13
{ 91

Haydar aliyev 91

Embed Size (px)

Citation preview

Page 1: Haydar aliyev 91

{

91

Page 2: Haydar aliyev 91

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜASİR GEOSİYASİ İNKİŞAFI

Azərbaycan SSRİ tərkibindən ayrılarkən ,onun milli iqtisadiyyatı və ümumi iqtisadi göstəriciləri 15 Müttəfiq Respulika arasında Rusiya,Ukrayna,Qazaxıstan və Pribaltika respublikaları ilə yanaşı birinci beşlikdə yer alırdı.Lakin 1988-1993-cü illərdə ölkədə yaşanan gərgin daxili ictimai-siyasi vəziyyət,Dağlıq Qarabağ və Ermənistan Azərbaycan münaqişəsinin başlanması,milli-vətəndaş qarşıdurması,etnik separatçılığın qızışdırılması və s. kimi neqativ proseslər siyasi rəhbərliyinin yarıtmaz fəaliyyəti də daxil olmaqla,milli iqtisadiyyatı ciddi böhrana düçar edərək iflasa uğratdı.

Page 3: Haydar aliyev 91

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə, əksər xarici geosiyasi müdaxilələr fonunda Azərbaycan dövlətçiliyi qorunub saxlandı.Həmin ildən başlayaraq Azərbaycan Respublikasında milli –vətəndaş qarşıdurmasının dayandırılması, davamlı ictimai-siyasi sabitliyin bərpa edilməsi,həyata keçirilən ardıcıl daxili, xarici,milli dövlət quruculuğu və sosial-iqtisadi inkişaf siyasəti, 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində müvəqqəti atəşkəsə nail olunması və s. proseslər ölkə rəhbərliyinə öz xalqının gələcəyi ilə bağlı həyati əhəmiyyət kəsb edən strateji layihələri həyata keçirməyə əlverişli şərait yaratdı.

Page 4: Haydar aliyev 91

Həm daxili həyatda –bazar mexanizmlərinin yaradılması, dövlət mülkiyyətinin özəlləşdirilməsi və biznes mühitinin liberallaşdırılması, həm də beynəlxalq aləmlə işgüzar münasibətlərin qurulması, respublika iqtisadiyyatına hava-su kimi lazım olan xarici investisiya və texnologiyaların cəlb edilməsi, Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan milli neft-qaz yataqlarının birgə mənimsənilməsi və istismarı ,inkişaf etmiş Qərb ölkələri və onları təmsil edən şirkətlərlə bərabərhüquqlu,qarşılıqlı-faydalı, müştərək tərəfdaşlıq əlaqələrinin yaradılması istiqamətində gərgin işlərə başlanıldı

Page 5: Haydar aliyev 91

1994-cü ildə Azərbaycan özünün yeni iqtisadi və neft strategiyası çərçivəsində dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin karbohidrogen yataqlarının mənimsənilməsivə hasil olunan neftin alternativ yollarla dünya bazarlarına ixrac edilməsi sahəsində ,,Əsrin müqaviləsi’’adlanan çoxtərəfli saziş imzaladı.Regionun bəzi dövlətlərinin ciddi müqavimətinə baxmayaraq,Azərbaycan qısa müddətdə xarici tərəfdaşlarla birgə ciddi geoiqtisadi layihələr reallaşdırdı,Xəzərin zəngin karbohidrogen yataqlarının müştərək istismarının,Cənubi Qafqazda bir çox nəhəng transmilli enerji, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasının əsas təşəbbüskarına və hərəkətverici qüvvəsinə çevrildi.

Page 6: Haydar aliyev 91

1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsi, çoxpartiyalı seçki nəticəsində yeni parlamentin formalaşdırılması ,daxili siyasətin demokratiya və bazar iqtisadiyyatı prinsipləri əsasında modernləşdirilməsi və digər addımların atılması yaxın və uzaq perspektivdə Azərbaycanın qarşısında duran milli vəzifələri, iqtisadi, siyasi, sosial-mənəvi inkişaf prioritetlərini müəyyənləşdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik əldə edildikdən sonra Azərbaycanın keçdiyi geosiyasi inkişaf yolunu xarakterizə edərək belə söyləmişdir:``1993-cü ildən sonrakı dövrdə Azərbaycanın milli dövlətçiliyi qorunub saxlanıldı və yenidən quruldu, onun inkişaf strategiyası müəyyənləşdi ,ölkəmiz bütün istiqamətlərdə özünü dünyaya perspektivli və etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi təqdim edə bildi”

