42
Dalğaları tanımağın yolları səh 10 INFOREX Zəhlətökən treyderin səhvləri səh 12 İdeal stop üçün 8 metod səh 15 GÜNƏŞLİ PULLAR səh 09 ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR N°45 NOYABR 2013

"InForex"#45: Gunesli pullar

  • Upload
    inforex

  • View
    244

  • Download
    7

Embed Size (px)

DESCRIPTION

"InForex" treyderler ucun online jurnal

Citation preview

Page 1: "InForex"#45: Gunesli pullar

Dalğaları tanımağın yolları səh 10

INFOREX

Zəhlətökən treyderin səhvləri səh 12İdeal stop üçün 8 metod səh 15

GÜNƏŞLİ PULLARsəh 09

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR

N°45 NOYABR 2013

Page 2: "InForex"#45: Gunesli pullar

OXUYACAQSINIZ

1114171920

Forexdən əmtəə bazarına

Texniki analizlə sistemin fərqi

Forexin Qərb ritmləri

Üç EMA və bir stoxastik

Dəqiq skalpinq

Günəşli Pullar

09

Page 3: "InForex"#45: Gunesli pullar

22ELLİOT DALĞALARIN ANALİZİ

Vüsal Məmmədovuntəqdimatında

28 33İŞİMOKU QRAFİK SİSTEMİ ƏSASINDA TƏHLİL

KOMPLEKSTEXANALİZ

Fərid Hüseynov təqdim edir

10Dalğaları tanımağın yolları

15İdeal stop üçün 8 metod

12

Zəhlətökən treyderin səhvləri

Page 4: "InForex"#45: Gunesli pullar

004

Siz kimdən öyrənirsiniz?Sizin nə ilə (bodibildinqdən tutmuş, ticarətə qədər) məşğul olmanızdan asılı olmayaraq, möhkəm bünövrə hər şeyin açarıdır. İstənilən sahədə əgər nə isə birdən-birə edilirsə, gec-tez bünövrəsində çatlar üzə çıxır və qaçılmaz şəkildə sizi geriyə qaytarır. Hər şeyi təzədən başlamalı olursunuz.

Ona görə də, hər şeydən əvvəl yaxşı bünövrə olmalıdır. Bu, mütləq elmi əsasla qurulmalıdır. Məsələn, əgər bədəni məşq etdirirsənsə, əzələ qrupları müəyyən qay-da ilə işləməlidirlər, çünki qan bir qrupdan digərinə axır. Başlıca məsələ lazımi texnikadır. Əgər sizin gördüyünüz işə dair texnikanız varsa, onda siz qısa vaxtda ikiqat gü-clü nəticə əldə edə bilərsiniz. Bu fikir treydinqə də aiddir. Siz bu işi orada-burada eşitdikləriniz, internetdə oxuduqlarınız əsasında yox,

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədov VüsalMəmmədqızı Səbinəİmanverdiyev QafarBagiyev MavletHüseynov Fərid

Layihənin rəhbəri Vəliyev İlqar

DizaynerMoos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal

sistemli qurmalısınız. Treyder özünün bu sahədəki təhsilinə diqqətlə və həssas yanaşmlıdır, çünki o, hər şeyin açarıdır.

“Nəyi harada gəldi” öyrənmək yolu ilə yaxşı treyder olmaq çətindir. Vaxtınıza və pulunuza heyfiniz gəlsin.

Mən bunları niyə deyirəm? Çünki axır vaxtlar “özü öyrənən” və “özü təkmilləşən” treyderlər çoxalıb. Onlar müəllimləri bəyənmir, amma gedib şarlatanların təsirinə düşürlər.

Treydinqi öyrənmək asan deyil. Amma yaxşı müəllim olmadan şansınız ümumiyyətlə, yoxdur. Ona görə də, yaddan çıxarmayın – bu işdə təkcə nə öyrənmək əsas deyil, kimdən öyrənmək də əsasdır. Öyrəndiyiniz adamları düzgün seçin.

Zövqlü və faydalı mütaliələr.

Page 5: "InForex"#45: Gunesli pullar

Treyderlərə çat qadağan olunur

Bir sıra banklar, o cümlədən də “JPMorgan Chase” valyuta treyderlərinin çatdan istifadəsinə qadağan qoymağa hazırlaşırlar. Buna səbəb odur ki, treyderlər öz aralarında razılığa gəlib, valyuta kursları ilə süni manipulyasiyalar edirlər.

“Financial Times” qəzetinin yazdığına görə, treyderlərin ünsiyyəti üçün imkan yaradan saytlar hazırda beynəlxalq nizamlayıcıların ciddi nəzarəti altına düşüblər. Onların fikrincə, treyderlər bu cür saytlarda öz müştərilərinin sifarişlərini müzakirə edir, sonra isə fərdi gəlirlərini artırmaq üçün strategiya qururlar.

Ona görə də, banklar belə halların qarşısını almağa çalışır. İstisna deyil ki, tədqiqatların gedişində ortaya yeni qalmaqallı faktlar da çıxa bilər.

ABŞ banklarına yeni qadağa

ABŞ-da maliyyə şirkətlərinin öz vəsaitlərindən istifadə etməklə əməliyyatlar aparmasına qadağa qoyula bilər. “Financial Times”ın yazdığına görə, qadağanın ilin sonuna qədər qüvvəyə minməsi mümkündür.

Bu vəziyyət bankları ciddi narahat edir. Bəzi banklar artıq öz vəsaitlərilə ticarət aparan şöbələrini ləğv edərək, orada çalışan treyderləri ayrı şöbələrə köçürüblər.

Qeyd edək ki, “Volker qaydaları” adlanan yeni qaydalar gələn ay ABŞ-ın 5 nəzarət orqanının birgə səsverməsinə çıxarılacaq. Barak Obama belə bir niyyətin olduğunu hələ 4 il əvvəl bəyan etmişdi.

Forexdə həcm azalıb

Valyuta bazarında ticarətlərin həcmi azalıb. Dünyanın ən böyük dilerlərarası broker şirkəti olan ICAP-da əməliyyatların həcmi 6 illik minimuma düşüb.

Volatilliyin azalması ABŞ hökumətinin yürütdüyü monetar siyasətlə bağlıdır. İnvestorlar bilmirlər ki, FES-in yürüt-düyü kəmiyyət yumşaltması siyasəti hara qədər davam edcək. Bu siyasətin gələcəyinin qeyri-müəyyən olması nəticəsində Forexdə əməliyyatların həcmi 17% azalaraq, oktyabrda 77 milyard dollara düşüb.

REKLAM

AzVision.az - Ölkənin və dünyanın xəbər məkanına Azərbaycanlı baxışı

* Ən son və maraqlı xəbərlər * Təhlillər * Müəllif yazıları * Fotosessiyalar * Videolar * Eksklüziv layihələr

005XƏBƏRƏLƏR

Page 6: "InForex"#45: Gunesli pullar

TƏHLİL VƏ PROQNOZLARBÜROSU...

"IN FOREX"-IN

ekspert

NOYABR AYI ÜÇÜN EKSPERT RƏYLƏRI

PAYIZ “AYİ“-LARININ HÜCUMU

Noyabrın ilk günlərindən əsas cütlüklərdə eniş trendi müşahidə olunur. Dollar güclənir, digər valyutalar isə enməyə başlayıblar. Bu, müvəqqəti haldır, yoxsa “ayı”lar bazara qayıdıblar? Trendlər dəyişibmi? Jurnalımızın daimi ekspertləri yenə də iki ənənəvi suala cavab verirlər:

1) Noyabr ayında eur/usd cütlüyündən nə gözləyirsiniz?2) Başqa hansı cütlüklərə diqqət yetirməyə dəyər?

Qafar İmanverdiyev

1) Eur/usd cütlüyü öncə hazırkı vəziyyətdən, yəni 1.3386 nöqtəsindən bir qədər yuxarı - yəni 1.3578-ə qədər yüksəldikdən sonra aşağıya doğru - 1.3290 -1.3162 və 1.2987, hətta 1.2745-ə kimi düşə bilər.

Alternativ ssenaridə cütlük 1.3578-dən yuxarıda möhkəmlənsə, qiymətin yenidən yuxarıya hərəkətinə davam edəcəyi müşahidə olunacaq.

2) Digər cütlüklərə gəldikdə, usd/xau cütlüyünə diqqət edin, amma çox ehtiyatlı olun.Hər birinizə uğurlar.

Səbinə Məmmədqızıekspert

1) Avro/dollar cütlüyü aylıq qrafikdə trend xəttini və İşimoku bu-ludunu yoxlasa da,yuxarıda mövqelərini itirib və hazırda 1.3340 ətrafının aşağıya qırılması eniş üçün yol açacaq.

Həftəlik qrafikdə bu səviyyə güclü dəstək və trend xəttinin toxunma nöqtəsidir. Bəzi fikirlərə görə, bu dəstək davam gətirərsə,qalxışın yeni impulsla bərpa olunacağını gözləmək olar. Müqavimətlər 1.3516, 1.3620,1.3710 olaraq götürülə bilər. Cütlük 1.3340 dəstəyini qırmağa nail olarsa, 1.3190-60 və 1.30 fiquruna yol açılacaq.

TƏHLİL

Page 7: "InForex"#45: Gunesli pullar

TƏHLİL

Page 8: "InForex"#45: Gunesli pullar

1) Bu ay Avronun hər hansı bir istiqamətdə trend yaradacağını düşünürəm. Ola bilsin ki, keçən ayın maksimumunu qıraraq, 1.3870-1.3900 ətraflarında yenidən güclü satışlara məruz qalsın. Təbii ki, əgər o səviyyələrə qalxsa. Amma əgər bu, baş versə, satış əməliyyatı açmaq daha yaxşı olardı, çünki stress-testlərə qədərki qeyri-müəyyənlik bu ssenaridə “Genişlənən üçbucaq” yarada bilər.

2) Aud/usd 0.9300 ətraflarında ortamüddətli alışlarla qarşılaşa bilər.

Artıq 3-cü aydır ki, gbp/jpy 159-159.50 müqavimət baryerindən qayıdır, amma güclü enişlər nümayiş etdirə bilmir. Düşünürəm, bu səviyyənin kəsilməsi güclü alışlara gətirib çıxara bilər.

Eur/gbp 0.8550-0.8600 ətraflarına qədər qalxa bilər. Gbp/chf 1.45-1.4450 ətraflarına qədər enə bilər.

Mavlet Bağiyevekspert

1) Noyabrın əvvəlindən biz “ayı” bazarı müşahidə edirik. Hazırda cütlük bir qədər bərpa olunub. Bundan sonrakı enişi 1,3345 dəstəyi məhdudlaşdıra bilər.

Daha sonra 1,3283 və 1,3227-yə qədər qısa satışlar mümkündür. Əgər onlar da keçilərsə, bizi 1,3108 və 1,2878 dəstək səviyyələri gözləyir.

Artım cəhdləri 1,3581-1,3637 müqavimətilə üzləşəcək. Yalnız bu səviyyələrin yarılması və qiymətin onların üzərində möhkəmlənməsi artım trendinin bərpasından və 1.3923 zonasına istiqamətlənməsindən xəbər vercək.

1) Fərqli fikirlərə rəğmən, məncə, “buğa”ları dəfn etmək hələ tezdir. Həftəlik qrafik hələ də artım kanalındadır və özü də dəstək səviyyələrini tapıb. Gələn ayın ortalarına qədər qiymətin 1,38-ə qədər qalxması mümkündür. Amma bu ssenarinin reallaşması üçün qiymət əvvəlcə 1,35-in üzərində möhkəmlənməlidir.

