8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 117 (29382) 20 iyun 2020-ci il, şənbə Burada bir məqamı da xatırlatmaq istərdik. Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində suverenlik və ərazi bütövlüyü əsas element olaraq xüsusi yer tutur. Elə bu səbəbdəndir ki, Şərq Tərəfdaşlığı sammitlərində Azərbaycanın mövqeyi qəti olur və müdafiə edilir. Bu mənada, Şərq Tərəfdaşlığının son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşdü. Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışında bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı nitqində Azərbaycanın Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi olduğunu, respublikamızla Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb: “Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İtti- faqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır”. Dövlətimizin başçısı daha sonra bildirib ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı- nı davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altın- dadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şu- rasının 4 qətnaməsi Ermənistan qo- şunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatının ləğvinə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan Prezidenti nitqində işğala və humanitar fəlakətə baxmaya- raq, son 16 ildə Azərbaycanın sosial- iqtisadi inkişafda böyük nəticələr əldə etdiyini diqqətə çatdıraraq, bu dövrdə ümumi daxili məhsulun 3 dəfə artdığı- nı, yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə endiyini vurğulayıb. Eyni zamanda, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu məmnunluqla qeyd edib. Bildirib ki, ölkə icarətinin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın gələcəkdə isə respublikamız Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacaq. Prezident İlham Əliyev ölkəmizin Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olduğunu və onu maliyyələşdirdiyini xatırladaraq, bu Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər barədə də məlumat verib: “Ümum- dünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afri- ka İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borelə videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulma- ma Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır. Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi iclasının keçirilməsini təklif etmi- şik. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zaman- da, ölkəmiz bu günə qədər 29 dövlətə hu- manitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır”. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində diqqətçəkən bir məqama da toxunmaq istərdik. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə özünü ifşa etməsi ilə bağlıdır. Belə ki, işğalçı ölkənin baş naziri ermənicə replika ataraq, hər zaman olduğu kimi, məntiqsiz, cəfəngiyat, yalanla dolu müdaxilə etdi. Lakin bu “ittiham” dövlətimizin başçısı tərəfindən kəskin şəkildə cavablandırıldı. Prezident İlham Əliyevin Nikol Paşinyana təmkinli cavabı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn nor- ma və prinsipləri əsasında həll olunaca- ğına daha bir mesaj oldu. Ümumiyyətlə, bu sammit Münxen debatından sonra Azərbaycan Prezidentinin müdrik dövlət xadimi olaraq təcrübəsinin, təmkininin işğalçı dövlətin rəhbərindən qat-qat üstün olmasının növbəti nümayişinə çevrildi. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə özünü ifşa etməsi ilə bağlı başqa bir məqama nəzər salaq. Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olu- nan “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözünü diqqətə çatdırır. Bu, bir daha onu göstərir ki, Nikol Paşinyan yalnız daxili auditori- yaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsindən yararlanır. Sözügedən sammitdəki çıxışı isə həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. Belə ki, o, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri nitqində koro- navirusla mübarizə üçün təcili ehtiyac- ların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da bildirdi. Azərbaycan Prezidenti isə çıxı- şında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sektor- da da dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir. Paşinyan çıxışında daha bir yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək orada guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana ekstra- disiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi bildirilib. Beləliklə, Avropa İnsan Hü- quqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi. Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yolla- rının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İs- veç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqar- yan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir. Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuo- lunan vəziyyət deyil. Ən maraqlı və gülüş doğu- ran məqamlardan biri də tədbirə N.Paşinyanın qoruyucu maska ilə qatıl- ması idi. Qeyd edək ki, N.Paşinyan bir müddət əvvəl koronavirusa yoluxduğunu elan etmiş, daha sonra da sağaldığını açıqlamışdı. Mütəxəssislər deyir ki, tibbi protokollara görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur. Çünki bədəndə anticisim formalaşır və belə olduqda maska taxılmasına ehtiyac yoxdur. Bu halda, Paşinyanın maska taxmasına nə ehtiyac var idi, həm də kamera qarşısında?!. Kadrlardan da göründüyü kimi, N.Paşinyandan baş- qa heç bir dövlət və hökumət başçısı maska taxmayıb. Çünki beynəlxalq tibbi standartlara görə əgər yaxınlığında kimsə yoxdursa maska taxmaq lazım deyil. Demək bu, N.Paşinyanın növbəti ucuz şousudur. Onun bundan məqsədi özünü xalqı qarşısında qurban kimi göstərmək və ictimaiyyətin diqqətini cəlb etməkdir. Vaqif BAYRAMOV, “Xalq qəzeti” Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Beynəlxalq aləm Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti bəyənir və dəstəkləyir Bu gün Azərbaycanı Avropa İttifaqı (Aİ) ilə davamlı inkişaf edən sıx siyasi, iqtisadi münasibətlər bağlayır. Bunu ölkəmizlə adı çəkilən qurumun 9 üzvü arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudlu- ğu, həmçinin Aİ ilə yeni tərəfdaşlıq sazişinin artıq 90 faizinın razılaş- dırılması amilləri, eyni zamanda, 2016- 2019-cu illər ərzində ticarətin dinamikası da təsdiqləyir. Məsələn, respublikamızla Aİ arasında həmin dövr ərzində ticarətin həcmi 55 faiz artıb. Regiondaxili ticarətin həcmində isə iki dəfədən çox artım qeydə alınıb. Bununla bərabər, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçı kimi tanınıb və yaxın zamanda ölkəmiz Aİ-nin üzv dövlətlərini təbii qazla da təchiz edəcək. Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)– Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyası- nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. İyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə– Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üç- bulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikası- nın 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avto- mobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon (doqquz milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 iyun 2020-ci il Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası Sədr Azərbaycan Prezidentinin sammitdə növbəti dəfə işğalçı Ermənistanın baş na- zirini ifşa etdiyini vurğulayıb. Əlavə edib ki, dövlətimizin başçısı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Prezident Ermənistan hakimiyyətinin danışıqları poz- maq cəhdlərini açıq şəkildə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir və işğal olun- muş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ermənistan danışıq- ların mahiyyətini və formatını məhv etməyə çalışır. Prezident İlham Əliyevin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyətin gözü önündə aciz vəziyyətə düşdü. Dövlətimizin başçısının irqçilik və terrorizmlə bağlı məsələlər ətrafında müzakirə gedəndə “ona sakit oturmağı tövsiyə edərdim” deməsi həm də Ermənistanın işğalçılıq siyasətinin, terrorizmi dəstəkləməsinin ifşası oldu. Nikol Paşinyan isə daha bir beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan faktları qarşısın- da heç bir cavab verə bilmədi. Bunu işğalçı dövlətin aldığı növbəti diplomatik zərbə kimi dəyərləndirmək olar. Milli Məclisin Sədri bildirib ki, hələ ötən ilin oktyabr ayında Soçi şəhərində “Valday” Diskussiya Klubunun toplantısında, daha sonra Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında, bu ilin fevral ayında isə Münxen Təhlükəsizlik Konfran- sı çərçivəsində keçirilən müzakirələrdə dövlətimizin başçısı öz zəngin biliyi və cəsarəti ilə işğalçı ölkəni ifşa etmişdi. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəmizin maraqlarını, ədalətli mövqeyini bütün platformalarda ən yüksək səviyyədə və cəsarətlə müdafiə edir. Bu, Milli Məclisin de- putatları olaraq hər birimiz üçün bir örnəkdir. Sonra parlamentin Sədri Sahibə Qafaro- va iclasın gündəliyi barədə məlumat verib. O, gündəliyə 17 məsələnin daxil edildiyini deyib. Gündəlik təsdiq olunduqdan sonra de- putatlar cari məsələlərdən danışıblar. Sonra gündəliyə daxil olan məsələlər müzakirə edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirki- şili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Komitə sədri layihənin birinci və ikinci oxu- nuşlarda müzakirəsi zamanı 34 deputatın çıxış etdiyini, qeyd və təkliflərini verdiyini, bir sıra məsələlərə Maliyyə naziri Samir Şərifovun aydınlıq gətirdiyini xatırladıb. O qeyd edib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. Həyata keçirilən iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib. Vurğu- lanıb ki, ötən ilin dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlo- bal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra edilib. Bütün sosial proqramlar və xüsusilə də iki böyük sosial paket icra edilib, nəzərdə tutulan hədəflərə nail olunub. (ardı 2-ci səhifədə) M illi Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. İclası açan parlamentin Sədri Sahibə Qafarova iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitindən danışıb. O, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Avropa İttifaqının 9 üzv ölkəsi arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. “Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqların yekun mərhələsindəyik, mətnin 90 faizi ar- tıq razılaşdırılıb. Ona görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir,” – deyə Sahibə Qafarova bildirib.

M Beynəlxalq aləm Azərbaycan Prezidentinin həyata

  • Upload
    others

  • View
    3

  • Download
    0

Embed Size (px)

Citation preview

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 117 (29382) 20 iyun 2020-ci il, şənbə

Burada bir məqamı da xatırlatmaq istərdik. Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində suverenlik və ərazi bütövlüyü əsas element olaraq xüsusi yer tutur. Elə bu səbəbdəndir ki, Şərq Tərəfdaşlığı sammitlərində Azərbaycanın mövqeyi qəti olur və müdafiə edilir. Bu mənada, Şərq Tərəfdaşlığının son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşdü.

Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitindəki çıxışında bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı nitqində Azərbaycanın Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi olduğunu, respublikamızla Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb: “Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İtti-faqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır”.

Dövlətimizin başçısı daha sonra bildirib ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı-nı davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altın-dadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şu-rasının 4 qətnaməsi Ermənistan qo-şunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə

qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatının ləğvinə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Azərbaycan Prezidenti nitqində işğala və humanitar fəlakətə baxmaya-raq, son 16 ildə Azərbaycanın sosial-iqtisadi inkişafda böyük nəticələr əldə etdiyini diqqətə çatdıraraq, bu dövrdə ümumi daxili məhsulun 3 dəfə artdığı-nı, yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə endiyini vurğulayıb. Eyni zamanda, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu məmnunluqla qeyd edib. Bildirib ki, ölkə icarətinin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın gələcəkdə isə respublikamız Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacaq.

Prezident İlham Əliyev ölkəmizin Azərbaycanı Avropa İttifaqı bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı olduğunu və onu maliyyələşdirdiyini xatırladaraq, bu Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsi kimi dəyərləndirib.

Dövlətimizin başçısı koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər barədə də məlumat verib: “Ümum-dünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil etmişdir. Biz Avropa İttifaqı və Afri-ka İttifaqının həmin tədbirə qoşulmalarını yüksək qiymətləndiririk. Ali nümayəndə cənab Jozep Borelə videomüraciətinə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, bu, Avropa İttifaqı və Qoşulma-ma Hərəkatı arasında fəal əməkdaşlığın başlanğıcı olacaqdır. Biz, həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə

xüsusi iclasının keçirilməsini təklif etmi-şik. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmışdır. Eyni zaman-da, ölkəmiz bu günə qədər 29 dövlətə hu-manitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır”.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində diqqətçəkən bir məqama da toxunmaq istərdik. Bu, Ermənistanın

baş naziri Nikol Paşinyanın növbəti dəfə özünü ifşa etməsi ilə bağlıdır. Belə ki, işğalçı ölkənin baş naziri ermənicə replika ataraq, hər zaman olduğu kimi, məntiqsiz, cəfəngiyat, yalanla dolu müdaxilə etdi. Lakin bu “ittiham” dövlətimizin başçısı tərəfindən kəskin şəkildə cavablandırıldı. Prezident İlham Əliyevin Nikol Paşinyana təmkinli cavabı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn nor-ma və prinsipləri əsasında həll olunaca-ğına daha bir mesaj oldu. Ümumiyyətlə, bu sammit Münxen debatından sonra Azərbaycan Prezidentinin müdrik dövlət xadimi olaraq təcrübəsinin, təmkininin işğalçı dövlətin rəhbərindən qat-qat üstün olmasının növbəti nümayişinə çevrildi.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə özünü ifşa etməsi ilə bağlı başqa bir məqama nəzər salaq. Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olu-nan “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözünü diqqətə çatdırır. Bu, bir daha onu göstərir ki, Nikol Paşinyan yalnız daxili auditori-yaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsindən yararlanır. Sözügedən sammitdəki çıxışı isə həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. Belə ki, o, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri nitqində koro-navirusla mübarizə üçün təcili ehtiyac-ların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da bildirdi. Azərbaycan Prezidenti isə çıxı-şında vurğuladı ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sektor-da da dərin uçurumun mövcudluğunu nümayiş etdirən tutarlı faktdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə pul dilənir.

Paşinyan çıxışında daha bir yalana imza atdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim edərək orada guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata

keçirdiyinin əks olunduğunu iddia etdi, Ramil Səfərovun Azərbaycana ekstra-disiyası və onun ölkəsində qəhrəman kimi qəbul olunmasından narazılığını bildirdi. Amma Paşinyan bilməlidir ki, beynəlxalq səviyyəli məhkəmənin qərarını təhrif etmək yolverilməzdir və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında da Azərbaycana qarşı hər hansı bir ittiham irəli sürülməyib. Bu məhkəmənin qərarında irqçilik ittihamı əsasında Azərbaycanın hər hansı bir

dövlət məsuliyyətinin də olduğu qeyd edilməyib. Qərarda baş vermiş hadisənin fərdi davranış əsasında törədildiyi bildirilib. Beləliklə, Avropa İnsan Hü-quqları Məhkəməsinin qərarı əsasında Azərbaycanı irqçilikdə ittiham edən Paşinyan növbəti dəfə özünü yalan və saxtakarlıqda ifşa etdi.

Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yolla-rının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İs-veç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqar-yan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir.

Bütün bunlar bir daha sübut etdi ki, Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuo-lunan vəziyyət deyil.

Ən maraqlı və gülüş doğu-ran məqamlardan biri də tədbirə N.Paşinyanın qoruyucu maska ilə qatıl-ması idi. Qeyd edək ki, N.Paşinyan bir müddət əvvəl koronavirusa yoluxduğunu elan etmiş, daha sonra da sağaldığını açıqlamışdı. Mütəxəssislər deyir ki, tibbi protokollara görə koronavirusa yoluxan və sağalan adam heç kimi yoluxdurmur. Çünki bədəndə anticisim formalaşır və belə olduqda maska taxılmasına ehtiyac yoxdur. Bu halda, Paşinyanın maska taxmasına nə ehtiyac var idi, həm də kamera qarşısında?!. Kadrlardan da göründüyü kimi, N.Paşinyandan baş-qa heç bir dövlət və hökumət başçısı maska taxmayıb. Çünki beynəlxalq tibbi standartlara görə əgər yaxınlığında kimsə yoxdursa maska taxmaq lazım deyil. Demək bu, N.Paşinyanın növbəti ucuz şousudur. Onun bundan məqsədi özünü xalqı qarşısında qurban kimi göstərmək və ictimaiyyətin diqqətini cəlb etməkdir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Beynəlxalq aləm Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti bəyənir və dəstəkləyir

Bu gün Azərbaycanı Avropa İttifaqı (Aİ) ilə davamlı inkişaf edən sıx siyasi, iqtisadi münasibətlər bağlayır. Bunu ölkəmizlə adı çəkilən qurumun 9 üzvü arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudlu-ğu, həmçinin Aİ ilə yeni tərəfdaşlıq sazişinin artıq 90 faizinın razılaş-dırılması amilləri, eyni zamanda, 2016- 2019-cu illər ərzində ticarətin dinamikası da təsdiqləyir. Məsələn, respublikamızla Aİ arasında həmin dövr ərzində ticarətin həcmi 55 faiz artıb. Regiondaxili ticarətin həcmində isə iki dəfədən çox artım qeydə alınıb. Bununla bərabər, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçı kimi tanınıb və yaxın zamanda ölkəmiz Aİ-nin üzv dövlətlərini təbii qazla da təchiz edəcək.

Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil

yolunun tikintisi ilə bağlı tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üç-bulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikası-nın 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avto-mobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon (doqquz milyon altı yüz min) manatı Azərbaycan

Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.2. Azərbaycan Respublikasının Maliyyə

Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının

Prezidenti

Bakı şəhəri, 19 iyun 2020-ci il

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası

Sədr Azərbaycan Prezidentinin sammitdə növbəti dəfə işğalçı Ermənistanın baş na-zirini ifşa etdiyini vurğulayıb. Əlavə edib ki, dövlətimizin başçısı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Prezident Ermənistan hakimiyyətinin danışıqları poz-maq cəhdlərini açıq şəkildə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir və işğal olun-muş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ermənistan danışıq-ların mahiyyətini və formatını məhv etməyə çalışır. Prezident İlham Əliyevin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyətin gözü önündə aciz vəziyyətə düşdü. Dövlətimizin başçısının irqçilik və terrorizmlə bağlı məsələlər ətrafında müzakirə gedəndə “ona sakit oturmağı tövsiyə edərdim” deməsi həm də Ermənistanın işğalçılıq siyasətinin, terrorizmi dəstəkləməsinin ifşası oldu. Nikol Paşinyan isə daha bir beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan faktları qarşısın-da heç bir cavab verə bilmədi. Bunu işğalçı dövlətin aldığı növbəti diplomatik zərbə kimi dəyərləndirmək olar.

Milli Məclisin Sədri bildirib ki, hələ ötən ilin oktyabr ayında Soçi şəhərində “Valday” Diskussiya Klubunun toplantısında, daha sonra Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında, bu ilin fevral ayında isə Münxen Təhlükəsizlik Konfran-sı çərçivəsində keçirilən müzakirələrdə dövlətimizin başçısı öz zəngin biliyi və

cəsarəti ilə işğalçı ölkəni ifşa etmişdi. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəmizin maraqlarını, ədalətli mövqeyini bütün platformalarda ən yüksək səviyyədə və cəsarətlə müdafiə edir. Bu, Milli Məclisin de-putatları olaraq hər birimiz üçün bir örnəkdir.

Sonra parlamentin Sədri Sahibə Qafaro-va iclasın gündəliyi barədə məlumat verib. O, gündəliyə 17 məsələnin daxil edildiyini deyib.

Gündəlik təsdiq olunduqdan sonra de-putatlar cari məsələlərdən danışıblar. Sonra gündəliyə daxil olan məsələlər müzakirə edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirki-şili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Komitə sədri layihənin birinci və ikinci oxu-nuşlarda müzakirəsi zamanı 34 deputatın çıxış etdiyini, qeyd və təkliflərini verdiyini, bir sıra məsələlərə Maliyyə naziri Samir Şərifovun aydınlıq gətirdiyini xatırladıb. O qeyd edib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. Həyata keçirilən iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib. Vurğu-lanıb ki, ötən ilin dövlət büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlo-bal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra edilib. Bütün sosial proqramlar və xüsusilə də iki böyük sosial paket icra edilib, nəzərdə tutulan hədəflərə nail olunub.

