23
1 Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan ba- ğışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfslərimizin şərindən və pis əməllərimizdən qorun- maq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hi- dayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!” “Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə biri-birimizdən cürbəcür şeylər istədiyiniz Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir! ” “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Əgər belə etsəniz Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə nail olar ”

Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

1

Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həqiqətən şükür və tərif yalnız Allaha məxsus dur!

Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan ba-ğışlanma və bizi doğru yola yönəlt məyi diləyirik,nəfslərimizin şərindən və pis əməlləri mizdən qorun-maq üçün yalnız Ona pə nah aparı rıq. Allah kimə hi-dayət verərsə o, doğ ru yolda olar, kimi azdırarsa onudoğru yola yö nəldən tapılmaz. Mən şahidlik edirəmki, Allah dan başqa ibadətə haqqı olan məbudyoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki,Muhəm məd Onun qulu və elçisidir.

“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun vəancaq müsəlman olduğunuz halda ölün!” “Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, on danda zövcəsini yaradan və onlardan da bir çox kişi vəqadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun!Adı ilə biri-birimizdən cürbəcür şeylər istə di yinizAllahdan qorxun və qohumluq əlaqələrini kəs məkdənçəkinin! Həqiqətən, Allah sizə nəzarət edəndir! ” “Ey iman gətirənlər! Allahdan qorxun və doğru sözsöyləyin! Əgər belə etsəniz Allah əməllərinizi is lahedər və günahlarınızı bağışlayar. Hər kəs Allaha vəOnun elçisinə itaət etsə, böyük bir səa dətə nail olar ”

Page 2: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

2

Namazın mənasıƏziz qardaş və bacılarım! Allahın biz insanlara

vacib buyurduğu ibadətlərin arasında na maz, ənönəmli yerlərdən birini tutur. Əbəs yerə el ara-sında “Namaz ibadətin qəlbidir!” deməyiblər.Namazın hər rüknunun bir qiyməti vardır. Məhznamaz vasitəsilə qul, onu yaradanın qarşısındasəcdə etmək kimi ən gözəl rükunu yerinə yetirir.Namaz qılaraq bəndə öz Rəbbinə yaxınlaşmaqşansı qazanır. Sanki hər gün müəyyən edilmişvaxtlarda Allahı ilə ünsiyyətdə olur. Elə bu ün-siyyətin sevinci, mənəvi təmizliyi, rahatlığı o in-sanın bütün gününə sirayət edir. Namaz qıldıqcainsan ruhən bir sakitliyə, günahlardan təmizlən-məyə nail olur. Bu ibadətin mənəviyyatımıza tə-sirini heç nə ilə müqayisə etmək mümkün deyil. Namaz sözü ərəb dilində dua deməkdir. UcaAllah buyurur: “Onların mallarından sədəqə götürki, bununla onları pak edib təmizə çıxarasan. Onlarüçün dua et. Çünki sənin duan onlar üçün birtəskinlikdir. Allah Eşidəndir, Biləndir”.

Page 3: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

3

Namaz sözü Allaha şamil edildikdə gözəl tərif,məx luqata şamil edildikdə isə dua və ibadətmənasını verir. Uca Allah buyurur: “Doğrudan da,Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verir-lər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua veribkamil ədəb-ərkanla salamlayın”.

Uca Allah bu ayədə “xeyir dua” dedikdə ərəbdilindəki namaz sözünü istifadə etmişdir. Namazın dində (şərii) mənasına gəldikdə isə;məlum olan xüsusi kəlmələri ifadə etmək və hə-rəkət ləri yerinə yetirməklə, təkbirlə başlayıb, təs-limlə qur taran, niyyət ilə olunan ibadətə deyilir. Namaz kəlməsi bu ibadətin Allah tərəfindənvacib buyurulduğu vaxta qədər hər bir duaya,sonra isə yalnız namaza deyilməyə başlandı.

