12

Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

  • Upload
    others

  • View
    6

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,
Page 2: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Respublikanın ümumtəhsil məktəblərinin 8-ci

sinifləri üçün “Azərbaycan dili” dərsliyi

Müəlliflər: Yusif Seyidov

Təhminə Əsədova

Bakı: Çaşıoğlu, 2012.

Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə

bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış

YEKUN RƏY

Page 3: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmun baxımından;

2. Dizayn və bədii tərtibat baxımından.

1. Məzmun baxımından

Dərslik qüvvədə olan tədris proqramı əsasında hazırlanmışdır. 144 səhifədən ibarət

olan dərsliyin tədris materialı əsasən, iki bölməyə ayrılmışdır: “6–7-ci siniflərdə

keçilmişlərin təkrarı” (6 saat) və “Sintaksis”. “Sintaksis” (90 saat) özü 4 bölmədən

ibarətdir: söz birləşmələri, cümlə, cümlə üzvləri və sadə cümlələr.

Dərslikdə Azərbaycan dili üzrə tədris proqramının tələbləri əsasən gözlənilmişdir.

Azərbaycan dilinin qrammatikasının söz birləşmələri və sadə cümlə ilə bağlı məsələləri şagirdlərin yaş səviyyəsinə uyğun işlənilmişdir.

Bununla yanaşı, elmi-metodiki cəhətdən mübahisəli görünən, şagirdlərin yaş

səviyyəsinə görə dolaşıqlıq və çətinlik yaradan aşağıda göstərilən müəyyən qüsur və

çatışmazlıqlar da dərslikdə öz əksini tapmışdır:

Səhifə 4-də 1-ci və 5-ci abzaslarda rast gəlinən “keçibsiniz”, “öyrənibsiniz” kimi

sözlər ədəbi dil normasına uyğun deyil.

Səhifə 8-də çalışma 18-dəki “xüsusi” sözü artıqdır. Çalışma 19-da Mirzə

İbrahimovdan verilmiş parçanın başqası ilə əvəzlənməsi, yaxud da “ramka” sözünün

“çərçivə” ilə əvəzlənməsi məqsədəuyğun olardı.

Səhifə 13-də çalışma 47-də verilmiş kiçik mətnin adının (“Buzlaq”) dəyişdirilməsi

məqsədəuyğundur.

Səhifə 10-da çalışma 30-da abzasın sonunda S. Vurğundan verilmiş nümunədə

“kim bilir” ifadəsinin biri artıqdır. Çalışma 32-də və 33-də şərt hissəsindən sonra gələn

oxşar sözlər kursivlə abzasdan verilməli, fərqli şriftlə yazılmalıdır.

Səhifə 14-də M. Şirəliyev haqqında mətnin sonuncu abzasında Azərbaycan Dövlət

Universitetinin qarşısında mötərizədə “indiki Bakı Dövlət Universiteti”, Dilçilik

İnstitutunun əvvəlində isə “Elmlər Akademiyasının” sözləri yazılması daha yaxşı olar.

Səhifə 16-da 2-ci çərçivənin sonuncu abzasındakı “çünki” sözünün kursivlə deyil,

adi şriftlə verilməsi daha məqsədəuyğun olar.

2

Page 4: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Səhifə 17-də çalışma 60 ilə 61 arasındakı nəzəri, çalışmalara birbaşa bağlılığı

olmayan cümlənin yerinin dəyişdirilməsi məsləhətdir.

Səhifə 21-də tələb qoyulur ki, şeiri köçürün, halbuki tapşırıqda bir şeir yox, üç şeir

parçası, daha doğrusu, üç şeirdən parça var. Dəqiqləşdirilməsi məsləhətdir.

Səhifə 23-də mətndə bir neçə dəqiqləşmə aparılsa, yaxşı olar. Türkiyə

Cümhuriyyəti qurucusunun adı “Mustafa Kamal Atatürk” şəklində yazılmayıb.