(ardı 2-ci səhifədə)

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib. İclası açan parlamentin Sədri Sahibə Qafarova iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında

keçirilmiş Sammitindən danışıb. O, Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Avropa İttifaqının 9 üzv ölkəsi arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. “Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqların yekun mərhələsindəyik, mətnin 90 faizi ar-tıq razılaşdırılıb. Ona görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir,” – deyə Sahibə Qafarova bildirib.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 207 Bakı şəhəri, 19 iyun 2020-ci il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haq-qında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi

fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 208 Bakı şəhəri, 19 iyun 2020-ci ilBakı, Sumqayıt, Gəncə, Lənkəran, Yev-

lax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqın-da” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respubli-kasının Nazirlər Kabineti qərara alır:

1. Yeni növ koronavirus (COVID-19) infeksi-yasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilsin:

1.1. Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılsın:

1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

1.1.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

1.1.3. muzey və sərgi zallarının fəaliyyəti;1.1.4. bərbərxanaların, gözəllik salonlarının

fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

1.1.5. təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

1.1.6. açıq havada idman yarışlarının və oyunları-nın keçirilməsi.

1.2. Aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilir:

1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Pre-zidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

1.2.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

1.2.3. mərkəzi və yerli icra hakimiyyəti orqanları-nın rəhbərləri və onların müavinləri;

1.2.4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

1.2.5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.2.6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumla-rının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkar-lıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texni-ki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.4. Kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.5. Bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

1.5.2. ərzaq və digər gündəlik tələbat malları-nın, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar;

1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

1.6. Bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməlidirlər (SMS – məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:

1.6.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə

və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 (iki) saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıq-da olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

1.6.2. 2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir).

1.7. Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıda-kılardır:

1.7.1. Azərbaycan Respublikasının vətəndaşları üçün - şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE 11111111);

1.7.2. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ) 1111111);

1.7.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM 1111111);

nümunə: ərzaq və digər gündəlik tələbat mal-larının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 AZE 1111111 məzmunlu SMS - məlumatı göndərilməlidir.

1.8. Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS - məlumatda icazənin qüvvədə ol-duğu müddət göstərilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

1.9. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

1.10. SMS - icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

1.11. Bu Qərarın 1.5.3-cü yarımbəndində göstərilən əsasla yaşayış yerini və olduğu yeri tərk etmək üçün hər bir şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.

1.12. Bu Qərarda nəzərdə tutulmuş qayda-da şəxslərin hərəkəti zamanı onların üzərlərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

2. Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

3. Bu Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunma-sına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

4. Bu Qərara uyğun olaraq fəaliyyətinə icazə verilmiş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçilərinin barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir və “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi, habelə yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə edilməsi halları aşkar edildikdə, bu barədə məlumatlar məsuliyyət tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə təqdim edilir.

5. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduq-ları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

6. Müəyyən edilsin ki, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Əli ƏSƏDOV Azərbaycan Respublikasının Baş Naziri

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası

(əvvəli 1-ci səhifədə)İclasda iştirak edən Maliyyə naziri

Samir Şərifov deputatları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculu-ğu komitəsinin üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq Şurası haqqında” Qa-nunda dəyişiklik edilməsi barədə sənədlə (üçüncü oxunuş) bağlı məlumat verib. O, layihə barədə birinci və ikinci oxunuşlar-da ətraflı məlumat verildiyini qeyd edib. Bu dəyişikliyin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin ar-tırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini daşıdığı diqqətə çatdırılıb. Layihə səsə qoyularaq təsdiqlənib.

Milli Məclis Sədrinin birinci mü-avini, Hüquq siyasəti və dövlət quru-culuğu komitəsinin sədri Əli Hüseynli “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verib. Bildirib ki, qanunun bir neçə maddəsinə əsasən sənədin qüvvəyə minmə tarixi dəyişdirilir. 2020-ci il 1 iyul tarixindən etibarən iqtisadi, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak etmək nəzərdə tutulmuşdur. Ölkədə koronavirus pandemiyası ilə bağlı xüsusi karantin re-jimi tətbiq edildiyindən “Mediasiya haq-qında” Qanunun ilkin mediasiya sessiya-larında məcburi iştirakı nəzərdə tutulan müddəalarının qüvvəyə minmə tarixinin 2021-ci il 1 yanvar tarixinədək təxirə salınması məqsədəuyğun hesab edilir. Sənəd səsə qoyularaq qəbul olunub.

İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliklə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib. O deyib ki, sənədlərdə “dərman qutuları” sözlərinin “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz edilməsi təklif olunur. Belə ki, əksər xarici dövlətlərin də təcrübəsi nəzərə alınaraq ilkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsi məqbul hesab edilmədiyinə və dərman vasitəsinin avtomobildə saxlanması şəraitinin (temperatur, rütubətlik və sairə amillər baxımdan) onun keyfiyyətinin

pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində (avtobusda, minik və yük avtomobillərində, təkərli trak-torda) dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab olunmur. Bunu nəzərə alaraq ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar və dərman vasitələri nəzərdə tutulmalıdır. Sənəd səsə qoyularaq qəbul olunub.

“Bələdiyyələrin fəaliyyətinə inzi-bati nəzarət haqqında” (birinci oxunuş) Qanunda dəyişiklik edilməsinə dair məlumatı Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov təqdim edib. O bildirib ki, təklif olunan dəyişikliklər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı, onları yaradan səbəb və şəraitin aradan qaldırılmasını, bələdiyyə aktları-na 15 iş günü müddətində baxılmasını, inzibati nəzarət icraatı zamanı dövlət orqanları və qurumlarına sorğuların göndərilməsini və məlumatların alınma-sını, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın apardığı araşdırma zamanı bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluq-çularından yazılı məlumatlar və arayışlar almaq hüququnun verilməsini nəzərdə tu-tur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarət icraa-tının daha səmərəli, dolğun və hərtərəfli şəkildə həyata keçirilməsi üçün şərait yaradacaq. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

“Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə məlumat verən Əli Hüseynli deyib ki, dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə aparılıb. Bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən qurum ilin yekunu üzrə öz fəaliyyəti barədə hesabatı parlamentə təqdim edəcək. Sənəd səsvermə yolu ilə qəbil olunub.

Sonra Kamran Bayramov bildirib ki, “Bələdiyyələrin statusu haqqın-da” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara təklif olunan dəyişikliklər bələdiyyələr tərəfindən qəbul edilən qərarların surətlərinin bələdiyyələrin fəaliyyətinə

inzibati nəzarəti həyata keçirən orqa-na göndərilməsi müddətinin 15 gün müddətindən 5 iş günü müddətinə qədər azaldılmasını nəzərdə tutur. Bu dəyişikliklərə əsasən bələdiyyə qərarlarına bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən baxılması prosesinin operativ-liyi və səmərəsi artacaq. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkar-lıq komitəsinin üzvü Aydın Hüseynov “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haq-qında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qa-nunlarda dəyişikliklər edilməsi barədə sənədlərin təqdimatı zamanı qeyd edib ki, qanun layihələri “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqın-da 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sənəd səsə qoyularaq təsdiq olunub.

“İcra məmurları haqqında” Qanun-da dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi Əli Hüseynli təqdim edib. O diqqətə çatdırıb ki, 2017-ci il fevralın 10-da Ədliyyə Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb və bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti təşkil etməkdir. Bu məqsədlə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizinin Ədliyyə Nazirliyinin hesabına köçürülməsi təklif olunur. Mü-vafiq dəyişiklik xidmət əməkdaşlarının maddi və sosial müdafiəsinin gücləndirilməsi, habelə xidmətin maddi-texniki təminatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər barədə isə Hü-quq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Bildirib ki, təklif olunan dəyişikliklər “Telekommunikasiya haq-qında” Qanuna əsasən telekommunikasi-ya operatorları və provayderlər tərəfindən hüquq-mühafizə orqanlarının sorğularına cavabların gecikdirilməsinə və tələb olu-nan məlumatların təqdim edilməməsinə

görə tətbiq ediləcək cərimələrin məbləğini və inzibati məsuliyyət növlərini özündə ehtiva edir.

Cəzaların İcrası, Cinayət və İn-zibati Xətalar məcəllələrinə edilən dəyişiklikləri şərh edən Kamal Cəfərov deyib ki, dəyişikliklər Prezident İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcrid etmədən alternativ cəzaların tətbiqinin genişləndirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin daha geniş tətbiqi məqsədilə aparılıb. Belə ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı çıxarıl-mış şəxslər də elektron nəzarət vasitəsi gəzdirəcək. Məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxla-nılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Daha sonra Tahir Mirkişili “Tele-kommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi (birinci oxunuş) təqdim edərək bildirib ki, qa-nunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub. Sənədə “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında onların qeydiyyatı və texniki xidmət üzrə ödənişin hüquqi əsasının yaradılması, həmin ödənişin məbləğinin razılaşdırılacağı qurumun müəyyənləşdirilməsi ilə bağlı maddə əlavə edilib. Qanun layihəsi səsə qoyula-raq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkar-lıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verib. Bildirib ki, sənədə təklif olunan dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcək. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

20 iyun 2020-ci il, şənbə2Avropa Komissiyasının sədri Azərbaycanın uğurlarını təqdir edib

2016-2019-cu illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 55 faiz artıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu sözləri Aİ üzvü və Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin dövlət başçılarının dünən keçirilmiş birgə sammiti başa çatandan dərhal sonra jurnalistlər üçün brifinqdə söyləyib.

Siyasətçi deyib: “Biz davamlı Şərq Tərəfdaşlığının yaradılmasında fəal işti-rak edirik. Bu halda davamlılıq dedikdə iqtisadi tərəqqi, sabitlik və təhlükəsizliyi nəzərdə tuturuq”.

Onun sözlərinə görə, Avropa İttifaqı layiqli iş yerləri açan, ölkələr arasın-da əlaqələri yaxşılaşdıran və xüsusən gənclər üçün yeni imkanlar yaradan iqtisadiyyata yönəlmiş tərəfdaşlığı təmin etməyə çalışır.

Avropa Komissiyasının sədri deyib: “2016-2019-cu illərdə ticarətin dinami-

kasına nəzər salsaq, aşkar görünür ki, Aİ ilə bizim “Şərq tərəfdaşlığı” üzrə altı tərəfdaşımızın hər biri arasında qarşılıqlı ticarətin həcmi əhəmiyyətli dərəcədə çoxalıb. Məsələn, Azərbaycanla Aİ arasında ticarətin həcmi 55 faiz, Ukrayna ilə Aİ arasında ticarətin həcmi 50 faiz artıb. Bundan əlavə, regiondaxili ticarətin həcmində iki dəfədən çox artım müşahidə olunur”.

Vüqar SEYIDOV, AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Şeyxülislam Allahşükür Paşazadənin ABŞ Prezidentinə məktubuna rəsmi cavab verilib

� Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin ABŞ Prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sanksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberqer tərəfindən rəsmi cavab verilib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubda Qafqaz Müsəlmanları İdarəsi sədrinin məsələ ilə əlaqədar narahatlıq ifadə edilən mövqeyi dəyərləndirilib, Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü bildirilib.

Məktubda Şeyxülislam Allahşükür Paşazadənin humanitar böhran dövründə insan həmrəyliyinin önəminin artdığına dair fikirləri ilə bağlı deyilir: "Biz İran xalqı üçün

dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır”.

Məktubda, həmçinin Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ölkəmizi dəstəklədiyi və gələcəkdə də tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb.

QMİ: Koronavirusla bağlı qaydalara əməl etməyən din xadimləri ilə

əlaqədar müvafiq ölçü götürüləcəkBütün dünyada sürətlə yayılan koronavirus pandemiyasının ölkəmizdə

geniş yayılmasının qarşısının alınması və onun fəsadlarının qarşısının alın-ması məqsədilə dövlətimiz tərəfindən bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirləri həyata keçirilir. Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk vaxtlardan koronaviru-sa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahların fəaliyyətini müvəqqəti dayandıraraq, kütləvi ibadət mərasimlərinə ara verilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda deyilir ki, Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. Qapalı, yaxud açıq məkanlarda on nəfərdən çox şəxsin iştirakı ilə ehsan verilməsi, yas məclislərinin təşkili və orada din xadimlərimizin iştirakına icazə verilmir. Tövsiyə sənədimizdə bu məqamlar birmənalı şəkildə əksini tapıb. Bütün din xadimlərinə bununla bağlı tərəfimizdən tapşırıq verilib. Bu tövsiyə qərarlarının icrasına QMİ nəzarət edir, tapşırığın yerinə yetirilməsinə yerlərdəki qazilərimiz və səlahiyyətli nümayəndələrimiz məsuldurlar və bu barədə QMİ-yə mütəmadi məlumat verirlər. Bu müvəqqəti çətinlik dövründə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa, QMİ tərəfindən müvafiq ölçü götürüləcək.

QMİ bir daha öz tövsiyələrini diqqətə çatdırır və əmindir ki, dindarlarımız və cəmiyyətimiz hər birimiz üçün təhlükəli olan məqamda tibbi-profilaktik tədbirlərə riayət etməklə yanaşı, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaq. Ümid edirik ki, Allah-təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaq, İnşallah.

Bu çətin və məsuliyyətli dövrdə xalqımızın pandemiya ilə mücadiləsində böyük əzm və mətanət nümayiş etdirən həkimlərimizə, təhlükəsizliyimizin keşiyində duran polis işçilərinə dərin minnətdarlığımızı bildirir, onlara şərəfli fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirik. Bu mürəkkəb dövrdə din xadimləri də öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər. Öz sağlamlıqlarını riskə ataraq vəfat etmiş insanlar üçün şəriətlə mühüm olan dini vacibatların yerinə yetirilməsini gecəli-gündüzlü həyata keçirməklə fədakarlıq nümayiş etdirirlər. Din xadimləri Azərbaycan xalqının xidmətindədir və bundan şərəf duyur.

Uca Allah Azərbaycanı hifz etsin!

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Ermənistan siyasi təlatümlər məngənəsində

İşğalçı ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə biganəlik, dünya birliyinin bu ədalətsizliyə göz yumması Ermənistanı daha da qudur-dub. Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə PƏK həmsədrinin, həmçinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin imzala-dıqları birgə bəyanat bir daha ölkəmizin ərazi bütövlüyünün bu qurum tərəfindən tanın-dığını təsdiqlədi. Görünür, beynəlxalq təşkilatlar da artıq Ermənistanın işğalçı siyasətindən cana do-yublar. Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra Ermənistan beynəlxalq aləmdəki dayaqlarını bir-bir itirir. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Nikol Paşinyanın faşist ideologiyasına hüsn-rəğbəti onun genindən gəlib. Xa-tırladım ki, bir qədər əvvəl Paşinyanın özü bu sirrin üstünü açdı. Əslində, o, öz nəsil-nəcabətinin, guya, vətənpərvər, İkinci dünya müharibəsinin iştirakçısı oduğunu bildirmək istəyirdi. Lakin hadisələrin gedişi heç kimə bəlli olmayan bir həqiqətin üstünü açdı. Məlum oldu ki, baş nazirin babası nasist Nijde Qaregi-nin əsgəri olub.

Ölkəyə rəhbərlik etdiyi gündən populist çıxışla-rı ilə tanınan N.Paşinyan Ermənistanın inkişafı, işsizlik probleminin aradan qaldı-rılması, əsgər ölümünün qarşısının alınması, ölkədə demokratik prinsiplərin inki-şafı və münaqişənin nizam-lanması istiqamətində heç nə edə bilmədi. Paşinyan ölkə rəhbərliyinə gəldikdən sonra, əksinə, danışıqlar prosesinə zərbə vurdu. Onun işğal altında olan Azərbaycan ərazilərinə tez-tez yersiz səfərlər etməsi, Dağlq Qara-bağda keçirilən beynəlxalq hüquq normalarına zidd olan saxta seçkiləri dəstəkləməsi, əslində, əhalinin diqqətini ölkə daxilindəki narazılıq-lardan yayındırmaq idi. Yeri gəlmişkən, bu vaxta qədər Dağlıq Qarabağda keçirilən bütün seçkilər heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayıb. İşğal altındakı ərazilərdə keçirilən qeyri-qa-nuni tədbirlərdə Paşinyanın populist çıxışları da qeyri– ciddi qarşılanıb. Çünki onun

çıxışları dövlət başçısın-dan çox, küçə uşaqlarının dediklərinə uyğun gəlirdi. Yerli ziyalılar və ictimai-siyasi xadimlər də bu reallığı etiraf edirlər. Onlar da indiyədək Ermənistana belə qeyri-ciddi, siyasi təfəkkürü olmayan, savadsız birinin rəhbərlik etmədiyini bildirirlər. Əslində, küçə və meydanlardan hakimiyyətə gəlmiş birindən bundan artıq nə gözləmək olardı?

Ermənistanın ictimai-siyasi xadimləri də etiraf edirlər ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməklə, onları bir-bir sıradan çıxara-raq zərərsizləşdirdi. İşğalçı ölkənin rəhbəri öz siyasi rəqiblərini bir-bir həbsə atdırır, onlara hədə-qorxu gəlir və sanki meydanlarda “demokratiya” deyib haray-həşir salan Paşinyan deyildi. Onun göstərişi ilə indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmışdır və hazırda istintaq davam edir. Paşinyanın bu “demokratik islahatlar”na Qərbin seyrçi mövqeyi faşist ideologiyasına meyilli baş nazirin əl-qolunu daha da açır, getdikcə onu daha da azğınlaşdırırdı. Fürsətdən istifadə edən baş nazir gələcəkdə özünə rəqib olacaq istənilən şəxsi korrupsiyaya qarşı mübarizə ittihamı ilə həbs etdirir, özünü xalqın təəssübkeşi kimi göstərərək rəqiblərini sıradan çıxarır. Artıq yerli əhali onu diktator kimi qəbul edir. Son vaxtlar baş verən hadisələr də təsdiqləyir ki, hazırda Ermənistanda totalitar inqila-bi diktatura qurulub.

Ölkədə həyata keçirilən siyasi repressiyalar növbəsi parlamentə çatıb. Məlum olduğu kimi, 2020-ci il iyunun 16- da “Çiçəklənən Ermənistan” partiyası-nın sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, ölkənin imkanlı şəxslərindən hesab edilən Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Demək, baş nazirin növbəti qurbanı deputat Q.Sarukyandır. O, ifadə vermək üçün artıq ölkənin təhlükəsizlik qüvvələri

tərəfindən istintaqa cəlb edilib. Hadisələrin gedişi də təsdiqləyir ki, deputatın həbs ediləcəyi istisna olunmur. Bəs buna səbəb nədir? Yerli ictimai-siyasi xadimlərin dediyinə görə, Q.Sarukyan dəfələrlə ölkənin siyasi və iqtisadi böhran içərisində çapaladığını bəyan edib. N.Paşinyan hakimiyyətini kəskin tənqid edən, onun dövlət idarəçiliyində piyada, siyasətdənkənar adam olduğunu deyən Qaqik Sarukyana qarşı başlanan siyasi təqiblərin sonu həbslə nəticələndi.

Bu gün Ermənistanda sərbəst toplaşmaq azadlı-ğına qadağa qoyulması, öz fikrini sərbəst ifadə edənlərə divan tutulması, onların həbs edilməsi beynəlxalq qurumların gözləri qarşısın-da baş versə də, yenə də ikili standartlar Ermənistanı, necə deyərlər, “sudan quru çıxarır”.

Deputat Q.Sarukyanın Ermənistan parlamen-tinin önündə etiraz ak-siyası keçirməyə cəhd göstərən tərəfdarlarına qarşı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təzyiq edilməsi, yüzlərlə aksiya iştirakçısının saxlanılma-sı, hətta baş verənləri işıqlandıran jurnalistlərə qarşı güc tətbiqi “Nikol Paşinyan demokratiyası”nın göstəricisidir. Təəssüf ki, həmişə olduğu kimi, bu dəfə də “azadlıq carçısı” , “insan hüquq və azadlıq-larının müdafiəçisi” olan bəzi beynəlxalq təşkilatlar, o cümlədən, QHT-lər, bütövlükdə isə bir sıra Qərb təşkilatları biganəlik göstərir, antidemokratik hadisələrə laqeyd yanaşır, sanki heç nəyi “görmür” və heç nəyi “eşitmir”lər.

Bəzi qərəzli təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri, az qala, “milçəkdən fil düzəltdikləri halda”, Ermənistanda baş verən qanunsuzluğa, dikta-torluğa və özbaşınalığa bir dəfə də olsun münasibət bildirməmələri ikili standart-ların nəticəsidir. Vəziyyət isə getdikcə ağırlaşır, işğalçı ölkə siyasi təlatümlər məngənəsində çapalayır.

Aqiyə NAXÇIVANLI, Milli Məclisin deputatı,

siyasi elmlər doktoru

Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatın-da Sammitindəki çıxışına münasibət bildirən deputat dedi ki, dövlətimizin baş-çısı Ermənistanın işğalçı siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırdı. Bildirdi ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 mil-yondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.

S.Vəliyeva, həmçinin qeyd etdi ki, möhtərəm Prezidenti-

miz, həmişə olduğu kimi, bu dəfə də mötəbər beynəlxalq qurumların Ermənistanın işğalçı siyasətini pisləyən qətnamələri qəbul etdikləri diqqətə çatdırdı: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qo-şunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarıl-masını tələb edir. Ermənistan bu qətnamələrə, habelə, ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş

müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olun-muş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir”.

Ermənistanın baş nazirinin populist çıxış-ları, məntiqsiz fikirləri və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan arqumentləri, o cümlədən, danışıqların mahiyyət və formatını məhv etməyə çalışması da kəskin pislənildi. Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, Ermənistanın baş nazirinin

dediyinin əksi olaraq, Dağ-lıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

S.Vəliyeva Azərbaycanın Şərq Tərəfdaşlığı çərçivəsində də Avropa İttifaqı ilə əməkdaşlıq et-diyini də diqqətə çatdırdı: Ölkəmiz 2009-cu ildə əsası qoyulan Şərq Tərəfdaşlığı proqramı çərçivəsində müxtəlif sahələrdə qurulan əməkdaşlıqda əhəmiyyətli

nəticələrə imza atıb. Ötən 11 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayələr qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub. Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığının altı üzv ölkəsinin içərisində Avropa İttifaqı ilə həyata keçirilən tvinninq layihələrinin sayına görə lider mövqeyində da-yanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qu-rulub, hətta Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz qu-rumla əməkdaşlıqda lider mövqeyə yüksəlib. Elə bu səbəbdəndir ki, Şərq Tərəfdaşlığı sammitlərində də Azərbaycanın mövqeyi qəti olur və müdafiə edilir. Bu mənada, Şərq Tərəfdaşlığının son sammiti də istisna təşkil etmədi və Azərbaycanın Ermənistan üzərində növbəti siyasi qələbəsi kimi tarixə düşdü”.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

– Mən tədbiri televiziyadan dərin maraqla izlədim. Prezi-dent İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Ölkəmiz bu qurumun 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.

Qeyd etmək lazımdır ki, iki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İtti-faqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi parafla-nıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin

toxunulmazlığı prinsiplərinə sadiqliyi xüsusi vurğulanıb.

Prezident İlham Əliyev sonra haqlı olaraq vurğuladı ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə, məhz, yuxarıda qeyd olu-nan prinsiplər əsasında həll edilməlidir. Lakin, bu gün dünya birliyinə məlum olduğu kimi, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qara-bağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə

siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş-dir. İrəvan beynəlxalq hüquq normalarını kəskin şəkildə pozmaqda davam edir. Belə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunla-rının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Lakin Ermənistan iqtidarı həmin sənədləri yerinə yetirməkdən boyun qaçırır.

Dövlətimizin başçısının Sammitdə növbəti dəfə nüma-yiş etdirdiyi prinsipial mövqe Ermənistanın baş naziri Nikol

Paşinyanı şok vəziyyətinə salmışdır. O, beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ probleminin həllindən yayındırmağa can ataraq, ölkəmizə şər və böhtan atmağa cəhd etmiş və özünü bir daha biabır etmişdir.

Bundan sonra, Prezident İlham Əliyev yenidən söz alıb Paşinyanı dərin arqumetnlərlə tam yerində oturtdaraq demiş-dir: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın

ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar”.

Hesab edirəm ki, Azərbaycan Prezidenti ölkəmizin haqq səsini bir daha nüfuzlu beynəlxalq platformadan səsləndirməklə, Ermənistanın işğalçılıq siyasətini ifşa etmişdir. Dövlətimizin başçısı dünya ictimaiyyəti qarşısında or-taya qoyduğu tutarlı faktlar və dəlil-sübutlarla faktiki olaraq Ermənistanın faşizm ənənələrinə söykənən dövlət siyasətini yerlə-yeksan etmişdir.

Sonda bildirmək istəyirəm ki, Azərbaycan dövləti, Milli Ordumuz Ali Baş Komanda-nın rəhbərliyi altında ən yaxın gələcəkdə erməni işğalçıla-rını doğma torpaqlarımızdan birdəfəlik qovub çxaracaq-dır. Bununla da tarixi ədalət tamamilə bərpa olunacaq!

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

Prezident İlham Əliyevin əlüstü yüksək diplomatik məharətlə erməni baş nazirə verdiyi cavab videosammit iştirakçılarında atmacanın yalan və riyakarlıq mahiyyəti daşıdığı barədə yetərli təsəvvür yaratmaqla, düşmən təxribatına ağır zərbə oldu: “Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz, buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

Göründüyü kimi, Azərbaycan dövlətinin başçısı İlham Əliyev öz məntiqli və tutarlı cavabı ilə Ermənistanın Dağlıq Qarabağda bais olduğu separatçı hərəkat və hər iki ölkədə on minlərlə günahsız insanın ölümünə, milyondan artıq adamın didərginliyinə səbəb olmuş

millətçi, irqçi, terrorçu, faşistpərəst siyasəti ilə müqayisədə Azərbaycan zabitinin erməni zabitinin bəşəri mənəviyyatsızlıq nümunəsi olan cinayətini qeyri-hüquqi tərzdə cəzalandırması faktının dəryada bir damla olduğunu nüfuzlu sammitin tribunasından beynəlxalq auditori-yaya çatdırdı. N. Paşinyan növbəti naşılığı və populist canfəşanlığı ilə, necə deyərlər, qaş düzəltmək əvəzinə, göz çıxartdı. Belə yerdə deyiblər ki, danışmaq gümüşdürsə, susmaq qızıl imiş.

Avropa onlayn sammitində qeydə alınmış bu insident, təbii olaraq, respublikamızda da geniş əks-səda doğurmuş, Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini bu dəfə də ən yüksək səviyyədə təqdim etməsi və qoruması kütləvi məmnunluq do-ğurmuşdur. Azərbaycan–Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ardıcıl tədqiqatlar aparan “Atlas” Araşdırmalar Mərkəzinin bu mövzu ilə bağlı açıqlamasında bildirilir:

– Azərbaycana qarşı bədnam çıxışları ilə beynəlxalq aləmdə özünü biabır etməkdə olan Ermənistan baş

naziri N.Paşinyan məlum və diploma-tik-hüquqi önəmini başa vurmuş Bu-dapeşt hadisəsini bu dəfə də onlayn konfransda xatırladaraq Avropadan dəstək almağa çalışdı. Ancaq yenə alınmadı. Çünki Azərbaycan Pre-zidentinin vaxtilə Parisin Orli hava limanında partlayış törədən və gü-nahsız fransalıların da ölümünə səbəb olan erməni terrorçunun Ermənistana ekstradisiya edilərək qəhrəman kimi qarşılanması faktını xatırlatması məsələyə anındaca nöqtə qoydu.

Paşinyan bu mövzuda üstün-

lük qazanmayacağını anlayaraq keçdi Qarabağ mövzusuna və özünün illərdir təkrarladığı fikri yenə səsləndirdi: “Dağlıq Qara-bağ münaqişəsinin həlli Arsax, Ermənistan və Azərbaycan xalq-larının maraqlarına uyğun olma-lıdır”. Ermənistan rəhbəri eyni cümləni bir gün əvvəl, yəni iyunun 17-də ölkəsinin parlamentindəki çıxışı zamanı da dilə gətirmişdi. Ümumiyyətlə, erməni baş nazir bu əsassız şüarı hakimiyyətə gələndən bu yana təkrarlayır. O düşünür ki,

cümləsinə “Azərbaycanın da maraqla-rı nəzərə alınmalıdır” sözlərini əlavə etməklə, guya, ölkəmizə güzəştə gedir.

Əslində, bu sözləri ilə o, keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın Dağlıq Qa-rabağ münaqişəsinin həllindəki mövqelərindən azacıq fərqlənir. Əlbəttə, Köçəryan və Sarkisyan Paşinyan kimi “münaqişənin həlli Azərbaycan xalqının da maraq-larına cavab verməlidir” fikrini işlətməyiblər. Ancaq problem

ondadır ki, “işğal”ı gerçəkləşdirmək məsələsində Paşinyan Köçəryan və Sarkisyandan geri qalmır və bəlkə də onlardan daha irəlidədir.

Paşinyanın Şuşada “andiçmə” mərasimi təşkil etməsi, işğal altın-dakı bölgələri məskunlaşdırması və Dağlıq Qarabağa Azərbaycanın digər rayonları üzərindən üçüncü yol çəkməsi təxribatların davamlı şəkil almasının bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın əleyhinədir. Ona görə də Paşinyanın “münaqişənin həlli Azərbaycanın maraqlarına cavab verməlidir” sözləri onun əməli ilə tərs mütənasibdir. Paşinyan sadəcə, ifadələrlə söz oyunu aparır, əməldə isə devirdiyi və həbs etdirdiyi keçmiş liderlərin işğalçılıq siyasətini var gücüylə davam etdirir.

Açıqlamanın davamında deyilir ki, Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Azərbaycanda müharibə çağırışlarından narahat olduğunu da vurğulayıb. Görəsən, Paşinyan Azərbaycandan ayrı nə gözləyir ki? Azərbaycan işğal altındakı torpaqla-rında Paşinyanın separatçılarla birgə təxribatlarına seyrçimi qalmalıdır?

Torpaqları işğal altında olan dövlətin müharibə çağırışları təbiidir və bu ça-ğırışları Ermənistandan başqa kimsə anormal qarşılamır.

Nəhayət, “Atlas” Araşdırmalar Mərkəzi Ermənistandakı çağdaş durum barədə belə bir qənaətdədir: “Nikol Paşinyanın daxildə dərdi artır. Paşinyanı bir tərəfdən koronavirus pandemiyası çökdürür, digər tərəfdən Ermənistanda “istefa” şüarları artır. Bu günlərdə Ermənistan Appelyasiya Məhkəməsi R.Köçəryanı azad etdi. N.Paşinyan yenə məhkəmə sisteminə qəzəbləndi. Köçəryanı azad edən hakimlər Paşinyanın təzyiqindən çox Rusiyanın təzyiqindən qorxduqları üçün eks-prezidenti azad etdilər. Hakimlər düşünüblər ki, Paşinyan bu gün var, sabah yoxdur, Köçəryanı dəstəkləyən Rusiya isə daima var”.

Şübhəsiz, N.Paşinyanın Ermənistan respublikasında küçə diplomatiyasının qəhrəmanı kimi qal-maq cəhdi də bu narahatlığı ovutmaq tələbatından qaynaqlanır.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Ermənistandakı hadisələrə beynəlxalq qurumların susqunluğu heyrət doğurur

Deputat qeyd edib ki, rəsmi İrəvan Ermənistanda baş verən hadisələrə müxtəlif siyasi don geyindirməyə çalışır. Lakin reallıq ondan xəbər verir ki, Nikol Paşinyan hakimiyyəti despotizmə yuvarlayıb. Qəribədir ki, o, beynəlxalq təşkilatların diqqətindən yayınmağı da bacarır. “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Saruk-yan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın həbs edilməsi, İrəvandakı hakimiyyətin avtoritar-laşmasının sübutudur və bu, ölkədə hakimiyyət böhranının dərinləşdiyini, siyasi rejimin iflasını sübut edir.

M.Qasımlı deyib ki, bu günlərdə Qaqik Sarukyanın deputat toxu-nulmazlığının parlament tərəfindən ləğv edilməsi, ölkənin təhlükəsizlik

qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilməsi, tərəfdarlarının həbs olunması, KİV nümayəndələrinə güc tətbiq edilməsi beynəlxalq hüquq normalarına zidd olsa da, bu barədə mötəbər qurumlar nədənsə susmağa üstünlük verirlər. Sadəcə N.Paşinyan

hakimiyyətini sərt tənqid etdiyinə görə baş verən bu zorakılıqlar sübut edir ki, Ermənistan hakimiyyəti rəqiblərinə qarşı amansız təzyiq metodu seçib. Artıq erməni cəmiyyəti də anlayır ki, N.Paşinyanın idarəetmə bacarığı sıfırdır və heç də göründüyü kimi deyil. Baş nazirin səriştəsizliyi Ermənistanda ona olan nifrəti yüksək həddə çatdırıb.

Deputat əlavə edib ki, Ermənistanda hər zaman siyasi sifarişli qətllər, həbslər olmuşdur. Bu ölkə üçün belə hallar normadır. Lakin indi Paşinyanın hazırkı anti-demokratik davranışları nəinki onun opponentlərində, artıq müstəqil siyasi dairələrdə də ikrahla qarşıla-nır. Məsələn, onun bu addımlarını çökməkdə olan siyasi nüfuzunu qoruyub saxlamaq cəhdləri kimi qiymətləndirənlər də var. Ekspertlər əmindirlər ki, Paşinyanın təzyiqləri artırması, söz və fikir azadlıqlarını məhdudlaşdırması, iqtisadi cəhətdən özündən güclü siyasətçilərin var- dövlətinə göz dikməsi və rəqiblərini tam gücsüz hala gətirməkdən ötrü istənilən qanunazidd addımlar atması artıq reallıqdır. Ermənistanda baş verən hadisələrə, siyasi həbslərə beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi isə bu təşkilatların ziddiyyətli yanaşmalarını ortaya qoyur.

Anar TURAN, “Xalq qəzeti”

Yaxın günlərdə Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Par-lament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri

Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altın-dakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yarada-caq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti zərbə oldu. Avropa Parlamen-tinin Ermənistanın işğalçı siyasətinə açıq şəkildə etirazını bildirməsi və bu barədə bəyanat qəbul etməsi işğalçı ölkə üçün sanki “sürpriz” oldu. Axı Ermənistan

Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin əlində bir vasitədir. Bundan başqa, dünyada ikili standartların mövcudluğu da Ermənistanı getdikcə azğınlaşdırır.

İşğalçı Ermənistanda siyasi opponent­lərə qarşı həyata keçirilən repressiyalar onu göstərir ki, Paşinyan və komandası iqtidara xalqın dəstəyi ilə gəlməyib və özü haqqında yaratdığı demokrat imici həqiqətə uyğun deyil. Bu fikirləri Milli Məclisin de­putatı, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı bildirib.

Azərbaycan – Avropa İttifaqı münasibətləri yeni mərhələyə qədəm qoyur

Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətini ifşa etmişdir

Məlum olduğu kimi, iki il bundan əvvəl Azərbaycanla Avropa İttifaqı arasında hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi əks olunan “Tərəfdaşlıq prioritetləri” sənədi paraflanıb. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin eyni prinsiplər əsasında həllinin həmin sənəddə əks olunması Ermənistana daha bir zərbədir”. Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva bildirdi.

Bu il iyunun 18­də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sam­miti keçirilib. Prezident İlham Əliyev tədbirdə dərin məzmunlu, parlaq çıxış etmişdir. Dövlətimizin başçısının çıxışında səslənən dəyərli fikir, təklif və mülahizələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri, o cümlədən, tarixçi alim və siyasi ekspertlər tərəfindən dərin məmnunluq hissilə qarşılanmışdır. Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli bu barədə fikirlərini bizimlə bölüşərək dedi:

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin iyunun 18-də təşkil olunan onlayn konfransında Ermənistanın küçə diplomatiyası ilə hakimiyyətə gəlmiş səriştəsiz və bir qayda olaraq, beynəlxalq məclislərin protokol tələblərinə məhəl

qoymayan baş naziri Nikol Paşinyan ölkəmizə qarşı növbəti təxribat çəhdi ilə özünü gü-lünc vəziyyətə saldı. İllər öncə NATO-nun Macarıstan paytaxtında keçirdiyi treniqlər zamanı Azərbaycan zabiti Ramil Səfərovun dövlət bayrağımızı aşağılayan azğın erməni zabitini ekstremal mənəvi-psixoloji gərginlik vəziyyətində ən ağır cəzaya məruz qoyması hadisəsini Ermənistan rəhbərinin yersiz replika şəklində, fantastik tərzdə “Azərbaycanlıların ermənilərə qarşı irqi dözümsüzlüyü” kimi qələmə vermək cəhdi gülünclüyü ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerindəcə layiqli cavabını da aldı.

Paşinyanın sərsəm fikir və düşüncələri, yalanları Ermənistanı uçuruma aparır

20 iyun 2020-ci il, şənbə 3

Yeri gəlmişkən, bizim ziyalı-larımızın bir az da qeyzlə xatırlat-dığı “Mənə dəyməyən qurd min il yaşasın” – atalar sözünün, əslində, elə dünya üçün köhnəlmədiyini nümayiş etdirdi. Təsdiq olunansa o oldu ki, “mənə dəymədiyinə” artıq arxayın-laşdığımız həmin “qurd” istənilən vaxt ac mədəsini doyurmaq üçün iti dişlərini işə salmaq əzmindədir.

Biz isə dünyada irqindən, cinsindən və dini inancından, ən başlıcası, sosial vəziyyətindən asılı olmayaraq, hər bir insanın pusqusun-da dayanmış koronavirus canavarının yuvasından çıxıb ətrafa ölüm saçması anlarına qayıdaq. Quru və bəzən can-sıxıcı rəqəmlər artıq tarixə dönmüş o vaxtlarda koronavirusun inkişaf dina-mikasını belə ifadə edir: əgər yanva-rın 10-da Çində yoluxanların sayı 41 idisə, ay yarımdan sonra bu rəqəm 80 minə çatdı və Çinin sərhədlərindən on kilometrlərlə uzaqda, Avropa Bir-liyinin üzvü olan İtaliyada 20 nəfərin COVID-19-a yoluxma xəbəri yayıldı. Artıq dünya zəncirvari strukturun tərkib hissəsi idi.

