"Maddələrin və materialların tərkib və xüsusiyyətlərinin dövlətlərarası
standart nümunələrinin yaradılması və tətbiq olunması üzrə 1999-2001-ci illər
üçün Dövlətlərarası Proqram haqqında" qərarın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Maddələrin və materialların tərkib və xüsusiyyətlərinin dövlətlərarası standart
nümunələrinin yaradılması və tətbiq olunması üzrə 1999-2001-ci illər üçün Dövlətlərarası Proqram
haqqında" 1999-cu il oktyabrın 8-də Yalta şəhərində imzalanmış Qərar təsdiq edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 1 fevral 2000-ci il
№ 795-IQ