Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı İdarəetmə və Texnologiya Kolleci
“Analitik kimya və müasir analiz metodları”
fənninin
PROQRAMI
040580 - Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı
İdarəetmə və Texnologiya Kollecinin Metodiki
şurasının 15 sentyabr 2017-ci il tarixli
iclasının qərarı ilə təsdiq edilmişdir.
(Protokol № 1)
Bakı 2017
Tərtib etdi:
Bakı İdarəetmə və Texnologiya
Kollecinin fənn müəllimi
Kimya üzrə fəlsəfə doktoru
Zeynalova Mina Bilal
Redaktor:
Bakı İdarəetmə və Texnologiya
Kollecinin fənn müəllimi
Bayramova Səidə Məmməd
Rəy verənlər:
Bakı İdarəetmə və Texnologiya
Kollecinin fənn müəllimi
AMEA RPİ-nin professoru,
k.e.doktoru
1. Namazova Simuzər Mayis
2. T.N.Ağayev
İZAHAT VƏRƏQİ
Fənnin tədrisinə ayrılan saatların miqdarı – 90 saat
“Analitik kimya və müasir analiz metodları” fənni, sadə və mürəkkəb maddələrin
kimyəvi tərkibini analitik kimyanın vəsfi və miqdarı analiz tədqiqat metodlarına əsasən
öyrənir. Vəsfi analizin əsas məqsədi tədqiq olunan maddədə atomları, ionları, sadə və
mürəkkəb molekulları aşkar etməkdən ibarətdir. Maddələri və ionları kimyəvi reaksiyaların
köməyi ilə və ya onların fiziki xassələrinə görə təyin edirlər. Buna uyğun olaraq vəsfi analizin
metodları kimyəvi və fiziki metodlara ayrılır. Vəsfi analizdə analitik reaksiyanın həssaslığı və
spesifikliyi xüsusi əhəmiyyətə malikdir. Spesifik reaksiyalar maddəni və ya ionu başqa
maddələrin iştirakında aşkar etmək üçün istifadə olunur.
Analitik kimyanin vəsfi analiz bölməsində ən geniş istifadə olunan reaksiyalar bir neçə
ion və ya maddənin iştirakı ilə aparılır. Məsələn: Ag+, Hg2+ , Pb2+ ionları xlorid ionu ilə
çöküntü verir. Bu reaksiyalar qeyd etdiyimiz ionlar üçün seçici reaksiyalardır. Miqdari analiz
tədqiq olunan maddəni təşkil edən elementlərin nisbi miqdarını təyin edir. Başqa sözlə,
miqdari analiz tədqiq olunan maddənin molekulyar tərkibini miqdarca təyin etməyə imkan
verir.
Çox zaman tədqiq olunan maddəni təşkil edən bütün elementlərin nisbi miqdarını təyin
etmək tələb olunur. Məsələn: mis ərintilərinin (bürünc və latun) analizi zamanı onun
tərkibində olan misin, qalayın, qurğuşunun, sinkin və başqa elementlərin miqdarı təyin edilir.
Bəzən maddənin tərkibindəki elementlərn nəinki miqdarını, eyni zamanda onların
birləşmələrdə hansı formada olduğunu təyin edirlər.
Vəsfi analiz ilə yanaşı olaraq miqdarı analiz kimya sahəsində elmi tətqiqat işləri
aparmaq üçün əsas tətbiq edilən metodlardan biridir. Miqdarı analiz elmin, texnikanın, və
sənayenin inkişafında böyük rol oynayir. Miqdarı analiz demək olar ki, təbiət elmlərinin
hamısında (məsələn, geologiya, geokimya, mineralogiya, arqokimyada, biokimyada,
fizikada və s.) geniş tətbiq olunur.
