12
INFOREX weekly N80 OKTYABR 2014 Texniki Analiz 01 Inforex Proqnoz 03 Dalğa Analizi 10

InForex Weekly#80

  • Upload
    inforex

  • View
    222

  • Download
    0

Embed Size (px)

DESCRIPTION

InForex Weekly#80 : treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: InForex Weekly#80

INFOREXweeklyN80 OKTYABR 2014

Texniki Analiz 01Inforex Proqnoz 03

Dalğa Analizi 10

Page 2: InForex Weekly#80

01 INFOREX WEEKLY | TEXNIKI ANALIZ

BANKLARIN ortamuddetli perspektiv ucun proqnozlar

Morgan Stanley-dən bəzi valyutalara dair proqnozlar

ABŞ dolları: Trend qalxış istiqamətlidir.Əsas xəbərlər: uzunmüddətli məhsul sifarişləri,istehlakçıların inam indeksi,FRS iclası, ÜDM. Biz dollarla bağlı buğa əhvalındayıq və bunun üçün bəzi səbəblər görürük. FOMC iclası və 3 cü rüb üçün ÜDM rəqəmləri diqqət mərkəzində olacaq . Avro: trend eniş istiqamətlidir.Əsas xəbərlər: stress testlərin nəticələri, AMB alışları. Biz avroda ayıların tərəfindəyik,əsasən onun dollar və yena qarşısında enişini gözləyirik. Belə bir ehtimal var ki, AMB korporativ istiqrazları alaraq balansını 2012-ci il səviyyəsinə çatdıra bilər.Bu avroda satışların həcmini artıra bilər. Yena: neytral trend. Əsas xəbərlər: sənaye istehsalı, işsizlik səviyyəsi, Yaponiya Mərkəzi Bankının iclası. Biz hesab edirik ki,yena yüksəkgəlirli valyutalar qarşısında qalxa bilər. Yaponiya hökuməti real gəlirlərin azalacağından qorxur və MB ç\tin ki,yumşaldılma tədbirlərinə gedər. Biz CAD / JPY cütlüyündə satış orderinə malikik. Funt: Eniş trendi. Əsas xəbərlər :ipoteka kreditləşməsi,istehlakçıların inam indeksi GBP/USD 1,60 səviyyəsini yaxın həftəlırdə aşağı qıra bilər. İngiltərə Bankının son iclas protokolları faiz dərəcələrin qaldırılma vaxtının yaxın olmadığını bildirdi.

Avrozonada stress-testlərin nəticələri gözlənilənlərə uyğun olubWestpac analitiki Şon Kellou bildirir ki,AMB-nin avrozona banklarının aktivlərini kompleks qiymətləndirməsi ümumiyyətlə gözlənilən kimi olub.Araşdırma nəticələri göstərib ki,avrozonanın 24 bankına öz kapitalizasiyasına görə 24 mlrd avro lazımdır.Avrozonada Almaniyanın,Fransanın və İspaniyanın heç bir iri bankı uğursuzluğa uğramayıb.Bu isə ümumilikdə pozitiv göstəricidir.

Avro 3 ildən sonra 1.15 səviyyəsinə düşəcəkSociete Generale analitikləri hesab edirlər ki, EUR/USD ABŞ və Avropa faiz dərəcələri differensiyalları hazırki səviyyədən 0.2% artacaq və bu da avro/dollar cütlüyünün 1,15 ətrafına enişini təmin edəcək.Yapon hakimiyyətinin görəcəyi tədbirlər isə EUR / JPY cütlüyünü 115 səviyyəsinə gətirəcək.

