi Asiya ölkələri ilə birləşdirdiyi üçün burada nəqliyyat sisteminin daha da təkmilləşdirilməsinə tələbatdan irəli gələn ehtiyac yaranmışdır.
Azərbaycan nəqliyyat sistemində inkişaf ilk öncə neft boru xətlərinin çəkilməsində öz əksini tapmışdır. Neft hasilatının gələcək artımı ixrac neft kəmərlərindən istifadə məsələsini gündəliyə çıxarırdı. Bu baxımdan ilk olaraq hələ SSRİ dövründə istifadə olunan Qroznı - Bakı neft kəmərinin təmiri və bu kəməri əks istiqamətdə Bakı - Qroznı - Novorossiysk marşrutu üzrə istismarı diqqəti cəlb etdi.
Uzunluğu 1397 km olan Bakı - Novorossiysk neft kəməri 1997-ci ildə istismara verildi. Neft kəməri ildə 5 mln. ton neft ixrac etmək gücünə malikdir. Lakin neftin tranziti üçün Rusiya tərəfi yüksək tariflər tətbiq etdiyinə görə bu istiqamətdə ildə cəmi 2 - 2,5 mln. ton neft ixrac olunur. Neft kəməri Dağıstan və Çeçenistan ərazilərindən keçdiyi üçün onun təhlükəsizliyi xüsusi narahatlıq doğurur. Belə ki, bu ərazilərdə boru bir neçə dəfə partladılmış və nəticədə ətraf mühitə böyük ziyan dəymişdir.
Son beş il ərzində Mozdok - Qazıməmməd qaz kəməri Xəzər sahili boyunca uzanaraq Azərbaycanın “mavi yanacağ”a tələbatını müəyyən qədər təmin edir. 2003-cü ildə bu istiqamətdə Rusiyadan 4 mlrd. m3 təbii qaz idxal olunmuşdur. Lakin Dağıstan ərazisində təkcə 2004-cü il ərzində terror aktları nəticəsində boru 4 dəfə partladılmış və ətraf mühitə ziyan dəymişdir.
Şimali Qafqaz istiqamətində uzanan boru kəmərlərinin istismarında tez-tez ortaya çıxan problemlər digər nəqliyyat dəhlizlərindən istifadə məsələsini aktuallaşdırdı. Artıq 1999-cu ildə uzunluğu 827 km olan Bakı - Supsa neft kəməri istifadəyə verildi. Borunun inşasına 590 mln., Supsa limanının tikintisinə isə 565 mln. dollar xərclənmişdir. Əgər 2001-ci ildə Bakı -
71Supsa boru xətti ilə 5,2 mln. ton neft ixrac edilmişdisə, 2002-ci ildə bu göstərici 6,7 mln. tona çatmışdı. Regionda istismarda olan boru kəmərlərindən fərqli olaraq Bakı - Supsa neft kəməri nisbətən təhlükəsizdir və Xəzər regionu neftini ən qısa yolla Avropa bazarına çıxarmağa imkan yaradır.
Azəri - Çıraq - Günəşli yataqlarından yaxın illərdə böyük həcmdə neftin hasil olunacağını nəzərə alaraq 1999-cu ildə Azərbaycan, Türkiyə və Gürcüstan Bakı - Tbilisi - Ceyhan marşrutu üzrə neft kəmərinin inşası haqda müqavilə imzaladılar. 2005-ci ildə işə salına
caq bu neft kəmərinin uzunluğu 1730 km olacaq; onun 468 km-i Azərbaycan ərazisindən, 225 km-i Gürcüstandan və 1037 km-i Türkiyə ərazisindən keçəcək. Dəyəri 3,9 mlrd, dollara çatan bu kəmər vasitəsilə ildə 50 mln. ton neft Aralıq dənizi sahillərinə çatdırılacaq.
Azərbaycan tərəfi Xəzər dənizinin şərq sahillərindən böyük həcmdə neft qəbul edilməsi üçün mövcud infrastrukturda təkmilləşdirmə və yenidənqurma işləri aparmaqdadır. Məlum olduğu kimi, idxal nefti qəbul etmək üçün Azərbaycan sahilində üç limandan istifadə olunur; bunlardan ikisi Səngəçalda, biri isə Diibəndidə yerləşir.
Bakıdan 40 km cənub-qərbdə Səngəçal terminalı yerləşir. Terminala neft Azəri - Çıraq - Günəşli yataqlarından uzunluğu 177 km olan sualtı neft borusu vasitəsilə gətirilir. Hazırda terminalda 4 iri rezervuar (çən) istifadə olunur. Hər bir rezervuarın həcmi 500
Bakı - Ceyhan nefc kəməri layihəsinin iştirakçıları
Я B İP İ-34,76%Я A R D N Ş-25%Я Stacoyl - 8,71%■ Yunokal - 8,9%Я TPAO - 6,87%Я E N İ-5%Я İTO ÇU -3,4%■ Amerada Hess - 2,36%
TocalFinaElf - 5%
min barrel təşkil edir. Dəniz yatağının mənimsənilməsinin birinci mərhələsinə uyğun olaraq hərəsi 800 min barrel neft tutan daha iki rezervuarın tikilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, Azəri yatağından Səngəçal terminalına qədər daha bir sualtı neft kəməri salınacaqdır.
Səngəçal terminalı dənizdən çıxarılan nefti topladıqdan sonra onu paylaşdıracaqdır. Terminala eyni zamanda Şahdəniz yatağından iki boru vasitəsilə qaz
və kondensatın ötürülməsi də nəzərdə tutulmuşdur. Səngəçal terminalında böyük həcmdə karbohidrogen xammalı toplandığı üçün ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi fikir verilir. İlk növbədə, əlbəttə, terminalın təhlükəsizliyi təmin edilməlidir və bu iş daim diqqət mərkəzindədir.
Xəzər regionunda inşa edilən ən əhəmiyyətli boru xətlərindən biri Şahdəniz - Ərzurum qaz kəməridir. Şahdənizdən karbohidrogen xammalının Türkiyəyə ixrac edilməsi üçün 2001-ci ildə Azərbaycan və Türkiyə arasında müvafiq müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Şahdəniz yatağından 178 mlrd, m’ qaz və 34 mln. ton qaz kondensatının hasili nəzərdə tutulmuşdur. Yəni yataqdan ildə 6,6 mlrd. m! hesabı ilə təbii qaz 15 il ərzində Türkiyəyə ixrac olunacaq.
Şahdəniz layihəsinin həyata keçirilməsi üçün ilkin mərhələdə 2,3 mlrd, dollar investisiya qoyulacaq. Bu, yatağın tam gücdə istismar edilməsinə imkan yarada
caq. Artıq Abşeron sahilində TPG-500 dəniz stasionar platforması inşa edilir. Platforma istifadəyə verildikdən sonra suyun dərinliyi 105 metr olan müqavilə sahəsində 15 buruğun qoyulması nəzərdə tutulmuşdur. Eyni zamanda, hasil edilən xammalın sahilə çatdırılması üçün 26 düymlük qaz kəməri və 12 düymlük kondensat kəməri istifadəyə veriləcək. Uzunluğu 100 km-ə çatan boru kəmərləri platformanı Səngəçal terminalı ilə birləşdirəcək.
Şahdəniz - Ərzurum qaz kəməri Azərbaycan və Gürcüstan ərazilərində inşa olunan Bakı - Tbilisi - Ceyhan neft kəmərinə paralel tikiləcəkdir. Boru kəmərinin uzunluğu Azərbaycanda 442 km olduğu halda, Gürcüstanda 248 km təşkil edir. Boru kəmərinin diametrı 42 düymdür. Türkiyənin “Botaş” dövlət şirkəti tərəfindən maliyyələşdirilən boru kəmərinin dəyəri 900 mln. dollardır. Maliyyələşdirmə vəsaitlərinin vaxtlı-vaxtında ayrılması qaz kəmərinin 2006-cı ilin sonuna qədər istifadəyə verilməsinə imkan yaradacaq.
Şahdəniz - Ərzurum qaz kəməri istismara verildikdən sonra yataqdan qaz hasilatının tədricən artırılması nəzərdə tutulur. Əgər 2007-ci ildə qaz hasilatı 4 mlrd, m’ olacaqsa, 2008-ci ildə 5,8 mlrd, m’ və 2009- cu ildə 7,2 mlrd, m’-ə çatacaqdır. Layihənin birinci mərhələsinə uyğun olaraq qaz hasilatının həcmi yalnız 2011-ci ildə 8,5 mlrd, nr'-ə çatdırılacaq. Ümumiyyətlə, Şahdəniz - Ərzurum qaz kəmərinin tam gücü ilə istifadəsi ildə 16 mlrd, m3 qazın nəqlini nəzərdə tutur.
Xəzər dənizində neftdaşımaların gələcəkdə artmasını nəzərə alaraq Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” zavoduna 4 neftdaşıyan tankerin inşasına sifariş vermişdir. Onlardan üçü (“Heydər Əliyev”, “Babək” və “Cəlil Məmmədquluzadə”) artıq istifadəyə verilmişdir. Orta hesabla hər bir tanker ildə 1 mln. ton neft daşımaq imkanına malikdir.
Qazaxıstanın sahil ərazilərindən Rusiyaya uzanan əsas ixrac neft kəmərlərindən birincisi Atırau - Samara kəməri olmuşdur. Bu kəmərlə ildə 10 mln. ton neft daşınırdı. 2002-ci ildən başlayaraq bu marşrutla daşınan neftin həcmi artırılaraq ildə 15 mln. tona çatdırıl-
mışdır. Qazaxıstanda neft hasilatının intensiv inkişafı həm fəaliyyətdə olan boru kəmərlərinin gücünün artırılmasına səbəb olmuşdur, həm də yeni kəmərlərin inşasını zəruriləşdirmişdir.
Qazaxıstanda çoxvektorlu boru kəmərlərinin inşası siyasəti 1992-ci ildə Xəzər boru kəməri konsorsiumunun yaradılması ilə başlandı. Bu müqavilə Qazaxıstan neftinin Qara dəniz sahillərinə çıxarılması
Qazaxıstanın Xəzər dənizi sahilindəki əsas neft kəmərləri
Neft komorlori Uzunluğu Ncftdaşıma gücii, ildə (mln. ton)
Uzen-Jetıbay-Aktau 142 8
Uzen-Atırau-Samara 1500 15
Kalamkas-Karajanbaş-Aktau 62 15
Prorva-Gülsarı 103 5
Tengiz-Atırau-Həştərxan-Qroznı 678 30
məqsədi ilə Qazaxıstan, Rusiya və Oman hökumətləri arasında imzalanmışdır, istifadəyə veriləsi neft kəmərinin marşrutu Tengiz - Atırau - Komsomolskaya - Kropotkino - Novorossiysk istiqamətində olmalıdır.
Neft kəmərinin ümumi uzunluğu (Atırau bölgəsindən Novorossiysk terminalına kimi) 1580 km təşkil etmiş və onun inşası üçün 2,4 mlrd, dollar sərmayə qoyulmuşdur. Boru vasitəsilə ildə maksimum 67 mln. ton neft daşınması mümkündür. Lakin ilkin mərhələdə bu göstərici cəmi 28,2 mln. ton olacaqdır.
Tengiz - Novorossiysk neft kəmərinin inşası 2001- ci ilin mart ayında tamamlanmış və həmin ilin noyabr ayında Novorossiysk şəhərindən Tengiz nefti ilə doldurulmuş ilk tanker Avropa istehlakçılarına göndərilmişdir. Bununla belə, gözlənilən neft ixracının həcmi əldə olunmamışdır. Bu boru vasitəsilə 2003-cü ildə dünya bazarına 14,8 mln. ton neft ixrac edilmişdir.
2001-ci ildə istifadəyə verilmiş Tengiz - Novorossiysk marşrutu üzrə Xəzər boru kəməri konsorsiumu 50 mln. tondan çox neft ixrac etmişdir. 2004-cü ildə neft ixracı bu istiqamətdə 22,5 mln. tona çatmış və 2005-ci ildə bu göstərici 32 mln. tona qədər artacaqdır.
Qazaxıstanın sahil ərazilərindən neft boru kəməri ilə yanaşı, dəniz nəqliyyatı vasitəsilə də ixrac edilir. Bununla əlaqədar limanların fəaliyyətinə xüsusi əhəmiyyət verilir. Belə ki, qısa müddət ərzində Aktau limanında yenidənqurma işlərinin aparılması nəticəsində onun yükötürmə gücü iki dəfə artaraq ildə 12 mln. tona çatmışdır. 2015-ci ildə Qazaxıstanın ildə 150 mln. tondan çox neft hasil edəcəyini nəzərə alsaq, onda Aktau limanından Bakı, Mahaçqala və Neka istiqamətində də neftdaşımaların həcminin kifayət qədər artacağını gözləmək olar. Odur ki Azərbaycan tərəfi hələ qabaqcadan Rusiyada yeni tankerlərin tikintisini sifariş vermişdir. Tankerlərin hər biri ayda orta hesabla 7 dəfə Aktau limanından neft daşınmasını təmin edəcəkdir.
Məlumdur ki, Qazaxıstanın sahil ərazilərində neft hasilatının artımı əsasən Tengiz yatağı hesabınadır. Elə bu səbəbdən də Tengiz yatağında ekoloji monitorinqin aparılması bölgənin ən mühüm məsələlərindən biridir.
Dediyimiz kimi, Xəzərin Qazaxıstan sektorunda zəngin neft ehtiyatlarının aşkarlanması bu bölgədən
müxtəlif istiqamətlərdə və bir neçə nəqliyyat növündən istifadə edərək xammal ixracına imkan verir. Qazaxıstan Xəzəryanı dövlətlərə nefti Aktau limanından tankerlər vasitəsilə daşıyır.
1996-cı ildə Qazaxıstan və İran neft daşınması üzrə müqavilə imzalayaraq “swaps” sistemi əsasında əməkdaşlıq etməyə başlamışdılar. Müqaviləyə əsa-
Vч " '* #
«*•*" А
sən, Qazaxıstan tərəfi İranın Xəzər sahilindəki Neka terminalına hər hansı bir həcmdə neft daşıyır və İran tərəfi də buna uyğun olaraq eyni həcmdə nefti İran körfəzindəki limanlarından Qazaxıstan neftinin alıcılarına verməyi öhdəsinə götürür. Artıq 1997-ci ildə Aktau - Neka marşrutu üzrə Qazaxıstandan İrana 2 mln. ton neft daşınmışdı. Bu ölkələrin neftdaşıyan tankerləri olmadığı üçün Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyinin tankerlərindən istifadə edilirdi. Lakin sonrakı illər bu istiqamətdə neftin daşınması dayandırılmışdır. Bunun əsas səbəbi isə Qazaxıstan neftinin yüksək dərəcədə kükürdlü olmasıdır. Hazırda İran tərəfi bu əlaqələrin bərpası üçün ölkənin şimal bölgələrindəki neftayırma zavodlarında kükürdii neftdən ayırmaq üçün əlavə texnoloji qurğuların quraşdırılması ilə məşğuldur.
Qazaxıstanda neft hasilatının kifayət qədər artması digər Xəzəryanı dövlətlərə də dəniz nəqliyyatı ilə neft daşımağa imkan vermişdir. Belə ki, 1996-cı ildən başlayaraq Qazaxıstandan Aktau - Dübəndi marşrutu üzrə Azərbaycana xam neft daşınır. Bu müddət ərzində nəql edilən neftin həcmi 10 min. tona çatmışdır. Lakin son illər neftdaşımalar bu istiqamətdə azalmışdır. Əgər 2001-ci ildə həmin marşrut üzrə 2,04 mln. ton neft daşınmışdısa, 2002-ci ildə bu göstərici cəmi 0,5 mln. ton olmuşdur. Bunun əsas səbəbi Tengiz - Novorossiysk neft borusu üzrə ixracın təmin edilməsi zəruriyyətindən irəli gəlmişdir. Ehtimal etmək olar ki, yaxın gələcəkdə həmin istiqamətdə neftdaşımalar yenidən artacaqdır. Çünkü bu istiqamətdə əlaqələrin inkişafı “Qazaxıstanın 2030-cu ilə qədər strateji inkişaf proqramf’nda açıq göstərilmişdir.