Postsovet məkanının, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın müasir geosiyasi xarakteristikasını ,region ölkələrinin inkişaf tendensiyalarını və perspektivlərini qiymətləndirən dünya ekspertləri əlverişli coğrafi ,geosiyasi ,geoiqtisadi, hərbi-geostrateji mövqeyini və potensialını, zəngin neft-qaz və digər enerji ehtiyatlarını, maddi ,mənəvi ,əmək və insan resurslarını ,Şərq-Qərb alternativ nəqliyyat-tranzit və enerji dəhlizlərinin yaradılması sahəsində yürütdüyü birmənalı transmilli siyasəti və tutduğu düzgün mövqeni, bazar iqtisadiyyatı prinsiplərini və Qərb dəyərlərini əsas inkişaf yolu kimi seçməsini, son on ildə nail olduğu dinamik inkişafı və s.kimi amilləri nəzərə alaraq Azərbaycan Respublikasını bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab edirlər.

Azərbaycanın geosiyasi xarakteristikasının əsas göstəricilərindən biri də onun zəngin insan resursları, sabit daxili ictimai-siyasi, milli-etnik və dini vəziyyəti və dövlətin bütün bu sahələr üzərindəki nəzarət imkanları ilə sıx bağlıdır.Əhalinin təhsili, texniki və peşə hazırlığı, sağlamlıq və yaş meyarları ,miqrasiya, urbanizasiya göstəriciləri həm daxili inkişaf, həm də qlobal iqtisadi əlaqələr baxımından mütəxəssislər tərəfindən yetərli hesab olunur

Page 7: Haydar aliyev 91

Azərbaycanın regional və planetar geosiyasi önəmini artıran amillərdən strateji neft və qaz məhsullarının satışından əldə edilən gəlirlər hesabına ölkənin digər həyati infrastrukturlarının yenidən qurulması, iqtisadiyyatın liberallaşdırılması və şaxələndirilməsi,qeyri-neft sektorunun inkişafına önəm verilməsi və s. hesab olunur.Bundan başqa son illərdə Azərbaycanın enerji və nəqliyyat ,ərzaq və infrastruktur təhlükəsizliyi kimi mürəkkəb məsələlər də əsasən həll edilmiş, ekoloji tarazlığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməyə başlamışdır.Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və icrası respublikada yeni şərait yaradaraq, Azərbaycanın bütövlükdə əksər bölgələrinin hərtərəfli tərəqqisinə səbəb olmuş, yaşayış məntəqələrinin simasını müasirləşdirmişdir.Müstəqillik illərində Azərbaycanın kənd təsərrüfatı və ərzaq istehsalı sisteminə əsaslı investisiya yatırılmış, fermerlərə birbaşa dövlət dəstəyi göstərilmiş və bu sahənin inkişafına əsaslı təkan verilmişdir.Hazırda taxıl istisna olmaqla ,Azərbaycan əksər ərzaq məhsulları ilə özünü əsasən təmin edir.

Page 8: Haydar aliyev 91

Azərbaycanın regionda və dünyada yürütdüyü balanslı xarici siyasət kursu ,reallaşdırdığı yeni neft strategiyası, transmilli enerji və nəqliyyat-kommunikasiya siyasəti ,həyata keçirməyə çalışdığı regional və milli təhlükəsizlik strategiyası,Avropa Birliyi ,NATO,ATƏT, MDB, İKT və b. beynəlxalq-regional qurumlarla yürütdüyü iqtisadi ,siyasi və təhlükəsizlik sahəsində tərəfdaşlıq siyasəti,Avropa Şurasına üzv qəbul olunması, əksər Beynəlxalq Konvensiyalara qoşulması və beynəlxalq aləm qarşısında götürdüyü digər öhdəliklər ölkənin xarici aləmlə geosiyasi, geoiqtisadi və hərbi-strateji tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər kimi çıxış etmişdir.Müasir dünyada geoiqtisadi dəyər ölçüləri həm də mövcud ölkədə yürüdülən iqtisadi, siyasi,sosial, milli vəs.siyasətin xarakteri və efetivliyi ilə ölçülür.Azərbaycan özünün müsbət və pozitiv iqtisadi inkişaf meyllərini –iqtisadiyyatın liberallaşdırılmasını, Qərblə iqtisadi əlaqələrin və bazar iqtisadiyyatının mexanizmlərinin getdikcə inkişaf etdirilməsini davam etdirməklə yanaşı, həm də ölkə daxilində sabit vətəndaş birliyinin yaradılması istiqamətində mühüm nailiyyətlər qazanmışdır

