2
Respublikanın ümumtəhsil məktəblərinin
9-cu sinifləri üçün “Biologiya” (İnsan) dərsliyi
Müəlliflər: Ədalət Fərəcov
Rəşad Səlimov
Bakı: Çaşıoğlu, 2011.
Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə
bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış
YEKUN RƏY
Rafiq Quliyev
3
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmun baxımından;
2. Dizayn və bədii tərtibat baxımından;
3. Tərcümə qüsurları;
4. Rus dilində olan variantdakı qüsurlar.
1. Məzmun baxımından
Dərslik 15 fəsildən, 144 səhifədən ibarət olub, hazırda qüvvədə olan tədris
proqramı əsasında hazırlanıb. Tədris proqramında nəzərdə tutulan mövzular dərslikdə
tam əhatə olunub, proqramdankənar heç bir mövzu dərsliyə daxil edilməyib. Mövzular
elmi-metodiki baxımından şagirdlərin yaş səviyyəsinə uyğun tərtib olunub. Dərslikdəki
materiallar fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan verir.
Bununla belə dərslikdə müəyyən qüsurlar var. Bunların bir qismi tövsiyə
xarakterlidir.
Səhifə 14. Burada “İnsan bədənində müxtəlif mənşəyə və quruluşa malik olan,
lakin eyni funksiya daşıyan orqanlar sistemi orqanlar aparatını əmələ gətirir” fikri
qeyd olunub, lakin ona dair misal göstərilməyib. Misal göstərilməsi tövsiyə olunur.
Səhifə 15. Burada “İnsan +500C-dən -70
0C-yə qədər temperatur dəyişikliyinə
dözür və o, bu temperatur fərqində əziyyət çəkmədən yaşaya bilir” fikri qeyd
olunub.
Cümlədən “əziyyət çəkmədən” ifadəsinin çıxarılması təklif olunur. Çünki bu cür
temperatur fərqində yaşamaq olar, ancaq bunu “əziyyətsiz” etmək mümkün deyil.
Səhifə 22. Şırım haqqında (mərkəzi şırım, yan şırımlar) və şırım vasitəsilə baş
beynin paylara bölünməsi və insanın baş beynindən 12 cüt sinirin çıxması barədə
məlumat verilməyib.
Səhifə 23. “Baş beyindən, uzunsov və onurğa beyindən gələn informasiyalar
beyinciyə daxil olur” cümləsinin “Baş beyindən və onurğa beyindən gələn
informasiyalar beyinciyə daxil olur” kimi verilməsi məsləhətdir. Çünki uzunsov beyin
baş beynin tərkib hissəsidir.
4
“Baş beynin böyük yarımkürələri təkamüldə mərkəzi sinir sisteminin ən yeni
şöbəsi hesab olunur. O, ilk dəfə suda-quruda yaşayanlarda zəif şəkildə meydana
çıxmışdır. Onlarda yarımkürələrin üzərində qabıq yoxdur” fikirlərinin “Baş beynin
böyük yarımkürələri təkamüldə mərkəzi sinir sisteminin ən yeni şöbəsi hesab olunur. O,
ilk dəfə zəif inkişaf etmiş şəkildə balıqlarda meydana çıxır, suda-quruda yaşayanlarda
artıq yaxşı ayırd edilir. Onlarda yarımkürələrin üzərində bütöv qabıq qatı yoxdur” kimi
verilməsi daha yaxşı olar. Çünki çətinliklə seçilə bilən yarımkürələr artıq balıqlarda var
və onların beyni üzərində adacıqlar şəklində qabıq olur.
Abzas 1-də “beyinciyin yarımkürələrinin üzərinin beyin yarımkürələri kimi
xaricdən boz maddə ilə örtülməsi” qeyd edilərsə, beyinciklə baş beyin arasında oxşarlıq
daha yaxşı başa düşülər.
Səhifə 33. Yastı sümüklər haqqında onların “təxminən eni uzununa bərabər
olub….” ifadəsi verilib. Bu fikir doğru deyil, çünki yastı sümüklər müxtəlif formada, o
cümlədən uzunsov ola bilər, məsələn, qabırğalar.