Artıq 2004-cü ildə Azərbaycan dövləti tərəfindən Orta Asiya regionundan Qara dəniz sahillərinə Azərbaycan ərazisi ilə keçən nəqliyyat dəhlizinin inkişafı istiqamətində də mühüm işlər görülüb. Xəzər Dəniz Gəmiçiliyi tərəfindən müasir neft tankerləri alınıb, mövcud olanları isə təmir edilib. Azərbaycan Dövlət Dəmir Yolu idarəsi də bu yaxınlarda ölkənin qərb hissəsində - Böyük Kəsik stansiyası istiqamətində dəmiryol xəttinin, bundan başqa, dartıcı lokomotivlərin əsaslı təmirini başa çatdırıb, müasir rabitə və monitorinq vasitələrini istifadəyə verib. Görülən tədbir
lər hesabına daşınma imkanları xeyli artmışdır. Respublikamızın coğrafi və infrastruktur imkanlarının genişlənməsi ölkəmizin nəqliyyat dəhlizi statusunu bir daha önə çəkib. Bu istiqamətdə aparılan işlərdən biri də “Səngəçal” neftaşırma terminalının genişləndirilməsi və beynəlxalq nəqliyyat vasitələrinin inkişafı sahəsində həyata keçirilən layihələrə qoşulmasıdır. Terminalın neft və neft məhsullarının birdəfəlik tutum qabiliyyətinin 320.000 tona çatdırılması üçün əlavə 120.000 ton tutumu olan 4 ədəd rezervuar alınaraq quraşdırılacaq sahəyə nəqli başlanıb. Artıq dekabrın sonunda suyun dərinliyi 9 metr olan və 12 min m3 tutumlu gəmiləri qəbul edə bilən əlavə 2 yanalma körpüsü istifadəyə verilib.
Bunlardan əlavə, dəmir yolu vaqonlarının yüklənməsi və boşaldılması obyektləri yeniləşdirilib, Qərb modellərinə və beynəlxalq standartlara əsaslanan təhlükəsizliyin və ətraf mühitin idarə olunması proqramları yaradılıb.
Qazaxıstan neftinin öz ərazisindən keçməsi məqsədi ilə Rusiya tərəfi 2002-ci ildə Qazaxıstanla razılaşma əldə edərək Aktau - Mahaçqala - Novorossiysk neft marşrutu üzrə neftin ixracını təmin etməyi öhdəsinə götürmüşdür. Bu razılaşmaya görə, neft tankerləri vasitəsilə Aktaudan Mahaçqalaya ildə 2,5 mln. ton
neft daşınması nəzərdə tutulmuşdur. Gətirilən neft Bakı - Novorossiysk neft kəmərinin Mahaçqala - Novorossiysk hissəsində əlavə neftlə doldurulmasını təmin edəcəkdir.
Artıq bir neçə ildir Qazaxıstan neftinin Xəzərin qərb sahilinə çatdırılması üçün dənizin dibi ilə neft kəmərinin salınması ideyası müzakirə olunur. Bu Transxəzər neft kəmərinin uzunluğu 618 km təşkil edəcəkdir. Aktau - Bakı istiqamətində salınacaq sualtı kəmər yalnız ildə 20 mln. ton neft daşıdığı halda səmərəli hesab oluna bilər. Bu kəmərlə yanaşı, Aktau - Mahaçqala və Aktau - Türkmənbaşı kəmərlərinin inşa edilməsi variantları da vardır. 2001-ci ilin mart ayında Bakı - Tbilisi - Ceyhan neft kəməri layihəsinə qoşulmaq məqsədi ilə Qazaxıstan neft şirkətləri qrupu yaradıldı və bir ay sonra Qazaxıstan və ABŞ arasında “Subsidiyalar haqqında razılaşma” imzalanaraq Aktau - Bakı - Ceyhan ixrac neft kəmərinin marşrutu üzrə maliyyələşdirmə məsələləri həll olundu. Artıq 2001-ci ilin sonunda ABŞ Bakı - Ceyhan neft marşrutu xəttinin Aktau - Bakı - Ceyhan xəttinə çevrilməsini mümkün hesab etdi.
Xəzər regionunda ixrac neft kəmərlərinin yeni coğrafiyası, təbii ki, Rusiyanın və İranın qısqanclığına səbəb olmuşdur. Bu ölkələr Xəzər dənizində neft və qaz kəmərlərinin inşasının əleyhinə çıxaraq əsasən ekosistemin ekoloji kövrəkliyini və dənizin geodina- mik fəallığını bəhanə gətirdilər. Heç şübhəsiz, bu ölkələr özlərinin geosiyasi maraqlarını ört-basdır etmək istəyirdilər. Belə ki, artıq bir müddət sonra Rusiya tərəfi maraqları güdüldüyü təqdirdə Aktau - Bakı neft kəmərinin inşasına etirazı olmadığını bəyan etdi.
2003-cü ilin əvvəlində Qazaxıstanla anlaşma əldə edən Azərbaycan Bakı - Tbilisi - Ceyhan neft kəmərinə Aktaudan neftin gətiriləcəyi haqqında açıqlama verdi. Anlaşmaya əsasən, Bakı - Tbilisi - Ceyhan neft kəməri istifadəyə verildikdən bir ay sonra Aktaudan Diibəndiyə tankerlərlə neft gətirilərək Səngəçal terminalına doldurulacaq. Sonrakı mərhələdə çıxarılacaq neftin həcmindən asılı olaraq Transxəzər boru kəmərinin inşası məsələsi həll ediləcək. Qeyd etmək lazımdır ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tankerlərlə ildə 10 mln. ton neftdaşıma imkanına malik
dir. İxrac olunan neftin həcmi artırıldıqda neftdaşıyan tankerlərin sayının çoxalması problemini yaradacaq. 2003-cü ildə Xəzər dənizində “Merkuri” gəmisinin qəza nəticəsində batması tankerlə daşınmaların ekoloji cəhətcə təhlükəli olduğunu göstərir. Əgər tankerlə neftdaşımaları digər Xəzəryanı ölkələrin də artıracağını nəzərə alsaq, onda Xəzər dənizində ekoloji təhlükəsizliyin həllinin ağır bir problemə çevriləcəyi şübhə doğurmur.
Qazaxıstan həmçinin Xəzər dənizinin şərq sahili boyunca Türkmənistan ərazisindən keçərək İrana neft kəmərinin salınması ilə bağlı layihəni də müza
kirə edir. Xəzər dənizinin şərq sahili çox az mənimsənilib və belə ki, hətta iki qonşu ölkəni - Qazaxıstanla Türkmənistanı birləşdirən neft kəməri hələ ki yox-
dur. Lakin Qazaxıstan öz coğrafi mövqeyindən istifadə edərək müxtəlif istiqamətlərdə neft kəmərlərinin inşası siyasətini həyata keçirir.
2000-ci ilin sentyabr ayında Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan arasında “Şimal - Cənub beynəlxalq dəhlizi haqda” razılaşma imzalanmışdır. Layihəyə əsasən, Helsinki - Sankt-Peterburq - Moskva Panavropa nəqliyyat dəhlizinin cənub istiqamətində Həştərxana, sonra dənizlə İrana, ordan da İran körfəzi ölkələrinə və Hindistana qədər uzadılması nəzərdə tutulmuşdur. Bu layihənin həyata keçirilməsi üçün 3 milyard dollara yaxın kapital qoyuluşu tələb olunur. Mütəxəssislərin fikrincə, bu marşrut üzrə ildə 20 - 40 mln. ton arasında yük daşınacaq.
Həm İran, həm də Rusiya tərəfi bu marşrutun Xəzərin qərb sahili ərazilərindən də keçməsində maraqlıdır. Məhz Rusiyanın təklifindən sonra Azərbaycan bu layihəyə qoşulmağı qərara almışdır.
Məlum olduğu kimi, Xəzər dənizinin qərb sahilində dəmiryol xətləri Həştərxandan Astaraya qədər uzanmışdır. Bu xəttin səmərəli istifadəsi üçün onun İranın dəmiryol xətlərinə birləşdirilməsi məqsədəuyğun hesab edilir. Şimal - Cənub layihəsi əsasında İranda Qəzvin - Rəşt dəmiryol xətti Astara şəhərinə qədər uzadılmalıdır. Yeni inşa ediləcək dəmiryol xət
tinin uzunluğu 175 km-ə çatacaq və onun həyata keçirilməsi üçün 125 mln. dollar vəsait ayrılacaq. Bunun nəticəsində Rusiya - Azərbaycan - İran dəmiryol sis
temlərinin Xəzərin qərb sahili boyunca birləşməsi imkanı əldə olunacaqdır.
İranla Türkmənistan arasında 1996-cı ildə Məşhəd - Sərəxs - Təcən dəmiryol xətti istifadəyə verilmişdir. Bu marşrutun rəsmi açılışından sonra İran, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bəndər - Türkmən - Türkmənbaşı - Bekdaş - Man- gistau dəmiryol xəttinin inşası haqqında memorandum imzalanmışdır. Lakin bu layihə bir cox siyasi və maliyyə-iqtisadi səbəblərdən hələ ki kağız üzərində qalmışdır.
Rusiya sahilində nəqliyyatın inkişafı başlıca olaraq limanların fəaliyyəti ilə bağlıdır. Nisbətən inkişaf etmiş Həştərxan və Mahaçqala limanları ilə yanaşı, yükdaşımalarda perspektiv artım Olya limanı ilə bağlıdır. Olya limanı artıq Türkmənbaşı və Ənzəli limanları ilə əlaqə yaratmışdır. Yaxın vaxtlarda Olya - Bakı və Olya - Aktau bərə əlaqələri də yaradılacaq.
Olya limanı Həştərxandan 100 km cənubda yerləşir. Dərinliyi 5,2 metr olan liman il ərzində 540 min ton yükvurma qabiliyyətinə malikdir. 1997-ci ildə istifadəyə verilən Olya limanında ildə 45 min ədəd konteyner qəbuletmə imkanına malik terminalın inşası tamamlanmaq üzrədir.
Olya limanından aralı sahildə İlyinka qəsəbəsində iri neft terminalı istifadəyə veriləcəkdir. Bu, Rusiyanın Xəzər sahilində Mahaçqaladan sonra ikinci neft terminalıdır. Eyni zamanda, Həştərxandan şimalda, çayın dibi ilə Tengiz - Novorossiysk neft kəməri keçir. Almaniyanın “FAB” şirkəti tərəfindən həyata keçirilmiş bu layihə “Ginnesin rekordlar kitabfna dünyanın ən uzun (1,5 km) sualtı keçidi kimi düşmüşdür.
1 mln. ton neft qəbul etmə gücünə malik İlyinka neft terminalı və Novorossiyskə gedən neft kəməri Şimali Xəzərdə ətraf mühitin neftlə çirklənmə təhlükəsini artırır. Bunun qarşısını almaq üçün vaxtında lazımi tədbirlər kompleksi həyata keçirilməlidir. Belə ki, yaxın gələcəkdə Rusiya İlyinka limanından İrana böyük həcmdə neft göndərməyi nəzərdə tutur; bu istiqamətdə hələ ki Mahaçqala terminalından neft ixrac olunur.
Mahaçqala limanı Rusiyanın Xəzər dənizində əsas neft limanı hesab olunur. Liman layihə üzrə ildə 10
mln. ton həcmində neft və neft məhsullarının daşınması gücünə malikdir. Lakin limandan hələ ki ildə yalnız 3 mln. tona yaxın neft daşınır. Bura neft əsasən Xəzər dənizinin şərq sahilindən (Aktau və Türkmənbaşı limanlarından) gətirilir. Tranzit neft tam gücündə istifadə olunmayan Mahaçqala - Novorossiysk neft borusuna doldurulur.
İran sahilində nəqliyyatın gələcək inkişafı Ənzəli və Nouşəhr limanlarının fəaliyyəti ilə yanaşı, Neka terminalının istismarı və Neka - Tehran neft kəmərinin istifadəsi ilə bağlıdır. Xəzərin İran sahili nisbətən təmiz olduğu üçün burada neft tullantıları müşahidə edilmir. Lakin Neka terminalına neftdaşımaların artması və terminalın genişləndirilməsi sahil ərazilərində ekoloji təhlükə yaradır.
Azərbaycanla həmsərhəd olduğu üçün İranın şimal qonşularla iqtisadi əlaqələrində Gülüstan ostanı xüsusi əhəmiyyət kəsb edir. Belə ki, yalnız 2003-cü il ərzində Gülüstan ostanı ərazisindən dəyəri 82 mln. dollar həcmində 214 min ton tranzit yüklər daşınmışdır.
Neft hasil edən digər Xəzəryanı ölkələrdən fərqli olaraq Türkmənistanda neft və qaz kəmərlərinin coğrafiyası əsasən yerli əhəmiyyət daşıyır və bunlar Çə- ləkən - Nebitdağ və Barsagəlməz - Okərəm sahələrini əhatə edir. Sahil boyunca isə İrana Körpəcə - Qurdquyu qaz kəməri uzanır. Ətraf mühit üçün ən çox təhlükə yaradan boru kəmərləri isə dəniz yatağından sahilə uzanan kəmərlərdir.
Xəzər regionunda bir-birinin ardınca yeni neft və qaz kəmərlərinin inşası, karbohidrogen ehtiyatlarının hasilatı və daşınması həcminin günü-gündən artması dəniz mühitinə və onu əhatə edən ərazilərə texnogen təsiri gücləndirir. Odur ki Xəzəryanı ölkələr bir gün belə itirmədən ekoloji məsələlərin həllində əməkdaşlığın dərinləşməsinə xüsusi fikir verməlidirlər.
83
XƏZƏRİN SAHİL ƏRAZİLƏ MƏNİMSƏNİLMƏSİ və ANTROPOGEN TƏSİRİN ARTMASI
Sahil ərazilərində əhalinin məskunlaşma xüsusiyyətləri
Ta qədim zamanlardan Xəzər dənizi sahillərində müxtəlif qəbilələr və xalqlar yaşamış və burada möhtəşəm dövlətlər yaratmışlar. Aparılmış arxeoloji qazıntılar da sahil ərazilərində qədim sivilizasiya ocaqlarının olmasını təsdiq etmişdir. Belə inkişaf etmiş mərkəzlərin izlərinə xüsusən qərb sahillərində rast gəlmək mümkündür. Azərbaycanın Dəvəçi rayonu ərazisində tapılmış qədim Şabran şəhərini (e.ə. III əsr) və Dağıstanın Qarabudaqkənd rayonunun Vəli- kənd kəndini (e.ə. VI əsr) buna misal göstərmək olar.
Xəzər dənizinin coğrafi mövqeyi və onun sahil ərazilərində təbii şəraitin müxtəlif olması, əlbəttə, regionun etnogenez palitrasına da əsaslı təsir göstərmişdir. Bununla bağlı məşhur rus alimi L.Qumilyovun
sözləri yada düşür. O özünün “Xəzər ətrafı minillik ərzində” əsərində yazır: “Antrosferanın mozaikliyinin əsas səbəbi landşaftların müxtəlifliyindədir”. Bu belə bir fikri bir daha təsdiq edir ki, Xəzər dənizində və sahil ərazilərində baş verən təbii proseslər ətraf ərazilərdə məskunlaşmış insanların yaşayış tərzinə birbaşa təsir etmişdir.
Qədim dövrdə Xəzər dənizi haqda tam və hərtərəfli coğrafi biliklər olmasa da, bəzi səyyahlar öz yazılarında onun haqqında səthi də olsa, bəzi məlumatlar vermişlər. Eramızdan əvvəl V minillikdə Herodot
özünün “Tarix” əsərində Xəzər dənizi haqqında belə yazmışdır: “Bu dənizin bir sahilindən digərinə, məsələn, şimaldan-cənuba avarlı qayıqla on beş günə, ən geniş yerdə - eninə isə səkkiz günə üzürlər. Qərb sahilləri boyu hündür Qafqaz sıra dağları yerləşir. Qafqazda çox sayda müxtəlif qəbilələr yayılmışdır”.
Xəzər dənizinin yerləşmə xüsusiyyəti onu əhatə edən ərazilərdə müxtəlif Avrasiya sivilizasiyalarının kəsişməsini müəyyən etmişdir. Qədim dövrlərdə Ki- aksar, Kir, Dara, Makedoniyalı İsgəndər, Çingiz xan, Batı, Toxtamış və Teymurləng kimi məşhur sərkərdələrin qoşunları bu regionda olmuşlar. Tarixdən məlumdur ki, həmin qoşunların tərkibi çoxsaylı qəbilələrdən ibarət idi. Sahil ərazilərini tutduqdan sonra müdafiə qalalarının inşasında onlar azsaylı yerli qəbilələrdən istifadə etmişlər. Təbii ki, sonrakı mərhələdə gəlmə qəbilələr burada tədricən məskən salmış və beləliklə də sahil ərazilərində etnik tərkibin dəyişilməsində mühüm rol oynamışlar.
