177
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT KİTABXANASI ─────────────────────────────────────────────────────────────────────────────────── 1 VII FƏSİL ƏLAVƏLƏR MÜNDƏRİCAT Bələdiyyə seçkiləri - 1999 12 dekabr - Bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa müraciəti 10 dekabr 1999-cu il Azərbaycan Prezidenti Heydər Əliyev səsvermədə iştirak etmişdir Bələdiyyə seçkiləri – 2004 Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs vermişdir Avropa Şurası Azərbaycandakı bələdiyyə seçkilərini demokratiyanın inkişafında irəliyə doğru addım hesab edir Bələdiyyə seçkiləri – 2009 Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərinin vaxtı təyin edildi Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs vermişdir Azərbaycanda bələdiyyə seçkiləri keçirildi Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunlarını elan etmişdir 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı MSK bələdiyyə üzvü seçilmiş namizədlər haqqında statistik məlumatları açıqlamışdır Bələdiyyə seçkiləri – 2011 Siyasi partiyaların və siyasi partiyalar bloklarının bələdiyyə seçkilərində iştirakının əsasları Bələdiyyə seçkiləri başa çatdı Bələdiyyə seçkiləri – 2014 Bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınmasının əsasları və qaydaları, qeydə alınmış namizədlərin statusu Seçki komissiyalarının fəaliyyətində kargüzarlıq işinin təşkilinə dair tələblər Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat və onun növləri Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması məsuliyyət yaradır Abşeron rayonunda bələdiyyə seçkilərinin ədalətli, şəffaf və mütəşəkkil keçirilməsi üçün bütün şərait yaradılıb Azərbaycanda yerli özünüidarənin formalaşması və seçkilərin bu prosesdə rolu Bələdiyyə seçkiləri qarşısında Bələdiyyə seçkiləri – 2019 Bələdiyyə seçkilərinin təyin edilməsi, namizədlərin irəli sürülməsinin əsasları və qaydaları MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi başladı Namizədlərin seçki fondları şəffaf olmalıdır: Seçki fondları, xüsusi seçki hesabları, seçki fonduna könüllü ianələr, seçki fondlarının vəsaitlərinə dair hesabat və həmin vəsaitlərin istifadəsində aşkarlıq Bələdiyyələr: təcrübə və fəaliyyət Bələdiyyələrin statusu haqqında Azərbaycanda yerli özünüidarəetmənin vəziyyəti barədə rəy Bir neçə sual və cavab Azərbaycanın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakına dair ümumrespublika toplantısı (27 iyun 2007-ci il)

Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

  • Upload
    others

  • View
    6

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

1

VII FƏSİL

ƏLAVƏLƏR

MÜNDƏRİCAT

➢ Bələdiyyə seçkiləri - 1999 ➢ 12 dekabr - Bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Heydər

Əliyevin xalqa müraciəti 10 dekabr 1999-cu il

➢ Azərbaycan Prezidenti Heydər Əliyev səsvermədə iştirak etmişdir

➢ Bələdiyyə seçkiləri – 2004 ➢ Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs vermişdir

➢ Avropa Şurası Azərbaycandakı bələdiyyə seçkilərini demokratiyanın inkişafında irəliyə doğru

addım hesab edir

➢ Bələdiyyə seçkiləri – 2009 ➢ Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

➢ Bələdiyyə seçkilərinin vaxtı təyin edildi

➢ Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs vermişdir

➢ Azərbaycanda bələdiyyə seçkiləri keçirildi

➢ Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunlarını elan etmişdir

➢ 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

➢ MSK bələdiyyə üzvü seçilmiş namizədlər haqqında statistik məlumatları açıqlamışdır

➢ Bələdiyyə seçkiləri – 2011 ➢ Siyasi partiyaların və siyasi partiyalar bloklarının bələdiyyə seçkilərində iştirakının əsasları

➢ Bələdiyyə seçkiləri başa çatdı

➢ Bələdiyyə seçkiləri – 2014 ➢ Bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınmasının əsasları və qaydaları,

qeydə alınmış namizədlərin statusu

➢ Seçki komissiyalarının fəaliyyətində kargüzarlıq işinin təşkilinə dair tələblər

➢ Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat və onun növləri

➢ Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması məsuliyyət yaradır

➢ Abşeron rayonunda bələdiyyə seçkilərinin ədalətli, şəffaf və mütəşəkkil keçirilməsi üçün bütün

şərait yaradılıb

➢ Azərbaycanda yerli özünüidarənin formalaşması və seçkilərin bu prosesdə rolu Bələdiyyə

seçkiləri qarşısında

➢ Bələdiyyə seçkiləri – 2019 ➢ Bələdiyyə seçkilərinin təyin edilməsi, namizədlərin irəli sürülməsinin əsasları və qaydaları

➢ MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb

➢ Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi başladı

➢ Namizədlərin seçki fondları şəffaf olmalıdır: Seçki fondları, xüsusi seçki hesabları, seçki

fonduna könüllü ianələr, seçki fondlarının vəsaitlərinə dair hesabat və həmin vəsaitlərin

istifadəsində aşkarlıq

➢ Bələdiyyələr: təcrübə və fəaliyyət ➢ Bələdiyyələrin statusu haqqında

➢ Azərbaycanda yerli özünüidarəetmənin vəziyyəti barədə rəy

➢ Bir neçə sual və cavab

➢ Azərbaycanın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakına dair ümumrespublika

toplantısı (27 iyun 2007-ci il)

Page 2: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

2

- Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt

bələdiyyəsinin sədri Əbülfəz Babayevin məruzəsi

- Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin çıxışı

➢ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə (2016-cı

il üzrə)

- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirovun Milli Məclisdə çıxışı

➢ Məqalələr ➢ Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sistemi

➢ Yerli özünüidarə və hakimiyyət orqanlarının qarşılıqlı əlaqələrində ədliyyənin rolu

➢ Bələdiyyələr demokratik cəmiyyətin əsas atributlarından biridir

➢ Bələdiyyələrin 10 illik fəaliyyəti

➢ Bələdiyyələrin dövlət reyestrini Milli Məclis aparacaq

➢ Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət mexanizmləri təkmilləşdirilir

➢ Azərbaycan respublikasında yerli özünüidarəetmənin həyata keçirilməsinin formaları

➢ Bələdiyyələrin kadr problemləri və onların həlli yolları

➢ Dövlətin və yerli özünüidarəetmənin maraqlarının təminatının hüquqi mexanizmi

➢ Azərbaycanda yerli özünüidarəetmə orqanlarının informasiya təminatının təşkili

➢ Azərbaycanda yerli özünüidarənin inkişaf mərhələləri

➢ Bələdiyyə - xalq özünüidarəetmə institutu demokratiyanın təzahür forması kimi

➢ Bələdiyyələr ilə icra hakimiyyəti orqanları arasında münasibətlərin təkmilləşdirilməsində

beynəlxalq təcrübənin tətbiqinin bəzi aspektləri

➢ Yerli özünüidarəetmədə demokratik ənənələr tətbiq olunur

➢ Bələdiyyələr: inkişaf, problemlər və vəzifələr

➢ Yerli özünüidarəetmə və onun özünütəyinetmə məzmunu

➢ Azərbaycan Respublikasinda yerli özünüidarəetmənin maliyyə-iqtisadi əsasları

➢ Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu

➢ Bələdiyyələr hüquqi dövlət quruculuğunun tərkib hissəsi kimi

➢ Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti

➢ Azərbaycanda özünüidarəetmə sisteminin formalaşması

➢ Vətəndaş cəmiyyətində yerli özünüidarəetmə orqanlarının rolu

➢ Yerli özünüidarəetmədə iştirakçılıq

➢ Yerli özünüidarəetmə siyasi və sosial aktivliyi artırır

➢ Özünüidarəetmə siyasi mədəniyyət səviyyəsini artırır

➢ Yerli özünüidarəni bələdiyyələr həyata keçirir

➢ Demokratik dəyərlərdən biri bələdiyyələrin yaradılmasıdır

➢ Qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var:

Bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas

şərtlər sırasındadır

➢ Bələdiyyələrin fəaliyyəti üçün tam şəkildə qanunvericilik bazası yaradılıb

➢ Yerli özünüidarəni bələdiyyələr həyata keçir

➢ Bələdiyyə fəaliyyətinin 20 ili: Azərbaycanda səmərəli yerli özünüidarəetmə sisteminin

formalaşması

➢ Azərbaycan regionlarının inkişafında bələdiyyələrin rolu

➢ Torpaqların mühafizəsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri

Page 3: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

3

VII FƏSİL

ƏLAVƏLƏR

Bələdiyyə seçkiləri - 1999

12 dekabr - Bələdiyyə seçkiləri ilə əlaqədar

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqa müraciəti

10 dekabr 1999-cu il

Əziz həmvətənlər, bacılar, qardaşlar!

Azərbaycan Respublikasının vətəndaşları!

İki gündən sonra - dekabr ayının 12-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcəkdir. Bələdiyyə

seçkiləri Azərbaycanda ilk dəfə aparılır. Bələdiyyələrin yaranması və onlara seçkilər keçirilməsi barəsində

1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna

görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi ən öncə Azərbaycan

Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir.

Eyni zamanda son 4 ay ərzində bələdiyyələr haqqında, bələdiyyələrə seçkilər haqqında, bələdiyyələrin

səlahiyyətləri və vəzifələri haqqında bir neçə qanunlar qəbul olunubdur. Beləliklə, bələdiyyə seçkilərini

keçirmək üçün lazımi işlər görülübdür.

Dünən axşam Mərkəzi Seçki Komissiyası seçki prosesi haqqında, bələdiyyə seçkilərinə aparılan hazırlıq

haqqında televiziya ilə geniş məlumat veribdir. Bu məlumat bu gün mətbuatda da dərc olunubdur. Bu

məlumatdan görünür ki, Azərbaycanda bələdiyyə seçkilərinə vətəndaşlar tərəfindən çox böyük maraq, çox

böyük həvəs göstərilir və böyük fəallıq nümayiş etdirilir. Bu, çox sevindirici haldır. Onu demək istəyirəm ki,

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin əsasını təşkil edən - ölkəmizdə

demokratik seçkilərin keçirilməsidir.

Bildiyiniz kimi, biz artıq 1995-ci ildə tam demokratik prinsiplər əsasında parlament seçkiləri keçirmişik.

1998-ci ildə prezident seçkiləri keçirilibdir. Bu sahədə xeyli təcrübə əldə olunubdur.

Ancaq bələdiyyə seçkiləri o seçkilərdən fərqlənir. Ona görə ki, bu, daha da kütləvi təşkilatların

yaranması üçün keçirilən seçkilərdir. Vətəndaşların fəallığı və qeydə alınmış namizədlərin sayı, bələdiyyələrin

sayı məhz onu göstərir ki, həqiqətən bələdiyyələr Azərbaycanın hər guşəsini əhatə edən yerli özünüidarəetmə

orqanları kimi kütləvi xarakter daşıyırlar. Beləliklə, seçkilər də əvvəlki seçkilərə nisbətən daha da kütləvidir. O

mənada ki, bələdiyyələrin sayı çoxdur və bir də, bələdiyyələrə seçilmək üçün özünü namizəd göstərmiş və

müvafiq seçki komissiyaları tərəfindən qeydə alınmış vətəndaşların sayı həddindən çoxdur.

Məsələn, mən verilən məlumatlarla tanış oldum. Bakının rayonlarında, - hansında ki, bir bələdiyyə

olacaqdır, - 19 nəfər bələdiyyə üzvü nəzərdə tutulduğu halda, 60-70, bəlkə də 80 namizəd göstərilibdir. Təbiidir

ki, bu, insanların həm marağını, həm həvəsini göstərir, həm də seçicilər üçün, vətəndaşlar üçün özləri istədiyi

adamı seçib ona səs verməyə imkan yaradır.

24 siyasi partiya bələdiyyə seçkilərində iştirak etmək üçün öz namizədlərini verib və onların

namizədlərinin əksəriyyəti də qeydə alınıbdır. Bu da, demək olar ki, qeydə alınan namizədlərin bir çox hissəsini

təşkil edir. Digər hissəsi isə bitərəf vətəndaşlardır, onlar özləri öz namizədliklərini veriblər.

Bu mənzərə də təbiidir. Çünki Azərbaycanda partiyalar mövcuddur, amma çoxu kiçik partiyalardır.

Ümumiyyətlə, Azərbaycan cəmiyyətində siyasiləşmə, partiyalaşma prosesi hələ özünün ilk dövrünü yaşayır.

Ancaq bununla bərabər, hesab edirəm, bu, müsbət haldır ki, 24 siyasi partiya öz namizədlərini, nümayəndələrini

verib və qeydə alınıblar. Demək, bələdiyyə seçkilərində iştirak edəcəklər.

Beləliklə, hazırlıq işləri görülübdür. İndi əsas vəzifə dekabr ayının 12-də seçkiləri keçirməkdən

ibarətdir. Bələdiyyə seçkiləri Azərbaycanda gedən demokratikləşmə prosesinin böyük bir hissəsi, böyük bir

qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin böyük bir hissəsi, böyük bir sahəsidir.

Qeyd etdiyim kimi, biz bunu ilk dəfə keçiririk. Beləliklə, biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli

özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə

etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Əgər bələdiyyə seçkiləri uğurla keçirilsə, əgər

bələdiyyələrə həqiqətən, hər bir bölgədə fəaliyyət göstərib xalqa xidmət etmək arzusunda olan insanlar seçilsə

və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza yaxşı xidmət göstərə bilsə, təbiidir ki, bu, bizim

ölkəmizin inkişafında çox böyük rol oynayacaq və dövlətin qarşısında duran vəzifələrin bir qismini bələdiyyələr

öz üzərinə götürəcəkdir.

Page 4: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

4

Ona görə də bu, indi çox mühüm bir mərhələdir. Biz bu mərhələyə gəlib çatmaq üçün böyük yol

keçmişik. Ancaq mənə belə gəlir ki, əsas işlər qarşıdadır. Bunun üçün də bələdiyyələrə seçkilər çox uğurlu

olmalıdır.

Qeyd etdim, bir də demək istəyirəm, bələdiyyə seçkiləri Azərbaycanda demokratiyanın inkişafının

göstəricisidir. Ancaq bu, o vaxt həqiqi göstərici ola bilər ki, seçkilər tam demokratik şəraitdə, sərbəst şəraitdə

keçirilsin, insanlar öz arzularını, istəklərini sərbəst ifadə edə bilsinlər və bunlar səsvermədə öz əksini tapa bilsin.

Mən xalqa müraciət edərək, birincisi, vətəndaşlarımızı, seçiciləri seçkilərdə fəal iştirak etməyə dəvət

edirəm. Təbiidir ki, seçkidə iştirak etmək, yaxud iştirak etməmək hər bir vətəndaşın şəxsi hüququdur. Ancaq

eyni zamanda hər bir vətəndaş Konstitusiyanın ona verdiyi hüquqdan istifadə etməli, kənarda qalmamalıdır.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan vətəndaşları Azərbaycanda demokratiyanın

yaranmasında, dövlət quruculuğu prosesinin yaranmasında indiyə qədər fəal iştirak etdikləri kimi, yerli

idarəetmə orqanlarının yaranması üçün keçirilən bələdiyyə seçkilərində də fəal iştirak edəcəklər.

Bələdiyyə seçkilərini yaradılmış seçki komissiyaları aparacaqdır - məntəqə seçki komissiyaları və ərazi

seçki komissiyaları Mərkəzi Seçki Komissiyası sadəcə, buna ümumi rəhbərlik edir. Amma əsas səlahiyyətlər

ərazi seçki komissiyalarının və məntəqə seçki komissiyalarının üzərindədir.

Verilən məlumatlara görə, bu seçki komissiyaları yaxşı təşkil edilib, demokratik şəraitdə təşkil

olunubdur, demokratik prinsipləri əks etdirir. Bu komissiyalar əhalinin bütün təbəqələrini, o cümlədən siyasi

partiyaları təmsil edirlər. Yəni onlar komissiyalarda təmsil olunurlar.

Beləliklə, indiyə qədər görülən işlər nəticəsində məntəqə, ərazi seçki komissiyalarının bu seçkiləri

uğurla və tam demokratik aparmaq üçün bütün imkanları var. Təbiidir ki, nəticə həm seçicilərin fəallığından,

həm sərbəst səs vermələrindən, həm də seçki komissiyalarının seçkiləri yaxşı təşkil etməsindən asılı olacaqdır.

Mən ümid edirəm ki, bizim vətəndaşlarımız çalışacaqlar bu vəzifələri də layiqincə yerinə yetirsinlər.

Bir də qeyd edirəm ki, bizim dövlət quruculuğu prosesində demokratiya, demokratiyanı inkişaf

etdirmək üçün sərbəst, azad seçkilər xüsusi yer tutur. Biz son illər seçkilərin keçirilməsində yaxşı nəticələr əldə

etmişik, yaxşı təcrübə də əldə etmişik.

Təbiidir ki, keçmiş seçkilərdə nöqsanlar da olub, pozuntular, qüsurlar da olubdur. Bunlar da təbiidir.

Çünki dövlət müstəqilliyi əldə ediləndən sonra Azərbaycanda seçkilərin demokratik şəraitdə keçirilməsi

vətəndaşlar üçün yeni bir hadisə, yeni bir haldır. Vətəndaşlarımız uzun illər, onilliklərlə seçkilərdə keçmiş

sistem əsasında iştirak ediblər. Ona görə də insanların demokratik seçkilərin keçirilməsinə alışması və hər bir

vətəndaşın seçkilərə həqiqətən maraq göstərməsi, demək, öz dövlətinə, öz dövlət orqanlarına, özünün seçilmiş

nümayəndələrinə maraq göstərməsi çox vacib bir haldır.

Hesab edirəm ki, biz son illər keçirdiyimiz seçkilər nəticəsində xeyli təcrübə əldə etmişik. Mənim

arzum, istəyim ondan ibarətdir ki, əldə edilmiş təcrübədən həm seçki komissiyaları tərəfindən səmərəli istifadə

olunsun, həm də bizim vətəndaşlarımız, seçicilər əvvəlki seçkilərdən də fərqli olaraq bu seçkilərdə birincisi,

daha fəal iştirak etsinlər, ikincisi, öz fikirlərini sərbəst, azad ifadə etsinlər.

Ancaq bunu təmin etmək üçün eyni zamanda seçkilərə kənardan müdaxilələrin də qarşısı alınmalıdır.

Mən qeyd etdim ki, seçkiləri yalnız və yalnız seçki komissiyaları keçirirlər. Ona görə də icra orqanlarının və

müxtəlif dövlət orqanlarının seçki prosesinə qarışması, müdaxilə etməsi qətiyyən yolverilməzdir. Mən bunu

xüsusi vurğulayıram və bütün icra orqanlarına, dövlət orqanlarına bir də xəbərdarlıq edirəm ki, onlar seçki

prosesinə müdaxilə etməməli, qarışmamalıdırlar və belə halların qarşısını özləri vaxtında almalıdırlar.

Onların vəzifəsi bundan ibarətdir. Əgər biz buna nail ola bilsək, hesab edirəm ki, demokratiyanın

inkişafında böyük bir addım ata biləcəyik.

Seçkiləri müşahidə etmək üçün müşahidəçilər gəliblər. Beynəlxalq təşkilatlardan gəliblər, ayrı-ayrı

ölkələrdən parlament üzvləri gəliblər və bu gün də gələcəklər. Bu, bizim üçün çox əhəmiyyətli bir haldır. Çünki,

birincisi, bu beynəlxalq müşahidəçilərin varlığı seçki komissiyalarında işlərin tam demokratik şəraitdə

aparılması üçün, necə deyərlər, müəyyən qədər faktor rolu oynayır. Amma ikinci tərəfdən də, müşahidəçilər öz

müşahidələri ilə seçkilərin demokratik, azad, sərbəst keçirilməsinə mənən yardım edəcəklər.

Təbiidir ki, onlar müşahidə edərək, Azərbaycanda seçkilərin hansı səviyyədə keçirilməsi haqqında

sonra öz fikirlərini bildirəcəklər. Bizim üçün də çox vacibdir ki, bu fikirlər müsbət olsun.

Ancaq biz seçkiləri müsbət qiymət almaq üçün keçirmirik. Biz özümüz demokratiyanı, sərbəst seçkiləri

Azərbaycanın dövlət quruculuğunun strateji yolu kimi qəbul edərək və nəzərə alaraq bu seçkilərin tam

demokratik, sərbəst, azad keçirilməsinə nail olmalıyıq. Əgər belə olarsa, təbiidir ki, seçkilərin nəticəsinə görə də

beynəlxalq təşkilatlarda, ayrı-ayrı ölkələrdə onların müşahidəçiləri vasitəsilə Azərbaycanda demokratiyanın

bugünkü səviyyəsi haqqında daha da dolğun, düzgün və daha da ədalətli fikir formalaşacaqdır.

Bizim ölkəmiz demokratiya yolu ilə gedən ölkədir, hüquqi, demokratik dövlət quruculuğu prosesi aparan

ölkədir. Biz bu yolda çox işlər görmüşük. Ancaq hələ qarşımızda duran vəzifələr və görüləsi işlər də çoxdur.

Page 5: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

5

Azərbaycanda hər bir seçki prosesi insanları, vətəndaşları demokratiya prinsiplərinə daha da

yaxınlaşdırmalıdır. Yeni demokratiya prinsipləri insanların daxili mənəviyyatı olmalıdır. Onların üzərində bir

vəzifə kimi yox, onlara bir tapşırıq kimi yox, insanların özlərinin daxili mənəviyyatının tərkib hissəsi olmalıdır.

Belə olan şəraitdə biz gələcəkdə də Azərbaycanda demokratiyanı sürətlə inkişaf etdirə bilərik. Əmin olduğumu

bildirmək istəyirəm ki, bələdiyyə seçkiləri bu barədə bizim üçün mərhələ olacaq və yaxşı nəticələr verəcəkdir.

Mənim arzum, istəklərim bundan ibarətdir.

Qeyd etmək istəyirəm ki, bələdiyyə seçkilərinin uğurla keçirilməsi Azərbaycanda yerli idarəetmə

orqanlarının yaranmasını müəyyən edəcəkdir, yaranmasını təşkil edəcəkdir. Yerli idarəetmə orqanları isə

yerlərdə onların səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Beləliklə, onlar dövlətin

də gördüyü işlərin böyük bir hissəsini öz üzərilərinə götürəcəklər, dövlətin də yükünü müəyyən qədər

yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti bizim

cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir.

Şübhəsiz ki, seçkilər zamanı, ola bilər, səhvlər də buraxılsın, qüsurlara da yol verilsin, pozuntular da

olsun. Bunun nəticəsində bələdiyyələrə seçilmək üçün öz namizədliyini göstərmiş vətəndaşlar narazılıqlarını

bildirə, şikayət edə bilərlər. Mən birinci növbədə seçki komissiyalarına müraciət edirəm ki, onlar hər bir

namizədin şikayətinə, narazılığına dərhal reaksiya versinlər, baxsınlar və ədalətli qərar qəbul etsinlər.

Əgər vətəndaşlar bunlara nail ola bilməsələr, təbiidir ki, onlar bizim məhkəmələrə müraciət edə

bilərlər. Mən bütün məhkəmələrə müraciət edərək onlardan xahiş edirəm ki, bələdiyyə seçkiləri günü və ondan

sonrakı günlərdə - bələdiyyə seçkiləri nəticələrinin yekunlaşması prosesində onlara daxil olmuş hər bir şikayətə

birincisi, vaxtında baxsınlar, ikincisi də ədalətli baxsınlar. Bu seçkilərdə ədalətin təmin olunması bizim üçün hər

şeydən üstündür. Hər şeydən üstündür! Çünki biz ədalətli bir cəmiyyət yaradırıq. İstəyirik ki, hər yerdə ədalət

olsun, hər yerdə düzgünlük olsun, hər yerdə təmizlik olsun. Bunların hamısı da açıq-aşkar, demokratiya

şəraitində ola bilər. Ona görə də seçkilərin açıq-aşkar keçirilməsi, demokratiya şəraitində keçirilməsi və

insanların öz hüquqlarının pozulduğu halda bu hüquqların bərpa edilməsi üçün imkanlarının olması, təbiidir ki,

bizə qarşımızda duran vəzifələri yerinə yetirməyə imkan verəcəkdir.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, bu arzularım, bu istəklərim birincisi, bizim

vətəndaşlarımız tərəfindən qəbul olunacaq, ikincisi, seçki komissiyaları tərəfindən nəzərə alınacaqdır. Beləliklə,

biz bələdiyyə seçkilərini uğurla həyata keçirəcəyik.

Mən Azərbaycanın bütün vətəndaşlarına səadət arzulayıram, sülh və əmin-amanlıq şəraitində

yaşamalarını arzulayıram. Arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşı günü-gündən yaxşı yaşasın. Bunun

üçün dövlət əlindən gələni edir və bundan sonra da edəcəkdir.

Arzu edirəm ki, hər bir vətəndaş Azərbaycanda dövlət quruculuğu prosesində, seçkilərdə fəal iştirak

etsin. Hamınıza uğurlar arzulayıram. Sağ olun.

Page 6: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

6

Azərbaycan Prezidenti Heydər Əliyev

səsvermədə iştirak etmişdir

1999-cu il dekabrın 12-də respublikamızın şəhər, rayon və kəndlərində ilk dəfə olaraq bələdiyyə

seçkiləri keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin gün Bakının Səbail rayonundakı Tofiq

İsmayılov adına Uşaq-gənclər yaradıcılıq sarayında yerləşən 17 nömrəli seçki məntəqəsində səs vermişdir.

1140 nəfərdən artıq seçicini əhatə edən bu məntəqədə 82 namizəddən 17 nəfər bələdiyyə üzvü seçilməli

idi. Namizədlər müxtəlif siyasi partiyaların nümayəndələrindən, habelə bitərəflərdən ibarət idi. Günortaya yaxın

bir çox seçici səs vermişdi. YAP, AXCP, Müsavat partiyalarını təmsil edən müşahidəçilər heç bir pozuntu

olmadığını bildirirdilər. Daha sonra dövlətimizin başçısı Heydər Əliyev onu gözləyən jurnalistləri səmimi

salamlayaraq dedi:

- Nə var, nə yox, necəsiniz, kefiniz necədir? Bir-birinizi sıxmayın, xüsusən bu qızları sıxmayın, bizim

jurnalist qızların hamısının boyu balacadır. Özləri də, nədənsə, arıqdırlar - ya yemirlər, yaxud da çox işləyirlər.

Ona görə də kişilər onları sıxmasınlar. Deyin görüm, nə sözünüz var?

Jurnalistlər Azərbaycan Prezidentinə suallarla müraciət etdilər.

SUAL: Cənab Prezident, müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfədir ki, bələdiyyə

seçkiləri keçirilir. Siz bu gün səs verdiniz və bu, xalqımız üçün, bizim üçün böyük fəxrdir. Seçkilər barədə nə

deyərdiniz?

Heydər Əliyev: Sən dedin ki, seçkilər ilk dəfədir keçirilir. Doğrudan da ilk dəfədir. Mən iki gün bundan

öncə televiziya, radio ilə Azərbaycan vətəndaşlarına müraciət edərkən də dedim. Bu, bizim indiyə qədər

keçirdiyimiz seçkilərin hamısından mürəkkəb seçkidir. Çünki burada namizədlər çoxdur, bələdiyyələr

Azərbaycanın hər yerini əhatə edir. Bələdiyyə var - böyükdür, bələdiyyə var ki, kiçikdir. Bakıdakı bələdiyyələr,

təbiidir ki, böyük bələdiyyələrdir. Məsələn, bu rayonda gərək ki, bir bələdiyyə var, yaxud da əsas hissəsi bir

bələdiyyədir. Ancaq bizim kənd rayonlarında hər kənddə, hər qəsəbədə bir bələdiyyə var. Ona görə də bələdiyyə

seçkilərini keçirmək, təbii ki, həm parlament seçkilərindən, həm də prezident seçkilərindən, yəni bizim indiyə

qədər keçirdiyimiz seçkilərdən daha da çətindir. Ancaq hesab edirəm, - mən bu məsələni izləmişəm, bələdiyyə

seçkiləri haqqında fərman verəndən, onun vaxtını təyin edəndən sonra bu prosesi daim izləmişəm, müşahidə

etmişəm, - belə fikirdəyəm ki, bələdiyyə seçkiləri haqqında fərman veriləndən sonra və işə başlanandan sonra

ötən aylar ərzində Azərbaycanda çox iş görülübdür. Əsas nəticə də bundan ibarətdir ki, ilk dəfədir bələdiyyələr

təşkil olunur.

Hazırda bələdiyyələr yoxdur, gələn dəfə bələdiyyə seçkilərində bizim həm builki təcrübəmiz olacaq, həm

də bu bələdiyyələr beş il fəaliyyət göstərəcəklər. Ona görə insanlar biləcəklər ki, bələdiyyə nədir. Onun xeyri

nədir, zərəri nədir, uğuru nədir, nöqsanları nədir? Məsələn, gələn bələdiyyə seçkilərində, təbiidir ki, biz

bundan da artıq nəticələr əldə edə biləcəyik.

Bu, ilk seçki olduğuna görə mən bilirəm ki, bunu həm təşkil etmək asan deyildir, çətin idi, həm də

insanların bunu qavraması və buna tam maraq göstərməsi vərdişi yoxdur. Məsələn, sovet hakimiyyəti vaxtında

da seçkilər olubdur. Doğrudur, o vaxt seçkilər azad, sərbəst keçirilməyibdir. Yəni o mənada sərbəstlik ki, hər

yerdə bir namizəd olub, insanlar gəlib ona səs veriblər. Kim də istəməyib - səs verməyibdir. Səs verməyənlər də

adətən az olurdu - iki faiz, uç faiz. Amma buna baxmayaraq, seçki keçirilibdir və insanlar, xüsusən yaşlı nəsil,

orta nəsil bu cür seçkiləri bilirlər və iştirak eləyiblər.

Amma indiki kimi seçki Azərbaycanda heç vaxt keçirilməyibdir. Nə demokratik, nə də qeyri-

demokratik, nə totalitar dövrdə, yaxud da indi, demokratiya dövründə heç vaxt keçirilməyibdir. Bu, birinci

dəfədir keçirilir. Ona görə, yenə də deyirəm, bu, bizim ölkəmiz, vətəndaşlarımız üçün böyük hadisədir. Çünki

vətəndaşlar, seçicilər ilk dəfə olaraq özləri öz yerli idarəetmə, hakimiyyət orqanlarını seçirlər. Onlar bu seçkiyə

nə qədər düz yanaşsalar, ədalətli yanaşsalar və işgüzar adamlar seçə bilsələr, təbiidir ki, o qədər də

bələdiyyələrin fəaliyyəti yaxşı olacaqdır. Əgər bələdiyyələrin fəaliyyəti yaxşı olsa, hər bir bələdiyyənin əhatə

etdiyi ərazidə, təbiidir ki, bir çox işlər görülə bilər, bələdiyyələrin seçilməsi, məsələn, bizim üçün, dövlət,

hökumət üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki indi bütün yük icra orqanlarının üzərindədir, hökumətin,

dövlətin üzərindədir. Amma bələdiyyələr qeyri-dövlət təşkilatlarıdır, bunlar heç kəsə tabe deyillər. Hərəsi öz

işini müəyyən edir, onların heç bir tabeliyi yoxdur. Bunlar Azərbaycanda yeganə təşkilatlardır ki, heç kəsə tabe

deyillər. Kənddəki bələdiyyə üstündə olan heç bir bələdiyyəyə tabe deyildir. Yaxud da ki, Bakının rayonlarında

olan bələdiyyələr. Məsələn, Səbail rayonundakı bələdiyyələr müstəqildir, heç bir yerə, heç bir idarəyə, heç bir

icra orqanına tabe deyildir.

Page 7: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

7

Bu, təbiidir ki, bir tərəfdən bunlara çox böyük imkanlar, səlahiyyətlər verir. Amma ikinci tərəfdən də

bunların məsuliyyətini artırır, çünki hələ ki, bizim vətəndaşlarımız, cəmiyyətimiz tabeçilik olmadan, sərbəst

fəaliyyət göstərməkdə lazımi təcrübə toplamayıblar. Azərbaycanda, təkcə Azərbaycanda deyil, keçmişdə

mənsub olduğumuz ölkədə, uzun illər, on illərlə hər bir orqan lap ilk özəyindən yuxarıya qədər bir-birinə tabe

olubdur. Məsələn, vaxtilə kənd soveti seçirdilər. Kənd soveti mütləq rayon icra sovetinə tabe idi, rayon icra

soveti respublikanınkına tabe idi, respublikanınkı Sovet İttifaqınınkına tabe idi. Görürsünüz, bir-birinə nə qədər

tabelik var idi.

Təbiidir ki, bu, bir tərəfdən onların üzərindən məsuliyyəti çox götürürdü, amma sərbəstlik də vermirdi.

İndi bu məsuliyyət artır, sərbəstlik verilir, ancaq rəhbərlik yoxdur. Belə bir vəziyyətdə, təbiidir ki, bələdiyyələr

ilk dövrdə, ola bilər, öz işlərində çox çətinliklərlə rastlaşsınlar. Ancaq bunlar da ondan asılı olacaqdır ki, bizim

seçicilər bələdiyyələrə nə qədər dəyərli adamlar seçəcəklər.

Məsələn, namizədlər çoxdur. Bu, məni sevindirir. Ona görə sevindirir ki, bir tərəfdən bələdiyyə

sisteminə maraq göstərən vətəndaşlar çoxdur, onlar bu orqanlarda fəaliyyət göstərmək istəyirlər. Deyə bilmərəm

ki, hamısı eyni məqsədlə fəaliyyət göstərmək istəyir. Yəqin ki, bir qismi həqiqətən vətəndaşlar üçün, öz yaşadığı

yer üçün iş görmək, fayda vermək istəyir. Ola bilər, bir qismi də bundan öz şəxsi məqsədləri üçün istifadə etmək

istəyir. O da ola bilər, bu da ola bilə Amma buna baxmayaraq, bələdiyyələrin seçilməsi zamanı namizədlərin

çox olması, qeyd alınmış namizədlərin çox olması onu göstərir ki, bələdiyyəyə maraq, həvəs çoxdur. Kim

buraya hansı məqsədlə seçilmək istəyir - bu, onların öz vicdanlarına qalacaqdır. Amma bizim üçün

əhəmiyyətlisi budur ki, vətəndaşlarımız dövləti, hökuməti idarə etməyə, yerli idarə orqanlarında iştirak etməyə

həvəs göstərirlər, biganə deyillər. Bu, çox müsbət bir haldır.

Yenə də deyirəm, bunlar hamısı bir tərəfdən bizi sevindirir, ölkəmizdə demokratiyanın varlığını və onun

inkişafını sübut edir; ikinci tərəfdən də, təbiidir ki, bələdiyyələrin qarşısında böyük vəzifələr, böyük

məsuliyyətlər qoyur. Hər halda, mən arzu edirəm, - güman edirəm , belə də olacaqdır, - Azərbaycanda

bələdiyyə seçkiləri demokratik şəraitdə keçirilsin. Bu da bizim Azərbaycanda bələdiyyə seçkiləri demokratik

proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir mərhələsi olacaq və biz irəliyə doğru

böyük bir addım atmış olacağıq. Gələcək üçün isə çox böyük zəmin yaradacağıq.

Təbiidir ki, beş ildən sonra bələdiyyə seçkiləri bundan da səviyyəli, bundan da keyfiyyətli keçiriləcəkdir.

Güman edirəm, gələcəkdə bələdiyyələrə seçiləcək adamlar bu gün seçilənlərdən daha da yüksək səviyyəli

olacaqlar. Çünki, ola bilər, onların bir qismi bu beş il müddətində özlərini çox fəal göstərsinlər, vətəndaşların

qayğısına qalsınlar, yerlərdə yerli məsələlərin həllində iştirak etsinlər, yaxud təşəbbüskar olsunlar, xalqa

göstərsinlər ki, onlar nəsə ediblər. Onda onlar yenidən seçilə bilərlər və onların təcrübəsi olacaqdır.

İkinci tərəfdən də, indiyə qədər, bəlkə də, bələdiyyələrə maraq göstərməyən adamlar bələdiyyələrin işini

müşahidə edəcəklər və gələn bələdiyyə seçkiləri, təbiidir ki, bizim üçün, Azərbaycan üçün daha da faydalı

olacaqdır. Bu, ilk addımdır, çox lazımlı addımdır. Mən çox məmnunam ki, biz bu addımı atırıq. Ümidvaram ki,

bu, bizim ölkəmizə, dövlətimizə və ən əsası - vətəndaşlarımıza fayda gətirəcəkdir.

SUAL: Cənab Prezident, yeni seçiləcək bələdiyyələrə və onların üzvlərinə nə arzulardınız?

CAVAB: Onlara arzu edirəm ki, birincisi, vətəndaşlara və seçildikləri yerlərə xidmət etmək məqsədi

daşısınlar. Yeni bələdiyyələr yerli məsələləri həll edəcəklər. İndi Azərbaycanda həll olunası məsələlər çoxdur.

Onların bir qismi də yerli məsələlərdir. Amma bələdiyyələr yerli məsələləri həqiqətən qanunun onların üzərinə

qoyduğu vəzifə çərçivəsində həll edə bilsələr, bu, hər bir vətəndaş üçün xeyirli olacaqdır.

Ona görə mən yeni seçilən bələdiyyələrə arzu edirəm ki, onlar bələdiyyələr prinsipinə sadiq olsunlar, öz

məsuliyyətlərini hiss etsinlər, çalışsınlar ki, formal olaraq bələdiyyələrə seçilib status almasınlar. Amma

bələdiyyə seçildisə, status aldısa, öz torpağı üçün, öz yeri üçün, öz şəhəri, yaxud öz qəsəbəsi, öz rayonu üçün

faydalı iş görsünlər. Mən bunu arzu edərəm.

SUAL: Cənab Prezident, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv olması üçün bu seçkilər nə

dərəcədə əhəmiyyətlidir?

CAVAB: Bəli, bunun da əhəmiyyəti var. Amma tək bundan asılı deyildir. Bizim qonaq sifətilə qəbul

olunduğumuz vaxtdan üç il keçibdir. Bu müddətdə biz Avropa Şurası ilə çox geniş əməkdaşlıq etmişik. Avropa

Şurasının standartlarına cavab verən bir çox qanunlar qəbul etmişik. Bilirsiniz ki, xüsusən son vaxtlarda belə

qanunlar qəbul olunubdur.

Qanunun qəbul olunması təkcə texniki məsələ deyildir. Qanunun qəbul olunması ondan ötrü deyil ki, biz işarə

qoyaq ki, bu qanunu qəbul etdik, orada da desinlər ki, bu qanun Azərbaycanda var, ona görə də Avropa

Şurasının standartlarına uyğundur. Yox, bu qanunların qəbul edilməsi bizim idarəetmə orqanlarında, hüquq-

mühafizə orqanlarında və bütün başqa orqanlarda yeni bir şərait yaradır. Yəni biz bundan sonra dünya

qanunları, Avropa qanunları çərçivəsində yaşamalı, işləməliyik.

Bunun da əsas məqsədi odur ki, insanların hüquqları daha da çox qorunmalı, dövlətin hüquqları

qorunmalı və demokratiya olmalıdır. Ona görə də indiyə qədər gördüyümüz işlər, təbiidir ki, Avropa Şurasına

Page 8: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

8

tam hüquqlu üzv qəbul olunmağımızın əsasını təşkil edir. Amma bugünkü bələdiyyə seçkiləri də bir mərhələdir.

Əgər seçkilər yaxşı keçsə, uğurlu keçsə, yaxşı nəticələr olsa, onda Avropa Şurasına qəbul olunanda deyəcəklər –

bəli, bunu da etdilər, onu da etdilər, bunu da ediblər, onu da ediblər, amma son olaraq bələdiyyə seçkiləri də

yaxşı keçibdir. Ona görə siz jurnalistlər də çalışın ki, yaxşı keçsin,

SUAL: Hörmətli Prezident, Türkiyənin Avropa Birliyinə tam hüquqlu üzv qəbul olunmasını

dəstəkləyirsinizmi?

CAVAB: Yüz faiz dəstəkləyirəm. İndiyə qədər Türkiyəyə çox əngəllər edirdilər. Mən çox məmnunam ki,

bu əngəllər götürülür. Mən dünən əziz dostum, Türkiyənin Cümhür başqanı Süleyman Dəmirəllə telefonla

danışdım, bu münasibətlə onu təbrik etdim. Mən hiss etdim ki, o da çox məmnundur. Baş nazir Bülənd Ecevit

də Helsinkiyə getmişdi. Bu, çox gözəl hadisədir, mən buna sevinirəm.

SUAL: Cənab Prezident, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eyni zamanda ATƏT-in hazırkı

sədrinin Azərbaycana qarşıdakı səfərlərindən Azərbaycan nə gözləyir?

CAVAB: Bilirsiniz, bunlar bir-birindən ayrı məsələlərdir. ATƏT-in fəaliyyətdə olan sədri, sadəcə, buraya

gəlir, buradan Dağıstana uçacaqdır. O, buranı tranzit yeri kimi seçibdir. Təbiidir ki, mən onunla görüşəcəyəm.

Düzdür, geç gəlir, gecə gəlir və səhər tezdən da gedəcəkdir. Amma bizim işimizin gecəsi-gündüzü yoxdur.

Ancaq ayın 13-də günün axırında buraya ATƏT-in Minsk qrupunun həmsədrləri gəlirlər. Bilirsiniz ki, artıq

onlar iki gündür Ermənistanda, Yerevandadırlar. Oradan Dağlıq Qarabağa getməli idilər. Bölgədə, artıq Dağlıq

Qarabağdadırlar, məlumatım yoxdur. Bildiyimə görə, o heyətin tərkibində təkcə ATƏT-in Minsk qrupunun

üzvləri, yaxud da onların əməkdaşları yox, eyni zamanda Dünya Bankının, Birləşmiş Millətlər Təşkilatının

Qaçqınlar üzrə Ali Komissarlığının da nümayəndələri var.

Bildiyimə görə, onlar Dağlıq Qarabağdan Azərbaycanın Dağlıq Qarabağın sərhədlərindən kənarda olan

rayonlarına da gedəcək, bu yerlərlə, vəziyyətlə tanış olacaqlar. Nə ilə gəldiklərini bilmirəm. Ancaq onların belə

tərkibdə və bu cür məzmunda gəlmələri, hesab edirəm ki, çox sevindirici haldır. Gələrlər, danışarıq.

SUAL: Cənab Prezident, Kazimirovun ATƏT-in Minsk qrupunun nümayəndə heyəti tərkibinə salınması

ilə əlaqədar nə deyə bilərsiniz?

CAVAB: Bilirsiniz, düzü, mən bunu oradan-buradan eşidirəm. Mən bilmirəm ki, Kazimirov ATƏT-in

Minsk qrupunun tərkibindədirmi? Amma mənə dedilər ki, o, ekspert kimi, yaxud da Xarici İşlər Nazirliyinin

işçisi kimi onlarla bir yerdə gedibdir. Ancaq mən hələ bir şey bilmirəm.

SUAL: Cənab Prezident, dekabrın axırında YAP-ın birinci qurultayının keçiriləcəyi bildirilmişdir. Bu,

qüvvəsində qalırmı, gündəlikdə hansı önəmli məsələlər olacaqdır?

CAVAB: Ayın 20-21-də qəti keçiriləcəkdir. Sən bilirsən, bu, qurultaydır. İndiyə qədər bizim partiyaların

o qədər qurultayında olmusunuz ki, bilirsiniz.

Yeni Azərbaycan Partiyası böyük partiyadır. İndiyə qədər qurultayını keçirməyibdir, ilk qurultayını

keçirir, Bunun, bəlkə, mənfi cəhəti də var. Amma müsbət cəhəti də var - partiya formalaşdı, inkişaf etdi,

genişləndi. Partiya öz sıralarını möhkəmləndirdi, təcrübə topladı. İndi gələcək dövr üçün öz vəzifələrini

müəyyən etməkdən ötrü qurultaya gedir.

Bizdə xırda-xırda partiyalar var, ildə iki dəfə qurultay keçirirlər. Bilmirəm, bu qurultayların məzmunu,

mənası nə olur, əhəmiyyəti nə olur? Amma bu, hərənin öz işidir. İndi bizdə sərbəstlikdir, heç bir qanun yoxdur

ki, hansı partiya qurultayı nə cür keçirməlidir. Bu da demokratiyanın bariz nümunəsidir. Amma ayın 20-də Yeni

Azərbaycan Partiyasının qurultayı başlanacaq və iki gün gedəcəkdir - 20-si və 21-i.

SUAL: Cənab Prezident, Dövlət Əmlak Komitəsi sədrinin və müavininin işdən azad edilməsi

özəlləşdirmə prosesində hər hansı bir dönüş yaradacaqmı?

CAVAB: Bilirsiniz, hər hansı bir adamın işdən çıxarılmasında, vəzifəyə yenisinin təyin edilməsində

məqsəd həmin sahənin keyfiyyətcə daha da yaxşılaşdırılmasından ibarət olur. Bəzən görürsən insan xəstələnir,

işləyə bilmir, vəzifədən azad edilir, yaxud da başqa səbəb olur. Amma çox hallarda belə yüksək kadr

dəyişiklikləri, təbiidir ki, o sahədəki mövcud nöqsanları aradan qaldırmaq, işi gücləndirmək üçün lazım olur.

Biz də bunu etmişik.

Bilirsiniz ki, biz maliyyə nazirini dəyişdirdik, indi orada işlər daha da yaxşı gedir. Məsələn, Baş Dövlət

Vergi Müfəttişliyinin rəisini dəyişdirdik, orada da işlər yaxşı gedir. Bunlar hamısı sizin gözünüzün

qabağındadır.

Bilirsiniz ki, özəlləşdirmənin birinci mərhələsi keçibdir. O da çox vacib idi. Bu, çox yaxşı nəticələr

veribdir, amma nöqsanlar da, mənfi cəhətlər də var. Biz bunları heç vaxt inkar etmirik. Özəlləşdirmə elə bir

mürəkkəb prosesdir ki, orada ideal bir nəticə əldə etmək mümkün deyildir. Dövlət Əmlak Komitəsi sədrinin

sabiq müavini bir kitab yazıb, orada göstərir ki, satmağa nə ehtiyac var, dağıdın, verin adamlara, qoy nə edirlər

– etsinlər. Məsuliyyətsiz adamdır də. Yəqin, biz də vaxtilə səhv buraxmışıq ki, məsuliyyətsiz adamı elə vəzifəyə

təyin etmişik.

Page 9: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

9

Özəlləşdirmə bütün ölkələrdə, eyni zamanda bizdə də çox mürəkkəb bir prosesdir. Mən bunu heç vaxt

ideallaşdırmıram və ideallaşdırmaq da olmaz. Amma özəlləşdirmənin ikinci mərhələsi - proqram hazırdır, biz bu

barədə qanun qəbul edəcəyik - daha da böyük məsuliyyət, ciddilik tələb edir. Yəni həmin mərhələdə böyük

müəssisələr özəlləşdiriləcəkdir.

Bəzi adamlar var ki, onlar çox məsuliyyətsiz adamlardır, - bilirsiniz, bu təkcə Azərbaycanda deyil, başqa

yerlərdə də belədir. Mən Azərbaycanda bunu 1994-1995-çi illərdən müşahidə edirəm, - özləri də özəlləşdirməyə

şəxsi maraq göstərirlər. Onlar radikal təkliflər irəli sürürlər və kənardan elə görünür ki, guya, bu adam

islahatçıdır, özü də çox böyük islahatçıdır. Bəzən xarici ölkələrdə də belə adamlara islahatçı deyirlər. Ancaq

məsələnin içinə girəndə, həmin adamın məqsədlərini araşdıranda görürsən yox, bu heç islahatçı da deyil,

millətin, ölkənin dərdinə də qalan adam deyil,- o, sadəcə, zahirən özünü islahatçı göstərərək radikal addım atır,

lakin şəxsi məqsədini güdür. Onun pulu imkanı var, istəyir ki, özəlləşdirmə tez-tələsik olsun, bir tərəfdən

qapsın, o da qapsın.

Bilirsiniz, mən Azərbaycana uzun illər rəhbərlik etmişəm. Mən 30 il bundan əvvəl Azərbaycana ilk

dəfə rəhbər seçilmişəm. Məndən də öncə, mənim rəhbərlik etdiyim dövrdə də, indiyə qədər də xalqın zəhməti,

vəsaiti nəticəsində Azərbaycanda böyük iqtisadi potensial yaranıbdır. Bu da nədən ibarətdir? Bu, Dövlət

müəssisələrindən, zavodlardan, fabriklərdən, böyük istehsal müəssisələrindən, başqa çox şeylərdən -

infrastrukturlardan, yoldan, rabitədən və digərlərindən ibarətdir. Bunlar hamısı dövlət tərəfindən yaranıbdır.

Amma Dövlət də pulu göydən götürmürdü, bunlar xalqın zəhməti ilə qazanılmış pulun hesabına yaranıbdır.

Bunun necə olduğu indi arxada qalıb. Kim ona necə qiymət verir, - bu onun öz işidir. Amma hər halda

Azərbaycanda böyük mülkiyyət yaranıbdır. Vaxtilə, 1920-ci illərdə, məsələn, mülkədarların mülkü əlindən

alınanda, yəni müsadirə ediləndə, hər şeyi dövlət mülkiyyətinə çevirəndə, əgər onların mülkü indikinə nisbətən

5 faiz idisə, hazırda 100 faiz olubdur. Azərbaycanın bütün mülkiyyətinin qiyməti də, keyfiyyəti də, bəlkə, 100

faiz, yaxud daha çox artıbdır. Hazırda biz geri gedən bir proses aparırıq. O vaxt torpaqları zorla

dövlətləşdirdilər, insanların əlindən mal-qaranı, torpağı aldılar. Bu proses 15 il davam etdi. Kollektivləşmə planı

20-ci illərin axırında elan olundu, ancaq 1938-1939-cu illərədək davam etdi. Nə qədər insan repressiyaya düşdü,

sürgün olundu. Yəni ağır bir proses getdi. Amma sonra insanlar buna öyrəşdilər. Sonrakı nəsillər heç də

düşünmürdülər ki, niyə bu torpaqları insanların əlindən alıb dövlətə veriblər. Hamı buna alışdı. Kolxozların,

sovxozların mülkü artdı, insanlar yaxşı yaşamağa başladılar, özlərinə evlər tikdilər.

Bilirsiniz, siz gəncsiniz, bunları görməmisiniz. Mən Azərbaycanın hər yerini gözümlə görmüşəm,

tanıyıram, Məsələn, bizdə Cəlilabad rayonu var. Mən 1970-ci illərdə Azərbaycana rəhbərlik edəndə oraya

getdim. Gördüm ki, kəndlərdə evlərin hamısı palçıqdan, yaxud da çiy kərpicdəndir. Özü də elə pis evlər idi ki,

təəccüb etdim ki, insanlar burada necə yaşayırlar. Amma biz sonra orada üzümçülüyü inkişaf etdirdik və ondan

çox böyük xeyir götürdük.

Üzümçülüyün inkişaf etdirilməsinin Azərbaycana iki cəhətdən böyük xeyri oldu. Birincisi, kolxozlar

zəif idi, onların gəliri yox idi, insanların da qazancı olmurdu. Ona görə də onlar ancaq yaşamağın qayğısına

qalırdılar, ev tikə, avtomobil ala bilmirdilər. Biz üzümçülük proqramını həyata keçirəndə həmin üzüm

bağlarının salınması üçün dövlət, Moskva beş il müddətinə pullar ayırdı. Yəni sən məhsul versən də, verməsən

də bu pul ayrılmışdı. Əlbəttə ki, beş ildən tez üzüm məhsulu əldə etmək olmaz. Amma kəndli gedib işləyir,

torpağı becərir, pulunu alır. Kasıb kəndlilər - kolxozçular, sovxozda işləyənlər artıq bu beş ildə varlanırlar. Mən

beş ildən sonra yenidən həmin rayona getdim. O vaxt üzüm məhsulu təzə-təzə yetişirdi. Gördüm ki, kəndlərdə

daşdan xeyli evlər tikiblər, çoxunun avtomobili və başqa şeyləri var. Daha bir beş ildən sonra üzüm məhsulu

artdı. Elə oldu ki, bu rayon ildə 200 min ton üzüm məhsulu verdi. Camaat bundan xeyli gəlir götürürdü. Bir

rayonda 20-30 şərab emalı zavodu yarandı.

Xatirəmdədir, biz o vaxt həm Gürcüstanla, həm də Ermənistanla sosializm yarışı keçirirdik. Onlar

respublikamıza tez-tez gəlib gedirdilər. Cəlilabad rayonunda istehsal edilən üzümün miqdarı ildə 200 min tona

çatanda Ermənistanın birinci katibi Dəmircyan - bu yaxınlarda onu öldürdülər - buraya gəlmişdi. Yarış zamanı

hər il mən oraya gedirdim, onlar buraya gəlirdilər, biz müqavilə bağlayırdıq. O, buraya gələndə mən onunla

zarafat etdim, dedim ki, Karen Seropoviç, bilirsən nə var, sən daha Azərbaycanla yox, gərək. Cəlilabadla

yarışasan. Çünki bütün Ermənistan ildə 180-190 min ton üzüm verirdi, amma təkcə Cəlilabad rayonunda ildə

200 min tondan çox üzüm olurdu.

Mən indi bunu sizə niyə danışıram? Bu, böyük tarixdir, hekayədir, bu barədə cild-cild kitablar yazmaq

olar. Yəni demək istəyirəm ki, bunlar dövlətin, insanların vəsaiti ilə yaranıbdır. Axı, indi bunu dağıtmaq olmaz.

Özəlləşdirməni də gərək elə aparasan ki, hamıya çatsın, hərə öz payını götürsün. Mənim bu dediklərim təkcə

torpağa aid deyil, o cümlədən fabriklərə, zavodlara da aiddir. Mən Bakıda 30 il bundan əvvəlki və indiki

zavodların, fabriklərin nə qədər fərqli olduğunu yaxşı bilirəm. Biz hər bir zavodun tikintisinə nə qədər zəhmət

çəkirdik.

Page 10: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

10

Bilirsiniz ki, Bakı neft şəhəridir. Bu əsrin əvvəlində Bakıda neft hasilatına başlayanda neftayırma

zavodları yaranıbdır. Nobel qardaşları o vaxt gəlib Qaraşəhərdə neftayırma zavodu tikmişdilər. Həmin zavod

sovet hakimiyyəti dövründə də işləyirdi. O zavod Stalinin adını daşıyırdı, Stalin öləndən və şəxsiyyətə pərəstiş

tənqid ediləndən sonra həmin zavod XXII partiya qurultayı adına oldu. Mən o zavoda bir neçə dəfə getmişdim.

Çünki birincisi, o vaxt neftdən alınan məhsulların keyfiyyəti aşağı idi, ikincisi də istehsalatda çox itki var idi və

bunların qarşısını almaq lazım idi. Gedib gördüm ki, Nobel qardaşlarının tikdikləri zavodda bunları etmək

mümkün deyil. Mən gedib Moskvada məsələni qaldırdım, indi Qaraşəhər deyilən yerdə, Xətai rayonunda və

Keşlədə böyük cətinliklə də olsa iki zavod tikdik. Həmin zavodların ikisi də mənim təşəbbüsümlə tikilibdir.

Mən bilirəm ki, bu zavodlara nə qədər xərc qoyulub, zəhmət çəkilib və onlar nə qədər böyük əhəmiyyətə

malikdirlər. Bilirsiniz, o vaxt bu zavodlar üçün avadanlığın bir qismini Almaniya Demokratik

Respublikasından, digər qismini isə Fransadan dollara aldıq. Amma axı, sovet hökumətinin də pulu xalqın pulu

idi, göydən tökülməmişdi.

Biz həmin zavodları o zaman böyük çətinliklə yaratdıq, onlar Azərbaycana xeyir verirlər. İndi bu

müəssisələrin özəlləşdirilməsini götürüb necə istəyirsən elə et, kim necə qapıb aparırsa-aparsın? Axı, belə

olmaz.

Bəziləri deyirlər ki, özəlləşdirmə gecikir. Mən bunların heç birinə fikir vermirəm. Çünki bu tədbirlərin

bir il tez, bir il gec aparılmasının o qədər də əhəmiyyəti yoxdur. Ancaq əsas əhəmiyyətli iş ondan ibarətdir ki, bu

tədbirlər elə aparılmalıdır ki, birincisi, ədalətli olsun, ikincisi, bəzi mafioz qüvvələr belə şəraitdən istifadə edib

dövlətin əmlakını oğurlamasınlar, vətəndaşların hamısı özəlləşdirmədən fayda götürə bilsin.

Qızım, görürsən, sən özəlləşdirmə haqqında sual verdin, mən sənə böyük bir mühazirə oxudum.

SUAL: Cənab Prezident, öz aparatınızda struktur dəyişiklikləri etməyi nəzərdə tutursunuzmu? Çünki

dövlət müşaviri vəzifəsi barədə müəyyən söz-söhbət var.

CAVAB: Məni burada nə qədər saxlayacaqsınız? Bilirsiniz, mən böyük həyat təcrübəsi keçmişəm. Bəzi

rəhbərlər var ki, bir vəzifəyə gələn kimi, hər şeyi dəyişdirirlər: o xoşuma gəlmir, bu xoşuma gəlir, hər şeyi

kabinetini də, stolunu da və sairi dəyişdirir. Siz gəncsiniz, bunları bilmirsiniz. Məsələn, Xruşşov vaxtilə Sovet

İttifaqının başçısı seçiləndən sonra, əlbəttə, bir çox xeyirli işlər gördü. Stalinin buraxdığı səhvləri tənqid etdi.

Ancaq eyni zamanda o, bir ildə iki tədbir keçirirdi, bir şeyi yaradırdı, sonra bu, nəticəsini vermədən – yəni

hansısa bir təşkilat - altı aydan sonra onu pozurdu, yenisini yaradırdı. Dəhşətli bir vəziyyət idi. Ona görə də

həmin müsbət fəaliyyətinə baxmayaraq, xalq ona dözmədi, o da istefa verməyə məcbur oldu. Yəni dünyada

belələri də, elələri də var.

Heç bir dəyişiklik naminə, heç bir islahat, struktur dayişiklikliyi bunun naminə olmamalıdır. Bu, nəticə

üçün olmalıdır, harada struktur dəyişikliyi lazımdırsa, biz onu edəcəyik. İndi sən dövlət müşavirindən

danışırsan. Dövlət müşaviri qanunsuz yaranmış bir vəzifədir, heç bir yerdə yoxdur. Onu Xalq Cəbhəsinin

hakimiyyəti dövründə yaradıblar. Heç anlamaq da olmur ki, dövlət müşaviri nə deməkdir. Dövlət Dövlətdir,

dövlətin də başçısı Prezidentdir. Prezidentin müşaviri ola bilər, amma dövlətin müşaviri ola bilməz. Bunu

yaradıblar. İndi əgər mən bəzi adamlar kimi olsaydım, gələn kimi deyərdim ki, bu da, o da düz deyil. Amma

mənə belə gəldi, bu gün də belə gəlir ki, onun adı ilə məzmunu bir deyil. Əgər insan yaxşı işləyirsə, qoy bu adı

daşısın. Ona görə də bunlar xırda şeylərdir, Biz lazım olan vaxt bunları edəcəyik. Sağ olun.

AzərTAc

“Xalq qəzeti”,

14 dekabr 1999-cu il

Page 11: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

11

Bələdiyyə seçkiləri – 2004

Azərbaycan Prezidenti İlham Əliyev

6 saylı seçki məntəqəsində səs vermişdir

2004-cü il dekabrın 17-si müstəqil Azərbaycanın tarixinə növbəti bələdiyyə seçkiləri günü kimi daxil

olacaqdır. Həmin gün milyonlarla seçici seçki məntəqələrinə gələrək, qarşıdakı beş ildə onların yerlərdəki

problemlərinin həlli ilə məşğul olacaq özünüidarə orqanlarına üzvlüyə ən layiqli namizədlərə səs vermişlər.

Qəbul olunmuş yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün bütün

tədbirlər görülmüşdür. Bunu hələ seçki günündən əvvəl Azərbaycana gəlmiş beynəlxalq müşahidəçilər də təsdiq

etmişdir.

Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin Tofiq İsmayılov adına "İntellekt" məktəb-liseydə yerləşən

6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhər saat 11-də xanımı və qızı ilə birlikdə buraya

səs verməyə gəldi. Dövlətimizin başçısını seçki məntəqəsinin önündə gül-çiçəklə qarşıladılar.

Prezident İlham Əliyev səsvermə otağına gəlib, seçki bülletenini alaraq kabinəyə keçdi və sonra

bülleteni qutuya saldı. Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının

nümayəndələri izləyirdilər.

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və qızı Leyla da səs verdilər.

Səsvermədən sonra dövlətimizin başçısı vaxtilə oxuduğu məktəblə tanış oldu, ayrı-ayrı otaqlara baxdı.

Prezident İlham Əliyevə məktəbin tədris və təlim prosesi barədə məlumat verildi.

Sonra Prezident İlham Əliyev seçki məntəqəsində yerli və xarici kütləvi informasiya vasitələrini təmsil

edən müxbirlərin suallarına cavab verdi.

SUAL: Cənab Prezident, bələdiyyə seçkilərinin gedişini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bu

seçkilərdən sonra bələdiyyələrin statusunun artırılması məsələsinə necə baxırsınız?

CAVAB: Seçkilər çox normal şəraitdə keçir. Əminəm ki, seçkilər yaxşı keçəcəkdir. Azərbaycanda

bələdiyyə seçkiləri ikinci dəfədir keçirilir, müəyyən təcrübə var. Yəqin ki, bu seçkilərdən sonra bələdiyyələrin

statusu daha da artacaq, onlar yerlərdə daha da konkret işlərlə məşğul olacaqlar. Beləliklə, bu təsisat

Azərbaycanda artıq formalaşıbdır, gələcəkdə də inkişaf edəcəkdir.

SUAL: Cənab Prezident, müxalifətin, bəzi partiyaların bu seçkidə iştirak etməməsini necə

qiymətləndirirsiniz?

CAVAB: Mən hesab edirəm ki, hər bir siyasi qüvvə istənilən seçkilərdə iştirak etməlidir. Xüsusilə,

nəzərə alsaq ki, indi Azərbaycanda seçkilərdə kvorum məsələsi yoxdur, ona görə boykotun heç bir mənası

yoxdur. O ki qaldı onların iştirak etməməsinin səbəblərinə, bunlar da sirr deyildir. Müxalifətin ümumi vəziyyəti,

əlbəttə, onlara imkan vermir ki, yerlərdə öz namizədlərinə kömək etsinlər. Ümumiyyətlə, yerlərdə indi

müxalifətin nümayəndələri də çox azdır. Müxalifətin indiki zəif vəziyyəti ona gətirib çıxarıb ki, onlar yəqin öz

gücünü, yaxud da zəifliyini gizlətmək üçün boykot taktikaları seçiblər. Amma bu, onların öz işləridir, mən bu

məsələyə qarışmıram.

SUAL: Cənab Prezident, Siz Londonda da bildirdiniz ki, fəal və konstruktiv müxalifət istəyirsiniz. Yəni

təəssüflə qeyd etdiniz ki, Azərbaycanda belə bir müxalifət yoxdur. Buna nail olmaq üçün nə etmək lazımdır və

belə bir müxalifət nə vaxt ola bilər?

CAVAB: Bilirsiniz, bu məsələ təkcə iqtidardan, yaxud da hansısa siyasi partiyadan asılı deyildir. İndi

Azərbaycanda, ümumiyyətlə, siyasi fəaliyyətlə məşğul olmaq üçün hər cür şərait var. Azərbaycanda

demokratikləşmə prosesi gedir, cəmiyyətimizin birləşməsi istiqamətində çox mühüm addımlar atılır və

beynəlxalq təşkilatlar da bunu görür və dəstəkləyirlər.

Azərbaycan beynəlxalq təşkilatlar qarşısında bütün öhdəliklərini yerinə yetirir. Yəni ki, normal

müxalifətin fəaliyyəti üçün ölkəmizdə hər cür şərait var. O ki qaldı bunlar nə vaxt daha da fəal olacaqlar, bu,

onların fəaliyyətindən asılıdır. Mən dəfələrlə demişəm ki, on il ərzində bütün prezident və parlament seçkilərini

uduzan siyasi qüvvələr, əlbəttə, cəmiyyətdə böyük rəğbətə malik ola bilməzlər. Müxalifət yeniləşməlidir,

Azərbaycan müxalifətinə yeni qüvvələr, yeni simalar gəlməlidir. Ədavət keçmişdə qalmalıdır, konstruktiv

münasibətlər lazımdır. Təəssüf edirəm ki, bizim bütün cəhdlərimizə baxmayaraq, indiki müxalifətin liderləri ilə

normal dialoqun yaranması mümkün olmayıbdır. Gələcək göstərər, hər halda indiki vəziyyət məni qane etmir.

Hesab edirəm ki, parlament seçkilərindən sonra müxalifət özü-özünə vurduğu bu zərbədən hələ ki, özünə gələ

bilmir. Nə vaxt özünə gələcək, bunu zaman göstərəcəkdir.

Page 12: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

12

SUAL: Cənab Prezident, Sizin yaxın zamanlarda İrana səfəriniz gözlənilir. Azərbaycan Yaxın Şərq

problemi ilə bağlı, Yaxın Şərq siyasətində İranın həssaslığını nəzərə alır. Amma son günlər görünən odur ki,

İran Ermənistan barədə siyasətində Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həssaslığını o qədər də

nəzərə almır. Bu səfəriniz zamanı həmin məsələ diqqətdə olacaqmı?

CAVAB: Bilirsiniz, Azərbaycan öz xarici siyasətini müstəqil şəkildə aparır. Bizim ikitərəfli

münasibətlərimiz də hər iki ölkənin maraqlarına cavab verməlidir. İranla Azərbaycan arasında son müddət

ərzində yaranmış dialoq da onu göstərir ki, ölkələr bir-birinin daxili işinə qarışmayanda yaxşı əlaqələrin

yaranması da mümkün olur. Biz bu prinsiplərə sadiqik. Mən çox şadam ki, İranla Azərbaycan arasında son

müddət ərzində əlaqələr məhz bu zəmində yaradılır. Biz öz münasibətlərimizi qarşılıqlı hörmət, anlaşma

əsasında qururuq. Yəqin görürsünüz ki, İranla Azərbaycan arasında son zamanlar dialoq intensivləşibdir. İran

Prezidentinin Azərbaycana uğurlu səfəri çərçivəsində imzalanmış sənədlər deməyə əsas verir ki, artıq real işlərin

görülməsinə də imkan olacaqdır.

O ki qaldı Ermənistan-Azərbaycan münaqişəsinə, İran dəfələrlə birmənalı şəkildə Azərbaycanın ərazi

bütövlüyünü dəstəkləyibdir. Ümumiyyətlə, Azərbaycanı bu münaqişədə dəstəkləyibdir və bütün beynəlxalq

təşkilatlarda, o cümlədən son dəfə BMT-də də İranın mövqeyi müsbət olubdur. O ki qaldı İranın hansısa başqa

ölkələrlə əlaqələrinə, əlbəttə, Ermənistanla, yaxud başqa ölkə ilə əlaqələri onların öz işidir.

Eyni zamanda, biz bu həssas regionda yaşayırıq və Azərbaycanın ərazi bütövlüyü pozulubdur,

Ermənistan Azərbaycana qarşı təcavüz edibdir. Bu təcavüzün nəticəsində bir milyondan artıq soydaşımız

qaçqın-köçkün vəziyyətinə düşübdür. Bütün bu amillər, əlbəttə, regionda gedən qarşılıqlı münasibətlərdə nəzərə

alınmalıdır. Mən ümid edirəm ki, burada sülhün, sabitliyin yaranması üçün təcavüzkar dövlət birmənalı şəkildə

qınaq obyektinə çevrilməlidir və beynəlxalq təşkilatlar, region dövlətləri də bu məsələdə öz mövqeyini

bildirməlidir.

SUAL: Cənab Prezident, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ probleminin

nizamlanmasına dair danışıqların ikinci mərhələsinin başlanması haqqında xarici işlər nazirləri arasında razılıq

oldu. Birinci mərhələ Azərbaycana nə verdi və Azərbaycan ikinci mərhələdən nə gözləyir?

CAVAB: Mən bunu mərhələlərə bölməzdim. Hesab edirəm ki, danışıqlar prosesi, ümumiyyətlə, davam

edir. Əgər danışıqların tarixinə nəzər salsaq görərik ki, son il ərzində bəzi yeni çərçivələr müəyyən edilibdir.

Xüsusilə Praqa prosesi adlandırılan proses mövcuddur və artıq ATƏT-in sənədlərində də Praqa prosesinə istinad

edilir. Praqa prosesi nədir?! Sadə desək, mərhələli həll deməkdir. Bilirsiniz ki, bu məsələ ilə əlaqədar

Azərbaycanın mövqeyi birmənalıdır və qətidir. Çox sevinirəm ki, məsələ ilə məşğul olan qüvvələr də artıq bu

mövqeyə yaxınlaşır. Mərhələli həll bu məsələnin həllinə çarədir. Ona görə gələcəkdə danışıqlar da məhz bu

çərçivədə aparılmalıdır. Hesab edirəm ki, əgər danışıqlar konstruktiv keçirilərsə, Ermənistan tərəfi keçmişdə

olduğu kimi, razılaşdırılmış mövqelərdən geri çəkilməzsə, biz müəyyən razılaşmaya gələ bilərik.

Amma bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Bilirsiniz, bu yaxınlarda Rusiya Dövlət

Dumasının sədri Ermənistanda olarkən demişdir ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur. Biz

həmişə hesab edirdik ki, Ermənistan bir dövlətdir, sən demə, bu, forpost imiş. Ona görə indi biz bilmirik ki,

forpostla danışıqlar aparaq, yaxud forpostun yiyəsi ilə danışıqlar aparaq. Əgər Ermənistanda bu məsələ

aydınlaşarsa, danışıqların uğurlu aparılması üçün daha da gözəl şərait yaranacaqdır.

SUAL: Cənab Prezident, "Şahdəniz" layihəsinin 25 faiz bahalaşması beynəlxalq maliyyə təşkilatları ilə

müzakirə olunubmu?

CAVAB: Bu məsələlər müzakirə edilibdir. Londonda olarkən BP şirkətinin rəhbərliyi ilə də bu məsələ

müzakirə olunubdur. Əlbəttə, bu, bizi də narahat edir, investisiya qoyan tərəfi də. Amma neft sahəsində belə

hallar olur. Layihə də çox böyük layihədir. Azərbaycanın gələcəyi üçün, Azərbaycan üçün çox önəmli layihədir.

Hər iki tərəf maraqlıdır ki, xərclər çoxalmasın. Amma çoxalanda da ümumi işləri yarı yolda qoya bilmərik. Ona

görə "Şahdəniz" layihəsi də mütləq və mütləq həyata keçirilməlidir. Azərbaycan öz neft-qaz potensialını tam

miqyasda işə salacaqdır.

SUAL: Cənab Prezident, mən daxili məsələ ilə əlaqədar bir məqama toxunacağam. Bu, Azərbaycanın

təhsil sistemi ilə bağlıdır. Azərbaycanın təhsilində problem olsa da, ölkədə təhsil haqqında qanun artıq neçə ildir

qəbul edilə bilmir. Hər dəfə soruşanda da parlamentin rəhbərliyi, komissiyanın sədri deyir ki, çox vacib

məqamlar var, Prezidentlə razılaşdırmalıyıq. Siz bu məsələni yaxın günlərdə diqqətdə saxlayacaqsınızmı və

ümumiyyətlə, Siz bu sistemi necə görmək istəyərdiniz?

CAVAB: Bilirsiniz ki, mən bu sahədə mütəxəssis deyiləm. Əlbəttə, burada mütəxəssislərin rəyi mənim

üçün həlledici olacaqdır. Mən parlamentin rəhbərliyi ilə də bu barədə danışmışam və fikir mübadiləsi

aparmışam. Amma istəyirəm ki, mütəxəssislər öz rəylərini versinlər. O qanun layihəsində bəzi məqamlar var ki,

onlar birmənalı qarşılanmır. Yenə də deyirəm, mən dərindən bilmədiyim məsələ ilə heç vaxt məşğul olmuram.

İstəyirəm ki, geniş müzakirələr keçirilsin, müxtəlif rəylər ortaya qoyulsun, bu məsələ təfsilatı ilə öyrənilsin.

Page 13: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

13

Ondan sonra mənim də mövqeyim bəlli olacaqdır. İndiki mərhələdə hesab edirəm ki, geniş müzakirəyə ehtiyac

var və bütün mübahisəli məqamlar da gərək təhlil edilsin və təkliflər irəli sürülsün.

SUAL: Cənab Prezident, Gürcüstan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Siz bildirmişdiniz ki,

şübhələr aradan qaldırılmayınca, araşdırmalar davam edəcəkdir. Hazırda vəziyyət nə yerdədir?

Cənab Prezident, bu sualın ikinci hissəsi olaraq, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı baş verən

hadisələrə Prezident kimi Sizin münasibətinizi bilmək istərdik. Orada baş verən hadisələr Sizi narahat edirmi?

BAKI. 17.12.2004.

AzərTAc.

Page 14: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

14

Avropa Şurası Azərbaycandakı bələdiyyə seçkilərini

demokratiyanın inkişafında irəliyə doğru addım hesab edir

Avropa Şurası dekabrın 17-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərini demokratiyanın

inkişafında irəliyə doğru addım hesab edir. Bu təşkilatın AzərTac-a daxil olmuş mətbuat üçün açıqlamasında

deyilir ki, yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilər demokratik cəmiyyətin formalaşmasında mühüm

bir addım olan bələdiyyələrin qurulmasında Azərbaycan tərəfindən 2002-ci ilin aprelində ratifikasiya edilmiş

"Yerli özünüidarə haqqında" Avropa Xartiyasında bəyan olunmuş prinsipləri özündə əks etdirir.

Avropa Şurasının Yerli və Regional Hakimiyyət Orqanları Konqresinin nümayəndə heyətinin

Azərbaycan Prezidenti İlham Əliyevlə, parlament və hökumət nümayəndələri, siyasi partiyaların və qeyri-

hökumət təşkilatlarının təmsilçiləri ilə keçirdiyi görüşlər, habelə seçkilər zamanı 80 seçki məntəqəsində apardığı

müşahidələr təşkilatın rəyində öz əksini tapmışdır.

“Xalq qəzeti”

21 dekabr 2004.

Page 15: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

15

Bələdiyyə seçkiləri – 2009

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Təşviqat kampaniyası noyabrın 25-dən başlanacaq

"Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək". Bu barədə Mərkəzi Seçki

Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın dünən keçirilən iclasında bildirib. "Yerli

özünüidarəetmə orqanlarına seçkilərin təyin edilməsi hazırkı bələdiyyələrin səlahiyyətlərinin başa çatması ilə

əlaqədardır. Azərbaycanda bələdiyyələr artıq 10 ildir fəaliyyət göstərirlər. Onlar ölkədə artıq möhkəmləniblər və

öz fəaliyyətlərinin bir sıra parametrlərinə görə beynəlxalq standartlara cavab verirlər" - deyə MSK sədri əlavə

edib.

O əlavə edib ki, qərar mətbuatda dərc olunduqdan sonra seçkiyə rəsmi start veriləcək. M. Pənahov

həmçinin bələdiyyə seçkilərində veb-kameraların tətbiq ediləcəyini deyib. Onun sözlərinə görə, seçkilərdə

beynəlxalq təşkilatlar və yerli müşahidəçilərin hər birinə şərait yaradılacaq. MSK sədri əlavə edib ki, seçkilər

1718 bələdiyyədə 15682 yer üçün keçiriləcək. O, məcburi köçkün statusunda olanlardan başqa bütün seçicilərin

seçkilərdə iştirak edə biləcəyini qeyd edib. M. Pənahov səsvermənin 118 seçki dairəsində keçiriləcəyini

vurğulayıb. MSK sədri bildirib ki, siyasi partiyalar, seçki blokları ilə fiziki şəxslərin seçkilərdə iştirakı fərqli

olmalıdır: "Bütün sahələrdə hüquqi şəxslərdən fiziki şəxslərə nisbətən daha çox sənəd tələb olunur. Bu, təkcə

seçkilərdə belə deyil".

MSK-nın qəbul etdiyi təlimatlarda siyasi partiyalar və seçki bloklarının seçkilərdə iştirakı üçün bir sıra

süni əngəllərin yaradılması ilə bağlı bəzi müxalifət partiyalarının iddialarına münasibət bildirən M. Pənahov

deyib ki, əksinə, hüquqi şəxslərdən ən az sayda sənəd məhz seçkilərdə tələb olunur: "Ona görə də mən üzümü

partiyalara tutub deyirəm ki, bu barədə narahat olmasınlar. Əgər seçkilərdə iştirak üçün hansısa bu və ya digər

qoyulan tələblər problem yaratsa, biz MSK olaraq bunları aradan qaldıracağıq. Seçkilərin məqsədi də budur ki,

maraqlı tərəflər bu prosesdə iştirak etsinlər". M. Pənahov qeyd edib ki, siyasi partiyaların nədənsə narazı olması

çox təbii bir şeydir: "Buna qeyri-adi baxmaq lazım deyil, bu o deməkdir ki, ölkədə siyasi fəallıq var. Yəni

partiyalar gedən proseslərə biganə deyillər. Vaxt gələcək Azərbaycanda bu cür məsələlər seyrələcək, partiyalar

Qərbdə olduğu kimi maariflənəcək, kifayət qədər səviyyələri qalxacaq və məsələlərə bu şəkildə yox,

qanunauyğun münasibət bildirəcəklər. Münasibət qanuna bildirilməlidir, başqa şeyə yox".

Bəzi müxalifət partiyalarının seçki komissiyalarında müxalifəti təmsil edən nümayəndələrin olmaması

barədə fikirlərə münasibət bildirən MSK sədri qeyd edib ki, seçki komissiyalarında iqtidar-müxalifət söhbəti

yoxdur: "Komissiyaların formalaşmasının ümumi prinsipləri var". MSK sədri bildirib ki, seçki komissiyaları

Seçki Məcəlləsində nəzərdə tutulduğu şəkildə formalaşır: "Seçki Məcəlləsində isə göstərilir ki, seçki

komissiyaları parlamentdə olan çoxluq, azlıq və bitərəflərin nümayəndələrindən formalaşır. Hazırkı seçki

komissiyaları da məhz bu prinsip əsasında formalaşıb. Əslində, mən partiyaların bu kimi iddialarına pis

baxmıram. Çünki siyasi partiyaların öz maraqları var. Elə siyasi mübarizə də budur. Demokratik cəmiyyət odur

ki, bütün siyasi partiyalar məsələlərə istədiyi prizmadan yanaşa bilsin. Amma bu şərtlə ki, ümumi ana xətt xalqa

xidmət eləsin".

İclasda dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Təqvim Planı da qəbul olunub. Təqvim

Planı barədə MSK katibi N.Məmmədov məlumat verib. Onun sözlərinə görə, seçkilərin elan olunması ilə bağlı

qərar rəsmi qəzetlərdə dərc edildikdən sonra namizədlərin irəli sürülməsi mərhələsi başlayır. İmzatoplama

kampaniyası namizədliyi təsdiq edən sənədlər qəbul olunduqdan sonra başlayacaq. N.Məmmədov bildirib ki,

Təqvim Planına görə, Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı dekabrın 13-dək - səsverməyə

10 gün qalana kimi, Dairə Seçki Komissiyalarında isə dekabrın 18-dək - səsverməyə 5 gün qalana kimi davam

edəcək. Noyabrın 18-nə kimi seçici siyahılarının dəqiqləşdirilməsi prosesi aparılacaq. Namizədliyi qeydə alınan

şəxslərin təbliğat-təşviqat kampaniyası noyabrın 25-dən dekabrın 22-si saat 08.00-dək aparılacaq.

N.Məmmədov bildirib ki, seçkilərdə "exit poll" keçirmək istəyən təşkilatlar dekabrın 3-dək sənədləri MSK-ya

təqdim etməlidirlər.

Azər NURİYEV

“Kaspi”.-2009.-8 oktyabr.-N.179.-S.3.

Page 16: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

16

Bələdiyyə seçkilərinin vaxtı təyin edildi

Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, komissiya əvvəlcə Azərbaycan

Respublikasında növbəti seçkilərin təyin edilməsi barədə məsələyə baxmışdır. Bu məsələ barədə məlumat verən

Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, artıq 10 ildir ölkəmizdə bələdiyyələr fəaliyyət göstərir və bu

yerli özünüidarə qurumları gənc institut olmasına baxmayaraq, fəaliyyət göstərdikləri qısa müddət ərzində

zəngin təcrübə qazanmış və onların işlərinin faydalı əmsalı ildən-ilə artır. Carı ildə bələdiyyələrin səlahiyyət

müddəti başa çatır və bu qurumlara növbəti seçkilərin təyin edilməsi üçün əsas yaranmışdır. Seçki Məcəlləsinin

tələbinə əsasən, seçkilər səsvermə gününə azı 75 gün qalmış təyin edilməlidir. Respublika üzrə 1718

bələdiyyəyə 15 682 üzv seçilməlidir. İşğal altındakı rayonlarımızın əhalisi təəssüflər olsun ki, bu seçkilərdə

iştirak edə bilməyəcəkdir.

Sədr qeyd etmişdir ki, komissiya bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar hüquqi bazanın

gücləndirilməsi üçün normativ xarakterli aktlar təsdiq edərək dərc etdirmiş və onları aşağı seçki komissiyalarına

çatdırmışdır. Həmin sənədlər mətbuat və Mərkəzi Seçki Komissiyasının internet səhifəsi vasitəsi ilə

rəsmiləşdirilmişdir.

Sonra komissiyanın sədri MSK üzvlərinə bələdiyyə seçkilərinin təyin edilməsinə dair qərar layihəsi

barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, Azərbaycan Respublikasında növbəti

bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-ü, çərşənbə gününə təyin edilsin və seçki keçiriləcək bələdiyyələrin

siyahısı dərc edilsin.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov "Azərbaycan Respublikasında bələdiyyə

seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı "nın təsdiq edilməsinə dair

məsələ barədə məlumat vermişdir. Komissiya Təqvim planının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Bakı ofisinin, ABŞ və Fransa səfirliklərinin, Milli Demokratiya İnstitutunun (ABŞ),

Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri

iştirak etmişlər.

AzərTAc.

“Azərbaycan”.-2009.-8 oktyabr.-N 223.-S.7.

Page 17: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

17

Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində

səs vermişdir

Bakı, 23 dekabr (AzərTAc). Cari il dekabrın 23-ü müstəqil Azərbaycanın tarixinə növbəti bələdiyyə

seçkiləri günü kimi daxil olacaqdır. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək, qarşıdakı beş ildə onların

yerlərdəki problemlərinin həlli ilə məşğul olacaq özünüidarə orqanlarına üzvlüyə ən layiqli namizədlərə səs

vermişlər.

Avropa standartlarına cavab verən yeni Seçki Məcəlləsi əsasında vətəndaşların öz iradələrini sərbəst ifadə

etmələri üçün bütün tədbirlər görülmüş, seçkilərin gedişini izləmək üçün xarici ölkələrdən beynəlxalq

müşahidəçilər dəvət edilmişdir.

Təşviqat kampaniyası azad və şəffaf şəraitdə keçirilmiş, hər bir namizədə bərabər şərait yaradılmışdır.

Bunu hələ seçki günündən əvvəl Azərbaycana gəlmiş beynəlxalq müşahidəçilər də təsdiq etmişlər.

Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli məktəb-liseydə yerləşən 6 saylı seçki məntəqəsində

səhər tezdən xüsusi canlanma müşahidə olunurdu.

6 saylı məntəqə 814 seçicini əhatə edir. Digər seçki məntəqələrində olduğu kimi, burada da səsvermənin

normal keçməsi üçün hər şey nəzərə alınmışdı. Yerli və xarici müşahidəçilər səsvermənin gedişini izləyirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səsvermə otağında seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya

saldı.

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar da səs verdilər.

Bu anı respublikamızın və xarici ölkələrin çoxsaylı mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri

izləyirdilər.

X X X

Seçki məntəqəsində səsvermə isə davam edir, müşahidəçilər səsvermənin gedişini izləyirdilər.

Azərbaycanın hər yerində olduğu kimi, 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsinə də seçicilər

dəstə-dəstə gəlir, bəyəndikləri namizədlərə səs verirdilər.

AzərTAc

23 dekabr 2009-cu il

Page 18: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

18

Azərbaycanda bələdiyyə seçkiləri keçirildi

1718 BƏLƏDİYYƏYƏ 15 MİN 682 ÜZV MÜƏYYƏNLƏŞDİRMƏK ÜÇÜN SƏSVERMƏ OLDU.

BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR SEÇKİNİN DEMOKRATİK VƏ ŞƏFFAF ŞƏKİLDƏ TƏŞKİL EDİLDİYİNİ

BİLDİRDİ

Dünən Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Saat 08.00-da seçki məntəqələri səsvermə üçün açılıb.

118 seçki dairəsinin 4813 seçki məntəqəsində keçirilən səsvermədə 1718 bələdiyyəyə 15 min 682 üzv

müəyyənləşdirmək üçün səsvermə olub. Ölkə üzrə bələdiyyələrə 31 min 861 nəfərin namizədliyi irəli sürülüb.

Namizədlər 16 siyasi partiyanı, bitərəfləri və təşəbbüs qruplarını təmsil edib. Səsvermə saat 19.00-a qədər

davam edib.

İki gün müddətinə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələrini elan edəcək. Səsvermədə

seçicilərin fəallığı ilə bağlı dünən gün ərzində 5 dəfə MSK tərəfindən ictimaiyyətə məlumat verilib.

Qeyd edək ki, seçkiləri 50 minə yaxın müşahidəçi izləyib. Onların 48 min 388-i DSK-larda, 1160-ı isə

MSK-da qeydiyyatdan keçib. Prosesi izləmək üçün 52 beynəlxalq müşahidəçi qeydə alınıb. Media

nümayəndələrinin səsvermə prosesini izləməsi sərbəst olub.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.

Seçicilərə müraciətində MSK sədri seçiciləri fəal olmağa, istədikləri namizədlərə səs verməyə çağırıb: “Arzu

edirəm ki, bütün seçicilər Azərbaycanda keçirilən bu seçkilərə öz münasibətlərini bildirsinlər, səsvermə

hüququndan yararlansınlar və birbaşa öz həyatlarına təsir edəcək yerli özünüidarəetmə orqanlarının

formalaşmasında yaxından iştirak etsinlər”.

Bələdiyyə seçkilərinin hazırlıq mərhələlərindən danışan M. Pənahov bildirib ki, seçki komissiyalarının

bütün fəaliyyəti müşahidəçilərin gözü qarşısında olub. O, səsverməni 50 mindən artıq müşahidəçinin

izləyəcəyini də diqqətə çatdırıb.

Bələdiyyə seçkiləri zamanı “Seçkilər” İnformasiya Mərkəzinin “Qaynar xətti”nə ümumilikdə 40 müraciət

daxil olub. Bu barədə Mərkəzin direktoru Ramil Hüseynov “Trend”ə bildirib. Onun sözlərinə görə, müraciətlər

əsasən məntəqələrin yeri, hansı məntəqədə səs verilməsinin dəqiqləşdirilməsi barədə məlumat alınması ilə bağlı

olub: “Soyadların seçki siyahısında olmaması ilə əlaqədar şikayət daxil olmayıb”.

Seçkilərin gedişi ilə bağlı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel Mərkəzi Seçki

Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinə baş çəkib. APA-nın məlumatına görə, səfir bildirib ki, onlar

ATƏT olaraq seçkiləri rəsmən müşahidə etməyiblər. Amma ümumilikdə prosesi və səsvermənin gedişini

müşahidə ediblər: “Seçkilərin idarə edilməsi baxımından hələlik proses normal gedir, heç bir problem yoxdur.

Amma bəzən toplu səsvermə, bir nəfərin bir neçə dəfə səs verməsi barədə məlumatlar daxil olub. Amma bunlar

doğrudur, ya yox bunu bilmirik. Bu məlumatların hamısını MSK-ya təqdim edirik. Vacib olan səslərin

sayılmasıdır. Bu səslərin sayılmasının doğru olması vacib şərtdir. DSK-lar bu məsələdə çox ehtiyatlı olmalıdır.

MSK da hər hansı xətanın olmamasına çalışır”. Əli Bilgə Cankorel bildirib ki, seçkilərdə müşahidəçilərə yaxşı

şərait yaradılıb və heç bir problem yoxdur.

Seçkiləri izləyən beynəlxalq müşahidəçilər – Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin

nümayəndələri də seçki prosesində razı qaldıqlarını bildiriblər. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər

Konqresinin nümayəndə heyəti 15 nəfərdən ibarət müşahidəçiləri respublikanın müxtəlif regionlarında

səsvermənin gedişini izləyiblər. Beynəlxalq müşahidəçilərin ən böyük qrupu müşahidəni Bakı şəhərində və

respublikanın aran və şimal iqtisadi zonalarında tam azad, sərbəst şəkildə həyata keçiriblər. Onlar “Seçkilər”

İnformasiya Mərkəzində, seçki məntəqələrində quraşdırılmış veb-kameralar üçün texniki baxış mərkəzində də

olublar.

Axşam saatlarına qədər MSK-ya nə yerli, nə də beynəlxalq müşahidəçilərdən heç bir şikayət, irad və təklif

daxil olmayıb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov bildirib ki, bütün bunlar seçki

prosesinin normal getdiyini, seçkilərdə demokratiklik və şəffaflıq tam təmin olunduğunu göstərir.

R. Qasımov onu da qeyd edib ki, MSK-da “qaynar xətt” fəaliyyət göstərir, beynəlxalq müşahidəçilərə isə

MSK rəsmiləri ilə əlaqə saxlamaq üçün bütün imkanlar yaradılıb.

MSK seçkilərlə əlaqədar ATƏT-in Bakı ofisi ilə də sıx və səmərəli əməkdaşlıq edir. ATƏT-in Bakı

ofisinin, ABŞ və Böyük Britaniya səfirliklərinin, eləcə də digər səfirliklərin nümayəndələri də səsvermənin

gedişi ilə bağlı öz fikirlərini MSK ilə bölüşüblər.

Dünən gecə MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirib. Seçkilərin baş tutduğunu bildirən M.

Pənahov yekun nəticələrin yaxın iki gündə açıqlanacağını vurğulayıb.

“525-ci qəzet”.-2009.-24 dekabr.-N.238.-S.1, 3.

Page 19: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

19

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunlarını

elan etmişdir

Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, komissiya Azərbaycan

Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunları barədə məsələyə

baxmışdır.

Komissiyanın sədri bildirmişdir ki, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ölkəmizin tarixinə

müstəsna əhəmiyyətə malik hadisələrdən biri kimi düşəcəkdir. Seçkilərin hazırlanması və keçirilməsi dövründə

Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və

tələblərinə riayət olunmuşdur. Bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin ümumi sayının 32,04 faizi

səsvermədə iştirak etmiş və bunun nəticəsində də seçkilər baş tutmuşdur. Dairə seçki komissiyaları tərəfindən

30 min 954 bələdiyyə üzvlüyünə namizəd qeydə alınmış və onlara təşviqat dövründə bərabər şərait

yaradılmışdır. Səsvermə günü də daxil olmaqla seçki dövründə baş verən bütün çatışmazlıqlar dərhal aradan

qaldırılmışdır. Bələdiyyə seçkiləri 118 seçki dairəsi və 4813 seçki məntəqəsi üzrə keçirilmiş, 15 min 682

bələdiyyə üzvünün seçilməsi üçün 1718 bələdiyyəni əhatə etmişdir. Ermənistan Respublikasının hərbi təcavüzü

nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində - Dağlıq Qarabağ regionunda, Ağdərə,

Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında

olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsi qeyri-mümkün olmuşdur.

Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülmüş, qanuna müvafiq surətdə

mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılmış və müşahidəçilərin sərbəst

fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 54 beynəlxalq və 50 mindən çox yerli

müşahidəçi, 28 informasiya agentliyi, 12 xarici KİV, 18 teleradio şirkəti, 39 yerli qəzet və jurnal nümayəndələri

seçkilərin gedişini izləmişlər. Səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilər

ümumən seçkiləri müsbət qiymətləndirmişlər. Həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələri ilə

dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr Mərkəzi Seçki

Komissiyasının nəzdindəki “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki

Komissiyasının internet saytında yerləşdirilmiş, yekun protokolları və digər seçki sənədləri məntəqə seçki

komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılmışdır.

Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından bələdiyyələr üzrə yekun protokollarını və digər

seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxlamışdır. Qeydə alınmış

qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş

müraciətlər də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırılmış, qanunun tələbinə uyğun qərarlar

qəbul olunmuşdur.

Sonra MSK katibi Natiq Məmmədov komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 2009-cu il

dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair qərarının layihəsi ilə tanış etmişdir.

Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin

baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər

qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın. Eyni zamanda, 33 seçki məntəqəsindəki səsvermənin

nəticələri və 9 bələdiyyəyə seçkilərin etibarsız hesab edilməsi, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilmiş

bütün 1709 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə alınması haqqında qərar

çıxarılmışdır.

Komissiya bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısının elan edilməsi barədə qərar qəbul etmişdir.

Seçkilərin hazırlanması və keçirilməsi zamanı öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə 50 saylı

Qobustan-Xızı-Quba və 72 saylı Yardımlı-Masallı dairə seçki komissiyaları sədrlərinin tutduğu vəzifəyə

uyğunsuzluğu müəyyən edilmiş, eyni səbəbdən 70 saylı Masallı şəhər, 80 saylı İmişli-Beyləqan seçki dairələri

dairə seçki komissiyaları buraxılmışdır.

Seçkilərlə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada

araşdırılmış materialların bir qismi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş

Prokurorluğuna göndərilmişdir.

İclasın sonunda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun

protokolu tərtib edilərək təsdiqlənmişdir.

AzərTAc

“Xalq qəzeti”.-2010.-12 yanvar.-N 7.-S.2.

Page 20: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

20

2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının

Q Ə R A R I

Mərkəzi Seçki Komissiyası özünün 7 oktyabr 2009-cu il tarixli 25/103 saylı qərarına əsasən Azərbaycan

Respublikasında 23 dekabr 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərində ölkə üzrə seçici siyahısına daxil

edilmiş 4.612.727 seçicidən 1.478.186 nəfərin, yəni seçicilərin ümumi sayının 32,04 %-nin səsvermədə iştirak

etdiyini və bunun nəticəsində də seçkilərin baş tutduğunu bəyan edərək;

seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki

Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunduğunu və

a) qeydə alınmış 30.954 bələdiyyə üzvlüyünə namizədə təşviqat dövründə bərabər şəraitin yaradıldığını,

b) səsvermə günü də daxil olmaqla seçki dövrü baş verən bütün çatışmazlıqların dərhal aradan

qaldırıldığını,

c) seçkilərin 118 seçki dairəsi və 4.813 seçki məntəqəsi üzrə keçirildiyini və 15.682 bələdiyyə üzvünün

seçilməsi üçün 1.718 bələdiyyəni əhatə etdiyini qeyd edərək;

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş

ərazilərində - Dağlıq Qarabağ regionunda (Xankəndi şəhəri, Şuşa, Xocalı, Əsgəran, Xocavənd rayonları),

Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal

altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsinin qeyri-mümkün olduğunu və buna görə də,

a) Azərbaycan Respublikasının suveren hüquqlarının və işğal nəticəsində məcburi köçkün düşmüş

Azərbaycan vətəndaşlarının digər hüquqları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının yaradılmasında iştirak

hüququnun və bu orqanlara seçmək və seçilmək hüququnun kobud şəkildə pozulduğunu,

b) habelə, Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində öz tarixi torpaqlarından qaçqın düşmüş

insanların aktiv və passiv seçki hüququnun təmin olunduğunu BMT-nin, ATƏT-in, AŞ-nın və digər beynəlxalq

təşkilatların nəzərinə çatdıraraq;

seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlərin görülməsi, qanuna müvafiq surətdə

mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameraların tətbiqi və müşahidəçilərin sərbəst

fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində, səsvermə günü, 54 beynəlxalq və 50.000-dən çox yerli

müşahidəçinin, 28 informasiya agentliyi, 12 xarici KİV, 18 teleradio şirkəti, 39 yerli qəzet və jurnal

nümayəndələrinin seçkilərin gedişini izlədiyini vurğulayaraq;

səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilərin ümumən seçkiləri müsbət

qiymətləndirdiklərini təqdir edərək;

həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa

çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələrin Mərkəzi Seçki Komissiyasının nəzdindəki “Seçkilər”

İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında

yerləşdirilməsini, yekun protokollarının və digər seçki sənədlərinin məntəqə seçki komissiyalarından dairə seçki

komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılmasını nəzərə alaraq;

Mərkəzi Seçki Komissiyasının dairə seçki komissiyalarından bələdiyyələr üzrə yekun protokollarını və

digər seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxladığını qeyd edərək;

qeydə alınmış qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki

Komissiyasına daxil olmuş müraciətlərin də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırıldığını və

araşdırma nəticəsində

a) müraciətlərin, protokol və ona əlavə edilmiş sənədlərdəki məlumatların bir qisminin bir sıra seçki

məntəqələri, o cümlədən bələdiyyələr üzrə seçkilərin nəticələrinin yenidən qiymətləndirilməsinə və etibarsız

sayılmasına əsas yaratdığını,

b) özündə cinayət xarakterli məlumatları əks etdirən müraciətlərin isə araşdırılmasının müvafiq

prokurorluq orqanlarının səlahiyyətinə aid olduğunun müəyyən edildiyini xüsusilə vurğulayaraq;

bir qisim bələdiyyələrdə seçki günü və səsvermənin nəticələrinin rəsmiləşdirilməsi ilə əlaqədar seçkilərin

nəticələrinə təsir edən ciddi qanun pozuntularına və kobud səhvlərə yol verilməsini, bəzi hallarda müvafiq

məntəqə seçki komissiyaları tərəfindən seçicilərin səsvermə hüquqlarının məhdudlaşdırılmasını və bu cür kobud

qanun pozuntularının aradan qaldırılması üçün müvafiq məntəqə və dairə seçki komissiyalarının sədrləri və

müvafiq komissiyalar tərəfindən lazımi tədbirlərin görülməməsini təəssüflə qeyd edərək;

50 saylı Qobustan - Xızı - Quba, 72 saylı Yardımlı - Masallı seçki dairələri dairə seçki komissiyaları

sədrlərinin, 70 saylı Masallı şəhər və 80 saylı İmişli - Beyləqan seçki dairələri dairə seçki komissiyalarının

Page 21: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

21

əvvəlki seçki mərhələləri də daxil olmaqla səsvermə günü və ondan sonra üzərinə düşən vəzifələrin öhdəsindən

lazımınca gələ bilmədiklərini narahatlıqla ifadə edərək;

Seçki Məcəlləsinin 240.2-ci maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən 9 bələdiyyə

üzrə səsvermənin nəticələri etibarsız hesab edildikdən sonra Azərbaycan Respublikasının seçki keçirilən

hissəsində 1.709 bələdiyyənin tam formalaşması nəticəsində 15.591 nəfərin bələdiyyə üzvü seçildiyini əminliklə

ifadə edərək;

seçkilərin nəticələrinin obyektiv surətdə qiymətləndirilməsi və qanuna müvafiq tədbirlərin görülməsi

məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 25-ci, 28.2-ci, 28.4-cü,

107.4-cü, 112.9-cu, 239-cu, 240-cı və 241-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALIR:

1. Azərbaycan Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutması,

bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki

Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın.

2. Bəzi seçki məntəqələri və bələdiyyələr üzrə seçkilərin etibarsız hesab edilməsinə dair Azərbaycan

Respublikası Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları nəzərə alınaraq, ümumilikdə 33 seçki

məntəqəsindəki səsvermənin nəticələri və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə

əsasən 9 bələdiyyəyə seçkilər etibarsız hesab edilmiş sayılsın.

3. Bələdiyyələr üzrə seçkilərin yekunları müəyyənləşdirilərkən müvafiq dairə seçki komissiyaları

tərəfindən dairə seçki komissiyalarının protokollarına bu və ya digər səbəbdən tam daxil edilməmiş məntəqə

seçki komissiyaları protokollarının nəticələri nəzərə alınaraq, Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi

yekunlarına dair protokoluna daxil edilsin (siyahı əlavə olunur, 1 saylı əlavə).

4. Qüsursuz məntəqə seçki komissiyalarının protokolları ümumiləşdirilərkən müvafiq dairə seçki

komissiyaları tərəfindən tərtibat xətalarına yol verildiyindən, həmin seçki məntəqələri üzrə nəticələr nəzərə

alınaraq, Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair protokoluna daxil edilsin (siyahı

əlavə olunur, 2 saylı əlavə).

5. Seçkilərin ümumi yekunları rəsmi təsdiq edilmiş bütün 1.709 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam

tərkibdə formalaşması nəzərə alınsın.

6. Bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısı elan edilsin.

7. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının

müvafiq qərarları ilə səsvermənin nəticələri etibarsız sayılmış 18 seçki məntəqəsi məntəqə seçki

komissiyalarının buraxılması nəzərə alınsın (siyahı əlavə olunur, 3 saylı əlavə).

8. Seçkilərin hazırlanması və keçirilməsi zamanı öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə 72

saylı Yardımlı - Masallı seçki dairəsinin dairə seçki komissiyası sədrinin tutduğu vəzifəyə uyğunsuzluğu

müəyyən edilsin. Eyni səbəbdən 70 saylı Masallı şəhər, 80 saylı İmişli - Beyləqan seçki dairələri dairə seçki

komissiyalarının buraxılması, 50 saylı Qobustan - Xızı - Quba seçki dairəsinin dairə seçki komissiyası sədrinin

tutduğu vəzifəyə uyğunsuzluğunun Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilməsi nəzərə alınsın.

9. Seçkilərlə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada

araşdırılmış materialların bir qismi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş

Prokurorluğuna göndərilsin (siyahı əlavə olunur, 4 saylı əlavə).

10. Bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib

edilsin.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov, İlham

Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Rövşən İsmayılov, Almas Qəhramanlı, Oktay

Hümbətli

“Xalq qəzeti”.-2010.-12 yanvar.-N 7.-S.3.

Page 22: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

22

MSK bələdiyyə üzvü seçilmiş namizədlər haqqında statistik məlumatları

açıqlamışdır

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş seçkilərdə bələdiyyə üzvü seçilmiş

namizədlər haqqında statistik məlumatları açıqlamışdır.

MSK nəzdində “Seçkilər” İnformasiya Mərkəzindən bildirmişlər ki, seçkilərdə qalib gəlmiş şəxslərin 10

min 705-nin namizədliyi siyasi partiyalar, 77-nin namizədliyi təşəbbüs qrupları, 4809 nəfərin namizədliyi isə

özləri tərəfindən irəli sürülmüşdür.

Bələdiyyələrdə siyasi partiyaları təmsil edən namizədlərin 10 min 290-ı YAP, 132-si BQP, 81-i BAXCP,

62-si AVP, 61-i VHP, 41-i Ümid, 15-i ADİSP, 14-ü VBP, 5-i ASRP, 4-ü isə Müsavat partiyalarının üzvləridir.

Bitərəflərin sayı 4157, partiya mənsubiyyətini göstərməyənlər 157 nəfərdir.

Builki bələdiyyə üzvlərinin 9 min 979-u ali, 2711-i orta ixtisas, 2825-i orta, 76-sı isə natamam ali

təhsillidirlər. Bələdiyyə üzvlərinin 11517-ni kişilər, 4074-nü qadınlar təşkil edirlər.

Bələdiyyə üzvlərinin 4243-ü 21-30, 2615-i 31-40, 4781-i 41-50, 3293-ü 51-60 yaş qrupuna daxildirlər.

659 nəfərinin yaşı 60-dan yuxarıdır.

Ümumilikdə isə 15 min 591 nəfər bələdiyyə üzvü seçilmişdir.

AzərTAc.

“Xalq qəzeti”.-2010.-13 yanvar.-N 8.-S.1.

Page 23: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

23

Bələdiyyə seçkiləri – 2011

Siyasi partiyaların və siyasi partiyalar bloklarının bələdiyyə seçkilərində iştirakının əsasları

Mikayıl RƏHİMOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi siyasi partiyaların və siyasi partiyalar bloklarının

seçkilərdə iştirakı üçün geniş imkanlar açır. Başqa sözlə, həmin məcəllədə siyasi partiyaların və siyasi

partiyalar bloklarının seçkilərdə və referendumda iştirakının ümumi və xüsusi şərtləri hərtərəfli əks

olunub.

