30
Fənn:Biologiya • Ad:Miryusif • Soyad:Naxçıvani • Sinif:8a

İnsan üçün təhlükəli olan qurd xəstəlikləri

Embed Size (px)

Citation preview

Page 1: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Fənn:Biologiya• Ad:Miryusif• Soyad:Naxçıvani• Sinif:8a

Page 2: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

32.Insan üçün təhlükəli olan qurd xəstəlikləri

Page 3: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Exinokok

Page 4: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Bu qurd və onun törətdiyi dəhşətli xəstəliklər haqqında çoxunuz eşidibsiniz.Əvvəlcədən bildirirəm ki, exinokok qurdları bir çox ət yeyən heyvanların

bağırsağında yaşayırlar(it, pişik, donuz, canavar, tülkü və s.).

İnsanları xəstələndirən qurd yox, onun sürfələridir.Ölçüsü 0,03 mm olan qurd yumurtaları heyvanların nəcisi ilə torpağa, dərilərinə

düşür.Yoluxma yumurtaları udanda olur: çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən, tozdan və s. Udulmuş yumurtalardan bağırsaqda sürfələr çıxır.

Onlar bağırsağın divarını və oradakı venoz qan damarlarını dəlib, qanla əvvəlcə qara ciyərə gəlirlər. Onların təxminən 70% qara ciyərdə qalır. Qalanı qanla

ürəyə, sonra ağ ciyərlərə çatırlar və 20% burada qalır. Qalan 10% arterial qanla ürəyin sol mədəciyinə və oradan bütün orqanlara yayılırlar.

Elə orqan yoxdur ki, orada exinokok inkişaf edə bilməsin

Page 5: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Uşaq bizquyruğu

Page 6: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

• Bizquyruqla yoluxmaya enterobioz deyilir.Onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir. Bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir qırıntısına bənzəyir.Bizquyruqlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər.Axşamlar uşaqlar anal dəlik ətrafinı qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar.

• Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdşləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış olur. Enterobioz zamanı uşaqlar bir çox hallarda ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur.

• Enterobiozun diaqnostikası bir çox hallarda olduğu kimi, həm nəcisin (bu zaman nəcisdə canlı qurdlar və ya onların yumurtaları aşkar edilir), əksər hallarda isə anus ətrafındakı büküşlərdən götürülən yaxmanın müayinəsi zamanı qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur.Bu zaman uşağın anusuna xüsusi şəffaf lent yapışdırılır və bir qədər keçdikdən sonra onun üzərində mikroskop altında bizquyruq yumurtalarına görə müayinə aparılır.

• Enterobiozun müalicəsi ya pediatr ya da helmintoloq (qurdların müalicəsi üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən aparılır.Bu zaman mütləq bütün ailə üzvlərini də enterobioza görə müayinə etmək və qurd yumurtaları aşkar edildiyi halda onları da müalicə etmək lazımdır.Müalicədən 10 və 30 gün keçdikdən sonra yuxarıda qeyd edilən qayda üzrə anus büküşlərindən götürülmüş yaxmanın müayinəsi aparılmalıdır.

Page 7: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 8: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Ankilostoma

Page 9: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

• İnsanlarda ankilostomoz xəstəliyi törədən sap qurdların nümayəndəsi ankilostoma qurdudur. Ankilostoma insanın nazik bağırsağında parazitlik edir. İnsan ya qurdun sürfələrini udmaqla, ya da sürfələrin dərini deşərək qana keçməsi nəticəsində bu xəstəliklə yoluxur. Xəstəlik bəzən ölümlə nəticələnir.

Page 10: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 11: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

İnsan askaridi

Page 12: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Hərəkəti. İnsan askaridi uzununa əzələlərin köməyi ilə bədənini dalğavari hərəkət etdirir. Eninə əzələləri olmadığı üçün onu uzadıb-qısalda bilmir.

Həzm sistemi. Askaridin ön hissəsində üçdodaqlı ağız yerləşir. Ağızdan daxil olan qida udlağa, qida borusuna, oradan bağırsağa daxil olur. Bağırsağın son ucu anal dəliklə qurtarır. Həzm olunmamış qida hissəcikləri bu dəlik vasitəsilə bədəndən xaric edilir.

Tənəffüsü. Xüsusi tənəffüs orqanı yoxdur. Yetkin fərd oksigensiz mühitdə yaşayır.İfrazat sistemi. İnsan askaridinin ifrazat sistemi bir cüt ifrazat kanalından ibarətdir. Bu

kanallar bir-biri ilə birləşərək bədənin ön hissəsində tək axarla xaricə açılır. Cinsiyyət sistemi və çoxalması. İnsan askaridi ayrıcinslidir. Dişilərdə bir cüt, erkəklərdə

isə tək sapşəkilli cinsiyyət orqanları olur.