Xəzər dənizini əhatə edən bölgələrdə tarix boyu müxtəlif dövlətlər mövcud olmuşdur. Bu dövlətlərdə yaşamış qədim qəbilələrin və xalqların nümayəndələri əsrlər keçdikcə tədricən assimilyasiyaya məruz qalaraq yox olmuşlar. Onlar sonrakı dövrlərdə yaranmış nisbətən cavan xalqların əsasını qoymuşlar. Yox olmuş bu xalqlardan skifləri, sarmatları, sakları, hunları, massagetləri, xəzərləri, qıpçaqları, peçeneqləri, oğuzları və digərlərini göstərmək olar. Xəzər regionunda müasir dövrdə məskunlaşmış türkdilli xalqların - azərbaycanlıların, türkmənlərin, qazaxların, kumıkların, tatarların formalaşmasında məhz assimilyasiyaya uğrayıb yoxa çıxmış həmin xalqlar başlıca rol oynamışlar. Son minillikdə Xəzərətrafı bölgələrdə türk mənşəli xalqların məskunlaşması üstünlük təşkil etmişdir. Sahil ərazilərində təxminən 25 - 30% digər xalqların nümayəndələri - gilanlılar, kalmıklar, farslar və ruslar yaşamışlar.
Xəzər dənizinin coğrafi adına gəlincə, bu ad sabit qalmamış, zaman-zaman dəyişmişdir. Hətta eyni zamanda bu dənizi müxtəlif cür adlandırmışlar. Hər yeni qoyulan ad əsasən regionda yaşayan xalqların və yaxud ölkələrin adma uyğun olmuşdur. Tarix boyu ona gah Hirkan, Xvalın, Alban, Kaspi, Bakı, Dərbənd, gah da Gilan, Mazandaran, Fars, Avar və s. demişlər.
Xəzər regionunda əhalinin müxtəlif dövrlərdə məskunlaşması barədə, baş verən dəyişikliklər haqqında hələ eramızın əvvəllərinə aid bir sıra mənbələrdə geniş məlumat vardır. Qədim yunan alimi Strabon özünün “Coğrafiya” əsərində qeyd edirdi ki, onun vaxtında Şimali və Qərbi Xəzərin çox hissəsində artıq kaspi qəbiləsi yox olmuş və onun yerini sarmatlar qəbiləsinə aid aorslar tutmuşlar. Bu dövrdə Xəzərin şərq sahilində köçəri skiflərə yaxın olan saklar və massagetlər üstünlük təşkil edirdi. Massagetlər, eyni zamanda, indiki Azərbaycanın sahil ərazilərində də yaşayırdılar.
Mərkəzi Asiyadan Xəzər istiqamətində irəliləyən hunlar sarmadan məhv edərək onların yaşadıqları sahil ərazilərində məskunlaşırlar. Artıq IV əsrin ortalarında hunların Xəzəryanı çöllərdə məskən salmaları türk dilinin Aşağı Volqa və Şimali Qafqazda yayılmasına zəmin yaradır.
VI - VII əsrlərdə Aşağı Volqadan Dərbəndə qədər olan ərazidə bölgənin ən möhtəşəm xalqlarından biri olan xəzərlər tərəfindən Xəzər xaqanlığı yaradılır. Xaqanlığın paytaxtı müasir Həştərxan şəhərindən 120 km şimalda yerləşən İtil şəhəri imiş. Xəzərlərin bir hissəsi iudaizm dininə, digər hissəsi isə islama itaət etmişlər. Xaqanlığın şəhərlərində xristianlar da yaşamışlar; onların bu şəhərlərdə kilsələri də olmuşdur.
VII əsrin ikinci yarısında Qafqazda və Xəzərin şərq sahillərində Ərəb xilafətinin yarımköçəri qəbilələri peyda olurlar. Xəzər regionuna yürüş edən bu ərəb qəbilələrinin əsas məqsədi islam dinini regionda yaymaq idi.
IX - X əsrlərdə Böyük Step adlanan ərazini tutmuş cəngavər türk xalqları - qıpçaqlar və peçeneqlər Dərbənd keçidi vasitəsilə müasir Azərbaycanın sahil bölgələrinə daxil olurlar. Nəticədə bu qəbilələr az bir vaxtda, demək olar, bütün sahil ərazilərində məskunlaşır, hətta çox keçmir, üstünlük təşkil edirlər. Beləliklə, Xəzər xaqanlığı X əsrin sonunda tam süquta uğrayır.
IX əsrin sonunda sonuncu türk xalqları nümayəndələri - oğuzlar və səlcuq türkləri Xəzər dənizi sahillərində məskunlaşırlar. Onlar bütövlükdə Azərbaycan, Türkmənistan və İran sahillərini tədricən mə
87nimsəyərək köçəri maldarlıqdan əkinçiliyə və balıqçılıqla məşğul olmağa keçirlər. Sonrakı dövrdə Azərbaycan, türkmən və digər türk xalqlarının formalaşmasında məhz elə oğuz türkləri başlıca rol oynayırlar.
XII əsrin ikinci yarısında Xəzər dənizinin şərq sahillərinə cəngavər monqol-tatar qəbilələri yürüş edirlər. Artıq 1220-ci ildə Çingiz xanın rəhbərliyi ilə monqol-tatarlar Azərbaycanı və Şimali İranı qarət edirlər. XIII əsrin ortalarında Batı xan başda olmaqla monqol- tatarlar Krım yarımadası və Şimali Qafqazı da öz əsarətləri altına salırlar. Beləliklə, Batı xan tərəfindən əsası qoyulmuş Qızıl Orda monqol-tatar xanlığı yaranır. Xəzər dənizinin sahil ərazilərinin təkrarolunmaz təbii şəraitini nəzərə alaraq Qızıl Orda müasir Həştərxan şəhərindən bir qədər aralıda yerləşən Saray şəhərini özünə paytaxt seçir.
Xəzər dənizinin şimal və şimal-şərq sahillərində Qızıl Ordanın yaxın müttəfiqi Noqay Ordası məskən
salır. Noqay Ordasına daxil olan qəbilələr Volqa və Ural çayları arasındakı çöl ərazilərində köçəri həyat sürür, heyvandarlıqla məşğul olurdular. Noqay Ordası parçalandıqdan sonra noqay qəbilələrinin əksər hissəsi müasir qazax millətinin formalaşmasına əsaslı təsir göstərmişdir.
XIV əsrin ikinci yarısında qüdrətli sərkərdə Tey- murləngin ordusu Xəzər dənizinin cənub-şərq, cənub və qərb sahillərinə yürüşlər edir.
1552-ci ildə Rusiya çarı İ van Qroznı Ordaya həlledici zərbə vuraraq onun əsas mərkəzlərindən biri olan Kazan şəhərini süquta uğradır. Möhtəşəm Qızıl Ordanın qalıqlarından tədricən yeni dövlətlər - Kazan və Həştərxan xanlıqları yaranır. Çar Rusiyası Həştərxan xanlığını özünə tabe etdirdikdən sonra Aşağı Volqada yeni yaşayış məntəqələri salır və rusların burada məskunlaşması üçün əlverişli şərait yaradır. Nəticədə rusların Aşağı Volqada ilk yaşayış məntəqələri olan Çyor- my Yar (1627) və Krasnıy Yar (1667) kimi qala-şəhərcikləri salınır. Bu yaşayış məntəqələrinin əhalisi əsasən kazaklardan ibarət idi. Kazaklar tədricən Xəzərin sahil ərazilərinin şimal-şərq hissəsində də məskunlaşmağa başlayırlar. Belə ki, onlar Yayık (Ural) çayı sahilində Yayızkiy (Uralsk) şəhərciyinin və Quryev qəsəbəsinin əsasını qoyurlar.
Xəzərin şimal-qərb sahillərində məskunlaşmış qəbilələrdən monqol mənşəli köçəri kalmıklar Rusiyanın cənubunda öz xanlıqlarını yaradırlar. Burada yaşayan insanlar lamaizmə itaət edirdilər. Onlar Avropanın bu tipli yeganə sivilizasiya ocağı idi.
XVII əsrdən başlayaraq Cənubi Volqaboyunda rusların məskunlaşma sahəsi genişlənir. Bunun əsas səbəbi rusların Xəzərsahili ərazilərə marağının artması olmuşdur. Qeyd etmək lazımdır ki, rusların bu marağı daha qədim dövrdə də müşahidə edilmişdir. Məsələn, ərəb və fars səyyahlarının əlyazmalarında qeyd edilirdi ki, rus drujinalarının işğalçı yürüşləri hələ IX - X əsrlərdə başlanmışdır. Bununla bağlı ingilis səyyahı Cons Hanvey özünün “Britaniya ticarəti Xəzər dənizində tarixi oçerki” əsərində yazır ki, rusların Qafqaza yürüşləri sanki səlib yürüşlərinin Yaxın Şərqə doğru hərəkəti idi və həmin ərazilərin daha hazırlıqlı və əsaslı təşkil olunmuş işğalına yönəlmişdi. Rusların Qafqaza maraqlarının əsas səbəblərindən biri də bu bölgənin zəngin təbii sərvətləri idi. Məsələn, Moskva hökumətinin 1637-ci il sənədlərindən birində “Top ehtiyatlarının yazılması”nda belə bir qeyd var ki, Bakı nefti yanan halda həddən artıq təhlükəli bir silah hesab edilə bilər.
Hərbi-strateji baxımdan ruslar Xəzər dənizinə Hind okeanına çıxış vasitəsi kimi baxırdılar. Elə bu səbəbdən də I Pyotrun təşəbbüsü ilə 1715-ci ildə Xəzər dənizinin şərq sahillərinin öyrənilməsi üçün
89A.Bekoviç-Çerkasskinin rəhbərliyi altında xüsusi ekspedisiya təşkil olunur. O zaman dənizin şərq sahillərində köçəri maldarlıqla məşğul olan türkmən tayfaları məskunlaşırdılar. Köçəri maldarlıq tərzi daimi yaşayış yerlərinin yaranmasına imkan vermirdi. Aparılmış ekspedisiyalar nəticəsində ruslar Xəzərin şərq sahilində bir neçə gözətçi-qalalar inşa etməklə gələcək yaşayış məntəqələrinin yaranması üçün əlverişli zəmin yaratdılar.
Cənub və qərb sahillərinin uzun illər boyu İran və türk tayfaları tərəfindən mənimsənilməsinə baxmayaraq, I Pyotr şərq sahilləri ilə yanaşı, qərb sahillərində yeni mövqelərdə möhkəmlənməkçün bu istiqamətdə bir neçə ekspedisiya təşkil etdirir. Bakı şəhərinə xüsusi diqqət verilir. Çünki Rusiya ilə Şərq ölkələri arasında aparılan ticarət əlaqələrinin inkişaf etdirilməsində Bakının çox əlverişli strateji mövqeyi var
idi. Elə bu səbəbdən də I Pyotr sərəncamlarından birində belə yazırdı: “Bizimçün Xəzər dənizi sahillərini ələ keçirmək son dərəcə vacibdir; türklərin bura gəlmələrinə gərək imkan verməyək”. Bu rəsmi əhval-ru-
I
hiyyə ilə də ruslar tədricən regionda özlərinin işğalçı siyasətlərini həyata keçirməyə başlayırlar.
1722 - 23-cü illər müharibəsində İran Rusiyaya məğlub olur və nəticədə Xəzərin qərb sahili müvəqqəti olaraq (Rəşt - 1732-ci il və Gəncə - 1735-ci il müqavilələrinə qədər) rusların əlinə keçir. Məhz elə bu vaxtdan etibarən ruslar Xəzərin qərb sahilində məskən salmağa başlayırlar. Şərq sahillərində olduğu kimi, burada da ilk növbədə gözətçi-qalalar inşa edilərək yaşayış qəsəbələri yaradılır. 1722-ci ildə qərb sahilində ilk iri qala-şəhərin - Petrovskın (sonralar Ma- haçqala) əsası qoyulur.
Qərb sahillərinin çox hissəsi uzun müddət İranın təsiri altında olduğu üçün burada məskunlaşmış əhali əsasən müsəlmanlardan ibarət idi. Odur ki Rusiya ilk növbədə bölgəyə xristianları köçürmək siyasətinə başlayır. Bu planını həyata keçirərkən ermənilərə xüsusi imtiyazlar verir. Hətta Bakı və Dərbənd kimi böyük yaşayış məntəqələrində ermənilər üçün ərazilər ayrılır. Məsələn, 1723-cü ildə Rusiya generalı Mat- yuşkinin Bakını işğal edəndən sonra erməni patriarxı İsayın xahişi ilə I Pyotr Bakıda ermənilər üçün torpaq ayrılması haqda xüsusi fərman verir. Beləliklə də XVIII əsrdə ermənilər Bakıda “ermənikənd” adlı qəsəbə yaradırlar. I Pyotrun əmri ilə ermənilərin ticarətlə məşğul olması üçün də hər cür şərait yaradılır; onları hətta müxtəlif vergilərdən də azad edirlər.
XIX əsrin əvvəlində baş verən Rusiya - İran müharibələri nəticəsində ruslar Xəzər sahillərinin təxminən 90%-ni (cənub sahili istisna olmaqla) ələ keçirirlər. Rusların nəzarət etdiyi sahil ərazilərində təbii sərvətlərin aşkar edilməsi, qiymətləndirilməsi və tədricən mənimsənilməsi istiqamətində aparılan işlər ildən-ilə artmağa başlayır. Bu baxımdan qərb sahilləri daha çox fərqlənirdi. Zəngin neft ehtiyatlarının istismarı və onun emalı bölgənin, xüsusən Bakının iqtisadiyyatına güclü təkan verir.
Uzun illər Abşeron yarımadasında yerli əhalinin neftdən gen-bol istifadə etməsi burada böyük həcmdə yanacağın olması ehtimalını daha real şəkildə ortaya qoydu.
XIX əsrin ikinci yarısından etibarən Abşeronda qazılan neft quyularının sayı ildən-ilə artmağa başla
yır. Nəticədə neftlə çirklənmiş torpaqların sahəsi xeyli genişlənir. Bundan əlavə, Bakı buxtasında sahil boyunca çoxlu sayda kiçik neft emalı müəssisələri yaradılır. Neft sənayesinin belə ekstensiv inkişafı ətraf mühitə mənfi təsir göstərməyə başlayır. Artıq 1870-ci ildə Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə şəhər rəhbərliyi sahildə yerləşən 100-dən çox neft emalı müəssisəsinin ləğv edilməsi haqda məsələ qaldırır. Demontaj ediləcək istehsal müəssisələri üçün Bakının yaxınlığındakı Keşlə qəsəbəsinin otlaq sahələri ayrılır. Belə kompakt ərazidə neft emalı istehsal sahələrinin yerləşdirilməsi çar Rusiyasının şəhərsalma təcrübəsində ilk dəfə idi həyata keçirilirdi. Çox keçmir, burada çoxlu sayda kiçik neft emalı za
vodları yaradılır. Nəticədə hava olmazın dərəcədə çirklənir və bakılılar şəhərin bu hissəsini “Qara şəhər” adlandırırlar. “Qara şəhər”in zəhərli, tüstülü hava şəraiti fəhlələrin vəziyyətini ağırlaşdırır; burada yaşamaq dözülməz idi. Odur ki Bakının digər bölgəsində - Bayıl deyilən ərazidə neftçi fəhlələr üçün yeni yaşayış qəsəbəsi yaradılır. Beləliklə, neft sənayesi və onunla bağlı digər istehsal sahələrinin Bakı şəhərindən ətraf qəsəbələrə çıxarılması əhalisi sürətlə artan neft paytaxtının ekoloji durumunu xeyli yaxşılaşdırır.
