15
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin dəstəklənməsi üzrə beynəlxalq təcrübə A R A Y I Ş Hazırladı: Sənaye şöbəsinin Sənaye layihələri sektorunun baş məsləhətçisi Dilşad Şirinova Bakı 2015

Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

  • Upload
    others

  • View
    4

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

Azərbaycan Respublikası

İqtisadiyyat və Sənaye Nazirliyi

Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma

və inkişaf etdirmə fəaliyyətlərinin dəstəklənməsi üzrə

beynəlxalq təcrübə

A R A Y I Ş

Hazırladı:

Sənaye şöbəsinin Sənaye layihələri sektorunun

baş məsləhətçisi Dilşad Şirinova

Bakı 2015

Page 2: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

2

MÜNDƏRİCAT

1. Giriş ..................................................................................................................... 3

2. Beynəlxalq təcrübə ............................................................................................. 5

3. Azərbaycanda vəziyyət ..................................................................................... 13

Page 3: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

3

Giriş

Hazırda ölkə iqtisadiyyatlarının məhsuldarlıq səviyyəsi və istehsal quruluşu sabit

iqtisadi inkişafı təmin etmək və rifah halını yüksəltmək baxımından böyük əhəmiyyət

kəsb edir. Məhsul və xidmət çeşidinin getdikcə artdığı bir dövrdə bazarda fərq

yaratmaq, yeni məhsullar hazırlamaq və bu rəqabətdə bir addım önə keçmək məqsədilə

şirkətlərin araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə yönəlməsi tendensiyası müşahidə

olunur.

Araşdırma və inkişaf etdirmə fəaliyyəti – yeni məhsulun hazırlanması, məhsul

keyfiyyəti və ya standartının yüksəldilməsi, xərci azaldan və standartı yüksəldən

üsulların tətbiqi, yeni istehsal texnologiyalarının inkişaf etdirilməsi məqsədilə həyata

keçirilən tədqiqatlar və bu tədqiqat nəticələrinin tətbiqi ilə bağlı yeni texnikaların

yaradılması, mövcud olanların təkmilləşdirilməsi ilə bağlı çalışmalardır. Bu fəaliyyət

mövcud bir məhsulun daha səmərəli və ucuz istehsalı və ya heç istehsal olunmamış

lakin gələcəkdə istehsalı planlaşdırılan məhsulun hazırlanması məqsədini daşıyır.

Müəssisənin həyata keçirdiyi araşdırma və tədqiqat işləri onun innovasiya

fəaliyyətinin əsasını təşkil edir. Müəssisənin innovasiya fəaliyyəti məhsulların

keyfiyyətinin və texniki səviyyəsinin yüksəldilməsinə, məhsul çeşidlərinin artmasına və

yenilənməsinə şərait yaradaraq onun kommersiya nəticələrinə əhəmiyyətli dərəcədə

təsir göstərir.

Araşdırma və inkişaf etdirmə fəaliyyətləri nəticələrin istifadəsi baxımından üç

növə ayrılır: fundamental araşdırmalar, tətbiqi araşdırmalar və eksperimental inkişaf.

Fundamental araşdırmalar istifadəsi baxımından konkret məqsəd müəyyən olunmadan

yeni biliklərin əldə olunmasına yönəldilmiş təcrübi və ya nəzəri araşdırmalardır. Tətbiqi

araşdırmalar yeniliklərin hazırlanmasında praktik istifadə olunması məqsədilə yeni

biliklərin əldə edilməsinə yönəldilmiş araşdırmalardır. Eksperimental inkişaf həyata

keçirilmiş elmi araşdırmalar nəticəsində əldə edilmiş biliklərə və ya praktik təcrübəyə

əsaslanan fəaliyyətdir və yeni məhsulların, materialların, proseslərin, avadanlıqların,

xidmət və sistemlərin, metodların yaradılması və ya gələcək təkmilləşdirilməsini təmin

edir.

Page 4: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

4

Ölkələrin araşdırma və inkişaf etdirmə xərclərinin məbləği ilə onların iqtisadi

inkişafı, rəqabətqabiliyyətlilik səviyyəsi və gəlirləri arasında böyük əlaqə vardır.