Səhifə 35. Burada “Tənəffüs hərəkətləri zamanı döş sümüyü hərəkətsiz olur”
fikri doğru deyil. Belə ki, tənəffüs hərəkətləri zamanı qabırğaların ön ucu yuxarı və
aşağı yerini dəyişir və bu zaman döş sümüyünü də hərəkət etdirərək onurğa sütununa
yaxınlaşdırıb uzaqlaşdırır. Nəticədə döş qəfəsi öndən arxaya doğru həcmini dəyişir.
Səhifə 39-40. Əzələlərin funksiyaları və yığılma mexanizmləri haqqında
məlumatın bir qədər genişləndirilməsi təklif (tövsiyə) olunur.
Səhifə 46. Talassemiyanın virus hepatitləri ilə birgə təhlili və qarışdırılması doğru
deyil. Virus hepatitlərini abzasa çıxarmaq tövsiyə olunur.
Səhifə 47. “Qanın elmi əsaslar üzrə köçürülməsi yalnız immunitet haqqında
təlimin yaradıcısı İ.İ. Meçnikov, P. Erlix və Avstriya alimi K. Landşteynerin qan
qruplarını kəşf etməsindən sonra baş tutmuşdur” əvəzinə, “Qanın elmi əsaslar üzrə
köçürülməsi yalnız immunitet haqqında təlimin yaradılması (İ.İ. Meçnikov, P. Erlix) və
Avstriya alimi K. Landşteynerin qan qruplarını kəşf etməsindən sonra baş tutmuşdur”
yazılması tövsiyə olunur.
Səhifə 49. İmmunitetin “aktiv” və “passiv” formalarının verilməsi tövsiyə olunur.
Bu formaların hər birinin ayrı-ayrılıqda izah olunması məsləhətdir.
5
“İmmunitet – orqanizmin hər hansı yoluxucu xəstəliyə tutulmamaq
qabiliyyətidir” fikri bir qədər qeyri-dəqiqdir. İmmunitetə verilən tərifin
dəqiqləşdirilməsi və genişləndirilməsi məsləhət görülür.
Burada “İnsan orqanizminin immunitetlə təmin edilməsində qandan əlavə
qalxanabənzər vəz, dalaq, sümük iliyi, kor bağırsağın soxulcanabənzər çıxıntısı
və s. mühüm əhəmiyyət kəsb edir” fikrinin “İnsan orqanizminin immun
reaksiyalarında çəngələbənzər və qalxanabənzər vəzilər, dalaq, sümük iliyi, kor bağır-
sağın soxulcanabənzər çıxıntısı və s. mühüm əhəmiyyət kəsb edir” kimi verilməsi daha
doğru olar. Çünki çəngələbənzər vəz immun sistemin ən vacib orqanlarındandır. Onun
sadalanması vacibdir.
Səhifə 50. Burada “Zərdablar zəiflədilmiş və ya ölmüş xəstəlik törədicilərindən
və ya onların həyat fəaliyyəti nəticəsində yaranan məhsullarından alınır.”
cümləsinin “Zərdablar zəiflədilmiş, ölmüş xəstəlik törədiciləri və ya onların həyat
fəaliyyəti məhsullarının təsirinə məruz qalmış heyvanların qanından alınır” kimi
verilməsi tövsiyə olunur.
Yenə burada “QİÇS xəstəliyinin törədiciləri … limfositləri tamamilə məhv
edir” cümləsinin “QİÇS xəstəliyinin törədiciləri….limfositləri qismən məhv edir” kimi
verilməsi daha doğru olar.
Səhifə 51. “İnsanda iki qan dövranı vardır” fikri doğru deyil. Qan dövranı
birdir, o iki hissəyə ayrılır.
Burada qanın böyük qan dövranından keçmə vaxtı göstərilməyib.
Venalarda aypara qapaqların olması verilməyib. Bu məlumatların verilməsi
tövsiyə olunur.
Səhifə 53. Burada “Həm sol, həm də sağ mədəcikdə üç aypara qapaqcıq var”
cümləsi doğru deyil. Əslində insanın ürəyində 2 aypara qapaq olur. Aypara qapaq isə 3
aypara cibcikdən təşkil olunub.
Səhifə 54. “2-ci faza mədəciklərin sistolası (boşalması)” deyil, “2-ci faza
mədəciklərin sistolası (yığılması)” olmalıdır.
Səhifə 59. Nəfəsalma və nəfəsvermənin mexanizmlərinin izah olunması tövsiyə
olunur. Tənəffüs prosesinin 4 mərhələsi verilib, sonra qazlar mübadiləsinin tənəffüs
6
üzvləri vasitəsilə icra olunması yazılıb. Lakin qazların qan vasitəsilə daşınması və
toxumalarda baş verən qazlar mübadiləsi tənəffüs üzvləri vasitəsilə icra olunmur.
Burada “Nəfəs verərkən səs yarığı daralır, ondan keçən hava səs tellərinin
titrəyişiinə səbəb olur və səs yaranır” cümləsinin “Danışan və ya oxuyan zaman səs
yarığı daralırsa, ondan keçən hava səs tellərinin titrəməsinə səbəb olur və səs yaranır”
kimi verilməsi daha məqsədəuyğundur. Əgər dərslikdə yazılan kimi olsaydı, insan hər
nəfəs vermə zamanı səs çıxarardı.
Səhifə 60-72. İnsanın həzm kanalında mövcud olan mühit haqqında məlumat
verilməsi yaxşı olardı. Nəzərə almaq lazımdır ki, ağızda həzm zəif qələvi mühitdə, nazik
və yoğun bağırsaqda isə qələvi mühitdə gedir.
Səhifə 70. Burada “Ptialin nişastanı şəkərə, maltaza karbohidratları qlükozaya
parçalayır” cümləsinin “Ptialin nişastanı maltozaya, maltaza isə sonuncunu qlükozaya
qədər parçalayır” kimi verilməsi daha doğru olar. Əks halda izahdan belə təsəvvür
yarana bilər ki, nişasta və şəkər karbohidrat deyil, o, karbohidrat olmaq üçün ptialinin və
maltazanın təsirinə məruz qalmalıdır.
Burada “lizosimlər” sözü düzgün deyil. Lizosim konkret bir maddədir, onu cəm
şəklində işlətmək olmaz.
Yenə həmin səhifədə “...sonra 32 daimi dişlər çıxır” fikri qeyd olunub.
Azərbaycan dilinin qrammatik qaydalarına əsasən “dişlər” deyil, “diş” yazılması
məsləhətdir.
Səhifə 73. “Öd azlığı” ifadəsi izah olunmayıb. Ödün və qaraciyərin funksiyaları
tam açıqlanmayıb.
Səhifə 92. “Günəşin möhkəmləndirici təsirinin” nədən ibarət olduğu başa
düşülmür. D vitamini , onun yaranması və əhəmiyyəti haqqında məlumatın verilməsi
daha yaxşı olar.
Səhifə 96. Burada “.....qarın boşluğuna atılır” əvəzinə “çanaq boşluğuna düşür”
yazılarsa daha düzgün olar.
Səhifə 104. Başlığın “Gözün quruluşu” deyil, “Görmə orqanının quruluşu” kimi
verilməsi daha doğru olar.
Şəkil 67-də ön və arxa kamera verilib, lakin mətində bu barədə heç bir
məlumat verilməyib.
7
2. Dizayn və bədii tərtibat baxımından
Səhifə 22. 13-cü şəkildə “mədəcik” yazılıb, lakin mətndə bu barədə izah yoxdur.
Ona görə də “mədəcik” sözünü çıxarmaq lazımdır.
Səhifə 39. 27-ci şəkildə əzələ “hüceyrələri” adı altında səhv olaraq əzələ “dəsti”
göstərilib.
Səhifə 49. “İnsanlar heyvanların (məsələn, itlərin, donuzların və s.) tutulduğu
vəba xəstəliyinə tutulmur” cümləsinin “İnsanlar heyvanların (məsələn, itlərin,
donuzların və s.) tutulduğu taun xəstəliyinə tutulmur” kimi verilməsi məsləhətdir. Rus
dilində olan variantda düzgün olaraq “taun” yazılıb.
3. Tərcümə qüsurları
Səhifə 4. Dərsliyin Azərbaycan dilində olan variantından fərqli olaraq rus dilində
olan variantında İ. Meçnikovun anadan olduğu və vəfat etdiyi illər göstərilməyib. “1845
– 1916-cı illər” əlavə olunmalıdır.
Səhifə 11. Dərsliyin rus dilində olan variantında yazılıb: “osteon sümük
toxumasının struktur vahididir”. Azərbaycan dilində olan variantda isə bu məlumat
verilməyib.
Səhifə 23. Dərsliyin Azərbaycan dilində olan variantında “Belə quruluş sayəsində
qabığın səthi insanda təxminən 200 min mm2-ə çatır” fikri verilib. Dərsliyin rus
dilində olan variantında isə bu rəqəmin düzgün olaraq 220 min olduğu göstərilib.
Səhifə 25. Dərsliyin Azərbaycan dilində olan variantından fərqli olaraq, rus dilində
olan variantında sinir sisteminin irsi xəstəliklərinin səbəbləri haqqında heç bir məlumat
verilməyib.
Bu səhifədə “ Периоды высокой работоспособности отмечаются с 10 до 12
часов и с 16 да 18 часов” cümləsi dərsliyin Azərbaycan dilində olan variantında “Saat
10-dan 13-dək və 16-dan 20-dək işgüzarlıq daha yüksək səviyyəyə çatır” kimi verilib.
Səhifə 43. Dərsliyin rus dilində olan variantında “Потеря 1/2 - 1/3 крови может
закончится смертью человека” fikri qeyd olunub. Dərsliyin Azərbaycan dilində
8
olan variantında isə yazılıb: “Qanın 2–2,5 litrinin itirilməsi insanın ölümü ilə nəticələnə
bilər”.
Səhifə 51. Qanın böyük və kiçik qan dövranından keçmə vaxtı rus dilində olan
variantda göstərilib. Azərbaycan dilində olan variantda böyük qan dövranından keçmə
vaxtı göstərilməyib.
Səhifə 64. Burada “Таких вдуваний надо сделать 16 – 20 в минуту…” fikri
qeyd olunub. Azərbaycan dilində olan variantda isə 12-16 verilib.
Səhifə 77. Dərsliyin rus dilində olan variantında yazılıb: “В жидких
растительных жирах и рыбьем жире есть такие необходимые организму
жирные кислоты, которых нет в животных жирах”. Cümlədən elə çıxır ki, balıq
yağı heyvan mənşəli deyil. Dərsliyin Azərbaycan dilində olan variantında isə “Duru
bitki yağlarında heyvani yağlarda olmayan müəyyən zəruri maddələr vardır” verilib.
Səhifə 95. Dərsliyin rus dilində olan variantında yazılıb: “В течение жизни
созревают только 300-350 из них”. Azərbaycan dilində olan variantda isə 350-500
rəqəmləri verilib.
Səhifə 98-100. Dərsliyin Azərbaycan dilində olan variantından fərqli olaraq, rus
dilində olan variantında 1 aylıq rüşeymin başı ilə bədəninin nisbətinin 1/3 olduğu və 4-5
aylıq döldə ilk dəfə olaraq ürək döyüntüsünün eşidildiyi haqqında heç bir məlumat
yoxdur.
4. Rus dilində olan variantdakı qüsurlar
Səhifə 6. Burada “На поверхности мембраны имеются мелкие поры, через
которые происходит процесс обмена веществ между клеткой и окружающей
средой” fikrinin “На поверхности мембраны имеются каналы, через которые про-
исходит процесс обмена веществ между клеткой и окружающей средой” kimi
verilməsi daha doğru olar.
Yenə burada “Разделенная мембраной внутренняя полость клетки
образует эндоплазматическую сеть” cümləsinin “Система мембран
разделяющая полость клетки образует эндоплазматическую сеть” kimi yazılması
daha doğru olar.
9
Səhifə 7. Burada “Лизосомы небольшие округлые тельца, покрытые
однослойной прочной мембраной” cümləsinin “Лизосомы небольшие округлые
тельца, имеющие одномембранное строение” kimi yazılması məsləhətdir. Çünki
membran birlaylı deyil.
Burada “Число белков в клетке порой доходит до 1000” cümləsinin “Число
видов белков в клетке доходит до многих тысяч” kimi yazılması məqsədəuyğundur.
Səhifə 8. “Протекающие при участии кислорода процессы биосинтеза и
распада идут с выделением и поглощением энергии” cümləsinin
“Протекающие при участии кислорода процессы распада идут с выделением
энергии” kimi yazılması məsləhətdir (biosintez prosesləri üçün oksigen tələb olunmur).
Səhifə 11. Burada “Все суставы, межпозвоночные диски, ушная раковина
и другие гибкие части скелета образованы хрящевой тканью” cümləsinin
“Хрящевая ткань покрывает суставные поверхности костей, а также образует
межпозвоночные диски, ушные раковины и многие другие гибкие части скелета”
kimi yazılması doğru olar. “Поперечнополосатая мышечная ткань состоит из
многоядерных волокон и образует скелетные мышцы, которые способны
быстро сокращаться и долгое время оставаться в расслабленном или
сокращенном состоянии” fikri də doğru deyil. Çünki eninəzolaqlı skelet əzələləri tez
yorulur və uzun müddət yığılmış vəziyyətdə qala bilmir. Bu xüsusiyyət saya əzələlər
üçün səciyyəvidir.
Səhifə 15. Burada “...в сравнении с другими живыми существами человек
лучше и быстрее приспосабливается к различным природным условиям.”
fikri doğru deyil. Belə ki, dəyişən şəraitə ən sürətlə uyğunlaşan canlılar bakteriya, ibtidai
birhüceyrəlilər və cücülərdir. Bu mənada insan axırıncı yerlərdən birini tutur.
Yenə burada “...человек улучшает и обогащает природу” fikri də doğru deyil.
Belə ki, insan təbiətə böyük və çox halda düzəlməz zərər vurur. İnsanların təsərrüfat
fəaliyyəti nəticəsində Yer üzərindən meşələrin 2/3 hissəsi qırılır, hər il yüzlərlə bitki və
heyvan növü məhv olur.
Səhifə 16. Burada “Один из отростков этих нейронов подходит к органам,
там завершается в виде рецептора” cümləsinin “Один из отростков этих
нейронов подходит к органам, где соединяется с рецептором” kimi verilməsi daha
10
məqsədəuyğundur (bir sıra reseptor neyronların qurtaracağı deyil, müstəqil
hüceyrələrdir).
Səhifə 23. Burada “Более глубокие извилины условно делят полушария на
лобную, теменную, височную и затылочную доли” cümləsinin “Более глубокие
борозды условно делят полушария на лобную, теменную, височную и затылочную
доли” kimi verilməsi daha yaxşı olardı.
Səhifə 25. “Наблюдающийся у детей вирус полиомиелита (детского
паралича) разрушает двигательные нейроны.....” cümləsinin “Вирус
полиомиелита (детского паралича) разрушает двигательные нейроны...” kimi
verilməsi tövsiyə olunur. Belə ki, yazılandan elə fikrə gəlmək olar ki, poliomielit
virusları bütün uşaqlarda var və onlar bəzən xəstəlik törədir.
Səhifə 32-33. Burada “К коротким костям относятся кости кисти
(запястья), пясти, фаланги кисти, фаланги стопы и фаланги пальцев”
cümləsinin “К коротким костям относятся кости запястья, пясти, фаланги
пальцев кисти, а также кости плюсны, предплюсны и кости пальцев стопы
(фаланги)” kimi verilməsi daha doğru olar. Bundan başqa, əlavə eləmək lazımdır ki, əl
və ayaq barmaqlarının falanqaları, əl və ayaq darağı sümükləri qısa borulu, əl və ayaq
daraqarxası sümüklər isə qısa süngəri sümüklərə aiddir.
Səhifə 33. Burada “Рост костей в длину возможен за счет деления и
размножения клеток хряща, покрывающего его головки” fikri doğru deyil.
Əslində, sümüklərin başcıqları gialin qığırdaqla örtülüb ki, bu qığırdaq sümüyün
uzununa böyüməsində iştirak etmir. Bu qığırdaq növü oynaq səthlərini əmələ gətirir və
“amartizator” rolunu oynayır. Sümüklərin uzununa böyüməsi isə sümük başcıqları
(epifiz) və onların orta hissəsi (diafiz) arasında yerləşən qığırdaq hüceyrələrinin
bölünməsi hesabına baş verir.
