32
140 xeyir qapısı Bu kitab “DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ” nin DK-1053 d saylı razılığı ilə nəşr edilmişdir Pulsuzdur

140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

  • Upload
    others

  • View
    5

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

140xeyir qapısı

Bu kitab“DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ” – nin

DK-1053 d saylı razılığı ilə nəşr edilmişdir

Pulsuzdur

Page 2: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

2

Page 3: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

3

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Həmd olsun Allaha! Bütün peyğəmbərlərinvə elçilərin sonuncusu peyğəmbərimiz Muhəm-mədə, onun ailəsinə və bütün səhabələrinə Alla-hın xeyir duası və salamı olsun.

Uca Allahın: “İnsanlara doğru yolu göstərən,bu yolun və haqqı batildən ayırd edənin açıq-ay-dın dəlilləri olan Quran ramazan ayında naziledilmişdir. Sizlərdən bu aya çatan şəxslər hə-min ayı oruc tutmalıdırlar” deyə buyurduğurazılıq və bağışlanma ayı sayılan bu möhtəşəmramazan ayını dirçəltmək üçün qərara gəldikki, bu gözəl risalədə fəzilətli ramazan ayındayerinə yetiriləcək müxtəlif xeyir və yaxşılıq qa-pıları barəsində olan hədis və əsərləri cəm edək.Bununla bərabər bütün fərz və nafilə ibadətlə-rin yerinə yetirilməsinin zəruriliyini də diqqə-tinizə çatdırmaq istəyirik. Məhz Allahdır istə-diyini doğru yola yönəldən.

1 – İxlas; Uca Allah buyurur: “Halbuki onla-ra, dini məhz Allaha məxsus edərək, həniflərkimi ibadət etmək, namaz qılmaq və zəkat ver-mək əmr olunmuşdu. Doğru din də elə budur!”

2 – Allah üçün edilən tövbəni təzələmək;“Günəş batdığı yerdən çıxana qədər tövbə edənşəxsin tövbəsini Allah qəbul edər.” (Muslim).

Page 4: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

4

“Həqiqətən Allah bəndəsinin tövbəsini ölümboğazına yetişənə qədər qəbul edir.” (Tirmizi).

3 – Hilalı (təzə ayı) gördükdə dua etmək;“Allahummə əhilləhu aleynə bil-əmni, vəl-ima-ni, vəs-səlaməti, vəl-islami. Rabbi və Rabbukəl-lahu.”1 (Əhməd və Tirmizi).

4 – Ramazanı imanla və mükafatını yalnızAllahdan umaraq oruc tutmaq; “Kim Ramazanayını imanla, mükafatını yalnız Allahdan uma-raq oruc tutarsa, keçmiş günahları bağışlanar.”(Buxari və Muslim).

5 – Şəvval ayının altı gününü oruc tutmaq;“Ramazanı oruc tutub ardından da şəvval ayın-dan altı gün oruc tutan şəxs bir il oruc tutmuşkimidir.” (Muslim).

6 – Ramazan gecələrində imanla və mükafa-tını yalnız Allahdan umaraq nafilə namazlarıqılmaq; “Kim Ramazan gecələrində imanla, mü-kafatını yalnız Allahdan umaraq nafilə namaz-ları qılsa, keçmiş günahları bağışlanar.” (Buxa-ri və Muslim).

7 – Qədr gecəsində imanla və mükafatınıyalnız Allahdan umaraq ibadət etmək; “Hər kəsQədr gecəsində imanla, mükafatını yalnız Allah-

1 Allahım! Onu əmin-amanlıqla, imanla, salamatlıqla və islam-la başımız üzərinə çıxart! (Ey hilal!) Mənim də Rəbbim, sənin dəRəbbin Allahdır!

Page 5: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

5

dan umaraq ibadət edərsə, keçmiş günahlarıbağışlanar.” (Buxari və Muslim).

8 – Ramazanın axır on günündə ibadətləriartırmaq; “(Ramazanın) axır on günü yetişdik-də Peyğəmbər r belbağını bərk-bərk bağlayar-dı1 və gecələri həm özü ibadət edər, həm dəailəsini yuxudan oyadardı (ki, onlar da ibadətetsinlər).” (Buxari və Muslim).

9 – Ümrə ziyarəti; “Ramazanda ümrə ziya-rəti etmək həcc ziyarətinə və ya mənimlə yeri-nə yetirilən həcc ziyarətinə bərabərdir.” (Buxa-ri və Muslim).

10 – Etikaf; “Peyğəmbər r ramazan ayınınson on gününü etikafda keçirərdi.” (Buxari vəMuslim).

11 – Oruc tutana iftar yeməyi vermək; “Kimoruc tutan şəxsə iftar yeməyi verərsə, onun sa-vabı qədər savab qazanar və bu oruc tutanınsavabından heç bir şey əskiltməz.” (Tirmizi).

12 – Quran oxumaq; “Quran oxuyun! Çünkio, Qiyamət günü öz sahibinə şəfaətçi olacaq-dır.” (Muslim).

13 – Quranı öyrənib başqalarına öyrətmək;“Sizin ən xeyirliniz Quranı öyrənən və onubaşqalarına öyrədən kimsədir.” (Buxari).

1 Yəni, ramazanın axır on günündə canla-başla ibadət etməyəciddi hazırlıq görərdi.

Page 6: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

6

14 – Uca Allahı zikr etmək; “Sizə əməllərini-zin ən xeyirlisini, Sahibiniz yanında ən təmizolanını, dərəcələriniz içində ən yüksəyini, sizinüçün qızıl-gümüş xərcləməkdən daha xeyirlisi-ni, düşməninizlə qarşılaşıb onların boyunlarınıvurmağınızdan, onların da sizin boyunlarınızıvurmasından daha xeyirlisini sizə bildirimmi?(Əshabələr) dedilər: “Bəli!” O dedi: “(Bu,) UcaAllahı zikr etməkdir.” (Tirmizi).

15 – Allahdan bağışlanma diləmək; “KimAllahdan davamlı şəkildə bağışlanma diləyərsə,Allah onun hər bir kədərini aradan qaldırar,hər bir sıxıntısı üçün çıxış yolu açar və ağlınagəlmədiyi yerdən ona ruzi verər.” (Əbu Davudvə Nəsai).

