73
MÜNDƏRİCAT STRATEJİ BAXIŞ, MİSSİYA VƏ DƏYƏRLƏR BANK HAQQINDA ÜMUMİ MƏLUMAT 2014-CÜ İL ÜZRƏ ƏLAMƏTDAR HADİSƏLƏR ÖN SÖZ MAKROİQTİSADİYYAT BANK SEKTORU KREDİTLƏŞMƏ MÜŞTƏRİ XİDMƏTLƏRİ MARKETİNQ FƏALİYYƏTİ VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR KORPORATİV İDARƏETMƏ VƏ SOSİAL MƏSULİYYƏT RİSKLƏRİN İDARƏ EDİLMƏSİ ÇİRKLİ PULLARIN YUYULMASI VƏ TERRORİZMİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI GÖRÜLƏN TƏDBİRLƏR İNFORMASİYA TEXNOLOGİYALARI İNSAN RESURSLARI BEYNƏLXALQ ƏMƏKDAŞLIQ XƏZİNƏDARLIQ FƏALİYYƏTİ AUDİTOR RƏYİ 4 6 12 16 22 26 30 36 39 42 50 55 56 58 60 63 66

08 05 15 illik hesabat

Embed Size (px)

DESCRIPTION

 

Citation preview

Page 1: 08 05 15 illik hesabat

MÜNDƏRİCAT

STRATEJİ BAXIŞ, MİSSİYA VƏ DƏYƏRLƏR

BANK HAQQINDA ÜMUMİ MƏLUMAT

2014-CÜ İL ÜZRƏ ƏLAMƏTDAR HADİSƏLƏR

ÖN SÖZ

MAKROİQTİSADİYYAT

BANK SEKTORU

KREDİTLƏŞMƏ

MÜŞTƏRİ XİDMƏTLƏRİ

MARKETİNQ FƏALİYYƏTİ VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

KORPORATİV İDARƏETMƏ VƏ SOSİAL MƏSULİYYƏT

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ

ÇİRKLİ PULLARIN YUYULMASI VƏ TERRORİZMİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI GÖRÜLƏN TƏDBİRLƏR

İNFORMASİYA TEXNOLOGİYALARI

İNSAN RESURSLARI

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

XƏZİNƏDARLIQ FƏALİYYƏTİ

AUDİTOR RƏYİ

4

6

12

16

22

26

30

36

39

42

50

55

56

58

60

63

66

Page 2: 08 05 15 illik hesabat

"Cəmcəmli" xalçası, Şirvan qrupu, 20-ci əsr

Page 3: 08 05 15 illik hesabat

Mükəmməllik TuranBankın fəaliyyət prinsiplərinin əsas sütunlarından biridir. Bu prinsipi İllik Hesabat tərtibatında min illərlə yaşı olan milli xalçaçılıq məktəbimizin timsalında vizuallaşdırmağa qərar verdik. Seçimimiz səbəbsiz deyil. Uzun zəhmət və peşəkarlıq, kiçik və ya böyük miqyasda olmasından asılı olmayaraq, ən yüksək dəqiqlik və yaradıcılıq tələb edən xalçaçılıq sənətinin tələbləri bankçılığa xas olan tələblər ilə bir çox paralellər apar-mağa imkan verir. Zəhmətsevərlik, səbrlilik, peşəkarlıq və dəqiqlik hər iki sahənin vaz-keçilməz cəhətləri olduğundan 2014-cü ilin yekunlarına həsr olunmuş hesabatımızda Azərbaycan xalçaçılıq məktəbinin müxtəlif qolları və bu qollara xas olan ən mükəmməl xalçalara yer verdik.

3

Page 4: 08 05 15 illik hesabat

STRATEJİ BAXIŞ, MİSSİYA VƏ DƏYƏRLƏRStrateji Baxışımız

TuranBankı respublikanın bütün regional mərkəzlərində satış şəbəkəsi vasitəsi ilə

bütün ölkə üzrə əhali, mikro, kiçik və orta sahibkarlığa xidmət göstərən, xarici investisi-

yalı pərakəndəyönümlü universal bank etmək.

MissiyamızTuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara

uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən,

investorlarının investisiyalarının dəyərinin artımını təmin edən etibarlı və şəffaf bankdır.

1. İnvestorlara münasibətdə

Bank, növbəti strateji dövrün sonuna əldə edilən mənfəətin bir hissəsini reinvestisiya edəcəkdir. Bundan əlavə, Bank həm bazar payının, həm aktivlərinin keyfiyyətinin, həm də biznes fəlsəfəsinin reallaşması nəticəsində imicinin artması hesabına səhmlərinin real dəyərinin davamlı artmasına nail olacaqdır. Bu mövcud səhmdarların Banka investisi-yalarının artırılmasını stimullaşdırmaqla yanaşı, Bankı digər investorlar üçün cəlbedici edəcəkdir.

2. İşçiyə münasibətdə

Bank, növbəti strateji dövrdə də işçi heyətini daima diqqətdə saxlayacaq, onlara daimi və məqsədli investisiyalar qoyacaq, öz potensiallarının reallaşması üçün yuxarıdan aşağı səla-hiyyət bölgüsünü təkmilləşdirəcək və nəticəyə əsaslanan motivasiya sistemlərinin tətbiqini davam edəcəkdir.

3. Müştəriyə münasibətdə

Bank, növbəti strateji dövrdə informasiya texnologiyalarına qoyulan investisiyaların nəticəsi olaraq, müştərilərinə daha operativ xidmət göstərəcək, onlara banka gəlmədən belə müxtə-lif çeşidli bank məhsul və xidmətlərini rəqiblərindən daha sərfəli şərtlərlə təklif edəcəkdir.

4

Page 5: 08 05 15 illik hesabat

Dəyərlərimiz

Etibarlılıq

Şəffaflıq

Müştəri ilə tərəfdaş olmaq

İşçiyə ən qiymətli kapital kimi dəyər vermək

Cəmiyyət qarşısında korporativ sosial məsuliyyət

Azərbaycan iqtisadiyyatına xidmət

Ölkə qanunlarına riayət və hörmət

5

"Şahnəzərli" xalçasıQuba qrupu, 19-cu əsr

Page 6: 08 05 15 illik hesabat

6

TuranBank Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş (hazırkı Mərkəzi

Bank) 30.12.1992-ci tarixli 115 N-li lisenziya və bankın təşkilati hüquqi formasının də-

yişməsi ilə əlaqədar 23.03.2005-ci il tarixdə yenilənmiş 115 N-li lisenziya əsasında

fəaliyyət göstərir.

BANK HAQQINDA ÜMUMİ MƏLUMAT

Bankın tam adı: TuranBank Açıq Səhmdar Cəmiyyəti

Bankın qısa adı: TuranBank ASC

Yaranma Tarixi: 12 İyun 1992

Hüquqi Ünvanı: AZ1073, İsmayıl bəy Qutqaşınlı küç.,85, Bakı şəh.

Kod: 507462

VÖEN: 1300016391

Azərbaycan Mərkəzi Bankında Müxbir Hesab:AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22

Teleks: 14326 TURAN AI

Call Centre: +994 (12) 935

Telefonlar: +994 (12) 510 79 11, 510 79 22

Faks: +994 (12) 510 80 33

E-mail: [email protected]

Web: www.turanbank.az

Facebook: www.facebook.com/turanbankasc

LİSENZİYA

Page 7: 08 05 15 illik hesabat

PEŞƏKAR ASSOSİASİYALARDA, BİRLİKLƏRDƏ, BİRJALARDA VƏ ÖDƏNİŞ SİSTEMLƏRİNDƏ ÜZVLÜK Azərbaycan Banklar Assosiasiyası (ABA)

Azərbaycan Mikro-Maliyyə Assosiasiyası (AMA)

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)

Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA)

Alman-Azərbaycan İqtisadi Birliyi (DAWF)

Amerika–Azərbaycan Ticarət Palatası (AMCHAM)

Beynəlxalq Banklararası Maliyyə Telekomunikasiya Birliyi (SWIFT)

Bakı Banklararası Valyuta Birjası (BBVB)

SAXO Bank – ticarət platforması

MasterCard Beynəlxalq Ödəniş sistemi

Western Union Beynəlxalq Ödəniş sistemi

Contact Beynəlxalq Ödəniş sistemi

Lider Beynəlxalq Ödəniş sistemi

PrivatMoney Beynəlxalq Ödəniş sistemi

Zolotaya Korona MDB ölkələri üzrə ödəniş sistemi

Blizko MDB ölkələri üzrə ödəniş sistemi

İBA-Express MDB ölkələri üzrə ödəniş sistemi

Monex respublikadaxili köçürmə sistemi

7

Page 8: 08 05 15 illik hesabat

8

“Qaraçöp” xalçası, Qazax qrupu, 20-ci əsr

2014-cu ilin sonuna Əsas Göstəricilər (AZN million)

Göstəricilər 2010 2011 2012 2013 2014

Aktivlər 125,2 165,8 217,1 244,3 316,9 Kredit Portfeli 100,4 117 161,3 177,6 218,2 Əmanət Portfeli 54,5 86,7 102,8 108,2 143,8 Müddətli əmanətlər 33,1 41,8 49,7 76 89,1 Məcmu kapital 21,8 23,9 31,9 50,5 55,4 Səhmdar Kapitalı 20 22 30 44 47 Gəlir 15,5 18,7 23,3 27,9 33,2Xərc 14,2 14,9 19,3 23,1 26,2Mənfəət 1,3 3,8 4 4,8 7

ilqar4
Comment on Text
(mln. AZN)
ilqar4
Comment on Text
kavichkalara hamisinda eyni edin ferqlenirler
Page 9: 08 05 15 illik hesabat

İşçilərimiz

9

Səhmdarlarımız

Göstəricilər

Səhmdarların ümumi sayı,o cümlədən:- hüquqi şəxslər- fiziki şəxslər,o cümlədən:- bankın işçiləriSəhmdarların nizamnaməkapitalında payı (%), o cümlədən:- hüquqi şəxslər,o cümlədən:- qeyri-rezident hüquqi şəxslər- fiziki şəxslər,o cümlədən:- bankın işçiləri

2010

25

520

5

21,51 -78,49

28,11

2010

17%

2011

15%

2012

12,3%

2013

11%

2014

12,3%

İşçilərimizin ümumi sayı,o cümlədən:- baş ofis- filial və nümayəndələr - mübadilə şöbələri

Göstəricilər

237

8812029

274

10014331

327

11218936

372

12920434

464

15727730

2010 2011 2012 2013 2014

2011

26

521

5

21,54 -78,46

22,39

2012

27

522

5

19,41 -80,59

21,95

2013

28

622

4

29,11 7,470,89

17,98

2014

27

621

4

22,2

777,8

18,2

Səhmdarlarımıza ödədiyimiz dividend

Page 10: 08 05 15 illik hesabat

Kapital İnvestisiyalarımız 2010 2011 2012 2013 2014

Azər-TürkBank ASC 4% 4% 4% 4% -Başak İnam Sığorta Şirkəti 10,77% 8,33% 8,33% 8,33% 8,33%Milli Kart MMC Prossesinq Mərkəzi 2,4% 2,4% 2,4% 2,4% 2,4%TuranLizinq MMC 100% 100% 100% 100% 100%

Qurumun adı

Beynəlxalq Auditorlarımız: PriceWaterHouseCoopers, Deloitte & Touche and KPMG

Xidmət şəbəkəmiz

10

Filialların sayı,

o cümlədən:

Bakı şəhərində

regionlarda

Şöbələrin sayı,

o cümlədən:

Bakı şəhərində

regionlarda

Mübadilə şöbələrinin sayı,

o cümlədən:

Bakı şəhərində

regionlarda

Bankomatların sayı,

o cümlədən:

Bakı şəhərində

regionlarda

POS-terminalların sayı,

o cümlədən:

Bakı şəhərində

regionlarda

Törəmə qurumlarımız

Nümayəndələrimiz

11

65

12

6

6

12

6

6

12

6

6

13

6

7

20

19

1

20

19

1

20

19

1

19

18

1

17

16

113

10

3

19

12

7

20

12

8

21

13

8

22

13

974

68

61

8

1

8

1

6

1

6

1

6

60

54

6

262

232

30

210

186

24

162

135

27

1

1

1

1

1

1

Göstəricilər 2010 2011 2012 2013 2014

Page 11: 08 05 15 illik hesabat

"Ağaclı" xalçası, Təbriz qrupu, 19-cu əsr

Page 12: 08 05 15 illik hesabat

12

Bank ICD-dən (Özəl Sektorun Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası) KOS maliy-yələşdirilməsi istiqamətində 5 il müddətinə 5 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;

Bank mikromaliyyə portfelinin genişləndirilməsi üçün Bank im Bistum Essen eG-dən 3,5 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;

Bank WBC/OPIC təşkilatından KOS maliyyələşdirilməsi istiqamətində 7 il müddətinə 7 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;

Bank ticarətin maliyyələşdirilməsi məqsədilə Qara Dəniz Ticarət və İnkişaf Bankından əlavə 10 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;

Bank 22 illik fəaliyyətini qeyd etmişdir;

Bank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə Invest In Visions-dan 5 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;

Bank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə Microfinance Enhance-ment Facility-dən onun investisiya meneceri Cyrano Management vasitəsilə 5 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;

Bankın yeni Cəlilabad filialı fəaliyyətə başlamışdır;

Bank kreditlərin hesab.az portal üzrə sifarişi sistemini qəbul etmişdir;

Bankın əməkdaşları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olmuşlar;

Bank müştərilərə Novruz bayramı ərəfəsində “Baden-Badenə səyahət” kampaniyasını təqdim etmişdir;

Bank Facebook səhifəsinin izləyiciləri arasında "Novruz adət-ənənələri" adı altında fotoşəkil müsabiqəsi keçirmişdir;

Bank istehlak kreditləri üzrə müştərilərə yeni “Gözünüz aydın” aksiyasını təqdim etmişdir;

Bank müştərilərə rəqabətqabiliyyətli yeni mikrokredit və qrup kreditləri məhsullarını təqdim etmişdir;

Bank yeni üslubda hazırlanmış korporativ web-saytını təqdim etmişdir;

Bank əməkdaşlarının əmək müqavilələrinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınmasını təmin etmişdir;

Bank Facebook istifadəçiləri arasında Selfie fotoşəkil müsabiqəsi keçirmişdir;

Bank müştərilərə yeni “Pulunuz yerində saymasın” əmanət kampaniyasını təqdim etmişdir;

2014-CÜ İL ÜZRƏƏLAMƏTDAR HADİSƏLƏR

Page 13: 08 05 15 illik hesabat

13

"Vərni" xalçasıQarabağ qrupu,19-cu əsr

Bank IFC ilə Ticarətin maliyyələşdirilməsi istiqamətində texniki dəstək layihəsini tamam-lamışdır;

Bank ECO Ticarət və İnkişaf Bankından KOS maliyyələşdirilməsi istiqamətində 3 mln. ABŞ dolları məbləğində vəsait cəlb etmişdir;

Bank Mikro, Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi portfelinin genişləndirilməsi məqsədilə IFC ilə 5 illik 7 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalamışdır;

Bank AYİB-dən enerji səmərəliliyi, ticarətin maliyyələşdirilməsi və kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsi istiqamətində vəsait cəlb olunması və məsləhət xidmətlərinin alınması üzrə ilkin razılıq əldə etmişdir;

Bank EFSE fondundan Finance in Motion-nun vasitəçiliyi ilə kənd təsərrüfatı sahəsində mikro və KOS-un kreditləşdirilməsi məqsədilə 3 mln. ABŞ dolları məbləğində maliyyə vəsaitinin cəlb olunması, eləcə də əlavə məsləhət xidmətlərinin alınması üzrə ilkin razılıq əldə etmişdir;

Bank mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə Sus Bee Finance ilə 5 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalamışdır;

Bank beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi məqsədilə Commer-zbankdan razılıq əldə etmişdir;

Bankın məcmu kapitalı Mərkəzi Bankın müvafiq tələbini üstələyərək 55,4 mln. AZN-ə çatdırılmışdır;

Bankın işçi heyəti 400 nəfəri keçmişdir;

Bank 2014-cü maliyyə ilinin kənar audit hesabatının hazırlanması üzrə Deloitte & Touche şirkəti ilə saziş imzalamışdır.