Qanunvericiliyin tələbinə görə, seçkilərdə iştirak edən subyektlər öncə mətbuat azadlığına hörmət

bəsləməlidirlər. Yəni seçki prosesində iştirak edərkən kütləvi informasiya vasitələri nümayəndələrinin işinə

mane olmamaq lazımdır. Eləcə də namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki

kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq tələb olunur. Ümumi prinsiplər sırasında seçkiqabağı

təşviqat materiallarını məhv etməmək və korlamamaq, onların yayılmasına, kütləvi tədbirlərin keçirilməsinə

mane olmamaq da mühüm şərtlərdəndir. Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə iştirakı

zamanı seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki orqanları və seçki subyektləri ilə

əməkdaşlıq etmək kimi vacib qaydalara da riayət olunmalıdır. Seçicilərin öz iradəsini azad və sərbəst

bildirməsinə maneçilik törətməmək, səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla

əməkdaşlıq etmək lazımdır. Riayət olunmalı şərtlər sırasında səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına

kömək göstərmək, seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək, seçki komissiyalarının

fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq

mütləqdir.

Ümumiyyətlə, Seçki Məcəlləsində siyasi partiyalar blokunun yaradılma qaydası, fəaliyyət prinsipləri və

digər mühüm məqamlara dair dəqiq izahlar verilmişdir. Belə müəyyən olunmuşdur ki, siyasi partiyaların

blokunu azı iki siyasi partiya yarada bilər və siyasi partiya blokun tərkibinə daxildirsə, seçkilərin keçirildiyi

dövrdə müstəqil partiya kimi çıxış edə və ya digər bloka daxil ola bilməz. Siyasi partiyaların blokuna daxil

olmaq barədə qərar isə bloka daxil olacaq hər bir siyasi partiyanın nizamnaməsinə uyğun qəbul edilməlidir.

Yalnız yuxarıda qeyd edilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri

blokun yaradılması barədə birgə qərar imzalayırlar.

Siyasi partiyalar blokunun qeydə alınması üçün blokun səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki

Komissiyasına müvafiq sənədlər təqdim etməlidir. Bunlar bloka daxil olan siyasi partiyaların nizamnamələrinin

notariat qaydasında təsdiq edilmiş surətləri, siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları, blokun

yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların

möhürləri ilə təsdiqlənmiş birgə qərardır. Sözügedən sənədlər düzgün rəsmiləşdirildikdə, Seçki Məcəlləsinin

tələblərinə uyğun gəldikdə MSK 5 gün müddətində siyasi partiyaların blokunu qeydə almalıdır. Əks təqdirdə

MSK siyasi partiyalar blokunun qeydə alınmasından imtina edə bilər. Yeri gəlmişkən, siyasi partiyaların

blokunun qeydə alınması rəsmiləşdikdən sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil edilə bilməz.

Siyasi partiyalar blokunun adı və emblemi ilə bağlı da konkret tələblər var. Siyasi partiyalar blokunun adı

bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilməlidir. Blokun

adlandırılmasında həmin bloka daxil olmayan (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq) və

əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Əgər yeni qeydə

alınmış siyasi partiyalar blokuna əvvəlki seçkilərdə həmin bloku yaratmış siyasi partiyaların yarısından çoxu

daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Siyasi partiyaların

bloku fiziki şəxsin adından və ya soyadından yalnız həmin şəxsin yazılı razılığı əsasında istifadə edə bilər. Bu

tələblərlə yanaşı, siyasi partiyaların bloku özünün tam və qısa adı barədə MSK-ya məlumat təqdim etməlidir.

Siyasi partiyaların bloku rəsmən təsdiq olunması üçün özünün emblemini də MSK-ya təqdim edə bilər. Bu

zaman siyasi partiyaların bloku onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış emblemi, yaxud

digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər

istisna olmaqla, istənilən emblemi təqdim edə bilər. Bir şərtlə ki, siyasi partiyalar blokunun rəmzləri əqli

mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmasın, Azərbaycan Respublikasının və digər

ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmasın, ümumən qəbul edilmiş əxlaq normalarını pozmasın.

Seçki kampaniyası dövründə siyasi partiyalar blokunun adının və embleminin dəyişdirilməməsi şərtilə blokun

beş sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə edilməsi Mərkəzi Seçki

Komissiyası ilə razılaşdırılmalıdır. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri,

Page 24: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

24

habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan

siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı, yaxud onların qurultayı,

konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər. Siyasi partiyaların, siyasi partiyalar blokunun

səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə

bilər. Bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına

göndərilməlidir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının dövlət və ya bələdiyyə vəzifələrində çalışan

səlahiyyətli nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi zamanı istifadə edə

bilməzlər. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti

onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec

olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə

namizədlərin statusunun itirilməsi vaxtı başa çatır.

Seçki Məcəlləsinin onuncu fəslinin 54-cü maddəsi namizədlərin siyasi partiyalar və siyasi partiyaların

blokları tərəfindən irəli sürülməsinin ümumi prinsiplərini müəyyən edir. Həmin maddənin tələblərinə əsasən,

namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar

kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd

bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilməli, siyasi partiyaların blokları tərəfindən namizədin

irəli sürülməsi haqqında qərar isə siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında,

rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların səlahiyyətli nümayəndələri partiyaların qurultayında

(konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın,

siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilməlidir və həmin protokolda iclasda (qurultayda,

konfransda, rəhbər orqanın iclasında) iştirak etmiş iştirakçıların sayı, siyasi partiyalar blokunun yaradılması

haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı, namizədin irəli

sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri və qərarın qəbul edilməsi tarixi göstərilməlidir.

Onu da qeyd edək ki, siyasi partiya, siyasi partiyaların bloku bu bloka daxil olan partiyaların üzvü olmayan

şəxsləri də namizəd kimi irəli sürə bilər. Namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi

müvafiq seçki komissiyasına siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin və siyasi partiyanın

qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətlərini, eləcə də namizədin irəli sürülməsi

barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın

protokolunu, siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində

nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini də təqdim etməlidir.

Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi isə namizədin adı ilə birlikdə müvafiq seçki

komissiyasına siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər

orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclaslarının protokollarını, siyasi

partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi

partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarını və müvafiq iclasın protokolunu, siyasi

partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələrini

təqdim etməlidirlər.

Müvafiq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər isə müvafiq seçki komissiyasına siyasi

partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir. Siyasi partiyanın,

siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan sənədlərlə birlikdə namizədin

seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə,

namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Ərizədə namizədin soyadı, adı,

atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə

(bu olmadıqda – fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin

ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət

Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli

olmuşdursa, həmin əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti

yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı

göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər

qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar da öz əksini tapmalıdır.

Seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli

sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın,

siyasi partiya blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Müvafiq seçki komissiyası təqdim

olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

Namizədin qeydə alınmasından imtina üçün əsas yalnız tələb olunan sənədlərin lazımi qaydada

rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsi qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular

müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər

Page 25: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

25

edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi bu haqda xəbərdar edir, müvafiq

düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsi təsdiqlənir.

Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan siyasi

partiyaların səlahiyyətli nümayəndələrinin qərarı ilə səsvermə gününə azı 10 gün qalanadək istənilən vaxt

müvafiq dairə seçki komissiyasına yazılı müraciət edərək seçki dairəsi üzrə irəli sürülmüş bələdiyyə üzvlüyünə

namizədi, həmçinin qeydə alınmış bələdiyyə üzvlüyünə namizədi geri çağırmaq hüququna malikdir.

Qanunvericilik imkan verir ki, bələdiyyə üzvlüyünə namizədlər irəli sürmüş siyasi partiya, siyasi

partiyaların bloku səsvermə gününə azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı müraciət

etməklə, namizədləri irəli sürmüş orqanın qərarı ilə seçkilərdə iştirak etməkdən imtina edə bilər. Bu halda siyasi

partiya, siyasi partiyaların bloku bələdiyyə üzvlüyünə namizədləri geri çağıra bilər.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq siyasi partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi

barədə dairə seçki komissiyası tərəfindən təsdiq edilmiş bildirişi və digər müvafiq sənədləri təqdim etməklə

müvafiq bankda xüsusi seçki hesabı da açmalıdırlar. Bu zaman siyasi partiya, siyasi partiyaların blokunun

maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi xüsusi seçki hesabı aça bilər.

Azərbaycan.-2011.-26 oktyabr.-N 237.-S.9.

Page 26: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

26

Bələdiyyə seçkiləri başa çatdı

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə səsvermə prosesi başa çatıb. SİA-nın

məlumatına görə, bu gün saat 08.00-dan etibarən seçkilər keçirilən ərazilər üzrə seçki məntəqələri açılıb, saat

19.00-da isə bağlanıb.

Bundan sonra səslərin sayılmasına başlanıb. Ümumilikdə 1169 seçki məntəqəsində səsvermə keçirilib.

Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilir. Bələdiyyə üzvlüyünə ümumilikdə 1567

namizəd qeydə alınıb. 16 nəfər namizədliyini geri götürüb, daha 2 nəfər vəfat edib. Bununla, bələdiyyə

üzvlüyünə namizədlərin yekun sayı 1549 olub. Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb.

Bunlar Yeni Azərbaycan, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ümid, Azərbaycan Sosial Rifah, Bütöv Azərbaycan

Xalq Cəbhəsi, Böyük Quruluş, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarıdır. Seçkiyə qatılanlardan

709 nəfər bitərəfdir. Qeydə alınmış namizədlərin 305 nəfəri (19,69%) qadındır. Namizədlərin 673 nəfəri

(43,45%) ali, 605 nəfəri (39,06%) orta, 265 nəfəri (17,11%) orta ixtisas, 6 nəfəri isə (0,38%) natamam ali

təhsillidir. Seçkilərinin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864

nəfərdir. Seçki dairələri üzrə 9883, MSK-da isə 40 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.

Qeydiyyatdan keçən müşahidəçilərin ümumi sayı 9923 nəfərdir. Gün ərzində səsvermənin gedişi,

seçicilərin səsvermədə iştirakı barədə məlumatlar verilib. Seçkilərin nəticələri barədə ilkin məlumatların gecə

saatlarında açıqlanacağı gözlənilir. Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2009-cu il dekabrın 23-də

keçirilib.

Məhsəti

SİA

2011, 30 noyabr

Page 27: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

27

Bələdiyyə seçkiləri – 2014

Bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınmasının əsasları və qaydaları, qeydə

alınmış namizədlərin statusu

Validə KAZIMOVA,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Hazırda respublikamızın ictimai-siyasi həyatının çox mühüm hadisələrindən olan bələdiyyə

seçkilərinə hərtərəfli hazırlıq görülür. Seçki qanunvericiliyində nəzərdə tutulmuş seçki subyektləri

tərəfindən namizədlər irəli sürülür. Seçkilər günü 21 yaşı tamam olan və müvafiq seçki dairəsində daimi

yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Passiv seçki

hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları isə öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs

qruplarının təşəbbüsü ilə, siyasi partiyalar və siyası partiyalar bloku tərəfindən bələdiyyə üzvlüyünə

namizəd irəli sürülə bilər.

Hər kəs yalnız bir bələdiyyə üzrə namizədliyinin irəli sürülməsinə razılıq verə bilər. Öz təşəbbüsü ilə

bələdiyyə üzvlüyünə irəli sürülən namizəd müvafiq dairə seçki komissiyasına bu barədə bildiriş, öhdəlik ərizəsi

və digər sənədlər təqdim etməlidir. Öhdəlik ərizəsində bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin

soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən

sənədin seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər

qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə

ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir.

İrəli sürülmüş namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin

notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi təqdim edilməlidir.

Namizəd öz ərizəsində siyasi mənsubiyyəti barədə qeyd edibsə, bu halda təsdiqedici sənəd təqdim

olunmalıdır.

Namizəd irəli sürmək üçün aktiv seçki hüququ olan seçicilər tərəfindən müvafiq seçki dairəsinin ərazisində

yaşayan əhalinin sayı nəzərə alınaraq təşəbbüs qrupu yaradıla bilər. Buna görə seçicilər öz yığıncağını

keçirməlidirlər.

Yığıncaqda müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunur və protokol tərtib edilir. Seçicilərin

təşəbbüs qrupunun yaradılmasından sonra namizədlərin irəli sürülməsi prosesi başlanır.

Seçicilərin təşəbbüs qrupu tərəfindən müvafiq dairə seçki komissiyasına seçicilərin təşəbbüs qrupunun

yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu və hər bir bələdiyyə üzvlüyünə

namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş və bələdiyyə

üzvlüyünə namizədin qanunauyğun doldurulmuş öhdəlik ərizəsi təqdim edilməlidir.

Siyasi partiyalar və siyasi partiyaların blokları da qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə

üzvlüyünə namizəd irəli sürə bilərlər.

Siyasi partiyalar tərəfindən bələdiyyə üzvlüyünə namizəd və ya namizədlər irəli sürülərkən, siyasi

partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə siyasi

partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətini, siyasi partiyanın

qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətini, namizəd və ya namizədlərin irəli

sürülməsi barədə siyasi partiyanın qurultayının qərarını və müvafiq iclasın protokolunu, hər bir namizədin irəli

sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildirişi, səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi

partiyanın qərarını, siyasi partiyaların səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki

Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələrini, siyasi

partiyaların səlahiyyətli nümayəndələrinin siyahısını təqdim etməlidir.

Siyasi partiyalar səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin

siyahısını, həm də onların səlahiyyətli nümayəndə olmalarına dair razılıq məktublarını Mərkəzi Seçki

Komissiyasına təqdim etməlidirlər.

Siyasi partiyalar bloku tərəfindən namizəd və ya namizədlər irəli sürülərkən, siyasi partiyalar blokunun

səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə siyasi partiyaların

blokuna daxil olan siyasi partiyaların qurultaylarının namizəd və ya namizədləri irəli sürmək barədə qərarları ilə

birlikdə müvafiq iclasların protokollarını, siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların

nümayəndələrinin iclasının siyasi partiyaların bloku adından namizəd və ya namizədlərin irəli sürülməsi

Page 28: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

28

haqqında qərarını və müvafiq iclasın protokolunu, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin

Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında

rəsmiləşdirilmiş vəkalətnamələrini, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin səlahiyyətli

nümayəndə olmağa razılığı barədə yazılı məktublarını, bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsin

soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən

sənədin seriyası və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə, məhkumluğuna, vətəndaşlığına dair və

başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatları, habelə bələdiyyə üzvü seçiləcəyi

halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsini, hər

namizədin irəli sürülməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildirişi təqdim edir.

Müvafiq dairə seçki komissiyasına təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılıb namizədin irəli

sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar qəbul edilməlidir. Qəbul edilən qərar namizədə və ya onun

səlahiyyətli nümayəndəsinə təqdim edilir.

Bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi məqsədilə imza vərəqələrinin verilməsi və imzaların

toplanması müvafiq seçki komissiyası tərəfindən namizədliyin irəli sürülməsini təsdiq edən qərarın qəbul

olunduğu gündən başlayır.

Namizədin müdafiəsi üçün onun namizədliyinin irəli sürüldüyü seçki dairəsi üzrə əhalinin sayına uyğun

olaraq ən çoxu 150, ən azı 15 seçici imzası toplanmalıdır.

Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza

toplanmasında iştirakı yolverilməzdir. Seçici imzalarını Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv

seçki hüququ olan vətəndaşı toplaya bilər. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçici imzalarını

toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya, görülmüş işin haqqı namizədin, siyasi partiyanın,

siyasi partiyalar blokunun seçki fondu hesabına odənilə bilər.

Azərbaycan Respublikasının aktiv seçki hüququ olan və səsvermə günü 18 yaşı tamam olmuş hər bir

vətəndaşı namizədin müdafiəsi üçün imza vərəqəsinə imza etmək hüququna malikdir. Seçici yaşadığı seçki

dairəsinin ərazisində namizədliyi irəli sürülmüş bir neçə namizədin müdafiəsi üçün imza edə bilər.

İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya

buna görə onları hər hansı formada mükafatlandırmaq qanunla qadağandır. Qanun pozuntuları müvafiq

məhkəmə tərəfindən təsdiqlənərsə, belə halda toplanmış imzalar etibarsız sayıla və namizədin qeydə

alınmasından imtina üçün əsas ola bilər. Bu cür hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə

nəzərdə tutulmuş məsuliyyətə səbəb ola bilər.

Seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla seçkiqabağı təşviqat

aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və namizəd, namizəd siyasi partiya və ya siyasi

partiyalar bloku tərəfindən irəli sürüldükdə isə imza toplayan şəxs və siyasi partiya və siyasi partiyalar blokunun

tərəfindən imzalanmalıdır. İmza toplamış şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının

adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini,

verilmə tarixini göstərir, namizəd isə soyadını, adını, atasının adını və imza qoyulması tarixini göstərir.

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyaların, siyasi partiyalar

blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək

müvafiq seçki komissiyasına namizədin müdafiəsi üçün toplanmış imzalar olan imza vərəqələrini və digər seçki

sənədlərini təqdim etməlidir.

Müvafiq seçki komissiyasına namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri ilə

birlikdə seçici imzalarının toplanması haqqında Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatına əlavə edilmiş

yekun protokolunun iki nüsxəsi, namizədin öhdəlik ərizəsindəki özü haqqında məlumatlarda dəyişiklik olubsa,

bu barədə bildiriş, namizədin seçkiləri təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə edən gəlirlərinin

miqdarı və mənbələri barədə məlumat, gəlirlər barədə məlumatların alındığı təşkilatlardan həmin gəlirlərin illik

cəmi barədə arayış, namizədə məxsus əmlak barədə Seçki Məcəlləsinin 5 saylı əlavəsinə uyğun formada tərtib

edilmiş məlumat, seçici imzalarının toplanması üçün sərf edilmiş vəsait haqqında məlumatlar da göstərilməklə,

namizədin ilkin maliyyə hesabatı təqdim edilməlidir.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədlərin

qəbulu barədə yazılı arayış verərək 7 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə

əsaslandırılmış qərar qəbul etməlidir.

Qeydə alınmış hər bir namizədə dairə seçki komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir.

Qeydə alınmış bütün namizədlər, onların statusları nəzərə alınmaqla, bərabər hüquqa malikdirlər və bərabər

vəzifələr daşıyırlar.

Dövlət orqanlarında işləyən, bələdiyyə qulluğunda olan və ya kütləvi informasiya vasitələrində əmək və

mülki hüquq müqaviləsi əsasında işləyən qeydə alınmış namizədlər seçki kampaniyasında iştirak etdikləri

Page 29: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

29

müddətdə xidməti vəzifələrini yerinə yetirməkdən azad olunurlar. Namizədlər də bununla bağlı müvafiq əmrin

təsdiq edilmiş surətini qeydiyyat günündən ən geci 3 gün ərzində onları qeydə almış seçki komissiyasına təqdim

etməlidirlər. Onlar öz vəzifə və xidməti mövqeyindən imtiyaz qazanmaq və üstünlük əldə etmək məqsədi ilə

istifadə edə bilməzlər.

Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların

səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri və ya onların tapşırığı ilə hərəkət edən digər fiziki və ya

hüquqi şəxslər xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər və onlar tərəfindən seçicilərə maddi və maliyyə,

yaxud digər xidmətlər göstərmək təklifi ilə müraciət edilməsi qadağandır.

Azərbaycan.-2014.-14 noyabr.-N 248.-S.4.

Page 30: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

30

Seçki komissiyalarının fəaliyyətində kargüzarlıq işinin təşkilinə dair tələblər

Elşən ƏSGƏROV,

Mərkəzi Seçki Komissiyası Katibliyi Ümumi şöbəsinin müdiri

Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq

səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində

vətəndaşlara verilmiş əsas hüquqlardan biri belə ifadə olunmuşdur: “Azərbaycan Respublikası vətəndaşlarının

dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.

Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir.” Adıçəkilən

konstitusion normanın icrası üçün 1997-ci ildə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”

Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi haqqında fərman verildi. Həmçinin Azərbaycan

Respublikası Prezidentinin 1998-ci il 29 dekabr, 2000-ci il 6 mart, 2003-cü il 27 sentyabr və 23 oktyabr, 2005-ci

il 19 yanvar tarixli fərman və sərəncamları ilə vətəndaşların müraciətləri və sənədlərlə iş barədə təsdiq olunmuş

təlimat və qaydaların düzgün, eyni zamanda, dəqiq icra olunması hər bir dövlət orqanı, o cümlədən hər bir

dövlət qulluqçusu üçün vəzifə kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd olunan konstitusion normaların,

fərman və sərəncamların, həmçinin bunlardan irəli gələn vəzifələrin yerinə yetirilməsinə daim xüsusi diqqətlə

yanaşmışdır. Məsələnin aktuallığı və vacibliyi nəzərə alınaraq MSK-nın sədri Məzahir Pənahovun təşəbbüsü ilə

“Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” təlimatın

aşağı seçki komissiyalarının fəaliyyətində tətbiqi barədə tövsiyələr nəşr edilərək respublika üzrə bütün seçki

dairələrinin dairə seçki komissiyalarına çatdırılmışdır.

2008-ci ilin yanvarından etibarən dairə seçki komissiyalarında katibliklər formalaşmağa başlamışdır.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 oktyabr 2007-ci il tarixli 616 saylı qərarı ilə təsdiq

edilmış “Dairə seçki komissiyasının katibliyi haqqında Əsasnamə”yə əsasən, dairə seçki komissiyalarının

fəaliyyətinin sənədlərlə iş və kargüzarlıq təminatı, iclas protokollarının tərtibi, daxil olan və göndərilən

sənədlərin hərəkətinə nəzarət və digər bu kimi vəzifələr yeni yaradılmış katibliklərin baş məsləhətçilərinə həvalə

edilmişdir. Məntəqə seçki komissiyalarında isə bu fəaliyyət seçki komissiyalarının sədrləri tərəfindən həyata

keçirilir. Odur ki, kargüzarlıq fəaliyyətinin aparılmasında yol verilən nöqsanlara görə bilavasitə yuxarıda

adıçəkilən şəxslər məsuliyyət daşıyırlar. Bununla belə, dairə seçki komissiyalarının sədrləri daşıdıqları

vəzifələrindən irəli gələrək məntəqə və dairə seçki komissiyalarında aparılan kargüzarlıq işinin keyfiyyətinə

daim nəzarət edirlər.

Məlumdur ki, kargüzarlıq hər hansı bir təşkilatın öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar

sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. Seçki komissiyaları strukturlarında fəaliyyət göstərən

kargüzarlıq xidmətlərinin əsas vəzifələri daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə

bölüşdürmək, icraçılara çatdırmaq, sənədlərin icra müddətinə nəzarət etmək, icra edilmiş sənədləri müvafiq

şəxslərdən tələb etmək, sənədləri göndərmək, sənədlərin surətini çıxarmaq və çoxaltmaq, habelə komissiya sədri

tərəfindən onlara həvalə edilmiş digər tapşırıqları yerinə yetirməkdən ibarətdir.

Dairə seçki komissiyasında kargüzarlıq işini aparan şəxs işdən çıxdıqda və ya başqa işə keçirildikdə, seçki

komissiyasındakı kargüzarlıq sənədləri bu vəzifəyə yeni təyin edilən şəxsə, belə şəxs olmadıqda isə komissiya

sədrinə təhvil verilməlidir. Məntəqə seçki komissiyası sədrinin səlahiyyətlərinə xitam verildikdə isə sənədlər

həmin vəzifəyə seçilən yeni sədrə, yeni sədr seçilməyibsə, müvafiq dairə seçki komissiyasının katibinə təhvil

verilir. Məntəqə seçki komissiyası üzvlərinin qanunla müəyyən olunmuş fəaliyyət müddəti başa çatdıqda isə

həmin komissiyanın sədri kargüzarlıqla əlaqədar olan bütün sənədləri müvafiq dairə seçki komissiyasının

sədrinə təhvil verməlidir. Məntəqə seçki komissiyası üzvlərinin fəaliyyəti yenidən başladıqda həmin sənədlər

müvafiq dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyasının sədrinə geri qaytarılır. Sənədlərin

təhvil verilib-alınması zamanı mütləq 2 nüsxədən ibarət akt tərtib edilir və bu akt həm sənədləri təhvil alan, həm

də təhvil verən şəxslər arasında imzalanaraq möhürlənir.

Bir qayda olaraq, tərtib edilən sənədlərin mətnləri iki hissədən ibarət olur. Birinci hissədə sənədin

hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri verilir, ikinci hissədə isə nəticələr, təkliflər,

qərarlar və sərəncamlar ifadə olunur.

Sənədin hazırlanması üçün başqa sənəd əsas kimi çıxış edirsə, o zaman ona istinad edilməsi zərurəti

yaranır. Bu halda yeni sənədin birinci hissəsində onun hazırlanması üçün əsas götürülmüş sənəd növünün adı,

nömrəsi, tarixi və mətnin başlığı göstərilir.

Sənədlər göndərilərkən ünvan sahiblərinin rekvizitləri dəqiq göstərilməlidir (sənəd göndərilən təşkilatın,

onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı, məktub göndərilənin poçt ünvanı). Sənədin düzgün

Page 31: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

31

tərtibi, məzmununun aydın ifadə edilməsi və üslubu, tapşırığın vaxtında və keyfiyyətlə yerinə yetirilməsi

icraçının bilavasitə əsas vəzifəsidir.

Rəsmi xarakter və hüquqi qüvvə verilməsi üçün sənədin rəsmiləşdirilməsi tələb olunur. Rəsmiləşdirmə

sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Əgər sənəd blankda

tərtib edilirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir. Əks halda, sənədi imzalamış şəxsin

vəzifəsi tam şəkildə göstərilməlidir. Əgər sənədi imzalamalı şəxs xidməti zərurət və ya hər hansı başqa

səbəbdən yoxdursa, bu zaman sənəd onun müavini və ya bu vəzifəni icra edən şəxs tərəfindən imzalanmalıdır.

Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, soyadı və adı göstərilməlidir. Sənədi “əvəzinə” sözü

yazmaqla və ya vəzifə adının qabağına xətt çəkməklə imzalamaq qadağandır.

Əgər sənədlərə qoşmalar əlavə edilmişdirsə, qoşmanın mövcudluğu haqqında qeyd mətndə sənəddəki

imzadan əvvəl yazılmalıdır (Qoşma: ___ vərəq, ___ nüsxə). Qoşmaların imzalanması və onlara möhür

vurulması sənədin rəsmiləşdirilməsini təşkil edir.

Aşağı seçki komissiyalarında sənədlərin qeydiyyatı zamanı nəzərə almaq lazımdır ki, seçki hüquqlarının

pozulması ilə əlaqədar dairə seçki komissiyasına daxil olan şikayət və müraciətlərin qeydə alınması qaydası

Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki

komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara

baxılması qaydaları haqqında” 12 avqust 2008-ci il tarixli təlimatı ilə tənzimlənir və onun üçün ayrıca qeydiyyat

kitabı aparılır.

Seçki komissiyalarında qərarların və iclas protokollarının tərtibi kargüzarlıq sahəsində prioritet təşkil edən

əsas məsələlərdəndir. Qərarların tərtibi ilə bağlı qısaca qeyd etmək lazımdır ki, onların strukturu şərh və

sərəncam hissələrindən ibarətdir. Bütün hallarda qərarın şərh hissəsində onun prosessual baxımdan qəbuluna

əsas verən Seçki Məcəlləsinin müvafiq maddələrinə istinad edilməlidir. Əgər qərarda əks olunan məsələ

müxtəlif normativ aktlarla həll edilirsə, şərh hissəsində onların hamısına istinad məcburidir. Bu zaman

Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində göstərilən müəyyən ardıcıllığı gözləmək

zəruridir. Əvvəlcə Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilmiş aktlara, daha

sonra isə Seçki Məcəlləsinə və ya digər qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ

aktlarına və nəhayət, Mərkəzi Seçki Komissiyasının əsasnamə, təlimat və izahlarına istinad edilməlidir. Lakin

hər bir qərar qəbul edilərkən zərurət olmadan yuxarıda göstərilən aktların hamısına istinad etmək məcburi deyil.

Yalnız zəruri aktlara istinad edilməsi vacibdir.

Qərarın sərəncam hissəsi əmr formasında ifadə olunur və şərh hissəsindən sonra mətn dayandırılmadan

“qərara alır” sözləri ilə davam etdirilir. Bundan sonra qərarın sərəncam hissəsi müxtəlif bəndlərə bölünə bilər.

Birinci bənddə məsələnin mahiyyəti üzrə həll edilməsi, ikinci bənddə qərarın dərc edilməsi və icrası

qaydası, ücüncü bənddə qərardan maraqlı şəxslərin şikayət verməsi qaydası göstərilir. Əgər qərarın icrasının

həvalə edilməsi zərurəti varsa, məsələnin mahiyyəti üzrə həll edilməsinə dair bənddən sonra ayrıca növbəti bənd

əlavə edilir.

Qərarın maraqlı şəxslərə çatdırılması (bilavasitə təqdimetmə və ya poçtla göndərmə) qərarın icrası sayılır.

Qərarlar qəbul edildiyi gün iclasdan sonra imzalanmalı, bundan sonra müəyyən edilmiş yerdən asılmalı,

həmçinin maraqlı şəxslərin tələbi əsasında onlara verilməlidir.

Seçki Məcəlləsinin tələbinə əsasən, dairə seçki komissiyalarının bütün iclasları protokollaşdırılır. Dairə

seçki komissiyalarında iclas katibi nəzərdə tutulmadığına görə, iclas protokolunun hazırlanması vəzifəsi dairə

seçki komissiyası katibliyinin baş məsləhətçisinə həvalə edilmişdir. Komissiyanın iclaslarında həmin şəxsin

iştirakı məcburidir. Baş məsləhətçi üzrlü səbəbdən iclasda iştirak etmədikdə və ya dairə seçki komissiyası

katibliyində bu vəzifə boş qaldıqda, dairə seçki komissiyasının sədri protokolun tərtib edilməsini komissiyanın

katibinə və ya digər komissiya üzvlərindən birinə həvalə edir. Məntəqə seçki komissiyalarında isə iclas

protokollarının tərtibi seçki komissiyasının sədri tərəfindən komissiyanın katibinə və üzvlərindən birinə həvalə

edilir. Yuxarıda göstərilənlərdən başqa, digər şəxslərin komissiyanın iclasında protokol tərtib etməsi

yolverilməzdir.

Bir qayda olaraq, protokolun mətni giriş və əsas hissədən ibarət olmalıdır. Protokolun giriş hissəsinin

başlığında onun bir sənəd kimi rəsmi adı və nömrəsi, iclasın keçirilməsinin yeri, tarixi və saatı, iclasa sədrlik

edənin soyadı, adı, atasının adı və iclasda iştirak edənlərin tam siyahısı yazılır. İştirak edənlərin siyahısı

verilərkən, əvvəlcə komissiyanın katibləri, daha sonra isə həlledici səs hüquqlu komissiya üzvləri, komissiyaya

təyin edilmiş məşvərətçi səs hüquqlu üzvlər, komissiya katibliyinin əməkdaşları, daha sonra isə digər dəvət

edilənlərin, o cümlədən müşahidəçilərin və KİV nümayəndələrinin siyahısı, onların adları və soyadları

göstərilməklə yazılır.

Protokolun əsas hissəsində əvvəlcə gündəliyin iclasın sədri tərəfindən müzakirəyə çıxarılması, onun səsə

qoyulub qəbul olunması, daha sonra isə gündəlikdəki məsələlərin siyahısı verilir. Daha sonra iclasa sədrlk

Page 32: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

32

edənin çıxışları, gündəlikdə dayanan hər bir məsələ ilə bağlı məruzə və çıxışların qısa məzmunu, komissiya

üzvlərinin çıxışlarla bağlı verdikləri suallar, onlara verilən cavablar, məsələ ilə bağlı keçirilən səsvermə və onun

nəticələri, sonra isə qərar hissəsi qeyd olunur.

Protokol gündəlikdəki məsələlərin sayından asılı olaraq bəndlərə bölünməlidir. Bəndlər rum rəqəmlərindən

istifadə edilməklə, mətndən əvvəl ortada yerləşdirilir. Bundan sonra isə çıxışların qısa mətni verilir. Məruzə və

çıxışların qısa məzmunu üçüncü şəxsin adından verilir. Çıxışlar və bütün sual-cavablar yazıldıqdan sonra məsələ

ilə bağlı irəli sürülən təkliflər və onlarla bağlı keçirilən səsvermənin nəticələri əks olunur.

Seçki Məcəlləsinin tələbinə əsasən, bütün iclasların protokolları növbəti iclaslardan birinin gündəliyinə

çıxarılmalı və komissiyanın qərarı ilə təsdiq olunmalıdır. Seçki komissiyasının iclas protokolu təsdiq edildikdən

sonra komissiyanın sədri, katibləri və digər həlledici səs hüquqlu üzvləri tərəfindən imzalanmalıdır. İclas

protokolları və qərarlar təqvim ili çərçivəsində ardıcıl olaraq nömrələnir. Kargüzarlığın təşkili və aparılması ilə

əlaqədar yuxarıda qeyd edilən məsələlərə diqqət ayrılması bilavasitə komissiya üzvlərinin peşəkarlığının

artırılması istiqamətində həyata keçirilən növbəti addımlardan biridir.

Seçkilər hər bir ölkənin həyatında ən kütləvi tədbir kimi icraedici və qanunverici hakimiyyətin, həmçinin

yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin formalaşmasında mühüm rol oynayır. Seçki komissiyalarının

fəaliyyəti ilə bağlı aparılan kargüzarlıq işlərinin nəticəsi olaraq hazırlanan sənədlər tariximizin ayrılmaz

hissəsini təşkil etdiyindən, onların tərtibinə diqqət və məsuliyyətlə yanaşmaq zəruridir.

Azərbaycan.-2014.-25 noyabr.-N 257.-S.3.

Page 33: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

33

Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat və onun növləri

Azər TAĞIYEV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Seçki prosesinin ən mühüm mərhələlərindən biri seçkiqabağı təşviqatdır. Seçkiqabağı təşviqat

müxtəlif seçki subyektləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, qaydada və üsullarla

həyata keçirilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən seçkiqabağı

təşviqatın üsullarından biri kütləvi informasiya vasitələri ilə aparılan təşviqatdır.

Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermə

gününə 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 08:00-dan başlayaraq seçkiqabağı

təşviqatın aparılmasına yol verilmir.

Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi

partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həmin şəxslərə

verilmiş səlahiyyətlər çərçivəsində aparılır. Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım

imkanlarına görə yalnız ictimai, özəl və bələdiyyə teleradio verilişləri təşkilatlarının iştirakı nəzərdə tutulur.

Həmin prosesdə iştirak edən dövri mətbuat nəşrləri isə dövlət, özəl və bələdiyyə nəşrləridir.

Respublika üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi

partiyalar bloklarının Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai

teleradio verilişləri təşkilatında ödənişsiz efir vaxtı, ölkə ərazisinin yarısına, yaxud yarısından çoxuna

yayımlanan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində ödənişsiz dərc üçün müvafiq yer almaq hüququ

vardır.

Həmin teleradio verilişləri təşkilatlarının, dövri nəşr redaksiyalarının siyahısı seçkilərin təyin edilməsi

haqqında qərar rəsmi dərc edildikdən sonra ən geci 30 gün ərzində Azərbaycan Respublikası Milli Televiziya və

Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının təqdimatı ilə müvafiq dairə seçki komissiyası tərəfindən

yayımlanır və dərc edilir.

Bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları bələdiyyə üzvlüyünə qeydə alınmış

bütün namızədlər üçün, həmçinin namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyalar bloklarına

təşviqatın aparılmasına bərabər şərait və imkanlar yaratmağa borcludurlar.

Azərbaycan Respublikasının ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan ictimai teleradio

verilişləri təşkilatları, ölkə ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan dövlət dövri nəşrlərin

redaksiyaları bələdiyyələrin üçdə birindən çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi

partiyaların bloklarına müvafiq inzibati ərazi vahidində seçkiqabağı təşviqat aparmaq imkanı yarada bilərlər.

Bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları bələdiyyə üzvlüyünə qeydə alınmış bütün

namizədlər üçün, həmçinin namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyalar bloklarına təşviqatın

aparılmasına bərabər şərait və imkanlar yaratmalıdırlar.

Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər, siyasi

partiyalar, siyasi partiyaların blokları arasında onların ərizəsi əsasında teleradio verilişləri təşkilatlarında

ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilir. Onun yeri və vaxtı haqqında məlumat

püşkatma keçirən orqan tərəfindən püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir.

Püşkatma müvafiq teleradio verilişləri təşkilatlarının yaratdığı püşkatma komissiyası tərəfindən təşkil edilir

və həyata keçirilir. Püşkatma püşkatma komissiyasının elan etdiyi gündə, saatda və efir vaxtından istifadə etmək

üçün müraciət etmiş qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar

bloklarının səlahiyyətli nümayəndələrinin və qeyd edilən subyektlərin iştirakı ilə keçirilir. Püşkatma nəticəsində

efir vaxtının verilməsi müvafiq protokolla rəsmiləşdirilərək buna dair cədvəl tərtib olunur, həmin cədvəl

püşkatmanı təşkil etmiş seçki komissiyasına təqdim edilərək onun tərəfindən qanunla müəyyən edilmiş qaydada

dərc edilir.

Dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə bağlı püşkatma qanunla müəyyən edilmiş qaydada və

müddətdə keçirilir. Püşkatmanın nəticələri ilə bağlı protokol və cədvəl tərtib olunur. Azərbaycan

Respublikasının ərazisinin yarısından az hissəsinə, yarısına, yaxud yarısından çoxuna yayımlanan dövlət dövri

nəşrlərindən hər birində pulsuz ayrılan nəşr səhifələrinin həcmi təşviqat dövrünədək həftəlik nəşr səhifələrinin

ümumi həcminin 10%-ni təşkil etməlidir. Müvafiq dövri nəşrlərin səhifələrində ayrılmış yerdən hər bir təşviqat

subyektinə düşən istifadə normalarını müəyyən etmək məqsədilə, təşviqat üçün ayrılmış ümumi həcmin bu

dövri nəşrlərdə seçkiqabağı materialları pulsuz dərc etdirmək hüququ olan qeydə alınmış namizədlərin, siyasi

partiyaların, siyasi partiyaların bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

Page 34: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

34

Teleradio verilişləri təşkilatlarının ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcminin üçdə bir hissəsi

müzakirələrin, “dəyirmi masa”ların, digər bu kimi təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılmalıdır. Qeydə

alınmış namizədlərin, bələdiyyələrin üçdə birindən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi

partiyalara, siyasi partiyaların bloklarının həmin təşviqat tədbirlərində iştirakdan imtina etməsi ödənişsiz olaraq

təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

İctimai teleradio verilişləri təşkilatları və dövri nəşrlər respublika üzrə bələdiyyələrin yarısından çoxunda

namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişli əsaslarla efir vaxtı və dərc

yeri ayırmaq hüququna malikdirlər. Seçkiqabağı təşviqat materiallarının yayımlanması və ya dərci özəl və

bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşrlər üçün könüllülük prinsipinə əsaslanmalıdır. Həmin

qurumları seçkiqabağı təşviqatda iştiraka məcbur etmək yolverilməzdir. Əgər özəl teleradio verilişləri

təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqatda iştirak etməyə razılıq versələr, seçkiqabağı təşviqat

materiallarının efirə verilmə və ya dərc olunma şərtləri bütün namizədlər, siyasi partiyalar və siyasi partiyaların

blokları üçün eyni olmalıdır.

İctimai teleradio verilişləri təşkilatında ödənişli seçkiqabağı təşviqat üçün ayrılan efir vaxtının ümumi

həcmi pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfə artıq ola bilməz. Təsisçiləri fiziki

və hüquqi şəxslər olan dövri nəşrlər istisna edilməklə, digər nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış

yerin ümumi həcmi ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır.

Efir vaxtının və dövri nəşrlərdə yerin ayrılması üçün püşkatma yuxarıda göstərilən müddətdə və qaydada

keçirilir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku efir vaxtının və dövri nəşr

səhifələrində ayrılmış yerin dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş

tapşırığını efir vaxtının verilməsi və ya təşviqat materiallarının dərcetmə gününə ən geci 48 saat qalmış müvafiq

banka təqdim etməlidir. Bank pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin müddəti 2 bank

günündən çox olmamalıdır. Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri yalnız

bələdiyyə üzvlüyünə namizədlərin xüsusi seçki fondu və ya siyasi partiyaların, siyasi partiyalar bloklarının

vahid seçki fondu vəsaitləri hesabına ödənilməlidir.

Seçkiqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı pulsuz və ya pullu efir vaxtı yaxud dövri nəşr

səhifələrində ayrılmış ödənişsiz və ödənişli yer müvafiq teleradio təşkilatında və dövri nəşrin redaksiyasında

qeydə alınmalıdır. Qeydiyyat ayrıca kitab formasında aparılmalı və orada hər bir qeydə alınmış namizəd, siyasi

partiya, yaxud siyasi partiyanın bloku üçün yerin ayrılması tarixi, dərc olunmuş təşviqat materialının xarakteri

göstərilməlidir.

Qeydiyyat barəsində səsvermə gününə ən geci 5 gün qalmış və səsvermə günündən 5 gün sonra MSK-ya

məlumat verilməlidir. Məlumat kitabdan çıxarışı əks etdirməklə, məktub formasında verilir.

Qanunvericiliyin tələbinə görə bəzi subyektlər (xarici dövlətlər və xarici hüquqi şəxslər; xarici vətəndaşlar;

vətəndaşlığı olmayan şəxslər; 18 yaşına çatmamış vətəndaşlar; beynəlxalq təşkilatlar və beynəlxalq ictimai

hərəkatlar; dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları; dövlət, bələdiyyə təşkilatları və idarələri;

seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında

dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslər; hərbi hissələr; xeyriyyə təşkilatları,

dini birliklər, idarələr və təşkilatlar; anonim ianə köçürənlər və sair) tərəfindən seçkiqabağı təşviqatın aparılması

qadağandır.

Bundan başqa, KİV-də seçkiqabağı təşviqat aparılarkən seçki qanunvericiliyi ilə yanaşı, “Reklam

haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri də nəzərə alınmalıdır.

Seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmış teleradio verilişləri təşkilatları və dövri nəşrlər, eləcə də

seçkiqabağı təşviqatın digər subyektləri müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə

borcludurlar. Təşviqat prosesinin subyektləri müqavilədə müəyyənləşdirilmiş şərtləri pozduqda teleradio

verilişləri təşkilatları efir vaxtının verilməsi və dövri nəşrlərdə dərc üçün yerin ayrılması haqqında müqavilənin

ləğvi barədə məhkəməyə müraciət edə bilərlər.

Qanunvericilikdə dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat haqqında müəyyən edilmiş qaydalara riayət

edilməsi üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən və əsasən jurnalistlərdən ibarət

olan mətbuat qrupu həyata keçirir. Yuxarıda göstərilən şərtlərə əməl olunmaması qanunla müəyyən olunmuş

qaydada məsuliyyət yaradır.

Azərbaycan.-2014.-2 dekabr.-N 263.-S.4.

Page 35: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

35

Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması məsuliyyət yaradır

Nizami NADİROV,

Mərkəzi Seçki Komissiyasının üzvü

Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik,

dünyəvi inkişaf yolunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim

siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə – müstəqil, azad iradə əsasında seçmək

əzmini nümayiş etdirmişdir. 1993-cü ildən bəri respublikamızda keçirilən hər bir seçki müstəqil

Azərbaycan dövlətinin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir.

Ölkəmizdə keçirilən referendum, prezident, parlament və bələdiyyə seçkiləri Azərbaycan Respublikasında

seçki praktikasının seçkidən-seçkiyə təkmilləşdirilməsi baxımından böyük nəticələrlə yadda qalmış, bu sahədə

qazanılan nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz dünyanın aparıcı dövlətləri və

nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanmışdır. Ötən illərdə ölkəmizdə keçirilmiş hər bir

seçkinin əvvəlkilərlə müqayisədə irəliyə doğru addım olduğunu beynəlxalq təşkilatların rəylərinin müqayisəli

təhlili də birmənalı sübut edir. Seçkilər sahəsində ciddi tərəqqinin əldə olunmasına baxmayaraq, təəssüflər olsun

ki, seçki hüquqlarının həyata keçirilməsində bir sıra nöqsan və çatışmazlıqlar da olmuşdur. Vətəndaşların seçki

hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan verilmiş şikayətlər təhlil edilərkən aydın

olur ki, bura Seçki Məcəlləsinin bir sıra tələblərinin pozulması, seçki prosesinə qanunsuz müdaxilə, ayrı-ayrı

namizədlər tərəfindən seçkiqabağı təşviqat zamanı qanunla qadağan olunmuş üsullara əl atılması və sair

seçkilərə dair şikayətlər daxildir.

Seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, seçkilərə

hazırlıq dövründə və səsvermə günü Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin

tələblərinə uyğun olaraq vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi Mərkəzi Seçki

Komissiyasının ali məqsədidir. Seçki qanunvericiliyində seçicilərin seçib-seçilmək hüququ təsbit edilməklə

yanaşı, vətəndaşların seçki hüququnun pozulmasına görə məsuliyyət də nəzərdə tutulmuşdur. Bu məsuliyyət

Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan

Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, eləcə də Azərbaycan

Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli və “Azərbaycan Respublikasında İnsan

Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il və 27

dekabr 2011-ci il tarixli sərəncamları ilə tənzimlənir. Seçki hüquqlarının pozulmasına səbəb olmuş əməllər

qanunvericiliyə uyğun olaraq, cinayət, mülki və ya inzibati məsuliyyət yaradır.

Seçki Məcəlləsinin 115-ci maddəsi vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə

tutur. Həmçinin Seçki Məcəlləsinin 116-cı maddəsinə əsasən, məntəqə və dairə seçki komissiyaları, Mərkəzi

Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun,

referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər barəsində Seçki

Məcəlləsində nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar

Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tədbiqi üçün məhkəməyə müraciət etmək

hüququna malikdirlər. İnzibati Xətalar Məcəlləsinin altıncı fəsli siyasi, sosial və əmək hüquqları əleyhinə olan

inzibati xətaların dairəsini müəyyən edir və 6-cı fəslin 39-48.2-ci maddələri vətəndaşların seçki hüquqlarının

pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsinin 39-cu (Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması

qaydalarının pozulması), 40-cı (Təşviqat-nəşr materiallarını qəsdən məhv etmək və ya namizədin seçicilərlə

görüşünə mane olma), 41-ci (Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma), 42-ci (Seçki komissiyası

(referendum) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların bloklarının,

referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri

nümayəndələrinin hüquqlarının pozulması), 42-2-ci (Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında

verilməməsi), 42-3-cü (Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması

qaydalarının pozulması), 42-4-cü (Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydalarının

pozulması), 43-cü (Seçkilərlə (referendumla) bağlı hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar və ya bu cür

materialların yayılması), 43-1-ci (Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi), 44-cü (Seçici

siyahıları ilə vətəndaşların tanış olmaq hüquqlarının və digər hüquqlarının pozulması), 45-ci (Seçkilərdə

(referendumda) iştirak etmək üçün məzuniyyətin verilməsindən imtina etmə), 45-ci (Qeydə alınmış namizədin

seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması), 45-2-ci (Seçici imzalarının

toplanması qaydasının pozulması), 46-cı (Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya maliyyə

Page 36: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

36

hesabatlarının təqdim edilməsi qaydalarının pozulması), 47-ci (Anonim və ya təşviqat materiallarının və ya

reklamların hazırlanması, yayılması qaydalarının pozulması), 48-ci (Səsvermənin nəticələri və ya seçkilərin

yekunları haqqında məlumatların bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması), 48.2-ci (Səsvermənin

yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və

müddətdə dərc edilməməsi) maddələrinə görə fiziki, hüquqi və vəzifəli şəxslər müxtəlif məbləğlərdə cərimə

olunurlar.

İnzibati Xətalar Məcəlləsinin təsir dairəsinin əhatəsindən kənar vətəndaşların seçki hüquqlarının

pozulmasına görə cinayət məsuliyyəti də nəzərdə tutulur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159, 159-1, 160, 161-ci maddələrinə görə, seçki

(referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, seçki (referendum) komissiyalarının işinə

müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri

düzgün hesablamama və yaxud səsvermənin gizliliyini pozma halları cinayət qanunvericiliyinə müvafiq olaraq

cinayət əməli hesab edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159-cu maddəsi (Seçki (referendumda iştirak) hüquqlarının

həyata keçirilməsinə mane olma) 20 iyun 2003-cü il tarixli qanunla yeni redaksiyada verilmiş və bu maddəyə

görə vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin

lehinə imza atmağa məcbur etmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma, vətəndaşı öz

iradəsinə zidd səsverməyə məcbur etmə və ya onun səsverməsinə mane olma hərəkətləri, müəyyən maliyyə

vahidi məbləğində cərimə, habelə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Seçki Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, bu məcəllənin 159.1 – 159.3-cü maddələrində nəzərdə

tutulmuş əməllər ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə,

qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz

qulluq mövqeyindən istifadə etməklə törədildikdə – şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək

miqdarda cərimə və ya üç ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma

hüququndan məhrum etməklə və ya edilməməklə üç ilədək müddətdə azadlıqdan məhrum etmə ilə

cəzalandırılır.

Cinayət Məcəlləsinin 159-cu maddəsinin əlamətləri altına düşən əməlin – cinayətin obyekti Azərbaycan

Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunmuş seçki hüququnun həyata keçirilməsi ilə

əlaqədar yaranan ictimai münasibətlərdir. Həmin normaya əsasən Azərbaycan Respublikası vətəndaşlarının

dövlət orqanlarına, o cümlədən bələdiyyələrə seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ

var.

Cinayət Məcəlləsinin 159.2-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən aşağıdakı əməllərdə

ifadə olunur: a) vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə; b) namizədin müdafiəsi üçün imza

toplanmasına mane olma.

Cinayət Məcəlləsinin 159.2-ci maddəsində vətəndaşı hər hansı namizədin lehinə imza atmağa məcbur etmə

dedikdə, Cinayət Məcəlləsinin 159.4.1-ci maddəsində nəzərdə tutulmuş üsullar istisna olmaqla, hər hansı bir

başqa üsulla seçicini namizədliyi irəli sürülmüş namizədin xeyrinə, öz iradəsinin ziddinə imza vərəqinə imza

atmağa məcbur etmə başa düşülməlidir. Vətəndaşın öz iradəsinin əleyhinə, hər hansı namizədin lehinə imza

atması bütün hallarda məcburetmə hərəkəti kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin şərh olunan 159.3-

cü maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti iki qrup hərəkətlərlə xarakterizə olunur: a) vətəndaşı öz

iradəsinin ziddinə səsverməyə məcbur etmə; b) vətəndaşın səs verməsinə mane olma.

Cinayət Məcəlləsinin 159.1-ci maddəsinin dispozisiyasında göstərildiyi kimi, namizədlərin, partiyaların,

siyasi partiyalar blokunun seçki (referendum) kampaniyalarına müdaxilə etməsi və ya onu pozması Cinayət

Məcəlləsinin 159-1.1-ci maddəsinin əlamətləri altına düşür. Cinayət Məcəlləsinin 159-1.2-ci maddəsində

seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma əməli ilə əlaqədardır.

Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma 159-1.3-cü maddənin təsiri

altına düşür.

Cinayət Məcəlləsinin 160-cı maddəsi (Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir

göstərmə) 30 dekabr 2003-cü il tarixli qanunla yeni redaksiyada verilmişdir. Həmin normaya əsasən seçki

(referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya komissiya üzvünün öz

vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə məsuliyyət yaradır.

Eyni hərəkətlər: ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə;

qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə. Bu əməl vəzifəli şəxs

tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ağırlaşdırıcı hal hesab edilə bilər.

Cinayət Məcəlləsinin 160-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyekti seçki komissiyalarının normal

fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Bu cinayətin ictimai təhlükəliliyi ilk növbədə onunla müəyyən

Page 37: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

37

olunur ki, seçki komissiyalarının qanuni fəaliyyətinə mane olma, eyni zamanda vətəndaşların seçki hüquqlarının

tam və real həyata keçirilməsi üçün də təhlükə yaradır.

Cinayət Məcəlləsinin 161-ci maddəsində seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə

səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma barədə məsuliyyət nəzərdə tutulur. Cinayət

Məcəlləsinin 161.1-ci maddəsinin tələbinə əsasən seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda

iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün

hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin

pozulması cinayətdir.

Cinayət Məcəlləsinin 161.2-ci maddəsində seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması,

saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən

artıq seçki bülleteninin atılması cinayət hesab olunur.

Bu maddədə başqa şəxslər anlayışına seçki (referendum) komissiyasının üzvü olmayan 16 yaşına çatmış

istənilən anlaqlı fiziki şəxs daxildir. Başqa şəxslərin yerinə səs verilməsi dedikdə, adı seçici siyahısında olan

seçicinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya etməməklə həmin seçicinin əvəzinə seçici

siyahısında imzalamaqla hər hansı şəxsin səs verməsi başa düşülməlidir.

Bir sözlə, seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması yolverilməzdir və bu hüquqların

pozulması məsuliyyət yaradır.

Xalq qəzeti.-2014.-10 dekabr.-N 270.-S.3-4.

Page 38: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

38

Abşeron rayonunda bələdiyyə seçkilərinin ədalətli, şəffaf və mütəşəkkil keçirilməsi üçün bütün şərait

yaradılıb

Rəşad CƏFƏRLİ

Azərbaycanda vüsət alan dinamik inkişaf bütün bölgələrdə olduğu kimi, Abşeron rayonunun hər bir

güşəsində yaxından müşahidə olunmaqdadır. Ötən 11 ildə rayonun hərtərəfli inkişafı üçün böyük işlər

görülmüşdür və bu indi də yüksək əzmlə davam etdirilir. Bu mənada real mənzərə Abşeronun ölkənin

əsas inkişaf və quruculuq ünvanlarından biri olduğunu təsdiq edir. Prezident İlham Əliyevin birbaşa

təşəbbüsü və himayəsi sayəsində son illər rayon ərazisində olduqca mühüm infrastruktur layihələri

həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən

və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları,

idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-

ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı

xidmət və istehsal sahələri fəaliyyətə başlamışdır.

Sosial-iqtisadi tədbirlər miqyaslı, konkret və ünvanlıdır

Abşeronda həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə

görə miqyaslı, konkret və ünvanlıdır. Rayon rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirməklə

fəaliyyətini dövlət başçısı İlham Əliyevin yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun

qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək

vaxtında icrasına nail olmağa çalışır. Abşeron RİH başçısı Zakir Fərəcov bildirir ki, Prezident İlham Əliyevin

apardığı siyasətin mahiyyətinə uyğun olaraq rayonda qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah

halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə və keyfiyyətlə aparılması, təhsil-səhiyyə

müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə

uyğunlaşdırılmasıdır.

Bütün bunlardan irəli gələrək Xırdalan şəhəri başda olmaqla, Abşeronun hər kənd və qəsəbəsində dinamik

quruculuq və abadlıq işləri həyata keçirilir. Cəmi bir neçə il ərzində Xırdalan şəhərində onlarla yeni inzibati və

hündurmərtəbəli yaşayış binaları inşa olunmuş, sakinlərin istirahəti üçün parklar salınmışdır. Xırdalanın

küçələrində göz oxşayan dayaqlar üzərində quraşdırılmış yaraşıqlı gecə işıqları, ictimai binaların, fərdi evlərin,

xidmət obyektlərinin, həyət divarlarının fasadlarının milli ornamentlər və müasir üzlük materialları ilə işlənməsi

şəhərin ümumi mənzərəsinə xüsusi gözəllik verir. Burada inşa olunmuş yüksək mərtəbəli yaşayış evləri, inzibati

binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş sosial obyektlər, ticarət, iaşə və məişət xidməti

müəssisələri şəhərin möhtəşəmliyini, müasirliyini əks etdirir.

2014-cü ilin ötən sosial-iqtisadi göstəriciləri bu vəzifələrin uğurla icra olunduğunu Abşeronun dinamik

inkişaf və quruculuq yolu ilə irəlilədiyini göstərir. Bu il ərzində rayonda qarşıya qoyulmuş bütün tapşırıqlar

vaxtında və keyfiyyətlə icra edilmişdir. Xüsusilə oktyabrın 3-də Prezident İlham Əliyevin Abşerona səfəri hər

bir abşeronlunun həyatında silinməz izlər buraxmaqla, bütövlükdə rayonun inkişafında yeni mərhələnin əsasını

qoymuşdur. Prezident İlham Əliyevin Abşeron rayonuna səfəri zamanı istifadəyə verilən obyektlər rayonun

inkişaf yolunda olmasının əyani təsdiqi idi. Dövlət başçısı Xırdalan şəhərində Heydər Əliyev Mərkəzinin,

şahmat və musiqi məktəblərinin, Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak etmiş, həmçinin

Xırdalan şəhərindəki Bayraq meydanında, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan

yenidənqurma işləri ilə tanış olmuşdur.

Abşeronda son illərdə əldə olunan ən böyük nailiyyətlərdən biri iri sənaye müəssisələrinin yaradılmasıdır.

Elə buna görədir ki, bu il rayonda sənaye məhsulunun ümumi həcmi artmış, iqtisadi və sosial sahələrin inkişafı

üçün maliyyə mənbələrindən əsas kapitala ötən ildə olduğundan artıq investisiya yönəldilmişdir. İl ərzində

rayon ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür. Prezident

İlham Əliyevin Masazır-Saray-Novxanı və Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yollarının

tikintisinə vəsait ayrılması haqqında sərəncamı rayon ərazisində yol infrastrukturunun inkişafında mühüm

əhəmiyyət kəsb etmişdir. Belə ki, ötən dövr ərzində Masazır-Saray-Novxanı avtomobil yolu tikilərək istismara

verilmiş, Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunda isə iş davam etdirilir. Bununla yanaşı,

küçələrin və yol kənarlarının abadlaşdırılmasına da il ərzində xüsusi diqqət yetirilmişdir.

Rayonun yüksəlişi istiqamətində diqqəti çəkən mühüm məqamlardan biri də Abşeronun dövlət büdcəsindən

maliyyələşməməsidir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi

siyasətin bəhrəsidir ki, rayonun iqtisadi imkanları artdıqca yerli gəlirləri də ilbəil çoxalmış və dövlət büdcəsinin

Page 39: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

39

dotasiyasından asılılıq getdikcə aradan qalxmışdır. Bunun nəticəsində artıq Abşeron bir neçə ildir ki, dövlət

büdcəsinin yardımından imtina edib. Bu, rayonun sosial-iqtisadi inkişafının bariz göstəricisidir.

Bütün bunlar bir daha təsdiq edir ki, Abşeron rayonu inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır. Müasir,

yaraşıqlı bir görkəmə malik olan Abşeron Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirməklə

sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir.

Rayonun sosial həyatında bələdiyyələr də fəal iştirak edirlər

Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial

problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıqla özlərini doğruldurlar. 1999-cu ildə yerli

özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində Abşeron rayonunda 15 bələdiyyə qrumu

formalaşdırılmışdır: Xırdalan, Digah, Fatmayı, Görədil, Masazır, Mehdiabad, Məmmədli, Aşağı Güzdək,

Ceyranbatan, Güzdək, Hökməli, Novxanı, Pirəkəşkül-Qobustan, Qobu və Saray bələdiyyələridir. Rayonda

xüsusən son illərdə vüsət alan inkişafda bələdiyyələrin rolu danılmazdır. Onların təşəbbüskarlığı və aparılan

quruculuq işlərinə fəal qoşulmaları nəticəsində Abşeronun qəsəbə və kəndlərində sosial-iqtisadi problemlər

müsbət həllini tapır. Belə ki, Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması,

kommunikasiya xətlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin,

ambulatoriyaların tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş

yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi istiqamətində mühüm işlər görmüşlər. Bələdiyyələr daim

aztəminatlı ailələrə qayğı göstərmiş, bayramlarda onlara sovqat çatdırılmasını təmin etmişlər. Bu mənada hər

biri illik proqramlar əsasında fəaliyyət göstərən Abşeron yerli özünüidarəetmə orqanlarının özlərinin

yaratdıqları maliyyə mənbələri hesabına göstərdikləri fəallıq bəlkə də heç bir rayonla müqayisə edilə bilməz.

Dinamik inkişaf edən Azərbaycanda gələcək nəslin sağlam böyüməsi, onun hərtərəfli inkişafı ölkə

rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri də

məktəbəqədər təhsil müəssisələrindən olan uşaq bağçalarının və körpələr evlərinin şəbəkələrinin

genişləndirilməsi, onların təlim-tərbiyə prosesində fəal iştirakının təmin olunmasıdır. Son 10 ildə

respublikamızda yüzlərlə uşaq bağçasının inşa olunması göstərir ki, Azərbaycan dövləti gələcəyimiz olan

körpələrin və uşaqların vətənimizə layiqli vətəndaş kimi formalaşmalarını prioritet vəzifələrdən biri elan edir.

Çünki sirr deyil ki, məktəbəqədər təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq

uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini,

istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara

həssas münasibətinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin “insan kapitalı”na

çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Bu nəcib missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Ulu

öndər Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın

maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu

ideyaların həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri uşaq

müəssisələrinin və məktəblərin infrastrukturlarını inkişaf etdirməkdir. Həyata keçirdiyi “Yeniləşən Azərbaycana

yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinə dəstək” kimi layihələr Azərbaycanda təhsil müəssisələrinin

yenidən qurulmasına gözəl töhfələr verib.

Cəmiyyətin müxtəlif xarakterli problemlərinin həllində aparıcı rol oynayan Heydər Əliyev Fondu bu gün

də dəyərli təklif və təşəbbüslə təhsil sisteminə öz töhfələrini verməkdə davam edir. Mehriban xanım Əliyevanın

rəhbərliyi ilə Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı

bunun təsdiqidir.

Abşeron rayonunda quruculuq işlərinin əsas istiqamətlərindən birini təhsil ocaqlarının, o cümlədən yeni

məktəbəqədər təhsil müəssisələrinin inşası təşkil edir. Xatırladaq ki, bu il martın 12-də Abşeron Rayon İcra

Hakimiyyəti yanında şuranın iclası keçirilmiş, rayonda məktəbəqədər təhsildə olan mövcud vəziyyət geniş

müzakirə olunmuşdu. Abşeron RİH-nin başçısı Zakir Fərəcov bildirmişdi ki, qarşıdakı dövrdə nəzərdə tutulan

quruculuq işlərində rayonun daxili imkanları hesabına bir neçə məktəbəqədər təhsil ocağının tikintisinin həyata

keçirilməsi planlaşdırılır.

İclasda iştirak edən rayonun bələdiyyə sədrləri də yekdilliklə maraqlı təkliflə çıxış etmişdilər. Belə ki,

Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramını yüksək qiymətləndirən

bələdiyyə sədrləri Mehriban xanım Əliyevanın bu çağırışına qoşularaq ilin sonuna kimi öz daxili imkanları

hesablarına yeni uşaq bağçalarının inşa olunaraq istifadəyə verilməsi barədə təşəbbüs irəli sürmüşdülər.

Təşəbbüsə Abşeronun 15 bələdiyyəsinin hər biri qoşulmuş, rayonun rəhbərliyi və ictimaiyyəti tərəfindən

böyük rəğbət və razılıq hissi ilə qarşılanmışdı. “15 bələdiyyə – 15 məktəb” devizi altında bələdiyyələr qarşıya

Page 40: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

40

qoyduqları bu vəzifəni reallaşdırmaq üçün vaxt itirmədən əməli fəaliyyətə başlamışdılar. Artıq uşaq bağçalırının

bir neçəsi hazırdır və yeni ilədək açılışı olacaq.

Seçki hazırlıqları yüksək səviyyədədir

Dinamik inkişaf yolunda Abşeron rayonu həm də siyasi fəallığı, ölkə miqyaslı proseslərdə sakinlərinin

mütəşəkkil iştirakı ilə diqqəti cəlb edir. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri bu rayonda

həmişə yüksək səviyyədə baş tutmuş və indiyədək heç bir seçkidə qanun pozuntusu qeydə alınmamışdır.

Rayonu əhatə edən seçki dairələri üzrə seçkilərdə fəal iştirak edən seçicilər hər zaman layiqli namizədləri

dəstəkləmişlər.

Dekabrın 23-də Azərbaycanda sayca dördüncü bələdiyyə seçkiləri keçiriləcək. İndiydək 37100 nəfərdən

çox namizəd qeydə alınmışdır. Bu, keçən seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Namizədlər arasında 30

partiyanın təmsilçisi var. Qeydə alınan yerli müşahidəçilərin sayı isə 15 mini keçmişdir.

Bələdiyyə seçkilərinə hazırlıq Abşeron rayonunda yüksək səviyyədədir. Rayon ərazisindəki dairə seçki

komissiyalarının işi ilə tanış olarkən bunun şahidi olduq. Abşeron rayonu iki – 45 saylı Abşeron və 50 saylı

Abşeron-Qobustan seçki dairələrini əhatə edir. 45 saylı Abşeron dairə seçki komissiyasının sədri Dilşad

Abbasovanın sözlərinə görə, seçki dairəsində 36 seçki məntəqəsi mövcuddur. Bu məntəqələrin 12-də

səsvermənin gedişini veb-kameraların vasitəsi ilə internetdən izləmək mümkün olacaq. 46 min 387 nəfər

seçicinin qeydə alındığı bu dairə üzrə səsvermənin nəticəsi olaraq Abşeronun 7 – Xırdalan, Digah, Fatmayı,

Görədil, Masazır, Mehdiabad, Məmmədli bələdiyyələri formalaşdırılacaq.

50 saylı Abşeron-Qobustan seçki dairəsində 49 seçki məntəqəsi mövcuddur ki, bunun 21-i Abşeron

rayonunu əhatə edir. 4 seçki məntəsində səsverməni internetdən izləmək mümkün olacaq. Bu seçki dairəsində

Abşeron üzrə qeydə alınmış seçicilərin sayı isə 24 min 495 nəfərdir. Abşeronun 8 – Aşağı Güzdək,

Ceyranbatan, Güzdək, Hökməli, Novxanı Pirəkəşkül-Qobustan, Qobu və Saray bələdiyyələri bu dairə üzrə

səsvermənin nəticəsində formalaşacaq.

Abşeron rayonunda bələdiyyələr üzrə ümumilikdə 167 nəfər seçiləcək. Bələdiyyə üzvü seçilmək üçün 453

nəfər müraciət etmiş və onlardan 417 nəfərinin namizədliyi qeydə alınmışdır. Onlardan 222 nəfəri Yeni

Azərbaycan Partiyasının üzvü, 163 nəfəri bitərəf, qalanları digər siyasi partiyaların üzvləridir. Namizədlərin 30

faizə qədərini gənclər təşkil edir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən,

bələdiyyə seçkilərinə hazırlıq dövründə namizədlərin seçkiqabağı təşviqat işlərinin təşkili məqsədi ilə rayon

ərazisində müvafiq yerlər müəyyənləşdirilmişdir.

Dairə və məntəqə seçki komissiyaları ilə tanışlıq zamanı bir daha əmin olduq ki, Abşeron rayonu qarşıdan

gələn bələdiyyə seçkilərinə çox ciddi hazırlaşmışdır. Görülən bütün işlər yalnız bir məqsədə – seçkilərin

demokratik, şəffaf və mütəşəkkil keçirilməsinə, yüksək nəticələr əldə edilməsinə xidmət edir. Abşeronda şahidi

olduqlarımız deməyə əsas verir ki, rayon ictimaiyyəti dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində

mütəşəkkil və fəal iştirak edəcək. Ən əsası, əvvəlki seçkilərdə olduğu kimi bələdiyyə seçkiləri də yüksək

səviyyədə baş tutacaq

Azərbaycan.-2014.-18 dekabr.-N 277.-S.9.

Page 41: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

41

Azərbaycanda yerli özünüidarənin formalaşması və seçkilərin bu prosesdə rolu Bələdiyyə seçkiləri

qarşısında

Mehdi SƏLİMZADƏ,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi

Azərbaycanda müxtəlif dövrlərdə yerli özünüidarəetmə institutu və ya buna bənzər qurumlar

mövcud olsa da, yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz əsl demokratik

dəyərlərə malik bələdiyyələri yaratmaq imkanı qazanmışdır. 12 noyabr 1995-ci ildə ümumxalq

səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası bu imkanı reallığa

çevirmişdir. Yerli demokratiyanın həyata keçirilməsinə zəmin yaradan və siyasi-iqtisadi cəhətdən

müstəsna əhəmiyyət kəsb edən yerli özünüidarə orqanlarının – bələdiyyələrin yaradılması Konstitusiyada

təsbit olunmuşdur.

Müstəqilliymizin ilk illərində dövlət quruculuğunun əsaslarının yaradılması, ölkənin ərazi bütövlüyünün

qorunub saxlanılması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi baxımından hakimiyyətin güclü

mərkəzləşdirilməsinə haqq qazandırmaq olardı. Lakin artıq bu prosesin davam etməsi strateji baxımdan dövlətin

və cəmiyyətin səmərəli idarəetmə sisteminin formalaşmasını, hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti

quruculuğunu, ölkənin gələcək inkişafını ləngidə bilərdi. Buna görə də Azərbaycanda səmərəli dövlət idarəetmə

sisteminin formalaşdırılması strategiyasının əsas prinsiplərindən biri kimi yerli özünüidarəetmə sisteminin

yaradılması yolu ilə dövlət funksiyalarının əks-mərkəzləşdirilməsi xətti müəyyənləşdirildi ki, bu da öz əksini

ölkə Konstitusiyasında tapdı. Respublikamızda həyata keçirilən əks-mərkəzləşdirmə prosesinin əsas məqsədi

dövlət idarəetməsinin əsaslarının demokratikləşdirilməsindən, ölkənin sosial-iqtisadi inkişafının həm cari, həm

də perspektiv məsələlərinin həlli zamanı müvafiq idarəetmə səviyyələrində dövlətin öz funksiyalarını səmərəli

şəkildə yerinə yetirməsinə şərait yaratmaqdan, demokratik dövlətin əsası kimi, yerli özünüidarəetmənin

tətbiqindən və onun inkişaf etdirilməsindən ibarət idi. Beləliklə, Azərbaycanda idarəetmə sisteminin əks-

mərkəzləşdirilməsi yolu ilə yerli özünüidarəetmə sisteminin formalaşdırılması prosesi ölkədə demokratiyanın

inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının

səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir.

Respublikamızda yerli özünüidarəetmə sisteminin yaradılmasının əhəmiyyəti və bunun yerli məsələlərin

həllinin demokratik prinsip olması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 12 dekabr 1999-cu il

tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində öz əksini tapmışdır: “Bələdiyyə seçkiləri

Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət,

dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir… Biz Azərbaycanda tam müstəqil yerli

özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə

etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

Göründüyü kimi, demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının Konstitusiyamızda geniş əks

olunması cəmiyyətimizdə yerli demokratiyanın inkişafına və insanların özünüidarəetmənin mütərəqqi

formalarından istifadəsinə şərait yaratmışdır. Konstitusiyaya görə, Azərbaycan Respublikasında yerli

özünüidarəetməni bələdiyyələr həyata keçirirlər. Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin dövlət, xüsusi

və bələdiyyə mülkiyyəti növünə bölünməsi təsbit olunmuşdur. Qeyd edilmişdir ki, mülkiyyət toxunulmazdır və

dövlət tərəfindən müdafiə olunur. Dövlət səlahiyyətlərinin müəyyən hissəsinin yerlərə ötürülməsi yolu ilə yerli

özünüidarəetmə orqanları olan bələdiyyələrə verilməsi, Əsas Qanunumuzun 142-146-cı və 150-ci maddələrində

yerli özünüidarəetmənin təşkilinin təsbit olunması ilə əks-mərkəzləşmə prosesinin və bələdiyyə orqanlarının

hüquqi əsasları yaradılmışdır.

Konstitusiyanın qəbulundan dərhal sonra müvafiq sahə üzrə münasibətləri tənzimləyən qanun layihələrinin

Milli Məclisin müvafiq komissiyasında işlənilməsinə başlanmış, qısa müddət ərzində “Bələdiyyələrə seçkilərin

qaydaları haqqında”, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.

12 dekabr 1999-cu il tarixdə ölkədə keçirilən ilk bələdiyyə seçkilərində 22 min nəfərdən artıq bələdiyyə üzvü

seçilmiş və 2667 yerli özünüidarəetmə orqanları təşkil olunmuşdur. Bu orqanlarda 25 min nəfərə yaxın müxtəlif

peşə sahibləri bələdiyyə qulluğuna qəbul edilmişdir.

Azərbaycanda 2004-cü il dekabrın 17-də ikinci bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarəetmə

orqanlarının inkişafının yeni mərhələsi başlanmışdır. Həmin seçkilərdə 2731 bələdiyəyə 20356 bələdiyyə üzvü

seçilmişdir.

Ölkəmizdə 2009-cu il dekabrın 23-də bələdiyyələrə keçirilmiş növbəti – III seçkilərdə mühüm siyasi tədbir

kimi, böyük önəm daşımışdır. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər

Page 42: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

42

bələdiyyə üzvü seçilmişdir. Seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil etmişdir. Olduqca əlamətdardır

ki, seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisi əvvəlki seçkilərdən fərqli olaraq

xeyli artmışdır. Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olmuşdur.

Bir neçə gündən sonra – dekabrın 23-də ölkəmizdə sayca IV bələdiyyə seçkiləri keçiriləcəkdir. Məlum

olduğu kimi, Mərkəzi Seçki Komitəsi tərəfindən “Seçki Məcəlləsi”nin tələblərinə uyğun olaraq, seçkinin təşkili

işləri daha da təkmilləşdirilmiş formada artıq başa çatdırılmışdır. Azərbaycanda bələdiyyə seçkilərində iştirak

etməklə bağlı MSK-nın məlumatından məlum olur ki, bu seçkilərdə 37100 nəfərdən çox namizəd qeydə

alınmışdır. Bu da, əvvəlki seçki ilə müqayisədə 7 min nəfər çoxdur. Ötən dəfə hər bələdiyyə üzvlüyünə orta

hesabla 2-yə yaxın namizəd düşürdüsə, builki seçkilərdə hər bələdiyyə yerinə 2,5 namizəd qeydə alınıb. Nəzərə

alsaq ki, bələdiyyələrin sayı əvvəlki seçkilərə nisbətən azalıb, amma, bələdiyyə seçkilərinə maraq böyükdür.

Demək olar ki, müraciət edənlərin 99 faizi qeydə alınıb. Bu heç də təsadüfü deyil, çünki 15 yaşı tamam olan

respublikanın bələdiyyə institutu müəyyən inkişaf mərhələsi keçmişdir. Qeyd etmək lazımdır ki, bu inkişaf

mərhələsində yerli özünüidarə orqanları təşkilat-struktur nöqteyi-nəzərindən tam formalaşmış, səlahiyyətləri

çərçivəsində bələdiyyə mülkiyyətinin idarə olunmasında, bələdiyyənin maliyyə mənbələrindən istifadədə, əhali

ilə münasibətlərin tənzimlənməsində və xüsusi olaraq hakimiyyət orqanları ilə əlaqələrin qurulmasında xeyli

təcrübə toplamışlar. Bu təcrübə nəticəsində Azərbaycanda bələdiyyələr demokratik inkişaf yolu keçərək, əhali

qarşısında yerli özünüidarə orqanlarının əsas əlamət və məqsədlərini müəyyənləşdirməklə fəaliyyətlərini

səmərəli şəkildə qura bilmişlər. Eyni zamanda, onlar əhali qarşısında cavabdehlik məsuliyyətini dərk edərək

vətəndaşların da yerli özünüidarənin təşkilində iştirakına şərait yaratmaqla, cəmiyyət qarşısında mütəmadi

olaraq hesabat vermək təcrübəsi qazanmışlar. Həmçinin, bələdiyyələr respublikanın sosial-iqtisadi inkişaf

proqramlarının həyata keçirilməsində yaxından iştirak etmişlər. Bu mənada bələdiyyələrin fəaliyyətinə

cəmiyyətdə maraq artmışdır.

Bütün bunlarla yanaşı, bələdiyyələrin fəaliyyətində, təbii ki, ilk illərdə və sonrakı dövrdə işin təşkili ilə

bağlı müəyyən nöqsanlara və qanunsuzluqlara da yol verilmişdir. Belə halların aradan qaldırılması məqsədilə

Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq maarifləndirici, hüquqi tədbirlər, eyni zamanda beynəlxalq

təcrübələrin öyrənilməsinə rəğmən metodoloji və hüquqi yardımlar həyata keçirilmişdir. Söz yox ki, bu tədbirlər

bələdiyyələrin işinin təşkilinə müsbət təsir göstərmiş, yol verilən nöqsanlar əhalinin bələdiyyə idarəçiliyinə

nəinki marağın azalmasına, əksinə vətəndaşlarımızın yerli özünüidarəetmə sisteminə yaxından iştirak etmək

kimi istək və həvəslərinin artmasına səbəb olmuşdur. Təbii ki, hər seçki prosesində bu hal müşahidə olunmuş və

bu, bir daha növbəti seçki prosesi ərəfəsində də özünü aydın göstərmişdir.

Respublikamızda bələdiyyələrin fəaliyyətinin effektivliyini artırmaq məqsədilə beynəlxalq təcrübələrə

istinadən səmərəli institusional tədbirlər həyata keçirilir. Bunlardan biri kiçik bələdiyyələrin birləşərək iri

özünüidarə orqanına çevrilməsidir. Belə ki, 2009-cu ildə ölkəmizdə 2754 bələdiyyə mövcud idi. Onlardan 1570-

ci birləşmək barədə qərara gələrək Milli Məclisə müraciət etdi. Bundan sonra Milli Məclis “Azərbaycan

Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 29 may 2009-cu

il tarixli Qanun qəbul etdi. Birləşmədən sonra 1719 (46 rayon üzrə 535 yeni bələdiyyə yaradılmış, 1035

bələdiyyə isə ləğv edilmişdir) bələdiyyə fəaliyyət göstərmişdir.

2014-cü ildə birləşmədən əvvəl 1717 bələdiyyə mövcud olmuşdur. 30 may 2014-cü il tarixdə qəbul edilmiş

“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”

Qanunla 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılmış, 110 bələdiyyə isə

ləğv edilmişdir. Hazırda 1607 bələdiyyəyə 15035 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının III fəslinin 56-cı maddəsində seçki hüququ təsbit olunmuşdur.

Vətəndaşların seçki hüququndan istifadə etməsi, seçki sisteminin təşkili hər bir sivil ölkə üçün həm siyasi, həm

hüquqi, eyni zamanda, tarixi baxımdan əhəmiyyətli hadisədir. Həmçinin, seçkilərin hakimiyyətin

formalaşmasına birbaşa aidiyyəti vardır. Bu mənada seçki bir institut kimi sistem adlandırılır və dəqiq

sistemlərdə olduğu kimi, müəyyən subyekt və elementlərdən ibarət olması ilə bir-biri ilə bağlı dəyərlərdən təşkil

olunur. Monolit bir sistem kimi onun hər hansı bir elementinə edilən müxtəlif xarakterli təsir, o cümlədən

müsbət xarakterli təsir bu sistemin əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artıracaqdır. Təbii ki, bu təsir

qüvvəsinə malik olanlar seçki hüququna malik vətəndaşlardır ki, onlar öz hüquqlarından səmərəli və

qanunauyğun şəkildə istifadə edərkən sistemin müsbət effektli cəhətləri qabarıq şəkildə özünü göstərir. Seçkinin

cəmiyyətdə bu mənada əhəmiyyəti çox böyükdür.

Hesab edirik ki, növbəti bələdiyyə seçkilərində də seçki hüququ olan vətəndaşlarımız mütəşəkkil və fəal

iştirak etməklə öz konstitusion borclarını ləyaqətlə yerinə yetirəcək və demokratik cəmiyyətimizin mənafeyi

baxımından yerli özünüidarə sisteminin təşkilində öz töhfələrini verəcəklər.

Xalq qəzeti.-2014.-20 dekabr.-N 279.-S.5.

Page 43: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

43

Bələdiyyə seçkiləri – 2019

Bələdiyyə seçkilərinin təyin edilməsi, namizədlərin irəli sürülməsinin əsasları və qaydaları

Arifə Muxtarova,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə əsasən yerli özünüidarəni həyata keçirən

bələdiyyələr seçkilər əsasında formalaşır. Seçki Məcəlləsinin müvafiq normasının tələbinə görə bələdiyyələrin

səlahiyyət müddəti 5 ildir, həmin müddətin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni

seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar Mərkəzi

Seçki Komissiyası (MSK) tərəfindən qəbul edilir və səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur.

Azərbaycanda 2014-cü ildə keçirilən seçkilərdə seçilmiş bələdiyyə üzvlərinin səlahiyyət müddəti başa

çatmaq üzrədir. Bu isə növbəti bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən

olunmuş müvafiq addımların atılmasını zəruri edir. Seçkilərin təyin olunması barədə qərar rəsmi dərc edildikdən

sonra bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlanır ki, bu da seçki prosesinin çox mühüm

mərhələsi sayılır.

Ölkəmizdə yerli özünüidarəni həyata keçirən bələdiyyələrə keçiriləcək seçkilərdə vətəndaşlar özlərinin

aktiv və passiv seçki hüququndan istifadə edərək ölkə üzrə 1606 bələdiyyə tərkibini formalaşdıracaq.

Müvafiq seçki dairəsində daimi yaşayan və seçkilərdə iştirak etmək hüququna malik olan Azərbaycan

Respublikasının vətəndaşı qanunla müəyyən edilmiş qaydada bələdiyyə üzvü seçilə bilər. Məhkəmənin qərarı

ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur. Məhkəmənin

qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər, Azərbaycan

Respublikasının Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə (ağır və

xüsusi ilə ağır) məhkum olunmuş şəxslər, ikili vətəndaşlığı olan Azərbaycan Respublikasının vətəndaşları yerli

özünüidarə orqanlarına seçilmək hüququndan məhrumdurlar. İkili vətəndaşlıq şəxsin eyni zamanda iki və daha

artıq dövlətin vətəndaşı olmasını ifadə edir. Həmin vətəndaşlar eyni anda bir neçə dövlət qarşısında hüquq və

vəzifələrə malik olurlar. Belə olan halda vətəndaş ikili vətəndaşlığı olan müddət ərzində passiv seçki

hüququndan istifadə edə bilməz.

Bundan başqa, xarici dövlətlər qarşısında öhdəlikləri olan vətəndaşlar da bələdiyyə seçkilərində namizəd

ola bilməzlər. Belə ki, xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin

mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi

amillər vətəndaşın xarici dövlət qarşısında öhdəliklərinin yaranmasına səbəb ola bilər. Vətəndaşın xarici ölkə

qarşısında yaranmış siyasi və hüquqi öhdəlikləri onun seçkili orqanlarda təmsil olunmaq imkanını əlindən alır.

Belə statuslu vətəndaşlar başqa ölkə qarşısındakı öhdəliklərinə xitam verilənədək seçkili orqanlara seçilmək

hüququndan istifadə edə bilməzlər.

Konstitusiyanın 56-cı və Seçki Məcəlləsinin 14-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular (hərbi

qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda

olduğu müddətdə), din xadimləri (peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə) tutduqları vəzifələrinə

görə bələdiyyə üzvü ola bilməzlər.

Bələdiyyə üzvlüyünə namizədlər seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra

passiv seçki hüququna malik olan vətəndaşlar öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və

siyasi partiyaların blokları tərəfindən irəli sürülürlər.

Öz təşəbbüsü ilə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürən vətəndaş namizədliyin irəli sürülməsinə

dair bildirişi və namizədin bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam

verəcəyinə dair yazılı öhdəliyi olan ərizəni müvafiq dairə seçki komissiyasına göndərir. Ərizədə onun

tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş

və ya xidmət yeri (bu olmadıqda - fəaliyyət növü)) göstərilir. Namizədin ödənilməmiş və ya üzərindən

götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq

maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda

qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət

Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı, Azərbaycan

Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında

öhdəliklərinin olub-olmaması da göstərilməlidir. Namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin olunubsa,

həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi, namizəd öz ərizəsində

siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd təqdim etməlidir.

Page 44: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

44

Bələdiyyə seçkilərində namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülərsə, bu zaman müəyyən

edilmiş müvafiq qaydalara əməl edilməlidir. Belə ki, müvafiq seçki dairəsinin ərazisində yaşayan seçicilər

təşəbbüs qrupunu yaratmaq istədikdə öz yığıncağını keçirməli, həmin yığıncaqda seçicilərin təşəbbüs qrupunun

yaradılması və adlandırılması, təşəbbüs qrupunu təmsil edəcək şəxsin (təşəbbüs qrupunun nümayəndəsinin)

müəyyən edilməsi, namizədin irəli sürülməsi və namizədliyin irəli sürülməsinin təsdiqi üçün dairə seçki

komissiyasına bildirişlə müraciət olunması məsələsi həll edilməlidir. Təşəbbüs qrupunun iclası müvafiq

qaydada protokollaşdırılmalıdır.

Bələdiyyə üzvlüyünə namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə müvafiq dairə seçki

komissiyasına seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədin irəli sürülməsi barədə yığıncağın

protokolu, seçicilərin təşəbbüs qrupu tərəfindən bələdiyyə üzvlüyünə namizəd irəli sürülməsi haqqında bildiriş,

öhdəlik ərizəsi təqdim edilir.

Seçkilərdə namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq

kollegial qaydada qəbul edir. Eyni zamanda siyasi partiyalar bələdiyyə seçkilərinə blok şəkilində də qoşula

bilərlər. Seçkilərdə siyasi partiyaların bloku qismində iştirak etmək istəyən iki və daha artıq siyasi partiya

blokun qeydə alınması məqsədi ilə MSK-ya bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat

qaydasında təsdiq edilmiş surətlərini, siyasi partiyaların bloka daxil olmaq haqqında qərarlarını, blokun

yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların

möhürləri ilə təsdiqlənmiş birgə qərarını təqdim edirlər.

Təqdim edilən sənədlərə ən geci 5 gün müddətində baxıldıqdan sonra siyasi partiyalar blokunun qeydə

alınıb-alınmaması barədə qərar qəbul edilir. Həmin sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya

Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmədikdə siyasi partiyalar blokunun qeydə alınmasından imtina edilə

bilər. Siyasi partiyaların bloku qeydə alındıqdan sonra onun tərkibinə hər hansı digər siyasi partiya daxil ola

bilməz, siyasi partiya blokunun tərkibinə daxil olan siyasi partiyanın blokun fəaliyyəti dövründə seçkilərdə

müstəqil partiya kimi çıxış etməsi yolverilməzdir.

Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların

nümayəndələrinin iclasında qəbul edilir və siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil

olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokuna daxil olan partiyaların üzvü

olmayan şəxslər də seçkilərdə namizəd kimi irəli sürülə bilər.

Siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə

siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətini, siyasi

partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surətini, namizədin irəli sürülməsi

barədə siyasi partiyanın yığıncağının qərarını və protokolunu, siyasi partiyanın səlahiyyətli nümayəndələrinin

rəsmiləşdirilmiş vəkalətnamələrini təqdim edir.

Namizəd siyasi partiyaların bloku tərəfindən irəli sürülərsə, siyasi partiyaların blokuna daxil olan siyasi

partiyaların yığıncağının namizəd irəli sürmək barədə qərarları ilə birlikdə iclasların protokolları, siyasi

partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin yığıncaqlarının siyasi partiyaların bloku

adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu, siyasi partiyalar blokunun

səlahiyyətli nümayəndələrinin notarial qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri səlahiyyətli nümayəndə

tərəfindən müvafiq dairə seçki komissiyasına göndərilir. Qeyd edilən sənədlərlə yanaşı, namizədin seçiləcəyi

halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə,

namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizə də təqdim edilir. Ərizədə namizədin soyadı, adı,

atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə

(bu olmadıqda - fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin

ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizəyə bu barədə Seçki Məcəlləsində

nəzərdə tutulmuş qaydada məlumat daxil edilir.

Dairə seçki komissiyasına namizəd, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların

bloku tərəfindən təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır və namizədin təsdiq olunub-olunmaması

barədə qərar qəbul edilir. Əgər komissiya irəli sürülmüş namizədin təsdiq olunmasından imtina edərsə, bu

barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Həmin qərardan maraqlı subyektlər qanunla müəyyən edilmiş qaydada və müddətdə MSK-ya şikayət edə

bilərlər. Namizədin təsdiq olunması barədə qərar qəbul edildikdən sonra seçicilərin imzalarının toplanması üçün

imza vərəqələri namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, namizəd siyasi partiya və ya siyasi partiyalar

bloku tərəfindən irəli sürülmüşdürsə, onların səlahiyyətli nümayəndəsinə təqdim edilir. İmza vərəqələrini

götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.

Yuxarıda qeyd edilən seçki prosesləri başa çatdıqdan sonra bələdiyyə üzvlüyünə namizədin müdafiəsi

üçün seçici imzalarının toplanması mərhələsi başlayır.

Page 45: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

45

Hazırda növbəti bələdiyyə seçkiləri ərəfəsindəyik. İnamla demək olar ki, indiyədək Azərbaycanda

keçirilən digər seçkilər kimi, növbəti bələdiyyə seçkiləri də azad, ədalətli və şəffaf şəkildə keçirilməklə

ölkəmizin tarixində özünəməxsus yer tutacaqdır.

Azərbaycan.-2019.-18 oktyabr.-№231.-S.7.

Page 46: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

46

MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb

Oktyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti

iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın iclasında əvvəlcə Azərbaycan Respublikasında növbəti

bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.

MSK sədri bildirib ki, bələdiyyələrin səlahiyyət müddəti başa çatır. Buna görə də Seçki Məcəlləsinin

tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməlidir. Bu seçkilərdə respublika

üzrə 1606 bələdiyyəyə 15156 üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla,

ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

MSK üzvləri seçkilərin təyin edilməsi haqqında qərar layihəsi ilə tanış olduqdan sonra Azərbaycan

Respublikasında növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi barədə qərar qəbul

olunub.

Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və

tədbirlərin Təqvim Planı" müzakirə olunaraq təsdiq edilib.

Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova vətəndaşların seçki hüquqlarını pozan

hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində ekspert

qrupunun yaradılmasına dair məsələyə də baxılması ilə bağlı çıxış edib. Komissiya üzvləri və Katibliyin

əməkdaşları da daxil olmaqla MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb.

Ekspert qrupuna MSK üzvləri - Ramiz İbrahimov, Validə Kazımova, Tofiq Həsənov, İlkin Şahbazov,

Qabil Orucov, Bəxşeyiş Əsgərov, İlham Məmmədov, Komissiya katibliyinin əməkdaşları Rafiq Abbasov və

Nailə Əsgərova daxil olunub. Dairə seçki komissiyaları nəzdində qanunvericilikdə nəzərdə tutulan müddətdən

gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki

komissiyalarına həvalə edilib.

İclasda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məsələsinə MSK-

da yenidən baxılması ehtimalı və zərurəti nəzərə alınaraq, təqdim edilmiş imza vərəqələrindəki imzaların və

onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq dövlət

qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin

olunub.

Komissiyanın iclasında cari məsələlərə də baxılıb.

İclasda beynəlxalq qurumların təmsilçiləri, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri

iştirak ediblər.

Azərbaycan.-2019.-19 oktyabr.-№232.-S.1,6.

Page 47: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

47

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi başladı

Etibar Seyidağa

Müxalifət partiyaları isə hələ də yekun qərara gələ bilməyiblər

Oktyabrın 18-də Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin 23 dekabra keçirilməsi barədə

qərar qəbul edib. Təqvim planına uyğun olaraq, oktyabrın 19-dan bələdiyyə üzvlüyünə namizədlərin irəli

sürülməsi prosesi başlayıb. Qeyd edək ki, ölkə üzrə 5 minə yaxın bələdiyyə mövcuddur. Ölkə üzrə vahid

seçicilər siyahısına isə 5212902 seçici daxil edilib ki, onların da 49,17 faizi kişi, 50,83 faizi isə qadınlardır.

Bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı dövlət büdcəsindən 53 milyon 900 min manat vəsait ayrılıb.

Bələdiyyələrə Seçkilərin qaydaları haqqında Qanunda bildirilir ki, Azərbaycan Respublikasında yerli

özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən

edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi

və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri

onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin

səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir. 18 yaşı tamam olan və yaşı 18-dən

yuxarı olan Azərbaycan vətəndaşlarının bələdiyyələrə üzv seçmək və seçilmək hüququ vardır.

İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din

xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli

şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə

alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki

komissiyasına təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin şəxslərin qeydiyyatı ləğv edilir.

Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası

Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər,

məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər

bələdiyyə üzvü seçilə bilməzlər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi

təsdiq edilmiş şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər. Mənşəyinə, siyasi baxışlarına, sosial və

əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət

növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının qanunvericilikdə

nəzərdə tutulmuş hallar istisna olmaqla, birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Qanuna uyğun olaraq majoritar seçki sistemi əsasında seçki əraziləri üzrə aşağıdakı sayda

bələdiyyə üzvləri seçilir:

500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü;

500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü;

1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü;

5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü;

10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü;

20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü;

50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü;

100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan dövlət büdcəsinin və

bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Seçki komissiyalarının işi üçün qeyri-dövlət

təşkilatlarının və müəssisələrinin binalarından və avadanlığından istifadə edilməsinə görə icarə haqqı

Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin hesabına ödənilir. Azərbaycan dövlət büdcəsi və

bələdiyyə büdcəsinin vəsaitlərindən sözügedən Qanunda nəzərdə tutulmuş istisnalardan başqa, bələdiyyə

üzvlüyünə namizədlər göstərilməsini təmin etmək və onlar barəsində təşviqat aparmaq üçün istifadə oluna

bilməz.

Azərbaycanda bələdiyyə institutunun yaranmasının 12 dekabrda 20 ili tamam olur. İlk bələdiyyə

seçkisi 12 dekabr 1999-cu ildə keçirilib.

Siyasi partiyaların 23 dekabrda keçiriləcək seçkilərdə iştirakına gəlincə, hakim Yeni Azərbaycan

Partiyasından əldə etdiyimiz məlumata görə, rayon təşkilatlarında bələdiyyə üzvlüyünə namizədlər

müəyyənləşdirilir. Bu həftədən etibarən namizədlər irəli sürüləcək. Müxalifət partiyaları isə hələ də bələdiyyə

seçkilərində iştirak edib-etməməklə bağlı yekun qərarı verməyiblər. Araşdırmamız zamanı bəlli oldu ki, müxalif

Page 48: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

48

partiyaların bir çoxu seçkidə iştiraka maraqlı deyillər. Səbəb kimi isə seçkilərin demokratik keçiriləcəyinə

inamsızlıqları və bələdiyyələrin ciddi əhəmiyyət daşımayan quruma çevrildiyi ilə əsaslandırırlar.

Bələdiyyələrin fəaliyyətinin zəif olduğundan və sayının çoxluğundan hətta YAP-ın icra katibinin

müavini Siyavuş Novruzov da bir müddət öncə narazılığını ifadə etmişdi.

S.Novruzov bildirmişdi ki, bu gün Azərbaycanda bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı həddindən

artıq çoxdur. Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur: “Heç

onların çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və

bələdiyyə üzvlərinə nə ehtiyac var axı?! Ona görə də hesab edirik ki, Azərbaycanda bələdiyyələrin və bələdiyyə

üzvlərinin sayı azaldılmalıdır. Bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə bəzi dəyişikliklərin

edilməsini istəyirik. Eyni zamanda, hesab edirik ki, artıq Azərbaycanda da bələdiyyə sədrləri seçki yolu ilə

seçilsin, yəni bələdiyyə üzvlərinin yox, məhz xalqın, seçicilərin səsverməsi ilə seçilsinlər. Bu yöndə də Seçki

Məcəlləsinə dəyişikliklər olunmalıdır. Əgər bunlar olarsa, o zaman bələdiyyələrin fəaliyyəti arzu olunan

səviyyəyə çata bilər”.

Yeni Müsavat.-2019.-21 oktyabr.-№218.-S.6.

Page 49: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

49

Namizədlərin seçki fondları şəffaf olmalıdır

Seçki fondları, xüsusi seçki hesabları, seçki fonduna könüllü ianələr, seçki fondlarının vəsaitlərinə

dair hesabat və həmin vəsaitlərin istifadəsində aşkarlıq

Fuad Cavadov,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilib.

Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq bələdiyyə

üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi başlayıb. Bu mərhələdə namizədlər tərəfindən həyata keçirilməsi

zəruri olan hərəkətlərdən biri də seçki fondlarının yaradılması və xüsusi seçki hesabının açılmasıdır. Seçki

qanunvericiliyinə əsasən seçki prosesində namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya

namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının fəaliyyətinin maliyyələşdirilməsi üçün

seçki fondu yaradılır.

Bu məqsədlə də xüsusi seçki hesabı açılır. Xüsusi seçki hesabı namizədin irəli sürülməsi barədə dairə

seçki komissiyasına bildiriş təqdim edildikdən sonra 5 gün müddətində, namizədin qeydiyyatı üçün zəruri olan

seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır.

Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən

çoxunda irəli sürülən namizədlərin siyahısını MSK-ya təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki

fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

Xüsusi seçki hesabı yalnız "Azərbaycan Beynəlxalq Bankı” ASC-də və ya onun filiallarında açılmalıdır.

Bu filialların mövcud olmadığı seçki dairələrinin ərazisində hesablar "Kapital Bank” ASC-nin filiallarında

açılmalıdır.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank

namizədə, siyasi partiyaya, siyasi partiyalar blokuna dərhal, lakin 5 gündən artıq olmayan müddətdə xüsusi

seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesablarına manatla köçürülür.

Xüsusi seçki hesabının vəsaitlərinə sərəncam vermək hüququ namizədin özü, onun təyin etdiyi

səlahiyyətli nümayəndə və yaxud siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən təyin edilmiş maliyyə

məsələləri üzrə səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilir.

Namizədlər, siyasi partiya, siyasi partiyalar bloku yalnız bir xüsusi seçki hesabı aça bilərlər.

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- bələdiyyə üzvlüyünə namizədin xüsusi vəsaiti (əhalisi 99.999-dan çox olan ərazidə 10 000 (on min),

49.999-dan çox olan ərazidə 7 500 (yeddi min beş yüz), 19.999-dan çox olan ərazidə 5 000 (beş min), 9.999-dan

çox olan ərazidə 2 500 (iki min beş yüz), 4.999-dan çox olan ərazidə 1 250 (min iki yüz əlli), 4.999-dan az olan

ərazidə isə 750 (yeddi yüz əlli) manatdan çox olmamaq şərtilə);

- namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə

daxil olan siyasi partiyaların vəsaiti (əhalisi 99.999-dan çox olan ərazidə 7 500 (yeddi min beş yüz), 49.999-dan

çox olan ərazidə 5 000 (beş min), 19.999-dan çox olan ərazidə 3 750 (üç min yeddi yüz əlli), 9.999-dan çox olan

ərazidə 2 500 (iki min beş yüz), 4.999-dan çox olan ərazidə 1 250 (min iki yüz əlli), 4.999-dan az olan ərazidə

isə 500 (beş yüz) manatdan çox olmamaq şərtilə);

- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşın köçürdüyü vəsait 500 (beş yüz)

manatdan, hüquqi şəxsin köçürdüyü vəsait isə 10 000 (on min) manatdan çox ola bilməz).

Bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi 50 000 (əlli min) manatdan

çox ola bilməz.

Bələdiyyələr onların ərazilərində irəli sürülən namizədlərin seçki fondlarına bərabər məbləğdə vəsait

ayıra bilərlər.

Bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar,

siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.

Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları isə yalnız aşağıdakı pul vəsaiti hesabına

formalaşır:

- siyasi partiyaların, siyasi partiyalar bloklarının xüsusi vəsaiti (250 000 (iki yüz əlli min) manatdan çox

olmamaq şərtilə). Siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların ayırdığı

vəsaitlər hesabına formalaşır;

- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşın köçürdüyü vəsait 750 (yeddi yüz əlli)

manatdan, hüquqi şəxsin köçürdüyü vəsait isə 25 000 (iyirmi beş min) manatdan çox ola bilməz).

Page 50: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

50

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondu məbləğinin yuxarı həddi qanunvericiliklə 500 000 (beş

yüz min) manat miqdarında nəzərdə tutulduğundan hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun seçki

fondu vəsaitinin yuxarı həddi həmin məbləğin siyasi partiya, siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və

ya qeydə alınmış namizədlərin sayına vurulması yolu ilə müəyyən edilir. Bu tələbə riayət olunması siyasi

partiyaların, siyasi partiya bloklarının maliyyə hesabatlarında göstərilməlidir.

Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyələr üzrə qeydiyyatdan

keçən namizədləri bələdiyyələrin yarısını və ya yarısından azını əhatə edərsə, siyasi partiyanın, siyasi partiyalar

blokunun xüsusi seçki hesabı bağlanır. Həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi

seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada

bölüşdürülür.

Seçki qanunvericiliyinin tələblərindən aydın olur ki, seçki fondları namizədin öz xüsusi vəsaiti, siyasi

partiyaların vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri hesabına formalaşır.

Fiziki şəxslər dedikdə, yalnız 18 yaşdan yuxarı Azərbaycan Respublikasının vətəndaşları, hüquqi şəxslər

dedikdə isə dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dövlət, bələdiyyə təşkilatları və idarələri, hərbi

hissələr, xeyriyyə təşkilatları, dini birliklər, idarələr və təşkilatlar, eləcə də seçkilərin təyin edilməsi haqqında

qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak

payı, yaxud xarici kapitalın payı 30 faizdən artıq olan hüquqi şəxslər istisna olmaqla, yalnız Azərbaycan

Respublikasının hüquqi şəxsləri nəzərdə tutulur.

Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank

təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə

şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.

Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi

şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı

qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri

göstərilməklə qəbul olunur.

Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank təşkilatları

vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.

Namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fonduna ianələr qanunvericilikdə

göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud nəzərdə tutulan məbləğdən artıq

köçürülübsə, müvəkkil bank müvafiq seçki komissiyasına məlumat verməlidir.

Əgər namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondlarına könüllü ianələri buna

hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən

artıq köçürülübsə, ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd və ya

maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə ianəni bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı

həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə

qaytarılır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə müvafiq seçki

komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.

Seçki qanunvericiliyinə uyğun olaraq anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10

gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku tərəfindən dövlət

büdcəsinə köçürülür. Göstərilən müddət ərzində anonim ianə dövlət büdcəsinə köçürülmədikdə bank müvafiq

seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə dövlət büdcəsinə köçürür.

Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiya bloklarının xüsusi

seçki hesabları üzrə bütün əməliyyatlar səsvermə günündən sonra 3 iş günü müddətində dayandırılır.

Maliyyə əməliyyatlarının aparılması müddəti Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən

qanunvericiliklə müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:

- qeydiyyatdan imtina edilənədək namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiya

bloklarının gördükləri işlərin dəyərinin ödənilməsi üçün;

- namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, siyasi

partiyaların bloku tərəfindən geri çağırılması;

- öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi

partiyaya, siyasi partiyaların bloklarına, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, namizədin

qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə

əlaqədar;

- digər hallarda - qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna səsvermə

gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.

Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır. Bu vəsaitlərdən yalnız aşağıdakı məqsədlər üçün

istifadə edilə bilər:

Page 51: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

51

- namizədlərin irəli sürülməsinin müdafiəsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki

tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;

- seçkiqabağı təşviqatla bağlı işlərin, həmçinin informasiya və məşvərət xidmətlərinin dəyərinin

ödənilməsi;

- seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə

yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.

Seçki Məcəlləsinin tələbinə görə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi

partiyaların blokları səsvermə gününədək seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitindən istifadə

edirlər. İmzaların yığılması üçün və seçkiqabağı təşviqat fəaliyyəti üçün seçki fondlarına daxil olan vəsaitdən

başqa digər pul vəsaitindən istifadə etmək qadağandır.

Qanunvericiliyin tələbinə görə, namizədlər, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi

partiya, siyasi partiya blokları müvafiq seçki komissiyasına seçki fondlarına daxil olan və xərclənən vəsaitlər

barəsində maliyyə hesabatı təqdim etməlidirlər. Maliyyə hesabatı MSK tərəfindən müəyyən edilmiş formada və

müəyyən növbəliliklə təqdim olunmalıdır. Belə ki, birinci ilkin maliyyə hesabatı dairə seçki komissiyasına

qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir. Bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün

qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

İkinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün

qalmış təqdim edilir və bu hesabata orada göstərilən tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil

edilir.

Yekun maliyyə hesabatı isə seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra

təqdim edilir. Yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən

ilkin maliyyə sənədləri də əlavə edilir.

Əgər namizəd, qeydə alınmış namizəd öz statusunu itirərsə, maliyyə hesabatının verilməsi vəzifəsi

namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların və ya siyasi partiya, siyasi partiyaların blokunun maliyyə

məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur.

Seçki qanunvericiliyində seçki fondları vəsaitlərinin istifadəsində kifayət qədər şəffaf və işlək aşkarlıq

mexanizmləri nəzərdə tutulub.

İlk növbədə namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və namizədi qeydə alınmış

siyasi partiyalar və siyasi partiya bloklarının seçki prosesindəki fəaliyyətinin maliyyələşdirilməsi üçün xüsusi

seçki hesabının açılması və seçki fondunun formalaşdırılmasının özü elə seçkilərdə vəsaitlərin xərclənməsinin

şəffaflığının təminatıdır.