16 – Kamil şəkildə dəstəmaz almaq; “Kimgözəl bir şəkildə dəstəmaz alarsa onun günah-ları bütün bədənindən, hətta dırnaqlarının al-tından belə çıxar.” (Muslim).

17 – Dəstəmaz aldıqdan sonra şəhadət kəl-məsini demək; “Kim gözəl bir şəkildə dəstəmazaldıqdan sonra “Əşhədu ən lə ilahə illəllahu vəh-dəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəm-mədən abduhu və Rasuluhu. Allahumməc'alniminət-təvvabinə vəc'alni minəl-mutətahhirin”1

1 Mən şahidlik edirəm ki, Allahdan başqa məbud yoxdur, Otəkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd

Page 7: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

7

– deyərsə onun üçün Cənnətin qapıları açılar vəo istədiyi qapıdan içəri daxil ola bilər.” (Muslim).

18 – Dəstəmazı qorumaq; “Sabit olun, ammabunu tam bacarmayacaqsınız. Bilin ki, sizin əməl-lərinizin ən xeyirlisi namazdır. Dəstəmazı isəancaq mömin qoruya biləcəkdir.” (İbn Macə).

19 – Misvakdan istifadə etmək; “Əgər üm-mətimə ağır gəlməsəydi, onlara əmr edərdimki, hər namazdan əvvəl (dişlərini) misvakla tə-mizləsinlər.” (Buxari və Muslim).

20 – Dəstəmazdan sonra iki rükət namaz qıl-maq; “Kim gözəl tərzdə dəstəmaz alıb iki rükətnamaz qılar, qəlbini və üzünü buna yönəldər-sə, Cənnətə girmək ona vacib olar.” (Muslim).

21 – Azandan sonra dua etmək; “Hər kimazanı eşitdikdə: “Allahummə Rabbə həzihid-dəvətit-tammə, vəs-səlatil qaimə, ati Muhəm-mədənil-vəsilətə vəl-fədilətə, vəb'ashu məqa-mən məhmudənilləzi vəadtəhu”1– desə, Qiya-mət günü mənim şəfaətimə qovuşar.” (Buxari).

22 – Azanla iqamə arasında dua etmək;“Azanla iqamə arasında edilən dua cavabsız

Onun qulu və elçisidir! Allahım! Məni tövbə edənlərdən et! Vəməni təmizlənənlərdən et!

1 Tərcüməsi: “Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olanAllahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vədetdiyin təriflənən məqama çatdır.”

Page 8: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

8

qalmır.” Digər rəvayətdə deyilir: “Səhabələr so-ruşdular: “Ey Allahın elçisi, biz həmin vaxt nədeyək?” Peyğəmbər r dedi: ”Allahdan əfv vəsalamatlıq diləyin!” (Əbu Davud və Tirmizi).

23 – Beş vaxt namazı qorumaq; “Hər hansıbir müsəlman fərz namazının vaxtı gəldiyi za-man gözəl şəkildə dəstəmaz alıb mütiliklə nama-zını yerinə yetirərsə, böyük günahlar etmədikcə,bu onun keçmiş günahlarının kəffarəsi olar. Vəbu, beləcə bütün il boyu davam edər.” (Muslim).

24 – Namazları vaxtında qılmaq; “Peyğəm-bərdən r hansı əməlin daha əfzəl olması barə-sində soruşduqda o dedi: “Namazı vaxtlı-vax-tında qılmaq.” (Buxari və Muslim).

25 – Sübh və Əsr namazlarını vaxtında qıl-maq; “Kim sübh və əsr namazlarını (vaxtında)qılarsa, Cənnətə girər.” (Buxari).

26 – Cümə namazını qorumaq; “Beş vaxtnamaz, cümə namazı növbəti cüməyə qədər,ramazan (orucu) növbəti ramazana qədər olankiçik günahlar üçün kəffarədir. Əgər böyükgünahlardan çəkinilərsə.” (Muslim).

27 – Cümə günündə olan duaların cavabsızqalmayan saatını axtarmaq; “Həmin gün eləbir saat var ki, müsəlman olan kəs (həmin vaxt)namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah

Page 9: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

9

ona istədiyini mütləq verər.” (Buxari və Mus-lim).

28 – Cümə günü əl-Kəhf surəsini oxumaq;“Kim cümə günü əl-Kəhf surəsini oxuyarsa, bu,növbəti cüməyə qədər onun üçün nur saçar.”(Nəsai və Hakim).

29 – Məscidlərə getmək; “Kim səhər və ya ax-şamüstü məscidə gedərsə, hər gedişində Allahonun üçün Cənnətdə bir yer hazırlayar.” (Bu-xari və Muslim).

30 – Məscidülhəramda namaz qılmaq; “Mə-nim bu məscidimdə qılınan (bir) namaz Məsci-dülhəram istisna olmaqla, digər məscidlərdəqılınan min namazdan daha üstündür. Məsci-dülhəramda qılınan (bir) namaz isə bu məscidistisna olmaqla, digər məscidlərdə qılınan yüzmin namazdan daha üstündür.” (Əhməd vəİbn Xuzeymə).

31 – Peyğəmbərin r məscidində namaz qıl-maq; “Mənim bu məscidimdə qılınan (bir) na-maz Məscidülhəram istisna olmaqla, digər məs-cidlərdə qılınan min namazdan daha yaxşıdır.”(Muslim).

32 – Beytülmüqəddəsdə namaz qılmaq; “Üçməsciddən başqa heç bir yerə (ibadət məqsədiilə) səfər etmək olmaz: (bu) – Məscidülhəram,

Page 10: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

10

Peyğəmbərin r məscidi və Məscidüləqsadır.”(Buxari).

33 – Quba məscidində namaz qılmaq; “Ora-da namaz qılan şəxs ümrə ziyarəti etmiş kimi-dir.” (İbn Hibban).

34 – Camaat namazını qorumaq; “Camaatnamazı fərdi namazdan iyirmi yeddi dərəcəüstündür.” (Buxari və Muslim).