XX əsrdə Azərbaycanda neft sənayesi 40-cı ilə qədər ardıcıl olaraq inkişaf edir. Sonrakı illər quruda neft yataqlarının ehtiyatları tədricən tükənməyə başlayır. Elə təxminən bu vaxtlar Volqaboyunda, Qərbi Sibirdə, Türkmənistan və Qazaxıstan sahillərində ixtisaslı
neftçilərə tələbat günü-gündən artırdı. Bu səbəbdən də xeyli azərbaycanlı mütəxəssis yeni neft rayonlarına köçür. Məsələn, 1942-ci ildə SSRİ-nin Dövlət Müdafiə Komitəsinin qərarı ilə Bakıdan Türkmənistana 1624 yüksəkixtisaslı neftçi köçürülmüşdür. 60-cı illərdə bu proses daha da güclənir. Mütəşəkkil olaraq gənc mütəxəssislər göndərişlə Qərbi Sibirə və Manqışlağa işə yönəldilir. Yalnız 1960 - 88-ci illər ərzində Azərbaycanda işləyən neftçilərin sayı 42% azalmışdır.
90-cı illərdə sahilyanı ərazilərdə əhalinin məskunlaşmasında vəziyyət nəzərəçarpan dərəcədə dəyişməyə başlayır. Ermənistanın təcavüzü nəticəsində minlərlə azərbaycanlı qaçqın vəziyyətinə düşərək əsasən Abşeron rayonunda məskunlaşır. Bütövlükdə rayonda baş verən etnik konfliktlər nəticəsində Abşerondan köçən rusdilli əhalinin bir hissəsinin əvəzinə MDB məkanından türklər - məshətilər, azərbaycanlılar və kürdlər respublikaya immiqrasiya edirlər.
90-cı illərin ikinci yarısında bir-birinin ardınca beynəlxalq neft kontraktlarının bağlanması və onların həyata keçirilməsi Abşeronun cazibədarlığını artırır. Bununla bağlı olaraq respublikanın digər bölgələrindən
əhali Bakıya axışır. Beləliklə, hazırda respublika əhalisinin təxminən 30%-i Bakı şəhərində məskunlaşır.
XIX əsrin ikinci yarısında Xəzərin şərq sahilində Krasnovodsk şəhərinin əsası qoyulur və Zakaspiyski dəmir yolu xəttinin inşası başlanır. Sonrakı illərdə neft, mirabilit və xörək duzu ehtiyatlarının mənimsə
nilməsi bu regionda yeni-yeni yaşayış məntəqələrinin yaranması ilə nəticələnir. Bununla bərabər, Çələkən yarımadasında təbii şəkildə yerin üzərinə çıxan neft torpaq sahələrinin uzun müddətə çirklənməsinə səbəb olur.
Neft hasilatının tədricən artması Xəzərin Türkmənistan sahilində əhalinin artımına və yeni şəhərlərin yaranmasına birbaşa təsir göstərir. Burada Krasnovodsk şəhəri ilə yanaşı, Çələkən və Nebitdağ şəhərləri inkişaf etməyə başlayır.
Neft və qaz yataqlarının istismarı yeni fəhlə qəsəbələrinin yaranmasına da təkan verirdi. Belə fəhlə qəsəbələri sırasında Dağacıx, Əzizbəyov, Qoturtəpə, Okərəm və digərlərinin adlarını çəkmək olar. Sahil ərazilərinin mənimsənilməsində nəqliyyat qovşaqlarının xüsusi əhəmiyyəti vardı. Bu baxımdan Krasno- vodskın neft limanı kimi Ufranı, Çələkənin neft limanı kimi isə Cəngə və Cəbəli qeyd etmək lazımdır.
Türkmənistanın sənaye istehsalında əsasən gəlmə işçilər üstünlük təşkil edirdilər. Burada azərbaycanlılarla yanaşı, ruslar və Şimali Qafqaz xalqları nümayəndələri çalışırdılar. Əgər nəzərə alsaq ki Türkmənistan ənənəvi olaraq əhalinin yüksək təbii artımı ilə fərqlənən respublikalardan biridir, onda yerli əhalinin sənaye istehsalına cəlb edilməsinin bölgədə olan işsizliyin aradan qaldırılmasında nə qədər böyük rol oynaya biləcəyi aydın olar. Xatırlatmaq yerinə düşərdi ki, keçən əsrin 80-ci illərində Türkmənistanda əhalinin artımı 34% idi.
XX əsrin 90-cı illərində respublikanın iqtisadiyyatında baş verən neqativ proseslər əhalinin miqrasiyasına da təsir göstərdi. Neftçilərin fəhlə qəsəbələrində əhalinin sayı azalmağa başladı. Qaraboğazqol körfəzi ətrafında yaranmış təbii ekoloji gərginlik Bektaş şəhərində əhalinin təxminən 25% azalmasına səbəb oldu. Bu müddət ərzində Türkmənistanın sahil ərazilərindən köçüb gedənlərin xüsusi çəkisi 4 - 5% təşkil edirdi.
Rusiyanın Xəzər sahilində əhalinin məskunlaşması Həştərxan vilayəti, Kalmıkiya və Dağıstan bölgələrində təbii iqlim şəraitinin fərqli olmasından, ərazilərinin tarixi keçmişindən, iqtisadi və coğrafi-siyasi mövqelərinin müxtəlifliyindən bilavasitə asılıdır.
Xəzərsahili ərazilərdə ayrılmış bölmələr üzrə əhalinin məskunlaşmasıЛ 5 km -44%■ 5 - 10 k m - 17%Ш 10 -30 km -14%Ш 30-50 k m -8%Л 50- 70k m - 17%
Volqa çayının aşağı hissəsini əhatə edən Həştərxan vilayəti bütövlükdə əlverişli təbii iqlim şəraitinə malikdir. Burada illər boyu ənənəvi olaraq balıqçılıq təsərrüfatı kifayət qədər inkişaf etmişdir. Təbii ki, bu ərazidə məskunlaşmış əhali əsasən balıqçılıqla məşğuldur. Məhz buna görə də Volqa çayının delta sahəsində çoxlu sayda kiçik balıqçı qəsəbələri yayılmışdır.
Məlum olduğu kimi, Aşağı Volqa Xəzərin nərə balıqlarının kürü tökdüyü ən əsas sahədir. Odur ki Xəzərin bu bölgəsində balıq ovunun intensiv artımı, heç şübhəsiz, ekoloji baxımdan bioloji tarazlığın pozulmasına səbəb olurdu. Bununla yanaşı, Həştərxan vilayətində 70-ci illərin ortalarında zəngin qaz-kondensat ehtiyatının aşkar edilməsi və hasilatı ətraf mühitə son dərəcə mənfi təsir göstərirdi. Qaz-kondensatın tərkibində böyük həcmdə kükürdün olması bölgədə əhalinin yaşayış şəraitinin pisləşməsinə bilavasitə təsir edirdi. Ona görə də Xəzər regionunda “əhalinin ekoloji miqrasiyası” ilk dəfə məhz Həştərxan qaz-kondensat kompleksi yaxınlığındakı yaşayış məntəqələrində müşahidə olunmuşdur. Bunun qarşısını almaqçün vilayətdə yüksəkkükürdlü mədənlərin bəziləri konservasiya edilmişdir. Nəticədə işsizlərin sayı artmış və bölgədə sosial gərginlik daha da mürəkkəbləşmişdir.
Həştərxan vilayətində son illər əhalinin mexaniki artımı Şimali Qafqazda baş verən proseslərlə birbaşa bağlıdır. Belə ki, Çeçenistan və onu əhatə edən ərazilərdə hələ də davam edən etnik münaqişələr və ter
ror aktları rusların və digər rusdilli xalqların buradan köçməsinə təsir göstərmişdir. Köçənlərin əksəriyyəti Həştərxana üz tutmuşdur. Vilayətdə gəlmələrin sayının artması işsizlik problemini daha da mürəkkəbləşdirmiş və bu da öz növbəsində kriminogen vəziyyəti xeyli gərginləşdirmişdir. Belə ki, qeyri-qanuni balıq ovu günü-gündən artır. Başqa sözlə, Şimali Xəzərin bioloji ehtiyatları vəhşicəsinə istismar olunur və bölgənin ekoloji tarazlığına bərpa olunmayacaq dərəcədə zərbə vurulur.
Həştərxan vilayətindən fərqli olaraq Rusiyanın Xəzərsahili zonasının digər bölgəsi - Kalmıkiya əhalinin seyrək yaşadığı sahədir. Burada gözəçarpan yeganə yaşayış məntəqəsi Lagan qəsəbəsidir. Yerli əhali əsasən balıqçılıq və qismən qoyunçuluqla məşğuldur.
Rusiyanın Xəzər sahilində yerləşən üçüncü inzibati bölgəsi Dağıstandır. Sahil rayonları Dağıstan ərazisinin yalnız Vıo-i qədər olsa da, respublika əhalisinin 'li-ı burada məskunlaşıb. Üstəlik, Dağıstanın əsas sənaye müəssisələri də burada yerləşdirilmişdir. Beləliklə, respublikanın şəhər əhalisinin təxminən 80%-i sahil ərazilərində yaşayır. Respublikanın ən iri şəhərləri hesab olunan Mahaçqala, İzberbaş, Dərbənd, Kaspiysk və Daqestanskiye Oqni burada yerləşir.
Dağıstan Rusiyanın ən cənub bölgəsidir; qərbdən Çeçenistanla və cənubdan Azərbaycanla həmsərhəddir. Çeçenistanda davam edən hərbi münaqişə Dağıstanda baş verən proseslərə birbaşa təsir göstərir. Eyni zamanda belə bir cəhəti də qeyd etmək lazımdır ki, hələ sovetlər dövründə Dağıstan, Çeçenistan və Kal- mıkiya Rusiya Federasiyası subyektləri arasında sosial-iqtisadi inkişafına və əhalinin yaşayış səviyyəsinə görə ən geridə qalmış muxtar respublikalar idilər. Əlbəttə, SSRİ süquta uğradıqdan sonra bu respublikalarda vəziyyət (xüsusən Çeçenistanda) daha da ağırlaşdı.
Rusdilli əhalinin Dağıstandan köçməsi əsasən şəhər əhalisinin azalmasında özünü göstərməli idi. Lakin şəhər əhalisi nəinki azalmadı, əksinə, daha da artmağa başladı. Bunun səbəbi bir tərəfdən Rusiyadan və digər MDB dövlətlərindən Dağıstan xalqlarının cmiqrasiyası olmuşdursa, digər tərəfdən respublikanın dağ ərazilərindən əhalinin şəhərlərə köçməsi idi.
Dağıstan Şimali Qafqazda siyasi və sosial-iqtisadi baxımdan qeyri-stabil region olaraq qalmaqdadır. Həştərxan vilayətinə xas olan işsizlik və kriminogen vəziyyət burada daha qabarıq şəkildədir. Burada bra- konyer balıq ovu xeyli “vüsət almışdır”.
Xəzərin şərq sahilləri landşaft tipinə görə əsasən səhra və yarımsəhradır. Əhalinin dispers şəkildə məskunlaşmasını şərtləndirən də məhz mövcud təbii iqlim şəraitidir. Uzun illər köçəri həyat tərzi sürən yerli tayfalar tədricən kiçik yaşayış qəsəbələri yaradaraq oturaq həyata üstünlük verməyə başlamışlar. Burada yaşayan əhali əsasən maldarlıqla (atçılıq, qoyunçuluq və dəvəçilik) və qismən balıqçılıqla məşğul idilər.
Neft sənayesinin 60-cı illərdən başlayan intensiv inkişafı Qazaxıstanın Xəzərboyu sahilində əhali artımına güclü təkan verir. Manqışlaq yarımadasında kəskin iqlim şəraitinə baxmayaraq, zəngin neft yataqlarının istismarı bura çoxlu sayda ixtisaslı mütəxəssislərin gətirilməsini tələb edirdi. Odur ki Manqışlaq vilayətinə Azərbaycandan, Şimali Qafqazdan və Volqa- boyundan xeyli neftçi mütəxəssis dəvət olundu. Eyni zamanda, bura təbii surətdə azad işçi qüvvəsinin axını başlandı. Qısa müddət ərzində vilayətdə gəlmələr say etibarilə əhali arasında üstünlük təşkil etdi. Belə ki, Aktau, Fort-Şevçenko, Yeni Uzen və digər
97şəhərlərdə ruslar və rusdilli əhalinin xüsusi çəkisi 70 - 80% həddinə çatdı.
80-ci illərin sonunda milli zəmində yaranan konflikt (Yeni Uzendə) Manqışlaq vilayətində əhalinin miqrasiyasına səbəb oldu. Rusdilli əhalinin bir hissəsi Rusiyanın müxtəlif bölgələrinə və Azərbaycana köçmək məcburiyyətində qaldı. Əgər nəzərə alsaq ki rusdilli əhali əsasən sənayedə məşğul idi və müəssisələrin fəaliyyətinin dayanması heç də mütəxəssislərin olmaması ilə bağlı deyildir, onda aydın olur ki, bu miqrasiya Qazaxıstan üçün “ağrısız” keçmişdir. Bununla yanaşı, Atırau vilayətində çox perspektivli Tengiz, Korolyovskoye, Kaşağan və Kurmanqazı kimi yataqların kəşfi və tədricən istismara verilməsi respublikanın mərkəzi və cənub rayonlarından yerli əhalinin bura köçməsinə səbəb olmuşdur. 2002-ci ildə Atırau vilayətində əhalinin sayı 500 mini keçmişdi və onlardan 60%-ə yaxmı şəhər əhalisi idi. Təkcə kiçicik Atırau şəhərinin əhalisi 2003-cü ildə 153 min nəfər olmuşdur. Atırau vilayətində cərəyan edən miqrasiya prosesləri nəticəsində əhalinin tərkibində qazaxların xüsusi çəkisi xeyli artmışdır. 2003-cü ildə bu göstərici 85%-ə çatmışdır. Mangistau vilayətində (keçmiş Manqışlaq) 2003-cü ildə əhalinin sayı 351 min nəfər olmuşdur. Bunun da 70%-i şəhər əhalisidir. Onlar əsasən Aktau (163 min nəfər), İanoazon (keçmiş Yeni Uzen - 62 min nəfər), Fort-Şevçenko (25 min nəfər) və Qızıl-Sayda (keçmiş Uzen - 7 min nəfər) yaşayırlar. Vilayətdə qazaxların xüsusi çəkisi 75% təşkil edir. Bölgədə bir çox sənaye müəssisələrinin fəaliyyətinin dayanmasına baxmayaraq, neft-qaz hasilatı sənayesi və liman təsərrüfatı intensiv inkişaf edir.
Xəzərin cənub sahili əsasən subtropik landşaftların üstünlüyü ilə İrana aid bölgələrdən ibarətdir. Digər sahil ərazilərindən fərqli olaraq bu bölgə daha əlverişli təbii iqlim şəraitinə malikdir. Elə buna görə də burada əhali daha çox məskunlaşmışdır. Həm əhalinin sayına, həm də əhalinin sıxlığına görə İran sahili Xəzər regionunda aparıcı yer tutur.
Xəzər dənizinin sahil ərazilərində əhalinin yayılma strukturu göstərir ki, Xəzər sahilində yaşayan əhalinin 52%-i cənub sahilinin payına düşür. 2003-cü ildə burada 6,1 mln. nəfər məskunlaşmışdır.
Xəzər dənizinin sahil ərazilərində əhalinin yayılma strukturu (%-lə)Я İran -52%■ Azərbaycan - 27%
Həştərxan vilayəti - 7% Я Dağıstan - 6%Я Qazaxıstan - 5%Я Türkmənistan - 3%Я Kalmıkiya - 0,01%
Xəzərin İran sahilində əhali təxminən bərabər yayılmışdır. Bütün sahilboyu saysız-hesabsız azsaylı yaşayış məntəqələri bir-birini əvəz edir. Bu regionun ən iri şəhərləri Rəşt, Ənzəli, Babol və Sarıdır. Sahilboyu əhalinin orta sıxlığı 1 km2-də 70 - 100 nəfər arasında dəyişir.
Bunun əksinə olaraq əhalinin ən seyrək yaşadığı bölgə dənizin şərq sahilidir. Burada əhali bir-birində çox aralı məsafədə yerləşən yaşayış məntəqələrində məskunlaşmışdır. Nisbətən iri şəhərlər sırasında Atı- rau, Aktau və Krasnovodskı göstərmək olar. 1500 km-
Xəzərsahili ərazilərdə əhalinin sıxlığı
Я 300 - 500 Я 100-110 ■ 70-100 Я 30-40 Я 20-30 Я 10-20 Я 5 - 1 0
3 - 5 □ 1 - 2
dən çox uzanan şərq sahilində əhalinin orta sıxlığı 1 krm-də 1 -5 nəfərdir.