Namazın hökmüNamaz qılmaq, hər bir həddi-buluğa çatmış,

ağlı başında olan adama vacibdir. Təəssüf ki, cə-miyyətimizdə “hələ tezdir, cavanam”, “qocalan-da namaza başlayaram”, “qırx yaşından sonranamaz qılacağam” kimi fikirlər bəzi insanlarınamaz kimi gözəl ibadətdən yayındırır. İnsanlar

Page 4: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

4

bu ibadətin sanki yalnız qocalar üçün fərz ol duğuqənaətinə gəliblər. Buna Quran və sünnə dəlalətedir. Uca Allah buyurur: “Halbuki onlara ancaqAllaha – dini məhz Ona məxsus edərək həniflər kimi –ibadət etmək, namaz qılmaq və zəkat vermək əmrolunmuşdu. Doğru din də budur!”. Başqa ayə dədeyilir: “Namaz mömin lərə müəyyən olunmuşvaxtlarda vacib edilmişdir”.

Gün ərzində beş vaxt namaz qılmağın vacibliyiisə Peyğəmbərdən varid olan mötəbər hədis-lərdə öz əksini tapmışdır. Peyğəmbər Muazibn Cəbəli (r.a) Yəmənə göndərərkən ona belədemişdir: “Sən Kitab əhlinin yanına gedirsən.Onları Allahdan başqa tanrı olmadığına və mə-nim Allahın elçisi olduğuma şahidlik etməyə də-vət et! Əgər bunu qəbul etsələr, onlara bildir ki,Allah, gün ərzində beş vaxt namaz qılmağı vacibbuyurmuşdur.” Başqa bir hədisdə namazın İslamda beş əsasın-dan biri olduğu qeyd olunur. İbn Ömər (r.a) rə-vayət edir ki, Peyğəmbər demişdir: “İslam beşəsas üzərində qurulmuşdur: Allahdan başqa ila-hın olmadığına və Muhəmmədin Onun elçisi ol-

Page 5: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

5

duğuna şahidlik etmək, namaz qılmaq, zəkatvermək, həcc etmək və Ramazan orucunu tut-maq”.

Namazın İslamda yeri Namazın İslamda əzəmətli və çox mühüm biryeri vardır. Onun yerini başqa heç bir ibadətlədoldurmaq mümkün deyil. Gəlin, ətrafımıza nə-zər salaq – insanlar sanki bir darıxmaq xəstəliyi nətutulublar. Hamı darıxır! Səbəbini soruşduqdaisə, çox vaxt cavabı belə olur “Heç özüm dəbilmirəm”. Hazırda psixoloqlar insanların mənə-viyyatını sarsıdan bu darıxmaq xəstəliyinin çarə-sini araşdırırlar. Ruhən hiss etdikləri boşluq on-larda heç bir şeyə ehtiyacları olmadıqları haldada darıxmağa, nəyinsə çatmadığı qənaətinə gəl-məyə məcbur edir. Elə bu üzdən də intiharlar başverir, özünü gərəksiz, tək, kimsəsiz hiss edənlə-rin sayı durmadan artır. Ruhi aclığını doydurabilməyən insan oğlu çarəni yanlış yerlərdə axta-rır. Məhz namaz belə insanların qəlbində olanxəstəlikləri müalicə edir. Bu gün müsəlmanlarınnəinki həyat tərzlərində, hətta əx laqlarında belə

Page 6: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

6

xətalara yol vermələrinin başlıca səbəbi namaz-larının lazımı şəkildə olmamağıdır. Çünki “Na-maz çirkin və yaramaz işlərdən çəkindirir”. Namazın İslamda çox mühüm yeri olduğunusübut edən bəzi dəlilərə nəzər salaq: 1. Namaz dinin dirəyidir. Dayağı möhkəm olan şey sarsılmaz. Muaz ibnCəbəl (r.a) rəvayət edir ki, Peyğəmbər buyur-muşdur: “Hər bir işin əsası İslam, dayağı namazvə zirvəsi isə cihaddır”. 2. Qiyamət günü ilk soruşulacaq əməldir. Hansı insan bu sorğu-sualdan üzü ağ çıxsa, obiri əməllərinin sorğu-sualından da yaxşı çıxma-ğa Allah ona kömək edər. Ənəs ibn Malik (r.a)rəvayət edir ki, Peyğəmbər demişdir: “Qiya-mət günü hər bir bəndədən soruşulacaq ilk əməlnamaz olacaq. Namazına doğru-düzgün əməl et-mişsə nicat tapacaq, əks təqdirdə isə ziyana uğra-yacaqdır”.

