12
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 237 (29209) 25 oktyabr 2019-cu il, cümə Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşü olub Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident İlham Əliyev Prezident Həsən Ruhanini qarşıladı. Dövlət başçıları birgə foto çəkdirdilər. Sonra Azərbaycan və İran prezidentlərinin görüşü oldu. Prezident İlham ƏLİYEV dedi: – Hörmətli cənab Prezident, əziz dostum. Azərbaycana xoş gəlmisiniz. Mən çox şadam ki, qardaş ölkə Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunur. Sabah bu önəmli təsisata Azərbaycan sədrlik edəcək. Çalışacağıq ki, üç il ərzində üzv dövlətlərin maraqlarını müxtəlif beynəlxalq tədbirlərdə layiqincə müdafiə edək. Əlbəttə, Sizin səfəriniz yaxşı fürsətdir ki, ikitərəfli gündəliyi müzakirə edək və gələcək birgə fəaliyyət üçün tədbirlər görək. Bizim əlaqələrimiz qədim tarixə, ortaq mədəniyyətə əsaslanır. Bu gün bu əlaqələr ən yüksək səviyyədədir. Biz son bir neçə il ərzində Sizinlə on dəfədən çox görüşmüşük. Hər bir görüşün böyük əhəmiyyəti var və hər bir görüşdən sonra verilən tapşırıqlar icra olunur. Hesab edirəm ki, iki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir. Təbii ki, bu möhkəm əlaqələr bütün sahələrə müsbət təsir göstərib. Keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45 faiz artıb. Şadam ki, bizim birgə icra etdiyimiz Şimal- Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük da- şınıb. Bu ilin doqquz ayında, mənə verilən məlumata görə, yükdaşımalar 70 faiz artıb. Sizinlə danışdığımız kimi ha- zırda, eyni zamanda, Cənub- Qərb nəqliyyat dəhlizi fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyulub. İran texnologiyaları əsasında avtomobil zavo- du fəaliyyət göstərir. Biz bu zavodun açılışını birgə qeyd etmişdik. Avtobus istehsalı za- vodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır. Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Eyni zamanda, keçən ilin avqus- tunda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi həm beştərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Mədəniyyət sahəsində ənənəvi əməkdaşlıq çox müsbətdir. Yəni, elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq nəticədə özünü göstərir. Nəticələr də göz qaba- ğındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz. * * * İran Prezidenti Həsən RUHANİ dedi: – Cənab Prezident, bu gün burada Azərbaycan dövlətinin və Azərbaycan xalqının qonağı olmağımız- dan çox sevinirik. Sizi təbrik etmək istəyirəm, Qoşulmama Hərəkatına sədrlik sizə həvalə olunur. Çox sevinirik ki, Sizin ölkənizdə bu Zirvə görüşünün keçirilməsi üçün çox yüksək təşkilati işlər aparılıb. Mən çox şadam ki, hər dəfə Sizinlə görüşdükdə iki ölkə arasındakı əlaqələrdə müsbət bir halın, müsbət bir dəyişikliyin şahidi oluruq. Sizin də qeyd etdiyiniz kimi, müxtəlif sahələrdə, o cümlədən iqti- sadi, mədəni, elmi və digər sahələrdə bizim əlaqələrimiz çox müsbət irəliləmişdir. İki ölkənin əlaqələrinin genişləndirilməsi üçün çox yaxşı iqtisadi əməkdaşlıq vardır və bu, hər iki ölkəni sevindirir. Düşünürəm, Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahı- nın qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindi- ricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaq- dır. Ümid edirəm, bugünkü görüşümüzdə də hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağıq. Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. AZƏRTAC Prezident İlham Əliyev akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib. Akif Əlizadəni salamlayan Prezident İlham Əliyev dedi: – Hörmətli Akif müəllim, dünən siz öz ərizənizlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getmisiniz. Mən bu gün sizi dəvət etdim ki, apardığınız işlərə görə sizə təşəkkürümü bildirəm. Akif Əlizadə: Xoş gördük, cənab Prezident. Sağ olun. Prezident İlham Əliyev: Siz uzun illərdir ki, Azərbaycan elminin inkişa- fında çox önəmli rol oynayırsınız, həm sovet dönəmində, həm müstəqillik dövründə. Siz böyük alimsiniz, böyük təşkilatçısınız. Azərbaycanda elmi kadrların hazırlanmasında da çox böyük işlər görmüsünüz. Sizin gördüyünüz işlər Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Siz həm so- vet dönəmində, həm də müstəqillik dövründə müxtəlif təltiflərə layiq görül- müsünüz. Akif Əlizadə: Təşəkkür edirəm. Prezident İlham Əliyev: Bu gün də Siz Azərbaycan elminin inkişafı üçün öz dəyərli töhfənizi verirsiniz. Biz Azərbaycan elminin inkişafı ilə bağlı sizinlə bir çox söhbətlər etmişik və mənim Azərbaycan elminin inkişafına münasibətimi bilirsiniz. Elmin maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər çox böyük işlər görülüb - institutların təmiri, müasir avadanlığın alınması. Hesab edirəm ki, bizim elmimizə ən gözəl hədiyyə müasir elmi kitabxanadır. Onun təməlini də mən qoymuşam, açılışında da iştirak etmişəm. Azərbaycan Milli Ensiklope- diyasının hazırlanması işi də, bilirsiniz ki, mənim təşəbbüsümlə baş verir və ensiklopediya üçün çox gözəl müasir binanı da biz təqdim etdik. Siz mənim tərəfimdən böyük dövlət mükafatları ilə, ordenlərlə təltif edilmisi- niz və buna layiqsiniz. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunmusu- nuz. Bu gün isə mən gördüyünüz işlərə görə sizi Azərbaycanın yüksək ordeni olan 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edirəm. Akif Əlizadə: Cənab Prezident, Sizə təşəkkür edirəm. Prezident İlham Əliyev 1-ci dərəcəli “Əmək” ordenini Akif Əlizadəyə təqdim etdi. Prezident İlham Əliyev: Təbrik edirəm. Akif Əlizadə: Sağ olun. Təşəkkür edirəm. Prezident İlham Əliyev: Sağ olun. Akif Əlizadə: Cənab Prezident, əlbəttə, hər şeydən əvvəl mən Sizə böyük etimada görə təşəkkür edirəm. Bilirsiniz, 60 ildən artıqdır ki, mən akademiyada çalışıram. Ulu öndər ötən əsrin yetmişinci illərində məni yanına dəvət etdi, söhbət etdik. Orada xeyli söhbətimiz oldu. Siz Azərbaycan üçün çox böyük işlər görmüsünüz, cənab Prezident. Mən çalışdım var qüvvəmlə, varlığım- la dövlətimizə, elmimizə, Sizə xidmət edim, edirəm də, edəcəyəm də son nəfəsimə qədər. Akademiyada, əlbəttə, Sizin dəstəyinizlə dirçəliş var. Siz böyük dəstək verdiniz, cənab Prezident. 2005-2006-cı illərdən sonra böyük, dinamik hərəkət başlandı, onun zirvəsi də o yeni kitab- xana oldu. Ondan MDB-də yoxdur. O binalar akademiyaya böyük hədiyyə idi. Prezident İlham Əliyev: O vaxt akademiyanın bəzi binaları başqa qurumlar tərəfindən zəbt edilmişdi. Mən onlardan alıb sizə qaytardım. Akif Əlizadə: Bəli, qaytardınız. Onlar Akademiyanın bəzi institutlarını da zəbt edirdilər, özəlləşdirirdilər. Prezident İlham Əliyev: Zəbt edirdilər, özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin mərkəzində idi. Orada binalar tikmək istəyirdilər. (ardı 2-ci səhifədə)

Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 237 (29209) 25 oktyabr 2019-cu il, cümə

Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Həsən Ruhaninin görüşü olub

� Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

Prezident İlham Əliyev Prezident Həsən Ruhanini qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Azərbaycan və İran prezidentlərinin görüşü oldu.

Prezident İlham ƏLİYEV dedi:

– Hörmətli cənab Prezident, əziz dostum. Azərbaycana xoş gəlmisiniz.

Mən çox şadam ki, qardaş ölkə Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunur. Sabah bu önəmli təsisata Azərbaycan sədrlik edəcək. Çalışacağıq ki, üç il ərzində üzv dövlətlərin maraqlarını müxtəlif beynəlxalq tədbirlərdə layiqincə müdafiə edək. Əlbəttə, Sizin səfəriniz yaxşı fürsətdir ki, ikitərəfli gündəliyi müzakirə edək və gələcək birgə fəaliyyət üçün tədbirlər görək.

Bizim əlaqələrimiz qədim tarixə, ortaq mədəniyyətə əsaslanır. Bu gün bu əlaqələr ən yüksək səviyyədədir. Biz son bir neçə il ərzində Sizinlə on dəfədən çox görüşmüşük. Hər bir görüşün böyük əhəmiyyəti var və hər bir görüşdən sonra verilən tapşırıqlar icra olunur. Hesab edirəm ki, iki dövlət arasındakı əlaqələr hazırda ən yüksək zirvədədir.

Təbii ki, bu möhkəm əlaqələr bütün sahələrə müsbət təsir göstərib. Keçən il ticarət dövriyyəmiz 70 faizdən çox artmışdır. Hesab edirəm ki, bu, rekord göstəricidir. Bu ilin doqquz ayında isə yenə də 45 faiz artıb. Şadam ki, bizim birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi uğurla fəaliyyət göstərir. Keçən il bu dəhlizlə 8 dəfədən çox yük da-şınıb. Bu ilin doqquz ayında, mənə verilən məlumata görə, yükdaşımalar 70 faiz artıb. Sizinlə danışdığımız kimi ha-zırda, eyni zamanda, Cənub-Qərb nəqliyyat dəhlizi fəaliyyət göstərir. Qarşılıqlı sərmayə qoyulub. İran texnologiyaları əsasında avtomobil zavo-du fəaliyyət göstərir. Biz bu zavodun açılışını birgə qeyd etmişdik. Avtobus istehsalı za-vodunun tikintisi ilə əlaqədar indi layihələndirmə işləri aparılır. Neft-qaz sahəsində yaxşı əməkdaşlıq edirik. Eyni zamanda, keçən ilin avqus-tunda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi

həm beştərəfli, həm də ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Mədəniyyət sahəsində ənənəvi əməkdaşlıq çox müsbətdir.

Yəni, elə bir sahə yoxdur ki, biz əməkdaşlıq etməyək və bu əməkdaşlıq nəticədə özünü göstərir. Nəticələr də göz qaba-ğındadır. Əminəm ki, bugünkü görüş də bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz.

* * *İran Prezidenti Həsən

RUHANİ dedi:– Cənab Prezident, bu

gün burada Azərbaycan dövlətinin və Azərbaycan xalqının qonağı olmağımız-dan çox sevinirik. Sizi təbrik etmək istəyirəm, Qoşulmama Hərəkatına sədrlik sizə həvalə olunur. Çox sevinirik ki, Sizin ölkənizdə bu Zirvə görüşünün keçirilməsi üçün çox yüksək təşkilati işlər aparılıb.

Mən çox şadam ki, hər dəfə Sizinlə görüşdükdə iki ölkə arasındakı əlaqələrdə müsbət bir halın, müsbət bir

dəyişikliyin şahidi oluruq. Sizin də qeyd etdiyiniz kimi, müxtəlif sahələrdə, o cümlədən iqti-sadi, mədəni, elmi və digər sahələrdə bizim əlaqələrimiz çox müsbət irəliləmişdir. İki ölkənin əlaqələrinin genişləndirilməsi üçün çox yaxşı iqtisadi əməkdaşlıq vardır və bu, hər iki ölkəni sevindirir. Düşünürəm, Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahı-nın qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindi-ricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaq-dır. Ümid edirəm, bugünkü görüşümüzdə də hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağıq.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm.

AZƏRTAC

Prezident İlham Əliyev akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci

dərəcəli “Əmək” ordenini təqdim edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

Akif Əlizadəni salamlayan Prezident İlham Əliyev dedi:

– Hörmətli Akif müəllim, dünən siz öz ərizənizlə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən getmisiniz. Mən bu gün sizi dəvət etdim ki, apardığınız işlərə görə sizə təşəkkürümü bildirəm.

Akif Əlizadə: Xoş gördük, cənab Prezident. Sağ olun.

Prezident İlham Əliyev: Siz uzun illərdir ki, Azərbaycan elminin inkişa-fında çox önəmli rol oynayırsınız, həm sovet dönəmində, həm müstəqillik dövründə. Siz böyük alimsiniz, böyük təşkilatçısınız. Azərbaycanda elmi kadrların hazırlanmasında da çox böyük işlər görmüsünüz. Sizin gördüyünüz işlər Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Siz həm so-vet dönəmində, həm də müstəqillik dövründə müxtəlif təltiflərə layiq görül-müsünüz.

Akif Əlizadə: Təşəkkür edirəm. Prezident İlham Əliyev: Bu gün

də Siz Azərbaycan elminin inkişafı üçün öz dəyərli töhfənizi verirsiniz. Biz Azərbaycan elminin inkişafı ilə bağlı sizinlə bir çox söhbətlər etmişik və mənim Azərbaycan elminin inkişafına

münasibətimi bilirsiniz. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər çox böyük işlər görülüb - institutların təmiri, müasir avadanlığın alınması. Hesab edirəm ki, bizim elmimizə ən gözəl hədiyyə müasir elmi kitabxanadır. Onun təməlini də mən qoymuşam, açılışında da iştirak etmişəm. Azərbaycan Milli Ensiklope-diyasının hazırlanması işi də, bilirsiniz ki, mənim təşəbbüsümlə baş verir və ensiklopediya üçün çox gözəl müasir binanı da biz təqdim etdik.

Siz mənim tərəfimdən böyük dövlət mükafatları ilə, ordenlərlə təltif edilmisi-niz və buna layiqsiniz. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunmusu-nuz. Bu gün isə mən gördüyünüz işlərə görə sizi Azərbaycanın yüksək ordeni olan 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edirəm.

Akif Əlizadə: Cənab Prezident, Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev 1-ci dərəcəli “Əmək” ordenini Akif Əlizadəyə təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Akif Əlizadə: Sağ olun. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Akif Əlizadə: Cənab Prezident,

əlbəttə, hər şeydən əvvəl mən Sizə böyük etimada görə təşəkkür edirəm. Bilirsiniz, 60 ildən artıqdır ki, mən akademiyada çalışıram. Ulu öndər ötən əsrin yetmişinci illərində məni yanına dəvət etdi, söhbət etdik. Orada xeyli söhbətimiz oldu.

Siz Azərbaycan üçün çox böyük işlər görmüsünüz, cənab Prezident. Mən çalışdım var qüvvəmlə, varlığım-la dövlətimizə, elmimizə, Sizə xidmət edim, edirəm də, edəcəyəm də son nəfəsimə qədər.

Akademiyada, əlbəttə, Sizin dəstəyinizlə dirçəliş var. Siz böyük dəstək verdiniz, cənab Prezident. 2005-2006-cı illərdən sonra böyük, dinamik hərəkət başlandı, onun zirvəsi də o yeni kitab-xana oldu. Ondan MDB-də yoxdur. O binalar akademiyaya böyük hədiyyə idi.

Prezident İlham Əliyev: O vaxt akademiyanın bəzi binaları başqa qurumlar tərəfindən zəbt edilmişdi. Mən onlardan alıb sizə qaytardım.

Akif Əlizadə: Bəli, qaytardınız. Onlar Akademiyanın bəzi institutlarını da zəbt edirdilər, özəlləşdirirdilər.

Prezident İlham Əliyev: Zəbt edirdilər, özəlləşdirirdilər, onları sökmək istəyirdilər. Çünki yerlər şəhərin mərkəzində idi. Orada binalar tikmək istəyirdilər.

(ardı 2-ci səhifədə)

Page 2: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

25 oktyabr 2019-cu il, cümə2Prezident İlham Əliyev Vyetnamın vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinhin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham ƏLİYEV dedi:

– Mən Sizi Azərbaycanda salamlamağa şadam. Ölkəmizə xoş gəlmisiniz.

Mən çox məmnunam ki, dost Vyetnam ölkəsi Qoşulmama Hərəkatı Zirvə Görüşünün işində yüksək səviyyədə iştirak edir. Bu, sizin ölkənizin belə mü-hüm beynəlxalq təşkilatda iştiraka böyük diqqət ye-tirdiyini sübut edir. Bildi-yiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürməsi ilə bağlı qərar bütün üzvlər tərəfindən yekdilliklə qəbul olunub. Bu, üzv ölkələr tərəfindən Azərbaycana

böyük hörmətin, etimadın təzahürüdür. Biz də sədr kimi qarşıdakı üç il ərzində Qoşulmama Hərəkatının bü-tün beynəlxalq məsələlərdə fəal iştirakının davamı üçün əlimizdən gələni edəcəyik. Həmçinin biz üzv ölkələrlə, o cümlədən sizin ölkənizlə ikitərəfli əlaqələri daha çox fəallaşdırmağı plan-laşdırırıq. Mən şadam ki, münasibətlərimiz çox dina-mik, uğurla inkişaf edir və qarşılıqlı hörmətə əsaslanır.

Mən sizin ölkənizə rəsmi səfərimi məmnuniyyətlə xatır-layıram. Mən ölkənizin sürətli inkişafından, mühüm sosial məsələlərin həlli və iqtisa-diyyatın çox dinamik artımın-dan təsirləndim. Həmçinin mənim Azərbaycanın ali təhsil müəssisələrinin Vyetnamda mühüm dövlət və ictimai vəzifələri tutan məzunları ilə ayrıca görü-şüm oldu. Bu görüşdə mən vaxtilə Bakıda təhsil alan dostlarımızı Azərbaycana səfərə dəvət etdim. Onlar mənim dəvətimi qəbul edərək burada çox yaxşı günlər keçirdilər. Bundan bir il sonra – 2015-ci ildə Vyet-nam Prezidenti Azərbaycana rəsmi səfərə gəldi. Yəni, bu, münasibətlərin dinamika-sının müəyyənləşdiyindən

xəbər verir və sizin bugünkü səfəriniz də əlaqələrimizin dostluq xarakterini bir daha təsdiq edir. Əminəm ki, gələcəkdə də bizim dostluq əlaqələrimiz uğurla inki-şaf edərək siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə edəcək. Bir daha xoş gəlmisiniz.

* * *Vyetnamın vitse-

prezidenti xanım Danq Thi Nqok THİNH dedi:

– Hörmətli cənab Prezi-dent.

İlk növbədə, Sizinlə görüşməyimə çox şadam. Çox sağ olun ki, bizim nümayəndə heyətini qəbul etməyə vaxt tapmısınız. Azərbaycanda keçirilən Zirvə görüşü zamanı bi-zim nümayəndə heyətinin səmimi qəbuluna görə təşəkkürümüzü bildirmək istərdim.

Bu, sizin gözəl və çox mü-asir ölkənizə – Azərbaycana mənim ilk səfərimdir. Bu Zirvə görüşünün Azərbaycan tərəfindən təşkilini çox yüksək qiymətləndirirəm və ölkənizin inkişafında qazanılmış böyük uğurlar münasibətilə Sizi təbrik etmək istərdim.

Sizin dediyiniz kimi, Vyetnam da Azərbaycanla

dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Fürsətdən istifadə edib, bizim Baş katibimiz, Vyetnam Prezi-denti Nquyen Fu Çonqun Sizə səmimi salamlarını və Vyetnama rəsmi səfərə dəvətini çatdırmaq istərdim. Vyetnam hökuməti və xalqı ölkənin müdafiəsi və qurucu-luğu işində Azərbaycan xalqı tərəfindən Vyetnam xalqına göstərilmiş böyük köməyi heç vaxt unutmur. Xüsusilə kadrlar hazırlanması işində, o cümlədən Siz dediyiniz kimi, neft mütəxəssislərinin hazırlanması sahəsində Azərbaycan Vyetnama böyük kömək göstərib.

Bu il ikitərəfli münasibətlərdə çox mühüm mərhələdir. Biz 1959-cu ilin iyulunda Prezidentimiz Xo Şi Minin Azərbaycana səfərinin 60 illiyini qeyd edirik. Mənim fikrimcə, bu səfər həmin andan bizim ölkələrimiz arasında münasibətlərin inkişafının təməlini qoyub. Müasir neft sənayesinin inki-şafında Bakı Vyetnam üçün xüsusi nümunədir. Mən Sizin fikrinizlə tamamilə razıyam ki, gələcəkdə bütün sahələrdə münasibətlərimizin inkişafı üçün səy göstərməliyik. Mən,

həmçinin təklif edirəm ki, tərəflər ən yüksək səviyyədə əldə edilmiş bütün razılaş-maların həyata keçirilməsini sürətləndirsinlər, idarələr, nazirliklər arasında, par-tiya və parlament xətti ilə əməkdaşlığı fəallaşdırsınlar. Biz elmi-texniki, iqtisa-di-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komis-siya çərçivəsində də sıx əməkdaşlıq etməliyik ki, iqtisadiyyat və ticarət, investi-siyalar, elm və texnologiyalar sahəsində münasibətlərimiz daha da inkişaf etsin. Yarana biləcək çətinliklərin vaxtında aradan qaldırılması, habelə əməkdaşlığın yeni dövrün tələblərinə uyğun irəliləməsi üçün tərəflər bu komissi-yanın vaxtaşırı iclaslarının

keçirilməsi imkanlarını qoru-yub saxlamalıdırlar.

Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün böyük potensial vardır. Buna görə də biz hesab edirik ki, tərəflər neft kim-yası, neft-qaz sənayesi kimi sahələrdə əlaqələrin, ticarət, kənd təsərrüfatı, turizm sahələrində, huma-nitar sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verməlidirlər. Mən, həmçinin təklif edirəm ki, tərəflər kadr hazırlığı, xüsusən neft mütəxəssisləri və mühəndislər hazırlığı sahəsində səmərəli praktiki əməkdaşlığı bərpa etsinlər.

Fürsətdən istifadə edib, 2019-2021-ci illərdə Vyet-namın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha təşəkkür etmək istəyirik. Təklif edirəm ki, tərəflər beynəlxalq arenada, o cümlədən BMT və Qoşulma-ma Hərəkatı çərçivəsində qarşılıqlı dəstək ənənəsini davam etdirsinlər.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC

Prezident İlham Əliyev Omanın Dövlət Şurası sədrinin başçılıq etdiyi

nümayəndə heyətini qəbul edib � Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munzirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:

– Xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Bilirəm ki, yenicə gəlmisiniz.

Yahya bin Məhfuz Əl-Munziri: Bəli.

Prezident İlham Əliyev: Ümidvaram ki, ölkəmizə səfəriniz çox maraqlı və məhsuldar olacaq.

Yahya bin Məhfuz Əl-Munziri: İcazə verin, fürsətdən istifadə edərək Zati-aliləri Qabusun salamlarını şəxsən Sizə və Azərbaycan xalqına çatdırım.

Prezident İlham Əliyev:

Təşəkkür edirəm. Mənim də salamlarımı və ən xoş arzularımı Zati-alilərinə və xalqına çatdırın. Əminəm ki, Bakıya səfəriniz ərzində şəhərimizlə tanış olacaqsı-nız, Azərbaycanın inkişafını görəcəksiniz və həmçinin Zirvə görüşündə iştirak edəcəksiniz. Omanın Zirvə görüşündə çox yüksək səviyyədə təmsil olunduğuna görə ölkənizə çox minnətdarıq. Bu, sizin bu qurumda üzvlüyə verdiyi-niz əhəmiyyəti göstərir, eyni zamanda, biz bunu bizə olan dostluğun göstəricisi hesab edirik. Çünki ev sahibliyi edən ölkə olaraq biz bu mühüm beynəlxalq tədbiri təşkil etmişik və üç il ərzində bu quruma sədrlik edəcəyik. Sözsüz ki, biz Qoşulmama Hərəkatı

çərçivəsində, eləcə də ikitərəfli formatda birlikdə işləyəcəyik.