2020-ci ilin yanvar ayında COVID-19 Çində ilk qurbanlarının statistikasını saydırmağa başlamışdı və əlbəttə, dünyanın ən “mükəmməl kəşfiyyat sistemlərini” yaradan, illik büdcəsi milyardlarla dollar həcmində ölçülən elmi-tədqiqat institutlarında dünyanın ən savadlı və kreativ alimlər nəslinin çalışdığı nəhəng dövlətlərin belə, ağlına gəlməmişdi ki, qabaq-layıcı tədbirlər görsün. Yüz illər sonra təbiətdə gedəcək proseslərin təhlilini aparmaq iddiasında olan elmi potensialı ilə öyünən dövlətlər və güc mərkəzləri bir ay, ay yarım sonra Ümumdünya Səhiyyə Təşkilatının elan edəcəyi pandemiyanın bütün kontinentlərə yayılacağını təxmin edə bilməmişdilər...

Hesab edirik ki, koronavirusun verdiyi ən mükəmməl dərslərdən biri budur: qloballaşma şəraitində belə, dünyanın fors-major situasiyaya hazır olmadığı məlum oldu. Başımızın üstünü kəsdirmiş bəla ilə üz-üzə qalan ən inkişaf etmiş ölkələrində insanlarının qorxu və vahimə içərisində “ərzaq təhlükəsizliklərinin” qayğısına qalma cəhdləri, cəmiyyətlər üçün talaş və qorxu sindromunun

anındaca işə düşməsi də yadda qalan kədərli mənzərələrdən oldu. Müşahidə edilən situasiyalardan biri və ən başlıcası isə inkişaf səviyyəsinə proporsional olaraq bütün insan toplumları üçün “qızıl qayda”nın heç də həmişə ilkin olaraq xatırlanmadığını ortaya çıxartdı. Həmin “qızıl qayda”nın isə əsas prinsipi belədir: şayiələrə uymadan təhlükənin reallığını dərk etmək və mümkün profilaktik tədbirləri görmək.

Baş verənlərin fonunda Azərbaycanda koronavirusa qarşı tədbirlər planı barədə xatırlatmalar etməklə söhbətimizə beynəlxalq təşkilatların ölkəmizlə bağlı qənaətlərini yada salmaq istərdik. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Pre-zidenti İlham Əliyevə göndərdiyi məktubunda COVID-19 pande-miyasının təsir və miqyasının məhdudlaşdırılması istiqamətində ölkəmizdə görülən işləri və atılan addımları təqdir edirdi. Adıçəkilən məktubda maraq doğuran cəhətlərdən biri ÜST-ün dünya dövlətləri üçün tövsiyə etdiyi addımların artıq Azərbaycanda praktikləşməsini

etiraf etməsi idi. Həmin məktubda dünya səhiyyəsi sahəsində ən böyük qurum hesab edilən ÜST təkliflərinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin tərkib hissəsi olmasını ortaya qoyurdu. Azərbaycanın infeksiyanın yayıl-masına qarşı olduqca çevik reaksiya verməsi də məktubda təqdir edilən məsələlərdən idi. Bu isə ölkədə ha-zırlanaraq həyata keçirilən kompleks tədbirlər planının tərkib hissəsi idi. Nazirlər Kabineti yanında operativ

qərargah yaradılmış, dövlət qurum-ları arasında əlaqələndirmə təmin edilmiş, quru sərhədləri bağlanılmış, aviareyslərin sayı kəskin azaldı-lıb, məktəblər, uşaq bağçaları, ali məktəblərin bağlanılmasından əlavə, məhdudlaşdırıcı qaydalar qüvvəyə minmiş və karantin rejimi tətbiq olunmuşdu.

Həmin məktubda qeyd edilən və görülən bütün tədbirlərə baxmaya-raq, COVID-19 mart ayının ikinci ongünlüyündə Azərbaycanda ilk qurbanını tapdı və artıq ayın üçüncü ongünlüyündə bu məşum epide-miyanın yaratdığı statistikada yeni səhifələr yazdı və dövlət sərt karantin addımlarını atmaq məcburiyyətində qaldı, növbəti ayın, aprelin 2-dən

“SMS-lə icazə” sistemi işə salındı. Dövlətimiz bir daha vətəndaşının sağlamlığının onun sosial siyasətində əsas prioritetlərdən biri olduğunu əməli işlərlə göstərdi. Bu, göstəricilər işsiz vətəndaşlara ayda 190 manat birdəfəlik yardımların verilməsi,orta sahibkarlara dəstək siyasəti ilə gerçəkləşdi.

Bütün bunları, cəmiyyətimiz və dövlətimizdə koronavirusla bağlı görülən işləri, cəmiyyətin əksər nümayəndələri kimi, bir ziyalı olaraq

diqqətlə izlədiyimizi qeyd etməyi lazım bilirik. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə korona-virus pandemiyasından yarana biləcək problemlərə qarşı qabaqlayıcı tədbir olaraq ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə dəstək üçün 1 milyard manat ayrılmasını, koronavirus xəstəxanalarının açılışında cənab Prezidentin və xanım Mehriban Əliyevanın şəxsən iştirak etmələrini də bütün ölkə əhalisi kimi izlədiyimizi qeyd edək. Bunların adi jest olmadığı-nı, hər bir məqamda xalqının yanında dayanmağın nümunəsi kimi qəbul edil-diyini isə yada salaq. Cəmiyyətimizin sosial fəal kəsimi olaraq dövlətin, onun xalqının iradəsini ifadə edən rəhbərinin bu cür səksəkəli məqamlarda öz

vətəndaşlarının yanında dayanmasının rahatlığını yaşamaq həm də qürurve-ricidir.

Koronavirusa qarşı mübarizədə hökumətin qarşısında duran vəzifələr kifayət qədərdir və həmin vəzifələrin necə yerinə yetirildiyi Nazirlər Kabi-neti yanındakı operativ qərargahdan verilən gündəlik hesabat xarakterli məlumatlarla ölkə vətəndaşlarına çatdırılır. Bununla birlikdə, onu xüsusi olaraq qabartmağı lazım bilirik ki, dünyanın bütün kontinentlərində

meydan oxuyan pandemiyaya qarşı tədbirlərdə hökumətlə bərabər, ölkə vətəndaşlarının üzərinə düşən məsuliyyət yükü də qeyd edilməlidir. O yükün nədən ibarət olduğunu ölkəmizin rəhbəri Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə yada saldı və bunu hamımız xatırlayırıq. Onu da xatırlayırıq ki, bu barədə söhbətə baş-lamazdan əvvəl Prezidentimiz pan-demiyaya qarşı tədbirlərdə ilk olaraq hökumətin görməli olduğu işlərdən danışdı: “Bu xəstəliyin geniş yayılma-sı onu göstərir ki, hətta, inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq”.

Bu sözlər iki ay əvvəl, pan-demiyanın Azərbaycandakı bi-rinci mərhələsində deyilmişdi. Ədalət naminə deməliyik ki, ölkə vətəndaşlarımızın əksəriyyəti sonrakı davranışları ilə hökumətin koronavi-rusa qarşı tədbirlərinə qoşularaq əsl həmrəylik nümayiş etdirsələr də, bu, ölkə əhalisinin hamısını əhatə etmədi. Nəticə olaraq pandemiya ilə bağlı sta-tistikada xoşagəlməz inkişaf tenden-

siyası müşahidə olundu və hökumət karantin şərtlərini sərtləşdirmək məcburiyyətində qaldı. Təəssüf ki, bir çox kütləvi informasiya vasitələri – istər çap, istərsə də elektron, üstəlik, sosial şəbəkə resursları görməli olduqları işi sanki unudur, əvəzində isə həyati vacib qaydalara yüngül münasibət aşılamağa daha çox meyil edirdilər.

Halbuki, söhbət həyati əhəmiyyətli, milli təhlükəsizlik məsələsinin təhdid altında olmasından gedirdi. Belə bir məqamda, ölkəmizdə mübahisəsiz olaraq informasiya sahəsində dominantlıq edən televi-ziyaların bəzilərində gedən kütləvi verilişlərə respondent kimi dəvət edilən mədəniyyət və incəsənət adam-ları, hətta, elm xadimləri tapılırdı ki, COVID-19-u az qala soyuqdəymə və yaxud qrip kimi adiləşdirməyə çalış-sınlar. Təəssüf ki, hadisələrin sonrakı inkişafı onların buna, az da olsa, nail olduğunu göstərdi.

Əminliklə demək olar ki, bu şəkildə çıxış edənlərdən niyə belə et-diyini soruşan tapılsa, o kəslər əhalidə vahimə yaratmamaq üçün öz çıxış-larına bəraət qazandırarlar. Əslində, elə deyil, ölkə vətəndaşlarının hər biri bilməlidir ki, onun özü, əzizləri, doğmaları, təmasda olduğu və ola biləcəyi hər kəs marıqda dayanmış düşmənin hədəfindədir. Cəmiyyətdə az-çox nüfuzu olan sənət və elm adamları, ziyalılar, özünü cəmiyyətdə baş verənlərə məsul hesab edən hər kəs bunu, nəinki birmənalı olaraq qəbul etməli, ətrafında olan insanla-ra da aşılamalıdır. Ən yaxşı tərbiyə nümunəsi əyanilikdir.

Bəs milli mentalitetimizdəki ən müsbət cəhətlərdən biri kimi, istənilən azərbaycanlı onu göstərir ki, biz azərbaycanlılar ailəcanlı, qohum-canlı, doğmalarımızı, hətta, tanışla-rımızı yüksək qiymətləndirir, onları çox istəyirik? Elə isə, hər birimiz, fərqi yoxdur, müəllim və ya həkim, aktyor və ya yazıçı, vəzifəli-vəzifəsiz, istənilən sosial şəxs – lap olsun taksi sürücüsü və yaxud MİS-in hansısa əməkdaşı, niyə şəxsi nümunə olma-yaq? Niyə koronavirus canavarının nə demək olduğunu, ondan necə qo-runmağın ən adi, imkanımız çatacaq dərəcədə yüngül yolları barədə bir-iki

kəlmə deməklə onların təhtəlşüurunda yuva salınmasında iştirak etməyə can atmırıq..?

Hesab edirik ki, bu hər birimizin borcudur.

Yeri gəlmişkən, təmsil olundu-ğum Azərbaycan Dövlət Pedaqoji Universitetində də ölkənin digər ali təhsil müəssisələri kimi, distant təhsil forması tətbiq edilib və həmin virtual dərslər zamanı müəllimlərimizin hökmən toxunduğu məsələlərdən birincisi tələbələrlə söhbətlərdə mövzulara keçidin sosial məsafənin qorunmasının vacibliyi və maskalar-dan istifadənin nə qədər zəruri olması barədə söhbətlər olur. Müəllimlərimiz bunu vacib sayırlar.

Sosial məsafəni gözləmək və tibb maskaları taxmağın özü də labüd görünəcək qədər yaxın olduğumuz virusdan tam sığortalanmaq deyil.Bu, adi həqiqəti gündəlik həyatımızda gördüklərimiz, müxtəlif auditoriya-larda təmasda olduğumuz insanlara çatdırmaq özünü ziyalı sayan hər kəsin məsuliyyət borcu olmalıdır. Onu da insanlarımıza təlqin etməliyik ki, bu məsələdə şəxsi gigiyenamıza əməl etməyimizin özü belə, sosial mahiyyət daşıyır.

Hər birimiz bilirik ki, kütləviliyi ilə fərqlənən yas mərasimlərində olmaq insanlıq borcudur. Lakin onu da unutmamalıyıq ki, hər belə məclis potensial təhlükə mənbəyidir. Siz, əslində,bu cür mərasimlərdə olmaqla, cəmiyyət üçün riskli addım atdığı-nızın fərqində olmalı və bu həqiqəti ətrafınızdakılara təlqin etməlisiniz.

Hesab edirik və ona çağırırıq ki, ətrafımızda koronavirusa ötəri hal kimi baxan və hərəkətləri, davranış-ları ilə bunu nümayiş etdirənlərin ya-nından da laqeydcəsinə ötüb keçməli deyilik.

Hər birimiz ancaq şəxsi həyatımız üçün deyil, ətrafımızdakı insanlar üçün də yox, millətimizin gələcəyinə görə məsuliyyət daşıdığımızı nəinki hiss etməli, o məsuliyyəti gündəlik həyat normasına çevirməyi bacarma-lıyıq.

Mahirə HÜSEYNOVA, Azərbaycan Dövlət Pedaqoji

Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru,

professor

Azərbaycan Prezidentinin təşəbbüsləri DÜNYADA BÖYÜK MARAQ DOĞURUR

Dünyanın başı üzərini almış koronavirus kabusu öz fəsadlarını

törətməkdə davam edir. Hətta, supergüc dövlətlər də bu təhlükəli virusun əsirinə çevriliblər. Bunu koronavirus infeksiyasına yoluxanların və dünyasını dəyişənlərin sayı da təsdiqləyir. Azərbaycan isə ABŞ, Çin, Almaniya, Fransa, İspani-ya kimi inkişaf etmiş dövlətlərlə müqayisədə koronavirusla mübarizədə az itki verib. Buna ölkəmizdə aparılan düşünülmüş qabaqlayıcı tədbilər sayəsində nail olmuşuq.

Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizin koro-navirusla bağlı mübarizəsində verdiyi töhfələri yüksək qiymətləndirir. Bu da təsadüfi deyil. Azərbaycan ÜST-ə 10 milyon dollar ianə etmiş, bundan əlavə, dünyanın 29 ölkəsinə humanitar yardım göstərmişdir. Bütün dünya üçün önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatı yaratmaq Azərbaycanın huma-nizm prinsipinə sadiqliyinin nəticəsidir. Bu, eyni zaman-da, dövlət başçımızın insan amilinə verdiyi dəyərin bariz nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq, yeni işlək strukturların yaradılması, səhiyyə ocaqları-nın yenidən qurulması, mo-dul tipli xəstəxanaların, tibbi maska və qoruyucu vasitələr hazırlayan fabrik və sexin istifadəyə verilməsi koronavi-rusla mübarizənin bütün cəbhə xətti boyu aparılmasına meydan açmışdır.

Xalqımızın və dövlətimizin tarixi sınaq qarşısında oduğu bir vaxtda dövlət başçımızın “Biz birlikdə güclüyük!” çağırışı pandemiya ilə mübarizədə həmrəyliyimizi ən yüksək səviyyəyə qaldırdı. Bu birliyin və həmrəyliyin təminatçısı Azərbaycan xalqı və onun öz Prezidentinə olan sonsuz inamı və etibarıdır.

COVID-19 pandemiyası möhtərəm Prezidentimizin təşəbbüslərinə mane ola bilmədi. Elə bu günlərdə dövlət başçı-mızın “Microsoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri ilə videokonfrans keçirməsi də bunun təsdiqidir. Məlum olduğu kimi, “Mic-rosoft” şirkətinin təşəbbüsü

ilə Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında vide-okonfrans keçirilib. Bu görüş bir daha təsdiqlədi ki, dünyanı pandemiya təhlükəsi bürüsə də, Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlığı, yüksək texnologiyaların, inno-vasiyaların tətbiqi sahəsi diqqət mərkəzindədir. Göründüyü kimi, dünyanın nüfuzlu şirkətlərinin Azərbaycanla əməkdaşlığa yüksək marağı ölkəmizə və onun rəhbərinə olan inam və etibarın nəticəsidir. Son illər ölkəmizin iri infrastruktur layihələrinin reallaşdırılması istiqamətində qazandığı uğurlar tanınmış şirkətlərin diqqətindən yayın-mamış və onları Azərbaycanla əməkdaşlığı genişləndirməyə ruhlandırmışdır. “Microsoft” şirkətinin rəhbərliyində təmsil olunmuş şəxslərin ölkəmiz haqqında yüksək fikirləri, əməkdaşlığın perspektivləri, irəli sürülən təkliflər də bundan xəbər verir. Videokonfransda qürurverici fikirlər səsləndirildi: “Azərbaycan pandemiya ilə bağlı məsələlərin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi dövlət kimi göstərilir. Ölkəmizdə, nəinki təkcə daxili məsələlərə diqqət yetirilir, həmçinin qlobal miqyasda da fəaliyyət həyata keçirilir. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Bütün bunlar Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi tanınmasında mühüm rol oynayıb.”

Dövlətimizin başçısı vide-okonfransda bir daha diqqətə çatdırdı ki, pandemiyanın tüğyan etdiyi vaxtda Azərbaycanda əsas diqqət insanların koronavirusdan

qorunmasına yönəldilmişdir. Cari ilin birinci rübü iqtisadi inkişaf sahəsində ümidverici ol-muşdur. Ümumi daxili məhsulda kiçik azalma olsa da, iqtisadiy-yatın bəzi sahələrində, xüsusilə, neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınmış-dır. Pandemiyanın zərər vurduğu sahələrə, o cümlədən, turizm və onunla əlaqəli sahələrin bərpasına yardımın davam etdiriləcəyi diqqətə çatdırıldı.

Videokonfransda diqqət çəkən məqamlardan biri də Azərbaycanla “Microsoft” arasında uğurlu əməkdaşlığın qarşıdakı illərdə daha da gücləndiriləcəyi məsələsi olmuşdur. Xüsusilə, “Microsoft” şirkəti ilə əməkdaşlıq sahəsində piratçılığa qarşı birgə səylərin yaxşı nəticələr verməsi, rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində aparılan işlə bağlı “Microsoft”la yaxşı əməkdaşlıq imkanlarının yaran-ması, süni intellekt üzrə strate-giyanın ətraflı işlənib hazırlan-ması məsələlərinin gündəlikdə olması, kibertəhlükəsizliklə bağlı məsələlərin gələcək üçün prioritetlər sırasında qalması diqqətdən yayınmamışdır. 15 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən “Microsoft”la tərəfdaşlığın geniş potensialı və böyük gələcəyi olduğu da qeyd edilməlidir.

Buna qədər də dövlətimizin başçısı bir sıra iri şirkətlərin rəhbərləri ilə videokonfrans formatında görüşlər keçir-miş, gələcək əlaqələrimizin daha da inkişafı, o cümlədən, perspektivlər müzakirə olun-muşdur. Belə ki, son iki ay ərzində Prezident İlham Əliyev 20 tədbirdə iştirak edib. Bu tədbirlərin 14-ü sosial proqram-ların icrası ilə əlaqədar olmuş-dur.

Göründüyü kimi, korona-virus pandemiyası möhtərəm Prezidentimizin təşəbbüslərinə mane ola bilmədi. Bəşəriyyətin başı üzərini almış koronavi-rus kabusunun ciddi fəsadlar törətdiyi bir vaxtda Prezident İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun, eləcə də sosial proqramların həyata keçirilməsi, iri şirkətlərlə vide-okonfrans formatında görüşlər keçirməklə qətiyyət nümayiş etdirir.

