8
TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ QƏZETİN REDAKSİYA HEYƏTİ Qəzet 1919-cu ildən nəşr edilir www.xalqqazeti.com № 245 (29217) 3 noyabr 2019-cu il, bazar Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilsin. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 noyabr 2019-cu il Dövlət başçımızın bu ilin əvvəlindən etibarən reallaşdırdı- ğı xarici səfərlərin bir neçəsini yada salmaqla, həmin arqu- mentimizi əsaslandıra bilərik. Məsələn, cənab Prezident ilin ilk ayında (21-23 yanvar) Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiya- sında işgüzar səfərdə olmuşdur. Dövlət başçımızın həmin səfər çərçivəsində dünya iqtisadiy- yatının inkişafında söz sahibi olan dövlət və şirkət rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərin əhəmiyyətindən danışmağa ehtiyac yoxdur. Elə martın 28- 30-dakı Avstriya Respublikasına işgüzar səfər də məhz həmin səviyyədə əhəmiyyətli idi. Təbii ki, bu gün dünyanın əsas söz sahiblərindən biri də Çin Xalq Respublikasıdır. Dövlət başçımızın aprelin 24- 27-də Çin Xalq Respublikasına işgüzar səfəri bu gün dünyanın hər yerində maraqla qarşılanan, Şərqlə Qərbin iqtisadiyyatını qovuşduracaq “Bir kəmər-bir yol” layihəsinə verdiyimiz önəmin göstəricisi idisə, mayın 13-14-də Belçika Krallığına işgüzar səfər Azərbaycan– Avropa əməkdaşlığının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edirdi. Ancaq dövlət başçımı- zın oktyabrın 2-3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olması və həmin ayın 10-da MDB Dövlət Başçıla- rı Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər etməsi daha böyük əks-sədalarla yadda qalmışdır. Dövlət başçımız həm Soçidə, həm də Aşqabadda işğalçı Ermənistana ağır zərbələr vurmuşdur. Bu, danılmaz faktdır ki, Azərbaycanın dövlət başçısı yeni regional əməkdaşlıq formatlarının da təşəbbüskarıdır. Üçtərəfli və dördtərəfli əməkdaşlıq for- mullarının reallaşdırılması cənab Prezidentin adı ilə bağlıdır. Bunun nəticəsidir ki, Azərbaycan–Türkiyə–Rusiya, Azərbaycan–Türkiyə–İran, Azərbaycan–Gürcüstan– Türkiyə, Azərbaycan–Rusi- ya–İran, Azərbaycan–Türkiyə –Türkmənistan kimi üçtərəfli əməkdaşlıq formatları real səmərəli nəticələr verməkdədir. Azərbaycan Prezidentinin dördtərəfli əməkdaşlıq formulu da –Gürcüstan da daxil olmaqla –konkret bəhrələrini verir. Ancaq ekspertlərin fikrincə, Azərbaycan xarici siyasətinin builki ən böyük nailiyyəti məhz oktyabrın 25-də Bakıda öz işinə başlayan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə qeydə alınmış- dır. Belə ki, həmin beynəlxalq tədbirdə iştirak edən 120 dövlətin rəsmilərinin imza at- dığı Yekun sənəddə Ermənistan dövlətinin işğalçı olduğu açıq şəkildə bəyan edilir. Xatırladaq ki, “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışla- rına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri işti- rak edirdilər. Ümumilikdə, zirvə görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdılar. Zirvə görüşünün açı- lış mərasimində geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016- cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur: “Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm”. (ardı 2-ci səhifədə) Dövlət başçısının innovasi- yayönümlü istehsala əsaslanan sosial-iqtisadi siyasəti, apardığı islahatlar Azərbaycan iqtisadiyya- tını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublika- mız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır. Son illərdə investisiya mühi- tinin daha da yaxşılaşdırılması üçün vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib. Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankının “Doing Business 2020” reytinqində ilk iyirmiliyə daxil olub. Dünya Bankı ekspertlərinin fikrincə, respublikamızın belə bir müsbət nəticə əldə etməsi Azərbaycanda 4 sahədə (daşın- maz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi, müqavilə intizamı) bizneslə məşğul olmağın daha da asanlaşması ilə bağlıdır. Azərbaycana investisiya qoyu- luşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olma- sı, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artı- rır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xarici investi- siyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. (ardı 4-cü səhifədə) A zərbaycanda son 16 ildə dinamik inkişaf ardıcıl təmin edilib və sevindi- rici hal ondan ibarətdir ki, cari ilin doqquz ayında da ölkə iqtisadiyya- tında müsbət nəticələr əldə olunub, dinamik inkişaf templəri qorunub saxlanılıb. Bütün bunlar isə son illər ərzində reallaşdırılan düşünülmüş iqtisa- di siyasətin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, investisiya mühitinin əlverişliliyinin nəticəsində reallaşıb. Ölkə rəhbəri iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət yetirir. Azərbaycan bununla ölkə iqtisadiyyatının neftdən asılılığını aşağı salmağa çalışır. Xarici investisiyaların cəlbi yolu ilə qeyri- neft sektoru, emal sənayesi, kənd təsərrüfatı, yüngül sənaye və nəqliyyat infrastrukturunun inkişafına böyük önəm verilir. Azərbaycan Prezidenti İlham Əliyevin ya- nında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı bununla bağlı deyib: “Doqquz ayın sosial- iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”. Xatırladaq ki, ölkə rəhbəri neft və qazdan ası- lılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, sərmayə qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş infrastruktur layihələrinin tam icrası, xüsusilə sosial infrastrukturla bağlı məsələlərin həlli, məktəblərin tikintisi və təmiri, yeni Olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. Həmin vəzifələrin uğurla gerçəkləşməsinə şübhəsiz ki, şaxələndirmə siyasəti öz müsbət təsirini göstərib. Azərbaycanda xidmət sahələrinin, xüsusən nəqliyyat sektorunun inkişafında şaxələndirmə siyasəti mühüm önəm daşıyır. Ölkəmizin İpək yolu üzərindəki qədim ticarət və ötürü- cü mərkəzlərdən biri olması da bu məsələdə əhəmiyyətli rol oynayır. Bu, Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrut- ları üzərində mühüm dayaq nöqtəsinə çevirir. Məhz belə bir amilə xüsusi diqqət yetirilməsinin nəticəsidir ki, Azərbaycanda yeni avtomagistral- lar, aeroportlar və dəmir yolu üzərində qurulan dəmir İpək yolunun inşasına xüsusi diqqət yetirilir. 2017-ci ildə fəaliyyətə başlayan Bakı- Tbilisi-Qars dəmir yolu xətti də məhz bu ideyanın reallaşmasına xidmət edir. (ardı 2-ci səhifədə) Xarici siyasətlə bağlı addımlarımız beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və ədalət ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə edir, bu mövqeyə sadiqdir. Bundan sonra da Azərbaycan bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilməsində öz sözünü deyəcəkdir. Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bizim tam müstəqil və milli maraqlara söykənən xarici siyasətimiz var S iyasət və diplomatiya tarixinə nəzər salarkən şahidi oldu- ğumuz ilk maraqlı faktlardan biri dövlət xadimlərinin xarici səfərləri olur. Bu, Şərqdə də belədir, Qərbdə də. Həmin ten- densiya qədim dövrlərdə də olub, orta əsrlərdə də. Bu gün də da- vam edir, gələcəkdə daha intensiv xarakter alacağı şəksizdir. Müasir dünya siyasətində və diplomatiyasında özünəməxsus dəstxəti olan Prezident İlham Əliyev də həmin ənənəni məhz siyasət tarixinə sədaqətlə, üstəlik, böyük yaradıcılıqla davam etdirir. Azərbaycanın investisiya mühiti dünyada yüksək qiymətləndirilir Bu gün qarşıya qoyulan bü- tün planların həyata keçirilməsi üçün iqtisadiyyatını uğurla inkişaf etdirən, iqtisadi cəhətdən tamamilə asılılıqdan qurtulan, region- da irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan, dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan tarixi- nin ən qüdrətli dövrünü yaşayır. uğurla həyata keçirilir Şaxələndirmə ilə bağlı tədbirlər

Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

  • Upload
    others

  • View
    17

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

Qəzet 1919-cu ildən nəşr edilirwww.xalqqazeti.com№ 245 (29217) 3 noyabr 2019-cu il, bazar

Y.V.Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini

rəhbər tutaraq qərara alıram:Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Yalçın Vasif oğlu

Adıgözəlov “Şöhrət” ordeni ilə təltif edilsin.İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2019-cu il

Dövlət başçımızın bu ilin əvvəlindən etibarən reallaşdırdı-ğı xarici səfərlərin bir neçəsini yada salmaqla, həmin arqu-mentimizi əsaslandıra bilərik. Məsələn, cənab Prezident ilin ilk ayında (21-23 yanvar) Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiya-sında işgüzar səfərdə olmuşdur. Dövlət başçımızın həmin səfər çərçivəsində dünya iqtisadiy-yatının inkişafında söz sahibi olan dövlət və şirkət rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlərin əhəmiyyətindən danışmağa ehtiyac yoxdur. Elə martın 28-30-dakı Avstriya Respublikasına işgüzar səfər də məhz həmin səviyyədə əhəmiyyətli idi.

Təbii ki, bu gün dünyanın əsas söz sahiblərindən biri də Çin Xalq Respublikasıdır. Dövlət başçımızın aprelin 24- 27-də Çin Xalq Respublikasına işgüzar səfəri bu gün dünyanın hər yerində maraqla qarşılanan, Şərqlə Qərbin iqtisadiyyatını qovuşduracaq “Bir kəmər-bir

yol” layihəsinə verdiyimiz önəmin göstəricisi idisə, mayın 13-14-də Belçika Krallığına işgüzar səfər Azərbaycan– Avropa əməkdaşlığının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edirdi.

Ancaq dövlət başçımı-zın oktyabrın 2-3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olması və həmin ayın 10-da MDB Dövlət Başçıla-rı Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər etməsi daha böyük

əks-sədalarla yadda qalmışdır. Dövlət başçımız həm Soçidə, həm də Aşqabadda işğalçı Ermənistana ağır zərbələr vurmuşdur.

Bu, danılmaz faktdır ki, Azərbaycanın dövlət başçısı yeni regional əməkdaşlıq formatlarının da təşəbbüskarıdır. Üçtərəfli və dördtərəfli əməkdaşlıq for-mullarının reallaşdırılması cənab Prezidentin adı ilə bağlıdır. Bunun nəticəsidir ki, Azərbaycan–Türkiyə–Rusiya, Azərbaycan–Türkiyə–İran, Azərbaycan–Gürcüstan–

Türkiyə, Azərbaycan–Rusi-ya–İran, Azərbaycan–Türkiyə –Türkmənistan kimi üçtərəfli əməkdaşlıq formatları real səmərəli nəticələr verməkdədir. Azərbaycan Prezidentinin dördtərəfli əməkdaşlıq formulu da –Gürcüstan da daxil olmaqla –konkret bəhrələrini verir.

Ancaq ekspertlərin fikrincə, Azərbaycan xarici siyasətinin builki ən böyük nailiyyəti məhz oktyabrın 25-də Bakıda öz işinə başlayan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII

Zirvə Görüşündə qeydə alınmış-dır. Belə ki, həmin beynəlxalq tədbirdə iştirak edən 120 dövlətin rəsmilərinin imza at-dığı Yekun sənəddə Ermənistan dövlətinin işğalçı olduğu açıq şəkildə bəyan edilir.

Xatırladaq ki, “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışla-rına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq

təşkilatların rəhbərləri işti-rak edirdilər. Ümumilikdə, zirvə görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdılar.

Zirvə görüşünün açı-lış mərasimində geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur: “Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm”.

(ardı 2-ci səhifədə)

Dövlət başçısının innovasi-yayönümlü istehsala əsaslanan sosial-iqtisadi siyasəti, apardığı islahatlar Azərbaycan iqtisadiyya-tını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublika-mız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb.

Hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır.

Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır.

Son illərdə investisiya mühi-tinin daha da yaxşılaşdırılması üçün vergi və gömrük islahatları

davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı

sahələrində mühüm tədbirlər həyata keçirilib. Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankının “Doing Business 2020” reytinqində ilk iyirmiliyə daxil olub. Dünya Bankı ekspertlərinin fikrincə, respublikamızın belə bir müsbət nəticə əldə etməsi Azərbaycanda 4 sahədə (daşın-maz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların

müdafiəsi, müqavilə intizamı) bizneslə məşğul olmağın daha da asanlaşması ilə bağlıdır.

Azərbaycana investisiya qoyu-luşuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi

tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olma-sı, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artı-rır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Xarici investi-siyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

(ardı 4-cü səhifədə)

Azərbaycanda son 16 ildə dinamik inkişaf ardıcıl təmin edilib və sevindi-rici hal ondan ibarətdir ki, cari ilin doqquz ayında da ölkə iqtisadiyya-tında müsbət nəticələr əldə olunub, dinamik inkişaf templəri qorunub

saxlanılıb. Bütün bunlar isə son illər ərzində reallaşdırılan düşünülmüş iqtisa-di siyasətin, qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, investisiya mühitinin əlverişliliyinin nəticəsində reallaşıb.

Ölkə rəhbəri iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət yetirir. Azərbaycan bununla ölkə iqtisadiyyatının neftdən asılılığını aşağı salmağa çalışır. Xarici investisiyaların cəlbi yolu ilə qeyri-neft sektoru, emal sənayesi, kənd təsərrüfatı, yüngül sənaye və nəqliyyat infrastrukturunun inkişafına böyük önəm verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin ya-nında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı bununla bağlı deyib: “Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

Xatırladaq ki, ölkə rəhbəri neft və qazdan ası-lılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, sərmayə qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş infrastruktur layihələrinin tam icrası, xüsusilə sosial infrastrukturla bağlı məsələlərin həlli,

məktəblərin tikintisi və təmiri, yeni Olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. Həmin vəzifələrin uğurla gerçəkləşməsinə şübhəsiz ki, şaxələndirmə siyasəti öz müsbət təsirini göstərib.

Azərbaycanda xidmət sahələrinin, xüsusən nəqliyyat sektorunun inkişafında şaxələndirmə siyasəti mühüm önəm daşıyır. Ölkəmizin İpək yolu üzərindəki qədim ticarət və ötürü-cü mərkəzlərdən biri olması da bu məsələdə əhəmiyyətli rol oynayır. Bu, Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrut-ları üzərində mühüm dayaq nöqtəsinə çevirir. Məhz belə bir amilə xüsusi diqqət yetirilməsinin nəticəsidir ki, Azərbaycanda yeni avtomagistral-lar, aeroportlar və dəmir yolu üzərində qurulan dəmir İpək yolunun inşasına xüsusi diqqət yetirilir. 2017-ci ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz bu ideyanın reallaşmasına xidmət edir.

(ardı 2-ci səhifədə)

Xarici siyasətlə bağlı addımlarımız beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə beynəlxalq hüquq və ədalət ziddiyyət təşkil edir. Ancaq buna baxmayaraq, Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini ifadə edir, bu mövqeyə sadiqdir. Bundan sonra da Azərbaycan bütün məsələlərin beynəlxalq hüquq çərçivəsində ədalətli şəkildə həll edilməsində öz sözünü deyəcəkdir. Bizim xarici siyasətimiz tam müstəqildir, Azərbaycan xalqının milli maraqlarına söykənir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bizim tam müstəqil və milli maraqlara söykənən xarici siyasətimiz var

Siyasət və diplomatiya tarixinə nəzər salarkən şahidi oldu-ğumuz ilk maraqlı faktlardan biri dövlət xadimlərinin xarici səfərləri olur. Bu, Şərqdə də belədir, Qərbdə də. Həmin ten-

densiya qədim dövrlərdə də olub, orta əsrlərdə də. Bu gün də da-vam edir, gələcəkdə daha intensiv xarakter alacağı şəksizdir. Müasir dünya siyasətində və diplomatiyasında özünəməxsus dəstxəti olan Prezident İlham Əliyev də həmin ənənəni məhz siyasət tarixinə sədaqətlə, üstəlik, böyük yaradıcılıqla davam etdirir.

Azərbaycanın investisiya mühiti dünyada yüksək qiymətləndirilir

Bu gün qarşıya qoyulan bü-tün planların həyata keçirilməsi üçün iqtisadiyyatını uğurla inkişaf etdirən, iqtisadi cəhətdən tamamilə asılılıqdan qurtulan, region-da irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan, dünya kosmos ailəsinin üzvünə çevrilən Azərbaycan tarixi-nin ən qüdrətli dövrünü yaşayır.

uğurla həyata keçirilir

Şaxələndirmə ilə bağlı tədbirlər

Page 2: Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

3 noyabr 2019-cu il, bazar2

Şaxələndirmə ilə bağlı tədbirlər uğurla həyata keçirilir

(əvvəli 1-ci səhifədə)Yeri gəlmişkən, şaxələndirmə

siyasətinə dövlət başçısının müvafiq fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat pers-pektivi üzrə Strateji Yol Xəritəsi”ndə xüsusi diqqət yetirilir. Həmin sənəddə deyilir: “2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində respublikada iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri-neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonun-da Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranıb. Davamlı inkişafı təmin edəcək yeni “avanqard” sektorların üzərində fo-kuslanmaqla, iqtisadiyyatın strukturu qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiya-lara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarla-ra nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balansla-şacaqdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə-bank siste-

minin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarla-ra çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaqdır”.