Xəzərin qərb sahilində regionun ən iri çoxsaylı Bakı şəhəri yerləşir. Azərbaycanın paytaxtı olan bu şəhərin əhalisinin sayı 2 mln. nəfəri keçmişdir. Bütövlükdə Azərbaycanın sahil ərazilərində təxminən 3,4 mln. nəfər yaşayır. Onlardan təxminən 78%-i Abşeron yarımadasında məskunlaşmışdır. Burada əhalinin orta sıxlığı 1 kırr-də 500 nəfərə çatır. Respublikanın digər sahil bölgələrində orta sıxlıq 70 - 100 nəfər arasında tərəddüd edir.
Xəzərin Rusiya sahilində əhali nisbətən seyrək məskunlaşmışdır. Kalmıkiya sahili istisna olmaqla (orada orta sıxlıq 1 - 2 nəfərdir) digər bölgələrdə əhalinin orta sıxlığı 10 - 20 nəfər arasında dəyişir. Yalnız Həştərxan şəhəri və onun ətraf zonasında bu göstərici 40 nəfərə qədərdir.
Xəzər dənizinin sahil ərazilərində əhalinin mütləq sayının və sıxlığının ildən-ilə artması, əlbəttə, ətraf mühitə antropogen təsirin güclənməsinə səbəb olur. Yaranmış şəraitdə dənizə axıdılan çirkab sularının təmizlənməsi və məişət tullantılarının utilize edilməsi xüsusi əhəmiyyət kəsb edir. Yalnız ətraf mühiti mühafizə edəcək tədbirlər həyata keçirməklə həddən artıq həssas olan sahil ərazilərində ekoloji tarazlığı təmin etmək mümkündür.
100
Xəzərin sahilyanı ərazilərində səhralaşma prosesi
Xəzərin sahilyanı ərazilərinin çox hissəsini səhra, yarımsəhra və quru çöllər tutur. Bu ərazilərdə atmosfer yağıntıları az olduğundan bitki örtüyü qıtdır. Yalnız subtropik qurşağa aid olan cənub sahil zonası bitki örtüyünün zənginliyi ilə fərqlənir.
Sahilyanı ərazilərdə səhraların sahəsinin dəyişməsi (artması) bir tərəfdən təbii proseslər, digər tərəfdənsə insanın təsərrüfat fəaliyyətinin təsiri altında baş verir. Təbii amillər dedikdə burada əsasən qlobal iqlim dəyişiklikləri və dənizin səviyyəsinin tərəddüdü nəzərdə tutulur. Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahilyanı ərazilərdə eroziya prosesləri güclənir və eol tipli səhralaşma gedir. Çünki suyun çəkildiyi sahilyanı bölgələrdə torpaqların duzlaşması müşahidə olunur. Ümumiyyətlə, dəniz səviyyəsinin tərəddüdü nəticəsində sahilyanı ərazilərdə subasma, qrunt sularının qalxması və bitki örtüyünün deqradasiyası baş verir və beləliklə də sahilyanı bölgələrin ekoloji vəziyyəti ağırlaşır, təbii mühitdə gərginlik artır.
Xəzərin şərq sahilinə dənizin səviyyə tərəddüdü ilə yanaşı, yarımsəhra landşaftı hesab olunan geniş Turan
düzənliyi də təsir edir. Bitki qıtlığı ilə fərqlənən oazis y' iü " və kəhrizli ərazilərdə çoxsaylı mal-qaranın nəzarətsiz
otarılması tədricən bitki örtüyünün deqradasiyasına səbəb olur. İJstəlik, bu azmış kimi, kolluqların qırılması
burada bitki örtüyünün tamamilə yox olmasına gətirib çıxarmışdır. Belə vəziyyət xüsusilə dənizin şərq sahilinin şimalda Emba çayından, cənubda isə Atrek çayına qədər olan hissəsi üçün daha xarakterikdir. Dənizin qərb sahilində səhralaşma Kalmıkiyanın sahilyanı sahəsində (Çyornıye Zemli) və Abşeron yarımadasında daha intensiv müşahidə edilir. Əgər Kalmıkiyada bu proses çoxsaylı mal-qaranın otarılması ilə bağlıdırsa, Abşeronda neft-qazıma işlərinin həddən artıq intensiv aparılması və mədənlərin istismarı ilə izah olunur. Uzun illər ərzində davam edən neft və qaz hasilatı Abşeron ya- nmadasında buruq sularından əmələ gəlmiş çoxsaylı gölməçələrin yaranmasına gətirib çıxarmışdır. Nəticədə isə burada neftlə çirklənmiş və yararsız vəziyyətə düşmüş torpaqlar ildən-ilə çoxalmışdır. Beləliklə də bu ərazilərdə torpaq və bitki örtüyü deqradasiyaya məruz qalaraq antropogen səhralaşmaya səbəb olmuşdur.
Xəzərin sahilyanı ərazilərinin təxminən 130 min km2 sahəsi səhra və səhralaşmış landşaftlardır. Təbii səhralardan fərqli olaraq səhralaşmış landşaftların formalaşması müxtəlif proseslərin təsiri altında baş vermişdir. Bununla əlaqədər belə ərazilərdə müxtəlif tipdə səhralaşmış sahələr üstünlük təşkil edir: külək və su eroziyası; torpaqların su altında qalması və duz- laşması və texnogen səhralaşma. Texnogen səhralaşma bura üçün daha səciyyəvidir.
Səhralaşma prosesi Xəzərin şimal, şimal-şərq, xüsusilə şərq və qismən qərb sahillərində daha intensiv baş verir. Bu bölgələrdə bir çox hallarda həm təbii proseslər, həm də antropogen təsir üst-üstə düşərək səhralaşmanın sürətlənməsinə səbəb olmuşdur. Qeyd etdiyimiz sahil bölgələri əsasən yarımqııraq və quraqlıq zonalarında yerləşdiyindən hər hansı bir təsərrüfat fəaliyyəti səhralaşma prosesinin yayılmasıda təkanverici rol oynayır.
Xəzər sahilinin yalnız cənub-qərb və cənub sahələrində səhralaşma prosesi, demək olar, çox zəif şəkildədir. Burada yalnız antropogen səhralaşma, özü də qismən, məhəlli səviyyəsində yayılmışdır.
Xəzərin sahilyanı ərazilərindəki ölkələr üzrə səhralaşma prosesi müxtəlif səviyyədə gedir. Səhralaşmaya məruz qalan ən geniş sahə Qazaxıstan bölgəsindədir. Ən uzun sahil xəttinə malik olan bu bölgədə yalnız qu-
ru çöl, yarımsəhra və səhra landşaftları mövcuddur. Xəzər dənizi sahillərində yayılmış səhralaşmış ərazilərin 40%-dən çoxu məhz Qazaxıstanın payına düşür. Sahilyanı ərazilərdə bir neçə dayaz körfəzin olması (Kaydak, Komsomolets, Myortvıy Kultuk) şoran torpaq sahələrinin genişlənməsinə təsir göstərir. Burada su və külək eroziyası eyni dərəcədə səhralaşma prosesini sürətləndirir. Bundan əlavə, yalnız subasma nəticəsində hər il 10 - 12 min km2 ərazi mütəmadi yararsız vəziyyətə düşür. Subasma kənd təsərrüfatı üçün yararlı torpaqlara, suvarma sisteminə, otlaqlara, boru kəmərləri və nəqliyyat şəbəkəsinə böyük ziyan vurur. Myortvıy Kultuk körfəzinin sahəsinin dəyişməsi nəticəsində sahil bölgələrində daim gölməçələr əmələ gəlməkdədir.
Mütəmadi küləklər nəticəsində qumla örtülü Na- rınkum sahəsində yeni relyef formaları əmələ gəlir və beləliklə, onsuz da bitki örtüyü məhdud olan sahələr getdikcə azalır. Lakin qeyd etmək lazımdır ki, otlaqlarda çoxsaylı mal-qaranın otarılması, müxtəlif tikinti işlərinin aparılması və torpağın zərərli maddələrlə çirklənməsi də bitki örtüyünün seyrəlməsinə birbaşa təsir göstərir.
Qazaxıstanın sahilyanı ərazilərinin təxminən 45%- ni güclü səhralaşmaya məruz qalan sahələr təşkil edir. Onların daxilində antropogen səhralaşmış ərazilər getdikcə genişlənməkdədir. Belə ərazilər əsasən təbii sərvətlərin intensiv mənimsənildiyi bölgələrdə daha çoxdur. Çoxsaylı neft mədənləri ərazilərində səhralaşma daha aydın nəzərə çarpır. Bu, ilk növbədə Ka- rajanbas, Tengiz, Kalamkas, Uzen və digər neft yataqları sahələrinə aiddir.
Rusiyanın sahilyanı ərazilərinin əsas sahələri olan Xəzərsahili düzənliyində, Çyornıye Zemli bölgəsində və Terek çökəkliyində antropogen səhralaşma nəzə- rəçarpacaq dərəcədə özünü büruzə verir.
Böyük bir sahəni əhatə edən Xəzərsahili düzənliyi bütünlükdə Şimali Xəzər ərazisini tutur. Şimali Xəzər sahillərinin həddən ziyadə girintili-çıxıntılı olması burada akkumulyativ relyef formalarının yayılmasına səbəb olmuşdur. Volqa çayı deltasının sağ sahilində qum küləklər vasitəsilə sovurularaq kiçik təpəciklər yaratmışdır. Bura, demək olar, başdan-başa quru çöllərdən ibarətdir.
Volqa çayının sol sahilində, dənizdən təxminən 80- km aralıda yerləşən Həştərxan qaz-kondensat kompleksinin fəaliyyəti nəticəsində antropogen səhralaşmış ərazilər yaranmışdır. Külək eroziyası texnogen təsir sahəsinin daha da artmasına səbəb olmuşdur.
Xəzərin şimal sahilində səhralaşan ərazilərin artmasına əsasən sənaye obyektləri təsir göstərirsə, şimal-qərb və qərb sahillərinin düzənlik yerlərində kənd təsərrüfatının təsiri üstünlük təşkil edir.
Xəzərin şimal-qərb bölgəsinin əsas düzən sahələri olan Çyornıye Zemli və Kizlər otlaqları Kalmıkiya və Dağıstan sahilləri boyunca uzanıb gedir. Bu təbii ekosistemlərdə fasiləsiz olaraq, bəzən isə həddən artıq dərəcədə mal-qara otarılması nəticəsində bitki örtüyü xeyli seyrəkləşmiş, hərəkət edən qum sahələri əmələ gəlmiş və beləliklə, səhralaşmış ərazilər yaranmışdır.
Volqa və Terek çayları arasındakı sahil bölgəsində, əsasən də çökəklik sahələrində vaxtaşırı subasma prosesləri baş verir. Elə buna görədir ki, sahilyanı ərazilərin torpaqları öz münbitliyini itirmiş və bitki aləmi xeyli dərəcədə qıtlaşmışdır.
Sahilyanı ərazilərin ayrı-ayrı sahələrində əhali əkinçiliklə məşğul olur.Quraqlıq yerlərdə suvarılma tətbiq olunduğundan təkrar duzlaşma müşahidə edilir. Bu, daha çox suvarma kanalları ətrafında nəzərə çarpır. Təkcə Kalmı- kiya sahillərində təkrar duzlaşmış torpaqların sahəsi 105 min hektarı keçib.
Səhralaşmanın daha qabarıq şəkildə özünü büruzə verməsi bitki aləminin deqradasiyasında əks olunur. Quru çöllərdə bitki müxtəlifliyinin azalması heyvandarlığın intensiv inkişafı ilə əlaqədardır. Bitki örtüyünün qıtlaşması eyni dərəcədə Volqa çayının sol sahillərində və Xəzərin Dağıstan sahilində də müşahidə olunur. Burada sahələrin bəzi yerlərində torpağın şumlanmasına baxmayaraq, əkinçiliyi inkişaf etdirmək yenə də mümkün deyil.
Azərbaycanın sahilyanı əraziləri şimaldan Qusar - Dəvəçi öndağ çökəkliyindən başlanır. Samur, Qusar- çay və Qudyalçay kimi iri çaylar məhz bu sahə ilə axaraq dənizə tökülür. Meyvə-tərəvəzçiliyin və heyvandarlığın inkişafı həmin ərazinin kifayət qədər mənimsənilməsinə dəlalət edir.
Son on il ərzində səhralaşma prosesinin güclənməsinə təsir göstərən amillərdən biri də meşələrin sistemsiz şəkildə qırılmasıdır. Bütövlükdə isə Qusar - Dəvəçi çökəkliyində deqradasiyaya uğramış meşə sahələri mövcuddur. Meşə sahələrinin azalması yeni əkin sahələrinin təşkili üçün əlverişli imkan yaratmışdır. Lakin təbii şəraitin dəyişməsi səhralaşmanın sahilyanı ərazilərdə genişlənməsində təkanverici rol oynaya bilər.
Beşbarmaq dağından başlayaraq Pirsaatçaya qədər sahilyanı ərazilərdə quru çöl və səhralaşmış sahələr göz işlədikcə uzanıb gedir. Bu bölgədə meşə zolağının yox olmasına uzun illər insanların heyvandarlığı və əkinçiliyi inkişaf etdirmələri səbəb olmuşdur. Şübhəsiz, kəskin dəyişən relyef sahələrində su eroziyası torpaqların münbitliyinin azalmasına və səhrala- şan bölgələrin formalaşmasına zəmin yaradır.
Sumqayıt çayından cənubda - Abşeron yarımadasının mərkəzi hissəsində Qobustan çölləri yerləşir. Buradan dənizsahili zonasına irəlilədikcə abrazion- akkumulyativ düzənlik nəzərə çarpır. Eol mənşəli qum dyunları və təpəcikləri çöl sahələrinin yarımsəhra landşaftları ilə əvəz olunmasına şərait yaradır. Məhz bu zonada çoxsaylı şoran gölməçələr və çuxurlar müşahidə olunur.
Xəzər dənizinin qərb sahilində Abşeron yarımadası sənayenin intensiv inkişafına görə xüsusilə fərqlənir. Bu bölgədə sahilyanı ərazilərin yüksək səviyyədə mənimsənilməsi ətraf mühitə texnogen təsirin artması ilə nəticələnmişdir. Bu tip səhralaşma prosesi daha çox Bakı şəhəri ətrafındakı ərazilərdə aydın görünməkdədir.
Bir tərəfdən daş karxanalarının (Qaradağ və Şüvə- lan) istismarı, digər tərəfdənsə neft mədənlərinin kifayət qədər geniş ərazidə yayılması səhralaşmış bölgələrin əmələ gəlməsinə səbəb olmuşdur. Belə ərazilərin ümumi sahəsi 10 min hektardan çoxdur. Abşero
nun neft, qazçıxarma idarələrinin balansında olan torpaq sahələrinin yarısından çoxu neftlə çirkləndiyindən bu torpaqları səhralaşmış ərazilərə aid etmək olar. Buruq sularından əmələ gəlmiş gölməçələr isə təxminən 2 min hektar sahəni tutur.
Bütün bunlarla yanaşı, Abşeron və Qobustanda arid iqlim şəraiti yarımsəhra və səhra areallarının yayılmasına əlverişli şərait yaradır. Digər tərəfdən çox təkrarlanan isti cənub və bəzən qasırğaya çevrilən soyuq şimal küləkləri eol proseslərinin səhralaşan ərazilərdə mühüm rol oynadığım göstərir.
Şəhər ətrafında yaşayan insanlar heyvandarlığa meyl etdiklərindən onsuz da qıtlığı ilə fərqlənən yarımsəhra landşaftlarında bitki örtüyü tamam məhv olur. Beləliklə, Abşeronda səhralaşan ərazilər daha da genişlənir.
Xəzər dənizinin digər sahilyanı bölgələrində olduğu kimi, Azərbaycanın da sahil zonasında dənizin səviyyəsinin qalxması bu sahələrin bəzi yerlərdə suyun altında qalmasına gətirib çıxarmışdır. Eyni zamanda, sahilboyu bir çox sahələrdə torpaqların şoranlaşması müşahidə olunur. Bu proseslər Kür - Araz düzənliyinin, Cənub-Şərqi Şirvanın, Qızılağac körfəzinin, Lənkəran rayonunun sahil zonalarında özünü daha aydın büruzə verir.