Səhifə 35. “Эти физиологические изгибы (имеются в виду лордозы и
кифозы)...” cümləsinin “Эти анатомические изгибы….” kimi yazılması tövsiyə
olunur.
Səhifə 37. “К полуподвижным соединениям относится соединение тел
позвонков, присоединение ребер к грудине и др” cümləsinin “К полуподвижным
соединениям относится соединение тел позвонков шейного грудного и
11
поясничного отделов позвоночника. И присоединение ребер к грудине” kimi
yazılması məsləhətdir. Belə ki, oma və büzdüm fəqərələrinin cisimləri hərəkətsiz
birləşir.
Burada saya əzələ liflərinin bir, eninəzolaqlı əzələ liflərinin isə çoxnüvəli olması
haqqında məlumat verilməyib.
Səhifə 42. Burada “... супинатор (стелька)” göstərilib. Qeyd etmək lazımdır ki,
“cупинатор” və “стелька” müxtəlif anlayışlardır.
Səhifə 43. “В нормальных условиях вся кровь в организме движется по
кровеносным сосудам. Примерно 1/4 его часть сохраняется в кровяных депо -
коже, селезенке и в сосудах печени в виде запаса” fikrinin “В нормальных
условиях большая часть крови организма движется по кровеносным сосудам.
Примерно 1/4 ее часть хранится в кровяных депо – коже, селезенке и в сосудах
печени в виде запаса” kimi yazılması daha doğru olar.
Səhifə 44. “При этом эритроциты присоединяют к себе воду, набухают и
мембрана эритроцита лопается ” cümləsinin “При этом вода проникает внутрь
эритроцитов, которые набухают и лопаются” kimi yazılması daha doğru olar.
Burada “В это время из тромбоцитов выделяется вещество ферментного
свойства, которое способствует превращению растворимого в плазме крови
белка фибриногена в нерастворимый белок фибрин” cümləsinin “В это время
из тромбоцитов выделяется белок, который запускает цепь реакций, в конечном
счете приводящих к превращению растворимого в плазме крови белка
фибриногена в нерастворимый белок фибрин” kimi yazılması daha yaxşı olar.
Səhifə 47. Burada “II группа крови, когда в эритроцитах крови содержится
агглютиноген А, а в плазме крови агглютинин α. III группа крови, когда в
эритроцитах крови содержится агглютиноген В, а в плазме агглютинин β.”
kimi məlumatlar doğru deyil. Çünki aqlütinogen A ilə aqlütinin α-nın, eləcə də
aqlütinigen В ilə aqlütinin β-nın eyni bir qanda olması eritrositlərin yapışmasına
(aqlütinasiyasına) səbəb olur və insan ölür. Bu fikrin “II группа крови, когда в
эритроцитах крови содержится агглютиноген А, а в плазме крови агглютинин β.
III группа крови, когда в эритроцитах крови содержится агглютиноген В, а в
плазме агглютинин α” kimi verilməsi daha doğru olar.
12
Səhifə 54. Burada “Одноразовое сокращение и расслабление сердца
называется сердцебиением или циклом сердечных сокращений” cümləsi
dəqiqləşdirilməlidir. Belə ki, ürək sikli onun bir dəfə yığılıb boşalması deyil, ürək işinin
hər üç fazasının başa çatması üçün tələb olunan vaxtdır.
Səhifə 62. “Давление углекислого газа в несколько раз ниже в
капиллярах вен окружающих альвеолы, поэтому углекислый газ переходит
из крови в альвеолярный воздух” cümləsinin “Давление углекислого газа в
несколько раз выше в капиллярах вен, окружающих альвеолы, поэтому углекислый
газ переходит из крови в альвеолярный воздух” kimi yazılması daha doğru olar.
Səhifə 63. “В результате их (межреберных мышц и диафрагмы)
сокращения начинается выдох” cümləsi “В результате их сокращения
начинается вдох” kimi yazılmalıdır.
Səhifə 67. Burada “Пища состоит как из органических (белки, жиры и
углевод), так и из неорганических (минеральные соли и вода) веществ
растительного и животного происхождения” cümləsinin “Пища состоит как из
органических (белки, жиры и углеводы), так и из неорганических (минеральные
соли и вода) веществ” kimi verilməsi daha doğru olar. Belə ki, mineral duzlar və su
bitki və ya heyvan mənşəli ola bilməz.