İkincisi, qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiya

bloklarının maliyyə hesabatlarının surətləri müvafiq seçki komissiyası tərəfindən onların alındığı gündən sonra

5 gün müddətində dərc edilir.

Üçüncüsü, seçki fondu haqqında aşağıdakı məlumatlar müvafiq kütləvi informasiya vasitələrində hökmən

dərc edilməlidir:

- bələdiyyə üzvlüyünə namizədin seçki fondu vəsaitinin məbləği min manatdan çox olduqda həmin

vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 2 min 500 manatdan çox məbləğdə ianə köçürən hüquqi

şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin

mümkünlüyü nəzərə alınmalıdır);

- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların

sayı barədə;

- ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş

hissəsinin ümumi məbləği barədə.

Dördüncüsü, müvəkkil bank həftədə bir dəfədən az olmamaq şərtilə, səsvermə gününə 10 gündən az

müddət qaldıqda isə 3 bank günü ərzində bir dəfədən az olmamaq şərtilə müvafiq seçki komissiyasına bələdiyyə

üzvlüyünə namizədlərin, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiya bloklarının xüsusi seçki

hesablarına daxil olan və xərclənən vəsaitlər barədə komissiyanın müəyyənləşdirdiyi formada məlumatlar verir.

Beşincisi, müvafiq olaraq dairə seçki komissiyası və ya MSK səsvermə gününədək iki həftədə bir dəfədən

az olmayaraq müntəzəm surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları

dərc edilmək üçün kütləvi informasiya vasitələrinə təqdim edir.

Altıncısı, Seçki Məcəlləsinin 77.2-ci və 77.3-cü maddələrində göstərilən dövri nəşrlər müvafiq seçki

komissiyaları tərəfindən onlara verilmiş seçki fondları vəsaitlərinin daxil olması və xərclənməsi haqqında

məlumatları dərc etməyə borcludur.

Page 52: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

52

Yeddincisi, müvafiq seçki komissiyası qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiya

bloklarını onların rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə

müvafiq bankın məlumatları ilə tanış edir.

Nəhayət, seçki fondlarının vəsaitlərindən istifadə olunmasında aşkarlığın təmin edilməsinin vasitələrindən

biri də MSK-da və dairə seçki komissiyalarında nəzarət-təftiş xidmətlərinin yaradılmasıdır. Nəzarət-təftiş

xidmətləri seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxilolma

mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə yaradılır. Onlar seçki fondlarına vəsaitin daxil olmasına, bu

vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə nəzarət etmək hüququna malikdirlər.

MSK tərəfindən gerçəkləşdirilən genişmiqyaslı layihələr, ardıcıl və effektiv şəkildə atılan addımlar, eləcə

də demək olar ki, bütün seçki subyektlərini əhatə edən çoxsaylı maarifləndirmə tədbirləri əminliklə deməyə əsas

verir ki, cari il dekabrın 23-də bələdiyyə seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin

tarixində növbəti əlamətdar hadisəyə çevriləcək.

Azərbaycan.-2019.-25 oktyabr.-№237.-S.6.

Page 53: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

53

Bələdiyyələr: təcrübə və fəaliyyət

Bələdiyyələrin statusu haqqında

Bələdiyyələr hüquqi dövlət və vətəndaş cəmiyyətinə doğru inkişaf xətti götürən Azərbaycanın yeni

reallıqlarındandır. Yerli özünüidarə demokratik inkişaf yolunu tutmuş ölkələrdə bu və ya başqa formada uzun

illərdir ki, mövcuddur. Bizdə yerli özünüidarənin hüquqi əsası 1995-ci il noyabrın 12-də qəbul edilmiş

Konstitusiya ilə yaradılmışdır. Konstitusiyada yerli özünüidarəetməyə ayrıca - 4-cü bölmə ayrılmışdır. Bu

bölmədə yerli özünüidarənin təşkili, səlahiyyətləri, qərarları və müstəqilliyinin təminatı məsələləri nizama

salınır.

Konstitusiyanın «Keçid müddəaları»nın 7-ci bəndinə uyğun olaraq, Konstitusiya qüvvəyə mindikdən

sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməli idi.

Bildiyiniz kimi, Konstitusiyanın bu göstərişinə uyğun olaraq, bələdiyyələr haqqında qanunun qəbul edilməsi və

bələdiyyələrə seçkilər keçirilməsi 1997-ci il noyabrın 27-dək başa çatmalı idi. Lakin həm qanunun qəbulu, həm

də seçkilər yalnız 1999-cu ilin sonlarına yaxın baş tutdu.

Konstitusiyanın qəbulundan bələdiyyələrə seçkilər keçirilənədək və ondan sonra da bələdiyyələrin

formalaşması, fəaliyyəti və inkişafının müxtəlif aspektlərini əhatə edən çoxlu sayda qanunvericilik aktları qəbul

edilmişdir. Buraya «Yerli rəy sorğusu haqqında», «Bələdiyyə qulluğu haqqında», «Bələdiyyə mülkiyyətinə

əmlakın verilməsi haqqında»; «Yerli (bələdiyyə) vergilər və Ödənişlər haqqında» və s. qanunları aid etmək olar.

Qanunvericilik aktlarının qəbulu prosesi bu gün də davam edir.

Bələdiyyələrin statusundan danışarkən ilk növbədə Konstitusiyanı qeyd etmək lazımdır. Yeri gəlmişkən,

2003-cü il avqustun 24-də keçirilən referendumla Konstitusiyanın 142-ci maddəsinin 3-cü bəndi yeni

redaksiyada verilmişdir. Köhnə redaksiyada nəzərdə tutulurdu ki, bələdiyyələrə seçkilər və bələdiyyələrin

statusu qanunla müəyyən edilir. Lakin 24 avqust referendumundan sonra, bələdiyyələrin statusunun əsaslarının

Konstitusiya ilə müəyyən olunması qərara alındı.

Konstitusiyanın 142-ci maddəsində göstərilir ki, yerli özünüidarəni bələdiyyələr həyata keçirir və

bələdiyyələr seçkilər əsasında formalaşır. 144-cü maddədə bələdiyyələrin səlahiyyəti göstərilir və

Konstitusiyaya görə, bələdiyyələr aşağıdakı səlahiyyətləri həyata keçirirlər:

1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların

səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

3) bələdiyyə sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi;

5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi. Sadalananlarla bələdiyyələrin səlahiyyəti bitmir.

144-cü maddənin 2-ci bəndi qanunvericilik və icra hakimiyyətləri tərəfindən bələdiyyələrə əlavə səlahiyyətlər

verilməsi və belə səlahiyyətlərin həyata keçirilməsi zamanı zəruri maliyyə vəsaitinin ayrılması imkanını da

yaradır.

Konstitusiya bələdiyyələrin müstəqilliyini və normal fəaliyyətini təmin edən qarantiyalar da müəyyən

edib. Konstitusiyanın 146-cı maddəsində bələdiyyələrin məhkəmə müdafiəsi və dövlət orqanlarının qərarları

nəticəsində yaranan əlavə xərclərin ödənilməsi təminatı öz əksini tapıb.

Bundan başqa, Azərbaycan Respublikası 1985-ci il 15 oktyabr tarixli «Yerli özünüidarəetmə haqqında»

Avropa Xartiyasını da ratifikasiya etmişdir. Xartiyanın məqsədi hökumətlərin yerli demokratiyanı inkişaf

etdirmək səylərini həvəsləndirmək yolu ilə Avropa ölkələrinin yerli və regional hakimiyyətlərinin siyasi,

inzibati və maliyyə muxtariyyətini müdafiə etmək və onlara yardımçı olmaqdır.

Xartiyanın 2-ci maddəsində qeyd olunur ki, yerli özünüidarənin prinsipi ölkənin qanunvericiliyində və

imkan daxilində ölkənin konstitusiyasında tanınmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu, artıq

Konstitusiyamızda əksini tapıb. Bundan başqa, Xartiyada nəzərdə tutulan bir çox prinsiplər də Konstitusiyada

əks olunur. Xartiyanın mühüm özəlliklərindən biri (İ2-ci maddəsi «Öhdəliklər») ondan ibarətdir ki, onu

imzalayan tərəflər Xartiyanın yerli özünüidarənin prinsiplərini müəyyən edən 1-ci hissəsinin ən azı iyirmi

bəndinə əməl etməyi öhdələrinə götürürlər. Üstəlik, bu bəndlərin ən azı 10-u yerli özünüidarənin təməlini təşkil

edən ən mühüm aspektləri əhatə etməlidir. Məsələn, yerli özünüidarənin prinsipi ölkə qanunvericiliyində və

konstitusiyada təsbit olunmalıdır, yerli özünüidarə hüququ azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu

Page 54: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

54

ilə seçilmiş üzvlərdən ibarət olan şuralar və yığıncaqlar tərəfindən həyata keçirilməlidir, yerli özünüidarə

orqanlarına verilən səlahiyyətlər bir qayda olaraq tam və müstəsna olmalıdır və s.

Bələdiyyələrin hüquqi vəziyyətini nizama salan xüsusi qanun «Bələdiyyələrin statusu haqqında»

Qanundur. Bu Qanun ( 1999-cu il 2 iyul) bələdiyyələrlə bağlı qəbul olunan ilk sənəddir.

Qanunun 1-ci maddəsində yerli özünüidarənin belə bir anlayışı verilir: yerli özünüidarə vətəndaşların

fəaliyyətinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri

müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Prinsipcə eyni anlayış «Yerli

Özünüidarəetmə haqqında» Avropa Xartiyasında da əks olunub. Xartiyanın 3-cü maddəsində yerli özünüidarə

yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli əhalinin mənafeyi

naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real bacarığı kimi

xarakterizə olunur.

Ümumiyyətlə, anlayışlardan da göründüyü kimi, yerli özünüidarənin əsas fəlsəfəsi ondan ibarətdir ki,

yerli əhəmiyyətli problemləri, bu problemlərin həlli yollarını, həmin yerdə yaşayan əhali heç bir dövlət orqanına

müraciət etmədən həll etsin, yerli inkişaf tədbirlərini müstəqil müəyyən etsinlər. Birincisi, yerli problemləri,

onun həlli yollarını yerli əhali daha yaxşı bilir. Buraya yerli şərait, əhalinin tarixi adət-ənənələri də daxildir.

İkincisi, bu sahədə qərarların qəbulu yerli səviyyədə daha operativ həyata keçirilir. Üçüncüsü, dövləti əlavə

qayğılardan azad edir.

Qanuna görə bələdiyyələr müəyyən ərazi hüdudları daxillində yerli özünüidarə formasıdır.

Qanunun 4-cü maddəsinə uyğun olaraq, bələdiyyələr dövlətin müəyyən etdiyi sosial təminatdan başqa,

əlavə sosial təminatlar da müəyyən edə bilər. Burada əsas məqsəd dövlətin həyata keçirdiyi eyni tipli

proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll

etməkdir. Bu proqramlar bələdiyyə səviyyəsində bütün sahələri əhatə edə bilər. Məsələn, təhsil, səhiyyə,

mədəniyyət, idman, mənzil tikintisi və s.

Bələdiyyələr dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara

əlavə olaraq aqrar, sənaye, rabitə nəqliyyat və başqa sahələri əhatə edən yerli iqtisadi inkişaf proqramları

müəyyən etməkdə sərbəstdirlər. Qanun (5-ci maddə) buna imkan verir. Həmçinin, bələdiyyələr yerli ekoloji

proqramları da eyni məqsədlə həyata keçirə bilərlər.

Bələdiyyələr öz fəaliyyətlərini əlaqələndirmək üçün ittifaqlar və başqa birlik formalarında birləşə

bilərlər.

Bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən,

birləşərkən, ləğv olunarkən və s. hallarda yerli sosial-iqtisadi vəziyyət, tarixi və başqa xüsusiyyətlər və yerli

əhalinin rəyi nəzərə alınır. Yalnız bundan sonra bu məsələlər qanunla müəyyən edilir.

Bələdiyyələrin say tərkibi «Seçki Məcəlləsi» ilə müəyyən olunur və bələdiyyələr nizamnamələrinə

uyğun olaraq öz orqanlarını yaradır.

Bələdiyyələr dövlət orqanları sisteminə daxil deyil, öz növbəsində dövlət orqanları da yerli özünüidarəni

həyata keçirə bilməzlər.

Bələdiyyələr bələdiyyə üzvlərindən ibarət özünüidarə orqanı olduğu üçün bələdiyyə üzvlərinin hüquqi

vəziyyəti, onların hüquq və vəzifələri də az əhəmiyyət kəsb etmir. Bələdiyyə üzvlərinin qanunvericiliklə təsbit

olunmuş hüquq və vəzifələri, onların real olaraq həyata keçirilməsi imkanı bütövlükdə ölkədə yerli

özünüidarənin vəziyyətini əks etdirir. Bu status həm «Bələdiyyələrin statusu haqqında», həm də «Bələdiyyə

üzvünün statusu haqqında» Qanunlarla nizama salınır.

Əsas işi yeri bələdiyyə olan üzv əmək haqqını da bələdiyyədən alır. Əsas iş yeri bələdiyyə olmayan

bələdiyyə üzvü səlahiyyətlərini həyata keçirərkən hər hansı istehsal və ya xidməti fəaliyyətini dayandırmır,

bələdiyyə komissiyasının iclasları zamanı əmək haqqı saxlanmaqla xidməti vəzifəsini yerinə yetirməkdən azad

edilir.

Bələdiyyə üzvünün daha bir təminatı əmək müqaviləsi ilə işlədiyi yerdə bələdiyyənin və ya onun

sədrinin razılığı olmadan müdiriyyətin təşəbbüsü ilə işdən çıxarıla bilməz, intizam tənbehi qaydasında azmaaşlı

işə keçirilə bilməz. Bələdiyyə üzvünün öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirmək hüququ, dövlət

orqanlarına, onların vəzifəli şəxslərinə, siyasi partiyalara, ictimai birliklərə, həmkarlar təşkilatına müraciət

etmək hüquqları vardır. Qanunvericilikdə bələdiyyə üzvünə hərbi xidmətə çağırışdan möhlət hüququnun da

verilməsi düzgün olardı. Təəssüf ki, bu imtiyaz bələdiyyə üzvlərinə verilmir.

Bələdiyyə üzvlərinə xəbərdarlıq, sözkəsmə, iclas zalından çıxarma, töhmət və səlahiyyətlərinə xitam

verilməsi kimi intizam tədbirləri tətbiq oluna bilər.

«Bələdiyyələrin statusu haqqında» Qanunun 21-ci maddəsinə görə bələdiyyə üzvləri səlahiyyətlərini

aşağıdakı hallarda itirirlər:

- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin

tətbiqinə dair qərarı olduqda;

Page 55: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

55

- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

- Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya

digər dövlət qarşısında öhdəlik götürdükdə;

- vəfat etdikdə;

- məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.

Qanunun 22-ci maddəsində bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilməsi əsasları göstərilir. Bunlar

aşağıdakılardır:

- bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;

- öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

- bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilən tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

- qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanların-da məsul vəzifə tutduqda;

- dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə

məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;

- bələdiyyənin nizamnaməsində göstərilən müddətdə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda.

Bələdiyyənin cari fəaliyyətinə, icra aparatına rəhbərliyi onun sədri həyata keçirir. Bələdiyyənin hər bir

üzvünün sədr seçilmək hüququ var. Odur ki, bələdiyyə sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında

bələdiyyə üzvləri sırasından üzvlərin yarısından çoxunun səsini aldıqda seçilir. Zərurət olarsa, sədrin müavinləri

də ola bilər. Müavinlər də eyni qaydada - üzvlərin yarıdan çox səsini topladıqda seçilir. Sədr və müavinlər eyni

qaydada azad olunurlar.

Bələdiyyələrdə fəaliyyət göstərən daha bir qrup şəxs isə bələdiyyə qulluqçusu adlanır ki, bu şəxslər də

yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutur və ödənişli əsaslarla xidmət göstərirlər. Xidmət,

iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərləri bələdiyyə

qərarına əsəsən, başqa qulluqçuları isə bələdiyyə sədri birbaşa təyin edir. Qanunvericilik bələdiyyə üzvləri ilə

yanaşı, bələdiyyə qulluqçuları üçün də bir sıra hüquqlar və vəzifələr müəyyən etmişdir. Bələdiyyə qulluqçuları

qanunverici, icra və məhkəmə orqanlarında vəzifə tuta bilməzlər və vəzifəsinin icrası ilə bağlı ona məlum olan

faktlardan xidməti vəzifədən kənar məqsədlər üçün istifadə edə bilməzlər. Bələdiyyə qulluqçularının iş vaxtı,

məzuniyyəti, pensiyaları və başqa sosial təminatları qanunvericiliklə nizama salınır. Bələdiyyə qulluqçularının

bələdiyyələrin maliyyə imkanları daxilində əlavə olaraq kompensasiyalar, ödənişlər və müavinətlər almaq

hüququ vardır. Həmçinin bələdiyyələrin nizamnaməsində onlara başqa imtiyazlar da verilə bilər. Bələdiyyə

qulluqçularının səlahiyyət müddəti bələdiyyə üzvlərinin səlahiyyəti ilə məhdudlaşdırılmır.

Bələdiyyələrin fəaliyyətinin daha bir mühüm istiqaməti yerli əhəmiyyətli məsələlərə dair yerli rəy

sorğusu keçirməkdir. Bu, həm də yerli əhəmiyyətli məsələlər barədə vətəndaşların öz iradəsini birbaşa ifadə

etmə formalarından biridir. Yerli rəy sorğusu haqqında qərarı bələdiyyə öz təşəbbüsü və ya əhalinin (10%)

tələbi əsasında təyin edir. Yerli rəy sorğusuna qanunvericiliklə qadağan olunan məsələlər istisna olmaqla, yerli

əhəmiyyətli istənilən məsələlər çıxarıla bilər. Məsələn, bələdiyyələrin səlahiyyətinə aid edilməmiş məsələlər,

bələdiyyənin rayon və şəhər inzibati ərazi tərkibindən çıxmaq, muxtariyyət elan etmək, dövlətin müəyyən etdiyi

sərhədləri dəyişdirmək və bu tipli başqa məsələlər yerli rəy sorğusuna çıxarıla bilməz. Bundan başqa, bir sıra

hallar da vardır ki, məsələn hərbi, yaxud fövqəladə vəziyyət elan olunan gündən və ya bu vəziyyətlər

qurtardıqdan sonra 3 ay ərzində yerli sorğusu təyin edilə və keçirilə bilməz. Yerli rəy sorğusunun nəticələrinin

dərc edildiyi gündən bir il müddətində həmin məsələ ilə əlaqədar təkrar yerli rəy sorğusu keçirilə bilməz. Yerli

əhalinin öz iradəsini birbaşa ifadə etməsi formalarına, həmçinin əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə

vətəndaşların yığıncaqlarının, bələdiyyə aktları yaratmaq təşəbbüsü ilə çıxış etmələrini göstərmək olar.

Həmçinin, vətəndaşlar bu hüququ məhəllə komitələri, assosiasiyalar, xeyriyyə təşkilatları formasında da həyata

keçirə bilərlər.

«Bələdiyyələrin statusu haqqında» Qanunun 5-ci fəsli yerli özünüidarənin iqtisadi əsaslarını müəyyən

edir, bələdiyyə mülkiyyəti və onun formalaşması mənbəyini göstərir. Qanun 34-cü maddəsi bələdiyyələrin

hüquqi şəxs yaratmaq hüququndan bəhs edir. Bu məsələyə bağlı bir qədər ziddiyyətli məqamlar var. Belə ki,

Qanunun bu göstərişi Mülki Məcəllənin 64.6-cı maddəsinə ziddir. MM-in bu maddəsində deyilir ki, dövlət

orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqları və cəmiyyətlərinin iştirakçısı kimi çıxış edə bilməzlər.

Bələdiyyələr başqa hüquqi və fiziki şəxslərlə münasibətlərini müqavilə əsasında qurmalı, bələdiyyə

ərazisində sosial-iqtisadi inkişafla bağlı onların iştirakını əlaqələndirməlidir. Bələdiyyələr sifarişçi kimi çıxış

edərək, zəruri məhsulların istehsalını, xidmətlərin göstərilməsini sifariş edə bilərlər.

Bələdiyyələr yeri əhalinin mənafeyi üçün xarici iqtisadi fəaliyyətlə məşğul ola bilərlər.

Bələdiyyələr ayrı-ayrı dövlət səlahiyyətlərini həyata keçirmək üçün zəruri maliyyə vəsaiti ilə hər il

Dövlət büdcəsi hesabına maliyyələşdirilirlər. Dövlət orqanlarının qəbul etdikləri qərarlar nəticəsində

bələdiyyənin məxarici artıb mədaxili azalarsa, həmin qərarı qəbul etmiş orqanlar kompensasiya ödəyirlər.

Page 56: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

56

Bələdiyyələr qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və şərtlərlə məqsədli büdcədənkənar fondlar

yarada bilər, bələdiyyə lotereyaları buraxa, kreditlər alıb-verə, bələdiyyə bankları yarada bilərlər.

Qanun yerli özünüidarənin hüquqi təminatlarını da müəyyən edir. Qanuna görə yerli özünüidarənin

Konstitusiya və qanunlarla müəyyən edilmiş hüquqları məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız Konstitusiya

quruluşunun qorunması, ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunla

müəyyən müddətə məhdudlaşdırıla bilər.

Bələdiyyənin qərarlarını bələdiyyə ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər icra etməlidirlər.

Bələdiyyələrin məhkəmə müdafiəsi qanunla təmin olunur. O cümlədən bələdiyyələr, bələdiyyə orqanları və

onların vəzifəli şəxsləri hüquqa zidd hərəkətlərə və hərəkətsizliyə görə məsuliyyət daşıyırlar. Bələdiyyələrin

fəaliyyətinə inzibati nəzarət həyata keçirilir. Bu nəzarət 2003-cü il 13 may tarixli «Bələdiyyələrin fəaliyyətinə

inzibati nəzarət haqqında» Qanunla nizama salınır.

Aqil Abbasov

Page 57: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

57

Azərbaycanda yerli özünüidarəetmənin vəziyyəti barədə

rəy

Artıq dörd ilə yaxındır ki, Azərbaycanda yerli özünüidarəetmə orqanları - bələdiyyələr fəaliyyət göstərir.

Bu müddət bələdiyyələrin fəaliyyəti ilə bağlı müəyyən araşdırmalar aparmağa və bu təsisatın inkişaf

perspektivini qiymətləndirməyə imkan verir.

İlk növbədə qeyd edək ki, bu günə qədər bələdiyyələrin fəaliyyətinin hüquqi bazasını təşkil edən 20-dən

artıq qanun qəbul edilib. Bir sıra bələdiyyələr qüvvədə olan normativ-hüquqi bazanın imkanlarından istifadə

edərək yerli əhəmiyyətli məsələlərin həllində müəyyən uğurlar əldə edə biliblər, bələdiyyələrin fəaliyyətə

başlamasından ötən dövr ərzində dövlət yerli özünüidarəetmə təsisatlarının inkişafı istiqamətində bir sıra

tədbirlər həyata keçirib: bələdiyyələrə dotasiyalar ayrılıb, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş və

Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi bələdiyyə üzvləri üçün tədris kursları təşkil edib və s. Son dövrlər

beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının bələdiyyələrə marağı əhəmiyyətli dərəcədə artıb. Artıq

cəmiyyətdə bələdiyyə institutunun demokratik idarəetmənin əsas formalarından və vətəndaş cəmiyyəti

quruculuğunda əhəmiyyətli vasitələrdən biri olması fikri iki il bundan öncəki dövrlə müqayisədə xeyli

möhkəmlənib.

Lakin sadalanan bütün bu müsbət meyllərlə yanaşı, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının

mövcud fəaliyyəti və arzuolunan perspektivi ilə bağlı ciddi problemlər qalmaqdadır. Həmin problemləri

aşağıdakı kimi sistemləşdirmək olar:

Birincisi, bələdiyyələr Azərbaycanda yeni təsisatlardır və yerli özünüidarəetmə təcrübəsinin olmaması

obyektiv olaraq bir sıra çətinliklər ortaya çıxarır. İlk növbədə qeyd edək ki, 1999-cu il dekabrın 12-də keçirilən

seçkilər ərəfəsində seçicilərdə yerli özünüidarəetmənin mahiyyəti haqqında məlumatın olmaması onların

obyektiv seçim imkanlarını məhdudlaşdırıb və nəticədə bələdiyyələrə xeyli sayda təsadüfi adamların

seçilməsinə gətirib çıxarıb. Bundan əlavə, yerli özünüidarəetmə təcrübəsinin olmaması bələdiyyə üzvlərinin

seçildiyi andan öz səlahiyyətlərindən tam şəkildə istifadə etməsini çətinləşdirib və yeni idarəçilik vərdişlərinə

yiyələnmə müəyyən qədər vaxt aparıb.

İkincisi, bələdiyyələrin fəaliyyətini nizama salan xeyli sayda normativ-hüquqi aktın qəbul edilməsinə

baxmayaraq, bu sahədəki hüquqi bazanı tam təkmil hesab etmək olmaz. Bələdiyyələrin normal fəaliyyətinə

mane olan bir sıra problemlər qanunvericilikdən irəli gəlir. Belə ki, mövcud qanunvericilik bələdiyyələrin

fəaliyyəti ilə bağlı münasibətləri lazımi səviyyədə tənzimləmək gücündə deyil. Qəbul olunmuş qanunvericilik

aktlarının bir sıra normaları dekorativ xarakter daşıdığından onların icrasını təmin etmək həmişə mümkün

olmur. Mövcud qanunvericilik bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyətlər bölgüsündə də

konkretlik müəyyən etməmişdir. Bələdiyyələrin maliyyə-iqtisadi əsasları, bələdiyyə mülkiyyəti, yerli vergilər və

s. məsələlərlə bağlı münasibətləri nizama salan qanunvericilik aktlarında da bir çox normalar konkret xarakter

daşımır. Həmin qanunlarda öz əksini tapan bəzi prinsipial məsələlər qeyri-müəyyən olaraq qalır. Qanunvericilik

aktlarındakı ziddiyyətli normalar və mövcud boşluqlar da təcrübədə çətinliklər yaradır.

Üçüncüsü, bələdiyyələrin normal fəaliyyətinə mane olan digər ciddi problem bu qurumların maliyyə-

iqtisadi əsasları ilə bağlıdır. Aparılmış müşahidələr və təhlillər göstərir ki, bu gün bələdiyyələrin tam işlək

idarəetmə orqanlarına çevrilə bilməməsinin başlıca səbəblərindən biri məhz onların maliyyə-iqtisadi əsaslarının

xeyli zəif olması ilə bağlıdır. Faktlar göstərir ki, bu gün əksər bələdiyyələrdə bələdiyyənin mülkiyyətində

torpaqdan və cüzi əmlakdan başqa heç bir mülkiyyət yoxdur. Bəzi bələdiyyələrin isə ümumiyyətlə, öz

balansında olan inzibati binası belə yoxdur. Bələdiyyələrə torpaq payı ayrılsa da, həmin torpaqlara mülkiyyət

hüququnu təsdiq edən sənədlərin verilməsi ilə bağlı problemlər qalmaqdadır. Əksər bələdiyyələrdə yerli

büdcənin demək olar ki, minimal həddə belə formalaşdırıla bilməməsi yerli problemlərin həll olunmasında bu

qurumların fəaliyyətsizliyinə gətirib çıxarır. Ötən dövrdə dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyalar

isə, xeyli az olduğundan ümumi vəziyyətə əhəmiyyətli təsir edə bilməmişdir. Yerli vergi və ödənişlərin

toplanmasındakı problemlər də bələdiyyələrin maliyyə-iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Bu gün əksər

bələdiyyələrdə yerli vergilər kimi yalnız fiziki şəxslərdən torpaq və əmlak vergiləri toplanır ki, bu da mövcud

iqtisadi böhran şəraitində olduqca böyük çətinliklə həyata keçirilir. Bəzi bələdiyyələr isə torpaq vergisindən

başqa heç bir vergi toplaya bilmirlər. Təcrübə göstərir ki, bələdiyyələr qanunvericiliklə təsbit olunmuş gəlir

mənbələrindən tam istifadə etməkdə də çətinlik çəkirlər. Bu, bir tərəfdən obyektiv amillərlə bağlıdırsa, digər

tərəfdən bələdiyyə üzvlərinin passivliyindən doğan səbəblərlə şərtlənir.

Dördüncüsü, ölkədə aqrar islahatların və birinci özəlləşdirmə proqramının bələdiyyələrin

formalaşdırılmasından əvvəl aparılmasının da bələdiyyələrin iqtisadi əsaslarına mənfi təsiri olmuşdur. Belə ki,

Page 58: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

58

bu proseslərdə yol verilmiş müəyyən neqativ hallar bir sıra hallarda bələdiyyələrə verilməli olan torpaq və digər

əmlakla bağlı ciddi problemlər yaratmışdır.

Beşincisi, bələdiyyələrin aktiv fəaliyyəti üçün problem yaradan digər məsələlərdən biri də yerli dövlət

hakimiyyət orqanları ilə özünüidarə orqanları arasında münasibətlərin bərabərlik əsasında qurulmaması ilə

şərtlənir. Belə ki, yerli idarəetməni həyata keçirən bələdiyyələr və yerli icra hakimiyyətləri arasında

səlahiyyətlər bölgüsünün dəqiq müəyyən olunmaması əksər hallarda yerli idarəetmədə əsas üstünlüyün yerli icra

hakimiyyəti orqanlarında olmasına gətirib çıxarır. Bir çox hallarda bələdiyyələr, hətta yerli icra

hakimiyyətlərinin bu və ya digər formada təzyiqlərinə də məruz qalırlar. Belə halın yaranmasında bələdiyyə

üzvlərinin passiv fəaliyyəti və onların bələdiyyələrə dair qanunvericiliklə bağlı zəruri biliklərə malik

olmamaqları da az rol oynamır. Təcrübə göstərir ki, yerlərdə kənd, qəsəbə və rayon mərkəzləri səviyyəsində

yerli icra hakimiyyətinin ərazi nümayəndəliklərinə ciddi ehtiyac yoxdur. Çünki indiki halda bu qurumların

yerlərdəki fəaliyyəti əsasən arayışlar verməkdən (bələdiyyələrin həyata keçirə biləcəyi bir neçə kiçik həcmli

fəaliyyət istisna olmaqla) ibarətdir. Hesab edirik ki, bu gün rayon və şəhərlərdə vahid icra hakimiyyəti orqanları

fəaliyyət göstərməli və onların səlahiyyətləri bütövlükdə müvafiq inzibati ərazi vahidini əhatə etməlidir. Rayon

mərkəzləri, kənd və qəsəbələrdə isə yerli idarəetmənin isə ancaq bələdiyyələr tərəfindən həyata keçirilməsi daha

məqsədəmüvafiqdir. Proseslərin təhlili göstərir ki, bələdiyyələr artıq yerlərdə bu qurumların səlahiyyətinə daxil

olan məsələləri həyata keçirmək iqtidarındadırlar. Məsələnin bu cür qoyuluşu yerlərdə yerli icra hakimiyyətləri

ilə bələdiyyələrin səlahiyyətlərindəki mübahisələri də aradan qaldırar.

Altıncısı, qanunla bələdiyyələrə verilmiş səlahiyyətlərin həyata keçirilməsinə bir sıra dövlət orqanları

tərəfindən müxtəlif maneələr yaradılır. Məsələn, yerli icra hakimiyyəti orqanlarının yaratdığı struktur bölmələri

tərəfindən bələdiyyələrin səlahiyyətinə aid edilmiş məsələlərə müdaxilə halları bələdiyyələrin normal

fəaliyyətinə mənfi təsir göstərir.

Yeddincisi, bələdiyyələrin normal fəaliyyəti üçün problem doğuran başqa bir hal bələdiyyə üzvləri və

əhali arasında bələdiyyələrlə bağlı maarifçilik işinin zəruri səviyyədə aparılmamasından irəli gəlir. Araşdırmalar

göstərir ki, bu gün yerlədə bələdiyyə üzvləri və əhali ilə maarifçilik sahəsində müntəzəm və sistemli iş

aparılmır. Bələdiyyələrdə keçirilən görüşlər göstərir ki, onlar zəruri qanunvericilik aktları və metodik vəsaitlərlə

heç də tam təmin olunmurlar. Bu da nəticə etibarı ilə bələdiyyələrin işinin bir sıra hallarda qanunvericiliyin

tələblərinə uyğun qurulmamasına gətirib çıxarır.

Səkkizincisi, vətəndaşların yerli özünüidarəetmənin həyata keçirilməsində iştirakı və vətəndaş

təşəbbüskarlığı olduqca aşağı səviyyədədir. Vətəndaşlar əksər hallarda belə hesab edirlər ki, onların işi sadəcə

seçkilərdə iştirakdan ibarətdir.

Doqquzuncusu, qəbul olunmuş bir sıra qanunların icrasının tam təmin olunmaması da problem olaraq

qalmaqdadır. Müəyyən çatışmazlıqlara baxmayaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə əməl olunarsa,

yerli özünüidarəetmənin həyata keçirilməsində ciddi uğurlar əldə etmək mümkündür.

Nəhayət, daha bir problem Azərbaycanda tətbiq edilmiş yerli özünüidarəetmə modeli ilə bağlıdır. Bu

modelin bir çox üstünlükləri vardır. Bələdiyyələrə tam müstəqilliyin verilməsi və yerli özünüidarəetmənin

birpilləliliyi bu modelin üstünlüyünü şərtləndirir. Lakin yerli özünüidarəetmənin çox kiçik inzibati ərazi

vahidlərini əhatə etməsi, yəni ərazisi kiçik və əhalisinin sayı az olan məntəqələrdə də bələdiyyələrin təşkili

təcrübəsi onu göstərir ki, həmin bələdiyyələr yerli ərazinin problemlərini həll etməkdə çətinlik çəkirlər. Çünki

lazımi infrastrukturun olmaması, zəruri gəlir mənbələrinin yoxluğu və s. amillər yerli əhəmiyyətli məsələləri

təkcə həmin bələdiyyənin gücü ilə həll etməyə imkan vermir. Problemi aradan qaldırmaq üçün mövcud yerli

özünüidarəetmə modelinin yenidən nəzərdən keçirilməsinə ehtiyac var.

Hesab edirik ki, yuxarıda göstərilən problemlərin mövcudluğu Azərbaycanda yerli özünüidarəetmənin

perspektivi ilə bağlı bədbin proqnozlar üçün hələlik əsas vermir. Lakin problemlərin aradan qaldırılması üçün

sistemli fəaliyyətə və təxirəsalınmaz tədbirlərə ehtiyac var. Əks halda, Azərbaycanda yerli özünüidarəetmənin

zəruriliyi ilə bağlı cəmiyyətdə yenidən diskussiyaların başlamayacağına təminat yoxdur. Belə diskussiyalar isə

demokratik dəyərlərin inkişafı baxımından arzuolunmazdır.

«Mülki Cəmiyyətə Doğru» Mərkəzin ekspert qrupu

Page 59: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

59

Bir neçə sual və cavab

Sual

1 ilə yaxın bələdiyyə üzvü olmuşam. Yol qəzası nəticəsində uzun müddət xəstəxanada yatası oldum. İki ay

keçmiş mənə bildirdilər ki, bələdiyyə sədri mənim səlahiyyətlərimə xitam verilməsi barədə əmr verib. Əmri də

onunla əsaslandırıb ki, iki aydan artıq xəstəliklə əlaqədar səlahiyyətlərimi yerinə yetirə bilmədiyimə görə

bələdiyyənin işləri lazımi qaydada getmir və buna görə də yeni üzvün cəlb edilməsinə ehtiyac var. Bələdiyyə

sədrinin əmri qanunidirmi?

Cavab

«Bələdiyyələrin Statusu haqqında» Qanunun 22-ci maddəsinin 4-cü bəndinə əsasən, dörd aydan artıq

müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən

təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda bələdiyyə üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl

xitam verilə bilər. Bundan əlavə, göstərilən qanunun 23-cü maddəsinə əsasən belə əsaslar olduqda bələdiyyənin

qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir. Ona görə də, bələdiyyə sədrinin əmri

qanunsuzdur.

Sual

Mən özəl firmada işləyirəm, həm də bələdiyyə üzvü olduğumdan bələdiyyənin daimi komissiyalarında

iştirak etməliyəm. Bununla əlaqədar tez-tez öz daimi iş yerimdən ayrılmalı oluram. Bunun da nəticəsində

işlədiyim firmanın müdiriyyəti mənimlə əmək müqaviləsini pozacağını və ya maaş verməyəcəyini deyir.

Müdiriyyət nə dərəcədə haqlıdır?

Cavab:

Müdiriyyətin hərəkətləri qanunsuzdur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 15-ci maddəsinə

əsasən, əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal

və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyasının

iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə

yetirməkdən azad edilir.

Sual

Əlibayramlı şəhər bələdiyyəsi kimi fəaliyyət göstəririk. Lakin bələdiyyənin vəzifələrini və əhalinin

problemlərini həll etmək üçün kifayət qədər maliyyə vəsaitimiz yoxdur. Buna görə də kənd təsərrüfatı ilə məşğııl

olmaq istəyirik. Müstəqil surətdə fermer təsərrüfatı yarada bilərikmi, yoxsa, biz bu məqsəd üçün, başqa hüquqi

şəxslərin təsisçilərindən biri olmalıyıq?

Cavab:

«Bələdiyyələrin statusu haqqında» Qanunun 34-cü maddəsinə əsasən, bələdiyyələr təsərrüfat fəaliyyəti ilə

və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada

bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Lakin Mülki Məcəllənin 64.6-cı maddəsinə

əsasən, dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlarının və cəmiyyətlərinin iştirakçıları kimi

çıxış edə bilməzlər.

«Normativ-hüquqi aktlar haqqında» Qanunun 7-ci maddəsinə əsəsən normativ-hüquqi aktların tətbiqi zamanı

eyni hüquqi qüvvəsi olan normativ-hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş

normativ-hüquqi akt tətbiq olunur.

Mülki Məcəllə «Bələdiyyələrin statusu haqqında» Qanundan sonra qəbul edildiyindən onun müddəaları

tətbiq edilməlidir. Bu isə o deməkdir ki, bələdiyyələr təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməzlər.

Qeyd etmək gərəkdir ki, bələdiyyələr təcrübədə bilavasitə və hüquqi şəxslər yaratmaqla təsərrüfat

fəaliyyəti ilə məşğul olurlar.

Sual

Bələdiyyə ərazisində bələdiyyə mülkiyyətində heç bir əmlak yoxdur, həmin ərazidə bələdiyyə yaradıla

bilərmi?

Cavab:

«Bələdiyyələrin statusu haqqında» Qanunun 54-cü maddə-sinə əsasən bələdiyyə ərazisində bələdiyyə

mülkiyyətinin olmaması bələdiyyə yaratmaqdan imtina edilməsinə əsas vermir.

Sual

İcra hakimiyyəti orqanının qəbul etdiyi qərar nəticəsində bələdiyyənin büdcə gəliri azalmışdır. İcra

hakimiyyəti orqanı bu qərarın çıxarılmasına görə məsuliyyət daşıyırmı?

Cavab:

Page 60: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

60

«Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanunun 6-cı maddəsinə əsəsən, icra hakimiyyəti

orqanlarının qəbul etdikləri qərarlar nəticəsində gəlirlərin azalması və ya xərclərinin artması baş verdikdə uyğun

azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.

Sual

Bələdiyyə ilə hüquqi şəxs arasında podrat müqaviləsi bağlanmışdır. Lakin müqavilə lazımi qaydada icra

edilməmişdir və bələdiyyənin hal hazırda həmin hüquqi şəxsə borcu vardır. Lakin bələdiyyənin büdcəsində bu

borcu ödəməyə kifayət qədər maliyyə vəsaiti yoxdur. Belə olan halda bələdiyyənin öhdəlikləri üçün dövlət

məsuliyyət daşıyırmı?

Cavab:

«Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Qanunun 6-cı maddəsinə əsasən yerli büdcələrin

öhdəlikləri üçün dövlət məsuliyyət daşımır.

Sual

Bələdiyyə üzvü barəsində ittiham hökmü çıxarılmışdır və icra olunması üçün bizim bələdiyyəyə

göndərilmişdir. Həmin şəxs barəsində azadlıqdan şərti məhrumetmə cəzası təyin edilmişdir. Lakin həmin şəxs

indi Azərbaycanda yoxdur. Həmin şəxsin iştirakı olmadan onun səlahiyyətlərinə xitam verilə bilərmi?

Cavab:

Bəli. «Bələdiyyələrin statusu haqqında» Qanunun 21-ci maddəsinə əsasən, bələdiyyə üzvü barəsində

məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda və ya tibbi xarakterli məcburi tədbirlərin

tətbiqinə dair qərarı olduqda onun səlahiyyətləri itirilmiş hesab olunur. Bu zaman bələdiyyə üzvünün

səlahiyyətinin itirilməsi bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərar əsasında həll edilir.

Bələdiyyənin qərarı məhkəmənin qüvvəyə minmiş qərarından sonra qəbul edilir. Barəsində qərar qəbul edilən

şəxsin bələdiyyə iclasında iştirakı vacib deyil.

Sual

Mən Rusiya Federasiyasının vətəndaşıyam və uzun müddətdir ki, Azərbaycan Respublikasında

yaşayıram. Bələdiyyə üzvü seçilə və ya seçkilərində iştirak edə bilərəmmi?

Cavab:

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 12-ci maddəsinə əsasən, 18 yaşına çatmış, müvafiq

bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı

səsvermədə iştirak edə bilərlər. Bələdiyyələrə üzv seçilmək hüququ isə Seçki Məcəlləsinin 212-ci maddəsinə

əsasən yalnız Azərbaycan Respublikasının vətəndaşlarına məxsusdur.

Sual

Bələdiyyə üzvüyəm, həm də müxalifət partiyasının üzvüyəm. Bununla bağlı bələdiyyənin sədri təzyiq

göstərir, məni bələdiyyənin işlərində iştirak etməkdən çəkindirir. Hər hansı bir məsələ ilə bağlı bələdiyyənin

icra aparatına sorğu ilə müraciət etdikdə heç bir cavab ala bilmirəm və nəticədə bələdiyyənin işlərindən

kənarlaşır, onlardan xəbərsiz qalıram. Mən nə edə bilərəm?

Cavab:

«Bələdiyyə üzvünün statusu haqqında» Qanunun 10--cu maddəsinə əsasən, bələdiyyə üzvünün

səlahiyyətlərinin maneəsiz və səmərəli həyata keçirilməsinə, onun hüquqlarının, şərəf və ləyaqətinin

qorunmasına dövlət təminat verir. Bundan əlavə, göstərilən qanunun 5-ci maddəsinə əsasən, bələdiyyə üzvünün

yerli məsələlərlə bağlı bələdiyyənin vəzifəli şəxslərinə, bələdiyyənin icra orqanlarına, bələdiyyə müəssisə, idarə

və təşkilatlarına sorğu ilə müraciət etmək hüququ var.

Bələdiyyə üzvünün sorğusuna ən geci on beş gün müddətində, məsələnin əlavə öyrənilməsi və

yoxlanılması tələb edildiyi hallarda isə bir aydan gec olmayaraq cavab verilməlidir. Qanunun 7-ci maddəsinə

əsasən bələdiyyə üzvlərinin bələdiyyə orqanlarının iclaslarında bələdiyyənin səlahiyyətlərinə aid məsələlərin

müzakirəsində iştirak etmək hüququ vardır. Qanunun bu müddəalarına əsasən siz bələdiyyənin vəzifəli

şəxslərinin qanunsuz hərəkətlərindən məhkəməyə şikayət edə bilərsiniz

Sual

Fərdi yaşayış evi tikmək məqsədi ilə mənə torpaq sahəsinin verilməsi üçün bələdiyyəyə müraciət

etmişəm. Bələdiyyə məndən torpaq üçün pul ödənilməsini tələb etdi. Bələdiyyənin tələbi qanunidirmi?

Cavab:

Bəli. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 7-ci maddəsinə əsasən, fərdi yaşayış

və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına xüsusi mülkiyyətə verilən bələdiyyə

torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə verilir

Sual

Mənə torpaq sahəsi ayrılması üçün dəfələrlə bələdiyyəyə müraciət etmişəm. Lakin buna baxmayaraq, 3

aydan artıqdır ki heç bir cavab ala bilmirəm. Bu məsələ ilə bağlı hara müraciət edə bilərəm?

Cavab:

Page 61: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

61

«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6-cı maddəsinə uyğun olaraq, torpaq sahəsini

əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Bələdiyyələr 10 gün

müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada

torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər.

«Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə

şikayət edilməsi haqqında» 1999-cu il 11 iyun tarixli Qanunun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və

yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin

qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən hər bir vətəndaş

məhkəməyə müraciət edə bilər.

Sizə məsləhət görülür ki, məhkəməyə müraciət edəsiniz

Sual

Torpaq almaq üçün lazımi ərizə və sənədlərlə ərazisində yaşadığım bələdiyyəyə müraciət etdim.

Bələdiyyədə mənə bildirdilər ki, icra hakimiyyətinin çıxardığı qərara əsəsən əvvəlcədən icra hakimiyyətindən

icazə almalıyam. Lakin icra hakimiyyətinə bu məsələ ilə bağlı müraciət etməyimə baxmayaraq, iki aydan

artıqdır ki, heç bir cavab almamışam. Mən nə edə bilərəm?

Cavab:

İcra hakimiyyəti orqanının belə qərar çıxarması qanunsuzdur, çünki «Bələdiyyə torpaqlarının idarə

edilməsi haqqında» Qanunun 5.3-cü maddəsinə əsəsən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə

mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində

bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin qanunun 5.1-ci

maddəsinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların

istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

Sual

Qaz kəmərləri yerləşən torpaq sahəsini bələdiyyə özəl firmaya mağaza tikilməsi üçün icarəyə vermişdir.

Bu məsələ ilə bağlı bələdiyyəyə müraciət etdikdə, bildirdilər ki, qaz kəmərləri torpağın dərinliyində

yerləşdiyindən onun üzərində hər hansı işlərin aparılmasının heç bir qorxusu yoxdur və buna görə də torpaq

sahəsi qanunauyğun olaraq icarəyə verilmişdir. Bələdiyyə haqlıdırmı?

Cavab:

Bələdiyyənin hərəkətləri qanunsuzdur. Belə ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun

6.4-cü maddəsinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-

mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin,

qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi ilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış

evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol

verilmir.

Sual

Kommersiya fəaliyyəti ilə məşğul oluram. Sex tikmək üçün bələdiyyə ərazisindən torpaq almaq istəyirəm.

Lakin bələdiyyədən bildirdilər ki, sahibkar olduğumdan, torpaq sahəsi yalnız icarəyə verilə bilər. Bələdiyyə

haqlıdırmı?

Cavab:

Xeyr. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 7-ci maddəsinə əsasən xüsusi

mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq,

haqqı ödənilməklə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki

şəxslərinə verilir. Bu müddəaya uyğun olaraq bələdiyyə sizə xüsusi mülkiyyətə torpaq verə bilər

Sual

Qarabağ müharibəsi veteranıyam. Bələdiyyəyə torpaq vergisinin ödənilməsində bu əsasla hər hansı güzəşt

nəzərdə tutulurmu?

Cavab:

Bəli. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 18.9-cu maddəsinə əsasən, müharibə

veteranlarının mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği aylıq gəlirin vergi tutulmayan

məbləğinin 50 faizi qədər azaldılır. Torpaq vergisinə belə güzəştlər tətbiq edilən şəxslərin mülkiyyətində ayrıca

qeydiyyata alınmış iki və daha çox torpaq sahəsi olarsa, vergi güzəştləri mülkiyyətçinin arzusu ilə bu sahələrin

birinə, yaşayış fondlarının torpaqlarında isə həmin şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu evin, habelə

həyətyanı sahənin altında olan torpağa şamil edilir.

Page 62: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

62

Azərbaycanın sosial-iqtisadi inkişafında bələdiyyələrin iştirakına dair

ümumrespublika toplantısı

AzərTAc xəbər verir ki, iyunun 27-də “Park İNN” mehmanxanasında Azərbaycanın sosial-iqtisadi

inkişafında bələdiyyələrin iştirakına dair ümumrespublika toplantısı keçirilmişdir.

Toplantıda Prezidentin İcra Aparatının məsul işçiləri, nazirlər, komitə sədrləri, Milli Məclisin

deputatları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, şəhər, qəsəbə və kənd bələdiyyələrini təmsil edən

195 bələdiyyə sədri, milli assosiasiyaların, Avropa Şurasının Yerli və regional hakimiyyətlər konqresinin və

qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

Azərbaycan Respublikası Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Binəqədi rayonu Biləcəri

bələdiyyəsinin sədri İlham Xəlilov tədbiri açaraq demişdir ki, ümumrespublika toplantısının gündəliyinə iki

məsələ daxil edilmişdir. Bunlar cari ilin aprel-may aylarında Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri

milli assosiasiyalarının toplantılarının yekunlarının, qarşıda duran vəzifələrin müzakirəsi və bələdiyyələrin milli

assosiasiyalarının əlaqələndirmə şurasının yaradılması məsələləridir.

Sonra toplantıda Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt

bələdiyyəsinin sədri Əbülfəz Babayevin məruzəsi dinlənilmişdir.

Azərbaycan Respublikası Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri,

Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayevin məruzəsi

-Hörmətli toplantı iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyamızın qəbulundan sonra

ölkəmizdə bələdiyyə institutunun yaradılması istiqamətində də ardıcıl işlər görülməyə başlanmış, qanunvericilik

bazası yaradılmışdır.

Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev 1999-cu ildə bələdiyyələrə ilk

seçkilər ərəfəsində xalqa müraciətində demişdir: “Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil xarakterli yerli

özünüidarəetmə orqanları yaradırıq, bu, həm də demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə

etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir. Yerli özünüidarəetmə orqanları yerlərdə

səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Beləliklə, onlar dövlətin yükünü müəyyən

qədər yüngülləşdirəcəklər”.

Biz bu tarixi fikirlərin mərhələ-mərhələ həqiqətə çevrilməsinin şahidləriyik. İlk beş ildə həm

vətəndaşlar bələdiyyələrin səlahiyyətlərinin, həm də onun fəaliyyətində öz vəzifələrinin nədən ibarət olduğunu

bildilər.

Ümummilli liderimizin hələ 1999-cu ilin dekabrında söylədiyi kimi, 2004-cü ildə bələdiyyələrə

seçkilər daha mütəşəkkil keçmiş, rəqabət daha güclü olmuşdur.

Hörmətli toplantı iştirakçıları!

Bu gün ümummilli liderimizin siyasi xəttinin uğurlu davamı, vətəndaş cəmiyyətinin, xalq-iqtidar

birliyinin gündən-günə möhkəmlənməsi, dövlətin daxili və xarici siyasətinin yalnız xalqın mənafeyinə xidmət

etməsi ölkəmizin regionda lider dövlət olmasını səciyyələndirən amillərdəndir. Bələdiyyələr də bu sürətli

inkişafla ayaqlaşmalıdırlar.

Azərbaycan Prezidenti İlham Əliyevin dövlətin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində

həyata keçirdiyi siyasətin kökündə bələdiyyələrin inkişaf etdirilməsi məsələləri də dayanır. Dövlətimizin başçısı

İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan bələdiyyələrinin səlahiyyətləri artırılacaqdır.

Hazırda bələdiyyə üzvlərinin və qulluqçularının sayı 40 min nəfərdən çoxdur.

Bildiyiniz kimi, hazırda ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması istiqamətində

Dövlət proqramları, çoxsaylı layihələr həyata keçirilir. Dövlətin həyata keçirdiyi tədbirlər bələdiyyələrin işini

asanlaşdırır, onların fəaliyyət göstərdiyi inzibati ərazilərdə illərlə yığılıb qalmış problemləri həll edilir.

“Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” və “Azərbaycan

Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004 -2008-ci illər)” təsdiq edilməsi

haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanlarından irəli gələn vəzifələrin müvəffəqiyyətlə həlli

ölkəmizin hərtərəfli tərəqqisi üçün əsaslı zəmin yaratmışdır.

Cənab Prezidentin bölgələrə müntəzəm səfərləri, verilmiş tapşırıqların icrasının dövlətimizin

başçısının özü tərəfindən şəxsən yoxlanılması, görülmüş işləri qiymətləndirməsi, əhalinin ehtiyaclarına həssas

münasibəti bizim hər birimizə örnək olmalıdır.

Page 63: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

63

Bu gün hər bir bölgədə yüksək inkişaf tempi müşahidə olunur, şəhərlərin, qəsəbə və kəndlərin siması

gündən-günə dəyişir, sürətlə abadlıq-quruculuq işləri aparılır, sosial problemlər həll edilir. Cəsarətlə deyə

bilərəm ki, bu inkişafda bələdiyyələrin də fəal iştirakı, layiqli payı vardır.

Toplantıların yekunlarını təhlil edərkən məlum oldu ki, Azərbaycan bələdiyyəsinin 7 illik tarixi

səmərəsiz keçməmişdir. Onların artıq öz ənənələri yaranmışdır. Son bir neçə ayda bələdiyyələrimiz öz

qüvvələrinə, öz imkanlarına möhkəm inam yarandığını sübut etmişlər.

Ölkə üzrə ilk dəfə keçirdiyimiz bu toplantılarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Milli

Assosiasiyaların, əlaqədar idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə bələdiyyə sədrlərinin dialoqu baş

tutmuşdur.

Toplantılara gedərkən biz “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsünü irəli sürmüş və bələdiyyələri bu

işə qoşulmağa çağırmışdıq. Nəticədə təşəbbüs bələdiyyələr tərəfindən tam dəstəklənmiş və onların iclaslarında

bəyənilərək müvafiq qərarlar qəbul edilmişdir. Bələdiyyələr tərəfindən 5000-dən çox təklif irəli sürülmüşdür ki,

onların da 2900-nün bələdiyyələrin özləri tərəfindən bu il həyata keçirilməsi qərara alınmışdır.

Xaçmaz rayonundakı kənd bələdiyyələrinin 15-i öz ərazilərində feldşer-mama məntəqəsi tikməyi qərara almış,

bu işə başlamışlar. Həmin rayondakı Müqtədir bələdiyyəsi isə öz imkanları və donorların köməyi ilə 20

çarpayılıq xəstəxana binasının tikintisinə başlamış və son iki ayda artıq işin 40 faizi görülmüşdür.

Cəlilabad rayonunda Gülməmmədli bələdiyyəsi də ikimərtəbəli 20 çarpayılıq xəstəxana binasının tikintisinə

başlamış, artıq birinci mərtəbədə tikinti yekunlaşdırılmışdır. Obyektdə inşaat işləri bu il başa çatdırılacaqdır.

Şəhər, qəsəbə və kənd bələdiyyələri tərəfindən ilin sonunadək reallaşması nəzərdə tutulan layihələr Milli

Assosiasiyalarda geniş təhlil olunaraq ümumiləşdirilmişdir. Layihələrin bir qismi yerli sosial müdafiə və sosial

inkişaf məsələlərinə aiddir. Bu istiqamətdə təhsil, səhiyyə, mədəniyyət, enerji təchizatı və əhaliyə müxtəlif

xidmətlər, yolların təmiri, kimsəsizlərə, xəstələrə, qocalara və valideyn himayəsindən məhrum olan habelə

istedadlı uşaqlara, bədən tərbiyəsi və idmanın inkişafına yardım məsələləri ilə bağlı 1323 layihənin həyata

keçiriləcəyi gözlənilir.

Təhlillər göstərir ki, yerli ekoloji proqramlar istiqamətində parkların salınması, ağacların əkilməsi,

məişət tullantılarının yığılması və nəqli, torpaqların şoranlaşmadan təmizlənməsi, çay və sel sularından müdafiə

bəndlərinin, drenaj kanallarının təmiri sahəsində də bələdiyyələr öz sözlərini deyəcəklər. Bu sahədə həyata

keçiriləcək layihələrin dəyəri 1 milyon manata çatır.

Yaxşı haldır ki, bələdiyyələrin bir çoxu iş görmək üçün artıq bəhanə yox, vasitələr, imkanlar axtarır,

bütün potensialı səfərbər edirlər. Buraya təkcə maliyyə imkanlarının axtarılması deyil, əhalinin sosial

problemlərinin həlli, iş adamlarının, real donorların cəlb olunması, insanların ən mühüm ehtiyaclarından irəli

gələn sosial sifarişlərin həllinə dövlət orqanlarının da diqqətinin yönəldilməsi daxildir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının

yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” və “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi

tədbirlər haqqında” Sərəncamları imzalamışdır.

2007-2008-ci illərdə quraşdırılması nəzərdə tutulan sutəmizləyici və 12 lokal təmizləyici modul tipli

qurğuların yaradılmasına Azərbaycan Respublikasının Prezidenti öz ehtiyat fondundan 6,5 milyon manat

məbləğində vəsait ayıracaqdır. Onların normal və fasiləsiz istismarını, texniki xidmətin göstərilməsini təmin

etmək məqsədi ilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə

veriləcəkdir.

Bələdiyyələrin tarixinə yeni səhifə yazan, gözəl bir ənənənin əsasını qoyan Azərbaycan Prezidentinin

bu sərəncamları, həmçinin bələdiyyələrə ölkəmizin başçısının böyük diqqət və qayğısının bariz sübutudur.

Azərbaycan dövlətinin başçısının sərəncamları təkcə əhalinin sosial və ekoloji problemlərinin həlli ilə deyil,

həm də bələdiyyələrə yeni səlahiyyətlərin, mülkiyyətin, əmlakın verilməsi ilə əlamətdardır. Bütün bunlara görə

cənab Prezidentə Azərbaycan bələdiyyəsində çalışanların hamısının adından, o cümlədən toplantı iştirakçıları

adından minnətdarlığımızı çatdırmaq istərdim.

Bələdiyyələr əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi, drenaj-kollektor

şəbəkəsinin, kəndarası yolların təmiri və digər məsələlərə dair zəruri olan 915 təklif irəli sürmüşlər. Həmin

təkliflərin Milli Assosiasiyalar tərəfindən ümumiləşdirilərək, aidiyyəti icra orqanları ilə birgə həlli imkanları

axtarılacaqdır.

Milli Assosiasiyalara daxil olan yerli əhəmiyyətli layihələr yerli iqtisadi inkişaf proqramları üzrə də

təsnifatlaşdırılmışdır. Bu istiqamətdə ilin sonunadək yerli əhəmiyyətli əmlakın əldə edilməsi, müəssisələrin

yaradılması üzrə dəyəri 1,8 milyon manat olan 154 layihənin reallaşacağı nəzərdə tutulur.

Bələdiyyələrin maliyyə mənbələrinin formalaşması və əhalinin işsizlik probleminin həllində, iqtisadi

inkişafda mühüm rol oynayacaq bu məsələyə bələdiyyələrimiz indidən ciddi diqqət yetirməyi təklif edirlər.

Onlar hesab edirlər ki, bu gün bələdiyyələrin əmlakında olan resurslar hesabına gəlir gətirən yeni sahələr

yaradılmalıdır. Geniş vüsət alan “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü cəmiyyətin həyatında bələdiyyələrin nə

Page 64: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

64

qədər lazımlı olduğunu bir daha təsdiq edir. Bələdiyyələr qarşıya çıxan problemlərin, çətinliklərin aradan

qaldırılması üçün həyata keçirilməsi zəruri olan, işin səmərəliliyini yüksəltmək, fəaliyyəti gücləndirmək barədə

konkret təkliflər də irəli sürmüşlər.

Biz hamımız hesab edirik ki, bələdiyyələrin normal fəaliyyətinin əsası seçkilərdən başlayır. Odur ki,

daha təcrübəli, hər bir vətəndaşın probleminə qayğı ilə yanaşan, ünsiyyət qurmaq qabiliyyəti olan namizədlərə

üstünlük verilməlidir. Həqiqətən ilk seçkilərdə seçicilər təcrübəsizlikdən, obyektiv və subyektiv səbəblər

üzündən peşəkarlar, idarəetmədə böyük səriştəsi olanlarla yanaşı, şəxsi məqsədini üstün tutanları, yerli

özünüidarəetmə funksiyasından inzibatçılıq yolu ilə istifadə etmək istəyənləri, bələdiyyə əmlakına şəxsi qazanc

mənbəyi kimi baxanları da seçmişdilər. Bəzi yerlərdə qohumbazlıq, tayfa maraqları da olmuşdur. Təbii ki,

belələri xalqın etimadını doğrulda bilmədilər, sıralarmızı tərk etdilər. Nəticədə, 2004-cü il seçkiləri zamanı

bələdiyyə üzvü seçilənlər arasında xeyli müsbət keyfiyyət dəyişiklikləri baş verdi. Lakin yeniləşən, müasirləşən,

güclənən respublikamızın mövcud kadr potensialı ilə müqayisədə bələdiyyə üzvlərinin tərkibi hələ də yüksək

göstəricilərlə fərqlənmir. Seçkilərin nəticələrinə görə seçilmiş 20346 nəfərdən yalnız 34 faizi ali təhsillidir.

Seçilmiş bələdiyyə üzvlərinin içərisində qadınlar cəmi 4 faiz təşkil edir.

Növbəti seçkilərə biz artıq 10 illik təcrübə nəzərə alınmaqla gedəcəyik. Daha bacarıqlı namizədlərin,

o cümlədən qadınların və gənclərin namizədlikləri irəli sürülərkən, onların təbliğatına kömək göstərilməlidir.

Toplantılarda əhalisi az, perspektivsiz bələdiyyələrin sayının çoxluğu, onların qarşılaşdıqları problemlər,

çətinliklər, gücsüz vəziyyətə düşmələri çox ciddi şəkildə təhlil olunmuşdur.

Yerli özünüidarə qurumları təşkil olunanda, qanunun verdiyi geniş imkanlardan istifadə edilərək,

kiçik kəndlərdə də bələdiyyələr yaradılmışıdır. Həmin bələdiyyələr bu gün ağır maliyyə durumunda olmaqla

seçicilərin heç bir tapşırığını, sosial problemlərini həll etmək imkanında deyillər və onların mövcudluğu, açıq

desək, kağız üzərindədir.

Belə bələdiyyələrin mövcudluğu həm də seçkilər zamanı əlavə seçki məntəqələri yaradılmasına, xeyli

dövlət vəsaitinin artıq sərf edilməsinə səbəb olur, kənd üçün xeyirdən çox zərər verir.

Cəmi 9 ailə təsərrüfatını özündə birləşdirən, il ərzində əmlak və torpaq vergisi 120 manat, əmək haqqı

fondu isə bundan 3 dəfə çox hesablanmış Cəlilabad rayonundakı Ağbulaq bələdiyyəsi kimi bələdiyyələr də

vardır. Quba rayonundakı Rəngidar bələdiyyəsi də 26 nəfər vergi ödəyicisi ilə hər hansı sosial problemi həll edə

bilməz.

Kiçik bələdiyyələrin başqa bir problemi də üzə çıxır. Həmin bələdiyyələrin büdcəsində hesablanmış

əmək haqqı fondu nəzərdə tutulduğu üçün onlar sosial müdafiə fonduna ödəmələr aparmalıdırlar. Əmək haqqı

verməyə vəsaiti olmadığı üçün fonda borclar artır, hətta bələdiyyələrin hesabına dövlət büdcəsindən dotasiya

daxil olan kimi, vəsait ilk növbədə, qanuna əsasən sosial müdafiə fondunun hesabına köçürülür.

Ölkədə fəaliyyət göstərən bələdiyyələrin 900-dən artığının seçicilərinin sayı 500 nəfərdən aşağıdır. Böyük

bələdiyyə təcrübəsi olan Avropa ölkələrində bələdiyyələr ən azı 2000 nəfərin yaşadığı məntəqələrdə yaradılır.

Hesab edirik ki, bizdə də əhalisi ən azı 2000 nəfərdən və ya seçicisi 500 nəfərdən az olan yaşayış

məntəqələrində bələdiyyələrin təşkilini məhdudlaşdırmaq barədə qanunda müvafiq dəyişikliklər aparılması

məqsədəmüvafiq olardı.

Bələdiyyələrimizin fəaliyyəti büdcənin necə formalaşmasından, maliyyə imkanlarından birbaşa

asılıdır. Odur ki, həmin məsələ bizim toplantının əsas müzakirə mövzusudur.

Bələdiyyələrin gəlirinin hansı səviyyədə olduğunu təhlil edərkən hamımızı narahat edən məsələlərin

toplantılarda daha çox səslənməsinin səbəbləri də aydınlaşır.

Gəlirlərin həcminə görə keçən il birinci yerdə Sumqayıt bələdiyyəsi dayanmış, burada aylıq gəlir

təxminən 24711 manat, Mingəçevir üzrə 24 min manat, Əli Bayramlı üzrə 23258 manat, Abşeron üzrə 18544

manat, Bakı üzrə 13642 manat olmuşdur. Ən aşağı göstəricilər isə Yardımlı, Füzuli, Daşkəsən bələdiyyələrinə

məxsus olmuşdur. Burada bir bələdiyyənin orta aylıq gəliri 35 manatı keçmir.

Lerik rayonunda 99 bələdiyyə fəaliyyət göstərir ki, onların da hər birində aylıq gəlir 61 manat təşkil

edir. Bu vəziyyətin təhlili, onun səbəbləri və aradan qaldırılması yolları barədə Milli Assosiasiyalar da təkliflər

hazırlamalıdırlar.

Qaldırılan ən mühüm məsələlərdən biri də bələdiyyələrin büdcə gəlirlərinin formalaşmasıdır. Təhlil

göstərir ki, respublika üzrə gəlirin 63 faizindən artığı bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə

verilməsindən, 15 faiz gəlir isə torpaq vergisindən daxil olur.

Əmlak vergisindən daxilolmalar məsələsi bələdiyyələrimizi narahat edir. Maliyyə mənbəyi kimi

əmlak vergisi 2002-2004-cü illərdə büdcə gəlirlərinin 8 faizini, sonrakı illərdə isə 2,6 faizini keçmir. Başqa

ölkələrin təcrübəsi göstərir ki, əmlak vergisi yerli büdcənin əsas mənbələrindən biridir. Orada əmlak inventar

dəyəri ilə deyil, məhz orta bazar qiyməti ilə hesablanır. Bu məqsədlə həmin ölkələrdə qiymətləndirmə şirkətləri

fəaliyyət göstərir. Yəqin ki, bu məsələyə bir də baxılmalıdır.

Page 65: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

65

Bir sıra bələdiyyələrdə büdcənin formalaşması üçün əlavə vəsaitlərin daxil olması istiqamətində

tədbirlər həyata keçirilir. Məsələn, Qusar bələdiyyəsi öz büdcəsi hesabına 2 avtobus alaraq xəttə buraxmış,

Nəsimi bələdiyyəsi isə heyvandarlıq təsərrüfatı yaradaraq öz büdcəsinə vəsait cəlb edə bilmişdir.

Qusar, Mingəçevir, Sumqayıt, Samux rayonunun Sərkar kənd bələdiyyələri və digər şəhər, qəsəbə və kənd

bələdiyyələri öz büdcələrinə əlavə gəlir gətirilməsi üçün tədbirlər həyata keçirirlər.

Bələdiyyələrin büdcəsinin gücləndirilməsində yerli maliyyə mənbələrinin artırılması və büdcə

şəffaflığı məsələləri çox aktualdır. Büdcə şəffaflığı barədə sakinlərin müntəzəm məlumatlandırılması onlarda

bələdiyyələrə inamın artırılmasında güclü vasitə ola bilər. Qanuna görə, bələdiyyələr altı ayda bir dəfədən az

olmayaraq öz seçicilərinə hesabat verməlidirlər. Bu halda auditor rəyindən bələdiyyələrin maliyyə-təsərrüfat

fəaliyyətini əks etdirən mühüm sənəd kimi istifadə edilə bilər. Lakin aparılan təhlillər göstərir ki, 2004-2006-cı

illərdə bələdiyyələrin yarısı auditdən keçməmişdir. Assosiasiyalar yerli özünüidarəetmə orqanlarının auditdən

yayınma hallarının qarşısının alınması, bu sahədə bələdiyyələrə əməli kömək göstərilməsi məqsədi ilə xeyli

vaxtdır ki, bələdiyyə sədrləri ilə müzakirələr aparır.

Azərbaycan Prezidenti İlham Əliyev torpaqlardan səmərəli və düzgün istifadə olunmasını, onu

qorumağı hamıya tövsiyə edir. Bələdiyyələrin mülkiyyətinin əsası və onun büdcəsinin formalaşmasında ən

mühüm mənbələrdən biri də torpaqlardır. Ölkə üzrə bələdiyyə mülkiyyətinə verilmiş 2051378 hektar torpaq

sahəsinin təxminən yarısı kənd təsərrüfatına yararlı torpaqlardır. Respublikanın örüş fondunun 40 faizi, əkin

torpaqlarının 5 faizindən artığı bələdiyyə mülkiyyətindədir. 17541 hektara qədər həyətyanı torpaq sahələri də

bələdiyyənin mülkiyyətindədir.

Təəssüf ki, dövlətin bələdiyyələrə əvəzsiz verdiyi sərvəti özünün şəxsi əmlakı hesab edən, ondan

başqa məqsədlə bəhrələnmək arzusunda olanlar da vardır. Məhz belə azlığın günahı ucbatından “bələdiyyə”

sözü bəzi mətbuat orqanlarında, insanlar arasında “torpaq satan” məfhumu kimi hallanır.

Bələdiyyə sədrlərinin çox böyük əksəriyyətinin adından bəyan etmək istəyirəm ki, heç də bütün bələdiyyələr bu

ada layiq deyillər. Hamı bilməlidir ki, hər bir bələdiyyə öz hərəkətinə məsuliyyətlə yanaşmalıdır.

Yeri gəlmişkən deyim ki, 2006-cı ildə bələdiyyələr tərəfindən qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə

verilmiş 894 hektar, icarəyə verilmiş 665 hektar torpaq sahəsi birbaşa Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş

Mərkəzi və onun iddiası ilə məhkəmələr tərəfindən ləğv edilərək, bələdiyyə mülkiyyətinə qaytarılmışdır.

2007-ci ilin altı ayında da 232 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.

Bələdiyyələrimiz haqlı olaraq torpağa mülkiyyət hüququna dair dövlət aktlarının alınmasında çətinliklər və

ləngimələr olduğunu bildirirlər. Bu, xüsusilə Bakı şəhərinin ərazilərinə aiddir. Bakı şəhəri üzrə torpaqların

bələdiyyə mülkiyyətinə verilməsini rəsmiləşdirən sənədlər əsassız olaraq icra orqanları tərəfindən illərlə

yubadıldığından onlardan səmərəli istifadə edilmir.

Bələdiyyələrimiz də bu sahədə lazımi təşəbbüskarlıq göstərmirlər. İndiyədək 1220 bələdiyyə torpağa

mülkiyyətə dair dövlət aktları almışdır. 590 bələdiyyəyə texniki sənədlər təqdim olunmuşdur. Dövlət Torpaq və

Xəritəçəkmə Komitəsinə 327 bələdiyyənin torpaq aktlarının alınması ilə bağlı ünvanladığı müraciəti hələlik

müxtəlif səbəblərdən cavabsız qalmışdır. 305 bələdiyyə isə hələ indiyədək Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinə müraciət belə etməmişdir. Özünün yeganə və qiymətli mülkiyyətinin alınmasına bu cür münasibəti

heç cür başa düşmək olmur.

Keçirilmiş toplantılarda çox ciddi şəkildə vurğulanmışdır ki, bələdiyyələrin fəaliyyətindəki

nöqsanların kökündə maarifləndirmə işinin aşağı səviyyədə və zəif təşkil olunması durur. Böyük əksəriyyət

qabaqcıl iş təcrübəsinin öyrənilib yayılmasını, bələdiyyə üzvləri və qulluqçuları üçün ixtisasartırma kurslarının

təşkilini hazırkı dövrdə mühüm vəzifə hesab edir. Milli Assosiasiyalar öz fəaliyyətlərində bu istiqamətdə işin

təşkilinə xüsusi diqqət yetirməlidirlər.

Bələdiyyə institutunun inkişafında mühüm amillərdən biri peşəkar milli kadrların hazırlanmasıdır.

Ölkənin bir neçə ali məktəbində, o cümlədən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi

Akademiyasında bələdiyyə idarəçiliyi üzrə xüsusi fakültələr, bələdiyyə üzvlərinə və qulluqçularına kömək

məqsədi ilə ona yaxın ali məktəbdə, müvafiq dövlət qurumlarında ixtisasartırma kursları və seminarlar fəaliyyət

göstərsə də, bələdiyyələrin kadr potensialı günün tələblərindən geri qalır. Bizə elə gəlir ki, bələdiyyələr ixtisaslı

kadrların hazırlanmasında, onların yerləşdirilməsində və işlə təmin edilməsində daha çox maraqlı olmalıdırlar.

Milli Assosiasiyalar isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

imkanlarından istifadə etməklə bu sahədə sistemli işin təşkili üçün təkliflər hazırlamalıdırlar. Milli

Assosiasiyalar metodiki vəsaitlər hazırlayıb bələdiyyələrə çatdırmalıdırlar.

Avropa ölkələrinin zəngin bələdiyyə təcrübəsinin öyrənilməsi, təhlili, Azərbaycan üçün münasib

sayılanların tətbiqi də faydalı olardı.

Təkliflər içərisində bələdiyyələrin müasir inzibati binalarda yerləşməsi, bələdiyyə üzvlərinin və

qulluqçularının sosial müdafiəsi haqqında qanunun qəbulu məsələləri də vardır.

Yerlərdən gələn təkliflər göstərir ki, dövlət proqramları və yerli proqramlar hazırlanarkən bələdiyyələrin rəyinin

Page 66: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

66

nəzərə alınması faydalı olardı. Bələdiyyə qərarlarının icra edilməməsinə görə məsuliyyəti təmin edən qanunun

qəbulu da vacib sayılır.

Bələdiyyələr tərəfindən irəli sürülən təkliflər sırasında səlahiyyət məsələləri də çoxluq təşkil edir. Bu

barədə yəqin ki, müzakirələrdə də fikirlər səslənəcəkdir.

Qarşımızda böyük vəzifələr durur. Hamılıqla məqsədimiz demokratiyanın mühüm prinsiplərindən

sayılan, vətəndaş cəmiyyətinin inkişafında vacib mərhələ hesab edilən yerli özünüidarəetmə institutunun

ölkəmizdə rolunun və əhəmiyyətinin artırılmasına nail olmaqdır. Əminəm ki, bütün bunlara birgə nail olacağıq.

Toplantı iştirakçılarını, dəvət olunan dövlət rəsmilərini müzakirələrdə fəal iştiraka dəvət edirəm.

Diqqətinizə görə təşəkkür edirəm!

Məruzə dinlənildikdən sonra çıxışlar olmuşdur.

Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələri Assosiasiyasının sədri,

Naxçıvan bələdiyyəsinin sədri Cavid Səfərov, Əli Bayramlı bələdiyyəsinin sədri Əlisəfa Əsədov, Şəki

bələdiyyəsinin sədri Gülnaz Salamova, Abşeron rayonu Mehdiabad bələdiyyəsinin sədri Natiq Dünyamalıyev,

Goranboy rayonu Cinli Bolsulu bələdiyyəsinin sədri Manya Allahverdiyeva, Bakı şəhəri Nəsimi bələdiyyəsinin

sədri Əziz Axundov, Quba bələdiyyəsinin sədri İlqar Xəlilov, Masallı rayonu Çaxırlı bələdiyyəsinin sədri

Ziyafət Məmmədov, Qaradağ rayonu Buta bələdiyyəsinin sədri Lalə Məhərrəmova, habelə Ədliyyə Nazirliyinin

Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun

proqram direktoru Vüqar Mehdiyev, Demokratik İslahatlar və Hüquq İctimai Birliyinin sədri Mətanət Əsgərova,

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təmsilçisi, Avropa Şurası baş katibinin

Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia çıxış etmişlər.

Natiqlər görülmüş işlərdən, həyata keçirilmiş layihələrdən danışmış, həlli vacib olan problemlərdən

söz açmışlar. Bildirilmişdir ki, qısa müddətdə Azərbaycanda yerli özünüidarəetmə institutu təkmilləşmiş,

idarəçilikdə özünə layiq yer tutmuşdur. Bu istiqamətdə Avropa Şurası, habelə onun müvafiq qurumları ilə

əlaqələr inkişaf edir, əməkdaşlıq genişlənir.

Bələdiyyə sədrləri ümumi problemlərin həllinə dair təkliflər vermişlər. Qısa müddətdə görülmüş işlər

nəticəsində bu təsisatın fəaliyyəti təkmilləşmişdir.

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyev toplantıda çıxış

etmişdir.

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin

çıxışı

-Hörmətli toplantı iştirakçıları!

Bugünkü toplantını Azərbaycan bələdiyyələrinin həyatında böyük hadisə saymaq olar. Hesab edirəm

ki, yerlərdə keçirdiyiniz toplantıların məntiqi və müsbət nəticəsidir ki, siz öz problemlərinizi köklü şəkildə,

qarşılıqlı əməkdaşlıq və özünütənqid səviyyəsində həll etməyə başlamısınız. Zənnimcə, toplantıda çox vacib və

faydalı söhbət aparılır. Bu toplantı birliyinizə, bundan sonra da səmərəli fəaliyyət göstərəcəyinizə böyük inam

yaradır.

Ötən 7 il ərzində ölkədə özünüidarə formasının tətbiqi ilə bağlı ictimai, siyasi, iqtisadi dəyəri olan bir

çox müsbət nəticələr əldə olunmuşdur. “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nın prinsiplərinə

uyğun olaraq, Azərbaycan bələdiyyələri konstitusiya və qanunvericilik əsasında qurulmuş, bələdiyyə təsisatı

idarəçilik sistemində layiqli yer tutmuşdur. Bu dövrdə yerli özünüidarəetmənin təşkili və fəaliyyəti prosesində

yaranan ictimai münasibətləri nizama salan normativ hüquqi aktlar və kifayət qədər qanunlar qəbul olunmuş,

Azərbaycanın şəhər, qəsəbə, kənd bələdiyyələrinin milli assosiasiyaları, şəhər, rayon bələdiyyə sədrlərinin

şuraları formalaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında da yerli özünüidarəetmə

orqanları ilə işlə bağlı xüsusi bölmə yaradılmış və bununla da bələdiyyələrin fəaliyyətinə daha böyük önəm

verilmişdir.

Milli assosiasiyaların, ayrı-ayrı bələdiyyələrin bugünkü təqdimatı da göstərdi ki, yerli özünüidarəetmə

orqanlarında xeyli müsbət təcrübə toplanmış, təşəbbüskarlıq, yaradıcılıq, işgüzarlıq meyilləri artmışdır. Bu gün

qazandıqları qiymətli təcrübələrinə görə bələdiyyələrin bəzilərinin adlarını da çəkə bilərik. Bunlar Əli Bayramlı,

Şəki bələdiyyələri və digər bələdiyyələrdir.

Dünya təcrübəsi, milli xüsusiyyətlər, habelə keçid dövrünün reallıqları nəzərə alınmaqla,

Azərbaycanda bələdiyyə təsisatının tamamilə original modeli artıq formalaşmışdır.

İşin hərtərəfli – siyasi, ictimai, hüquqi, iqtisadi, sosial, təşkilati sahələri üzrə daha geniş araşdırmalar

aparıldıqda, vəziyyəti daha dərindən öyrəndikdə biz Azərbaycanda bələdiyyə təsisatının həm dəyərli, həm də

nöqsanlı tərəflərini və çatışmazlıqlarını görə bilərik. Əlbəttə, görülən işlərə mütəxəssislər, alimlər, Avropa

Şurasının monitorinq qrupu, ilk növbədə isə seçicilər, xalq qiymət verməlidir.

Page 67: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

67

Bu il mayın 23-də “Keçid cəmiyyətlərində demokratiya” mövzusunda beynəlxalq elmi-praktik

konfransın iştirakçılarının bir qrupunu qəbul edən respublika Prezidenti cənab İlham Əliyev demokratiyanın

inkişafında xalqın meyarlarının, baxışlarının həlledici amil olduğunu bir daha vurğulayaraq demişdir:

“Rəyin başlıca meyarı xalqdır. O, müəyyən edir. Əgər xalq ölkədəki vəziyyətdən razıdırsa, o, həyata

keçirilən siyasəti dəstəkləyirsə, deməli, bu siyasət düzgündür. Bəlkə də bir qədər sadə yanaşmadır, ancaq hesab

edirəm ki, bu, bütün mövcud və mümkün olan meyarlardan ən düzgünüdür... Demokratiyaya gəldikdə isə, bu

sözün kökü də xalqın hakimiyyəti deməkdir, o xalqın hakimiyyəti ki, sən onun qarşısında hesabat verirsən”.

Azərbaycan Prezidentinin demokratik cəmiyyət quruculuğu və onun inkişafı ilə bağlı dediyi fikirləri həm də

yerli özünüidarəetmə orqanlrına aid etmək olar.

Respublikanın şəhər və rayonlarında keçirilmiş bələdiyyə sədrlərinin toplantılarında irəli sürülən

təkliflər, qaldırılan təşəbbüslər, müəyyənləşdirilən problemlər deməyə əsas verir ki, regionların sosial-iqtisadi

inkişafında bələdiyyələrin fəallığı xeyli artmışdır. Onlar qanunun verdiyi səlahiyyətlər və öz imkanları daxilində

bir çox faydalı işlər görə bilmişlər.

Bu toplantıların mütəşəkkilliyi, təşkili, onların gedişində qaldırılan məsələlər, işgüzarlıq göstərir ki,

artıq Azərbaycan bələdiyyələri püxtələşir, inkişaf edir.

Burada səslənən məlumatlar, rəqəmlər Azərbaycan bələdiyyələrinin, milli assosiasiyaların, habelə

onlarla qarşılıqlı, işgüzar münasibətlər qurmuş mərkəzi və yerli icra orqanlarının fəaliyyətinin düzgün təşkil

olunduğunu göstərir, görülmüş bu işlərin daha uğurla davam edəcəyinə əminlik yaradır.

Sosial sifarişlərdən formalaşan yerli layihələri həyata keçirmək, əhalinin ən zəruri ehtiyaclarından doğan

problemləri müvafiq icra strukturları qarşısında qaldırmaq, bələdiyyə sisteminin daha səmərəli fəaliyyətinə

şərait yaradan qanunların qəbulu və təkmilləşdirilməsi yaxşı təşəbbüsdür və seçicilərin inamına layiqli cavabdır.

Hesab edirəm ki, milli assosiasiyalar tərəfindən qaldırılan və ölkədə geniş əks-səda doğurmuş, özünə çoxlu

tərəfdar tapmış “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü hərtərəfli müdafiə olunmağa layiqdir.

Arzu edrəm ki, sosial-iqtisadi inkişaf məsələlərinin həllində bələdiyyələrin fəaliyyətində “Bir bələdiyyə-azı bir

layihə” təşəbbüsü kampaniya xarakteri daşımasın, ardıcıl davam edən real və işgüzar bir ənənəyə çevrilsin.

Əlbəttə, yaxşı haldır ki, Xaçmaz rayonunda bələdiyyələr bir ildə səhiyyə sahəsində 17 problemi həll etməyi

qərara almışlar. Ölkədə 6 uşaq bağçası tikən, 30 məktəbəqədər tərbiyə müəssisəsini təmir edən, 80 kilometrə

yaxın su kəməri çəkən, 89 ədəd artezian quyusunun qazılmasını və bərpasını təmin edən və digər belə xeyirxah

layihələri həyata keçirən bələdiyyələrin işi yüksək qiymətə layiqdir.

Bələdiyyələrin həyata keçirmək istədikləri layihələr içərisində daha çox bələdiyyə müəssisələri və

xidmət sahələrinin yaradılmasına böyük ehtiyac var. Mən iki mülahizəyə görə bu məsələnin üzərində dayanmaq

istəyirəm. Məsələn, yeni müəssisələrin yaradılması və əlavə iş yerlərinin açılması cənab Prezidentin bu sahədəki

tapşırıqlarının yerinə yetirilməsinə töhfə olardı.

Digər tərəfdən, bir çoxunuzun düşündüyü kimi, bələdiyyə büdcəsinin daim sabit gəlirlə təmin

olunması üçün siz indidən öz müəssisə və xidmət sahələrinizi, əlavə gəlir mənbələrinizi yaratmalısınız. Hər

halda, bu məsələlər haqqında düşünməyinizə və götür-qoy etməyinizə böyük ehtiyac vardır.

Burada mərkəzi icra orqanlarının rəhbərləri də iştirak edirlər. Son illər Prezident İlham Əliyevin

bilavasitə rəhbərliyi ilə dövlət orqanları sosial təyinatlı məsələlərin həlli istiqamətində regionlarda böyük həcmli

işlər görürlər. Söz yox ki, möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu sosial-iqtisadi proqramlar daxilində

bələdiyyələr tərəfindən qaldırılmış bütün mühüm problemlər də öz həllini tapacaqdır. Əhalinin ən ümdə və

vacib istəkləri ilə bağlı bələdiyyələrin yerlərdə qaldırdığı və milli assosiasiyalar tərəfindən ümumiləşdirilərək

icra orqanlarına ünvanlanan təkliflərə həssaslıqla və diqqətlə yanaşılmalı, onların həllinə qanun və yerli

imkanlar daxilində kömək göstərilməlidir.

Biz Azərbaycanda bələdiyyə təsisatının inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi barədə məsələləri

də unutmamalıyıq. Haqlı olaraq, həm məruzədə, həm ayrı-ayrı çıxışlarda səslənən fikirlər və yerlərdə qaldırılmış

təklifərin təsnifatı bu problemin mövcudluğunu göstərir.

Bir qayda olaraq, yerli özünüidarəetməyə hakimiyyətin aşağı pilləsi kimi baxılır. Lakin biz yerli

özünüidarəetməni həm də dövlətin və cəmiyyətin maraqlarının bir-birinə uyğunlaşdırılmasının səmərəli

mexanizmi, dövlətin dayanıqlı inkişafının güclü amili kimi dəyərləndiririk. Buna görə də hesab edirik ki, ölkədə

yerli özünüidarəetmənin yaranması və inkişafına dövlət quruculuğunun ayrıca istiqaməti kimi deyil, bütövlükdə,

dövlətin idarə olunmasında aparılan islahatların ayrılmaz hissəsi kimi baxılmalıdır. Bu proseslər həmçinin

vətəndaş cəmiyyəti quruculuğu prosesləri ilə uyğunlaşdırılmış şəkildə getməlidir. Bələdiyyələrin statusu

haqqında qanun olmasına baxmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr barədə 2002-ci

ildə keçirilmiş referenduma əsasən, indi bələdiyyələrin statusu Konstitusiya ilə müəyyənləşdirilir. Bu o

deməkdir ki, Azərbaycan Respublikasında bələdiyyələr ən yüksək statusa malikdir.

Respublikamızda yerli özünüidarəetmə sisteminin formalaşdırılması üçün qanunvericilik, bələdiyyə

idarəçiliyi sahəsində müəyyən uğurlarla yanaşı, yerli özünüidarəetmə sisteminin inkişafına mane olan bir sıra

Page 68: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

68

ümumi problemlər də mövcuddur. Yerli özünüidarəetmə sahəsində kifayət qədər təcrübənin və ənənələrin

olmaması, müstəqil dövlətçilik təcrübəsinin azlığı, vətəndaş təşəbbüskarlığının zəifliyi, keçid dövrünə xas olan

xüsusiyyətlər və digər məsələlər problemin obyektiv səbəbləri kimi çıxış edir. Bələdiyyə orqanlarının bəzi

üzvləri nəinki qanunla müəyyən olunmuş səlahiyyətlərini, həm də bu səlahiyyətlərin həyata keçirilməsinə aid

çox məsələləri bilmirlər. Ona görə də bu sahədə maarifçiliyə geniş yer verilməlidir.

Ölkədə demokratikləşmə prosesinin ən vacib amillərindən olan seçki prosesində də bələdiyyə

seçkiləri öz kütləviliyi, vətəndaş cəmiyyətinin ən müxtəlif təbəqələrini əhatə etməsi, daha çox rəqabətliliyi ilə

fərqlənir. Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bərqərar edilmiş azad və ədalətli seçki sisteminə

uyğun olaraq, bələdiyyə seçkiləri keçirilərkən hamının seçmək və seçilmək hüququna hörmətlə yanaşmaqla

bərabər, bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin yaxşılaşdırılması da diqqət mərkəzində olmalıdır.

Yerli özünüidarəetmə sisteminin mükəmməl və hərtərəfli inkişafına mane olan səbəblərin bir hissəsi də əhalinin

bələdiyyə idarəçiliyi prinsiplərini həyata keçirməyə kifayət qədər hazır olmaması ilə bağlıdır.

Ali təhsillilərin sayına görə çox böyük göstəricilərə malik Azərbaycanda bələdiyyə üzvlərinin ancaq

üçdə bir hissəsinin ali təhsilli olması, qadınların cüzi təmsilçiliyi özünüidarəetmə orqanlarının inkişafına mənfi

təsir göstərən amillərdəndir. Heç şübhə etmirəm ki, zaman keçdikcə bələdiyyələrin yerlərdə əhəmiyyətini

lazımınca dəyərləndirən seçicilər yaradıcı, işi müasir tələblərə uyğun qurmağı bacaran, cəmiyyətdə daha çox

hörmət və nüfuza malik, ali təhsilli kadrların, o cümlədən qadınların bələdiyyə üzvləri seçilmələrinə üstünlük

verəcəklər.

Bu məsələ ilə bağlı daha bir problemə toxunmaq istəyirəm. Məruzədə səsləndiyi kimi,

demokratiyanın imkanlarından geniş istifadə, az qala, hər bir kiçik yaşayış məntəqəsində bələdiyyə

yaradılmasına gətirib çıxarmışdır. Bu gün, bir qədər yumşaq desək, onun əziyyətini seçicilər çəkir. Cəmi 9

təsərrüfatdan ibarət olan qurum özünüidarə funksiyasını necə yerinə yetirə bilər? Hər bir yaşayış məntəqəsində

bələdiyyə yaradılması heç də müsbət hal deyil və biz bu xoşagəlməz təcrübədən canımızı qurtarmalıyıq.

Yerli əhalinin istəyinə, yerlərdə yaranan problemlərin optimal həllinə kömək məqsədi ilə bələdiyyələrin birgə

fəaliyyət göstərməsi, birləşməsi, ayrılması, özünün mövcudluğuna xitam verməsi barədə qanunlar yerli

məsələlərin daha çevik həll olunmasına imkan yaradır. Kiçik yaşayış məntəqələrində bələdiyyə yaradarkən

dərindən və hərtərəfli düşünülməlidir. Bu məsələyə xırda hisslərlə və maraqlarla yanaşmaq olmaz. Əlbəttə, heç

bir inzibati təsir olmadan seçicilərin seçim hüququna tam hörmət edilməlidir.

Problemi yaradan səbəblərin aradan qaldırılması üçün yerlərdə izahat işi aparılmalı, yerli

özünüidarəetmə sisteminin mahiyyəti, xüsusiyyəti və funksiyaları haqqında vətəndaşlarda geniş təsəvvür

yaradılmalıdır. Başqa sözlə desək, respublikamızda yenicə təşəkkül tapan yerli özünüidarəetmə sisteminin

inkişafını təmin etmək üçün əhalidə bələdiyyə şüuru formalaşdırılmalıdır. Yerli özünüidarəetmə prosesində

əhalinin yaxından iştirakını təmin etmək və bələdiyyələrin fəaliyyətini əhalinin maraqlarına daha çox

uyğunlaşdırmaq üçün əhali ilə səmərəli əlaqə sistemi yaradılmalıdır ki, bu məsələlər də milli assosiasiyaların

üzərinə böyük məsuliyyət qoyur.

Bir məsələyə də toxunmaq istəyirəm. Bələdiyyə qulluqçularının çoxunun peşəkarlığının aşağı

səviyyədə olmasını yerli özünüidarəetmə sisteminin inkişafı prosesini ləngidən əsas səbəblərdən biri hesab

etmək olar. Respublikamızda, demək olar ki, bələdiyyə qulluğunun peşəkar xarakter alması problemi hələlik

həll olunmamışdır. Təkcə onu qeyd etmək olar ki, yeni tip bələdiyyə mütəxəssislərin peşəkar hazırlığı və

ixtisasının artırılması sisteminin yaradılması özünün ilkin mərhələsindədir. Bələdiyyə orqanları üçün kadr

hazırlığı sisteminin yaradılması, hər şeydən əvvəl, bu kadrların yüksək peşəkarlıq səviyyəsinin

formalaşdırılmasını, bu səviyyəni təmin edən tədris planları və hazırlıq proqramından, yeni təlim metodları və

texnologiyalarından istifadə olunmasını tələb edir. Bələdiyyə qulluqçularının hazırlığı prosesində bələdiyyə

qulluğunda menecmentin xüsusiyyətləri, bələdiyyələrin idarə olunması, sosial sahənin idarə edilməsi, bələdiyyə

marketinqi, bələdiyyə mülkiyyətinin idarə olunması və sair məsələlərlə bağlı nəzəri və praktik kurslar tədris

edilməli, bunun üçün xüsusi elmi və metodik ədəbiyyat seçilməli və işlənib hazırlanmalıdır.

Çoxpilləli bələdiyyə sistemi yaradılması ilə bağlı ayrı-ayrı, qeyri-konstruktiv təkliflərə də toxunaraq

demək istərdim ki, yalnız demokratik prinsiplərə uyğun, əhali arasında etimada və nüfuza əsaslanan, partiya

mənsubiyyəti nəzərə alınmadan, majoritar qaydada keçirilən birpilləli bələdiyyə seçkiləri qaydaları bu gün

Azərbaycan reallığında özünü tamamilə doğruldur. Ona görə də bələdiyyələrin çoxpilləliyini, məsələn, Bakıda

həm qəsəbə, həm rayon, həm şəhər bələdiyyələri, kənd rayonlarında həm kənd, qəsəbə, həm də rayon

bələdiyyələri yaratmaq fikirləri reallaşarsa, həmin qurumlarda özünüidarəetmədən, müstəqillikdən söhbət gedə

bilməz. Əks halda, yerli kənd, qəsəbə bələdiyyələri vaxtlarını ancaq yuxarı şəhər, rayon orqanlarından gələn

tapşırıqların icrasına həsr etməli olacaq və məsuliyyətdən kənarda qalacaqlar.

Milli assosiasiyalar yerli özünüidarəetmə sahəsində dünya təcrübəsinin öyrənilməsi ilə yanaşı,

Azərbaycan şəraitinə uyğun təcrübələri araşdırmalı və əldə olanların tətbiqinə çalışmalıdırlar.

Page 69: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

69

Bələdiyyə üzvləri və işçiləri üçün seminar və kursların təşkili assosiasiyaların fəaliyyətinin ən

prioritet sahələri hesab olunmalıdır. Bu işlərin yerinə yetirilməsində Avropa Şurasının, habelə xoş məram

nümayiş etdirən beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının da köməyindən istifadə oluna bilər.

Avropa Şurasının Yerli və regional hakimiyyətlər konqresi ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, milli

assosiasiyaların, mərkəzi icra hakimiyyəti və qanunvericilik orqanlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin

hər birinin fikirlərinə hörmətlə yanaşmaqla təkmil qanunlar hazırlanması, onların Avropa normalarına

uyğunlaşdırılması işi davam etdirilməlidir.

Bu gün işgüzar şəraitdə və maraqlı keçən toplantı bir daha sübut edir ki, bələdiyyələr ölkənin

həyatında mühüm rol oynayır və cəmiyyətimizin demokratik inkişafında onların öz yeri vardır. Ümid etmək olar

ki, bu toplantı bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi yolunda və yaxşı ənənələrin əsasının

qoyulmasında uğurlu addım olacaqdır.

Diqqətinizə görə sağ olun!

Çıxışlarda səslənən fikirlərə münasibət bildirən ədliyyə naziri Fikrət Məmmədov demişdir ki, ötən

dövrdə bələdiyyələrin fəaliyyətini tənzimləyən 20-dən çox qanun, 500-dək notrmativ-hüquqi akt qəbul olunmuş,

Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında bələdiyyələrinin

rolunun artması xüsusi qeyd olunmuşdur. Dövlətimizin başçısının təsdiq etdiyi insan hüquqlarının müdafiəsinə

dair Milli Fəaliyyət Planında bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi nəzərdə tutulmuş, müvafiq qanun

layihəsi artıq Milli Məclisə təqdim olunmuşdur.

Bələdiyyələrin fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də diqqət

mərkəzində olmuşdur. Yerli özünüidarə haqqında Avropa Xartiyasına qoşulan Azərbaycan Avropa Şurası, o

cümlədən Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və digər beynəlxalq qurumlarla fəal və səmərəli

əməkdaşlıq edir.

Bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində milli assosiasiyaların yaradılmasına

diqqət yetirilmiş, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi və Norveç Bələdiyyələr Assosiasiyası ilə

əməkdaşlıq şəraitində şəhər, kənd və qəsəbə bələdiyyələrinin milli assosiasiyaları yaradılmışdır. Onların əlaqəli

fəaliyyəti ümumi problemlərin həllinə müsbət təsir göstərir. Bugünkü toplantı da bu əməkdaşlığın bəhrəsidir.

Nazir məlumat vermişdir ki, bələdiyyələrin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində Ədliyyə

Nazirliyi tərəfindən bələdiyyə üzvlərinin biliklərinin və bacarıqlarının artırılması işinə də xüsusi diqqət yetirilir.

Son illər ərzində bu məqsədlə 120-dək yerli və regional konfranslar, seminarlar, nazirliyin hüquq-tədris

mərkəzində və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bələdiyyə

üzvləri və qulluqçuları üçün mütəmadi tədris kursları təşkil olunmuşdur.

Müxtəlif beynəlxalq təşkilatların dəstəyi ilə bələdiyyə fəaliyyətinin ən mühüm istiqamətlərinə dair

çoxsaylı metodiki vəsait nəşr edilmişdir. Təkcə bu il 1100 nəfər bələdiyyə üzvü və qulluqçusu tədrisə cəlb

edilmiş, 11 metodik vəsait çap olunmuşdur.

Dövlət başçısının Fərmanı ilə yaradılmış Ədliyyə Akademiyasının fəaliyyətə başlaması ilə bu sahədə

görülən işlər daha da mütəşəkkil xarakter alacaqdır. Bələdiyyələrə metodoloji yardımla yanaşı, onların

fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi də xüsusi əhəmiyyətə malikdir. Bununla əlaqədar Avropa

Şurası ilə əməkdaşlıq şəraitində və beynəlxalq ekspertlərin iştirakı ilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət

haqqında qanun layihəsi hazırlanaraq qəbul edilmiş və bu səlahiyyətlərin icrası Ədliyyə Nazirliyinə

tapşırılmışdır.

Həmçinin ölkəmizin Prezidentinin ötən il imzaladığı fərman və sərəncamlar ilə Ədliyyə Nazirliyinin

bu funksiyasını həyata keçirən Bələdiyyələrlə İş Mərkəzinin statusu yüksəldilmiş, inzibati nəzarətin daha

səmərəli həyata keçirilməsi məqsədi ilə işçilərin ştat sayı artırılmış, regional şöbələrin yaradılması haqqında

qərar qəbul edilmişdir.

Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə çıxış edərək, sosial-

iqtisadi problemlərin həllində bələdiyyələrin rolundan, yerli özünüidarə orqanlarının məqsəd və vəzifələrindən

danışmış, onlara göstərilən dövlət qayğısından və qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində

görülən işlərdən söz açmışdır. O, bələdiyyə büdcələrinin formalaşdırılmasında torpaq, əmlak vergilərinin

rolundan bəhs etmişdir.

A.Rəhimzadə demişdir ki, bələdiyyələrin inkişafı ilə əlaqədar qanunvericilik bazasına bir sıra

dəyişikliklər edilmişdir. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən notariusların funksiyaları tədricən

bələdiyyələrə veriləcəkdir. Kəndli təsərrüfatlarının qeydiyyatı məsələsi də bələdiyyələrə həvalə olunmuşdur.

Yerli özünüidarə orqanlarının fəaliyyətinin genişləndirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi,

bələdiyyə qulluqçularının statuslarının artırılması və sosial problemlərinin həlli ilə bağlı yeni qanun layihələri və

normativ–hüquqi aktlar hazırlanır.

Page 70: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

70

X X X

Yerli özünüidarəetmə orqanlarının təsərrüfat subyektlərinin iştirakçısı ola bilmələrinə dair suala

aydınlıq gətirən Prezidentin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Şahin Əliyev demişdir ki, ölkə qanunvericiliyinə görə bələdiyyələr hüquqi şəxs yarada bilərlər.

Bələdiyyələrin torpaq problemlərinə dair məsələlərə aydınlıq gətirən Dövlət Torpaq və Xəritəçmə Komitəsinin

sədri Qərib Məmmədov demişdir ki, Qanuna uyğun olaraq bütün bələdiyyələrin əraziləri müəyyənləşdirilmişdir.

Bununla bağlı ciddi bir problem yoxdur. Problem kadastrın aparılması prosedurundadır. Qanunvericiliyə görə,

respublika tabeli şəhərlərdə bu işə məsul icra hakimiyyəti orqanlarıdır.

Bildirilmişdir ki, respublikamızda hazırda üç növ torpaq mülkiyyəti vardır: dövlət, bələdiyyə və

xüsusi torpaqlar. Şəhər icra hakimiyyətləri qurğu və tikililərin uçotunu Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinə təqdim etməlidirlər. Komitə bunun əsasında torpaq xəritəsi hazırlamalıdır.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov bələdiyyə mülkiyyətində olan daşınmaz

əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və çıxarışların verilməsinə dair məsələyə aydınlıq

gətirmişdir.

Bildirilmişdir ki, həm Mülki Məcəllədə, həm də daşınmaz əmlakın dövlət qeydiyyatının aparılması

haqqında qanunda dövlət, bələdiyyə və xüsusi əmlak növünün qeydiyyatının aparılması və bu barədə Daşınmaz

Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsi nəzərdə tutulmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsi ilə birgə keçirilmiş regional müşavirələrdə bu məsələlərə aydınlıq gətirilmiş, qaydalar izah

olunmuşdur.

A.Qaraşov bələdiyyə torpaqlarının satılması, icarəyə verilməsi işində buraxılmış nöqsanlara da

toxunmuş, bələdiyyə ərazisində perspektiv plan və proqnozların həyata keçirilməsi işindən danışmışdır.

Sonra Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının 15 nəfər üzvündən ibarət

Əlaqələndirmə Şurası yaradılmışdır.

Toplantının sonunda müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul olunmuşdur.

AzərTAc

27 iyun 2007-ci il

Page 71: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

71

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi

ilə bağlı illik məruzə

(2016-cı il üzrə)

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirovun Milli Məclisdə çıxışı

Hörmətli cənab sədr!

Hörmətli deputatlar!

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq

olaraq 2016-cı il üzrə illik məruzə diqqətinizə təqdim olunur.

Dünyada mürəkkəb və ziddiyyətli proseslərin yaşandığı, qlobal maliyyə və iqtisadi böhranın hökm

sürdüyü şəraitdə Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf

strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 2016-cı ildə

ölkəmizin müstəqilliyi daha da möhkəmlənmiş, dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, hüquqi dövlət və

vətəndaş cəmiyyəti quruculuğu davam etmişdir. Ölkədə sabitlik və təhlükəsizlik qorunub saxlanılmış, sosial-

iqtisadi tərəqqi təmin edilmiş, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı və əhalinin sosial rifahının

yaxşılaşdırılması üzrə məqsədyönlü islahatlar aparılmışdır.

Gələcək iqtisadi inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə

təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə

inkişaf hədəfləri müəyyən edilmiş, o cümlədən sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı bələdiyyələrin

öhdəliklərinin artırılması, onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində tədbirlər nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısının fəal və uğurlu xarici siyasətinin təzahürü olaraq Azərbaycanın beynəlxalq imici

günbəgün yüksəlmiş, dünyanın əksər dövlətləri ilə uğurlu əməkdaşlıq həyata keçirilmiş, ölkəmiz çoxsaylı

mötəbər beynəlxalq tədbirlərə, o cümlədən iqtisadi, siyasi, humanitar forumlara, möhtəşəm idman tədbirlərinə

uğurla ev sahibliyi etmişdir. [səh.44-45]

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçirilmiş

referendum ölkə həyatında ən önəmli siyasi hadisə olmuşdur. Demokratik, şəffaf şəraitdə keçirilmiş

referendumda seçicilərin aktivliyi Konstitusiyaya edilmiş dəyişikliklərin aktuallığını göstərməklə yanaşı, dövlət

quruculuğunda həyata keçirilən islahatlara olan yüksək marağın nəticəsidir. Referendumun nəticələri göstərdi

ki, xalq ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə inanır və onu dəstəkləyir.

Konstitusiyaya edilmiş dəyişikliklər dövlətin sosial, iqtisadi, siyasi həyatının ən mühüm sahələrində isla-

hatlar aparılmasına, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, qanunverici, icra və məhkəmə

hakimiyyətlərinin işinin, yerli özünüidarənin səmərəliliyinin artırılmasına, dövlət quruculuğunun

təkmilləşdirilməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq dövlət müstəqilliyinin bərpasının 25

illiyi bütün ölkədə böyük təntənə ilə qeyd edilmişdir. İldönümünün keçirilməsi müstəqil dövlət quruculuğu

sahəsində ölkəmizin uğurlarının təsdiqi baxımından xüsusi əhəmiyyət daşımışdır.

Ən gənc təsisatlardan biri olan yerli özünüidarəetmə orqanları da bu illər ərzində özünəməxsus inkişaf

yolu keçmiş, ölkəmizdə geniş vüsət alan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və

digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışdır.

Referendumla Konstitusiyaya əlavə edilmiş 1461-cı maddədə bələdiyyə qulluqçularının qanunazidd

hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının

pozulmasına görə mülki məsuliyyətin müəyyən edilməsi yerli özünüidarəetmədə qanunçuluğun təmin

edilməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin

normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" 30 dekabr 2016-cı il tarixli Fərmanı Bakı

şəhəri üzrə ərazi planlaşdırılmasının, torpaqlardan istifadənin səmərəli təşkili və bu sahədə bələdiyyələrin

fəaliyyətinin təkmilləşdirilməsi baxımından xüsusi önəm daşıyır.

Ölkəmizin sosial-iqtisadi inkişafı, demokratik ənənələrinin gücləndirilməsi istiqamətində qəbul edilmiş

yeni dövlət proqramlarında da yerli özünüidarənin tərəqqisinə yönəlmiş tapşırıq və tövsiyələr verilmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş

"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" Ədliyyə Nazirliyinin Kollegiya

iclasında geniş müzakirə edilərək, [səh.45-46] bu sənədin açıq hökumət prinsiplərinin tətbiqində, bələdiyyə

qulluğuna qəbulun şəffaf keçirilməsi, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlığının yüksəldilməsi işində

xüsusi əhəmiyyəti vurğulanmışdır. Milli Fəaliyyət Planının icrası üzrə iş planına uyğun olaraq nazirlik

Page 72: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

72

tərəfindən "Bələdiyyə üzvünün etik davranışı haqqında" qanun layihəsi hazırlanaraq Azərbaycan Respublikası

Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Yerli özünüidarənin səmərəliliyinin artırılması, bələdiyyələrin işində qanunçuluğun təmin olunması

məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən maarifləndirici tədbirlərə xüsusi diqqət verilmişdir.

Belə ki, 2016-cı ildə bələdiyyələr üçün aktual olan insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu,

bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması,

"Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Qanundan irəli gələn vəzifələr, bələdiyyələrdə

vətəndaşların müraciətləri üzrə kargüzarlığın və arxiv işinin təşkili mövzuları üzrə seminarlar keçirilmişdir.

Hesabat ilində, həmçinin bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında 20 tədris kursu,

Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında isə 5 kurs keçirilmiş,

Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin də cəlb edildiyi bu kurslarda torpaqların idarə olunması, vergi

xidmətinin təşkili, insan hüquq və azadlıqlarının təminatı sistemində yerli özünüidarəetmənin rolu və digər

mövzular üzrə mühazirələr oxunmuşdur.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi muxtar respublikanın bələdiyyələri üçün 16 seminar

təşkil etmiş, həmin seminarlara 810 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.

2016-cı ildə Vergilər Nazirliyinin Tədris Mərkəzində yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması

və ödənilməsi, Bələdiyyə Vergi İnformasiya Sistemi proqram təminatının iş proseduru mövzularında təlimlər

keçirilmişdir.

Bələdiyyələrin milli assosiasiyaları tərəfindən hazırlanmış "Yerli vergi və ödənişlərin avtomatlaşdırılmış

məlumat sistemi"nin tətbiqinə dair 8 zona seminarı, Bakı, Abşeron, Sumqayıt, Gəncə bələdiyyələrinin vergi

mütəxəssisləri üçün təlimlər keçirilmişdir.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə "Bələdiyyələrdə subvensiya layihələrinin

hazırlanması" mövzusunda bələdiyyələrin büdcə komissiyasının sədrləri, baş mühasibləri və başqa aidiyyəti

qulluqçular üçün 14 təlim keçirilmişdir.

Ümumilikdə bələdiyyələrin maarifləndirilməsi ilə bağlı il ərzində keçirilmiş 190 seminar, 19 təlim və 25

kursda 12 minədək bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. Maarifləndirici tədbirlərin sayı ötən illə

müqayisədə 87 %, iştirakçıların sayı isə 71 % artıq olmuşdur.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi və bələdiyyə nümayəndələrinin hüquqi

biliklərinin artırılması məqsədi ilə aktual mövzular üzrə "Fiziki şəxslərin əmlak vergisi ilə bağlı sənədlər

toplusu", "Yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin məsuliyyətini müəyyən edən normalar

toplusu", "Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili ilə bağlı", "Bələdiyyə qulluğuna

qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi qaydalar", "Vergi yığımının təşkili

işində yol verilmiş qanun pozuntuları barədə" və sair metodik vəsaitlər, tövsiyələr hazırlanmışdır.

Hesabat dövründə "Yerli özünüidarə haqqında" Avropa Xartiyası və "Bələdiyyələrin fəaliyyətinə inzibati

nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş prinsiplər və şərtlər rəhbər

tutulmaqla bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyələrə hüquqi, metodiki yardımın yaxşılaşdırılması

Nazirliyin Kollegiya iclasında müzakirə edilmiş, həmçinin işin səmərəliliyinin artırılması üçün Naxçıvan

Muxtar Respublikasının Ədliyyə Nazirliyinə və regional ədliyyə şöbələrinə əməli köməklik gücləndirilmişdir.

Hesabat ilində nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2015-ci illə müqayisədə 4 %-dən çox - 2.187

müraciət daxil olmuşdur.

Müraciətlərdən L947-nə baxılaraq əsaslandırılmış cavab verilmiş, aşkar edilmiş qanun pozuntuları

görülmüş tədbirlər nəticəsində aradan qaldırılaraq müraciətlərdən 166-sı təmin edilmiş, təmin olunan

müraciətlərin sayı 2015-ci illə müqayisədə 31 % artmışdır.

Ölkə Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların

müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, [səh.46-47] bu zaman ədalət prinsipinin tam təmin olunması ilə

bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət

yetirilmişdir. Ədliyyə nazirinin vətəndaşların səyyar qəbulları zamanı bələdiyyələrin fəaliyyətinə dair verilmiş

27 müraciət qısa müddət ərzində araşdırılaraq onlardan bir qismi təmin edilmiş, digərlərinə əsaslandırılmış

cavablar verilmişdir.

Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu işi təkmilləşdirilmiş, Bakıya gəlmədən bölgə

sakinlərinin müraciətlərinə baxılması üçün virtual qəbul təcrübəsinin genişləndirilməsi vətəndaşlar tərəfindən

razılıqla qarşılanmışdır.

40 müraciətə baxılması zamanı cinayət əlamətləri aşkar edildiyindən onların bir qismi üzrə toplanmış

sənədlər araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, digər qismi isə aidiyyəti üzrə

daxili işlər orqanlarına göndərilmişdir.

Page 73: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

73

Nazirliyə daxil olan 27 müraciət əsasında müvafiq bələdiyyələrdə araşdırmalar təyin edilmiş, bu zaman

18 bələdiyyənin fəaliyyətində daha ciddi qanun pozuntularına yol verilməsi müəyyən olunaraq toplanmış

materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.

İstintaq orqanları tərəfindən bütövlükdə 12 fakt üzrə cinayət işi başlanılmış, o cümlədən 1 fakt üzrə

məhkəmənin ittiham hökmü çıxarılmış, digərləri üzrə araşdırma davam edir.

Yol verilən cinayət xarakterli faktların çoxu torpaq qanunvericiliyinin pozulması və bələdiyyə büdcəsinə

xüsusilə küllü miqdarda ziyan vurulması ilə bağlıdır. İnzibati araşdırma nəticəsində Bakı şəhəri Sabunçu və

Qala bələdiyyələrində, Abşeron rayonu Qobu bələdiyyəsində, Qusar rayonu Samur bələdiyyəsində, İmişli

rayonu Qaragüvəndikli bələdiyyəsində, Şamaxı rayonunun Dədəgünəş, II Cabanı, Keçməddin, Həmyəli və digər

bələdiyyələrdə çox ciddi qanun pozuntuları aşkar edilmişdir.

2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62.228 bələdiyyə aktı daxil olmuşdur (2015-ci

illə müqayisədə 5,6 % çox olmuşdur). Daxil olmuş aktlardan 58.923-ü qanunvericiliyə uyğun hesab edilmiş,

3.087 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunmuşdur.

Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 833 akt ləğv edilmiş, 559 akt dəyişdirilmişdir.

Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 28 iddia qaldırılmışdır. Onlardan

10-u təmin edilmiş, 18-nə isə baxılmaqdadır.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.257 bələdiyyə aktının ekspertizası

keçirilmişdir.

Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 6.370 ha torpaq sahəsinin icarəyə, 12 ha istifadəyə,

305 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə qanunsuz olaraq verilməsi müəyyən edilmiş və həmin

qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən

ləğv edilmişdir. Bütövlükdə 8.359 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Bələdiyyə

mülkiyyətinə qaytarılmış torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artmışdır.

Onlardan qanunsuz icarəyə və xüsusi mülkiyyətə verilmiş torpaqların əksəriyyəti (8.021 ha) kənd

təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı

maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını təqdim etmədiklərinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən

inzibati xəta haqqında 156 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokollar

əsasında 132 bələdiyyə sədri, o cümlədən təkrar pozuntulara yol verildiyinə görə 6 bələdiyyə sədri inzibati

məsuliyyətə cəlb olunmuşdur.

1 mart 2016-cı il tarixdə qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsində mütləq təqdim olunmalı

bələdiyyə aktlarının surətlərinin inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsinə görə

cərimənin artırılması və həyata keçirilmiş maarifçilik tədbirləri inzibati hüquq pozuntularının azalmasına

əhəmiyyətli təsir etmişdir.

Bələdiyyə aktlarının ekspertizası zamanı və müraciətlərə baxılarkən ayrı-ayrı bələdiyyələrə müxtəlif

məsələləri əhatə edən 4.246 tövsiyə göndərilmişdir. Həmin tövsiyələrdə bələdiyyənin fəaliyyətində yol verilən

nöqsanlar və onların həlli yolları göstərilmiş, bunlar bələdiyyə iclaslarında müzakirə olunmuş, müvafiq tədbirlər

görülərək inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarına məlumat verilmişdir.

Nazirliyə daxil olmuş vətəndaş müraciətlərinin və bələdiyyə aktlarının təhlili nəticəsində bələdiyyələrin

fəaliyyətində xarakterik hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar müəyyən edilmişdir. [səh.47-48]

Bunlardan bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların

xüsusi mülkiyyətə verilməsi, hərrac və müsabiqə qaydaları pozulmaqla torpaqların icarəyə verilməsi və ya

satılması, torpaqların icarəyə və ya xüsusi mülkiyyətə verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının

rəylərinin alınmaması, bələdiyyə büdcəsinin qanunsuz xərclənməsi, yerli vergi və ödənişlərin yığılmasının

təmin edilməməsi, yerli əhəmiyyətli sosial-iqtisadi inkişaf proqramlarının olmaması və sair qeyd etmək olar.

Yol verilmiş qanun pozuntuları və nöqsanların müəyyən edilərək qarşısının alınması üçün nazirlik

tərəfindən bələdiyyələrdə torpaq sahələrinin ayrılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması

vəziyyətinə dair ümumiləşdirmə aparılmış, bunun nəticəsi olaraq "Torpaq qanunvericiliyinin pozulması

hallarının qarşısının alınması və kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi ilə bağlı" tövsiyə hazırlanaraq

bələdiyyələrə göndərilmiş, hüquq pozuntularına qarşı profilaktikanın gücləndirilməsi məqsədi ilə regional

ədliyyə qurumlarına zəruri metodiki köməklik göstərilmişdir.

Ötən il yerli özünüidarəetmə orqanları ilə iş sahəsində bələdiyyələrin milli assosiasiyaları fəal iştirak

etmişlər. Onların təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı

referendumda "Bələdiyyə təşəbbüs qrupu" və "Bələdiyyə təşviqat qrupu" yaradılmış və bu qruplar səmərəli

fəaliyyət göstərmişlər. Milli assosiasiyaların və Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Litva, Latviya

və Estoniya respublikalarının səfirliklərinin nümayəndələrinin iştirakı ilə "Multikulturalizmin inkişafında

Page 74: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

74

bələdiyyələrin rolu" mövzusunda konfrans təşkil olunmuş, assosiasiyaların ümumi yığıncaqları və bir sıra

maarifçilik tədbirləri keçirilmişdir.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə uyğun olaraq milli

assosiasiyaların təşəbbüsü ilə 31 oktyabr - 6 noyabr tarixdə "Yerli demokratiya həftəsi", 14-15 noyabr tarixdə

isə Şəmkir şəhərində "Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi mövzusunda konfrans

keçirilmiş, konfransın işində Milli Məclisin Regional məsələlər komitəsinin rəhbərliyi, deputatlar, aidiyyəti

nazirliklərin nümayəndələri iştirak etmiş, mövzu ətrafında səmərəli müzakirələr aparılmış, təkliflər

dinlənilmişdir.

Yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi məqsədilə milli assosiasiyaların təşkilatçılığı ilə bir

qrup bələdiyyə sədri Latviya və Litvada səfərdə olmuş, bu ölkələrin bələdiyyələrinin təcrübəsini öyrənmişlər.

Bununla yanaşı, Litva Respublikasının yerli özünüidarə orqanlarının təmsilçiləri milli assosiasiyaların dəvəti ilə

ölkəmizə səfər etmişlər.

Yerli özünüidarə məsələləri ilə bağlı beynəlxalq əməkdaşlığa önəm verilərək Avropa Şurası və Avropa

İttifaqının bir sıra tədbirlərində Ədliyyə Nazirliyinin əməkdaşları, bələdiyyələrin milli assosiasiyalarının və

bələdiyyələrin nümayəndələri iştirak etmişlər.

Hörmətli deputatlar!

Bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsini

zəruri edir. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədi ilə "Bələdiyyələrin

fəaliyyətinə İnzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq

aşağıdakı təklifə baxılması xahiş olunur:

− bir çox bələdiyyələr tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla məhkəmədən kənar, birtərəfli

qaydada icarə müqavilələrinin ləğv edilməsi barədə qərarlar qəbul edilir. Torpaq Məcəlləsinin 73 və 75-ci

maddələrində torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsasları

müəyyən edilsə də, həmin maddələrlə Mülki Məcəllənin oxşar münasibətləri tənzimləyən normaları arasında

ziddiyyətlərin olması qanunun tətbiqini çətinləşdirir, bir sıra hallarda bələdiyyələr tərəfindən qanunsuz qərarlar

qəbul edilməsinə şərait yaradır. Misal üçün, hüquqi şəxsin fəaliyyətinə xitam verildikdə və ya icarəçi torpaq

sahəsindən könüllü imtina etdikdə icarə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsi qaydası

uzunmüddətli istifadəyə və ya icarəyə verilmiş, ancaq istifadə olunmayan min hektarlarla torpaq sahələrindən

səmərəli istifadə imkanlarını çətinləşdirir. Ona görə də Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə yenidən

baxılması məqsədəuyğundur.

Yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun

gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Qanunçuluq. - 2017. - № 2. - S.44-48.

Page 75: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

75

MƏQALƏLƏR

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə

orqanları sistemi

Rəhimov İlkin Təhmiraz oğlu,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının dissertantı

Dövlət və sosiumun idarə edilməsi zamanı dövlət hakimiyyəti və yerli özünüidarəetmənin daimi

qarşılıqlı təsiri baş verir. Lakin təbiidir ki, real həyatda mücərrəd "dövlət" və "yerli özünüidarəetmə" strukturları

deyil, kifayət qədər konkret dövlət və bələdiyyə orqanları qarşılıqlı fəaliyyət göstərir. Ona görə də əvvəlcə

"dövlət hakimiyyəti orqanı" və "yerli özünüidarəetmə orqanı" dedikdə nə başa düşüldüyünü aydınlaşdırmaq

lazımdır.

Hüquq ədəbiyyatında "dövlət orqanı", yaxud "dövlət hakimiyyəti orqanı" kimi hüquq kateqoriyaları

barəsində vahid fikir yoxdur. Bəzi müəlliflər hesab edirlər ki, "dövlət orqanı - dövlət-hakimiyyət

səlahiyyətlərinə malik, dövlət tərəfindən onun vəzifə və funksiyalarını yerinə yetirməyə vəkil edilmiş və dövlət

tərəfindən müəyyən edilmiş qaydada fəaliyyət göstərən vətəndaş və ya vətəndaşların kollektividir" (6, s. 47).

Digər bir qrup müəlliflər dövlət orqanım, dövlət aparatı anlayışından çıxış edərək, qanunla müəyyən edilmiş

qaydada yaradılmış, dövlət-hakimiyyət funksiyalarını həyata keçirmək üçün zəruri olan dövlət-hakimiyyət

səlahiyyətləri ilə görəvləndirilmiş dövlət aparatının tərkib hissəsi kimi müəyyən edirlər (7, s. 136). Başqa bir

mənbədə dövlət orqanı dedikdə "Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş

hüdudlarda Azərbaycan Respublikasının məqsəd və vəzifələrini həyata keçirən, qanunvericiliyə uyğun olaraq

yaradılmış dövlət qulluqçularının qurumu" nəzərdə tutulur (4).

Dövlət orqanının maraq doğuran daha bir tərifi "Dövlət idarəçiliyi izahlı lüğəti"ndə verilmişdir: "Dövlət

orqanı dövlət mexanizminin qanunauyğun şəkildə yaradılan, xüsusi struktura, ictimai həyatın konkret sahəsində

idarəetmə səlahiyyətlərinə malik olan və dövlət mexanizminin digər hissələri ilə üzvi qarşılıqlı vəhdətdə vahid

tamı təşkil edən tərkib hissəsidir" (3, s. 126).

Fikrimizcə, dövlət orqanı dedikdə dövlət tərəfindən müəyyən qaydada təşkil edilmiş, dövlətin, ayrı-ayrı

hakimiyyət səlahiyyətlərinin yerinə yetirilməsi üçün görəvləndirilmiş, ictimai-hüquqi şəxs başa düşülməlidir.

Bu tərif baxılan hadisənin ən əhəmiyyətli əlamətlərini əhatə edir. Yerli özünüidarəetmə orqanları sisteminin

dövlət orqanları sistemindən xüsusiləşərək ayrılması şəraitində dövlət hakimiyyəti orqanı anlayışının özü kifayət

qədər daralır: dövlət hakimiyyəti orqanlarına yalnız ümumdövlət xalq hakimiyyət orqanları aid edilə bilər. Yerli

özünüidarəetmə orqanları və digər hüquq münasibətləri subyektlərini (idarə, müəssisə, təşkilatlar, vətəndaşlar)

isə onlara aid etmək olmaz.

Dövlət orqanı anlayışının universallıq xüsusiyyətini qeyd edərkən, ictimai hakimiyyətin səviyyəsindən

asılı olmayaraq, belə orqanların ümumi əlamətlərini fərqləndirmək olar: onlar dövlətin, yaxud dövlət

qurumlarının adından hakimiyyət səlahiyyətlərini həyata keçirir, xüsusi qaydada təsis edilir, səlahiyyətləri

hüdudlarında digər dövlət orqanlarına nisbətən sərbəst olduqları öz ixtiyar predmetlərinə malikdirlər.

Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanları bilavasitə Azərbaycan Respublikasının

Konstitusiyası ilə təsis edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dövlət orqanının adının

belə çəkilməsi ona xüsusi status verilməsi deməkdir.

Dövlət orqanlarının səlahiyyət və funksiyalarında fərqlərin olması onların ümumi əlamətlərini aradan

qaldırmır. "Dövlət idarəçiliyi izahlı lüğəti" dövlət orqanına xas olan əsas əlamətlərə aşağıdakıları aid edir:

a) müəyyən sfera, sahə və regionda tənzimləmə, koordinasiya və digər idarəetmə formalarmı (fəaliyyət

baxımından) əhatə edən ictimai funksiyaların həyata keçirilməsi; b) dövlət orqanının hüquqi statusunun yuxarı

dövlət orqanı tərəfindən müəyyən edilməsi; c) Konstitusiya və qanunlar çərçivəsində idarəetmə qərarları qəbul

etmə funksiyasının olması; ç) dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsi; d) daxili struktur bölmələrinə və

təsdiqlənmiş ştat cədvəlinə uyğun olaraq dövlət qulluqçularına malik olmaq; e) dövlət orqanını təsis edən

struktur (lar) qarşısında hesabatlılıq (3, s. 126-127).

Bütün dövlət orqanlarının hakimiyyət səlahiyyətləri vardır və onlar ictimai əhəmiyyətli funksiyalara

malikdirlər. Bu orqanların fəaliyyəti qanunla tənzimlənir, daha doğrusu, onlar özbaşına fəaliyyət göstərə

bilməzlər. Onlar ауrı-ауrı şəxslərin deyil, dövlətin, yaxud onun subyektinin, dövlət qurumlarının adından

hərəkət edirlər.

Page 76: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

76

Dövlət orqanlarının arzu edilən əlaməti onların təsərrüfat fəaliyyəti ilə məşğul olmamalarıdır. Dövlət,

hətta yerli özünüidarəetmə orqanları öz hakimiyyət səlahiyyətlərini yerinə yetirərkən gəlir əldə etməməli, yaxud

digər fayda güdməməlidirlər. Belə bir qayda qanunvericiliklə təsbit olunmalıdır.

Dövlət hakimiyyəti orqanları dağınıq, yaxud əlahiddə fəaliyyət göstərmirlər. Əksinə, onlar müəyyən bir

sistem yaradırlar.

"Sistem" termini (yunanca "systema") "plan, tamın hissələrinin yerləşməsi qaydası, nəyinsə qabaqcadan

müəyyən edilmiş quruluşu, ardıcıl əlaqəli qaydada gedişi" kimi izah oluna bilər.

Aparılan təhlil göstərir ki, bəzi hallarda qanunverici "sistem" terminindən orqanların səlahiyyətləri

daxilində onların müstəqilliyini göstərmək məqsədilə istifadə edirsə də, "vahid hakimiyyət orqanları sistemi"

anlayışı həm də dövlət hakimiyyətinin müvafiq orqanları arasında subordinasiya rejimi yaratmaq məqsədinə

xidmət edir.

İstənilən sistem kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyəti orqanları sistemi də müəyyən

elementlərdən ibarətdir. Ən ümumi şəkildə dövlət orqanları sistemini iki elementin - mərkəz və yerli icra

hakimiyyətləri orqanlarının məcmusu kimi təsəvvür etmək olar. Dövlət hakimiyyəti orqanları sisteminin vəhdəti

prinsipi dövlət orqanları sisteminin mövcudluğunun nəzəri əsaslandırılması kimi qiymətləndirilə bilər. Lakin

dövlət hakimiyyəti orqanlarının vahid sistemi dövlət hakimiyyətinin yerli hakimiyyətlə toqquşduğu bələdiyyə

səviyyəsində pozulur. Təbii ki, bu, dövlət və bələdiyyə hakimiyyətləri arasında keçilməz sədlərin olduğu demək

deyil. Söhbət yalnız ondan gedir ki, bu səviyyədə hakimiyyət tabeliyi metodu artıq əsas metod olmaqdan qalır

(tamamilə yox olmasa da), əlaqələndirmə və qarşılıqlı fəaliyyət metodlarının üstünlüyü meydana çıxır.

Təcrübədə dövlət hakimiyyəti orqanlarının bilavasitə yerli özünüidarəetmə orqanları ilə deyil, yalnız

yerli özünüidarəetmənin orqanları və vəzifəli şəxsləri ilə qarşılıqlı fəaliyyəti baş verir. Lakin çox vaxt

regionların rəhbərləri yerli özünüidarəetmənin mahiyyəti haqqında heç bir təsəvvürə malik olmadıqlarını

nümayiş etdirərək, icra hakimiyyətinin rayon səviyyəsinə qədər vertikalını yaradırlar ki, o da yerli

özünüidarəetmə orqanlarının səlahiyyətləri ilə hesablaşmaq istəmir. Bu ona görə baş verir ki, dövlət

hakimiyyətinin nümayəndələri, yerli özünüidarəetmənin mahiyyətini dərk etməyərək, yerli özünüidarəetmə

orqanlarmı dövlət orqanlarına bərabər tutur, onlara icra hakimiyyəti sisteminin tərkib hissəsi kimi yanaşırlar.

Bəs yerli özünüidarəetmə orqanı nədir? O, dövlət orqanından nə ilə fərqlənir? Bu orqanların sisteminə

nə daxildir?

"Yerli özünüidarəetmə orqanı", yaxud bir sıra hallarda onun sinonimi sayıla biləcək "bələdiyyə"

terminləri konstitusiya terminləri hesab edilsə də, bu terminlər Azərbaycan Respublikası Konstitusiyasında

fərqləndirilməyərək onun 13, 94, 130 (iki halda), 142-146, 150-ci maddələrində, həmçinin keçid müddəalarının

7-ci bəndində "yerli özünüidarəetmə", "bələdiyyə" terminləri kimi işlədilmişdir. Azərbaycan Respublikasının

"Bələdiyyələrin statusu haqqında" 02 iyul 1999-cu il tarixli 698-IQ №-li qanununa görə "bələdiyyə" və "yerli

özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli

özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri

və başqa obyektlər barəsində, habelə əhali tərəfindən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər

hallarda işlədilir (2, m. 2, h.10). Həmin maddənin 2-ci hissəsinə görə "bələdiyyə orqanları - səlahiyyətləri

çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə quruluşunun təşkili məqsədilə bələdiyyə

tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır".

Hakimiyyət orqanlarmı yerli özünüidarəetmə orqanlarına aid edərkən elm və qanun aşağıdakı meyarlara

istinad edir: 1) yerli əhəmiyyətli məsələlərin həlli üçün səlahiyyətlərin olması; 2) dövlət hakimiyyəti orqanları

sisteminə daxil olmasını təsdiq edən hüquq və vəzifələrinin olmaması (5, s. 14).

Təbiidir ki, yerli özünüidarəetmə orqanları ilə dövlət hakimiyyəti orqanları arasında ümumi cəhətlər

çoxdur. Məsələn, fikrimizcə, yerli özünüidarəetmə orqanı da ictimai-hüquqi şəxsdir, müəyyən kompetensiyaya,

hakimiyyət səlahiyyətlərinə malikdir, təşkilati-hüquqi strukturludur, öz fəaliyyətini müəyyən ərazidə həyata

keçirir və qanuna tabedir. Bununla belə, yerli özünüidarəetmə orqanları dövlət hakimiyyəti orqanları

sistemindən çıxarılmışdır, yerli əhalinin mənafeyini ifadə edərkən dövlətin adından danışa bilməzlər. Yerli

özünüidarəetmə orqanının hakimiyyət səlahiyyətlərinin də təbiəti başqa cürdür: onların dövlət-hakimiyyət deyil,

yuridik-hakimiyyət səlahiyyətləri vardır.

Yerli özünüidarəetmə orqanları yerli özünüidarəetmə orqanları sistemində birləşirlər. Yerli

özünüidarəetmə sistemi dedikdə yerli özünüidarəetmənin bələdiyyə qurumları daxilində yerli əhəmiyyətli

məsələlərin, yerli həyatın həllini təmin etdiyi təşkilati formalarının məcmusunu başa düşmək lazımdır.

Hansı mövqeyə üstünlük verilməsindən asılı olmayaraq bir məsələ də heç bir şübhə doğurmur ki, yerli

özünüidarəetmə orqanları sistemi yerli özünüidarəetmə sisteminə onun əsas tərkib hissəsi kimi daxildir. Başqa

sözlə, məna tutumuna görə yerli özünüidarəetmə orqanları sistemi daha dardır, məhduddur.

İstənilən sistem üçün onun fəaliyyətinin dəqiq təşkili, funksiyalarının, hüquq və məsuliyyətinin

tənzimlənməsi vacibdir. Bu mənada yerli özünüidarəetmə də istisna deyil. Yerli özünüidarəetmənin, bələdiyyə

Page 77: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

77

sistemi orqanlarının yaranması və inkişafı ilə ifadə olunan təşkilinin və fəaliyyətinin daxili quruluşu

özünüidarəetmə prosesində məhəlli məqsədlərin əldə edilməsini təmin etməlidir. İdarəetmə orqanlarının

strukturu, onların səlahiyyətlərinin, funksiya və məsuliyyətlərinin həcmi də yerli özünüidarəetmə orqanları

sistemindən asılıdır.

İstifadə olunmuş mənbələr:

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009

2. "Bələdiyyələrin statusu haqqında" 02 iyul 1999-cu il tarixli 698-IQ №-li Azərbaycan Respublikası

Qanunu / Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 31 iyul 1999-cu il, № 7

3. Dövlət idarəçiliyi izahlı lüğəti. Bakı, 2006

4. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il. № 926-IQ /

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. 31 iyul 2000-ci il, № 7

5. Замотаев A. Органы местного самоуправления // Муниципальная власть. 1998. № 1-2

6. Козлова Е.И. Кутафин О.Е. Конституционное право России. М.: Юристь, 2000

7. Стрекозов В.Г., Казанчев Ю.Д. Конституционное право России. М., 1997

Рагимов Илькин

Системы органов государственной власти и местного самоуправления

РЕЗЮМЕ

В статье исследуются системы органов государственной власти и местного самоуправления.

Подробно рассматривая понятия "орган государственной власти " и "орган местного самоуправления",

автор приходит к выводу, что государственный орган организуется в определенном государством

порядке, имеет собственную структуру, обладает управленческими компетенциями по выполнению

определенных государственных полномочий. Подчеркиваются главные критерии государственных

органов.

Касаясь вопроса о системе государственных органов и органов местного самоуправления, автор,

на основе многочисленных ссылок на научные труды отечественных и зарубежных ученых, предлагает

свою оригинальную трактовку данного вопроса.

Rahimov Ilkin

Systems of public authorities and local government

SUMMARY

In article, under investigation is the system of public authorities and local government. In detail

considering concepts of "public authority" and "local government", the author comes to conclusion, that the

state body is organized in the order defined by the state, has specific structure, and possesses administrative

competence on performance of certain state powers. The main criteria of the state bodies are underlined.

Concerning the question on system of the state bodies and local governments, the author, on the basis of

numerous references to the domestic and foreign scientists, offers original treatment of the said question.

Rəyçilər: h.e.d. B.Zahidov;

f.d. S.Səlimov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət idarəçiliyinin

hüquqi təminatı" kafedrasının 05 iyun 2009-cu il tarixli iclasının qərarı ilə (protokol № 9) çapa məsləhət

görülmüşdür.

“Qanun”.-2009.-№10.-S.27-31.

Page 78: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

78

Yerli özünüidarə və hakimiyyət orqanlarının qarşılıqlı əlaqələrində

ədliyyənin rolu

Ölkəmizdə həyata keçirilən davamlı demokratik və hüquqi proseslər nəticəsində son illər bütün sahələrdə

tərəqqi əldə olunmuş, dinamik inkişaf həyatımızın bütün sahələrini əhatə etmişdir. Bu tərəqqiyə demokratik

təsisatların möhkəmlənməsi, səmərəli idarəetmə mexanizminin yaradılması, demokratik ənənələrin

təkmilləşərək həyat normasına çevrilməsi sayəsində nail olunmuşdur.

Təbii ki, müstəqil dövlətçilik tariximizdə demokratiyanın inkişafı, o cümlədən vətəndaş cəmiyyəti

quruculuğu xüsusi yer tutur. Hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, insanlara

özünüidarə imkanlarının verilməsi demokratiyanın inkişafında ən əsas amillərdəndir.

Azərbaycanda demokratik təsisatların yaradılması, inkişaf etdirilməsi və möhkəmləndirilməsi

istiqamətində çox mühüm ardıcıl tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev bu sahədə islahatların

əhəmiyyətindən danışaraq demişdir; "Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, açıq

cəmiyyətin formalaşması, Azərbaycanda sosial ədalətin təmin olunması bundan sonra daha da sürətli

həyata keçiriləcəkdir. Azərbaycan müasirləşir, dünya birliyinə inteqrasiya edir. Ölkəmizdə sərbəst

toplaşmaq azadlığı mövcuddur...". Bu fikirlər bir daha təsdiq edir ki, əsası Ulu öndərimiz tərəfindən qoyulan

hüquqi demokratik cəmiyyət quruculuğu prosesləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla

davam etdirilir.

Təbii ki, Azərbaycanda hüquqi demokratik islahatların həyata keçirilməsində Ədliyyə Nazirliyinin də

xüsusi rolu və yeri vardır. Ölkəmizdə ədliyyə sisteminin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə,

Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən və əsaslı surətdə təsis olunması ümummilli liderimiz Heydər

Əliyevin adı ilə bağlı olmuşdur. Azərbaycan ədliyyəsinin inkişafına xüsusi diqqət ulu öndərimizin Azərbaycanın

rəhbərliyinə qayıdışından sonra da davam etmiş, hüquq sistemində demokratik dəyişikliklərə səbəb olan

məhkəmə-hüquq islahatı həyata keçirilmiş, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq,

nazirliyin funksiya və səlahiyyətləri genişləndirilmişdir.

Ölkə Prezidentinin fərmanlarına əsasən Ədliyyə Nazirliyində yeni qurumlar təsis edilmiş, o cümlədən

Bələdiyyələrlə iş Mərkəzi yaradılmışdır.

Ölkəmizdə demokratiyanın bugünkü inkişafına, hüquqi-dövlət və vətəndaş cəmiyyəti quruculuğu

prosesinə təkan verən, onu reallaşdıran yeni dövlət idarəetmə siyasəti dövlətin və cəmiyyətin idarə olunmasında

səmərəliliyin artırılması nəticəsində atılan ən əhəmiyyətli addımlardandır.

Müstəqil dövlətimizdə hüquqi dövlətin və vətən-daş cəmiyyətinin inkişafında yerli özünüidarələrin—

bələdiyyələrin əhəmiyyətli rolu vardır. Yerli özünüidarə demokratiyanın və vətəndaş cəmiyyətinin

formalaşdırma mexanizmlərindən biridir. Demokratik cəmiyyətin, siyasi sistemin ayrılmaz hissəsi kimi yerli

özünüidarə institutu yerli hakimiyyət səviyyəsində əhalinin hakimiyyət orqanları ilə bilavasitə qarşılıqlı

fəaliyyətini həyata keçirməyə, həyat üçün zəruri olan tələbatların ödənilməsinə, yerli əhalinin normal fəaliyyəti

ilə bağlı məsələlərin gündəmə gətirilməsinə və həll edilməsinə, vətəndaşların cəmiyyətin idarə olunması

prosesində aktiv iştirakına imkan yaradır. Təbii ki, hər bir yerli özünüidarə orqanı öz fəaliyyət sahəsinə malik

olmalı, özünün məqsəd və vəzifəsinə uyğun olaraq ictimai münasibətlərin müəyyən istiqamətlərinə təsir

göstərməlidir. Ona görə də yerli özünüidarənin səlahiyyətlərinin hüquqi tənzimlənməsi hər şeydən əvvəl onların

fəaliyyət sahəsinin dəqiq müəyyən edilməsini tələb edir.

Ölkəmizdə yerli özünüidarəetmə institutunun inkişafına ümummilli liderimiz Heydər Əliyev həmişə

xüsusi diqqət və qayğı göstərmişdir. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblərə və

hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək göstərmək məqsədilə "Bələdiyyələrin

fəaliyyətinin təşkil edilməsinin bəzi məsələləri haqqında " ümummilli liderimiz tərəfindən 8 fevral 2000-ci il

tarixdə sərəncam imzalandı. Bu sərəncam bələdiyyələrin işinin təşkili və onlara metodoloji yardım göstərilməsi

sahəsində əsas hüquqi baza oldu. Sərəncama əsasən Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və

bələdiyyələrə metodoloji yardım Mərkəzi yaradıldı. Əsasnaməsi isə 12 iyul 2000-ci il tarixdə Azərbaycan

Respublikasının Prezidentinin fərmanı ilə təsdiq edilmişdir.

Yerli demokratiyanın təşkilini həyata keçirən və onun inkişafına zəmin yaradan bələdiyyələrə hüquqi

yardım, metodiki kömək göstərməklə onların işinin təşkil olunması, mövcud qanunvericiliyə uyğun

fəaliyyətinin tənzimlənməsi və fəaliyyətlərinə inzibati nəzarətin təşkil edilməsi və həyata keçirilməsi Ədliyyə

Nazirliyinə həvalə edilmişdir.

Dövlətin və cəmiyyətin maraqlarının düzgün uzlaşdırılması sayəsində dövlət idarəçiliyinin tərkib hissəsi

olan yerli özünüidarəetmə daha da təkmilləşmişdir. Ulu öndər Heydər Əliyev yerli özünüidarəetmənin

yaradılmasını ölkəmizdə gedən demokratiya prosesinin mühüm bir sahəsi hesab etmiş, onun inkişafına çox

böyük qayğı göstərmiş, bələdiyyələrlə bağlı dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir.

Page 79: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

79

1995-ci ildən demokratiyanın inkişafı istiqamətində başlanılan siyasətin bir qolu da yerli özünüidarənin

təşkil olunmasıdır. Bu siyasət bələdiyyələrin təşkili və formalaşması ilə yerli demokratiyanın inkişafına və

sosial-iqtisadi problemlərin həllinə müsbət təsir etmişdir. Nəticə etibarilə cəmiyyətimizdə yerli özünüidarənin

rolu artmış, əhalinin mənafelərinin qorunmasında bələdiyyələrin xüsusi çəkisi ildən-ilə yüksəlmişdir. Artıq

respublikada bir çox yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində bələdiyyələr fəal iştirak edirlər.

Cəmiyyətin demokratik prinsiplər əsasında inkişafı üçün hakimiyyət və yerli özünüidarəetmə orqanları

arasında səlahiyyətlər bölgüsü, yerli əhali ilə bələdiyyələr və hakimiyyət orqanları ilə dövlət hakimiyyəti

orqanları arasında qarşılıqlı əlaqə və münasibətlərin yaradılması və inkişafı müstəsna əhəmiyyətə malikdir.

Ədliyyənin yerli demokratiyanın inkişafındakı rolu dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə

orqanlarının münasibətlərinin tənzimlənməsi mexanizm və modellərinə uyğun olaraq təşkilati-hüquqi

münasibətlərdə özünü daha da çox biruzə verir. Bu münasibət dövlət və yerli özünüidarə orqanları arasında

əlaqələrin ümumi strukturunu və ya sistemini yaradır.

Yerli demokratiyanın inkişafı bələdiyyələrin işinin səmərəli, effektli təşkil olmasından çox asılıdır.

Bələdiyyələrin işinin təşkilində ən vacib vasitə onun dövlət orqanları ilə münasibət və əlaqələrinin qurulmasıdır

ki, bu əlaqələrin bir neçə istiqaməti Ədliyyə Nazirliyinin üzərinə düşür. Bu mənada ədliyyənin rolu

demokratiyanın, o cümlədən yerli demokratiyanı özündə əks etdirən yerli özünüidarənin inkişafında aydın

şəkildə özünü göstərir. Ədliyyənin yerli demokratiyanın inkişafında bu istiqamətləri təşkil etməsi və onu həyata

keçirməsi dövlətin yerlərlə, əhali ilə əlaqəsinin də möhkəmlənməsində xüsusi rol oynayır. Deyilənlərdən belə

qənaətə gəlmək olur ki, ədliyyənin demokratik cəmiyyətdə,

yerli demokratiyanın inkişafında xüsusi rolu, özünəməxsus yeri vardır.

Məlumdur ki, bələdiyyələrin fəaliyyətinə inzibat nəzarəti Ədliyyə Nazirliyi təşkil edir. Bu nəzarət

mexanizmi də dövlətimizin Konstitusiyasının müddəalarının, müvafiq qanunların, qanunvericilik aktlarının

tələblərinə uyğun olaraq həyata keçirilir. Ona görə də Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata

keçirən orqanın illik hesabatının Milli Məclisdə müzakirəsi də qanunlarımızın, o cümlə-dən də "Bələdiyyələrin

fəaliyyətinə inzibati nəzarət haqqında " Azərbaycan Respulikasının Qanununun 9-cu maddəsinə uyğun olaraq

təşkil edilir. Bu qanun Azərbaycanda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi

əsaslarını müəyyən edir. Həmin qanunun 9-cu maddəsində İnzibati nəzarəti həyata keçirən orqanın hər ilin

sonunda öz fəaliyyəti haqqında hesabat verməsi, bələdiyyələrin yol verdikləri nöqsanlar, qanun pozuntuları,

onların aradan qaldırılması üçün görülən maarifləndirici tədbirlər və digər məsələlər öz əksini tapmışdır.

İlk növbədə, məqsədimiz inzibati nəzarətin təkmilləşdirilməsi, onun daha da obyektiv, hərtərəfli və

qanunauyğun aparılmasına və nəticədə bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunmasına nail

olmaqdan ibarətdir. İnzibati nəzarət yerli demokratiyanın inkişafına xidmət edən hüquqi vasitədir və daim

təkmilləşərək ən müasir metodlar əsasında həyata keçirilməlidir. Bu məqsədlə əvvəlki illərdə yaranmış təcrübə

öyrənilmiş, çatışmazlıqlar aşkar edilərək onların həlli yolları müəyyənləşdirilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və

vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin

gücləndirilməsi haqqında" fərmanı bu sahədə yol verilən nöqsanların aradan qaldırılması üçün olduqca vacib və

əhəmiyyətli sənəddir. Fərmanda bildirilir ki, son illər ölkədə aparılan ardıcıl islahatlar nəticəsində iqtisadi

inkişaf həyatımızın bütün sahələrini əhatə etmiş, iqtisadi potensial güclənmiş, dövlət büdcəsi artmış, sosial

sahənin və infrastrukturun inkişaf etdirilməsi istiqamətlərində büdcə vəsaitləri hesabına maliyyələşdirilən dövlət

proqramlarının və onlara sərf olunan vəsaitin həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Ölkənin iqtisadi

cəhətdən qüdrətlənməsi artan maliyyə vəsaitlərinin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsini

zəruri edir.

Dövlət hakimiyyət orqanları ilə yerli özünüidarəetmə orqanları arasında həmçinin qarşılıqlı

münasibətlərin qurulması sahəsində qanunvericiliyin mükəmməl olması, hakimiyyətin müxtəlif səviyyələri ilə

yerli özünüidarə orqanları arasında fəaliyyət sferası, funksiya və məsuliyyət hədlərinin dəqiq sərhədlərinin

müəyyənləşdirilməsi tələb olunur, Eyni zamanda yerli özünüidarə orqanlarının təşkilini, fəaliyyətini, onların

dövlət orqanları ilə qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi aktlarda da səlahiyyət və məsuliyyət

hədlərinin dəqiqləşdirilməsi tələb olunur. Bələdiyyələrin hüquqi aktlarının qanunvericiliyə uyğunlaşdırılmasını,

onların fəaliyyətinin hüquqi tənzimlənməsini isə Ədliyyə Nazirliyi həyata keçirir.

Bu dəqiqləşdirilmələrin hüquqi tənzimlənməsi dövlət idarəetməsinin müasir modellərində aparıcı rol

oynayır. Çünki bu tənzimlənmə prosesi məsuliyyətin və münaqişələrin hakimiyyətin müxtəlif səviyyələrində

birinin digərinin üzərinə atmasına imkan vermir. Digər hallarda qeyd etmək lazımdır ki, dövlət institutlarının və

bələdiyyə demokratiyasının həqiqiliyi, vətəndaş hüquq və azadlıqlarının, bələdiyyə əhalisinin maraqlarının

qorunması və müdafiəsi dövlət və bələdiyyə münasibətlərində meydana çıxan hüquq normalarının icrası zamanı

effektiv dövlət nəzarətindən asılıdır. Bu mənada yerli özünüidarəetmə sisteminin səmərəli fəaliyyətinin təmin

olunması üçün nəzarət sisteminin əhəmiyyətini bir daha vurğulamaq mümkündür. Tədqiqatlar göstərir ki, yerli

Page 80: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

80

hakimiyyətlərin fəaliyyəti üzərində demokratik nəzarət sistemi formalaşdırılmalıdır. Əks halda mərkəz

tərəfindən regionlar üzərində nəzarətin itirilməsi çox vaxt yerlərdə mahiyyətcə qeyri-demokratik idarəetmənin

formalaşmasına gətirib çıxara bilər.

Beləliklə görürük ki, yerli özünüidarəetmənin əlaqəli təşkili o halda səmərəliliyin yüksəlməsinə gətirib

çıxara bilər ki, demokratik nəzarət sistemi yaranmış olsun, onun icrası problemlərin, qanunsuzluqların,

hüquqpozmaların aradan qaldırılmasına yönəldilsin, qarşılıqlı əlaqələr möhkəmləndirilsin. Hazırda bu vacib

işləri Ədliyyə Nazirliyi həyata keçirir və bu mənada yerli özünüidarə və hakimiyyət orqanlarının qarşılıqlı

əlaqələrində ədliyyənin xüsusi rolu özünü aydın göstərir.

Mehdi SƏLİMZADƏ,

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.

“Respublika”.-2009.-18 noyabr.-N 252.-S.4.

Page 81: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

81

Bələdiyyələr demokratik cəmiyyətin əsas atributlarından biridir

Mehdi Səlimzadə: Ötən dövr ərzində bələdiyyələrin fəaliyyətində kifayət qədər irəliləyişlərə

nail olunub

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə www.yap.org.az saytına müsahibə

verib:

- Mehdi müəllim, məlum olduğu kimi, dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri

keçiriləcək. Ümumiyyətlə, Azərbaycanda yerli özünüidarəetmə institutunun formalaşması haqqında nə

deyə bilərsiniz?

- Bildiyiniz kimi, 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin ilk Konstitusiyası referendum yolu ilə

qəbul olunmuşdur. Konstitusiyada mülkiyyətin bölünməsi, hakimiyyətin formalarının müəyyənləşdirilməsi,

dövlətin əsaslarının qeyd olunması və həmçinin, yerli özünüidarənin təşkili məsələləri öz əksini tapmışdır.

Həmin dövrdən başlayaraq, cəmiyyətimizdə yeni bir idarəetmə institutunun yaradılması mövzusu ictimaiyyətə

bəlli oldu. O dövrdə ilk olaraq Milli Məclisdə Yerli özünüidarə məsələləri daimi komissiyası yaradıldı.

Gələcəkdə bələdiyyələrin təşkil olunması, onun fəaliyyətinin tənzimlənməsi üçün müvafiq hüquqi bazanın

yaradılması istiqamətində işlərə başlanıldı. İlk dəfə olaraq Respublikamızda “Bələdiyyələrin statusu haqqında”,

“Bələdiyyələrə seçkilərin qaydaları haqqında” qanunlar və digər normativ hüquqi sənədlər işlənib hazırlandı. Bu

proses 1999-cu ilə qədər davam etdirildi və 1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri

keçirildi. Ümumiyyətlə, hüquqi demokratik dövlət quruculuğunun zəruri şərtlərindən biri kimi respublikamızda

dövlət siyasətinin əsas məqsədi hər bir inzibati ərazi vahidində əhalinin özünün inkişafı, özünün reallaşması və

öz bacarığını, potensialını ərsəyə gətirməsi üçün imkan yaradılması ilə səmərəli yerli özünüidarə sisteminin

formalaşdırılmasıdır. Bu siyasət beynəlxalq səviyyədə təsbit olunmuş dəyərlərə, universal prinsiplərə və yerli

özünüidarə haqqında Avropa Xartiyasının prinsiplərinə uyğun olaraq qəbul edilən bələdiyyə institutunun

fəaliyyətini tənzimləyən qanunlarımızla həyata keçirildi.

Onu da qeyd edim ki, yerli özünüidarə sisteminin yaradılması Azərbaycanda həyata keçirilən demokratik,

siyasi və digər islahatlara paralel olaraq başlanıldı və bu, demokratik cəmiyyətin, vətəndaş cəmiyyətini

formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın cəmiyyətimizdə inkişafına təkan verdi. İnkişaf etmiş

ölkələrin idarəetmə sahəsində tarixi təcrübələri göstərir ki, ölkənin dayanıqlı inkişafına nail olmaq üçün

cəmiyyətin, iqtisadiyyatın sistemli şəkildə dəyişdirilməsinin mürəkkəb məsələləri yalnız hakimiyyətin bütün

səviyyələrində səmərəli idarəetmə sistemi təşkil olunduqda mümkün ola bilir. Bu mənada yuxarıda qeyd etdiyim

kimi, dövlətimizin siyasətinin əsas məqsədi olan səmərəli yerli özünüidarəetmə sisteminin formalaşdırılması

məhz bu beynəlxalq təcrübələrə uyğun gəlir.

- Sizcə, ötən 10 ildə bələdiyyələr Azərbaycan cəmiyyətində özünü təsdiq edə bilibmi?

- Bələdiyyələrə keçirilən ilk seçkilərdən sonra bu institut faktiki olaraq fəaliyyətə başladı. Bilirsiniz ki,

artıq 2 dəfə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Hazırda biz bələdiyyələrin inkişafında 2-ci

mərhələni geridə qoyuruq, 3-cü mərhələyə hazırlaşırıq. Ötən dövr ərzində bələdiyyələrin fəaliyyətində kifayət

qədər irəliləyişlərə nail olunub. Bələdiyyələr bu dövr ərzində ölkəmizin sosial iqtisadi inkişaf prosesində

yaxından iştirak etmişlər, quruculuq, abadlıq, kommunikasiya və infrastrukturun müxtəlif istiqamətlərində işlər

görmüşlər. Elə bələdiyyələr də vardır ki, onlar həm bələdiyyə üçün inzibati binalarını tikmiş, həm də sosial,

təhsil sahələri üzrə yeni obyektlərin tikintilərini həyata keçirmişlər. Ən əsası isə idarəçilik sahəsində müəyyən

təcrübə əldə olunmuş, kifayət qədər hüquqi baza yaradılmış və ən vacib məsələlərdən biri olan yerli

özünüidarələrin ərazi və təşkilatı əsasları yaradılmışdır. Həmçinin, dövlət, hakimiyyət orqanları ilə bələdiyyələr

arasında qarşılıqlı fəaliyyət və eyni zamanda, bələdiyyələrin vətəndaşlarla qarşılıqlı münasibətləri sahəsində

xeyli təcrübə əldə olunmuşdur. Bunlara istinadən bir daha qeyd etmək olar ki, bələdiyyə idarəçiliyi sahəsində

kifayət qədər irəliləyişlər baş vermiş, müəyyən uğurlar əldə edilmişdir. Bunun nəticəsində cəmiyyətimizdə

bələdiyyələrin müəyyən dərəcədə nüfuzu artmış, əhali tərəfindən bələdiyyə idarəçiliyinə maraq yaranmışdır.

Mənim bu fikirlərim bir daha bugünkü növbəti seçki ərəfəsində bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin

sayının çoxluğunda özünü aydın şəkildə göstərir. Növbəti mərhələ üçün bütün bu əsaslara, əldə olunan

təcrübəyə söykənərək yeni təşkil olunan bələdiyyələr öz fəaliyyətlərini genişləndirməli maliyyə imkanlarını

artırmalı, səlahiyyətlərindən maksimum dərəcədə istifadə etməli, demokratik idarəetmə sistemini

təkmilləşdirməli, əhali və dövlət orqanları ilə sıx təmasda olaraq fəaliyyətlərində səmərəliliyə nail olmalıdırlar.

- Mehdi müəllim, bələdiyyələrin təşkilati struktur məsələlərinin həll olunduğunu vurğuladınız. Yeri

gəlmişkən, bu proses hansı beynəlxalq təcrübəyə əsasən aparılıb?

Page 82: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

82

- Avropa ölkələrində bələdiyyələrin ərazi təşkilati strukturu bir neçə sistem üzrə qurulub. Məsələn, ABŞ

və İtaliyada sırf prezident sistemi tətbiq olunur. Burada bələdiyyə sədri, şura, bələdiyyə üzvləri ayrıca seçilirlər.

Bələdiyyə sədri icra aparatının rəhbəri olur və icra hakimiyyətinin tam sisteminə malik olur. Fransada tətbiq

olunan qayda isə ənənəvi sistemdir. Bu sistemə görə, sədr üzvlər arasından seçilir. Sədr (mer-red.) isə vəzifəli

şəxslərdən ibarət icra aparatına rəhbərlik edir. Almaniyada və Skandinaviya ölkələrində isə parlament sistemi

tətbiq olunur. Bu sistemdə bələdiyyə məclisi üzərində icra orqanları məsuliyyət daşıyır. Bu halda bələdiyyə

sədri yalnız nümayəndəlik funksiyasını icra edir. Azərbaycanda isə bələdiyyə sədri bələdiyyə üzvləri sırasından

seçilir. Ölkəmizdə bələdiyyələrin təşkilati strukturu əsasən qərarverici və icraedici orqanlardan ibarət olaraq,

Fransa sisteminə uyğun gəlir. Bələdiyyə sədri həm aparata, həm də onun bütün fəaliyyətinə rəhbərlik edir ki, bu

da ənənəvi sistemə tam uyğundur. Göründüyü kimi, beynəlxalq təcrübədə 3 sistem mövcuddur və bu

sistemlərdən biri ölkəmizdə tətbiq olunur.

- Hazırda bələdiyyələrin səlahiyyətlərinin artırılmasına dair təkliflər səsləndirilir. Sizin bununla

bağlı fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, bələdiyyələr hansı səlahiyyətlərə malikdirlər?

- Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin səlahiyyətləri ilə bağlı məsələ öz əksini

tapıb. Konstitusiyanın 144-cü maddəsində göstərilir ki, bələdiyyələrin əsasən bələdiyyə üzvlərinin

səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və

səlahiyyətlərinə xitam verilməsi, bələdiyyənin reqlamentinin təsdiq edilməsi, bələdiyyə sədrinin və onun

müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi,

maliyyə institutlarının müəyyən olunması, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi,

bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi, yerli sosial müdafiə və

sosial inkişaf proqramlarının qəbul və icra edilməsi səlahiyyətləri var. Həmçinin, yerli iqtisadi inkişaf

proqramlarının qəbul və icra edilməsi, yerli ekoloji proqramların qəbul və icra edilməsi kimi səlahiyyətləri də

icra edə bilərlər. Bundan başqa, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə

səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə

vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq hakimiyyət orqanları nəzarət

edirlər. Yuxarıda sadaladıqlarımızdan da göründüyü kimi, bu gün Azərbaycanda bələdiyyələrə kifayət qədər

geniş səlahiyyətlər verilir. Həmçinin, səlahiyyətlərin icrasında bələdiyyələrin müstəqilliyinə təminat da verilir.

Əsas məsələ bu səlahiyyətlərdən düzgün, qanunauyğun şəkildə və səmərəli istifadə etməkdir. Şübhəsiz ki,

hazırda bu səlahiyyətlərdən tam istifadə edən bələdiyyələr də var, ya da əksinə, istifadə etməyən və istifadə edə

bilməyən bələdiyyələr də mövcuddur. Bunun da müxtəlif səbəbləri var. Söhbət ondan gedir ki, əgər bir orqan

qurulubsa, fəaliyyət göstərirsə, vəzifələrini layiqincə və tam şəkildə həyata keçirə bilirsə, deməli onun əlavə

işləri də həyata keçirməyə gücü çatar. Bunu nəzərə alaraq, həmin strukturlara dövlət tərəfindən əlavə

səlahiyyətlərin verilməsi həyata keçirilə bilər. Bu, yuxarıda qeyd etdiyim kimi, Konstitusiyada da nəzərdə

tutulub. Məsələn, əgər bir bələdiyyə müraciət etsə ki, aid olduğu ərazidə dövlətin və əhalinin mənafeyinə, eləcə

də, xeyrinə olan hansısa məsələni reallaşdırmaq mümkündür, lakin bunu etmək bələdiyyənin qanunla nəzərdə

tutulmuş səlahiyyətləri sırasında deyil. Ona görə də, həmin bələdiyyə bu məsələnin həlli üçün əlavə səlahiyyət

istəyir. Hakimiyyət orqanları da bu təklifi nəzərə alaraq, bu işin də dövlətin, yerli əhalinin xeyrinə və qanuna

müvafiq olduğunu düşünərək həmin bələdiyyəyə nəzərdə tutulan işin reallaşdırılması üçün əlavə səlahiyyət verə

bilər. Burada kommunikasiya, infrastrukturla bağlı, məişət tullantılarının təmizlənməsi nəqliyyat sisteminin

təkmilləşdirilməsi təhsil, səhiyyə ilə bağlı və s. məsələlər ola bilər. Bütün bunlar isə yenə də bələdiyyələrin

işinin yüksək səviyyədə təşkil olunmasından asılıdır. Amma o bələdiyyələr ki, heç öz səlahiyyətlərindən istifadə

edə bilmir, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir, onlara hansı əlavə səlahiyyətlərin

verilməsindən söhbət gedə bilər?

Onu da qeyd edim ki, respublikamızda mütəmadi olaraq bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi

prosesi həyata keçirilir. Məsələn, fermer təsərrüfatları ilə bağlı müəyyən sənədləşmələrin bələdiyyələr

tərəfindən aparılması, yeni qəbul edilmiş “Bədən tərbiyəsi və idman haqqında”, Mənzil Məcəlləsi və “Təhsil

haqqında” qanunlarda bələdiyyələrə yeni səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Bu da bir daha onu göstərir

ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi prosesində problemlər yoxdur. Əsas məsələ

yalnız mövcud səlahiyyətlərin icra olunması ilə paralel əlavə səlahiyyətləri icra etmək imkanının bələdiyyələrdə

olmasıdır. Mən güman edirəm ki, növbəti mərhələdə bələdiyyələrimiz belə imkanlara malik olacaqlar.

- Bir müddət öncə, Azərbaycan Milli Məclisi bələdiyyələrin birləşdirilməsi ilə bağlı Qanun qəbul

etdi. Artıq bir sıra bələdiyyələr birləşdirilib. Sizcə, bu yenilik bələdiyyələrin işinə nə dərəcədə səmərə

verəcək?

- Ölkəmizdə bələdiyyələr yaradılarkən beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təcrübə əsas

götürülərək Azərbaycanın bütün bölgələrində vətəndaşlara bələdiyyə yaratmaq üçün, seçki prosesində iştirak

etmək üçün şans verildi. Beləliklə, 2753 bələdiyyə təşkil olundu, təxminən 21 min bələdiyyə üzvü və 20 minə

yaxın bələdiyyə qulluqçusu yerli özünüidarənin təşkili və formalaşması prosesi ilə məşğul oldular. Yuxarıda

Page 83: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

83

qeyd etdiyim kimi, səlahiyyətlərindən istifadə etməklə işini təşkil edən müsbət təcrübə toplayanlarla yanaşı,

bunun əksinə çox təəssüflər olsun ki, bir sıra bələdiyyələr fəaliyyətsiz oldular. Belə hal dünya təcrübəsində bir

sıra ölkələrdə də baş vermişdir. Bizdə də bu, belə oldu. Bunun aradan qaldırılması üçün dünya praktikasında da

çox ədalətli bir prinsip və metoddan istifadə olunur. Özünü doğrulda bilməyən bələdiyyələr vəzifəsinin

öhdəsindən layiqincə gələ bilən bələdiyyələrə birləşdirilir. Ölkəmizdə də bu zərurəti nəzərə alaraq müvafiq

addımlar atıldı. Belə ki, əvvəl 2753 bələdiyyə var idisə, indi bu rəqəm 1718 olacaqdır. Mən bu addımı yaranmış

vəziyyətdən çıxış yolu kimi görür və bir daha qeyd edirəm ki, dünya təcrübəsinə istinadən yeni bələdiyyələr

yəni birləşmə nəticəsində yaranmış bələdiyyələr müəyyən dərəcədə işlərinin öhdəsindən gələcək, qarşılarında

duran vəzifələri icra edəcəklər. Bizim də istədiyimiz bundan ibarətdir ki, bu bələdiyyələr fəaliyyətsizlikləri ilə

yox, əvvəlki mərhələdə əldə olunan əsaslar və təcrübə üzərində işlərini qurmaqla, yerli əhalinin mənafeyinə

uyğun, səlahiyyətləri çərçivəsində işlərini təşkil etməklə özlərini doğruldacaqlar.

- Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə inzibati nəzarət hansı formada həyata keçirilir?

- Qeyd etdiyim kimi, Azərbaycanda bələdiyyələrin fəaliyyətinin ikinci mərhələsi başa çatmış, yeni

mərhələ üçün kifayət qədər hüquqi baza və təşkilati struktur əsaslar yaradılmışdır. İndi artıq ən vacib məsələ

mövcud resurslardan və imkanlardan istifadə etməklə bələdiyyələrin fəaliyyətinin səmərəliliyinə nail olmaqdan

ibarətdir. Lakin yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə həm dövlət, həm də ictimai nəzarət mexanizmləri

inkişaf etdirilmədən bu məqsədlərə nail olmaq, yerli özünüidarəetmə sistemini möhkəmləndirmək və inkişaf

etdirmək mümkün deyildir. Məsələ ondadır ki, əgər nəzarət olmasa, bir-birinin nəzarətində olmayan hakimiyyət

orqanları bir-birinin maraqlarına zidd hərəkət edə bilərlər. Bu da yerlərdə bir orqanın digər orqanın fəaliyyətinə

müdaxilə etməsinə, demokratik idarəçilik prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Tədqiqatların nəticəsi

göstərir ki, yerli özünüidarəetmədə o halda səmərəliliyin yüksəlməsinə nail olmaq mümkün olur ki, yerli

səviyyədə bu orqanların fəaliyyətinə nəzarət sistemi tətbiq edilir. Bu mənada ölkəmizdə bələdiyyələrin

fəaliyyətinə müvafiq qanunauyğun olaraq inzibati nəzarət həyata keçirilir. Bildiyiniz kimi, bələdiyyələrin

fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət

bələdiyyələrin qəbul etdikləri qərarların qanunvericiliyə uyğunlaşdırılması və bələdiyyələrin fəaliyyəti ilə bağlı

daxil olan müraciətlər əsasında həyata keçirilir. Məqsəd bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini

təmin etməkdən, bələdiyyələrin qəbul etdikləri qərarların qanunvericiliyə uyğunlaşdırlmasından, yol verilmiş

hüquqpozmalarının qarşısının alınması və demokratik nəzarəti həyata keçirməklə bələdiyyələrin fəaliyyətinin

effektliliyini artırmaqdan ibarətdir. Yeri gəlmişkən qeyd edim ki, ötən illər ərzində bələdiyyələrin fəaliyyətinə

inzibati nəzarət nəticəsində ciddi faktlar aşkar edilərək bir çox qanunsuzluqların qarşısı alınmış, o cümlədən,

bələdiyyələrin əsas gəlir mənbəyi olan torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı 12 min hektardan çox

torpaq sahəsinin qanunsuz satılması, bələdiyyə büdcəsinə 17 milyon manata yaxın ziyan vurulması faktları aşkar

edilmişdir. Xeyli miqdarda əmlakların bələdiyyə balansına qaytarılması təmin edilmişdir. 100-dən çox

bələdiyyənin fəaliyyətində qanunsuzluqlar aşkar edilərək hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına

göndərilmişdir. İnzibati nəzarətin gücləndirilməsi dövlətin diqqət mərkəzindədir. Möhtərəm Prezident İlham

Əliyevin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində

korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanında Ədliyyə

Nazirliyinə inzibati nəzarətin gücləndirilməsi ilə əlaqədar tapşırıqlar verilmişdir.

- Mehdi müəllim, bələdiyyələrin ümumi problemləri hansılardır, bu problemlərin aradan

qaldırılması üçün nə kimi addımlar atılır?

- Respublikamızda yerli özünüidarənin təhlili onu göstərir ki, bir sıra problemlər vardır ki, bu problemlər

bələdiyyələrin özlərinə aiddir. Yəni bələdiyyələrin özlərinin yaratdıqları problemlərdir, digərləri isə bələdiyyələr

üçün yaradılan problemlərdir. Bələdiyyələrin özlərinə aid olan problemlərdən ən çox narahat edəni bir sıra

bələdiyyələrdə bürokratik “ənənələrin” cəmləşməsi və bu halın bələdiyyə ilə seçici arasında problem

yaratmasıdır. Bu hal çox təəssüflər olsun ki, bələdiyyə sədrlərinin səlahiyyətlərindən sui-istifadə etmələrinə və

təkbaşına qərarlar vermələrinə gətirib çıxarır. Digər məsələ bələdiyyələrin maliyyə təsərrüfat fəaliyyətlərinin

düzgün qurulmaması, maliyyə mənbələrindən, vergi və resurslardan düzgün istifadə edilməməsi, beləliklə,

bələdiyyənin büdcəsinə ziyan vurulması, bələdiyyənin mülkiyyətindən və əmlakından istifadədə onun düzgün

qiymətləndirilməməsi, bələdiyyə üzvlərinin qanunvericiliyi mükəmməl bilməmələri, kadr potensialının zəif

olması, bələdiyyə qulluğunda peşəkarlıq səviyyəsinin aşağı olması, bəzi bələdiyyələrdə vəzifəli şəxslərin

təşkilat mədəniyyətinin aşağı olması və s. göstərmək olar. Ən çox bələdiyyənin işinə maneçilik törədən yol

verilən hüquqpozmaları, mövcud qanunvericiliyə və onun tələblərinə riayət edilməməsidir. Digər problemlərə

isə aşağıdakıları aid etmək olar: hüquqi bazada mövcud olan boşluqlar, bələdiyyələrin qəbul etdikləri qərarların

ərazidə hüquqi və fiziki şəxslər tərəfindən icrasına məhəl qoyulmamasıdır. Söz yox ki, məhkəmələrin bu

prosesdə bələdiyyələri müdafiə etməsi həyata keçirilir amma, hələ də belə hallar mövcuddur. O cümlədən,

bələdiyyələrin qəbul etdikləri qərarlara İcra Hakimiyyəti orqanlarının müvafiq idarələri tərəfindən qanunda

müəyyənləşdirilən müddətdə rəy və təkliflərin verilməməsi də müəyyən çatışmazlıqlar ortaya çıxarır.

Page 84: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

84

Mən güman edirəm ki, bu problemlərin həlli istiqamətində işlər sürətləndiriləcək və bu problemlər həllini

tapacaqdır. Ümumilikdə isə, bələdiyyələrlə bağlı problemlərin həlli məsələlərə kompleks şəkildə yanaşılmanın,

onların mərhələlərlə həll edilməsini və ayrı-ayrı mərhələlərdə üstün istiqamətlərin müəyyənləşdirilməsini tələb

edir. Mənə elə gəlir ki, gələcəkdə problemlərin həllinə bu aspektdən yanaşmalıyıq.

“Yeni Azərbaycan”.-2009.-3 dekabr.-N.226.-S.5.

Page 85: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

85

Bələdiyyələrin 10 illik fəaliyyəti

Bələdiyyələrlə bağlı 22 qanun və 200-dən artıq normativ sənəd qəbul edilib ,15-dən artıq

qanunvericilik aktında dəyişikliklər edilib

Regional İnkişaf Mərkəzi “Bələdiyyələrin 10 illik fəaliyyəti: yaranması və inkişaf problemləri”

mövzusunda dəyirmi masa keçirdi.

Mərkəzin sədri Çingiz İsmayılov bildirdi ki, Azərbaycanda yerlərdə həyata keçirilən regional inkişaf

siyasətində bələdiyyələrin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır, bu sistem respublikada ərazi idarəetmədə yeni

institut olmasına baxmayaraq, qəbul olunmuş qanunlar onlara yerli səviyyədə müxtəlif sosial iqtisadi

məsələlərin həlli üçün kifayət qədər səlahiyyətlər verib: “Belə vəziyyətdə təbii ki, bələdiyyələrin fəaliyyətinin

nə dərəcədə uğurlu olmasını qiymətləndirmək xüsusi maraq doğurur. Bu baxımdan respublikada bələdiyyələrin

10 illik fəaliyyətinin təhlilində əhali tərəfindən onların işinin nə dərəcədə dəyərləndirilməsini nəzərə almaq

vacibdir. Azərbaycanda Regional İnkişaf mərkəzi qeyd olunmuş məsələ ilə bağlı respublikanın üç rayonunda

(Abşeron, Quba və Tərtər) sosioloji sorğu aparıb. Sorğuda iştirak edən respondentlərin böyük əksəriyyəti

bələdiyyələrin işindən narazı olduqlarını bildiriblər. Maraqlısı odur ki, son illər bələdiyyələrin fəaliyyətində

mövcud olan qüsurlar hələ də tam aradan qaldırılmayıb. Bununla yanaşı təqdirə layiqli haldır ki, 2009-cu ildən

başlayaraq bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satışa çıxarılır. Lakin burada da kifayət qədər

çatışmamazlıqlar vardır”.

Aparılan araşdırmaların nəticələrindən danışan Ç. İsmayılov bildirdi ki, onların iş fəaliyyətinin

təkmilləşdirilməsi üçün əsasən üç məsələnin həlli tələb olunur. Belə ki, bələdiyyələrin səmərəli fəaliyyəti üçün

müstəqil maliyyə mənbələrinin formalaşması və real şəkildə yerli icma qarşısında maliyyə hesabatının təqdim

olunması. Eyni zamanda bələdiyyələr üçün bircə kapital fondunun yaradılması məqsədəuyğun olardı.

Bələdiyyələrdə çalışan mütəxəssislər yerli idarəetmə haqda peşəkar bilik sahibi olmalıdırlar: “ Aparılan

araşdırmalar onu göstərir ki, bu sahədə çalışanların əksəriyyəti lazımi ixtisasa malik deyillər. Onu da qeyd

etmək lazımdır ki, bu sahədə mütəxəssislər respublikanın bir neçə ali təhsil ocaqlarında hazırlanır. Eləcə də

bələdiyyələrin müstəqil fəaliyyətinin təmin edilməsi vacibdir. Çünki onların fəaliyyəti üçün lazımi normativ

müstəqil hüquqi əsasların olmasına baxmayaraq, reallıqda bələdiyyələr hələ də rayon İcra Hakimiyyəti

nümayəndəliyin sanki bir bölməsi kimi işlərini qururlar.”

Bələdiyyələrin əhali, icma ilə zəif əlaqəsindən danışan Ç. İsmayılov əlavə etdi bələdiyyələrin təbliğatını

gücləndirmək lazımdır: “Bələdiyyələr təbliğat işinə az önəm verirlər. Avropada Bələdiyyələr Assosiasiyası

bələdiyyələr həftəsi keçirirlər. Bakıda, Abşeronda belə bələdiyyələr həftəsi keçirilməsinə baxmayaraq bunun

heç bir əhəmiyyəti olmur. Hesab edirəm ki, bələdiyyələrin fəaliyyəti hər bir sakinlə, evlə il ərzində olmalıdır. Bu

bir növ kampaniya xarakteri daşımamalıdır”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) eksperti Vüqar

Tofiqli bu sahədə uzun illər aparılan tədqiqatların nəticələrindən bəhs edərək bələdiyyələrdə mövcud

problemlərdən danışdı. Bildirdi ki, Azərbaycan bələdiyyəsinin bu gün ən böyük uğuru mövcud problemlərlə

üzləşməsinə baxmayaraq özünün bir struktur olaraq cəmiyyətə tanıda bilməsidir. Baxmayaraq ki, bu sahədə

çoxsaylı problemlər mövcuddur: “Artıq bununla bağlı qanunvericilik bazası tam şəkildə hazırdır. 22 qanun

qəbul edilib 15-dən artıq qanunvericilikdə müəyyən dəyişikliklər edilib.43 sənəd ümumilikdə qəbul edilib.

Bunlarla yanaşı 200-dən artıq normativ sənəd qəbul edilib ki, bu da ümumilikdə götürdükdə bələdiyyələrin

ümumi vəziyyətinə müsbət təsir göstərən amillərdən biridir. Ancaq bütövlükdə götürdükdə demək olar ki,

Azərbaycan bələdiyyəsi öz istəyinə nail ola bilməyib. Ona görə ki, bu gün bələdiyyələr ilk növbədə maliyyə

böhranı ilə üzləşirlər. İkinci olaraq isə bələdiyyələr daima dövlət tərəfindən tənqid olunurlar. Həmçinin sosial

layihələrin həyata keçirilməsi ləngiyir. Yerlərdə ikihakimiyyətliliyin yaranması da mövcud problemlərdəndir”.

Ekspert həmçinin bələdiyyələr sahəsində mövcud problemlər sırasında bəzi bələdiyyə sədrlərinin ciddi

özbaşınalığa yol verməsini, eləcə də 62 faiz bələdiyyənin özünə məxsus inzibati binasının olmamasını, 98,7

faizinin internet resursunun olmamasını, hərracla bağlı çoxsaylı ciddi problemlərini də qeyd etdi.

Səbail rayonu bələdiyyə nümayəndəsi Şahin Verdiyev isə çıxışında bildirdi ki, 10 il müddətində

bələdiyyələr arasında nüfuz aşağıdır. Buna səbəb isə onların bu müddət ərzində özlərini doğrultmamasıdır.

Natiq həmçinin əlavə etdi ki, Prezident Yanında İdarəçilik Akademiyasında dövlət və idarəetmə ixtisası olsa da

məzunların bələdiyyə sahəsində çalışmamaları bu sahədə çalışan gənc savadlı kadrların olmamasına gətirib

çıxarır.

Ədliyyə nazirliyinin Ədliyyə Akademiyasının prorektoru İlham Abbasov isə bildirdi ki, bələdiyyələr bu

dövr ərzində müəyyən işlər görüb və ictimai həyatda böyük rol oynayır. 10 il isə əslində az vaxtdır: “ hesab

Page 86: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

86

edirəm ki, bu sahəni tənzimləyəcək qanun da olsa maliyyə bazası zəif olduqda iş görmək çətin olur.

İxtisarlardan sonra 1755 bələdiyyə qalıb ki, əslində bu da çox rəqəmdir. Bələdiyyələrin sayı azalmalıdır ki,

onların maliyyə bazası çox işlər görməyə imkan versin .Digər bir problem isə bələdiyyədə çalışanların maaş

alması məsələsidir ki, əgər onlar digər yerdə işləyirlərsə onlar bələdiyyədən maaş ala bilmirlər. Bu da bu gün

problemli məsələlərdəndir.”

Qeyd edək ki, dəyirmi masada bir sıra təkliflər səsləndirildi. Belə ki, Qanunvericiliyin təkmilləşməsi,

bələdiyyə və icra strukturlarının səlahiyyət bölgüsünü özündə müəyyən edən qanun layihəsi müzakirəyə

çıxarılması, bələdiyyələrin səlahiyyət dairəsi və maliyyə istiqamətləri qanunla genişləndirilməsi eləcə də

bələdiyyə qanunlarının icrasına diqqətin edilməsi bələdiyyələrin inkişafı mexanizminə təkan verə biləcək

təkliflər kimi dəyirmi masada yer aldı.

G. BÜNYADZADƏ

“Paritet”.-2009.-17-18 dekabr.-N.137.-S.11.

Page 87: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

87

Bələdiyyələrin dövlət reyestrini Milli Məclis aparacaq

Ölkədəki bütün bələdiyyələr barədə məlumatlar parlamentin rəsmi saytında yerləşdiriləcək

Bələdiyyələrin dövlət reyestrinin aparılması və yerli özünüidarəetmə orqanlarına şəhadətnamənin

verilməsi məsələsi həllini tapır. Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclasında "Bələdiyyələrin

dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında" əsasnamə layihəsi müzakirə

olundu.

Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, bir ay əvvəl aparılan müzakirələr zamanı əsasnamə

layihəsində bir sıra problemlər meydana çıxıb. Qərara alınıb ki, sənəddə bələdiyyələrin dövlət reyestri ilə bağlı

sənədlərin təqdimolunma qaydası dəqiqləşdirilsin. Bundan əlavə, məlum olub ki, bələdiyyələrə qeydiyyat

şəhadətnamələrinin verilməsi, burada bələdiyyənin kağız və elektron xəritəsinin də yer alması kifayət qədər

maliyyə tutumlu məsələdir. Çünki ölkədə 1700-dən artıq bələdiyyə var. Onların hər biri üçün xəritələrin tərtib

olunması kifayət qədər pul tələb edir.

A. Rəhimzadə dedi ki, digər mübahisəli məsələ bələdiyyələrin dövlət reyestrinin hansı dövlət qurumu

tərəfindən aparılması olub. İşçi qrupunun apardığı müzakirələrdən sonra bütün mübahisəli məsələlərə aydınlıq

gətirilib. Layihədə aparılan təkmilləşmə işləri barədə Milli Məclis Aparatının əməkdaşı İdrak Qarayev məlumat

verdi. O qeyd etdi ki, bələdiyyələrin dövlət reyestrinin Milli Məclis Aparatı tərəfindən aparılması razılaşdırılıb.

Bundan əlavə, bələdiyyələrin dövlət reyestri ilə bağlı məlumatlar Milli Məclisin rəsmi saytında yerləşdiriləcək.

Sayta daxil olan vətəndaşlar ölkənin istənilən bələdiyyəsi ilə bağlı məlumatlarla tanış ola biləcəklər. İ. Qarayev

bələdiyyələrin dövlət reyestri ilə bağlı sənədlərin təqdimetmə prosedurunun da dəqiqləşdirildiyini bildirdi. Onun

sözlərinə görə, mövcud bələdiyyələr və yeni yaranan bələdiyyələrin dövlət reyestrinə alınma qaydaları fərqli

olacaq. Birincilər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələrin dövlət qeydiyyatına alınmış

Nizamnaməsinin təsdiq olunmuş surəti 15 gün ərzində təqdim olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı

tərəfindən bələdiyyələrə rəsmi statistik kodun verilməsi 10 gün ərzində həllini tapmalıdır. Bələdiyyələrin kağız

və elektron xəritəsinin təqdim olunması isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə

veriləcək. Yeni yaranmış bələdiyyələr üçün isə Nizamnaməsinin təsdiq olunmasına 20 gün, statistik kodun

verilməsinə 15 gün, xəritənin verilməsinə isə 45 gün vaxt müəyyənləşdirilib.

Müzakirədə çıxış edən bəzi mütəxəssislər bələdiyyələrin dövlət reyestrinin Milli Məclis Aparatına həvalə

edilməsinin düzgün olmadığını bildirdilər. Qeyd olundu ki, bu işi icra hakimiyyəti orqanı olan Ədliyyə Nazirliyi

həyata keçirməlidir.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədr müavini Fazil Məmmədov bu fikirlə razılaşmadı.

O qeyd etdi ki, mövcud qanunvericiliyə görə, bələdiyyələrin yaradılması, birləşməsi, ləğv olunması ilə bağlı

qərarları parlament verir. Bu baxımdan, bələdiyyələrin dövlət reyestrinin aparılması işinin Milli Məclis

Aparatına tapşırılması daha məqsədəuyğundur. Bu, işin operativliyinə də kömək edəcək. F. Məmmədov Ədliyyə

Nazirliyinin əsasnamə layihəsi ilə bağlı bütün təkliflərinin nəzərə alındığını da sözlərinə əlavə etdi.

Kənd, qəsəbə və şəhər assosiasiyalarının təmsilçiləri də layihə ilə razılaşdıqlarını bildirdilər. Qeyd olundu

ki, bələdiyyələrin sənədlə bağlı ümumiləşdirilmiş təkliflərinin əksəriyyəti nəzərə alınıb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Aparatının rəhbəri Rafiq Süleymanov əsasnamə layihəsinin

mükəmməl hazırlandığını bildirdi. Onun sözlərinə görə, bələdiyyə torpaqlarının sərhədlərinin

müəyyənləşdirilməsi çox mühüm məsələdir.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Oqtay Həsənov məsələyə başqa aspektdən

yanaşdı. Onun sözlərinə görə, hazırda Ədliyyə Nazirliyi bələdiyyələrin dövlət qeydiyyatını aparır. Bununla bağlı

yerli özünüidarəetmə orqanlarına qeydiyyat sənədi də verilir. "Belə olan halda yeni bir əsasnamə qəbul etmək,

bələdiyyələrin dövlət reyestrini aparmaq təkrarçılıq olacaq" - deyə komitə nümayəndəsi vurğuladı.

Məsələyə münasibət bildirilən Milli Məclis Aparatının əməkdaşı İ. Qarayev dedi ki, Ədliyyə Nazirliyi

bələdiyyələri yalnız hüquqi şəxs kimi qeydə alır. Bununla bağlı yerliözünüidarəetmə orqanlarına heç bir

şəhadətnamə təqdim olunmur. Eyni zamanda, hazırda heç bir yerdə bələdiyyələrin dövlət reyestri aparılmır.

Milli Məclis Aparatının əməkdaşı dedi ki, belə bir əsasnamənin hazırlanması bir müddət öncə qəbul edilmiş

"Bələdiyyələrin statusu haqqında" qanunda da nəzərdə tutulur. Həmin qanunda bələdiyyələrin dövlət reyestrinin

aparılması da əksini tapır.

Komitə üzvü, millət vəkili Fəzail İbrahimli əsasnamənin peşəkarlar tərəfindən hazırlanmasını alqışladı.

Onun sözlərinə görə, bələdiyyələrə qeydiyyat şəhadətnaməsinin verilməsi də müsbət haldır: "Bizim bələdiyyələr

1999-cu ilin dekabrında yaradılıb. Amma bu günə qədər onlara doğum haqqında şəhadətnamə verilməyib. İndi

biz bu problemi həll etmək istəyirik". Millət vəkili dedi ki, bələdiyyələrin sistemləşdirilmiş xəritələrinin

Page 88: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

88

hazırlanması və sərhədlərinin dəqiqləşdirilməsi bir sıra neqativ halların da qarşısını alacaq. Çünki indiyədək bir

çox halda bələdiyyələrin özlərinə aid olmayan torpaqları satmaları faktı da aşkarlanıb.

Müzakirələrdən sonra əsasnamə layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olundu.

İlham QULİYEV

“Kaspi”.-2009.-18 dekabr.-N.226.-S.1, 2.

Page 89: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

89

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət mexanizmləri təkmilləşdirilir

Vətəndaşların mütərəqqi və yaradıcı əməyə, iqtisadi dirçəlişə, məhəlli xarakterli problemlərin

həllinə nail olmasının ən ilkin şərti onlara qanunvericilik əsasında müstəqil özünüidarəetmə imkanının

yaradılmasıdır. Bu mənada, bələdiyyələr demokratiyanın, iqtisadi və siyasi müstəqilliyin,

təşəbbüskarlığın bərqərar edilməsi baxımından çətin, eyni zamanda, məsuliyyətli idarəetmə formasıdır.

Bu təsisat müəyyən ərazidə məskunlaşmış əhalinin hüquq və azadlıqlarının qorunmasını, habelə yerli

problemlərinin həllini təmin edən müstəqil, kollegial idarəetmə forması olmaqla, Azərbaycan

təcrübəsində də özünü doğrultmuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik prinsiplərə uyğun hazırlanmış müstəqil

Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə

(referendum) qəbul olunduqdan sonra ölkə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər

həyata keçirilmiş, bu proses bələdiyyə qanunvericiliyindən də yan keçməmişdir. Ötən dövrdə respublikada

həyata keçirilən hərtərəfli demokratik islahatlar çərçivəsində yerli özünüidarəetmə institutunun formalaşması və

təşəkkülü üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Respublikamız “Yerli özünüidarə haqqında” Avropa

Xartiyasına qoşulmuş, demokratik və şəffaf şəkildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində yerli

özünüidarəetmə orqanlarını formalaşdırmışdır.

Son illərdə ayrı-ayrı sahələrlə bağlı qəbul edilmiş bir sıra dövlət proqramlarında yerli özünüidarəetmədə

bələdiyyələrin işinin zamanın tələbləri ilə uzlaşdırılması, səmərəliliyinin artırılması, hüquqi maarifləndirmə

işinin yüksək səviyyədə həyata keçirilməsi, mövcud qanunvericilik normalarının tətbiqinin yaxşılaşdırılması,

bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, eyni zamanda, onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi

ilə bağlı müddəalar əksini tapmışdır.

Ölkədə bələdiyyələrin işinin qanunauyğunluğunun təmin edilməsi məqsədi ilə onların fəaliyyətinə “Yerli

özünüidarəetmə haqqında Avropa Xartiyası”nda müəyyən edilmiş prinsiplərə uyğun inzibati nəzarət həyata

keçirilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını “Bələdiyyələrin

fəaliyyətinə inzibati nəzarət haqqında” 2003-cü il 13 may tarixli Azərbaycan Respublikasının Qanunu müəyyən

edir. Həmin qanunun 1-ci maddəsində göstərilir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr,

bələdiyyə orqanları və onun vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası və

qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər

Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının

Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət

edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması

məqsədi ilə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli “Bələdiyyələrin fəaliyyətinə inzibati

nəzarət haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanı ilə bələdiyyələr, bələdiyyə orqanları və onların

vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş qərarların qanunvericiliyə uyğun olmasına inzibati nəzarətin həyata

keçirilməsi Ədliyyə Nazirliyinə tapşırılmışdır. Sözügedən qanuna əsasən bələdiyyələrin müvafiq komissiyaları

və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.

Azərbaycan Respublikasının Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata

keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər

verir və zərurət yarandıqda, audit yoxlamasını həyata keçirir. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar

aşağıdakılardır:

1) bələdiyyələrin normativ aktlarının; dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə

aktların; bələdiyyələrin mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə

aktların; birdəfəlik yerli vergilərin və rüsumların tətbiqi barədə aktların; bələdiyyələr üçün xərclər və maliyyə

öhdəlikləri doğuran aktların; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarların; Azərbaycan

Respublikasının normativ hüquqi aktlarına zidd olması barədə kifayət qədər əsas olduqda;

2) hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya

hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti daxil olduqda.

İnzibati nəzarətin həyata keçirilməsinin təmini məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini

həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana

göndərməlidirlər. Yuxarıda göstərilən müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu,

yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər. İnzibati nəzarəti həyata keçirən orqan

müraciətə daxil olduğu andan 15 gün müddətində, əlavə araşdırmalar tələb olunursa, 30 gün müddətində baxır.

Müraciətə baxılması müddətinin uzadılması barədə ərizəçiyə dərhal məlumat verilməlidir.

Page 90: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

90

Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafeyinə və ya ictimai mənafelərə ağır

ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv

edilməsini və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 gün müddətində yerinə

yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət ünvanlayır və həmin iddianın

təmini ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərarın çıxarılmasını məhkəmədən xahiş

edir. Bələdiyyənin fəaliyyətində cinayət aşkar etdikdə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər

görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edə bilər.

İnzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Azərbaycan Respublikası

Milli Məclisinə illik məruzə təqdim edir. Bu məruzədə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin

fəaliyyətini tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı təkliflər verə bilər.

2004-cü ilə qədər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi nəzdində fəaliyyət

göstərən Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodiki Yardım Mərkəzi həyata keçirirdi. Lakin dövlət başçısının

2004-cü il 29 dekabr tarixli fərmanına əsasən bu orqanın adı dəyişdirilərək Bələdiyyələrlə İş Mərkəzi

adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin

gücləndirilməsi tədbirləri barədə” 2006-cı il 26 may tarixli sərəncamı ilə mərkəz struktur bölmə kimi Ədliyyə

Nazirliyinin aparatına daxil edilərək statusu yüksəlmişdir. Eyni zamanda, nazirliyə yerli (regional) bölmələrinin

yaradılmasının təmin edilməsi barədə müvafiq tapşırıq verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il tarixli 17

avqust fərmanı ilə nazirliyin yeni strukturu təsdiq edilərək Bələdiyyələrlə İş Mərkəzinə baş idarə statusu

verilmişdir. Bundan sonra bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi məqsədi ilə ədliyyə

nazirinin əmrinə əsasən, mərkəzin tərkibində xüsusi qurum - İnzibati nəzarət idarəsi yaradılmışdır.

Azərbaycan Respublikasının ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun 2007-

ci il 16 mart tarixli əmri ilə təsdiq edilmiş “Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi haqqında Əsasnamə”

ilə bələdiyyələrə kömək və metodoloji yardım, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi

işində regional ədliyyə şöbələrinə metodik rəhbərlik, habelə Naxçıvan Muxtar Respublikasının Ədliyyə

Nazirliyinə bələdiyyələrlə iş üzrə metodik kömək göstərmək bu mərkəzin vəzifələri sırasına daxil edilmişdir.

Yerlərdə bələdiyyələrə metodiki kömək göstərmək və onların fəaliyyətinə inzibati nəzarəti həyata

keçirmək Ədliyyə Nazirliyinin regional ədliyyə şöbələrinə həvalə olunmuşdur və bu iş onların fəaliyyət

istiqamətləri sırasında mühüm yerlərdən birini tutur. Regional ədliyyə şöbələrinin həmin fəaliyyət istiqamətinə

uyğun olaraq aşağıdakı vəzifələri vardır:

- bələdiyyələr tərəfindən Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikasının

qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər

Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması; bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması

hallarının aradan qaldırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə

inzibati nəzarəti həyata keçirmək;

- bələdiyyələrin fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil

edilməsinə kömək etmək və onlara metodoloji yardım göstərmək;

- bələdiyyə üzvləri və qulluqçuları arasında hüququn ayrı-ayrı sahələrinə dair tədris-maarifçilik tədbirləri

keçirməklə onların hüquqi biliklərinin artırılmasına kömək etmək;

- bələdiyyələr haqqında qanunvericilik aktları barədə bələdiyyələri məlumatlandırmaq;

- bələdiyyələrin fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə tövsiyələr

hazırlamaq;

- yerli özünüidarəetmə məsələləri ilə bağlı bələdiyyə üzvlərinin və qulluqçularının sorğularına cavab

vermək;

- Regional ədliyyə şöbələri bu vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

- bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət təcrübəsi əsasında onların fəaliyyətində qanunçuluğa riayət

olunması vəziyyətini ümumiləşdirmək, təklif və tövsiyələrlə birlikdə müvafiq bələdiyyələrə təqdim etmək;

- bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar

aparmaq;

- bələdiyyə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına zidd

olması barədə kifayət qədər əsas olduqda nazirliklə razılaşdırmaqla aktın qanunvericiliklə müəyyən olunmuş

müddətdə dəyişdirilməsi və ya ləğv edilməsi haqqında müvafiq bələdiyyəyə müraciət etmək və bələdiyyə

tərəfindən qanunun tələbinə əməl edilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq;

- hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır

ziyan vura bilərsə, nazirliklə razılaşdırmaqla həmin aktın ləğv edilməsi və ya həmin fəaliyyətə xitam verilməsi

haqqında müvafiq bələdiyyəyə təklif vermək və təklif qanunla müəyyən edilmiş müddətdə bələdiyyə tərəfindən

yerinə yetirilmədikdə məhkəmə qarşısında iddia qaldırmaq;

Page 91: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

91

- mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında göndərilməməsinə və bələdiyyələrin

fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik

törədilməsinə görə inzibati məsuliyyətə cəlb edilmə məsələsinin həlli üçün məhkəməyə müraciət etmək;

- inzibati nəzarət həyata keçirilərkən aşkar edilmiş qanunsuz fəaliyyətin dayandırılması və vurulmuş

ziyanın aradan qaldırılması, dövlət qeydiyyatına alınmamış normativ aktlarının tətbiqi halları aşkar olunduqda

həmin aktın tətbiqinin dayandırılması və qeydiyyata alınması barədə bələdiyyələrə müraciət etmək;

- bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunduqda tədbir görülməsi üçün müvafiq sənədləri

nazirliyə təqdim etmək;

- bələdiyyə kadrlarının peşəkarlığının artırılması işində iştirak etmək;

- fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq,

təkliflər vermək;

- müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb

etmək;

- dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər)

barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.

Aparılan təhlillər göstərir ki, bəzi bələdiyyələr öz fəaliyyətlərində hətta daha ciddi və cinayət xarakterli

hüquq pozuntularına da yol verirlər. Torpaqların ayrılmasında hərrac və müsabiqə qaydalarının pozulması, satışı

qadağan olunan torpaq sahələrinin xüsusi mülkiyyətə verilərək dövriyyədən əsassız çıxarılması, vəzifə

səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində (bələdiyyə sədri tərəfindən təkbaşına qərarların verilməsi,

toplanmış vergi və ödənişlərin bələdiyyə xəzinəsinə mədaxil edilməməsi) bələdiyyə büdcəsinə ziyan vurulması,

pul vəsaitlərinin qanunsuz xərclənməsi, torpaq sahəsi ayrılarkən bazar qiymətlərinin nəzərə alınmaması, vergi

və ödənişlərin yerli büdcəyə ödənilməsinin tam təmin olunmaması nəticəsində bələdiyyə büdcəsinə ziyan

vurulması, bələdiyyə büdcəsinə məxsus maliyyə vəsaitinin çatışmaması, bələdiyyənin maliyyə sənədlərinin

gizlədilməsi və digər neqativ hallar məhz bu qəbildəndir.

İmişli regional ədliyyə şöbəsi də öz növbəsində üzərinə düşən vəzifələri əzmkarlıqla yerinə yetirməyə,

belə hallara qarşı mübarizə aparmağa çalışır. 2009-cu ildə keçirilmiş növbəti bələdiyyə seçkilərindən sonra yeni

seçilmiş bələdiyyə üzvləri ilə maarifləndirmə işinin təşkili, bələdiyyələrə hüquqi və metodik kömək

göstərilməsi, onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyev

tərəfindən aparılan uğurlu siyasət nəticəsində bələdiyyələrin cəmiyyətdə günbəgün artan rolunun və

əhəmiyyətinin əhaliyə çatdırılması qarşıda duran başlıca vəzifələrimiz sırasındadır.

İlkin SAVALAN,

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi İmişli regional

ədliyyə şöbəsinin məsləhətçisi

“Azərbaycan“.-2010.-20 aprel.-N 83.-S.10.

Page 92: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

92

Azərbaycan respublikasında yerli özünüidarəetmənin

həyata keçirilməsinin formaları

Əliyev Sübhan Fərmayıl oğlu,

Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasının müəllimi

Yerli özünüidarəetmə xalq hakimiyyətinin bir formasıdır. Xalq öz hakimiyyətini bilavasitə və

nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında öz hakimiyyətini təkcə

bələdiyyələr vasitəsilə deyil, həmçinin bilavasitə həyata keçirmək hüququna malikdir (4, s. 219). Bilavasitə

formada yerli özünüidarəetmənin həyata keçirilməsi “Bələdiyyələrin statusu haqqında” Azərbaycan

Respublikasının qanunda öz əksini tapmışdır. Bilavasitə forma yerli özünüidarəetmənin mahiyyətindən yaranır.

Yerli özünüidarəetmənin bilavasitə həyata keçirilməsi zamanı bəzən effektivliyə və operativliyə nail

olmaq mümkün olmur, çünki yerli özünüidarəetmənin bilavasitə formaları əksər hallarda bələdiyyələr üçün

məcburi xarakter daşımır və tətbiq olunan zaman da müəyyən vaxtın keçməsinə səbəb olur. Ona görə də yerli

özünüidarəetmənin nümayəndəli forması daha çox tətbiq olunur. 1995-ci il noyabrın 12-də ümumxalq

səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında demokratik dövlət

quruculuğu üçün xarakterik olan hüquqi təsisatlar təsbit olunmuşdur. Belə təsisatlardan biri də, yerli

özünüidarəetmə orqanları olan bələdiyyələrdir. Yerli özünüidarəetmə institutunun konstitusion qaydada təsbiti

yerlərdə hakimiyyət səlahiyyətlərinin nisbi mərkəzləşməsinə və yerli özünüidarəetməni həyata keçirən orqanlara

verilməsinə zəmin yaradır.

Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq yerli

özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr müstəqil orqandırlar və dövlət hakimiyyəti orqanları

sisteminə daxil deyildirlər (5, s. 222). Yerlərdə idarəetmə isə yerli icra hakimiyyət orqanı vasitəsilə həyata

keçirilir. Yerlərdə icra hakimiyyəti yerli icra hakimiyyətlərinin başçıları tərəfindən həyata keçirilir. İcra

hakimiyyəti başçısının yanında şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir. Şuranın iclaslarında

qəbul edilmiş qərarlar pratakollarla rəsmiləşdirilir və tövsiyə xarakteri daşıyır (1, s. 68). İcra hakimiyyəti

başçıları Azərbaycan Respublikasının Prezidenti qarşısında məsuliyyət daşıyırlar. İcra hakimiyyəti rayonlarda,

şəhərlərdə və şəhər rayonlarında Azərbaycan Respublikası Prezidenti tərəfindən təşkil edilir (2, s. 106).

Yerli özünüidarəetmə anlayışı ilə bələdiyyə anlayışı və bələdiyyə orqanı anlayışını fərqləndirmək mühüm

əhəmiyyət kəsb edir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 2-ci maddəsində qeyd olunub ki, bələdiyyə -

qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz

mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikasının Konstitusiyası və

bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr

bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyə orqanları - bələdiyyə tərəfindən yaradılan, yerli

əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili və

başqa orqanlardır.

Xatırladılan qanunun 14-cü maddəsinə görə bələdiyyə seçkili nümayəndəli orqandır. Qanunun 3-cü

fəslində bələdiyyə orqanları kollegial orqanlar kimi xarakterizə olunub. “Bələdiyyələrin statusu haqqında”

Qanunun 18-ci maddəsinə görə bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin

sədrindən və onun bu qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada formalaşdığı

struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından

ibarətdir (4, s. 225).

Əksər ölkələrin qanunvericiliklərində yerli özünüidarəetmənin nümayəndəli forması ilə yanaşı, bilavasitə

formalarına rast gəlmək olar. Azərbaycan Respublikasında da yerli özünüidarəetmənin bilavasitə formaları

diqqətdən kənar qalmamışdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Qanunda 4-cü fəsil vətəndaşların öz

iradəsini birbaşa ifadə etməsi və yerli özünüidarənin həyata keçirilməsinin digər formaları adlanır. Bu fəsildə

yerli özünüidarəetmənin bilavasitə formaları olan yerli rəy sorğusu, bələdiyyələrə seçkilər, vətəndaşların

yığıncaqları, əhalinin bələdiyyə aktlarını yaratmaq təşəbbüsü, vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına

və onların vəzifəli şəxslərinə müraciətləri və başqalarından bəhs olunur.

Yerli rəy sorğusu - yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların

rəyinin öyrənilməsidir. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların yerli rəy

sorğusunda iştirak etmək hüququ var. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak

edirlər və səsvermə gizli keçirilir. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə

müvafiq qərar qəbul etməlidir.

İrqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, təhsilindən, əmlak vəziyyətindən, qulluq

mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə

Page 93: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

93

mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların yerli rəy sorğusunda birbaşa və ya dolayısı ilə iştirak etmək

hüququnun məhdudlaşdırılması qadağandır.

Vətəndaşlar üçün bilavasitə demokratiyanın kütləvi formalarından biri vətəndaş yığıncaqlarıdır. Vətəndaş

yığıncaqları yerli özünüidarəetmə sistemində mühüm yer tutmaqla vətəndaşların müxtəlif idarəçilik

funksiyalarının həyata keçirilməsinə cəlb olunmasına xidmət edir (6, s. 763). Məhz belə yerlərdə vətəndaşlar

yerli əhəmiyyətli məsələlərin kollektiv müzakirəsinə qoşulur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 28-ci

maddəsi vətəndaşların yığıncaqları adlanır. Vətəndaşların yığıncaqları yalnız əhalisi 500 nəfərdən az olan

bələdiyyələrdə həyata keçirilir. Bu da həmin ərazidə yerləşən bələdiyyənin fəaliyyətinin effektivliyini təmin

etməyə imkan verir.

Azərbaycan Respublikasında bələdiyyələr, bələdiyyə orqanları və onun vəzifəli şəxsləri hər bir vətəndaşın

bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə borcludurlar. Bu halda bir sıra

istisnalar da mövcuddur. Belə ki, mülki müdafiə vasitələri və qüvvələri, obyektləri, planları haqqında

məlumatlar dövlət sirri olduğu üçün açıqlanmır. Fövqəladə hallar, vətəndaşların sağlamlığı və təhlükəsizliyinə

təhlükə yaradan hallar, sanitariya, demoqrafiya, təhsil, imtiyaz və kompensasiyalar və s. haqqında məlumatlar

dövlət sirri olmadığı üçün bu məlumatlarla vətəndaşlar tanış ola bilərlər. Bələdiyyələr öz fəaliyyətlərini aşkarlıq

prinsipi əsasında qururlar.

Vətəndaşlar yerli özünüidarəetmə orqanlarının fəaliyyəti haqqında aldıqları məlumatlar əsasında təklif,

şikayət, ərizə formasında müraciət edə bilərlər. Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri

vətəndaşların müraciətinə aidiyyəti üzrə bir ay müddətində cavab verməlidir. Fikrimizcə, bu müddət

qanunvericilikdə on beş gün olaraq müəyyənləşsəydi, daha da qənaətbəxş olardı. Belə ki, vətəndaş bələdiyyənin

fəaliyyəti ilə bağlı məlumat almaq istəyirsə, onun bu tələbi operativ həll olunmalıdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə yerli özünüidarəetmənin həyata keçirilməsinin digər

forması məhəllə komitələridir. Belə ki, Azərbaycan Respublikasının 8 may 2001-ci il tarixli Qanunu ilə təsdiq

edilmiş “Bələdiyyələrin məhəllə komitələri haqqında” Nümunəvi Əsas-naməyə əsasən, bələdiyyələrin məhəllə

komitələri bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək məqsədi ilə vətəndaşların

yaşayış yeri üzrə öz təşəbbüsləri ilə yaratdıqları könüllü birliklərdir. Bundan əlavə daha xırda ərazi vahidləri

üzrə yerli özünüidarəetmə, məsələn, məhəllələrdə məhəllə komitələri tərəfindən həyata keçirilə bilər. Bu da

qanunvericiliyə uyğun olaraq rəsmi xarakter daşımalıdır.

Məhəllə komitələri və buna bənzər digər qurumların mövcudluğu ona görə əhəmiyyətlidir ki, bu qurumlar

təkcə yerli əhalinin maraqlarını, tələbatlarını müəyyən etmir, həm də yerli özünüidarəetmə mexanizmləri

çərçivəsində onların həllinə imkan yaradır. Yerli əhali bilavasitə müvafiq regionun ictimai həyatında iştirak

etməklə, demokratik birgə yaşayış qaydalarına, demokratiya adət-ənənələrinə yiyələnir. Məhəllə komitələrinin

yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyələr qarşısında vəsatət qaldırmaq, fəaliyyət göstərdiyi ərazidə

yaşayan imkansızlara, xəstələrə və ahıl vətəndaşlara yardım göstərmək, yerli əhəmiyyətli məsələlərin həllində

əhalinin təşəbbüskarlığının və özünüidarəetmə təcrübəsinin inkişafına kömək etmək və s. bu kimi səlahiyyətləri

var. Məhəllə komitələri öz səlahiyyətlərini könüllü ianələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə

qadağan olunmamış digər mənbələr hesabına həyata keçirir. Bələdiyyə ərazisində məhəllə komitəsinin olması

bələdiyyənin fəaliyyətinə bir növ yardımçı olur. Onların fəaliyyəti nəticəsində bələdiyyədə idarəetmə səmərəli

şəkildə təşkil olunur.

Məhəllə komitələri ərazi prinsipi üzrə yaradılır. Məhəllə komitələrinin fəaliyyət göstərdiyi ərazi ayrıca bir

və ya bir neçə evin hüdudları ilə müəyyən edilir. Məhəllə komitəsi həmin komitənin fəaliyyət göstərdiyi ərazidə

yaşayan əhalinin yığıncağında 5-11 üzvdən ibarət tərkibdə açıq səsvermə yolu ilə iki il müddətinə seçilir.

Yığıncaq komitənin fəaliyyət göstərdiyi ərazidə yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 15 faizi

iştirak etdikdə səlahiyyətlidir. Həmin yığıncaqda məhəllə komitəsinin sədri, sədr müavini və katibi seçilir.

Məhəllə komitəsinin tərkibinə həmin ərazidə yaşayan, yaşı 18-dən aşağı olmayan vətəndaşlar seçilirlər.

Vətəndaşların yığıncağında iştirak edənlərin səslərinin yarısından çoxunu toplamış şəxslər bu komitənin tərki-

binə seçilmiş hesab olunurlar. Məhəllə komitəsi vətəndaşların yığıncağının qərarı ilə vaxtından əvvəl tamamilə

və ya qismən yenidən seçib bilər. Vətəndaşların yığıncaqları məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazidə

yaşayan səsvermə hüququ olan şəxslərin azı 10 faizinin və ya məhəllə komitəsi üzvlərinin üçdə bir hissəsinin

təşəbbüsü ilə çağırılır. Komitənin yeni üzvlərinin seçilməsi də əvvəlki qaydaya uyğun olaraq həyata keçirilir.