Ölkənin araşdırma xərclərinin həcminə təsir edən edən faktorlara ölkənin inkişaf

səviyyəsi, iqtisadiyyatın və sənayenin strukturu, ölkədə olan böyük şirkətlərin sayı,

texniki personalın hazırlılıq səviyyəsi, ölkənin elm və texnoloji infrastrukturu, xarici

bazarlara çıxma imkanları, bu sahəyə olan dövlət dəstəklərinin həcmi və s. aid etmək

olar. Belə fəaliyyətlərə çəkilən xərclər ölkə iqtisadiyyatına bir sıra üstünlüklər

qazandırır:

- Rəqabət üstünlüyü;

- Xarici investisiyanın cəlb olunması;

- Məhsuldarlıq artımı;

- Texnoloji asılılığın azaldılması.

Elm və texnologiyaya verilən önəmin ölçüsünü göstərən araşdırma və inkişaf

etdirmə xərclərinə ayrılan büdcənin ÜDM-dəki payı ölkələrin əsas inkişaf

göstəricilərindən hesab olunur. İnkişaf etmiş ölkələrdə bu xərclərin ÜDM-dəki payı 2

%-dən yüksəkdir. Hazırda dünya üzrə çəkilən cəmi araşdırma xərclərinin 95%-i 20-ə

yaxın inkişaf etmiş ölkənin payına düşür. Dünya əhalisinin 70%-dən ibarət inkişaf

etməkdə olan ölkələr isə bu xərclərin cəmi 5%-ni ödəyir.

Tədqiqat və araşdırma işlərinin aparılması elmtutumlu sahələrin inkişafını

stimullaşdırır və bunun da sayəsində istehsalın enerji və resurs tutumluluğu azalır, yeni

proqressiv materiallar yaranır, ekoloji təmiz istehsala keçid təmin olunur. Bazar

iqtisadiyyatı şərtlərində elmi-texniki inkişaf təsərrüfat strategiyasının ən vacib

elementlərindən biridir. Bu elementin aşağı qiymətləndirilməsi müəssisənin bazardakı

yerinin tezliklə itirilməsi ilə nəticələnə bilər.

Page 5: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

5

Beynəlxalq təcrübə

Beynəlxalq rəqabətin gücləndiyi hazırki dövrdə sənayenin modernləşdirilməsi

dayanıqlı iqtisadi inkişafın təmin olunmasının vacib şərtlərindən biridir. Son zamanlar

dövlətlərin sənaye, sosial və innovasiya (elmi-texniki) siyasətləri arasında sıx əlaqə

müşahidə etmək mümkündür. İnnovativ sənaye siyasəti ilə sosial siyasətinin vahid

kompleksdə aparılması iqtisadi və sosial inkişafa eyni zamanda nail olmağa imkan verir.

Beynəlxalq təcrübə göstərir ki, son zamanlar dövlətlərin innovasiya

proseslərindəki iştirakı geniş vüsət almağa başlayıb. Hazırda dünyada dörd əsas elmi-

texniki mərkəz formalaşmışdırki, bunlara ABŞ, Avropa İttifaqı, Yaponiya və Çin aiddir.

Belə ki, araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə çəkilən dünya üzrə xərclərin 36 %-i

ABŞ-ın, 25 %-i Avropa İttifaqının, 13 %-i Yaponiyanın və 11 %-i Çinin payına düşür.

Eyni zamanda, inkişaf etmiş ölkələrin tədqiqat xərclərinin ÜDM-dəki payı əhəmiyyətli

dərəcədə artmaqda davam edir. 2014-cü üçün bu göstərici ABŞ-da 2,8%, Almaniyada

2,9%, Yaponiyada 3,4%, İsraildə 4,2 % təşkil etmişdir. 2014-cü ildə ümumi araşdırma

və inkişaf etdirmə xərcləri (gross expenditures on R&D) ABŞ-da 465 mlrd.$, Çində 284

mlrd.$, Yaponiyada 165 mlrd.$, Almaniyada 92 mlrd.$ təşkil etmişdir. 2014-cü ildə

araşdırma və inkişaf etdirməyə sərf olunmuş xərclərin 47%-i kompüter-elektronika və

səhiyyə sahələrinin payına düşür.

