64
Davudun padşahlığı. Sınaqlar və qələbələr Uşaqlar üçün bibliya dərsləri Ketrin Xerşey Yenidən baxılıb: Linda Ponqraç Avropa üçün uyğunlaşdırılıb: Pol Rid Название оригинала: David’s reign. Trials and Triumphs. Copyright © 1997, 2007 Child Evangelism Fellowship® Inc. Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur. Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar. İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz. Xahiş edirik, DİQQƏTLİ OLUN! Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

  • Upload
    others

  • View
    7

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Davudun padşahlığı.

Sınaqlar və qələbələr

Uşaqlar üçün bibliya dərsləriKetrin Xerşey

Yenidən baxılıb: Linda PonqraçAvropa üçün uyğunlaşdırılıb: Pol Rid

Название оригинала: David’s reign. Trials and Triumphs.

Copyright © 1997, 2007 Child Evangelism Fellowship® Inc.

Bütün hüquqlar qorunur. Icazəsi ilə istifadə olunur.

Yalnız şəxsi, xidməti və qeyri-kommersiya işlər üçün istifadə etmək olar.

İcazə haqda tam məlumat almaq üçün www.teachkids.eu/az saytına girə bilərsiniz.

Xahiş edirik, DİQQƏTLİ OLUN!

Təklif etdiyimiz dərslərin əyani vəsaitlərini BUM-in bir çox ofislərindən və ya internet

mağazalrından ala bilərsiniz. BUM ofislərinin siyahısını və Avropada olan internet mağazalarını siz www.teachkids.eu/az saytında “Ölkələr” düyməsini basarkən tapa bilərsiniz.

Page 2: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

MündəricatGiriş...... ........................................................................................................................... 3

Xülasə.. ............................................................................................................................. 5

DƏRS 7. DAVUD FİLİŞTLİLƏR ARASINDA ........................................................... 7

DƏRS 7б. ŞAUL VƏ CİNDAR QADIN ..................................................................... 15

DƏRS 8. ALLAHIN SÖZÜNƏ GÖRƏ DAVUD PADŞAH OLUR ............................ 21

DƏRS 9. ƏHD SANDIĞININ ƏLƏ KEÇMƏSİ VƏ GERİ QAYTARILMASI .......... 29

DƏRS 9б. DAVUD VƏ BAT-ŞEVA. ............................................................................ 35

DƏRS10. DAVUD VƏ MEFİBOŞET .......................................................................... 43

DƏRS 11. AVŞALOMUN DAVUDA QARŞI QALDIRDIĞI ÜSYAN ....................... 49

DƏRS 12. SÜLEYMAN DAVUDUN ƏVƏZİNƏ İSRAİLİN PADŞAHI OLUR ..... 57

Xilas haqda uşaqla söhbət. .................................................................................. 64

Page 3: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

3

GirişGörünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan

“Davud və Qolyat” və yaxud “Davud və Yonatanın dostluğu” adlı dərslər qədər yaxşı tanınmayıb. Bu dərslər imana gəlmiş, həm də imansız uşaqların öyrədilməsi üçün çoxlu materiallardan ibarətdir. Allah istəyir ki, biz Davudun zəfər və məğlubiyyətlərindən yaxşı dərs alaq.

Bu silsilədə səkkiz dərs var. 7 B və 9 B nömrəli dərslər məhz okkultizm və ədəbsizlik mövzularına aiddir. Əgər sizin qrupunuzda balaca uşaqlar təhsil alırlarsa, onda siz bu iki dərsi ötürə bilərsiniz, ya da onları münasib şəklə sala bilərsiniz. Qrupunuzda yaşca böyük uşaqlar oxuyurlarsa, həmin möv-zular işıqlandırılmalıdır!

İnanırıq ki, Allah sizin üçün və sizin vasitənizlə sinfinizdəki uşaqlara xeyir-dua verəcək. Uşaqlar bənzəmək üçün qəhrəman axtarırlar. Biz dua edirik ki, Davud onlar üçün bu cür qəhrəman olsun: bütün işlər yaxşı gedəndə, həm də çətin vəziyyətlərdə Allaha ümid bəsləyən qəhrəman nümunəsi.

MƏRKƏZi hƏqiqƏti hƏR BİR DƏRSDƏ ÖYRƏDİN VƏ GÖStƏRİNUşaqlara ancaq Müqəddəs Kitabdan götürülmüş hadisələr danışmayın. Hər bir dərsin daxilində

olan həqiqəti öyrədin və həmin həqiqətlərin uşağın həyatında dəqiq tətbiqini tapın. Biz hər bir dərs üçün nəzərdə tutulmuş qısa planlar hazırlamışıq ki, ora daxil olan göstərişlərdə dərsin hansı məqamında həqiqət və onun tətbiqi nəzərə çatdırılsın. MH qısa yazılış forması mərkəzi həqiqətin nəzərə çatdırılması; MHİ yazılışı isə mərkəzi həqiqətin imanlı uşağa qarşı yönəldilməsi deməkdir; MHİE yazılışı isə onu göstərir ki, mərkəzi həqiqət imansız uşağa doğru yönəldilmək üçün tətbiq olunur. Verilmiş göstərişləri öz şəraitinizə uyğunlaşdırın. Yəni, misal üçün, həqiqətin tətbiqi oğlan uşaqları ilə bağlı oyun üçün nəzərdə tutula bilər, amma sizin sinfinizdə ancaq qız xeylaqları var. Belə də ola bilər ki, verilmiş material, daha çox, yaşca bir qədər böyük uşaqlar üçün nəzərdə tutu-lub, halbuki sinfinizdəki uşaqların hamısı yaşca daha balacadır. Sizin fikrinizə görə düzgün olan dəyişiklikləri etməkdən çəkinməyin.

İMANSiZ UŞAqLARA XİLAS XƏBƏRİNİ iZAh eDiNBu dərslərin məzmununu imansız uşaqlardan çox imanlı uşaqlara çatdırmaq daha asandır. Amma imansız

uşaqlar üçün də nəzərdə tutulmuş dərslər var. Ona görə də İncili onlara dualarla və aydın surətdə çatdırmaq üçün vaxt ayırın. İncilin vacib məqamlarını keçirtdiyiniz dərslərə daxil edin. Amma unutmayın ki, bir dərs ərzində İncildəki bütün həqiqətləri çatdırmaq mümkün deyil.

“Bəli, Müqəddəs Kitaba inanıram”, yaxud “Dayan, sənə Allahın mənə etdiklərindən danışım” kimi mahnılar oxuyun və onları izah edin. Həmçinin, əzbərləmək üçün İncildəki ayələrdən seçə bilərdiniz, misal üçün Romalılara məktub 3:23, 5:8, 6:23.

İmansız uşaqların nəzərinə çatdırmalı olduğunuz həqiqətlər budur :ALLAHAllah haqqında olan həqiqətlər, Onun xüsusiyyətləri və Onun missiyası barəsində uşaqlara öyrədin. O,

müqəddəslik, ədalət, düzgünlük, güc və məhəbbət Allahıdır və hər bir uşaq Onu şəxsən maraqlandırır. GÜNAHUşaqlara öyrədin ki, insani təbiətlərinə, əməllərinə və müqəddəs Allaha qarşı çıxdıqlarına görə günahkar

və günahın cəzası olaraq Allahdan tam və əbədi ayrılığa məhkumdurlar. RƏBB İSA MƏSİHRəbb İsa Məsihin Şəxsiyyəti və missiyası; Onun ilahiliyi, insan təbiəti, əzəldən mövcud olmağı, bakirə

qızdan doğulmağı, kamil həyatı, günahları yuyub aparan ölümü, ölülərdən dirilməyi, Göylərə qaldırılması, vəsatətçiliyi və ikinci dəfə Yer üzərinə qayıtması barədə olan həqiqətləri uşaqlara öyrədin.

XİLAS YOLUUşaqlara öyrədin ki, onlar ancaq İsa Məsihin çarmıxda ölümü bahasına xilas ola bilərlər, onlara öz

günahlarına qarşı tövbə etmək, iman vasitəsilə İsanı qəbul etmək lazımdır və bu mümkündür və yenidən doğulmaq onları Allah Kəlamına tabe olan bir həyata gətirib çıxaracaq.

Page 4: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

4

İMANLi UŞAqLARi ÖYRƏDİN Kİ, ONLAR RUhDA BÖYÜSÜNLƏRAllaha həyatlarını etibar edən uşaqların İsa Məsih naminə yaşayış tərzinin yolları barədə təlimə ehtiyacları

var. Onları Allah Kəlamının dahi həqiqətlərinin daha dərindən qavranılmasına gətirib çıxartmaq lazımdır. Həmin həqiqətləri onlara qayğıkeşliklə öyrədin və gündəlik həyatda necə tətbiqini tapmaqlarını göstərin. “Hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin” (2 Timoteyə 3:16, 17).

UŞAqLARLA XiLAS hAqDA SÖhBƏtƏ hAZiR OLUNDərsin gedişatında uşaqlar: “Necə xilas ola bilərəm?” və ya: “Məsihçi kimi necə yaşaya bilərəm?” kimi

suallar verə bilərlər. Uşaqlara bildirin ki, siz onlara kömək etmək istəyirsiniz. Yaxşısı, bunu dərsin əvvəlində, Müqəddəs Kitab dərslərindən ayrı şəkildə edəsiniz.

Əgər bu, dərs vaxtı baş verirsə, onda nəsihətamiz söhbət ilə xilas olmaq üçün Allahın Məsihə gəlmək çağırışını ayırmaq lazımdır. Bunu ona görə belə etmək lazımdır ki, uşaqda çaşqınlıq və ya bir kəslə, məsələn, sizinlə danışandan sonra xilas tapa biləcəyi barədə təəssüratlar yaranmasın. Heç vaxt uşağa təzyiq göstərməyin və ancaq emosiyalardan istifadə etməyin. Ona sadəcə olaraq bildirin ki, uşaq imanlı olub-olmamağından asılı olmayaraq istənilən sualı verə bilər. Çalışın ki, dərsdən sonra çox məşğul olmayasınız və ya harasa tələsməyəsiniz. Bu vəsaitin axırında İsa Məsihə gəlmək istəyən uşaqlarla can bir qəlbdən olan bir söhbət eləmək üçün siyahı görəcəksiniz.

FLANeLeqRAFDAN İStİFADƏ OLUNMASiNi tƏCRÜBƏDƏN KeÇİRİNDərs başlamamışdan əvvəl bütün fiqurları hazırlayın və onlardan dərs zamanı istifadə olunacaq vaxtı

müəyyənləşdirin. Dərs vaxtı müxtəlif şəkillərdən fon kimi istifadə etmək məsləhətlidir. Bizim təkliflərimiz heç də məcburi deyil. Siz bütün dərs boyu bir rəngli flanel fondan istifadə edə bilərsiniz.

ƏLAVƏ ƏYANİ VƏSAİtLƏRHər bir dərs üçün nəzərdə tutulan mərkəzi həqiqəti çap hərfləri ilə dəftər vərəqi üzərində yazın; vərəqin o

biri üzünə flanel və ya məxmərdən düzəldilmiş kağız yapışdırın (Çap hərflərlə yazın ki, hətta balaca uşaqlar sözləri asanlıqla oxuya bilsinlər.). Dərsin əvvəlindən və ya mərkəzi həqiqətin izahına keçəndə həmin plakatı lövhədən asın.

tƏKRARLAMAq ÜÇÜN SUALLARHər bir dərsi təkrarlamaq üçün bir neçə sual təqdim olunur. Onlara dərsdən sonra və ya gələn həftə

dərsdən əvvəl baxıla bilər. Təkrarlama ona görə vacibdir ki: 1) Uşaqların öyrənilən materialı nə dərəcədə mənimsədiklərini biləsiniz;2) Materialı yaxşı yadda saxlamaqları üçün əsasən hansı məqamlara daha da fikir yönəltməyinizi bir

müəllim kimi aşılayasınız;3) Dərs vaxtı istirahət imkanı verəsiniz. Uşaqlar yarışmağı xoşlayırlar və bu məqamı səbirsizliklə

gözləyirlər. Ancaq bu, oyundan artıqdır: bu, öyrənmək üçün səmərəli vaxtdır. Bu dərsliyə ancaq verilən dərslərə aid suallar daxil edilib. Yaxşı olardı ki, öyrəndiyiniz hər şeyə -

mahnılara, şeirlərə aid suallar da daxil olunsun. Belə olan halda, uşaqlar başa düşəcəklər ki, dərsin hər hissəsi vacibdir. Müəllimlərə də uşaqların materialı nə dərəcədə qavradıqları aydın olacaq.

Page 5: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

5

XülasəDərs Mərkəzi

həqiqət tətbiq Yadda saxlamaq üçün ayə

Davud filiştlilər arasında1 Şamuel 27:1-7; 1 Şamuel 28:1-2; 1 Şamuel 29:1-11; 1 Şamuel30:1-19

Pis dostlardan özünü qoru

İman etməyənlərə: Qoyma ki, pis dostlar Məsih naminə yaşamağına mane olsunlar.

İman edənlərə: Pis dostlara imkan vermə ki, Məsihə iman etməyinə mane olsunlar.

Zəbur 23:1-3 ayələrini təkrarlayın

(və ya Zəbur 1:1 ayəsini öyrənin).

«Pislərin məsləhəti ilə getməyən, Günahkarların

yolunda dayanmayan, Rişxəndçilərin arasında

oturmayan insan nə bəxtiyardır!»

Əgər siz hələ “Davudun həyatı” dərs vəsaitinin birinci cildindəki

1-6 dərslərinimənimsəməmisinizsə, onda indi

Zəbur 23:1ayəsindən başlayaraq öyrənə

bilərsiniz.Şaul və cindar qadın1 Şamuel 28:1-25; 1 Şamuel31:1-7; 2 Şamuel 1:12, 17-27

Pis ruhlara qulaq asmaq təhlükəlidir.

İman etməyənlərə: Pis ruhlara uyma. Bu, Allahın səsini eşitməyinə mane olacaq.

İman edənlərə: Pis ruhlara uyma. Bu, Allaha xoş deyil.

“Cindarlara və ruh çağıranlara tərəf dönməyin,

onlarla danışmayın, yoxsa murdarlanarsınız.”

Levililər 19:31

Allahın Sözünə görə Davud padşah olur2 Şamuel 1-4, 8-10; 2 Şamuel 3:1, 6-12, 17-39; 2 Şamuel 4:5-7;2 Şamuel 5:1-12; 2 Şamuel 7:1-13

Allahın Sözü həmişə icra olu-nur.

İman etməyənlərə: Əgər Allahı səsləsən, O, səni xilas etməyə söz verir.

İman edənlərə: Allahın verdiyi hər bir vədinə inan.

«Qaranlıq dərədə gəzsəm belə, Şərdən qorxmaram,

çünki Sən mənimləsən, Sənin əsan,

Sənin dəyənəyin mənə təsəlli verir.».

Zəbur 23:4Və ya

«Beləliklə, Allahın güclü əlinin altında təvazökar olun ki, O Öz

vaxtında sizi ucaltsın....» 1 Peter 5:6

Əhd sandığının ələ keçməsi və qaytarılması1 Şamuel 4:2-11, 1 Şamuel 5:1-6:21; 2 Şamuel 6:1-19; Saylar 4:5, 15, 20

Allah müqəddəsdir

İman etməyənlərə: Sizi Allah-dan aralı saxlayan günahlarınıza görə tövbə edin.

İman edənlərə: Sən də müqəddəs olmalısan.

Keçən dərsin ayəsini təkrarlayın:Zəbur 23:4 və ya 1 Peter 5:6.

və ya öyrənin:«Çünki Mənim fikirlərim sizin

fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil.

- Rəbb belə bəyan edir. ». Yeşaya 55:8.

Page 6: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

6

Davud və Bat-şeva2 Şamuel 11:1-27; 2 Şamuel 12:1-24

Zina etmə. İman etməyənlərə və iman edənlərə: Allah istəyir ki, sən təmiz həyat sürəsən. Səni Allahdan uzaq salan murdarlıqdan uzaq ol.

Bu əlavə olaraq keçilən dərsdə siz Zəbur 22

fəslinin öyrənilməsini dayandıra və

Timoteyə birinci məktub 5:22:“...başqalarının günahında

iştirak etmə;özünü təmiz saxla” ayəsini

uşaqlara əzbərlədəbilərdiniz.

Davud və Mefiboşet2 Şamuel 4:4; 2 Şamuel 9:1-13; 2 Şamuel 16:1-4; 2 Şamuel 19:15; 24-30

Allah günah-karlara qarşı rəhmlidir.

İman etməyənlərə: Məsihə iman etsən, Allah səni övladı edəcək

İman edənlərə: Sənə qarşı rəhmli olduğuna görə Allaha minnətdar ol.

«Düşmənlərimin qarşısında Mənim üçün süfrə

açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək

camımı doldurursan...»Zəbur 23:5

Və ya «…Amma bir-birinizə qarşı lütfkar,

şəfqətli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-

birinizi bağışlayın. ».Efeslilərə 4:32

Avşalomun Da-vuda qarşı qaldırdığı üsyan2 Şamuel 14:25, 26; 2 Şamuel 15:1-37; 2 Şamuel16:15-20; 2 Şamuel 17:1-22; 2 Şamuel 18:1-33; 2 Şamuel 19:15

Avşalom kimi üsyankar olma

İman etməyənlərə: Üsyan əzab verir və Al-lahdan ayrı salır.

İman edənlərə: Allaha itaət etməklə xi-las olduğunu göstərirsən.

Keçən dərsin ayəsini təkrarlayın: Zəbur 23:5 və ya Efesl. 4:32.

Ya da uşaqlarla Zəbur 27:1а öyrənin:«Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum?»

Süleyman Davu-dun əvəzinə İsrailin padşahı olur

1 Salnamələr 22:2-23:5;2 Şamuel 7:11б-293 Padşahlar 1:33, 34; 3 Padşahlar 2:1-4; 1 Salnamələr 29:28; Luka 1:26-33; Luka11:31; Zəkəriyyə 14:9; Vəhy 11:15

İsa Məsih Padşahdır.

İman etməyənlərə: Bir gün Ona öz Padşahın kimi tabe olmağa vadar olacaqsan.

İman edənlərə: Onu dinlə.

«Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət

məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində

yaşayacağam!». Zəbur 23:6Yaxud

«Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin

hüzurundadır, Sağ əlində hər zaman

səadət var». Zəbur 16:11

Page 7: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Dərs 7

MÜqƏDDƏS YAZiLAR1 Şamuel 27:1-71 Şamuel 28:1-21 Şamuel 29:1-111 Şamuel 30:1-19

MƏRKƏZİ hƏqİqƏtPis dostlardan özünü qoru

tƏtBiq İman etməyənlərə: Qoyma ki, pis dostlar

Məsih naminə yaşamağına mane olsunlar.

İman edənlərə: Pis dostlara imkan vermə ki, Məsihə iman etməyinə mane olsunlar.

YADDA SAXLAMAq ÜÇÜN AYƏZəbur 23:1-3 ayələrini təkrarlayın (və ya Zəbur 1:1 ayəsini öyrənin).«Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!»Əgər siz hələ “Davudun həyatı” dərs vəsaitinin birinci cildindəki 1-6 dərslərini mənimsəməmisinizsə, onda indi Zəbur 23:1 ayəsindən başlayaraq öyrənə bilərsiniz. Siz əyani vəsaiti nümayiş etdirdiyiniz vaxt uşaqlar ayələri oxusunlar. Ayələrin mənasını açıqlamağı onlardan xahiş edin ki, nə dərəcədə anladıqlarına bələd olasınız.

ƏYANi VƏSAitLƏR♦ Fiqurlar: D-81, D-82, D-83, D-84, D-89, D-90,

D-91 və D-92.♦ Flaneleqraf üçün fonlar: panorama,

sarayın interyeri və yaxud sadəcə təmiz flanel (fonsuz).

♦ İstəsəniz «Davud Allahın ürəyinə görə olan insan» seriyasından D-38 və D-65 istifadə edə bilərsiniz.

♦ Mərkəzi həqiqət («Pis dostlardan özünü

qoru») və iman edən uşaq üçün tətbiq olan («Pis dostlara imkan vermə ki, Məsihə iman etməyinə mane olsunlar») kartoçkaları hazırlayın.

DƏRSiN pLANi

Giriş

Qalib və Ramil Mh

Hadisələrin inkişafı

1. Davudun ümidsiz bir halda filiştlilərin ölkəsinə (Filişt torpağına) qaçması

2. Davud və adamlarına Sekelaq şəhəri verilir Mhİ

3. Filiştlilər İsrailə hücum etməyə hazırlaşırlar. Mhİ

4. Filiştlilər Davud və onun dostlarının müharibədə iştirak etməklərinə qarşı etiraz edirlər.

5. Davud filiştlilərin ordusunu tərk edir.

6. Davud amaleqlilər tərəfindən darmadağın edilən Ziqlaqa qayıdır

7. Davudun adamları onu daşa basmaq

istəyirlər. Mhİe

Kulminasiya

Davud tövbə edir və Allaha müraciət edir

Mhİ

Yekun

O, amaleqliləri təqib edir və hər şeyi geri qaytarır. Mhİ, Mhİe

7

DAVUD FİLİŞtLİLƏR ARASiNDA

Page 8: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

8

DərsQalib və Ramilin Toplan adlı küçükləri var idi. O, çox sözəbaxan

idi və özünü çox yaxşı aparırdı. Misal üçün, nahar vaxtı masaya yaxınlaşıb onun üçün hər hansı tikənin qalıb-qalmadığını bilməzdən əvvəl, o gözləyirdi ki, ailə naharını bitirsin. Nahar vaxtı o, nə hürür, nə yalvarır, nə də masanın üstünə dırmaşmağa çalışırdı. Qalib və Ramil valideynləri ilə istirahətə getməyə hazırlaşırdılar, onların təyyarə biletləri vardı, ona görə də onlar özləri ilə Toplanı götürə bilməzdilər. İtləri olan qonşuları bir müddətlik Toplanı saxlamağa razılıq verdilər.

Qayıdanda Qalib və Ramil Toplan ilə görüşü səbirsizliklə gözləyirdilər. Amma onlara sürpriz hazırlanmışdı. Toplan kobud və sözəbaxmayan olmuşdu. Onların inanmağı gəlmirdi ki, bu, həmin it idi. Bilirsiniz niyə Toplanın rəftarı bu dərəcədə dəyişilmişdi? Çünki o, iki həftəni səs-küylü və sözəbaxmayan bir itlə keçirmişdi!

Sizinlə də bəzən belə baş verir, elə deyilmi, uşaqlar? pis yoldaşlarla ünsiyyətdə olanda bəlaya düşmüş olursunuz.

Səhnə 1Ümumi görünüşBu, hətta Davudun da başına gəlib (D 81 fiquru), baxmayaraq ki,

Allah onun İsrailin padşahı olacağını demişdir. Davud və onun bədxah padşah Şauldan qaçmağa məcbur olduğu

yadındadır? Şaul Davudu öldürmək üçün güdürdü. Yadındadır, Allah Davuda necə kömək etdi, onu necə qorudu və hətta Şaula qarşı rəhm etmək üçün necə imkan verdi? Ancaq bir dəfə Davud yaman qorx-du: Allahın ona bir gün padşah olacağı barədə verdiyi vədinə daha inanmırdı. Davud Allahın onu necə də gözəl vasitə ilə qoruduğunu unudaraq öz-özünə dedi: “Nə vaxtsa, Şaulun əlinə düşəcəyəm” (1 Şamuel 27:1). Və o, çox ehtiyatsız qərar verdi.

O qərara gəldi ki, Allahın xalqı olan İsrailin düşməni filiştlilərin yanına getsin. Ən dəhşətlisi isə budur ki, o, öz 600 əsgərini və onların ailələrini götürməyi qərarlaşdırdı. Beləliklə, bir gün onlar İsrail torpağından çıxıb filiştlilərin torpağına qədəm qoydular (D 82 və 83 fiqurlarını yerləşdirin. Və əlavə olaraq, birinci cilddən 38 a və 65 fiqurlarından istifadə edin.).

Səhnə 2Davud və Akiş padşahı (saray)Davud və onun adamları filiştlilərin padşahlarından biri olan

Akişin yanına gəldilər (D 84-ü əlavə edin.). Ola bilsin ki, Akiş böyük sərkərdəni və onun adamlarını qarşılamağa şad idi. Çünki on-lar padşaha mübarizədə kömək edə bilərdilər. Elə buna görə də, Akiş Davuda Ziqlaq adlı bütöv şəhəri verdi.

Davud necə də düşünülməmiş bir addım atdı! Allah adamı Allahın xalqının düşmənlərinin hüzurunda! Allah dəfələrlə Müqəddəs Kitabda bizi çəkindirir ki, pis yoldaşlardan uzaq du-raq (Süleymanın məsəlləri 1:10, 11, 14, 15; efeslilərə məktub

MH

Ümumi məlumat. Şamuelin Davudu şahlığa məsh

etdiyindən bir neçə il keçmişdi. Şaul şah

qəddarlaşmışdı və Davudu öldürmək istəyirdi, buna

görə Davud gizlənməli oldu. “Davud-Allahın ürəyinə

görə olan insan” seriyasının son dərsində Davudun Şaula

rəhmi gəldi, baxmayaraq ki, onun Şaulu məhv etmək

imkanı var idi. Davud səbirlə gözləyirdi Allahın onun şah olmasının təyin etdiyi vaxtı.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

Uşaqlara kömək edin xəritədə Ziqlaqı tapsınlar.

Page 9: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

99

5:6, 7, 11). Əgər sən Rəbb İsa Məsihə aidsənsə, dost seçimində ehtiyatlı ol. Əgər sən Allahı sevməyən, adını bədnam edən, valideynlərinin və ya müəllimlərinin sözlərinə baxmayan dost-larla oturub-durursansa, onda tezliklə görəcəksən ki, özün də onlara bənzəməyə başlayırsan. Davud kimi başqalarını da pis yoldaşların içinə gətirə bilərsən. Onlarla dostluq etdikcə, on-lardan ayrılmaq və İsa Məsih üçün yaşamaq sizə o qədər çətin olacaq.

(Bütün fiqurları yığışdırın.).