ABŞ FRS aktivlərin alışını dayandırmaqda qərarlıdırFRS in aktivlərin alışı proqramını başa çatdırması monetar stimulların kulminasiyası olacaq.Amma FRS kütləvi yumşaldılmanı başa çatdırdıqdan sonra 2012-ci ilin sentyabrında başladılmış 3-cü raund kütləvi zəiflədilməyə başlayacaq. FRS mətbuat konfransı keçirməyəcək,yalnız müşaiyətedici açıqlama dərc edəcək.Bu alışlar proqramının sakit sonu olacaq ,qeyd etmək lazımdır ki,bu addəm ABŞ iqtisdaiyyatını rels üzərinə qaytarmağa və FRB balansını trilyonlar qədər artırmağa kömək etdi. Üçüncü yumşaldılma proqramı başlayanda FRS ayda 85 milyard dəyərində aktivlər alırdı,işsizlik səviyyəsi o zaman 8.1% idi. Hazırda bu rəqəm 5.9%-ə qədər düşüb. Yeni yumşaldılma proqramı yalnız səbəb yarandıqda vacib olacaq.

Page 3: InForex Weekly#80

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 02

Həftəlik proqnozlar 27- 31 oktyabr

Bazar ertəsi diqqətlər bankların stress-testlərinə və və qiymətli kağlzıarın keyfiyyətinin yenidən yoxlanmasına yönələcək. Göstəricilər AB-də kreditlərə marağın artdığını göstərir. BU sual öz təstiqini taparsa,bankların kreditləşməsi bərpa oluna bilər.Ola bilsin ki,avro bu hesabata elə də güclü reaksiya gğöstərməz.

Amma yenə də bu faktor nəzərdən qaçırılmamalıdır,çünki məhz o bankların uzun və ortamüddətli perspektivdə kreditləşməsi üçün baza rolunu oynayar.

AB maaliyyə nazirlərinin sammitində buna bir həll tapılacaq. Yeni ticarət həftəsində diqqətlər ABŞ ,Yaponiya və Yeni Zellandiya mərkəzi banklarının faiz dərəcələri ilə bağlı qərarına yönələcək.Bununla bağlı milli valyutaların təzyiq altına düşəcəyini gözləmək olar. Yeni həftədə eyni zamanda Almaniya və AB ölkələri PMİ rəqəmlərini dərc edəcəklər.ABŞ-dan daşınmaz əmlak satışları,istehlak əminliyi indikatoru dərc olunacaq. Yeni həftənin volatil olacağını gözləmək olar.Avro/dollar 1.29 səviyyəsini yenə də qıra bilmir ,ona görə də həftənin əsas ssenarisi cütlüyün 1.28 ətrafına enişi ,,ardınca 1.30 yaxınlığına qalxışı ola bilər. Funt 1.59 səviyyəsini qırıb və 1.62 üçün yol açıb.Dollar/yena cütlüyünün qalxışı mümkündür.

Həftəyə fundamental baxış

Amerika dollarına ölkə iqtisadiyyatı ilə bağlı rəqəmlər,texniki faktorlar,həmçinin Ştatlarda infliyasiya dinamikasına dair gözləmələr dəstək verdi.

Federal Rezervin son protokollarında amerika valyutasının revalvasiyasının neqativ nəticələri öz əksini tapdı,investorlar bu fonda dollarda korreksiyaya işlədilər. İşsizliyə görə müavinətlərin proqnozdan yaxşı olması avro/dollarda buğalar üçün maneə yaratdı.

Avropa MB kredit-stimullaşdırıcı addımlara başladı,amma bazar bunu artıq çoxdan gözlədiyinə görə qiymətdə nəzərə alınmışdı və elə də güclü reaksiya yaratmadı.

AMB-nin borc öhdəliklərinin alışından başqa korporasiyaları emitləşdirdiyi istiqrazları ala biləcəyi xəbəri bazarda dolların yerini möhkəmləndirdi.

Ötən həftə funt\dollar üzərində də təzyiq faktoru güclənmişdi.Bu Britaniyada infliyasiya təzyiqinin zəifləməsi faktoruna bağlı idi. İngiltərə Bankının iclas protokolları neqativ rəngə boyandı və bu funt/dolların dinamikasına da mə\nfi təsir göstərdi.Monetar requlyatorun yalnız 2 üzvü faiz dərəcələrinin yuxarı qaldırılmasına səs verdilər ,digər üzvlər daha konservativ baxışlara sadiqdirlər.Hazırda ВоЕ-nin diqqəti Avrozona problemlərinə yönəlib.