Page 9: Haydar aliyev 91

Hər bir dövlətin siyasi ,iqtisadi və s. fəaliyyətinin ölçü meyarı göstəriciləri və müvəffəqiyyəti həm də onun beynəlxalq nüfuzundan, geosiyasi imicindən, qazanılmış reputasiyasından ,onu təmsil edən rəhbərlərin təsdiq olunmuş nüfuzundan, daxildə və beynəxalq aləmdə nümayiş etdirdiyi fəaliyyətindən ,xalqının mədəni və intellektual səviyyəsindən və s. asılıdır.Bu baxımdan Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada orta yerlərdən birini tutur.Bu yer keçmiş Azərbaycan prezidenti, dünyada nüfuzlu ictimai-siyasi və dövlət xadimi imici qazanmış Heeydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi ,müsəlman ölkələri içərisində Azərbaycanın daha çox Avropa dəyərlərinə, sivil, dünyəvi və hüquqi dövlət quruculuğu yoluna üstünlük vemesi, xalqın təhsil ,mədəni və intellektual səviyyəsinin yüksək olması, dünyanın elm, mədəniyyət və incəsənət xəzinəsinə verdiyi qabaqcıl töhfələri və b. amillərlə bağlıdır.Dövlətlərin geosiyasi gücünün və beynəlxalq aləmə təsir imkanlarının əsas göstəriciləri həm də onun bütün dünyanın, ayrı-ayrı regionların ictimai-siyasi, iqtisadi, sosial, təhlükəsizlik mühitinə, beynəlxalq aləmin rəsmi və ictimai rəyinə təsir etmək imkanları, transmilli proseslərdə iştirakı və s. ilə ölçülür.Bu baxımdan Azərbaycanın dünya ölkələrinin alternativ enerji təminatı, transmilli enerji , nəqliyyat-kommunikasiya layihələrində iştirakı ilə yanaşı, həm də son illərdə digər planetar qlobal proseslərdə-beynəlxalq terrorizmə, narkoticarətə qarşı mübarizədə, dünya siyasətinin demokratik transformasiyasında, regional inteqrasiya və s.fəal iştirakı da onun bölgədəki geosiyasi gücünü və təsirini ,beynəlxalq aləmdəki nüfuzunu ,və dəyərini xeyli yüksəltmişdir.

Page 10: Haydar aliyev 91

Azərbaycanın geosiyasi təsir və diplomatik resursları sırasına xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ,dünyada yaşayan azərbaycanlıları və s. aid etmək olar.Azərbaycan bu resurslar vasitəsilə dünyanın siyasi, mədəni, diplomatik və s. həyatında iştirak edir və müvafiq sahələrdə öz geosiyasi maraqlarını təmin etməyə çalışır.Xarici siyasət resurslarının gücünə, xarici ölkələrdəki səfirliklərinin və diplomatlarının sayına görə də Azərbaycan əksər postsovet və Cənubi Qafqaz ölkələrindən üstün mövqedədir.

Mütəxəssislərin fikrinə görə, Azərbaycanda potensial imkanı geniş olan qeyri-neft sektorunun inkişafı –xüsusən turizm, kənd təsərrüfatı və emal sənayesinin, daxili və xarici bazarlara işləyən müxtəlif istehsal müəssisələrinin yaradılması hələ ki, ya həddən artıq zəifdir ,ya da ki əsasən daxili kapital hesabına maliyyələşir.Bundan başqa, Azərbaycanda bazar iqtisadiyyatına keçid biznes mühitinin liberallaşdırılması, azad iqtisadi rəqabətin yaradılması, özəlləşmə və maliyyə-pul islahatlarının müsbət nəticələri son beş ildə hiss olunacaq dərəcədə özünü göstərsə də, milli səviyyədə bəzi problemlər hələ də qalmaqdadır

Page 11: Haydar aliyev 91

Lakin,bir faktı da qeyd etmək lazımdır ki,Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinə,Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsindəki bir çox regional qarşıdurmalara və ölkədaxili iqtisadi,sərbəst biznesin yaradılması və s.sahəsindəki bəzi problemlərə görə bir çox maraqlı dairələr dünya investorlarına nə qədər Azərbaycanı əlverişsiz bir ölkə kimi tanıtmağa çalışsa da malik olduğu zəngin enerji resursları Xəzər hövzəsində yürütdüyü effektli neft-qaz siyasəti və reallaşdırdığı çoxsaylı transmilli layihələr onu bütün dünya üçün bir o qədər,cəlbedici və arzuolunan tərəfdaşa çevirmişdir

Page 12: Haydar aliyev 91

HAZIRLADI:VƏFA CƏFƏRLİ-ÜMUMİ İQTİSADİYYAT ,QRUP 105

Page 13: Haydar aliyev 91

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR...