7
ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR + N°104 APREL 2015 INFOREX PROQNOZ TEXNİKİ ANALİZ 1 2 DALĞA ANALİZİ 5

Inforex Weekly#104

  • Upload
    inforex

  • View
    223

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

Inforex Weekly#104: treyderler ucun heftelik online Forex icmali

Citation preview

Page 1: Inforex Weekly#104

ANALİZ + PROQNOZ + STRATEGİYALAR + FİKİRLƏR + ANALİTİKA + XƏBƏRLƏR +

N°104 APREL 2015

INFOREX PROQNOZ

TEXNİKİ ANALİZ1 2 DALĞA

ANALİZİ5

Page 2: Inforex Weekly#104

SƏBİNƏ MƏMMƏDQIZIekspert - analitik

1.0445 səviyyəsi dəstək zonasıdır.Qiymətin enişi yeniləyəcəyi barədə çox danışılsa da,bu səviyyə qırılmadan heç nə demək olmaz. Ola bilsin ki, qiymət göstərilən trend xəttini yoxlayıb və yuxarı qayıtmağa cəhd edər.Bunu xətti qrafikdə aydın görmək olur. Dəstəyin əldə olunması günlük qrafikdə yaranmış ikiqat təpənin tam formalaşması demək olacaq.İlkin müqavimət 1.07 səviyyəsindədir.

INFOREX WEEKLY TEXNIKI ANAlİZ1

Page 3: Inforex Weekly#104

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Morgan Stanley-in ticarət perspektivləri

Eur: Eniş trendi. ABŞ dollarının korreksiyası avronun eniş templərini zəiflədə bilər,biz hesab edirik ki,bu yüksəkgəlirli valyutalarda özünü göstərəcək.Avro dollara qarşı maaliyyə alternativ i kimi istifadə oluna bilər,bu da ona təzyii gücləndirə bilər.Yunanıstanla bağlı risklər yüsəkdir.Yena: Qalxış trendi. Biz yenanın krosslarında buğaların tərəfindəyik.Funt: Eniş trendi. Son həftələrdə güclü işgüzar aktivlik indeksi dərc olunmasına baxmayaraq GBPUSD satılır.Bu onu göstərir ki,investorlar arşıdakı seçkilərlə bağlı narahatlıq keçirirlər.Biz bundan başqa investisiya axınının azalmasını gözləyirik və bunun funta mənfi təsir edəcəyini gözləyirik.Biz GBPUSD cütlüyünü qalxışda satmaq barədə düşünəcəyik.Bu həftə İstehlak qiymətləri indeksi və əməkhaqları rəqəmləri diqqət mərkəzində olacaq.

BANKLARINortamüddətli perspektiv

üçün proqnozlar

Bazardakı əhval balanslaşdırılmış mövqelərə doğru gedir- Scotiabank

ABŞ dollarındakı təmiz alışlar 2014-cü ilin noyabr ayında maksimal səviyyə 49 mil-yard dollar-ı əldə etdikdən sonra yavas templi eniş trendindədir.Bu orderlərin əsas hissəsi avrodya qarşıdır,eyni zamanda NZD və CHF dollara qarşı alışlara daxil olublar. CAD, AUD, GBP və JPY valyutalarında satışlarıa maraq azalır.Uyğun olaraq həftəlik rəqəmlər neytral valyuta mövelərinə doğru hərəkətdən xəbər verir. Avro bu həftə alış-satış əməliyyatlarının kiçik artımı müşahidə olunaraq ən pis əhval nümayiş etdirən valyuta oldu.($30.4 milyard).Yenada əhval əməlli başlı yaxşılaşıb,bu valyuta-da satışlar $2,5 olub,britaniya funtunda bu rəqəm $ 3,4 milyard olub.