2) Usd/jpy axır ki, üçbucağı yarıb və əgər keçdiyi səviyyənin üzərində möhkəmlənə bilərsə, 102,00-a qədər qalxacaq.

İlqar Vəliyevekspert

Fərid Hüseynovekspert

BİR CÜMLƏ İLƏ

Qafar İmanverdiyev:- Avro/dollar bir qədər qalxıb, yenə də enişə davam edəcək.

Səbinə Məmmədqızı:- Avro/dollar güclü dəstəklə rastlaşıb və yeni artım impulsu ala bilər.

Fərid Hüseynov: - Aud/usd-də güclü alışlar mümkündür

İlqar Vəliyev:- Məncə, “buğa”ları dəfn etmək hələ tezdir.

Mavlet Baqiyev:- Avro/dollar 1.3923-ə qədər qalxa bilər.

TƏHLİL08

Page 9: "InForex"#45: Gunesli pullar

UZAQ ŞƏRQ VALYUTALARI ÜÇÜN XASİYYƏTNAMƏ

Valyuta bazarı günəşi izləyir. Yaponiya qeyri-rəsmi olaraq 3 vacib sessi-yadan birincisinin mərkəzidir. Sakit Okean regionunda ticarət hələ Tokioda bazar açılanadək Vellinqtondan (Yeni Zenlandiya) və Sidneydən (Avstraliya) başlayır. Nyu-Yorkda treyderlər bazar günü nahar haqqında fikirləşəndə Asiyada artıq bazar ertəsi ticarətlərə start verilir. Valyutalar dilinq üçün bazar günü EST vaxtı ilə saat 17:00-dan açıqdır.

Amma bir halda ki, səhər ənənəvi olaraq insanların çoxu üçün rahatlıq və sakitçilik vaxtıdır, Asiya sessiyası adətən bazarda ən sakit və daha az vola-tildir. 3 iri valyuta ticarət mərkəzlərindən biri olan Tokio ticarətin həcmlərinə görə aşağı göstəriciyə malikdir. Foreksdə 3 trilyonluq dövriyyənin yalnız 15%-i Tokio sessiyasının payına düşür. Tez-tez Asiya sessiyasında eur/usd əsas valyuta cütlüyünün hərəkət diapazonu cəmi 20-30 punkt təşkil edir, bununla yanaşı, likvidliyin aşağı olması ilə əlaqədar bid və ask arasındakı spred artır. Məsələn, gbp/usd cütlüyü üçün spred Avropa və Amerika sessiyasında adətən 3 punkt olduğu halda, bu sessiyada 6 punkta qalxır.

Əksər hallarda Asiya sessiyasında ən nəzərə çarpan qiymət hərəkətləri Avstraliya və Yeni Zenlandiyanın “xammal” valyutaları qrafiklərində baş verir. Tez-tez 17 və 19:30 EST aralığında bu ölkələrdə iqtisadi xəbərlər dərc olunur. Yaponi-ya üzrə xəbərlər adətən 19:00 və 21:00 EST diapazonunda çıxırlar, amma iqtisadi xəbərlərin yapon yenasına təsiri analoji olaraq Avstraliya və Yeni Zenlandiyadakı xəbərlərin öz valyutalarına təsirilə müqayisədə çox azdır. Nəyə görə bu, belədir? Cavab faiz dərəcələri və kerri-treydədir.

Keçən əsrin 80-cı illərində Yaponiyada fond bazarı və daşınmaz əmlak bazarındakı köpüklər partladı. Nəticədə ölkə çoxillik deflyasiya dövrünə düşdü və Yaponiya Bankı ölkənin bank sistemində itkilərin fonunda tələbi stimullaşdırmaq məqsədilə faiz dərəcələrinin 0%-ə endirmək qərarı verdi. Bu siyasət “0 faiz dərəcəsi siyasəti” kimi məşhurdur – ZIRP. İxracın artımı ilə əlaqədar iqtisadiyy-at get-gedə canlanırdı, amma faiz dərəcələrini yalnız 0.5%-ə qədər və 50 bazis punktu qaldıra bildilər, yalnız bundan sonra Yaponiya Bankı “0 faiz dərəcələri siyasətindən” imtina etdi.

Yaponiyada səbatsız istehlakçı tələbləri nəzərə alınmaqla bazar iştirakçılarının çoxu güman edir ki, Yaponiyada faiz dərəcələrinin artırılması çox ləng olacaq. Belə ki, Yapon rəsmiləri zəif iqtisadi dirçəlişi sarsıtmaqdan qorxurlar. Bu minvalla yena dünyada digərlərilə müqayisədə daha aşağı gəlirli əsas valyuta hesab olunur.

Valyutalara çox qısamüddətli obliqasiyalar kimi baxmaq olar. Hər valyutanın onun ölkəsindəki mərkəzi bankın müəyyənləşdirdiyi faiz dərəcələri var. Əgər iqtisadi aktivlik artırsa, Mərkəzi Banklar investorlar və spekulyantlar üçün valyutanı daha da cəlbedici etmək məqsədilə faiz dərəcələrini qaldırırlar. Məhz buna görə foreks iştirakçıları belə diqqətlə makroiqtisadi xəbərləri izləyirlər: onlar pul siyasəti sferasında Mərkəzi Bankların gələcək addımlarını proqnozlaşdırmağa çalışırlar. Amma Yaponiyanın pul siyasətinin yaxın gələcəkdə dəyişəcəyi elə də inandırıcı deyil. Ona görə də, iqtisadi məlumatlar yenaya demək olar ki heç bir təsir göstərmirlər.

Öz növbəsində Yeni Zelandiya və Avstraliya iqtisadiyyatları Çinin böyük xammala olan tələbilə əlaqədar qızğın inkişaf edir. Avstraliya Çini sənaye metalları ilə təmin edir, Yeni Zelandiya isə ərzaq və digər xammaları ixrac edir. Bununla əlaqədar son illərdə Tasmaniya iqtisadiyyatının artımı heyrətləndirir. Təəccüblü deyil ki, əsas valyutalar arasında Avstraliya və Yeni Zenlandiya Dollarlarının faiz dərəcələri ən yüksəkdir: Avstraliyada 2.50% və Yeni Zenlandiya 2.50%.

Asiya-Sakit okean regionunda faiz dərəcələrinin müxtəlifliyi evlərə qoyduqları yatırımların cüzi qazancından narahat olan yapon investorlarının diqqətindən yayınmır. Bu minvalla Asiya sessiyası əməliyyatların böyük həcmi aud/jpy, nzd/jpy krossları üzrə kerri treyderlərin payına düşür. Bu zaman spekuly-antlar faiz dərəcələri arasında fərqdən gəlir götürmək üçün Avstraliya və Yeni Zelandiya Dollarına qarşı yenanı satırlar.

Kerri-treyd adətən riskə meylliyə çox həssasdır və çox vaxt fond bazarlarının hərəkətlərilə korrelyasiyaya girirlər. Əgər fond bazarları qalxırsa, onda riskə həssas investorlar aktiv şəkil kerri treyd ilə məşğul olurlar. Amma əgər bazarlarda riskə meyllik zəifləyirsə, onda yüksək gəlirli valyutalar yenaya qarşı düşür.

Bir halda ki, foreksdə ticarətlər demək olar ki sona çatmır, bu bazarda gap-lər az olur. Amma əgər cümə günü Nyu-Yorkda fond indeksləri azalma ilə bağlanıblarsa və riskə meylliyin azalması investorlara təzyiq göstərirsə, onda adətən yena yuxarıya geplə açılır. Bu, heç bir halda Yapon iqtisadiyyatının göstəriciləri ilə bağlı deyil, investorların yeni Zelandiya və Avstraliya dollarını satıb, yenanı almağa başlayanda faiz dərəcələrinin fərqi ilə əməliyyatların dönüşündən asılıdır. Riskə meylliyin artması və ya azalması Asiya sessiyasında valyuta məzənnələrini hərəkətə gətirən iki əsas faktordur.

GÜNƏŞLI PULLAR

PULDARLIQ09

Page 10: "InForex"#45: Gunesli pullar

DALĞALARI tanımağın yolları

Dalğa analizi treyderlər arasında çox populyar olsa da, xeyli mübahisələrə də səbəb olur. Mübahisənin əsas səbəblərindən biri isə odur ki, çox vaxt treyderlər hazırda hansı dalğada olduqlarını bilmədikləri üçün analiz və proqnozları səhv çıxır. Əgər analitik-treyder emosional vəziyəttdə, bazardakı proseslərin təsirinə düşərək reallıqda olanı yox, görmək istədiyi dalğaları görürsə, bu, son dərəcə təhlükəlidir. Xüsusilə də, əgər dalğa xəritəsini iki və ya daha artıq şəkildə yozmaq mümkündürsə, bu səhv tez-tez buraxılır. Elliot tsiklində hər bir dalğa individualdır. Bu, onun əks etdirdiyi kütlə şüurundən irəli gəlir. Kütlənin emosiyaları hər dəfə optimizmdən pessimizmə və əks istiqamətdə oxşar trayektoriya ilə hərəkət etmək xüsusiyyətinə malikdir. Və bu zaman dalğa strukturunda oxşar detallar formalaşdırır. Dalğalar inkişaf edərkən elə məqamlar yaranır ki, Elliotun qaydalarını pozmadan bir neçə dağla işarələnməsi aparmaq mümkün olur. Bəs onlardan hansını seçməli?

Məhz belə vəziyyətlərdə dalğaların özəlliklərini bilmək son dərəcə qiymətli olur. Əgər analitik bir dalğanın özəlliyini doğru müəyyən edə bilsə, digər dalğaları və yuxarı səviyyəli dalğanı da düzgün müəyyənləşdirə biləcək.

1) Birinci dalğalar – Bu dalğalar adətən `dib`də baş verən proseslərdən doğduqlarından, ikinci dalğa ilə ciddi şəkildə korreksiya olunurlar. Bu zaman onun hərəkəti ciddi həcmlə müşayiət olunmur, çünki kütlənin böyük hissəsi hələ tərəddüd içindədir. Bazar işitirkçılarının çoxu hələ ki əvvəlki trendin dəyişdiyinə inanmırlar. Hesab edirlər ki, bu artım (söhbət `ayı` bazarından gedirsə) yeni trendin başlanğıcı yox, əvvəlki trenddə satmaq üçün daha bir imkandır. Belə düşünən investorlar bu dalğadan maksimum xeyir götürməyə çalışır. Yəni imkan düşən kimi satırlar.

2) İkinci dalğalar – İkinci dalğalar çox vaxt o qədər geriləyir ki, Birinci dalğanın bütün `nailiyyətini` əlindən alır. O, öz sonuna yaxınlaşanda inves-torlar əmin olurlar ki, vəssalam, əvəlki trend bərpa olunub, `ayı`lar təzədən bazara qayıdıblar. Və aldanırlar. İkinci dalğaların hərəkəti çox vaxt həcmlə dəstəklənmir. Bu amili mütləq nəzərə almaq lazımdır.