Vüqar ƏLİYEV, Xəzər Rayon Gənclər və

İdman İdarəsinin rəisi

– Karantin rejiminin məhdudiyyətlərinin aradan qaldırılması, sanki, bəzi vətəndaşlarda bir arxayınlıq yaratdı. Park və restoranların, ticarət mərkəzlərinin açılmasın-dan sonra gigiyenik qaydalara tam əməl edilməməsi, insan-ların çox olduğu yerlərdə tibbi maskalardan istifadə olunma-ması, eləcə də sosial məsafənin qorunmaması xəstələrin sayının artmasına gətirib çıxardı ki, bu da hamımızı narahat edir. Nəticədə pandemiya-nın qarşısının alınması üçün karantin rejiminin uzadılması və qərarların sərtləşdirilməsi məsələsi gündəmə gəldi. Odur ki, Nazirlər Kabineti yanında operativ qərargah karantin rejiminin avqustun 1-ə kimi uzadılması barədə qərar verdi. Məqsəd ölkəmizdə ola biləcək mümkün yeni dalğa təhlükəsinin qarşısının vaxtında alınması, yoluxmanın mümkün qədər azaldılmasına nail olmaqdır.

Düşünürəm ki, bu, həqiqətən də düzgün və önəmli addımdır. Çünki cənab Prezident İlham Əlievin də dəfələrlə vurğula-dığı kimi, insanların, əhalinin sağlamlığı hər şeydən öndə gəlir. COVID-19 pandemiya elan edildikdən və koronavirus

infeksiyasının ölkəmizdə qeydə alınmasından sonra cəmiyyətin sağlamlığının keşiyində dayanan həkimlərimizin məsuliyyəti daha da artdı. İstər Bakıda, istərsə də bölgələrimizdə çalı-şan tibb işçiləri gecə-gündüz fədakarcasına pandemiya ilə

mübarizə aparır, virusa yolux-muş və müxtəlif vəziyyətlərdə olan vətəndaşlarımızın xi-las edilməsi üçün əlindən gələni əsirgəmirlər. Hər bir vətəndaşımızın həyatı bizim üçün dəyərlidir. Onları çarpa-yıda “ölüm-qalım” çarpışma-sını görmək həm həkim kimi, eləcə də insan kimi bizi narahat edir. Lakin nə qədər çətin də olsa, hər birimiz “Biz birlikdə güclüyük!”– devizi ilə öhdəmizə düşən vəzifəni və peşə borcu-

muzu yerinə yetirir, bu bəlanın tezliklə ölkəmizdən və dünya-mızdan sovuşmasına çalışırıq.

Bunun üçün isə hər bir vətəndaşımız üzərinə düşən vəzifəni dərk etməli, qoruyucu maska taxmalı, sosial məsafəni gözləməlidir. Statistika göstərir

ki, epidemiya qurbanlarının sayı gündən-günə artmaqda davam edir. Ən güclü ölkələr COVID-19 epimediyasının qarşısında acizdir. Hələ ki, müxtəlif ölkələr və aparıcı elmi-tibbi mərkəzlər COVID-19-un qarşısının alınması üçün vaksinlərin hazırlanması üzərində çalışırlar. Lakin, bu,

uzun zaman tələb edən işdir. Ona görə də vətəndaşlar iyunun 21-dən iyulun 5-nə qədər davam edən sərtləşdirilmiş karan-tin günlərində məsuliyyətli olmalı, müəyyən edilmiş qaydalara riayət eməlidirlər. Bu zaman kəsiyi hər biri-

miz üçün bir sınaq dövrüdür. Çünki pandemiyanın ayağının ölkəmizdən kəsilməsi bizim hər birimizdən asılıdır. Bunun üçün dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Modul tipli xəstəxanaların təşkili, həkim və tibb işçilərimizin, polislərimizin və digər peşə sahiblərinin fədakarcasına çalışması ondan

ötrüdür ki, hamılıqla bu bəlaya qalib gələ bilək. Pandemiya üzərində qələbə çala bilməyimiz üçün vətəndaşlar da bizə kömək etməli, ilk növbədə, öz sağlam-lıqlarını düşünməli, qaydalara əməl etməlidirlər. Əks halda, hər bir məsuliyyətsiz hərəkət

onlarla, yüzlərlə insan həyatının itkisinə səbəb ola bilər. İnanırıq ki, müəyyən edilmiş müddətdə ölkəmizdə yoluxma sayının azalmasına, daha çox xəstənin sağalaraq, evə buraxılmasına nail olacağıq.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Əhalinin yoluxmasının qarşısını almaq üçün zəruri tədbirlər görülür

E.Orucova qeyd edib ki, COVID-19 ilə mübarizə yönümündə TƏBİB-in fəaliyyətini müsbət qiymətləndirmək lazımdır. Tək TƏBİB-in deyil, Nazirlər Kabineti yanında operativ qərargahın işini də yüksək dəyərləndirirəm. Hər iki qurumun nümayəndələri mütəmadi olaraq brifinqlər keçirməklə insanları məlumatlandırır, jurnalistlərin çoxsaylı suallarına cavab verirlər. Cəmiyyətimiz də qoyulmuş qaydalara texniki deyil, dərk edərək riayət etməli, dövlət və xalq həmrəyliyini, birliyini nüma-yiş etdirməlidir. Necə deyərlər, ortaq düşmənimiz olan məkrli virusa qalib gəlmək üçün həmrəyliyimiz olmalıdır.

Həkim bildirib ki, indiki ərəfədə səhiyyə sistemində çalışanlar, müxtəlif ixtisaslı həkimlər, xüsusilə də infeksionistlər, hətta rezidentlər üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirirlər. Bu, göz önündədir və əslində, sübuta, izahata da ehtiyac duyulmur. Çünki onların fəaliyyətini bir aksiom baxış bucağından dəyərləndirirəm. Axı, sübut olunmuşları sübuta yetirmirlər.

Dahi yazıçı və həkim Anton Çexov deyib: “Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir.

Hər kəs buna qadir ola bilməz. Bu-nun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır”. Söylənmiş bu çox gözəl, yığcam, dərin mənalı və geniş fikirdən irəli çıxaraq, indiki mərhələdə yeni növ koronavirus infeksiyası ilə mübarizədə həkimlərimizin, bütövlükdə, səhiyyə işçilərinin “birə yüz artan” fədakar əməyini dəyərləndirərək böyük inamla “ön cərgənin həkimləri qəhrəmandırlar!”,– deyə bilmək haqqımız var.

E.Orucova virusun, hətta, tibb işçiləri üçün də yoluxma riskini artırdığını bildirib: “Ən yaxın günlərdə tibb işçiləri

arasında olan xəstələnmələr də müşahidə edildi. Tibb işçiləri də insandır. Bəllidir ki, fərdi qoruyucu vasitə kimi xüsusi ha-zırlanmış kombinezonlar hava keçirmir, insanın hərəkətini məhdudlaşdırır. İşdə bu geyimdə, həmçinin respirator maskada həkimlərimiz saatlarla qalırlar ki, buna da xeyli səbr və dözüm lazımdır. Təbii ki, müəyyən zaman keçəndən sonra onlarda nəzərəçarpan diskomfort yaranır. Ola bilsin ki, elə həmin məqamda da ani ola-raq kiçik ehtiyatsızlıq virusa yoluxmaya gətirib çıxarır.

Üstəlik, başqa faktorlar da müm-kündür. Ehtimal ki, yaxınları ilə görüş,

azsaylı da olsa yas mərasimlərində iştirak, nəqliyyat vasitələrindən istifadə zamanı və digər ictimai yerlərdə eh-tiyatsızlığa yol verilə bilər. Hələlik xəstələnmə hallarında artım müşahidə olunur. Lakin digər ölkələrlə müqayisədə ildırım sürəti ilə artmır Fikrimcə, bu, əhəmiyyətli dərəcədə insanların özünün fərdi və sosial məsuliyyətindən asılıdır. Buna vətəndaşın sosiopsixi təsirləri də aiddir. Cəmiyyətdə virusa qarşı mübarizə psixoloji cəhətdən necə qarşılanırsa, fərdiyyət də ona uyğun müdafiə oluna-caq. Yəni, bu infeksiya ilə mübarizədə kompleks yanaşma mütləqdir. Yalnız bu halda xəstəlik öz enişini yaşayacaq. Qeyd etdiyim kimi, kompleks yanaşma mütləq olmalıdır və o halda xəstəliyə yoluxma-nın pik həddindən yan keçəcəyik”.

Sonda E.Orucova vurğulayıb ki, ümumi qanunauyğunluqda infeksion xəstəliklərin yayılması üçün 3 şərt vacib-dir: infeksiya mənbəyi, ötürülmə mexa-nizmi və xəstəliyə meyilli və ya həssas şəxs. Bunlara uyğun olaraq xəstəliklərin profilaktikası da bu istiqamətlərdə aparılır: infeksiya mənbəyinə, ötürülmə yollarına qarşı yönəlmiş tədbirlər və xəstəliyə həssas insan orqanizminin müqavimətinin spesifik, qeyri-spesifik vasitələrlə yüksəldilməsi. Bir-birini ardı-cıl zəncir şəklində əvəz edən bu proses harada qırılsa, o zaman yoluxma baş verməyəcək.

Anar ƏLIYEV, “Xalq qəzeti”

20 iyun 2020-ci il, şənbə4

Hər birimizin məsuliyyəti2019-cu ilin sonlarında Çində qeydə alınan, sonralar korona-

virus adlandırılan və 2020-ci ilin əvvəllərində bu qədim ölkənin sədlərini aşaraq dünyaya yayılmağa başlayan xəstəlik bu gün bəşəriyyətin ən mühüm probleminə çevrilib. Artıq müxtəlif qitələrdə qərarlaşmış, yüz milyonlarla insanı təhdid edən epidemiyanın qurbanla-rı yüz minlərlə hesablanır. Bəşəriyyət tarixində yaşanmış bütün faciələr kimi, bu gün dünyanın, demək olar ki, hər yerində, Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi pandemiyada gecikmiş qərarların oynadığı rolu da görməmək olmur. Nə cür görünməsindən, bəşəriyyət üçün hansı nəticələrə gətirib çıxarmasından asılı olmayaraq koronavirusun verdiyi dərslərdən artıq ibrət götürmək üçün xeyli əsas var.

İndi hər kəsdən ikiqat məsuliyyət tələb olunur Karantin qaydalarının yumşaldılmasından sonra ölkəmizdə yoluxma sayının

artması təkcə biz həkimləri deyil, bütövlükdə cəmiyyətimizi, dövlətimizi nara-hat edir. Odur ki, karantin rejiminin ölkəmizdə avqustun 1-nə qədər uzadılması

doğru addımdır. Bu fikirləri ATU-nun Tədris-Cərrahiyyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurlana Əliyeva pandemiyaya qarşı mübarizədə ölkəmizin gör-düyü işlərlə bağlı “Xalq qəzeti”nə fikir bildirərkən deyib. O, daha sonra əlavə edib:

Azərbaycanda koronavirusla mübarizə istiqamətində ciddi addımlar atılır. Nazirlər Kabineti yanında operativ qərargahın iyulun

18-də keçirdiyi brifinqdə insanların təhlükəsizliyi üçün kifayət qədər vacib qərarlar açıqlandı. Qəbul edilən son qərarlar dünyada pandemiyanın yayılma tempinin artması və ölkəmizdə yoluxanların çoxalması ilə bağlı sərt karantin rejiminin tətbiqini zəruri edir. Qəbul edilən qərarlar vətəndaşlarımızın sağlamlığı baxımın-dan vacibdir. Bu fikirləri Azərbaycan Tibb Universiteti-nin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova bildirib.

20 iyun 2020-ci il, şənbə 5– Rəşad müəllim, daha bir dərs ili

başa çatdı. Bu tədris ilinin yekunları-nı necə səciyyələndirərdiniz?

– Öncə 2019/2020-ci dərs ilinin başa çatması münasibətilə məzunları, onların müəllim və valideynlərini təbrik edirəm! İnanıram ki, birgə zəhmətin nəticəsini məzunların bundan sonrakı uğurlarında, on-ların gələcək həyat yollarındakı nailiyyətlərində görə biləcəyik.

Məlum olduğu kimi, mart ayının əvvəlindən etibarən mövcud sani-tar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinin fəaliyyətində müvəqqəti fasilə yaransa da, həyata keçirilən operativ tədbirlər nəticəsində tədrisin davamlılığı təmin olundu. İstər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən teledərslər, istərsə də onlayn dərslər təşəbbüsünə müəllimlərin fəal qoşulması şagirdlərin tədris mühitindən ayrılmaması üçün əlverişli zəmin yaratdı. Həmçinin Təhsil Nazir-liyi tərəfindən həyata keçirilən “Vir-tual məktəb” layihəsi təhsilverənlər və təhsilalanlar arasında rəğbətlə qarşılandı. Qısa müddətdə müəllim və şagirdlərin mütləq əksəriyyəti “Virtual məktəb” layihəsində qeydiyyatdan keçdilər.

Beləliklə, arzuolunmaz sürprizlərə baxmayaraq, başa çatan 2019/ 2020-ci tədris ilini, ümumilikdə, uğur-lu qiymətləndirə bilərik. Təhsili idarəetmə qurumları, müəllim, şagird və valideynlərin birgə əməkdaşlığı, eləcə də cəmiyyətin, ictimaiyyətin dəstəyi ilə bu dönəmi uğurla adla-mağı bacardıq. Baş verən prosesləri hərtərəfli təhlil edəndə bir daha gö-rürük ki, əldə olunmuş uğurlar çevik qərarlara və birgə fəaliyyətə əsaslanır.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınma-sı istiqamətində dövlətin apardığı mübarizədə Azərbaycan xalqının həmrəylik nümayiş etdirməsi ən yüksək ehtirama layiqdir. Prezi-dent İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən tədbirlərə hər bir vətəndaşın bacardığı qədər töhfə verməsinin nəticəsidir ki, Azərbaycan virusla mübarizədə ən üstün təcrübəyə malik ölkələrdəndir. Pandemiyanın respublikamızda geniş yayılmasının qarşısı alınsa da, təhlükə tam sovuşmayıb, hər gün koronavi-rus infeksiyasına yoluxma faktları qeydə alınır. Respublikamızda tətbiq olunan xüsusi karantin rejimindən irəli gələn tələblərə əməl olunması üçün təhsil işçiləri də cəmiyyətin maarifləndirilməsi baxımından üzərlərinə düşən missiyanı layiqincə dəyərləndirir, valideyn və şagirdlərlə daimi əlaqə yaradırlar.

– Dərs ili başa çatdığı üçün, ilk növbədə, ümumi göstəricilərə, nəticələrə qısa nəzər salmaq maraqlı olardı...

– 2019/2020-ci tədris ilində ümumi təhsil sahəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdı-rılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.

Təhsildə keyfiyyətin davamlılı-ğını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

2019/2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.

2019-cu ildən etibarən ümu-mi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Təhsil Na-zirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. 2019/2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib.

Həmçinin cari tədris ilində paytaxtdakı 20 məktəbdə 26 “Sağ-lam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqya-sı genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 163 məktəbdə 358 təmayül sinif təşkil olu-nub. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respubli-

kasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində “İn-formatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata ke-çirilib. Layihə çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində infor-matika təmayüllü siniflər fəaliyyət göstərib.

BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb.

Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların

müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

BŞTİ və Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərib.

Paytaxtın 75 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqorit-mika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub.

Paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqori-ya üzrə qalib gəlib. Hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qeydiyyatı yekunlaşıb.

Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilib. BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə yaradılması ilə bağlı hazırlıq işləri görülür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə əmrinə əsasən, 32 ümumi təhsil məktəbində layihənin tətbiqinə başlanılıb.

Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (YUNİSEF) və “Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasar-tırma təlimləri keçirilib. Təlimlərdə 2500-dən çox ibtidai sinif müəllimi iştirak edib.

Məktəbəhazırlıq qruplarında tədris aparacaq 1000-ə yaxın müəllim üçün yekun qiymətləndirmə keçirilib.

2019/2020-ci tədris ilində müxtəlif mövzular üzrə keçirilən ixtisasartır-ma təlimlərində ibtidai sinif və fənn müəllimlərindən ibarət 8000-dən çox təhsil işçisi iştirak edib.

Həmçinin BŞTİ ilə Təhsildə Araş-dırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyindəki təhsil müəssisələrində çalışan psixo-loqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün təlimlər təşkil edilib.

2019/2020-ci tədris ilində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika ya-rışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc olmaqla, ümumilikdə, 993 medal əldə ediblər.

Bakı şəhəri 306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Hapkido döyüş növü üzrə keçirilən dünya çempiona-tında qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb.

Qazanılmış uğurlardan danışarkən qeyd etməliyik ki, bunların hamısı davamlı dövlət qayğısı sayəsində mümkün olub.

2019/2020-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 3 təhsil müəssisəsinin– 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

“Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi)

milyon manat vəsait ayrılıb. “Azərbaycan Respublikasının

təhsil işçilərinin “Tərəqqi” me-dalı ilə təltif edilməsi haqqında” və “Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Preziden-tinin sərəncamlarına əsasən, ümu-mi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar.

Eyni zamanda, “2019/2020-ci tədris ilində Azərbaycan Respubli-kasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Res-publikası Prezidentinin Sərəncamına əsasən, tədris ilində yüksək nəticə göstərərək ali məktəblərə daxil olan tələbələrə təqaüd verilib.

Azərbaycan Respublikası Nazirlər

Kabineti tərəfindən “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaş-dırma Qaydası”, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradı-lan şəraitlə tanış olub.

2019/2020-ci tədris ilində ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan 288 nəfər təhsil işçisi təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, 8 müəllim “Tərəqqi” medalı-na, 14 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 16 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.

Eləcə də səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

– Rəşad müəllim, pandemiya səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilə yarandığı dövrdə işlərinizi necə təşkil etdiniz?

– BŞTİ mövcud sanitar-epi-demioloji vəziyyəti nəzərə ala-raq, ilk günlərdən fəaliyyətini məsafədən təşkil edir. Müzakirə və məsləhətləşmələr onlayn qaydada aparılır, zərurət olduqda videokon-franslar təşkil olunur.

BŞTİ-də və paytaxtın ümumi təhsil müəssisələrində dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib.

Xüsusi qeyd olunmalıdır ki, koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Təhsil Nazir-liyi tərəfindən “Teledərs” layihəsi həyata keçirilib. Ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən təşkil edilən teledərslər martın 11-dən baş-layaraq telekanallarda həftənin 5 günü şagirdlərə təqdim olunub. Teledərslər bütün sinifləri əhatə edib, dərs möv-zularına dair qısa izah və təlimatlar təqdim olunub. “Teledərs”lərdə pay-taxt müəllimləri də fəal iştirak ediblər.

Bu dövr ərzində müəllimlərimizin fədakarlığı, peşəkar yanaşması, on-layn dərslərin keçirilməsi təşəbbüsünə qoşulmaları da xüsusilə qeyd olun-malıdır.