35 – Birinci səfdə namaz qılmağa həris olmaq;“Əgər insanlar azan (verməyin) və (namazda)birinci sırada (durmağın nə qədər xeyirli və bə-rəkətli) olduğunu bilsəydilər və (buna nail ol-maq üçün) püşk atmaqdan başqa bir çarə tap-masaydılar, hökmən püşk atardılar.” (Buxarivə Muslim).

36 – Duha namazını davamlı qılmaq; “Sizinhər birinizin gün ərzində bütün fəqərələrinəgörə sədəqə vardır; Belə ki, hər bir təsbih1 sə-dəqədir, hər bir təhmid2 sədəqədir, hər bir təh-lil3 sədəqədir, hər bir təkbir4 sədəqədir, yaxşıişləri əmr etmək sədəqədir, pis işlərdən çəkin-dirmək sədəqədir. Bütün bunları isə duha vax-tı qılınan iki rükət namaz əvəz edir.” (Muslim).

1 “Sübhanəllah” demək.2 “Əlhəmdulilləh” demək.3 “Lə ilahə illəallah” demək.4 “Allahu əkbər” demək.

Page 11: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

11

37 – Ratibə 1 namazlarını qorumaq; “Kimfərz namazlarından əlavə Allah üçün hər günon iki rükət ratibə namazını qılarsa, Allah onunüçün Cənnətdə bir ev bina edər.” (Muslim).

38 – Nafilə namazlarını evdə qılmaq; “Na-mazlarınızın bir qismini öz evlərinizdə qılın vəoranı qəbirlərə çevirməyin.” (Buxari).

39 – Səcdələrin sayını çoxaltmaq; “Bəndəninrəbbinə ən yaxın olduğu məqamı onun səcdəetdiyi vaxtdır. Elə isə (səcdədə ikən) dualarını-zı artırın.” (Muslim).

40 – Zikr etmək üçün sübh namazındansonra namazgahda oturmaq; “Sübh namazınıcamaatla birgə qıldıqdan sonra gün çıxana qə-dər həmin yerdə oturub Allahı zikr edən, son-ra isə iki rükət nafilə namazı qılan şəxs – tamolaraq, yenə tam olaraq və yenə tam olaraq –həcc və ümrə ziyarətinin savabını qazanır.”(Tirmizi).

41 – Cənazə namazı qılmaq və cənazəninardınca getmək; “Kim dəfndə cənazə namazıqılınana qədər iştirak edərsə, bir qirat, dəfnedilənə qədər iştirak edərsə, iki qirat savab qa-zanar. Peyğəmbərdən r iki qirat nədir deyə

1 Sübh namazından əvvəl iki, zöhr namazından əvvəl dörd,sonra isə iki, məğrib namazından sonra iki, işa namazından son-ra iki rükət qılınan nafilə namazlar.

Page 12: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

12

soruşduqda dedi: “İki böyük dağ qədər.” (Bu-xari və Muslim).

42 – Qadının namazı evində qılması; “Qa-dınlarınıza məscidlərə getməyi qadağan etmə-yin. Amma (onlar bilməlidirlər ki), evləri onlarüçün daha xeyirlidir.” (Əbu Davud).

43 – Bayram namazını namazgahda qılma-ğa həris olmaq; “Peyğəmbər r orucluq və qur-ban bayramlarında çıxıb namaz qılınan yerəgedərdi.” (Buxari).

44 – Uşaqları namaz qılmağa alışdırmaq;“Yeddi yaşından uşaqlarınıza namaz qılmağıəmr edin. On yaşından isə (namaz qılmadıqla-rına görə) onları vurun və yataqlarını ayırın.”(Əbu Davud).

45 – Uşaqları oruc tutmağa alışdırmaq; “Ru-beyyi bint Muəvviz O demişdir: Biz (hər ilaşura günü) həm özümüz oruc tutar, həm dəuşaqlarımıza oruc tutmağı əmr edərdik. Bizonlar üçün yundan oyuncaq düzəldərdik ki,onlardan biri ağlayıb yemək istədikdə bunuona verək, iftar vaxtına qədər (başı qarışsın).”(Buxari).

46 – Fərz namazlarından sonra Allahı zikretmək; “Kim hər namazdan sonra otuz üç dəfəsubhanallah, otuz üç dəfə əlhəmdulilləh, otuzüç dəfə Allahu əkbər, sonra da “Lə ilahə illəl-

Page 13: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

13

lahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku vələhul-həmdu və huvə alə kulli şeyin qadir”1 –deyərsə, günahları dəniz köpüyü qədər olsabelə bağışlanar.” (Muslim).

47 – Təravih namazını qılmaq; “Fərz na-mazlarından sonra ən əfzəl namaz gecə nama-zıdır.” (Muslim).

48 – İftar vaxtı girən kimi orucu açmaq; “İn-sanlar oruclarını erkən açacaqları müddət ər-zində xeyir içində olacaqlar.” (Buxari).

49 – İftarı namazdan qabaq etmək; “Peyğəm-bər r iftarı namaz qılmamışdan öncə edərdi.”(Əhməd).

50 – İftarı xurma ilə açmaq; “Kim xurma ta-pa bilsə qoy orucunu onunla açsın, tapa bilmə-sə, su ilə açsın, çünki su pakdır.” (Əhməd, ƏbuDavud, Tirmizi).

51 – İftar duasını oxumaq; “Zəhəbəz-zəməu,vəbtəllətil-uruq, və səbətəl-əcru inşə Allah.”2

(Əbu Davud, Dəraqutni, Hakim).52 – İftar vaxtı dua etmək; “Oruc tutanın if-

tar vaxtı etdiyi dua cavabsız qalmır.” (İbn Macə).

1 Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yox-dur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!

2 Susuzluq getdi və damarlar islandı. Allah istəsə, savab yazıl-dı!

Page 14: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

14

53 – Ümumiyyətlə dua etmək; “Uca Allahbuyurur: “Mən qulumun barəmdəki zənni ya-nındayam, Mənə dua etdikcə onunlayam.” (Bu-xari və Muslim).

54 – Səhur1 yeməyi; “Səhur yeməyini yeyin!Həqiqətən, səhurda bərəkət var.” (Buxari vəMuslim).

