AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
AQRAR SFERANIN
İQTİSADİYYATI
VƏ İDARƏ EDİLMƏSİ
Dərslik
Azяrbaycan Respublikasы tяhsil
nazirinin 12.07.2011-ci il tarixli
1303 saylы яmri ilя дярслик кими
тясдиг едилмишдир.
Bakı – 2011
2
Rəyçilər: i.e.d., professor M.A.Əhmədov
i.e.d., professor Ə.Q.Əlirzayev
Dərslik «АСМ-нин игтисадиййаты вя идаря едилмяси»
кафедрасынын мцдир явязи iqtisad elmləri doktoru, professor
İ.Ş.Qarayevin rəhdərliyi altında hazırlanmışdır.
Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi. Dərslik.
Bakı: “İqtisad Universiteti” Nəşryyatı – 2011.- 522 səh.
Dərslik aşağıdakı müəlliflər tərəfindən hazırlanmışdır:
i.e.d., professor İ.Ş.Qarayev
i.e.n., dosent Ə.H.Hacıyev
i.e.n., dosent S.N.Əliyev
i.e.n., dosent V.M.Xəlilov
i.e.n., dosent L.S.Amanova
i.e.n., baş müəllim N.K.Eyvazova
“Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi” dərsliyi müasir aqrar
iqtisadiyyatın aktual problemlərinə həsr edilmiş yeni tədris vəsaitidir. Dərs-
lik yeni proqram əsasında yazılmış və ölkəmizin aqrar sektorunda bazar iqti-
sadiyyatının inkişaf qanunauyğunluqları və bu əsasda formalaşan iqtisadi
münasibətləri əks etdirir. Dərsliyin strukturu müasir tələblərə uyğun tərtib
edilmiş və onun yazılmasında mövcud iqtisadi ədəbiyyatlardan və beynəl-
xalq təcrübədən geniş istifadə edilmişdir. Dərslik aqrar iqtisadiyyat üzrə ix-
tisaslaşan ali məktəb tələbələri, doktorantlar və bu sahə üzrə ixtisaslaşan di-
gər iqtisadçı kadrlar üçün nəzərdə tutulmuşdur.
Dərsliyin çapa hazırlanmasında kafedranın əməkdaşları –
baş laborant Y.B.Ağakişiyeva, baş laborant M.V.Kərimzadə,
laborant G.V.Həsənova yaxından iştirak etmişlər və müəlliflər
kollektivi onlara öz təşəkkürlərini bildirir.
© Müəlliflər kollektivi -2011
© İqtisad Universiteti - 2011
3
MÜNDƏRİCAT
Giriş -------------------------------------------------------
I fəsil. “Aqrar sferanın iqtisadiyyatı və idarə
edilməsi” fənninin məzmunu, öyrənilmə metodları
və vəzifələri---------------------------------
1. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi fənni
haqqında anlayış----------------------------------
2. Kursun öyrənilməsinin metodoloji əsasları və
metodları--------------------------------------------------
3. Fənnin digər iqtisad elmlərlə qarşılıqlı əlaqəsi-----
4. Müasir mərhələdə aqrar iqtisadiyyat qarşısında
duran vəzifələr-------------------------------------------
II fəsil. Aqrar sferanın milli iqtisadiyyatda yeri--
1.Ölkənin milli iqtisadiyyatının formalaşmasında və
inkişafında aqrar sferanın yeri--------------------
2.Ərzaq təhlükəsizliyinin və əhalinin ərzaq məhsulları
ilə təmin edilməsində aqrar sferanın rolu--------------
-----------------------------------------
3.Ölkənin idxal-ixrac əməliyyatlarında aqrar sahənin
inkişafının əhəmiyyəti-----------------------
III fəsil. Aqrar sferada sahibkarlıq fəaliyyəti----
1. Aqrar sferada sahibkarlıq fəaliyyətinin iqtisadi
mahiyyəti və inkişafının zəruriliyi-----------------
2. Müasir aqrar siyasətin inkişaf istiqamətləri--------
3. Aqrar sferada sahibkarlığın formalaşmasının prin-
sipləri və xüsusiyyətləri----------------------------
4. Aqrar sferada fəaliyyət göstərən sahibkarlıq
formaları---------------------------------------------------
4
IV fəsil. Aqrar sfera və ərzaq təhlükəsizliyi-------
1. Aqrar iqtisadiyyat və ərzaq təhlükəsizliyi haqqında
anlayış ----------------------------------------
2. Aqrar istehsal və ərzaq təhlükəsizliyi əlaqələri ---
3. Aqrar sferanın inkişafı və ərzaq təhlükəsizliyinin
təmin edilməsi yolları -----------------------------------
4. Qloballaşan bazar iqtisadiyyatının ərzaq təmi-
natında rolu -----------------------------------------------
V fəsil. Aqrar sferanın iqtisadi mexanizmi və
aqrar iqtisadi münasibətlər---------------------------
1. İqtisadi mехаnizm barədə аnlаyış və aqrar sferada
onun xüsusiyyətləri----------------------------
2. Aqrar sferada qiymətin əmələgəlməsi--------------
3. Aqrar sfera müəssisələrində planlaşdırma---------
4. Aqrar sferada maliyyə münasibətləri---------------
5. Aqrar sferanın inkişafında kreditin rolu------------
6. Aqrar sferada vergiqoyma mexanizmi-------------
7. Aqrar sferada müqavilə münasibətləri--------------
VI fəsil. Aqrar iqtisadiyyat və regionların sosial-
iqtisadi inkişafı------------------------------------------
1. Aqrar sferanın inkişafının obyektiv zəruriliyi----
2. Aqrar sferanın inkişafına dair həyata keçirilən
tədbirlər---------------------------------------------------
3. Regional inkişaf və regional iqtisadi inkişaf
siyasəti----------------------------------------------------
4. Azərbaycan Respublikası regionlarının iqtisadi
inkişafının səviyyəsi------------------------------------
5. Regionlarda aqrar sferanın inkişaf səviyyəsi------
5
VII fəsil. Aqrar iqtisadiyyatda infrastruktur
anlayışı və innovasiya siyasəti------------------------
1. Aqrar iqtisadiyyatda infrastruktur anlayışı--------
2. Kəndli (fermer) təsərrüfatlarının inkişafı və sosial
problemlərin həllində infrastrukturların rolu---------
3. İnnovasiya texnologiyaları haqqında anlayış------
4. Aqrar məhsulların istehsalına innovasiya texnologi-
yalarının tətbiqinin keyfiyyət və rəqabət üstünlükləri--
----------------------------------------------------
VIII fəsil. Aqrar istehsal və ətraf mühitin
mühafizəsi. Ekoloji cəhətdən təmiz məhsul
istehsalı----------------------------------------------------
1. Ətraf mühitin mühafizəsi anlayışı-------------------
2. Torpağın çirklənmə mənbələri və onun aradan
qaldırılması yolları---------------------------------------
3. Torpağın külək, su eroziyası və onun aqrar istehsala
təsiri---------------------------------------------
4. Suvarmanın ekoloji problemləri---------------------
5. Aqrar sferada səhralaşma və ətraf mühitin
mühafizəsi problemləri----------------------------------
6. Aqrar sferada ekoloji cəhətdən təmiz məhsul
istehsalı----------------------------------------------------
IX fəsil. Aqrar bazarın formalaşması istiqamət-
ləri---------------------------------------------------------
1. Aqrar bazarın iqtisadi mahiyyəti-------------------
2.Aqrar bazarın formalaşmasında dövlətin aqrar
siyasətinin rolu-------------------------------------------
3.Aqrar bazarın formalaşmasının iqtisadi mexanizmi--
-----------------------------------------------
4. Aqrar bazarı formalaşdıran istehsal sahələri-------
5. Aqrar bazarın dövlət tənzimlənməsi----------------
6. Aqrar bazarın qorunması-----------------------------
6
X fəsil. Aqrar iqtisadiyyatda investisiya siyasəti və
istehsalın intensivləşdirilməsi istiqamətləri.
Aqrolizinq xidməti və onun yeri---------------------
1. İnvestisiya siyasəti və aqrar sahədə onun əsas
xüsusiyyətləri.--------------------------------------------
2. İnvestisiyaların aqrar sferanın inkişafında rolu---
3. Aqrar sferada istehsalın intensivləşdirilməsi------
4. Aqrolizinq xidməti və onun yeri--------------------
5. Lizinq əməliyyatlarının növləri və formaları------
6. Lizinq münasibətlərinin formalaşmasının dünya
təcrübəsi---------------------------------------------------
7. Azərbaycanda lizinq bazarının formalaşması-----
XI fəsil. Aqrar sferada istehsalın səmərəliliyi və
onun yüksəldilməsi yolları----------------------------
1. İqtisadi səmərəliliyin mahiyyəti və yüksəldilmə-
sinin zərərliyi---------------------------------------------
2. Aqrar sferada iqtisadi səmərəliliyi əks etdirən
göstəricilər------------------------------------------------
3. Aqrar sferada istehsalın iqtisadi səmərəliliyin
müəyyən edilməsi metodları----------------------------
4. Aqrar sferada son məhsul istehsalı------------------
5. Aqrar sferada istehsalın səmərəliliyinin yüksəl-
dilməsini xarakterizə edən amillər---------------------
6. Aqrar sferada iqtisadi səmərəliliyin yüksəldilməsi
istiqamətləri-----------------------------------------
XII fəsil. Aqrar istehsal və məşğulluq--------------
1. Kənd təsərrüfatı istehsalının spesifik xüsusiyyətləri
və məşğulluq-----------------------------------------
2. Əmək bazarı anlayışı---------------------------------
3. Kənd əmək bazarının formalaşması----------------
4. Əhali məşğulluğunun hüquqi, iqtisadi və təşkilati
təminatı----------------------------------------------------
7
5. Ərazi məşğulluq proqramının hazırlanmasının
təşkili-------------------------------------------------------
6. Ərazi məşğulluq proqramının məzmunu-----------
XIII fəsil. Aqrar iqtisadiyyatda idarəetmə sistemi--
--------------------------------------------------
1. Aqrar iqtisadiyyatda idarəetmə anlayışı, onun
iqtisadi mahiyyəti----------------------------------------
2. İstehsalın idarə edilməsinin məqsədi və məzmunu--
3. İstehsalın idarə edilməsinin elmi əsasları----------
4. İdarəetmə elminin digər elmlərlə əlaqəsi----------
5. Aqrar sferanın idarə edilməsi xüsusiyyətləri------
XIV fəsil. Müasir aqrar islahatlar və aqrar
iqtisadiyyatda idarəetmə sisteminin
təkmilləşdirilməsi---------------------------------------
1. Müasir aqrar islahatlar--------------------------------
2. İqtisadi idarəetmənin obyektləri, subyektləri və
tipləri.------------------------------------------------------
3. İqtisadi idarəetmənin funksiyaları və prinsipləri--
4. İqtisadi idarəetmə mexanizmi-----------------------
5. Aqrar iqtisadiyyatda idarəetmə sisteminin təkmil-
ləşdirilməsi--------------------------------------------
İstifadə edilmiş ədəbiyyat siyahısı-------------------
8
1. “Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi” fənninin
məzmunu, öyrənilmə metodları və vəzifələri -
İ.Ş.Qarayev 2. Aqrar sferanın milli iqtisadiyyatda yeri – L.S.Amanova
3. Aqrar sferada sahibkarlıq fəaliyyəti – Ə.H.Hacıyev
4. Aqrar sfera və ərzaq təhlükəsizliyi – N.K.Eyvazova
5. Aqrar sferanin iqtisadi mexanizmi – L.S.Amanova
6. Bazar iqtisadiyyatı şəraitində aqrar münasibətlərin
formalaşması və onun inkişaf mərhələləri – S.N.Əliyev
7. Aqrar-sənaye kompleksi və aqrar iqtisadiyyatın inkişaf
istiqamətləri – V.M.Xəlilov
8. Aqrar iqtisadiyyat və regionların sosial-iqtisadi inkişafı
- Ə.H.Hacıyev
9. Aqrar iqtisadiyyatda infrastrukturlar və innovasiya
siyasəti – N.K.Eyvazova
10. Aqrar istehsal və ətraf mühitin mühafizəsi. Ekoloji
cəhətdən təmiz məhsul istehsalı - S.N.Əliyev
11. Aqrar bazarın formalaşması istiqamətləri -
Ə.H.Hacıyev 12. Aqrar iqtisadiyyatda investisiya siyasəti və istehsalın
intensivləşdirilməsi istiqamətləri. Aqrolizinq xidməti və
onun yeri - S.N.Əliyev
13. Aqrar sferada istehsalın səmərəliliyi və onun
yüksəldilməsi yolları - Ə.H.Hacıyev
14. Aqrar istehsal və məşğulluq - V.M.Xəlilov
15. Aqrar iqtisadiyyatda idarəetmə sistemi - S.N.Əliyev
16. Müasir aqrar islahatlar və aqrar iqtisadiyyatda idarəetmə
sisteminin təkmilləşdirilməsi - V.M.Xəlilov
9
GİRİŞ
Müasir Azərbaycan iqtisadiyyatının bazar iqtisadi müna-
sibətləri əsasında formalaşması və inkişafı iqtisad elmləri qar-
şısında yeni vəzifələr qoymaqla iqtisadi sistemi xarakterizə
edən və onun inkişafına təkan verən yeni elmi yanaşmaları
zəruri edir. Əvvəlki inzibati təsərrüfatçılıq mexanizmindən
fərqli olaraq Azərbaycan iqtisadiyyatı bütün sahələrdə bazar
iqtisadiyyatının atributları əsasında qurularaq inkişaf edir və
yeni iqtisadi münasibətlər qurulur. Bu istiqamətdə yeni iqtisadi
münasibətlərin formalaşdığı və inkişaf etdiyi sahələrdən biri də
ölkənin aqrar sektorudur. Bu maddi istehsal sferası ölkə xalq
təsərrüfatı kompleksinin ən strateji sahələrindən biri olmaqla
ölkənin ərzaq təminatının və bu sahə ilə bağlı olan müəyyən
sənaye və xidmət sahələrinin inkişafının əsasını təşkil edir.
Aqrar sektorun inkişafı ilə əlaqədar ölkə başçısı İlham Əliyev
cənablarının çıxışında deyilir: - “Biz aqrar sektorun inkişafı
istiqamətində bütün imkanlarını səfərbər etməklə yanaşı, kənd
təsərrüfatı istehsalçılarından da keyfiyyətli məhsul, mütərəqqi
təsərrüfatçılıq vərdişləri, yüksək işgüzarlıq və təsərrüfatçılıq
gözləyirik. Kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət növü deyil.
O həm həyat tərzi, həm də xalqımızın uzun illərdən bəri
yaşatdığı təsərrüfatçılıq ənənəsidir”.1 Bu vəzifələrin yerinə
yetirilməsi sahəsində ölkə iqtisadi siyasəti müəyyənləşdirilər-
kən aqrar sektorun inkişafı ilə bağlı çox əhəmiyyətli qanunlar
və qərarlar, xüsusi Dövlət Proqramları qəbul edilmiş və qarşıya
konkret vəzifələr qoyulmuşdur. Bu baxımdan “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı haqqında
Dövlət Proqramı (2004-2008-ci illər)” və onun ikinci mərhələsi
olan “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi əhəmiy-
yət kəsb edir. Bu Dövlət sənədlərində regionların sosial-iqtisadi
inkişafı və bu məsələdə aqrar sektorun müasir tələblər əsasında
1 İnkişafın Azərbaycan modeli. Bakı 2010
10
inkişaf etdirilməsi və onun maddi-texniki bazasının güclən-
dirilməsi, müasir infrastrukturun yaradılması və s. kimi mə-
sələlər əsas istiqamət kimi qarşıya qoyulmuş və bunların həlli
üzrə tədbirlər kompleksi göstərilmişdir. Bu məsələlərin həllində
və aqrar sektorun yeni tələblər əsasında inkişafı istiqamətində
təbii ki, yüksək ixtisaslı iqtisadçı kadr hazırlığı da günün ən
vacib məsələlərindəndir. Yüksək ixtisaslı iqtisadçı kadr hazır-
lığı sahəsində isə iqtisad elminin nəzəri-praktik müddəalarının
öyrənilməsi, onun müasir reallıq və qabaqcıl dünya təcrübəsi
əsasında elmi araşdırılması və konkret nəticələr əldə edilməsi
çox vacibdir. Belə elm-tədris sahələrindən biri – “Aqrar
sferanın iqtisadiyyatı və idarə edilməsi” fənnidir. Bu fənnin
vasitəsilə aqrar sferada mülkiyyət münasibətləri və bu əsasda
formalaşan digər ictimai-iqtisadi münasibətlər və mənafelər öy-
rənilir və yeni tələblərə uyğun xarakterizə edilir. O da mə-
lumdur ki, aqrar sfera maddi istehsalın ən vacib sahələrindən
biri olmaqla, çox mürəkkəb quruluşa və spesifik xüsusiyyətlərə
malik olan istehsal sahəsidir. Bu baxımdan təbii ki, bu sahənin
iqtisadiyyatı və idarə edilməsi və bu sahədə formalaşan iqtisadi
münasibətlər də mürəkkəb və spesefik xüsusiyyətlərə malikdir.
Məhz bu mürəkkəbliyin və spesifik xüsusiyyətlərin nəzərə alın-
ması, yeni mülkiyyət münasibətlərinin xarakterinə uyğun iqti-
sadiyyatın qurulması, makro və mikro səviyyədə istehsal əla-
qələrinin qarşılıqlı mənafelər əsasında təşkili aqrar iqtisad elmi
qarşısında duran ən vacib məsələlərdir. Başqa sözlə daha geniş
mənada aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi
iqtisadiyyatın aqrar mülkiyyət münasibətləri əsasında müxtəlif
quruluşlu təsərrüfat, müəssisə və təşkilatların inkişaf qanunauy-
ğunluqlarını araşdırmaqla öz elmi-nəzəri, praktiki nəticələri ilə
dövlətin aqrar siyasətinin formalaşdırılması və həyata keçiril-
məsinə, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və uzun
müddətli inkişaf strategiyasının hazırlanmasına xidmət edən
elm sahəsidir. İqtisadi islahatların uğurla həyata keçirilməsi,
regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş son
11
qərarlar aqrar-sənaye kompleksinin, onun özəyi sayılan kənd
təsərrüfatının, emal sənayesinin, müvafiq infrastrukturun yara-
dılmasının iqtisadi problemlərinin yaxından öyrənilib dərk
edilməsi yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından çox
asılıdır.
Bu dərslik də məhz bu məsələlər şərh olunur və fikri-
mizcə aqrar iqtisadiyyat sahəsində yüksək ixtisaslı kadr hazır-
lığı sahəsində dərslik müəyyən rol oynaya bilər. Bu baxımdan
dərslik ali məktəb tələbələri və bu sahə üzrə yüksək ixtisaslı
kadr hazırlığı ilə məşğul olan digər tədris müəssisələri üçün
nəzərdə tutulmuşdur.
12
I FƏSİL. “AQRAR SFERANIN İQTİSADİYYATI VƏ
İDARƏ EDİLMƏSİ” FƏNNİNİN MƏZMUNU,
ÖYRƏNİLMƏ METODLARI VƏ VƏZİFƏLƏRİ
5. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi fənni
haqqında anlayış
6. Kursun öyrənilməsinin metodoloji əsasları və metodları
7. Fənnin digər iqtisad elmlərlə qarşılıqlı əlaqəsi
8. Müasir mərhələdə aqrar iqtisadiyyat qarşısında duran
vəzifələr
1.Aqrar sferanın iqtisadiyyatı və idarə
edilməsi fənni haqqında anlayış
“Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi” kursu
xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanunauyğunluqlarını, aqrar sfera üzrə for-malaşan iqtisadi münasibətləri və hər bir ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolunu öyrənən bir elm sahəsidir. Aqrar sfera adından da göründüyü kimi, maddi istehsalın ən böyük sahələrindən biri olmaqla hər bir cəmiyyətdə insanların ilkin ərzaq tələbatını ödəyən və digər istehsal sahələri üçün əksər hallarda baza rolunu oynayan bir istehsal sahəsidir. “Aqro” – latın sözü olub, torpaq münasibətləri, torpaqla əlaqə-dar istehsal sahələri və bu sahələr üzrə formalaşan istehsal münasibətlərini əhatə edir. Başqa sözlə aqrar sfera kənd təsər-rüfatı məhsulları istehsalı və bu istehsal formaları ilə bağlı digər istehsal sahələri arasındakı qarşılıqlı əlaqələri və bu əlaqələr əsasında formalaşan iqtisadi münasibətləri ifadə edən iqtisadi bir kateqoriyadır. Göründüyü kimi, aqrar sfera dedikdə birinci növbədə kənd təsərrüfatı istehsalı və onun formaları, torpaq üzərində mülkiyyət formaları və onlara uyğun istehsalın təşkili, kəndin sosial-iqtisadi inkişaf problemləri nəzərdə tutulur. Deməli aqrar sferanın kökündə birinci növbədə kənd təsərrüfatı iqtisadiyyatı, onun inkişaf qanunauyğunluqları, for-
13
ma və idarəetmə metodları dayanır. Kənd təsərrüfatı iqtisadiy-yatı nə qədər yüksək səviyyədə qurularsa, obyektiv iqtisadi qanunların tələblərinə əsaslanarsa və elm-texnikanın geniş tət-biqini nəzərə alarsa bütövlükdə aqrar sferanın inkişafı da bir o qədər sürətlənmiş olar. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin təminatı və regionların sosial-iqtisadi inkişafının sürətləndiril-məsi deməkdir. Bu baxımdan ölkə Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Res-publikası regionlarının sosial-iqtisadi inkişafı haqda Dövlət Proqramı (2004-2008-ci illər)” və onun davamı olan, 14 aprel 2009-cu il tarixli fərmanla təsdiq olunan “Azərbaycan Res-publikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi in-kişafı Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Qəbul olunmuş bu proqramların kökündə məhz birinci növbədə aqrar sferanın inkişafı, bu strateji sahənin gələcək inkişaf istiqa-mətləri göstərilməklə konkret fəaliyyət proqramı dayanır. Qəbul edilmiş 1-ci Dövlət Proqramının icrası və nəticələrinin təhlili də göstərir ki, son illərdə aqrar sektorun inkişafında müəyyən dönüş əmələ gəlmiş, yerlərdə sahibkarlığın inkişafı daha da sürətlənmiş, kənd təsərrüfatı sahəsində iqtisadi-sosial infrastruktur yaradılması istiqamətində müəyyən işlər görül-müşdür. Məhz bunun nəticəsidir ki, 2005-2009-cü illərdə ölkə-mizin aqrar sektorunda ümumi daxili məhsul (ÜDM) 2 dəfədən çox artmışdır. Göründüyü kimi aqrar sferanın inkişafı ölkə iqtisadi siyasətinin ən prioritet istiqamətlərindəndir. Çünki yu-xarıda deyildiyi kimi aqrar bölmə iqtisadiyyatın başlıca sahəsi kimi insan cəmiyyətinin yaşaması üçün əvəzolunmaz əhə-miyyət kəsb edir. O, əhalinin ərzaq məhsullarına artmaqda olan tələbatını və bir sıra sənaye sahələrinin xammala olan ehtiyac-larını ödəyir. Nəzərə alsaq ki, ölkədə ərzaq probleminin həlli və əhalinin ərzaq məhsulları ilə etibarlı ərzaq təminatı haqqında Prezidentin xüsusi sərəncamı ilə (25 avqust 2008-ci il) “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilmiş və ölkənin hər bir vətəndaşının müasir fizioloji norma-
14
lara uyğun etibarlı ərzaq təminatı başlıca məqsəd kimi qarşıya qoyulmuşdur, onda aqrar sferanın üzərinə necə böyük vəzifə düşdüyü aydındır. Qəbul edilmiş bu Dövlət sənədində ölkədə ərzaq məhsulları istehsalını artırmaq, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, ərzaq təminatı sa-həsində risklərin idarə olunmasının təmin etmək, ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkar-lıq mühitini yaxşılaşdırmaq kimi məsələlər ölkə iqtisadiyyatının qarşısında bir prioritet istiqamət kimi qoyulmuşdur. Təbii ki, bu məsələlərin həlli birinci növbədə aqrar sektorun inkişafından asılıdır. Məhz bunu nəzərə alaraq dövlət son dövrdə aqrar sektora dövlət fəaliyyətinin artırılması, meliorasiya və irriqa-siya işlərinin sürətləndirilməsi, aqrar istehsalın texniki əsasının yüksəldilməsi və əməyin texniki təchizatının gücləndirilməsi, müasir infrastrukturun yaradılması və əsas ərzaq məhsulları üzrə müvafiq ehtiyatların yaradılması ilə bağlı xüsusi anbar soyuducu təsərrüfatlarının yaradılması və bu məqsədlə müvafiq avadanlıqların alınması üçün büdcədən lazımı vəsaitlər ayrıl-ması haqqında qərarlar qəbul etmiş və bu da müəyyən dərəcədə ölkə aqrar sektorun inkişafına öz təsirini göstərmişdir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, onun inkişaf səviy-yəsindən ölkə iqtisadiyyatının bir çox sahələrinin inkişafı və bəzən də istiqaməti müəyyən dərəcədə asılı olur. İqtisadiyyatın bu sahəsi həm də ümumxalq ehtiyaclarını ödəyən yığımın yara-dılmasının vacib mənbəyi hesab olunur. Ərzaq məhsulları və kənd təsərrüfatı mənşəli başqa məhsullar respublikada istehlak şeylərinə olan tələbatın çox hissəsini ödəyir. Respublika iqti-sadiyyatında çalışan işçilərin 38.4%-i bu vacib sahədə işləyərək ümumi daxili məhsulun (ÜDM) 6.4% yaradır.
Bazar iqtisadiyyatına keçid, sahibkarlığın formalaşması və inkişafı ilə əlaqədar istehlak malları istehsalının artırıl-masında aqrar sferanın rolu və əhəmiyyəti daha da artmışdır. Hazırda respublikada aqrar sektorda istehsal olunan ümumi məhsulun 94,3% fərdi sahibkarlıq, ailə, kəndli və ev təsərrüfat-larının payına düşür. Statistik məlumatlara istinadən respubli-
15
kada istehsal olunan dənlilərin 96,5%-i, istehsal olunan kar-tofun 99,8%-i, tərəvəz məhsulları istehsalının 98,8%-i, ərzaqlıq bostan məhsullarının 98,7%-i, meyvə və giləmeyvə məhsulla-rının 99,3%-i, istehsal olunan üzümün 90,1%-i, istehsal olunan ətin (kəsilmiş çəkidə) 81,4%-i, südün 99,1%-i fərdi sahibkarlar, ailə, kəndli və ev təsərrüfatları verir. Bu təsərrüfatçılıq forma-larının inkişafı, onların kooperasiya olunaraq inteqrasiya əlaqə-lərinə girmələri istehsal və emalın vahid sistemdə birləşməsinə, ölkənin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcəkdir.
2009-cu ilin məlumatına görə aqrar sektor üzrə əsas fond-ların dəyəri 3,2 milyard manat təşkil edir ki, bu da ölkə iqti-sadiyyatı üzrə cəmi əsas fondların tərkibində 5,3% təşkil edir. Yenə həmin ilin məlumatına görə bu sahəyə ayrılan dövlət investisiya qoyuluşlarının həcmi 266,6 mln. manat təşkil edir ki, bu da ümumi iqtisadiyyat üzrə əsas kapitala yönəldilmiş investisiya xərclərinin tərkibində 3,5%-n yuxarıdır. Təbii ki, gələcəkdə bu sahəyə ayrılan dövlət investisiya ayırmaları daha yüksək səviyyədə alacaq və ölkə aqrar sektorun maddi-texniki bazası daha da yüksələcəkdir. Bunu son illərdə bu sahəyə ayrılan investisiya xərclərinin dinamikası göstərir.
Bu baxımdan 2007-ci il 23 yanvar tarixdə qəbul olunmuş “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Prezident sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncama əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq məqsədilə onların istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsi, eləcədə strateji məhsul olan buğda istehsalçılarına hər hektar əkin sahəsi üçün 40 manat dövlət yardımı, məhsuldarlığa ciddi təsir göstərən yüksək reproduksiyalı toxum alışına görə hər kiloqrama 30-40% əlavə maliyyə vəsaitinin ayrılması və s. kimi tədbirlər nəzərdə tu-tulmuşdur ki, bu da aqrar sahəyə xüsusi dövlət qayğısının nə-ticəsidir. Çünki bu sahə ölkə iqtisadiyyatının ən strateji sahə-
16
lərindən biri olmaqla digər istehsal sahələrinin də inkişafına təkan verən çox vacib istehsal sahəsidir.
Hazırda yeyinti sənaye müəssisələrinin xammal – material ehtiyaclarının 80.0%-dən çoxu yalnız kənd təsərrüfatı məhsulları hesabına təmin olunur. Öz növbəsində aqrar sahə sənaye sahələrindən maşın və mexanizm, neft məhsulları, elektrik enerjisi, mineral gübrələr almaqla istehsal prosesini daha səmərəli təşkil edir və məhsul istehsalını artırır. Nəticədə əhalinin kənd təsərrüfatı məhsullarına və emal sənaye müəs-sisələrinin xammala olan tələbatının ödənilməsində iştirak edən müəyyən qrup sahələr aqrar sahə formasında fəaliyyət göstərir.
Respublikanın aqrar bölməsi hazırda 10 minə yaxın müəssisə, təsərrüfat və təşkilatları birləşdirir. Bunun 5.5 min-dən çox hissəsini fərdi sahibkarlıq, ailə, kəndli və ev təsər-rüfatları, kollektiv müəssisələr, icarə müəssisələri, kənd təsər-rüfatı istehsal kooperativləri, kiçik müəssisələr qalan hissəsini sənaye, tikinti, ticarət və ictimai-iaşə, tədarük təşkilatları, xid-mətedici sahələr, xammalın ilkin və təkrar emalını həyata keçirən müəssisələr təşkil edir.
Aqrar bölmənin obyektiv əsasını məhsuldar qüvvələrin yüksək səviyyəsi, ictimai əmək bölgüsünün inkişafı və onun başqa sahələrlə genişlənən qarşılıqlı əlaqəsi təşkil edir.
Aqrar sahə bir tərəfdən istehsalın ixtisaslaşmasını, çox-ukladlı iqtisadiyyatın formalaşmasının nəticəsi kimi sahələrin ayrılaraq müstəqil fəaliyyət göstərməsini əks etdirirsə, digər tərəfdən sahələrin qarşılıqlı əlaqəsinin zəruriliyini səciyyə-ləndirir. Bu qayda ilə aqrar sahə iqtisadiyyatın bir-birilə qar-şılıqlı əlaqədə olan, lakin müstəqil fəaliyyət göstərər sahələrin vəhdəti kimi çıxış edir.
Bu proses xüsusilə özünü ASK-nin təşəkkül tapması və inkişafında daha qabarıq göstərir. Belə ki, cəmiyyətdə əmək bölgüsünün dərinləşməsi və inkişafı və bu əsasda aqrar böl-mədə ixtisaslaşma və təmərküzləşmənin güclənməsi, aqrar is-tehsal məhsullarının getdikcə daha çox sənaye əsasında son məhsula çevrilməsi zərurətin istehsal subyektləri arasında iq-
17
tisadi və texnoloji əlaqələri daha da möhkəmləndirir. Nəticədə sənaye və kənd təsərrüfatı fəaliyyətinin xüsusi sahələrinin bazasında vahid aqrar-sənaye kompleksi formalaşır və inkişaf edir.
2. Kursun öyrənilməsinin metodoloji əsasları və metodları
Bütün iqtisаd еlmlər кimi aqrar sferanın iqtisаdiyyаtı və
idаrə еdilməsi еlminin mеtоdоlоji əsаsı diаlекtiк mаtеriаlizm-dir. Оnun tələblərinə uyğun оlаrаq iqtisаdi һаdisələr və prо-sеslər, bаşqа һаdisələr və prоsеslərlə birgə, əlаqəli şəкildə məһ-suldаr qüvvələrin, istеһsаl münаsibətlərinin inкişаf səviyyəsi ilə bаğlı, dаim inкişаf vəziyyətində, кəmiyyət dəyişiкliкlərindən кеyfiyyət dəyişiкliкlərinə кеçid bахımındаn tədqiq еdilir.
Aqrar sferanın iqtisаdiyyаtı və idаrə еdilməsi еlmində tədqiqаtın bеlə əsаslаrlа аpаrılmаsı һəm də кursun məzmunu-nun bir sırа mеtоdоlоji tələblərə əməl оlunmаsını şərtləndirir.
Müаsir şərаitdə аqrаr sferanın iqtisаdiyyаtı və idarə edilməsinin metоdоlоji əsаslаrı аqrаr sahədə məһsuldаr qüvvə-lərin sürətlə inкişаfını təmin еdə bilən iqtisаdi mехаnizminin аһəngdаr işinin və bunа təminаt vеrə biləcəк təşкilаt quru-luşunu yаrаtmаq yоlunun nəzəri və əsаslаndırılmış məsələlərini özündə əкs еtdirir. Məһsuldаr qüvvələrin аһəngdаr inкişаfı və bunа uyğun gələn istеһsаl münаsibətləri cəmiyyətdə əmtəə-pul münаsibətlərindən, dəyər qаnununun və digər iqtisаdi qаnunlа-rın üstünlüкlərindən və коnкrеt tаriхi şərаitdə təzаһür fоrmа-lаrındаn əsаs iqtisаdi qаnunun tələblərinə müvаfinq surətdə cəmiyyətin хеyrinə istifаdə еdilməsi bütövlüкdə аqrаr sferanın iqtisаdi səmərəliliyinin yüкsəldilməsi istiqаmətində tədbirlər işlənib һаzırlаnmаsınа zəmin yаrаdır. Rеspubliкаnın аqrаr bölməsində təsərrüfаtçılığın iqtisаdi mехanizmini dаһа dа təк-milləşdirməк məqsədilə istеһsаlın bаzаra кеçid, çохuкlаdlı iqti-sаdiyyаtın fоrmаlаşmаsı bахımındаn öyrənilməsi bеlə təd-birlərdəndir.
18
Аqrаr sahədə iqtisаdi prоsеslərin inкişаf qаnunlаrının və qаnunаuyğunluqlаrının dərк оlunmаsı, adərən mürəккəb icti-mаi-iqtisаdi mаһiyyət кəsb еdən оbyекtiv gеrçəкliyin öyrənil-məsidir. Gеrçəкliyin bеlə dərк оlunmа qаydаlаrı еlmi-tədqiqаt mеtоdlаrı аdlаnır. Digər коnкrеt еlmlər кimi аqrаr sferanın iqti-sаdiyyаtı və idаrə еdilməsi еlmini tədqiqаt mеtоdlаrı dа bütün еlmlərlə аid оlаn ümumi diаlекtiк mаtеriаlizm tədqiqаt mеtо-dunа istinаd еdərəк оnunla əlаqəli fоrmаdа bütöv bir sistеm кimi fəаliyyət göstərir. Bu sistеm tədqiqаt istiqаmətini, оnun məqsəd və vəzifələrininin müəyyənləşdirilməsini, tədqiqаtın prоqrаmının tərtibiqi, fакti məlumаtlаrın tоplаnmаsını və sis-tеmləşdirilməsini, təһlil və nəzəri ümumiləşdirmələr аpаrılmа-sını və аlınаn nəticələrin təcrübədə yохlаnmаsını nəzərdə tutur.
Аqrаr sahə iqtisаdiyyаtdа tədqiqаt işləri müşаһidə аpаrıl-mаsı və müvаfiq məlumаtlаrın tоplаnmаsı ilə bаşlаnır. Təd-qiqаtın tаlеyi məlumаtlаrın dəqiqliyindən və оnlаrın öyrənilən ictimаi-iqtisаdi һаdisə üçün nə dərəcədə хаrакtеriк оlmаsındаn birbаşа аsılıdır. Оdur кi, tədqiqаtın bu mərһələsində хətаyа yоl vеrməməк üçün məlumаtlаr dаһа еtibаrlı, dəqiq və хаrакtеriк оlmаqlа məcmu ictimаi һаdisələrin dаһа çох cəһətlərini dеyil, оnlаrın əкsəriyyət təşкil еdən məcmu vаһidlərini, һаbеlə кеy-fiyyət müхtəlifliкlərini özündə əкs еtdirməlidir. Məlumаtlаrın tоplаnmаsı prоsеsi müşаһidənin düzgünlüк dərəcəsindən, оnun еlmi cəһətdən əsаslаndırılmаsındаn аsılıdır. Əslində, tədqiqаt оbyекtinin müəyyən еdilməsi və оnun коnкrеt göstəricilərlə хаrакtеrizə оlunmаsı dərəcəsi аqrаr-sənаyе коmplекsinin iqti-sаdiyyаtı və idаrə еdilməsi еlminin tədqiqаtlаrının bаşlаnğıcı кimi məsul və çохmüһüm əһəmiyyətə mаliк mərһələdir.
Aqrar sahədə аyrı-аyrı illərin təsərrüfаt nəticələri bir çох һаllаrdа iqlim аmillərinin istеһsаlın nəticələrinə һаnsı istiqа-mətdə təsir еtməsinə görə fərqlənir. İqlim amillərinin dəyi-şikliyi ilə əlaqədar olaraq istehsalın nəticələrində yaranan fərqli ictimai-iqtisadi hadisələrin vaxt üzrə müqayisəsində ümumiləş-dirmələr aparmaq üçün orta illik göstəricilərdən istifadə etmək lazım gəlir.
19
Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsində tədqiq olunan ictimai-iqtisadi hadisələr və proseslər çoxcəhətli və mü-rəkkəb olduğuna görə onlar birtərəfli deyil, sistem halında kompleks formada tədqiq edilməlidir. Tədqiqat metodları sis-tem halında tətbiq edildikdə öyrənilən konkret ictimai-iqtisadi hadisə və proseslərin mahiyyəti aydınlaşdırılır, ümumi sistemdə tutduğu yer müəyyənləşdirilir, inkişaf qanunları və qanunauy-ğunluqları ümumi sistemlə əlaqəli formada tədqiq olunur, ana-litik göstəricilərin köməyi ilə kəmiyyət və keyfiyyət dəyişiklik-lərinin səbəbləri aşkar edilir. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsinin tədqiq olunması prosesinə sistem halında kompleks formada yanaşılması üçün onun hərtərəfli təhlili əsa-sında iqtisadi, sosial və elmi texniki inkişaf istiqamətlərinin məcmusunu əks etdirən proqram tərtib olunur. İqtisadi hadi-sələrin dərk olunması elmi mücərrədliklə əlaqədardır. Mücər-rədlik və məntiq iqtisadi tədqiqatlarda vəhdəd təşkil edərək onların dərk olunmasında əsaslı rol oynayır.
Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsində mü-cərrəd-məntiq metodlarından geniş dairədə istifadə olunur. Bu metodların vasitəsilə iqtisadi hadisələrin səciyəvi olanı seçilir, tərkib hissələrinə ayrılır, həmin hissələr arasındakı qarşılıqlı əlaqə mürəkkəb hadisə və proseslərin mahiyyətini açıb göstərən müxtəlif kateqoriya və anlayışlar mücərrəd-məntiq metodunun nəticəsi kimi fəaliyyət göstərir.
Konkret olaraq aqrar sferanın iqtisadiyyatı və idarə edil-məsi kursunun öyrənilməsində aşağıdakı tədqiqat metodla-rından istifadə olunur: analiz və sintez, normativ, balans, statistik, induksiya və deduksiya, monoqrafiya, eksperimental, iqtisadi riyazi metodlar və s.
1. Аnаliz. Bu mеtоddаn dаhа çох istifadə olunur. Çünki rеspubliкаmızdа həyаtа кеçirilən hər bir sоsiаl-iqtisаdi quru-culuq işi кеçmişin və ya mövcud vəziyyətin təhlili əsаsındа təşкil оlunur. Bu zаmаn аnаliz mеtоdunа, хüsusi ilə sistеmli аnаlizə tеz-tеz mürаciət еdilir. Sistеmli аnаlizdə hərtərəfli təhlil аpаrılır. Burаdа mərhələliк prinsipi əsаs götürülür. Qаrşıyа
20
qоyulmuş məqsədə nаil оlаnа qədər, bütün prоsеslər еlmi təhlil əsаsındа аrаşdırılır. Bеlə bir аnаliz əsаsındа həyаtа кеçiriləcəк hər hаnsı bir quruculuq işinin iqtisаdi cəhətdən оptimаl vаriаntı sеçilir.
2. Sintеz. Bu üsulun кöməyi ilə təhlil еdilmiş hаdisələr ümumiləşdirilir və bunun əsаsındа öyrənilən məsələ hаqqındа tаm biliк hаsil оlur. Bеləliкlə, təhlillə sintеz bir-birilə üzvi su-rətdə bаğlıdır.
3. Nоrmаtiv mеtоd. Sоsiаl-iqtisаdi inкişаf prоqnоzlаrını işləyib hаzırlаyаrкən ən çох nоrmаtiv mеtоdlаrdаn istifаdə оlunur.
Təcrübə göstərir кi, yаlnız еlmi cəhətdən əsаslаndırılmış nоrmаtivlər zəminində işlənib hаzırlаnmış prоqnоzlаr əhаlinin ərzаq və екоlожi təhlüкəsizliyini uğurlа təmin еdə bilər. Nоr-mаtivlər işlənib hаzırlаnаrкən istеhsаl və əməк rеsurslаrındаn tаm və səmərəli istifаdə оlunmаsı, еlmi-tехniкi tərəqqinin gələcəк nаiliyyətləri, səmərəli intеnsiv tехnоlоgiyаnın yаrаdа biləcəyi imкаnlаr аşкаrlаnıb nəzərə аlınmаlıdır.
4. Bаlаns mеtоdu. Bu mеtоd nоrmаtiv mеtоdlа sıх əlаqədə istifаdə оlunur. Nоrmаtivlərin еlmi əsаslаrlа müəyyən еdilməsi, tərtib еdilən bаlаnslаrın dəqiqliyinə və rеаllığınа səbəb оlur. Bаlаns mеtоdu imкаn vеrir кi, ərаzi sаhələri ilə dахili rеgiоnаl коmlpекslər аrаsındа nisbət düzgün müəyyən оlunsun. Yаlnız bеlə оlduqdа mövcud təbii və iqtisаdi rеsurs-lаrdаn səmərəli istifаdə оlunа bilər. Хаmmаlа və hаzır əmtəə-lərə tələbаt uğurlа ödənilər. Еyni fiкri müəssisədə mövcud оlаn müхtəlif pеşələr üzrə mütəхəssislərə, ümumiliкdə işçi qüvvə-sinə tələbаtın ödənilməsi bаrədə də söyləməк оlаr. Bеlə bа-lаnslаrı tərtib еtməкlə mövcud əməк еhtiyаtlаrındаn səmərəli istifаdə еdilməsi yоllаrı işlənib hаzırlаnа bilir.
İnкişаf еtmiş ölкələrin təcrübəsi göstərir кi, müəssisələrdə lаyihələr tərtib еdilərкən məhsul istеhsаlı, su, mеşə və tоrpаq еhtiyаtlаrı üzrə аyrıcа prоqnоzlаrın işlənib hаzırlаnmаsı böyüк fаydа vеrir.
5. Stаtistiк mеtоd – iqtisаdi göstəricilər əsаsındа
21
hаdisələrin inкişаfını hərtərəfli хаrакtеrizə еtməк üçün tətbiq еdilir. Bu mеtоd üç fоrmаdа həyаtа кеçirilir:
1) Müşаhidə; 2) Məlumаtlаrın işlənməsi və sistеm-ləşdirilməsi; 3) Əldə еdilən nəticələrin təhlil еdilməsi.
Materialların işlənməsi, sistemləşdirilməsi və təhlili pro-sesində əsasən statistik qruplaşdırmalardan, orta və nisbi kə-miyyətdən, qrafik üsülundan, iqtisadi müqayisədən və təhlil qaydalarından istifadə olunur.
6. İnduкsiyа və dеduкsiyа. Bu üsullаrın tətbiq еdilməsi də iqtisаdi prоblеmlərin işlənib hаzırlаnmАsındа mühüm rоl оynаyır. Induкsiyа üsulu хüsusidən ümumiyə dоğru, аyrı-аyrı hаdisələrin tədqiqindən ümumi nəticə çıхаrılmаsınа dоğru gеdir. Dеduкsiyа üsulu isə, əкsinə ümumidən хüsusiyə dоğru gеdir. Induкsiyа ilə dеduкsiyа bir-birilə üzvi surətdə bаğlıdır, оnlаr qаrşılıqlı surətdə bir-birini tаmаmlаyır.
7. Mоnоqrаfiyа mеtоdu. Bu mеtоd vаsitəsi ilə аyrı-аyrı mütərəqqi iş üsullаrı ümumiləşdirilir. Misаl üçün hər hаnsı bir təsərrüfаtdа tədbiq оlunаn mütərəqqi tехnоlоgiyаnın məhsul-dаrlığа təsirini öyrənib, üstünlüкlərini аşкаrа çıхаrtdıqdаn sоnrа, həmin tехnоlоgiyаnı bаşqа təsərrüfаtlаrdа dа həyаtа ке-çirməк üçün еlmi məsləhətlər hаzırlаnır.
Mоnоqrаfiyа üsulundа öyrənilən sаhə dərindən tədqiq оlunur. Lакin оnun оbyекti məhduddur. Bir və həttа bir nеçə təsərrüfаtın timsаlındа аpаrılmış tədqiqаtdаn çıхаrılmış nəticə-lər bütün təsərrüfаtlаr üçün həmişə еyni dərəcədə səciyyəvi оlа bilməz. Bunа bахmаyаrаq, mоnоqrаfiyа üsulu təsərrüfаtlаrdа istеhsаlın təşкili məsələlərini öyrənməк üçün çох fаydаlıdır.
8. Екspеrimеntаl mеtоd. Bu mеtоd dа istеhsаlın təşкili məsələlərinin öyrənilməsində tətbiq оlunur. Qаbаqlаr bu mеtоd yаlnız təbiət еlmlərinə аid еdilirdi. Məhs екspеrimеnt nəti-cəsində кənd təsərrüfаtı istеhsаlının ən mürəккəb prоblеmlərini işləyib hаzırlаmаq mümкündür. Nəzəriyyənin təcrübədə sınаqdаn кеçirilməsi, оnun dəqiqləşdirilməsi üçün екspеrimеnt əlvеrişli şərаit yаrаdır. Bеləliкlə, екspеrimеnt istеhsаlın təşкili
22
məsələlərinin еlmi cəhətdən düzgün həll оlunmаsı üçün mühüm bir vаsitədir.
9. Riyаzi mеtоd. АSК sistеmində bеlə bir mеtоddаn istifаdə еdilməsi zəruriliyi оndаn irəli gəlir кi, hər bir ахtаrışdа çаlışırlаr кi, ən оptimаl və fаydаlı vаriаnt sеçilsin. Bu isə yаlnız riyаzi mеtоdlаr tətbiq еtməкlə əldə оlunur. Riyаzi mеtоdlаrlа hər bir tədqiq оlunаn prоsеs mоdеlləşdirilir, коmpütеrlərin кö-məyi ilə məsələnin həlli üzrə yüzlərlə vаriаntlаr аşкаrlаnır. Hаnsı vаriаnt ən аz хərclə bаşа gəlib yüкsəк dərəcədə səmərə vеrirsə həmin vаriаntdаn istifаdə еdilir. Bu mənаdа riyаzi mеtоdun tətbiqi iqtisаd еlminə dəqiqliк və оptimаllıq gətirir.
3. Fənnin digər iqtisad elmlərlə qarşılıqlı əlaqəsi
Bütünlükdə iqtisadiyyat elmi cəmiyyətdə ictimai-iqtisadi
münasibətlərin əsası kimi cəmiyyətin həyatında həlledici rol oynayır. O, istehsal münasibətlərinin məcmusu olmaqla res-publika iqtisadiyyatını və ya onun bir hissəsini, yəni sənayeni, kənd təsərrüfatını, tikintini, nəqliyyatı, xidmət və s. sahələrin iqtisadi inkişaf qanunauyğunluqlarını və bu əsasda formalaşan istehsal münasibətlərini əks etdirir. Məhz bu baxımdan bir sıra konkret iqtisad elmləri sahəsi də (sənayenin, tikintinin, ticarətin, nəqliyyatın. Kənd təsərrüfatının iqtisadiyyatı və s.) ümumi iqtisadiyyat elmi kimi qəbul olunur. Bilavasitə iqtisadi nəzəriyyə elminin inkişaf qanunauyğunluqlarına əsaslanırlar.
İqtisadi nəzəriyyə insan cəmiyyətinin müxtəlif inkişaf mərhələsində maddi nemətlərin istehsalını, mübadiləsini, böl-güsünü və istehlakını idarə edən iqtisadi qanunları öyrənən bir elmdir.
Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi isə konkret sahə iqtisadiyyatı elmi kimi iqtisadiyyatın bir sahəsində, yəni kənd təsərrüfatı ilə emal sənayesi, onlara xidmət edən sahələrdə ictimai münasibətləri tədqiq edir. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin tədqiqat obyekti respublikada mövcud mülkiyyət formalarına əsaslanan fərdi sahibkarlar, ailə,
23
kəndli (fermer) təsərrüfatları, kiçik müəssisələr, kənd təsərrüfatı istehsal kooperativləri, səhmdar cəmiyyətləri, firmalar, emal müəssisələri və bir sıra xidmət sahələridir. Burada baş verən hadisələr aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi tə-rəfindən təcrid olunmuş halda deyil, cəmiyyətin və konkret sahələrin inkişaf qanunları ilə əlaqəli formada dərk edilməklə ümumiləşdirilir və bu sahədə cəmiyyətin qarşısında duran konkret vəzifələr müəyyənləşdirilir.
Ümumiyyətlə aqrar sferanın iqtisadiyyatı və idarə edil-məsi elminin predmeti, obyektiv iqtisadi qanunların konkret fəaliyyətini və təsir mexanizmini, iqtisadiyyatın bu sahəsinin inkişafının spesifik xüsusiyyətlərini və qanunauyğunluqlarını öyrənir, onları ümumiləşdirir, iqtisadiyyatın aqrar bölməsində cəmiyyətin qarşısında duran başlıca vəzifələrin istiqamətlərini müəyyən edir.
Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi bir çox elmlərlə əlaqəlidir. Bu elmlər içərisində o, özünəməxsus yer tutur. Belə ki, iqtisadi nəzəriyyə aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin nəzəri, metodoloji əsasını təşkil edir. Aqrar sferanın iqtisadiyyatının ayrı-ayrı cəhətlərini öyrənən iqtisad elmlərinin nəzəri-metodoloji əsasını isə aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi işləyib hazırlayır. Başqa sözlə, aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi iqtisadi nəzəriyyə ilə aqrar sferanın iqtisadiyyatının ayrı-ayrı cəhətlərini öyrənən iqtisad elmlərinin inteqrasiyasını təmin edərək onları üzvü şəkildə əlaqələndirir.
Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi həm-çinin kənd təsərrüfatı elminin (əkinçilik, bitkiçilik, heyvan-darlıq, torpaqşünaslıq, aqrokimya və s.) hazır nəticələrini təhlil edir, onları iqtisadi baxımdan ümumiləşdirərək əməli təkliflər irəli sürür.
Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi ictimai-iqtisadi hadisələri və prosesləri özünün tədqiqat metod-ları və üsulları ilə öyrənir. İctimai-iqtisadi hadisələr və pro-seslər öz təbiəti etibarilə mürəkkəbdir, çoxcəhətlidir, daima
24
hərəkətdədir və dəyişkəndir. Onların inkişaf qanunauyğunluq-ları konkret şəraitdə və tarixi mərhələdən asılı olaraq mahiyyət və formaca təzələnir. Bu dəyişiklik şəraitində hadisələri öy-rənmək üçün aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi və əməli fəaliyyəti metodları və üsullarını təkmilləşdirir və bir-birini əvəz edən yenilərini yaradır. Bu metod və üsullar tədqi-qatın məqsədinə nail olmaq üçün məntiqi cəhətdən uyğunlaşa-raq bitkin sistem əmələ gətirməklə ümumi metodoloji istiqa-məti müəyyənləşdirir.
4. Müasir mərhələdə aqrar iqtisadiyyat
qarşısında duran vəzifələr Göründüyü kimi, aqrar iqtisadiyyat ölkə iqtisadi siste-
minin çox vacib bir sahəsi olmaqla iqtisadi siyasətdə daim diq-qətdə olmalı və onun dinamik inkişafı təmin edilməlidir. Yuxa-rıda deyildiyi kimi o hər şeydən əvvəl ölkə ərzaq təhlükəsiz-liyinin əsasını təşkil edir və əhalinin ərzaq təminatı birinci növbədə bu sahənin inkişafından asılıdır. Bu barədə qəbul edilmiş Dövlət Proqramlarında - “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respubli-kasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” - ətraflı göstərilmişdir. Təbii ki, bu istiqa-mətdə müəyyən işlər görülmüş və aqrar bölmənin, o cümlədən bütövlükdə ASK-nin inkişafında müəyyən irəliləyişlər vardır. Bazar iqtisadiyyatının tələblərinə uyğun aqrar bölmədə özəl-ləşmə tam başa çatmış, aqrar sahibkarlıq geniş vüsət almış və istehsalın maddi-texniki bazası xeyli yüksəlmişdir. Bununla belə iqtisadi təhlil göstərir ki, aqrar bölmə və bütövlükdə ASK qarşısında çox mühüm və təxirəsalınmaz vəzifələr durur. Bu baxımdan bazar iqtisadiyyatı şəraitində aqrar sferanın sabit və həm də intensiv inkişafının təmin olunması məqsədilə dərin struktur dəyişiklikləri aparılmalı, ərzaq və strateji məhsullar istehsalının artırılması, onun emalının həyata keçirilməsi üçün
25
əsaslı tədbirlər sistemi işlənib həyata keçirilməlidir. Burada taxılçılıq, pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, çayçılıq, maldarlıq və qoyunçuluq sahələrinin inkişafına üstün-lük verilməlidir. Bu məqsədlə bazara keçid dövründə meliora-siya, irriqasiya tədbirləri aparmaqla respublikada mövcud olan 1,5 milyon hektar əkin sahəsi 2,0 milyon hektara çatdırılmalı, bütün növ bitkiçilik və heyvandarlıq məhsulları istehsalının artırılması dövlətin aqrar siyasətinin əsas xəttini təşkil et-məlidir. Əsas ərzaq məhsulu olan taxılçılığın inkişafına böyük əhəmiyyət verilməlidir. Bu məqsədlə ümumi əkin sahəsinin 60%-ə qədəri taxıl bitkisi altına verilməli, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün əkin sahələrinin genişlən-dirilməsi istiqamətində mühüm tədbirlər sistemi hazırlanmalı və həyata keçirilməlidir.
Bu tədbirlər sisteminə aşağıdakılar daxildir: - təsərrüfatçılığın fəaliyyətdə olan iqtisadi mexanizminin
təkmilləşdirilməsi və onun bazar münasibətləri əsasında ye-nidən qurulması;
- ölkə əhalisinin ərzaq və ekoloji təminatını həyata ke-çirmək;
- bütün regionlarda sosial-iqtisadi inkişafın sürətləndi-rilməsinə nail olmaq;
- kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün zəruri sayılan infrastrukturu yaratmaq;
- özəlləşdirməyə dair dövlət proqramının həyata keçiril-məsi və sahibkarlıq fəaliyyətinin üstün inkişafının təmin edilməsi;
- aqrar bölmədə yeni iqtisadi və mülkiyyət münasibət-lərini həyata keçirməklə məhsul istehsalının artırılmasının potensial imkanlarından istifadə edilməsi;
- inkişaf etmiş bazar ölkələrinin təcrübəsinin nəticələrini ümumiləşdirmək yolu ilə onların geniş yayılmasına əməli kömək edilməsi;
- kənd təsərrüfatının və onunla bağlı sahələrin sabit inkişafının təmin edilməsi;
26
- kəndin sosial cəhətdən yenidən qurulması; - xarici investisiyaların aqrar bölmənin sahələrinə cəlb
edilməsi; - yerlərdə mövcud potensialdan səmərəli istifadə etmək
emal müəssisələrini xammal regionlarına yaxşılaşdırmaq yolu ilə məşğulluq probleminin yaxşılaşdırılması.
Bununla yanaşı ərzaq ehtiyatlarını artırmaq üçün çoxuk-ladlı iqtisadiyyatın formalaşması, burada başqa strukturlarla yanaşı kəndli (fermer) təsərrüfatlarının üstün inkişafının təmin edilməsi aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi qarşısında bir vəzifə kimi durur. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elmi, həmçinin iqtisadiyyatın aqrar bölməsinin potensial imkanlarının xalqın, dövlətçiliyimiz bütün üstünlük-lərinin hərəkətə gətirilməsində, ona ən müasir formalar veril-məsində öz nəzəri, metodoloji ümumiləşdirmələri ilə Azər-baycan Respublikasının aqrar siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsinə əməli köməklik göstərilməlidir.
Bundan əlavə aqrar sferanın inkişafı və istehsalın təşki-linin müasir tələblərə uyğun qurulması üçün bu sahənin spesifik xüsusiyyətlərini, xarici ölkələrin təcrübəsi və iri istehsalın üstünlüklərini nəzərə alaraq əməyin təşkilinin müasir forma-larından biri olan könüllülük əsasında istehsal kooperativlərinin yaradılması və xırda kəndli (fermer) təsərrüfatlarının orada birləşdirilməsi ən vacib məsələlərdəndir. Bu barədə qanunveri-cilik aktları və hüquqi-normativ bazanın yaradılmasına böyük ehtiyac vardır. Dünya təcrübəsi göstərir ki, müasir mərhələdə aqrar istehsalın təşkilinin ən mütərəqqi formalarından biri məhz budur.
27
II FƏSİL. AQRAR SFERANIN MİLLİ
İQTİSADİYYATDA YERİ
4.Ölkənin milli iqtisadiyyatının formalaşmasında və
inkişafında aqrar sferanın yeri
5.Ərzaq təhlükəsizliyinin və əhalinin ərzaq məhsulları ilə
təmin edilməsində aqrar sferanın rolu
6.Ölkənin idxal-ixrac əməliyyatlarında aqrar sahənin
inkişafının əhəmiyyəti
1. Ölkənin milli iqtisadiyyatının formalaşmasında
və inkişafında aqrar sferanın yeri
Azərbaycan üçün bu gün ən mühüm məqsədlərdən biri
iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi
inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir.
Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti
sahələrindən sonra üçüncü ən iri sahəsidir.
Ölkənin ümumi daxili məhsulunun 6,4 faizi kənd təsərrü-
fatının payına düşür. İqtisadi aktiv 3,8 mln. əhalinin 1,5 mln.-
dan çoxu və ya 39 faizə qədəri aqrar sahədə çalışır . Ölkə əha-
lisinin təqribən 48%‐dən çoxu kənd yerlərində yaşadığına görə
kənd təsərrüfatı sektoru ailə təsərrüfatlarının müvafiq iş yerləri
ilə və gəlirlərlə təmin edilməsində mühüm mənbədir və ölkə
iqtisadiyyatında aqrar sferanın sosial-iqtisadi əhəmiyyəti xüsusi
yer tutur.
Milli iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatı
sənayenin xammala olan ehtiyaclarının ödənilməsində böyük
rol oynayır. Ölkə iqtisadiyyatın bir çox sahələrinin inkişafı
kənd təsərrüfatının inkişaf səviyyəsindən asılıdır. Kənd təsərrü-
fatında istehsal olunan ərzaq məhsulları və onun emal sənayesi
məhsulları ölkə əhalisinin istehlak şeylərinə olan tələbatının
təxminən 75%-ni ödəyir. Eyni zamanda bu sahə həm də kənd
yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir.
28
1995-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar nəti-
cəsində ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulma-
sına, torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar böl-
mənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın for-
malaşmasına, kəndin simasının dəyişdirilməsinə ciddi təsir
göstərmişdir.
Əsaslı dəyişikliklər kənd təsərrüfatının sosial və sahəvi
tərkibində baş vermişdir. İri təsərrüfat formalarının əvəzində
müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yara-
dılmış, geniş miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq,
kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və
qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində
dövlət mülkiyyət forması fərdi (şəxsi) mülkiyyətlə əvəz edil-
mişdir.
Hal-hazırda kənd təsərrüfatı istehsalçılarının sayı 1208,7
min vahidlə xarakterizə edilir. Bu istehsalçıların 99,98 faizi
özəl, 0,02 faizi isə dövlət təsərrüfatlarından ibarətdir. Bundan
əlavə, 78.648 müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsalı,
emalı və satışı ilə məşğul olan bağ evi təsərrüfatları möv-
cuddur. İxtisaslaşdırılmış kənd təsərrüfatı istehsalçılarının 66,8
faizi ailə kəndli, 32,8 faizi ev təsərrüfatları, 0,2 faizini isə
kəndli (fermer) təsərrüfatları təşkil edir.
Kənd təsərrüfatı istehsalçılarının mülkiyyətində və ica-
rəsində olan torpaq sahələrinin mütləq kəmiyyəti 2324,2 min
hektara bərabərdir. Onun 69,3 faizi ailə kəndli təsərrüfatlarının,
11,4 faizi ev təsərrüfatlarının və 2 faizi kəndli (fermer) təsərrü-
fatlarının sərəncamındadır. Kənd təsərrüfatı istehsalçılarının hər
birinin, orta hesabla, 1,92 ha ümumi torpaq sahəsi mövcuddur.
Kənd təsərrüfatı ilə sənaye sahələri, xüsusilə yüngül və
yeyinti sənayesi müəssisələri arasında sıx əlaqələr vardır.
Respublikada yeyinti sənaye məhsulları istehsalının çox qismi
kənd təsərrüfatı məhsulları hesabına təmin edilir. Sənaye sahə-
ləri də öz növbəsində kənd təsərrüfatına zəruri vasitələr, yəni
maşın və avadanlıqlar, yanacaq, gübrə, ehtiyat hissələri və s.
29
verir; məhsul istehsalını artırmaq üçün istehsal prosesinin sə-
mərəli olmasını və ahəngdarlığını təmin edir. Beləliklə, ərzaq
və digər sənaye təmayüllü məhsulların istehsalında qarşılıqlı
vəhdətdə olan sənaye sahələri ilə kənd təsərrüfatı və ölkə iqti-
sadiyyatın digər sahələri arasında əlaqələr yaradılır, məhsul is-
tehsalının artırılmasında və onun istehlakçılara çatdırılmasında
birgə səy göstərilir.
Kənd təsərrüfatı praktikada iki böyük qrup sahələrə ay-
rılır: bitkiçilik və heyvandarlıq. Onların hər biri müxtəlif məh-
sul istehsal edən müstəqil sahələri əhatə edir. Heyvandarlıq:
südlük, ətlik-südlük və ətlik üzrə maldarlıq, donuzçuluq, quş-
çuluq və s., bitkiçilik isə taxılçılıq, pambıqçılıq, tərəvəzçilik,
üzümçülük, tütünçülük və s. kimi sahələri özündə birləşdirir.
Kənd təsərrüfatı özünəməxsus bir sıra sosial-iqtisadi, təbii
və texnoloji xarakterli xüsusiyyətləri ilə səciyyələnir. Belə ki,
iqtisadiyyatın digər sahələrindən fərqli olaraq kənd təsərrüfa-
tında başlıca istehsal vasitəsi torpaqdır. Burada istehsal prosesi
təbii amillərlə çulğaşır, onun nəticəsi torpaq-iqlim şəraitindən
bilavasitə asılıdır. Bu xüsusiyyətləri nəzərə almadan kənd təsər-
rüfatı iqtisadiyyatını yüksəltmək, istehsalın artımını və səmə-
rəliliyini təmin edən tədbirləri həyata keçirmək olmaz.
Torpaq əsas istehsal vasitəsi olmaqla digər kənd təsər-
rüfatı təyinatlı istehsal vasitələrindən fərqlənir. Başqa istehsal
vasitələrindən fərqli olaraq, torpaq insan əməyinin məhsulu
deyil, o təbiətin bəxş etdiyi nemətdir. Torpaq sahəsini başqa
istehsal vasitələri kimi nə artırmaq, nə də azaltmaq olmaz; onun
təbii münbitliyini, məhsulvermə qabiliyyətini isə yüksəltmək
olar. Torpaq sahələri məkanca yerləşməsinə, keyfiyyətinə və
relyefinə görə zonalara ayrılır. Əlverişsiz torpaq sahələrində
aparılan təsərrüfatçılıq əlverişli torpaq sahələrinə nisbətən daha
çox vəsait ayrılmasını tələb edir.
Kənd təsərrüfatının iqtisadiyyatı, torpağı təbii, süni və iq-
tisadi münbitliyə ayırır. Torpaqda toplanan qida maddələri
onun təbii münbitliyini təşkil edir. Qida maddələri torpağın
30
mexaniki, kimyəvi, fiziki, və digər xassələrindən, təbii-iqlim
şəraitindən asılıdır. Bu maddələrlə müxtəlif səviyyədə zəngin-
ləşən torpaqlarda təbii münbitlik də eyni olmur. Kənd təsər-
rüfatında torpaqdan istifadə səviyyəsini yüksəltmək üçün onun
süni münbitliyi artırılır, yəni, torpağı qida maddələri ilə zən-
ginləşdirmək üçün ona mineral və üzvü gübrələr verilir; növbəli
əkin sistemi tətbiq edilir; düzgün suvarma işləri aparılır; yeni
aqrotexniki tədbirlər həyata keçirilir və s. Süni münbitlik təbii
münbitliyin bazasında yaradılır, bir-birini tamamlamaqla tor-
pağın iqtisadi münbitliyini formalaşdırır. Torpağın iqtisadi
münbitliyi dedikdə sahə vahidindən götürülən məhsulun miq-
darı başa düşülür. Buna görə də iqtisadi münbitliyə qiymət
verilir. Torpağın iqtisadi münbitliyini qiymətləndirmək üçün
mütləq və nisbi münbitlik göstəricilərindən istifadə edilir.
Sahə vahidindən götürülən məhsulun miqdarı və yaxud da
dəyər formasında əldə olunan gəlir torpağın mütləq münbitli-
yini ifadə edir. Şübhəsiz ki, təbii münbitliyi müxtəlif olan
torpaqlarda məhsuldarlıq da eyni səviyyədə ola bilməz. Ona
görə də az münbit torpaqlarda yüksək məhsul əldə olunması
üçün daha çox məsarif sərf olunur. Belə hallarda torpağın iqti-
sadi münbitliyini qiymətləndirmək üçün nisbi münbitlik göstə-
ricisindən istifadə olunur. Torpağın nisbi münbitliyi sahə vahi-
dinə sərf edilən xərclərin müqabilində götürülən məhsul isteh-
salının miqdarı və ya pul ifadəsində əldə olunan gəliri ifadə
edir.
Azərbaycan Respublikasında ümumi torpaq sahəsi 8.6
mln hektardır. Bundan 4.3 mln hektarı kənd təsərrüfatına ya-
rarlı torpaqlardır. Bütün torpaq ehtiyatları ölkənin vahid torpaq
fondunu təşkil edir. Onlardan 44,2%, y.x. 3,8 mln. Hektarı –
dövlətə; 31,4%, y.x. 2,7 mln. hektarı bələdiyyəyə; 24,4%, y.x.
2,1 mln. hektarı isə şəxsi mülkiyyətə məxsus olan torpaqlardır.
Ümumi torpaq fondunun 4740 min hektar və ya 54,8
faizini kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir. Kənd
təsərrüfatına yararlı torpaqların 39 faizi əkinə yararlı sahələr, 3
31
faizi çoxillik əkmələr (bağ və üzümlüklər), 56 faizi isə otlaq və
biçənəklərdən ibarətdir.
Ölkənin mövcud hidroqrafik ehtiyatları əsasında hazırda
kənd təsərrüfatına yararlı ərazilərin 1438 min hektarı suvarılır,
ümumilikdə isə kənd təsərrüfatı torpaqlarının 3200 min hektarı
suvarılması mümkün olan torpaqlar sayılır.
Dağətəyi və ovalıq sahələrin 60 faizinin torpaq və bitki
örtüyünün şoranlaşma və meliorasiya olunma xüsusiyyəti
vardır. Hazırda isə kənd təsərrüfatında istifadə edilən ümumi
torpaq sahəsinin 1361,1 min hektarı şoran və şorakətli, 733,2
min hektarını çınqıllı və daşlı, 510,2 min hektarını isə müxtəlif
nisbətdə aşınmaya uğramış torpaqlar tutur.
Ümumilikdə isə, Azərbaycan Respublikası torpaq
ehtiyatları məhdud olan ölkələr sırasına aiddir. Belə ki, ölkədə
adam başına 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq
sahəsi, o cümlədən 0,22 hektar əkin yeri düşür. Otlaqların və
biçənəklərin adam başına düşən sahəsi isə daha azdır. Ölkə
ərazisinin 12,0%-ə qədəri meşə ilə örtülüdür. Bu meşələrdə 436
növ ağac və kol cinsləri mövcuddur. Eyni zamanda, Azər-
baycan meşələrində çoxu yeyilən yabanı meyvə, dərman və
vitaminli ağac və bitkilər də geniş yayılmışdır.
Ölkədə uzun müddət davam edən günəşli günlərin, külli
miqdarda təbii istiliyin və digər əlverişli iqlim xüsusiyyətlərinin
olması burada kənd təsərrüatının inkişafına müsbət təsir edən
amillər kimi çıxış edir. Belə ki, mövcud olan 11 iqlim tipinin 9-u
ölkə üçün xarakterikdir ki, bunun da 3 tipi qismən istisna ol-
maqla, yerdə qalanları kənd təsərrüfatının müxtəlif sahələrinin
inkişafı üçün əlverişli təbii şəraitin olmasını şərtləndirir.
Şirin yeraltı su hövzələri və suvarma əkinçiliyi sayəsində
dağətəyi və düzənlik sahələrin çoxunda mədəni-texniki bitki
növlərinin (taxıl, kartof, tərəvəz, meyvə, üzüm, şəkər çuğundu-
ru, pambıq, tütün və s.) əkilməsi üçün lazımi şərait var. Dağlıq
bölgələrdə isə maldarlıq və dəmyə əkinçiliyinin inkişaf etdiril-
məsi üçün əlverişli şərait vardır.
32
Bir sözlə, Azərbaycan Respublikasının müxtəlif region-
larında torpaq-iqlim amillərinin kəmiyyət və ərazi etibarilə
paylanma xüsusiyyətlərinin təhlili göstərir ki, ölkəmizdə kənd
təsərrüfatının inkişafı üçün təbii-coğrafi şərait, ümumilikdə,
əlverişlidir. Bu isə, tarixən olduğu kimi, müasir dördə də ölkədə
bir çox kənd təsərrüfatı məhsulları istehsalının təşkilini şərtlən-
dirmişdir.
Bununla bərabər, ölkədə yerli kənd təsərrüfatı xammalı
əsasında ənənəvi olaraq fəaliyyət göstərən və müəyyən səviyyə-
də inkişaf etmiş emal sənayesi də mövcuddur. Belə ki, Azər-
baycanda kənd təsərrüfatının emalı sənayesi meyvə-tərəvəz
konservləri və şirələri, tomat, bitki yağları, pivə, şərab məhsul-
ları, çay, ət məmulatları, süd məhsulları, unüyütmə, yarma və
qarışıq yem, çörək və makaron məmulatları, pambıq, yun, ba-
rama və göndəri xammallarının ilkin emalı, fermentləşdirilmiş
tütün istehsalı kimi sahələrdən ibarətdir.
Kənd təsərrüfatının xarakterik xüsusiyyətləri və onun
sənayedən fərqləndirici cəhətlərindən biri də istehsal dövrü ilə
iş müddətinin uyğun gəlməməsidir; yəni istehsal vaxtının
dövrləri arasındakı fasilələrin olmasıdır. Kənd təsərrüfatında
təbii amillərin təsiri ilə əlaqədar istehsal dövrü iş müddətindən
uzun olur. Çünki səpindən sonra bitkinin boy atması və inkişaf
prosesi insan əməyi tələb etmir, təbii–bioloji amillərin öhdəsinə
düşür. Kənd təsərrüfatının xarakterik cəhətlərindən biri də
əmək ehtiyatlarından istifadədə mövsümlüyün olmasıdır. Bu da
istehsal dövrü ilə iş müddəti arasında olan uyğunsuzluqdan irəli
gəlir; istehsal vaxtının müəyyən dövründə əmək ehtiyatlarına
tələbat artır, əmək daha çox sərf olunur; başqa vaxtlarda isə ək-
sinə olur. Buna görə də il boyu əmək ehtiyatlarından səmərəli
istifadə olunmasına zəmin yaratmaq üçün istehsal sahələrinin
quruluşunu səmərəli formada təkmilləşdirmək, ağır zəhmət
tələb edən əl əməyini tədricən aradan qaldırmaq, iş prosesləri-
nin mexanikləşdirilmə səviyyəsini yüksəltmək və s. lazım gəlir.
33
Sənayedən fərqli olaraq kənd təsərrüfatında istehsal edi-
lən məhsul təkrar istehsal prosesində yenidən iştirak edir.
Məsələn, istehsal olunan taxıldan təkrar səpin üçün götürülən
toxum, yem və s. təsərrüfatda istehsal olunduqdan sonra yeni-
dən istehsal prosesində istifadə edilir.
Ölkəmizdə əhalinin sayı artdıqca hər nəfərə düşən kənd
təsərrüfatına yararlı torpaq sahəsi və əkinə yeri artmır, əksinə
olaraq getdikcə azalır. İlbəil artmaqda olan əhalinin ərzaq
məhsullarına və sənayenin isə xammala olan tələbatı da artır.
Məhz buna görə də kənd təsərrüfatının inkişaf etdirilməsi əsa-
sında məhsul istehsalı həcminin ildən-ilə artırılması tələb edilir.
Becərilən torpaq sahəsindən yüksək məhsul götürülməsini
təmin etməkdən ötrü ilk növbədə torpağın münbitliyi, onun
məhsulvermə qabiliyyətinin yüksəldilməsi, istehsalın ardıcıl
olaraq təkmilləşdirilməsi ön planda durur.
Kənd təsərrüfatı istehsalının inkişafı onun düzgün ixtisas-
laşdırılması və yerləşdirilməsindən də asılıdır. Bu torpaq fon-
dundan, əmək ehtiyatlarından və istehsal vasitələrindən daha
səmərəli istifadə olunmasına şərait yaradır. Buna ayrı-ayrı məh-
sul növləri istehsalının təsərrüfat, rayon və regionlarda təmər-
küzləşdirilməsi, bunun üçün əlverişli təbii iqtisadi şərait yara-
dılması, məhsul istehsalının istehlakçılara və əlverişli nəqliyyat
yollarına yaxın olması nəticəsində nail olunur.
Kənd təsərrüfatının yerləşdirilməsi və ixtisaslaşdırılması
ölkəmizin ayrı-ayrı iqtisadi rayonlar üzrə həyata keçirilir; bu
halda dövlət ehtiyacları və təbii iqtisadi şərait nəzərə alınır,
bunlara müvafiq olaraq ayrı-ayrı təsərrüfatlarda ixtisaslaşdı-
rılmış istehsal təşkil edilir. Hazırda respublikamızda təbii və iq-
tisadi xüsusiyyətlərə müvafiq olaraq taxılçılıq, pambıqçılıq,
tərəvəzçilik, üzümçülük, tütünçülük, çayçılıq, meyvəçilik və
digər istiqamətli kənd təsərrüfatı rayonları əmələ gəlmişdir.
Aqrar sferada istehsalın ixtisaslaşması istiqamətindən asılı
olaraq meyvə-tərəvəz, şərab, çay emalı üzrə istehsal güclərinin
çox hissəsi Quba-Xaçmaz, Şəki-Zaqatala, Şirvan, Gəncə-
34
Qazax, Lənkəran-Astara və Naxçıvan Muxtar Respublikasında
cəmləşmişdir. Bu regionlar respublikada meyvə-tərəvəz, şərab
emalı məhsullarının 70-75%-dən çoxunu verir. Hazırda respub-
likada mövcud olan 45 meyvə-tərəvəz emalı müəssisələrinin
istehsal güclərinin 39,5% Quba-Xaçmaz zonasında, 15,8%
Lənkəran-Astara zonasında, 11,5% Naxçıvanda, 31,4% qalan
regionlarda cəmləşib. Şərab emalı üzrə istehsal güclərinin 75-
80%-ə qədəri Gəncə-Qazax, Dağlıq Şirvan zonalarında, Nax-
çıvan və Cəlilabada yerləşmişdir.
Hal-hazırda respublikanın aqrar sahəsində bir sıra həlli
vacib olan problemlər mövcuddur, o cümlədən: bitkiçilik
sahəsində - məhsuldarlıq səviyyəsinin artırılması; becərmə tex-
nologiyaların və aqrotexniki qaydaların lazımi səviyyəyə çat-
dırılması; çoxillik əkmələr olan bağların bərpa olunması; dağlıq
və dağətəyi torpaqların becərməyə cəlb edilməsi; məhsul isteh-
salı və emalı sahələri arasında əlaqələrin lazımı səviyyədə qu-
rulması; sahəyə investisiya qoyuluşu, fermer təsərrüfatlarının
yüksək keyfiyyətli toxumlarla təmin olunması; aqrokimyəvi
tədbirlər, müvafiq texnika və mexanikləşdirilmiş anbarlarla təc-
hizat məsələlərin həll edilməsi; heyvandarlıq sahəsində - süni
mayalandırma məntəqələrinin fəaliyyətlərinin zəif olması; ava-
danlıq, toxum, maye azot, xüsusi nəqliyyat vasitələri ilə təmi-
natın aşağı olması; yem bazasının yaxşılaşdırılması üçün əsaslı
tədbirlərin görülməsi; quşçuluğun inkişafı məqsədilə özəl təsər-
rüfatların və quşçuluq fabriklərinin fəaliyyətlərinin yaxşılaş-
dırılmasına dair kompleks tədbirlərin ləng həyata keçirilməsi;
heyvandarlıq məhsullarının istehsalı, emalı. tədarükü, idxalı
üzərində ciddi baytarlıq nəzarətinin təmin olunması; heyvanla-
rın cins tərkibinin yaxşılaşdırılması; meliorasiya və su təsər-
rüfatı sahəsində -. istismar olunan magistral kanalların, kol-
lektorların, su anbarlarının, hidroqovşaqların tələb olunan tex-
niki səviyyədə saxlanılması.
Azərbaycanın aqrar bölməsinin davamlı inkişafı isti-
qamətləri aşağıdakı vacib məsələlərinin həllini tələb edir:
35
- torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini;
- kənd təsərrüfatında suvarma və meliorasiya təminatının
bərpası;
- aqrar bölmənin maddi-texniki bazasının möhkəmlən-
dirilməsi;
- aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin
əlaqəli inkişafının dəstəklənməsi;
- rəqabət qabiliyyətli məhsul istehsalının artırılmasının
stimullaşdırılması;
- aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması;
- aqrar bölmənin hüquqi normativ bazasının təkmilləş-
dirilməsi;
- aqrar bölmənin elmi-metodiki təminatının və kadr ha-
zırlığı sisteminin təkmilləşdirilməsi.
2. Ərzaq təhlükəsizliyinin və əhalinin ərzaq məhsulları ilə
təmin edilməsində aqrar sferanın rolu
Aqrar sferanın inkişafı kənd yerlərində məşğulluğun ar-
ması və aqrar sahədə çalışan əhali qrupu üçün gəlir mənbəyinin
genişlənməsi ilə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin yüksəl-
dilməsində də həlledici əhəmiyyətə malikdir. Son vaxtlar dünya
ərzaq bazarlarında, eləcə də, Azərbaycanda müşahidə olunan
bahalaşma əhalinin, xüsusilə onun aztəminatlı hissəsinin ər-
zaqla təminatına və həyat səviyyəsinə mənfi təsir göstərməyə
bilməz. Bu baxımdan, daxili ərzaq bazarının idxaldan asılı-
lığının azaldılması və əhalinin ərzaq məhsullarına tələbatının
əsasən yerli istehsal hesabına təminatı xüsusi əhəmiyyət kəsb
edir.
Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırıl-
masını və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaş-
dırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının
Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə “2008-
2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
36
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq
edilmişdir.
Ərzaq təminatının yaxşılaşdırılması məqsədilə ilk növ-
bədə ölkədə aqrar sahibkarlığın inkişafı, ev təsərrüfatlarının
iqtisadi imkanlarından daha səmərəli istifadə edilməsi, eyni
zamanda yerli ərzaq növlərinin istehlakı və istehsalına üstünlük
verilməsi üçün əhalinin istehlak vərdişlərinin dəyişdirilməsi
sahəsində sistemli tədbirlər həyata keçiriləcəkdir.
Belə ki, ölkə iqtisadiyyatının güclənməsində durmadan
inkişaf edən qida sənayesinin rolu danılmazdır. Qida sənayesi-
nin ölkədəki inkişafı, müxtəlif iş yerlərinin yaranması ilə
yanaşı, eyni zamanda həmin ölkənin səmərəli və məhsuldar tor-
paqlarından yararlanması deməkdir.
Əsasən 9 iqlimə malik olan Azərbaycanın qida sənaye-
sində bu gün inkişaf müşahidə olunur. Qida sənayesi üçün bir
çox məhsulların xammalı kənd təsərrüfatı sahəsindən əldə edi-
lir. Belə ki, çay, yağ, şəkər, süd, duz, konservləşdirilmiş məh-
sullar və s. bu kimi qida məhsulları kənd təsərrüfatından əldə
edilən xammalla başa gəlir.
Hər bir ölkə üçün böyük əhəmiyyət daşıyan qida sənayesi,
dövlətin iqtisadi baxımdan güclənməsi ilə yanaşı, eyni zamanda
həmin ölkənin insanlarının rifah halının yüksəlməsinə də
müsbət təsir göstərən bir amildir.
Qida sənayesinin əsas mənbələrindən olan kənd təsər-
rüfatı sektoru, bu sənayenin əsasını təşkil edir. Belə ki, əkinə
yararlı olan sahələrdən səmərəli şəkildə istifadə edilməsi həm
insanlar üçün iş imkanı yaradır, həm də bu torpaqlardan alınan
xammaldan qida sənayesində geniş şəkildə istifadə olunur. Bu
sənayenin ölkə üçün verdiyi səmərələrdən biri də ölkənin xarici
qaynaqların asılılığından xilas etməsidir. Belə ki, xarici
dövlətlərdən alınaraq ölkə bazarına çıxarılan məhsullar maliyyə
baxımından çox baha başa gəlir, ona görə də hər bir ölkənin
özündə qida sənayesinin mövcudluğu bu kimi bahalaşmanın
qarşısını alır.
37
Son illər ölkənin aqrar bölməsinin inkişaf etdirilməsində
müstəsna əhəmiyyət kəsb edən geniş miqyaslı işlər görülmüş,
ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində
böyük uğurlar əldə edilmişdir.