MÖVZULAR ÜZRƏ SAATLARIN PAYLANMASI
№
Mövzuların adları
Mühazirə
Seminar
1 Analitik kimyanın nəzəri əsasları 2
2 Vəsfi analizdə tətbiq olunan reaksiyalar 2 2
3 Vəsfi analizdə ionların pərdələnməsi 2
4 Analitik kimyada kompleks birləşmələr 2 2
5 Kationların analitik təsnifatı.Qrup reagenti I qrup kationları
2
6 Kationların II analitik qrupu 2 2
7 Kationların III analitik qrupu 2
8 Anionların təsnifatı və analitik reaksiyaları,Iqrup anionları
2 2
9 2-ci və 3-cü qrup anionları 2
10 Duzların hidrolizi 2 2
11 Üzvü reagentlər 2
12 Üzvi maddələrin vəsfi analizi 2 2
13 Miqdarı kimyəvi analiz 2
14 Fiziki və fiziki-kimyəvi analiz metodları 2 2
15 Qravimetrik analiz 2
16 Çökmə və qoşaçökmə 2 2
17 Ekstraksiya 2
18 Xromatoqrafiya 2 2
19 Həcmi – titrimetrik analiz 2
20 Neytrallaşma metodu 2 2
21 Oksidləşmə - reduksiya metodu 2
22 Optik analiz metodları 2 2
23 Emission spektral analiz 2
24 Atom – flüorosent analizi 2 2
25 Atom – absorbsion metod 2
26 Spekmrofomometrik metod 2 2
27 Lyuminisent analiz metodu 2
28 Mass – spektroskopiya analiz metodu haqqında ümumi anlayış
2 2
29 Damcı analizi 2
30 Elektrokimyəvi analiz metodları 2 2
Cəmi: 90 saat
MÖVZULAR VƏ ONLARIN İZAHI
Mövzu 1. Analitik kimyanın nəzəri əsasları - 2 saat
Dövrü qanun və onun analitik kimyada əhəmiyyəti.Analitik kimyada istifadə olunan
elementlərin kimyəvi xassələrinin dəyişməsi qanunauyğunluqları.Sulu məhlullarda
elementlərin müxtəlif ionlar yarada bilməsi bacarığı.Elementlərin kimyəvi xassələrindəki
müxtəliflik və analogiyadan istifadə olunmasına əsaslanan müasir analiz metodlarının
tətbiqi.
Mövzu 2. Vəsfi analizdə tətbiq olunan reaksiyalar - 4 saat
Yaş və quru analiz üsulları.Reaksiyaların həssaslığı,spesifikliyi,ekstraksiya üsülünun
kimyəvi analizə tətbiqi.Pirokimyəvi reaksiyalar.Damcı reaksiyaları.Qaz ayrılması
reaksiyaları.
Mövzu 3. Vəsfi analizdə ionların pərdələnməsi - 2 saat
Maneçilik törədən ionların kompleks birləşməyə çevrilməsi.Maneçilik törədən ionların
məhluldan çökdürülməsi.Üzvi həlledicilərlə ekstraksiya.Kraun efirlərin, kationların
pərdələnməsində rolu.
Movzu 4. Analitik kimyada kompleks birləşmələri - 4 saat
Analitik kimyada istifadə olunan kompleks birləşmələrinin növləri və onların
xarakteristikası. Kompleks birləşmələr və onların analizdə rolu.Kompleks duzların əmələ
gəlməsi.Təyinatda, ayırmada, qatılaşdırmada,pərdələmədə kompleks birləşmələrin istifadə
olunması.
Movzu 5. Kationların analitik təsnifatı. Qrup reagenti ,1-ci qrup kationları -2 saat
Kalium ionunun xarakterik reaksiyaları. Ammonium ionunun xarakterik reaksiyaları.
Maqnezium ionunun xarakterik reaksiyaları.
Mövzu 6. Kationların 2-ci analitik qrupu-4 saat
Barium ionunun spesifik reaksiyaları. Kalsium ionunun xarakterik reaksiyaları
Qrup reagenti.