Mövcud vəziyyətlə bağ-lı məktəblərdə fasilə yaransa da, müəllim-şagird ünsiyyəti davam edib və müəllimlər tərəfindən onlayn dərslər keçirilib.

Ölkədə təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən digər layihə – “Virtual məktəb” layihəsi fəaliyyətə başladı. Teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə, məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Vir-tual məktəb” layihəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 340 000-dən çox istifadəçi qey-diyyatdan keçib.

Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə, bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt”

xidməti fəaliyyət göstərib. Ölkəmizdə yeni koronavirus (COVİD-19) in-feksiyası ilə əlaqədar karantin rejimi dövründə evdə qalan şagirdlər, eləcə də bütün vətəndaşlar mənəvi-psixoloji dəstəyə zərurət duyduğu hallarda sözügedən “Qaynar xətt” xidməti ilə əlaqə yaradıblar.

146-3 “Qaynar xətt” xidmətində BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin və ümumi təhsil məktəblərinin psixoloqları da səmərəli fəaliyyət göstəriblər.

BŞTİ tərəfindən “Böyük zəfərin başlanğıcı!” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib. “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsinə 2000-ə qədər rəsm işi təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən, 9 iştirakçı qalib seçilib, 15 iştirakçı isə həvəsləndirici

yerə layiq görülüb.BŞTİ tərəfindən 28 May – Res-

publika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsi keçirilib. VII-XI sinif şagirdləri arasında baş tutan müsabiqənin nəticələrinə əsasən 6 iştirakçı qalib seçilib.

BŞTİ tərəfindən keçirilən “Sevim-li nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət virtual sərgi keçirilib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir”adlı onlayn tədbir keçirilib. Onlayn tədbirdə Təhsil naziri Ceyhun Bayramov uşaq-ları təbrik edib.

BŞTİ tərəfindən sosial-maarifləndirmə layihəsi həyata keçi-rilib. Layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki məktəblərdə çalışan psixoloqların müvafiq mövzular üzrə hazırlanmış yığcam videomüraciətləri ictimaiyyətə təqdim olunub.

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş onlayn bayram tədbiri təşkil olunub.

Xüsusi karantin rejimi dövründə paytaxtdakı ümumi təhsil müəssisələrinin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşu-laraq çoxsaylı xeyriyyə aksiyaları keçiriblər.

Paytaxt məktəbliləri koronavirus infeksiyasının yayılmasının qarşısı-nın alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərib, fərqli təşəbbüslərlə çıxış ediblər.

Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri evdə çəkib sosial şəbəkələr vasitəsilə ictimailəşdirdikləri video-çarx və fotogörüntülərdə “Evdə qal, bu, bir tətil deyil!”, “Evdə qal, kitab oxu!”, “Evdə qal, təhsildən qalma!”, “Evdə qal, virusa son qoy!”, “Evdə qal, nümunə ol!” və digər bu kimi fikirləri ifadə ediblər. Həmçinin videogörüntülərdə məktəblilər evdə qalıb vaxtdan daha səmərəli istifadə etməyin yolları barədə də məlumat veriblər.

COVİD-19 pandemiya-sı ilə mübarizədə ictimaiyyətin maarifləndirilməsi məqsədilə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin valideyn və uşaq-lar üçün nəzərdə tutulmuş müvafiq məlumatları BŞTİ-nin sosial şəbəkə səhifələrində yayımlanıb. Həmçinin daha çox valideynə və şagirdə çatdırılması üçün məlumatların məktəblərin və təhsil işçilərinin sosial şəbəkə səhifələrində yayımlanma-sı istiqamətində müvafiq tədbirlər görülüb.

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştira-kı ilə müşavirə keçirilib. BŞTİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühiti-nin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırıl-ması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar, görülən təsirli tədbirlərin böyük ictimai dəstək qazanması Azərbaycan cəmiyyətində təşəkkül tapmış qarşılıqlı etimad mühitinin təzahürüdür. Xalqın öz dövlətinə və ölkə rəhbərinə olan inamı hər bir problemi həll edəcəyimizə, bu sınaq mərhələsini də uğurla adla-yacağımıza əminlik hissi yaradır. Ancaq bunun üçün dövlətin həyata keçirdiyi tədbirlərə hər bir vətəndaş

dəstəyini daha da artırmalı, birlikdə güclü olduğumuzu sona qədər sübuta yetirməliyik. İnsan sağlamlığına hər hansı təhlükə varsa, onu heç nəyə qurban vermək olmaz. Dövlətimizin bütün çağırışlarına əməl etmək, problemin tezliklə aradan qaldırıl-masına layiqli töhfə vermək indiki məqamda ən böyük vətənpərvərlik nümunəsidir. Vətəndaşlar bütün proseslərə məsuliyyətlə yanaşmalı və karantin rejiminə əməl etməlidir ki, xəstəliyə yoluxma sayının daha da artması ilə üz-üzə qalmayaq. Çünki ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük!

– Hazırda valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların I sinfə qeydiyyatı və tədris digər dildə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi prosesidir. Bu

istiqamətdə yenilik və nəticələr nədən ibarətdir?

– Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyi-nin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 44 000-ə yaxın müraciət edilib. Bu isə nəzərdə tutulan proqnozun 90 faizindən çoxdur.

İlk dəfə olaraq 2020/2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiy-yat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prose-sini bitirmək üçün əlavə vaxt qazan-ması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Cari tədris ilindən etibarən ilk dəfə olaraq, ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemi-oloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imka-nı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avto-matik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib. Valideynlərə ənənəvi (canlı) və ya onlayn müsahibə formalarını seçmək imkanı verilib. Ancaq möv-cud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir. Ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlər şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçə bilərlər. Onlayn müsahibə prosesi “Micro-soft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilir.

Müşahidələr göstərir ki, on-layn müsahibələrə maraq artıb. Onlayn müsahibələrin keçirilməsi valideynlərin və uşaqların rahatlığının təmin olunmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına xidmət edir. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqla-rın nisbət göstəricisi daha yüksəkdir. Onlayn müsahibələrdə iştirak etməklə hər bir valideyn koronavirus infek-siyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan qabaqlayıcı tədbirlərə dəstək verir, həm özlərinin, həm də övladlarının həyat və sağlamlığının daha etibarlı qorunmasını təmin etmiş olur.

Onlayn müsahibələr valideyn və uşaqlara psixoloji cəhətdən də müsbət təsir göstərir, uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı mərhələni daha rahat adlama-ğa zəmin yaradır. Həmçinin onlayn müsahibə hamı üçün əlçatandır, hər kəs istifadə etdiyi kompüter, mobil

telefon və ya digər İKT vasitələri ilə onlayn müsahibəyə qoşula bilir. Bununla bağlı valideynlərin şəxsi kabinetlərində müvafiq təlimati məlumatlar da yerləşdirilib.

Onu da qeyd edək ki, son illər təhsil sahəsində göstərilən elekt-ron xidmətlərin sırası kifayət qədər genişləndirilib və bu proses səmərəli şəkildə davam etdirilir. Onlayn müsahibələr də valideynləri elektron xidmətlərin fəal istifadəçisinə çevirir və elektron xidmətlərlə bağlı yara-dılmış imkanlar mövcud şəraitdə ən optimal çıxış yollarından biri kimi özünü göstərir.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar bütün imkanlar valideynlərin rahatlığının təmin olun-masına və uşaqların təhlükəsizliyinin daha etibarlı şəkildə qorunmasına xidmət edir. Bu səbəbdən, ümumi

təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qey-diyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imka-nı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiy-yat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qey-diyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstərilir. Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qar-şısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud vəziyyətlə əlaqədar müvafiq normaların qorun-ması məqsədlərinə xidmət edir.

Məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatı elektron formada aparıldığı üçün I sinfə qəbul pro-sesi zamanı həmin uşaqların təkrar qeydiyyatına ehtiyac qalmır. Ötən dərs ilində BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qrupla-rında 25 832 uşaq məşğələlərə cəlb olunub. Məktəbəhazırlıq qruplarına Bakı şəhərində tətbiq olunan elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019/2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

– Rəşad müəllim, təbii ki, fəaliyyətinizin əsasını təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər təşkil edir. Nəticələr qənaətbəxşdirmi?

– Təhsil sahəsi daim inkişafda olan, dəyişən, yeniləşən, islahat-lara açıq sahədir. Odur ki, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam edir.

İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. Monitorinqə Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib. Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə müzakirə olunub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2019-2020-ci tədris ili üzrə IX sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019/2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmə nəticələri təhlil edilib, müvafiq hesabat hazırla-nıb. Bu nəticələr baza qiymətləri kimi götürülərək, növbəti illərdə şagirdlərin fərdi inkişaf dinamikasını izləməyə imkan verəcək.

Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib. Diaqnostik Qiymətləndirmə V siniflər üzrə 28 830, IX siniflər üzrə 29 844 məktəblini əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri

nəticələr təhlil edilib, hesabatlar ha-zırlanaraq ümumi təhsil məktəblərinə göndərilib. Təhsildəki nailiyyətlər, eyni zamanda istedadlı şagirdlərin nəticələrində, ölkə və dünya miq-yasında qazandığı uğurlarda özünü göstərir.

IX, X və XI sinif şagirdlərinin iş-tirakı ilə Respublika Fənn Olimpiada-ları keçirilib. Bakı üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın, yarımfinal turunda isə 1 810 şa-gird iştirak edib. Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinin ən qısa zamanda elan edilməsi nəzərdə tutulur. Məktəblilər virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) 3 medal qazanıblar.

Sözügedən elm yarışında ölkəmizi təmsil edən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Aysun Bayramlı və Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva uğurla çıxış edərək bürünc medal əldə ediblər.

Paytaxt məktəblisi Aydın Süley-manlı beynəlxalq şahmat festivalının qalibi olub. Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.

177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et” VI Ümumrusiya elmi-inno-vasiya konfransında uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüblər.

Uğurların artırılmasında beynəlxalq təcrübə mübadiləsi mühüm rol oynayır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin (İdarə müdiri Rəşad Tağıyevin rəhbərliyi ilə) İrlandiyanın Dublin şəhərinə təhsil səfəri təşkil edilib. Səfər “Məktəb İnspeksiyalarında innovasiyaların tətbiqi” mövzusu-na həsr edilib. Səfər çərçivəsində təcrübə mübadiləsi aparılıb, görüş və müzakirələr keçirilib.

– Bütün uğurlar kadr potensia-lından, yüksək səviyyəli pedaqoji və idarəçi heyətdən asılıdır. Bu sahədə vəziyyət necədir?

– Təbii ki, son illərdə təhsil sahəsində istər müəllimlərin, istərsə də təhsil idarəçilərinin seçiminə peşəkar yanaşma, ciddi və şəffaf meyarlar tətbiq olunur.

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2019/2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub. Keçirilən müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul edilib.

Onlardan:414 nəfər müəllimlərin işə qəbulu

müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində;

319 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;

260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

2019/2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

2019/2020-ci tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 54 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 19 nəfər təsərrüfat işləri üzrə direktor müavini, 27 nəfər psi-xoloq, 29 nəfər kitabxanaçı, 12 nəfər gənclərin çağırışaqədərki hərbi hazır-lığı üzrə rəhbər, 19 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 364 nəfərin işə qəbulu həyata keçirilib.

2019/2020-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direk-tor vəzifəsinə işə qəbul edilib. 12 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

BŞTİ-nin tabeliyindəki ümu-mi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 2019/2020-ci tədris ili üçün 688 ma-nat təşkil edir.

(ardı 6-cı səhifədə)

Müsahibimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevdir

Uğurlar çevik qərarlara və birgə fəaliyyətə əsaslanır

20 iyun 2020-ci il, şənbə6(əvvəli 5-ci səhifədə)

- Rəşad müəllim, bir az da məktəbdənkənar tədbirlər haqqında danışaq. Şagirdlərin layiqli vətəndaş kimi formalaşması istiqamətində hansı addımlar atılır?

– Tədris uğurları ilə yanaşı şagirdlərin layiqli vətəndaş kimi formalaşması məsələsi də paralel diqqət mərkəzində saxlanılır.

Paytaxtın ümumi təhsil müəssisələrində ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib.

Həmçinin BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər təşkil edilib.

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində müvafiq tarixi günlərə həsr olunmuş silsilə tədbirlər keçirilib. Hərbi vətənpərvərlik oyunları, yarışlar da ənənəvi xarakter daşıyır.

– Məktəb infrastrukturunun yenilənməsi işləri necə gedir?

– 2019/2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, 3 məktəb sökülərək yenidən tikilib. Zəruri olan ərazidə isə 1 yeni məktəb istifadəyə verilib.

2 məktəbin, bütövlükdə, sökülərək yenidən tikintisi, 2 məktəbin isə köhnə

korpuslarının sökülərək yenidən tikin-tisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb. Eləcə də 109 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.

– Vətəndaş qəbulu və müraciətlərin cavablandırılması barədə nə demək olar?

– Ölkəmizdə vətəndaş müraciətlərinə olan həssas münasibət hər bir qurumun qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan, qanunvericiliyin tələbləri və dövlət başçısının çıxışlarında vurğula-dığı məsələlər hər birimiz üçün müvafiq fəaliyyət istiqamətinin əsasını təşkil edir.

2019/2020-ci tədris ili ərzində BŞTİ-yə 55 066 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavab-

landırılıb və operativ həll olunub.Statistikaya əsasən, Telefon Məlumat

Mərkəzində 8 320 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 28 264 müraciət daxil olub. Xüsusi karantin rejimi dövründən öncə 1 289 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

12 651 sənəd (vətəndaşlar tərəfindən 2 874 ərizə, Təhsil Nazirliyindən 1 611,

digər qurumlardan 1 712, məktəblərdən 4 370 məktub, 594 strukturdaxili yazışma və 1 490 kadr ərizəsi) qəbul olunub. Həmçinin 4 542 elektron müraciətə baxılıb.

Xüsusi karantin rejimi dövründən öncə Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan müraciətlər operativ şəkildə cavablan-dırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

– Artıq məktəblilərin yay tətili başlayıb. Bu dövrdə şagird, müəllim və valideynlərə nə kimi tövsiyələr vermək istərdiniz?

– İlk olaraq hər kəsə koronavirus infeksiyasından qorunmaq və onun yayılmasının qarşısını almaq üçün bütün

gigiyenik normalara və karantin qay-dalarının tələblərinə əməl etmələrini, daha diqqətli olmalarını tövsiyə edirəm. Bütün uğurların təməlində sağlamlığın dayandığını, özümüzü, doğmalarımızı, yaxın ətrafımızı və cəmiyyətimizi qo-rumaq işində hər birimizin üzərinə eyni məsuliyyət payının düşdüyünü unutma-malıyıq.

Şagirdlər koronavirus infeksiyası təhlükəsinə görə uzun müddətdir ki, məktəbdən, aktiv tədris mühitindən kənarda qaldılar. Məktəblilər üçün teledərslər və onlayn tədris imkanları yaradılsa da, övladlarının asudə vaxt-larını daha yaxşı dəyərləndirmək üçün valideynlərin də kifayət qədər təcrübə topladığını düşünürük. Şagirdlərin bu müddətdə olduğu kimi, bundan sonrakı mərhələdə də asudə vaxtlarını daha yaxşı dəyərləndirmələri üçün valideynlərin üzərinə, xüsusilə, böyük məsuliyyət düşür. Onlar uşaqların asudə vaxtının səmərəli təşkilini təmin etməklə yana-şı, övladlarını yorulmadan öyrənməyə və araşdırma ruhuna kökləməyə həvəsləndirməlidirlər. Sözsüz ki, yay tətili vaxtı kitab oxumaq şagirdlərin ən sevimli məşğuliyyətlərindən biri olacaq. Valideynlər də unutmamalıdır-lar ki, uşaqlarda mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması vacib amillərdəndir. Valideynlər yay tətilində diqqətlərini bu məsələlərə yönəltməli və müəllimlər də bu işdə öz dəstəklərini göstərməlidirlər. Həmçinin müəllimlər onlayn təmaslar vasitəsilə vaxtaşırı uşaqlarla ünsiyyət yarada, onlara yay tətilinin daha yaxşı təşkili baxımından tövsiyələrini verə bilərlər. Unutmama-lıyıq ki, gücümüz də, uğurlarımız da birlikdədir.

“Xalq qəzeti”

Azərbaycan Milli Elmlər Akademiyasının Arxe-ologiya və Etnoqrafiya

İnstitutunun Avaxıl arxeoloji ekspedisiyası Şamaxı rayonu-nun Avaxıl kəndi ərazisindəki Ömər Sultan ziyarətgahında tədqiqatları başa vurmuşdur. Arxeoloji tədqiqatlar Heydər Əliyev Fondunun dəstəyi və xüsusi layihəsi əsasında aparılmışdır. Tədqiqatlar nəticəsində Azərbaycan sufiliyinin önəmli qolu olan xəlvətilik sufi məktəbinin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsi aşkar edilərək öyrənilmişdir.

5x5 metr ölçüdə olan türbə yonulmuş çay və qaya daşları ilə hörülmüşdür. Türbənin şimal divarları-nın, nisbətən yaxşı qalan hissəsində hündürlüyü 2,1 metr, qalınlığı 0,9 metr təşkil edir. Türbənin cənub tərəfi boyunca şərq-qərb istiqamətində uzanan qəbir kamerasının eni 0,9 metr, uzunluğu isə 2,1 metrdir. Qəbir kamerasının üzəri iri ölçülü qaya parçaları ilə örtülmüşdür. Qəbirdən şimal tərəfdə olan döşəmənin eni 1,9 metr, uzun-luğu isə 3,2 metrdir. Döşəmənin şimal kənarı boyunca ziyarətçilərin oturub zikr etməsi üçün xüsusi kətil hörülmüşdür. Türbənin cənub divarının mərkəzində eni 0,5 metr, salamat qalmış hissədə hündürlüyü 0,8 metr olan tağvari taxça qeydə alınmışdır. Taxçanın çöl tərəfində, cənub divarı qarşısında aşkar edilən, səlcuq zənciri ilə haşiyələnən mehrab təsvirli xatirə daşı da, məhz, Pir Ömərin məzarına aiddir.

Türbənin qərb divarı qoz ağacının çürüməkdə olan koğuşu ilə əhatələnir. Zaman-zaman ağacın kökləri türbənin qərb və şimal divar-larını sıxaraq xeyli dərəcədə dağıtmışdır. Tədqiqat zama-nı Pir Ömərin, məhz, belə

bir ağacın koğuşunda zikr etməsi hadisəsi ilə bağlı geniş yayılmış rəvayətlərin elmi dəyərini nəzərə alaraq ekspedisiya heyəti ağaca toxunmamışdır. Bu səbədən də türbənin qərb divarı tam olaraq açılmamışdır. Ora-dan yalnız üzü üstə düş-müş vəziyyətdə olan türbə kitabəsini götürmək mümkün olmuşdur. Kitabənin türbənin şimal-qərb küncündə, türbədaxili döşəmənin ora ilə əlaqəli olduğunu, habelə

türbənin qərb çöl tərəfində daş döşənmiş səkini xatırla-dan döşəmənin mövcudluğu qapı yerinin məhz orada olduğunu göstərir.