55 – Yemək-içməkdən sonra Allaha həmdetmək; “Yeməkdən sonra və ya içməkdən son-ra buna görə Allaha həmd edən bəndədən Allah(həmişə) razı qalır.” (Muslim).

56 – Zəkat vermək; Uca Allah buyurur:“Halbuki onlara, dini məhz Allaha məxsusedərək, həniflər kimi ibadət etmək, namaz qıl-maq və zəkat vermək əmr olunmuşdu. Doğrudin də elə budur!” (əl-Beyyinə, 5).

57 – Fitrə zəkatı; “Oruc tutanın oruc zamanıdanışdığı lağlağı və nalayiq sözlərini təmizlən-mək və kasıbları yedizdirmək üçün Peyğəmbərr (Ramazan bayramında) fitrə zəkatı verməyiəmr etdi. Kim bu zəkatı bayram namazındanəvvəl verərsə, fitrə zəkatı kimi qəbul olar. Kimdə bayram namazından sonra verərsə, bu adisədəqə kimi qəbul olar.” (Əbu Davud).

1 Oruc tutan müsəlmanın səhər dan yeri sökülməmişdən əv-vəl yediyi yemək.

Page 15: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

15

58 – Allah yolunda malından xərcləmək;Uca Allah buyurur: “Qabaqcadan özünüz üçünnə xeyir hazırlasanız, onun əvəzini Allahın ya-nında tapacaqsanız. Şübhəsiz ki, Allah nə et-diklərinizi görür.” (əl-Bəqərə, 110).

59 – Sədəqə vermək; “Su odu söndürdüyükimi sədəqə də günahları silir.” (Tirmizi).

60 – Kasıbın sədəqəsi; “Peyğəmbərdən rsoruşdular: “Ey Allahın elçisi! Hansı sədəqədaha üstündür?” O dedi: “Ehtiyac içində olanınverdiyi sədəqə. Elə isə baxmağın vacib olankimsələrdən1 başla.” (Əbu Davud, İbn Xuzey-mə və Hakim).

61 – Gizli sədəqə; “Xeyirxah işlər insanı bə-lalardan qoruyur, gizli sədəqə Allahın qəzəbinisöndürür, qohumluq əlaqələrini birləşdirməkisə ömrü uzadır.” (Təbarani).

62 – Sədəqəni yerinə yetirən işçinin fəziləti;“Özünə əmr ediləni mükəmməl şəkildə – kö-nül xoşluğu ilə yerinə yetirib (sədəqəni) verilə-cək adama çatdıran, (başqasının malını) qoru-yan etibarlı müsəlman sədəqə verən iki nəfər-dən biri hesab olunur (sədəqəni verən adamqədər savab qazanır).” (Buxari və Muslim).

1 Burada insanın özü, ata-anası və digər ailə üzvləri nəzərdətutulur.

Page 16: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

16

63 – Məscid tikmək; “Kim Allahın Üzünüdiləyərək bir məscid tiksə, Allah onun üçünCənnətdə buna bənzər (bir ev) tikər.” (Buxari).

64 – Salamı yaymaq və yemək yedirtmək;“Ey insanlar! Salamı yayın, yemək yedirdin,qohumluq əlaqələrini birləşdirin və insanlaryatarkən namaz qılın ki, sağ-salamat Cənnətədaxil olasınız.” (Tirmizi).

65 – Yoldan (insanlara) əziyyət verən şeyidəf etmək; “Peyğəmbər r demişdir: “Yolunüzərindəki ağacı kəsdiyinə görə Cənnətdə gə-zən insan gördüm. Çünki o (ağac) insanlaraəziyyət verirdi.” (Muslim).

66 – Valideynlərin qayğısına qalmaq və on-lara itaət etmək; “Zəlil oldu! Zəlil oldu! Zəliloldu!” (Səhabələr) dedilər: “Kim, ya Rəsulallah?”O dedi: “Valideynləri, yaxud ikisindən biri qo-calanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağolaraq) Cənnətə daxil olmayan kəs.” (Muslim).

67 – Qadının öz ərinə itaət etməsi; “Qadınbeş vaxt namazlarını qılarsa, (ramazan) ayınıoruc tutarsa, namusunu qoruyarsa və ərinə ita-ət edərsə Cənnətin hansı qapısından istəsə da-xil olar.” (İbn Hibban).

68 – Halal qazanc və öz əlinin əməyi ilə (qa-zanmaq); “Peyğəmbərdən r “hansı qazanc da-

Page 17: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

17

ha gözəldir?” –deyə soruşduqda o dedi: “Kişi-nin öz zəhməti ilə qazanması və hər bir halalqazanc.” (Hakim).

69 – Malından ailə üçün xərcləmək; “Bir mü-səlman əvəzini Allahdan umaraq (malından)ailəsinə bir şey xərcləsə, bu onun üçün sədəqəsayılar.” (Buxari və Muslim).

70 – Malından dul qadınlara və kasıblaraxərcləmək; “Dul qadınlara və kasıblara əl tutankimsə Allah yolunda olan mücahid kimi, habe-lə, gündüz oruc tutub, gecə namaz qılanlar ki-midir.” (Buxari).

71 – Yetimə himayədarlıq etmək və ona (ma-lından) xərcləmək; “Mən və yetimin himayədarıCənnətdə (bu iki barmaq kimi) olacaq” – deyibpeyğəmbər r şəhadət və orta barmağını gös-tərdi.” (Buxari).

72 – Yetimin başını sığallamaq və ona qarşışəfqətli olmaq; “Bir kişi peyğəmbərə r daş qəlb-li olması barədə şikayət etdikdə peyğəmbər rona dedi: “Yetimin başını sığalla və miskinləriyedirt.” (Əhməd).

73 – Müsəlman qardaşların ehtiyaclarınıödəmək; “Peyğəmbər r barmağı ilə işarə edibdedi: “Sizlərdən birinin öz qardaşı ilə onun eh-tiyacını ödəməyə getməsi mənim məscidimdəiki ay etikaf etməsindən daha əfzəldir.” (Hakim).