“Türkiyə Cümhuriyyəti və Türkiyə Respublikası” eyni məna və məzmunda

olduğundan bunlardan birindən istifadə olunması məsləhətdir. “Familiya” sözü artıq

dilimizdə işlənmədiyindən, “soyad” yazılsa, daha yaxşı olar. Türkiyə parlamentinin adı

Böyük Millət Məclisi şəklində yazılır. Nəzəri hissədən sonra gələn çalışma 74-ün şərt və

mətn hissəsinin mavi fonda verilməsinə ehtiyac yoxdur, sadəcə, şərt hissəsini

fərqləndirmək daha yaxşı olardı. Tac Mahal haqqında olan mətnin də redaktə və

korrektə olunmasına ehtiyac var.

Səhifə 26-da “Qara hərflərlə verilmiş birinci növ təyini söz birləşmələrindən cümlə

təhlilində tərəflərinə ayrıla bilənləri bir cərgədə, ayrıla bilməyənləri başqa cərgədə

yazın”-şərtli çalışmada belə bir cümlə var: “Şərqin ən böyük memarı Əcəmi

Naxçıvani olmuşdur”. “Böyük memarı Əcəmi Naxçıvani” qara hərflərlə, yəni birinci

növ təyini söz birləşməsi kimi verilmişdir. Ancaq burada “Böyük memarı” söz

birləşməsi birinci növ təyini söz birləşməsi olsa da, bu birləşmə üçüncü növ təyini söz

birləşməsinin əsas tərəfi olduğu üçün (həmin səhifədə qeyd olunduğu kimi) bütövlükdə

cümlənin bir üzvü-mürəkkəb mübtədası kimi çıxış edir, ayrı-ayrı cümlə üzvü ola bilmir.

Buna görə də bu cümlə əvəzinə, müstəqil işlənən birinci növ təyini söz birləşməsinə aid

başqa cümlə seçmək daha məqsədəuyğun olardı.

Səhifə 27-də nəzəri hissə ilə çalışmaya verilmiş fon bir-birinə qarışmışdır.

Səhifə 28-də “Qeyri-təyini ismi birləşmələr” haqqında danışılarkən mətnin C

variantında “əsgərlərdən biri” birləşməsinin qeyri-təyini söz birləşməsi kimi verilməsi

digər dərsliklə-Q. Kazımov və b.-nın müəllifi olduqları 8-ci sinif “Azərbaycan dili”

dərsliyi (2012) ilə ziddiyyət yaradır. Buna görə də çaşqınlıq yaranmaması üçün vahid

fikirin təqdimi məqsədəuyğun olar. Bundan əlavə, qeyri-təyini ismi birləşmələrin

növləri nəzəri cəhətdən izah olunmalı idi.

3

Page 5: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Səhifə 34-də “Mübtəda ilə xəbər arasında şəxsə görə uzlaşma heç vaxt

pozulmur” cümləsində “heç vaxt pozulmur” əvəzinə, “bir qayda olaraq” ifadəsinin

verilməsi daha dəqiq olar. Belə ki, xəbər birinci və ikinci şəxs əvəzliyi ilə ifadə

olunduqda uzlaşma pozulur.

Səhifə 37-də çalışma 106-da belə cümlə var: “Əldən-ələ keçir vəfasız həyat...”.

Bu cümlədə “əldən-ələ” sözləri zərf olmadığı üçün mürəkkəb söz sayılmır və defislə

yazılmır.

Səhifə 38-də feli birləşmələrdən danışılarkən isimləşən feli sifətin və məsdərin bu

birləşmə zamanı hansı rol oynadığı bəlli olmur. Məsələn, “mənim yazdığım”, “mənim

yazmağım”, “mənim yazacağım” kimi birləşmələrin ismi, yoxsa feli birləşmələr olması

dəqiq göstərilsə, daha məqsədəuyğun olar.

Yenə həmin səhifədə çalışma 108-dəki “öyrənibsiniz” sözü ədəbi dilə uyğun deyil.

Səhifə 39-da yanaşma əlaqəsi cərgəsində səbəb və məqsəd zərflikləri ilə xəbər

arasındakı əlaqə qeyd edilmir.

Səhifə 42-54-də sintaktik əlaqələrdən danışılarkən qeyd olunmur ki, qeyri-

müəyyən təsirlik halla fel arasında hansı sintaktik əlaqə var. Yaxud, nə üçün ikinci növ

təyini söz birləşməsi arasında idarə əlaqəsi yoxdur.