Məhəllə komitəsi görüləcək tədbirlərin siyahısını və növbəliyini müəyyən edir və görülmüş işlərin uçotunu

aparır. Onlar lazım olan hallarda, lakin iki ayda bir dəfədən az olmamaq şərti ilə çağırılır və üzvlərin yarısından

çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir. Məhəllə komitəsinin qərarları açıq səsvermə vasitəsilə və adi səs

çoxluğu ilə qəbul olunur. Məhəllə komitəsi öz fəaliyyəti barədə altı ayda bir dəfə vətəndaşların yığıncağında

hesabat verir. Yığıncağın keçirilməsi haqqında müvafiq məhəllə komitəsinin fəaliyyət göstərdiyi ərazidə

yaşayan şəxslərə bir həftə qabaq məlumat verilməlidir.

Page 94: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

94

Yerli əhalinin iradəsinin ən yüksək ifadə forması yerli özünüidarəetmə orqanlarına seçkilərdir. Seçkilər

xalqın öz hüquqlarından birbaşa istifadəsinin kütləvi formasını təqdim edir və məhz seçkilər vasitəsilə yerli

özünüidarəetmə orqanları yaradıldığından o, böyük əhəmiyyət kəsb edir. Onlar vasitəsilə isə əhali yerli

özünüidarəetməni həyata keçirir. Eyni zamanda seçkilər vasitəsilə yerli özünüidarəetmənin nümayəndəli

orqanları yaradılır. Seçkilərin əhəmiyyəti yalnız bunlarla məhdudlaşmır. Vətəndaşlar seçki prosesinin gedişində

öz təkliflərini vermək, onların işini təşkil etmək səlahiyyətlərinə malikdirlər. Hər bir seçki kampaniyası

vətəndaşların seçki aktivliyinin inkişafmı stimullaşdırır, onların təminatı üçün zəruri şərtlər yaradır.

Müstəqil Azərbaycan Respublikasında 1999, 2004 və 2009-cu illərdə bələdiyyə seçkiləri keçirilmişdir.

Göstərmək lazımdır ki, Respublikamızda yerli özünüidarəetmənin inkişaf yolu uğurla davam edir, dövlətimizin

başçısı tərəfindən bələdiyyələrin inkişafı üçün bir sıra tədbirlər görülür. Əgər gələcəkdə seçkilərdə ləyaqətli

komandanın formalaşması prosesi davam edərsə, bu daha məqsədəmüvafiq olar və bələdiyyələrin fəaliyyətində

irəliləyişə səbəb olar.

Bələdiyyə seçkilərinin keçirilməsi qaydası 27 may 2003-cü il tarixli Azərbaycan Respublikasının Seçki

Məcəlləsi ilə tənzimlənir. Siyasi partiyaların, siyasi partiya bloklarının da bələdiyyə seçkilərində iştirakı qanun-

vericiliklə müəyyən olunmuşdur. Bələdiyyə seçkiləri 5 ildən bir ümumi, bərabər və birbaşa seçki hüququ

əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə keçirilir.

Seçki günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan

Azərbaycan Respublikası vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Bir şəxsin birdən çox bələdiyyə

üzvlüyünə namizəd kimi qeydə alınmasına yol verilmir (3, s. 238).

Yerli özünüidarənin həyata keçirilməsinin formalarından biri də əhalinin bələdiyyə aktlarmı yaratmaq

təşəbbüsüdür. Bələdiyyənin nizamnaməsinə uyğun olaraq, əhalinin yerli əhəmiyyətli məsələlərə dair bələdiyyə

aktları yaratmaq təşəbbüsü vardır. Yerli əhəmiyyətli məsələlər barəsində əhalinin bələdiyyələrə verdiyi

bələdiyyə aktlarının layihələri hökmən əhalinin nümayəndələrinin iştirakı ilə açıq iclaslarda müzakirə olunmalı,

nəticələri rəsmən elan olunmalıdır. Bu hüququn yerli əhaliyə verilməsi mütərəqqi haldır, həmçinin

bələdiyyələrin yerli əhalinin maraqlarına uyğun davranmasına səbəb olur. Yerli əhali bələdiyyənin diqqətindən

kənar qalan məsələlər barədə bələdiyyə orqanlarını məlumatlandıraraq onların fəaliyyətinə yardımçı olur.

“Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il Azərbaycan Respublikası Qanununun 31-ci

maddəsində yerli özünüidarənin həyata keçirilməsində əhalinin iştirakının digər formaları (məhəllə komitələri,

assosiasiyalar, xeyriyyə təşkilatları və s.) təsbit olunsa da, onların səlahiyyətləri, təşkili prinsipləri, fəaliyyət

formaları, məsuliyyəti və s. məsələlərə aydınlıq gətirilməyib və bu barədə heç bir hüquqi norma müəyyən

olunmamışdır. Bu isə gələcəkdə yerli qanunvericilik aktlarının qəbul olunmasını tələb edir.

Təklif olunur ki, Avropa ölkələrində olduğu kimi assosiasiyaların xeyriyyə təşkilatlarının fəaliyyət

göstərməsinin əsaslan qanunvericilikdə müəyyən olunsun, Rusiya Federasiyasında olduğu kimi assosiasiyaların

və xeyriyyə təşkilatlarının fəaliyyəti üçün bələdiyyə büdcəsindən hər il maliyyə vəsaitləri ayrılsın və həmin

təşkilatlar daimi fəaliyyət göstərən bir quruma çevrilsinlər. Azərbaycan Respublikasının yerli özünüidarəetməyə

dair qanunvericiliyində nəzərdə tutulmasa da, bir çox ölkələrin qanunvericiliyində yerli özünüidarəetmə

orqanlarının mövcud olduqları ərazinin tarixi, mədəni, iqtisadi-sosial, milli və digər adət-ənənələrini özündə əks

etdirən özünəməxsus simvolikaya - gerbə, emblemə, bayrağa və s. malik olmaq imkanı nəzərdə tutulub (8, s.

321). Gələcəkdə Azərbaycan Respublikasında bələdiyyə əhalisi qanunvericiliyə uyğun olaraq bu cür imkanların

olmasını istəyərsə, bu məsələlərin həll edilməsi zamanı da assosiasiyaların, xeyriyyə təşkilatlarının fikrinin

öyrənilməsi məqsədəuyğun olardı.

İstifadə olunmuş mənbələr:

1. Abdullayev A., Nağıyev F.T. İnzibati hüquq: Dərslik. Bakı: Qanun, 2008

2. Abdullayev E.İ. İnzibati hüquq: Dərslik. Bakı: ABU, 2001

3. Azərbaycan Respublikasının Seçki Məcəlləsi. Bakı: Qanun, 2009

4. Əsgərov Z.A., Nəsirov E.H., İsmayılov M.İ. Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun

əsasları: Dərslik. Bakı: Qapp-Poliqraf, 2005

5. Nağıyev F.T. Konstitusiya hüququ. Mühazirə mətnləri. Bakı: Qanun, 2009

Алиев Субхан

Формы осуществления местного самоуправления

в Азербайджанской Республике

РЕЗЮМЕ

В статье описываются формы осуществления местного самоуправления в Азербайджанской

Республике. На основе проведенных исследований автором выдвинуты некоторые предложения по

создании новых образований и институтов в связи с усовершенствованием их деятельности.

Rəyçilər: h.e.d. M.Ə.Cəfərquliyev;

h.e.d. E.İ.Abdullayev

Page 95: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

95

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Elmi Şurasının 19 dekabr 2009-cu il tarixli iclasının qərarı

ilə (protokol № 4) çapa məsləhət görülmüşdür.

“Qanun”.-2010.-№3.-S.115-119.

Page 96: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

96

BƏLƏDİYYƏLƏRİN KADR PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI

İbrahimxəlil İBRAHİMOV

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

“Dövlət idarəetməsi və menecment” kafedrasının baş müəllimi,

kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru

Hər bir inkişaf etmiş demokratik ölkə vətəndaşı yaşadığı dövlətin konstitusiya quruluşundan və dövlət

formasından asılı olmayaraq özünü ilk növbədə yerli hakimiyyət səviyyəsində ifadə və təsdiq edir, о burada

onun gündəlik həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər.

Dövlət idarəçiliyi özünün miqyasına və realizə olunma xüsusiyyətlərinə görə mərkəzi dövlət idarəçiliyinə

və yerli dövlət idarəçiliyinə ayrılır. Bu iki pillənin arasında duran regional idarəçilik də mövcuddur. Lakin

regional idarəçilik nadir hallarda xüsusi təşkilati formalara malik olur. Bunun başlıca səbəbi isə idarəetmənin

əsas funksiyaları regional səviyyədə deyil, mərkəzi və yerli səviyyədə həyata keçirilir.

Dövlətin qarşısında saysız-hesabsız problemlər durur. Həmin problemlərə müxtəlif yanaşma tələb olunur.

Dövlət bəzən bu qədər çox müxtəlifliyi nəzərə almaq iqtidarında olmur. Bunun üçün onun imkanları azlıq edir

və bu imkanlar bir çox hallarda düzgün paylaşdırılmır, nəticədə dövlət üçün əlavə mənfi fəsadlar verən

idarəçilik yükü ortaya çıxır və yeni problemlər yaranır. Bu problemlərdən azad olunmağın ən faydalı yolu

idarəçilik yükünün səmərəli şəkildə paylanmasıdır. Bunun ən optimal variantı isə dövlət tərəfindən idarə olunan

obyektlərin bəzilərinə özünü idarəetmək imkanlarının verilməsidir. Bunun nəticəsində dövlətin idarəçilik yükü

azalır, idarəetmənin səmərəliliyi və dövlətin maraqları təmin olunur. Dövlətin idarəetmə funksiyası müxtəlif

qurumlarla bölüşdürülür.

Nəticə etibarilə yerli özünüidarəetmə qurumu meydana çıxır. Yerli özünüidarəetmə dövlət fəaliyyətinə

yaxındır və ictimai maraqların təmin olunmasına yönəlir. Yerli özünüidarəetmə mahiyyətcə bu və ya digər

ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən sərbəstliyin verilməsidir.

1991-ci il oktyabr ayının 18-də dünyanın siyasi xəritəsinə yeni bir dövlətin – Azərbaycan Respublikasının

adı daxil oldu. Yeni müstəqillik qazanmış Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun

olaraq ölkədə ictimai həyatın bütün sahələrində tədricən yeniləşmə, müasirləşmə prosesləri baş verdi. Bu

proseslər bütövlükdə ölkədə, о cümlədən yerlərdə idarəetmə sisteminin yenidən qurulmasını tələb etdi ki, bu da

demokratikləşmə prosesinin başlanğıcı kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına səbəb oldu.

Bütün yaranmış mürəkkəb problemlərə baxmayaraq, Azərbaycan Respublikasında böyük demokratik

islahatların müəllifi ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə 1993-cü ilin ortalarından

başlayaraq Azərbaycanın tarixində ilk dəfə əsas demokratiya institutu kimi seçkili yerli özünüidarə orqanları –

bələdiyyələr yaradıldı.

Azərbaycan dövlətçiliyinin tarixində demokratik əsasda təşkil edilmiş və sistemli fəaliyyət göstərən yerli

özünüidarə orqanı olmamışdır.

Bu məsələ ilk dəfə möhtərəm Prezidentimiz Heydər Əliyevin şəxsən iştirakı və sədrliyi ilə hazırlanan və

1995-ci il noyabr ayının 12-də keçirilən Azərbaycan Respublikası Referendumunda qəbul edilmiş Azərbaycan

Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. (1)

Konstitusiyanın tələblərinə uyğun olaraq yerli özünüidarə orqanları kimi bələdiyyələrin formalaşdırılması,

onların işinin təşkili, səlahiyyətləri, müstəqilliyinin təmin olunması məqsədilə 2 iyul 1999-cu ildə

“Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrə seçkilərin qaydası haqqında” və 15 oktyabr 1999-cu ildə

“Bələdiyyələrin Nürnunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunları

qəbul edildi.

Bu qanunlar Azəraycan Respublikasının Konstitusiyasına uyğun olaraq yerli özünüidarəni həyata keçirən

bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, onların hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata

keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirmişdir.

Beləliklə, vaxtılə totalitar model əsasında fəaliyyət göstərmiş müstəqil Azərbaycanda hakimiyyətin qeyri

mərkəzləşməsi, idarəçilik səlahiyətlərinin, dövlətə məxsus əmlakın və maliyyə mənbələrinin, iqtisadi – sosial

obyektlərin bir hissəsinin və onlara sahiblik, sərəncamçılıq səlahiyyətlərinin mərkəzdən yerlərə verilməsi

əsasında ilk dəfə yerli özünüidarə sistemi yaradıldı.

1999-cu il dekabr ayının 12-də Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarə orqanlarına – bələdiyyələrə

seçkilər keçirildi. Bu Azərbaycan xalqının həyatında, Azərbaycanın dövlətçilik tarixində çox böyük hadisə

olaraq demokratik, hüquqi dövlət quruculuğuna doğru çox uğurlu irəliləyiş oldu.

Geniş səlahiyyətlər əldə etmiş bələdiyyələr iqtisadi, sosial və məişət xarakterli yerli problemlərin həlli

barədə məsuliyyəti də öz üzərinə götürməli oldular.

Page 97: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

97

Yerli özünüidarə xüsusi institutdur. Burada həm geniş nəzəri biliklər sistemi, həm zəngin praktiki dəyərlər

mövcuddur.

Lakin bələdiyyələr yaranmasından artıq 11 il vaxt keçməsinə baxmayaraq, onlar bu gün də bir sıra

problemlərlə qarşılaşır. Ayrı-ayrı hallar istisna olmaqla, bütövlükdə respublikada bələdiyyə orqanlarının

fəaliyyətində nəzərəçarpacaq dərəcədə canlanma hiss olunmur. Bunun başlıca səbəblərindən biri yerli

özünüidarəetmə sisteminin inkişafında vacib olan kadr probleminin tam həllinin təmin olunmamasıdır.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri akademik Ramiz Mehdiyev 2008-ci il iyun

ayında Bələdiyyə sədrlərinin ikinci Ümumrespublika toplantısındakı çıxışında demişdir “Bələdiyyələrin inkişafı

bələdiyyə üzvlərinin və qulluqçularının idarəetmə qabiliyyətindən, peşəkarlıq səviyyəsindən bilavasitə asılıdır.

Onların müvafiq tədris kurslarına cəlb edilməsi ilbəil artır. Lakin bu artım daha çox olmalıdır. Bələdiyyələr və

onların milli assosiasiyaları bu işdə diqqəti artırmalıdırlar”. (3)

Bütövlükdə cəmiyyətdə demokratikləşmə prosesinin ümumi vəziyyətini əks etdirən bu problemlər bir

tərəfdən obyektiv olaraq müstəqil dövlətçilik təcrübəsinin azlığı, yerli özünüidarəetmə sahəsində ənənələrin

olmaması, cəmiyyətdə demokratik şüurun və demokratiya mədəniyyətinin nisbətən aşağı səviyyəsi, vətəndaş

təşəbbüskarlığının zəifliyi ilə bağlı olsa da, digər tərəfdən əsasən bələdiyyə idarəçiliyi sahəsində yüksək ixtisaslı

mütəxəssis kadrların çatışmaması ilə əlaqədardır.

Dövlət müstəqilliyimiz möhkəmləndikcə, həyata keçirilən islahatların sürəti, iqtisadiyyatın inkişaf tempi

artdıqca ölkədə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, idarəetmənin və yerli özünüidarəetmənin

səmərəliliyinin artırılması ən vacib amillərdən birinə çevrilmişdir. Lakin keçmiş təsərrüfat formalarının yeniləri

ilə əvəz olunduğu və inkişaf etmiş dünya ölkələrinin qabaqcıl idarəetmə sistemlərinin, yeni texnologiyaların

yaratdığı belə bir şəraitdə özünü idarəetmə sistemində çalışan rəhbər kadrların böyük əksəriyyəti ətraf mühitdə

baş verən dəyişikliklərə tam uyğunlaşa bilmir, xalqın ümumi mənafeinə xidmət edən mürəkkəb idarəetmə

məsələlərinin həllində peşəkarlıqla bağlı çətinliklərlə üzləşirlər, yerli özünüidarəetmənin səmərəliliyini təmin

edə bilmirlər.

Azərbaycanın zəngin təbii sərvətləri var. Onlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar.

Təbii sərvətlərdən və daxili potensial imkanlardan səmərəli istifadə edən hər bir qurum dövlət büdcəsinin və

yerli bələdiyyə büdcəsinin formalaşmasında iştirak etməlidir. Lakin statistik faktlar göstərir ki, əksər

bələdiyyələr öz büdcəsinə gəlir gətirmədiyi halda, dövlət tərəfindən ayrılan dotasiyanın böyük hissəsi

bələdiyyənin və onların fəaliyyətsiz icra strukturlarının saxlanılmasına yönəldilmişdir. Bu tamamilə yanlış

yanaşmadır. Məlumdur ki, dövlətin ayırdığı dotasiya vəsaitləri bələdiyyə üzvlərinin və qulluqçuların maaşına,

yaxud digər cari xərclərə deyil, məqsədli sosial proqramların həllinə şərf edilməlidir.

Bunlar həmin bələdiyyələrdə çalışan kadrların qanunları bilmədiklərini və təşkilatçılıq bacarıqlarının

olmadığını göstərir.

Yerli özünüidarəetmənin mühüm şərtlərindən biri təşkilati strukturun formalaşdırılmasıdır. Bələdiyyələrin

təşkilati strukturu onların vəzifə və funksiyalarına uyğun olmalı, izafi xərclərə yol verilməməli, yerli və

ümumdövlət maraqlarının optimal əlaqələndirilməsinə xidmət etməlidir. Bu problemlərin məqsədli həlli üçün

isə peşəkar və işgüzar kadr potensialına ehtiyac yaranır.

Yeni yaradılmış müstəqil ölkəmizdə özünüidarəetmə sahəsində ənənələrin və idarəetmə təcrübəsinin

olmaması nəticəsindəl999-cu ildə respublikada olan 4500 müstəqil yaşayış məntəqəsinin (şəhər, rayon, qəsəbə,

kənd) 2767-də və ya 61,5% də bələdiyyələr yaradıldı. Yaradılan bələdiyyələrin çoxu isə ərazi və əhali

baxımından xırda, imkansız bələdiyyələrdir. Əhalisi 1000 nəfərdən az olan bələdiyyələr yaradılmış

bələdiyyələrin 46 faizini təşkil edir. Respublikada hər yüz min əhaliyə 34,6 bələdiyyə düşür. İnkişaf etmiş

ölkələrlə müqaisə etsək, əhalinin hər yüz min nəfərinə Polşada 6,5, Belçikada 5,6, Hollandiyada 4,

Bolqarıstanda 3,4, İtaliyada – 13,5, Litvada – 1,6, Almaniyada 1,7, Böyük Britaniyada 0,7 faiz bələdiyyə düşür.

Bu о deməkdir ki, Azərbaycanda ərazi və əhali baxımından xırda bələdiyyələr yerli problemlərin həllində

mümkünsüzdürlər. Bu problemi aradan qaldırmaq məqsədilə ölkə rəhbərliyi qeyri-hökümət qurumu olan

bələdiyyələrə birləşmək, ayrılmaq, birgə fəaliyyət göstərmək imkanları yaratmışdır. Belə ki, “Bələdiyyələrin

birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 14 aprel 2000-ci

il 858-1Q №-li qanunu qəbul edilmişdir.

Ötən bələdiyyə seçkilərində əksər bələdiyyələrdə bələdiyyə üzvlüyunə təsadüfi adamlar seçilmiş, ali

təhsilli, təcrübəli şəxslər, qadınlar və gənclər çox azlıq təşkil etmişdir. Lakin 23 dekabr 2009-cu ildə aparılmış

bələdiyyə seçkilərində az olsa dəyişikliklər olmuşdur. Yəni, respublika üzrə bələdiyyələrin sayı 2767-dən

azalaraq 1718 olmuşdur. 22.000 bələdiyə üzvünün əvəzinə 15.591 nəfər seçilmişdir. Hazırda seçilmiş bələdiyyə

üzvlərinin 9979 nəfəri və ya 64%-i ali təhsilli, 5612 nəfəri və ya 36%-i orta və ya natamam ali təhsillidir. Ötən

seçkilərdə qadınlar bələdiyyə üzvlərinin sayının 4%-i, son seçkilərdə isə 26%-i, təşkil etmişdir. Gənclərin sayı

isə 34%-dən 44%-ə yüksəlmişdir.

Page 98: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

98

Azərbaycanda yerli özünüidarəetmə sisteminin səmərəli fəaliyyətini təmin etmək məqsədilə bələdiyyə

idarəçiliyinin normativ hüquqi bazası işlənib hazırlanmış, eyni zamanda ölkə ərazisində yaranmış çoxsaylı

bələdiyyələrdə yerli özünüidarəetmə fəaliyyətinin praktiki reallaşdırılması nisbətən həyata keçirilir, yerli

özünüidarələrin seçkili və icra orqanlarının iş təcrübəsinin toplanması prosesi gedir.

Ölkədə gedən dinamik inkişaf, iqtisadiyyatın intensiv modernləşməsi ictimai şüurun daha da

demorkatikləşməsinə təkan vermişdir. Son illər ərzində həyata keçirilmiş genişmiqyaslı və ardıcıl iqtisadi

islahatlar əhalinin rifah halını yüksəltmiş, insanları daha sərbəst etmiş, onlarda cəmiyyətin bərabər hüquqlu üzvü

olmaları hissini formalaşdırmış və möhkəmləndirmişdir. Bələdiyyələr də bu proseslərin böyük əksəriyyətinin

bilavasitə iştirakçısı kimi Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması və demokratik prinsiplərin tətbiqi

işinə öz paylarını vermişlər və bu iş davam etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Milli Məclisin Azərbaycan Parlamentinin 90

illik yubileyinə həsr olunmuş təntənəli yığıncağındakı nitqində ölkənin demokratikləşməsi istiqamətində həyata

keçirilən siyasətə toxunaraq demişdir. “Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli

maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət göstərir. Siyasi

proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar

arasında birliyin möhkəmlənməsi – bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır”[2].

Ölkədə başlanmış islahatlar prosesinin çox mühüm tərkib hissələrindən biri idarəetmə sahəsində kadr

siyasətinin aktivləşdirilməsi olmuşdur.

Müstəqil ölkəmizdə hakimiyyətin qeyri mərkəzləşdirilməsi kursu və yerli özünüidarəetmə institutunun

təşkili yeni kadrlar – bələdiyyə qulluqçuları korpusunun formalaşdırılmasına, bələdiyyələrin nümayəndəli

orqanları üçün kadr hazırlığına tələbat yaratmışdır.

Bu problemin həlli üçün birinci növbədə bələdiyyələrin fəaliyyətinin mahiyyəti, istiqamətləri, forma və

metodları haqda müntəzəm məlumatlandırma sistemləri və mexanizmləri işlənməli və həyata keçirilməlidir.

Bələdiyyə orqanları üçün mürəkkəb kadr hazırlığı sistemini iki qrupa bölmək olar:

1. 1. Bələdiyyələrin fəaliyyətinin tamlığına, işlərin razılaşdırılması və əlaqələndirilməsinə cavabdeh olan

ümumi idarəçilik sahəsindəki mütəxəssislərin hazırlanması;

2. 2. Bələdiyyələrin fəaliyyətinin ayrı-ayrı sahələri, bələdiyyə müəssisələrinin işi üzrə cavabdehlik daşıyan

ixtisaslaşmış bələdiyyə qulluqçularının hazırlanması.

Bələdiyyə idarəçiliyi üzrə kadr hazırlığının istiqamətlərinin müxtəlifliyini nəzərə alaraq, birinci növbədə

bələdiyyənin fəaliyyət istiqamətinin tamlığı təmin edilməli və yalnız dövlətin və əhalinin xeyrinə olan ümumi

istiqamət işlənib hazırlanmalıdır. Bu da bələdiyyə qulluqçularının əhali ilə əməkdaşlığa hazır olmasına və əhali

qarşısında cavabdehlik daşımasına zəmanət verməlidir.

Azərbaycan təhsil sistemində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə hazırlanan kadrların

səviyyəsi aşağıdakı tələblərə cavab verməlidir:

- İdarəçilik sahəsində münasib biliklərə və praktiki vərdişlərə yiyələnməli;

- Bazar iqtisadiyyatının xüsusiyyətləri və imkanları dərk olunmalı və ona əsaslanan dünya görüşü

formalaşmalıdır;

- Təşkilatın zəif və güclü cəhətlərini təhlil edilərək, onun strategiyası işləyib hazırlamalı və həyata

keçirilməsi təşkil edilməli;

- İdarəetmə üzrə menecment – müasir analitik təhlil vasitələrindən istifadə olunmalı;

- Bələdiyyə idarəetməsi sahəsində inkişaf etmiş demokratik dövlətlərin təcrübəsi öyrənilməli və onlardan

geniş istifadə edilməli;

- Bələdiyyə qulluqçuları əhali ilə əməkdaşlığa hazır olmalı və əhali qarşısında cavabdehlik daşıdığını dərk

etməli;

- Bələdiyyə qulluqçularında müstəqil qərar qəbul etmək bacarığı, ümumi fayda naminə kompramislərin

axtarışını və qarşılıqlı fəaliyyət göstərməsini təmin etmək qabiliyyəti olmalı;

Azərbaycan Respublikasında bələdiyyə idarəçilik sistemində göstərilən belə yüksək peşəkarlıq

səviyyəsinin tələblərinə cavab verə biləcək kadr hazırlığı sahəsinin təkmilləşdirilməsi tələb olunur.

Akademik Ramiz Mehdiyevin yuxarıda qeyd etdiyimiz çıxışına dediyi kimi “Yerli özünüidarəetmə

orqanlarının uğurlu fəaliyyəti vətəndaşların onların işində fəal iştirakından çox asılıdır. Düzdür, son zamanlar

bələdiyyə qərarlarının qəbul edilməsində sakinlərin iştirakı müşahidə olunur. Lakin yerli özünüidarəetmədə

fəaliyyət səviyyəsi, açığını deyim, çox aşağıdır. Bələdiyyələr vətəndaşların yığıncaqlarda iştirakında, müxtəlif

təkliflərlə çıxış etməsində maraqlı olmalı, vətəndaş təşəbbüskarlığının artırılması üçün geniş şərait

yaratmalıdırlar”. (3)

Bələdiyyə qulluqçularında müstəqil qərar qəbul etmək bacarığı, axtarışa və qarşılıqlı fəaliyyətə hazır

olmaq keyfiyyəti olmalıdır. Bələdiyyələrin inkişaf proqramlarının işlənib hazırlanması və reallaşdırılması, əhali

Page 99: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

99

və dövlət strukturları ilə səmərəli qarşılıqlı fəaliyyət göstərməsi üçün bələdiyyə qurucularından kifayət qədər

hüquqi hazırlığa malik olmaları tələb olunur.

Elə bu istəklə də Ulu Öndər Heydər Əliyevin xüsusi Fərmanı ilə 1999-cu ildə Azərbaycan Respublikası

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmışdır. Onun əsas məqsədi – ölkənin idarəetmə

sistemi üçün yüksək ixtisaslı kadrların hazırlanması olmuşdur.

Dövlət və bələdiyyə idarəçiliyi sahəsində mütəxəssis kadrların hazırlığı keyfiyyətinin yüksəldilməsində

tələbələrin istehsalat təcrübəsinin təşkili mühüm əhəmiyyət kəsb edir.

İstehsalat təcrübəsi hazırlıq prosesinin mühüm bir hissəsi olduğu üçün elə təşkil olunmalıdır ki, tələbələr

üçün sınaq yeri olsun və onlara təşkiletmə və idarəetmə ilə bağlı təcrübə əldə etməyə, öz bilik və bacarıqlarını

təcrübədə yoxlamağa imkan yaratsın.

Azərbaycan təhsil sistemində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə hazırlanan kadrların

peşəkarlıq və idarəetmə sahəsində lazımi biliklərə və praktiki vərdişlərə yiyələnmələrini təmin etmək məqsədilə

bələdiyyələr üçün qabaqlayıcı kadr hazırlığı proqramları işlənib hazırlanmalıdır. Bu kadrların cavab verməli

olduğu yüksək peşəkarlıq səviyyəsinə tələblərin formalaşdırılmasını, bu səviyyəni təmin etməyə imkan və onun

bütün əsas aspektlərini əhatə edən tədris planları və hazırlıq proqramları olmalıdır. Istehsalat təcrübələrinin

keçirilməsində, yeni təlim metodlarından və texnologiyalardan istifadə edilməlidir.

Tədris planı idarəetmənin əsas funksional sahələrini, о cümlədən, dövlət və bələdiyyə idarəçiliyinin

xüsusiyyətlərini, beynəlxalq təcrübəni, maliyyə – iqtisadiyyatın, vergi sisteminin dövlət tənzimlənməsi, dövlət

və bələdiyyə qulluğunun idarə olunması, dövlət və bələdiyyə mülkiyyətinin, maliyyəsinin, əmlakının idarə

olunmasını, informasiya, hüquq və insan ehtiyyatların idarə olunmasını və s. əhatə etməlidir.

Hazırda bir ona ümid edirik ki, bələdiyyə idarəçiliyi sahəsində dövlət və bütövlükdə cəmiyyət

səviyyəsində görülən bütün bu işlər bələdiyyə institutlarının yenidən təşkili prosesinə təkan verəcək,

bələdiyyələri öz ərazilərində yaşayan əhalinin rifah halının yüksəldilməsinə xidmət edən bir quruma

çevirəcəkdir.

İstifadə olunmuş ədəbiyyat

1. 1. Azərbaycan Respublikasının Konstitusiyası (IX-X fəsil). B., 2009.

2. 2. Əliyev İ.H. Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli

yığıncağında nitqi. Dövlət idarəçiliyi. 2008 № 2, səh.94.

3. 3. Mehdiyev R.Ə. Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin

tətbiqində bələdiyyələrin iştirakına dair bələdiyyə sədrlərinin II Ümumrespublika toplantısında çıxışı.

Azərbaycan qəzeti 26 iyun 2008.

4. 4. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu. 2 iyul 1999-cu il.

5. Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu. 2 iyul 1999-cu il.

6. Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının

Qanunu. 15 oktyabr 1999-cu il

7. Bələdiyyə üzvünün statusu haqqında Azərbaycan Respublikasının Qanunu. 18 aprel 2000-ci il.

8. Yerli özünüidarə haqqında Avropa Xartiyası – Strasburq 15 oktyabr 1985.

9. Bələdiyyələr haqqında sənədlər toplusu. Qanun, Bakı -2008-ci il

10. Azərbaycanda və Gürcüstanda yerli özünüidarə. – Avrasiya fondu, Bakı 2002.

11. Azadov E., Bağırzadə M., Əhmədov F. Azərbaycan bələdiyyələri, “Sosial strateji tədqiqatlar və

analitik araşdırmalar” İB. B; 2004

12. Bağırzadə M. Bələdiyyə fəaliyyətinin elmi-metodiki təminatı. Yerli özünüidarə, B; may 2001.

13. Dr.Eyub Zəngin. Bələdiyyəçilik maarifi və təhsilində dərgilərin yeri və əhəmiyyəti. -Yerli özünü

idarə B; iyun 2001.

14. Qəndilov S.T. Kadr hazırlığı bələdiyyələrin səmərəli fəaliyyətinin mühüm şərtidir. B; 2001

15. Qaralov Z. Regional özünüidarənin əsas prinsipləri. B; 2001.

16. Ronald Yanq, Azadov E. Dövlət idarəetməsində islahatlar: Nailiyyətlər, problemlər, perspektivlər. B;

2005.

17. Səlimzadə M., Xəlilov Q. Yerli özünüidarəetmə: Anlayış, Təcrübə, Əməkdaşlıq, Hüquqi Əsaslar. B;

2010

И.А.Ибрагимов. Старший преподаватель кафедры «Государственного управления

и менеджмента» Академии Государственного Управления при Президенте

Азербайджанской Республики, доктор философии по сельскохозяйственной науке

Page 100: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

100

Кадровая политика муниципальных органов и пути их решения

Резюме

В статье отражено содержание процесса формирования системы местного самоуправления при

перестройке системы управления на местах как начало процесса демократизации во всех сферах

общественной жизни страны после объявления независимости Азербайджанской Республики 18 октября

1991 года и согласно требованиям собственной конституции. Как известно, в конституции

Азербайджанской Республики принята форма системы муниципального самоуправления в качестве

проведения в жизнь принципов местного самоуправления и 12 декабря 1999-го года были формированы

в стране муниципальные органы выборным путем. В статье нашло свое отражение вопросы создания

системы подготовки работников для вновь созданного органа и пути решения кадровой проблемы.

I.A.Ibrahimov. The Academy of Public Administration under the President of the Republic of

Azerbaijan, “State Administration and Management ” unit, candidate of science in agriculture

The Cadre Problems of Municipalities and their Solution

Summary

This article deals with the formation of municipality system after the country gained independence on 18

October, 1991, according to the constitution requiring democratization in all areas of the social life of the

country. The process of forming the municipality system as the beginning of the process of reconstruction

replaces the management system and continues democratization. The system of municipality governance has

been accepted as the form of electoral principle implementation and municipalities were formed in this way on

12 December, 1999 for the first time. The paper also deals with the system of cadre preparation to function in

this newly formed body and the ways of the problems solution.

Dövlət idarəçiliyi.-2010.-№4(32).-S.154-158.

Page 101: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

101

DÖVLƏTİN VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏNİN MARAQLARININ TƏMİNATININ

HÜQUQİ MEXANİZMİ

Xəyyam İSMAYILOV,

hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan dövlətinin maraqlarının təminatının hüquqi mexanizmi ilkin olaraq onun konstitusiyasında öz

təzahürünü tapır. Konstitusiyamızda Azərbaycan xalqının ümumi maraqları kimi dövlətin müstəqilliyinin,

suverenliyinin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşa təminat verilməsi, vətəndaş cəmiyyətinə

nail olunması, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlətin qurulması, ədalətli iqtisadi və sosial

qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsi, ümumbəşəri dəyərlərə sadiq qalaraq

bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyətin

göstərilməsi ifadə olunmuşdur (1, 94). Konstitusiya ilə dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan

xalqı olduğu və öz müqəddəratını müstəqil və sərbəst həll etməyin və öz idarəetmə formasını

müəyyənləşdirməyin onun suveren hüququ olması nəzərdə tutulduğundan yuxarıda sadalanan niyyətlərdə xalqın

və dövlətin maraqlarının vahidliyini görürük. Bu maraqların hüquqi təminatını elə Konstitusiyanın müxtəlif

müddəalarında izləmək olar.

Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində dövlətin ali məqsədinin insan və

vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi olduğu göstərilir.

Demokratik, hüquqi dövlətin (Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövləti məhz belə ifadə olunur) əsas

vəzifəsi vətəndaşlarının hüquq və azadlıqlarının realizəsi üçün ən münasib və əlverişli şəraitin yaradılması hesab

olunur. Bu zaman səmərəli dövlət quruluşu məsələsi elə hakimiyyət və idarəetmə sisteminin yaradılmasına

yönəldilməlidir ki, həmin sistem çərçivəsində göstərilən vəzifə daha effektiv şəkildə həll edilə bilsin.

Azərbaycanda XX əsrin 90-cı illərinin ortalarından başlayaraq formalaşdırılan hakimiyyət orqanları

hakimiyyətlərin bölgüsü prinsipinə əsaslanır və hər biri, yəni qanunvericilik, icra və məhkəmə hakimiyyətləri öz

səlahiyyətləri çərçivəsində müstəqil olsalar da, dövlətin maraqlarının təmin olunması baxımından qarşılıqlı

fəaliyyət göstərirlər. Həmin dövrdə həyata keçirilən konstitutusiya və bələdiyyə islahatları praktiki olaraq yerli

idarəetmə və özünüidarəetmənin qitə (fransız) və qismən ingilis (anqlosakson) modellərinin elementlərinin

uzlaşmasına əsaslanırdı. Yerli hakimiyyətin təşkilinin bu qarışıq sistemində idarəçilik həm seçkili hakimiyyət

orqanları olan bələdiyyələr, həm də yerlərə təyin olunan icra başçıları və nümayəndəlikləri vasitəsilə həyata

keçirilir. Bu da müasir dövrdə Azərbaycan Respublikasında yerli özünüidarəetmənin özünəməxsus cəhətlərinin

öyrənilməsi və onun dövlət hakimiyyəti, xüsusilə də hakimiyyətin yerli təmsilçiləri ilə qarşılıqlı əlaqələrinin

araşdırılması zamanı müqayisəli-hüquqi yanaşmadan istifadə olunmasını tələb edir.

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə bir-biri ilə sıx bağlılığa malikdir, çünki onların hər ikisi vahid

mənbədən xalq hakimiyyətindən qaynaqlanır. Həm dövlət hakimiyyəti orqanları, həm də yerli özünüidarəetmə

orqanları kütləvi hakimiyyətin həyata keçirilməsinin müxtəlif, lakin bir-birini tamamlayan formalarıdır. Digər

tərəfdən, dövlət orqanlarının və yerli özünüidarəetmənin fəaliyyəti eyni subyektin əhalinin maraqlarının

təminatına istiqamətlənmişdir ki, bu da onların fəaliyyətinin əlaqələndirilməsi yönümündə çox vacib bir amildir.

Dövlət hakimiyyəti müxtəlif sosial qruplar, eləcə də ayrı-ayn regionlar üçün eynilik təşkil edən ümumi inkişaf

tələblərinin təmin olunmasına yönəlik xalqın özünütəşkili formalarından biri sayılır. Tədricən şüurlarda yer

almış və qanunlarda təsbit edilmiş həmin ümumi tələblər ümumdövlət maraqlarına çevrilir. Belə ümumdövlət

maraqlarından biri kimi qanunvericiləri yerli ehtiyacların «təzyiqi»ndən azad etmək məqsədilə parlament

üzvlərinin sərbəstliyi, yəni onu seçmiş müvafiq ərazinin əhalisi qarşısında hesabatlı olmaması əlamətinin

qanunvericiliklə təsbiti məqbul hesab olunmuşdur. Lakin bununla bağlı ayn-ayrı sosial təbəqələr içərisində baş

verən əhvali-ruhiyyəni qiymətləndirməli olsaq, dövlətin bu məsələdə hamının ümumi marağını əks etdirməsini

bir qədər mübaliğəli hesab etmək olar.

Qanunlarda və qanun qüvvəli aktlarda ümumi maraqların realizəsi yerlərdə bu maraqları həyata keçirən

mərkəzi icra hakimiyyətinin yalnız şaquli deyil, həm də üfüqi sisteminin mövcudluğunu tələb edir. Dövlət

hakimiyyətinin bu funksiyası icra hakimiyyətinin yerli orqanlarının sistemi ilə təmin olunur və onun fəaliyyətini

təkbaşçılıq, yəni bilavasitə və müstəsna olaraq Prezidentə tabeçilik əsasında irəlicədən müəyyənləşdirir. Lakin

belə sistemdə prioritet dövlətin ümumi maraqlarına verilməlidir. Buna görə də dövlətin ümumi maraqları hər bir

regionun maddi-mənəvi resurslarının ayrılmaz hissəsidir.

Dövlət tərəfindən qəbul olunan qanunlarda və qanun qüvvəli aktlarda həm ümumi maraqların, həm də

yerli tələbatların nəzərə alınmasına yönəlik mövqe aşkarlansa da («Bələdiyyələrin statusu haqqında» 2 iyul

1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində dövlət hakimiyyəti orqanlarının

bələdiyyələrin təşəkkülü və inkişafı üçün zəruri hüquqi, təşkilati və maddi-maliyyə şəraitinin yaratması və yerli

özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə kömək göstərməsi öz əksini tapmışdır. («Azərbaycan» qəzeti,

Page 102: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

102

28 iyul 1999-cu il)), yerli məsələlərin həllində əhalinin daha effektiv iştirakını təmin edə biləcək və bu

məsələlərin hüquqi həllini özündə əks etdirməli olan normaların işlənib hazırlanmasına və qəbuluna ehtiyac hələ

də qalmaqdadır. Dövlətin ümumi maraqlarının və eləcə də yerli özünüidarəetmə maraqlarının həm hüquqi

təsbiti, həm də onların realizəsi dövlət hakimiyyəti orqanları qanunvericilik və icra hakimiyyəti orqanları ilə

özünüidarəetmə orqanları, daha doğrusu, onların arasında birgə məsləhətləşmələrin aparılmasını tələb edir.

Yerli özünüidarəetmə orqanlarına gəldikdə isə onlar bilavasitə dövlət orqanı hesab edilməsə də,

hakimiyyət səciyyəsi daşıyan fəaliyyəti həyata keçirir, xalqın öz hakimiyyətini həyata keçirməsinin müstəqil

forması qismində çıxış edirlər. Yerli özünüidarəetmənin təşkilati baxımdan dövlət aparatı orqanları sisteminə

daxil olmaması prinsipinin qanunvericiliyimizdə əks etdirilməsi regional məsələlərin həllində yerli

özünüidarəetmə orqanlarının daha müstəqil fəaliyyətini təmin etmək məqsədini güdür. Lakin yerli

özünüidarəetmə orqanlarının fəaliyyətindəki müstəqilliyin özü dövlət hakimiyyətində olduğu kimi (dövlət

hakimiyyəti də müəyyən məsələlərdə dövlətin tərəfdar olduğu beynəlxalq aktların hüquqi qüvvəsi ilə

məhdudlaşdırılır) müəyyən hüdudlar çərçivəsindədir. Yerli özünüidarəetmə dövlətdən ayrı olmadığından

dövlətin qanunlarmm hüquqi qüvvəsindən kənarda ola bilməz.

AR Konstitusiyasının 146-cı maddəsinin 2-ci hissəsində yerli özünüidarəetmə orqanları tərəfindən

dövlətin maraqlarının gözlənilməsinin vacibliyi əks etdirilmişdir. Həmin müddəada bələdiyyələrin öz

səlahiyyətlərini müstəqil həyata keçirərkən Azərbaycan dövlətinin suverenliyinə xələl gətirməsinin

yolverilməzliyi qeyd olunur. Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları eyni konstitusion

fəaliyyət prinsiplərinə malikdirlər.

Dövlət, Konstitusiya və qanunların qəbulu vasitəsilə yerli özünüidarəetmə təsisatlarını kütləvi hakimiyyət

səlahiyyətləri ilə təmin edir, qanunla müəyyən olunmuş hüdudlarda yerinə yetirilməsi məcburi olan aktların

qəbulu, öz büdcəsini müəyyən vergilərlə formalaşdırılması və s. kimi səlahiyyətlər verir. Yerli özünüidarəetmə

təsisatlarının bu səlahiyyətləri əsasən onun orqanları və vəzifəli şəxsləri tərəfindən realizə edilir. Özü də sakinlər

tərəfindən yerli özünüidarəetmə hakimiyyətinin bilavasitə həyata keçirilməsinin formalarının siyahısı

gerçəklikdə bir qədər məhdudlaşdırılmışdır. Digər tərəfdən, birbaşa demokratiya vasitələrindən istifadə etməklə

idarəetmə tənzimlənir. Belə ki, «Bələdiyyələrin statusu haqqında» 2 iyul 1999-cu il tarixli (2, m.405) və «Yerli

rəy sorğusu haqqında» 30 noyabr 1999-cu il tarixli (3, m.686) qanunlarla yerli rəy sorğusunun proseduru dəqiq

təsbit edilmişdir. Eyni zamanda «Bələdiyyələrin statusu haqqında» qanun əhalisi 500 nəfərdən az olan

bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək,

qərarlar qəbul etmək hüququna malik 18 yaşına çatmış, müvafiq bələdiyyə ərazisində yaşayan vətəndaşların

yığıncaqlarının keçirilməsinə yol verir. Həmçinin «Bələdiyyələrin məhəllə komitələri haqqında» 8 may 2001-ci

il tarixdə təsdiq edilmiş Nümunəvi Əsasnamə ilə (4, m.383) vətəndaşların ümumi yığıncağında (burada müvafiq

ərazidə səsvermə hüququ olan vətəndaşların iştirakı nəzərdə tutulurdu) 5-11 nəfərdən ibarət iki il müddətinə

məhəllə komitələrinin seçilməsi, onların yerli əhəmiyyətli məsələlərin həlli üzrə tədbirlər görməsi, rəy və

təkliflərin verilməsi, qanunvericiliyə zidd olmayan səlahiyyətlərin (onların bir qismi əsasnamədə sadalanır)

həyata keçirilməsi əks etdirilmişdir.

Bununla yanaşı, dövlət qanunvericilik aktları ilə yerli özünüidarəetmə orqanlarının üzərinə müvafiq

vəzifələr qoya, onlara müəyyən məhdudiyyətlər tətbiq edə, həmçinin nəzarət səlahiyyətlərinə malik olan dövlət

orqanları vasitəsilə onların fəaliyyətini nəzarətdə saxlaya, «Bələdiyyələrin statusu haqqında» qanunun 51-ci

maddəsi əsasında məsuliyyət tədbirləri tətbiq edə bilər. Dövlət kütləvi hakimiyyətin həyata keçirilməsinin ali

qarantı olmaqla, yerli özünüidarəetmə orqanlarından müəyyən edilmiş minimum səlahiyyətlər məcmusunu

dəqiq yerinə yetirilməsini tələb edir. Yerli özünüidarəetmə orqanlarının müvafiq funksiyaları yerinə yetirmək

iqtidarında olmadığı aşkarlandığı zaman həmin səlahiyyətlərin dövlətə və özünüidarəetmənin digər səviyyəsinə

ötürüldüyü hallar istisnalıq təşkil etməklə, bələdiyyələr bu səlahiyyətlərin həyata keçirilməsindən imtina edə

bilməz.

Yerli özünüidarəetmə fəaliyyətinin xüsusi predmeti dövlət idarəetməsindən fərqli olan xüsusi fəaliyyət

rejimini irəlicədən müəyyənləşdirir. Yerli əhəmiyyətli məsələlərin dövlət orqanlarının iştirakı olmadan, müstəqil

həllinin məqsədəuyğunluğu bir tərəfdən müəyyən fəaliyyət azadlığını, digər tərəfdən isə əhali qarşısında əlavə

məsuliyyət yükünü və asılılığı şərtləndirir. Bütün bunlar dövlət idarəetmə orqanları ilə müqayisədə yerli

özünüidarəetmə orqanları tərəfindən idarəetmə vəzifələrinin həllini mürəkkəbləşdirir, eyni zamanda idarəetmə

prosesinə yerli əhalinin həyat şəraitinin çoxçeşidliyinin və differensiallığının nəzərə alınması üçün zəruri olan

impuls və imkanlar verir. Yerli özünüidarəetmədə özünüidarəetmə başlanğıclarının gücləndirilməsi üçün

mühüm şərt qismində öz təzahürünün zahiri və batini faktorlarına malik olan bələdiyyə əhalisinin sosial

inteqrasiyası çıxış edir. İnteqrasiyanın zahiri faktoru yerli özünüidarəetmə sisteminin strukturyaradıcı

elementlərinin mütəşəkkil birliyində, idarəetmə obyektlərinə onların təsirinin üsul və qaydalarında ifadə olunur.

İnteqrasiyanın batini faktorları isə bələdiyyə əhalisinin ümumi maraqları və tələbatları ilə şərtləndirilir.

Page 103: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

103

Kütləvi hakimiyyət forması kimi yerli özünüidarəetmənin bu və ya digər dərəcədə əhalinin iştirakı ilə

formalaşdırılan, onun nəzarətində və ona hesabatlı olan nümayəndəli, icra, nəzarət və digər orqanlar sisteminə

malik olması vacibdir. Eyni zamanda bu hakimiyyət yerli şəraitə, əhalinin mənafeyinə və spesifik tələbatlarına

maksimal olaraq uyğunlaşdırılmalı, onun fəaliyyəti isə bu maraq və tələbatları adekvat şəkildə əks etdirməli və

gerçəkləşdirməlidir. Bütün bunlara yalnız bələdiyyə hakimiyyətinin qanunvericilik çərçivəsində özünün

fəaliyyət istiqamətlərini bələdiyyə əhalisi ilə birlikdə müəyyənləşdirdiyi halda nail olmaq olar.

Bələdiyyə əhalisinin sosial inteqrasiyası üçün müstəsna olaraq bələdiyyə hakimiyyətinin xidmət edə

biləcəyi maraq və tələbatların mövcudluğu mühümdür. Bu problemin həllinin praktiki baxışı dövlət hakimiyyəti

və yerli özünüidarəetmə orqanları arasında səlahiyyətlərin və idarə predmetlərinin fərqləndirilməsində ifadə

olunur. Həmin problemin həllində əhalinin hansı maraqları və tələbatlarının təmin edilməsinin vahid yanaşmaya

ehtiyacı olduğu, hansılarının isə həllinin yerli şəraitdən, təminedilmə üsullarından irəli gələn spesifikliyin tələb

etdiyi məqamlardan çıxış etmək zəruridir. Buna müvafiq olaraq, əhalinin həm ümumdövlət, həm də bələdiyyə

səviyyəsində təmin edilməli olan maraqları və ehtiyaclarının səviyyəsi differensiasiyaya məruz qalacaqdır.

Hazırda isə, təcrübənin də göstərdiyi kimi, əhali öz hüquqlarının həyata keçirilməsi ilə bağlı bir çox məsələlərdə

(məs., təmin edilməsinə görə dövlət hakimiyyətinin məsuliyyət daşımalı olduğu müavinətlərin, dotasiyaların,

güzəştlərin və s. verilməməsi və ya ödənilməməsi ilə bağlı bələdiyyələri təqsirləndirir) öz oriyentasiyasını

itirərək yanılır.

Yerli özünüidarəetməyə dair bir sıra tədqiqatlarda (xüsusilə də Britaniya müəlliflərində) yerli

özünüidarəetmənin dövlət hakimiyyətindən törəməsi haqqında tezisin əsaslandırılıması elmi və təcrübə

baxımından maraq kəsb edir. İngilis tədqiqatçısı P.M. Slou qeyd edir ki, yerli idarəetmə ümummilli siyasətin

həyata keçirilməsi, kapitalın effektiv dövriyyəsi, qaydaların və qanunçuluğun gözlənilməsi məqsədi ilə yerli

infrastrukturun lazımi səviyyədə olmasını təmin edən «hegemonçu milli dövlətin» tərkib hissəsi kimi çıxış edir

(9, 19). Məsələn, Böyük Britaniyada dövlət suverenliyinin yeganə daşıyıcısı qismində parlament çıxış

etdiyindən kütləvi hakimiyyətin bütün səlahiyyətləri parlament tərəfindən səlahiyyətlərin delegiyası yolu ilə

verilə bilər, yəni bu orqan istənilən anda delegiya edilmiş səlahiyyətləri özünə qaytara bilər. Həmin qayda isə

nəzəri baxımdan bu ölkədə yerli özünüidarəetmənin parlamentin adi bir aktı ilə ləğv oluna bilməsi məntiqini (6,

62) ortaya qoyur. Bu baxımdan yerli hakimiyyət orqanlarına delegiya edilən səlahiyyətlər həmişə konkretlik

təşkil edir. Kütləvi hakimiyyətin yerli orqanları yalnız qanunla onlara icazə verilən hərəkətləri etmək hüququna

malikdirlər (yerli orqanların fəaliyyətinin pozitiv tənzimlənməsi prinsipi). Burada yerli özünüidarəetməyə milli

siyasətin bir aləti kimi tipik anqlosakson yanaşması öz təcəssümünü tapır. Qitə hüququ ənənəsinə malik Avropa

ölkələrində isə «neqativ nizamlama» prinsipi üstünlük təşkil edir. Bu prinsipə uyğun olaraq yerli

özünüidarəetmə orqanları qanunla birbaşa qadağan edilməyən və hər hansı digər kütləvi hakimiyyət orqanının

səlahiyyətinə aid edilməyən fəaliyyəti həyata keçirmək hüququna malikdir. Bütövlükdə həmin prinsip «Yerli

özünüidarəetmə haqqında Avropa Xartiyası»nda (13) öz əksini tapmışdır.

Avropa ölkələrinin idarəetmə sistemində dövlət orqanları ilə yerli özünüidarəetmə orqanları arasında

qarşılıqlı əlaqələrin aydınlaşdırılması məqsədi ilə səlahiyyət dairələrinin fərqləndirilməsi zamanı subsidiarlıq

prinsipi kifayət qədər geniş yayılmışdır. Subsidiarlıq prinsipi hakimiyyətin vətəndaşlara maksimal yaxınlığını

ehtiva edir və mərkəzi hakimiyyətin səlahiyyətlərinə yalnız yerli səviyyədə həlli mümkün olmayan çox az

problemlərin delegiyasını nəzərdə tutur. Həmin prinsipə uyğun olaraq bələdiyyələr sakinlərin ehtiyac və

tələbatlarını təmin etməklə ictimai xidmətlər göstərə və hər hansı fəaliyyəti həyata keçirə bilərlər.

Əksər Avropa ölkələrində dövlət yerli hakimiyyətlərə onların effektiv şəkildə yerinə yetirə biləcəyi bütün

səlahiyyətləri verir. Lakin bu heç də müxtəlif səlahiyyətlərin həyata keçirilməsində kəskin hədlərin qoyulmasını

ehtiva etmir, ona görə ki, hər bir idarəetmə səviyyəsi vahid ümumdövlət maraqlarının həyata keçirilməsinə

özünün töhfəsini verməyə borcludur. Həm də bir sıra səlahiyyətlər məktəblərin tikintisi, şəhər və şəhərlərarası

nəqliyyat, dəniz və çay limanları idarəetmənin müxtəlif qurumlarının birgə sərəncamında qalır. Buna

baxmayaraq, idarəetmənin qarşılıqlı fəaliyyəti və effektivliyi bir az da artır (10, 79). Belə yanaşma idarəetmə

pillələri arasında hüdudlarının dəqiqliklə müəyyən edilməsi çətin olan səlahiyyətlərin mövcudluğu ilə

şərtləndirilir.

AR Konstitusiyasında, «Bələdiyyələrin statusu haqqında» qanunda, eləcə də qanun qüvvəli bir sıra

aktlarda dövlət tərəfindən minimum sosial standartların müəyyənləşdirilməsi, yerli özünüidarəetmə orqanları

tərəfindən dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq

yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etmək məqsədi ilə yerli sosial müdafiə və sosial inkişaf

proqramlarının qəbul və icra edilməsi ilə bağlı müddəalar əks etdirilmişdir.

Etiraf etmək lazımdır ki, yerli əhəmiyyətli məsələlərin həlli məqsədi ilə Avropa təcrübəsinə əsaslanaraq

hazırlanmış idarəetmənin mərkəzsizləşdirilməsi, subsidiarlıq, vətəndaşların özünütəşkili prinsipləri Azərbaycan

qanunvericiliyində hələlik tam və adekvat şəkildə öz əksini tapmamışdır. Təcrübə də yerli özünüidarəetmə

haqqında vətəndaş cəmiyyəti institutu kimi təsəvvürlərdən uzaqlaşmışdır. Əksər hallarda təcrübə bunu

Page 104: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

104

hakimiyyət rejiminin təşkilinə müncər edir və bununla da, yerli özünüidarəetmənin demokratik təbiəti təhrif

olunmuş hala gəlir. Bununla belə, dövlət hakimiyyəti institutlarını və yerli özünüidarəetmə orqanlarını əsassız

olaraq bir-birindən ayırmaq da lazım deyildir. Çünki həm dövlət hakimiyyəti, həm də yerli özünüidarəetmə

yuxarıda da qeyd etdiyimiz kimi xalqın kütləvi hakimiyyətinin bir-birini tamamlayan formalarıdır.

Buna nümunə kimi dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının birgə səlahiyyət sferasına aid

olan məsələlərin qanunvericilikdə aydın ifadəsini qeyd etmək olar. Regionların iqtisadi inkişafının təmin

edilməsi baxımından dövlət tərəfindən aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələrdə müvafiq proqramların

hazırlanması və həyata keçirilməsi müvafiq dövlət hakimiyyəti orqanlarının ən ümdə səlahiyyətlərindən hesab

edilir. Eyni zamanda dövlətin iqtisadi inkişaf proqramları ilə yanaşı, bu proqramlarda nəzərdə tutulmayan və ya

onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi məsələlərin həll edilməsi məqsədi ilə müvafiq proqramların qəbulu

və həyata keçirilməsi bələdiyyələrin səlahiyyətlərinə də aid edilmişdir (2, m.405). Nümunə kimi ekoloji sahədə

proqramların qəbulu və həyata keçirilməsi, bu sfera ilə bağlı məsələlərin həllini göstərmək olar. Həmin

qanunlarda bələdiyyələrin də bu sahə üzrə fəaliyyətinin ayrı-ayrı tərəfləri əks etdirilmişdir. Qeyd edilən sahədə

bələdiyyələr və dövlət hakimiyyəti orqanları tərəfindən ümumi məsələlərin birgə həllini nəzərdə tutan

«Atmosfer havasının mühafizəsi haqqında» 27 mart 2001-ci il tarixli qanunda (14) Azərbaycan Respublikasında

atmosfer havasının çirkləndirilməsi üzərində müşahidə məqsədi ilə yerli özünüidarəetmə orqanlarının iştirakı ilə

dövlət monitorinqi sisteminin yaradılması (m.23), atmosfer havasını çirkləndirən istehsalat və məişət

tullantılarının toplanılması, basdırılması və məhv edilməsi üçün yerin müvafiq icra orqanları və bələdiyyələrlə

razılaşdırılmaqla müəyyənləşdirilməsi (m.16.3), qəza baş verdikdə atmosfer havasının keyfiyyətinin pisləşməsi,

insanın həyat və sağlamlığına təhlükənin yaranması zamanı müvafiq yerli özünüidarəetmə orqanlarının

təxirəsalınmaz tədbirlər həyata keçirmələri (m.17) öz təsbitini tapmışdır. Azərbaycan Respublikasının 10 noyabr

1992-ci il tarixli «Sanitariya-epidemioloji salamatlıq haqqında» qanunu ilə (11, m.947; 12, 755-782) yerli

özünüidarəetmə orqanları tərəfindən əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin olunması ilə bağlı

normativ hüquqi aktların qəbul olunması, yerli proqramların hazırlanması və təsdiqi, onların yerinə

yetirilməsinə nəzarət, həmçinin bu məsələlərə dair dövlət proqramlarının həyata keçirilməsinin təşkili,

müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların kompleks gigiyena və epidemiya əleyhinə tədbirləri

həyata keçirməsi sahəsində fəaliyyətinin əlaqələndirilməsi, əhali arasında yoluxucu xəstəlik epidemiyalarının,

qeyri-yoluxucu kütləvi xəstəliklərin və zəhərlənmələrin qarşısının alınmasında və ləğvində operativ tədbirlərin

təşkili, habelə müvafiq ərazidə karantinin və ya məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və ləğvinə dair qərarların

qəbul olunması (m.4) müəyyən edilmişdir. «Ətraf mühitin mühafizəsi haqqında» 8 iyun 1999-cu il tarixli AR

qanununda (15) yerli özünüidarəetmə orqanları tərəfindən təbiətdən istifadənin müxtəlif istiqamətləri üzrə

proqramların hazırlanması, həmin tarixdə qəbul olunmuş «Ekoloji təhlükəsizlik haqqında» respublika

qanununda (16) müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının təhlükəli ekoloji vəziyyət

zonalarında ətraf mühitin bərpasına dair tədbirləri həyata keçirmələri əks etdirilmişdir (m. 11.2). «Xüsusi

mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» 24 mart 2000-ci il tarixli AR qanununda (17) yerli

özünüidarəetmə orqanları tərəfindən xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili üçün yerli büdcələrdə

xərclərin müyyənləşdirilməsi və təsdiq edilməsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və

yerləşdirilməsi sxemləri üzrə təkliflərin irəli sürülməsi, yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət

ərazilərinin və obyektlərinin mühafizəsi və istifadəsi üzrə qərarların qəbul edilməsi, həmçinin onların

mühafizəsinə və istifadəsinə nəzarətin həyata keçirilməsi (m. 15) təsbit edilmişdir. 30 dekabr 1997-ci il tarixli

«Əhalinin radiasiya təhlükəsizliyi haqqında» qanunla (18) yerli özünüidarəetmə orqanlarının radiasiya

təhlükəsizliyi sahəsində normaların, qaydaların və normativlərin yerinə yetirmələri (m.4), radiasiya qəzaları

zamanı ionlaşdırıcı şüa mənbələrindən istifadəni həyata keçirən müəssisə və təşkilatlardan məlumat almaları

(m.20) və s. üzrə vəzifələri nəzərdə tutulmuşdur.

Nəhayət, qeyd etmək istərdik ki, yerli özünüidarəetmə sahəsində mövcud olan çoxsaylı normativ hüquqi

aktlarda dövlətin yerli özünüidarəetmə sahəsində siyasətinin mühüm istiqamətləri özünün təsbitini tapmışdır.

2011-ci ildə Milli Məclisin müzakirəsinə çıxarılmış «Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında»

qanun layihəsini də bir tərəfdən həmin siyasətin davamı, digər tərəfdən isə müvafiq konstitusiya normasının

realizəsi yönümündə aparılan əhəmiyyətli işlərdən biri hesab etmək olar. Bununla yanaşı, müasir dövrümüzdə

həlli vacib məsələlərdən biri də dövlət hakimiyyəti orqanları ilə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı

fəaliyyətinin hüquqi zəminlərinin hazırlanmasıdır. Bu məqsədlə ictimai-siyasi və hüquqi həyatın müxtəlif

sferalarında hakimiyyətin bu formaları arasında tam anlaşmanın və uzlaşmanın təmini üçün Azərbaycanda

müvafiq normativ hüquqi aktın «Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyəti

haqqında» qanunun qəbuluna ehtiyac duyulur. Bu qanun yerli əhalinin maraqları baxımından dövlət və yerli

əhəmiyyətli məsələlərin səmərəli həlli, iqtisadi və sosial inkişaf proseslərinin idarə edilməsi üçün adıçəkilən

subyektlər arasında qarşılıqlı fəaliyyətin ümumi prinsiplərini müəyyən edə bilər. Həmin normativ hüquqi aktın

məzmununda yerli özünüidarəetmə orqanlarına əlavə səlahiyyətlərin verilməsi prinsip və qaydaları da nəzərdə

Page 105: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

105

tutula bilər. Bu da gələcəkdə bələdiyyələrə dövlət tərəfindən əlavə səlahiyyətlərinin verilməsində yardımçı

qanunların qəbuluna ehtiyacı aradan qaldırar və bu münasibətlər həmin qanunun əsasında dövlət hakimiyyəti və

yerli özünüidarə təsisatları arasında müqavilələrin bağlanılması yolu ilə öz həllini tapa bilər.

Ədəbiyyat:

1. 1. Azərbaycan Respublikasının Konstitusiyası. «Hüquq ədəbiyyatı», Bakı, 2009, 94 s.

2. 2. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Bakı, 31 iyul 1999-cu il, №7, maddə 405

(dəyişiklik və əlavələrlə).

3. 3. Azərbaycan Respublikası Qanunvericilik Toplusu, Bakı, 31 dekabr 1999-cu il, №12, maddə 686

(dəyişiklik və əlavələrlə).

4. 4. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Bakı, 30 iyun 2001-ci il, №6, m. 383.

5. 5. «Azərbaycan» qəzeti, 28 iyul 1999-cu il, №169.

6. 6. Евдокимов В.Б., Старцев Я.Ю. Местные органы власти зарубежных стран: правовые аспекты.

М.: Спарк, 2001, 250 (1) с.

7. 7. İsmayılov X.C. Azərbaycanın dövlət və hüquq tarixi. «Nurlan», Bakı, 2006, 720 s.

8. 8. Международное гуманитарное право в документах. Сост. Колосов Ю.М и др. М., 1996. с. 541-

552.

9. 9. Черкасов А. Сравнительное местное управление: теория и практика. М.: Форум, ИНФРАМ,

1998, 156 с.

10. Уткин Э.А., Денисов А.Ф. Государственное и муниципальное управление. М., 2001, с.79.

11. Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, №22, m.947 (dəyişiklik və əlavələrlə).

12. Azərbaycan Respublikasının Qanunlar Külliyyatı, 1991-1992,1 kitab. «Qanun», Bakı, 1997, 844

s., s.755-782.

13. http://www.bim.az/news/a-242.html.

14. http://www.eco.gov.az/qanunlar/atmosfer_havasinin_muhafizesi_haqqinda_qanun.doc.

15. http://www.aarhuscenter.az/uploads/ar_qanunlari/678-IQ.doc.

16. http://www.aarhuscenter.az/uploads/ar_qanunlari/677-IQ.doc.

17. http://www.aarhuscenter.az/uploads/ar_qanunlari/840-IQ.doc.

18. http://e-qanun.az/fıles/framework/data/4/c_f_4602.htm.

Х.Исмайлов. Доктор философии по правовым наукам, доцент

Правовой механизм обеспечения интересов государства и местного самоуправления

Резюме

Коренное изменение правового регулирования важнейших направлений деятельности трех ветвей

государственной власти, а также появление новой формы публичной власти муниципальной поставило в

повестку дня юридической науки новые проблемы, решение которых требует активизации научно-

теоретических исследований в этой сфере. Одной из таких острых проблем является создание правового

механизма обеспечения интересов государства и местного самоуправления, исследованию которого

посвящена данная статья.

Khayyam Ismailov. Ph.D in law, assistant professor

Legal Mechanism of the State and Local Self-government Interests Provision

Summary

The basic change of legal regulation of the major directions of activity of three branches of the state

power and also occurrence of the new form of the public power municipal has put forward the new problems

which decision demands activization of scientific-theoretical research in this sphere in the jurisprudence agenda.

One of these problems is the creation of a legal mechanism of maintenance of interests of the state and the local

self-government to which the current article is devoted.

Dövlət idarəçiliyi.-2011.-№(36).-S.206-213.

Azərbaycanda yerli özünüidarəetmə orqanlarının informasiya təminatının təşkili

Page 106: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

106

Qadir Xəlilov

İnsanın, cəmiyyətin və dövlətin həyatında informasiyanın rolunun əhəmiyyətli dərəcədə artdığını

müşahidə edirik. Bu gün informasiya real, gözə çarpan vasitəyə çevrilmişdir. İnsanların fəaliyyətinin

informasiya tərəfinin onun bütün digər forma və komponentləri ilə müqayisədə üstünlük təşkil etdiyi artıq

bəlli olur. Bugünkü biliklərin və mənəvi dəyərlərin artırıldığını və ötən əsrlərdə elm və texnikanın

nailiyyətlərinin istifadəsi sahələrinin genişləndirildiyini nəzərə alaraq, müasir informasiya texnologiyaları

dünyanın iqtisadi və texnoloji inkişafının əsl hərəkətverici qüvvəsinə çevrilir.

Son illər informasiyanın saxlanılması, emalı və ötürülməsi texnologiyaları və vasitələri inkişaf etdikcə,

cəmiyyətimiz informasiya cəmiyyətinə çevrilir.

Bu onunla bağlıdır ki, dünya bu gün yeni güclü inqilabi informasiya inqilabını yaşayır. İnformasiya

insanların həyatını, onların işini, asudə vaxtını, birliklərə birləşmək üsullarını və hətta özlərinə olan

münasibəti prinsip etibarı ilə dəyişdirir. Bunun ən parlaq misalı və informasiya inqilabının və formalaşan

informasiya cəmiyyətinin ilk carçısı internetdir.

Yeni informasiya və kommunikasiya texnologiyaları, elektron hökumətin ən yeni konsepsiyaları və

internetin olduqca böyük potensialı hüquq elmində də diqqətsiz qala bilməz.

Vətəndaşlara ən yaxın hesab edilən hakimiyyətin təşkili forması kimi yerli özünüidarəetmə orqanlarının

fəaliyyətində vətəndaşların iştirak etmək hüququnun reallaşdırılmasında Ümumdünya Kompüter Toru olan

İnternetin potensial və imkanları diqqət mərkəzindədir. Bələdiyyə fəaliyyətinin idarə edilməsində vətəndaşların

iştirakı yerli idarəetmə orqanlarının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını nəzərdə tutur. Bələdiyyə

idarəetməsi xalq hakimiyyətinin reallaşdırılmasının bir forması, birbaşa demokratiya institutu, vətəndaş

sərbəstliyinin və fəallığının təzahürüdür. Vətəndaşların idarəetmədə iştirak etmək hüququ birbaşa şəkildə məhz

yerli, bələdiyyə səviyyəsində həyata keçirilə bilər. Bələdiyyə hakimiyyəti vətəndaşlara ən yaxın hakimiyyətdir

və ilk növbədə, gündəlik, təxirəsalınmaz problemlərin həlli ilə məşğuldur. Buna görə də, yerli özünüidarəetmə

hakimiyyətinin xüsusiyyətlərindən biri onun, Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyasına uyğun olaraq,

eyni zamanda səmərəli və vətəndaşlara yaxın idarəetmənin həyata keçirilməsidir.

Yerli özünüidarəetmə hər bir demokratik cəmiyyətin əsaslarından və xalq tərəfindən ona məxsus olan

hakimiyyətin reallaşdırılması formalarından biridir. Lakin bununla yanaşı, o müstəsna olaraq vətəndaş

cəmiyyəti institutlarına aid edilə bilməz, çünki bu ictimai hakimiyyətin, xalq hakimiyyətinin həyata keçirilməsi

formasıdır.

Yerli özünüidarəetmənin təşkili vətəndaş üçün yerli əhəmiyyətli məsələlərin həllində birbaşa iştirak etmək

imkanını yaradır. Yerli özünüidarəetmə siyasi tərbiyə, vətəndaşların dövlət işlərində iştirak etməsi üçün yaxşı

məktəb kimi çıxış edir. İnternetin köməyi ilə və orada yerli özünüidarəetmənin həyata keçirilməsində əhalinin

iştirakının həqiqi iştirakı üçün mexanizmləri əks etdirən saytların yerləşdirilməsi yolu ilə hakimiyyət

orqanlarının internetdə mövcud olması səbəbindən yerli hakimiyyət həqiqətən də əhaliyə daha yaxın olacaq və

yəqin ki, vətəndaş cəmiyyətinin və vətəndaş fəallığının inkişafının əsl vasitəsinə çevriləcəkdir.

Həmin mexanizmlər qismində, məsələn, sayt üzrə axtarış, internet-mətbuat konfransları, bu və ya digər

layihənin və ya istənilən qərarın, ümumiyyətlə, hakimiyyət orqanının bütün fəaliyyətinin müzakirəsi üçün

forumlar, vəzifəli şəxslərin öz fəaliyyətləri haqqında təqdim etdikləri hesabatlar, vətəndaşların hüquq və

azadlıqları ilə bağlı olan normativ sənədlər bazası, habelə interaktiv əlaqə çıxış edə bilər.

Əhali ilə sıx əlaqənin təmin edilməsinin reallaşdırılması onun seçkili yerli özünüidarəetmə orqanlarına

səmərəli nəzarətin həyata keçirilməsi üçün zəruri şərait və zəmin yaradır, habelə əhalinin yerli əhəmiyyətli

məsələlərin həllində birbaşa iştirakına təminat verir. Belə iştirak, ilk növbədə, vətəndaşların müraciətləri kimi

birbaşa demokratiyanın forması ilə təmin edilir. Bu prinsip vətəndaşların cinsindən, irqindən, milliyyətindən,

dilindən, mənşəyindən, vəziyyətindən, dini mənsubiyyətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən

asılı olmayaraq yerli özünüidarəetmənin həyata keçirilməsi üzrə bərabər hüququn təmin edilməsini nəzərdə

tutur. İnternet belə ayrı-seçkilik təzahürlərindən yayınmaq imkanını yaradır.

Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insanı, onun hüquq və azadlıqlarını ali

dəyərlər kimi qəbul edir və müəyyən edir ki, bu yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin mənasını və

mahiyyətini təşkil edir. Buna görə, insan və vətəndaş hüquq və azadlıqlarına əməl olunması bələdiyyə

demokratiyasının ən əhəmiyyətli elementidir və bələdiyyə hüququnun əsas prinsiplərindən biridir.

Aşkarlıq cəmiyyət və dövlət idarəçiliyinin demokratik sisteminin əsas amili və bələdiyyə hüququnun əsas

prinsiplərindən biri hesab olunur. İdarəetmə fəaliyyətinin demokratizmi, onun cəmiyyətə tabeçiliyi, habelə

vətəndaşların onların maraqlarına, hüquq və azadlıqlarına toxunan qərarların qəbul edilməsinə təsir göstərmək

imkanları aşkarlıq vasitəsilə təmin edilir.

Page 107: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

107

Bu prinsipin yerli özünüidarəetmə orqanlarının işində reallaşdırılması onların fəaliyyətinin aşkar xarakter

daşıdığından, onlar haqqında əhalinin müntəzəm olaraq məlumatı olduğundan xəbər verir. İnternet isə belə

şəraitdə bu prinsipin reallaşdırılması üçün ideal vasitədir.

Hakimiyyətin fəaliyyəti informasiya aşkarlığı prinsipləri əsasında qurulmalıdır ki, bu da ictimai maraq

kəsb edən və ya vətəndaşların maraqlarına toxunan informasiyanın vətəndaşlar üçün əlçatanlığında, qəbul

olunmuş və ya qəbul edilməsi nəzərdə tutulmuş qərarlar haqqında vətəndaşların mütəmadi olaraq

məlumatlandırılmasında, onlar tərəfindən dövlət orqanlarına, təşkilatlarına və müəssisələrinə, ictimai birliklərə,

vəzifəli şəxslərə, habelə onların vətəndaşların hüquq və qanuni maraqlarının təmin edilməsi, qorunması və

müdafiəsi ilə bağlı qəbul etdikləri qərarlara nəzarətin həyata keçirilməsində ifadə olunur.

Bu informasiya aşkarlığının və vətəndaş nəzarətinin tamamilə yeni vasitəsinin təsdiq edilməsi qismində

internetdən istifadə edilməməsi ağlabatan görünmür. Lakin təəssüflər olsun ki, internet hələ vəziyyəti

keyfiyyətcə dəyişdirməmişdir, elektron hökumət istiqamətində olan təcrübədə aşkarlıq problemi tələb olunan

səviyyəyə hələ də çıxmamışdır. Ədalət naminə qeyd olunmalıdır ki, dövlət qulluğumuzun fəaliyyətinin və

səmərəliliyinin qiymətləndirilməsinin əhəmiyyətli tərəfləri vətəndaşlar üçün hələ də qapalı qalmaqdadır.

Xarici dövlətlərin təcrübəsinin öyrənilməsi onu göstərir ki, şəffaflıq problemi hər yerdə mövcuddur.

Hakimiyyətin internetdə mövcud olmasına dair analitik qiymətləndirilmələrdə keyfiyyətcə üç səviyyə vardır

informasiya materiallarının dərc olunması səviyyəsi, qarşılıqlı interaktiv əlaqə səviyyəsi və real əməliyyatlar

səviyyəsi.

Azərbaycan Respublikasının qanunvericiliyi yerli özünüidarəetmə orqanlarının öz fəaliyyəti haqqında

əhalini tam və doğru informasiya ilə təmin etmək vəzifəsini müəyyən edir. Bu vacib tələbin yerinə yetirilməsi,

ilk növbədə, yerli özünüidarəetmə orqanlarının iclasları, seçkili və digər yerli özünüidarəetmə orqanları

tərəfindən həll edilən məsələlər haqqında əhalinin məlumatlandırılmasını nəzərdə tutur.

Bundan əlavə, yerli özünüidarəetmə orqanları qəbul etdikləri qərarların məzmununu vətəndaşların

nəzərinə çatdırmalıdırlar. Qanun yerli özünüidarəetmə orqanları qarşısında hər kəs üçün insan və vətəndaş

hüquq və azadlıqlarına birbaşa toxunan sənəd və materiallarla tanış olmaq imkanını yaratmaq vəzifəsini qoyur.

Təəssüf ki, bu təminatın həyata keçirilməsi proseduru kifayət qədər işlənməmişdir və işlənmə mərhələsindədir.

Göstərilən konstitusion təminatın həyata keçirilməsi proseduru internetdən yan keçə bilməz, çünki internet bu

vəzifənin həyata keçirilməsinin ən səmərəli vasitəsidir.

Vacib informasiyaya nazirlik və qurumların telefon nömrələri qeyd olunmaqla hökumət haqqında

məlumatlar, hər bir nazirliyin internet səhifəsində onun rəhbərinin şəkil və tərcümeyi-halı, qurumun əsasnaməsi,

onun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi aktlar aiddir.

Yerli özünüidarəetmə orqanları əhali ilə daha yaxın şəkildə təmasda olan hakimiyyət orqanları kimi,

əhalini bu qaydada məlumatlandırmalıdırlar. Burada informasiyanın həcmi, qurumun yerləşdiyi yer, iş qrafiki və

ştat sayından tutmuş onun gündəliyi və qəbul etdiyi qərarlara qədər geniş olmalıdır. Müvafiq saytlarda

hakimiyyət orqanının iclasları (gündəliyi və s.) haqqında informasiya nümayiş etdirilməli, müzakirəyə

çıxarılmış bir-iki əsas məsələ üzrə materiallar dərc olunmalıdır. Burada həmçinin hakimiyyət orqanının saytında

qərar və sərəncamların mətnləri, habelə vətəndaşların hüquqlarına, azadlıqlarına və qanuni maraqlarına birbaşa

toxunan sənədlər ilə tanış olmağa imkan verən “Normativ hüquqi sənədlər” bölməsinin mövcud olması mümkün

ola bilər. Bu və ya digər vəzifəli şəxsin qəbuluna evdən çıxmadan onlayn qaydada yazılmaq imkanı vətəndaşlar

və hakimiyyət arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına xidmət edəcəkdir. Bundan başqa həlli asan

hesab edilən, lakin vətəndaş mövqeyini, habelə dərin, ehtiyatlı və düşünülmüş sosial və normayaratma

fəaliyyətini tələb edən bir çox məsələlər mövcuddur.

Yerli özünüidarəetmə orqanlarının vətəndaşların öz fəaliyyəti haqqında tam və doğru məlumatlarla təmin

edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifəsi vətəndaşlarla işin təşkilati-kütləvi formalarının

istifadə edilməsini nəzərdə tutur. Bələdiyyə orqanlarının işində aşkarlığın təmin edilməsi formalarına

aşağıdakılar aiddir: seçkili vəzifəli şəxslərin əhali qarşısında hesabatları, onların seçicilərlə görüşləri, kütləvi

informasiya vasitələrində çıxışları, vətəndaşlara zəruri məlumatların telefon vasitəsilə əldə etməyə imkan verən

“qaynar xətlərin” təşkil edilməsi və s. Yeni forma kimi yuxarıda göstərilən formaları tamamlamaq və ya əvəz

etmək iqtidarında olan vasitə internet hesab edilir.

Qeyd etmək lazımdır ki, məlumat azadlığı demokratiyanın başlıca məsələsidir, çünki bu azadlıq olmadan

nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət mövcud ola bilməz. Cəmiyyətin və hər bir insanın məlumatlılığı

iqtisadi və mədəni tərəqqinin təminatıdır.

Məlumat azadlığının başlıca əsası hər kəsin məlumat axtarmaq və əldə etmək hüququdur.

Bələdiyyə idarəçiliyinin predmetinə həm də informasiya xidmətinin təşkili və mahiyyəti məsələləri

daxildir və buna həmçinin vətəndaşların məlumatlandırılması mənbəyi kimi çıxış edən və əhalinin əlaqə

xidmətləri ilə təmin olunmasını əhatə edə bilən internetdir. Bələdiyyələrin istehsalat və sosial infrastrukturunun

ayrılmaz hissəsi kimi əlaqə vətəndaşların ehtiyaclarının təmin edilməsinə xidmət edir.

Page 108: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

108

Əlaqə vasitələri, hesablayıcı texnika vasitələri ilə yanaşı, informasiyanın yığılması, emalı, toplanması və

yayılması prosesinin təmin edilməsinin texniki bazasını təşkil edir. İnformasiyanın yaradılması, yığılması,

emalı, toplanması, saxlanılması, axtarılması, yayılması və təqdim edilməsi əsasında informasiya resurslarının

formalaşdırılması və istifadə edilməsi ilə bağlı olan münasibətlər “İnformasiya əldə etmək haqqında”

Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Reallaşdırılmasında yerli özünüidarəetmə orqanlarının iştirak etdiyi informasiya resurslarının

formalaşdırılması sahəsində dövlət siyasəti səmərəli və keyfiyyətli informasiya təminatı və cəmiyyətimizin

sosial-iqtisadi inkişafı üzrə əhəmiyyətli məsələlərin həllinin təmin edilməsi üçün şəraitin yaradılmasına

yönəlmişdir.

İnformasiya sistemi, yəni informasiya proseslərini reallaşdıran hesablayıcı texnika vasitələrini və əlaqəni

(İnternet) istifadə etməklə, sənədlərin və informasiya texnologiyalarının təşkilati baxımdan nizama salınmış

məcmusu yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təmin edilməsinə və onların dövlət hakimiyyəti

orqanları, müəssisələr, təşkilatlar və vətəndaşlar ilə səmərəli qarşılıqlı fəaliyyətinin təşkil edilməsinə xidmət

edir.

Yerli özünüidarəetmə orqanları, öz səlahiyyətləri daxilində, vətəndaşların hüquq, azadlıq və vəzifələri,

onların təhlükəsizliyi və ictimai maraq kəsb edən digər məsələlər üzrə informasiya istifadəçiləri üçün kütləvi

informasiya təminatını həyata keçirirlər. Burada istifadəsi məhdud hesab edilən informasiya istisna təşkil edir.

İnternet bunu daha sürətli, daha səmərəli, daha qənaətli edə bilər və ən əsası, bu vətəndaşlar üçün yaxın

gələcəkdə mümkün olacaqdır. Bu yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata

keçirilməsinin əsasını təşkil edir.

Bələdiyyə hüququ konstitusiya hüququ ilə sıx bağlı olan hüququn bir sahəsidir və bu sahə yerli

özünüidarəetmənin əsaslarını, təşkili prinsiplərini və onun xalq hakimiyyəti sistemində yerini müəyyən edir.

Bununla konstitusiya hüququnun normaları bələdiyyə hüququnun əsaslarını müəyyən edir.

Ölkəmizdə əsaslı iqtisadi və siyasi islahatların həyata keçirilməsi, hüquq sisteminin sürətlə inkişafı

cəmiyyətimizin də dinamik inkişafını şərtləndirir, bu da demokratiyanın və hakimiyyət təşkilinin prinsiplərinə

toxunur. Hüququn bu sahəsinin rolu daimi olaraq artmaqdadır, çünki cəmiyyətdə siyasi mədəniyyətin və siyasi

etikanın, vətəndaş fəallığının stereotipləri uğurla inkişaf edir, ictimai rəyin öyrənilməsi mexanizmləri işləyir.

ƏDƏBİYYAT:

1. 1. Azərbaycan Respublikasının Konstitusiyası.

2. 2. “informasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu.

3. 3. “Информационное общество и современный период. Технологии на службе информационного

общества” //http//www.mostrave.ru

4.Интеллектуальные информационные технологии XXI века //http//www.futurerossıa.ru,

//http//www.soi.ru

1. 5. Интернет и гласность: “Свободные люди” в Интернет //http://www.liberint.ru

2. 6. Копылов В.А. Информационное право: Учебник. 2-е изд., перераб. и доп. М.: Юристъ, 2002.

3. 7. Серго А.Г. “Интернет и право”. М.:”Бестселлер”, 2003.

Qanunçuluq.-2012.-№2.-S.42-45.

Page 109: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

109

AZƏRBAYCANDA YERLİ ÖZÜNÜİDARƏNİN İNKİŞAF MƏRHƏLƏLƏRİ

Mehdi Səlimzadə,

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi,

III dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdə yerli özünüidarə sistemi müxtəlif səviyyədə

fəaliyyət göstərmişdir. Hətta ən qatı mütləq monarxiya zamanlarında da özünüidarənin müəyyən

elementləri təzahür etmişdir.

Azərbaycanda qədim dövrlərdən başlayaraq XIX əsrin sonlarına qədər yerli özünüidarəetmənin təşkilində

şərq ənənələrinə (vahid hakimiyyətə) üstünlük verilmişdir. Azərbaycan ərazisində özünüidarəçilik sistemi

əsasən şəhərlərdə mövcud olmuşdur. Məsələn, Arşaqilər dövründə özünüidarə sistemi mövcud olan alban

şəhərlərini qeyd etmək olar. Ərəb xilafəti zamanı Dərbənd azad şəhər statusuna malik olmuş, şəhər nizamnamə

əsasında idarə edilmiş, hərbi təhlükəsizliyi təmin edən hərbi hissələr xəzinədən əməkhaqqı almamış, yerli

ehtiyatlar hesabına saxlanmışlar.

O dövrlərdə milli şərait özünütəşəkkülün spesifik formasını – icmaları yaratmışdı. İcmaların ali

orqanlanları icma yığıncaqları olmuşdur. İcma yığıncaqlarının səlahiyyətlərinə torpaqların bölünməsi, kənd

ağsaqqallarının seçilməsi, ümumi icma xərcləri üçün vəsait toplanması, qarşılıqlı yardım təşkil etmək, az

təhlükəli cinayətlərə baxmaq, mülki və ailə münasibətlərini tənzimləmək, icma vergiləri yığmaq, icma

ərazisində abadlıq işləri görmək və s. daxil idi.

Ozünüidarə sistemi sonrakı dövrlərdə, eləcə də Səfəvilər dövründə də mövcud olmuşdur. Bəzən mərkəzi

hakimiyyət şəhər özünüidarəsini saxlamaq məcburiyyətində qalmışdır.

Şəhərlərin tayfa əyanlarından tam asılılığı şəraitində Qərbi Avropanın inkişaf etmiş feodalizm dövrü

şəhərlərinə xas olan özünüidarə sistemi burada təşəkkül tapa bilməmişdir. Lakin qeyd etmək lazımdır ki, XVI

əsrdə Azərbaycanın bəzi şəhərlərində özünüidarə elementləri mövcud olmuşdur. Məsələn, Təbrizdə yerli şəhər

əyanları, şiə ruhaniləri və hətta sənətkar təşkilatlarının yuxarı təbəqəsindən olan şəxslər nəzərə çarpacaq nüfuza

malik olmuşlar. 1571-1573-cü illərin Təbriz üsyanı sübut etdi ki, şəhərlər bəzən əyanların ağır zülmünə qarşı

mübarizə apara bilirdilər. Tayfa əmirlərinin ixtiyarına verilməmiş Ordubad şəhərində də özünüidarə elementləri

gözə çarpırdı.

Azərbaycanın xanlıqlar dövründə özünüidarə elementləri bu və ya digər formada yenə də şəhərlər üçün

xarakterik olmuşdur. Şəhər idarəçiliyi qarışıq sistemə malik idi. Bir tərəfdən xam təmsil edən ağsaqqal – şəhər

bəyi və digər bürokratlar idarəçiliyi həyata keçirirdilərsə, digər tərəfdən, ustabaşıların rəhbərlik etdiyi şəhər

sənətkar (əsnaf) təşkilatlarının da iştirakı diqqəti cəlb edirdi. Lakin ustabaşıların nüfuz dairələri öz təşkilatları

çərçivəsində məhdudlaşırdı. Onlar yalnız sənətkarların inzibati, maliyyə, mülki məhkəmə məsələlərinə

baxırdılar.

Azərbaycanda şəhər özünüidarəsinin yeni mərhələsi kimi XIX əsrin II yarısı qeyd edilməlidir.

Azərbaycanı işğal altına alan Rusiya şəhərlərdə məcburən müəyyən islahatlar keçirir. Şəhər islahatının 1864-cü

ildə tərtib olunmuş ilkin layihəsi çar dövlət aparatının müxtəlif bürokratik məhkəmələrindəki çoxsaylı

müzakirələrin nəticəsində mühüm dəyişikliklərə məruz qalmışdır. Şəhər əsasnaməsi 1872-ci il iyunun 16-da

təsdiq olundu. Əvvəlcə o, ancaq Rusiyanın daxili quberniyalarında tətbiq edildi. Cənubi Qafqazın digər

rayonlarında olduğu kimi, Azərbaycanda da bir çox şəhərlər xeyli böyüməsinə, əhalisinin sayının artmasına

baxmayaraq, polis idarələrinin ixtiyarında qalmaqda davam edirdi. O dövrə kimi “yerli əhalinin kifayət qədər

inkişaf etmədiyini” bəhanə gətirərək şəhərlərin idarəsini polisin əlində saxlamaq, şəhər dumalarının isə polisin

yanında məşvərətçi orqan kimi yaratmaq təklif edilirdi.

Şəhər özünüidarə orqanları həddən artıq məhdud səlahiyyətə malik idi. Bu səlahiyyət şəhər vergi və

rüsumlarını qoymaq, bazarları açmaq, şəhərin sanitariya vəziyyətini təmin etmək, yanğınlarla mübarizə və s.

səlahiyyətlərdən kənara çıxmırdı.

Şəhər islahatını keçirmək zərurəti qarşısında qalan çar hökuməti şəhər özünüidarə orqanlarını real

hakimiyyətdən məhrum etmək üçün təkcə şəhər özünüidarə orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq və

onların üzərində inzibati nəzarət qoymaqla deyil, həm də “əlverişli” tərkibi təmin edən seçki sisteminin tətbiqi

ilə də əldə olunurdu. Həmin sistem fəhlələri də seçkilərdən kənarda saxlayırdı.

Seçkilərdə iştirak etmək hüququ ancaq müəyyən əmlak senzinə malik olanlara və şəhər vergilərini

ödəyənlərə, yəni ev sahiblərinə, tacirlərə, fabrik və zavod sahiblərinə verilirdi. Xüsusi şəxslərdən başqa vergiləri

ödəyən idarələr, müəssisələr, cəmiyyətlər, şirkətlər, monastrlar, kilsələr də seçki hüququndan istifadə edirdilər.

Şəhər dumasının icraedici orqanı şəhər qlavası (bələdiyyə idarəsinin başçısı) və onun başçılıq etdiyi

bələdiyyə idarəsi idi. Onların seçkisi ikiqat səsvermə yolu ilə keçirilirdi. Birinci səsvermə zamanı namizədlərin

irəli sürülməsi, ikinci səsvermə isə konkret şəxslərin seçilməsi məqsədini güdürdü. Bələdiyyə idarəsinin tərkibi

Page 110: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

110

qubernator tərəfindən təsdiq olunmalı idi. Seçilmiş şəxslər təsdiq edilmədiyi təqdirdə boş vəzifələri qubernator

və ya daxili işlər nazirinin təyin etdiyi adamlar tuturdular.

Bütün nöqsanlarına baxmayaraq, 1870-ci il şəhər əsasnaməsi hər halda mütərəqqi addım idi. Lakin 1870-

ci il şəhər əsasnaməsi əsasında tətbiq olunan, hətta məhdud və yarımçıq şəhər özünüidarəsi belə burjuaziyanın

özünün toxunulmaz hüquqlarına qarışması ilə barışmaq istəməyən zadəganları qıcıqlandırırdı. 1892-ci ildə III

Aleksandr şəhər özünüidarə orqanlarının onsuz da məhdud olan hüquqlarını daha da məhdudlaşdıran və

şəhərlərin bu idarədə iştirakını xeyli ixtisara salan yeni şəhər əsasnaməsini təsdiq edir.

1892-ci il şəhər əsasnaməsinə görə, qubernatorun şəhərin vəzifəli şəxslərini işdən azad etmək də daxil

olmaqla, inzibati məsuliyyətə cəlb etməyə qədər bütün şəhər özünüidarə işlərinə qarışmaq hüququ

genişləndirildi. Şəhər dumasının, hətta şəhər idarəsinin icra orqanları üçün göstərişləri, şəhər əmlakının idarə

olunması qaydaları və s. sənədlər belə ancaq qubernator təsdiq etdikdən sonra qüvvəyə minə bilərdi.

Yeni şəhər əsasnaməsi quberniya və iri qəza şəhərlərində tətbiq edilən ictimai idarələrlə yanaşı, kiçik

şəhərlərdə sadələşdirilmiş şəhər idarəsinin təşkilini nəzərdə tuturdu. Belə şəhərlərdə şəhər dumasının əvəzinə

12-15 nəfərlik şəhər müvəkkilləri təsis olunurdu. Şəhər rəisi başda olmaqla şəhər bələdiyyə idarəsinin əvəzinə

icra orqanı – özünüidarəsi bir və ya iki köməkçisi olan şəhər starostası idi. Sadələşdirilmiş şəhər ictimai

idarəsinin orqanları şəhər dumalarına nisbətən daha məhdud hüquqlara malik idilər.

Gəncədə tam həcmli şəhər özünüidarəsi və Lənkəran, Nuxa, Şamaxı, Quba, habelə Azərbaycanın digər

bəzi qəza şəhərlərində sadələşdirilmiş ictimai idarələr ancaq 1897-ci ildə tətbiq olundu. Lakin bundan sonra da

şəhər idarəsi qəza polis idarələrinin əlində qalmaqda davam edirdi.

Həddən artıq yüksək əmlak senzi və 1892-ci il şəhər əsasnaməsi tərəfindən seçki hüququna qoyulan digər

məhdudiyyətlər üzündən seçicilərin sayı kəskin surətdə ixtisara düşdü.

1892-ci il şəhər əsasnaməsi özünüidarə orqanlarının təşkili və fəaliyyətində milli qeyri-bərabərliyi daha da

gücləndirdi. Məsələn, Bakı dumasında qeyri-xristian (əsasən azərbaycanlı) qlasnıların sayı qlasnıların ümumi

sayının üçdə birinə qədər azaldıldı.

Yüksək əmlak senzi və seçki sisteminin digər məhdudiyyətləri, habelə seçkilərdə yol verilən

qanunsuzluqlar üzündən özünüidarə orqanlarına əsasən iri ev sahibləri, sənayeçilər və tacirlər daxil olurdu.

Ozünüidarə orqanları iri kapitalist mənafelərini qorumaqla yanaşı, tətillərin yatırılması üçün istifadə

olunan polisin və qoşunun saxlanılmasına küllü miqdarda vəsait xərcləyirdi. 90-cı illərin sonunda Gəncədə

polisin saxlanılmasına çəkilən illik xərclər 100 min manata bərabər idi. Lənkəranda gəlirlərin üçdə birindən

çoxu polisin saxlanılmasına və qoşunların məskunlaşdığı mənzillərə xərclənirdi. Bununla bərabər, abadlıq,

təhsil, səhiyyə və mənzil tikintisinə buraxılan vəsait çox az miqdarda idi.

Bakı şəhər özünüidarəsinin səlahiyyəti Bakı sənaye kompleksinin xeyli hissəsinə – mədən, zavod

rayonlarına şamil edilmirdi. Bu rayonların və şəhərin özünün demokratik ictimaiyyətinin təkidli tələblərinə

baxmayaraq, çar hakimiyyət orqanları və sənayeçilər mədən rayonlarının şəhərin hüdudlarına daxil etməkdən

hər vasitə ilə imtina edirdilər. Onlar neft sənayesi işçilərinin şəhər işlərinə təsirindən qorxurdular. Özü də neft

sənayeçiləri – kapitalistlər mədən rayonlarına öz malikanələri kimi baxaraq, onu ayrıca inzibati vahid kimi

ayırmaq istəyirdilər.

Şəhər əsasnamələrinin bütün çatışmazlıqlarına, onun müəlliflərinin mürtəce-müstəmləkəçi ruhuna və

məqsədlərinə baxmayaraq, bu islahata müvafiq olaraq yaradılmış şəhər özünüidarə orqanları abadlaşdırma,

təhsil, səhiyyə, mədəniyyət və s. sahələrin inkişafında müəyyən müsbət rol oynamışdır.

Azərbaycanda özünəməxsus yerli özünüidarə xalq hakimiyyətinə malik ərazilərdə olmuşdur. Bu

özünəməxsusluq Rusiyanın işğal rejimindən sonra da qalmışdı. Məsələn, 1852-ci ildən hərbi idarə üsulu tətbiq

edilən Car-Balakən dairəsinin idarə edilməsinin yenə də əvvəlki kimi bir sıra özünəməxsus xüsusiyyətləri var

idi. Qafqazda hərbi əməliyyatların başa çatması ilə Car-Balakən dairəsində hərbi idarə “hərbi-xalq” idarə üsulu

ilə əvəz edildi. O, Cənubi Qafqaz quberniyalarında qəbul edilmiş mülki idarə üsulundan fərqlənirdi. Burada

quberniya idarəsinə bənzər kollegial təsisatlar yox idi. Onların funksiyalarını xeyli dərəcədə canişin

dəftərxanaları yerinə yetirirdilər.

Şimali Azərbaycanda kənd idarəsi kəndlilərin tabeliyini daha da möhkəmləndirməli, onu polis-

mütləqiyyət dövlətindən hərtərəfli asılı vəziyyətə salmalı idi. 1866-cı il avqustun 23-də təsdiq edilmiş “Bakı

quberniyasında kənd cəmiyyətləri, onların ictimai idarəsi, dövlət və ictimai mükəlləfiyyətlər haqqında

Əsasnamə” bu məqsədə xidmət edirdi. Sonuncu əsasnamə 1870-ci ilin aprelində Yelizavetpol quberniyasına da

şamil edilirdi.

Bakı quberniyasında cəmi 423, Yelizavetpol quberniyasında isə 325 kənd icması yaradılır. Kənd

icmalarının orqanları kənd yığıncaqları və kətxudalar idilər. Kənd yığıncaqlarında yalnız ciddi şəkildə

məhdudlaşdırılmış məsələlərə: kənddə vəzifəli şəxslərin seçilməsi, hökm çıxarılması, “ziyankar və pozğun

üzvlər”in kənd icmalarından uzaqlaşdırılması, qəyyum və himayədarların təyin edilməsi və s. məsələlərə baxıla

bilərdi.

Page 111: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

111

Kənd inzibati orqanlarının seçkili olmasını tətbiq edən hökumət kətxudaların qubernator tərəfindən təsdiq

edilməsi tələbini irəli sürürdü. Kətxudaya polis hüquqları verilirdi.

Hökumət orqanları kənd icmalarında siyasi “sakitliyin” bərqərar olması üçün böyük canfəşanlıq göstərir,

azacıq şübhələndikdə onları kətxuda seçmək hüququndan məhrum edirdi. Yalnız 1870-ci ildən 1888-ci ilə qədər

təkcə Bakı quberniyasının 65 icması kətxuda seçmək hüququndan məhrum olunmuşdu. 1877-ci il Zaqatala

dairəsində güclənməkdə olan kəndli çıxışları ilə əlaqədar bütün kənd icmalarında kətxudaların və onların

köməkçilərinin seçilməsi ləğv edilmiş və burada kənd icmalarının məmurları XIX yüzilliyin sonuna qədər dairə

rəisi tərəfindən təyin olunurdu.

Kənd icmalarının idarə olunması haqqında əsasnamələr kəndliləri bəylərin məhkəmə və polis

özbaşınalığından xilas etdiyindən və kənddə vəzifəli şəxslərin seçkili olmasını təmin etdiyindən müəyyən

obyektiv, mütərəqqi əhəmiyyətə malik idi. Lakin bu əsasnamələrdən sonra da bəylər kənd hakimiyyəti

orqanlarına təsir göstərə bilərdilər. Lakin onlar, təbii ki, kəndlilər üzərində əvvəlki hökmranlıqlanın itirmişdilər.

Seçki sistemini həyata keçirən “Əsasnamə” çar müstəmləkəçilərinin iradəsindən asılı olmayaraq

kəndlilərin şüurunu müəyyən dərəcədə fəallaşdırırdı, onların çoxəsrlik ətalətdən xilas olmasına, feodalların

hakimiyyətinin “əbədiliyinə” olan inamlarının sarsılmasına yardım edirdi.

Azərbaycanın Rusiyanın işğalı altında olduğu dövrdə özünüidarə sistemində yerli əhaliyə qarşı ciddi ayrı-

seçkilik də özünü büruzə verirdi. Hələ 1892-ci ildə tətbiq edilmiş “Şəhər əsasnaməsi” şəhər idarə orqanlarına

qubernator nəzarətini xeyli gücləndirmiş, şirkət və idarələrin, birinci və ikinci dərəcə ticarət- sənaye gildiya

sahiblərinin seçki hüququnu saxlamışdı.

“Şəhər əsasnaməsi”nin 44-cü maddəsinə əsasən müsəlmanların özünüidarə orqanlarında iştirakı

məhdudlaşdırılırdı. Azərbaycanda müsəlmanların hüququnu məhdudlaşdıran hökumət tədbirləri Bakı şəhər

özünüidarəsində daha kəskin idi. Məsələn, 1902-1905-ci illərdə Bakı şəhər dumasına seçilmiş qlasnılardan cəmi

23 nəfəri – yarıdan azı azərbaycanlı idi. Yalnız 1905-1907-ci illər inqilabi hadisələri dövründə ictimaiyyətin

təzyiqi nəticəsində Qafqaz canişini güzəştə getməli oldu və 1907-1911-ci illərdəki seçkilər zamanı qlasnıların

45 nəfəri (bütün deputatların 57,7%-i) azərbaycanlı oldu. Onların 33%-ni alimlər, mühəndislər, həkimlər,

hüquqşünaslar, jurnalistlər və müəllimlərdən ibarət milli ziyalılar təşkil edirdi.

Şəhər özünüidarəsinin əsası qoyulduqdan 1911-1915-ci illər seçkisinə qədər H. Z. Tağıyev onun ən fəal

nümayəndələrindən biri idi. Lakin azərbaycanlılar şəhər rəisi vəzifəsinə buraxılmırdılar. Yalnız Kamil bəy

Səfərəliyev qısa müddətdə (1905 – 1907-ci illər ərzində) Bakı şəhər başçısı vəzifəsini icra etmişdir.

Gəncə və Şuşa şəhərlərində də ictimai özünüidarə (duma və idarə) mövcud idi. “Şəhər əsasnaməsi”

Gəncədə 1894-cü ildə tətbiq edilmişdi. 1917-ci ilə qədər Gəncə dumasında azərbaycanlı qlasnılar üstünlük təşkil

etmişdir. Bakıdan fərqli olaraq Gəncə şəhər ictimai özünüidarəsinə əsasən azərbaycanlı ziyalı nümayəndələri

başçılıq etmişlər. 1898-ci ildə Şuşada özünüidarə yaradılmış, 1904-1907-ci illərdə Cavad bəy Səfərəlibəyov

şəhər başçısı olmuşdu.

“Şəhər əsasnaməsi”nə görə quberniya mərkəzlərindəki idarədən fərqli olaraq, vəsaiti az olan, ticarəti zəif

inkişaf edən şəhərlərdə daha sadə özünüidarə sistemi tətbiq edilirdi, yəni 12-15 nəfərdən ibarət şəhər

müvəkkilləri yığıncağı yaradılır, şəhərləri isə ya bir, ya da iki köməkçi ilə ağsaqqal idarə edirdi. Quba, Şamaxı,

Nuxa, Lənkəran, Naxçıvan, Ordubadda da bu idarə sistemi tətbiq edilmişdi və müvəkkillərin əksəriyyəti

azərbaycanlı idi.

Azərbaycanda qeyd etdiyimiz hakimiyyətin uzunmüddətli tarixi belə qənaət üçün əsas verir ki, xalqımızın

özünü idarəçilik ənənələri kifayət qədər zəngin irslə bağlıdır. Müasir dövrün yerli idarəçilik sisteminin

formalaşmasında xarici təcrübənin öyrənilməsi nə qədər əhəmiyyətlidirsə, xalqımızın özünüidarə ənənələrinin

tədqiqi də bir o qədər əhəmiyyətlidir.

Milli Məclis.-2013.-№1-2.-S.68-71.

Page 112: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

112

BƏLƏDİYYƏ-XALQ ÖZÜNÜİDARƏETMƏ İNSTİTUTU DEMOKRATİYANIN TƏZAHÜR

FORMASI KİMİ

İbrahimxəlil İBRAHİMOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının

Dövlət idarəetməsi və menecment kafedrasının baş müəllimi,

kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru

Amerika siyasətçisi və dövlət xadimi, Respublikaçılar Partiyasının təsisçilərindən biri, ABŞ prezidenti

olmuş Avraam Linkolnun (1809-1865) 1863-cü il noyabr ayının 19-da ABŞ-da vətəndaş müharibəsi

qurbanlarının dəfn edildiyi zaman çıxışında demokratiyaya sonradan klassik hesab edilən tərif verərək demişdir:

«Biz burada qarşımızda duran böyük vəzifəyə sadiq qalacağımıza and içməliyik, bizdən asılı olan hər şeyi

edəcəyik ki, bu qurbanlar hədər olmasın.

Allahın köməyi ilə bu millət azadlığın yeni doğuluşunun başlanğıcını qoyacaq və xalq idarəetməsi, xalqın

vasitəsilə, xalq üçün idarəetmə heç vaxt yer üzündən yox olmayacaqdır».

Bu tarixi əhəmiyyətli sözlərin deyildiyi vaxtdan iki əsrə yaxın bir zaman keçəndən sonra demokratiyanın

«xalq idarəetməsi, xalq vasitəsilə və xalq üçün idarəetmə» kimi anlaşılması həmişəkindən daha aktual və

mühüm məsələyə çevrilmişdir.

Fransa inqilabının hüdudlarından kənarda hərəkətin olmamasına əsaslanaraq Hegel 1806-cı ildə tarixin

sonunun yetişdiyini bildirmişdirsə, F.Fukuyama 1999-cu ildə SSRİ- nin dağılmasını və SSRİ dağıldıqdan sonra

liberalizmin qlobal miqyasda qalib gələcəyini söyləmişdir.

