30
Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

  • Upload
    zanta

  • View
    122

  • Download
    2

Embed Size (px)

DESCRIPTION

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu. I Bölmə: Bitkilərin ümumi patologiyası Mövzu 1 . Bitki xəstəlikləri haqqında ümumi məlumat. Kənd təsərrüfatı elmləri doktoru, professor əvəzi İbrahim Cəfərov. P L A N: Giriş - PowerPoint PPT Presentation

Citation preview

Page 1: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

AZƏRBAYCAN DÖVLƏT

AQRAR UNİVERSİTETİ

Page 2: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

I Bölmə: Bitkilərin ümumi patologiyası

Mövzu 1. Bitki xəstəlikləri haqqında ümumi

məlumat

Kənd təsərrüfatı elmləri doktoru,

professor əvəzi İbrahim Cəfərov

Page 3: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu
Page 4: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

P L A N:

Giriş

1.1 Fitopatologiyanın predmeti və obyektləri

1.2 Fitopatologiya elminin qısa inkişaf tarixi və vəzifələri

1.3 Azərbaycanda fitopatologiyanın inkişafı

1.4 Bitki xəstəlikləri, patoloji proses, onun mahiyyəti

1.5 Xəstəliyin tipləri

1.6 Bitki xəstəliklərinin təsnifatı

Page 5: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

1.Cəfərov İ.H. Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s.2.Cəfərov İ.H. Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik

vəsait). Bakı: «Elm», 2008, 181 s.3.Rəhimov Ü.A. Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri. Bakı:

«Maarif», 1988, 160 s. 4.M.Timur Döken, Erkol Demirçi, Hüseyn Zengin

Fitopatoloji. Erzurum: 2010, 256 s.5.Попкова К.В. Общая фитопатология. М.: «Агропромиздат»,

1989, 398 с. 6.Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с.7. www. stavropolye.tr8. www. nbcnews.ru9. www. inforotor.ru

Ədəbiyyat

Page 6: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Giriş1.1 Fitopatologiyanın predmeti və obyektləri

Fitopatologiya yunan sözü olub (phyton-bitki, pathos-xəstəlik, logos-

elm), bitki xəstəlikləri haqqında elmdir.

Hər hansı bir elm kimi fitopatologiya da öz növbəsində bir sıra bölmələri əhatə edir:

-simptomologiya-bitki xəstəliklərinin simptomlarının və ya əlamətlərinin öyrənilməsi;

-etiologiya –bitkilərin xəstəlik törədiciləri haqqında elmdir;

-patoloji morfologiya, anatomiya, fiziologiya və biokimya;

-epifitotologiya –bitkilərin kütləvi xəstəlikləri haqqında elmdir;

-bitkilərin immuniteti;

-gigiyena, profilaktika və terapiya.

Page 7: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Fitopatologiya bioloji elmdir

Mikologiya

Virusologiya

Mikrobiologiya

Botanika

Bitki

fiziologiyası

Bitki biokimyası

Page 8: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Fitopatologiya kənd təsərrüfatı

elmidir

Əkinçilik

Entomologiya

Aqrokimya

Bitkiçilik

Torpaqşünaslıq

Page 9: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Fitopatologiyanın yuxarıda göstərilən bölmələri üç blok məsələləri

özündə birləşdirir:

1. Bitkinin fərdi xəstəlikləri ilə əlaqədar suallar məcmusu- xəstəlik

törədiciləri, bitkidə onların inkişafı, həsas və davamlı bitkilərin yolux-

maya cavab reaksiyası;

2.Populyasiyalarda bitki xəstəlikləri, təbii fitosenozlarda və aqrose-

nozlarda epifitotiyaya təsir edən amillər;

3. Diaqnostika, hesabat, proqnoz və bitkilərin mühafizəsi ilə əlaqədar

davamlı sortların seleksiyası da daxil olmaqla tətbiqi tədqiqatlar bloku.

Page 10: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

FAO ekspertlərinin verdikləri məlumatlara görə (2008) dünya üzrə

istehsal olunan kənd təsərrüfatı məhsullarının 30-32% müxtəlif

mikroorqanizmlərin vurduqları zərər nəticəsində itkiyə gedir. 10-

12%məhsul isə saxlanma zamanı çıxdaş edilir. Bu itkinin çox böyük bir

qismi də xəstəliklərin payina düşür.

Kartofel.bolezn/orq saytının məlumatına əsasən dünyanın kartofçuluq

ölkələri təkcə xəstəliklərin təsirindən hər il 90 mln. ton yumru və ya

istehsal edilən məhsulun 17%-ni itirirlər.

Page 11: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Kartofun yarpaq və yumrularında fitoftoroz

Page 12: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

1.2 Fitopatologiya elminin qısa inkişaf tarixi və vəzifələri

Fitopatologiyanın inkişafı qədim zamanlara təsadüf edir. İnsanlar hər vəclə

əkib becərdikləri məhsulun müxtəlif amillər nəticəsində itkiyə getməsinin

səbəblərini başa düşməyə çalışırdılar. Lakin bu elə də asan məsələ deyildi. Yalnız

XVII əsrin ortalarında Robert Huk və Marçello Malpiqi ilk dəfə göbələyi

böyütməklə qızılgüldə pas xəstəliyinin törədicisini müşahidə etdilər. Sadəcə

olaraq həmin alimlər onu sərbəst orqanizm kimi qəbul etməyərək, bitkinin həyat

fəaliyyətinin məhsulu hesab edirdilər. Göbələklərin təbiəti alimlər, tədqiqatçılar

üçün qaranlıq olaraq qalırdı.

Fransız botaniki M.Tullet 1775-ci ildə təsdiq etdi ki, sürmə-buğda toxumla-

rının sürmə tozu ilə zibillənməsinin nəticəsidir, bu toz isə-«yoluxdurucu zəhər»in

ötürülməsində fəal agentdir, elə onun təsiri altında da sünbül qara kütləyə çevrilir.

Page 13: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

1807-ci ildə digər fransız botaniki Benedikt Prevo eksperimentlərlə sübut etdi ki,

sürmə xəstəliyinin inkişafının səbəbi parazit göbələkdir.

Uzun müddət müxtəlif ölkə botanikləri Avstriya alimi Frans Unqerin dünyagörüşünün

təsiri altında idilər. Belə ki, Unqer hesab edirdi ki, bitki şirələrinin xəstəlik vəziyyəti –

xəstəliyin səbəbidir, göbələk orqanizmləri isə – onların nəticəsidir.

Paris Akademiyasının üzvi, professor, fransalı alim botanik Lui Rene Tülyan sürmə,

pas, unlu şeh və başqa xəstəliklərin törədiciləri olan göbələklərin həyat tsiklini – inkişaf

tsiklini öyrəndi. Tədqiqatçı alim öz qardaşı Şarl Tülyan ilə birlikdə pleomorfizm

hadisəsini –yəni eyni göbələyin müxtəlif sporvermə tiplərini öyrəndilər.

Tülyan qardaşlarının işlərindən sonra qəbul olundu ki, pas göbələklərinin iki sərbəst

qrupu mövcuddur: piknid və etsi də daxil olmaqla etsisporvermə mərhələsi, uredinio ilə

teliomərhələləri özündə birləşdirən uredinosporvermə. Lakin bu iki böyük qrup arasında

olan əlaqələri açmaq Tülyanlara nəsib olmadı.

Page 14: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Elmi fitopatologiyanın intensiv inkişafı XIX əsrin ortalarından başlan-

mışdır. Mikroskopun yaranması, Çarlz Darvinin (1809-1882) təkamül

nəzəriyyəsinin kəşfi, hüceyrə haqqında təlim və s. elmi inkişafa başlanğıc

verdi. Fransız alimi Lui Paster (1822-1895), alman mikrobioloqu Robert

Koxun (1843-1910) işləri xüsusi əhəmiyyət kəsb edirdilər. Onlar mikroor-

qanizmlərin mayelərdə öz-özünə əmələ gəlməsi konsepsiyasını rədd

edərək, xəstəliklərin baş verməsinin parazitar nəzəriyyəsinə başlanğıc

vermiş oldular. Lakin elmi fitopatologiyanın formalaşmasında həlledici rol

alman mikoloqu Henrix Anton de Bariyə məxsusdur.

Anton de Bari 1853-cü ildə «Sürmə göbələklərinə dair tədqiqatlar

haqqında» işini dərc etdirdi.

Page 15: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

1.3 Azərbaycanda fitopatologiyanın inkişafı

Ölkəmizin rəngarəng torpaq-iqlim şəraiti, yabanı və mədəni bitki

florasının zənginliyi burada müxtəlif toksonomik qruplara daxil olan

göbələk aləminin də formalaşmasına səbəb olmuşdur. Bu nöqteyi nəzərdən

Azərbaycan daim müxtəlif ölkələrdən olan tədqiqatçı alimlərin diqqətini

cəlb etmişdir. Buna baxmayaraq respublikamızda mikoloji floranın

öyrənil-məsi XX əsrin əvvəllərinə qədər epizodik və təsadüfi xarakter

daşımışdır. Əksər hallarda isə göbələklərin və göbələk mənşəli

xəstəliklərin tədqiqi mütəxəssis mikoloq və ya fitopatoloqlar tərəfindən

deyil, floristik tədqiqat-lar aparan botaniklər tərəfindən cəhdlər edilmişdir.

Buna rəğmən 1927-ci ilə qədər müəyyən mikoloji materiallar toplanmışdır.

Page 16: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Bitki xəstəliyi patoloji proses olub, sahib bitki, xəstəlik törədici və ətraf mühit amillərinin təsiri altında baş verir.

Xəstəlik haqqında ilk tərif hələ XIX əsrin əvvəllərində A.Frank (1815), O.Dekandol (1832) tərəfindən verilmişdir. Alimlər hesab etmişlər ki, bitkinin normal fizioloji vəziyyətindən hər hansı bir kənarlaşması onun xəstəliyidir. Belə anlayış bitki xəstəliyi haqqında birtərəfli təsəvvür yaradır, xəstəliyə yalnız fizioloji hal kimi baxır, ona səbəb amillər barədə isə fikir yaratmır. Bir sıra əlavələrlə bu nöqteyi nəzəri XX əsrin alimlərindən S.İ.Rostovsev, A.Ş.Bondarsev, E.Stekmen, Dj.Xarrar və başqaları da müdafiə etmişlər.

Bitki xəstəliyi - bu məhsulu məhv edəndir (A.Frank, 1812).

Bitki xəstəliyi - bu bitkinin normal fizioloji vəziyyətdən kənarlaşmasıdır (O.Dekandol, 1832).

1.4 Xəstəlik nədir ?

Page 17: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Bitki xəstəliyi filogenezdə bitki orqanizmi ilə mühit arasında for-malaşan münasibətlərin pozulmasının nəticəsidir (N.Naumov, 1926). Bitki xəstəliyi - bütöv bitkini və ya onun ayrı-ayrı orqanlarına toxunan və bəzən bitkinin vaxtından əvvəl məhv olmasına səbəb olan normal həyati proseslərinin pozulmasıdır (F.T.Brooks, 1953). Bitki xəstəliyi haqqında müasir anlayış DÜİST 24507-81-ə aiddir: «Fitopatogenin və ya əlverişsiz mühit şəraitinin təsiri altında hüceyrə, toxuma, orqan və bütövlükdə bitkidə normal maddələr mübadiləsinin pozulması xəstəlikdir» (K.V.Popkova, 1989). Bitki xəstəliyi - bitki orqanizminin strukturunun və funksiyaları-nın patogenlə qarşılıqlı əlaqələr nəticəsində pozulmasıdır, bu isə bioloji məhsuldarlığın aşağı düşməsinə və ya bitkinin məhv olmasına səbəb olur (A.Belyayev, 1999). Qeyd etmək lazımdır ki, bitkidə gedən fizioloji və struktur pozul-malar onun məhsuldarlıq göstəricilərinə təsir edir: bir çox hallarda məhsul kəskin azalır, başqa halda isə onun keyfiyyəti pisləşir.

Page 18: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Örtük

Sitoplazma

Nüvə

Mitoxondri

RibosomlarLizasom Holci aparatı

Xloroplast

Xromoplast

Etdoplazmatik şəbəkə

Plazmodesma Mikro borularNişasta dənəsi

Vakuol

Sağlam bitki hüceyrəsi və onun komponentləri

Page 19: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Hüceyrə daxilində qaustoriyalar

Page 20: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Mildyu ilə yoluxmuş üzüm yarpaqlarının alt səthinə ağızcıq vasitəsilə parazitin konididaşıyanlarının çıxışı

Page 21: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

1.5 Xəstəliyin tipləri

Xəstə bitkilər sağlamlardan morfoloji quruluşlarında əmələ gələn müxtəlif

anormallıqlarla fərqlənirlər. Hər bir xəstəlik özünə məxsus əlamətlər əmələ

gətirməklə digərlərindən fərqlənirlər. Çoxsaylı xəstəliklər formalaşdırdığı

xarici əlamətlərin əmələ gəlmə xarakterinə görə 5 əsas tipə bölünürlər:

1) toxumanın dağılması;

2) toxumalarda yeni törəmələr;

3) yoluxmuş orqanların rənginin dəyişməsi;

4) yoluxmuş orqanların formasının dəyişməsi;

5) yoluxmuş orqanların daxilində və ya səthində parazitlərin spor və meyvə

bədəninin əmələ gəlməsi.