Page 13: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 14: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

33.Həlqəvi qurdlar tipi

Page 15: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

• Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub ,ali qurdlar adlanırlar.Bu qurdlar qazandıqları bir çox əlamətlərinə görə ali onurğasız heyvanların təkamülünün izah edilməsində mühüm yer tutur.Bədən ölçüləri 0.5 mm-dən 2-3 m-ə qədər uzunluqda olur.Onlar dənizlərdə ,şirin sularda,torpaqlarda yayılır.9000-ə qədər növü vardır.

• Həlqəvi qurdların xarici quruluşunda diqqəti cəlb edən əsas əlamət bədənin buğumlu və ya metamerli olmasıdır.Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir.Bu buğumluq, həmçinin daxili hissədə vardır ki, o da arakəsmələr (dissepimentlər ) adlanır.Bəzi formalarda xarici buğumluluq daxili arkəsmələrə uyğun gəldiyi halda,bir qisim formalarda bu qanunauyğunluq pozulur.Bədəninin buğumları bir çox formalarda quruluşlarına görə bir-birinə oxşardır və ona görə də bu homonom buğumluluq adlanır.

• Həlqəvi qurdların bədənində bir-birindən fərqlənən üç hissəni ayırmaq mümkündür.Onlardan biri prostomimum adlanan baş, ikincisi buğumlu gövdə,üçüncü piqidium adlanan dal (anal ) hissəsidir.

Elmi təsnifat

Aləmi: Heyvanlar

Yarımaləm: Eumetazoylar

Bölmə: İkitərəflisim -metriyalılar

Yarımbölmə: İlkağızlılar

Tipüstü: Spirallılar

Tip: Həlqəvi qurdlar

Latınca adı

Annelida

Page 16: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 17: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Çoxqıllı qurdlar

Page 18: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

• 10000-ə yaxın növü var. Ən çox tanınmış nümayəndələri Arenicola marina və neraiddir (Nereis virens).

• Xəzər dənizində yaşayan 7 növü məlumdur. Çoxqıllı qurdlardan olan Nereis diversicolor növü Xəzər dənizinə Azov dənizindən 1939-1941-ci illərdə gətirilmiş və iqlimə uyğunlaşdırılmışdır. Hypania invalida və Hipaniola kowalewskii Xəzər dənizində lildə yaşayırlar. Mercierella enigmatica Xəzər dənizində Azov dənizindən 1960-cı illərdə yapışaraq gəlmişdilər. Azqıllı qurdlar (Oligochaeta) Həlqəvi qurdlar tipinin ayrıca sinfidir. Hazırda 5000 növü məlumdur və Xəzər dənizində 32 növü qeyd edilmişdir. Bunlar balıqların qidasında mühüm rol oynayırlar.

Aləmi: Heyvanlar

Yarımbölmə: İlkağızlılar

Tip: Həlqəvi qurdlar

Sinif: Çoxqıllı qurdlar

Latın dilində adı: Polychaeta

Yarımsiniflər: PalpataScolecida

Elmi təsnifat

Page 19: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 20: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 21: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Azqıllı qurdlar

Page 22: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

• Qarın hissəsində az miqdarda nazik və qısa qılcıqları olan qurdları azqıllı qurdlar adlandırırlar. Geniş yayılmış nümayəndəsi soxulcandır. O, nəm və çürüntülərlə zəngin torpaqlarda yaşayır. Qırmızımtıl-qəhvəyi rəngli bədəni 180-ə qədər buğumdan təşkil olunmuşdur. Bədəninin uzunluğu 10-15 sm-ə çatır. Bədəninin ön hissəsində kəmər adlanan qalınlaşma olur.

Page 23: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 24: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 25: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Zəlilər

Page 26: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

• Yırtıcı və ya parazit həyat tərzi keçirir. Bədəni buğumludur. Buğumlar birləşərək ön və arxa tərəfdə iki sormac əmələ gətirir. Sormacların köməyi ilə şikarını tutur və hərəkət zamanı müxtəlif əşyalara yapışa bilir. Bunlarda ayaq çıxıntıları və qılcıqlar olmur. Əzələləri güclü inkişaf etmişdir. Nümayəndələrindən biri tibb zəlisidir.

Page 27: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri
Page 28: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Krassvord

Page 29: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

1-Yastı qurdların dişi cinsiyyəthüceyrəsi harada yerləşir?2-Yastı qurdların erkək cinsiyyətHüceyrəsi harada yerləşir?3-Yastı qurdların cinsiyyəti4-İnsan askaridi necə hərəkət edir?5-Sap qurdların cinsiyyəti6-Exinokokkun aralıq sahibləri:Qaramal,......7-Qaraciyər sorucusunun əsas sahibi

Page 30: İnsan üçün  təhlükəli olan  qurd xəstəlikləri

Təşəkkür Edirəm