Page 18: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

18

74 – Müsəlman qardaşları Allah xatirinə zi-yarət etmək; “Peyğəmbər r Cənnətdə olacaq,siddiq Cənnətdə olacaq, ucqar bir yerdə yaşa-yan müsəlman qardaşını yalnız Allah xatirinəziyarət edən müsəlman Cənnətdə olacaq.” (Tə-barani).

75 – Xəstələri ziyarət etmək; “Kim xəstə qar-daşına baş çəksə, (onun yanından qayıdanadək)Cənnət xürfəsində olar. Peyğəmbərdən r “EyAllahın elçisi! Cənnət xürfəsi nədir?“ –deyə so-ruşduqda o dedi: “Cənnətin bir yerə yığılmışmeyvələridir.” (Muslim).

76 – Qohumlar əlaqələri kəssələr belə onubirləşdirmək; “Qohumluq əlaqəsi Ərşdən asılı-dır və o belə deyir: “Kim məni birləşdirərsəAllah da onu birləşdirər, kim də məni kəsərsəAllah da onu kəsər.” (Buxari və Muslim).

77 – Müsəlmanı sevindirmək; “Kim müsəl-man qardaşı ilə qarşılaşdığı zaman onun xoşu-na gələcək bir şeylə onu sevindirərsə Allah daQiyamət günü həmin şəxsi sevindirər.” (Təba-rani).

78 – Çətin vəziyyətdə olanların işini asan-laşdırmaq; “Kim çətin vəziyyətdə olan bir şəx-sin işini asanlaşdırarsa, Allah da onun işini həmbu dünyada, həm də axirətdə asanlaşdırar.”(Muslim).

Page 19: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

19

79 – Xidmətçilərin və işçilərin işlərini yün-gülləşdirmək; “Kim öz qulunun işini yüngül-ləşdirərsə, Allah onu bağışlayar və onu Oddanazad edər.” (İbn Xuzeyma).

80 – Zəiflərə qarşı şəfqətli olmaq, onlara rəhmetmək və onlarla mülayim rəftar etmək; “Rəhmedənlərə Mərhəmətli Allah rəhm edir. Yerdəolanlara rəhm edin ki, göydəki də sizə rəhmetsin.” (Əbu Davud və Tirmizi).

81 – İnsanların arasını düzəltmək; “Sizə na-mazdan, orucdan və sədəqədən daha fəzilətli birdərəcə barədə xəbər verimmi?” (Səhabələr): “Bə-li!”– deyə cavab verdilər. O dedi: “(Bu,) küsülü-ləri barışdırmaqdır!” (Əbu Davud və Tirmizi).

82 – Gözəl əxlaq; “Peyğəmbərdən r insan-ları ən çox Cənnətə salacaq əməl barəsində so-ruşduqda o demişdir: “(Bu,) Allah qorxusu vəgözəl əxlaqdır.” (Tirmizi).

83 – Həyalı olmaq; “Həya imandandır,iman isə Cənnətdədir. Arsızlıq kobudluqdur,kobudluq isə Cəhənnəmdədir.” (Əhməd, İbnHibban və Tirmizi).

84 – Doğruluq; “Doğru danışanlardan olun.Çünki doğruluq (adamı) yaxşı işlər görməyəyönəldir. Yaxşı işlər isə (adamı) Cənnətə apa-rır.” (Buxari və Muslim).

Page 20: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

20

85 – Mülayimlik, (insanları) bağışlamaq vəqəzəbi boğmaq; Uca Allah buyurur: “O müttə-qilər ki,... qəzəblərini boğur və insanları bağış-layırlar. Allah yaxşı iş görənləri sevir.” (Ali İm-ran, 134). “Peyğəmbər r Əşəc Abdulqeysə tdemişdir: “Səndə iki xislət vardır ki, Allah on-ları sevir. (Bunlar) mülayimlik və təmkinli ol-maqdır.” (Muslim).

86 – Əl ilə salamlaşmaq; “Qarşılaşdıqları za-man əl ilə salamlaşan hər iki müsəlmanın gü-nahlarını Allah onlar ayrılana qədər bağışlayır.”(Əbu Davud və Tirmizi).

87 – Gülərüz olmaq; “Yaxşı işləri heç vaxtdəyərsiz hesab etmə, hətta qardaşınla gülərüz-lü halda qarşılaşsan belə.” (Muslim).

88 – Alış-veriş zamanı üzüyola olmaq; “Sa-tanda, alanda və haqqını tələb edəndə üzüyolaolan kimsəyə Allah mərhəmət etsin!” (Buxari).

89 – Gözləri Allahın haram buyurduqların-dan çəkmək; “(Naməhrəmə) baxmaq iblisin zə-hərli oxlarından biridir. Kim onu Məndən qorx-duğuna görə tərk edərsə, onu, şirinliyini qəlbin-də tapacağı imanla əvəz edərəm.” (Təbarani).

90 – Yaxşı işləri əmr edib, pis işlərdən çə-kindirmək; “Sizlərdən biri münkər (günah) gör-dükdə onu əli ilə düzəltsin! Ona qadir olmasa,

Page 21: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

21

dili ilə düzəltsin! Ona da qadir olmasa, qoyqəlbi ilə (o münkərə) nifrət etsin ki, bu da ima-nın ən zəif mərtəbəsidir.” (Muslim).

91 – Əməlisaleh və xeyirli insanlarla otu-rub-durmaq. “Oturub Uca Allahı yad edən hərbir qövmü mələklər əhatəyə edər, onları rəh-mət bürüyər, onların üzərinə sükunət nazil olarvə Allah onları Öz yanında olanların yanındayad edər.” (Muslim).

92 – Dili və cinsiyyət orqanlarını qorumaq;“Kim mənə iki çənəsi arasındakını və iki buduarasındakını qoruyacağına zəmanət verərsə,mən onun Cənnətə (girəcəyinə) zəmanət verə-rəm.” (Buxari və Muslim).

93 – Peyğəmbərə r salavat; “Kim mənimüçün bir dəfə salavat gətirsə, Allah bunun sa-yəsində ona on dəfə salavat gətirər!” (Muslim).