Page 14: 08 05 15 illik hesabat

14

Page 15: 08 05 15 illik hesabat

15

İdarə Heyəti

İdarə Heyətinin sədriNazim Sadıqov

İdarə Heyətinin sədr müaviniFəzail Musayev

İdarə Heyətinin sədr müaviniMəhəmməd Kələşov

İdarə Heyətinin üzvüKəmalə Mustafayeva

İdarə Heyətinin üzvüOrxan Qarayev

Page 16: 08 05 15 illik hesabat

ÖN SÖZ

16

Hörmətli Xanımlar və Cənablar!

Sizləri TuranBank adından salamlayır, 2014-cü ildə Bankımızın uğur və nailiyyətlərini özündə əks etdirən İllik Hesabatı Sizə təqdim edirəm.

Geridə qoyduğumuz 2014-cü ildə 22 yaşını qeyd edən TuranBank, ötən il ərzində 2012-2015-ci illər üçün inkişaf strategiyasını uğurla həyata keçirməkdə davam etmiş və inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Ötən il ərzidə Bankımız öz institusional bazasını beynəlxalq təcrübəyə müvafiq sürətdə təkmilləşdirməklə bərabər, satış şəbəkəsinin sayını və onların səmərəliliyini artırmaqda davam etmiş, kapitalının həc-minin və aktivlərinin keyfiyyətinin yüksəldilməsinə nail olmuş, əməkdaşlıq etdiyi yerli və xarici maliyyə qurumları vasitəsilə ölkə iqtisadiyyatına yeni maliyyə resursları cəlb etməyə müvəffəq olmuşdur.

Bank əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması və yeni ixtisaslı kadrların cəlbi üzrə həyata keçirdiyimiz layihələr TuranBankda peşəkar komanda formalaşdırmağa imkan vermiş, bu da öz növbəsində müştərilərin sayının nəzərəçarpacaq dərəcədə artımı, onlara təklif olunan məhsul və xidmətlərin çeşidinin genişlənməsi və keyfiyyətinin yüksəlməsi ilə nəticələnmişdir.

Hesabat ilinin maliyyə göstəriciləri Bankın qazandığı uğurları bariz əks etdirir. Belə ki, 2014-cü ildə istər pərakəndə, istərsə də korporativ müştərilərin sayının 52 minədək artması Bankın ən ciddi nailiyyətlərindən biridir. Hesabat ili üzrə Bankın əsas maliyyə göstəricilərinin dinamik artım tempi üzrə inkişafı peşəkar komandanın fəaliyyətinin nəticəsidir. Belə ki, ötən ildə Bankın aktivləri 2013-cü illə müqayisədə 29,7% artaraq 316,9 mln. manat, kredit portfeli 22,9% artaraq 218,2 mln. manat, müştərilər üzrə depozit portfeli 33% artaraq 143,8 mln. manat təşkil etmişdir. 2014-cü ildə Bankın xalis mənfəət göstəricisi əvvəlki illə müqayi-sədə 47,4% artaraq 5,6 mln. manata çatmışdır. Bank Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətdə olan bankların məcmu kapitalının 50 mln. manata çatdırılması haqda tələbini icra etməsi ilə kifayətlənməmiş və ötən il ərzində kapitalını artırmaqda davam etmişdir. Hesabat ilinin sonuna TuranBankın nizamnamə kapitalı 2013-cü illə müqayisədə 6,8% artırılaraq 47 mln. manata, məcmu kapitalı isə 9,7% artırılaraq 55,4 mln. manata çat-dırılmışdır.

Heç şübhəsiz TuranBankın bu uğurları, bütövlükdə Azərbaycanın bank sektorunun güclü inkişafı təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü, dərin iqtisadi islahatların, müvəffəqiyyətlə icra olunan dövlət proqram-larının sayəsində mümkün olmuşdur. Ötən ilin sonlarında dünyada neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi ilə bir sıra neft ixracatçı ölkələrinin yaşadığı böhran fonun-da qeyri-neft sektoruna dəstəyini davam etdirən ölkə rəhbərliyi Azərbaycan iqtisadiyyatını

Page 17: 08 05 15 illik hesabat

17

çoxşaxəli şəkildə inkişaf etdirməklə onun qlobal böhrana qarşı dayanıqlığını təmin etmişdir.

Hesabat ilində Azərbaycanda Ümumi Daxili Məhsul 3%-ə yaxın artmış və 59 mlrd. manata çatmışdır. Hər il olduğu kimi hesabat ilində də qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payı artmaqda davam etmiş və ötən ilin sonuna qeyri-neft sektorunda istehsal olunmuş ÜDM 2013-cü ilə nisbətən 7% artmış, neft-qaz sektorunun ÜDM-da payı isə 2,9% azalmışdır.

Prezident cənab İlham Əliyevin sərəncamı ilə "Sənaye ili" elan edilən ötən 2014-cü ildə Respublikamızda 230-dan çox sənaye müəssisəsi yaradılmış, 123 min yeni iş yeri açılmışdır ki, onların da təxminən 100 mini daimi iş yeridir.

Ümumilikdə hesabat ilində həyata keçirilən dövlət proqramları və layihələrinin uğurlu icrası nəticəsində ölkə iqtisadiyyatının qeyri-neft sektorunun çoxsahəli sabit inkişafının təmin edilməsi, özəl sektorun, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Ən əsası isə regionlarda nəzərəçarpacaq dərəcədə inkişafa nail olunmuşdur.

TuranBank hesabat ilində də özünün ölkədə biznesin və sahibkarlığın inkişafına yönəlmiş layihələri ilə hökumətin bu sahədəki fəaliyyətini dəstəkləməkdə davam etmişdir. Ötən il ərzində ümumi həcmi 218,2 mln. manata çatan Bankın kredit portfelində adı çəkilən sahələrə ayrılmış və biznesin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitlərin ümumi həcmi 170,7 mln. manat təşkil etmişdir. Verilmiş vəsaitlərin 63,4 mln. manatını korporativ kreditlər, 81,8 mln. manatını kiçik və orta biznes kreditləri, 15 mln. manatını isə mikrokreditlər, 10,5 mln. manatını isə layihə kreditləri təşkil etmişdir. Kredit portfelinin 86,4%-nə bərabər olan biznes təyinatlı kreditlərin həcmi 2013-cü illə müqayisədə 24%-dək artaraq 188,5 mln. manat təşkil etmişdir. Bankımızın biznesin inkişafına yönəldilən, o cümlədən dövlət proqramları vəsaitləri də daxil olmaqla illik faiz dərəcəsi 6%-dən başlayan sərfəli biznes kreditləri hazırda özəl sektor üçün ciddi dəstəyə çevril-mişdir.

Bank sadalanan sahələrə güzəştli maliyyə vəsaitləri cəlb etmək üçün yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə yanaşı, beynəlxalq maliyyə qurumlarından ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasi-yası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), WorldBusiness Capital/OPIC, Bank im Bistum Essen eG, Societte Generale, ECO Bank, Invest in Visions, Cyrano Management, Sus Bee Finance, BCP, CommerzBank, ZiraatBank, Bank Asiya və Küveyt Türk Bank ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.

Page 18: 08 05 15 illik hesabat

18

“Dəvəli Şəddə” xalçasıQarabağ qrupu, 19-cu əsr

Təkcə 2014-cü ildə həyata keçirdiyimiz layihələr çərçivəsində mikro, KOS-ın və regional ticarətin maliyyələşdirilməsi məqsədilə xarici maliyyə qurumlarından ölkəyə cəlb etdiyimiz maliyyə vəsaitlərinin həcmi 50,5 mln. ABŞ dolları ötmüşdür. Xarici maliyyə institutlarının Bankımız vasitəsilə Azərbaycanın iqtisadiyyatına maliyyə resursları ayırmaları isə onların Bankımızla uzunmüddətli, uğurlu və faydalı əməkdaşlığı sayəsində formalaşan etimad sayəsində mümkün olmuşdur.

Hesabat ilində Bankımız regionların inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsinə xüsusi əhəmiyyət vermişdir. Ötən ilin yekunlarına əsasən biznes və sahibkarlığın dəstəklənməsi üçün ayrılan kreditlərin 36%-i məhz regionların payına düşüb ki, bu vəsaitlər də ilk növbədə kənd təsərrüfatı istehsalının, yeyinti və emal sənayesi sahələrinin, regionlarda kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılmasına xidmət etmişdir.

Hesabat dövrünün önəmli hadisə-lərindən biri də B a n k ı n Cəlilabad filialını

ilqar4
Comment on Text
dırnaq işarəsini lap birinci xalçada olan kimi edin
Page 19: 08 05 15 illik hesabat

19

müştərilərin istifadəsinə verməsi olmuşdur. Ölkənin cənub regionunda ilk filialımızın istifadəyə verilməsi gələcək dövrdə bütün regional

mərkəzlərdə təmsil olunmağımızla bağlı qarşımızda duran strateji məqsədlərin icrası baxımından əlamətdar hadisə olmuşdur.

Cəlilabad filialı artıq əlverişli şərtlərə malik biznes kreditləri vasitəsilə yerli mikro, kiçik və orta sahibkarlığa dəstək

göstərir, əhalinin məşğulluq səviyyəsinin daha da yüksəlməsinə və bununla da regionun sosial-iqtisadi

inkişafına öz töhvəsini verməkdədir. Bankın 2015-ci ilin sonunadək olan dövrü əhatə edən Strateji

Planına uyğun olaraq regionlarda açılacaq daha 4 yeni filial regionların tarazlı

sosial-iqtisadi inkişafı ilə bağlı ölkə rəhbərliyinin apardığı siyasətə

dəstəyimizi daha da gücləndirməyə imkan

verəcək.

Bankımız ötən il özünün bütün satış

nöqtələrində müştərilərə göstərilən bank xidmətlərinin

daha da müasirləşdirilməsi, elektronlaşdırılması və optimal-

laşdırılması, həmçinin ümumilikdə mövcud satış şəbəkəsinin səmərəliliyinin

artırılması istiqamətində zəruri tədbirləri həyata keçirməkdə davam etmişdir. Belə ki,

filiallar arasında daha sürətli və dayanıqlı rabitə təmin olunmaqla həyata keçirilən əməliyyatların

operativliyi artırılmış, kreditlərin, bank kartlarının sifarişi, kommunal xərclərin və kredit borclarının ödənişi üzrə

müştərilər məsafədən göstərilən keyfiyyətli xidmətlərlə təmin olunmuşlar.

Fəaliyyətinin əsas hədəfi müştəri məmnunluğu olan TuranBank müştərilərin məhsul və xidmətlərindən istifadə edərkən vaxtlarına maksi-

mum dərəcədə qənaət etmələrinə, onların istək və tələblərini vaxtlı-vaxtında öyrənməyə imkan verən layihələr həyata keçirmişdir. Bunların içərisində ilk

növbədə Bankın fərqli dizayn, məzmun və asan naviqasiya sistemi ilə seçilən yeni web-saytının istifadəyə verilməsini göstərmək olar. Yeni sayt ziyarətçilərə Bankın məhsul

və xidmətləri barədə müfəssəl məlumat verməklə yanaşı, Bankın müştərilərinə məsafədən xidmət göstərmək imkanı verir. Belə ki, istifadəçilər daha çox satış yönümlü olan yenilənmiş sayt vasitəsilə TuranBankın kredit və kart məhsullarını sifariş verə, həmçi-nin mövcud kreditlərini, kommunal və sair xidmət haqlarını elə sayt vasitəsilə Banka

Page 20: 08 05 15 illik hesabat

20

gəlmədən ödəyə bilərlər. Onlayn Konsultasiya xidməti Bankla bağlı istənilən suala bir neçə saniyədə operativ cavab almaq imkanı yaradır. Bundan əlavə, saytda müştərilər "Zəng sifarişi" xidmətindən istifadə etmək, olduğu ölkədən asılı olmayaraq Skype vasitəsilə Bankla əlaqə saxlamaq imkanı əldə ediblər.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə TuranBankın kredit məhsullarını onlayn rejimdə www.hesab.az saytı vasitəsilə sifariş etmək imkanı yaratmışdır. Bu xidmət müştərilərin vaxtına qənaət etməklə kredit alın-ması prosesini maksimum qısaltmağa imkan vermişdir.

Hesabat ilində Bank cəmiyyət qarşısında sosial məsuliyyətlilik dəyərlərinə necə ciddi önəm verdiyini həyata keçirdiyi müxtəlif sosial, humanitar, mədəni və idmanla bağlı layihələri ilə bir daha sübut etmişdir. Buraya gənc nəslin sağlamlığının və biliklərinin artırılması məqsədilə turnir, müsabiqə və seminarların keçirilməsi, onların karyera plan-lamaları istiqamətində olan tədbirlərə dəstək, köməyə ehtiyacı olan əhali təbəqəsi və internat uşaq evlərinin balaca sakinləri üçün müxtəlif növ humanitar layihələri və şən-liklərin keçirilməsi, yeniyetmələrin maliyyə savadlılığının artırılması ilə bağlı layihələri, yalnız yüksək ekoloji və sosial əhəmiyyətli layihələrə üstünlük verməklə ekoloji risklərin minimuma endirilməsini və s. aid etmək olar.

Hesabat ilində yüksək ixtisaslı mütəxəssislərin Banka cəlb edilməsi və onlara uzunmüd-dətli məşğulluq imkanlarının yaradılması, işçilərin əməyinin ödənişi və stimullarşdırıl-ması, peşəkarlıq səviyyələrinin artırılması, qabaqcıl təcrübələrin mənimsənilməsi və Bankda tətbiq edilməsi üçün onların mütəmadi yerli və xarici təlimlərdə iştirakının təmin edilməsini xüsusi qeyd etmək istərdim.

Bu gün TuranBank ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən 15 satış nöqtəsində çalışan peşəkar kadrları vasitəsilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edən, cəmiyyət qarşında öz sosial məsuliyyətini fəxrlə daşıyan qurumdur.

Sizə böyük məmnunluq hissi ilə təqdim etdiyim 2014-cü ilin İllik Hesabatı ötən ildə Bankımızın əldə etdiyi nailiyyətləri, qarşıya qoyduğu məqsədlərin öhdəsindən müvəffəqiyyətlə gəldiyini aydın şəkildə göstərir. Bütün bu nailiyyətlər isə səhmdar-larımızın dəstəyi, peşəkar əməkdaşlarımızın operativ və birgə işi, müştərilərimizin inam və etibarı, tərəfdaşlarımızın etimadı sayəsində mümkün olmuşdur. Bankımızın inkişafın-da rolu olan hər bir kəsə öz dərin minnətdarlığımı bildirir, yeni hədəflərə çatmaq yolunda uğurlar arzulayıram.

Hörmətlə,

Fuad MusayevMüşahidə Şurasının sədri

Page 21: 08 05 15 illik hesabat

21

“Qədim Gəncə” xalçası, Gəncə qrupu, 19-cu əsr

ilqar4
Comment on Text
dırnağı bir standartda edin fərqlənirlər
Page 22: 08 05 15 illik hesabat

22

MAKROİQTİSADİYYAT2014-cü ildə dünyada, eləcə də qonşu ölkələrdə baş verən mənfi xarakterli proseslərə, ölkənin milli sərvətlərindən biri olan neftin qiymətinin dünya bazarında ötən ilin sonuna doğru düşməsinə baxmayaraq Azərbaycanın iqtisadiyyatı inkişaf edə bilmiş, plan-laşdırılan proqramların dövlət tərəfindən uğurla icrası təmin edilmişdir. Dünya İqtisadi Forumun Qlobal Rəqabətlilik 2014-2015 hesabatına əsasən Azərbaycan 7 baldan 4,53 bal yığmaqla qlobal rəqabətlik göstəricisinə görə dünya ölkələri arasında 38-ci yeri tutmuşdur.