Page 4: InForex Weekly#80

03 INFOREX WEEKLY | TEXNIKI ANALIZ

Avrop/dollar cütlüyü trendin yuxarı sərhədinə toxunmağa çalışır.Toxunuş nöqtələri 1.2771,1.2894 ,dəstəklər 1.2584,1.2480 götürülə bilər.Həftənin volatil keçəcəyini gözləmək olar.Əsas dinamikanı ABŞ FRS-i,AMB təyin edəcək.

SABINA MƏMMƏDQIZIekspert-analitik

Page 5: InForex Weekly#80

INFOREX WEEKLY | TEXNIKI ANALIZ 04

Həftəlik proqnozlar 27- 31 oktyabr

Bazar ertəsi diqqətlər bankların stress-testlərinə və və qiymətli kağlzıarın keyfiyyətinin yenidən yoxlanmasına yönələcək. Göstəricilər AB-də kreditlərə marağın artdığını göstərir. BU sual öz təstiqini taparsa,bankların kreditləşməsi bərpa oluna bilər.Ola bilsin ki,avro bu hesabata elə də güclü reaksiya gğöstərməz.

Amma yenə də bu faktor nəzərdən qaçırılmamalıdır,çünki məhz o bankların uzun və ortamüddətli perspektivdə kreditləşməsi üçün baza rolunu oynayar.

AB maaliyyə nazirlərinin sammitində buna bir həll tapılacaq. Yeni ticarət həftəsində diqqətlər ABŞ ,Yaponiya və Yeni Zellandiya mərkəzi banklarının faiz dərəcələri ilə bağlı qərarına yönələcək.Bununla bağlı milli valyutaların təzyiq altına düşəcəyini gözləmək olar. Yeni həftədə eyni zamanda Almaniya və AB ölkələri PMİ rəqəmlərini dərc edəcəklər.ABŞ-dan daşınmaz əmlak satışları,istehlak əminliyi indikatoru dərc olunacaq. Yeni həftənin volatil olacağını gözləmək olar.Avro/dollar 1.29 səviyyəsini yenə də qıra bilmir ,ona görə də həftənin əsas ssenarisi cütlüyün 1.28 ətrafına enişi ,,ardınca 1.30 yaxınlığına qalxışı ola bilər. Funt 1.59 səviyyəsini qırıb və 1.62 üçün yol açıb.Dollar/yena cütlüyünün qalxışı mümkündür.

Həftəyə fundamental baxış

Amerika dollarına ölkə iqtisadiyyatı ilə bağlı rəqəmlər,texniki faktorlar,həmçinin Ştatlarda infliyasiya dinamikasına dair gözləmələr dəstək verdi.

Federal Rezervin son protokollarında amerika valyutasının revalvasiyasının neqativ nəticələri öz əksini tapdı,investorlar bu fonda dollarda korreksiyaya işlədilər. İşsizliyə görə müavinətlərin proqnozdan yaxşı olması avro/dollarda buğalar üçün maneə yaratdı.

Avropa MB kredit-stimullaşdırıcı addımlara başladı,amma bazar bunu artıq çoxdan gözlədiyinə görə qiymətdə nəzərə alınmışdı və elə də güclü reaksiya yaratmadı.

AMB-nin borc öhdəliklərinin alışından başqa korporasiyaları emitləşdirdiyi istiqrazları ala biləcəyi xəbəri bazarda dolların yerini möhkəmləndirdi.

Ötən həftə funt\dollar üzərində də təzyiq faktoru güclənmişdi.Bu Britaniyada infliyasiya təzyiqinin zəifləməsi faktoruna bağlı idi. İngiltərə Bankının iclas protokolları neqativ rəngə boyandı və bu funt/dolların dinamikasına da mə\nfi təsir göstərdi.Monetar requlyatorun yalnız 2 üzvü faiz dərəcələrinin yuxarı qaldırılmasına səs verdilər ,digər üzvlər daha konservativ baxışlara sadiqdirlər.Hazırda ВоЕ-nin diqqəti Avrozona problemlərinə yönəlib.