Sizin səfəriniz həm də ikitərəfli əməkdaşlığımızın bəzi məsələlərini müzakirə etmək üçün yaxşı imkandır. Siyasi əlaqələrin səviyyəsi, siyasi dialoq və beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə nümayiş etdirdiyi-miz həmrəylik bizi çox qane edir. Biz, həmçinin iqtisadi əlaqələrimizi genişləndirmək istəyirik, bugünkü əlaqələr orta səviyyədədir. Lakin düşünürəm ki, birgə səylərlə biz yaxşı irəliləyişə nail ola bilərik, çünki bizim bir-birimizə təklif edəcəyimiz çox şey var. Bununla biz ticari əlaqələrimizi genişləndirə bilərik. Biz bir çox əməkdaşlıq sahələrini tapa

bilərik və mən çox şadam ki, indi Sizin ölkənin vətəndaşları Azərbaycana daha müntəzəm səfər edirlər.

Yahya bin Məhfuz Əl-Munziri: Bura onlar və ailələri üçün səfər etmək baxımından yaxşı yerdir.

Prezident İlham Əliyev: Bəli, tamamilə doğrudur. Həmçinin sərbəst viza rejimi onlara istədikləri vaxt ölkəmizə gəlmək imkanı verir. Mən sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzu edirəm.

Yahya bin Məhfuz Əl-Munziri: Zati-aliləri, mən keçən il burada olmuşdum. Həmçinin parlamentinizin 100 illik ildönümünü qeyd etmək üçün tədbirlərə qatılmaq məqsədilə gəldiyim zaman Sizinlə görüşmək mənim üçün

şərəf idi. Biz Azərbaycanda, Bakıda çox gözəl vaxt keçir-dik. Bu səfər çərçivəsində biz Sizin rəhbərliyinizlə üç il müddətində Qoşulmama Hərəkatının uğur qazanması üçün bütün səyləri artıracağıq. Omanda infrastrukturumuza sərmayə yatırmaq üçün çox böyük imkanlar var, xüsusilə mən Dokon və digər layihələri nəzərdə tuturam. Ümid edirik ki, bu sahədə ölkələrimiz arasında müəyyən ikitərəfli razılaşmalar olacaq.

Zati-aliləri, Sizinlə görüşmək üçün mənə vaxt ayırdığınıza görə çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

AZƏRTAC

Prezident İlham Əliyev akademik Akif Əlizadəni qəbul edib və ona 1-ci

dərəcəli “Əmək” ordenini təqdim edib(əvvəli 1-ci səhifədə)

Akif Əlizadə: Bəli, tamamilə düzdür. Mən Sizə müraciət etdim, Siz onların hamısını dərhal Akademiyaya qaytardınız. Sizə o böyük texnopark məsələsinə görə də təşəkkür edirəm. O, Akademiyanın gələcəyidir. İndi bizim orada hərbi təyinatlı işlərimiz var. Müdafiə Nazirliyi ilə bizim müqaviləmiz var. Sonra Sərhəd Qoşunları, Kənd Təsərrüfatı Nazirliyi ilə bizim çox gözəl işlərimiz var.

Prezident İlham Əliyev: Əlbəttə, bizim elmimiz gərək ümumi inkişafımıza təkan versin. Fundamental elmin inkişafı, əlbəttə, prioritetdir. Humanitar elmlərin inkişafı çox böyük əhəmiyyət kəsb edir, xüsusilə tarix elmləri. Çünki bizim bədnam qonşularımız tarixi saxtalaşdırmaqla məşğuldurlar.

Akif Əlizadə: Elədir. Prezident İlham Əliyev: Əlbəttə,

tətbiqi elmlərin inkişafına da böyük təkan verilməlidir. Kənd təsərrüfatında yeni texnologiyalar məhsuldarlığı bir neçə dəfə artırır. Biz gərək onları təhlil edək. Eyni za-manda, baxmalıyıq ki, bu texnologiyaların zərərli tərəfləri ola bilər. Yəni, biz özümüzü qorumalıyıq. Ona görə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb ki, Azərbaycan vətəndaşlarına təqdim edilən ərzaq məhsulları bütün yüksək keyfiyyətlərə malik olsun. Eyni zamanda, Sizin də uzun illər məşğul olduğunuz geologiya elmində nə qədər böyük irəliləyiş var. Baxın, biz indi hansı dərinlikdə quyular qazırıq? Biz nefti və qazı hansı dərinlikdən çıxarırıq? Siz yaxşı bilirsiniz ki, sovet vaxtında suyun təqribən 150 metr dərinliyindən aşağı gedə bilmirdik.

Akif Əlizadə: Bəli, 200 metrdən.

Prezident İlham Əliyev: Bu, əslində bizə imkan verdi ki, bu yataqları müstəqillik dövrü üçün saxlayaq. Əgər o vaxt o texnologiya olsaydı, “Azəri-Çıraq”dan, “Günəşli”dən bütün neft çıxarılacaqdı, “Şahdəniz”dən qaz çıxarılacaqdı. İndi orada dərinlik 400 metrdir. İndi başqa yeni kəşfiyyat layihələrində 700 metrə çatır. Biz Heydər Əliyev qazma qurğusunu tikdik, o, suyun dərinliyi min metr olan sahələrdə quyular qaza bilir. Ondan sonra layların dərinliyi 7 min metrə qədər gedir. Sovet vaxtında bu, yox idi. Mən həmişə deyirəm ki, o vaxt bu cür texnologiyanın olmaması bizi xilas etdi. Olsaydı, bütün ehtiyatları çıxaracaqdılar. Necə ki, quruda neftimizin hamısını çıxarıb apardılar. Azərbaycandan bir milyard tondan çox neft çıxarıldı. Sovet İttifaqı dağılanda biz nə gördük, dağılmış infrastruktur, neftlə çirklənmiş gölməçələr, Bibiheybət, Balaxanı, ekoloji fəlakət qoyub getdilər.

İndi biz bunları təmizləyirik, nə qədər əziyyət çəkilir, nə qədər vəsait ayırırıq.

Akif Əlizadə: Çox böyük. Prezident İlham Əliyev:

Xoşbəxtlikdən o vaxt bu texnologiyalar yox idi. Bu gün var. Onu da deməliyəm ki, bu gün bizim geoloqlarımız qədər Azərbaycanın təbii sərvətlərini, yerin təkində mövcud olan ehtiyatları, dəniz altındakı yataqları bilən yoxdur.

Akif Əlizadə: Bəli, yoxdur.Prezident İlham Əliyev: Mən sizə öz

təcrübəmdən deyim, bilirsiniz ki, imza-lanmış kontraktların bir hissəsinə xitam verildi. Çünki orada ehtiyatlar tapılmadı. Elə yataqlar var idi ki, xarici şirkət oraya gəlib quyu qazıb, boşa çıxdığına görə tərk edib gedirdi. Bizim geoloqlarımız deyirdilər ki, səhv yerdə qazırsınız, burada qazın.

Ondan sonra digər şirkət gəlib bizim ge-oloqlarımızın dediyi yerdə quyu qazıb və yataq aşkar edib. “Abşeron” yatağı bunun əyani sübutudur. Biz “Abşeron” yatağı üzrə kontraktı imzalayanda tam əmin idik ki, orada böyük qaz yataqları var. Xarici bir şirkət gəldi, səhv yerdə qazdı, çıxdı getdi. Sonra başqa bir şirkət bu layihəni götürdü və iki ildən sonra biz “Abşeron”dan qaz, kondensat çıxaracağıq.

Akif Əlizadə: İnşallah. Prezident İlham Əliyev: Ona görə

elmin inkişafı istiqamətində görülmüş işlər nəticə verir. Kənd təsərrüfatının inkişafı-nın, ekoloji tarazlığın qorunmasının çox böyük əhəmiyyəti var. Eyni zamanda, hesab edirəm ki, alimlərin məişət şəraitini yaxşılaşdırmaq üçün biz sizinlə böyük işlər görmüşük.

Akif Əlizadə: Biz orada işlərə baş-ladıq. Masazırda artıq bir blok qalxıbdır, cənab Prezident.

Prezident İlham Əliyev: Bəli, alimlər səbirsizliklə bunu gözləyirlər.

Akif Əlizadə: Bəli, gözləyirlər. Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bunları bun-dan sonra da edəcəyik. Alimlərin maaşla-rının artırılması üçün müvafiq göstərişlər verilibdir. Biz imkan daxilində bütün bu işləri görəcəyik.

Akif Əlizadə: Bütün alimlər adından Sizə təşəkkür edirəm. Hamısı razılıq bildirir, hamısı çalışır. Siz yaxşı bilirsiniz ki, indi əsas istiqamət, əlbəttə, innovativ elmdir, onun tətbiqidir. Tapşırıqlar verilibdir, əminəm ki, biz bu istiqamətdə bundan sonra da inkişaf edəcəyik. Bütün bunlara görə Sizə böyük təşəkkürümüz var.

AZƏRTAC

Page 3: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

25 oktyabr 2019-cu il, cümə 3Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin

sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib � Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Hae Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası ara-

sında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirildi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkan-ların olduğu vurğulandı. Kore-ya Xalq Demokratik Respub-likası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin ölkəmizə səfərinin

ikitərəfli münasibətlərin inkişa-fına töhfə verəcəyinə əminlik ifadə olundu.

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri xalqı-mızın ümummilli lideri Heydər Əliyevin 1985-ci ildə Sovet İttifaqı rəhbərliyində çalışarkən

Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını vurğuladı.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olacağına əminlik ifadə edildi.

Prezident İlham Əliyev

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşləri üzrə Komissiyasının Sədri Kim Çen Inın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Kim Çen Ina çatdırılmasını xahiş etdi.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Diaz-Kanel ilə görüşüb

� Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel ilə görüşüb.

Prezident İlham Əliyev Prezident Migel Diaz-Kaneli qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Azərbaycan və Kuba prezidentlərinin görüşü oldu.

Prezident İlham ƏLİYEV dedi:

– Cənab Prezident. Mən Sizi salamlayıram,

Azərbaycan xoş gəlmisiniz. Sizin ölkənizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə ən yüksək səviyyədə təmsil olunmasına görə çox şadam. Bu, Qoşulmama Hərəkatında iştiraka Sizin verdiyiniz

əhəmiyyətə dəlalət edir. Bildiyiniz kimi, sabahdan Azərbaycan bu çox mühüm beynəlxalq təsisatda sədrliyi öz zərinə götürəcək. Bizim namizədliyimizi yekdilliklə dəstəklədiklərinə görə Ku-baya və digər üzv ölkələrə təşəkkürümü bildirmək istərdim. Qoşulmama Hərəkatında cəmi 8 ildən bəri üzv olan ölkə üçün bu, böyük nailiyyət, böyük şərəf və böyük məsuliyyətdir. Bu, həmçinin görüşüb ikitərəfli əməkdaşlıq məsələlərimizi müzakirə etmək üçün yaxşı imkandır.

İlk növbədə, Sizi Kuba Pre-zidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik etmək və bu məsuliyyətli vəzifədə Sizə uğurlar diləmək istərdim. Əminəm ki, birgə səylərimizlə ikitərəfli münasibətlərimizi inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Biz beynəlxalq məkanlarda, o cümlədən BMT-də, Qo-şulmama Hərəkatında aktiv qarşılıqlı fəaliyyət göstəririk. Lakin bu gün bizim iqtisadi göstəricilərimizlə tanış oldum və əlbəttə, bu göstəricilər bizi qane edə bilməz. Fikrimcə, iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq üçün imkanlar çoxdur. Əlbəttə, humanitar sahədə, turizm, idman sahələrində əməkdaşlığı da inkişaf etdirməyi çox istəyirik. Buna görə düşünürəm ki, əlaqələrimizin gündəliyi genişlənməli, biz qarşılıqlı faydalı əməkdaşlıq for-malarını axtarıb tapmağa çalışmalıyıq. Düşünürəm ki, Sizin Azərbaycana səfəriniz çərçivəsində biz qarşılıqlı fəaliyyət yolla-rını müəyyənləşdirəcək, əlaqələrimizin inkişafına yaxşı təkan verəcəyik. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Kuba Prezidenti Migel Diaz-KANEL dedi:

– Hörmətli Prezident Əliyev.Sizin gözəl ölkənizdə

olmaq bizim üçün çox xoşdur və bunu özümüzə böyük şərəf sayırıq. Bizə vaxt ayırdığını-za görə Sizə təşəkkürümüzü

bildirmək istərdik, çünki bizi məhz buraya gəldiyimiz gün qarşılamısınız. Sizin işinizin gərgin, gündəliyinizin zəngin və geniş olduğunu bilirik. İlk növbədə, Sizi 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatında sədrlik etməyiniz münasibətilə təbrik etmək istərdik.

Azərbaycan həm də dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirildiyi yerdir. Onu da qeyd etmək istərdim ki, Siz Hərəkatın sədri olduğunuz müddətdə Kuba-nın hərtərəfli dəstəyinə bel bağlaya bilərsiniz. Beynəlxalq gündəlik məsələsində Kuba ilə Azərbaycanın baxışları ümumi-dir, üst-üstə düşən məqamlar çoxdur. Bizim qarşımızda birlikdə Qoşulmama Hərəkatı çərçivəsində birliyi qoruyub saxlamaq məqsədi durur. Biz həm də bir fikri dəstəkləmək istəyirik ki, Qoşulmama Hərəkatı fikirlərin razılaşdırıl-ması, dialoqun dəstəklənməsi üçün münasib məkan olma-lıdır. Biz bilirik ki, Siz sədrliyi çox mürəkkəb siyasi şəraitdə həyata keçirəcəksiniz. Lakin biz Sizi hərtərəfli dəstəkləyəcəyik. Kuba bütün münaqişələrin sülh, dialoq və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

Bizim xalqlarımız və ölkələrimiz arasında münasibətlər tarixi və ənənəvi münasibətlərdir. Siyasi dialoq müsbət və sabitdir. Bu münasibətlərin mənbəyi məhz Kubanın Ali Baş Ko-mandanı Fidel Kastro Rus və Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasın-da yaranmış dostluqdur. Biz Bakıya gələn kimi Heydər Əliyevin xatirəsini ehtiram-la yad etdik. Buna görə də Sizinlə razıyam ki, biz siyasi dialoqu dəstəkləmək və ticarət mübadiləsini yaxşılaşdırmaq üçün nə mümkündürsə edə bilərik. Siyasi dialoqla əlaqədar deyə bilərəm ki, son illərdə Xarici İşlər nazirləri arasın-da və başqa səviyyələrdə mübadilələr olub, digər nazirlər

Azərbaycana və Sizin nazirlər Kubaya səfərlər ediblər. Mən Sizə ordu generalı Raul Kastro Rusdan salam gətirmişəm.

Kuba Prezidenti ticari-iqtisadi, səhiyyə, təhsil, elm, humanitar, mədəniyyət, biotex-nologiyalar, idman sahələrində əməkdaşlıq məsələlərinə to-xundu, ölkəsinin azərbaycanlı sahibkarların investisiyalarına açıq olduğunu vurğuladı. Azərbaycanda neft-qaz sahəsində əldə olunan uğurları yaxından izlədiklərini deyən Kuba dövlətinin başçısı sovet dövründə 240-dan çox kubalı mütəxəssisin məhz Bakıda təhsil aldıqlarını xatırlatdı.

Prezident İlham ƏLİYEV dedi:

– Çox sağ olun. İlk növbədə, Sizdən xahiş etmək istərdim ki, ən xoş arzularımı və səmimi salamlarımı general Raul Kastro Rusa çatdırasınız. Azərbaycan dövlətçiliyinin təməlini qoymuş Heydər Əliyevin xatirəsinə hörmətinizə görə də Sizə təşəkkür edirəm. Siz qeyd etdiyiniz kimi, sovet dövründə Heydər Əliyevlə böyük komandan Fidel Kastro Rus arasında çox səmimi, dərin hörmətə və etimada əsaslanan münasibətlər yaranmışdı. Biz də sizin ölkənizlə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Siz qeyd etdiyiniz kimi, Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri baş tutub, bu isə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir.

Əminəm ki, Sizin səfərinizdən sonra həm bizim, həm də sizin tərəfdən ölkələrimiz arasında əmtəə dövriyyəsini artırmaq üçün qarşılıqlı iqtisadi əlaqələrin formalarını tapmaq barədə iq-tisadi bloka müvafiq tapşırıqlar veriləcək. Fikrimcə, investisiya siyasəti əməkdaşlığımızın istiqamətlərindən biri ola bilər. Azərbaycan artıq bir sıra ölkələrdə iri investisiya layihələri reallaşdırıb. Bu istiqamətdə yaxşı təcrübəmiz var. İdman sahəsində əməkdaşlığı Siz də qeyd

etdiniz və bizim kubalı dostları-mızın bəziləri Azərbaycan klub-larının tərkibində idman yarış-larında iştirak edirlər. Səhiyyə sahəsində sizinlə əməkdaşlıq bizim üçün çox maraqlıdır. Siz bu sahədə ən yüksək dün-ya səviyyəli böyük nəticələr əldə etmisiniz. Bizim üçün bu sahə prioritetdir. Buna görə də düşünürəm ki, əməkdaşlıq çoxplanlı ola bilər və kadrların hazırlanmasının keyfiyyətini, müəyyən müştərək layihələrin həyata keçirilməsini də əhatə edə bilər.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsi üçün nə mümkündürsə edəcək. Biz Bandunq prinsiplərinə sadiqik, bu prinsiplər bi-zim xarici siyasətimizin əsas istiqamətləri ilə tam üst-üstə düşür. Ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmət həm Bandunq prinsiplərinin, həm də beynəlxalq hüququn əsasını təşkil edir. Əlbəttə, Azərbaycan beynəlxalq hüququn pozul-masından əziyyət çəkmiş ölkə kimi təbii ki, beynəlxalq arena-da beynəlxalq hüququn aliliyi-nin, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətin tərəfdarıdır. Bizdə Qoşulmama Hərəkatının üzvü olan bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan çox səmərəli münasibətlər yaranıb. Bunun əyani sübutu bizim bütün 120 ölkə tərəfindən yekdilliklə Qoşulmama Hərəkatına sədr seçilməyimizdir. Həmçinin 155 ölkənin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatının üzvləri böyük rol oynayıb-lar. Hərəkatda sədrlik böyük məsuliyyətdir. Mən əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və üzv ölkələrlə, o cümlədən Sizin ölkənizlə ikitərəfli əlaqələri fəal inkişaf etdirəcəyik.

AZƏRTAC

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin

Azərbaycana səfəri başlayıb

� Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident Məhəmməd Əşrəf Qanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xari-ci İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Əlcəzair Prezidenti Abdelkader Bensalah

Azərbaycanda səfərdədir

� Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident Abdelkader Bensalahı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Qoşulmama Hərəkatının XVIII Zirvə görüşündə Banqladeşin

Baş Naziri də iştirak edəcək

� Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, xanım Şeyx Hasinanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Nepalın Baş Naziri Qoşulmama Hərəkatının XVIII Zirvə görüşündə

iştirak etmək üçün Azərbaycana gəlib

� Nepal Federativ Demokratik Respublikasının Baş Naziri Khadqa Prasad Şarma Oli Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Nepalın Baş Nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Qananın Prezidenti Nana Akufo-Addo Azərbaycana səfərə gəlib

Qana Respublika-sının Prezidenti Nana Akufo-Addo Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublika-sına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident Nana Akufo-Addonu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər naziri-nin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

D.B.Seyidzadənin “Şərəf” ordeni ilə təltif

edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğun-da uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2019-cu il

Page 4: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev milli istiqlal tariximizin yeni dövrünə dəyər verərkən bildirirdi ki, müstəqilliyi qoru-maq onu qazanmaqdan çətindir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün ya-radırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik”. Ulu öndər ölkədə möhkəm sabitlik ya-ratmaq, xalqı öz taleyinə sahib çıxmağa səfərbər etmək və əsaslı islahatlar yolu ilə gənc müstəqil dövləti ümumi böhran-dan çıxarıb dirçəliş və növbəti yüksəliş yoluna çıxartdı. Böyük rəhbər hər yerdə, dönə-dönə xatırladırdı: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!”

Bu sözlərin deyildiyi vaxtdan 26 il keçəndən sonra-- bugünlərdə Azərbaycanın iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsinin önəmini yenidən vurğulayan Prezident İlham Əliyev iqtisadiyyat naziri təyin etdiyi Mikayıl Cabbarovu qəbul edərkən amal və əməllərini sədaqətlə davam etdirdiyi

ümummilli liderin məhz həmin qənaətini xatırlatdı. “Hələ ulu öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Mən bunu öz çıxış-larımda dəfələrlə demişəm”.

İqtisadiyyat naziri ilə söhbətdə ölkənin çağdaş həyatında uğurla davam edən hərtərəfli yeniləşmə və yüksəliş mərhələsinin növbəti hədəflərindən söz açan dövlət başçısı siyasi müstəqilliyimizin iqtisadi müstəqilliklə möhkəmləndirilməsi sahəsində gerçəkləşdirilmiş tarixi uğurlara toxu-naraq qeyd etdi ki, əgər bizim iqtisadiy-yatımız kənar dairələrdən asılı olsaydı, biz uğurlu siyasi kurs icra edə bilməzdik. Bizim siyasi müstəqilliyimizin, o cümlədən xarici siyasətdə apardığımız prinsipial mövqeyin əsas baza prinsipi iqtisadi müstəqilliyimizdir: “Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam, müvafiq göstərişlər vermişəm. Bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxım-

dan heç kimdən, heç bir ölkədən asılı deyil, prinsipial müstəqil siyasət aparır, o siyasət ki, Azərbaycan xalqının maraqla-rını təmin edir”.

Bu yerdə möhtərəm dövlət rəhbərinin 15 il əvvəl – Prezident kimi fəaliyyətə başlamasından bir il sonra hökumətin iclasında dediyi tam eyni məzmunlu sözləri yada düşür: “Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç

kimdən asılı deyil, heç bir başqa ölkədən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır”. Ölkəyə rəhbərliyinin ikinci müddətinin andiçmə mərasimində isə Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və daimiləşdirmək xəttinə sədaqətini belə ifadə etmişdi: “Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq-- budur bizim uğurla-rımızın əsas şərtləri. Bizim siyasətimiz açıqdır, aydındır. Bir daha demək istəyirəm ki, bu siyasətin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır və bu işdə biz böyük uğurlara nail ola bilmişik”.

Yeni iqtisadiyyat nazirinə tapşırıq və tövsiyyələrini verən Prezident İlham

Əliyev ulu öndərin vəsiyyətlərini xatır-ladaraq söylədi ki, Azərbaycan xalqının maraqlarını, dövlət maraqlarını bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün, hər seydən əvvəl, bizim iqtisadi imkanımız olmalıdır. Ölkə rəhbəri sözü-nün davamında bildirdi ki, biz indi dünya-da gedən proseslərə diqqətlə baxanda görürük ki, başqa dövlətlərdən, yaxud da beynəlxalq maliyyə qurumlarından asılı

ölkələr müstəqil siyasət apara bilmir, böyük ölkələrin girovuna, alətinə çevrilir. Belə ölkələrin rəhbərliyinə bəzi hallarda öz xalqının, milli maraqlarının ziddinə təzyiq edilir və onlar buna davam gətirə bilmirlər.

Bu məqamda Azərbaycan rəhbəri böyük güclərin hökmünə əsaslanan dünya siyasətinin ədalətsizliyinə etirazı-nı bir daha cəsarətlə açıqladı: “Bizə də təzyiq göstərilir və mənim Prezident kimi fəaliyyətimin bütün dövrlərində göstərilən təzyiqlə üzləşmişik. Ancaq buna davam gətirə bilmişik, müqavimət göstərmişik, öz sözümüzü demişik və heç bir təzyiq, heç bir hədə-qorxu, heç bir təhdid bizim siyasətimizə təsir edə bilməz. Nə üçün? İlk növbədə, biz xalqın dəstəyinə arxa-lanırıq”.