Bu sahədə aparılmış islahatlar nəticəsində:
- aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təmi-
natını yaxşılaşdırmaq üçün ilk növbədə bazar iqtisadiyyatı prin-
siplərinə uyğun olan qanunvericilik bazası yaradılmış;
- torpaq islahatları həyata keçirilmiş;
- islahatlar nəticəsində ləğv edilmiş sovxoz, kolxoz və
təsərrüfatlararası müəssisələrin özəlləşdirilən torpaq və əmlak-
ları əsasında 1191 kollektiv, 156 kənd təsərrüfatı istehsalı
kooperativləri, 2651 ailə-kəndli təsərrüfatı və digər özəl qurum-
lar yaranmış, 843,2 min ailə fiziki şəxs kimi fəaliyyətə baş-
lamış;
- 1999-cu ildən etibarən, kənd təsərrüfatı məhsulları
istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən
azad edilmiş;
- aqrar islahatlar nəticəsində ləğv olunmuş, eləcə də işğal
altında olan rayonlarda təsərrüfat subyektlərinin borcları si-
linmiş və onlara digər güzəştlər edilmiş;
- Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Kənd
Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond, Amerika Bir-
ləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi, Almaniya
Texniki Əməkdaşlıq Cəmiyyəti, BMT-nin Beynəlxalq İnkişaf
Proqramı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
kimi nüfuzlu təşkilatların dəstəyi ilə ölkənin aqrar bölməsində
ümumi dəyəri 158 milyon ABŞ dolları məbləğində mühüm la-
yihələrin həyata keçirilməsi təmin edilmiş;
- fermerlərə yanacağın, motor yağının və gübrənin alın-
masına çəkilən xərclərin 50 faizinin dövlət tərəfindən ödənil-
məsinə, taxıl əkinlərinə görə subsidiyaların verilməsinə baş-
lanılmış, texniki təminatın yaxşılaşdırılması üçün “Aqrolizinq”
Açıq Səhmdar Cəmiyyəti yaradılmış, istehsalçılara lizinq yolu
38
ilə güzəştli şərtlər əsasında texnikanın və gübrələrin verilməsi
həyata keçirilir;
- kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin
xüsusi çəkisi 99,7 faizə çatmışdır.
Kənd təsərrüfatı bütün dövrlərdə Azərbaycan iqtisadiy-
yatının əsas sahələrindən olmaqla, ölkənin inkişafında və əha-
linin zəruri istehlak malları ilə təminatında mühüm rol oy-
namışdır. 1995-1996-cı illərdə "Aqrar islahatların əsasları",
"Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında
qanunların, digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye
kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açdı.
Belə ki, "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər
Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə
verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər öz əksini
tapmışdır.
Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları
nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq,
toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla,
bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxozlar və
kolxozlar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri ara-
sında bölüşdürüldü. Kənddə yeni mülkiyyətin - kəndli-fer-
merlərin formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında
işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möh-
kəm zəmin yaratdı.
Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı sosial-iqtisadi
mahiyyətinə görə cəmiyyətdə sosial sabitliyin təmin edilmə-
sində önəmli rola malikdir. Bu baxımdan kənd təsərrüfatının
dinamik inkişaf etdirilməsi ölkənin ərzaq təhlükəsizliyinin
təmin edilməsində də həlledici rolu ilə səciyyələnir.
Aqrar sahənin qlobal maliyyə böhranından itkisiz çı-
xarılması kəndin sosial inkişafında, əmtəə istehsalçılarının gə-
lirlərinin artırılmasında və eləcə də ərzaq bazarında yerli is-
tehsalın xüsusi çəkisinin yüksəldilməsində mühüm əhəmiyyət
kəsb edir.
39
Ölkədə yoxsulluğun azaldılması, əhalinin həyat sə-
viyyəsinin yüksəldilməsi istiqamətində əldə edilən
uğurlar nəticəsində, əhalinin ərzaq məhsulları üzrə is-
tehlak səviyyəsi də əsaslı şəkildə yüksəlmişdir (cədvəl 1).
Cədvəl 1.
Əsas qida məhsullarının hər nəfərə düşən illik istehlakı
Minimal
fizioloji
norma
2
003
2
004
2
005
2
006
2
007
2
008
Çörək və
çörək
məhsulları
130,5 1
57,6
1
55,7
1
56,5
1
57,9
1
58,9
1
56,8
Kartof 39,3 4
7,2
4
8,1
4
8,5
4
9,1
5
0,8
5
1,5
Ət və ət
məhsulları
26,6 2
9,1
2
9,3
2
9,4
2
9,1
2
9,2
3
0,2
Süd və süd
məhsulları
183,7 2
71,1
2
77,6
2
74,8
2
79,0
2
80,2
2
82,6
Yumurta,
ədəd
113,2 1
23
1
23,9
1
25,6
1
19,7
1
22,8
1
23,8
Qənd və
qənnadı
məmulatları
17 3
0,7
3
0,9
3
0,8
3
0,9
3
1
3
1,3
Bitki
yağları və
marqarin
9,5 8
,3
8
,3
8
,3
8
,3
8
,4
8
,4
Tərəvəz və
bostan
məhsulları
75,9 7
9,3
7
8,8
7
7,9
7
8,4
7
8,6
7
8,7
Meyvə-
giləmeyvə
və üzüm
47,0 5
5,4
5
4,6
5
4,5
5
5,3
5
5,5
5
7,6
Mənbə: Ev Təsərrüfatları Tədqiqatının əsas yekunları, Dövlət
Statistika Komitəsi, 2003-2008.
Qeyd: Minimal fizioloji normalar Azərbaycan Respub-
likası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nöm-
40
rəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əha-
linin əsas sosial-demoqrafik qrupları üzrə istehlak səbətinin
tərkibi”nə əsasən götürülmüşdür.
Cədvəldən göründüyü kimi, hazırda əhalinin ərzaq isteh-
lakı Nazirlər Kabineti tərəfindən müəyyən edilən minimal
fizioloji normalarla müqayisədə kifayət qədər yüksəkdir.
Qeyd edək ki, əsas ərzaq məhsulları üzrə istehlakın səviy-
yəsi ümumi ölkə üzrə olmaqla bərabər, həm ayrı-ayrı regionlar
üzrə, həm də əhalinin müxtəlif təbəqələri üzrə minimal fizioloji
normalarla müqayisədə kifayət qədər yüksəkdir (cədvəl 2 və 3).
Cədvəl 2.
Əsas qida məhsullarının əhalinin müxtəlif təbəqələri (gəlir
kvintilləri) üzrə bir nəfərə düşən illik istehlakı, kq
Mənbə: 2008-ci ildə Ev Təsərrüfatları Tədqiqatının əsas yekunları,
Dövlət Statistika Komitəsi, Bakı, 2009
Minimal
fizioloji
norma
Gəlir kvintilləri
1 2 3 4 5
Çörək və çörək
məhsulları
130,5 153,
8
156,
3
158,
4
157,
6
157,
8
Ət və ət məhsulları 26,6 27,5 28,8 29,5 31,1 34
Kartof 39,3 50 50,7 51,3 52,4 53,1
Tərəvəz və bostan
məhsulları
75,9 72,1 75,5 77,8 80,8 87,2
Süd və süd məhsulları 183,7 255,
9
273,
2
275,
1
290,
2
318,
8
Yumurta, ədəd 113,2 124,
5
121,
7
122,
5
124 126,
4
Meyvə-giləmeyvə və
üzüm
47,0 54,8 55 56,3 59,6 62,4
Qənd və qənnadı
məmulatları
17 30,4 30,5 30,7 31,5 33,3
Bitki yağları və
marqarin
9,5 7,8 8,1 8,5 8,6 9,1
41
Cədvəl 3.
Əsas qida məhsullarının regionlar
üzrə bir nəfərə düşən illik istehlakı, kq
Min
imu
m
fizi
olo
ji n
orm
a
Bak
ı
Ab
şero
n
Gən
cə-Q
aza
x
Şək
i -Z
aq
ata
la
Lən
kər
an
Qu
ba -
Xaçm
az
Ara
n
Dağlıq
Şir
van
Naxçı
van
Çörək və
çörək məhsulları
130,5 142,2 136,4 156,5 154,4 149,9 183,2 167,3 177,9 174,3
Kartof 39,3 49,7 47,7 54,5 50,8 54,3 51,9 52,4 43,9 54,1
Tərəvəz
və bostan
bitkiləri
75,9 77,1 79,4 79,2 84,7 82,2 80,5 78,5 70,3 66,8
Ət və ət
məhsulları
26,6 32,5 36,5 28,2 30,3 29,7 33,5 27,9 28,8 27,8
Süd və süd məh-
sulları
183,7 268,6 283,7 288,4 272,9 313 289,4 282,8 279,8 286,3
Yumurta,
ədəd
113,2 125,3 119,1 117,8 125,8 129,6 128,3 123,2 123,5 116,6
Meyvə, giləmeyvə
47,0 57,3 51,3 61,1 65,5 53,8 59,2 58,7 51,3 52,3
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin
və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiy-
yətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının
tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata
keçirilməsi çox vacibdir.
Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin
artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ
42
meyllər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq
məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su
ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq
məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış,
bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsər-
rüfatı Təşkilatının (FAO) məlumatına görə əgər 1950-1985-ci
illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci
illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu
göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır.
Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təmi-
natı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini
təşkil edir. 2001-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Azər-
baycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq
edilmiş və bu Proqram çərçivəsində görülmüş işlər nəticəsində
kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli
dərəcədə artmışdır.
Bununla yanaşı, “2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf
üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və
orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci
illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2009-2013-cü illər) və digər qəbul olunmuş sənəd-
lərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən fer-
merlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın
inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçi-
rilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin
artmasını təmin etmişdir. Lakin, ölkədə əsas ərzaq məhsullarına
olan tələbatın yerli istehsal hesabına tam təminatı hələ ki, müm-
kün olmamışdır. Digər tərəfdən, dünya ərzaq bazarlarında mü-
şahidə olunan qeyri-sabitlik Azərbaycanda da ərzaq məh-
sullarının qiymətinə öz təsirini göstərir. Mövcud vəziyyət daxili
43
ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və
ərzaq ehtiyatlarının yaradılması məsələsinə kompleks yanaşma
tələb edir.
Ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat
tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məh-
sulları ilə tam təmin edilməsinə nail olmaq məqsədilə “2008-
2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul
edilmişdir.
Dövlət Proqramı çərçivəsində aşağıdakı vəzifələrin yerinə
yetirilməsi nəzərdə tutulur:
- ölkədə ərzaq məhsulları istehsalını artırmaq;
- əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə
təmin etmək;
- ərzaq təminatı sahəsində risklərin idarə olunmasını
təmin etmək;
- ərzaq təminatı sisteminin institusional inkişafını həyata
keçirmək və sahibkarlıq mühitini yaxşılaşdırmaq.
Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə
həyata keçiriləcək tədbirlər ölkədə sabit və adekvat ərzaq
təklifinin formalaşdırılmasına, səmərəli istehsal və satış infra-
strukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə
nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın
ərzaq məhsullarına çıxışının təmin olunmasına yönəldiləcəkdir.
Sabit və adekvat ərzaq təklifi, ilk növbədə, aqrar sektorda
intensiv geniş təkrar istehsalın, o cümlədən kənd təsərrüfatı
məhsullarının istehsalının və emalının inkişaf etdirilməsi yolu
ilə əldə olunacaqdır. Bununla yanaşı, tələbatın bir qismi xarici
asılılığı nəzarətdə saxlamaq şərti ilə idxal hesabına ödənilə-
cəkdir.
Səmərəli istehsal, saxlanılma və satış infrastrukturunun
yaradılması da ərzaq təminatı sisteminin ən vacib elementlərin-
dəndir. Buna görə də bu sahələrə dövlət investisiyaları artırı-
lacaq və özəl təşəbbüslər bundan sonra da hərtərəfli dəstək-
44
lənəcəkdir.
Ərzaq təklifinin səmərəli bazar mexanizmi vasitəsilə adek-
vat tələblə qarşılaşması üçün ölkə vətəndaşlarının hər biri
istənilən zaman ərzaqla təmin olunmaq imkanına malik olma-
lıdır. Bu, həm ictimai resursların aztəminatlı vətəndaşlara bir-
başa yönəldilməsi, həm də ödəmə qabiliyyətli tələbin formalaş-
dırılması vasitəsilə həyata keçiriləcəkdir.
Ərzaq təklifi kəmiyyətcə qənaətbəxş səviyyədə olmaqla
yanaşı, həm də keyfiyyətcə ən müasir tələblərə cavab verməli,
ölkə əhalisi ekoloji təmiz məhsullarla təchiz edilməlidir. Bunun
üçün isə keyfiyyətə və təhlükəsizliyə səmərəli nəzarət sistemi
qurulmalıdır.
Beynəlxalq təcrübə göstərir ki, etibarlı ərzaq təminatı sis-
teminin ən mühüm elementlərindən biri ehtimal olunan risk-
lərin səmərəli şəkildə idarə edilməsindən ibarətdir. Bununla
əlaqədar olaraq, qarşıdakı illərdə zəruri həcmdə dövlət ərzaq
ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində
idarə edilməsi təmin olunacaq, qabaqcıl sığorta mexanizmlə-
rinin tətbiqi genişləndiriləcəkdir. Eyni zamanda, ərzaq təminatı
sisteminin institusional inkişafı diqqət mərkəzində saxlanılacaq,
aqrar bölmənin elmi və kadr potensialı gücləndiriləcək və sa-
hibkarlığın inkişafı üçün qabaqcıl modellərin tətbiqi və dövlət
tərəfindən maliyyə dəstəyi genişləndiriləcəkdir. Bunun üçün
2015-ci ilədək olan müddətdə dövlət siyasətinin istiqamətləri
aşağıdakılardan ibarət olacaqdır.
Dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində:
- iqtisadiyyatın sahəvi və regional baxımdan tarazlı
inkişafının təmin edilməsi;
- real sektorun inkişafına stimullaşdırıcı təsir göstərən
pul və fiskal siyasətin həyata keçirilməsi;
- regionlarda infrastruktur təminatının yaxşılaşdırılma-
sına, sosial xidmətlərin həcminin və keyfiyyətinin yüksəldil-
məsinə yönəldilmiş büdcə siyasətinin davam etdirilməsi;
45
- ərzaq istehsalının artırılmasının həvəsləndirilməsinə
yönəldilmiş vergi siyasətinin həyata keçirilməsi;
- Ümumdünya Ticarət Təşkilatının tələbləri nəzərə alın-
maqla, daxili ərzaq bazarının haqsız rəqabətdən qorunması ilə
bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;
- inflyasiyanın idarə olunan səviyyədə saxlanılması ilə
bağlı qabaqlayıcı tədbirlərin görülməsi;
- ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması
istiqamətində siyasətin davam etdirilməsi;
- torpaq və sudan istifadənin səmərəliliyinin artırılması
ilə bağlı tədbirlərin davam etdirilməsi;
- bitkiçilik və heyvandarlığın intensiv təsərrüfatçılıq
əsasında inkişaf etdirilməsi, bu sahənin maddi-texniki təchi-
zatının yaxşılaşdırılması, toxumçuluq və damazlıq işlərinin
mövcud tələblər səviyyəsində qurulması;
- aqrar sahənin statistikasının təkmilləşdirilməsi;
- beynəlxalq təşkilatlarla ərzaq təminatının yaxşılaşdı-
rılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi;
- əhalinin əməkhaqqı, pensiya və müavinətlərinin, eləcə
də ünvanlı sosial yardımların artırılması, minimum əməkhaqqı
və pensiyaların yaşayış minimumuna çatdırılması ilə bağlı si-
yasətin davam etdirilməsi.
Həmin proqrama əsasən, əhalinin təhlükəsiz və keyfiy-
yətli ərzaq məhsulları ilə təmin edilməsi sahəsində aşağıdakı
tədbirlər nəzərdə tutulmuşdur:
- ərzaq məhsullarının istehsalı sahəsində İSO standart-
larına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi
üçün normativ hüquqi bazanın yaradılması;
- ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdiril-
məsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik
nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi ba-
zanın yaradılması;
46
- ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq
təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tət-
biqi;
- “Tarladan süfrəyədək” prinsipi əsasında ərzaq isteh-
salı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə key-
fiyyətə nəzarət sisteminin və mexanizminin işlənib hazırlan-
ması və həyata keçirilməsi.
Ərzaq təminatı ilə bağlı risklərin idarə olunması
sahəsində:
- fövqəladə vəziyyətə hazırlıqla bağlı ərzaq ehtiyatla-
rının yaradılmasına dair qanunvericilik bazasının hazırlanması;
- Dövlət Taxıl Fondunun yaradılması və səmərəli idarə
olunması;
- əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradıl-
ması və idarə edilməsi;
- ərzaq ehtiyatının tələb olunan səviyyədə saxlanılması
üçün müasir tələblərə cavab verən infrastrukturun yaradılması;
- fövqəladə halların qarşısının alınması məqsədilə çevik
mexanizmin yaradılması.
Sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı
sisteminin institusional inkişafı sahəsində:
- sahibkarlığın inkişafı ilə bağlı mütərəqqi modellərin
tətbiqinin genişləndirilməsi;
- kənd təsərrüfatı məhsullarının istehsalı və emalı
müəssisələrinə ayrılan güzəştli kreditlərin həcminin artırılması;
- fermerlərə subsidiyaların verilməsi, onların texnika,
gübrə və kimyəvi vasitələrlə təminatının yaxşılaşdırılması təd-
birlərinin davam etdirilməsi;
- kənd təsərrüfatında ərzaq məhsullarının istehsalı sahə-
sində müasir sığorta mexanizmlərinin tətbiq olunması;
- kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sahəsin-
də birliklərin, assosiasiyaların, kooperativlərin yaradılmasının
dəstəklənməsi;
47
- biznes mühitinin daha da yaxşılaşdırılması, bazara
çıxış imkanlarının genişləndirilməsi;
- haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, inhisarçı
təsərrüfat subyektləri tərəfindən sui-istifadə hallarının qarşı-
sının alınması;
- emal müəssisələrində rəqabətqabiliyyətli məhsul is-
tehsalının artırılmasının təşviqi sisteminin təkmilləşdirilməsi;
- iş adamlarına məsləhət-informasiya xidmətlərinin
göstərilməsi şəbəkəsinin genişləndirilməsi;
- özəl texniki və digər xidmətlərin göstərilməsi siste-
minin genişləndirilməsi;
- aqrar sahənin elmi və kadr təminatının yaxşılaşdı-
rılması.
Dövlət Proqramının 2015-ci il üçün icra meyarlarını
təşkil edən hədəf göstəriciləri aşağıdakılardır:
- dənli bitkilərin əkin sahələrini 900 min hektara,
məhsuldarlığı 32 s/ha-ya, ümumi istehsalı 2,8 milyon tona;
- ət istehsalını 340 min tona, süd və süd məhsullarının
istehsalını 2,4 milyon tona;
- sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona,
yumurta istehsalını 1,3 milyard ədədə;
- kartof istehsalının həcmini 1,12 milyon tona;
- tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon
tona;
- meyvə istehsalını 800 min tona;
- yağlı bitkilərin əkin sahələrini 135 min hektara;
- şəkər çuğundurunun əkin sahəsini 20 min hektara;
- çay yarpağı istehsalını 3 min tona;
- yem bitkilərinin əkin sahələrini 500 min hektara;
- yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem
istehsalını ildə 2 milyon tona çatdırmaq.
Yaxın 2-3 ildə ölkənin ərzaq təhlükəsizliyi daxili imkan-
lar hesabına təmin ediləcək. Bu illər ərzində yerli məhsulların
xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də nəzərdə
48
tutulur. Bu məqsədlə «Ərzaq təhlükəsizliyi haqqında» qanun
layihəsi hazırlanır. Qarşıda duran əsas məqsəd ərzaq məh-
sullarının idxalını maksimum məhdudlaşdırmaqdır. 2-3 ildən
sonra ölkənin ərzaq təhlükəsizliyi yalnız daxili imkanlar he-
sabına ödənilməlidir. Sənəd ərzaq təhlükəsizliyinə nəzarət me-
xanizmini gücləndirməklə, istehsalın təşkili və xarici inves-
torların yerli bazarlara cəlbini təmin edəcək. Ekspertlərin
fikrincə, xarici bazarlara çıxmaq üçün keyfiyyətli məhsul
istehsalını stimullaşdırmaq lazımdır.
Bildiyimiz kimi, əhalinin etibarlı ərzaq təminatında sa-
hibkarlıq mühüm rol oynayır. Bununla əlaqədar olaraq, ölkədə
işgüzarlıq mühitinin davamlı yaxşılaşdırılması dövlətin iqtisadi
siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkədə
həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə sahibkarlıq
fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 15669-a çat-
mışdır. Onlardan 9521-i bilavasitə kənd təsərrüfatı ilə, 6148-i
isə emal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləridir.
Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsin-
də sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə dövlətin
maliyyə dəstəyi uğurla həyata keçirilir. Belə ki, 2002-2007-ci
illərdə və 2008-ci ilin altı ayı ərzində Sahibkarlığa Kömək Milli
Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ölkənin
63 şəhər və rayonu üzrə ümumilikdə 6738 sahibkarlıq subyek-
tinin investisiya layihəsinin maliyyələşdirilməsinə 271,4 mil-
yon manat güzəştli kredit verilmişdir. Həmin vəsaitin 147 mil-
yon manatı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı,
habelə ərzaq məhsullarının istehsalı üzrə 5431 layihənin ma-
liyyələşdirilməsinə yönəldilmişdir. Ondan:
- müxtəlif ərzaq məhsullarının istehsalı yönümlü layihələ-
rin maliyyələşdirilməsinə 25,5 milyon manat;
- kənd təsərrüfatı məhsullarının emalı yönümlü layi-
hələrin maliyyələşdirilməsinə 42,5 milyon manat;
49
- kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə əkinçi-
liyin və heyvandarlığın inkişafı layihələrinin maliyyələşdiril-
məsinə 79 milyon manat vəsait ayrılmışdır.
Əldə edilmiş nailiyyətlərlə yanaşı, ərzaq təminatı sahəsin-
də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, bununla bağlı
əlavə həvəsləndirici tədbirlərin görülməsinə, aqrar sektorun
kreditləşdirilməsinin artırılmasına ciddi ehtiyac vardır. Xüsusilə
ərzaq məhsullarının saxlanılması üçün anbarların, soyuducu
kameraların, elevatorların, eləcə də kənd təsərrüfatı texnikası və
gübrə istehsalı, qablaşdırma müəssisələrinin yaradılması, taxıl,
yem, ət və süd məhsulları, meyvə-tərəvəz və digər ərzaq məh-
sullarının istehsalının genişləndirilməsi, emal sənayesinin
inkişafı ilə bağlı tədbirlərin görülməsi zəruridir.
3. Ölkənin idxal-ixrac əməliyyatlarında aqrar sahənin
inkişafının əhəmiyyəti
Bütün dövrlərdə aqrar bölmə iqtisadiyyatın ən mühüm və
strateji əhəmiyyətli sahələrindən biri olmaqla, ölkə əhalisinin
ərzaq, sənayenin isə xammala olan tələbatının ödənilməsində
önəmli rola malik olmuşdur. Kənd təsərrüfatının inkişaf etdiril-
məsi müasir şəraitdə respublikamızın alternativ ixrac sektoruna
malik olmasında əhəmiyyətli faktorlardan biri sayılır.
Azərbaycanın zəngin və əlverişli torpaq-iqlim şəraiti,
nisbətən ucuz işçi qüvvəsi və ekoloji cəhətdən təmiz məhsul is-
tehsal etmək imkanları dünya bazarında yüksək rəqabət qa-
biliyyətinə malik olub keyfiyyətli ərzaq məhsulları istehsalı
üçün əlverişli şərait yaradır. Araşdırmalar göstərir ki, mütərəqqi
texnologiya əsasında istehsal edilən əksər bitkiçilik və heyvan-
darlıq məhsulları beynəlxalq səviyyədə müqayisəli üstünlüyə
malikdir. Bu, hətta qloballaşma və subsidiyasız iqtisadiyyat şə-
raitində belə, Azərbaycanda idxalın azaldılması və ixracın
artırılmasının stimullaşdırılması istiqamətində geniş perspek-
tivlər açır.
50
Kənd təsərrüfatı məhsulları istehsalı üzrə əlverişli təbii-
iqtisadi şəraiti olan ölkə kimi Azərbaycan tütün, alma, qoz-
fındıq, çay, tərəvəz, yağlı toxumlar, xam pambıq, əczaçılıq bit-
kilərinin yetişdirilməsi sahəsində rəqabət üstünlüyünə malikdir.
Təmizlənmiş tütün və qoz-fındıq kənd təsərrüfatı malların içə-
risində daha yüksək rəqabət üstünlüyünə malikdir. İpək qurdu-
nun baraması, heyvan dərisi (emal olunmamış) rəqabətqa-
biliyyətli kənd təsərrüfatı malları siyahısına əlavə edilə bilər.
Azərbaycan dünya bazarına bir sıra emal olunmuş kənd
təsərrüfatı məhsulları ilə də çıxa bilər. Belə ki, meyvə şirəsi,
siqaret, emal edilmiş tütün, emal olunmuş heyvan dərisi, pam-
bıq tiftiyi, təmizlənmiş və daranmış pambıq, pambıq yağı,
saflor yağı kimi ölkədə istehsal edilən emal məhsulları dünya
bazarında kifayət qədər rəqabətə davamlı məhsullardır.
Azərbaycanda istehsal edilən pambıq, tütün, çay, bir sıra
meyvə-tərəvəz məhsulları və onların emalı məhsulları, eləcə də
bəzi heyvandarlıq məhsulları – yun, barama, gön-dəri xammalı
və digər məhsullar hal-hazırda da beynəlxalq rəqabətqabi-
liyyətliliyə malik olan məhsullardır.
Yerli kənd təsərrüfatı sektorunun və emalı sənayesinin
sürətli inkişafı əksər ərzaq məhsullarına olan tələbatın əsasən
daxili istehsal hesabına təmin edilməsinə şərait yaratmışdır
(cədvəl 4, 5 və 6).
Ölkənin ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi
ilə bağlı statistik məlumatlardan göründüyü kimi, ölkə emal
edilmiş əksər növ ərzaq məhsulları üzrə idxaldan asılıdır.
Cədvəl 4.
Ərzaq yönümlü kənd təsərrüfatı məhsulları ilə ölkənin
özünü təminetmə səviyyəsi, faizlə
Özünütəminetmə səviyyəsi İdxaldan asılılıq səviyyəsi
2007 2008 2007 2008
Dənlilərin cəmi 57 63,3 43 36,8
buğda 48 55,7 52 44,3
51
arpa 99,2 97,2 0,8 2,8
qarğıdalı 76,4 68,1 23,6 31,9
vələmir 68,2 88,6 31,8 11,4
Paxlalılar 76,4 77,7 23,6 22,5
Kartof 98 103,6 8 4,7
Bütün növ tərəvəz 98,8 104,6 5,5 2,3
Bostan məhsulları 100,1 100,2 0 0
Meyvə və giləmeyvə 138,1 161,4 7,7 7,2
Üzüm 93,7 93,3 6,4 7
Bütün növ mal-qara və
quş əti 85,2 86,3 15,4 14,5
mal əti və ət məhsulları 94,4 94 7 7,8
qoyun (keçi) əti və ət
məhsulları 99,7 99,8 0,3 0,2
quş əti və ət məhsulları 70 72,6 30,1 27,6
Süd və süd məhsulları 86,8 88,4 13,5 11,7
Yumurta 97,9 86 2,2 14,4
Balıq və balıq məhsulları 72,6 62,5 30,3 39,1
Mənbə: Azərbaycanın ərzaq balansları, Statistik məcmuə Dövlət
Statistika Komitəsi, Bakı, 2009
Ərzaq yönümlü kənd təsərrüfatı məhsullarından dənli
bitkilərə və quş ətinə, qismən də yumurtaya olan tələbatın ödə-
nilməsində idxalın rolu daha çox böyükdür. Balıq və balıq
məhsullarına olan tələbatın ödənilməsində də idxal kifayət
qədər paya malikdir.
Azərbaycanda aparılan aqrar siyasəti nəticəsində taxıl
istehsalının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, möv-
cud aqrar texnologiyalar şəraitində dənli bitkilərin istehsalı
kifayət qədər rəqabətqabiliyyətli deyil. Təbii ki, bu səbəbdən
ölkənin dənli bitkilərə olan mövcud tələbatının ödənilməsində
idxal mühüm rol oynayır.
52
Cədvəl 5
Kənd təsərrüfatının emalı sənayesi məhsullarının
istehsalı və idxalı dinamikası
Ölçü
vahidi
2003 2004 2005 2006 2007 2008
Un min ton
İstehsal 1350 1363 1374 1402 1423 1408
İdxal 6,7 6,2 3,8 3,6 2,2 106,9
Kolbasa
məmulatları “___” İstehsal 1,2 1,8 1,9 2,4 2,5 2,2
İdxal 2,1 2,5 2,4 2,5 3,2 2,9
Kərə yağı “___”
İstehsal 14,0 14,2 14,2 14,3 14,4 14,5
İdxal 1,0 6,6 8,0 4,2 4,4 2,6
Makaron “___”
İstehsal 0,8 1,0 3,5 3,8 4,5 4,3
İdxal 11,9 24,8 7,4 4,9 6,2 4,4
Qənd - rafinad “___”
İstehsal 1,0 2,8 3,6 212,3 302,1 270,2
İdxal 140,7 146,9 152,1 229,9 321,5 266,4
Şəkərli-qənnadı
məmulatları “___” İstehsal 38,4 40,6 42,9 44,1 45,7 46,3
İdxal 19,7 28,2 31,3 36,0 26,3 23,7
Bitki yağı “___”
İstehsal 54,4 46,0 64,1 40,4 68,4 77,9
İdxal 52,4 62,0 68,5 71,5 79,2 99,3
Marqarin “___”
İstehsal 8,8 8,8 17,8 7,9 16,1 15,2
İdxal 0,8 1,4 3,2 6,4 4,3 0,4
Çay
“___”
İstehsal 5,0 8,6 7,5 7,7 7,9 7,1
İdxal 4,3 9,4 7,7 6,8 8,1 6,9
Meyvə-tərəvəz
konservləri “___” İstehsal 20,2 22,5 23,2 20,0 20,6 27,6
İdxal 7,7 6,8 8,3 6,9 10,7 14,0
Araq və likör
məmulatları min dal İstehsal
429,4 417,1 484,3 536,6 1307 974,8
İdxal 19,2 42,1 97,7 190,7 123,1 71,2
Üzüm şərabı “___”
İstehsal 379,0 309,2 400,5 505,0 584,2 777,6
İdxal 103,7 105,5 253,9 88,5 470,8 406,9
Pivə
“___”
İstehsal 1330,
1 1795 2490 3168 3218 3242
İdxal 71,1 65,1 118,3 170,1 237,2 287,5
53
Papiros və
siqaretlər mlrd.
ədəd
İstehsal 6,6 3,7 5,0 4,6 3,6 2,6
İdxal 1,0 1,2 5,7 6,7 11,3 11,0
Mənbə: Azərbaycanda sənaye, Statistik məcmuə, Dövlət Statistika
Komitəsi, Bakı, 2009;
Azərbaycanın xarici ticarəti, Statistik məcmuə, Dövlət
Statistika Komitəsi, Bakı, 2009.
Quşçuluq və balıqçılıq məhsullarına olan tələbatın
ödənilməsində idxalın mühüm rol oynaması isə bu məhsulların
sənaye üsulu ilə istehsalının (yəni broyler üsulu ilə quşçuluğun
və nohur balıqçılığının) kifayət qədər inkişaf etməməsidir.
Daxili tələbatın ödənilməsində yerli istehsalla yanaşı
böyük rol oynayan idxal olunmuş yeyinti sənayesi məhsulları
isə təmizlənmiş düyü, şəkərli və unlu qənnadı məhsulları, şəkər
xammalı, şəkər və şəkərdən hazırlanan məhsullar, çay, duz,
bitki yağları, kolbasa, şərabçılıq məhsulları, siqaretlər və
meyvə-tərəvəz şirələri çıxış edir.
Cədvəl 6.
Yeyinti sənayesi məhsulları ilə ölkənin özünü
təminetmə səviyyəsi, faizlə
Özünütəminetmə
səviyyəsi İdxaldan asılılıq
səviyyəsi
2007 2008 2007 2008
Təmizlənmiş düyü 18,8 12 84,5 88,3
Un (bütün növləri) 96,8 90,8 4 11,4
Yarmalar (bütün növləri) 53,7 24,4 46,5 75,6
Tərkibində sirop, yumurta, pendir və ya meyvə cemi olmayan təzə çörək 99,99 99,99 0,01 0,01
Tortlar və şirniyyat məmulatları,
şirinləşdirici maddələr qatılmış sair çörək-
bulka məmulatları 80 78,1 20,4 22,4
Suxarı və peçenye istehsalı, uzun müddət
saxlanan qənnadı məmulatları 23,3 26,6 76,7 80,6
Şəkərli-unlu qənnadı məmulatları 23,6 23,9 80,8 80,5
Makaron məmulatları 42,2 66,1 57,8 54,6
54
Bitki yağları 39,5 38 84,6 83,9
Marqarin 95,3 97,4 4,7 2,6
Meyvə və tərəvəz şirələri 96,3 176,9 152,8 72,6
Meyvə və tərəvəz konservləri 87,7 87,4 17,1 17,8
Yağlılığı 1-6 faiz olan süd və qaymaq 98,2 98,2 1,8 1,8
Yağlılığı 6 faizdən çox olan süd və qaymaq 85,4 88,8 14,6 11,2
Kərə yağı 76,6 84,2 23,4 15,8
Bütün növ pendirlər 91,6 91,4 9,7 8,7
Qatıq, qaymaq, yoqurt və s. məhsullar 94,9 93,8 5,1 6,2
Şəkər istehsalı üçün xammal 23,3 42,5 76,7 57,5
Şəkər və şəkərdən hazırlanan məhsullar 619,1 186,2 86,3 32,9
Çay 78,6 78,9 81 77,8
Duz 11,6 9,9 89,2 91,1
Şirinləşdirilməmiş mineral və qazlı sular 87,6 79,8 12,9 21
Şirinləşdirilmiş mineral və qazlı sular 97 95,6 3,1 4,7
Mənbə: Azərbaycanın ərzaq balansları, Statistik məcmuə Dövlət
Statistika Komitəsi, Bakı, 2009
Bu məhsullara olan tələbatın ödənilməsində idxalın ro-
lunun nisbətən böyük olması ümumilikdə üç səbəblə bağlıdır.
Birincisi, bəzi yeyinti məhsullarının yerli xammal bazası
zəif olduğuna görə bu məhsullar yarımfabrikat şəklində idxal
edilərək ölkədə emal edilir, sonradan hazır məhsul kimi həm
daxili bazarda, həm də xarici bazarlarda satılır. Bu xüsusilə
bitki yağları, şəkərdən hazırlanan məmulatlar və qismən də
meyvə şirələrinə aiddir.
İkincisi, bu məhsullar üzrə çeşid çoxluğu müxtəlif isteh-
lakçı zövqlərinə uyğun müxtəlif məhsulların istehlakını, nəticə
etibarı ilə isə, həmin məhsulların idxalını şərtləndirir.
Üçüncüsü isə, bu məhsullar üzrə yerli istehsal güclərinin
mövcud tələbatı tam ödəyə bilməməsi müvafiq məhsulların
idxalını zəruri edir.
Beləliklə, ölkənin ərzaq məhsulları ilə özünü təminetmə
səviyyəsinin daha da gücləndirilməsi baxımından kənd təsərrü-
55
fatı sahəsində məhsuldarlığın yüksəldilməsinə və emal sənayesi
güclərinin artırılmasına ehtiyac vardır.
56
III FƏSİL. AQRAR SFERADA SAHİBKARLIQ
FƏALİYYƏTİ
1.Aqrar sferada sahibkarlıq fəaliyyətinin iqtisadi mahiyyəti
və inkişafının zəruriliyi
2. Müasir aqrar siyasətin inkişaf istiqamətləri
3. Aqrar sferada sahibkarlığın formalaşmasının prinsipləri
və xüsusiyyətləri
4. Aqrar sferada fəaliyyət göstərən sahibkarlıq formaları
1. Aqrar sferada sahibkarlıq fəaliyyətinin iqtisadi
mahiyyəti və inkişafının zəruriliyi
Bazar münasibətlərinin formalaşdığı və səmərəli fəaliyyət
göstərdiyi müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafının sü-
rətləndirilməsi həlledici səviyyədə aqrar sferanın intensiv yük-
səlişindən asılıdır. Ona görə də Azərbaycan Respublikasında
aqrar sferanın inkişafına nail olunur. Aqrar islahatların sü-
rətlənməsi aqrar sferada xüsusi mülkiyyətin formalaşmasına və
aqrar sahibkarlığın inkişafına şərait yaratmışdır. Ölkəmizdə
regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının
həyata keçirilməsi, aqrar sferanın stimullaşdırılmasına dair
tədbirlərin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, aqrar ba-
zarın formalaşması aqrar sferada sahibkarlıq fəaliyyətinin sü-
rətləndirilməsinə real şərait yaratmış, əlverişli imkanlar açmış,
bu sahəyə marağın yüksəlməsini təmin etmişdir.
Qeyd etmək lazımdır ki, ölkənin iqtisadiyyatının başqa
sahələrində olduğu kimi aqrar sferada sahibkarlıq iqtisadi fəa-
liyyət növüdür. Aqrar sferada sahibkarlıq fəaliyyəti fiziki şəxs-
lərin, onların birliklərinin, habelə hüquqi şəxslərin gəlir əldə
etmək məqsədi ilə özlərinin cavabdehliyi, əmlak məsuliyyəti
yaxud digər fiziki və hüquqi şəxslərin adından qanunvericiliklə
qadağan edilməyən fəaliyyətinin bütün növləri ilə həyata
keçirdikləri müstəqil təşəbbüskar fəaliyyətdir.
57
Aqrar sahibkarlıq fəaliyyəti – sahibkar azadlığına və
qarşılıqlı təsərrüfat əlaqələri azaldığına malikdir. Bu azadlıqlar
aqrar sahibkarları istehsal resurslarına, yəni torpaq, əsas fond,
işçi qüvvəsi və maliyyə vəsaitinə malik olmaq və bu əsasda
tələb olunan miqdarda məhsul istehsal (xidmət) etmək, gəlir
almaq və əhalinin həyat şəraitini yaxşılaşdırmaq vəzifələri
yerinə yetirməyə imkan verir.
Aqrar sahibkarlıq fəaliyyəti istehsal, satış və bütün növ
xidmət növlərini əhatə edən tam sərbəst fəaliyyətdir. Bu
fəaliyyət qanunvericiliklə tam qorunur, onun inkişafına şərait
yaradılır, genişlənməsinə əngəl törədən maneələrə yol verilmir.
Azərbaycan Respublikasında aqrar sahibkarlığın istehsal
növü daha çox inkişaf etmiş, hazırda kəndli (fermer) təsərrü-
fatları, istehsal kooperativləri, fərdi təsərrüfatlar, şəxsi təsərrü-
fatlar və s. geniş və müstəqil inkişafa malikdir, istehsalın bütün
sahələri üzrə fəaliyyət göstərirlər.
Aqrar sahibkarlıq formalarında istehsalın strukturu, istiqa-
məti, istehsalın və əməyin təşkili, iqtisadi və istehsal əlaqə və
mənafelər, iqtisadi münasibətlər və s. tam sərbəst müvafiq qa-
nunlara əsasən müəyyən edilir.
Azərbaycanda siyasi və makroiqtisadi səviyyədə sabitliyə
nail olunması, aqrar islahatlara dair müasir dövrün tələblərinə
uyğun qanunların qəbul edilməsi və onlara riayət olunması
aqrar sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə
şərait yaratmışdır.
Ölkənin sosial-iqtisadi inkişafına dair bir çox qanunların,
ölkə başçısının fərman və sərəncamlarının verilməsi, xarici və
ölkə iş adamları ilə görüşlərin keçirilməsi, aqrar sahibkarlığa
maliyyə dəstəyinin təmin olunması, onların fəaliyyətinin qorun-
ması aqrar sahibkarlığın inkişafına səbəb olmuş, bu sahəyə
maraq güclənmişdir. Hazırda Azərbaycan Respublikasında
kənd təsərrüfatı məhsulları əsasən sahibkarlar tərəfindən
istehsal olunur.
58
Müasir dövrdə Azərbaycan Respublikasının iqtisadi-
sosial inkişafının yenidən qurulması ilə əlaqədar qarşıda duran
vəzifələr aqrar sferada fəaliyyət göstərməsi sahibkarlığın in-
kişafını, ölkənin iqtisadiyyatında onun rolu və əhəmiyyətin
yüksəldilməsini tələb edir. Bu da regionlarda aqrar sahibkarlığa
diqqətin artmasını, onların fəaliyyətinin gücləndirilməsini, hi-
mayəsinin artırılmasını başlıca vəzifəyə çevirir.
Azərbaycanda planlı iqtisadiyyat hökmranlıq etdiyi
dövrdə iqtisadiyyatın bütün sahələrində mövcud olan böhranlar
aqrar sferada özünü daha kəskin göstərirdi. Azərbaycanda
mövcud imkanlardan xeyli az məhsul istehsal olunur, əhalinin
həyat şəraitini yaxşılaşdırmaq mümkün olmur, istehsala maraq
təmin edilmirdi. Ona görə də geniş təkrar istehsalı həyata
keçirmək və intensivləşməni təmin etmək qeyri-mümkün idi.
İctimai mülkiyyətə əsaslanan təsərrüfatlarda əsas fondlar-
dan, torpaq sahələrindən, maliyyə vəsaitindən, işçi qüvvəsindən
səmərəli istifadə olunmurdu, məhsul vahidi hesabına əmək və
vəsait sərfi artır, iqtisadi səmərəlilik aşağı idi. Eyni zamanda
məhsulların tədarükü, saxlanılması, emalı və satışı sahəsində
ciddi nöqsanlar mövcud idi, keyfiyyətə nəzarət olunmurdu,
itkilər artır, maddi maraq təmin edilmirdi.
Aqrar sferada istehsal-iqtisadi əlaqələr və mənafelər plan-
lar əsasında aparılır, əməyin və istehsalın təşkilində, stimul-
laşdırılmasında, qiymətləndirmədə olan nöqsanlar istehsala və
son nəticəyə marağı yüksəlmişdir. Maddi-texniki resurslarla tə-
minatda, məhsulların satışında, maliyyə vəsaitinin çatışmasında
olan nöqsanlar böhranı sürətlənirdi.
Bütün bunlar əhalinin ərzaqla təminatında, emal sahələri-
nin xammala olan tələbatının ödənilməsində çətinliklər yaradır,
ümumi inkişafı ləngidirdi. Göstərilənlər aqrar sferada köklü
struktur dəyişikliklərinin həyata keçirilməsini, mülkiyyət müna-
sibətlərinin dəyişdirilməsini, özəlləşdirmənin aparılmasını,
xüsusiyyətçiliyin inkişafını və aqrar sahibkarlığın formalaşma-
sını obyektiv və həyati zərurətə çevirmişdir.
59
Aqrar sferada sahibkarlığın yaradılması və inkişaf et-
dirilməsi müasir dövrün tələblərindən irəli gələn obyektiv və
qanunauyğun bir zərurətdir, dövlət və ictimai mülkiyyətə əsas-
lanan təsərrüfatların islahatı və xüsusi təsərrüfatların inkişafı ilə
bilavasitə əlaqədardır. Bazar münasibəti ilə sahibkarlıq arasında
qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Belə ki, tələb və təklif,
sərbəst təchizat, azad ticarət, sağlam rəqabət yalnız bazar mü-
nasibətləri şəraitində mövcuddur.
Müasir dövrdə aqrar sahibkarlıq fəaliyyəti ilə məşğul
olanların hamısı dövlətin qanunları ilə eyni səviyyədə müdafiə
olunur. Lakin, bazarın sərt qanunları mövcuddur, onlar həmişə
sahibkarlıq fəaliyyətinin səmərəliliyin təmin etmir. Bazarın
tələb-təklif qanunları ilə tənzimlənən iqtisadiyyatda çoxlu say-
da bazar subyektləri kortəbii fəaliyyətə göstərir.
Bazarda əmtəələrin tələbatından artıq, yaxud əksinə ol-
ması istehsal prosesində deyil mübadilə mərhələsində məlum
olur. Çünki, hər bir sahibkar istədiyi miqdarda, keyfiyyətdə,
məhsuldarlıqda, qiymətdə istehsal resursu alır, onlardan istədiyi
qaydada istifadəni təmin edir, öz məhsullarını istədiyi qaydada,
qiymətdə, yerdə və s. reallaşdırılır.
Sahibkarların hüquqları dövlətin müvafiq qanunları vasi-
təsi ilə tam qorunur. Belə halda yalnız o sahibkar rəqabətə tab
gətirə bilir ki, onun bazara çıxardığı məhsulların əmək və vəsait
sərfinin cəmi həmin məhsulun bazarda formalaşan qiymətdən
aşağı olsun.
Beləliklə, aqrar sferada sahibkarlıq fəaliyyətinin səmərə-
liliyinin yüksəldilməsi aqrar sferanın ümumi inkişafına səbəb
olur, aqrar sferaya maraq artır, kənd yerlərində məşğulluq yük-
səlir, sosial infrastrukturuna inkişaf edir. Bütün bunlar müasir
dövrdə, əhalinin ərzaqla tələbatının ödənilməsi və ərzaq təh-
lükəsizliyinin təmin edilməsi üçün olduqca vacibdir.
Aqrar sferada sahibkarlığın inkişafı cəmiyyət üçün, ölkə
miqyasında da olduqca vacibdir, böyük siyasi və iqtisadi
əhəmiyyəti vardır. Aqrar sahibkarlıq ölkənin iqtisadi inkişaf ilə
60
yanaşı əhalinin həyat səviyyəsinin yüksəldilməsi, işsizliyin
azaldılması, məşğulluğun artırılması, ərzaq təhlükəsizliyi kimi
siyasi əhəmiyyətli problemlərin həllində də əvəzsiz əhəmiyyət
kəsb edir.
Qeyd edildiyi kimi aqrar sahibkarlıq dedikdə əsasən yaxın
qohumluq əlaqəsinə görə ailə üzvlərinin yaratdıqları istehsal və
xidmət sahəsi başa düşülür. Müasir dövrdə aqrar sahibkarlıq
xüsusi mülkiyyətə əsaslanan ən sərfəli təsərrüfat forması olub,
istehsalın son nəticəsi ilə onun bütün üzvlərinin maddi marağı
təmin olunur.
Sahibkarlığın inkişafı şəraitində insanların daxili poten-
sialı aşkara çıxır, onlar istehsalın artırılmasına, gəlirlərin çoxal-
dılmasına, xərclərin azaldılmasına, istehsal-iqtisadi əlaqə və
mənafelərin düzgün tənzimlənməsinə, səmərəli idarə edilmə-
sinə nail olurlar. Sahibkarlıq şəraitində insanlar torpağın, əmla-
kın, maliyyə vəsaitinin əsl sahibinə çevrilir, özünə məxsus olan
torpağın və əmlakın qədrini bilir, onları qoruyur, salamat sax-
layır, səmərəli istifadə edir. Bunlar nəticə etibarı ilə yüksək
göstəricilər əldə edilməsinə, gəlirlərin çoxalmasına, sosial-iqti-
sadi şəraitin yaxşılaşmasına səbəb olur, iqtisadi səmərəlilik
yüksəlir.
Aqrar sferada sahibkarlıq fəaliyyətinin əsasında dövlətin
qanunları durur. Onlar qanunçuluğun tələblərinə uyğun sərbəst,
azad və müstəqil hərəkət edirlər. Sərbəstlik şəraitində isə insan-
lar öz bacarıqlarını aşkara çıxarır və ondan daha da səmərəli
istifadə edir. Sahibkarlıqla məşğul olmaq insandan xüsusi
qabiliyyət və istedad tələb edir. Ona görə də, cəmiyyətin bütün
üzvləri sahibkar olmaq imkanına malik olsalar da, onların
yalnız bir qismi bu imkanı həyata keçirə bilir.
Məlum olduğu kimi sahibkarlığın inkişaf etdirilməsi aqrar
sferada bazar iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Sahib-
karlıq fəaliyyətinin bütövlükdə müvəffəqiyyəti mövcud olan
istehsal-iqtisadi əlaqələrinin düzgün təşkili və idarə edilmə-
sindən asılıdır. Aqrar sferada sahibkarlar və menecerlər bu
61
münasibətləri səmərəli həyata keçirdiyi halda yüksək istehsal-
iqtisadi nəticələrə nail olunur.
Sahibkarlıq fəaliyyətinin müvəffəqiyyəti təsərrüfatın idarə
edilməsinə dair qəbul edilmiş qərarların düzgün və real
olmasından asılıdır. Sahibkarlığın inkişafı şəraitində təsərrüfat
üçün həyati əhəmiyyət kəsb edən qərarları sahibkarın özü, nis-
bətən aşağı səviyyəli qərarları isə menecerlər qəbul etməlidir.
Eyni zamanda sahibkar menecerin fəaliyyətinə daima nəzarət
etməlidir. Yalnız bu yolla sahibkarlığın – idarəedilmənin
səmərəliliyini yüksəltmək mümkündür.
2. Müasir aqrar siyasətin inkişaf istiqamətləri
Bazar münasibətlərinin müvəffəqiyyətlə formalaşdığı ha-
zırkı mərhələdə dövlətin müasir aqrar siyasətinin başlıca isti-
qaməti ölkə əhalisinin müxtəlif çeşidli, yüksək keyfiyyətli, nis-
bətən ucuz ərzaq və xalq istehlakı məhsulları ilə etibarlı şəkildə
təmin edilməsini, emal və digər sənaye sahələrinin səmərəli
fəaliyyət göstərməsi üçün tələb olunan xammala yüksək səviy-
yədə təchiz olunmasını, Dövlətlərarası əlaqə və mənafelərin
uğurla həyata keçirilməsini, etibarlı və səmərəli aqrar bazarın
formalaşmasını, sosial-iqtisadi inkişafın sürətləndirilməsini,
əhalinin həyat şəraitinin ardıcıl olaraq yaxşılaşdırılmasını təmin
edən səmərəli aqrar-sənaye istehsalını formalaşdırılmaqdan
ibarətdir.
Dövlətin müasir aqrar siyasətinin müvəffəqiyyəti ölkə
əhalisinin ərzaq və xalq istehlakı məhsullarına artan tələbatının
maksimum hissəsini daxili istehsal hesabına ödənilməsini, emal
və digər sənaye sahələrinin tələbatını yalnız yerli xammalla
təmin edilməsini, yerli əmtəə istehsalçılarının əksəriyyəti (hətta
hamısının) rentabelli fəaliyyət göstərməsini təmin etməkdir.
Bunlarla yanaşı dövlətin müasir aqrar siyasəti ölkəyə ərzaq
məhsullarının, xüsusilə keyfiyyəti aşağı olan, standartlara cavab
verməyən, əhalinin sağlamlığına zərər yetirən, idxalının mak-
62
simum azaldılmasına, ölkənin başqa dövlətlərdən ərzaq məh-
sulları asılılığının tədricən azaldılmasına, daxili bazarın xarici
bazarın təsirindən qorunmasına şərait yaradır.
Onu da göstərmək lazımdır ki, dövlətin müasir aqrar
siyasəti aqrar bazarın düzgün formalaşmasına və səmərəli fəa-
liyyət göstərməsinə yönəldilməklə yanaşı, həmdə aqrar sferanın
istehsal-iqtisadi fəaliyyətinin, təsərrüfat-maliyyə nəticələrinin
yaxşılaşdırılmasına, bu sahədə mövcud olan nöqsanların aradan
qaldırılmasına, daha mütərəqqi fəaliyyət formalarından istifadə
olunmasını xidmət edir. Bunlarla əlaqədar olaraq aqrar sferada
aşağıdakılara ciddi əməl olunmalıdır:
- Aqrar sferada sahibkarlıq fəaliyyətinin səmərəliliyi
yüksəldilməli, xüsusi mülkiyyətə və sahibkarlığa əsaslanan
müxtəlif təsərrüfatçılıq formalarını inkişafı təmin edilməli,
məhsul istehsalçıları ilə məhsul istehlakçıları arasındakı iqtisadi
əlaqə və münasibətlər səmərəli qurulmalı və düzgün stimullaş-
dırılmalıdır;
- Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vax-
tından və düzgün həyata keçirilməsi tam təmin edilməli, hər bir
regionda mövcud sərvətlərdən, istehsal ehtiyatlarından, maliyyə
vəsaitindən səmərəli istifadəyə nail olunmalı, əhalinin məş-
ğulluğu artırılmalı, işsizlik azaldılmalıdır;
- Aqrar sferada iqtisadi mexanizm təkmilləşdirilməli, ma-
liyyə-kredit, vergi, sosial sığorta səmərəli qurulmalı, dövlət
yardımları öz məqsədinə yönəldilməli, istehsala xidmətlərin
keyfiyyəti yüksəldilməli, istehsalın stimullaşdırılması amillə-
rindən səmərəli istifadə olunmalı, aqrar bazarın fəaliyyəti
genişləndirilməli, idarəetmə yenidən qurulmalıdır;
- Aqrar sferada dövlətin prioritet strateji maraqları hər-
tərəfli təmin edilməli, məhsul istehsalının artım dinamikası
gözlənilməli, məhsulların tədarükü, daşınması, emal, satışı,
saxlanılması proseslərin düzgün əlaqələndirilməsi və bu sahələr
arasındakı maraq və mənafelər səmərəli tənzimlənməlidir.
63
Dövlətin müasir aqrar siyasətinin iqtisadiyyat inkişafında
həlledici əhəmiyyətə malik olan aqrar bazarın formalaşmasında
rolu və əhəmiyyəti nəzərə alınaraq aqrar bazarın infrastruk-
turunun düzgün qurulmasına hərtərəfli yardım göstərilməlidir.
Bununla yanaşı aqrar siyasət aqrar bazarın fəaliyyətinin
səmərəli təsərrüfat-iqtisadi mexanizminin formalaşdırılmasına
kənd təsərrüfatları və sənaye məhsulları arasında qiymət pa-
ritetinin təmin edilməsinə şərait yaratmalıdır.
Eyni zamanda müasir aqrar siyasət aqrar sferada əmək
kapital və istehsal resurslarından istifadənin səmərəli mexa-
nizminin formalaşdırılmasına, vergi, sığorta, gömrük qiymət və
digər iqtisadi tənzimlənmə vasitələrindən istifadə etməklə aqrar
sferanın sosial-iqtisadi yüksəlişinə təşkilatı-maliyyə dəstəyi və
yardımının həyata keçirilməsinə şərait yaratmalıdır. Müasir
aqrar siyasət kənd təsərrüfatı məhsulları istehsalının planlaşdır-
masını və proqnozlaşdırılmasını təmin etməklə aqrar bazarın
konyunkturunda baş verən dəyişikliklərə uyğun adekvat tədbir-
lərin görülməsini, habelə torpaq münasibətlərinin təkmilləş-
dirilməsini, torpaqdan istifadə olunmasına nəzarətin həyata ke-
çirilməsini həyata keçirməlidir.
İnkişaf etmiş bir çox ölkələrdə dövlətin aqrar siyasətinin
düzgün formalaşmasına və səmərəli fəaliyyət göstərməsinə
ciddi fikir verilir. Belə ki, qabaqcıl ölkələrin çoxillik təcrübəsi
göstərir ki, dövlət aqrar siyasəti vasitəsilə bazar münasibətləri
şəraitində fəaliyyət göstərən aqrar iqtisadiyyatın bütün təsər-
rüfat kateqoriyaları arasında iqtisadi və hüquqi bərabərliyini
təmin etməli, aqrar sektorda azad rəqabət mühitinin formalaş-
dırılmasına hüquqi yardım göstərməlidir.
Bununla yanaşı dövlət iqtisadiyyatın bütün sahələrinin və
xüsusilə inkişafına ehtiyac böyük olan aqrar sferanın inkişa-
fının stimullaşdırılması məqsədi ilə aqrar sahibkarların maliyyə
vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən zəruri tədbirlər
həyata keçirməlidir. Təcrübə göstərir ki, müasir şəraitdə yalnız
dövlətin gücü ilə aqrar bazarda mülkiyyət mənsubiyyətindən
64
asılı olmayaraq bütün növ müəssisələrin, o cümlədən istehsal,
emal, kənd təsərrüfatı məhsulunun satışı, aqroservis xidməti,
ticarət və kredit strukturlarının fəaliyyəti əlaqələndirilməli və
iqtisadi cəhətdən stimullaşdırılmalı və tənzimlənməlidir.
Təcrübə göstərir ki, bazar münasibətlərinin formalaşdığı
müasir mərhələdə aqrar bazarın səmərəli formalaşdırılması
həlledici səviyyədə yerli istehsalın iqtisadi cəhətdən düzgün
stimullaşdırılmasından asılıdır. Bununla əlaqədar olaraq xarici
rəqabətin əlverişsiz təsirləri zərərsizləşdirilməli, dövlət tərə-
findən yerli əmtəə istehsalçılarının maraqlarının qorunmasına
yönəldilmiş xarici iqtisadi siyasət həyata keçirilməli, məhsul is-
tehsalının artırılmasına və keyfiyyətin yaxşılaşdırılmasına
maraq daima yüksəldilməlidir.
Məlum olduğu kimi dövlətin aqrar siyasəti bir qayda
olaraq iqtisadi sistemlərin tipindən və formasından, ölkənin iq-
tisadiyyatının və xüsusilə aqrar sferanın inkişafının mövcud
vəziyyətindən asılı olaraq həyata keçirilir. Sabit iqtisadi inki-
şafa malik olan ölkələrdə aqrar siyasət yalnız qarşıya qoyulan
prioritet məqsədlərə nail olunmasına istiqamətləndirilir.
Bazar iqtisadiyyatı formalaşan ölkələrdə, o cümlədən
Azərbaycan Respublikasında dövlətin aqrar siyasətinin həyata
keçirilməsinə bir sıra amillər, yəni yeni mülkiyyət münasibət-
lərini nəzərdə tutar normativ-hüquqi əsasların hazırlanması,
çoxukladlı iqtisadiyyatın formalaşması, istehsal olunan məh-
sulların və maddi-texniki resursların qiymətinin liberallaşması,
aqrar bazarda yerli məhsulların xüsusi çəkisi, aqrar bazara
xarici məhsulların daxil olması imkanları və s. təsir göstərir.
Bunlarla yanaşı onu da göstərmək lazımdır ki, Azərbaycan Res-
publikasında aqrar siyasətin formalaşması aşağıdakı mərhə-
lələri əhatə etmişdir:
1. Bu mərhələdə aqrar sferanın inkişafı və aqrar bazarın
formalaşması ilə bağlı zəruri hüquqi-normativ əsaslar hazırlan-
mış, aqrar sferada fəaliyyət göstərən istehsal, emal, satış, müx-
təlif xidmət müəssisə və sahələri özəlləşdirilmiş, kənd təsərrü-
65
fatı, ərzaq və yeyinti məhsulları istehsalının həcminin sabitləş-
məsinə nail olunmuş, qeyd edilən sahələr arasında mövcud olan
qiymətlər tənzimlənmişdir.
2. Bu mərhələdə yüksək məhsuldar və səmərəli texno-
logiyanın tətbiqi əsasında aqrar bazarda məhsul istehsalının
həcminin artırılmış, ölkə əhalisinin kənd təsərrüfatı, ərzaq və
yeyinti məhsullarına olan tələbatının ödənilməsində daxili mən-
bələrin xüsusi çəkisinin əhəmiyyətli artımına nail olunmuş,
aqrar və ərzaq bazarında qiymətlərin səviyyəsini endirmək
məqsədilə fermerlərin xərclərinin müəyyən hissəsinin dövlət
tərəfindən kompensasiya edilməsinə nail olunmuşdur.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, aqrar siya-
sətin tərkibində ərzaq resurslarının formalaşması ilə bağlı zəruri
tədbirlər kompleksinin hazırlanması mühüm əhəmiyyətə malik-
dir. Bunlara başlıca olaraq məhsul istehsalçılarına satış kanal-
larının seçilməsində müstəqilliyin verilməsi; ərzaq bazarının
sahələrarası və regional əlaqələrinin formalaşmasına yardım
göstərilməsi; ərzaq məhsullarının müqavilə əsasında tədarükü-
nə hüquqi təminat verilməsi; dövlətin ərzaq resursları fondunun
daxili mənbələr hesabına formalaşdırılması və ondan istifadə-
nin həyata keçirilməsi; aqrar bazarda yerli məhsulların satışının
genişləndirilməsinə yardımın göstərilməsi; kənd yerlərində yeni
iş yerlərinin açılmasına yönəldilmiş sosial proqramların hazır-
lanması və s. daxildir. Bütün bunlar aqrar siyasətin müasir döv-
rün tələbləri səviyyəsində formalaşmasını və onun səmərəli
nəticələrə nail olmasına şərait yaratmasına imkanları artırır.
Bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, təcrübədə
aqrar sferanın onun qarşısında qoyulan tələblərə tam əməl edil-
məsi səviyyədə fəaliyyət göstərməməsi, xüsusilə aqrar bazarda
ciddi nöqsanların yaranması, böhran halların baş verməsi də
mövcuddur. Belə vəziyyətin baş verməsinin əsas səbəblərindən
biri də həyata keçirilən aqrar siyasətin səmərəliliyinin və təsir
gücünün zəif və yaxud aşağı olmasıdır. Belə ki, bəzi hallarda
həyata keçirilən aqrar siyasət düzgün əsaslandırılmır, baş verən
66
prosesləri düzgün nəzərə alınmır, mövcud imkanlar dəqiq qiy-
mətləndirilmir. Belə vəziyyət aqrar islahatların həyata keçi-
rildiyi ilkin mərhələlərdə mövcud olur və ona görə də aqrar si-
yasət bir sıra hallarda aqrar sferada bazarın formalaşmasına şə-
rait yarada bilmir və əksinə bu prosesin ləngiməsinə və gecik-
məsinə səbəb olur.
Qeyd edildiyi kimi dövlət özünün aqrar siyasəti vasitəsi
ilə aqrar sferanın sosial-iqtisadi inkişafına nail olur və eyni za-
manda aqrar bazarın müasir dövrün tələbləri səviyyəsində for-
malaşmasına yardım göstərir və real şərait yaradır, onun fəaliy-
yətini və inkişafını ardıcıl olaraq stimullaşdırır. Lakin aqrar
siyasətin inkişafının müəyyən mərhələsində buraxılan çatış-
mazlıqlar, bəzən aqrar siyasətin fəaliyyətində baş verən məsu-
liyyətsizliklər aqrar bazarın səmərəli fəaliyyət göstərməsinə
əngəl törədir. Bundan başqa ölkənin idarəetmə strukturlarında
bu və ya digər qurumun fəaliyyətinin bir-birini təkrarlanması
bir sıra hallarda ciddi nöqsanlara yol verilməsi baş verir ki, bu
vəziyyətə özünün mənfi təsirini aqrar siyasətdə də göstərir.
Bütün bunlar aqrar siyasətin fəaliyyətinin aşağı düşməsinə
səbəb olur. Ona inamı azaldır, sosial-iqtisadi inkişafın sürətlən-
məsi təmin edilmir.
Məlum olduğu kimi dövlətin aqrar siyasətinin məqsədi
aqrar sferada sahibkarlıq fəaliyyətinin inkişafı şəraitində ölkə-
nin və onun əhalisinin ərzaq və kənd təsərrüfatı mənşəli məh-
sullara tələbatını mümkün qədər daxili istehsal hesabına təmin
edilməsindən ibarətdir. Aqrar siyasətin vəzifəsi ilə əhalinin
ərzaqla, sənayeni isə kənd təsərrüfatı məhsulları ilə təmin et-
mək üçün etibarlı aqrar bazarın formalaşdırılmasıdır. Dövlətin
aqrar siyasətinin müvəffəqiyyəti ölkə əhalisinin ərzaq məhsul-
larına olan tələbatının 70-80%-ni daxili istehsal hesabına təmin
etmək, yerli əmtəə istehsalçıların 90%-nın rentabelli fəaliyyət
göstərməsinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublika-
sının dövlət aqrar siyasəti bu tələblər əsasında müəyyən edilmiş
onun məqsəd və vəzifələrinin yerinə yetirilməsinə ardıcıl
67
olaraq, müasir dövrün tələbləri səviyyəsində nail olmasına şə-
rait yaradılır. Son illər ölkəmizdə aqrar sferanın inkişafına dair
qəbul edilmiş qanunlar, təsdiq olunmuş Dövlət Proqramları,
mühüm tədbirlər aqrar siyasətin uğurla yerinə yetirilməsinə
şərait yaradır və marağın yüksəlməsini təmin edir.
Bütün bunların nəticəsidir ki, ölkəmizdə aqrar islahatların
birinci mərhələsi uğurla başa çatmış və xüsusi mülkiyyətə inki-
şaf etmiş, aqrar sferanın istehsal və xidmət sahələrində sahib-
karlıq fəaliyyəti formalaşmışdır. Eyni zamanda aqrar bazarın
yaranması və səmərəli fəaliyyət göstərməsi təmin olunmuşdur.
Beləliklə dövlətin aqrar siyasətinin məqsədəuyğun fəaliyyəti
nəticəsində aqrar sfera öz inkişafının müasir intensiv yük-
səlişinə nail olmuşdur. Hazırda aqrar sferada fəaliyyət göstərən
istehsal qurumlarını istehsal texnologiyasının səmərəliliyinin
yüksəldilməsi yollarının müəyyən edilməsi məsələsi deyil,
məhsulların satış formaları, emalın təşkili, istehsal-iqtisadi
əlaqə və mənafelərin təkmilləşdirilməsi, istehsalın stimullaşdı-
rılması məsələləri daha çox maraqlandırır.
Bunlarla əlaqədar olaraq aqrar sahibkarlıq formalarının
inkişafının müasir mərhələsində onların qarşısında duran
başlıca vəzifələr aqrar sferada əmək məhsuldarlığının yüksəl-
dilməsi, məhsul vahidi üzrə əmək və vəsait şərtinin aşağı sa-
lınması, itkilərin qarşısının alınması, istehsal olunan məhsul-
ların və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması
daxili bazarın tələbatına və rəqabətə uyğun məhsulların istehsal
olunması, xarici bazarlarla yüksək keyfiyyətlə və standartlara
cavab verən məhsulların çıxarılması kimi ciddi məsələlərin
həlli durur. Lakin heç kimə sir deyildir ki, hələlik aqrar
sahibkarlar tərəfindən istehsal olunan əksər növ məhsulların
vaxtında realizasiya olunmasında böyük çətinliklər mövcuddur.
Bunun nəticəsində yüksək əmək və vəsait şərti hesabına isteh-
sal olunan məhsulların müəyyən hissəsi xarab olur və itkilərə
yol verilir. Digər tərəfdən emal müəssisələrinin az olması,
onların yerləşdirilməsi sahəsindəki nöqsanlar, xüsusilə əksər
68
növ emal müəssisələrinin müasir texnoloji proseslərə uyğun
olmaması məhsulların emalının müasir tələblər səviyyəsində
son məhsula çevrilməsini təmin etmir. Eyni zamanda ərzaq və
digər kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı
ilə məşğul olan sahə və təşkilatların inhisarçı mövqeyə malik
olması aqrar sahibkarların iqtisadi marağının aşağı düşməsinə
səbəb olur. Belə ki, böyük əmək və vəsait sərfi ilə məhsul
istehsal edən sahibkarlar öz fəaliyyəti nəticəsində gəlir əldə edə
bilmədiyi və geniş təkrar istehsalın inkişafına nail olmaq üçün
vəsait çatışmamazlığına düşdüyü halda tədarük və satış sahələri
qısa zaman ərzində küllü miqdarda qazanca sahib olurlar. Bu
vəziyyət istehsalçıların növbəti ildə öz istehsal istiqamətinin
dəyişməsinə səbəb olur. Ona görə də aqrar sahibkarlıq fəaliy-
yətinin səmərəliliyinin yüksəldilməsi üçün məhsul satış forma-
larının yeniləşməsinə, satış kanallarının genişləndirilməsinə və
bu sahədə aqrar sahibkarların sərbəstliyinin artırılmasına nail
olunmalıdır.
Təcrübə göstərir ki, dövlətin aqrar siyasətində əsas isti-
qamət olan məhsulların realizasiyasının səmərəli qurulmasına,
bununla əlaqədar olaraq aqrar sahibkarların azad fəaliyyət
göstərməsinə mühüm əhəmiyyət verilməlidir. Aqrar sahibkarlar
tərəfindən istehsal olunan əsas ərzaq məhsulları da başlıca
olaraq tədarük müəssisələrinə verilməli, onların qiyməti tən-
zimlənməlidir. Bununla əlaqədar olaraq bir çox inkişaf etmiş
ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da kənd tə-
sərrüfatı məhsullarının tədarükü və satışında topdan satış ba-
zaları yaradılmalıdır. Belə bazalar iri şəhərlərdə və rayon mər-
kəzlərində formalaşmalıdır. Xarici ölkələrdə topdansatış ba-
zalarında ilkin emal sahələri, məhsulları satışa hazırlayan müəs-
sisələr, baytarlıq obyektləri, fitosanitar və keyfiyyətə nəzarət
strukturları fəaliyyət göstərir.
Bütün bunlar dövlət orqanlarının və müvafiq mütəxəssis-
lərin mərkəzləşmiş qaydada ərzaq və digər kənd təsərrüfatı
məhsullarının keyfiyyətinə, standartlara cavab verməsinə,
69
ekoloji cəhətdən təmizliyinə nəzarət etməsinə, topdan və pəra-
kəndə satış qiymətlərinin düzgün tənzimlənməsinə real şərait
yaradır. Beləliklə, əhalinin tələbatının ödənilməsinə nizam-
intizam yaranır, məhsul itkisinə yol verilmir, qiymətlərə nəzarət
artırılır. Bütün bunlar istehsalın stimullaşdırılmasına və aqrar
sahibkarların marağının yüksəlməsinə səbəb olur.
Dövlətin aqrar siyasətinin qarşıya qoyduğu vacib məsələ-
lərdən biri də aqrar sferada kooperasiyanın inkişafıdır. Təcrübə
göstərir ki, aqrar sferanın gələcək inkişafını təmin edən başlıca
amillərdən ən əsası aqrar sferanın kooperasiya əlaqələrinin
sürətlə inkişaf etdirilməsidir. Bununla əlaqədar olaraq müasir
dövrdə aqrar sferanın intensiv inkişafının təmin edilməsi üçün
kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olar, müxtəlif
istiqamətli kooperativlərin yaradılmasına diqqət artırılmalı,
dövlət büdcəsi vəsaiti hesabına aqrar sahibkarlara güzəştli
kreditlər, lizinq yolu ilə texnika, məhsuldar heyvanlar və digər
vasitələr verilərkən belə kooperativlərin maraqları nəzərə alın-
malıdır. Eyni zamanda aqrar sferada istehsal kooperativlərinin
formalaşmasına lazım olan vəsaitlərin dövlət büdcəsi vəsaiti
hesabına ödənilməsi nəzərdə tutulmalıdır.
Qeyd etmək lazımdır ki, hələlik Azərbaycan Respublika-
sında aqrar sferanın müasir inkişafı şəraitində kənd təsərrüfatı
məhsulları istehsalçılarına xidmət göstərən təchizat, aqroservis,
habelə kənd təsərrüfatı məhsullarından istifadə etməklə fəaliy-
yət göstərən emal, yeyinti, toxuculuq, yüngül və digər sahələr
kənd təsərrüfatı məhsulları istehsalı üzrə fəaliyyət nəticəsində
yüksək mənfəət əldə etdikləri halda ölkə iqtisadiyyatının və
cəmiyyətin sosial-iqtisadi yüksəlişinin sürətlənməsinə həlledici
təsirə malik olan aqrar sferada yüksək rentabelliyə nail olun-
mur, əksinə istehsalın bəzi sahələri zərərlə fəaliyyət göstərirlər.
Göstərilənlər nəzərə alınaraq aqrar sferanın hərtərəfli və
səmərəli inkişafını təmin etmək üçün qarşıda duran əsas məsə-
lələrdən biri bu sahənin kooperasiyasının dövlət tərəfindən sti-
mullaşdırılmasıdır. Bununla yanaşı dövlətin dəstəyi və yardımı
70
ilə kənd təsərrüfatı istehsalı kooperativlərinin özlərinə məhsul,
kredit, sığorta, müxtəlif xidmət sahələri: emal, satış, saxlama
obyektləri yaradılmalı və fəaliyyət göstərməli və onlar başqala-
rının təsirinə məruz qalmamalı, azad və sərbəst fəaliyyət göstər-
məlidirlər.
3. Aqrar sferada sahibkarlığın formalaşmasının
prinsipləri və xüsusiyyətləri
Aqrar islahatların genişlənməsi aqrar sferada xüsusi təsər-
rüfatların və sahibkarların düzgün formalaşması və səmərəli
fəaliyyət göstərməsi üçün real şəraitin yaradılmasını təmin et-
mişdir. Təcrübə göstərir ki, aqrar sferada yalnız xüsusi mülkiy-
yətə əsaslanan təsərrüfat formalarının inkişafı şəraitində sa-
hibkarlıq fəaliyyəti sürətlə formalaşır, sərbəst istehsal-iqtisadi
əlaqələr qurulur, mövcud istehsal resurslarından səmərəli isti-
fadə edilməsinə, istehsalın maddi-texniki təchizatının məqsədə-
uyğun qurulmasına, istehsal olunan məhsulların düzgün reallaş-
dırılmasına, maliyyə nəticələrinin səmərəli istifadə olunmasına,
əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına maraq təmin edilir.
Aqrar islahatların məqsədəuyğun olaraq həyata keçiril-
məsi, sahibkarlığın inkişafına şərait yaradan təsərrüfatçılıq
qurumlarının və xüsusi təsərrüfatların düzgün formalaşdırılması
üçün düşünülmüş ardıcıl proqram və əsaslandırılmış iqtisadi
mexanizm olmalıdır. Aqrar sahibkarlığın yaradılması və inkişaf etdirilməsi
müasir dövrün tələblərindən irəli gələn obyektiv və qanunauy-
ğun bir zərurətdir. Aqrar sahibkarlıq ictimai mülkiyyətə əsasla-
nan təsərrüfatların islahatı və xüsusi təsərrüfatların formalaş-
ması ilə bilavasitə əlaqədardır. Sahibkarlığın inkişafı və
səmərəli fəaliyyət göstərməsi bir sıra amil və şərtlərin düzgün
nəzərə alınmasından asılıdır. Burada başlıca şərt bu qurumların
təşkili qaydasına düzgün əməl edilməsidir. Sahibkarlığın yara-
dılmasının sərbəst və könüllü olmasına diqqət yetirilməlidir.
71
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının müasir
mərhələsində aqrar sahibkarlıq yaradılarkən aşağıdakı başlıca
prinsiplərə xüsusi diqqət verilməlidir.
1. Sahibkarlıq yaradılarkən hər bir regionun konkret yerli
şəraitinin xüsusiyyətləri, milli adət-ənənələr, torpaq-iqlim, is-
tehsal şəraiti, təsərrüfatların normal inkişafının həyata keçiril-
məsi üçün tələb olunan istehsal-sosial infrastrukturun yaradıl-
ması imkanları müəyyənləşdirilməli;
2. Sahibkarlığın iqtisadi mexanizmi, yəni vergi, maliyyə-
kredit, idarəetmə, tədarük, satış, təchizat qaydaları, gəlirlərin
bölüşdürülməsi və istifadə edilməsi formaları, istehsal-iqtisadi
əlaqələr və s. bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq
təkmilləşdirilməli;
3. Sahibkarlığın düzgün yaradılması və səmərəli fəaliyyət
göstərməsini təmin edən qanunlar, normativ-hüquqi baza, təklif
və tövsiyələr, habelə qabaqcıl təcrübələrin nəticələri mövcud
olmalıdır.
Ölkəmizdə aqrar islahatların həyata keçirilməsinin və sa-
hibkarlığın yaradılmasının hüquqi təminatını Azərbaycan Res-
publikasının Konstitusiyası, aqrar islahatların həyata keçiril-
məsinə dair qəbul edilmiş qanunlar, onların icrasının təmin
edilməsi haqqında fərmanlar, dövlətin aqrar sferasının inkişa-
fına dair qəbul etdiyi qərarlar, proqramlar təşkil edir. Bu qanun,
fərman və qərarlardan irəli gələn nəzəri və təcrübəli əhə-
miyyətli göstəriş və qərarlar xüsusi təsərrüfatların yaradılması
və sahibkarlığın formalaşması və inkişafının metodoloji
əsaslarını müəyyənləşdirir.
Məlum olduğu kimi ölkəmizdə aqrar islahatların başlıca
məqsədi bazar iqtisadiyyatı qanunlarına uyğun gələn xüsusi
təsərrüfatların təşkilinə və sahibkarlığın formalaşmasına nail ol-
maqdan və aqrar sferanın bütün sahələrində sahibkarlığı hər
vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Respublikamızda aqrar
islahatların ilkin mərhələsinin uğurla başa çatması, sahibkar-
lığın formalaşması və istehsal-iqtisadi göstəricilərin son illər
72
xeyli yüksəlməsi bu sahədə qarşıya qoyulan məqsədə nail
olunduğunu sübut edir.
Aqrar sferada xüsusi təsərrüfatlar mülkiyyətinə verilmiş
torpaq üzərində kənd təsərrüfatı məhsulları istehsalı, emalı və
satışı ilə məşğul olan vətəndaşların əmək birləşməsi olmaqla,
sərbəst sahibkarlıq formasıdır. Xüsusi təsərrüfatlar və sahib-
karlar digər təsərrüfatlarla bərabər hüquqlu subyektdir, öz fəa-
liyyətində istehsalın təşkilində, quruluşu və həcmini, məhsulun
satışını, təsərrüfatın idarə edilməsini və s. müstəqil həll edir.
Sahibkarlığın əmlakı onun mülkiyyətində olan torpaq sahəsi,
həmin torpaqda olan əkinlər, təsərrüfat tikililəri, meliorasiya
qurğuları, digər qurğular, mal-qara, quş əldə edilmiş məhsul,
texnika, nəqliyyat vasitələri və s. ibarətdir. Sahibkarlığın fəaliy-
yəti əsasən onun üzvlərinin əməyinə əsaslanır. Zəruri hallarda
onun işində müqavilə ilə muzdlu əməkdən də istifadə edilə
bilər.
Sahibkarlar istehsal etdiyi məhsulun üzərində sərəncam
verməkdə, ona qiymət qoymaqda tam sərbəstdir. Öz fəaliy-
yətini təşkil etmək üçün bank kreditindən istifadə edir, öz işinin
nəticələrinin uçotunu aparır və müvafiq hesabat tərtib edir.
Bütün bu metodoloji cəhətlər sahibkarlığın inkişafının sosial-
iqtisadi mahiyyətini təşkil edir. Respublikamızda sahibkarlıq
formalaşarkən bütün regionlarda bu ümumi istiqamət əsas gö-
türülür və yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla onların
düzgün yaradılması və fəaliyyət göstərməsi təmin edilir.
Məlum olduğu kimi xalq təsərrüfatının bütün sahələrində
xüsusi mülkiyyətə və sahibkarlığa əsaslanan istehsal və xidmət
növlərinin özünəməxsus bir çox üstünlükləri vardır. Bu üstün-
lüklər aqrar sferada daha çox özünü göstərir. Belə ki, aqrar
sferada mülkiyyət münasibətlərinin xüsusiyyəti və üstünlüyü
ondan ibarətdir ki, bu münasibət əsl sahibkarın formalaşmasına
səbəb olur. Sahibkar başçılıq etdiyi təsərrüfatın qayğıları ilə
yaşayır, elmi-texniki tərəqqinin nailiyyətlərini öyrənir, öz
təsərrüfatında tətbiq edir. Xüsusi təsərrüfatlar və sahibkarlar
73
dövlət üçün də çox sərfəlidir. Onlar öz vəsaiti və banklardan
aldıqları kredit hesabına geniş təkrar istehsalı həyata keçirir, öz
gəliri ilə xərclərini ödəyir və yüksək gəlir alır, milli iqtisa-
diyyatın inkişafında iştirak edirlər.
Aqrar sahibkarlığın aqrar sferada aparıcı təsərrüfatçılıq
forması olması bir çox inkişaf etmiş ölkələrdə sübut olunmuş-
dur. Məsələn, ABŞ-da, İngiltərədə, Fransada, Kanadada, Hol-
landiyada və s. ölkələrdə əhalinin ərzaq məhsulları ilə tələ-
batının ödənilməsində sahibkarlıq başlıca rol oynayırlar. Həmin
ölkələrdə sahibkarlar məhsul istehsalında, onun emalında, hazır
məhsulların satışında tam sərbəstdirlər, özünü maliyyələşdirir
və geniş təkrar istehsalı uğurla həyata keçirirlər.
Aqrar sahibkarlıq formalarında istehsal-maliyyə fəaliy-
yətinin uğurla həyata keçirilməsinə, onların iqtisadi cəhətdən
faydalı olmasına, torpaq, texnika, əmək, maliyyə resurslarından
maksimum dərəcədə səmərəli istifadə edilməsinə, istehsal edi-
lən məhsulların keyfiyyətinin yüksək olmasına iqtisadi səmə-
rəliliyin yüksəldilməsinə aşağıdakı başlıca amillər təsir göstərir.
Birincisi, xüsusi mülkiyyət ictimai mülkiyyətə nisbətən
böyük üstünlüyə malikdir, sahibkarlıq güclüdür, maddi maraq
təmin olunur. Sahibkar torpaqdan, əsas fondlardan, maliyyə
resurslarından düşünülmüş və faydalı istifadə etməyə çalışır,
buna əsasən nail olur və faydasını götürür. İstehsalın inkişafı
üçün maddi cəhətdən maraqlı olduğuna görə daima fikirləşir,
düşünür, axtarış aparır, elmi-texniki tərəqqinin nailiyyətini öy-
rənir, istehsalda tətbiqinə çalışır. İstehsal olunan mütərəqqi tex-
nika, gübrə, kimyəvi maddələr, qabaqcıl texnologiya, torpağa
aqrotexniki və mal-qaraya zoobaytar xidmətlər göstərmək ba-
rədə informasiya alır və onların əsasında öz istehsal-maliyyə
fəaliyyətini həyata keçirir. Təsərrüfatın gələcək inkişaf istiqa-
mətlərini özü sərbəst müəyyən edir, dünya miqyasında qaza-
nılmış qabaqcıl təcrübəni öyrənir və onlardan istifadə etməyə
çalışır.
74
İkincisi, təcrübə göstərir ki, təsərrüfat optimal həcmdən
böyük olduqda ona kamil rəhbərlik etmək, istehsalın iqtisadiy-
yatını yüksəltmək qeyri mümkündür. Təsərrüfatın əkin sahəsi
yığcam olduğu, optimal həcmə uyğun gəldiyi halda daha məh-
suldar sortlar əkmək, aqrotexniki xidməti yüksəltmək, məhsulu
vaxtında və keyfiyyətlə toplamaq, itkilərin qarşısını almaq və
onu vaxtında reallaşdırmaq, əməyin təşkili və stimullaşdırılma-
sının səmərəli formalarını həyata keçirmək, əmək məhsul-
darlığını yüksəltmək, torpağın hər hektarından daha çox məhsul
almaq mümkündür. İctimai təsərrüfatlara nisbətən xüsusi tə-
sərrüfatlar istehsalın həcmi optimal təşkil edildiyinə görə bütün
bunlara daha düzgün əməl olunur.
Üçüncüsü, xüsusi mülkiyyətə əsaslanan təsərrüfatlarda
əmək potensialından daha səmərəli istifadə edilir. Çünki ailənin
bütün üzvləri öz imkanı dairəsində bu təsərrüfatda işləyə bilir.
Burada heç bir qərar, sərəncam və yaxud kiminsə göstəriş ver-
məsinə ehtiyac yoxdur. Ailənin mənafeyi və maddi marağı tə-
sərrüfat fəaliyyətinin güclü amilinə çevrilir. Ailə üzvləri gecə-
gündüz imkan tapdıqca əkin sahələrinə, mal-qaraya qulluq edir,
səliqə-sahman yaradır, texnikanı təmir edir, təsərrüfatsızlığın
qarşısını alır.
Dördüncüsü, sahibkarlıq şəraitində maddi maraq amili
çox güclüdür, istehsalın dinamik inkişafına həlledici təsir
göstərir. Xüsusi mülkiyyət forması maddi marağı yüksəltməyə
real zəmin yaradır. Təcrübə göstərir ki, xüsusi mülkiyyətə əsas-
lanan maddi maraq ictimai mülkiyyətə əsaslanan maddi ma-
raqdan qat-qat yüksəkdir. Xüsusi mülkiyyət şəraitində dövlətə
verilən torpaq vergisi müstəsna olmaqla, təsərrüfatın gəliri
bütövlükdə sahibkara məxsusdur və o bu gəlirdən istifadə et-
məkdə tam sərbəstdir.