Strateji yol xəritələrinin icrasına baş-lanılan vaxtdan indiyədək bu çərçivədə mühüm işlər görülüb, makroiqtisadi sabitlik təmin edilib, büdcə qaydaları (“qızıl qayda”), ortamüddətli xərclər çərçivəsi, dövlət borcu üzrə strategiya, pul proqramı, vergi və gömrük islahat-ları, özəlləşdirmə gündəliyi, Məşğulluq Strategiyası, İşsizlikdən sığorta sistemi və icbari tibbi sığortanın pilot tətbiqi kimi fəaliyyətlər həyata keçirilib.

Biznes islahatları dinamik xarak-ter alıb. Bunun sayəsində satınalma, elektron məhkəmə, elektrikə qoşulma, tikinti icazələri, əmlakın qeydiyyatı, daşınar əmlakın yüklülüyü, elektron qaimə - faktura, “Yaşıl dəhliz” və onlayn ixrac ərizəsi kimi sahələr sürətlə inkişaf edib. Azexport.az və Rəqəmsal Ticarət Qovşağı platformaları yaradılıb, ticarət nümayəndəlikləri, ixrac missiyaları, ticarət evləri və ixrac subsidiyaları kimi təşviq metodları səmərəli nəticələr verib.

Azərbaycanda prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Dövlət başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sənayenin inkişafı-na dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də məhz bu sahəyə xüsusi önəm verilməsinin

bariz ifadəsidir. Xatırladaq ki, adıçəkilən sənəd qeyri-neft sənayesi ilə bağlı yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inki-şaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişləndirilməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamız-da bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib.

Son illər ərzində qeyri-neft sənaye istehsalında müsbət göstəricilər əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin bu sahəsində istehsal 2017-ci ildə 3,7 faiz, 2018-ci ildə 9,1 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında isə ölkə üzrə 34,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulları istehsal edilib. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artıb.

Buradan göründüyü kimi, Azərbaycanın inkişaf göstəricilərinin da-vamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosial-iqti-sadi nailiyyətlərin davamlılığı və daya-nıqlı inkişaf üçün etibarlı zəmin yaradır.

“Xalq qəzeti”

Malayziyanın Bernama agentliyi Əli Həsənovun Qoşulmama Hərəkatının

Bakı Zirvə Görüşü barədə məqaləsini yayıb

� Malayziyanın Bernama milli xəbər agentliyi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Qoşulmama Hərəkatının bu günlərdə Bakıda keçirilmiş XVIII Zirvə Görüşünün əhəmiyyəti barədə məqaləsini yayıb.

Məqalədə Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşünün mühüm siya-si hadisə olduğu, həm Azərbaycan, həm də region üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanır. Yazıda Qo-şulmama Hərəkatı haqqında ətraflı məlumat verilir, onun BMT-dən sonra dünyanın ən böyük beynəlxalq qurumu olduğu bildirilir. Qeyd edi-lir ki, Azərbaycanın 2019-2022-ci illərdə hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki

rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, qeyri-neft sektorunun və ixrac potensialımı-zın yüksəlişinə geniş imkanlar açacaq.

Qoşulmama Hərəkatının prinsiplərinin Azərbaycanın xarici siyasət prioritetləri ilə tam üst-üstə düşdüyü vurğulanan məqalədə hərəkatın dövlətlərin ərazi bütövlü-yü məsələsində birmənalı mövqe

nümayiş etdirdiyi, beynəlxalq hü-ququn təməl prinsiplərindən çıxış etdiyi diqqətə çatdırılır. Azərbaycanın hərəkata üzv olduğu ilk gündən onun suverenliyinin, ərazi bütövlü-yünün, beynəlxalq səviyyədə tanı-nan sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyi bildiri-lir. Vurğulanır ki, qəbul olunmuş bütün sənədlərdə hərəkat Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb.

Bildirilir ki, Qoşulmama Hərəkatı ilə əlaqədar son illər əldə edilən müsbət nəticələrin əsasında Azərbaycan Pre-zidenti İlham Əliyevin hələ 2011-ci ildə ölkəmizin hərəkata üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır. Bu qərar BMT Baş Assambleyasın-da və digər beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrin sırasını xeyli genişləndirdi, siyasi, iqtisadi, huma-nitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkan-lar yaratdı. Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən Zirvə Görüşündə yekdilliklə Azərbaycanın quruma üç il müddətinə sədr seçilməsini dəstəkləməsi də, şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti uğuru və dünyada ona bəslənən etimadın göstəricisidir.

Vüqar AĞAYEV, AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

Azərbaycan ABŞ-a etiraz notası verib � Azərbaycanın Ermənistan tərəfindən

işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçisi” Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar Birləşmiş Ştatların ölkəmizdəki səfiri Örl Litzenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildirilib ki, notada qondarma qurumun Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən “nümayəndələr”inə ABŞ tərəfindən viza verilməsinə etiraz edilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd olunub. Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də

dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanın-mış sərhədlərin toxunulmaz-lığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

Xarici İşlər Nazirliyi beynəlxalq birliyin mühüm və cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək, Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə

verəcəyini və münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.

Səfir Ö.Litzenberqer Dağlıq Qarabağdan səfər edən şəxslərin ABŞ

Konqresinin bəzi üzvləri tərəfindən Vaşinqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk qrupu prose-sini dəstəklədiyini və Dağlıq Qarabağdakı rejimi tanımadı-ğını vurğulayıb.

Bizim tam müstəqil və milli maraqlara söykənən xarici siyasətimiz var

(əvvəli 1-ci səhifədə)Dünya erməniliyini lərzəyə salan

Bakı Sammitinin əsas faktı ondan ibarətdir ki, Azərbaycan qarşıdakı üç ildə bu quruma sədrlik edəcək. Bu reallığı dilə gətirən dövlət başçımız öz həmkarlarını və dünya ictimaiyyətini əmin etdi ki, Azərbaycan Qoşulma-ma Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Ban-dunq prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin da-xili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür”.

Dövlət başçımızın nitqindən seçdi-yimiz sitatdakı bir məqamı təkrar etmək istəyirik: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq...” Yarandığı gündən terror, təxribat, separatçılıq, iş-ğal, ilhaq və digər çirkin faktları fəaliyyət istiqaməti kimi götürmüş Ermənistan rəhbərliyi bu çağırışları sakitliklə qarşı-laya bilərdimi? Əsla yox! Elə ona görə də Bakı Sammiti İrəvanda qorxu, təlaş, həyəcan və ümidsizlik yaradıb. Odur ki, kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin hələ 2003-cü ilin oktyab-rında dediyi : “Bizim xarici siyasətimizin əsasını Azərbaycanın ərazi bütövlüyü-nün bərpası təşkil edəcək!” – əminliyini dəfələrlə yada salırlar.

Yeri gəlmişkən, dövlət başçımız

Bakı Sammitinin iştirakçıları qarşısında Ermənistan – Azərbaycan, Dağlıq Qara-bağ münaqişəsinin səbəb və nəticələrini növbəti dəfə dilə gətirdi ki, tədbirdə işti-rak edən dünya jurnalistləri də eşitsinlər: “Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon -- ölkəmizin beynəlxalq səviyyədə tanın-mış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apar-mış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.

Yaxşı yadımdadır, 2012-ci il mayın 4-də Nyu-Yorkda Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurası-nın “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr zamanı dövlət başçımız demişdi ki, BMT-nin Təhlükəsizlik Şurası erməni qoşun-larının işğal edilmiş ərazilərdən çıxa-rılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan təxminən iyirmi il ərzində bu qətnamələrə məhəl qoymur : “Azərbaycanın işğal edilmiş əraziləri terrorçuluqla separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlıq, o cümlədən narkotik maddələrin dövriyyəsi, çirkli pul-ların yuyulması və silah qaçaqmalçılığı arasında olan əlaqə baxımından böyük narahatlıq mənbəyidir. Ermənistanın ter-ror hədələrinə əlavə olaraq, Azərbaycan beynəlxalq terror qruplarından irəli gələn

risk və təhlükələrlə hələ də üzləşir”.Cənab Prezident həmin qətiyyətini

BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə də davam edərək xatırlatdı ki, beynəlxalq aləmdəki ikili standartlar siyasətinə son qoyulmalıdır: “İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütöv-lüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər”.

Başqa bir fakt. Azərbaycan dövlətinin oktyabr ayında xarici siyasətdə qazandı-ğı digər bir uğur isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi idi. Doqquz il dörd dövlətin – Türkiyə, Qa-zaxıstan, Qırğızıstan və Azərbaycanın – iştirakı ilə keçirilən həmin tədbir bu il Özbəkistanın da qatılması ilə daha da gücləndi. Üstəlik, gələn sammitədək Türkmənistanın da bu quruma qatılaca-ğı gözlənilir. Bundan başqa, TDƏŞ-in Bakı Sammitində Macarıstan dövləti də müşahidəçi qismində, amma ən yüksək səviyyədə təmsil olundu.

Bütün bunlar sübut edir ki, Azərbaycanın xarici siyasət strategi-yası, sözün həqiqi mənasında, həm özümüzə, həm də beynəlxalq aləmə sərf edən prinsiplər üzərində qurulmuş-dur.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

� Son 16 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət meyillərə təkan verib. Belə ki, xarici ticarət əlaqələrinin coğrafiyası genişlənib, ticarətin əmtəə strukturu təkmilləşib.

Son illərdə mütəmadi olaraq qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə “Made in Azer-baijan” brendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilir, dövlət vəsaiti hesabına sahibkarlar ixrac missiyalarında, beynəlxalq sərgilərdə iştirak edirlər. Bu il ərzində ixracatçıların Alma-niyada keçirilən “Beynəlxalq yaşıl həftə”, “Fruit logistika” və “Prowein”, Rusiyada “Prodexpo” və “Mosbuild”,

Birləşmiş Ərəb Əmirliklərində “Qulfood”, Çində “Sial China” dünya miqyaslı beynəlxalq sərgilərinə sahibkarlarımız vahid ölkə stendi ilə qoşulub-lar. İlin sonuna kimi növbəti 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur. Bununla yanaşı, cari ilin ötən ayları ərzində ixracat-çıların 17 beynəlxalq sərgidə fərdi qaydada iştirakına dəstək göstərilib.

Həmçinin ixracatçıların po-tensial müştərilərlə, xüsusilə idxalçı və distribüterlərlə əlaqələrinin qurulması məqsədilə bu dövr ərzində Çin, Polşa, Latviya, Qətər, İsveçrə və Rusiyaya ixrac missiyaları təşkil olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar və sifarişlər əldə edilib, müqavilələr imzalanıb. Eyni zamanda, bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilib. Qeyd edək ki, 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtaliya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanıstan, Kanada, Avstraliya, Malayzi-ya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon ABŞ dollarından çox qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.

İxracın stimullaşdırılma-sı tədbirləri çərçivəsində

prosedurlar sadələşdirilir, yerli məhsullarımızın ixrac poten-sialı yüksək olan ölkələrdə ticarət nümayəndələri fəaliyyət göstərir, ticarət və şərab evlərinin yaradılması ilə bağlı işlər davam etdirilir.

İndiyədək Azərbaycanın xarici ölkələrdə 10 ticarət və şərab evi açılıb, Rusi-ya, Qazaxıstan və digər ölkələrdə ticarət evlərinin açılması ilə bağlı işlər görülür. Həmçinin Rusiyanın Moskva şəhərində 15 Azərbaycan

şirkəti tərəfindən istehsal olunan 200-dən çox çeşiddə məhsulun təqdim olundu-ğu “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayıb, Sankt-Peterburq, Yekaterin-burq və digər şəhərlərdə də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.

Görülən işlər qeyri-neft ixracının göstəricilərində də əksini tapır. Belə ki, son 3 il ərzində qeyri-neft ixracı ümumilikdə 36,5 faiz artaraq 1,7 milyard ABŞ dolları təşkil edib, 167 yeni növ məhsulun ixracına başlanıb, ixrac olu-nan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb. Qeyri-neft ixracında 452 milyon dollarlıq artımın 60 milyon dollarlıq hissəsi yeni məhsulların ixracı hesabına formalaşıb. Qeyd edilməlidir ki, ixracın şaxələndirilməsi ilə yanaşı, sahibkarlara yaradılmış im-kanlar xarici ticarətlə məşğul olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma gətirib çıxarıb və 79 faizlik artım müşahidə olunub. Bu, artan iqtisadi fəallığın və şəffaflığın əyani göstəricisidir.

İstehsalın təşviqi istiqamətində görülmüş işlər ixracın artımı ilə nəticələnir. Belə ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi, istehsalatda müasir texnologiyaların tətbiqi digər sahələrlə yanaşı, aqrar sahədə də ixrac imkanla-rını genişləndirir. Sənaye sahəsinə gəlincə polimer, po-lietilen, metanol və gübrə kimi

kimyəvi məhsullar, qablaşdır-ma məhsulları, konteynerlər, toxuculuq məhsulları, tikinti və quraşdırmada istifadə olunan polad laylar, borular, transfor-matorlar, elektrik naqilləri və digər elektrik avadanlıqları, mis və alüminium məmulatları ixracı artan əsas məhsullar sırasındadırlar.

Azərbaycanın xarici ticarət sahəsindəki uğuru-nun bəzi səbəbləri Dünya Bankı tərəfindən hazırlanan

“Doing Business-2019” hesabatında aydın şəkildə ifadə edilib. Burada ticarət sahəsi üzrə ölkəmizdə ciddi islahatlar aparıldığı, həmin islahatlar sayəsində xarici ticarət təşkilatları üçün daha əlverişli biznes mühitinin formalaşdığı, gömrük nəzarəti və rəsmiləşdirilməsinin daha operativ, şəffaf tətbiq olun-ması ilə fiziki gömrük yoxla-malarının minimuma endiyi, biznesin dövlət tənzimləmə mexanizminin səmərəliliyinin artdığı, mövcud resurslardan daha optimal yararlandığı diqqətə çatdırılıb.

Bütün bunlar hökumətin ölkədə investisiya fəaliyyətinin genişləndirilməsini, biznes mühitinin yaxşılaşdırılmasını, sənaye istehsalının artırılma-sını və qeyri-neft sektorunun inkişaf etdirilməsini daim diqqətdə saxlamasından xəbər verir. Bununla bağ-lı qarşıya qoyulan əsas vəzifələr isə sahibkar-ların ixrac potensialının gücləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir. Məhz bunun nəticəsidir ki, hazır-da respublikada qeyri-neft sektorunun şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişa-fı, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil

edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur.

Azərbaycanın xarici ticarət əlaqələrinin genişlənməsini əks etdirən bəzi statistik göstəricilərə nəzər salsaq, bu sahəyə xüsusi əhəmiyyət verilməsini aydın görə bilərik. Belə ki, cari ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard ABŞ dolları, xarici ticarət saldosu müsbət 4,5 milyard dollar təşkil edib. Qeyri-neft ixracı 15,5 faiz artmaqla 1,4 milyard dollara çatıb, sənaye məhsullarının ixracında 13,1 faiz, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faiz artıma nail olunub. Bu dövrdə 186 ölkə ilə ticarət əlaqələri aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxdur. Xa-rici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4 faiz artım müşahidə olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə çatıb. Gələn il isə qeyri-neft ixracının 20 faiz artımı proqnozlaşdırılır.

Ölkəmizin xarici ticarət əlaqələrinin, idxal və ixrac əməliyyatlarının genişlənməsi məqsədilə reallaşdırılan tədbirlər sıra-sında “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi də mühüm önəm daşıyır. Xatırladaq ki, bu sistem sahibkarlıq mühitinin daha da yaxşı-laşdırılması, könüllü riayət mədəniyyətinin formalaşma-sı, şəffaflığın təmin olunması və ölkənin ixrac potensialının artırılması məqsədi daşıyır. Qeyd edək ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin hazırda idxalda-kı payı 23 faiz, ixracda isə 27 faizdir. Başqa sözlə, bu gün idxal əməliyyatları üzrə 288, ixrac əməliyyatları üzrə 182 xarici ticarət iştirakçısı olmaqla, ümumilikdə 470 xarici ticarət iştirakçısına sözügedən sistemdən daimi istifadə hüququ verilib.

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması nəticəsində aparılan xarici iqtisadi fəaliyyət əsasən qeyri-neft sektorunun pa-yına düşüb. İndiyədək 5 mindən çox biznes subyek-tin nümayəndələri ilə görüşlər keçirilib ki, həmin görüşlərdə səsləndirilən rəy və təkliflər sistemin təkmilləşdirilməsi məqsədilə nəzərə alınıb.

V.BAYRAMOV, “Xalq qəzeti”

Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın xarici ticarət əlaqələri genişlənir

Page 3: Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

3 noyabr 2019-cu il, bazar 3Bu il oktyabrın 15-də Prezident

İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı qeyd edib ki, bu il çox ciddi və böyük sosial paketlər reallaşdırı-lıb. Bunun nəticəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdırılıb, pensi-yalar, əməkhaqları, müavinətlər artırılıb. Ölkədə inflyasiya çox aşağı səviyyədədir.

Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi bir ölkədir. Dövlət başçısı müşavirədə dedi ki, “biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşa-yış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq”. Bu, o deməkdir ki, gələn il də əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ciddi işlər görüləcək.

Azərbaycan dövləti sosial yardımların ədalətli, ünvanlı olmasına böyük önəm verir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, məqsəd proqramın aztəminatlı ailələrə daha əlçatan olmasının təmin edilməsidir. Yeri gəlmişkən, proqramın əhatə dairəsinin daha da genişlənəcəyi gözlənilir.