Ötən ilin yekunlarına əsasən Azərbaycan iqtisadiyyatı böyümüş, 2013-cü illə müqayisədə ölkədə istehsal olunan Ümumi Daxili Məhsul (ÜDM) 2,8% artaraq 59 mlrd. manata çat-mışdır. Ölkə iqtisadiyyatındakı artım qeyri-neft sektorunun hesabına baş vermişdir. Belə ki, 2013-cü illə müqayisədə ÜDM qeyri-neft sektorunda 7% artmış və 36 mlrd. manata çatmış, neft sektorunda isə 2,9% azalaraq 23 mlrd. manata bərabər olmuşdur.

Hesabat ilində ölkədə sənaye məhsullarının istehsalı 1,7%, kənd təsərrüfatı, meşə təsər-rüfatı və balıqçılıq isə 2,6% azalmış və bu sahələrdə istehsal olunan məhsulların həcmi müvafiq olaraq 24,5 mlrd. və 3,1 mlrd. manata bərabər olmuşdur. Tikinti məhsullarının istehsalında isə 9,1% artım müşahidə edilmiş və bu sahədə istehsal olunan məhsulların həcmi 7,4 mlrd. manata çatmışdır. Məhsulların istehsalından fərqli olaraq, ölkədə bütün xidmət növlərinin istehsalında artım baş vermişdir. Belə ki, ticarət, o cümlədən nəqliyyat vasitələrinin təmiri 10% artaraq 4,6 mlrd. manata, nəqliyyat və anbar təsərrüfatı 4,7% artaraq 2,7 mlrd. manata, turistlərin yerləşdirilməsi və ictimai iaşə 18,2% artaraq 1,3 mlrd. manata, informasiya və rabitə xidmətləri 15,1% artaraq 1,1 mlrd. manata, sosial və digər xidmətlər 4,9% artaraq 10 mlrd. manata çatmışdır. 2013-cü illə müqayisədə məhsul və idxala görə ödənilmiş xalis vergilər 4,9% artaraq 4,3 mlrd. manata çatmışdır.

2014-cü ildə ÜDM-nin strukturu,

%

Page 23: 08 05 15 illik hesabat

23

2014-cü ildə ölkə əhalisinin rifahının artım göstəricisi olaraq əhalinin gəlirləri ötən illə müqayisədə 4,8% artmış və ya 39,4 mlrd. manata bərabər olmuşdur. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 3,5% artaraq 4180 manat təşkil etmişdir. Hesabat ilində ölkədə orta aylıq əmək haqqı ötən illə müqayisədə 5,4% artımla 442 manata bərabər olmuşdur. Ölkədə 100 mini daimi iş yeri olmaqla 123 min yeni iş yeri açılmış, işsizlik səviyyəsi 5%-dən aşağı düşmüş, yoxsulluq həddi 5%-ə bərabər olmuşdur.

2014-cü ildə 1,4% həd-dində müəyyən edilmiş inflyasiya son 10 ilin ən aşağı inflyasiya göstəricisi olmuşdur. Beləliklə Azər-baycan dünyada inflyasi-yanın ən aşağı olduğu ölkələrdən biri olaraq qalmışdır. Digər tərəfdən, ticarət tərəfdaşları ilə müqayisədə qiymətlərin artım tempinin aşağı olması iqtisadiyyatın rəqa-bət qabiliyyətliliyini dəstək- ləmişdir.

Ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq hesabat ilində ölkə iqtisadiyyatı-na 27 mlrd. ABŞ dolları həcmnidə investisiya qoyuluşu olmuşdur. Bu göstərici 2013-cü ilin müvafiq göstəricisindən 1 mlrd. ABŞ dolları həcmində az olsa da müasir dünya reallıqları fonunda Azərbaycan iqtisadiyyatına 27 mlrd. ABŞ dolları həcmində investisi-yanın cəlb edilməsini nailiyyət hesab etmək olar. Cəlb olunan investisiyaların 59,3%-i daxili, 40,7%-i xarici investorların payına düşür.

Bu sahədə Azərbaycanın əldə etdiyi uğurlar Dünya Bankının "Doing business 2015" hesa-batında da öz əksini tapmışdır. Hesabatda 189 ölkə arasında Azərbaycan, əmlakı qey-diyyata almaq meyarı üzrə 10-cu yerdə, işgüzar fəaliyyətə başlamaq meyarı üzrə 12-ci yerdə, investorları qorumaq meyarı üzrə 51-ci yerdə qərarlaşmışdır. Azərbaycan ümumi-likdə işgüzar fəaliyyətlə məşğul olmağın asanlığı meyarı üzrə 189 ölkə arasında 80-ci yeri tutmuşdur.

Yoxsulluğun illər üzrə səviyyəsi, %

Page 24: 08 05 15 illik hesabat

24

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2014-cü ildə ölkənin xarici ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqa-yisədə 4,2% azalmış və 31 mlrd. ABŞ dollarına bərabər olmuşdur. Ölkədən ixrac olunan məhsullar 21,8 mlrd. ABŞ dolları həcmində olmuş və ölkəyə idxal olunan məh-sulların həcmi isə 9,2 mlrd. ABŞ dollarına bərabər olmuşdur. Hesabat dövrü üzrə xarici ticarət balansının profisiti 12,6 mlrd. ABŞ dolları olmuş, ixrac idxalı 2,4 dəfə üstələmişdir. İstər ixrac, istərsə də idxal olunan məh-sulların həcmi nəzərə alın-maqla Azərbaycan hesabat dövründə əsasən uzaq xarici ölkələrlə ticarət əməliyyatları aparmışdır.

Ölkədə icra edilən infrastruktur layihələri, eləcə də neft-qaz layihələri ilə bağlı xərclərin artmasına baxmayaraq, hesabat ilində ölkənin valyuta ehtiyatları artaraq 50 mlrd. ABŞ dollarını keçmişdir. İlbəil artan valyuta ehtiyatları ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsində önəmli rol oynamışdır.

2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18,4 mlrd. manat, xərcləri isə 18,7 mlrd. manat təşkil etmişdir. Dövlət büdcəsinin vəsaitləri əsasən iqtisadiyyatın inkişafına, sosial müdafiə və sosial təminata, səhiyyə və təhsilə yönəldilmişdir.

Hesabat ili ərzində geniş pul kütləsi iqtisadiyyatın tələbatına uyğun olaraq artmış və onun strukturunda yaxşılaşma prosesi davam etmişdir. Ötən il manatla geniş pul kütləsi (M2) 6,1% artaraq 17,4 mlrd. manata çatmışdır. Xarici valyutada depozitlərin cəminin əmanət və depozitlərdə xüsusi çəkisi dövrün sonuna 36,2% təşkil etmişdir. Xarici valyutada əmanət və depozitlərin M3 pul kütləsində payı isə dövrün sonuna 19,2% olmuşdur. 2014-cü il ərzində manatla nağdsız pul kütləsi 21,9% artmışdır ki, bu da nağdsız ödəniş infrastrukturundan istifadə səviyyəsinin artdığını göstərir.

Azərbaycan iqtisadiyyatına investisiyaqoyuluşlarının illər üzrə artım dinamikası,

mlrd. USD

Page 25: 08 05 15 illik hesabat

"Xilə Buta"xalçası, Bakı qrupu, 19-cu əsr

ilqar4
Sticky Note
xalçası sözünü aralı yazın bitişib
Page 26: 08 05 15 illik hesabat

26

BANK SEKTORU2014-cü ildə ölkə iqtisadiyyatının maliyyə dayanıqlığı daha da güclənmiş, valyuta ehtiyat-larının əhəmiyyətli artımı baş vermişdir. Bunlar Mərkəzi Bankın inflyasiyanın məqbul səviyyədə saxlanmasına, manatın məzənnəsinin sabitliyinin qorunmasına, bank-maliyyə sektorunda sabit inkişafın və dayanıqlığın təmin olunmasına yönəlmiş fəaliyyətinin nəticəsində mümkün olmuşdur. Bütün bunlar öz əksini ümumilikdə iqtisadiyyatın artım və inkişafında tapmışdır.

Hesabat dövrünün yekunlarına görə Azərbaycanda bank fəaliyyətinin həyata keçirilməsi üçün ümumilikdə 202 maliyyə təşkilatının lisenziyası olmuşdur. Bu maliyyə təşkilat-larından 43-ü özəl, 2-i dövlət bankı, qalan 157-i isə bank olmayan kredit təşkilatlarıdır.

Əvvəlki illə müqayisədə hesabat ilində daha 2 yeni bank fəaliyyətə başlamış, bank olmayan kredit təşkilatlarının sayı 6% artaraq hesabat ilinin sonuna 157-ə çatmışdır ki, bu təşkilatların da böyük qismi kredit ittifaqları (109), 47-i kredit təşkilatları və 1-i digər maliyyə təşkilatı (Azərpoçt MMC) olmuşdur. Hesabat ilində ölkədə bank sektorunun maliyyə sabitliyinin və dayanıqlığının gücləndirilməsi məqsədilə Mərkəzi Bankın 25 iyul 2012-ci il tarixində qəbul etdiyi və fəaliyyətdə olan bankların məcmu kapitalının, yeni yaradılacaq bankların isə nizam-namə kapitalının həcminin 50 mln. manata çatdırılmasını nəzərdə tutan qərarının icrası nəticəsində bank sektorunun kapitalı hesabat ilində 2013-cü illə müqayisədə 16,5% artaraq 4,2 mlrd. manat təşkil etmişdir.

Hesabat ilində ölkədə 2 dövlət bankı fəaliyyət göstərmiş və xarici kapitala malik bankların sayı 23-ə bərabər olmuşdur. Xarici kapitallı bankların əksəriyyətində (13 bank) xarici kapital nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil etmişdir. 2014-cü ildə ölkədə xarici banklara məxsus 2 filial, 4 nümayəndəlik fəaliyyət göstərmişdir.

2014-cü ilin sonuna ölkədə fəaliyyət göstərən bankların xidmət şəbəkəsi daha da genişlənmiş və yeni filial və şöbələr əsasən ölkənin regionlarında açılmışdır. Ümumilikdə bankların 752 filialı, 162 şöbəsi fəaliyyət göstərmişdir. Hesabat ilində bank olmayan kredit təşkilatlarının filiallarının sayında dəyişiklik olmasa da (63 filial), şöbələrinin sayı 5% artaraq 999-a çatmışdır.

Bankların xarici ölkələrdə fəaliyyət göstərən strukturlarının sayı sabit qalmışdır. Belə ki, 2014-cü ildə bankların xaricdə fəaliyyət göstərən 11 strukturundan 4-ü onların törəmə bankları, 7-si isə nümayəndəliyi olmuşdur.

Ötən il ölkədə fəaliyyət göstərən 45 bankdan 37-i fəaliyyətini 375,33 mln. manat mən-fəətlə, 8 bank isə 4,79 mln. manat zərərlə başa vurmuş, nəticədə bankların əldə etdiyi yekun mənfəət 370,54 mln. manat təşkil etmişdir. Əvvəlki illə müqayisədə hesabat ilində əldə edilən yekun mənfəətin həcmi 38% (2013-cü ildə bu rəqəm 267,57 mln. manat təşkil etmişdir) artmışdır.

Page 27: 08 05 15 illik hesabat

27

Əvvəlki illə müqayisədə 2014-cü ildə ölkədə bank sektorunun aktivləri 24,8% artmış və 25,183 mlrd. manata bərabər olmuşdur.

2014-cü ilin sonuna ölkədə fəaliyyət göstərən bankların müştərilərinin ümumi sayı 5,146 mln. nəfəri ötüb keçmişdir.

Son beş il ərzində kredit təşkilatları tərəfindən iqti-sadiyyata yönləndirilən kreditlərin həcmində 103% artım müşahidə edilmişdir. Kredit təşkilatları tərəfindən 2014-cü ildə iqtisadiyyata qoyulan kreditlərin həcmi 18,5 mlrd. manata çatmışdır və bu göstərici 2013-cü ilin göstəricindən (15,4 mlrd. manat) 20,1% artıq olmuşdur.

Bank sektorunun aktivlərinin illər üzrəartım dinamikası, mlrd. AZN

İqtisadiyyata kredit qoyuluşları, mlrd. AZN

Kreditlərin əksər hissəsi, yəni 64%-i ölkədə fəaliyyət göstərən özəl bankların (11873,6 mln. manat) hesabına verilmişdir. Bu göstəricidə dövlət bankla-rının payı 33,2% (6143,8 mln. manat), qeyri-bank kredit təşkilatlarının payı isə 2,8% (525,2 mln. manat) təşkil etmişdir.

Page 28: 08 05 15 illik hesabat

28

Statistik məlumatlar göstərir ki, hesabat ilində kredit qoyuluşlarının 73%-ə qədəri (13505,7 mln. manat) milli valyutada həyata keçirilmişdir. Həm milli, həm də xarici valyutada iqti-sadiyyata yönləndirilən kreditlərin əsas hissəsini (79%) uzunmüddətli kreditlər təşkil etmişdir. Hesabat ilində real sektora istiqamətləndirilən kreditlərin ümumi həcmində ev təsərrüfatlarına (44%), inşaat və əmlak (13,8%), ticarət və xidmət (14,5%), sənaye və isteh-sal (10,9%), kənd təsərrüfatı və emal (4,6%), nəqliyyat və rabitə (4%), energetika, kimya və təbii ehtiyatlar (1,1%) sektorlarına verilən kreditlər xüsusi çəkiyə malik olmuşlar.

Hesabat dövründə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 2013-cü illə (12,4 mlrd. manat) müqayisədə 24,2% artaraq 15,4 mlrd. manatı ötmüşdür. Kredit təşkilatlarında fiziki şəxslər tərəfindən yerləşdirilən əmanət və depozitlər 7,2 mlrd. manat, maliyyə təşkilatları tərəfindən yerləşdirilən əmanət və depozitlər 4,3 mlrd. manat və qeyri-maliyyə təşkilatları tərəfindən yerləşdirilən əmanət və depozitlər 3,9 mlrd. manat təşkil etmişdir. Kredit təşkilatlarında əmanət və depozitlərin yerləşdirilməsində fiziki şəxslər milli valyutaya, təşkilatlar (maliyyə və qeyri-maliyyə) isə xarici valyutaya üstünlük vermişlər.

Kreditqoyuluşlarınınsahələr üzrəstrukturu,%

Kreditqoyuluşlarının

kredit təşkilatlarıüzrə strukturu

%

Özəl banklarDövlət banklarıQeyri-bank kredit təşkilatları

Page 29: 08 05 15 illik hesabat

29

Ölkə əhalisi tərəfindən banklara göstərilən yüksək etimadın nəticəsi olaraq, 2014-cü ildə bank öhdəliklərinin tərkibində fiziki şəxslərdən cəlb olunmuş əmanətlərin həcmi əvvəlki ilə nisbətən 12,5% artaraq 7,2 mlrd. manat təşkil etmişdir. Müqayisə üçün, 2013-cü ildə bu göstərici 6,4 mlrd. manat olmuşdur. Əhali-nin gəlirlərinin və eyni zamanda onların banklara inamının artmasını son 5 ilin göstəriciləri-nin müqayisəsi daha bariz surət-də göstərir. Belə ki, 2010-cu illə müqayisədə hesabat dövründə fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi nəzərə çar-pacaq dərəcədə artmışdır.

Kredit təşkilatlarında fiziki şəxslərin əmanətlərinin artım dinamikası, mlrd. AZN

Statistik məlumatlar göstərir ki, 2014-cü ildə ölkədə 5965 min ödəniş kartı istifadədə olmuşdur. Bu, əvvəlki ilin analoji göstəricisi ilə (5673 min ədəd) müqayisədə 5% çoxdur. Hesabat ilində ödəniş kartlarının 40,7%-ni (2426 min ədəd) sosial kartlar, 24,2%-ni (1444 min ədəd) əmək haqqı kartları, 13,3%-ni (794 min ədəd) digər kartlar və 21,8%-ni (1302 min ədəd) kredit kartları təşkil etmişdir. 2013-cü ilə nisbətən kredit kartlarının sayı 38,2% artaraq 1302 minə çatmışdır. Hesabat ilində ödəniş kartları (debet və kredit kartları) vasitəsilə həyata keçirilən əməliyyatların ümumi həcmi 1245 mln. manata çatmışdır ki, bu da 2013-cü ilin göstəricisindən 8,4% çoxdur. Aparılan əməliyyatların 93%-nin (1157 mln. manat) ölkə daxilində həyata keçirilməsi ölkə ərazisində nağdsız hesablaşmaların həcminin getdikcə artdığından xəbər verir.