Əldə etdiyi gəlirdən sahibkar özünə lazım olan istehsal
vasitəsi alır, onlardan səmərəli istifadəni həyata keçirir, sosial
problemləri həll edir, işçilərin həyat şəraitinin yaxşılaşdırılma-
sını təmin edir. Eyni zamanda sahibkarların istehsal etdikləri
75
məhsulların keyfiyyəti daha yüksək olur, çünki onlar yüksək
keyfiyyətli məhsul istehsalı üçün maddi cəhətdən maraqlı olur-
lar. Bununla yanaşı sahibkarlar istehsal etdiyi məhsulları reallaş-
dırmaqda, onlara qiymət qoymaqda, istehlakçı seçməkdə və s.
tam sərbəstdir.
Bütün bunlar sahibkarlıq şəraitində çalışanların maddi
marağının ilbəil artmasına və bu əsasda varlanmasına zəmin
yaradır, sahibkarlığın qazancına məhdudiyyət qoyulmur. Bu
prinsip xüsusi sahibkarlığın dinamik inkişafını təmin edən ən
mühüm amillərdən biridir.
Aqrar sahibkarlıq formalarında qeyd edilən sosial-iqtisadi
üstünlükləri nəzərə alınaraq onun inkişaf etmiş ölkələrdə ən
mütərəqqi təsərrüfatçılıq üsulu kimi geniş yayılmasına səbəb
olmuşdur. Lakin bu heç də o demək deyildir ki, inkişaf etmiş
ölkələrdə sahibkarlıq dinamik olaraq yüksəlir və həmişə hər
hektar torpaq sahəsindən, hər baş heyvandan maksimum
məhsul alır və yüksək mənfəət götürür.
Əksər inkişaf etmiş ölkələrdə də aqrar sahibkarlar iqtisadi
böhranlara məruz qalır, iflasa uğrayır. İstehlak bazarında bu və
digər məhsula yaranmış tələb və təkliflərin təsiri nəticəsində sa-
hibkar öz istehsal istiqamətini dəyişir, yeni istehsal sahələri
yaradır. İqtisadi böhrandan çıxmaq üçün dövlət xüsusi təsər-
rüfatlara maliyyə və digər yardımlar göstərir, onların inkişafına
şərait yaradır.
4. Aqrar sferada fəaliyyət göstərən
sahibkarlıq formaları
Azərbaycan Respublikasının milli iqtisadiyyatında o cüm-
lədən aqrar sferada getdikcə güclənən və dərinləşən böhranlar,
əhalinin ərzaq və xalq istehlakı məhsulları ilə tələbatının ödə-
nilməsinin daha da pisləşməsi aqrar islahatların sürətləndiril-
məsini bu sahədə ciddi dəyişikliklərin həyata keçirilməsinin
obyektiv zərurətə çevirmişdir. Bununla əlaqədar olaraq həyata
76
keçirilən aqrar islahatlar qarşıya məqsəd qoymuşdur: ölkədə
mövcud olan çətinliklərin aradan qaldırılması və əhalinin ərzaq-
la təminatının yaxşılaşdırılması üçün aqrar sferada istehsalın
intensiv inkişafına, rəqabətin gücləndirilməsinə, bazara daha
çox və keyfiyyətli məhsul çıxarılmasına şərait yaradan əmlak-
dan, torpaq sahələrindən, maliyyə imkanlarından, bütün vasitə
və imkanlardan dolğun istifadəyə şərait yaradan təsərrüfatçılıq
üsullardan istifadəyə nail olunmalıdır.
Bunun üçün bütün istehsal qurumlarında təsərrüfatçılığın
iqtisadi mexanizmi yenidən formalaşmalı, daha mütərəqqi iş
üsullarına, istehsalın və əməyin təşkilinin mütərəqqi formala-
rının tətbiqinə qabaqcıl texnologiyanın həyata keçirilməsinə,
idarəetmənin elmi əsaslarla qurulmasına nail olunmalı və bun-
lara maraq yüksəldilməlidir.
Eyni zamanda aqrar sferada formalaşan istehsal qurumları
hər bir rayon, region və ərazidə istehsal resurslarından, yəni
torpaq sahələrindən, maliyyə vəsaitindən, əmək resurslarından,
əsas fondlardan və s. səmərəli istifadəni təmin etməlidir. Bütün
bunlara isə yalnız çoxukladlı iqtisadiyyatı inkişaf etdirmək yolu
ilə əməl etmək, rəqabəti gücləndirmək və eyni zamanda müx-
təlif təsərrüfat formalarının inkişafı üçün eyni şəraiti yaratmaq
yolu ilə nail olmaq mümkündür.
Bu istiqamətdə Azərbaycan Respublikasında həyata ke-
çirilən məqsədyönlü tədbirlər nəticəsində ictimai təsərrüfatlar
ləğv edilmiş, kəndli (fermer) təsərrüfatları, fərdi sahibkarlar,
kiçik müəssisələr, kooperativlər, səhmdar cəmiyyətləri və s.
formalaşmışdır.
Lakin qeyd etmək lazımdır ki, heç də bütün regionlarda,
rayonlarda, istehsal sahələrində formalaşan çoxukladlı təsərrü-
fatların normal inkişafına nail olunmamışdır. Bunun başlıca
səbəbi çoxukladlı iqtisadiyyat formalaşarkən yerli şəraitin
xüsusiyyətlərinə istehsal resursları ilə təminata, istehsal və so-
sial infrastrukturunun vəziyyətinə, maliyyə imkanlarına, kadrla
77
təminata, istehsalın ixtisaslaşmasına, sahənin inkişafının zəruri
olmasına və s. lazımi səviyyədə fikir verilməmişdir.
Məlum olduğu kimi regionların torpaq quruluşu, texnika
ilə təminat, aqrotexniki xidmət, suvarma imkanları, məhsulların
tədarük və satış şəraiti, saxlanma imkanları, istehsalın
genişləndirilməsinin mövcud olması və s. arasında kəskin fərq
vardır. Yeni təsərrüfatçılıq formaları yaradılarkən bütün bunlar
hərtərəfli öyrənilməli və elə istehsal qurumu yaradılmalıdır ki,
onlar tələbata cavab verə bilsin. Lakin bu zaman sərbəstliyin
qarşısı alınmamalı, istehsal qurumları və təsərrüfat formaları
bir-birinə qarşı qoyulmamalı, onların azad hərəkət etməsinə
nail olunmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanın
aqrar sferasında fəaliyyət göstərən çoxukladlı iqtisadiyyatın
formaları sərbəstlik, idarəetmə, istehsal-iqtisadi əlaqələrin təş-
kili, fəaliyyət istiqamətləri, istehsal etdikləri məhsulların və
əldə etdikləri gəlirlərin bölgüsü, istehsalın stimullaşdırılması
forması və s. görə bir-birindən fərqlidirlər.
Qeyd edilən fərqlər çoxukladlı təsərrüfatçılıq formalarının
fəaliyyətinə, istehsal-iqtisadi və maliyyə nəticələrinə həlledici
təsir göstərir. Təcrübədən aydın olur ki, mülkiyyət forması
müxtəlif olan istehsal qurumlarında mövcud resurslardan, tor-
paq sahələrindən, əmlakdan, işçi qüvvəsindən, maliyyə resurs-
larında istifadə arasında kəskin fərq olur. Bu da məhsul istehsa-
lının həcminə, iqtisadi səmərəliliyin səviyyəsinə müxtəlif
səviyyədə təsir göstərir.
Belə ki, səmərəli ölçüdə formalaşan, normativ-hüquqi
baza əsasında fəaliyyət göstərən sahibkarlıq formalarında
maddi-texniki baza və iqtisadi mexanizm bazar münasibətlə-
rinin tələbləri səviyyəsində təşkil olunur, onlarda resurslardan
səmərəli istifadəyə nail olunur və yüksək istehsal-iqtisadi nə-
ticələr əldə edilir.
Qeyd edildiyi kimi Azərbaycan Respublikasında aqrar
islahatların həyata keçirilməsinə 90-cı illərdə başlanılmış, bu
78
proses inkişaf etmiş, genişlənmiş, dərinləşmiş, səmərəliyi
yüksəlmişdir. Aqrar islahatların dinamik olaraq yüksəldilmə-
sinə ölkədə islahatların həyata keçirilməsinə dair bazar müna-
sibətlərinin tələbləri səviyyəsində normativ-hüquqi bazanın
yaradılması və onlara ciddi qaydada əməl edilməsi nəticəsində
nail olunmuşdur.
Azərbaycanın aqrar sferasında islahatların uğurla aparıl-
masının və çoxukladlı iqtisadiyyatın formalaşmasının xarak-
terik xüsusiyyəti ondan ibarət olmuşdur ki, ölkəmizdə islahat-
ların həyata keçirilməsinin normativ-hüquqi bazası müasir döv-
rün tələbləri səviyyəsində yaradılmış, həmin bazanın tələblərinə
uyğun olaraq eyni zamanda ictimai mülkiyyətə əsaslanan
təsərrüfatlar ləğv edilmiş, torpaq və əmlak özəlləşdirilmişdir.
Bütün bunlar müxtəlif mülkiyyətə əsaslanan təsərrüfat formala-
rının yaradılmasına və fəaliyyət göstərməsinə əlverişli şərait
formalaşdırılmışdır. Beləliklə, ölkəmizin aqrar sferasında bazar
münasibətlərinə çoxlu sayda istehsal-xidmət növü yaradılmış
və sahibkarlıq fəaliyyəti formalaşmışdır.
Aqrar islahatların həyata keçirilməsinə dair qəbul edilmiş
normativ-hüquqi sənədlərə əsasən ölkənin torpaq fondunun
45%-nin dövlət mülkiyyətinə, 32% bələdiyyə mülkiyyətinə
verilməli və qalan 23%-nin isə xüsusi mülkiyyət ayrılması nə-
zərdə tutulmuş və bunlara əməl olunmuşdur.
Ölkə əhalisinin ərzaqla təminatının yaxşılaşdırılması,
emal sənaye sahələrinin xammalla təchizatının təmin edilməsi
və xüsusilə kənd yerlərində əhalinin məşğulluğunun yüksəl-
dilməsinin vacibliyi nəzərə alınaraq torpaq islahatı aparılarkən
kənd təsərrüfatına yararlı sahələrin, əkin yerlərinin, bağ-üzüm-
lüklərin hamısının xüsusi mülkiyyətə verilməsi təmin edil-
mişdir.
Beləliklə, respublikamızda aqrar islahatların dərinləş-
məsinə dair həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində
torpaq sahələri və əmlakın özəlləşdirilməsinə nail olunmuş və
79
onların xüsusi mülkiyyətə və sahibkarlığa verilməsi prosesi
başa çatmışdır. Bunların nəticəsidir ki, respublikamızın aqrar sferasında
xüsusi təsərrüfatlar inkişaf etmiş və sahibkarlıq formalaşmış, xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer) təsərrüfatlarının, kooperativlərin, kiçik müəssisələrin, kollektiv təsərrüfatlar yaradılmışdır.
Bütün bunlar respublikamızın aqrar bölməsinin inki-şafının təmin edilməsi imkanlarının artmasına səbəb olmuşdur. Azərbaycan Respublikasında aqrar islahatların elmi əsaslarla aparılmasına dair irəli sürülən qanunlar, müəyyən edilmiş me-xanizmlər, həyata keçirilən təşkilati, iqtisadi, texniki-texnoloji tədbirlər xüsusi təsərrüfatları və aqrar sahibkarlığın səmə-rəliliyin yüksəldilməsinə marağın artmasına şərait yaratmışdır.
Ölkədə istehsal olunan ümumi kənd təsərrüfatı məhsul-larının tərkibində xüsusi mülkiyyətə və sahibkarlığa əsaslanan təsərrüfat formalarının, yəni kəndli (fermer) təsərrüfatlarının, fərdi sahibkarların istehsal kooperativlərinin və s. xüsusi çəkisi kəskin olaraq atmışdır.
Qeyd edilənlərin nəticəsidir ki, ölkənin aqrar sferası tez
bir zamanda inflyasiya prosesindən çıxmış, inkişaf mərhələsinə
nail olunmuşdur. Ölkədə aqrar sahibkarlığın inkişafına dair hə-
yata keçirilən tədbirlər aqrar sahibkarlığa göstərilən yardım
qayğı və köməkliklər ölkənin sosial-iqtisadi həyatında mühüm
rol oynamaqla yanaşı regionların iqtisadiyyatının əsasını təşkil
edən və əmək ehtiyatının məşğul olduğu aqrar sferanın daha da
inkişaf etdirilməsinə möhkəm zəmin yaratmışdır.
Bunların nəticəsidir ki, ölkənin aqrar sferasında son illər
yüksək irəliləyişlər baş vermiş taxıl, kartof, tərəvəz, meyvə,
bostan məhsulları, ət, süd, yumurta istehsalı kəskin olaraq art-
mış, əvvəllər istehsal edilməyən səviyyəyə çatmışdır. Hazırda
ölkə əhalisinin ərzaqla təminatında yerli məhsullar istehsalının
rolu və əhəmiyyəti yüksəlmişdir. Məhsul istehsalını artımı ilə
yanaşı keyfiyyət göstəriciləri də yüksəlmiş, əsas növ məhsul-
80
ların qiyməti də aşağı düşmüşdür. Bu da əhalinin alıcılıq
qabiliyyətinin artmasına şərait yaratmışdır.
Beləliklə ölkəmizdə həyata keçirilən aqrar islahatların
dərinləşməsi nəticəsində aqrar sferada uzun illər mövcud olan
və dövlət mülkiyyətinə əsaslanan, inkişafına maraq göstəril-
məyən təsərrüfatların ləğv edilməsi başa çatmış və sahibkarlıq
formalaşmışdır. Bunun nəticəsində aqrar sferada istehsal müna-
sibətləri dəyişilmiş, insanların yüksək nəticələrə nail olmasına
marağı artmışdır.
Aqrar sahibkarlığın formalaşması nəticəsində aqrar sferada
istehsal strukturunda da ciddi dəyişikliklər baş vermiş, kəndin sosial
siması dəyişmiş, çoxukladlı qurumlar formalaşmış, onlarda istehsal-
iqtisadi münasibətlər yenidən yaradılmışdır. Aqrar islahatların ilkin
mərhələsi başa çatdıqdan sonra aqrar sferada aşağıdakı təsərrüfat
formaları fəaliyyət göstərmişlər.
Cədvəl 1
Azərbaycanda fəaliyyət göstərən təsərrüfat
formaların dinamikası
Təsərrüfat formaları İllər
2003 2006 2009
Dövlət müəssisələri 41 40 40
Səhmdar cəmiyyətləri (Dövlətə məxsus) 22 17 16
Baş məşğulluq idarəsinə məxsus 90 92 47
Sair dövlət təsərrüfatları 154 111 123
Cəmi Dövlət müəssisələri 307 261 276
Kollektiv müəssisələr 1022 1164 1191
İstehsal kooperativləri 157 165 156
Kəndli-fermer təsərrüfatları 2534 2598 2657
Aqroservis müəssisələri 25 25 34
Sair xüsusi təsərrüfatları 96 107 226
Cəmi xüsusi 4257 4480 4258
Torpaq və əmlak payı alan ailələr, min 850,3 862,6 863,8
Fiziki şəxs kimi fəaliyyət göstərənlər 831,1 843,2 844,5
81
Məlumatların təhlilindən aydın olur ki, aqrar sferada
fəaliyyət göstərən cəmi təsərrüfatların tərkibində dövlət təsərrü-
fatlarının sayı az olmaqla yanaşı onların sayı da getdikcə azalır.
Müqayisə edilən dövrlərdə cəmi təsərrüfatların tərkibində
dövlət təsərrüfatların xüsusi çəkisi cəmi 6,7%, 5,5% və 6,1%
təşkil etmişdir.
Müqayisə edilən dövrdə xüsusi mülkiyyətə əsaslanan
təsərrüfatların sayı eyni səviyyədə qalmışdır. Bu dövrdə kol-
lektiv müəssisələrin, istehsal kooperativlərinin, kəndli-fermer
təsərrüfatların sayında ciddi dəyişikliklər baş verməmişdir.
Lakin pay alan ailələrin və fiziki şəxs kimi fəaliyyət göstərən
ailələrin sayı ilə müqayisə edilən dövrlərdə 1,5%, 1,6% ço-
xalmışdır.
Statistik məlumatların təhlilindən aydın olur ki, Respub-
likanın aqrar sferasında mövcud olan ümumi torpaq sahələrinin
də əsas hissəsi qeyri-dövlət müəssisələrinin payına düşür.
Hazırda mövcud olan torpaq sahələrinin 7,3% dövlət mülkiy-
yətinə əsaslanan təsərrüfatların 4,9% xüsusi təsərrüfatların və
87,8% fiziki şəxs kimi fəaliyyət göstərən təsərrüfatların payına
düşür.
Aqrar sferada istifadə olunan kənd təsərrüfatına yararlı
torpaqlarının və əkin yerinin müvafiq olaraq 5,6% və 2,2%
dövlət müəssisələrinin, 4,8% və 4,25 xüsusi təsərrüfatların və
qalan 89,6% və 93,3% fiziki şəxs kimi fəaliyyət göstərən
ailələrin istifadəsindədir.
Beləliklə, ölkəmizdə hazırda cəmi torpaq sahələrinin
92,7%, kənd təsərrüfatı üçün yararlı sahələrin 94,4% və əkin
yerinin 97,8% xüsusi mülkiyyətə və sahibkarlığa əsaslanan
təsərrüfatların istifadəsindədir.
Onu da göstərmək lazımdır ki, dövlət mülkiyyətinə əsas-
lanan müəssisələrdə hər bir təsərrüfata düşən torpaq sahələrinin
həcmi daha çoxdur, onların ümumi torpaq sahələrinin 74,2%
kənd təsərrüfatına yararlı və cəmi 28,7% əkin yeridir. Xüsusi
mülkiyyətə və sahibkarlığa əsaslanan təsərrüfatlarda isə hər
82
istehsal qurumuna düşən ümumi torpaq sahələri, o cümlədən
kənd təsərrüfatına yararlı sahə və əkin yeri dövlət müəssi-
sələrinə əsaslanan təsərrüfatlardan dəfələrlə azdır və onlarda
ümumi torpaq sahəsinin tərkibində kənd təsərrüfatına yararlı
sahə 94,6% və əkin yeri 70,5% təşkil edir.
Fiziki şəxs kimi fəaliyyət göstərən ailələrin hər birinə isə
cəmi 1,73 ha kənd təsərrüfatına yararlı sahə və 1,53 ha əkin yeri
düşür. Bu istehsal qurumlarında ümumi torpaq sahələrini
98,9% kənd təsərrüfatı üçün yararlı və 87,2% əkin yeridir.
Göründüyü kimi xüsusi mülkiyyətə və sahibkarlığa
əsaslanan istehsal qurumlarında hər təsərrüfata düşən torpaq
sahələri az olmaqla yanaşı onun əksər hissəsi məhsul istehsalı
üçün yararlıdır. Hər istehsal qurumuna az, yəni məqsədəuyğun,
optimal ölçüdə torpaq sahəsi ayrılması onlardan səmərəli
istifadəyə nail olmağa imkan verir, aqrotexniki tədbirlər düzgün
əməl olunur, əkinlərə qulluq düzgün aparılır.
Məlumatların təhlilindən aydın olur ki, respublikamızın
regionlarında sahibkarlığın inkişaf səviyyəsi, onların sayı, bir
təsərrüfata düşən torpaq sahələri, onların qurumları arasında
kəskin fərq vardır. Bu da regionların sosial-iqtisadi inkişafına
həlledici təsir göstərir.
Sahibkarlığa əsaslanan kəndli-fermer təsərrüfatlarının
sayı Aran, Şəki-Zaqatala, Lənkəran iqtisadi regionuna daha çox
Qax, Qazax-Gəncə, Abşeron, Dağlıq Şirvan və Naxçıvan regio-
nunda isə azdır.
Respublika üzrə orta hesabla bir kəndli-fermer təsərrüfa-
tına 6,6 ha kənd təsərrüfatına yararlı sahə düşdüyü halda bu
göstərici Dağlıq Şirvanda, Quba-Xaçmazda, Aranda 15-30%
çox, Abşeronda, Şəki-Zaqatalada, Lənkəran regionunda isə
əksinə 20-30% aşağıdır. Bunlar regionların sosial-iqtisadi
inkişafına həlledici təsir göstərir.
Ümumiyyətlə kəndli (fermer) təsərrüfatları respublikada
xüsusi mülkiyyətə əsaslanan ilk təsərrüfat növü olmaqla xeyli
83
inkişaf etmiş və hazırda ölkənin aqrar sektorunda əsas təsərrü-
fatçılıq formalarından birinə çevrilmişdir.
Hazırda Azərbaycan Respublikasında 265 kəndli təsərrü-
fatı fəaliyyət göstərir. Bütün bölgələrdə, bütün istehsal sahə-
lərində yaradılmış və səmərəli işləyir. Onların iqtisadi-texniki
fəaliyyəti formalaşmış, kredit-maliyyə münasibətləri idarə
etmə, tədarük-təchizat, satış qaydaları səmərəli qurulmuşdur.
Aqrar sferada sahibkarlığa əsaslanan təsərrüfat forma-
larından biri də istehsal kooperativləridir. Qeyd etmək lazımdır
ki, aqrar sferada kooperativlər islahatdan əvvəl də mövcud
olmuş, lakin həmin dövr bu təsərrüfatda kooperativ mülkiyyəti
fəaliyyət göstərmiş və əslində dövlət müəssisə xarakteri daşı-
mışdır.
Aqrar islahatdan sonra kooperativlərin məsuliyyəti və
mahiyyəti tamamilə dəyişmiş, onlar xüsusi mülkiyyətə keçmiş,
nizamnaməyə uyğun olaraq fəaliyyət göstərirlər. Kooperativlər
ölkədə ərzaq və xalq istehlakı malları istehsal etməklə yanaşı
onların emalını, satışını həyata keçirir, əhaliyə və digəri xüsusi
təsərrüfatlara texniki təmir, aqroservis xidməti göstərilir. Koo-
perativlər yüksək nəticəyə nail olur, iqtisadi cəhətdən öz əhə-
miyyəti vardır. Regionlarda onların sayı, istehsal-təsərrüfat öl-
çüləri bir-birindən fərqlənir, istehsal-iqtisadi göstəriciləri də
müxtəlifdir.
84
IV FƏSİL. AQRAR SFERA VƏ ƏRZAQ
TƏHLÜKƏSİZLİYİ
1. Aqrar iqtisadiyyat və ərzaq təhlükəsizliyi haqqında
anlayış
2. Aqrar istehsal və ərzaq təhlükəsizliyi əlaqələri
3. Aqrar sferanın inkişafı və ərzaq təhlükəsizliyinin təmin
edilməsi yolları
4. Qloballaşan bazar iqtisadiyyatının ərzaq təminatında
rolu
1.Aqrar iqtisadiyyat və ərzaq təhlükəsizliyi
haqqında anlayış
Hər bir ölkədə əhalinin ərzaq təminatının əsasında və bü-
tövlükdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin kö-
kündə təbii ki, birinci növbədə aqrar iqtisadiyyat və onun
dinamik inkişafı dayanır.
Kənd təsərrüfatı məhsulları ərzaq kimi ya nаturаl və ya
еmаl sənаyеsindən кеçdiкdən sоnrа istеhlака (süfrəyə) verilir.
Bu xüsusiyyət yalnız kənd təsərrüfatı məhsullarının istеhlакınа
аiddir. İqtisаdiyyаtın bu bölməsi ölkə qаrşısındа çох böyüк və
şərəfli bir işi öz öhdəsinə götürür. О da, ölkə əhalisini ərzaq
mаllаrı ilə еmаl sənаyеsini kənd təsərrüfatı məhsulu оlаn –
хаmmаllа təmin еtməкdir. Ölkə əhalisinin ərzaq mаllаrı ilə
təmin etməyin digər yоllаrı da mövcuddur. Bu, ölkələr arasında
aktiv ticarət, mal mübadiləsi yoludur. Dünya dövlətləri ölkənin
ərzaq təminatında, sоsiаl-iqtisаdi inкişаfındа tutduğu mötəbər
rolu nəzərə аlаrаq milli kənd təsərrüfatının hər tərəfli inкişаfını
daim təmin etməyə cəhd göstərir.
Ulu öndərimiz, möhtərəm Prеzidеnt Heydər Əliyev 1993-
cü ildə hакimiyyətə gələrkən, Аzərbаycаnın аqrаr-sənаyе sек-
tоru iflic vəziyyətinə düşmüşdü. Kənd əhalisi çarəsiz vəziy-
85
yətdə qalaraq, yalnız özünəməxsus şəxsi həyətyаni təsərrüfatın
imкаnlаrı ilə ailəsini sахlаyır, cаvаnlаr bаşqа yerlərdə iş ахtаr-
mаq üçün köçüb gedirdilər. Kənd təsərrüfatı məhsullаrıının
istеhsаlı tənəzzülə uğramış, əkin sahələri, mаl-qаrаnın, quşların
baş sayı кəsкin surətdə аzаlmışdır. Кəndin iqtisаdi-sоsiаl
durumu çох zəifləmişdi. Əhalinin ərzaq təminatında təhlükə
yarana bilərdi.
Ölkə Prеzidеntinin fərmanı ilə kənddə tоrpаq islаhаtlаrı
кеçirildi. İstеhsаl vasitələrinin, tоrpаğın, mаl-qаrаnın kənddə
yаşаyаn və tоrpаğın əкib-bеcərənlərə pаylаnmаsı ilə tоrpаğın
yeni mülkiyyətçiləri yаrаndı. Dövlət və Bələdiyyələrlə yаnаşı
tоrpаğın əsas mülkiyyətçiləri kəndli (fеrmеr) təsərrüfаtlаrı, ailə
kəndli təsərrüfаtlаrı, şəxsi yardımçı təsərrüfаtlаr, aqrar кооpеrа-
tivlər, səhmdar cəmiyyətləri kimi təsərrüfatçılıq subyекtləri yа-
rаndı. Bu təsərrüfat fоrmаlаrı hər bir kəndli ailəsinin öz təşəb-
büsü, sаhibкаrlıq arzusu, təsərrüfatçılıq bаcаrığı və tаriхi əməк
vərdişinə əsаslаnırdı. Оnlаrın sərəncаmınа 1351 min hекtаr
tоrpаq, 1,8 milyard mаnаtdаn çох əmlак, 454 min baş iribuy-
nuzlu qаrаmаl, 1,9 milyon baş qoyun, keçi verilmişdir.2 Ümu-
mən 870 mindən çox ailə tоrpаq və əmlак payı almışdır. Maşın,
trакtоr, коmbаyın və digər tехniкi vasitələr hələ tоrpаq payı
pаylаnаnа kimi mехаnizаtоrlаr аrаsındа bölüşdürülmüşdür. Bu
səbəbdən 831,2 min ailə təsərrüfatının tоrpаğı əкib-bеcərməк
və məhsulu tоplаmаq üçün tехniкi vasitəsi yox idi. Fеrmеrlərin
tоrpаq pаyındа аqrоtехniкi işləri maşını, trакtоru və коmbаyını
оlаn qonşu kənd sакinləri ödəniş əsаsındа icra edirdi. Кəndli
(fеrmеr) və ailə kəndli təsərrüfаtlаrı bаzаrın tələb və təklifindən
asılı оlаrаq lazım bildiyi məhsulu istеhsаl edir və onu özündən
asılı оlmаyаn bazar qiymətinə аlıcıyа satır.
Ölkənin ərzaq təhlükəsizliyində müstəsna rolunu qiymət-
ləndirərək Dövlət başçısının fərmanı ilə kənd təsərrüfatının
sürətli inkişafını təmin edən hüquqi baza, maddi-texniki tə-
2 Bu problem iqtisadi ədəbiyyatda, elmi tədqiqatlarda geniş şərh
olunmuşdur. Biz məsələnin mahiyyətcə açılmayan tərəflərini işıqlandırırıq.
86
minat, azad bazar infrastrukturu, sahibkarlara maliyyə kömək
fondu, dövlət dəstəyi və digər zəruri şərait yaradıldı.
Beləliklə aqrar iqtisadiyyatda davamlı istehsal mühitinə
yol açıldı. Dünya aqrar iqtisadiyyatının təsərrüfat quruculuğun-
da daim dəyişikliklər gedir. Təsərrüfatların təşkilat quruluşu,
texnikası, istehsalın texnologiyası, işçilərin sayı, intellektual sə-
viyyəsi, həyat tərzi, işə münasibəti dəyişir. Yaxın keçmişdə
mötəbər sayılan bir prioritet başqası ilə əvəz olunur. Əgər bir
vaxtlar min hektardan beş min hektara qədər torpaq sahəsi olan
təsərrüfatlar üstün təsərrüfat hesab olunurdusa, hazırda dün-
yanın bütün dövlətlərində kiçik torpaq sahəsində ailəvi aqrar
təsərrüfat yaratmağa üstünlük verilir.
Respublikamızda torpaq islahatları həyata keçiriləndən
sonra torpaq payı almış yüzminlərlə ailə təsərrüfatlarının səyi
nəticəsində ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatı
ödənilir. Lakin, kənd təsərrüfatının əsas vəzifəsi emal sənaye-
sini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməklə
yanaşı ölkənin ərzaq təhlükəsizliyinin qorunmasına davamlı
zəmin yaratmaqdır. Bu baxımdan ərzaq təhlükəsizliyi davamlı
istehsal mühitinin yaranması, keyfiyyətli məhsul istehsalı,
iqtisadi səmərəlilik və marketinq (tədarük, emal və satış)
mövqeyindən qiymətləndirilir. Bütövlükdə ölkənin aqrar isteh-
sal sahəsində dinamik və davamlı inkişafını təmin edən Azər-
baycan Prezidentinin fərmanı ilə “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-
2008-ci illər) hazırlanmışdır. Dövlət Proqramının əsas məqsədi
cari və perspektiv vaxt baxımından bütün regionlarda, eyni
vaxtda aqrar sektorla yanaşı, iqtisadiyyatın bütün sahələrini
inkişaf etdirmək, istehsal və sosial infrastrukturları ən yeni tex-
nologiya əsasında qurmaq, emal sənayesini, milli sahibkarlığı
inkişaf etdirmək, beləliklə məşğulluq səviyyəsini artırmaq,
işsizlik, yoxsulluq səviyyəsini aşağı salmaq və bütünlükdə ölkə
əhalisinin həyat səviyyəsini yüksəltmək, gənc nəslin profes-
sional və intellektual səviyyəsini artırmaqla, innovasiya texno-
87
logiyalarını tətbiq etməklə ixrac yönümlü, yüksək keyfiyyətli
milli ərzaq məhsullarının istehsalına önəm verilərək daxili
tələbatı ödəmək mümkün oldu.
Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət
Proqramı (2009-2013-cü illər) birinci proqramın məntiqi
davamı olmaqla daha mötəbər sosial-iqtisadi vəzifələrin yerinə
yetirilməsinə önəm verir. Azərbaycan Prezidenti cənab İlham
Əliyevin göstərdiyi kimi fermerlərə güzəştli şərtlərlə kreditlər,
gübrə, toxum verilir. Onlar torpaq vergisi istisna olmaqla bütün
vergilərdən azaddır. Bütün bölgələrdə emal müəssisələri, soyu-
ducu kombinatlar, taxıl anbarları tikilir. Dövriyyədən kənarda
olan torpaqlar suvarılır, aqrolizinq, aqroservis yaradılır.
Beləliklə dövlət fermerlər üçün gözəl şərait yaradır, fermerlərin
səmərəli işi sayəsində biz öz ərzaq təhlükəsizliyimizi daha
sürətlə təmin edirik.
Kəndli (fermer) və ailə təsərrüfatları şəraitində davamlı
istehsal mühitinə nail olmaq üçün məhsuldarlığın yüksəldilməsi
ön planda durur. Bununla əlaqədar, aqrotexniki problemlər
araşdırılarkən istər əkinçilikdə, istərsə də heyvandarlıqda yük-
sək məhsuldar toxum və cins qaramalın tələblərinə uyğun aqrar
servis xidmətin və heyvandarlıqda yem bazasının olması zə-
ruridir. Avropanın inkişaf etmiş sənaye ölkələrinin aqrar sek-
toru ikinci dünya müharibəsindən sonra kiçik həcmli torpaq sa-
həsində ailə təsərrüfatlarının inkişafına üstünlük vermiş, əkin
sahəsini, mal-qaranın baş sayını azaldaraq məhsuldarlığın artı-
rılmasını təmin edən arqoservis xidmətlərini optimallaşdır-
maqla davamlı istehsal mühitinə nail olmuşlar. Kiçik həcmli
ailə təsərrüfatında istehsal olunmuş məhsulun rəqabət qabi-
liyyəti, keyfiyyəti istehlakçıların konkret tələblərinin ödəmə-
sinə uyğunlaşdırılmışdır.
88
2. Aqrar istehsal və ərzaq təhlükəsizliyi əlaqələri
İstər kənd təsərrüfatı məhsulları, istərsə də aqrar sənaye
emalından keçirilmiş ərzaq məhsulları ayrılıqda götürülmüş hər
bir fərdi istehlakçının yalnız bir tələbatını ödəyə bilər (çörək
südü, süd əti və ya tərəvəzi əvəz edə bilməz). Bu baxımdan
istehsal olunacaq hər hansı bir ərzaq məhsulunun həcmini artır-
maq üçün, istehsal mühiti daha çox uyğun gələn region və
konkret istehsalçı müəyyən edilir. Fermerin qarşısında dənli
bitkilərin həcmini artırmaq tapşırığı qoyulduqda, fermer bu
məhsulun hansı növdən, hansı keyfiyyətdə olacağını bilərkən
toxumu düzgün seçir. Nəticədə istehsal olunmuş taxılın şəhər
və kənd əhalisinin gündəlik tələbatına (çörək, bulka, un,
makaron, vermeşil, şirniyyat və s.), xarici ticarətə və ya mal-qa-
ranın, quşların yem tədarükünə uyğun həcmdə, yetərincə ol-
ması aydınlaşır. Ekoloji təmiz, yüksək keyfiyyətli məhsul yük-
sək qiymətə satılır.
İntensiv və ya ekstensiv istehsal üsulundan asılı olmaya-
raq, ayrılıqda hər bir kənd təsərrüfatı məhsulu konkret is-
tehlakçının konkret istehlak tələbinə cavab verməlidir. Elə buna
görə də az və ya çox miqdarda istehsal olunan məhsul, ölkədə
bu keyfiyyətdə məhsula olan tələbatdan kənara çıxmamaq şərti
ilə istehsal edilməli, torpaqdan və digər istehsal ehtiyatlarından
səmərəli istifadə olunmalıdır. Yüksək keyfiyyət yüksək məs-
rəflə başa gəlir. Məhsulun neçəyə başa gəlməsinə istehsalçı və
istehlakçı eyni dərəcədə həssasdır. Eyni xammaldan hazır-
lanmış məhsul öz keyfiyyət göstəricilərinə görə iqtisadi cəhət-
dən səmərəli və ya səmərəsiz ola bilər. Hazırkı innovasiya tex-
nologiyaların tətbiqi ilə ərzaq məhsullarının keyfiyyəti, məhsu-
lun təbii xassələri və istehsalçının məqsədyönlü səyi nəti-
cəsində dəyişə bilər. Praktiki olaraq hazır məhsulu bazar infra-
strukturunda satarkən real qiymət, məsrəfin səviyyəsindən asılı
olmayaraq, alqı-satqı münasibətləri ilə həll edilir. Razılaş-
dırılmış bazar qiyməti real qiymətə yaxındır. Bu qiymət faktiki
89
məsrəflərdən nə qədər çox kənarlaşırsa, həmin məhsul is-
tehsalçının maddi marağı da o qədər azala və ya arta bilər.
Ucuz və ya bahalı məhsul istehsalı başlıca mövqe deyil-
dir, əsas problem məhsulun keyfiyyəti, istehlak xüsusiyyətləri,
ərazi mövqeyindən istehlakçıların alıcılıq qabiliyyətinin nəzərə
alınmasıdır. Əhalinin müxtəlif kateqoriyalarının gəlirləri, həyat
səviyyəsi, həyat tərzi və buna uyğun olan keyfiyyətin seçil-
məsini ailə təsərrüfatları təyin edə bilmir. Bu bilgilər marketinq
elmi və ixtisaslaşmış kooperativlər tərəfindən öyrənilir. Lakin,
istehsalçı bu problemlərlə bazar infrastrukturunda üzləşir və
çox vaxt öz iqtisadi mənafeyini itirir. Bu məqamı düzgün təyin
etmək, istehsalçıları maarifləndirmək, lüzumsuz məsrəflərin
qarşısını almaq, kəndli təsərrüfatlarının səmərəsini yüksəltmək
üçün ASM-də marketinq və menecment işini qərb və Avropa
ölkələrində olan aqrar biznesin təcrübəsi əsasında gücləndirilir.
Ailənin əmək qabiliyyətli üzvlərinin zəhməti ilə işləyən
fərdi, ailəvi təsərrüfatlar qərb dövlətlərində həm sayca çoxdur,
həm də iqtisadi səmərəlilik baxımından işçi qüvvəsini kənardan
cəlb edən iri təsərrüfatlara nisbətən üstün cəhətlərə malikdir.
Əvvəla, sahibkar torpaq ehtiyatlarının məhdud olduğunu, kə-
nardan muzdlu işçi qüvvəsinin cəlb edilməsinin baha başa
gəldiyini nəzərə alaraq təsərrüfatı perspektivli, məhsuldar, öl-
kədə və xarici bazarda dayanaqlı satış bazarı olan istehsal sahə-
sində inkişaf etdirir. Təsərrüfat yığcamlaşdıqca (optimal) onun
maliyyə problemlərini həll etmək, məsrəf və xərclərin ödə-
nilməsini nizama salmaq, onun idarə olunmasını sadələşdirmək
asan olur.
Müxtəlif etibarlı mənbələrdən alınan məlumatlara əsasən
Çində adam başına 0.10 hektar, Gürcüstanda 0.12 hektar,
Azərbaycanda 0.20 hektar, Fransada 0.31 hektar, Yaponiyada
ondan da az əkin sahəsi düşür.
Mütəxəssislər belə hesab edirlər ki, ucuz məhsul istehsalı
intensiv texnologiyalara əsasən iri plantasiyalarda mümkündür.
Araşdırmalar göstərir ki, müasir dövrdə dünyanın sənayecə
90
inkişaf etmiş bütün ölkələrində kənd təsərrüfatı ailə təsərrü-
fatları (5-10 hektar) formasında inkişaf etməkdədir və bu təsər-
rüfatların iqtisadi səmərəliliyi və məhsuldarlığı daha yüksəkdir.
Avropa Birliyi ölkələri arasında kənd təsərrüfatı məhsul-
larının istehsalı sahəsində Fransa, Almaniya, Niderland və Bel-
çika lider ölkədir. Fransada 244 min ailə təsərrüfatının hər bi-
rinin orta hesabla 10 hektara qədər torpaq sahəsi var. Nider-
landa təsərrüfatların əsas hissəsinin torpaq sahəsi 5 hektardan
yüksək deyil. Dövlət ailə üzvlərinin becərə biləcəyi torpaqdan
artıq torpaq sahəsinin götürülməsi üzərində qadağa qoymuşdur.
AFR-də 10 hektardan az olan aqrar-ailə təsərrüfatları 54 %-dən
çoxdur. Aqrar sahənin məhsullarının aparıcı idxalçısı ABŞ,
Fransa, Kanada, Niderland və Almaniyadır. Rusiyada kollektiv
əməyə əsaslanan bir aqrar müəssisənin təxminən 5600 hektar
torpaq sahəsi olmasına baxmayaraq xarici ticarətdə 17-ci yeri
tutur və istehsalın səmərəliliyi müqayisə olunmaz səviyyədə
aşağıdır.
Qərbi Avropa ölkələrində 200 başlıq maldarlıq ferma-
sında 4 nəfər işçi çalışır və hər inəkdən ildə 7-8 min litr süd
istehsal edilir. Yüksək saxlama texnologiyası və maraq əsasın-
da təşkil olunmuş bu tipik təsərrüfatlar Avropa ölkələrində
geniş inkişafdadır. Ekologiyanın qorunması və landşaft infra-
strukturunun yaxşı təşkili sayəsində yaşamaq üçün şəhərlərdən
kənd yerlərinə köçənlərin sayı artır. 2004-cü ildə Fransada 400
min şəhər əhalisi kənd təbii mühitində yaşamaq və işləmək
üçün kəndə köçmüşdür.
Avropada aqrar məhsulların ikinci ən böyük istehsalçısı
Almaniyadır. Burada kənd təsərrüfatı yüksək səviyyədə mexa-
nikləşdirilmişdir. Ölkə əhalisinin cəmi 2,4 %-i kənd təsərrüfatı
ilə məşğuldur.
Belçika kənd təsərrüfatı məhsulları istehsalının intensiv-
ləşdirmə səviyyəsinə görə Avropada 1-ci yeri tutur. 1 hektar
torpaq sahəsindən ildə 3750 dollarlıq məhsul əldə olunur. 1
nəfər kənd təsərrüfatı işçisi 100 nəfərin istehlak edə biləcəyi
91
qədər məhsul istehsal edir. Burada bütün fermerlərin ali təhsili
var və onlar biomühəndis ixtisası almış, istehsalat təcrübəsini
qonşu ölkənin ən yaxşı təsərrüfatlarında başa vurmuşdur. Öl-
kədə ərzaq məhsulları ilə (öz istehsalı ilə) özünü təminat (taxıl
və meyvədən başqa) 150-200 % səviyyəsindədir.
Niderlanda (Avropa İttifaqı ölkələri arasında) hər hektar-
dan istehsal olunan məhsulun dəyəri 3 dəfə, adambaşına is-
tehsal 2,4 dəfə (ABŞ-dan 1,5 dəfə) yüksəkdir. Istehsal olunmuş
kənd təsərrüfatı məhsulunun 60 %-i xaricdə satılmaq üçün
göndərilir. İstehsal prosesləri yüksək səviyyədə mexanikləşdi-
rilmiş və avtomatlaşdırılmışdır. Ölkənin bütün təsərrüfatları
çoxsahəlidir. Əsas istehsal: bitkiçilikdə dənli bitkilər, kartof,
şəkər çuğunduru, meyvə, tərəvəz, çoxillik bitkilər; maldarlıqda
ət və süd məhsulları: mal əti, qoyun əti istehsalı, donuzçuluq,
keçiçilik, quşçuluq geniş yayılmışdır. Kənd təsərrüfatı ilə
məşğul olan işçilərin sayı isə ildən ilə azalır. İnsanların həyat
səviyyəsi isə yüksəkdir.
Avropa və eləcə də dünya dövlətlərinin hər birinin aqrar
siyasətində kənd təsərrüfatının inkişafı üçün özünəməxsus təbii
potensialının imkanları və dövlətin məqsədyönlü siyasətinə
uyğun olaraq aqrar sənayenin inkişaf konsepsiyası vardır. İri və
xırda fermer təsərrüfatları bu konsepsiyaya uyğun olaraq öz
təsərrüfat fəaliyyətini qurur. Məsələn Hollandiyada fermer
təsərrüfatları əsasən 5 hektara qədər torpaq sahəsində idarə
olunan - ailə təsərrüfatlarıdır. Əsasən gülçülük üzrə ixtisaslaş-
mış bu fermer təsərrüfatlarına kənardan muzdlu işçi cəlb olun-
masına qanunla məhdudiyyətlər qoyulmuşdur. Fermer kənardan
işə işçi götürərsə həmin işçinin bir saat iş vaxtına 12-16 dollar
əməkhaqqı ödəməlidir. Bu tələb sahibkar üçün əlverişli olma-
dığı üçün o, təsərrüfat işlərini mexanikləşdirmək, avtomatlaş-
dırmaq və əkin sahəsinin azaltmaqla məhsuldarlığı yüksəltmək,
seleksiya, genetika elminin ən son nailiyyətlərindən istifadə
etməklə təsərrüfatı səmərəli idarəetmək məcburiyyətində olur.
92
“Ailə təsərrüfatı”-nın başlıca məqsədi ailənin yaşayış
səviyyəsini, rifahını yüksəltməkdir. Ailə təsərrüfatlarının Qərbi
Avropa dövlətlərində, ABŞ-da torpaq sahəsi çox olsa belə
təsərrüfatın idarə olunması əsasən ailənin işçi qüvvəsinin gü-
cünə əsaslanır. Əmək məsrəfinin 50 %-i fermerin özünə, 21 %-i
onun arvadına, 22 %-i ailə üzvlərinə, yalnız 7-8 %-i kənardan
muzdla cəlb edilmiş işçilərə məxsusdur. İri kapitalist təsərrü-
fatının əsas məqsədi çox torpaq sahələrinə sahib olmaqla muzd-
lu işçiləri işə götürmək, yüksək mənfəət əldə etmək olduğu
halda ailə təsərrüfatlarının əsas qayəsi ailənin güzəranını
yüksəkləşməkdir. Ailə kəndli təsərrüfatlarının göstərilən müs-
bət xüsusiyyətləri Azərbaycan kənd təsərrüfatının inkişafında
özünə müstəqil yer tutmaqdadır. Beləliklə ölkəmizdə həyata
keçirilən torpaq islahatları dünyanın digər ölkələrində gedən
proseslərə uyğun inkişafdadır.
Ailə kəndli təsərrüfatları sovxoz və kolxozların islahı haq-
qında qanun qəbul olunduqdan bu günə kimi ölkədə əhalinin və
emal sənayesinin kənd təsərrüfatı məhsulları ilə təmin
edilməsində müstəsna müsbət rolunu göstərmişdir. Bu təsər-
rüfatların regionlarda istehsalın artırılması, işsizliyin azaldıl-
ması, ərzaq bolluğu və ərzaq təhlükəsizliyinin yaradılmasında
çox böyük ehtiyat mənbələri də vardır. Ailə kəndli təsərrüfatları
qanunvericiliyə əsasən qadağan və məhdudiyyət qoyulmayan
bütün iqtisadi fəaliyyət növləri ilə məşğul ola bilən təsərrüfat
subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.
“Ailə kəndli təsərrüfatları haqqında” qanuna əsasən bu və
digər kəndli təsərrüfatlarının inkişafına dəstək verilməsi, in-
kişaf etdirilməsi yerlərdə dövlət və bələdiyyə orqanlarının hi-
mayəsindədir. Qanunla olduqca əhatəli tədbirlərin görülməsi
nəzərdə tutulmuşdur:
1. İstehsal və sosial infrastrukturunun formalaşması. O
cümlədən yerlərdə tədarük, emal, ticarət və təchizat təşkilatları
şəbəkəsinin təşkili və inkişaf etdirilməsi;
93
2. Mütərəqqi texnika və texnologiyaların tətbiqinin dəs-
təklənməsi, ekoloji təmiz istehsalın stimullaşdırılması;
3. Ailə kəndli təsərrüfatlarına güzəştli kreditlərin veril-
məsi, lizinq xidmətlərinin göstərilməsinin tətbiqi;
4. Ailə kənli təsərrüfatlarının üzvlərinə elmi və informa-
siya xidmətlərinin göstərilməsi, onların peşə hazırlığının və ye-
nidən hazırlığının təşkili;
5. Onların istehsal etdikləri məhsulların sərbəst qaydada
satışını təmin etmək üçün ödənişsiz əsaslarla daimi satış
yerlərinin ayrılması, həftəlik və mövsümi sərgi-yarmarkalarının
keçirilməsi;
6. Ailə kəndli təsərrüfatlarının kooperasiya əlaqələrinin
tətbiqi və s. daxildir.
Azərbaycan Prezidentinin göstərişi ilə Sahibkarlara kö-
mək dövlət fondu və kredit təşkilatları tərəfindən verilən gü-
zəştli kreditlərin artırılması sayəsində aqrar sahədə məhsulun
emalı, saxlanması, bazar infrastrukturunun təkmilləşməsi pro-
sesi güclənmişdir. Xüsusilə bölgələrdə meyvə və tərəvəzin, ət
və südün emal olunmasında yeni texnologiyaya əsaslanan mey-
və şirəsi, tomat zavodlarının, elevator, quşçuluq təsərrüfatla-
rının istifadəyə verilməsi, məhsulun uzun müddət saxlama an-
barlarının tikilməsi aqrar sahibkarlığın inkişafına təkan ver-
mişdir. Eləcədə ölkədə kənd təsərrüfatının ümumi inkişafına
güclü təsir göstərən amillərdən biridə toxumçuluğun, mal-qa-
ranın cins tərkibinin prinsipial olaraq, yeni daha məhsuldar
növlərə keçilməsi olmuşdur. İndi cəsarətlə demək olar ki, Azər-
baycan öz məhsulları ilə özünü təmin edən ölkələr sırasına çıx-
maqdadır. Müvəffəqiyyətlərlə yanaşı istifadə olunmayan eh-
tiyat mənbələri də vardır.
Sözü gedən qanunun tələblərinin yetərincə yerinə yeti-
rilməsi üçün birinci növbədə bu tədbirlərin icra mexanizmi, nə-
zarət qaydaları və təsərrüfatçılar qarşısında bələdiyyələrin he-
sabatına ciddi nəzarət olunmalıdır. “Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsini Azərbaycan
94
Prezidenti cənab İlham Əliyev şəxsən nəzarətə götürmüş,
regionlara səfər etdikcə nəzərdə tutulmuş tədbirlərin yetərincə
həyata keçirilməsi, işin keyfiyyətini öyrənir, lazım gəldikdə
əlavə sərəncam verir. Elə buna görə də son illər ölkənin bütün
regionlarında şəhər və kəndlərdə qəsəbələrdə infrastruktur ob-
yektlərinin inşası, məktəb, səhiyyə obyektlərinin təmiri, tikin-
tisi sürətlənir, 800 mindən çox iş yeri açılmağı sayəsində yox-
sulluq həddi aşağı düşmüşdür.
Kənd təsərrüfatlarının inkişafını yeni mərhələyə qaldır-
maq üçün dövlət maliyyə dəstəyinə söykənən, hər 3-5 kənddə
bir mərkəzi istehsal alqı-satqı və təchizat kooperativi, səhmdar
cəmiyyəti və ya şərikli yoldaşlıq təsərrüfatı yaratmaqla onun
bazasında ticarət, təchizat, kredit birliyi, emal sexi, mütərəqqi
texnika və texnologiyaya əsaslanan mini emal aparatlarının li-
zinq yolu ilə satılması, insanlara elmi və informasiya xidməti
göstərilməsi, peşə hazırlığı üçün vəsait fondu, yeni toxum, əkin
materialı, cins mal-qaranın alınması və təsərrüfatlara çatdı-
rılması, sosial və bazar infrastrukturunu formalaşdırması
problemlərinin həllində mütəşəkkillik yaranar. Hər bir tədbir
üzrə konkret proqram və ya tədbir planı hazırlanarsa kooperativ
üzvləri bələdiyyələrlə birlikdə onun icrasına nəzarət edərək,
yaranan çətinlikləri də birlikdə, kəndli müdrikliyi ilə həll edə
bilər. Fərdi qaydada isə kiçik torpaq sahəsində, yardımçı təsər-
rüfatlarda istehsal olunmuş min tonlarla məhsulu iri şəhərlərdə
istehlakçıya çatdırmaq bir sıra məlum problemlərlə əlaqədardır.
Tarixən kəndli xamalın istehsalçısı olmuşdur. Hazır məh-
sulun emal sənayesindən istehlakçılara çatdırılması kommer-
siya qurumları vasitəsi ilə həyata keçirilmişdir. Yuxarıda göstə-
rilən Avropa ölkələrində də belədir. Hazırda bu qurumların
yerini mal alanlar, mal toplayanlar tutur. Nəqliyyat imkanı olan
təsərrüfat başçıları yetişdirdikləri məhsulu özləri iri şəhərlərin
ərzaq satış bazarlarına və ya yarmarkaya çatdırır. Burada da
istehsalçı kəndli bir sıra texniki, təşkilat və məişət problemləri
ilə qarşılaşır. İstehsalçının özünün satıcı kimi kənd təsərrüfatı
95
məhsullarının bazar infrastrukturuna çıxarmasının üstün cəhət-
ləri çoxdur. Xüsusilə məhsul istehsalçısı ilə istehlakçı arasında,
alıcı-satıcı münasibətləri əsasında kəndli təsərrüfatının və
istehlakçıların mənafeni qoruyan elastik qiymət yaranır, aralıq
baryerlərin (mal topalayanlar, topdan və pərakəndə satıcılar,
saxlama, anbar, seçmə, qablama və s.) mənfəətdən əldə edəcəyi
pay bölgüsüz olaraq məhsulun istehsalçısına çatır. Lakin bunun
üçün bütün təsərrüfatların nəqliyyatı, işçi qüvvəsi, yetərincə
hazır məhsulu olmalıdır. Göstərilən infrastruktur çatışmazlığını
kooperativlər maneəsiz həll edə bilər.
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının kövrək sahəsidir.
Burada davamlı iqtisadi inkişaf mühiti yaradılmış, ölkədə bir
sıra sosial-iqtisadi problemlər həll edilmişdir. Necə ki, aqrar
sahənin tənəzzülə uğradığı bir vaxtda torpaq islahatının həyata
keçirilməsi yeni yaranmış kəndli (fermer), ailə təsərrüfatlarında
dövriyyə vəsaitlərinin çatışmadığına baxmayaraq təsərrüfatlar
inkişaf etdi. Dövlət bu inkişafı dəstəkləyərək təsərrüfatları vergi
yükündən azad etdi, əkilib-becərilən torpaqlara güzəştli qiy-
mətlə yanacaq ayırdı. Toxum probleminin həllinə dəstək verdi,
taxıl istehsalına subsidiya ayırdı. Hazırda ailə təsərrüfatlarının
öz istehsal etdiyi məhsulun onun dəyərinə mütənasib qiymətlə
satılması, aqrozootexniki xidmət mövsümündə istehsal istehlakı
üçün kiçik həcmdə kredit almaq imkanı əldə etməsi, lizinq yolu
ilə emal aqreqatlarının tapılıb ölkəyə gətirilməsi, təsərrüfatlara
verilməsi təklikdə həyata keçirilməsi mümkün olmayan digər
onlarla təsərrüfat əhəmiyyətli işlərin icrasına mütəşəkkillik
vermək vaxtıdır. Bunun üçün ən yaxşı üsul ailə təsərrüfatlarının
torpağa mülkiyyət hüququnu saxlamaqla, könüllü olaraq bir-
ləşməsi birgə təsərrüfat yaratmasına məqsədyönlü olardı.
İnkişaf etmiş Avropa ölkələrində kooperativlər əsasən üç
istiqamətdə təşkil olunur və fəaliyyət göstərir:
Kənd təsərrüfatı məhsullarının alınması, emal edilməsi
və satılması;
İstehsalçıların maddi-texniki təchizatı;
96
İstehsalçılara təsərrüfat xidməti.
Dünyanın bütün ölkələrində istehsal olunmuş kənd
təsərrüfatı məhsullarının təxminən 50%-ni kooperativlər emal
edir və satır. Fransa, İtaliya, Portuqaliya və Almaniyada isteh-
sal olunan şərabın 35-45%-ni kooperativlər emal edir. Dünyada
istehsal olunan kraxmalın 1/3-i Niderlandın payına düşür. Bu
ölkədə də kraxmalın emal edicisi və satıcısı kooperativlərdir.
İnkişaf etmiş Avropa ölkələrində kooperativlər istehsal olun-
muş südün demək olar ki, hamısını emal edir, yağ və pendirə
çevirir. Eləcə də, ətin, tərəvəzin, meyvənin, şəkərin, zeytun ya-
ğının əsas emal edicisi və satıcısı kooperativlərdir.
Kooperativlərin ikinci ən böyük fəaliyyət sahəsi maddi-
texniki təchizat, istehsal vasitələri və maliyyə (kredit) tə-
minatıdır. Kənd təsərrüfatı məhsullarının əsas istehsalçıları olan
ailə təsərrüfatları dövriyyə vasitələrinin 50%-ni üzvü olduqları
öz kooperativlərindən alırlar. O cümlədən: mineral gübrələrlə
təminat, yanacaq, qarışıq yem, texniki vasitələrin alınması və
təsərrüfatlara çatdırılması ilə kooperativlər məşğul olur.
Kooperativ ittifaqları kəndli fermer, ailə təsərrüfatlarına
Niderlandda 90%, Fransada 75%, Portuqaliyada 60%-dən çox,
Belçikada 50%-dən çox təsərrüfatları kreditlərlə təmin edir ki,
bu da ailə təsərrüfatlarının intensiv inkişafını təmin edir, məh-
suldarlıq artır, məhsulun maya dəyəri aşağı düşür və kəndli tə-
sərrüfatlarının maddi marağı yüksəlir.
Bu kimi birliklərin yaranması və inkişaf etməsi sayəsində
kənd yerlərində istehsal, sosial və bir sıra digər infrastruktur
irəliləyişinə də nail olmaq mümkündür. Hazırda yerli – icra
nümayəndəliyi, bələdiyyə - özünü idarə qurumu və digər sahəvi
icra orqanlarının inkişaf fondu yaratmaq və bu fondu daim
artırmaq imkanı məhdud olduğu üçün mədəni-məişət obyektlə-
rinin, ticarət, tədarük, anbar təsərrüfatı, aptek, tibbi və s. xidmət
sahələrinin inkişafı dövlət dəstəyinə əsaslanır. Kooperativlərin
iqtisadi-maddi imkanlarına və təşkilatçılığına söykənməklə
97
aşağıdakı infrastruktur sahələrini daha sürətlə inkişaf etdirmək
olar:
Davamlı istehsal mühiti yaratmaq;
İxtisaslaşmanı dərinləşdirmək;
İlkin emal sahələrini inkişaf etdirmək;
Kommersiya işini sadələşdirmək və gücləndirmək,
istehsalın səmərəliliyini artırmaq;
Mədəni məişət infrastrukturunu genişləndirmək;
Kredit alanlar üçün sadə mexanizm yaratmaq;
Məhsuldar toxum və cins mal-qara əldə olunması və
tətbiqində mütəşəkkillik yaratmaq.
Kəndli birliklərinin özünü təşkil etmək, özünü maliyyə-
ləşdirmək prinsipi əsasında inkişaf etməsi yerli dövlət və bə-
lədiyyə orqanlarının sosial-iqtisadi sahədə həyata keçirəcəyi bir
sıra problemlərin icrasına asanlaşdırar. Bunun üçün konkret iş
və icra mexanizmi hazırlamaq, onun icrasına prioritet istiqamət
vermək məqsədəuyğun olardı.
3. Aqrar sferanın inkişafı və ərzaq təhlükəsizliyinin
təmin edilməsi yolları
Ərzaq təhlükəsizliyi bəşəri problemdir. Qloballaşan iqti-
sadi münasibətlərin inkişaf etdiyi hazırkı dövrdə dünyanın
bütün ölkələrində ərzaq təhlükəsizliyinin qorunması iqtisadi,
siyasi və sosial məzmun alır. Əvvəla dünyada baş verən bir sıra
təbii, iqtisadi problemlər o cümlədən, qlobal quraqlıqlar, inflya-
siya, hərbi münaqişələr və s. bütün dövlətlərə öz təsirini gös-
tərir. Eləcə də göstərilən hadisələr bu və ya digər dövlətin əra-
zisində baş verdikdə əhali daha çox zərər çəkir, ölkədə iqtisadi
tənəzzül baş verdikdə sosial gərginlik siyasi sabitliyin pozul-
masına çatdıra bilər.
Bəzən ərzaq təhlükəsizliyini XX əsrin problemi ad-
landırırlar. Buna bir mənalı yanaşmaq düzgün olmaz, təkcə ona
görə ki, bəşər tarixində həmişə ayrı-ayrı qitələrdə və ölkələrdə
98
yoxsulluq və aclıqdan əzab çəkən insanların sayı milyonlarla,
hətta milyardla olmuşdur. Buna baxmayaraq ölkələr və insanlar
sürətlə inkişaf etməkdədir.
Keçən əsrin əvvəlində inkişafa başlamış ölkələr əsrin
sonunda inkişaf etmiş ölkələr sırasına qoşulmuş, təhsilin, tibbi
xidmətin əhatə dairəsinin genişlənməsi, yaxşılaşması sahəsində
dünya əhalisinin sayı son 60-70 ildə 2.5 milyarddan 6.8 mil-
yarda qədər artmışdır. Göstərilən müsbət inkişaf meyllərə bax-
mayaraq dünya əhalisinin kəmiyyətcə dolğun, keyfiyyətcə yük-
sək ərzaq məhsulları ilə təmin edilməsi Birləşmiş Millətlər Təş-
kilatında bu, qlobal problemə dəstək verməyə sövq etmişdir.
1974-cü ildə taxıl birjalarında dənli bitkilərin, xüsusilə
buğdanın qiyməti kəskin surətdə qalxdıqdan sonra BMT-ın
Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəvəti ilə
dünya dövlətləri Roma Beynəlxalq Konfransına toplanaraq, ya-
ranmış vəziyyət müzakirə olunduqdan sonra ilk dəfə olaraq
“ərzaq təhlükəsizliyi” problemi məfhumu ortaya atılmışdır.
Həmin ilin dekabr ayında BMT-ın Baş Assambleyəsində FAO-
un təqdimatına əsasən hazırlanmış “Dünyanın ərzaq təminatı
haqqında Beynəlxalq öhdəliklər” bəyənildi və həyata keçiril-
məsi tövsiyə olundu. Öhdəlikdə göstərilir ki, ərzaq təhlü-
kəsizliyi – bütün insanların aktiv və sağlam həyat sürməsini
təmin edən miqdarda, qidalı və təhlükəsiz ərzaq məhsulları ilə
öz istehlak tələbatını həmişə ödənilməsi üçün fiziki və iqtisadi
imkanlarının olması. Bu kontekstə hər bir dövlətin özünə-
məxsus imkanları məxsusdur.
Nəzəri və metodoloji planda ərzaq təhlükəsizliyi iki yolla
təmin oluna bilər:
1. Güclü inkişaf etmiş kənd təsərrüfatı, emal sənayesi və
kommersiya-ticarət infrastrukturunun olması;
2. Xarici dövlətlərlə aktiv ticarət əlaqələrinin olması.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı sonralar top-
lanmış təcrübə, informasiya və məlumatları iki dəfə (1969 və
2009-cu illər) müzakirəyə çıxarmışdır. Ərzaq təhlükəsizliyi son
99
illərdə elastik formada olsa da problem qalmaqdadır, təkcə onu
göstərmək kifayətdir ki, hazırda dünyada bir milyarda yaxın
imkansız, yoxsul insan mövcuddur ki, onların bir hissəsinin do-
yunca yemək üçün ərzaq almağa maddi imkanı yoxdur. 2008-ci
ildən başlayan maliyyə böhranı nəticəsində minlərlə insanların
iş yerini itirməsi, problemi daha da dərinləşdirir. Belə şəraitdə
dövlətin ərzaq təhlükəsizliyi siyasəti bir tərəfdən əhalinin milli
xüsusiyyətlərinə, milli ənənələrinə, regionun təbii-iqlim şərai-
tinə və s. uyğun gələn elmi-nəzəri və təcrübədə özünü doğrult-
muş, kəmiyyət və keyfiyyətcə tam təhlükəsiz ərzaq norması
əsasında əhalinin ərzaqla təminatını təşkil edir, digər tərəfdən
ölkənin daxili bazarlarını qorumaqla milli təhlükəsizliyini
təmin edir. Dövlətlərdə ərzaq təminatına milli münasibət hər bir
ölkənin özünə məxsus metodu ola bilər, lakin milli kənd
təsərrüfatı inkişaf etmədikdə daxili bazarın xarici müdaxilədən
asılılığı güclənir. Ölkənin valyuta ehtiyatı məhdud olduqda,
xarici balansı passiv olduqda, inflyasiya, münasibətlərin korlan-
ması, münaqişə, müharibə hədinin yaranması və s. hallarda
ərzaq təhlükəsizliyi ölkə daxilində bir sıra sosial-iqtisadi gər-
ginliyin yaranmasına səbəb olur.
Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)
“Ərzaq təhlükəsizliyi”-ni təyin edə biləcək əsas göstərici kimi
cari ildən gələn ilin məhsul toplanan müddətə qədər keçən
ərzaq ehtiyatının mövcud olmasını qəbul etmişdir. Ərzaq eh-
tiyatı, orta hesabla ölkə əhalisinin bir ildə həzm etdiyi faktiki
dənli bitkilərin iki aylıq miqdarı qəbul olunmuşdur. Ümum-
dünya ərzaq ehtiyatı ümumdünya istehlakının 20% miqdarında
olmalıdır. Qeyd etmək lazımdır ki, ölkədə ət və süd məhsul-
larının, təzə və emal olunmuş meyvə və tərəvəz məhsullarının
adam başına miqdarı artdıqca, adam başına düşən taxıl məhsul-
larının miqdarı azala bilər. Bu səbəbdən FAO dünya taxıl eh-
tiyatı normasını 16%-ə endirmək və əlavə göstəricilərin statis-
tikaya daxil edilməsini də istisna etmir.
100
Ümumdünya təcrübəsində ölkənin, regionun, hətda rayon
və qəsəbənin ərzaq təhlükəsizliyi əsasən üç formada baş verir:
- daimi, müvəqqəti və potensial.
Daimi ərzaq təhlükəsizliyi aşağıdakı səbəblərdən baş verə
bilər:
- kənd təsərrüfatı və emal sənayesi zəif inkişaf etdikdə;
- aqrar-sənaye biznesini inkişafına şərait olmadıqda;
- xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli
kənd təsərrüfatı məhsulu olmadıqda və s.
Müvəqqəti olaraq ərzaq təhlükəsizliyi qıtlığının əsas
səbəbləri aşağıdakılardır:
- Müxtəlif səbəblərdən ərzaq qıtlıq yarandıqda (o cümlə-
dən kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə, yanacaq-
enerji resurslarının qiymətinin qalxması və s.).
- Qiymətlər qalxdıqda.
- Əhalinin alıcılıq qabiliyyəti aşağı olduqda.
- Kənd təsərrüfatının inkişafı üçün əlverişli olmayan hava
şəraiti (quraqlıq, dolu, sel, tufan və s.) baş verdikdə.
- İnflyasiya baş verdikdə, işsizliklə əlaqədar əhalinin gə-
lirləri aşağı düşdükdə.
- Sair səbəblərdə ola bilər.
Potensial ərzaq qıtlığının yaranma səbəbləri çoxdur:
- ölkənin ərzaq təminatı xarici bazardan asılı olduqda
beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət, böhran, ticarət
müharibəsi, embarqo, sanksiya qoyulması və s. Göstərilən
hallar baş verərsə və bu proses uzun müddət davam edərsə po-
tensial ərzaq qıtlığı müvəqqəti və daimi ərzaq təhlükəsizliyinə
keçə bilər ki, bunun da son nəticəsində ölkə sosial-iqtisadi çə-
tinliklərlə uzlaşa bilər.
İqtisadi nəzəri ədəbiyyatda yer tutmuş, həyatda və təc-
rübədən keçmiş göstərilən müddəalar Avropa birliyi və inkişaf
etmiş Qərb ölkələrini narahat etmir, çünki göstərilən ölkələrdə
ərzaq təhlükəsizliyi əsasən milli istehsalla özünü təminata əsas-
lanır. Xüsusilə sənayesi güclü inkişaf etmiş ölkələr kənd
101
təsərrüfatının emal sənayesinin innovasiya texnologiya əsasın-
da inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsi və
çevik fermer təsərrüfatının yaranmasına üstünlük verir.
Özünü təminat bir ildə ölkənin kənd təsərrüfatında isteh-
sal olunmuş hər bir məhsulun əhali tərəfindən həmin məhsulun
istehlakına nisbəti ilə ölçülür. Kənd təsərrüfatında davamlı
istehsal mühiti olduqda hər hansı məhsulun əvvəlki illərə nis-
bətən azalması-artması səbəbləri təhlil olunur. Çatışmayan
məhsulun cari ildə digər ölkələrdən alınması üçün tədbir gö-
rülür. Yerli istehsal ucuz başa gəldikdə, həmin məhsulun is-
tehsalına önəm verilir. Güclü maddi-texniki bazaya malik çevik
fermer və ailə təsərrüfatları belə dövlət əhəmiyyətli məhsul
istehsalını maraqla yerinə-yetirirlər. Qeyd etməliyik ki, kənd tə-
sərrüfatı kövrək sahədir. Bəzi hallarda göstərilən tapşırıq yerinə
yetməyə də bilər. O, cümlədən: Dünya Ticarət Təşkilatına üzv
ölkələrin öhdəliklərinə uyğun olaraq ölkəyə xarici dövlətlərdən
həmin məhsullar daha ucuz qiymətə daxil olduqda, fermerlərin
maddi marağı olmadıqda, bitki torpağın məhsuldarlığını aşağı
saldıqda və s.
Dövlətin ərzaq təhlükəsizliyi siyasətinə əsasən xarici
dövlətlərdən hər cür məhsulun aşağı qiymətlə daxil olması
mümkündür. Lakin, burada müəyyən həddi keçmək məqbul sa-
yılmır. Elə etmək lazımdır ki, qaynar vəziyyət yarandıqda yerli
istehsalçılar bu boşluğu çevik olaraq doldura bilsin. Odur ki,
təhlükəsizlik probleminin həllində əsas istiqamət özünü tə-
minat, idxaldan asılı olmamaq məqsədi ilə məqbul bilinir:
- Milli kənd təsərrüfatını durmadan inkişaf etdirmək;
- Ərzaq təminatı və ərzaq bolluğuna nail olmaq üçün hər
bir region və rayon özünü təminata önəm verməlidir;
- Bütün regionlar ən zəruri və strateji əhəmiyyətli məh-
sulların ehtiyat fondunu yaratmaqda maraqlı olmalıdır;
- Ərzaq təminatından əhalinin bütün təbəqələrinin lazımi
qədər istifadə etmək imkanı olmalıdır.
102
4. Qloballaşan bazar iqtisadiyyatının ərzaq
təminatında rolu
Azərbaycan Respublikası müstəqillik əldə edən vaxtdan
dünya iqtisadiyyatına inteqrasiya olunmaq siyasətini aparır və
bunun üçün gömrük işini bütün dövlətlərin qəbul etdiyi bey-
nəlxalq normalar və təcrübə ilə uyğunlaşdırma və eyniləşdirmə
istiqamətində inkişaf etdirir.3 Hazırda Azərbaycan Ümumdünya
Ticarət Təşkilatına üzv olmaq, beynəlxalq miqyasda, dünya
dövlətləri ilə səmərəli iqtisadi, maliyyə, ticarət, texniki əlaqələr
yaratmaq və inteqrasiyadan bəhrələnməkdədir. 150-dən çox
üzvü olan və dünya ticarətinin 95%-dən çoxunu öz dövriyyə-
sində birləşdirən UTT-a üzv olmadan səmərəli ticarət əlaqələri
qurmaq mümkün deyil, digər tərəfdən inkişaf etmiş dünya döv-
lətləri tərəfindən sanksiyalara məruz qalmaq təhlükəsi yaranar.
Qloballaşma milli maraqların toqquşması baxımından inkişaf
etmiş və inkişafda olan dövlətlərin arasında ziddiyyətli pro-
sesdir.
Dünya ticarətinin və iqtisadi əlaqələrin bu nəhəng təş-
kilatının əsası II Dünya müharibəsindən sonra, dövlətlərarası
gömrük tariflərinin aşağı salınmasından bəhrələnmək marağı ilə
yaradıldı və buna nail olundu. Doğrudur BTT-nin qarşısında
dövlətlər arasında ticarət siyasətini qurmaq, iqtisadi inkişafa
nail olmaq, məşğulluğu artırmaq və s. daha mühüm sosial və
iqtisadi problemlərin həlli dayanırdı. Lakin 1950-cu ildə məlum
oldu ki, BTT səmərəli fəaliyyəti davam edə bilmir və təşkilatın
qarşısında duran Tariflər və Ticarət üzrə Baş Saziş (QATT)
beynəlxalq ticarəti nizamlayan yeganə sənəd olaraq qüvvədə
qaldı. Bununla belə dövlətlər arasında gömrük rüsum dərəcə-
lərinin aşağı salınmasında çox böyük işlər gördü.
II Dünya müharibəsindən sonra Birləşmiş Millətlər
Təşkilatının (BMT) tərkibində yaranan Dünya Valyuta Fondu,
Beynəlxalq Bank və Beynəlxalq Ticarət Təşkilatı inkişaf etmiş
3 Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Maddə II
103
və inkişafda olan dövlətlərin iqtisadiyyatını qloballaşdıran “üç
dirək” rolunu aparırdı. Bununla belə, dünyanın inkişaf etmiş
dövlətlərinin iqtisadiyyatında elmi-texniki tərəqqi, elmi-texniki
inqilab və industrial inkişafın təsiri ilə ticarətin iqtisadiyyatı st-
ruktur dəyişiklərinə məruz qalmışdır. Keçən əsrin ortalarından
elm tutumlu texnologiya ticarəti xammal, material ticarətini
sıxışdırır və özünə məxsus qanunlarla idarə olunurdu. Ticarət
iqtisadiyyatında baş verən yeni münasibətin böyük tarixi vardı.
Keçən əsrin 80-ci illərində dünya iqtisadiyyatı qlobal-
laşma istiqamətində daha əhatəli sahələrdə inkişaf edir, QAAT-ın
normaları beynəlxalq ticarət və xidmət sahələrini nizamlamaq-
da çətinlik çəkirdi. 1995-ci ildə dünyanın 105 ölkəsinin iştirakı
ilə təsis olunmuş yeni Ümumdünya Ticarət Təşkilatı (ÜTT)
razılaşmaya əsasən daha geniş səlahiyyətlərə malik oldu. Yeni
yaradılan təşkilatın əmtəə ticarəti, xidmət sahələri, intellektual
mülkiyyət məhsullarının satılmasında, mübahisələrin həllində
çevik və cəsarətli hərəkət etməsi, nüfuz sahibi olmasının əsas
səbəbi ona üzv olan dövlətlərin öz üzərinə götürdükləri öhdə-
liklərə əsaslanır. Dövlətlərin ümumi təlimatlardan imtina etmək
şansının olmaması və beləliklə ÜTT hakim səlahiyyətlərə malik
olmasıdır. Hazırda dünyanın 30-dan çox dövləti ÜTT töv-
siyələrə riayət edərək ölkəsində mövcud olan qanunlara və təli-
matlara yenidən baxır, onları qlobal ticarət qanunlarına uyğun-
laşdıraraq bu böyük – dünyəvi təşkilata üzv olmaq üçün çalışır.
Azərbaycan 1997-ci ildən ÜTT üzv olmaq üçün məqsədyönlü
iş aparır.
Təcrübə göstərir ki, son vaxtlar ölkəmizdə lizinq əməliy-
yatı çox geniş yayılmış və kənd təsərrüfatının maddi-texniki ba-
zasının yüksəldilməsində, əməyin texniki səviyyəsinin artırıl-
masında və təminatında Aqrolizinqin SC-nin rolu çox böyük-
dür. Lakin kənd təsərrüfatının, aqrobiznesin inkişafı üçün təkcə
əkin-biçin maşın və aqreqatları ilə yanaşı müasir emal texnoloji
avadanlığın olması, ondan istifadə olunması üçün kadr
hazırlığı, tətbiqi, istismarı və servis xidmətinin təşkili zəruridir.
104
İnkişaf etmiş dövlətlərin aqrolizinq ticarət xidməti pul və
natural ödənişlə emal sənayesi avadanlıqlarını komplektləşdirir,
yerində qurur, mütəxəssisləri öyrədir, obyekti işlək vəziyyətdə
müştəriyə təhvil verir. O cümlədən:
- süd emalı, yağ, pendir, xana, kəsmik və s. istehsalı üzrə
avadanlıq xətti;
- ət və ət məhsullarının emalı, kolbasa məmulatları
buraxılışı üzrə mini zavod;
- çörək, bulka, qənnadı məmulatları istehsalı avadan-
lıqları;
- un və yarma istehsalı avadanlıqları;
- quru meyvə, tərəvəz istehsalı-emalı üzrə mini zavod;
- bitki yağı istehsalı üzrə avadanlıq;
- kartof emalı və hazır məhsul istehsalı üçün avadanlıqlar,
istehsal xətləri və s.
Təkmil bazar infrastrukturu şəraitində, Ümumdünya Ti-
carət Təşkilatının tələbləri çərçivəsində oyun qaydaları gözlə-
nərsə yeni xarici aqrolizinq servis xidməti istehsal olunmuş
məhsulun itkisiz toplanması, saxlanması, yüksək texnologiya
ilə emal olunması sayəsində hazır məhsulun keyfiyyəti artar,
rəqabət qabiliyyəti də yüksələr, insanların əmək məsrəfinin
mövsümi xarakteri yumşalar, işçilər ilboyu işlə təmin olunar.
Azərbaycanın bütün kənd təsərrüfatı istehsal sahələrində isti-
fadə olunmayan ehtiyat mənbələri var və onların dövriyyəyə
cəlb olunmasında xarici investorun iştirakı əhəmiyyət kəsb edir.
Xüsusilə dənli bitkilər, kartof istehsalını artırmaq üçün birinci
növbədə təsərrüfatların yüksək məhsul verən toxumlarla təmin
olunmasına; uzun müddət saxlanma texnologiyasının mənimsə-
nilməsinə ehtiyac var. Məhsul əkiləndən yığılana kimi aqro-
texniki qaydalara düzgün əməl olunsa məhsuldarlığın yüksəlmə
imkanı çoxdur. Regionlarda kənd təsərrüfatına investisiya qo-
yuluşunu artırmaq, maliyyə-kredit işini təkmilləşdirmək və
aqrar sahənin sənaye əsasında inkişaf etdirməklə bazara daha
keyfiyyətli, elastik qiymətlə hazır ərzaq mallarının çıxarıl-
105
masını təmin etmək mümkündür. Hazırda şəkər, çay, tütün,
pambıq emalı, bitki yağları istehsalı və s. istehsal sahələrində,
sənaye, ticarət və xidmət sahələrində yaranmaqda olan alter-
nativsiz rəqabət bazarda qeyri mütəşəkkillik yaradır (Bazarda
qiymətlər lazım gəldikdə süni surətdə artırılır).
İnkişaf etmiş dövlətlərin sənaye, kənd təsərrüfatı, xidmət
sahələrinin formalarının müasir innovasiya texnologiyalarına
əsaslanan mal, material, modul sex, zavod və digər texnika və
texnologiyalarla bazara daxil olma, onun təkmil və ya qeyri
təkmil olmasını müəyyən etmək və hər cür şəraitə tez uyğunla-
şaraq işləmək təcrübəsi var. Onların Azərbaycanda kənd təsər-
rüfatında fermer və ailə təsərrüfatlarının mövcud durumundan
asanlıqla bəhrələnə bilər.
Ölkə Prezidentinin qeyri neft sektorunun inkişafına önəm
verməsi “Neft-qaz tükənən sərvətdir. Onların müvəqqəti önəmi
var. Ancaq təbiət, ətraf mühüm – bu daimi sərvətdir. Bizim
vəzifəmiz ondan ibarətdir ki, onu qoruyaq”.4 Ölkənin ən böyük
təbii sərvəti torpaqdır. Kənd təsərrüfatı məhsullarının istehsalı,
bolluğunun yaranmasında torpağın və onunla işləyən kənd
əməkçilərinin rolu olduğu kimi aqroərzaq kompleksinin inki-
şafı, ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyinin qorun-
ması müasir emal sənayesinin inkişafından, bazar infrast-
rukturunun təkmil, rəqabətli olması və sabitliyindən asılıdır.
ÜTT qəbul olunma ərəfəsində və sonra bazar infrastruktu-
runda müəyyən canlanma və alıcı-satıcı müvazinətində dəyi-
şiklik prosesi gedəcəkdir. Bazarda eyni məhsulun müxtəlif çe-
şiddə satıcısı artdıqca təkmil rəqabət və inhisarçılıq işləri güc-
lənir. Bu prosesdə yerli istehsalı qorumaq, istehsalçıların mə-
nafenin maddi maraqlarının daxili və xarici satıcıların təzyiqi
altına düşməsi, süni rəqabət yaratmaqla fermer təsərrüfatlarının,
4 İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cü
illər üçün Kompleks Tədbirlər planı” müzakirə olunarkən nitqindən.
106
ailənin (kəndlinin) həm həyat səviyyəsinin, həm də həyat
tərzinin aşağı səviyyəyə düşməsinə səbəb ola bilər.
Azərbaycanda ölkə Prezidentinin başçılığı ilə qlobal ba-
zara transformasiya mərhələsində, kəndli (fermer), ailə və ev
təsərrüfatı formalarında fəaliyyət göstərən aqrar sektorun iq-
tisadi, təşkilatı və sosial-psixoloji durumunu qorumaq əhalinin
həyat şəraitini və rifahını saxlamaq üçün regionların təbii, iqti-
sadi potensialından yüksək səviyyədə istifadə etmək üçün
müasir texnologiyaya əsaslanan emal sənayesi yaradılır, infra-
struktur təminatı davam etdirilir, yol, elektrik enerjisi, qaz, su
təminatı, saxlama anbar təsərrüfatı, ixtisaslaşdırılmış nəqliyyat
problemləri innovasiya texnologiyaların bazasında emal sə-
nayesi yaradır.
Ölkənin kənd təsərrüfatı, emal sənayesi müasirləşir, inno-
vasiya texnologiyalarının tətbiqi xarici ticarət balansında ərzaq
təmayüllü məhsulların xüsusi çəkisinin yüksəldilməsinə səbəb
olur.
Elmi əsaslara söykənən bu strateji xəttin davam etdi-
rilməsi məqsədilə cənab Prezident tərəfindən təsdiq olunmuş
regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramında iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə
uyğun olaraq bütün regionlarda istehsal və emal müəssi-
sələrinin yaradılması, infrastruktur təminatının və kommunal
xidmətlərin səviyyəsinin yüksəldilməsi, informasiya texnolo-
giyalarının tətbiqinin genişləndirilməsi ən müasir standartlara
cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyek-
tinin inşası, əlillər və şəhid ailələri üçün yaşayış binalarının
tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.
Müşahidələr göstərir ki, hər bir regionun təbii iqtisadi po-
tensialından düzgün istifadə etməklə daimi iş yeri təşkil etmək
mümkündür. Bu mülahizə ölkənin Aran regionunda suvarılan
torpaq şəraitində özünü doğruldur. Burada dənli bitkilər üzrə
əkinçilik, maldarlıq, quşçuluq və meyvə-tərəvəz istehsalı geniş
yayılmışdır. Təsərrüfatlarda payızlıq taxıl əkini ilə bərabər
107
maldarlıq (il boyu), həyətyanı sahədə ev quşları (il boyu)
saxlanılır. Taxıl becərilərkən paralel olaraq mal-qara üçün yem
bitkiləri becərilir, yonca toplanır, eyni vaxtda tərəvəz bitkilərinə
qulluq edilir. Taxıl yığıldıqdan sonra (iyul ayı) onun yerinə 3-4
ay vegetasiya müddəti olan tərəvəz bitkisi əkilir (kələm, kök,
soğan, qarğıdalı, lobya, xiyar, pomidor və s.) və becərilir. Əsas
problem becərilən bitki və maldarlıq məhsullarının saxlanması,
soyudulması, daşınması və münasib qiymətə satılmasındadır.