3) Üçüncü dalğalar – Onlar rahat başa düşülür və uzun çəkirlər, hərəkətləri davamlı olur. İqtisadi göstəricilər müsbət çıxır, gəlirlər artır, trend davam edir. Üçüncü dalğalar adətən böyük həcmlə və dalğa uzanmaları ilə müşayiət olu-nurlar. Üçüncü dalğaların da daxili üçüncü dalğası daha dinamik və güclü olur. Həmin zonalarda qiymət kəskin slıçrayışlarla artır, həcm böyüyür, bəzən `gap`-lar əmələ gəlir. Məhz üçüncü dalğaların asanlıqla tanınması dalğa xəritəsinə aydınlıq gətirməkdə treyderə kömək edir.

4) Dördüncü dalğalar – həm formasına, həm də dərinliyinə görə asan proqnozlaşdırılan olurlar. Belə ki, növbələşmə prinsipinə əsasən, ikinci dalğadan fərqləməli və onun əksi olmalıdırlar. Adətən üfiqi hərəkət edərək fi-nal sıçrayış– beşinci dalğa üçün zəmin yaradırlar.

5) Beşinci dalğa – Adətən üçüncü dalğa ilə müqayisədə az enerjili olurlar. Qiymətin hərəkət sürəti nisbətən zəif olur. Amma bir istisna var: əgər beşinci dalğa uzanarsa, onun hərəkət sürəti üçüncü dalğadakından çox ola bilər. Hərçənd, bu halda da beşinci dalğanın beşinci dalğasının dinamizmi zəif ola-caq. Beşinci dalğa zamanı bazarda optimizim xüsusilə yüksək olur.

6) «A» dalğası – «А» dalğası formalaşarkən investorlar düşünürlər ki, bu, hərəkətdə yaranan kiçik fasilədir. Amma gerçəkdə bu, korreksiyanın sadəcə başlanğıcı olur. Əgər «А» dalğası 5 alt dalğadan ibarətdirsə, demək, bazarda ziqzaq, 3 alt dalğadan ibarətdirsə, `flet`, ya üçbucaq, ya da hansısa mürəkkəb üçlük yaranacaq.

7) «B» dalğası –«В» dalğaları aldadıcı olurlar. Onlar tələdirlər, özünə əmin treyderlərin pullarını əllərindən almaq üçün yalançı hərəkətdirlər. Əgər ana-litik bazara baxır və `nəsə düz getmir...` deyirsə, demək, böyük ehtimalla, `B` dalğasını görür. Eyni sözləri genişlənin üçbucaqların «D» və mürəkkəb korreksiyaların «Х» dalğası haqqında da deyə bilərik. Onlar da aldadıcı dalğalar və treyder üçün qurulumuş tələlərdirlər.

8) «C» dalğası – `Ayı` bazarında «С» dalğaları adətən dağıdıcı olurlar. Onlar üçüncü dalğaların bir çox xüsusiyyətlərinə malikdirlər. Belə dalğanın enişi zamanı sığınmağa yer olmur. `А` və `В` dalğaları zamanı kütlənin qiymətin qalxacağına olan ümidləri «С» dalğası zamanı yoxa çıxır və yerini qorxuya verir. `Buğa`lar şil-küt edilib bazardan çıxarılırlar.Artım korreksiyasının «С» dalğaları isə çox enerjili olur və adətən yanlış ola-raq yeni `buğa` trendinin bağlanğıcı təsiri bağışlayır. Çünki onlar beş dalğalı hərəkət əmələ gətirirlər.

9) «D» dalğası – Genişlənən üçbucaqları çıxmaqla, qalan hallarda bu dalğa həcmin artması ilə müşayiət olunur. Ona görə ki, bu dalğa haradasa 1-ci dalğanın xüsusiyyətlərinə malikdir, «С» dalğasının ardınca gəlir və özündən sonrakı dalğa ilə tam korreksiya olunmur. Yuxarı səviyyəli korreksiyanın daxilində irəliləmə hərəkəti göstərdiyindən, bu dalğa da «В» dalğası kimi aldadıcı olur.

10) «E» dalğası – Çoxlarına bazarda yeni hərəkətin başlanğıcı təsiri bağışlayır. Həmişə sıx iqtisadi xəbərlərlə müşayiət olunur. Bəzən üçbucağın sərhədini yalandan kəsdiyindən, bazar iştirakçılarında korreksiyanın qurtarması barədə yalançı inam və ümid formalaşdırır. Halbuki bundan sonra onların gözlədiyinə tamam əks hadisələr baş verir. Beləliklə də, hərəkətin sonu olduğundan, `E` dalğası zamanı bazar kütləsinin emosiyaları 5-ci dalğa zamanındakı kimi olur.

Praktikada tətbiqi

Unutmaq olmaz ki, burada yazılan fikirlər təlimat deyil, ümumi prinsiplərdir. Onları hərfi mənada tətbiq etmək olmaz. Buna baxmayaraq, xeyli fayda götürmək olar. Dalğa analizində həmişə istisnalar var və bundan qaçmaq mümkün deyil. Çünki istisnalar olmasa, bu, riyaziyyat kimi dəqiq bir elm olardı. Amma bütün istisnalarla yanaşı, düzgün çəkilmiş dalğa xəritəsi treyderə real qazanc imkanı yaradır. Dalğa analizi bazarın gələcək hərəkətilə bağlı variantları müqayisəli qiymətləndirməyə imkan verir. Adətən həmişə iki və daha artıq doğru variant olur. Analitik bu variantların arasında prinsiplərə və qaydalara daha çox uyğun gələnini seçməlidir. Onun işi bundan ibarətdir. Çox nadir hallarda analitik bazarın nə edəcəyini dəqiq bilə bilər. Bütün qalan hallarda ehtimallarla işləyir.

Amma Elliotun metodunun üstünlüyü ondadır ki, siz hətta səhv edəndə belə, qazana bilərsiniz. Məsələn, beş dalğalı hərəktin zirvəsini ̀ 1` kimi qeyd edə bilərsiniz, amma bu, əslində `A` olsa belə, siz itirməyəcəksiniz, çünki hər iki halda korreksiya gözləyəcəksiniz. Əgər bazar sizin modelin çərçivəsindən aşkar şəkildə kənara çıxırsa, mütləq bütün əməliyyatları bağlamaq və dalğa mənzərəsi aydınlaşana qədər gözləmək lazımdır. Dalğa analizi – qanun deyil, ehtimallarla işdir. Ona görə də, treyderin alternativ variantları olmalıdır ki, əgər hadisələr onun dalğa ssenarisinə uyğun getməsə, özünü itirməsin. Amma vəziyyəti düzgün təhlil edə bimirsinizsə, ən yaxşısı situasiyaya aydınlıq gələnə qədər gözləməkdir.

MASTER-KLASS010

Page 11: "InForex"#45: Gunesli pullar

FOREXDƏN ƏMTƏƏBAZARINA

Biz adətən Forex bazarından, bəzənsə fond bazarından danışırıq. Halbuki, əmtəə bazarları da treyderlər üçün yetərincə maraq doğurur və onları diqqətdən kənarda qoymaq düzgün olmazdı.

Bütün söz-söhbətlərə baxmayaraq, əmtəə bazarında ticarət heç də mütləq yüksək risk demək deyil (əlbəttə, əgər treyder nə etdiyini başa düşür və adekvat tədbirlər görürs’). Sadəcə, bu bazar sektoru bir qədər sirrli və dolaşıq görünür. Səbəbsə onunla bağlıdır ki, treyderlərin çoxu əmtəə bazarıyla kifayət qədər tanış deyillər. Hətta “əmtəə fyüçersi” və “opsion müqaviləsi” kimi terminlər onları asanlıqla çaşdıra bilir.

Əslində əmtəə bazarları heç də digər maliyyə bazarlarından mürəkkəb deyil. Son bir neçə ildə maliyyə dünyasında müşahidə olunan böyük dəyişikliklər bir çox treyderlərə və investorlara bu bazarın sirr pərdəsini endirmək üçün şərait yaradıb.Əmtəə fyüçerslərindən və opsionlarından qorxmayın – onlar digər ticarət alətlərindən çox cüzi şəkildə fərqlənirlər.

Əgər siz aksiyalar və aksiya opsionları ilə ticarət aparmağı bilirsinizsə, onda bunu da bilin ki, onlar ilə əmtəə fyuçersləri və opsionları arasında heç bir fərq yoxdur.Məsələn, əgər siz IBM aksiyasını və IBM aksiyasına opsionları alıb-sata bilirsinizsə, onda niyə də şəkər fyuçerslərini də alıb-satmayasınız?

Bunun heç bir fərqi yoxdur. Əgər sizdə bazarın (IBM aksiyalarının və ya şəkərin) hara gedə biləcəyi, onun arxasında duran fundamental faktorlarla bağlı təsəvvür varsa, onda narahat olmağa dəyməz.

Əsas problem treyderlərin çoxunun əmtəə bazarının fundamental faktorlarını kifayət qədər yaxşı başa düşə bilməmələrindən irəli gəlir. Yəni niyə soya, kakao, pambıq və digər əmtəələrin bazarları müəyyən bir tərzdə hərəkət edirlər? İnsanların çoxu aksiyaların və valyutaların özlərini necə apardığını bildiklərindən, rahat anladıqları dairələrdən kənara çıxmağa can atmırlar.

Əmtəə bazarında bütün əməliyyatlar çox yaxşı tənzimlənir. Ticarət kapitalının qorunmasına zəmanət yaradan kifayət qədər effektiv sərt qaydalar mövcuddur.Buna görə, əgər treyder və ya investor daha çox potensial gəlir əldə etmək üçün ticarət alətlərinin siyahısını genişləndirməyi düşünürsə, onda əmtəə bazarlarına nəzər salmaq pis olmaz.

Əmtəə bazarlarında həm yuxarıya, həm də aşağıya doğru hərəkət dövri şəkildə müşahidə olunur. Bu da bizə həm artım, həm də eniş zamanı gəlir götürmək imkanı verir. Bu baxımdan əmtəə bazarları fond bazarlardında fərqlənir. Belə ki, fond bazarında hərəkətlərin çoxu artıma doğru istiqamətlənib.

Əgər siz əmtəə bazarlarında gəlir əldə etmək istəyirsinizsə, sadəcə, bilməyiniz kifayətdir ki, əmtəələrlə ticarət də aksiyalarla və ya valyutalarla ticarətə bənzəyir. Ona görə də, siz adi ticarət hesabında əmtəə fyüçerslərini də alıb-sata bilərsiniz. Əgər “sirrli” əmtəə ticarəti dünyasına diqqətlə baxsanız, o, sizə elə də qorxulu görünməyəcək.

TƏKÇƏ VALYUTA TICARƏTI ILƏ KIFAYƏTLƏNMƏYIN

ALTERNATİV011

Page 12: "InForex"#45: Gunesli pullar

NƏZƏRƏ AL

Zəhlətökən treyderin səhvləriСo Ross

...Günlərin birində deytreydinqlə məşğul olan bir treyder nəticələrdən şikayətlənmək üçün bizə müraciət etmişdi. O, bilmək istəyirdi ki, biz ona treydinqlə bağlı yaxşı bir kitab məsləhət görə bilərikmi? Biz ona öz nəşrlərimizdən bir neçəsini təklif etdik və o da birini seçdi. Bir müddət sonra o, yenə zəng vurdu. Bu dəfə kompüterindən gileyləndi. Soruşdu ki, ona yaxşı bir kompüter məsləhət görə bilərikmi? `Əgər yaxşı kompüterim olsa idi, itkilərim gəlirlə bağlanardı` – təxminən bu cür mülahizə edirdi.Növbəti ay zəng vurub dedi ki, kitab xoşuna gəlib, amma hələ də uduzur. Biz ona bir neçə ticarət metodu məsləhət görə bilərikmi? O, əmin idi ki, əgər texnikasını dəyişsə, uğur qazanacaq. Biz onun istəyini yerinə yetirərək, yoxlamağı üçün bir neçə ipucu verdik. Müəyyən müddət sonra ondan yenə xəbər gəldi. İndi isə o gileylənirdi ki, evdə həddindən artıq çox şey onu narahat edir. Dedi ki, ofis axtarır və onun yaxınlığında qalan elə bir tələbə varmı ki, bir yerdə ofis icarəyə götürsün?