İndi əsas vəzifələrdən biri əhalinin məşğulluğunu daha da yüksəltməkdir. Ölkəmizdə ak-tiv məşğulluq tədbirləri ildən-ilə gücləndirilir. Təkcə bu ilin 9 ayında 62 minə yaxın şəxs məşğulluq

orqanları tərəfindən işlə təmin edilib. Özünüməşğulluq proqramı çərçivəsində bu il artıq 3500-dən çox şəxsə kiçik ailə təsərrüfatlarını qurmaları üçün lazımi köməkliklər göstərilib.

Bu istiqamətdə real addımlar atılır, əməli işlər görülür. Konkret misallar çəkmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Na-zirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin

İnkişafı Agentliyi və “Education HUB” təhsil şirkəti qadınlar arasın-da sosial sahibkarlığın təşviqinə yönəlmiş “Öyrən! Başla! və Tətbiq et!” adlı yeni layihəyə başlayır.

Nazirlikdən mətbuata verilən məlumatda deyilir ki, layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edəcək. Bu 3 rayondan 18-28 yaşlarında 25 işsiz xanım seçilərək təlimlərə cəlb ediləcək. 4 həftəlik təlimdə xanımlara sosial

sahibkarlıq, biznes-planın hazır-lanması, rəqəmsal marketinq, liderliyin artırılması və şəxsi inkişaf sahələri tədris ediləcək.

Təlimləri uğurla başa vuran 10 nəfər seçiləcək. Onların Bakıya və Tbilisiyə təcrübə mübadiləsi səfərləri, sahibkarlar, işəgötürənlər və startapçılarla görüşləri təşkil ediləcək. Birgə sosial sahibkarlıq

platformasının yaradılması məsələsi müzakirə ediləcək. Proq-ram iştirakçıları 2020-ci ilin aprel ayında keçiriləcək Sosial Sahibkar-lıq Forumunda iştirak etmək imkanı da qazanacaqlar. Qeyd edək ki, layihədə iştirak ödənişsizdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu günlərdə 50 müharibə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan vətəndaşlara “Xəzər” mar-

kalı yeni avtomobillər təqdim etməklə sevindirib. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli vurğulayıb ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində atılan ardıcıl addım-lar dövlət başçısının siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.

Nazir müavini qeyd edib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinə və bu döyüşlərdə sağ-lamlıqlarını itirmələri nəticəsində əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə azı 800 mənzil verilməsi nəzərdə tutulub, on-

lardan 174 mənzil artıq verilib. İndiyədək isə şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.

M.Kərimli avtomobillə təminat tədbirlərinin də ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin müharibə əlillərinə

və onlara bərabər tutulan əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub. Onlardan yeni verilən 50 avtomobil də daxil olmaqla cari ildə artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək həmin vətəndaşlara 6400-dək minik avto-mobili verilib.

Avtomobillə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplara göstərilən yüksək qayğıya, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi üçün həyata keçirilən ardıcıl tədbirlərə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Azərbaycanda son illər uğurla aparılan sosial islahatlar əhalinin dərin razılığına səbəb olur. Ölkə vətəndaşları bütün bunları görür və dövlətin qayğısını yüksək qiymətləndirirlər.

80 yaşlı Bakı sakini Tamara Cəfərova dedi:

– Bu il ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə mənim pensiyam ayrı-ayrı vaxtlarda xeyli artıb. Təkcə mənim deyil, bütün yaşlı insanların pensiyaları artırılıb. Biz hamımız dövlətimizin başçısından yerdən göyə qədər razıyıq.

Qarabağ müharibəsi əlili Sərraf Orucov da dövlətin keçmiş döyüşçülərə göstərdiyi diqqət

və qayğıdan razılıq edir. Keçmiş döyüşçü bu gün QHT fəalı kimi ölkəmizdə vətəndaş cəmiyyəti qu-ruculuğunda fəal iştirak edir. Onun rəhbəri olduğu “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” bu sahədə bir sıra uğurlu layihələr həyata keçirir.

Sərraf Orucov bu barədə danışarkən dedi:

– Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri, müharibə veteranlarının sosial müdafiəsi məsələsini daim diqqətdə saxlayır. Təkcə bu il ərzində bu qəbildən olan vətəndaşların pensiyalarında ciddi artımlar olmuşdur. Keçmiş döyüşçülərin dilindən bu sözlər düşmür: Prezident İlham Əliyev bizim ən yaxın dostumuzdur!

Respublikanın Əməkdar müəllimi, “Ailələrə dəstək” İctimai Birliyinin rəhbəri Esmira Rəhimova dedi ki, ölkəmizdə aparılan sosial islahatlar cəmiyyətdə vətəndaş məmnunluğuna səbəb olur.

Esmira Rəhimova sonra fəxrlə bildirdi:

– Bu gün dünyada həqiqətən çox az ölkə tapmaq olar ki, əhalinin sosial müdafiəsinə Azərbaycanda olduğu qədər diqqət və qayğı göstərilsin. Şübhəsiz, Azərbaycan dövləti gücləndikcə, xalqın rifahı daha da yaxşılaşacaq.

M.HACIXANLI, “Xalq qəzeti”

Enerji təhlükəsizliyinin siyasi məfhum kimi meydana çıxması-nın tarixi başlanğıcı vardır. Belə ki, Birinci dünya müharibəsi ərəfəsində Böyük Britaniyanın Baş naziri və dünyanın bugünkü siyasi mənzərəsini müəyyənləşdirən əsas şəxslərdən biri olan Uinston Çörçill ingilis donan-masının gəmilərinin enerji qaynağını kömürdən neftə keçirtmək haqqında tarixi bir qərar qəbul etdi. Çörçill ingi-lis donanmasını alman donanmasından daha sürətli etmək niyyətində idi. La-kin bu keçid Kral Dəniz Qüvvələrinin təkcə Uelsdəki kömürə deyil, eyni zamanda, o dövrdə Fars körfəzindən gələcək neft tədarükünə olan ehtiyacın vacibliyini də ifadə edirdi. Beləliklə, enerji təhlükəsizliyi milli strategiyanın əsas məsələsinə çevrildi.

Enerji təhlükəsizliyi bu gün də dünya dövlətlərinin bir nömrəli gündəm mövzusu olmaqda davam edir. Enerji təhlükəsizliyinə olan diqqət artan yüksək neft qiymətləri ilə əlaqələndirilir. Bununla yana-şı, terror təhlükəsi, bəzi ixracatçı ölkələrdəki qeyri-sabitlik, geosiyasi rəqabət, həmçinin ölkələrin iqtisadi genişlənməsini təmin etmək üçün enerjiyə olan ehtiyacı daha da artırır. Çox uzaq gələcəkdə deyil, qarşıdan gələn onilliklərdə dünyanın enerji tələbatını ödəmək üçün kifayət qədər mənbələrin olub-olmayacağına dair narahatlıq artmaqda davam edir.

Enerji təhlükəsizliyinin hər kəs tərəfindən qəbul olunmuş vahid tərifi yoxdur. Əgər inkişaf etmiş ölkələr üçün bu, əlverişli qiymətlərlə kifayət qədər tədarükün olmasıdırsa, ayrı-ayrı ölkələr bu konsepsiyanı fərqli şəkildə izah edirlər. Belə ki, enerji ixrac edən ölkələr öz ixracatlarında “tələbat təhlükəsizliyini” qorumağa çalışırlar ki, bu da hökumət gəlirlərinin böyük hissəsini meydana gətirir.

Məsələyə mövcud nümunələr kontekstindən yanaşdıqda Avropanın enerji təhlükəsizliyində Azərbaycan yeni, yeganə, alternativ eneji mənbəyi funksiyasına malikdir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və həmin ölkənin Avrasiya Enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbirincə desək, “Azərbaycan təbii qazı Cənub dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir”.

Bu mənada, Cənub Qaz Dəhlizi layihəsi Orta Asiya və Xəzər bölgəsindən Avropaya təbii qazın nəql edilməsi enerji təhlükəsizliyinin alter-nativ və etibarlı yollarındandır. Buna görə də Avropa İttifaqı marağındadır ki, Cənub Qaz Dəhlizinin reallaş-dırılması ilə Azərbaycan qazı Qərb dövlətlərinə tezliklə nəql edilsin. Bu hədəfə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans–Anadolu Boru Kəməri və Trans–Adriatik Boru Kəmərinin inkişafı ilə nail olmaq müm-kündür.

Bu məqsədlə 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan ara-

sında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Əgər əvvəllər Azərbaycan bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevril-mişdir. Bu, həm də o deməkdir ki, boru kəmərləri Azərbaycana Avropa İttifaqı ilə münasibətlərində daha geniş səlahiyyətlər verəcəkdir. Bundan əlavə, Azərbaycan Respublikası zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malikdir. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq Avropa İttifaqı Azərbaycanla münasibətlərinə xüsusi diqqət ye-tirir. Avropa İttifaqı Şurasının pre-zidenti Donald Tuskun 2019-cu il iyulun 9-da Azərbaycana səfəri bu

münasibətin əsas göstəricilərindən biridir. Azərbaycan Respublikası-nın Prezidenti İlham Əliyev Donald Tuskla görüşdən sonra dedi: “Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçməkdədir”. Donald Tusk da öz növbəsində bəyan etdi: “Avropa İttifaqı ilə Azərbaycan hər il bir-birinə daha da yaxınlaşır. Münasibətlərimiz daha da güclənir və Cənub Qaz Dəhlizi layihəsi bizi birləşdirir. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, xalqlarımıza fayda gətirməli və Azərbaycanın öz islahat proseslərini və iqtisadi şaxələndirilməsini müşayiət etməlidir”.

Son dörd ildə Azərbaycan və Avropa İttifaqının təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası-nın iclasları keçirilmişdir. 2015-ci ildən bəri Avropa İttifaqı bu tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur.

Bu məqamda xüsusilə vurğula-maq lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan

“Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə imzalan-dığı dövrdə–1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladı-lar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun

doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

Qeyd olunduğu kimi, Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan Respublikası olmuşdur. Hazırda sözügedən layihənin reallaş-ması istiqamətində son tamamlanma işləri başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mü-

hüm töhfə verməyə hazırdır. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans–Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını birbaşa Avropaya çatdırmağa hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur.

Nəticə etibarilə Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalacaq və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan Şahdəniz -2 yatağından çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropa-ya ötürəcəkdir. Onu da qeyd etmək la-zımdır ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 88 faizdən çoxu tamamlanmışdır.

Şəbnəm HƏSƏNOVA, Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq

münasibətlər və xarici siyasət kafedrasının doktorantı

Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dün-ya miqyasında nümunəvi ölkədir. Həm mini-mum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Sosial islahatlar vətəndaş məmnunluğuna səbəb olur Azərbaycan dövləti sosialyönümlü siyasət həyata keçirir.

Məqsəd əhalinin məşğulluğunu daha da yüksəltmək, xalqımızın rifah halını gücləndirməkdir. Bu istiqamətdə görülən işlər əhalinin ən geniş təbəqələri

tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Azərbaycanda son 16 ildə ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Cari ilin əvvəlindən isə bu sahədə daha geniş və əhatəli islahatlar başlanıb. Belə ki, təkcə bu il ərzində ölkəmizdə iki sosial islahat paketinin icrasına başlanı-lıb. Birinci sosial islahatlar paketi ilin əvvəllərində təqdim edilib. Ölkədə minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırı-lıb. Bu islahat 3 milyon insanı əhatə edib. Bu il iyunda isə ikinci sosial islahatlar paketi ilə bağlı sərəncam imzalanıb. 2019-cu il sentyabrın 1-dən etibarən Azərbaycanda minimum əməkhaqqı artırılaraq 180 manatdan 250 manata çatdırılıb.

Hazırda ölkəmizdə iqtisadi islahatlar sürətlə reallaşdırılır. Şübhəsiz ki, bu islahatlar dayanıqlı iqtisadi inkişafın sürətləndirilməsinə və bunun nəticəsində maliyyə imkanlarının genişlənməsinə müsbət təsir göstərir. Başqa sözlə, respublikada səmərəli iqtisadi tədbirlər görülməsi hesabına əlavə gəlirlərin əldə olunması və büdcənin güclənməsi sosial layihələrin gerçəkləşdirilməsinə əlverişli şərait yaradır.

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasın-da məhz sosialyönümlü siyasətin prioritetliyi-nin qorunub saxlanılması təsadüfi deyil. Çün-ki son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifahının təmini istiqamətində reallaş-dırılan ardıcıl tədbirlər, imzalanan fərman və sərəncamlar insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm rol oynayıb.

Prezident İlham Əliyevin fəaliyyətində ən çox diqqət yetirdiyi məsələlərdən biri də ictimai nəzarətin daim gücləndirilməsi ilə bağ-lıdır. Ölkə rəhbəri ayrı-ayrı vaxtlarda bu amili önə çəkib, vətəndaşlara belə bir əhəmiyyətli məqama xüsusi önəm vermələrini tövsiyə edib. Dövlət başçısı keçən ayın 15-də keçirilən iqtisadi müşavirədə deyib: “Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı

amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə apar-malıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.

Prezident İlham Əliyev Anar Tağıyevi Yev-lax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən də, bu məsələyə prioritet istiqamət kimi yanaşdığını bir daha diqqətə çatdırıb. Bildirib ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlanmalıdır. İctimaiyyət ümumi işə cəlb olunmalı, dövlət orqanlarının işinə nəzarət etməlidirlər. Əgər bu, reallaşarsa, onda nəzərə çarpan hər hansı bir xoşagəlməz vəziyyət dərhal aradan qaldırılar.

Bəli, bu gün Azərbaycan dinamik inkişaf yolu ilə inamla irəliləyir. Bu yoldan, islahatlar yolundan ölkəmizi heç bir qüvvə yayındıra bilməz. Çünki Prezident İlham Əliyevin vur-ğuladığı kimi, “Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”. Deməli, belə bir şəraitdə dövlətin və xalqın maraqlarının müdafiəsi, gələcək inkişafı, təhlükəsiz, şəffaf Azərbaycan naminə hamımız dövlət başçısının yanında olmalı, respublikamızın firavanlığı üçün ortaya fəal mövqe və güclü iradə qoymalıyıq. Bu isə perspektivdə qüdrətli Azərbaycan, daha güclü dövlət deməkdir.

Faiq ƏHMƏDOV, “Azərbaycanın səsi”

İctimai Birliyinin sədri, yazıçı-publisist

Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlə rindən biri olaraq həlledici yerə və rola malikdir.

Əgər Samuel Hantinqton yaşadığı-mız XXI əsri dünya sivilizasiyalarının toqquşması əsri kimi xarakterizə edirdisə, müasir siyasi reallıqlar kontekstində bir sıra siyasi ekspertlər dünya siyasətinin aparıcı amili kimi dövlətlərin enerji ehtiyatlarına malik olub-olmaması ilə səciyyələndirirlər.

Azərbaycanın uğurlu enerji təhlükəsizliyi siyasəti

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün möhtəşəm gələcəyə doğ-ru inamla addımlayır. Təəssüf ki, bu inkişafa, tərəqqiyə həm xaricdə, həm də ölkə daxilində

qısqanclıqla yanaşan bəzi qüvvələr respublikada iğtişaş-lar yaratmağa, ölkədə sabitliyi pozmağa cəhd göstərirlər. Lakin Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin arxasında xalq dayandığından, respublikada xalq-iqtidar birliyi gündən-günə möhkəmləndiyindən onlar istəklərinə nail ola bilməyəcəklər.

Bizi dinamik inkişaf yolundan heç bir qüvvə yayındıra bilməz

Page 4: Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

3 noyabr 2019-cu il, bazar4

“ABŞ – Türkiyə münasibətlərində son sözü köklü maraqların üstünlüyü deyəcək”

–Təəssüflə bildiririk ki, 11 sentyabr kimi ağır terror hadisəsinin ağrı-acısını dadmış ABŞ Türkiyənin terrorçuluğa qarşı aparmış olduğu əməliyyatlara dəstək vermək əvəzinə, bu ölkəyə qarşı hədə-qorxu tonunda sank-siyalar tətbiq edəcəyini bildirdi, dolayısı ilə regionda gərginlik yaradan qüvvələrin və terrorçuların “çörəyinə yağ çəkdi”. Belə hesab edirik ki, üstündən bir əsrdən də çox keçməsinə baxmayaraq, lüzumsuz yerə ortaya atılan qondarma “1915-ci il soyqırımı” arxivlərin açılması ilə tarixçilər və araşdırma-çılar tərəfindən olduğu kimi dəyərləndirilməli, erməni yalanlarının əsassızlığı ortaya qoyulmalıdır. Yalnız bundan sonra erməni xəyanətləri nəticəsində baş vermiş hadisələrə siyasi deyil, elmi-tarixi qiymət verilə bilər.