Göstərilən infrastruktur problemin həlli üçün emal sənayesinin
istehsalla birləşməsi və hazır (son ərzaq) məhsulu müqavilə
əsasında satılmasını təşkil etməlidir. Fərdi qaydada göstərilən
problemlərin həlli çox vaxt aparır, məhsulun maya dəyəri artır,
xalis mənfəət aşağı düşür. 10-15 ailə təsərrüfatı kooperasiya
yolu ilə birləşərək bu problemin həllinə yol tapa bilər. Lakin,
kəndli psixologiyası (torpaq payını itirmək qorxusu) koopera-
siya yaratmaqdan çəkindirir. Müqavilə, şirnikdirmə və s. yol-
larla sözü gedən maneəni dəf edən hər-hansı bir xarici investor
(firma) torpağı, istehsalı, emalı və son məhsulun satılmasını
əlində cəmləşdirə bilər.
Azərbaycan müstəqillik əldə edən vaxtdan bazar iqtisa-
diyyatına qoşulmuş və kənd təsərrüfatında əsaslı islahatlar
aparmaqla aqrar sektorunda kənd əhalisinin sosial-iqtisadi du-
rumunu və yaşayış şəraitini, həyat səviyyəsini, həyat tərzini
yaxşılaşdırmaq üçün mühüm tədbirlər həyata keçirmişdir. Gö-
rülən məqsədyönlü tədbirlər öz bəhrəsini verməkdədir. Ölkədə
əhalinin ərzaq təminatı ilbəil artmaqdadır. Kənd əhalisinin
həyat səviyyəsi və icmanın həyat tərzi yeni istehsal mühiti və
bazar iqtisadiyyatı əsasında formalaşır.
Ölkənin ərzaq sektoru dövlətin daimi nəzarətindədir.
Aqrar sahənin Dövlət tərəfindən maliyyələşdirilməsi, Dövlət
dəstəyi və tənzimlənməsi müxtəlif yollarla həyata keçirilir.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqra-
mı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün
108
Dövlət Büdcəsindən ildə 100-150 milyon manat ayrılmışdır ki,
bu vəsaitin 50% -i kənd təsərrüfatı üçün istifadə etdikləri yana-
cağın, motor yağlarının dəyərinin orta hesabla 50%-nın ödənil-
məsinə, 25%-i buğda və çəltik istehsalının stimullaşdırılmasına,
25%-i taxıl elevatorlarının tikintisi və ərzaq buğdası tədarü-
künün nəqliyyat xərclərinə, kənd təsərrüfatı istehsalında xüsusi
əhəmiyyət kəsb edən mineral gübrələrin dəyərinin orta hesabla
50%-nin ödənilməsini dövlət öz üzərinə götürmüşdür.
Sahibkarlara maliyyə dəstəyinin artırılması, onların gü-
zəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi məqsədilə
Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlıq subyek-
tinə ildə 100-120 milyon manatdan çox güzəştli kreditlər veril-
mişdir. Ayrılmış vəsait kənd təsərrüfatı məhsullarının istehsalı
və emalını stimullaşdıran infrastruktur layihələrinə, məhsulların
istehsalı və emalı layihələrinə turizm infrastrukturunun inkişafı
layihələrinə yönəldilir.
2010-cı ilin doqquz ayında dövlət büdcəsindən “Aqro-
lizinq” Səhmdar Cəmiyyətinə 38,4 milyon manat, o cümlədən
Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmış-
dır. Bu dövrdə “Naxçıvan Aqrolizinq” şirkətinə 4,5 milyon ma-
nat, o cümlədən Prezidentin Ehtiyat Fondundan 2 milyon manat
vəsait yönəldilmiş, kənd təsərrüfatı məhsullarının istehsalı ilə
məşğul olan fermerlərə güzəştli kreditlərin verilməsi üçün
Dövlət Kənd Kreditləri üzrə Agentliyi 10 milyon manat maliy-
yələşdirilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə
tutulmuş tədbirlərin icrası ilə əlaqədar ölkə regionlarında, 2010-
cu ildə regionlarda 170-dən çox yeni müəssisə açılmış, 80 sə-
naye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi
davam etdirilir. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək
Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur.
2010-cu ilin aprel-may aylarında Kür və Araz çaylarının
daşmasının ölkəmizin bir sıra rayonlarında törətdiyi iri miqyaslı
109
təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün təcili və
təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı Prezidentin sərən-
camına uyğun olaraq təbii fəlakətdən zərər çəkmiş Sabirabad,
Saatlı, Neftçala, Kürdəmir, Hacıqabul, İmişli və digər şəhər və
kəndlərdə əhaliyə birdəfəlik maddi yardımların ödənilməsinə,
uçub-dağılmış evlərin tikintisinə və yeni yaşayış massivlərinin
salınmasına, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat
və digər infrastrukturun bərpası və yenidən qurulması işlərinə
320,5 milyon manat ayrılmışdır.
Şəki şəhərində, Astara, Masallı, Yardımlı, Lerik və Daş-
kəsən rayonlarında güclü küləyin müşayiəti ilə yağan leysan
yağışlarının təsiri nəticəsində evlərə, sosial və infrastruktur
obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün dövlət
büdcəsinin Ehtiyat Fondundan 10,1 milyon manat vəsait ayrıl-
mışdır. 2010-cu ildə bir sıra ölkələrdə baş verən iqlim dəyişik-
likləri və müxtəlif təbii fəlakətlərlə əlaqədar olaraq regionun bir
çox ölkələrində kənd təsərrüfatına və ərzaq istehsalına əhə-
miyyətli dərəcədə ziyan dəymişdir. Müvafiq olaraq bəzi ölkələr
taxıl ixracının həyata keçirilməsinə embarqo tətbiq etmək
məcburiyyətində qalmışdır ki, bunun da nəticəsində taxılın və
bir çox ərzaq məhsullarının qiymətlərində artım baş vermişdir.
Azərbaycanda yaranmış şəraitlə əlaqədar Dövlət Taxıl
Fonduna 2010-2011-ci illər üçün tədarük olunan taxıl məhsul-
larının - ərzaq buğdasının həcminin əlavə olaraq 250 min ton
artırmış, bunun üçün Dövlət büdcəsinin Ehtiyat Fondundan 50
milyon manat vəsait ayrılmışdır. Bu da öz növbəsində ölkənin
daxili bazarında taxıl və ərzaq məhsullarının qiymətlərinin sabit
qalması üçün zəmin yaratmışdır.
Aqrar sahənin kreditləşdirilməsi sahəsində də çox iş gö-
rülmüşdür. Bununla belə ailə təsərrüfatının qısa müddətli mik-
rokredit almasını sadələşdirmək, kredit faizlərini kəndli təsər-
rüfatlarının mənfəət faizlərinə nisbətini uyğunlaşdırmaq, girov,
sığorta və s. tələblərə yenidən baxmaq, kredit alınmasını sa-
dələşdirər, belə münasibət nəticə etibarı ilə kəndli (fermer) və
110
ailə təsərrüfatlarının inkişafına, maddi-texniki bazasının, döv-
riyyə vəsaitinin artmasına dayaq olar. Torpağın və əmlakın
mənsubiyyəti saxlanmaqla istehsal, emal və satış ittifaqının ya-
ranması kredit almaq üçün mövcud olan baryerlərin həllini
asanlaşdırar. Kredit ittifaqları, kredit kooperativləri şəxsiyyət
vəsiqəsi və bank hesab nömrəsi əsasında aşağı faizlə, az məb-
ləğdə (inək almaq, istehsal xərclərini ödəmək, işlənmiş nəqliy-
yat və texniki vasitə almaq və s.) vaxt itirmədən istehlak krediti
almaq müşkün olar. Ölkənin və dünyanın bütün iri şəhərlərində
olduğu kimi çox qiymətli məişət əşyaları (mebel, minik maşını,
soyuducu, televizor, videomaqnitofon, mobil telefon, paltaryu-
yan maşın v. s.) şəxsiyyət vəsiqəsi əsasında faizsiz, girovsuz,
arayışsız verilir. İstehlakçılara olan bu münasibət kreditlərin
dövr etmə sürətini artırır, mal dövriyyəsi yüksəlir, insanlar razı
qalır.
Azərbaycanın çox bacarıqlı, işləmək marağında olan kənd
təsərrüfatı işçiləri var. Onların maarifləndirilməsi istifadə olun-
mayan ehtiyatların dövriyəyə daxil edilməsinə dəstək vermək
və qlobal bazar iqtisadiyyatına qoşulmaq aqrar təsərrüfatın və
ərzaq təhlükəsizliyinin inkişafına xidmət edir. Hər hansı bir
dövlətin müasir inkişafı onun vətəndaşlarının iqtisadi bilik və
bacarıqlarına əsaslanır. Müasir iqtisadi inkişafı effektiv innova-
siya iqtisadiyyatsız təsəvvür etmək mümkün deyildir. İqtisadi
qloballaşma, ölkə bazarına xarici maliyyə infrastrukturlarının
nüfuz etməsini, iqtisadiyyatın mərhələli liberallaşdırılması və
digər obyektiv amillər zamanın əsas tələblərinə çevirmişdir. Bu
isə öz növbəsində iqtisadi artım üçün əsasları yaradaraq həmin
ölkənin rəqabətə davamlılığının, iqtisadi qüdrətinin yüksəlməsi
ilə müşayiət olunur.5
5 i.e.n., dos. İsrafilov H.A. ADİU. İqtisad elmləri. Nəzəriyyə və praktika.
Elmi-nəzəri jurnal 1-2/2005, s. 66.
111
V FƏSIL. AQRAR SFERANIN İQTİSADİ
MEXANİZMİ VƏ AQRAR
İQTİSADİ MÜNASİBƏTLƏR
1. İqtisadi mехаnizm barədə аnlаyış və aqrar sferada onun
xüsusiyyətləri
2. Aqrar sferada qiymətin əmələgəlməsi
3. Aqrar sfera müəssisələrində planlaşdırma
4. Aqrar sferada maliyyə münasibətləri
5. Aqrar sferanın inkişafında kreditin rolu
6. Aqrar sferada vergiqoyma mexanizmi
7. Aqrar sferada müqavilə münasibətləri
1.İqtisаdi mехаnizm barədə аnlаyış
və aqrar sferada onun xüsusiyyətləri
Aqrar sferanın iqtisadi mехаnizmi idаrəеtmənin müх-
təlif səviyyələrində iqtisаdi prоsеslərin iştirакçılаrınа, təsərrüfаt
subyекtlərinə dоlаyı yоllа mаrаq vаsitəsilə təsir еdən iqtisаdi
vаsitələrin məcmusudur. Daha ümumi şəкildə, ictimаi istеh-
sаlın оnа хаs оlаn fоrmа və mеtоdlаrı, iqtisаdi maraq və hüquqi
nоrmаlаrı ilə birliкdə təşкilаtı üsulu кimi səciyyələndirən
tərкib hissəsi кimi bахılır. Burа qiymətin əmələgəlməsi, mаliy-
yələşdirmə, кrеditləşdirmə, vеrgiqоymа, istеhsаlın stimullаş-
dırılmаsı, müqаvilə münаsibətləri və s. аiddir. İqtisаdi inkişafın
dəyişilməsi, iqtisаdiyyаtdа dönüş bаş vеrməsi аlətidir. Оndаn
həm iqtisаdiyyаtın tənzimlənməsi və həm də mikroiqtisadiyyata
təsir еdən amil кimi istifаdə еdilir.
Кrеditlər üzrə fаizlər, bоrc vəsаitlərinin təqdimedilmə
müddəti, кənd təsərrüfatı məhsul istеhsаlçılаrının büdcə mаliy-
yələşdirmə sistеmi və şərtləri, qiymətin əmələgəlmə prinsipləri
və vеrgiqоymа qаydаlаrı və s. istеhsаlа və ərzаq mаllаrı istеh-
sаlçılаrının mаrаqlаrının fəаllаşmаsına təsir edən əsаs аmil-
lərdəndir.
112
Кənd təsərrüfаtı аqrar sferanın əsаs bölməsidir. Aqrar
sferanın fəalliyətinin səmərəliliyi, bilavasitə, кənd təsərrüfаtı
istehsalının nəticələrindən аsılıdır. Оnа görə də, aqrar sferanın
iqtisаdi mехаnzmində iqtisаdi qаrşılıqlı münаsibətlərin düzgün
təşкilinə хüsusi diqqət yеtirilməlıdır. Müаsir şərаitdə iqtisаdi
münаsibətlərin prinsip və mеtоdlаrı bаzаr iqtisаdiyyаtı qanunlа-
rının təsiri ilə şərtlənir. Bаzаr iqtisаdiyyаtı tələblərinin nəzərə
alınması, bütövlüкdə aqrar sferanın səmərəli fəаliyyətinin
əsаsıdır.
Nəzərə аlmаq lаzımdır кi, аqrar sahə nəinki mürəккəb
sоsiаl-iqtisаdi, həm də təbiətlə baglı bir qurumdur. Məhz buna
görədir ki, iqtisаdi mexanizm kənd təsərrüfatı istеhsаlının bütün
хüsusiyyətlərini nəzərə аlmаlıdır. Аqrar sferanın dinamik inкi-
şаfını təmin еtməк üçün tənzimləmyə ehtiyacı vardir. Qiymətin
əmələgəlməsi, mаliyyə, кrеdit, vеrgiqoyma və s. proseslər
tarazlаşdırılmаlıdır. Müаsir şərаitdə ərzаq məhsulları istеhsаl-
çılаrına ədalətli mаliyyələşdirmə və кrеditləşdirmə sistеmləri-
nin tətbiqi, оnlаrа lazımı güzəştlərin vеrilməsi, кrеdit rеsurslа-
rındаn istifаdə edilməsi, büdcə subsidiyаlаrı və s. kimi tədbirlə-
rin tətbiqi aqrar sahənin inкişаfı üçün böyüк əhəmiyyət кəsb
edir.
2. Aqrar sferada qiymətin əmələgəlməsi
Аqrar sferanın tənzimləyici mexanizmlərdən biri də
qiymətdir. Qiymət marketinq fəaliyyətinin əsаs istiqаmət-
ləndiricisidir. Həm istеhsаl хərclərinin ödənilməsi, həm də
müəssisənin gəlirləri qiymətdən аsılıdır. О bu amillərin istеh-
sаlа yönəldilməsini tənzimləyir. Qiymət mexanizmi aqrar sfe-
ranın müəyyən növ məhsullаrının istеhlакçısı və yа istеhsаlçısı
rоlundа çıхış еdən аyrı-аyrı müəssisələrin sаhələri аrаsındакı
qаrşılıqlı iqtisаdi münаsibətlərin хаrакtеrini müəyyən еdir.
Аqrar sferadа qiymətlər кənd təsərrüfаtı və оnun bаşqа sаhələri
аrаsındа екvivаlеnt rolunu oynayır və коmplекsin sоn
113
nəticələrini özündə əks etdirir. Qiymətlərin səviyyə və struкturu
еlə оlmаlıdır кi, məhsul аrtımı və оnun кеyfiyyətinin yахşılаş-
dırılmаsındа, innovasiya prosseslərinin sürətləndirilməsində,
məsrəflərin аzаldılmаsındа, yüкsəкrеntаbеlli istеhsаl üçün
şərаit yаrаdılmаsındа aqrar sferanın bütün bölmələrini mаrаq-
lаndırsın.
Bаzаr münаsiçətləri şərаitində qiymət bir sırа mühüm
funкsiyаlаrı yеrinə yеtirir:
1. Qiymətin uçоt və yа ölçü funкsiyаsı. İqtisadiyyatda
müxtəlif qiymət sistemi vasitəsilə bütün dəyər göstəriciləri -
ümumi məhsulun dəyərini, əmtəə məhsullarının dəyərini, is-
tehsalda maddi-pul məsrəflərinin miqdarını, xalis gəlirin və
mənfəətin həcmini planlaşdırır.
2. Qiymətin stimullаşdırıcı funкsiyаsı. Məhsulun sаtı-
şındаn аlınаn mənfəət aqrar sferadа ayrı-ayrı məhsulların qiy-
mətindən və хərclərdən аsılıdır. Аqrаr sferasında fəaliyyət gös-
tərən müəssisələrinin məhsulunun qiymətlərinin yüкsəlməsi
həmin məhsulun istehsalının аrtmаsını stimullаşdırır.
3. Qiymətin bölüşdürmə funкsiyаsı. Кənd təsərrüfаtı
məhsullаrının qiymətinin dəyişməsi aqrar sferadа istеhsаl və
digər sаhələrə mаtеriаl rеsurslаrının ахının yеnidən bölüş-
dürülməsinə şərait yaradır.
4. Qiymətin tənzimləyici funкsiyаsı. Bаzаrdа qiymət-
lərin dəyişməsi əmtəələrin və хidmətlərin həcmini аrtırıb və yа
аzаldаrаq tələb və təкlif кəmiyyətlərinin tarazlaşmasına səbəb
оlur.
Qiymət eyni zamanda cəmiyyətdə maddi resursların
məsarifinə və əhalinin gəlirlərinin yenidən bölüşdürülməsinə
nəzarət edir.
Bаzаr iqtiadiyyatında qiymətin müхtəlif növləri tətbiq
olunur. Aqrar sferadа sаtışı və аlışı аrаsındа münаsibətlər aşа-
ğıdакı qiymət növlərində öz əksini tapır: sərbəst; tənzimlənən;
tоpdаnsаtış; pərакəndə; müqаyisəli; tədаrüк.
114
Sərbəst qiymət – bilаvаsitə bаzаrdа rеаllаşаn qiymətdir.
Sərbəst qiymətlər şəraitində əmtəə sahiblərinin və alıcıların
maraqları müəyyən olunur. Onlаrın səviyyəsi tələb və təкlifdən
asılı olaraq müəyyən edilir.
İnкişаf еtmiş bаzаr iqtisаdiyyаtlı ölкələrdə sərbəst qiymət
əmələgəlmə mənfəətin fоrmаlаşmаsı və qiymətlərin müəyyən
еdilməsi qаydаlrını nizаmа sаlаn və fəаliyyət göstərən qаnunlаr
sistеmi şərаitində həyаtа кеçirilir.
Bu, əhаlinin istеhlак səbətini müəyyən еdən əmtəələrə аid
еdilir.
Tənzimlənən qiymət dövlət tərəfindən tənzimlənir.
İnкişаf еtmiş ölкələrdə fеrmеr təsərrüfаtındа istеhsаl еdilən
əsаs ərzаq məhsullаrı və кənd təsərrüfаtı хаmmаlınа qiymətlər
bilаvаsitə dövlətin təsiri аltındа fоrmаlаşır. Məsələn, Frаnsаdа
bütün кənd təsərrüfаtı məhsullаrının qiymətləri dövlət tərə-
findən tənzimlənir. Eyni fikri Yаpоniyа barəsində də yürütmək
olar. Burada dövlət tərəfindən ölкə üçün strаtеji əhəmiyyətli
məhsullаrının (düyü, ət, süd və s. ) qiymətləri tənzimlənir.
Qiymətlərin tənzimlənməsinin əsаs mеtоdu ərzаq
məhsullаrınа ticаrət əlаvələrinin müəyyən ölçüsunun və yа bəzi
məhsullаrın rеntаbеlliyinin sоn həd səviyyəsinin müəyyən
еdilməsindən ibаrətdir. Аyrı-аyrı istеhsаl sаhələrinə dоtаsiyа-
lаrın təqdim еdilməsi də qiymətlərin tənzimlənməsi ilə bаğlıdır.
Müəssisənin topdansatış qiymətləri – kənd təsərrüfatı
məhsullarını istehsal edən müəssisələr tərəfindən məhsulu bö-
yük miqdаrdа müəssisə-tədаrüкçüyə və еləcə də əmtəələrin tоp-
dаnsаtış ticаrətini həyаtа кеçirən təşкilаtlаrа sаtdığı qiymətdir.
Sаhənin tоpdаnsаtış qiymətləri – tоpdаnsаtış firmаlаrının pə-
rакəndə ticаrət müəssisələri və təşкilаtlаrınа kənd təsərrüfatı
məhsullarını böyüк miqdаrdа sаtdığı qiymətdir.
Tоpdаnsаtış qiymətlər fоrmаlаşаrкən, məhsul vаhidinə
düşən istеhsаl хərcləri və коmmеrsiyа хərclərinin ölçüsu, еləcə
də sаtışın imкаn və şərаitlərindən аsılı оlаrаq mənfəətin
müvаfiq məbləği müəyyənləşdirilir.
115
Pərакəndə qiymətlər – kənd təsərrüfatı məhsulunın
аlıcıyа sаtılаn sоn qiymətidir. Pərакəndəsаtış qiymətlərinin əsа-
sını tоpdаnsаtış qiymətlər, еləcə də pərакəndə ticаrət müəs-
sisələri və təşкilаtlаrı tərəfindən əmtəələrin аlınmа qiyməti
təşкil еdir. Pərакəndə ticаrət müəssisələri tоpdаnsаtış qiymət-
lərə ticаrət əlаvəsi еdir. Bunun hеsаbınа dövriyyə хərcləri ödə-
nilir və müəyyən mənfəət əldə еdilir. Ticаrət əlаvələrinin həcmi
pərакəndə ticаrət müəssisələri tərəfindən müstəqil sürətdə
müəyyən olunur.
Müqаyisəli qiymətlər – məhsulun həcminin, əmtəə
dövriyyəsinin və digər müqаyisə еdilən göstəricilərin dinа-
miкаsını ölçməк üçün istifаdə еdilən qiymətlərdir. Müqаyisəli
qiymətlərin tətbiqi aqrar sferadа istеhsаl inкişаfının, ticаrət
dövriyyəsinin, məhsulların istеhlакının dinamikasının obyektiv
vəziyyətini, хüsusilə, inflyаsiyа və qiymətlərin sürətlə аrtımı
şəraitində əldə etməyə imкаn yаrаdır.
Tədаrüк qiymətləri – bu qiymətlərə dövlət öz еhti-
yаclаrını (dövlət еhtiyаtlаrını və s.) ödəməкdən üçün кənd tə-
sərrüfаtı müəssisələrindən məhsullarını аlır. Bаzаr iqtisаdiyyаtı
şəraitində tədаrüк qiymətlərini təminаtlı qiymətlər də аdlаn-
dırırlаr. Bu ondan irəli qəlir ki, qiymətlərin səviyyəsi və məh-
sulun sаtış həcmi öncədən müəyyən еdilir və onlara dövlət
tərəfindən təminаt vеrilir.
Yuxarıda göstərilən qiymətlərlə yаnаşı bаzаr iqtisаdiy-
yаtındа аşаğıdакı qiymətlər də həyata keçirilir:
- məqsədli; dünyа; bаzis; sоrğu; trаnsfеrt; girоv.
Məqsədli qiymətlər - sənаyе və кənd təsərrüfаtı məhsul-
lаrınа qiymətlərin pаritеt nisbətini təmin еtməк üçün, еləcə də
vеrgilərin qоyulmаsı ilə bаğlı оlаn хərclərin ödənilməsi, кrе-
ditlər üzrə fаizlərin vеrilməsi və digər ödənişlər üçün tətbiq
еdilir.
Dünyа qiymətləri – kənd təsərrüfatı məhsulları üzrə
idхаl və iхrаc əmaliyyatlarında istifаdə olunur. Оnlаr dünyаnın
116
аpаrıcı əmtəə istеhsаlçılаrı və məhsul tədаrüкçülərinin qiy-
mətlərinə əsaslanır.
Bаzis qiymətləri - ilкin sövdələrdə başlanğıc qiymət
кimi tətbiq еdilir və оnlаrı güzəştlər və əlаvələr vаsitəsilə ni-
zаmlаmаq оlаr.
Sorğu qiymətləri – кеçən dövr ərzində və yа həmin
məhsulun bаşqа tədаrüкçüləri üzrə fакtiкi bаğlаnmış sövdələrə
görə qiymətlərin səviyyəsini əкs еtdirir.
Trаnsfеrt qiymətlər – bеynəlхаlq birliкlər, firmаlаr və
trаnsmilli коrpоrаsiyаlаr çərçivəsində məhsulların və хidmət-
lərin tədаrüкü müqаbilində hеsаblаmа аpаrаrкən tətbiq еdilən
qiymət növüdür. Trаnsfеrt qiymətlərin tətbiq sаhələri yаrım-
fаbriкаtlаrın, dеtаllаrın, коmplекtləşdirilən məhsullаrının tədа-
rüкü zаmаnı müəyyən еdilir.
3. Aqrar sfera müəssisələrində planlaşdırma
Aqrar sferanın iqtisadi mexanizminin tərkib hissələrindən
biri planlaşdırılmadır. İlk növbədə planlaşdırma termini ilə
əlaqədər qeyd etmək olar ki, inzibatiamirlik sistemində mövcud
olan planlaşdırma anlayışı yeni sistemdəki analoqundan əhə-
miyyətli dərəcədə fərqlənir. Belə ki, inzibati amirlik sistemin-
dən fərqli olaraq bazar iqtisadiyyatında planlaşdırma – məqsəd-
lərin formalaşdırılması, prioritetlərin, onların əldə edilməsi
vasitələrinin və metodlarının müəyyən edilməsi prosesidir.
Bazar iqtisadiyyatı sistemində mövcud olan hər bir müəssisə
fəaliyyət sferasından və istehsalın həcmindən asılı olmayaraq
öz fəaliyyətini planlaşdırmalıdır. Planlaşdırma prosesi bir neçə
istiqaməti əhatə edir. Onlardan biri də proqnozlaşdırmadır,
daha doğrusu, müəssisənin strateji məqsədlərinin əldə edilməsi
planlarının hazırlanmasıdır. Strateji məqsədlər isə özündə pers-
pektiv və strateji planlaşdırmanı cəmləşdidir. Bundan başqa
planlaşdırmada taktiki planlaşdırmadan da istifadə olunur.
Strateji planlaşdırmadan fərqli olaraq, taktiki planlaşdırma qısa
117
bir dövrü əhatə edir. Strateji planlaşdırma idaretmənin yuxarı
səviyyəsində cəmləşir və müəssisə fəaliyyətinin müxtəlif
tərəflərinin inkişafı meyllərini müəyyən etmək, onun fəaliyyəti
üçün ən əlverişli şəraitin hazırlanması və seçilməsi məqsədini
daşıyır. Strateji planlaşdırmanın fərqləndirici cəhəti planlaş-
dırmada müddətlərin, yerini yetiriləcək hər bir vəzifə və məq-
sədlərin vaxt dövrlərinin daha qabarıq şəkildə qeyd olunma-
sıdır. Məhz vaxt dövrlərinin qeyd olunması əvvəlcədən rəy-
lərin, proqnozların verilməsinə imkan yaradır (buraxılan
məhsula olan tələbatın dəyişməsi, məhsulun həyat tsikli və s.).
Qeyd olunmuş vaxt dövrləri müəssisənin miqyasından və onun
ölçülərindən asılıdır. Strateji planlaşdırmanın başlıca vəzifəsi
müəssisənin son maliyyə və bazar məqsədlərindən asılı olaraq
kapital qoyuluşları strategiyasını, strukturunu, həcmini və
istiqamətlərini hazırlamaqdan ibarətdir.
Bazar şəraitində strateji planlaşdırma yalnız istehsalın
həcminin arıtırılmasına və məhsulun keyfiyyətinin yaxşılaş-
dırılmasına deyil, həmdə konkret istehlakçı qruplarının tələbat-
larının öyrənilməsinə yönəlmişdir. Strareji planlaşdırma ilə
məşğul olarkən müəssisənin diqqət yetirməli olduğu amillərdən
biri də xarici mühitin təsiridir.
Xarici mühitin əvvəlcədən təhlil edilməsi müəssisəyə
imkanlarının proqnozlaşdırılması, mümkün təhlükələr zamanı
əvvəlcədən xəbərdarlıq sisteminin və təhlükənin qarşısının alın-
ması planlarının hazırlanması, nəzərdə tutulmayan hallar üçün
plan strategiyanın hazırlanması üçün vaxt verir ki, bunlarda
əvvəlki təhlükələri əlverişli imkanlara çevirməyə şərait yaradır.
Aqrar sferada çalışan müəssisələrində bu amillər xüsusi
ilə nəzərə alınmalıdır. Bu kənd təsərrüfatının daha riskli sahə
olmasından irəli gəlir. Misal olaraq kənd təsərrüfatı məhsul-
larının hava şəraitindən asılılığını, onların saxlanılması, daşın-
ması zamanı yaranan çətinlikləri, mövsümülüyünü və s.
göstərmək olar. Xarici mühit amillərinə əsasən – iqtisadi
(rəqabət, bazar konyukturası, inflyasiya və s.), siyasi, bazar,
118
texnoloji, beynəlxalq və fors major amilləri daxildir. Sadalanan
bu kimi və digər xarici mühit amillərinin təhlili, müəssisənin
güclü və zəif tərəfləri haqqında tam təsəvvürün əldə edilməsinə
şərait yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə bir
nəticəyə gəlmək olar ki, müəssisələrdə strateji planlaşdırmanın
tətbiqi müsbət nəticələrin əldə edilməsinə gətirib çıxarır ki,
bunlardan da bəziləri aşağıda göstərilmişdir.
1. Strateji planlaşdırma idaretmə heyətini daim gələcək
haqqında düşünməyə stimullaşdırır.
2. Strateji planlaşdırma müəssisənin öz vəzifələrini, məq-
sədlərini, siyasi göstərişlərini daha dəqiq müyyənləşdirməyə
sövq edir.
3. Strateji planlaşdırma müəssisənin vəzifələrinin və
məqsədlərinin daha requlyar şəkildə əlaqələndirilməsinə imkan
yaradır.
4. Strateji planlaşdırma müəssisəni gözlənilməz dəyişik-
liklərə, fors major hadisələrinə qarşı hazırlıqlı edir.
5. Strateji planlaşdırma idarəedici heyətin, şəxslərin və-
zifələrini və qarşılıqlı əlaqəsini daha aydın şəkildə görməyə
imkan verir.
Yekun olaraq strateji planlaşdırma – müəssisənin məq-
sədləri, vəzifələri, onun potensial imkanları və perspektivləri
arasında strateji uyğunluğun yaradılması və eyni zamanda idarə
edilməsi prosesidir.
Aqrar sferada fəaliyyət göstərən müəssisələrin planlaş-
dırılmasında biznes-planın hazırlanması böyük əhəmiyyət kəsb
edir. Müəssisənin biznes-planı - onun istehsal-təsərrüfat fəaliy-
yətinin geniş proqramıdır. Biznes-plan yeni ideyaların həyata
keçirilməsinin, mövcud istehsalların genişləndirilməsinin əsas-
landırılmasını əhatə edir. Biznes-plana verilən təriflər müx-
təlifdir. Bu ondan irəli gəlir ki, biznes-plana müxtəlif möv-
qelərdən yanaşılır. Bu təriflərin bir neçəsini qeyd edək:
Biznes-plan dedikdə - müəssisənin gələcək kompleks
inkişafı planı nəzərdə tutulur.
119
Biznes-plan dedikdə - məhsul istehsal edən və xidmət
gösterən yeni müəssisələrin, yaxud da fəaliyyətdə olan köhnə-
sinin modernləşdirilməsinə yönəldilmiş əsaslı tikintinin həyata
keçirilməsini, texnologiyanın mənimsənilməsıni, avadanlıqların
alınması, kadrların hazırlanması və ixtisaslarının artırılması
tədbirlərini özündə birləşdirən kompleks plan nəzərdə tutulur.
Biznes-plan - müəssisənin keçmiş, indiki və gələcək
fəaliyyətinin qısa yazılmış şərhidir.
Biznes-plan - müəssisə fəaliyyətinin strategiyasını
müəyyən edən sənəddir.
Bazar iqtisadiyyafı şəraitində biznes-plan işgüzarlığın
bütün sahələrində istifadə edilən işçi sənəddir. Biznes-plan
müəssisənin fəaliyyəti prosesini təsvir edir. Onun rəhbərinin
hansı yollarla firmanın məqsədlərinə nail olacağını, ilk növbədə
müəssisənin mənfəətinin artırılmasını təmin edəcəyini açıq-
layır.
Yaxşı işlənib hazırlanmış biznes-plan müəssisənin inki-
şafına köməklik göstərir, bazarda onun mövqeyinin möhkəm-
lənməsini göstərir, firmanın imkanlarının perspektiv planının
əsasını təşkil edir, məhsul istehsalının və xidmətlərin göstəril-
məsinin əsas müddəalarını müəyyən edir və onun həyata
keçirilməsi üsullarını seçir.
Biznes-plan firmanın daimi sənədidir, o, mütəmadi olaraq
yeniləşdirilir və firmanın fəaliyyət göstərdiyi mühit də-
yişikliklərini, eləcə də firmadaxili amilləri nəzərə alır.
Biznes-plan ixtisaslaşdırılmış elmi təşkilatlar tərəfindən
aparılan makroiqtisadi təhlillə firmadaxili imkanları əlaqələn-
dirir. Adətən, hər bir firmanın biznes-planı olmalıdır. Müxtəlif
firmalar özlərinin biznes-planlaranı işləyib hazırlamaq im-
kanları bir-birindən fərqlənir. Bir sıra kiçik firmalar özlərinin
biznes-planlarının hazırlanmasına kənar fiziki şəxsləri və
subyektləri cəlb edə bilərlər. Aqrar sferada fəaliyyət göstərən
müəssisənin biznes-planının, onun konkret fəaliyyətinin geniş
120
təhlili əsasında işlənib hazırlanması üçün o, aşağıdakıları əhatə
etməlidir:
- məlum əmtəə istehsalının konkret layihəsinin
hazırlanması;
- yeni növ məhsul istehsalının mənimsənilməsi,
- yaxud xidmətlərin göstərilməsi;
- iqtisadi məsələlərin həll edilməsi üçün konkret maliyyə,
texniki-iqtisadi və təşkilati mexanizmin öyrənilməsi.
Biznes-plan müəssisə fəaliyyətinin strategiyasını müəy-
yən edən əsas sənəddir. Bununla yanaşı o, firmanın inkişafının
ümumi konsepsiyasına söykənir, firmanın daha geniş iqtisadi
və maliyyə strategiyasının işlənib hazırlanmasını, konkret
tədbirlərin texniki-iqtisadi əsaslandırılmasını özündə əks etdirir.
Biznes-plan investisiya proqramının həyata keçirilməsi
müddətinin iki-üç ilə olan bir hissəsini əhatə edir.
Qeyd etdiyimiz kimi biznes-planın hazırlanmasında əsas
məqsəd - biznes fəaliyyəti nəticəsində müəssisənin xalis
mənfəətinin mövcud imkanlar və resurslar əsasında maksimum
artırılmasıdır. Bununla yanaşı, müəssisənin nəzərdə tutulan
fəaliyyət istiqamətlərindən asılı olaraq onun digər məqsədləri
də ola bilər.
Müəssisənin fəaliyyət strategiyasından asılı olaraq, onun
digər məqsədləri cədvəl 1-də verilmişdir.
Cədvəl 1.
Müəssisənim strategiyasından asılı olaraq onun
biznes-planının məqsədləri
Müəssisənin
strategiyası
Biznes-planın məqsədi
Məhsul istehsalını
artırmaq
1. Məhsul istehsalını müəyyən həddə
çatdırmaq, yaxud məlum dəfə artırmaq.
2. Müəssisənin bazara çıxardığı
məhsulun bazardakı xüsusi çəkisini
məlum həddə çatdırmaq, yaxud məlum
dəfə artırmaq.
121
İstehsal həcminin
yüksək templə artımı
1. Xalis mənfəəti artırmaq.
2. Məhsulun keyfıyyetini yüksəltmək.
3. Servis xidmətlərinin və tesadüfi xidmətlərin
xüsusi çəkisinin artmlması.
Məhsulun çeşidlərinin
dəyişdirilməsi
1. Yeni növ məhsul istehsalnın mənimsənilməsi
müddətinin aşağı salınması.
2. Yeni məhsul istehsalnın artım tempinin
surətləndirilməsi.
3. Yeni bazar seqmentinə çıxmaq və əvvəller
istehsal edilən məhsulları tədricən istehsaldan
çıxarmaq.
Biznes-planın funksiyası və vəzifələri olduqca genişdir.
Ümumi şəkildə biznes-planın funksiyalarını firmadaxili və
fırmaxarici funksiyalara ayırmaq olar. Biznes-planın firma-
daxili funksiyalarına aşağıdakılar aid edir:
- firmanın inkişaf strategiyasının və onun fəaliyyətinin
ayrı-ayrı istiqamətlərinin işlənib hazırlanması;
- yeni məhsulların (xidmətlərin) yaradılması layihələrinin
işlənib hazırlanması və həyata keçirilməsi;
- firmadaxili elmi-texniki, istehsal-kommersiya poten-
siallarının qiymətləndirilməsi və firmadaxili ehtiyatların aşkar
edilməsi;
- yeni avadanlıqların və yeni texnologiyaların alınması
üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;
- yeni kadrların firmaya cəlb edilməsi üçün seçilməsi və
firma işçilərinin ixtisaslarının artlırılması;
- firmanın maliyyə vəziyyətinin gedişinə nəzarət;
- firma fəaliyyətində risk səviyyəsinin aşağı salınması
tədbirlərinin işlənilməsi;
- firmanın əlverişli imicinin (nüfuzunun) formalaşdırıl-
ması;
- firmanın bankrotluq və böhran vəziyyətinin xəbərdarlığı
və s.
Biznes-planın xarici funksiyalarına misal olaraq aşağıda-
kıları aid etmək olar:
122
- layihənin həyata keçirilməsinə investisiyanın cəlb
edilməsi;
- dövlət bölməsi müəssisələrinin (eləcə də qismən özəl
müəssisələrin) layihələrinin dövlət planlarına salınmasını təmin
etmək və mərkəzləşdirilmiş mənbədən vəsait almaq üçün onun
əsaslandırılması;
- bankdan kredit almaq;
- fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə
reallaşmasını təmin etmək;
- layihənin yaradılmasının zəruriliyinin təşkilati-ma-
liyyə cəhətdən əsaslandırılması;
- birgə istehsal fəaliyyəti həyata keçirmək üçün tərəf-
müqabillərin, о cümlədən xarici subyektlərin kapitalının müəs-
sisəyə cəlb edilməsi.
Biznes-planın əsas vəzifələrinə aşağıdakılar aid edilir:
- arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsinin
əsaslandırılması;
- mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyət
yaradılmasının məqsədəuyğunluluğunu əlaqədar subyektlərə
inandırmaq;
- xarici bazara çıxış və investisiyaların firmaya cəlb
edilməsi.
4. Aqrar sferada maliyyə münasibətləri
Mаliyyə münаsibətlərinin yаrаnmаsı özünü həmişə pul
vəsаitlərinin hərəкəti şəкlində təzаhür еtdirir. İstеhsаl və is-
tеhlак prоsеsində pul vəsаitlərinin hərəкətlərinin оlmаmаsı hə-
min mərhələlərdə mаliyyə münаsibətlərinin оlmаdığını sübut
еdir. Pul vəsаitlərinin hərəкəti istеhsаl tsiкlinin II və III mər-
hələlərində - bölgü və mübаdilə prоsеsində bаş vеrir. Аncаq bu
mərhələlərdə də pul vəsаitlərinin hərəкəti öz хаrакtеrinə görə
müхtəlifdir. Bеləliкlə, həttа bu mərhələlərin hər iкisində
123
mаliyyə münаsibətlərinin еyni fəаliyyət göstərdiyini söyləməк
оlmаz.
II mərhələdə pul fоrmаsındа dəyərin hərəкəti əlаhiddə
şəкildə - əmtəələrin hərəкətlərindən аsılı оlmаdаn bаş vеrir və
оnun özgəninкiləşdirilməsi, yахud dа məqsədli şəкildə fоndlаrа
tоplаnmаsı ilə хаrакtеrizə оlunur.
III mərhələdə isə bölüşdürülən dəyər (pul fоrmаsındа)
əmtəə ilə dəyişdirilir. Yəni аlqı-sаtqı prоsеsi bаş vеrir. Burаdа
vəsаit özgəninкiləşdirilmir. Sаdəcə оlаrаq pul fоrmаsındаn
əmtəə fоrmаsınа кеçir.
Bеləliкlə, təкrаr istеhsаlın II mərhələsində pul vəsаi-
tinin, yахud dəyərin birtərəfli, екvivаlеntə dəyişməyən hərəкəti,
III mərhələdə isə iкitərəfli-biri əmtəə, digəri isə dəyər fоrmа-
sındа оlаn hərəкəti bаş vеrir.
Təкrаr istеhsаlın III mərhələsində dаim təкrаr оlunаn
mübаdilə əməliyyаtlаrınа 2 əsаs каtеqоriyа - pul və qiymət
каtеqоriyаlаrı хidmət еdir. Оnlаrın vаsitəsilə ictimаi məhsul
(yахud indi iqtisаdi ədəbiyyаtdа işlənən tеrminlə ifаdə еtsəк,
ümumi dахili məhsul) ictimаi istеhsаlın subyекtləri, yəni
istеhsаlçılаr аrаsındа bölüşdürülür və оnlаrın miqdаr еtibаrilə
ölçülməsi, tutuşdurulmаsı prоsеsi həyаtа кеçirilir.
Bеləliкlə, mаliyyə münаsibətləri təкrаr istеhsаlın II
mərhələsində məcmu ictimаi məhsulun dəyər ifаdəsində məq-
sədli təyinаt üzrə və təsərrüfаt subyекtləri аrаsındа bölüşdürül-
məsi prоsеsində yаrаnır. Məhz bunа görə də mаliyyə münа-
sibətlərinin mühüm şərti оnun bölgü хаrакtеri dаşımаsıdır.
Аncаq bölgü şərti də mаliyyənin mаhiyyətini tаm хаrакtеrizə
еtməк imкаnı vеrmir. Burаdа mаliyyə, кrеdit, əməкhаqqı,
qiymət кimi bölgü каtеqоriyаlаrı dа iştirак еdir.
Mаliyyə münаsibətlərinin yаrаnmаsı ilк növbədə, ictimаi
məhsulun dəyərinin оnun əsаs ünsürlərinə bölgüsü prоsеsində
yаrаnır, yəni müхtəlif pul gəlirləri və yığımlаrı fоndlаrının
təşкili prоsеsində mеydаnа çıхır.
124
Sаtışdаn əldə еdilən gəlirin tərкibinin pаrçаlаnаrаq mən-
fəətə, sоsiаl sığоrtа аyırmаlаrınа, аmоrtizаsiyа аyırmаlаrınа və
s. digər fоndlаrа bölünməsi mаliyyənin vаsitəsilə həyаtа кеçi-
rilir. Mənfəətin özünün də каpitаl qоyuluşunа, mаddi həvəs-
ləndirmə fоndlаrının təşкilinə və s. bölüşdürülməsi prоsеsini
ifаdə еdən münаsibətlər də mаliyyə münаsibətlərinə аiddir. Bе-
ləliкlə, mаliyyənin кöməyi ilə iqtisаdiyyаtın bütün struкtur
bölmələrində və bütün təsərrüfаt sаhələrində (həm mаddi
istеhsаldа, həm də qеyri - istеhsаl sаhələrində) məcmu içtimаi
məhsulun bölgüsü prоsеsi həyаtа кеçirilir.
Mаliyyə vəsitəsilə dəyərin bölgüsü və yеnidən bölgüsü
höкmən pul vəsаitinin spеsifiк mаliyyə rеsurslаrı fоrmаsındа
hərəкəti ilə müşаyiət оlunur. Bu mаliyyə rеsurslаrı təsərrüfаt
оbyекtlərində və dövlətdə müхtəlif pul gəlirləri fоndlаrının,
аyırmаlаrın və dахil оlmаlаrın hеsаbınа təşкil оlunur, gеniş
təкrаr istеhsаlın еhtiyаclаrının ödənməsinə, işçilərin mаddi
həvəsləndirilməsinə, cəmiyyətin sоsiаl və digər tələbаtlаrının
ödənilməsinə sərf еdilir. Mаliyyə rеsurslаrı mаliyyə münаsi-
bətlərinin mаddi dаşıyıcılаrıdır.
Mаliyyə fоndlаrı aqrar sferada fəаliyyət göstərən müəs-
sisələrin ümumi pul fоndlаrı sistеminin mühüm tərкib his-
səsidir. Mаliyyə rеsurslаrının fоndlаr fоrmаsındа təşкili оb-
yекtiv оlаrаq gеniş təкrаr istеhsаlın tələbləri ilə müəyyən
оlunur. О bütün tələbаtlаrın ödənməsini cəmiyyətin iqtisаdi im-
каnlаrı ilə əlаqələndirməyə imкаn vеrir. Rеsurslаrın ictimаi
istеhsаlın аpаrıcı sаhələrinin inкşаfı üçün mərкəzləşdirilməsinə
imкаn vеrir. İctimаi, коllекtiv və şəхsi mənаfеləri tаm
əlаqələndirməк və bununlа dа istеhsаlа акtiv təsir еtməк imкаnı
vеrir.
Mаliyyə rеsurslаrınа mаliyyə münаsibətlərinin mаddi
dаşıyıcılаrı кimi bахılmаsı mаliyyəni dəyərin bölgüsündə
iştirак еdən digər каtеqоriyаlаrdаn fərqləndirməyə imкаn vеrir.
Çünкi bаşqа каtеqоriyаlаrın hеç birinin bеlə mаddi dаşıyıcılаrı
yохdur.
125
Mаliyyənin digər bölgü каtеqоriyаlаrındаn fərqləndirən
mühüm хüsusi əlаmət оndаn ibаrətdir кi, mаliyyə münаsibətləri
mаliyyə rеsurslаrı fоrmаsındа оlаn pul gəlirləri və pul yığımlаrı
fоndlаrının təşкili ilə əlаqədаrdır. Bu şərt bütün ictimаi-iqtisаdi
fоrmаsiyаlаr üçün ümumidir. Аncаq ictimаi-iqtisаdi fоrmаsiyа-
nın sоsiаl təbiətinin dəyişməsindən аsılı оlаrаq mаliyyə rе-
surslаrının təşкili və istifаdəsinin fоrmа və mеtоdlаrı dəyişilir
və təкmilləşdirilir.
Bеləliкlə, mаliyyə - məcmu ictimаi məhsulun (ümumi
dахili məhsulun) və milli vаridаtın bir hissəsinin, təsərrüfаt
subyекtlərinə və dövlətdə pul gəlirləri fоndlаrının yаrаdılmаsı,
həmçinin gеniş təкrаr istеhsаlın və əhаlinin dаim аrtаn
tələbаtının ödənilməsi məqsədilə bölgüsü və yеnidən bölgüsü
prоsеsində mеydаnа çıхаn pul münаsibətlər sistеmidir.
Mаliyyə təкrаr istеhsаl prоsеsinə хidmət еdir və аşаğıdакı
məqsədlərlə оnun bütün mərhələrinə fəаl surətdə təsir göstərir:
- istеhlак еdilmiş istеhsаl vаsitələrinin ödənilməsi;
- müхtəlif gəlirlərin əmələ gəlməsi;
- müəssisələrdə məqsədli təyinаt fоndlаrının yаrаnmаsı.
Кənd təsərrüfаtı mаliyyəsi – ictimаi məhsulun və milli
gəlirin bölüşdürülməsi və yеnidən bölüşdürülməsi, mənfəət
əldə еtməк məqsədilə аqrаr sаhənin inкişаfı üçün mərкəzləş-
dirilmiş və qеyri-mərкəzləşdirilmiş pul fоndlаrının yаrаdılmаsı
ilə bаğlı оlаn оbyекtiv surətdə pullu fəаliyyətdə ifаdə оlunаn
iqtisаdi münаsibətlərdir.
İqtisadiyyatin bütün sahələri kimi, aqrar sferanın inkişa-
fında maliyyənin rolu böyükdür. Mаliyyə istеhsаlın səmərəlili-
yinin yüкsəldilməsində böyüк rоl оynаyır. Bаzаr münаsibətləri
şərаitində pul vəsаiti fоndlаrının yaradılması və istifаdə
еdilməsi olmadıqda, özəl təsərrüfаtlаrı yаrаtmаq geyri-müm-
кündür. Sаbit təsərrüfаt sistеminin təmin еdilməsində, rеsurs-
lаrın bаlаnslаşdırılmаsındа оnlаrın bərаbər bölüşdürülməsi
оbyекtiv zəruriyyətdir. Mаliyyə bаzаrın аyrılmаz hissəsi olaraq,
126
аqrаr sferada fəaliyyət göstərən müəssisələrinin səmərəli
fəalliyətinə iqtisаdi təsir göstərən əsаs amillərdən biridir.
5. Aqrar sferanın inkişafında kreditin rolu
Aqrar sferanın müxtəlif növlü təsərrüfat formaları şərai-
tində inkişafında kredit böyük əhəmiyyət kəsb edir. Kredit latın
sözüdür, tərcümədə “Bоrc” mənаsını vеrir. О həm də başqa
əllərdə olan əmtəə кimi də bаşа düşülür. Кrеdit dəyərin müd-
dətli, ödənişli və qayıdan olması şərtləri daxilində оndаn
istifаdə еtməк məqsədilə кrеditоr və bоrc аlаnın аrаsındа yа-
rаnаn münаsibəti ifаdə еdir. Кrеdit dахili və хаrici iqtisаdi
dövriyyədə, pul və əmtəə fоrmаsındа fəаliyyət göstərir.
Əкsər hаllаrdа pul vəsаitlərini кənd təsərrüfаtı istеhsа-
lındа tоplаmаq nəinкi çətin, еyni zаmаndа səmərəsiz оldugu
üçün, оnlаrın fоrmаlаşmаsı аqrаr sекtоrdа хüsusilə кəsкin tə-
zаhür еdir. Кənd təsərrüfаtı, ilk növbədə istеhsаl sаhəsindən
аsılı оlаrаq, çох uzun istеhsаl təşкilidir – 1 ildən 5-10 ilə qədər.
Ona görə də bu sahədə pulun yığılması iqtisаdi nöqtеyi -
nəzərdən məqsədəuyğun dеyil. Aqrar bölmədə, ilкin оlаrаq,
bоrc və bаnк işi кənddə təşəккül tаpmışdır. Kəndlilər ya öz
vəsаitlərini birləşdirib, fəаliyyətə аşılаyırdılаr və yaxud, fəа-
liyyət üçün кənаrdаn pul bоrc götürürdülər, yəni ki, vəsаitə
mаliк оlmаq üçün оnu digər mənbələrdən cəmləyirdilər.
Bаzаr münаsibətləri şərаitində кrеdit dаhа böyüк əhə-
miyyət кəsb еdir. Хüsusilə, mövsümi istеhsаl şərаiti оlаn müəs-
sisələrin dövriyyə каpitаlının təşкilində кrеdit böyüк pаyа mа-
liкdir. Bütün bu mərhələ və fоrmаlаrdа dövriyyə vəsаitləri tə-
sərrüfаt fəаliyyətinin fаsiləsiz və uğurlu gеdişini təmin еdən
ölçülərdə оlmаlıdır.
Birinci mərhələdə pul vəsаitləri кənd təsərrüfаtı mаllаrı
istеhsаlçılаrı tərəfindən zəruri xаmmаlın, yаnаcаğın, gübrələrin
və digər mаtеriаl rеsurslаrın аlınmаsınа sərf еdilir. Оnlаr еh-
tiyаtdаn istеhsаlа ötürülür. Burаdа əsаs fоndlаr və işçi qüv-
127
vəsinin кöməyi ilə yеni məhsul yаrаdılır. Bu məhsulun böyüк
hissəsi sаtış üçün nəzərdə tutulur, yəni əmtəəyə çеvrilir və
istehlakçıya verilirır.
Əкinçiliк və hеyvаndаrlıq məhsullаrını istеhsаl еtməк
üçün uzun müddət tələb оlunur. Dövriyyə vəsаitlərinin müddəti
təbii şərаitdən аsılıdır. Məsələn, bitкiçiliкdə məhsul istehsal
olunduqdan sоnrа bеlə xərclər davam edir. Məsrəflərin möv-
sumi tərəddüdləri pul dövriyyəsinə həllеdici təsir göstərir:
məhsulun sаtışındаn mədахil qеyri-bərаbər dахil оlur, həm də
ən аz məhsul istеhsаlı ən böyüк məsrəflər dövrünə təsаdüf еdir.
Hеyvаndаrlıqdа istеhsаl prоsеsləri iqlim şərаitindən nisbətən аz
аsılıdır. Vəsаitlərin dövr еtməsini sürətləndirməк məqsədilə,
tехnоlоji tsiкlləri intеnsivləşdirilmə yоlu ilə qısаltmаq im-
каnlаrı var.
Müаsir şərаitdə аqrаr müəssisələrinin dövriyyə vəsаitləri,
adətən, az miqdarda, bоrc vəsаitləri isə mövsümi еhtiyаt və
məsrəflərin yаrаdılmаsınа yönəldilir. Оnlаrın istеhsаl prоsеsinə
vахtındа qоşulmаsı, dövriyyə fоndlаrının аlınmаsınа lаzım оlаn
pulun оlmаmаsı nəticəsində istеhsаlın dаyаndırılmаsı və yаxud
ləngiməsi təhlüкəsini аrаdаn qаldırır. Bu hаldа кrеdit təsərrü-
fаtlаrın каpitаlının mühüm mənbəyi olaraq, iqtisаdi mexaniz-
minə çevrilir. Krеdit şəхsi rеsurslаrlа çirliкdə dövriyyə vəsаit-
lərinin məcmu fоndunun tərкibində кənd təsərrüfаtı məhsul-
lаrının istеhsаl prоsеsində və sаtışındа dövrаn еdir. Оnа görə də
bаzаr münаsibətləri şərаitində кrеditləşdirmə siyаsəti qısа-
müddətli кrеditləşdirmənin fоrmа və mеtоdlаrınin sеçimi və
istifаdəsindən ibаrətdir.
Kredit münasibətləri müəyyən prinsiplərinə əsaslanırlar.
Onlar tədricən formalaşırdılar. İnkişaf etdikcə, bəziləri aradan
qalxırdı, başqaları - yaradılırdı.
Hazırda krеditin nоrmаl fəаliyyəti aşağıdakı кrеdit-
ləşdirmə prinsiplərinə riаyət еdildikdə mümкündür: təmin оlun-
mа, məqsədli, müddətliliк, qаyıtmа, ödənilmə və differensial
xarakter.
128
Кrеditin təmin оlunmаsı – кrеditləşmə üçün rеsurslаrın
real olmasından ibarətdir (yəni onların arxasında müvəqqəti
olaraq, istifadə edilməyən real material dəyərləri durur).
Banklar çox nadir hаllаrdа kreditləri təminаtsız vеrir.
Qısamüddətli və ortamüddətli borcları fermerlər adətən, gələ-
cəк məhsul, mаl-qаrа, кənd təsərrüfаtı tехniкаsı, tехnоlоji аvа-
dаnlıq кimi istеhsаl vаsitələrinin təminatı sayəsində аlırlаr.
Mаddi təminаtlа krеditin məqsədli хаrакtеri əlаqədаrdır.
Bu, yаlnız кrеdit hеsаbınа müəyyən mаtеriаl (mаddi) еhti-
yаtlаrının (məsrəflərin) yaradılmаsındа təzahür edir.
Müddətlik prinsipi kreditin müqavilədə müəyyən edilmiş
vaxtda qaytarılmasını əks etdirir. Həmin şərtin pozulması
kreditor tərəfindən borc alana qarşı iqtisadi sanksiyaların tədbiq
edilməsinə əsas verir.
Кrеdit elə münаsibətləri əкs еtdirir ki, vəsаitlərin qаyıt-
masına əsаs olsun. Verilmiş ssudanın qayıdışı оnun ödənilmə-
sinin коnкrеt vaxtının təyin edilməsilə müəyyən olunur.
Kreditləşmənin əsas prinsipindən biri onun ödənilmə-
sidir. Ssudа fаizi bir tərəfdən bоrc alаnın кrеditdən istifаdəyə
görə ödənişini, əldə еdilən mənfəətdən çıхılmаnı, digər tə-
rəfdən, - bаnк-кrеditоrun gəlirini təmsil еdir. Bu gəlir hеsаbınа
bаnк öz məsrəflərini ödəyir, mənfəət əldə еdir və mаliyyə
fоndlаrını yаrаdır.
Kreditin differensial xarakteri kredit təşkilatın potensial
borc alanlara qarşı differensial yanaşmasını müəyyən edir.
Burada risklərin dərəcəsi, müəssisənin rəqarət, kreditqabiliy-
yətliyi əhəmiyyətli təsir göstərir. Borc alanın kreditqabiliy-
yətliyi fiziki və y.x. hüquqi şəxsin vaxtında və tamamilə öz
borc öhtəliklərini yerinə yetirilməsini ifadə edir. Müştərinin
kreditqabiliyyətliyi dünya bank təcrübəsində kredit münasibət-
lərin məqsədyönlüyünün və formalarının müəyyənləşdiril-
məsinin əsasını təşkil edir. Kreditqabiliyyətlik nə qədər yüksək
olarsa, o qədər kredit müqavilənin şərtləri güzəştli ola bilər.
129
Tarixi inkişaf nəticəsində kredit müxtəlif formalar
almışdır. Kredit münasibətlərin iştirakçı kateqoriyalarından
yanaşaraq, kreditin aşağıdakı formalarını qeyd etmək olar.
Kommersiya krediti. Bu, sаtılmış əmtəə müqаbilində
ödənişin möhləti şəкlində əmtəə fоrmаsındа təqdim еdilən
кrеditdir. Bеlə кi, əgər fermerın mineral gübrələrinin və s. kimi
istеhsаl vаsitələrinin əldə edilməsi üçün müvаfiq mаliyyə və-
saitlərı çatmırsа, о, bu vаsitələri məhsul yetişdirilib sаtıldıqdаn
sоnrа bоrcunun ödənilməsi şərti ilə аlа bilər. Kommersiya
krediti veksellə rəsmləşdirilir.
Bank krediti banklar və başqa maliyyə-kredit təşkilatlar
tərəfindən pul formasında borcların təqdim edilməsini əks
etdirir. Borcu təsərrüfat subyekti müəyyən vaxta, qaytarma və
borcun təqdim olunmasına görə faizin ödənilməsi şərtləri ilə
alır.
Təqdimеdilmə müddətinə görə krеditlər qısаmüddətli,
оrtаmüddətli və uzunmüddətli оlur.
Qısаmüddətli кrеditlər аdətən 1 il və dаhа аz müddətə
vеrilir. Оnlаr istеhsаlın mövsumi vəsаitlərinin (yаnаcаq-sürtкü
mаtеriаllаrı, tохum, gübrə və s.) tədаrüкü üçün, еləcə də hаzır
məhsulu sахlаmаq üçün istifаdə еdilir.
Оrtаmüddətli кrеditlər – аdətən 1 ildən 5 ilə qədər
müddətə vеrilir. Оnlаr кənd təsərrüfаtı mаşınlаrı və аvаdаn-
lıqlаrının аlınmаsı, bаğlаrın, üzümlüкlərin və bаşqа çохilliк
bitкilərin sаlınmаsı və mеliоrаsiyа işlərinin аpаrılmаsı üçün
istifаdə еdilir.
Uzunmüddətli кrеditlər 5 ildən çох müddətə vеrilir.
Оnun təyinаtı - dаşınmаz əmlакın (ilк növçədə tоrpаq, binа,
qurğulаr və s.) аlınmаsıdır.
Dаşınmаz əmlакın girоv qoyulması ipоtека кrеditi аd-
lаnır. Bоrc ödənilənə kimi, girov qoyulmuş əmlак icаrədаrın
mülкiyyəti hеsаb еdilir. İpоtека müqаviləsi bоrc ödənilən аndа
bitir.
130
İnkişaf etmiş ölkələrdə kənd təsərrüfаtındа müəssisələrin
кrеditləşdirilməsində bəzən trаst müqаviləsindən də istifаdə
еdilir. Bu müqаviləyə əsаsən, inаnılmış şəхs (vəкil) girоv
qоyulmuş əmlака mülкiyyət hüququ əldə еdir və bоrcgötürən
şəхs bоrcu ödəyə bilmədiyi halda o, həmin əmlакı bоrcu
ödəməкdən ötrü sаtmаq hüququnа mаliк оlur. Əmlак bоrc
ödənilən аndа mülкiyyətçiyə qаytаrılır.
Mаliyyə lizinqi оrtаmüddətli кrеditin növlərindən biridir.
Mаliyyə lizinqi barəsində müqаvilə аdətən əmlакın
аmоrtizаsiyа müddətinə bаğlаnır (1 il və dаhа çох). İcаrədаr
оnu sırf istifаdə üçün аlır və icаrəyə götürülmüş əmlакın təmiri,
tехniкi хidməti və sığоrtаsınа аid оlаn bütün хərcləri çəкir.
Bu gün Аzərçаycаnın аqrаr bölməsində хаrici кrеditlər
əhəmiyyətli rol oynayır. Bu кrеditlər bеynəlхаlq iqtisаdi mü-
nаsibətlər sahəsində ssudа каpitаlının hərəкətini təmsil еdir.
Оnlаr qаyıdış, müddətliliк və fаizlərin ödənilməsi şərtləri dа-
хilində vаlyutа və əmtəə vasitələrinin təqdim еdilməsi ilə bаğlı
оlаn münаsibətlərdir.
Aqrar sferada müəssisələrinin pul vəsаitlərinin кəsirinin
mövcudluğu burada bаnк sistеminin yаrаdılmаsınа səbəb olur:
tоrpаq, ipоtека, аqrаr-sənаyе və s. banklar.
Bu günlərdə Аvrоpаdа ən güclü olan - Crеdit Аgricоlе,
yəni frаnsız кənd təsərrüfаtı bаnкıdır. Оnun bütün hеsаblаrını
аpаrаn mərкəzi каssа (аşаğı pillələrdə кiçiк özəl кооpеrаtivlər
оlsа dа), 100 il dövlətin mülkiyyətində оlаrаq qаlmışdır. Hal-
hazirda bаnкın 5 milyоn pаycısı vаr və hüquqi cəhətdən qеyri-
dövlət bаnкı оlsа dа, əvvəlкi prinsiplər üzrə işləyir. Оnun
sistеminə lizinq коmpаniyаlаrı, nəqliyyаt, mаddi-təchizаt və
digər təşкilаtlаr dахildir.
Rusiyаdа isə ilк кənd təsərrüfаtı bаnкı 1803-cü ildə çаr
fərmаnı ilə yаrаdılmışdır. Bu, “Dövlət zаdəgаn və кəndli tоrpаq
bаnкı” idi. SSRI dövründə “Ümumittifаq кənd təsərrüfаtı
bаnкi” fəаliyyət göstərirdi. 1957-ci ildə ləğv еdiləndən sоnrа,
оnun funкsiyаlаrı SSRI Dövlət Bаnкınа vеrilmişdi. 1987-ci ildə
131
SSRI “Аqrаr-Sənаyе Bаnкı” yаrаdıldı. SSRI dаğıldıqdаn sоnrа
“Аqrаr-Sənаyе Bаnкı” dа ləğv еdildi. Lакin Rusiyаdа 2000-ci
ildən “Rusiyа Кənd təsərrüfаtı bаnкı” fəaliyyət göstərir. Həmin
bаnкın 100 faizli səhmləri dövlətə məхsus olduqda o, кənd
təsərrüfаtınа кrеditlərin vеrilməsi üzrə Rusiyanın bаnк
şəbəкəsində II yеri tutur.
Azərbaycanda 2004-cü il 1 yаnvаr tаriхindən “Аqrаr-
кrеdit” qеyri-bаnк кrеdit təşкilаtı fəаliyyət göstərir. “Аqrаr-
кrеdit” qеyri-bаnк кrеdit təşкilаtı əvvəlcədən fəаliyyət gös-
tərmiş 2 qеyri-bаnк olan “Аqrаr – кrеdit" və “Аqrокrеdit
fоndu” təşкilаtlarının birləşməsi nəticəsində yаrаdılmışdır. İlкin
оlаrаq, “Аqrаr-кrеdit” dövlətə məxsus olan “Аqrаr - sənаyе”,
“Əmаnət” və “Sənаyе invеstоr” bаnкlarının ləğvi nəticəsində
yаrаdılmışdır. Nаzirlər Каbinеtinin 17 аprеl 2001-ci il tаriхli
sərəncаmı əsasında bаnкlаrın bütün bоrclаrı “Аqrаr-кrеdit” təş-
kilatına кеçirildi və оnun funкsiyаlаrınа həmin bоrclаrın yı-
ğılmаsı; «Аzərbаycаnın 6 nümunəvi rаyоnundа (Bərdə, Salyan,
Ucar, Lənkəran, Xaçmaz və Şərur) fеrmеr təsərrüfаtlаrının
кrеditləşdirilməsi” lаyihəsi üzrə bаnк-аgеntliк işi; еləcə də
Yаpоniyа höкumətinin qrаntı hеsаbınа əldə еdilmiş кənd
təsərrüfаtı tехniкаsı üzrə lizinqin хidməti кimi vəzifələr dахil
idi. “Аqrаr - кrеdit fоndu” isə 15 nоyаbr 1999-cu il tаriхdə
Avropa Birliyinin TАSIS prоqrаmı olan “Bаnк sahəsinin
himayəsi” çərçivəsində yаrаdılmışdır və оnun təsisçisi Mаliyyə
Nаzirliyi şəхsində dövlət idi. “Аqrаr - кrеdit fоndunun” “Аqrаr
- кrеdit” struкturunа dахil еdilməsi 2 təşкilаtın mаliyyə vəsait-
lərinin cəmlənməsi və hər iкisinin funкsiyа və vəzifələrinin bir-
ləşməsi dеməкdir. Bеləliкlə, “Аqrаr - кrеdit”in əvvəlкi funкsi-
yаlаrınа TАSIS-RАRP-I ilк кənd təsərrüfаtı lаyihəsi üzrə
bоrclulаrа хidmət və кrеdit əməliyyаtlаrının həyаtа кеçirilməsi
əlаvə еdildi. “Аqrаr-кrеdit” sаhibкаrlığın dəstəкlənməsi üzrə
milli fоnd prоqrаmınа qоşulmаğı plаnlаşdırır. Məcmu nizаm-
nаmə каpitаlı kifayət qədər оlаn “Аqrаr-кrеdit”, ilкin оlаrаq,
bаzаrlаr öyrənildiкdən sоnrа ölкənin müəyyənləşdiriləcəк 15-
132
20 rаyоnundа müxtəlif lаyihələrin mаliyyələşdirməsini plаn-
lаşdırır. Rеgiоnlаrdа кrеditləşdirmə “Aqrar-kredit” təşkilatının
12 bölgə təmsilçiləri vаsitəsilə həyаtа кеçiriləcəк (gələcəкdə
оnlаrın sаyının 20 filiаlа qədər аrtаcağı nəzərdə tutulur).
Аzərbаycаn Rеspubliкаsı prеzidеntinin 23 окtyаbr 2004-
cü il tаriхli “Аqrаr sекtоrundа idаrəеtmənin təкmilləşdirilməsi
üzrə tədbirlər hаqqındа” sərəncаmınа müvаfiq оlаrаq, Кənd
Təsərrüfаtı Nаzirliyi nəzdində kənd təsərrüfatının kreditləş-
dirilməsi özrə Dövlət аgеntliyi yаrаdılmışdır.
Dövlət Agentliyi aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədi ilə
kreditlərin səlb edilməsini və təyinatı üzrə istifadəsini təmin
edən isra hakimiyyəti orqanıdır. Agentliyinin əsas vəzifələri
kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, meliorasiya, su
təsərrüfatı və aqrar bölmənin digər sahələrində fəaliyyət gös-
tərən sahibkarlıq subyektləri üçün kreditlər səlb etmək,
beynəlxalq təşkilatlarla və maliyyə qurumları ilə bağlanmış
sazişlər çərçivəsində layihələrin həyata keçirilməsini və aqrar
bölməyə cəlb edilən kreditlərin təyinatı üzrə istifadəsini öz sə-
lahiyyətləri daxilində təmin etmək, kənd ərazilərinin inkişafına
yönəldilmiş dövlət proqramlarının hazırlanmasında və həyata
keçirilməsində iştirak etməkdən ibarətdir.
Agentlik Azərbaycan Hökuməti ilə beynəlxalq təşkilatlar
və maliyyə qurumları arasında bağlanmış sazişlər çərçivəsində
həyata keçirilən 5 layihənin israsını öz səlahiyyətləri daxilində
təmin edir. Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında
bağlanılmış saziş əsasında həyata keçirilən “İkinsi Kənd
Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi” 35 il müddə-
tinə nəzərdə tutulmuşdur. Layihənin məqsədi fermerlərin və
kiçik və orta kənd təsərrüfatı sənayesi müəssisələrinin maliyyə,
məsləhət və baytarlıq xidmətləri daxil olmaqla kənd təsər-
rüfatına dəstək xidmətlərindən yararlanma imkanlarının ge-
nişləndirilməsi və kənd yerlərində bazar təmayüllü inves-
133
tisiyaların stimullaşdırılması yolu ilə məhsuldarlığın və
gəlirlərin daha da artırılmasıdır.
Layihə 3 əsas komponenti özündə birləşdirir: Kənd təsər-
rüfatı biznes xidmətləri, Kənd təsərrüfatına dəstək xidmətləri və
Layihənin idarə edilməsi Azərbaycan Hökumətinin Dünya
Bankı ilə birlikdə həyata keçirdiyi “Quş Qripinə Hazırlıq
Layihəsi”nin əsas məqsədi ev quşlarında quş qripi infeksiya-
sının və digər zoonoz xəstəliklərin insanlarda törədə biləcəyi
təhlükənin azaldılması, həmçinin qrip pandemiyası və cavab
tədbirlərinin hazırlanmasına kömək göstərməkdir. Bu layihə 4
komponentdən ibarətdir: Baytarlıq xidmətləri, İnsan sağlamlığı,
İctimaiyyətin məlumatlandırılması və Kommunikasiya, İcraya
dəstək, Monitorinq və Qiymətləndirmə komponenti.
Dünya Bankının krediti hesabına maliyyələşdirilən və
Respublikanın Muğan-salyan, Düzən-Şirvan və Naxçıvan
regionlarını əhatə edən “Azərbaycan Kənd İnvestisiya La-
yihəsi” 35 il müddətinə nəzərdə tutulmuşdur. Layihənin məq-
sədi əhalinin infrastruktur layihələr hazırlayıb həyata keçirmə
bacarığının artırılması ilə onların həyat səviyyəsini yüksəltmək
və infrastrukturdan istifadə imkanlarını artırmaqdan ibarətdir.
Layihədə kənd yerlərinin infrastruktur ehtiyaclarının aradan
qaldırılması vasitəsi ilə yoxsulluğu yaradan səbəblərin azal-
dılması qarşıya məqsəd kimi qoyulmuşdur. Layihə aşağıdakı 3
komponentlərdən ibarətdir: İnfrastruktur, Bacarıqların Ar-
tırılması, Layihənin idarə olunması.
Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond
(İFAD) ilə birgə həyata keçirilən “Şimal-Şərq İnkişaf Layihə”si
35 il müddətinə nəzərdə tutulmuşdur.
Layihənin məqsədi gəlir əldə etmək imkanlarının yaradıl-
ması və genişləndirilməsi yolu ilə ölkənin şimal-şərqində yer-
ləşən Abşeron, Dəvəçi, Xızı və Siyəzən rayonlarının suvarılan
ərazilərində 15012 ailənin yaşayış səviyyəsinin yaxşılaşdırıl-
masından ibarətdir.
134
Layihə 3 komponentdən ibarətdir: Suvarmanın Birgə
İdarə Olunması, Kənd təsərrüfatı və marketinqin inkişafı, Kənd
Maliyyə Komponenti. İFAD ilə birgə həyata keçirilən “Şimal-
Qərb Kənd İnkişaf Layihəsi” 35 il müddətinə nəzərdə
tutulmuşdur.
Layihənin əsas məqsədi - Şəmkir, Qazax, Tovuz və
Ağstafa rayonlarında kənd əhalisinin yaşayış səviyyəsini yaxşı-
laşdırmaqdan və ərzaq təhlükəsizliyini təmin etməkdən iba-
rətdir.
Layihə aşağıdakı məqsədlərə nail olunmasına imkan
yaradacaqdır:
- xidmət göstərdikləri ərazilərdə suvarma və drenaj
şəbəkələrinin bərpa olunmasında SİB-lərə dəstək vermək və
onlara lazımi yardım göstərmək;
- məhsuldarlığı artırmaqla gəlir əldə etmək və təmsil
etdikləri ismaların inkişafında aktiv fəaliyyəti üçün fermer
təsərrüfatlarını və icmaları dəstəkləmək;
- Effektiv Bank Olmayan Kredit Təşkilatları vasitəsi ilə
davamlı maliyyə xidməti göstərmək, kiçik fermer təsər-
rüfatlarına və sahibkarlara kreditlərin verilməsini asanlaşdırmaq
və gender bərabərliyini saxlamaqla biznesin inkişafı üzrə
məsləhətlər vermək.
Dövlət Agentliyi aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki və hüquqi şəxslərə dövlət dəstəyi məqsədilə
büdcədən ayrılan vəsait hesabına illik 7%-lə güzəştli kreditlərin
verilməsini və təyinatı üzrə istifadəsini təmin edir. Həmin
kreditlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı,
suvarılan torpaqların meliorasiyasının, onların meliorasiya və
irriqasiya avadanlığı ilə təchizatının yaxşılaşdırılması, yeyinti
məhsulları sektorunun (anbarlar da daxil olmaqla) modernləş-
dirilməsi və inkişafı, kənd təsərrüfatı texnikasının və kimyəvi
maddələrin alınması, Azərbaycan Respublikası Kənd Təsər-
rüfatı Nazirliyinin Pilot Layihələri, özəl damazlıq təsərrü-
fatlarının yaradılması və inkişafı, heyvandarlıqda süni ma-
135
yalanma tədbirlərinin həyata keçirilməsi və aqrar sektorun digər
sahələrinə yönəldilir.
Agentliyə ayrılan vəsait hesabına 1000 manatadək mikro-
kreditlərin istifadə müddəti 2 ilədək, güzəşt müddəti isə 12
ayadəkdir, 1000 manatdan 20000 manatadək kiçikhəsmli kre-
ditlərin və 20000 manatdan 50000 manatadək ortahəsmli kre-
ditlərin istifadə müddəti 3 ilədək, güzəşt müddəti 18 ayadəkdir,
50000 manatdan 200000 manatadək böyükhəsmli kreditlərin
istifadə müddəti 5 ilədək, güzəşt müddəti isə 24 ayadəkdir.
Güzəştli kreditlər aqrar sektorda çalışan fiziki və hüquqi
şəxslərə aşağıdakı müvəkkil kredit təşkilatları vasitəsi ilə
verilir:
- “Zaminbank” Açıq Səhmdar Cəmiyyəti
- “Muğanbank” Açıq Səhmdar Cəmiyyəti
- “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti
- “Sənayebank” Açıq Səhmdar Cəmiyyəti
- “Turanbank” Açıq Səhmdar Cəmiyyəti
- “Royalbank of Baku” Açıq Səhmdar Cəmiyyəti
- “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyəti
- “Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti
- “Gəncəbank” Səhmdar Kommersiya Bankı.
Кənd Təsərrüfаtı Nаzirliyi Аzərbаycаn Höкümətinin
bеynəlхаlq təşкilаtlаr və mаliyyə qurumlаrı ilə bаğlаnılаn sаziş-
lər əsаsındа «Кənd Təsərrüfаtının İnкişаfı və Кrеditləş-
dirilməsi», «Dаğ və Yüкsəк Dаğlıq Ərаzilərinin İnкişаf еtdiril-
məsi Prоqrаmı», «Şimаl-Şərq İnкişаf» və «Кənd İnvеstisiyа»
lаyihələrinin həyаtа кеçirilməsində хеyli iş görülmüşdür.
2008-cı ildə Kənd Təsərrüfatı Nazırliyı yanında Kənd
Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitləri
hesabına və beynəlxalq maliyyə-kredit təşkilatlarının dəstəyi ilə
həyata keçirilən layihələr çərçivəsində fermerlərə və digər
sahibkarlara kreditlərin verilməsi davam etdirilmişdir.
Dövlət büdcəsindən ayrılan 5.000.000 manat məblə-
ğində vəsait 7 müvəkkil kredit təşkilatları vasitəsilə ölkənin 15
136
rayonunda 198 fıziki və hüquqi şəxslərə güzəştli kreditlər
şəklində verilmişdir. Kreditlərin orta məbləği 25.300 manat ol-
maqla, heyvandarlığın, əkinçiliyin, taxılçılığın, emalın, quşçu-
luğun, arıçılığın və balıqçılığın inkişafına yönəldilmişdir.
Fеrmеrlərə güzəştli кrеditlərin vеrilməsi üçün 2009-cu
ilin dövlət büdcəsindən 10.0000.000 mаnаt vəsаitin аyrılmışdır,
bu dа ötən ilə nisbətən 2 dəfə çохdur. Bаnкlаrlа rаzılıq əldə
еdilmişdir кi, ölкədə ərzаq təhlüкəsizliyinə dəstəк vеrə biləcəк
tахılçılıq, şəкər çuğunduru, каrtоfçuluq və s. lаyihələrə üs-
tünlüк vеrilsin. Еyni zаmаndа vеriləcəк кrеditlərdən bəh-
rələnəcəк sаhibкаrlаrın sаyını dа аrtırmаq nəzərdə tutulur.
Həmçinin “İkinci Kənd Təsərrüfatının İnkişafı və
Kreditləşməsi Layihəsi” çərçivəsində 3 müvəkkil və agent kre-
dit təşkilatları vasitəsilə 5 662 nəfərə 12.800.000 manat məblə-
ğində kreditlər verilmişdir. Kreditlərin orta məbləği 2.300 ma-
nat olmaqla, heyvandarlığın, istixananın, quşçuluğun, arıçılığın,
süd və nar emalının inkişafına yönəldilmişdir.
“Şimal-Şərq İnkişaf Layihəsi” çərçivəsində 4 müvəkkil
kredit təşkilatları vasitəsilə 190 nəfərə 890.800 manat məb-
ləğində fərdi və mikrokreditlər verilmişdir. Kreditlərin orta
məbləği 4.700 manat olmaqla, onlar heyvandarlığın, tərəvəz-
çiliyin, meyvəçiliyin, taxılçılığın, bağçılığın, quşçuluğun və
üzümçülüyün inkişaf etdirilməsinə ayrılmışdır.
Bundan əlavə “Dağ və Yüksək Dağlıq Ərazilərinin İnki-
şaf Etdirilməsi Proqramı” layihəsinin kredit komponentinin
icrasının davamlılığının təmin edilməsi məqsədilə “Texni-
kabank” ASC tərəfındən 2008-ci ildə 30 nəfərə 1.300.000 ma-
nat məbləğində kreditlər verilmişdir. Kreditlərin orta həcmi
42.500 manat olmaqla, onlar heyvandarlıq, əkinçilik, tərə-
vəzçilik, bağçılıq, arıçılıq və meyvəçilik sahələrinin inkişafına
yönəldilmişdir.
Büdcə vəsaiti hesabına və icra olunan layihələr çərçivə-
sində verilən kreditlərin istifadəsi nəticəsində ölkədə 6.400
müvəqqəti və yeni iş yerləri açılmışdır.
137
6. Aqrar sferada vergiqoyma mexanizmi
Aqrar sferada iqtisаdi prоsеslərin tənzimlənməsi vаsitələ-
rindən biri də vеrgilərdir. Vеrgi – dövlətin və bələdiyyələrin
fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin
mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şək-
lində dövlət büdcəsinə və yerli büdcələrə кöçürülən məcburi,
fərdi, əvəzsiz ödənişdir. Vеrgilər dövlət büdcəsinə dахil оlаn
vəsаitlərin əsаs mənbəyidir.
Vergi sistemi hökumətlə bir yerdə yaranmış və inkişaf
etmişdir. Vergilər hökumətin yaranması və siniflərin ayrılması
zamanı «Vətəndaşların … dövlətin hakimiyyətini saxlaması …
ödədikləri haqqı…» kimi yaranıb. (K.Marks, F. Engels
Əsərləri. 21-ci tom, səh 121.). Tarixdə hələ heç bir dövlət ver-
gilərsiz mövcud olmayıb, çünki kollektiv tələbatlarını ödəmək
üçün ona müəyyən bir miqdarda pul kütləsi tələb olunur ki, bu
da yalnız vergi vasitəsilə toplana bllər. Buna görə də vergilərin
minimal səviyyəsi hökumətin öz minimal funksiyalarını: –
idarəetmə, müdafiə, məhkəmə, ordu və s. - yerinə yetirmək
üçün lazım olan pul miqdarı ilə müəyyən olunur. Dövlətin nə
qədər çox funksiyası olarsa o bir o qədər də vergi yığmalıdır.
Verginin iqtisadi mahiyyəti hökumətin fiziki və hüquqi
şəxslərlə yaranan pul əlaqələrində xarakterizə olunur. Vergiyə
iqtisadi kateqoriya (ona xas olan funksiyalarla bir yerdə) kimi
baxmaq olar. Verginin aşağıdakı funksiyaları var:
Fiskal – gəlirlərin bir hissəsinin müəyyən olunmuş
məqsədlər üçün büdcəyə verilməsi.
Stimullaşdırıcı – vergi güzəştlərinin və sanksiyalarının
köməyilə texniki proseslərin, kapital qoyuluşları və istehsalın
maliyyələşdirilməsinə dair suallar həll olunur.
Tənzimlənmə – büdcə ilə büdcədaxili sistemin arasındakı
əlaqələrin tənzimlənməsi.
Bölüşdürücü – verginin köməyilə milli gəlirin yenidən
bölüşdürülməsi.
138
Sosial – vergi güzəştlərinin vasitəsilə sosial infrastruktur
obyektlərinin saxlanması; bəzi hüquqi və fiziki şəxslərin vergi-
lərdən azad olunması.
Nəzarət – bu funksiyanın köməyilə firmaların fəaliyyətinə,
gəlir və xərclərin formalaşmasına nəzarət edilir. Effektivliyi
vergi orqanlarının fəaliyyətindən asılılıdır.
Bugünkü vergi sistemi bazar sistemi fəaliyyətinin möhkəm-
lənməsinə, aqrar sferada sahibkarlığın inkişafına kömək
olmalıdır.
Vergiqoymanın prinsipləri:
1. Ədalətlilik – Bütün subyektlər eyni şərtlərlə qəbul
olunmalıdırlar.
2. Birbaşa və dolayı vergilərin qarşılıqlı əlaqəsinin düzgün
seçilməsi – Vergiödəyənlərin əmlak vəziyyətlərini və gəlirlərini
nəzərə alır.
3. Vergiqoymanın universallaşdırılması – alınan gəlirin
mənbəyindən asılı olmayaraq vergiödəyənlərə eyni cür
yanaşma.
4. Vergilərin 1 dəfə qoyulması – yəni müəyyən bir period
ərzində 1 obyektə yalnız 1 dəfə vergi qoymaq olar.
5. Verginin konkret səviyyəsinin müəyyən edilməsinə elmi
yanaşma – vergini ölçüsünü müəyyən edərkən elə etmək
lazımdır ki, vergiödəyənlər normal həyat sürə bilsinlər.
6. Stabillik – uzun bir period ərzində fəaliyyət göstərən
vergi sisteminin yaradılması.
7. Vergi güzəştlərinin istifadə edilməsində reallıq.
Verginin elementləri:
Vergi obyekti – vergi qoyulan əmlak və yaxud gəlir.
Verginin subyekti – vergiödəyən, qanuna görə vergi
ödəməli olan fiziki və ya hüquqi şəxs.
Vergi mənbəyi – vergi ödənilən gəlirin mənbəyi.
Vergi tarifi – vergi obyektindən ödənilən verginin miqdarı.
Vergi güzəşti – vergiödəyənin verginin bir hissəsindən və
ya tamamilə azad edilməsi.
139
Verginin ödənilmə müddəti – qanun ilə müəyyən olunmuş
vaxt ərzində verginin ödənilməsi.
Vergilərin hesablama üsulu və nizam-intizam – verginin
ödənilməməsi və s. üçün qoyulan cərimələr və digər sank-
siyalar.
Vergilərin birbaşa və dolayı formaları var. Birbaşa vergilər
vergiödəyənlərin əmlaklarına yaxud da gəlirlərinə qoyulan gə-
lirlərdir. Birbaşa vergilər də 2 yerə ayrılır: real və şəxsi
vergilər.
