Upload
narmin-abbasova
View
231
Download
3
Embed Size (px)
DESCRIPTION
Mannheim Guideline - especially for medical students
Citation preview
Əgər iştirakçısı olduğun
proqram səni Mannheimdə
olacağın müddət ərzində
müvəqqəti yaşayış yeri ilə
təmin etmirsə, aşağıdakı
bağlantılardan istifadə
etməklə müvəqqəti mənzilini
özün tapa bilərsən.
www.wg-gesucht.de
www.studenten-wg.de
Xərcləri minimum endirmək...
Müvəqqəti yaşayacağın ünvanı internet üzərindən axtarıb tapmaq mümkündür.
Aylıq şəhər daxili transport kartı almaq üçün Mannheim`da tarif qiyməti 58 euroya
bərabərdir. Lakin sən eyni bileti tələbələr üçün olanını avtomat aparatlardan əldə edə
bilərsən. Belə olan halda şəxsdən əlavə servis (xidmət) pulu alınmır (bu halda ISIC –
International Student Identity Card`ının olması gərəklidir).
Uniklinikumda edəcəyin naharlarda sənə tələbələrə olan qiymətin tətbiq edilməsi üçün
öncədən student canteen card alman gərəklidir. Həmin kart bir dəfə alınır və ilk dəfə pul
yüklədikdə (pul yükləmə cihazı canteenin girişində yerləşir) 5 euro deposit qoyursan,
hansi ki, universitetdəki qısa/uzunmüddətli təhsilin bittikdə kartını geri təqdim etdiyin
zaman daxilindəki istənilən məbləği və 5 euro depozitini geri ala bilərsən.
Bunlardan əlavə avropa ölkələrində (eləcə də bütün dünya ölkələrində) tələbələr üçün
güzəştlərdən faydalana bilərsən. ISIC karta edilən güzəştlərlə www.isic.org saytından
daha ətraflı məlumat ala bilərsən.
Azərbaycanda bu kartı əldə etmək üçün özünlə 2 ədəd 3x4 foto, tələbə bileti, şəxsiyyət
vəsiqəsi və 9 AZN götürüb Nizami küçəsi 91/1 ünvanına yollan. Yerindəcə beynəlxalq
tələbə kartını al və tələbə endiriminin dadını çıxar :)
Mannheimda Həyat (tələbə)
Frankfurt hava limanı
Mannheimə gedilərkən
adətən Frankfurt hava
limanı istifadə olunur.
Frankfurtdan
Mannheimə olan
məsafə 89.2 km’dir.
Frankfurt hava limanı
sizi öz böyüklüyü ilə
heyrətə sala bilər.
Avropada 3’cü,
dünyada 9’cu ən çox
istifadə edilən hava
limanıdır.
Hava limanında daxili
nəqliyyatla gediləbilən
2 terminal var. 3’cü
terminal tikilir.
Ev axtaraq? Axtaraq! Sən mübadilə tələbəsisən
və ya
Tələbə mübadiləsində iştirakçı
Səhifə 1
Şəkillərdə
UMM’in
xəritəsi və
xəritəsnin
açıqlaması ve-
rilmişdir.
Şəkillər yüksək
keyfiyyətdə
yerləşdirilib.
Yaxınlaşdırmaq-
la xəritədən
istifadə edə
bilərsiniz.
www.umm.de
Səhifə 2
Bir tibb tələbəsinin yeri klinikadır?!
Mannheim
paytaxt
Ştuttgartdan
sonra Baden
Württembergdə
2’ci ən böyük
şəhərdir. Əhali
sayı
300000’dən
artıqdır.
Heidelberg Universiteti Mannheim Tibb fakultəsi
Halal qida—Mannheim türklərin sıx məskunlaşdığı
şəhər olduğu üçün burada halal qida tapmaq problem
olmur. İstər alış-veriş zamanı, istərsə də restoranda
yemək sifariş edərkən buna diqqət edə bilərsən.
Bizə tanış mətbəx—türk qida mağazaları ilə yanaşı,
bu şəhərdə sadəcə rus qida məhsullarının satıldığı
mağaza da vardır.
Ekoloji təmiz məhsullar—Mannheim şəhər
mərkəzinə yaxın yerləşən bazar meydanında
(Marktplatze) hər həftənin cüt günləri səhər
saatlarında ətraf kəndlərdən gətirilən kənd təsərrüfatı
məhsullarının satışı olur.
Əlavələr:
Ə Y L Ə N C Ə
Sonra Almaniyanı gəz:
Gəzməyə məktəb
dərsliklərindən bizə çox
tanış olan Heidelberg’dən
başla. Bu tarixi şəhərə
qatarla cəmi 16 dəq. vaxt
sərf etməklə çata bilərsən.
Bəs uşaqlıq filmimizdəki o
məşhur ifadənin şəhərinə
getmək necə? İstərdinmi?
Elə isə yol Baden
Baden`ədir.
Adikolonun vətəni və
sevgililər körpüsünü
görmək istəsən Köln’ə üz
tutmalısan.
Bəs Almaniyanın paytaxtı
Berlin`i görmədən olarmı?
Daha sonra qonşu ölkələr:
Doğru zamanda doğru seçimi
et. Qışda İsveçrənin, yazda
Fransanın dadını çıxar.
www.touring.de
Öncə Mannheimi kəşf et:
Luisenparkda bir həftəsonu
keçirmək tövsiyyə olunur :)
Heç rəsədxanada olmusu-
nuz? Bunu Mannheimdə
reallaşdırmağa nə
deyirsən?
Piyada gəzintiyə çıxmaq və
sivilizasiya paytaxtını addım
addım gəzməyə varsan?
İlk Mercedes maşınını, Was-
serturmu, Rosengardeni
görmüsənmi?
Lindenhof’da at çapmaq
sənə maraqlı gəlir?
Milli teatrda tamaşa izlə.
Mərkəz kinoteatrda hər
çərşənbə günü ingilis
dilində film izlə.
Mannheim müasir
incəsənət muzeyini görmən
gərəkir.
Mannheim
şəhərinin əsas
simvolu
Wasserturm’dur.
İkinci dünya
müharibəsindən
heç bir zədə
almadan çıxan bu
abidə həmin
dövrdə əhalini
içməli su ilə təmin
edib.
Wasserturm—su
anbarı anlamına
gəlir.
Səhifə 3
Asudə vaxtını dəyərləndir
Holiday park
www.holidaypark.de
www,azermds.org
www.etibb.org
twitter.com/#!/azermds
www.facebook.com/groups/azermds
Bu kitabça Mannheimə gələcək tələbələrə ilkin məlumat vermək məqsədi ilə hazırlanmışdır. Kitabçada tələbəyə bilavasitə (sən) müraciət olunur.
Səhifə 4 Qeyd: hər şəhərdən alınabiləcək ən yaxşı hədiyyə post kartdır.