Prezident İlham Əliyev suveren Azərbaycan naminə əsl müstəqil siyasət yeridən ölkə rəhbərliyinə xalqın bəslədiyi böyük inam və eti-madın dövlət müstəqiyinin qorunub möhkəmləndirilməsində iqtisadi

müstəqillik amili ilə yanaşı, önəmli rol oynadığına toxunaraq qeyd etdi ki, son rəy sorğuları bizim hökumətimizə ictimai dəstəyin nə qədər yüksək olduğunu göstərir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında da Azərbaycan hakimiyyətə olan inam baxımından dünya miqyasında ön sıra-lardadır: “Ona görə iqtisadi müstəqillik bizim üçün əsas vəzifə olaraq qalır. Buna nail olmaq üçün biz gələcək illərdə çox böyük səylər göstərməliyik”.

İqtisadi müstəqilliyin beynəlxalq aləmdə Azərbaycanın maraqları uğrunda mübarizədə müstəqil siyasət üçün mütləq güc amili olduğunu söyləyən dövlət başçısı xalqın rifahının yüksəldilməsinin də başlıca təminatı kimi iqtisadi qüdrəti, maliyyə imkanlarını ar-tırmaq zərurətini vurğuladı: “Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı, təxminən, iki dəfə, minimum pensiya 70

faizdən çox artırılıb. Minimum pensiya-nın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olma-saydı, biz bunu edə bilməzdik”.

Bütün bunlara görə dövlət başçısı yeni iqtisadiyyat nazirinin nəzərinə çat-dırdı ki, bizim iqtisadiyyatımız dayanıqlı olmalıdır. Bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sekto-ru 3,5 faiz artıb. Bu, pis göstərici deyil. Kənd təsərrüfatı 7 faizdən çox, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Bu, çox müsbət hal olsa da elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Bu məqsədə çat-maq üçünsə bundan sonra da çox ciddi islahatlar aparılmalıdır.

Azərbaycanın dövlət başçısı Ru-siyanın “Rossiya” telekanalının “Sa-bahın xeyir, Rusiya!” proqramına illər öncə verdiyi müsahibəsində demişdi: “Prezident elə bir vəzifədir ki, o, arzu-lamağa, təəssüflər olsun, çox az vaxt verir. Öz fəaliyyətinlə ölkənin rifahı, xalqın firavanlığı üçün yaxşı iş görmək,

müstəqil dövlət kimi Azərbaycanı inkişaf etdirmək, möhkəmləndirmək, insanların daha yaxşı yaşaması, ölkənin iqtisadi və siyasi cəhətdən daha müasir dövlətə çevrilməsi, dünyada daha möhkəm mövqelər tutması üçün arzular, niyyətlər, məqsədlər vardır. Bu, mənim Prezident kimi, məqsədim və Azərbaycan xalqı qarşısında məsuliyyətimdir”.

Göründüyü kimi, şüurlu həyatını Vətəninin tərəqqisi, xalqının xoşbəxtliyi yolunda şam kimi əritmiş ümummilli lider Heydər Əliyevin ömrünün sona yaxın-laşdığı bir vaxtda aylarda “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”-- deyə Azərbaycanın ali idarəçiliyini etibar etdiyi siyasi varisi İlham Əliyev ötən 16 ildəki prezident-lik fəaliyyəti ulu öndərin tarixi etimad və gözləntilərini yüksək səviyyədə doğruldur, onun siyasətini sədqətlə və dönmədən davam etdirir.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda qeyri-neft erası start götürüb və bu istiqamətdəki işlər günbəgün sürətlənərək ge-niş vüsət alır. Bu sahənin uğuru Azərbaycan iqtisadiyyatının daya-nıqlı inkişafını təmin edə bilər və bu siyasətin alternativi yoxdur.

Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycanda qeyri-neft sekto-runun davamlı inkişafı üçün son illər ərzində etibarlı bünövrə yaradılmışdır.

Konkret rəqəmlərə müraciət edək. 2003-cü ildən bu yana ölkə iqtisa-diyyatı 3,3, qeyri-neft sektoru isə 2,8 dəfə artmışdır.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, bizim iqtisadiyyatımı-zın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu, təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə edilən mənzərədir və bu, faktdır. Dövlət başçısı deyib: “Bəzi hallarda bunu mənfi amil kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə bilmərəm, çünki məhz neft-qaz sektorunun inkişafı hesabına biz böyük infrast-ruktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik.

Əgər, bizdə neft-qaz sektoru olma-saydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik? Guya, kimsə bizə gəlib arxamı duracaqdı? Hansısa ölkə, yaxud da ki, beynəlxalq maliyyə qurumu bizə köməkmi göstərəcəkdi?”

Bəli, Azərbaycan nefti və təbii qazı xalqımıza uzun illər xidmət göstərib və bundan sonra da göstərəcək. Lakin bu sərvət əbədi deyil, nə vaxtsa tükənəcək. Xoşbəxtlikdən,

Azərbaycanın zəngin torpağı, təbii ehtiyatları var. Ən başlıcası, xalqımız əməksevər və torpağa bağlı insan-lardır.

Dövlətimizin güclü, qüdrətli olma-sı, xalqımızın daha xoşbəxt, firavan yaşaması üçün ölkəmizin bütün təbii və intellektual sərvətləri hərəkətə gətirilməli, Azərbaycan sivil dünyanın ən qabaqcıl dövlətləri arasında yer al-malıdır. Azərbaycan Prezidenti İlham Əliyevin məhz bu amalla ölkədə sosial-iqtisadi və struktur islahatlarına başlayıb. Ortada güclü siyasi iradə var və islahatların uğurla başa çata-cağına heç bir şübhə yoxdur.

Qeyri-neft sektoru deyəndə, ilk növbədə, insanın gözləri qar-şısında kənd təsərrüfatı canlanır. Azərbaycanda aqrar sektorun po-tensialı böyükdür. Aparılan islahatlar nəticəsində bu sahədəki ehtiyatlardan səmərəli istifadə olunmağa başlanılıb.

İlk uğurlar sevindiricidir. Əvvəllər bu sahədə artım cəmi iki-üç faiz təşkil edirdisə, bu ilin 7 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalı 7 faizdən çox artmışdır.

Təqdirəlayiq haldır ki, aqrar sektorda bir vaxtlar unudulmuş, diqqətdən kənarda qalan sahələrin in-kişafı üçün geniş imkanlar açılmışdır. Belə sahələrdən biri də pambıqçılıq-dır. Axır vaxtlar bu sahəyə diqqət və qayğının artması sayəsində “ağ qızıl” istehsalı dəfələrlə artmışdır.

Məsələn, son illər Muğanda pambıqçılığın inkişafı əhalinin məşğulluğunu və gəlirlərinin nəzərəçarpacaq dərəcədə artması ilə nəticələnmişdir. Sabirabad-dan olan məşhur pambıq ustası, Sosialist Əməyi Qəhrəmanı və 1-ci dərəcəli “Əmək” Ordenli Fatma Hüseynova ürək sözlərini belə ifadə etdi:

– Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev pambıq-çılığın inkişafına yaşıl işıq yandır-maqla, biz pambıqçıları son dərəcə sevindirmişdir. Başçılıq etdiyim fermer təşərrüfatının üzvləri son illər bol məhsul yetişdirərək, yaxşı da qazanc əldə edirlər. Hər birimiz cənab Prezidentimizə son dərəcə minnətdarıq.

Azərbaycanın şimal bölgəsində, o cümlədən füsunkar təbiətə malik olan Qubada meyvə istehsalı ilbəil artır. Yerli fermerlər hesab edirlər ki, dövlətimizin, şəxsən Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı olmasaydı, bu qədər uğur əldə etmək mümkün deyildi.

Rayonun Birinci Nügədi kəndindən olan qabaqcıl fermer Ra-miz Kərimov deyir ki, onun ən ümdə arzusu Qubanın məşhur ağ almasının Avropa ölkələrinin bazarlarına kütləvi şəkildə çıxdığı günün şahidi olmaq-dır. Fermer əmindir ki, bu bərəkətli torpaqda yetişən dadlı, şirəli meyvələr xarici ölkələrə ixrac edilərək ölkəmizin büdcəsinə valyuta axınına səbəb olacaq.

Fermeri qəlbən razı salan həm də odur ki, Azərbaycanın bütün bölgələri kimi, Quba şəhərində, rayonun bütün yaşayış məntəqələrində geniş-tikinti-quruculuq işləri görülür. R.Kərimov dedi ki, Qubada son illər o qədər gözəl, rahat yollar çəkilib ki, qəlbimiz fərəhlə dolur.

Azərbaycanın qeyri-neft sektoru inkişaf etdikcə, ölkəmizdə məşğulluq artır, əhalinin maddi durumu yaxşıla-şır. Bu sahədə aparılan islahatların məramı məhz budur.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Mən Prezident kimi ilk illərdən iqtisadi müstəqilliyə nail olmaq üçün çalışmışam

İlham ƏLİYEV:

Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini zəmanəmizdə xal-qımızın ən böyük, ən qiymətli tarixi nailiyyəti kimi

dəyərləndirirdi. Ulu öndər neçə-neçə nəsilin azadlıq və istiqlal arzusuna talenin nadir bəxşişi olan dövlət suverenliyimiz ilk addımlarında yenidən itirilmək təhlükəsi ilə üzləşəndə xalqı-mızın istək və tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missi-yasını yerinə yetirərkən demişdi: “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Ümumiyyətlə, bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının PrezidentiAzərbaycanda qeyri-neft

erası başlanıb

Xalqımızın müdrik lideri, Prezident İlham Əliyev

Azərbaycan dövlətinə rəhbərlik etdiyi ilk gündən ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafını əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə son 16 ildə bu istiqamətdə uğurlu işlər görülüb, lakin qarşıda daha böyük hədəflər dayanır.

Ötən 8 ay ərzində ümumi sahəsi 3 milyon 434

min 51 kvadratmetr olan 34 min 103 mənzilli, ümumilikdə 620 girişli 203 bina-ya (kompleksə) dair müsbət rəy verilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 194-ü Bakı şəhəri, 5-i Abşeron rayonu, 3-ü Gəncə şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxi-tektura Komitəsinə, Gəncə Şəhər, Abşeron və Zərdab

rayon icra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkar edilən ça-tışmazlıqların aradan qaldı-rılması üzrə işlərin fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 19 sent-yabr tarixində Fövqəladə Hallar Nazirliyinin inzibati bi-

nasında aidiyyəti dövlət qu-rumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib. İclasda fərmandan irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub, ötən dövr ərzində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.

“Xalq qəzeti”

NASA-nın Qoddarda Kosmik Uçuşlar Mərkəzində Mark Nevyenin rəhbərliyi altında təqdqiqatçılar qrupunun məlumatına əsasən, bu okeanın yaşı təqribən bir millyard il təşkil edir və həmin müddət okeanda həyatın inkişafı üçün zəruri vaxta ideal uyğun gəlir.

Nevye və onun əməkdaşları tərtib etdikləri kompüter modelləşməsi vasitəsilə 13 il ərzində Saturn ətrafında orbitdə olan NASA-nın “Cas-sini” kosmik aparatının köməyi ilə toplanmış məlumat əsasında “Enselad peyki”nin yaşını hesablayıblar.

“Cassini” aparatının köməyi ilə edilmiş böyük kəşflərdən biri Enseladda hidrotermal mənbələrə malik okeanın kəşf olunmasıdır.

Enseladda tapılan okeanın yaşı orada həyatın mövcudluğu üçün böyük əhəmiyyətə malikdir. Mürəkkəb bioloji molekullar nisbətən sadə komponentlərdən kimyəvi reaksiyaların gedişində əmələ gəlir.

Lakin istənilən kimyəvi çevrilmə üçün müəyyən müddət tələb olunur. Əgər “Enselad peyki” çox cavan olarsa, həyatın yaranmasına gətirən reaksiyaların gedişi üçün tələb olunan zaman həqiqətən kifayət etməzdi. Müəlliflər izah edir ki, əksinə, Saturnun peykindəki okeanın yaşı həddindən böyükdürsə, onda bütün reaksiyalar tarazlıq halına çata bilməz və bu halda həyatın mövcudluğu yenə qeyri-mümkün olardı.

“Xalq qəzeti”

203 binanın istismarınaicazə verilib

dərinliyində böyük okean var

Saturn peykinin Saturnun “Enselad

peyki”nin yaşı həyatın yaranışı ilə ideal uyğundur.

Səthi buzla örtülmüş Saturnun “Enselad peyki”nin dərinliyində böyük okean gizlənir.

25 oktyabr 2019-cu il, cümə4

Page 5: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

Azərbaycanın dünya birliyində nüfuzunun artmasının daha bir təsdiqi

Fransa məhkəməsi erməni separatçılarla imzalanmış sayca onuncu “xartiya”nı da ləğv etdi

Artıq Fransa məhkəməsində ermənilərə zərbə olan sayca onuncu qərar qəbul edilib. Fransa Respubli-kasının Lion İnzibati Məhkəməsinin bu qərarı ilə işğal altındakı Dağlıq Qarabağ regionunun tarixi mərkəzi olan Şuşa şəhəri ilə imzalanmış 3-cü qanunsuz “xartiya” da ləğv edilib.

Xatırladım ki, 2013-cü ildən sonrakı dövrdə Fransa məhkəməsinin Azərbaycanın xeyrinə çıxardığı ilk qərar 2019-cu il mayın 29-da qəbul olunmuşdu. Həmin vaxt Azərbaycan tərəfi separatçı rejimin Dağlıq Qa-rabağı və ətraf yeddi rayonun iş-ğalını legitimləşdirmək cəhdlərinə dair məsələnin həlli ilə bağlı Fransa məhkəməsinə müraciət etmişdi. Məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar qəbul et-mişdi. Həmin qərardan sonra Fransa merlərinin Azərbaycanın işğal altında olan əraziləri ilə imzalanmış xartiyaları bir-birinin ardınca ləğv edildi.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət, xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma-sı istiqamətində aparılan danışıqlar, beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin olduğu kimi çatdırıl-ması işğalçı ölkəni küncə sıxışdırıb.

Baş verən hadisələr də təsdiqləyir ki, qanunun aliliyi hər şeydən üstündür və Fransadakı güclü erməni lobbisi hələ də dərk etmir ki, onların Fransa qanunlarını və bu ölkənin beynəlxalq öhdəliklərini pozmaq bahasına öz ma-raqlarını reallaşdırmaq cəhdləri iflasa uğrayır. Artıq gec də olsa, dünya birliyi də Ermənistanın işğalçı, faşist ideolo-giyasına meyilli ölkə olduğunu qəbul edir. Təbii ki, dövlətimizin başçısının hücum diplomatiyası bütün bunlarda böyük rol oynayıb.

Son hadisələrdən ikisini xüsu-si xatırlatmaq yerinə düşərdi. İlk növbədə, oktyabrın 3-də Rusiya Fe-derasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasın-da Prezident İlham Əliyevin çıxışını xatırlatmaq istərdim. Həmin sessiyada dövlətimizin başçısı bir daha vurğuladı ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şu-rasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır.

Ermənistanın baş nazirinin son vaxtlar tez-tez təkrarladığı “Münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır” -- sərsəm fikrinə Prezident İlham Əliyev konkret cavab verdi: “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qara-

bağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıt-masından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur... Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.

Bu il oktyabrın 11 – də Aşqabad şəhərində MDB Dövlət Başçıla-rı Şurasının iclasındakı çıxışında cənab İlham Əliyev Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsini faktlarla diqqətə çatdırdı. Tədbir iştirakçılarına da məlum oldu ki, 2016-cı ildə Ermənistan paytaxtı-nın mərkəzində Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana – satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Ermənistanın yeni hakimiyyətinin bu heykəli götürməməsi faşist ideologiyasına olan hüsn-rəğbətin nəticəsidir. Dövlət başçımızın təkzibolunmaz faktları Ermənistanı çıxılmaz vəziyyətə salıb.

Təbii ki, bütün bunlar beynəlxalq aləmin diqqətindən yayınmır. Fransa məhkəməsinin bir-birinin ardınca qəbul etdiyi qərarlarda dövlət başçımızın hücum diplomatiyası böyük əhəmiyyət kəsb edir. Bu uğurlu xarici siyasət ha-zırda qüvvədə olan və Fransa qanunve-riciliyi, xüsusilə də ölkə konstitusiya-sının 73-cü maddəsi ilə ziddiyyət təşkil edən digər qeyri-qanuni “sənədlər”in də tezliklə yerli məhkəmələr tərəfindən ləğv ediləcəyinə əminlik yaradıb.

Mehdi ABDULLAYEV, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının prorektoru, hüquq elmləri doktoru

Məhz Mikayıl Cabbarovun bacarıqlı kadr olduğunu və iş qabiliyyətini nəzərə alan dövlət başçısı onu çox məsuliyyətli bir vəzifəyə təyin etmişdir. Prezident M.Cabbarovu qəbul edərkən de-mişdir: “İslahatlara alternativ yox-dur. Mən yeni iqtisadi model haq-qında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olma-lıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”.

Həqiqətən də, bu gün Azərbaycan iqtisadi baxımdan, o cümlədən siyasi baxımdan heç kimdən, heç bir ölkədən asılı deyil. Prinsipial müstəqil Azərbaycan xalqının maraqlarını təmin edən siyasət aparır. Azərbaycan xalqı-nın maraqlarını, dövlət maraqlarını

bütün beynəlxalq tribunalardan müdafiə etmək üçün, əlbəttə ki, bizim iqtisadi imkanımız olmalıdır. Aparılan məqsədyönlü islahatlar nəticəsində bu ilin doqquz ayında 100 mindən çox əmək müqaviləsi qeydiyyata alınıb.

Yeni islahat paketinin əsas məğzini minimum əməkhaqqının artırılması təşkil edir. Bu il fevralın 8-də cənab Prezident minimum əməkhaqqını 130 manatdan 180 manata qədər yüksəltmişdisə, iyu-nun 18-də imzaladığı sərəncamla bu məbləğ ikinci dəfə artırılmaq-la, 180 manatdan 250 manata çatdırıldı. Beləliklə, 1 il ərzində minimum əməkhaqqı 2 dəfəyə qədər artırıldı. Əgər fevralın 8-də minimum əməkhaqqının artırılma-

sı 600 min nəfəri əhatə edirdisə, sonrakı sərəncamla bu artım 950 min nəfərə şamil olunur. Bu insanların 300 min nəfəri özəl sek-torda, 600 minə yaxını isə dövlət sektorunda çalışan vətəndaşlar, o cümlədən Vahid Tarif Cədvəli ilə maaş alan səhiyyə və təhsil işçiləridir. Minimum əməkhaqqının artırılmasına dövlət büdcəsindən əlavə olaraq ildə 780 milyon manat vəsait xərclənməsi nəzərdə tutulub. Hərbi və hüquq-mühafizə orqanlarında çalışanların aylıq vəzifə maaşları da 40 faiz artıb. Həm peşə, həm də ümumtəhsil məktəblərində diaqnostikadan keçən müəllimlərin maaşların-da isə 20 faiz artım var. Təkcə bu il ərzində 4 milyon insanın

sosial rifah halını yaxşılaşdır-maq üçün 4 milyard manat əlavə vəsait sərf olunacaq və 2019-cu il Azərbaycanda sosial rifah ili kimi tarixə düşəcək. Prezidentin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin məntiqi davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, vətəndaşlarımızın so-sial cəhətdən müdafiəsini gücləndirmək, onlara dövlət qayğı-sını daha da artırmaq məqsədinə xidmət edir.

Cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olur. Bununla ölkəmizdə ilk dəfə olaraq mi-nimum əməkhaqqının məbləği

yaşayış minimumunu (180 manat) üstələyərək, ondan 70 manat çox olacaq. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru ol-maqla, ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir.

Ümumilikdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edir ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. Minimum əməkhaqqının artırılması, eyni zamanda, qeyri-formal məşğulluğa qarşı mübarizənin gücləndirilməsi sahəsində aparılan islahatlarda da müsbət nəticələr verir. Cari ilin ilk rübündə reallaşan ilk sosial paket çərçivəsində minimum əməkhaqqının artımı timsalında bunu aydın görmək olar. Belə ki,

2019-cu ilin əvvəlindən ötən 5 ay ərzində ölkə üzrə əməkhaqqı fon-du 18, o cümlədən dövlət sekto-runda 15, qeyri-dövlət sektorunda 21 faiz yüksəlib.

Qeyd edək ki, 2018-ci ildə respublikada 7 min nəfərdən çox vətəndaş özünüməşğulluq proqra-mına cəlb edilib. Bu il isə daha çox vətəndaşın layihədən yararlanma-sı nəzərdə tutulub. Proqrama cəlb

edilən işsiz və işaxtaranlar sıra-sında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilir. Prezident söhbət zamanı həmin məsələyə də toxunmuş, bu sahənin çox ciddi diqqət tələb etdiyini, çox ciddi addımlar atılmalı olduğunu bildirmişdir: “Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalış-malıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə

meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sank-siyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

Dövlət başçısı İqtisadiy-yat Nazirliyinın bu məsələnin öhdəsindən gələcəyinə əminliyini bildirmişdir. Yəni ki, heç bir qanu-nazidd əməllərə yol verilməməli, kimsəyə güzəşt olunmamalı, bü-tün sahibkarlar vergi ödənişlərini qanunun tələb etdiyi çərçivədə ödəməlidirlər. Bu işə ciddi nəzarət olunmalıdır ki, vergidən gələn gəlirlə əhalinin sosial rifahı-nın yüksəlməsinə xidmət edən layihələr icra edilsin. Çünki dövlət başçısının ali məqsədi vətəndaşını rahat, dinc şəraitdə və təmin olun-muş görməkdir.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Azərbaycanda sahibkarlığın inkişafı üçün vergilər stimulverici rol oynayır və nəticələr də göz qabağın-dadır. Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Dövlət başçısının məqsədi vətəndaşların rahat və firavan həyatını təmin etməkdir

Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə – İqti-sadiyyat naziri təyin etməsi ilə əlaqədar qəbul edərkən onun işindən razı qaldığı-

nı demişdir. Dövlət başçımız, həmçinin Vergilər Nazirliyinin işini yüksək qiymətləndirmiş, cari ildə plandan əlavə təqribən 350 milyon manat-dan çox vəsait toplanıldığını, bunun da, əlbəttə ki, şəffaflığın təzahürü olduğunu vurğulamış-dır. Ölkəmizin minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci, orta pensiyanın səviyyəsinə görə üçüncü yerdə oldu-ğunu deyən Prezident bunun, çox böyük sosial təşəbbüs olduğunu qeyd etmişdir. Dövlət başçısı bəzilərinin biznesinə dəyməmələri üçün Vergilər nazirinə təzyiq göstərdiklərini, M.Cabbarovun isə onların qarşısında mətanətlə çıxış etdiyindən xəbərdar olduğunu bildirmişdir: “Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.

Nazirlikdən verilən məlumatda bildirilir ki, “Inno-Week – İnnovasiya həftəsi” çərçivəsində təşkil olunmuş mükafatlandırma mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu axşam möhtəşəm məkanda ilk dəfə olaraq Azərbaycan İnno-vasiya Mükafatı təqdim olunur. Mükafat Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən innovasiya ekosiste-minin iştirakçılarını dəstəkləmək məqsədilə təsis olunub.

Nazir müavini qeyd edib ki,

müsabiqəni təşkil etməklə nazir-lik İT sahəsində mütəxəssislərin yetişdirilməsinə, startapların, innovasiya ekosisteminin inkişafına töhfə vermiş olur. Bu növ müsabiqələr innovasiya-larla yanaşı, biznes proseslərin təşkilinə də yol açır ki, bu da ölkə iqtisadiyyatının inkişafına birbaşa müsbət təsir edir.

Sonra “İlin innovasiya ekosis-temi təmsilçisi”, “İlin innovasiya layihəsi”, “İlin innovasiya tədbiri”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

“İlin innovasiya ekosistemi

təmsilçisi” “İnnoland” İnkuba-siya və Akselerasiya Mərkəzi seçilib. Mükafatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov təqdim edərək mərkəz əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“İlin innovasiya layihəsi” adına “STEM Azərbaycanda” layiq görülüb. Mükafatı layihə müəllifinə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov təqdim edib.