Səhnə 3Davud və onun əsgərləri, Akiş və filiştli sərkərdələr (D81, D82,

D84, D89, D90)Bir dəfə filiştlilər müharibə etmək qərarına gəldilər. Tapın görək

onlar kiminlə müharibə etməyə hazırlaşırdılar? Allahın xalqı, Da-vudun və onun adamlarının mənsub olduğu İsrail xalqı ilə! Yazıq Davud! İndi o, nə edəcək? Öz xalqına qarşı mübarizədən boyun qaçırmaq barədə düşünməmişdən əvvəl, Akiş padşah onun yanına gəlib dedi: “Bunu yaxşı bil ki, sən və adamların mənimlə bir orduda döyüşəcəksiniz” (1 Şamuel 28:1-2). Beləliklə, qoşun İsrail xalqına qarşı yola düzəldi.

Davud çətinliklə üzləşdi. Allah çox müdrikdir, o bizi pis yoldaşlarla ünsiyyət barədə xəbərdar edir: onlar bizi problemlərlə qarşılaşdıra bilər.

Sara Rəbb İsa Məsihi sevirdi, amma özünü pis aparan qonşu qıza yaman bağlanmışdı. Onlar və bəzi uşaqlar tez-tez öz balaca otaqlarında görüşürdülər. Onlar elə söhbətlər edirdilər ki, bəzən Sara özünü narahat hiss edirdi: bir, iki dəfə onlar Sara bildiyinə görə, İsa Məsihin xoşuna gəlməyən jurnal oxuyurdular, amma o, heç nə demədi. O, Müqəddəs Kitabı oxuyanda, dua edəndə çətinlik çəkməyə başlayırdı və get-gedə qonşusugildə daha çox vaxt keçirirdi. İsa Məsihə olan məhəbbəti soyumağa başladı və o, daha Onunla həmin balaca otaqda danışmırdı. pis yoldaşlarla ünsiyyətdə olma, yoxsa onlar səni Allahdan uzaqlaşdırar.

Filiştli vilayət başçıları Davudu Akişin qoşununda görəndə Akişə dedilər: “Bu insan və onun döyüşçüləri bizim qoşunda ola bilməzlər! Məgər sən bilmirsən ki, o: “Şaul qırdı minləri, Davudsa on minləri” - deyə, haqqında tərənnüm sözləri söylənən görkəmli sərkərdədir? Bizim cəngavərimiz olan Qolyatı öldürən odur! O, bizə qarşı çıxar və öz xalqı tərəfində savaşar. Biz risk edə bilmərik. Onu geri, evinə göndər!”

Akiş istəyirdi ki, bu cəsarətli döyüşçülər onun tərəfində olsun-lar, amma filiştli vilayət başçıları öz dedikləri üzərində dayanırdılar. Beləliklə, Davud və onun adamları Ziqlaqa qayıtdılar (84, 89, 90 fiqurlarını yığışdırın).

Səhnə 4Davud və onun adamları Ziqlaqa qayıdırlar (81, 82 fiqurlarını

əlavə edin)

MHİ

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

MHİ

Mərkəzi həqiqət olan kartoçkanı göstərin: «Pis dost-lardan özünü qoru».

Page 10: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

10

Davud və adamları Ziqlaqa yaxınlaşanda şəhəri toz dumanı bürümüşdü. Nə olub? Bir qədər yaxınlaşanda gördülər ki, toz onların doğma ev kimi yaşadıqları şəhərin xarabalıqlarından qalxır! (91 fiqurunu əlavə edin). Onlar şəhərdə olmayan vaxtda amaleqlilər ölkənin bu hissəsinə soxulub şəhəri yandırdılar, var-dövləti talan etdilər, mal-qaranı apardılar. Bədbəxtlik isə onda idi ki, qadın və uşaqlardan əsər-əlamət belə yox idi. Ola bilsin ki, onların hamısını yandırıblar, ya da əsir götürüblər. Davud və onun adamlarını dəhşət bürümüşdü. Müqəddəs Kitabda oxuya bilərik ki, Davud yanına yığılan camaatla birgə taqətdən düşənə qədər hönkürüb ağladı (1 Şamuel 30:4).

Ancaq Davud üçün hər şey daha da pis gətirdi! Onun döyüşçüləri öz-özlüyündə dedilər: “Hər şeyin günahkarı Davuddur! O bizi bura – filiştlilərin ölkəsinə gətirdi. O bizi Akişlə yolladı və şəhəri qorumaq üçün heç kəsi saxlamadı. Amaleqlilər xəbər tutdular ki, şəhərimiz müdafiəsiz qalıb, ailələrimizi öldürdülər və ya özləri ilə apardılar, bütün var-dövlətimizi talan etdilər!” Onların canlarını o dərəcədə kədər və qəzəb bürüdü ki, dedilər: “Gəlin Davudu daşa basaq!” Doğrusu, onlar belə etmədilər, ancaq yaman ürəklərindən keçirdi. Davud necə də pis bir vəziyyətdə idi! Bundan pis ola da bilməzdi, elə deyilmi?

Bütün bunlar ona görə baş verdi ki, Davud düşmən torpağına üz tutdu. pis yoldaşlardan uzaq olun! Bəlkə də sən İsa Məsihə heç vaxt Xilaskarın kimi yanaşmamısan, çünki dostlarının fikrindən çəkinirdin. Əgər buna görə İsa Məsihi qəbul etməmisənsə, deməli, sən pis yoldaşlarla ünsiyyətdə olursan. Bəlkə də sən başqa cür pis yoldaşlarla ünsiyyət edirsən (üzərində “yalan”, “itaətsizlik”, “aldatmaq”, “paxıllıq”, “nifrət” sözləri yazılan balaca insan fiqurları düzəldin). Sənin də belə yoldaşların var? Belədirsə, onlar səni həmişə Allahdan uzaq saxlayacaq.

Allah səni Ondan uzaq saxlayan günaha nifrət edir. Ancaq yenə də O, səni sevir! O, bizi o qədər möhkəm sevir ki, yeganə Oğlunu sənin günahlarına görə çarmıxda ölməyə göndərdi. Sən cəza çəkməyə layiqsən, amma O, sənin əvəzinə cəzalandırıb. Bundan sonra Allah səni bağışlaya bilər.

Sən öz günahlarından dönməlisən, çünki günahların Allahla bir yerdə heç vaxt ola bilməz. Sən imanla İsa Məsihə müraciət etməlisən ki, O, sənin günahlarını yusun və səni xilas etsin.

Bu, Davudun həyatında ən acı anlardan biri idi. O, evindən uza-qlarda, bütpərəst xalqın arasında idi. Onun ailəsi ya itkin düşmüş, ya da məhv olmuşdu, onun şəhəri yandırılmışdı, adamları isə onu daşa basmaq istəyirdilər. Ömrünün bu qara çağında Davud vacib olan nə isə etdi. O, tövbə edərək yenə də Allaha tərəf döndü (1 Şamuel 30:6). (92 - Davudun diz çökməsi fiqurunu təqdim edin). O, kömək üçün kimə müraciət edə bilərdi? Allah onu dinləməyə hazır idi. Da-vud ümidini Allaha bağlamayaraq düşmən torpağına getməsinə görə peşman olduğunu Allaha söylədi. Allahsız bir xalq içində keçən vaxt ona çoxlu bəla və kədər gətirdi.

MHİE

Əvvəlcədən balaca “adamcıqlar” kəsin və hər birinin üstündə çap hərfləri ilə bu sözləri yazın: yalan,

itaətsizlik, oğurluq, paxıllıq və nifrət.

Page 11: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

1111

Allah sənə ünsiyyətdə olduğun pis yoldaşlar barədə deməmişdirmi? Ancaq bu, heç də o demək deyil ki, sən imansızlarla mehriban olmamalısan. Əks təqdirdə, onları İsa Məsihə necə gətirə bilərsən? Allahın istədiyi budur ki, sən dost-luq əlaqələrindən asılı olmamaq üçün ehtiyatlı olasan. Allahdan səni əhatə edən oğlan və qızlar barədə soruş.

Onların arasında ağzına gələni danışan, söyüş söyən və təhqir edənlər varmı? Bəlkə bəziləri ədəbsiz, kobud və sözəbaxmayandırlar? Digərləri özlərini məktəbdə intizamsız aparır? Onlardan uzaq ol! Yoxsa onlar kimi olacaqsan. Əgər Al-lah sənə deyirsə ki, bu, yararsız dostluqdur, Davud kimi ol və peşman olduğun barədə Allaha söylə. Allahdan xahiş et ki, sənə yaxşı dostlar versin!

Bir qədər böyük olanda sənin görüşə çıxdığın dostun və ya rəfiqən olacaq. Rəbb İsanı sevən kəsi seç. Əgər sən həqiqi imanlı olmayan biri ilə “görüşməyə” başlasan, o kəs sənin imanlı həyatına əngəl törədə bilər. Rəbbi sevən Mətanət adlı bir qız Müzəffər adlı oğlanla görüşməyə başladı. Müzəffər imanlı olmasa da, Mətanətin çox xoşuna gəlirdi və onlar daha da bir-birinə yaxınlaşırdılar. qız başa düşürdü ki, ruhdan doğulmayan kəslə görüşməməlidir, amma hər dəfə özünə deyirdi ki, mən ona şahidlik edə bilərdim və o, imana gələ bilərdi. Mətanət və Müzəffər bir-birilərinə aşiq oldular. Müzəffər Mətanətə evli-lik təklifi etdi və Mətanət ona dedi ki, əgər bir gün sənin ima-na gələcəyinə əmin olsam, sənə ərə gedəcəyəm. Amma hər şey başqa cür gətirdi! Müzəffər Allah barədə eşitmək belə istəmirdi. O, məsihçi toplantılarına getməkdənsə, Mətanəti onunla bara və məsihçilər üçün nalayiq olan digər yerlərə getməyə məcbur ed-irdi. Mətanət toplantılara artıq getmirdi. “evdə də Müqəddəs Kitabı oxuya və dua edə bilərəm” - deyə özü-özünə təsəlli verir-di. Amma tezliklə buna da son qoyuldu. Müzəffər imanlı olmadı, Mətanətin də Allaha olan məhəbbəti soyumağa başladı. Kaş ki o, Allahın pis yoldaşlarla ünsiyyətdə olmamaq haqqında etdiyi xəbərdarlıqlara diqqət yetirəydi!

Yaxın dost seçimində, xüsusilə də, artıq yaşa dolanda həmin insan ilə ailə qurmaq fikrinə düşsən, ehtiyatlı ol.

İndidən sonra Davud Allahdan soruşur: “Ameleqliləri təqib etməliyəmmi və əgər arvad-uşaqlarımız hələ də sağdırsa, onları azad etməliyəmmi?” Allah cavabında: “Bəli, onları təqib et, sən on-lara mütləq çatacaqsan və mütləq əsirləri qaytaracaqsan” – dedi (1 Şamuel 30:8). Allahın bu sözləri Davudu çox ruhlandırdı. O bilirdi ki, onların ailələri sağdır və onlar ailələrini geri qaytara biləcəklər.

Onlar amaleqliləri təqib etməyə başladılar və Allah onlara amaleqlilərin düşərgə salıb ziyafət etdikləri yeri göstərdi: onlar Da-vud və onun adamlarının müharibədən belə tezliklə qayıdacaqlarını gözləmirdilər. Onların arvad-uşaqları orada idi (Fiqur 83-ü yerləşdirin). Davudun döyüşçüləri mübarizəyə hazırlıq gördülər. Onlar ailələri uğrunda döyüşəcəkdilər. Onlar inadla və uzun müddət (bir gün yarım fasiləsiz olaraq) savaşdılar. Allah onlara inanılmaz

MHİ

İman edən uşaqlara aid olantətbiqi kartoçkada göstərin: «Pis dostlara imkan vermə ki, Məsihə iman etməyinə mane olsunlar.».

Page 12: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

zəfər bəxş etdi, onlar düşməni darmadağın edib əzizlərini geri qaytardılar.

Görünür, bütün ailələr yenidən birlikdə olduqlarına və həyəcanlı günlərin geridə qaldığına görə xoşbəxt idilər. Davud xalqı ilə birlikdə tezliklə filiştlilərin ölkəsini tərk etdi. Mən əminəm ki, o, bunu sevinclə edib. Allahı sevməyən insanlarla yaşamaq qərarı ona kədər və müsibətdən başqa bir şey gətirmədi.

Allahın “pis yoldaşlarla ünsiyyətdən uzaq ol!” xəbərdarlığını unutma. Rəbb İsa Məsihi sevirsənsə, dost seçimində ehtiyatlı ol. Əgər sən hələ imana gəlməmisənsə, dostlarından qorxduğuna görə Məsihi rədd etmə. hələ də tutub saxladığın “dostlardan”, yalan, kələk, paxıllıq kimi pis əməllərdən əl çək. Gəl Rəbb İsa Məsihə etibar elə. Dostlarından bəzisi sənə güləcək, səninlə daha dostluq etməyəcək, amma sən İsa Məsihə xilas üçün etibar etsən, O, həmişəlik sənin dostun olacaq.

12

MHİ, MHİE

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

Page 13: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

1313

ƏLAVƏ tApŞiRiq

SəhnəcikUşaqlarla aşağıda göstərilən səhnələrdən birini və ya hər ikisini

düzəldin. Birinci səhnədən sonra siz uşaqlarla: “Sara qonşu uşaqlarla

özünü necə aparmalı”, yaxud: “Yaxşı dostları necə seçməli” barədə müzakirə edə bilərsiniz. İkinci səhnədən sonra uşaqlardan soruşun ki, yoldaşlar İsmayılı daş atmağa çağıranda, o, nə deməli idi.

A. Sara (səhifə 10-da verilən hekayə)Pərdə 1. Qonşu qız Saranı (imanlı qızı) evinə dəvət edir. Pərdə 2. Balaca otaqda ədəbsiz jurnalların oxunması, qışqırıqlar,

bir-birinə yağdırılan təhqirlər. Pərdə 3. Sara yatağa çox gec uzanır, dəhşətli dərəcədə yorğun

olur, özünü yaxşı hiss etmir, Müqəddəs Kitabı oxumağa və dua etməyə də istəyi olmur.

B. İsmayıl İsaya iman etmək istəyir, amma pis yoldaşlar ona mane olur.

Pərdə 1. İsmayıl “Xoş Xəbər” dərnəyinə gedir (“Müəllim” rol-unda özünüz, müəllim, və ya uşaq çıxış edə bilər).

Pərdə 2. İsmayıl evinə qayıdır və “pis - kobud və səs-küylü yoldaşlarla” oynayır. İsmayıl onlara deyir ki, “Xoş Xəbər” dərnəyinə getmək və İsa haqqında eşitmək xoşuna gəlir və o, İsanı öz Xilaskarı kimi qəbul etmək istəyərdi.

Onlar İsmayıla gülür və onu yaşlı adamın bağçasındakı ağaca daş atmağa çağırırlar.

Əməl 3. İsmayıl dostları ilə gedir və özünü onlar kimi pis aparır.

YAŞCA BÖYÜK OLAN UŞAqLARLA KeÇİRİLƏN FƏALİYYƏt NÖVLƏRİ

Qılıncla oyun10-cu səhifədə göstərilən Süleymanın Məsəlləri və Efeslilərə

məktubdan gətirilmiş ayələrdən oyun düzəldin. Ayəni hamıdan tez tapan uşaq onu oxuyur və xal alır. Həmçinin, həmin uşaq oxuduğunu bir qədər şərh də etməlidir. Daha çox xal yığan qalib olur.

Page 14: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

14

tƏKRARLAMAq ÜÇÜN SUALLAR1. Davud hansı səhv qərarı qəbul etdi? (O, filiştlilərin ölkəsinə

yaşamağa getdi.)2. Nəyə görə ora getdi? (O, qorxuya düşdü və artıq ümidini Allaha

bağlamırdı.) 3. Allah istəyir ki, sən və mən Davudun buraxdığı səhvdən ibrət

götürək. Hansı səhvdən? (Cavab lövhədən asdığım sözlərdən ibarətdir! Pis yoldaşlardan uzaq olun.)

4. Nəyə görə biz pis yoldaşlardan uzaq olmalıyıq? (Onlar məsihçilərə Məsih üçün yaşamağa maneçilik törədirlər.)

5. Filiştlilərin padşahının adını və ya onun Davuda verdiyi şəhərin adını yadınıza sala bilirsinizmi? (Padşahın adı - Akiş, şəhərin adı - Ziqlaq.)

6. Akiş Davuddan çox dəhşətli bir iş görməyi xahiş etdi. O, nə xahiş etdi? (Allahın xalqı olan İsraillilərə qarşı çıxaraq onun tərəfində döyüşməyi xahiş etdi.)

7. Davud xalqına qarşı vuruşmalı olmadı, amma Ziqlaqa qayıdanda o, nə gördü? (Düşmənlər şəhərə od vurublar, arvad-uşaqları və bütün var-dövləti özləri ilə aparıblar. )

8. Nə baş verdiyini görəndən sonra Davudun adamları ona nə etmək istəyinə düşdülər? (Onu daşlamaq.)

9. Belə bir ağır məqamda Davud hansı müdrik bir addım atdı? (O, bir daha Allaha müraciət etdi və Onunla danışdı.)

10. Davud bir daha Allaha müraciət edəndən sonra Allah ona nə vəd etdi?(Davud hər şeyi qaytaracaq)

Page 15: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

DƏRS 7b

MÜqƏDDƏS YAZiLAR1 Şamuel 28:1-251 Şamuel 31:1-72 Şamuel 1:12, 17-27

MƏRKƏZİ hƏqİqƏt Pis ruhlara qulaq asmaq təhlükəlidir.

tƏtBİq İman etməyənlərə: Pis ruhlara uyma. Bu,

Allahın səsini eşitməyinə mane olacaq.

İman edənlərə: Pis ruhlara uyma. Bu, Allaha xoş deyil.

YADDA SAXLAMAq ÜÇÜN AYƏ“Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız.” Levililər 19:31

ƏYANi VƏSAitLƏR♦ Fiqurlar: D-81, D-82, D-85, D-86, D-87, D-88

və D-93.♦ Flaneleqraf üçün fonlar: panorama yaxud

sadəcə təmiz flanel (fonsuz).♦ Siz eləcə də jurnallardan iki uşağın(təxminən 9

yaşlı uşağın) şəklini kəsib Dilarə və Nigar haq-da olan hekayə zamanı istifadə edə bilərsiniz.

♦ Mərkəzi həqiqət («Pis ruhlara qulaq asmaq təhlükəlidir.») və iman edən uşaq üçün tətbiq («Pis ruhlara uyma. Bu, Allaha xoş deyil.») olan kartoçkaları hazırlayın.

MÜƏLLiM ÜÇÜN qeYDOkkultizm barədə olan bu dərs kifayət

qədər səciyyəvi olduğundan, təklif edirik ki, bu həftə Zəbur 23 fəslini dayandırasınız ki, uşaqlar Levililər kitabından olan ayələri öyrənsinlər. Əgər sizin uşaqlarınız hələ çox balacadırlarsa və ya okkultizmə tutulmayıblarsa (rahatlanmayın - onların bu haqda fikirləşdiyimizdən çox məlumatı ola bilər!), siz bu dərsi ötürə bilərsiniz.

Cadugərlik, spiritlər tərəfindən ölülərin ruhlarının çağırılması, kart, fala baxılan lövhələr və s. vasitəsilə gələcəkdən qabaqcadan xəbər verilməsi çox geniş yayılıb. Öyrətdiyimiz uşaqlara demək lazımdır ki, Allah bizə Öz Kəlamında aydın surətdə xəbərdarlıq edir ki, biz bu cür təcrübədən uzaq olaq

DƏRSİN pLANi

GirişDilarə və Nigar haqqında hekayə Mh, Mhİe

Hadisələrin inkişafı1. Şaul filiştlilərin ordusundan qorxur 2. O Allaha məsləhət üçün müraciət edir 3. Allah onun itaətsizliyi üzündən ona cavab

vermir Mhİe4. Şaul bir cindar qadınla məsləhətləşir Mhİe5. Qadın Şamuelin ruhunu çağırır 6. Şamuel qabaqcadan söyləyir ki, İsrail

məğlub ediləcək Mhİ7. İsrail məğlub edilir.

Kulminasiya

Şaul və onun oğulları öldürülür

Yekun

Davud bu xəbərlərdən yaman kədərlənir Mhİ, Mhİe

15

ŞAUL VƏ CİNDAR qADiN

Page 16: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

16

Dərs(Jurnaldan kəsilmiş iki ədəd 9 yaşlı uşağın şəklindən istifadə edə

bilərsiniz.)Nərgiz və Dilarə mətbəxə yüyürüb girdilər, anaları şam yeməyi

üçün kökə bişirirdi. İkisi də bir qədər qorxu içində idilər. Ana onlara diqqət yetirib gördü ki, simalarında qəribə ifadə var.

- Nə üçün belə gecikdiniz? – deyə, ana onlara sual verdi. - Mən gözləyirdim ki, siz daha tez gələrsiniz.

Qızlar bir-birinə günahkarcasına baxandan sonra Nigar dilləndi:- Biz Mətanətin evində idik. Orda bizdən başqa da bir neçə uşaq

var idi, amma Mətanətin valideynləri evdə deyildi. Biz qəribə işlər görürdük.

- Nə cür işlər? – deyə, ana narahatçılıq içində soruşdu. - Deməli, - Dilarə cavab verdi, - biz masa ətrafında əyləşib əl-ələ

verdik. Mətanət dedi ki, biz müxtəlif suallar verə bilərik və kimsə onlara cavab verəcək. Bu, “bəli” və ya “xeyir” cavabları idi. Masaya vurulan bir zərbə “bəli”, iki zərbə isə “xeyir” demək idi.

- Masaya kim zərbə endirirdi? - Bilmirik, ay ana, - deyə, Nigar səssizcə cavab verdi. - Biz

işıqları söndürməli olduq, çox səssizcə oturub diqqətli olmalı idik. Bu, həqiqi kabus idi. Bu, bizlərdən biri ola bilməzdi, çünki biz əl-ələ tutmuşduq. Mətanət soruşdu: “Mən həmişə burda yaşayacağam?” - iki möhkəm zərbə səsi gəldi. Sonra o soruşdu ki, başqa bir şəhərdə yaşayacaqmı. Bu anda bir möhkəm zərbə səsi eşidildi. Bundan sonra biz dəhşətli dərəcədə qorxduq və dedik ki, evə getməliyik.

Uşaqlar analarına baxıb gördülər ki, o, dodaqlarını bərk-bərk yu-mub və çox ciddi görünür.

- Çox şadam ki, ikiniz də oradan getdiniz, - ana dedi, - Mən istəmirəm ki, siz bir daha belə edəsiniz. Siz nə baş verdiyini bilmir-diniz, ancaq masaya zərbə endirən pis ruh ola bilərdi.

- Pis ruh! - uşaqların təəccübdən gözləri bərələrək ucadan qışqırdılar.

- Bəli, uşaqlar, bu dünyada pis ruhlar var, biz onları görə bilmirik və çox ehtiyatlı olmalıyıq ki, onlarla heç bir ünsiyyətə girməyək, nə də onlardan heç nə xahiş etməyək (Mərkəzi həqiqəti lövhədə yerləşdirin.).

Şaul padşah bunu etdi. Şaul yadınızdadır? İzin verin, onun başına gələnlər barədə sizə nəql edim, amma başlamamışdan əvvəl nə isə demək istəyirəm. Ola bilsin ki, Rəbb İsa hələ ki sənin həyatına daxil olmayıb. Ola bilsin ki, sənin pis ruhlarla ünsiyyətin də olub, amma Rəbb İsanın səni günahlarından xilas etməyini istəyirsənsə və bunun yolunu bilmirsənsə, sənə kömək etməyə hazıram. Bütün uşaqlar gedəndən sonra yerində qal. Onda biləcəyəm ki, sən Allaha iman etməyin yolunu axtarırsan. Müqəddəs Kitabı birlikdə açıb nə etmək lazım olduğu barədə oxuyacağıq.

Davudun filiştlilərin ölkəsinə getməyi və filiştlilərin Allahın xalqı olan İsraillilərə qarşı vuruşmaq istəyi yadındadır?

Səhnə 1Şaul qorxu içindədir (mənzərəli fon, əgər siz fonu olan lövhədən

istifadə edirsinizsə).

MH«Pis ruhlara qulaq asmaq

təhlükəlidir» Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

MHİE

Page 17: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

1717

Şaul çoxminlik Filişt ordusunun onların üzərinə hücuma keçdiy-ini görəndə bərk qorxuya düşdü. Müqəddəs Kitabda deyilir: “Şaul Filişt ordugahını görəndə qorxudan ürəyi əsdi” (1Şamuel 28:5).

( 85 - Şaul və 86 - onun ordusu olan fiqurları yerləşdirin.)

Səncə, o, nə üçün bu dərəcədə qorxuya düşdü? Şaul Allaha qarşı itaətsizlikdə yaşayırdı, amma Allah ona cavab vermirdi. Keçmişdə Allah dəfələrlə Şaula müraciət etmişdi, amma o, Allahı nə dinləyir, nə də Ona itaət edirdi. İndi isə Allah onunla danışmırdı. Ona görə də Şaul belə bir qəribəliyə əl atdı. Bu, onun tərəfindən buraxılan səhv hərəkət idi. O bilirdi ki, bu, Allaha xoş deyil, amma yenə də özü bildiyi kimi etdi. Belə olan halda, Allahın ona cavab verməməyinə təəccüblənməliyikmi?

Yəqin ki, sizdə də bəzən belə bir sual doğur ki, axı nəyə görə Müqəddəs Kitab bizə darıxdırıcı gəlir və Allah bizə Onun vasitəsilə müraciət eləmir? Şaul kimi Allaha qulaq asmadığınıza görəmi? Sən günahından əl çəkib Allaha Onu dinləməyə və Ona itaət etməyə hazır olduğunu bildirməlisən.

Səhnə 2

Şaul və cindar qadınŞaul nəyin fikrinə düşdü? O, ölü bir insandan xəbər almaq fikrinə

düşdü! O, mərhum peyğəmbər Şamuel haqqında fikirləşirdi. Şamuel sağ ikən Şaula Allahın sözlərini ötürərdi, amma Şaul onlara heç də həmişə əməl etməzdi. İndi isə o fikirləşirdi ki, Şamuel ölmüş olsa da, ona savaşda nə edəcəyini bildirə bilər. Beləliklə, Şaul gələcəkdən xəbər verən və ya cindar bir qadın tapmaq üçün adamlarını yolladı ki, Şamuel ilə danışmaq məqsədilə ruhunu çağırsın.

Qulluqçuları bunu etməyi bacaran bir qadının yerini ona söylədilər. Şaul xarici görkəmini dəyişdi ki, qadın yanına bu yaramaz hərəkətin edilməsini xahiş etməyə gələn şəxsin kim olduğunu bilməsin. Beləliklə, Şaul o qadının yanına getdi. (87, 88 fiqurlarını lövhədə yerləşdirin).

Əvvəlcə cindar qadın Şaulun xahişini yerinə yetirməyə razılıq vermirdi, sonradan isə Şaul qadını dilə tutdu.

- Kiminlə danışmaq istəyirsən? – deyə, qadın soruşdu. - Şamuel ilə, - deyə, kişi cavab verdi. Bir qədər sonra qadın dedi

ki, uzun libaslı yaşlı kişinin torpaqdan qalxdığını gördü. - Bəli. Bu, Şamueldir, - deyə, Şaul öz-özünə fikirləşdi. Allah Müqəddəs Kitabda bizə aydın surətdə bildirir ki,

ölülərlə danışığa girən insanlarla heç bir əlaqəmiz olmamalıdır. Çox vaxt onlar, həqiqətən də, qəribə qüvvəyə malik olurlar, amma bu güc Allahdan yox, pis ruhlardan irəli gəlir. Ölüləri dindirən insana cadugər və ya cindar deyilir. Bunlar, cizgi filmlərində süpürgə üzərində uçan cadugərlər deyil. Gücünü şeytandan alan həqiqi cadugərlər mövcuddur. Onlar da çox vaxt adi insanlar kimi görünürlər. Amma ölülərdən gələn səsləri eşitdikləri vaxt şeytana qulluq etmiş olurlar. Çox vaxt bu səslər ölülərə yox, pis ruhlara məxsusdur. Bu cür hallarla heç bir əlaqən olmamalıdır.

Allah Levililər 19:31-də bizə söyləyir ki, biz cadugərlərə

MHİE

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

Gələcəkdən xəbər verən – gələcəkdə nə baş veridyini əvvəlcədən bildirən.

MH

Page 18: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

18

müraciət etsək, onlar bizi murdarlayacaqlar (Dərsin bu yerində, yaxud hekayənin axırında Levililər 19:31 ayəsini öyrənə bilərsiniz.).

Beləliklə, əgər kimsə taleyinizi əvvəlcədən söyləmək üçün kart açmaq, fala baxan lövhələrdən istifadə etmək, ya da masa-ya vurulan zərbələr vasitəsilə cavab almaq istəsə, belə insandan uzaq olun. Bu, çox təhlükəlidir.

Əgər sən hələ Məsihə etibar edib Xilaskarın olmasını On-dan xahiş etməmisənsə, Allahın səsini eşitməyə sənə mane olan sehrbaz və cadugərləri heç vaxt dinləmə. Allah bizə Müqəddəs Kitab vasitəsilə müraciət edir və məhz bu səsə qulaq asmalısan. Allah bizə deyir ki, biz pis işlərdən əl çəkək və Allaha gələk, bu halda O, bizi bağışlayacaq və pak edəcək. Cadugərlər günahını daha da ağırlaşdıracaq və sənə çoxlu problem gətirəcək, ancaq Allah səni təmizləyəcək.

Bilirsən, o, bunu necə edə bilər? Yeganə yol mövcuddur: Bu yol Allahın sevimli Oğlu Rəbb İsanın ölümü bahasına açılıb. İsa Göylərdəki həyatını tərk etdi ki, otuz ildən artıq bir müddətdə həyat sürdüyü yer üzünə, bu dünyaya gəlsin. heç vaxt bir pis iş belə görmədi. O, Öz sözləri, fikirləri və əməlləri ilə həmişə Səmavi Atasını razı salırdı. O, hər birimizin etdiyi bütün pis əməllərin cəzasını Öz üzərinə götürdü. Bizim layiq olduğumuz bu cəza ölüm idi. İsa Məsih bizim uğrumuzda çarmıxa mismarlanmış şəkildə öldü. O, Öz günahlarına görə yox, sənin günahlarına görə öldü. İsa sənin naminə öldüyünə görə Allah səni indi bağışlaya bilər. Allah səni nifrət etdiyi günahdan üz döndərməyə çağırır. Ona gəl və Ondan səni paklandırmağı və sənə əbədi həyatı verməyi xahiş et. Onun sevən səsini eşit və elə bu gün Ona gəl.

Şaul başı örtülü insan silueti görəndə onun Şamuel olduğunu başa düşdü. Şaul ona izah etdi ki:

- Mənə qarşı mübarizə aparan filiştlilərdən qorxuram, mənə de, nə etməliyəm? Xırıltılı yaşlı bir səs cavab verdi:

- Məndə sənin üçün xəbər var. Sənə üç xoşagəlməz xəbər verəcəyəm:

Birincisi, Allaha itaətsizlik etdiyinə görə padşahlıq taxtından məhrum olacaqsan. Davud səndən sonra padşah olacaq, bunu artıq bilirsən;

İkincisi, filiştlilər sənə və orduna qalib gələcəklər;Üçüncüsü, sabah sən və oğlun mübarizə zamanı öldürüləcəksiniz. Şaul bunları eşitdikdə qorxudan titrəyə-titrəyə taqətsiz surətdə

yerə sərildi. Bir qədər sonra qulluqçusu və qadın ona qalxmağa kömək etdilər. O yedi və qaranlıq gecəyə çıxdı.

Gecə qaranlıq idi, amma Şaulun qərq olduğu qaranlıq on-dan da qara idi. O, Nur olan Allahdan uzaq düşdüyünə görə qaranlıqda idi. Əgər sən Məsihə iman etmisənsə, Şaulun etdiyini heç vaxt etmə. Ruhlarla, sehrbazlarla, taleyi yozanlarla və ya o biri dünyadan xəbər verə biləcəyi haqda söyləyənlərlə ünsiyyətə girmə. Magiya, sehrbazlıq, tale yozma kimi şeylər barədə olan kitab və jurnalları oxuma. Bunu etsən, sənin üçün o qədər yaxşılıq edən Allahı kədərləndirmiş olacaq və ciddi problemlərlə qarşılaşacaqsan. Sən də Şaul kimi Allahından kənar qaranlıq içində gəzəcəksən.

(Bütün fiqurları yığışdırın.)

MHİE

«Pis ruhlara qulaq asmaq təhlükəlidir» Mərkəzi həqiqət

olan kartoçkanı göstərin.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

MHİ

İman edən uşaqlara aid olantətbiqi kartoçkada göstərin:

«Pis ruhlara uyma. Bu, Allaha xoş deyil.».

Page 19: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

1919

Səhnə 3

Şaulun ordusu məğlub edilib (86 və 85 fiqurlarını yerləşdirin).Ertəsi gün Şaul öz döyüşçüləri ilə filiştlilərə qarşı çıxanda onun ürəyi, yəqin ki, narahatlıq və qorxu ilə dolu idi. Doğrudan da, onu məğlub edəcəklərmi? Bəli, mübarizə qızışdı və filiştlilər qalib gəlməyə başladılar. Bir neçə oxatan Şaula doğru tuşlandı və onu yaraladı. O, bu cür dəhşətli yaralardan heç vaxt sağala bilməyəcəyini bilərək, döyüş meydanında qılıncının üzərinə yıxılıb öldü. Elə həmin gün Yonatan və Şaulun digər iki oğlu və eləcə də çoxlu döyüşçü öldü. O gün bütün İsrail üçün kədər və məğlubiyyət günü idi.

Nəyə görə Şaul və Yonatan həmin gün öldülər? Cadugər qadının evində səslənən yozmaya görəmi? Əlbəttə ki, yox! Şaul Allaha itaətsizlik etdiyinə görə, Allah Özü Şaulun və İsrail ordusunun məğlub olmasına izin verdi (86 və 85 fiqurlarını yığışdırın.).

(Bütün fiqurları yığışdırın.)

Səhnə 4

Davud Şaul və Yonatana görə kədər göz yaşları axıdır (81 və 82-ni əlavə edin).

Döyüşdən sonra çapar uzaq yola düşdü ki, Davuda hər şey barədə xəbər versin. Davud hələ də Ziqlaqda idi və yəqin ki, belə düşünürdü: “Görəsən, Akiş və digər Filişt sərkərdələrinin Şaul, Yonatan və İsrail ordusu ilə savaşı necə keçib?”

Birdən o, yüyürüb gələn bir adam gördü. Yəqin ki, bu, İsraildən xəbərlə gələn çapardır (82 - döyüşçülər, 81 - Davud və 93 - çapar fiqurlarını yerləşdirin). Davud narahatçılıq içində ondan:

- Nə baş verib? (2 Şamuel 1:4) - deyə, soruşanda çapar hələ də nəfəsini dərməmişdi.

Cavan çapar belə cavab verdi:- İsrail ordusu məğlub edilib, Şaul və Yonatan isə öldürülüblər.

Budur, Şaulun başından götürdüyüm tac və biləyindən çıxartdığım bilərzikdir. Bunlar onun ölümünə sübutdur.

Görəsən, çapar Davuddan nə gözləyirdi? “Əla! Axır ki, bu qəddar padşah öldü! İndi mən padşah ola bilərəm. O, illər boyu məni təqib edirdi, indi isə o ölüdür!” - deyəcəyini gözləyirdi. Yox, Davud böyük kədər içində əynini cırdı, ağladı və Şaul ilə Yonatanın ölümünə görə ağlaya-ağlaya oruc tutub qəm çəkdi. Gör nə dərəcədə bağışlama ruhuna malikdir! Səni incidən dara düşəndə, sən də özünü bu cür aparırsan? Ona yazığın gəlir?

Davud məhz belə etdi, Allah istəyir ki, sən də məhz belə edəsən. Sonralar Davud Şaulun və əziz dostu Yonatanın xatirəsinə həsr olunmuş qəşəng bir mərsiyə yazır və bu mahnıda o, təkcə öz dostu Yonatana yox, hər ikisinə müraciət edir:

“Şaul ilə Yonatan necə sevimli, əziz, Həyatda və ölümdə ayrılmaz oldunuz siz.Onlar qartallardan sürətli idi,Aslanlardan qüvvətli idi.” (2Şamuel 1:23). Şaul padşahın sonu beləcə kədərli idi. O, həyatında çoxlu günah

işlər görüb və ömrünün axırında Allahla məsləhətləşmək əvəzinə

Məktəbəqədər uşaqlar əsgər kimi «addımlaya» bilərlər.

Uşaqlara kömək edin xəritədə Ziqlaqı tapsınlar.

Dərsin bu hissəsini böyük uşaqlarla və ya köməkçinizlə səhnələşdirə bilərsiniz.

Page 20: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

20

cadugər qadına üz tutdu. Sən onun həyatından dərs alacaqsanmı? Cadugərlər və

pis ruhlarla əlaqəyə girən insanlarla ünsiyyətdə olma. Əgər sən Məsihçisənsə, bu, Allahı kədərləndirəcək və ruhani böyüməyinizin qabağını alacaq. Əgər hələ xilas olmamısansa, Allahın səsinə qulaq as. O, sənə belə deyir: “Mənə sarı gələni rədd etmərəm.” Ona bu gün gəl. O, səni qovmayacaq!

(Bütün fiqurları yığışdırın.)

tƏKRARLAMAq ÜÇÜN SUALLAR1. Dərsin əvvəlində danışılan hekayədə Nərgiz və Dilarə nə edirdilər? (Qaranlıq otaqda sual verirdilər və cavabında zərbə səsi eşidirdilər. )2. Anası onlara bu zərbənin səsini necə izah etdi? (Bu, pis ruhların

əməli idi.) 3. Şaul Şamueli nəyə görə eşitmək istəyirdi? (Allah onun itaətsizliyi

ucbatından artıq onunla danışmırdı, amma Şaul savaşda nə edəcəyini bilmək istəyirdi.)

4. O, cadugər qadının yanına getdi. Cadugər qadın kimdir? (Ölü in-sanlarla və ya ölülər dünyası ilə əlaqə yaradan qadındır.)

5. Səs Şaula nə dedi? (Üç şey.) (O, padşahlıq tacını itirəcək, İsrail filiştlilər tərəfindən məğlub ediləcək, Şaul və Yonatan isə savaşda öldürüləcəklər.)

6. Bu günün qızıl ayəsini əzbərdən söyləyə bilərsənmi? (Levililər 19:31.) 7. Şaul necə öldü? (O, oxlarla ağır yaralanmış və sonra da öz

xəncərinin üstünə düşmüşdü.) 8. Davud Şaul və Yonatanın ölüm xəbərini necə qarşıladı? (O, əynindəki paltarı cırdı, ağlayırdı və oruc saxlayırdı.)9. Davudun düşmənlərinə qarşı rəftarından hansı dərsi ala bilərik? (Bizi incidənlərdə baş verən bədbəxtliklərə qarşı sevinməməliyik.)10. Lövhədə yerləşdirdiyim vacib sözlər hansı idi? (Allah istəmir ki,

siz pis ruhlara qulaq asasınız.) 11. Nəyə görə pis ruhlarla ünsiyyətə girən insanlardan məlumat almaq

təhlükəlidir? (Çünki onlar Allahın düşmənləridir və ya ona görə ki, Allah suallarımızın cavabını Onun Kəlamından almağımızı istəyir.)

12. Dostunuz sizi spiritizm seansına və ya kartlarla fala baxmağa dəvət etsə, nə etməlisən? (Ona “yox” cavabı verib əsaslandır. Levililər 19:31 ayəsini ona oxu.)

MHİE

MHİ

təkrarlamaq üçün oyun

«Qoşun yığırıq»Uşaqları iki komandaya

bölün. Hər komanda üçün tava və

ya qutu hazırlayın. Eləcə də kifayət qədər xırda əşyalar toplayın (əsgərciklər, xırda

daşlar və ya qəpiklər), hansılarki döyüşçüləri təsvir

edəcək.Növbə ilə komandalara

suallar verin. (Komandaların oyunçuları aralarında

məsləhətləşə bilərlər. Çalışın hər dəfə ayrı-ayrı uşaqlara cavab verməyə şans verin.

Bəziləri, ola bilər ki, onları çağırmalarını istəmirlər.

Başqaları, ola bilər ki, şübhə edirlər əllərini qaldırsınlar

yoxsa yox, amma istəyirlər ki,onlardan soruşsunlar.)Əgər uşaq suala düzgün cavab verirsə, o “əsgəri”

öz komandasının qutusuna qoya bilər (Yada uşağa deyə

bilərsiniz ki, kubiki atsın; düşən rəqəm komandanın

götürə biləcəyi “əsgərlərin” sayını göstərə bilər).

Daha çox “əsgər” yığan kom-anda qalib gəlir.

Page 21: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Dərs 8 MÜqƏDDƏS YAZiLAR

2 Şamuel 1-4, 8-102 Şamuel 3:1, 6-12, 17-392 Şamuel 4:5-72 Şamuel 5:1-122 Şamuel 7:1-13

MƏRKƏZİ hƏqİqƏtAllahın Sözü həmişə icra olunur.

tƏtBİq İman etməyənlərə: Əgər Allahı səsləsən, O, səni

xilas etməyə söz verir. İman edənlərə: Allahın verdiyi hər bir vədinə

inan.

YADDA SAXLAMAq ÜÇÜN AYƏ«Qaranlıq dərədə gəzsəm belə, Şərdən qorx-maram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.». Zəbur 23:4Və ya«Beləliklə, Allahın güclü əlinin altında təvazökar olun ki, O Öz vaxtında sizi ucaltsın. ...» 1 Peter 5:6Bu ayənin incəliklərinə qədər izahatını verin.

ƏYANi VƏSAitLƏR♦ Fiqurlar: D-94, D-95, D-96, D-97, D-98,

D-99, D-100, D-101, D-102, D-103, D-104, D-105, D-106, D-107 və D-108.

♦ Flaneleqraf üçün fonlar: panorama, sarayın interyeri və yaxud sadəcə təmiz flanel (fonsuz).

♦ Mərkəzi həqiqət («Allahın Sözü həmişə icra olunur.») və iman edən uşaqlara aid olan tətbiqi («Allahın verdiyi hər bir vədinə inan.») kartoçkalarda hazırlayın.

DƏRSİN pLANi

GirişAtanız nə vaxtsa sizə söz verib? MhHadisələrin inkişafı1. Davud Yəhuda nəslinin padşahı elan edilir Mhİe2. Avner Şaul oğlu İş-Boşeti bütün İsrailin

üzərində padşah etdi Mh3. Çəkişmə çox uzun çəkdi, getdikcə Davud

nəsli qüvvətlənir 4. Avner Davudun tərəfinə keçir 5. Avner öldürülüb Mhİ6. İş-Boşet öldürülüb 7. Davud bütün ölkə üzərində padşah oldu

MhKulminasiya8. Davud Sion qalasını zəbt etdi (Yerusəlim) 9. Öz sarayını tikir 10. Məbəd düzəltməyi planlaşdırır

YekunAllah “yox” deyir Mhİ, Mhİe

ALLAhiN SÖZÜNƏ GÖRƏ DAVUD pADŞAh OLUR

21

Page 22: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

22

DərsAtanız sizə: “Şənbə günü səni gəzintiyə götürəcəyəm”, yaxud:

“Məzuniyyət vaxtı Moskvaya səfərə gedəcəyik”, “Ad günün üçün nə isə qeyri-adi bir şey edərik” kimi vədlər verib? Vədini yerinə yetirə bilib? Valideynləriniz vədlərini yerinə yetirməyə çox çalışırlar, amma bəzən gözlənilməz olaraq nə isə baş verir və onlar vədlərinə sadiq qala bilmirlər. Amma Allahla belə bir şey heç vaxt baş vermir. Əgər O, nə isə deyibsə, mütləq həyata keçəcək. O, qadirdir və pis vəziyyətdə qoya bilməz (94 fiqurunu yerləşdirin).

Allahın Davuda uzun illər öncə vəd etdiyini və daha nələr yerinə yetirilmədiyini xatırlayırsan? Bəli, onun İsrailin padşahı olacağı vədi. Allah Öz vədinin üstündə durmaq fikrində idimi? Əlbəttə, Onun Sözü həmişə yerinə yetir.

Səhnə 1(Mənzərə) Davud, kişilər, qadınlar və uşaqlarBir dəfə Davud Allahdan soruşdu:- Yəhuda şəhərlərindən birinə gedimmi?- Bəli, get, - Allah ona cavab verdi. - Xevron şəhərinə get. Yəqin ki, böyük bir sevinc hissi ilə Davud axır ki, filiştlilərin

ölkəsini tərk edib yenidən İsrailə yaşamağa qayıtdı (95, 96 və 97 fiqurlarını yerləşdirin.).

Davudla birlikdə İsrail torpağına onun adamları və onların ailələri də qayıtdı. Yəhuda nəslinin ağsaqqalları onları qarşılamağa çıxdılar.

- Biz istəyirik ki, siz bizim padşahımız olasınız, - onlar Davu-da belə söylədilər. Onlar Xevron şəhərində Davudu padşah olaraq məsh etdilər. Yəqin ki, Davud olduqca şad idi. Allahın ona verdiyi vəd yerinə yetdimi? Hələ ki, tamamilə olunmayıb! Yəhuda şəhəri bütün İsrail torpağının balaca bir hissəsi olub. Ancaq Allahın sözü yerinə yetirilməyə bilməz, çünki Allah nə isə deyəndə mütləq yerinə yetməlidir. Allahın sözü həmişə yerinə yetir.

Müqəddəs Kitabda deyilir: “Göy və Yer keçib gedəcək, Mənim sözlərim isə əsla keçib getməyəcəkdir” (Mattanın müjdəsi 24:35). Allah qüdrətlidir, ona görə də həmişə dediyini yerinə yetirə bilər. Bax elə buna görə, Müqəddəs Kitab ecazkar bir kitabdır, Allahın vədi isə bizim üçün çox qiymətlidir. Allahın bizə verdiyi vədlərindən biri də budur: “hər kim Allahın adını zikr etsə, xilas olacaqdır” (Romalılara məktub 10:13). Əmin ola bilərsən ki, bu həqiqətdir. Ola bilsin ki, sən hələ İsa Məsihə iman etməmisən, amma Allahın sözü vəd edir ki, əgər sən Onu zikr etsən, xilas olacaqsan. Bu, o deməkdir ki, sən Onu, sadəcə olaraq, səni xilas etməyin üçün xahiş etməlisən, elə bil ki, sən: “Allahım, mənim günahlarımdan keç” deyərək Allahı səsləyirsən. Allahı bu gün səslə.

Əgər bu gün İsa Məsihə sizi xilas etməyiniz üçün iman gətirmək istəyirsinizsə və necə edəcəyinizi bilmirsinizsə, onda mən sizə kömək etməyə hazıram. Başqa uşaqlar çıxıb gedəndən sonra, öz yerinizdə qalın. Sizin yerinizdə oturduğunuzu görəndə başa düşəcəyəm ki, xilas əldə etmək istəyirsiniz. Biz birlikdə

MHİE

MH«Allahın Sözü həmişə icra

olunur.» Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Uşaqlara kömək edin Xev-ronu xəritədə tapsınlar.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

Page 23: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

2323

Müqəddəs Kitabı açacağıq və mən sənə nə etməli olduğunu və Allahın nə edəcəyi barədə vədini izah edəcəyəm.

(Bütün fiqurları yığışdırın.).

Səhnə 2(Bir rəngli fon və ya saray) Avner və İş-BoşetAvner Şaulun ordu başçısı idi və o, Davuda qarşı çıxmağı qərara

aldı, baxmayaraq ki, Şaul ölü idi. O, Şaulun sağ qalan oğlu İş-Boşeti qalan İsrail torpağı üzərində padşah etdi (Avner və İş-Boşeti göstərən 99 və 100 fiqurlarını yerləşdirin). Beləliklə, iki padşah oldu. Torpağın bir qismi Davuda, o biri qismi İş-Boşetə məxsus idi.

Əminəm ki, insanların bəzisi fikirləşirdi ki: “Davud necə padşah ola bilər? İş-Boşet əsl padşahdır.”

Amma heç kim və heç nə Allahın planını poza bilməz. Əgər O, nə isə deyirsə, biz əmin ola bilərik ki, bu, həyata keçəcək. Məhz bu, Müqəddəs Kitabı digər kitabdan fərqləndirən cəhətdir. Sən tamamilə əmin ola bilərsən ki, Müqəddəs Kitabda oxuduqların həqiqətdir. Rəbb İsanın “Yenə gələcəyəm” vədini oxuyanda əmin ola bilərsən ki, O gələcək. İnsanlar gülə də bilər, amma bu, İsanın gələcəyi faktını dəyişdirə bilməz. O, dünyaya uşaq kimi göz açmaq üçün yox, padşah olmaq üçün gələcək (Tacı göstərən 108 fiqurunu yerləşdirin).

İş-Boşet padşah kimi zəif idi və buna görə qərarları Avner verir-di. Davud və İş-Boşet arasında uzun sürən bir müharibə başladı. Müqəddəs Kitabdan oxuyuruq ki, Davud getdikcə güclənirdi, ona qarşı vuruşanlar isə getdikcə zəifləyirdilər.

Bir vaxt İş-Boşet və onun ordu başçısı Avner arasında dava baş vermişdi. Axırda Avner padşaha dedi: “Bu gündən etibarən mən Da-vudun yanına gedirəm. Mən elə edəcəyəm ki, o, bütün İsrailin padşahı olsun. Daha sənə kömək etməyəcəyəm.” (Fiqurları yığışdırın).

Səhnə 3(Mənzərə) Avner və ağsaqqallarİndi isə Avner İsrail ağsaqqallarını Davudu bütün İsrailin

padşahına çevirməyə inandırmağa çalışırdı (Avneri fiqur 99, ağsaqqalları fiqur 101 ilə göstərin). O dedi: “Allah söz verdi ki, Şauldan sonra Davud padşah olacaq, qoyun elə də olsun.”

Səhnə 4(Saray) Davud və AvnerMühafizə dəstəsi ilə birgə o, Davudun yanına yola düşdü (98 -

Davud, 99 - Avner fiqurlarını yerləşdirin). O, Davuda dedi ki, bütün İsrail xalqını yığacaq ki, Davudu İsrail məmləkətinin padşahı etsin. Əlbəttə, Davud onu layiqli qəbul elədi, onun üçün ziyafət qurdu və onu sülhlə yola saldı.

(Bütün fiqurları yığışdırın.).

Səhnə 5(Saray) Davud və onun ordu başçısı Yoav

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 24: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Avnerin gedişindən bir qədər sonra Davudun ordu başçısı Yoav uğurlu yürüşdən qayıtdı. O, eşitdi ki, Avner Davudun yanına gəlib və çox gözəl qarşılanıb. Yoav dəhşətə gəlmişdi. O, Davudun sarayına vəhşicəsinə daxil oldu (98 - Davud, 102 - Yoav fiqurlarını yerləşdirin).

- Davud padşah, - qışqıraraq müraciət etdi, - niyə Avneri qəbul etdin? Məgər Avneri tanımırsan ki, o, hər şeyi öyrənmək üçün bura gəlib? Sən onu buraxmamalı idin. Yoav tələsərək getdi (102 fiqurunu yığışdırın). O, Avnerin dalınca çaparlar göndərdi ki, onu geri qaytarsınlar, guya ki, onunla danışmaq istəyir. Amma gözlənilmədən Avner Yoavın üzərinə hücum edib onu öldürdü.

Davud bu haqda xəbər tutanda Şaul üçün etdiyi kimi, Avner üçün də yas saxladı. Həqiqətən, Davud rəhmli insan idi, elə dey-ilmi? İndi Avner ölüdür. O, Davudu, həqiqətən, bütün İsrailin padşahı etmək istəyən bir döyüşçü idi. Bu, Davudun padşah olmaq şansını azaltdımı? Əsla yox! Davudun padşah olacağına Avner söz verməmişdir, bu, Allahın əhd-peymanı idi.