İnnovativ şirkətlər yeni texnologiyaların tətbiqi sayəsində xərclərin ixtisarı

hesabına bazarda öz üstünlüklərini saxlaya bilirlər. Müəssisənin uğurlu araşdırma və

inkişaf etdirmə fəaliyyəti həm də yeni məhsulların yaranmasına səbəb olur ki, onların da

satışı yeni bazar yaratmaq və ya mövcud bazarda payları artırmaqla müəssisə qarşısında

geniş imkanlar açır. Müəssisənin tədqiqat fəaliyyətinin qiymətləndirilməsi üçün

Araşdırma və İnkişaf Etdirmə İntensivliyi (R&D intensity) göstəricisndən istifadə

olunur. Göstərici şirkətin tədqiqat və araşdırma xərclərinin satışlarına olan nisbəti kimi

hesablanır. “Strategy&” məsləhət xidməti 2014-cü il üzrə tədqiqat xərcləri ən yüksək

olan 20 şirkətin siyahısını (Top 20 R&D spenders) açıqlamışdır. Siyahı aşağıdakı

kimidir:

Page 6: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

6

2014-cü il üzrə tədqiqata ən çox xərcləyən şirkətlərin reytinq siyahısı

(2014: Top 20 R&D spenders)

Reytinq Şirkət Ölkə Sahəsi

Tədqiqata

çəkilmiş xərc

(mlrd.$)

1 Volkswagen Almaniya Avtomobil 13.5

2 Samsung Cənubi

Koreya Kompüter və elektronika 13.4

3 Intel ABŞ Kompüter və elektronika 10.6

4 Microsoft ABŞ Proqram təminatı və internet 10.4

5 Roche İsveçrə Səhiyyə 10.0

6 Novartis İsveçrə Səhiyyə 9.9

7 Toyota Yaponiya Avtomobil 9.1

8 Johnson & Johnson ABŞ Səhiyyə 8.2

9 Google ABŞ Proqram təminatı və internet 8.0

10 Merck ABŞ Səhiyyə 7.5

11 GM ABŞ Avtomobil 7.2

12 Daimler Almaniya Avtomobil 7.0

13 Pfizer ABŞ Səhiyyə 6.7

14 Amazon ABŞ Proqram təminatı və internet 6.6

15 Ford ABŞ Avtomobil 6.4

16 Sanofi-Aventis Fransa Səhiyyə 6.3

17 Honda Yaponiya Avtomobil 6.3

18 IBM ABŞ Kompüter və elektronika 6.2

19 GlaxoSmithKline Birləşmiş

Krallıq Səhiyyə 6.1

20 Cisco ABŞ Kompüter və elektronika 5.9

Page 7: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

7

“Global İnnovation 1000” nəşrinin açıqlamasına əsasən, 2005-2014-ci illər üçün

sənaye üzrə çəkilən araşdırma xərclərinin strukturu aşağıdakı kimidir:

Almaniya

Almaniya qabaqcıl elmi araşdırmaların keçirilməsində və patentlərin

hazırlanmasında öndə olan ölkələr sırasındadır. Ölkə nano, bio və yeni texnologiyalar,

eləcə də bərpa olunan enerji sahəsindəki patent fəaliyyətinə görə ABŞ və Yaponiya ilə

bərabər dünyanın ən aktiv ölkələrindən sayılır. 2014-cü ildə Almaniyanın araşdırma və

inkişaf etdirmə xərcləri 92 mlrd.$ və ya ÜDM-in 2,9 faizini təşkil etmişdirki, bu xərcin

də üçdə bir hissəsi dövlət hesabına, üçdə iki hissəsi isə özəl sektor hesabına ödənmişdir.