“İlin innovasiya tədbiri”ni Təhsil nazirinin müavini Firudin Qurbanov elan edib. Bu no-

minasiya üzrə qalib “Azercell” rebrendinqi olub.

“İlin influenseri” seçilmiş Fəridə Əsgərzadəni Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mükafatlandırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “İlin startapı”nın “Keepface” platforması olduğu-nu elan edərək layihəyə uğurlar arzulayıb.

Mükafatçıların adı açıqlandıq-dan sonra tədbir bədii hissə ilə davam edib.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Azərbaycan iqtisadiyya-tının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının daya-nıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatları yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılma-sı məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər öz müsbət təsirini göstərir. Belə ki, milli məzənnənin sabit qalma-sı sayəsində son zamanlarda bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına 2019-cu ilin ilk yarımilliyində sektorun göstəriciləri yaxşılaşıb.

Hesabatda xüsusi olaraq, problemli kreditlərin azalması-nın səbəbi kimi Prezident İlham Əliyevin “Azərbaycan Respub-likasında fiziki şəxslərin prob-lemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanın mühüm rol oynadığı vurğula-nıb. Həmçinin, 2014-2015-ci illərdə baş vermiş maliyyə çətinliklərindən sonra sektor üzrə kreditləşmə sahəsində aktivliyin yüksəlməsi, kreditlərin verilməsi əmsalının artdığı qeyd olunub.

Eyni zamanda vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq apa-rılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da arta-

caq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standart-larının davamlı olaraq yaxşılaş-ması təmin ediləcək.

Hesabata əsasən, Azərbaycanda borcların və öhdəliklərin ümumi təsvirinə, maraqların məhkəmədənkənar müdafiəsinə imkan verilir. Azərbaycan maraqlı tərəflərlə ədalətsiz əməliyyatlara görə

direktorların üzərinə məsuliyyət qoymaqla minoritar investor-ların müdafiəsini gücləndirib. Həmçinin, Azərbaycan iddia-çılara ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiq etməklə və könüllü vasitəçilik haqqında qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.

“Xalq qəzeti”

Bir neçə gün əvvəl Fransa Respublika-sının Lion İnzibati Məhkəməsi bu ölkənin Vilörban kommunası ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri arasında 2015-ci il mayın 18-də hər iki ölkənin milli qanunvericiliyinə zidd olaraq imzalanan qeyri-qanuni “xartiya”ni ləğv edib. Bu qərar bir daha təsdiqlədi ki, Azərbaycanın beynəlxalq aləmdəki reytinqi getdikcə yüksəlir və mövqeyi möhkəmlənir. Artıq ölkəmiz dünya birliyinin sayılıb-seçilən dövlətlərindən birinə çevrilməkdədir. Bunu dünyada erməni lobbisinin güclü olduğu Fransada yerli məhkəməsinin ölkəmizin xeyrinə qərar qəbul etməsi də təsdiqlədi.

Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Innovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib.

İnnovasiya Mükafatına layiq görülənlərin adları açıqlanıb

Azərbaycan “Doing Business 2020” reytinqində 34-cü yeri tutub

Dünya Bankının (DB) yaydığı hesabata görə, Azərbaycan “Doing Business 2020” reytinqində 190 ölkə arasında 34-cü yeri tutub.

25 oktyabr 2019-cu il, cümə 5

Page 6: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

İran Prezidenti Həsən Ruhani Azərbaycana səfərə gəlib

� İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzül-müşdü.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Res-publikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

ADA Universitetində BMT Günü qeyd olunub

� Oktyabrın 24-də ADA Universitetində BMT-nin yaranmasının 74-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdən əvvəl BMT-nin nəşrləri sərgilənib.

Tədbirdə BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande, rəsmi şəxslər, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik kor-pusun təmsilçiləri, elm adamları ediblər.

Tədbiri giriş sözü ilə açan ADA Uni-versitetinin rektoru, səfir Hafiz Paşayev BMT-nin fəaliyyətindən, ölkəmizin bu təşkilatla əməkdaşlığından danışıb. O, rəhbərlik etdiyi universitetin fəaliyyətə başladığı ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini vurğu-layıb.

Rektor bildirib ki, BMT Baş Assamb-leyasının Prezidenti Ticani Məhəmməd-Bandenin iştirakı ilə BMT Gününün ADA Universitetində keçirilməsi universitet üçün mühüm hadisədir.

Hafiz Paşayev tədbir iştirakçılarına

BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bandenin fəaliyyəti haqqında ətraflı məlumat verib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ötən 74 ildə təşkilatın gördüyü işlərdən bəhs edib. O vurğulayıb ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb.

Qulam İshaqzai diqqətə çatdı-rıb ki, Azərbaycan BMT-yə üzv olan digər ölkələrlə birgə Dayanıqlı İnkişaf Məqsədlərini özündə əks etdirən Daya-nıqlı İnkişaf üçün 2030 Gündəliyini qəbul edib. Gündəlik 2030-cu ilədək yoxsulluğa son qoymaqla qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını təşviq edəcək.

BMT Baş Assambleyasının Prezidenti Ticani Məhəmməd-Bande Azərbaycanın təşkilat çərçivəsində fəal rolunu vurğu-layıb. O, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatının təqdim edildiyini vur-ğulayıb. Qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri ayrı-ayrılıqda götürülə bilməz. Onlar hamısı bir-biri ilə qarşılıqlı əlaqədə paralel olaraq aparılmalıdır.

“Gələn il BMT-nin 75 illiyi qeyd olunacaq. Biz çalışmalıyıq ki, BMT-yə olan etimadı daha da artıraq, qarşıda

duram məsələlərin həyata keçirilməsi istiqamətində fəaliyyətimizi davam etdirək”, - deyə BMT Baş Assambleyası-nın Prezidenti qeyd edib.

Sonra BMT-nin əlaqələndirmə üzrə müşaviri Şəms Mustafayevanın modera-torluğu ilə dəyişən həyatlar mövzusunda təqdimatlar olub.

Tədbirdə BMT-nin 2020-ci ildə qeyd olunacaq 75-ci ildönümü üçün geri sayım başlayıb.

AZƏRTAC

Azərbaycan Milli Məclisinin sədri Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinin konfransında çıxış edib

� Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransında Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasın-da (AŞPA) 60 ölkənin parlament rəhbərlərinin iştirak etdiyi konfransda AŞPA-nın sədri Lilian Mori Paskye və Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç çıxış ediblər.

Sonra konfrans “Ümumi Avropa evi-miz: qarşıdakı 70 il” mövzusu ətrafında debatlarla işini davam etdirib.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov konfransda mövzu ilə bağlı çıxış edib və ölkəmizlə təşkilat arasında münasibətlərə toxunub.

Milli Məclisin sədri Azərbaycanın Avropa Şurasının insan hüquqları və demokratiya sahəsində prinsip və dəyərlərini bölüşdüyünü və onların ölkəmizdə reallaşması üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz Av-ropa Şurasının təsisatları, o cümlədən Parlament Assambleyası ilə konstruk-tiv dialoqa və əməkdaşlığa hazırdır.

Sədr Avropa Şurasının Azərbaycan üzrə 2018-2019-cu illəri əhatə edən Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin görüldü-yünü məmnunluqla qeyd edib.

Yetmiş il əvvəl qitəmizi sıx birləşməyə vadar edən problemlərin sırasına bu gün yenilərinin əlavə olunduğunu diqqətə çatdıran Oqtay Əsədov bildirib ki, bunlar terrorizm, qanunsuz miqrasiya, dini dözüm-süzlük və ekstremizm, ksenofobiya, islamofobiya, etnik separatizm, dövlət suverenliyinin pozulmasıdır. Müasir dövrün çağırışları demokratik inkişaf problemlərini ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həll etməyin mümkünlüyünə əsaslı şübhələr doğurur.

“Hesab edirəm ki, Avropa Şurasının gələcək fəaliyyətində təhlükəsizliyin bölünməzliyi prinsipi əsas götürülərək, məsələ bu cür qoyulmalıdır: demok-ratik inkişaf üçün çətinliklərin üst-üstə yığılmasını və daha da artmasını

gözləmədən, demokratik dəyərlər siste-mi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinə vahid yanaşma forma-laşdırılmalıdır. Mən xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, dava-kar millətçiliyin qarşısının alınması zərurətini nəzərdə tuturam. Məsələnin məhz bu cür qoyuluşunu Azərbaycan parlamentinin təmsilçiləri dəfələrlə müxtəlif yığıncaqlarda təklif ediblər. Bunun səbəbi aydındır: 25 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal edilmiş zonada, eləcə də Ermənistan ərazisində dəhşətli soyqırımı əməlləri ilə müşayiət olunan etnik təmizləmə aparılıb. Bir milyondan çox azərbaycanlı doğma yurdlarından qovulub, onların İnsan hüquqları üzrə Avropa Konven-siyası ilə təsbit edilən əsas hüquqları və fundamental azadlıqları kobudca-sına pozulub”, - deyə Oqtay Əsədov vurğulayıb.

Buna bənzər problemlərin Avropa-nın bəzi digər dövlətlərində də mövcud olduğunu xatırladan parlament sədri qeyd edib ki, bu münaqişələrin siyasi və humanitar fəsadları, eləcə də onların yenidən alovlanması təhlükəsinin daim mövcud olması güclü, demokratik və inklüziv cəmiyyətlər formalaşdırmaq istiqamətində kollektiv səyləri təhlükə altına alır.

“Çağırışlarımızda həmişə bir fikrə əsaslanmışıq: dövlətlərin təhlükəsizliyinə qəsd demokrati-yaya və qanunun aliliyinə qəsddir. Eyni zamanda, bu ideyanı avropalı həmkarlarımızın diqqətinə çatdır-maq istəmişik ki, Avropa evinin bütün sakinləri arasında daha böyük vəhdətə nail olmağa can atan Avropa Şurasının üzvlərindən birinin suverenliyinə və ərazi bütövlüyünə qəsd olunursa, bu, bütün birliyə, ümumi dəyərlərimizə qəsd kimi qiymətləndirilməlidir”, - deyə Oqtay Əsədov diqqətə çatdırıb.

Bildirilib ki, əsrlərin sınağından çıx-mış Avropa dəyərləri, plüralist demok-ratiya üçün təhdidlərin aradan qaldırıl-ması istiqamətində ölkələr olaraq fərdi məsuliyyət, dünyada demokratiyanın lokomotivi sayılan Avropa Şurası olaraq isə kollektiv məsuliyyət daşıyırıq.

Milli Məclisin sədri qeyd edib ki, 70 il öncə Avropa Şurasının təməl daşını qoyan uzaqgörən insanlar İkinci Dünya müharibəsi, faşizm və stalinizm dəhşətlərinin təkrar olunmasını istis-na etməyin yolunu Avropa xalqlarının

ümumi evdə ümumi dəyərlər ətrafında birləşməsində görürdülər. Onlar haqlı olaraq bəyan edirdilər ki, Avropada daha böyük vəhdətə nail olmağın ən səmərəli vasitəsi azadlıq, demokrati-ya, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərinin bərqərar edilməsidir. Ötən dövrdə Avropa dəyərlərinin qorunması və inkişafı sahəsində böyük uğurların əldə edilib, Avropa xalqlarının ümumi hədəfi olan idealların həyata keçirilməsi yolunda mühüm addımlar atılıb. Möhkəm dayaq-lar üzərində ucalan Avropa evi xalqların iqtisadi və sosial tərəqqisinə, müxtəlif sahələrdə sıx əlaqəsinə və qarşılıqlı əməkdaşlığına kömək göstərir.

Demokratiyanın təşviqinin, dəstəklənməsinin və müdafiəsinin hər bir Avropa dövlətinin hüququ və vəzifəsi olduğunu deyən Milli Məclisin sədri birbaşa xalqdan mandat alan parlamentlərin üzərinə xüsusi məsuliyyət düşdüyü bildirilib. Qeyd edib ki, parlament demokratik dəyərlərin bərqərar edilməsi və yayılması, insan hüquqlarına və azadlıqlarına etibarlı təminatlar yaradılması üçün bilavasitə təbiətindən və təyinatından irəli gələn səmərəli mexanizmlərə malik-dir. Cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən, etnik müxtəlifliyi nəzərə alan, gender balansı üzərində qurulan parlament əsl demok-ratiya və siyasi mədəniyyət məktəbidir. Müasir standartlara uyğun qanunlar qəbul etməklə parlament siyasi azadlıq-ların reallaşmasına, qanunun aliliyinin bərqərar edilməsinə zəmin yaradır. Par-lamentin fəaliyyətinə siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının geniş cəlb edilməsi, icra strukturları üzərində təsirli nəzarətin həyata keçirilməsi, cəmiyyətin və dövlətin ümumi maraq doğuran problemlərinin açıq müzakirə olunması demokratik təsisatları möhkəmləndirir və inkişaf etdirir.

“Təmsil etdiyim Azərbaycan Respublikası haqqında onu söyləyə bilərəm ki, bizim ölkəmiz 19 ildir Avropa Şurasının üzvüdür və təşkilatın müxtəlif qurumlarının fəaliyyətində yaxından iş-tirak edir. Azərbaycan Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü çox-saylı öhdəliklərin tam əksəriyyətini icra edib, insan hüquqlarının müdafiəsinə və qanunun aliliyinə əsaslanan demokratik cəmiyyət quruculuğunda önəmli yol qət edib. Bu günədək Azərbaycan Avropa Şurasının 70-dən çox konvensiya və sazişinə qoşulub”, - deyə Oqtay Əsədov vurğulayıb.

Venesuelanın Prezidenti Nikolas Maduro Azərbaycana səfərə gəlib

� Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Venesuela Prezidenti

Nikolas Maduronu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici

İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Kubanın Prezidenti Migel Diaz-Kanel Azərbaycana səfərə gəlib

� Kuba Respublikasının Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Kuba Prezidenti Migel Diaz-Kaneli hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazi-

rinin müavini Nadir Hüsey-nov və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Azərbaycanda səfərdədir

� Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Baş Nazir Mahathir Bin Mohamadı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublika-sı Baş Nazirinin müavini

Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi

şəxslər qarşıladılar.

AZƏRTAC

Liviyanın Baş Naziri Faiz Sarac Azərbaycana səfərə gəlib

� Liviyanın Baş Naziri Faiz Sarac Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Baş Nazir Faiz Saracı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev,

Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər

rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC

Cibutinin Prezidenti İsmail Ömər Qelleh Azərbaycana səfərə gəlib

� Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Cibutinin Prezidenti İsmail Ömər Qellehi hava limanında

Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin

Mustafayev və digər rəsmi şəxslər qarşıladılar.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodik

Azərbaycanda səfərdədir � Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli

Sədri Milorad Dodik Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Milorad Dodiki Azərbaycanın Xarici İşlər

nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob Azərbaycana səfərə gəlib

� Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident Haqe Qotfrid Qeynqobu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan

Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

25 oktyabr 2019-cu il, cümə6

Page 7: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçiriləcək və Azərbaycan 2019-2022-ci illərdə bu quruma sədrlik edəcək. Xatırladaq ki, bu qərar Qoşulmama Hərəkatının 2016-cı il sentyabrın 13-18-də Venesuelanın Marqarita adasında keçirilən Zirvə görüşündə üzv ölkələr tərəfindən yekdilliklə qəbul olunmuşdu. Bu gün Qoşulmama Hərəkatı BMT-dən sonra ən çox dövləti öz sıralarında birləşdirən siyasi platformadır. Belə ki,1961-ci ilin sentyabr ayında keçirilmiş Belq-rad konfrasında təsis olunmuş, dünyada sülhün təminatında və təhlükəsizliyin gücləndirilməsində böyük rol oynayan Qoşulmama Hərəkatı 120 ölkəni hərbi blok-larda iştirak etməmə prinsipi ilə ətrafında birləşdirmişdir. Təşkilatın yaranmasına keçmiş Yuqosla-viyanın o zamankı rəhbəri İosif Broz Tito, Misir Prezidenti Camal Əbdül Nasir və Hindistanın Baş naziri Cəvahirləl Nehru arasında keçirilmiş görüşlər təkan vermişdi. Əsas məqsəd isə Şimali Atlan-tika Alyansı ilə (NATO) Varşava Müqaviləsi ölkələri arasında kəskin qarşıdurmanın mövcud

olduğu həmin dövrdə baş verə biləcək toqquşmalardan kənarda qalmaq idi. Qoşulma-ma Hərəkatının əsas prinsipləri hələ 1955-ci ildə, yəni QH yaranmazdan əvvəl İndone-ziyanın Bandunq şəhərində keçirilmiş beynəlxalq konfrans zamanı elan edilmiş “Bandunq prinsipləri”dir.

Xüsusilə qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatına üzv olan ölkələr dünyanın enerji təhlükəsizliyinin təminatında da mühüm çəkiyə malikdir. Bu ölkələr hər gün dünya neft bazarlarına milyonlarla barrel xam neft ixrac edirlər. Yəni dünyaya gündəlik neft ixracının yarısından çoxu Qoşulmama Hərəkatına üzv olan ölkələrin payına düşür. Bu isə o deməkdir ki, hərəkat üzvlərinin müasir dövr üçün böyük əhəmiyyət daşıyan təsir rıçaqları var və təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi hər bir üzv ölkənin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Hərəkat özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. Beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair beynəlxalq hüququn əsas

prinsipləri ilə uyğunluq təşkil edən “Bandunq prinsipləri”nə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, xalqların bərabərliyi, dövlətlərin da-xili işlərinə qarışmamaq, dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı fəaliyyətdən və güc tətbiqindən imtina etmək, qarşı-lıqlı maraq və əməkdaşlığı təşviq etmək, habelə ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək və digər bu kimi mühüm məsələlər daxildir. Hərəkatın üzvü olan hər bir dövlət məhz bu prinsiplərə bağlı olduğunu bildirməlidir. Qeyd etmək yerinə düşər ki, mövcud olduğu 50 ildən artıq müddət ərzində hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıq-lı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yarat-

maq bacarığı nümayiş etdirmişdir.Politoloqların sözlərinə görə,

yüksələn dinamizmə malik olan təşkilat üzv dövlətlər arasın-da əlaqələrin intensivləşməsi üçün imkanlar yaradır ki, bu da dövlətlərə eyni cəbhədə

yer almaq, onların digər vacib platformalarda dəstəyini təmin etmək imkanı verir. Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün əhəmiyyətli platforma olması da məlumdur. Azərbaycanın bu Hərəkatda iştirakı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyi-mizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından da çox əhəmiyyətlidir. Artıq bu istiqamətdə özünü doğrultmuş bir yanaşma da mövcuddur. Belə ki, Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin

toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini göstərmiş və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırmışdılar. Oxşar mövqe hərəkat üzvləri tərəfindən cari ilin iyul ayında Venesuelanın Karakas şəhərində keçirilən Nazirlər Şu-rasının yekun sənədində də ifadə edilmişdi.

Xatırladaq ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və 2019-2021-ci illərdə bu təşkilata sədrlik edəcək. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli sərəncamında vurğulan-mışdır ki, Azərbaycanın Qoşul-mama Hərəkatında iştirakı onun beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha fəal cəlb edilməsinə geniş imkanlar açmışdır. Eyni za-manda, Azərbaycanın müxtəlif dövlətlərlə, o cümlədən La-

tın Amerikası, Asiya və Afrika ölkələrinin çoxu ilə ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı üçün əlverişli şərait formalaşmışdır. Məlumdur ki, Azərbaycan hərəkata üzv olan bir neçə ölkədə çoxlu sayda sosial, humanitar və inkişaf layihələrini dəstəkləyir və həyata keçirir. Bundan başqa, rəsmi Bakı xalqlar arasında inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, tole-rantlıq və qarşılıqlı anlaşmaya da xüsusi əhəmiyyət verir. Təsadüfi deyil ki, 25-27 aprel 2016-cı ildə Azərbaycan BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna evsahibliyi etmişdi. Göründüyü kimi, bölgədə və beynəlxalq arenada özünəməxsus yer tut-masına imkan verən çoxspektrli xarici siyasət kursu Azərbaycanın

mövqelərinin möhkəmlənməsinə şərait yaradır.

Ümumiyyətlə, Qoşulmama Hərəkatı, bütövlükdə, dünyada ədalətli, dinc və sivil qaydada birgəyaşayışın təmin edilməsinə öz töhfəsini verə bilər. Bu baxım-dan 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusundakı konfransında Prezident İlham Əliyevin vurğu-ladığı bir fikir olduqca maraqlı və əhəmiyyətlidir. Dövlət baş-çısı demişdir: “Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə oxşardır. Hamı-mız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası-nın xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıye-

vin sözlərinə görə, Zirvə görüşü müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda təşkil edilən ən mühüm siyasi tədbirlərdən biri olacaq və bu, eyni zamanda, 1989-cu ildə keçmiş Yuqoslaviya-da keçirilmiş Belqrad sammitindən sonra Avropada təşkil olunacaq ilk Zirvə Görüşü kimi tarixə düşəcək. Hikmət Hacıyev xüsusilə vurğu-lamışdır ki, Bakıda keçiriləcək Zirvə görüşü, eləcə də sədrlik həm ölkəmizin əldə etdiyi nailiyyətlərin dünyada daha da tanıtdırılması

və təşviq edilməsinə öz töhfəsini verəcək, həm də Azərbaycanın QH-da və ümumən dünyada nüfu-zunu, çəkisini daha da artıracaq.

Bir sözlə, Azərbaycan qarşı-dakı 3 il ərzində nüfuzlu təşkilata sədrlik edəcək. Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın məqsədi üzv dövlətlərlə birgə QH-nın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzu-nu daha da yüksəltmək, dün-yada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa töhfəmizi artırmaq olacaq. Azərbaycanın nüfuzu, malik olduğu potensial bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyinə inamı daha da artırır. Ən əsası, beynəlxalq münasibətlər sistemində sabit tərəfdaş kimi tanınan Azərbaycan belə bir mötəbər beynəlxalq təşkilata 3 il sədrlik etdiyi müddət ərzində beynəlxalq əlaqələrimizin daha da güclənməsinə gətirib çıxaracağı şübhə doğurmur.

Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”

Bu gün xalqımızın yaralı yeri olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, işğalçı ölkənin törətdiyi terror aktları, təxribatları, günahsız insanları qətlə yetirməsi, tarixi və mədəniyyət abidələri yerlə-yeksan etməsi barədə əsl

həqiqətin olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırılması baxımından Qoşulmama Hərəkatına üzvlük və qurumun tədbirlərində fəal iştirak etmək böyük əhəmiyyət kəsb edir. Bunu hərəkata üzv olduğumuz nisbətən qısa müddət ərzində Dağlıq Qarabağ münaqişəsi barədə

beynəlxalq ictimaiyyətə ətraflı məlumat verilməsi də təsdiqləyir. Təşkilatın daxili prosedur qaydala-rında və sənədlərində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunması da bundan xəbər verir.

Azərbaycan artıq nüfuzlu beynəlxalq təşkilatların keçiril-diyi məkana çevrilib. Avropanın “Şərq qapısı” sayılan Azərbaycan son illərdə bütün sahələrdə, o cümlədən beynəlxalq tədbirlərin, idman yarışlarının, həmçinin mu-siqi festivallarının keçirilməsində nümunə göstərilir. Təsadüfi deyildir ki, tanınmış ictimai-siyasi xadimlər Bakının artıq regionun “diploma-tik paytaxtı”na çevirildiyini etiraf edirlər. Qoşulmama Hərəkatının sammitinin yüksək səviyyədə başa çatması bu həqiqətləri bir daha təsdiqləyəcək.

Məlahət İBRAHİMQIZI, Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon

təşkilatının sədri

Ekspert deyib:“İqtisadiyyat baxımından Azərbaycan Qoşulmama Hərəkatında iştirakı ilə bəyan edir ki, NATO kimi iri bloklar qarşı-sında hər hansı bir hərbi öhdəliyi yoxdur. Bu ismarıc Azərbaycanı xarici investisiyalar və iqtisadi əməkdaşlıq üçün daha cəlbedici edir, çünki mövcud və potensial investorlar üçün siyasi risk səviyyəsi azalır.