Page 6: InForex Weekly#80

05 INFOREX WEEKLY | TEXNİKİ ANALIZ

EUR/USD, GBP/USD, AUD/USD Texniki baxış

EUR/USD

Cütlük uzunmüddətli eniş kanalındadır və bunun nəticəsi olaraq eniş dinamikasının davamı daha real variant kimi görünür.Eniş hədəfi 1.2500 səviyyəsindən aşağıda ola bilər.Enişin bundan artıq davamı ehtimalı zəifdir.

GBP/USD

Vəziyyət dəyişməyib.Cütlük diapazonda ticarət aparır və dəstək 1.5850 ,müqavimət 1.6200 n öqtəsindədir. Eyni zamanda ortamüddətli perspektivlər neytraldır,diapazonun hansı istiqamətdə qırılması sonrakı dinamikanı təyin edəcək.

Page 7: InForex Weekly#80

INFOREX WEEKLY | TEXNİKİ ANALİZ 06

AUD/USD

Cütlük artıq müəyyən zamandır ki,diapazonda ticar\t aparır,dəstək 0.8660 ,müqavimət 0.8900-0.8920 ərazisindədir.Bundan başqa cütlüyün «vımpel» formalaşdırması müşahidə olunur ki,bu da trendiun davam ehtimalını gücləndirir .

Page 8: InForex Weekly#80

Trendin potenasilının təyin edilməsi1.2648-1.2714 kanalı daxilində flet EUR/USD

Günlük qrafik: ADX aktiv deyil,ona görə də lokal fletin davam edəcəyini və Bollincerin orta xəttinə toxunma gözləmək olar (1.27).

Günlük kanal 1.6062-1.6130, hədəf 1.6202 GBP/USD

Günlük qrafik: Trend aktivlik indikatoru ADX aktivlik nümayiş etdirmir,ona görə də Bollincerin orta xətti ətrafında hərəkıət gözləmək olar (1.61).

07 INFOREX WEEKLY | TEXNİKİ ANALIZ

Page 9: InForex Weekly#80

Flet 107.61-108.14 , USD/JPY

Günlük qrafik: Buğalar Bollincerin oprta xəttində dayanaraq günlük bar yaradıblar,bu da eniş formalaşdıra bilər.Hədəf (105.77).

Neft

Günlük qrafik:Belə görünür ki,neft hələ bir az da 81,63 (Bollincerin aşağı xəttinə) düşəcək və bundan sonra 87-90 ətrafına korreksiya gözləmək olar.

INFOREX WEEKLY | TEXNİKİ ANALİZ 08

Page 10: InForex Weekly#80

Qızıl

Günlük qrafik:Lokal dönüş Over&Under patterinin yaranması gözlənilir.

09 INFOREX WEEKLY | TEXNİKİ ANALIZ

Reklam

Page 11: InForex Weekly#80

10INFOREX WEEKLY | DALĞA ANALIZİ

Dalğa analizi EUR/USD

Mümkün variantlardan birinə görə (E) of [B] son eniş dalğası inkişaf edir və ziqzaq formasını ala bilər. A of (E) eniş impulsu formalaşır və onun lokal qalxış korreksiyası yaranmaqdadır [iv] of A of (E) of [B].

GBP/USD

Qalxış (С) diaqonalının 4 of (C) eniş impulsunun formalaşçması ehtiaml olunur və o daha mürəkkəb forma ala b ilər. [a] of 4 dalğası ilkin klini və ya impuls formasında başa çatır.

Page 12: InForex Weekly#80

INFOREX WEEKLY | DALĞA ANALİZİ11

USD/CHF

Mümkün variantlardan biri E son dalğasının inkişaf etdiyini ehtimal edir. [a] of E qalxış impulsu formalaşır,onun lokal (iv) of [a] of E eniş korreksiyası yaranır və o uzanan üçbucaq şəklini ala bilər.

USD/JPY

(A) son dalğası başa çatır.Hazırda onun 5 of (A) son qalxış impulsu formalaşır.