Kür - Araz ovalığının və Qusar - Dəvəçi çökəkliyinin sahil zolağında qrunt sularının səviyyəsi 1 - 2 metr təşkil edir. Bunun nəticəsində sözügedən bölgələrdəki əkin sahələri və otlaqlar şoranlaşmışdır.
Yüksək temperatur rejimi, atmosfer yağıntılarının az olması (150 - 300 mm) və ümumiyyətlə, arid iqlim şəraiti Kür - Araz ovalığında yarımsəhra landşaftlarının geniş yayılmasına səbəb olmuşdur. Mövcud təbii şərait və üstəlik, insanların təsərrüfat fəaliyyətləri yarımsəhra ərazilərin tədricən səhralara çevrilməsinə zəmin yaratmışdır.
iranın sahilyanı əraziləri subtropik zonada olduğu üçün burada səhralaşma prosesi əsasən antropogen xüsusiyyət daşıyır. İndiyə kimi sahil zonasının təxminən 'İ3-i səhralaşma prosesinin təsirinə məruz qalmışdır. Bu sahə başlıca olaraq sahilin cənub-qərb hissəsini əhatə edir. Türkmənistanla həmsərhəd bölgədə iqlim quraqlıq olduğu üçün səhralaşma prosesinin sürətini artırır. Bütün bunlarla yanaşı, İran sahilində əhalinin yüksək sıxlığı və bu ərazilərin intensiv mənimsənilməsi antropogen səhralaşmanın yayılmasında çox mühüm amil sayılmalıdır.
Cənubi Xəzərin sahil düzənliklərində çəltikçiliyin inkişafı torpaqların su eroziyasına səbəb olmuşdur. Cənub-qərbə doğru bu düzənliyin eni xeyli azaldığı üçün antropogen səhralaşma prosesi burada təbiətdə olan tarazlığın pozulması baxımından daha böyük təhlükə yaradır. Bir sözlə, bir tərəfdən çəltikçiliyin in
kişafı, digər tərəfdənsə dağətəyi sahələrdə meşələrin qırılması ensiz sahilyanı ərazilərdə səhralaşma prosesinin güclənməsinə və bölgədə ekoloji gərginliyin artmasına gətirib çıxarır.
Bununla belə, bütövlükdə Əlburs dağlarının yamaclarında cərəyan edən meşəqırmanın dayanmaması
107bitki örtüyünün deqradasiyası ilə nəticələnmişdir. Böyük sahələrdə meşələrin qırılması bir tərəfdən odun (yanacaq) problemini həll edirsə, digər tərəfdən dəmyə əkinçilik üçün əlavə torpaq deməkdir. Nəhayət, sahil xətti boyunca yayılmış çoxsaylı yaşayış məntəqələri ətrafında kolluqlar qırılır və həddən artıq mal-qara otarılır. Nəticəsi də bu olur ki, çox əlverişli təbii şəraitə malik İran sahillərində səhralaşma prosesi gedir.
Dağətəyi rayonlarda su eroziyası daha intensiv gedir. Meşələrin qırılması münbit torpaq örtüyünün yox olmasına və mikroiqlimin dəyişməsinə birbaşa təsir göstərir. Belə sahələr sahilyanı ərazilərdə səhralaşma- mn inkişaf etdiyi əsas areallar hesab oluna bilər.
İran - Türkmənistan sərhəd bölgəsinin Xəzərsahi- li ərazisində də nəzərəçarpacaq səhralaşma prosesi gedir. Dəniz səviyyəsinin mütəmadi tərəddüdü burada şoranlaşmaya səbəb olur. Odur ki vaxtilə münbit olan torpaqlar kənd təsərrüfatı baxımından yararsız vəziyyətə düşmüşdür. İran sahilinin təxminən 7 - 8%- ni şoranlaşmış ərazilər təşkil edir.
Türkmənistanın sahilyanı ərazilərində səhralaşmış sahələr də eynilə Qazaxıstandakı kimidir; hətta daha çoxdur. Burada səhralaşmış ərazilər bölgənin ümumi sahəsinin 60%-dən çoxunu təşkil edir. Sahilyanı ərazilərdə bir tərəfdən subasma və bataqlaşma, digər tərəfdənsə torpaqların şoranlaşması baş verir. Belə proseslər ən çox sahilə yaxın çökəkliklərdə, habelə Türkmənbaşı və Balxan körfəzləri ətrafında gedir.
Şoranlaşmış torpaqların daha geniş sahələri Türkmənistan sahilinin cənubunda (Atrek çayının qədim deltasında) və şimalında (Qaraboğazqol körfəzi ətrafında) yayılmışdır. Qədim zamanlardan suvarılan torpaq sahələri artıq şoranlaşaraq takır sahələrinə və qumlu ərazilərə çevrilmişlər.
Daha çox mənimsənilmiş ərazilərdə su eroziyası və bitki örtüyünün deqradasiyası üstünlük təşkil edir. Bu amillərin təsiri altında yaşayış məntəqələri ətrafında və sənaye obyektləri zonasında antropogen səhralaşma daha güclü şəkildə özünü büruzə verir.
Türkmənistanın sahilyanı ərazilərində uzun illər boyu neft yataqlarının istismarı ətraf mühitə texno- gen təsirin artmasına səbəb olmaqla yanaşı, antropogen səhralaşma prosesinin inkişafına da gətirib çıxar-
mışdır. Bu, xüsusilə iri neft yataqları sahələrində (Ne- bitdağ, Qumdağ, Okərəm, Çələkən) və sənaye şəhərləri ətrafında (Türkmənbaşı, Türkmənabad, Nebit- dağ) müşahidə olunur. Neftlə çirklənmiş torpaqlar və buruq suları olan gölməçələr kifayət qədər geniş sahələrdə onsuz da son dərəcə seyrək olan bitki örtüyünün az qala yox olmasına gətirib çıxarmışdır. Sosial- iqtisadi amillər sahilyanı ərazilərin səhralaşmasına getdikcə daha artıq dərəcədə təsir edir.
Türkmənistan sahillərində yeni nəqliyyat şəbəkələrinin (xüsusilə boru kəmərləri və avtomobil yollarının) yaradılması və onsuz da seyrək olan otlaqlarda getdikcə daha çox qoyun otarılması, əlbəttə, təbii tarazlığı pozaraq səhralaşma prosesinin intensivləşməsinə birbaşa təsir göstərir.
Xəzərin Türkmənistan sahillərinin qeyri-bərabər səviyyədə mənimsənilməsi müvafiq olaraq antropogen səhralaşmanın yayılmasında da öz əksini tapır. Belə səhralaşma lokal xüsusiyyət daşıyaraq əsasən Türkmənbaşı - Çələkən sənaye zonasında və həmçinin Bekdaş - Qaraboğazqol sahəsində daha aydın nəzərə çarpır. Belə ki, Bekdaş - Qaraboğazqol istiqamətində dəniz səviyyəsinin tərəddüdü körfəzin ətraf sahələrində duzla örtülmüş geniş ərazilər yaratmışdır. Bu duz örtüyünü güclü küləklər uzaq məsafələrə daşıyaraq yeni səhralaşan arealların əmələ gəlməsinə səbəb olur.
Xəzərin sahilyanı ərazilərində səhralaşma prosesi mütəmadi olaraq genişlənməkdədir. Nəzərə almaq lazımdır ki, sahilyanı ərazilərin 60%-dən çoxu yarımsəhra və səhralardır. Lakin hətta subtropik zonaların belə səhralaşması dəhşətdir. Bu, artıq insanların öz əlləri ilə oturduqları budağı baltalaması deməkdir. Odur ki elə günü bu gündən insan fəaliyyətində tənzimləyici üsullardan istifadə olunmazsa və bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq yeni mərhələdə inkişaf etməzsə, yaxın gələcəkdə sahilyanı ərazilərdə səhra landşaftlarının daha da artacağına heç bir şübhə yoxdur. Yaranmış vəziyyət Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığını, özü də əməli əməkdaşlığını tələb edir. Yoxsa sabah gec olacaq.
XƏZƏR d ə n i z i n i n e k o . VƏZİYYƏTİNİN MİJHAFİ DÖVLƏTLƏRARASI ANLAŞMALARIN VACİBLİ
[
Ш Ш Ш Э
Y \
)
F Р г т '1
W УщШГл jk >Ж
%в S-f 94 i Ш
Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün sənayenin inkişafı, təbii sərvətlərinin mənimsənilməsi və sahilyanı ərazilərində məhsuldar qüvvələrin yerləşdirilməsi bütövlükdə Xəzəryanı regionda ekoloji vəziyyəti müəyyən edir. Təbii şəraitin fərqli olması, təbii sərvətlərin qeyri-bərabər paylanması və sahilboyu ayrı-ayrı ərazilərdə əhalinin sıxlıq dərəcəsi “ekoloji cə
hətdən gərgin” zonaların yaranmasına səbəb olmuşdur. Lakin Xəzərin dəniz cərəyanları çirkab maddələri bütün su hövzəsinə yaydığı üçün burada yalnız nisbətən təmiz zonaların qalması haqqında mülahizə irəli sürmək mümkündür.
Xəzər dənizinin ətrafında beş müstəqil dövlətdən hər biri dənizin təbii sərvətlərinin mənimsənilməsini və ətraf mühitin mühafizəsini ilk növbədə öz milli
maraqlarına uyğun başa düşür və fəaliyyətlərini də buna uyğun qurur. Lakin şübhəsiz ki, hər iki məsələnin həllində müvəffəqiyyət əldə etmək üçün dövlət- lərarası əməkdaşlıq tələb olunur. Bu istiqamətdə son onillikdə müəyyən irəliləyiş vardır.
Məlum olduğu kimi, uzun illər Xəzər dənizinə dair məsələlər SSRİ - İran danışıqları çərçivəsində müzakirə olunurdu. Danışıqlar əsasən dənizdə gəmiçiliyin inkişafı və dənizlə ticarət əlaqələrinin genişləndirilməsi ətrafında gedirdi. Bu danışıqlarda ekoloji problemlərə aid qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunurdu. Yeni yaranmış şəraitdə, yəni Xəzəryanı dövlətlərin təbii sərvətlərdən müxtəlif səviyyədə istifadə etdiyi bir vaxtda, təbii ki, ətraf mühitə təsir də müxtəlif dərəcədədir.
İllər boyu küllü miqdarda sənaye tullantıları Xəzərə atılmışdır ki, bu da dənizin ekologiyasına əhəmiyyətli zərər vurmuşdur. Həmçinin, Xəzəryanı dövlətlər imkanı daxilində təbii sərvətlərdən istifadə etmiş və ətraf mühitin mühafizəsi məsələlərinin həllinə lazımi dərəcədə diqqət yetirilməmişdir. Nə qədər paradoksal olsa da, Xəzər dənizində və onu əhatə edən ərazilərdə sənaye istehsalının kəskin surətdə aşağı düşməsi bölgədə ekoloji vəziyyəti mürəkkəbləşdirmişdir. Düzdür, dənizə axıdılan sənaye tullantılarının və çirkab sularının həcmi azalmışdır, lakin bununla yanaşı, dənizdə ekoloji tarazlığı pozan ən güclü amillərdən biri qanunsuz balıq ovu - brakonyerlik dəhşətli dərəcədə artmışdır. Qanunsuz balıq ovu, demək olar, bütün dəniz akvatoriyası üzrə yayılmışdır. Brakonyerlərlə mübarizədə dövlətlərarası əməkdaşlıq hələ ki qənaətbəxş sayıla bilməz. Bu sahədə dövlət- lərarası tam anlaşma əldə olunmayıb. Buna görə də Xəzəryanı dövlətlər tərəfindən süni balıqartırma təsərrüfatının inkişafı istənilən nəticəni vermir.
Xəzəryanı regionda ekoloji gərgin zonalar
■ çox ağır vəziyyət U gərgin vəziyyət
münaqişəli vəiyyət □ kafi vəziyyət
Xəzər dənizinin ekoloji problemlərinin həlli ilə bağlı Xəzəryanı dövlətlər arasında bir çox görüşlər və müzakirələr keçirilmişdir. Bunun ilk nəticəsi kimi 2003-cü il noyabrın 4-də Tehranda beş Xəzəryanı dövlətin nümayəndələri tərəfindən “Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında ÇƏRÇİVƏ KONVENSİYASI” imzalanmışlar. Əldə edilmiş döv- lətlərarası razılaşmanın əsas müddəalarından olan “Çirklənmənin qarşısının alınması, azaldılması və ona nəzarət” və “Dəniz mühitinin mühafizəsi, qorunub- saxlanması və bərpası” bölmələri tərəflərin öz aralarında konstruktiv əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır. “Çərçivə konvensiyası”nda diqqəti cəlb edən maddələrdən biri də “Dənizin yaxınlığının təsiri altında olan qurunun idarə edilməsi” bəndidir. Həmin bənddə qeyd edilir ki: “Razılığa gələn tərəflər dənizin yaxınlığının təsiri altında olan quru hissənin planlaşdırılması və idarə edilməsi istiqamətində milli strategiyaların və planların hazırlanması və yerinə yetirilməsi üzrə zəruri tədbirlərin görülməsinə cəhd göstərirlər”. Xəzər dənizinin mühafizəsi ilə bağlı sahil ərazilərinin strateji inkişaf planlarının tərtib edilməsinin vacibliyinin ayrıca maddədə göstərilməsi sahil ərazilərinin idarə edilməsinin əhəmiyyətini qabarıq şəkildə əks etdirir.
Fikrimizcə, “Çərçivə konvensiyası”nın “Xəzər dənizinin dəniz təsirinin qiymətləndirilməsi” və “Monitorinq” maddələri xüsusi maraq doğurur. Birinci maddəyə əsasən, “Xəzər dəniz mühitinə xeyli mənfi təsir göstərə biləcək hər hansı planlaşdırılan fəaliyyətin təsirini qiymətləndirmək qaydalarının tətbiqi üçün bütün zəruri tədbirlərin həyata keçirilməsi” nəzərdə tutulur, ikinci maddəyə əsasən isə “Tərəflər Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin müvafiq müstəqil və yaxud birgə monitorinq proqramlarının yaradılması və həyata keçirilməsi üçün səy göstərirlər”.
Ümumiyyətlə, 37 maddədən ibarət “Çərçivə konvensiyası” Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin mühafizəsi ilə bağlı ilk iri anlaşma sənədi kimi əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Belə ki, Xəzər dənizinin hüquqi statusu haqqındakı danışıqlarda yaranmış mövcud anlaşılmazlığın aradan
113qaldırılmasında “Çərçivə konvensiyası”nın bəzi müddəalarından istifadə etmək məqsədəuyğun hesab oluna bilər.
“Çərçivə konvensiyası” və buna bənzər digər beynəlxalq razılaşmalara əməl olunması üçün Xəzəryanı dövlətlərin hər biri ayrılıqda Xəzər dənizinin və ətraf mühitin mühafizəsi ilə bağlı ölkədaxili müvafiq qanunlar qəbul etməlidir. Yalnız bu halda Xəzər regionunun mühafizəsinə dair dövlətlərarası anlaşmanın real nəticələri olar.
Xəzər dənizinin nadir ekosistem olduğunu və onun mühafizəsinin vacibliyini nəzərə alaraq Avropa İttifaqı və iri beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə 1995-ci ildə “Xəzər ekoloji proqramı” həyata keçirilməyə başlandı. Proqramın reallaşdırılması üçün Xəzəryanı ölkələrin müvafiq dövlət və qeyri-dövlət təşkilatları işə cəlb olunmuşlar.
Xəzər regionunda dayanıqlı inkişaf üçün şərait yaradan və ətraf mühitin mühafizəsinə dəstək verən bu proqram Xəzər dənizinin ümumi problemlərinə aid layihələrlə yanaşı, hər bir sahilyanı bölgə üçün də kiçik layihələr həyata keçirir.
Xəzər dənizində neft və qaz hasilatının tədricən artması ilə əlaqədar, bu sahədə çalışan şirkətlər həyata keçirməyə başladıqları hər bir layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsini aparır və bu təhlilin nəticələrini əməliyyatlar zamanı nəzərə alırlar. Belə ki, ətraf mühitə və Xəzərin ekologiyasına ziyan
vurmamaq məqsədilə hələ əməliyyatlara başlamazdan əvvəl neft axmasına qarşı reaksiya planı hazırlanır və qazıma qurğusunda işləyən və əməliyyatlara nəzarət edən bütün işçi heyəti belə axmaların baş verməsinin qarşısını almaq üçün lazımi dərəcədə təlimatlandırılır və əməliyyatlar zamanı bu təlimatlara ciddi riayət edilməsinə nəzarət edilir.
