21

Click here to load reader

Müxtəlif İnternet Resurslar Təqdimatı

Embed Size (px)

Citation preview

Page 1: Müxtəlif İnternet Resurslar Təqdimatı

Təhsil millətin gələcəyidir !

Page 2: Müxtəlif İnternet Resurslar Təqdimatı

“ELEKTRON MƏKTƏB ÜÇÜN

ELEKTRON MÜƏLLİM”

TƏLİMİ

Page 3: Müxtəlif İnternet Resurslar Təqdimatı

TƏQDİMATÇI :

Lənkəran şəhər Azər Məhərrəmov

adına 7 № li tam orta

məktəbin Riyaziyyat müəlliməsi

Arzu Məlikova

Page 4: Müxtəlif İnternet Resurslar Təqdimatı

Əvvəlcə araşdiraq

"Elektron məktəb”

nədir?“Elektron məktəb” təhsil müəssisinin vahid informasiya mühitini təşkil edən kompleks informasiya sistemidir. “Elektron məktəb”  informasiya texnologiyalarının tətbiq edilməsi müəllim, şagird və valideynləri təhsil prosesinə daha fəal cəlb etməyə şərait yaradır. 

Page 5: Müxtəlif İnternet Resurslar Təqdimatı

“Elektron məktəb”  tədris müəssisəsində aşağıdakı məsələləri həll etməyə imkan verir:

1. İnzibati məsələlərin həlli 1.1. Təlim-tərbiyə prosesinin mühüm

aspektləri barədə informasiyaları əhatə etməklə məktəbin vahid məlumat bazasının yaradılması. Bu məlumat bazasına pedaqoji heyət, kadrlar, şagird, müəllimlər haqqında məlumat, tədris planı, siniflərin elektron jurnalı, dərs cədvəli və müxtəlif hesabatlar daxil edilir.

1.2. Məktəbin səmərəli idarə edilməsi və tədris prosesinin planlaşdırılması

1.3. Video-müşahidə vasitəsilə məktəbin işinə operativ nəzarət

1.4. Müəllimlərin tematik planları ilə tanışlıq 1.5. Məktəbin idarəetmə orqanlarının,

pedaqoji şuranın, valideyn komitəsinin və s. orqanların qarşılıqlı fəaliyyətinin təşkili

1.6. Təhsil müəssisəsi haqqında ümumi məlumatların, o cümlədən maddi-texniki baza haqqında məlumatların formalaşdırılması.

Page 6: Müxtəlif İnternet Resurslar Təqdimatı

2. Məktəbin fəaliyyətinə nəzarət və təhlükəsizlik sistemi

3. Verilən tapşırıqların icrasına avtomatlaşdırılmış nəzarət sistemi

4. Elektron sənəd dövriyyəsi sistemi

5. Məktəb, şəhər, respublika çərçivəsində vahid informasiya mübadiləsi sistemi

6. Təlim və tərbiyənin monitorinqi sistemi

7. Yeni təhsil texnologiyalarının dəstəklənməsi sistemi

8. Yeni informasiya texnologiyalarından istifadə etməklə məktəbin əməkdaşlarının, valideynlərin şəbəkədə işləmə mədəniyyətinin formalaşması

9. Mərkəzləşdirilmiş test imtahanlarına hazırlıq, cari qiymətləndirmə üçün şagirdlərin testdən istifadəsinin təşkili

10. Valideynlərin təlim-tərbiyə prosesinə cəlbi

11. Distant (məsafədən) təhsil imkanların yaradılması

Page 7: Müxtəlif İnternet Resurslar Təqdimatı

Biz fənn müəllimlərinin informasiya texnologiyaları sahəsində ixtisas səviyyəmizin artması məktəb təhsilinin səviyyəsinin artması üçün mühüm məna daşıyır.

Belə ki, müasir məktəblilər kiçik yaşlarından kompüter ilə işləməyi öyrənirlər. Lakin onların biz müəllimləri əsasən informasiya texnologiyaları ilə az tanış olduğumuzdan dərsi hazırlayarkən adətən standart metodik materiallardan istifadə edirik (kitablar, dərsliklər, jurnallar).

İnformasiya texnologiyalarından

istifadə etmədiyimizdən dərsdə istifadə edilən təlim vəsaitlərini müxtəlifləşdirmək imkanımız ( təqdimatlar, online testlər, online interaktiv tapşırıqlar və s.) demək olar ki yox idi. Nəticədə dərs şagird üçün maraqsız,cəlbedici olmayan ,adi xarakter daşıyırdı

Yuxarıda sadalanan bütün bu məsələlərdən aydın olur ki,

Page 8: Müxtəlif İnternet Resurslar Təqdimatı

”Elektron məktəb” üçün ”Elektron müəllim “ olmağa qərar verən biz müəllimlər təlim kursuna qatıldıq....

Təlimin məqsədi:

İnformasiya texnologiyalarının tətbiqi ilə istifadə edilən təlim vəsaitlərini müxtəlifləşdirmək

Page 9: Müxtəlif İnternet Resurslar Təqdimatı

Biz bu təlimdən nə öyrəndik ?

Mənə de və mən yadda saxlayımMənə de və mən yaddan çıxarmayım Məni cəlb et və mən öyrənim Konfutsi

Page 10: Müxtəlif İnternet Resurslar Təqdimatı

TƏLİM ZAMANI İSTİFADƏ OLUNMUŞ SAYTLARwww.calameo.com

www.screenr.comwww.yaklass.ruwww.bloggif.comwww.teachertube.comwww.metod-kopilka.ruhttp://учительский.сайт/http://learningapps.org/

Page 11: Müxtəlif İnternet Resurslar Təqdimatı

www.calameo.comBu saytdan istifadə edərək hər bir müəllim öz şəxsi portfoliosunu yarada bilər.Burada yerləşdirilən hər bir mətn,prezentasiya, sənəd sanki arxivdə qorunub saxlanmış kimi olur. Bu saytın esas mahiyyeti ondan ibaretdir ki, biz artıq şəxsi komputerimiz yanımızda olmasa belə öz işlərimizə istənilən yerdə baxa ,hətta yenidən yükləyə bilərik.