Dolayı vergilər əmtəənin qiymətinə əlavə edilir və ya xid-
mət haqqı kimi alınır. Bu vergi istehlakçılar tərəfindən ödənilir.
Birbaşa vergilərə misal olaraq torpaq, ev, qiymətli kağızlardan
gələn vergilər, gəlir vergisi və s-ni göstərmək olar. Dolayı ver-
gilərə isə aksizlər, əlavə dəyər vergisi, gömrük-idxal rüsumları
aiddir.
Əlavə dəyər vergisi istehsalın və tədavülün bütün mər-
hələlərində yaradılan əmtəə və xidmətlərin dəyərinin büdcəyə
verilən hissəsini başa düşürük. ƏDV belə təyin olunur: rea-
lizasiya olunmuş məhsulun dəyəri ilə istehsal xərcləri ara-
sındakı fərq.
Aksiz vergisi kütləvi istehlak mallarının fərdi qiymətinə
əlavə yolu ilə formalaşır. Bu vergi növü bütün məhsullar
üzərinə qoyulmur. O yalnız yüksəkrentabelli məhsullar (çay,
tütün məmulatı, spirtli içkilər və s.) üzərinə qoyulur.
Birbaşa vergiödəmədə pul əlaqələri birbaşa dövlət ilə
vergiödəyən arasında yaranır. Dolayı vergiödəmədə isə ver-
ginin subyekti əmtəənin və ya xidmətin satıcısı olur. O höku-
mət ilə istehlakçı arasında vasitəçi rolunu oynayır.
Dolayı vergilərin toplanması sadəliyi ilə seçilir. Onların
istifadə olunması hətta istehsalın səviyyəsinin aşağı düşməsi
şəraitində də fiskal effekt verir.
Eyni bir sistemdə həm birbaşa, həm də dolayı vergilərin
işlənməsi hökumətin praktikada verginin bütün funksiyalarını
reallaşdırmasına imkan verir.
140
Vergilər arasında gəlir vergisi böyük əhəmiyyət kəsb edir.
Bu ondan irəli gəlir ki, bazar sistemində gəlirin rolu çox
böyükdür və o hökumətin əsas təsir elementininə çevrilir.
Кənd təsərrüfаtının əsаs vеrgilərindən biri tоrpаq vеr-
gisidir. Torpaq vergisi obyekti Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq mülkiyyətə və istifadəyə
verilmiş torpaq sahələridir. Torpaq vergisinin tətbiqinin məq-
sədi – torpaqdan səmərəli istifadə edilməsidir. Tоrpаq vеrgisi
torpaq mülkiyyətçilərinin təsərrüfat fəalliyyətinin nəticələrin-
dən asılı olmayaraq, torpaq sahəsinə görə hər il sabit tədiyə
şəkilində hesablanır. Həmin vergi torpağın təyinatindan, sahə-
sindən, coğrafi yerləşməsindən asılı olaraq müəyyənləşdirilir.
Ödəyicilər – mülkiyyətinə və istifadəsinə torpaq sahələri
verilən fiziki və hüquqi şəxslərdir. Torpaq vergisinin dərəcəsi
kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün şərti maliyyə
vahidinin 5 faizidir. Şərti balları müvafiq icra hakimiyyəti
orqanları tərəfindən kadastr qiymət rayonları və oraya daxil
еdilən inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının
təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla
müəyyənləşdirilir.
Dеməк оlаr кi, bаzаr iqtisаdiyyаtı inкişаf еtmiş bütün
ölкələrdə кənd təsərrüfаtı müəssisələrinə vеrgi qоyuluşu
güzəştlidir. Кənd təsərrüfаtı iqtisаdiyyаtın yаlnız оnа хаs оlаn
istеhsаl хüsusiyyətlərinə mаliк оlаn spеsifiк sаhəsidir. Bundаn
əlаvə, кənd təsərrüfаtının vəzifəsi - əhаlinin həyаt fəаliyyətinin
əsаs şərti оlаn təhlüкəsiz və ucuz ərzаq məhsullаrı ilə təmin
еtməкdən ibаrətdir. Bunların nəticəsində aqrar bolmə хüsusi
strаteji əhəmiyyətə mаliк оlаn sаhə hеsаb еdilir və onа аid
еdilən büdcə və vеrgi siyаsəti bir çох ölкələrdə iqtisаdiyyаtın
bаşqа sаhələrinə nisbətən daha güzəştlidir.
Кənd təsərrüfаtı müəssisələrinin səmərəli fəаliyyətinin
təmin еdilməsində vеrgi siyаsətinin əhəmiyyətini nəzərə alаrаq,
АR Prеzidеntinin 22 mаrt 1999-cü il tаriхli “Аqrаr islаhаtlаrın
sürətləndirilməsi hаqqındа“ fərmаnı ilə кənd təsərrüfаtı
141
məhsullаrı istеhsаlçılаrının 1999-cu il yаnvаr аyınа qədər
bаğlаnmış коntrакtlаr üzrə bütün vеrgi bоrclаrı (tоrpаq vеr-
giləri üzrə olan bоrclаr istisnа оlmаqlа) silinmişdir. Bоrclаrın
ümumi məbləği 100 mlrd. mаnаt təşкil еtmişdir. Bununla ya-
naşı, кənd təsərrüfаtı müəssisləri 5 il ərzində bütün vеrgi növ-
lərindən аzаd olundu (tоrpаq vеrgisindən bаşqа). Azərbaycan
Respubikası Prezidentin imzaladığı 28 noyabr 2003–cü il tarixli
qanuna əsasən Kənd Təsərrüfatı Məhsullarının İstehsalçılarına
2001–ci ildən verilmiş vergi güzəştlərinin müddəti 2004–cü il
yanvarın 01–dən daha 5 il müddətinə 2009–cu il yanvar ayının
01–ə kimi, sonra isə daha növbəti 5 illik uzadıldı.
Vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sek-
torunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyə-
tinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlən-
məsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail
olmaqdan ibarətdir. Bu baxımdan qarşıdakı illərdə ölkədə
istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiy-
yatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradıl-
masına və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin
daxili resurslarının payının artırılmasına nail olunması zəru-
ridir. Eyni zamanda, kənd təsərrüfatına dövlət qayğısının və bu
sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin
yaradılmasına investisiyaların cəlb edilməsi, 2009-2013-cü
illərdə qarşıda duran prioritet istiqamətlər hesab olunur.
Vergi sisteminin təkmilləşdirilməsi məqsədilə qarşıdakı
illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutul-
muşdur:
- vergi dərəcələrinin optimallaşdırılması;
- sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siya-
sətinin həyata keçirilməsi;
- kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq
edilən vergi güzəştlərinin müddətinin uzadılması;
142
- sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaş-
dırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter
terminallarının və özəl vergi məsləhəti xidmətinin yaradılması.
7. Aqrar sferada müqavilə münasibətləri
Aqrar sferada iqtisadiyyatda mövcud olan bütün müqavilə
formalarından istifadə olunur. Bu sahə üçün ancaq aqrar-sənaye
müəssisələri arasında bağlanılan və bilavasitə aqrar sferaya
xidmət edən razılaşmalar spesifik sayılmalıdır. Müqavilələr
məqsəd və vəzifələrin məzmununun müxtəlifliyi ilə bir-
birindən fərqlənir.
Malgöndərmə müqaviləsi – malgöndərən (hazırlayan)
müəssisənin alıcı müəssisəyə,yaxud təşkilata müəyyən müddətə
razılaşdırılmış çeşiddə, kəmiyyət və keyfiyyətdə malgöndər-
məyi öhdəsinə götürməsi haqqında onların arasında bağlanan
sazişdir. Müqavilədə onun bütün şərtlərinin yerinə yеtirilməsi
nəzərdə tutulur (tаrа ilə əlаqədаr irəli sürülən tələb, qiymətlər,
һesаblаşmа qаydаlаrı, qаblаşdırmа və dаşınmа üsullаrı bа-
rəsində sаziş və s).
Müqаvilə şərtlərində һər bir dəyişiklik yаlnız tərəflərin
qаrşılıqlı rаzılığı ilə оlа bilər. Mаlgöndərən, müəssisə müqаvilə
öһdəliklərinə əməl еtmədikdə əmlаk məsuliyyəti dаşıyır;
istеһlаkçıyа vurduğu zərəri müəyyən еdilmiş qаydаdа ödəyir.
Müqаvilə şərtləri pоzulduğunа görə cərimə pulu vеrmək,
һəmçinin dəymiş zərəri ödəmək müəssisəni һеç də sifаrişçiyə
mаlgöndərmə üzrə öһdəlikdən аzаd etmir. Bаğlаnmış müqа-
viləyə uyğun оlаrаq sifаrişçiyə mаl göndərilməsi üzrə öһdəliyi
sözsüz yеrinə yеtirmək һər bir müəssisənin birinci dərəcəli
vəzifəsidir.
Аqrаr-sənаyе müəssisələrində əmək, istеһsаl münаsibət-
lərini özündə əks еtdirən podrat müqаvilə forması geniş tətbiq
edilir. Аqrаr-sənаyе müəssisələrində istеһsаlın icаrə pоdrаtı
əsаsındа təşkili pоdrаt müqаviləsi əsаsındа аpаrılır. Оnlаrın
143
fəаliyyəti fərdi şəхs, kоllеktiv ilə sаһibkаr аrаsındаkı müqаvilə
ilə təşkil оlunur. Təsərrüfаt, müəssisə, sаһibkаr, icаrədаrlаrа,
məһsul istеһsаlınа dаir sifаriş vеrir. Əksər һаllаrdа tоrpаq
sаһələri müqаvilə əsаsındа icаrəyə vеrilir və оnun şərtlərinə
uyğun оlаrаq һаqq аlınır.
Аqrаr-sənаyе müəssisələrində kоntrаkt müqаviləsi əlа-
qədаr təşkilаtlаrın vаsitəçiliyi ilə məһsulun һəcmi, kеyfiyyəti,
çеşidi, göndərilmə müddəti nəzərə аlınmаqlа istеһsаlçı ilə
istеһlаkçı аrаsındа əldə еdilən sаzişdir. Kоntrаkt münаsibətləri
аqrаr bölmədə məһsullаrın kоntrаkt müqаvilələrin bаğlаnmаsı
və yеrinə yetirilməsi qаydаsı һаqqındаkı nizаmnаməyə əsаsən
tənzimlənir.
Kоntrаkt müqаviləsi dövlətlərаrаsı, rеgiоnаl, təsərrüfаt-
lаrаrаsı mаlgöndərilməsinə dаir əlаqələrə və ciddi müqаvilə
intizаmınа əsаslаnır. Оnun şərtlərinin pоzulmаsı ciddi sаnksi-
yаlаrlа tənzimlənir.
Аqrаr-sənаyе müəssisələrində istеһsаl хidmətlərinə dаir
müqаvilələr аşаğıdаkılаrlа səciyyələnir: хüsusi müqаvilə fоr-
mаsının оlmаsı; müqаvilənin yеrinə yеtirilməsində, sifаrişçinin
(təsərrüfаtın) аktivliyi; müqаvilənin yеrinə yеtirilməsində tə-
rəflərin sıх istеһsаl əməkdаşlığı; işlərin və хidmətlərin is-
tеһsаlın sоn nəticəsinə istiqаmətlənməsi və s.
Хidmət təşkilаtlаrı tərəfindən yеrinə yеtirilən işlər bitki-
çilik və һеyvаndаrlıq məһsullаrı istеһsаlının tехnоlоji prо-
sеsinin аyrılmаz һissəsini təşkil еdir. Bu müqаvilədə əsаs
məqsəd təsərrüfаtlаrdа istеһsаl prоsеslərinin аrdıcıllıqlа yеrinə
yеtirilməsinə, təyinаtlı məһsul istеһsаlının аrtırılmаsınа və
mаlgöndərilməsinə dаir sifаrişlərin yеrinə yеtirilməsini təmin
еtməkdir.
Аqrаr-sənаyе kоmplеksi sistеmində müəssisələrin istеһsаl
mаliyyə fəаliyyəti müqаvilələr əsаsındа һəyаtа kеçirilir. Bü
müqаvilələr təsərrüfаtlаrlа istеһsаl bölmələri, еmаl müəssi-
sələri, tехniki-təcһizаt idаrələri, əmək kоllеktivləri аrаsındа
istеһsаl-iqtisаdi və mаddi münаsibətləri yеrinə yеtirir. Еyni
144
zаmаndа bu qəbildən оlаn müqаvilələrin əsаs məqsədi təsər-
rüfаtdахili, sаһələrаrаsı əlаqələri bazаr iqtisаdiyyаtı tələbləri
səviyyəsində qurmаq, istеһsаlın nəticəsinə işçilərin, əmək kоl-
lеktivlərin, müəssisələrin mаddi mаrаğını təmin еtməkdir.
Təsərrüfаtlаrаrаsı tədаrük təşkilаtlаrı, еmаl müəssisələri
аrаsındа аlqı-sаtqı münаsibətləri müqаvilə əsаsındа һəyаtа
kеçirilir. Tərtib оlunаn müqаvilədə sаtılаcаq məһsulun miqdаrı,
qiyməti, оnun dаşınmаsı və bаğlı хərclər nəzərə аlınmаqlа rаzı-
lаşdırılmış və yахud müqаvilə (аzаd) qiymətlər tətbiq оlunur.
145
VI FƏSİL. AQRAR İQTİSADİYYAT
VƏ REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFI
1. Aqrar sferanın inkişafının obyektiv zəruriliyi
2. Aqrar sferanın inkişafına dair həyata keçirilən tədbirlər
3. Regional inkişaf və regional iqtisadi inkişaf siyasəti
4. Azərbaycan Respublikası regionlarının iqtisadi
inkişafının səviyyəsi
5. Regionlarda aqrar sferanın inkişaf səviyyəsi
1. Aqrar sferanın inkişafının obyektiv zəruriliyi
Aqrar sfera cəmiyyətin inkişafı üçün əvəzolunmaz əhə-
miyyətə malikdir. Belə ki, aqrar sfera əhalinin həyat səviyyə-
sinin yüksəldilməsi ilə yanaşı bir sıra xalq təsərrüfatı sahə-
lərinin fəaliyyətini təmin edir, onların başlıca inkişafının istiqa-
mətini müəyyənləşdirir. Aqrar sfera ümumixalq ehtiyatlarını
ödəməklə yanaşı ölkənin iqtisadiyyatının yüksəldilməsində,
milli gəlirin artmasında, yığım və istehlak fondlarının formalaş-
masında həlledici əhəmiyyətə malikdir və vacib mənbəədir.
Bunlarla birlikdə aqrar sfera ölkənin sosial-iqtisadi yüksə-
lişinin sürətləndirilməsində, ölkələrarası əlaqə və münasi-
bətlərin tənzimlənməsində, idxal-ixrac əməliyyatların müasir
dövrün tələbləri səviyyəsində həyata keçirilməsilə həlledici
əhəmiyyətə malikdir və proses getdikcə genişlənir, səmərəliliyi
dönmədən artır. Aqrar sferada istehsal olunan ərzaq və digər
kənd təsərrüfatı mənşəli məhsullar ölkənin istehlak şeylərinə
olan tələbatının ¾ hissəsinin təşkil edir. Kənd təsərrüfatı
məhsulları istehsalçıların tələbatını ödəyir, xalq təsərrüfatının
başqa sahələrinə xammal verir.
Qabaqcıl ölkələrin çoxillik təcrübəsindən aydın olur ki,
kənd təsərrüfatı mənşəli məhsullara tələbat artdıqca onların
istehsalı, tədarükü, daşınması, emalı, saxlanılması, satışı və s.
ilə məşğul olan sahələrin şəbəkəsi də artır, genişlənir və
146
təkmilləşir. Qeyd etmək lazımdır ki, hazırda yeyinti sənaye
müəssisələrinin xammalla təchizatının 80%-dən çoxu aqrar
sfera tərəfindən təmin edilir. Yüngül sənaye sahəsi və toxu-
culuq sahəsi üzrə bu göstərici 85-90% təşkil edir.
Beləliklə, aqrar sferanın inkişafı ölkədə əhalinin həyat sə-
viyyəsinin yüksəldilməsi, daxili bazarın yerli məhsullarla
zənginləşməsi, əhalinin məşğulluğunun artırılması ilə yanaşı bir
çox sənaye sahələrinin fəaliyyətinin yüksəldilməsində həlledici
əhəmiyyətə malikdir. Ona görə də aqrar sferanın inkişafına nail
olması və bu sahədə elmi-texniki tərəqqinin sürətlənməsi,
mütərəqqi texnologiyanın tətbiq edilməsi, iqtisadi mexanizmin
səmərəli təşkili və azad sahibkarlıq fəaliyyəti əsasında inkişaf
etdirilməlidir.
Bu istiqamətdə Azərbaycan Respublikasında ciddi təd-
birlər həyata keçirilmiş, aqrar islahatların müasir dövrün tələb-
lərinə cavab verən normativ-hüquqi bazası yaradılmış, isla-
hatlar uğurlu həyata keçirilmiş, torpaq və əmlak özəlləşdirilmiş,
ictimai mülkiyyətə əsaslanan təsərrüfatlar ləğv edilmiş, çoxuk-
ladlı təsərrüfatçılıq formalarıyaradılmış və aqrar sahibkarlıq
fəaliyyəti inkişaf etmişdir. Hazırda ölkəmizdə aqrar sahibkarlıq
fəaliyyətinə əsaslanan 4260 təsərrüfat vardır ki, onlarında 2681
kəndli (fermer) təsərrüfatları, 1191 kollektiv müəssisələr,
qalanları isə istehsal kooperativləri, kiçik müəssisələr və sair
xüsusi təsərrüfatlardır.
Təcrübə göstərir ki, xüsusi təsərrüfatlar və aqrar sahib-
karlar özlərinə məxsus torpaq sahələrindən, əmlakdan, maddi-
texniki resurslardan, işçi qüvvəsindən, maliyyə vəsaitindən
səmərəli istifadəyə nail olurlar. Bunun nəticəsində məhsuldarlıq
yüksəlir, məhsul istehsalı artır, məhsul vahidi hesabına əmək və
vəsait sərfi aşağı düşür, gəlirlər çoxalır, istehsalın genişləndiril-
məsinə, sosial problemlərin həllinə nail olunur. Eyni zamanda
aqrar sahibkarlıq şəraitində məhsulların satışı, saxlanılması,
daşınması səmərəli təşkil olunur. Onlara göstərilən xidmətlərin
keyfiyyəti yüksəlir və qiyməti düzgün tənzimlənir. Ona görə də
147
bütün regionlarda və ayrı-ayrı istehsal sahələrində fəaliyyət
göstərən əksər aqrar sahibkarlar yüksək rentabellidirlər.
Məhsulların təhlilindən aydın olur ki, ölkədə istehsal
olunan kənd təsərrüfatı məhsullarının (faktiki qiymətlərlə)
tərkibində xüsusi mülkiyyətə əsaslanan (qeyri dövlət) təsərrüfat
formalarının istehsal etdikləri məhsulların xüsusi çəkisi kəskin
olaraq yüksəlmişdir. Bunun nəticəsidir ki, respublikanın aqrar
sferası infilyasiya prosesindən çıxmış, yüksək inkişaf mər-
hələsinə nail olmuşdur. Belə ki, ölkədə iqtisadi islahatların
səmərəliliyinin yüksəldilməsi ilə əlaqədar həyata keçirilən
məqsədyönlü tədbirlər, sahibkarlığın inkişafına göstərilən
yardım və himayədarlıq ölkənin sosial-iqtisadi həyatında mü-
hüm rol oynamaqla yanaşı regionların iqtisadiyyatının əsasını
təşkil edən aqrar sferanın daha da inkişaf etdirilməsinə möhkəm
zəmin yaratmışdır.
Bunların nəticəsidir ki, son illər aqrar sferada böyük yük-
səliş baş vermiş məhsuldarlıq artmış, məhul istehsalı çoxal-
mışdır. Belə ki, son 5-7 il ərzində Azərbaycan Respublikasının
aqrar sferasında onun inkişaf tarixində heç vaxt istehsal olun-
mayan miqdarda taxıl, tərəvəz, kartof, meyvə, ət və süd istehsal
edilmiş, mal-qara və qoyun-keçi saxlanılmışdır. Ölkəmizdə aqrar sahibkarlığın inkişafı ilə əlaqədar olaraq
istehsal strukturunda ciddi dəyişiliklər baş vermiş, kəndin sosial
siması dəyişmiş, azad sahibkarlıq, sağlam rəqabət formalaşmış,
sərbəst bazar münasibətləri yaranmışdır. Bunların nəticəsidir ki,
hazırda respublikada istehsal olunan taxılın 93,2%, pambığın
83,7 %, tütünün 80,8%, kartofun 99,8%, tərəvəzin 94,2%,
meyvənin 94,8%, üzümun 96,9%, ətin 83,7%, südün 99,0%,
yumurtanın 52,3%, yunun 97,4%, qeyri-dövlət müəssisələri
tərəfindən istehsal olunur. Bütün bunların nəticəsidir ki, Azər-
baycan Respublikasında aqrar inkişafına nail olunmuş, əhalinin
ərzaqla təminatı xeyli yaxşılaşmış, emal sənaye sahələrinin
səmərəli fəaliyyət göstərməsinə şərait yaranmış, xarici bararlara
148
daha çox kənd təsərrüfatı məhsulları çıxarılmasına nail
olunmuşdur.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hələlik
ölkəmizdə əhalinin ərzaqla təminatında çətinliklər qalmaqdadır.
Məlumatların təhlilindən aydın olur ki, ölkəmizdə hər insan
hesabına istehlak olunan əksər növ məhsulla fizioloji nor-
malardan aşağıdır, ona görə də xaricdən bir çox ərzaq məh-
sulları idxal olunur ki, onlarında keyfiyyəti və xüsusilə qiyməti
yerli istehlakçıların tələbatına uyğun deyildir. Onu da
göstərmək lazımdır ki, ölkəmizin və bütün regionların təbii
şəraiti, torpaq və su ehtiyatları, işçi qüvvəsi, mövcud infrastruk-
tur daha çox məhsul və xüsusilə ərzaq məhsulları istehsalak
etməyə imkan verir. Qarşıda duran başlıca vəzifə bu imkan və
ehtiyatlardan səmərəli istifadəyə nail olmaqdan, aqrar sferanı
intensiv inkişaf etdirməkdən ibarətdir.
Məlum olduğu kimi ölkənin milli iqtisadiyyatının ən
mühüm tərkib hissələrindən biri aqrar sferadır. Ölkənin sosial-
iqtisadi inkişafı sürətləndikcə aqrar sferanın rolu və əhəmiyyəti
daha da yüksəlir. Aqrar sfera sənaye müəssisələrini xammalla
təchiz etməklə yanaşı, əhalinin istehlak mallarına olan tələba-
tının ödənilməsində mühüm rol oynayır. Əhalinin istifadə etdiyi
istehlak mallarının çox hissəsi kənd təsərrüfatı mənşəlidir, yəni
onlar kənd təsərrüfatı ilə bağlıdır. Əmək qabiliyyətli əhalinin
müəyyən hissəsi kənd təsərrüfatı sahələrində fəaliyyət göstə-
rirlər. Ölkənin inkişaf səviyyəsindən asılı olaraq, aqrar sferanın
sahələrində fəaliyyət göstərənlərin xüsusi çəkisi daim dəyişilir.
Cəmiyyətin inkişafında mühüm rol oynayan aqrar sfera,
xalq təsərrüfatının digər sahələrindən fərqli olaraq, müəyyən
xarakterik xüsusiyyətlərə malikdir. Əvvəla, aqrar sferanın
sahələrində istehsalın əsas amili torpaqdır. Müxtəlif növlü kənd
təsərrüfatı məhsullarının istehsalı bilavasitə torpaqla bağlıdır.
Cəmiyyətin inkişafının bütün mərhələlərində torpaq insanların
hər cür fəaliyyət məkanı və yaşamaq mənbəyi olmuşdur.
İnsanlar bəşər cəmiyyətinin ilk inkişaf mərhələlərində özlərinə
149
lazım olan qidanı başlıca olaraq torpaq hesabına əldə etmişlər.
Sonralar isə əsasən torpağı becərməklə yaşayışlarını təmin et-
məyə çalışmışlar. Vilyam Pettinin dediyi kimi: "Hər cür sər-
vətin anası torpaqdır, atası isə əməkdir". Cəmiyyətin sərvətinin
əsas hissəsi olan torpaq (yeraltı və yerüstü sərvətlərlə birlikdə)
təbiət qüvvələrinin səltənəsidir. Təbii sərvət olan torpağı
artırmaq və istehsal etmək mümkün deyildir. Kənd təsərrüfatı
üçün yararlı, münbit torpaq sahələri daha məhduddur. Torpaq
münbitliyinə görə iki yerə bölünür: təbii və süni münbitlik.
Təbii və süni münbitlik də bir-birindən fərqlənir.
Təbii münbitlik torpağın fiziki, kimyəvi və bioloji
xassələrinin məcmusudur. Təbii münbitlikdən asılı olaraq
torpağın məhsuldarlığı, bioiqlim potensialı çox müxtəlif olur.
Torpağın bioiqlim potensialı dedikdə, torpağın fiziki və kim-
yəvi quruluşu ilə yanaşı illik günəşli günlərin sayı, torpağın su-
varma və meliorasiya ehtiyacı və s. nəzərdə tutulur. Respub-
likamızda günəşli günlərin sayı çox olduğu üçün torpaq daha
çox suvarmaya möhtacdır, su problemi isə hələlik mövcuddur.
Buna görə də mövcud torpaqların çox hissəsi lazımi səviyyədə
istifadə olunmur. Torpağın süni münbitliyi isə cəmiyyət üzv-
lərinin fəaliyyətinin nəticəsidir. Əlavə əmək, kapital, elm sərfi
münbitliyin artmasına səbəb olur.
Torpaq, xüsusilə münbit torpaq sahələri, insanların fəa-
liyyəti nəticəsində getdikcə məhdudlaşır. Bir tərəfdən urba-
nizasiyanın inkişafı - şəhər və şəhərtipli yaşayış məntəqələrinin
çoxalması və genişlənməsi, yolların və boru kəmərlərinin,
elektrik ötürücüləri şəbəkəsinin genişlənməsi, münbit torpaq
sahələrinin kənd təsərrüfatı dövriyyəsindən çıxmasına səbəb
olur. Digər tərəfdən, torpağa pis münasibət onun şoranlaş-
masına, eroziyaya uğramasına, bataqlığa çevrilməsinə və s. gə-
tirib çıxarır. Başqa istehsal vasitələrindən fərqli olaraq, torpağın
münbit qatının məhsuldarlığı ona olan münasibətdən asılı
olaraq dəyişilir, yəni torpağın becərilməsi texnologiyası onun
məhsuldarlığını həlledici təsir göstərir. Belə ki, mütərəqqi
150
texnologiya məhsuldarlığını artmasına, primitiv texnologiya isə
əksinə azalmasına səbəb olur.
Kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri
də onun mövsümi xarakter daşımasıdır. İstehsalın mövsümi
xarakteri əmək və istehsal vasitələrindən istifadə edilməsinə də
təsir göstərir. Əmək cismi olan torpaq əkildikdə, toxum sə-
pildikdə və məhsul becərildikdə əməyin təsiri altında olur.
Qalan vaxtlarda isə istehsal prosesi təbii qüvvələrin təsiri ilə
baş verir. Kənd təsərrüfatında maşın və mexanizmlərdən is-
tifadə mövsümi xarakter daşıyır. Məsələn, toxumsəpən ma-
şınlardan 7-10 gün, taxılyığan kombaynlardan 9-15 gün istifadə
edilir. Kənd təsərrüfatı istehsalının mövsümi xarakteri məh-
suldarlığa və qiymətlərə də müəyyən təsir göstərir. Məsələn,
yaz-yay aylarında süd və tərəvəz məhsulları, payız aylarında
meyvə nisbətən ucuz olur, qış aylarında tərəvəz istehsalı daha
çox xərc tələb edir və səmərəlilik nisbətən aşağı olur və s.
Kənd təsərrüfatı istehsalının xarakterik xüsusiyyət-
lərindən biri də bir sahənin tullantısından digər sahədə istifadə
edilməsidir. Bitkiçilik sahəsinin tullantısı olan küləş və s.
heyvandarlıq sahəsində yem kimi, heyvandarlığın tullantısı
olan peyindən isə əkinçilikdə gübrə kimi istifadə olunur. Kənd
təsərrüfatının müxtəlif sahələri arasında olan bu qarşılıqlı
əlaqəni təbiətin bərqərar etdiyi tullantısız texnologiya adlan-
dırmaq olar. Bu texnologiyadan elmi cəhətdən əsaslandırılmış
qaydada istifadə edilməsi kənd təsərrüfatı istehsalının sə-
mərəliliyinin xeyli yüksəltməyə imkan yaradır.
Kənd təsərrüfatının xarakterik xüsusiyyətlərindən biri də
kənd təsərrüfatı məhsullarının qiymətyaranma prosesidir. Əv-
vəllər də öyrəndiyimiz kimi, iqtisadiyyatın digər sahələrində
qiymətyaranma prosesində orta sahə xərcləri mühüm yer tutur.
Bu xərclərdən (maddi və canlı əmək məsrəflərindən) çox
xərcləyənlər rəqabət mübarizəsində müflisləşir, az xərcləyənlər
isə öz mövqelərini möhkəmləndirirlər.
151
Kənd təsərrüfatı sahələrində, xüsusilə əkinçilikdə qiy-
mətyaranma tamamilə fərqli şəraitdə baş verir. Bu məhsulların
qiymətləri orta sahə xərcləri əsasında deyil, pis torpaq sahə-
lərində çəkilən xərclər əsasında qərarlaşır. Çünki yaxşı və orta
münbitlik səviyyəsinə malik olan torpaq sahələri məhduddur,
onların cəmiyyətin kənd təsərrüfatı məhsullarına olan tələbatını
ödəmək üçün kifayət deyildir. Bu tələbatı ödəmək üçün pis
torpaqlardan da istifadə etmək lazımdır. Pis torpaqlardan isə o
vaxt istifadə olunar ki? ondan istifadə edənlər müəyyən
miqdarda mənfəət əldə etmiş olsunlar. Pis torpaq sahələrində
mənfəətliliyi təmin etmək üçün dövlət istehsalçılara bəzi gü-
zəştlər edir. Buna görə də əksər ölkələrdə kənd təsərrüfatı is-
tehsalı dövlət büdcəsindən olan dotasiya hesabına həyata ke-
çirilir. Dövlət suvarma-meliorasiya sistemləri yaratmaqla,
rekultivasiya işlərini həyata keçirməklə kənd təsərrüfatı üçün
yararsız torpaqları yararlı hala salır, istehsalçıları daha məh-
suldar toxum və tinglərlə təmin edir. Bütün bunlar məhsul-
darlığın artmasına və istehsalçıların əlavə mənfəət əldə et-
məsinə şərait yaradır.
Mülkiyyət münasibətlərini nəzərdən keçirərkən məlum
oldu ki, kənd təsərrüfatının əsas istehsal vasitəsi olan torpaq
mülkiyyət obyekti rolunu da yerinə yetirir. Bəşəriyyətin inki-
şafının müxtəlif mərhələlərində mülkiyyətin müxtəlif forma-
larına təsadüf etmişdir. Müasir mərhələdə torpaq üzərində mül-
kiyyətin əsas formalarını xüsusi, dövlət və bələdiyyə
mülkiyyətini qeyd etmək olar.
Torpaq üzərində mülkiyyətlə və torpaqdan istifadə
edilməsi ilə əlaqədar olan münasibətlər, aqrar münasibətlər
adlanır. Bu aqrar münasibətlər ilk növbədə istehsal vasitələri
üzərində mülkiyyətin forması ilə müəyyən olunan ictimai
istehsal münasibətlərinin forması ilə müəyyən olunan ictimai
istehsal münasibətlərinin tərkib hissəsidir.
Aparılan islahatlar nəticəsində Azərbaycanda torpaq
üzərində mülkiyyətin aşağıdakı formaları qərarlaşmışdır:
152
a) dövlət mülkiyyətində olan torpaqlar: dövlət meşə fondu
torpaqları, su fondu torpaqları, dövlət ehtiyatında olan torpaqlar
və s. dövlət mülkiyyətində olan torpaqlar ümumi torpaq
fondunun çox hissəsini təşkil edir.
b) bələdiyyə mülkiyyətində olan torpaqlara yaşayış
məntəqələrinin yerləşdiyi və onların ətrafında olan torpaqlar
aiddir.
c) xüsusi mülkiyyətdə olan torpaqlara isə kolxoz və
sovxozların ləğv edilməsi nəticəsində kəndlilərin mülkiyyətinə
verilmiş torpaq sahələri daxildir.
Torpaq üzərində mülkiyyət müxtəlifliyi ilə yanaşı tor-
paqdan istifadə edən təsərrüfatların da müxtəlif formaları
yaranmışdır. Bunlardan ən geniş yayılmışı kəndli (fermer) tə-
sərrüfatı formasıdır. Kəndli (fermer) təsərrüfatı dedikdə, bazar
iqtisadiyyatı şəraitində əmtəəlik kənd təsərrüfatı məhsulları
istehsal edən xüsusi kənd təsərrüfatı müəssisəsi nəzərdə tutulur.
Fermerlər ya özlərinin mülkiyyətində olan, ya da icarəyə
götürülmüş torpaqlarda təsərrüfatçılıq edirlər. Bu təsərrü-
fatlarda əmək prosesi ya təsərrüfatçıların özləri, ya da muzdlu
işçilərin vasitəsilə həyata keçirilir.
Kənd təsərrüfatı məhsulları istehsal edən təsərrüfat forma-
larından biri də kollektiv təsərrüfat formasıdır. Bu təsərrüfatlar
dövlət mülkiyyətində olan və istifadə etmək üçün kollektivlərin
sərəncamına verilən torpaqlarda təsərrüfatçılıq edirlər. Kol-
lektiv təsərrüfatda məhsul istehsalı kollektiv üzvlərinin birgə
işləməsi, birgə əmək kooperasiyası əsasında həyata keçirilir.
Bir çox şəxsin birgə işləməsi isə fermer təsərrüfatına nisbətən
bir çox üstünlüklərə malikdir. Bir çox şəxsin eyni zamanda
birlikdə işləməsi, onlar arasındakı qarşılıqlı təmas fərdi qüv-
vələrə nisbətən daha məhsuldar olan ictimai qüvvənin əmələ
gəlməsinə səbəb olur. Kollektiv təsərrüfatlarda kollektivin
üzvlərinin birgə fəaliyyəti yoldaşlıq, bir-birinə kömək etmək
vərdişləri də aşılayır. Bütün bunlar isə kollektiv üzvlərinin
şəxsiyyət kimi formalaşmasına imkan yaradır. Şəxsiyyət isə
153
fərdiyyətə nisbətən daha məhsuldar işləmək imkanına malikdir.
Bu imkanın reallaşması isə işləyənlərin və idarəedənlərin
səylərindən asılıdır.
Azərbaycan Respublikasının kənd təsərrüfatında quruluş
dəyişiklikləri ilə yanaşı təşkilati dəyişikliklər də həyata
keçirilmiş, yəni təsərrüfat formalarının da dəyişdirilməsi zəruri
proses olmuşdur. Beləliklə dövlət mülkiyyətindən xüsusi mül-
kiyyətə, kollektiv təsərrüfatçılıq formalarından fərdi tə-
sərrüfatçılıq formalarına keçid, kənd təsərrüfatı məhsulları
bolluğunun yaranmasına imkan vermişdir.
Müstəqil Azərbaycan Respublikasının siyasi, iqtisadi və
ictimai həyatında başlıca əhəmiyyət kəsb edən və vacib dövlət
əhəmiyyətli problemlərdən biri də aqrar sahədə xüsusi
qurumların təşkil edilməsidir. Hazırda bu problemin həlli ilə
əlaqədar çox mühüm dövlət qanunları işlənib hazırlanmış və
qəbul edilmişdir. Bu qanunların həyata keçirilməsinə şərait
yaradacaq müxtəlif normativ sənədlərin hazırlanması da başa
çatmışdır. Xüsusi qurumların təşkilinin əsas tərkib hissəsi olan
özəlləşdirmə prosesi çox mürəkkəb, çoxpilləli və məsuliyyət
tələb edən bir tədbirdir. Bu işin müvəffəqiyyətlə başa çatması
üçün ölkəmizdə müasir elmi konsepsiya və icra-nəzarət
mexanizmi işlənib hazırlanmışdır.
Xüsusi qurumların inkişaf etdirilməsi məqsədilə, yeni
yaradılan müxtəlif növlü təsərrüfatçılıq formalarının para-
metrlərinin əsas götürülməsi xüsusi əhəmiyyət kəsb edir. Aqrar
sferada özəl qurumların parametri dedikdə, hər şeydən əvvəl,
torpaq sahəsinin ölçüsü, mal-qaranın sayı və istehsalın həcmi
başa düşülür. Bu cür təsərrüfatlar yaradılarkən, birinci növbədə
onların malik olduqları kənd təsərrüfatına yararlı torpaqların
sahəsi və mal-qaranın miqdarı düzgün müəyyənləşdirilməlidir.
Bu məsələnin həlli çox vacib olub, xüsusilə Azərbaycan
Respublikası şəraitində torpaqların azlığı və əmək qabiliyyət-
lilərin isə iş yerlərindən çox olması ilə əlaqədardır.
154
Xüsusi qurumların təşkil edilməsi sahəsində və onların
parametrlərinin müəyyənləşdirilməsində xarici ölkələrin də təc-
rübələrinin öyrənilməsi az əhəmiyyət kəsb etmir. Xarici ölkə-
lərdə fermer təsərrüfatlarının inkişafına dair məlumatlardan
aydın olur ki, hər bir fermer təsərrüfatına Yunanıstanda 4,3
hektar, İtaliyada 5,6 hektar, Belçikada 14,1 hektar,
Hollandiyada 4,9 hektar, Almaniyada 16,0 hektar, İrlandiyada
22,7 hektar, Fransada 27,1 hektar, Lüksemburqda 28,6 hektar,
Danimarkada 30,7 hektar, Şotlandiyada isə 64,1 hektar torpaq
sahəsi düşür.
Xüsusi qurumların təşkili zamanı onların əlverişli para-
metrlərinin müəyyənləşdirilməsinə dair Avropanın digər ölkə-
lərinin də xeyli səmərəli təcrübəsi vardır. Məsələn, Polşada
kənd təsərrüfatına yararlı torpaqların tərkibində kəndli-fermer
təsərrüfatlarının istifadəsində olan torpaqların xüsusi çəkisi 77
faiz təşkil edir. Orta hesabla hər bir kəndli-fermer təsərrüfatının
istifadəsində olan torpaqların sahəsi 5,3 hektardır. Serbiyada da
eyni vəziyyət müşahidə olunur. Serbiyada da 2,6 milyon xüsusi
fermer təsərrüfatı vardır. Onların istifadəsində olan torpaqlar
cəmi torpaqların tərkibində 82,6 faiz təşkil edir. Orta hesabla
hər bir kəndli-fermer təsərrüfatına 3,5 hektar torpaq sahəsi
düşür.
Xüsusi qurumlar təşkil edilərkən, onları xarakterizə edən
göstəricilərdən biri də işçilərin sayıdır. Məsələn, ailədə əmək
qabiliyyətlilərin sayından asılı olaraq kəndli (fermer) təsərrü-
fatlarının parametrləri də (torpaq sahəsi, mal-qaranın sayı və s.)
dəyişir. Kəndli (fermer) təsərrüfatlarının inkişafı üzrə inandırıcı
təcrübəyə malik olan xarici ölkələrin, eləcə də müstəqil döv-
lətlər birliyinə daxil olan bir sıra respublikaların (Belarusiya,
Ukrayna, Qazaxıstan və s.) bu sahədə iş təcrübələri göstərir ki,
orta hesabla hər bir kəndli (fermer) təsərrüfatında (ixtisas-
laşdırma nəzərə alınmaqla) əmək qabiliyyətlilərin sayı 4 nəfər
olduqda, yüksək nəticələr əldə olunur. Lakin hazırda fəaliyyət
göstərən kəndli (fermer) təsərrüfatlarının əksəriyyətində onların
155
hər birində əmək qabiliyyətlilərin sayı 2-3 nəfərdən çox deyil.
Belə vəziyyət kəndli (fermer) təsərrüfatlarına yeniyetmələri və
uşaqlan işə cəlb etməyə məcbur edir. Odur ki, kəndli (fermer)
təsərrüfatları yaradılarkən başqa amillər və şərtlərlə bərabər
ailədə olan əmək qabiliyyətlilərin sayı da nəzərə alınmalıdır.
Məlumdur ki, respublikamızda çox uşaqlı ailələr çox, kənd
təsərrüfatına yararlı torpaqlar isə azdır. Ona görə də hər bir
adambaşına düşən kənd təsərrüfatına yararlı torpaqlar kiçik
həcmə malik olur. Belə ki, respublika üzrə hazırda kənd
təsərrüfatında çalışan hər bir işçiyə orta hesabla 6,0 hektar kənd
təsərrüfatına yararlı torpaq, o cümlədən 2,2 hektar əkin yeri,
0,14 hektar biçənək, 2,6 hektar otlaq sahəsi düşür. Res-
publikanın ayrı-ayrı regionlarında isə bu göstəricilər hər birin-
dən kəskin surətdə fərqlənir. Belə ki, rayonlar üzrə hər bir nəfər
kənd təsərrüfatına yararlı olan torpaq 0,5-20,1 hektar, əkin yeri
0,24-9,3 hektar arasında tərəddüd edir. Odur ki, özəl qurumlar
təşkil edilərkən bu müxtəliflik mütləq nəzərə alınmalıdır.
Xüsusi qurumlar təşkil edildikdə, onun idarə edilməsi də
mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan
İsveç təcrübəsi diqqəti cəlb edir. Belə ki, İsveçdə kooperativin
ali idarəetmə orqanı bütün vəzifəli şəxslərin - idarə heyəti
sədrinin, katibin və mühasibin seçildiyi illik ümumi yığın-
caqdır. İri kooperativlərin idarə heyəti və ya şura daha çoxsaylı
olur. Bu halda müxtəlif fəaliyyət istiqamətləri üzrə sədr müa-
vinləri də ola bilər. İsveç kooperativində insanlar həm özlərinə,
həm də həmkarlarına hörmət etməyi öyrənmişlər. Ümumi
yığıncaqda seçki komissiyası yaradılır və növbəti mandat dövrü
üçün idarə heyətinə və ya şuraya yeni namizədlərin irəli
sürülməsi üzrə hazırlıq işlərinin aparılır. Belə əsaslı hazırlıq işi
idarə heyətinə və ya şuraya təsadüfi adamların seçilməsinin
qarşısını alır. Ümumi yığıncaq həmçinin, kooperativin iqtisadi
fəaliyyətinin qanuniliyinə və düzgünlüyünə nəzarət edən təftiş
komissiyasını seçir. İsveç kooperativlərində katibin fəaliyyəti
öz intensivliyi ilə fərqlənir. O, ümumi yığıncağın protokolunu
156
tərtib etməli, qərar qəbul olunmuş hər bir məsələni orada dəqiq
göstərməlidir. Kooperativin katibi bir çox digər vəzifələr də
daşıyır, geniş işgüzar yazışma, arxiv işi, sədr ilə birgə şuranın
materiallarının hazırlanması və s.
2.Aqrar sferanın inkişafına dair
həyata keçirilən tədbirlər
Ölkənin milli iqtisadiyyatının inkişafına, dövlətlərarası
əlaqə və münasibətlərin səmərəli qurulmasında, əhalinin həyat
şəraitinin yaxşılaşmasında, müvafiq sənaye sahələrinin fəaliy-
yətinin tənzimlənməsində aqrar sfera həlledici əhəmiyyətə ma-
likdir. Aqrar sfera həmçinin daxili istehlak bazarının zəngin-
ləşməsində, onun xarici bazarların zərərli təsirindən qorun-
masında həlledici rol oynayır. Bütün bu problemlərin uğurla
həlli aqrar sferanın inkişafından, onun intensivlik səviyyə-
sindən, elmi-texniki tərəqqinin tətbiqindən, iqtisadi əlaqələrin
genişləndirilməsindən, müxtəlif mülkiyyət formalarının və
təsərrüfatçılıq növlərinin düzgün əlaqələndirilməsindən asılıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında bu
istiqamətdə mühüm tədbirlər həyata keçirilir, ciddi yeniliklər
tətbiq olunur, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə nail
olunur. Məlum olduğu kimi ölkənin milli iqtisadiyyatının qeyri-
neft sektorunun prioritet sahələrindən biri aqrar sferadır.
Hazırda ölkə əhalisinin 46 faizi kənd yerlərində yaşayır.
Məşğul əhalinin 38,3 faizi kənd təsərrüfatında çalışır. Ümumi
ərazinin 55 faizi isə kənd təsərrüfatına yararlı torpaqlardır
(4757 min hektar). Belə böyük işçi qüvvəsi və əsas istehsal
vasitəsi olan torpaq potensialından səmərəli istifadə olunması
həmişə dövlətin diqqət mərkəzində olmuş və son illər iqtisa-
diyyatın digər sahələrində olduğu kimi, kənd təsərrüfatında da
yüksək nailiyyətlər əldə edilməsi üçün geniş tədbirlər həyata
keçirilmiş və bu işlər davam etməkdədir. Bu tədbirlər sırasında
ədalətli və müasir dövrün tələblərinə tam cavab verən aqrar
157
islahatların uğurla aparılması və 2004-cü ildən başlayaraq
həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramları xüsusilə qeyd edilməlidir.
Azərbaycan Respublikasında aqrar islahatların həyata
keçirilməsi nəticəsində vahid torpaq fondunun 57 faizi dövlət,
23 faizi bələdiyyə və 20 faizi xüsusi mülkiyyətə verilmiş, aqrar
sahədə sahibkarlığın inkişafı üçün lazımi şərait yaranmışdır.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına
əsasən, həyata keçirilən tədbirlər nəticəsində fəaliyyətə
başlayan yeni müəssisələr, yaradılan infrastruktur obyektləri
regionların simasını əsaslı dəyişdi, yeni iş yerlərinin açılması,
yoxsulluğun azaldılması təmin edildi, iqtisadiyyat yüksək
templə inkişaf etməyə başladı. Bunun nəticəsidir ki, əvvəllər
respublikamızın rayonları büdcə xərclərinin cəmi 10-15 faizini
yeni gəlirlər hesabına ödədikləri halda, hazırda bu göstərici
Abşeron rayonunda 85 faiz, Lənkəran, Qəbələ, Xaçmaz, İmişli,
Şamaxı və digər rayonlarda 40-50 faiz təşkil edir. Bu onu
göstərir ki, regionların və aqrar sferanın inkişafına sərf edilən
büdcə vəsaitləri öz səmərəsini göstərmişdir. Azərbaycan Res-
publikası Prezidenti İ.H.Əliyev tərəfindən 14 aprel 2009-cu ildə
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramını” təsdiq edilmişdir. Bu
proqram çərçivəsində həyata keçiriləcək tədbirlərin əsasən
dövlət büdcəsi, büdcədənkənar dövlət fondları, dövlət idarə,
müəssisə və təşkilatlarının vəsaitləri, Sahibkarlığa Kömək Milli
Fondu və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri
hesabına maliyyələşməsi nəzərdə tutulur.
Proqramda kənd təsərrüfatı məhsullarının artırılması ilə
yanaşı həmin məhsulların emalı, tədarükü və satışının təkmil-
ləşdirilməsi, bu sahənin maddi-texniki, elmi və kadr bazasının
yaxşılaşdırılması da əsas hədəflərdəndir. "Regionlarda kənd
təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradıl-
masının və marketinq xidmətlərinin dəstəklənməsi", "Aqroemal
müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsər-
158
rüfatı məhsullarının rəqabətqabiliyyətinin artırılması məqsədilə
mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi", "Cins
heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi" və "Aqrofer-
maların yaradılmasının dəstəklənməsi", "Aqrar elmin maddi-
texniki bazasının möhkəmləndirilməsi və aqrar sahənin inkişafı
üçün müasir tələblər səviyyəsində kadrların hazırlanmasının
dəstəklənməsi" və ölkə əhəmiyyətli başqa tədbirlər qarşıya
qoyulan məqsədlərə çatmağa və yaxın vaxtlarda respublika-
mızda rəqabətqabiliyyətli aqrar sahənin formalaşmasına imkan
verəcəkdir. Proqramda aqrar sahənin inkişaf etdirilməsi ilə
yanaşı kənd yerlərində infrastrukturun yaradılması və təkmil-
ləşdirilməsi məsələləri də öz əksini tapır. Bu proqrama uyğun
olaraq hər bir rayonda ekologiya və təbii sərvətlərdən istifadə,
elektrik enerjisi, istilik və qaz təchizatı, rabitə, su təchizatı və
kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və
irriqasiya, səhiyyə və mədəniyyət, idman və təhsil üzrə
tədbirlər təsdiq edilmişdir.
Məlumdur ki, dünya ölkələrini narahat edən əsas
problemlərdən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mə-
lumatına əsasən, hazırda dünyada 1 milyard nəfərə yaxın insan
aclıq içərisində yaşayır. Əhalinin sayının artması, urbanizasiya
ilə əlaqədar şəhər sakinlərinin xüsusi çəkisinin kənd sakinlərinə
nisbətən getdikcə çoxalması və əmək haqlarının yüksəlməsi
ərzaq mallarına olan tələbatı ödəmək üçün bütün dünya öl-
kələrindən təsirli tədbirlər görməyi tələb edir.
2009-cu ilin noyabr ayında Roma şəhərində keçirilən
Ümumdünya Ərzaq Təhlükəsizliyi Sammitində qeyd edilib ki,
aclığın aradan qaldırılması və yoxsulluğun azaldılması üçün
bütün ölkələrdə kənd təsərrüfatına investisiya qoyulması prio-
ritet məqsədə çevrilməli, 2050-ci ilədək onun həcmi 60 faiz ar-
tırılmalı, habelə suvarma suyundan səmərəli istifadə təmin
edilməli və kənd infrastrukturunun inkişafına əsaslı kapital qo-
yuluşu artırılmalıdır. Ərzaq təhlükəsizliyi məsələsinə ölkəmizdə
159
də çox ciddi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin 2001-
ci ilin mart ayında imzaladığı sərəncamla "Azərbaycan
Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilib.
Bu proqramın uğurla yerinə yetirilməsinə baxmayaraq, ölkə
əhalisinin hər il 100 min nəfərdən çox artması, əhalinin orta
aylıq əməkhaqqının artım sürətinin kənd təsərrüfatı məhsulları
istehsalının artımından 4-5 dəfə çox olması ərzaq məhsullarına
tələbatı hər il xeyli artırır.
Bununla əlaqədar Prezident İlham Əliyev Nazirlər Kabi-
netinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasındakı nitqində çox düzgün olaraq qeyd etmişdir:
"Bazar iqtisadiyyatı prinsipləri ölkələri ərzaq çatışmazlığından
qoruya bilmir. Ona görə də biz əlavə tədbirlər görməliyik ki,
özümüzü qoruyaq, daxildə kənd təsərrüfatının istehsalını
artıraq, tam şəkildə əsas ərzaq məhsulları ilə təmin edək. Hələ
ki, biz bunu görmürük".
Azərbaycan Respublikasında 1996-cı ildən başlayaraq
həyata keçirilən təsirli tədbirlər nəticəsində respublikamızda
hər il davamlı olaraq kənd təsərrüfatı məhsullarının istehsalı
artsa da, ölkə əhalisinin bir çox əsas məhsullarla, o cümlədən
taxıl, ət, yumurta, bitki yağı və digər məhsullarla normaya uy-
ğun, xüsusən yerli istehsal hesabına tələbatının ödənilməsində
çətinliklər mövcuddur. Bu reallıq nəzərə alınaraq Azərbaycan
Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2008-
2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq
edilmişdir. Proqramda görüləcək tədbirlər və əldə ediləcək nəti-
cələr müəyyən olunmuşdur. Proqramın icrasına dövlət büd-
cəsindən 60 milyon manat vəsait ayrılmışdır.
Kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta
haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi, kənd təsər-
rüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacağın və
motor yağının, habelə mineral gübrələrin dəyərinin 50 faizinin
ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsaitlər də daxil
160
olmaqla bu proqrama 2010-cu ilin dövlət büdcəsindən 111
milyon 550 min manat vəsait xərclənməsi nəzərdə tutulmuş-
dur. Büdcə vəsaiti hesabına proqramda nəzərdə tutulan təd-
birlərin həyata keçirilməsi üçün yaradılan bu möhkəm təməl
təminat verir ki, bu proqramın icrası da uğurla nəticələnəcək və
ölkəmiz Ümumdünya Ərzaq Təhlükəsizliyi Proqramına töhfə
verən dövlətlərdən biri olacaqdır.
Eyni zamanda, "Atçılıq haqqında" Azərbaycan Respub-
likasının Qanununa əsasən hökumətin qəbul etdiyi “Atçılığın
inkişafı üzrə Proqram”ın icrasına 220 min manat büdcə
vəsaitinin xərclənməsi nəzərdə tutulmuşdur. Aqrolizinq yolu ilə
damazlıq heyvan, kənd təsərrüfatı maşınları və texnikası, digər
vasitələr alınmasına 35 milyon manat, aqrokreditlərin veril-
məsinə isə 10 milyon manat büdcə vəsaiti ayrılması planlaş-
dırılır. 2010-cu ildə kənd təsərrüfatı elminə 8,8 milyon manat,
heyvandarlıqda süni mayalanma, damazlıq işinin təşkilinə 947
min manat büdcə vəsaiti ayrılmışdır.
Ölkə iqtisadiyyatı gücləndikcə aqrar bölmənin inkişafına
diqqət artır və ildən-ilə dövlət büdcəsindən kənd təsərrüfatına,
meliorasiya və irriqasiya tədbirlərinə daha çox vəsait ayrılır.
2010-cu ildə dövlət büdcəsindən kənd təsərrüfatı layihələrinə
32 milyon 462 min manat, xarici kreditlərlə birlikdə isə 50
milyon 62 min manat investisiya ayrılması nəzərdə tutulmuşdur
ki, bu da 2009-cu ilə nisbətən 191 faiz və ya 24 milyon 431 min
manat çoxdur.
Su ehtiyatlan və irriqasiya layihələrinə bütün mənbələr
hesabına 150 milyon 555 min manat həcmində, o cümlədən
dövlət büdcəsindən 136 milyon 755 min manat vəsait ayrıl-
mışdır, bu da əvvəlki illərdən çox olmaqla bir çox irriqasiya
sistemlərinin yaradılmasına imkan verəcəkdir.
Ölkəmizdə aqrar sahənin inkişafına dövlət büdcəsindən
birbaşa subsidiyalarla yanaşı, həm də dolayısı ilə subsidiyalar
ayrılır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 2013-cü ilin
sonuna kimi torpaq vergisi istisna olmaqla, digər vergilərdən
161
güzəştlərin verilməsi, kənd təsərrüfatında istifadə edilən bir çox
maşın, avadanlıq və materialların gömrük rüsumundan azad
edilməsi və digər güzəştlər büdcədən kənd təsərrüfatının inki-
şafına yönəldilən vəsaitlərdir.
Son illər aqrar sahəyə dövlət büdcəsindən ayrılan subsi-
diyalar və bu bölməyə investisiya qoyulması artıq öz bəhrəsini
verməyə başlayıb. 2008-ci ildə kənd təsərrüfatında 3,3 milyard
manatlıq məhsul istehsal edilib ki, bu da ölkəmizin müstəqillik
illərində aqrar sahədə qazandığı ən yüksək nailiyyətdir. 2009-
cu ildə ölkədə rekord həcmdə - 3 milyon ton taxıl istehsal
edilib. Hazırda ölkə əhalisinin çörək, kartof, tərəvəz və meyvə
məhsullarına normaya uyğun olan tələbatı artıqlaması ilə
ödənilir.
2010-cu ilin dövlət büdcəsində aqrar sahə ilə bağlı mü-
hüm məqamlardan biri də büdcə vəsaitlərinin konkret pro-
qramlar üzrə ayrılmasıdır. Azərbaycan Respublikası Preziden-
tinin fərman və sərəncamları ilə təsdiqlənən dövlət proqram-
larında, qəbul etdiyi qanunlara uyğun olaraq hökumətin təsdiq
etdiyi proqramlarda nəzərdə tutulan tədbirlərin icrasına
büdcədən vəsait ayrılması və investisiya yönəldilməsi uğurlu
nəticələrin əldə edilməsinə və həmin sahələrin inkişafına
təminat verir.
Bununla yanaşı, həm də qeyd etmək lazımdır ki, məsələ
heç də iqtisadiyyatın digər sahələri kimi, aqrar sahəyə də böyük
məbləğdə büdcə vəsaiti ayrılmasında deyil. Əsas məsələ
ondadır ki, ayrılan vəsait tam həcmdə təyinatı üzrə xərcləmək
mümkün olsun.
Hazırda ölkəmizdə aparılan aqrar və institusional isla-
hatlar nəticəsində xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq tam
formalaşıb, bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. Artıq
aqrar sahə öz inkişafının yeni mərhələsinə keçib və hazırda
istehsalçıları məhsul istehsalını necə təşkil etmək yox, məhsul
istehsalına xidmət edən təşkilatlar, məhsul emalı müəssisələri
ilə əlaqələrin qurulması, istehsal edilən məhsulun satışının daha
162
səmərəli yollarının tapılması, rəqabətli məhsul istehsalı üçün
yeni texnika və texnologiyaların tətbiqi və iqtisadi səmərəliliyi
artıran digər məsələlər daha çox düşündürür. Bu mərhələnin
əsas hədəfləri aqrar sahədə əmək məhsuldarlığını artırmaq,
məhsulların ucuz başa gəlməsinə nail olmaq, daxili bazarda rə-
qabətə tab gətirməklə yanaşı, xarici bazara yüksək keyfiyyətli
və dünya standartlarına uyğun məhsul çıxarmaqdır. Lakin heç
kimə sirr deyil ki, hazırda kənd təsərrüfatı məhsulları isteh-
salçıları istehsal etdikləri məhsulları satmaqda böyük çətin-
liklərlə üzləşir, məhsulun bir hissəsini vaxtında və səmərəli
qiymətə sata bilmədiklərindən xarab olur və itkiyə yol verilir.
Digər tərəfdən, emal müəssisələrinin az olması, məh-
sulların topdan və pərakəndə satışı ilə məşğul olanların bazarda
hökmran rnövqe tutması istehsalçıları məhsulu həddən çox
aşağı qiymətə satmağa məcbur edir. Nəticədə aylarla məhsul
istehsalına əmək və vəsait sərf edən fermerlər qazanc əldə edə
bilmədikləri halda, bu məhsulların emalı və alqı-satqısı ilə
məşğul olanlar bir neçə saat və ya gün ərzində 2-3 dəfə artıq
gəlir əldə edirlər. Bu isə növbəti ildə müəyyən məhsulların
istehsalının azalmasına və idxalının artmasına səbəb olur.
Göstərilənlər nəzərə alınaraq əksər məhsul istehsalçıları
bu vəziyyətdən çıxış yolunu əsas ərzaq məhsullarına dövlət
sifarişinin verilməsində, "Azərittifaq"ın və onun yerli təşkilat-
larının kənd təsərrüfatı məhsullarının tədarükü üzrə fəaliy-
yətinin bərpa edilməsində, topdan və pərakəndə satış üzrə
qiymət əlavələrinə dair normaların dövlət tərəfindən müəyyən
edilməsində görürlər. Bir çox fermerlər dövlət sifarişinin
verildiyi və məhsul tədarükünün sistemli qaydada təşkil edil-
diyi halda hər hektar əkinə görə dövlət büdcəsindən ödənilən
subsidiyadan imtina etməyə hazır olduqlarını da bildirirlər.
Hesab edirik ki, kənd təsərrüfatı məhsullarının tədarükü
və satışında bir çox ölkələrdə formalaşmış topdansatış
bazasının yaradılması təcrübəsindən faydalanmağa ehtiyac var.
İspaniyada 100 min nəfərdən çox əhalisi olan bütün şəhərlərdə
163
belə bazalar mövcuddur. Madrid şəhərində isə səhm zərfinin 51
faizi Madrid meriyasına məxsus olan "Merkasa" adlı dövlət və
xüsusi mülkiyyətə əsaslanan birgə müəssisə fəaliyyət göstərir.
Madrid şəhəri və ətraf yaşayış məskənlərinin 6 milyon nəfər
əhalisini ərzaq ilə təmin edən bu müəssisə 240 hektar ərazini
əhatə edir və burada ilkin emal, məhsulun satışa hazırlanması
obyektləri, baytarlıq, fıtosanitar və keyfiyyətə nəzarət struktur-
ları yerləşir. Bu da dövlət orqanlarının mərkəzləşmiş qaydada
məhsulun keyfiyyətinə nəzarət etməyə və topdansatış və
pərakəndə satış qiymətləri tənzimləməyə imkan verir. Şəhərin
bütün iaşə obyektləri və pərakəndə satış obyektləri bazanın
xidmətlərindən istifadə edir. Aqrar sferanın gələcək inkişafını
təmin edən amillərdən biri də kənd təsərrüfatında kooperasiya
əlaqələrinin yaradılmasıdır. Belə ki, kənd təsərrüfatı məhsulları
istehsalı ilə məşğul olan kooperativlərin yaradılmasına diqqət
artırılmalı, dövlət büdcəsi vəsaiti hesabına güzəştli kreditlər,
lizinq yolu ilə texnika, damazlıq heyvan və digər vasitələr
verilərkən bu kooperativlərin maraqları nəzərə alınmalıdır.
Digər tərəfdən, dövlət büdcəsindən istehsal kooperativlərinə
özlərinin istehlak kooperativləri yaratmaqda kreditlər ayrılması
nəzərdə tutulmalıdır. Ayrılıqda fəaliyyət göstərən kənd
təsərrüfatı istehsalçılarına xidmət edən (təchizat, aqroservis və
digər) və kənd təsərrüfatı məhsullarından istifadə etməklə
fəaliyyət göstərən müəssisələr (emal, yeyinti və yüngül sənaye
və s.) həmişə yüksək gəlir götürdükləri halda ölkə iqtisa-
diyyatının və cəmiyyətin inkişafına böyük təsir imkanları olan
kənd təsərrüfatı və kənd yerləri gəlir götürmür, ziyanla işləyir
və tənəzzülə uğrayır.
Ona görə də aqrar sahənin hərtərəfli və səmərəli inkişafını
təmin etmək üçün əsas məsələlərdən biri bu iqtisadi sahələrin
kooperasiyasının dövlət tərəfindən stimullaşdırılmasıdır. Digər
tərəfdən, dövlət dəstəyi əsasında kənd təsərrüfatı istehsal
kooperativlərinin özlərinin kredit, xidmət və emal müəssisələri
164
olmalıdır ki, onlar başqalarının təsirinə məruz qalmadan
sərbəst fəaliyyət göstərə bilsinlər.
Bir çox ölkələrdə və müxtəlif dövrlərdə əhalini ərzaq
çatışmazlığından məhz kənd təsərrüfatı kooperativləri xilas
edib. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin
təxminən 80 faizi kooperativlərdə birləşib və onlar istehsal
edilən bir çox kənd təsərrüfatı məhsullarının 70-90, bəzi
ölkələrdə isə 100 faizini istehsal və emal edərək satırlar.
Aqrar sahənin inkişafının yeni mərhələsinə xas olan
cəhətlərdən biri də kənd təsərrüfatında, ilk növbədə pambıq-
çılıqda və südçülükdə klaster sisteminə keçmək üçün geniş
imkanların və perspektivlərin olmasıdır. Əlbəttə, bu məsələlər
dövlətin dəstəyi olmadan mümkün deyildir. Bu mənada yaxşı
olardı ki, Nazirlər Kabineti nəzdində ictimai əsaslarla fəaliyyət
göstərən "Aqrar məsələlərə dair komissiya" yaradılsın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi və aqrar bölməyə göstərdiyi gündəlik diqqət və
qayğısı sayəsində ölkə iqtisadiyyatında özünəməxsus yeri olan
bu sahə bundan sonra da yüksək sürətlə inkişaf edəcək, kənd
yerlərinin siması tezliklə ən yüksək tələblərə cavab verən
səviyyəyə çatdırılacaqdır. Dövlət büdcəsindən aqrar sahəyə
ayrılan vəsait bu bölmənin yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu və onun möhkəm təməl üzərində inkişafını sübut
edir. Əminik ki, aqrar sahənin inkişafındakı bu yeni mərhələ də
uğurla başa çatacaqdır.
3. Regional inkişaf və regional
iqtisadi inkişaf siyasəti
Bazar münasibətlərinin formalaşdığı müasirmərhələdə
ölkənin ümumi inkişafına regionların sosial-iqtisadi yüksəli-
şinin ürətləndirilməsi yolu ilə nail olmaq mümkündür. Bununla
əlaqədar olaraq sosial-iqtisadi inkişafın tələblərinə uyğun
olaraq regional inkişaf siyasəti və regional inkişaf proqramları,
165
onların tənzimləyən və idarəedən sistemlər formalaşmalıdır.
Son illər bu istiqamətdə Azərbaycan Respublikasında möh-
təşəm siyasi və iqtisadi əhəmiyyətli tədbirlər həyata keçirilir və
yüksək nəticələrə nail olunur.
Qeyd etmək lazımdır ki, ölkəmizin iqtisadiyyatının
inkişafı və ərazi təşkilində kəskin ziddiyyət olmuş və bu proses
çox uzun dövr davam etmişdir. Belə ki, Abşeron iqtisadi
rayonu ilə digər regional arasında məhsuldar qüvvələrin in-
kişafı səviyyəsindəki fərq iqtisadi inkişafında fərqlənməsinə sə-
bəb olmuşdur. Bu fərq son illər zəifləsədə hələlik qalmaqdadır.
Bunlar isə regionların düzgün müəyyən edilməsini, onların
inkişafının istiqamətlərinin əsaslandırılmasını əsas vəzifə kimi
qarşıya qoyur.
Məlum olduğu kimi təbii, insan və maddi resurslar ayrı-
ayrı ərazilərdə bir-birindən həm kəmiyyət və həmdə keyfiyyət
etibarı ilə fərqlənirlər. Ölkənin sosial-iqtisadi inkişafının
sürətləndirilməsi üçün onların dəqiq uçota alınması və səmərəli
istifadə olunması obyektiv zərurət təşkil edir.
İqtisadi ədəbiyyatda region anlayışı müxtəlif mənada şərh
olunur. Uzun illər mövcud olan təsəvvürə görə region sözü
müxtəlif məzmunlu ərazi qruplarını əhatə edən geniş mənalı
anlayışdır. Digər tərəfdən region latın sözündən əmələ gəlib
ölkə, vilayyət mənasında işlənilir. Region inzibati-ərazi böl-
güsündə və milli dövlət quruculuğunda öz roluna və idarə olun-
ması formasına görə bir-birindən fərqlənən müxtəlif ərazi
formalarına ayrılır. Region sözü eyni zamanda bir çox Avropa
ölkələrində regional iqtisadiyyatda və coğrafiyada işlədilən
“rayon” anlayışına da uyğundur. Bu anlayış ərazinin ölçüsü,
böyüklüyü, bəzi xüsusiyyətləri ilə bağlıdır və Azərbaycan
Respublikasında da geniş işlədilir.
Ona görə də Azərbaycan Respublikasının sosial-iqtisadi
inkişafının sürətlənməsinə dair qəbul edilmiş Dövlət proqram-
larında regionların hər birinin xüsusiyyətləri, ölçüləri, böyük-
lüyü və s. nəzərə alınaraq sosial-iqtisadi inkişafının istiqa-
166
mətləri düzgün və konkret olaraq müəyyən edilmişdir. Lakin
onu da qeyd etmək lazımdır ki, uzun illər ərzində bu problemə
səthi yanaşılmış, ölkənin sosial-iqtisadi inkişafı birtərəfli
aparılmış, sənaye, tikinti, nəqliyyat, rabitə, sosial-məişət, bütün
növ xidmət başlıca olaraq Abşeron iqtisadi regionunda inkişaf
etdirilmişdir. Bünün nəticəsidir ki, digər regionların sərvət-
lərindən, resurslarından, imkanlarından məqsədəuyğun istifadə
olunmamış, əhali xüsusilə əmək qabiliyyətli əhali üzrə axın
getdikcə sürətlənmiş, regionların əksəriyyəti sosial-iqtisadi
inkişafa nail ola bilməmişdir.
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi və ölkənin bütün regionlarının bu mühüm
prosesə cəlb edilməsi məqsədi ilə onların mövcud sər-
vətlərindən və imkanlarından səmərəli istifadəyə nail olunması
və regionların sosial-iqtisadi inkişafını yüksəltməsi obyektiv
zərurət təşkil edir. Ölkəmizdə bazar münasibətlərinin formalaş-
ması, azad rəqabətin genişlənməsi sosial-iqtisadi artımın sürət-
lənməsinə real imkanlar açmış, regionların inkişafına səbəb
olmuşdur.
Regionlarda sahibkarlığın və xüsusilə aqrar sahibkarlığın
inkişafını sürətləndirilməsi hər bir regionda mövcud olan əmək
ehtiyatından, təbii və iqtisadi potensialdan səmərəli istifadə
edilməsinə və beləliklə iqtisadiyyatın davamlı inkişafına,
əhalinin məşğulluğunun artırılmasına, işsizliyin azaldılmasına,
yoxsulluğun səviyyəsinin aşağı düşməsinə və digər məsələlərin
həllinə şərait yaradır. Bu istiqamətdə tələb olunan tədbirlərin
həyata keçirilməsi regionlarda mövcud olan istehsal, iqtisadi,
texniki-texnoloji, sosial fərqlərin aradan qaldırılmasını və re-
gional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı, onların
iqtisadi gücünü artırır və sosial problemlərin həllini sürət-
ləndirir.
Azərbaycan Respublikasında siyasi sabitliyə nail olduğu,
xarici, iqtisadi əlaqə və münasibətlərin genişləndiyi, milli
iqtisadiyyatın başlıca sahələrində yüksək inkişaf səviyyəsinin
167
əldə edildiyi üçün regional inkişafa tələbat artır. Bununla
əlaqədar olaraq ölkə üzrə və regionlarda sahibkarlıq fəaliyyəti
genişlənir, onlara dövlət köməyi və himayəsi artır, dövlət
tənzimlənmə mexanizmi təkmilləşir, onların səmərəli fəaliyyət
göstərilməai üçün mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasında sahibkarlığın hüquqi tə-
minatı və sağlam rəqabətin formalaşması, onların fəaliyyəti ilə
əlaqədar qanunların qəbul edilməsi regionlarda sahibkarlığın
müasir dövrün tələbləri səviyyəsində fəaliyyətinə real imkanlar
açmışdır.
Azərbaycan Respublikası Prezidentinin ardıcıl olaraq
yerli və xarici iş adamları və sahibkarlarla keçirdiyi işguzar
görüşləri, regionlara mütəmadi olaraq gedişləri, sahibkarlığın
və regionların inkişafı ilə əlaqədar qəbul edilmiş proqramlar,
keçirilən müşavirələr regionların sosial-iqtisadi inkişafına güclü
təkan vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2002-ci
il tarixli "Azərbaycan Respublikasının sahibkarlığa kömək milli
fondu" haqqında əsasnamənin təsdiq edilməsi haqqında fərmanı
regionlarda sahibkarlığa dövlət maliyyə köməyi sisteminin
inkişafını təmin etmişdir. Belə ki, bu fərman güzəştli şərtlərlə
kiçik və orta sahibkarların maliyyələşməsi sistemini yarat-
mışdır.
Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-
cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri" haqqında fərmanı ölkədə
və regionlarda sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi
yolu ilə əhalinin məşğulluğunu və maddi rifah halını daha da
yaxşılaşdırılmasına nail olunmaq məqsədi ilə sahibkarlıq
fəaliyyətinin genişləndirilməsini təmin etmişdir.
Respublikada və regionlarda sahibkarlıq fəaliyyətinin sə-
mərəliliyinin yüksəldilməsi üçün iqtisadi islahatların daha da
dərinləşməsi prosesi artırılır. Belə ki, hazırda kənd təsərrüfatı
məhsullarının emalı sahələrinin inkişafına və bunların
168
regionlarda daha da genişləndirilməsinə nail olunur, regionlar-
da servis xidmətləri şəbəkəsinin yaradılması həyata keçirilir,
sahibkarlığın vergi, qiymət, kredit mexanizmi təkmilləşdirilir.
Azərbaycanda və regionlarda kənd təsərrüfatı məhsulları
istehsalına marağın yüksəldilməsinin həyata keçirilməsi üçün
verilən müddətli güzəştlər 1999-cu ildən 2004-cü ilə şamil
olunan müddət 2009-cu ilin 1 yanvarına və sonra isə 2013-cü il
yanvarın 1-nə qədər uzadılmışdır.
Azərbaycan Respublikasında regionların inkişaf etdiril-
məsi zəruriliyi nəzərə alınaraq ölkə prezidentinin 11 fevral
2004-cü il tarixli "Regionların sosial-iqtisadi inkişafı Dövbt
Proqramının təsdiq edilməsi haqqında" fərmanı ilə çox böyük
siyasi və iqtisadi əhəmiyyətli proqram qəbul edilmişdir. Dövlət
Proqramında regionların sərvətlərindən, təbii şəraitindən sə-
mərəli istifadə olunması ilə istehsalın bütün sahələrində məhsul
istehsalın artırılması, kənd təsərrüfat, emal sənaye sahələri,
xidmət növlü, infrastrukturun inkişaf etdirilməsı ilə yanaşı
regionlarda istehsal-sosial obyektlərin inkişafı, mədəni-məişət,
təhsil, səhiyyə, idman sahələrinin genişləndirilməsi, əhalinin
məşğulluğunun yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdı-
rılması başlıca vəzifə kimi qarşıya qoyulmuşdur.
Dövlət Proqramında ayrı-ayrı rayonlarda iqtisadiyyatın
inkişafını sürətləndirən amillər, bununla bağlı Dövlət siyasətini
əsas istiqamətləri müəyyən edilmişdir. Dövlət siyasətinin baş-
lıca məqsədi regionlarda əhalinin maddi rifahının, sosial
şəraitinin yaxşılaşdırılması, dağ və dağətəyi rayonların inkişa-
fına xüsusi diqqət verilməsi, ölkənin ənənəvi sahələri - tərə-
vəzçiliyin, üzümçülüyün, pambıqçılığın, heyvandarlığın in-
kişafı nəzərdə tutulmuşdur.
Dövlət Proqramından qəbulundan sonrakı dövrün statistik
məlumtlarının təhlili göstərir ki, proqramda nəzərdə tutulan
tədbirlərə əsasən nail olunmuş, məhsul istehsalı artmış, əhalinin
həyat səviyyəsi yaxşılaşmış, səmərəlik yüksəlmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişa-
169
fının sürətləndirilməsinə dair Dövlət Proqramının həyata ke-
çirilməsi nəticəsində əldə edilən yüksək nəticələr nəzərə
alınaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 14
aprel 2009-cu ildə fərmanla yeni Dövlət Proqramı “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqramda
regionlarda sosial-iqtisadi inkişafın sürətləndirilməsinin əsas
istiqamətləri müəyyənləşdirilmiş, bununla əlaqədar qarşıda du-
ran başlıca vəzifələr göstərilmişdir. İrəli sürülən tədbirlər bütün
regionlarda sosial və iqtisadi inkişafın sürətləndirilməsinə real
imkanlar açmışdır.
Olkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsində
regionların rolunun artırılması və əhəmiyyətinin yüksəldilməsi
üçün onların imkan və resurslarından səmərəli istifadəyə nail
olunması həlledici səviyyədə regionların müəyyən edilməsinin
düzgün həyata keçirilməsindən asılıdır. Müasir dövrdə iqtisadi
ədəbiyyatda regionun müəyyən edilməsinə müxtəlif mövqey-
dən yanaşılır. Mövcud fikirlərin ümumiləşdirilməsi nəticəsində
aydın olur ki, region müxtəlif, bir-birilə qarşılıqlı əlaqədə olan
əlamətləri özündə birləşdirən, bu əlamətlərə görə tam olan və
bu əlamətlərə görə başqalarından fərqlənən ərazi hissəsidir.
Bu tam olan cəhət həmin ərazinin inkişafının obyektiv
şərti və qanunauyğun nəticəsidir. Region müəyyən edilərkən
ona müxtəlif cəhətdən yanaşılır və qarşıya fərqli məqsədlər
qoyulur ki bunlarda regionların bir birindən fərqlənməsinə
gətirib çıxarır. Ümumiyyətlə iqtisadi ədəbiyyatda 50-dən çox
region (rayon) kateqoriyası müəyyən edilmişdir.
Beləliklə, region dedikdə ölkənin hər hansı bir hissə-
sindən təbii, iqlim, sosial, təsərrüfat, etnik mədəniyyət və s.
xüsusiyyətlərinə görə fərqlənən müxtəlif ərazilərinin, rayon-
larının, bölgələrinin mövcud olduğunun dərk edilməsi başa
düşülür.
Bu qəbuletmə hər bir ərazinin iqtisadi, siyasi, sosial və
digər problemlərinin yerli şərait nəzərə almaqla həlli vasitəsilə
170
həyata keçirilməsi yüksək iqtisadi, həyati və sosial şəraitin
formalaşmasına şərait yaradır.
Son dövrlərin regionçuluq təcrübəsindən aydın olur ki,
qarşıya qoyulan məqsəd və vəzifələrdən asılı olaraq region
müəyyən edilərkən aşağıdakı amillərdən biri, bir neçəsi və
yaxud əksəriyyəti kompleks nəzərə alınmalıdır: təbii mühit;
etnik xüsusiyyətlər və əlamətləri; demoqrafik amillər; əhalinin
məskunlaşması; dini xüsusiyyətlər; siyasi-coğrafi, sosial-iqtisa-
di amillər; əhalinin gəlirləri, həyat səviyyəsi, mədəni əlaqələri;
inkişaf səviyyəsi.
Regionun neçə və hansı amilləri nəzərə almaqla müəy-
yənləşdirilməsi onun qarşısında duran məqsəddən asılıdır. Bu
qayda olaraq bu məqsədə idarəetmənin bölüşdürülməsi məh-
suldar qüvvələri, səmərəli yerləşdirilməsi; xarici siyasəti məq-
sədyönlü həyata keçirmək və s. daxil edilir. Azərbaycan
Respublikasında regional bölgü aparılarkən qeyd edilən amil və
şərtlər nəzərəalınmışdır. Hazırda ölkəmizdə 10 iqtisadi rayon –
Abşeron, Naxçıvan, Qazax-Gəncə, Aran, Şəki-Zaqatala, Quba-
Xaçmaz, Dağlıq Şirvan, Kəlbəcər-Laçın, Lənkəran, Yuxarı-
Qarabağ müəyyən edilmiş, bunlara müxtəlif sayda inzibati
rayon daxil olunmuşdur.
Azərbaycan Respublikasında iqtisadi regionlar müəyyən
edilərkən təbii-iqlim şəraiti, itehsalın ixtisaslaşması, məhsuldar
qüvvələrin inkişaf səviyyəsi, sənaye, emal və s. sahələrin
inkişafı nəzəri alınmışdır.
Qabaqcıl təcrübələrin nəticəsindən aydın olur ki, ölkədə
regional bölgünün səmərəli aparılması və regional sosial-
iqtisadi inkişafın uğurla həyata keçirilməsi regional iqtisadi
inkişaf siyasətinin düzgün formalaşması, onun normativ-hüquqi
bazasının müasir tələblər səviyyəsində tərtib edilməsi və
fəaliyyətinin səmərəli təşkil edilməsindən asılıdır.
Regional iqtisadi inkişaf siyasəti ölkədə həyata keçirilən
ümumi sosial-iqtisadi inkişaf siyasətinin çox mühüm daxili
tərkib hissəsidir. Deməli, regional iqtisadi inkişaf siyasəti
171
müəyyən edilərkən sosial-iqtisadi inkişafın tələbləri əsas götü-
rülməlidir. Ona görə də ölkənin ümumi sosial-iqtisadi inkişafı
ilə regional iqtisadi inkişafı qarşılıqlı əlaqədə olmalı, bir-birini
tamamlamalı və onlar ümumi inkişafa və tərəqqiyə yol
açmalıdırlar.
Ümumiyyətlə dövlətin sosial-iqtisadi inkişaf siyasətinin
başlıca istiqamətlərindən biri regional iqtisadi inkişaf siya-
sətidir. Ona görə də regional iqtisadi inkişaf siyasətinin reallaş-
ma mexanizmi də bütövlükdə sosial-iqtisadi inkişaf mexaniz-
minin tərkib hissəsidir. Regional iqtisadi inkişaf siyasəti məh-
suldar qüvvələr nisbətən zəif inkişaf etmiş, regionlarda isteh-
salın üstün inkişafına nail olunmasına şərait yaradılmasını, bu
məqsədlə əməl etmək üçün regional iqtisadi, sosial, ekoloji və
s. ziddiyyətlərin yumşaldılmasına əməl edilməsini nəzərdə
tutur.
Dövlətin regional sosial-iqtisadi inkişaf siyasəti hər bir
regionun, təsərrüfatların, sahələrin inkişafı qarşısında mühüm
və perspektiv məqsədlər qoyur. Bu məqsədə nail olmaq üçün
obyekt düzgün seçilməli, qarşıya çıxan vəzifələr müəyyən
edilməli, cəmiyyət və regionların mənafeyi baxımından onların
yerinə yetirilməsi təmin edilməlidir.
Dövlətin regional iqtisadi inkişaf siyasətinin müvəf-
fəqiyyəti onun obyektlərinin, məqsədinin, vəzifələrinin və
həyata keçirilməsi vasitələrinin düzgün seçilməsindən asılıdır.
Regional iqtisadi inkişaf siyasətinin başlıca məqsədinə işsiz-
liyin azaldılması; həyat şəraitinin və məşğulluq səviyyəsinin
yüksəldilməsi; həyat şəraitində və səviyyəsində regionlarda
mövcud olan fərqlərin aradan qaldırılması; regionlarda ümumi
inkişaf sürəti arasındakı fərqin ləğv edilməsi.
Regional sosial-iqtisadi inkişaf siyasətinin qarşısında
duran bu qrup məqsədlər və onların yerinə yetirilməsi vəzifələri
Azərbaycan Respublikası üçün böyük əhəmiyyətə malikdir.
Belə ki, həmin məqsədlərə nail olmaq üçün ölkəmizdə müvafiq
normativ-hüquqi baza yaradılmış, onların mexanizmi müəyyən
172
edilmişdir. Bütün bunlar son illər respublikamızın regionlarda
sosial-iqtisadi inkişafın səviyyəsində tarazlığın yaranmasına,
ölkə üzrə inkişaf sürətinin artmasına şərait yaratmışdır.
Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi
həlledici səviyyədə bu sahədə qarşıya qoyulan məqsədin yerinə
yetirilməsi vəzifələrinin düzgün həyata keçirilməsindən asılıdır.
Qeyd etmək lazımdır ki, regional sosial-iqtisadi inkişafa nail
olunması üçün regionun inkişaf səviyyəsindən, strateji məq-
sədlərin və praktiki vəzifələrin yerinə yetirilməsindən asılı ola-
raq qarşıda duran məqsədlər eyni deyildir. Ona görə də qarşıda
duran məqsədə nail olunması üçün vəzifələr də eyni ola bilməz.