Şirkətlər karbohidrogen ehtiyatlarının istismarı və nəqli ilə bağlı layihələr həyata keçirərkən ilk öncə onları yerli ictimaiyyət və ətraf mühit mühafizəçilərinin müzakirəsinə çıxarır və onların qeydlərini nəzərə alırlar.
23 - 25 iyun 1998-ci ildə Danimarkanın Orxus şəhərində ətraf mühit nazirlərinin “Avropa üçün ətraf mühit” mövzusunda keçirilən dördüncü konfransında “Ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qəbul olunan qərarlarda ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” konvensiya qəbul edilmişdir. Bir çox dövlətlər kimi, Xəzəryanı dövlətlər, o cümlədən Azərbaycan da bu konvensiyaya qoşulmuşdur. Artıq 9 aprel 1999-cu ildə “Azərbaycan Respublikasının “Ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qəbul olunan qərarlarda ictimayyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” BMT- nin müvafiq konvensiyasına qoşulması barədə” Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur. Bu qanun ekoloji vəziyyətlə bağlı ictimaiyyəti narahat edən lazımi məlumatların əldə edilməsinə şərait yaradır. Belə ki, hər bir insan özünün sağlamlığı və firavanlığı üçün əlverişli olan ətraf mühitdə yaşamaq hüququna malikdir. Odur ki ictimaiyyətin ətraf mühitə aid məsələlər üzrə məlumat əldə etməsi üçün şərait yaradılmalıdır. Belədə insanlar qəbul olunan qərarların həyata keçirilməsi prosesinə qoşulur və lazım gəldikdə öz narahatlıqlarını ifadə etməyə imkan qazanırlar.
Xəzər dənizinin mühafizəsinə gəlincə, Xəzəryanı dövlətlərin arasında razılıq əldə edilməsi üçün ilk öncə Xəzərin hüquqi statusu məsələsi həll olunmalıdır. Lakin bu vaxta qədər hələ də hər bir Xəzəryanı dövlət dənizin mühafizəsi istiqamətində özlərinin milli proqramlarını tərtib edir. Belə ki, hələ 2005-ci ilin or
talarına Azərbaycanda “Neftin axıdılmasının qarşısının alınması üçün milli fəaliyyət planı” tərtib olunacaqdır. Qazaxıstanda isə 2004 - 2015 illər ərzində “Ekoloji təhlükəsizlik konsepsiyası” artıq həyata keçirilməkdədir.
İranda iri şəhərlərdə də ekoloji gərginlik mövcuddur. Belə vəziyyəti nəinki Tehran şəhərində, hətta Xəzəryanı Rəşt şəhərində də müşahidə etmək olar. Ekoloji gərginliyi aradan qaldırmaq məqsədi ilə İran
2001-ci ildən “Havanın çirklənməsinin qarşısını almaq haqqında” 10 illik dövlət proqramını həyata keçirməkdədir.
Bu istiqamətdə əldə olunmuş razılaşmalar bir tərəfdən ekoloji gərginliyin aradan qaldırılması üçün şərait yaradacaq, digər tərəfdənsə Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişaf etməsinə birbaşa təsir göstərəcəkdir.
Azərbaycan təbii sərvətlərin səmərəli istifadəsi və ətraf mühitin mühafizəsi ilə bağlı bir çox beynəlxalq konvensiyaları qəbul etmişdir. Onlardan Xəzər dənizinin problemləri ilə bağlı daha əhəmiyyətli olanlar aşağıdakılardır:4 “Bioloji müxtəliflik haqqında” konvensiya;4 “Transsərhəd su axınlarının və beynəlxalq göllərin
istifadəsi və mühafizəsi haqqında” konvensiya;4 “Yoxolma və təhlükə altında olan nadir fauna və
flora növlərinin beynəlxalq ticarəti haqqında” konvensiya;
4 “Quraqlıq və səhralaşma ilə mübarizə haqqında” BMT-nin konvensiyası;
4 “Gəmilərdən çirklənmənin qarşısının alınmasına dair” konvensiya;
4 “Beynəlxalq əhəmiyyətli su-bataqlıq sahələri haqqında” YUNESKO-nun konvensiyası. Azərbaycanın yuxarıda sadaladıqlarımızla yanaşı,
digər beynəlxalq konvensiyalara qoşulması və ölkə daxilində ətraf mühitlə bağlı 20-yə yaxın qanun qəbul etməsi çox əhəmiyyətli məsələdir. Bu qanunların təxminən yarısının Xəzər dənizinin və onu əhatə edən ərazilərin problemlərinə birbaşa aidiyyəti var. Qəbul olunmuş qanunlardan Xəzər dənizi üçün ən vacibləri aşağıdakılar hesab oluna bilər:1. Ətraf mühitin mühafizəsi haqqında qanun
(08.06.1999) .2. Ekoloji təhlükəsizlik haqqında qanun
(08.06.1999) .3. Yeraltı sərvətlər haqqında qanun (13.02.1998).4. Balıqçılıq haqqında qanun (27.03.1998).
Xəzəryanı ölkələr regionda ətraf mühitin mühafizəsi ilə bağlı əməkdaşlığı bir neçə vacib istiqamətdə aparırlar. Bunlardan ən əsasları aşağıdakılardır:4 balıq ehtiyatlarının istifadəsi və mühafizəsi;4 neft-qaz ehtiyatlarının istifadəsi və mühafizəsi;4 nəqliyyat-iqtisadi əlaqələrin inkişafı;4 rekreasiya ehtiyatlarının inkişafı;4 dənizə axıdılan çirkab sularının və başqa tullantı
ların azaldılması istiqamətində birgə əməkdaşlıq.
XƏZƏRİN HÜQUQİ STA' PROBLEMİ və EKOLOJf'MppiMƏSƏLƏLƏRİN HƏLİ
T U
.. . I #ш 10 к
«* ЛS §РЙ
Ш' M;
Məlum olduğu kimi, tarix boyu Xəzər dənizinin sahillərində müxtəlif xalqlar yaşamışlar. Qədim dövrlərdə burada yaşayan xalqlar əsasən köçəri həyat tərzi keçirirmişlər. Sahildə salınmış yaşayış məntəqələrində ilk növbədə karvansaralar və müdafiə qalaları tikilirdi. Elə bu səbəbdən də Xəzərdə uzun müddət dəniz donanması yaradılmamışdır.
Orta əsrlərdə və ondan sonrakı dövrdə Qafqaz və Xəzəryanı regionlar uğrunda Osmanlı, Fars və Rusiya imperiyalarının rəqabəti burada özünəməxsus geosiyasi şəraitin yaranmasına səbəb oldu. Türkiyənin ucqar şimal-şərq, İranın ucqar şimal-qərb və Rusiyanın ucqar cənub-qərb bölgəsi olmasına baxmayaraq, Qafqaz və Xəzəryanı region hər bir imperiya üçün xüsusi əhəmiyyət kəsb edirdi. Elə bu səbəbdən də XVI -
XIX əsrlərdə böyük dövlətlər arasında bu regionu öz təsir dairələri altındasaxlamaq uğrunda çoxsaylı müharibələr olmuşdur.
Rusiyanın Xəzər sahillərini öz təsir dairəsinə keçirmək cəhdinin başlanğıcı 1569-cu il hesab oluna bilər. Məhz bu vaxt ilk rus - türk müharibəsi nəticəsində Xəzərin şimal sahilləri Rusiyanın tabeliyinə keçmişdir.
Hazırda Xəzərin bölünməsində yaranmış problemin başlanğıcı rus çarı I Pyotrun vaxtına gedib çıxır. Hələ 1715-ci ildə I Pyot- run təşəbbüsü ilə Xəzərin şərq sahillərinə ekspedisiya göndərilmiş, 1721 - 23-cü illərdə qərb sahillərinə hərbi “Fars yürüşü” olmuşdur. Rusiyanın Xəzər dənizinə iddiaları ilk növbədə “cənubun isti sulu dənizlərinə çıxış” əldə etmək cəhdindən irəli gəlirdi. Məhz bu niyyətin ilk addımları kimi I Pyotrun tapşırığı ilə ruslar ilk dəfə olaraq Xəzər dənizinin sahillərinin dəqiq topoqrafik xəritəsini tərtib etmişlər.
XVIII - XIX əsrlərdə aparılan Rusiya - İran müharibələri nəticəsində Peterburq (1723), Rəşt (1729), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri bağlanmış və sahilyanı ərazilərin bölünməsi haqda və rus
lara Xəzərdə dəniz donanmasından istifadə etmək ixtiyarı verilməsi barədə ümumi razılıq əldə edilmişdir.
Gülüstan müqaviləsinə görə, müharibədə uduzan ölkə kimi İran tərəfmə Xəzərə yalnız ticarət gəmiləri çıxarmağa icazə verilirdi, Xəzər dənizində təkcə qalib Rusiya dövləti hərbi donanma saxlaya bilərdi. Əlbəttə, müqavilənin belə tərtib olunması gələcəkdə İran tərəfinin Xəzər dənizini yenidən bölməklə bağlı hər hansı bir cəhdinin qarşısını almaq məqsədi güdürdü.
Rusiyada sovet hakimiyyəti qurulduqdan sonra İranla dostluq və əməkdaşlıq haqqında müqavilə (1921) bağlanmışdır. Müqaviləyə əsasən, Xəzər dənizi iki dövlət arasında bölünürdü. Lakin bu müqavilədə dənizdə sərhədlər dəqiq müəyyən edilməmişdi. Sonrakı 1935 və 1940-cı illər müqavilələrində də SSRİ və İranın Xəzərdə dəniz təsərrüfatı ilə eyni dərəcədə məşğul olmaq hüququ bir daha təsdiq edilmişdir. Ancaq SSRİ tərəfi özünün hərbi və iqtisadi gücünə əsaslanaraq birtərəfli qaydada Xəzərdə faktik olaraq sərhədlərin ayrılmasına başladı.
SSRİ 1934-cü ildə havada və 1953-cü ildə isə suda Astara - Həsənqulu xəttini dövlət sərhədi kimi götürüb bu sahəni hərbi hava və hərbi dəniz qüvvələri ilə nəzarət altına aldı. Müqavilə əsasında bu xətt iki dövlət arasında sərhəd olaraq təsdiqlənməsə də, faktik olaraq dənizdə SSRİ və İran arasında sərhəd kimi qəbul edilmişdir. Belə ki, bu sərhədi keçmək üçün İran gəmiləri SSRİ tərəfindən xüsusi icazə almalı idi. Bütün bunlar İran tərəfinin, narazı olsa da belə, vəziyyətlə barışmaq məcburiyyəti qarşısında qaldığını göstərirdi.
Yalnız 1982-ci ildə SSRİ-nin dövlət sərhədi haqqında qəbul olunmuş qanunda SSRİ birtərəfli qaydada Astara - Həsənqulu xəttini dövlət sərhədi kimi təsdiq etmişdir. İran tərəfi bu qərara özünün rəsmi münasibətini bildirməmiş və nəşr etdiyi xəritələrdə (məsələn: İranın geoloji xəritəsi) Xəzər dənizi Astara - Həsənqulu xətti üzrə göstərilmişdir. Beləliklə, İran yaranmış vəziyyətlə barışmaq məcburiyyətində qalmış və vəziyyəti dəyişmək üçün rəsmən heç bir addım atmamışdır. Nəticədə də Xəzər dənizinin 88%-i SSRİ- nin, 12%-i isə İran tərəfinin nəzarəti altında qalmışdır.
SSRİ dağıldıqdan sonra Xəzəryanı regionda yeni müstəqil dövlətlərin yaranması burada siyasi vəziyyəti
köklü surətdə dəyişmişdir. Buna əsas səbəb isə həm Xəzəryanı dövlətlərin, həm də dünyanın iri ölkələrinin regiondakı zəngin karbohidrogen ehtiyatlarına marağının artması olmuşdur; ilk öncə də Azərbaycanın və Qazaxıstanın şelf zonalarında perspektivli neft-qaz yataqlarının aşkar edilməsi bu bölgələrə başqa ölkələrin böyük həcmdə kapitallarının axması ilə nəticələndi.
1991-ci ilin dekabr ayından başlayaraq Rusiya Xəzərdə öz nüfuzunu və təsir imkanlarını əldə saxlamaq məqsədi ilə müxtəlif təkliflər irəli sürür (10, 15, 45 millik dənizsahili akvatoriyasında müstəqil hüquqların təmin edilməsi) və dənizin ümumi olmasına can atırdı. Bu halda təklif olunurdu ki, dənizdə hər hansı bir neft şirkətinin fəaliyyəti üçün yalnız yeni yaradılacaq kollektiv orqan razılıq verməli və dənizdəki neft yataqlarında hər bir Xəzəryanı dövlətin eyni dərəcədə payı olmalıdır. Belə absurd və buna bənzər təşəbbüslər Rusiya tərəfindən irəli sürülürdü və İran tərəfi özünün siyasi və iqtisadi maraqlarına uyğun olaraq bu ideyaları məmnuniyyətlə dəstəkləyirdi.
Xəzərin hüquqi statusu məsələsində Rusiyanın 1991 - 98-ci illərdə qeyri-konstruktiv təkliflərinə və regionda apardığı uğursuz siyasətinə baxmayaraq, Azərbaycanın bu məsələdə beynəlxalq hüquqlara əsaslanan düzgün və ardıcıl siyasəti çox keçmədən öz bəhrələrini verdi.
Məlum olduğu kimi, Xəzər dənizində neft hasilatına 1949-cu ildə başlanmışdır. Neft Daşları yatağı Azərbaycanın dənizdə ilk iri neft yatağı olmuşdur. Sa
hildən təxminən 100 km aralıda yerləşən bu yataq istismara veriləndə İran tərəfi “nədənsə” buna münasibətini heç bildirməmişdi. Odur ki təbii olaraq belə bir sual meydana çıxır: “Bəs nə səbəbdən indi İran tərəfi Azərbaycan bölgəsindəki dəniz yataqlarının mənimsənilməsi ilə bağlı müxtəlif iddialar qaldırır?”. Sualın cavabı, yəqin ki, aydındır.
Rusiya hökuməti 1990-cı illərdə Xəzərin statusu məsələsində qeyri-ardıcıl və bir-birinə zidd addımlar atmışdı. Rusiyanın Xarici İşlər Nazirliyi dənizin statusunun yalnız SSRİ - İran müqaviləsi əsasında müəyyən edilməsi tərəfdarı olduğu halda, həmin ölkənin Yanacaq və Energetika Nazirliyi “LUKoyl” şirkətinin Azərbaycanın neft layihələrində iştirakına dəstək verirdi. 1993-cü il noyabrın 29-da Azərbaycanla Rusiya arasında imzalanmış dövlətlərarası sazişin (“LUKoyl” un Azərbaycanın dəniz neft yataqlarının istismarında iştirakı nəzərdə tutulur) mətnində “Xəzər dənizinin Azərbaycan sektoru” ifadəsinə rast gəlirik. Bundan öncə isə (iyun, 1993) Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə istismarı ilə bağlı Britaniya - Azərbaycan memorandumuna Rusiya qeyri- diplomatik üsulla təzyiq göstərərək Azərbaycan istiqamətində Volqa nəqliyyat yollarını blokadaya saldı. Buna baxmayaraq Rusiya tərəfi 1994-cü ildə “Əsrin müqaviləsi” kontraktında iştirak edərək “Xəzər dənizinin Azərbaycan sektorunun şelfindəki neft yataqlarının birgə istismarı” na qoşulmuş və müqaviləyə imza atmışdır. Eyni zamanda, “Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra Rusiyanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı kəskin bəyanatla çıxış edərək burada Rusiyanın maraqlarına zidd müqavilələrin imzalanmasına öz etirazını bildirmişdir.
1996-cı il yanvarın 18-də Azərbaycan neftinin Rusiyadan tranziti haqqında əldə olunmuş Azərbaycan - Rusiya xüsusi konvensiyasında bir daha “Xəzərin Azərbaycan sektoru” ifadəsi işlədilmişdir. Beləliklə, Rusiya tərəfi Xəzərdə Azərbaycan sektorunun mövcudluğunu etiraf edirdi.