Növbəti dəfə zəng vuranda əməliyyatla bağlı kömək istədi. Ona dey-ildi ki, kitabımızla bağlı sualları cavablandırmağa etiraz etmirik. Bundan əlavə brokerlər, təchizatlar, proqramlar, məlumatlar və s. bağlı sualları da cavablandıra bilərik. Amma bilavasitə əməliyyatla, ticarət strategiyası ilə və ya hesabın idarə olunması ilə bağlı məsələlərə dair ödəniş etmək lazımdır. O, buna da razılaşdı.Bir ay sonra biz yenə ondan xəbər tutduq. Bu dəfə faksla. O, nəzərdən keçirdi-yi əməliyyatın göstərildiyi qrafiki bizə göndərmişdi. İstəyirdi ki, faksla cavabını göndərək. Faksla ona göndərdiyimiz yeganə cavab o idi ki, əgər pozisiyasını analiz edib, cavab yazsaq, ondan pul tutulacaq. O, bizə zəng vurub dedi ki, qrafiki faksla göndərməklə elə bilirdi ki, bu, havayı olacaq. Dedi ki, suala cavab verməməyimiz onun əməliyyatının ziyanla bağlanmasına səbəb oldu. Əslində onun faksı gələndə biz heç ofisdə deyildik. Hətta əgər cavab vermək istəsəydik belə, bu, onun uduzmağından bir neçə saat sonra olacaqdı.Faksla göndərdiyi qrafikinə baxanda gördük ki, satış verməli olduğu yerdə alış verib. Faksla göndərdiyi qrafik şəkil 1-də göstərilib. Diqqətlə onu nəzərdən keçirin. Bəzən siz nə vaxt ticarət aparmalı olduğunuzu bilməlisiniz. Bu vəziyyətdə siz nə edərdiniz?

Əsəbi treyder oxla göstərilmiş yerdə - alışların kulminasiyasında alıb. Bəs o, nəyi bilməli idi? Qrafikdə kulminasiyanın meydana gəlməsinin güclü əlamətləri olan xeyli sayda vizual əlamətlər var. Gəlin, indi onları nəzərdən keçirək!

Birincisi, Şəkil 1-də göstərilən qrafikdəki belə həcmdə “gep”lər adətən alışların kulminasiyasından xəbər verir. Qiymətlər çox tez və çox uzağa gedib! Uzun illər biz treyderləri öyrədirik ki, onlar “gep”lər barədə hər şeyi bilməlidirlər. Onlar tez-tez istənilən yuxarı və ya aşağı hərəkətin qaçılmaz sonundan xəbər verirlər.

İkincisi, ayrı-ayrılıqda qiymət barlarının genişlənmiş qiymət diapazonunu xəbərlər və ya fundamental informasiyalar yaradır (şəkil 2). Bu misalda şayiələr işə düşüb. Onlar öz təsdiqini tapmayanda sıçrayış qaçılmaz idi. Ayrıca barlarda genişləndirilmiş qiymət diapazonunda biz oxlarla işarələnmiş bu barların

şəkil1

hündürlüyünə diqqət yetiririk. Bu barların hündürlüyü volatilliyi ölçür. Əgər siz geplərin həcminə qiymət barlarının hündürlüyünü də əlavə etsəniz, onda görərsiniz ki, o günlərdən azı iki gün dəyişkənlik son dərəcə böyük idi

Üçüncüsü, kəskin sürətlənən trend və ya sıçrayış amilini diqqətdən qaçırmaq olmaz. Faktik olaraq, qiymət qrafikində gördüyümüz belə kəskin sürətlənmə qiymətin sıçrayışını və volatilliyi əks elətdirir. Vizual nöqteyi-nəzərdən biz bazarın necə “belini əydiyini” görürik. Psixoloji nöqteyi-nəzərdən burada kütlə instinkti işləyir.

“Buğa” bazarı son fazasında olanda artan qiymətlər treyderlərdə daha çox maraq oyadır. Onlar yaxşı imkanı əldən buraxacaqlarından qorxurlar. Həmçinin vaxtından əvvəl satış əməliyyatını bağlayan treyderləri də cəlb edir. Nəticədə hansısa xəbər və ya şayiə emosional partlayış yaradır və təşvişli alışlar başlayır. Alıcıların son dərəcə coşqun reaksiyası qiyməti kəskin şəkildə ifrat həddə çatdırır. Qiymətin ifrat həddə çatması öz növbəsində yaxşı məlumatlanmış peşəkarların satışa start verməsinə səbəb olur. Peşəkarlar artan tələbdə satmaqla qiymətin dönüşünə təkan verir. Maksimum artan qiymətlərdə belə satışlar bazarı heç kimin daha almaq istəmədiyi nöqtəyə aparır – qiymətlər sadəcə həddindən artıq yüksəkdir. Hərəkətin pik nöqtəsində həm alış və satış, həm də tələb və təklif özünün ən yüksək səviyyəsindədir. Hər iki mənbənin gücləndirilmiş ticarəti həcmin genişlənməsi kimi başqa bir kulminasyon hərəkətə gətirib çıxardır. Alış eyforiyası sona çatdıqdan və kütləvi satışlar qayıdandan sonra qiymətin istiqamətini dəyişdiyini görürük. Qrafikdə biz görürük ki, qiymət geplə açıldıqdan sonra maksimumuna qalxır, daha sonra satışlar alışları üstələdiyindən minimu-munda bağlanır. Kulminasiyadan sonra bir neçə gün və həftə ərzində nə baş ver-diyini görə bilərsiniz.

şəkil3

şəkil2

012

Page 13: "InForex"#45: Gunesli pullar

Üçüncüsü, kəskin sürətlənən trend və ya sıçrayış amilini diqqətdən qaçırmaq olmaz. Faktik olaraq, qiymət qrafikində gördüyümüz belə kəskin sürətlənmə qiymətin sıçrayışını və volatilliyi əks elətdirir. Vizual nöqteyi-nəzərdən biz bazarın necə “belini əydiyini” görürik. Psixoloji nöqteyi-nəzərdən burada kütlə instinkti işləyir.

“Buğa” bazarı son fazasında olanda artan qiymətlər treyderlərdə daha çox maraq oyadır. Onlar yaxşı imkanı əldən buraxacaqlarından qorxurlar. Həmçinin vaxtından əvvəl satış əməliyyatını bağlayan treyderləri də cəlb edir. Nəticədə hansısa xəbər və ya şayiə emosional partlayış yaradır və təşvişli alışlar başlayır. Alıcıların son dərəcə coşqun reaksiyası qiyməti kəskin şəkildə ifrat həddə çatdırır. Qiymətin ifrat həddə çatması öz növbəsində yaxşı məlumatlanmış peşəkarların

satışa start verməsinə səbəb olur. Peşəkarlar artan tələbdə satmaqla qiymətin dönüşünə təkan verir. Maksimum artan qiymətlərdə belə satışlar bazarı heç kimin daha almaq istəmədiyi nöqtəyə aparır – qiymətlər sadəcə həddindən artıq yüksəkdir. Hərəkətin pik nöqtəsində həm alış və satış, həm də tələb və təklif özünün ən yüksək səviyyəsindədir. Hər iki mənbənin gücləndirilmiş ticarəti həcmin genişlənməsi kimi başqa bir kulminasyon hərəkətə gətirib çıxardır. Alış eyforiyası sona çatdıqdan və kütləvi satışlar qayıdandan sonra qiymətin istiqamətini dəyişdiyini görürük. Qrafikdə biz görürük ki, qiymət geplə açıldıqdan sonra maksimumuna qalxır, daha sonra satışlar alışları üstələdiyindən minimu-munda bağlanır. Kulminasiyadan sonra bir neçə gün və həftə ərzində nə baş ver-diyini görə bilərsiniz.

NƏZƏRƏ AL013

Page 14: "InForex"#45: Gunesli pullar

NƏZƏRİYYƏ

Hər şeydən əvvəl bir anlıq belə bir sual haqqında düşünün: Texniki analizlə ticarət strategiyası arasında fərq nədir? Əfsuslar olsun ki, bir çox treyderlər bura-da fərq görmürlər. Bundan savayı, onlar var gücləri ilə ən yaxşı indikator və ya pattern axtarışlarına davam edirlər. Və özlərinə sual verirlər ki, niyə axı məşhur kitabarlar və kurslarda göstərilən indikatorlar qazanmaqda kömək etmirlər?

Onlar axtarışları dayandırmalıdırlar. Texniki analizin ayrıca götürülmüş heç bir hissəsi ticarətdə stabilliyə nail olmağa kifayət etməyəcək. Davamlı gəlir ticarət strategiyasının davamlı tətbiqilə meydana gəlir.

Gəlin, bunun fərqini araşdıraq...

Texniki Analiz (TA) nədir? TA – qiymətin gələcəkdə ehtimal olunan dinamikasını proqnozlaşdırmaq

üçün qiymət hərəkətinin tədqiqidir. TA-nın müəyyən aləti işə düşəndə bazarın müəyyən bir istiqamətdə gedəcəyinə böyük şans yaranır. Hamılıqla qəbul edilmiş qrafik patternlərə ikiqat təpə, ikiqat dib, üçbucaqlar (həm artan, azalan, həm də simmetrik), bayraqlar, kanallar və əlbəttə, baş və çiyinlər daxildir. İndikatorlar arasında ən məşhurları – MACD, Stoxastik, RSI, Volume, Dayaq Nöqtələri (Pivots), Fibonaççi və MA-lardır. Yaponlar bir sıra şam patternləri müəyyənləşdiriblər: çəkic, meteor, doji, asılmış və s.

Yuxarıda qeyd olunanların hamısı texniki analizin formalarıdır. Düzünü desək, bu adlar tamamilə əhəmiyyətsizdir. Texniki analizin standart formasını götürüb ona yeni ad verməklə müəlliflər asanlıqla çoxlu sayda yeni kitablarını satırlar. Bu patternlərin adlarını bilmək treyderlərə pul qazanmaqda kömək et-mir. Gəlirlilik və stabillik üçün bilikdən çox bacarıq və nizam-intizamla müşayiət olunan texniki aspektlərin dərk olunması lazımdır. Bunun köməyilə də sübuta yetirilmiş, keçmişin sınağından məharətlə çıxmış və yoxlanılmış ticarət sistemilə işləmək lazımdır.

TA-nın hər bir aləti özlüyündə sizin xeyrinizə şansları bir qədər artırır, amma bəzi TA alətləri bunları digərlərindən daha yaxşı edir. Burada bir problem var. Sizin TA-nın nə deməsindən asılı olmayaraq, yaddan çıxarmaq lazım deyil ki, pis giriş və ya kapitalın zəif idarə olunması sizin qazanc əldə etmək şansınızı məğlubiyyətə çevrilə bilər.

Treyderin əzablı yolu Bir çox yeni treyderlər xeyli sayda TA alətlərinin öyrənilməsi ilə başlayırlar.

Həyəcanlı treyder düşünür ki, “baş və çiyinlər” patternini öyrənib və bununla da milyonlara aparan yolun sirrini tapıb. O, patternlərlə ticarətə başlayır, amma görür ki, real zamanda onlar özünü çox çətin doğruldur. Bu patternlərdə işləyib uduzduqdan sonra o, MACD indikatoru ilə qazanan digər bir treyder haqqında eşidir. Yenidən böyük həvəslə MACD-ı öyrənir və ticarətə başlayır, amma yenə də uduzur. Məyusluq artır, əminlik isə sıfırdadır. Bu yaxınlarda tanış olduğu Məmməd adlı treyder ona qızılla ticarətdə qazanmasından danışır. İndi də o, qızılla ticarətə girişir və yenə uduzur.

Qarşılaşdığı bir xanım çox bahalı qrafik analizlər paketindən istifadə etdi-yini söyləyir. O, “sehrli” proqramları alır, amma davamlı olaraq ticarətində udu-zur. Axı nə düz olmaya bilər? Bəlkə period?... O, eşidir ki, qısamüddətli treyderlər uzunmüddətli treyderlərdən az qazanır, ona görə də, xırda qrafiklərdən böyük qrafiklərə keçir. İndi isə itkilər daha da artır və daha uzun müddəti əhatə etməyə başlayır. O, fikirləşir ki, texniki aspektləri başa düşür, sadəcə, onlar “işləmirlər”.

Bu – adi problemdir və bir çox treyderlər bunları yaşayıb. Cavab yalnız bu texniki aspektləri başa düşməkdə deyil, TA-nın dəqiq bir ticarət strategiyasında düzgün əks olunmasındadır.

Texniki analiz Ticarət strategiyasına qarşıTexniki analizi inqrediyentlər kimi başa düşün. Ticarət strategiyası – re-

septdir. Təsəvvür edək ki, siz mənim bişirdiyim kimi şokoladlı piroq bişirmək istəyirsiniz. Sizdə şəkər, un, şokolad, yağ və süd var, amma resept yoxdur. Nə etməli? Nədən başlamalı? İnqrediyentlər öz-özünə faydasızdırlar. Şokoladlı piroq üçün sizə Resept lazımdır.

Hər texniki alətdən müxtəlif formalarda istifadə etmək olar. Necə ki, bir stəkan unla müxtəlif yeməklər bişirmək mümkündür. Hər ikisi demək olar ki, ayrı-ayrılıqda faydasızdır. Bir çox treyderlər TA-nın hər alətindən ayrı-ayrılıqda istifadə etməklə hansının daha yaxşı işlədiyini tapmağa çalışırlar. Bu, bir stəkan şəkərlə piroqu bişirməyə başlayanda alınmırsa, bir stəkan unla buna yenidən çalışmağa bənzəyir. Eynilə aşbazın nəticə əldə etmək üçün reseptə ehtiyacı olduğu kimi, treyderin də ticarət strategiyasına ehtiyacı var. Treydinq – ehtimal oyunudur və ya ticarət strategiyası ehtimalı sizin xeyrinizə yönləndirir.

Gecikən və qabaqlayıcı indikatorlarBəzi texniki indikatorlar digərlərindən güclüdür. Məsələn, MACD-in və

ya MA-ların siqnalı ilə əməliyyat açmaq effektli deyil. Əfsuslar olsun ki, bunlar treyderlərin işlətdiyi ən geniş yayılmış giriş metodlarından ikisidir. Onların effek-tsiz olmalarının səbəblərindən biri gecikən indikatorlardan istifadə olunmasıdır – yəni onlar qiymətin artıq geridə qoyduğu ideal giriş nöqtələrini keçmişdə göstərirlər. Ona görə də, qabaqlayıcı indikatorlardan istifadə etmək vacibdir. Qabaqlayıcı indikator baş verməmişdən əvvəl göstərir ki, qiymətin müəyyən bir istiqamətdə getmə ehtimalı daha yüksəkdir. İki ən güclü qabaqlayıcı indikator kimi daya nöqtələri (pivots) və divergensiya treyderlərin ixtiyarındadır.

Yavaş-yavaş varlanınSiz heç vaxt əvvəlcədən hər hansı bir konkret əməliyyatın gəlirli və

ya itkili olacağını bilməyəcəksiniz. Çox güman, siz əməliyyatın gəlirli olmaq şansının yüksək olduğunu anlayacaqsınız və düzgün tətbiq etməklə yaxşı ticarət strategiyası uzunmüddətli planda sizi sevindirəcək. Yüksək ehtimallı giriş nöqtəsini tapmaq üçün qrafiklərdə saysız-hesabsız texniki kombinasiyalar imkanı var. Bu imkanların köməyilə özünüz yaxşı ticarət strategiyası yarada bilərsiniz. Bazarları, texniki aspektləri və mümkün istiqamətləri başa düşməyə çalışın. Yüzlərlə qrafik və patternlərinin adlarını yadda saxlamaq fikrindən çəkinin, bu, tamamilə lazım deyil. Maşın sürmək üçün kapotun altında nə olduğunu incəliklərinə qədər öyrənməyiniz şərtdirmi?

Daha yaxşı başa düşdüyünüz və bəyəndiyiniz texniki faktorları ta-pan kimi onların eyni vaxtda bir istiqaməti göstərəcək kombinasiyasını da müəyyənləşdirmək lazımdır. Yəni sizin qiymətin müəyyən bir istiqamətdə hərəkət edəcəyini güman etməyə səbəbləriniz çox olacaq. Bu, artıq ticarət strategiyasıdır, uğurlu ticarətə doğru vacib bir addımdır. Pul və risk-menecment istənilən ticarət planının həlledici komponentidir.

Bundan sonra siz treyder təfəkkürünü inkişaf etdirməlisiniz, vərdişlərə yiyələnməli və nizam-intizamlı olmalısınız. Bazarın sizi sınağa çəkəcəyi enişlərə, artımlara məhəl qoymadan strategiyanıza sadiq qalmalısınız. Heç kim demir ki, ticarət aparmaq asandır, amma böyük həvəsi və marağı olanlar üçün bu, müm-kündür. Uğurlu treydinq və treydinq psixologiyası üzrə mütəxəssis Stiv Vardın dediyi kimi, “Yavaş-yavaş varlanın!”

TEXNİKİ ANALİZLƏSİSTEMİN FƏRQİ

Nik MakDonald

014

Page 15: "InForex"#45: Gunesli pullar

İdeal “stop” üçün 8 metodHamı treyderlərə bərk-bərk tapşırır ki, mütləq stop-orderlərdən istifadə etsinlər. Amma uzaq “stop”lar itkilərdən elə də qorumur, yaxın “stop”lar isə əsassız işə düşməklə ziyanı daha da artıra bilər. Bəs əslində “stop”ları harada və necə yerləşdirmək lazımdır?

Treyderlərin çoxunu tez-tez məyus edən hallardan biri budur ki, bazar onların proqnozlaşdırdığı istiqamətə getməmişdən əvvəl stop-orderləri işə düşür. İdeal vəziyyətdə siz əməliyyat açırsınız, mümkün qədər yaxın stop-order yerləşdirirsiniz və bazarın sizin istiqamətə getməsini gözləyirsiniz. Həqiqətən bazar əksər hallarda sizin gözlədiyiniz istiqamətdə gedir, amma müxtəlif istiqamətli titrəyişlərdən sonra. Belə titrəyişlər də yaxın stop-orderlərin işə düşməsi üçün kifayət edir. Bunu şəkil 1-dəki kimi göstərə bilərik. Göründüyü kimi, istiqamət düzgün seçilib, əməliyyat da düz açılıb. Amma

şəkil1

məhz “stop”un düzgün qoyulmaması düzgün əməliyyatı ziyanlı edir.

Titrəyişi nəzərə alın Aydındır ki, bazarın gələcəkdə hara yönələcəyini heç kim bilmir. Amma keçmiş hərəkətə nəzərən bəzi ehtimallar irəli sürmək mümkündür. Bunu tarixi dəyişkənlik və orta həqiqi diapazon kimi statistik əsaslandırılmış metodların köməyi ilə ölçmək olar. Eyni zamanda, qiymət qrafikini sadə vizual qiymətləndirmə də işə yarayır.

Orta həqiqi diapazonAdına müvafiq olaraq, Orta Həqiqi Diapazon (Average True Range - ATR) bazar alətinin hərəkət diapazonunu ölçür (“gap”lər də nəzərə alınmaqla).

Tarixi dəyişkənlikTarixi dəyişkənlik (Historical Volatility) – faizlərlə ifadə olunan gündəlik qiymət hərəkətinin standart sapmasıdır. Bu, o deməkdir ki, tarixi dəyişkənlik müəyyən vaxt ərzində qiymətin nə qədər qalxıb-enəcəyini hesablayır. Tutaq ki, bazar aktivi 100$ səviyyəsindədir, onun tarixi dəyişkənliyi isə 10% - dir.

İlin sonunda bazar çox güman ki, 90$ (100$-10$) və 110$ (100$+10$) arasında ticarət aparacaq – dəyişkənliyin daimi qalması və 66% statistik ehtimalın olması şərtilə. Əgər siz uzunmüddətli tarixi dəyişkənliyi götürsəniz və nəzərinizdə tutduğunuz əməliyyatın açıq saxlanma müddətinə qədər azaltsanız, onda bu, sizə bazar alətinin ticarət üçün hansı potensiala malik olduğunu proqnozlaşdırmağa imkan verəcək.

Vizual qiymətləndirmə Texniki analizlərin çoxu qrafikin sadə vizual qiymətləndirilməsi yolu ilə aparılır. Sadəcə, gün ərzində 40-50 səviyyələri arasında dalğalanan, növbəti gün 39-a düşüb, 50-yə qalxan bazar alətinə baxsaq, həmin alətin dəyişkənliyi barədə nəticə çıxarmaq olar. Ona görə də, istənilən zəif informasiyalı treyder belə bir alətdə ticarət apararkən 1-2 punktluq yaxın stop-orderdən istifadə etməməlidir.

Azda-çox, çoxda-azDaha dəyişkən bazar alətləri ilə ticarət apararkən siz, təbii ki, bu və ya digər yol-la riskinizi kompensasiya etmədən stop-orderlərinizin məsafəsini böyüdə bilm-irsiniz. Siz ümumi riskinizi izləməli və müvafiq olaraq əməliyyatlarınızın həcmini tənzimləməlisiniz. Riskin daha effektiv idarə olunması üçün bir əməliyyata kapitalın 1-2%-dən çoxunu sərf etməməyi qarşınıza məqsəd qoyun. Ona görə də, ümumilikdə siz daha az dəyişkən bazar alətlərində daha böyük lotla, daha çox dəyişkən bazar alətlərində daha az lotla ticarət aparmalısınız.