İkinci tərəfi mənsubiyyət şəkilçisini itirdiyi nümunələr (bizim kənd, sizin ev) və

onların arasındakı sintaktik əlaqələr verilməmişdir. Halbuki bu tipli ifadələr dilimizdə

olduqca işləkdir. Həm də bu tipli birləşmələrin necə sintaktik təhlil edildiyi də

göstərilməmişdir.

Səhifə 53-də qeyd edilmişdir ki, feldə idarə etmək qabiliyyəti güclüdür və o, ismin

dörd halını idarə edir (yönlük, təsirlik, yerlik və çıxışlıq). Lakin (Azərin oxuduğu)

təsriflənməyən fellərin (feli sifətin və məsdərin) yiyəlik halı da idarə edə bildiyi

haqqında məlumat verilməmişdir.

Səhifə 54-də mübtədanın məna cəhətdən nə bildirməsi barədə məlumat artıqdır.

Həm də bu mənaların sayı çoxdur. Cəmi 4-nü yazıb, qalanlardan bəhs etməmək düzgün

deyil.

Səhifə 57-də mübtəda ilə xəbərin uzlaşması bəhsində ayrıca nəzəri fikir yoxdur,

misal verilib, təsviri izah gəlir.

4

Page 6: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Səhifə 59-60-da feli və ismi xəbərin ifadə vasitələrindən danışarkən söz

birləşmələri diqqətdən yayınıb.

Mübtəda ilə xəbərin uzlaşması mövzusu baş üzvlərə aid bəhsin sonunda verilsə,

yaxşıdır.

Səhifə 70-də tərzi-hərəkət zərfliyinin sifətlə ifadə olunması fikri aşağı siniflərdəki

fikirlə uyğun gəlmir. Aşağı siniflərdə şagirdə öyrədilir ki, əlamət bildirən söz felin

qarşısında gəldikdə zərf olur.

Səhifə 72-də yer zərfliyindən danışarkən, təsirlik halı haranı? sualına cavab verən

sözlərin də yer zərfliyi kimi işlənə bilməsindən danışılmışdır. Mövzu vahid fikir əsasında formalaşmalıdır. Bu kimi mübahisəli fikirlər dərsliyə gətirilməməlidir.

Səhifə 73-də təsirlik hallı sözün bəzən yer zərfliyi olması fikri də aşağı sinif təlimi

ilə uyğun gəlmir. Çünki təsirlik hal tamamlıq halı hesab olunur.

Səhifə 75-də fikir zaman mənalı isimlərə də aiddir. Felə aid olub, hərəkətin

zamanını bildirən “səhər...” tipli sözlər isim deyil, zərfdir.

Səhifə 76-79-da səbəb və məqsəd zərfliklərinin fərqi tam açılmır. Həmçinin

onların ifadə vasitələri də göstərilməmişdir. Halbuki digər cümlə üzvlərinin ifadə

vasitələri çox səliqəli şəkildə göstərilmişdir.

Səhifə 79-da “Cümlə üzvlərinin quruluşca növləri” bəhsinin izahı cümlə

üzvlərindən qabaq verilsə, daha yaxşı olar. Yenə burada qaydalarla çalışmalar qarışıq

verilmişdir ki, bu da dərsliyin oxunaqlı olmasını çətinləşdirir.

Səhifə 82-də frazeoloji birləşmələrin mürəkkəb cümlə üzvü olması fikri mürəkkəb

söz təlimi ilə uzlaşmır. Frazeoloji birləşmə mürəkkəb feldirsə, sadə cümlə üzvü

olmalıdır.

Səhifə 87-də cümlə üzvünün əlavəsinin tərifi fərqli bir rənglə verilməmişdir.

Ümumiyyətlə, dərslikdə xüsusi, daha vacib qeydlərin fərqləndirilməsi məsləhətdir. Söz

birləşmələrinin asılı tərəflərinin və xitabların əlavəsi haqqında dərslikdə məlumat

verilməmişdir. Buna baxmayaraq, bu mövzu ilə bağlı ilk çalışmanın (212) birinci

cümləsi feli bağlamanın asılı tərəfinə aiddir. Digər tərədən əlavələrdə durğu

işarələrindən danışılmamışdır. “Cümlə üzvlərinin əlavəsi” bölməsində söz

birləşmələrinin asılı tərəfinin də əlavəsindən bəhs edilsə idi, yaxşı olardı.