Tədqiqat zamanı türbə içərisi və ətrafından xəlvətilik sufi məktəbinə, onun banisi Pir Ömərə aid elmi cəhətdən çöx mühüm əhəmiyyət kəsb edən artefaktlar üzə çıxmışdır. Həmin tapıntı-lar içərisində bilavasitə Pir Ömərə aid qəbir və türbə

kitabəsi, xüsusilə maraqlı-dır. Türbə kitabəsindən bəlli olur ki, Pir Ömər 1409-cu ilin iyul ayında vəfat etmiş-dir. Kitabədə Pir Ömərin xəlvətilik sufi məktəbinin banisi və təriqət sahiblərinin əzizi olduğu qeyd olunmuş-dur. Kitabədə, həmçinin Pir Ömərə “şeyx”, “zahid”, “abid” kimi epitetlərlə xitab olunmuşdur. Maraqlıdır ki, sadə süls xətti ilə yazılmış ərəbdilli kitabədə Azərbaycan türkcəsində olan ifadələr də yer almışdır.

Türbənin ətrafından daha bir neçə kitabə aşkar edilmiş-dir. Həmin kitabələrdən biri Sultan Bayəzidin nəslindən olan Şeyx Cəlilə, digəri Şeyx Cəlilin oğlu Allahvermişə aid-

dir. Tarixi mənbələrdən məlum olduğu kimi, Sultan Bayəzid Pir Ömərin xəlifələrindən biri olan Bayəzid Pira-nidir. Onun nəslindən olan Şeyx Cəlil isə XVIII əsrin sonu – XIX əsrin əvvəllərində yaşamış xəlvətilik sufi məktəbinin davam-çılarındandır. Bu isə XIV əsrin ortaların-

da təşəkkül tapan Avaxıl xəlvətilik sufi xanəgahının XIX əsrin əvvəlinədək da-vamlı fəaliyyət göstərdiyini sübut edir.

Qazıntı prosesində ərazidə bir-birinin yaxınlığında olan çoxsaylı müsəlman qəbirləri də aşkar edilmişdir. Qəbirlərdən birinin kitabəsində Qurani-Kərimin “Ğafir” surəsinin 16-cı ayəsi həkk olunmuşdur: “Bu gün hakimiyyət kimindir? Vahid və Qəhhar olan Allahın”.

Arxeoloji tədqiqatlar zamanı türbənin içərisindən və ətrafından xəlvətilik sufi təliminin icrası ilə bağlı ritu-allara aid olduğu düşünülən digər artefaktlar da aşkar edilmişdir. Daş qablar, ke-ramika və sikkə nümunələri buna misal ola bilər.

Məlum olduğu kimi, ilkin olaraq Avaxılda təşəkkül tapan, Şirvanda və bütün Azərbaycanda formalaşma mərhələsi keçən xəlvətilik sufi təlimi daha sonra Avropa, Asiya və Afrikanın hüdudları daxilində də geniş yayılmış-dır. Orta əsr Azərbaycan mul-tikultural dəyərlərinin bariz nümunəsi olaraq təşəkkül və formalaşma dönəmində Şir-vanşahlar dövləti tərəfindən dəstək alan xəlvətilik sufi məktəbini daha sonra Teymu-ri, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı, Misir Məmlükləri kimi dövrün böyük dövlətləri də himayə etmişlər. Görün-düyü kimi, xəlvətilik sufi təlimi müasir dünyamızın geniş bir coğrafi arealını əhatə edir və onun çoxminli tərəfdarları bu

gün də qalmaqdadır.Minnətdarlıq hissi ilə

bildiririk ki, may ayının 25-də ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezi-dent Mehriban xanım Əliyeva Şamaxı rayonuna səfərləri çərçivəsində Pir Ömər Sul-tan ziyarətgahında olmuş, orada aparılan arxeoloji tədqiqatlarla maraqlanmış-lar. Cənab Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan tədqiqatların davam etdirilməsi və abidənin kon-servasiya olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıq və tövsiyyələrini vermiş-dir. İnanırıq ki, Pir Ömər türbəsinin aşkar olunması, konservasiya edilməsi, mövcud arxeoloji qalıqlar üzərində xatirə abidəsinin ucaldılması və ətrafının abadlaşdırılması Türk və İs-lam dünyasının Azərbaycana olan marağını daha da artı-racaqdır.

Qafar CƏBİYEV, tarix elmləri doktoru,

professor

Paşinyan əsassız fikirləri, yersiz replikaları ilə yenə özünü rüsvay etdi

Politoloq Şəbnəm Həsənova bildirib ki, Azərbaycan və Avro-pa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədində hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bü-tövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır: “Lakin bütün bunlara baxmayaraq, Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal edib və nəticədə bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. Bütün bu məsələləri iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də vurğula-yan cənab Prezident İlham Əliyevin hər zaman olduğu kimi tutarlı fakt-larla, məntiqli arqumentlərlə çıxışı, ən əsası, əsl liderlik, siyasi xarizma və etika nümayiş etdirdiyi bir zaman-

da Paşinyan növbəti dəfə gülünc vəziyyətə düşdü. Əsassız fikirləri, yersiz replikaları ilə bir daha özünü rüsvay etdi.

Ramil Səfərovdan danışdığı üçün cənab Prezidentin Paşinyana Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyanı xatırlatması, belə bir mötəbər videokonfransda onu növbəti dəfə susdurması və ona sakit durmasını tövsiyə etməsi bir

ölkə rəhbəri kimi Paşinyanın olmayan nüfuzundan xəbər verir”.

Ş.Həsənova vurğulayıb ki, Pa-şinyan, nəinki tarixi faktları bilmir, o, eyni zamanda, pandemiya şəraitində maskanın istifadə qaydalarından da xəbərsizdir: “Görəsən, videokon-frans zamanı maska taxan Paşinyan özünü yalan virusundanmı qoruyur-du? Koronavirusa yoluxan və sağa-lan Paşinyan əmin olsun ki, uğurlu

xarici siyasət kursu həyata keçirən və güclənən Azərbaycan Paşinya-nın yalan siyasətinə qarşı immunitet formalaşdırıb.

Bu gün qloballaşan dünyada əksər dövlət və hökumət başçıları ingilis dilində sərbəst danışarkən, Ermənistanın baş naziri tədbirdəki çıxışı zamanı yenə də kağızdan oxuyurdu. Hələ bu azmış kimi ingilis dilində danışarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlədir. Ermənicə çıxışında isə “Artsax” sözündən istifadə edir. Bu, bir daha onu göstərir ki, onun bütün cəhdləri yalnız daxili auditoriyanı əldə tutmağa çalışmasından irəli gəlir. Bu çıxış təkcə Paşinyanın “ingilis dili səviyyəsini” yox, bütövlükdə, onun “səviyyəsini” göstərdi”.

Bakı Şəhər İcra Hakimiyyətindən xəbərdarlıq: Küçələr güclü kimyəvi maddələrlə

dezinfeksiya olunacaqBakı Şəhər İcra Hakimiyyəti

(BŞİH) sakinlərə xəbərdarlıq edib. BŞİH-dən verilən məlumatda bildirilir ki, bazar günü, iyun ayının 21-də səhər saatlarından etibarən paytaxtın mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Dezinfeksiya zamanı istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranma-dığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

“Xalq qəzeti”

Ətrafdakı koronavirus xəstələri ilə bağlı XƏBƏRDARLIQ EDILƏCƏK

“E-Təbib” mobil tətbiqi vasitəsilə insanlar ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar ediləcək. İnfeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara (məsələn, sırada, dükanda və s.) bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək.

“E-Təbib” bluetooth texnologiyası əsasında işləyir, yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur: “Bu tətbiqdən nə qədər çox insan istifadə etsə, bütün yoluxanları daha dəqiq və daha sürətli şəkildə müəyyən etmək mümkün ola bilər! Tətbiqin köməyi ilə bir toxunuşla Koro-navorus Əleyhinə Qaynar xətlə əlaqə saxlamaq, statistik məlumatlar almaq və müvafiq yardım, həmçinin müxtəlif bildirişlər və xəbərlər al-maq mümkündür. Tətbiqi asanlıqla telefonu-nuza yükləmək mümkündür. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib”

yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin. Bluetooth qurğusunu işə sa-lın. “E-Təbib” tətbiqi mobil telefon nömrənizdən başqa heç bir şəxsi məlumatınızı toplamır”.

“Xalq qəzeti”

ISESCO pandemiya ilə mübarizəyə həsr olunmuş tədbirlərini davam etdirir

ISESCO bütün üzv ölkələri bu təşəbbüsə qoşul-mağa, rəqəmsal texnologiya-lar vasitəsilə təhsil və mədəni həyatın davam etdirilməsini təmin etməyə çağırıb. Təşkilatın “Rəqəmsal ev” layihəsi çərçivəsində ərəb dili kursları da keçirilir. Bu məqsədlə, “YouTube” sosial şəbəkəsində xüsusi kanal açılıb.

Bu günlərdə ISESCO bir sıra regional və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə videokonfrans keçirdi. Konfransın açılış sessiyasında təşkilatın baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət və Bilik na-ziri Nura əl-Kəəbi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin

Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos çıxış etdilər.

Konfransın gündəliyinə COVID-19 pandemiya-sı dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər, pandemiyadan sonrakı dövrdə mədəniyyət, mədəni turizm sahəsində yeni trendlər mövzuları barədə müzakirələrin aparılması və ISESCO-nun Rəqəmsal Mədəniyyət Strategiyası layihəsinin təqdimatı daxil idi.

Virtual konfransda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və ISESCO üzrə Azərbaycan Respub-likası Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə təmsil edirdi. Azərbaycan nümayəndə heyəti çıxış zamanı COVID-19 pande-

miyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verdi, həmçinin Azərbaycanın ISESCO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini qeyd etdi.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Uğurlar çevik qərarlara və birgə fəaliyyətə əsaslanır

İran “Şimal-Cənub” Nəqliyyat Dəhlizi üzrə yolu istismara verib

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan İranın Mazandaran vilayətindəki Sari-Takam-Kiasar yolu istismara verilib.

Məlumatda bildirilir ki, 17 kilometr uzun-luğunda yolun hər iki tərəfi 4 zolaqlıdır. Yol, həmçinin İranın Mazandaran və Simnan vilayətləri arasında yük və sərnişin daşıma-da əsaslı rola sahib olacaq. Mazandaran vilayətində 100 kilometrdən çox yol və 446 mənzilli binalar da istismara verilib.

2000-ci il 12 sentyabr tarixində Rusi-ya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib.

Dəhlizin yaradılmasında məqsəd Hindistan-dan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, “Şimal-Cənub” dəhlizi vasitəsilə 3 həftə olması gözlənilir).

Bundan əlavə bir sıra yolların (Qaimşəhr-Sari yolu, Mərzənabad yolunun 2-ci zolağı) inşasına baş-

lanılıb. Ümumilikdə, istismara verilən obyektlərə 2,41 trilyon rial (təxminən 57,4 milyon dollar) xərclənib və 8,5 trilyon rial (təxminən, 202 milyon dollar) dəyərində layihələrin icrasına başlanılıb.

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılmasıdır. Bu gün

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi uğurlu xarici siyasət ilə Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsi qismində çıxış edir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) korona-virus pandemiyası ilə bağlı cəmiyyətin təhsil və mədəni həyatını davam etdirmək məqsədilə “Rəqəmsal ev” layihəsi çərçivəsində interaktiv platfor-ma yaradıb. Təşkilatın saytında Mərakeşin Məhəmmədiyyə Alimlər Liqası ilə birlikdə platformanın məzmunu yerləşdirilib. Karantin rejimində evdə oturanlar üçün dini biliklər, ekstremizmə qarşı maarifləndirici əsərlər, elmi və mədəniyyət muzeyləri ilə virtual tanışlıq təqdim edilir. Bundan başqa, İslam aləminin ən zəngin kitabxanalarının linkləri vasitəsilə müxtəlif kitab-ları oxumaq mümkündür.

Pir Ömər Sultan ziyarətgahında tədqiqatlar başa çatmışdır

20 iyun 2020-ci il, şənbə 7

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 21 may 2020-ci il tarixli nömrəsində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələri üçün “Kasko” sığortası xidmətinin satın alınması ilə əlaqədar dərc edilmiş açıq tenderinin davamından “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən imtina edilmişdir.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 8 may 2020-ci il ta-

rixli nömrəsində “Azərsu” ASC “Sutikin-ti” Müəssisəsinin beton məmulatlarının elektron qaydada satın alması məqsədilə dərc edilmiş tenderində iddiaçıların rəsmi müraciətlərinə əsasən tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 6 iyul 2020-ci il saat 18.00-a, təkliflərin açılışı isə 7 iyul 2020-ci il saat 18.00-a dəyişdirilmişdir.

İddiaçılar “Azərsu” ASC “Sutikinti” Müəssisəsinin Təchizat şöbəsinə (əlaqələndirici şəxs -Hikmət Qasımova, 431 47 67 / 2249, [email protected]) müraciət edə bilərlər.

B İ L D İ R İ Ş“Xalq qəzeti”nin 26 dekabr 2019-cu il ta-

rixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin İsmayıllı rayonunun Basqal Dövlət Tarix Mədəniyyət Qoruğunda mövcud qaz xətlərinin yeraltı şəkildə yenidən qurulması işlərinin satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tenderində “VA GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin şirkətlə 2020-ci il iyunun 19-da müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Tender komissiyası

“Sabirabad Yem Zavodu” ASC səhmdarlarının nəzərinə!“Sabirabad Yem Zavodu”

ASC səhmdarlarının 30 iyun 2020-ci il saat 10.00-a təyin olunmuş ümumi yığıncağı-nın keçirilməsi vaxtı karantin rejimi və COVID -19 pandemi-yası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmışdır.

İclasın gələcəkdə keçirilməsi barədə səhmdarlara əlavə məlumat veriləcəkdir.

İdarə heyəti

B İ L D İ R İ Ş“Nadir Quliyev adına Bakı-Taxıl” ASC

səhmdarlarının 30 iyun 2020-ci il saat 10.00-a təyin olunmuş ümumi yığıncağının keçirilməsi vaxtı koronavirus pandemiyası ilə əlaqədar Bakı şəhərində tətbiq olunmuş xüsusi karantin rejimi və Bakıya girişin məhdudlaşdırılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salınır.

Ümumi yığancağın keçirilməsi vaxtı barədə əlavə məlumat veriləcəkdir.

Müşahidə şurası

Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi 2020-ci ildə cari təmir işləri üçün mal-materialların, maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender 1 (bir) lot üzrə keçiriləcəkdir.Lot- 1. Cari təmir işləri üçün mal-

materialların, maşın və mexanizmlərə ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun öz tender təkliflərini möhürlənib im-zalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkan-larına malik olmalıdırlar.

Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci ilin sonuna qədərdir.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs- Nurəddin Ələsgərov (baş mühasib).

Ünvan- Tərtər şəhəri, Vüqar Həsənov küçəsi 2.

E-mail: [email protected] iş 022-23-6-17-43.Maraqlananlar əsas şərtlər toplusu-

nu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.

İştirak haqqı 200 (iki yüz) manatdır.

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilat- Tərtərçay Hidroqovşağı İstis-marı İdarəsi

Bank rekvizitləri-• VÖEN- 7200072551Tərtər YXO• H/h- AZ63Aİ-

İB32051019444500201145• VÖEN-7200062591• Bank - “Kapital Bank”ın Tərtər filialı• VÖEN-9900003611• Kod- 200457• M/h- AZ-

37NABZ01350100000000001944• S.W.İ.F.T: AİİBAZ2XMalgöndərənlər (podratçılar) iddiaçı

statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qayda-da elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 60 (altmış) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağı-

dakılar daxildir:-malgöndərənin (podratçının) tam adı,

hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanla-rından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 10 iyul 2020-ci il saat 11.00-a kimi tender komis-siyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 20 iyul 2020-ci il saat 11.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmaya-caqdır.

Tender təklifi zərfləri 21 iyul 2020-ci il saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi

AÇIQ TENDER ELAN EDİRTender 1 lot üzrə

keçiriləcəkdir.Lot-1. Mətbəə məhsullarının

satın alınması.Tender iddiaçılarına təklif edilir

ki, dövlət satınalmalarının www.etender.gov.az vahid in-ternet portalına (portal) elekt-ron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etsinlər.

İddiaçılar 1000 (min) manat məbləğdə iştirak haqqını “Asan ödəniş” sisteminə nağdsız ödəniş etməklə tender üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Bank-Dövlət Xəzinədarlığı Agentliyi

Kod -210005M/h- AZ-

41NABZ01360100000000003944VÖEN- 1401555071SWIFT- CTREAZ22Alan müştəri- Azərbaycan

Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar

Nazirliyi yanında Dövlət Dəniz Agentliyi

H/h- AZE63CT-RE00000000000004428201

VÖEN- 1400872751Büdcə səviyyəsinin kodu- 7Təsnifat kodu- 142330İştirak haqqı heç bir halda geri

qaytarılmır. İddiaçılar tenderdə iştirak

üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-ması haqqında arayış;

- nizamnamə , qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver-gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haq-qında arayış;

- maliyyə vəziyyəti haqqında

bank arayışı;- iddiaçının fəaliyyəti haqqında

vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qal-malıdır.

İddiaçılar tenderlə bağlı su-alları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıdakı sənədləri 15 iyul 2020-ci il saat 12.06-ya, tender təklifi və bank zəmanəti sənədlərini isə 23 iyul 2020-ci il saat 12.06-ya qədər portal vasitəsilə təqdim etməlidirlər.

Tenderin açılışı 24 iyul 2020-ci il saat 12.06-da olacaq-dır.

Qeyd- tenderdə iştirak, ten-derin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyikartriclərin alınması, doldurulması, dəftərxana və

təsərrüfat mallarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİRTender iştirakçılarına təklif edilir ki, dövlət

satınalmalarının https://www.etender.gov.az/-vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcə də digər xərcləri nəzərə almalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə işti-rak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs – Rəşad İsmibəyli, telefon - (+99412)(498-89-14)(1328),

email: [email protected] 3 (üç) lot üzrə keçiriləcəkdir.Lot -1. Kartriclərin alınması və doldurulmasının

satın alınması .Lot -2. Dəftərxana mallarının satın alınması.Lot- 3. Təsərrüfat mallarının satın alınması.İştirak haqqı lot -1 və lot-2 üçün hər birinə 150

manat, lot -3 üçün isə 100 manatdır.Tenderdə iştirak haqqının ödənilməsi üçün

satınalan təşkilatın bank rekvizitləri:• Təşkilat–Kənd Təsərrüfatı Nazirliyi• VÖEN - 1700069791 (Kənd Təsərrüfatı

Nazirliyi)• H\h- AZ94CTRE00000000000002188301

(AZN) (mərkəzi aparat);• VÖEN- 1401555071 (Dövlət Xəzinədarlığı

Agentliyi)• Bank– Dövlət Xəzinədarlığı Agentliyi• Büdcə səviyyəsinin kodu- 7• Büdcə təsnifatının kodu- 142330• Kod- 210005• M/h- AZ41NABZ01360100000000003944• S.W.I.F.T. Code: CRTEAZ22İştirak haqqı heç bir halda geri qaytarılmır.İddiaçılar tenderdə iştirak üçün aşağıdakı

sənədləri təqdim etməlidirlər:- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizii həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-ması haqqında arayış;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam hüquqi adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sual-ları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanu-nuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 15 iyul 2020-ci il saat 11.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 23 iyul 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 24 iyul 2020-ci il saat 11.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yal-nız elektron qaydada portal vasitəsilə aparılır.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi

AÇIQ TENDER ELAN EDİRTender 1 lot üzrə

keçiriləcəkdir.Lot-1. Dəftərxana mallarının,

təsərrüfat ləvazimatlarının və kartriclərin satın alınması.