Tarixdən az-çox xəbərdar olan hər bir kəs yaxşı bilir ki, “erməni soyqırımı” deyilən bir anlayış yoxdur və dünya tarixinə də indiyədək bu barədə heç nə yazılmayıb. Həqiqət budur ki, imperialist dairələr tərəfindən silahlan-dırılan və şirnikləndirilən erməni millətçi və separatçıları dəfələrlə Anadoluda, İranda və Qafqazda türk-müsəlman toplumlarına qarşı amansız soyqırımı aktları törədiblər. Ən yaxın tariximizdə ermənilər Azərbaycanın Xocalı şəhərini dinc əhalisi ilə birlikdə yer üzündən sildilər. Həqiqət o zaman zəfər çalar ki, Amerikanın 14 ştatı Xocalı soyqırımını tanıdığı kimi, ABŞ Konqresi də bu müdhiş qırğını soyqırımı kimi qəbul edə. Dünya üçün həqiqət axtaran ABŞ konqresmenləri bu gerçək qırğını görməyib, erməni yalanlarını siyasətə gətirməklə, görəsən, öz ölkələrinin demokratik imicini zərbə altına atdıqlarını düşünüblərmi?

ATXƏM sədri daha sonra dedi:– Türkiyə Cümhuriyyətinin Prezidenti

dəfələrlə bəyan edib ki, bizim arxivdə erməni iddialarının mahiyyətinə aydınlıq gətirən kifayət qədər sənəd var. Əgər ermənilərin də sənədləri varsa, çıxarıb ortalığa qoysunlar. Həqiqət budur ki, I Dünya savaşı zamanı

türklər yox, ermənilər müsəlman türklərə, kürdlərə və bölgənin digər xalqlarının dinc əhalisinə qarşı soyqırımlar törədiblər. Belə yerdə xalqımız gözəl deyib: “adımı qoya-ram sənə, səni də qoyaram yana-yana”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiya-sının genişləndirilmiş toplantısında Suriya böhranı ətrafında son vaxtlar baş verən hadisələrin mahiyyətini açıqlayaraq qeyd etdi ki, terror balonu nə zamansa erməni ter-rorunu, PKK-nı dəstəkləyənlərin də əlində partlayacaq: “Qısa müddətdə əldə etdiyi-miz uğur bəzilərinin vahiməyə düşməsinə

səbəb olub. 20 şəhidimiz var. Qərbdən olan heç bir dövlət şəhidlərimizlə bağlı bizə başsağlığı vermədi. Antiterror əməliyyatı nəticəsində isə 900-dən çox terrorçunu zərərsizləşdirmişik. Qərbdən olanlar bizdən davamlı olaraq soruşurlar: “Orada nə qədər qalacaqsız?”. Mən də onlardan soruşuram: “Siz nə vaxt çıxacaqsız?”.

Qardaş Türkiyənin lideri ABŞ-ın vitse-pre-zidenti Maykl Pensin Türkiyəyə səfəri zamanı əldə edilən razılaşmanın məna və ruhuna zidd olaraq Nümayəndələr Palatasında qəbul olunan qətnamələrə də münasibət bildirərək dedi: “Oktyabrın 29-da konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynaycaqlar”.

Müsahibimiz sonda bildirdi:– Beynəlxalq aləmdə həmişə Türkiyə ilə

eyni siyasi mövqeyi bölüşən Azərbaycanın qardaş ölkəyə təzyiq aksiyasına münasibətini Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aydın və konkret ifadə etdi: “ABŞ Konqresi Nümayəndələr Palatasının qondarma erməni soyqırımı haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik. Bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib”.

Nəhayət, baş verən bütün bu hadisələr bir daha göstərir ki, bədnam erməni lobbiçiliyi öz zəhərini dünya siyasətinə də sızdıraraq, iki strateji müttəfiq dövlət olan ABŞ ilə Türkiyə arasında da siyasi qalmaqal yaratmağa nail olur. Şübhəsiz, son sözü hər iki ölkə arasında köklü maraqların üstünlüyü deyəcək.

Hazırladı: T.AYDINOĞLU,

“Xalq qəzeti”

(əvvəli 1-ci səhifədə)

Bu strategiyanın uğurla gerçəkləşdirilməsinin nəticəsidir ki, ötən il ölkə iqtisadiyyatına 8,2 milyard dolları xarici investisiyalar olmaq-la, 15,3 milyard dollar investisiya yatırılıb. Ümumilikdə, isə müstəqillik illərində investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir.

Azərbaycanda İxracın və İnvesti-siyaların Təşviqi Fondu (AZPROMO) əcnəbi investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi əhəmiyyət verir. Bu zaman inves-tisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici məhsulların istehsal edilməsinə yetirilir.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Stra-teji Yol Xəritəsi” də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması-na müsbət təsir göstərir. Başqa sözlə, adıçəkilən Strateji Yol Xəritəsinin müvafiq hədəflərini reallaşdırmaq-la biznes mühitinin səmərəliliyinin artırılması istiqamətində ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiqi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və mo-netar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi gerçəkləşdirilir.

Adıçəkilən Strateji Yol Xəritəsinin beşinci bölməsində göstərilir ki,

2025-ci ilə qədər Azərbaycanda hər il ÜDM istehsalı 3 faizdən çox artacaq və əlavə olaraq 450 mindən çox yeni iş yeri yaradılacaq. İqtisadiyyatın sek-torları üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində isə qeyri-rəsmi məşğulluğun payı azalacaq.

Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsa-lının artırılmasına, qeyri-neft sektoru-nun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşla-rının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, inves-tisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimul-laşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunul-mazlığında, yerli və xarici sahibkar-lara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnves-tisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqın-da” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çox sayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız

arasında ikiqat vergitutma aradan qaldırılıb.

Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. Başqa sözlə, iqtisadiyya-tın bütün sahələrində dövlət öz im-kanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradır, onların öz potensial-larından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır. Bu isə iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafını sürətləndirir. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdı-rılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.

Yuxarıda qeyd edilənlərlə yanaşı, dövlət satınalmalarında yerli malların xeyrinə güzəştlər müəyyən olun-ması, kənd təsərrüfatının ənənəvi sahələrinin (pambıqçılıq, tütünçülük, ipəkçilik) inkişafı üçün subsidiyalar nəzərdə tutulması, kiçik sahibkarlı-ğın, o cümlədən ailə təsərrüfatlarının

dəstəklənməsi məqsədilə Ailə Biznesinə Asan Dəstək (“ABAD”) mərkəzlərinin yaradılması da ölkədə investisiya mühitinin diqqət mərkəzində saxlanılmasından xəbər verir.

Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsa-lının artırılmasına, qeyri-neft sektoru-nun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşla-rının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, inves-tisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Bütün bu uğurlar, əlbəttə ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə qazandığı yüksək etimad sayəsində reallaşıb. Dünyanın siyasi və iqtisadi məkanında möv-qeyini gündən-günə gücləndirən Azərbaycanın adı artıq inkişaf etməkdə olan ölkələr sırasında çəkilir.

“Xalq qəzeti”

Tarixi yalan təzyiq vasitəsinə çevrilib � Qondarma “erməni soyqırımı” məsələsinin

ABŞ Konqresinin Nümayəndələr Palatasında yenidən gündəmə gətirilməsi və bununla bağlı 296 saylı qətnamənin qəbul edilməsi sadə bir Azərbaycan vətəndaşı kimi məni də mütəəssir etdi. ABŞ–Türkiyə münasibətləri tarixinin təxminən son yüz ili bu məsələ ilə sıx bağlıdır. Rəsmi Vaşinqton hər dəfə Türkiyədən istədiyini ala bilməyəndə bu böhtanı ortaya atır, Türkiyəyə təzyiq göstərməyə çalışır. Biz buna çox şahid olmuşuq.

İndi də ABŞ-Türkiyə münasibətləri özünün tari-xi sınaq çağlarından birini yaşayır. Türkiyənin antiterror əməliyyatına başlaması ABŞ-

ın xoşuna gəlmədiyi kimi, rəsmi Vaşinqtonun Suriyada PKK-YPG-PYD terrorçularını dəstəkləməsi də Ankaranı nara-hat edir. Belə bir kritik məqamda

ABŞ-ın ənənəvi “silah”a – qon-darma “erməni soyqırımı”na əl atması, zənnimizcə, Vaşinqtonun acizliyini göstərir. Çünki tarix

dəfələrlə sübut edib ki, “erməni soyqırımı” olmayıb, ermənilər türklərə qarşı genişmiqyaslı soyqırımı törədiblər.

Sadəcə, ABŞ kimi fövqəladə gücə və imkanlara malik olan bir ölkənin bu tarixi yalandan təzyiq vasitəsi kimi istifadə etməsi ciddi təəccüb və təəssüf doğurur. Axı hansı tərəfdən baxsan, bu məsələ ABŞ-a nüfuz gətirmir. Keçən əsrin əvvəllərində ermənilərin Türkiyəyə qarşı xəyanətinin şa-hidi olmuş ABŞ diplomatlarının bu hadisələrlə bağlı məktubları, xatirələri ortadadır. Bundan xeyli əvvəl məhz ABŞ tarixçisi

Samuel Vims erməni tarixinə həsr etdiyi kitabını “Ermənistan – böyük hiylə: terrorçu xristian dövlətinin sirləri” adlandırmışdı. Hətta bir neçə il əvvəl Türkiyənin arxivləri açmaqla bağlı təklifinin ermənilər tərəfindən qulaqardına vurulması da qondarma soyqırı-mı iddialarının yalan olduğunu təsdiqləyir. ABŞ isə bu məsələdə özünü, sadəcə, gülünc vəziyyətə salır...

Səfalı PAŞAYEV, “Tərəqqi” medallı

mühəndis

Əslində, hesab etmək olar ki, Prezident İlham Əliyev kadr isla-hatlarına 2018-ci ilin 11 aprelində keçirilmiş növbədənkənar prezi-dent seçkilərində qalib gəldikdən dərhal sonra başlayıb. Xatırlatmaq yerinə düşərdi ki, kadr islahatları sahəsində yeni dalğa Nəqliyyat, Rabitə və Yüksək Texnologiya-lar naziri vəzifəsinə gənc kadr Ramin Quluzadənin təyinatı ilə başladı. Sonrakı mərhələdə İnam Kərimov gəncləşmə siyasətinin növbəti uğurlu kadrı kimi mey-dana çıxdı və Kənd Təsərrüfatı naziri təyin olundu. Həmçinin, gənc nəslin nümayəndəsi Sahil Babayev Əmək və Əhalinin Sosial

Müdafiəsi naziri vəzifəsinə irəli çəkildi.

Bu il oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə də dövlət başçısı kadr islahatları ilə bağlı fikirlərini bildirdi, bəzi hallarda bu prosesə maneçilik törədildiyini söylədi: “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qarala-yırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə

növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezi-dentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışma-lıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək

istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə in-kişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

Prezidentin həyata keçirdi-yi kadr islahatları çərçivəsində Vergilər naziri Mikayıl Cabbarov İqtisadiyyat naziri vəzifəsinə təyin olundu. Oktyabrın 31-də isə Prezi-dent İlham Əliyev növbəti gənc və potensiallı kadrları – Anar Tağıyevi (Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı) və Elnur Rzayevi (Xaç-maz Rayon İcra Hakimiyyətinin

başçısı) vəzifələrə təyin etdi və bu təyinatlarla əlaqədar onları qəbul etdi. Əgər dövlət başçısı İqtisadiy-yat naziri Mikayıl Cabbarovu qəbul edərkən onun qarşısında ölkə iqtisadiyyatının inkişafı məsələləri ilə bağlı yeni mühüm vəzifələr qoy-muşdusa və əsas prioritetin qeyri-neft sektorunun inkişafı olduğunu demişdisə, gənc icra hakimiyyəti başçılarını qəbul edərkən on-ların qarşısında tamam başqa vəzifələr qoymuşdu. Prezident demişdi: “Sizin qarşınızda duran əsas vəzifələr rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir. Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün

kəndləri gəzməlisiniz, kənd cama-atı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Düzdür, əlbəttə ki, hər bir rəhbərin işi, o cümlədən qəbul edilən qərarlar, görülən işlər, keçirilən müşavirələr - bütün bunlar hər bir rəhbər işçinin gündəlik həyat tərzidir. Ancaq siz çox mobil başçılar kimi fəaliyyət göstərməlisiniz. Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosi-al-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın

icrası nəticəsində bu günə qədər həll olunmamış məsələlər tam şəkildə öz həllini tapacaqdır. Bu proqramın icrası Xaçmaz və Yevlax rayonlarını da əhatə edir. Siz vətəndaşların qayğıları ilə yaşa-malısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücü-nüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administ-rasiyasına ki, biz mövcud olan problemləri həll edək”.

Bundan əlavə, Prezident İlham Əliyev təkcə yeni RİH başçılarının deyil, irəli çəkilən gənc kadrların, eləcə də ümumiyyətlə, bütün rəhbər işçilərin korrupsiya və rüşvətdən uzaq olmasını tövsiyə etdi, bu yaranın inkişafımızı ləngitdiyini bildirdi və xəbərdarlıq etdi ki, əyri yola gedənlər sərt cəzalandırılacaqlar.

Bu gün Prezident İlham Əliyevin yeni kadrlar qarşısında qoyduğu tələblər bunlardır. İnanı-rıq ki, gənc və perspektivli kadrla-rımız bu tələblərə vicdanla əməl edəcəklər və son nəticədə bütün Azərbaycan yenilənəcək...

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yara-dılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. Ancaq bütün bu işləri biz, ilk növbədə, biznesin inkişafı prizma-sından həll etməliyik.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Azərbaycanın investisiya mühiti dünyada yüksək qiymətləndirilir

Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bi-likli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalı-dırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Prezident İlham ƏLİYEV: Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik

Azərbaycanda kadr islahatları dönməz xarakter alıb. Demək olar ki, hər gün dövlət başçısı İlham Əliyevin yeni kadr dəyişikliyi etdiyi barədə məlumat alırıq. Üstəlik, yaşlı nəslin

nümayəndələrinin tərk etdiyi vəzifələrə irəli çəkilən kadrların hamısının gənclər olduğunu görürük. Bu da hakimiyyətdə gəncləşmə siyasətinin uğurla getdiyini göstərir. Bu günlərdə daha bir kadr təyinatının şahidi olduq: Prezident İlham Əliyev uzun illər Azərbaycan Res-publikası Prezidenti Administrasiyasının rəhbəri işləmiş akademik Ramiz Mehdiyevin tərk etdiyi mühüm dövlət əhəmiyyətli vəzifəyə gənc nəslin nümayəndəsi Samir Nuri-yevi təyin etdi.

Oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatasının saxta “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etməsi və Türkiyənin Rusiyadan “S-400” raket sistemini alması, bunun ardınca “Sülh çeşməsi” hərbi

əməliyyatını aparması ilə bağlı sanksiyaların tətbiqi haqqında qanun layihəsini təsdiqləməsi qardaş ölkədə olduğu kimi, onun ən yaxın dostu və müttəfiqi olan Azərbaycanda əsassız və ədalətsiz qərarlarla bağlı dərin təəssüf və narazılıq doğurub. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov ABŞ konqresmenlərinin erməni lobbiçiləri tərəfindən işə keçirilən bu tələm-tələsik qərarlarını qərəzli hesab etməklə, heç də xoş mərama xidmət etməyən bu addımın son günlər Türkiyənin Suriyada terrorçulara qarşı apardığı uğurlu əməliyyatlara ABŞ konqresmenlərinin qısqanc münasibətindən qaynaqlandığını söylədi:

Page 5: Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

3 noyabr 2019-cu il, bazar 5 � Nikol Paşinyanın baş nazir seçildiyi gündən bu vaxta qədər

Ermənistanın hər hansı bir sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaması işğalçı ölkədə vəziyyəti getdikcə gərginləşdirib. Ölkə rəhbərliyinin işğalçı, təcavüzkar siyasətindən əl çəkə bilməməsi nəticəsində Ermənistan regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşüb və daxildə mövcud olan böhran son vaxtlar daha da dərinləşib. Artıq yerli siyasətçilər də Ermənistanın ciddi siyasi, sosial-iqtisadi və demoqrafik böhranla üz-üzə qaldığını etiraf edirlər. Ölkəyə rəhbərlik edən cinayətkar, kriminal rejimin qəbul etdiyi qərarlar vətəndaşların qəzəbini daha da alovlandırıb. Bu da xaos və qarşıdurmalara rəvac verir. Ekspertlər də təsdiqləyirlər ki, sosial problemlərin aradan qaldırılması üçün kifayət qədər güc və potensial yoxdur və gələcəkdə də gözlənilmir. Getdikcə geniş vüsət alan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır.

Separatçı rejimin Təhlükəsizlik Şurasının sabiq baş katibi, general Vitali Valasyan son çıxış yolunu dövlət çevrilişində görüb. Deyib ki, Ermənistanı düçar olduğu bəladan xilas etmək üçün baş nazir Nikol Paşinyan və onun özü kimi savadsız, əllərindən heç nə gəlməyən ətrafını hakimiyyətdən uzaqlaşdırmaq lazımdır. Bundan ayrı yol yoxdur. General xalqı dövlət çevrilişinə çağırıb və bunun yeganə yol olduğunu deyib.

Sabiq Təhlükəsizlik Şurası baş kati-binin xalqı hakimiyyətə qarşı mübarizəyə çağırması hakimiyyəti, xüsusilə baş nazir Nikol Paşinyanı qorxuya salıb. Yerli kütləvi informasiya vasitələrinin yaydı-ğı məlumatlarda bildirilir ki, artıq Nikol Paşinyan da öz komandasına etiraz aksiyalarının qarşısını silah gücü ilə al-maq barədə əmr verib. Əmrdə bildirilir ki, əgər Dağlıq Qarabağ klanı və ya digər müxalif qruplara məxsus sosial zümrə küçə və meydanlara çıxıb etiraz aksiyası keçirərsə, prezident iqamətgahına hü-cum edərsə, eyni zamanda, Nikol Paşin-yana qarşı mitinqlər baş alıb gedərsə, o zaman silahdan istifadə edilsin. Bir qədər əvvəl baş nazirin tərəfdarlarının İrəvanda yayılan səs yazılarında da hakimiyyətə qarşı çıxanlara divan tutula-cağı bildirilib. Bundan sonra Paşinyanın tərəfdarları müxtəlif manevrlər etsələr də, istəklərinə nail ola bilməyiblər. Bütün bunlar bir daha təsdiqləyir ki, Nikol Paşinyan ölkəni idarə edə bilmir və artıq silahlı qüvvələrə güvəndiyini gizlətmir.