3. Dindən ən son unudulan şey namaz olacaq. Əbu Uməmə (r.a) rəvayət edir ki, Peyğəmbərdemişdir: “İnsanların ilk itirdiyi şey əmanət ola-caqdır. Axırda isə namazdan başqa bir şey qal-

Page 7: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

7

mayacaq və elə namaz qılanlar olacaqdır ki, onla-rın əməllərində heç bir fayda olmayacaqdır”.

4. Peyğəmbərin ümmətinə etdiyi son vəsiy-yətidir.

Hər bir insan son olaraq ən vacib şeylərivəsiyyət edər. Ummu Sələmə (r.a) rəvayət edir ki,“Namaz qılın! Namaz qılın! Kölələrinizlə gözəlrəftar edin” sözü Peyğəmbərimizin sonvəsiyyətlərindən biri olmuşdur.

5. Uca Allahın namaz qılanları, habelə bunuailəsinə əmr edənləri tərifləməsi. Gözəl əməllər hər zaman tərifə layiq olmuşdur.Uca Allah buyurur: “Kitabda İsmaili də xatırla! Hə-qiqətən, o öz vədinə sadiq idi. O bir elçi və pey ğəmbəridi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmredirdi. O, Rəbbinin rizasını qazanmışdı”.

6. Uca Allahın namaz qılmayanları və ya onutənbəlliklə qılanları pisləməsi. Gözəl əməlləri tərk edən kəs hər zaman tənbeholunmuşlar. Uca Allah bu xüsusda buyurur:“Onların arxasınca namazı buraxıb şəhvətə uyan birnəsil gəl di. Onlar ziyana uğrayacaqlar. Başqa birayədə buyurur: “Münafiqlər, həqiqətən də, Allahı

Page 8: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

8

aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır.Onlar namaza durarkən könülsüz qalxar, özlərinicamaata göstərər və Allahı olduqca az yad edərlər”.

7. İlk dəfə namazın gün ərzində əlli dəfə va cibbuyurulması. Namazın ilk olaraq gün ərzində əlli dəfə vacibbuyurulması onun Allah dərgahında nə qədərmühüm bir ibadət olmasından xəbər verir. HəttaUca Allah namazın vaxtlarını gün ərzində beşdəfəyə endirsə də savabının isə əlli namazınsavabı qədər saxlaması buna bir daha sübutdur.

8. Uca Allah nicat tapanların əməllərini zikredərkən namaz ilə başlaması və namaz ilə bitir-məsi namazın mühümlüyünü göstərir. Uca Allah buyurur: “Möminlər, həqiqətən də, ni cattapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərki, sözbazlıqdan qaçırlar, o kəslər ki, zəkat verir lər, okəslər ki, öz cinsi orqanlarını həmişə qoruyurlar,zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlarbuna görə heç qınanmazlar. Bundan artığına canatanlarsa həddi aşanlardır. O kəslər ki, əmanətlərini vəvədlərini qoruyurlar. O kəslər ki, namazlarını özvaxtlarında qılırlar”.