Forex. qısaca ötən həftə barədə

Ötən həftə britaniya funtu 5 ilik minimumlara düşdü,dünya vazlyuta bazarlarını özünə tabe edən siyasi qeyri-müəyyənlik və müxtəlif istiqamətli monetar siyasətlər onu zəiflətdi.Volatllik rəqəmləri hazırki koalisiya hökumətinin qurulduğu za-man olduğu səviyyəyə çatdı.«Uzunmüddətli periodda biz konstruktiv proqnoza əsaslanırıq,əgər seçkilər investorları sevindirməsə ,funt/dolların 1.40 səviyyəsinə düşməsi tamamilə mümkündür», - Standard Bank analitikləri qeyd edirlər. Amma av-roya nəzərən funt qalxıb,avro isə AMB və FRS monetar siyasətlərinin istiqamətləri arasındakı fərqin dərinləşməsi üzündən bütün spektrlərdə zəifləyib.FRS deyilənlərə görə yayda faiz dərəcələrini qaldırmağa başlayacaq,amma hələ qarşıda çox rəqəmlər dərc olunacaq,buna görə də illüziyalara qapılmaq üçün tezdir.Avstraliya rezerv bankı investorları çaşdırdı və faiz dərəcələrini dəyişməz saxladı.Nəticədə satışların kütləvi azalması başlandı və bu da avstraliya dollarının güclənməsinə səbəb oldu.

Barclays Capital: həftənin ticarət ideyası-dollar/canadada alışlar

Valyuta iştirakçıları dollar/kanadada alışları saxlamalı və Kanada Bankının iclası ərəfəsində enişlərdə yeni alışlar açmalıdır (çərşənbə günü). Makroiqtisadi əsaslandırma : «Gözlənildiyi kimi Kanada Bankı faiz dərəcələrini dəyişilməz saxlaya-caq.Kanada MB sədri son şərhlərində itisadi artımın 1ci rübdə zəiflədiyini bildirib.ÜDM və infliyasiya proqnozlarının aşağı salınması faiz dərəcələrinin yüksəldilməyəcəyini deməyə əsas verir». Texniki əsaslandırma: «Bizim buğa mövqeyimizi günlük qrafikdə şam analizinin nəticələri təstiqləyir.Biz 1.2350 səviyyəsinə enişdən sonra buğa im-pulsunun güclənəcəyini gözləyirik.Qalxış hədəfi 1.2835 , 1.3065 ,1.3465 ətrafı ola bilər».

2

Page 4: Inforex Weekly#104

Fedrezerv Şekspirin məşhur ifadəsini özünə uyğunlaşdırır: qaldıraq ya qaldırmayaq?Qaldıracaqlar,ya qaldırmayacaqlar? Treyderləri,investorları,brokerləri və maaliyyə dünyasının bütün üzvlərini bu sual maraqlandırır.Bazar çalışır ki ,başa düşsün,Fedrezerv faiz dərəcələrini qaldıracaqmı ya onun başqa planlarımı var? Son bir neçə həftədə investorların itisadi sərtləşdirilmənin başlayacağına inamı çox artıb. «Əgər onlar doğrudan da itisadi rəəmlərə əsaslanırlarsa,onda heç bir faiz dərəcəsi qaldırılmasından söhbət gedə bilməz.Rəqəmlər nə iyunda,nə sentyabrda,nə də dekabrda faiz dərəcələrinin qaldırılacağını dəstəkləmir.Bizim qarşımızda zəif iqtisadiyyat və aşağı infliyasiya durur və heç bir sərtləşdimənin zamanı deyil», -deyə Raymond James anali-tiki Kevin Qiddis bildirir.

Bəzi analitiklər hesab edirlər ki,məşğulluq sektoruna dair bir gözlənilməz hesabat əmək bazarında şərtlərin pisləşməsi demək deyil.Bu fikirlə bəzi məşhur fondlar razıdır.DoubleLine rəhbəri Cefri andlaç telefon müşavirəsində bildirib ki,son günlərdə çıxan mənfi itisadi rəqəmlər iyunda faiz dərəcələrinin qaldırılmasını mümkünsüz etmir. Amma bu fikri də dəstəkləməyənlər var.Məsələn,Morgan Stanley baş investisiya strateqi M.Kuşma qeyd edir ki,əgər məşğullu səviyyəsi qarşıdakı aylarda artarsa da digər kriteriyalar yenə də zəif olaraq qalacaq. FRS-in nə vaxt addım atmağından asılı olmayaraq əksər analitiklər və investorlar əmindirlər ki,faiz dərəcələrinin yuxarı qaldırılması dövlət istiqrazlarının gəlirliliyini artırmayacaq.Qısamüddətli istirazlar yəqin ki zərbə altında qalacaq.