Siyasi baxımdan hər hansı hərbi-siyasi təşkilata qoşulmama Azərbaycana daha müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirməyə imkan verir”.

Ekspert əlavə edib ki, həm NATO-da, həm də KTMT-də iştirak etməmək Azərbaycana həm ABŞ, həm də Rusiya ilə siyasi əməkdaşlıq etməyə imkan verir: “Üçüncüsü, bu addım ölkənin regionda və dünyada

imicinin artmasına xidmət edir. Azərbaycan artıq uzun müddətdir ki, regionda aparıcı iqtisadi və

siyasi hab olmaq üzərində işləyir. Ölkənin həm Avropa, həm Asiya, həm də Yaxın Şərqə aid olması faktı Azərbaycanın çoxsaylı geo-siyasi maraqların kəsişməsində yerləşdiyini göstərir və bu maraqlar heç də hər zaman üst-üstə düşmür. Bu şəraitdə “tərəf seçmək”, yəni hansısa hərbi təşkilata daxil olmaq Azərbaycanın hab qismində cəlbediciliyini azaldardı. Amma indi, Azərbaycan bir neçə il Qoşulmama Hərəkatına sədrlik edəndə, yuxarıda sadalanan amillər daha çox səmərə verə bilər. Azərbaycan bir müddət hərbi neyt-rallıq, ölkələrin dinc mövcudluğu və sabitlik flaqmanı olacaq”.

“Xalq qəzeti”

2011-ci il mayın 26-dan ölkəmizin tamhüquqlu üzvü olduğu Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılıb və bu gün beynəlxalq səviyyədə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat hesab edilir. Beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair beynəlxalq hüququn əsas prinsipləri ilə uyğunluq təşkil edən “Ban-dunq prinsipləri”nə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin ərazi

bütövlüyü və suverenliyinə hörmət, xalqların bərabərliyi, dövlətlərin daxili işlərinə qarışmamaq, dövlətlərin ərazi bütövlüyünə qarşı yönəlmiş hər hansı fəaliyyətdən və güc tətbiqindən imtina etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək kimi məsələlər QH-nin əsas prinsiplərinə daxildir. Azərbaycan təşkilatın qısa müddət üzvü olmasına bax-mayaraq, əsas problemimiz olan Ermənistan-Azərbaycan,

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin QH üzvü olan ölkələrə dolğun şəkildə çatdırılması baxımından bu tədbirin Bakıda keçirilməsi çox önəmlidir.

2012-ci ildən etibarən hərəkata üzv olan dövlətlərin xarici işlər nazirlərinin görüşlərində və zirvə görüşlərində qəbul edilmiş bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edilir. Bu dəfə də tədbir

çərçivəsində qəbul ediləcək 4 sənədin üçündə münaqişə ilə bağlı bənd öz əksini tapacaq.

Bu ilin oktyabr ayından QH-yə sədrlik Azərbaycana keçib. Hərəkatın 2016-cı ilin sentyabrında Venesuelada ke-çirilmiş XVII Zirvə görüşündə Azərbaycanın quruma sədrliyi ilə bağlı qərar qəbul olunub.

Üç il ərzində Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə verilməsi qərarı, sözsüz ki, təqdirəlayiq və qürurverici haldır. Qarşıdakı üç il ərzində ölkəmizlə üzv dövlətlər arasın-da müxtəlif spektrli əlaqələr daha da genişlənəcək, bu amil Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzu və çəkisinin artmasına müsbət təsir edəcək.

İlqar ORUCOV, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər

Cəmiyyətinin sədri, fəlsəfə doktoru

Əsas məqsədi beynəlxalq hüqu-qa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Ölkəmizin belə bir quruma sədrlik etməsi hər birimiz üçün qürurverici haldır. Göründüyü kimi, ölkəmiz dünyanın sayılıb-seçilən dövlətləri sırasına qoşulur.

Respublikamız Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına və XVIII Zirvə görüşünə evsahibliyi, 2019-2022-ci illərdə bu quruma sədrlik etməklə, onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə əsaslı töhfəsini verir.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşünün böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il

sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət baş-çılarının görüşünə yenidən evsahibliyi edir. Bununla da Azərbaycan Qoşulma-ma Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Xatırladım ki, ölkəmiz 120 dövləti özündə birləşdirən Qoşulma-ma Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Səkkiz il sonra belə bir nüfuzlu qurumun sammitinə evsahibliyi etmək, həmin təşkilatın sədri olmaq, xarici

siyasətimizin növbəti uğurudur. Son illər Bakının Avropa və dünya

miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə yüksək səviyyədə evsa-hibliyi etməsi, Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib.

Mehman İSMAYILOV, Yeni Azərbaycan Partiyası Səbail

rayon təşkilatı sədrinin müavini

Azərbaycanda bu gün tarixi Zirvə görüşü başlayır

Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlü-yü, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən birinə çevrilən Azərbaycan qarşılıqlı hörmətə əsaslanan praqmatik xarici siyasət yürütməsi ilə də diqqət mərkəzindədir. Ermənistanın işğalçılıq siyasəti

nəticəsində ərazisinin 20 faizini itirməsinə və ciddi xarici təhdidlər qarşısında qalmasına baxmayaraq, rəsmi Bakı möv-cud geosiyasi reallıqda milli maraqlarının təmin olunmasına yönəlmiş siyasət həyata keçirməklə yanaşı, ziddiyyətli maraq-lara malik güc mərkəzləri ilə də faydalı siyasi əməkdaşlıq edir. Ən əsası, qısa zaman kəsiyində ciddi iqtisadi uğurlara nail olan Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə və bəşəri dəyərlərin inkişafına dəstək verməklə dünyanın va-cib aktorları arasında özünəməxsus yer tutmuşdur.

“Azərbaycan hərbi neytrallıq, ölkələrin dinc mövcudluğu və sabitlik flaqmanına çevrilir”

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ölkəmizə olan inam və etimadın nəticəsidir

Rusiyalı ekspert İvan Pyatibratov bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı iqtisadi, siyasi və imic baxımından düşünülmüş addımdır və bu amil bir neçə məna kəsb edir.Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük

beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə Bakının evsahibliyi etməsi Azərbaycana

dünya birliyində olan inam və etimadın bariz nümunəsidir. Siya-si məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edən bu qurum beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayır. 2011- ci ildən bu nüfuzlu təşkilatın üzvü olan Azərbaycan qurumun müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini yaxşılaşdırmaqla hərəkatın məqsəd və prinsiplərinə öz töhfəsini verib.

Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfu-zunun artmasının və ona olan etimadın nəticəsidir ki, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə yüksək

səviyyədə ev sahibliyi edir. Təkcə oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşündən sonra Bakının daha bir mötəbər beynəlxalq tədbirə – Qo-şulmama Hərəkatının XVIII Zirvə görüşünə ev sahibliyi etməsi beynəlxalq ictimaiyyətin və medianın diqqətini bir daha Azərbaycana yönəldir.

Son illər respublikamızın nüfuzlu beynəlxalq tədbirlərə və idman yarışlarına evsahibliyi etməsi bir daha təsdiqləyir ki, ölkəmiz bu sahədə artıq zəngin təcrübə qazanıb. Belə tədbirlərə evsahibliyi edən ölkələr, ilk növbədə, iqtisadi qüdrətə və davamlı icti-mai-siyasi sabitliyə malik olmalıdır. Azərbaycanın son illər bütün sahələr üzrə qazandığı uğurlar və sabitlik adası kimi tanınması artıq dünya birliyində də etiraf olunur. Bütün bunlar Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün Bakıda keçirilməsinə zəmin yaradıb.

Azərbaycanın nüfuzunun daha bir göstəricisi

Azərbaycanın ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirmək təcrübəsi böyükdür

25 oktyabr 2019-cu il, cümə 7

Page 8: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

Etiraf etmək lazımdır ki, ölkəmizin milyardlarla dol-lar sərmayə qoyduğu son iki layihə ilk günlərdən cəmiyyətin müəyyən hissəsi tərəfindən heç də birmənalı qarşılanmamışdı. Elə mən özüm də SOCAR-ın dəvəti ilə Türkiyəyə səfərə yollanana qədər bu layihələrə bir vətəndaş olaraq birmənalı yanaşmır və cəmiyyətdə dolaşan “Niyə yeni neftayırma zavodu öz ölkəmizdə tikilməsin? Niyə neft-kimya kompleksi özümüzdə genişləndirilməsin?” sual-qınağına müəyyən qədər haqq qazandırırdım. Hətta səfər yoldaşım–Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz məsələləri üzrə ekspert İlham Şa-banla bu haqda müzakirə açarkən, həmkarım bildirdi ki, cəmiyyətin verdiyi sual düzdür: “Çünki bu sualın cavabı birbaşa cəmiyyətin həyat və məişətinə təsirlə bağlı-dır”. Məsələnin qınaq yaratmasına səbəb isə bir tərəfdən, iqtisadi faydalılıq baxımından Azərbaycan üçün son dərəcə səmərəli olan bu investisiya layihələri barədə cəmiyyətə lazımi səviyyədə açıqlamaların verilməməsi, digər tərəfdən isə bundan istifadə edən müxalifət nümyəndələrinin məsələyə öz maraq dairələri çərçivəsində don geyindirmələridir.

Əslində, məhz bu boşluğu səhih informasiya ilə doldurmaq məramı ilə təşkil edilmiş Türkiyəyə səfərimizin ikinci hissəsində media nümayəndələri məhz “Petkim” neft - kimya kompleksi və Star neft emalı zavodu ilə tanış olmaq üçün İzmirə yollanmışdı.

Neft emalı sənayesi dünyanın diqqətində Etiraf edək ki, müasir dünyada

neft emalı məhsullarının spektri o qədər genişdir ki, hazırda bu məhsullar olmadan bəşəriyyətin mövcudluğunu təsəvvür etmək belə çox çətindir. Bu gün neft emalından alınan məhsullar kimya sənayesində, metallurgiyada, tibbdə, kənd təsərrüfatında çox geniş istifadə edilir. Neft emalı məhsullarının miqyasını təsəvvür etmək üçün bircə fakta diqqət yetirmək kifayətdir ki, hazırda dün-yada hasil olunan neftin 10 faizə qədəri kimya sənayesində istifadə edilir.

Ümumiyyətlə, neft emalı sənayesi kifayət qədər gəlirli ol-duğu üçün ona maraq da həmişə

böyük olmuşdur. Doğrudur, neft məhsullarının satışı xam neftin satışı ilə müqayisədə bir neçə dəfə azdır. Buna baxmayaraq, Hollandiya, İtaliya və başqa inkişaf etmiş ölkələr neft məhsullarının nəhəng ixracatçıları sayılsalar da, bununla belə, dünya neft emalı sənayesinin liderləri sırasında “Ek-son Mobil”, “Royal Datç Şell”, “Bri-tiş Petrolium” və s. kimi nəhəng şirkətlərin adları sıralanır.

Bu gün artıq Şanxay, Missisipi çayının deltası, Hyuston, Rot-terdam, Sinqapur əlverişli iqtisa-di-coğrafi mövqeləri sayəsində nəhəng neft emalı mərkəzlərinə çevrilmişlər. Sinqapurun bu gün neft emalı gücü 60 milyon tona çatmışdır. Ən nəhəng neft emalı müəssisəsi isə 60 milyon ton emal gücü olan ABŞ-ın Vircin adaların-dakı zavoddur.

Son illərdə neft hasil edən ölkələrdə emal sənayesinin inkişafı geniş miqyas almağa başlamışdır. Hazırda Səudiyyə Ərəbistanında, Küveytdə, BƏƏ-də, Venesuelada və başqa neft ölkələrində neft emalı sənayesi sürətlə inkişaf edir. İkinci bir tərəfdən, 1980-ci illərin ortaların-dan neft emalı sənayesində yeni tendensiya özünü göstərməyə başladı – OPEK üzvü olan ölkələri inkişaf etmiş ölkələrin emal sənayesinə cəlb etməyə başladılar. Məsələn, Səudiyyə Ərəbistanının ABŞ-da emal gücü 30 milyon ton olan NEZ-i və 12 min YDM-i var. Bu qısa icmal-dan aydın görünür ki, neft emalı sənayesi getdikcə daha çox maraq doğurmağa başlayır.

SOCAR-ın Türkiyə debütü – “Petkim”

“Əsrin müqaviləsi”ndən sonra dünyanın əsas neft hasilatıçıları arasında yer almağa başlayan Azərbaycan Respublikası Dövlət

Neft Şirkəti (SOCAR) öz maliyyə imkanlarını gücləndirdikcə, Azərbaycandan kənarda neft emalı sənayesi sahələrinə diqqət göstərməyə başladı. Bu stra-teji xətt Azərbaycan Prezidenti İlham Əliyevin xammal kimi ixrac edilən neft gəlirlərindən səmərəli istifadə etmək, yeni istehsalat

sahələri yaratmaq və ölkəyə gəlir gətirəcək sahələrə investisiya yatırmaq kimi strateji planları çərçivəsində atılan addımlardan biri idi. Neft emalı məhsullarına olan daxili tələbat, əlverişli iqtisadi coğrafi mövqe, etibarlı ölkə və bir çox digər parametrlər əsas götürülərək 2006-cı ildə SOCAR Türkiyədə neft emalını, neft –kimya sənayesini genişləndirmək, təbii qaz satışını həyata keçirmək məqsədilə bu ölkənin yerli “Tur-kas” şirkəti ilə birgə müəssisə ya-ratdı. 2008-ci ildə SOCAR Türkiyə hökumətinin beynəlxalq tenderə çıxartdığı dövlətə məxsus İzmir vilayətindəki “Petkim Petrokimya” şirkətinin nəzarət paketinin 51 faizini 2 milyard 40 milyon dollara satın alaraq Türkiyə bazarına daxil oldu.

Etiraf etmək lazımdır ki, bu dü-şündüyümüz qədər də sadə olma-dı. Ekspert İlham Şaban məsələnin tarixçəsini açıqlayaraq deyir: “Tenderin qalibi sahibi milliyətcə erməni milyarder olan Rusiyanın “Troyka dialoq” investisiya şirkəti oldu. Ancaq Türkiyənin müvafiq tənzimləyici orqanları tenderin nəticələrini təsdiq etmədilər. Çünki hökumət istəyirdi ki, “Petkim”ə investisiyalar yatırılsın, onun idarə edilməsi mükəmməlləşdirilsin və ölkənin kimya məhsullarına olan ehtiyacının idxaldan asılılığı azal-dılsın. Rusiya şirkətinin məqsədi isə belə perspektivli şirkətləri alıb, bir az qaydaya salıb, yaxşı “PR” edərək, sonra daha yüksək qiymətə satmaqla az müddətdə gəlir əldə etmək idi. Bu səbəbdən də Türkiyə hökuməti 2 milyard 40 milyon ABŞ dolları təklifi ilə SOCAR-ı tenderin qalibi elan etdi. Bu, imkan verdi ki, SOCAR yarandığı 1992-ci ildən qonşu Gürcüstandan sonra ilk dəfə öz fəaliyyətində Azərbaycanın hüdud-larından kənarda geniş miqyasda istehsalla məşğul olsun”.

SOCAR-ın ölkədən xaricdə belə bir debüt etməsinin bir əsas səbəbi də Türkiyənin neft-kimya sektorunun çox böyük imkanlara malik olması və bu sektorun hər il 6-7 faiz böyüməsi idi. Petrokim-ya holdinqinin baş direktoru Anar Məmmədov Azərbaycandan gəlmiş media nümyəndələri üçün keçirdiyi mətbuat konfransında ölkəmizin idarəçiliyində olan kompleksin miqyası haqqında məlumat verərək bildirdi ki, 15 zavod və 6 yardımçı təsərrüfatdan, istehsal gücü ildə 3,6 milyon tondan ibarət olan “Petkim”in ərazisi 20 kvadratkilometrdir. Komp-leks Star zavodu ilə birlikdə bütün Əliağa yarımadasını əhatə edir. Hazırda 2 min 500 nəfərin çalışdı-ğı “Petkim” Türkiyənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsidir və indinin özündə qardaş ölkənin neft-kimya məhsullarına olan

ehtiyacının yalnız 20 faizini təmin edə bilir. Genişlənmə potensialı çox yüksək proqnozlaşdırılan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyu-lur. 2008-ci ildən bəri SOCAR hər il “Petkim”ə təxminən 100 milyon dollar həcmində sərmayə yatırmış-dır ki, bununla da əlavə investisiya-ların ümumi həcmi 1 milyard dollara çatmışdır.

Təbii ki, buradan belə bir sual yarana bilər: Bəs bu qədər vəsait hara yönəldilib? Əvvəla, 2010-cu ildə “Petlim” Limanıçılıq A.Ş. quruldu və səhmlərinin 70 faizi “Petkim”ə məxsus olan “Petlim” Konteyner Limanının idarəçiliyi SOCAR Türkiyəyə keçdikdən son-ra obyekt 2019-cu ilin martından etibarən “SOCAR Terminal” kimi fəaliyyət göstərməyə başladı. İldə 1,5 milyon TEU potensialı ilə Egey bölgəsinin ən böyük konteyner terminalı olan “SOCAR Terminal” 400 milyon dollar investisiya ilə gerçəkləşdi. Böyük miqyaslı Təşviq Sənədi çərçivəsində dəstəklənən “SOCAR Terminal” hazırda SOCAR-ın inteqrasiya planlarının logistik əsasını təşkil edir.

Kompleks müasir elmi nailiyyətlərlə fəaliyyətini təmin etmək məqsədilə 2015-ci ildə Petkim Elmi-Tədqiqat Mərkəzi quruldu. Bununla paralel ola-raq, Türkiyənin bərpaolunan enerji potensialının mümkün qədər səmərəli istifadə olunması məqsədilə 2017-ci ildə 51 me-qavat gücə malik “Petkim” Külək Enerjisi Stansiyası (KES) qurulub işə salındı. Türkiyədə karbon emissiyasının azaldılmasına töhfə verməyə başlayan “Petkim KES” “Petkim”in kogenerasiya obyek-tinin elektrik istehsalı potensia-lını 23 faiz artırdı. Tikintisinə 55 milyon avroya yaxın vəsait sərf olunan “Petkim KES”-də 17 külək turbin generatoru ildə təxminən 200 giqavat/saat elektrik istehsal olunur.

“Petkim”in ilk gəlirləriHoldinqin baş direktoru bildirdi

ki, “Petkim”də istehsal olunan 60 növ müxtəlif məhsul, kiçik və orta müəssisələr də daxil olmaqla, 6 min istehsalçı tərəfindən istifadə olunur. Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon türk lirəsi (TL) həcmində mənfəətlə başa vur-muşdur. 2019-cu ilin ilk 6 ayında isə “Petkim” fəaliyyət göstərdiyi bütün dövrlərin ən yüksək məhsuldarlığını nümayiş etdirmiş və 5,9 milyard TL həcmində gəlir, 439 milyon TL həcmində xalis mənfəət əldə etməklə, istehsal rekorduna imza atmışdır. Ötən 6 ayda “Petkim”in amortizasiya və vergidən əvvəlki mənfəəti (EBIT-DA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 890 milyon TL-yə çatmışdır.

Kompleksin gəlirlə işləməsinin əsas səbəblərindən biri buradakı müəssisələrin istehsal texnolo-giyasının yenilənməsi və müasir standartlar səviyyəsində qurulma-sıdır. Məhz bu baxımdan 2018-ci il rəqəmsallaşma və infrastruktur işləri baxımından “Petkim” üçün həlledici il olub. Sənaye 4.0 parametrləri ilə istehsalda qabaqcıl analitik texnologiyaların və süni intellektin tətbiqinə başlanılıb. Bu istiqamətdə görülən işlər 2019-cu ildə öz bəhrəsini verib. “Petkim”in rəqəmsallaşma işləri ilə məşğul olan komandası bu vaxtadək 40-dan çox layihə həyata keçirib. Bu layihələr kompüter təhsili, süni in-tellekt, görüntü tanıma, proseslərin robot avtomatlaşdırılması kimi tex-nologiyaların tətbiqi vasitəsilə real-laşdırılıb. Yeniliklərdən biri də Etilen fabrikində tətbiq olunan Etilen Soba Optimallaşdırma Modelidir (EFOM). Əvvələr həftədə bir dəfə 8 soba işlətmə ssenarisi həyata keçirilirdisə, bu layihə nəticəsində hər 15 dəqiqədən bir 54 milyard ssenarinin istehsalı mümkün olmuşdur ki, bunların da arasından “Petkim” üçün ən uyğun və ən məhsuldar ssenari seçilərək həyata keçirilir. Yeni layihələr maliyyə ba-xımından da səmərəlidir. “Petkim” bütün şirkətdə tətbiq olunması nəzərdə tutulan layihə ilə Türkiyə və Azərbaycanın ən rəqəmsal şirkəti olması isiqamətində addım-addım irəlilələməkdədir.

Mətbuat konfransında “Petkim”in ixracat sahəsində də rekord nəticə əldə etməsi son ildə

qazandığı nailiyyətlərdən biri kimi xüsusi qeyd olundu. A.Məmmədov bildirdi ki, yeni bazarlara çıxış istiqamətində strategiya hazır-layan “Petkim” ötən il 78 ölkəyə məhsul sataraq bu sahədə də bütün dövrlərin rekordunu vurub. Bu uğur şirkətə Egey İxaracatçılar Birliyi tərəfindən verilən “İlin ən çox ixracat həyata keçirən şirkəti” və “Kimya sektorunda ən çox ixracat həyata keçirən şirkət” mükafatlarını qazandırıb. Hindistan və İspaniya kimi mühüm neft-kimya bazarları-nın hədəfə alınması da bu uğura xüsusi təsir göstərib. Bu ölkələrdə müştəri nümayəndəliyi yaradılıb və Hindistanda 43, İspaniyada isə 22 yeni müştəri qazanılıb.

“Petkim” Türkiyədə istehlak edilməyən və ya məhdud istehlak edildiyi üçün daxili bazara təqdim olunmayan benzol, C5 və parak-silen kimi məhsulların hamısını

və ya böyük bir hissəsini birbaşa ixrac edir. İstehsal potensialı və bazar payının yüksək olduğu aşa-ğı sıxlıqlı polietilen və ftal anhidridi kimi məhsulların da müntəzəm ixracı həyata keçirilir.

“Petkim”in yeni hədəfləriBaş direktor A.Məmmədov

qeyd etdi ki, “Petkim” neft-kimya kompleksi olaraq iki təməl xamma-lından istifadə edir – nafta və LPG. LPG qazı da butan, propan qazla-rıdır. Bunlar, əsasən, xam neftdən alınan məhsullardır. Bu təməl xammaldan da bizim məhsullar– etilen, polimerlər, aromatiklər istehsal olunur. Bunların özü də xammal kimi müxtəlif sənaye istehsalı sahələrinə ixrac edilir.

“Petkim”in üç təməl istehsal zənciri var – aromatikslər, etilen və xlor zənciri. Bunlardan bizim kompleks üçün ən vacib olan etilen zənciridir. Kompleksin etilen zavodu 1985-ci ildə qurulub, amma deyə bilərik ki, Avropada qurulmuş zavodlarla eyni yaş-dadır. 600 min ton bizim istehsal gücümüzdür.