94 – Yaxşı işlər görmək və (başqalarını) xe-yirxah işlərə yönəltmək; “Hər bir yaxşılıq sə-dəqədir. Başqasını xeyirxah işə yönəldən onuetmiş kimidir.” (Buxari və Muslim). “Başqasınıxeyirxah işə yönəldən şəxsə bunu edənin sava-bı qədər savab yazılar.” (Muslim).

95 – Allahın dininə dəvət etmək; “Kim in-sanları doğru yola dəvət edərsə həmin şəxsə oyola tabe olanların savabı qədər savab yazılar.

Page 22: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

22

Amma bu, o yola tabe olanların savabından heçbir şey əskiltməz.” (Muslim).

96 – İnsanların eybini örtmək; “Kim bu dün-yada başqa birisinin eybini örtərsə, Allah daQiyamət günü onun eybini örtər.” (Muslim).

97 – Səbirli olmaq; “Müsəlmana üz vermişelə bir yorğunluq, elə bir naxoşluq, elə bir kə-dər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd,hətta (ayağına) batan elə bir tikan yoxdur ki,onun sayəsində Allah (həmin) müsəlmanıngünahlarını bağışlamasın.” (Buxari).

98 – Məclisin kəffarəsi;1 “Kimin bir məclisdəoturduğu zaman boş sözləri çox olarsa, həminməclisdən qalxmamışdan öncə: “SubhanəkəAllahummə və bihəmdik, əşhədu ən lə ilahəillə ənt, əstəğfirukə və ətubu ileyk”2 –deyərsəhəmin məclisdə baş verən (xətalarını) Allahbağışlayar.” (Əbu Davud və Tirmizi).

99 – Günah etdikdən sonra iki rükət namazqılmaq; “Günah etdikdən sonra gözəl şəkildədəstəmaz alıb, üstəlik iki rükət namaz qılıb Allah-dan bağışlanma diləyən elə bir bəndə yoxdurki, onun günahı bağışlanmasın.” (Əbu Davud).

1 [Günahların bağışlanılması üçün şəriətin buyurduğu qay-dada deyilən söz yaxud verilən sədəqə.]

2 Allahım! Sən pak və müqəddəssən! Sənə həmd olsun! Mənşahidlik edirəm ki, Səndən başqa məbud yoxdur. Səndən bağış-lanma diləyir və Sənə tövbə edirəm!

Page 23: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

23

100 – Qız uşaqlarını tərbiyə etmək və onlarıböyüdüb başa çatdırmaq; “Kimin üç qızı olsa,onlara qayğı göstərsə, onlara yaxşı baxsa vəonlara rəhm etsə, Cənnətə daxil olmaq onamütləq vacib olar.” (Əhməd).

101 – Heyvanlarla gözəl davranmaq; “Birkişi bir itin ləhlədiyini, susuzluqdan yaş tor-paq yaladığını görüb, su quyusuna düşdü vəayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzıilə tutub (quyunun divarlarından yapışaraqyuxarı qalxıb) itə su verdi. Allah ona təşəkküretdi və onu Cənnətə saldı.” (Buxari).

102 – İnsanlardan heç bir şey dilənməmək;“Kim insanlardan heç bir şey dilənməməyə bo-yun olarsa, onun üçün Cənnəti boyun olaram.”(Əbu Davud, Nəsai, Tirmizi və İbn Macə).

103 – Təhlil və təsbih; “Kim gün ərzindəyüz dəfə: “Lə ilahə illəllahu vəhdəhu lə şərikələhu, ləhul-mulku və ləhul-həmdu və huvə aləkulli şeyin qədir1”- desə, on kölə azad etmiş sa-yılar, üstəlik ona yüz savab yazılar və onunyüz günahı silinər, (bundan başqa bu dualar)həmin gün axşama qədər onu şeytandan qo-

1 Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yox-dur. Mülk Onundur və həmd Ona məxsusdur və O hər şeyə Qa-dirdir!

Page 24: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

24

ruyar və (bu duanı) ondan çox deyən kimsə is-tisna olmaqla heç kəs onun gətirdiyindən əfzəlbaşqa bir şey gətirə bilməz.” “Kim gün ərzindəyüz dəfə: “Subhanəllahi və bihəmdihi1”– desə,günahları dəniz köpüyü qədər olsa belə sili-nər.” (Buxari və Muslim).

104 – Davamlı sədəqə; “Bəndə ölən kimionun bütün əməlləri kəsilir. Yalnız üç şey istis-nadır: davamlı sədəqə, yaxud fayda verən elm,yaxud da onun üçün dua edən əməlisaleh öv-lad.” (Muslim).

105 – Qadınları sədəqə verməyə təşviq et-mək; ““(Ey qadınlar,) heç olmasa, zinət əşyala-rınızdan sədəqə verin!” (Buxari və Muslim).

106 – Qadının öz ərinin malından sədəqə ver-məsi; “Qadın (ailə üzvlərinə) ziyan vurmadanevində olan yeməkdən sədəqə versə, verdiyininsavabını qazanar; əri də qazandığının savabınıalar; həmçinin xidmətçiyə də bir o qədər savabçatar; birinin savabı digərinin savabından heçbir şey azaltmaz.” (Buxari və Muslim).

107 – Verən əl alan əldən daha xeyirlidir;“Uca əl alçaq əldən daha xeyirlidir. Uca əl (sə-dəqə) verən əldir; alçaq əl isə dilənən əldir.”(Buxari və Muslim).

1 Allah pak və müqəddəsdir! Allaha həmd olsun!

Page 25: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

25

108 – Alış-verişdə düzgün olmaq; “Alıcı vəsatıcı bir-birindən ayrılanadək ixtiyar sahibi-dirlər.1 Əgər onlar düz danışar və aydınlıq gə-tirərlərsə2, alış-verişləri bərəkətli olar. Əgər (nə-yi isə) gizlədər və yalan danışarlarsa, alış-ve-rişlərinin bərəkəti gedər.” (Buxari).

109 – Müsəlmanlara yardım etmək; “Kimbir müsəlmanı bu dünya sıxıntılarının birindənqurtararsa, Allah da onu Qiyamət gününün sı-xıntılarının birindən qurtarar.” (Muslim).