Sənaye sahəsində araşdırma və innovasiya fəaliyyəti Almaniya Hökumətinin

yüksək prioritet sahələrindən olduğundan ölkə ərazisində tədqiqat və araşdırma

fəaliyyətləri ilə məşğul olan çoxsaylı universitetlər, akademiyalar, federal institutlar,

sənaye tədqiqat assosiasiyaları fəaliyyət göstərir. Alman şirkətləri Avropanın ən

innovativ şirkətləri sırasındadır və burada həyata keçirilən bütün araşdırma və inkişaf

etdirmə fəaliyyətlərinin üçdə iki hissəsini sənaye subyektləri tərəfindən təşkil olunaraq

maliyyələşdirilir. Sənaye yönümlü tədqiqat xərclərinin isə 37%-i avtomobil sektoruna,

28%

22% 16%

10%

7%

7%

4% 3% 2% 1% Kompüter və elektronika - 28%

Səhiyyə - 22%

Avtomobil - 16%

Sənaye xidmətləri - 10%

Proqram təminatı və internet -

7%

Kimya və enerji - 7%

Aerokosmik və müdafiə - 4%

İstehlak məhsulları - 3%

Telekommunikasiya - 2%

digər - 1%

Page 8: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

8

14%-i elektrik mühəndisliyi sektoruna, 14%-i kimya və əczaçılıq sektoruna, 9%-i isə

mexaniki mühəndislik sektoruna investisiya olunmuşdur.

Almaniyada sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin

dövlət dəstəklənməsi Almaniya Sənaye Tədqiqatları Assosiasiyaları Federasiyası (AIF)

tərəfindən həyata keçirilir. Federasiya ideyaları uğurlu məhsul və xidmətlərə çevirmək

məqsədilə dövlətlə sənaye və elm müəssisələrinin ittifaqını yaradır, kiçik və orta sənaye

müəssisələrinin rəqabətqabiliyyətliliyini gücləndirmək üçün həyata keçirilən federal

dövlət proqramlarını idarə edir. Hazırda AIF 100 sənaye tədqiqat assosiasiyası, 1200

tədqiqat institutu və 50000 şirkətlə əməkdaşlıq edir. Dövlət tərəfindən həyata keçirilən

dəstək layihələrinə aşağıdakılar daxildir:

- Araşdırma və İnnovasiya üzrə Birgə Təşəbbüs (Joint Initiative for Research and

Innovation): Layihə çərçivəsində ölkənin araşdırma və innovasiya potensialının

artırılmasına böyük töhfələr verən əsas dörd təşkilatın - Fraunhofer-Gesellschaft

İnstitutu, Helmholtz Assosiasiyası, Leibniz Assosiasiyası və Max-Planck-Gesellschaft

İnstitutunun və Almaniya Araşdırmalar Fondunun (DFG) fəaliyyətləri əlaqələndirilir və

yüksək subsidiyalar ayrılır. Layihənin əsas məqsədi araşdırma və tədqiqat sisteminin

inkişafı, tədqiqat və sənaye arasında dayanıqlı əməkdaşlığın yaradılmasıdır, dövlət

maliyyələşməsi illik xərclərin 5 %-i həcmindədir.

- Elm və Tədqiqatın Beynəlmiləlləşdirməsi Strategiyası (Strategy for the

Internationalisation of Science and Research): Strategiyanın əsas məqsədi dünyanın ən

yaxşı institutları, tədqiqatçıları və mütəxəssisləri ilə əməkdaşlığı genişləndirmək,

dünyanın innovasiya potensialına giriş əldə etmək və inkişaf etməkdə olan ölkələrlə

təhsil, araşdırma və inkişaf etdirmə üzrə nailiyyətlərini bölüşməkdir. Strategiya

çərçivəsində dünya üzrə beş şəhərdə (Nyu-York, Moskva, Yeni Delhi, Tokio, San-

Paulo) Araşdırma və İnnovasiyalar üzrə Alman Evləri (DWIH) yaradılmışdır.

- Yüksək Texnologiyalar Strategiyası 2020 (High-tech Strategy 2020):

Strategiyanın əsas məqsədi Almaniyanı dünyanın və Avropanın innovasiya liderinə

çevirmək, aparıcı sənaye və ixrac ölkəsi kimi mövqeyini gücləndirməkdir. Strategiya

Almaniya Federal İqtisadiyyat və Texnologiya Nazirliyi ilə Federal Təhsil və Tədqiqat

Nazirliyi tərəfindən həyata keçirilir, büdcəsi 2012-2015-ci illər üçün 8,4 mlrd. avrodur.