Bizim komandamız Petkimə 2016-cı ildə gəldi. 2017-ci ildən biz burada optimallaşdırma proqramına başladıq və adını da “Petkim benim” qoyduq. Bu deyimin iki mənası var - “Petkim” mənəm” və “Petkim” mənimdir”. Biz işçilərimizdə məhz bu sahiblik hissini yaratmağa çalışdıq. Qeyd edim ki, çox uğurlu bir proqram oldu. Ümumiyyətlə, bu proqram çox vacib məsələni ehtiva edir. Biz düşündük ki, bizim kompleksdə 2500 insan çalışır. Onların 2 mini zavodda çalışan fəhlələrdir. Biz onların qollarından və gücündən istifadə edirik. Amma, bununla yanaşı, “Petkim”də 2 min beyin var. Biz elə bir platforma yaratdıq ki, onların hər biri öz təklifini bizə çatdıra bilsin. Nəticə inanılmaz

oldu. Az vaxtda işçilərimizdən 4 min təklif aldıq. O təkliflərdən daha optimal bilinən 470 təklifi araşdırdıq. Onlardan 247-si artıq reallaşmışdır. Bu günə qədər, yəni 2017-ci ildən 2019-cu ilə qədər bu proqram bizə 120 milyon dollar dəyər yaratmışdır. Bu layihələrin 90 faizi istehsal prosesində təkrar olunandır. Önəmli olan odur ki, biz 5 milyon dollar xərcləyib, 120 milyon dollar qazandıq. Bu layihələrin əksəriyyəti heç bir sərmayə qoyulmadan həyata ke-çirilir. Düşünürəm ki, biz Türkiyədə ilk belə bir nümunə yaratmışıq və gələcəkdə bunu daha geniş tətbiq etməyə çalışacağıq.

A.Məmmədov bildirdi ki, bu layihələri həyata keçirməkdə məqsəd “Petkim”i və Əliağa yarımadasını Türkiyənin və Azərbaycanın ən digital şirkətinə çevirməkdir.

Jurnalistlərin suallarına açıqlamasında baş direktor “Merkuri” layihəsi barədə də açıqlama verərək bildirdi ki, bu, sadəcə “Petkim”in deyil, SOCAR Türkiyənin layihəsidir. SOCAR Türkiyə onu “British Petroleum”– la birgə həyata keçirəcək. Bu, çox böyük bir layihədir və təbii, “Petkim”in də bu layihədə öz payı olacaq. Çünki onun əsas xammal tədarükçüsü “Petkim” və Star zavodu olacaq. Amma konkret bir

rəqəm demək hələ tezdir. “Petkim”ə qoyulan sərmayə

sadəcə bir “Petkim” üçün deyil, -deyə A.Məmmədov sözünə davam etdi. Azərbaycan dövlətinin Türkiyədəki bu neft-kimya kompleksinə sərmayə qoyuluşu qərarı bir strateji məqsəd naminə qəbul edilmişdir. Bu gün həmin strategiyanın nəticələrini biz Əliağa yarımadasında görürük. “Petkim” olmasa Star da, “Petlim” də, “aromatiks fabrika” da olmaya-caqdı. Olsaydı da, onların maliyyə dəyəri indikindən 30 faiz baha olacaqdı. “Petkim”in rəqabət apar-dığı şirkətlər qarşısında çox böyük üstünlüyü var. Bu gün SOCAR-ın layihələrinin hamısı “Petkim”in sahib olduğu yarımadada həyata keçirilir. “Petkim” in əraziləri, infrastrukturu – boru xəttləri, limanı var. Bunlar bizim daha geniş fəaliyyət göstərməyimizə imkan verir. Bütün bunlara rəğmən Azərbaycanın “Petkim” neft-kimya kompleksinə investisiya yatırımını mən çox uğurlu və ölkəmizə böyük maliyyə faydaları gətirəcək layihə kimi dəyərləndirirəm.

Azərbaycanın qardaş Türkiyənin sənayesinə yatırdığı investisiyalar sayəsində az bir vaxtda qazandığı uğurlar onu daha böyük inamla yeni layihələri həyata keçirməyə ruhlandırmışdır. Bu layihələrdən biri ötən il açılışı olan və bu gün uğurla fəaliyyət göstərən Star neft emalı zavodu-dur ki, onun sənaye dövriyyəsinə qoşulması ilə Türkiyə və Azərbaycan iqtisadiyyatına verdiyi və bundan sonra verəcəyi töhfələr haqqında növbəti məqaləmizdə bəhs edəcəyik.

(ardı var)

İlqar RÜSTƏMOV, “Xalq qəzeti”

Bakı – İstanbul – İzmir – Bakı

Asiya İnkişaf Bankının bir müddət bundan əvvəl mətbuatda yayılan məlumatında deyilir: “Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra mühüm iqtisadi transformasiya yolunu keçib. Res-publika 2009-cu ildə neft gəlirləri sayəsində orta gəlirli ölkə statusuna yüksəlib və kəskin şəkildə yoxsulluğu azaldıb və insan kapitalını gücləndirib. Lakin 2014-cü ildə neft qiymətlərinin şoku valyutanın deval-vasiyası ilə nəticələnib, dövlət borcunun artmasına səbəb olub və maliyyə sektoruna mənfi təsir edərək iqtisadi artımı 2016-cı

ildə 3,1 faiz azaldaraq ölkə iqtisadiyyatının tempini yavaşıdıb. Lakin hökumət iqtisadiy-yatın digər sahələrində artımı gücləndirmək məqsədilə mühüm islahatlar aparıb və respubli-kada inklüziv və dayanıqlı artımı gücləndirmək və 2025-ci ildən sonra isə yüksək gəlirli ölkə statusunu əldə etmək məqsədilə iqtisadi şaxələndirməni prioritetləşdirib”.

Bankdan bildirildiyinə görə, yeni strategiya Azərbaycanda özəl sektora dəstəyi artıracaq, insan kapitalının inkişafına daha çox diqqət ayı-racaq, biliklərin mübadiləsi ilə bağlı fəaliyyətin miqyasını genişləndirəcək və innovativ maliyyə

həll yollarına imkan yaradacaq. Bütün bunlarla bərabər, Asiya İnkişaf Bankı müvafiq siyasətə əsaslanan əməliyyatlar, analitik, məsləhət fəaliyyəti və layihənin hazırlanmasına yardımın təmin olunması, habelə hökumət təsisatlarının potensialının gücləndirilməsi vasitəsilə struktur islahatlarının dəstəklənməsinə xüsusi önəm veriləcək. Bank, həmçinin yüksək texnolo-giyalar və innovativ layihələr üçün selektiv kreditləşdirməni həyata keçirməyə çalışacaq.

Onu da qeyd edək ki, cari ilin dör-düncü rübündən etibarən adıçəkilən bank Azərbaycanla tərəfdaşlıq əlaqələrinin 20 illiyinə həsr olunan silsilə tədbirlər keçirəcək. Bununla əlaqədar Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbe-kov deyib: “Azərbaycanla 20 illik tərəfdaşlıq dövründə nailiyyətlərimiz çox olub. İşlədiyimiz bütün sahələrdə əməkdaşlığın səviyyəsindən razıyıq. Bu sahələr su təchizatı və kanalizasiya xidmətləri, enerji, elektrik təchizatı, o cümlədən magistral xətlər, paylayıcı şəbəkələr, avtomobil

və dəmir yolu nəqliyyatı, maliyyə sektorunun inkişafı, həmçinin həm dövlət maliyyəsinin idarəçiliyi, həm də özəl maliyyənin inkişafıdır”.

Yeri gəlmişkən, 1999-cu il dekabrın 22-dən üzvlüyə qəbul olunan Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində Asiya İnkişaf Bankı tərəfindən 5 milyard dollara yaxın vəsait alıb.

Bankın Azərbaycanda fəaliyyəti ilə bağlı bir məqama da toxunaq. Qeyd edək ki, günəş stansiyalarıının üzən panellərinin Böyükşor gölündə yerləşdirilməsini nəzərdə tutan “Üzən günəş paneli sistemlərinin inkişafına dair texni-ki dəstək və bilik mübadiləsi” layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənərək sözügedən bankın dəstəyilə Energetika Nazirliyi tərəfindən icra olunur.

Layihə çərçivəsində Böyükşorda hər biri 100 kVt gücündə üç fotovoltaj sistemi quraşdırılacaq.

V. BAYRAMOV, “Xalq qəzeti”

Türkiyə sənayesində parlayan AZƏRBAYCAN ULDUZLARI

Azərbaycan beynəlxalq müstəvidə dövlət müstəqilliyini möhkəmləndirmək yolunda strateji xətti uğurla davam etdirdiyi kimi, dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirmək yönündə də çox uğurlu addımlar atır. Öz taleyinin sahibi olmaqla yanaşı, həm də öz sərvətlərinin sahibinə çevrilən

ölkə karbohidrogen ehtiyatlarından maksimum səmərəli istifadə etmək üçün bir-birinin ardınca genişmiqyaslı strateji layihələri reallaşdırmaqla dünyada etibarlı tərəfdaş imicini daha da gücləndirməkdədir. “Əsrin müqaviləsi” ilə başlayan bu layihələr, daha sonra Bakı – Tbilisi – Ceyhan neft boru kəməri, Bakı –Tbilisi – Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və onun əsas seqmentlərindən olan TANAP-la davam etmiş və nəhayət, haqqında söhbət açacağımız qardaş Türkiyədə “Petkim” neft–kimya kompleksi və Star neft emalı zavoduna investisiya yatırmaqla yeni mərhələyə yüksəlmişdir.

Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadiyyatın şaxələndirilmiş inkişafını dəstəkləyir

Asiya İnkişaf Bankı Azərbaycanın daha da şaxələndirilmiş, dayanıqlı, inklüziv və davamlı iqtisadiy-

yata nail olması məqsədilə 5 illik Ölkə Tərəfdaşlıq Strategiyasını təsdiqləyib. Xatırladaq ki, 2019-2023-cü illəri əhatə edən həmin sənəddə üç strateji prioritetə-özəl sektorun inkişafının sürətləndirilməsi, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsinə xüsusi diqqət ayrılması nəzərdə tutulub.

25 oktyabr 2019-cu il, cümə8

Page 9: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

Suraxanıda Nəsiminin 650 illik yubileyi qeyd olunub

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılı-ğına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, məhz bu sərəncamın işığında həm respublikamızda, həm də xaricdə şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Ölkəmizdə mədəniyyət və incəsənətə göstərilən dövlət qayğısından danışan icra başçısı Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi ənənəsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd olunub ki, ümummilli liderin əsasını qoyduğu mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AMEA-nın vitse-prezi-denti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direk-toru, akademik İsa Həbibbəyli mütəfəkkir şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında mövqeyindən danışıb. Ədibin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının in-

kişafında mühüm yer tutdu-ğunu deyən İsa Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın böyük əhəmiyyət daşıdığını vurğu-layıb. Alim Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” adlı monoqrafiya hazırlandığını, azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan, Bolqa-rıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini diqqətə çatdırıb.

İsa Həbibbəyli xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.

Tədbirdə İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun

Nəsimi yaradıcılığı ilə bağlı nəşrlərini Suraxanı Rayon İcra Hakimiyyətinə hədiyyə edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmu-dova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində “Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqın-da məlumat verib. Bildirib ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uni-versiteti tərəfindən mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib. Bundan əlavə, universitet tərəfindən şairin qəzəlləri əsasında mu-ğamlardan ibarət kompozisiya hazırlanıb.

Sonra Ədəbiyyat İns-titutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

Aygün Bağırlı “Azərbaycan ədəbiyyatında Nəsimi möv-zusu”, orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər dokto-ru, dosent Fəridə Əzizova “İmadəddin Nəsiminin həyatı və mühiti”, erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Mahirə Quliyeva “Nəsiminin sənətkarlıq dünyası” möv-zularında məruzələrlə çıxış ediblər.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uni-versitetinin müəllim və tələbə heyətinin təqdimatında bədii hissə ilə davam edib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub

TÜRKSOY şairin qəzəllərini Ankarada 15 dildə nəfis tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr etdirib. “İmadəddin Nəsimi dünya dillərində” adlı bu kitab əlamətdar yubileyə dəyərli töhfədir.

Kitabın tərtibçisi və redaktoru Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qa-farlıdır. Kitabda Nəsiminin şeirləri Azərbaycan, qazax,

qırğız, özbək, türk, türkmən, alman, rus, fransız, ingilis, ispan, italyan, rumın, tacik və Ukrayna dillərində ve-rilib. Şeirlərin tərcüməsinə həmin ölkələrdən təcrübəli mütəxəssislər cəlb olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin kitaba yazdığı “Ön söz”də deyilir: “Humanist ənənələrə söykənən XIV yüzillikdə əfsanəvi səməndər quşu

kimi xarabalıqların və yanğın küllərinin altından baş qal-dıran İslam filosof və şairləri insanların sınmış ümidlərini özlərinə qaytarmağa, onların taleyin əlində köməksiz oyun-caq olmadıqlarını, əksinə, öz talelərinin qüdrətli hakimi kimi təlqin etməyə və inandırmağa başladılar. İslam Şərqinin hər üç hakim dilində--ərəb, fars və türk dillərində bu cür hu-manist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri də XIV yüzilliyin sonu, XV yüz illiyin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi oldu”.

Akademik qeyd edir ki, Nəsimi humanizmi insana böyük məhəbbət duyğuları ilə yoğrulub. Bu məhəbbət təkcə onun əsərlərinin məna və mahiyyətində, məzmununda deyil, forma xüsusiyyətlərində, daha doğrusu, oynaqlığında, ahəngində, alliterasiyasında da özünü göstərir. Nəsimi

qəzəllərinin də bir çoxunda ritmində, sanki oxucunun ürəyini oynadır, ona həyat eşqi, sevinc aşılayır, insana daxili mənəvi rahatlıq gətirir. Bunun kökündə isə, şübhəsiz ki, şairin özünün böyük insan sevgisi dayanmışdır.

On beş dildə iyirmidən çox qəzəlin yer aldığı kitab Nəsiminin böyük bir ədəbi məktəb yaratdığını göstərir. TÜRKSOY-un Nəsimi irsinin

təbliğinə çox böyük töhfə olan bu kitab müxtəlif dillərdə danışan insanları İmadəddin Nəsimi irsi ilə yaxından tanış etməkdə və böyük söz usta-dının yaradıcılığı haqqında dolğun fikir formalaşdırmaqda qiymətli mənbə rolu oynaya-caq.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

� Azərbaycan ədəbiyyatının bənzərsiz simalarından olan Hüseyn Cavidin adı milli hüdudları aşaraq çoxdan dünya ölkələrini dolaşmaqdadır. Bu gün Hüseyn Cavidin ölməz əsərləri dünyanın müxtəlif ölkələrində tərcümə və nəşr edilir, pyesləri Azərbaycandan uzaqlarda səhnələrə qoyulur və dərin rəğbət qazanır.

Dahi şair 1882-ci il oktyabrın 24-də anadan olub və Cavidlər ocağı üçün əlamətdar olan bu ayda adətən Azərbaycan boyu müxtəlif silsilə ədəbi-mədəni tədbirlər keçirilir. Bu il Azərbaycan və dünya oxucusu Hüseyn Cavidin 137 yaşının tamam olması ərəfəsində daha bir sevindirici hadisə ilə qarşılaşıb. Azərbaycan Respublikası-nın Serbiya, Monteneqro, Bosniya və Herseqo-vinadakı səfirliyinin təşəbbüsü ilə Cavid yaradı-cılığının ən parlaq nümunələrindən olan “İblis” əsəri ilk dəfə olaraq Monteneqro dilinə çevrilərək nəşr edilib. Qeyd edək ki, Monteneqroda və onun paytaxtı Podqoritsa şəhərində Hüseyn Cavid irsi və şəxsiyyətinə maraq böyükdür. Azərbaycan dövləti və hökumətinin dəstəyi ilə Podqoritsa şəhərindəki “Kral” parkında Hüseyn Cavidin abidəsi ucaldılıb. Hüseyn Cavidin “İblis” əsərinin Monteneqro dilinə çevrilərək nəfis şəkildə buraxılan kitabı isə şübhəsiz ki, onun bu qədim Balkan ölkəsində daha artıq tanınması və sevilməsinə yeni təkan verəcəkdir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 22-də Podqoritsa şəhərindəki Monte-neqro Universitetində kitabın geniş müzakirəsi və təqdimatı keçirilib.

Əvvəlcə bir qrup tədbir iştirakçısı “Kral” parkına gələrək, Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Boji-dar Podqoriçaninin və Hüseyn Cavidin burada ucaldılmış abidələrini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Monteneqronun ən böyük təhsil ocağı sayılan Monteneqro Universitetində keçirilmiş mərasimi açıq elan edən universitetin prorektoru Boris Vukiçeviç tədbir iştirakçılarını salamla-yaraq Monteneqro oxucularına heç də yad olmayan Hüseyn Cavid yaradıcılığı ilə öz ana dillərində tanış olma imkanı yaradan şəxslərə minnətdarlığını bildirib. Tədbirin onun təmsil olunduğu universitetdə keçirilməsindən son dərəcə məmnunluğunu ifadə edən prorektor iştirakçılara uğurlar arzulayıb.

Mərasimdə çıxış edən Azərbaycanın Serbi-ya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri, “İblis”in Monteneqro nəşrinə müfəssəl müqəddimənin müəllifi Eldar Həsənov öncə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Podqorit-sada yerləşən qədim tarixə malik “Kral” parkında Cavidin abidəsinin ucaldılmasından söz açaraq, bu abidənin Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi ilə yanaşı ucaldılması-nın iki xalq arasında nəcib amala – dostluğa və humanizmə xidmət etdiyini vurğulayıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa müdaxiləsi və səyləri nəticəsində hələ sovet dövründə Cavidin cənazəsinin Sibirdən, uzaq İrkutsk vilayətindən vətənə gətirilib doğulduğu torpaqda dəfn edil-

diyini vurğulayan səfir Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə Cavid irsinin tədqiqi və təbliği sahəsində tamam yeni bir mərhələnin başlandığını bildirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Ra-fael Hüseynov Hüseyn Cavidin həyat və yara-dıcılığı haqqında məruzə ilə çıxış edərək onun

dünya ədəbiyyatı və mədəniyyəti tarixindəki mühüm yeri barədə mərasim iştirakçılarına geniş məlumat verib: “Zahirən Hüseyn Cavidlə bizi ayıran zaman sərhədi çox da böyük deyil. O, XIX əsrin sonlarında doğulub, XX əsrin birinci yarısında yaşayıb. Cavidi bizə əyani şəkildə göstərən kinoxronika da yadigar qalıb. Lakin əsərlərini oxuduqca Cavid bizə həm də çox köhnə bir klassik, yüz illər öncə yaşamış qədim filosof kimi görünür. Heç səbəbsiz deyil ki, onu dünya ədəbiyyatının ən məşhur simaları ilə müqayisə etmiş, Azərbaycanın və Şərqin Şekspiri adlandırmışlar. Bunun səbəbi Cavidin poeziyasındakı dərinlik, müdriklik, fəlsəfədir. Cavid bilgin müəllimləri olmuş, mükəmməl təhsil görmüş bir ziyalı idi. Yeniyetməlik illərində doğulub yaşadığı, ilk təhsilini aldığı Naxçıvan-dan İrana səfər etmişdi. Orada həm fars dilini və Şərq ədəbiyyatını öyrənmiş, həm də həyat təcrübələri qazanmışdı. Sonra 1905-ci ildə

Türkiyəyə səfər etmiş, 5 il İstanbul Universi-tetinin Ədəbiyyat fakültəsində ali təhsil almış, Rza Tofiq, Tofiq Fikrət kimi yol, məktəb yaradan görkəmli filosof və ədiblərdən dərs almışdı. Vətəni Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil olduğu, deməli, dəmir pərdə arxasında yaşadığı zamanlarda xarici ölkələrə çıxış im-kanları çox məhdud idi. Lakin Hüseyn Cavidin bəxti gətirmişdi. Cavid o qədər böyük ədəbi nüfuz sahibi idi ki, onu 1926-cı ildə hökumətin qərarı ilə gözlərini müalicə etdirmək üçün uzun müddətə Almaniyaya ezam da etmişdilər. Çox həmvətənləri üçün qapalı olan Avropanı və Avropa həyatını yaxından görüb müşahidə etmək ona nəsib olmuşdu. Beləliklə, aldığı dərin biliklər, geniş mütaliəsi və içərisindən

keçdiyi coğrafiya Hüseyn Cavidi varlığında həm Şərqi, həm Qərbi birləşdirən düşüncə sahibinə çevirmişdi, ona bir çox həqiqətlərə üstdən, panoramda, geniş miqyasda baxmaq imkanı yaratmışdı. Ona görə də ədəbi yolunun lap başlanğıcından onun bəhs etdiyi mövzular və mətləblər milli çərçivədən kənara çıxaraq ümumbəşəri əhəmiyyət daşıyırdı. Onun zəngin palitrası olan əsərlərinin mövzuları, süjetləri və qəhrəmanları yalnız Azərbaycandan deyil, Qafqazdan, Yaxın və Orta Şərqdən, Asiya və Avropadan gəlirdi. Onun qəhrəmanları yalnız həmvətəni, soydaşı olan Azərbaycan türkləri deyil, bütövlükdə insan idi, onun daxili azadlığı-nın tərənnümü idi”.

Cavidin Birinci Dünya müharibəsi dövründə yaranmış “İblis” əsərinin məziyyətlərindən bəhs edən akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, faciələr müəllifi olmuş, öz həyatı da faciələr silsiləsindən ibarət Cavidin Sibirdə

dustaq olarkən yazdığı son dramının adı “Al-lah” idi. Bundan əvvəlsə o, “Peyğəmbər” və “İblis” pyeslərini yazmışdı. Yəni bu üç əsərlə mütəfəkkir şair insanın bütün varlığı və ruhu ilə ömrü boyu cazibəsində, təsirində olduğu üçbucaq haqqında fəlsəfi-poetik epopeya yaradıb. Cavidin bütün yaradıcılığı xeyirlə-şərin, işıqla-zülmətin, istiqlalla-istibdadın mübarizəsinin ifadəsidir. Bu əbədi qarşıdurma isə ən bariz şəkildə məhz onun bu 3 əsərində əks olunub.

Bu Cavid incisinin Monteneqro dilinə tərcüməsi və nəşrinin ölkələrimiz və xalqlarımız, ədəbiyyatlarımız və mədəniyyətlərimiz arasında əlaqələrin inkişafında mühüm hadisə olduğuna diqqət yönəldən Rafael Hüseynov “İblis” pyesini öz ana dilində məharətlə səsləndirmiş Draqana

Pantovitsə təşəkkürünü bildirib. Bunun ardınca Rafael Hüseynov təqdimat mərasiminin keçi-rildiyi 22 oktyabr tarixinin bir başqa cəhətdən də çox təsirli olduğunu söyləyib: “Cavidin oğlu Ərtoğrol, müasirlərinin və bizə yadigar qalan irsinin təsdiqinə görə, istedadda atasından geri qalmayan bir yaradıcı idi. Vur-tut 24 illik qısa ömür yaşamış Ərtoğrul Cavidin romansları, müxtəlif bəstələri, şeirləri, araşdırmaları, rəsm əsərləri bu gün də heyranlıq doğurur. Oktyabrın 22 onun doğum günüdür. Atasının şah əsəri “İblis”in Monteneqro dilinə tərcüməsinə həsr olunmuş mərasim keçiriləndə isə sadəcə onun növbəti doğum günü deyil, həm də 100 yaşı tamam olur”.

Sonra mərasim iştirakçılarına Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi kino salnamə” şöbəsinin hazır-ladığı, Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif anlarının əks olunduğu, Ərtoğrol Cavidin müəllimi Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi musiqi əsəri ilə müşayiət olunan videoçarx nümayiş etdirilib.

Monteneqronun tanınmış yazıçıları akade-mik Sreten Vuyoviç, Qoran Sekuloviç, Çetinya Kitabxanası İcraiyyə Şurasının üzvü publisist Bojidar Proroçiç, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, gənc dramaturq Draqana Tripkoviç Hüseyn Cavidi drama-turq, şair, ictimai xadim və dahi şəxsiyyət kimi səciyyələndirəcək geniş yaradıcılığından və həyatından danışıblar.

Tədbir Monteneqro KİV-lərində geniş işıqlan-dırılıb.

DFF-də təşkil olu-nan tədbirin iştirakçıları əvvəlcə kinorejissorun ömür səhifələrinin əks olunduğu videofilmə baxmışlar.