“Qarışqa yuvası”na yox!Yadda saxlayın ki, riskin idarə olunması ümumi kapitalın idarə olunmasının tərkib hissəsidir. Kapitalın ümumi idarəçiliyi olmasa, stop-orderlərin daha geniş diapazo-nundan istifadə özlüyündə heç bir məna kəsb etməyəcək. Siz əmin olmalısınız ki, açılan əməliyyatlardan orta hesabla itirə biləcəyinizdən çox gəlir əldə edirsiniz. Məsələn, orta hesabla 1-2 punk gəlir əldə etmək üçün hər əməliyyatda 5 punkt risk etmək olmaz. Mark Buşer belə strategiyaları “qarışqa yuvaları” adlandırırdı. Qarışqalar xırda-xırda hissələrdən hündür bir yuva qura bilərlər, amma bircə ayaqqabının zərbəsi onun dağılması üçün kifayətdir. Ona görə də, stop-orderi uzağa çəkməzdən əvvəl potensial gəlirinizin həcminə də diqqət yetirin.

Texniki model Bura qədər biz yaxın stop-orderlərin təhlükəsindən danışdıq. Amma onların lazımlı və hətta vacib olduqları məqamlar da var. Bu, texniki modellərdən asılıdır. Bir çox hallarda bazar aləti texniki modelə zidd getməməlidir. Əgər zidd gedirsə, onda güman etmək olar ki model müvəffəqiyyətsizliyə uğrayıb. Ona görə də, belə hallarda stop-order modelin hüdudlarından kənarda yerləşdirilməlidir. Məsələn, şəkil 2-yə diqqət yetirin. Bazar aləti yuxarıya doğru güclü hərəkətdən sonra sıx konsolidasiyaya girir. Nəzəri cəhətdən o, bu konsolidasiyanın aşağı sərhədindən kənara çıxmamalıdır. Əgər çıxarsa, onda ehtimal etmək olar ki, bazar aləti zirvə formalaşdırıb. Ona görə də, konsolidasiyanın aşağı sərhədi stop-order yerləşdirmək üçün məntiqi səviyyədir.

Yadda saxlayın ki, ticarət zamanı heç də hər şey həmişə qaydalara uyğun ol-mur. Bəzər bazarlar uzunmüddətli trendi bərpa etməzdən əvvəl konsolidasi-yadan aşağıya saxta hərəkətlər edəcəklər. Amma siz stop-orderinizə sadiq qalmalısınız. Axı belə bir hadisə baş verəndə siz əvvəlcədən bilmirsiniz ki, bu, saxta hərəkətdir (a), yoxsa gerçək (b). Bu, artıq bizim indi toxunacağımız digər məqama – bazara yenidən daxi olmağa aid məsələdir.

Təkrar girişƏgər siz əməliyyatlarınızı çox ehtiyatla idarə etmək istəyirsinizsə və onların stop-orderlə bağlanmasından sonra yenidən bazara daxil olacaq qədər intizamlısınızsa, onda hətta dəyişkən bazar alətərində belə, yaxın “stop”lardan istifadə oluna bilər. Bu, xüsusən zəif dəyişkənliyin olduğu qısamüddətli vəziyyətlərdə özünü doğruldur. Hərçənd, ümumilikdə onu da nəzərə alın ki, xırda-xırda itkilər bəzən bir böyük itkidən daha iri məbləğ tuta bilər. Həmçinin yadda saxlayın ki, bazara yenidən daxil olmaq strategiyası xırda itkilərə öyrəşmiş və gün daxilində ticarət aparmaq təcrübəsi olan şəxslər üçün əlverişlidir. Əgər sizin qrafiki davamlı izləməyə imkanınız yoxdursa və ya təzəcə stop-orderlə bağlanmış bazar aləti ilə yenidən işləməyə psixoloji cəhətdən hazır deyilsinizsə, onda siz daha geniş stop-order diapazonundan istifadə etməlisiniz.

NəticəStop-order nə qədər yaxın qoyulursa, əməliyyatınızın onunla bağlanması ehtimalı da bir o qədər artır. Siz statistik göstəricilərə əsasən bazarın titrəyişlərindən aralıda stop-order yerləşdirsəniz, o, daha təhlükəsiz olar. Bu reallıq sizin ticarət planınızda nəzərə alınmalıdır. Bu məqalədə biz yalnız dəyişkənlik, kapitalın idarə olunması və texniki model mövzularına qısaca toxunduq. Əgər siz bir treyder olaraq daha çox uğur qazanmaq istəyirsinizsə, onda bu mövzuları daha dərindən araşdırmalısınız.

şəkil2

MONEY MANAGEMENT 015

Page 16: "InForex"#45: Gunesli pullar

Sənin məqsədin nədir?

Treyder öz əməliyyatlarına biznes kimi yanaşmalıdır. Biznes üçün isə hesabatın aparılması vacib məsələdir.

Hesabatın tətbiq olunmasına bir mərasim kimi baxın. Bu adət fikrinizi cəmləməyə və diqqətinizdən yayınan məsələləri nəzarətə götürməyə kömək olacaq. Bu, həmçinin icraata nəzarət üçün tətbiq olunan əsas alətdir. Hər birinci dərəcəli atlet fiziki vəziyyəti və inkişafı barədə ətraflı hesabat aparır. Treyderin ticarəti barədə hərtərəfli hesabat hazırlamaması üçün heç bir səbəb yoxdur.

Hesabatın hazırlanması məqsədinizə çatmaq üçün inkişafınızı izləməyə imkan verir. Əgər sizin məqsədləriniz yazılmayıbsa, onda onlar dəyərsizdir. Nəyi isə yazmaq məsuliyyətə doğru ilk addımdır. Məqsədlərin yazılması onları möhkəm şəkildə şüura həkk edir. Siz bu il üçün olan məqsədlərinizi yazmısınızmı?

Uğurlu insanlar çox vaxt gün ərzində görəcəkləri bütün işləri yazırlar. Predmet qeyd olunan kimi nizamınızın bir hissəsinə çevrilir və tez bir zamanda adətlərlə inteqrasiya olunur.

Əgər siz nəyisə qeyd etmirsinizsə, özünüzü bundan imtina etməyə və ya təxirə salmağa asanlıqla razı sala biləcəksiniz.

Məsələn, idman vaxtı siz müəyyən bir əzələyə fikrini-zi cəmləyirsinizsə, bu, onun daha tez inkişafına kömək edir. Müəyyən məsələ üzərində fikrinizi cəmləşdirməyi öyrənin. Təcrübə artdıqca yayındırıcı fikirləri aradan qaldırmaq daha asan olur.

Özünüzü yaxşı hiss etmək üçün məşq ən asan yol-lardan biridir. Bununla siz daha təcrübəli olur, güc və əminlik qazanırsınız. Hər şey burdan başlayır. Siz daha sağlam qida ilə bəslənəcəksiniz, bədəniniz özünü yaxşı hiss edəcək. Vitaminlər günlük mərasiminizin bir hissəsi olacaq. Gecələr yaxşı yuxu üçün daha çox vaxt sərf edəcəksiniz.

Bu analogiya ticarət biznesinə də tətbiq oluna bilər. Günün axırında lazımi “ev tapşırığı” və hazırlıq görülübsə, növbəti ticarət günü başlayanda biz daha güclü mövqedə oluruq. İlk bir neçə uğurlu əməliyyat yaxşı düşünülmüş proqramın idarə olunmasından doğan məmnunluq hissi yaşadacaq. Düzgün məşq proqramında iştirak edən insan özü üçün daha yüksək fiziki məqsədlər qoyduğu kimi, müntəzəm ticarət proqramına riayət etməyə başlayan insan da bir gün kapitalın uğurla idarə edilməsi və ya hesabında dalbadal yeni zirvələrin fəthi kimi daha yüksək məqsədlər təyin edəcək.

PSİXOLOGİYA016

Page 17: "InForex"#45: Gunesli pullar

Forexin Qərb ritmləri

Treyderlər foreks bazarına gələndə onlara həmişə deyirlər ki, bu, düny-ada 24 saat, həftənin 5 günü işləyən yeganə maliyyə bazarıdır. Amma prakti-kada foreksdə ticarət bir-birlərindən fərqlənən 3 sessiyadan ibarətdir. Valyuta bazarının əsasən əks hərəkətlərində qazanmağa çalışan hər treyder üçün hər sessiyanın təbiətini və xüsusiyyətlərini bilmək son dərəcə vacibdir. Qısaca: əgər siz deytreydinqlə məşğul olmaq istəyirsinizsə, onda sizə foreksin sirrli ritmlərini bilmək lazımdır. Baxmayaraq ki, valyuta bazarının rəsmi mərkəzi yoxdur, London dünyada istənilən azad konvertasiya oluna bilən valyutanın “iqlimini” dəyişməyə qadirdir. London foreksin ürəyi və ruhudur.

Asiya və Şimali Amerika arasında yerləşən London nəhəng maliyyə vasitəçisidir. Ticarətlərin ümumi həcminin 35%-i London sessiyasının payına düşür. Avropa sessiyası 2:00 EST başlayır və qeyri-səlis hərəkətləri ilə məşhurdur. Bir halda ki Londonda order yerləşdirən xeyli sayda diller işləyir, Avropa sessiyasının gedişində ilk hərəkət adətən aldadıcı olur.

Ona görə ki, onlar “stop”ların yığıldığı yerləri, dəstək və müqavimət səviyyələrini müəyyənləşdirməyə çalışırlar. Bu dinamika “London başaldatması” kimi məhşurdur. Dilerlər və spekulyantlar qiymətin nə qədər uzağa gedə biləcəyini, bazarın potensialını yoxlayırlar. Əlbəttə, bəzən London sessiyasında ilk hərəkət düz olur, belə ki, hamı o hərəkətə qoşulur və adətən Amerika sessiyasının əvvəlinə kimi davam edən trend yaranır.

4 və 5 EST arasında Avropa məlumatlarının çoxu dərc olunur. Britaniya iqtisadiyyatı üzrə gözlənilməz xəbərlər gbp/usd qrafikində güclü hərəkətə səbəb ola bilər. Xəbərlərin yaratdığı sürprizlər nəticəsində bu cütlük yuxarı və ya aşağı 40 punkt və daha çox hərəkət edə bilər. Əgər xəbər çox gözlənilməzdirsə, hərəkət 100 punkt da ola bilər. Yuxarıda söylənənlərdən öyrənəcəyimiz ən müh-üm dərs: texniki və ya fundamental analizə köklənməyinizdən asılı olmayaraq siz iqtisadi təqvimi və potensial riskləri analiz etməlisiniz. Mən saysız-hesabsız texniki treyderlər görmüşəm ki, xəbərlərin vacib olmadığını iddia edirdilər. Belə treyderlər xəbərlərdə pozisiya verirlər, onların pozisiyaları da tez-tez xəbərlərə qədərki hərəkətdə stopla bağlanırdı.

Daha sonra təəccüblü şəkildə qiymətin necə onların pozisiyasının istiqamətində hərəkət etdiyinə baxırlar. Ən yaxşısı odur ki, xəbərlərdən əvvəl pozisiya verməyəsən və onlar elan olunandan sonra ticarət aparasan. Hərçənd, əgər siz risk etməyə hazırsınızsa və sizdə iqtisadi proqnozlara yaxşı instinkt var, xəbərlərin sayəsində qısamüddətli hərəkətlərdə yaxşı qazana bilərsiniz.