Movzu 7. Kationların 3-cü analitik qrupu-2 saat
3-cü qrup kationlarının xarakterik reaksiyaları:
Xrom ionunun reaksiyaları
Manqan ionunun reaksiyaları
Kobalt ionunun reaksiyaları
Nikel ionunun reaksiyaları
Qrup reagenti
Mövzu 8. Anionların təsnifatı və analitik reaksiyaları - 4 saat
Anionların təsnifatı.Qrup reagenti.Anionların 1-ci analitik qrupu və onların xarakterik
reaksiyaları.
Mövzu 9. 2-ci və 3-cü qrup anionları - 2 saat
2-ci qrup anionlarının qrup reagenti və onların xarakterik reaksiyaları,3-cü qrup
anionların qrup reagenti və onların xarakterik reaksiyaları. Anionlar qarışığının analizi.
Mövzu 10 . Duzların hidrolizi - 4 saat
Hidroliz prosesi, zəif əsas qüvvətli turşudan əmələ gələn duzlar, hidroliz dərəcəsi və
hidroliz sabiti, hidrolizə təsir edən amillər və onların aradan qaldırılması üsulları. Amfoterlik
və onun vəsfi analizdə tətbiqi.
Mövzu 11. Üzvü reagentlər - 2 saat
Üzvi reagentlərin və onların metal ionları ilə birləşmələrinin quruluşu və xassələri.
Üzvi reagentlər,qeyri - üzvi reaqentlərlə müqayisədə üstünlüyü.Tədqiq olunan üzvi
reagentlərın təyinatda,metal ionlarının təyinində,pərdələmədə,ayırmada rolu.
Mövzu 12. Üzvi maddələrin vəsfi analizi - 4 saat
Doymuş və aromatik karbohidrogenlərin vəsfi analizi, fenolların və spirtlərin aşkar
edilməsi, aldehidlərin və ketonların aşkar edilməsi, kükürd və fosfor – üzvi birləşmələrin
aşkar edilməsi.
Mövzu 13. Miqdarı kimyəvi analiz - 2 saat
Miqdarı analiz haqqında anlayış. Miqdarı analiz metodlarının təsnifatı. Miqdarı analiz
metodlarının xüsusiyyətləri.
Mövzu 14. Fiziki və fiziki-kimyəvi analiz metodları - 4 saat
Kolorimetrik analiz metodu.Konduktometrik analiz üsulu. Potensiometrik analiz üsülu.
Mövzu 15. Qravimetrik analiz - 2 saat
Qravimetrik analiz metodlarının mahiyyəti.Ayrılma metodu, çökdürmə metodu,qovma
metodu.Analitik tərəzi.Tərəzinin həssaslığı və onların riyazi ifadəsi.
Mövzu 16. Çökmə və qoşaçökmə - 4 saat
Çöküntülər və onların xassələri.Çöküntünün əmələgəlmə mexanizmi.Kristal və amorf
çöküntülər.Homogen çökmə. Qoşaçökmə.
Mövzu 17. Ekstraksiya - 2 saat
Ekstraksiya prosesinin təsnifatı.Qeyri - üzvi və üzvi birləşmələrin ekstraksiya
şəraiti.Ekstragentlərin təbiəti və şəraiti. Ekstraksiya vasitəsi ilə eiementlərin ayrılması üçün
istifadə edilən reagentlər.
Mövzu 18. Xromatoqrafiya - 4 saat
Metodun əsas prinsipləri.Tətqiq olunan fazalara ayrılma mexanizminin və
xromatoqrafik əməliyyatların texnikasına görə təsnifat. Xromatoqrammaların alınması
metodları.Maye,gel,qaz xromatoqrafiyası.
Mövzu 19. Həcmi – titrimetrik analiz -2 saat
Həcmi –titrimetrik analizin mahiyyəti. Tıtr, titrləmə üsulları. Verilən tələblər. Həcmi
analiz metodlarının təsnifatı. Həcmi titrimetrik analizdə hesablama qaydaları.
Mövzu 20. Neytrallaşma metodu - 4 saat
Neytrallaşma metodunun mahiyyəti. Asidimetriya və alkalimetriya. Neytrallaşma
metodunda tətbiq olunan indikatorlar. İndikator nəzəriyyəsi.
Mövzu 21. Oksidləşmə və reduksiya metodu - 2 saat
Oksidləşmə - reduksiya metodlarının mahiyyəti. Oksidləşmə - reduksiya
reaksiyalarının istiqaməti. Oksidləşmə - reduksiya metodlarında istifadə olunan indikatorlar.
Mövzu 22. Optik analiz metodları - 4 saat
Atom – emission analiz metodu. Alovun emission spektrometriya metodu.
Alov - həyəcanlanma mənbəyi kimi. Alovun spektrləri. Müxtəlif növ alovun strukturu,
tərkibi, temperaturu. Analiz olunan nümunənin daxil edilməsi üsulları. Tədqiq olunan
nümunənin daxili analizi zamanı alovda gedən proses .Alov fotometrləri və
spektropotometrlər.
Mövzu 23. Emission spektral analiz - 2 saat
Qığılcım və qövs boşalmaları həyacanlanma mənbəyi kimi. Boşalma spektrləri əmələ
gələn plazmanın temperaturu. Plazmada maddələrin halı və kimyavi reaksiyalar. Ətraf
aləmin mühafizəsində atom – emission analizinin tətbiqi.
Mövzu 24. Atom – flüorosent analizi - 4 saat
Atom flüorosensiyasi, onun əsas xarakteristikası, həyacanlanma mənbəyi, lazerlərdən
istifadə olunması. Ərintilərdən, torpaqda, suda və biolojı obyektlərdə atom flüorosent
metodu ilə metalların izinin təyini.
Mövzu 25. Atom – absorbsion metod - 2 saat
Atom – absorbsion təyinatın prinsipial sxemi və xarakteristikası. Şüa mənbəyi müxtəlif
növ alovlardan istifadə edilməsi. Spekmrofotometrik kəmiyyətlər, bu kəmiyyətlətlə elementin
nümunələrindəki qatılığı arasinda əlaqə. Atom – absorbsion metodu ilə mineralların, üzvü
materialların, neft məhsullarının və s. analizi.
Mövzu 26. Spektrofotometrik metod - 4 saat
Birləşmənin quruluşu ilə udma spektri arasında əlaqə. Fotometrləşdirilmiş sistemlər.
Fotometriyada istifadə olunan reaksialar. Optimal şəraitin seçilməsi. Üzvi birləşmələrin
spektrofometrik analizi.
Mövzu 27. Lüminissent analiz metodu - 2 saat
Lüminissensiya, onun əsasları. Molekulyar lüminissensiyanın əsas
qanunauyğunluqları.
Elementlərin təyini üçün üzvü lüminissent reagentlər. Qeyri – üzvü maddələrin
lüminissensiyası və onların elementlərinin təyini və onların nadir elementlərin təyini üçün
tətbiqi. Üzvi birləşmələrin təyini.
Mövzu 28. Mass – spektroskopiya analiz metodu haqqında ümumi anlayış
- 4 saat
Mass – spektroskopiya analiz metodu. Mass-spektroskopiya analiz metodu haqqında
ümumi anlayış. Onun fiziki analizdə rolu.
Mövzu 29. Damcı analizi - 2 saat
Miqdari lüminissent və spektral analiz metodları. Xromatoqrafik analiz metodu.
Ərintilərdə, minerallarda, reaktivlərdə əsas komponentlərin təyini.
Mövzu 30. Elektrokimyəvi analiz metodları - 4 saat
Elektrokimyəvi analiz metodlarının ümumi xarakteristikası. Düzünə və əksinə
elektrokimyəvi reaksiyalar. Elektrokimyəvi analiz metodunun həssaslığı və selektivliyi.
ƏDƏBİYYAT
1.А.Б.Алексеев.Качественный полумикроанализ.М.Госхимзад1974
2.А.П.Крешков.Основы аналитической химии Т.1.М.Химия, 1970
3.Ə.L.Şabanov.Analitik kimyanın əsasları, Maarif nəşriyyatı,Bakı,1997.
4.D.H.Qəhrəmanov,T.Y.Əmrahov.Analitik kimya(Vəsfi analiz).Bakı,1985.