Page 30: 08 05 15 illik hesabat

30

Kreditləşmə istiqaməti Bankın biznes fəaliyyətinin prioritet sahələrindən biri hesab olunur. Özünün strateji kursuna sadiq qalaraq Bank 2014-cü hesabat ilində də biznes fəaliyyətində əhali, mikro və KOS istiqamətində aktiv kreditləşmə fəaliyyətini davam etdirmişdir. Davamlı kreditləşmə fəaliyyətinin təmin olunmasında Bankın əsas vəzifəsi ötən illərdə olduğu kimi hesabat ilində də portfelin balanslaşdırılmış diversifikasiyasının istər iqtisadi sektorlar, istərsə də hədəf qrupları üzrə qorunmasını təmin etmək olmuşdur. Əlavə olaraq, kreditləşmə fəaliyyətinin diversifikasiyası coğrafi istiqamətdə də davam etdirilmişdir. Belə ki, hesabat ilində əsas hədəflərdən biri də Bankın kredit portfelinin şəhərləşmə müstəvisindən regional meyilliyə istiqamətləndirmək olmuşdur. Sözsüz ki, burada əsas məqsədlərdən biri Bankın kommersiya maraqları ilə yanaşı regional səviyyədə dövlətin sosial-iqtisadi proqramlarının dəstəklənməsi, eləcə də maliyyə resurslarına çıxışı məhdud əhali təbəqəsinin maddi inkişafının təmin edilməsi olmuşdur. Qeyd olunan sahədə əsas vəzifələrdən biri regional baxımdan kiçik ev təsərrüfatlarının, həmçinin kənd yerlərində fərdi sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi olmuşdur. Eyni zamanda buraya regional səpkidə qeyri-neft sek-torunun təkanverici sahələrindən biri olan kənd təsərrüfatının bütün həlqələrinin kreditləşdirilməsini də aid etmək olar. Daha detallı ifadə etsək, dəyər zəncirinin bütün iştirakçılarının kreditləşdirilməsi qarşılıqlı fayda prinsipinə əsaslanaraq istər Bank biznesinin genişləndirilməsinə, istərsə də müştərilərin fəaliyyətinin təşkil olunmasına öz töhfəsini verməkdədir.

Əminliklə qeyd etmək lazımdır ki, kreditləşmə fəaliyyətinin genişləndirilməsi və kredit portfeli üzrə qalıq məbləğinin dinamik artım tempinin qorunmasında əsas amillərdən biri Bankın satış şəbəkəsinin genişləndirilməsidir. Bu istiqamətdə Bank strateji planına müvafiq olaraq hesabat ilində cənub bölgəsi üzrə regional mərkəz hesab etdiyi Cəlilabad rayonunda yeni filial açmış, Aran iqtisadi rayonu hesab edilən Ağcabədi rayonunda daha 1 filialın açılış işlərini tamamlamışdır.

Əlavə olaraq Bankın istər öz vəsaitləri, istər yerli dövlət fondları, istərsə də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində kreditləşdirmə fəaliyyətində ətraf mühit və sosial təsir amillərini özünün biznes fəlsəfəsinə daxil etməsi və bu istiqaməti daim diqqətdə saxlaması hesabat ilində də davam etmiş və bu sahədə kənar maraqlı tərəflərə müvafiq hesabatlar verilmiş, Bankın qeyd olunan istiqamətdə diqqətinin gələcək illərdə daha da artırılması nəzərdə tutulmuşdur. Burada əsas məqsəd kreditləşmə fəaliyyəti zamanı sosial və ekoloji menecment alətləri vasitəsilə ilkin olaraq potensial riskləri müəyyənləşdirmək, daha sonra müraciətlərin daha təfərrüatlı qiymətləndirilməsini həyata keçirməklə effektiv idarəetmə mexanizmlərini tətbiq etmək və sonuncu mərhələ kimi səmərəli monitorinq tədbirlərini tətbiq etməklə ölçülmüş risklərin hansı səviyyədə olma-sını dəqiqləşdirməkdir.

KREDİTLƏŞMƏ

Page 31: 08 05 15 illik hesabat

31

Bankın kreditləşdirmə fəaliyyətini aşağıdakı formada qruplaşdırmaq olar:

Fiziki şəxslərin kreditləşməsiPərakəndə bankçılıq maliyyə marjasının faydalılığı baxımından ən gəlirli biznes istiqa-mətlərindən biri hesab olunur. Ümumiyyətlə pərakəndə bankçılığın istiqaməti üzrə uğurlu nəticələrin əldə edilməsi üçün insan həyatının bütün etapları yaxından izlənməli, klassik kredit məhsulları ilə yanaşı eyni zamanda insan həyatının bütün fazalarına uyğun kredit məhsulları təqdim edilməlidir. Burada kreativ yanaşmalardan biri də müştərinin ehtiyacının yaranmasını gözləməmək, ona əlavə ehtiyac yaratmaqdır. Hesabat ilində Bank pərakəndə bankçılıq çərçivəsində müxtəlif peşə sahibləri üçün onların peşə bayramları ilə əlaqədar endirim kampaniyası, eləcə də istehlak kreditlərinin faiz dərcələrinin rəqabətqabiliyyətliliyini qorumaq və müştərilərə daha faydalı istehlak kreditlərini təqdim etmək məqsədilə “Gözünüz Aydın” kampaniyasını həyata keçirmişdir.

Hesabat ilində Bankın pərakəndə bankçılıq istiqamətində verilən kreditlərinin ümumi məbləği 47,3 mln. manat təşkil etməklə ümumi verilmiş kreditlərin tərkibində xüsusi çəki etibarı ilə 21,7% təşkil etmişdir.

Kredit portfeli illər üzrə, mln. AZN

Page 32: 08 05 15 illik hesabat

32

Pərakəndə bankçılıq istiqamətinin son dövrlərdə aparıcı elementlərindən biri də ipoteka kreditləşməsidir. Bank bu istiqamətdə istər dövlət proqramının tərkibi olaraq Azərbaycan İpteka Fondunun vəsaitləri hesabına, eyni zamanda daxili resurslar hesabına ipoteka kreditlərinin verilməsini hesabat ilində də davam etdirmişdir. İpoteka kredirləşməsi üzrə Bank hesabat ilində 12,2 mln. manat məbləğində kredit vermişdir ki, bu da ümumi verilmiş kreditlərin 5,6%-ni təşkil etmişdir. İpoteka kreditlərinin 84,3%-i Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına 15,7%-i daxili resurslar hesabına verilmişdir. Hesabat ilinin sonuna isə ipoteka kreditləri üzrə yaradılmış portfelin qalıq məbləği 27,5 mln. manat təşkil etməklə məcmu kredit portfelində 12,6% xüsusi çəkiyə malik olmuşdur.

Kredit kartları vasitəsilə müştərilərin gündəlik həyatda yaranan ehtiyaclarının nağd və ya qeyri-nağd ödənişlər üzrə qarşılanması demək olar ki, pərakəndə bankçılığın çağdaş dövrlə ayaqlaşan formalarından biridir. Hesabat ilində verilmiş bu növ kreditlərin 2013-cü illə müqayisədə 28% artaraq 3,2 mln. manat təşkil etməsi bu istiqamətin də diqqətdən kənarda qalmamasına əyani sübutdur.

Hesabat ilində pərakəndə bankçılıq sahəsi üzrə kreditləşmə portfeli 29,7 mln. manat təşkil etmişdir ki, bu da kredit portfelinin 13,6%-i deməkdir.

Pərakəndə bankçılıq istiqamətində Bankın təqdim etdiyi məhsullara aşağıda-kılar daxildir:

1. İstehlak krediti2. Müəllim krediti3. Səhiyyə krediti4. Hərbçi krediti5. Tələbə krediti6. Yubiley krediti

7. Avtomobil krediti8. Lombard krediti9. Təmir krediti10. Təqaüdçü krediti11. Kredit kartları12. İpoteka krediti

Mikromaliyyələşmə

Kənd təsərrüfatı, meşə təsərrüfatıvə materiallarıTikintipərakəndə müştərilərə kreditlərİstehsalTicarət və xidmət

Mikromaliyyələşməsahələri üzrə

Page 33: 08 05 15 illik hesabat

Mikromaliyyə artıq Bankın müəyyən-ləşdirilmiş hədəf qrupuna istiqa-mətlənən əsas biznes fəaliyyətinə çevr-ilmişdir. Pərakəndə bankçılıqda olduğu kimi bu sahənin də iqtisadi faydası Bank gəlirlərinin formalaşması baxımından mühüm hesab olunur. Bu məqsədlə Bank qeyd olunan istiqamətdə hələ 2013-cü ildən başlayaraq dəyişiklik etmişdir. Aparılan islahatlar Bankın təşkilati strukturunda mikromaliyyə sahəsinin daha təkmil institutsional inkişafının təmin olunması istiqamətin-də aparılmış, sektorda bu sahənin peşəkar mütəxəssislərindən ibarət komanda formalaşdırılmış, yerli bazar reallıqları, eləcə də mütəmadi izlənilən dəyişikliklər nəzərə alınaraq təkmil mikromaliyyə məhsulları işlənib hazır-lanmış, bu sahə üzrə hədəf qrupuna istiqamətlənmə, eyni zamanda müştərilərin maliyyə təhlilinin ixtisaslaşmış çərçivədə aparılması, müştəri münasibətləri, formalaşmış

müştəri bazasının genişləndirilməsi məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Hələ 2013-cü ildən işlənib hazırlanan fərdi Mikrokredit və Həmrəy Qrup krediti məhsulları ilkin fazada pilot layihəsi kimi Bankın 2 filialında (Bakı və Binəqədi filialları) fəaliyyətə başlamışdırsa, 2014-cü hesabat ilində qeyd olunan istiqamət pilot layihəsindən Bankın demək olar bütün filiallarına transformasiya olunmuşdur. Hesabat ili mikromaliyyə sahəsində mövcud komandanın daha da genişləndirilməsi, əlavə təcrübəli mütəxəssislərin cəlb olunması, mikromaliyyə təlim proqramının tərtib olunması və qəbul edilmiş proqrama müvafiq bir neçə sayda təlimlərin keçirilməsi, xüsusilə də mikromaliyyə məktəbinin yaradıl-ması kimi işlərin görülməsi ilə müşayiət olunmuşdur.

Mikromaliyyə sahəsində Bankın öz rəqiblərindən əsas üstün cəhətləri mikromaliyyə sahəsi üzrə peşəkar və eyni zamanda təcrübəli mütəxəssislərinin olması, mövcud mikromaliyyə müştəri bazası ilə iş və onun genişləndirilməsi, daha uzunmüddətli və aşağı faiz dərəcələri və komisyon, yerlərdə təqdim olunan xüsusi güzəştli kredit proqramları ilə çarpaz satış texnikalarının tətbiqi, müəyyənləşdirilmiş dislokasiya üzrə iş mexanizmlərini aid etmək olar. Bankın mikromaliyyə sahəsində ilbəil davamlı inkişafı onu müxtəlif beynəlxalq mikro-maliyyə investorlarına çıxışını təmin etmişdir ki, bu da hesabat ilində onlardan mikromaliyyə portfelinin geinşləndirilməsi məqsədilə 3 ilədək 18,5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb olunması ilə nəticələnmişdir.

33

Mikrokredit portfeli, mln. AZN

Ümumi kredit portfelində çəkisi,%

Mikrokredit Portfeli illər üzrə

ilqar4
Comment on Text
portfeli p balaca hərflə yazın
Page 34: 08 05 15 illik hesabat

34

Hesabat ilində verilmiş mikrokreditlər 2013-cü illə müqayisədə 2 dəfə, 2012-ci illə müqa-yisədə isə 6 dəfə artaraq 15 mln. manat təşkil etmişdir. Hesabat ilinin sonuna Bankın mikrokredit portfelinin qalığı 49,8 mln. manat təşkil etməklə məcmu kredit portfelinin 22,8%-dən ibarət olmuşdur.

Biznes və layihə kreditləriTuranBankın fəaliyyət tarixçəsinə nəzər salsaq, Bankın 2008-ci ilədək korporativ bank modulu əsasında fəaliyyət göstərdiyini görə bilərik. Bazar reallıqları, dəyişkən mühit və daha dayanıqlı Bank kimi mövcud biznesin inkişaf etdirməsi məqsədilə Bank, biznes profilini sonradan dəyişdirərək, əhali, mikro, eləcə də KOS-a istiqamətləndirmişdir. Sözsüz ki, biznes profilinin dəyişməsi öz əksini portfeldə tədricən tapır ki, bu sahədə də artıq Bank ki-fayət qədər nailiyyətlərə imza atmışdır. Burada əsas məqsəd mövcud korporativ portfeli qorumaq, mikro və xüsusilə də KOS kreditləşdirilməsini genişləndirmək fonunda korporativ kreditləşmə portfelinin balanslaşdırılmış diversifikasiyasına nail olmaqdır ki, bu da qəbul olunmuş strateji kursa uyğun aparılaraq hesabat ilində də davam etdirilmişdir. Əvvəllər kor-porativ portfelin xüsusi çəkisi digər seqmentlərə 70/30 nisbətində idisə, hesbat ilinin sonuna bu nisbət 28/72 səviyyəsindədir. Lakin biznes və layihə kreditləri məfhumu yalnız korporativ kreditləşməsinə deyil, eyni zamanda KOS kreditləşməsinə də aiddir. Bankın KOS istiqa-mətində biznes və layihə kreditləşdirilməsi demək olar ki, prioritet sahələrdən biri heab olunur. KOS istiqamətində Bank təşkilati strukturunda ixtisaslaşmış bölmə və peşəkar mütəxəssislər olmaqla bazar ehtiyaclarını daim araşdıraraq Bankın çoxşaxəli istər yerli, istərsə də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində zəngin kreditləşmə ənənəsini qurmuşdur. Bu istiqamətdə Bank hesabat ilində bir sıra uğurlara nail olmuş, yerli sahibkarlıq subyektlərinin nou xau meyarları əsasında öz bizneslərinin inkişaf etdirmələrinə zəmin yaradacaq yeni ixtisaslaşmış layihələr hazırlamışdır ki, buraya ticarətin maliyyələşdirilməsi hesabına idxal/ixrac əməliyyatlarının təşviqi, enerji səmərəliliyi, mövcud texnoloji avadanlıqların yenilənməsi hesabına sərf olunan enerjiyə qənaət mexanizmlərinin tətbiqi və s. aiddir.

Kənd təsərrüfatı, meşə təsərrüfatıvə materiallarıTikintiİstehsalTicarət və xidmət

KOS kredit portfeli sahələr üzrə, %

Page 35: 08 05 15 illik hesabat

35

Hesabat ilində istər Bankın öz vəsaitləri, istər yerli, istərsə də beynəlxalq maliyyə institutları vasitəsilə verilmiş biznes və layihə kreditlərinin ümumi məbləği 155,7 mln. manat təşkil etmişdir ki, bu da məcmu kredit verilmələrinin 71,4%-ni təşkil edir. Hesabat dövrünün sonuna Bankın biznes kreditləri üzrə portfeli 138,7 mln. manat olmaqla kredit portfelinin 63,6%-ni təşkil etmişdir. Biznes kreditlərinin tərkibində KOS portfeli isə 77,6 mln. manat olmaqla kredit portfelinin 35,6%-nə bərabər olmuşdur.