Bu, Allahın müəyyənləşdirdiyi vaxtda baş verməli idi. Əgər sən Məsihə iman gətirmisənsə, gündəlik olaraq Müqəddəs Kitabı oxuyanda Allahın vədlərinə fikir ver: onları yadda saxlamağa çalış, özünüzdə qeyd edin və ya Müqəddəs Kitabınızda işarələyin - və görəcəksən ki, Allah hər bir vədini yerinə yetirir. qorxu içində olanda Allahın: “qorxma, çünki Mən səninləyəm. Səni qüvvətləndirəcəyəm.” (Yeşaya 41:10), - vədi sizə kömək olacaq. Bu, həqiqətdir. İsa Məsih naminə yaşamaq çətin olanda Allahın: “Mənə hörmət edənləri hörmətə çatdıracağam” (1Şamuel 2:30) vədini xatırlayın. Allahın verdiyi hər bir vədi sənin üçündür. Onların heç biri yerinə yetirilməyə bilməz, çünki bu, Allahın Kəlamıdır.

D-98 Davud fiqurunu yığışdırın

Səhnə 6(Mənzərə) Davud və xalqAvner öldü və Davudun bütün Yəhuda nəslinin padşahı

olmağından yeddi ildən artıq bir vaxt keçdi. Allahın Davuda verdiyi vəd isə yerinə yetirilməli idi.

Ölkənin şimal hissəsinin padşahı olan İş-Boşet öldürüldü və İsrailin bütün qəbilələrinin ağsaqqalları Xevrona, Davudun yanına gəlib belə dedilər: “Biz istəyirik ki, sən bizim padşahımız olasan. Hətta Şaul bizim padşahımız olanda da israilliləri yürüşlərə aparan və gətirən sən idin.” ( 95, 96, 97, 98 nömrəli fiqurları yerləşdirin). Beləliklə, Xevronda böyük bir ziyafət gözlənilirdi və bütün İsrail qəbilələrindən olan insanlar bura gəldi (98 nömrəli fiquru 103 nömrəli fiqurla əvəz edin - Davud ağsaqqallar qabağında diz çökür, 104 nömrəli fiquru əlavə edin - keşiş əlində buynuz (105)). Keşiş Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdi. Əminəm ki, bütün xalq yeni padşahına sevinir və şadyanalıq edirdi. Bu, İsrail tarixində ən möhtəşəm günlərdən biri idi (Fiqurları yığışdırın).

Allah Davuda demişdi ki, o, padşah olacaq və o, padşah oldu

24

MHİ

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 25: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

2525

da! Allahın sözü həmişə yerinə yetirilir. Allah aldada və ya fi-krini dəyişə bilməz. Başqa insanlar Ona söz verdiyini yerinə yetirməyə mane ola bilməz. Rəbb İsanın doğulmağından uzun illər öncə Allah Xilaskar göndərəcəyinə söz vermişdi və göndərdi. Allah demişdi ki, O, Beytlehemdə dünyaya gələcək. Və O, ha-rada doğuldu? Beytlehemdə! Rəbb İsanın Yer üzünə gəlişindən çox illər öncədən Allah Onun günahkarlar uğrunda öləcəyini demişdi (107 nömrəli fiquru - çarmıxı yerləşdirin). Belə də oldu. Müqəddəs Kitab tamamilə həqiqətdir - Allahın Kəlamıdır. Bəzi insanlar fikirləşirlər ki, Müqəddəs Kitabın bəzi yerləri düzgün deyil, amma gün gələcək və hər kəs görəcək ki, Allahın Kəlamı tamamilə həqiqətdir və yerinə yetməyə bilməz (107 nömrəli fiqu-ru yığışdırın).

(98 - Davud fiqurunu yerləşdirin). Davud öz yeni mövqeyinə ciddi yanaşdı. O bilirdi ki, məhz Allah onu padşah etdi (2Şamuel 5:11). Davud təpə üzərindəki şəhəri tutdu və bu, Davudun ilk şücaəti oldu. Şəhər olduqca möhkəmləndirilmiş idi və elə görünürdü ki, sanki onu almaq qeyri-mümkündür. Lakin Davud və onun adamları bunu etdilər və şəhərin adını Yerusəlim, Davudun şəhəri qoydular.

Yerusəlimdə Davud daş, sidr ağacı, bahalı metallar kimi ən yaxşı materiallardan ibarət gözəl bir saray tikməyə başladı.

D-98, Davud fiqurunu yığışdırın.

Səhnə 7(Saray) Davud və NatanSaray hazır olandan sonra Davud peyğəmbər Natanı yanına

çağırdı (98 - Davud fiqurunu və 106 - Natan fiqurunu yerləşdirin). - Natan, - deyərək, müraciət etdi, - mən əla bir sarayda yaşayıram,

amma camaatın Allaha sitayiş etdikləri yer sadəcə bir çadırdır. Bu, heç də yaxşı deyil! Mən möhtəşəm - sarayımdan olduqca gözəl bir saray tikmək istərdim. İnsanlar ora gəlib Allaha həmd və dua edə bilərlər.

O, həqiqətən, Allahı razı salmaq və Adını ucaltmaq istəyirdi, elə deyilmi? Natan da düşünürdü ki, bu, yaxşı fikirdir. O, Davuda dedi: “Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir” (2Şamuel 7:3). Amma Natan Allahdan soruşmadı ki, Davudun Onun üçün saray tikməsini istəyir, ya yox. Həmin gecə yatağında uzanaraq Davuda verdiyi məsləhətin doğruluğunu bilmək istədi. Allah Davu-dun Onun üçün saray tikməsini həqiqətən istəyirdimi? Allah Nata-na yuxuda görünüb dedi: “Xeyr, Natan, Davud saray tikməməlidir. Mənə çadırda sitayiş edən insanlardan çox məmnun idim. Mən Da-vuda xeyir-dua verəcəyəm və Onunla olacağam, amma Davud yox, onun oğullarından biri saray tikəcək. Bu, Davudun ölümündən sonra baş verəcək.”

Səhər Natan Davudun yanına gəldi. Yəqin ki, o, bir qədər pərt olmuşdu, çünki Allahdan yol göstərilməyini xahiş etmədən məsləhət verdi. Natan Davuda səhv məsləhət verdi. İndi isə Natan Allah tərəfindən ona nazil olanı Davuda anlatdı. Davud məmnun idi ki, özü yox, oğlu sarayı tikəcək. Ancaq Davud kömək edə bilərdi. O, sarayı

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 26: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

26

tikmək üçün çoxlu tikinti materialları hazırlatdı. Saray Davud tərəfindən tikilmədi, çünki Allah “xeyr” dedi.

Allahın sözü yerinə yetməyə bilməz. Oğlanlar və qızlar, bunu yad-dan çıxartmayın. Allah Öz Kəlamında bizi xəbərdar edir və söz verir, çünki onların hamısı yerinə yetəcək. O, səni xəbərdar edir ki, günah dolu yolu getməkdə davam etsən, Onunla Göylərdə heç vaxt ola bilməyəcəksən. Əbədi olaraq Ondan uzaqlaşacaqsan. Əgər günahlarından üz döndərsən, səni möhtəşəm vəd gözləyir. Allah verdiyi vədin həyata keçməsinin qeydinə qalacaq. Budur: “Allahın adını çəkən hər kəs xilas olacaq”. Xilas əldə etmək üçün bu gün Allahı çağıracaqsanmı?

(Bütün fiqurları yığışdırın.).

ƏLAVƏ tApŞiRiq

«Həlimlik» səhnəciyiBizim yada saxlamaq üçün olan ayəmiz (1 Peter 5:6) biz həlim

olmağa çağırır, və Allah bizi yüksəldəcək.Yaqub 2-ci fəsildə bizi ikiüzlülükdən çəkindirir– insanlara qarşı

tərəfgirlik etməmək, kimisə başqasından üstün tutmamaq. Siz əyani Yaqub 2:1-9 təsvir edə bilərsiniz. Uşaqlara oxumaq üçün mətni verə bilərsiniz,bəzilər oxusun,o biriləri göstərsin.

MHİ, MHİE

Müqəddəs Kitabdan ayənioxuyun.

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 27: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

2727

tƏKRARLAMAq ÜÇÜN SUALLAR1. İnsanlar bəzən yerinə yetirə bilmədikləri vədləri verir. Bu-

nun niyə belə baş verdiyinin bir neçə səbəbini gətirin. (Nə isə baş verir ki, verilən sözü yerinə yetirməyə mane olur; insanlar fikirlərini dəyişə və ya unuda bilərlər.)

2. Nəyə görə Allah vədinə sadiq qalır? (O, qadirdir, heç nə Onu tutduğu fikrindən döndərə bilməz. O unutmur, nə də ki, fikrini dəyişmir.)

3. Ziqlaqdan Xevrona qayıdanda Davudun başına nələr gəldi? (Yəhuda xalqı onu padşah etdi.) 4. Davud Yəhuda nəsli üzərində neçə il padşahlıq etdi? (7 ildən

artıq, daha dəqiq desək, 7 il yarım.) 5. Yəhuda nəslinin padşahı olanda verilən vəd tamamilə yerinə

yetirilmiş oldumu? (Qismən, çünki Allah Davuda bütün İsrail xalqı üzərində padşah olacağına söz vermişdir.)

6. Allahın verdiyi vədlərinin yerinə yetirilməsinə aid başqa mis-allar da gətirin. (Misal üçün: O, Oğlunu Beytlehemdə doğulmaq və günahkarlar uğrunda ölmək üçün göndərdi. Ona iman edənlərə kömək etmək və onları bərkitmək üçün verilən hər bir vəd.)

7. Allahın yerinə yetiriləcək xəbərdarlığına aid nümunə gətirin. (Bir vaxt Allah bütün dünyanı mühakimə edəcək. Əgər biz

günahlarımıza görə tövbə etmədən ölsək, Onunla ola bilmərik, Ona iman etməsək, mühakimə olunacağıq.)

8. Avnerin hansı hərəkəti uzun sürən müharibəyə səbəb oldu? (O, Şaulun oğlu İş-Boşeti ölkənin qalan hissəsinin padşahı etdi. )9. Şaulun oğlu İş-Boşet ilə mübahisədən sonra Avner nə etdi? (O, İş-Boşetdən Davudun tərəfinə keçdi ki, onu bütün İsrailin

padşahı etsin.) 10. Yoav kim idi? O, nə etdi? (O, Davudun ordu başçısı idi. O,

Avneri öldürdü.)11. Bütün ölkənin padşahı olan kimi Davud nə etdi? (O, Yerusəlimi

zəbt etdi və özü üçün saray tikdi.) 12. Davudun saray tikmək barədə fikri ilə razılaşanda Natan nə

etməyi unutdu? (Bu işdə Allahın iradəsinin olub-olmadığını Allah-dan soruşmağı unutdu.)

təkrarlamaq üçün oyun

«Padşahdan soruş»Uşağın başına qoymaq üçün yüngül karton kağızdan tac düzəldin. Tacın üstünü “qızılı” və ya “gümüşü” zərli vərəqlə bürüyün. Qoyun uşaqlar öz aralarından bir padşah seçsinlər və kimsə padşah və ya məlikənin başına tacı qoysun. Sonra uşaqlar Davudun həyatından “padşaha” sual verə bilərlər. Əgər “padşah” cavabı bilirsə, tac onun başında qalacaq, başqa bir uşaq isə ona növbəti sualı verəcək. Əgər cavab verə bilməsə, tacı ona sual verən uşağa verir və həmin uşaq “padşah” olur və ona suallar verilir. Uşaqlar aşağıda göstərilən sualları oxuya və ya beyinlərində hazırlanan sualları verə bilərlər.

Page 28: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

28

Page 29: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Dərs 9

MÜqƏDDƏS YAZiLAR1 Şamuel 4:2-111 Şamuel 5:1-6:212 Şamuel 6:1-19Saylar 4:5, 15, 20

MƏRKƏZİ hƏqİqƏtAllah müqəddəsdir. tƏtBİq İman etməyənlərə: Sizi Allahdan aralı saxlay-

an günahlarınıza görə tövbə edin.

İman edənlərə: Sən də müqəddəs olmalısan.

YADDA SAXLAMAq ÜÇÜN AYƏKeçən dərsin ayəsini: Zəbur 23:4 və ya 1 Peter 5:6.və ya öyrənin:«Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil.- Rəbb belə bəyan edir. ». Yeşaya 55:8.

ƏYANi VƏSAitLƏR♦ Fiqurlar D-109, D-110, D-111, D-112,

D-113, D-114, D-115 və D-116.♦ Flaneleqraf üçün fonlar: panorama və ya

sadəcə təmiz flanel (fonsuz).♦ İstəsəniz siz 7b dərsində olan uşaqların

şəkillərindən istifadə edə bilərsiniz.♦ Mərkəzi həqiqət («Allah müqəddəsdir.»)

və iman edən uşaq üçün olan tətbiqi («Sən də müqəddəs olmalısan.») kartoçkalarda hazırlayın.

ƏhD SANDiĞiNiN ƏLƏ KeÇMƏSİ VƏ GeRİ qAYtARiLMASi

29

DƏRSİN pLANi

GirişNigar və Dilarə посещают церковь MhƏhd sandığı israillilərin düşərgəsinə gətirildi Mh

Hadisələrin inkişafı

1. Əhd sandığı filiştlilər tərəfindən

ələ keçirildi Mhİe

2. Əhd sandığı Daqonun məbədində

3. Daqonun sınmış heykəli Rəbbin sandığının önünə düşmüşdür Mh

4. Allah filiştlilərin üzərinə bədlik və ölüm göndərir

5. Əhd sandığı arabanın üstündə geri qaytarılır

6. İsraillilər Rəbbin sandığını götürürlər

7. Bəziləri içərisinə baxır və ölürlər Mh

8. Davud arabanın üstündə sandığı geri gətirir

9. Uzza sandığa əl uzadır və ölür Mhİe

10. Sandıq Oved-Edomun evində qalır

Kulminasiya

Davud sandığı Yerusəlimə gətirir

Yekun

Davud sandığı Müqəddəs məskənə qoyur.

Mhİ, Mhİe

Page 30: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

30

DərsHər bazar Nigar və Dilarə valideynləri ilə məsihçi məbədinə

gedirdilər (7B dərsində istifadə olunan uşaqların fiqurlarından istifadə edin). Onlara binaya sakitcə girib səssiz oturmağı öyrətdilər, çünki Allah müqəddəsdir və biz Ona Onun hü-zurunda və Onun evində olarkən dərin ehtiram göstərməliyik. Bütün ailə məzuniyyətə çıxanda onlar başqa məsihçi məbədinə getdilər və gördülər ki, bəzi insanlar himnlər oxunanda ətrafa boylanırdılar. Onlar oxuyanda Allah haqqında düşünmürdülər. Dua zamanı isə onlar tamamilə hörmət göstərmirdilər. Nigar və Dilarə özlərini narahat hiss edirdilər, çünki onlara həmişə öyrədirdilər ki, baxmayaraq ki, Allah bizi sevir, O müqəddəsdir və biz Ona hörmət etməliyik (Üzərində “Allah müqəddəsdir” yazısı olan vərəqi lövhədə yerləşdirin).

Bu, həqiqətdir, elə deyilmi? Öz xalqı olan İsrailə Allah məhz bunu öyrətmək istəyirdi.

Səhnə 1

(Mənzərə) Döyüşçülər və Rəbbin sandığı

Davud padşah olmamışdan uzun illər öncə israillilər və filiştlilər arasında savaşma baş vermişdir. Allahın seçilmiş xalqı Onun qanunlarına qarşı itaətsizlik etdiyi vaxtda Allah filiştlilərin daha gü-clü olmasına imkan verdi. İsrail döyüşçüləri öz düşərgələrində ikən ruhdan düşdülər (110 fiqurunu yerləşdirin), amma onlar qələbə əldə eləmək üçün plan tərtib etdilər.

Düşərgədən yola düşmüş çapar gözdən itdi. Bir neçə müddətdən sonra yenidən uzaqlıqda göründü, amma çox ləng tərpənirdi və onunla daha bir neçə nəfər var idi. Çiyinlərində üzəri göy örtük ilə örtülmüş bir əşya daşıyırdılar (109 - döyüşçülər və 111 - əhd sandığı fiqurlarını yerləşdirin).

Döyüşçülərin üzlərində olan qorxu ifadəsi sevinclə əvəz olundu, çiyinlərində yük daşıyan insanlar daha da yaxınlaşanda döyüşçülər qışqırmağa və şadyanalıq etməyə başladılar. Müqəddəs Kitabda deyilir ki, torpaq onların qışqırığından inildəyirdi!

Yaxınlıqda düşərgə salan filiştlilər qışqırığı eşidib dedilər: “Orda nə baş verir?” Biləndə ki üzəri göy örtük ilə örtülmüş əşya Rəbbin əhd sandığıdır, qorxuya düşdülər. İndi sizə izah edəcəyəm niyə.

Uzun illər öncə Allah öz xalqına sandıq düzəltməyi əmr etdi. Bu, başqa bir sandıq idi. O, əbrişim ağacından düzəldilmişdi, içəridən və bayırdan xalis qızılla örtülmüşdü. Sandığın kəffarə qapağını qızıldan iki keruv (qanadlı mələk) bəzəyirdi. Bu əhd sandığı Müqəddəs məskən adlanan xüsusi çadırın içində yerləşirdi. Müqəddəs məskən iki hissədən ibarət idi və ancaq bir nəfər əhd sandığı yerləşən hissəyə keçə bilərdi. Həmin insan ora ancaq ildə bir dəfə keçə bilərdi. Bu insan baş ka-hin idi. Başqa heç kəsə əhd sandığını görmək icazəsi verilməmişdi. Sandığın içində bir neçə dənə əşya, o cümlədən, üzərində Allahın

MH

«Allah müqəddəsdir» Mərkəzi həqiqət olan kartoçkanı

göstərin.

Page 31: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

3131

qanunları yazılan iki daş lövhə var idi. Bu lövhələr xalqa həmişə on-larla birlikdə olan Allahın - müqəddəs Allah olduğunu xatırlatmalı idi. “Müqəddəs” o deməkdir ki, O, fərqlidir, başqadır, O, insan kimi deyil. O, pak və yaxşıdır. O qədər safdır ki, günaha heç baxa da bilməz. Bəzən televizorda elə şeylərə baxırıq ki, o şeylər heç ağlımıza da gələ bilməz, amma onlar bizim xoşumuza gəlir. Amma Allah o qədər safdır ki, günaha tab gətirə bilmir. O - yaxşılığın özüdür. O - müqəddəsdir. Günaha batmış heç nə Onun yanında ola bilməz, çünki Onun müqəddəsliyi tərəfindən külə dönər.

İsrail döyüşçüləri qışqıraraq sevinirdilər, çünki fikirləşirdilər ki, sandıq onlarladırsa, çox ehtimal ki, onlar savaşdan qalib çıxacaqlar. Filiştlilər qorxuya düşdülər. Onlar bir-birilərinə belə deyirdilər: “Həmin Allah onların ordugahlarına gəlib.” Onların Allahın Öz xalqı üçün et-diyi böyük möcüzələrdən xəbəri var, amma onlar elə düşünürdülər ki, bu Allah Allahlardan biridir. Onlar başa düşmürdülər ki, Allah yeganə olan Allahdır və O, tamamilə müqəddəsdir.

Filiştlilər əvvəlkindən daha cəsarətlə və fədakarcasına döyüşmək qərarına gəldilər.

Bir qədər sonra yenidən bir savaş başladı. Səncə, bu dəfə kim qa-lib gəldi? İsraillilər fikirləşirdilər ki, asan bir qələbə əldə edəcəklər, filiştlilər isə məhz belə olacağından ehtiyatlanırdılar. Amma xeyir? İsrail xalqı uduzmağa başladı. Bu dəfə 30 min döyüşçü həlak oldu və Rəbbin sandığı ələ keçmişdi. Necə də böyük faciə!

Nəyə görə Allah Onun xalqının məğlubiyyətə düçar olmağına izin verdi? İnsanların itaətsizliyinə görə. İsraillilər Allahın qanunlarını ürəklərində yox, sandıqda saxlayırdılar və əməlləri bu qanunlarla idarə olunmurdu. Onlar yalan danışır, qatillik və oğurluq edirdilər. Ən pisi isə o idi ki, Allah həyatlarında birinci yerdə deyildi.

Sən İsaya etibar etmisən, amma sənin əhd sandığın yoxdur. Bəlkə sən Allahın Kəlamını yaddaşında saxlayırsan. Sən belə fikirləşirsən: “Mən Allah haqqında çox bilirəm. Müqəddəs Kitab-dan çoxlu hadisələr bilirəm. Müqəddəs Kitabdan çoxlu ayə əzbər söyləyə bilərəm.” Bu, çox yaxşıdır, amma Allahın sözünə itaət etmək Onun üçün daha vacibdir. O, pak və yaxşıdır. O gözləyir ki, sən də pak və yaxşı olasan. Sən “Xoş Xəbər” dərnəyində keçilən ayələr və dərslər barədə düşünürsən? Sən Allahdan itaətkar olmağını xahiş edirsən? Allahın Kəlamı həmişə yerinə yetirilir barədə bu həftə düşünmüsənmi? Bunun üçün Allaha minnətdar olmusanmı? pis yoldaşlardan uzaq durmaq barədə Allahın əmri ilə tanış olanda əməl etdinmi? Müqəddəs Kitabdan nə qədər ayə yadda saxladığın o qədər də vacib deyil. Onların neçəsinə əməl et-diyin Allah üçün vacibdir.

Filiştlilər zəbt etdikləri bütün qənimətlərlə birgə sandığı öz yurdlarına sevinclə apardılar. Onlar sandığı bütpərəst allahlarından biri olan Daqon məbədində qoydular və qapıları bağladılar.

Növbəti gün səhər məbədin qapısını açanda nə görsələr yaxşıdır? Daqonun heykəli Rəbbin sandığının önündə üzüstə yerə düşmüşdür.

MHİE

İman edən uşaqlara aid olantətbiqi kartoçkada göstərin. «Sən də müqəddəs olmalısan.»

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

Page 32: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

32

Onlar Daqonu götürüb yerinə qoydular. Ertəsi gün erkən qapını açan-da gördülər ki, Daqon yenə Rəbbin sandığının önündə üzüstə yerə düşmüşdür. Bu dəfə isə Daqonun başı ilə iki əli qırılıb kandarın üstünə düşmüşdür! Yalnız gövdəsi qalmışdır. Buna görə insanlar sandığı başqa yerə keçirdilər. Sandığı hara aparırdılarsa, Allah o yerə xəstəlik və ölüm göndərirdi. Allah bu insanlara nə öyrətmək istəyirdi? Öyrətmək istəyirdi ki, O, sadəcə olaraq, allahlardan biri deyil. O - yeganə həqiqi Allahdır. O - hər şeyin yaradıcısıdır. O, pak və müqəddəsdir. Daqon kimi allahlar isə, sadəcə olaraq, gücsüz bütlər idi. həqiqətdə isə bunlar sadəcə ağac və daş parçalarıdır.

Onların başı olsa da, onlar görə, eşidə və ya fikirləşə bilmirlər. Əlləri olsa da, heç nə edə bilməzlər. Miskin Daqon daşdan olan başı və əllərindən məhrum oldu.

Nəhayət, filiştlilər sandığı İsrailə yollamağı qərara aldılar. Təzə təmiz araba tapdılar, iki inəyə qoşdular və sandığı arabaya qoydular. Sonra da arabanı İsrailə aparan yola saldılar. Sandıq İsrailin sərhədinə çatanda qonşu şəhərlərdən olan insanlar böyük bir sevinclə sandığı qəbul etdilər. Bəziləri Allahın dediyini unudub sandığı açıb baxdılar və yıxılıb öldülər! Öz xalqına müqəddəs olduğunu, Sözünə itaət etməyi və Onun hüzurunda ehtiram göstərməyi öyrətmək Allaha yaman ağır gəldi. Bir neçə insan öldüyünə görə, israillilər sandığa toxunmaqdan qorxdular və sandıq yüz ildən artıq bir müddətdə - Da-vud İsrailin padşahı olanadək bir şəxsin evində qaldı.

Səhnə 2Davud sandığı qaytarırDavud Allaha hörmət bəsləyirdi və qabağında ehtiram göstərirdi.

O, sandığın harada olduğunu bilirdi və istəyirdi ki, sandıq paytaxt Yerusəlimdə olsun. Ona görə sandığı geri qaytarmaq barədə düşünüb bir fikrə gəldi. Sandıq yerləşən şəhərə 30 min adam göndərdi.

Rəbbin sandığı üçün xüsusi olaraq yeni araba düzəldilmişdir və öküzlər onu dartırdılar (112 - Davud, 115 - insanlar, 113 - araba və Rəbbin sandığı, 114 - Uzza fiqurlarını yerləşdirin.).

Davud və 30 min adam Rəbbin sandığının önündə Allah üçün mümkün olan bütün çalğı alətlərində çalıb oynayaraq gedirdilər. Uzun sürən qəribçilikdən sonra Rəbbin sandığının yenidən Yerusəlimə qayıdan günü böyük sevinc gününə çevrildi.

Ancaq Davud ciddi bir səhvə yol verdi. O, sandığı daşımaq barədə Allahın verdiyi göstərişlərə əməl etmədi. Neçə illər öncə Allah dedi ki, sandığı bir yerdən başqa yerə daşıyanda üzərinə göy örtük çəkilməlidir və sandığın yanlarındakı halqalardan şüvüllər keçirilməlidir və bir neçə keşiş onu daşımalıdır. Bu sandığın keşiyini çəkmək onların vəzifəsi idi. Ancaq Allah dedi ki, hətta onlar da heç vaxt sandığa toxuna bilməzlər.

Lakin Davud Allahın göstərişlərinə əməl etmədi. Ola bilsin ki, o unutdu, bəlkə də o, hesab etdi ki, bu, o qədər də əhəmiyyətli deyil. Davud sandığı arabaya qoydu, öküzləri də arabaya qoşdu. Gözlənilmədən daşlıq yola çıxdılar. Araba titrəməyə başladı və sandıq bir qədər yana əyildi. Sandığın yanı ilə gedən Uzza adlı bir kəs sandığı tutmaq üçün əlini uzatdı və yerindəcə yıxılıb öldü.

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

MHMərkəzi həqiqət olan

kartoçkanı göstərin.

Page 33: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

3333

Müqəddəs Kitabda deyilir ki, Uzzaya qarşı Allahın qəzəbi alovlandı və onu oradaca vurdu (114 fiqurunu 116 - Uzzanın ölümü fiquru ilə əvəz edin.).