Page 22: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Çürümə- toxumaların dağılması çürümə prosesinin başlanması ilə

xarakterizə edilir. Quru və yaş çürümələri fərqləndirirlər.

a) yaş çürümə selik əmələ gəlməsi ilə səciyyələnir.

Nümunə: almada meyvə çürüməsi.

b) quru çürümə toxumaların tozlu kütləyə çevrilməsi ilə müşayət

olunur.

Nekroz- bitkinin müxtəlif orqanlarının (parenxim toxumaları, hüceyrə,

yarpaq boruları və s.) müəyyən toxumalarının ölüşgəməsi. Toxumanın və

ya toxuma sahəsinin ölüşgəmiş sahələri qonur və ya qara rəng alır.

I TİP - TOXUMALARIN DAĞILMASI

Page 23: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Ləkəliklər- yarpaq, gövdə, meyvə kimi orqanların toxumalarının yerli

yoluxması ilə xarakterizə edilir. Yoluxma yerində toxuma yaşıl rəngini itirir,

müxtəlif rəng alır və ya toxuma tamamilə rəngsizləşir, bir hissəsi məhv olur.

Qeyri müəyyən və müəyyən ləkəlikləri fərqləndirirlər.

Qeyri müəyyən ləkəlik xəstə toxumanın sağlama tədricən keçidi ilə səciyyə

olunur.

Nümunə: günəbaxanda peronosporoz və ya üzümdə mildyu.

Soluxma – bütöv bir bitkinin və ya onun ayrı-ayrı hissələrində turqorun

itməsi.

Nümunə: kartofda vertisilliyoz.

Kitrəaxımı- toxumaların dağılması nəticəsində bitkinin yoluxmuş hissələrin-

dən kitrə axır, quruyaraq tünd və ya parlaq şüşəyəoxşar topa əmələ gətirir.

Page 24: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Badımcanın gövdəsində vertisillioz Verticillium dahliae

Yarpağın səthində mildyulu ləkələr Plasmopara viticola

Page 25: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Gilas yarpağında kokkomikozCoccomyces hiemalis

Şaftalıda boz meyvə çürüməsiMonilia cinerea

Page 26: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Şişlər- hipertropiya və hiperplaziya nəticəsində müxtəlif orqanların

toxumalarının həcmcə böyüməsi.

Nümunə: üzüm tinglərində bakterial xərçəng, kartofda xərçəng.

Şeytan süpürgəsi- gövdənin məhdud hissəsində yatmış tumurcuq-

lardan anormal, külli miqdarda zoğların əmələ gəlməsi, bunun nəticə-

sində sıxlaşma baş verir və bu hal süpürgəni xatırladır.

Nümunə: albalıda, almada şeytan süpürgəsi.

II TİP - TOXUMALARDA TÖRƏMƏLƏR

Page 27: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Kartofda xərçəng Synchytrium endobioticum Pers.

Bibərdə bakterial xərçəng Corynebacterium michiganense pv.

michiganense

Page 28: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Kətanda şişlər Aqrobacterium tumefaciens

Page 29: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Xloroz- bitkinin yaşıl orqanlarının saralmasıdır. Yarpaqlarda bütün

yarpaq ayəsinin və ya damararası ayrı-ayrı sahələrin xlorozu müşahidə

olunur.

Nümunə: almada xloroz.

Albikasiya- yarpaqlar tərəfindən tam və ya qismən yaşıl rəngin itiril-

məsi (onlar ağarırlar). Bu zaman xlorofilldən məhrum olan yarpaq

sahələri onun yaşıl hissəsindən kəskin şəkildə ayrılırlar.

Nümunə: çuğundurda albikasiya.

III TİP- BİTKİ ORQANLARININ RƏNGİNİN

DƏYİŞMƏSİ

Page 30: Aqronomluq ixtisası üzrə Fitopatologiya kursu

Tütündə mozaikaNicotiana virus 1 Smith.

Xiyarda mozaikaTobacco nekrosis virus