Tarixin ibrət dərsi, tarixi keyfiyyətlər insanın gələcək haqqında düşünməsi üçün əlavə impuls vermişdir.

Biz demokratiya barədə çox danışırıq, amma onun real mahiyyəti haqqında az fıkirləşirik.

Özünüidarəetmədə «demokratiya» anlayışının mahiyyətini müəyyənləşdirmək məqsədi ilə tarixi

şəxsiyyətlərin və görkəmli alimlərin fikirlərinə nəzər salaq;

Amerikalı alim Q.Almond 1963-cü ildə yazdığı «Vətəndaş mədəniyyəti» adlı əsərində göstərmişdir:

demokratiya – hər şeydən əvvəl yüksək siyasi mədəniyyətə möhtacdır. İqtisadi inkişaf səviyyəsindən asılı

olmayaraq, siyasi mədəniyyət demokratiyanın yaranmasında əsas şərtdir.

Digər görkəmli Amerika alimi B.Morun fikrincə, nə iqtisadi inkişaf demokratiyada aparıcı rol oynayır, nə

də mədəniyyət demokratiya üçün əsas şərtdir. B.Mora görə, cəmiyyətin tarixi inkişaf prosesində siniflərarası

qarşılıqlı münasibətlər demokratiyanın yaranması üçün mühüm amildir.

Tanınmış amerikalı politoloq R.İnqlehartın fikrincə, sabit demokratiyada iqtisadi, siyasi və mədəni

amillərin qarşılıqlı təsiri öz əksini tapmalıdır. İqtisadi inkişaf о zaman demokratik təsisatların qabiliyyəti üçün

dayağa çevrilir ki, o, sosial strukturda və siyasi mədəniyyətdə demokratiya üçün lazım olan dəyişikliyə gətirib

çıxartsın.

Müasir dövrdə Qərbin əksər politoloqları hesab edirlər ki, bazar iqtisadiyyatı sivil, demokratik, hüquqi

cəmiyyət yaratmaq üçün əsas şərtdir.

Eyniyyət nəzəriyyəsinin tərəfdarlarının fikrincə, həqiqi demokratiya yaratmaq üçün başlıca vəzifə dövlət

hakimiyyətini xalqın iradəsinə maksimum yaxınlaşdırmaqla, onların sosial problemlərinin həllində sərbəstliyin

verilməsidir.

Hər bir inkişaf etmiş demokratik ölkə vətəndaşı yaşadığı dövlətin konstitusiya quruluşundan və dövlət

formasından asılı olmayaraq, özünü, ilk növbədə, yerli hakimiyyət səviyyəsində ifadə və təsdiq edir, o, burada

onun gündəlik həyatına bilavasitə təsir göstərən qərarların qəbul olunmasında iştirak edə bilər.

Dövlət idarəçiliyi özünün miqyasına və realizəolunma xüsusiyyətlərinə görə mərkəzi dövlət idarəçiliyinə

və yerli dövlət idarəçiliyinə ayrılır. Bu iki pillənin arasında duran regional idarəçilik də mövcuddur. Lakin

regional idarəçilik nadir hallarda xüsusi təşkilatı formalara malik olur. Bunun başlıca səbəbi isə idarəetmənin

əsas funksiyaları regional səviyyədə deyil, mərkəzi və yerli səviyyədə həyata keçirilir.

Dövlətin qarşısında saysız-hesabsız problemlər durur. Həmin problemlərə müxtəlif yanaşma tələb olunur.

Dövlət bəzən bu qədər çox müxtəlifliyi nəzərə almaq iqtidarında olmur. Bunun üçün onun imkanları azlıq edir

və bu imkanlar bir çox hallarda düzgün paylaşdırılmır, nəticədə dövlət üçün əlavə mənfi fəsadlar verən

idarəçilik yükü ortaya çıxır və yeni problemlər yaranır. Bu problemlərdən azad olunmağın ən faydalı yolu

idarəçilik yükünün səmərəli şəkildə paylanmasıdır. Bunun ən optimal variantı isə dövlət idarəetməsində

idarəolunan obyektlərin bəzilərinə öz-özünü idarəetmə imkanlarının verilməsidir. Bunun nəticəsində dövlət

idarəçilik imkanlarına qənaət edir, dövlətin idarəçilik yükü azalır, nəhayət, idarəetmənin səmərəli olması və

dövlətin maraqları ödənilir. Dövlətin idarəetmə funksiyası müxtəlif qurumlarla bölüşdürülür.

Page 113: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

113

Nəticə etibarilə yerli özünüidarəetmə qurumu meydana çıxır. Yerli özünüidarəetmə dövlət fəaliyyətinə

yaxındır, bu idarəçilik də ictimai maraqların təmin olunmasına yönəlir və bir sıra sırf dövlət hakimiyyəti

funksiyasına malikdir.

Yerli özünüidarəetmə mahiyyətcə bu və ya digər ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən

sərbəstliyin verilməsidir.

Dünya ölkələrində, xüsusən do Avropa ölkələrində özünüidarəetmənin tarixi çox qədimlərə təsadüf edir.

Yerli idarəetmə orqanları Avropa ölkələrində 1789-cu il Fransa burjua inqilabından sonra yaranmışdır.

Unitar dövlətlər arasında yerli özünüidarəetmə sistemi ilk dəfə Fransada, Böyük Britaniyada və dünyanın

ən inkişaf etmiş dövləti olan İsveçrədə qəbul edilmişdir. Fransa və İsveçrədə bütün ölkələrdən fərqli olaraq, iki

fərqli, əhali tərəfindən seçilən qanunverici və idarəedici orqanlara sahib olan yerli özünüidarəetmə sistemi

mövcuddur.

Almaniyada hakimiyyət bölgüsü sistemi əsasən II Dünya Müharibəsindən sonra yaranmışdır. Burada

ABŞ, Fransa və Böyük Britaniyanın təcrübəsinə əsaslandırılmış qarışıq-ikili xarakterli özünüidarəetmə sistemi

mövcuddur.

Yaponiyada yerli özünüidarəetmə sisteminin tarixi 1868-ci il Meydzi epoxasının başlanğıcına təsadüf

edir.

Hollandiya krallığında yerli özünüidarəetmə sistemi 1851-ci ildə qəbul edilmiş konstitusiya müddəalarına

əsasən fəaliyyətə başlamışdır.

ABŞ-da idarəçilik sisteminin tarixi 1787-ci ildən sonra başlayır. ABŞ konstitusiyasına əsasən, ölkə

hökuməti yalnız konstitusiyanın verdiyi səlahiyyətlərə malikdir. Bütün digər hüquqlar ştatların səlahiyyətlərində

qalır. Yerlərdə özünüidarə sisteminin təşkili federal hökumətin deyil, ştatların öz səlahiyyətlərinə verilmişdir.

Türkiyədə Avropa ölkələri ilə müqayisədə yerli özünüidarəetmənin tarixi çox da qədimlərə getmir.

Burada yerli özünüidarəetmə sistemi 1839-cu il Tənzimat fərmanından sonra yaradılmağa başlamışdır.

Ötən dövrlərdə müxtəlif problemlər yaşayan Türkiyədə 1961-ci il Konstitusiyasına əsasən, idarəetmə

strukturu mərkəzdən və yerlərdən idarəetmə əsasında formalaşdırılmış, 1963-cü ildən sonra 307 saylı qanunla

bələdiyyə başçıları xalq tərəfindən seçilməyə başlamışdır.

İnkişaf etmiş dünya ölkələrində yerli özünüidarəetmə sistemi böyük tarixi inkişaf yolu keçib və dövlət

quruluşu formasından asılı olaraq bu və ya başqa formalar alıb.

Yerli özünüidarəetmənin dünya təcrübəsi müxtəlif, bir-birindən fərqli formalarda təşəkkül tapsa da,

ümumilikdə başlanğıcdakı icma demokratiyasına və şəhər özünüidarəetməsinin prinsiplərinə söykənir. Belə ki,

tayfa-icma sistemi, antik dünyanın şəhərləşmə sistemi, orta əsrlər Avropasının və müsəlman Şərqinin şəhər və

kənd icmaları formalaşmışdır.

Avropa ölkələri, Şimali Amerika dövlətləri, Yaponiya və başqa inkişaf etmiş ölkələrdə bələdiyyə

hüququnun və institutlarının inkişafı hakimiyyətin mərkəzdə cəmləşməsinə son verilməsindən, yerli

özünüidarəetmənin nəzəri əsaslarının hazırlanmasından, bələdiyyə fəaliyyətini nizamlayan qanunvericiliyin XIX

əsrdəki islahatlar zamanı formalaşmasından sonra baş vermişdir.

Bu gün yerli özünüidarə inkişaf etmiş dünya ölkələrinin əksəriyyətində konstitusiya quruluşunun əsası,

xalq hakimiyyətinin spesifik forması, əhalinin yerli əhəmiyyətli məsələlərin müstəqil həllinə qərar verən yerli

özünüidarə orqanlarını seçmək və onlara seçilmək hüququnun reallaşdırılması sayılır və müasir tələbatlara

cavab verən əsas prinsiplərə söykənir.

İqtisadi və sosial baxımdan inkişaf etmiş demokratik dövlət quruculuğunun ən zəruri şərtlərindən biri

səmərəli fəaliyyət göstərən yerli özünüidarəetmə sisteminin yaradılmasından ibarətdir. Hüquqi demokratik

dövlətin və vətəndaş cəmiyyətinin ayrılmaz əlaməti hesab olunan yerli özünüidarəetmə institutunun cəlbediciliyi

onun yerli hakimiyyət səviyyəsində əhalinin hakimiyyət orqanları ilə bilavasitə qarşılıqlı fəaliyyətini həyata

keçirməyə, həyat üçün zəruri olan tələbatların ödənilməsinə, yerli əhalinin və yerli kollektivlərin normal

fəaliyyəti ilə bağlı məsələlərin həllinə imkan verməsi ilə müəyyən olunur. Xalq hakimiyyətinin formalarından

və konstitusiyalı quruluşun əsaslarından biri olan yerli özünüidarəetmə, həm də əhalinin özünütəşkilinin elə

formasıdır ki, ona dövlət strukturları ilə qarşılıqlı fəaliyyətdə olmağa, cəmiyyətin idarəolunması prosesində

vətəndaşların aktiv iştirakına imkan verir. Bu baxımdan yerli özünüidarəetmə bir tərəfdən vətəndaş

cəmiyyətinin formalaşma mexanizmi, digər tərəfdən isə ayrılmaz və ən dayanıqlı hissəsi, onun təməli və

mövcudluq şərti kimi çıxış edir.

İnkişaf etmiş ölkələrin iqtisadi tərəqqi tarixi və təcrübəsi göstərir ki, insanların mütərəqqi və yaradıcı

əməyə cəlb olunmasının və iqtisadi dirçəlişə nail olmağın əsas yolu qanunvericilik əsasında onlara

özünüidarəetmə imkanlarının verilməsi və demokratik prinsiplər əsasında yerli özünüidarəetmənin ge-

nişləndirilməsindən ibarətdir. Yerli özünüidarəetmə xalqın öz-özünü idarəetməsi olduğundan demokratiyanın

bütün prinsiplərini özündə əks etdirir. Yerli özünüidarənin əsas mahiyyəti yerli əhəmiyyət daşıyan bütün mə-

sələlərin həllini və məsuliyyəti əhalinin öz üzərinə götürməsi, konkret inzibati ərazidə yaşayan vətəndaşların

Page 114: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

114

iqtisadi, sosial, mədəni inkişafına təminat verməsidir. Bu işi inzibati-ərazi vahidləri üzrə təşkil olunmuş bələ-

diyyələr görməlidirlər.

Geniş mənada özünüidarəetmə məhdud ərazidə məskunlaşmış əhalinin insan hüquq və azadlıqlarının

qorunmasına, yerli problemlərin həllinə fəal və mütəşəkkil qaydada qoşulmasını təmin edən demokratik

prinsipdir. Yerli özünüidarəetmə dedikdə, əhalinin rifahının təmin edilməsi naminə yaradılmış yerli əhalinin

fəaliyyətinin təşkili sistemi nəzərdə tutulur. Bu sistem öz cavabdehlik məsuliyyəti altında dövlətin qüvvədə olan

qanunverici aktlarına müvafiq olaraq yerli əhəmiyyət kəsb edən məsələləri bilavasitə həll edir.

Yerli özünüidarəetmə konstitusiyalı quruluşun əsaslarından və hakimiyyətin təşkilinin əsas

prinsiplərindən biri olub, hakmiyyətin bölüşdürülməsi prinsipi ilə yanaşı, idarəetmə sistemini müəyyən edir.

Yerli özünüidarəetmənin əsas məqsədlərindən biri insanları birləşdinnək, onların hər birinə yaxın olan məq –

sədlər əsasında bu birlikləri müəyyən bir sosial topluma çevirməkdir. Yerli özünüidarəetmə idarəetmənin aşağı

pilləsi olub, demokratik dövlətin ayrılmaz bir əlaməti hesab edilir. Real hakimiyyətə malik yerli özünüidarəet-

mə orqanlarının mövcudluğu səmərəli və eyni zamanda vətəndaşa daha yaxın olan idarəetmə sistemini təmin

edir. Yerli özünüidarəetmə inkişaf etmiş vətəndaş cəmiyyətinin əlamətlərindən biridir.

Yerli özünüidarəetmə vətəndaşların yerli əhəmiyyətli məsələlərin əhalinin maraqları baxımından

həllolunma məsuliyyətini öz üzərinə götürən müstəqil təşkilatdır.

15 oktyabr 1985-ci il tarixdə Avropa Şurasının üzvləri tərəfindən Strasburqda qəbul olunmuş yerli

özünüidarəetməyə dair Avropa Xartiyasında yerli özünüidarəetmə dedikdə, yerli hakimiyyət orqanlarının yerli

əhəmiyyətli məsələləri əhalinin maraqları baxımından qanun çərçivəsində və öz məsuliyyəti altında

tənzimləmək və idarə etmək hüququ və səmərəli vasitə olduğu nəzərdə tutulur. Bu halda yerli özünüidarəetməyə

yerli icma vətəndaşlarının və onların yaratdıqları orqanların yerli işləri idarə etmək hüququ kimi baxılır.

Bütün inkişaf etmiş ölkələrdə yerli özünüidarəetmə konstitusiyalı quruluşun əsaslarından biri kimi tanınır

və ləğv oluna bilməyən bir institut kimi qanuniləşdirilir. Məsələn, AFR Konstitutsiyasının 28-ci maddəsinin 2-ci

hissəsində deyilir ki, yerli icmalara qanun çərçivəsində və onların öz məsuliyyəti əsasında yerli məsələləri həll

etmək hüququ verilir. ABŞ-da fəaliyyət göstərən özünüidarəetmə prinsiplərinə (hame rule) görə yerli işlər,

ştatların qanunverici orqanlarının müdaxiləsi olmadan bələdiyyə orqanları tərəfindən idarə olunur. Belə bir

norma Rusiya Federasiyasının Konstitusiyasında da vardır.

Həmin konstitusiyanın 12-ci maddəsində göstərilir ki, öz səlahiyyətləri çərçivəsində müstəqil olan yerli

özünüidarəetməyə zəmanət verilir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsində təsdiq olunur

ki, yerli özünüidarəetmə bələdiyyələr tərəfindən həyata keçirilir. Yerli özünüidarəetmə, onun orqanları dövlət

idarəetmə mexanizminin əsas hissəsi sayılmır. Bununla bərabər, yerli özünüidarəetmə ilə dövlət hakimiy- yəti

arasında sıx bağlılıq vardır. Bu da onların yeganə mənbəyi olan xalq hakimiyyətinin olmasıdır. Yerli

özünüidarəetmənin fəaliyyətinin böyük hissəsini dövlətin müxtəlif vasitələrlə (hüquqi, maliyyə və s.) təsir

göstərə bildiyi məsələlər təşkil edir. Yerli özünüidarəetmə, əlbəttə ki, “dövlət içində dövlət” deyil. Lakin

bununla belə, yerli idarəetməni yalnız mülki cəmiyyətin institutlarına aid etmək də olmaz, çünki yerli

özünüidarəetmə yalnız yerli məsələlərin həlli üçün özünütəşkil forması deyil, həmçinin xalq hakimiyyəti və

ictimai hakimiyyətin həyata keçirilmə formasıdır.

Dövlətdən fərqli olaraq, yerli özünüidarəetmə orqanları suverenliyə malik deyil və müstəqil olaraq öz

səlahiyyətləri dairəsini təyin edə bilməz. Yerli özünüidarəetmə orqanlarının öz qanunvericilik hakimiyyətini

həyata keçirmək hüququ yoxdur. Başqa sözlə desək, bu və ya digər yerli əraziyə aid olan və ümumi qanunları

əvəz edən qanunlar verə bilməzlər. Şübhəsiz ki, yerli özünüidarəetmə orqanları ümumi xarakterli davranış

qaydalarını şərh edən normativ aktlar qəbul edirlər. Lakin onlar qanunlara aid deyil və öz mahiyyəti etibarı ilə

inzibati aktlardır.

Beləliklə, yerli özünüidarəetməyə konstitusiyalı quruluşun əsası, əhalinin yerli məsələləri müstəqil həll

etmək hüququ, xalq hakimiyyəti forması və s. kimi baxmaq olar.

Məhz onu qeyd etmək lazımdır ki, yerli özünüidarələr yuxarıdakı keyfiyyətlərə yalnız hər bir ölkədə

demokratiya meydana gəlib, inkişaf etdikdən sonra malik olur. Sözün həqiqi mənasında, yerli özünüidarələr

demokratiyanın məhsuludur. Demokratiyanın hərfi mənası xalqın hakimiyyəti deməkdir. Demokratiyanın bir

dövlət idarəetmə forması kimi əsas funksiyası və məqsədi xalqla onun birbaşa seçdiyi hakimiyyət arasında

məsafəni mümkün qədər qısaldaraq, xalqla hakimiyyət arasında yaxınlığı təmin etməkdir. Xalq о ha-

kimiyyətdən razı qalır ki, onun problemlərini vaxtlı-vaxtında və daha keyfiyyətli həll etsin. Bu baxımdan yerli

özünüidarələr daha demokratik qurumlardır.

1991-ci il oktyabr ayının 18-də dünyanın siyasi xəritəsinə yeni bir dövlətin – Azərbaycan Respublikasının

adı daxil oldu. Yeni müstəqillik qazanmış Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun

olaraq ölkədə ictimai həyatın bütün sahələrində tədricən yeniləşmə, müasirləşmə prosesləri baş verdi. Bu

proseslər bütövlükdə ölkədə, о cümlədən yerlərdə idarəetmə sisteminin yenidən qurulmasını tələb etdi ki, bu da

demokratikləşmə prosesinin başlanğıcı kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına səbəb oldu.

Page 115: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

115

Bütün yaranmış mürəkkəb problemlərə baxmayaraq, Azərbaycan Respublikasında böyük demokratik

islahatların müəllifi ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və fəal iştirakı ilə 1993-cü ilin ortalarından başla-

yaraq ölkəmizin tarixində ilk dəfə əsas demokratiya institutu kimi seçkili yerli özünüidarə orqanları –

bələdiyyələr yaradıldı.

Azərbaycan dövlətçiliyinin tarixində demokratik əsasda təşkil edilmiş və sistemli fəaliyyət göstərən yerli

özünüidarə orqanı olmamışdır.

Bu məsələ ilk dəfə möhtərəm Prezidentimiz Heydər Əliyevin şəxsən iştirakı və sədrliyi ilə hazırlanan və

1995-ci il noyabr ayının 12-də keçirilən Azərbaycan Respublikası Referendumunda qəbul edilmiş Azərbaycan

Respublikasının Konstitusiyasında öz əksini tapmışdır.

Konstitusiyanın tələblərinə uyğun olaraq yerli özünüidarə orqanları kimi bələdiyyələrin formalaşdırılması,

onların işinin təşkili, səlahiyyətləri, müstəqilliyinin təmin olunması məqsədi ilə 2 iyul 1999-cu ildə

“Bələdiyyələrin statusu haqqında”, 15 oktyabr 1999-cu ildə “Bələdiyyələrə seçkilərin qaydası haqqında” və

“Bələdiyyələrin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunları

qəbul edildi.

Bu qanunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yerli özünüidarəni həyata

keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, onların hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun

həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirmişdir.

Beləliklə, vaxtilə totalitar model əsasında fəaliyyət göstərmiş müstəqil Azərbaycanda hakimiyyətin qeyri-

mərkəzləşməsi, idarəçilik səlahiyətlərinin, dövlətə məxsus əmlakın və maliyyə mənbələrinin, iqtisadi-sosial

obyektlərin bir hissəsinin və onlara sahiblik, sərəncamçılıq səlahiyyətlərinin mərkəzdən yerlərə verilməsi

əsasında ilk dəfə yerli özünüidarə sitemi yaradıldı.

1999-cu il dekabr ayının 12-də Azərbaycanda ilk dəfə olaraq yerli özünüidarə orqanlarına – bələdiyyələrə

seçkilər keçirildi. Bu, Azərbaycan xalqının həyatında, Azərbaycanın dövlətçilik tarixində çox böyük hadisə kimi

demokratik, hüquqi dövlət quruculuğuna doğru çox uğurlu irəliləyiş oldu.

Geniş səlahiyyətlər əldə etmiş bələdiyyələr iqtisadi, sosial və məişət xarakterli yerli problemlərin həlli

barədə məsuliyyəti də öz üzərinə götürməli oldular.

Yerli özünüidarə xüsusi institutdur. Burada həm geniş nəzəri biliklər sistemi, həm zəngin praktiki dəyərlər

mövcuddur.

Bələdiyyələrin yaranmasından 13 il keçməsinə baxmayaraq, onlar bu gün də bir sıra problemlərlə

qarşılaşır. Ayrı-ayrı hallar istisna olmaqla, bütövlükdə respublikada bələdiyyə orqanlarının fəaliyyətində

nəzərəçarpacaq dərəcədə canlanma hiss olunmur. Bunun başlıca səbəblərindən biri yerli özünüidarəetmə

sisteminin inkişafında vacib problemlərin tam həllinin təmin olunmamasıdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 2008-ci ilin

iyun ayında bələdiyyə sədrlərinin İkinci Ümumrespublika toplantısındakı çıxışında demişdir «Bələdiyyələrin

inkişafı bələdiyyə üzvlərinin və qulluqçularının idarəetmə qabiliyyətindən, peşəkarlıq sə- viyyəsindən bilavasitə

asılıdır. Onların müvafiq tədris kurslarına cəlb edilməsi ilbəil artır. Lakin bu artım daha çox olmalıdır.

Bələdiyyələr və onların milli assosiasiyaları bu işdə diqqəti artırmalıdırlar».

Bütövlükdə cəmiyyətdə demokratikləşmə prosesinin ümumi vəziyyətini əks etdirən bu problemlər bir

tərəfdən obyektiv olaraq müstəqil dövlətçilik təcrübəsinin azlığı, yerli özünüidarəetmə sahəsində ənənələrin

olmaması, cəmiyyətdə demokratik şüurun və demokratiya mədəniyyətinin nisbətən aşağı səviyyəsi, vətəndaş

təşəbbüskarlığının zəifliyi ilə bağlı olsa da, digər tərəfdən mərkəzləşdirilmiş idarəetmə sisteminin güclü olması,

yerli özünüidarəetmə sahəsində mövcud qanunvericiliyin natamamlığı, qanunlarda boşluqların olması və əsasən

bələdiyyə idarəçiliyi sahəsində yüksəkixtisaslı mütəxəsis kadrların çatışmaması ilə əlaqədardır.

Dövlət müstəqilliyimiz möhkəmləndikcə, həyata keçirilən islahatların sürəti, iqtisadiyyatın inkişaf tempi

artdıqca ölkədə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, idarəetmənin və yerli özünüidarəetmənin

səmərəliliyinin yüksəldilməsi ən vacib amillərdən birinə çevrilmişdir. Lakin keçmiş təsərrüfat formalarının

yeniləri ilə əvəz olunduğu və inkişaf etmiş dünya ölkələrinin qabaqcıl idaretmə sistemlərinin, yeni

texnologiyaların yarandığı belə bir şəraitdə idarəetmə sistemində çalışan rəhbər kadrların böyük əksəriyyəti

cəmiyyətdə baş verən dəyişikliklərə tam uyğunlaşa bilmir, xalqın ümumi mənafeyinə xidmət edən mürəkkəb

idarəetmə məsələlərinin həllində peşəkarlıqla bağlı çətinliklərlə üzləşirlər, yerli özünüidarəetmənin səmərəli-

liyini təmin edə bilmirlər.

Azərbaycanın zəngin təbii sərvətləri vardır. Onlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayırlar.

Təbii sərvətlərdən və daxili potensial imkanlardan səmərəli istifadə edən hər bir qurum dövlət büdcəsinin və

yerli bələdiyyə büdcəsinin formalaşmasında iştirak etməlidir. Lakin statistik faktlar göstərir ki, əksər

bələdiyyələr öz büdcəsinə gəlir gətirmədiyi halda, dövlət tərəfindən ayrılan dotasiyanın böyük hissəsi

bələdiyyənin və onların fəaliyyətsiz icra strukturlarının saxlanılmasına yönəldilmişdir. Bu, tamamilə yanlış

Page 116: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

116

yanaşmadır. Məlumdur ki, dövlətin ayırdığı dotasiya vəsaitləri bələdiyyə üzvlərinin və qulluqçularının maaşına,

yaxud digər cari xərclərə deyil, məqsədli sosial proqramların həllinə şərf edilməlidir.

Bunlar həmin bələdiyyələrdə çalışan kadrların qanunları bilmədiklərini və təşkilatçılıq bacarıqlarının

olmadığını göstərir.

Yerli özünüidarəetmənin mühüm şərtlərindən biri təşkilati strukturun formalaşdırılmasıdır. Bələdiyyələrin

təşkilati strukturu onların vəzifə və funksiyalarına uyğun olmalı, izafı xərclərə yol verilməməli, yerli və

ümumdövlət maraqlarını optimal əlaqələndirilməsinə xidmət etməlidir. Bu problemlərin məqsədli həlli üçün isə

peşəkar və işgüzar kadr potensialına ehtiyac yaranır.

Yeni yaradılmış müstəqil ölkəmizdə özünüidarəetmə sahəsində ənənələrin və idarəetmə təcrübəsinin

olmaması nəticəsində 1999-cu ildə respublikada olan 4500 müstəqil yaşayış məntəqəsinin (şəhər, rayon, qəsəbə,

kənd) 2767-də və ya 61,5% də bələdiyyələr yaradıldı. Yaradılan bələdiyyələrin çoxu isə ərazi və əhali

baxımından xırda, imkansız bələdiyyələrdir. Əhalisi 1000 nəfərdən az olan bələdiyyələr yaradılmış

bələdiyyələrin 46 faizini təşkil edir. Respublikada hər yüz min əhaliyə 34,6 bələdiyyə düşür. İnkişaf etmiş

ölkələrlə müqayisə etsək, əhalinin hər yüz min nəfərinə Polşada 6,5, Belçikada 5,6, Hollandiyada 4,

Bolqarıstanda 3,4, Italiyada- 13,5, Litvada – 1,6, Almaniyada 1,7, Böyük Britaniyada 0,7 faiz bələdiyyə düşür.

Bu о deməkdir ki, Azərbaycanda ərazi və əhali baxımından xırda bələdiyyələr yerli problemlərin həllində

imkansızdırlar. Bu problemi aradan qaldırmaq məqsədi ilə ölkə rəhbərliyi qeyri-hökumət qurumu olan

bələdiyyələrə birləşmək, ayrılmaq, birgə fəaliyyət göstərmək imkanları yaratmışdır. Belə ki, «Bələdiyyələrin

birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında» Azərbaycan Respublikasının 14 aprel 2000-ci

il 858-İQ №-li qanunu qəbul edilmişdir.

Ötən bələdiyyə seçkilərində əksər bələdiyyələrdə bələdiyyə üzvlüyünə təsadüfi adamlar seçilmiş,

alitəhsilli, təcrübəli şəxslər, qadınlar və gənclər çox azlıq təşkil etmişdir. Lakin 23 dekabr 2009-cu ildə

keçirilmiş bələdiyyə seçkilərində, az da olsa, dəyişikliklər olmuşdur. Yəni, respublika üzrə bələdiyyələrin sayı

2767-dən azalaraq 1718 olmuşdur. 22000 bələdiyyə üzvünün əvəzinə, 15591 nəfər seçilmişdir. Hazırda seçilmiş

bələdiyyə üzvlərinin 9979 nəfəri və ya 64%-i alitəhsilli, 5612 nəfəri və ya 36%-i orta və ya natamam

alitəhsillidir. Ötən seçkilərdə qadınlar bələdiyyə üzvlərinin sayının 4%-i, son seçkilərdə isə 26%-i təşkil

etmişdir. Gənclərin sayı isə 34%-dən 44%-ə yüksəlmişdir.

Azərbaycanda yerli özünüidarəetmə sisteminin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə bələdiyyə

idarəçiliyinin normativ-hüquqi bazası işlənib hazırlanmış, eyni zamanda ölkə ərazisində yaranmış çoxsaylı

bələdiyyələrdə yerli özünüidarəetmə fəaliyyətinin praktiki reallaşdırılması həyata keçirilir, yerli özünüidarələrin

seçkili və icra orqanlarının iş təcrübəsinin toplanması prosesi gedir.

Ölkədə gedən dinamik inkişaf, iqtisadiyyatın intensiv modernləşməsi ictimai şüurun daha da

demokratikləşməsinə təkan vermişdir. Son illər ərzində həyata keçirilmiş geniş miqyaslı və ardıcıl iqtisadi

islahatlar əhalinin rifah halını yüksəltmiş, insanları daha sərbəst etmiş, onlarda cəmiyyətin bərabərhüquqlu üzvü

olmaları hissini formalaşdırmış və möhkəmləndirmişdir. Bələdiyyələr də bu proseslərin böyük əksəriyyətinin

bilavasitə iştirakçısı kimi Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması və demokratik prinsiplərin tətbiqi

işinə öz paylarını vermişlər və bu iş davam etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin Azərbaycan Parlamentinin 90

illik yubileyinə həsr olunmuş təntənəli yığıncağındakı nitqində ölkənin demokratikləşməsi istiqamətində həyata

keçirilən siyasətə toxunaraq demişdir: «Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli

maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət göstərir. Siyasi

proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyətinin formalaşması, xalqla iqtidar

arasında birliyin möhkəmlənməsi – bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır».

Ölkədə başlanmış islahatlar prosesinin çox mühüm tərkib hissələrindən biri idarəetmə sahəsində kadr

siyasətinin akivləşdirilməsi olmuşdur.

Azərbaycan Respublikasında bələdiyyə idarəçilik sistemində göstərilən belə yüksək peşəkarlıq

səviyyəsinin tələblərinə cavab verə biləcək kadr hazırlığı sahəsinin təkmilləşdirilməsi tələb olunur.

Akademik Ramiz Mehdiyevin yuxarıda qeyd etdiyimiz çıxışında dediyi kimi: «Yerli özünüidarəetmə

orqanlarının uğurlu fəaliyyəti vətəndaşların onların işində fəal iştirakından çox asılıdır. Düzdür, son zamanlar

bələdiyyə qərarlarının qəbul edilməsində sakinlərin iştirakı müşahidə olunur. Lakin yerli özünüidarəetmədə

fəaliyyət səviyyəsi, açığını deyim, çox aşağıdır. Bələdiyyələr vətəndaşların yığıncaqlarda iştirakında, müxtəlif

təkliflərlə çıxış etməsində maraqlı olmalı, vətəndaş təşəbbüskarlığının artırılması üçün geniş şərait

yaratmalıdırlar».

Bələdiyyə qulluqçularında müstəqil qərar qəbul etmək bacarığı, axtarışa və qarşılıqlı fəaliyyətə hazır

olmaq keyfiyyəti olmalıdır. Bələdiyyələrin inkişaf proqramlarının işlənib hazırlanması və reallaşdırılması, əhali

və dövlət strukturları ilə səmərəli qarşılıqlı fəaliyyət göstərməsi üçün bələdiyyə qurucularından kifayət qədər

hüquqi hazırlıq tələb olunur.

Page 117: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

117

Elə bu istəklə də ulu öndər Heydər Əliyevin xüsusi Fərmanı ilə 1999-cu ildə Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılmışdır. Onun əsas məqsədi ölkənin idarəetmə sistemi

üçün yüksəkixtisaslı kadrların hazırlanması olmuşdur.

Dövlət və bələdiyyə idarəçiliyi sahəsində mütəxəssis kadrların hazırlıq keyfiyyətinin yüksəldilməsində

tələbələrin istehsalat təcrübəsinin təşkili mühüm əhəmiyyət kəsb edir.

İstehsalat təcrübəsi hazırlıq prosesinin mühüm bir hissəsi olduğu üçün elə təşkil olunmalıdır ki, tələbələr

üçün sınaq yeri olsun və onlara təşkiletmə və idarəetmə ilə bağlı təcrübə əldə etməyə, öz bilik və bacarıqlarını

təcrübədə yoxlamağa imkan yaratsın.

Azərbaycan təhsil sistemində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə hazırlanan kadrların

peşəkarlıq və idarəetmə sahəsində lazımi biliklərə və praktiki vərdişlərə yiyələnmələrini təmin etmək məqsədi

ilə bələdiyyələr üçün qabaqlayıcı kadr hazırlığı proqramları işlənib hazrılanmalıdır. Bu kadrların cavab verməli

olduğu yüksək peşəkarlıq səviyyəsinə tələblərin formalaşdırılmasını, bu səviyyəni təmin etməyə imkan və onun

bütün əsas aspektlərini əhatə edən tədris planları və hazırlıq proqramları olmalıdır. İstehsalat təcrübələrinin

keçirilməsində yeni təlim metod və texnologiyalardan istifadə edilməlidir.

Tədris planı idarəetmənin əsas funksional sahələrini, о cümlədən dövlət və bələdiyyə idarəçiliyinin

xüsusiyyətlərini, beynəlxalq təcrübəni, maliyyə – iqtisadiyyatın, vergi sisteminin dövlət tənzimlənməsi, dövlət

və bələdiyyə qulluğunun idarəolunması, dövlət və bələdiyyə mülkiyyətinin, maliyyəsinin, əmlakının,

informasiya, hüquq və insan ehtiyatlarının idarəolunmasını və s. əhatə etməlidir.

Hazırda biz ona ümid edirik ki, bələdiyyə idarəçiliyi sahəsində dövlət və bütövlükdə cəmiyyət

səviyyəsində görülən bütün bu işlər bələdiyyə institutlarının yenidəntəşkili prosesinə təkan verəcək,

bələdiyyələri öz ərazilərində yaşayan əhalinin rifah halının yüksəldilməsinə xidmət edən demokratik instituta

çevirəcəkdir.

Ədəbiyyat:

1. 1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 2009.

2. 2. Əliyev İ.H., “Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağında nitqi.

«Dövlət İdarəçiliyi» jurnalı, 2008, №2.

3. 3. Mehdiyev R.Ə., Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin

tətbiqində bələdiyyələrin iştirakına dair bələdiyyə sədrlərinin II Ümumrespublika toplantısında çıxışı,

«Azərbaycan» qəzeti, 26 iyul 2008-ci il.

4. 4. Mehdiyev R.Ə., Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti, Bakı, «Şərq-

Qərb», 2008.

5. 5. Bələdiyyələr haqqında sənədlər toplusu, Bakı,2008.

6. 6. Yerli özünüidarə haqqında Avropa Xartiyası, Strasburq, 15 oktyabr 1985.

7. 7. Ronald Yanq, Azadov E.H., Dövlət idarəetməsində islahatlar, Bakı, 2006.

8. 8. Səlimzadə M. L, Yerli özünüidarəetmə hakimiyyətinin əsasları, Bakı, 2010.

9. 9. Səlimzadə M.İ., Sadıqov Ə.İ., Xəlilov Q.R., Bələdiyyə hüququ, Bakı, 2011.

10. 10. Емельянов H.A., Самоуправление как форма демократического обустройства об-

щества, Москва, 1996.

11. 11. Арановский К.В., Государственное право зарубежных стран. Москва, 1998.

12. 12. Мачульская И.Г., Аналитический обзор российских и зарубежных моделей местного

самоуправления, Новосибирск, 1997.

Açar sözlər: bələdiyyə, xalq özünüidarəetməsi, yerli özünüidarəetmə, yerli özünüidarəetmə orqanları,

vətəndaş cəmiyyəti, demokratik prinsiplər

Ключевые слова: муниципалитет, народное самоуправление, местное самоуправление, органы

местного самоуправления, гражданское общество, демократические принципы

Key words: municipality, the national government, local government, local government

bodies, civil society, democratic principles

Ибрагимхалил Ибрагимов, старший преподаватель кафедры Государственное

управление и менеджмент Академии Государственного Управления при Президенте

Азербайджанской Республики, доктор философии по сельскохозяйственным наукам

Page 118: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

118

Институт муниципально-народного самоуправления как форма проявления демократии

Резюме

В любой развитой демократической стране независимо от ее конституционного строя и

государственной формы, граждане в первую очередь утверждают себя на уровне местной власти и

получают вариантность принятия ежедневных решений, непосредственно влияющих на жизнь общества.

Сегодня местное управление в развитых странах мира является основой конституции и спе-

цифической формой народной власти и избрание органов самоуправления, самостоятельно

реализующих важные для населения решения, является реалией сегодняшнего дня и соответствующей

современным требованиям права.

Ibrahimkhalil Ibrahimov, The Academy of Public Administration under the President of the

Republic of Azerbaijan, senior teacher of the Department of Public Administration

and Management, Ph.D (agricultural science)

Institution of Local Self-government as a Manifestation of Democracy

Summary

Citizens of each developed democratic state express and confirm themselves firstly on the level of self-

government regardless of the constitution and and of the form of their government, and can take part in making

decisions which directly impact their life.

Today local self government is considered to be the basis of the constitution, a specific form of people’s

government able to elect local self government to solve the issues of local importance and to realize the right to

be elected, and is based on the major principles meeting modem demands.

Dövlət idarəçiliyi.-2013.- № 1 (41).-S.131-139.

Page 119: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

119

Bələdiyyələr ilə icra hakimiyyəti orqanları arasında münasibətlərin təkmilləşdirilməsində beynəlxalq

təcrübənin tətbiqinin bəzi aspektləri

Mürsəlov Rahim Şirqazi oğlu,

Azərbaycan Dövlət İqtisad Unversitetinin “İqtisadi hüquq” kafedrasının müəllimi

Açar sözlər: bələdiyyələr, yerli özünüidarə, icra hakimiyyəti orqanları, Avropa Şurası Yerli və Regional

Hakimiyyətlər Konqresi.

Ключевые слова: муниципалитеты, местное самоуправление, органы исполнительной власти,

Конгресс местных и региональных властей ЕС.

Keywords: municipalities, local government, executive agencies, the Congress of Local and Regional

Authorities of the EU.

Respublikamızda yeni təşəkkül tapan bələdiyyə institutunun yaradılmasının və inkişafının müasir

istiqamətləri əsasında son illər ərzində yerli özünüidarəetmənin təşkili istiqamətində çoxsaylı təşkilati və hüquqi

tədbirlər həyata keçirilmiş, beynəlxalq təcrübəyə əsaslanan hüquq normalarına uyğun mütərəqqi qanunvericilik

bazası yaradılmışdır.

Azərbaycan Respublikasının iradəsi ilə həyata keçirilmiş genişmiqyaslı islahatlar dövlətimizin sosial-

iqtisadi inkişafında əsaslı dəyişikliklərə səbəb olmuş, onun dünya birliyinə inteqrasiya prosesini sürətləndirmiş,

mühüm regional layihələrin həyata keçirilməsinə imkanlar yaratmışdır.

Azərbaycan Respublikasının sürətli inkişafında, əhalinin sosial-maddi rifahının yüksəlməsində,

demokratik idarəetmə sisteminin yaradılmasında bələdiyyələrin rolu, iş görmək bacarığı və əhalinin bu instituta

inamı əhəmiyyətli dərəcədə artırmışdır.

Bələdiyyələrin inkişafı və yerli əhəmiyyətli məsələlərin həlli üzrə nailiyyətlərin əldə edilməsinin mühüm

səbəblərindən biri mərkəzi icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında qarşılıqlı münasibətlərin

tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsidir. Bu işlərin həyata keçirilməsində

Azərbaycan Respublikasının bələdiyyələrinin Avropa Şurası yerli və regional Hakimiyyətlər Konqresi ilə

əməkdaşlıq etməsi mühüm rol oynayır. Azərbaycan Respublikasının bələdiyyələrinin nümayəndələri yerli

əhəmiyyətli sosial məsələlərin həllində Avropa ölkələrinin bələdiyyələrinin topladıqları qabaqcıl təcrübənin

öyrənilməsi və yayılması məqsədi ilə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin plenar

sessiyalarında və müvafiq komitələrin iclaslarında üzv qismində iştirak etmiş, qəbul olunan qərarlara dair ölkə

bələdiyyələrinin mövqeyini bildirmişlər.

Regionların – qəsəbə və kəndlərin abadlaşdırılması, yaşayış məntəqələrində sosial obyektlərin inşası və

təmiri, kommunal xidmətlərlə təchizatı sahəsində problemlərin həlli yerli özünüidarə ilə dövlət hakimiyyəti

orqanları arasında tam anlaşılan fikir ayrılıqları var və bu, iki təsisatın arasındakı funksional fərqdən irəli gəlir.

Dövlət idarəetmə səlahiyyətlərini öz əlində toplayır, regionları vahid mərkəzə tabe edir, özünün suverenliyi və

səlahiyyətlərinə müdaxilə edilməsinə yol vermir. Dövlət öz səlahiyyətlərinin bir hissəsindən o zaman imtina edir

ki, bəzi ərazilərin və regionların problemlərini özü üçün lüzumsuz, bələdiyyələr çərçivəsində həll edilə bilən

sayır. İqtisadi, məişət, sosial-mədəni xarakter daşıyan problemlərin həlli üzrə səlahiyyətlərinin müəyyən

hissəsini dövlət, yerli özünüidarə orqanlarına verir. Ancaq dövlət bu hallarda da öz funksiyasını ya yerli

özünüidarənin dövlət hakimiyyətinin forması olmadığını qəbul etməklə, ya da bələdiyyələrin dövlət

hakimiyyətindən asılılığını təmin etməklə həyata keçirir (3, s. 34).

Federasiya quruluşlu, əraziləri böyük olan və daxildə ictimai-siyasi vəziyyətin sabitliyini təmin edən

dövlətlər regionların dövlət hakimiyyətindən asılılığını minimuma, onların muxtariyyət statusunu maksimuma

çatdırmağa meyllidirlər. Bu halda mərkəzi hakimiyyətin böyük əraziyə tam və dəqiq nəzarəti kimi çətin vəzifəsi

səlahiyyətlərinin paylanması hesabına yüngülləşir. Bir qayda olaraq, federasiya subyektlərinin özünə təsir

etməyə imkan verən səlahiyyətləri (maliyyə, vergi, ərazinin yenidən təşkili, silahlı qüvvələr yaratma və s.)

federativ dövlət öz əlində saxlayır və bunun hesabına federasiya subyektləri daxilində bir çox təşkilati

məsələlərdən azad olur (6, s.101).

Dünyada separatçılıq, millətçilik, regionçuluq əsasında baş verən bir çox münaqişələr siyasi və dövlət

institutlarını yenicə formalaşdıran, müharibə şəraitində olan Azərbaycan Respublikası üçün çox təhlükəlidir.

Ərazi cəhətdən təşkilinə görə mürəkkəb-unitar dövlət hesab olunan Azərbaycan Respublikasında yerli

hakimiyyət mərkəzdən formalaşdırılan yerli icra hakimiyyəti və əhali tərəfindən təşkil olunan yerli özünüidarə

orqanları tərəfindən həyata keçirilir. Yerli xalq hakimiyyətinin bütövlüyünü yaradan yerli icra orqanları ilə

bələdiyyələr müstəqil qurumlar kimi qarşılıqlı faydalı fəaliyyət göstərməyə borcludurlar. Birliyin əsası isə

əhalinin rahatlığı, sabit inkişafı olmalıdır (3, s. 20).

Page 120: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

120

Ötən illər ərzində Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyəti istiqamətində müəyyən işlər

görülmüşdür. Bugünkü dövrdə, müəyyən çatışmazlıqlara baxmayaraq, bələdiyyə institutu ümumilikdə

demokratik idarəetmənin əsas formalarından biri kimi ölkədə vətəndaş cəmiyyəti quruculuğunun

formalaşmasında mühüm təsisatlardan birinə zəif də olsa çevrilməkdədir. Bələdiyyələrin müəyyən hissəsinin

mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətinin səmərəli təşkil edilməsi, bələdiyyə üzvlərinin

aktivliyi və həmin bələdiyyələrin yerli idarəetmədə fəallığının getdikcə artırılması bu qurumların uğurlu

gələcəyinə təkan verir.

Bu gün Azərbaycanda bələdiyyələrin normal fəaliyyətinə mane olan bir sıra ciddi problemlərin

mövcudluğunu etiraf etmək lazımdır. Bələdiyyə institutunun Azərbaycan üçün yeni institut olması və bu sahədə

təcrübənin azlığı ilə bərabər, burada prinsipial əhəmiyyət daşıyan digər ciddi problemlər də az deyildir.

Mərkəzi icra hakimiyyəti orqanlarının yerli əhəmiyyətli məsələlərin həllində səlahiyyətlərinin və onların

bələdiyyələrlə qarşılıqlı münasibətlərinin istiqamətlərinin araşdırılması onu göstərir ki, dövlət hakimiyyəti

orqanları ilə yerli özünüidarə orqanlarının qarşılıqlı fəaliyyəti ilə bağlı həlli zəruri olan çoxsaylı problemlər

mövcuddur. Bir çox yerli əhəmiyyətli məsələlərin həlli üçün bələdiyyələrə zəruri olan əmlakın, maliyyə

vəsaitlərinin və idarəetmə səlahiyyətlərinin mərkəzi icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında optimal

bölgüsünün təmin edilməsi bələdiyyə sisteminin qurulması üçün mühüm əhəmiyyət kəsb edir.

Yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alaraq yerli özünüidarənin təşkilinin ingilis və qarışıq

modellərini fərqləndirmək mümkündür.

Yerli özünüidarənin İngilis modeli ümumi hüquq sistemli ölkələr (Böyük Britaniya, ABŞ, Kanada,

Avstraliya, Hindistan və s.) üçün səciyyəvidir. Burada, başlıca xüsusiyyətlər müxtəlif səviyyəli hakimiyyətlərin

muxtariyyətə malik olması, hər bir səviyyənin orqanlarının səlahiyyətlərinin dəqiq müəyyən edilməsi, mərkəzi

hakimiyyətin yerlərdə müvəkkillərinin yoxluğu, yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin seçkili olması,

yerli özünüidarə orqanlarının fəaliyyətinə dolayı üsullardan istifadə etməklə və ya məhkəmə vasitəsilə nəzarətin

həyata keçirilməsi ilə səciyələnir.

İki sistemi, modeli birləşdirən əsas prinsiplər ondan ibarətdir ki, onlar müasir demokratik dövlətlər üçün

səciyyəvi olan oxşar prinsiplər əsasında qurulurlar. Burada əsas müsbət cəhət isə ondan ibarətdir ki, hər iki

sistemdə bələdiyyələrin əsasını əhali tərəfindən azad seçkilər nəticəsində yaradılan və legitimliyə malik olan

nümayəndəli orqanlar təşkil edirlər.

İnkişaf etmiş ölkələrdə yerli özünüidarənin təşkili xüsusiyyətlərinin müasir və sınaqdan keçmiş

formalarının öyrənilməsi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və bələdiyyələrin

qarşılıqlı münasibətlərinin təkmilləşdirilməsində beynəlxalq təcrübənin tətbiq edilməsi üçün zəmin yaradır.

Yuxarıda araşdırdığımız yerli özünüidarənin ingilis modelinə xas olan bir sıra müsbət cəhətlərin

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə bələdiyyələrin qarşılıqlı münasibətlərinin

təkmilləşdirilməsi üçün nəzərə alınmasını məqsədəuyğun hesab etmək mümkündür. Bu məqsədlə Azərbaycan

Respublikasının regionlarında yerli şəraitə uyğun özünüidarə formaları və inzibati ərazi bölgüsünə uyğun olaraq

hakimiyyət orqanları sistemi qurulmalıdır. Böyük şəhərlərdə şəhərdaxili rayon bələdiyyələri ilə yanaşı,

“Mərkəzi şəhər bələdiyyəsi” və ya “Baş şəhər bələdiyyəsi” adlanan qurumun yaradılması və onun hüquqi

statusunun qanunvericiliklə təsbit edilməsi zəruridir.

Azərbaycan Respublikasının bütün ərazisində yerli hakimiyyət funksiyalarının bütövlükdə bələdiyyələrə

verilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətinin qanuniliyinin təmin edilməsinə dövlət nəzarətinin yerli

icra hakimiyyəti orqanlarına həvalə edilməsi, habelə bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli

şəxslərinin fəaliyyətinə ictimai nəzarət institutunun yaradılması və tətbiq edilməsi ilə bağlı məsələlərin həll

edilməsinin zəruriliyi inkar olunmamalıdır.

Bələdiyyələrin maliyyələşdirilməsinin İngilis modeli mexanizminin müsbət cəhətlərinin Azərbaycan

bələdiyyə quruculuğunda nəzərə alınması bələdiyyə büdcələrinin formalaşdırılması, təsdiqi və icrası sahəsində

mövcud olan problemlərin həll edilməsinə kömək edə bilər.

Qeyd etdiyimiz İngilis modeli mexanizminin Azərbaycan bələdiyyələrində qurulması ərazi vahidləri üzrə

bütün maliyyə vəsaitlərinin bir hakimiyyət orqanının əlində cəmləşdirilməsinə, yerli özünüidarə orqanının bütün

funksiya və vəzifələrinin, o cümlədən, ictimai asayişin mühafizəsi, yol tikintisi, nəqliyyatın fəaliyyəti və digər

yerli xərclərin maliyyələşdirilməsinə, habelə büdcə ssudaları və subsidiyaları, yerli səhm və istiqrazlar kimi

maliyyə alətlərindən istifadə edilməsinə şərait yaradacaq. Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri

tərəfindən verilən əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün müvafiq zəruri maliyyə vəsaitinin dövlət

büdcəsindən subsidiya formasında ayrılması, fıkrimizcə, daha səmərəli olardı. Bu qayda bələdiyyələrin əlavə

xərclərinin maliyyələşdirilməsini və onlara nəzarətin sadələşdirilməsini nəzərdə tutur (8, s. 110).

Almaniyada özünüidarə yerli hakimiyyətin qarışıq təşkilati tipi kimi bir neçə xüsusiyyətlə xarakterizə

olunur. Torpaqların (Almaniya inzibati-ərazi bölgüsü) hökumətləri hər bir şəhər (icma) üçün özünüidarə tipini

Page 121: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

121

müəyyən edir. Təyin olunmuş quruluş tipi çərçivəsində hökumətə üç aspektdə təzahür olunan, geniş fəaliyyət

azadlığı verilmişdir:

- şəxsi məsuliyyəti altında öz xidmətləri üzərində sərəncam vermək hüququ;

- başqa hakimiyyət orqanlarının səlahiyyətlərinə aid olmayan bütün məsələlərə görə məsuliyyət;

- qanunqüvvəli qərar qəbul etmək hüququ.

Almaniyanın Konstitusiyasında xüsusi olaraq qeyd edilmişdir ki, dövlət öz qanunvericilik və icra

fəaliyyətində icmalara maksimal xeyirxahlıqla yanaşmağa borcludur. Xüsusi olaraq nəzərdə tutulmuşdur ki,

özbaşınalıq və hakimiyyət səlahiyyətlərini aşmaq qadağandır. Bu о deməkdir ki, o, icmanın maraqlarına son

dərəcə hörmətlə yanaşmalıdır.

Almaniyada yerli özünüidarə sahəsində səlahiyyətlərin bölgüsü sisteminin əsasını bələdiyyə institutları

quruluşunun qarışıq təşkilati prinsipi təşkil edir.

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının

qarşılıqlı fəaliyyətinin tənzimlənməsi üçün qəbul edilən qərarların qanuniliyinə nəzarətin həyata keçirilməsi

sahəsində Almaniyanın dövlət orqanlarının təcrübəsinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edə bilər.

Əsasən Almaniyanın yerli büdcənin icrası zamanı yaranan büdcə kəsirinin maliyyə investisiyalarının və

müəssisələrin stimullaşdırıcı investisiyalarının cəlb edilməsi qaydasında maliyyələşdirilməsi üzrə təcrübəsinin

Azərbaycan bələdiyyələri tərəfindən öyrənilməsinin və gələcəkdə tətbiq edilməsinin mümkünlüyü diqqət

mərkəzində saxlanılmalıdır.

Beləliklə, yerli özünüidarənin ingilis və qarışıq modellərinin öyrənilməsi Böyük Britaniyanın və

Almaniyanın yerli özünüidarənin təşkili sahəsində əldə etdikləri təcrübənin yuxarıda əsaslandırılmış təkliflər

əsasında Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qarşılıqlı

münasibətlərinin təkmilləşdirilməsində tətbiq edilməsinin məqsədəuyğunluğunu təsdiq edir.

İstifadə edilmiş mənbələr:

1. 1. Abbasov İ. Yerli özünüidarə orqanlarının (bələdiyyələrin) hüquqi statusu // Azərbaycan bələdiyyə

sistemi, 2007, №1

2. 2. Abdullayev E.İ., Həsənova S.H. “Bələdiyyə hüququ” (Dərslik). Bakı: ABU, 2002

3. 3. Azərbaycan Respublikasında bələdiyyələrin hüquqi əsasları. Bakı: NAKSUANA,

565 s.

1. 4. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2012.

2. 5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, Bakı, Qanun, 1999

3. 6. Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı: Bakı Universitetinin nəşriyyatı,

698 s.

1. 7. Quliyev İ.O. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin nəzəri və hüquqi əsasları. Bakı, 2006.

2. 8. Барабашев Г.В. «Местное управление». М.: МГУ, 1996.

3. 9. Вельский К.С. Разделение властей и ответственность в государственном управлении. М.: БЕК,

1994

4. 10. Капитанец Ю.В. Правовые основы организации взаимодействия органов государственной

власти и местного самоуправления: Дисс… канд. юрид. наук. Саратов , 2002, 165 с.

5. 11. Широков А.Н., Юрикова С.Н. Взаимодействие с органами государственной власти. М.:

«Юрист», 2005.

Мурсалов Рагим

Некоторые аспекты применения международного опыта усовершенствования отношений

между муниципалитетами и органами исполнительной власти

РЕЗЮМЕ

В статье исследованы роль и некоторые аспекты применения международного опыта

усовершенствования отношений между муниципалитетами и органами исполнительной власти.

Исследованы также правовая база и некоторые её аспекты, действующие в этой сфере.

Mursalov Rahim

Municipalitives with by some aspects of the application of the international experiment between

organs of executive authority odd of the attitudes

SUMMARY

Some aspects and role of the application of the international experiment nvestigated with/by

municipalities in the article between organs of executive authority odd of the attitudes. The low base which acts

in this area and some its aspects are analysed.

Page 122: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

122

Rəyçi: h.ü.f.d. S.Z.Səbzəliyev

Təqdim edən: h.e.d., prof. B.S.Zahidov

Daxil olma tarixi: 05.07.2013

Təkrar işlənmə tarixi: 23.07.2013

Çapa imzalanma tarixi: 15.08.2013

Azərbaycan Dövlət İqtisad Universitetinin hüquq fakültəsinin “İqtisadi hüquq” kafedrasının 05

iyun 2013-cü il tarixli iclasının qərarı (Protokol 10) ilə çapa məsləhət görülmüşdür.

Qanun.-2013.-№ 08(226).-S.29-33.

Page 123: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

123

Yerli özünüidarəetmədə demokratik ənənələr tətbiq olunur

Hümbət Hüseynov,

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri,

texnika elmləri namizədi

Milli dövlətçiliyimizin son on illik təkamül tarixi bir daha sübut etdi ki, ulu öndərimiz Heydər Əliyev

tərəfindən qoyulan siyasi kursun ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla həyata

keçirilməsi, ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının ictimai-siyasi

həyatımıza daha yaxından inteqrasiya olunmasına səbəb olmuşdur.

Ölkəmizdə dövlət quruculuğu siyasətinin sistemli şəkildə tənzimlənməsi, insan hüquq və azadlıqlarının

konstitusion şəkildə qorunması vətəndaşların yerli özünüidarəetmə orqanlarının işində daha fəal qoşulmasına

şərait yaratmış, yerli demokratiya quruculuğunda onların rolunu artırmışdır.

Bu il noyabr ayının 25-dən start verilmiş “Azərbaycanda yerli demokratiya həftəsi” də bələdiyyələrdə

yerli demokratiyanın daha da möhkəmlənməsinə, yerli idarəçilik ənənələrinin təkmilləşməsinə yönəlmiş belə

tədbirlərdəndir. Ölkə bələdiyyələrində keçirilən “Azərbaycanda yerli demokratiya həftəsi” tədbirlərinin

ictimailəşməsini nəzərə alaraq məsələyə bir qədər də aydınlıq gətirmək yerinə düşər.

Qeyd edək ki, “Azərbaycanda yerli demokratiya həftəsi” 2007-ci ildən başlayaraq Avropa Şurasının

Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrinə və Milli Assosiasiyaların 2008-ci ildə keçirdiyi

Bələdiyyə Sədrlərinin II Ümumrespublika Toplantısının qərarına uyğun olaraq ölkədə hər il keçirilən bələdiyyə

aksiyasıdır. Həftə çərçivəsində müxtəlif formatlarda reallaşdırılan tədbirlərdə əsas məqsəd bələdiyyələrdə

demokratiyanın daha da möhkəmləndirilməsindən, vətəndaşların yerli demokratiya institutları barədə

biliklərinin genişləndirilməsindən, yerli səviyyədə qərarların qəbulu prosesində vətəndaş iştirakçılığının və

fəallığının artırılmasından, son nəticə olaraq bələdiyyəçilik ənənələrinin təkmilləşdirilməsindən ibarətdir.

Bununla bağlı təcrübə göstərir ki, bələdiyyələrin işinin səmərəliliyi ərazidə yaşayanlarla gündəlik

təmasların qurulmasından, onların bələdiyyələrin işinə daha yaxından qoşulmasından, bələdiyyə həyatının bütün

sahələrində rəy və təkliflərinin öyrənilməsindən, eləcə də prioritet istiqamətlər seçilərkən onların nəzərə

alınmasından, habelə şəffaflığın təmin olunmasından çox asılıdır. Bələdiyyələrin vəzifəli şəxsləri və üzvlər də

ictimai maraq doğuran yerli əhəmiyyətli məsələləri daim diqqət mərkəzində saxlamalı, görülmüş işlər barədə

əhalinin mütəmadi olaraq məlumatlandırılmasını da nəzərdən qaçırmamalıdırlar. Bu mənada həftə çərçivəsində

vətəndaşlarla sosial məsələlərə dair hesabat xarakterli görüşlərin davamlılığını təmin etmək müsbət nəticə verə

bilər.

Bu sahədə ölkəmizin yerli idarəetmə orqanlarında artıq xeyli müsbət təcrübə toplanmış və Avropa

Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan bələdiyyələrində görülmüş işlər müsbət

qiymətləndirilmişdir. Keçən il vətəndaşlarla keçirilmiş 6700 görüşdə 500 mindən artıq vətəndaş iştirak etmiş,

45 minə yaxın fərdi qəbullar aparılaraq, bir sıra yerli əhəmiyyətli sosial sifarişlər öz həllini tapmışdır.

Digər bir məsələ isə gənclər və yeniyetmələr arasında bələdiyyə biliklərinin artırılmasını, onların

demokratiya sahəsində fikir və təfəkkürünün formalaşmasını diqqət mərkəzində saxlanılmasından ibarətdir.

2012-ci il yanvar ayına olan rəsmi statistika onu göstərir ki, Azərbaycan əhalisinin 9.235.000 nəfərinin 29 faizi

18-34 yaşda olan gənclərdir. Bütün bunları nəzərə alaraq biz bələdiyyə siyasətinin formalaşmasında ərazidə

yaşayan gənclərin fəallığından, onların potensialından səmərəli istifadə etməliyik. Gənclər yaradılmış

demokratik şəraitdən faydalanmalı, bələdiyyə seçkiləri də daxil olmaqla bütün seçki proseslərində fəallıq

nümayiş etdirməli və təbiidir ki, gənc nəslin fəal vətəndaşlıq mövqeyi özünü yerli bələdiyyənin idarə

olunmasında da göstərməlidir. Qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilən hesabat yığıncaqlarında

gənclərin təmsil olunması, yerli əhəmiyyətli məsələlərin müzakirəsinə onların fəal qoşulması, bunun üçün hər

cür şəraitin yaradılması bələdiyyənin vacib saydığı məsələlərdən olmalıdır.

Belə hesab edirik ki, paralel olaraq təhsil alan gənclər arasında bu işin təşkili prioritet seçilməlidir. Yaxşı

olardı ki, bu sahədə bələdiyyələr il ərzində orta məktəblərin pedaqoji kollektivi ilə sistemli iş qursunlar.

Gələcək fəaliyyətimizdə təhsil müəssisələrilə birgə gənclər və yeniyetmələr arasında yerli hakimiyyətin

formalaşması, onun idarəçilik ənənələri haqqında vaxtaşırı müxtəlif xarakterli tədbirlərin keçirilməsi nəzərə

alınmalıdır. Həmin tədbirlər sırasında bələdiyyə həyatına dair mühazirələr və müzakirələr, inşa yazı müsabiqəsi,

seçki və seçici mədəniyyətinin formalaşmasına dair dəyirmi masalar, formal seçki keçirilməsi və sair bu kimi

tədbirləri reallaşdırmaq olar. Milli Assosiasiyalar bu sahədə ölkə bələdiyyələrində mövcud olan təcrübədən

yararlanmaq üçün bələdiyyələrimizə istənilən metodiki və əməli köməkliklər göstərməyə hazırdır.

İşə kompleks yanaşmaq baxımından bələdiyyələrdə gənclərlə bağlı fəaliyyət göstərən daimi komissiyanın

imkanlarından səmərəli istifadə olunmalıdır. Komissiya öz işində fəal fəaliyyət yolu seçməli, təşəbbüslər irəli

Page 124: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

124

sürüb, onların reallaşmasına nail olmalıdır. Bütün bu işlər yerinə yetirilərkən rayon gənclər və idman

idarələrinin və dairə seçki komissiyalarının imkanlarından faydalanaraq gənclər üçün hakimiyyət və seçki

məsələlərinə dair təlimlər keçirilə bilər. İcra strukturlarının, ədliyyə orqanlarının nümayəndələrinin, ərazidən

olan Milli Məclis üzvlərinin iştirakı ilə nəzərdə tutulan tədbirlərdə hakimiyyət, seçki və vətəndaş fəallığı barədə

biliklərə yiyələnmək olar.

Düşünmək olar ki, bələdiyyələr belə tədbirləri həyata keçirərək vətəndaşlar arasında seçmək və seçilmək

marağının artırılmasına, yerli idarəçilikdə vətəndaş fəallığının artırılmasına nail ola bilərlər.

Sonda bir məqama da toxunmaq istərdim. Son illər Azərbaycanın rayonlarının, eləcə də paytaxtın və

onun qəsəbələrinin sosial-iqtisadi siması xeyli dəyişib. Əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının

ödənilməsi, küçə və məhəllədaxili yolların yenidən qurulması, sosial təyinatlı obyektlərin yaradılması və bərpası

ilə yanaşı, qəsəbələrin inkişafını sürətləndirən sənaye istehsalı yönümlü zavod və fabriklərin tikintisi və onların

müasir avadanlıqla təchiz edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib.

Hazırda Bakı şəhərində avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və yenidən qurulması, qəsəbə və

kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, yerli əhəmiyyətli yolların

tikintisi, əsaslı təmiri üzrə layihələr reallaşdırılır.

Respublikamızın bütün şəhər və kəndlərində müşahidə edilən bu abadlıq-quruculuq və yüksəliş Binəqədi

rayonunda da özünü qabarıq büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və

digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidenti İlham Əliyevin

imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla

həyata keçirilməsi rayonun son dövrdəki uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun Binəqədiyə rəhbərliyə gəlişindən sonra rayonda

bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Yaşayış

məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili

işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-

məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla

təchiz edilməsi ilə bağlı xeyli iş görülüb.

Xatırladım ki, rəhbərlik etdiyim Rəsulzadə bələdiyyəsi də bu tikinti-quruculuq, abadlıq işlərində yaxından

iştirak etməklə Binəqədi rayonunun simasının dəyişməsinə, gözəlləşməsinə, insanların güzəranının

yaxşılaşmasına öz töhfəsini verməyə çalışır.

Xalq qəzeti.-2013.-30 noyabr.-№ 264.-S. 6.

Page 125: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

125

Bələdiyyələr: inkişaf, problemlər və vəzifələr

Tahir RZAYEV,

Milli Məclisin deputatı

Demokratik təsisatlara malik olmayan və vətəndaş cəmiyyəti həmrəyliyinin möhkəmləndirilməsinə

zəmin yaradılmayan hər hansı bir ölkədə uzunmüddətli ictimai-siyasi sabitlikdən, dayanıqlı

iqtisadiyyatdan, sosial inkişafdan danışmaq çətindir. Müstəqilliyin möhkəmləndirilməsi yolunun

demokratik inkişafdan, insan hüquqlarının qorunmasından, vətəndaşların cəmiyyətə sağlam

münasibətindən və onun həyatında fəal iştirakından keçdiyini nəzərə alsaq, bu sahədə yerli

özünüidarəetmənin əhəmiyyətli rolunu və yerini aydın görərik.

Yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkədə vətəndaş cəmiyyətinin

formalaşması, demokratik, hüquqi dövlətin möhkəmlənməsi baxımından çox vacibdir. Bu, bütün demokratik

ölkələr kimi, müstəqil Azərbaycan Respublikası üçün də xarakterikdir.

Ümummilli lider Heydər Əliyev cəmiyyətin demokratikləşməsi və səmərəli idarə edilməsində yerli

özünüidarəetmənin rolunu yüksək qiymətləndirirdi. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və

ümumxalq səsverməsi yolu ilə 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası

Konstitusiyasının bütöv bir bölməsinin – dördüncü bölməsinin yerli özünüidarəetməyə həsr edilməsi bu

qiymətin ifadəsidir.

Əbədiyaşar rəhbər qeyd edirdi ki “yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya

prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin

bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm

demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar

yaradılmasının göstəricisidir”.

Heydər Əliyev ideyalarına sonsuz sədaqətin ifadəsidir ki, yarandığı dövrdən bugünə kimi Azərbaycanda

yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsinə, bələdiyyə institutunun formalaşdırılmasına, bu orqanın

cəmiyyətdə nüfuzunun və rolunun artırılmasına, eləcə də bu sahədə yol verilən nöqsanların aradan

qaldırılmasına qayğı və diqqət göstərilir. Bu təbiidir. Respublikamızın müstəqil, hüquqi dünyəvi dövlət

quruluşu, beynəlxalq aləmlə, dünya dövlətləri ilə gündən-günə genişlənən və möhkəmlənən əlaqələrimiz, həm

də ölkədə gedən sürətli sosial-iqtisadi, regional inkişaf, insan hüquqlarına hörmət, əksmərkəzləşdirmə

siyasətinin həyata keçirilməsi bunu tələb edir. İdarəetmə fəaliyyətinin və ölkənin sosial-iqtisadi inkişafı ilə

əlaqədar müəyyən problemlərin həllinin ağırlıq mərkəzinin yerlərə keçməsi, əhalinin yerlərdə qalıb

möhkəmlənməsi və əməli fəaliyyətə yaxından cəlb olunması vəzifəsi yerli hakimiyyət orqanlarının, eləcə də

bələdiyyələrin rolunun artırılmasını zərurətə çevirir.

Hakimiyyətin xalqa yaxınlaşması ideyasının reallaşması, insanların gündəlik, təxirəsalınmaz tələbatının

yerinə yetirilməsi məsələlərinə ciddi əhəmiyyət verilməsi yerli əhaliyə daha yaxın olan bələdiyyələrin

fəaliyyətinin genişlənməsinə zəmin yaratmaqla bərabər, həm də onların üzərinə böyük vəzifələr qoyur.

Azərbaycan Respublikasının Konstitusiyası, qəbul olunmuş mühüm qanunlar, hüquqi-normativ aktlar,

beynəlxalq normalar bələdiyyələrin hüquqi bazasını formalaşdırıb və yerli özünüidarəetmə orqanlarının səmərəli

fəaliyyəti üçün hərtərəfli şərait yaradır. Bu sənədlərdə demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının

geniş əks olunması ölkədə yerli demokratiyanın genişlənməsinə, əhalinin özünüidarəetmənin mütərəqqi

formalarından hərtərəfli istifadə etməsinə, yerli əhəmiyyətli məsələlərin həllində hər bir insanın iştirakına imkan

verir.

Yerli özünüidarəetmənin inkişafı, təkmilləşdirilməsi, istiqamətləndirilməsi sahəsində Azərbaycan

Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş qanunlar və qanunlara edilmiş əlavə və dəyişikliklər

mütərəqqidir, beynəlxalq normalara uyğundur, demokratik prinsipləri əks etdirmək baxımından əhəmiyyətlidir.

Bunu 1999, 2004 və 2009-cu illərdə keçirilən bələdiyyə seçkiləri, həmin dövrlərdə yerli özünüidarəetmə

orqanlarının fəaliyyətində müşahidə edilən irəliləyişlər, həyata keçirilən müəyyən islahatlar, işdə olan

nöqsanların aradan qaldırılması ilə əlaqədar görülən tədbirlər bir daha sübut edir.

Hər bir seçkidən sonra bələdiyyələrin həyatında baş verən müsbət dəyişikliklər irəliləyişin göstəricisidir.

Seçkidən-seçkiyə yerli özünüidarəetmə orqanları formalaşır. Onlar ali təhsillilərin, mütəxəssislərin, ziyalıların,

fəal gənclərin, qadınların hesabına möhkəmlənir, bələdiyyələr yerlərdə söz sahiblərinə, əməli işin

təşkilatçılarına, insanların yaxın köməkçilərinə çevrilirlər.

Bələdiyyə institutu, yerli özünüidarəetmə orqanlarının işi ilə yaxından tanış olmayanlar haqsız yerə

bələdiyyələri səriştəsizlikdə, fəaliyyətsizlikdə günahlandırırlar. Onların fikri reallıqları əks etdirmir. Bəzi qeyri-

hökumət təşkilatları, ekspertlər, siyasətlə məşğul olanlar bələdiyyələrə müstəsna səlahiyyətlər verilməsi

Page 126: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

126

təkliflərini irəli sürməklə bu orqanı tam müstəqil bir qurum kimi görmək istəyir və icra strukturları ilə

əlaqələrinin aradan qaldırılmasını, paralel tədbirlərin görülməməsini tövsiyə edirlər.

Ancaq onlar müstəsna səlahiyyət anlayışının mahiyyətini düzgün izah edə bilmirlər və təəssüflər olsun ki,

bələdiyyələrin icra orqanları, digər qurumlarla əlaqəli fəaliyyətlərini, əməkdaşlığını, birgə tədbirlərini yerli

özünüidarəetmə səlahiyyətlərinin pozulması, zəifləməsi kimi dəyərləndirirlər. Bu heç də düzgün yanaşma deyil,

əksinə, bələdiyyələr ətrafdakı orqanlarla, təşkilatlarla nə qədər çox qaynayıb-qarışsalar, bir o qədər çox iş

görmüş və hörmət qazanmış olarlar.

Yaxşı haldır ki, bu gün ölkə bələdiyyələri dövlət siyasətini dərindən başa düşən, qiymətləndirən və ona

dəstək verən bir orqana çevriliblər. Bələdiyyələr reallıqları görür və öz fəaliyyətlərini bu zəmin üzərində

qururlar. Bələdiyyələr yaxşı bilirlər ki, onlar demokratiyanın, zamanın yetirmələridir. Buna görə də bələdiyyə

institutu da məhz zamanın gedişi prosesində real həyata uyğun formalaşıb inkişaf etməlidir. İnkişaf yolu keçmiş

demokratik ölkələrin bələdiyyələrinin fəaliyyəti, təcrübəsi bunu deməyə əsas verir. Əsrlərlə yaşı olan bir çox

xarici ölkə bələdiyyələrində bugünün özündə təkmilləşmə prosesinin baş verməsi zamanın gedişindən, dövrün

tələbindən irəli gələn haldır.

Bu gün Azərbaycan bələdiyyələrinin qarşısında ölkənin sosial-iqtisadi həyatında köklü dəyişikliklər

etmək vəzifəsini qoymaq və onlara ciddi problemləri həll etmək səlahiyyətləri vermək məqsədəuyğun deyil.

Yerli özünüidarəetmə orqanlarının öyrənməyə, təkmilləşməyə ehtiyacı var. Bələdiyyə institutunun səmərəli

fəaliyyəti üçün həyata keçirilən müəyyən islahatlar – bələdiyyə assosiasiyalarının yaradılması (kənd, qəsəbə və

şəhər) və bələdiyyələrin könüllü birləşməsi prosesinin gedişi buna nümunədir.

Bələdiyyə assosiasiyalarının fəaliyyəti özünüidarəetmə işinin xeyli canlanmasına, ilk növbədə,

maarifləndirmə tədbirlərinin genişlənməsinə, beynəlxalq əlaqələrin, xarici ölkə bələdiyyələri, qeyri-hökumət

təşkilatları, dövlət qurumları ilə münasibətlərin daha da möhkəmlənməsinə, respublika, regional əhəmiyyətli

tədbirlərin görülməsinə, kadrların fəallığının yüksəlməsinə, bir çox mühüm əhəmiyyətli layihələrin həyata

keçirilməsinə kömək etmişdir.

Bələdiyyələrin birləşmə amilini düzgün qiymətəndirmələri və könüllü olaraq bu prosesə dəstək vermələri

onların xeyrinə olmuşdur. Belə ki, kifayət qədər maliyyə bazası, mülkiyyəti, kadr potensialı olmayan mindən

çox bələdiyyə daha yaxşı, lazımi iş bacarığı və maliyyə vəsaiti olan bələdiyyələrə birləşməklə çatışmazlıqların

aradan qaldırılmasını təmin etmişlər.

Bələdiyyələrin vergi sisteminin təkmilləşdirilməsində, mülkiyyətin müəyyən edilməsində, bələdiyyə-

vətəndaş münasibətlərinin qurulmasında da irəliləyiş hiss olunmaqdadır. Faktları sadalamaq fikrində deyiləm.

Ancaq onu bildirmək istəyirəm ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət

bələdiyyələrinin inkişafında maraqlıdır və bu sahəyə lazımi diqqət yetirilir. Yerli özünüidarəyə həsr olunmuş

30-a yaxın qanun, bələdiyyələrin fəaliyyətinin istiqamətlərini tənzimləyən 200-dən çox qərar, fərman, sərəncam

və əsasnamənin qəbul edilməsi bunu deməyə əsas verir.

Əlbəttə, bu gün bələdiyyələrin fəaliyyətində bir çox nöqsanlar, çatışmazlıqlar, həllini gözləyən problemlər

mövcuddur. Ancaq bəzi insanların səsləndirdiyi kimi, bələdiyyələr tam səlahiyyətsiz, fəaliyyəti nəzərə

çarpmayan, kimdənsə asılı orqanlar deyildir. Əgər yerli özünüidarəetmə orqanları əsaslı qanunlarla tənzimlənən

səlahiyyətlərə və imkanlara malikdirlərsə, onların səmərəli işləməsi üçün ölkədə lazımi şərait yaradılıbsa,

mövcud nöqsanları dövlətin adına yazmaq olmaz.

Azərbaycanda bələdiyyə institutunun qarşılaşdığı ən birinci problem bələdiyyə- vətəndaş münasibətlərinin

düzgün qurulmaması və bu sahədə fəaliyyətin səmərəli istiqamətləndirilməməsidir. Əsas nöqsanlar yerli

özünüidarəetmə orqanlarında şəffaflığın və aşkarlığın dolğun təmin edilməməsi, vergi və ödənişlərin lazımi

səviyyədə toplanılmaması, müəyyən layihələrin həyata keçirilməməsi, bəzi neqativ hallara yol verilməsi və sair

bu amillərlə bağlıdır.

Vətəndaş cəmiyyətinin bir forması kimi bələdiyyələr insanlarla, seçicilərlə sıx təmasda olmalı və birgə

işləməlidir. İstər dövlət, icra strukturları, istər qeyri-hökumət təşkilatları, istərsə də sahibkarlar olsun, fərqi

yoxdur, bu qurumlarda çalışanların əksəriyyəti Azərbaycan vətəndaşıdır, seçicidir və onların hər biri

bələdiyyələrə münasibətdə dövlət mövqeyindən çıxış etməyə borcludur. Sözsüz ki, hər bir qurumun, vətəndaşın

digərinə sağlam münasibəti həm ölkənin inkişafı, həm də insanların rahatlığı, mənafeyi baxımından

əhəmiyyətlidir.

Bu gün hansı ərazidə icra strukturları ilə bələdiyyələrin birgə fəaliyyəti səmərəli qurulubsa, orada yaxşı

nəticələr nəzərə çarpır və bu, insanlar tərəfindən qiymətləndirilir. Bu, bələdiyyə-vətəndaş münasibətlərinə də

aiddir.

Müəyyən qurumların, sahibkarların, iş adamlarının bələdiyyələrə münasibəti köklü şəkildə dəyişilməli,

əlaqələr qanunvericiliyə uyğun sağlam əsaslar üzərində qurulmalıdır. Çünki bələdiyyələrin fəaliyyətinin

genişləndirilməsi ilk növbədə vətəndaşlarla münasibətin qurulmasından və nəticədə yerli özünüidarəetmə

Page 127: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

127

orqanlarının maliyyə bazasının möhkəmlənməsindən asılıdır. Əlbəttə ki, lazımi maliyyə vəsaitinə malik

olmayan bələdiyyə bir iş görməyə, eləcə də vətəndaşların etimadını doğrultmağa qadir deyil.

Azərbaycan iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Nəinki iqtisadiyyatımızda,

mədəniyyətimizdə, mənəviyyatımızda, sosial həyatımızda köklü dəyişikliklər baş vermişdir və bu gün sosial-

iqtisadi inkişaf durmadan sürətlənir. Respublika ərasində yüzlərlə istirahət əyləncə mərkəzi, turizm bazası,

şadlıq evi, hotel, restoran, sağlamlıq guşəsi, ictimai-iaşə obyekti və sair fəaliyyət göstərir. Qanunvericiliyə görə,

bələdiyyə ərazilərində fəaliyyət göstərən bu kimi obyektlər öz gəlirlərindən bələdiyyələrin hesabına müəyyən

ödənişlər etməlidirlər. Təəssüflər olsun ki, onların çox az hissəsi bələdiyyə hesabına vəsait köçürür. Halbuki bu

obyektlərin çoxunun gediş-gəliş yolları, əraziləri çox vaxt bələdiyyələrin hesabına təmizlənir, qaydaya salınır.

Yerli vergilərin toplanılmasında da bələdiyyələr belə hallarla tez-tez rastlaşırlar. Vətəndaş torpaq və

əmlak vergisini verməkdən imtina edir və özünün seçdiyi orqanı çıxılmaz vəziyyətdə qoyur.

Vətəndaş həm də seçicidir və o, seçdiyi orqanın fəaliyyəti ilə maraqlanmağa borcludur. O öz

bələdiyyəsinin yığıncaqlarında iştirak edib müəyyən təkliflərini verməklə bərabər, həm də ondan görülən işlərə

dair hesabat tələb edə bilər. Ancaq vətəndaş-seçici laqeydliyi bu sahədə də özünü göstərir. Əksər seçicilər

bələdiyyə seçkilərində iştirak edib bələdiyyə üzvlərini seçməklə öz işlərini bitmiş hesab edir və sonrakı beş ildə

bir dəfə də olsun seçdikləri orqanın fəaliyyəti ilə maraqlanmırlar. Belə olan halda bələdiyyə tamamilə seçici

nəzarətindən kənarda qalır.

Faktlardan göründüyü kimi, bu gün bələdiyyələrimizin əsas problemi onlara daha yüksək səlahiyyətlərin

verilməsində, külli miqdarda maliyyə vəsaitinin ayrılmasında deyil, əsas problem bələdiyyə-vətəndaş, vətəndaş-

bələdiyyə münasibətlərinin normal, yüksək səviyyədə qurulmamasındadır. Fikrimizcə, bir çox nöqsanların

səbəbi budur. Biz vətəndaş, həm də seçici olaraq seçdiyimiz orqanın – bələdiyyələrin fəaliyyəti ilə müntəzəm

olaraq yaxından maraqlanmalı, ona yardımçı olmalı nə nüfuzunu qorumalıyıq.

Bələdiyyə institutunun inkişafı dövlətin, həm də vətəndaşın xeyrinədir. Dövlət bu sahədə üzərinə düşən

vəzifənin dəyərini yaxşı bilir. Seçkilərin demokratik şəraitdə, şəffaf, beynəlxalq standartlara uyğun

keçirilməsini, qanunların aliliyini, bələdiyyələrin fəaliyyəti üçün lazımi imkan və şəraitin yaradılmasını, yerli

özünüidarəetmə orqanlarında müəyyən islahatların keçirilməsini təmin edir.

Vətəndaş da bunun müqabilində öz üzərinə düşən vəzifənin məsuliyyətini qiymətləndirməli, seçdiyi

orqanın səmərəli fəaliyyət göstərməsi üçün ona kömək etməlidir. Sözsüz ki, vətəndaşların bələdiyyələrə olan

münasibətini dəyişmədən, normallaşdırmadan, lazımi səviyyəyə çatdırmadan, seçicilərdə seçdikləri orqanın

nüfuzunun artırılmasına məsuliyyət və inam oyatmadan yerli ozünüidarəetmə orqanlarını inkişaf etdirmək

çətindir.

2014-cü il bələdiyyə seçkiləri ilidir. Seçki həm bələdiyyə institutunun fəaliyyətinə qiymət vermək, seçim

etmək, həm də gələcək vəzifələri dəyərləndirmək, qüvvələri bir məqsəd uğrunda səfərbərliyə almaq baxımından

əhəmiyyətlidir. Buna görə də hər bir seçici səs verdiyi insanı yaxşı tanımalı, qabiliyyətinə, savadına,

təşkilatçılığına bələd olmalı, xalqa, vətənə sədaqətinə arxalandığı namizədə səs verməlidir. Düzgün seçim

gələcək müvəffəqiyyətin əsasıdır.

Bələdiyyələr perspektivli və gələcəyi olan orqanlardır. Yaxşı gələcək bu orqanlardan beynəlxalq

təcrübəyə və yerli reallıqlara əsaslanaraq formalaşma tələb edir. Çünki bələdiyyələr ölkəmizin sürətli inkişafı və

əhalinin daha yaxşı yaşamaq tələbatı şəraitində öz fəaliyyətlərini düzgün qurmaq və qarşıya çıxan məsələləri

həll etmək baxımından çevik bir orqana çevrilməklə bərabər, həm də öz strukturlarını daim

təkmilləşdirməlidirlər. Kiçik, maliyyə imkanları məhdud olan bələdiyyələrin fəal, yaxşı iş təcürbəsinə və

bacarığa malik bələdiyyələrlə birləşməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətində əsaslı dönüş yarada

bilər. Bələdiyyələrin birləşməsi inzibati xərclərin azalmasına, mülkiyyətin genişlənməsinə, kadr qıtlığının

aradan qaldırılmasına və işə nəzarətin daha yaxı həyata keçirilməsinə imkan yaradar.

Digər tərəfdən, bələdiyyələrə öhdəsindən gələ biləcək əlavə səlahiyyətlərin verilməsi də vacibdir. Bu,

kommunal xidmət, yaşıllaşdırma, təmizlik-abadlıq, suvarma və sair sahələr ola bilər. Bələdiyyə büdcəsinin

artırılmasından və formalaşdırılmasından ötrü vergidən yayınanlara qarşı, eləcə də mədən və əmlak vergilərinin,

küçə reklamları üzrə ödənişlərin hesablanması və yerli verginin alınması üçün təkmil təsir mexanizminin

yaradılması çox əhəmiyyətlidir. Bəzi bələdiyyələrə öz əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin

verilməməsi də narahatlıq doğuran haldır.

Azərbaycan bələdiyyələri öz fəaliyyətlərini Azərbaycan Respublikasının Konstitusiyasının, mövcud

qanunlarımızın, “Yerli özünüidarəetmə” haqqında Avropa Xartiyasının tələblərinə uyğun qurmağa və ölkənin

sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə qadirdirlər. Yerli özünüidarəetmə orqanlarının gələcək səmərəli

fəaliyyəti, əhali ilə sağlam, işgüzar münasibətlərin yaradılması, faydalı işin təşkili, seçicilərin etimadının

qazanılması bələdiyyələrin özündən çox asılıdır. Bunun üçün hər bir bələdiyyə üzvündən təşkilatçılıq bacarığı,

işə doğma münasibət, operativlik və prinsipiallıq tələb olunur. Hesab edirik ki, bələdiyyələrimiz onlara

Page 128: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

128

yaradılan imkan və şəraiti düzgün qiymətləndirəcək, gələcəkdə də seçicilərin onlara göstərdiyi etimadı

doğruldacaqlar.

Azərbaycan.-2014.-13 iyun.-N 124.-S.6.

Page 129: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

129

Yerli özünüidarəetmə və onun özünütəyinetmə məzmunu

Qadir XƏLİLOV,

Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi,

kiçik ədliyyə müşaviri, hüquq üzrə fəlsəfə doktoru

Yerli özünüidarəetmənin elmi anlayışının müəyyən edilməsi onun sosial-siyasi institut kimi, ilk növbədə,

dövlət-hüquqi təbiətinin başa düşülməsi ilə bağlıdır(l). Onun mənşəyi, təyinatı nəzərə alınmadan bu instituta

qiymət vermək mümkün deyil. Eyni zamanda, onun “öz müqəddəratını təyinetmə üsulu kimi əhəmiyyətinin

açıqlanması da vacibdir. Yerli idarəetmənin tarixi kökləri da diqqətdən kənarda qalmamalıdır. Qanunvericiliyin

qarşısında duran əsas vəzifələrdən biri də yerli idarəetmədə olan ənənələrin və yeniliklərin məntiqi

kompromisinin tapılmasıdır. Belə halda bu sistemin real həyatda tətbiqi zamanı neqativ nüansların meydana

çıxması faizi də heçə endirilə bilər(2).

Yerli özünüidarəetmə anlayışı kompleks və çoxistiqamətli əhəmiyyət kəsb etsə də və onun tədqiqində

müxtəlif yanaşmalar mövcud olsa da, yerli özünüidarəetməyə -

a) Konstitusiya quruluşunun əsaslarından biri kimi;

b) yerli əhəmiyyətli məsafələrin həllində əhalinin müstəqil hərəkat etmək hüququnda;

c) xalq hakimiyyətinin forması xüsusiyyətində(3); və

d) özünütəyinetmə üsulu kimi baxıla bilər.

“Yerli özünüidarəetmə” terminologiya baxımından, həmçinin müxtəlif xalqların dillərində də ifadə

etdiyimiz xüsusiyyətləri ehtiva etməkdədir. Məsələn, Almaniyada “selbstverwalting” – müstəqil idarəetmə,

Böyük Britaniyada yerli hakimiyyətin səviyyəsindən asılı olaraq “self government” – özünüidarəetmə, “self

administration” – yerli administrasiya terminlərindən istifadə olunur. Rusiyada “mestnoye samoupravleniye” –

yerli özünüidarəetmə, Gürcüstanda “sakrebulo”, Qırğızıstanda “keneş” – yerli özünüidarəetmə, Türkiyədə,

Azərbaycan Respublikasında “bələdiyyə”, “yerli özünüidarəetmə” terminlərindən geniş istifadə edilir. Müxtəlif

dillərdə ifadə edilən bu terminlər eyni məzmuna malikdir.

Azərbaycan Respublikasının hüquq sistemində istifadə edilən “bələdiyyə” termini mənşəcə ərəb sözü olub

“ölkə, ölkəni idarə edən yer”, “şəhər idarəsi” deməkdir. Latın dilində bələdiyyə – “municipa-tio” ‘munus” – əl,

“pacirio” isə ağırlıq (yük) kimi tər- cümə olunur. Bu halda “bələdiyyə” sözü “yerli qayğıları, yükü öz üzərimə

götürürəm” mənası kəsb edir(4).

Yerli özünüidarəetməyə anlayış verilərkən onun tarixi, siyasi, iqtisadi, coğrafı, hüquqi xüsusiyyətləri

nəzərə alındığı halda, onun qanunvericilik əsası təkmil ola bilər. Yerli özünüidarəetmənin anlayışı müxtəlif elm

nümayəndələri, о cümlədən politoloqlar, hüquqşünaslar, iqtisadçılar və s. tərəfındən verilərkən müvafiq

qurumun cəmiyyətdə ictimai münasibətlər sistemində, “qanunçuluq həlqəsində” düzgün yerləşdirilməsinə

xidmət edir. Elm nümayəndələri tərəfindən verilən anlayışlar müxtəlif və rəngarəng xarakter kəsb etməklə

həmin şəxslərin mənsub olduğu siyasi sistemdən, mədəniyyətdən də qaynaqlanmaqdadır. Məsələn, daha

demokratik, “ictimai müqavilə” konsepsiyasının üstünlük təşkil etdiyi siyasi-hüquqi mədəniyyətlərdə “icma”

nəzəriyyəsi- [səh.22-23] nə aid anlayışlar üstünlük təşkil edir. Belə olan halda daha çox yerli özünüidarəetmənin

“hakimiyyət” xüsusiyyətinə, dövlətdən “müstəqil” olmasına, “yerli əhalinin birbaşa, siyasi idarəçilik institutu”

olmasına diqqət yetirilir.

Ümumiyyətlə, alimlərin baxışları kifayət qədər rəngarəng olduğu üçün bu sahədə müəyyən sistemli

fərqləndirmə də aparılmalıdır. Bu sistemli fərqləndirmə yerli özünüidarəetmə hakimiyyəti haqqında nəzəriyyə

və konsepsiyalarda təzahür edir. Bələdiyyə qurumlarının anlayışı və təyinatından, formalaşdırılması

qaydasından mərkəzi dövlət hakimiyyəti ilə qarşılıqlı əlaqələrindən asılı olaraq azad icma nəzəriyyəsi; ictimai

təsərrüfatçılıq nəzəriyyəsi; dövlətçilik nəzəriyyəsi; munisipal sosializm konsepsiyası; dualizm konsepsiyası;

ümumi rifah dövləti nəzəriyyəsi; siyasətdənkənar bələdiyyələr konsepsiyası və s. meydana gəlmişdir(5).

Müasir hüquq ədəbiyyatında daha çox səslənməkdə olan “dövlətdənkənarlılıq”, “müstəqil (muxtar)

hakimiyyət”, “maraqlı şəxslərin hakimiyyəti” ilə bağlı əlamətlər əsasən “azad icma” nəzəriyyəsindən

qaynaqlanır. Bu nəzəriyyəyə görə icmalar müstəqildir, onlar dövlət tərəfindən yaradılmamışdır. Buna görə də

icmalar öz səlahiyyətlərini müstəqil surətdə həyata keçirmək səlahiyyətinə malikdirlər(6).

“Azad icma” nəzəriyyəsinin tərəfdarları icmaların təbii hüquqlarını əsas tutaraq hesab edirlər ki,

özünüidarə insan hüquqları ilə bağlı olmaqla ictimai azadlığın nəticəsidir(7). Nəzəriyyə azsaylı xalqların seçki

hüququnu, bələdiyyə orqanlarının məsul şəxslərinin seçilməsi qaydalarım ehtiva etməklə bütövlükdə

demokratik dövlətlərin, nümayəndəli idarəçilik formasının inkişafında əhəmiyyətli rol oynamış, icma üzvləri

tərəfindən yerli özünüidarəetmə orqanlarının seçilməsi, icmalara məxsus olan və yaxud onlara dövlət tərəfindən

həvalə edilən məsələlərin həll edilməsində səlahiyyət bölgüsü, yerli özünüidarəetmə orqanlarının dövlət

Page 130: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

130

orqanları olmaması, dövlət orqanlarının icmanın səlahiyyətlərinə qarışmasının yolverilməzliyi və s.

xüsusiyyətlər də ifadə edilir(8).

Müasir ədəbiyyatda qeyd edilir ki, yerli özünüidarə ərazi kollektivlərinə öz maddi və maliyyə

vəsaitlərindən müstəqil surətdə istifadə edərək qanunda müəyyən edilmiş qaydada və hüquqlarda ərazi

kollektivinin üzvlərinin ümumi maraqlarını əks etdirən müəyyən məsələləri həll etməyə imkan verən xalq

hakimiyyəti formasını ehtiva edir(9).

Yerli özünüidarəetmə hakimiyyətində müstəqillik məsələsinə bir çox hüquqşünaslar diqqət edirlər. V.

Pılinə görə, xalq hakimiyyəti formalarından biri kimi yerli özünüidarəetmə yerli birliyə daxil olan əhalinin yerli

əhəmiyyətli məsələləri müstəqil surətdə, öz məsuliyyəti ilə həll etmək hüququdur(10). Başqa bir mövqeyə görə

(O. E. Kutafin, A. Belkin və d.) də müstəqillik elementləri ifadə edilir. Qeyd edilir ki, yerli özünüidarəetmə yerli

əhəmiyyətli məsələləri, yerli (bələdiyyə) hakimiyyətin quruluşu və fəaliyyəti məsələlərini müstəqil həll edən

əhalinin ərazi özünütəşkili ilə bağlı bir sistemdir(11). Eyni zamanda yerli özünüidarəetmə konstitusiya

quruluşunun əsaslarının məcburi elementi kimi, əhalinin yerli əhəmiyyətli məsələlərin müstəqil həllinə hüququ

kimi, xalq hakimiyyəti forması kimi göstərilir(12).

Lakin burada ifadə edilən müstəqillik mütləq anlam kəsb etmir və özünü təyinetmə üsulu kimi çıxış edən

muxtariyyət anlamına yaxınlaşır. Müvafiq muxtariyyətin həddi mövcud qanunvericiliklə müəyyən edilir.

Müstəqillik “əhali tərəfindən bu yerli birliyə ölkənin yerli qanunları ilə etibar edilən səlahiyyətlərin həyata

keçirilməsinə müvəkkil edilən hakimiyyət və idarə orqanlarının yaradılması…”(13) formasında təmin edilir.

Burada müstəqillik müvafıq yerli əhalinin maraqları ilə şərtləndirilir.

Yerli əhəmiyyətli məsələlərin dövlət orqanlarının iştirakı olmadan, müstəqil həllinin məqsədəuyğunluğu

müəyyən fəaliyyət azadlığını, eyni zamanda əhali qarşısında əlavə məsuliyyət yükünü şərtləndirir. Yerli

özünüidarəetmədə özünüidarəetmə başlanğıcları yerli əhalinin ümumi maraqlarına xidmət edir.

Yerli özünüidarəetmə özünün və kənardan cəlb edilmiş müəyyən maddi və maliyyə ehtiyatlarından

istifadə etməklə, müvafıq ərazinin əhalisinin mənafeyindən çıxış edərək yerli əhəmiyyətli məsələlərin müstəqil

(öz məsuliyyəti ilə) həlli üçün yaratdıqları yerli özünüidarəetmə formasıdır(14). Daxili qanunvericilik və

beynəlxalq hüquq aktları da yerli özünüidarəetmənin müstəqillik məsələsinə aydınlıq gətirir. Qanunvericilik

aktlarında qeyd edilir ki, yerli özünüidarəetmə hüququ azad seçkilər yolu ilə seçilmiş yerli sakinlərdən ibarət

şuralar və yaxud yığıncaqlar tərəfindən həyata keçirilməsidir.

“Bələdiyyələrin statusu haqqında” 2 iyul 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə yerli

özünüidarə məfhumu altında vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemi başa düşülür ki, bu sistem

qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata

keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II

hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə ye- [səh.23-24] tirmək imkanı verir.

Yerli əhalinin müstəqilliyi və mənafelərinin nəzərə alınması sonrakı qanunvericilik islahatı ilə daha da

təkmilləşdirilmişdir. 2004-cü ilin dekabr ayında yerli özünüidarəetməyə aid Azərbaycan Respublikasının

qanunvericilik aktlarına əlavə və düzəlişlərin edilməsi ilə bağlı qanunvericilikdə qeyd edilir ki, “Azərbaycan

Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara

qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata

keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin (daha düzgün olardı – ictimai işlərin) bir hissəsini

yerinə yetirmək imkanı verir”.

MDB ölkələrindən Rusiyanın da qanunvericiliyində yerli hakimiyyətin yerli əhalinin mənafeyini

qorumaq, yerli əhəmiyyətli məsələləri həll etmək sahəsində qanuna uyğun olaraq müstəqil və sərbəst fəaliyyət

göstərməsi(15) qeyd edilir. Avropa ölkələrindən Norveçin Kommunalar və fyulkeskommunalar haqqında 1992-

ci il qanununa görə kommunalar nisbətən xeyli dərəcədə geniş səlahiyyətlərə malik olan özünüidarə

qurumlarıdır. Təsadüfı deyil ki, bu xüsusiyyətə görə Norveçdə bələdiyyələrə kommunal parlamentarizm adı

verilmişdir. Latin Amerikası ölkələrindən Venesuelanın 1961-ci il tarixli Konstitusiyasının 29-cu maddəsi

bələdiyyələrin muxtariyyətini öz hakimiyyəti üçün orqanlarmı seçmək, öz səlahiyyətləri daxilində sərbəst

fəaliyyəti həyata keçirmək və pul gəlirlərini yığmaq hüququ kimi təsbit edir.

15 oktyabr 1985-ci ildə Avropa Şurası çərçivəsində qəbul edilmiş və 1 sentyabr 1988-ci ildə qüvvəyə

minmiş “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının 3-cü maddəsində göstərilir ki, yerli özünüidarə

ictimai işlərin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz

üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür.

Avropa Xartiyasına uyğun olaraq yerli özünüidarəetmə müstəqil səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Bu

anlayışda “real qabiliyyət”, “qanun çərçivəsində”, “məsuliyyəti öz üzərinə götürmək”, “yerli əhalinin

maraqları”, “ictimai işlər” kimi terminlər diqqət mərkəzinə gəlir.

“Qabiliyyət” anlayışında belə bir fikir ifadə olunur ki, müəyyən ictimai işlərin tənzimlənməsi və idarə

edilməsi üzrə qanuni hüquq onların səmərəli şəkildə həyata keçirilməsi vasitələri ilə möhkəmləndirilməlidir.

Page 131: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

131

“Qanun çərçivəsində” ifadəsinin daxil edilməsi belə hüquq və qabiliyyətin qanunvericilikdə daha dəqiq tərif

alması zərurəti ilə bağlıdır.

Burada “məsuliyyəti öz üzərinə götürməklə” fəaliyyət göstərməkdən doğan müstəqillik qurumun

məsuliyyəti ilə şərtləndirilir və yerli özünüidarəetmənin atributiv əlaməti olan muxtariyyətdən yaranır. Muxtar

subyekt davranışına görə yalnız özü məsuliyyət daşımalıdır. Yerli özünüidarəetmə qurumunun, konkret olaraq

onun qurumlarının məsuliyyəti bir tərəfdən yerli əhali qarşısında yaranırsa, digər tərəfdən isə Konstitusiyaya,

qanunlara və bələdiyyələrin nizamnaməsinə uyğun olmayan qərarların qəbul edilməsi ilə əlaqədar dövlət

qarşısında yaranır. Yerli özünüidarəetmənin öz məsuliyyəti altında müstəqilliyi müəyyən mənada tənqid

edilmişdir. Mütləq, mərkəzçi dövlət hakimiyyəti dövründə yerli özünüidarəetmə ilə mərkəzi hakimiyyət,

şəxsiyyət-dövlət münasibətlərinə baxış fərqli olmuş və XIX əsrdə siyasi hərəkatların, hüquqi islahatların

bərqərar olmasına əhəmiyyətli təsir etmişdir(16). Yerli özünüidarəetmə sistemləri ilə bağlı digər nəzəriyyələrin

meydana gəlməsini və inkişafını da bu faktorlarla əlaqələndirmək düzgün olardı. Hakimiyyət funksiyasına malik

olmaq keyfiyyəti yerli özünüidarəetmənin dövlət hakimiyyəti ilə eyniləşdirilməsini əsaslandırmağa yönələn

“dövlətçilik” nəzəriyyəsi qeyd edilə bilər. “Azad icma” nəzəriyyəsindən gələn müstəqillik elementi

“dövlətçilik” nəzəriyyəsində də ehtiva edilib. Özünüidarəetmə azad (müstəqil) idarəçilik ideyalarının həyata

keçirildiyi birinci forma sayılır. Hansı mənşədən olmasına baxmayaraq yerli əhalinin maraqlarının qorunmasına

yönəlməklə yerli özünüidarəetmə orqanlarının müstəqilliyindən irəli gələn azad və dövlətin bütövlüyü ilə üzvi

münasibətdən irəli gələn xidməti, dövləti funksiyaları göstərilir. Bu nəzəriyyədə müəyyən ziddiyyətli məqamlar

da diqqətə gəlməkdədir. Belə ki, hesab edilirdi ki, yerli orqanlar dövlətin maraqlarının ifadəçisidir, yerli

maraqların qorunması isə bundan sonra gəlir(17). Yerli özünüidarəetmə muxtariyyət institutu olaraq yerli

əhalinin maraqlarını, həyat, məişət, mədəniyyət və s. tərzini qorumaq kimi əlamətlərə malik olduğundan ifadə

edilən arqument yerli özünüidarəetmənin birbaşa xalq hakimiyyəti olması tələbinə də uyğun gəlmir. Bu

nəzəriyyənin tərəfdarlarının baxışına görə yerli özünüidarəetmə dövlət idarəetməsinin bir formasıdır. Yerli

özünüidarəetmə müəyyən ərazidə seçkili yerli orqanlar tərəfindən qanunauyğun surətdə və yerli şəraitin

xüsusiyyətlərini nəzərə alaraq həyata keçirilən bir idarəçilik sistemi kimi görülür(18).

Nəzəriyyəyə görə, bu idarəçilik mərkəzi hakimiyyətin təsiri altında olsa da, yenə də dövlətin yerli [səh.24-

25] icmaların işinə birbaşa müdaxiləsini istisna edir. Təsir vasitəsi kimi məhkəməyə müraciət institutunu əsas

göstərirlər.

Qeyd edilən nəzəriyyəyə görə iki məqama xüsusi diqqət yetirilməlidir. Bir halda yerli özünüidarəetmənin

dövləti xarakteri, digər halda hüquqi istiqamət kəsb etməsi nəzərə alınmalıdır. Bizim üçün daha çox maraq kəsb

edən və nəzəriyyənin nümayəndələrindən L. Şteyn tərəfindən irəli sürülən hüquqi istiqamətə müraciət etdikdə

məlum olur ki, yerli özünüidarəetmə yerli əhalinin kollektiv orqanıdır. Hesab edilirdi ki, özünü idarə edən ərazi

kollektivi hüququn xüsusi subyekti olmaqla, xüsusi-hüquqi şəxs kimi hüquq münasibətinə daxildir. Məhz bu hal

yerli özünüidarə orqanını dövlət marağından və adından çıxış edən dövlət orqanlarından fərqləndirir(19).

Yerli özünüidarəetmənin yerli əhalinin kollektiv idarəçilik təsisatı olması ona öz müqəddəratını təyinetmə

hüququnun daxili aspektinin realizəsi üsulu kimi yanaşmanı da saxlamış olur. Onun dövlətçilik xüsusiyyəti yerli

əhalinin ümumi maraqlarının olması, bələdiyyənin də həmin maraqlarının realizə üsulu kimi təsis edilməsindən

irəli gəlir. “Dövlətçilik” nəzəriyyəsinin yayılması urbanizasiya və sənayeləşdirmə proseslərinin inkişafı ilə

əlaqədar ayrı-ayrı ərazilərin təcrid olunma və kifayət qədər öz varlığını təmin etmə səviyyəsinin əhəmiyyətli

dərəcədə aşağı düşməsi ilə bağlı idi. Nəticədə, əvvəllər sırf yerli səciyyə daşıyan bir sıra funksiyalar

ümumdövlət xarakteri daşımağa başlamış, buna müvafiq olaraq əhalinin dövlətin artıq yalnız mühafızəedici və

nizamlayıcı funksiyalarla məhdudlaşmayan funksiyalarına baxışları dəyişmişdi. Tədricən yerli muxtariyyət və

bələdiyyə azadlıqlarının ənənəvi dəyərlərinin yenidən qiymətləndirilməsi baş vermişdir. Lakin nə qədər istənilsə

də, yerli özünüidarəetmə qurumları dövlət müəssisəsi deyil və dövlət orqanlarının strukturuna da aid deyil.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, …yerli

əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun

olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək …təsbit edilib. Bu qayda Avropa Xartiyasında da ifadə

edilib. Xartiyanın 3.1 maddəsində deyilir ki, …yerli özünüidarə ictimai işlərin xeyli hissəsini

reqlamentləşdirmək… qabiliyyəti kimi başa düşülür.