KOS kredit portfeli illər üzrə

KOS kredit portfelinin ümumi portfeldə % nisbəti

KOS kredit portfeli illər üzrə

(mln. AZN)

Page 36: 08 05 15 illik hesabat

36

TuranBank ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən satış nöqtələrində çalışan peşəkar kadrları vasitəsilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri və məhsulları ilə təmin edən, iqtisadiyyatın qeyri-neft sektorunun maliyyə ehti-yaclarını qarşılayan bir bankdır. Bankın xidmətlərindən sayı ildən ilə artan on minlərlə fərdi müştərilər və çoxlu sayda sənaye, kənd təsərrüfatı, telekommunikasiya, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərən şirkətlər və qurumlar istifadə edir. Hesabat ilində Bankın 15 satış nöqtəsi, 6 nümayəndə və 17 mübadilə məntəqəsi fəaliyyət göstərmişdir. Bankın müştəri xidməti nöqtələrinin 7-si Bakı şəhərində, digərləri isə region-larda olmaqla, Sumqayıt, Xaçmaz, Zaqatala, Gəncə, Tovuz, Ağstafa, Qazax və Cəlilabad ray-onlarını əhatə edir.

TuranBank, ötən il müştərilərə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, akkreditiv və zəmanətlərin açılması, klirinq əməliyyatları, plastik kartların emissiyası, təcili pul köçürmələri, inkassasiya, SMS-Bank, Mobil-Bank və sair xidmətlər təklif etməklə müştərilərlə münasibətlərini onların tələb və ehtiyaclarını maksimal dərəcədə qarşılamaq prinsipi əsasında qurmuş və Bankın “Bizim-lə etibarlıdır...” şüarı onun həm fəaliyyətində, həm də konkret xidmətlərində öz əksini tap-mışdır.

TuranBank 2012-2015-ci illəri əhatə edən yenilənmiş Strateji Planının hər ilində olduğu kimi, hesabat ilində də müştəri xidmətinin kəmiyyət və keyfiyyət göstəricilərinin artırıl-masına xidmət edən zəruri tədbirləri həyata keçirməkdə davam etmişdir.

Heç şübhəsiz müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi üçün ilk növbədə Bankın satış nöqtələrinin texniki təchizatı, orada işçilər və müştərilər üçün yaradılan rahat mühit mühüm rol oynayır. Hesabat ilində müştərilərə daha rahat xidmətin göstərilməsi və müştəri xidməti keyfiyyətinin artırılması məqsədilə bir sıra filialların texniki təchizatı yax-şılaşdırılmış, satış şəbəkəsində daha təkmil yeni avtomatlaşdırılmış bank sisteminin tətbiqinə hazırlıq işləri aparılmışdır.

Bununla yanaşı, Bank geniş coğrafi məkanı əhatə etməsi üçün ölkənin əsas regional mərkəzlərində yeni filiallar açmaqla filial şəbəkəsinin balanslaşdırılmış şəkildə genişləndi-rilməsini davam etdirmişdir. Hesabat ilində fəaliyyətə başlayan Cəlilabad filialı artıq əhalini yüksək səviyyəli bank xidmətləri ilə təmin edir, əlverişli şərtlərə malik biznes kreditləri vasitəsilə yerli sahibkarlığa dəstək göstərir. Bankın 2015-ci ilin sonunadək olan dövrü əhatə

MÜŞTƏRİ XİDMƏTLƏRİ

ilqar4
Comment on Text
ra- yonlarını
Page 37: 08 05 15 illik hesabat

37

edən Strateji Planına uyğun olaraq regionlarda açılacaq daha 4 yeni filial regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkə rəhbərliyinin apardığı siyasətə dəstəyimizi daha da gücləndirməyə, yerli əhalini keyfiyyətli bank məhsul və xidmətləri ilə təmin etməyə imkan verəcək.

Hesabat ilində müştərilərə təklif olunan Yeni Həmrəy Qrup, Biznes və Fərdi Mikrokredit məhsullarının faizləri endirilməklə şərtləri daha da əlverişli edilmişdir.

Bank 2014-cü ildə də müştərilərin rahatlığı üçün məsafədən xidmət göstərməyə imkan verən layihələr həyata keçirməkdə davam etmişdir. Hesabat ilində satış yönümlü funksi-yalarla təchiz olunmuş, yeni tərtibatda istifadəyə verilən Bankın korporativ saytı müştərilərə filiallara baş çəkmədən kredit və bank kartı sifariş etməyə, kreditlər üzrə ödənişlərini həyata keçirməyə, kommunal və sair xidmət haqlarını ödəməyə imkan vermişdir. Digər tərəfdən, potensial müştərilərə Bankın kreditlərini www.hesab.az saytında sifariş etmək imkanı yaradılmışdır.

Hesabat ilində Bankın web-saytının onlayn konsultasiya xidməti, sosial şəbəkələrdəki səhifələri vasitəsilə müştərilərin sorğuları dolğun cavablandırılmış, onların şikayət, istək və təklifləri qeydə alınaraq müvafiq departamentlərin diqqətinə çatdırılmışdır.

Bank, eləcə də MasterCard International beynəlxalq ödəniş sisteminin üzvü kimi Maestro Cirrus, MaterCard Standard, Mastercard Gold kartlarının emissiyası və dəstəklənməsi üzrə bütün xidmətləri icra edir. Bankımızın təklif etdiyi və dünyanın 200-dən çox ölkəsində yer-ləşən ödəniş məntəqələrində qəbul olunan plastik kart sahiblərinə MasterCardın hesabat ilində mütəmadi keçirdiyi endirim aksiyalarından yararlanmaq imkanı yaradılmışdır. Paytaxt və regionlarda quraşdırdığımız 22 ATM və 162 POS-terminal kart müştərilərinə xidmət göstərməklə ölkədə nağdsız əməliyyatların genişləndirilməsi istiqamətində hökümətin həyata keçirdiyi tədbirlərə ciddi dəstək verməkdədir.

Hesabat dövründə TuranBankın maliyyə göstəricilərinin dinamik artımında yüksək səviyyədə təşkil olunmuş müştəri xidmətinin də nəzərəçarpacaq payı olmuşdur.

Page 38: 08 05 15 illik hesabat

44

“Muğan" xalçası, Qarabağ qrupu, 19-cu əsr

ilqar4
Comment on Text
dırnaq işərəsi fərqlidir
Page 39: 08 05 15 illik hesabat

Hesabat ilində Bankın əldə etdiyi uğurlarda düzgün və əsaslandırılmış qaydada həyata keçirilən marketinq, reklam fəaliyyətinin, ictimaiyyətlə əlaqələr siyasəti çərçivəsində müştərilərlə yaradılmış sıx ünsiyyətin nəzərəçarpacaq rolu olmuşdur.

2014-cü ildə marketinq fəaliyyəti çərçivəsində Bankın satış və xidmət miqyasını genişləndirmək, yeni satış bazarlarını müəyyən etmək, cəlbedici şərtlərə malik, müştərilərin tələbatlarına cavab verən yeni bank məhsul və xidmətlərinin yaradılması məqsədilə mütəmadi bazar araşdırmaları həyata keçirilmiş, müştəri loyallığını təmin etmək üçün təhlillər aparılmış, hesabatlar hazırlanmış, təhlillərin əsasında satışı stimul-laşdıran yeni layihələr və promo-aksiyalar həyata keçirilmişdir.

Hesabat ilində Bank özünün ənənəvi endirim kampaniyaları çərçivəsində rəsmi peşə bayramları münasibətilə peşə sahiblərini istehlak kreditlərinin illik faizlərində edilən 3%-lik endirimlə sevindirmişdir.

Bundan əlavə, Bank özünün marketinq strategiyası çərçivəsində bir neçə uğurlu stimul-laşdırıcı kampaniya həyata keçirmişdir. Bunların içərisində kredit müştəriləri üçün Almaniyanın Baden-Baden şəhərinə səyahət paketlərini qazanmaq şansı verən "Baden-Badenə səyahət", bir sıra istehlak kreditlərinin illik faizlərində endirim nəzərdə tutan "Gözünüz Aydın" və yerli bazarda depozit məhsulları üçün ən yüksək gəlir faizi təklif edən "Pulunuz yerində saymasın" adlı kampaniyaları misal göstərmək olar.

Bankın keçirdiyi kampaniyalar əsasən müxtəlif yerli radio və regional televiziya kanallarında, internet səhifələrində, sosial şəbəkələrdə, ASAN xidmət mərkəzlərindəki monitorlarda, Bankın ATM-lərində, küçə reklam lövhələri vasitəsilə ilə geniş reklam olunmuş və müştərilərin diqqətini cəlb etmişdir.

Passiv məhsullar bazarı da mütəmadi araşdırılaraq Sirlər Xəzinəsi əmanət məhsullarının şərtləri bazara uyğunlaşdırılmış və həmişə olduğu kimi digər banklarla müqayisədə öz yüksək gəlirlilik həddini qoruyub saxlamışdır.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə www.hesab.az saytı vasitəsilə sifariş etmək imkanı yaratmışdır. Beləliklə, müştərilər www.turanbank.az saytı ilə yanaşı hesab.az por-talının "Kredit üçün müraciət edin" funksiyasından yararlanaraq TuranBankın kredit məh-sullarını sifariş etməklə vaxtlarına qənaət etmiş olurlar.

39

MARKETİNQ FƏALİYYƏTİ VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

Page 40: 08 05 15 illik hesabat

40

Hesabat ilində marketinq fəaliyyəti çərçivəsində Bankımız əməkdaşlıq etdiyi MasterCard beynəlxalq ödəniş sisteminin endirim aksiyalarına qoşulmaqla özünün plastik kart müştərilərinə bir sıra əlverişli kampaniyalardan yararlanmaq imkanı yaratmışdır. Belə ki, bu kampaniyalar çərçivəsində Bankın plastik kart sahibləri "Qatar Airways" aviaşirkətinin Bakıdan uçuş biletlərində 10% endirimdən, Türkiyəyə səyahət edərkən tanınmış ticarət markalarının satıldığı butiklərdə və mehmanxanalarda endirimlərdən yararlana bilm-işlər.

Hesabat ilində müştərilərə, onların ehtiyac və istəklərinə diqqəti daha da artırmaq məqsədilə Bankın məhsul və xidmətləri istehlakçılarının hüquqlarını müdafiə edən xüsusi şöbə yaradılmışdır. Yeni strukturun fəaliyyəti nəticəsində müştərilərə göstərilən xidmət keyfiyyətinin, onlara təqdim olunan məhsulların çeşidinin və səmərəliliyinin artırılması məqsədilə istifadə olunan mövcud kanallardan, o cümlədən Bankın satış şəbəkələrində yerləşdirilmiş "Şikayət və Təklif" qutuları, Call-Center, Onlayn Konsultasiya, web-sayt və sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olan 2135 müraciət vaxtlı-vax-tında araşdırılaraq cavablandırılmışdır.

KİV ilə əməkdaşlıq çərçivəsində ötən il Bankın yuxarı menecmentinin müsahibələri, məqalələri və təşviqat aksiyaları haqda məlumatlar populyar internet xəbər portalları olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin saytında, trend.az, lent.az, 1news.az, day.az, banker.az saytlarında, iqtisadi dərgilərdən Consulting & Business, The Business Year jurnallarında, eləcə də İqtisadiyyat qəzetində dərc olunmuşdur.

Hesabat dövrü ərzində Bankın fəaliyyətini özündə əks etdirən xəbərlər istər onlayn infor-masiya vasitələrində, istərsə də mətbuatda geniş yer almış və nəticədə TuranBank ölkənin xəbər portallarında adı ən çox hallanan bankların siyahısında yer almışdır.

Hesabat dövründə Bankın www.turanbank.az ünvanında yerləşən və onun məhsul və xidmətləri, fəaliyyəti, maliyyə göstəriciləri haqda məlumat verən, müştəriləri ilə daim əlaqə saxlamağa, onlara kart, kredit sifarişi və ödənişi kimi funksiyaları olan və məsafədən xidmət göstərməyə imkan verən web-saytı Bankın korporativ standartlarına uyğun olaraq tam yenilənərək istifadəyə verilmişdir. Beləliklə daha təkmilləşən Bank saytı Onlayn Konsultasiya, Onlayn müraciət, Skype vasitəsilə zəng və Müştəriyə Zəng xidməti kimi funksiyaları ilə müştərilərin şikayət, rəy və təkliflərini müəyyən etməyə imkan verən universal əlaqə vasitəsinə çevrilmişdir.

2014-cü ildə Bankın Facebook, Twitter, Linkedin, Disput və digər sosial şəbəkələrdəki səhifələrinin işi canlandırılmış, Bankın məhsul, xidmət, satış şəbəkəsi və aksiyaları haqqında məlumatlar zövqlü tərtibatda bu sosial şəbəkələrdə mütəmadi olaraq yerləşdi-rilmiş, mövcud və potensial müştərilərin sual, rəy, təklif və şikayətləri vaxtlı-vaxtında cavablandırılmışdır. Bir sözlə, müştəri məmnunluğunun təmin olunması istiqamətində bir çox zəruri tədbirlər görülmüşdür.

Page 41: 08 05 15 illik hesabat

47

Hesabat ilində həyata keçirilən uğurlu layihələr sırasında Bankın rəsmi Facebook səhifəsinin izləyicilərinin sayını artırmaq, mövcud istifadəçilərin səhifəyə marağını yüksəltmək və beləliklə də onu müştərilərlə səmərəli kommunikasiya vasitəsinə çevirmək məqsədi ilə keçirilmiş uduşlu "Novruz adət-ənənələri" və "Seflie" fotoşəkil müsabiqələrinin adlarını çəkmək olar. Novruz bayramını, onun adətlərini təbliğ etmək məqsədilə keçirilən "Novruz adət-ənənələri" fotoşəkil müsabiqəsinin qalibləri Novruz bayramına aid ən çox bəyənilən fotoşəkillərin sahibləri olan Facebook istifadəçiləri olmuşlar və onlar fotoaparat, mobil telefon və planşetdən ibarət qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Bankın Facebook-dakı rəsmi səhifəsində keçirdiyi "Selfie" fotoşəkil müsabiqəsində iştirak etmək üçün iştirakçılar TuranBankın xidmət (filial və şöbə) nöqtələri, valyuta dəyişmə məntəqələri, ATM-ləri yaxınlığında özlərinin selfie şəklini çəkib şəbəkədəki dostlarına bəyəndirməli idilər. Bankın xidmət, məhsul və ATM, satış nöqtələrini təbliğ etməli olan bu müsabiqədə ən çox səs toplamış fotoşəkil sahiblərinə iri məbləğdə pul mədaxil olunmuş plastik kartlar hədiyyə olunmuşdur. Uğurla həyata keçirilmiş aksi-yalar nəticəsində Bankın rəsmi Facebook səhifəsinin izləyicilərinin sayı 24 min nəfəri keçmiş və səhifə məhsul, xidmətlərin geniş təbliğinə, potensial və mövcud müştərilərlə əlaqə saxlamağa imkan verən effektiv kommunikasiya vasitəsinə çevrilmişdir.

Hesabat dövründə KİV nümayəndələri ilə əməkdaşlıq daha da genişləndirilmiş, ənənəvi kommunikasiya vasitələri olan mətbuat-da, internet-portallarında mətbuat açıqlamalarının, müsabiqə və məqalələrin yerləşdirilməsi ilə yanaşı, Bankın korporativ saytı, sosial şəbəkələrdəki səhifələrinin imkanlarından da geniş istifadə olunmaqla Bankın maliyyə göstəriciləri, məhsul və xidmətləri ilə bağlı məlumatların geniş oxucu kütləsinə çatdırılması təmin olunmuşdur. Bankın fəaliyyətinin məlumat dəstəyi son nəticədə Bankın satış həcminin artmasın-da nəzərəçarpacaq rol oynamışdır.