Page 9: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

9

9. Uca Allahın Peyğəmbərə , onun ardıncagedənlərə və ailələrinə namazı əmr etməsi. Allahın özünə ən yaxın bəndəsi olan Muhəmmədpeyğəmbərə namazı əmr etməsi onun vacibliyinin ənyüksək səviyyədə olduğunu təsdiq edir. Allah bu yurur:“Ailənə namaz qılmağı əmr et, özün də onu sə birləyerinə yetir. Biz səndən ruzi istəmirik, əksinə sə nə ruziverən Bizik. Gözəl aqi bət təqvaya bağlıdır”. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Pey-ğəmbər demişdir: “Övladlarınız yeddi yaşınaçatanda onlara namaz qılmağı öyrədin. On yaşı naçatanda isə onları buna görə tənbeh edin vəyataqlarını ayırın”.10. Unutduqda və ya yatıb qaldıqda belə sonra-dan namazın qılınmasının əmr olunması onunəhəmiyyətini bildirir. Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər

demişdir: “Namaz qılmağı unutmuş və ya ya-tıb qalmış müsəlmanın kəffarəsi yadına düşən ki-mi onu qılma sıdır”.

Namazın İslamda xüsusiyyətləri

Page 10: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

10

Namaz digər yaxşı əməllərdən bir çox xüsusiy-yətlərinə görə fərqlənir. Bu özəlliklər onun qiy-mətini daha da artırır. Elə buna görə də insan la-rın əksəriyyəti namaz qılmağa başladıqdan sonra“kaş mən namaza daha əvvəl başlayardım” deyəheyfsilənirlər. Heç bir şeyə bənzəməyən bu hissidadan insan onun ləzzətini qəlbində daşıyır vəsırf Allah rizası üçün etdiyi bu təkrarsız ibadətinzövqünü yaşayır. Namazın əsas xüsusiyyətlərin-dən bəziləri bunlardır:

1. Uca Allah namazı iman adlandırır. Allah buyurur: “Beləliklə Biz sizi orta bir ümmətetdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də si zəşahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq onagörə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üzdöndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yo layönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allahsizin imanınızı puç etməz. Həqiqətən də, Allahinsanlara qarşı Şəfqətlidir, Rəhmlidir”. 2. İslamın başqa ibadətlərindən fərqli olaraqnamazın Allah tərəfindən ayrıca zikr olunması. Hər zaman mühüm şeylər ayrıca olaraq qeydolunur. Allah buyurur: “Biz Öz hökmümüzlə onları

Page 11: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

11

doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlərgörməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik.Onlar yalnız Bizə ibadət edirdilər”. Namaz xeyir işlərəaid olsa da belə Allah xeyirli işləri qeyd etdikdənsonra namazı bir daha vurğulayır. 3. Quranda bir çox ibadətlərlə yanaşı qeyd edil-məsi. Uca Allah buyurur: “Namaz qılın, zəkat verin vərüku edənlərlə birlikdə rüku edin!” Başqa ayədədeyilir: “Elə isə Rəbbin üçün namaz qıl və qurbankəs!” Başqa bir ayədə deyilir: “De: “Şübhəsiz ki,mənim namazım da, qurbanım da, həyatım da, ölü-müm də aləmlərin Rəbbi Allaha məxsusdur!” Qu-randa bu mənada ayələr çoxdur.

4. Allah, hər bir halda bu ibadəti yerinə yetir-məyi vacib buyurmuşdur. Bu ibadət başqa ibadətlərdən fərqli olaraq hərbir halda yerinə yetirilməlidir. İstər cihadda, istərsəfərdə, istərsə də başqa hallarda bu ibadəti yeri-nə yetirmək vacibdir. Hətta ayaq üstə namazı qıl-mağa gücü çatmayanların onu oturaraq, buna dagücü yetməyənlərin isə uzanmış vəziyyətdə qıl-