Göründüyü kimi Fedrezerv qarşısında mürəkkəb bir tapşırıq durur: faiz dərəcələri necə qaldırılsın ki,istiqraz bazarı bundan zərər görməsin,Mərkəzi Banka olan inam itməsin və itisadiyyat yalnız Avropa ilə müqayisədə deyil,həqiqəətn də güclü təsir bağışlasın?

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Valyutaların hərəkət dinamikasını analiz edərkən treyderlər əsasən kompüter indikatorlarına və ossilyatorlara diqqət ayırırlar.Əgər bu indikatorların bir neçəsi bridən istifadə edilərsə,elə bir vəziyyət yaranır ki,bir indikator alış,digəri satış siqnalı verir.Yeni başlayan bir çox treyderlər bu halda ardıcıl bir neçə order açaraq özlərini itirirlər.u məqalədə biz belə hallarda nə etmək lazım olduğuna baxacağıq.İlk növbədə qeyd edək ki,bazarda müxtəlif vəziyyətlərdə müxtəlif indikatorlar istifadə olunur.

Ola bilsin ki,indikatorların trend və ossilyatorlara bölünməsi bir az primitivdir,amma onları hər bir vəziiyətdə istifadə etmək həqiqətən sadəlövhlükdür.Məsələn,MA indi-katoru nə yan trenddə,nə də ümumiyyətlə, heç bir neytral trenddə işləmir.Başqa bir misal,Fraktal yalnız qrafik analizlə üst-üstə düşən zaman düzgün siqnal verir.

İndikatorlar müxtəlif cür siqnal verir: nə etməli?

3

Page 5: Inforex Weekly#104

INFOREX WEEKLYTEXNIKI ANAlİZ

Yəin eşitmisiniz ki, orderdən çıxış, giriş qədər, hətta daha da vacibdir. Demək olar ki, bütün treyderlərdə stop\lossun və take/profitin qoyulması zamanı çətinliklər meydana çıxır.Kimsə lazımi əməliyyata ya vaxtından tez daxil olur,başqaları real olmayan hədəflər təyin edir və gözləyirlər ki,qiymət nə zaman onların təyin etdiyi nöqtəyə təşrif buyuracaq.

Stopun “günahdan uzaq” səviyyəyə qoyulması ,onun vurulması risklərini azaldır,teyk/profitin qarşıdakı dəstək/müqavimətdən əvvəl qoyulması stop vurulmazdan əvvəl gəlir əldə olunması imkanlarını real edir.Səbəb kifayət qədər sadədir,istənilən an qiymət orderimizin daxilində aşağı-yuxarı hərəkət edir.Stop açılma qiymətinə nə qədər yaxın olsa ,o qədər də onun vurulma ehtimalı güclü olar. Və əksinə.

Həmçinin bazar əvvəlki ekstremumları yoxlamağı çox sevir və adətən bu səviyyələrdə stoplar təyin edilir.Stop-los-su bu səviyyələrdən geriyə çəkməklə orderin təhlükəsizliyini təmin edirik.Həmçinin nəzərə alın ki,strategiyanın hər bir siqnalı itkili ola bilər və belə bir stop-loss sizin depozitinizi qoruyar.

Teyk-Profit ehtimalını gücləndiririk - “EasyTakeProfit”

Ossilyatorlarda olan divergensiyalara tək yan tendensiyada deyil,trenddə də baxmaq olar,amma bu siqnalı qiymət modeli və ya makroitisadi statistika ilə möhkəmləndirmək lazımdır.

Çoxsaylı indikatorların istifadəsi 100% -lik nəticəyə təminat vermir

Treyderlərin daha bir səhvi – eyni zamanda bir neçə istifadə etməkdir.Əlbəttə bəzi vaxtlarda sığortalanmaq üçün bir siqnalı başqa indikatorla təstiq etmək olar,amma bunu təsadüfi indikatorlarla etmək olar.