7:00 EST-də Amerika sessiyası işinə başlayanda əksər hallarda qiymət hərəkətinin istiqaməti dəyişir. Bu dəyişiklik bazarın fokusunun Avropa xəbərlərindən Amerika xəbərlərinə dəyişməsi ilə bağlıdır. Bu yarışmada demək olar ki həmişə ABŞ xəbərləri qalib gəlir, belə ki, məhz dollar hələ də dünya üzrə rezerv valyuta olaraq qalır. Tez-tez eur/usd cütlüyü Avrozonanın yaxşı xəbərləri fonunda ABŞ-dakı ticarətlərə qədər artır. Amma ABŞ-da xəbərləri yaxşı çıxandan sonra əks istiqamətə yan alır. Bu `karusel` əksər hallarda texniki treyderlər üçün anlaşılmaz olaraq qalır, amma siz çox yaxşı bilməlisiniz ki, spekulyant axını

bazara təsirsiz keçinmir. Spekulyantlar valyuta bazarında çox vacib bir rol oynayır, xüsusən də Amerika sessiyasında. Baxmayaraq foreks bazarı şirkətlərin valyuta risklərini hecləmələri üçün yaranıb, analitiklərin hesablamalarına görə, foreksdə əməliyyatların 95%-i hazırda təbiətcə spekulyativdir. Gündəlik dövrüyyənin 25%-i Amerikanın payına düşür, bununla belə, 10%-i təkcə bir balaca şəhərciyin – Kon-nektikut ştatındakı Qrinviçin üzərinə düşür. Burada hedc-fondlarının çoxunun mənzil-qərargahları yerləşir.

Beləliklə, kapitalın spekulyativ axını valyuta bazarlarında əməliyyatlara nəhəng təsirə malikdir. Nəticədə sekulyativ bankların, hedc fondların və ya dünyanın müxtəlif yerlərindən alqoritmik ticarət aparan minlərlə “qara qutuların” əməllərindən asılı olmayaraq, belə hərəkət məzənnənin qiymətini xeyli üstələyə bilər. Sessiyaların təbiətləri müxtəlifdir. Bəs onlar arasında trey-derin qısamüddətli strategiya yürütməsinə şərait yaradacaq, bütün zaman zonalarına hesablanmış ümumi bir cəhət varmı?

Ümumilikdə belə bir strategiyanı yaratmaq olmaz. Amma biz bəzi seta-plardan istifadə edə bilərik. Yuxarıda qeyd olunduğu kimi, Asiya sessiyası bütün sessiyalar içində ən sakitidir, bununla belə, eur/usd cütlüyünün hərəkəti bəzən hər tərəfə 30 punktluq diapazonla məhdudlaşır. Amma əgər Asiya sessiyasında eur/usd müəyyən bir istiqamətə yönəlirsə, onda böyük ehtimalla, qiymət ən azı Avropada, yaxud da Amerikada bu istiqamətdə hərəkət edəcək.

Şəkil 1-də eur/usd-nin qrafikinə baxın. Tokio sessiyası zamanı baş vermiş kəsilmədən sonra London və Nyu-Yorkdakı ticarətlərin gedişində qiymət hərəkəti bu istiqamətdə davam edib, çünki xəbər bütün dünyaya yaılıb. Ümumilikdə, əgər valyutalar Tokio sessiyasında güclü hərəkətlər nümayiş etdirirsə, bu, vacib amillərlə əsaslandırılıb, ona görə də, qərar verərkən mütləq bu hərəkətləri və onların prinsiplərini nəzərə almaq lazımdır. Valyuta bazarının sirrli ritmlərini dərk etmək treyderlərə üzdə görünməyən bu hərəkətlərdə qazanmağa kömək edir.

BİL, ET017

Page 19: "InForex"#45: Gunesli pullar

Üç EMA və bir Stoxastik “4-13-50” sistemi

Sizə 3 EMA (4+13+50) və bir Stochastics–dən ibarət ticarət sistem-ini təqdim edirik. Bu, sadə, amma çox effektiv sistemdir. Gbp/usd cütlüyündə H1 periodunda daha yaxşı nəticələr göstərir. Başqa zaman periodları üçün indikatorların periodlarını dəyişmək lazımdır.

Əvvəlcə qrafikə bu indikatorları əlavə edirik:

1) Eksponensial Dəyişən Orta Göstəricilər: EMA (4) – göy, EMA (13) – yaşıl, EMA (50) – narıncı.

2) Stochastic Oscillator (12,9,5), səviyyələr - 20, 40, 60, 80.

Əgər bu şərtlər ödənilirsə, növbəti şamda alırıq:

1) ЕМА (4) xətti ЕМА (50) xəttini aşağıdan yuxarıya doğru kəsir.2) Bundan sonra ЕМА (13) də ЕМА (50)-ni aşağıdan yuxarıya doğru kəsir.3) Stochastics indikatorunun punktir xətti 60 səviyyəsini yuxarıdan

aşağıya kəsəndə əməliyat bağlanır. 4) Stop-loss 50-70 punkt məsafədə, yaxud EMA (50)-nin altında qoyulur.

Bütün hallarda, qiymət EMA(50)-dən aşağıya düşürsə, bazardan çıxmaq lazımdır.

şəkil1

Əgər bu şərtlər ödənilirsə, növbəti şamda satırıq:

1) ЕМА (4) xətti ЕМА (50) xəttini yuxarıdan aşağıya doğru kəsir.2) Bundan sonra ЕМА (13) də ЕМА (50)-ni yuxarıdan aşağıya doğru kəsir.3) Stochastics indikatorunun punktir xətti 40 səviyyəsini aşağıdan yuxarıya doğru kəsəndə əməliyyat bağlanır. 4) Stop-loss 50-70 punkt məsafədə, yaxud EMA (50)-nin üstündə qoyulur. Bütün hallarda, qiymət EMA(50)-dən yuxarıya qalxarsa, bazardan çıxmaq lazımdır.

Testlər strategiyanın yaxşı nəticə verdiyini təsdiqləyir:

şəkil2

SISTEM019

Page 20: "InForex"#45: Gunesli pullar

“DƏQIQ SKALPINQ” “Dəqiq Skalpinq” bütün növ qrafiklərdə aşağı zaman periodlarında tətbiq edilə biləcək ticarət metodudur. Onu düzgün yerinə yetirmək üçün siz iki komponentdən istifadə etməlisiniz:

1) Divergensiya (qiymət və indiqatorlar arasında)2) Dayaq nöqtələri (pivots)

Şəkil 1-də gbp/jpy krossunun M15 qrafikini göstərir. Diqqət yetirin ki, qiymət pivota toxunur və onu kəsib, yeni maksimumlara doğru hərəkətə keçəndə MACD və RSI indikatorları bunu təkrarlaya bilmir. Nəticədə “ayı divergensiyası” yaranır.

Şəkil 1 – M15 qrafikində GBPJPY üzrə “Dəqiq Skalpinq” satış əməliyyatı

Burada satış əməliyyatı üçün kriteriyalar özünü doğruldub. Şəkil 1 və 2-də 4 zaman intervalına baxanda qiymətin düşəcəyini deməyə xeyli sayda səbəb var:

1) M15-də RSI-da ayı divergensiyası

2) M15-də MACD-də ayı divergensiyası

3) M15 qrafikində ayı şamlar patterni

4) Ayı divergensiyası H1 qrafikində hər iki indikatorda – MACD və RSI-da daha aydın görünür

5) Fibonaççi – Bütün bunlara əlavə olaraq Daily qrafikdə qiymətin Fibonaççi səviyyələrinə çatması daha bir bonusdur (Şəkil 2).

Bu – satış zonasıdır, qısa zaman intervalı sadəcə ideal girişi təyin etməyə şərait yaradır.

şəkil1

şəkil2

Şəkil 2 – H1 qrafikində GBPJPY (soldan) MACD və RSI-da mühüm divergensiya nümayiş etdirir. Daily qrafikdə (sağdan) qiymət Fibonaççi səviyyələrinə düşdü

Bu məqamda gbp/jpy-da yüksək ehtimallı gəlirli əməliyyat açmaq üçün xeyli sayda səbəb var. Çəkdiyimiz misalda ideal hədəf 204.40 dəstəyidir. Şəkil 3 gəlirli əməliyyatın hədəfə çatdığı qiyməti göstərir.

METOD020

Page 21: "InForex"#45: Gunesli pullar

Şəkil 3 – GBPJPY-də uğurlu “Dəqiq Skalpinq” əməliyyatında hədəfə çatıldı

“Dəqiq Skalpinq”i istənilən zaman intervalında icra etmək olar. Amma fyüçers indekslərində ən yaxşı skalpinq əməliyyatları M1 və M2 qrafiklərində alınır. Valyutalarda M15 və H1 qrafiklərindən istifadə məsləhətdir. Əlbəttə, təsdiq üçün nə qədər çox zaman intervalından istifadə edirsinizsə, bir o qədər yaxşıdır. Şəkil 4 real zamanda “Dəqiq Skalpinq” əməliyyatını göstərir.

Dəqiq Skalpinq üçün bizim iki əsas kriteriyamız yerinə yetirilib:1) Qiymət pivot nöqtəsinə toxunur.2) Buğa divergensiyası var.

Eyni vaxtda meydana gələn bu iki faktor “Dəqiq Skalpinq” strategiyasını formalaşdırır və əməliyyat açmaq üçün kifayət edir. Texniki aspektləri yaxşı başa düşənlər diqqət yetirə bilərlər ki, yuxarıda qeyd olunan iki faktordan savayı, bu

əməliyyatın gəlirli olacağına xeyli sayda başqa amillər də var:

1) Qiymət S2 Daily pivota toxunur.2) M1 RSI-da Buğa divergensiyası var3) M2 RSI-da Buğa divergensiyası var4) M2 MACD-də Buğa divergensiyası var5) İfrat satış səviyyərində tiklər (Şəkil 2, soldan orta)6) Əməliyyat M1-də dolmaq şansı yüksək olan boş gep istiqamətindədir.

şəkil3

şəkil4

Şəkil 4 – Daily pivota toxunan, həmçinin iki zaman intervalında (ortada M1, sağda M2) hər 3 indikatorda “buğa divergensiyası” da olmaqla real giriş qiyməti

Şəkil 5 hədəfə çatmış alış əməliyyatını göstərir

Şəkil 5 – Mini-Dow-da uğurlu “Dəqiq Skalpinq” əməliyyat

şəkil5

METOD021

Page 22: "InForex"#45: Gunesli pullar

Vüsal Məmmədovun təqdimatında

“Elliot Dalğaların Analizi”

> A - <<A>> dalğası hələ davam edir

....A - “A” dalğasının başlayacağı gözlənilir

Müqavimət səviyyəsi yarılsa, qiymət yuxarıya hərəkət ədəcək

Dəstək səviyyəsi yarılsa. qiymət aşağiya hərəkət edəcək

Conformative - Bu səviyyə keçiləndə ssenari təsdiqlənəcək

Critical - Bu səviyyə kəçiləndə ssenari qüvvədən düşəcək

EUR/USD WeeklyAvro/dollar cütlüyündə İntermediate dalğa səviyyəsində aşağıya doğru (Y) eniş dalğası inkişaf edir. Yəqin ki, o, 3-3-5 formulunu alacaq. Enişdə yuxarıya doğru müşahidə olunan korreksiya başa çatıb. Enişin C Minor dalğasl ilə dinamik şəkildə davam edəcəyini gözləyirik.

TƏHLİL022

Page 23: "InForex"#45: Gunesli pullar

EUR/USD DailyBizim əsas variantımızın ssenarisinə görə, B Minor korreksiyası artıq başa çatıb. Alt səviyyədə eniş trendi başlayır. Hazırda onun birinci dalğası inkişaf edir.