Bir məqama diqqət yetirək ki, yerli özünüidarəetmənin dövlətçilik ənənələrindən daha qədim olması

inkaredilməz fakt olaraq qalır. Özünüidarəetməyə hüququn dövlət tərəfındən verilməsi və cəmiyyətin idarə

olunmasında dövlətin ilkin subyekt kimi təqdim edilməsi məqsədəuyğun deyildir. Bu məsələ Xartiyanın 4-cü

maddəsinin 4-cü hissəsində ifadə edilib. Həmin maddədə deyilir ki, yerli özünüidarə orqanlarına verilən

səlahiyyətlər, bir qayda olaraq, tam və müstəsna olmalıdır. Onlar başqa bir hakimiyyət orqanı, mərkəzi və ya

regional orqan tərəfındən yalnız qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə, yaxud

məhdudlaşdırıla bilər. Bu mənada dövlətlə bələdiyyələrin funksional bağlılığı ön plana gətirilir. Yerli

özünüidarəetmə fəaliyyətinin ikili (yerli məsələlərdə müstəqillik və müəyyən hakimiyyət funksiyalarını yerli

Page 132: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

132

səviyyədə həyata keçirməsi) xarakteri bələdiyyə idarəetməsinin “dualizm” nəzəriyyəsini meydana

gətirmişdir(20). Bu nəzəriyyəyə görə müvafiq idarəetmə funksiyalarını həyata keçirən bələdiyyələr istər-istəməz

yerli maraqlar çərçivəsindən çıxaraq, dövlətin idarəetmə aləti kimi çıxış etməli olur.

“Dualizm” nəzəriyyəsi yerli özünüidarəetməni dolayı yolla öz müqəddəratını təyinetmənin üsulu

qismində tanımaqdadır. İstənilən muxtariyyət institutunda olduğu kimi bələdiyyə orqanlarının müstəqilliyi

ümumdövlət (milli) əhəmiyyəti kəsb edən sahələrlə məhdudlaşdırılır, yerli məsələlərin həllində isə saxlanılır.

Qeyd etmək lazımdır ki, ümumilikdə bu nəzəriyyə yerli özünüidarəetməni dövlətin strukturu kimi gördüyü üçün

praktikada qəbul edilməmişdir. Yerli özünüidarəetmə ilə bağlı bu nəzəriyyənin mənfi xüsusiyyəti ondan

ibarətdir ki, bu halda hər hansı bir azlığın özünü təyinetmə haqqı, muxtariyyəti diqqət mərkəzinə gətirilmir ki,

bu da nəzəriyyənin qeyri-səmərəliliyi kimi qiymətləndirilə bilər.

Yerli özünüidarəetmə haqqında digər bir nəzəriyyə “sosial xidmət” nəzəriyyəsi(21) və ya “ümumrifah

dövlət” nəzəriyyəsidir(22). Bu nəzəriyyələrin ümumi mahiyyəti ondan ibarətdir ki, əhaliyə xidmətin

təşkilatlandırılması, bələdiyyə xidmətinin inkişafı ilə bağlı mexanizm fəaliyyət göstərir. Yerli özünüidarəetmə

orqanları iri sahibkarların maraqlarını təşviq etməklə sosial inkişafı stimullaşdırmış olur. Öz müqəddəratını

təyinetmə baxımından nəzəriyyənin bir sıra müsbət xüsusiyyətləri qeyd edilə bilər. Belə ki, sahibkarlığın inkişaf

etdirilməsi üçün bəzi iqtisadi, о cümlədən maliyyə, vergi, investisiya stimullaşdırmaları üzrə səlahiyyətlər təmin

edilməlidir. Belə olan halda bələdiyyə hakimiyyəti yerli xalqın rifahının yüksəldilməsi, sosial-iqtisadi, mədəni

və s. problemlərin həllini təmin edə bilər.

Mərkəzi hakimiyyətin siyasi islahatı, yerlərdə xalq hakimiyyətinin genişləndirilməsini nəzərdə tutan

nəzəriyyələrdən biri də “munisipal sosia- [səh.25-26] lizm”dir(23). Bir çox nəzəriyyələr kimi bu ideya da XIX

əsrdə İngiltərədə meydana gəlib. Siyasi partiyaların munisipal proqramlarında kənd və şəhər icmalarında geniş

muxtariyyət tələbi ilə yanaşı yerli özünüidarəetmə orqanlarında əhalinin təmsilçiliyinin artırılması nəzərdə

tutulurdu(24).

Ədəbiyyatda bələdiyyələrin hüquqi təbiəti, siyasi mənşəyi ilə bağlı qanunvericiliyə elə də təsir etməmiş

digər nəzəriyyələr də diqqəti cəlb etməkdədir. Bunlardan “ictimai təsərrüfat”(25), “siyasətdənkənar

bələdiyyələr”(26) və s. nəzəriyyələr də yerli özünüidarəetmə hakimiyyəti ilə bağlı müəyyən məqamları əks

etdirməkdədir. Birinci nəzəriyyəyə görə icma hüququnun ayrılmazlığı və toxunulmazlığı deyil, yerli özünüidarə

orqanlarının qeyri-dövlət, təsərrüfat təbiəti ön plana çıxarılırdı. Bu nəzəriyyələr üçün əsas istiqamət ondan

ibarətdir ki, yerli özünüidarəetmə hakimiyyəti siyasi sistemin ünsürü kimi qəbul edilmir. Müəyyən mənada bu

istiqamət öz müqəddəratını təyinetmə hüququ ilə də uyğunluq təşkil etmir. Belə ki, özünü təyin etmək istəyən

qruplar, azlıqlar özlərinin fərqliliyini göstərmək və onu qoruyub-saxlamaq arzusu və istəyi ilə yaşamaqdadırlar.

Yerli özünüidarəetmənin mahiyyəti və inkişaf məsələləri tədqiq edilərkən məlum olur ki, yerli

özünüidarəetmənin təşkili, dövlət və yerli özünüidarəetmə orqanları arasında səlahiyyətlərin bölgüsü, xalqların

dövlət quruculuğundan, adət-ənənəsindən coğrafı, demoqrafık vəziyyətindən birbaşa asılıdır(27). Doğru olaraq

ədəbiyyatda qeyd edilir ki, inkişaf etmiş yerli özünüidarəetmə güclü dövlətin əlaməti hesab olunmalıdır. Dövlət

böhranları zamanı yerli özünüidarəetmə lokal səviyyədə həyat təminatı məsələlərini öz üzərinə götürməklə

dövlətin saxlanılması və möhkəmlənməsinə kömək edir. Böhranlar arasındakı dövrlərdə isə yerli

özünüidarəetmə dövlətin inkişafında bütövlükdə sabitləşdirici rol oynayır və cəmiyyətdə sosial gərginliyin

aradan qaldırılmasının amili kimi çıxış edir. Yerli özünüidarəetmə cəmiyyətin, insanın təhlükəsizliyinə xidmət

etməklə hakimiyyət böhranlarının önlənməsini, separatizmə meylli etnik və ya qrup iddialarının aradan

qaldırılmasını təşviq edir.

Qeyd etdiyimiz nəzəriyyələrin təhlilindən belə bir nəticəyə gəlmək olar ki, bələdiyyə hakimiyyətinin öz

müqəddəratını təyinetmə hüququnun daha ümumi, universal üsulu kimi qəbul edilməsi baxımından “azad icma”

və “ümumi rifah dövləti” nəzəriyyələri məqbul sayılmalıdır. “Azad icma” nəzəriyyəsi hakimiyyətin şaquli

bölgüsünə əsaslanmaqla müxtəlif etnik qrupları da ehtiva edən yerli əhali kütlələri ilə mövcud dövlət arasında

bir növ qarşılıqlı razılaşmanın nəticəsidir. Bu halda hakimiyyətin aşağıdan yuxarı qurulması prosesi baş verir.

“Ümumi rifah dövləti” nəzəriyyəsi isə mülki (vətəndaş) cəmiyyətin qurulması və mənşəyindən, dilindən,

dinindən, sosial və s. mövqeyindən asılı olmayaraq hər kəsin bərabərliyinə əsaslanan hakimiyyət sistemini

nəzərdə tutur. Bu zaman istənilən azlığın özünürealizəetmə imkanları bərqərar olur.

İfadə edilən nəzəriyyələrin praktikasında mərkəzi və yerli hakimiyyətin qarşılıqlı əlaqələrinin iki

doktrinası – partnyorluq və agent modeli özünə yer almışdır(28). Partnyorluq modelinə yerli və mərkəzi

hakimiyyətlərin münasibətlərini ümumi məqsədlər güdən və əhaliyə zəruri xidmətlər göstərən bərabərhüquqlu

partnyorların münasibətləri kimi baxılır. Bu konsepsiya çərçivəsində yerli özünüidarəetmə yerli cəmiyyətin

özünümüdafiə elementi kimi anlaşılır. Agent modelində isə yerli və mərkəzi hakimiyyətlərin arasındakı

münasibətlər agentin və prinsipalın (başçının) münasibətləri kimi nəzərdən keçirilir. Burada yerli

özünüidarəetmə orqanları mərkəzi hakimiyyətin yerlərdə siyasi kursunu realize etdiyi xüsusi vasitələr hesab

edilir. Lakin bu doktrinalar da yerli özünüidarəetmənin hüquqi-siyasi mənşəyini əks etdirmir. Yerli

Page 133: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

133

özünüidarəetmə yalnız əmlak, sosial idarəetməsi üçün təsis edilmir. Yerli özünüidarəetmə yerli əhalinin yerli

məsələlərin, о cümlədən tarixi, coğrafı, etnik, sosial, iqtisadi xüsusiyyətləri nəzərə almaqla həlli üçün

formalaşdırılmış təsisatdır. Eyni zamanda cəmiyyətdə sosial inteqrasiyanın təsisatıdır.

İfadə edilən bütün nəzəriyyələr bu və ya digər formada müəyyən siyasi məqsədlər üçün meydana gəlmiş,

inkişaf etmiş, bəziləri isə cəmiyyətin tələblərinə cavab vermədiyi üçün elmi-normativ məzmun kəsb edə

bilməmişdir. Nəzəri istiqamətlərin düzgün seçilməsi və uyğun qanunvericilik bazasının yaradılması insan hüquq

və əsas azadlıqlarının qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsi zərurəti ilə bütün bölgələrdə gerçək

yerli özünüidarə sisteminin yaradılmasında; effektiv yerli özünüidarəetməyə söykənən regional siyasətin

inkişafında; cəmiyyətdə bazar münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Yerli özünüidarəetmə qeyd etdiyimiz kimi hakimiyyət xüsusiyyətinə malik olduğu üçün, eyni zamanda

yerli əhalinin öz müqəddəratını təyinetmə üsulu kimi çıxış edir. Yerli özünüidarəetmə sosial idarəetmənin bir

növü kimi təzahür etməklə idarəetmədən fərqli məzmun kəsb edir. İdarəetmə dedikdə idarə edənin idarə edilənə

təsiri qəbul edilir. Lakin özünüidarə zamanı idarə edənin özünün özünə təsiri meydana gəlir. Yəni bu zaman

idarəçilik [səh.26-27] keyfiyyəti dəyişir. Özünüidarəetmənin inkişafı demokratiyadan, xalq hakimiyyətindən,

xalqı təmsil edən bütün qrupların idarəetmədə inkişafından asılı olur.

Özünüidarəetmə cəmiyyətin sosial strukturu olmaqla başqa bir idarəetmə sistemi tərəfindən ona təsiri

istisna edən və ya maksimum dərəcədə məhdudlaşdıran yalnız yerli əhalidən ibarət sistem başa düşülür. Dövlət

və ya hər hansı digər hakimiyyətin yerli özünüidarəetmənin işlərinə müdaxiləsinin məhdudlaşdırılmasının forma

və səviyyəsi, əsasları da konkret cəmiyyətdə və dövlətdə demokratiyanın inkişaf səviyyəsi ilə müəyyən edilir.

Yerli özünüidarəetmə subyekti kimi xalq çıxış etdiyindən bu sistemin əsasında da xalqın iradəsi dayanır və buna

görə də yerli özünüidarəetməyə hakimiyyətin həyata keçirilməsi üsulu kimi baxılmalıdır.

ƏDƏBİYYAT:

1. Прудников A.C. Местное самоуправление (управление) в зарубежных странах. Учеб. Пособие

для студентов вузов, обучающихся по специальности “Юриспруденция”. М.: ЮНИТИ-ДАНА: Закон и

право 2007, с. 13, (271с.)

2. Ismayılov Х.С. Azərbaycanda yerli özünüidarəetmənin normativ hüquqi əsasları (genezisi və

təkamülü). Bakı: Elm və təhsil, 2011, s. 12, (496s.)

3. Кутафин O.E., Фадеев В.И. Муниципальное право Российской Федерации. Учеб. 3-е изд.,

перераб. и доп. М.: Проспект, 2010, с.89, (672с.)

4. Герасименко Г.А. Земское самоуправление в России. М.: Новый юрист, 1998, с.46

5. Səlimzadə M.İ., Sadıqov Ə.İ.. Xəlilov Q.R. Bələdiyyə hüququ (dərs vəsaiti). Bakı: “Elm və təhsil”,

2011, s.2I- 22, (144s.)

6. Муницинальное право Российской Федерации. / Под. ред. Н. С. Бондаря. М.: ЮНИТИ. Закон и

право. 2002, с.64

7. Велихов Л. Основы городского хозяйства. В 2-х частях. М., JL, 1928, ч.2 с.236

8. Nodaroğlu Н., Mahalli idarələr. Ankara 1994, s.59

9. Барабашев Г.В. Местное самоуправление – трудное дитя России / Местное самоуправление в

России: состояние, проблемы и перспективы. М., 1994, с. 11-12

10. Пылин В.В. Представительные органы местного самоуправления. Автореф. дисс. …канд.

юрид.. наук. СПб., 1996, с. 10

11. Кутафин О.Е., Фадеев В.И. Муниципальное право Российской Федерации. М., 1997, с.5

12. Белкин А., Еремин А. О категориальных пределах местного самоуправления / Право и

жизнь. М., 1997. №11, с.123-124; Конституционного право России / Под. ред. К.Б. Толкачева, Л.Г.

Хабибуллина. Уфа, 1993, с. 58-60

13. Говоренкова Т., Вобленко С. Обратимся к азбуке / Российская Федерация. 1995. №15,

е.43

14. Прохоров В.Т., Кашо B.C. Органы территориальною общественною самоуправления в

системе местного самоуправления / Государство и право. 1992. №7, с.46-53

15. Кутафин О.Е., Фадеев В.И. Муниципальное право Российской Федерации. М.: Юрист,

2000, с. 19

16. Кутафин О.Е., Фадеев В.И. Муниципальное право Российской Федерации: учеб. 3-е изд.,

перераб. и доп. М.: Проспект, 2010, с.48 (672с.)

17. Давид Р., Жоффре-Спинози К.. Основные правовые системы современности. М., 1996,

с.27

18. Гладышев А.Г. Правовые основы местного самоуправления. М.,1996. 224с.

19. Фадеев Ф.И. Муниципальное право России. М.: Юрист, 1994, с. 126

Page 134: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

134

20. Исаева М., К вопросу о природе муниципальной власти // Право и жизнь – М.., 1996. –

N9. – с.33-38

21. Кутафин О.Е., Фадеев В.И. Муниципальное право Российской Федерации: учеб. 3-е изд.,

перераб. и доп. М.: Проспект, 2010, с.54 (672с.)

22. Виноградов В.А., Основные теории местного самоуправления: происхождение и

развитие. М-1996, с. 17

23. Муницинальное право Российской Федерации. / Под. ред. Н. С. Бондаря. М.: ЮНИТИ.

Закон и право. 2002, с.71

24. Səlimzadə М.İ., Sadıqov Ə.İ.. Xəlilov Q.R. Bələdiyyə hüququ (dərs vəsaiti). Bakı: “Elm və

təhsil”, 2011, s.27, (144s.)

25. Проблемы наделения государственными полномочиями органов местного

самоуправления / Государства и право, 1999, №9, с. 18

26. Виноградов В.А., Основные геории местного самоуправления: происхождение и

развитие. М-1996, с.ЗЗ

27. Кутафин О.Е., Фадеев В.И. Муниципальное право Российской Федерации: учеб. 3-е изд.,

перераб. и доп. М.: Проспект, 2010, с.60 (672с.)

28. Васильев М.А. Правовые регулирование нормотворческой деятельности муниципальных

образованиях. Обнинск: Институг муниципального управления. 2002, (126с.), с. 11

Qanunçuluq.-2014.-№ 8.-S.22-27.

Page 135: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

135

Azərbaycan Respublikasinda yerli özünüidarəetmənin maliyyə-iqtisadi əsasları

Nigar Nemət qizi Xəlilova

BDU, magistrant

E-mail: [email protected]

Azərbaycan Respublikasinın Konstitusiyası bələdiyyələrin müstəqil surətdə yerli vergi və ödənişləri

müəyyənləşdirmək hüququnu təsbit edir (1, səh.31). Bələdiyyələr müstəqil şəkildə yerli vergi və ödənişlərin

müəyyənləşdirilməsi məsələsini həll edərək, yerli büdcənin mədaxilini artırırlar. Ümumiyyətlə bələdiyyələrin

maliyyə-iqtisadi əsasları əsasən “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası

Qanunu ilə tənzimlənir. Qanunun 1-ci maddəsinə əsasən həmin qanun bələdiyyələrin maliyyəsınin formalaşması

və istifadəsinin prinsiplərini yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətləri və

onların müvafıq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir. (2,səh.l)

Bələdiyyələrin sosial-iqtisadi sahədə səlahiyyətləri dedikdə əsasən aşağıdakılar nəzərdə tutulur:

1. dövlətin iqtisadi inkişaf proqramında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq aqrar, sənaye, rabitə,

nəqliyyat və digər sahələrin inkişafı üzrə yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi;

2. bələdiyyə torpaqlarının və əmlakının istifadəsinin səmərəliliyin yüksəldilməsi;

3. yerli sosial müdafiə və sosial inkişaf proqramlarının həyata keçirilməsi;

4. yerli şəraitdə ekoloji tarazlığın təmin olunması. (3,səh.l8)

Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqlan, yerli büdcə və

büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Bələdiyyənin

maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin

respublika mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır.

Yerli özünüidarə orqanları təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəssisələr yaratmaq, onların

yenidən təşkili və ləğvi məsələlərini həll etmək hüquqlarına malikdir. Onlar həm də bələdıyyə ərazisinin

kompleks sosial-iqtisadi inkişafında hüquqi və fıziki şəxslərin iştirakmı əlaqələndirə bilərlər.

Bələdiyyələr mülkiyyətində olan torpağı qanunla nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fıziki və

hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verə bilərlər. Eyni zamanda bələdiyyələr əhalinin

məskunlaşdığı ərazilərin sosial inkişafım təmin edən tədbirlər həyata keçirirlər. Həmin tədbirlər məktəbəqədər

tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, su

təchizatlarının və kanalizasiya təsərrüfatının təşkili, yerli əhəmiyyətli yolların tikilməsi, informasiya xidmətinin

təşkili, əhalinin məşğulluğunun təmin edilməsi və digər sahələrin inkişafmı təmin etməlidir.

Bildiyimiz kimi yerli büdcələr yerli maliyyənin əsasını təşkil edir. Yerli büdcənin gəlirləri yerli vergi və

yığımlar, qeyri-vergi gəlirləri, yuxarı büdcələrdən daxilolmalar hesabına yaradılır.

Yerli büdcələrin yuxarı büdcələrlə qarşılıqlı əlaqələri gəlir mənbələrinin bölüşdürülməsi vasitəsilə həyata

keçirilir. Öz gəlir mənbələri çatışmadıqda ayrı-ayrı ərazilərin təxirəsalınmaz sosial-iqtisadi problemlərini həll

etmək üçün dövlət büdcəsindən yerli büdcələrə dotasiya, subvensiya, subsidiya verilməsi nəzərdə tutula bilər və

ya onlara büdcə borcu (ssuda) ayrıla bilər.

Beləliklə, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqların, yerli büdcə

və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.

Qanunun 3-cü maddəsinin ikinci bəndində bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsinin

aşağıdakı prinsiplərə əsaslandığı göstərilir:

- özünüidarəetmə,

- müstəqillik,

- aşkarlıq,

- yerli mənafenin respublika mənafeyi ilə uz- [səh. 24-25] laşması.

Lakin nə bu maddədə, nə də Qanunun sonrakı maddələrində bu prinsiplərin mahiyyəti, məzmunu və

onların gözlənilməsi mexanizmləri göstərilməyib.

Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir: fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak

vergisi, yerli əhəmiyyətli tikinti materiallar üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və

təşkilatlardan mənfəət vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə

yerləşdirilən küçə reklamlarına görə ödəniş, kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları

üçün rüsum və qanunla müəyyən edilən digər yerli ödənişlər və Azərbaycan Respublikasının dövlət

büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar təşkil edir.

Eyni zamanda yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən

müəyyənləşdirilir.

Page 136: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

136

Həmçinin bu sahədə dövlət yardımı müxtəlif formalarda həyata keçirilir. Belə formalara dotasiya,

subvensiya, subsidiya və. s. aiddir. Dotasıya-dövlət büdcəsindən yerli büdcələrə, onların gəlirlərinin və

xərclərinin tənzimlənməsini təmin etmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir. Subvensiya – dövlət

büdcəsindən müəyyən məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün yerli büdcələrə verilən və göstərilən

məqsəd üçün vaxtında istifadə edilmədikdə geri qaytarılan vəsaitdir. Subsidiya – dövlət büdcəsindən yerli

büdcələrə və təşkilatlara əvəzsiz verilən pul vəsaitidir.

Yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələri eyni zamanda “Yerli özünüidarə haqqında”

Avropa Xartiyasının 9-cu bəndində də əks olunmuşdur (4, səh.2). Belə ki, yerli özünüidarə orqanlarının milli

iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaq hüququ vardır, onlar öz

funksiyalarını yerinə yetirmək üçün həmin vəsaitlər barədə sərbəst sərəncam verə bilərlər.

Yerli özünüidarə orqanlarının funksiyalarının genişləndirilməsi əsaslı xərclərin həcminin artması ilə

nəticələnir. Konstitusiya ilə nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsi üçün pul vəsaitlərinin

toplanması və istifadə olunması yerli özünüidarə orqanlarının maliyyə fəaliyyətinin əsasını təşkıl edir.

Резюме

Ключевые слова: местное самоуправление, финансов, бюджета, расходы, Расширение функций

органов местного самоуправления подытоживаются увеличением основных уплат. Сбор и

использование денежных средств местных органов самоуправления базируется на полномочия

указанных Конституцией.

Summary

Keywords: Self-government, the financial, the budget, the costs. Expansions of the functions of local

authorities (municipalities) are resulting in the increase of the amount of fundamental expenditures. The

collection and use of fund envisaged by the Constitution are the basis of financial performance of local

authorities.

1. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasinın Qanunu, Baki 1999-cu il.

2. Yerli özünüidarənin demokratik əsasları, Vətəndaş Təşəbbüsləri Mərkəzi, Bakı 2003-cü il;

3. Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası, Bakı 2001-ci il

4. Azərbaycan Respublikasinın Konstitusiyası, Bakı 1995-ci il.

Hüquqi dövlət və qanun.-2014.-№ 12.-S.24-25.

Page 137: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

137

Vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu

Aqil İsmayıloğlu

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda demokratiyanın inkişafı istiqamətində atılan addımlardan

biri də yerli özünüidarəetmə orqanlarının – bələdiyyələrin yaradılması oldu.

Bələdiyyələrin yaradılması 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında təsbit

olunsa da, ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu ilin dekabrında baş tutdu. Beləliklə, 2000-ci ilin

əvvəlindən ölkədə ilk bələdiyyələr formalaşmağa başladı. Yerli özünüidarəetmə sisteminin formalaşması

cəmiyyətin demokratikləşməsi baxımından çox önəmli hadisə idi.

Keçmiş bələdiyyə sədri, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev da

hesab edir ki, Azərbaycanda bələdiyyələr demokratik prinsiplər əsasında yaradılan və formalaşdırılan yerli

özünüidarəetmə orqanlarıdır. Onun fikrincə, bu orqanların formalaşdırılması prosesi ölkədə demokratiyanın

inkişafı, hüquqi dövlət və vətəndaş quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin

artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir: “Bələdiyyələr yaranmamışdan hələ bir neçə

il əvvəl bu orqanın mahiyyəti, vəzifəsi və hüquqlarının Konstitusiyamızda əks etdirilməsi Heydər Əliyevin

böyük uzaqgörənliyinin və yerli özünüidarəetmə orqanlarına olan münasibətinin ifadəsi idi. Ümummilli lider

bələdiyyələrin formalaşması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi

məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi. Heydər Əliyev bələdiyyələrin

yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd edirdi ki, “Yerli

özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir

qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”. O, öz

qənaətində haqlı idi. Bu günümüzün reallıqları, ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni inkişaf, demokratik

təkamül və bu proseslərdə bələdiyyələrin fəaliyyəti bunu bir daha sübut edir”.

“Bələdiyyələrin statusu haqqında” qanunda göstərilir ki, “Azərbaycan Respublikasında yerli

özünüidarəetmə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun

çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata

keçirmək imkanı verir”. Bu mənada demək olar ki, Azərbaycanda yerli özünüidarəetmənin təşkili prinsipləri və

formalaşdırılması, inkişafı, bələdiyyə institutunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər Avropa

xartiyasında əks olunmuş beynəlxalq normalara uyğundur.

T. Rzayev bildirir ki, ölkəmizdə yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılması Milli

Məclisin işinin tərkib hissəsi olub və bu ali orqanda bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə

edən mühüm qanunlar işlənib hazırlanaraq qəbul edilib. Deputatın sözlərinə görə, bu qanunlar, hüquqi-normativ

aktlar, əsasnamələr bələdiyyə həyatının bütün sahələrini əhatə edir: “Qanunvericilikdə yerli özünüidarəetmənin

çox mühüm məsələləri – yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən

edilməsi, yerli sosial müdafiə, yerli iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırılması,

mülkiyyət münasibətlərinin formalaşdırılması, ərazi məsələləri və s. öz əksini tapıb”.

Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, ancaq onlara verilmiş bu

müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qalması demək deyil.

Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət

daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər.

T. Rzayevin sözlərinə görə, Azərbaycanda bələdiyyə institutunun təkmilləşdirilməsi, yerli özünüidarə

orqanlarının fəaliyyətinin artırılması diqqət mərkəzindədir. “Bu sahədə dövlət, vətəndaş cəmiyyətləri və eləcə də

bələdiyyələrin özləri əhəmiyyətli tədbirlər həyata keçirirlər. Bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi,

əhalinin maarifləndirilməsi, bələdiyyəçilik sahəsində beynəlxalq və yerli təcrübənin öyrənilib yayılması, bəzi

problemlərin aradan qaldırılması, əhalinin tələbatına uyğun bir sıra layihələrin hazırlanıb təqdim edilməsi

sahəsində bələdiyyələrin milli assosiasiyaları fəal rol oynayırlar. Son illər istər mərkəzdə, istərsə də regionlarda

keçirilən bələdiyyələrin ümumrespublika toplantıları və bu tədbirlərdə dövlət strukturlarının vəzifəli şəxslərinin,

icra, ədliyyə orqanlarının, qeyri-hökumət təşkilatlarının, mütəxəssislərin iştirak etməsi, vəziyyətlə əlaqədar

təhlillərin aparılması, dəyərli təkliflərin irəli sürülməsi, bir çox məsələlərin həlli üçün konkret tədbirlərin

görülməsi bələdiyyəçilik sahəsində işləri xeyli canlandırıb” deyən komitə üzvü qeyd etdi ki, bir çoxlarının

düşündükləri kimi bələdiyyələr bu gün respublikada formal yaradılan fəaliyyətsiz və yalnız icra strukturlarının

tapşırıqlarını yerinə yetirən orqanlar deyil. Deputatın fikrincə, bu fikirlər reallığı əks etdirmir və əsassızdır:

“Sözsüz ki, bir çox bələdiyyələrin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Ancaq bu nöqsanları yerli

özünüidarə orqanlarının hamısına şamil edib onları fəaliyyətsiz bir qurum kimi qələmə vermək düzgün olmaz.

Əlbəttə ki, bu əsassız fikirləri bələdiyyə institutu ilə yaxından tanış olmayan, yerlərdə keçirilən tədbirləri

Page 138: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

138

görməyən və izləməyən insanlar söyləyirlər. Ancaq bir çox bələdiyyələrin fəaliyyətini təhlil edib onların işi ilə

yaxından tanış olanda başqa bir mənzərə yaranır. Mən yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində

fəallıq göstərən, seçicilərin etimadını qazanan, insanlara mənəvi və maddi dayaq olan, bir çox problemləri

işgüzarlıqla aradan qaldıran bələdiyyələrin adını çəkib onları tərifləmək fikrində deyiləm. Belələri onlarladır.

Əgər bu gün bələdiyyələr öz vəsaitləri hesabına tədris, tibb, idman, mədəniyyət müəssisələri, ticarət, məişət,

ictimai iaşə obyektləri tikib istifadəyə verirlərsə, yol çəkir, park salırlarsa, minlərlə kimsəsizə, qocaya, uşağa,

imkansıza köməklik göstərirlərsə, xeyir-şər məclislərini yola verirlərsə, ona fəaliyyətsiz demək olarmı?

Bələdiyyələrin inkişafını səciyyələndirən bir faktla onların fəaliyyətini qiymətləndirmək olar. Bu, insanların

yerli özünüidarəetmə orqanlarına olan və artan inamıdır. Artıq əhali bir çox sosial problemlərin həllində

bələdiyyələrə üz tutur, onlardan kömək umur. Bələdiyyələrin səlahiyyətlərinə aid olmayan müəyyən vəzifələrin

həyata keçirilməsi üçün onlara müraciətlər etmək inamın bir göstəricisidir. Bu göstərici bələdiyyələr tərəfindən

imkan daxilində bəzi problemlərin tez və səmərəli yerinə yetirilməsindən yaranıb. Danılmaz faktdır ki, bu gün

bələdiyyələr yaşıllıqların salınıb qorunmasında, təmizlik-abadlıq, tikinti işlərində, suvarma, kollektor

şəbəkələrinin təmizlənməsində, qaz, işıq xətlərinin bərpa olunmasında yaxından iştirak edir. Bu işlər

bələdiyyələrin öz imkanları və vəsaitləri hesabına həyata keçirilir. Onlar buna görə dövlətdən heç bir vəsait

almırlar”.

Qeyd etmək lazımdır ki, Azərbaycanda bələdiyyə institutunun fəaliyyətinə və inkişafına mane olan bəzi

problemlər mövcuddur. Bu problemlərdən ən başlıcası seçicilərin, əhalinin bələdiyyələrlə əlaqələrinin səmərəli

qurulmamasıdır. Əhali qanunvericiliyə uyğun olaraq seçdikləri bələdiyyənin fəaliyyətini daim nəzarətdə

saxlamağa, ondan gördüyü işlər barədə hesabat tələb etməyə, məlumat almağa, yerli özünüidarəetmə

orqanlarının işini canlandırmaq üçün əsaslı təkliflər verməyə, nöqsanları doğuran səbəbləri aradan qaldırmaq

üçün birgə tədbirlər görməyə borcludur. Belə olarsa, bələdiyyələr işə daha məsuliyyətlə yanaşar, öz

fəaliyyətlərində aşkarlığı, şəffaflığı daha səmərəli təmin edə bilər, seçicilərinin qüvvəsinə arxalanarlar.

Ekspertlər hesab edir ki, bələdiyyə-seçici münasibətlərinin səmərəli təşkil edilməsi sahəsində son illər

müəyyən tədbirlər görülsə də, bu kifayət deyil. Seçicilərin passiv olduğu regionlarda bələdiyyələrin də passivliyi

müşahidə olunur. Əgər əhali bələdiyyə qarşısında məsuliyyətini, vəzifəsini qiymətləndirib onun fəaliyyətində

yaxından iştirak etmirsə və ya hər hansı vergini, ödənişi verməkdən imtina edirsə, özünün yaratdığı bir orqana

əhəmiyyətsiz qurum kimi baxırsa, onda bələdiyyələrin də əhaliyə münasibəti eyni olacaqdır.

Ekspertlərə görə, ötən illərdə həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər

bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsinə yeni bir stimul olub.

Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri

yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Bu baxımdan bələdiyyələrin statusu, fəaliyyət dairəsi ilə

əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi də zərurətə çevrilmiş və bu vəzifə Milli Məclis

tərəfindən lazımınca qiymətləndirilib həyata keçirilir. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə

torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların

mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında referendum

aktında Konstitusiyanın 146-cı maddəsinə bələdiyyələrlə bağlı dörd bəndin əlavə edilməsi yerli özünüidarəetmə

orqanlarının cəmiyyətdə oynadığı rolunu və vəzifəsini bir daha müəyyən edib qiymətləndirir. Bu əlavələr

mütərəqqi mahiyyət daşıyır və dövlətçiliyimizin dayaqlarının möhkəmləndirilməsinə xidmət etməklə bərabər,

həm də bələdiyyələrin dövlətin nəzarətindən və diqqətindən kənarda qalmadığını, xalq tərəfindən yaradılan və

etimad göstərilən bir orqan olduğunu sübut edir. Əlbəttə, bələdiyyələr də bu qayğı və diqqətə öz səmərəli

fəaliyyətlərilə, əhalinin tələbatını daha dolğun ödəməklə cavab verməlidirlər.

Ekspress.-2016.-19 yanvar.-№ 10.-S.10.

Page 139: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

139

Bələdiyyələr hüquqi dövlət quruculuğunun tərkib hissəsi kimi

Murad Məmmədli

Konstitusiyalı quruluşun əsaslarından biri kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılması

demokratik, hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsidir. Ölkəmizdə bələdiyyələrin yaradılması ilk

növbədə dövlət quruculuğu prosesinin tərkib hissəsi, konstitusiyalı quruluşun əsaslarından biri hesab olunur.

Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının 2-ci maddəsində deyilir ki, yerli özünüidarəetmə

prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, konstitusiyasında öz əksini tapmalıdır. Bu prinsip digər

konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik idarəetmə sistemini müəyyənləşdirir.

Müasir Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi,

respublikamızda demokratik, hüquqi dövlət quruculuğunun başlıca problemlərinin həlli ümummilli lider Heydər

Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycanda dövlət quruculuğu sahəsində əsasını qoyduğu institutlardan

biri də bələdiyyələrdir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə institutunun formalaşdırılması məsələsi ilk dəfə məhz Heydər

Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul

olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Onun rəhbərliyi dövründə bu

istiqamətdə 20-dən çox qanun qəbul olunmuş, 300-ə qədər qanunda dəyişikliklər edilmiş, onlarla fərman və

sərəncam imzalanıb. O cümlədən, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş mərkəzi də H. Əliyevin müvafiq

sərəncamı ilə 2000-ci ildə yaranıb. Demokratik ölkələrdə yerli işlərin idarə olunması həm mərkəzi hakimiyyətin

yerlərdə təyin etdiyi orqanlar və vəzifəli şəxslər tərəfindən, həm də bilavasitə inzibati-ərazi vahidlərinin

əhalisinin seçdiyi nümayəndəli orqanlar tərəfindən həyata keçirilə bilər. Belə nümayəndəli orqanlari adətən yerli

özünüidarəetmə orqanları və ya bələdiyyələr adlandırırlar.

“Heydər Əliyev hesab edirdi ki, Azərbaycanda bələdiyyələrin formalaşması və inkişafı məsələlərinə

dövlət quruculuğu prosesindən kənarda baxıla bilməz”. Bu fikir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadənin “belediyye.info” saytında yazdığı yazıda yer alıb.

Yazıda bildirilir ki, Heydər Əliyev qeyd edirdi ki, “Bələdiyyələrin yaranması barəsində 1995-ci ildə müstəqil

Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıb. Buna görə də bələdiyyələrin

təşkil olunması ən öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata

keçirilməsini göstərir”.

Bələdiyyə institutu dövlətçiliklə üzvi şəkildə bağlıdır və buna görə də onun formalaşması dövlət

quruculuğu prosesi ilə sıx əlaqələndirilməli və onun inkişafı məsələlərinə ümumi dövlət quruculuğu prosesinin

bir hissəsi kimi baxılmalıdır. Səlimzadə qeyd edir ki, Əliyev bu institutun beynəlxalq standartlara, “Yerli

özünüidarəetmə haqqında Avropa Xartiyasının” prinsiplərinə uyğun qurulmasına çalışırdı. “O, Azərbaycanda

yerli özünüidarəetmə sisteminin yaradılması sahəsində görülən işlərlə bağlı qeyd edirdi ki, “biz bunların

hamısını şüurlu edirik. Çünki biz öz işimizi Avropa standartlarına yaxınlaşdırmaq istəyirik, hüquqi, demokratik,

dünyəvi dövlət qururuq. Bu yol nə qədər çətin olsa da, bizim üçün o qədər də vacibdir, lazımdır”. “Bu bizim

Azərbaycanda apardığımız demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir

mərhələsi olacaq və biz irəliyə doğru böyük bir addım atmış olacağıq. Gələcək üçün isə çox böyük zəmin

yaradacağıq”.

M. Səlimzadəyə görə, H. Əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni

bir forması hesab edirdi. “O qeyd edirdi ki, “bu, bizim ölkəmiz, vətəndaşlarımız üçün böyük hadisədir. Çünki

vətəndaşlar ilk dəfə olaraq özləri öz yerli idarəetmə, hakimiyyət orqanlarını seçirlər”.

Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılması prosesinə ölkədə demokratiyanın inkişaf

etdirilməsi istiqamətində atılmış mühüm bir addımı, bələdiyyələrə isə ən geniş demokratiya institutu kimi

baxırdı. O, Azərbaycanda yerli özünü idarəetməsi sisteminin yaradılmasının əhəmiyyəti və bunun yerli

məsələlərin həllinin demokratik prinsipi olmasını dəfələrlə vurğulayırdı. “Məsələn, 12 dekabr 1999-cu il tarixdə

bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində deyirdi: “Yerli özünüidarəetmənin yaradılması

Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət,

dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli

özünüidarəetmə orqanları yaradırıq. Bu həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə

etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

Yerli özünüidarəetməyə ən geniş demokratiya institutu kimi baxan Heydər Əliyev bələdiyyə seçkilərinin

şəffaf, demokratik keçirilməsini arzulayır, icra hakimiyyəti orqanlarından bunun üçün hər cür şəraitin

yaradılmasını tələb edirdi. O, ilk bələdiyyə seçkiləri ilə əlaqədar qeyd edirdi ki, “bələdiyyə seçkiləri digər

seçkilərdən fərqlənir. On görə ki, bu daha da kütləvi təşkilatları yaraması üçün keçirilən seçkilərdir”.

“Azərbaycanda hər bir seçki prosesi insanları, vətəndaşları demokratiya prinsiplərinə daha da

Page 140: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

140

yaxınlaşdırmalıdır. Yəni demokratiya prinsipləri insanların daxili mənəviyyatı olmalıdır. Onların üzərində bir

vəzifə kimi yox, onlara bir tapşırıq kimi yox, insanların özlərinin daxili mənəviyyatının tərkib hissəsi olmalıdır.

Belə olan şəraitdə biz gələcəkdə də Azərbaycanda demokratiyanı sürətlə inkişaf etdirə bilərik”.

Ulu öndər ölkəmizdə bələdiyyə institutunun yaradılması və inkişaf etdirilməsini vətəndaş cəmiyyəti

quruculuğu üçün çox böyük əhəmiyyətə malik olduğunu qeyd edirdi. H. Əliyev bildirirdi ki, bələdiyyələr dövlət

orqanları sisteminə daxil olmayan təşkilatlardır, bunlar heç kəsə tabe deyillər. “Hərəsi öz işini müəyyən edir,

onların heç bir tabeçiliyi yoxdur. Bu, təbiidir ki, bir tərəfdən bunlara çox böyük imkanlar, səlahiyyətlər verir.

Amma ikinci tərəfdən də bunların məsuliyyətini artırır. Belə bir vəziyyətdə, təbiidir ki, bələdiyyələr ilk dövrdə,

ola bilər, öz işlərində çox çətinliklərlə rastlaşsınlar”.

Mehdi Səlimzadənin yazısında qeyd olunur ki, Heydər Əliyev həmişə Azərbaycanda yerli özünüidarəetmə

sisteminin yaradılmasını Azərbaycan dövləti, hökuməti üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Bunu isə

bütün yükün icra orqanlarının, hökumətin, dövlətin üzərində olması ilə əlaqələndirib: “Biz hüquqi dövlət

qurmalıyıq və bu dövlət xalqa xidmət etməlidir. Yaxşı hökumət o hökumətdir ki, o insanları xoşbəxt etmək

istəyir, bunu hansı yolla həyata keçirəcəyini bilir”. Bundan sonra bələdiyyələr “hökumətin də gördüyü işlərin

böyük bir hissəsini öz üzərilərinə götürəcəklər, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər”.

Heydər Əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasının çox çətin proses olduğunu vurğulayırdı.

Ümummilli lider hesab edirdi ki, inkişaf etmiş ölkələr bu işlə illərlə, on illərlə məşğul olub, Azərbaycan üçün isə

yenidir. “Amma bu o demək deyil ki, biz bunu etməməliyik”.

Səlimzadəyə görə, Əliyev ilk bələdiyyələrin müəyyən cətinliklərlə qarşılaşa biləcəyini də əvvəlcədən

görürdü və qeyd edirdi ki, gərək insanların, psixologiyası artıq dəyişilsin. İnsanların psixologiyası bir gündə

dəyişilmir. Onlara anlatmaq, onları başa salmaq lazımdır. Bunu etmək üçün dövlət işində işləyən adamların

özlərinin psixologiyası gərək dəyişsin.

Heydər Əliyevin Azərbaycanda yaradılan bələdiyyələrin gələcəyinə inandığını yazan Mehdi Səlimzadə

ulu öndərin “bu, ilk addımdır, çox lazımlı addımdır. Mən çox məmnunam ki, biz bu addımı atırıq” fikrini

xatırladaraq, bunun ölkəmizə, dövlətimizə və ən əsası – vətəndaşlarımıza fayda gətirəcəyini əminliklə

vurğuladığını bildirir. “Mən əminəm ki, biz bu ilk addımlarımızı sonralar daha da gücləndirəcəyik və

Azərbaycanda bələdiyyə sistemi yaranacaq, fəaliyyət göstərəcəkdir, bir demokratik ölkə kimi Azərbaycanın

inkişafına öz xidmətlərini verəcək”.

Təbii ki, bələdiyyələrin formalaşdırılmasında çətinliklərdən biri də kadr təminatı ilə bağlı idi. Bu

səbəbdən də H. Əliyev bələdiyyə üzvlərinin təhsil almasının əhəmiyyətini xüsusi ilə qeyd edirdi. “Görünür,

bunun üçün xüsusi bir proqram təşkil olunmalıdır. Biz onları həqiqətən təhsilləndirməliyik”, – deyirdi Heydər

Əliyev.

O, Azərbaycanda yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin yaradılması və inkişafı ilə bağlı

görülən işləri və həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, daim diqqət mərkəzində saxlayırdı. Bununla

əlaqədar o bələdiyyələrə təkrar seçkilərlə bağlı müşavirədə qeyd edirdi ki, biz bu işləri müşahidəçilərdən yaxşı

qiymət almaq üçün etmirik. “Bu, bizim özümüzün prinsiplərimizdir. Bu, Azərbaycan prezidenti kimi mənim

prinsplərimdir”.

Mehdi Səlimzadənin fikrincə, Heydər Əliyevin bəyan etdiyi bu prinsiplər əsasında formalaşdırılan yerli

özünüidarəetmə sistemi bu gün respublikamızda işlək qurumlara çevrilməkdədir. Belə ki, bu sahədəki Heydər

Əliyev prinsiplərini onun davamçısı, Azərbaycan prezidenti İlham Əliyev uğurla həyata keçirir, inkişaf etdirir.

Bir sözlə, demokratik prinsiplərin, humanist dəyərlərin və insan hüquqlarının önə çəkildiyi müasir zamanda

bələdiyyələrin fəaliyyəti, onların dövlət orqanları ilə qarşılıqlı münasibətləri və əməkdaşlığının səmərəli təşkili

ölkənin dövlət və ictimai həyatında mühüm rol oynayır.

Yeni Azərbaycan.-2016.-4 yanvar.-№ 21.-S.10.

Page 141: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

141

AZƏRBAYCAN RESPUBLİKASINDA BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİ

Məhərrəmov Fuad Mikayıl oğlu,

hüquq üzrə fəlsəfə doktoru, dosent əvəzi,

Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasının müəllimi

Açar sözlər: yerli özünüidarəetmə, yerli idarəetmə, hakimiyyət, konstitusion əsaslar, xalq hakimiyyəti.

Ключевые слова: местное самоуправление, местное управление, власть, конституционные

основы, народовластие.

Keywords: local self-government, local government, power, constitutional bases, democracy.

Azərbaycan Respublikasının Konstitusiyasi yerli özünüidarəetməni təsbit və təmin etməklə, onun xalq

hakimiyyəti sistemində statusunu müəyyənləşdirməklə, «bələdiyyələrin səlahiyyətləri», «bələdiyyələrin

müstəqilliyinin təminatları» kimi anlayışları, «Bələdiyyələrin statusu haqqında» Qanun isə Konstitusiyanın

müddəalarını daha da konkretləşdirərək bələdiyyə orqanlarının, bələdiyyə üzvlərinin və bələdiyyələrin vəzifəli

şəxslərinin hüquqi statusunu, yerli özünüidarənin hüquqlarını məhdudlaşdırmağın qadağan olunmasını,

bələdiyyələrin qərarlarının məcburiliyini, yerli özünüidarənin məhkəmə müdafiəsini və s. bu kimi anlayışları

müəyyən etmişdir. Bununla da dövlət bələdiyyələrin, yerli əhəmiyyətli məsələlərin həll edilməsi və yerli

özünüidarəetmənin vəzifə və funksiyalarının həyata keçirilməsi üçün zəruri olan səlahiyyətlərini tanımış və

təsbit etmiş oldu. Dövlət orqanının səlahiyyətləri mürəkkəb kateqoriya olduğundan, onun məzmunu barədə

hüquq ədəbiyyatında artıq uzun müddətdir ki, diskussiyalar aparılır. Əslində isə «səlahiyyət» anlayışım hüquq

və vəzifələrin məcmusu kimi xarakterizə etmək olar. Bu baxımdan, hər hansı bir orqanın, yaxud vəzifəli şəxsin

səlahiyyəti dedikdə, onların qanunvericiliklə nəzərdə tutulan hüquq və vəzifələrinin məcmusu başa

düşülməlidir. Çünki hüquq ədəbiyyatında da «səlahiyyət» terminindən hər hansı bir orqanın və ya vəzifəli

şəxsin hüquq və vəzifələrinin xarakterizə olunması üçün istifadə olunur. Hər hansı bir orqanın və ya vəzifəli

şəxsin səlahiyyəti onun hüquq və vəzifələrini eyni dərəcədə əhatə edir. Bu baxımdan, yerli özünüidarəetmənin

səlahiyyətləri dedikdə, yerli əhalinin, yerli özünüidarəetmənin seçkili və digər orqanlarının bələdiyyə

qurumunun ərazisində yerli özünüidarəetmənin vəzifə və funksiyalarının həyata keçirilməsi üçün zəruri olan və

qanunvericiliklə təsbit olunan hüquq və vəzifələrinin məcmusu başa düşülür. [səh. 37-38]

Yerli özünüidarəetmənin səlahiyyətləri, ilk növbədə, bələdiyyə qurumunun əhalisi tərəfindən bilavasitə

həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu

bələdiyyələrə seçkilər, öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fıkir söyləmək, təkliflər vermək

vasitəsilə və digər formalarda həyata keçirirlər. Belə ki, «Bələdiyyələrin statusu haqqında» Qanunun IV fəsli

«Vətəndaşların öz iradəsinin birbaşa ifadə etməsi və yerli özünüidarənin həyata keçirilməsinin digər formaları»

adlanmaqla bələdiyyə qurumu əhalisinin yerli özünüidarənin həyata keçirilməsində bilavasitə iştirakının bir sıra

formalarını nəzərdə tutur. Qanunun 26-cı maddəsi yerli rəy sorğusunun, 27-ci maddəsi bələdiyyələrə seçkilərin,

28-ci maddəsi vətəndaşların yığıncaqlarının, 29-cu maddəsi əhalinin bələdiyyə aktları yaratmaq təşəbbüsünün,

30-cu maddəsi vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciətinin,

31-ci maddəsi isə yerli özünüidarənin həyata keçirilməsində əhalinin iştirakının digər formalarının hüquqi

əsaslarını müəyyən edir [1]. Qanuna müvafıq olaraq müəyyən ərazidə əhalinin sayına görə vətəndaşlar yerli

özünüidarəni həyata keçirmək hüququndan məhrum edilə bilməzlər.

Beləliklə, bələdiyyə qurumunun əhalisi yerli özünüidarəetmə səlahiyyətlərinin həyata keçirilməsində

müstəsna rol oynayır. Yerli özünüidarəetmənin bəzi səlahiyyətləri (məsələn, bələdiyyə orqanlarını seçmək

hüququ, yerli rəy sorğusu vasitəsilə öz iradəsini ifadə etmək hüququ) yalnız bələdiyyə qurumunun əhalisi

tərəfındən həyata keçirilə bilələr.

Yerli özünüidarəetmənin səlahiyyətləri, həmçinin, yerli özünüidarəetmə orqanları və onların vəzifəli

şəxsləri tərəfindən də həyata keçirilir. Yerli özünüidarəetmənin nümayəndəli və digər orqanlarının və onların

vəzifəli şəxslərinin səlahiyyətləri yerli özünüidarəetmə haqqında qanunvericiliklə, bələdiyyə nizamnamələri ilə,

habelə bələdiyyələrin digər normativ hüquqi aktla ilə müəyyən olunur. Yerli özünüidarəetmənin

səlahiyyətlərinin əksəriyyəti bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfındən həyata keçirilir və onların

səlahiyyətlərini təşkil edir. Yerli özünüidarəetmənin səlahiyyətləri əhali tərəfındən yerli əhəmiyyətli məsələlərin

müstəqil şəkildə həll edilməsinin, bələdiyyə mülkiyyətinə sahiblik, istifadə və sərəncamın hədlərini müəyyən

edir. Yerli özünüidarəetmənin səlahiyyətlərini iki qrupa bölmək olar: 1) yerli özünüidarəetmənin öz

səlahiyyətləri, yəni dövlətin bələdiyyələr üçün nəzərdə tutduğu və əhalinin yerli əhəmiyyətli məsələləri müstəqil

həll etməsini təmin edən səlahiyyətlər. 2) qanunla yerli özünüidarəetmə orqanlarına həvalə edilən bəzi dövləti

səlahiyyətlər. Bələdiyyələrə dövlət tərəfindən, yəni qanunverici və icra hakimiyyətləri tərəfındən verilən

Page 142: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

142

səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafıq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə

səlahiyyətlərin həyata keçirilməsinə nəzarətin qayda və şərtlərini də məhz həmin orqanlar müəyyən edirlər.

Yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin müəyyən edilməsi prinsipləri «Yerli özünüidarəetmə

haqqında» Avropa Xartiyasında da nəzərdə tutulmuşdur. Xartiyanın 4-cü maddəsı aşağıdakı məsələləri nəzərdə

tutur [6, s. 577]:

1) yerli özünüidarəetmə orqanlarının əsas səlahiyyətləri Konstitusiya və ya qanunla müəyyən edilir. Lakin

bu müddəa yerli özünüidarəetmə orqanlarına qanuna müvafıq olaraq ayrı-ayrı konkret səlahiyyətlərin

verilməsini istisna etmir; [səh. 38-39]

2) yerli özünüidarəetmə orqanları qanunla müəyyən edilmiş həddə onların səlahiyyətlərindən istisna

olunmayan və ya digər orqanların səlahiyyətlərinə daxil edilməmiş istənilən məsələ üzrə şəxsi təşəbbüslərinin

həyata keçirilməsi üçün tam hərəkət azadlığına malikdirlər;

3) dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, vətəndaşlara daha yaxın olan hakimiyyət

orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansınınsa digər hakimiyyət orqanına verilməsi qarşıya

qoyulan vəzifənin həcmi və təbiəti, habelə səmərəlilik və qənaətlilik tələbləri nəzərə alınmaqla həyata

keçirilməlidir;

4) yerli özünüidarəetmə orqanlarına verilən səlahiyyətlər, bir qayda olaraq, tam və müstəsna səlahiyyətlər

olmalıdır. Onlar digər mərkəzi və ya regional hakimiyyət orqanları tərəfindən yalnız qanunla müəyyən edilmiş

həddə mübahisələndirilə və məhdudlaşdırıla bilər;

5) mərkəzi və ya regional hakimiyyət orqanları tərəfındən müvəkkil edilmiş səlahiyyətlər verildikdə yerli

özünüidarəetmə orqanları, mümkün qədər onların həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq azadlığına

malik olmalıdır.

Avropa Xartiyasında təsbit olunmuş bu prinsiplər öz əksini Azərbaycan Respublikasının

Konstitusiyasında və yerli özünüidarəetmə ilə bağlı qanunvericilikdə tapır.

Yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini onların həyata keçirildiyi fəaliyyət sferaları üzrə

təsnifləşdirmək olar. Hüquq ədəbiyyatında idarəçilik fəaliyyətinin həyata keçirildiyi sferaların aşağıdakı

ardıcıllığı fərqləndirilir: a) xalq təsərrüfatı sferasında idarəçılik; b) sosial-mədəni quruculuq sahəsində idarəçilik;

c) inzibati-siyasi sferada idarəçılik; ç) sahələrarası sferada idarəçilik(təbii ehtiyatların və ətraf mühitin

mühafızəsi sahəsində idarəçilik, statistika, maliyyə-kredit və bank işi sferalarında idarəçilik). Yerli

özünüidarənin səlahiyyətlərini onların həyata keçirildiyi sferalar üzrə biz şərti olaraq aşağıdakı kimi də

təsnifləşdirə bilərik: a) yerli özünüidarəetmənin maliyyə-büdcə sahəsindəki səlahiyyətləri; b) yerli

özünüidarəetmənin bələdiyyə mülkiyyətinin idarə olunması sahəsindəki səlahiyyətləri; c) yerli

özünüidarəetmənin tikinti, nəqliyyat və rabitə sahəsindəki səlahiyyətləri; ç) yerli özünüidarəetmənin torpaq və

digər təbii ehtiyatlardan istifadə və onların mühafızəsi sahəsindəki səlahiyyətləri; d) yerli özünüidarəetmənin

kommunal-məişət, mənzil və ticarət sahəsindəki səlahiyyətləri; e) yerli özünüidarəetmənin sosial-mədəni

sahədəki səlahiyyətləri; ə) yerli özünüidarəetmənin ictimai qaydanın mühafizəsi sahəsindəki səlahiyyətləri.

Yerli özünüidarəetmənin səlahiyyətlərinin bu cür təsnifləşdirilməsi nisbi xarakter daşıyır və bir-birinə daha

yaxın olan sahələrin bir qrupa daxil edilməsinə əsaslanır. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının

Konstitusiyasında yerli özünüidarəetmənin səlahiyyətləri lakonik şəkildə verilmişdir. Belə ki, Konstitusiyanın

144-cü maddəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakı məsələlərin həlli daxil edilmişdir:

1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların

səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

3) bələdiyyənin sədrinin və onun sədr müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;

4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; [səh. 39-40]

5) yerli büdcənin və onun icrasi haqqında hesabatların təsdiq edilməsi;

6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

7) yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

8) yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

9) yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Artıq qeyd etdiyimiz kimi, bu maddənin ikinci hissəsində qanunvericilik və icra hakimiyyəti orqanları

tərəfindən bələdiyyələrə əlavə səlahiyyətlərin verilə bilməsi halı müəyyən olunur. Burada, həmçinin, müvafıq

səlahiyyətin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması və onu həvalə edən orqanın nəzarət

həyata keçirməsi hallan da nəzərdə tutulur.

Konstitusiyaya görə bələdiyyələrin səlahiyyətlərindən birini də yerli sosial müdafiə və sosial inkişaf

proqramlarının qəbul və icra edilməsi təşkil edir. Yerli sosial müdafıə və sosial inkişaf proqramlarında məqsəd

dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli

əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar məktəblərdə tərbiyə, təhsil səhiyyə,

Page 143: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

143

mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin

təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və

kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, yerli

əhəmiyyətli yolların tikilməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili və qəbiristanlıqların qorunması,

yerli nəqliyyat və rabitə xidmətınin təşkıli, ticarət, ictimai iaşə və məişət xıdmətinin təşkilinə şərait yaradılması,

mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması,

informasiya xidmətinin təşkil edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait yaradılması,

kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin,

istedadlı uşaqlara əlavə yardım, fıziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna,

adamların peşələri üzrə işlə təmin olunmasına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə

edə bilər. Onu da qeyd edək ki, bu proqramları həyata keçirərkən bələdiyyələr yuxarıda sadalanan məsələlər

üzrə dövlət orqanlarının müvafıq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməzlər [4, s. 566].

Bununla yanaşı, bələdiyyələrin yerli iqtisadi inkişaf proqramlarını qəbul və icra etmək səlahiyyəti də

konstitusiyada nəzərdə tutulmuşdur. Bu proqramların qəbulunda məqsəd dövlətin həyata keçirdiyi iqtisadi

inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf

məsələlərini həll etməkdir. Həmin proqramlar habelə aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri də əhatə

edə bilər. Bu proqramlarda bələdiyyə torpaqlarında və dövlətin bələdiyyələrə verdiyi əmlakdan səmərəli istifadə

yolları göstərilir. Bu proqramların həyata keçirilməsi zamanı bələdiyyələr dövlət orqanlarının səlahiyyətlərinin

həyata keçirilməsinə müdaxilə edə bilməzlər. Bələdiyyələrin səlahiyyətinə, həmçinin, yerli ekoloji proqramların

qəbulu da daxildir. Yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə

tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji [səh. 40-41] təmizlik məsələlərinin həllinə yerli

əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub

saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və

emalı, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin

həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edib bilər [5, s. 318].

Bələdiyyələrin təşkili və fəaliyyəti ilə bağlı məsələlər həm yerli özünüidarə qanunvericiliyi ilə, həm də

bələdiyyələrin nizamnamələri ilə tənzim olunur. Bələdiyyə nizamnaməsi bələdiyyənin iclasları və vətəndaşların

yığıncaqları tərəfindən qəbul edilməklə yerli özünüidarəetmənin səlahiyyətinə daxildir. Bələdiyyə nizamnaməsi

qəbul edildikdən sonra dövlət qeydiyyatına alınmalıdır. Nizamnamənin qeydə alınmasından imtina edilməsinə

əsas yalnız nizamnamə qanunvericiliyə zidd olduqda yarana bilər. Bələdiyyənin nizamnaməsində aşağıdakı

məsələlər öz əksini tapır:

1) qanunla müəyyən edilmiş bələdiyyə ərazisinin hüdudlan və tərkibi;

2) bələdiyyə orqanlarının adlan, strukturu, səlahiyyətləri və formalaşdırılması qaydası;

3) bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin səlahiyyət müddəti;

4) bələdiyyə aktlarının qəbul edilməsi və qüvvəyə minməsi qaydası;

5) bələdiyyələrin, bələdıyyə orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyətinin əsaslan və

növləri;

6) bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin statusu və sosial təminatları,

onların səlahiyyətlərinə xitam verilməsi əsaslan və qaydası;

7) bələdiyyə orqanlarının vəzifəli şəxslərinin hüquqları üçün təminatlar;

8) bələdiyyə qulluğu təşkilinin şərtləri və qaydası;

9) yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsaslan, bələdiyyə mülkiyyətinə

sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası;

10) Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarənin təşkilinə, bələdiyyələrin

və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin səlahiyyətinə və fəaliyyət qaydasına dair digər müddəalar.

Bələdiyyənin nizamnaməsi özündə məhz bələdiyyənin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri

çərçivəsində müddəalar nəzərdə tuta bilər [3, s. 400].

Qanuna görə bələdiyyə öz səlahiyyətinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması

üçün, habelə bələdiyyənin qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan

müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər. Lakin bir

məsələni də qeyd edək ki, həb ki bələdiyyələrin qanunvericiliklə müəyyən edilmiş öz səlahiyyətlərini həyata

keçirməsi üçün lazımi şərait mövcud deyil. Bu, ilk növbədə, bələdiyyə orqanlarının təzə yaradılması, təzəcə

təsisatlanması, bələdiyyələrin öz büdcələrini təşkil etmək və öz funksiyalarını həyata keçirmək üçün lazımi

maddi-maliyyə vəsaitinin olmaması, dövlət tərəfındən onlara həmin vəsaitin verilməsi imkansızlığı ilə

bağlıdırsa, digər bir tərəfdən, yerli səviyyədə müvafıq dövlət orqanlarının – yerli icra hakimiyyətlərinin çox

geniş səlahiyyətlərinin mövcudluğu ilə şərtlənir. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 16 iyun 1999-

cu il tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında» Əsasnamənin 25-35-ci

Page 144: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

144

maddələrində yerli [səh. 41-42] icra hakimiyyəti başçılarının on bir əsas istiqamət üzrə yerli həyatın bütün

sferalarını əhatə edən çoxsaylı səlahiyyətləri təsbit olunmuşdur. Nəzərə alsaq ki, yerli özünüidarəyə nisbətən

yerli icra hakimiyyətlərinin yerli məsələlərin həlli sahəsində səlahiyyətləri daha genişdir, digər bir tərəfdən, yerli

özünüidarə qurumlan öz-özlərini maliyyələşdirməlidir, yerli icra hakimiyyətləri isə hər il büdcə qanununa uyğun

olaraq dövlət büdcəsindən vəsaitlər ayrılması hesabına maliyyələşdirilirlər, onda yerli səviyyədə icra

hakimiyyəti orqanlarının bələdiyyələrə münasibətdə öz funksiyalarını həyata keçirmək imkanının daha geniş

olması heç bir şübhə doğurmur, əksinə, yerli özünüidarəetmənin öz funksiyalarını lazımi qaydada həyata keçirə

bilməyəcəyi sübut olunur. Lakin respublikamızda yerli özünüidarəetmə sahəsində islahatlar davam edir və yaxşı

olardı ki, hazırda yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən bir sıra səlahiyyətlər gələcəkdə

bələdiyyə orqanlarına həvalə olunaydı.

Azərbaycan Respublikasında nəinki yerli özünüidarəetmənin demokratik institut kimi Konstitusiyada əks

etdirilməsi, həm də onun fəaliyyəti üçün təminatların müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq

qeyd etdiyimiz kimi, Konstitusiyanın 144-146-cı maddələrində müəyyən edilir ki, bələdiyyələrin məhkəmə

tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə təminat

verilir.

Birincisi, Azərbaycan Respublikasında yerli özünüidarəetmənin Konstitusiya və digər qanunvericilik

aktları ilə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması qadağandır.

İkincisi, vətəndaşların iradəsinin birbaşa ifadəsi yolu ilə qəbul olunmuş qərarlar, bələdiyyə orqanlarının və

onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri qərarlar təşkilati-hüquqi formasından asılı

olmayaraq, bələdiyyə qurumunun ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatlar, habelə bələdiyyə

orqanları və vətəndaşlar tərəfındən mütləq icra edilməlidir.

Bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərarları yalnız onları qəbul etmiş orqanlar və

vəzifəli şəxslər tərəfindən ləğv oluna, yaxud da məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Vətəndaşların

iradəsinin birbaşa ifadəsi yolu ilə qəbul olunmuş qərarların, bələdiyyə orqanlarının və ya onların vəzifəli

şəxslərinin qərarlarının icra edilməməsi qanuna müvafıq surətdə məsuliyyətə səbəb olur.

Üçüncüsü, dövlət orqanlarına yerli özünüidarəetmə fəaliyyətini həyata keçirmək, bələdiyyələrin

aidiyyətində olan məsələlərin həllinə müdaxilə etməsi qanunla qadağan olunur. [1].

Dördüncüsü, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin müraciətlərinə bu müraciətlərin

yönəldildiyi dövlət hakimiyyəti orqanları, dövlətin vəzifəli şəxsləri, müəssisə, idarə və təşkilatlar hökmən

baxmalıdırlar.

Beşincisi, bələdiyyə qurumunun ərazisində yaşayan vətəndaşlar, bələdiyyə orqanları və onların vəzifəli

şəxsləri dövlət hakimiyyət orqanlarının və dövlətin vəzifəli şəxslərinin, müəssisə, idarə və təşkilatların, habelə

ictimai birliklərin yerli özünüidarəetmənin hüquqlarım pozan aktlarının etibarsız sayılması barədə məhkəməyə

və ya iqtisad məhkəməsinə iddialar verə bilərlər.

Altıncısı, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri bələdiyyə ərazisində yaşayan əhali, dövlət, fıziki

və hüquqi şəxslər qarşısında qanunla məsuliyyət daşıyırlar [4, s. 562]. [səh. 42-43]

Bələdiyyə orqanlarının və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin əhali qarşısında məsuliyyəti onların

etimadım itirdikdə baş verir. Bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin əhalinin etimadını itirməsi

nəticəsində məsuliyyətinin qaydası və şərtləri bələdiyyə nizamnamələri ilə müəyyənləşdirilir.

Beləliklə, biz nəinki yerli özünüidarəetmənin konstitusiya-hüquqi əsaslarını, həm də yerli

özünüidarəetmənin anlayışına və məzmununa aid olan normativ-hüquqi aktların müddəalarını nəzərdən

keçirdik. Yerli özünüidarəetmənin təşkili prinsipləri, səlahiyyətləri və konstitusiya təminatlan haqqında

məsələləri ətraflı təhlil etməklə belə bir nəticəyə gəlirik ki, respublikamızda yerli özünüidarəetmə sahəsində

həyata keçirilən islahatlar qanunvericilikdə təhlil etdiyimiz məsələlərin öz həllini tapmasına gətirib çıxaracaq,

həyatda yaşamağa vəsiqə qazanan bələdiyyələr gələcəkdə demokratik dövlətin əsaslarından birini təşkil edəcək.

Fikrimizcə, bu yolda beynəlxalq hüququn, sivil dünya dövlətlərinin təcrübəsindən istifadə edilməli, mövcud

müddəalar, baxışlar, nəzəriyyələr kortəbii şəkildə respublikamızda tətbiq edilməməli, ictimai reallıq, yerli adət-

ənənələr, milli mentalitet nəzərə alınmalıdır.

İstifadə edilmiş mənbələr:

1. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, 2 iyul 1999

2. Cəfərov I. Azərbaycan Respublikasi Konstitusiyasının şərhi. Bakı, 2001,445 s.

3. Çirkin V.Y. Xarici ölkələrin konstitusiya hüququ Bakı. 2008, 447 s.

4. Əsgərov Z.A. Konstitusiya hüququ. Bakı, 2016, s. 734

5. Игнатов В.Г., Рудой B.B. Местное самоуправление. Москва: «Феникс», 2001., 416 с.

6. Конституционное право зарубежных стран / Под ред. Б.А. Страшуна. М., 2005, 701 с.

Page 145: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

145

7. Муниципальное право Российской Федерации: Учебник / 2-е изд. Под ред. Ю.А. Дмитриева. М.:

«Профобразование», 2000., 800 с.

Маггеррамов Фуад Микайыл оглу

ДЕЯТЕЛЬНОСТЬ МУНИЦИПАЛИТЕТОВ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ

РЕЗЮМЕ

Предлагаемая статья посвящена деятельности местного самоуправления. Согласно статье, автор

описал легальную деятельность и вовлечение местного самоуправления в рамках демократии. Автор

также сравнивает модели местного самоуправления в Азербайджанской Республике с различными

моделями зарубежных стран. [səh. 43-44]

Maharramov Fuad Mikayil

ACTIVITIES OF MUNICIPALITIES IN THE REPUBLIC OF AZERBAIJAN

SUMMARY

The article is dedicated to the activities of local self-government. The author dwells on legal activities and

involvement of local self-government within democracy. He also compares models of local self-government in

the Republic of Azerbaijani to various models of foreign countries.

Rəyçi: h.ü.f.d., dos. С. Quliyev

Təqdim edən: h.ü.e.d., prof. A.M. Qasımov

Daxil olma tarixi: 01.08.2016

Təkrar işlənmə tarixi: 16.08.2016

Çapa imzalanma tarixi: 01.09.2016

Qanun. -2016. -№ 9.- S.37-44.

Page 146: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

146

Azərbaycanda özünüidarəetmə sisteminin formalaşması

Rəşid Rəşad

Vətəndaş cəmiyyətinin formalaşmasında yerli özünüidarəetmə orqanlarının xüsusi rolu var. Yerli

özünüidarəetmə Ümumavropa demokratik norması kimi 1985-ci il oktyabrın 15-də Strasburqda qəbul edilərək,

“Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda təsdiq edilib. Yerli özünüidarənin Avropa Xartiyası yerli

hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının möhkəmləndirilməsinə dair ümumavropa normalarının

əsasını qoyub.

Ekspertlər qeyd edir ki, yerli özünüidarə haqqında Avropa Xartiyasında yerli özünüidarənin səlahiyyətləri

də müəyyənləşdirilib. “Yerli özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Yerli

özünüidarə orqanları qanunun müəyyən etdiyi çərçivədə, tam sərbəst hərəkət edə bilərlər. Dövlət

səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının

üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya

qoyulmuş vəzifənin həcmi və xarakterini, habelə, səmərə və qənaət tələblərini nəzərə almaqla həyata

keçirilməlidir”.

Ekspert Vahid Ömərovun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının dördüncü bölməsi

“Yerli özünüidarəetmə”, IX fəsli isə “Bələdiyyələr” adlanır ki, burada yerli idarələrin təşkili, bələdiyyələrin

statusu, səlahiyyətləri haqqında konstitusiya qanunu təsbit edilib: “Yerli özünüidarəni bələdiyyələr həyata

keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələr seçkilərin qaydaları və bələdiyyələrin statusu

qanunla müəyyən edilir. Bələdiyyələrin statusuna bələdiyyə mülkiyyətinə sahiblik, yerli vergilərin və

ödənişlərin, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli iqtisadi inkişaf

proqramlarının qəbul və icraedilməsi, yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu

səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə

səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər”.

V. Ömərov bələdiyyələrin prinsiplərinin aşağıdakılardan ibarət olduğunu deyir:

1. Azərbaycanda yerli özünüidarəetmə orqanı hesab edilən bələdiyyələrin quruluşu məhz milli mentalitet

nəzərə alınmaqla milli beynəlxalq təcrübədən çıxış edərək müəyyən edilib.

2. Konstitusiya və müvafiq qanunvericilik müddəalarından çıxış etməklə yerli özünüidarəetmənin

mahiyyəti müəyyənləşir və inkişaf istiqamətləri ardıcıl islahatlar fonunda öz əksini tapır.

3. Bu prinsiplər mövcud yerli özünüidarəetmənin siyasi və fəlsəfi mahiyyətini açır, onda əks olunan ideya

və başlanğıcların dəyərləndirilməsinə cavab verir.

4. Bu prinsiplər mövcud yerli özünüidarəetmənin strukturlarını möhkəmləndirir, bələdiyyə seçkilərində

mandat almış şəxslərə fəaliyyət üçün geniş meydan verir və hazır idarəetmə mexanizmini şərtləndirir.

5. Yerli özünüidarəetmənin əsas prinsipləri (“anl.az”).

Qeyd etdiyimiz kimi bələdiyyələrin hüquqi statusu ilə bağlı əsas müddəalar Azərbaycan Respublikasının

Konstitusiyasında öz əksini tapıb. Hətta konstitusiya ilə yanaşı yerli özünüidarəni birbaşa tənzimləyən bir çox

qanunlar da qəbul edilib. Bunlardan “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin nümunəvi

nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə torpaqlarının idarə

edilməsi haqqında”, “Yerli rəy sorğusu haqqında” və digər qanunları göstərmək olar. Bu qanunlarla yanaşı,

Azərbaycan Respublikasının Torpaq, Vergi, Mülki, Əmək, Su Məcəllələrinə və bir çox digər normativ hüquqi

aktlara bələdiyyələrlə bağlı müddəalar daxil edilib. Bundan başqa bələdiyyələrə metodiki yardımın göstərilməsi,

onların maarifləndirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2000-ci il

tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəznində Bələdiyyələrlə iş və Bələdiyyələrə

Metodoloji Yardım Mərkəzi yaradılıb.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanda bələdiyyələrlə bağlı qanunvericilikdə islahatlar aparılması üçün

bir çox layihələr mövcuddur. Bu baxımdan il olaraq bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi irəli

sürülür.

O da qeyd olunur ki, indiki şəraitdə yerli özünüidarə sisteminin inkişaf etdirilməsinin ən aktual problemi

onların səmərəli iqtisadi və təsərrüfat fəaliyyətinin təmin olunmasından ibarətdir. Və yerli özünüidarə

orqanlarının məqsədyönlü və məhsuldar işinin təmin edilməsi üçün bələdiyyələrə real və müstəqil gəlir

mənbələri verilməsi və büdcə təsnifatında sosial-mədəni, mənzil, kommunal və digər yerli problemləri əhatə

edən bölmələrin aşağı səviyyəli büdcələr tərəfindən maliyyələşdirilməsi təmin edilməlidir

(siyasielmler.wordpress.com).

Yeri gəlmişkən, Azərbaycanda idarəetmə sisteminin əks-mərkəzləşdirilməsi yolu ilə yerli özünüidarəetmə

sisteminin formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti

Page 147: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

147

quruculuğu, dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən

əhəmiyyətli addımlardan biridir. Ölkəmizdə idarəetmə sisteminin yaradılmasının əhəmiyyəti və bunun yerli

məsələlərin həllinin demokratik prinsip olması ümummilli lider Heydər Əliyevin 12 dekabr 1999-cu il tarixdə

bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində öz əksini tapıb: “Bələdiyyə seçkiləri Azərbaycanda gedən

demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət

qurmaq prosesinin bir hissəsi, bir sahəsidir… Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları

yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza

imkanlar yaradılmasının göstəricisidir”.

Hüquqşünas qeyd edir ki, demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının Konstitusiyamızda geniş

əks olunması cəmiyyətimizdə yerli demokratiyanın inkişafına və insanların özünüidarəetmənin mütərəqqi

formalarından istifadəsinə şərait yaradıb: “Konstitusiyaya görə, Azərbaycan Respublikasında yerli

özünüidarəetməni bələdiyyələr həyata keçirirlər. Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin dövlət, xüsusi

və bələdiyyə mülkiyyəti növünə bölünməsi təsbit olunmuşdur. Qeyd edilir ki, mülkiyyət toxunulmazdır və

dövlət tərəfindən müdafiə olunur. Dövlət səlahiyyətlərinin müəyyən hissəsinin yerlərə ötürülməsi yolu ilə yerli

özünüidarəetmə orqanları olan bələdiyyələrə verilməsi, Əsas Qanunumuzun 142-146-cı və 150-ci maddələrində

yerli özünüidarəetmənin təşkilinin təsbit olunması ilə əks-mərkəzləşmə prosesinin və bələdiyyə orqanlarının

hüquqi əsasları yaradılıb.

Konstitusiyanın qəbulundan dərhal sonra müvafiq sahə üzrə münasibətləri tənzimləyən qanun

layihələrinin Milli Məclisin müvafiq komissiyasında işlənilməsinə başlanmış, qısa müddət ərzində

“Bələdiyyələrə seçkilərin qaydaları haqqında”, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının

qanunları qəbul edilmişdir. 12 dekabr 1999-cu il tarixdə ölkədə keçirilən ilk bələdiyyə seçkilərində 22 min

nəfərdən artıq bələdiyyə üzvü seçilmiş və 2667 yerli özünüidarəetmə orqanları təşkil olunub. Bu orqanlarda 25

min nəfərə yaxın müxtəlif peşə sahibləri bələdiyyə qulluğuna qəbul edilib. Azərbaycanda 2004-cü il dekabrın

17-də ikinci bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarəetmə orqanlarının inkişafının yeni mərhələsi

başlandı. Həmin seçkilərdə 2731 bələdiyyəyə 20356 bələdiyyə üzvü seçildi. Ölkəmizdə 2009-cu il dekabrın 23-

də bələdiyyələrə keçirilmiş növbəti – III seçkilərdə mühüm siyasi tədbir kimi, böyük önəm daşımışdır. Azad,

demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər bələdiyyə üzvü seçildi. Seçilmiş

bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil edib. Olduqca əlamətdardır ki, seçilmiş bələdiyyə üzvləri sırasında

qadınların və gənclərin xüsusi çəkisi əvvəlki seçkilərdən fərqli olaraq xeyli artıb. Belə ki, qadınların sayı 4243

nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olub.

2014-cü ildə birləşmədən əvvəl 1717 bələdiyyə mövcud olub. 30 may 2014-cü il tarixdə qəbul edilən

“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”

Qanunla 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyə yaradılmış, 110 bələdiyyə isə

ləğv edilmişdir. Hazırda 1607 bələdiyyəyə 15035 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının III fəslinin 56-cı maddəsində seçki hüququ

təsbit olunub. Belə ki, vətəndaşların seçki hüququndan istifadə etməsi, seçki sisteminin təşkili hər bir sivil ölkə

üçün həm siyasi, həm hüquqi, eyni zamanda, tarixi baxımdan əhəmiyyətli hadisədir. (xalqqazeti.com).

Onu da qeyd edək ki, hazırda bələdiyyələr cəmiyyətimizdə mühüm funksiyalar həyata keçirməklə özünün

mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Yerli özünüidarəetmə orqanlarına gəlincə, bir çox ölkələrdə

yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə

formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.

Ekspertlərin fikrincə, yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının

formalarından biri, xalq hakimiyyətinin əsasıdır. Müxtəlif dövlətlərdə yerli özünüidarəetmə orqanları fərqli

adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr,

Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır.

O da qeyd olunur ki, yerli özünü idarəetmə orqanları müstəqildirlər və dövlət hakimiyyət orqanları

sisteminə daxil deyillər.

Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər. Bələdiyyələrin nizamnaməsi bələdiyyə

iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir.

“Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 6-cı bəndində

isə bildirilir ki, Bələdiyyələr insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla

hər bir vətəndaşı tanış olmaq, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə,

seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar. Bu da o deməkdir ki, hazırda Azərbaycan

Bələdiyyələrinin yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl

islahatların davam etdirilməsini şərtləndirir.

Onu da qeyd edək ki, inkişaf prinsiplərinə əsaslanan səmərəli idarəetmənin əsas vəzifələrindən biri

əhalinin rifah prosesində Bələdiyyə-Vətəndaş tərəfdaşlığıdır. Bu mənada, Bələdiyyələrin xalqla ünsiyyətini daha

Page 148: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

148

da asanlaşdıran yol Vətəndaş İştirakı Hüququ əsasını təşkil olunan Məhəllə Komitələrinin yaradılmasından

keçir. İştirak və idarəçilik bütün tərəfləri bir yerə yığmaq üçün bir vasitədir. Məhəllə Komitələri Bələdiyyələrin

Statusu haqqında Qanunun 31-ci maddəsinə uyğun şəkildə formalaşdırılan və fəaliyyət göstərən qurumlardır.

Azərbaycanda Məhəllə Komitələrinin təşkili üçün Nümunəvi Əsasnamənin təsdiq edilməsinə dair 8 may 2001-

ci il tarixli Qanun həmin dövrdən qüvvədədir (unikal.org).

Ekspress.-2017.-1-3 aprel-№ 55.-S.10.

Page 149: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

149

Vətəndaş cəmiyyətində yerli özünüidarəetmə orqanlarının rolu

Rəşid Rəşad

Demokratik cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əhalinin maddi rifahını yaxşılaşdırmaq

üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması kifayət deyil. Bu baxımdan dövlət idarəçiliyi özünün

miqyasına və realizə olunma xüsusiyyətinə görə mərkəzi dövlət idarəçiliyinə və yerli dövlət idarəçiliyinə ayrılır.

Hər iki növün arasında regional idarəçilik mövcud olsa da, regional idarəçilik nadir hallarda xüsusi təşkilati

formalara malik olur (ebooks.azlibnet.az). Bunun da səbəbi odur ki, idarəetmənin əsas funksiyaları regional

səviyyədə deyil, mərkəzi və yerli səviyyədə həyata keçirilir. İdarəçilik sistem kimi təşkil olunan istənilən

varlığın ayrılmaz xüsusiyyətidir.

Fransız alimi A. Foksil hələ 1835 – ci ildə nəşr olunmuş “Amerikada demokratiya “ adlı məcmuəsində

yazırdı: “Yerli özünüidarəetmə institutları olmadan millət azad hökumət yarada bilər, lakin o, azadlıq ruhunu

duya bilməz”.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Konstitusiyasının 4-cü bölməsi “Yerli özünüidarəetmə”

adlandırılıb. Bu bölmə “Bələdiyyələr” adlanan IX fəsildən ibarət olub 142 – 146 – cı maddələrini əhatə edir.

142-ci maddənin I hissəsində qeyd olunur ki, “yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Həmin

maddənin III hissəsinə görə bələdiyyələrin statusu qanunla müəyyən edilir”.

Onu da qeyd edək ki, yerli idarəetmənin hüquqi cəhətdən tənzimlənməsində “Bələdiyyələrin statusu

haqqında” qanun xüsusi əhəmiyyət kəsb edir. Qanun 8 fəsil, 56 maddədən ibarətdir. Bələdiyyələrin hüquqi

vəziyyətini müəyyən edən “Bələdiyyələrin statusu haqqında” qanunun 1-ci maddəsində göstərilir: Azərbaycan

Respublikasında yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem

qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata

keçirmək imkanı verir (wikipedia.org).

Ekspert Vahid Ömərov qeyd edib ki, yerli özünüidarəni bələdiyyələr həyata keçirdiyi üçün bələdiyyələr

seçkilər əsasında yaradılır: “Bələdiyyələr seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir.

Bələdiyyələrin statusuna bələdiyyə mülkiyyətinə sahiblik, yerli vergilərin və ödənişlərin, yerli sosial müdafiə və

sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, yerli iqtisadi inkişaf proqramlarının qəbul və icraedilməsi,

yerli ekoloji proqramların qəbul və icra edilməsi.

Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu

səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır. Belə

səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər”.

Ekspert bələdiyyələrin prinsiplərinin aşağıdakılardan ibarət olduğunu deyir:

- Azərbaycanda yerli özünüidarəetmə orqanı hesab edilən bələdiyyələrin quruluşu məhz milli mentalitet

nəzərə alınmaqla milli beynəlxalq təcrübədən çıxış edərək müəyyən edilib.

- Konstitusiya və müvafiq qanunvericilik müddəalarından çıxış etməklə yerli özünüidarəetmənin mahiyyəti

müəyyənləşir və inkişaf istiqamətləri ardıcıl islahatlar fonunda öz əksini tapır.

- Bu prinsiplər mövcud yerli özünüidarəetmənin siyasi və fəlsəfi mahiyyətini açır, onda əks olunan ideya və

başlanğıcların dəyərləndirilməsinə cavab verir.

- Bu prinsiplər mövcud yerli özünüidarəetmənin strukturlarını möhkəmləndirir, bələdiyyə seçkilərində

mandat almış şəxslərə fəaliyyət üçün geniş meydan verir və hazır idarəetmə mexanizmini şərtləndirir.

- Yerli özünüidarəetmənin əsas prinsipləri (anl.az).

Hüquqşünasların fikrincə, Azərbaycanda müxtəlif dövrlərdə yerli özünüidarəetmə institutu və ya buna

bənzər qurumlar mövcud olsa da, yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz əsl

demokratik dəyərlərə malik bələdiyyələri yaratmaq imkanı qazanıb.

Ümumiyyətlə, ölkəmizdə dövlət idarəetmə sisteminin formalaşdırılması strategiyasının əsas prinsiplərindən

biri kimi yerli özünüidarəetmə sisteminin yaradılması yolu ilə dövlət funksiyalarının əks-mərkəzləşdirilməsi

xətti müəyyənləşdirilib ki, bu da öz əksini ölkə Konstitusiyasında tapıb.

Azərbaycanda idarəetmə sisteminin əks-mərkəzləşdirilməsi yolu ilə yerli özünüidarəetmə sisteminin

formalaşdırılması prosesi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu,

dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli

addımlardan biridir.

Page 150: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

150

O da qeyd olunur ki, ölkəmizdə idarəetmə sisteminin yaradılmasının əhəmiyyəti və bunun yerli məsələlərin

həllinin demokratik prinsip olması ulu öndərin 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar

xalqa müraciətində öz əksini tapıb: “Bələdiyyə seçkiləri Azərbaycanda gedən demokratiya prosesinin böyük bir

hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir

sahəsidir. Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın

inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaradılmasının

göstəricisidir”.

Yeri gəlmişkən, konstitusiyaya görə, Azərbaycan Respublikasında yerli özünüidarəetməni bələdiyyələr

həyata keçirirlər. Bu baxımdan da Konstitusiyanın 13-cü maddəsində mülkiyyətin dövlət, xüsusi və bələdiyyə

mülkiyyəti növünə bölünməsi təsbit olunub. Yəni, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə

olunur. Bundan başqa,

dövlət səlahiyyətlərinin müəyyən hissəsinin yerlərə ötürülməsi yolu ilə yerli özünüidarəetmə orqanları olan

bələdiyyələrə verilməsi, Əsas Qanunumuzun 142-146-cı və 150-ci maddələrində yerli özünüidarəetmənin

təşkilinin təsbit olunması ilə əks-mərkəzləşmə prosesinin və bələdiyyə orqanlarının hüquqi əsasları yaradılıb.

Konstitusiyanın qəbulundan dərhal sonra müvafiq sahə üzrə münasibətləri tənzimləyən qanun layihələrinin

Milli Məclisin müvafiq komissiyasında işlənilməsinə başlanmış, qısa müddət ərzində “Bələdiyyələrə seçkilərin

qaydaları haqqında”, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib. 12

dekabr 1999-cu il tarixdə ölkədə keçirilən ilk bələdiyyə seçkilərində 22 min nəfərdən artıq bələdiyyə üzvü

seçilmiş və 2667 yerli özünüidarəetmə orqanları təşkil olunub. Bu orqanlarda 25 min nəfərə yaxın müxtəlif peşə

sahibləri bələdiyyə qulluğuna qəbul edilib. Ekspertlər qeyd edirlər ki, ölkəmizdə 2004-cü il dekabrın 17-də

ikinci bələdiyyə seçkiləri keçirilməklə yerli özünüidarəetmə orqanlarının inkişafının yeni mərhələsi başlandı ki,

nəticəd də həmin seçkilərdə 2731 bələdiyyəyə 20356 bələdiyyə üzvü seçilib.

Azərbaycanda 2009-cu il dekabrın 23-də bələdiyyələrə keçirilmiş növbəti – III seçkilərdə mühüm siyasi

tədbir kimi, böyük önəm daşıyır. Azad, demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilər nəticəsində 15591 nəfər

bələdiyyə üzvü seçilib. Seçilmiş bələdiyyə üzvləri 10 siyasi partiyanı təmsil edirdi. Eyni zamanda seçilmiş

bələdiyyə üzvləri sırasında qadınların və gənclərin xüsusi çəkisi əvvəlki seçkilərdən fərqli olaraq xeyli artdı.

Belə ki, qadınların sayı 4243 nəfər, gənclərin sayı isə 4000 nəfərdən çox olub.

Onu da qeyd edək ki, 2014-cü ildə birləşmədən əvvəl 1717 bələdiyyə mövcud olub. 30 may 2014-cü il

tarixdə qəbul edilən “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin

yaradılması haqqında” qanunla 21 rayon üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 yeni bələdiyyə

yaradılmış, 110 bələdiyyə isə ləğv edilib. Hazırda 1607 bələdiyyəyə 15035 bələdiyyə üzvünün seçilməsi

nəzərdə tutulub”.

Azərbaycan Respublikası Konstitusiyasının III fəslinin 56-cı maddəsində seçki hüququ təsbit olunub. Belə

ki, vətəndaşların seçki hüququndan istifadə etməsi, seçki sisteminin təşkili hər bir sivil ölkə üçün həm siyasi,

həm hüquqi, eyni zamanda, tarixi baxımdan əhəmiyyətli hadisədir. (xalqqazeti.com).

Qeyd edək ki, hazırda bələdiyyələr cəmiyyətimizdə mühüm funksiyalar həyata keçirməklə özünün

mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Yerli özünüidarəetmə orqanlarına gəlincə, bir çox ölkələrdə

yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə

formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.

Ekspertlər onu da qeyd edirlər ki, yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların

iştirakının formalarından biri, xalq hakimiyyətinin əsasıdır. Müxtəlif dövlətlərdə yerli özünüidarəetmə orqanları

fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr,

Portuqaliyada məhəllələr, munisipilər, inzibati vilayətlər adlanır. Yerli özünü idarəetmə orqanları müstəqildirlər

və dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər.

Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər. Bələdiyyələrin nizamnaməsi bələdiyyə

iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir.

“Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 6-cı bəndində

isə bildirilir ki, Bələdiyyələr insan və vətəndaş hüquqlarına və azadlıqlarına bilavasitə aid sənəd və materiallarla

hər bir vətəndaşı tanış olmaq, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumat almaq imkanını təmin etməyə,

seçicilərin tapşırıqlarını yerinə yetirməyə borcludurlar. Bu da o deməkdir ki, hazırda Azərbaycan

bələdiyyələrinin yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl

islahatların davam etdirilməsini şərtləndirir. Bundan başqa, inkişaf prinsiplərinə əsaslanan səmərəli

idarəetmənin əsas vəzifələrindən biri əhalinin rifah prosesində bələdiyyə-vətəndaş tərəfdaşlığıdır. Bu mənada,

bələdiyyələrin xalqla ünsiyyətini daha da asanlaşdıran yol Vətəndaş İştirakı Hüququ əsasını təşkil olunan

Məhəllə Komitələrinin yaradılmasından keçir. İştirak və idarəçilik bütün tərəfləri bir yerə yığmaq üçün bir

vasitədir (unikal.org). Məhəllə Komitələri Bələdiyyələrin Statusu haqqında Qanunun 31-ci maddəsinə uyğun

Page 151: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

151

şəkildə formalaşdırılan və fəaliyyət göstərən qurumlardır. Azərbaycanda Məhəllə Komitələrinin təşkili üçün

Nümunəvi Əsasnamənin təsdiq edilməsinə dair 8 may 2001-ci il tarixli Qanun həmin dövrdən qüvvədədir.

Ekspress.-2017.-14 iyun.-№ 105.-S.10.

Page 152: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

152

Yerli özünüidarəetmədə iştirakçılıq

Vasif Cəfərov

Hər bir cəmiyyətdə vətəndaşların siyasi proseslərdə iştirak səviyyəsi onların siyasi mədəniyyət

səviyyəsini göstərən əsas əlamətlərdən sayılır. Siyasi mədəniyyət geniş məfhumdur və o sadəcə insanların

siyasi hakimiyyətə münasibətini deyil, həm də və daha geniş anlamda insanların siyasi fəaliyyətini, siyasi

proseslərdə iştirakçılığını ifadə edir.

Əhalinin siyasi prosesdə iştirakçılığını göstərən əlamətlərdən biri yerli idarəetmədə iştirakdır.

Demokratiyanın inkişafı ilə əlaqədar olaraq son 200 ildə insanlar yerli idarəetmədə müstəqillik əldə etdilər və

dövlətin iştirakı olmadan yerli əhəmiyyətli məsələlərin həlli ilə məşğul olan müstəqil qurum yaradaraq

idarəetməni öz üzərinə götürdülər. Azərbaycanda da artıq 18 ildir ki, yerli özünüidarəetmə institutu var. Ötən

illərdə yerli özünüidarəetmə xalq hakimiyyətinin bir forması oldu. Xalq öz hakimiyyətini bilavasitə və

nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında idarəetməni bilavasitə

həyata keçirmək hüququna malikdir. Yerli özünüidarəetmə ümumavropa demokratik norması kimi 1985-ci il

oktyabrın 15-də Strasburqda qəbul edilən “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda təsdiq edilib.

Avropa Xartiyasında göstərilir ki, hər bir Avropa vətəndaşı yaşadığı dövlətin konstitusiya quruluşundan asılı

olmayaraq (istər bu, monarxiya olsun, yaxud respublika olsun, dövlət formasından asılı olmayaraq istər bu,

federasiya olsun, yaxud unitar dövlət olsun), özünü ilk növbədə, yerli hakimiyyət səviyyəsində ifadə və

təsdiqedir. Xartiyada qeyd edilir ki, hər bir vətəndaş yerli hakimiyyətin həyatına bilavasitə təsir göstərən

qərarların qəbul olunmasında iştirak edə bilər.

Yerli özünüidarənin Avropa Xartiyası yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının

möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoyub.

Avropa Xartiyası yerli özünüidarəetməni demokratik, vətəndaş cəmiyyətində real hakimiyyətə malik olan,

vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilən, geniş muxtariyyətə malik olan orqan kimi

səciyyələndirərək, yerli özünüidarə anlayışının mahiyyətini də açıqlamışdır. Xartiyada bildirilir ki, yerli

özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli

əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real

bacarığı başa düşülür. Bu hüquq azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilən üzvlərdən

ibarət olan şuralar və ya yığıncaqlar tərəfindən həyata keçirilir. Şuraların və ya yığıncaqların onlara hesabat

verən icra orqanları ola bilər. Bu müddəalar vətəndaşların yığıncaqlara, qanunun yol verdiyi yerlərdə

referenduma, yaxud vətəndaşların bilavasitə iştirakının hər hansı bir formasına müraciət etməsini istisna etmir.

Yerli özünüidarə haqqında Avropa Xartiyasında yerli özünüidarənin səlahiyyətləri də müəyyənləşdirib. Yerli

özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Yerliözünüidarə orqanları qanunun

müəyyən etdiyi çərçivədə, tam sərbəst hərəkət edə bilərlər. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir

qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər

hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulan vəzifənin həcmi və xarakterini, habelə,

səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.

Azərbaycanda yerli özünüidarəetmə orqanı bələdiyyə adlanır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Konstitusiyada

demokratik dövlət quruculuğu üçün xarakterik olan hüquqi təsisatlar təsbit olunub. Belə təsisatlardan biri də,

yerli özünüidarəetmə orqanları olan bələdiyyələrdir. Yerli özünüidarəetmə institutunun konstitusion qaydada

təsbiti yerlərdə hakimiyyət səlahiyyətlərinin nisbi mərkəzləşməsinə və yerli özünüidarəetməni həyata keçirən

orqanlara verilməsinə zəmin yaradır.

Konstitusiyasının 142-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq yerli özünüidarəni bələdiyyələr həyata

keçirir. Bələdiyyələr müstəqil orqandırlar və dövlət hakimiyyəti orqanları sisteminə daxil deyillər.

Bələdiyyələtin hüquqi vəziyyəti 1999-cu ildə qəbul edilən “Bələdiyyələrin statusu haqqında” Qanunla

tənzimlənir.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 2-ci maddəsində qeyd olunub ki, bələdiyyə-qanunla müəyyən

edilən ərazi hüdudları daxilində yerli

özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur və

o, Azərbaycan Konstitusiyası və bu qanunla səlahiyyətlərinə aid edilən yerli əhəmiyyətli məsələləri müstəqil

surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bələdiyyə orqanları –

bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilən və dövlət orqanları

sisteminə daxil olmayan seçkili və başqa orqanlardır.

Page 153: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

153

Xatırladılan qanunun 14-cü maddəsinə görə bələdiyyə seçkili nümayəndəli orqandır. Qanunun 3-cü

fəslində bələdiyyə orqanları kollegial orqanlar kimi xarakterizə olunub. “Bələdiyyələrin statusu haqqında”

Qanunun 18-ci maddəsinə görə bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı

bələdiyyənin sədrindən və onun bu qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilən qaydada

formalaşdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra

strukturlarından ibarətdir.

“Bələdiyyələrin statusu haqqında” Qanunda 4-cü fəsildə yerli özünüidarəetmənin bilavasitə formaları olan

yerli rəy sorğusu, bələdiyyələrə seçkilər, vətəndaşların yığıncaqları, əhalinin bələdiyyə aktlarını yaratmaq

təşəbbüsü, vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə müraciətləri və yerli

rəy sorğusu-yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan vətəndaşların rəyinin

öyrənilməsidir. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların yerli rəy sorğusunda

iştirak etmək hüququ var. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük əsasında iştirak edirlər və

səsvermə gizli keçirilir. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi üçün bələdiyyə müvafiq

qərar qəbul etməlidir.

İrqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, təhsilindən, əmlak vəziyyətindən, qulluq

mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə

mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların yerli rəy sorğusunda birbaşa və ya dolayısı ilə iştirak etmək

hüququnun məhdudlaşdırılması qadağandır.

Vətəndaşlar üçün bilavasitə demokratiyanın kütləvi formalarından biri vətəndaş yığıncaqlarıdır. Vətəndaş

yığıncaqları yerli özünüidarəetmə sistemində mühüm yer tutmaqla vətəndaşların müxtəlif idarəçilik

funksiyalarının həyata keçirilməsinə cəlb olunmasına xidmət edir. Məhz belə yerlərdə vətəndaşlar yerli

əhəmiyyətli məsələlərin kollektiv müzakirəsinə qoşulur.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 28-ci maddəsi vətəndaşların yığıncaqları adlanır.

Vətəndaşların yığıncaqları yalnız əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə həyata keçirilir. Bu da həmin

ərazidə yerləşən bələdiyyənin fəaliyyətinin effektivliyini təmin etməyə imkan verir.

Bunlarla yanaşı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulan

qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həmçinin qanunvericilik və icra hakimiyyətləri tərəfindən

Azərbaycan Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə

səlahiyyətlərlə bağlı nəzarətin Ədliyyə Nazirliyinə həvalə edildiyi hallarda da həyata keçirilir. İnzibati nəzarət

bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu

məhdudlaşdıra bilməz. Bələdiyyələrin müvafiq komissiyaları, seçicilər qanunvericiliklə müəyyən edilmiş

qaydada inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər. 2002-ci ilin avqust ayında Azərbaycan

Konstitusiyasında referendum yolu ilə edilən dəyişikliklər insan hüquqlarının təminatı, ədalət mühakiməsinin

imkanlarını daha da genişləndirib. İdarəçilik sahəsində də islahatlar aparılıb və 1999-cu ildə, ilk dəfə olaraq,

yerli özünüidarə orqanı olan bələdiyyələrə seçkilər keçirilib.

Bələdiyyələrin hüquqi statusu ilə bağlı əsas müddəalar Azərbaycan Konstitusiyasında öz əksini tapıb.

Konstitusiya ilə yanaşı, yerli özünüidarəni birbaşa tənzimləyən iyirmiyə yaxın qanun qəbul edilib. Bunlardan

“Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”

“Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər

və ödənişlər haqqında”, “Yerli rəy sorğusu haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin

hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan

Qanunlarını qeyd etmək olar.

Demokratikləşmə şəraitində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaradılan

bələdiyyələr hər bir regionu təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək imkanı yaradır.

Ekspress.– 2017.- 16 avqust.– № 146.– S. 10.

Page 154: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

154

Yerli özünüidarəetmə siyasi və sosial aktivliyi artırır

Vətəndaşların siyasi və sosial aktivliyinin artırılmasında onların yerli özünüidarəetmədə iştirakçılıq

səviyyəsi böyük rol oynayır. Yerli özünüidarəetmədə iştirakçılıq siyasi aktivlik qədər, insanların sosial

aktivliyinin artırılmasına kömək edir.

Seçkili orqana seçilmək, bununla idarəetmədə iştirak etmək ilk növbədə siyasi təcrübəni artırır, siyasi

aktivliyə səbəbə olur. Amma siyasi aktivliklə bərabər bu təcrübə, yerli məsələlərlə məşğul olmaq sosial aktivliyi

də gücləndirir.

Yerli orqanlar daha çox sosial məsələlərlə məşğul olur, burada insanlarla təmas digər idarəetmə

mərhələlərinə nisbətən daha güclü təzahür edir. Sakinlərin sosial məsələləri ilə məşğul olmaq, onlarla təmasların

artması sosiallaşma səviyyəsini yüksəldir, yerli idarəetmə əməkdaşlarının aktivliyini artırır.

Yerli idarəetmə təcrübəsi idarəetməni həyata keçirən insanlarla bərabər həm də adi vətəndaşların siyasi və

sosial aktivliyinin artırılmasına şərait yaradır.

Bu baxımdan yerli özünüidarəetmə modelinin tətbiqi vətəndaşlarıın aktivliyi üçün böyük əhəmiyyət kəsb

edir.

Yerli özünüidarəetmə vətəndaş təşəbbüskarlığının da inkişafına səbəb olur. Bu institutların mövcudluğu

qərarların qəbulunda vətəndaş müstəqilliyinə şərait yaradır, insanların müstəqil idarəetmədə özünü göstərməyə

şərait yaradır. Demokratiyanın inkişafı ilə əlaqədar olaraq son 200 ildə insanlar yerli idarəetmədə müstəqillik

əldə etdilər və dövlətin iştirakı olmadan yerli əhəmiyyətli məsələlərin həlli ilə məşğul olan müstəqil qurum

yaradaraq idarəetməni öz üzərinə götürdülər. Azərbaycanda da artıq 18 ildir ki, yerli özünüidarəetmə institutu

var. Ötən illərdə yerli özünüidarəetmə xalq hakimiyyətinin bir forması oldu. Xalq öz hakimiyyətini bilavasitə və

nümayəndələr vasitəsilə həyata keçirdiyi kimi, yerli əhali də yerli ərazi vahidi sferasında idarəetməni bilavasitə

həyata keçirmək hüququna malikdir. Yerli özünüidarəetmə ümumavropa demokratik norması kimi 1985-ci il

oktyabrın 15-də Strasburqda qəbul edilən “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”nda təsdiq edilib.

Avropa Xartiyasında göstərilir ki, hər bir Avropa vətəndaşı yaşadığı dövlətin konstitusiya quruluşundan asılı

olmayaraq (istər bu, monarxiya olsun, yaxud respublika olsun, dövlət formasından asılı olmayaraq istər bu,

federasiya olsun, yaxud unitar dövlət olsun), özünü ilk növbədə, yerli hakimiyyət səviyyəsində ifadə və təsdiq

edir. Xartiyada qeyd edilir ki, hər bir vətəndaş yerli hakimiyyətin həyatına bilavasitə təsir göstərən qərarların

qəbul olunmasında iştirak edə bilər.

Yerli özünüidarənin Avropa Xartiyası yerli hakimiyyətlərin müdafiəsi və hüquq və azadlıqlarının

möhkəmləndirilməsinə dair ümumavropa normalarının əsasını qoyub.

Avropa Xartiyası yerli özünüidarəetməni demokratik, vətəndaş cəmiyyətində real hakimiyyətə malik

olan, vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilən, geniş muxtariyyətə malik olan orqan kimi

səciyyələndirərək, yerli özünüidarə anlayışının mahiyyətini də açıqlamışdır. Xartiyada bildirilir ki, yerli

özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının qanun çərçivəsində, məsuliyyəti öz üzərinə götürərək və yerli

əhalinin mənafeyi naminə dövlət işlərinin böyük bir hissəsini nizama salmaq və onu idarə etmək hüququ və real

bacarığı başa düşülür. Bu hüquq azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilən üzvlərdən

ibarət olan şuralar və ya yığıncaqlar tərəfindən həyata keçirilir. Şuraların və ya yığıncaqların onlara hesabat

verən icra orqanları ola bilər. Bu müddəalar vətəndaşların yığıncaqlara, qanunun yol verdiyi yerlərdə

referenduma, yaxud vətəndaşların bilavasitə iştirakının hər hansı bir formasına müraciət etməsini istisna etmir.

Yerli özünüidarə haqqında Avropa Xartiyasında yerli özünüidarənin səlahiyyətləri də müəyyənləşdirib. Yerli

özünüidarənin əsas səlahiyyətləri konstitusiya və qanunla müəyyən edilir. Yerliözünüidarə orqanları qanunun

müəyyən etdiyi çərçivədə, tam sərbəst hərəkət edə bilərlər. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir

qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər

hansı birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qoyulan vəzifənin həcmi və xarakterini, habelə,

səmərə və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.

Azərbaycanda yerli özünüidarəetmə orqanı bələdiyyə adlanır.

Azərbaycanda yerli özünüidarəetmə sisteminin formalaşdırılması beynəlxalq tələblərə uyğun həyata

keçirilir. Ölkəmiz 2001-ci il dekabrın 25-də “Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası”na qoşulub.