Hazırda vəziyyətin getdikcə pişləşdiyini görən siyasi elita Ermənistanı uçurumdan xilas etmək

üçün müxtəlif yollar axtarır. Onların fikrincə, müxalif partiyadan olan Jural Safinyanın ətrafında sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın dəstəyi ilə yaradılan Livandan olan si-lahlı terror dəstələri mövcuddur ki, onlar Paşinyan və komandasının siyasətini qəbul etmirlər.

Müxalifətyönümlü partiya lideri, keçmiş deputat Andranik Quqasyan da bəyan edib ki, artıq cəmiyyətin Paşinya-

na olan inam və etimadı heçə enib. O, kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində bildirib ki, baş nazir öz vəzifəsini qorumaq üçün yalan vədlər verir, tez-tez Dağlıq Qarabağa səfər etməklə xalqın fikrini başqa istiqamətə yönəltməyə çalışır. Əslində, bu adam münaqişənin nizamlanması üçün heç bir iş görməyib. Partiya sədri deyib ki, ölkə rəhbəri yalançı olmaz. Ancaq Paşinyanın verdiyi vədlərin hamısı yalan üzərində qurulub. Ona görə də ətrafı ilə birlikdə hakimiyyəti tərk etməlidir. Əks halda, yeni inqilabın baş verəcəyi qaçılmazdır. Bu, hər an baş verə bilər.

Son vaxtlar İrəvanda etiraz səsləri daha da artıb. Hökumət binası qar-şısında polislə qarşıdurma yaradan etiraz aksiyasının iştirakçıları “Əsgər anaları” İctimai Birliyinin üzvləri olub. Onlar övladlarının günahsız yerə qətlə yetirilmələrinə, hərbi hissələrdə yoluxucu xəstəliklərin baş alıb getməsinə, gənc əsgərlərə verilən işgəncələrə etiraz edirlər. “Aykakan jamanak” qəzetinin ver-diyi məlumata görə, etiraz edən qadınlar

polis tərəfindən vəhşicəsinə döyülüb. Buna baxmayaraq, qadınları hökumət binasının qarşısından dağıtmaq müm-kün olmayıb.

Hakimiyyətdən narazı kütlə son 20 ildə məhkəmə sistemindəki özbaşına-lıqların aradan qaldırılmasını və ölən əsgərlərin ailələrinə birdəfəlik maddi yardım göstərilməsini tələb ediblər. Bu etiraz dalğasına Ararat vilayətindən də dəstək gəlib. Həmin ərazidə yaşayan fermerlər əkib – yetişdirdikləri məhsulu 3 ay əvvəl tədarük məntəqələrinə versələr də, dövlətdən hələ də öz haqlarını ala bilmədiklərini deyirlər. Bu

barədə dövlət qurumlarına dəfələrlə şikayət etsələr də, onları dinləyən olmayıb. Etirazçılar bir həftəyə qədər tələblərinin yerinə yetirilmədiyi təqdirdə, daha qətiyyətli addımlar atacaqlarını, İrəvanda hökumət binasının qarşısında fasiləsiz aclıq edəcəklərini bildiriblər. Onlar İrəvan – Ararat yolunu bağlamaqla nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıblar və deyiblər ki, bu, hakimiyyətə xəbərdarlıqdır.

Göründüyü kimi, siyasi zərbələrin təsirindən gərgin vəziyyətə düşən və bu gün Ermənistanın başağrısına çevrilən Nikol Paşinyan hərbi, humanitar və sosi-al problemlərin həllində aciz qalıb. Çünki bu problemləri aradan qaldırmaq üçün kifayət qədər resurs da yoxdur. Ümidini ianə və yardımlara bağlayan Nikol Pa-şinyanın bunlardan da əli üzülməkdədir. Çünki dünyanın heç bir ölkəsi işğalçı ölkə ilə əməkdaşlıq etmək istəmir, yar-dım və ianə vermir.

Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasəti işğal-çı siyasətindən hələ də əl çəkməyən

Ermənistanın və onun baş naziri-nin iç üzünü bütün dünyaya bəyan edib. Dövlətimizin başçısının nüfuzlu beynəlxalq qurumların tədbirlərində irəli sürdüyü təkzibolunmaz faktlar qarşısın-da aciz qalan işğalçı ölkənin rəhbərliyi çıxılmaz vəziyyətə düşüb.

Bu yaxınlarda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının ic-lasında Azərbaycan Prezidenti

İlham Əliyevin Ermənistanda faşiz-min qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlər işğalçı ölkəyə ağır zərbə oldu. Dövlətimizin başçısının Yerevanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması, hətta MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupunun Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etira-zını bildirməsi, yeni hakimiyyətin faşist cəlladı və satqının heykəlini hələ də götürməməsi barədə səsləndirdiyi fakt-lar işğalçı ölkənin faşist ideologiyasına meyilliliyini bir daha təsdiqlədi.

Bu günlərdə Bakıda yüksək səviyyədə keçirilmiş Qoşulmama Hərəkatının XVIII dövlət və hökumət başçılarının Zirvə Görüşünün Yekun sənədində əks olunmuş müddəalar təcavüzkar və işğalçı Ermənistanın beynəlxalq təcridinin artmasını bir daha nümayiş etdirdi. Qoşulma-ma Hərəkatının üzv dövlətləri da-xil olmaqla, dünya ictimaiyyətinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizi dəstəkləməsi respublikamızın möv-qeyinin haqlı və ədalətli olmasından irəli gəlir. 120 dövlətin Ermənistanı işğalçı ölkə kimi tanıması ermənilərin Paşinyana olan ümidini tamamilə heçə endirdi. Bu sənədin imzalanmasından sonra uğursuz və təcrid vəziyyətinə düşən Ermənistan dövləti Qoşul-mama Hərəkatının üzv dövlətlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham etsələr də, heç nəyə nail ola bilmədi. Hətta işğalçı ölkənin Xarici İşlər Nazirliyi bəyanat verməklə xalqın fikrini başqa səmtə yönəltməyə çalışsa da, buna da nail ola bilmədi. Ermənistanın Qo-şulmama Hərəkatının üzv dövlətlərə qarşı belə qeyri-etik və qeyri-diploma-tik ifadələrdən istifadə etməsi onun köməyinə çatmadı.

İndi işğalçı ölkədə vəziyyət son dərəcə gərginləşib. Etiraz aksiyaları getdikcə alovlanır, tələb isə birdir: Paşin-yan və komandası hakimiyyətdən getsin. Əks-təqdirdə zorla devriləcəklər.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar

� Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə oktyabrın 29-dan start götürən və seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunan genişmiqyaslı layihə davam edir.

Növbəti seminar noyabrın 2-də Masallı şəhərindəki “ASAN Həyat” kompleksində təşkil olunub.

Qeyd etmək lazımdır ki, ölkəmizi bütün dünyaya ta-nıtdıran və milli brendimiz olan “ASAN xidmət”in digər mərkəzləri kimi, müasir stan-dartlara cavab verən və ən son informasiya-kommunika-siya texnologiyaları ilə təchiz olunan Masallı “ASAN Həyat” kompleksindəki hərtərəfli şərait seminarın yüksək səviyyədə təşkil olunması və keçirilməsinə geniş imkan yaradıb.

Tədbirə 20 seçki dairəsinin - 59 saylı Salyan, 60 say-lı Salyan-Neftçala, 61 saylı Neftçala, 66 saylı Biləsuvar, 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 70 saylı Masallı şəhər, 71 saylı Masallı kənd, 72 saylı Yardım-lı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara, 78 saylı Lerik, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan, 81 saylı Beyləqan və 84 saylı Füzuli seçki dairələri dairə seçki

komissiyalarından 60 ekspert qrupu üzvü qatılıb.

Seminarda çıxış edən MSK üzvü İlham Məmmədov bildirib ki, MSK-nın qərarı ilə dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərlə bağlı MSK tərəfindən silsilə tədbirlər təşkil olunur. Dairə seçki komissiyalarının ekspert qrupları üçün təşkil edilmiş regional seminar seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunub.

Tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan İ.Məmmədov müraciətlərə baxılması zamanı qəbul edilən qərarların düzgünlüyü və hüquqiliyinin seçkilərdə müəyyən hərəkətlərin və ya hərəkətsizliyin qarşısını aldı-ğını diqqətə çatdırıb. Bildiri-

lib ki, regional seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin seçki prosedur-ları ilə bağlı məlumatlarının ar-tırılması və praktiki vərdişlərinin gücləndirilməsidir.

Seminarda MSK-nın üzvü Qabil Orucov “Seçki hüququ-nun pozulması ilə əlaqədar müraciət və şikayətlərə ba-xılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdı-rılması prinsipləri” mövzusunda təqdimatla çıxış edib.

Vətəndaşların seçki hü-quqlarının pozulması ilə bağlı şikayətlərə baxılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacib-liyini vurğulayan Q.Orucov bu zaman Azərbaycan Respubli-kası Konstitusiyasının, Seçki

Məcəlləsinin, Mərkəzi Seçki Komissiyası və dairə seçki ko-missiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması haqqında” Təlimatın, Avropa İnsan Hüquq-ları Konvensiyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının (presedent hüqu-qu) və Venesiya Komissiyası tərəfindən qəbul edilmiş seçki məsələlərində Əla Təcrübə Kodeksinin müddəalarının əsas olduğunu diqqətə çatdırıb.

Təlim məşğələsində MSK-nın üzvü İlham Məmmədov “Seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması. Ekspert qruplarının fəaliyyətinin əsasları” mövzusunda təqdimatla çıxış edib. Bildirib ki, seçkilərlə əlaqədar müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması vətəndaşların seçki hüququnun daha səmərəli təmin olunmasında çox vacib rol oynayır.

Seminarın praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seç-ki komissiyaları tərəfindən həmin şikayətlərə dair müva-fiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb.

Sonda iştirakçıları maraqlan-dıran suallar cavablandırılıb.

AZƏRTAC

“Erməni soyqırımı”nı tanıyan qanun layihəsini rədd edirik”

Bəyanatda bildirilir ki, “Barış çeşməsi” əməliyyatının qarşısını ala bilmədikləri üçün məyus olanlar bu şəkildə qardaş Türkiyədən və uca türk millətindən qisas alacaqlarını düşünürlərsə, səhv edirlər.

Bu qərarın Türkiyə hökuməti və dün-yanın bütün bölgələrində yaşayan türk milləti qarşısında heç bir etibarı yoxdur. Həmçinin bu qərarın heç bir hüquqi əsası da yoxdur.

Qeyd edək ki, qərar, eyni zamanda, Soyqırımının qarşısının alınması haq-qında 1948-ci il tarixli Konvensiyanın müddəalarına, eləcə də ABŞ qanun-larına və beynəlxalq hüquqa ziddir. T.Rüstəmxanlının bəyanatında deyilir:

“Beynəlxalq hüquqda 1915-ci il hadisələrini “soyqırımı” olaraq təyin edən heç bir qətnamə yox-dur. Sözügedən dövrdə baş verən hadisələr siyasətin deyil, tarix elminin sahəsidir. Azərbaycan -- Türkiyə evi olaraq millətimiz adına “Barış çeşməsi” əməliyyatı səbəbi ilə oktyabrın 29-da Türkiyəyə qarşı ABŞ Konqresinin Nümayəndələr Palatasında sanksiya-ların qəbulunu nəzərdə tutan qanun

layihəsini şiddətlə qınayırıq.Qardaş Türkiyənin yüksək vəzifəli

məmurlarını və Silahlı Qüvvələrini hədəf götürən layihə NATO çərçivəsində müttəfiqlik Ankaranın Vaşinqtonla münasibətlərinin ruhuna uyğun deyil və ABŞ rəhbərliyinin Su-riya ilə bağlı 17 oktyabrda əldə etdiyi razılaşmaya ziddir.

ABŞ və müttəfiqləri gerçək soy-qırımı görmək istəyirlərsə, onları XXI əsrin ən dəhşətli qətliamı olan Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırırıq”.

Hazırladı: Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

İsmayıl Safi: Bu sənəd onu qəbul

edənlərə üzqarası olacaq � ABŞ Konqresinin Nümayəndələr Palatası oktyabrın

29-da Türkiyəyə qarşı uydurma erməni soyqırımı iddialarını tanıyan qanun layihəsini qəbul etdi. Qardaş ölkəyə qarşı bu ədalətsiz davranış, tutarlı faktlara əsaslanmayan məsələnin təzyiq vasitəsi kimi gündəmə gətirilməsinin əsl səbəbləri barədə Türkiyə Böyük Millət Məclisinin sabiq üzvü, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü İsmayıl Safi ilə söhbətləşdik.

– İsmayıl bəy, uydurma erməni soyqırımı ilə bağlı məsələlər hər zaman aprel ayında gündəmə gətirilir. Bu dəfə isə, oktyabr ayında bir qərar qəbul edildi. Sizcə, səbəb nədir?

– Hər şeydən öncə, Türkiyə dövlətinin müstəqillik ildönümü ərəfəsində bu qanunun qəbulu diplo-matik nəzakətsizlikdir və Türk xalqı və hökuməti tərəfindən qürursuz bir davranış olaraq qəbul edilir.

Bundan əlavə, bu qanunlar həm, müttəfiq ölkələr arasında əlaqələrə açıq şəkildə ziddir. Ümumiyyətlə, ABŞ dövlətində müəyyən kəsimlər var ki, son vaxtlar ağıl və şüur məntiqindən uzaqlaşaraq lobbilər arasında oyun-caq hala gəlmişdir. Belə ki, ABŞ Türkiyənin 40 ildir mübarizə apar-dığı PKK terror təşkilatının Suriya qanadı olan PYD-YPG-yə hesaba gəlməyəcək qədər hərbi yük karvan-ları səviyyəsində dəstək göstərmiş və onlara xüsusi təlimlər keçmişdir. Heç kimsə belə bir davranışın məğzini izah edə bilməz.

– Sizcə, Türkiyəyə qarşı bu aqressiv münasibətin kökündə dövlətinizin Suriya siyasətində göstərdiyi qətiyyət dayanır, yoxsa başqa səbəblər var?

– Qənaətim budur ki, Türkiyənin uğurlu “Barış çeşməsi” hərbi əməliyyatları və onun nəticələrini qəbul etmirlər. Suriya əməliyyatlarını

qəbul etməyən bir qrup maraqlı güclər həm Türkiyədən intiqam almaq, həm də Donald Trampı çətin vəziyyətə salmaq məqsədini güdürlər. ABŞ-ın Yaxın Şərqdə xaosu davamlı etmək məqsədi ilə etnik və məzhəb savaşlarını alovlandırmaq üçün bu qanun layihəsi növbəti planın tərkib hissəsidir. Çünki Türkiyə və ABŞ müxtəlif məsələlərdə tərəfdaşlıq edirlər. Biz terrorla mübarizə aparırıq və ABŞ-ın da terrorçu-ların və onları himayə edənlərin deyil, bizim yanımızda olmasını istəyirik.

– Erməni lobbisi hər yerdə olduğu kimi, ABŞ-da da iş ba-şındadır. Nümayəndələr Pala-tasının bu kimi ədalətsiz qərarı, nədənsə, Ermənistana və erməni millətçilərinə şamil olunmur...

– Doğrudur, 40 ildir Türkiyədə 30 mindən çox insanın həyatına son qo-yan PKK-PYD terror təşkilatı “azadlıq” savaşçıları olaraq qələmə verilir, digər tərəfdən də keçmiş Osmanlı dövlət adamlarına, hətta Sultanın özünə qarşı sui-qəsd planlarını təşkil edən, Birinci dünya müharibəsi ərəfəsində türk xalqına və dövlətinə xəyanət edən erməni şovinistlərini məsum kimi təqdim etməyə çalışırlar. Ermənistan bu gün Azərbaycan torpaqlarının 20 faizini işğal edib – bunu görmək istəmirlər. Erməni terror təşkilatları, erməni ordusu Qarabağda, Xoca-lıda və Bakıda törətdikləri qırğın, zülmlərlə Türkiyəyə ərazi iddiaları ilə türk xalqının hafizəsində silinməz izlər qoymuşdur. Biz heç bir şeyi unutmu-ruq. Biz inanırıq ki, Nümayəndələr Palatasının qəbul etdiyi və beynəlxalq hüquqa və ədalətə zidd qanun layihəsi onlar üçün bir utanc sənədi kimi tarixə düşəcəkdir. Gələcəkdə bu sənəd ta-rixin bir tullantısı kimi xatırlanacaq və onu qəbul edənlərə üzqarası olacaq.

Müsahibəni qələmə aldı: Anar TURAN, “Xalq qəzeti”

Ermənistandakı sosial böhran hakimiyyətlə xalq arasında uçurumu daha da dərinləşdirir

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sözdə “erməni soyqırımı”nı tanıyan qanun layihəsini rədd edirik”. – Bu fikirlər Azərbaycan–Türkiyə evinin sədri Tənzilə Rüstəmxanlının yaydığı bəyanatda yer alıb.