EUR/USD H4Aşağıya hərəkət artıq başlayıb. Birinci dalğa formalaşıb. Yuxarıya korreksiyadan sonra 3-cü dalğada daha güclü eniş gözləyirik.

TƏHLİL023

Page 24: "InForex"#45: Gunesli pullar

GBP/USD WeeklyBizim ssenariyə görə, (2) İntermediate dalğası başa çatıb. Qiymət kritik səviyyənin yaxınlığından dönüb. Aşağya eniş trendi gözləyirik.

GBP/USD Daily(2) İntermediate dalğası başa çatıb. Aşağıya hərəkətin ilk dalğaları başlayır. Detallar və mümkün hərəkət sxemi qrafikdə göstərilib.

TƏHLİL024

Page 25: "InForex"#45: Gunesli pullar

CHF/USD WeeklyDollar/frank mürəkkəb formalı korreksiya formalaşdırır: (W)-(X)-(Y). Hazırda əsas ssenariyə görə (X) dalğası başa çatıb. Ortamüddətli artımı gözləyirik.

CHF/USD DailyBu zaman periodunda Y Minor dalğası artıq yekunlaşıb. Qiymətin kanal daxilində Z Minor dalğası ilə artımını gözləyirik.

025TƏHLİL

Page 26: "InForex"#45: Gunesli pullar

USD/JPY WeeklyQrafikdə 5 dalğalı «wedge» (ilk üçbucaq) modelinin sonuncu dalğası hələ də inkişaf edir. 5-ci dalğa - [v] minute həddindən artıq uzanıb. Onun daxilindəki dördüncü dalğa (iv) of [v] üçbucaq şəklini alıb.

USD/JPY DailyBu qrafikdə yuxarı perioddakı ssenarinin detallarına baxırıq. Görürük ki, (iv) of [v] dalğası başa çatıb. Onun üçbucaqdan çıxandan

026TƏHLİL

Page 28: "InForex"#45: Gunesli pullar

Bağda yarpaqlar tökülür - bu mənzərənin

əsrlərlə yaşı var!

Matsuo Base

“İşimoku” Qrafik Sistemin əsasında təhlil

EUR/USD WeeklyBu qrafikdə yuxarı perioddakı ssenarinin detallarına baxırıq. Görürük ki, (iv) of [v] dalğası başa çatıb. Onun üçbucaqdan çıxandan sonrakı mümkün hərəkət sxemi qrafikdə göstərilib.

028TƏHLİL

Page 29: "InForex"#45: Gunesli pullar

EUR/USD DailyQiymət “ayı” trendindədir, “buluda” girib və ilk cəhddən onu yarıb çıxa bilməyib. Üstəlik, “bulud”un aşağı sərhədi üfiqi şəkildədir. Demək, “bulud”un daxilində konsolidasiya gözlənilə bilər. Digər tərəfdən, yuxarıda Tenkan-Sen qiymətin qarşısını kəsir. Taktika: 1,3360/80-ə yaxnlaşma zamanı alır və 1,3355-də qısa stop qoyuruq.

USD/JPY WeeklyAxır ki, qiymət reyncdən çıxmağın əlamətlərini göstərməyə başladı. Həftənin bu səviyyələrdə bağlanması ideal variant olardı. Bu halda 101.00-ı hədəf götürərək, almaq olardı. Stop - 98,50.

029TƏHLİL

Page 30: "InForex"#45: Gunesli pullar

USD/JPY DailyQiymət artım trendinin əlamətlərini göstərməyə cəhd edir. Bu səviyyələrdə almağı məsləhət görməzdim. Heç olmasa Tenkan-Senin vasitəsilə sığortalanmaq üçün qiymət 98,70/90-a düşəndə alırıq. Stop - 98,00, hədəf - 100.00.

USD/CHF WeeklyQiymət yuxarıya doğru korreksiya edir. Tenkan yarılıb, amma test olunmayıb. Ya Tenkan xəttinin aşağıya yarılması, ya da qiymətin Kijun xəttinə çatmasını gözləyirik (0,9350). Birinci halda stop-orderlər 0,9270-də, ikinci halda 0,9525-də qoyulur.

030TƏHLİL

Page 31: "InForex"#45: Gunesli pullar

USD/CHF DailyHəm “qızıl xaç” yaranıb, həm də qiymət yuxarı üfiqi hissədən “bulud”a girib. Bazardan kənarda qalırıq. Qiymət “bulud”dan çıxana qədər.

GBP/USD WeeklyFunt “bulud”a və yaxud Kijun-Sen xəttinə qədər düşməyə hazırdır. Satırıq. “Stop”ları 1,6130-dan yuxarıda qoyuruq. Profit - 1,5600.

031TƏHLİL

Page 32: "InForex"#45: Gunesli pullar

GBP/USD DailyQiymət “bulud”un daxilindədir. Bazardan kənarda qalırıq.

FACEBOOK SƏHİFƏMİZ

032TƏHLİL

Page 33: "InForex"#45: Gunesli pullar

EUR/USDKeçən ay yeni illik minimum təyin edən cütlük, çox güman, bu ay onu və ya 1.3600 ətrafını test etməyə çalışacaq. Qiymətin enişinə mane olan əsas dəstək baryeri 1.3300 ətrafından keçir. 1.33-1.31 ətraflarında qısamüddətli alışlar vermək olar. Amma bu baryer kəsilərsə, satış vermək daha əlverişli olar.

Fərid Hüseynov təqdim edir

“Kompleks Texanaliz”

033TƏHLİL

Page 34: "InForex"#45: Gunesli pullar

GBP/USDCütlük 1.5900 ətraflarında dəstək baryerini qıra bilsə, 1.5700-ə qədər düşməsü mümkündür. Əks halda yeni mak-simum təyin etməklə “genişlənən üçbucaq” fiquru yarada bilər. Ona görə də, keçən ayın minimumu ətraflarında almaq və maksimumu ətrafında satmaqla qısamüddətli pozisiyalardan gəlir əldə etmək mümkündür.

USD/CHFCütlük, görünür, yeni uzunmüddətli dəstək baryerinin üzərində möhkəmlənməyə çalışır. Çünki əgər Daily qrafikə baxsanız, iyundan bəri ilk olaraq Dəstək, daha sonra Müqavimət, indi isə yenidən Dəstək kimi test olunmağa hazırlaşan 0.9130-0.9170 baryeri mühüm əhəmiyyətə malikdir. Əgər bazar bu səviyyələrdən yenidən dəstək alsa, 0.9300 ətraflarına qədər arta bilər. Əks halda 0.9000 minimumu yenidən test oluna bilər.

034TƏHLİL

Page 35: "InForex"#45: Gunesli pullar

USD/JPYCütlük, görünür, yeni uzunmüddətli dəstək baryerinin üzərində möhkəmlənməyə çalışır. Çünki əgər Daily qrafikə baxsanız, iyundan bəri ilk olaraq Dəstək, daha sonra Müqavimət, indi isə yenidən Dəstək kimi test olunmağa hazırlaşan 0.9130-0.9170 baryeri mühüm əhəmiyyətə malikdir. Əgər bazar bu səviyyələrdən yenidən dəstək alsa, 0.9300 ətraflarına qədər arta bilər. Əks halda 0.9000 minimumu yenidən test oluna bilər.

USD/JPYCütlük, görünür, yeni uzunmüddətli dəstək baryerinin üzərində möhkəmlənməyə çalışır. Çünki əgər Daily qrafikə baxsanız, iyundan bəri ilk olaraq Dəstək, daha sonra Müqavimət, indi isə yenidən Dəstək kimi test olunmağa hazırlaşan 0.9130-0.9170 baryeri mühüm əhəmiyyətə malikdir. Əgər bazar bu səviyyələrdən yenidən dəstək alsa, 0.9300 ətraflarına qədər arta bilər. Əks halda 0.9000 minimumu yenidən test oluna bilər.

035TƏHLİL

Page 36: "InForex"#45: Gunesli pullar

EUR/USD ortamüddətli

Trading Cenral-dan bazarın təhlili

EUR/USD, ortamüddətli: Trend “buğa” istiqamətlidirDönüş nöqtəsi: 1.31Əsas fikir: Qiymət 1.31 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 1.355 və 1.371 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: 1.31 səviyyəsinin aşağıya qırılması halında 1.299 və 1.275 yaxınlığına eniş mümkündür.Əsas səviyyələr:1.3970***1.3710***1.3550**1.351.3100**1.2990**1.2750**

Trend “buğa” istiqamətlidir

036TƏHLİL

Page 37: "InForex"#45: Gunesli pullar

AUD/USD, ortamüddətli: Dönüş nöqtəsi və dəstək: 0.9125Əsas fikir: Qiymət 0.9125 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 0.951 və 0.9715 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: 0.9125 səviyyəsinin aşağıya qırılması 0.8845 və 0.858 ətrafına enişə gətirəcək.Əsas səviyyələr:0.9920***0.9715***0.9510***0.93050.9125***0.8845***0.8580***

GBP/USD, ortamüddətli: Trend “buğa” istiqamətlidirDönüş nöqtəsi: 1.56Əsas fikir: Qiymət 1.56 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 1.6175 və 1.638 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: Dəstəyin aşağı qırılması 1.54 və 1.51 yaxınlığına enişə yol açacaq.Əsas səviyyələr:1.6620 **1.6380 ***1.6175 ***1.60881.5600 ***1.5400 ***1.5100 ***

037TƏHLİL

Page 38: "InForex"#45: Gunesli pullar

USD/JPY, ortamüddətli: Dəsətk və dönüş nöqtəsi: 96.65Əsas fikir: Qiymət 96.65 səviyyəsindən yuxarıda qaldıqca hədəflər 101.5 və 103.8 olmaqla ALIŞA üstünlük verilməlidir.Alternativ variant: 96.65 dəstəyinin aşağı qırılması 94.5 və 90.85 ətrafına enişə gətirəcək.Əsas səviyyələr:106.00 **103.80 ***101.50 **98.5196.65 **94.50 ***90.85 **

038TƏHLİL

Page 39: "InForex"#45: Gunesli pullar

Silver, ortamüddətli: Eniş tredin sərhədindədirDönüş nöqtəsi: 26Əsas fikir: Qiymət 26 səviyyəsindən aşağıda qalarsa, 20.6 və 18.2 nöqtələri hədəf olmaqla SATIŞA üstünlük verilməlidir.Alternativ variant: 26 səviyyəsinin yuxarıya qırılması 28 və 29.2 ətrafına qalxışa yol açacaq.Əsas səviyyələr: 29.2282621.8120.618.214.7

Gold, ortamüddətli: Eniş riskləri varDönüş nöqtəsi: 1434.Əsas fikir: Qiymət 1434 səviyyəsindən aşağıda qaldıqca hədəflər 1273 və 1180 olmaqla SATIŞA üstünlük verilməlidir.Alternativ variant: 1434 səviyyəsinin yuxarıya qırılması ilə 1488 və 1522 yaxınlığına qalxış gözləmək olar.Əsas səviyyələr:1522148814341338127311801045

039TƏHLİL

Page 40: "InForex"#45: Gunesli pullar

040TƏHLİL

TREYDERLƏR ÜÇÜN FORUM

Page 41: "InForex"#45: Gunesli pullar

041 YARI ZARAFAT

Treydinq haqqında karikaturalar

Page 42: "InForex"#45: Gunesli pullar

042 YARI ZARAFAT