5

Page 7: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Səhifə 87-88-də “Həmcins üzvlü cümlələr”, “Bədii xitablar”, “Xitabların

münasibət bildirməsi”, “Əlavə cümlə və əlavə söz” bəhslərinə yer ayırmaq artıqdır.

Səhifə 91-də çalışma 215-də şərtə əlavə edilməlidir: “Cümlələrdə təyinləri seçin”.

Çünki birinci və sonuncu cümlədə təyin yoxdur.

Yenə həmin səhifədə cümlədə tamamlığın yerindən danışılarkən qeyd olunub: “O

həmişə aid olduğu cümlə üzvünün – xəbərin yanında olur”. Bu cümlədə “O” şəxs

əvəzliyi mübtəda rolunda çıxış etdiyi üçün ondan sonra zərf gəldiyinə görə vergüldən

istifadə olunmalıdır.

Yenə həmin səhifədə qeyri-müəyyən vasitəsiz tamamlığa aid nümunələrdən birində

– “insaf deyil ki, on illərlə elm oxuyub mühəndislik sənətini tamamlamış bir adamı

göndərəsən yer qazsın və ya yük daşısın” cümləsində “elm”, “yer”, “yük” sözləri

qeyri-müəyyən vasitəsiz tamamlıq kimi verilmişdir. “Yer”, “yük” sözləri qeyri-

müəyyən vasitəsiz tamamlıq olsa da, “elm” sözü feli sifət tərkibinə daxil olduğu üçün

onu ayrıca tamamlıq götürmək olmaz.

Səhifə 94-də söz sırasının pozulması daha çox şeirlərdə baş verir. Lakin buna bircə

cümlə ilə toxunulur və nümunələr göstərilməyib.

Səhifə 98-də “Həmcins üzvlərdə şəkilçilərin və köməkçi vasitələrin ixtisarı”

mövzusuna aid çalışma verilməməsi dərsin praktiki baxımdan öyrədilməsinə çətinlik

yaradır. Məlumdur ki, bu mövzu nitq mədəniyyəti ilə də sıx bağlıdır.

Səhifə 99-da həmcins üzvlərdə ümumiləşdirici sözlərdən danışılarkən burada

durğu işarələrinə toxunulmamışdır. “Yəni”, “məsələn”, “bir sözlə” tipli sözlərin

işlənmə yeri və onlarda durğu işarələri öyrədilməmişdir. Bu mövzu və orada işlənən

durğu işarələri gündəlik yazı qaydaları ilə sıx bağlı olan praktiki bir dərsdir. Lakin bu

cür praktiki mövzu ilə bağlı cəmi iki çalışma verilmişdir. Onlardan birində (226) cəmi

bir söz birləşməsinin (“onların hamısı”) ümumiləşdirici söz kimi işlədilməsi tələb

olunmuşdur. İkinci çalışmada da (227) kiçik bir tapşırıq verilmişdir. Ümumiləşdirici

sözlərə verilən tərif də tam deyil.

Səhifə 100-də “Həmcins üzvlü cümlələr”də verilən məlumatlar “Cümlənin

həmcins üzvləri” (səh. 96) bölməsinin sanki təkrarıdır.

Səhifə 105-də “Xitabların münasibət bildirməsi” mövzusunun ixtisar edilməsi

məqsədəuyğundur.

6

Page 8: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Səhifə 106-da “Xitabın ifadə vasitələri” təkrar verilmişdir. Bunun haqqında artıq

səh. 101-də ilkin və lazımi məlumat verilmişdir.

Səhifə 107-də ara sözlərin hansı prinsiplə söz, söz birləşməsi və cümlə şəklinə

bölünməsi izah edilməmişdir. Bu barədə nümunə kimi verilən misallar da azlıq təşkil

edir (hər bölməyə cəmi bir misal). Qarşıya çıxacaq bu yöndə tapşırıqları şagirdin hansı

prinsiplə həll edə bilməsi çətinləşir. Əgər cümlə şəklində ara sözlər xəbərlik yarada

bilməsinə görədirsə, onda niyə “görünür” sözü cümlə şəklində olan ara söz sayılır,

“deyəsən” sözü sayılmır. Axı “deyəsən” sözü də xəbər yerində işlənə bilir.