Page 6: Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

3 noyabr 2019-cu il, bazar6

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında bu barədə demişdir: “Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur”.

Bu gün ermənilər tarixi ərazilərimizdəki abidələrimizi məhv etməklə bu yerləri özlərinin “tarixi məskənləri” kimi təqdim etməyə çalışırlar. Hətta elə şəxslərin abidələrini ucaldırlar ki, onlar tarixdə qaniçən fəaliyyətləri ilə məşhurdurlar. Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist cəlladına heykəl ucaldıb. Faşistlərə xidmət etmiş Qaregin Njdeyə ucaldılan heykəl onu “milli qəhrəman” statusuna yüksəldib. Azərbaycanlılara qarşı görünməmiş müsibətlər törətmiş Andranikə də bu günlərdə Vanadzorda abidə qoyulmuşdur.

Bizim isə Şuşadakı dünya şöhrətli şəxsiyyətlərə qoyulmuş abidələri güllələyiblər. Bunu yalnız erməni vandalları edə bilərdilər. Təkcə bu abidələr deyil, işğal altında olan ərazilərimizdə, demək olar ki, tarixi abidələrimiz tamamilə yerlə-yeksan edilib.

Dəyərini müəyyən etmək mümkün olmayan daşınmaz tarix və mədəniyyət abidələrindən başqa, respublikamıza dəymiş ümumi

zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları edir (dəymiş ziyan 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında təxmini hesablanmışdır).

Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus və digər milli abidələrimiz məhv edilib.

Dağlıq Qarabağ, eləcə də işğal altında olan rayonlarımız tarixi, mədəni abidələrlə olduqca zəngin idi. Şuşa isə tarixi abidələr şəhəri idi. Bu gün Şuşadakı həmin abidələr yerlə-yeksan edilib. Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeyləri, Xurşud Banu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələri, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evi, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsi tamamilə darmadağın edilib.

Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət nümunələrini Ermənistana aparmışlar.

Füzuli rayonunun ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunmuşdur. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr) kimi tarixi abidələr bu yerlərin qədim tarixə malik olduğunu təsdiq edir. İndi onların, demək olar ki, hamısı dağıdılıb.

Qubadlıdakı Gavur dərəsində IV əsrə aid ibadətgah mağara yerləşir. Rayonun Muradxanlı kəndindəki V

əsrə aid Qalalı qalası, Əliquluuşağı kəndindəki Göy qala abidələri, Yazı düzündəki XIV əsrə aid Cavanşir türbəsi, Dondarlı kəndində məscid, Dəmirçilər kəndindəki iki türbə, tağlı körpü, Gürcülü kəndindəki XVII əsrə aid türbə, Xocamsaxlı kəndindəki XVIII əsrə aid türbə rayon ərazisinin tarixi-dini abidələrlə zənginliyindən xəbər verir.

Zəngilan rayonunun Məmmədbəyli kəndində səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi (1304–1305) öz memarlıq-konstruktiv formasına görə seçilir. Türbənin ətrafında orta əsr qəbiristanlığı yerləşir. Türbədən bir qədər aralıda Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin (1358-ci il ) məzarı yerləşir. Türbənin ətrafında şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları mövcuddur. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII–XIV əsrlərə aid etmək olar. Bu ərazilərdə XIII–XIV əsrə aid sənduqə, başdaşı formalı qoç, at heykəlli qəbir daşları ərəb, fars, Azərbaycan dilli yazılarla

xalqını həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqımızın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məlumatları əks etdirir.

İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi sürətlə davam edir. İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri qalmışdır.

Keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilmiş, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınmışdır.

Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza olduqca ağır zərbə endirilmişdir. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi dağılıb, viran edilmişdir.

Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm

Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilmişdir. Görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılmışdır.

Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materiallar olmuşdur.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan respublikamızın ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

Son məlumatlara görə, rayonda artıq 12 min 231 ton pambıq məhsulu tədarük məntəqələrinə təhvil verilmiş-dir.

Qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövründə rayonda cəmi 7449 ton məhsul yığılmışdı. Bu, o deməkdir ki, rayonda məhsul istehsalı 1,6 dəfə artmışdır.

Sevindirici haldır ki, artım pambıq sahələrinin orta məhsuldarlığının yüksəldilməsi hesabına əldə edilmiş-

dir. Əgər ötən il əkin sahələrindən orta hesabla 15 sentnerə yaxın məhsul toplanmışdısa, bu il sahələrin orta məhsuldarlığı 26 sentneri ötmüşdür. Bu göstəricinin daha da yüksələcəyi gözlənilir. Rayonda pambıq yığımı və tədarükü isə davam edir.

Bu il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin sürətli inkişafının təmin edilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bununla bağlı bildirdi ki, möhtərəm Prezidentin tap-şırıq və tövsiyələrini yerinə yetirmək üçün kənd təsərrüfatının bütün sahələrində, eləcə də pambıqçılıqda uğurlu işlər görülür.

Bu il rayonda pambıq istehsalının artırılmasına diqqət xüsusilə art-mışdır. Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən bizə bildirdilər ki, bu il MKT İK MMC-nin Salyan filialı 407 nəfər istehsalçı ilə müqavilə bağ-

layaraq, 2138,2 hektarda, P Aqro MMC-nin Salyan filialı 287 nəfər istehsalçı ilə müqavilə əsasında 2050 hektarda və “Azərpambıq” ASK MMC Salyan filialı 161 nəfər istehsalçı ilə müqavilə üzrə 600 hektarda pambıq əkini aparmışlar. Ümumilikdə, rayon üzrə 855 nəfər istehsalçı olmaqla, 4788,2 hektar sahədə pambıq əkini aparılmışdır. Məlumat üçün bildirək ki, pambıq əkini 16 ərazi dairəsində olmaqla, rayonun 2 qəsəbə və 36

kəndində aparılmışdır. Rayonda pambıqçılığın inkişafı

ilə əlaqədar yaradılmış qərargahın üzvləri mütəmadi olaraq ərazilərdə olmuş, kənd sakinləri, eləcə də pambıq məhsulunun toplanmasında iştirak edən əməkçilərlə görüşmüş, məhsulun vaxtında və itkisiz yığılma-sının vacibliyi istiqamətində ətraflı izahat işi aparmışlar. Görülmüş işlərin nəticəsi olaraq 1543 nəfərdən çox rayon sakini pambıq yığımına cəlb olunmuşdur.

Pambıq yığımına mütəşəkkil şəkildə başlanmışdır. Sahələrə, ümumilikdə, 24 pambıqyığan kom-bayn, 52 traktor və 109 ədəd lafet çıxarılmış, texnikanın səmərəli fəaliyyəti təmin edilmişdir.

Yeri gəlmişkən, Kənd Təsərrüfatı naziri İnam Kərimov Salyan rayo-nunun Maraşlı kəndində pambıq yığımına start verilməsi ilə bağlı təşkil olunan tədbirdə iştirak etmişdir. Nazir çıxışında ölkə Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafına böyük önəm verildiyini bildirmişdir. Qeyd etmişdir ki, aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı üçün

dövlətimiz tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Belə ki, bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır.

Maraşlı kəndindən olan qabaqcıl fermer Sürəddin Quliyev tədbirdə çıxış edərək bildirmişdir ki, 4 hektar sahədə pambıq əkini ilə bağlı “MKT” MMC ilə müqavilə bağlayıb. O, bu il hər hektardan 50 sentnerdən artıq məhsul toplayacağını bildirib.

Bu günlərdə Sürəddin Quliyev ilə əlaqə saxladıq. Fermer fəxrlə bildirdi ki, vədinə əməl edərək artıq pambıq qəbulu məntəqəsinə 2 min tondan çox “ağ qızıl” təhvil verib.

S.Quliyevin ürək sözlərini burada qeyd etməyi vacib sayıram:

–Azərbaycanda pambıqçılığın yenidən dirçəldilməsi xalqımızın müdrik lideri, sevimli Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafına göstərilən qay-ğı nəticəsində təkcə Muğanda on minlərlə insanın rifahı yaxşılaşmış-dır. Biz pambıqçı fermerlər cənab

Prezidentimizə ürəkdolusu “Çox sağ olun!” deyirik.

Pambıqçılıqla məşğul olan fermerlərdən Qarabağlı kənd sakini İsmayıl Abbasov keçən il 70 hektar sahədə pambıq əkmiş və 175 ton məhsul əldə etmişdir. Bu il də o, eyni sahədən 190 ton məhsul əldə etmişdir.

Salyanda pambıq yığımında yüksək məhsuldarlığa nail olan fermerlər çoxdur. Onlardan biri də Sarvan kənd sakini, fermer Alim Həsənovdur. Uzun illərdir pambıq əkini ilə məşğul olan fermer ötən il becərdiyi 6 hektar sahənin hər hekta-rından 28 sentner məhsul götürməklə 168 ton pambıq tədarük etmişdir.

“Cari ildə 10 hektar sahədə pam-bıq əkmişəm. Sahələrdən 250 tondan

çox məhsul toplamışıq”, – deyə A.Həsənov bildirmişdir.

Fermer gələcəkdə pambıq sahəsini daha da genişləndirmək niyyətində olduğunu demişdir.

Səməd HÜSEYNOĞLU, “Xalq qəzeti”nin bölgə müxbiri

Ermənilər işğal etdikləri ərazilərdə tarix və mədəniyyət abidələrini vəhşicəsinə dağıdıblar

Azərbaycanın işğal altında olan ərazilərindəki tarix və mədəniyyət abidələrinin sayı müəyyənləşdirilib. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və

mədəniyyət abidələrini müdafiə təşkilatı müəyyən edib ki, 4500 abidənin 2550-sinin görüntüləri, yeri, yaşı haqqında və digər mühüm məlumatlar var.

Salyanda bu il pambıq tədarükü 1,6 dəfə artmışdır

Rayonda məhsul yığımı davam edir

Bu il salyanlı fermerlər və fərdi torpaq mülkiyyətçiləri 4788 hektar sahədə “ağ qızıl” yetişdirərək, məhsulun mütəşəkkil şəkildə yığımını təşkil etmişlər.

“Caspian Ecology” sərgisinin 10 illik yubileyi münasibəti ilə Böyükşor gölü

ərazisində 50-dən artıq sərv ağacı əkilib

Noyabrın 2-də Bakı Olimpiya Stadionunun yaxın-lığında yerləşən Böyükşor gölü ərazisində Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisinin 10 illik yubileyi münasibəti ilə sərv ağacları əkilib.

Yeni yaşıl zona şəhərimizin bioloji müxtəlifliyini daha da zənginləşdirəcək. Yaşıllaş-dırma üçün sərv ağacının seçilməsi təsadüfi deyil – hələ qədim zamanlardan dö-zümlülük, əzmkarlıq və can-lılıq rəmzi sayılan sərv ağacı həmişəyaşıl və uzun ömürlü olar. Ərazidə əkilən ağac-lar “Bakı Abadlıq Xidməti” tərəfindən təmin edilib.

Ağacların əkilməsində sərginin təşkilatçıları, daimi iştirakçıları, onların uşaqla-rı, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər. Ümumilikdə, 50-dən artıq sərv ağacı əkilib.

Onuncu dəfə keçirilən builki sərgi ictimaiyyətin və

müvafiq qurumların diqqətini növbəti dəfə ətraf mühitin qorunması, təbii resurslar-dan istifadənin optimallaş-dırılması və materialların təkrar emalı kimi məsələlərə yönəldəcək. “Caspian Eco-

logy” sərgisinin iştirakçıları olan aparıcı sənaye şirkətləri üç gün ərzində sektorun ən son uğur və innovasiyalarını peşəkar auditoriyaya nüma-yiş etdirəcək.

Qeyd edək ki, “Caspi-an Ecology” sərgisi Eko-logiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Cas-pian Event Organisers”

şirkətidir. Tədbirin sponsor-ları qismində “Mətanət A”, “AIMC” və “Holcim Azerbai-jan” şirkətləri çıxış edirlər.

AZƏRTAC

Noyabrın 13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology 2019” sərgisi keçiriləcək. İlk dəfə 2010-cu ildə öz qapılarını ziyarətçilərin üzünə açan sərgi ildən-ilə həm ölkəmizdə, həm də regi-onda geniş şöhrət tapır. Sərgi fəaliyyət göstərdiyi müddətdə dünyanın 15 ölkəsindən 500 şirkəti bir araya gətirməyə nail olub.

Müdafiə Nazirliyi: Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyem-beryan rayonunun Şavarşavan kəndində və ad-sız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu

ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayon-ları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Page 7: Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

3 noyabr 2019-cu il, bazar 7

– Fuad müəllim, “kosmos və müharibə” terminləri necə yaranır?

– Hələ 1967-ci ildə qəbul edil-miş sazişdə kosmik məkan “bütün bəşəriyyət üçün sahə” kimi müəyyən edilib. Bu sənəd ABŞ, Rusiya (əvvəllər SSRİ) və Çin də daxil olmaqla 100-dən çox ölkə tərəfindən imzalanıb. Keçən əsrin 1950-ci illərində ABŞ Prezidenti Duayt Eyzenhauerin təşəbbüsü ilə iki kosmik proqram – Mülki kosmik proq-ram (sonradan NASA) və Hərbi-kosmik proqram yaranmışdır. Hərbi-kosmik proqrama əsasən, ölkənin Hərbi-Hava Qüvvələri (HHQ) rəhbərlik edirdi.1960-cı illərdə hərbçilər orbitdə HHQ-nin Kosmik Stansiyasının yaradılmasını təklif ediblər, lakin Prezident Riçard Nikson Administrasiyası bu ideyadan

yan keçib. Bu yaxınlarda ABŞ Prezidenti Do-

nald Tramp ABŞ Silahlı Qüvvələrinin beş qoşun növünün kifayət ol-madığını bəyan etdi. O, Müdafiə Departamentinə əmr edib ki, ABŞ ordusunun altıncı qolu kimi kosmik qüvvələr yaradılsın. Həmçinin əlavə edib: “Bizdə Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələr ayrı-ayrı, lakin bərabər qüvvələr olacaq”. Ötən ilin mart ayında Donald Tramp Miramar aviasiya bazasında (MCAS Miramar) çıxış edərək elan etmişdi: “Kosmos dö-yüş meydanıdır, quru torpaq, göy və ya dəniz kimidir”. “Bu, dəhşətli qərardır”, – deyə beynəlxalq hüquq məsləhətçisi Peter Vismer “Vaşinqton Post” qəzetində yazıb. Müəllif qeyd edib ki,

Prezident Tramp müharibə haqqında çox şey bilən və kosmos haqqında heç nə bilməyənlərin fikirlərini bu şəkildə təkrarladı. Amerika Universitetinin kosmos üzrə eksperti Hovard Makkerdi Trampın təklifini şərh edərkən bildirib ki, bu, həqiqətən, amerikalıların artıq etdikləri şeydir, lakin bu, missiyaya daha yüksək status verir. ABŞ HHQ Qərargahının rəisi Devid Qoldfeyn isə 2018-ci il fevralın sonunda bildirib ki, kosmosda müharibə bir neçə ilə baş verə bilər, ona görə də ABŞ bu sahədə üstün olmalıdır.

– Belə çıxır ki, Donald Tramp kosmosu Yerdə olduğu kimi, döyüş əməliyyatları zonası hesab edir.

– Elədir. “Диалог.UA” Ame-rika mətbuatına istinadla qeyd edib ki, D.Tramp ABŞ-ın yeni hərbi qüvvələrinin yaradılmasını planlaş-dırır. Əvvəlcə kosmik qoşunların yaradılması ideyası ona o qədər də ciddi görünməmişdi, lakin tezliklə həmin fikrin əla olduğunu qət edib. San-Dieqoda dəniz piyadaları baza-sında çıxış edərkən o, ABŞ-ın Hərbi-Hava Qüvvələrinə malik olduğunu deyərək, kosmik qüvvələr yarada-cağını bildirib: Biz bunu etməliyik. Amerikalı ekspertlərin fikrincə, soyuq müharibədən sonra ABŞ-da hərbçilər yalnız son illərdə ilk dəfə kosmosa ciddi yanaşmağa başlayıblar. ABŞ öz kosmik infrastrukturunu və peyklərini düşmənin xarici təsirlərinə qarşı hazır və əks hərəkət edə biləcək görmək istəyir. Məqsəd zərbələrə tab gətirmək, manevr etmək, zərbələrdən qaçmaq və hətta cavab zərbələrini endirməkdir. Bu, 20 ilə yaxın vaxt apara bilər, lakin əsas odur ki, bu proses artıq başlayıb. 2016-cı ildə ABŞ Silahlı Qüvvələrinin dayanıqlı kosmik infrastrukturunu yaratmaq məqsədilə 2030-cu ilə qədər yeni kosmik konsepsiya (Space En-terprise Vision) müəyyən olunub.

– Bu sahədə bəs Rusiya, Çin, eləcə də digər kosmik ölkələrin fəaliyyəti necədir?