Azərbaycanda yerli özünüidarəetmə sistemi konstitusiya və qanunvericilik əsasında “Yerli özünüidarəetmə

haqqında Avropa Xartiyası”nın prinsiplərinə uyğun şəkildə qurulur. Konstitusiyada bələdiyyələrin işinin

təşkilinə, səlahiyyətlərinə, qərarlarının icrasına və müstəqilliyinin təminatına dair maddələr əks olunub.

Konstitusiyanın 142-ci maddəsində birmənalı olaraq göstərilib ki, Azərbaycanda yerli özünüidarəni seçki

əsasında yaradılan bələdiyyələr həyata keçirir. Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu qanunla

müəyyən olunur. Konstitusiyanın 143-cü maddəsində isə bələdiyyələrin öz işini iclaslar, daimi və başqa

komissiyalar vasitəsilə həyata keçirdiyi göstərilir.

Page 155: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

155

Yerli özünüidarəetmə institutunun konstitusion qaydada təsbiti yerlərdə hakimiyyət səlahiyyətlərinin nisbi

mərkəzləşməsinə və yerli özünüidarəetməni həyata keçirən orqanlara verilməsinə zəmin yaradır.

Bələdiyyələtin hüquqi vəziyyəti 1999-cu ildə qəbul edilən “Bələdiyyələrin statusu haqqında” Qanunla

tənzimlənir.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 2-ci maddəsində qeyd olunub ki, bələdiyyə – qanunla

müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli

büdcəsi və seçkili bələdiyyə orqanları olur və o, Azərbaycan Konstitusiyası və bu qanunla səlahiyyətlərinə aid

edilən yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və

fəaliyyət göstərirlər. Bələdiyyə orqanları – bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll

etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmayan seçkili və başqa orqanlardır.

Xatırladılan qanunun 14-cü maddəsinə görə bələdiyyə seçkili nümayəndəli orqandır. Qanunun 3-cü

fəslində bələdiyyə orqanları kollegial orqanlar kimi xarakterizə olunub. “Bələdiyyələrin statusu haqqında”

Qanunun 18-ci maddəsinə görə bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin

sədrindən və onun bu qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilən qaydada formalaşdığı

struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə müvafiq surətdə yaradılan digər icra strukturlarından

ibarətdir.

“Bələdiyyələrin statusu haqqında” Qanunda 4-cü fəsil vətəndaşların öz iradəsini birbaşa ifadə etməsi və

yerli özünüidarənin həyata keçirilməsinin digər formaları adlanır. Bu fəsildə yerli özünüidarəetmənin bilavasitə

formaları olan yerli rəy sorğusu, bələdiyyələrə seçkilər, vətəndaşların yığıncaqları, əhalinin bələdiyyə aktlarını

yaratmaq təşəbbüsü, vətəndaşların bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə

müraciətləri və yerli rəy sorğusu – yerli əhəmiyyətli məsələlər barəsində bələdiyyə ərazisində yaşayan

vətəndaşların rəyinin öyrənilməsidir. Bələdiyyə ərazisində yaşayan və seçki hüququ olan bütün vətəndaşların

yerli rəy sorğusunda iştirak etmək hüququ var. Yerli rəy sorğusunda vətəndaşlar bilavasitə və könüllülük

əsasında iştirak edirlər və səsvermə gizli keçirilir. Yerli rəy sorğusunun nəticələrinin hüquqi qüvvəyə minməsi

üçün bələdiyyə müvafiq qərar qəbul etməlidir.

İrqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, təhsilindən, əmlak vəziyyətindən, qulluq

mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə

mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların yerli rəy sorğusunda birbaşa və ya dolayısı ilə iştirak etmək

hüququnun məhdudlaşdırılması qadağandır.

Vətəndaşlar üçün bilavasitə demokratiyanın kütləvi formalarından biri vətəndaş yığıncaqlarıdır. Vətəndaş

yığıncaqları yerli özünüidarəetmə sistemində mühüm yer tutmaqla vətəndaşların müxtəlif idarəçilik

funksiyalarının həyata keçirilməsinə cəlb olunmasına xidmət edir. Məhz belə yerlərdə vətəndaşlar yerli

əhəmiyyətli məsələlərin kollektiv müzakirəsinə qoşulur.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 28-ci maddəsi vətəndaşların yığıncaqları adlanır.

Vətəndaşların yığıncaqları yalnız əhalisi 500 nəfərdən az olan bələdiyyələrdə həyata keçirilir. Bu da həmin

ərazidə yerləşən bələdiyyənin fəaliyyətinin effektivliyini təmin etməyə imkan verir.

Bunlarla yanaşı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunvericilikdə nəzərdə tutulmuş

qaydada və hallarda, bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həmçinin qanunvericilik və icra hakimiyyətləri tərəfindən

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən

əlavə səlahiyyətlərlə bağlı nəzarətin Ədliyyə Nazirliyinə həvalə edildiyi hallarda da həyata keçirilir. İnzibati

nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək

hüququnu məhdudlaşdıra bilməz. Bələdiyyələrin müvafiq komissiyaları, seçicilər qanunvericiliklə müəyyən

edilmiş qaydada inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət

Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

Ekspress. – 2017.- 2 noyabr. – № 198. – S. 10.

Page 156: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

156

Özünüidarəetmə siyasi mədəniyyət səviyyəsini artırır

Vasif Cəfərov

İdarəetmə siyasi mədəniyyətin əsas funksiyalarından sayılır. Dövlətin, ölkənin idarəedilməsində xalqın

iştirakı onun siyasi mədəniyyət səviyyəsinin yüksəlməsinə önəmli töhfə verir. İdarəetmə dedikdə,

özünüidarəetməni də nəzərə alınır. Özünüidarəetmə şəraitində insanların ictimai-siyasi fəallığının artması

danılmaz faktdır.

Təcrübə göstərir ki, sosial və siyasi həyatın bütün sahələrində cəmiyyət üzvlərinin iştirakı cəmiyyətin

siyasi mədəniyyətinin yüksəlməsi üçün zəruri şərait yaradır.

Mehdi Səlimzadə (Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin keçmiş rəisi) “Yerli

özünüidarəetmə: anlayış, təcrübə, əməkdaşlıq, hüquqi əsaslar” adlı kitabında qeyd edir ki, hər bir regionun,

ərazinin təbii və sosial-iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi

rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması kifayət deyil. Dövlət idarəçiliyi

özünün miqyasına və realizə olunma xüsusiyyətinə görə mərkəzi dövlət idarəçiliyinə və yerli dövlət

idarəçiliyinə ayrılır. Bu iki növün arasında duran regional idarəçilik də mövcuddur, lakin regional idarəçilik

nadir hallarda xüsusi təşkilati formalara malik olur. Bu da onunla bağlıdır ki, idarəetmənin əsas funksiyaları

regional səviyyədə deyil, mərkəzi və yerli səviyyədə həyata keçirilir.

M. Səlimzadə qeyd edir ki, idarəçilik sistem kimi təşkil olunan istənilən varlığın ayrılmaz xüsusiyyətidir.

İstər daxildən, istərsə də xaricdən idarə olunmayan sistemin olması qeyri-mümkündür. İdarəçilik növləri

içərisində ən mürəkkəbi və çoxşaxəlisi dövlət idarəçiliyidir. Dövlətin qarşısında saysız-hesabsız problemlər

durur. Bu problemlərin müxtəlif təbiəti, ictimai əhəmiyyət dərəcəsinin qeyri-bərabərliyi və s. həmin problemlərə

müxtəlif yanaşma tələb edir. Dövlət bəzən bu qədər çox müxtəlifliyi nəzərə almaq iqtidarında olmur. Bunun

üçün onun imkanları azlıq edir və bu imkanlar bir çox hallarda düzgün bölüşdürülmür. Nəyahət dövlət üçün

əlavə, mənfi nəticələr verən idarəçilik yükü ortaya çıxır. Bir növ dövlətin idarəetmə imkanlarına uyğun

gəlməyən əlavə tənzimləmə sahəsi yaranır ki, dövlət bunun öhdəsindən çətinliklə gəlir. Bir çox hallarda da

qarşıya qoyulan məqsədə nail olmaq qeyri-mümkündür və ortaya yeni problemlər çıxır. Bundan yayınmağın ən

faydalı yolu idarəçilik yükünün səmərəli şəkildə paylanmasıdır. Bu, dövlət idarəetməsində idarə olunan

obyektlərin bəzilərinə özü-özünü idarə etmək imkanlarının verilməsidir. Bunun üçün obyektin hansı sahələrdə,

hansı həddə qərarlar qəbul edəcəyi müəyyənləşdirilir və dövlət operativ müdaxilə hüququnu saxlamaqla həmin

sahəyə toxunmur.

Səlimzadə vurğulayır ki, yerli özünüidarəetmə sadəcə bu səbəbdən yaranmır. Yerli özünüidarəetmənin

yaranması zərurəti həm də idarəetmənin özünün ümumi məqsədlərindən doğur. Hər bir idarəçilikdə məqsəd

qarşıya qoyulan hədəflərə ən optimal, səmərəli üsullarla nail olmaqdır. Dövlət idarəetməsində də bu belədir və

əsas üsullarından biri idarə olunan obyektin marağının nəzərə alınmasıdır. Bu zaman idarə olunanın marağın

ödənilməsi qarşıya qoyulan məqsədlə və ya idarə edənin davranışı ilə əlaqələndirilir və nəticədə də idarə

olunanın lazımi istiqamətdə müstəqil fəaliyyəti stimullaşdırılır.Dövlət idarəetməsinin əsas funksiyalarından biri

olan daimi nəzarət funksiyasını yerinə yetirməkdən qismən azad olur. Dövlət öz işlərinin bir hissəsini müəyyən

subyektlərə verir və bununla da, idarəçilik resurslarına qənaət olunur, ikincisi, idarəçilik verilən subyektlərə

məsələləri öz nöqteyi-nəzərincə və deməli, öz marağına uyğun həll etmək imkanı verməklə onun qarşıya

qoyulan məqsədlərə çatmaq istəyini stimullaşdırır və beləliklə, özünü idarəetmənin səmərəli olması müəyyən

qədər təmin olunmuş olur.

Səlimzadənin fikrincə, yerli problemləri həmin ərazinin sakinlərindən başqa kimsə yaxşı bilməz. Bilsə

belə, bu problemin həllində onlar qədər maraqlı olmaz, o baxımdan ki, əldə ediləcək müsbət nəticədə yerli

sakinlərin maraqları təmin olunacaq. Yerli əhalinin marağı şəxsi deyil, ictimai maraqdır və bu maraq ümumi

ictimai maraqları təmin etməli olan dövlətin maraqları ilə üst-üstə düşür. Dövlət yerli sakinləri idarəçilikdə

maraqlı etməklə özünün də maraqlarını ödəmiş olur. Bununla da dövlət idarəçilik imkanlarına qənaət edir və

idarə olunan subyekt dövlətin maraqlarına daxil olan istiqamətdə hərəkət etməklə idarəçilik məqsədlərinə nail

olmanı tezləşdirir. Yerli idarəçilik dövlət orqanları tərəfindən həyata keçirilir. Bu zaman mərkəzdən verilən

göstərişlər və özlərinin səlahiyyətləri çərçivəsində dövlət orqanları ərazinin problemlərini həll edirlər. Lakin

yuxarıda göstərilən amillər dövlətin idarəetmə funksiyasını müxtəlif qurumlarla bölüşdürməyə sövq edir.

Nəticədə də yerli özünüidarəetmə ortaya çıxır.

Müəllifin qənaətincə, yerli özünüidarəetmə dövlət fəaliyyətinə yaxıdır. Eyni zamanda, dövlət idarəçiliyi

kimi, bu idarəçilik də ictimai maraqların təmin olunmasına yönəlib. Bu onu da sübut edir ki, yerli

özünüidarəetmə bir sıra sırf dövlət hakimiyyəti funksiyalarına malikdir. Yerli özünüidarəetmə mahiyyətcə bu və

ya digər ərazinin əhalisinə öz işlərini həll etmək üçün müəyyən sərbəstliyin verilməsidir. Burada yerli

Page 157: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

157

kollektivin marağı stimullaşdıran vasitə kimi çıxış etməsinə səbəb odur ki, o, yerli kollektivə öz marağına uyğun

davranış forması seçməyə imkan verir.

Qeyd edək ki, bir çox ölkələrdə yerli məsələlərin həlli ümumi, bərabər, birbaşa seçki hüququ əsasında

sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşan yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir.

Yerli özünü idarəetmə cəmiyyətin idarə olunmasında vətəndaşların iştirakının formalarından biri, xalq

hakimiyyətinin əsasıdır.

Müxtəlif dövlətlərdə yerli özünü idarəetmə orqanları fərqli adlanır. Bu orqanlar Fransada və İtaliyada

Kommuna, Polşada İcmalar, Danimarkada bələdiyyələr, Portuqaliyada məhəllələr, munisipilər, inzibati

vilayətlər adlanır.

Yerli özünüidarəetmə orqanları müstəqildirlər və dövlət hakimiyyət orqanları sisteminə daxil deyillər.

Azərbaycanda da 1999-cu ildən yerli özünüidarəetmə təcrübəsi tətbiq edilir. Ölkəmizdə yerli

özünüidarəetmə orqanı bələdiyyə adlanır. Bələdiyyələr öz fəaliyyətini nizamnaməyə uyğun həyata keçirirlər.

Bələdiyyələrin nizamnaməsi bələdiyyə iclasları və ya vətəndaşların yığıncaqlarında qəbul edilir. Nizamnamədə

bələdiyyənin ərazisi, orqanları, strukturu, səlahiyyətləri, bələdiyyə üzvlərinin səlahiyyət müddəti, iqtisadi və

maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin qaydaları

və s. müəyyən olunur. Bələdiyyələr sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf, ekologiya üzrə yerli

əhəmiyyətli proqramlar həyata keçirir.

Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünü idarəetmə formasıdır.

Bələdiyyələrin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur.

Bələdiyyə orqanları dövlət orqanları sisteminə daxil deyil. Bələdiyyə hüququ yerli özünüidarəetmə ilə

bağlı məsələləri tənzimləyən hüquqi normalar sistemidir. Bələdiyyə mülkiyyəti mülkiyyət hüququ əsasında

şəhər və kənd ərazilərinə, həmçinin digər bələdiyyə qurumlarına mənsub olan əmlakdır.

Yerli özünüidarə haqda ilk beynəlxalq sənəd 1985-ci il oktyabrın 15-də Avropa yerli və regional

hakimiyyət orqanlarının daimi konfransı tərəfindən Strasburqda qəbul edilən “Yerli özünüidarə haqqında

Avropa Xartiyası”dır. Xartiyanın əsas məqsədi yerli özünü idarə orqanlarının hüquqlarının təmin olunması və

müdafiəsidir. Xartiyanın əsas istiqaməti yerli özünü idarə orqanlarının muxtariyyət dərəcəsinin demokratiyanın

əsas meyarı olmasını göstərməkdir. Azərbaycan Avropa Xartiyasına 2001-ci il dekabrın 12-də qoşulub.

Azərbaycanda yerli özünüidarə orqanları kimi bələdiyyələr çoxmandatlı seçki hüquq əsasında sərbəst,

şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ilin ilin dekabrın 12-də

keçirilib. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə işinin təşkili “Bələdiyyələrin statusu haqqında”

Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsi bələdiyyələrin işinin

təşkilinə həsr olunub.

Ölkəmizdə sonuncu bələdiyyə seçkisi 2014-cü ilin dekabrın 23-də keçirilib. Bələdiyyə seçkiləri ili

olduğunu nəzərə alaraq, ölkə ərazisində mövcud olan 1607 bələdiyyəyə 15035 üzv seçilməsi ilə nəticələnməli

olan seçkilərin azad və ədalətli şəkildə keçirilməsi üçün MSK ilin əvvəllərindən etibarən bir sıra layihələrin

həyata keçirilməsinə başlayıb və bu istiqamətlərdə lazımi tədbirlər görüb. Ümumilikdə bələdiyyələr üzrə 15035

yer üçün 37917 iddiaçı imza vərəqi götürüb və onlardan 37564 nəfəri imza vərəqələrini digər sənədlərlə birlikdə

dairə seçki komissiyalarına qaytarıb. İmza vərəqələrini geri qaytarmış bu iddiaçılardan 14029 nəfəri 8 siyasi

partiyanın təmsilçiləri, 23421 nəfəri fərdi qaydada, 114 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülənlər

olub. Qeydə alınan namizədlər arasında ümumilikdə 30 siyasi partiyanın təmsilçiləri olub.

Bu kiçik statistika da göstərir ki, yerli özünüidarəetmə orqanın olması vətəndaşlar arasında siyasi

aktivliyin, siyasi mədəniyyət səviyyəsinin yüksəlməsinə önəmli töhfə verir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə

dəstəyi ilə çap olunur

Ekspress.– 2017.- 20 dekabr. – № 231. – S. 10.

Page 158: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

158

Yerli özünüidarəni bələdiyyələr həyata keçirir

Bələdiyyələrin statusu və bələdiyyələrə seçkilər qanunlarla müəyyən olunur

Azərbaycanda hüquqi dövlət quruculğu istiqamətində atılan addımlardan biri də yerli özünüidarə

orqanlarının yaradılmasıdır. Ulu öndər qeyd edirdi ki, “Biz Azərbaycanda tam müstəqil yerli

özünüidarəetmə orqanları yaradırıq. Bu demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni

idarəetmə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”.

Qeyd edək ki, Azərbaycan demokratik inkişaf yoluna yeni daxil olduğuna görə burada bələdiyyə

özünüidarəetmə forması da yenidir. Onun yaranmasının zəruriliyi, əhəmiyyəti Azərbaycan Respublikasının

Prezidenti Heydər Əliyevin 12 dekabr 1999-cu il bələdiyyə seçkilərilə əlaqədar xalqa müraciətində çox aydın

göstərilib. Müraciətdə deyildiyi kimi bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, fəaliyyəti bizim

cəmiyyətimiz üçün, dövlətimiz üçün, hər bir vətəndaş üçün çox vacibdir. Bu həm demokratiyanın inkişafı

deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılması deməkdir. Yerli özünüidarə

institutunun yaradılmasına isə Konstitusiyada bələdiyyələrin təşkili və fəaliyyətinin əsas prinsiplərinin təsbit

olunması ilə başlanılıb. “Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyası”nın 2-ci maddəsində deyilir ki, yerli

özünüidarəetmə prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, konstitusiyasında öz əksini tapmalıdır.

Bu prinsip digər konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik – idarəetmə sistemini müəyyənləşdirir.

Heydər Əliyev qeyd edirdi ki, ” Bələdiyyələrin yaranması barəsində” 1995-ci ildə müstəqil Azərbaycanın qəbul

etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də, bələdiyyələrin təşkil olunması ən

öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir.

Konstitusiyanın 142-ci maddəsinin birinci bəndində göstərilir: yerli özünüidarəni bələdiyyələr həyata keçirir.

Həmin maddənin 2-ci bəndinə görə bələdiyyələr seçkili orqandır və seçkilər əsasında yaradılır. Bələdiyyələrin

statusu və bələdiyyələrə seçkilər qanunlarla müəyyən olunur”.

Bu barədə mütəxəssis Fazil Abbasov deyib: “Bələdiyyələr bizim ölkəmizin inkişafında çox böyük rol

oynayırlar. Konstitusiyaya əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin

təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və

sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə dövlət işlərinin bir

hissəsini nizama salmaq imkanı verir”.

Bu sistemin, yerli özünüidarəetmənin başlıca forması olan bələdiyyələrin yaranması və fəaliyyətini

tənzimlənməsi üçün isə çoxsaylı qanunlar və digər normativ-hüquqi sənədlər qəbul edilib. Bunlara misal olaraq

“Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin torpağı və əraziləri haqqında”, “Bələdiyyələrin maliyyəsinin

əsasları haqqında”, “Bələdiyyənin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında, “Bələdiyyə qulluğu

haqqında” “ Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”, “Bələdiyyələrə seçkilərin qaydaları

haqqında” Azərbaycan Respublikasının Qanunlarını göstərmək olar. Bundan başqa, bələdiyyə fəaliyyətinin

təkmilləşdirilməsi məqsədilə indiyədək onlarla digər qanunlar qəbul edilib, ölkənin əlaqəli qanunvericilyinə

müvafiq əlavə və dəyişikliklər edilib, sərəncamlar imzalanıb. Bunlarla bələdiyyələrin yaranmasının normativ-

hüquqi əsasları, hüquq və vəzifələri, idarəetmə xüsusiyyətləri və demokratik cəmiyyətin idarəetmə sistemində

yeri, əmlakı, maliyyələşmə mənbələri müəyyən edilib.

Bu qanunlardan aydın olur ki, Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin

təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri

müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən

edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə

seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların

yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında

məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. Bununla bağlı Fazil Abbasov

bildirib ki, bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu 2 iyul 1999-cu ildə qəbul olunub.

Bu qanun bələdiyyələrin fəaliyyətinin tənzimlənməsində əsasən normativ-hüquqi aktdır. O hazırlanarkən

Respublikamızın yerli şəraiti, milli xüsusiyyətləri ilə yanaşı, “Yerli özünüidarəetmə haqqında Avropa

Xartiyasında” müəyyən olunmuş prinsiplər, xarici ölkələrin müvafiq sahədə təcrübəsi də nəzərə alınıb. Bütün

dünyada bələdiyyələrin başlıca əlaməti onların seçkili olmasından və yerli əhəmiyyətli məsələlərin həllində

kifayət qədər müstəqilliyindən ibarətdir. Onlara müstəqilliyi təmin etmək üçün bütün lazımi şərait yaradılıb,

yəni bələdiyyələrə xüsusi müstəqil icra aparatı, bələdiyyə mülkiyyəti formasında maddi baza, yerli vergiləri

müəyyən etmək və ya hüquqi normativ aktlar qəbul etmək səlahiyyəti verilib”.

Mütəxəssisin sözlərinə görə, əslində, bələdiyyələrin müstəqil fəaliyyət göstərmək, gəlir əldə etmək və

yerli problemləri həll etmək imkanı da onlara yuxarıdakı sahələrdə nə dərəcədə müstəqillik verilməsindən asılı

Page 159: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

159

olur, bu səbəbə görə bəzi ölkələrdə bələdiyyələrin hüquq və səlahiyyətləri fərqlənir. “Bələdiyyələr öz

səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və hazırlanması üçün, habelə bələdiyyənin

qərarlarının həyata keçirilməsinə yardım göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və

təşkilatların fəaliyyətinə nəzarət üçün daimi və başqa normativ-hüquqi əhəmiyyətli sənədləri əldə rəhbər tutaraq

fəaliyyət göstərirlər. Komissiyalar yerli əhəmiyyətli sosial müdafiə və inkişaf məsələlərinin həlli ilə əlaqədar

proqramlar hazırlayıb bələdiyyələrin başçısına və yerli əhalinin müzakirəsinə verirlər. Komissiyalar islaslar

keçirirlər. Bələdiyyə iclaslarında bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, səlahiyyətin uzadılması,

səlahiyyətlərinə xitam verilməsi, bələdiyyə tabeliyində olan ərazidə ekoloji tarazlığın qorunub saxlanması,

bələdiyyə ərazisinin abadlaşdırılması və yaxşılaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun,

torpağın, havanın hər cür çirklənmədən qorunması və yerli əhəmiyyətli digər məsələlərin həlli ilə əlaqədar

tədbirlər görünür”.

Onun sözlərinə görə, bələdiyyənin icra orqanı onun icra aparatıdır. “Bu icra aparatı bələdiyyənin

sədrindən və yerli əhaliyə xidmət etmək, iqtisadi, ekoloji, sosial, müdafiə və sosial inkişaf proqramlarını həyata

keçirmək üçün yaradılan idarə, şöbə və bölmələrdən ibarətdir. Bu strukturların rəhbərlərini birbaşa bələdiyyə

sədri təyin edir. Bələdiyyənin sədri bələdiyyə üzvləri sırasından açıq səsvermə yolu ilə səslərin yarısından

çoxunu topladıqda beş il müddətinə seçilir. Bələdiyyə üzvləri əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə,

Azərbaycan vətəndaşlığından çıxdıqda və digər hallarda səlahiyyətlərini itirmiş hesab edilirlər. Bələdiyyə üzvü

6 aydan gec olmayaraq öz seçiciləri qarşısında hesabat verir. Bələdiyyə üzvlərinin əmək haqqı bələdiyyənin

gəlirlərindən asılı olaraq hazırlanmış və ümumi iclasda təsdiq olunmuş ştat cədvəli əsasında verilir”.

Üç nöqtə.-2018.-23 yanvar.-№13.-S.9.

Page 160: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

160

Demokratik dəyərlərdən biri bələdiyyələrin yaradılmasıdır

Yerli özünüidarəetmə institutu hüquqi dövlət quruculuğu sahəsində xüsusi yer tutur

Demokratik və hüquqi dövlət quruculuğu istiqamətində inamla addımlayan müstəqil Azərbaycan

Respublikasının nail olduğu ən mühüm demokratik dəyərlərdən biri ölkəmizdə yerli özünüidarəetmə

institutunun-bələdiyyələrin yaradılmasıdır. Insan hüquqları, qanunun aliliyi, hakimiyyət bölgüsü, müstəqil

məhkəmə sistemi və digər elementlərlə yanaşı yerli özünüidarəetmə institutu da demokratiyanın əsas şərtləri

sırasında xüsusi yer tutur. Yerli özünüidarəetmənin əsas məqsədi əhalinin həyat səviyyəsinin və keyfiyyətinin

yüksəldilməsindən ibarətdir. Ümumilikdə yerli özünüidarətmə öz statusuna görə əhaliyə ən yaxın qurum hesab

edilir, vətəndaşlarda idarəetmə bacarığını təlqin edir. Bu, vətəndaşların bir növ məsuliyyət və idarəetmə

təcrübəsidir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bununla bağlı deyib ki,

yerli özünüidarəetmənin anlayışı çox aydın şəkildə «Bələdiyyələrin statusu haqqında» qanunun 1-ci maddəsində

göstərilib. Həmin maddəyə əsasən yerli özünüidarəetmə vətəndaşların fəaliyyətinin elə qeyri-dövlət sistemidir

ki, bu sistem vasitəsilə onlar qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həyata

keçirirlər. 2-ci maddədə isə bildirilir ki, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli

özünüidarəetmə formasıdır. Onun sözlərinə görə, bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o,

Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli

məsələləri müstəqil surətdə həll edir. Kamran Bayramov bildirib ki, yerli özünüidarəetmə institutunun əsası Ulu

öndər Heydər Əliyev tərəfindən qoyulub.

Bələdiyyələrə dövlət dəstəyinin göstərilməsi təbii ki, Heydər Əliyevin adı ilə bağılıdır. Ümummilli

liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə demokratik dəyərlər və prinsiplərə uyğun olaraq

hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi ölkəmizdə geniş miqyaslı

demokratik islahatların əsasını qoyub. Konstitusiyada respublikamız üçün yeni olan yerli özünüidarə institutu ilə

bağlı müddəaların nəzərdə tutulması xüsusi əhəmiyyət kəsb edib, bu sahədə müvafiq münasibətləri tənzimləyən

mühüm normativ sənədlərin hazırlanmasına xüsusi təkan verib. “1995-ci ildə qəbul olunmuş Konstitusiyada

bələdiyyələrə xüsusi olaraq IX-cu fəsil həsr olunub. Həmin fəsildə bələdiyyələrin statusu, işinin təşkili,

müstəqilliyinin təminatı və digər məsələlər öz əksini tapıb”.

Onun sözlərinə görə, bələdiyyələrin səmərəli fəaliyyətinin təmin edilməsi üçün əsas altı şərt var.

“Bunların sırasına bələdiyyələrin fəaliyyəti üçün hüquqi bazanın mövcudluğu, seçkililiyi, müstəqilliyi,

təşkilatlanması, müstəqil maliyyə resurslarına malik olması, kadr təminatı daxildir. Bütün bu məsələlər nəzərə

alınmaqla hər bir sivil dövlətdə, demokratik cəmiyyətlərdə belə qurumların yaradılması təmin edilə bilər”.

Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyəti üçün möhkəm, dayanıqlı, təkmil normativ hüquqi

baza yaradıldı. Qısa müddət ərzində bələdiyyə institutu ilə bağlı bir sıra normativ hüquqi aktlar, o cümlədən

“Bələdiyyələrin statusu haqqında, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında”, “Bələdiyyə üzvünün statusu

haqqında”, “Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu

haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”, “ Bələdiyyələrin əraziləri və torpaqları

haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və digər mühüm qanunların layihələri hazırlanaraq

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olundu. Qeyd olunan və digər tədbirlər 1999-cu ildə

demokratik seçkilərin keçirilməsinə və ölkəmizin tarixində ilk dəfə olaraq yeni bələdiyyə institutunun

formalaşdırılmasına şərait yaratdı. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə

keçirildi. O dövrdə Respublikamızda 2667 bələdiyyə 21 min nəfər bələdiyyə üzvü seçildi, bu orqanlarda 25 min

nəfər müxtəlif peşə sahibləri işləməyə başladılar. Sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində

bələdiyyələrin sayı 1771- ə endirildi.

Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri isə hər beş ildən bir keçirilir. İkinci

dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirildi. İlk iki

seçkilər göstərdi ki, bələdiyyələrə seçilmiş üzvlərin bu fəaliyyətə hazırlıq səviyyəsi o qədər də yüksək olmayıb.

Təbii ki, bu işlə məşğul olmaq üçün bələdiyyələrə rəhbərlik üçün müəyyən idarəçilik bacarığı, bilik, təcrübə,

yüksək intellekt və ixtisas olmalı idi. İlk iki bələdiyyə seçkilərinə nəzər salsaq görərik ki, bələdiyyə üzvlərinin

əksəriyyəti yerli özünüidarəetmə haqqında təsəvvürə malik olmayıblar. Kamran Bayramov bildirib ki, 2009-cu

ildə keçirilən seçkilərin nəticələri isə göstərdi ki, bələdiyyə üzvlüyünə layiqli insanlar seçilib, onların arasında

ali təhsillilərin, gənclərin, qadınların sayı artıb. “Nəhayət, 2014-cü ildə keçirilmiş seçkilər nəticəsində

göstəricilər daha da yüksək oldu. 2009-cu il bələdiyyə seçkilərində seçici fəallığı 31,86 faiz olduğu halda,

2014-cü ilin dekabr ayının 23-də keçirilmiş seçkilərdə seçici fəallığı artıb, onların 38,93 faizi seçkilərdə iştirak

edib, bu da əhalinin yerli özünüidarəetmə orqanlarına olan marağının artdığını göstəribdir. 2014-cü il bələdiyyə

Page 161: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

161

seçkilərində iştirak etmək istəyənlərin sayı 38 min nəfəri ötübdü. Orta hesabla 2009-cu ildə bir bələdiyyə üzvü

yerinə 1,9 nəfər düşdüyü halda, 2014-cü ildə bu göstərici 2,5 nəfər olmuşdur. O zaman 1607 bələdiyyəmiz və

15035 bələdiyyə üzvü var idi. Yəni əvvəlki seçkilərlə müqayisədə rəqabət yüksək idi.

2014-cü ildə yeni seçilmiş bələdiyyə üzvləri sırasında ali təhsilli şəxslərin sayı 89,8 faiz təşkil edib. Eyni

zamanda, qadınlar sayı 35,0 faiz, gənclərin sayı isə 36,4 faiz olub. Bələdiyyə sədrliyinə seçilən şəxslərin isə 93,7

faizi ali təhsilli, 30,0 faizi qadın, 27,4 faizi gənc idi. Bütün bunlar ondan xəbər verir ki, bizim cəmiyyətimiz,

seçicilərimiz bu qurumlara diqqətini artırır. İnsanlar nəinki seçmək, eləcə də seçilmək niyyətlərini daşıyırlar”.

Azərbaycan Respublikasında yerli özünüidarə orqanları olan bələdiyyələrə xüsusi əhəmiyyət verilərək bu

sahədə zəngin normativ hüquqi bazanın yaradılması işi sonrakı illərdə də davam etdirildi, o cümlədən bir sıra

qanunlar, ölkə Prezidentinin Fərmanları və Nazirlər Kabinetinin Qərarları qəbul edildi. Ümumiyyətlə, bilavasitə

bələdiyyələrin fəaliyyətini tənzimləyən 20-dən çox Qanun qəbul olunub, Azərbaycan Respublikasının Mülki,

Torpaq, Su, Vergilər, İnzibati Xətalar və s. məcəllələrinə bələdiyyələrlə bağlı müddəalar daxil edilib, bu sahədə

müxtəlif məsələlər digər çoxsaylı qanun və başqa normativ sənədlərdə nəzərdə tutulub. Bələdiyyələrin

fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq

münasibətləri qurulub, ölkəmiz Avropa demokratik dəyərlərinə sadiqliyini nümayiş etdirərək Azərbaycan

Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş 25 dekabr 2001-ci il tarixli Qanunla Yerli özünüidarə

haqqında Avropa Xartiyasına qoşulub.

Yerli özünüidarəetmə orqanlarının üzvləri və həmin orqanların aparatlarının işçiləri tərəfindən

bələdiyyələr haqqında qanunvericiliyin öyrənilməsi, onların fəaliyyətinin müasir tələblərə, hamılıqla qəbul

edilmiş standartlara uyğun təşkil edilməsinə və bələdiyyələrin işinə digər kömək göstərilməsini təmin etmək

məqsədilə Azərbaycan Respublikası Prezidentinin 08.02.2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyi

nəzdində Bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzi yaradılıb.

Üç nöqtə.-2018.-10 fevral.-№27.-S.9.

Page 162: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

162

Qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq hüququ var

Bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas

şərtlər sırasındadır

Bələdiyyələrin müstəqil maliyyə resurslarına malik olması onların səmərəli fəaliyyəti üçün əsas şərtlər

sırasındadır. Onlar yerli sosial məsələlərin həlli üçün maliyyə imkanlarına sahib olmalıdırlar. Təbii ki, bunun

üçün pul vəsaiti lazımdir və onun mənbələri müəyyənləşməlidir. Bu mənbələr sırasında bələdiyyənin yerli

büdcəsi, mülkiyyəti və əmlakı durur. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran

Bayramov deyib. Onun sözlərinə görə, təəssüf ki, 2000-ci illərin əvvəlində bələdiyyələr bu maliyyə

mənbələrindən düzgün istifadə etmədilər. “Onlar sərəncamlarında olan bir çox torpaq sahələrini satdılar. Hesab

edirdilər ki, satılmış torpaqlardan əldə olunan vəsaitləri əhaliyə xərcləyəcəklər və bu daim davam edəcək.

Amma belə olmadı, torpaqlar tükəndi. Belə olan halda, bələdiyyələr ağır vəziyyətdə qalaraq alternativ maliyyə

mənbələri axtarmağa başladılar. Bu məqamda onların əsas vəzifələri hesab edilən yerli vergi və ödənişlərin

yığımı gündəmə gəldi. Deməliyəm ki, qanunvericilikdə bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması

sahəsində olduqca geniş səlahiyyətləri mövcuddur”.

“Bəllədiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə

əsasən bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan

Respublikasının Konstitusiyası ilə bu Qanunla, "Bələdiyyələrin statusu haqqında", "Dövlət büdcəsi haqqında",

"Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları və

digər normativ hüquqi aktları ilə tənzimlənir. “Bəllədiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 3-cü

maddəsində isə bildirilir ki, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları,

yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.

Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli

mənafenin respublika mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır. Yerli büdcə bələdiyyə statusuna uyğun

olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə

müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə

vəsaitidir və yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil. Onların bu Qanuna

müvafiq olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır.

Qanunun 7-ci maddəsindən isə aydın olur ki, bələdiyyələrin 9 növ vergi və ödəniş yığmaq səlahiyyəti var.

Bunların sırasında 4 növ vergi - fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli materiallar üzrə

mədən vergisi və bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi var. 5 növ ödənişlərin sırasına isə

küçə-divar reklamının yayımına görə ödəniş, mehmanxana, sanatoriya, kurort və digər turizm xidmətlərinə görə

ödəniş, nəqliyyat vasitələrinin daimi və müvəqqəti dayanacaqlarına görə ödəniş, bələdiyyə ərazisində stasionar

və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş və bələdiyyənin mülkiyyətində olan əmlakın və

torpaqların icarəsindən və satışından olan ödənişlər daxildir.

Kamran Bayramov bu barədə bildirib ki, bələdiyyələrin fəaliyyətinin ilk illərində vergi yığımı olduqca

aşağı idi. Çünki bələdiyyə büdcəsinə daxil olan vəsaitin çox böyük faizi yalnız torpaq satışından formalaşırdı.

“Lakin bu sahədə 2014-cü ildə çox inqilabi bir dəyişikliklər baş verdi. Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə bəzi qanun layihələri təqdim edildi.

Həmin qanun layihələrinə əsasən fiziki şəxslərin əmlak vergisinin hesablanması qaydasının tam dəyişdirilməsi,

torpaq vergisinin dərəcələrinin dəyişdirilməsi, eyni zamanda dövlət büdcəsindən bələdiyyələrə ödənilən

dotasiyalarin verilməsi meyarlarının təkmilləşdirilməsi, bələdiyyələrə dövlət büdcəsindən subvensiyaların

verilməsi və bələdiyyələrə ödənilən yerli vergi və ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə

tutulurdu. Və həmin il Milli Məclis tərəfindən bu qanunlar qəbul olundu. Bunun nəticəsində də 2015-ci

əvvəlindən bələdiyyələr bu sahədə böyük irəlləyişlər əldə ediblər. Yığılan vergi və ödənişlərin həcmi ildən ilə

artır. Məsələn, bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bələdiyyə büdcələrinə yerli vergi və

ödənişlər nəticəsində daxil olan vəsaitin həcmi 12.5 faiz artıb”.

Onun sözlərinə görə, təbii ki, burada yalnız bələdiyyələrin səyləri kifayət etmir, vətəndaşlar da bu

prosesdə fəal olmalıdır. “Vətəndaşlarda vergi mədəniyyəti yüksək olmalıdır. Qanunla vergiləri ödəməlidir.

Çunki bələdiyyələr toplanan vəsaiti həmin ərazinin sosial-iqtisadi inkişafına yönəldir”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü qeyd edib ki, bu sahədə bir çox işlər görülüb. “Bir

neçə ildir ki, bələdiyyələrin milli asossiasiyaları tərəfindən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü həyata

keçirilir. Bələdiyyələr gördüyü işləri layihələr formasında reallaşdırırlar və bu layihələrə vəsait xərcləyirlər,

görülən işlər haqqında vətəndaşlara hesabat verirlər. Hesab edirəm ki, bələdiyyə-vətəndaş münasibətləri daim

güclənməlidir. Və bunun nəticəsində vətəndaşlar tərəfindən də bələdiyyələrə inam və etibar artır. Əgər biz

Page 163: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

163

bələdiyyələrin inkişaf etməsini istəyiriksə, vətəndaşlar və dövlət onlara öz dəstəyini göstərməlidir. Dövlət

tərəfindən bələdiyyələrə hər il dotasiya verilir. Yarandığı vaxtdan indiyə qədər bələdiyyələrə təxminan 63

milyon manatdan çox dotasiya verilib”.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, bələdiyyələrin müəssisə və xidmət sahələri yaratmaq

hüququ var. Bələdiyyə qurumlarının əhatə etdikləri şəhərlər, qəsəbələr və kəndlər özünəməxsus ərazi istehsal və

təsərrüfat kompleksləridir. Onlarin kompleksli inkişafı yerli təsərrüfatların səmərəliliyinin artırılması, sosial-

mədəni və ekoloji məsələlərin həlli, habelə əmək, təbii və digər yerli ehtiyatlardan istifadə etməklə vətəndaşların

həyat və istirahəti üçün zəruri şərtlərin yerinə yetirilməsi məqsədlərinə xidmət edir. "Bələdiyyələrin statusu

haqqında" Azərbaycan Respublikası Qanununda bələdiyyələrin bu istiqamətdə məqsədli proqramlarının tərtib

edilməsi və iaşə sahəsində səlahiyyət və vəzifələri müəyyən edilib. Yerli sosial müdafiə və sosial inkişaf

proqramlarında məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara

əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə,

nəqliyyat və digər sahələri əhatə edə bilər.

Qeyd edək ki, yerli özünüidarə orqanlarının bələdiyyə mülkiyyəti sahəsində səlahiyyətləri bələdiyyə

mülkiyyətinin yaradılması və inkişaf etdirilməsi məqsədinə xidmət edir. Dövlət bələdiyyə mülkiyyətini müdafiə

edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun inkişafına imkan yaradır. Bütün bunlar imkan verir ki,

bələdiyyə təsərrüfatı səmərəli şəkildə idarə olunsun, bələdiyyə qurumlarına əhalinin gündəlik həyat tələbatını

təmin etməsi üçün zəruri şərait yaradılsın. Kamran Bayramov bildirib ki, qanunvericiliyə uyğun olaraq

bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunla qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün

müstəqil hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. “Yerli

özünüidarə orqanları bələdiyyə müəssisə, təşkilat və idarələrinin idarə olunmasında geniş hüquqlara malikdirlər.

Bələdiyyələrin təsis etdiyi hüquqi şəxs olan müəssisələr mənfəət vergisini yerli büdcəyə ödəyirlər. Bundan

başqa, bələdiyyələr təsis etdiyi hüquqi şəxslə qarşılıqlı müqavilə və ya təsis şərtlərinə uyğun müqavilə əsasında

divident ala bilərlər. Bu sahənin inkişaf etdirilməsi nəticəsində bələdiyyələr yerli büdcəyə dayanıqlı gəlir

mənbələri formalaşdırmış olurlar”.

Üç nöqtə.-2018.-13 fevral.-№28.-S.9.

Page 164: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

164

Bələdiyyələrin fəaliyyəti üçün tam şəkildə qanunvericilik bazası yaradılıb

Bələdiyyələr təsis etdiyi hüquqi şəxslə qarşılıqlı müqavilə və ya təsis şərtlərinə uyğun

müqavilə əsasında divident ala bilirlər

Demokratik, hüquqi dövlət quruculuğu yolu seçmiş Müstəqil Azərbaycan Respublikasında

qanunvericiliyin dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsinə uyğunlaşdırılması yerli özünüidarəetmə

orqanı olan bələdiyyə institutlarının formalaşmasına da müsbət təsir göstərir. Ölkəmizdə yerli

özünüidarəetməyə dair 30-a yaxın qanunun, 200-dən çox fərman, sərəncam, qərar və əsasnamənin qəbul

edilməsi bunun əyani sübutudur. Azərbaycanda həyata keçirilən islahatlar, geniş abadlıq-quruculuq işləri,

yeni-yeni istehsal sahələri bələdiyyə institutlarının inkişafına da müsbət təsir göstərir. Yerli İcra

strukturları, digər qurumlar və sahibkarlarla qarşılıqlı əlaqələr quran bələdiyyələrin iqtisadi və maliyyə

vəziyyəti yaxşılaşır, sosial layihələrin həyata keçirilməsi asanlaşır, iqtisadi inkişaf proqramları həyata

keçirmək imkanları genişlənir. Bu mənada geniş resurs və imkanlara malik yerli özünüidarəetmə orqanı

olan bələdiyyələr iqtisadi inkişaf proqramlarının gerçəkləşməsinə bələdiyyə müəssisələrini və bizneslərini

quraraq öz töhfələrini verə bilirlər. Qanunvericilikdə bu nəzərdə tutulub. Ona uyğun olaraq bələdiyyələr

təsərrüfat fəaliyyəti ilə və qanunla qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil

hüquqi şəxslər yarada bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Yerli

özünüidarə orqanları bələdiyyə müəssisə, təşkilat və idarələrinin idarə olunmasında geniş hüquqlara

malikdirlər. Bələdiyyələrin təsis etdiyi hüquqi şəxs olan müəssisələr mənfəət vergisini yerli büdcəyə

ödəyirlər. Bundan başqa, bələdiyyələr təsis etdiyi hüquqi şəxslə qarşılıqlı müqavilə və ya təsis şərtlərinə

uyğun müqavilə əsasında divident ala bilirlər. Bu sahənin inkişaf etdirilməsi nəticəsində bələdiyyələr yerli

büdcəyə dayanıqlı gəlir mənbələri formalaşdırmış olurlar. Xüsusilə bələdiyyə sahibkarlığının inkişaf

etdirilməsi çox önəmlidir. Aydındır ki, bu zaman söhbət kiçik sahibkarlıqdan gedir. Çünki bu zaman

kapital daha sürətlə dövr edir, bələdiyyələr öz istehsal və xidmət fəaliyyətinin istiqamətlərini daha tez və

problemsiz dəyişə bilirlər. Daha çox tələb olunan istehsal və xidmət sahələrini tez mənimsəyir, əhalinin

tələbatım ödəməyən və ona uyğun gəlməyən məhsulların istehsalım tez dayandırırlar. Qısası

iqtisadiyyatın bütün sektorları üzrə bələdiyyə müəssisələrinin qurulması mümkündür. Bələdiyyə

müəssisələrinin yaradılması isə yeni iş yerlərinin açılması, əhalinin sosial rifahının düzəlməsi,

iqtisadiyyatın şaxələndirilməsi, regionların dirçəlməsi, yoxsulluğun azaldılması, idxalın azalması və

ixracın artması deməkdir. Təəssüf ki, bu gün bələdiyyələr maliyyə çətinliyi səbəbindən öz sahibkarlıq

fəaliyyətlərini yüksək səviyyədə qura bilmirlər. Milli Məclisin Regional məsələlər Komitəsinin üzvü Azər

Badamov bildirib ki, bu gün bələdiyyələrin fəaliyyəti üçün tam şəkildə qanunvericilik bazası yaradılıb.

“İmkanlar genişdir, amma bütün imkanlardan yetirincə istifadə olunmur və maliyyə çatışma- mazlığı ilə

əlaqədar çoxlu bələdiyyələrdə müəyyən çətinliklər yaşanır. Belə imkanlardan biri də bələdiyyələrin

iqtisadi durumuna müsbət təsir edə biləcək bələdiyyələrin nəzdində bələdiyyə müəssisələrinin

yaradılmasıdır. Qeyd etdiyim qanunun 34-cü maddəsində yazılır ki, Bələdiyyələr təsərrüfat fəaliyyəti ilə

qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər yarada

bilər, onların yenidən təşkili və ləğvi məsələlərini həll edə bilərlər. Qeyd etmək istəyirəm ki, bəzi

bələdiyyələr bu praktikadan istifadə etməyə başlayıb. Bəzi bələdiyyələr kiçik həcmli istehsal və xidmət

sahələrinin yaradıb, Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən hazır məhsulun digər

bələdiyyələrlə qarşılıqlı müqavilə əsasında realizə edilməsi sahəsində bələdiyyə müəssisələrinin

yaradılmasını həyata keçiriblər.

Yəni bəzi rayonlarda bələdiyyə müəssisələri yaradılıb ki, bu da müəyyən qədər iş yerlərin

yaradılmasına xidmət edir. Lakin belə müəssisələr kifayət qədər deyil və əksər bələdiyyələr bu

istiqamətdə iş fəaliyyətini qurmalıdır. Burda onu da qeyd etmək istəyirəm ki, bələdiyyələrin nəzdində

yaradılmış və fəaliyyətdə olan müəssisələrin rəsmiləşdirilməsi və mühasibatlığın tərtib edilməsi və həmin

müəssisələrdən gələn gəlirlərindən bələdiyyənin hesabına keçirmək praktikası tam formalaşmayıb.

Düşünürəm ki, bu istiqamətdə əsaslı dönüşün yaradılmasına ehtiyac var”. Onun sözlərinə görə, həm də

bələdiyyələrin tərkibində yaradılacaq bələdiyyə müəssisələrini stimullaşdırılması tədbirlərin görülməsinə

ehtiyac var. “İqtisadiyyatın qeyri neft sektorunun inkişafına təsir etməyinə hesablanmış bir çox

islahatların bələdiyyə sistemində də tətbiqinə ehtiyac var. Bu, bələdiyyə müəssisələrinə müəyyən vergi

güzəştlərin tətbiqi və başqa stimullaşdırıcı tədbirlər ola bilər. Düşünürəm ki, bələdiyyələrin inkişafı üçün

bələdiyyə müəssisələrinin yaradılmasına stimullaşdırıcı tədbirlərin görülməsi vacibdir ki, bələdiyyələrin

bu istiqamətdə maraqlan artsın."

Page 165: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

165

Onun sözlərinə görə, bələdiyyə müəssisələrinin və o cümlədən xidmət sahələrinin yaradılması

Azərbaycan üçün vacib məsələdir. “Bu istiqamətdə inkişafın təmin edilməsində yerli büdcə vəsaitləri,

qrant və kreditlərdən istifadə oluna bilər. Hazırda bələdiyyələrin yerli maliyyə vəsaitlərinin az olması

daha optimal variantların seçilməsini, daha az kapital qoyuluşu tələb edən layihələrin həyata keçirilməsini

zəruri edir.

Göründüyü kimi əsas problem maliyyə resurslarından istifadə ilə bağlıdır. Bu gün bələdiyyələrin

əksəriyyəti vəsait çətinlikləri yaşayır. Hazırki, maliyyə vəziyyətlərinə görə bələdiyyələrin öz gücləri

hesabına iqtisadi fəaliyyətlə məşğul olmaları mümkün olmadığından dövlət dəstəyinə ehtiyacları var və

bu problem kredit və qrantlar yolu ilə həll edilə bilər. Amma müəyyən maliyyə imkanı olan bələdiyyələr

də var. Maraqlıdır ki, son vaxtlar həmin bələdiyyələrə tibb müəssisələrinin yaradılmasına da icazə verilir.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib ki, Nazirlər Kabineti

tərəfindən yeni təsdiqlənən “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin

tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” əsasında bələdiyyələrə tibb müəssisəsi

yaratmaq imkanı verilib. “Potensialı, infrastrukturu olan bələdiyyələr tibb müəssisələri yarada bilər. Bu

gün onlar üçün bu məsələ ilə bağlı hər hansı maneə yoxdur. Nazirlər Kabineti tərəfindən “Dövlət

orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin

Nümunəvi Nizamnaməsi” təsdiqlənib. Bələdiyyələr artıq həmin nizamnaməni əsas götürərək bələdiyyə

tibb müəssisəsi yarada biləcəklər”.

Nazirlik rəsmisi əlavə edib ki, artıq bələdiyyələrin özləri öz imkanları daxilində hansı xidmətlər

pullu, hansı xidmətləri isə pulsuz göstərə biləcəklərini müəyyən etməlidirlər: “Bələdiyyə həm pullu, həm

də pulsuz xidmətlər göstərə bilər. Bələdiyyə artıq özü müəyyən etməlidir ki, kimlərə, hansı sahələr üzrə

xidmətləri pullu, kimlərə pulsuz göstərəcəklər. Əgər bələdiyyənin müəyyən yığımları olacaqsa, ərazisində

yaşayan və sosial ehtiyacı olan təbəqələrə tibbi xidmətləri pulsuz göstərə biləcəklər".

Azərbaycanda dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələri mühasibat uçotunu

aparmaqla yanaşı maliyyə hesabatlarını tərtib edəcəklər. Nizamnamənin "Müəssisənin vəzifələri"

bölməsində 3.1.23 yarımbəndinə edilən dəyişikliyə əsasən, Azərbaycanda dövlət və bələdiyyə tərəfindən

yaradılan tibb müəssisələri maliyyə hesabatlarını da tərtib edəcəklər. İndiyədək isə tibb müəssisələri

yalnız mühasibat uçotunu aparır, dövlət hesabat məlumatlarını toplayır, ümumiləşdirir, təhlil edir və

müvafiq dövlət orqanlarına təqdim edirdi.

Üç nöqtə.-2018.-14 fevral.-№7.-S.9.

Page 166: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

166

Yerli özünüidarəni bələdiyyələr həyata keçir

Onların öz mülkiyyəti, yerli büdcəsi olur və yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir

Yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Azərbaycan Respublikasında yerli özünüidarə

vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli

məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə (Bələdiyyələrə qanunvericilik və

icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər) uyğun olaraq dövlət işlərinin bir hissəsini

yerinə yetirmək imkanı verir. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə

vəsaiti də ayrılır.

Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət

edirlər) uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən

edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə

seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların

yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında

məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada, öz fəaliyyətini iclaslar, daimi və başqa

komissiyalar vasitəsi ilə həyata keçirə bilərlər.

Onun öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu

qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr

bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Onun iclaslarını bələdiyyənin sədri çağırır. Yuxarıda qeyd

etdiyimiz kimi bələdiyyələrin fəaliyyətində 144-cü maddə mühüm rol oynayır, onunla bələdiyyələrin

səlahiyyətləri tənzimlənir. Bu maddədə bildirilir ki, bələdiyyələrin iclaslarında bələdiyyə üzvlərinin

səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və

səlahiyyətlərinə xitam verilməsi; bələdiyyənin reqlamentinin təsdiq edilməsi; bələdiyyənin sədrinin və onun

müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi; yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; yerli

büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə

və onun barəsində sərəncam; yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli

iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi; yerli ekoloji proqramların qəbul və icra edilməsi kimi

məsələlər həll edilir.

Bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər . Belə

səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.

Konstitusiyanın 145-ci maddəsinə görə, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul

edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.. Yerli vergilər və ödənişlər

ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Aydındır ki, bələdiyyələrin də müəyyən məsuliyyəti var. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə,

bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına

dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar (maddə1461).

Qeyd edək ki, mülkiyyət forması kimi bələdiyyə mülkiyyətinin dövlət mülkiyyətindən ayrılması ilk dəfə

«Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunla müəyyən olunub. Sonralar Azərbaycan

Respublikasının yeni Konstitusiyasında (13-cü maddə) mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti təsbit olunub.

AR Mülki Məcəlləsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

“Bələdiyyələrin statusu haqqında qanunun 33-cü maddəsi ilə bələdiyyə mülkiyyəti tənzimlənir. Bu maddəyə

görə, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti,

bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və

təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar,

bələdiyyə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.

Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr,

Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir. Qanuna

uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi

istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə

mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən

obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Bələdiyyələr yerli əhalinin

mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər.

Qanunla başqa hal nəzərdə tutulmayıbsa, bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali

Page 167: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

167

bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin

özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur. . Bələdiyyə mülkiyyətindən yalnız

Azərbaycan Respublikasının Konstitusiyasında və bu Qanunda nəzərdə tutulmuş bələdiyyə vəzifələri üçün

istifadə oluna bilər.

Dövlət isə bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar vermək yolu ilə onun

artmasına imkan yaradır. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bir sözlə

bələdiyyələr öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir,

ondan istifadə edir və ona sərəncam verir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 2-ci maddəsində qeyd olunub ki, müvafiq

inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi

mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə

bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan

torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu

torpaqlarına bölünür. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə

görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. Müəyyən

kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının

dəyişdirilməsindən sonra yol verilə bilər.

Bu il bələdiyyə torpaqlarının alqı-satqısı proseduruna dair tələblər müəyyənləşib.

Bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları

haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə" qərarında əksini tapıb.Beləliklə, "Bələdiyyə torpaqlarının

idarə edilməsi haqqında” qanuna əsasən bələdiyyə ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il

müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən fərdi

yaşayış evinin tikintisi üçün bələdiyyə torpaqlarının əldə edilməsinə dair alqı-satqı müqavilələri notariat

qaydasında təsdiq edilərkən, müqavilədə əldə edən şəxsin həmin torpaq sahəsini beş il müddətinə

özgəninkiləşdirə bilməməsi qeyd edilməlidir. Notarius əmlakın nisyə alqı-satqısı haqqında müqaviləni təsdiq

edərkən, müqavilədə əmlakın satış qiyməti tam göstərilir. Müqavilədə ödəniş müddətləri (günlər, aylar, illər

üzrə) müəyyən edilir və alıcı ödənişi müqavilədə nəzərdə tutulduğu müddətdə ödəyir. Müqavilə üzrə ödəniş

əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata

keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq,

notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir.

Müqavilə təsdiq edildikdən sonra notarius dövlət qeydiyyatı orqanına nisyə alqı-satqı ilə əlaqədar alıcı

tərəfindən əmlakın dəyərinin satıcıya tam ödənilmədiyi barədə yazılı məlumat verir. Nisyə alqı-satqı müqaviləsi

üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət

qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış

qeydiyyat informasiya sistemi vasitəsilə notarius mülkiyyətçi fiziki şəxsin ölməsini, habelə əmlaka sərəncam

verən şəxsin subay olub-olmamasını yoxlayır və bu barədə məlumatın surətini çap edərək notariat işinə tikir.

Üç nöqtə. - 2018.- 19 dekabr. - № 223. - S. 9.

Page 168: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

168

Bələdiyyə fəaliyyətinin 20 ili: Azərbaycanda səmərəli yerli özünüidarəetmə sisteminin

formalaşması

Kamran Bayramov,

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son on beş ildə gələcəyə

hesablanmış əhatəli dövlət proqramlarının, genişmiqyaslı sosial və infrastruktur layihələrinin həyata keçirilməsi

ölkəmizin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, demokratik proseslərə güclü

təkan vermiş, onun beynəlxalq aləmdə nüfuzunu gücləndirmişdir.

Bələdiyyələr artıq 20 ildir ki, fəaliyyət göstərir, Azərbaycanda aparılan köklü islahatlar və yaşanan

dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların maraq və mənafeləri naminə yerli

əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa, cəmiyyətimizdə özünəməxsus yer

tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görür.

Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-d ildə ümumxalq

səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı. Dövlətçilik

tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündən sonra 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin

keçirilməsi ilə bələdiyyələr formalaşmağa və onların hüquqi bazasını təşkil edən normativ aktlar qəbul edilməyə

başlandı. Bu aktlarda bələdiyyələrin bir qurum olaraq hüquqi statuslarının müəyyən edilməsi, onların

fəaliyyətinin əsas prinsipləri, maliyyə-iqtisadi təminatları və digər məqamlar öz əksini tapdı.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Azərbaycan Respublikası Prezidenti

cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində dövlətin idarəetmə sistemi daha da

təkmilləşdirilmiş, bununla yanaşı yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin səlahiyyət

və fəaliyyətinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilmişdir.

Nəticədə, respublikamızda bələdiyyə institutu tam olaraq formalaşmış, ölkənin şəhər, qəsəbə və kəndlə-

rində vətəndaşlarımızın rifahı naminə sosial-iqtisadi inkişafın təmin olunmasında fəal iştirak edən yerli özü-

nüidarəetmə sistemi bərqərar edilmişdir.

Ölkədə yerli özünüidarəetmə siyasətini həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti

Adminstrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində Bələdiyyələrlə iş sektoru, qanunvericilik bazasının

yaradılması və təkmilləşdirilməsi üçün Milli Məclisdə Regional məsələlər komitəsi, bələdiyyələrin fəaliyyətinə

inzibati nəzarəti həyata keçirmək, onlara metodoloji yardım göstərmək və maarifləndirilməsini təmin etmək

məqsədi ilə Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzi, onların fəaliyyətinin əlaqələndirilməsinə, həmin

fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına və ortaya çıxan

problemlərin birgə həll edilməsinə köməklik göstərmək yolu ilə yerli özünüidarənin möhkəmlənməsi və inkişaf

etdirilməsi üçün Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları yaradılmışdır.

Bələdiyyələrin səlahiyyətlərinə aid məsələlərin həllində onlara kömək etmək məqsədi ilə vətəndaşların yaşayış

yerləri üzrə əksər şəhər və qəsəbə bələdiyyələrində məhəllə komitələri təsis edilmişdir.

1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş, ölkəmizdə bələdiyyə institutunun inkişaf etdirilməsi

məqsədi ilə mühüm qanunvericilik bazası formalaşdırılmış, bələdiyyələrin statusu, qulluğunun təşkili,

maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti

üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır. Belə ki, bələdiyyələrin fəaliyyətini tənzimləyən

"Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə üzvünün statusu haqqında", "Bələdiyyələrin nümunəvi

Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyələrin əraziləri və

torpaqları haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergi və ödənişlər

haqqında", "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" və digər əhəmiyyətli qanunlar qəbul olunmuş,

Azərbaycan Respublikasının Torpaq, Su, Mülki, Seçki, Vergilər, İnzibati Xətalar məcəllələrinə bələdiyyələrlə

bağlı müvafiq müddəalar daxil edilmişdir.

Qəbul olunmuş qanunlarda yerli özünüidarəetmənin çox mühüm məsələləri - yerli büdcənin

formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial müdafiə, yerli

iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırılması, mülkiyyət münasibətlərinin

formalaşdırılması, ərazi və digər məsələlər öz əksini tapmışdır.

Eyni zamanda, ölkəmiz yerli özünüidarəetmə ilə bağlı hüquqi münasibətləri tənzimləyən bir sıra

beynəlxalq sənədlərə qoşulmuş, o cümlədən bələdiyyələr üçün başlıca beynəlxalq normativ hüquqi akt hesab

edilən "Yerli özünüidarə haqqında" Avropa Xartiyası Azərbaycan Respublikasının 25 dekabr 2001-d il tarixli

Page 169: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

169

qanunu ilə təsdiq edilmişdir. Ümumilikdə, bələdiyyələrin fəaliyyətini tənzimləyən 30-dan çox qanun, 500-dən

çox normativ hüquqi akt qəbul edilmiş, bir çox qanunlara əlavə və dəyişikliklər olunmuşdur.

Son illərdə bələdiyyə qanunvericiliyi daha da təkmilləşdirimiş, Azərbaycan Respublikasının Vergi Məcəl-

ləsinə, "Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında", "Bələdiyyə qulluğu haqqında" və "Daşınmaz əmlakın

dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanunlarında dəyişikliklər edilmiş, "Bələdiyyə üzvlərinin

etik davranış qaydaları haqqında" və "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunlar

qəbul olunmuşdur ki, bu da bələdiyyələrin cəmiyyətdə nüfuzunun artırılmasına, fəaliyyətinin

təkmilləşdirilməsinə, maliyyə, iqtisadi və kadr potensialının gücləndirilməsinə, bələdiyyələrin dövlət və

vətəndaşlar qarşısında məsuliyyətinin artırılmasına xidmət etmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yerli

özünüidarəetmə .orqanlarına dövlət dəstəyi gücləndirilmiş, bələdiyyələrin gəlir və xərclərinin tənzimlənməsi,

yerli büdcə kəsirinin örtülməsi məqsədi ilə hər il dövlət büdcəsindən bələdiyyələrə dotasiyalar ayrılmış,

yarandığı vaxtdan bu günə qədər onlara 70 milyon manatdan çox dotasiya verilmişdir. Qanunvericilikdə edilmiş

dəyişikliklərə əsasən dotasiyalarla yanaşı, bələdiyyələrə subvensiyaların, yəni məqsədli maliyyələşdirmənin

həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmuş, bununla əlaqədar

bələdiyyələr tərəfindən gəlir gətirəcək layihələrin reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının

2019-cu il üçün dövlət büdcəsindən 1 milyon manat məbləğində subvensiyalar ayrılmışdır.

Özünüidarəetmənin institusional inkişafına, bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsinə, yerli əhə-

miyyətli sosial məsələlərin həllinin sürətləndirilməsinə xüsusi önəm verilərək bələdiyyələrin işi vətəndaş cəmiy-

yətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində rolunun artırılması istiqamətləri üzrə qurulmuş, bu

sahədə geniş və əhatəli proqramlar hazırlanmış, bələdiyyələrin qabaqcıl təcrübəsi öyrənilərək yayılmış, yerli

özünüidarəetmə orqanları ilə dövlət, qeyri-hökumət və donor təşkilatlan arasında əlaqələr qurulmuş,

maarifləndirmə işləri aparılmışdır.

Bu fəaliyyətdə bələdiyyələrin milli assosiasiyaları böyük rol oynamış, bələdiyyələrlə bir sıra görüşlər

təşkil edərək onların problemləri ilə yerlərdə tanış olunmuş, müraciət və təklifləri dinlənilmiş, müvafiq təhlillər

aparılmışdır. Bakı şəhərində və respublikanın bütün rayonlarında keçirilmiş bu görüşlərdə bələdiyyələrlə

əlaqələrin səmərəliliyini və çevikliyini təmin etmək məqsədi ilə bələdiyyə sədrlərinin şəhər və rayon şuraları

formalaşdırılmışdır.

Milli assosiasiyaların təşəbbüsü ilə 2007-d ildə regionların sosial-iqtisadi inkişafında, 2008-d ildə

vətəndaş cəmiyyətinin qurulmasında və demokratik prinsiplərin tətbiqində bələdiyyələrin roluna, 2014-cü ildə

isə yerli əhəmiyyətli sosial məsələlərin həllində fəaliyyətin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş

bələdiyyə sədrlərinin I, II və III ümumrespublika toplantıları keçirilmişdir.

Dünya təcrübəsi onu göstərir ki, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması, iqtisadi və

maliyyə potensialının gücləndirilməsi yollarından biri də onların birləşməsidir. Qeyd edilməlidir ki, yarandığı

dövrdə ölkəmizdə 2700-dən çox bələdiyyə fəaliyyət göstərirdi. Bununla əlaqədar bələdiyyələrin fəaliyyətinin

müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin

yüksəldilməsinə, yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına və kadr potensialının

gücləndirilməsinə xüsusi diqqət yetirilərək "Bələdiyyələrin birləşməsi, ayrılması və birgə fəaliyyəti haqqında"

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2009-cu ildə bələdiyyələr birləşərək sayı 1718-ə

endirilmiş, 2014-cü ildə isə növbəti birləşmə prosesi nəticəsində onların sayı 1607-yə qədər azalmışdır.

Yerli özünüidarəetmə orqanlarında xidmət, bələdiyyəyə rəhbərlik, onun fəaliyyətinin təşkili idarəçilik

bacarığı, bilik, yüksək intellekt və ixtisas tələb edir. Bu səbəbdən də bələdiyyə üzvlərinin və sədrlərin keyfiyyət

tərkibi daim aktual olan məsələdir. Bələdiyyələrin qarşısında duran vəzifələrin icrası, onların fəaliyyətinin

səmərəliliyinin artırılması, mövcud resursların yerli səviyyədə müəyyən edilmiş hədəflərə, sosial yönümlü

məsələlərin həllinə yönəldilməsi bələdiyyə kadrlarından birbaşa asılıdır. İlk iki bələdiyyə seçkilərinə nəzər

salsaq görərik ki, bələdiyyə üzvlərinin əksəriyyəti yerli özünüidarəetmə haqqında kifayət qədər təsəvvürə malik

olmamışlar.

Bələdiyyələrin həmin dövrdə olan durumu, bələdiyyə üzvlərinin zəif fəaliyyətləri ilə razılaşmayan

seçicilər 2009-cu ildə müvafiq nüfuza və təcrübəyə malik olan şəxslərə etimad göstərmişlər. Nəticə olaraq,

seçilmiş üzvlər arasında ali təhsillilərin sayı 29,7%, qadınların sayı 22%, gənclərin sayı isə 25% artmışdır.

Keyfiyyət tərkibinin gücləndirilməsi bələdiyyələrin fəaliyyətinin məzmunca yeni mərhələsinin əsasını

qoymuşdur.

Cəmiyyətdə bələdiyyə institutuna marağın artması müşahidə olunmuşdur. Belə ki, bələdiyyələrin və bələ-

diyyə üzvlərinin sayının azalmasına baxmayaraq, 2014-cü il bələdiyyə seçkilərində iştirak etmək üçün ölkə üzrə

38064 nəfər müraciət etmiş (2009-cu illə müqayisədə +2674 nəfər, +7,5%), 37077 nəfər qeydə alınmışdır

(+6123, +19,8%). Orta hesabla 2009-cu ildə bir bələdiyyə üzvü yerinə 1,9 nəfər düşdüyü halda, 2014-cü ildə bu

Page 170: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

170

göstərici 2,5 nəfər olmuşdur. Namizədlər arasında mənsubiyyətə görə təmsil olunan partiyaların sayı 2009-cu

ildə 29 olduğu halda, bu seçkilərdə 30-a çatmışdır.

2009-cu il bələdiyyə seçkilərində seçici fəallığı 31,86% olduğu halda, 2014-cü ilin dekabr ayının 23-də

keçirilmiş seçkilərdə seçici fəallığı yüksəlmiş, onların 38,93%-i (+7,07%) seçkilərdə iştirak etmiş, bu da

əhalinin yerli özünüidarəetmə orqanlarına olan marağının artdığını bir daha göstərmişdir.

2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri nəticəsində 2009-cu illə müqayisədə ali təhsillilərin sayı

25,8%, qadınların sayı 8,9%, gənclərin sayı isə 9,2% yüksəlmişdir.

2015-d ilin yanvar ayında bələdiyyələrdə yeni seçilmiş tərkiblərin birinci iclasları keçirilərək bələdiyyə

sədrləri seçilmiş, onlar arasında ali təhsillilərin sayı 2009-cu ildə 88,2% olduğu halda, 99,9%, qadınların sayı

2009-cu ildə 19,1% olduğu halda, 32,6%, gənclərin sayı isə 2009-cu ildə 19,6% olduğu halda, 30% təşkil

etmişdir.

Göstərilən rəqəmləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, 2019-cu il bələdiyyə seçkilərində seçici

fəallığı və bələdiyyələrin keyfiyyət tərkibi üzrə seçki hüququna malik olan vətəndaşların fəallığı artacaq ki, bu

da bələdiyyələrin fəaliyyətinin növbəti illərdə daha səmərəli olacağına, onların vətəndaşlara göstərdikləri xidmət

səviyyəsinin daha yüksək və keyfiyyətli olmasına xidmət edəcəkdir.

Yerli əhəmiyyətli məsələlərin həlli üçün görülmüş işlərin genişləndirilməsində bələdiyyələr xarici

həmkarların təcrübə və imkanlarından da səmərəli istifadə edirlər. Son illər ərzində beynəlxalq təşkilatlarla

əlaqələrin qurulması və möhkəmləndirilməsi işi də gündəmdə saxlanılmışdır. Əməkdaşlıq çərçivəsində Avropa

Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələrinin Regional

və Yerli Hakimiyyətlər Nümayəndələrinin Konfransı və digər nüfuzlu beynəlxalq təşkilatlarla işgüzar

münasibətlər qurulmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvləri, milli assosiasiyaların

sədrləri, bələdiyyə sədr və üzvlərindən ibarət nümayəndə heyətləri həmin təşkilatların müxtəlif xarakterli

tədbirlərində, o cümlədən plenar sessiyalarda və müvafiq komitələrin iclaslarında iştirak edir, xarici dövlətlərin

yerli özünüidarəetmə orqanları ilə təmaslar yaradaraq təcrübə mübadiləsi aparır, ölkəmizi layiqincə təmsil

edirlər.

2008-d ildən başlayaraq artıq 10 ildir ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin

tövsiyələrinə uyğun olaraq ölkənin bütün bələdiyyələrində "Azərbaycanda Yerli Demokratiya Həftəsi" təbirləri

keçirilir. Həftələrin keçirilməsində əsas məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli

özünüidarəetmə proseslərində əhalinin rolunun, imkanlarının, eləcə də həmrəyliyinin artırılmasıdır. Artıq

ənənəyə çevrilmiş bu həftələr ərzində bələdiyyələr tərəfindən sakinlərlə hesabat xarakterli görüşlər keçirilir,

"açıq qapı günləri" və "qaynar telefon xətləri" təşkil edilir, ərazilərdə "bələdiyyə poçt qutuları" quraşdırılır.

Vətəndaşların böyük aktivliyi ilə müşahidə olunan bu həftələr bələdiyyələrin vətəndaşlarla əlaqələrinin

möhkəmlənməsinə də birbaşa xidmət edir.

Azərbaycan bələdiyyələrinin Türkiyə, Gürcüstan, Almaniya, Avstriya, Latviya, Litva, Estoniya, Rusiya

kimi ölkələrin bələdiyyə orqanları və onların yaratdıqları milli ittifaq və birlikləri ilə də sıx əməkdaşlıq əlaqələri

qurulub, qardaşlaşma haqqında 30-a yaxın protokol və saziş imzalanıb, qarşılıqlı səfərlər təşkil edilib,

qardaşlaşmış bələdiyyələr arasında təcrübə mübadiləsi həyata keçirilir.

Yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında yerli özünüidarəetmə

orqanlarının səmərəli fəaliyyəti üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilmiş, mükəmməl

qanunvericilik bazası və institusional təsisatlar yaradılmış, bələdiyyə institutu tam formalaşmışdır. Əminliklə

demək olar ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı fonunda gələcəkdə də bələdiyyə sisteminin

təkmilləşdirilməsi, bələdiyyə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə və iqtisadi

potensialının gücləndirilməsi, həmin qurumlarda çalışan kadrların keyfiyyət tərkibinin daha da yaxşılaşdırılması

prosesi davam etdiriləcəkdir.

Milli Məclis. - 2019.-№1.-S.60-63.

Page 171: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

171

Azərbaycan regionlarının inkişafında bələdiyyələrin rolu

İbrahimxəlil İbrahimov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti

Təlatümlərdən yan keçmək istəyən ölkədə nə dərin yoxsulluq, nə də ifrat zənginlik olmalıdır.

Mənim görmək istədiyim qanunlar həm dərin yoxsulluğu, həm də ifrat zənginliyi

məhdudlaşdırmalıdır.

Platon

Müasir Azərbaycanın qurucusu, inkişafın Azərbaycan modelinin müəllifi ümummilli lider Heydər Əliyev

strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş,

iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli

qoyulmuşdur. Azərbaycanda aparılmış və aparılmaqda olan uğurlu sosial-iqtisadi siyasət əhalinin həyat

səviyyəsinin və ölkə iqtisadiyyatının yüksəlməsində öz töhfəsini verməkdədir.

Bu ilin yanvar ayında 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının, ümumilikdə

üçüncü Dövlət Proqramının başa çatmasına həsr edilmiş konfransda ölkə Prezidenti İlham Əliyev nitqində bu

proqramların çox uğurla başa çatdığını açıqlamışdır.

Ölkədə aparılan siyasi-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, bu, dünya birliyi

tərəfindən yüksək qiymətləndirilmişdir. Təsadüfi deyildir ki, bütün beynəlxalq mötəbər qurumların

reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir.

Dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Bunun əsas mənbəyi isə Azərbaycan xalqının iradəsi və xalq-iqtidar birliyidir.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsinin

iqtisadi göstəriciləri on dörd il ərzində ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. Belə ki,

ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə artmışdır.

İqtisadi inkişafımız çoxşaxəlidir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə,

sənaye iqtisadiyyatı 2,6 dəfə, kənd təsərrüfatı 2,2 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmış və ölkəmizdə orta illik

iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, valyuta ehtiyatları 31

dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə artmışdır. Regionlara bütün mənbələr

hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir.

Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o

cümlədən, 900 min daimi iş yeri açılmış, 55,6 min yeni müəssisə yaradılmışdır.

Azərbaycan birinci proqramın (2004–2008-ci illər) icrasına başlayanda ölkədə yoxsulluğun səviyyəsi 50

faiz idi. İndi isə yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faizdir.

Müasir şəraitdə regionların sosial-iqtisadi inkişafı bütövlükdə ölkə iqtisadiyyatının stabil fəaliyyətindən,

regional siyasətin demokratik cəmiyyətin tələblərinə uyğun qurulmasından, ərazinin sosial-iqtisadi

vəziyyətindən və ən başlıcası, regionların sosial-iqtisadi inkişafında mövcud olan kəskin fərqlərdən asılıdır.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı

ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004–

2008-ci illər)” əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin

edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin

və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin

yüksəldilməsindən ibarət olmuşdur.

“Azərbaycan Respublikasının regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət

Proqramı”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə

edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat

səviyyəsinin daha da yüksəldilməsində mühüm rol oynamışdır.

Bazar iqtisadiyyatının formalaşması şəraitində regionların sosial-iqtisadi inkişaf problemlərinin həlli

yalnız dövlət, yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və özəl sektorun səylərinin

əlaqələndirilməsinin nəticəsindən və habelə bələdiyyə qurumlarının dayanıqlı sosial-iqtisadi vəziyyətindən

asılıdır.

Page 172: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

172

Bələdiyyələr regionun, ərazinin təbii və sosial-iqtisadi potensialından, əmək ehtiyatlarından, yerüstü və

yeraltı sərvətlərindən, su və torpaq ehtiyatlarından səmərəli istifadə etməklə müvafiq ərazinin inkişafını və

əhalinin rifahını yüksəltmə imkanlarına malikdirlər. Eyni zamanda, yerli əhalinin idarəetmədə iştirakını təmin

etməklə onlarda demokratiya şüurunun aşılanmasına da təkan verirlər.

Son zamanlar ölkədə aparılan sosial-iqtisadi islahatlar çərçivəsində həyata keçirilən “Regionların sosial-

iqtisadi inkişafı Dövlət proqramı” iqtisadiyyatın get-gedə əks-mərkəzləşdiyi və inkişafın yerli səviyyəyə

yönəldildiyini büruzə verir. Bu baxımdan bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının

formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid dövlət proqramları çərçivəsində

bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yaratmaqla öz təsərrüfat subyektlərini təşkil

edərək şəxsi fəaliyyəti ilə region iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.

Bələdiyyələrin səmərəli fəaliyyəti ölkədə baş verən demoqrafik proseslərə də öz təsirini göstərə bilər.

Belə ki, səmərəli fəaliyyət göstərən kənd və rayon bələdiyyələri ərazilərində yaşayan əhali üçün məşğulluq

sahələri, iş imkanları yaratmaqla onların axınının qarşısını ala bilərlər.

Azərbaycan iqtisadiyyatının inkişafının indiki mərhələsində bələdiyyələrin hüquqi, təşkilati və iqtisadi

əsaslarının formalaşmasına baxmayaraq, regionların sosial-iqtisadi inkişafında onların rolu mühüm əhəmiyyət

kəsb etmir. Bunun əsas səbəblərindən biri regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin təsiri və onların

iştirakının konkret formaları, üsulları, mexanizmləri və xüsusən maliyyə mənbələri mücərrəd formadadır.

Eyni zamanda, bu sahədə bir sıra institusional və iqtisadi problemlər mövcuddur. Bütövlükdə,

institusional amillərə bələdiyyələrin bir institut kimi formalaşmasına və fəaliyyətinə mane olan dövlətçiliyin

kifayət qədər mərkəzləşdirilməsi və bələdiyyələrin səlahiyyətlərinin tam və müstəsna olmaması, onların iqtisadi

problemlərinin həlli üçün real ehtiyaclarına uyğun gəlir mənbələrinin azlığı, yerli vergitutmanın və

büdcələrarası münasibətlərin tənzimlənməsi sahəsində təkmil mexanizmlərinin olmaması və sair amillər

daxildir.

Ümumiyyətlə, qüvvədə olan qanunvericilik – Vergi Məcəlləsi, “Yerli (bələdiyyə) vergilər və ödənişlər

haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Əmlakın bələdiyyələrə verilməsi haqqında” və

başqa normativ-hüquqi sənədlərə əsasən bələdiyyələr üçün kifayət qədər gəlir bazası formalaşdırılmalıdır.

Bələdiyyə vergisinin formalaşması əsasən 4 sahədən: mədən vergisi, yəni qum, çınqıl, əhəngdaşından, əsas gəlir

gətirən mişar daşı yoxdur, fiziki şəxslərin mülkiyyətində olan əmlak vergisi (istifadəsində olan əmlakı yoxdur),

fiziki şəxslərin torpaq vergisi və 9 qeyri-vergi mənbələri müəyyənləşdirilib. Qüvvədə olan qanunvericiliyə görə,

bələdiyyələr onların ərazisində əhaliyə kurort, sanatoriya, mehmanxana və turizm xidməti göstərən obyektlərə

hər sutka üçün bir nəfər şərti maliyyə vahidinin bir mislindən (1,1 manat) çox olmamaqla ödəniş tətbiq

etməlidir.

Bələdiyyələrin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulan mühüm gəlir mənbələrindən biri də dövlət

büdcəsindən ayırmalardır. “Büdcə sistemi haqqında” Qanuna əsasən, dövlət büdcəsindən yerli büdcəyə büdcə

kəsirini örtmək üçün transfertlər – dotasiyalar, məqsədli maliyyələşdirmə üçün subsidiya və subvensiya verilə

bilər. Bunlardan əlavə, bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər,

lotereyalardan daxil olan vəsait, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə

yardımları və qrantları, yerli vergilər və ödənişlərə görə qanunvericilikdə müəyyən edilmiş qaydada

hesablanmış faiz və sanksiyalar aiddir. Lakin reallıqda bu göstəricilər bələdiyyələrin büdcə gəlirlərinin

formalaşmasında tam öz əksini tapmır, illik büdcə gəlirlərinin yalnız 3-8 faizini göstərilən vergi ödəyicilərindən

daxil olan gəlir təşkil edir.

İctimai və fərdi rifah bir-birilə qarşılıqlı əlaqə şəraitində inkişaf edir. İctimai rifahın artımı fərdi rifah

meyarlarının yüksəlməsinə gətirməklə, bu meyarlara uyğun həyat tərzinin təmin edilməsi üçün müvafiq

gəlirlərin əldə edilməsi zərurətini yaradır. Bu baxımdan, gəlirlərin bərabərsizliyi probleminin nəzəri əsaslarının

təhlili və ümumiləşdirilməsi bələdiyyələrin sosial-iqtisadi inkişafının təmin edilməsinə yönəldilən tədbirlərin

hazırlanması, sosial proqramların, büdcə gəlir və xərclərinin planlaşdırılması vergi siyasətindən asılıdır.

Bələdiyyə maliyyəsinin əsasını bələdiyyə büdcəsi təşkil edir. Bələdiyyə büdcəsinin formalaşması isə

vergi mənbələrindən və vergi ödəyicilərindən asılıdır. Vergi ödəyicisi vergi sisteminin formalaşmasında onun

kəmiyyət və keyfiyyət göstəricilərinin əsasının ilkin şərti məhz vergi ödəyicisinin müəyyən olunmasıdır. Eyni

zamanda, büdcə gəlirlərinin formalaşmasında vergitutmanın ədalət prinsipi də nəzərə alınmalıdır.

Bələdiyyə büdcəsinin bilavasitə yerli gəlirlər hesabına formalaşması üçün qanunvericiliklə bələdiyyələrə

həvalə olunmuş vergi və qeyri-vergi mənbələri üzrə potensial gəlirlərin maksimum dərəcədə bələdiyyə

büdcəsinə cəlb olunması təmin edilməlidir.

Mövcud qanunlara əsasən, bələdiyyələrin vəzifə və səlahiyyətlərinə – ərazidə əhalinin sosial-iqtisadi və

ekoloji problemlərinin həlli, dövlətin sosial-iqtisadi proqramlarında nəzərdə tutulmayan yerli əhəmiyyətli

məsələlərin həlli, əhaliyə mədəni-məişət xidməti göstərmək, onlara təhsil, səhiyyə, rabitə, tikinti, yolların təmiri

Page 173: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

173

və abadlaşdırılması, su, elektrik, kommunikasiya işlərinin nizama salınması və sosial inkişaf proqramlarını

həyata keçirərkən pensiya və müavinətlərin verilməsində iştirakı və başqa məsələlərin həlli aiddir.

Göstərilən vəzifələrin yerinə yetirilməsində bələdiyyələrin səmərəli fəaliyyətlərini şərtləndirən ən əsas

amil onların əlində cəmləşən maliyyə vəsaitlərinin real həcmi, büdcə gəlir və xərclərinin istifadəsinin təşkilidir.

Reallıqda bu məsələni qiymətləndirmək üçün Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən

respublika bələdiyyələrinin son illərdə sahələr üzrə büdcə gəlirlərinin və xərclərinin müqayisəli təhlillərinə

nəzər salaq.

2005-ci ildə respublika bələdiyyələrinin illik büdcə gəliri 24,3 milyon manat, vergilərdən daxil olma 6,2

milyon manat və yaxud 25,6 faiz, vergi olmayan gəlirlər 15,9 milyon və yaxud 65,6 faiz olmuşdur. 2008-ci ildə

büdcə gəliri 43 milyon manat, vergi gəlirlərinin xüsusi çəkisi 25,3 faiz, vergi olmayan gəlirlərin xüsusi çəkisi isə

25,3 faiz təşkil etmişdi. Son illərlə müqayisə etsək, görərik ki, respublika bələdiyyələrinin illik büdcə gəliri

2008-ci ilə nisbətən azalaraq 2015-ci ildə 30,8 milyon, 2017-ci ildə 36 milyon manat olmuşdur. Vergilərdən

daxil olma isə nisbətən artaraq müvafiq şəkildə 37,6 milyon manat və yaxud 40,5 faiz olmuşdur.

Bələdiyyələrin illik büdcə gəliri əsasən fiziki şəxslərin əmlak və torpaq vergisindən 40,5 faiz və bələdiyyə

torpaqlarının özəlləşməsindən və icarəyə verilməsi hesabına 36,4 faiz formalaşmışdır. Mədən vergisi 1,1 faiz,

əmlakın istifadəsindən gələn gəlir 0,1 faiz, fiziki və hüquqi şəxslərin maliyyə yardımı 1 faiz olmuşdur.

Dövlət büdcəsindən verilən dotasiya və subsidiyalar 5 milyon manat və yaxud 14,4 faiz təşkil etmişdir.

Respublika üzrə 1607 bələdiyyənin illik büdcə gəliri 2017-ci ildə 36 milyon manat və orta hesabla hər

bələdiyyənin gəliri ildə 22,4 min manat, ayda isə 1866 manat, dövlət büdcəsindən verilən maliyyə yardımı isə

ildə 3100 manat təşkil edir.

Reallıqda göstərilən maliyyə ilə müvafiq qanunlarda bələdiyyələrə həvalə edilmiş vəzifələrin yerinə

yetirilmə səviyyəsini müəyyənləşdirmək olar. 2017-ci ilə ölkə üzrə bələdiyyə büdcəsinin xərcləri cəmi 35,7

milyon manat təşkil etmiş və aşağıdakı sahələrə xərclənmişdir: bələdiyyə orqanlarının saxlanmasına 59,1 faiz,

mənzil-komunal xərcləri 20 faiz, nəqliyyat və rabitə xərcləri 7,2 faiz. Məlumdur ki, bələdiyyələrin 60-70

faizinin özünəməxsus idarə binası olmadığından müqavilə əsasında kirayədə fəaliyyət göstərirlər.

Buradan belə nəticəyə gəlmək olar ki, bələdiyyələrin illik büdcə gəlirlərinin 86,3 faizi onların öz

tələbatlarını – aparat işçilərinin, sədrin və bələdiyyə üzvlərinin əmək haqqını, kommunal xərclərini və xidməti

istifadədə olan maşınların yanacaq və texniki təmir xərclərini ödəyir. Deməli, ərazinin sosial-iqtisadi

problemlərinin həlli və yerli əhalinin rifahının yaxşılaşdırılmasında bələdiyyələrin real imkanları yox

dərəcəsindədir.

2017-ci ildə respublikanın iqtisadi rayonları üzrə bələdiyyə büdcəsinin illik gəlir və xərclərinə diqqət

yetirsək, həmin mənzərəni daha aydın görə bilərik. Belə ki, Naxçıvan MR-da 170 bələdiyyənin büdcə gəliri

758,7 min manat, xərcləri 741,6 min manat, Bakı şəhəri üzrə 53 bələdiyyənin büdcə gəliri 9728,8 min manat,

xərcləri isə 9767,2 min manat, Abşeron iqtisadi rayonu üzrə 30 bələdiyyənin büdcə gəliri 4604 min manat,

xərcləri 4588,5 min manat, Gəncə-Qazax iqtisadi rayonunda 265 bələdiyyənin büdcə gəliri 4145,8 min manat,

xərcələri 4066,7 min manat, Şəki-Zaqatala iqtisadi rayonu 145 bələdiyyənin büdcə gəliri 4436,3 min manat,

xərcləri 4279,4 min manat, Lənkəran iqtisadi rayonu üzrə 179 bələdiyyənin büdcə gəliri 1811,3 min manat,

xərcləri 1844,2 min manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 127 bələdiyyənin büdcə gəliri 3344 min manat,

xərcləri 3275 min manat, Aran iqtisadi rayonu üzrə 467 bələdiyyənin büdcə gəliri 5724,4 min manat, xərcləri

5667,1 min manat, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 60 bələdiyyənin büdcə gəliri 288 min manat, xərcləri

285,7 min manat, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 110 bələdiyyənin büdcə gəliri 1237,4 min manat, xərcləri

isə 1196 min manat olmuşdur.

Bir sıra ölkələrdə paytaxt şəhərləri ÜDM-nin çox hissəsini təmin etməklə ölkə iqtisadiyyatında mühüm

rol oynayırlar. Məsələn, qonşu Gürcüstanda ÜDM-nin 66, Latviyada 56, Moldovada 60, Estoniyada 50 faizini

təşkil edir.

Statistik məlumatların təhlili göstərir ki, respublikamızda bələdiyyə büdcəsinin gəliri dövlət büdcə

gəlirlərinin 0,1-0,4 faizini təşkil edir. Yerli özünüidarəetmə orqanlarının büdcə gəlirlərinin dövlət büdcəsinə

nisbəti inkişaf etmiş ölkələrdə, məsələn, ABŞ-da 78, AFR-də 77, Fransada 81, Rusiyada 73, Belçikada 82,

İtaliyada 68, Böyük Britaniyada 75, Türkiyədə 68 faiz təşkil edir.

Yerli büdcənin real təlabatının müəyyən qədər ödənilməsi və dövlət büdcəsinin yerli xərclərinə

uyğunluğunun təmin edilməsi məqsədilə bələdiyyələrə verilən dotasiyanın xüsusi əhəmiyyəti olmasına

baxmayaraq, ümumən, ildə 3,5 milyon manat və ya hər bələdiyyəyə ayrılıqda ildə 2178 manat verməklə real

tələbatı ödəmək mümkün deyil.

Bələdiyyələrin illik büdcə gəlirlərinin 85-90 faizinin yalnız özlərinin saxlanmasına sərf edildiyindən

büdcə gəlirinin qalan 10-15 faizi olan 3600 manatla, aylıq isə 300 manatla göstərilən problemləri həll etmək

imkan xaricindədir.

Page 174: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

174

Göstərilən problemlərin həlli məqsədilə bələdiyyələr banklardan qısa və uzun müddətə güzəştli kredit

götürsələr, sonra onları qaytarmaqda problem yaranacaq.

Belə ki, 1208 bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 milyon manat borcu var. Bundan

9 milyon manatı əsas borc, 4 milyon manatı isə borca görə hesablanan pensiyadır. 2019-cu ilin yanvarına Bərdə

bələdiyyələrinin 825 min, Yevlax bələdiyyələrinin 166 min, Ağsu bələdiyyələrinin 145 min, Bakı şəhəri,

Əmircan bələdiyyəsinin 28 min manat və başqa rayonların DSMF-ya borcu vardır.

Aparılan statistik təhlillərə əsasən, aşağıdakı bələdiyyələr öz fəaliyyətləri ilə nisbətən fərqlənmişlər: Bakı

şəhəri Yasamal, Nərimanov və Mərdəkan bələdiyyələri, Abşeron rayonu Masazır bələdiyyəsi və Zərdab rayon

bələdiyyələri büdcə vəsaitlərini artırmaq istiqamətində bir sıra xidmət sahələri yaratmaqla əldə olunan vəsait

hesabına fərqli olaraq təhsil, səhiyyə, sosial müdafiə və ətraf mühitin mühafizəsinə büdcə gəlirinin 12-15 faizi

qədər az olsa da xidmət göstərmişlər.

Azərbaycan bələdiyyələri üçün müəyyən edilmiş gəlir mənbələri reallıqda bələdiyyələr üçün dayanıqlı və

yüksək gəlir bazası formalaşdırmır, daxilolmaların azlığı yerli büdcəyə ciddi töhfə verə bilmir.

Aparılan təhlillərin nəticəsi olaraq, belə qənaətə gəlmək olar ki, Azərbaycan bələdiyyələrinin 70-80

faizinin bugünkü təşkilatçılıq səviyyəsinin, idarəçilik qabiliyyətinin tələb olunan səviyyədə olmaması və əsaslı

maliyyə imkanlarının məhdudiyyəti regionların siyasi, sosial-iqtisadi problemlərinin müasir tələbata uyğun

səviyyədə həll etmək imkanları məhduddur. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblər:

Azərbaycanda öz fəaliyyəti ilə seçilən, cəmiyyətdə müəyyən nüfuz sahibi olan, təcrübəli bələdiyyə sədrlərimiz

və bələdiyyələrimiz var. Lakin onlar da müəyyən səbəblərdən mövcud potensial imkanlarından istifadə edə

bilmirlər.

Ümumiyyətlə, bələdiyyələr ərazilərində olan əhalinin, fiziki və hüquqi şəxslərin potensial imkanlarından

istifadə edərək işbirliyi yarada və əhalinin tam etimadını qazana bilməmişlər.

Regionda kiçik biznesin, sahibkarlığın inkişaf etdirilməsinə normal şərait yarada bilmirlər. Nisbətən

inkişaf etmiş bələdiyyələrlə və xarici dövlətlərlə işbirliyi yaratmaq təşəbbüsləri çox zəifdir.

Yerli idarəetmə səviyyəsində iqtisadiyyatın stimullaşdırılması məqsədilə ərazidə iqtisadi fəaliyyət üçün

zəruri və stabil iqtisadi mühit yaradılması mümkün deyil.

Ərazini yerli və xarici investorlar üçün cazibəli hala salmaqla qabaqcıl ölkələrin təcrübəsindən istifadə

etmək təşəbbüsü çox zəruridir.

Obyektiv səbəblər: Azərbaycan mərkəzləşdirilmiş unitar dövlət olduğunu və bələdiyyələrin nisbətən

Fransız-kontinental ailə modeli əsasında formalaşdığını nəzərə alsaq, bələdiyyələrin fəaliyyətinə yuxarı

orqanların nümayəndəsinin müdaxiləsi olmalıdır. Lakin Azərbaycan Avropa Şurasının üzvü kimi, yerli

özünüidarəetmə orqanlarının yaradılması və idarə olunması haqqındakı “Avropa Xartiyası”na əməl edilməlidir.

Bu qanuna əsasən, bələdiyyələrin tələbatının ödənilməsi məqsədilə real maliyyə mənbələri ilə təmin

olunmalıdır.

Qardaş Türkiyə də Azərbaycan kimi unitar dövlətdir. Lakin burada idarəçilik sistemi əks-mərkəzləşmə

prinsipinə əsaslanmış və bütün növ yerli əhəmiyyətli məsələlərin sərbəst həlli bələdiyyələrə həvalə edilmişdir.

Azərbaycanda bələdiyyələrin bir institut kimi formalaşmasına və fəaliyyətinə nisbətən maneə olan

obyektiv səbəblərdən olan dövlətçiliyin kifayət qədər mərkəzləşdirilməsi və bələdiyyələrin səlahiyyətlərinin tam

və müstəsna olmaması, onların real ehtiyaclarına uyğun gəlir mənbələrinin azlığı, vergitutmanın və

büdcələrarası münasibətlərin tənzimlənməməsi sahəsində təkmil mexanizmlərin yoxluğu, mövcud 60-dan çox

qanunlarda olan boşluqlar, ziddiyətli və qeyri-müəyyən normaların mövcudluğu və sairdir.

Yekun olaraq belə qənaətə gəlmək olar. Azərbaycanda fəal regional siyasətin formalaşması və regionlarda

sosial-iqtisadi inkişaf dövlət proqramlarının müvəf-fəqiyyətlə yerinə yetirilməsində yerli bələdiyyələrin rolu

qaneedici deyil. Bələdiyyələrin fəaliyyətinin müasir tələbata cavab verməsi üçün yerli idarəetmə sahəsində

islahatlar aparılmalı və göstərilən problemlər öz həllini tapmalıdır. Əsas etibarilə, mövcud qanunlarda olan

boşluqlar doldurulmalıdır. Yerli icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında səlahiyyət bölgüsü

dəqiqləşdirilməli və bələdiyyələrin səlahiyyətlərinin tam və müstəqilliyi təmin olunmalıdır. Onlara verilən

səlahiyyətləri yerinə yetirmək üçün real maliyyə mənbələri, vergi ödəyiciləri və vergi toplama mexanizmləri

təkmilləşdirilməlidir. Bələdiyyələrin fəaliyyətini artırmaq, yeni iş yerləri və məşğulluq sahələri təşkil etmək

üçün istehsal, xidmət, emal müəssisələrinin və sosial obyektlərin yaradılması məqsədilə dövlət büdcəsindən

bələdiyyələrin inkişafına dotasiya, subsidiya və banklardan faizsiz kreditlərin verilməsi onların fəaliyyətində

həlledici rol oynaya bilər.

Xalq qəzeti.-2019.-19 may.-№109.-S.5.; 21 may.-№110.-S.5.

Page 175: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

175

Torpaqların mühafizəsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri

Nailə Rəsulzadə,

Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İnzibati nəzarət idarəsinin məsləhətçisi

Torpaq ehtiyatları hər bir ölkənin davamlı inkişafının əsas elementlərindən biridir. Ümummilli

lider Heydər Əliyev tərəfindən əsası qoyulan ölkənin sosial-iqtisadi inkişaf strategiyasında aqrar sahə

həmişə önəmli yer tutmuşdur. Bununla əlaqədar 90-cı illərin ortalarında iqtisadi azadlıq və sosial ədalət

prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və

sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına

nail olmaqla Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə torpaq islahatının həyata

keçirilməsinə başlanılmışdır. Bu məqsədlə ilk dəfə olaraq qanunvericilikdə torpaq üzərində vahid dövlət

mülkiyyət forması ilə yanaşı, xüsusi və bələdiyyə mülkiyyət hüquqlarının təsbit olunması səmərəli aqrar

islahatların aparılmasına şərait yaratmışdır.

Torpaq aqrar sahənin əsas istehsal vasitəsi olduğundan ölkəmizdə bu sahənin inkişafına dair son illərdə

qəbul olunmuş Dövlət proqramlarında, normativ-hüquqi aktlarda da torpaqların münbitliyinin qorunması,

bərpası və mühafizəsi sahəsində icrası zəruri olan bir çox vacib tədbirlər nəzərdə tutulmuş və hazırda uğurla icra

olunmaqdadır.

Qeyd olunmalıdır ki, torpaqlardan qanunvericiliyin tələblərinə uyğun istifadəyə nəzarətin gücləndirilməsi

istiqamətində torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının məqsədli təyinatı üzrə istifadəsi, bu

sahədə pozuntuların qarşısının alınması üçün aidiyyəti, o cümlədən yerli özünüidarə orqanları tərəfindən

davamlı tədbirlər görülür.

Qanunvericilikdə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrə aid edilmiş

səlahiyyətlər sırasında bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların

hazırlanması və həyata keçirilməsi, torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət

edilməsi kimi məsələləri qeyd etmək lazımdır.

Məlumdur ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də bütün

mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsidir.

Bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə

təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən

qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə torpaqların

mühafizəsi məsələləri qanunvericiliklə tənzimlənir.

Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi

sahəsində idarəetməni həyata keçirmək onların müstəsna hüququdur.

Bələdiyyələr onların mülkiyyətində olan torpaqların istifadəsinə və mühafizəsinə nəzarət funksiyalarını

torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı

itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə qanunvericiliklə müəyyən edilmiş

qaydada məhkəmədə iddia qaldırılması, öz əraziləri daxilində torpaq qanunvericiliyinin və torpağın mühafizəsi

tələblərinin pozulması ilə həyata keçirilən tikinti işlərinin qadağan edilməsi haqqında müvafiq icra hakimiyyəti

orqanlarına müraciət edilməsi, torpaqların münbitliyinin yaxşılaşdırılması, onların istifadəsi və mühafizəsi üzrə

investisiya proqramlarının ekspertizasının həyata keçirilməsində iştirak edilməsi və qanunvericiliklə müəyyən

edilmiş digər üsullarla həyata keçirirlər.

Torpaqların mühafizəsinin təşkilinin başlıca istiqamətlərindən biri də torpaqların münbitliyinin təmin

edilməsidir. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların

münbitliyi dedikdə, torpağın əlverişli morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji şəraitdə bitkiləri qida

elementləri, rütubət ehtiyatı və onların həyatı üçün digər vacib maddələrlə müntəzəm təmin etmə qabiliyyəti

başa düşülür. “Torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində idarəetmə sisteminə

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər

Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqəli mərkəzi və

yerli icra hakimiyyəti orqanları), bələdiyyələr, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri daxildir.

Qeyd edilən Qanunla torpaqların münbitliyinin təmin olunması sahəsində bələdiyyələrin üzərinə

aşağıdakı vəzifələr qoyulmuşdur:

-torpaqların münbitliyinin təmin olunması sahəsində dövlət siyasətinə əməl etmək;

-bələdiyyə mülkiyyətinə aid edilmiş torpaqların münbitliyinin təmin olunması sahəsində qanunvericiliyə

uyğun müvafiq qərarlar qəbul etmək;

Page 176: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

176

-torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində yerli proqramlar hazırlamaq,

həyata keçirmək və icrasına nəzarət etmək;

-torpaqların münbitliyinin təmin olunması sahəsində yerli proqramlar hazırlamaq, həyata keçirmək və

icrasına nəzarət etmək;

-yerli büdcələrin tərkibində torpaqların münbitliyinin təmin olunması sahəsində xərclər

müəyyənləşdirmək və onların maliyyələşdirilməsini həyata keçirmək;

-öz əraziləri daxilində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrində

ətraf mühitə və başqalarının torpaqlarına zərərli təsir göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını və

dayandırılmasını tələb etmək;

-öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarının səmərəli istifadəsinə və münbitliyinin mühafizəsinə

nəzarət etmək.

Son dövrlərdə əkinəyararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin

qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi sahəsində işin gücləndirilməsi üçün

“Torpaqların münbitliyi haqqında” Qanuna və Torpaq Məcəlləsinə əkin yerlərinin yandırılmasının qadağan

edilməsi ilə bağlı yeni norma əlavə olunmuşdur. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində bu tələbin

pozulması ilə bağlı fiziki və hüquqi şəxslər, habelə vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən edilmişdir

(fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək,

hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir).

Taxılçılıq təsərrüfatlarında biçin işləri başa çatdıqdan sonra kövşənin (taxıl əkilmiş yer, zəmi)

yandırılması kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində

torpaqların qida maddələri balansının pozulmasına, yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində

və meşə ərazilərində yanğın təhlükəsinin yaranmasına, mühəndis-kommunikasiya sistemlərinin sıradan

çıxmasına, habelə hüquqi və fiziki şəxslərə məxsus əmlakın məhv olmasına şərait yaradır.

Əkin yerlərinin mühafizəsinin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna

əhəmiyyəti nəzərə alınaraq bələdiyyələr tərəfindən əkin yerlərinin mühafizəsi istiqamətində qanunvericiliklə

müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi zəruridir.

Torpaqların mühafizəsinin təşkilinin başqa bir istiqaməti torpaqlardan məqsədli təyinatına görə istifadə

edilməsidir. Torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün

istifadəsinin Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və

həddidir.

sinə görə torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, kənd təsərrüfatı istehsalı üçün verilmiş

torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyaclan üçün verilmiş torpaq sahəsindən 1 il

ərzində üzrlü səbəb olmadan istifadə edilməməsi, eləcə də istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə

və eroziyasına yol verilməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam verilməsinin

əsaslarından biridir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız təyinatının

dəyişdirilməsindən sonra yol verilə bilər.

Torpaq sahəsindən təyinatına uyğun olmayan şəkildə istifadə qanunvericiliklə müəyyən edilmiş

məsuliyyətə səbəb olur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində torpaq sahəsindən, o

cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə

edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi

şəxslər üç min manat məbləğində, kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə isə fiziki şəxslər beş yüz

manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə

edilir.

Həmçinin, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini

özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma

hallarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də məsuliyyət müəyyən edilmişdir (səkkiz

min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə

cəzalandırılır).

Bələdiyyələrlə İş Mərkəzi, həmçinin ərazi aidiyyəti üzrə regional ədliyyə idarələri tərəfindən davamlı

olaraq torpaqların idarə edilməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri ilə bağlı tövsiyələr hazırlanaraq

istifadə üçün bələdiyyələrə göndərilir, seminarlar və başqa maarifləndirmə işləri aparılır, torpaq sahələrinin

ayrılması ilə əlaqədar qanunsuz bələdiyyə qərarlarının ləğvi üçün, tədbirlər görülür.

Bütövlükdə torpaqların mühafizəsi məsələsi ümummilli xarakter daşıyır və hər kəs torpaqlardan istifadə

qaydalarına əməl etməyə borcludur. Bu səbəbdən yerli özünü idarəetmə orqanları tərəfindən vətəndaşların

maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi səmərəli olacaqdır.

Respublika.-2019.-3 iyul.-№141.-S.6.

Page 177: Azərbaycan Respublikası Prezidentinin İúlər İdarəsi ...files.preslib.az/site/municipal/appendix.pdf · və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

PREZİDENT KİTABXANASI ───────────────────────────────────────────────────────────────────────────────────

177