Ümumiyyətlə, bu mövzu əsaslandırılmamış, elmi əsaslara söykənməyən bir mövzudur.

Gələcək nəşrlərdən çıxarılması məsləhətdir.

Səhifə 108-də “Ara sözlərin ifadə vasitələri” mövzusu dəqiq deyil, elmi cəhətdən

mübahisəlidir.

Səhifə 110-da ara sözlərlə bağlı verilən qrafik çox çaşdırıcıdır. Bundan əlavə,

istifadədə olan digər dərslikdə ara sözlərin mənaca beş növü verilsə də, burada üç növü

verilib.

Səhifə 117-də sadə cümlənin şəxsə növləri dərsliklərdə müxtəlif cür göstərilmişdir.

Bu dərslikdə aşağıdakı kimi verilmişdir:

1. Şəxsli cümlələr (onun da bir neçə növü var)

2. Şəxssiz cümlələr - cümlələr deyilsə də, onun yalnız bir növü var. Şəxssiz cümlə

deyilsə, daha yaxşı olardı.

Bu bölmədə, ümumiyyətlə, qaydalarla onların izahını verən nümunələr

fərqləndirilməmişdir.

Burada “Əlavə cümlə və əlavə söz” bəhsi artıqdır.

Həmin səhifədə şəxsə görə cümlə növlərinin bölgüsü tədris proqramına uyğun

deyil.

Səhifə 123-də deyilir: “Mübtədası olmayan müəyyən şəxsli cümlənin də xəbəri

üçüncü şəxsin cəmindəki fellə ifadə olunan tipi var”. Buna örnək kimi iki cümlə

verilmişdir:

1. Birinci yeri tutanlara mükafat verdilər.

2. Heç bir şərt qoymadan səhər saat 9-da işə başladılar.

7

Page 9: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Bu cümlələrin birincisi qeyri-müəyyən şəxsli, ikincisi isə müəyyən şəxsli cümlə

sayılır. Lakin bunlara verilən izahlar aydın deyil, çaşdırıcıdır. Əslində, bu cümlələrin hər

ikisi qeyri-müəyyən şəxsli cümlədir. Çünki hər iki halda mübtədanı bir qrup şəxs kimi

düşünmək olar.

Səhifə 124-də ümumi şəxsli cümlələrin xəbərlərinin birinci şəxs təki və cəmində,

ikinci şəxsin təkində, üçüncü şəxsin təkində və cəmində olduğu göstərilmişdir. Amma

digər dərslikdə bu tip cümlələrin xəbərlərinin ancaq ikinci şəxs tək və üçüncü şəxs

cəmdə olduğu bildirilmişdir. Digər bir tərəfdən bu bölmədə qaydaların həcmi çalışma və nümunələrə nisbətən xeyli çoxdur.

Səhifə 129-da verilən izahatda adlıq cümlənin hansı bölgüdə yer aldığı

göstərilməmişdir. İzahatda bu cümlələrin müxtəlif qrammatik mənalarda olması

haqqındakı məlumat artıqdır.

Səhifə 131-də söz cümlələrin yalnız ədatlarla ifadə olunan forması verilmişdir.

Modal sözlər və nidalarla ifadə vasitələrinə toxunulmamışdır. Bunlar gündəlik

nitqimizdə xüsusi yer tutduğu üçün toxunulsaydı, daha yaxşı olardı.

Səhifə 131-də adlıq cümlələrin qrammatik məna növləri haqqında məlumat

artıqdır.

Səhifə 135-də dərslik “Müxtəsər və geniş cümlələr”lə qurtarır. Bundan sonra

təkrar məqsədi ilə hər hansı ümumiləşdirici test və tapşırıqların verilməsi yaxşı olar.