Uzza niyə öldü? Bu haqda Davud da soruşurdu, ancaq Allah aydın şəkildə bildirib ki, sandığa toxunmaq olmaz. Allah Öz xalqına müqəddəs olduğu və Ona qarşı düşüncəsizlik etmək qadağan olduğu barədə dərs vermək məcburiyyətində idi. Günah Allah-la eyni yerdə ola bilməz. Allah bu hadisəni Müqəddəs Kitabda yerləşdirib ki, sən və mən Allahın müqəddəs olduğundan agah ola bilək. Əgər həyatınız günahlarla doludursa, onda sən Allahla eyni yerdə ola bilməzsən. Sən günahkar həyat sürürsənmi? Sən yalan danışıb aldadırsanmı? Oğurluq və cinayət edərək Allahın qanunlarını pozursanmı? Allahın gözündə sənin günahların çox ağırdır və səni Allahdan uzaq saxlayır.

Baxmayaraq ki, sən günah işlətmisən və Allahın günahdan zəhləsi gedir, O, yenə də səni sevir. Xilas olmağın üçün O, vahid oğlunu qurban etdi. Rəbb İsa sənin günahlarına görə cəza çəkdi. Sənin uğrunda İsa çarmıxda öldü. Bu gün Ona iman edəcəksənmi, günahlarına görə tövbə edəcəksənmi, bağışlanmağını və övladı olmağını Ondan xahiş edəcəksənmi? Bu gün O, səni xilas edəcək, çünki “hər kim Rəbbin adını zikr etsə, xilas olacaqdır” (Romalılara məktub 10:13).

İndi Davud qorxuya düşdü və Əhd sandığını İsrailə aparmağa ürək eləmədi. Sandığı Oved-Edom adlı insanın evində qoydular. Sandıq onun evində olan müddətdə Allah ona və onun bütün ailəsinə bərəkət verdi. Üç aydan sonra Davud Əhd sandığını bir daha Yerusəlimə gətirməyə cəhd etdi (Əhd sandığının bir daha daşınması - fiqur 111-i yerləşdirin). O, Allahın Əhd sandığının yerini dəyişdirmək qaydasına əməl etdi. Əhd sandığı təpəyə, Yerusəlimə gətirilən zaman yenidən şadyanalıq oldu: mahnı səslənir, insanlar sevincindən rəqs edirdilər. Sandığı Davud tərəfindən qurulan xüsusi çadırın içərisinə qoydular. Bu gün insanlar Allahı izzətləndirir və Ona şükür edirdilər və bir çox heyvanı qurban gətirdilər. Əhd sandığını geri gətirməyə çox vaxt tələb olundu və bu yolda da Allahın Kəlamına qulaq asılmadığına görə, bir çox insan tələf oldu. Allahın müqəddəs və saf olduğuna axır ki inandılarmı?

Allaha iman etmisənsə, başa düşürsənmi, Allah müqəddəsdir və sənin də müqəddəs olmağını istəyir? O, daxilinizdə Öz Müqəddəs Ruhu vasitəsilə yaşayır və sənə yaxşı, təmiz və müqəddəs həyat sürməyə kömək edə bilər.

hələ xilas olmamısansa, bu gün günahdan üz döndər və Al-laha bağışlanmaq üçün müraciət et. Bunu etməsən, günah səni bu gün və həmişə Allahdan kənar saxlayacaq.

(Bütün fiqurları yığışdırın.).

ƏLAVƏ tApŞiRiq

Səhnə. Bir neçə uşaq bu dərsin girişini səhnələşdirir. Pərdə 1. Nigar və Dilarə görürlər ki, uşaqlar məsihçi məbədində və

Bazar günü məktəbində özlərini diqqətsiz və hörmətsiz aparırlar.

MHİE

Qoyun uşaqlar göy parçaya toxunsunlar. Bu onlara yadda saxlamaqda kömək edəcək.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

MHİ

MHİE

Page 34: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

34

Pərdə 2. Məsihçi məbədində ibadət qurtardıqdan sonra onlar başqa uşaqlara olduqca yumşaq və mədəni tərzdə başa saldılar ki, rəftarları düzgün deyil, çünki Allah müqəddəsdir. Onlar Uzzanın başına gəldiyini uşaqlara başa sala bilərdilər.

tƏKRARLAMAq ÜÇÜN SUALLAR1. Nəyə görə bir dəfə İsrail ordusu öz düşərgələrində şənlik edirdilər?

(Çünki Əhd sandığı gətirilmişdi.)2. Əhd sandığının içində olanları sadalayın. (Üzərində Allahın əmrləri

olan iki şəhadət lövhəsi.)3. Əhd sandığı israillilərin düşərgəsində olduğundan indi onlar nəyin

niyyətində idilər? (Onlar gözləyirdilər ki, filiştlilərlə döyüşdə qələbə qazanacaqlar.)

4. Allah niyə bir daha onların məğlubiyyətlərinə imkan verdi? (Çünki on-lar Allahın sözündən çıxırdılar. Onlar Allahın əmrlərini qəlblərində və ya həyatlarında yox, sandığın içində saxlayırdılar.)

5: Filiştlilər sandığı hara qoydular? (Onların allahı olan Daqonun məbədinə.)

6. Daqona nə oldu? (O, sandığın qabağına düşdü, ertəsi gün isə onun başı və əlləri qopub düşmüşdü.)

7. Allah filiştlilərə nə öyrədirdi? (Onu öyrədirdi ki, O, allahlardan biri deyil, O yeganə, həqiqi Allahdır, hər şeyi Yaradandır.)

8. Filiştlilər sandığı geri göndərəndən sonra sandıq, demək olar ki, 100 il balaca bir şəhərdə qaldı. Bunun səbəbi nə idi? (Bir neçə nəfər sandığın içinə baxıb ölmüşdülər, ona görə də insanlar sandıqdan ehtiyatlanırdılar.)

9. Allahın əmrinə uyğun olaraq sandıq necə daşınmalı idi? (Üzəri göy örtüklə bağlanmalı idi; daşımaq üçün şüvüllər sandığın yanlarındakı halqalara keçirilməli idi və sandığı kahinlər daşımalı idi.)

10. Davud hansı ciddi səhvə yol verdi və nəticədə nə oldu? (O, sandığı arabada aparmağa qərar verdi. Uzza sandığa toxundu və yerindəcə öldü.)

11. Lövhədə hansı sözləri bir neçə dəfə yerləşdirmişəm və təkrar eləmişəm? (Allah müqəddəsdir.)

12. Allah müqəddəsdirsə, bizdən nə gözləyir? (İmansızlar Allahdan uzaq salan günahlarından dönüb imana gəlsinlər və imanlılar müqəddəs olsunlar.)

təkrarlamaq üçün oyun

«Ayağa qalx – otur»Uşaqları iki komandaya bölün. Hər komandanın

oyunçuları yaxın oturmalıdır.

Hər komandaya sualları növbə ilə verin.

Əgər cavab düzdürsə cavab verən uşaq və ya başqası

ayağa qalxa bilər. Əgər cavab düz deyilsə uşaqlardan biri

oturur.

Əgər bütün oyunçular dayanıbsa, onda növbəti

sualın cavabında uşaq o biri komandanın oyunçularından

oturmağı xahiş edə bilər.

Əgər növbəti cavab düz deyilsə bütün komanda otura

bilər, o biri komandanın oyun-çusu ayağa qalxa bilər.

Hansı komandanın daha çox oyunçuları dayanıbsa o kom-

anda qalib gəlir.

Page 35: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Dərs 9b

MÜqƏDDƏS YAZiLAR

2 Şamuel 11:1-272 Şamuel 12:1-24

MƏRKƏZİ hƏqİqƏtZina etmə.

tƏtBİq İman etməyənlər və iman edənlərə: Allah

istəyir ki, sən təmiz həyat sürəsən. Səni Allahdan uzaq salan murdarlıqdan uzaq ol.

YADDA SAXLAMq ÜÇÇÜN AYƏBu əlavə olaraq keçilən dərsdə siz Zəbur 22 fəslinin öyrənilməsini dayandıra və Timoteyə birinci məktub 5:22: “...başqalarının günahında iştirak etmə; özünü təmiz saxla” ayəsini uşaqlara əzbərlədə bilərdiniz.

ƏYANİ VƏSAİtLƏR♦ Fiqurlar : D-117, D-118, D-119, D-120 və

D-121.♦ Flaneleqraf üçün fonlar: dam, otağın

daxili bəzəyi, sarayın interyeri yaxud təmiz flanel (fonsuz.)

♦ İstəsəniz 7b (Dilarə) dərsindən olan şəkli istifadə edə bilərsiniz.

♦ İstəsəniz «Davud Allahın ürəinə görə olan insan» seriyasından D-28-а-b-c-d istifadə edə bilərsiniz.

♦ Mərkəzi həqiqət («Zina etmə») və tətbiq («Allah istəyir ki, sən təmiz həyat sürəsən. Səni Allahdan uzaq salan murdarlıqdan uzaq ol.») olan kartoçkaları hazırlayın.

DƏRSİN pLANi

Giriş“Nə olub, Jalə?” MhHadisələrin inkişafı

1. Davud Yerusəlimdə qalır

2. O, Bat-Şeva ilə zina edir Mhİ

3. Davud Xetli Uriyanın ölümü barədə düşünür

4. Bat-Şeva Davudun arvadı olur Mhİe

5. Körpənin doğulması

6. Natan Davudu ifşa edir

Kulminasiya

Davud günahını etiraf edir və Rəbb onu bağışlayır Mhİ

Yekun

Davudun dualarına baxmayaraq uşaq

ölür Mh

35

DAVUD VƏ BAt-ŞeVA

Page 36: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

36

Müjdənin izahıGöylərə bilet

Adi yol biletinin surətini çıxarın. Bileti uşaqlara göstərin.

Əgər mən kinoya, atraksiona və ya stadiona düşmək istəsəm, mən nə etməliyəm?

Qoyun uşaqlar cavab versinlər.

Düzdür, mənə bilet lazımdır. Biletsiz məni ora buraxmazlar. Eləcə də, mən elə belə Göylərə düşə bilmərəm, mənə “bilet “ lazımdır, girməyə icazə. Amma Göylərə «bilet» bunun kimi deyil. Bibliyadan ayəni dinlə. Görək sən Göylər. necə düşməyi biləcəksən.

Bibliyadan Yəhya 3:16 oxuyun və qoyun uşaqlar sizin sualınıza cavab versin.

Ayədə deyilir ki, Oğula iman edənin əbədi həaytı var. Deməli, Göylərə düşmək üçün Rəbb İsa Məsihə, Onun sənin əvəzinə çarmıxda ölümünə və dirilməsinə inanmaq lazımdır.

Dərs(Giriş üçün siz əvvəlki dərslərdən Dilarəni göstərən fiquru və

təxminən eyni yaşda olan qızın fiqurunu seçə bilərsiniz.)- Nə olub, Jalə? - Dilarə soruşdu.Məktəbdə onun ən yaxın rəfiqəsi olan Jalənin kefi çox pozulmuşdu,

tənəffüs zamanı başını partaya qoyub səssizcə hıçqırırdı. O, heç naharına da toxunmamışdı və çox kədərli görünürdü.

Dilarə ona qarşı çox mehriban olduğundan və ona təsəlli verdiyindən, axır ki, Dilarəyə olanları danışdı:

- Atam bizi qoyub getdi. Anamı və məni qoyub başqa qadının yanına getdi. Biz özümüzü pis və tənha hiss edirik.

Oğlanlar və qızlar, ataların qoyub getdiyi çoxlu bəxtsiz ailələr var. O, balalarının anası olan qadınla yox, başqa bir qadınla yaşayır. Bəzən ana başqa kişinin yanına yaşamağa gedir. Bunu edən insan-lar ailələrinə qarşı, ən çox da Allaha qarşı böyük pislik etmiş ol-urlar. Müqəddəs Kitabda Allah çox aydın surətdə bizə söyləyir: “Zina etmə!” Bu, o deməkdir ki, hər bir kişi öz qadınına sadiq olmalıdır. O, heç vaxt başqa qadının yatağına uzanmamalı və ya ona qayğı göstərməməlidir. qadının da həyatında öz ərindən başqa heç bir kişi olmamalıdır.

Allah izdivac yaradıb ki, kişinin ancaq bir arvadı olsun, ancaq onu sevsin, onun qayğısına qalsın. eləcə də, hər bir qadının bir əri olmalıdır, ancaq onu sevməlidir, ancaq onunla yaşamalıdır, başqa heç kimlə. Allah Öz Kəlamı vasitəsilə bizə bunu öyrədir. Davud da zina etməklə Allahı çox kədərləndirdi.

Səhnə 1(Fondan istifadə edəcəksinizsə, flanereqraf lövhəsini və ya dam-

dan görünən mənzərəni seçin). Tənha Davud

Bu əyani dərsi o biri dərsə keçid və ya dəvət kmi istifadə

edin.

Diqqət yetirin ki, bu dərsdə zinakarlıq və əxlaqsızlıq

mövzuları açılır. Öyrətdiyiniz uşaqların yaşına görə siz

tətbiq vaxtı nümunələr seçməlisiniz. Müasir uşaqlara

əxlaq və təmizlik haqda danışmalısınız. Rəbdən mü-drikilik istəyin uşaqlara nəyi

və necə danışmalısınız.

«Zina etmə» Mərkəzi həqiqət olan kartoçkanı

göstərin.

Öz Müqəddəs Kitabınızdan Çıxış 20:14 və ya Qanunun

təkrarı 5:18 oxuyun.

MH

Page 37: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

3737

Bütün bu hadisələr yazda başladı. Davud padşahın döyüşçüləri yenə də müharibəyə getdilər. Davud isə Yerusəlimdəki sarayında qaldı (117-Davud fiqurunu yerləşdirin.) Bir axşamçağı Davud sarayının yastı damı üstündə gəzişməyə çıxdı. Qonşu evin həyətində yuyunan gözəl bir qadın gördü.

- Bu qadın kimdir? - nökərlərinin birindən soruşdu. - Bu qadın Uriyanın arvadı Bat-Şevadır - dedilər. (Bütün fiqurları yığışdırın.).

Səhnə 2(İnteryer: Davud və Bat-Şeva. Üzərində Bat-Şeva olan 118

fiqurunu yerləşdirin.)Davud ailəli insan idi və Bat-Şevanın da ərdə olduğunu öyrəndi,

bununla belə, onun dalınca nökərlər göndərdi ki, onunla yatmaq üçün saraya gətirsinlər.

Onun günahı baxışdan başladı, sonra onun beynini zinaya gətirib çıxaran natəmiz fikirlər bürüdü. Oğlanlar və qızlar, kirayəyə götürülən video filmlərə, televiziya proqramlarına və evinizə gətirilən jurnallara baxanda ehtiyatlı olun, çünki çox vaxt məhz bu cür pislik bizə daxil olur. Bəzən bu jurnal-lar və filmlər ədəbsiz əhvalatlar və təsvirlərlə dolu olur. Əgər sən məsihçisənsə və televizor ekranında ədəbsiz (məsələn, ero-tik səhnə) məqamların göstərildiyini görürsənsə, sadəcə olaraq, otaqdan çıx və ya təklikdə televizora baxırsansa, onu söndür. Seks barədə ədəbsiz zarafatlara qulaq asma. Kənara çəkil və ya danışan adamdan bu tipdə söhbətləri yanınızda etməməsini xahiş et. Özün də bu barədə danışma. Allah istəyir ki, sən fikirlərində və əməllərində pak olasan. Rəbb İsa deyib ki, ədəbsiz fikirlər ədəbsiz əməllərə bərabərdir (Mattanın müjdəsi 5:28). Səni yoldan çıxarmağa çalışanda Səmavi atanızdan sizə güc verməyini diləyin ki, pak qalasınız və ədəbsiz olan şeylərə baxmayasınız və ya başqaları etdiyinə görə ədəbsiz əməllər etməyəsiniz. Onu xahiş etsəniz, O, sizə kömək edəcəyinə söz verir.

O deyir: “Salehlər fəryad çəkəndə Rəbb eşidir, Onları bütün əzablarından azad edir” (Zəbur 34:17).

Bat-Şeva həmin gecə evə qayıtdı. (117 və 118 fiqurlarını yığışdırın).

Ancaq bir dəfə o, padşaha məktub göndərdi. Məktubda yazılmışdı: “Davud padşah, mənim uşağım olacaq. Bu uşağın atası sənsən, ərim Uriya deyil.” Hər şey daha da çətinləşdi, elə deyilmi?

MHİ

Tətbiq olan kartoçkanı göstərin «Allah istəyir ki, sən təmiz həyat sürəsən. Səni Allahdan uzaq salan murdarlıqdan uzaq ol».

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

Page 38: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

38

Səhnə 3(Saray) Davud və UriyaUriya döyüşçü idi və Davudun ən yaxşı sərkərdəsi olan Yoavın

komandanlığı altında döyüşürdü. Ona görə Yoava əmr göndərdi ki, Uriyaya döyüşü bir neçə günlük tərk etməyə və Yerusəlimə gəlib padşah Davuda məruzə etməyə icazə versin (117 və 119 - Uriya fiqurlarını yerləşdirin).

Uriya padşahın yanına gəldi və döyüşün gedişi barədə padşaha danışdı. Davud isə dedi: “İndi isə arvadının yanına get, mən isə sənə yaxşı yemək-içmək göndərərəm”. Amma Uriya evə getmədi. O, padşahın sarayının qapısında ağasının bütün mühafizəçiləri ilə birlikdə yatdı. Növbəti gün padşah soruşdu: “Niyə evə getmədin?” Uriya cavab verdi: “Ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək-içmək və arvadımla yatmaq üçün evimə ged-immi?”

Davud bir gün də onu sarayında saxladı, doyunca yedizdirdi, içizdirdi və evinə gedib arvadı ilə gecəni keçirtməyi söylədi.

(Əgər sinfinizdə balaca uşaqlar varsa və növbəti abzaslardakı fikirlərin olduqca “yetkin” insanlar üçün olduğunu fikirləşirsinizsə, o abzasları çıxarda bilərsiniz.)

Beləliklə, Davud istəyirdi ki, insanlar arvadının Uriya yanına gəldiyi zaman hamilə qaldığını fikirləşsinlər. Ancaq o gecə də Uriya arvadı Bat-Şeva ilə yatmaq üçün evinə getməyib sarayın qapısında gecələdi.

Davud anlayırdı ki, uşaq dünyaya gələndə hamı başa düşəcək ki, uşaq Uriyadan deyil, çünki o, arvadı ilə artıq neçə aydır ki yatmır. Belə olan təqdirdə, Davud daha bir mənəviyyatsız hərəkətə əl atdı. O, Uriyanı öldürmək qərarına gəldi. O, Yoavın ünvanına belə bir məktub yazdı: “Uriyanı qızğın döyüşlərə göndər və onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün” (Uriya - 119 fiqurunu yığışdırın.). Yazıq Uriya öz əli ilə məktubu Yoava apardı. Mən əminəm ki, o, öz ölüm hökmünü apardığını fikrinə belə gətirmirdi! Yoav bu məktubu alanda Davudun əmrini yerinə yetirdi və Uriya ön cəbhədə tək qalanda düşmən oxları ilə öldürüldü. Beləcə, Davud ölüm hadisəsi törətdi, elə deyilmi? Uriyanın ölməsi üçün məhz o, vəziyyəti düşünüb quraşdırdı.

D-117, Davud fiqurunu yığışdırın.

Səhnə 4(Saray) Davud və Bat-ŞevaBat-Şeva ərinin ölümünü eşidəndə onun üçün yas tutdu. Ancaq

bir müddətdən sonra Davud onu saraya gətizdirdi və o, Davudun arvadı oldu (117 və 118 fiqurlarını yerləşdirin.). Davudun Uriyanı öldürməsi və Bat-Şevanı arvadı etməsi barədə çox az adam xəbərdar idi. Amma Allah bilirdi və biz də Müqəddəs Kitabda oxuyuruq ki: “Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi.” (2Şamuel 11:27).

Bəli, hər şey belə olub. O, Allahın iki əmrini pozdu: zina etdi

Özünüzü elə göstərin ki, güya Davud kimi məktub

yazırsınız,sonra onu bükün və köməkçinizə ötürün.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

Page 39: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

3939

və öldürdü. Bir günah o birisini törədir. Sən özün də bunu başa düşdün? Sadəcə tənbəllik üzündən dərslərini hazırlamırsan və bunu gizlətmək üçün yalan danışmalı olursan, beləcə davam edir. İşlədilən bir günah başqasına gətirib çıxarır. Ola bilsin ki, sən televizorda və jurnalda nalayiq olan bir şeyə baxdın. Sonra bunun haqqında fikirləşirdin, sonra da, ola bilsin ki, ədəbsiz lətifələr danışmısan, ya da sonralar səndə utancaqlıq yaradan əməllər görmüsən. Baxmaqdan fikir doğur, fikirdən əməl. Da-vudun etdiyi günah Allahı kədərləndirdiyi kimi, sənin də etdiyin günah Allahı kədərləndirir. Bəlkə Davudda olduğu kimi sizin əməlləriniz barədə çox adamın xəbəri yoxdur, amma Allah bilir və etdikləriniz Onu kədərləndirir.

Allah sizin günahlarınız barədə hər şeyi bilir, amma O, səni sevir. O, səni o qədər sevir ki, Yer üzünə Rəbb İsanı, Öz yeganə Oğlunu göndərdi. İsa otuz ildən artıq yaşadı və günahsız idi, ancaq sənin və mənim günahlarıma görə çarmıxa çəkildi. Günahlarımıza görə layiq olduğumuz cəzanı İsa Öz üzərinə götürdü. Lakin Rəbb İsa Məsih qəbirdə qalmadı. O, ölülərdən dirildi və yenə də yaşayır.

Allahın Öz Oğlu bizim günahlarımızı Öz üzərinə götürdüyünə görə, O, bizi bağışlaya bilər. Allaha bu gün gəl! Ona günahlarına görə peşman olduğunu bildir. Bağışlanmağını və əbədi olaraq səndə yaşamaq üçün həyatına daxil olmağı Ondan istə. Allah səndə yaşayanda sənin əhatəndə olan şirniklənmələrə (mənfi sövq olunmalara) üstün gəlməyə sənə güc verir.

Rəbbin sənin həyatına daxil olmağı barədə daha ətraflı bilmək istəyirsənmi? Mənfi sövqlərə üstün gəlmək barədə sualın varmı? Mənimlə dərsdən sonra danışa bilərsən. Sadəcə olaraq, birinci cərgədə hər hansı yerdə otur.

Bir neçə aydan sonra Bat-Şevanın Davuddan uşağı dünyaya gəldi. Əlbəttə, uşağın doğulması sevindirici gündür, amma həqiqətdə Davud artıq uzun müddətdir ki, dilxordur. O bilirdi ki, pis iş görüb, bu da ona əziyyət verirdi. O günlərdə Davud işlətdiyi günaha görə necə əzab çəkdiyi barədə bir neçə Məzmur yazdı. Günah ağır bir yük kimi onu əzdi. Günah həmişə bu cür təsir göstərir. Vicdanımız bizə pislik etdiyimizi və Allahın bizə görə kədərləndiyini bildirəndə, biz özümüzü bədbəxt hiss edirik

(117-Davud və 118 - Bat-Şeva fiqurlarını yığışdırın.).

Səhnə 5Davud və NatanBir gün Natan peyğəmbər Davudun yanına gəldi (117 və Natan

- 121 fiqurlarını yerləşdirin.). Onlar çox yaxşı dost idilər və tez-tez söhbət edirdilər.

Natan müraciət edib dedi: - Davud, sənə vacib olan bir şey danışmaq istəyirəm. Bir şəhərdə iki nəfər yaşayırdı. Biri çox varlı, o birisi isə çox kasıb idi. Varlı insanın böyük qoyun və mal-qara sürüsü var idi. Kasıbın balaca quzusundan başqa heç nəyi yox idi (Əgər sizin “Davudun həyatı” kitabının birinci cildi üçün hazırlanan fiqur-

MHİE

İman edən uşaqlara aid olantətbiqi kartoçkada göstərin.

Natanın hekayəsində yaxşı olardı ki, quzu şəklini istifadə edəsiniz.

Page 40: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

40

lar varınızdırsa, onda siz üzərində quzu çəkilən 28 a-d fiqurlarını götürüb lövhəyə asa bilərsiniz.). Bu quzu, həqiqətən, onun ailəsinin sevimlisi idi. Onlar yemək masasından onu yedizdirir, uşaqlar onunla oynayırdılar. O da ailənin bir qızı kimi idi. Bir gün varlının evinə bir qərib gəldi və varlı öz quzu və ya öküzlərindən birini kəsməkdənsə, kasıbın evindəki həmin yeganə quzunu götürüb kəsdi.

Davud bunu eşidib yaman qəzəbləndi və dedi:- Bu insan ölümə layiqdir. Natan Davudun düz gözlərinin içinə baxıb dedi: - Həmin insan sənsən. Natan əlavə etdi: - Allah belə deyir. Sən

bu insana bənzəyirsən, çünki Allah sənə xeyir-dua verib: O, səni Şauldan qoruyub, O, səni padşah etdi, O, bütün ölkənin idarəçiliyini sənə verdi və bir çox başqa şeylər. Ancaq sən Uriya kimi kasıb bir insanın yeganə varı olan və çox sevdiyi arvadını əlindən aldın. Et-diyin əmələ görə Allah səni cəzalandıracaq. Sən daim döyüşlərdə olacaqsan və ailənin bəzi üzvləri sənə qarşı çıxacaqlar (117 fiqurunu 120 - Davudun diz çökməyi fiquru ilə əvəz edin.).

Davud bilirdi ki, pislik edir. Allah artıq bu haqda ona demişdir, indi də Natan peyğəmbər vasitəsilə bir daha ona müraciət edir. İztirab içində olan Davud dedi: “Allah qarşısında günah işlətmişəm.”

Natan cavabında: “Allah səni bağışladı”. Davud günahını Natana yox, Allaha etiraf etdi və onu Natan yox, Allah bağışladı.