İndikatorları necə düzgün istifadə etmək lazımdır?

Kompüter analzinin vacib xüsusiyyəti budur ki,onu ticarət zamanı əsas deyil,köməkçi siqnal kimi istifadə etmək lazımdır.Treyderlər üçün əsas siqnalı qrafik modellər,dəstək-müqavimətlər,fiqurlar və xəbər faktorları verir.Kompüter analizi isə yalnız əsas siqnalı təstiq və ya təkzib etmək üçün istifadə olunmalıdır.Əgər bütün bunları özündə ehtiva edən kompleks ticarət sistemi qura bilsəniz daha yüksək gəlir potensialı olan orderlər açacaqsınız.Sonda qeyd etmək istəyərdik ki,çalışın öz təcrübənizə etibar edəsiniz,bunu isə, əməlli başlı real təcrübənizin olduğu halda edə bilərsiniz.Real hesab açdığınız halda xüsusi gündəlik tərtib edərək order açarkən əsaslandığınız siqnalları yazın,bununla siz sinalların necə işləməsi barədə ümumi təsəvvür əldə edəcəksiniz.Zamanla siz işləyən indikatorları seçərək lazımsızlardan azad ola bilərsiniz.

4

Page 6: Inforex Weekly#104

INFOREX WEEKLY TEXNIKI ANAlİZ

Cəmiyyətdə yaşadığımız üçün çoxumuzda instinkt və arzularımız oxşardır.Ona görə də bu və ya digər vəziyyətdə biz əsasən başqa adamlar kimi reaksiya veririk.Bizim davranışlarımız başqalarına oxşayır.Və uğurlu treyder olmaq istəyən adam üçün bu yaxşı xəbər deyil.

Nə üçün uğurlu treyderlər azlıqdadır?

Ticarətdə uğur əldə etməyin nə ədər çətin olduğu barədə çox danışılıb,amma əksəriyyət başa düşmür ki,treydinq ona görə çətin deyil ki,uğurlu treyderlər azdır,ona görə çətindir

Nə üçün biz bütün treyderlər kimi yox,başqa cür düşünməliyik

ki,uğurlu treyderlər az olmalıdır,ona görə də ticarət aparmaq mürəkkəbdir.Göründüyü kimi,yaxşı ticarət apar-maq riyaziyyatdan yaxşı imtahan verməyə bənzəmir.Əgər imtahanda tələbələr sualların hamısına düzgün cavab verirsə,”əla” qiymət alırlar.amma ticarət belə deyil.Əgər siz hər şeyi əla öyrənirsinizsə,bu o demək deyil ki,siz hər şeyi də əla edəcəksiniz.

Uğurlu treyderlər siyahısına necə daxil olmaq olar?

Biz müəyyən etdik ki,:

Çoxları oxşar instinkt və davranışa malikdir. Ticarət platforması elə quruluşdadır ki,heç də hamı burada uğur əldə edə bilmir. Nəticə əldə edirik:treydinqdə uğur qazanmaq üçün kolleqalarımızın düşündüyü və etdiyi kimi düşünməməli və etməməliyik.

Siz digər treyderlər kimi ticarət aparırsınız?

Yəqin ki,bilirsiniz ki,siz valyutanı satırsınızsa,kimsə onu alır.Və əksinə.Strategiyanıza və emosiyalarınza,mani -menecementinizə yenidən,kənardan baxın.Hər şeyi hamı kimi edirsinizmi?Kütlə instinktlərinə nə qədər tabe olursunuz?Bazar barədə öz təsəvvürünüz varmı?

Dalğa analizi EUR/USD

(i) of [v] of 3 dalğasının başa çatması sonra isə (ii) of [v] 3 daxilində ziqzaq yaranacağı gözlənilir.

5

Page 7: Inforex Weekly#104

INFOREX WEEKLYTEXNIKI ANAlİZ INFOREX WEEKLYDALĞA ANAlİZİ

WWW.INFOREX.AZ

InForex Redaktorlar

Məmmədqızı Səbinə

Layihənin rəhbəri Vəliyev İlqar

Dizayner

Moos Vitaliy

Azərbaycanda ilk və tək treyderlər üçün online jurnal