110 – Müsəlmanlara əziyyət verməmək; “Pey-ğəmbərdən r “hansı müsəlman daha fəzilətlisayılır?” –deyə soruşdular. O dedi: “Dilindənvə əlindən müsəlmanlara zərər dəyməyən(müsəlman).” (Buxari və Muslim).

111 – Başqalarına yardım etmək; "Hər günbütün fəqərələrə görə sədəqə vardır. Kişiniminiyinin üzərinə mindirmək və ya onun yü-künü miniyinin üzərinə qaldırmaq sədəqədir.”(Buxari).

112 – Ehtiyaclarını yerinə yetirmək üçün in-sanlara şəfaətçilik etmək; ““(Ehtiyacı olanlara)kömək edin ki, savab qazanasınız. Allah dilə-

1 Yəni ayrılanadək alıcı aldığını, satıcı da satdığını geri qayta-ra bilər.

2 Başqa sözlə, satıcı malın keyfiyyətini və nöqsanını, alıcı daöz şərtini və iradlarını bildirərsə.

Page 26: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

26

diyi bir şeyə Öz peyğəmbərinin r dili ilə hökmedəcəkdir.” (Buxari).

113 – Valideynlərin dostları ilə əlaqə qurmaqvə onlarla yaxşı rəftar etmək; “Həqiqətən dəən gözəl yaxşılıq adamın öz atası ilə dost ol-muş insanlarla olan əlaqələrini möhkəmləndir-məsidir.” (Muslim).

114 – Gözəl söz; “Heç olmasa, yarım xurma(sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunutapmasanız, onda gözəl söz danışmaqla (özü-nüzü Oddan qoruyun).” (Buxari və Muslim).

115 – Rəiyyətlə, işçilərlə və bu cür insanlarlamülayim rəftar etmək; “Allahım! Ümmətiməbaşçılıq edənlər ümmətimi çətinliyə salarlarsa,Sən də onları çətinliyə sal. Ümmətimə başçılıqedənlər ümmətimlə mülayim rəftar edərlərsə,Sən də onlarla mülayim rəftar et.” (Muslim).

116 – Az da olsa belə xeyirxah əməli da-vamlı yerinə yetirmək; “Allah üçün ən sevimliəməl, az da olsa belə davamlı yerinə yetiriləni-dir.” (Muslim).

117 – Qonşulara yaxşılıq etmək; “Kim Alla-ha və Axirət gününə inanırsa, qonşusuna ehti-ram göstərsin.” (Muslim).

118 – Qonağa ehtiram göstərmək; “Müsafiribir gecə evdə saxlamaq hər bir müsəlmanınüzərinə düşən haqdır. Kiminsə evinin divarı

Page 27: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

27

yanında müsafir dayanarsa, ev yiyəsinin bor-cudur ki, onu (bir gecə) evində qonaq saxlasın.Müsafir istəsə (borcunu) tələb edə bilər, istəsədə tərk edə bilər.” (Əhməd, Əbu Davud və İbnMacə).

119 – Valideynlər üçün dua etmək; “UcaAllah əməlisaleh bəndəsinin Cənnətdə dərəcə-sini yüksəltdikdə o belə deyəcək: “Ey Rəbbim!Bu, mənim üçün haradandır?!” Allah buyura-caq: “Övladının sənin üçün etdiyi dua sayəsin-dədir.” (Əhməd).

120 – Müsəlman bəndənin yanında olma-yan qardaşı üçün etdiyi dua; “Elə bir müsəl-man bəndə yoxdur ki, yanında olmayan qarda-şı üçün dua etdiyi zaman (dua edənin başı üstətəyin olunmuş mələk) “Sənə də onun misli qə-dər çatsın” –deməsin.” (Muslim).

121 – Müsəlmanlar üçün dua edib Allahdanbağışlanma diləmək; Uca Allah buyurur: “Sə-habələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbi-miz! Bizi və bizdən əvvəl iman gətirmiş qar-daşlarımızı bağışla. Bizim qəlbimizdə iman gə-tirənlərə qarşı nifrət və həsədə yer vermə. EyRəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhm-lisən!” (əl-Həşr, 10).

Page 28: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

28

122 – Məscidləri təmizləmək; Uca Allah bu-yurur: “Evimi təvaf edənlər, namaza duranlar,rüku və səcdə edənlər üçün təmizlə!” (əl-Həcc,26).

123 – Həyat yoldaşına yaxşılıq etmək; “Si-zin ən xeyirliniz ailəsinə qarşı ən xeyirli olan-dır, mən də öz ailəmə qarşı ən xeyirliyəm.”(İbn Hibban və başqaları).

124 – Evlənənlər üçün mehri yüngülləşdir-mək; “Ən xeyirli nikah ən asan olanıdır.” (İbnHibban).

125 – Qadınlara qarşı qısqanc olmaq; “Sədbin Ubadə belə deyərdi: “Əgər həyat yolda-şımla bir kişinin getdiyini görsəydim qılıncı-mın iti tərəfi ilə onu vurub öldürərdim.” Busöz peyğəmbərə r çatdıqda o dedi: “Sədin bucür qısqanclığına təəccüb edirsiniz? Bilin ki, mənondan da qısqancam. Allah isə məndən də qıs-qancdır.” (Buxari).

126 – Kişinin öz ailəsinə elm öyrətməsi; “Üçsinif insan vardır ki, onlar ikiqat savab qazanır:Kitab əhlindən olub öz peyğəmbərinə iman gə-tirmiş, sonra da Muhəmmədə r iman gətirənadam; həm Allahın, həm də öz ağalarının haq-qını ödəyən kölə; və bir də o kimsə ki, yaxınlıqetdiyi kənizinə yaxşı tərbiyə vermiş, ona gözəl

Page 29: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

29

tərzdə elm öyrətmiş, sonra da (o kənizi) azadedib onunla evlənmişdir. Beləsinə də ikiqat sa-vab vardır.” (Buxari).