Səhifə 70. “В возрасте 5-6 месяцев у ребенка прорезаются 20 молочных
зубов”. Bu ifadə doğru deyil. Çünki 5-6 aylıq uşaqda ancaq-ancaq ilk süd dişlərin
çıxması başlanır (aşağı və yuxarı çənələrin kəsici dişlərinin).
Səhifə 74. Burada “Желчь нейтрализует кислое содержимое пищи, и,
набираясь в желчном пузыре, порциями выделяется в момент активной
стадии пищеварения” fikri doğru deyil. Əks halda elə çıxır ki, öd əvvəlcə qidanın
turş möhtəviyyatını neytrallaşdırır, sonra isə öd kisəsinə yığılır. Ona görə də bu fikrin
“Желчь, набираясь в желчном пузыре, порциями выделяется в процессе
пищеварения в 12 перстную кишку и нейтрализует кислое содержимое,
попадающее туда из желудка” kimi verilməsi məsləhətdir.
Səhifə 81. Burada “Основная часть жиров в двенадцатиперстной кишке
расщепляется на глицерин и жирные кислоты. Проходя через ворсинки
кишечника, эти вещества всасываются сначала в лимфу, а затем в кровь,
13
доставляются ко всем клеткам организма и преобразуются в нужные
организму жиры” fikri verilib. Əslində, orqanizmə xas olan yağlar xov hüceyrələrində
sintez olunur və yalnız sonra sorularaq bədənin müxtəlif hissələrinə daşınır.
Səhifə 82. Burada “При длительном отсутствии этого витамина (имеется в
виду витамин С), развивается цинга.....” fikrinin əvəzinə, “При недостатке
этого витамина...” verilməsi məsləhətdir. Çünki, insan bədənində “uzun müddət” C
vitamini olmasa, o öləcək.
Səhifə 87. Burada “Почечное тельце состоит из бокаловидной капсулы и
окружающего его (ее) капиллярного клубочка” fikri qeyd olunub. Həqiqətdə isə
kapilyar yumaqcıq qədəhəbənzər kapsulanı əhatə etmir, onun içərisində yerləşir.
Səhifə 88. Burada “Этот фильтр не пропускает клетки крови и крупные
белковые молекулы. Поэтому отфильтрованная жидкость схожа по составу с
плазмой крови” fikri qeyd olunub. Buradan “поэтому” sözünün çıxarılması
məsləhətdir. Əks halda elə çıxır ki, ilk sidiyin qan plazmasına oxşamasının səbəbi ora
zülalların keçməməsidir.
Səhifə 91. Burada “Образованные из более крепкого (чем волосы)
вещества ногти...” fikrinin əvəzinə “Имеющие большую толщину ногти...”
verilməsi daha doğrudur. Çünki dırnaq və tüklər eyni maddədən ibarətdir.
Səhifə 98. Burada “Они могут иметь одинаковый или разный пол и не
быть очень похожими друг на друга, так как каждый плод состоит из
индивидуального набора хромосом, своей яйцеклетки и сперматозоида и
имеет независимую плаценту” fikrinin əvəzinə, “Они могут иметь одинаковый
или разный пол и быть не очень похожими друг на друга, так как каждый плод
имеет свой индивидуальный набор хромосом, развивается из разных зигот, и
каждый образует свою независимую плаценту” verilməsi məsləhətdir.
14
Nəticə
1. Dərslikdə tədris proqramındakı mövzular tam əhatə olunub və şagirdlərin yaş
xüsusiyyətləri nəzərə alınıb.
2. Dərslik müvafiq fənn üzrə bilik və bacarıqların formalaşdırılmasına imkan verir.
3. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının Dövlət
Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap olunmayıb.
Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas səhifəsində Dövlət
Gerbinin rəngli təsviri “Dövlət Gerbi haqqında Əsasnamə”nin təsdiq edilməsi
barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli Qanununun
tələblərinə uyğun çap olunmayıb. Bundan əlavə, dərslikdə Azərbaycan Respublikasının
dövlət rəmzlərinin təsvirlərinin Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında
Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsində verilən ardıcıllıqla
(Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi
və Azərbaycan Respublikasının Dövlət himni) çap olunması daha məqsədəuyğun olardı.