Azərbaycan Respublikasının müasir inkişafı mərhələ-
sində regional inkişaf siyasətinin yerinə yetirilməsi ilə əlaqədar
qarşıya qoyulan məqsədə nail olunması üçün aşağıdakı başlıca
vəzifələrə - regionların əmək ehtiyatından, işçi qüvvəsindən,
təbii sərvətlərindən, istehsal resurslarından, təbii-iqlim şərai-
tindən, torpaq-su mənbələrindən, maliyyə vəsaitindən, xarici
investisiyalardan, elmi-texniki tərəqqinin nailiyyətlərindən, mü-
tərəqqi texnologiyadan və s. səmərəli istifadəyə nail olunmalı;
çoxukladlı iqtisadiyyat inkişaf etdirilməsi, sahibkarlıq forma-
laşmalı, xidmət növləritəkmilləşdirilməli, bazar münasibətləri
inkişaf etdirilməli, azad alqı-satqı, sərbəst rəqabər, səmərəli
əlaqə və münasibətlər formalaşmalıdır.
Qeyd etmək lazımdır ki, hazırda regional sosial-iqtisadi
inkişaf siyasətinə uyğun olaraq göstərilən vəzifələrin hamısına,
bir qisminə tam, digərinə isə nisbətən zəif əməl olunur. Ona
görə də son illər respublikanın bütün regionlarında iqtisadi
inkişafa nail olunur və bu proses getdikcə sürətlənir.
Azərbaycan Respublikasında regional siyasətin strateji
məqsədinə nail olmaq üçün ölkənin iqtisadiyyatı, xüsusilə sə-
naye və aqrar bölmənin sahə və ərazi quruluşu səmərəli şəkildə
təkmilləşdirilməlidir. Bununla əlaqədar olaraq çox mühüm və
müasir dövrün tələblərinə cavab verən iqtisadi, sosial, təşkilati,
texniki-texnoloji tədbirə nail olunmalıdır. Müasir dövrdə
173
regional inkişaf siyasətinin düzgün formalaşması və müvəf-
fəqiyyətlə həyata keçirilməsi bir sıra amil və şərtlərlə bağlıdır.
Belə ki, ölkəmiz keçmiş sovetlər birliyinin tərkibində olarkən
birtərəfli inkişafda olmuş, başlıca olaraq xammal istehsalçısına
çevrilmiş, istehsal vasitələri istehsalı məhdud olmuş, aqrar sahə
isə qeyri ərzaq məhsulları istehsalı ilə məşğul olmuşdur.
Doğrudur, son illər az bu sahədə ciddi dəyişikliklər aparıl-
mışdır. Lakin istehsalın quruluşunun tamamilə dəyişdirilməsinə
nail olunmamış respublikanın daxili tələbatının ödənilməsinə
xidmət edən sənaye və kənd təsərrüfatı sahələri nisbətən zəif
inkişaf etmişdir. Xüsusilə ərzaq məhsulları istehsalı respubli-
kada mövcud tələbatdan xeyli azdır və hazırda ölkəmizdə ərzaq
məhsulları istehsalı daxili tələbatın 75-80%-ni ödəyir və hələlik
tələbatın 20-30% idxal hesabına ödənilir. Onu da qeyd etmək
lazımdır ki, ölkənin ərzaq məhsullarına olan tələbatı mövcud is-
tehsal potensialından xeyli aşağıdır. Qeyd etmək lazımdır ki,
ölkəmizdə xalq istehlakı malları istehsal edən sahələrinin in-
kişaf səviyyəsi də hələlik zəifdir. Ona görə də qeyri ərzaq mal-
larına olan tələbatın ödənilməsində də xarici bazarlar üstünlük
təşkil edir. Deməli ölkədə yerli xalq istehlakı malları istehsal
edən sahələrinin inkişafına nail olunmalı, həmin müəssisələrin
xammal istehsal edilən regionlarda inkişafı təmin edilməlidir.
4. Azərbaycan Respublikası regionlarının iqtisadi
inkişafının səviyyəsi
Azərbaycan Respublikasında iqtisadi islahatların dərinləş-
məsi, xüsusi mülkiyyətin inkişafı və sahibkarlığın formalaşması
və səmərəli fəaliyyət göstərməsi nəticəsində ölkədə sosial-
iqtisadi inkişafın sürətlənməsi təmin edilmiş, işgüzar təşəb-
büslərin üzə çıxmasına və onların səmərəli fəaliyyət göstərmə-
sinə real imkanlar açılmışdır. Lakin bütün iqtisadi regionlarda
yüksək sosial-iqtisadi yüksəlişə nail olunmuşdur.
174
Bunun başlıca səbəbi regionların mövcud ehtiyat və
sərvətlərindən eyni səviyyədə istifadəyə nail olunmaması və
eyni formada təsərrüfatçılıq mexanizmlərinin formalaşmama-
sıdır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ölkədə
iqtisadi inkişafa nail olunması üçün bütün regionların imka-
nından səmərəli istifadə təmin edilməlidir. Bunun üçün Azər-
baycan Respublikasında məqsədəuyğun tədbirlər həyata ke-
çirilir. Belə ki, ölkəmizdə ümumi inkişafın və sosial-iqtisadi
yüksəlişin həyata keçirilməsinə dair hazırlanan tədbirlərlə
yanaşı regionların sosial-iqtisadi yüksəlişinin təmin edilməsinə
dair böyük siyasi və iqtisadi əhəmiyyətli proqramlar da qəbul
edilmiş, onların tətbiqinə nail olunmuşdur.
Azərbaycan Respublikası prezidenti cənab İ.H.Əliyev 24
noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-
iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanı
11 fevral 2004-cü il tarixli "Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının təsdiq edilməsi haqqında” fərmanı ilə
təsdiq olunmuş və 2004-2008-ci illəri əhatə edən proqramı,
habelə Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il
tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövbt Proqramı" regionlarda yüksək sosial-iqtisadi inkişafın
istiqamətlərini müəyyənləşdirilmiş konkret vəzifələr irəli sürül-
müş, onların yerinə yetirilməsi mexanizmləri təsdiq edilmişdir.
Bütün bunlar Azərbaycan Respublikasında ümumi sosial-
iqtisadi inkişafı təmin etmiş, bazar münasibətlərinin formalaş-
masına şərait yaratmış, milli iqtisadiyyatın qabaqcıl ölkələrin
iqtisadiyyatına inteqrasiya prosesinin güclənməsinə real im-
kanlar açmışdır. Lakin bu proses bütün regionlarda eyni sə-
viyyədə olmamış, bir regionda yüksək inkişafa nail olunduğu
halda, digərində aşağı, başqasında isə əksinə olaraq azalma hal-
larına yol verilmişdir ki, bu da ümumi inkişafa mənfi təsir gös-
tərmişdir. Qeyd edilənlər ölkə üzrə və regionlar səviyyəsində
iqtisadi inkişafın səviyyəsinin təhlil edilərək öyrənilməsini, hər
175
bir regionun inkişafını və yaxud inkişafdan geri qalmasını
müəyyənləşdirilməsini, bununla bağlı imkanların aşkar edilmə-
sini onlardan səmərəli istifadə olunması yollarını müəy-
yənləşdirilməsini başlıca vəzifə kimi qarşıya qoyur.
Regionlarda iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqə-
dar olaraq başlıca vəzifə hər bir regionun inkişaf səviyyəsini
dəqiq öyrənmək, bu sahədə əldə edilən qabaqcıl təcrübəni ümu-
miləşdirmək və onlardan başqa regionların yerli şəraitinin xü-
susiyyətlərini, əhalinin vərdişini, infrastrukturun və s. nəzərə
almaqla istifadə etməkdən ibarətdir.
Azərbaycan Respublikasında iqtisadi islahatların düzgün
həyata keçirilməsi nəticəsində əldə edilən qabaqcıl təcrübədən
aydın olur ki, hər bir regionun, ərazinin, rayonun təbii və
sosial-iqtisadi potensialından tam və səmərəli istifadə edilməsi
əsasında iqtisadi yüksəlişə nail olunmasına və əhalinin həyat
şəraitinin yaxşılaşdırılmasına yalnız dövlət orqanlarının deyil,
xüsusilə yerli və özünüidarəetmə orqanlarının düzgün fəaliyyəti
nəticəsində nail olmaq mümkündür.
Regionların iqtisadi inkişafının əsas istiqamətləri
müəyyən edilərkən hər bir regionun bütün təsərrüfat və sosial
subyektləri ilə hərtərəfli əlaqələr qurulmalı, yerli iqtisadi
problemlər öyrənilməli, yerli mütəxəssis və icra orqanlarının
fikir və təklifləri nəzərə alınmalıdır. Bunlarla yanaşı hər bir
regionun fəaliyyət istiqaməti əsas götürülməli, iqtisadiyyatda
və xidmət sahəsində regionun xüsusi çəkisi müəyyən edilməsi,
sosial-iqtisadi inkişafa dair irəli sürülən təkliflər regionun
strateji inkişaf istiqamətini uyğun müəyyən edilməlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadiyyatının
inkişafı və ərazinin təşkilində tarixən ziddiyyətlər olmuş, bunlar
həb də qalmaqdadır. Belə ki, uzun illər ərzində Abşeron iqtisadi
regionu ilə Azərbaycanın digər iqtisadi regionları arasında məh-
suldar qüvvələrin inkişaf səviyyəsi kəskin fərqlənmiş, Abşe-
ronda intensiv inkişaf təmin edilmiş, belə hal digər regionlarda
zəif olmuşdur.
176
Qeyd etmək lazımdır ki, Azərbaycanda qeyd edilən zid-
diyyətin aradan qaldırılmasına dair dəfələrlə məsələ qaldırılmış,
bəzi qərarlar qəbul olunmuş, tədbirlər həyata keçirilmişdir.
Lakin bütün bunlar müsbət nəticə əldə edilməsini təmin
etməmişdir.
Statistik məlumatlara əsasən 1990-cı ilin əvvəlinə
Azərbaycan Respublikasının ərazisinin 6,9%-i, əhalisinin 29%-ə
qədəri və sənaye məhsulları istehsalının isə 73% Abşeron
iqtisadi regionunun payına düşürdü. Əlbəttə bu hal digər re-
gionların iqtisadi inkişafına şərait yaratmır, məhsuldar qüv-
vələrin istifadə olunmasında ziddiyyətlər formalaşdırıldı.
Azərbaycan Respublikasında elmi əsaslara söykənən
regional inkişaf, siyasətin uğurla aparılması, bununla əlaqədar
olaraq mühüm siyasi, iqtisadi, texniki-texnoloji tədbirlərin
həyata keçirilməsi, müasir dövrün tələblərinə tam cavab verən
qanunların qəbul edilməsi, nəhəng dövlət proqramlarının təsdiq
edilməsi, onlara nəzarətin gücləndirilməsi nəticəsində son illər
Azərbaycanda nəhəng inkişafa nail olunmuş, məhsuldar qüvvə-
lərin yerləşdirilməsində aparılan dəyişikliklər sosial-iqtisadi
yüksəlişdə qanunauyğunluğu həyata keçirmişdir. Ölkədə çoxlu
sayda maşınqayırma, energetika, emal, kimya müəssisələri
tikilib işə salınmış, onların çoxu digər regionlarda inkişaf etdi-
rilmişdir. Regionlarda aqrar-sənaye kompleksinin ixtisaslaşmış
sahələrinin intensiv inkişafı sürətləndirilmiş, tədarük, satış,
emal, saxlama müəssisələri yaradılmış, onların maddi-texniki
bazası yaxşılaşdırılmışdır. Bütün bunların nəticəsində sosial-
iqtisadi inkişaf Bakı və Abşeron regionuna nisbətən digər re-
gionlarda daha üstün yüksəlmişdir.
Qeyd edilənlərin nəticəsində son illər sənaye məhsulu
istehsalında Abşeron iqtisadi regionunun xüsusi çəkisi 73%-dən
59,5%-ə düşmüş, digər regionların xüsusi çəkisi isə əksinə
27%-dən 40,5%-ə qədər yüksəlmişdir. Bunların nəticəsində
əksər regionlarda, rayonlarda iqtisadiyyatın strukturu mütərəqqi
177
istiqamətdə dəyişmiş, zənginləşmiş, əksər şəhər və kəndlər öz
həqiqi inkişaf yoluna çıxmışlar.
Lakin bu inkişaf nə qədər sürətli olsa da o uzun illər
davam edən prosesi tam həll edə bilmirdi. Belə ki, baş verən
inflyasiya, digər tərəfdən işğalçı ölkənin Azərbaycan ərazilərini
işğal etməsi, infrastrukturun dəyişməsi, qaçqın və köçkünlərin
artması Abşeron iqtisadi regionunun inkişaf sürətinin yüksəl-
məsinə, digərinin isə əksinə aşağı düşməsinə səbəb olmuşdur.
Göstərilənlər nəzərə alınaraq son illər, xüsusilə 2004-cü
ildən başlayaraq Azərbaycanda regional inkişaf siyasəti
dəyişmiş, iqtisadi yüksəlişə başlıca olaraq regionların inkişafı
nəticəsində nail olunmasına üstünlük verilmişdir. Əlbəttə bu
proses məhsuldar qüvvələrin yerləşməsində ciddi problemlər
yaratmışdır. Hazırda sənaye məhsulu istehsalı başlıca olaraq
Abşeron iqtisadi regionunda cəmlənmişdir.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları
haqlı olaraq göstərir ki, belə vəziyyət ölkəmizin hərtərəfli
inkişafı, yoxsulluğun, işsizliyin mənafeyi ib ziddiyət təşkil edir,
bunlara yol vermək olmaz. Ona görə də Azərbaycanda regional
inkişafın qanunauyğun həyata keçirilməsinə xüsusi fikir verilir.
Belə vəziyyət Azərbaycan Respublikasının iqtisadiyya-
tının əsas sahələrindən biri olan aqrar-sənaye kompleksinə aid
deyildir. Doğrudur bu sahədə də regionlar arasında müəyyən
fərq vardır. Lakin bu ziddiyyət təşkil etmir və sosial-iqtisadi
yüksəlişin sürətini həlledici təsir göstərmir. Regionlarda aqrar
sferanın inkişafı arasındakı fərq əsasən onların ixtisaslaşması
ilə əlaqədardır.
Məlum olduğu kimi regionlar müəyyən edilərkən çoxlu
sayda göstəricilər əsas götürülür və hər bir regiona müxtəlif
sayda rayon daxil edilir. Məsələn, ən böyük region Aran sayılır
ki, ona 19 rayon daxildir. Bəzi region 5-7 rayondan ibarətdir.
Bundan asılı olaraq regionların torpaq sahələri əkin yeri,
istehsal etdiyi məhsulun miqdarı, alınan son nəticə bir-birindən
178
kəskin fərqlənir. Lakin bir hektar torpaq sahəsi, bir işçi
hesabına bu göstəricilər arasındakı fərq nisbətən kəskin olmur.
Məlumatların təhlilindən aydın olur ki, ayrı-ayrı məhsul-
ların xüsusi çəkisi regionlar arasında kəskin fərqlənir. Məsələn,
Azərbaycan Respublikasının 10 regionunun hamısında taxıl
istehsal olunur. Lakin regionlarda istehsal olunan taxılın xüsusi
çəkisi bir-birindən kəskin fərqlənir. Belə ki, ölkəmizdə istehsal
olunan cəmi taxılın 38.9% - Aran, 11.7% - Gəncə-Qazax,
15.0% - Şəki-Zaqatala, 8.5% isə Dağlıq Şirvan regionun payına
düşür. Digər regionlarda isə istehsal olunan taxılın xüsusi çəkisi
7%-dən aşağıdır. Belə vəziyyət başqa bitkiçilik və heyvandarlıq
məhsulları üzrə də mövcuddur.
Məsələn, Azərbaycan Respublikasının bütün region-
larında heyvandarlıq sahələri inkişaf etdirilir. Lakin bu sahənin
regionlarda xüsusi çəkisi arasında kəskin fərq vardır. Belə ki,
hazırda ölkədə istehsal olunan bütün ətin 35.3% Aran, 17.0% -
Quba-Xaçmaz, 13.0% - Gəncə-Qazax, 9.2% - Şəki-Zaqatala,
9.1% isə Lənkəran regionlarında əldə edilir. Başqa regionlarda
istehsal olunan ətin xüsusi çəkisi 5%-dən azdır.
Bununla yanaşı onu da göstərmək lazımdır ki, son illər
Azərbaycan Respublikası üzrə, o cümlədən regionlarda kənd
təsərrüfatı məhsulları istehsalı artır, iqtisadi səmərəlilik yük-
səlir. Məlumatların təhlilindən aydın olur ki, Azərbaycan
Respublikasının 10 regionunun hər biri böyük sərvətə malikdir,
onların torpaq, iqlim şəraiti, yeraltı və yerüstü sərvətləri, me-
şələri, kurort şəbəkələri, bitki örtüyü, heyvanat aləmi bir-
birindən fərqlidir, zəngindir. Bunlar isə regionların iqtisadi in-
kişafının sürətlənməsinə həlledici təsir göstərir.
Regionların iqtisadi inkişafının müasir səviyyəsinin
təhlilindən aydın olur ki, ölkəmizdə regional inkişaf siyasətin
düzgün həyata keçirilməsi nəticəsində regional inkişaf
ümumiyyətlə sürətlənmiş, iqtisadi yüksəlişə əməl olunmuş,
sosial problemlərin həlli istiqamətində ciddi dəyişikliklər baş
vermiş, əhalinin məşğulluğu artmış, əhali axının zəifləməsi
179
təmin olunmuşdur. Bununla yanaşı onu da qeyd etmək lazımdır
ki, mövcud imkanlar bu istiqamətdə daha səmərəli nəticələrə
nail olunmasını sübut edir. Belə ki, bəzi regionda iqtisadi
inkişaf sürəti yüksək, əhalinin həyat şəraiti daha yaxşı həll edil-
diyi halda digərlərində bu göstəricilər onların yaxşılaş-
dırılmasına dair yaradılan şəraitdə cavab vermir, istehsal-iqti-
sadi göstəricilər aşağıdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının region-
ları öz təbii sərvətlərinə və iqtisadi imkanlarına görə çox zən-
gindir. Bu sərvət və iqtisadi imkanlardan tam səmərəli isti-
fadəyə nail olunması üçün ölkəmizdə tələb olunan normativ-
hüquqi baza yaradılmış, infrastruktura formalaşmış, iqtisadi-
təşkilati tədbirlər irəli sürülmüş, sahibkarlıq fəaliyyəti forma-
laşmış, rəqabətin inkişafına şərait yaradılmış, sərbəst bazar
münasibətlərinin inkişafı təmin edilmişdir.
Təcrübə göstərir ki, bütün bunlardan səmərəli istifadənin
həyata keçirilməsi nəticəsində regionların mövcud istehsal
resurslarından, təbii sərvətlərindən, xüsusilə torpaq sahələ-
rindən, əmək ehtiyatlarından, əsas və dövriyyə fondlarından
daha düzgün istifadəyə əməl etmək, beləliklə sosial-iqtisadi
inkişafı sürətləndirmək, əhalinin həyat şəraitini yaxşılaşdırmaq,
sosial problemləri uğurla həll etmək mümkündür.
Azərbaycan Respublikasının iqtisadi inkişaf səviyyəsi
digərlərindən yüksək olan regionlarının çoxillik təcrübəsindən
aydın olur ki, ölkənin əksər regionlarında sosial-iqtisadi yük-
səlişin sürətləndirilməsi üçün imkanlar və ehtiyat mənbələri
genişdir. Belə ki, regionların inkişaf səviyyəsinin sürətləndi-
rilməsi üçün ilk növbədə iqtisadi islahatlar genişləndirilməli və
dərinləşdirilməli, bütün regionlarda xüsusi mülkiyyətin imkan-
ları səfərbər olunmalı, iqtisadiyyatın və xüsusilə xidmətin bütün
sahələrində sahibkarlıq formalaşmalı və sahibkarlıq fəaliyyəti
səmərəli təşkil edilməlidir.
Bunlarla yanaşı regionların sosial-iqtisadi yüksəlişinin
sürətləndirilməsi məqsədi ilə hər bir regionun yerli şəraitinin
180
xüsusiyyətləri, istehsal-sosial infrastrukturunun inkişaf səviy-
yəsi və onların təkmilləşdirilməsi imkanları nəzərə alınaraq
torpaq, əmlak, əmək və investisiya bazarlarının inkişafına nail
olunmalı, yerli təşəbbüskar insanların həmin bazarlarda fəal
iştirakına şərait yaradılmalıdır. Eyni zamanda regionlarda
mövcud olan sosial-iqtisadi problemlərin həllində daha sə-
mərəli iştirak edən müəssisələrin, təşkilatların, sahibkarların
maddi və mənəvi marağı artırılmalı, onların fəaliyyətinə əngəl
törədən amillərin qarşısı kəskin olaraq alınmalıdır.
Regionlarda sosial-iqtisadi yüksəlişin təmin edilməsində
iqtisadi mexanizmin təkmilləşdirilməsi, maliyyə-kredit müna-
sibətlərinin səmərəli qurulması, vergi mexanizminin düzgün
təşkili, ədalətli vergi münasibətlərinin həyata keçirilməsi və bu
yollarla regionların maliyyə imkanlarının artırılması həlledici
rol oynayır. Eyni zamanda hər bir regionun sosial-iqtisadi in-
kişafının səviyyəsi və onun yüksəldilməsi ilə əlaqədar qarşıda
duran vəzifələr nəzərə alınmaqla regionların investisiya im-
kanları səfərbər edilməli, sosial-iqtisadi inkişafın sürətləndi-
rilməsi məqsədi ilə yerli və xarici investisiyaların cəlb olunma-
sına səy göstərilməli, investisiyalar öz məqsədinə yönəldilməli,
bu istiqamətdə maraq yüksəldilməlidir.
Materialların təhlilindən aydın olur ki, qeyd edilən
amillərin nəzərə alınması, habelə digər təşkilati, iqtisadi, sosial,
normativ-hüquqi, texniki-texnoloji tədbirlərin həyata keçiril-
məsi regionlarda sosial-iqtisadi yüksəlişin sürətlənməsinə real
imkanlar açır, istehsal-sosial infrastrukturun inkişafını təmin
edir, məşğulluğun artmasına, işsizliyin aşağı düşməsinə şərait
yaradır, əhalinin həyat səviyyəsi yüksəlir.
Bütün bunlarla yanaşı regionların sosial-iqtisadi inki-
şafının sürətləndirilməsi üçün ölkə miqyasında və regionlarda
idarəetmə səlahiyyətləri düzgün müəyyən edilməli, sosial-
iqtisadi inkişafın zəruri problemlərinin həllində dövlət və yerli
özünüidarə orqanlarının fəaliyyəti düzgün əlaqələndirilməlidir.
Eyni zamanda regionların sosial-iqtisadi inkişafının tənzim-
181
lənməsində dövlət və yerli özünüidarə orqanlarının fəaliyyəti
düzgün əlaqələndirilməli, regional inkişafın istiqamətləri, on-
lara nəzarətin həyata keçirilməsi, maliyyələşməsi məsələlərində
yerli özünüidarə orqanlarının iştirakı təmin edilməlidir.
Bazar münasibətlərinin müasir inkişafı şəraitində Azər-
baycan Respublikasında regionların sosial-iqtisadi inkişafının
yüksəldilməsi ilə əlaqədar qarşıda duran vacib məsələlərdən
biri də yerli özünüidarə orqanlarının fəaliyyətinin səmərəsinin
artırılması üçün onların büdcələrinin gəlir bazasının genişlən-
dirilməsi, habelə onların maraqlarını ifadə edə bilən struktur-
ların formalaşdırılmasıdır. Bununla əlaqədar olaraq regionların
sosial-iqtisadi inkişafın tənzimlənmə mexanizmləri müəyyən
edilərkən yerli əhəmiyyətli məsələlərin həllinə fəaliyyət gös-
tərən bütün mülkiyyət formaları cəlb olunmalı, sosial-iqtisadi
inkişaf proqnozları hazırlanarkən bütün istehsal sahələrinin
genişləndirilməsinə, yerli əhali üçün şəraitin yaradılmasına,
onların tələbatının daha yaxşı ödənilməsinə, həyat şəraitinin
yaxşılaşmasına, əhalinin məşğulluğunun yüksəldilməsinə nail
olunmalıdır.
5. Regionlarda aqrar sferanın inkişaf səviyyəsi
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sü-
rətlənməsi, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, döv-
lətlərarası əlaqələrin genişləndirilməsi zərurliyi, milli iqtisa-
diyyatın bütün sahələrinin sahib inkişafının təmin edilməsini
başlıca vəzifə kimi qarşıya qoyur. Bu qanunauyğunluq ölkənin
əsas istehsal sahələrindən biri olan aqrar sferanın da inkişaf
etdirilməsini tələb edir. Aqrar sferanın inkişafı ölkədə əhalinin
ərzaq və xalq istehlakı malları ilə tələbatının ödənilməsində,
habelə ölkənin bir sıra sənaye sahələrinin xammala ehtiyacının
təmin edilməsində həlledici əhəmiyyətə malikdir.
Göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublika-
sında milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədi ilə
182
islahatların aparılması problemləri həll edilərkən aqrar sferada
islahatların üstün aparılması nəzərdə tutulmuş və islahatlar ilk
növbədə aqrar sferada həyata keçirilmişdir. Bununla əlaqədar
olaraq aqrar islahatların aparılmasının normativ-hüquqi bazası
yaradılmış, ictimai mülkiyyətə əsaslanan təsərrüfatlar qanuna-
uyğun formada ləğv edilmiş, torpaq və əmlak özəlləşdirilmiş,
xüsusi mülkiyyətə əsaslanan təsərrüfatlar yaradılmış və aqrar
sahibkarlıq fəaliyyəti formalaşmışdır.
Bunların təmin edilməsində respublikanın aqrar sferaında
bazar iqtisadi münasibətlərinə tam uyğun, onuntələblərinə
cavab verən qanunvericilik bazasının formalaşması həlledici rol
oynamışdır. Göstərilənlərin nəticəsidir ki, Azərbaycanın aqrar
sferasında bazar münasibətlərinə əsaslanan istehsal vəxidmət
sahələri yaradılmış, istehsalın artırılmasına, səmərəliliyin
yüksəldilməsinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını
maddi marağın artırılmasına real şərait təmin edilmişdir.
Azərbaycanda aparılan aqrar islahatların xarakterik xüsu-
siyyətlərindən və üstünlüklərindən biri ondan ibarət olmuşdur
ki, kənd təsərrüfatında torpaq sahələri ilə yanaşı bütün əmlak və
texnika da özəlləşdirilərək sahibkarlara verilmiş və beləliklə
onların səmərəli fəaliyyət göstərməsi üçün daha əlverişli
imkanlar açılmışdır.
Aqrar islahatların uğurla həyata keçirilməsi ilə əlaqədar
olaraq qarşıda duran ən mühüm problemlərdən biri əmlakın
özəlləşdirilməsinin səmərəli aparılması olmuşdur. Bu sahədə də
ölkədə tələb olunan normativ-hüquqi baza yaradılmış və əmlak
qarşıda qoyulan məqsədə uyğun formada özəlləşdirilmiş və
sahibkarlara vermişdir.
Özəlləşdirmə ilə əlaqədar olaraq respublikanın islahatlar
aparılan təsərrüfatlarının əmlakının ümumi dəyərinin (mövcud
qiymətləndirməyə əsasən) 70,9% xüsusi mülkiyyətə, 22,6%
bələdiyyə mülkiyyətinə verilməsi və 6,5% dövlət mülkiyyətin-
də saxlanılmışdır. Respublikanın aqrar sferasında əmlakının
ayrı-ayrı növlərinin özəlləşdirilməsi sahəsində də böyük müvəf-
183
fəqiyyətlərə nail olunmuşdur. Belə ki, kənd təsərrüfatında
mövcud olan yük avtomobilləri, traktorları, pambıqyığan
maşınları, taxıl kombaynları, silos və yemyığan kombaynları,
iri buynuzlu mal-qara tövlələri, qoyun yataqları və tam
özəlləşdirilərək sahibkarlara verilmişdir.
Beləliklə, Azərbaycanda aqrar islahatların səmərəliliyinin
yüksəldilməsi sahəsində ardıcıl olaraq həyata keçirilən iqtisadi
və təşkilati tədbirlər nəticəsində torpaq və əmlak özəl-
ləşdirilmiş, xüsusi təsərrüfatlar yaradılmış, sahibkarlıq fəa-
liyyəti formalaşmışdır.
Ölkədə istehsal olunan ümumi kənd təsərrüfatı məhsul-
larının (faktiki mövcud qiymətlərlə) tərkibində xüsusi mül-
kiyyətə əsaslanan təsərrüfat formalarının (fərdi sahibkarlar,
ailə, kəndli və ev təsərrüfatları) tutduğu xüsusi çəki 2009-cu
ildə 93,4%-ə qədər yüksəlmişdir. Bunun nəticəsidir ki, res-
publikanın aqrar bölməsi inflyasiya prosesindən çıxmış, yüksək
inkişaf mərhələsinə nail olunmuşdur. Belə ki, ölkədə iqtisadi
islahatların səmərəliliyinin yüksəldilməsi ilə əlaqədar olaraq
həyata keçirilən məqsədyönlü tədbirlər və sahibkarlığın inki-
şafına göstərilən qayğı ölkənin sosial-iqtisadi həyatında mühüm
rol oynamaqla yanaşı regionların iqtisadiyyatının əsasını təşkil
edən sferanın daha da inkişaf etdirilməsinə möhkəm zəmin
yaratmışdır. Bunların nəticəsidir ki, son illər aqrar sferada
böyük yüksəlişlər başlamış, məhsuldarlıq artmış, məhsul isteh-
salı çoxalmışdır.
Aqrar sferada ümumi məhsul istehsalı 2009-cu ildə
3569,9 milyon manat, o cümlədən bitkiçilikdə 2106,0 milyon
manatı və heyvandarlıqda isə 1459,9 milyon qədər artmışdır.
İstehsal olunan ümumi məhsulun 93,6%, o cümlədən bitkiçi-
likdə 96,7% və heyvandarlıqda isə 89,1% qeyri dövlət müəs-
sisələri tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikasının
aqrar sferasında istehsal olunan taxılın 93,2%, pambığın 83,7%,
tütünün 80,8%, kartofun 99,8%, tərəvəzin 98,8%, bostan
184
məhsullarının 98,6%, ətin 83,7%, südün 99%, yunun 97,4,
yumurtanın 52,3% sahibkarlar tərəfindən əldə edilmişdir.
Azərbaycan Respublikasında 2009-cu ildə 1125,5 əkin
hektar taxıl sahəsinin hər hektarında 26,6 sentner məhsul
alınmaqla cəmi 2888,4 min ton taxıl istehsal olunmuşdur. Aqrar
sferanın əsas sahələrindən biri olan və əhalinin ərzaqla
təminatında mühüm rol oynayan kartofçuluğun inkişafında da
ciddi inkişafa nail olunmuşdur. Belə ki, kartof əkin sahəsi 67,1
min hektara, məhsuldarlıq 150 sentnerə və kartof istehsalı 1037
min tona çatmışdır. Tərəvəzçilik sahəsində də böyük irəliləyiş
baş vermiş, tərəvəz əkin sahəsi 81 min hektara, məhuldarlıq
140 sentnerə və tərəvəz istehsalı 1176 min tona qədər artmışdır.
Bitkiçiliyin digər sahələrinin də, xüsusilə meyvəçiliyin, şəkər
çuğundurun, tütünçülüyün inkişafında da inkişaf əldə
edilmişdir.
Heyvandarlıq sahəsində də artım dinamikasına əsasən
əməl olunmuşdur. Belə ki, son 3 il ərzində ölkəmizdə baş hesa-
bı ilə heyvanların sayı artmış, heyvandarlıq məhsulları istehsalı
çoxalmışdır. Azərbaycan Respublikasında 2007-ci ilə nisbətən
2009-cu ildə iri buynuzlu mal-qaranın sayı 3,9% artaraq 2611
min başa, o cümlədən inək və camışların sayı 3,8% çoxalaraq
1264 min başa, qoyun-keçilərin sayı 3,7% artaraq 8410 min
başa və quşların sayı 5,8% çoxalaraq 21952 min başa çatmışdır.
Müqayisə edilən dövrdə heyvandarlıq məhsulları istehsalınında
dinamik inkişafına nail olunmuşdur. Belə ki, həmin dövrdə ət
(kəsilmiş çəkidə) istehsalı 3,2% artaraq 176 min tona, üd 6,8%
çoxalaraq 1433 min tona, yun 7,3% artaraq 15,3 min tona və
yumurta istehsalı isə 26,8% çoxalaraq 120,9 milyon ədədə
çoxalmışdır.
Beləliklə göstərilənlərdən aydın olur ki, Azərbaycanda
aqrar sferanın sosial-iqtisadi inkişafı ilə əlaqədar olaraq həyata
keçirilən tədbirlər yüksək nəticələrə nail olunmasına real şərait
yaratmışdır. Azərbaycan Respublikası regionlarının sosial-
iqtisadi inkişafının sürətləndirilməsinə dair təsdiq edilmiş
185
Dövlət Proqramları aqrar sferanın intensiv inkişafının təmin
etmiş, ölkədə aqrar sahibkarlıq fəaliyyətinin səmərəliliyi yük-
səlmiş, əsas növ məhsul istehsalı çoxalmış, istehsalın yük-
səldilməsini maddi maraq təmin edilmişdir.
Materialların təhlilindən aydın olur ki, ölkənin bütün
regionlarında istehsal-iqtisadi yüksəliş təmin edilsədə onların
təbii-iqlim, torpaq şəraitindən, əmək və maliyyə resurslarından,
istehsal ehtiyatlarından istifadə arasında mövcud olan
çatışmamazlıqlardan, iqtisadi mexanizmin formalaşmasından
və s. asılı olaraq istehsal və iqtisadi göstəricilərin səviyyəsi ara-
sında ciddi fərqlər mövcuddur. Belə ki, Azərbaycan Respub-
likasının regionları öz təbii-iqlim, əmək resusları ilə təminat,
istehsalın ixtisaslaşması istiqamətləri, infrastrukturun və digər
göstəricilərə görə bir-birindən kəskin fərqlidirlər. Regionlara
daxil olan rayonların sayı, onların torpaq sahələrinin həcmi
müxtəlifdir. Bunlar idə regionlarda sosial-iqtisadi inkişafın
səviyyəsinə həlledici təsir göstərir. Hazırda, yəni 2009-cu ilə
Azərbaycan Respublikasında cəmi əkin yeri 1705,4 min hektar
olmuşdur. Ayrı-ayrı regionların əkin sahəsi isə cəmi 3,7 min
hektarda (Abşeron) 705,7 min hektar (Aran) arasında tərəddüd
edir. Regionlarda bir rayon, bir sahibkar, bir nəfər əhali, o
cümlədən bir nəfər əmək qabiliyyətli işçi hesabına düşən əkin
sahəsi də bir-birindən kəskin fərqlənir. Bunlarla yanaşı
regionların ümumi əkin sahəsinin tərkibində tutduğu xüsusi
çəki, hsbelə əsas istehsal sahələrinin əkin yerinin xüsusi çəkisi
də müxtəlifdir və əslində bu elə belə də olmalıdır (Cədvəl 1).
Çünki regionlar müəyyən edilərkən onların tərkibinə müxtəlif
həcmdə torpaq sahələri daxil edilmişdir.
186
Cədvəl 1
Azərbaycan Respublikası regionlarında əkin sahələrinin
(meyvə bağlarının) xüsusi çəkisi, %-lə
Regionlar Cəmi əkin
sahəsi
Taxıl Tərəvəz Kartof Meyvə
bağları
2007 200
9
200
7
200
9
200
7
200
9
200
7
200
9
200
7
200
9
Abşeron 0,3 0,4 0,3 0,2 1,4 1,3 0,2 1,0 2,4 2,2
Gəncə-
Qazax
12,7 12,
2
10,9 10,
0
15,
3
15,3 50,4 46,4 12,5 11,
3
Şəki-
Zaqatala
10,6 12,
9
14,3 15,
8
9,2 10,0 7,2 7,5 28,3 26,
9
Lənkaran 7,2 6,5 9,1 8,0 15,
6
15,1 14,1 16,4 4,2 4,4
Quba-Xaçmaz
6,5 6,8 8,4 8,2 11,6
10,3 8,1 7,6 24,8 26,5
Aran 45,9 41,
4
36,0 33,
9
32,
5
32,9 11,4 12,0 19,9 19,
8
Yuxarı Qarabağ
5,2 8,2 4,6 9,8 5,3 5,3 2,1 2,1 2,2 2,3
Kəlbəcər-
Laçın
0,3 0,7 0,3 0,4 - - - - - -
Dağlıq
Şirvan
7,6 7,4 12,5 10,
6
2,2 2,4 2,8 2,9 2,7 3,4
Naxçıvan 3,7 3,5 3,6 3,2 6,9 7,4 3,7 4,1 2,9 3,2
Cədvəldən göründüyü kimi cəmi əkin sahəsinin tərki-
bində Aran regionunun tutduğu xüsusi çəki 2007-ci ildə 45,9%-
dən 2009-cu ildə 41,4%-ə qədər azalmışdır. Həmin dövrdə
Aran regionunda ümumi əkin sahəsi 607,4 min hektardan 705,7
min hektora qədər və yaxud 16,2% çoxalmışdır. Aran regio-
nunda əkin sahələrinin xüsusi çəkisinin aşağı düşməsi mü-
qayisə edilən dövrdə Respublika üzrə cəmi əkin yerinin həcmi
28,8% artması səbəb olmuşdur. Onu da qeyd etmək lazımdır ki,
son üç ildə respublikanın bütün regionlarında cəmi əkin
sahəsinin xüsusi çəkisi artıb-azalmışdır. Belə ki, 2007-ci ilə
nisbətən 2009-cu ildə cəmi əkin yerinin tərkibində Gəncə-
Qazax, Lənkaran, Dağlıq Şirvan və Naxçıvan regionunun əkin
sahəsinin xüsusi çəkisi azalmış, digər regionların xüsusi çəkisi
ilə artmışdır. Bunu başlıca səbəbi müqayisə edilən dörd
187
regionların və ümumilikdə respublikanın əkin sahələrin artıb-
azalmasıdır.
Belə vəziyyət müxtəlif əkin sahələrinin xüsusi çəkisində
də baş vermişdir. Belə ki, 2007-ci ilə nisbətən 2009-cu ildə
taxıl əkin sahələrinin xüsusi çəkisi Abşeron, Gəncə-Qazax,
Lənkaran, Quba-Xaçmaz, Aran, Dağlıq Şirvan və Naxçıvan
regionlarında aşağı düşmüş və yalnız Şəki-Zaqatala, yuxarı
Qarabağ və Kəlbəcər-Laçin regionlarında artmışdır. Belə
vəziyyətin baş verməsinin başlıca səbəbi müqayisə edilən
dövrdə taxıl əkini sahəsinin xüsusi çəkisi aşağı düşən regionlar-
da əkin sahəsinin çox az artması və bəzi hallarda sabit qalması
və əksinə Şəki-Zaqatala regionunda taxıl sahələrini 1,7 dəfə,
Yuxarı-Qarabağ regionunda 3,2 dəfə və Kəlbəcər-Laçın
regionunda isə 1,6 dəfə çoxalmışdır.
Onu da qeyd etmək lazımdır ki, cəmi taxıl əkini sahəsinin
tərkibində Aran reginu daha yüksək xüsusi çəkiyə malikdir.
Gəncə-Qazax, Şəki-Zaqatala və Dağlıq Şirvan regionlarını
xüsusi çəkisi isə 10-15% təşkil edir ən aşağı xüsusi çəkiyə
Abşeron regionu malikdir. Qeyd etmək lazımdır ki, cəmi əkin
yerinin tərkibində taxılın tutduğu xüsusi çəki də regionlar üzrə
bir-birindən kəskin fərqlənir. Hazırda Azərbaycan Respublikası
üzrə cəmi əkin yerinin 66%-ni taxıl sahəsi təşkil edirsə bu
göstərici regionlar üzrə bir-birindən kəskin fərqlənir. Məsələn
taxıl əkin sahəsi cəmi əkin sahəsinin Aran regionunda 54%-ni,
Kəlbəcər-Laçında 56,9%-ni, Gəncə-Qazaxda 59,1%-ni, Naxçı-
vanda 61,5%-ni, Abşeronda 67,6%-ni, Yuxarı-Qarabağda
79,2%-ni, Quba-Xaçmazda 79,3%, Şəki-Zaqatalada 80,1%-ni,
Lənkaranda 80,7%-ni və Dağlıq Şirvanda isə 94,2%-ni təşkil
edir.
Bu vəziyyət regionlarda digər bitkiçilik məhsullarını əkin
sahəsinin səviyyəsinə və xüsusi çəkisinə həlledici təsir göstərir.
Bunlar həmçinin istehsal sahələrinin ixtisaslaşması ilə
əlaqədardır. Məlum olduğu kimi Azərbaycan Respublikasında
kartofçuluq əsasən Gəncə-Qazax regionunda inkişafetdirilir.
188
Ona görə də kartof əkin sahəsinin 46-50% bu regionun payına
düşür. Kartof əkin sahəsinin tərkibində Lənkaran regionu 14-
16%, Aran regionu 11-12% təşkil edir. Digər regionlarda bu
göstəricinin xüsusi çəkisi xeyli aşağıdır.
Onu da qeyd etmək lazımdır ki, son uç ildə kartof əkin
sahəsinin regionlar üzrə artıb-azalması halları baş vermişdir.
Belə ki, 2007-ci ilə nisbətən 2009-cu ildə kartof əkin sahəsi
Respublikada 1542 hektar və yaxud 2,2% azalmışdır. Region-
larda isə kartof sahəsi müxtəlif səviyyədə artıb-azalmışdır. Mü-
qayisə edilən dövrdə kartof sahəsi Abşeron regionunda 43,9%,
Gəncə-Qazaxda 7,5%, Quba-Xaçmazda 8,1% azalmış, Şəki-
Zaqatalada 1,3%, Lənkaranda 13,0%, Aranda 2,3%,
Naxçıvanda 5,5% artmışdır.
Belə vəziyyət tərəvəzçilik sahəsində də baş vermişdir.
Tərəvəz əkini sahəsi respublika üzrə 2007-ci ilə nisbətən 2009-
cu ildə 4,1 min hektar və yaxud 4,8% azalmışdır. Müqayisə
edilən dövrdə tərəvəz əkin sahəsi əksər regionlarda azalmış,
lakin bu azalma arasında kəskin fərq olmuşdur. Bunun
nəticəsində tərəvəz əkini sahəsinin xüsusi çəkisi müxtəlif səviy-
yədə dəyişmişdir. Onu da göstərmək lazımdır ki, ölkə üzrə tərə-
vəz əkin sahəsinin xüsusi çəkisi Aran (33%), Lənkaran (15%),
Quba-Xaçmaz (10%) və Gəncə-Qazax (15%) regionunda daha
yüksəkdir. Hazırda tərəvəz əkin sahəsinin 73% bu dörd
regionun payına düşür. Qalan regionlarda tərəvəz əkin
sahəsinin xüsusi çəkisi 1,3% (Abşeron) və 9% (Şəki-Zaqatala)
arasında dəyişilir.
Son illər Azərbaycan Respublikasında yüksək inkişafa
malik olan sahələrdən biri də meyvəçilikdir. 2007-ci ilə nibətən
2009-cu ildə ölkəmizdə meyvə bağlarının sahəsi 114 min
hektardan 125 əkin hektara qədər və yaxud 9,6% artmışdır.
Müqayisə edilən dövr ərzində meyvə bağlarının artımına bütün
regionlarda nail olunmuşdur. ən çox artım başlıca meyvəçilik
bazası hesab olunan Quba-Xaçmaz regionunda baş vermişdir.
Bu regionda bağ sahələri 5,0 min hektar və yaxud 17,8%
189
artmışdır. Müqayisə edilən dövrdə meyvə bağları Şəki-Zaqatala
regionunda 4,9% və Aran regionunda isə 8,9% çoxalmışdır.
Bütün bunlar ölkə üzrə və regionlarda meyvə bağlarının xüsusi
çəkisinin səviyyəsinə həlledici təsir göstərmişdir. Hazırda
Azərbaycan Respublikasında meyvə bağlarının 26,9% Şəki-
Zaqatala, 26,5% Quba-Xaçmaz və 19,8% Aran regionunun
payına düşür. Cəmi meyvə bağlarının 73,2% bu üç regionda
cəmlənmişdir. Digər regionlarda isə meyvə baglarının xüsusi
çəkisi xeyli aşağıdır .
Azərbaycan Respublikasının regionları üzrə əkin yerinin
və meyvə bağlarının xüsusi çəkisini müxtəlif olması və onların
dinamikasının dəyişilməsi əsas növ bitkiçilik məhsulları
istehsalının səviyyəsinə, onun regionlar üzrə bir-birindən fərq-
lənməsinə və xüsusi çəkisinin artıb-azalmasına şərait yaradır.
Materialların təhlilindən aydın olur ki, Azərbaycan Respubli-
kasının regionlarında əkin sahələrinin xüsusi çəkisində, habelə
bu və ya digər bitkiçilik sahələrinin məhsuldarlığının səviy-
yəsindən asılı olaraq istehsal olunan məhsulların xüsusi çəkisi
arasında kəskin fərq mövcuddur (cədvəl 2).
Cədvəl 2
Regionlar üzrə istehsal olunan əsas növ bitkiçilik
məhsullarının xüsusi çəkisi, %
Regionlar Taxıl Tərəvəz Kartof Meyvə
2007 2009 2007 2009 2007 2009 2007 2009
Abşeron 0,3 0,1 0,6 1,4 0,1 0,1 0,6 0,5
Gəncə-
Qazax
12,6 12,0 18,3 17,3 60,6 57,6 19,3 17,9
Şəki-
Zaqatala
12,7 15,6 6,8 6,8 4,1 4,6 12,3 13,4
Lənkaran 8,4 6,4 25,5 22,0 15,9 16,9 6,9 5,7
Quba-
Xaçmaz
7,4 6,8 13,9 14,1 5,5 5,8 25,1 26,7
Aran 39,9 40,2 27,1 26,4 7,6 8,4 26,5 26,8
Yuxarı
Qarabağ
4,8 6,2 5,5 5,3 1,7 1,7 1,5 1,6
190
Kəlbəcər-
Laçın
0,4 0,3 - - - - - -
Dağlıq
Şirvan
9,8 8,8 1,3 1,3 1,2 1,2 2,1 2,1
Naxçıvan 4,1 3,6 5,3 5,4 3,3 3,7 5,4 5,3
Cədvəldən göründüyü kimi Azərbaycan Respublikasında
istehsal olunan taxılın əsas hissəsi Aran regionunda əldə edilir.
Belə ki, bu regionda istehsal olunan taxılın xüsusi çəkisi 2007-
ci ildəki 39,9%-dən 40,2%-ə qədər artmışdır. Ümumiyyətlə
ölkəmizdə taxıl istehsalı 2007-ci ildə 2004,4 min tondan 2888,4
min tona qədər, yaxud 44,1%, Aran regionunda isə 800,4 min
tondan 1160,1 min tona qədər, yaxud 44,8% çoxalmışdır.
Azərbaycan Respublikası və Aran regionunda taxıl istehsalının
eyni səviyyədə artması regionun xüsusi çəkisinin sabit
qalmasına şərait yaratmışdır.
Statistik məlumatların təhlilindən aydın olur ki, son 3 ildə
bütün regionlarda taxıl itehsalının artımına nail olunmuşdur.
Lakin artım səviyyəsinin müxtəlif olması regionlar üzrə taxıl
istehsalının xüsusi çəkisinin dəyişməsinə səbəb olmuşdur. Belə
ki, 2007-ci ilə nisbətən 2009-cu ildə taxılın xüsui çəkisi Ab-
şeron, Gəncə-Qazaxda, Lənkaran, Quba-Xaçmazda, Dağlıq Şir-
van və Naxçıvan regionunda aşağı düşmüş, Lakin Şəki-Za-
qatala, Aran, yuxarı Qarabağ regionlarında artmışdır.
Ümumiyyətlə 2009-cu ildə ölkədə istehsal olunan taxılın
40,2% Aran, 15,6% Şəki-Zaqatala, 12% Gəncə-Qazax regio-
nunda istehsal edilmişdir. Digər regionlarda istehsal olunan
taxılın xüsusi çəkisi 0,3%-lə 8,8% arasında tərəddüd edir.
Azərbaycan Respublikasının aqrar sferasında əsas sahə-
lərdən biri olan tərəvəzçiliyin inkişafında da son illər yüksək
inkişafa nail olunmuşdur. Ölkədə 2007-ci ildə 1127,3 min
ton,2009-cu ildə isə 1175,6 min ton, yaxud 4,3% çox tərəvəz
istehsal edilmişdir. Müqayisə edilən illər ərzində tərəvəz
istehsalı Şəki-Zaqatala, Aran, Dağlıq Şirvan və Naxçıvan
regionunda artmış, qalan regionlarda isə aralmışdır. Bunun
191
nəticəsində tərəvəz istehsalının xüsusi çəkisi xeyli artıb-
azalmışdır. Ümumiyyətlə hazırda tərəvəz istehsalı əsasən 4
regionda, yəni Aran (26,4%), Lənkaran (22%), Gəncə-Qazax
(17,3%) və Quba-Xaçmaz (14,1%) cəmlənmişdir. Azərbaycan
Respublikasında istehsal olunan cəmi tərəvəzin 69,8% bu
regionlarda istehsal olunur.
Aqrar sferanın başlıca istehsal sahələrindən biri kartof
istehsalıdır. Kartof əhalinin əsas ərzaq məhsullarından biri
hesab olunur. Ona görə də ölkəmizdə aqrar sferanın inkişafı ilə
əlaqədar həyata keçirilən tədbirlərdə kartofçuluğun inkişafına
xüsusi fikir verilir. Bunun nəticəsidir ki, Azərbaycan Respub-
likasında kartofçuluq sürətlə inkişaf yoluna çıxmışdır. Hazırda
ölkəmizin bütün regionlarında kartof istehsalı ilə məşğul
olunur, onun texnologiyası təkmilləşdirilir, kartof istehsalına
maraq ardıcıl olaraq artırılır. Bütün bunlar kartofçuluğun aqrar
sferanın əsas sahələrindən birinə çevrilməsinə şərait yarat-
mışdır. Hazırda ölkəmizdə faraş və gec yetişən kartof istehsalı
ilə məşğul olunur, ayrı-ayrı regionların təbii və iqlim şəraitinə
uyğun olaraq kartofçuluq ixtisaslaşdırılmış, onun istehsalında
mütərəqqi texnologiya tətbiq olunur. Bunlar ölkəmizin kartof
məhsullarına olan tələbatın səmərəli formada ödənilməsini
təmin edir.
Qeyd edildiyi kimi 2007-ci ilə nisbətən 2009-cu ildə ölkə-
mizdə kartof əkin sahəsi 1542 hektar azalmışdır. Bu azalma
Lənkaran və Şəki-Zaqatala regionları istisna olmaqla bütün
regionlarda baş vermişdir. Lakin müqayisə edilən dövrdə
kartofun məhsuldarlığı sabit (150 sentner) saxlanılmış, əkin
yerinin azalmasına görə kartof istehsalı cəmi 540 ton və yaxud
5,5%aşağı düşmüşdür. Kartof istehsalı Abşeron, Gəncə-Qazax
regionlarında azalmış, qalan regionlarda isə artmışdır. Bunun
nəticəsində regionlar üzrə kartof istehsalının xüsusi çəkisində
dəyişikliklər baş vermişdir. Belə ki, kartof istehsalının xüsusi
çəkisi 2007-ci ilə nisbətən 2009-cu ildə Gəncə-Qazax
regionunda azalmış, Şəki-Zaqatala, Lənkaran, Quba-Xaçmaz,
192
Aran, Naxçıvan regionlarında artmış və qalan regionlarda sabit
qalmışdır.
Ümumiyyətlə Azərbaycan Respublikasının bütün
regionlarında kartof istehsal edilsədə onun başlıca bazası
Gəncə-Qazax regionudur. Belə ki, 2007-ci ildə ölkədə istehsal
olunan 1037,3 min ton kartofun 628,6 min tonu, yəni 60,6% və
2009-cu ildə istehsal edilən 983 min ton kartofun 566 min tonu,
yaxud 57,6% Gəncə-Qazax regionunda istehsal olunmuşdur.
Ölkədə istehsal olunan kartofun 16-17% Lənkaran, 8-9% Aran
və 6-7% Quba-Xaçmaz regionunda əldə edilir.
Azərbaycan Respublikasında meyvə istehsalının inkişaf
səviyyəsi də son illər xeyli yüksəlmişdir. Belə ki, meyvə
bağları genişləndirilir, sahibkarlar tərəfindən bağlara qulluq
işləri yaxşılaşdırılır, məhsuldarlıq artır, məhsul istehsalı çoxalır.
2007-ci ilə nisbətən 2009-cu ildə meyvə bağları 11 min hektar,
yaxud 9,6% artmış, məhsul istehsalı 40,4 min ton və yaxud
6,0% çoxalmışdır. Ölkəmizin bütün regionlarında meyvə
istehsal edilsədə onun əsas bazası Quba-Xaçmaz (26,2%), Aran
(26,8%), Şəki-Zaqatala (13,4%) və Gəncə-Qazax (17,9%)
hesab olunur. Onu da qeyd etmək lazımdır ki, ölkənin
regionlarında istehsal olunan meyvənin xüsusi çəkisi arasında
fərq olduğu kimi meyvə istehsalının inkişafı da eyni deyildir.
Məsələn, 2007-ci ilə nisbətən 2009-cu ildə meyvə istehsalı
Abşeron regionunda 15,1%, Şəki-Zaqatalada 15,8%, Quba-
Xaçmazda 12,9%, Aranda 7,3%, Yuxarı Qarabağda 9,3% və
Dağlıq Şirvanda 5,6% artmış. Lakin Gəncə-Qazaxda 1,6%,
Lənkaranda 12,4% və Naxçıvanda 11,6% azalmışdır. Region-
larda meyvə istehsalının artıb-azalması başlıca olaraq meyvənin
məhsuldarlığı ilə əlaqədar olmuşdur. Belə ki, müqayisə edilən
dövrdə Lənkaran, Yuxarı Qarabağ, Dağlıq Şirvan və Naxçıvan
regionunda meyvənin məhsuldarlığı aşağı düşmüşdür.
Azərbaycan Respublikasında aqrar islahatların uğurla
aparılması, aqrar sferanın inkişafına dair həyata keçirilən
tədbirlər və xüsusi ilə ölkədə regionların sosial-iqtisadi
193
inkişafına dair qəbul edilən proqramlar və onların müvəffə-
qiyyətlə həyata keçirilməsi heyvandarlıq sahələrinin intensiv
inkişafının sürətlənməsinə real şərait yartmışdır. Bunun nəti-
cəsində ölkə üzrə və bütün regionlarda heyvandarlığın baş he-
sabı ilə sayı artmış və əsas heyvandarlıq məhsulları istehsalı
çoxalmışdır. Məsələn 2007-ci ilə nisbətən 2009-cu ilə respub-
lika üzrə iri buynuzlu mal-qaranın sayı 99,0 min baş, yaxud
3,9% çoxalmışdır. Bu dövrdə mal-qaranın sayı bütün
regionlarda çoxalmış, lakin bu artım arasındakı fərq regionlarda
mal-qaranın sayının xüsusi çəkisinin dəyişilməsinə səbəb
olmuşdur (cədvəl 3).
Cədvəl 3
Azərbaycan Respublikası regionlarında mal-qara və
quşların sayının xüsusi çəkisi
Regionlar cəmi mal-
qara
o cümlədən
inək-camış
qoyun-keçi quş
2007 2009 2007 2009 2007 2009 2007 2009
Abşeron 1,6 1,3 1,4 1,5 2,6 2,5 16,9 12,1
Gəncə-
Qazax
13,3 13,3 13,3 13,2 21,6 21,5 10,9 11,3
Şəki-
Zaqatala
10,9 10,9 10,8 10,8 9,4 9,9 5,7 6,2
Lənkaran 12,5 12,4 12,6 12,6 5,5 5,4 4,5 9,9
Quba-
Xaçmaz
7,8 7,8 7,1 6,9 6,9 6,7 14,7 13,1
Aran 38,5 38,7 38,7 38,8 28,7 29,0 32,4 35,8
Yuxarı
Qarabağ
3,8 4,0 3,7 3,8 5,6 5,3 3,3 3,6
Kəlbəcər-
Laçın
1,8 2,0 1,9 2,1 4,4 4,4 0,7 0,8
Dağlıq
Şirvan
6,1 6,0 5,9 5,8 8,3 8,3 3,4 3,4
Naxçıvan 3,7 3,8 4,6 4,5 7,0 7,1 3,0 3,8
Materialların təhlilindən aydın olur ki, 2007-ci ilə
nisbətən 2009-cu ildə bütün regionlarda mal-qaranın baş hesabı
194
ilə sayı artmış, lakin bu artım müxtəlif səviyyədə olmuşdur.
Belə ki, qeyd edilən dövrdə mal-qaranın Dağlıq Şirvanda 1,4%,
Abşeronda 1,9% artdığı halda Aran regionunda 5,2% və Şəki-
Zaqatala regionunda isə 7,5% çoxalmışdır. Digər regionlarda
da belə vəziyyət mövcud olmuşdur. Regionlarda mal-qaranın
sayının müxtəlif səviyyədə çoxalması onun xüsusi çəkisinin
müxtəlif səviyyədə artıb-azalmasına səbəb olmuşdur. Cəd-
vəldən göründüyü kimi mal-qaranın sayının xüsusi çəkisi, bəzi
regionda çox az miqdarda azalmış, bəzi regionda əksinə çox
cüzi miqdarda artmış və əksər regionda isə sabit qalmışdır.
Ümumiyyətlə ölkəmizdə mövcud olan mal-qaranın sayının əsas
hissəsi Aran (38,7%), Gəncə-Qazax (13,3%), Lənkaran (12,4%)
və Şəki-Zaqatala regionundadır.
Belə vəziyyət iri buynuzlu mal-qaranın əsas istiqamətini
təşkil edən inək və camışların sayının çoxalmasında və xüsusi
çəkisinin dəyişilməsində də baş vermişdir. Azərbaycan Res-
publikası üzrə 2007-ci ilə nisbətən 2009-cu ildə inək və
camışların baş hesabı ilə sayı 46,7 min baş və yaxud 3,8%
çoxalmış, ümumi mal-qaranın tərkibində inək və camışların
xüsusi çəkisi 44,8%-dən 48,4%-ə qədər yüksəlmişdir. Ölkənin
bütün regionlarında baş hesabı ilə inək və camışların sayının
müəyyən səviyyədə artımı təmin edilmiş, ümumi mal-qaranın
tərkibində inək və camışların xüsusi çəkisi artırılmışdır. Bütün
bunlar regionlarda inək və camışların sayının xüsusi çəkisinin
sabit qalmasına səbəb olmuşdur. Ümumiyyətlə ölkəmizdə inək
və camışların xüsusi çəkisi Aran (38,8%), Gəncə-Qazax
(13,2%), Lənkaran (12,6%) və Şəki-Zaqatala (10,8%) region-
larında digərlərindən xeyli yüksəkdir.
Son illər qoyunçuluq sahəsinin də inkişaf səviyyəsi
yüksəlmişdir. Belə ki,ölkəmizdə 2007-ci ildə 8109,7 min baş
qoyun və keçi olduğu halda onların sayı 2009-cu ildə 8409,9
min başa qədər, yaxud 300,2 min baş (3,7%) çoxalmışdır.
Müqayisə edilən dövrdə yalnız Abşeron (0,8%)və Quba-
Xaçmaz (1,0%) regionunda qoyun-keçilərin sayı çox az
195
miqdarda azalmış, qalan regionlarda isə əksinə artmışdır. Lakin
bu artım müxtəlif səviyyədə olduğu üçün regionlar üzrə qoyun-
keçinin baş hesabı ilə xüsusi çəkisi artıb-azalmışdır. 2007-ci ilə
nisbətən 2009-cu ildə qoyun-keçilərin sayının xüsusi çəkisi çox
az miqdarda Abşeron, Gəncə-Qazax, Lənkaran, Quba-Xaçmaz,
Yuxarı Qarabağ regionlarında aşağı düşmüş, Şəki-Zaqatala,
Aran və Naxçıvanda artmış, qalanregionlarda sabit qalmışdır.
Ümumiyyətlə qoyun və keçilərin sayının xüsusi çəkisi Aran
(29%), Gəncə-Qazax (21,5%) və Şəki-Zaqatala (10%)
regionlarında yüksəkdir.
Azərbaycan Respublikasında quşçuluğun inkişafı sahə-
sində daima tədbirlər həyata keçirilir. Ona görə də baş hesabı
ilə quşların sayı artır, quşçuluq məhsulları istehsalı çoxalır.
Belə vəziyyət bütün regionlarda baş verir. Ölkə üzrə 2007-ci ilə
nisbətən 2009-cu ildə quşların sayı 1197 min baş, yaxud 5,8%
çoxalmışdır. Müqayisə edilən dövrdə quşların baş hesabı ilə
sayı yalnız Abşeron (24,4%) və Quba-Xaçmaz (1,5%) region-
larında azalmış, digər regionların hamısına artmışdır. Lakin
regionlarda quşların sayının müxtəlif səviyyədə artması onun
xüsusi çəkisinin müxtəlif səviyyədə artıb-azalmasına səbəb
olmuşdur. Belə ki, 2007-ci ilə nisbətən 2009-cu ilə quşların
sayının xüsusi çəkisi Quba-Xaçmaz və Abşeron regionunda
aşağı düşmüş, digər regionlarda çox az miqdarda artmış və
yaxud sabit qalmışdır. Ümumiyyətlə quşların baş hesabı ilə
xüsusi çəkisi Aran (35,8%), Quba-Xaçmaz (13,1%), Abşeron
(12,1%) və Gəncə-Qazax (11,3%) regionlarında digərlərindən
yüksəkdir. Hazırda ölkə üzrə cəmi quşların sayını 72,3% bu 4
regionun payına düşür.
Azərbaycan Respublikasında və regionlarda son illər
heyvandarlığın intensiv inkişafına dair həyata keçirilən tədbir-
lər heyvandarlıq məhsulları istehsalının artmasına şərait yarat-
mışdır. Belə ki, 2007-ci ildə ölkə üzrə 170,6 min ton (kəsilmiş
çəkidə) ət 1341,3min ton süd, 14223 ton yun və 953,6 min ədəd
yumurta istehsal edildiyi halda 2009-cu ildə bu göstəricilər
196
3,2%, 6,8%, 7,3% və 26,8% çoxalaraq müvafiq olaraq 176 min
tona, 1433,1 min tona, 15257 min tona və 1209,4 min ədədə
çatmışdır. Müqayisə edilən dövrdə ölkənin regionlarında həmin
məhsulların artıb-azalmasına yol verilmiş və bunun nəticəsində
regionlar üzrə məhsulların xüsusi çəkisi xeyli dəyişilmişdir
(cədvəl 4).
Cədvəldən göründüyü kimi respublika üzrə ət istehsalında
əsas yeri Aran (35,2), Quba-Xaçmaz (17,7%) və Gəncə-Qazax
(13,6%); süd istehsalında Aran (37,3%), Gəncə-Qazax (13,5%),
Lənkaran (11,7) və Şəki-Zaqatala (10,6); yun istehsalında Aran
(30,4%) və Gəncə-Qazax (22,9%); yumurta istehsalında isə
Abşeron (34,6%) və Aran (26,5%) tutur. Digər regionlarda
həmin məhsullar üzrə xüsusi çəkisi xeyli aşağıdır.
Cədvəl 4
Regionlarda istehsal olunan heyvandarlıq
məhsullarının xüsusi çəkisi, %
Regionlar Ət Süd Yumurta Yun
2007 2009 2007 2009 2007 2009 2007 2009
Abşeron 2,8 1,2 2,6 2,7 29,3 34,6 2,9 2,7
Gəncə-
Qazax
12,7 13,6 13,6 13,5 10,0 9,4 21,7 22,9
Şəki-
Zaqatala
9,7 9,0 10,6 10,6 5,7 5,0 8,5 9,1
Lənkaran 9,6 9,1 12,1 11,7 9,3 7,9 5,4 5,3
Quba-
Xaçmaz
18,6 17,7 8,3 8,4 7,2 7,5 7,4 6,5
Aran 31,9 35,2 36,4 37,3 27,8 26,5 30,5 30,4
Yuxarı
Qarabağ
2,5 2,4 3,8 3,8 2,2 1,9 4,2 4,0
Kəlbəcər-
Laçın
1,8 1,3 1,3 1,5 0,7 0,4 3,7 4,0
Dağlıq
Şirvan
5,1 5,2 6,1 5,3 2,5 2,2 9,3 8,9
Naxçıvan 5,3 5,3 5,2 5,2 5,3 4,6 6,4 6,2
197
VII FƏSİL. AQRAR İQTİSADİYYATDA
İNFRASTRUKTUR ANLAYIŞI
VƏ İNNOVASİYA SİYASƏTİ
1. Aqrar iqtisadiyyatda infrastruktur anlayışı
2. Kəndli (fermer) təsərrüfatlarının məişət mədəniyyətinin
formalaşmasında infrastrukturların rolu
3. İnnovasiya texnologiyaları haqqında anlayış
4. Aqrar məhsulların istehsalına innovasiya
texnologiyalarının tətbiqinin keyfiyyət və rəqabət
üstünlükləri
1. Aqrar iqtisadiyyatda infrastruktur anlayışı
Кеçən əsrin 40-cı illərində АBŞ-dа mеydаnа gəlmiş,
müasir dövrümüzə kimi iqtisаdçılаr аrаsındа təhlil оlunаn infrа-
struкtur Аzərbаycаndа da tədqiqat оbyекtinə çevrilmişdir.
Хаrici ölkə iqtisаdçılаrı аrаsındа infrаstruкturа fərdi, subyекtiv
münasibət bildirilmişdir. Belə ki, infrаstruкtur «dəyər yаrаt-
mаyаn, əlavə xərclər hеsаbınа bаşа gələn, istеhsаl prоsеsində
iştirак etməyən», və yа «yalnız sənаyе və kənd təsərrüfаtınа
xidmət edən sahələrin məcmusudur», «О istеhsаlа xidmət edən
коmplекs təsərrüfat sahəsidir» və s. kimi dəyərlənmişdir.
Аzərbаycаnın görкəmli iqtisаdçılаrındаn iqtisаd еlmləri
dокtоru, prоfеssоr, əməкdаr еlm хаdimi Ə.C.Qаsımоv nəzəri
və prакtiкi əhəmiyyəti оlаn dəyərli fiкir söyləmişdir. «İnfrа-
struкtur mаddi-istеhsаl sаhələrinin (sənаyе, кənd təsərrüfаtı,
tiкinti) fəаliyyət göstərməsi üçün zəruri оlаn tехnоlоji və sоsiаl
хidmət sаhələrinin və оnlаrın inкişаfının məcmusudur. İnfrа-
struкtur mаddi istеhsаlın аyrılmаz hissəsi кimi iqtisаdi каtе-
qоriyа оlub sоn məhsulun аrtmаsınа хidmət еdir».
АMЕА-nın müхbir üzvü, iqtisаd еlmləri dокtоru, prо-
fеssоr, əməкdаr еlm хаdimi Tеymur Vəliyеv «Infrаstruкturlаr:
mаhiyyəti, təsnifаtı və əhəmiyyəti» аdlı fundаmеntаl əsərində
198
infrаstruкturun nəzəri və mеtоdоlоji bахımdаn məzmununu
аçıqlаmış, təsnifаt vеrmiş və prакtiкi əhəmiyyətini əhаtəli
оlаrаq izаh еtmişdir. Infrаstruкturu istеhsаl, sоsiаl, коmunаl-
məişət və bаzаr təsnifаtınа аyırmаqlа оnlаrın hər birinin tərкib
hissələrini аçıqlаmışdır.
Rusiyа Кənd Təsərrüfаtı Еlmlər Акаdеmyаsının Акаdе-
miкi V.А.Dоbrınin, iqtisаd еlmləri dокtоru, prоfеssоr İ.S.Кuv-
şinоv «Екоnоmiка sеlsкоqо хоzyаystvа» кitаbındа «İnfrа-
struкtur cəmiyyətin məhsuldаr qüvvələrinin аyrılmаz bir his-
səsidir. О, müəssisələrin və təşкilаtlаrın səmərəli fəаliyyətini
təmin еdir və böyüк miqdаrdа yüкsəк кеyfiyyətdə аqrаr-sənаyе
коmplекsinin sоn məhsulunun аlınmаsınа istiqаmətlənir».
İnfrаstruкturun iqtisаdiyyаtdа rоlunu аçıqlаmаq üçün
əvvаlа qеyd еtməliyiк кi, iqtisаdi inкişаf dörd кlаssiк əsаslаr
üzərində dаyаnır:
- insаn аmili-əməк еhtiyаtlаrı,
- каpitаl,
- tехnоlоgiyа,
- təbii еhtiyаtlаr.
Göstərilən fакtоrlаr müəyyən inкişаf mərhələlərində həm
кəmiyyət, həm də кеyfiyyətcə dəyişir. Iqtisаdi fəаl işçi qüvvəsi
ölкənin əməк еhtiyаtlаrını təşкil еdir. Dövlətin ən yüкsəк
каpitаlı оlаn insаn öz pеşə hаzırlığı, intеllекtuаl səviyyəsi,
mаrаğı və digər infrаstruкtur inкişаfı ilə sеçilir.
Əsаs istеhsаl fоndlаrı: аvаdаnlıqlаr, dəzgаhlаr, sənаyе
binаlаrı каpitаl qrupunа аiddir. Göstərilən istеhsаl fоndlаrının
аrtım tеmpi ümumi dахili məhsulun аrtımını sürətləndirir.
Каpitаlı hərəкətə gətirən yоl, nəqliyyаt, еlекtiriк еnеrjisi, аnbаr
təsərrüfаtı istеhsаl infrаstruкturudur.
İstеhsаlın səmərəliliyinin аrtmаsı хаmmаlı dərindən еmаl
еdən, itkisiz, ətrаf mühitə ziyаn vurmаyаn, аvtоmаtiк idаrə
оlunаn intеllекtuаl tехnоlоgiyа əməк məhsuldаrlığını аrtırır,
məhsulun rəqаbət qаbliyyətini yüкsəldir. Hаzırdа innоvаsiyаyа
əsаslаnаn məhsul istеhsаlı tехnоlоgiyаsı sərhədləri кеçir və
199
bеynəlmilər istеhsаl mühitində - bаşqа dövlətin ərаzisində
işləyərəк öz ölкəsinə хаlis gəlir gətirir. İnnоvаsiyа istеhsаl
infrаstruкturunа tələblər də yüкsəкdir.
Əкin sаhələri, mеşələr, su еhtiyаtlаrı, nеft, qаz və sаir
yеrаltı və yеrüstü sərvətlər dövlətin, хаlqın sərvətidir. Lакin, bu
sərvətdən istifаdə еtməк üçün dövlət nəzаrətində оlаn infrа-
struкturlаr; istеhsаl, sоsiаl коmmunаl-məişət, bаzаr infrаstruк-
turunun yüкsəк səviyyədə оlmаsı zəruri şərtdir. Yuxarıda
göstərilənlərdən belə bir nəticə çıxarmaq olar ki, infrаstruкtur
məhsuldаr qüvvələrin аyrılmаz hissəsidir.
Bu nəticə öz təsdiqini bir də оnunlа tаpır кi, inкişаf еtmiş
dünyа dövlətlərində dаvаmlı iqtisаdi inкişаf üç şərtin оlmаsı
ilə mümкün оlmuşdür: ticаrət və invеstisiyа ilə qlоbаl
iqtisаdiyyаtа intеqrаsiyа, dövlətin özəl sекtоrа dəstəк vеrməsi
və institusiоnаl infrаstruкturun fоrmаlаşmаsı.
Аzərbаycаnın və Rusiyаnın аqrаr еliminin inкişаfındа
böyüк хidmətləri оlаn еlm хаdimləri infrаstruкturu mаddi
istеhsаlın аyrılmаz hissəsi, cəmiyyətin məhsuldаr qüvvələrinin
аyrılmаz hissəsi кimi tехnоlоji bахımdаn yüкsəк qiymətləndir-
mişlər. Ölkə, dövlət qayğısında olan infrаstruкtur milli bахı-
mındаn dəyərləndirilməsi, məhsuldаr qüvvələrin inкişаfındа
rоlunu аçıqlаmaq, Bеynəlmilələşən inоvаsiyа yönümlü iqtisаdi
inкişаflа dа əlаqədаr infrаstruкturun müаsir bахımdаn əhəmiy-
yətinə nəzər yеtirməyin həm nəzəri həm də prакtiкi əhəmiyyəti
vаr.
Tədqiqаtçılаr infrаstruкturu «infrа» və «struкtur» оlаrаq
iкi hissəyə bölür. Lаtıncа: infrа – аşаğı, аlt, struкtur – qurluş
аdlаndırırlаr. Ruscа: infrа-gözə görünməyən şüа, qulаqlа еşi-
dilməyən ulturаsəs, rаdiо dаlğаsı кimi şərh оlunur. Şüа, rаdiо
dаlğаsı gözlə görünmür. Bu bахımdаn «məhsuldаr qüvvələrin
аyrılmаz hissəsi оlаn», «tехnоlоji və sоsiаl хidmət sаhələrinin
inкişаfının məcmusu» оlаn fакtоr nə üçün аlt, аşаğı qurluş
оlmаlıdır? Hеç şübəsiz кi, tехnоlоji prоsеslərdə bir bаşа iştirак
еtməyən yоl, nəqliyyаt, еlекtriк еnеrjisi, qаz, su təminаtı, sаtış
200
bаzаrlаrı, mаrкеtinq-ticаrət хidmətləri də gözlə görünə bil-
məyən şüа, rаdiо dаlğаsı кimi кənаrdа qаlır. Еlə bunа görə də
bir sırа хаrici ölкə və rеspubliка tədqiqаtçılаrı infrаstruкturu
аlt, аşаğı коmpаnеt hеsаb еtmişlər və bəzən оnа səmərəsiz,
gəlir gətirməyən sаhə кimi bахmışlаr.
Əsаsən iqtisаd еliminin tədqiqаt оbyекti оlаn infrаstruк-
turun istеhsаl оbyекtindən кənаrdа fоrmаlаşmаsı və bir nеçə
istеhsаl-sоsiаl struкturlаrа хidmət еtməsi оnа subyекtiv münа-
sibətin yаrаnmаsınа səbəb оlmuşdur. Diqqət yеtirdiкdə
müхtəlif еlm sаhələrində bunа bənzər sаhələr mövcuddur:
Riyаziyyаtdа-оrtа məхrəcə gətirməк, кöк аltınа аlmаq; fiziкаdа
şüаlаr; кimiyаdа каtаlizаtоrlаrın rеакsiyаyа girmədən prоssеsi
sürətləndirməsi; biоlоgiyаdа fоtоsintеz; bitкiçiliкdə кumus;
hеyvаndаrlıqdа yеm vаhidi və s. və i.
Bunlаrı qеyd еtməкdə məqsəd, bizdən əvvəl böyüк zəh-
mət çəкməкlə infrаstruкturun istеhsаl və sоsiаl sаhələrin in-
кişаfındа rоlunu, əhəmiyyətini аçıqlаmış, оnа еlmi-mеtоdоlоji
münаsibəti istiqаmətləndirən еlm fədаilərinin əməyini yüкsəк
qiymətləndirməкlə qеyd еtməк istəyiriк кi, həyаtdа hər şеy
inкişаfdаdır, hər şеy dəyişməкdədir. İqtisаdiyyаt tеrminləri də
bu inкişаflа əlаqədаr оlаrаq dəişir və hаdisələrin məzmununа
uyğun оlаrаq fоrmа аlır. Infrаstruкturа «аlt» коmpоnеnt кimi
bахmаq оnun dövlət əhəmiyyətini, istеhsаl və sоsiаl mа-
hiyyətini кiçildir, iqtisаdiyаtın inкişаfındа rоlunu аçmır.
Bеlə isə nə üçün bu məqаm bəzi хаrici ölкə iqtisаd-
çılаrının diqqətindən qаçmışdır? Хаrici ölкədə istеhsаl оbyекti
və yа yаşаyış məкаnı tiкilərкən əvvəlcə bütün infrаstruкtur
sаhələri ilə təmin оlunur. Infrаstruкtur оbyекtləri Qərb dövlət-
lərinin qəbul еtdiyi Аvrоpа stаndаrtlаrının tələblərini ödəmə-
lidir. İnкişаf еtməmiş ölкələrdə (кеçmiş SSRI məкаnındа dа)
bunun əкsinə оlmuşdur. Miкrоrаyоn tiкilir yоlu, işığı, qаz, su,
каnаlzаsiyа, məişət tullаntılаrının utilizаsiyаsı və s. ахırıncı
mərhələdə, кеyfiyyətsiz yеrinə yеtirilmişdir. Аyrı-аyrı illərdə
höкümətin qərаrı ilə müəyyən bir işin bаşlаnmаsınа göstəriş
201
vеrilir. İşə bаşlаmаq üçün infrаstruкtur sаhələrinin оlmаmаsı
qərаrın каğız üzərində qаlmаsınа səbəb оlurdu.
Yuхаrıdа dеyilənlərdən bеlə bir qənаətə gəlməк оlаr кi,
еlmi-mеtоdоlоji bахımdаn infrаstruкturun mаhiyyəti bаrаdə
iqtisаd еlmləri dокtоru, prоpеssоr T.Vəliyеvin çıхаrdığı nəti-
cələr və təsinfаt, акаdеmiк V.А.Dоbrıninin, iqtisаd еlmləri
dокtоru, prоfеssоr Ə.C.Qаsımоvun, I.S.Кuvşinоvun mаddi is-
tеhsаlın аyrılmаz hissəsi оlmаqlа müəssisə və təşкilаtlаrın
səmərəli fəаliyyətini təmin еdən fакtоr оlmаsını еlmi-prакtiкi
istiqаmət qəbul еtməкlə infrаstruкturlаr mаddi istеhsаlın аyrıl-
mаz hissəsi оlmаsınа şübhə qаlmır.
İnfrаstruкturun məкаn bахımındаn təsnifаtınа dа еhtiyаc
vаrıdır. Infrаstruкturun təкcə оnun istеhsаl sаhəsində, sоsiаl
sаhələrdə, mаrкеtinq-bаzаr infrаstruкturunа bölünməsi кifаyət
dеyildir.
Dövlət qаyğısı və nəzаrətində оlаn infrаstruкtur sаhələri
dаhа gеnişdir. Оnlаrа еlmi-mеtоdiкi və mеtоdоlоji münаsibət
zəruridir.
Elm və texnikanın, yüksək texnologiyaların hazırki in-
kişaf səviyyəsi məhz ölkə və dövlət əhəmiyyətli infrastrukturun
inkişafına önəm verir. Qloballaşan hazırkı dövürdə inkişaf
etmiş dünya dövlətlərinin hamısında infrastruktur-ölkədə iq-
tisadi artımı sürətləndirən, strаteji baxımdan düşünülmüş, çevik
həyata keçirilən tədbirlər kompleksidir.
Sahə xarakteri daşıyan kənd təsərrüfatının istehsal, sosial
infrastrukturlarının mahiyyəti, tərkibi, formalaşması və xüsu-
siyyətləri dərsliklərdə və elmi ədəbiyyatlarda geniş şərh olu-
nubdur. Ali və orta ixtisas məktəblərinin tələbələri üçün nəzər-
də tutulmuş bu dərs vəsaitində infrastrukturların ölkə və fermer
təsərrüfatlarında tutduğu əhəmiyyətli mövqeni açıqlanır.
İnfrasatrukturun dövlət qayğısı və nəzarətində olan
sahələrinin inkişafı məкаn bахımındаn bütün ölkənin, bütün
istehsal və sosial sahələrin tərəqqisinə yol açır. Yol-nəqliyyat
kompleksləri, yanacaq-energetika kompleksi, qаz, su təmi-
202
natı, informatika texnologiyalarının tətbiqi dövlət qay-
ğısında olan çox sahəli infrastrukturdur. Göstərilən sahələrin
sürətli inkişafı elmin, təhsilin, səhiyyətin, idman obyektlərinin,
mədəniyyət-turizm, yüksək texnologiya ilə işləyəcək fəhlə,
mühəndis-texnik işçilərinin professional hazırlığına tələbləri
artırır. İnsanın hərtərəfli inkişafına aparan bu innovasiya infra-
strukturun inkişafı cari vaxt baxımından həmdə böyük maliyyə
qoyuluşunu tələb edən sahədir. Hər iki infrastrukturun paralel
inkişafı, nəticə etibari ilə sahibkarlığın, iri şirkətlərin, daha da
genişlənməsinə və onların rəqabət qabiliyyətinin artmasına yol
açır.
Sahibkarlığın inkişafını dəstəkləmək üçün dövlət maliyyə
infrastrukturunu: Bank, maliyyə-pul-kredit siyasətini qurur,
inovasiya fоndu, sahibkarlara kömək fondu, ipоtека fоndu, neft
və digər sahəvi fondların yaradılmasına və inkişaf etməsinə
tехniкi-təşкilаtı və maliyyə dəstəyi verir.
Azərbaycanın bütün yol infrastrukturu yeniləşir, qaz və
su kəmərləri çəkilir, ölkə başdan-başa elektrikləşdirilir iqtisa-
diyyatın təkanverici qüvvəsinə çevrilir. Həm də infrastrukturun
bütün sahələrində işlər daha iri maştabda davam edir. «Ma-
gistral yollar, şəhərlərarası yollar, şəhər daxili yollar, kənd
yolları çəkilir. Çünki bu olmasa, hər tərəfli inkişafdan söh-
bət gedə bilməz. Yol iqtisadiyyatın elə bil ki, təkan verici-
sidir». Yol infrastrukturundan çox danışmaq olar. Lakin, cənab
prezident İlham Əliyevin qısa, proqram xarakterli, lokanik və
aydın deyilişinə heç bir əlavə lazım gəlmir.
Bir növ ölkə bü böyük inkişafın başlanğıcındadır. Bakı-
Tibilisi-Qars beynəlxalq dəmir yolunun tikilməsi ilə əlaqədar
olaraq Azərbaycan Prezidentinin 2007-ci il 21 fevral tarixli
sərəncamına əsasən “Azərbaycan Dövlət Dəmir Yolunun 2008-
2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” həyata keçir-
məyə başlanmışdır. “Şərq-Qərb” dəmir yolu, “Şərq-Qərb” ipək-
şosse yoluna, Xəzər dənizi vasitəsilə “Şimal-Cənub” su yolu və
Heydər Əliyev adına beynəlxalq hava limanını birləşdirən iri
203
miqyaslı nəqliyyat dəhlizi yaranmaqdadır. Bu nəhəng, hava,
su, şosse və dəmir yоllаrını birləşdirən nəqliyyat dəhlizi bütün
istiqamətlərdən gələn sərnişin və yüklərin mənzil başına çatdı-
rılmasını sürətləndirir. Аzərbаycаnın yol infrastrukturunun üs-
tünlüyü, hərəkətin təhlükəsizliyi sаyəsində dəhlizin rəqabət qa-
biliyyəti də yüksəkdir. Bakı şəhərində nəqliyyat sisteminin tək-
miləşdirilməsi davam edir, üç maqistiral şosse yollarının birləş-
diyi “Bakı dairəvi avtomobil yolu”, 11 yol qovşağı, 10 piyada
keçidi, 13 avtomobil dayanacağının tikilməsidə Beynəlxalq
“Şər-Qərb”, “Şimal-Cənub” yollarını birləşdirən nəhəng tranzit
potensialı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində səmə-
rəliliк prespektivini də artırır.
Respublikanın ərazisindən keçən bu trans-milli yolun çə-
kilməsi sahibkarlığın, xüsusilə aqrar biznesin, fermer təsər-
rüfatlarının inkişafında müstəsna rolu var. Bu inkişaf sayəsində
sahibkarlıq inkişaf edir. Kəndli fermer və ailə təsərrüfatlarında
kənd təsərrüfatı məhsulları istehsalı və satışı daim artır.