Page 9: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

9

Strategiya çərçivəsində sənaye müəssisələrinin araşdırma və inkişaf etdirmə

fəaliyyətlərinin dəstləklənməsi məqsədilə bir sıra proqramlar, o cümlədən Kiçik və orta

müəssisələr üçün Mərkəzi İnnovasiya Proqramı (ZIM) və Korporativ Sənaye Tədqiqatı

Proqramı (IGF), “KMU-Innovativ”, “Autonomics for Industry 4.0” proqramları həyata

keçirilir.

Bundan əlavə, innovativ “start-up” layihələrinin dəstəklənməsi məqsədilə qabaqcıl

universitetlərlə “EXIST”, “GO-Bio”, “IKT Innovativ”, “INVEST” və “High-Tech

Gründerfonds” maliyyələşdirmə proqramları yerinə yetirilir.

Almaniya, eyni zamanda, Avropa İttifaqının araşdırma və innovasiya sahəsində

həyata keçirdiyi “Horizon 2020: Tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı”,

“EUREKA” Avropa Dövlətlərarası Araşdırma Təşəbbüsü”, “COST” Elmi-texniki

tədqiqat üzrə Avropa Əməkdaşlığı” kimi layihələrdən də geniş faydalanır. “Horizon

2020” Aİ Proqramı 2014-2020-ci illəri əhatə edir və ümumi büdcəsi 80 mlrd. avrodur.

Proqramın “sənaye liderliyinin dəstəklənməsi” aləti çərçivəsində mikroelektronika,

nanotexnologiya, qabaqcıl materiallar, İKT, biotexnologiya sahəsində layihə ilə

müraciət edən kiçik və orta müəssisələrə xərcin 70 %-i həcmində ilkin mərhələdə 50

min avro, daha sonrakı mərhələlərdə 500 min - 2,5 mln. avro məbləğlərində innovasiya

qrantları ayrılır. “EUREKA” Təşəbbüs Proqramının çərçivəsində qlobal bazarda

Avropa rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə 38 üzv ölkə arasında ixtisaslı kadr

hazırlığı, sənaye müəssisələri, tədqiqat institutlarının və universitetlərin araşdırma

fəaliyyətlərinin dəstəklənməsi, əlaqələndirilməsi və mübadiləsi həyata keçirilir.

Türkiyə

Son zamanlar araşdırma və inkişaf etdirmə fəaliyyətlərinə ayırdığı diqqət

sayəsində Türkiyə müəssisələri təkcə ölkə daxili üçün deyil, həm də dünya bazarı üçün

rəqabətqabiliyyətli məhsullar istehsal etməyə başlamışdır. Türkiyənin ilbəil artan

araşdırma xərcləri artıq ÜDM-in 1%-i həcminə yaxınlaşmışdır və 2023-cü ilə qədər bu

xərclərin ÜDM-in 3%-i həcminə çatdırılması hədəflənmişdir. Türkiyənin 2013-cü il

üzrə araşdırma və inkişaf etdirmə xərcləri əvvəlki ilə nisbətən 13,4% artaraq 14,8

mlrd.TL (7,8 mlrd.$) və ya ÜDM-in 0,95%-i həcmində olmuşdur. Bu xərcin 47,5%-i

Page 10: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

10

özəl sektor, 42,1%-i ali təhsil müəssisələri, 10,4%-i dövlət orqanları tərəfindən

ödənilmişdir.

Türkiyədə sənaye müəssisələrinin araşdırma fəaliyyətinin dövlət dəstəklənməsi

2008-ci ildən qüvvəyə minən “Araşdırma və inkişaf etdirmə fəaliyyətlərinin

dəstəklənməsi haqqında Qanun”la tənzimlənir və bir sıra dövlət orqanlarının həyata

keçirdiyi proqramlar vasitəsilə həyata keçirilir. Belə proqramlar həyata keçirən dövlət

orqanlarına İqtisadiyyat Nazirliyi, Bilik, Sənaye və Texnologiya Nazirliyi, Türkiyə

Texnoloji İnkişaf Vəqfi (TTGV), Kiçik və Orta ölçülü Sənaye Araşdırma və İnkişaf

etdirmə İdarəsi (KÖSGEB), Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu

(TUBİTAK) aiddir.

Kiçik və Orta ölçülü Sənaye Araşdırma və İnkişaf etdirmə İdarəsi (KÖSGEB)

tərəfindən həyata keçirilən araşdırma dəstəklərinə aiddir:

- Araşdırma-İnkişaf, İnnovasiya və Sənaye Tətbiqi Dövlət Proqramı: Proqramın

məqsədi yeni fikir və ixtiralara sahib müəssisələrin dəstəklənməsi, araşdırma və

innovativ potensialın artırılması, araşdırma və innovativ layihə nəticələrinin

kommersiyalaşdırılması və sənayedə tətbiqi mexanizminin qurulmasıdır. Proqram

çərçivəsində layihənin mərhələlərindən asılı olaraq, 18-24 ay ərzində 30 000-150 000

lirə məbləğlərində 70-100% həcmində maliyyələşdirmə aparılır.

Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumu (TUBİTAK) tərəfindən həyata

keçirilən araşdırma dəstəklərinə aiddir:

- Sənaye Araşdırma-İnkişaf Layihələrinin Dəstək Proqramı: Proqramın məqsədi sənaye

müəssisələrinin araşdırma fəaliyyətlərini təşviq etmək və türk sənayesinin araşdırm və

inkişaf etdirmə qabiliyyətini yüksəltməkdir. Proqram çərçivəsində müəssisələrin

araşdırma xərclərinin 60%-ə qədər hissəsi qrant şəklində maliyyələşir.

- Universitet-Sənaye İşbirliyi Dəstək Proqramı: Proqramın məqsədi universitetlər,

araşdırma mərkəzi və institutların əldə etdikləri innovativ nailiyyətlərin sənayeyə tətbiq

yolu ilə kommersiyalaşdırılmasına yardım etməkdir. Proqram çərçivəsində yeni

məhsulun yaradılması, mövcud məhsulun inkişaf etdirilməsi, keyfiyyətinin və ya

standartının yüksəldilməsi, xərci azaldan yeni texnikaların yaradılmasının nəzərdə tutan

Page 11: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

11

layihələr həyata keçirilir. Həyata keçirilən layihələr 24 aya qədər müddətlə ən çoxu 1

mln. lirə məbləğində 60-75% həcmində maliyyələşir.

- Qabaqcıl Araşdırma-İnkişaf Laboratoriyaları Dəstək Proqramı: Proqramın məqsədi

türk elm adamlarının araşdırma qabiliyyətlərinin yüksəldilməsi və ölkənin elm,

texnologiya sahəsində qlobal mərkəzə çevrilməsidir. Proqram çərçivəsində ən prioritet

sahələrə maşınqayırma, avtomobil, rabitə texnologiyaları, müdafiə, kosmos, enerji, qida

və səhiyyə aiddir. Dəstək müddəti 5 ildir və xərcin ən çoxu 75%-i olmaqla bir il üçün

maks. 10 mln. lirə təşkil edir.

Türkiyə Texnoloji İnkişaf Vəqfi (TTGV) tərəfindən həyata keçirilən araşdırma

dəstəklərinə aiddir:

- Texnoloji İnkişaf Layihələri Dəstəyi: Proqram çərçivəsində sənaye müəssisələrinin və

proqram təminatı şirkətlərinin araşdırma və inkişaf etdirmə fəaliyyətləri geri qaytarılan

şərtlərlə maliyyələşdirilir. Dəstək məbləği ən çoxu 1 mln. ABŞ dolları, müddəti maks. 2

ildir.

- Kommersiyalaşdırma Layihələri Dəstəyi: Dəstək çərçivəsində prototip hazırlanma

mərhələsini uğurla tamamlamış sənaye müəssisəsləri layihə nəticələrinin bazar

şərtlərinə uyğun şəkildə ticariləşdirilməsinə (istehsal və satışyönümlü hazırlıq) geri

qaytarılma əsasında ən çoxu 1 mln. ABŞ dolları məbləğində maks. 1 il müddətinə

maliyyələşdirilir.

- Qabaqcıl Texnologiyaları Layihələri Dəstəyi: Dəstək çərçivəsində kənd təsərrüfatı,

səhiyyə, təhsil və ətraf mühit sahəsində hazırlanmış yeni məhsul layihələrinin

araşdırma-inkişaf və ticarilədirmə xərcləri 250 min - 3 mln. ABŞ dolları məbləğində, ən

çoxu 3 il müddətinə maliyyələşdirilir.

Bilik, Sənaye və Texnologiya Nazirliyi tərəfindən həyata keçirilən araşdırma

dəstəklərinə aiddir:

- Sənaye Tezisləri Proqramı (SAN-TEZ): Proqramın əsas məqsədlərinə akademik

bilginin kommersiyalaşdırılması, sənaye yönümlü araşdırma-inkişaf personalının

sayının artırılması, yeni və yenilikçi şirkətlərin yaradılması, sənayenin rəqabət gücünün

yüksəldilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsidir. San-Tez layihələri

Page 12: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

12

Nazirlik tərəfindən 75%, şirkət tərəfindən isə 25% həcmində 3 il müddətində

maliyyələşdirilir.

- Texnoloji İnkişaf Bölgələri: yeni və qabaqcıl texnoloji məhsul yaratmaq istəyən

sahibkarların, tədqiqatçı və alimlərin sənaye və kommersiya fəaliyyətlərini

universitetlərin yaxınlığında və onların nailiyyətlərindən yararlanaraq keçirə bilmələri

üçün universitetlərin yaxınlığında qurulmuş məhəllələrdir. Bölgələrin yaradılmasının

əsas məqsədləri məhsulda və istehsal üsullarında yeniliyin inkişafı, məhsul

keyfiyyətinin və standartının yüksəldilməsi, məhsuldarlığın artırılması, istehsal

xərclərinin aşağı salınması, elmtutumlu investisiyaların və sahibkarlığın inkişafı,

tədqiqatçı və ixtisaslı kadrlara iş imkanının yaradılması, texnologiya transferinə şərait

yaratmaqdır.

Page 13: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

13

Azərbaycanda vəziyyət

Yerli müəssisələrin və iqtisadiyyatın rəqabətə davamlılığının artırılması məqsədi

ilə ölkəmizin istehsal və innovasiya texnologiyalarının tətbiqi sahəsində başqa aparıcı

ölkələrdən geriliyini minimuma endirmək əsas hədəflərdən biri kimi qarşıya

qoyulmuşdur. Bununla əlaqədar olaraq innovasiya fəaliyyətinin inkişafının

stimullaşdırılmasına yönəldilmiş müxtəlif tədbirlər həyata keçirilir.

Azərbaycanda sənayedə texnoloji innovasiyalara çəkilən xərclər 2014-cü il üçün

21,5 mln. manat olmuşdur ki, bunun da 13,5 mln. manatı məhsul innovasiyalarına, 8

mln. manatı isə proses innovasiyalarına ayrılmışdır. Ümumilikdə, 2013-cü ildə dövlət

büdcəsindən elmə çəkilən xərclər 117 mln. manat, tədqiqat və işləmələrə çəkilmiş

xərclər isə 125 987 manat olmuşdur.

Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye

istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək,

qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində

məşğulluğunu artırmaq məqsədi ilə olkəmizdə sənaye və yüksək texnologiyalar parkları

yaradılır.

İqtisadiyyatın tənzimlənməsində ən təsirli vasitələrdən biri hesab olunan

vergitutma mexanizminin hazırkı inkişaf səviyyəsi müəssisələrin innovasiya

fəaliyyətinin dəstəklənməsi üçün təsirli güzəştləri təklif etmək iqtidarındadır.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə”

Azərbaycan Respublikasının 21 dekabr 2012-ci il tarixli Qanunu və bu qanunun tətbiqi

barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı

ökəmizin vergi sisteminin modernləşməsi istiqamətində mühüm addımlardan olmuşdur.