Axır ki, Davud düzgün addım atdı, elə deyilmi? O, səmimi olaraq, Allaha günahını etiraf etdi. Allah isə söz verir: “Əgər günahlarımızı etiraf ediriksə, sadiq və adil olan Allah günahlarımızı bağışlayıb, bizi hər yamanlıqdan təmizləyəcəkdir” (Yəhyanın birinci məktubu 1:9). İndi Davud deyə bilərdi ki:

“Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!” (Zəbur 32:1). Davud Allahı sevirdi, bununla belə o, günaha batdı. Allahın

həqiqi övladı olsan da belə, sən də günah işlətmisən? Bəlkə də sənin günahın Davudun günahı qədər dəhşətli olmayıb, amma bu, hər halda, Allahı kədərləndirən günahdır. Davud kimi sən də günahlarını etiraf et və təmizlənməyini Ondan istə.

Sən böyüyəndə, çox ehtimal ki, evlənəcək və ya ərə gedəcəksən. Allah istəyir ki, sən seçim olunan şəxsə sadiq olasan. Öz ərin və ya arvadından savayı, yaşadığın başqa birisi olmamalıdır. Bu haqda düşün!

televizorda tez-tez evli kişilərin başqa qadınlarla yaşadığını, yaxud ərli qadınların başqa kişi ilə yaşadığını görürsən. Bu, pis əməldir. Məhz bu, Müqəddəs kitabda “zina” adlandırılıb və bu günah Allahı çox məyus edir, kədərləndirir. Bunu sən etməməlisən.

Ancaq Natanın dedikləri hələ bitməmişdir:- Davud, Allah günahından keçəcək, ancaq sənin günahına görə

uşaq öləcək.

MHİ

Tətbiq olan kartoçkanı göstərin.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

Page 41: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

4141

Günah əzab verir. Məsələn, sən narkotik maddələrdən istifadə etmisənsə və sonra Allaha, səmimi surətdə bunu etiraf edib bağışlanmağını xahiş etmisənsə, Allah səni bağışlayacaq, amma çox ehtimal ki, sənin sağlamlığınla bağlı problemin olacaq, çünki narkotik maddələr sənin orqanizmini zəhərləyiblər. Əgər insan pozğun həyat tərzi sürürdü və günahlarına görə Allaha səmimi surətdə müraciət etsə, Allah onu bağışlayacaq, amma sürdüyü həyat tərzinin fəsadları (məsələn, qİÇS infeksiyasına yoluxma) olacaq.

Davud dua edirdi və oruc saxlayırdı, amma yeddinci gün, Al-lah dediyi kimi, uşaq öldü. Davudun həyatında ağır vaxt idi! Yad-da saxla ki, sən həyatında pis olan və səni Allahdan uzaqlaşdıran hər şeydən üz döndərməlisən.

(Bütün fiqurları yığışdırın.).

MÜZAKİRƏ

«Qulaq as və itaət et»Uşaqlardan xahiş et adları çəkilən insanların Allaha necə itatə

etdiklərini desinlər: İsa Məsih (Luka 22:42; Filip. 2:8), İbrahim (Yarad. 22:1-18) və Nuh (Yarad. 6:22).

Bu günkü gündə Allahın məsihçilərdən nə gözlədiyini hardan öyrənə bilərik. Allahın Biblya, Müqəddəs Ruh, başqa məsihçilər və muxtəlif vəziyyətlər vasitəsilə necə danışdığı haqda danışın.

ƏLAVƏ tApŞiRiq

«Olar ana?»Bizim valideynlərə itaətkar olmağımızı Allahın nə üçün istədiyi

haqda danışın (Kol. 3:20, Efes. 6:1-3 və Süleym.məs. 6:20-22).Uşaqları otağın bir tərəfinə yığın və xətt çəkin («start»). Müəllim

və ya «ana» otağın qarşı tərəfində dayanır. «Ana» hər uşağa ayrı-ayrılıqda əmr edir, məsələn: «Valeh, üç balaca addım at». Addımı atmamışdan qabaq uşaq soruşmalıdır: «Olar, ana?»

«Ana» cavab verir: «Olar». Əgər uşaq icazə almağı unudursa, o yenidən «starta» qayıtmalıdır. Çalışın uşaqlara elə komandalar verin ki, onlar yavaş-yavaş «anaya» yaxınlaşsınlar. Birinci «ananın» yanında olan qalib gəlir.

MHİE

Page 42: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

42

tƏKRARLAMAq ÜÇÜN SUALLAR1. Başqasının arvadını götürməklə (ona tamah salmaqla) hansı

günahı işlətmiş oldu? (Zina.)2. Bu qadının adı nə idi? (Bat-Şeva.)3. Ərinin adı nə idi? (Uriya.)4. Uriyanın əli ilə Yoava göndərilən məktubun içində nə yazılmışdı?

(“Uriyanı qızğın döyüşlərə göndər və onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün”.)

5. Zina edəndə kimə qarşı günah işlətmiş oldu? (Allaha qarşı. Bat-Şevaya qarşı - onu günah etməyə sövq edərək; onun ərinə qarşı; xidmətçilərinə qarşı - onlara çirkin nümunə göstərərək.)

6. Günah işlədəndən sonra Davud özünü necə hiss edirdi? (Özünü bədbəxt hiss edirdi.)

7. Natan ona nə danışdı? (Varlı və ancaq bir quzusu olan bir kasıb insan barədə danışdı.)

8. Həmin varlı insana Davud niyə oxşayırdı? (Allah Davuda xey-ir-dua verdi: onu qoruyub padşah etdi və bir çox başqa şeylər, ancaq Davud Uriyanın yeganə varı olan ən bahalı şeyini onun əlindən aldı.)

9. Nə üçün Allah sənin və mənim günahlarımı bağışlaya bilir? (An-caq ona görə ki, Rəbb İsa bizim günahlarımıza və Davudun günahlarına görə ölmüşdür.)

10. Natan Davuda dedi ki, günahına görə pis nə isə baş verəcək. Na-tan nə demək istəyirdi? (Əsas etibarilə, uşağın ölümü. Həmçinin, ömrü döyüşlərdə keçəcək və ailə üzvlərindən bəzisi ona qarşı çıxacaq.)

11. Həmin uşaq nə qədər yaşadı? (Davudun Natanla danışığından sonra yeddi gün.)

12. Allah bizi bağışlayandan sonra da günahlarımızın bizə verdiyi əzablara misal gətirin. (Narkotik maddələrdən istifadə olunması və əxlaqsızlıq xəstəliyə gətirib çıxara bilər.)

təkrarlamaq üçün oyun

«Düzgün yolu seç» «Düzgün yol» və «Düzgün

olmayan yol» sözləri olan iki zərf hazırlayın.

«Düzgün yol» sözləri olan zərfin içinə müsbət rəqəmlər olan kağız qoyun, «Düzgün olmayan yol» yazılan zərfin

içinə mənfi rəqəmlər olan kağız qoyun.

Uşaqları iki komandaya bölün. Komandalara növbə ilə

suallar verin.

Zərfləri əlinizdə arxada tutun.

Əgər uşaq düzgün cavab verirsə, xahiş edin zərfi seçsin (zərfi tutduğunuz əli). Qoyun uşaq zərfdən kağızı götürsün.

Müsbət rəqəmlər komandanın xalının üstünə gəlir, mənfilər

– çıxılır.

Daha çox xal yığan komanda qalib gəlir.

Page 43: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Dərs 10

MÜqƏDDƏS YAZiLAR2 Şamuel 4:42 Şamuel 9:1-132 Şamuel 16:1-42 Şamuel 19:15; 24-30

MƏRKƏZİ hƏqİqƏtAllah günahkarlara qarşı rəhmlidir.

tƏtBİqİman etməyənlərə: Məsihə iman etsən, Allah

səni övladı edəcəkİman edənlərə: Sənə qarşı rəhmli olduğuna

görə Allaha minnətdar ol.

YADDA SAXLAMAq ÜÇÜN AYƏ

«Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan...» Zəbur 23:5

Və ya «…Amma bir-birinizə qarşı lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın. ». Efeslilərə 4:32.

İzah edin ki, Allah hətta düşmənlər arasından və ehtiyaclarını ödəyərək Öz xalqı üçün yol salır.

ƏYANİ VƏSAİtLƏR♦ Fiqurlar: D-122, D-123, D-124, D-125,

D-126, D-127, D-128, D-129, D-130, D-132 və D-133.

♦ Flaneleqraf üçün fonlar: sarayın interyeri yaxud təmiz flanel(fonsuz).

♦ Üç ədəd karton və ya vərəqin üzərində çap hərfləri ilə “kasıb”, “topal”, “düşmən” sözlərini yazın. Kartoçkaların o əks tərəfinə flanel qırıqları və ya məxmər kağız yapışdırın. Mətndə östərilən yerlərdə sözləri yerləşdirin.

♦ “Allah günahkarlara qarşı rəhmlidir”

Mərkəzi həqiqəti hazırlayın ki, lövhədən asasınız.

DƏRSİN pLANi

GirişMefiboşetin həyatının uğursuz başlanğıcı

Hadisələrin inkişafı

1. Yonatanın oğlu olan Mefiboşet uşaqlıqda topal oldu

2. Davud padşah olanda Yonatanın oğlunu tapır. Mhİe

3. Kasıb, xəstə, düşmən ailəsindən olan Mefiboşet padşahın qabağına gəlir

Mhİe

Kulminasiya

Davud Mefiboşeti öz oğlu kimi qəbul edir Mhİe, Mhİ

Yekun

Siva, Mefiboşetin qulu ona şər atır

Mefiboşet Davuda sadiq qalır Mhİ, Mhİe

DAVUD VƏ MeFİBOŞet

43

Page 44: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

44

DərsSəhnə 1

(Təmiz lövhə) Mefiboşet və dayəMefiboşetin həyatı uğursuz başladı! O, Yonatanın uşaqlarından

biri idi (122 fiqurunu yerləşdirin - qucağında Mefiboşeti saxlayan dayə.). Bu adı tələffüz etmək çətindir, elə deyilmi? Gəlin birlikdə tələffüz edək: Me-fi-bo-şet! Bir gün onun cəmi beş yaşı olanda oynadığı otağın divarının o biri tayından gələn hay-küy, qışqırıq səsləri eşitdi. O vaxt o, heç nə anlamadı, ancaq bilindi ki, dəhşətli xəbərlər gəlib. Filiştlilər İsrail ordusuna qalib gəlmişdir, Şaul, Yo-natan və qardaşları öldürülmüşdür (Yadda saxlayın, mən bu haqda bir neçə həftə əvvəl sizə danışmışam!). Təsəvvürünüzə gətirə bil-irsinizmi, saray əhli ordunun məğlubiyyətə uğradığını, Şaul, oğlu Yonatan və digər sərkərdələrin öldüyünü eşidəndə necə qəmə batdı. Hamı qorxu içində idi. İnsanlar fikirləşirdilər: “Tezliklə filiştlilər burda olacaq, bizi öldürəcək, talan edəcək, bacardıqları hər şeyi götürüb aparacaqlar. Hələ ki, gec deyil, qaçaq!”

Belə olan təqdirdə, Mefiboşetin qayğısına qalan dayə onu tələsik götürüb gizlənməyə qaçdı. Dayənin atasını itirmiş bu uşağa, görünür, yazığı gəldi. Qaçanda Mefiboşet dayənin əlindən yerə düşdü (122 fiqurunu yığışdırın və 123, 124 - yerə düşmüş oğlan fiqurlarını yerləşdirin.). Onun yerə düşməyi çox uğursuz oldu: yerə dəyəndə dəhşətli bir ağrı hər iki ayağını bürüdü, heç qalxa da bilmədi. Yəqin o, ağrıdan hönkür-hönkür ağladı.

Dayə onu bir daha qucağına alıb (123 və 124 fiqurlarını 122 fiq-uru ilə əvəz edin) yoluna davam etdi. Balaca Mefiboşeti qucaqda aparanda, əminəm ki, acı-acı ağlayırdı. Ancaq dayə ayaq saxlaya bilməzdi. O, təhlükədə idi. Ola bilsin, o hiss edirdi ki, uşağın ayaqları qırılıb, ancaq o, daha təhlükəsiz bir yerə çatmaq üçün qaçmağına da-vam edirdi.

Axır ki, onlar gizlənə biləcəkləri yerə çatdılar. Həftələr, ay-lar keçdikcə balaca Mefiboşetin ayaqlarında olan ağrı yavaş-yavaş kəsilirdi, ancaq o, başqa uşaqlar kimi gəzə, qaça və ya oyun oynaya bilmirdi. Ömürlük topal qaldı (133 - yaşa dolmuş Mefiboşet fiqurunu yerləşdirin.).

İndinin özündə də Mefiboşetin qeydinə qalan insanlara elə gəlirdi ki, o, hələ də təhlükədədir və saraya qayıda bilməz. Onlar eşitdilər ki, Davud padşah olub və qorxurdular ki, əgər Davud Mefiboşetin sağ qaldığını bilsə, onu öldürəcək. O vaxtlar taxt-taca sahib olan padşah əvvəlki padşahın oğullarını aradan qaldırırdı ki, onu heç vaxt devirə bilməsinlər.

D-133, Mefiboşet fiqurunu yığışdırın.

Səhnə 2(Saray) Davud və Sivaİndi Davud bütün ölkənin padşahı idi. Allah onu bu yerə

gətirdi və bol xeyir-dua verdi (125 - taxtda oturan Davud fiqurunu

Uşağın yaşını deyəndə 5 barmağınızı göstərin.

Page 45: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

4545

yerləşdirin.) Mefiboşet bu haqda bilmirdi, amma ona ziyan yetirmək Davudun ağlında belə yox idi. Əksinə! Davudun dostu Yonatana uzun illər öncə verdiyi vədi yadındadır. O, söz vermişdi ki, əgər Yonatan öldürülsə, ailəsinin qeydinə qalacaq (Yonatan da, Davud öldürülmüş olsaydı, eyni vədi vermişdi.). Davud tez-tez xatırlayırdı ki, Yonatan ona yaxşı dost idi və vədini yerinə yetirmək istəyirdi.

Yonatanın xətrinə Davud dostunun ailəsinin istənilən üzvünü məhəbbətlə qəbul etməyə hazır idi (Lövhədən “Allah günahkar-lara qarşı rəhmlidir” fikrini asın.). Müqəddəs Allah günahkar-lara qarşı necə rəhmli ola bilər? Bizim günahlarımıza görə cəza çəkmiş Oğlu Rəbb İsa Məsihə görə. Mefiboşet Davud tərəfindən mehribancasına qarşılanmaq üçün heç nə etməyib. Allahın bizi məhəbbətlə qəbul etməsi üçün biz heç nə etməmişik. Əksinə - cəza çəkməyə layiq bilinən bir çox günahlar işlətmişik. Lakin Allahın rəhmi olduqca böyükdür. Allah günahkarlar üçün xilas yolunu hazırlayıb. Bizim günahlarımıza görə cəzamızı çarmıxda çəkmək üçün Öz Oğlunu qurban verdi. İsa Məsihə iman edən hər kəsi Allah məhəbbətlə qəbul edir. Əgər sən bütün günahlarınla birlikdə - olduğun kimi Allaha tərəf dönsən, Allah səni məhəbbətlə qəbul edəcək, çünki sənin əvəzinə Onun oğlu ölüb.

Davudun qulluqçuları Şaulun ailəsindən olan bir kəsin axtarışına başladılar və nəhayət, Şaulun malikanəsinin idarəçisi olan Siva adlı adamı gətirdilər (127 - Siva fiqurunu yerləşdirin.) Davud ona eyni sualı verdi: “Şaul nəslindən bir adam qalmayıb ki, ona Allah xatirinə yaxşılıq eləyim?”

Siva, ola bilsin ki, təəccübləndi. Yəqin ki, o, padşahdan bu cür danışıq gözləyirdi: “Şaul nəslindən bir adam belə qalmayıbmı ki, onu məhv edim?”

Ancaq Davudun istəyi bu deyildi. Siva cavab verdi:- Bəli, bircə topal oğlu qalıb. - O haradadır? - Davud soruşdu. Siva izah elədi ki, o, Yerusəlimdən bir qədər aralıda balaca bir

kənddə yaşayır.- Get və onu bura gətir, - Davud dedi (127 - Siva fiqurunu

yığışdırın.).

Səhnə 3(Saray) Davud və MefiboşetMefiboşet Yerusəlimdə yerləşən saraya qədər uzun bir yol getdi.

Əminəm ki, saraya daxil olanda o, qorxusundan əsirdi. Ola bilsin ki, belə fikirləşirdi: “İndi ki padşah məni tapıb, yəqin, məni məhv edəcək”.

Davudu görən kimi qabağında üzüstə sərildi. Səncə, o niyə bu dərəcədə qorxdu?

O, DÜŞMƏN ailəsindən idi (DÜŞMƏN sözü yazılan vərəqi asın.). O, Davuda nifrət edən və uzun illər ərzində dağlarda onu güdərək öldürməyə çalışan günahkar Şaul padşahın nəvəsi idi.

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin «Al-lah günahkarlara qarşı rəhmlidir.».

Page 46: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

46

O, TOPAL idi (Üzərində TOPAL yazılan vərəqi asın.). O, heç gəzə və ya iş görə bilmirdi. Bu cür yararsız insandan yaxa qurtar-maqdan başqa Davud onunla nə edə bilərdi. Mefiboşet kasıb idi, çünki gizlənmək məcburiyyətində idi və işləyə bilmirdi. Onda nə var-dövlət, nə də bir şey yox idi ki, Davuda versin və hörmətini qazansın.

Oğlanlar və qızlar, bilirsinizmi, Allahın önündə duranda biz də Mefiboşetə bənzəyəcəyik? Biz - Allahın düşmənləriyik.

Müqəddəs Kitabda deyilir ki, Göylərdən doğulmayanadək və Allahın övladları olmayanadək biz Allahın düşmənləriyik. Sən Allahı kədərləndirirsən, qanunlarını pozursan, Allahdan üz döndərirsən, hər şeyi öz bildiyin kimi edirsən və ancaq özünü qane edirsən. Sən Allahı sevmirsən. Sən özünü Onun düşməni kimi aparırsan.

Sən topalsan? Bəlkə sən belə deyəcəksən: “Mən topal deyiləm, mən gəzə, hoppana və qaça bilirəm.” Yox, mən fiziki cəhətdən çatışmazlığı nəzərdə tutmuram. Mən ruhani durum barədə deyirəm. Sən Göylərdən doğulmayana qədər gəzmirsən, sən Allahın yolu ilə gəzə də bilməzsən. Ola bilsin ki, sən yaxşı olmağa çalışırsan, amma yenə də günaha batırsan. Sən çox zəif olduğuna görə Şeytan sənə badalaq vurur. Sən ruhani cəhətdən şikəstsən.

Sən kasıbsan? Bəli, sən kasıbsan. pulunun və ya şəxsi evinin olmamağına görə kasıb hesab olunmursan. Ancaq səni xilas edə bilməyi üçün Allaha təqdim etməyə heç nəyin yoxdur. Xilası pulla, məbədə getməklə, yaxşı olmağa çalışmaqla və ya yaxşı əməllər görməyə çalışmaqla əldə edə bilməzsən.

Mefiboşet titrəyərək Davudun qabağında uzananda Davud əlini uzadıb dedi: “Mefiboşet! Qorxma!” Salamlamaq və rəhm göstərmək nə gözəldir! Davud davam etdi:

- Sənin baban Şaulun malik olduğu bütün torpaqları sənə verəcəyəm. Hətta sənin mənimlə bir sarayda yaşamağını istəyirəm. İstəyirəm ki, mənimlə bir süfrədən yeyəsən. İstəyirəm ki, mənə oğul kimi olasan (2 Şamuel 9:11).

Yəqin ki, Mefiboşetin təəccübdən ağzı aralı qalmışdı. O, bu cür mərhəməti, həqiqətən, gözləmirdi. Həqiqətdə o, bu mərhəməti qazanmayıb. Onun deyə biləcəyi yeganə söz bu idi: “Mən nə qulam ki, sən mənim kimi küçüyü himayənə götürürsən?”

Allah sənə də rəhm etmək istəyir. Sən Onun məhəbbət və mərhəmətinə layiq deyilsən, amma O istəyir ki, sən Onunla ola-san, ailəsinin övladı olasan, sən bağışlanasan və Onunla dostluq əldə edəsən. Bu gün Onun qabağında itaətkar olacaqsanmı?

Kasıb olduğunuzu, özünüzü xilas etmək üçün heç nə edə bilməyəcəyinizi, Allahı dönə-dönə kədərləndirməklə Onun düşməninə çevrildiyinizi, ruhani şikəst olduğunuzu, düzgün yol-la gəzmədiyinizi, büdrədiyinizi və bir çox günahlara batdığınızı dərk edin. Əgər sən olduğun kimi Allaha tərəf dönsən, O, səni qəbul edəcək.

Yonatana olan dərin məhəbbətinə görə Davud Mefiboşeti

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

MHİE

MHİE

Page 47: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

4747

qəbul etdi. Allah səni Rəbb İsa Məsihə görə qəbul edəcək. Rəbb İsa Məsih sənin günahlarına və Allaha qarşı qaldırdığın üsy-ana görə çarmıxda öldü. İndi sən Rəbb İsa tərəfindən Allaha müraciət edə bilərsən və O, səni qəbul edəcək. Bu gün Allaha tərəf dön, O, səni qəbul edəcəyinə və bağışlayacağına söz verir.

Səhnə 4 (Saray) Davud, Mefiboşet və SivaDavud Mefiboşet ilə danışandan sonra Sivanı çağırdı (127

fiqurunu əlavə edin) və dedi: “Şaula və bütün onun evinə məxsus olan hər şeyi onun nəvəsi Mefiboşetə verirəm. Sən, oğulların və sənin qulların onun üçün torpağı becərəcəklər. Meyvələri, tərəvəzləri və taxılı ona çatdır ki, heç nədən korluq çəkməsin, ancaq Mefiboşet həmişə mənim masam arxasında yeyəcək.”

Mefiboşetin başına bir möcüzə gəldi! Davud onu qəbul etdi və ömrü boyu qeydinə qalmaq üçün əmr verdi!

İndi o, torpağa, qullara və mal-qaraya malik varlı bir varis idi (132 - xotuq yerləşdirin.). Rəbb İsaya öz Xilaskarın kimi iman edəndə sənin günahların bağışlanır və Allah səni məhəbbətlə qəbul edir, ancaq bu, son deyil! Allah həm də səni Öz övladı edir, sən Allahın ailəsinə daxil olursan (Yəhyanın məktubu 1:12)! Sənin Səmavi Atan həmişə sənin qeydinə qalacaq; ehtiyaclarını ödəyəcək. O, səni Öz Səmavi Səltənətinə götürəcək, orada Onun-la əbədi olaraq yaşayacaqsan. Allahın - padşahlar padşahının övladı olmaq hər hansı dünyəvi padşahın övladı olmaqdan daha yaxşıdır.

İllər keçdi. Mefiboşetə həmişə asan gəlmirdi. Bir dəfə Siva onu aldatdı və Davudun qabağında şərlədi, ancaq Mefiboşetin Davuda olan məhəbbət və sadiqliyi dəyişmədi. Torpaqlara, var-dövlətə və Davudun masası arxasında yemək imkanına malik olduğuna görə yox, ona qarşı olduqca mehriban və rəhmli olduğuna görə Mefiboşet Davudu çox istəyirdi.

Allahın ailəsinə daxil olanda əbədi olaraq orda qalırsınız. Sən Səmavi Atanı daha da yaxşı tanıyırsan və daha çox sevməyə başlayırsan. Sənə qarşı nə cür mərhəmətli olduğunu görürsən və tez-tez Ona minnətdarlığını bildirirsən. Əgər sən Allahın ailəsinə məxsussansa, elə bu dəqiqə Ona sənə göstərdiyi böyük mərhəmətə görə minnətdarlığını bildir.

Allahın ailəsinə məxsussansa, Allah sənin qəlbinə müraciət edirmi? Bilirsənmi ki, Onun övladı olmağa layiq deyilsən, amma buna can atırsan. Bildiyin kimi, günah adlanan hər cür şeydən üz döndərsən və İsa Məsihin sənin günahlarını bağışlayacağına iman etsən, Allahın övladı ola bilərsən. Onda Allahın mərhəmətini həyatında görəcəksən və Onun övladı olacaqsan.

(Bütün fiqurları yığışdırın.).

ƏLAVƏ tApŞiRiq

«Hadisələrin ardıcıllığı»Kağız vərəqlərinə (aşağıda) dərsin planından punktları yazın.

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

MHİE

MHİ

MHİ

MHİE

Page 48: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

48

Uşaqlara vərəqləri paylayın və xahiş edin ki, göstərilən hadisəni vərəqdə təsvir etsinlər.

Sonra şəkilləri toplayın. İpi dartın və vərəqləri düzgün olma-yan ardıcıllıqda asın (sıxac vasitəsilə). Könüllülərdən xahiş edin «hadisələri» düzgün ardıcıllıqda assınlar.

tƏKRARLAMAq ÜÇÜN SUALLAR1. Mefiboşet yıxılanda neçə yaşı var idi? (Beş.)2. Dayəni Mefiboşet ilə qaçmağa vadar edən dəhşətli xəbər nə idi?

(Filiştlilər yəhudilərə qalib gəldi, Şaul və Yonatan öldürüldü.) 3. Mefiboşet yaşa dolandan sonra da saraya qayıda bilməyəcəyini

hiss edirdi. Niyə? (Çünki o vaxtın adətlərinə görə, taxta sahib olan padşah əvvəlki padşahın ailə üzvlərini öldürürdü.)

4. Davud Yonatana nə vəd etmişdir? (Yonatan öldürülsə, Davud onun ailəsinin qeydinə qalacaq.)

5. Nəyə görə Mefiboşet Davuddan qorxurdu və yararsız olduğunu hiss edirdi? (O, düşmən ailədən, topal və kasıb idi.)

6. Niyə biz Allahın - Səmavi Padşahın düşmənləriyik? (Onun qanunlarına əməl etmirik, Onu kədərləndiririk, sevmirik. )

7. Niyə Allah qabağında kasıbıq? (Allah qabağında xilas əldə etmək və bəraət qazanmaq üçün Allaha verəsi və ya edəsi heç nəyimiz yoxdur.)

8. Allahın gözündə niyə şikəstik? (Biz Allahın yolu ilə nə gedə bil-irik, nə də getmək istəyirik. Biz həmişə günaha batırıq və yolu-muzu azırıq.)