2. Dizayn və bədii tərtibat baxımından

Səhifə 5-də tapşırıq 1-in şərt hissəsi Səməd Vurğundan verilmiş mətndən seçilmir,

yəni tapşırığın şərti olan birinci abzas, əslində, bir az kiçik ölçülü qara şriftlə verilsə idi

ki, daha yaxşı olardı. Eyni hal tapşırıq 2-də müşahidə olunur.

Səhifə 6-da çalışma 3-ün şərt hissəsi verilmiş bədii nümunələrdən seçilmir.

Çalışma 4 və 5-də “sürü, ilxı, naxır” sözləri cümlədəki digər sözlərdən fərqləndirilsə

idi, yəni bu sözlər ya dırnaq arasında, ya kursivlə yazılsa, ya da onların altından xətt

çəkilsə idi daha məqsədəuyğun olardı. Deyilənlər çalışma 6-dakı “dəniz, göl, çay, dağ,

dərə, bağ, yol” sözlərinə də aiddir.

8

Page 10: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Səhifə 7-də çalışma 7-də “Nizami, Nəsimi, Xətayi, Füzuli, Vaqif” sözləri

fərqləndirilsə idi, daha yaxşı olardı. Çalışma 8-in şərt hissəsi verilmiş mətndən seçilmir.

Çalışma 9-da “vətən, xalq, ölkə, azadlıq” sözlərinin fərqləndirilməsi, çalışma 10-da

verilmiş dörd söz birləşməsinin cümlədə fərqləndirilməsi, onların arasındakı nöqtələrin

götürülməsi məsləhətdir. Eyni irad çalışma 11-dəki cümlələrə də aiddir. Çalışma 12-nin

də şərt hissəsi bədii nümunələrdən fərqlənmir.

Səhifə 8-də çalışma 13-də “kitab, dəftər, yol, ütü” sözləri, çalışma 14-də söz

birləşmələri, çalışma 15-də nümunə üçün verilmiş isimlər, çalışma 16-da sifətlər,

çalışma 17-də fellər fərqləndirilməmişdir.

Səhifə 9-da çalışma 20, 21, 22, 23 və 24-də nümunə üçün verilmiş bütün sözlər

cümlədə fərqləndirilsə, çalışma 25, 26 və 29-da şərt hissəsi nümunələrdən fərqli şriftlə

verilsə, daha yaxşı olar.

Səhifə 11-də çalışma 34-ün şərt hissəsi fərqləndirilsə, verilən cümlələr nömrələnsə

idi, çalışma bütöv mətnə bənzəməzdi. Çalışma 35, 36 və 37-də sadalanan fellər

fərqləndirilməmişdir. Sözlərin və cümlələrin fərqləndirilməsi ilə bağlı deyilən iradlar 38,

39, 40, 41, 42, 43, 44, 45, 46 və 47-ci çalışmalara da aiddir.

Səhifə 15-də çalışma 50-nin şərt hissəsi mətndən seçilmir. Çalışma 51, 52, 53, 54-

də verilən sözlər, 55-də isə şərt hissəsi fərqləndirilməmişdir.

Səhifə 17-də yuxarıdakı göy fonun 1-ci və 2-ci abzaslarında verilən misallar

fərqləndirilməmişdir. Üçüncü abzasda “şüşə” sözü kursivlə verilsə də, sonra gələn

“pəncərə şüşəsi” söz birləşməsi, daha sonra isə “ağac” sözü və “alma ağacı”

birləşməsi fərqləndirilməmişdir. Çalışma 59 və 60-da da verilən sözlər və söz

birləşmələri də fərqləndirilməmişdir.

Səhifə 18-də yuxarıdakı mavi fonda verilmiş “Fərqli cəhətləri” bölümünün a) və

c) bəndlərində gətirilən misallar nəzəri hissədən seçilmir. Çalışma 62-də şərt hissəsi

fərqləndirilməmişdir.

Səhifə 19-da çalışma 64 və 65-də şərt hissəsi fərqləndirilməmişdir.

Səhifə 20-də çalışma 66-da şərt fərqləndirilməmiş, sondakı nümunə isə sanki şeirin

ikinci bəndinə “yapışıb”.

Səhifə 21-də çalışma 69-un şərt hissəsi fərqləndirilməmişdir.