"Afurca"xalçasıQuba qrupu, 20-ci əsr

ilqar4
Sticky Note
xalçası sözünü aralı yaın bitişib Afurca sözünə
Page 42: 08 05 15 illik hesabat

Korporativ idarəetmə, biznesin şəffaf və effektiv idarə olunması üçün nəzərdə tutulmuş qaydalar sistemidir. Son 15-20 il ərzində biznes aləmində əldə olunmuş təcrübəyə əsaslanaraq bu qaydalar daim təkmilləşdirilməkdədir. Həmin təcrübəyə əsasən, uğurla inkişaf etmək üçün istənilən şirkət şəffaflıq və qanunilik şəraitində fəaliyyət göstərməlidir. Biznes sahibindən tutmuş, ən kiçik menecerədək bütün əməkdaşların vəzifə və səlahiyyətləri dəqiq müəyyən edilməli, qərarların qəbul olunması mexanizmi nizama salınmalıdır. Beləliklə, korporativ idarəetmə şirkətin menecmenti, onun direktor-lar şurası, səhmdarları və digər əlaqədar şəxslər arasındakı bir sıra qarşılıqlı münasi-bətləri özündə birləşdirir. Eyni zamanda, korporativ idarəetmə şirkətin məqsədlərinin təyin edilməsində, onlara nail olmaq üçün vasitələrin müəyyən edilməsində və bütün bu proseslərə nəzarət olunmasında iştirak edən mexanizmləri özündə birləşdirir.

Azərbaycanda Korporativ idarəetmənin tətbiqi üzrə ən uğurlu təcrübələrdən biri də TuranBanka məxsusdur.

Hesabat ilində Bankın ali qərarverici orqanı olan Səhmdarların Ümumi Yığıncağı dörd iclas keçirmişdir ki, bu da Bankın səmərəli inkişafına mühüm təsir göstərmişdir. Yığın-caqlarda Bankın səhmləri ilə əlaqədar bütün əməliyyatlar, o cümlədən mənfəətin bölüşdürülməsi, hesabatların təsdiq olunması, nizamnamə kapitalının artırılması, səhm-lərin buraxılması barədə qərarlar qəbul olunmuşdur.

TuranBankın nəzarət orqanı olan Müşahidə Şurasının iclasları ən azı 3 aydan bir keçirilir. Bankın korporativ idarəetmə standartlarına əsasən, Müşahidə Şurasının üzvlərindən əlavə iclaslarda səhmdarlar və ya onların nümayəndələri müşahidəçi qismində iştirak edə bilirlər. Bankın siyasətinin və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən Müşa-hidə Şurasının iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hesabat ilində Bankın Müşahidə Şurasının 8 iclası keçirilmiş, ötən müddət ərzində fəaliyyəti ilə bağlı İdarə Heyətinin hesabatları dinlənilmiş, cari problemlər və onların həlli yolları müzakirə olunaraq qərarlar qəbul olunmuşdur.

Hesabat dövründə Bankın cari fəaliyyəti üçün məsuliyyət daşıyan Bankın ali icra orqanı olan İdarə Heyətinin 74 iclası keçirilmişdir. Keçirilən iclaslar zamanı əsasən, cari fəaliyyə-tin davamlı ahəngdarlığının təşkili, qəbul edilmiş limitlər çərçivəsində tərəfdaş və təchi-zatçılarla əməkdaşlığın təsdiq olunması, eləcə də yeni marketinq kampaniyaları, həmçi-nin Daxili Audit departamenti tərəfindən satış şəbəkəsi, eləcə də struktur bölmələr üzrə verilmiş tövsiyyələri və əlavə olaraq bir sıra istiqamətlərdə hazırlanan tədbirlər planlarının icrası kimi məqamlar müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

42

KORPORATİV İDARƏETMƏ VƏ SOSİAL MƏSULİYYƏT

Page 43: 08 05 15 illik hesabat

“Sumax” xalaçı, Şirvarn qrupu, 19-cu əsr

ilqar4
Comment on Text
dırnaq işərəsini eyniləşdirin
Page 44: 08 05 15 illik hesabat

44

2014-cü ildə Bankın Nizamnaməsi yeni redaksiyada hazırlanmış və təsdiq edildikdən sonra müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Yeni Nizamanmənin təsdiq edilməsi ilə birlikdə Bankın bütün təşkilati sənədləri yenilənmiş, Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnamə, Müşahidə Şurası haqqında Əsasnamə, İdarə Heyəti haqqında Əsasnamə və Audit Komitəsi haqqında Əsasnaməyə bir sıra dəyişikliklər edilərək təkmilləşdirilmişdir. Əsasnamələrə edilmiş dəyişikliklərlə Bankın müxtəlif struk-turlarının və komitələrinin funksiyaları dəqiqləşdirilmişdir.

Eyni zamanda Bank, onun gələcək inkişafı üçün zəmin yaradan korporativ idarəetmə sisteminin qabaqcıl təcrübəsinin tətbiqi üçün bir sıra beynəlaxalq maliyyə institutları ilə əməkdaşlığını davam etdirmişdir.

Hesabat dövründə “Banklarda korporativ idarəetmə standartları”nın tətbiqi ilə bağlı bir sıra bankdaxili təlimatlara və Komitələrin əsasnamələrinə dəyişiklik olunmuşdur. Bankın “Məlumatların açıqlanması siyasəti”, “İnvestisiya siyasəti” və “Korporativ Məcəllə”sinə standart-lardan irəli gələn müvafiq əlavə və dəyişiklik edilmişdir. Bundan başqa “Aidiyyəti şəxslərlə əməliyyatların aparılması qaydalarına”, “Motivasiya sistemi haqqında” qaydalara müvafiq dəyişikliklər edilmiş, “Maliyyə xidmətləri istehlakçılarının müraciətlərinə baxılması” qaydaları və “İnformasiya Texnologiyaları Risklərinin İdarəedilməsi” qaydaları təsdiq edilmiş və bununla da nörmativ hüquqi sənəd bazası gücləndirilmişdir.

Fəaliyyəti şəffaflıq prinsipinə əsaslanan TuranBank 2014-cü ildə “Məlumatların açıqlan-ması siyasəti”nə əlavə və dəyişikliklər etmişdir. Maraqlı tərəflərin Bankın fəaliyyəti ilə bağlı dolğun məlumatlar əldə etməsini təmin edən siyasət etibarlılığın yüksəlməsinə, daha çox maliyyə resurslarına çıxış imkanlarının açılmasına səbəb olmuşdur. Hesabat ilində mövcud qanunvericiliyə uyğun olaraq Bankın maliyyə vəziyyəti və fəaliyyəti ilə bağlı məlumatlar web-sayt və digər kütləvi informasiya vasitələrindən istifadə etməklə mütə-madi olaraq maraqlı tərəflərə açıqlanmışdır.

Cəmiyyət qarşında öz sosial məsuliyyətini şərəflə daşıyan nümunəvi bir bank kimi TuranBank, hesabat dövründə də elm, təhsil, mədəniyyət, incəsənət, idman və bədən tərbiyəsi, sağlamlıq, ekoloji təsirlərin idarəedilməsi sahələrinin inkişafına dəstək verən bir sıra layihələri uğurla həyata keçirmişdir.

Fəaliyyətinin əsas istiqamətlərindən biri olan kreditləşmə fəaliyyətində Bankımız əvvəllər olduğu kimi ötən il də yalnız yüksək ekoloji və sosial əhəmiyyətli layihələrə üstünlük verməklə, eyni zamanda, ümumi kreditləşmə ilə bağlı qərarların qəbulu zamanı ekoloji risklərin minimuma endirilməsinə çalışmışdır. Cəmiyyət qarşısında daşıdığı sosial mə-suliyyəti dərindən dərk edən bir bank kimi TuranBank hazırda AYİB kimi beynəlxalq maliyyə qurumu ilə enerji səmərəliliyinə riayət edən, ekoloji riskləri minimuma endirməyə imkan verən KOS layihələrinin maliyyələşdirilməsi üzrə uğurlu danışıqlar aparmış və layihənin həyata keçirilməsi üçün ilkin razılıq əldə etmişdir.

Page 45: 08 05 15 illik hesabat

Hesabat ilində Bank, Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində aşağıdakı tədbirləri uğurla həyata keçirmişdir:

Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzinin həyata keçirdiyi "Maliyyə Savadlılığı" layihəsinə sponsorluq və layihədə aktiv iştirak;

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin, ASAN xidmət və Təmiz Şəhər ASC-nin təşkilatçılığı ilə həyata keçirilən "Hər kağızı bir yar- pağa dəyişək" layihəsində aktiv iştirak;

Azərbaycan Diplomatik Akademiyasında "ADA Karyera həftəsi" mövzusunda təşkil edilən əmək yarmarkasında iştirak;

Novruz bayramı münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün sirk tamaşasının nümayişinin təşkili;

Bank əməkdaşlarının ağacəkmə aksiyasında iştirakı;

Xəzər Universitetində məzunlar üçün keçirilən əmək yarmarkasında iştirak;

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bank kollektivinin Heydər Əliyev Mərkəzinə ziyarəti;

Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyi münasibətilə "Heydər" zirvəsinə fotoyürüşün dəstəklənməsi;

Regional idman mərkəzlərindən sayılan Göyəzən Futbol Klubu və Göyəzən Güləş Məktəbinə və Qazax şəhərində keçirilən və Ümummilli Lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş yeniyetmələrarası açıq güləş turnirinə sponsorluq;

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən Məzun-2014 əmək yarmar- kasında iştirak; "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə uşaq evinə ziyarət və uşaqlar üçün cizgi filmi nümayişinin təşkili;

Bank əməkdaşları arasında şahmat turnirinin keçirilməsi;

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, xalq şairi, dra- maturq, Azərbaycanın əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ilə Bank kollektivinin görüşü;

Bankın əməkdaşlarının övladları arasında "TuranBank ailəsi" adlı rəsm müsabiqəsinin keçirilməsi;

Dövlət İqtisad Universitetində "Ticarətin maliyyələşdirilməsində bankların rolu" mövzusunda seminarın təşkili.

45

Page 46: 08 05 15 illik hesabat

1554

Hesabat ilində Bank, KSM siyasətinin müddəalarını əsas götürərək, sosial və ekoloji fəaliyyətində kağız, enerji və sudan az istifadə olunmasına xüsusi diqqət yetirmiş, kağızlardan istifadə zamanı ikitərəfli çapa üstünlük vermişdir. Əlavə olaraq kreditləşmə fəaliyyətində potensial risk sahələri müəyyənləşdirilərək, sorğu vərəqələri üzrə müfəssəl risk təhlilləri aparılmış, sonradan keçirlən monitorinqlər üzrə müəyyən edilmiş risklərin minimallaşdırılması üzrə tədbirlər həyata keçirilmişdir ki, bunun da nəticəsində ətraf mühitə neqativ təsir edəcək layihələrin maliyyələşdirilməsindən imtina edilmişdir.

Bankımız həmçinin KSM çərçivəsində əməkdaşlarımızın karyera artımı, onların ailələrinin rifahının təmin olunması, asudə vaxtlarının səmərəli təşkilini diqqətdə saxlamaqdadır. Hesabat dövründə işçilərin inkişafı ön planda duraraq onların bankdaxili, Respublika daxili və xarici ölkələrdə treninqlərdə və konfranslarda iştirakı təmin olunmuşdur. Digər tərəfdən əməkdaşların əməyinin qiymətləndirilməsi çərçivəsində işçilərin əməyinin ödənişi və stimullaşdırılması aparılmışdır.

Page 47: 08 05 15 illik hesabat

55

"Şəddə" Naxçıvan xalçası, Qarabağ qrupu, 19-cu əsr

Bankın əməkdaşlarının asudə vaxtlarının təşkili, onların ailə üzvləri də diqqətdən kənar qalmamışdır. Hesabat ili Bankın işçi heyətinin müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, xalq şairi, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi Nəriman Həsənzadə ilə görüşü, Heydər Əliyev Mərkəzinə ziyarət, struktur bölmələri və filiallarının əməkdaşlarının iştirakı ilə keçirilmiş şahmat turniri, əməkdaşların övladları arasında təşkil olunmuş "TuranBank ailəsi" adlı rəsm müsabiqəsi ilə yadda qalmışdır. Bu qəbildən olan tədbirləri keçirməkdə məqsəd TuranBankın uğurlu fəaliyyətinin əsası olan əməkdaşlar arasında mehriban münasibətləri formalaşdırmaq və vahid komanda ruhunu onlara aşılamaqdır.

Sonda qeyd etmək istərdik ki, Bankımızın KSM sahəsində topladığı təcrübə bizə bu sahədə fəaliyyətimizi bundan sonra daha sistemli şəkildə, institutsional əsasda davam etdirməyə imkan verəcəkdir.

Page 48: 08 05 15 illik hesabat

48

Bank əmək-daşlarının övlad-ları arasında keçirilən “TuranBank ailəsi“ rəsm müsabiqə-sinin qalibləri

TuranBankın əməkdaşları üçüntəlimlər

Ümummilli Lider H.Əliyevin 91 illik

yubileyi münasi-bətilə Heydər

zirvəsinə fotoyürüş

Ümummilli LiderH.Əliyevin 91 illik yubileyinə həsr olunmuş güləş

turniri

Page 49: 08 05 15 illik hesabat

49

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq evinin balaca sakinlərinə cizgi filminin nümayişi

Uşaq evinin balaca sakinləri üçün unudulmaz sirk tamaşası

TuranBank əmək-daşlarının xalq şairi Nəriman Həsənza-

də ilə görüşü

TuranBank əmək-daşları arasında

şahmat turniri

Page 50: 08 05 15 illik hesabat

50

RİSKLƏRİN İDARƏ EDİLMƏSİBankda risklərin idarə edilməsi onun fəaliyyətinə xas olan risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, idarə olunması, monitorinqi və onlar üzrə hesabatlılığı əks etdirən prosesdir. Bankın fəaliyyətindən yaranan risklərin müəyyənləşdirilməsi və qiymətləndi-rilməsi metodları onun risk profilinin həcmi və mürəkkəbliyinə uyğun olaraq müəyyən edilir və tətbiq edilir. Tətbiq olunan metodlar müntəzəm olaraq yenidən qiymətləndirilir və təkmilləşdirilir.

Təşkilati struktur baxımından Risklərin İdarə edilməsi departamenti hər bir risk profili üzrə siyasət, qayda və təlimatların hazırlanmasını və yenidən baxılmasını həyata keçirir. Bu daxili normativ sənədlər Bankda risklərin idarə edilməsi çərçivəsini müəyyən edir. Daxili normativ sənədlər Mərkəzi Bankın müvafiq qaydalarına, Bazel Komitəsinin tövsiyyə və prinsiplərinə, eləcədə beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmışdır.

Risklərin İdarə edilməsi departamenti Müşahidə Şurasına, İdarə Heyətinə, Risklərin İdarə edilməsi Komitəsinə müntəzəm olaraq hesabatlar təqdim edir. Bu hesabatlar onların xarakterindən asılı olaraq illik, yarımillik, rüblük, aylıq və həftəlik əsasda hazırlanır.

Paralel olaraq Risklərin İdarə edilməsi departamenti bankdaxili normativ sənədlərə, müqavilələrə, biznes proseslərinə, bankın təklif etdiyi xidmət və məhsullarına müvafiq risk rəyinin verilməsi və müxtəlif makroiqtisadi və kontragentlərin risk və maliyyə analiz-inin aparılmasını həyata keçirir.

Bankın üzləşdiyi və ölçülə bilən kredit, bazar, likvidlik və əməliyyat risklərinin, habelə mövcud olan digər risklərin məhdudlaşdırılması məqsədilə onlara dair limitlər müəyyən edilir. Risklərin İdarə edilməsi departamenti müntəzəm olaraq bankdaxili limitlərin, habelə, prudensial normativlərin, Bankın müxtəlif cəlbetmə layihələri üzrə müqa-vilələrdən irəli gələn maliyyə normativlərinin pozulmamasına nəzarəti həyata keçirir.

Kredit riskləriBankın fəaliyyəti prosesində qarşılaşdığı ən böyük maliyyə riski kredit riskləridir. Belə ki, aktivlərin əhəmiyyətli hissəsi kredit portfelində cəmləşmişdir və Bank kredit risklərinin idarə edilməsində kon-servativ siyasətə üstünlük verir.