Sözügedən Qanunla sənaye və texnologiyalar parkında fəaliyyət üçün əsaslı vergi

güzəştləri nəzərdə tutulmuşdur.

Belə ki, sənaye və texnologiyalar parkının infrastrukturunun, istehsal sahələrinin

yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi

məqsədilə sənaye və texnologiyalar parkının idarəedici təşkilatı (operatoru) və

Page 14: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

14

rezidentləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında

texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ƏDV-dən azad edilmişdir.

Həmçinin, sənaye və texnologiyalar parkının yaradılması və bu parkda fəaliyyətin

təmin edilməsi üçün tələb olunan əsas vəsaitlərin alınmasının ƏDV-dən azad edilməsi

innovativ fəaliyyətin maliyyə tutumunu azaltmaqla investisiyaların maliyyə və

inflyasiya risklərinin xeyli yumşaldılması və beləliklə sahibkarların bu istiqamətdə

motivasiyasının əhəmiyyətli dərəcədə dəstəklənməsi üçün geniş imkanlar açır.

Hazırda Azərbaycan Respublikasında elmi araşdırmalar əsasən AMEA-nın elmi-

tədqiqat müəssisələrində, nazirlik, dövlət komitələri, səhmdar cəmiyyətlər və şirkətlərin

nəzdindəki sahə elmi tədqiqat müəssisələrində və ali təhsil müəssisələrində kafedra,

laboratoriya və müxtəlif elmi tədqiqat qurumlarında aparılır.

Azərbaycan Milli Elmlər Akademiyası – 2001-ci ildən “Milli Elmlər

Akademiyası” statusu alan AMEA ölkədə elmin inkişafı, elmi-texniki potensialın

güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin

nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirir. Hazırda Akademiyanın

fizika-riyaziyyat və texnika elmləri, kimya elmləri, Yer elmləri, biologiya və tibb

elmləri, aqrar elmlər, humanitar və ictimai elmlər olaraq 6 bölməsi üzrə 37 İnstitutu

fəaliyyət göstərir. Bundan əlavə, Akademiyanın Rəyasət Heyətinin nəzdində 13 qurum

fəaliyyət göstərir ki, bunlardan biri Elmi İnnovasiyalar Mərkəzidir. Mərkəzin

fəaliyyətinin məqsədi respublikada elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin

inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyalarının toplanması və məlumat

bazasının yaradılmasıdır. Mərkəz verilənlər bazaların yaradılması, qrantların tərtibatı,

innovasiyaların səmərəliliyinin hesablanması, ənənəvi və elektron nəşrlərin

hazırlanması xarici bazalara çıxışın təmin edilməsi, zəruri xarici əlaqələrin yaradılması,

beynəlxalq sərgilərdə iştirakın təmin edilməsi kimi xidmətlər həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu – 2009-cu

ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yaradılmış, dövlət

sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi

tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin

inkişafına xidmət edən qeyri-kommersiya qurumudur. Fond il ərzində qrant

Page 15: Sənaye müəssisələri tərəfindən həyata keçirilən araşdırma ...senaye.gov.az/content/html/3578/attachments/Dünyada sənaye müəssisələri... · Paulo) Araşdırma və

15

müsabiqələri təşkil edərək qalib layihələri maliyyə həcmi 100 000-500 000 manat olan

qrantlarla və həcmi 500 000 və daha yuxarı olan meqa qrantlarla maliyyələşdirir. Belə

ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın “Sənayenin

inkişafı sahəsində aparılan elmi araşdırma və tədqiqatların dəstəklənməsi” maddəsinə

uyğun olaraq, keçən ilin oktyabr ayında Fond tərəfindən elan edilmiş, həcmi 500 min

manat dəyərində olan “Sənaye qrantı” müsabiqəsi üzrə 38 layihə daxil olmuş, bu

layihələrdən 6 qalib layihə müəyyənləşdirilmişdir.