Page 12: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

12

malarının vacibliyi onun tərk edilməz bir ibadətolduğunu bir daha təsdiq edir. 5. Başqa ibadətlərdən fərqli olaraq daha kamilhalda yerinə yetirilməlidir. Təmizlənmək, gözəl paltar geyinmək, qibləyətərəf yönəlmək və s. bu kimi şərtlər başqa iba-dətlərdə tələb olunmur. Namazın kamil haldayerinə yetirilməsinin vacibliyi onun Allah qatın-da ən yüksək yer tutduğuna dəlalət edir. 6. Namaz qıldıqda hər bir bədən üzvündənistifadə etmək. Qəlb, dil və digər bədən üzvlərindən istifadəetmək başqa ibadətlərin heç birində yoxdur. Na-mazın cismən, qəlbən və ruhən edilən bir ibadətolması insanı onu Yaradana daha da yaxınlaş dırırki, bu da onu digər ibadətlərdən daha üstün edir. 7. Bu ibadəti yerinə yetirdikdə başqa işlə məş-ğul olmamaq. Namaz qılarkən yemək, içmək, gülmək və s.lazımsız hərəkətlər etmək, hətta namazdan ayrıbir şey barədə fikirləşmək olmaz. Bütün bunlarnamazın ciddi bir ibadət olduğundan xəbər verir.

Page 13: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

13

8. Allahın göndərdiyi hər bir dində vacib bu-yurulması. Elə bir Peyğəmbər gəlməyib ki, öz qövmünə namazqılmağı əmr etməsin. Namazın bu xüsusiyyəti onu di gəribadətlərdən daha üstün edir. İbrahim (a.s) belə duaetmişdir: “Ey Rəbbim! Məni də, nəslimdən olan ları danamaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” AllahMusaya (ə.s) belə buyurmuşdur: “Həqi qətən, MənAllaham. Məndən başqa heç bir ilah yox dur. Mənəibadət et və Məni xatırlamaq üçün namaz qıl!” AllahMuhəmməd peyğəmbərə buyurub demişdir: “Ailənənamaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir.Biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən Bizik.Gözəl aqi bət təqvaya bağlıdır”.

Namazın fəzilətiNamaz təkcə insanın mənəvi boşluğunu doldu-

ran bir ibadət deyildir. Onun əhatə etdiyi möv-zulara toxunmaq üçün bir kitab yazmaq təbii ki,yetərli deyildir. Ancaq biz çalışırıq ki, onun ənmühüm amillərini sizin diqqətinizə çatdıraq. Buamillərdən ən başlıcası da namazın fəzilətidir.

Page 14: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

14

Namazın fəzilətini başa düşüb onu qılmamaqqeyri-mümkündür. Namaz öz fəziləti ilə sankigözəgörünməz bir sipər çəkib insanı pisliklərdənvə günahlara meyl etməkdən uzaqlaşdırır. Mü-səlmanın vaxtlı-vaxtında, həm də Allaha mütiolaraq qıldığı namaz onun günahlardan təmiz-lənməsi üçün ən gözəl vasitədir. Hər bir bəndəniRəbbinə yaxınlaşdıran namaz sanki bir nur olubonun arzuladığı Cənnətə düşməsinə səbəbdir.Namazın fəzilətləri bitməz-tükənməzdir. Ən mü-hümləri isə bunlardır: 1. Pis və murdar işlərdən çəkindirir. Gündə beş vaxt namaz qılmaq insana Allahqorxusunu və Qiyamət gününü xatırladır. Bu dainsanı pis və çirkin əməllərdən çəkindirir. UcaAllah buyurur: “Kitabdan sənə vəhy olunanları oxu-yub namaz qıl! Həqiqətən, na maz çirkin və yaramazişlərdən çəkindirir. Allahı yada salmaq isə ibadətlərinən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir.” 2. Şəhadətdən sonra ən əfzəl əməldir. Şəhadət gətirib İslam dinini qəbul etdikdənsonra, namaz qılmaq ən əfzəl əməl sayılır. Ab-dullah ibn Məsud (r.a) rəvayət edir ki, mən Pey-

Page 15: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

15

ğəmbərdən soruşdum: “Qüdrətli və əzə mətliAllahın ən çox xoşuna gələn ən yaxşı əməl han-sıdır?” O buyurdu: “Vax tlı-vaxtında qılınan na-maz”. Mən dedim: “Sonra hansıdır?” O buyur du:“Va lideyn lərin qayğısına qalmaq.” Mən yenəsoruşdum: “Bəs sonra hansı dır?” O buyurdu:“Allah yolunda cihad etmək.”

3. Səhvləri və günahları silib aparır. Səhvsiz və günahsız insan yoxdur. Allahın bizəolan mərhəmətidir ki, qıldığımız namaz günah-larımızı silib aparır. Cabir ibn Abdullah (r.a) rə-vayət edir ki, Peyğəmbər demişdir: “Bir deyingö rüm, sizlərdən birinin qapısının önündən çayax sa, o da hər gün bu çayda beş dəfə yuyunsa,onun bədənində olan çirkabdan bir şey qalarmı?Beş vaxt qılınan namazların məsəli də buna bən-zəyir. Belə ki, Allah bu namazlarla günahları silibapa rır!” 4. Namaz, onu qılan adam üçün həm budünyada, həm də axirətdə nurdur. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Pey-ğəmbər bir dəfə namaz haqqında danışarkən

Page 16: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

16

belə dedi: “Kim namazlarını vaxtlı-vaxtında qıl sa,Qiyamət günü bu namazlar onun üçün bir nur,bir dəlil-sübut olar, həm də ona uğur qazan dırar.Namazlara səhlənkar yanaşıb onlarıvaxtlı-vaxtında qılmazsa, bu onun üçün nə birnur, nə də bir dəlil-sübut olar, üstəlik o, ziyanauğrayar. Belələri, Qiyamət günü Qarun, Firon,Haman və Ubey ibn Xələf ilə bərabər həşrolunarlar.” 5. Allah bununla namaz sahibinin dərəcəsiniartırır. Uca Allahın namazı kamil şəkildə qılan hər birmüsəlmanın dərəcəsini artırması və günahlarınısilməsi həmin müsəlman üçün böyük lütfdür.Sovbən (r.a) rəvayət edir ki, Peyğəmbər onademişdir: “Allaha çoxlu-çoxlu ibadət et! Qılaca-ğın elə bir səcdə olmaz ki, Allah onunla sənindərəcəni artırmasın və günahlarından birini sil-miş olmasın.” 6. Cənnətə daxil olmaq üçün ən böyük səbəb-dir. Sözsüz ki, namazın ən əsas fəziləti onun Cən-nətə daxil olmaq üçün ən böyük səbəb olmasıdır.

Page 17: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

17

Uca Allah buyurur: “Onlar Cənnət bağlarındabir-birlərindən soruşacaqlar – günahkarlar barəsində.Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namazqılanlardan deyildik”. Ayədən açıq-aydın görünür ki, insanı Cənnət-dən uzaqlaşdırıb Cəhənnəmə salan ən böyükamillərdən biri namaz qılmamaqdır. 7. Namaz qılmaq üçün məscidə getmək gü-nahları silir və savabları artırır. Ən vacib ibadət olan namazı qılmaq üçün məs-cidə tərəf atılan hər addım ilə bir günahın silin-məsi və bir savabın yazılması bu ibadəti daha dafəzilətli edir. Əbu Hüreyrə (r.a) rəvayət edir ki,Peyğəmbər demişdir: “Kim evində dəstəmazalıb, vacib buyurulan namazı qılmaq məqsədi iləməscidlərin birinə gedərsə, atdığı addımlardanhər biri onun bir günahını silər digəri isə sava bınıartırar.” 8. Allah, məscidə gedən bəndəsi üçün Cənnət-də ziyafət hazırlayar. Məsciddə qılınan namaz Allah qatında daha fə-zilətli olduğundan, Uca Allah qılınan hər na mazüçün Cənnətdə ziyafət hazırlayar. Əbu Hüreyrə

Page 18: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

18

(r.a) rəvayət edir ki, Peyğəmbər buyurmuşdur:“Kim namaz qılmaq üçün məscidə getsə, Allahona Cənnətdə ziyafət verər.” 9. İki namaz arasındakı günahlar bağışlanar. İki namaz arasında olan müddətdə qazanılankiçik günahların namaz vasitəsi ilə silinməsionun fəzilətinə dəlalət edir. Osman ibn Affan(r.a) rəvayət edir ki, Peyğəmbər demişdir:“Gözəl tərzdə dəstəmaz alıb namazını qılan eləbir müsəlman yoxdur ki, Allah onun namazlarıarasında olan günahlarını bağışlamış olmasın”. 10. Namazı gözləmək Allah yolunda keşikçəkmək kimidir. Allah qatında namazın fəziləti o qədər böyük-dür ki, hətta növbəti namazı gözləməyin özü in-sana böyük savab qazandırır. Əbu Hüreyrə (r.a)rəvayət edir ki, Peyğəmbər dedi: “Sizə elə birşey öyrədimmi ki, Allah onun sayəsində həmgünahlarınızı bağışlasın, həm də savabınızı ar-tırsın? Səhabələr: “Öyrət, ya Rəsulallah!” -dedilər. Peyğəmbər buyurdu: “Soyuq havadaolsa belə dəstəmazı tam şəkildə alıb mütəmadiolaraq məscidə getmək, namazı bitirdikdən sonra

Page 19: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

19

növbəti namazı gözləmək, sizin üçün ribatdır,ribat dır.” Hədisdə qeyd olunmuş “ribat” kəlməsiAllah yolunda keşik çəkmək deməkdir.

Namaz qılmayanın aqibətiYaradılış etibarı ilə fitrətində ibadət etmək hissi

olan Adəm oğlu təəssüf ki, çox vaxt şeytanınvəsvəsələrinə, dünyanın yalançı və müvəqqətibər-bəzəyinə, öz nəfsi və şəhvani istəklərinəuyub ibadətin qəlbi olan namazdan özünü məh-rum edir. Nə itirdiyinin, hansı yolda olduğununfərqinə varmır. Ayılanda isə artıq gec olur. Geri-yə yol olmadığını dərk edir. Əsl həqiqətlə üz-üzə,göz-gözə qalır. Nə qaçacaq bir yer, nə də birsığınacaq tapa bilmir. Yalnız ölümü daddıqdansonra başlayan axirət həyatının əbədi sakinlərin-dən biri olur. Ancaq axirət həyatını bu müvəq qətihəyata dəyişdiyinin acısını hiss edərək yeni dəndünyaya dönmək, imtahandan üzüağ çıx maqüçün yalvarır. Uca Allah onların halını vəsfedərək deyir: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə,tərk etdiyim yaxşı əməlləri indi edəm”.. Bir başqaayədə isə buyurur: “Həmin gün zalım kimsə bar-

Page 20: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

20

maqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Pey ğəm-bərin yolunu tutub gedə ydim! Vay halıma! Kaş ki,filankəslə dost olmayaydım!"

Lakin bu həyat hər birimizə bir dəfə verilir.Anadan olduğumuz gündən sanki geriyə sayımbaşlayır. Hər açılan sabahla öz əbədi həyatımızabir addım daha yaxınlaşırıq. Odur ki, Uca Alla hınbu ayəsini daim xatırlayın və düşünün: “Qul-larıma mənim bu sözümü de: “Ey Mənim özlərinəqarşı həddi aşmış qullarım! Allahın rəhmin dən ümi-dinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahlarıbağışla yır. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir!”Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun vəOna itaət edin. Sonra sizə heç bir kömək olunmaz.Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəl-məmişdən əv vəl Rəbbinizdən sizə endirilən ən gözəlSözə tabe olun!” Deməli ilk sorğuya çəkiləcəyimiz ibadət olannamazı bir gün olsun belə ləngitmədən qılmalıonun fəzilətindən özümüzü məhrum etməməli-yik. Əks halda vəziyyətimiz çox acınacaqlı olar.Allah bu haqda belə buyurur: “Baldır açıla cağı vəonlar səcdəyə dəvət olunacaqları, lakin buna qadir ol-