Bankda kredit risklərinin idarə edilməsi prosesi Mərkəzi Bankın tələblərinə, Bazel Komitəsinin kredit risklərinin idarə edilməsi üzrə müvafiq prinsip və tövsiyyələrinə, Bankın Risk siyasətinə və eləcədə beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirilir.

ilqar4
Comment on Text
anali- zinin
Page 51: 08 05 15 illik hesabat

Kredit risklərinin idarə edilməsi funksiyası risklərin müəyyənləşdirilməsi, analizi və qiymətləndirilməsi və azaldılmasından ibarətdir.

Kredit risklərinin cari idarə edilməsi səviyyəsində əsasən aşağıdakı alətlərdən istifadə edilir:

Kredit sifarişlərinin keyfiyyətli qiymətləndirilməsinin təşkili və analiz metodlarının daima təkmilləşdirilməsi

Kredit komitələrinin effektivliyinin artırılması

Təminat-kredit nisbətinin adekvatlığının qorunması

Kreditlərin monitorinqlərinin təşkili

Kreditləşmədə sığorta alətlərindən fəal istifadə

“Ləçədi”xalçası Quba qrupu, 20-ci əsr

ilqar4
Comment on Text
dırnaq işərəsini fərqlidir düzəldin və xalçası sözünü bir probel aralı yazın addan
Page 52: 08 05 15 illik hesabat

52

Kredit risklərinin portfel səviyyəsində idarə edilməsi zamanı isə əsasən aşağıdakı alətlərdən və metodlardan istifadə edilir:

Kredit portfelinin müxtəlif kriteriyalar üzrə diversifikasiyası

Risklərin limitləşdirilməsi siyasəti

Skorinq (reytinq) qiymətləndirməsi modelləri

Portfelin analitik və statistik təhlili

Problemli kreditlərin idarə edilməsi

Portfelin keyfiyyətinə müntəzəm nəzarət edilməsi və kreditlər üzrə ehtiyatların yaradılmasına nəzarət

Tətbiq edilən alətlər kredit risklərinin azaldılmasında vacib rol oynayır.

Əsas risk funksiyalarından biri də Mərkəzi Bankın kredit riskləri sahəsində müəyyən etdiyi prudensial normativlərin qorunmasına və Bankın kredit siyasəti ilə müəyyən edilmiş limitlərin pozulmamasına nəzarət etməkdən ibarətdir.

Bankın üzləşdiyi əsas bazar risklərinə faiz riskləri və valyuta riskləri daxildir.

Valyuta riskləriBankda valyuta risklərinin idarə edilməsi Bankın risk siyasəti çərçivəsində Bazar riskləri-nin idarə edilməsi prosesinin tərkib hissəsini təşkil edir. Bank valyuta risklərini konservativ yanaşma və prudensiallıq əsasları ilə tənzimləyir.

Hər hansı xarici valyutada mövqe açığı valyuta məzənnələrinin dəyişməsi nəticəsində bankı itkilərə məruz qoya bilir. Hazırda Bankda Mərkəzi Bankın sərbəst dönərli və qapalı valyutalar üzrə tətbiq etdiyi normativlər bankdaxili limitlər olaraq qəbul edilir və limitlərin gündəlik izlənməsi əsas tənzimlənmə aləti kimi istifadə edilir.

Bankda valyuta riskinin ölçülməsi beynəlxalq praktikada tətbiq edilən nəzəri cəhətdən əsaslandırılmış modellər əsasında həyata keçirilir.

Faiz riskiBankın üzləşdiyi əsas faiz riskləri yenidənqiymətləndirmə riskləridir. Yenidənqi-ymətləndirmə riski dedikdə, Bankın bazar faiz dərəcələrinin dəyişməsinə həssas aktivləri və öhdəliklərinin arasında ödəniş müddətləri üzrə fərqin yaranması və faiz dərəcələrinin əlverişsiz dəyişməsi nəticəsində itkilərin yaranması riski anlaşılır. Bu riskin minimal-laşdırılması məqsədilə Bank faizə həssas aktiv və öhdəliklər üzrə mövqeyini qarşılıqlı uyğunlaşdırmaqla tənzimləyir. Paralelində faiz dərəcələrinin tənzimlənməsi məqsədilə müntəzəm olaraq aktiv/öhdəliklərin faiz dərəcələrinə yenidən baxılır.

ilqar4
Comment on Text
Yenidənqiy- mətləndirmə
Page 53: 08 05 15 illik hesabat

53

Likvidlik riskləriLikvidliyin idarə olunmasında əsas məqsəd Bankın öz öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsini, aktivlərinin likvidliyinin tələb olunan səviyyədə qorunub saxlan-masını, müştərilərin kredit resurslarına olan tələbinin qarşılanması, müştərilər və kontra-gentlər arasında bankın reputasiyanın dəstəklənməsini təmin etməkdən ibarətdir.

Bankda likvidliyin idarə edilməsinə İdarə Heyəti və Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsi (APİK) nəzarət edir. Likvidliyin gündəlik idarə edilməsinə cavabdeh olan struktur bölməsi Xəzinədarlıq departamentidir. Risklərin İdarə edilməsi departamenti öz növbəsində likvidlik risklərinin idarə olunması çərçivəsini yaradır və risklərin ölçülməsi, monitorinqi və hesabatlılığına cavabdehdir.

Bankda likvidlik risklərinin idarə olunması sisteminə daxildir:

Ödəniş müddətləri üzrə aktiv və öhdəliklərin təhlili (Gap analiz)

Limitləşdirmə və erkən xəbərdarlıq sistemi alətlərindən istifadə

Maliyyələşmə mənbələrinin diversifikasiyası

Likvidliyin idarə edilməsi prosedurlarına əməl edilməsinə nəzarət

Müxtəlif ssenarilər üzərindən stress testlərin keçirilməsi

Bundan başqa, aktiv və öhdəliklərin strukturu (müştəri kredit portfeli, banklararası portfel, əmanət portfeli, maliyyə institutlarından cəlbetmələr) ayrı-ayrılıqda müxtəlif kriteriyalar üzrə təhlil edilir.

Əməliyyat riskləriƏməliyyat risklərinin idarə edilməsi sistemi Bankın fəaliyyəti zamanı yarana biləcək əməliyyat, imic, strateji və hüquqi risklərin müəyyən edilməsi, ölçülməsi, qiymətləndir-ilməsi və azaldılması istiqamətində kompleks tədbirlərin aparılmasını özündə əks etdirir.

Əməliyyat risklərinin müəyyən edilməsi zamanı maliyyə itkisinə səbəb ola biləcək hallar əsas götürülür, tezlik və əhəmiyyətlilik baxımından təhlil edilərək yüksək, orta və aşağı riskli kateqoriyalar şəklində kateqoriyalaşdırılır. Bu üsul ilə Bank üçün prioritet əməliyyat riskləri müəyyən edilərək azaldılması istiqamətində tədbirlər görülür. Bundan başqa Bankda maliyyə itkisi ehtimalı olan sahələr üzrə müxtəlif ssenarilər yaradılır və təhlil aparılır. Ssenari təhlillərindən istifadə edərək Bankın əməliyyat risklərindən yarana biləcək iri həcmli gözlənilməz itkilər əvvəlcədən təxmin edilir.

Beləliklə, fəaliyyətdən irəli gələn risklərin Bankın maliyyə nəticələrinə mümkün təsirinin maksimal dərəcədə azaldılması istiqamətində effektiv risk idarəetməsi həyata keçirilir.

Page 54: 08 05 15 illik hesabat

“Şıxlı” xalçası, Qazax qrupu, 20-ci əsr

ilqar4
Comment on Text
dırnaq işarələrini digərlərinə uyğun edin adətən düzünə olandan istifadə edirsiniz
Page 55: 08 05 15 illik hesabat

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçu-luğun maliyyələşdirilməsinin qarşısının alınması (ÇPY/TMM) sahəsində dövlət siyasətini həyata keçirən, bu sahədə nəzarət sistemini təkmilləşdirən və aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətidir (MMX).

Hesabat ilində Bankda çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində fəaliyyət Azərbaycan Respublikasının Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunu, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinq Xidmətinin əmr və qərarları, Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEY-VAL), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) və Maliyyə Kəşfiyyatı Orqanlarının ixtisaslaşmış qrumu - Eqmont Qrupunun tövsiyyə və qərarları bazasında aparılmışdır.

Əvvəlki illərdə ÇPY/TMM üzrə risklər əhəmiyyətlilik baxımından ölkə, müştəri, məbləğ və məhsul riski kimi təsnifləşdirilərək risk kateqoriyaları hazırlanmışdır. Hazırlanmış olan risk kateqoriyaları hesabat ilində avtomatlaşdırılmış bank sistemində tətbiq olunmağa başlamış yeni müştəri xidmətləri modulunda istifadə edilmişdir. Belə ki, müştərilər bu kateqoriya əsasında aşağı, orta və yüksək riskli müştərilər kimi təsnifləşdirilmişdir. Təsnifləşdirilmiş müştərilər kateqoriyaya uyğun olaraq dövrü olaraq eyniləşdirilir. Yüksək risk kateqoriyasına aid olan müştərilərin 3 aydan bir, Orta risk kateqoriyasına aid olan müştərilərin 6 aydan bir, Aşağı risk kateqoriyasına aid müştərilərin ildə bir dəfə eyniləşdirilməsi aparılır və MMX-nin tələblərinə uyğun olaraq adımlar atılır.

Bu dövr ərzində ÇPY/TMM istiqamətində bankdaxili təlimlərin sayı artırılmışdır. Müştəri Xidməti Strukturlarında çalışan əməliyyatçıların ÇPY/TMM üzrə bilikləri elektron poçt, eyni zamanda birbaşa təlimlər vasitəsi ilə artırılmışdır. ÇPY/TMM sahəsi üzrə biliklərinin artırılması məqsədi ilə həm əməliyyat, eyni zamanda risklərin idarə edilməsi strukturları tərəfindən mütəmadi təlimlər keçirilmişdir. ÇPY/TMM üzrə təlimlər hər bir yeni cəlb edilmiş əməkdaşlar üçün və ildə 2 dəfə olmaqla ümumi Bank üzrə keçirilir.

Hesabat ilində Bankın Risklərin İdarə Edilməsi strukturu tərəfindən ÇPY/TMM istiqamətində əlavə bankdaxili proqram yaradılmışdır. Əlavə proqram təminatı hər bir bank əməliyyatdan əvvəl müştəriləri eyniləşdirmək, Sanksiya tətbiq olunmuş şəxslərin, Nəzarət altında olan şəxslərin, Ofşor zonalarla, Qara siyahı ölkələri və onların vətəndaşları ilə bağlı əməliyyatların qarşısını almaq məqsədi ilə yaradılmışdır.

Hesabat ili ərzində ÇPY/TMM istiqamətində TuranBank tərəfindən Maliyyə Monitorinq Xidmətinə 6133 sayda əməliyyat haqqında məlumat təqdim edilmişdir.

55

ÇİRKLİ PULLARIN YUYULMASI VƏTERRORİZMİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏQARŞI GÖRÜLƏN TƏDBİRLƏR

Page 56: 08 05 15 illik hesabat

56

İNFORMASİYA TEXNOLOGİYALARIBankın xüsusi önəm verdiyi və onu gələcəyə aparan sahələrdən biri də informasiya texnologiyalarıdır. Bankın qarşısında dayanan əsas məqsəd hər zaman onun biznes strategiyası ilə informasiya texnologiyaları strategiyasının uzlaşdırılması və bizneslə informasiya texnologiylarının bir-birilə uzlaşan şəkildə inkişaf etdirilməsidir. Bu gün informasiya texnologiyaları biznesin daha sürətli, daha dayanıqlı inkişafını təmin edir. Bank da sözsüz ki, bu imkanlardan yararlanmaqdadır.

Ölkədə sürtəli inkişaf edən sahələrdən biri də informasiya texnologiyalarıdır. Elektron hökümət, Elektron imza, Asan İmza kimi layihələr inkişafın real nəticələridir. Bu gün istənilən şəxsin internet şəbəkəsi üzərindən hər hansı kommunal ödənişini və ya bankda olan kredit ödənişlərini həyata keçirməsi çox adi qəbul edilən bir məsələdir. Lakin illər öncə bunun nə vaxtsa real olacağı heç düşünülmürdü. Bu inkişafı nəzərə alaraq 2014-cü ildə TuranBank informasiya texnologiyaları üzrə bir çox layihələr həyata keçirmiş, infor-masiya texnologiyları sahəsinə investisiyalar etmişdir. Belə ki, Bankın filialları arasında olan şəbəkə infrastrukturu gücləndirilmiş, filiallarla daha sürətli və daha dayanıqlı rabitənin təmin edilməsi məqsədilə bütün satış nöqtələrində son mil üçün fiber-optik xətlər çəkilmişdir. 24 saat fəaliyyət göstərən Azericard, MilliÖN, GoldenPay sistemləri vasitəsilə müştərilərə keyfiyyətli xidmət təqdim edilmiş, bu keyfiyyətli xidmət nəticəsində də müştərilərin Banka olan kredit borclarını internet şəbəkəsi üzərindən ödəmələri 2013-cü illə müqayisədə üç dəfə artmışdır. Bankın əksər ATM-ləri üçün ehtiyat şəbəkə yaradılmış, bununla ATM-lərin 24 saat tam dayanıqlı fəaliyyəti təmin edilmişdir. Bankın təhlükəsizlik sistemləri gücləndirilmişdir. Server otaqları müasir standartlara uyğun olmaqla yenidən qurulmuş və bütün ətraf mühit dəyişiklikləri zamanı avtomatik xəbərdarlıq sistemləri quraşdırılmışdır. Telefoniya sistemində təkmilləşdirmələr aparılmışdır. Belə ki, Bankın Baş Ofisi və bir çox filialları arasında müasir İP telefoniya sistemi quraşdırılmağa başlanmışdır, həmçinin İP telefoniyanın imkanlarından istifadə etməklə istənilən müştərinin Bankın qısa nömrəsinə (935) zəng vurmaqla İP telefoniya quraşdırılmış filialları ilə birbaşa əlaqə saxlması imkanı yaradılmışdır. Bankın informasi-ya texnologiyaları sahəsində çalışan kadrlarının bilik və təcrübələri daha da inkişaf etdir-ilmiş və onlar ISACA, Microsoft, Cisco, Linux Professional İnstitute kimi şirkətlərin beynəl-xalq səviyyədə tanınmış sertifikatlarını əldə etmişlər.

Qeyd etmək istərdik ki, elektron təhlükəsizlik və ümumilikdə informasiya təhlükəsizliyi sahəsi istiqaməti də Bank üçün əsas istiqamətlərdən hesab edilir. Bunun nəticəsidir ki, bu günədək Bankda informasiya təhlükəsizliyi ilə bağlı hər hansı ciddi insident baş verməmişdir, təhlükələrin qarşısı hər zaman insident baş verməzdən çox öncə alın-mışdır. Bu isə Bankın istənilən müştərisinin etibarını qorumaq gücündə olmasının daha bir göstəricisidir.

Yuxarıda sadaladığımız layihələrdən əlavə Bank daxilində bir çox işlər görülmüş, ipoteka kreditlərinin APUS sistemi üzərindən ödənilməsi üçün avtomatlaşdırılmış bank sistemi ilə APUS sisteminin inteqrasiyası layihəsi, İnformasiya Texnologiyaları üzrə Bankdaxili qaydaların müasir tələblərə uyğun yenilənməsi kimi işlər həyata keçirilmişdir.

Page 57: 08 05 15 illik hesabat

2015-ci ildə də daha iri layihələrin həyata keçirilməsi planlaşdırılır. Həyata keçirilən hər bir layihə müştərilərin maraqlarının qorunması, şəffaflıq, etibarlılıq kimi vacib prinsiplərimizi təmin etməyə, müştərilər və Bank arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Növbəti illərdə də texnologiyalar vasitəsilə xidmətlərimizi artırmaq və zənginləşdirməklə müştəriləri bir daha əmin edəcəyik ki, bizimlə etibarlıdır.