Kino tarixçisi, Əməkdar incəsənət xadimi Ay-dın Kazımzadə, rejissor,

Əməkdar artist Elxan Qası-mov, Əməkdar incəsənət xa-dimi, rejissor, kinooperator Nizami Abbas və başqaları çıxış edərək sənətkarla bağ-lı xatirələrini bölüşmüşlər.

Onun peşəkar rejis-sor kimi filmlərə gətirdiyi

yeniliklərdən, aktyorlar-la işindən, filmin texniki həllindəki ustalığından, insan, dost, həmkar kimi xasiyyətlərindən danışdılar.

Qeyd olundu ki, Ş.Mahmudbəyov Mosk-vada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub, görkəmli rejissor S.Gerasimovun və aktrisa T.Makarovanın kursunda təhsil alıb, 1954-cü ildən Bakı kinostudiyasında (Cəfər Cab-barlı adına “Azərbaycanfilm” kinostudiyasında) rejissor

vəzifəsində çalışıb.Bir neçə il rejissor as-

sistenti və 2-ci rejissor kimi çalışan Ş.Mahmudbəyovun kinoda ilk işi 1960-cı ildə çəkdiyi “Əyri yolla qazanc” adlı qısametrajlı film olub. Sonrakı illərdə o, “Romeo mənim qonşumdur” lirik komediyasını, “Qaraca qız” kinonovellasını, müxtəlif janrlara aid “Torpaq. Dəniz. Od. Səma”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Dörd bazar günü”, “Dərviş Parisi part-ladır” (K.Rüstəmbəyovla birlikdə), “Bayquş gələndə”, “Od içində”, “Tənha narın nağılı” (H.Turabovla birlikdə) və başqa filmləri çəkib.

Çıxışlarda rejissorun 1969-cu ildə ekranlaşdır-dığı “Şərikli çörək” filminin ona böyük şöhrət qazan-dırdığı vurğulandı. Elxan

Qasımov rejissora bu filmin Böyük Vətən müharibəsi illərində Bakı və bakılılar haqqında səmimi söhbət, ilıq xatirə tablosu olduğunu və ümumiyyətlə, rejissorun bütün ekran işlərində həzin və səmimi duyğuları önə çəkməyə çalışdığını bildirdi.

Çıxış edənlər Ş.Mahmudbəyovun aktyor işini də qeyd edərək kino-yaddaşa köçən obrazlarını da xatırladılar. “Yenilməz batalyon”dakı Qaçaq Əlimərdanı ustalıqla ifa etdiyini, “Fəryad” filmində isə erməni həkimin mənfi obrazı-nı inandırıcı canlandırdığını dedilər. Natiqlər sənətkarın “Mozalan” satirik kinojurnalı üçün çəkdiyi və çəkildiyi filmlərdəki işini vurğuladılar.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Şamil Mahmudbəyovun xatirəsi yad edildi

Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Şamil Mahmudbəyovun anadan

olmasının 95 illiyinə həsr edilmiş xatirə gecəsi Mədəniyyət Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondu tərəfindən təşkil edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Suraxanı Rayon İcra Hakimiyyəti,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Suraxanı rayonunda ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi-nin qeyd olunması və 2019-cu ilin “Nəsimi

ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq, ölkəmizlə yanaşı, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər keçirilir, kitablar nəşr edi-lir. Türk xalqlarının bir-birinə yaxınlaşması və onların ortaq mədəniyyətinin təbliği missiyasını üzərinə götürmüş Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY da 2019-cu ili türk dünyasında İmadəddin Nəsimi ili elan edib.

25 oktyabr 2019-cu il, cümə 9

Dahi Hüseyn Cavid 137 yaşında Monteneqro dilində “danışdı”

Bakıda Avstriyanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

� Oktyabrın 24-də Avstriyanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı – Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib.

Tədbir Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Bernd Aleksandr Bayerl qəbulda çıxış edərək Avstriya Milli Gününün tarixi, ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildi-rib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçiril-diyini deyən diplomat bir çox sahələrdə əlaqələrin daha da genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Səfir ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə rəsmi qəbulda çıxış edərək əlamətdar bayram münasibətilə Azərbaycan Respublikası Hökuməti adından Avstriya xalqını təbrik edib, sülh və əmin-amanlıq arzularını çatdırıb. O deyib ki, dövlətlərimiz arasında əlaqələrin yüksək dinamikası var və bu münasibətlər inkişaf edir. Bu gün bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Avstriya və Azərbaycan etibarlı tərəfdaşdırlar. İndiyədək ölkələrimiz arasında 40-dan çox sənəd imzalanıb. İqtisa-di əməkdaşlıq sahəsində əhəmiyyətli uğurlar var. Bir çox sahələrdə əlaqələri inkişaf etdirmək üçün geniş potensial mövcuddur.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplo-matlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AZƏRTAC

Page 10: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

25 oktyabr 2019-cu il, cümə10“Azərsu” ASC

daxili vəsaiti hesabına əyləc qəliblərinin elektron qaydada satın alınması üçün

Mal-materialların satın alınması elektron satınalma vasitəsi ilə həyata keçirilir.

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına elektron imzaları (asan imza) vasitəsilə daxil ola və tender haqqında ətraflı məlumatı əldə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-tenderin əsas şərtlər toplusuna uyğun analoji iş təcrübəsi, sertifikatlar, istehsalçının sınaq nəticələri və istehsalçının rəsmi təmsilçilik hüququna malik olmasını təsdiq edən sənəd.

Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manatdır.Təşkilat- “Azərsu” ASCVÖEN-9900001751Bank- “Kapital Bank” ASC-nin 1 saylı

Nəsimi filialıKod- 200112VÖEN- 9900003611M/h- AZ37NABZ

0135010000000001944S.W. İ. F. T. BIK- AİİBAZ2XH/h- AZ65AİİB

33070019441100216111İştirak haqqı heç bir halda geri

qaytarılmır.Malgöndərənlər (podratçılar) tenderdə

iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 noyabr 2019-cu il saat 18.00-a , tender təklifi və bank təminatını isə 26 noyabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 27 noyabr 2019-cu il saat 11.00-da həyata keçiriləcəkdir.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” MMC

2018-ci il maliyyə hesabatlarının auditi xidmətlərinin satın alınması maddəsi üzrə kotirovka sorğusu elan edir

Sorğuda iştirak etmək istəyənlər Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 34 nömrəli ünvana müraciət edə bilərlər.

Sənədlərin qəbulu 1 noyabr 2019-cu il saat 11.00-dəkdir.Əlaqələndirici şəxs – V.Xəlilov.Əlaqə nömrəsi- 012-596-05-20.

B İ L D İ R İ ŞMəlumat üçün bildiririk ki, “Günay Sığorta”

ASC-nin faktiki ünvanı 2019-cu il oktyabrın 1-dən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 75C nömrəli ünvana dəyişdirilmişdir. Xatırladaq ki, cəmiyyətin baş ofisi bu günə qədər paytaxtın Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi 31/11 nömrəli ünvanda fəaliyyət göstərmişdir.

İdarə heyəti

AÇIQ TENDER ELAN EDİR

Müsabiqə qaliblərinə mükafatlar təqdim edilib

� Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi “DOST mərkəzləri müasir Azərbaycanın siması kimi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Müsabiqə qaliblərinin mükafatlandırılması tədbirində nazir Sahil Babayev bildirib ki, bu il 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan iki sosial paket icra olunub. Həmçinin həssas qrupları əhatə edən sosial müdafiə və aktiv məşğulluq proqramları getdikcə genişlənir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsinin gerçəkləşməsi

bu sahədə mühüm uğurlar əldə etməyə imkan yaradıb. Nazir deyib ki, cənab Prezident sosial-iqtisadi müşavirədə gələn il də ciddi sosial proqramlar icra ediləcəyini, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacağını bəyan edib. Bildirib ki, “E-sosial” internet portalı vətəndaşlara özləri barədə sosial xarakterli məlumatlara çıxış imkanı ilə

bərabər, öz sosial hüquqlarının təminatına ictimai nəzarət imkanı verib. Burada özünüməşğulluq proqramı iştirakçıları, onlara aktivlərin verilməsi prosesi, aktivlərin keyfiyyəti və s. məlumatlar açıqlanır, nazirliyin rəsmi saytında “İşsizin DOSTu” proqramı iştirakçılarının siyahısı təqdim olunur.

Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 24 iyul 2019-ci il tarixdə elan edilən və 27 sentyabr 2019-cu il tarixdə başa çatan müsabiqəyə 17 KİV-dən 29 yazı təqdim edilib. Yazılar 3 nəfər ekspert tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibi (1 nəfər) üçün 1000 manat, II yerin qaliblərinin (2 nəfər) hər biri üçün 800 manat, III yerin

qaliblərinin (3 nəfər) hər biri üçün 500 manat, eləcə də həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarının (5 nəfər) hər biri üçün 200 manat pul mükafatı və diplomlar nəzərdə tutulub.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək, dövlət qurumlarının fəaliyyətində mətbuatla sıx əməkdaşlığın, o cümlədən belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra müsabiqənin qaliblərinə, həmçinin həvəsləndirici yerlərə layiq görülmüş KİV əməkdaşlarına mükafat və diplomlar verilib.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Erməni xalqı millətçi rəhbərlərin məsuliyyətsiz siyasətinin ölkəni sonu görünməyən müharibə girdabında dağıdıb viran qoydu-ğunu yaxşı görür. Amma millətçilik və işğalçılıq xülyaları ilə beyni zəhərlənmiş bu xalq çıxış yolu-nu ölkədə at oynadan Qarabağ klanının oyuncaq rejimini yıxmaqda görsə də, işğalçılıq siyasətindən əl çəkə bilmədi.

Beləliklə, ölkə rəhbəri dəyişsə də vəziyyət bir az da ağırlaş-dı. Əslində, bir əldə oyuncaq olan dövlət başçısının başqa mərkəzdən idarə olunan siyasətçi ilə əvəz edilməsi Ermənistanda ali idarəçiliyi bir az da qəlizləşdirdi. Qarabağ müharibəsində əli qana batmış səhra komandiri qatil Sarkisyanı Paşinyanın əvəz etməsi ermənilərin bütün ümidlərini puça çıxardı. Nə qədər ki, erməni rəhbərlər özgə əllərdə oyuncaqdır, nə qədər ki, erməni xalqı çıxış yo-lunun ölkəsinin ədalətsiz Qarabağ davasından əl çəkmək olduğunu qəbul etmək istəmir, o, növbəti ümidlərini yeni paşinyanlarla puça çıxaracaq.

Paşinyan isə nəyə yarasa da, dərin böhran içərisində çapalayan ölkəsini xilas edə bilən siyasət apara bilmədiyini hər addım-da sübut edir. Elə götürək, bu yaxınlarda Aşqabad görüşündə onun hitlerçilərin əlaltısı bədnam erməni generalını müdafiə etmək üçün dəridən-qabıqdan çıxmasını. Elə bir həssas məqamda hansı ağlı başında olan siyasətçi bunu edərdi?

Çağdaş dünya xalqları tarixdən yaxşı bilirlər ki, sərsəm, qəddar hökmdarlar xalqlara və ölkələrə necə dəhşətli bəlalar gətiriblər. Qaniçən Hitler faşizminin rəhbərliyinin bais olduğu II Dünya müharibəsi bəşəri fəlakətlərdən ən dəhşətlisi olmuşdur. Məhz faşistlərin dünya ağalığı xülyası o zamanın aparıcı dövlətlərini tarixdə misli görünməmiş bir müharibəyə sürükləmişdi. Çağdaş siviliza-siyanın beşiyi olan Avropa oda qalanmışdı. On milyonlarla insan günahsız yerə həlak olmuşdu. Odur ki, sülhsevər, tərəqqipərvər bəşəriyyət bu yaxınlarda Hitler Al-maniyasının 1939-cu il sentyabrın 2-də başladığı cahan savaşının 80 illiyini dərin hüzn və faşizmi kəskin ittiham aksiyaları ilə xatırladı.

Sonuncu dünya müharibəsinin Azərbaycanın da qatıldığı ən bö-yük və dağıdıcı savaşı olan Böyük Vətən müharibəsində Qələbənin əlamətdar yubileyləri də keçmiş birlik ölkələrində faşizmə niftət, bu amansız bəşəri bəlanın hər hansı təzahürünün yolverilməzliyi çağırış-ları altında qeyd edilir. Birlik ölkələri

gələn il sovet xalqlarının faşizm üzərində qələbəsinin 75-ci ildö-nümünü də birlikdə qeyd etməyə hazırlaşırlar. MDB Dövlət Başçıları Şurasının Aşqabad görüşünün gündəliyində duran məsələlərdən biri də bu tarixi hadisəyə birgə hazırlıq idi.

Ermənistanın millətçi rəhbərliyinin 30 ildən artıq müddətdə Azərbaycana qarşı davam etdirdiyi təcavüzkarlıq siyasəti və onun acı nəticələri

olan ərazilərimizin 20 faizinin işğal edilməsi, 1 milyon soy-daşımızın qaçqın-köçkünlüyə məhkum edilməsi, 20 mindən çox soydaşımızın etməni silahlı vəhşiliyinin qurbanı olması, 50 min həmvətənimizin yaralanıb əlil həyatı yaşaması Ermənistanda məhz faşizmin başqa ad altında davam etməsidir.

Belə bir vəziyyətdə Ermənistanın faşist düşüncəli və əməlli rəhbərliklərinin si-vil dünya siyasətindən təcrid edilməməsi zəmanəmizin ən böyük ədalətsizliklərindən biridir. Qonşu respublikanın ərazisini işğal edən, bu barədə BMT-nin 4 qətnaməsinə məhəl qoymayan, xalqımıza qarşı terror, müharibə, soyqırım əməllərini ən kəskin formalar-da gerçəkləşdirən Ermənistan rəhbərliyinin faşist siyasəti nəinki cilovlanmır, əksinə, buna göz yum-maqla şirnikləndirilir.

Bu ədalətsizliyə dözməyən Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər olduğu kimi, Aşqabad görüşündə də ədalətin təntənəsi naminə öz kəskin

mövqeyini bir daha ortaya qoydu. Dövlətimizin başçısı Böyük Vətən müharibəsində Azərbaycan xal-qının faşizmin məğlub edilməsinə cəbhədə və arxada göstərdiyi misilsiz köməyi faktlarla yada salandan sonra faşist Almaniyası-nın fəal əlaltısı olmuş, “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”– çağırışı ilə o zaman əsir düşən və xaricdə yaşayan erməniləri SSRİ-yə qarşı mübarizəyə yönəltmiş Njde

ləqəbli bədnam general Qaregi-nin bəşəri xəyanətkarlığını, ona İrəvanda abidə ucaldılmasını birlik dövlətləri başçılarına xatırlatmaqla, Ermənistan rəhbərliyinin də faşist məsləkli olduğunu təkzibolunmaz faktlarla sübut etdi.

Ermənistanın küçə diploma-tiyası ilə hakimiyyətə gəlmiş və mövqeyini qorumaq üçün əvvəlki rəhbərliyin faşizm siyasətini davam etdirməyə məhkum rəhbəri, baş nazir Nikol Paşinyanın məntiqli bir cavab tapa bilməyib faşist əlaltısını sovet repressiya qurban-larına tay tutması, Azərbaycan rəhbərinin, guya, erməni xalqını təhqir etməsini böhtankarlıqla söyləməsi onu çox rəzil vəziyyətdə qoydu. Üstəlik, Prezident İlham Əliyev aşağıdakı fikrinin odyek-tivliyi və dəmir məntiqi ilə faşizm virusları ilə sərsəmləşmiş Nikol Paşinyanı diplomatik nokdauna saldı: “Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vur-duğu bu ləkədən təmizlənməlidir.

Həmçinin hesab edirəm ki, na-sist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dus-taqlarını müqayisə etmək qətiyyən yolverilməzdir”.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın mötəbər rəsmi mənbələrində Qareginin sat-qınlığı və xəyanətkarlığı barədə qeyd edilənləri xatırlatmaqla onun faşizmə sədaqətlə xidmət göstərdiyini bildirdi. Dövlətimizin

başçısı Paşinyana xatırlatdı ki, Ermənistanın özünü demokra-tik seçilmiş kimi təqdim edən yeni hakimiyyəti, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Qaçılmaz məntiqdir: Ermənistanın indiki rəhbərliyi faşizmə qarşıdırsa, onda faşist əlaltısının, qaniçən genera-lın heykəlini söksün, işğalçılıq siyasətindən əl çəksin.

Şübhəsiz, siyasi populizm burulğanına düşüb əsassız və kəmağıl siyasəti ilə dalana dirənən Paşinyan buna qadir deyil. Alma-niyada faşizm bəşəri ədalətin hök-mü, xalqların birgə mübarizəsi ilə darmadağın edildi. Ermənistanda da faşizm siyasətinin sonu yaxın-laşır. Erməni faşizmi Azərbaycanın iqtisadi və hərbi qüdrəti qarşı-sında davam gətirməyə qadir deyil. Ermənistan baş nazirinin Azərbaycan Prezidenti qarşısında məğlub durumu bunu bir daha sübut etdi.

Bundan əvvəl isə siyasət mey-danında sabun köpüyü üfürməklə məşğul olan Nikol Paşinyan öz

xalqının gözündə ucalmaq üçün Ermənistanı fəlakətə salmış Qarabağ davasına növbəti cəfəng fikirləri ilə “nöqtə” qoymaq istədi. Lakin bu söz şarcığı Azərbaycan Prezidenti İlham Əliyevin iti nizəyə dönmüş “nida” işarəsinə dəyib partladı.

Ötən 30 ildə Ermənistan öz maraqları naminə onu bu pers-pektivsiz təzavüzə şirnikləndirən dairələrin açıq-gizli köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini

işğal altında saxlamaqla nəyə nail olduğunun (əslində, olub-qalanla-rını da itirdiyinin) fərqində olmadan yalançı “miatsum”, eyforiyasının məstliyi altında düşdüyü sosial-iqti-sadi və siyasi-mənəvi bataqlıqdan düşüb çıxış yolu axtarmaqdadır. Dünyada əksər ölkələr öz qonşusu ilə dostluq münasibəti saxlayıb fay-da götürməkdə maraqlı olduğu bir zamanda bu xəyanətkar iqtidarın təqsiri üzündən xalqın vəziyyəti nəinki ildən-ilə, aydan-aya, hətta gündən-günə pisləşir. Ermənilərin özləri bunu hamıdan artıq görüb-duyurlar. Lakin səbəbi lazım olan yerdə deyil, kənar xülyalarda və yönləndirmələrdə axtardıqların-dan fəlakətin girdabında bir az da dərinə düşürlər.

Son hadisələrin təhlili göstərir ki, Ermənistanda heç bir gerçək güc və siyasi qüvvə yaranmış böh-ranın qonşu dövlətlə üç onillikdən bəri davam edən hərtərəfli qarşı-durmanın, müharibə vəziyyətinin davam etməsinin mütləq nəticəsi olduğunu anlamaq və etiraf etmək durumunda deyil. Azərbaycan torpaqlarının işğalının önündə

getmiş Xankəndinin bədnam və hərbi cinayətlərin müəllifləri olmuş səhra komandirlərinin İrəvanda Ermənistan rəhbərliyinə aparıl-masını alqışlamış zavallı erməni kütləsi hələlik çıxış yolunu bu qanlı rejimin kənarlaşdırılmasında axtarır. Qərbə bağlı baş nazir Nikol Paşinyanın bu ali möv-qe üçün səriştəsizliyi və çıxış yolunu kənarda araması da Ermənistandakı siyasi, iqtisadi və

mənəvi böhranı davamlı olaraq ağırlaşdırır.

Paşinyanın xalqa verdiyi şirin vədlər də ermənilərin ölkədən qaç-masını səngitməyib. Statistika bu gün də Ermənistandakı demoqrafik vəziyyətin üç əsas səhəsində ciddi problemlər yaşandığını göstərir. Bunlar ölkədə doğumun kəskin şəkildə aşağı düşməsi, miqra-siya və qocalma, yəni ölkədəki qocaların sayının artması ilə müşahidə edilməkdədir. 2019-cu il yanvarın 1-də ölkədə yaşayan əhalinin ümumi sayı 2 milyon 965 min nəfər təşkil edib. Bu, ötən ilin, yəni 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,6 min nəfər azdır. Deməli, “məxməri inqilab”dan son-ra da erməni xalqının Ermənistanın gələcək inkişafına olan inamı bərpa olunmayıb. Son üç ildə Ermənistandakı doğum səviyyəsi də aşağı düşməkdə davam edir. Belə ki, əgər ölkədə 2015-ci ildə 41 min 763 uşaq doğulmuşdusa, bu göstərici 2016-cı ildə 40 min 592, 2017-ci ildə isə 37,7 min təşkil edib.

ABŞ-ın məşhur “Gallup”

beynəlxalq sosial araşdırma şirkətinin apardığı araşdırma-dan bəlli olub ki, Ermənistanda vətəndaşların vacib problemi Qarabağ məsələsi deyil, işsizlikdir. Rəyi soruşulanların 45 faizi işsiz-liyi Ermənistanın başlıca problemi olduğunu söyləyib. Respondentlərin 40,5 faizi ölkədəki iqtisadi vəziyyətin düzəlməsinə üstünlük verib. Rəyi soruşulanların 26,8 faizi isə təqaüd və əməkhaqlarının az olmasından şikayət edib. Respondentlərin cəmi 26,1 faizi Qarabağ məsələsini Ermənistanın vacib problemi sayır. Rəyi soruşulanlar emiqrasiya, korrupsiya və terroru da ölkənin başlıca məsələləri sırasında qeyd ediblər. Araşdırma nəticəsində o da məlum olub ki, ölkə əhalisi psixoz vəziyyətdədir. “Gallup” şirkəti müəyyən edib ki, sakinlərin 45 faizi sorğunu kin, qıcıq və streslə cavab-landırıb.

Nikol Paşinyanın ölkədə bütün bəlaların səbəbi olaraq “Qarabağ klanı”nın cinayətkar əməllərini əsas arqument kimi körükləməsi artıq təsirini itirməkdədir. Necə deyərlər, klan gedib, vəziyyət isə dəyişmir. Ölkə dağıdıcı müharibənin ağır yükü altında durmadan aşı-nır, dağılır. Populist şüarlarla hakimiyyətini uzadan baş nazirin sürət götürməyən və əyləci tutma-yan hakimiyyət maşını isə ətalətlə uçuruma doğru yuvarlanmaqdadır.

Azərbaycan rəhbərliyinin daim bəyan etdiyi, nəhayət, dünya birli-yinin etiraf edəcəyi və Ermənistanı da məcbur edəcəyi həqiqət budur ki, Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdən qovulmuş yüz minlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma “müstəqillik” heç bir gələcək vəd etmir.

Dünya ictimaiyyəti isə münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe tutan, regionun lider ölkəsi olan Azərbaycanın ədalətli mövqeyi ilə təcavüzkar Ermənistanın atdığı addımları yaxşı görür. Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə çıxarmalı və hesablan-mamış atılan addımlara görə məsuliyyət daşıdıqlarını dərk etməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün uyduru-lan yalan və bəhanələr, beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Bütün bunların yeku-nunda Ermənistan bir dövlət kimi yox olmağa doğru gedir.

Qasım HACIYEV, AMEA Qafqazşünaslıq

İnstitutu ermənişünaslıq şöbəsinin müdiri

Ermənistanın düşdüyü fəlakətli və çıxılmaz vəziyyətin əsas

təqsirkarlarının bu ölkənin imperialist dairələrin, üzdəniraq güc mərkəzlərinin əlində oyun-cağa və siyasi alətə çevrilmiş rəhbərlərinin olması artıq dünya-da siyasətdən az-çox baş çıxaran hər kəsə bəllidir. Özünü “zavallı” adlandıra-adlandıra zavallı günə qalmış erməni xalqı özü də bu həqiqəti yaxşı anlayır.