9. Allaha peşmançılıq hissi ilə gələndə Allah bizimlə necə davranır? (O, bizə məhəbbətini izhar edir və bizi qəbul edir.)

10. Davudun Mefiboşetə verdiyi üç xeyir-duanın adını deyin. (Da-vud ona torpaqlar və qullar verdi, onu oğlu kimi qəbul etdi, Mefiboşet həmişə Davudun masasında yeyirdi.)

11. Rəbb İsa Məsih vasitəsilə Allaha gələndə aldığımız üç xeyir-duanın adını çəkin. (Allah bizi Öz övladları kimi qəbul edir, bizi bağışlayır, O, bizə hər şey verir.)

12. Bu dərsdə Allah haqqında hansı xüsusi həqiqət barədə öyrəndik? (Allah günahkarlara qarşı rəhmlidir.)

təkrarlamaq üçün oyun

«Ailə ağacı»Kağız vərəqində hər komanda

üçün «ailə ağacı» şəklini çəkin. Hər «ağacda» on iki

budaq olmalıdır.

Uşaqları iki komandaya bölün. Komandalara növbə

ilə sualları verin. Əgər cavab düzdürsə «ailə ağacını» Da-vud şahın nəslindən olan ən

mömin adamların adlarını yazın.

Ən aşağı budaqdan başlayın. (Davud, Süleyman, Asa, Yehoşobat, İoram, Yoaş, Amasya, Oziya, İofam,

Xizqiya, Menaşe, Yoşiya).

«Ağacında» daha çox ad yazılan komanda qalib gəlir.

Page 49: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Dərs 11

MÜqƏDDƏS YAZiLAR2 Şamuel 14:25, 262 Şamuel 15:1-372 Şamuel 16:15-202 Şamuel 17:1-222 Şamuel 18:1-332 Şamuel 19:15

MƏRKƏZi hƏqiqƏtAvşalom kimi üsyankar olma.

tƏtBiqİman etməyənlərə: Üsyan əzab verir və Allah-

dan ayrı salır. İman edənlərə: Allaha itaət etməklə xilas

olduğunu göstərirsən.

YADDA SAXLAMAq ÜÇÜN AYƏKeçən dərsin ayəsini təkrarlayın: Zəbur 23:5 və ya Efesl. 4:32.Ya da uşaqlarla Zəbur 27:1а öyrənin:«Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum?»

ƏYNİ VƏSAİtLƏR♦ Fiqurlar: D-134, D-135, D-136, D-137,

D-138, D-139, D-140, D-141, D-142, D-143, D-144, D-145, D-146, D-147, D-148 və D-149.

♦ Flaneleqraf üçün fonlar: panorama, sarayın interyeri və şəhərin ümumi görünüşü yax-ud sadəcə təmiz flanel (fonsuz).

♦ Mərkəzi həqiqət olan kartoçkanı hazırlayın («Avşalom kimi üsyankar olma») və iman edən uşağa olan tətbiqlə («Allaha itaət etməklə xilas olduğunu göstərirsən»).

DƏRSiN pALNi

GirişSənin kəşfiyyatçılar haqqında əhvalatlar

xoşuna gəlir?

Hadisələrin inkişafı1. Davudun oğlu Avşalom olduqca

məşhurdur 2. O, xalqın ürəyinə yol tapır

Mhİ, Mhİe3. O Xevrona getmək üçün icazə alır

Mhİ, Mhİe4. Axitofel Avşalomu tərk edir5. Davud qaçır 6. Davud ağlayır Mhİe7. Xuşay Avşalomun yanına Davudun

kəşfiyyatçısı kimi gedir8. Avşalom Xuşayın pis məsləhətini qəbul

edir 9. Xuşay xəbəri Davuda çatdırır 10. İki ordu arasında savaş başladı 11. Avşalomun saçları ağaca ilişir Kulminasiya12. O, öldürülüb Mhie13. Davud bunu eşidəndə qəm çəkdi YekunDavud Yerusəlimə padşah kimi qayıdır Mh

AVŞALOMUN DAVUDA qARŞi qALDiRDiĞi ÜSYAN

49

Page 50: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

50

DərsSizin kəşfiyyatçılar haqqında əhvalatlar xoşunuza gəlir? Bu gün

bizim əhvalatımız onlardan biri haqqında olacaq. Diqqətlə qulaq asın, görək bizim bugünkü əhvalatımızda mahir kəşfiyyatçının kim olduğunu tapacaqsınız.

Səhnə 1(Mənzərə) Avşalom və fərəh içində olan kütləDavudun Avşalom adlı çox yaraşıqlı oğlu var idi (134 - Avşalom

fiqurunu yerləşdirin.). Hamı elə fikirləşirdi ki, o, ölkədə ən yaraşıqlı insandır. O, öz gözəlliyi və uzun, qalın saçları ilə çox fəxr edirdi. Saçları ilə o qədər fəxr edirdi ki, hər il onları kəsəndə tərəzidə çəkirdi. İnsan kütlələri ona baxmaq üçün gəlirdilər və onunla fəxr edirdilər (135, 136, 137 - kütlə fiqurlarını yerləşdirin.).

Kütlələr onun arabanı necə idarə etməsinə baxırdılar, əlli nəfər ayaqdan iti adam öndə gedərək qışqırırdılar ki, Avşalom padşah gəlir.

Avşalom çox məşhur idi. O, səhər tezdən dururdu və şəhər darvazasının qabağına çıxırdı. Məhz orada insanlar problemlərini həll etmək üçün toplaşırdılar, məhz orada bütün narazılıqlar və mübahisələr yoluna qoyulurdu. Avşalom çətinliyi olan bir kəsi yanına çağırırdı və onunla söhbət edirdi. Avşalom onunla razılaşırdı və belə deyirdi: “Məncə, sən haqlısan. Heyf ki, padşah bu məsələni həll etmək üçün heç kəsi göndərməyib. Əgər mən ölkənin haki-mi olsaydım, ədalətin sənin tərəfində olması üçün əlimdən gələni edərdim.”

Əgər kimsə Avşaloma təzim edərdisə, o, həmin insanı qucaqlayıb öpərdi və çox mehribancasına davranardı. Müqəddəs Kitabda deyilir ki, belə etməklə o, “israillilərin qəlbinə yol tapırdı”. O, həqiqətən çalışırdı ki, insanlar ona Davud padşahdan - atasından daha çox tabe olsunlar və hörmət etsinlər.

Avşalom çox hiyləgər idi - o, çox mehriban görünürdü, amma əslində, təkəbbürlü və xudbin, itaətsiz və şöhrətpərəst idi. Məşhur olmaq, həqiqətən, onun xoşuna gəlirdi (Fiqurları yığışdırın.). Bəlkə sən bir qədər ona bənzəyirsən. Bəzən məktəbdə, sadəcə olaraq, məşhur olmaq xətrinə belə edirsən. Müəllimi ələ salırsan, sözünə qulaq asmırsan. Digərləri fikirləşirlər ki, sən ağıllısan və bu, sənin xoşuna gəlir. Məktəbdə sən həqiqi bir davakarsan (Üzərində “Avşalom kimi üsyankar olma” yazısı olan vərəq asın.). Bilirsən, Allah bizə Müqəddəs Kitab vasitəsilə deyir ki, biz üzərimizdə səlahiyyətə malik olan insanlara tabe olmalıyıq (Romalılara məktub 13:1, 2). Bura bizim müəllimlərimiz də dax-ildir! Müəllimin sözünə baxmayanda və ya ona qarşı hörmətsizlik nümayiş edəndə Allah qabağında günah işlətmiş olursan. Sən məktəbdə davakarsan, deməli Allaha qarşı davakarsan. Bu, çox ciddidir. Əgər sən Rəbb İsa Məsihi sevirsənsə, məktəbdə sözə baxmaqla bunu nümayiş etdirəcəksən.

Səhnə 2(Sarayın interyeri) Davud və Avşalom

MHİ, MHİEMərkəzi həqiqət olan

kartoçkanı göstərin «Avşalom kimi üsyankar olma».

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

Page 51: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

5151

Avşalom padşah olmağa, həqiqətən, nail oldu (134 - Avşalom və 138 - Davud fiqurlarını yerləşdirin) və o, atasına qarşı sui-qəsd təşkil elədi.

Bir dəfə o, Davudun yanına bir xahişlə gəldi: “İzin ver Xevrona gedim ki, Allaha verdiyim vədi yerinə yetirim. Çünki Allaha orada xidmət edəcəyimə söz vermişəm.”

Davud çox xoşbəxt oldu və Allaha ibadət etmək üçün ona Xe-vrona getməyə izin verdi (Fiquru yığışdırın.). Yaraşıqlı oğlunun Allah yoluna gəldiyini fikirləşəndə özünü çox xoşbəxt hiss edirdi. Amma Avşalom atasını aldatdı. O, sadəcə olaraq, Davudun yerinə padşah olmaq üçün planlarını həyata keçirməyə başladı. Avşalom atasına qarşı çıxdı və onu aldatdı. Sən də bu cür edirsən? park-da olmayanda atana parkda olduğunu bildirirsənmi? Ananın pul kisəsindən götürdüyün pulla özünə şokolad alıb dostun aldığını anana bildirirsənmi? evə vaxtında gəlmirsən, əşyalarını yığışdırmırsan. Çox pis! Allah deyir: “Ana və atana hörmət et”. Allah Müqəddəs Kitabda bu ehkamı dönə-dönə təkrar edir. evdə davakar rolunda çıxış edəndə Allaha qarşı üsyan etmiş olursan. Ola bilsin ki, sənin valideynlərin İsa Məsihin ardınca getmirlər, ancaq sən gedirsən. Valideynlərinə qulaq asmaqla Ona olan məhəbbətini göstərməlisən.

Səhnə 3(Mənzərə) Avşalom və kütləAvşalom sarayı tərk edən kimi Davuda qarşı qiyam hazırladı. O,

qasidləri ölkənin hər yerinə göndərdi və xalqı padşaha qarşı qaldırdı (134 -Avşalom və 135, 136, 137 - kütlə fiqurlarını yerləşdirin.). Kütlələr deyirdi: “Bizə yeni padşah lazımdır. Məşhur, mehriban və yaraşıqlı, cavan Avşalom qoca Davuddan da yaxşı padşah olacaq”.

Avşalom və onun tərəfdarları bir çox insanları qiyama qoşulmaq fikrinə gətirdilər.

Hətta Davuda müdrik qərarlar verməkdə kömək edən aqillərdən biri olan Axitofeli də Avşaloma və qiyamçı ordusuna qoşulmağa inandırdılar.

Avşalom padşah olan atasına qarşı qiyam qaldırdı. O, qanunu pozdu. Ölkənin qanunlarını pozmaq Allaha qarşı günahdır. Qanuna hörmət etmək və polisə tabe olmaq lazımdır, qanunu pozan insan-larla isə ünsiyyət qurmaq lazım deyil.

Nəhayət ki, qiyam tamamilə hazır olandan sonra Davud olan-lardan xəbər tutdu. Doğma oğlunun ona qarşı qiyam qaldırdığını və Axitofeli və digər insanları padşaha qarşı çıxmağa inandırdığını bilmək Davud üçün ağır zərbə oldu. Davud hesab elədi ki, ən mü-drik qərar Yerusəlimi tərk etməkdir. Bir çox insanlar Davuda sadiq idilər və o, bir çox savaşlarda onunla döyüşən döyüşçülərə arxayın ola bilərdi, ona görə də o dedi: “Avşalom ordusu ilə bura gəlməmiş və Yerusəlimi darmadağın etməmiş, gəlin burdan gedək.”

Səhnə 4(Mənzərə) Elindən didərgin düşmüş Davud və kütlələr

MHİ, MHİE

Avşalomun sözlərini yazın və böyük uşaqlardan birinə oxumağa verin, necə Avşalom atasında Xevrona getməyi icazə alır.

İman edən uşaqlara aid olantətbiqi kartoçkada göstərin. «Allaha itaət etməklə xilas olduğunu göstərirsən.».

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

Axitofelin satqınlığı ailə münaqişələrindən oldu. Аxitofel Bat-şevanın babası idi, onun oğlu isə (Bat-şevanın atası) Davudun sərkərdələrindən biri idi, ola bilər ki,Uriyanın dostu idi. Ola bilər ki, Davudun hərəkətləri, Bat-şevanın rusvayçılığı və Uriyanın ölümü Axitofeli satqınlığa vadar etdi.

Page 52: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

52

Beləliklə, Davud və onun adamlarının çoxu şəhəri tərk etdilər. Yerusəlimdən gedəndə böyük bir kədər içində idilər. Sənin həmvətənlərin sənə qarşı qalxanda evini, şəhərini tərk edib getməyə məcbur olmaq dəhşətlidir! Müqəddəs Kitabdan oxuyuruq ki, camaat Qidron vadisini keçərkən və Zeytun dağına qalxarkən “bütün bölgə əhalisi bərkdən ağlayırdı”. Davud da bu yolda acı-acı ağlayırdı.

Övladlar qiyam qaldıranda valideynlər yaman acıyırlar. Əgər sənin yaxşı anan və atan varsa, sözlərinə qulaq asmamaqla qəlblərini qırmış olacaqsan. Ailənə gətirdiyin kədər haqda fikirləş. Uşaqlar valideynlərə, müəllimlərə, qanuna və ən dəhşətlisi Allaha qarşı üsy-an qaldıranda Allahın Özünü necə hiss etməsi barədə düşün. Allah müqəddəs və yaxşıdır və qiyam Onu dərindən sarsıdır.

Davud zəif idi, ancaq Allah güclü idi. Sən Ona qarşı qiyam qaldıranda, O, imkan vermir ki, sən istədiyini edəsən. Allah səni sevir və sənin üçün hər şeyin yaxşısını istəyir. O, səni o qədər sevir ki, Öz sevimli Oğlunu, Rəbb İsa Məsihi sənin günahlarına və qiyamlarına görə cəzalandırdı. İsa çarmıxda sənin günahlarına görə öldü. Allah səni bir daha Ona tərəf dönməyə çağırır. O, səni bağışlamaq və Öz Övladı etmək istəyir. qaldırdığın qiyamlara görə peşman olduğunu Allaha bu gün bildir. Ona gəl və səni qəbul etməyini və bağışlamağını Ondan dilə. O, bunu edəcək, çünki söz verir: “Mənim yanıma gələni əsla rədd etmərəm” (Yəhyanın müjdəsi 6:37).

(Bütün fiqurları yığışdırın.).

Səhnə 5Davud və XuşayDavud və onun adamları şəhəri tərk edəndə başıaçıq və ayaqyalın

gedirdilər. O vaxtlar insanlar öz qəmini bu cür ifadə edirdilər (147 - Davud fiqurunu yerləşdirin.). Davud təpənin başına çatanda məsləhətçilərindən biri onu qarşıladı. Onun adı Xuşay idi, o, Da-vudun sadiq dostu idi (148 - Xuşay fiqurunu yerləşdirin.). Xuşay qəm içində idi, əyni cırıq-cırıq idi, başına kül tökülmüşdü. Da-vud Xuşaydan soruşdu: “Mənə görə Yerusəlimə dönərsənmi? Get Avşaloma de ki, mənə yox, ona tabe olmaq istəyirsən. O bilir ki, sən müdrik və təcrübəli adamsan və o, səndən məsləhət alacaq. Sən ona pis məsləhət verə bilərdin və onun bütün planları barədə mənə xəbər verə bilərdin ki, əvvəlcədən hazırlıq görüm.” Xuşay sevinclə razılıq verdi və Yerusəlimə tələsdi.

(Bütün fiqurları yığışdırın.).

Səhnə 6(Təmiz lövhə və ya şəhər səhnəsi) Avşalom, Xuşay və AxitofelSizə dediyim kəşfiyyatçının kim olduğunu artıq bilirsinizmi?

Bəli, bu, Xuşay idi. O, Yerusəlimə qayıdanda Avşalom artıq şəhərə daxil olmuşdu və padşah taxt-tacına sahib çıxmağa hazır idi (134 - Avşalom fiqurunu yerləşdirin.). Xuşay ona yaxınlaşdı (142 - fiqurunu əlavə edin) və qışqırdı: “Şah sağ olsun! Şah sağ olsun!”

Avşalom çox məmnun idi! O inandı ki, belə bir hörmət sahibi olan Xuşay onun tərəfindədir. Həmçinin, onun Axitofel kimi məsləhət verən adamı var idi (149 - Axitofel fiqurunu yerləşdirin.).

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardan

bir nəfər) oxuyun.

MHİE

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 53: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

5353

Avşalom Davudu məğlub etmək üçün plan cızmağa başladı. O, Axitofelə müraciət etdi (Axitofeli Avşaloma yaxınlaşdırın). “Axi-tofel, Davuda qarşı nə cür hərəkət etmək barədə mənə məsləhət ver?” - Avşalom soruşdu.

- Biz məhz indi Davudun üzərinə hücuma keçməliyik, - Axitofel cavab verdi. Davudun tədbir görmək üçün vaxtı olmayıb, yürüşdən sonra olduqca yorğundur. Mənə izin ver, məhz indi 12 min döyüşçü götürüm. İnsanlar başa düşəndə ki, biz onları öldürmüşük, mən hücuma keçib Davudu öldürərəm. Avşalom dedi:

– Xuşay, sən Axitofelin planı haqda nə düşünürsən?Xuşaq bilirdi ki, Davudu məhv etmək üçün Axitofel yaxşı

məsləhət verib. O çox narahat oldu.O tez cavab verdi:– Düşünmürəm ki, bu plan yaxşıdır.–Avşalom, sən bilirsən ki, Davudun döyüşçüləri çox təcrübəli və

cəsarətlidir. Ana ayı balasını itirdiyi zaman necə hirslidirsə, onlarda elədir. Davudu tapıb öldürmək çox asan olmayacaq. Bu hücuma keçmək planı çox tez dağıla bilər. Əgər bizim insanlardan kimsə ölsə, o biriləri qorxacaq və ruhdan düşəcək. Mən məsləhət verirəm ki, gözləyəsən, qoşun yığasan və onu özün idarə edəsən. Və çox tələsmək lazım deyil. Sən Davudun üstünə böyük qoşunla getsən, sən ona hücum edərsən və qalib gələrsən.

Avşalom iki hikmətli insana qulaq asdı. Mən əminəm ki, Xuşay nəfəsini dərib ümidlə gözləyirdi ki, Avşalom onun pis məsləhətini qəbul edər, onda Davudun hazırlaşmağa vaxtı olacaq. Allah bu-nun qayğısını çəkdi və elə etdi ki, Avşalom kəşfiyyatçı Xuşayın məsləhətini qəbul etdi. Xuşay çox sevindi və Davuda bu haqda xəbər verdi. O bunları şaha çatdırdı: «Bu gecə olduğun yerdə qalma. Qoşununu böyük savaşa hazırlayınca gizlən».

Bütün fiqurları yığışdırın.

Səhnə 7Panoramlı fon.

Davud Avşalomla vuruşmaq üçün qoşun topladı.D-139, Davud, D-140, qoşun, və D-146, İoav fiqurlarını yeləşdirin.

Onlar İordan çayının yanında meşədə gizlənirdilər. Davud İoavı və iki başqa kişini öz qoşunlarının üzərində sərkərdə təyin etdi. Da-vud özü döyüşçülərlə savaşa getmək istəyirdi, amma xalq dedi:

– Yox, sən min dənə bizə dəyərsən. Sən məhv olmamalısan. Bu hamı üçün böyük bədbəxtlik olar. Sən burda hərbi düşərgədə qalmalısan.

Davud itaət etdi. Qoşun çıxanda o darvazanın yanında dayanmışdı, və hər sərkərdə yanından keçəndə, Davud deyirdi:

– Mənim xətrimə, gənc Avşalomu saxlayın. – O hələ də Avşalomu sevirdi, baxmayaraq ki, Avşalom ona qarşı çıxmışdı.

Page 54: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

54

D-139, Davud fiqurunu yığışdırın.

Avşalomun ordusu Davudun ordusu kimi cəsarətli deyildi. Həmin gün Avşalomun ordusunun 20 min döyüşçüsü öldürülmüşdü.

Döyüş zamanı Avşalom meşədə qatırın üstündə gedirdi, qatır palıd ağacının alçaq budaqları altından keçəndə Avşalomun saçları budağa ilişdi. Qatır qaçdı, Avşalom isə budaqdan asılı vəziyyətdə qaldı. Davudun döyüşçülərindən biri baş verənləri görüb Yoava xəbər verməyə qaçdı: “Avşalom palıd ağacından asılı vəziyyətdə qalıb, saçları budağa ilişib.”

- Niyə onu öldürmədin? - Yoav soruşdu. - Mən sənə 10 şekel gümüş verərdim.

- Sən mənə 10 şekel gümüş təklif eləsəydin belə, mən onu öldürməzdim, - cavan döyüşçü cavab verdi. - Eşitmisən axı, Davud Avşalomun sağ qalmağını xahiş edib.

Yoav artıq vaxt itirmədən 10 gənc döyüşçü ilə Avşalomun asılı qaldığı yerə tələsik gəldi və onu öldürdü. Yoav şeypur çaldı və qiyamın yatırılmış olduğu siqnalını verdi. Bu cavan qiyamçının həyatının sona yetməyi çox acınacaqlıdır!

qiyam səni də ciddi bəlaya gətirib çıxaracaq. Ən pisi isə odur ki, vaxtında dayanmasan, sən layiqli olaraq cəzalandırılacaqsan və əbədi olaraq Allahdan ayrı düşəcəksən.

Bu haqda ciddi surətdə düşün. Unutma ki, İsa Məsih sənin kimi qiyamçıların günahlarını Öz üzərinə götürüb. O, Allaha qarşı çıxan qiyamçını Allahın övladına çevirə bilər.

Ola bilsin ki, sən öz günahın barədə ciddi şəkildə fikirləşirsən və Məsihə öz Xilaskarın kimi iman etmək istəyirsən. Bəlkə bunu necə etməyini hələ bilmirsən. İstəyirsənsə, mən sənə kömək edərəm və məmnuniyyətlə Rəbb İsaya necə iman etmək barədə Müqəddəs Kitabda yazılanı sənə göstərərəm. Əlbəttə, mən bu sualları sənə təkcə izah edə bilərəm. Əgər sənə kömək lazımdırsa, dərsdən sonra mənə yaxınlaş. Bu vacib məsələlər barədə səninlə məmnuniyyətlə danışaram (Müəllim, sizin məsləhətinizi almaq istəyən şagirdləri harada gözləyəcəyinizi deyin.).

(Bütün fiqurları yığışdırın.).

Səhnə 8

(Təmiz lövhə) Davud, qasid, Yoav və döyüşçülərDavud şəhərdə qaldı, darvazanın qabağında durub xəbər gözlədi

(139 -Davud fiqurunu yerləşdirin.). Gözətçi müşahidəçi məntəqəsindən qışqırdı: “Bizə tərəf qaçan bir nəfər görürəm. O, döyüş meydanından xəbər gətirir”. Bir qədər sonra qasid padşahın durduğu yerə çatdı (141 - qasid fiqurunu yerləşdirin.). Uzun müddətli qaçışdan sonra nəfəsini dərə bilmirdi: “Davud padşah, yaxşı xəbərlər gətirmişəm, Rəbb sənə qarşı qiyam qaldıranların hamısı üzərində qələbə göndərdi.”

“Bəs Avşalom nə oldu? O təhlükəsizlikdədirmi?” – deyə, Davud soruşdu. Onun birinci sualı oğlu haqqında oldu. Yəqin ki, bir anlıq sükut çökdü, sonra qasid yavaşca cavab verdi: “Qoy sənin davamçının

MHİE

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 55: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

5555

başına gələn bütün düşmənlərinin başına gəlsin.” Davud başa düşdü ki, Avşalom ölüdür (Qasidi yığışdırın.).

Davud darvazanın üstündəki otağa qalxdı və ağladı. “Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!”(139 fiqurunu 147 - qəm çəkən Davud fiqu-ru ilə əvəz edin.).

Davud padşah oğluna görə yaman dərd çəkirdi. Ata kimi oğlunun ölümünə acıyırdı. Bəlkə də, Davud daha çox Avşalomun Allaha qarşı çıxdığına görə acıyırdı.

Davud padşahın qələbə çalmış ordusu oğru kimi şəhərə qayıtdı (2Şamuel 19:3). Qələbə sevinci padşahın qəmi ilə pozulmuşdu (146 - Yoav fiqurunu yerləşdirin.). Nəhayət, Yoav Davudla danışdı ki, Da-vud Avşaloma görə ağlamağı dayandırıb onu qorumaq üçün savaşan döyüşçülərə hörmət göstərsin. Davud belə də etdi və şəhər darvazasının yanına endi (139 - Davud, 140 - döyüşçülər, 141 - qasid və 146 - Yoav fiqurlarını yerləşdirin.).

Tezliklə, bütün xalq Davudun yanına qayıtdı və Davud bir daha böyük bir sevinclə Yerusəlimə padşah kimi daxil oldu.

Əminəm ki, Davud Avşalomu xatırlayanda hələ də kədərlənirdi. Allahın xəbərdarlıqlarına diqqət yetir: “qiyamçı olma.” Əgər qiyamçı idin və bu işdən əl çəkmək istəyirsən, ürəyində bunu Allaha söylə, bağışlanmağını və Allahın övladı olmağını Ondan dilə. Əgər Məsihə iman etmisənsə, onda Ona itaət etməklə Allaha məxsus olduğunu göstərirsən.

(Bütün fiqurları yığışdırın.).

tƏKRARLAMAq ÜÇÜN SUALLAR1. Avşalom niyə çox məşhur idi? (O, çox yaraşıqlı idi. İnsanlarla

onların çətinlikləri barədə danışırdı. Çox mehriban görünürdü, amma qürurlu və hiyləgər idi.)

2. Avşalom qiyam qaldırmaq məqsədilə Yerusəlimi tərk edəndə Davuda nə dedi? (Dedi ki, Allaha ibadət etmək vədini yerinə yetirmək üçün Xevrona gedir.)

3. İnsanlar kimə qarşı durur? (Allaha, müəllimə, valideynə, ölkədəki qanuni hakimiyyətə - polisə, hökumətə.)