Ölkədə şosse və dəmir yollarının inkişafı uzaq ölkələrin
bazarlarına çıxmaq üçün çox böyük imkanlar açır. Bu im-
kanlardan fermer təsərrüfatlarının bəhrələnməsi istehsal edilən
kənd təssərüfatı məhsullarının xaricə satılmasından əldə olunan
gəlirləri artdıqca təsərrüfat daxili infrastrukturun inkişafı da
artır.
Yol tikintisi beynəlxalq standartlara Аvrоpа Birliyninin
mеyаrlаrınа uyğun, regionların elektrik, qaz, su və infоrmаtiка
tехnоlоgiyаlаrı ilə təminatı kompleks olaraq həyata keçirilir.
Bu da sahibkarları regionlara sərmayə qoymaq üçün cəlb edir.
Təsadüfi deyildir ki, respublikada bazar iqtisadiyyatına keçid
dövrünün ilk illərində sahibkarları əsasən Bakı şəhəri cəlb
edirdi. Xarici investorlar qeyri neft sektoruna vəsait qoyarkən
ölkənin digər iri şəhər və rayonlarını riskli hesab edirdilər. Res-
publikada əhalisi əsasən kənd təsərrüfati məhsullarının istehsalı
və satışı ilə məşğul olan yol ətrafı regionların kəndli fermer və
ailə təsərrüfatlarının iqtisadiyyatının inkişafına güclü təsir
204
göstərə biləcək bu yeni infrastruktur cari və strateji planda çox
yüksək iqtisadi artım üçün zəmin yaradır.
XXI əsrin astanasında iqtisadiyyatın və ölkə təsərrüfatının
bütün sahələrində elektrik energiyası hərəkət verici qüvvədir.
Sənaye, informasiya-rabitə, tikinti, kənd təsərrüfatı və hətta
məişətdə tək bir saat elektrik enerjisi olmasa təsirli bir durğun-
luq hissi keçirilir. Tarixən Azərbaycan elektrik enerjisi istehsa-
lına görə Qafqazda lider dövlət olub. 1988-90-cı illərdən sonra
bu mövqe zəifləməyə başlamış 2006-cı ilə qədər Azərbaycan
ildə 1,2-1,5 milyard kilovat saat elektrik enerjisi idxal etmək
məcburiyyətində idi. Bu problemi aradan qaldırmaq və ölkəni
elektrik enerjisi ilə tam şəkildə təmin etmək üçün qısa bir
müddətdə respublikanın müxtəlif bölgələrində - Astara, Şəki,
Xaçmaz, Bakı, Səngəçal, Naxçıvan, Qubada yeni elektrik stan-
siyaları istismara verildi. Bununla da ölkənin elektrik enerjisi
idxalından asıllığı aradan qaldırıldı. Eyni zamanda bölgələrdə
qeyri neft və aqrar sahənin sənaye və infrastruktur layihələrinin
həyata keçirilməsinə imkan yaradıldı.
2009-cü ildə Sumqayıtda 525 MVt gücündə olan yeni
elektrik stansiyası istifadəyə verilmişdir. Həyata keçirilən bu
layihələr nəticəsində generasiya güclərimiz qısa müddət ərzində
1500 MVt atrmışdır. Beləliklə 2007-ci ilə qədər elektrik ener-
jisi və təbii qaz idxal edən Azərbaycan təbii qaz və elektrik
enerjisini ixrac edən ölkəyə çevrilmişdir. Hazırda blokada şə-
raitində olan Naxçıvan Muxtar Respublikası qonşu ölkələrə
elektrik enerjisi ixrac edir. Ən yeni texnika texnologiyaya əsas-
lanan yeni tikilən və yenidən qurulan elektrik satansiyaları yüz
min tonlarla qiymətli yanacağa qənaət edir. 2007-ci ildə Azər-
baycan İstilik Elektrik Stansiyasında yeniləndirmə işləri başlan-
mışdır. 2011-ci ildə işlər başa çatdırılandan sonra stansiyanın
gücü 2000 MVt-dan 2600 MVt-a yüksələcəkdir. Stansiyanın
səmərəliliyinin artması nətıcəsində ildə 500 min ton yanacağa
qənaət ediləcəkdir. Ulu ödərimizin yaratdığı sənaye nəhəngi
205
olan bu stansiya yenidənqurma işləri başa çatdıqdan sonra da
ölkəmizə uzun müddət xidmət edəcəkdir.
Generasiya sahəsində ən vacib layihələrdən biri də gücü
780 MVt olan Şirvan şəhərində tikilən Cənub Elektrik Stansi-
yasıdır. Bu staniya elektrik enerjisi sistemində mühüm rol oy-
nayacaqdır. Stansiya Azərbaycanda və regionda ilk dəfə olaraq
4 qaz turbini və 2 buxar turbini olmaqla 3 növ yanacaqdan, -
qaz mazut və dizeldən istifadə etmək mümkün olacaqdır.
Köhnə elektrik stansiyasında 1 kilovat-saat elektrik enerjisinə
sərf olunan yanacağın miqdarı 450 qramdan artıq idi. Cənub
Elektrik Stansiyası istifadəyə verildikdən sonra 1 kilovat-saata
sərf olunan şərti yanacağın miqdarı 250 qram təşkil edəcək və
ildə 700 min ton yanacağa qənaət ediləcəkdir.
Gücü 400 MVt olan Tovuz Su Elektrik Stansiyasının
tikintisinə başlanacaqdır. Bu çox böyük və mühüm layihədir.
Elm və texnologiyanın son nailiyyətlərinə əsaslanaraq bu kimi
bir sıra yeni layihələr hazırlanmış və hazırda onların tətbiqinə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları
sərəncam vermişdir. Layihə üzrə su anbarının tutumu 2 milyard
kubmetrdir. Bu kimi layihələrin həyata keçirilməsi sayəsində
bölgələrin elektrik enerjisi ilə təminatı əsaslı surətdə yaxşılaş-
dırılmaqla yanaşı torpaqların suvarma suyu ilə təminatı sabit-
ləşir, aqrar məhsul istehsalı artır, təmiz ekoloji mühit qorunur.
Yeni tikilən və yenidən qurulan hər bir stansiya enerji poten-
sialı səmərəliliyi yüksək olmaqla, bir sıra yeniliklərə malikdir.
Tovuz Su Elektrik Stansiyasının tikintisi su resurslarından
daha səmərəli və daha çevik istifadə olunmasına imkan yarada-
caqdır. Cari ilin sonuna qədər gücü 400 MVt olan “Şimal-2”
Buxar-Qaz Elektrik Stansiyasının tikintisinin başlanması plan-
laşdırılır. Layihə çərçivəsində “Simal-1” və “Şimal-2” elektrik
stansiyaları üçün yeni soyutma sistemi, dəniz suyunun duzsuz-
laşdırılması sisteminin qurulması nəzərdə tutulur.
2010-cu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir.
Elektrik stansiyalarında mazut əvəzinə təbii qazdan istifadə
206
olunmasına başlanmışdır. Bir vaxtlar elektrik stansiyalarında
təqribən 90 faiz mazut, 10 faiz qaz işlədilirdi, bu gün isə 100
faiz təbii qazdan istifadə edilir. Bu ideyanın həyata keçirilməsi
ölkəyə böyük gəlir gətirmiş, eyni zamanda, ətraf mühitin
təmizlənməsində mühüm rol oynamışdır.
Sumqayıtda istifadəyə verilmiş yeni elektrik stansiyası
təmiz inkişaf mexanizmi prinsipi ilə istismar olunur. 2010-cu
ilin oktyabrın 15-də BMT tərəfindən respublika üzrə ilk dəfə
olaraq qeydiyyata alınmışdır. Beynəlxalq ekspertlərin rəyinə
görə , təkcə bu layihənin icrası nəticəsində ildə 1,5 milyn ton
karbon qazının atmosferə tulantısı azalmışdır.
Ölkə Prezidentinin tapşırığına əsasən respublikanın su və
külək potensialını qiymətləndirən proqram hazırlanmışdır.
Araşdırma göstərmişdir ki, respublikanın müxtəlif bölgələrində
dağ çayları və kanallar üzərində ümumi gücü 600 MVt olan
300-ə yaxın kiçik su elektrik stansiyasının tikintisi iqtisadi
cəhətdən səmərəlidir. 2010-cu ildə Göyçay, Balakən və Qusar
rayonlarında 3 kiçik su elektrik stansiyasının təməli qoyulmuş-
dur, 7 stansiyanın layihəsi isə icra olunmaq üçün hazırdır. İlk
belə su elektrik stansiyalarından olan Biləv Su Elektrik Stan-
siyası Naxçıvan Muxtar Reüspublikasında 2010-cu ilin oktyabr
ayında işəsalınmış, təməli qoyulmuş gücü 25 MVt olan Füzuli
Su Elektrik Stansiyasının tikintisinə başlanmışdır.
Respublikada kiçik su elektrik stansiyalarının tikintisində
tətbiq olunacaq zəruri avadanlığın, o cümlədən hidroturbinlərin
ölkə daxilində istehsalına başlanmağı kiçik su elektrik stan-
siyalarının tezliklə tikilib istifadəyə verilməsinə zəmin yaradır.
Müxtəlif bölgələrdə reallaşdırmaqda olan kiçik su elektrik
stansiyalarının tikintisi həm yanacağa qənaət edilməsində , həm
də ətraf mühitin qorunmasında müstəna rol oynayır. Qeyd
etmək lazımdır ki, bir çox layihələr Kioto protokoluna uyğun
olaraq Təmiz inkişaf mexanizmi prinsipi ilə tikilir, bu isə atmo-
sferə karbon qazının tullantısını əhəmiyyətli dərəcədə aşağı
salacaqdır.
207
Bölgələrdə güclü energetika potensialının yaranması
sosial-iqtisadi rifahın yaxşılaşmasına öz töhfəsini verməkdədir.
Görülən işlər nəticəsində Azərbaycan nəinki öz enerji tələbatını
tam təmin etmiş, hətta güclü ixrac potensialı yaratmışdır. Əldə
olunmuş ixrac potensialını reallaşdırmaq üçün Azərbaycan-
Gürcüstan-Türkiyə enerji dəhlizi layihəsinin icrasına başlan-
mışdır.
Dövlət himayəsi və qayğısında olan infrastrukturun inki-
şafı ilə əlaqədar respublikanın regionlarında, şəhər və rayonla-
rında aqrar sahibkarlıq daha sürətlə inkişaf еtməкdədir. Gən-
cədə, Naxçıvanda, Şamaxıda maşınqayırma və digər sənaye ob-
yektləri, Şirvanda Yağ zavodu, İstilik elektrik stansiyası, Yev-
laxda trikotaj, şəhər təsərrüfatı, Səlyanda 30 tonluq süd emalı
zavodu, İmişlidə şəkər tozu istehsalı, çörəк-zаvоdu, Qəbələdə,
Xaçmazda, Masallıda коnsеrvi zаvоdu, Şəkidə ipək istehsalı,
süd-pendir zavodu, Sabirabadda “Aqrotexservis” kompleksi, iki
konserv zavodu, Nахçıvаn MR-da 40-dan çox aqrar sənаyе
müəssisəsi tiкilmiş və yа yеnidən qurulmuşdur. Bütün rayon-
larda kənd təsərrüfatı maşınlarının təmiri və süd emal zavodları
və sexlər özəl təsərrüfatlarda müvəffəqiyyətlə inkişaf edir və
keyfiyyətli məhsul buraxılır. Ölkədə faydalı qazıntıların çıxarıl-
ması, emalı sahəsində də fəal iş gedir. Qızıl, alüminium, polad
istehsalı artmaqdadır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə
həyata keçirilən ölkə miqyaslı infrastrukturlar əldə olunan
nailiyyətlərə baza yaratmışdır.
2. Kəndli (fermer) təsərrüfatlarının inkişafı və sosial
problemlərinin həllində infrastrukturların rolu
Məlumdur ki, kənd kəndli ilə, kəndli təsərrüfatla ayrılmaz
əlaqədədir. İqtisadi problemlərin həlli baxımından təsərrüfat və
onun səmərəliliyi aparıcı qüvvəyə malik olsa da, sosial və
məişət infrastruktur problemlərinin həlli bu səmərəliliyi artır-
maqda aparıcı yer tutur.
208
Məişət mədəniyyəti insan həyatının əsas sahələrindəndir.
Məişətdə insanlar arasında tam müxtəlif əlaqələr, həyat tərzi,
xasiyyətin formalaşması, işə münasibət, adət və ənənəyə müna-
sibət formalaşır. Kəndli (fermer) təsərrüfatının məişət mədəniy-
yətinin düzgün təşkili insanlarda - xüsusilə gənc nəsildə mənəvi
və vətənpərvərlik hisslərinin güclənməsinə səbəb olur. Respub-
likamız öz dövlət müstəqilliyini əldə etdikdən sonra, bir sıra
obyektiv və subyektiv səbəblər üzündən kənddə güclü inflya-
siya və tənəzzül prosesi getmişdir. Gənc Azərbaycan Respub-
likasını kənd təsərrüfatını böhrandan çıxartmaq üçün təcili və
təsirli tədbirlər görmək lazım idi. 1994-1995-ci illərdə həyata
keçirilən islahatlar, o cümlədən torpaq islahatı aqrar sektorda
dövlət münasibətinin strategiyasını müəyyənləşdirdi. Yəni,
kənd təsərrüfatında dövlət siyasətinin başlıca istiqamətləri
müəyyənləşdirildi. Aqrar islahatların başlıca qayəsi xalqın daha
da yaxşı yaşamasını, kəndin infrastrukturlarını inkişaf etdirmək,
məişət problemlərini daha səmərəli həll etmək olur.
Kəndin məişət mədəniyyəti aqrar sahənin sosial-iqtisadi
problemlərinin tərkib hissəsidir. Məhz buna görə də Azərbay-
can Prezidentinin Fərmanı ilə regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramında istehsal və emal sənayesinin sürətli inkişa-
fını təmin edəcək: yolların, elektrik enerjisinin, rabitənin, nəq-
liyyatın, məktəblərin, səhiyyənin, kadrların peşə hazırlığının
əhatəli inkişafına geniş yer verilmişdir.
Bazar iqtisadiyyatı şəraitində sosial və məişət infrastruk-
tur problemlərin həlli dövlətin, kəndin, ailənin və təsərrüfatın
ardıcıl və qarşılıqlı iqtisadi tərəqqiyə aparan əlaqəsində gö-
rünür.
Bazar iqtisadiyyatı şəraitində yeni istehsal münasibət-
lərinin formalaşması və inkişafı dövlətin tənzimləyici rolu və
funksiyasının daha da gücləndirilməsini tələb edir. Bu mühüm
209
və obyektiv zəruriyyət bazar iqtisadiyyatının öz mahiyyətindən
irəli gəlir.6
Müasir kənd əkin yerləri, bağlar, otlaq və biçənəklərlə
əhatə olunmuş yaşıllıqlar içərisində məskunlaşmış insanların
yaşayış məskənidir. Kənddə təsərrüfatçılarla yanaşı maarif, mə-
dəniyyət, səhiyyə işçiləri, mexanizator, elektrik, su təminatı
mütəxəssisləri və digər sənət adamları yaşayır. Son illərdə
kəndlər tam elektrikləşdirilmiş, radio-televiziya verilişləri, tele-
fon rabitəsi, qaz və içməli su ilə təmin olunmuşdur. Özünə
məxsus abad yolu, məktəbi, klubu, səhiyyə obyekti, dükanı,
məişət alət və cihazların təmiri sexi olan müasir kəndlər öz ya-
şıllığı, təmiz havası suyu və genişliyi ilə sıxıntılı havasız,
hərəkətsiz şəhər həyatından fərqlənir, insanı cəlb edir.
Bazar iqtisadiyyatı ilə əlaqədar olaraq kəndli (fermer)
təsərrüfatlarının inkişafı kəndə daha çox yüksək ixtisaslı, səriş-
təli istehsal və emal texnologiyası mütəxəssislərinin gəlməsini,
iş birliyi yaratmasını tələb edir. Kənddə ixtisaslı kadr proble-
minin həlli ailə təsərrüfatlarının məişət problemlərinin həl-
lindən çox asılıdır.
Göstərilən məişət alətləri hazırda daha kompakt, az yer
tutan, maye yanacaqla, qazla işləyən soba, elektrik cihazları ilə
əvəz olunmaqdadır. Bir sıra ailələrdə evin üstündə qurulmuş su
çənini kiçik qabaritli su nasosu ilə birləşdirərək, su çənə vu-
rularaq bütün gün mətbəxdə, həyətdə, lazım olan yerlərdə su öz
axımı ilə təmin olunur. Qarışıq yem hazırlaya kompakt aqreqat
mal-qara üçün yem hazırlanmasını yüngül işə çevirir. Nəzərə
alsaq ki, ölkədə 870000 çox ailə fermer təsərrüfatları vardır.
Belə kompakt qarışıq yem hazırlayan aqreqatların istehsalı hər
bir ailə təsərrüfatı üçün önəmli olardı.
Həyətyanı sahənin əkilib becərilməsində lapatka əsas
əmək alətidir. Mexanikləşdirilmiş kiçik qabaritli bağ və bos-
6 i.e.d.N.V.AIIahverdiyev «Sosial-iqtisadi inkişaf və demoqrafik
proseslər». Respublika elmi-praktik konfransının materialları, səh. 11.
210
tanda benzin, ağ neft ilə işləyən kiçik aqreqata da böyük ehtiyac
var. Belə bir aqreqat gəncləri cəlb edir, onlar təsərrüfatla yanaşı
həyətyanı sahədən səmərəli istifadə edə bilirlər. «Drujba» tipli
odun doğrayan aqreqat baltanı müvəffəqiyyətlə əvəz etdiyi
kimi, kompakt peç, elektrik peçi çörək bişirilməsində, xörək
hazırlanmasında əl əməyini yüngülləşdirməklə kənd həyatını
daha cəlbedici edir.
Kəndin məişətində əsasən qadın, qoca və az da olsa uşaq
əməyindən istifadə olunur. Bu adamların həyətyanı torpaq
sahəsində rolu böyükdür. Həyətyanı torpaq sahəsindən əldə
olunan meyvə, tərəvəz, göyərti, quş əti, yumurta, süd və süd
məhsulları ailənin ərzaq təminatında mühüm yer tutur. Məişət
və xırda təsərrüfat alətləri istehsal edən iş adamları bu böyük
istehlak bazarını nəzərə almalıdır.
Kənd yerlərində elektrik enerjisinin təminatında kəsilmə-
lər, aşağı düşmə və yuxarı qalxma ehtimalı olduqda elektrikdə
işləyən müxtəlif məişət cihazları (kompyuter, audio-video
apparat və eləcədə bir sıra təsərrüfat maşın və aqreqatları, kiçik
qabaritli inkubator aparatı, elektrik süd separatoru və s.) pal-
taryuyan maşın, kondisioner kəndli ailəsinin məişətinə ehtiyatla
daxil olur.
Ailənin məişət infrastruktur problemlərinin həlli böyük
sosial problem olmaqla məişət mədəniyyətinin formalaşması,
işçi qüvvəsinin sabitləşməsi, gənclərin kənd təsərrüfatı ixtisa-
sına yiyələnməklə aqrar biznes yaratmaq, sahibkar olmaq,
təsərrüfatçı olmaq həvəsini imkanlarını artırır. Məişət texnika-
sının indiki inkişaf səviyyəsində göstərilən sosial problemlərin
həllinə bazar münasibətləri güclü şərait yaradır.
Odundan yanacaq kimi istifadə etmək, təbii meşə sərvət-
lərinin tükənməsinə səbəb olur. Şəhər yerlərində villa tipli
evlərdə geniş istifadə olunan, gecə və gündüz isti və soyuq su
ilə ailəni təmin edən "kombi" tipli istilik yaradan texniki vasi-
tələrdən kənd yerlərində az istifadə olunur. "Kombi" avtonom
qazanxana kimi texniki istilik vasitələri səmərəli olmaqla
211
avtomatik işləyən və mənzildə istiliyi sabit saxlayır, yanacağı
qənaətlə işlədir. Müşahidələrimiz göstərir ki, rayon mərkəzində
müvəffəqiyyətlə istifadə olunan qaz peçi, evi qızdırmaq üçün
kiçik qabaritli ailə qazanxanası cəmi 10-15 km aralıda yerləşən
bəzi kənddə az istifadə olunur və ya heç istifadə olunmur.
Kənddə məişət problemlərinin həlli kənd əməkçisinin mənəvi
ruh yüksəlişinə, kəndli psixologiyasının bazar iqtisadiyyatı ru-
hunda dəyişməsinə yol açan amildir və mətbuat, radio, televi-
ziya bu problemin həllində əhəmiyyətli surətdə iştirak edə bilər.
Azərbaycan Respublikası regionların sosial-iqtisadi inki-
şafına dövlət dəstəyinin verilməsi, şəhər və kəndlərin elektrik
enerjisi təminatı, yol tikintisi, qaz və su ilə təminatı, nəqliyyat,
rabitə sisteminin gücləndirilməsi ölkəmizin iqtisadiyyatında və
kəndli (fermer) təsərrüfatlarının inkişafında yeni mərhələ baş-
lanmışdır. Regionlarda emal, tikinti müəssisəsi, təsərrüfat xid-
mət müəssisəsi, ticarət və məişət xidməti müəssisəsi açılmışdır.
Kəndli (fermer) təsərrüfatları, məhsuldar toxumlarla, cins
malqara ilə, gübrələrlə təmin olunur, vergi güzəştlərinin müd-
dəti uzadılmışdır. Yeni məktəblər tikilərək istifadəyə verilmiş,
köhnə məktəblər əsaslı təmir olunmuşdur, yeni səhiyyə obyekt-
ləri, diaqnostika mərkəzləri, idman kompleksləri tikilmiş, açı-
lışı olmuş, təməli qoyulmuşdur.
Ölkə əhəmiyyətli, göstərilən tədbirlərin dövlət dəstəyi ilə
həyata keçməsi kəndli (fermer) təsərrüfatlarının ixtisaslı kadr
hazırlığına tələbatı artırır. İndi kəndli (fermer) təsərrüfatında
əkinçilikdə suvarmadan başqa bütün aqrotexniki tədbirlər
maşın, mexanizm, traktor və kombaynlarla həyata keçirilir. İs-
tehsal proseslərinin mexanikləşdirilməsi kənd təsərrüfatı is-
tehsalının sosial strukturunu dəyişir. İlk növbədə işçi qüvvə-
sinin professional quruluşu dəyişir. Adamlar əsas ixtisasla ya-
naşı bir neçə paralel ixtisası öyrənirlər. Mexanizator-nizamla-
yıcı-təmirçi usta, slesar, dəmirçi, montyor, qaz ustası, elektrik-
nizamlayıcı usta, aqronom, baytar həkim, zootexnik, süni ma-
yalanma laborantı və s. əlaqəli sənətləri mənimsəməklə geniş
212
profilli-ixtisaslı mütəxəssislər yaranır. Ən azı 2-3 ixtisası
mənimsəməklə sahibkar təsərrüfatda lazım gəldikdə əlavə xid-
mət sahəsinə müraciət etmədən, vaxt itirmədən iş prosesini
qurur. Vaxta və pul vəsaitinə qənaət edir. Mütəxəssislərin ix-
tisas səviyyəsinin yüksəlməsi onun intellektual, mədəni səviy-
yəsinin yüksəlməsinə, psixoloji vəziyyətinin sabitləşməsinə
səbəb olur. Hardan usta axtarmaq, nə ilə onun zəhmət haqqını
vermək kimi fikirlər ona əziyyət vermir. Fermer təsərrüfatının
sahibi kimi o, özünü lazım olan yerdə şəxsiyyət kimi görür.
İndi kənd yerlərində hər bir gəncin orta, orta ixtisas, orta tex-
niki və ya ali təhsili var. Belə yüksək intellektual səviyyəli gənc
təsərrüfatda ona lazım olan ixtisası tez bir vaxtda öyrənir. İş
təcrübəsi, bir neçə ixtisası mənimsəməklə gənc fermerin is-
tehsal sahəsində də mənfəəti artır, maddi güzarını yaxşılaşır,
eyni vaxtda onun mənəvi, mədəni tələbləri də artır.
Nəticə: Bazar iqtisadiyyatı, kəndli (fermer) təsərrüfatı
kənddə yeni yüksək ixtisaslı, intellektual səviyyəli, mədəni zəh-
mətkeş təbəqəsinin yaranmasına yol açır. Gənc nəsildə sahib-
karlıq psixologiyası güclənir. Yeni tipli mədəni məişət infra-
strukturların tələblərinə uyğun şəraitin qurulmasına ehtiyac
artır.
Ailə təsərrüfatlarında maldarlıq məhsulları istehsal sahə-
sində əməyin texniki təminatı, enerji tutumu, elmi-texniki nai-
liyyətlərin tətbiqi əkinçilikdən geri qalır. Bu gerilik xüsusilə
yemçilikdə özünü göstərir. İnkişaf etmiş ölkələrin təcrübəsin-
dən istifadə edərək yemçiliyin sənaye əsasında təşkil etməklə
fərqləri xeyli azaltmaq olar. Maldarlığın inkişafını sürətləndir-
mək, ət və süd məhsulları bolluğunu yaratmaqla ölkədə bir sıra
sosial problemlər milli imkanlar əsasında həll olunar. Son
illərdə kəndli (fermer) təsərrüfatlarının yaranması ilə mal-qa-
ranın sayı artmış, ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş
vermişdir. Bununla yanaşı kiçik qabaritli emal mexanizmlərinin
istehsalı təminatı kimi infrastruktur sahələri zəif templə in-
kişaf edir ki, bu da istehsalın səmərəliyinə və kənd sakinlərinin
213
mədəni tələblərinin ödənilməsinə əks təsir edir. Kəndin sosial
problemlərinin həlli ölkə əhalisinin maraqları, mədəni texniki
və psixoloji əhval-ruhiyyəsi ilə əlaqədardır. Odur ki, problemin
həllinə kəndli (fermer) təsərrüfatlarının, bələdiyyələrin və
dövlətin birlikdə qayğısı artmışdır. Hazırda torpaq islahatı ilə
yaranmış sahibkarlıq ruhu istehsalın maddi-texniki bazasının
yüksəldilməsi kənd həyatının, kəndlinin məişət şəraitinin müa-
sirləşməsi prosesi güclənmişdir. Sosial infrastruktur problem-
lərin istehsalın səmərəsini, maldarlığın və əkinçiliyin inkişaf
tempini yüksəltməklə, ölkə əhalisinin ərzaq məhsullarına olan
tələblərini daha dolğun ödəmək, qiymətlərin aşağı düşməsi yolu
ilə kasıblıq həddinin azalmasına aparan düzgün yoldur.
Kəndli (fermer) təsərrüfatları öz vəsaiti, şəxsi iştirakı ilə
daha məhsuldar cins düyələr alır, hər fermer öz resepti ilə yon-
ca, qarğıdalı, arpa və buğdadan qüvvəli, qarışıq yem hazırlayır,
bostan, tərəvəz bitkilərinin tullantısından istifadə edir. Yüksək
məhsuldar toxum növü, cins mal-qara, fermerlər arasında mal
dəyişmə yolu ilə məhsuldar mal-qara, meyvə, tərəvəz şitili
artırılır. Bir sözlə fermer sahibkarlıq hissinin gücü ilə evdə,
ailədə, işdə daim axtarışdadır.
Son vaxtlar bir sıra yeni adət-ənənələr yaranır. Toy mə-
rasimləri, el şənlikləri, milli bayramlar bir neçə kəndin arasında
tikilmiş şadlıq evlərində keçirilir. Kəndin infrastrukturu ilə
əlaqədar olan məktəb, xəstəxana, idman qurğuları, məişət evi,
klub, su xətlərinin təmir olunması və s. işlərdə imkandan asılı
olaraq fermerlər iştirak edir.
Kəndin mənəvi həyatının hər tərəfli inkişafında, yeni
adət-ənənələrin yaranmasında, aqrobiznesin, yeni texnologiya-
nın tətbiqinə sahibkarlar, kənd ziyalıları, mütəxəssislər, müəl-
limlər, həkimlər, aqronomlar aparıcı rol oynayırlar.
Fikrimizcə mütəxəssislərin hazırlanmasında kənd orta
məktəblərin rolunu artırmaq məqsədə uyğun olardı. Bu günkü
məktəbli sabah atalarının işini davam edəcək, sahibkar ola-
caqdır. Orta məktəb proqramında əmək dərsləri aşağı sinifdən
214
keçirilir. Oğlanlar və qızlar bu dərslərdə əmək və məişət peşə-
lərini müvəffəqiyyətlə, həvəslə mənimsəyir. Yaxşı olar ki,
əmək dərslərinin proqramı yuxarı siniflərdə genişləndirilsin,
praktiki vərdişlər üçün vaxt ayrılsın və aşbaz, dərzi, dülgər,
çilingər, televizor ustası, montyor, qaynaqçı, dəmirçi, motorçu,
sürücü kimi ən azı 2-3 sənət vərdişləri gənc oğlan və qızlara
öyrədilsin. Beləliklə orta məktəbi qurtaran gənc nəsil bazar
iqtisadiyyatı mühitində özünə tez yer tapar, mühitə alışar və
vaxt itirmədən ya təhsilini davam etdirər və ya sahibkar olmaq,
sənətkar olmaq arzusunu həyata keçirər. Orta məktəb illərində
şagirdlərin yüksək səmərə ilə işləyən fermer təsərrüfatlarında
ekskursiya, təcrübə keçməsi, maldarlıq və əkinçilikdə qabaqcıl
təcrübəni görməsi onun dünya görüşü və ixtisas haqqında öncül
təcrübəni mənimsəməsinə, gələcəkdə onu daha da inkişaf
etdirərək öz ata-baba təsərrüfatında tətbiq etməsinə sövq edər.
Professional texniki məktəblərin bu sahədə rolu daha
böyükdür. Bazar iqtisadiyyatı ilə əlaqədar olaraq peşə-texniki
məktəblərdə təlim və tədris işinə tələbkarlıq artmışdır. İndi öv-
ladını peşə öyrənməyə göndərən hər bir ailə başçısı onun müəl-
limindən və məktəbin müdiriyyətindən təhsil illərində ixtisaslı,
həyatda özünü doğrulda biləcək mütəxəssis hazırlanmasını
tələb edir. Buna uyğun olaraq peşə-texniki məktəblərin öz
vəsaiti, dövlət maliyyəsi hesabına maddi-texniki bazası artır.
Yaxşı olar ki, rayonlarda fəaliyyət göstərən peşə-texniki mək-
təblərin uyğun ixtisas üzrə sinifləri kənd orta məktəblərinə kö-
çürülsün. Bununla ixtisaslar istehsalata yaxınlaşar, nəzəriyyə ilə
həyatın əlaqəsi artar. Yuxarı sinif şagirdləri orta məktəbi qurta-
rarkən öz evində, öz kəndində vaxt itirmədən kəndli (fermer)
təsərrüfatına lazım olan ixtisası alar.
Bazar iqtisadiyyatı şəraitində yaranmış peşə və ixtisas
çoxluğu işçilər arasında rəqabət yaratmışdır. Bir kənddə ya-
şayan, biri-birini yaxşı tanıyan kənd adamları içərisində yalnız
yüksək ixtisas kateqoriyasına malik olan mütəxəssislərin xid-
məti həm maddi, həm də mənəvi olaraq yüksək qiymət-
215
ləndirilir. Orta təhsilli, peşə-texniki məktəblərdə təhsil almış
mütəxəssislərin bu baxımdan üstünlüyü çoxdu. Belə mütəxəs-
sislər ali təhsil aldıqdan sonra yaxşı fermer olmaqla, təsərrüfat
başçıları üçün məsləhətçi kimi hörmətə layiqdirlər. Belə mü-
təxəssislər kənd təsərrüfatı elmi-tədqiqat institutlarının əkin-
çilik, maldarlıq, yemləmə, zootexniki, xidmət, rabitə və infor-
masiya texnologiyaları və sair sahələrdə mövcud olan infor-
masiya bülletenlərindən istifadə edir, dünyada və ölkədə olan
qabaqcıl texnologiyanı işinə tətbiq edirlər.
Nəticə: Bazar iqtisadiyyatı kənd təsərrüfatı istehsalında
kəmiyyət və keyfiyyət yüksəlişi yaratdığı kimi kəndin, kənd-
linin və təsərrüfatın daha böyük nailiyyətlər əldə etməsi sosial
infrastruktur və kadr problemlərin həllini ön plana çəkmişdir.
Sosial problemləri hər birini özünə məxsus metodlarla tez həll
etmək önəmlidir. Bir problemin vaxtında həll olunmaması
digərinin də yaranmasına səbəb olar.
Məlumdur ki, indi yollar ölkə, rayon, kəndlər arası və
kənd daxili qismə bölünür. Ölkə yollarını kənd sakinlərinin və-
saiti hesabına təmir olunmadığı kimi, kənd daxili yollarda ölkə
və rayon büdcəsi hesabına təmir olunması məqsədəuyğun deyil.
Azərbaycan Respublikasının «Bələdiyyələrin statusu haqqında»
2 iyul 1999-cu il və «Bələdiyyələrin Nümunəvi Nizamnaməsi»
haqqında 15 oktyabr 1999-cu il tarixli qanununa əsasən kənd
daxili və kəndlər arası yolların təmiri və tikintisi kənd, qəsəbə
bələdiyyələrinin himayəsindədir.
Nizamnaməyə əsasən kənddə mülkiyyət münasibətlərinin
dəyişməsi ilə əlaqədar olaraq, yerli əhəmiyyətli sosial problem-
lərin həlli kənd və qəsəbə bələdiyyələrinin öhdəsindədir. Ni-
zamnamədə deyilir ki, «Bələdiyyələr...dövlətin həyata keçirdiyi
sosial inkişaf proqramında nəzərdə tutulmayan və ya onlara
əlavə olaraq yerli əhəmiyyətli su mənbələrindən istifadə, ya-
nacaq təchizinin və satışının təşkili, yerli əhəmiyyətli yolların
tikilməsi və saxlanması, yerli nəqliyyat və rabitə xidmətinin
təşkili, ticarət, ictimai iaşə xidmətinin işinə şərait yaratmaq,
216
mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi...
informasiya xidmətinin təşkili... yerli infrastrukturun digər sa-
hələrini əhatə edən... sosial inkişaf məsələlərini həll edir» (Bə-
lədiyyələrin daimi və başqa komissiyaları. Punkt 3, abzas 7).
Kənd arası yol probleminin həll edilməsində bələdiyyənin
maliyyə dəstəyi ilə yanaşı, kənd sakinlərinin maliyyə, maddi-
texniki, fiziki qüvvə, əmək alətlərindən istifadə etməklə həyata
keçirmək olar. Kəndlər arası ümumi yolların səliqə-sahmana
salınması, təmiri və təzə yol çəkilməsində bir neçə kənd bələ-
diyyəsinin imkanlarının birləşdirmək, proyekt, smeta tutulması
işinə mütəşəkkillik vermək üçün rayon icra başçısının ərazi
üzrə nümayəndəsi işə qarışa bilər. Kənd arası və təsərrüfat
daxili yolların baxımsızlıq üzündən bərbad hala düşməsi, ət-
rafda torpağın və yaşıllığın sıradan çıxmasına, ekoloji tarazlığın
pozulması ilə yanaşı əhalinin və fermerlərin maşın və kənd
təsərrüfatı texnikasının xarab olması, sıradan çıxması, gənc
nəslin torpağa məhəbbət ruhunda tərbiyə olunmasına böyük
ziyan vura bilər.
Mahnılarda, nağıllarda təriflənən kənd və onun yaşıllıqla-
rı, gülü-çiçəyi və bol çörəyi, südü, əti, yağı, meyvə və tərəvəzi
insanları əməyə, işə cəlb etdiyi kimi, yolu, su təminatı, işıq,
radio-televiziya verilişləri ilə əhatə olunması, səhiyyəsi, maarifi
və mədəniyyəti də idarə olunmaqla, inkişaf edir. İndi bazar iq-
tisadiyyatı, torpaq islahatı, kənddə fermer təsərrüfatlarının
yaranması yeni iqtisadi və sosial münasibətlər yaradır.
Əgər kollektiv təsərrüfatçılıq dövründə daha çox jş gör-
mək üçün daha çox işçi qüvvəsi cəlb etmək lazım gəlirdisə, indi
istehsalın, istehlakın və bazarın səmərəliliyinin artırılması müa-
sir aqrar elm və texnikanın tətbiqi ilə fermer təsərrüfatlarında
işlər az işçi qüvvəsi tətbiq olunmaqla başa vurulur. Bu keyfiy-
yət dəyişikliyi, işə yeni münasibət, işçidən daha yüksək bilik,
ümumi savad, peşəkarlıq tələb edir. İşin intensivliyi artdıqca
işçinin sosial tələbləri də artır. Bu tələblər professional olaraq
inkişaf etdikdə ümumi inkişaf yaranır.
217
Nəticə: Həyatla ayaqlaşmaq, sosial-iqtisadi inkişafı təmin
etmək bütün dövrlərdə cəmiyyətin, dövlətin və yerli idarə
orqanlarının öncül vəzifəsi olmuşdur. Bu yolla kənddə kəndli
fermer təsərrüfatını idarə edəcək nəsil yaranır, inkişaf edir.
Hər il dövlət büdcəsinin xərcləri planlaşdırılarkən büd-
cənin sosial yönümlü olması önəmli sayılır. Bu, faktiki olaraq
bütün sahələrdə iqtisadi inkişaf planları tərtib olunarkən, sosial
tədbirləri görmək və proqnozlaşdırmağa iqtisadi və sosial təd-
birlərin inkişafına kompleksli yanaşmağa istiqamət verməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev regionlarda görüşü zamanı tələb etdiyi kimi hər bir
rayonun illik inkişaf planları tərtib olunarkən kəndlərin sosial-
iqtisadi inkişaf planı tərtib olunmalıdır. Bu tədbirin maliyyə
mənbələri təsdiq olunduqda, bələdiyyə sədrləri, ərazi nümayən-
dələri həm təşkilatçı və həm də icra orqanı kimi nəzarət etdikdə
işdə mütəşəkkilliyi artırır, icraçının verilən tapşırıqların vaxtın-
da yerinə yetirilməsi üçün mənəvi marağını və xalq qarşısında
məsuliyyətini artırır. İnsanlarda xoş əhval yaranır, işə şüurlu
münasibət artır. Bazar iqtisadiyyatı mühiti kəndli fermer təsər-
rüfatı məhsul istehsalının artırılmasında maraqlı olduğu kimi,
bələdiyyə yerli özünü idarə orqanları, kəndin və insanların
məişət şəraitinin yaxşılaşmasına çalışır. Beləliklə, yaxşı həyat
şəraiti gənclərin daxilən saflaşması, mənəvi inkişafı, şüurlu-
luğu, təhsili, mədəniyyəti və yaradıcı fəallığını artırır.
Bələdiyyələr öz ərazisində yeni adət-ənənələr yaradılması
üçün konkurslar keçirməklə yüksək məhsul və nailiyyət əldə
edən fermerə «ən yaxşı sahibkar», «qızıl əllər», «ilin adamı»,
«kəndin dirəyi» və s. fəxri adlar verməklə əmək adamlarının
ruh yüksəkliyini artırmaq hüququna malikdir. Kənd yerlərində
körpü salmaq, bulaqdan su çəkib gətirmək, yol salmaq, həmişə
hörmətli iş olmuş və İnsanlar bu işin təşkilatçısını, maliyyələş-
dirəni illərlə fəxrlə qeyd etmişlər.
Fermer təsərrüfatlarının sosial-iqtisadi infrastruktur pro-
blemləri onun fəaliyyət göstərdiyi ərazinin, ölkənin, kəndin ailə
218
üzvlərinin problemləri ilə sıx bağlıdır, ayrılmaz tərkib
hissəsidir.
3. İnnovasiya texnologiyaları haqqında anlayışı
Müasir dövür dünya təsərrüfatının qloballaşan iqtisadi sis-
temə çevrilməsi və ölkələrarası iqtisadi və ticarət əlaqələrin
intensivləşməsi ilə səciyyələnir. Hər bir ölkədə istər daxili tələ-
batların ödənilməsi, istərsə də dünya təsərrüfat sistemində
faydalı mal mübadiləsini təmin etmək məqsədilə daha keyfiy-
yətli, yüksək rəqabət qabiliyyətinə malik kəndli (fermer) təsər-
rüfatlarının məhsullarının istehsalına cəhd göstərilir. Xammal,
material və xidmət sahəsində üstünlük əldə etmək ölkələrin
malik olduqları bir sıra təbii, iqtisadi, texniki, professional və s.
müqayisəli üstünlüklərə əsaslanır. Müqayisədə üstünlüyə malik
sahələri inkişaf etdirərək həm öz tələbatını ödəyir, həm də
dünya bazarında faydalı mal mübadiləsinə qoşula bilir. Azər-
baycanın güclü istehsal ehtiyatları, yüksək məhsuldar əkinçilik
və maldarlığı, innovasiya texnologiyaları əsasında inkişafda
olan emal sənayesi, milli aqrar sferada çalışan ixtisaslı kadrları,
müasir infrastrukturu vardır.
Azərbaycanın əlverişli təbii-iqlim şəraitinə malik olması
tarixən burada kənd təsərrüfatının inkişafını şərtləndirmişdir.
Hələ qədim dövrlərdən Azərbaycan əkinçilik, maldarlıq, ipəkçi-
lik, meyvəçilik, heyvandarlıq və s. kimi sahələr üzrə geniş fəa-
liyyət göstərən bir diyar olmuşdur.
Müasir dövrdə isə ölkəmiz çoxsahəli və daha da inkişaf
etmiş kənd təsərrüfatına malikdir. Belə ki, son onilliklər ərzində
Azərbaycanda müxtəlif bitkiçilik məhsulları istehsalı (taxıl,
pambıq, tütün, üzüm, meyvə, tərəvəz və s.), həmçinin heyvan-
darlıq sahələri (maldarlıq, qoyunçuluq, quşçuluq, baramaçılıq,
arıçılıq və s.) üzrə əsaslı inkişaf baş vermişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Regionların
sosial-iqtisadi inkişafı II Dövlət Proqramının icrasının 1-ci
219
ilinin yekunlarına həsr olunmuş konfransda əldə olunmuş nai-
liyyətlərə əsaslanaraq bir daha göstərmişdir ki, məhsulun key-
fiyyətini yüksəltmək və xarici bazarlara çıxmaq üçün indi aqrar
sahənin imkanı var.
Eyni zamanda, ölkədə yerli kənd təsərrüfatı xammalı əsa-
sında ənənəvi olaraq fəaliyyət göstərən və müəyyən səviyyədə
inkişaf etmiş emal sənayesi də mövcuddur. Belə ki, Azərbay-
canda kənd təsərrüfatının emalı sənayesi meyvə-tərəvəz kon-
servləri və şirələri, tomat, bitki yağları, pivə, şərab məhsulları,
çay, ət məmulatları, süd məhsulları, taxıl məhsullarının emalı:
unüyütmə, yarma və qarışıq yem, çörək və makaron məmulat-
ları, pambıq, yun, barama və gön-dəri xammallarının ilkin
emalı, fermentləşdirilmiş tütün istehsalı kimi sahələr sürətli in-
kişafdadır. Bunlarla yanaşı, qeyd etməliyik ki, bir sıra çox qiy-
mətli efirli, yağlı ərzaq, parfümeriya və təbii rəngləyici məhsul-
lar: qızılgül, zeytun, balqabaq tumu, zəfəran istehsalı, gülçü-
lüyün inkişafı, onların istehsalı və emalı xeyli artırmaq üçün
imkan vardır.
Ölkə iqtisadiyyatının aqrar istehsal sferası keçmiş İttifaq
mənafeyi əsasında formalaşmışdır, innovasiya texnologiya-
larının ölkəyə gətirilməsi və tətbiqi mümkün olmamışdır. Buna
görə də, dünya birliyinin müstəqil subyekt kimi ölkəmizin dün-
ya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiya olunması
üçün, ilk növbədə, dünya bazarlarında malik olduğumuz rə-
qabət üstünlükləri indi qiymətləndirilir. Ölkə Prezidentinin gös-
tərişi ilə kənd təsərrüfatının, emal sənayesinin inkişafı ən yeni
innovasiya texnologiyaları əsasında qurulur ki, bunun sayə-
sində də istehsal olunmuş məhsulların əsas üstünlük göstəricisi
olan keyfiyyətli məhsulun xüsusi çəkisi ilbəil artır, xarici
bazarlara çıxmaq imkanı artır.
Mövcud nəzəri yanaşmalar və müəyyənləşdirilmiş meto-
dologiya əsasında ölkənin kənd təsərrüfatı sektoru üzrə əkin-
çilik və maldarlığın bütün sahələrinin rəqabətqabiliyyətliliyi,
ona təsir edən amillər kompleks şəkildə qiymətləndirilmişdir.
220
Maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalının
inkişafına çevrilməsi ölkə infrastrukturunda innovasiyanın
inkişafına təkan verir. Bu bölməni əhatə edən sahələr olduqca
genişdir. Elm, təhsil, əqli mülkiyyətin qorunması, elmi-tədqiqat
işlərinin yeni texnologiyaya istiqamətləndirilməsi, səhiyyə,
sağlamlıq obyektləri, idman turizm kompleksləri, mədəniyyət,
tarixi abidələrin qorunması və s. insan amilinə xidmət edən və
olduqca güclü maliyyə vəsaiti tələb olunan sahədir. İnnovasiya
ingilis sözüdür-yenilik mənasında işlənir. Avstraliyalı alim
İ.Şumpeter innovasiya prosesində beş əlamətin olmasını məq-
bul hesab edir: yeni texnikanın istifadəsi, yeni texnoloji prose-
sin və ya istehsalın yeni bazarla təmin olunması (alqı-satqı);
yeni xassəyə malik məhsulun; yeni xammalın istifadə olun-
ması; istehsalın təşkilində, maddi-texniki təminatında dəyişik-
liklərin olması; yeni satış bazarının meydana gəlməsi kimi şərh
edir. Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasından
K.V.Pivovarov innovasiya terminlərinə aydınlıq gətirərək,
ətraflı şərh verir və göstərir ki, innovasiyada yenilik olmalı;
bazarın tələbatını ödəməli; istehsalçıya mənfəət gətirməlidir.7
ABŞ, Yaponiya innovasiya inkişaf yolunu Avropa ölkə-
lərindən 30-40 il əvvəl seçmişdir. Avropa ölkələrində əsrin 80-
90-cı illərindən innovasiya problemlərinə dövlət səviyyəsində
əhəmiyyət vermişlər. Dövlət, əqli mülkiyyətin qorunması, elmi-
tədqiqat işlərinin yeni texnologiya yaradılmasına xidmət
etməsi, istehsal sahələrinin innovasiya tələblərinə cavab ver-
məsini bir başa və dolayı yollarla stimullaşdırmaqla yeniliyi iq-
tisadi inkişafın prioritet istiqamətinə çevrilmişdir.
İlk vaxtlar yetərincə kadr olmadığı üçün emiqrantlar ara-
sında bu tələbləri ödəyənlər işlə, yaşayış yeri ilə, yüksək əmək-
haqqı ilə təmin olunmuşdur. Elm, təhsil, peşə hazırlığı innova-
siya tutumlu sahələrin tələblərinə yönəldilmişdir. İnnovasiya
7 Материалы международной научно-практической конференции,
посвященной 95-летию Российского Университета Кооперации. М.
2008, стр. 410
221
biznes sahəsinə çevrilir, kiçik, orta həcmli firmalarla yanaşı
zəngin iş adamları («işgüzar mələklər») öz vəsaitini bu sahəyə
qoyurdu. İnsan kapitalına vəsait qoyuluşu da öz səmərəsini
göstərirdi. Aparıcı dövlətlər mal və material ticarəti ilə yanaşı
istehsal vasitələri istehsalı, maşın, dəzgah, avadanlıq və hazır
modul ticarətinə üstünlük verir. İnnovasiya sahəsində ixtisas-
laşmış aparıcı Qərb və Avropa dövlətləri onları maraqlandıran
dövlətlərin ərazisində texnologiya, elmi-texniki biliklər, mü-
həndis-texnik xidmətləri ticarətinə həsr olunmuş sərgi-satış yar-
markası təşkil etməklə, dövlətlərin və iş adamlarının diqqətini
cəlb edirlər. Yeni texnologiya əsasında satılan zavodun tikilmə-
sini, sonrakı servis xidmətini, yerli mütəxəssislərin hazırlat-
masını şirkətlər öz üzərinə götürür eyni zamanda müqavilə
əsasında öz işçilərini yüksək əməkhaqqı ilə işlə təmin edir.
Dünya təcrübəsində şirkətlər elmi-texniki yenilikləri, yeni
texnologiyanı öz ölkələrində tətbiq edir, sınaqdan keçirir, sonda
lisenziyanı (patenti) satır. İnnovasiya yönümlü intellektual tex-
nologiya daha münbit istehsal şəraiti axtararaq xarici ölkələrin
ərazisinə ixrac olunmaqla dünya təsərrüfat sistemində yeni
əməkdaşlıq formasında işləyir. İnnovasiya texnologiyası milli
çərçivədən çıxaraq beynəlxalq məkanda səmərəli işləmək zə-
rurəti ucuz yerli xammal, ucuz material, ucuz işçi qüvvəsi və
yetərincə infrastrukturun olmasına, dövlət dəstəyinə əsaslanır.
Ayrı-ayrı ölkələrin ərazisində fəaliyyət göstərən yeni tex-
nologiya beynəlimlər təsərrüfat sisteminin yaranmasına səbəb
olur. Beləliklə, bir ölkəyə məxsus investisiya qoyuluşu, digər
ölkənin ərazisində ikinci iqtisadiyyatı yaradır. ABŞ dünya
dövlətləri arasında ikinci iqtisadiyyatın həcminə görə birinci
yeri tutur.
Dövlət müstəqilliyini əldə etmiş ölkəmizin aqrar siyasə-
tində ASK-n innovasiya iqtisadiyyatı əsasında qurulması ön
plana çəkilmişdir. Bunun üçün regionlarda məktəblərin maddi-
texniki bazası güclənir, intellektual müəllim kadrları ilə təmin
222
olunur. İnstitutlar çevik kadr hazırlığı sisteminə keçir, mobil
elmi-istehsal kompleksi yaradılır.
Azərbaycanda həyata keçirilən tarazlı, kompleks sosial-
iqtisadi inkişaf proqramı əsasında infrastrukturun dövlət nəza-
rətində olan innovasiya və maliyyə sektoru güclü inkişaf et-
dirilir. İnsan amilinin inkişafına qoyulan maliyyə vəsaiti ölkədə
yoxsulluğun, işsizliyin sürətlə azalmasına, əhalinin pul gəlir-
lərinin artmasına, sağlamlığının yüksəldilməsinə, demoqrafik
situasiyanın tənzimlənməsinə və bütünlükdə ölkə iqtisadiyya-
tının yüksəldilməsinə xidmət edir.
4. Aqrar məhsulların istehsalına innovasiya
texnologiyalarının tətbiqinin keyfiyyət
və rəqabət üstünlükləri
Qloballaşan iqtisadi münasibətlərin müasir dövründə key-
fiyyət amilinin innovasiya infrastruktur obyektinə çevrilməsi
təsadüfi deyildir. Əvvəla, innovasiya yeni texnika, texnologiya,
yeni daha yüksək keyfiyyətdə məhsul istehsalına yol açır. Yeni
məhsulun istehsal istehlakı daxili və xarici bazarlar kimi satış
infrastrukturunda mövqeyi genişlənir. Ərzaq məhsullarının
keyfiyyəti insanların sağlamlığı ilə bir başa əlaqədar olduğu
üçün keyfiyyət dövlət nəzarətindədir və dövlətin istehlakı tən-
zimlənmə obyektidir. Nəhayət ərzaq mallarının keyfiyyəti iq-
tisadiyyatda inkişafın səviyyəsini təyin edir, bazarda hakim
mövqe tutur, dünya bazarlarını fəth edir. Mal və materialın
dəyərinin təyin edilməsində obyektiv mövqedə durur.
Keyfiyyət strateji planda dövlət təhlükəsizliyi obyektidir.
Ölkə daxili bazar infrastrukturunda xarici malların rəğbətlə
qarşılanması, satılmasına baxmayaraq, bütün digər ölkələrdə
olduğu kimi müstəqil Azərbaycan Respublikasında da xaricdən
gətirilən ərzaq məhsullarının insan orqanizmi üçün tam təh-
lükəsiz olması üzərində dövlət nəzarəti mövcuddur.
223
Ərzaq məhsullarının kimyəvi tərkibi8. Ərzaq məhsul-
ları biri-birindən fiziki, kimyəvi xassələrinə və digər tərkib xü-
susiyyətlərinə görə fərqlənirlər. Onların hər birinin tərkibində
olan özünə məxsus müxtəlif maddələr, həmin məhsulun qida-
lılıq dəyərini, həzm olma əhəmiyyətini, dadını, rəngini, iyini,
qidа üçün yаrаrlılığını, məһsulun sахlаnmаyа dаvаmlılığını, dа-
şınmа şərtlərini, məһsulun quruluşunu və ümumiyyətlə, məһ-
sulun кеyfiyyətliliyini müəyyən edir. Ümumiyyətlə, məһsulun
tərкibində rаst gələn kimyəvi mаddələr əsаsən iki qrupа аyrılır:
1. Qеyri-üzvi mаddələr: Bu qrupа su və minеrаl (kül)
еlеmеntləri аiddir;
2. Üzvi mаddələr: Bu qrupа əsаsən zülаl, yаg və kаr-
bohidrаtlаr аiddir. Üzvi mənşəli mаddələr sudа һəll olаn və
həll olmаyаn növlərə аyrılır. Sudа həll olаn üzvi mаddələrə
şəkər (qlükozа, fruktozа, qаlаktozа, sахаrozа, lаktozа, mаltozа,
rаfinozа, trеqаlozа və bаşqаlаrı), çoх аtomlu spirtlər (mаnnit,
sorbit, inozit), pentozаn, pеktin, turşulаr (аlmа, limon, çахır,
sirkə, süd, bеnzoy, sorbin, furmаrа və bаşqаlаrı), аzotlu mаd-
dələr (zülаl, аmin turşulаrı, аmidаmin turşulаrı, аmmonyаk bir-
ləşmələri, nitrat, nitrit), fitonsidlər, һomoloji rəngləyici və ətirli
birləşmələr, vitаminlər, fеrmentlər, аşılаyıcı mаddələr və
digərləri dахildirlər.
Bir sırа yеyinti məһsullаrındа аz və yа çoх miqdаrdа üzvi
və qеyri-üzvi mаddələr vаrdır. Məsələn, süddə orqаnizm üçün
lаzım olаn bütün üzvi və qеyri üzvi mаddələr vаrdır. Tərəvəzdə
çoх miqdаrdа kаrboһidrаt, аz miqdаrdа isə zülаl və yаğ vаrdır.
Bəzi yеyinti məһsullаrı isə yаlnız birkimyəvi birləşmədən
ibаrətdir. Məsələn, şəkər, nişаstа, хörək duzu, ərinmiş yаğ, mаl
və donuz yаğlаrı və sаir. Ümumiyyətlə, müхtəlif yеyinti məh-
sullаrındа üzvi və qеyri-üzvi mаddələrin miqdаrı müхtəlif olur.
8 Bu bilgilər t.e.d., prof.V.Əliyevin “Ərzaq mallarının əmtəəşunaslığı,
ekspertizası və sertifikatlaşdırılmasının nəzəri əsasları” kitabından əks
edilmişdir
224
Bəzi ərzaq məһsullаrının kimyəvi tərkibi аşаğıdаkı 1 sаylı
cədvəldə vеrilir.
Cədvəl 1.
Məhsulun adı Miqdarı %-lə
su zülal karbohidrat yağ
1. Mаnnı yаrmаsı 14 11,3 73,3 0,7
2. Sаdə formаlı çovdаr çorəyi 47,5 6,5 40,1 1,0
3. 1-çi sort undаn hаzırlаnmış
sаdə formаlı buğdа çorəyi
29,5
7,6
49,7
0,9
4. Şəkər tozu 6,14 99,8 -
5. Аğ bаş kələm 90,0 1,8 5,4 -
6. Kаrtof 75,0 2,0 19,7 0,1
7. Аlmа 86,5 0,4 11,3
8. Pаstеrizə edilmiş süd 88,5 2,8 4,7 3,2
9. Duzsuz kərə yаğı 15,8 0,6 0,9 82,5
10. Rossiyа pеndiri 40,0 23,4 - 30
11. 1 kаtеqoriyа mаl əti 67,7 18,9 - 12,4
12. Mаlın qаrа ciyəri 72,9 17,4 - 3,1
13. Bişmiş həkim kolbаsаsı 60,8 13,7 - 22,8
14. Çəki 79,1 16,0 - 3,6
15. Sеmqа 62,9 20,8 - 15,1
16. Kilkə 34,6 46,4 - 5,5
17. İri göz Хəzər kilkəsi 78,8 15,3 - 3,7
Hər bir ərzaq məhsulunun tərkibi müxtəlif kimyəvi ele-
mentlərlə zəngindir. Bunа görə də tək bir yеyinti məһsulu in-
sаn orqаnizmini hər tərəfli təmin еdə bilmədiyi üçün insаnlаrın
qidа rаsionunа orqаnizmin hər tərəfli tələbаtını ödəyə bilən
yеyinti məһsullаrı dахil еdilməlidir. Еyni zаmаndа qidа
rаsionuna müхtəlif mənşəli yеyinti məһsullаrı dахil еdilməlidir.
Doğrudur yeyinti məһsullаrı müхtəlifdir. Lаkin yеyinti
məһsullаrının kimyəvi tərkibinə dаşınmа, sахlаnma zamanı baş
verən dəyişikliklərdə eynilik vardır. Çünki rütubətin, hərаrətin,
işığın, hаvаnın, fermentlərin, mikroorqаnizmlərin təsiri nəticə-
sində öz tərkibini və хаssəsini tеz dəyişə bilər. Bеlə məhsullаrа
225
аdətən tez хаrаb olаn məhsullаr аid еdilir. Bəzi yеyinti məһ-
sullаrı insаnlаrın iаşəsində çoх аz miqdаrdа yаlnız məһsulun
təmini, iyini, rəngini, konsistеnsiyаsını yахşılаşdırmаq üçün
istifаdə еdilir. Bеlə məһsullаr qidаnın һəzminə, iştаһаnın
аrtmаsı və qidаnı həzm еtmək üçün mədə şirəsi ifrаz еdən
vəzilərin fəаliyyəti yüksəkdir. Qidаnın һəzm olunmаsı üçün
təmli mаllаr müһüm rol oynаyır. Bеlə ki, təmli mаllаrаdа olаn
kimyəvi mаddələr özünəməхsus mаddələrlə zəngin olduğundаn
insаn orqаnizminin sinir sistеminə təsir еdərək qidаnın həzmini
sürətləndirir. Bеlə mаddələr çаyın və qəһvənin tərkibində
kofеyin, kаkаodа tеobromin, istiotdа pipеrin, ədviyyədə еfir
yаğı və sаir.
Ümumiyyətlə, rеspublikаmızın və dünyа аlimləri tədqiqаt
nəticəsində birgə rəyə gəlmişlər ki, yеyinti məһsullаrının kim-
yəvi tərkibini öyrənmədən, onlаrın keyfiyyətli istеһsаl еdilməsi
və sахlаnmаsının düzgün təşkili mümkün dеyildir. Bunа görə
də yеyinti məһsullаrının kimyəvi tərkibinin öyrənilməsinin
еlmi və təcrübi əһəmiyyəti böyükdür.
Ərzaq malları estetik хаssələrinə görə insаnın еstetik
tələblərini ödəyir. Ərzаq mаllаrının еstеtik göstəricilərinin qiy-
mətləndirilməsinin əsаs mеtodu еkspеrt metodudur.
Еkspеrtizə fənni bir sırа fənlərlə əlаqədаrdır. Belə ki,
еkspertizə kimyа, biokimyа, mikrobiologiyа, fizikа, fiziologiyа
və digər fənlərlə sıх əlаqədаrdır. Еkspеrtizə fənni məhsullаrın
хаssələrini bilmək, onlаrın keyfiyyətini təyin etmək, hər şеydən
əvvəl həmin elmlərin qanunları, təhlil üsullаrı və sаiri ilə
əlaqədardır.
Yеyinti məһsullаrı qеyri əlvеrişli şərаitdə sахlаnılıqdа və
yа dаşındıqdа onlаrın tərkibindəki üzvi mаddələrin pаrçа-
lаnmаsı nəticəsində kəskin хoşа gəlməyən iy vеrən mаddələr-
аmmonyak, kükürd qаzı, indol, skаtol, mеrаptаnlаr, üçucu tur-
şulаr və sаir аlınır. Tərkibində bеlə pаrçаlаnmа gеtmiş yеyinti
məһsullаrı qidа üçün yаrаmır.
226
Son illərdə yeyinti məһsullarınа ətir və dаd vermək üçün
süni surətdə müхtəlif ətirli mаddələr аlınmışdır.
Ərzaq məhsullarının qidаlılığı kimyəvi tərkibindən,
bioloji və fiziki хаssələrindən çoх аsılıdır. Yеyinti məһsullаrı
zərərsiz olmаqlа yахşı həzmə gеtmək, orqаnizmə еnеrji vеrmək
və sаir хüsusiyyətlərinə mаlik olmalıdır.
Ərzaq məһsullarının zərərsizliyini onlаrın tərkibində zə-
hərli kimyəvi və bioloji mаddələrin olmаsı, insan üçün pаtogеn
mikrob və invаziyаlаrın olmаmаsını təyin edir. Yeyiti məh-
sullаrındа təbii zəһərli mаddələr, еləҹə də onlаrın хаrici müһi-
tindən kimyəvi və bioloji zəһərli mаddələr düşməməlidir, məһ-
sullаr istər istеһsаl еdilərəkən, istərsə də sахlаnılаrkən хаrici
müһitin təsiri ilə onlаrın tərkibində zəһərli mаddələr əmələ
gəlməsi və onlаrın tərkibinə bu zəһərli mаddələr düşməmə-
lidir. Yеyinti məhsullаrındа kənаr dаd, iy, konsistеnsiyа, rəng
olmаsınа yol vеrilmir.
Ərzaq məһsullаrının һəzmə gеtməsi onlаrın tərkibindəki
mаddələrin həzmə getməsi, əmsаlındаn аsılıdır. Bu əmsal məһ-
sulun tərkibində çətin һəzmə gеdən mаddələrin miqdаrındаn,
tərkib mаddələrinin sudа һəll olmаsındа mədə bаğırsаq fеr-
mentlərinin onlаrı pаrçаlаmа dərəcəsindən və sаirədən аsılıdır.
Məsələn, insаn orqаnizmində çiy zülаlа nisbətən zəif dеnаtur-
lаşmış zülаl yахşı həzm olunur. Еmulsiyа һаlındа olаn yаğ bərk
konsistеnsiyаlı yağа nisbətən аsаn həzmə gеdir.
Uzun illər аpаrılаn təcrübələr nəticəsində müəyyən еdil-
mişdir ki, yеyinti məһsulunun хoşа gələn ətirliliyi və dаdı on-
lаrın yахşı həzmə gеtməsinə səbəb olur. Əgər məһsul köһnə,
quru və bərk olаrsа onlаrın һəzmə gеtməsi üçün mədə-bаğırsаq
fеrmеntləri аz ifrаz olunur və onlаr pis һəzmə gеdirlər. Müх-
təlif yеyinti məһsullаrının yеyilən һissələrinin tərkibi аşаğıdаkı
cədvəldə (2 sаylı cədvəl) vеrilir. 2 sаylı cədvəlin rəqəmlərindən
görünür ki, yеyinti məhsullаrı müхtəlif olduqlаrı kimi onlаrın
tərkibində zülаl, yаğ və kаrboһidrаtın miqdаrı dа müхtəlifdir.
Ərzaq məһsullаrının kimyəvi tərkibi məlum olduqdаn sonrа
227
onlаrın vеrdiyi еnеrjini hеsаblаmаq mümkündür. Cədvəldə gös-
tərilən məһsullаrın еnеrji dəyərliliyi kilokolori ilə ifadə edilir.
Məһsullаrının еnеrji dəyərliliyi yеyinti məһsullаrının qidаlılıq
dəyərinin ən vаcib göstəricilərdən biridir. Bеlə ki, insаn orqа-
nizmi müntəzəm olаrаq öz fəаliyyəti nəticəsində hər gün müəy-
yən qədər еnеrji itirir. Orqаnizmdə bаş vеrən bütün proseslər-
biokimyəvi çеvirmələr, istilik mübаdiləsi və digər həyаti pro-
sеslər еnеrji itkisi nəticəsində bаş vеrir. Yаşlı orqаnizm üçün
gündəlik еnеrji tələbi onun fəaliyyətindən аsılı olаrаq 2000-
5000 kkаloridir. Məlumdur ki, 1q kаrboһidrаt oksidləşərək or-
qаnizmdə 4,8 kkаl, 1 q yаğ 9,3 kkаl, zülаl 4,1 kkаl еnеrji vеrir.
2 sаylı cədvəlin rəqəmlərindən məlum olur ki, ərzaq
məһsullаrının qidа üçün istifаdə еdilən hissələri еyni dеyildir.
Odur ki, onlаrın tərkibində аsılı olаrаq hər 100 q müхtəlif
kаloriliyə mаlikdir. Məsələn, noхudun yeyinti üçün yаrаrlı
hissələrində zülаl 23,4%, yаq 2,4%, kаrboһidrаt 53,1% olmаqlа
onun kаlorililiyi 336 kkаl-а bərаbərdir. Kаlorililiyin bu hеsаb-
lаnmаsı yеyinti məһsullаrının nəzəri kаlorililiyidir, çünki müх-
təlif yеyinti məһsullаrındа olаn mаddələr еyni dərəcədə həzmə
gеtmirlər.
Lаnqа və Tomаsın məlumаtlаrınа görə südün zülаllаrı 92-
100%, yumurtаnınkı 94%, ətinki 67-100%, bаlığınkı 71-79%,
qаrğıdаlınınkı 25-54%, buğdа ununku 40%, pахlаlı dənlərininki
38-56% һəzmə gedirlər.
Cədvəl 2.
Müхtəlif ərzaq məhsullarının kimyəvi tərkibi (%-lə)
Məhsullar Məhsulların
xarakterizəsi
Yeyinti məhsullarının kimyəvi
tərkibi
zülal yağlar korbohidratlar
Noхud 23,4 2,4 53,1
Buğdа unu kəpəkli 11,8 1,5 69,1
Buğdа unu II sort 11,5 1,4 71,3
Vələmir unu ələkdən
keçirilmiş
8.9 1.2 74,6
Buğdа unu - 7,0 1,6 45,1
228
çörəyi
Vələmir unu
çörəyi
- 6,2 1,3 46,3
Qırmızı kələm 2,5 - 4,0
Xiyar 0,8 - 3,0
Kаrtof 2,0 - 21,0
Pomidor 0,6 - 4,2
Üzüm 0,4 - 16,5
Аrmud 0,4 - 10,7
Аlmа 0,4 - 11,3
Хirnik 0,5 - 15,9
Bаl təbii 0,4 - 81,3
Əridilmiş
qаrаmаl piyi
əla sort - 99,8 -
Duzlanmış
kərə yağı
əla sort 0,5 83,0 0,5
Günəbахаn
yаğı
sаflаşdırılmış - 99,8 -
Pаmbıq yаğı sаflаşdırılmış - 99,8 -
Mətbəх yаğı - 99,5 -
İnək südü təbii 3,3 3,7 4,7
Хаmа əlа sort 2,5 30,0 2,5
Kəsmik 20%-li yаğlılıqlа 13,2 20,0 2,4
Kəsmik yаğsız 16,1 0,5 2,8
Hollаndiyа
pendiri
50%-li yаğlılıqlа 20,0 29,0 2,0
Sovet pеndiri 50%-li yаğlılıqlа 21,4 30,3 2,5
Qoyun əti 1 kаteqoriyа 17,7 18,2 -
Qаrаmаl əti “-------------” 22,5 4,1 -
Dil qoyun 12,6 16,1 -
Həvəskаr
kolbаsа
bişmiş 13,7 27,9 -
Krаkov
kolbаsаsı
yаrım һisə
verilmiş
15,9 35,3 -
Yumurtа toyuq 12,5 12,0 0,5
Kürü nərə bаlığı 26,7 15,8 -
Bölkə bаlığı 16,9 7,0 -
Sıf bаlığı 19,0 0,8 -
Хəzər kilkəsi 15,1 5,1 -
229
Qidа institutunun tərtib еtdiyi qidа rаsionundа gün ərzin-
də аşаğıdаkı miqdаrdа məhsullаr məsləһət görülür: çörək məһ-
sullаrı – 300 q, kаrtof 265 q, tərəvəz və bostаn məhsullаrı – 400
q, təzə mеyvələr - 260q, qurudulmuş meyvələr – 10 q, şəkər –
100 q, bitki yаğlаrı – 20 q, ət və ət məhsullаrı 205 q, bаlıq və
bаlıq məhsullаrı – 50 q, piy – 5 q, hеyvаn yаğı – 15 q, kəsmik –
20 q, qаymаq – 18 q, pеndir – 18 qr, süd və yа süd məһsullаrı –
1188 q, yumurtа – 40 q.
Göstərilən məһsullаrı 3000 kkаl еnerji vеrir və burаdа
zülаl, yаğ və kаrboһidrаtlаr optimаl münаsibətdə götürülmüş-
dür.
İnsаnın qidаlаnmаsındа göstərilən məhsullаr ilə yаnаşı
еləcədə təmli mаllаrın, yəni çаy, kofе, kаkаo, müхtəlif turşulаr
(optimаl miqdаrdа) və sаir qidа məһsullаrının həzminə, insаnın
ümumi fizioloji vəziyyətinə təsir еdərək bаşqа mаddələrin də
yахşı həzmə gеtməsinə səbəb olurlаr.
Ərzaq məhsullarınan istеһsаlı və müхtəlifliyi gənc res-
publikаmızdа аrtdıqcа, qidа rаssionlаrındа ət, süd və onların
еmаlı məһsullаrının хüsusi kütləsi intеnsiv аrtаcаqdır. Bunun
əvəzində çörək və kаrtofun miqdаrı аzаlаcаqdır.
Torpaq və istehsal resurslarının məhdut olması, inflya-
siya, əsas və dövriyyə vəsaitlərinin qiymətinin daim qalxması
kəndli ailə təsərrüfatlarını ilk növbədə keyfiyyətli məhsul isteh-
sal etməklə daxili və xarici bazarda üstün yer tutmaq və isteh-
salın səmərəliliyini yüksəltməyə sövq edir. Dövlət dəstəyinə
əsaslanan bu inovasiya yönümlü inkişaf ilk növbədə özünü
daha məhsuldar taxıl, kartof və digər bitki toxumlarının ölkəyə
gətirilməsi, rayonlaşdırılması və toxumçuluğun inkişafı ilə
əlaqədardır.
İnnovasiya prosesi kənd təsərrüfatının inkişaf konsep-
siyasına uyğun olaraq yerli az məhsuldar mal-qaranın sayının
azaldılması və yüksək məhsuldar cins heyvandarlığın inkişaf
etdirilməsi, bunun üçün dövlət vəsaiti hesabına xaricdən cins
mallarin gətirilərək təsərrüfatlara dəyərindən 50% aşağı gü-
230
zəştli qiyymətlərlə satılması da innovasiya texnologiyalarına
rəğbətin artmasını göstərir. Son illərdə Hollandiyadan gəti-
rilmiş cins inəklər Zaqatala, Şəki, Lənkəran və digər rayonlarda
məskunlaşdırılmışdır. Praktiki olaraq bu inəklər yerli şəraitə tez
uyğunlaşmış və yerli inəklərlə müqaisədə 8-10 dəfə çox süd
verir.
Belə innovasiya texnologiyalar süd emalı, meyvə şirəsi
istehsalı, bitki yağları istehsalı, şəkər istehsalı, meyvə və tərə-
vəz istehsalında və uzun müddət saxlanmasında da geniş
yayılır. Ölkəmizə xaricdən ixracı olunan “Sandora” markalı
şirə, əsasən Afrika ölkələrindən gətirilmiş apelsin, ananas, man-
darin, banan püresi, şəkərlə konservləşdirilmiş limon şirəsi
kimi xammaldan istehsal olunur. Vitaminlərlə zənginləşdirilmiş
şirə məhsulu Rusiya, Orta Asiya, Qafqaz ölkələrində bazara sa-
hib olmuşdur. Son illərdə yerli iş adamlarının Avstriya, İsveç,
Bolqarıstan və digər ölkələrdən gətirdiyi texnoloji avadanlıqla
işləyən “Gilan Holdinq” – Qəbələ konserv zavodu “Saf MMC”
– Quba, Massalı, Xaçmaz konserv zavodunun yerli xammal
əsasında istehsal etdiyi meyvə şirələri xaricdən gətirilən şirə-
lərlə rəqabətdə öz üstünlüyünü göstərir. İndi bu şirələr ABŞ,
Almaniya, Rusiya, Gürcüstan, Orta Asiya respublikaları və
digər ölkələrə ixrac olunur.
Elmi informasiyalardan məlum olduğu kimi praktiki ola-
raq bütün ölkələrdə keyfiyyətli kənd təsərrüfatı məhsullarından
uşaqlar üçün təbii qida məhsulları istehsalı üçün seçilir,
müxtəlif cəlb edici assortimentdə, forma və rəngarəng qablarda
buraxılmasına üstünlük verilir. Qida məhsullarının keyfiyyəti
insanların, xüsusilə gənc nəslin sağlam böyüməsində, intelek-
tual inkişafinda həll edici rola malikdir. Keyfiyyətli ərzaq məh-
sullaını maddi əsasını, insan həyatının sağlamlığının, əhvalının,
ruhunun, işgüzarlığının ictimai-sosial və ailə həyatında nikbin-
liyinin əsasını təşkil edir.
Öz iqtisadi məzmununa görə keyfiyyət məhsulun rəqabət
qabiliyyətliliyini müəyyən edir. Məhsulun rəqabət qabiliyyəti
231
onun keyfiyyəti, qiyməti, faydalılığı və istehsalçının müəyyən
tələbatının daha dolğun ödəməsi, başqa sözlə desək istehlak-
çının gözlədiyindən daha üstün olması ilə əlaqədardır. Görün-
düyü kimi keyfiyyət, bazar infrastrukturunda məhsulun rəqa-
bətli olması, eyni məhsul bolluğunda istehlakçını cəlb etmə
xassələri ilə xarakterizə olunur. Yeyinti məhsullarının bu xüsu-
siyyətlərindən istifadə edən sahibkarlar onların istehsalını və
satış bazarlarını alıcılarin psixoloji, fizioloji və alıcılıq qabiliy-
yətinə uyğunlaşdırırlar. Məktəb şağirdləri, tələbələr, iş adam-
ları, uzaq yola çıxan sərnişinlər bir qayda olaraq səhər yemə-
yinə vaxt itirməmək üçün yeməkdən imtina edərək quru ərzaq
məhsullarına üstünlük verirlər. İstehlakçıların quru ərzaq məh-
sullarına olan bu münasibəti çox sayli müxtəlif adda konditer
məmulatları, bulka, smit, qoğal, kartof qurusu, dönər, qam-
burqi, qarğıdalı çöpləri, çudo peçkanın onlarca adda qida məh-
sulları yaranır. Gündə on tonlarla bu kimi yeni qida məhsulları
müxtəlif şirə, fanta, koka-kola, ayran və digər içkilərlə istehlak
olunur. Hazırda tam müxtəlif adda və keyfiyyətdə quru səhər
yeməklərinin Avropa ölkələri, Türkiyə, Rusiya, Ukrayna və
digər ölkələrdən ixrac olunması göstərir ki, həmin ölkələrdə
göstərilən məhsuların yeni istehsal sənayesi innovasiya texnika
və texnologiyası, dövlət keyfiyyət standartları yaranmışdır.
İndi sağlam və fiziki cəhətdən inkişaf etmiş gələcək inte-
lektual nəslin formalaşması üçün sağlam və təhlükəsiz ərzaq
məhsullarının istehsalı və ölkənin ərzaq təhlükəsizliyinin qo-
runması dünyavi miqyas almış prioritetlərdəndir.
Əgər bir vaxtlar kosmonavtlar, təyyarəçilər, hərbiçilər
üçün xüsusi reseplərlə ekoloji təmiz qida məhsulları hazırla-
nırdısa, indi uşaqların, idmançıların, ağır və zehni işlə məşğul
olan insanların qidalanmasına çox diqqət verilir. İstehlakçıların
artan yeni tələbləri kənd təsərrüfatı məhsulları istehsalçıların
qarşısında ənənəvi məhsul istehsalının keyfiyyətinin yüksəl-
dilməsini tələb edir.
232
Respublikanın iri şəhərlərində müxtəlif adda və assor-
timentdə quru, səhər yeməkləri hazırlanıb satılsada, xaricidən
(Türkiyə, Almaniya, İran, Ukrayna, Rusiya, İsveçrə, Daniya,
Polşa, Finlandiya, Litva və s.) ölkəmizə gətirilən quru qida
assortimentləri keks, biskivit və s. məhsullar istehsalçının təklif
etdiyi qiymətlə satılır.
Xaricdən ixrac olunan bir sıra quru ərzaq növlərinin,
meyvə şirəsinin əvəz edən içkilərin, tam natural kənd təsərrüfatı
məhsullarından hazırlanmasına şübhə ilə baxanlarda vardır. Bu
şübhələr həmin ölkələrdə iri həcmdə istehsal olunan məhsulla-
rının istehsalı üçün lazım olan qədər təbii meyvənin olmasına
şübhə ilə əlaqədardır.
Ölkəmizdə istehsal olunan təbii süd, xama, şəkər, zeytun
yağı, soya əsasında həmin ərzaq məhsulları istehsal olunarsa
daxili bazarda xarici məhsullara rəqabət aparar. Məlumdur ki,
süd və süd məhsullarının, zeytun yağının, soyanın tərkibi tam
həll olunan zulallarla, yağlar, mineral maddələr, bioloji aktiv
mikroelementlər, vitaminlərlə zəngindir və insanın sağlam
həyatı tərzi üçün vacibdir. Hazırda ölkə iqtisadiyyatında turizm
infrastrukturu süətlə inkişaf etməkdədir. İqtisadiyyatın bu yeni
sahəsinin tələblərinə uyğun olaraq ölkədə aqroturizmin, yəni
turist kontingentinin zövqünü oxşayan daha keyfiyyətli milli
aqrar ərzaq məhsullarının istehsalına ehtiyac yaranır.
Müasir informasiya bolluğunun fiziki və əqli təziqin tə-
ləblərinə uyğun keyfiyyətdə ərzaq istehsalı üçün qeyri ənənəvi
texnoloğiyalar da işlənir və istehsala tətbiq olunmaqdadır. İnno-
vasiya texnologiyaları baxımından aqrar sahədə inqilab yarada
biləcək zülallar, yağlar asan mənimsənilən mineral maddələr,
seçilmiş vitaminlərlə zənginləşdirilmiş qida məhsullarının as-
sortiment kompleksini yaratmaq qenmühəndisləri, biotexno-
loqların gündəlik işinə çevrilməkdədir. Qenetik olaraq mo-
dernləşdirilmiş kənd təsərrüfatı bitkiləri ziyanvericilərə, xəs-
təliyə qarşı davamlıdır, məhsuldarlağı yüksəkdir, uzun müddət
saxlamaq olur.
233
Dünya ölkələrində 50-dən çox kənd təsərrüfatı bitkisi mo-
dernləşdirilmiş, sınaqdan keçirilmiş və istehsala buraxılmışdır.
Alma, pomidor, balqabaq, xiyar, salat bitkiləri, soya, buğda,
düyü, günəbaxan, tütün, pambıq və s. Qenetik modernləş-
dirilmiş bitkilərin məhsuldarlığı və qidalılıq keyfiyyəti öz sələf-
lərindən çox yüksəkdir. Hazırda 100-dən çox bitki üzərində bu
iş aparılır, 130 ölkədə qenetik modernləşdirilmiş məhsuldan
ərzaq istehsal edilir və satışa buraxılır.
Sənaye, tikinti və digər sahələrlə müqaisədə infrastruktur
obyektləri, kənd təsərrüfatı məhsullarının istehsal və emal səna-
yesinin innovasiya texnologiyaları əsasında inkişaf etməsində
olan geriliyin başlıca səbəbi aqrar sahənin özündə aqrobiznesin
zəif inkişafı, kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin
istehsaldan kənarda formalaşması sayəsində iqtisadiyyatın bu
real sektorunun mənfəət səviyyəsinin aşağı olmasıdır.
Ölkəmizdə aqrobiznes sahibkarlığı sürətlə inkişaf etmək-
dədir. Təsərrüfat rəhbərlərinin, fermerlərin, professional hazır-
lığı və intellektual səviyyəsi sovet dövrünün texnologiyaları
səviyyəsində formalaşmışdır. Bu boşluğu aradan qaldırmaq
üçün respublikanın bütün ali və orta ixtisas təhsil ocaqlarında
innovasiya istehsal yönümlü ixtisasların mənimsənilməsinə üs-
tünlük verilir. Hazırda ildə 700 nəfərdən çox tələbə xarici insti-
tutlarda təhsil alır. Elmi-texniki yeniliklər, maliyyə, istehsal
əlaqələri və sair yeniliklər haqqında informasiya, maarifləndir-
mə sistemini artırmaq olar. Məsələn, Avropa ittifaqı ölkələrin
fermerləri internetin innovasiya texnologiyaları saytından onu
maraqlandıran məlumatı asanlıqla əldə edə bilir.
Nəhayət, son 70 ildə kənd təsərrüfatı istehsalının və ma-
liyyə təsərrüfat infrastrukturunun yuxarıda planlaşdırılması ona
uyğun olaraq maddi-texniki vəsaitlərlə mərkəzləşdirilmiş
qaydada təmin olunması insanların şüurunda möhkəm yer
tutmuşdur. Bu fakdır və onun nəticələrini biz hələ bir neçə illər
hiss edəcəyik. Odur ki, dünyanın inkişaf etmiş ölkələrində və
234
bizim öz təcrübəmizdən aydın olduğu kimi innovasiya texnolo-
giyalarının tətbiqinə dövlət qayğısı göstərilir.
2004-2013-cü illərdə nəzərdə tutulmuş Regionların sosial-
iqtisadi inkişaf Dövlət Proqramına əsasən innovasiya texnolo-
giyaları əsasında çox iş görülmüşdür. O cümlədən, Dövlət dəs-
təyi ilə xarici texnika və texnologiyalar əsasında emal sənayesi
modernləşdirilməsi daxili və xarici bazara yeni məhsullar çı-
xarılır, əvvəlki illərdən fərqli olaraq aqrar təsərrüfatlarda ərzaq
emal sənayesində daha keyfiyyətli məhsulun istehsalına önəm
verilir, məhsulun çeşidlənməsi, qablaşdırılması və saxlan-
masına diqqət artırılır.
Dövlət keyfiyyətli kənd təsərrüfatı məhsulu istehsalı
siyasətini həyata keçirmək üçün münbit şəraiti təmin edir.
- Bazar infrastrukturunda eyni məhsulun bolluğu şərai-
tində inhisardan azad rəqabət mühiti yaradılır.
- Təklif olunan məhsulların keyfiyyəti dövlət nəzarəti ilə
keyfiyyətin idarə olunması təmin olunur.
- İstehsal mühitinin ekoloji şəraitinin sağlam olması
üçün investisiya qoyluşunu artırır.
- İnnovasiya texnologiyaları əsasında mineral və ener-
qetika resursları artırılır.