Ermənistanın baş nazirinin məsuliyyətsiz addımları ölkəni uçuruma sürükləyir

Page 11: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

1125 oktyabr 2019-cu il, cümə

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası

Qanununun tələblərinə uyğun olaraq “Azərbaycan insanlarının qonaqpərvərliyi” mövzusunda videoçarxların və fotoşəkillərin

hazırlanması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

Tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalı-na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara ma-lik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən he-saba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmala-rının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:

AZN hesabıEmitentBankın adı – Dövlət Xəzinədarlığı

AgentliyiBankın kodu – 210005VÖEN – 1401555071M/h – AZ-

41NABZ01360100000000003944SWIFT – CTREAZ22Alan – Azərbaycan Respublikasının

Dövlət Turizm AgentliyiVÖEN – 1404365471 H/h – AZ53C-

TRE00000000000008498501Büdcə səviyyəsinin kodu -7Büdcə təsnifatının kodu -142340Tenderdə iştirak haqqı 100 ma-

natdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşa-ğıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıl-dığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müva-fiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;

- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

Sənədlər Azərbaycan dilində

tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.

Əlaqələndirici şəxs- Mehman Bay-ramov.

Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə.

Telefon- +994125058704 (əlavə 2304); Faks: +994124920592.

E-mail: [email protected]

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uy-ğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 27 noyabr 2019-cu il saat 18.00-a, tender təklifini və təklifin bank təminatını isə 5 dekabr 2019-cu il saat 18.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açı-lışı 6 dekabr 2019-cu il saat 11.00-da dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında apa-rılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro-sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası palatanın banklardan müvafiq hesabatların əldə edilməsi və emalı, əldə

olunmuş hesabatlarda ilkin yoxlamaların aparılması, yaradılmış ehtiyatın yeni prudensial hesabatla və mərkəzi kredit reyestrində mövcud məlumatlarla

çarpaz yoxlamaların aparılması proseslərinin avtomatlaşdırılması xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Banklardan müvafiq hesa-batların əldə olunması və emalı, əldə edilmiş hesabatlarda ilkin yoxlamaların aparılması, yaradılmış ehtiyatın yeni pru-densial hesabatla və mərkəzi kredit reyestrində mövcud məlumatlarla çarpaz yoxlama-ların aparılması proseslərinin avtomatlaşdırılması xidmətinin göstərilməsi müddəti 12 ay nəzərdə tutulmuşdur. İcra yeri Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Sorğuda iddiaçı kimi iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27

nömrəli ünvana (əlaqələndirici şəxs- Palatanın inzibati idarəsinin mütəxəssisi Ələmqulu Quliyevə , telefon- +994 12 493-50-58/346, Faks: +994 12 498-12-14 [email protected]) müraciət edə bilərlər. Koti-rovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər imzalanıb möhürlənmiş koti-rovka təkliflərini (əlavə olaraq qiymət cədvəli və Azərbaycan dilində tərtib edilmiş şərtlər top-lusunda göstərilən sənədləri) 31 oktyabr 2019-cu il saat 15.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Kotirovka sorğusun-da “Dövlət satınalmaları haq-qında” Azərbaycan Respublika-

sının Qanununa uyğun olaraq bütün meyarlara cavab verən iştirakçılardan ən aşağı qiymət təqdim edən malgöndərən qalib hesab olunacaqdır. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Təqdim olunan qiymət kotirovkaları zərfləri 1 noyabr 2019-cu il saat 12.00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin

“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti daxili vəsaiti hesabına yanğın təhlükəsizliyi sisteminə texniki kömək

göstərilməsi xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edirKotirovka sorğusunda iddiaçı kimi iştirak etmək

istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli (Port Baku Towers) ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs -Tural Quluzadə, telefon- (+994) 310-11-10 (7715).

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 29 oktyabr 2019-cu il saat 10.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 29 oktyabr 2019-cu il saat 12.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin

“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətidaxili vəsait hesabına elektrik mallarının satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli (Port Baku Towers) ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs -Tural Quluzadə, telefon- (+994) 310-11-10 (7715).

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirov-ka təkliflərini 29 oktyabr 2019-cu il saat 10.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim

etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarıla-caqdır.

Kotirovka təklifləri 29 oktyabr 2019-cu il saat 15.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi dəftərxana və təsərrüfat, mətbəə, idarənin xərcləri, sair xərclər,

digər maşın və avadanlıqlar xərc maddəsi üzrə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi 4 nömrəli ünvana ( əlaqələndirici şəxs- Ümid Mehdiyevə, telefon-055255 22 55) müraciət edə bilərlər. Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş təkliflərini 30 oktyabr 2019-cu il saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri ba-xılmadan geri qaytarılacaqdır. Kotirovka təklifləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı şəhəri, Səbail

rayonu, Mirzə Şəfi küçəsi 4 nömrəli ünvanda 31 oktyabr 2019-cu il saat 16.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Təkliflərin qiymətləndirilməsində aşağı qiymətə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsinə, analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə və sair meyarlara üstünlük veriləcəkdir.

Kotirovka komissiyası

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC

təsərrüfat mallarının satın alınması məqsədilə

kotirovka sorğusu elan edir Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar

Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana müraciət edə bilər və +994(12) 537-02-68 nömrəli telefonla da əlaqə saxlamaq olar.

İddiaçılar imzalanıb möhürlənmiş təkliflərini 31 oktyabr 2019-cu il saat 12.00-a qədər təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan zərflər açıl-madan geri qaytarılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 22 oktyabr 2019-cu il tarixli nömrəsində Azərbaycan

Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agent-liyinin nəqliyyat vasitələri və onların qoşquları üçün dövlət qeydiyyat nişanlarının satın alınması məqsədilə dərc edilmiş tender elanında tələb olunan sənədlərin qəbulu, təkliflərin qəbulu və açılışı tarixləri dəyişdirilərək tələb olunan sənədlərin qəbulu vaxtı 13 noyabr 2019-cu il saat 11.00-a, təkliflərin qəbulu vaxtı 21 noyabr 2019-cu il saat 18.00-a və açılışı isə 22 noyabr 2019-cu il saat 11.00-a təyin olunmuşdur.

Əlaqələndirici şəxs – Mustafa Allahverənov ( [email protected], +994 50 361 98 62.)

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 22 oktyabr

2019-cu il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən www.tourismboard.az veb-səhifəsinin yenidən qurulması işlərinin satın alınması məqsədilə dərc olunmuş satınalma prosedu-ru ləğv edilir.

Tender komissiyası

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 11 oktyabr

2019-cu il tarixli nömrəsində Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin şəhərin Azərbaycan prospektində abadlıq işlərinin yerinə yetirilməsinin satın alınması məqsədilə dərc olunmuş tenderində iştirak etmək üçün ixtisas göstəricilərinə aid ilkin sənədlərin təqdimatı tarixi 8 noyabr 2019-cu il saat 17.47-yə, təkliflərin və bank təminatının təqdim olunması vaxtı 19 noyabr 2019-cu il saat 17.45-ə və təklif zərflərinin açılışı vaxtı isə 20 noyabr 2019-cu il saat 11.00-a təyin edilmişdir.

Qax Şəhər Nümayəndəliyi

“Azərsu” ASCdaxili vəsaiti hesabına süzgəclərin

elektron qaydada satın alınması üçün

Mal-materialların satın alınması elektron satınalma vasitəsi ilə həyata keçirilir.

Malgöndərənlər (podratçılar) dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet portalına elektron imzaları (asan imza) vasitəsilə daxil ola və tender haqqında ətraflı məlumatı əldə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-tenderin əsas şərtlər toplusuna uyğun analoji iş təcrübəsi, sertifikatlar, istehsalçının sınaq nəticələri və istehsalçının rəsmi təmsilçilik hüququna malik olmasını təsdiq edən sənəd.

Malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra dövlət satınalmalarının vahid internet portalından əldə edə bilərlər.

İştirak haqqı 200 manatdır.Təşkilat- “Azərsu” ASC

VÖEN- 9900001751Bank- “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialıKod-200112VÖEN - 9900003611M/h- AZ37NABZ 0135010000000001944S.W. İ. F. T. BIK- AİİBAZ2XH/h- AZ65AİİB 33070019441100216111İştirak haqqı heç bir halda geri qaytarılmır.Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün

aşağıdakı sənədləri təqdim etməlidirlər:- tenderdə iştirak etmək üçün yazılı müraciət

(tender komissiyasının adına);- tenderdə iştirak haqqının ödənilməsi barədə bank

sənədi;- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən

azı 30 bank günü qüvvədə olmalıdır);- tender təklifi dəyərinin 1 faizi həcmində bank

təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60

bank günü qüvvədə olmalıdır);- Azərbaycan Respublikasında vergilərə və digər

icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- malgöndərənlərin (podratçıların) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayışı;

- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 noyabr 2019-cu il saat 18.00-a, tender təklifi və bank təminatını isə 26 noyabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər.

Elektron satınalmanın açılışı 27 noyabr 2019-cu il saat 11.00-da həyata keçiriləcəkdir.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

AÇIQ TENDER ELAN EDİR

“Milli İdman Tibb və Reabilitasiya İnstitutu” MMC

təsərrüfat mallarının satın alınması üçün kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Olimpiya küçəsi 4A nömrəli ünvana müraciət edə bilərlər. Əlaqələndirici şəxs – Polad Hacıbalayev,telefon-(012) 404-83-10.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 31 oktyabr 2019-cu il saat 14.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 31 oktyabr 2019-cu il saat 15.00-da Bakı şəhəri, Olimpiya küçəsi 4A nömrəli ünvanda açılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar

Cəmiyyəti tərəfindən 2019-cu il oktyabrın 1-də təkliflər sorğusu ilə lot - 2 Goranboy rayonunda 12 subartezian quyusunun qazılması üçün keçirilmiş tenderin qalib təşkilatı“İqbal-R” MMC ilə müqavilə bağlanmışdır:

Page 12: Prezident İlham Əliyev akademik Azərbaycan Prezidenti İlham …xalqqazeti.com/pdf/xalq 25 oct OPT.pdf · 2019-10-24 · Prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident

25 oktyabr 2019-cu il, cümə12

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7722

3546

40 qəpik

Yaponiya

Zərər 902 milyon dolları ötüb

“Haqibis” tayfu-nunun Yaponiyanın kənd və balıqçılıq təsərrüfatına vurduğu ziyan təqribən 98 mil-yard yenə (902 milyon dollardan çox) çatıb. Bu qiymətləndirməyə görə, axtarış-xilasetmə

işləri aparıldıqca ziyanın miqdarı da artacaq.Qeyd edək ki, oktyabrın 12-13-də Yaponiya

sahillərində tüğyan edən “Haqibis” tayfunu 7 min kənd təsərrüfatı obyektinə, düyü zəmilərinə, meyvə bağlarına ziyan vurub. Balıqçılıq limanları, dəniz məhsullarının emalı üzrə sahilyanı fabriklər ciddi zərər görüb.

Xəbəri RİA “Novosti” yayıb.

Fransa

Xərçəngin qarşısını alan maddə Fransız alimləri

“GDF11” zülalının bədəni xərçəngdən qo-ruduğunu təsbit ediblər. “Pasteur İnstitutu”nun alimləri həmçinin bu maddənin qocalmağa qarşı mübarizə apardı-ğını da bildiriblər.

Siçanlar üzərində aparılmış bir neçə təcrübədən sonra mütəxəssislər, “GDF11”in ürək xəstəliyi və xərçəngin qarşısının alınma-sında təsirli olduğunu, pəhriz təsiri göstərdiyini müəyyən ediblər. Bundan əlavə, protein inyeksiyaları laboratoriya sınaqları zamanı qoca gəmiricilərin beynindəki qan damar-larının bərpasına və neyrogenezin artmasına səbəb olub.

Xəbəri “MedicalXpress” yayıb.

Rusiya

Ölkənin ən zəngin qadınıMoskvanın eks-meri

Yuri Lujkovun həyat yolda-şı Yelena Baturina Rusi-yanın ən zəngin qadınıdır. Sərvəti 1,2 milyard dollar olan Yelena Baturinadan sonra ölkənin ən zəngin

qadınları Tatyana Bakalçuk və Tatyana Kovalçukdur.İnformasiyanı “Forbes” yayıb.

Ukrayna

Avropada sonuncu“Growth from Know-

ledge” kompaniyası tərəfindən hazırlanan siyahıda Ukrayna 2019-cu ildə Avropanın 42 ölkəsi arasında alıcılıq qabiliyyəti üzrə reytinqdə sonuncu yeri tutub. Məlumata görə, Ukray-nada bir nəfərin alıcılıq qabiliyyəti 1830 avro məbləğində dəyərləndirilib.

Reytinqdə birinci yeri Lixtenşteyn tutub (67550 avro). Qeyd edilir ki, bu göstərici Avropa üzrə orta göstəricini 4,5 dəfə üstələyir (14739 avro). İkinci yerdə İsveçrə (42057 avro), üçüncü yerdə isə Lüksemburq (35096 avro) qərarlaşıb. Aşağı alıcılıq qabiliyyəti olan ölkələr arasında Ukrayna ilə yanaşı, Moldova və Kosova da var.

Xəbəri “gfk.com” yayıb.

İsveçrə

“Həftənin ən yaxşısı”na namizədlərÇempionlar Liqasında

qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbol-çusu adına namizədlər məlum olub. Bildirilir ki, ən yaxşı oyunçu adına Aleks Oksleyd-Çember-leyn (“Liverpul”), Paulo Dibala (“Yuventus”), Ra-him Sterlinq (“Mançester

Siti”) və Kilian Mbappe (PSJ) namizəd göstərilib.Qalib, UEFA-nın rəsmi saytında azarkeşlər arasında

keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.Xəbəri “uefa.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Oktyabrın 25-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq Gecə 12-16, gündüz 18-22, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70–80, gündüz 55-65 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı

gözlənilir. Şərq küləyi əsəcək. Gecə 4-9, gündüz 16-21 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskinli olacaq. Şərq küləyi əsəcək. Gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-11, gündüz 19-24 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi

yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 7-12, gündüz 17-22 , dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı günün ikinci yarısında yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 18-23, dağlarda gecə 8-12, gündüz 14-19 dərəcə isti olacaq.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırova anası

ELBA AXUNDZADƏNİN vəfatından kədərləndiyini bildirir və dərin hüznlə

başsağlığı verir.

Suraxanı rayonundan İlqar Abbasov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşova əzizi

AFİQƏ XANIMINvəfatından kədərləndiyini bildirir və dərin hüznlə

başsağlığı verir.

9 5 saylı “Asan Xidmət” tərəfindən Əhmədov Anar İlqar oğlunun adına verilmiş xarici pasport itdiyi üçün etibarsız sayılır.

9 2007-ci il oktyabrın 24-də “Akkord İnşaat Sənaye” MMC ilə fiziki şəxs Rufullayeva Ziba Fərəculla qızı arasında bağlanmış (mənzilin alqı-satqı müqaviləsi) 4645 nömrəli müqavilə itdiyi üçün etibarsız sayılır. Bakı, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi ev 7, blok 1,mənzil 159 A.

ALLAH RƏHMƏT ELƏSİN

Qeyd edək ki, “Sülh çeşməsi” antiter-ror əməliyyatının hazırda həyata keçiril-diyi Suriyanın şimal-şərqi üzrə Türkiyə və Rusiya razılığa gəliblər. Razılaşmaya əsasən, bütün YPG dəstələri silahları ilə birlikdə Suriyanın Münbiç və Tall-Rıfat rayonlarından çıxarılacaq. Tərəflər ter-rorçuların ərazidə gizli şəkildə fəaliyyət göstərmələrinin qarşısının alınması üçün tədbirlər görəcəklər. Eləcə də, suriyalı qaçqınların təhlükəsizliyini təmin etməklə doğma yurdlarına könüllü şəkildə qayıtmaları üçün lazımi şərait yaradılacaq.

Xatırladaq ki, hazırda Türkiyə

ərazisində 3,6 milyona yaxın suriyalı qaçqın məskunlaşıb. Avropa İttifaqı bu alilərə müəyyən yardımlar göstərsə də, yükün ağır hissəsi Türkiyənin üzərinə düşür. Ankara dəfələrlə bəyan edib ki, Suriyanın ərazi bütövlüyünün qorunma-sında və qaçqınların vətənlərinə qayıt-malarında maraqlıdır. Yeri gəlmişkən, “Sülh çeşməsi” antiterror əməliyyatının əsas məqsədlərindən biri də məhz qaçqınların Suriyaya qayıtmalarını təmin etməkdir.

M.HACIXANLI, “Xalq qəzeti”

� “Rusiya ilə Türkiyə arasında Suriya münaqişəsinin həllinə dair imzalanan memorandum qan tökülməsinin, humanitar faciənin qarşısını almağa imkan verir”.

Bu sözləri Rusiya Federa-siya Şurasının sədri Valen-tina Matviyenko jurnalistlərə müsahibəsində söyləyib. O əlavə edib ki, bu sənəd terrorizmlə mübarizədə bundan sonra da razılaşdı-rılmış və əlaqəli fəaliyyətin göstərilməsinə imkan yara-

dacaq.V.Matviyenkonun

fikrincə, Rusiya və Türkiyə prezidentləri arasında oktyabrın 22-də Soçidə keçirilən görüşün daha bir müsbət nəticəsi də tərəflərin Suriyanın ərazi bütövlüyünü dəstəkləməsi və bu qərarın

memorandumda əksini tap-masıdır. Sənəd Suriya böhra-nının nizamlanmasında siyasi prosesin davam etdirilməsinə yönəldilib.

Xatırladaq ki, oktyabrın 22-də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin

və Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-şərqində vəziyyətin nizama salın-masına dair memorandum imzalayıblar.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Bu barədə Moskvada keçirilən mətbuat konfransın-da Avrasiya Xalqları Assam-bleyasının Ali Şurasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyası prezidenti Valeri Ruzin məlumat verib: “Bakıda keçirilən Avrasi-ya Xalqları Assambleyası günləri çərçivəsində baş tutan “Böyük Vətən müharibəsi və

İkinci dünya müharibəsi ilə bağlı tarixi yaddaşın qorun-ması” beynəlxalq ictimai forumunda Vaqif Mustafa-yevin Azərbaycanın pay-taxtına “Qəhrəman şəhər” adının verilməsi ilə bağlı iki il əvvəl Moskvada irəli sürdüyü təşəbbüs ictimai müzakirəyə çıxarıldı və işti-rakçılar tərəfindən yekdilliklə

dəstəkləndi. Məhz bu təklifin nəticəsində forumda “Birlikdə qalib gəldik” Beynəlxalq İcti-mai Komitəsinin yaradılması-na dair plan orataya çıxdı”.

Sentyabrın sonu oktyabrın əvvəllərində Bakıda keçirilmiş Avrasiya Xalqları Assambleya-sı günlərinin yekunlarına həsr olunmuş mətbuat konfran-sında Rusiya Cəmiyyətinin Tədqiqatçıları Assosiasiyası-nın prezidenti Gennadi Bord-

yuqov da bildirib ki, “Birlikdə qalib gəldik” təşəbbüsünün iştirakçıları postsovet məkanı və xarici ölkələrdə Qələbəyə misilsiz töhfəsi olan Bakıya “Qəhrəman şəhər” adının verilməsi üçün tarixi baza hazırlamaq və bununla bağlı təşəbbüs irəli sürmək niyyətindədirlər.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Pakistan və Hindistan arasında tarixi saziş imzalanıb � TASS-ın yaydığı xəbərə görə, Kəşmir regionunda

gərginliyi azaldacaq Kartarpur dəhlizinin açılması haqqında Pakistan və Hindistan arasında tarixi saziş imzalanıb. Bildirilir ki, hindistanlı sikxlərin dini lideri Quru Baba Nankın 550 illik yubileyinə həsr olunan bayram ərəfəsində imzalanan saziş əldə edilənə qədər tərəflər üç çətin danışıqlar mərhələsindən keçiblər.

Mənbə qeyd edir ki, bu saziş Kəşmir regionunda tərəflər arasında gərginliyi azaltmaqla yanaşı, eyni zamanda, hindistanlı sikxlərə dini liderləri Quru Baba Nankın anadan olduğu yeri ziyarət etmələrinə də imkan yaradacaq. Sazişin şərtlərinə əsasən, hər gün 5 min zəvvar-sikx bu dəhlizdən keçmək hüququ əldə edəcək.

Xatırladaq ki, nüvə silahına malik hər iki dövlət arasında Kəşmir ətrafında mübahisə səbəbindən XX əsrin ikinci yarısında bir neçə silahlı münaqişə baş verib. Az qala müharibə ilə nəticələnəcək sonuncu münaqişə bu ilin fevral ayında qeydə alınıb.

Gərginliyin artmasına fevralın 14-də Cammu və Kəşmir ştatında Hindistan polisinin 45 əməkdaşının

ölümü ilə nəticələnən hücum səbəb olub. Hadisənin məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürüb.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Fuad Oktay: Türkiyə terrorla mücadilədə qətiyyət nümayiş etdirir

V.Matviyenko: Suriya memorandumu humanitar faciənin qarşısını almağa imkan verir

Türkiyənin vitse-prezidenti Fuad Oktay özünün “Twitter” səhifəsində yazıb ki, ölkəsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında terrorizmə qarşı həm danışıqlar masası arxasında, həm də döyüş meydanlarında kəskin mübarizədə yüksək qətiyyət nümayiş etdirir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyəyə qarşı sanksiyalar ləğv edilib

� “Anadolu” agentliyinin yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Suriyada “Sülh çeşməsi” əməliyyatı ilə bağlı Türkiyəyə qarşı tətbiq etdikləri sanksiyaları ləğv etmək barədə tapşırıq verib.

Donald Tramp Ağ evdə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Birləşmiş Ştatları narazı salan nəsə baş verənədək sanksiyalar təxirə salınacaq. ABŞ lideri həmçinin qeyd edib ki, Türkiyə tərəfindən aralarında əldə edilmiş razılaşmalara əməl olunmasa, bu ölkədən idxal olunan mallara rüsumlar xeyli artırılacaq.

Prezident Donald Tramp Türkiyəyə oktyabrın 14-də tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün Maliyyə Nazirliyinə göstəriş verdiyini bildirib: “Maliyyə naziri Stiven Mnuçinə göstəriş verdim ki, Türkiyəyə qarşı oktyabrın 14-dən tətbiq edilən bütün sanksiyaları ləğv etsin”, – deyə ABŞ lideri vurğulayıb.

Çıxışı zamanı Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür də edib: “Prezident Ərdoğanla çox yaxşı əlaqəmiz var. Ölkəsi üçün doğru olan işi gördü. Çox yaxın zamanda onunla görüşəcəyik”.

Agentlik qeyd edir ki, artıq ABŞ-ın Maliyyə Nazirliyi Trampın göstərişi ilə bağlı yazılı məlumat paylaşıb. Məlumatda Türkiyəyə “Sülh çeşməsi” əməliyyatı səbəbindən tətbiq edilən sanksiyaların ləğv olunduğu bildirilib.

Bununla da, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu ABŞ-ın sanksiya siyahısından çıxarılıb.

Xatırladaq ki, ABŞ oktyabrın 14-də Türkiyəyə qarşı sanksiya tətbiq etmişdi. Belə ki, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu ABŞ-ın “qara siyahı”sına daxil edilmişdi.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Neftin qiyməti bahalaşır

� Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,47 faiz artaraq bir bareli 61,16 dollar olub.

Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,35 faiz artaraq bir bareli 55,10, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,51 faiz artaraq bir bareli 62,80 dollar olub.

Ekspertlər bildiriblər ki, neftin qiymətinin artmasına səbəb Yaxın Şərqdə yaranan gərgin vəziyyətdir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Bakının “Qəhrəman şəhər” elan edilməsi təşəbbüsü Moskvada dəstəkləndi

Görkəmli Azərbaycan rejissoru, Avrasiya Televi-ziya və Radio Akademiyasının birinci vitse-prezidenti Vaqif Mustafayevin hələ iki il əvvəl

Bakıya “Qəhrəman şəhər” adının verilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs postsovet məkanında yeni hərəkatın yaranmasına təkan verib.