Tender iddiaçılarına təklif edilir ki, dövlət satınalmalarının www.etender.gov.az vahid in-ternet portalına (portal) elekt-ron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etsinlər.

İddiaçılar 400 (dörd yüz) manat məbləğdə iştirak haqqını “Asan ödəniş” sisteminə nağd-sız ödəniş etməklə tender üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Bank-Dövlət Xəzinədarlığı Agentliyi

Kod -210005M/h- AZ-

41NABZ01360100000000003944VÖEN- 1401555071SWIFT- CTREAZ22

Alan müştəri- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Dövlət Dəniz Agentliyi

H/h- AZE63CT-RE00000000000004428201

VÖEN- 1400872751Büdcə səviyyəsinin kodu- 7Təsnifat kodu- 142330İştirak haqqı heç bir halda geri

qaytarılmır. İddiaçılar tenderdə iştirak

üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-ması haqqında arayış;

- nizamnamə,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver-gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haq-qında arayış;

- maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının fəaliyyəti haq-qında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesaba-tının surəti.

Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qal-malıdır.

İddiaçılar tenderlə bağlı su-alları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıdakı sənədləri 15 iyul 2020-ci il saat 17.00-a, tender təklifi və bank zəmanəti sənədlərini isə 23 iyul 2020-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidilər.

Tenderin açılışı 24 iyul 2020-ci il saat 17.00-da olacaqdır.

Qeyd- tenderdə iştirak, ten-derin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elekt-ron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi

AÇIQ TENDER ELAN EDİRTender 1 lot üzrə

keçiriləcəkdir.Lot-1. Xüsusi geyim formaları-

nın satın alınması.Tender iddiaçılarına təklif edilir

ki, dövlət satınalmalarının www.etender.gov.az vahid in-ternet portalına (portal) elekt-ron imza vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etsinlər.

İddiaçılar 200 (iki yüz) manat məbləğdə iştirak haqqını “Asan ödəniş” sisteminə nağdsız ödəniş etməklə tender üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Bank-Dövlət Xəzinədarlığı Agentliyi

Kod -210005M/h- AZ-

41NABZ01360100000000003944VÖEN- 1401555071SWIFT- CTREAZ22Alan müştəri- Azərbaycan

Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi

H/h- AZE63CT-RE00000000000004428201

VÖEN- 1400872751Büdcə səviyyəsinin kodu- 7Təsnifat kodu- 142330İştirak haqqı heç bir halda geri

qaytarılmır. İddiaçılar tenderdə iştirak

üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma-ması haqqında arayış;

- nizamnamə,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Ver-gi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haq-qında arayış;

- maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının fəaliyyəti haq-qında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesaba-tının surəti.

Tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qal-malıdır.

İddiaçılar tenderlə bağlı su-alları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıdakı sənədləri 15 iyul 2020-ci il saat 16.27-yə, tender təklifi və bank zəmanəti sənədlərini isə 23 iyul 2020-ci il saat 16.27-yə qədər portal vasitəsilə təqdim etməlidirlər.

Tenderin açılışı 24 iyul 2020-ci il saat 16.27-də olacaqdır.

Qeyd- tenderdə iştirak, ten-derin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elekt-ron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

“OMNİ Finance” Bank Olmayan Kredit Təşkilatının 2019-cu il dekabrın 31-nə maliyyə hesabatı

Aktivlər 2019-cu ilNağd pul vəsaitləri 7.4Müştərilərə verilmiş kreditlər və avanslar 2107.4Kreditlər üzrə mümkün zərərin ödənilməsi uçün xüsusi ehtiyatəsas vəsait

-53

Digər aktivlər 746.8Cəmi aktivlər 2858Öhdəliklər: Kredit üzrə ödəniləcək məbləğ 2959Mənfəət vergisi öhdəlikləriDigər öhdəliklər 100Cəmi öhdəliklər 2859Kapital Səhmdar kapitalı 455Yığılmış zərər -399Cəmi kapital 75Cəmi öhdəliklər və kapital 2914MƏNFƏƏT VƏ ZƏRƏRLƏR HAQQINDA HESABAT

2018-ci il

Gəlir və xərclər Faiz gəlirləri 217Məzənnə fərqindən xalis gəlirlər Xalis faiz gəlirləri 217 Müştərilərə verilmiş kreditlərin dəyərsizləşdirilməsi üzrə ehtiyatƏməliyyat gəlirləri 217Haqq və komissiya xərcləri 25 Faiz xərcləri 162

İşçilərlə bağlı xərclər 20Ümumi və inzibati xərclər 29Əməliyyat xərcləri 236İl üzrə cəmi̇ ümumi̇ gəli̇r,zərər -19

Müstəqil auditorun hesabatı“Omni Finance” Bank olmayan kredit təşkilatı

MMC-nin səhmdarlarına və rəhbərliyinə!Maliyyə hesabatlarının auditinin nəticələri RəyBiz “Omni Finance” Bank olmayan kredit təşkilatı

MMC-nin (şirkət) 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə mənfəət, zərər , digər ümumi gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabat-lardan, habelə mühüm mühasibat uçotu prinsiplərinin icmalı da daxil olmaqla maliyyə hesabatlarına aid qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları 2019-cu il dekabrın 31-nə şirkətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsasBiz auditi Beynəlxalq Audit Standartlarına (BAS-lara)

uyğun apardıq. Həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün audi-torun məsuliyyəti” bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar mühasiblərin etika məcəlləsi”nə (MBESŞ Məcəlləsi) uyğun olaraq biz şirkətdən müstəqilik və MBESŞ məcəlləsinə uyğun etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Bizcə ,əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

19 iyun 2020-ci il Bakı, Azərbaycan

20 iyun 2020-ci il, şənbə

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

6300

1544

40 qəpik

ABŞ

Müavinət üçün müraciətKoronavirus

pandemiyası səbəbindən dünyanın əksər ölkələrində olduğu kimi, Birləşmiş Ştatlarda da əhali işsizliklə üzləşib. ABŞ Əmək Nazir-liyinin məlumatına görə, daha 1,5 milyon amerikalı

işsizlik müavinəti almaq üçün hökumətə müraciət edib. Bildirilir ki, pandemiya başlayandan bəri, ümumilikdə, 44 milyondan çox amerikalı işsizlik müavinəti almaq üçün müraciət edib.

Xəbəri “Bloomberg” verib.

Misir

Körfəzdə neft ehtiyatı aşkarlanıbSüveyş Körfəzinin

cənubunda aparı-lan kəşfiyyat işləri zamanı neft ehtiyatı aşkar edilib. Misi-rin Neft və Mineral Ehtiyatlar Nazirliyinin məlumatına görə, ərazidə ən azı 70 milyon barrel xam neft ehtiyatı var. Bildirilir ki, gələcəkdə buradakı yataqdan gündəlik 2 min barrel hasilat mümkündür.

Mütəxəssislər Süveyş Körfəzində daha çox neft ehti-yatları olduğu qənaətindədirlər.

Məlumatı “Business İnsider” yayıb.

Fransa

İxtisar planıFransanın

“Air France” hava yolları şirkətində ixtisar-lar aparılacaq. Bu bəyanatla Fransanın İqti-sadiyyat naziri

Brüno Lö Mer çıxış edib. Nazir qeyd edib ki, şirkətin 8 mindən 10 minədək əməkdaşı ixtisara düşəcək. O, koro-navirus pandemiyası səbəbindən şirkətin böyük həcmdə zərərə məruz qaldığını vurğulayıb.

Xatırladaq ki, ötən həftə İqtisadiyyat naziri aviasiya sektoruna 18 milyard avro vəsait ayrıldığını bildirmişdi.

Məlumatı “Euronews” yayıb.

İspaniya

Karlos Ruiz Zafon vəfat edibİspaniyalı

yazıçı Karlos Ruiz Zafon vəfat edib. O, dünya ədəbiyyatında “Du-man şahzadəsi” və “Küləyin kölgəsi” əsəri ilə məşhurlaşıb. Ya-zıçı “Der Fürst des Nebels” fantastik romanına görə, 1993-cü ildə “Edebé” mükafatına layiq görülüb.

1995-ci ilədək “Gecəyarı sarayı” və “Qaranlıq mühafizəçi” romanları “Duman trilogiyası” adlı debüt əsəri ilə satılmışdır. Ruiz Zafon, öz gəncliyinin ağrılı Barselona-sını “Marina” (1999) nağılında canlandırıb.

Xəbəri “El Pais” verib.

İtaliya

Pedro Rodriges “Roma”ya keçirİngiltərənin “Çelsi”

futbol klubunun hücum-çusu Pedro Rodriges London təmsilçisini tərk etməyə yaxındır. İspa-niyalı yarımmüdafiəçi İtaliyanın “Roma” komandasına keçməyə qərar verib. Onun

İtaliya klubu ilə 2+1 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilib. Müqavilənin detallarını müzakirə etdikdən sonra ispan futbolçunun artıq mövsümün qalan hissəsində “Çelsi”də oynamaq istəmədiyi vurğulanıb.

Məlumatı “AS” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 İyunun 20-də  Bakıda və Abşeron yarımadasında əsasən

yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcəyə çatacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Gecə 15-20, gündüz 32-37 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 12-17 , gündüz 20-25 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 19-24, gündüz 31-36 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar

rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 30-35 , dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 34-39 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 20-23, gündüz 30-35 , dağlarda gecə 16-20, gündüz 25-30 dərəcə isti olacaq.

Goranboy rayonundan Məhərrəm Quliyev və Goran-boy Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Goranboy Rayon Şöbəsinin rəisi İlqar Bağırova

QARDAŞININ

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

Professorlar Nazim Kazımov və Asəf Zeynalov ailələri ilə birlikdə Azərbaycan Dövlət İqtisad Universitetinin pro-rektoru Şaiq Əsgərova əzizi, tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi

FƏRMAN BAĞIROVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

ALLAH RƏHMƏT ELƏSİN

8

9 2011-ci il aprelin 7-də Bakı Şəhər Vergilər Departa-menti tərəfindən “SEFA KOZMETİK ELEKTRONİK DIŞ TİCARET SANAYİ LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə verilmiş 1601327051 nömrəli VÖEN-in şəhadətnaməsi itdiyi üçün etibarsız sayılır.

H.Aksoy vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri hazırda İraqın şimalında “Qartal caynağı” və “Pələng pəncəsi” şərti adları altında PKK terror təşkilatının ya-raqlılarına qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirirlər. Türkiyə rəsmisi, həmçinin qeyd edib ki, PKK Türkiyənin

milli təhlükəsizliyinə və İraqın ərazi bütövlüyü və suverenliyinə ciddi təhlükə törədir. Terrorçu-larla mübarizəni bir an belə zəiflətmək olmaz, bu, yolverilməzdir.

Türkiyəli diplomat sonra deyib ki, Ankaranın PKK ilə bağlı prinsipial mövqeyi

Türkiyənin Bağdaddakı səfiri vasitəsilə İraq rəsmilərinin diqqətinə çatdırılıb.

Siyasi təhlilçilər he-sab edirlər ki, Türkiyə XİN rəsmisinin sözügedən bəyanatla çıxış etməsinə səbəb bu günlərdə İraqın xa-rici siyasət idarəsinin yüksək vəzifəli nümayəndəsinin Türkiyə Ordusunun İraqın şimalında həyata keçirdi-yi antiterror əməliyyatları barədə gözlənilmədən tənqidi fikir söyləməsi olub.

Bu arada, “Anadolu” agentliyi xəbər verib ki, Türkiyə Ordusunun xüsusi təyinatlı dəstələri dünən axşam İraqın şimalındakı Həftənin rayonunda PKK terrorçularının mövqelərinə güclü zərbələr endiriblər. Türkiyə hərbçiləri yaraq-lıların gizləndiyi mağara-ları və silah anbarlarını

aşkar edərək yerlə-yeksan ediblər. Hərbi əməliyyat nəticəsində çox sayda yaraqlı zərərsizləşdirilib.

Dünən Türkiyənin Mil-li Müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib ki, İraqın şimalındakı antiterror əməliyyatları əli günahsız insanların qanına batmış bü-tün terrorçular məhv edilənə qədər davam etdiriləcək.

Xatırladaq ki, niyyəti regionda sabitliyi pozmaq və Türkiyə ərazisini parçala-maq olan PKK 1984-cü ildən ağır terrorçuluq fəaliyyəti ilə məşğuldur. Terrorçular bu illər ərzində Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşını və 6800 dinc sakini amansızcasına qətlə yetiriblər.

M.HACIXANLI, “Xalq qəzeti”

Çin ordusu əsir götürdüyü hindistanlı hərbçiləri azad edib

Bildirilir ki, əsirlər iyunun 18-də axşam saatlarında qarşı tərəfə təhvil verilib. Onlar ge-nerallar və dairə komandanları səviyyəsində keçirilən danışıq-lardan sonra azad olunub.

Qeyd olunur ki, ma-yın əvvəllərində Ladakh vilayətində hindistanlı və çinli əsgərlər arasında qarşıdurma-dan sonra regionda vəziyyət gərginləşib. İyunun 15-dən 16-na keçən gecə vilayət ərazisindəki Qalvan çayı rayonunda iki ölkə hərbçiləri arasında toqquşma baş verib. Nəticədə, Hindistan ordusu-nun ən azı 20 hərbçisi öldürü-lüb, 76-sı isə yaralanıb. Çinli hərbçilər arasında da ölənlərin olduğu bildirilir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

Hami Aksoy: Ankara Bağdaddan PKK ilə mübarizədə əməkdaşlıq gözləyir

“Rəsmi Ankara ümid edir ki, İraq hökuməti PKK ilə mübarizədə Türkiyə ilə sıx əməkdaşlıq və qarşılıqlı kömək şəraitində fəaliyyət göstərəcək”. Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Hami Aksoy dünən ölkə paytaxtında keçirdiyi brifinqdə bəyan edib.

Hindista-nın “Telegraph” nəşrinin yaydığı məlumata görə, Çin ordusu iyu-nun 15-16-da Şərqi Ladaks vilayətində baş verən toqquş-malar zamanı əsir götürülən 10 hin-distanlı hərbçini, o cümlədən, 4 yüksək rütbəli hərbçini azad edib.

Dünyada qaçqınların sayı rekord həddə çatıb

Qeyd edək ki, bu statistika BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 20 İyun – Dünya Qaçqınlar Günü münasibətilə yaydığı hesabatda əksini tapıb. Hesabat müəllifləri bildirirlər ki, son on ildə dünyadakı qaçqınların sayı 40 milyon nəfərdən 79,5 milyon nəfərədək, təqribən, iki dəfə artıb. Bu, təşkilatın yetmiş illik tarixində ən yüksək göstəricidir.

Hesabatda o da xüsusi olaraq vurğulanıb ki, son bir ildə dünyadakı qaçqınların sayı 9 milyon nəfər və ya 12 faiz artıb.

Yeri gəlmişkən, BMT Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Filippo Qrandi bildirib ki, koronavirus pandemiyası və onun nəticəsində yoxsulluq səviyyəsinin artması Avropaya qaçqın axınını daha gücləndirəcək. Bu isə nəticə etibarilə dünyada qaçqınların sayının daha da artmasına gətirib çıxara bilər.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatına əsasən, dünyada yaşayış yerlərindən didərgin düşmüş insanla-

rın sayı rekord həddə çatıb. Bildirilir ki, dün-yanın müxtəlif regionlarında baş verən silahlı münaqişələr, müharibələr, zorakılıqlar səbəbilə planetin əhalisinin təxminən bir faizi öz yaşayış yerini tərk etməyə məcbur olub. Bununla da, dün-yada qaçqınların sayı 79,5 milyon nəfərə çatıb.

Neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti art-maqda davam edir. Londonun “İCE” Birjası-nın məlumatına görə, “Brent” markalı neftin

qiyməti 2,39 faiz artaraq bir barreli 42,44 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu

adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,95 faiz arta-raq bir barreli 39,20, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 2,1 faiz artaraq bir barreli 43,1 dollar olub.

OPEC-in Monitorinq Komitəsinin iclasından sonra dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib ki, dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşır. Əgər OPEC+ daxil olan dövlətlər hasilatı azaltmaq barədə razılaşmaya əməl etməsələr onlar kompensasiya ödəyəcəklər. Artıq İraq və Qazaxıstan da üç ay hasilatı əlavə azaltmaq barədə müqavilə imzalayıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Rusiyanın paytaxtı Moskvada Böyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin 75 illiyi münasibəti ilə “Qələbə Sərkərdəsi” sərgisi açılıb.

Sərgidə alman faşizminə qar-şı döyüşlərdə qələbənin taleyini həll edən sovet ordusunun mar-şallarının, generallarının, alay komandirlərinin, əsgərlərinin şəkilləri , mükafatları, onların qəhrəmanlıqlarını əks etdirən

fotolar və s. nümayiş etdirilir.Sərgi mayın 9-da açılmalı

idi. Lakin COVID-19 virusu-nun yayılmasına görə sərgi indi açılıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Moskvada “Qələbə Sərkərdəsi” sərgisi

ABŞ-da etirazçılar Corc Vaşinqtonun heykəlini dağıtdı

� KOİN telekanalı xəbər verir ki, ABŞ-ın Oreqon ştatının Portlend şəhərində etirazçılar ölkənin ilk prezidenti Corc Vaşinqtonun heykəlini uçurub.

Abidə şəhərin şimal-qərb hissəsində “Al-maniya-Amerika cəmiyyətinin binası önündə yerləşirdi. 20 nəfərdən ibarət qrup heykəlin üzərinə ABŞ bayra-ğı ataraq yandırıb. Daha sonra qrupun sayı çoxaldıqca heykəlin uçurulmasına qərar verilib. Etiraz-çılar abidəni yıxaraq onun üzərinə “1619” yazıblar. Bu tarix Amerikaya, o vaxtkı İngiltərə koloniyasına qulların ilk dəfə gətirildiyi ili simvolizə edir.

Qeyd edək ki, ABŞ-da Xristofor Kolumbun da bir neçə abidəsi dağıdılıb.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Azərbaycanda koronavirusa daha 438 nəfər yoluxub, 133 nəfər sağalıb

� Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 438 yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 11 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib. Aktiv xəstə sayı 5299 nəfərdir.