9

Page 11: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Səhifə 22-də yuxarıdakı abzas mavi fonda verilməli, buradakı misallar isə kursivlə

göstərilməlidir. Çalışma 70 və 71-in şərt hissəsi fərqləndirilməmişdir.

Səhifə 23-də çalışma 73-ün şərt hissəsi fərqləndirilməmişdir.

Səhifə 24-də çalışma 75-in şərt hissəsi fərqləndirilməmişdir. Çalışma 76-nın mavi

fonda verilməsinə ehtiyac yoxdur.

Səhifə 25-də çalışma 77, 78, 79 və 80-də sözlər və söz birləşməsi, çalışma 81-də

isə şərt hissəsi fərqləndirilməmişdir.

Tapşırıqlarda ayrı-ayrı sözlərin, birləşmələrin, şərtlərin fərqləndirilməsi ilə bağlı

göstərilənlərə bənzər iradlar bütün dərslik boyu davam edir.

Səhifə 27-də çalışma 82-nin mavi fonda verilməsi anlaşılmır. Burada Əcəmi ilə

bağlı cümlələr Nəbi Xəzridən gətirilmiş sitatdan ayrılmayıb.

Səhifə 28-də mavi fondakı ilk abzasın sonunda “sözü” və “təyin” sözləri kursivlə

deyil, adi şriftlə verilməlidir.

Səhifə 33-də çalışma 96 mavi fonda verilmişdir.

Səhifə 38-də aşağıdakı mavi fonda ilk cümlədən sonra iki nöqtə (:)qoyulmalıdır.

Səhifə 43-də yuxarıdan ilk abzas mavi fonda verilməlidir. Nümunələrin bəzisi

kursivlə, bəzisi adi şriftlə yazılmışdır. Çalışma 123-də mətnin adı yuxarıdan

verilməlidir.

Səhifə 44-də ortadakı fonda verilmiş misalın ilk cümləsi kursivlə, qalanı adi şriftlə

yazılmışdır.

Səhifə 45-də aşağıdakı nəzəri parçanın ilk cümləsi mavi fondan qıraqda qalıb.

Səhifə 46-da çalışma 128 və 129 səhvən mavi fonda verilmişdir.

Səhifə 58-də mətnin axırdan əvvəlki cümləsində “uralı” sözü “kralı” kimi

yazılmalıdır.

Dərslikdə demək olar ki, illüstrasiyalar yoxdur. Səməd Vurğunun, Məmmədağa

Şirəliyevin, Muxtar Hüseynzadənin, Nəsrəddin Tusinin, Əcəmi Naxçıvaninin xırda

ölçülü portret şəkilləri verilmişdir. Bunlar mətnlə, ya da mövzuyla bağlı olsa da, çox

keyfiyyətli deyil.

10

Page 12: Respublikanın ümumtəhsil məktəblərinin 8derslik.edu.az/monitoring/level8/PDF/Azerbaycan_dili_8_variativ2.pdf · zamanını bildirən “səhər...” tipli sözlər isim deyil,

Nəticə

1. Dərsliyin başlıqları əsasən bir-birini tamamlayır; ardıcıl, sistemli düzülmüşdür,

məntiqlidir. Nəzəri materiallar müəyyən qədər qənaətbəxşdir, əsasən tədris proqramına

uyğun gəlir. 2. Dərslikdə 281 çalışma verilmişdir. Çalışmalar ardıcıl sıra nömrəsi ilə təqdim

olunmuşdur. Lakin çalışmalarda fənlərarası əlaqələr müşahidə edilmir, çalışmalar bəzən

qarışıq verilir, əksəriyyəti həcmcə çox böyükdür. 3. Dərslikdə həddən artıq çox tapşırıq və qayda verilmişdir. Bunlar həm şagirdin,

həm də müəllimin vaxtının çox hissəsini alır, yorucu görünür. Tapşırıqların əksəriyyəti

çox bəsitdir. 4. Bölmələrin sonunda yoxlama və ya test, yaxud da ümumiləşdirici, tematik testlər

verilməmişdir. 5. Dərsliyin redaktəyə ciddi ehtiyacı var. 6. Rənglər pərakəndə, qeyri-dəqiqdir. 7. Misal və nümunələrin kursivlə verilməsi məqsədəuyğundur.

11