127 – Zülm etdiklərinin haqqını qaytarmaqvə boynunda haqqı qalan şəxslərdən halallıqalmaq; “Qoy birisinə zülm etmiş adam, bu gün,dinar və dirhəmin (fayda verməyəcəyi gün)gəlməmişdən əvvəl ondan halallıq diləsin. Əgər(Qiyamət günü) onun savabı olarsa, etdiyi zülmqədər savabından götürülər (və zülm etdiyiadama verilər); yox əgər savabı olmazsa, ondazülm etdiyi adamın günahlarından götürülübonun boynuna qoyular.” (Buxari).

128 – Pis işin ardından yaxşılıq etmək; “Ha-rada olursansa ol, Allahdan qorx, pis işin ar-dınca yaxşı iş gör ki, onu silib aparsın, insan-larla gözəl əxlaqla davran.” (Əhməd və Ha-kim).

129 – Xalaya və dayıya yaxşılıq etmək; “Xa-la, ana yerindədir.” (Buxari).

130 – Əmanəti qorumaq və verilən vədi ye-rinə yetirmək; “Etibar olunmayanın imanı ol-maz, vədinin üstündə durmayanın da dini ol-maz.” (Əhməd).

131 – Kiçiyə rəhmət, böyüyə hörmət; “Kiçi-yimizə rəhm etməyən, böyüyümüzün haqqını

Page 30: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

30

tanımayan bizdən deyildir.” (Əhməd və Tirmi-zi).

132 – Müsəlmanlar üçün can yandırmaq, on-larla mərhəmətli davranmaq və onlara diqqətyetirmək; “Sən möminlərin bir-birilərinə mər-həmət göstərməkdə, bir-birilərini sevməkdə vəbir-birilərinə can yandırmaqda bir bədən kimiolduğunu görürsən. Belə ki, (bədənin) bir əza-sına xəstəlik üz verdikdə bütün bədən yuxu-suzluqdan və qızdırmadan əziyyət çəkir.” (Bu-xari və Muslim).

133 – Dili qorumaq, susmaq və ancaq xeyirsöyləmək; “Kim Allaha və Axirət gününə ina-nırsa, ya xeyir söyləsin, ya da sussun.” (Buxari).

134 – Müsəlmanların namusunu qorumaq;“Kim müsəlman qardaşının namusunu qoru-yarsa, Qiyamət günü Allah onun üzünü Od-dan qoruyar.” (Tirmizi).

135 – Təmizqəlbli olmaq və nifrəti tərk et-mək; “Hər bazar ertəsi və cümə axşamı günüCənnətin qapıları açılır və (müsəlman) qarda-şına nifrət edən kimsədən başqa Allah Ona şə-rik qoşmayan hər bir kəsi bağışlayır. (Bir-biri-nə nifrət edən iki qardaş haqqında isə belə) de-yilir: “Bu ikisini aralarındakı münasibətləri dü-zəldənədək gözləyin. Bu ikisini aralarındakı

Page 31: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

31

münasibətləri düzəldənədək gözləyin. Bu iki-sini aralarındakı münasibətləri düzəldənədəkgözləyin (onların bağışlanmasını təxirə salın).”(Muslim).

136 – İnsanlar arasında ədalətli hökm ver-mək; “Günəşin doğduğu hər gün insanın bü-tün fəqərələrinə görə sədəqə vardır. İnsanlararasında ədalətlə hökm vermək sədəqədir.”(Buxari).

137 – Xeyirxah işlərdə müsəlmanların bir-birilərinə kömək etmələri; Uca Allah buyurur:“Yaxşılıq etməkdə və Allahdan qorxmaqdabir-birinizə yardım edin. Günah işlər görmək-də və düşmənçilik etməkdə bir-birinizə kö-məkçi olmayın.” (əl-Maidə, 2). Peyğəmbər r:“Möminlər bir bina kimidirlər, bir-birilərinidəstəkləyirlər”– dedi və barmaqlarını bir-biri-nə keçirtdi.” (Buxari).

138 – Çarəsiz adama kömək etmək; “Hər birmüsəlman sədəqə verməlidir.” (Əshabələr) so-ruşdular: “Ey Allahın peyğəmbəri! (Sədəqə ver-məyə bir şey) tapmasa necə?” (Peyğəmbər r)buyurdu: “Öz əlləri ilə işləyib qazansın və (buqazancından) həm özü faydalansın, həm də(başqalarına) sədəqə versin.” (Əshabələr) soruş-dular: “(Bunu) edə bilməsə necə?” (Peyğəmbər

Page 32: 140 xeyir qapısı - ebooks.azlibnet.az file3 Mərhəmətli və Rəhmli Allahın adı ilə! H ìmd olsun Allaha! Bütün peyğmb ìrl ìrin v elçil ìrin sonuncusu peyğmb ìrimiz

32

r) buyurdu: “Ehtiyacı olan çarəsiz adama kö-mək etsin.” (Əshabələr) soruşdular: “(Bunu da)edə bilməsə necə?” (Peyğəmbər r) buyurdu:“Yaxşı işlər görsün və şər əməllərdən çəkinsin.Həqiqətən də, bu onun üçün sədəqə olar.” (Bu-xari).

139 – Xeyrə çağıranın çağırışına cavab ver-mək və yardım istəyənin istədiyini vermək;“Kim Allahın adı ilə sığınacaq istəsə, ona sığı-nacaq verin. Kim Allahın adı ilə (yardım) istəsə,ona istədiyini verin. Kim sizi dəvət etsə, onundəvətinə cavab verin. Kim sizə yaxşılıq etsə,ona əvəzini verin.” (Əhməd, Əbu Davud vəNəsai).

140 – Yaxşılıq edən adama təşəkkür etməkvə ona etdiyi yaxşılığın əvəzini vermək; “Kiməyaxşılıq edilmişsə, qoy onun əvəzini versin.Əvəz verməyə bir şey tapa bilmirsə, qoy (yax-şılıq edən adamı) tərifləsin. Həmin adamı tərif-ləsə, ona təşəkkür etmiş olar, elədiyi yaxşılığıgizlətsə, ona nankorluq etmiş olar.” (Buxari“Ədəbul-mufrad” kitabında rəvayət etmişdir).

Muhəmmədə, onun ailəsinə və səhabələrinəAllahın xeyir-duası və salamı olsun!