“Pazırıx” xalçası, Qarabağ qrupu, 19-cu əsr

ilqar4
Comment on Text
dırnaq işarələrini digərlərinə uyğun edin adətən düzünə olandan istifadə edirsiniz
Page 58: 08 05 15 illik hesabat

58

İNSAN RESURSLARIİnsan Resurslarının idarəedilməsinin təşkilatın fəaliyyətində rolu işçilərin fəaliyyətinin əlaqələndirilməsi, təşkili və təşviqidir. Bu isə İR Siyasətinə müvafiq olaraq əmək ehtiyat-larının səmərəli istifadə olunması, insan amilinin nəzərə alınması, insan münasibətləri, əməyin təşkili, sosial inkişafı, davranışı və s. kimi vacib ünsürləri əhatə edir.

Uğurlu biznesin əsası birbaşa bankın kadr potensialından asılıdır. Bankın fəaliyyət miqyası genişləndikcə, onun peşəkar kadrlara olan ehtiyacı da artır. Hesabat ilində Bank ixtisaslı, peşəkar kadrları öz sıralarına cəlb etməkdə davam etmiş və ilin sonuna kollek-tivimizin sayı 464 nəfərə çatmışdır. Bu zaman xüsusi diqqət müştəri xidməti strukturları-na verilmişdir ki, bu da Banka yeni müştərilərin cəlbi, mövcud müştəri potensialının qorunub saxlanması və onlara daha keyfiyyətli xidmətin göstərilməsinə xidmət etmişdir.

Bank bütün işçilərin əməyini fərdi şəkildə qiymətləndirir və bu baxımdan da İRİE sahəsi üzrə “İşçilərin əməyinin qiymətləndirilməsi” Qaydaları daim təkmilləşdirilir. 2014-cü il üzrə də bu Qaydalar daha yeni variantda işlənərək tətbiq olunmuşdur. Yeni qaydalara müvafiq olaraq işçilərin vəzifə maaşlarında və karyeralarında artımlar edilmişdir. Ümumiyyətlə hesabat dövründə Bankda 206 nəfər əməkdaşın karyera artımı olmuşdur. Bu isə Bank üzrə çox böyük göstəricidir.

İRİE strukturunun əsas məqsədlərindən biri işçilərin peşəkarlıq keyfiyyətlərinə xüsusi həssaslıqla yanaşaraq onların düzgün istiqamətdə inkişafını təmin etməkdir. Bu baxım-dan kadrların təkmilləşməsinə qoyulan investisiyanın rolu əvəzsizdir. Hesabat ilində bir

Page 59: 08 05 15 illik hesabat

59

sıra tədris müəssisələri ilə əməkdaşlıq çərçivəsində təşkil olunan fərdi və korporativ treninqlər işçilərin inkişafına olan qayğının göstəricisidir. Buna misal olaraq Azərbaycan Diplomatik Akademiyası və British Council-un birgə layihəsi çərçivəsində "İngilis dilinin təkmilləşməsi" mövzusunda keçirilən təlim kurslarını, ABTM tərəfindən təşkil edilmiş “TuranBank məhsulları və xidmətləri” mövzusunda müştəri xidməti əməkdaşlarına keçirilən treninqi qeyd etmək olar. Həmçinin Bank əməkdaşlarının AMFA-nın yeni layihəsi olan "Qadın sahibkarların maliyyə savadlılığı və inkişafı" proqramı çərçivəsində təlimlərdə iştirakı təmin olunmuşdur. Növbəti ildən etibarən isə əməkdaşlarımız tərəfindən bu layihəni regionlar üzrə tətbiq edərək əhalinin maliyyə yönümlü bilgilərini artırmaq plan-laşdırılır.

İşçilərlə yanaşı menecerlərin də inkişafı hər zaman Bankımızın diqqət mərkəzindədir. Menecerlərin hesabat dövrü ərzində Böyük Britaniya, ABŞ, Türkiyə, Polşa, Bolqarıstan, Qazaxıstan, Bəhreyn Krallığı kimi qabaqcıl dünya ölkələrində keçirilən müxtəlif mövzulu treninq, seminar və konfranslarda iştirakı təmin edilmişdir.

İşçilərin əməyinin stimullaşdırılması baxımından onların daima motivə edilməsinin zəruriliyini nəzərə alaraq hesabat ilində “Motivasiya haqqında Qaydalar”a dəyişiklik edilərək yenilənmişdir.

TuranBank hər zaman olduğu kimi hesabat ilində də öz əməkdaşlarına dəyər verməklə, onların bilik və bacarıqlarını reallaşdırmaq, eləcə də peşəkar inkişaflarına şərait yarat-maqla Bankın korporativ dəyərlərinə bağlı olan, maksimum fayda ilə çalışan peşəkar komandanın formalaşmasına nail olmağa çalışmışdır.

Page 60: 08 05 15 illik hesabat

60

2014-cü il Bankımızın beynəlxalq əlaqələr sahəsində qazandığı nailiyyətlərlə zəngin bir il kimi hafizələrdə qalmışdır. Belə ki, hesabat ili ərzində ümumilikdə 10 yeni beynəlxalq əməkdaşlıq sahəsində sazişlər imzalanmışdır ki, bu da son illərlə müqayisədə beynəlxalq sahədə Bankın etibarlı tərəfdaş imici qazandığının bariz nümunəsidir.

Ümumlikdə cari ildə Bankın cəlb etdiyi vəsaitlərin ümumi məbləği 50,5 mln. ABŞ dolları təşkil etmişdir. İmzalanan kredit müqa-vilələri üzrə ayrılmış vəsaitlərin əsasən Kiçik və Orta Sahibkarlıq (KOS) və mikro portfelin genişləndirilməsi, eyni zamanda, Bankankın müştərilərinin idxal/ix-rac əməliyyatlarının maliyyələşdi-rilməsi istiqamətində istifadə olunması nəzərdə tutulmuşdur.

Hesabat ilində cəlb edilmiş vəsaitlərin 22 mln. ABŞ dolları KOS, 18,5 mln. ABŞ dolları mikro, əlavə olaraq 10 mln. ABŞ dolları isə ticarətin maliyyələşməsi istiqamətində olmuşdur.

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Bank im Bistum Essen eG - $ 3.5 mln.

ilqar4
Comment on Text
nöqtəni silin Essen sözündə n hərfi birtəhərdir siyahıda bütün rəqəmlərdə dollar işarəsini rəqəmlə birləşdirin 10 milyonda olan kimi
Page 61: 08 05 15 illik hesabat

Qəbul edilmiş strategiyasına uyğun olaraq, Bank mikro kreditləşmənin inkişaf etdirilməsinə üstünlük vermiş və bu istiqamətdə yeni uğurlara imza atmışdır. Belə ki, hesabat ilində Bankımız beynəlxalq əlaqəlar sahəsində apardığı uğurlu danışıqlar sayəsində Avropanın ən böyük investisiya menecerləri olan və mikromaliyyə sahəsində ixtisaslaşmış Bank im Bistum Essen eG, Cyrano Management, İnvest in Vision və SUS Bee Finance ilə müqavilələr imzalamışdır.

61

KOSTicarətin maliyyələşməsi Mikromaliyyələşmə

Mikromomaliyyələşməüzrə cəlbetmələr

Cəlb edilmişvəsaitin təyinatı

üzrə bölgü, %

Page 62: 08 05 15 illik hesabat

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq ticarətin maliyyələşdirilməsi bank məhsulları sırasında önəmli sahə hesab olunur. Belə ki, 2014-cü ildə Bank beynəlxalq əməkdaşlığı çərçivəsində ticarətin maliyyələşdirilməsi layihəsi üzrə Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə mövcud əməkdaşlığını daha da genişləndirərək, ticarətin maliyyələşdirilməsi istiqa-mətində Banka ayıralan revolver kredit xəttinin həcmini 14 mln. ABŞ dollarına qədər artırmışdır ki, həmin kredit xətti ilə Bankın müştərilərinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə aparılan ticarət əməliyyatlarının maliyyələşdirilməsini həyata keçirir. Beynəlxalq ticarətin maliyyələşdirilməsi istiqamətində daha bir saziş isə Commer-zbank ilə imzalanmışdır. Sazişə əsasən təqdim olunan kredit revolver xətti formasında istifadə olunaraq müştərilərin bütün dünya ölkərləri ilə ticarət əməliyyatlarının maliyyələşdirilməsi təmin ediləcək.

Hesabat ilində Bank, beynəlxalq əməkdaşlıq çərçivəsində tərəfdaşlar siyahısını artırmaqla yanaşı bir sıra beynəlxalq maliyyə institutları ilə ixtisaslaşmış layihələr üzrə əməkdaşlıq əlaqələrinin qurulması üzrə də razılıqlar əldə etmişdir. Bunlara Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə enerji səmərəliliyi, ticarətin maliyyələşdirilməsi, eləcə də kənd təsər-rüfatı kreditləri üzrə layihələri, Asiya İnkişaf Bankı (AİB) ilə kənd təsərrüfatı kreditləri üzrə layihəni, Cənubi Şərqi Avropa üzrə Avropa Fondunun (EFSE) kənd təsərrüfatı kreditləri üzrə layihəsi, həmçinin ECO Ticarət və İnkişaf Bankının ticarətin maliyyələşdirilməsi kimi layihələri də aid etmək olar. Bank maliyyələşmə istiqamətli əməkdaşlıqla yanaşı xarici tərəfdaşları ilə məsləhət xidmətləri sahəsində də məhsuldar əlaqələr qurmuşdur. Hesabat ilində Bankın IFC ilə 3 fazadan ibarət ticarətin maliyyələşdirilməsi istiqaməti üzrə həyata keçirdiyi layihə, Bank əməkdaşlarının bu sahədə qabaqcıl təcrübə və biliklərə yiyələnmək, həmçinin əldə olunan təcrübələrin yerli mühitdə tətbiqinə şərait yaratmaqla bərabər, bu sahədə mövcud potensial imkanlardan yararlanmağa imkan vermişdir. Əlavə olaraq kredit təhlili sahəsində Bank IFC-dən 2015-ci ildə məsləhət xidmətlərinin alınması ilə əlaqədar razılıq əldə etmişdir. Bankın bir sıra sahələrində davamlı institusional inkişafın təmin olun-ması məqsədilə TuranBank, həmçinin EFSE təşkilatı ilə də əlavə razılıq əldə etmiş, ticarətin maliyyələşdirilməsi sahəsinin daha da genişləndirilməsi məqsədilə AYİB-lə də əmək-daşlıq edilməsi qərara alınmışdır.

62

Page 63: 08 05 15 illik hesabat

63

XƏZİNƏDARLIQ FƏALİYYƏTİXəzinədarlıq fəaliyyəti resursların səmərəli idarəedilməsinə əsaslanaraq iki istiqaməti əhatə edir. Bu fəaliyyət istiqamətlərindən birincisi Akitv və Passivlərin idarə edilməsidir ki, burada da Bankın balans maddələrinin tərkibi, o cümlədən akitvlərin, öhdəliklərin və ka-pitalın keyfiyyəti, normativlərə uyğunluğu, aktivlərin gəlirliliyi, bankın likvidlik vəziyyəti idarə olunur.

Xəzinədarlıq fəaliyyətinin Bankda Aktiv və Passivlərin idarəedilməsində əsas məqsədi maliyyə resurslarının fasiləsiz dövriyyəsini təşkil etmək və bu zaman yarana biləcək bazar və likvidlik risklərinin təsirini minimallaşdırmaqdır. Xəzinədarlıq departamenti mütəmadi olaraq faiz dərəcəsi riskinə, xarici valyuta riskinə, kapital riskinə və likvidlik riskinə dair təhlillər aparmış və ehtiyat tədbirləri (hecinq əməliyyatları, forvard razılaşma-ları, opsionlar, svoplar) həyata keçirmişdir. Qeyd olunan məqsədli fəaliyyətin nəticəsində bu il də Bank APİE sahəsində xeyli uğurlara imza atmışdır. Bankın likvidlik və faiz marjası dərəcələri üzrə artımı davam etdirilmişdir və bu çevik maliyyə əməliyyatlarının aparıl-masına şərait yaratmışdır.

Digər bir istiqamət birja fəaliyyətidir. Burada maliyyə bazarlarında olan əməliyyatlarının Bankın maraqları çərçivəsində həyata keçirilməsi və mənfəətliliyinin artırılması əsas məqsədlərdən hesab edilir. Bu istiqamətdə Bankın Xəzinədarlıq fəaliyyəti həmin əməliy-yatların nəticələrinə bağlı olaraq gəlir mərkəzi fonunda çıxış etməkdədir. Birja fəaliyyəti yerli və xarici maliyyə bazarlarını əhatə etməklə və eyni zamanda çoxşaxəli bir fəaliyyət istiqaməti olmaqla bərabər Bankın bazar risklərinin tənzimləməsi üzrə də önəm kəsb edir. Gündəlik olaraq nağd və qeyri-nağd valyuta alqı-satqısı, pul bazarında vəsaitlərin cəlbetmə və yerləşdirilməsi, sərbəst vəsaitlərin səmərəli idarə edilməsi həyata keçiril-mişdir. Bu vəsaitlər qısamüddətli maliyyə alətlərinə və qiymətli kağızlar – investisiya port-felinə yerləşdirilmişdir.

Qiymətli kağızlar portfeli 100% artaraq illik gəlirliliyi 7,8% olmaqla 4,1 mln. manat, banklararası kredit portfeli 167% artaraq 24,8 mln. manat təşkil etmişdir.

Xəzinədarlıq Bankın sərbəst vəsaitləri hesabına formalaşmış investisiya portfelinin qiymətləndirilməsi, qorunması və rentabelliyi üçün də məsuliyyət daşıyır. Belə ki, bu il Bankın “İnvestisiya siyasəti” hazırlanıb təsdiqlənmiş və bu siyasətə uyğun investisiya port-feli formalaşdırılmışdır.

ilqar4
Comment on Text
Bankın
Page 64: 08 05 15 illik hesabat

64

Maliyyə bazarlarında siyasi-iqtisadi amillərin təsiri nəticəsində güclü dalğalanmaların baş verməsi və buna adekvat olaraq Bankımız bu bazarlarda müəyyən miqdar mühafizəkar və peşəkar fəaliyyətinin nəticəsi olaraq bu il də Bank uğurlara imza atmışdır. Belə ki, valyuta əməliyyatlarından xalis dilinq mənfəəti ötən illə müqayisədə 2,3% artaraq 1 mln. manat, qiymətli kağızlar portfeli üzrə faiz gəlirləri 160,9 min manat və banklararası kredit portfeli üzrə faiz gəlirləri 330,5 min manat təşkil etmişdir. Bu əməliyyatların əksəriyyəti beynəlxalq bazarda gerçəkləşdirilmişdir. Bankın öz öhdəliklərini vaxtında və tam ödəmək iqtidarında olması artıq illərdir ki, istər maliyyə institutlarının, istər korporativ müştərilərin, istərsə də fiziki şəxslərin Banka olan güvəninin durmadan artmasına təkan verir.Z

Page 65: 08 05 15 illik hesabat

"Zili" xalçası, Bakı qrupu, 19-cu əsr

Page 66: 08 05 15 illik hesabat

66

AUDİTOR RƏYİ

Page 67: 08 05 15 illik hesabat
Page 68: 08 05 15 illik hesabat
ilqar4
Sticky Note
bu cümləni silin
Page 69: 08 05 15 illik hesabat
ilqar4
Sticky Note
bu cümləni silin
Page 70: 08 05 15 illik hesabat
ilqar4
Sticky Note
bu cümləni silin
Page 71: 08 05 15 illik hesabat
ilqar4
Sticky Note
bu cümləni silin
Page 72: 08 05 15 illik hesabat
ilqar4
Sticky Note
bu sonuncu cümləni silin
Page 73: 08 05 15 illik hesabat

"Borçalı" xalçası, Qazax qrupu, 20-ci əsr