M.İ.Nəbiyev,R.Ə.Rəsulbəyova. Vəsfi və miqdarı kimyəvi analizdən laboratoriya işlərinə
rəhbərlik, Azərb.NKİ-nin nəşri,Bakı,1998
M.B.Zeynalova.Analitik kimyadan laboratoriya məşğələləri.Dərs vəsaiti.Bakı,2005.
Bakı İdarəetmə və Texnologiya Kollecinin
“Ətraf muhitin qorunması və təbii
ehtiyatlardan səmərəli istifadə” ixtisası
üçün təqdim olunan “Analitik kimya və
müasir analiz metodları” fənnindən kimya
üzrə fəlsəfə doktoru Mina Bilal qızı
Zeynalovanın tərtib etdiyi proqrama
RƏY
Analitik kimyanin inkişafi analiz metodlarinin müxtəlifliyi və onların bir-biri ilə
əlaqələndirilməsinə gətirib çıxarmışdır. Bu metodlardan istifadə olunması onların fiziki-
kimyəvi mahiyyətinin, ümumi kimyəvi və fiziki qanunauyğunluqlarının öyrənilməsinə
əsaslanır.
“Analitik kimya və müasir analiz metodları” fənninin əsas məqsədi tələbələrə müasir
analitik kimyanın nəzəri əsasları, müxtəlif metodlar, reaksiyaların müxtəlifliyi, təyinetmə və
ayırma metodları, onların mümkünlüyü və məhdudiyyəti haqqında məlumat verməkdir.
Analitik kimyanı öyrənərkən tələbələrin qarşısında əsas məsələ təkcə laboratoriya
işlərinin aparılması deyil, həmçinin nəzəri nəticələr çıxara bilmək bacarığıdır. Buradan da
analitik kimyanın tədrisinin əsas məsələləri – onun bir elm kimi xüsusiyyətləri, başqa
elmlərlə əlaqəsi və təcrübi əhəmiyyəti qarşıda durur.
Təqdim olunan proqram ümumi kursun həcmini əhatə edir və “Analitik kimya və müasir
analiz metodları” fənninə uyğun tərtib olunmuşdur. Proqram TT040580 “Ətraf mühitin
qorunması və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisası üzrə orta ixtisas təhsil müəssisəsi
hazırlığı tələbələri üçün istifadə oluna bilər.
AMEA RPİ-nin
professoru, k.e.d. : T.N.Ağayev
Bakı İdarəetmə və Texnologiya Kollecinin
“Ətraf muhitin qorunması və təbii
ehtiyatlardan səmərəli istifadə” ixtisası
üçün təqdim olunan “Analitik kimya və
müasir analiz metodları” fənnindən kimya
üzrə fəlsəfə doktoru Mina Bilal qızı
Zeynalovanın tərtib etdiyi proqrama
RƏY
Analitik kimya fənni kimya elminin bir hissəsidir. Analitik kimya elmində maddələrin
vəsfi və miqdarı təyini metodları nəzəri cəhətdən əsaslandırılır və yeni metodların
hazırlanması təklif olunur.
Kimya elminin elə bir sahəsi yoxdur ki, orada analitik kimya metodlarından istifadə
olunmasın. Analitik kimyanın vəsfi analiz bölməsinin əsas məqsədi, təqdim olunan
maddədə, atomları, ionları, müxtəlif molekulları müəyyən etməkdən ibarətdir. Analitik
kimyanın miqdarı analiz bölməsində tədqiq olunan maddənin elementar və ya molekulyar
tərkibini miqdarca təyin etməyə imkan verir.
Mina Bilal qızı Zeynalovanın tərtib etdiyi “Analitik kimya və müasir analiz metodları”
proqramında tələbələrə tədris olunan analitik kimyanın bütün mövzuları əks olunmuşdur və
ona görə də proqramın təsdiqini məqsədəuyğun hesab edirəm.
Bakı İdarəetmə və Texnologiya
Kollecinin fənn müəllimi: Namazova Simuzər