– Amerikalı hərbi analitiklər qeyd edirlər ki, Çin və Rusiya da bu istiqamətdə fəaliyyət göstərir və növbəti onillikdə kosmosa iki məsələnin həlli üçün nəzərdə tutulan xüsusi peyklərin–nəzarətçilərin çıxarılmasına çalışırlar. Onlar orbitin kosmik zibildən təmizlənməsi ilə məşğul olmaq və orbitdə artıq mövcud olan kosmik aparatların təmirini, yanacaqdoldurma məntəqələrini və modernləşdirilməsini

həyata keçirmək əzmindədirlər. Deyilən vəzifələr bu peyklərin digər peyklərlə birbaşa əlaqəyə girə biləcəyini və kosmosda fəal şəkildə manevr imkanı qazanacağını nəzərdə tutur. Çünki bu cür xüsusi mütəxəssislər ehtimal olunan düşmənin peyklərini ələ keçirə və ya məhv edə, həmçinin onların davranış və kommunikasiya kanallarını izləyə biləcəklər. ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun dediyinə görə, Rusiya və Çin peyklərlə ən müasir orbital əməliyyatları davam etdirirlər. O hesab edir ki, bu addımların bir hissəsi antipeyk mübarizəsində istifadə edilə bilən ikili təyinatlı texnikanın sınaq-dan keçirilməsi məqsədilə həyata keçirilir. Belə sistemlər gələcəkdə böyük problemlər yaradacaq və ABŞ-a kosmik məkanda vəziyyəti

qiymətləndirməsinə, kosmosda düşmənin niyyətlərini başa düşməsinə və təhdidlərə əvvəlcədən xəbərdarlıq etməsinə mane olacaq.

– ABŞ, şübhəsiz ki, bundan narahatdır.

– Əlbəttə. ABŞ-ı iki məsələ nara-hat edir: rəqib tərəfindən peyk siqnal-larının “söndürülməsi” və ya onların dəyişdirilməsi, həmçinin peyklərin bu ölkənin çəkiliş aparan pilotsuz təyyarələrinə xidmət etmək üçün texniki qabiliyyəti. GPS-in sıradan çıx-ması ABŞ Silahlı Qüvvələri tərəfindən “ağıllı döyüş sursatlarının” istifadəsini qeyri-mümkün edəcək, oriyentasiya və manevr hərəkətlərini çətinləşdirəcək. Belə hallarda smartfonlar, təyyarələrin, yük maşınlarının, gəmilərin naviqasi-ya sistemləri də asinxronlaşdırılacaq, təcili yardım xidmətləri qeyri - işlək vəziyyətdə olacaq. Siqnalın rəqib tərəfindən “söndürülməsi-pozulması” və ya onun dəyişdirilməsi ona gətirib çıxara bilər ki, hədəf sistemi, erkən xəbərdarlıq, zərbələrin vurulması dəqiqliyi və s. sistemlər sıradan çıxa-caq, bununla da ölkənin bütün müasir hərbi maşını, əslində, fəaliyyətini dayandıracaq.

KİV-də Çinin kosmosda kosmik zibi-lin və peyklərin parçalarının orbitlərində toplanması üçün nəzərdə tutulmuş lazerləri yerləşdirmək planları barədə materiallar getdikcə daha çox yer alır. Əlbəttə, bu lazerlərin kosmosa çıxma-sı dərhal hərbi istifadə düşüncəsinə gətirib çıxaracaq. Kosmosda “intihar peykləri” və lazer haqqında çoxsaylı gurultulu məqalələrin fonunda başqa bir prosesin də şahidi oluruq – kos-mos yer kürəsinin izlənməsi və hava texnikasının yerdəyişməsi sahəsində arenaya çevrilir. Bu yarışda Çin və ABŞ xüsusilə fəaldırlar. “China Mili-tary Online” resursu yazır ki, ölkədə “Haynan” layihəsinə bu ildən start verilir. Bu layihə çərçivəsində 4-5 il ərzində orbitə altı məsafədən zondlama peyki çıxarılacaq, daha sonra isə “Sanya” layihəsi çərçivəsində daha iki hipers-pektral çəkiliş peyki və iki radiolokasiya zondlama peyki buraxılacaq. Ümumi qruplaşma səkkiz peyk təşkil edən kimi Çin hava şəraitindən asılı olmayaraq, sutkada 24 saat Cənubi Çin dənizini izləyə biləcək. Peyklər İpək Yolunu da izləyəcək, Cənubi Çin dənizində “hər ada və gəmiyə” nəzarət edəcək.

2018-ci ildə Çində qruplaşmanın fəaliyyəti üçün yerüstü infrastrukturun

yaradılması işlərinə başlanılıb. Aviation Week isə, öz növbəsində, 2022-ci ildə Çinin kosmosa 700-dən çox nano və mikro-peykləri buraxacağını, Yerin çəkilişini yüksək ayırdetmə səviyyədə apara biləcəyini bəyan edib. Onların mülki və hərbi məqsədli olacağı bəyan edilib.

– Məlumatlardan belə anlaşılır ki, kosmosda “əl-qol açmaq” Çinə daha çox müyəssər olur.

– 2017-ci il dekabrın 27-də Çin növbəti “Yaoqan” kəşfiyyat peyklərinin seriyasını işə salıb. Analitiklərin sözlərinə görə, doqquz peykdən ibarət bu seriya ABŞ və digər ölkələrin hərbi dəniz qüvvələrinin hərəkətini izləmək üçün Çinin Yeni radioelektron avadanlı-ğını sınaqdan keçirmək məqsədini da-şıyır. Çinli mütəxəssislər bəyan ediblər ki, 2020-ci ildə ölkələrində kvant kosmik kameranın prototipi yaradıla-caq, 2025-ci ildə kosmosda sınaqlar keçiriləcək, 2030-cu ildə isə texnolo-giyanın irimiqyaslı tətbiqini gözləmək olar. Bu, Çinə Yer üzərində və kosmos-da müxtəlif obyektlərin, hətta onların materialının kimyəvi tərkibini müəyyən etməyə imkan verəcəkdir. Bununla da döyüş maşınlarının radiolokasi-ya, infraqırmızı və spektrinin digər sahələrində gizlətmə (maskalanma) texnologiyalarının səmərəliliyi heçə enəcək.

– Bu bəhsləşmə göstərir ki, Çin ilə ABŞ arasında, əslində, kosmo-sa sahib olmaq uğrunda mübarizə gedir.

– Belə demək də mümkündür. Ötən il ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri, general Con Hayten CNN-ə verdiyi müsahibədə vurğulamışdı ki, Çin açıq şəkildə ABŞ-a və müttəfiqlərinə qarşı çıxmaq və kosmosda lazer, siqnalların susdu-rulması alətləri və digər texnologiya-ları yerləşdirmək niyyətindədir. ABŞ xəbərdarlıq edir ki, Çin bu istiqamətdə ikili təyinatlı məhsullar arxasında gizlənərək irəli gedir. Bu barədə onlar 2007-ci ilin yanvar ayında Çinin 800 kilometrdə – aşağı orbitdə köhnə mete-oroloji peykini raketlə vurduqdan sonra tam əmin oldular. Bundan əlavə, 2010, 2013 və 2014-cü illərdə raketlərin digər sınaqları keçirilib və bu sınaqları, həmçinin peyklərin əleyhinə silahların hazırlanması hesab etmək olar.

Yeri gəlmişkən, Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun keçmiş müavini Con Maklaflinin sözlərinə görə, 2008-ci ildə ABŞ da SM-3 raketin köməyi ilə 247 kilometr yüksəklikdə yerləşən nasaz ğeykini orbitdən çıxarıb. Penta-qon hesab edir ki, əslində, bu, 36 min kilometr yüksəklikdə hədəfləri vurmaq üçün peyk əleyhinə silahın sınağı idi.

– Bu problemlərin həlli perspektivlərini necə qiymətləndirirsiniz?

– Hazırda bəşəriyyətin taleyi kosmosun istifadəsindən çox asılıdır. Burada söhbət təkcə kosmonavtların və astronavtların göndərilməsindən getmir. Hətta pilotlu kosmik layihələr də prioritet deyil. Kosmik məkan Yer kürəsini kosmik aparatlardan müşahidə etmək üçün istifadə olunur və ətraf mühitin mühafizəsi, bütövlükdə, ekoloji problemlərinin həllinə kömək edir. Aşağı orbitlərdə bir çox meteoroloji və navi-

qasiya peykləri fəaliyyət göstərir. Hərbi kəşfiyyat təyinatlı çoxlu sayda peyklər də bu orbitlərdə yerləşdirilib. Geosta-sionar orbitlərdə telekommunikasiya və naviqasiya məsələlərinin həyata keçirilməsi üçün yüzlərlə aparat vardır.

– Bəşəriyyət isə bütün bu vəzifələrə adi bir şey kimi yanaşır, eləmi?

– Məsələ burasındadır ki, bu peyklərin insanların fəaliyyətində və həyat təminatında nə qədər böyük rol oynadığı barədə çox az adam axıra qədər düşünür. Əgər belə peyk sistemləri qısa müddət olmasa, belə hallar elektrik təchizatı xətlərinin, naviqasiya sistemlərinin kəsilməsinə, nəqliyyatın iflic olmasına, qlobal bank sisteminin, internetin və digər həyati əhəmiyyətli sistemlərin dayanmasına gətirib çıxaracaq. Bütün bunlar müasir cəmiyyəti xaosa sürükləyə bilər, Yer üzündə həyatı dramatik şəkildə poza bilər. Kosmosda müharibə, xüsusilə, təhlükəlidir. Ona görə ki, bu məkan çirkləndirmələrə son dərəcə həssasdır. Yəni kosmos nə qədər çox çirklənsə, ondan istifadə etmək bir o qədər çətin olacaq.

– “Şər deməsən, xeyir gəlməz” – deyiblər. Kosmosda silahlı münaqişə olarsa, nəticə barədə nə

demək olar? – Bu, ilk növbədə, peyklərin məhv

edilməsinə və bir çox onilliklər ərzində orbitdə qalacaq dağıntıların yığılması-na gətirib çıxaracaq. ABŞ-Çin kosmik müharibəsini təsəvvür edək. Belə bir münaqişə sarsıdıcı olacaq və yalnız Çin və ABŞ əhalisinə deyil, həm də Yer əhalisinin qalan 7,6 milyardına ziyan vuracaq. Bu texniki savaş bütün planetə təsir edəcək və hər kəs öz üzərində bu ziyanı hiss edəcək. Amma o da yəqindir ki, ABŞ daha çox ziyanda olacaq, çünki bu ölkənin kosmosdan asılılığı digər ölkələrə nisbətən daha çoxdur. Yəni orbitdə ABŞ peykləri çoxluq təşkil edir. Nə qədər gec deyil, kosmosun fəthi ilə yanaşı, onun heç vaxt müharibə meydanı olmayaca-ğına təminat verəcək razılaşma əldə edilməlidir. Həmçinin kosmosda gedən müharibənin beynəlxalq cinayət sayıla-cağı təsdiqini tapmalıdır.

– Yaxın 10-20 ildə baş verə biləcək hadisələr indidən bir çox hüquqi və siyasi suallar doğurur.

– Doğrudur, suallar çoxdur və onların hamısı aktualdır: Kosmosdakı peyk hücuma məruz qalıbsa, ölkələrə necə reaksiya verməlidirlər; kosmosda müharibə başlayarsa, peyklərə silahlı qüvvələr üçün kritik hücum olmayacaq, amma özlüyündə cavab tədbirləri və zərbələri baş verəcək və s.

–Fuad müəllim, kosmik dövlətlərin bizə məlum olan hansı strategiyaları var?

– Əslində, iki strategiyası var: rəqibin xüsusi məruzəçilərinin pre-ventiv şəkildə məhv edilməsi və bununla da kosmik təcavüzkar rolunda olmaq və ya heç bir şey etməmək. Hər bir ölkə üçün orbitdə xüsusi nümayəndələrin sayını və “kinetik” və ya peyklərə başqa təsir zamanı addımları əks etdirən beynəlxalq müqavilələrin variantı da var.

– Belə çıxır ki, kosmos gec-tez hərbləşdiriləcək.

–Hadisələrin gedişi vəziyyəti ora aparır. ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri, general Con Xayten kosmosda mümkün müharibə haqqında danışarkən xatırladıb: “İn-sanlar üfüqləri genişləndirəndə həmişə münaqişə baş verir. Hər dəfə insanlıq əhatə genişliyinə nail olanda münaqişə baş verir. Belə olduqda biz də hazır olmalıyıq”.

– Kosmik məkanda müharibə qaydaları hazırlanırmı?

– Ekspertlər iddia edirlər ki, kosmosda gec-tez hərbi əməliyyatlar başlayacaq, buna görə də interstellar məkanında silah tətbiqini tənzimləyən beynəlxalq müqavilənin əsasını təşkil edəcək qaydalar yaradılmalıdır. Yer üzündə fəlakətin qarşısını almaq üçün dünya elmi ictimaiyyəti 2020-ci ilədək Birləşmiş Millətlər Təşkilatında öz layihəsini təqdim etməyi planlaşdırır. Sənəd kosmosda müharibənin növləri və vasitələrini tənzimləyəcək, qarşı-qarşıya duran tərəflərin hüquqi statu-sunu müəyyən edəcək, eləcə də digər aspektləri və mümkün problemləri həll edəcək bir sərəncam olacaq.

Müsahibəni qələmə aldı: Şirməmməd NƏZƏRLİ

“Kitabi Dədə Qorqud”un üçüncü əlyazması işıq üzü görüb

� Ən dəyərli ümumtürk ədəbi abidəsi sayılan “Kitabi Dədə Qorqud” yüzillərdir, yaşadılaraq dövrümüzə gəlib çıxıb. İndiyə kimi ictimaiyyətə dastanın Drezden və Vatikan nüsxələri məlum olsa da, bu yaxınlarda kitabın üçüncü əlyazmasının tapılması ədəbi ictimaiyyətdə ciddi maraq doğurub.

Əlyazmanı İranın Gülüstan ostanlığının (Əski Xorasan vilayəti) Günbət şəhərindən tanınmış mühəndis Vəli Məhəmməd Xoca Tehranda olarkən həmişə baş çəkdiyi bukinist dükanında rast gəldiyi kiçik bir əlyazma diqqətini cəlb edib. Onun elektron variantlarını hazırlayıb Türkiyədə tanıdığı tədqiqatçılara göndərib. İstanbulda Yusuf Azmun, İzmirdə Mətin Əkici mətni tədqiq ediblər. Bundan başqa, əlyazmanı tədqiq edən Nasir Şahgöli, Vəliyullah Yaqubi, Şahruz Ağabatay və Sara Behzaddan ibarət qrup bu barədə məlumatı elmi jurnalda nəşr etdirib. Mətin Əkinci əlyazmanı ayrıca kitab halında çap edib. Qısa müddətdə elmi ictimaiyyətdə maraq doğuran materiala bir sıra elmi məqalələr həsr edilib.

Türkologiya, qorqudşunaslıq, xüsusilə də Azərbaycan folklorşunaslığı üçün mühüm əhəmiyyət daşıyan yeni əlyazma tanınmış azərbaycanlı türkoloq alim, professor Ramiz Əskər tərəfindən nəşrə hazırlanaraq AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə TÜRKSOY kitabxanası seriyasından olan 38-ci nəşr kimi oxucuların ixtiyarına verilib. Nəşrin elmi redaktoru akademik Mux-tar İmanov, redaktorları Əli Şamil, Nailə Əskərdir.

Kitabda əlyazmanın məzmunu, dili barədə ətraflı məlumat verilir. Bildirilir ki, əlyazma 61 səhifədən ibarətdir. Professor Ramiz Əskər əlyazmanın oğuz türkcəsində, daha dəqiq desək, Azərbaycan dilinin Təbriz və Ərdəbil şivəsində yazıldığını qeyd edir.

Əsərdə cərəyan edən hadisələr bir sıra coğrafi məkanları əhatə edir ki, onlar arasın-da Azərbaycan coğrafiyasına aid ərazilər də yer alır. Təbriz, Ərdəbil, Şamaxı, Naxçıvan, İrəvan, Dəmir Qapı Dərbənd, Xalxal, Qəzvin kimi şəhərlər, Kür, Araz, Qarasu, Samur kimi çaylar, Şahdağ, Savalan, Qaplantu, Surxab kimi dağlar, Ağca qala, Sürməli və Qars qalalarının adlarının əlyazmada çəkilməsi bir daha “Kitabi Dədə Qorqud” dastanının ümumtürk abidəsi kimi coğrafi

arealının daha çox Azərbaycanla bağlılığını ortaya qoyur.

Düzdür, tapılmış əlyazmanın süjetində “Dədə Qorqud”un əvvəlki nüsxələrindən fərqli epizodlar da var. Mələsən, Salur Qa-zanın yeddibaşlı əjdahanı öldürməsi mifik xarakter daşısa da, milli ədəbi abidəmiz “Kitabi Dədə Qorqud”un bir parçası kimi, xüsusi əhəmiyyət daşıyır.

Qorqudşunaslıq üçün xüsusi mənbə olan bu kitabda işıq üzü görmüş əlyazmanın ölkəmizdə geniş şəkildə araşdırılması çox önəmlidir. Bu kitab ali məktəblərin filologiya fakültələrinin müəllimləri və tələbələri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Texniki Universitetdə Cəfər Cabbarlının 120 illik yubileyi keçirilib

� Azərbaycan Texniki Universitetində (AzTU) XX əsrin görkəmli yazıçı-dramaturqu və şairi Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.