Page 12: Müxtəlif İnternet Resurslar Təqdimatı

Ancaq burlardan köçürülən video faylları biz asanlıqla YouTube-da və ya başqa saytlarda yerləşdirə bilərik və yaxud da öz kompüterimizdə yaddaşa verə bilərik, həmçinin də şəxsi bloqumuzda saxlaya bilərik.

www.screenr.com

Screenr və Bandicam

Kompüter ekranından köçürmə servisi

 

Bu servislərin köməkliyi ilə biz tez və asan skrinkast yarada bilərik (kompüterin ekranından köçürmə). Bu o deməkdir ki, artıq biz şəxsi video dərslərinizi yaratmaq imkanına malik oluruq

Page 13: Müxtəlif İnternet Resurslar Təqdimatı

Pedaqoji imkanları: Skreenr servisindən təhsil prosesinin gedişi zamanı çox rahat istifadə etmək olar. Pulsuz servis bütün təbəqədən olan məktəblilər üçün münasibdir. Təhsil müəssisələrində müəllimlər tapşırıqlarını şagirdlərə canlı olaraq yaratdıqları video görüntü vasitəsilə ötürə bilərlər. Bu cür servisdən həm müəllimlər, həm şagirdlər, həm də tələbələr böyük məmnuniyyətlə istifadə edərlər. Çünki bu servisin köməkliyi ilə hazırlanan tapşırıqlar dərslərin keçirilməsini daha maraqlı və interaktiv edir. Bu servisdən təlimi distant apararkən istifadə edilməsi daha uyğundur.

Page 14: Müxtəlif İnternet Resurslar Təqdimatı

Bu sayt elə elektronlaşdırılmış məkandır ki,biz artıq bütün testlərin yoxlanılmasından azadıq.Bu saytdan təhsil prosesinin gedişi zamanı çox rahat istifadə etmək olar. Hər fənnə,hər bölməyə,hər dərsə aid sualları online cavablandırmaq şagird üçün çox maraqlıdır. Bu da dərsləri daha maraqlı və interaktiv edəcək. Bu sayt həm də valideyn və müəllimin şagird faliyyətinə nəzarəti üçün çox effektivdir. Saytdan istifadə etmək üçün əvvəlcə qeydiyyatdan keçmək vacibdir

www.yaklass.ru

Page 15: Müxtəlif İnternet Resurslar Təqdimatı

www.bloggif.comBu saytdan istifadə edərək biz keçdiyimiz hər bir dərsə, hər bir mövzuya aid şəkillərin üzərində müftəlif dəyişikliklər edib, onları daha maraqlı, daha cəlbedici hala gətirə bilərik. Şəkillərə müxtəlif effektlər : döndürmək ,parlaqlıq, montaj verə, onlardan animasiya, animasiyali video, hətta video klip də yarada bilərik.

Page 16: Müxtəlif İnternet Resurslar Təqdimatı

www.teachertube.com

Bu sayt youtube saytının sırf müəllimlər üçün yaradılmış formasıdır. Bu saytın youtube saytından əsas fərqi burada mövcud olan videoçarxların yalnız tədris yönümlü olmasıdır. Burada dünyanın bütün ölkəsindən olan müəllimlər öz keçdikləri dərslərin video nümunələrini yerləşdirir və öz müəllim həmkarları ilə paylaşırlar.

Page 17: Müxtəlif İnternet Resurslar Təqdimatı

Siz bu sayta həm video,həm də audio formatda resursunuzu, şəkil, word, excel formatında olan yazılarınızı daxil edə bilərsiniz. Sizin daxil etdiyiniz yazıları öz həmkarlarınız da görə biləcək. Bu saytdan istifadə etmək üçün, ilk növbədə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat belədir...

Page 18: Müxtəlif İnternet Resurslar Təqdimatı

www.metod-kopilka.ru

Bu saytın digər saytlardan fərqi bu sayt yerləşdirilən hər bir materiala (mətn, prezentsiya,test,video dərs və s.) görə bizlərə sertfikat təqdim edir.

Materialı sayta yerləşdirmək üçün yalnızca verilən boş xanaları doldurmaq kifayətdir .

Page 19: Müxtəlif İnternet Resurslar Təqdimatı

http://учительский.сайт/

Bu sayt eyniylə www.metod-kopilka.ru saytı kimi yerləşdirilən hər bir materiala (mətn, prezentasiya,test,video dərs və s.) görə sertfikat təqdim edir.

Bu saytda hər bir müəllim özü üçün profil yaratmaqla hazırladığı materialları buraya yerləşdirir. Sayta yerləşdirilən bütün materialları hər kəs görə və yükləyə bilir.

Page 20: Müxtəlif İnternet Resurslar Təqdimatı

http://learningapps.org/ Biz fənn müəllimləri bu saytdan istifadə edərək hər bir mövzuya uyğun online testlər hazırlaya və bu testlərdən dərslərimizdə istifadə edə bilərik. Testlərin və ya sualların oyunlar şəklində tətbiqi şagird üçün çox maraqlıdır , bu da dərsin gedişini daha interktiv və maraqlı edir. Bu saytdan istifadə etmək üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır

Page 21: Müxtəlif İnternet Resurslar Təqdimatı