4. Müəllimə qarşı durmaq nə deməkdir? (Müəllimi ələ salmaq, sözündən çıxmaq, məktəb qaydalarına riayət etməmək.)

5. Valideynə qarşı çıxmaq nə deməkdir? (Valideynə yalan danışmaq, şokolad almaq üçün pul oğurlamaq, səsləyəndə getməmək, oyuncaqları yığışdırmamaq və s.)

6. Axitofel Avşaloma qoşulanda Davud niyə kədərləndi? (Çünki o, müdrik məsləhətçi idi və Davud ona güvənirdi.)

7. Xuşayın boynuna düşən öhdəlik nə idi? (Avşalomun planları barədə xəbər yetirmək və Axitofelin məsləhətlərini puça çıxartmaq.)

8. Xuşay Avşaloma nə məsləhət gördü? (O, Avşaloma məsləhət gördü ki, Davudun üzərinə dərhal hücuma keçməsin və bir qədər sonra hücuma keçmək üçün ordusunu böyütsün.)

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Page 56: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

56

9. Davud savaşmaq üçün xalq ilə birlikdə niyə getmədi? (İnsanlar onu şəhərdə qalmağa inandırdılar. Onlar dedilər ki, savaş zamanı onun ölümü hamı üçün faciə olar.)

10. Avşalomun qaldırdığı qiyamın çox qəmgin sonluğu oldu. Avşalom necə öldü? (Saçları ilə palıdın budağından ilişib asılanda Yoav onu öldürdü.)

11. Allaha qarşı qaldırılan qiyam nə ilə nəticələnir? (Bağışlanmağımızı Ondan diləməyənədək və Ona qayıtmayanadək Allahdan əbədi olaraq ayrı düşürük.)

12. Öz qiyamçı oğlunun ölümünə görə Davud yaman qəm çəkirdi. İnsan Allaha gəlməmiş öləndə, səncə, Allah Özünü necə hiss edir? (Allah da dərin kədər keçirir, çünki insan onu sevdiyinə baxmayaraq, Allahı rədd etdi.)

təkrarlamaq üçün oyun

«Üsyankar olma»

Lövhəyə “üsyan” sözünü yazın. Hər verilən düzgün

cavabın müqabilində “üsyan” sözündən bir hərfi pozur-

sunuz.

Sonra “Allahın övladı” sözlərini əmələ gətirəcəksiniz.

Hər verilən düzgün cavaba görə bu sözün bir hərfini

lövhədə yazırsınız.

Biz dua edirik ki, hər bir uşaq Allaha qarşı çıxan qiyamçıdan

Allahın övladına çevrilmiş olsun.

Page 57: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Dərs 12

MÜqƏDDƏS YAZiLAR1 Salnamələr 22:2 – 23:52 Şamuel 7:11б-291Padşahlar 1:33, 341Padşahlar 2:1-41 Salnamələr 29:28Luka 1:26-33Luka11:31Zəkəriyyə 14:9Vəhy 11:15

MƏRKƏZi hƏqİqƏtİsa Məsih Padşahdır.

tƏtBİq :İman etməyənlərə: Bir gün Ona öz Padşahın

kimi tabe olmağa vadar olacaqsan.

İman edənlərər: Onu dinlə.

YADDA SAXLAMAq ÜÇÜN AYƏ«Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!». Zəbur 23:6Yaxud«Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər za-man səadət var». Zəbur 16:11 Ayəni əsaslı surətdə izah edin.

ƏYANi VƏSAitLƏR♦ Fiqurlar: D-150, D-151-а-b, D-152, D-153,

D-154, D-155, D-156, D-157, D-158, D-159 və D-160.

♦ Flaneleqraf üçün fonlar: panorama, sarayın interyeri və şəhərin ümumi görünüşü yax-ud sadəcə təmiz flanel (fonsuz).

♦ Mərkəzi həqiqət («İsa Məsih Padşahdır») və iman edən uşaqlara aid olan tətbiqi kar-toçkalarda hazırlayın («Onu dinlə»).

DƏRSİN pLANi

GirişNigar və Dilarənin babaları kasıb idi

Hadisələrin inkişafı1. Davud Rəbbin adına tikiləcək məbəd üçün

hazırlıq işləri görür 2. Onun Süleymana məsləhəti Mh3. Allahın Davuda verdiyi vəd Mh4. Süleyman şahlığa məsh edilir 5. Davudun ölümü Mhİ6. Məbəd dağıdılıb və şahlıq devrilib7. Mələyin Məryəmə Xoş Xəbəri 8. Məsih Süleymandan daha böyükdür Mh

KulminasiyaOnun ikinci və gələcək Padşahlığı Mhİ

YekunHamı biləcək ki, O Padşahdır. Mhİe

SÜLeYMAN DAVUDUN ƏVƏZİNƏ İSRAİLİN pADŞAhi OLUR

57

Page 58: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

58

DərsNərgiz və Dilarənin babası cavanlığında çox kasıb idi. O, 14

yaşına qədər məktəbə gedib. Bundan sonra işləməyə məcbur olub, baxmayaraq ki, institutda oxumağa üstünlük verə bilərdi. Onun birinci oğlu (Nərgiz və Dilarənin atası) doğulanda baba qərara aldı ki, oğlunun yaxşı təhsil almaq fürsəti olacaq. Onun oğlu yaxşı tələbə idi, universitetdə oxuyurdu və həkim oldu. O, vaxtilə babanın edə bilmədiyi çox işlər görə bildi.

Eynilə də Davudun başına gəlib. Onun oğullarından birinə özü etmək istədiyi işlərin bir çoxlarını həyata keçirmək nəsib oldu. Davudun kasıb olduğuna görə yox, Allah ona bunu etməyə izin vermədiyinə görə.

Səhnə 1

(Mənzərə) Davud, Süleyman, tikinti materiallarıDavud padşah qocalıb (150 - Davud fiqurunu yerləşdirin.). Allah

ona düşmənlərin əlindən rahatlıq verdi. Artıq ehtiyac yox idi ki, o, müharibəyə getsin. Bu, sülh günləri idi. Ancaq Davud padşah məşğul idi. O, Yerusəlimdə çox çalışırdı (151a və 151b - tikinti materialları fiqurlarını yerləşdirin.).

Davud bir qrup insanı qəşəng daşları yonmağa təyin etdi. Digərləri dəmirdən min dənə mismar düzəldirdilər. O qədər tunc yığılmışdı ki, çəkisini ölçmək mümkün deyildi. Sidr ağacının odunları isə saya gəlmirdi. Nə baş verirdi?

Bütün bunların nə üçün lazım olduğunu Davud özü başa saldı. Bu, Davudun Allah üçün çox illər öncə tikmək istədiyi məbəd üçün gərək idi. Davud Allahı çox sevdiyinə görə, Onun üçün xüsusi məbəd tikmək istəyirdi. Ancaq Allah dedi: “Hələ yox, sənin oğlun bunu edəcək.” İndi bu vaxt yaxınlaşırdı.

- Mənim oğlum Süleyman hələ cavan və təcrübəsizdir, - Davud deyirdi (Süleymanın, yəqin ki, hələ 20 yaşı belə yox idi.).

- Rəbb üçün tikilməli olan məbəd bütün ölkələr qarşısında izzət və bəzək üçün çox möhtəşəm olmalıdır. Beləliklə, bunun üçün tədarük görəcəyəm.

Davud bilirdi ki, ölümünə az qalıb. Yəqin ki, o, Allahın hü-zurunda olmaq anını gözləyirdi. “Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!”

Davudun bir neçə oğlu var idi. Allah dedi ki, Davuddan son-ra padşah olacaq oğlu Süleymandır (152 - Süleyman fiqurunu yerləşdirin.).

- Oğlum, - deyə, Davud müraciət etdi, - Rəbbim olan Allahım naminə ev tikmək ürəyimdə var idi. Mən özüm bunu etmək istəyirdim. Ancaq Allah mənə dedi: “Sən çoxlu qan axıtmısan və böyük müharibələr aparmısan. Ona görə də mən sənə Öz məbədimi tikməyə izin verməyəcəyəm. Amma sənin oğlun olacaq: o, dinc in-san olacaq. Mən ona bütün düşmənlərindən rahatlıq verəcəyəm. Ona

Məkətbəqədər uşaqların yəqin ki, “məbəd” üçün müxtəlif

əşyalar yığmaq xoşlarına gələr(böyük qutular və ya

kubiklər, oyuncaq çəkiclər, mıxlar, balaca şalbanları).

Page 59: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

5959

görə adı Süleyman idi. Nə qədər ki o yaşayacaq, İsraildə sülh və əmin-amanlıq olacaq. O, Mənim üçün ev tikəcək.”

Məbəd tikmək barədə düşüncələr, yəqin ki, cavan Süleymanı qorxudurdu. Bu cür çətin və ciddi işə görə o, necə cavabdeh ola bilərdi?

Görünür, Davud Süleymanın padşah olacağı dövrü nəzərə alırdı. Davud onu hazırlamaq məqsədilə belə deyirdi: “İndidən sonra, oğlum mənim, qoy Allah səninlə olsun ki, sən xeyir-dualı olasan və Allah dediyi kimi, Rəbbə ev tikəsən. Rəbb sənə müdriklik verəcək və İsrail üzərində padşah qoyacaq ki, Allahın olan Rəbbin qanununa riayət edəsən.”

Biz həmin ifadəni eynilə iki sözlə ifadə edə bilərdik. Allaha qulaq as. Bu, Süleyman üçün yaxşı məsləhət idi, həmçinin bu, sənin və mənim üçün də yaxşı məsləhətdir.

- Möhkəm və cəsarətli ol! Qorxma!Davud Süleymanın gözlərində qorxu və qüssə görürdü. - Məyus olma, - Davud deyirdi. O istəyirdi ki, Süleyman məbədin tikilişinə hazırlıqdan duyduğu

sevincini dərk etsin. “Bu məbəd üçün yığdıqlarıma bir bax.” Daş, dəmir və tuncdan başqa nə qədər qızıl, gümüş və mis yığdığını göstərdi. Olduqca böyük miqdarda.

- Mənim yığdıqlarıma əlavə etmək istəyərsən, - Davud Süley-mana dedi. - Səndə çoxlu təcrübəli işçi, daşyonan, daşkəsən, dülgər, dəmirçi, qızıl və gümüş işini bacaran ustalar var. Başla və et; Rəbb səninlə olacaq.

(Fiqurları yığışdırın.).

Səhnə 2(Saray interyeri) ; (154 - ağsaqqal, 150, 153 - Davud və taxt-tac

fiqurlarını yerləşdirin)Davud İsrailin bütün başçılarını yanına çağırdı və dedi: - Mən istəyirəm ki, siz mənim oğluma məbədin tikilməyində

kömək edəsiniz. - Allahınız Rəbb sizinlə deyilmi? İndi ürəyinizi və canınızı

Allahınız Rəbbi axtarmağa yönəldin. Rəbb Allahın müqəddəs məkanını tikməyə başlayın ki, Rəbbin Əhd sandığını və Allahın müqəddəs əşyalarını Rəbbin adına tikilmiş məbədə gətirəsiniz (Başçıları yığışdırın.).

Davud hətta gələcək məbədin xidmətçilərini də artıq təyin etmişdi. İyirmi dörd min nəfər Rəbbin məbədində Rəbbə xidmət etmək üçün, dörd min nəfər musiqi alətlərində çalaraq Rəbbi həmd etmək üçün qoyulmuşdu. Bu məbəddə ibadətlər çox möhtəşəm olmalı idi! Da-vud Allahı bir çox şeylərə görə izzətləndirməli idi. Biz də!

Davud çoxlu məzmur yazdı. Onlar məbəddə ifa olunacaqdı. Sən onları Müqəddəs Kitabdakı Zəbur Kitabında tapa bilərsən. Bəzən biz Davudun bir çox məzmurlarından Rəbbi izzətləndirmək üçün istifadə edirik.

MH

Xırda əşyaların dəsti uşaqlara Davudun nə yığdığını təsvir etməyə kömək edər. Uşaqlara hamar daşlara toxunmaq və sidr ağacının çubuqlarını hiss etməyə icazə verin.

Uşaqlara kömək edin öz Müqəddəs kitablarında Zəbur kitabını tapsınlar.

Page 60: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

60

Rəbbin evinin tikilişinə hazırlaşaraq, Davud, çox güman ki, onun evi (Davudun evi) barədəki vədi unutmamışdı. Allah bu haqda “Mənim evimi tikən kəs Davud olmayacaq” dediyi gecə demişdir.

Allah dedi: “Sənin yer üzündə günlərin bitdikdən sonra sənin oğlun sənin taxtına oturacaq. Və onun padşahlıq taxt-tacını əbədi olaraq möhkəmlədəcəyəm.” Bu, Allahın əbədi padşahlıq barədə vədi idi.

(150 fiqurunu yığışdırın, 155 - dua edən Davud fiqurunu yerləşdirin.).

Səhnə 3(Saray) Davud, taxt-tacHəmişə hər şeyi anlamadığına baxmayaraq, Davud Allaha

inanırdı. Onun duasına qulaq as (2Şamuel 7:18-29): “Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın? Ya Xudavənd Rəbb, məgər bu, Sənin gözündə kiçik bir şey kimi görünür?”

həqiqətdə Davud Allahın “taxt-tacını əbədi olaraq möhkəmlədəcəyəm” vədini tam şəkildə anlamadı. O qocalırdı və bilirdi ki, bir qədər sonra öləcək. Bəs onun oğlu Süleyman necə? O da padşah olacaq, amma sonra qocalıb öləcək. Yox, yeganə olan padşah, əbədi padşah - Rəbb İsa Məsihdir (“İsa Məsih padşahdır” yazısını lövhədən asın.). O, dünya mövcud olduqca və ondan da artıq padşah olacaq. O, əbədi olaraq padşah olacaq. Bəs bunun Davudun ailəsi ilə nə əlaqəsi var? Gəlin görək nə baş verib

(Fiqurları yığışdırın.).

Səhnə 4(Küçə) Süleyman və insan kütlələriDavud qocalıb. O bilirdi ki, bu yaxınlarda öləcək və Rəbbin

yanına gedəcək. Taxt-tacı oğlu Süleymana ötürmək vaxtı çatdı (156 - Süleyman və 157 - kütlə fiqurlarını yerləşdirin.). Süleyman Yerusəlimə daxil oldu, şeypurlar çalınır və xalq ucadan deyirdi: “Sü-leyman padşah sağ olsun!”

Davud Süleymana öyüd verdi. O, belə söylədi: “Allahın yolu ilə get; Onun qanunlarına riayət et. Allah da Öz sözünə əməl edəcək və Davudun ailəsindən padşahlığı almayacaq” (Fiqurları yığışdırın.).

Bir qədər sonra Davud öldü. İnsanlar göz yaşı axıdırdılar, amma o, “Allahın Səltənətində əbədi olaraq” yaşamaqdadır. Əgər sən Allahın ailəsinə aidsənsə, onda bir gün Davudu Göylərdə görəcəksən və onunla bizim öyrəndiyimiz bütün görkəmli işlər barədə danışa bilərsən!

İndi padşah Süleyman idi. O, dinc bir vaxtda yaşayırdı, möhtəşəm bir məbəd yaratdı və ölkəni müdrik idarə edirdi. Ancaq ömrünün axırında Allaha qarşı itaətsizlik göstərməyə başladı. Ondan sonra da İsraildə Allahdan get-gedə uzaqlaşan padşahlar var oldu. Allah

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin «İsa

Məsih – Padşahdır».

MHİ

Page 61: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

6161

dedi ki, xalq Allahın sözünə baxmasa, onları cəzalandıracaq. Allah, həqiqətən də, insanları itaətsizliyə görə cəzalandırdı. Dediyi kimi, düşmən ölkələr bir-bir İsrailə daxil olaraq qələbə əldə edirdilər. İsrail xalqı tamamilə əsarətə götürüldü və ölkədən sürgün edildi. Saray dağıdılmışdır. Möhtəşəm məbəd dağıdılmışdır. Yerusəlim şəhəri tamamilə dağıdılmışdır. Elə gəlirdi ki, padşahlığın sonu çatır (2Padşahlar 25:1-11). Bəs Allahın ƏBƏDİ OLARAQ dediyi vədi necə?

Saray, məbəd və şəhərin dağılmağından 400 il keçəndən sonra heyrətamiz möcüzə baş verdi!

Allah mələk göndərdi ki, Məryəm adlı cavan qıza xəbər göndərsin. Budur həmin xəbər: “Və budur, hamilə qalıb bir Oğul doğacaq və Onun adını İsa qoyacaqsan. O, böyük olacaq, Haqq-Təala Allahın Oğlu adlanacaqdır.” İndi isə bu sözləri dinlə! “Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir.” Görürsənmi, Rəbb İsanın anası Davu-dun ailəsindən idi. Ancaq mələk ona təkcə bunu söyləmədi, o əlavə elədi: “Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir; və İsrailin üzərində əbədi olaraq hökmranlıq edəcək” (Lukanın müjdəsi 1:26-33). İndi möcüzənin sirri açılıb!

İsa Məsihin anası Məryəm Davudun nəslindən idi. La-kin Onun Atası Allah idi. Bu uşaq doğulanların hamısından fərqlənirdi. O, Allah və insan idi, O, günahsız idi. padşah olmağına baxmayaraq, axurda doğulmuşdu və çox az sayda in-san Onun padşah olduğunu bilirdi.

Rəbb İsa böyüyüb yaşa dolduqdan sonra insanlara bir çox şeylər öyrətdi. Bir dəfə O demişdi ki, Süleyman görkəmli və varlı padşah idi. Amma “budur, Süleymandan daha böyüyü buradadır” (Lukanın müjdəsi 11:31). O, kim haqqında deyirdi? Özü haqqında. İsa Süleymandan daha böyük padşahdır. Ona görə ki, Məsihin padşahlığı əbədidir.

Rəbb İsa nə vaxtsa İsrail, Yerusəlim üzərində padşahlıq üçün məsh olunmuşdurmu? (158 - çarmıx fiqurunu yerləşdirin.) Xeyr! Onun yeganə daşıdığı tac tikanlı tac olub. Allahın Yeganə Oğlu Rəbb İsa Məsih çarmıxa mismarlanmışdır. O, öləndə bədəni qəbirə qoyulmuşdur. Onda Məsih əbədi olaraq necə Padşah ola bilər?

Biz bilirik ki, Allahın Oğlu ölü qalmayıb (159 - ölülərdən dirilmiş Məsih fiqurunu yerləşdirin). O, ölülərdən dirildi. O, Göydəki Səltənətə qayıdıb və indi sağdır. O, hər şey - ölüm, gü-nah və şeytan üzərində Rəbdir; O, onlara qalib gəldi. Və yer üzərində Ona xilaskarı kimi iman edən hər kəsin ürəyinə və həyatına hakimdir. Əgər O, sənin Xilaskarındırsa, onda O, həm də sənin padşahındır. Bu, o deməkdir ki, sən padşahın iradəsinə uyğun olanı etməlisən. Sən Onun istədiyi şeyi deyirsən, Onun istədiyi yerə gedirsən. Ola bilsin ki, sənə məktəbdə başqa qıza və ya oğlana qarşı xeyirxah olmaq çətindir. Ancaq sən bilirsən ki, sənin padşahın istəyir ki, sən başqalarına qarşı xeyirxah ola-san və beləliklə də, sən Onun sözünə qulaq asmış və yaxşı sözlər danışmış olursan.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

MH

Mərkəzi həqiqət olan kartoçkanı göstərin.

Müqəddəs Kitabdan ayəni(özünüz və ya uşaqlardanbir nəfər) oxuyun.

MHİ

Page 62: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

62

Və bir gün Rəbb İsa Göylərdən qayıdacaq. O, Beytlehemdə dünyaya gəldiyi çağa kimi olmayacaq. Bu dəfə O, izzətli Padşah kimi gələcək (160 - tacı yerləşdirin.). O günü dünyada yaşayan hər kəs Onun padşah olduğunu biləcək. Onlar Onu - böyük qadir padşahı görəcəklər. Ona Xilaskar və Rəbb kimi heç vaxt iman etməyən insanlar üçün isə qəmli və dəhşətli bir vaxt olacaq. Sən də onlardan biri olacaqsanmı? Əgər hə, onda axır-əvvəl sən və başqaları Onun önünə gəlməyə və Onun Rəbb olduğunu deməyə məcbur olacaqsınız.

Ancaq xilas əldə eləmək üçün artıq gec olacaq. Əbədi olaraq Onun hökmranlıq edəcəyi Səltənətdə sənin artıq yerin olmay-acaq. Ancaq həmin böyük bir gün hələ gəlməyib və nə vaxt gələcəyini də biz bilmirik. Bu görüşə hazır olub-olmadığın barədə ciddi düşün. Əgər, həqiqətən, hazır olmaq istəyirsənsə, bu haqda Məsihə söylə. Xahiş elə ki, günahlarını səndən götürsün və sənin Xilaskarın və padşahın olsun. həmin böyük bir günə hazırlıqlı olun, çünki yer üzündə nə vaxtsa həyat sürən hər bir kəs Rəbb İsanı, padşahlar padşahını və rəblər Rəbbini görəcək.

ƏLAVƏ tApŞiRiq

Allahın Sözünün illüstrasiyasıAllahın Sözünə itaətkarlıq haqda olan ayələri oxuyun (2 Timotey 3:14-17, Zəbur 119:105 və İbranilrərə 4:12).Uşaqlardan xahiş edin İbranilərə 4:12 də nə haqda deyidiyinin şəklini çəksinlər.

tƏKRARLAMAq ÜÇÜN SUALLAR1. Davud külli miqdarda odun, daş, qızıl və gümüşü nəyə görə

toplayırdı? (Məbədin tikilməyinə.) 2. Nəyə görə Rəbb Davuda dedi ki, o yox, oğlu məbəd tikəcək?

(Çünki Davud iştirak etdiyi savaşlarda çoxlu qan tökmüşdü.)3. Davud oğlu Süleymana nə məsləhət gördü? (Allaha qulaq as,

cəsarətli ol.) 4. Davud məbəd üçün tikinti materialları topladı. Bəs məbəddə

Allaha xidmət sahəsində necə kömək göstərdi? (O, məbədin tikilməyindən sonra Allaha xidmət, musiqi alətlərində çal-maq üçün insanlar təyin etdi. Həmçinin, ibadət üçün bir çox məzmurlar yazdı.)

5. Allah Davuda hansı əsas vədi verdi? (Evin və padşahlığın sarsılmaz olacaq.)

6. Davud indi haradadır? (Allahın evində (Göylərdə) əbədi olaraq yaşamaqdadır.)

7. Süleymanın ölümündən sonra nə baş verdi? (İsrail padşahları Allaha itaətsizlik etdilər və Allah onlardan hakimiyyəti alıb, əsir düşməklərinə imkan verərək onları cəzalandırdı.)

8. Davud Rəbb İsa Məsihlə necə bağlı idi? (İsanın anası Məryəm

MHİE

təkrarlamaq üçün oyun

«Məbəd üçün sütunlar»

Lövhədə lövhəni iki yerə bölmək üçün xətt çəkin.

Uşaqları iki komandaya bölün. Növbə ilə komandalara

suallar verin. Əgər cavab düzdürsə komanda tərəfdə

«sütun» şəklini çəkin.

Daha çox «sütün yığan kom-anda qalıb gəlir».

Page 63: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

6363

Davud nəslindən idi.) 9. Lövhəyə hansı vacib sözləri vururdum? (İsa Məsih - Padşahdır.) 10. Rəbb İsa Məsih indi harada padşahlıq edir? (Ona iman edən hər

bir kəsin qəlbində.) 11. Kim deyib: “Budur, Süleymandan daha böyüyü buradadır”? (İsa Məsih.) 12. Rəbb İsa nə vaxt bütün dünyanın, hətta Ona iman etməyən və

Onu sevməyənlərin Padşahı olacaq? (Göylərdən qayıdanda.)

Page 64: Davudun - Teach Kids · 3 Giriş Görünür ki, “Davudun həyatı” kitabının ikinci cildində verilən dərslər birinci cildə daxil olan “Davud və Qolyat” və yaxud “Davud

Məsihi qəbul etmək istəyən uşaqla söhbət etmək üçün qısa plan

Əmin olun ki, uşaq bunları bilir:Allah: Allah kimdir? Allah bizi yaradıb. O, bizimlə Müqəddəs Kitab vasitəsilə danışır. Allah müqəddəsdir və pakdır. O, bizi sevir. Günah:

Günah nədir? Günah Allahın əmrlərinə riayət etməməkdir. Bu, Allaha qarşıdır. Xüsusi günahlar haqqında danışın. Uşaq təbiətinə və əməllərinə görə günahkardır. (Biz günahkar olduğumuzüçün günah edirik.)Günah cəzaya layiqdir.

Xilaskar:Günahdan sizi yalnız kim xilas edə bilər? Oğul olan Allah günahkarlar üçün çarmıxda öldü. Rəbb İsa ölülərdən dirildi. O, hamının Rəbbidir.

Necə xilas olmağı izah edin: Rəbbin bizdən nə etməyimizi istədiyini və Onun nə edəcəyini izah edin. Müqəddəs Kitabın ayələrindən istifadə edin (Yəhya 1:12; 3:16; 6:37; Həv. iş. 16:31; Roma. 6:23 və ya 10:13). Rəbb sizin nə etməyinizi istəyir? Rəbb nə edəcək?

Çətinliklər barədə xəbərdarlıq edin.Soruşun: “Məsihə iman etmək istəyirsən, yoxsa gözləmək istəyirsən?”Uşağı ruhlandırın ki, ucadan dua etsin (əgər hazırdırsa).

Xilasa əminlik barədə danışın:İstifadə etdiyiniz Müqəddəs Kitabın ayəsinə qayıdın. Dəyişilmiş həyat haqqında danışın.Məsihə həqiqətən iman edən insanın nəyi bilməli olduğunu söyləyin.

Məsihçi həyatı haqqında (sonralar) bəzi məsləhətlər verin:Müqəddəs Kitabı oxuyun və ona riayət edin. Göylərdəki Atamız, Allahla danışın. Rəbbin sizin üçün etdikləri haqda başqalarına danışın. Günah edərkən Rəbdən xahiş edin ki, sizi bağışlasın. Başqa məsihçilər ilə görüşün. Rəbbin vədini yadda saxlayın: “Səni heç vaxt tərk etmərəm” (İbr. 13:5).

Surətini çıxarın, kəsin və Müqəddəs kitabınızda saxlayın.