Page 21: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

21

mayacaqları gün – onların gözləri zəlil görkəm alacaq ,özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, on lar dün-yada sağ-salamat ikən səcdəyə dəvət olunur du lar.” Həmçinin yalnız namaz qılmaqla kifayətlənmə lideyil, Allahın razı qalacağı yaxşı əməlləri ço-xaltmalıyıq. Haqq-hesab gününü bir an olsununutmamalı, ona səmimi qəlbdən iman gətirmə li-yik. Qurani-Kərimdə belə buyurulur: “Hər bir kəsqazandığının girovuna çevrilir, sağ tərəf sahib lə rindənbaşqa. Onlar Cənnət bağlarında bir-birlərin dənsoruşacaqlar – günahkarlar barəsində. Sizi Səqərəsalan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlar dandeyildik. Kasıbı da yedizdirməzdik. Batil sözlərdanışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesabgününü yalan sayardıq.”

Çox acınacaqlı bir haldır ki, bəzən cəmiyyəti-mizdə namaz qılmağa başlayıb sonra onu müx-təlif bəhanələri səbəb gətirərək tərk edənlərə dərast gəlirik. Nə qədər ki, Allahın tövbə qapılarıonlara açıqdır, deməli gec deyil. Tərk etdikləri bugözəl ibadətə tövbə edib yenidən qovuşmaqlahəm dünyanı, həm də axirəti qazana bilərlər. UcaAllah buyurur: “Onların arxasınca namazı buraxıb

Page 22: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

22

şəhvətə uyan bir nəsil gəl di. Onlar ziyana uğrayacaq-lar”

Namaz qılmayan insanların Quran ayələrindətəsvir edilən aqibətlərini heç kim arzulamaz. Onagörə də nə qədər ibadət etməyə fürsətimiz var,ondan istifadə etməliyik. Bir günü beləboş-boşuna keçirmək olmaz. Əli ibn Əbu Talib(r.a) öz tə ləbələrinə həmişə nəsihət edib deyərdi:"Hə qiqətən, dünya gəldi-gedərdi və o, artıqgeridə qal mışdır. Axi rət isə qarşıda hər kəsi göz-ləmək dədir. İki sinin də öz oğulları (qəlbən onabağlı olan adamlar) vardır. Siz dünyaoğullarından de yil, axirət oğulların dan olun! Bugün bir iş görür sü nüz, amma sorğu-sualolunmursu nuz. Sabah isə sor ğu-sual olunacaq vəheç bir iş görə bilmə yəcəksi niz."

Ölümün nə zaman gələcəyi bəlli deyil. Dünyahəyatının aldadıcı gözəlliyinə əbədi həyatımızıqurban verməyə dəyməz. İbadətlərin ən önəmlisiolan namazı sevək və yerinə yetirək ki, o da özfəziləti ilə bizlərə axirətdə sevinənlərdən olmağı-mıza bir vasitə olsun.

Page 23: Mərhəmətli, Rəhmli Allahın adı ilə!feqih.com/uploads/books/ramil/Namazin_islamda_yeri.pdfNamaz qılmaq, hər bir həddi-buluğa çatmış, ağlı başında olan adama vacibdir

23

٭٭٭٭٭

Sonda Uca Allahdan istəyimiz budur ki, bizi Özsevdiyi və razı qaldığı əməlləri yerinə yetirməyəmüvəffəq etsin! Amin!!!

QEYD: Əlinizdəki kitab insan əməyininbəhrəsidir və ona görə də orada xətaların olmasılabüddür. Hər hansı bir xəta ilə üzləşdikdə və yamövzu ilə bağlı daha maraqlı təklifiniz olarsa,[email protected] elekt ron ünvanınayazmanızı xahiş edirik.