Prezidenti İlham Əliyevin böyük ədibin yubileyinin ölkəmizdə təntənə ilə qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq, keçirilən məclisi giriş sözü ilə açan AzTU-nun rektoru, professor Vilayət Vəliyev dahi yazıçının mənalı həyat yoluna və zəngin yaradıcılığına nəzər salaraq bildirib ki, AzTU-nun sələfləri sırasında olan Bakı Politexnikumunun məzunu olan ədəbi klas-sikin vətənpərvərlik, qəhrəmanlıq və sevgi mövzusunda ölməz əsərləri bu gün də gənc

nəslin milli ruhda və sivil dəyərlər əsasında tərbiyələnməsində təsirli rol oynayır.

Mərasim ulu öndər Heydər Əliyevin C.Cabbarlının heykəlinin ucaldılması ilə bağlı tarixi açıqlaması və ədib barədə fikirlərinin yer aldığı videoçarxın nümayişi ilə davam etdirilib.

Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, professor Tahirə Məmməd geniş çıxışında böyük sənətkarın həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı son zaman-lar aşkar edilən maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb.

Sonra tələbələrin ifasında Cəfər Cabbar-lının şeirləri və onlara qoşulmuş mahnılar səsləndirilib, “Oqtay Eloğlu” əsərindən bir parça və gənc Cəfərin Nuru Paşa ilə görü-şünü əks etdirən səhnəcik nümayiş etdirilib.

Respublikanın Əməkdar artisti Fehruz Səxavətin ifasında “Azad bir quşdum”, AzTV-nin solisti Nicat Cəfərzadənin

ifasında “Tellər oynadı” və tanınmış müğənni Vüsal Hacıyevin ifasında “Gərək Günəş dağları aşıb sönməyəydi” mah-nıları mərasimə təntənə və xoş ovqat gətirib. Gənc müğənnilər Aydan və Fidan Süleymanzadələrin ifasında sözlərini və musiqisini Cəfər Cabbarlının ərsəyə gətirdiyi “Zalım yar” mahnısı isə xüsusi maraqla qarşılanıb.

Unudulmaz sənətkarın nəvəsi, Cəfər Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı yubiley mərasiminin təşkilinə, babasının xatirəsinə göstərilən dərin ehtirama görə minnətdarlığını bildirib.

Yubiley məclisi AzTU tələbəsinin ifa-sında “Çırpınırdı Qara dəniz...” mahnısının sədaları altında yekunlaşıb.

R.TAHİR, “Xalq qəzeti”

Son zamanlar KİV–də dünyanın fövqəldövlətlərinin kosmosda öz hərbi arsenalını artırmasından tez-tez danışılır. Redaksiyamız dünyada sülhə və əmin-amanlığa ciddi təhlükə kimi dəyərləndirilən bu addım barədə kosmik və ekoloji məsələlər üzrə ekspert, Beynəlxalq Ekoenerge-tika Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar mühəndisi, texnika elmləri doktoru, professor Fuad Hacızadəyə müraciət edib.

Kosmos təhlükədədirmi?

Page 8: Bizim tam müstəqil və milli maraqlara söykənən xarici ...xalqqazeti.com/pdf/xalq 2 noy OPT.pdf · Bu iki anlayış bizim üçün əsasdır. Bəzi hallarda beynəlxalq münasibətlərdə

3 noyabr 2019-cu il, bazar8

Məsul katib: 493-61-02Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: [email protected], [email protected]

BAŞ REDAKTOR

HƏSƏN HƏSƏNOV

T E L E F O N L A R: “Xalq qəzeti”nin kompyuter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.Şəhadətnamə 022273

Çapa imzalanmışdır 00:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7657

3624

40 qəpik

ABŞ

Dövlət borcu 23 trilyon dollardırABŞ-ın dövlət

borcu 23 trilyon dollara yüksəlib. Bu barədə ABŞ Maliyyə Nazir-liyi məlumat yayıb. Bildirilir ki, hazırkı borc problemləri 2007–2008-ci illərdə dünya-da baş verən maliyyə böhranından miras qalıb. Həmin dövrdən bəri dövlət borcu bir neçə dəfə artıb. Təkcə, Barak Obamanın hakimiyyəti dövründə bu rəqəm, demək olar ki, 9 trilyon dollar artaraq 20 trilyon dollara yüksəlib. İqtisadçılar 2026-cı ilə qədər bu məbləğin 30 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.

Xəbəri “Bloomberg” verib.

Niderland

Avropol 60 nəfəri həbs edibAvropa Polis

Təşkilatı (Avropol) fırıldaqçılıqda şübhəli bilinən 60 nəfəri həbs edib. “2019 e-Commerce Action” (“eComm 2019”) adlı əməliyyat sentyab-rın 23-dən oktyabrın 4-dək 19 ölkədə aparılıb. Məqsəd

elektron ticarət fırıldaqçılığında şübhəli bilinən cinayətkar şəbəkənin fəaliyyətinin qarşısını almaq olub. İstintaq za-manı məlum olub ki, bəzi şübhəli şəxslər cinayətkar qrup-laşmalarla əlbirdir və fişinq, zərərli proqram təminatından istifadə ilə kiberhücumlar, saxta saytların yaradılması, çirkli pulların yuyulması kimi digər kibercinayətlərdə iştirak edib.

Xəbəri “Belta” verib.

Çin

İqtisadi razılıq əldə olunub Çin və ABŞ

əsas ticarət məsələləri ilə bağlı razılıq əldə ediblər. Anlaşma Çinin baş nazirinin müavini Lyu He və ABŞ maliyyə naziri Stiven Mnuçin, həmçinin Vaşinqtonun ticarət danışıqları üzrə təmsilçisi Robert Laythauzer arasında baş tutub. Danışıqlar zamanı iki ölkə arasında ticarət razılaşması-nın əldə olunması üçün əsas məsələlər müzakirə edilib. Tərəflər, həmçinin gələcək məsləhətləşmələrin keçirilmə vaxtı barədə də fikir mübadiləsi aparıblar.

Məlumatı CNBC yayıb.

Ukrayna

Avropada ikinci ən böyük GESUkraynada gücünə

görə (240 MVt) Günəş Elektrik Stansiyası (GES) istismara verilib. Bildirilir ki, “Pokrovska-ya” adlı GES hər il 400 milyon kVt/saat yaşıl elektrik enerjisi isteh-sal edəcək ki, bu da 200 min fərdi ev və ya

mənzili təmin etmək üçün kifayətdir. Stansiyanın inşasına 193 milyon avro sərmayə yatırılıb.

Məlumatı “Euronews” yayıb.

Avstraliya

“Pert Qlori” İbrahimoviçlə maraqlanır Avstraliyanın “Pert Qlori”

komandası ABŞ-ın “Los-Anceles Qelaksi” futbol klubunun isveçli hücumçusu Zlatan İbrahimoviçi transfer etmək istəyir. İbrahimovi-çin agenti Mino Rayola bu barədə danışıqlar aparıl-dığını bildirib. O deyib ki, əgər razılıq əldə edilərsə, qış transfer dönəmindən sonra İbrahimoviç “Pert Qlori”yə keçəcək. Qeyd edək ki, 38 yaşlı hücumçunun indiki klubla müqaviləsi 2019-cu ilin sonunda başa çatır.

Xəbəri “Futbol.ua” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 Noyabrın 3-də  Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 8-10, gündüz 11-13, Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.

 Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.

 Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,

Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı , gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 1-6, gündüz 7-11 dərəcə isti olacaq.

 Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq.

 Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə yağış , dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,gecə və səhər ayrı-ayrı yerlərdə

arabir güclənəcək. Gecə 5-10, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

 Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

 Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Lakin bəzi yerlərdə intensiv olacağı, gecə və səhər dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək,gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 9-12, gündüz 13-15, dağlarda gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

Qobustan rayonundan Adil Məmmədov Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi Elçin Bağırova anası

ELBA XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

Türkiyənin siyasət idarəsinin rəhbəri hesab edir ki, ölkəsi bu uğuru, ilk növbədə, döyüş meydan-larında hərbi qüdrəti və “danışıqlar masası” arxa-sındakı diplomatik məharəti sayəsində qazanıb.

Qeyd etmək lazımdır ki, Türkiyənin Xarici İşlər naziri bu fikri Suriyada Fərat çayının şərqindəki ərazilər üzrə Türkiyə–Rusiya razı-laşmalarını şərh edərkən səsləndirib. Nazirin sözlərinə görə, Türkiyə “Sülh çeşməsi” hərbi əməliyyatına başla-

masaydı, Ankara Suriya-da arzu etdiyinə nail ola bilməyəcəkdi.

Türkiyə–Rusiya razılaş-malarına əsasən, PKK/YPG terrorçuları Türkiyə sərhədlərindən başlayaraq, 30 kilometr məsafədəki ərazini, eləcə də Münbiç və Tall–Rıfat rayonla-rını tərk etməlidirlər. Türkiyə və Rusiya hərbçiləri həmin ərazilərdə patrul xidməti həyata keçirəcəklər. Bun-dan başqa, YPG terrorçuları Əsəd rejiminin nəzarətində olan Qamışlı şəhərini də tərk etməlidirlər.

M.Çavuşoğlu bildirib ki, Türkiyə bir çox böyük güclərin regionda YPG/PKK terrorçuları üçün ayrıca dövlət qurmaq planla-rını alt-üst edib.

Xatırladaq ki, “Sülh çeşməsi” əməliyyatı bu il oktyabrın 9-da başlanıb. Məqsəd Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyini

və suriyalı qaçqınların doğ-ma yurdlarına qayıtmalarını təmin etməkdir.

Bu günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, zərurət yaransa, Türkiyə təhlükəsizlik zonala-rını genişləndirə bilər.

M.HACIXANLI, “Xalq qəzeti”

İspaniyada seçkiqabağı kampaniya başlanıb

Bildirilir ki, son dörd ildə sayca dördüncü olacaq bu seçkilər tərəflərin sabit hökumətin təmin olunmasın-dan ötrü razılığa gəlməkdə bacarıqsızlığını sübut edir. Pedro Sançes koalisiyanın formalaşdırılmasının müm-

künsüzlüyü səbəbindən seçkilərin məcburi keçirilməsi məsuliyyətini müxalifət parti-yalarının üzərinə qoyub.

Qeyd edilir ki, PSOE parlamentdə, azı, 123 yer qazanmaq niyyətindədir.

Seçkiqabağı kampani-

yada Kataloniya məsələsi üstünlük təşkil edib. 2017-ci ilin oktyabrında öz müqəddəratını təyin etmək cəhdinə görə 12 kataloniyalı liderin ölkənin Ali Məhkəməsi tərəfindən məhkum edilməsi ilə yadda qalıb. Məhkəmənin qərarı Kataloniyada iğtişaşla-ra səbəb olub.

Xatırladaq ki, sonuncu dəfə İspaniyada seçkilər ap-relin sonunda keçirilib. O vaxt PSOE parlament palatasında qalib gələrək, 123 yer qazan-mışdı. Seçicilərin iştirakı 75 faiz təşkil etmişdi.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

“Türkiyə Suriyada ciddi itkilər vermədən arzu etdiyinə nail olmuşdur”

� Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 2020-ci maliyyə ilində ölkəyə qaçqın qəbulu limitini 18 min nəfərə qədər azaltmağı qərara alıb. Bu barədə CNN telekanalı məlumat yayıb.

ABŞ Prezidentinin qəbul etdiyi qərarda qeyd edilir ki, 2020-ci maliyyə ilində 18 min nəfərdən çox qaçqının ABŞ-a buraxılmaması humanitar baxımından əsaslıdır və milli maraqlara cavab verir.

Qeyd edək ki, bir qədər əvvəl Donald Tramp qaçqın-ların ölkə ərazisində çox vaxt yerli və ştatın hakimiyyət orqanlarının icazəsi nəzərə alınmaqla yerləşdirilməsini bildirən fərman imzalamışdı.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

T ürkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara Suriyada arzu etdiyi hədəflərə nail olmuşdur. Bu zaman ciddi itkilərə

yol verilməyib. Xəbəri “Anadolu” agentliyi yayıb.

“Euronews” agentliyinin yaydığı məlumata görə, İspaniyada noyabrın 10-da keçiriləcək parlament seçkiləri üzrə seçkiqabağı kampaniyaya start verilib. Mənbə yazır ki, əvvəlcədən əhali arasında keçirilmiş rəy sorğuları PSOE-nin (İspaniya Sosialist Fəhlə Par-tiyası) daha bir qələbəsini proqnozlaşdırır.

� TASS-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ Suriyanın şimal-şərqindən qanunsuz olaraq neft aparır.

Mariya Zaxarovanın sözlərinə görə, ABŞ hərbçiləri hər ay qaçaqmalçılıq yolu ilə Suriyadan 30 milyon dollarlıq neft aparırlar.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Koreya Dongduk Qadınlar Universitetinin rəhbəri Azərbaycan dövləti tərəfindən təltif edilib

Vurğulanıb ki, iki ölkə arasında əlaqələr ədəbi-mədəni müstəvidə də uğurla davam edir. Bunun nəticəsidir ki, koreyalı mütəxəssislər Azərbaycanı daha yaxından öyrənir, araşdırmalar apararaq Azərbaycanı Koreya ictimaiyyətinə tanıdırlar. Bu mənada Dongduk Qadınlar Uni-versitetinin nəzdində Avrasiya Türk Araşdırmaları İnstitutunun gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov görüşdə iki ölkə ara-sında olan dostluq əlaqələrinin möhkəmlənməsində araşdır-maçıların fəaliyyətini yüksək qiymətləndirdi.

Dongduk Qadınlar Univer-sitetinin Qəyyumlar Şurasının sədri Cho Wonyoung rəhbəri ol-duğu universitet barədə məlumat verib. Qeyd edib ki, Dongduk Qadınlar Universitetinin əsası

1908-ci ildə qoyulub. Bu univer-sitetin banisi cəmiyyətdə qadın-ların təhsilinin önəmli olduğunu daim vurğulayan elmlər doktoru Cho Dongshik (Cho Wonyoun-gun babası) olub. Bir əsrlik tarixi olan Dongduk Qadınlar Univer-siteti müasir dövrdə də qadınla-rın təhsilində əhəmiyyətli rol oy-nayır. Universitetin Qəyyumlar Şurasının sədri Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi medalı ilə təltif olunduğuna görə, Azərbaycan dövlətinə təşəkkür etdi.

Koreyada bu mükafata ilk dəfə Dongduk Qadınlar Univer-sitetinin Qəyyumlar Şurasının sədri layiq görülüb. Mükafatı Azərbaycan Respublikasının Cənubi Koreyadakı səfiri Rəmzi Teymurov təqdim edib.

Avrasiya Türk Araşdırmaları İnstitutunun əsası 2016-cı ildə türkoloq alim, professor Oh

Eunkyung tərəfindən qoyulub. Bu institut türk dövlətləri və xalqları ilə Koreya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi baxımından çox önəmlidir.

Türkoloq Oh Eunkyung Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Elmlər Akademiyasının Folklor İnstitu-tu, Azərbaycan Elmlər Akade-miyasının Ədəbiyyat İnstitutu kimi bir neçə qurumla təhsil və akademik sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə sazişlər imzalayıb. O, həmçinin oktyabr ayının 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nax-çıvan Müqaviləsinin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq

Şurasının VII Zirvə Görüşünə həsr olunmuş “Türk Dünyası Həftəsi”ndə iştirak edib. “Türk Dünyası Həftəsi”-ndə Koreyanın Türk Şurasına üzv olmasının vacibliyi haqqında danışan alim Azərbaycanla bağlı araşdırma-ların davam etdiyini vurğulayıb. Bildirib ki, Koreya–Azərbaycan diplomatik əlaqələrinin yaran-ması münasibətilə tanınmış şair Bəxtiyar Vahabzadənin şeirlərinin toplusunu tərcümə edib nəşr edəcək Avrasiya Türk Araşdırmaları İnstitutu bundan sonra da Azərbaycanın Kore-ya ictimaiyyətinə tanıdılması ilə bağlı layihələrini davam etdirəcək.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Cənubi Koreyanın Seul şəhərində yerləşən Dongduk Qadınlar Universitetində Azərbaycanın diplomatik xidmət orqanlarının yubileyi münasibətilə müka-

fatının təqdim olunma mərasimi keçirilib. Azərbaycanın Seuldakı səfirinin də iştirak etdiyi tədbirdə Koreya və Azərbaycan dövlətlərinin diplomatik münasibətlərinin ya-ranmasından, bu iki ölkə arasında ictimai-siyasi əlaqələrin yüksək səviyyədə olmasından söhbət açılıb.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan

Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin "Klassik və mü-asir ədəbiyyat məsələləri" kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin

mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, kitabda “Klassik irs”, “Folklor. Aşıq sənəti”, “Güc, qüvvət elmdədir” və “Görünən və görünməyən - Mövlud Süleymanlı” adlı bölmələr üzrə oxu-culara təqdim edilir.

Nəşrdə müəllifin ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, müasir nəsr, mədəniyyətşünaslıq və təhsili əhatə edən elmi və tənqidi məqalələri ədəbiyyatın formalaşması və inkşaf prosesini əks etdirir. Kitabda milli ədəbiyyat, folklor və aşıq ədəbiyyatının müxtəlif problemləri ayrı-ayrı görkəmli alim, yazıçı və aşıqların yaradıcılığı əsasında araşdırılır.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi professor Kamil Allahyarov, rəyçiləri isə professorlar Məhərrəm Qa-sımlı və Şəfəq Əlibəylidir.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

Yeni nəşrlər

“Klassik və müasir ədəbiyyat məsələləri” kitabı işıq üzü görüb

ABŞ

Suriyadan qanunsuz neft aparır

Donald Tramp ölkənin qaçqın qəbulu limitini azaldıb