Xəzər dənizində perspektivli neft-qaz yataqlarının mənimsənilməsi, bioloji sərvətlərdən istifadə, nəqliyyatın inkişafı və getdikcə kəskinləşən ekoloji problemlər Xəzər dənizinin hüquqi statusu haqqında ümumi konvensiyanın tərtibi zəruriyyətini region dövlətləri qarşısında bütün aktuallığı ilə irəli sürürdü. Belə konvensiyanın tərtib edilməsi üçün Xəzəryanı dövlətlərin nümayəndələrinin iştirakı ilə xüsusi işçi qrupu yaradılmışdır. Bu isə Xəzəryanı ölkələr üçün haqqında söhbət gedən məsələnin əhəmiyyətini əks etdirir. İşçi qrupunun Xəzəryanı ölkələrin hər birində
122çoxsaylı iclaslarının keçirilməsi mövqelərin yaxınlaşmasına səbəb olmuşsa da, lakin bu, hələ ki tam anlaşmaya gətirib çıxarmamışdır.
Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üçün ilk öncə bu su hövzəsinin “dəniz”, yoxsa “göl” olması barədə ümumi razılıq əldə olunmalıdır. Çox əfsuslar ki, bəzi Xəzəryanı ölkələr öz geosiyasi və iqtisadi maraqlarını əsas tutaraq beynəlxalq hüquq normalarına hələ də məhəl qoymur və statusun onlara sərf edən şəkildə qəbul olunması üçün region ölkələrinə müxtəlif təzyiqlər göstərirlər.
Xəzəryanı dövlətlər arasında aparılan danışıqlarda ölkələrin mövqeləri tədricən dəyişməkdədir. Pozitiv istiqamətdə dəyişiklik ilk öncə Rusiyanın mövqeyində özünü büruzə verir.
1998-ci ildə Rusiya tərəfi Volqa nəqliyyat xətlərinin Azərbaycan istiqamətində 4 ildən bəri davam edən blokadasına son qoydu. Rusiyanın irəli sürdüyü və İranın dəstəklədiyi dəniz sahilinin 10, 15 və hətta 45 millik ərazi su zonalarına ayrılması təklifləri digər Xəzəryanı dövlətlər tərəfindən qəbul olunmamışdır. Əks təqdirdə aydındır ki, qalan su akvatoriyası və oradakı təbii sərvətlər ümumi sayılacaqdı. Nəzərə alsaq ki əsas neft-qaz ehtiyatları Azərbaycan, Qazaxıstan və Türkmənistanın şelf zonalarında yayılmışdır, onda Rusiya ilə İranın bu məsələdə maraqlarının üst-üstə düşməsi təəccüb doğurmur.
Xəzərin statusu ilə bağlı Rusiyanın siyasətinin zahirən dəyişməsinə baxmayaraq, mahiyyətcə onlar real vəziyyəti düzgün qiymətləndirərək öz maraqlarını qorumağa nail olmuşlar. Bu, ilk növbədə Xəzər dənizinin təkinin bölünməsi haqqında 1998-ci ildə Qazaxıstanla və 2002-ci ildə Azərbaycanla müvafiq razılaşmaların imzalanmasıdır. Razılaşmaya əsasən, Xəzər dənizinin dibi orta xətt prinsipinə uyğun olaraq bölünmüşdür. Maraqlıdır ki, Rusiya hər iki dövlətlə həmsərhəd bölgədə aşkar olunmuş yataqlarda (Azərbaycanla - Yalama yatağı, Qazaxıstanla - Kurmanqa- zı, Sentralnoye və Xvalınskoye) şərik tərəf kimi (50:50 payla) iştirakını təmin etmişdir.
Digər maraq doğuran məsələ isə bu razılaşmalar əldə olunduqdan sonra Rusiyanın 15 millik ərazi su zonalarının yaradılmasının əleyhinə çıxış etməsidir.
nəzərə çarpır:6 dənizin təki orta xətt prinsipinə uyğun bölünmə
li, lakin su hövzəsi ümumi olaraq qalmalıdır. İmzalanmış sazişlər əsasında Rusiya Azərbaycanla və Qazaxıstanla dənizin dibini özlərinə aid hissələrdə bölüşdürmüşlər. Su hövzəsi isə hələ ki de- fakto ümumi olaraq qalır. Digər Xəzəryanı ölkələr arasında bu məsələdə yaranmış anlaşılmazlıqları isə Rusiya sanki müşahidə edir;
4 Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsində dövlətlərarası əlaqələrin inkişafını dəstəkləyən Rusiya tərəfi realıqda isə hələ ki nəticəverəsi tədbirlər həyata keçirə bilmir;
4 Rusiya özünün siyasi və iqtisadi maraqları naminə Xəzərdə sualtı boruların inşasının əleyhinə çıxış edir.Azərbaycan Xəzəryanı
regionda yeganə dövlətdir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı 1993- cü ildən etibarən beynəlxalq hüquq normalarına uyğun ardıcıl siyasət həyata keçirməkdədir.
Dənizin hüquqi statusu onun göl olmasının Xəzəryanı dövlətlər tərəfindən rəsmi təsdiqini tələb edir. Coğrafiya aləmində qəbul olunmuş elmi təsnifata görə, “Dünya okeanına təbii çıxışı olmayan su hövzəsi” göl adlandırılır. Təəccüblü də olsa, bəzi Xəzəryanı dövlətlər belə danılmaz faktı inkar edərək Xəzərə qapalı dəniz, daxili su hövzəsi və digər adlar verməklə onun hüquqi statusunu öz mənafelərinə uyğun formalaşdırmaq niyyətində idilər. Baş verən sonrakı proseslər göstərdi ki, bu cəhdlər uğursuz olmuşdur.
Buna 15 millik zonanın mühafizəsi üçün Qazaxıstan tərəfinin hərbi dəniz qüvvələri yaradacağı ilə əlaqədar yaranan narahatlıq səbəb olmuşdur.
2004-cü ilin sonuna Rusiyanın Xəzərin statusuna dair siyasətində bir neçə məqam çox aydın şəkildə
П Qonşu dövlətlərin siyasi təzyiqlərinin artdığı bir məqamda Azərbaycan mütəxəssislərinin müxtəlif səviyyəli müşavirələrdə bu məsələ ilə bağlı mövqeyimizi lazım gələrsə, Beynəlxalq Məhkəmə səviyyəsində müdafiə etməyə hazır olmağımız haqda bəyanatları öz bəhrəsini verdi. Belə ki, Rusiya və İran tərəfləri bu məsələnin yalnız Xəzəryanı dövlətlər arasında müzakirə edilməsi təklifini irəli sürməyə başladılar. Rusiya və İran yaxşı bilirlər ki, Xəzərin hüquqi statusunun beynəlxalq səviyyədə həll olunması onlara sərfəli deyil. Ona görə də sözügedən dövlətlər digər xarici ölkələrin bu məsələnin həlli prosesinə qarışmasının əleyhinədirlər.
Xəzər dənizinin orta xətt 2002-ci ildə Azərbaycanla Rusiya arasında Xəzərin prinsipi üzrə bölünməsi dibinin orta xətt prinsipinə uyğun olaraq sektorlara
bölünməsi razılaşdırıldı. Bu razılaşma Xəzərin sektorlara bölünməsi kimi çox mühüm və mürəkkəb bir problemin həlli istiqamətində atılmış ilk uğurlu addım sayılmalıdır. Lakin, bununla belə, bağlanmış müqavilədə dənizin su akvatoriasının bölünməsi məsələsi həll edilməmişdir. Bu məsələdə tərəflər arasında fikir ayrılığı vardır. Belə ki, Azərbaycan tərəfinin fikrincə, Xəzərin dibi sektorlara bölündüyü kimi, su hövzəsi də eyni dərəcədə orta xətt üzrə bölünməlidir. Ölkələrara- sı danışıqlarda qarşılıqlı kompromislər müqavilələrin müvəffəqiyyətlə həyata keçirilməsinə şərait yaradır. Odur ki, zənni- mizcə, Azərbaycan tərəfi müəyyən kompromisə gedərək su hövzəsinin ümumi olması prinsipi ilə gələcəkdə razılaşacaq.
Azərbaycan dənizdə hər dörd Xəzəryanı dövlətlə həmsərhəd olduğu üçün Xəzərin hüquqi statusunun kompromis əsasında qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycan dənizdə hər bir həmsərhəd ölkə ilə öz mövqeyini ayrı-ayrılıqda razılaşdırmaq məcburiyyətindədir. Xəzəryanı regionda belə vəziyyətdə olan ikinci bir dövlət yoxdur.
Xəzərin hüquqi statusu probleminin həllində Qazaxıstan tərəfinin mövqeyi Azərbaycan tərəfinin mövqeyi ilə əsasən üst-üstə düşür. Xəzər dənizinin orta xətt prinsipi üzrə bölünməsində Qazaxıstan tərəfi hamıdan çox maraqlıdır. Çünki bu halda Qazaxıstanın payı Xəzərdə başqa ölkələrin hər birindən çox - 29% təşkil edir. Qazaxıstan yeganə ölkədir ki, özü ilə hər üç həmsərhəd Xəzəryanı dövlətlə dənizdə sektorların sərhədlərini müəyyən etmiş və Azərbaycan, Rusiya və Türkmənistanla müvafiq razılaşmalar imzalanmışdır.
Dənizdə orta xətt üzrə sərhədlərin müəyyən edilməsi Qazaxıstan tərəfini öz sektorunu və ərazi sularını mühafizə məqsədi ilə hərbi dəniz donanması yaratmaq məcburiyyəti qarşısında qoymuşdur. Qazaxıstanın bu istiqamətdə apardığı işlər ilk növbədə Rusiyanı qıcıqlandırır.
Rusiya Xəzər dənizində güclü hərbi dəniz donanmasına malik olaraq digər Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin artmasına mənfi yanaşır. Özlərinin dominantlıq etdiyi dənizdə yeni yaranmış Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin formalaşması təbii bir proses kimi qəbul olunmalıdır. Qeyd etmək lazımdır ki, hələ 1998-ci ildə Azərbaycan rəhbərliyinin irəli sürdüyü Xəzər dənizinin hərbiləşmə- dən azad olunması təklifini həm Rusiya, həm də digər Xəzəryanı dövlətlər cavabsız qoydu.
Xəzəryanı ölkələrdən - Azərbaycan, Rusiya və Qazaxıstan Xəzər dənizinin hüquqi statusu məsələsində kifayət qədər irəliləyiş əldə edərək qarşılıqlı anlaşmalar imzalamışlar. Beynəlxalq müşahidəçilərin fikrincə, yalnız Türkmənistanın mövqeyi bəzi hallarda anlaşılmazlığı ilə fərqlənir.
Türkmənistan rəhbərliyi hərdən qısa müddət ərzində bir-birinə zidd bəyanatlarla çıxış etmişdir. Bunun əsas səbəbi isə Xəzərin hüquqi statusu məsələsin-
126də Türkmənistanın ardıcıl siyasətinin olmamasıdır. Bütövlükdə isə son illər Türkmənistan da Xəzərin orta xətt prinsipinə uyğun sektorlara bölünməsi tərəfdarıdır. Lakin Türkmənistanın əsas iddiaları orta xəttin müəyyən edilməsi prinsiplərinədir. Bu səbəbdən Türkmənistanla Azərbaycan arasında münasibətlər soyuqlaşmışdır. Belə ki, Türkmənistanın baxışına görə, orta xətt üzərində yerləşən Kəpəz yatağı onun sektoruna aiddir. Eyni dərəcədə iddialar Azərbaycanın Azəri və Günəşli yataqları ilə bağlıdır. Əlbəttə, belə mübahisəli məsələlər yalnız beynəlxalq hüquq normalarına uyğun və qarşılıqlı anlaşma əsasında həll oluna bilər.
Türkmənistanın digər mübahisəli sahəsi dənizdə iranla həmsərhəd Zarit strukturudur. Türkmənistan və Rusiya arasında əldə olunmuş razılaşmaya əsasən, Cənubi Xəzərdə perspektivli Zarit yatağında birgə kəşfiyyat işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin İran tərəfi bu yatağın Türkmənistana aid olmasını mübahisəli hesab edir. Rusiya və Türkmənistanın İran tərəfinə bu yatağı birgə istifadə etmək təklifinə sonuncu rədd cavabı vermişdir.
Xəzərin hüquqi statusu problemi ilə bağlı İran tərəfi, yuxarıda qeyd olunduğu kimi, əksər hallarda heç bir kompromisə getmir. Uzun müddət İran tərəfi Rusiyanın müttəfiqi kimi Xəzər dənizinin sektorlara bölünməsinin əleyhinə çıxış edirdi. Lakin Rusiyanın Qazaxıstan və Azərbaycanla dənizin dibinin sektorlara bölünməsi haqda müqavilələr imzalaması İranın bu məsələdə tək qalması ilə nəticələndi. Bu müqavilələrin imzalanmasını İran narazılıqla qarşıladı, hətta onların tanınmaması haqda bəyanat da verdi.
Beynəlxalq müqaviləyə əsasən, BP şirkəti 2001-ci ilin iyul ayında Alov - Şərq - Araz yataqları blokunda kəşfiyyat işlərinin aparılması üçün “Geofızika-3” Azərbaycan gəmisindən istifadə edirdi. Azərbaycan sektorunda yerləşən sözügedən yataqlara İran öz iddiasını təsdiqləyərək hərbi hava qüvvələrini bu sahəyə yönəltmiş və gəminin buradan getməsini tələb etmişdi, əks halda silahdan istifadə edəcəyi ilə hədələmişdi.
İran tərəfinin bölgədə özünün hərbi gücünü “nümayiş” etdirməsi, əlbəttə, regionda gərginliyin artmasına səbəb oldu. Rəsmi Bakı Azərbaycanın hava məkanını pozan İran hərbi təyyarələrinə qarşı lazımi ca
vab veriləcəyini bəyan etdi. Eyni zamanda, İranın Azərbaycana təzyiqi digər dövlətlər tərəfindən də cavabsız qalmadı.
Son illər İran tərəfi Xəzərin 5 bərabər hissəyə bölünməsi təklifi ilə çıxış edir. Digər Xəzəryanı ölkələr bu fikirlə razı deyillər. Bu halda Türkmənistan Cənubi Xəzərdəki perspektivli yataqlarını “itirir”. İran tərəfi öz təklifinin absurdluğunu anlayaraq şüurlu surətdə belə iddialarla çıxış edir. Məqsəd - gələcək kompromislərdən kifayət qədər güzəştlər əldə etməkdir.
İran tərəfinin təklif etdiyi “hər Xəzəryanı ölkəyə dənizin 20%-i ayrılsın” prinsipinin həm metodoloji, həm də texniki cəhətcə həlli, demək olar ki, mümkün deyil. Çünki dəniz səviyyəsinin mütəmadi dəyişməsi və sahil xətlərinin xeyli girintili-çıxıntılı olması hövzənin bərabər bölünməsi üçün akvatoriyada mərkəzi nöqtənin tapılmasını mümkünsüz edir.Təbii ki, Xəzərin hüquqi statusunda irəliləyiş əldə olunması üçün İran tərəfi siyasətini reallığa və yaranmış vəziyyətə uyğun qurmalıdır. Belə ki, bu məsələdə Türkmənistan digər Xəzəryanı dövlətlərlə razılaşma əldə etsə, İran tərəfi təcridolunmuş vəziyyətdə qala bilər. Dörd keçmiş SSRİ dövlətinin isə Xəzərin hüquqi statusu ilə bağlı ümumi fikrə gəlməsi, çox güman ki,İranın mövqeyində dəyişikliklərə səbəb ola bilər.Hər halda, böyük ehtimalla qeyd etmək olar ki, bu şərait bütövlükdə Xəzəryanı dövlətlər arasında konsensusa nail olmaq üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.
Xəzər dənizinin 5 bərabər hissəyə bölünməsi
SATIŞ ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB
ərazilərin ekologiyası
R edaktor:intiqam Qasımzadə
Dizayn:Vüsal Əsgərov
Korrektor:Aqşin Məsimov
Naşir - “Ayna Mətbu Evi”, 095 370138, Bakı, Şərifzadə 1.Tel.: 975031, 975174 Lisenziya AB N 022048, qeydiyyat N A-048 30.09.99. Çapa imzalanıb 22.04.2005. Format 70x100 1/16. Ç.v. 8;128 səh. Tiraj 2000. Pulsuz
ISBN 9952-23-018-4
© “Ayna Mətbu Evi“, 2005