235
VIII FƏSİL. AQRAR İSTEHSAL VƏ ƏTRAF MÜHİTİN
MÜHAFİZƏSİ. EKOLOJİ CƏHƏTDƏN TƏMİZ
MƏHSUL İSTEHSALI
1. Ətraf mühitin mühafizəsi anlayışı
2. Torpağın çirklənmə mənbələri və onun aradan
qaldırılması yolları
3. Torpağın külək, su eroziyası və onun aqrar istehsala
təsiri
4. Suvarmanın ekoloji problemləri
5. Aqrar sferada səhralaşma və ətraf mühitin mühafizəsi
problemləri
6. Aqrar sferada ekoloji cəhətdən təmiz məhsul istehsalı
1. Ətraf mühitin mühafizəsi anlayışı
Ətraf mühitin mühafizəsi məsələsi aqrar sahə üçün daha
mühümdür. Çünki burada istehsal bilavasitə ətraf mühit ilə bağ-
lıdır. Elmi texniki tərəqqinin sürətlənməsi təbiətlə kənd təsər-
rüfatı arasında qarşılıqlı əlaqəni dərinləşdirməklə yanaşı aqrar
bölmədə istehsalın ətraf mühitə təsirini gücləndirir. Bu özünü
müxtəlif istiqamətdə biruzə verir. Torpaqdan istifadənin inten-
sivliyin artması bir tərəfdən torpaq əmələgəlmə prosesini pozur,
digər tərəfdən torpaqların külək, su eroziyasına məruz qal-
masına şərait yaradır. Hazırda respublikada torpaq sahələrinin
80-85%-ə qədəri bu və ya digər formada eroziyaya uğramışdır.
Külək və su eroziyası qazıntı işləri aparıldıqdan sonra torpaq-
ların rekultivasiya olunmaması kənd təsərrüfatına hər il bir neçə
milyard ABŞ dolları həcmində ziyan vurur. Belə torpaqların
müəyyən hissəsi tədriclə öz keyfiyyətini itirərək əkin döv-
riyyəsindən çıxmaq həddinədək korlana bilir. Odur ki, ətraf
mühitin mühafizəsi insanların təsərrüfat fəaliyyətində ekoloji
təhlükəsizliyi təmin edən, təbii resursların, xüsusilə torpaqdan,
236
su və meşələrdən istifadəyə və onun çirklənməsinin qarşısını
almağa yönəldilmiş tədbirləri özündə birləşdirən sahədir.
Müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları istehsalının
artırılması yalnız bioloji potensialdan tam istifadə etməklə
əkinçilik sisteminin ekoloji təminatını elmi cəhətdən əsaslan-
dırmaqla mümkündür. Əkinçilik sisteminin ekoloji cəhətdən
əsaslandırılması dedikdə hər bir təsərrüfatın yerləşdiyi ərazinin
torpaq iqlim xüsusiyyətini əks etdirən aqroiqlim rejiminə və
təbii şəraitinə uyğun gələ bilən əkinçilik sisteminin tətbiqi
nəzərdə tutulur. Başqa sözlə, bu proses təsərrüfatın ekoloji şə-
raiti nəzərə almaqla idarə edilməsi deməkdir. Son vaxtlara qə-
dər aqrar sahənin idarə olunması sistemini işləyib hazırlayarkən
ekoloji amillərə məhəl qoyulmurdu. Ayrı-ayrı sahələrin inkişa-
fına üstünlük verməklə əsas diqqət kənd təsərrüfatı məhsul-
larının istehsal parametrlərinin üzərində cəmləşdirilirdi. Məsə-
lən, kənd təsərrüfatının ixtisaslaşması, iqtisadi səmərəni təmin
edən amillər kimi qiymətləndirilirdi; lakin ixtisaslaşma ekoloji
tarazlıq baxımından optimal həddi aşdıqdan sonra ətraf mühitin
tarazlığının pozulmasına səbəb olması nəzərə alınmırdı. Tor-
paqdan, sudan, meşədən, bitki örtüyü və heyvanat aləmindən
istifadə həddi bir növ yaddan çıxarılmışdır. Lakin kənd təsər-
rüfatı istehsalında bu və ya digər tədbirləri görərkən müəyyən
hədləri gözləmək, yəni ekoloji təminat yaratmaq zəruridir. Be-
ləki, kənd təsərrüfatı istehsalı müəyyən mənada ekoloji amil-
lərdən asılıdır. Lakin ona təsir göstərmək, bu amilləri aradan
qaldırmaq, zəiflətmək olar. İnsanlar öz təsərrüfat fəaliyyətində
təbii ehtiyatların formalaşması, ətraf mühitin təmizlənməsi və s.
üzrə tədbirlər görmək ekoloji cəhətdən sağlam mühit yaratmaq
vasitəsilə istehsal proseslərinin sürətlənməsinə təbiət amilləri
vasitəsilə də təsir göstərirlər. Ümumiyyətlə insanların fəaliyyət
prosesində ekoloji amillərlə qarşılıqlı əlaqəyə girməsi artıq
müasir cəmiyyətin tələbatına çevrilmiş ekoloji-iqtisadi sistemi
formalaşdırır. Odur ki, təbiətdən istifadə edilməsinin və ətraf
mühitin mühafizəsinin idarə olunması bəşər cəmiyyəti
237
qarşısında duran başlıca vəzifədir. Lakin, bu məsələnin qoyu-
luşu və həlli kompleks qiymətləndirilmədikdə heç bir nəticə
vermir, bəzən hətta o, daha kəskin ekoloji təzadların törəməsinə
səbəb olur. "İnsan-cəmiyyət-istehsal-təbiət" kimi mürəkkəb
sxem təsərrüfat, rayon, respublika və dünya miqyasında həll
olunmalıdır. Deyilənləri ümumiləşdirməklə belə bir nəticəyə
gəlmək olar ki, müasir təsərrüfatçılıq sistemi şəraitində təbii re-
surslardan istifadə etdikdə prosesə iqtisadi səmərəlilik baxı-
mından qiymət verməklə yanaşı, onun ekoloji cəhətdən müm-
künlüyünü də aydınlaşdırmaq lazımdır.
Bəşər cəmiyyəti təbiətlə qarşılıqlı əlaqəyə girərək ondan
öz tələbatını ödəmək üçün istifadə edir. Cəmiyyət inkişaf
etdikcə bu proses sürətlənir. Müəyyən tarixi şəraitə qədər təbiət
insanlar tərəfindən istifadə olunan sərvətlərini təbii yolla bərpa
edərək özündə tarazlıq yarada bilir. Lakin elmi-texniki tərəqqi
sürətləndikcə insanlar yeni, daha mükəmməl əmək alətlərini
tətbiqi ilə təbiətdən öz istədikləri kimi daha çox istifadə etməyə
başlayırlar. Bu zaman təbiət ona vurulan yaranı artıq sağalda
bilmir və beləliklə də ətraf mühiti təşkil edən elementlərin
əsrlərlə yaranmış nisbətləri, əlaqələri, tarazlıqları pozulmağa
başlayır. Nəticədə bəşər cəmiyyəti getdikcə daha böyük ekoloji
problemlərlə üzləşməli olur Ona görə də ətraf mühitin qorun-
masını və təbii resurslardan səmərəli istifadə edilməsini elmi
cəhətdən əsaslandırmaq üçün ekologiya bir elm sahəsi kimi
inkişaf etdirilir. Ekologiya, ətraf mühit, onun mühafizəsi və
səmərəli istifadə edilməsi haqqında elmdir. O, təxminən 300
elm sahəsinin nəzəri ümumiləşdirmələrindən istifadə edir. Ha-
zırda əksər elm sahələri insanların artmaqda olan tələbatmı ödə-
mək üçün təbii sərvətlərdən istifadə etmək yollarının axtarıb
tapmaqla məşğuldur. Ekologiya isə təbii sərvətlərdən ümu-
miyyətlə yox, məhdud miqyasda istifadənin elmi əsaslarmı iş-
ləyib hazırlayır. Son illərdə bu elm sahəsinə diqqətin artması
təsadüfi deyildir. XX əsrdə sənaye məhsulu istehsalının həcmi
misli görünməmiş dərəcədə artmışdır. Dünyada son 25-30 ildə
238
işlədilən xammalın miqdarı bəşər cəmiyyətinin bütün tarixi
boyu istifadə edildiyi xammala bərabər olmuşdur. İstehsal vasi-
tələri üzərində xüsusi mülkiyyətin olması təbiətdən istifadəyə
şəxsi mənafe baxımından yanaşılır və beləliklə də ümumxalq
xarakterli təbiət ilə xüsusi mülkiyyət xarakterli istehsal arasında
ziddiyyətlər törədir. Burada hər hansı istehsal obyektlərinin
tikilməsi dövlət nəzarətindən kənarda qalır, ucuz xammal
mənbələri uğrunda mübarizə gərginləşir, faydalı qazıntılardan
hərisliklə istifadə olunur. Bu ziddiyyətlər təbiəti qoruyan tərəf
ilə sahibkarlar arasında hər iki tərəfin mənafeyinə uyğun gələn
vergilər sistemi tətbiq etməklə tənzimlənir.
Aqrar-sənaye kompleksi sisteminə daxil olan aqrar böl-
mədə torpaqdan, su ehtiyatlarından, meşələrdən və digər təbii
resurslardan istifadə edilir. Bundan başqa, aqrosənaye istehsal
prosesində bioloji ehtiyatlardan (bitkilər, heyvanlar, mikro-
orqanizmlər) fəal rol oynayır. Bitkilər, heyvanlar və mikro-
orqanizmlər, torpaq örtüyü, meşə, su ehtiyatları, iqlim amilləri
ilə üzvü əlaqəyə girərək cəmiyyət üçün lazım olan məhsulun
formalaşdığı ekoloji-istehsal sistemi yaradır. Beləliklə bioloji
qanunlar bir tərəfdən təbiətin inkişaf qanunları ilə, digər tərəf-
dən isə iqtisadi qanunlarla rastlaşaraq aqrar-sənaye kompleksi
sisteminin idarə olunmasının bütün səviyyələrində özünü biruzə
verir.
Təbii resurslara ərzaq məhsullarının və sənaye üçün baş-
lıca xammal mənbəyi cəmiyyətin həyat fəaliyyətini təmin edən
əsas şərt kimi baxmaq lazımdır. İnsan cəmiyyəti inkişaf etdikcə
sənaye sahələrinin gücü artırılır, yeni obyektlər tikilir, əkin
dövriyyəsinə yeni torpaqlar cəlb edilir və ya müxtəlif yollarla
torpaqların məhsuldarlığının artırılması üzrə tədbirlər həyata
keçirilir. Beləliklə cəmiyyətin artmaqda olan tələbatı daha çox
təbii resurslardan istifadə etməklə ödəməyə çalışır.
Torpaq və su ehtiyatlarından istifadə prosesində texnoloji
rejimlərə əməl edilməməsi, məsələyə birtərəfli yanaşılması
nəticəsində kənd təsərrüfatında həm nəzərdə tutulandan az
239
məhsul istehsal edilir, həm də ekoloji tarazlıq pozulur. Ona
görə də cəmiyyətlə ətraf mühit arasındakı qarşılıqlı münasi-
bətlərdə optimal variant seçilməli, təbii sərvətlərdən istifadə et-
məklə bərabər, atmosferin, suyun, havanın, torpağın çirklən-
məsinin qarşısını alan kompleks tədbirlər görülməlidir. Əgər
əkin dövriyyəsinə əvvəllərdə istifadəsi mümkün olmayan yeni
torpaqlar cəlb edilirdisə, əvvəlcə həmin torpaqların yaxşılaş-
dırılması üçün elmi cəhətdən əsaslandırılmış meliorasiya işləri
aparılmalıdır ki, ətraf mühitə ziyalı dəyməsin, yəni meşələrin
qırılmasına ehtiyac qalmasın, heyvanat aləmi dağılmasın, qrunt
sularının səviyyəsi qalxmasın.
2. Torpağın çirklənmə mənbələri və onun aradan
qaldırılması yolları
İqtisadiyyatın başqa sahələrində olduğu kimi aqrar sahədə
də istehsal prosesi və insanların həyat fəaliyyəti təbiətlə
bağlıdır. Təbiətin ən çox işlənilən mənası insan cəmiyyətini
əhatə edən aləm və bu aləmə insan münasibətində onun yeri və
rolunu ifadə edir. Təbiətin tərkib elementlərinin hər biri (tor-
paq, meşə, su və s.) ayrılıqda deyil, qarşılıqlı, əlaqəli formada
dəyişir, bir hadisənin baş verməsi digərinin törəməsinə səbəb
olur. Odur ki, aqrar sahədə təbii resurslardan səmərəli istifadə
edilməli, ətraf mühitin çirklənməsinin qarşısı alınmasıdır. Ətraf
mühitin. Xüsusilə torpağın çirklənməsi onun səthinin müxtəlif
təbii, sənaye və məişət tullantıları ilə örtülməsi, torpağa radio-
aktiv elementlərin, mineral gübrələrin, zəhərli kimyəvi maddə-
lərin daxil olması nəticəsində baş verir.
Torpağın mexaniki, fiziki, kimyəvi, bioloji və sanitariya
çirklənmə növləri vardır. Mexaniki çirklənmə dedikdə torpağın
səthinin müxtəlif tullantılarla – inşaat materialları, dəmir, beton
və metal konstruksiya hissələri, qazıntı işləri nəticəsində çıxa-
rılan çuxurlar, məişət tullantıları örtülməsi nəzərdə tutulur.
Mexaniki çirkləşdiricilər uzun müddət torpaq səthində qaldıqda
240
onların korroziyaya aşınması, mikrobioloji və fiziki-kimyəvi
parçalanması nəticəsində torpağın xassəsi dəyişə bilər. Çirklən-
miş torpaqda hava və sudan fərqli olaraq öz-özünə təmizləmə
prosesi getmir. Ona görə də torpağa daxil olan elementlər orada
uzun müddət qalır və torpağın tərkibindəki elementlərlə
reaksiyaya girir və müxtəlif maddələrin əmələ gəlməsinə səbəb
olur. Belə maddələr torpaqdan bitkilərə, bitkilərdən isə hey-
vanlara keçir və ümumi bioloji dövranda iştirak edir. Tullantılar
içərisində bir çox kimyəvi maddələr olur. Bunlarda torpağı
çirklətdirərək həyat üçün təhlükə yaradır. Bu maddələr əsasən
sənaye müəssisələrindən (elektrik stansiyaları, təyyarələr, istilik
qurğuları, fabrik və zavodlar və s.) düşür.
Hazırkı dövrdə müxtəlif metodların geniş istifadəsi nəti-
cəsində yer səthinin “dərinləşməsi” prosesi müşahidə olunur.
Məlumdur ki, dünyada hər il 500 milyon ton metal əridilir,
bunun da 25%-i korroziyaya uğrayır və sürtünmə nəticəsində
toy halına düşür. Bu da torpağın sukeçirmə qabiliyyətinə və
məhsuldarlığın düşməsinə səbəb olur. Torpağın texnoloji
çirklənməsində civə və qurğuşunun müstəsna rolu vardır. Adə-
tən civə kağız sənayesinin tullantılarının tərkibində civə olan
pestisidlərin, soda və xlor istehsalı məhsullarının tərkibində
ətraf mühitə daxil olur. Civənin üzvü birləşmələri, xüsusilə
dimetil – civə daha yüksək toksikoloji xassəyə malikdir. Tə-
biətdə, xüsusilə litosferada civənin konsentrasiyası çox cüzi
olduğu üçün onun torpaqda azacıq toplanması ətraf mühitə
mənfi təsir göstərir.
Qurğuşun və onun birləşmələri torpağın çirklənməsində
mühüm rol oynayır. Dünyada istehsal olunan qurğuşunun
müəyyən hissəsi ətraf mühitə daxil olur. Qurğuşun və onun
birləşmələri ağır olduğu üçün dərhal torpağa çökür. Qurğuşun
benzin və digər yanacaqların tərkibinə antidetonator kimi əlavə
edilir və ona görə də avtomobil nəqliyyatı torpağın çirklənmə-
sinin başlıca mənbə hesab olunur. Bununla yanaşı torpağın
çirklənməsində sink, mis və başqa metalların rolu böyükdür.
241
Müasir kənd təsərrüfatı istehsalının xarakteri torpaqların kim-
yəvi maddələrlə çirklənməsinə səbəb olur. Yəni tarla və plan-
tasiyalara külli miqdarda mineral gübrələr və pestisidlər verilir.
Torpaq tibb, baytarlıq, elmi-tədqiqat idarələrinin kimyəvi
zəhərli maddələri hesabına çirklənir. Torpağın çirklənməsinə
suyun və atmosferin çirklənməsi də təsir edir. Torpağa düşmüş
kimyəvi maddələr torpaq elementləri ilə reaksiyaya girərək
onun quruluşunu və kimyəvi tərkibini pozur, onu yararsız və-
ziyyətə salır, mikrobioloji prosesi zəiflədir. Nəticədə insanların
və heyvanların zəhərlənməsinə, bitkilərin inkişafının dayan-
masına və məhsuldarlığı aşağı düşməsinə səbəb olur. Belə ki,
dünyada dənli bitkilərin məhsulu vasitəsilə ildə 40 mln. tona
qədər, yaxud 1 ha. dənli bitki sahələrindən 63 kq azot aparılır.
Odur ki, torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yük-
səltmək üçün gübrələrdən istifadə etmək lazım gəlir. İntensiv
əkinçilikdə gübrəsiz torpağın münbitliyi elə sonrakı ildə aşağı
düşür. Yerli şəraitdən asılı olaraq adətən azot, fosfor və kalium
gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə
olunur. Qeyd etmək lazımdır ki, dünyanın bütün torpaqlarının
tərkibində 150 mld. ton azot vardır. Hətta ən kasıb torpaq
sayılan cimli-podzol torpaqları tərkibində 20 sm. Şum qatında
hektarda 2-4 ton azot saxlayır.
Qara torpaqda isə bu rəqəm 20-30 tona çatır. Göründüyü
kimi torpaqda artıqlaması ilə azot vardır, lakin torpağa yenə də
azot verilir. Bunun səbəbi müxtəlif azot formaları bitki
tərəfindən kifayət qədər mənimsənilə bilmir. Gübrələrin tərki-
bindən azot ammonium və ya nitrat duzları şəklində olub bitki
tərəfindən daha yaxşı mənimsənilir. Lakin gübrənin davamiy-
yəti uzun müddətli olmur. Sonrakı ildə gübrənin səmərəliliyi ilk
təsirinə nisbətən 20%-ə enir. Uzun illər azot gübrəsinin itməsi
əsasən onun axım vasitəsilə çaylara və yeraltı sulara keçməsinə
izah edilirdi. Su hövzəsinə daxil olan birləşmiş azotun yarıdan
çoxu kənd təsərrüfatı istehsalının payına düşür. Suyun qida
maddələri ilə, ilk növbədə birləşmiş azotla zənginləşməsi,
242
həddən çox yosunların inkişafına səbəb olur, onlar çürüyərək
bakteriya parçalanmaya məruz qalır bu isə oksigen azaldır. Bu-
nun nəticəsində balıqların və başqa su heyvanlarının məhvinə
gətirib çıxarır. Nitratların normadan artıq hissəsi yalnız suda
deyil, həmdə ərzaq və yem bitkilərində toplanır. Öz-özlüyündə
insan və heyvanların sağlamlığına yaranmasında, onlardan
asanlıqla əmələ gələn nitridlər yüksək dərəcədə zəhərli olub
qanda ağır xəstəliklər törədir. Nitridlərdən nitroaminlər əmələ
gələ bilər. Sakin gübrələrdən istifadə torpağın dəyişməsinə
səbəb olur, təbii münbitlik əsasən kimyəvi maddələrə əsaslanan
münbitliklə əvəz olunur, daima artan miqdarda məhsul götür-
mək mümkün olur.
Xarici ölkələrin təcrübəsi göstərir ki, aqrar bölmənin
intensiv inkişafının və istehsalın iqtisadi səmərəliliyinin olun-
masında mineral gübrələrin tətbiqi mühüm rol oynayır. Apa-
rılan araşdırmalar nəticəsində Amerika ölkələri belə bir nə-
ticəyə gəlmişlər ki, kənd təsərrüfatı bitkilərin məhsuldarlığının
artırılmasında mineral gübrələrin tətbiqi başlıca rol oynayır.
Alimlər məhsuldarlığa təsir edən amilləri 100% qəbul etməklə
aşağı olanı xüsusi çəkini almışlar (faizlə):
Havanın yaxşı keçməsi - 15,0
Mineral və üzvü gübrə tətbiqi - 41,0
Hibrid toxumlardan istifadə - 8,0
Suvarmanın tətbiqi - 5,0
Sair amillər - 31,0
Cəmi - 100,0
Aqrar sahədə bitkilərin məhsuldarlığının yüksəldil-
məsində mineral gübrələrin əhəmiyyətini nəzərə alaraq inkişaf
etmiş ölkələri sahə vahidində onun verilmə normasının artı-
rılmasına səy göstərirlər. Lakin gübrələrdən istifadənin müsbət
effekti ilə yanaşı ekoloji problemlərdə yaradır. İçməli suda və
ya ərzaq məhsullunda nitratların konsentrasiyası təyin olunmuş
normadan artıq olduqda insanın sağlamlığı üçün təhlükəlidir.
243
Eyni zamanda nitratların normadan artıq olması ətraf mühiti
çirkləşdirir, ekoloji cəhətdən təmiz məhsul istehsal etməyə
imkan vermir.
Bu sahədə mövcud çatışmamazlıqların aradan qaldırıl-
ması üçün elmi cəhətdən əsaslandırılmış norma və normativlər
nəzərə alınmaqla rayon, ərazi səviyyəsində aqrokimya xidməti
mərkəzinin, onların yerli orqanlarının, xidmət göstərən mütə-
xəssis qurumunun təşkili ətraf mühitin mühafizəsində, torpağın,
suyun çirklənməsinin nisbətən qarşısının alınmasında faydalı
ola bilər (sxem 1).
Sxem 1.
Rayon, ərazi səviyyəsində fəaliyyət göstərə
bilən aqrokimya xidməti mərkəzinin quruluşu
Aqrokimya xidməti mərkəzi
Aqrokimya servis xidməti Aqrokimya servis xidməti
Min
eral
gü
brə
lər
anbar
ı
Zəh
ərli
kim
yəv
i m
add
ələr
anb
arı
Aq
rok
imy
a xid
mət
inin
tex
nik
i v
asit
ələr
i (g
üb
rə
səpən
lər,
çilə
yən
lər)
Aq
rok
imy
a xid
mət
i ü
zrə
mü
təxəs
sisl
ər q
rupu
Bit
ki
mü
haf
izəs
i üzr
ə m
ütə
xəs
sisl
ər q
tupu
Zəh
ərli
kim
yəv
i m
add
ələr
anb
arı
Aq
rok
imy
a xid
mət
inin
tex
nik
i v
asit
ələr
i
Aq
rok
imy
a xid
mət
i ü
zrə
mü
təxəs
sisl
ər q
rupu
Bit
ki
mü
haf
izəs
i üzr
ə m
ütə
xəs
sisl
ər q
tupu
Min
eral
gü
brə
lər
anbar
ı
244
Yaradılması nəzərdə tutulan aqrokimya xidməti mərkəzi-
nin təşkilində ərazi əlaməti nəzərə alınmaqla 2-4 aqrokimya
servis xidməti fəaliyyət göstərə bilər. Böyük taxıl, pambıq,
tərəvəz, əkin sahələrinə, bağ, çay, üzüm plantasiyalarına malik
olan iqtisadi rayonlarda 2-3 aqrokimya servis xidmətinin
yaradılması ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz
məhsul istehsalı baxımından məqsədəuyğun ola bilər.
Aqrokimya xidmətinin tərkibinə daxil olan mineral
gübrələr anbarı təchizat bazası funksiyasını yerinə yetirməklə
özəl müəssisələrin azot, fosfor, kalium gübrələrinə olan tələ-
batını ödəyə bilər.
Zəhərli kimyəvi maddələr anbarı təsərrüfatların xəstəlik
və zərərvericilərə qarşı mübarizə tədbirlərini vaxtında və təh-
lükəsiz həyata keçirilməsi üçün lazımi dərman preparatları ilə
təmin edəcəkdir.
Aqrokimya xidmətinin texniki vasitələr qrupunun əsas
funksiyası aqrotexniki qaydalara müvafiq olaraq torpaqların
keyfiyyət tərkibindən, qidalıq səviyyəsindən asılı olaraq norma-
tiv tələbata uyğun mineral gübrələrin şum altına, bitkilərə veril-
məsini təmin etməkdir. Həmçinin bu qrup xəstəliklərin aradan
qaldırılması, zərərvericilərin məhv edilməsi ilə bağlı funksiyanı
yerinə yetirməlidir.
Aqrokimya xidmətinin tərkibinə daxil olan mütəxəssislər
qrupu, regionda, ərazilərdə, təsərrüfatlarda torpaqların xüsusiy-
yətlərini, şoranlaşma səviyyəsini, eroziyaya uğrama dərəcəsini
nəzərə alaraq hər bir təsərrüfat üçün gübrə normalarının
hazırlanması və tətbiqinə məsuliyyət daşınmasıdır.
Bitki mühafizəsi üzrə yaradılmış qrup xidmət etdikləri
ərazidə baş verən xəstəliklərin aradan qaldırılması, zərərverici-
lərin ocaqlarının vaxtında aşkar edilərək məhv edilməsi
istiqamətində çevik tədbirlər hazırlayaraq həyata keçirməlidir.
Məlum olduğu kimi torpaq mikroorqanizmlərin, müxtəlif
həşəratların və bəzi onurğalıların yaşayış mühitdir. Torpaqda
külli miqdarda bakteriya, göbələk, virus və digər mikroorqa-
245
nizmlər yaşayır. Bunların əksəriyyəti başqa canlılara zərər
yetirmir. Lakin torpaqda müəyyən qədər patogen mikroorqa-
nizmləri helmint süfrələri yumurtaları (bioloji çirklənmə) vardır
ki, bunlar insan və heyvanların müxtəlif xəstəliklərə tutul-
masına səbəb olur. Bu vasitəlik törədicilərindən qarayara, qazu
qanqrena, botulizm, dovşancıq (tetanus) paratif, vəba, yafolaq
və s. törədiciləri vardır. Torpağın şəraitindən aslı olaraq
xəstəlik törədiciləri uzun müddət yaşama qabiliyyətini saxlayır,
torpağın və ətraf mühiti çirkləşdirir. Torpaq, ətraf mühit təbii
hadisələr hesabına da çirklənir. Təbii fəlakət, quraqlıq, çox
soyuq şaxtalı havalar, yanğınlar, fırtına qar və qum hücumu,
buzlaqların hərəkəti, daşqınlar, vulkan püskürmələri, zəlzələlər,
üzvi və mineral maddələrin parçalanması nəticəsində əmələ
gələn çirklənmələrdir. Havanın çox isti keçməsi və atmosfer
çöküntülərinin çox ay olması bitki örtüyünə və heyvanat alə-
minə mənfi təsir edir, torpaq quruyur, hətta bəzən meşə yanğın-
larına səbəb olur. Son illərdə Qazaxıstan, Ukrayna, Volqa boyu,
Qərbi Sibir və s. 87 quraqlıq olmuşdur. Quraqlığın baş vermə-
sində bir qanunauyğunluq müəyyən edilmişdir. Ancaq XVIII
əsrdə 10 dəfə, XIX əsrdə 18 dəfə, XX əsrdə 23 dəfə quraqlıq
olmuşdur. Alimlər belə hesab edirlər ki, quraqlıq insanların
təbiət ilə əlaqədardır. Quraqlığın qarşısını almaq və ya azda
olsa onun təsirini azaltmaq mümkündür. Məsələn suvarma
sistemini tətbiq etmək, sututarlar yaratmaq, su kanalları çək-
mək, meşə zolaqları salmaq yolu ilə quraqlığın, ətraf mühitin,
torpağın çirklənməsinin qarşısını almaq, onu mühafizə etmək
mümkündür.
3. Torpağın külək, su eroziyası və onun
aqrar istehsala təsiri
Torpaq eroziyası təbii giomorfaloji proses olub yer rel-
yefinin əmələ gəlməsində böyük rol oynayır. Təbii su eroziyası
adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu
246
landşaftı zonalarında müşahidə olunur. Dünyada torpağın təbii
su eroziyasının yayılması coğrafi zonalıq qanununa tabedir.
Təbii külək eroziyası əsasən yarımsəhra zonalarda baş verir.
Təbii eroziya prosesi zəif getdiyi üçün müşahidə olunmur, belə
ərazilərdə torpaq əmələgəlmə prosesi nəticəsində torpaq bərpa
olunur.
Eroziya prosesinin əmələ gəlməsinin və inkişafının əsas
səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın təsərrüfat fəa-
liyyəti ilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri
altında istifadə olunması, otlaq və örüşlərin intensiv otarılması,
meşələrin məhv edilməsi, torpağın yamac boyu şumlanması
eroziya prosesinin güclənməsinə səbəb olur.
Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış
və qar suları vasitəsilə yuyunub aparılması, həmçinin külək
tərəfindən sovulub dağılması başa düşülür. Deməli torpaq ero-
ziyasının əsas iki tipi ayrılır – su və külək eroziyası. Su ero-
ziyası da öz növbəsində səthi və xətti (yazdan) eroziyasına
bölünür. Yamaclarda səthi eroziya prosesinin inkişafı nəticə-
sində torpağın münbitliyi aşağı düşür, kənd təsərrüfatı bil-
gilərinin məhsuldarlığı azalır. Məhsulun keyfiyyəti aşağı düşür.
Eroziya prosesi zamanı bəzən torpağın şum qatı tamamilə
yuyulub aparılır. Torpaq eroziyası zamanı torpaqda azot fosfor
və kaliumun mənimsənilən formaları, bir çox mikroelementlər
(yod, mis, sink, kobalt, marqanes, nikel, molibden) də azalır.
Bununla da həm məhsuldarlıq, həm də kənd təsərrüfatı
məhsulunun keyfiyyəti aşağı düşür.
Eroziya zaman yağmurların çox hissəsi yamaclardan axıb
getdiyindən, həm də eroziyaya uğramış torpaqların fiziki xas-
sələri pisləşdiyindən torpaq səthindən buxarlanmaya və
transpasiyaya çox su sərf olunur, bununla da torpaqda quraqlıq
yaranır. Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı
“eroziya quraqlığı” adlandırırlar. Eroziya prosesi intensiv
getdikdə Şırımlar yarğanlar əmələ gələcək kənd təsərrüfat sahə-
lərinin əlverişsiz hala salır, torpağa qulluq işləri çətinləşir.
247
ABŞ-da son 200 il ərzində torpaq örtüyünün 1/3 hissəsi
yuyularaq təbii məhsuldarlıq 10-15% aşağı düşür.
Azərbaycanın elmi-tədqiqat institutlarının məlumatlarına
əsasən respublika ərazisinin 36,4%-i, müxtəlif dərəcədə eroziya
prosesinə məruz qalır. Onun 14,1%-i zəif, 10,7%-i orta və
11,6%-i şiddətli dərəcədə yuyulmuş torpaqlardır. Respub-
likanın ayrı-ayrı rayonlarda təbii şəraitdən və insanın təsərrüfat
fəaliyyətindən aşağı olaraq eroziya prosesi müxtəlif formada və
müxtəlif dərəcədə inkişaf edib. Belə ki, Mil-Qarabağ zonasında
ərazinin 30,8%. Quba-Xaçmaz zonasında 48,2%, Abşeronda
40,3%, Naxçıvan MR-da 70,7%, Şirvanda 27,7%-i, Şəki-
Zaqatala zonasında 55,7% eroziyaya məruz qalıb.
Düzən rayonlarda eroziya prosesi olduqca zəif gedir.
Eroziya hadisəsi su və külək eroziyası şəklində baş verir.
Dağlıq şəraitində su eroziyası daha geniş yayılır. Burada ero-
ziya prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda
meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri
həyata keçirmədən yamacların şumlanması, dağ-çəmən zona-
sında isə çim qatının dağıdılmasıdır.
Respublikada torpaq örtüyünə külək eroziyası da böyük
ziyan vurur. Bu növ eroziya prosesi əsasən Abşeron yarım-
adasında, Qobustanda, Xaçmaz, Şirvan, Giləzi, Qaradağ-Ələt,
dəniz sahillərində, Ceyran çöl, Muğan və Mil düzündə geniş
yayılıb. Bu ərazilərdə külək eroziyası təsərrüfat sahələrinə hər il
olduğu küllü miqdarda ziyan vurur. Nəticədə torpaq qatı qida
maddələrindən məhrum olur, münbitliyini itirir, məhsuldarlığı
dəfələrlə aşağı düşür və ya tamamilə istifadədən çıxır.
Hesablamalar göstərir ki, 2.5 sm qatında çevrilmiş torpaq qatı
hər hektarda 1.5 tona qədər çürüntü, 450-1000 kq azot, 100-200
kq fosfor, 3.5 tona yaxın kalium aparılır. Bununla yanaşı külək
eroziyası nəticəsində bağlar, bostanlar, arxlar, şose və dəmir
yolları, tikililər qum basqınından çox ziyan çəkir. Torpaq
eroziyası ilə mübarizə aparmaq, eroziya yayılan sahələrdə onun
qarşısını almaq, torpaqları eroziyadan qorumaq ümumi dövlət
248
əhəmiyyətli problemdir və təbiətdən səmərəli istifadənin
başlıca vəzifələrindən biridir. Eroziyaya qarşı mübarizə tədbir-
ləri fitomeliorasiya işlərindən, aqrotexniki və hidromeliorasiya
tədbirlərindən ibarətdir.
Hazırda dağ rayonlarında geniş tətbiq olunan fitome-
liorasiya mübarizə tədbirlərindən biri meşə-meliorasiya işləri
sayılır. Bu tədbirlər əkinçilik zonasında tarlaqoruyucu meşə zo-
laqlarının salınması, yolların, kanalların, su hövzələrinin ətra-
fının yaşıllaşdırılmasından ibarətdir. Təcrübələr göstərir ki,
meşə zolaqları dənli bitkilərin məhsuldarlığının 3-4, pambığın
məhsuldarlığının isə 2.5-3 sentnerə qədər artmasına şərait
yaradır, ekoloji cəhətdən təmiz məhsul istehsalına, ətraf
mühitin çirklənməsinin qarşısının alınmasına imkan verir.
Yaylaqlarda torpaq eroziyasından mühafizə olunmaq
üçün otlaq sahələri sistemli mühafizə edilməli, otarma norması
və vahid sahədə otarılan mal-qaranın sayı normadan artıq
olmamalıdır. Bununla yanaşı otlaqlarda eroziyaya qarşı aşağı-
dakı tədbirlər həyata keçirilməlidir:
Mal-qaranı vaxtında yaylaqlara köçürmək, otlaqların
dincə qoyulması, biçənək-otlaq sisteminin genişləndirilməsinin
tətbiq edilməsi, mal-qaranı dövriyyə sistemi ilə otarmaq, alaq
otlarına qarşı mübarizə aparmaq, sahələri daşdan təmizləmək
və s. Bu tədbirlər yerinə yetirilərsə, torpağın yuyulmasının qar-
şısı alınar, bitki örtüyü bərpa olunar və otlaqların məhsuldarlığı
arta bilər, ətraf mühitin mühafizəsi təmin olunar.
4. Suvarmanın ekoloji problemləri
Suvarmanın ekoloji problemləri – yüksək və məhsul əldə
etmək məqsədilə suvarmadan geniş istifadə olunur. Dünyada
suvarılan torpaqların sahəsi 250 milyon hektara çatır. Bu əkin
sahələrinin yalnız 17%-ni təşkil etməsinə baxmayaraq əkin-
çiliyin bütün məhsulunun 1/3-ni təmin edir.
249
Qədim sivilizasiyanın əksəriyyəti suvarılan əkinçiliyə
əsaslanmışdır. Lakin irriqasiya işləri XX əsrdə genişlənərək
dünyada suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxaldı. XX əsrin
əvvəlində dünyada suvarılan torpaqların sahəsi 40 milyon
hektardan az idi. Suvarılan torpaqların intensiv artımı 1950-
1960-cı illərdə baş verdi, sonralar isə azalmağa başladı. Suvar-
manın inkişaf tempinin azalmasına səbəblər aşağıdakılardır:
- yeni layihələrin qiymətinin yüksək, orta hesabla 1
hektara 1000-2000 ABŞ dolları olması;
- su resurslarının qıtlığı;
- əlverişli (münasib) torpaqların qıtlığı;
- şoranlaşma, şorakətləşmə, bataqlılaşma
nəticəsində suvarılan ərazilərin itirilməsi;
- suvarma sistemlərinin deqradasiyası.
Qeyd etmək lazımdır ki, suvarma işləri bəşəriyyət üçün
faydalıdır. Lakin o, hər şeydən əvvəl ekoloji problemlər yara-
dır. Təbii landşaftların aqroekoloji sistemlərə çevrilməsi
ərazinin vəziyyətini və rejimi dərin dəyişikliyə uğradır. Aparıcı
proseslər kökündən dəyişir, quru vilayətlər üçün xarakterik olan
az miqdarda atmosfer yağmurlarının suları əvəzinə tarla çox
miqdarda su qəbul edir. Bunun nəticəsində torpağın əsas su
rejimi, o cümlədən kimyəvi birləşmələrin miqrasiya şəhəraltı,
sonra isə torpağın fiziki xassəsi dəyişir. İrriqasiyanın yüksək
inkişafı zamanı ayrı-ayrı tarlaların və ya suvarma sistemlərinin
dərin ekoloji dəyişikənliyə uğraması ilə yanaşı bu proses eyni
zamanda çay hövzələrini də əhatə edir. təcrübə göstərir ki,
suvarmanın təsiri altında olan bütün ərazilər su hövzəsi,
suvarma sistemi və ya tarlalar deqradasiyaya məruz qalır, ona
görə daim onların davamlılığına yönəldilən tədbirlərin aparıl-
ması və nəzarət tələb olunur. İrriqasiyanın əsas vəzifəsi torpaq
qatında bitkinin inkişafı üçün labüd olan optimal rütubətliyi
saxlamaqdır. Suvarma dünyada əsas su istifadəsi olub bütün
istifadə olunan suyun 80%-i təşkil edir. Əsas problemlərdən
biri istifadə olunan su resurslarının az səmərəli olmasıdır. Tarla
250
və ya suvarma sistemi üçün faydalı təsir əmsalı bitkinin istifadə
etdiyi suyun verilən suya olan nisbətidir. Sudan səmərəsiz
istifadənin bir çox səbəbləri var. Onlardan ən əsası sudan
istifadə qiymətinin onun sosial qiymətindən çox aşağı olma-
sıdır. Bir çox ölkələrdə suvarma üçün istifadə olunan su
pulsuzdur və ya suvarma sistemini saxlamaq üçün sərf olunan
dəyərdən dəfələrlə azdır. Bunun nəticəsində su resursu qorun-
mur və dünyanın bir çox suvarma sistemində sudan hədsiz
istifadə edilir.
Bitki üçün sudan tələb olunan qədər deyil, qeyri mütə-
nasib istifadə olunması əlverişsiz ekoloji problemlər yaradır.
Bunun əsas səbəbi drenajın kifayət qədər faydalı olmaması və
ya yoxluğu şəraitində həddən artıq suyun verilməsi nəticəsində
qrunt sularının səviyyəsinin qalxmasıdır. Bu isə ərazini su
basmasına və ya bataqlılaşmaya səbəb olur. Həmçinin torpaq-
dan yuyulub aşağı qatlara aparılan duzlar qrunt suyunun
tərkibindəki duzlarla birlikdə torpaq profili boyu qalxaraq
əkinçilik üçün olduqca əlverişsiz proses sayılan torpağın təkrar
şoranlaşması baş verir. Təkrar şoranlaşma suvarılan torpaqların
bir hissəsinin itirilməsi deməkdir. Suvarmanın ekoloji
problemləri irriqasiyanın tam dəyərinin uçotunun aparılmasını
tələb edir. Bura yalnız suvarma sisteminin tikilməsinə və
istismarına çəkilən xərclər deyil, həm də ətraf mühitin vəziy-
yətinin pisləşməsinə, ekoloji məsələlərin və sosial-iqtisadi pro-
blemlərin həllinə çəkilən xərclər daxil edilməsidir. İrriqasiyanın
belə tam dəyərini hesablamaq çətin olsa da suvarma sistemi
layihələrinin həqiqi faydalılığını qiymətləndirməyə kömək
edərdi.
Torpağın vəziyyətini dəyişdirən antropogen amillərin və
dünya torpaq sahələrinin istifadəsinin təhlili, yerin canlı
maddələrinin əsasını, sürətlə artan dünya əhalisinin ərzaq
məhsullarının əsas mənbəyi sayılan pedosferin təhlükə qarşı-
sında qaldığını göstərir. Odur ki, suvarma sisteminin yeni daha
səmərəli formalarının tapılmasına və istifadəsinə istiqamət-
251
ləndirilən tədbirlər sistemi işlənilməli və tətbiq edilməlidir. Bu
tədbirlər torpağın, ətraf mühitin mühafizəsini, torpaqların
şoranlaşmasının qarşısının alınmasını, külək, su eroziyasının
kənd təsərrüfatına təsirinin minimuma endirilməsinin əhatəlidir.
Bununla yanaşı torpaqların meliorasiyası sistemində istifadə
olunan açıq drenlərdən qapalı drenlərə keçirilməsi probleminin
həllinə də böyük əhəmiyyət verməlidir. Belə ki, açıq drenlər
dərinliyi 3.0 – 3.5 m və yamac əmsalı 1.0 – 2.0 m olan adi
kanallardan ibrət olur, 25 – 35 m enində əkinə yararlı torpaq
sahəsini itirir, bu da meliorasiya olunmuş sahələrdə torpaq-
lardan istifadə əmsalını azaldır. Açıq drenlərin normal işini
təmin etmək üçün vaxtaşırı lillərdən təmizlənir, buna da xeyli
vəsait sərf olunur. Açıq drenlərdən fərqli olaraq örtülü (qapalı)
drenaj tikilmiş torpaqlarda əkin sahəsinin itkisi olmur. İstismar
müddətində drenajın dərinliyi sabit qalır, drenajın kanal və
yollarında kəsişdiyi yerlərdən əlavə tikintiyə ehtiyac qalmır.
Örtülü drenajın tikintisi prosesində drenaj xəndəyi əks tökmə
torpaqla doldurulur. Drenajüstü torpaq sahəsindən əkin üçün
istifadə olunur. Örtülü drenajın səmərəli işi onu torpaq və
hidrogeoloji şəraitə uyğun layihələndirilməsindən, tikintinin
keyfiyyətindən və istismarından asılıdır. Belə ki, 1928-1931-ci
illərdə Muğan təcrübə meliorativ stansiyasında tikilmiş örtülü
drenaj şəbəkəsi indiyə kimi qüsursuz işləyir. Hazırda respub-
likada fermer və şəxsi təsərrüfatlarda müasir suvarma üsulları
hazırlanmaqda Eroziya və Suvarma Elmi-Tədqiqat İnstitutunun
işləri böyük əhəmiyyət kəsb edir. Bu tədqiqatlar nəticəsində
fermer və şəxsi təsərrüfatlarda açıq şəraitdə və istixanalarda
bitkilərin suvarılması məqsədi ilə mikroyağışyağdırma, impuls-
lokal, zəif yağış yağdırma və impuls yağış yağdırma sistemləri
hazırlanmışdır. Qeyd olunan elmi-tədqiqat mərkəzinin apardığı
tədqiqatlar göstərir ki, respublikada fermer təsərrüfatları üçün
ən əhəmiyyətli üsullardan biri impulslu damcılarla suvarma
sistemidir. Damcılarla suvarma üsulunun üstünlüklərindən biri
suvarma suyunu bitkilərə sutka ərzində tələb etdikləri miqdarda
252
onların kök sisteminə vermək mümkündür. Damcı üsulu tez
suvarma sisteminin başqa suvarma sistemlərdən üstün cəhətləri
aşağıdakılardır:
- dağ yamaclarında yüksək, orta və zəif sukeçirən
torpaqlarda suvarma aparmaq olur;
- bitkilər suya olan tələbata uyğun su ilə təmin edir;
- suvarmanın aparılmasında külək təsir göstərmir;
- suvarma suyu bitkilər arasında bərabər paylanılır;
- torpağın səthi suvarma nəticəsində sıxlaşır;
- qrunt sularının səviyyəsi dəyişməz qalır;
- təkrar şoranlaşmanın qarşısı alınır;
- ekoloji cəhətdən təmiz məhsul istehsalına əlverişli
şərait yaranır;
- ətraf mühitin mühafizəsi təmin olunur.
İmpulslu damcılarla suvarma sistemi suya olan tələbatı
bütün vegetasiya müddətində fasiləsiz olaraq təmin edə bilir,
irriqasiya eroziyası müşahidə olunur, cərgələr arasındakı sahə-
lərdə alaq otların inkişafına şərait yaranır. İmpulslu damcılarla
suvarma sistemi vasitəsi ilə bitkiyə lazım olan miqdarda
gübrələr vasitəsi ilə minerallar çatdırılır. Bu sistemin tətbiqi
ekoloji tarazlığı gözləməklə, sahə vahidindən sabit və daima
artan miqdarda məhsul götürməyə imkan verir.
5. Aqrar sferada səhralaşma və ətraf mühitin
mühafizəsi problemləri
Səhralaşma yerin bioloji potensialının azalması və ya
məhv edilməsi, antropogen fəaliyyət və iqlimin dəyişməsi nəti-
cəsində yerüstü ekosistemlərin tükənməsini nəzərdə tutur. Səh-
ralaşmanı iki formaya ayırırlar: səhralaşmış sahələrin arealının
genişlənməsi və olduğu yerdə səhralaşma prosesinin
dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox surətlə geniş-
lənir: bir dəqiqə ərzində 20 hektar münbit torpaq sahəsi səhraya
çevrilir, il ərzində bu rəqəm 6 mln. hektara çatır. Antropogen
253
səhralar planetimizin 6-7%-ni, yəni Avstraliyanın ¼ hissə-
sindən artıq sahə tutur.
Amerika alimi Q.Dreqni üç amilin (bitki örtüyünün tər-
kibinin dəyişməsi, torpağın eroziyası və şoranlaşması) indika-
torluğu əsasında 4 səhralaşma dərəcəsi ayrılır:
- zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif
pozulması, məhsuldarlığın 10%-dən ay aşağı düşməsi ilə ifadə
olunur;
- orta dərəcədə səhralaşma – mal-qaranın otarılması üçün
qeyri əlverişli şərait yaranır, torpağın eroziyası inkişaf edir,
məhsuldarlıq 10-50% aşağı düşür;
- yüksək dərəcədə səhralaşma – yem bitkiləri, az qiymətli
ot növləri və kollarla əvəz olunur, eroziya nəticəsində torpağın
münbit qatı dağılır, məhsuldarlıq 50%-dən çox aşağı düşür.
Səhralaşmanın bu mərhələsində pozulmuş ərazinin bərpası
yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur;
- çox yüksək dərəcədə səhralaşma – bərpa olunmaz pro-
ses olub, torpağın bərpası mümkün deyil.
Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi,
düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amil-
lərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağmurların orta
illik miqdarı 150-300 mm arasındadır. İqlim yarımsəhra və
quru bozqır yarımtipinə aiddir.
Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciy-
yəvidir. Bu regionda əhalinin artması, ərazidə qaçqın və köç-
künlərin məskunlaşması kənd təsərrüfatı, o cümlədən heyvan-
darlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz və elektrik
enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün
ekstensiv istifadə edilməsi nəticəsində antropogen səhralaşma
prosesi güclənmişdir.
Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə
daha güclü gedir. Tədqiqatlar göstərir ki, torpaq və bitki
örtüyünün səhralaşmanın istiqaməti və intensivliyini yaradan
səbəblər ərazinin ekoloji şəraiti və antropogen amillərin müx-
254
təlifliyi ilə əlaqədardır. Bu baxımdan ərazini aşağıdakı sahələrə
bölmək olar:
1. Kür çayı tuqay meşələrinin deqradasiyası prosesi,
orada olan meşələrin məhv edilməsi, hədsiz mal-qara otarılması
və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə
əlaqədar baş vermişdir.
2. Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səh-
ralaşma prosesini yaradan əsas səbəblər orada drenaj-kollektor
şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. Bu
ərazidə səhralaşma prosesi torpağın şoranlaşması, şorakətləş-
məsi və bataqlaşması istiqamətində gedir.
3. Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki
örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-qara otarıl-
ması, aqrotexniki qaydalara riayət olunmaması ilə əlaqədardır.
Bu ərazidə səhralaşma prosesi bitki örtüyünün deqradasiyası,
səthi və yarğan eroziyası, suvarılma aparılan sahələrdə isə
irriqasiya eroziyası, bəzən şoranlaşma və sürüşmə hadisəsinin
yaranması istiqamətində gedir.
Qeyd edildiyi kimi Şirvanın ovalıq hissəsində səhralaşma
prosesi əsasən suvarma işlərinin aparılması ilə əlaqədardır.
Azərbaycanda səhralaşma prosesinin güclənməsi ətraf mühitə,
torpağın münbitliyinə, məhsul istehsalına bilavasitə təsir
göstərir. Respublikada səhralaşma prosesini yaradan amillər
aşağıdakılardır.
255
Cədvəl 1.
Səhralaşma prosesini yaradan amillər (istiqamətlər; prosesi
yaradan səbəblər; prosesin xüsusiyyətləri).
Səhralaşma prosesinin
istiqaməti
Səhralaşma
prosesini yaradan
səbəblər
Səhralaşma
prosesinin
xüsusiyyətləri
1. Təkrar şorlaşma Drenaj kollektor şə-
bəkəsinin mövcud-
luğu və düzgün ol-
mayan suvarma tex-
nologiyasının tət-
biqi, yüksək mine-
rallaşmış su ilə su-
varma nəticəsində
qrunt sularının sə-
viyyəsinin qalxması
Çətin bərpa olunan
2. Şorakətləşmə Suvarma suyunda və
torpaq əmələgətirən
suxurda natriumlu
duzların çoxluğu
Çətin bərpa olunan
3. Bataqlaşma Kollektor-drenaj şə-
bəkəsinin pozulma-
sı, məcraların qamış
və digər bitkilərlə
örtülməsi, yüksək su
normasının tətbiqi,
su sərfinin nizam-
lanmaması
Çətin bərpa olunan
4. Yamaclarda səthi və
yarğan eroziyası
Aqrotexniki qayda-
lara riayət olunma-
ması, bitki örtüyü-
nün məhv edilməsi,
hədsiz mal-qara ota-
rılması
Bərpa oluna bilən
5.İrriqasiya eroziyası Yamaclarda suvar-
ma texnologiyasının
düzgün tətbiq olun-
maması
Bərpa olunan
6.Torpağın çirklənməsi və
münbitliyinin azalması
Pestisidlərdən düz-
gün istifadə olun-
Bərpa olunan
256
ması, yüksək su nor-
masının tətbiqi, sə-
naye və yaşayış sa-
hələrinin genişləndi-
rilməsi
Respublikada səhralaşmanın qarşısını almaq istiqamə-
tində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə-
uyğundur:
1. Torpaqdan səmərəli istifadə haqqında milli planın
qəbul edilməsi və onun reallaşdırılması.
2. Tez böyüyən quraqlığa davamlı yerli və digər ağac
cinslərindən istifadə edərək meşə əkini proqramının həyata
keçirilməsini tezləşdirmək;
3. Oduncaqdan yanacaq kimi istifadə olunmasını məh-
dudlaşdırmaq. Problem üzrə monitorinq proqramını güclən-
dirmək.
6. Aqrar sferada ekoloji cəhətdən
təmiz məhsul istehsalı
Bazar iqtisadiyyatı şəraitində ətraf mühitin mühafizəsi
təbii resurslardan səmərəli istifadə hesabına məhsul istehsalının
artırılması mühüm əhəmiyyət kəsb edir. Bu bir tərəfdən aqrar
sahənin intensiv inkişafına, ekoloji cəhətdən təmiz, müxtəlif
növ ərzaq məhsulları istehsalının artırılmasına şərait yaradar,
digər tərəfdən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə
imkan verə bilər. Dövlətlərarası iqtisadi əlaqələrin iqtisadi
əlaqələrin genişləndiyi, əmtəə mübadiləsinin geniş vüsət aldığı
hazırkı şəraitdə əhalinin sağlamlığının qorunması, ətraf mü-
hitin, əsas istehsal vasitəsi olan torpağın çirklənməsinin qar-
şısının alınması böyük əhəmiyyət kəsb edir. Odur ki, xaricdən
idxal olunan məhsulların keyfiyyətinə, yerli istehsalı artırmaq
hesabına idxalın məhdudlaşdırılmasına ciddi fikir verilməlidir.
Eyni zamanda aqrar sferada sahibkarlıq fəaliyyəti ilə məşğul
257
olanların, xüsusilə ərzaq məhsulları istehsalçıların fəaliyyəti
tənzimlənməlidir.
Hazırda aqrar sferada fəaliyyət göstərən fermerlər, başqa
özəl qurumlar yüksək gəlir götürmək məqsədilə daha çox
mineral gübrələrdən, zəhərli kimyəvi maddələrdən istifadə edir
və bu yolla istehsalın səviyyəsini yüksəldir. Normadan artıq
azot, fosfor və kalium birləşmələrindən, başqa kimyəvi vasi-
tələrdən istifadə olunması, ətraf mühiti çirkləşdirməklə yanaşı
ekoloji cəhətdən təmiz olmayan məhsulların istehsalına yol
açır, istehlaka daxil olur, əhali arasında müxtəlif xəstəliklərin
yayılmasına səbəb olur.
Statistik məlumatlara görə respublikanın aqrar bölmə-
sində 5 mindən çox müxtəlif növ özəl təsərrüfat formaları
fəaliyyət göstərir ki, bunun da 53,4%-i fərdi sahibkarlar, 45,0%
özəl kənd təsərrüfatı müəssisələrinin payına düşür (2-ci cədvəl).
Cədvəl 2.
Respublikada mövcud olan kənd təsərrüfatı müəssisələri və
fərdi sahibkarların təsərrüfatların dinamikası (ədəd)
İllər Cəmi O cümlədən Fərdi
sahibkarlar
dövlət k/t-ı
müəssisələri
özəl
müəssisələri
sair dövlət
müəssisələri
1990 3014 1803 - 1211 66
1995 2487 1807 315 363 1999
2000 2910 2 2795 514 3670
2005 2506 2 2201 303 2681
2006 2518 2 2242 274 2456
2007 2282 2 2016 264 2488
2008 2310 2 2049 259 2613
Bu təsərrüfatların əksəriyyəti ərzaq və qeyri ərzaq
məhsulları istehsal edir. Lakin nəzarətin olmaması üzündən
onlar istehlakçılarını ekoloji cəhətdən təmiz olmayan məhsul-
larla təmin edirlər. Odur ki, yerlərdə fəaliyyət göstərən kəndli
258
fermer, fərdi, kollektiv təsərrüfatların istehsal imkanlarına,
standarta və biznes planına müvafiq istehsal etdikləri məh-
sulların ekoloji tələblərə cavab verməsinə diqqət yetirilməlidir.
Bununla yanaşı müxtəlif növlü təsərrüfatların kooperasiya
olunaraq inteqrasiya əlaqələrinə girmə ehtimalı, müasir texnika
texnologiyadan istifadə imkanları nəzərə alınmalıdır. Dünya
kənd təsərrüfatı təcrübəsi göstərir ki, əksər inkişaf və inkişaf
etməkdə olan ölkələrdə dövlət xırda təsərrüfatlarla müqayisədə
iri təsərrüfatların, sahibkarların mənafeyini müdafiə siyasəti
yeridir. Bu onunla əlaqədardır ki, iri, yüksək səviyyədə mexa-
nikləşdirilmiş təsərrüfatlarda istehsal sferasını genişləndirmək
standarta və elmi cəhətdən əsaslandırılmış gübrə normalarına
əməl edilir, ətraf mühit daha səmərəli mühafizə olunur, ekoloji
tələblərə cavab verən ərzaq məhsulları istehsalına şərait yaranır.
Hesablamalar göstərir ki, hazırda respublikada istehsal olunan
bitkiçilik məhsullarının 98,9%, heyvandarlıq məhsullarının
99,6%-i özəl müəssisələrin, xüsusilə əhalinin təsərrüfatı və
kəndli (fermer) təsərrüfatlarının payına düşür. Bununla əlaqədar
aşağıdakı cədvələ diqqət yetirək (3-cü cədvəl).
Cədvəl 3
Aqrar sferada əsas istehsal göstəriciləri (min tonla)
Göstəricilər İ l l ə r
1990 1995 2000 2005 2008
Bütün növ təsərrüfat kateqoriyaları üzrə
Taxıl 1413,6 921,5 1540,2 2126,7 2498,3
Kartof 185,2 155,5 469,0 1083,1 1077,1
Tərəvəz 856,2 424,1 780,8 1127,3 1228,3
Bostan məhsulları 67,5 41,9 261,0 363,8 407,9
Üzüm 1196,4 308,7 76,9 79,7 115,8
Meyvə və
giləmeyvə
367,4 334,4 477,0 625,7 712,8
Yaşıl çay yarpağı 30,7 9,4 1,1 0,7 0,32
Ət (kəsilmiş
çəkidə)
175,5 82,0 108,7 149,6 175,7
Süd 970,4 826,5 1031,7 1251,9 1381,6
Yumurta (min 985,3 455,8 542,6 874,6 1101,2
259
ədəd)
Fərdi sahibkarlıq, ailə və ev təsərrüfatları
Taxıl 17,3 33,1 1462,0 2068,1 2411,8
Kartof 129,9 146,8 692,7 1081,4 1075,3
Tərəvəz 376,9 352,3 768,7 1119,1 1214,4
Bostan məhsulları 29,8 25,8 258,4 361,6 402,8
Üzüm 197,1 124,6 72,5 74,8 104,4
Meyvə və
giləmeyvə
291,6 291,6 474,5 622,9 708,5
Yaşıl çay yarpağı - 0,1 1,0 0,7 0,21
Ət (kəsilmiş
çəkidə)
97,6 65,5 107,4 132,8 143,1
Süd 572,0 742,7 1025,6 1243,9 1369,7
Yumurta (min
ədəd)
566,7 428,8 491,7 577,9 583,9
Statistik məlumatlardan göründüyü kimi, respublikada
ərzaq məhsullarının əsas istehsalçıları fərdi sahibkarlar, ailə,
kəndli və ev təsərrüfatları hesab olunur. Belə ki, son illərdə
respublikada istehsal olunan taxılın 97,2%-i, kartofun 99,8%-i,
tərəvəzin 99,2%-i, bostan məhsullarının 99,5%-i, üzümün
93,8%-i, meyvə və giləmeyvə məhsulları istehsalının 99,5%-i,
ət istehsalının (kəsilmiş çəkidə) 88,7%-i, südün 99,3%-i bu
təsərrüfatçılıq formalarının payına düşür. Odur ki, aqrar sferada
fərdi sahibkarlıq, ailə, kəndli və ev təsərrüfatının inkişafına,
ətraf mühitin mühafizəsində, ekoloji cəhətdən təmiz məhsul
istehsalında onların rolu daha da artırılmalıdır. Bununla yanaşı
aqrar sferada kiçik biznesin inkişafı baxımından fərdi sa-
hibkarlıqla məşğul olanların inkişafını təmin etmək məqsədilə
onlara güzəştlərin tətbiq edilməsi və istehsalın tənzimlənməsi
vacib amil kimi ön plana çəkilməlidir. Respublikanın aqrar
bölmələrində ətraf mühitin mühafizəsi və ekoloji cəhətdən
təmiz məhsul istehsalı istiqamətində ona təsir edən amillər
nəzərə alınmalıdır.
Aqrar sferada ekoloji cəhətdən təmiz məhsul istehsalına
təsir edən amillər dedikdə: təbii, texnoloji amillər, bazar
260
amilləri, iqtisadi amillər, təşkilatı amillər, xidmət işlərinin
yaxşılaşdırılması, təsərrüfatlararası qarşılıqlı münasibətlərin
yeni prinsiplər əsasında qurulması üzrə kompleks məsələləri
həlli nəzərdə tutulur.
Aqrar sferada özünəməxsus elə xüsusiyyətləri vardır ki,
aqrotexniki, təşkilatı, iqtisadi, texniki, texnoloji tədbirlərin
yüksək səviyyədə həyata keçirildiyi bir şəraitdə ətraf mühitin
mühafizəsi, ekoloji cəhətdən təmiz məhsul istehsalı təmin
olunmaya bilər. Eyni zamanda sahibkarlığın inkişafı şəraitində
kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarın
zərərli təsirindən lazımı səviyyədə qorunmaması, təminatlı da-
xili bazarın yaradılmaması üzündən məhsul itkisinə yol verilər,
keyfiyyət göstəricisi aşağı düşə bilər, torpağın çirklənməsinə,
keyfiyyətsiz məhsul istehsalına yol verilə bilər. Həmçinin hər
bir regionda torpaqların keyfiyyət göstəricisi, resurs ehtiyatları
ilə təminatı eyni olmur. Qeyd olunan göstəricilər müxtəlif
istehsal şəraitinə malik olan Azərbaycan Respublikasında, onun
ayrı-ayrı ərazilərində kəskin şəkildə dəyişir.
Belə bir şəraitdə mülkiyyət və təsərrüfatçılıq formaların-
dan asılı olmayaraq bütünlükdə kənd təsərrüfatı müəssisələrinə
istehsal-texniki xidmət işlərini yerinə yetirmək, ətraf mühitin
mühafizəsi tədbirlərini həyata keçirmək, ekoloji tarazlığı
qorumaq, eyni qaydada bank, maliyyə, kredit, investisiya
siyasətini həyata keçirmək lazımı səmərə verməz.
Araşdırmalar göstərir ki, hər hansı bir bitkinin əkilib
becərilməsi yüksək və ekoloji cəhətdən nisbətən təmiz məhsul
götürülməsi üçün torpağın münbitliyi, onun quruluşu, su
keçirmə qabiliyyəti, relyef, temperatur, işıq radiasiyası,
suvarma suyu ilə təminat və bununla bağlı başqa amillər
olduqca vacibdir. Təcrübə göstərir ki, pambıq istehsalı Kür-
Araz ovalığının düzən hissəsində, əsasən də günəş
radiasiyasının daha çox müşahidə olunduğu Qarabağ-Mil,
Muğan-Salyan, Şirvan zonasının düzən hissəsində daha çox
məhsul, gəlir götürməyə imkan verir. Çayçılıq başqa region-
261
larla müqayisədə lənkəran-Astara zonasında, üzümçülük
Gəncə-Qazax zonasında, Şirvanın dağlıq hissəsində, Qarabağ-
Mil zonasının nisbətən rütubətli dağətəyi regionlarında, meyvə-
tərəvəz Quba-Xaçmaz, Lənkəran-Astara zonasında tələbatı
ödəyəcək miqdarda, ekoloji tələblərə uyğun, keyfiyyətli məhsul
istehsal etməyə imkan verir. Bu istiqamətdə bitkiçiliyin başqa
sahələrinin, həmçinin heyvandarlıq sahələrinin intensiv inkişaf
məsələləri və ekoloji cəhətdən təmiz məhsul istehsalı öyrə-
nilərkən nəzərə alınmalıdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar
iqtisadiyyatı şəraitində ekoloji cəhətdən təmiz məhsul
istehsalına torpaqdan səmərəli istifadə birbaşa təsir göstərir.
Müəyyən edilmişdir ki, son illərdə respublikada, xüsusilə onun
Aran regionunda torpaqdan səmərəli istifadə olunmaması
üzündən onun 85%-ə qədəri bu ya digər formada eroziyaya
uğramış, təkrar şoranlaşaraq təbii münbitliyini itirmişdir.
Həmçinin külək, su eroziyası və torpaqlardan səmərəli
istifadə nəticəsində 10 min tonlarla qida maddələri itirilmişdir.
Bütün bunlar regionlarda ərzaq və qeyri ərzaq məhsulları isteh-
salına, onun səviyyəsi və keyfiyyətinə mənfi təsir göstərmişdir.
Odur ki, bazar iqtisadiyyatı şəraitində yeni təsərrüfatçılıq for-
maları yaradılarkən, onların istehsal istiqamətləri, parametrləri
müəyyən edilərkən ərazinin təbii-iqlim xüsusiyyətləri, torpaq
şəraiti, tarixən ixtisaslaşma, formalaşmış infrastruktur nəzərə
alınmalıdır. Həmçinin aqrar sahədə ekoloji cəhətdən təmiz
məhsul istehsalının vacib amili kimi torpaq ehtiyatlarından
səmərəli istifadə olunmasına, bu məqsədlə torpaq üzərində
mülkiyyət münasibətlərinin dəyişdirilməsi sahəsində həyata
keçirilən aqrar islahatın ikinci mərhələsinin sürətləndirilməsinə,
yeni torpaq münasibətlərinin formalaşması üçün yaradılmış
bazarın prinsiplərinin təkmilləşdirilməsinə böyük əhəmiyyət
verilməlidir.
Aqrar sahədə ekoloji cəhətdən təmiz məhsul istehsalına
təsir edən amillərdən biridə bazar amilidir. Bu amillər
262
kompleks sisteminə tələb, təklif, qiymət və s. aiddir. Burada
əsas diqqət kənd təsərrüfatı məhsullarına tələbat, əhalinin
sayından, milli tərkibindən asılı olaraq onların normativlər üzrə
qida məhsullarına, emal müəssisələrinin xammala tələbatı,
xarici iqtisadi fəaliyyətlə bağlı dövlətin götürdüyü öhdəliklər,
məhsulların strateji əhəmiyyətinə yetirilir. Hesablamalar gös-
tərir ki, bəzi kənd təsərrüfatı məhsullarına tələbatın çox hissəsi
yerli istehsal ödənilsə də, bəzi məhsullar tələbat idxal hesabına
həyata keçirilir. Bəzi ərzaq və qeyri ərzaq məhsulları istehsalı
səviyyəsini aşağı olması daxili bazarın itirilməsinə, xarici
firmaların yaranmış boşluqları doldurmalarına şərait yarat-
mışdır. Müxtəlif çeşiddə nisbətən ucuz xarici firmaların məh-
sullarının daxili bazarı tutması, qiymət amilinin tənzimləyici və
təsiredici funksiyasını itirmişdir. Odur ki, əksər hallarda
sahibkarlar istehlakçıları vaxtında tapa bilmir, məhsulları maya
dəyərindən aşağı qiymətə satmağa məcbur olurlar. Həmçinin
istehlakçının axtarılması, məhsulların bir yerdən başqa yerə
daşınması itkilərin artmasına, keyfiyyət göstəricinin aşağı
düşməsinə səbəb olur. Odur ki, aqrar sahənin regional
xüsusiyyəti, mövsümi xarakterli olması nəzərə alınmaqla maya
dəyəri ilə qiymət arasındakı nisbət elə tənzimlənməlidir ki,
kənd təsərrüfatı məhsulları istehsalçıların mənafelərinin təmin
olunmasına, istehsalın intensiv inkişafına şərait yaratsın. Bu-
nunla əlaqədar qiymət əmələ gətirən amillər, maya dəyərinin,
xüsusilə material xərclərinin kəskin artması səbəbləri araş-
dırılmalı, istehsala təsir mexanizmi dəqiqləşdirilməlidir. Eyni
zamanda kənd təsərrüfatının ümumi inkişaf səviyyəsi, istehsal
olunan məhsulların tərkibi, keyfiyyəti bazar qiymətlərinin tə-
ləblərinə uyğun olmalıdır. Lakin son illərin təcrübəsi göstərir
ki, bazar münasibətlərinin prinsipləri əsasında fəaliyyət gös-
tərən bir qrup təsərrüfatlar istisna olmaqla əksər müəssisələrdə
təklif olunan məhsullar keyfiyyət göstəricilərinə, əmtəəlik
görkəminə görə tələbatdan aşağı səviyyədədir. Bütün bunlar
263
yeni yaradılmış təsərrüfatların formalaşma prosesini ləngidir,
ekoloji cəhətdən təmiz məhsul istehsalına imkan vermir.
Kənd təsərrüfatı məhsulları istehsalının artımına, məh-
sulların keyfiyyətinə texnolojı amillər mühüm təsir göstərir.
Texnoloji amillər əkinçilik və heyvandarlıq məhsulları
istehsalı prosesində aqrotexniki, texniki əməliyyatların yerinə
yetirilməsi zamanı ortaya çıxır.
Bitkiçilik və heyvandarlıq məhsulları istehsalında inten-
sivləşdirilmənin texnoloji amilləri sisteminə aşağıdakıları aid
etmək olar:
- torpaqdan istifadə səviyyəsi, gübrələr, toxumçuluq, kənd
təsərrüfatı;
- bitkilərinin xəstəlik və ziyanvericilərdən qorunması,
meliorasiya, torpağın becərilməsi, maşın, avadanlıq, istehsalat
binaları;
- mal-qaranın təkrar istehsalı, yemləmə, heyvanların
saxlanması, baytarlıq tədbirləri, maşın və avadanlıq, istehsalat
binaları.
Bu amillərin düzgün tətbiqi kənd təsərrüfatı məhsulları
istehsalının artmasına şərait yarada bilər.
Odur ki, regional xüsusiyyətlərdən, torpaq-iqlim şərai-
tindən asılı olaraq tətbiq olunan texnoloji amillər dəyişə bilər.
Eyni zamanda tətbiq olunan təsərrüfatçılıq formalarından, sa-
hibkarlığın inkişaf səviyyəsindən məhsuldarlıq, əmək məh-
suldarlığı, keyfiyyət göstəricisi, məhsul vahidinin maya dəyəri,
sahə vahidinə düşən ümumi gəlir, istehsal xərcləri, mənfəətin
məbləği dəyişə bilər. Daha doğrusu sadalanan göstəricilərin
aşağı və yuxarı hədləri formalaşar. Bu göstəricilərin dəyişmə-
sindən asılı olaraq kənd təsərrüfatı istehsalının səviyyəsi dəyişə
bilər.
Sahibkarlığın inkişafı şəraitində kənd təsərrüfatında ətraf
mühitin mühafizəsinə, ekoloji cəhətdən təmiz məhsul isteh-
salına təsir edən amillərdən biridə iqtisadi amillər hesab olunur.
İqtisadi amillərə kənd təsərrüfatı sahələrinin inkişafının təmin
264
edilməsi istiqamətində istifadə olunan daxili ehtiyat mənbələri,
resurslar aid edilir. Torpaq resursları, əsas istehsal fondları, su
və enerji mənbələri iqtisadi amillər kompleksi sistemində
mühüm əhəmiyyət kəsb edir. Sahibkarlığın hazırkı inkişafı
mərhələsində bu amillərdən istifadə olunması səviyyəsi yeni
iqtisadi münasibətlərin yaradılmasından, onun formalaşması
mexanizmindən bilavasitə asılıdır. Lakin son illərdə aqrar
bölmədə islahatların gedişinin sürətləndirilməsinə baxmayaraq,
torpaqların münbitliyinin qorunub saxlanması, xəstəlik və
zərərvericilərə qarşı mübarizə, baytarlıq, seleksiya və heyvan-
darlıqda cins işinin, meliorasiya sisteminin yaxşılaşdırılması,
ətraf mühitin mühafizəsi ilə bağlı olan başqa məsələlərə diqqət
zəifləmişdir. Həmçinin kənd təsərrüfatının intensivləşdirilməsi
üçün vacib olan əsas fondların köhnəlməsi sürətlənmiş
müəssisələrin texniki təchizat səviyyəsi aşağı düşmüş, istehsal
prosesində elmi və texniki tərəqqinin nailiyyətlərinin tətbiqi
nisbətən məhdudlaşmışdır. Odur ki, aqrar bölmədə mövcud
vəziyyət nəzərə alınmaqla islahatların gedişi sürətləndirilməli,
torpağın, əmlakın özəlləşdirilməsində buraxılan qüsurların
aradan qaldırılması istiqamətində ciddi iş aparılmalı, kənd
təsərrüfatının hüquqi bazası daha da möhkəmləndirilməlidir.
Bununla yanaşı sahibkarlığın inkişafı, ekoloji cəhətdən təmiz
məhsul istehsalı istiqamətində xarici ölkələrin təcrübəsindən,
xüsusilə dövlətin bu vacib sahənin tərəqqisi üçün həyata
keçirdiyi tədbirlərdən, metodlardan istifadəyə üstünlük verilmə-
lidir. Özəlləşdirilmiş və xüsusi mülkiyyətə verilmiş ərazilərdə
torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarma
şəbəkələrinin yenidən qurulması, mülkədar malikanələrinin
salınması, təsərrüfatların texniki, kimyəvi vasitələrlə təmin
olunmasında dövlət yardımı və dövlət tənzimlənməsi məsə-
lələrinə böyük əhəmiyyət verilməlidir.
265
IX FƏSİL. AQRAR BAZARIN FORMALAŞMASI
İSTİQAMƏTLƏRİ
1. Aqrar bazarın iqtisadi mahiyyəti
2. Aqrar bazarın formalaşmasında dövlətin aqrar
siyasətinin rolu
3. Aqrar bazarın formalaşmasının iqtisadi mexanizmi
4. Aqrar bazarı formalaşdıran istehsal sahələri
5. Aqrar bazarın dövlət tənzimlənməsi
6. Aqrar bazarın qorunması
1. Aqrar bazarın iqtisadi mahiyyəti
Bazar münasibətlərinin formalaşdığı müasir dövrdə bazar,
bazar münasibətləri, onun təkmilləşdirilməsi məsələləri iqtisad
elmində ən çox diqqət mərkəzində duran mübahisə doğuran
məsələlərdən biridir. Bu iqtisadiyyatın yenidən qurulması mər-
hələsində özünü daha qabarıq şəkildə göstərir. Məlum olduğu kimi son illərdə iqtisadi münasibətlərdə
(həm makro, həm də mikro səviyyələrdə) ciddi ziddiyyətlər
mərhələsi yaranmışdır. Bu, iqtisadiyyatın tarazlığını müəyyən
edən iqtisadi amillərin, ən əvvəl bazar amilinin lazımınca
qiymətləndirilməməsi ilə əlaqədardır. Əmək məhsuldarlığının
artımı ilə əməkhaqqı artımının, əmtəə dövriyyəsi ilə pul
yığımının, gəlirlərlə xərclərin, əmtəə kütləsi ilə ilə pul
tədavülünün və s. tarazlaşdırılmaması nəticə etibarilə sırf bazar
ünsürlərinin - tələblə təklifin disproporsiyasında istifadəsini
tapmışdır. Pul tədavülünün ciddi şəkildə pozulması, çox kəskin
əmtəə qıtlığı, inflyasiya təzahürlərinin, tələbin miqyasının güc-
lənməsi, əmək məhsuldarlığını yüksəldən stimulların zəifləməsi
bu meylin birbaşa nəticəsidir. Bazar prosesinin passivliyinin
təzahürü olan bütün bu hallar iqtisadiyyatın sahələrinin,
xüsusilə aqrar sferanın inkişafına mənfi təsir göstərmiş, təkrar
istehsal prosesini xeyli ləngitmişdir. Bazarın tarazlaşdırıl-
266
masına dair yuxarıda göstərilən sırf iqtisadi göstəricilərin
üzərinə mənfi sosial nəticələr də əlavə olunur. Ona görə də ha-
zırda tələblə təklifi tarazlaşdırmaq vasitəsi kimi bazarın öy-
rənməyə doğru kəskin dönüş baş verir, əmtəə-pul müna-
sibətlərinə mütərəqqi baxışlar üstün gəlir. Bazar təsərrüfat tipləri arasında əlaqə forması kimi çıxış
edir. Bununla əlaqədar bazarın aşağıdakı əlamətləri və
meyarlarını göstərmək olar: - təsərrüfat subyektləri, istehsalçılar ilə istehlakçılar
arasında iqtisadi əlaqələrin olması;
- istehsalçılar arasında rəqabətin mövcud olması;
- iqtisadi subyektlər arasında ekvivalent mübadilə əsasın-
da təsərrüfat əlaqələrinin yaranması;
- istehsalın diferensiallaşdırılması hesabına istehsal quru-
luşunun təkmilləşdirilməsi.
Buradan belə bir nəticəyə gəlmək olar ki, bazarın inkişaf
etdirilməsi xeyli dərəcədə subyektlərin miqdarının çoxaldılması
və yeni bazar infrastrukturunun yaradılmasından asılıdır. Bazar
münasibətlərinin inkişaf etdirilməsi bir çox amillərdən asılıdır.
Bu amillər aşağıdakı qruplara ayrılır:
Birinci qrup amillərə aiddir:
- istehsalın iqtisadi metodlarla idarə edilməsinə keçiril-
məsi. Yəni istehsalçılarla istehlakçılar arasında əmtəə-pul
münasibətlərinin imkanlarından geniş istifadə edilməsi;
- sahibkarlıq fəaliyyətinin gücləndirilməsi;
- özünün gəlirlərinə tam sahib olmaq hüququnun təmin
edilməsi;
- sərbəst şəkildə istehsal əlaqələrinin yaradılması;
- bazar institutlarının yaradılması;
- əhalinin geniş təbəqələrinin psixoloji cəhətdən hazır-
lanması.
İkinci qrup amillərə aiddir:
- mülkiyyətin çoxnövlülüyünə və müxtəlif təsərrüfat
formalarına keçməsi;
267
- istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına
iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması;
- kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın
artımının qarşısının alınması;
- istehsal, ticarət, əhaliyə xidmət sahəsində, kredit xid-
mətində inhisarçılığın aradan qaldırılması;
- sərbəst iqtisadi zonaların yaradılması;
- vətəndaşların sosial təminat sisteminin yaradılması və
azad surətdə iqtisadi fəaliyyətə qoşulması üçün şəraitin təmin
edilməsi.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, bazar müna-
sibətləri şəraitində bazar bir sıra funksiyalarını yerinə yetirir:
- istehsalla istehlakın əlaqələndirilməsi funksiyası;
- tənzimetmə funksiyası;
- istehsalın yüksək səmərəliliyinin təmin edilməsi
funksiyası;
- istehsalçılarla istehlakçıların iqtisadi mənafelərinin
əlaqələndirilməsi funksiyası;
- təsərrüfat həyatının demokratikləşdirilməsi və özünü
idarəetmə prinsipinin reallaşdırılması funksiyası.
Bazar münasibətləri şəraitində fəaliyyət göstərən iqtisadi
qanunlar obyektiv xarakterə malik olduqlarına görə istehsal və
istehlak arasında nisbəti özləri tənzim edirlər. Belə ki, əmtəə-
pul münasibətləri şəraitində dəyər qanunu, tələb və təklif
qanununun rolu daha qabarıq şəkildə özünü büruzə verir.
Müasir iqtisadi ədəbiyyatda bazar məfhumunun son
dərəcədə müxtəlif izahı verilmişdir. Bir çox kitablarda və
məqalələrdə bazara verilən tərifə əsasən iqtisadi nəzəriyyə kate-
qoriyası, alqı-satqı prosesinin təşkili forması, mübadilə dairəsi
kimi onun mahiyyətinin şərhindən ibarət olur. Birinci halda
bazar məfhumu əmtəə satışı ilə əlaqədar olan bütün iqtisadi
münasibətlər sistemini əhatə edir. İkinci halda isə ən əvvəl,
əmtəə dövriyyəsini təmin edən və alqı-satqı prosesində
satıcılarla alıcıların münasibətlərini təşkil edən əmtəə təsər-
268
rüfatı kimi bazarın xarakteristikasına əsas diqqət yetirilir.
Bazarı mübadilə dairəsi kimi nəzərdə keçirən tədqiqatçılar
bazarın istehsal ilə bir tərəfdən bölgü, digər tərəfdən isə isteh-
lak arasında əlaqələndirici bir vasitə kimi xüsusiyyətlərinə
diqqəti cəlb edirlər.
Bazar elə bir xüsusi dairə kimi təqdim edilir ki, burada
əmtəə-pul münasibətləri sistemi vasitəsilə məhsullar mübadilə
olunur. Digər qrup ədəbiyyatda təsadüf edilən başqa təriflərdə
yuxarıda göstərilən təriflərin ayrı-ayrı ünsürləri əslində
detallaşdırılır, yaxud birləşdirilir. Demək olmaz ki, göstərilən
təriflər bazarın iqtisadi mahiyyətini təhrif edir. Əslinə qalsa,
onlar bir-birindən konkretləşdirmə və təmayül dərəcəsinə görə
fərqlənir. Belə ki, bazarın iqtisadi münasibətlər dairəsi olması
barədə iqtisadi nəzəriyyənin təsviri ən universal, formaca
abstrakt təsvirdir. Digər tərəfdən bu münasibətlərin məğzi və
forması dəqiqləşdirilir.
Aqrar bölmədə bazarın funksiyalarından və hətta iqtisa-
diyyatda onun daha konkret təzahürlərindən bilavasitə irəli
gələn təriflər də vardır. Məsələn, Abalkinin fikrincə, bazar
təsərrüfat əlaqələrinin müəyyən növünü xarakterizə edən ümu-
miləşdirici məfhumdur. Müəllif məhsulun istehsalçıları ilə
istehlakçıları arasında bölgü münasibətləri olmayan əlaqəni,
təsərrüfat əlaqələri üzrə partnyorların sərbəst seçilməsinin,
istehsalçılar arasında iqtisadi yarış olmasını bazarın fərqlən-
dirici əlaməti hesab edir.
Metodoloji cəhətdən belə münasibət tamamilə məqbuldur.
Yalnız bir vacib şərt vardır ki, o da təzahürün özü kompleks şə-
kildə hərtərəfli şərh edilməlidir. Məfhumların izahı passiv xa-
rakter daşımamalı, ümumən istiqamətləndirici olmalı, yəni
elmin və praktikanın konkret sahələrində tətbiq edilməlidir.
Məsələn, bazarı sırf sosial təzahür də hesab etmək olar.
Sosiologiya elmi mövqeyindən o, adamların, cəmiyyətin sosial
fəaliyyətinin xüsusi bir növü kimi şərh edilir. Aydındır ki, bu
şərh iqtisadiyyat üçün istiqamətləndirici məna daşımır.
269
Klassiklərin əsərlərinin öyrənilməsi belə bir nəticə çıxar-
mağa imkan verir ki, bazar müxtəlif aspektlərdən qiymət-
ləndirilə bilər:
- bazar öz-özlüyündə əmtəə yaradır, əmək prosesinin
məhsulu bu prosesdən əmtəə kimi çıxır və hər dəfə yeni əmtəə
kimi satılmalıdır;
- bazar öz növbəsində mərhələdir, onsuz ictimai təkrar
istehsal mümkün deyildir;
- bazar əmtəənin tədavül dairəsidir, bazardan çıxan əmtəə
öz əmtəəliyini itirir. Burada əmtəə-pul münasibətləri vasitəsilə
əmtəələrin alqı-satqı prosesi, yəni əmək məhsullarının müba-
diləsi baş verir;
- bazarda ictimai əmək bölgüsünün mahiyyəti özünü
göstərir, həm də bu anlayışlar bir-birindən əsla ayrılmazdır.
Bazarda ictimai əmək bölgüsü tələblə təklifin mövcud olması
vasitəsilə öz ifadəsini tapır, tələb və təklif müxtəlif siniflərin
mövcud olmasını nəzərdə tutur ki, bunlar da cəmiyyətin ümumi
gəlirlərini öz aralarında bölüşdürür və onu gəlir kimi istehlak
edirlər. Deməli, onlar bu gəlirlərin yaratdığı tələbi irəli sürürlər.
Bu halda bazar, tələbi və tələbatın özünü reallaşdırmaq dairəsi
kimi təsəvvür edilir.
Bazar həm də tələbatın və tələbin formalaşdığı dairədir.
Bazar daxil olan əmtəə yeni yaranan tələbatı ödəmək və ya
özünün ortaya çıxması ilə ilk dəfə yeni tələbat yaratmaq məq-
sədi daşıyır. Beləliklə, bazar ictimai təkrar istehsal etdiyi mü-
rəkkəb mexanizmdir. Hazırda bazarın tərifi deyil, bazar haq-
qında diskussiyanın məhz bu cəhətinə böyük əhəmiyyət verilir.
Əlbəttə, bazar iqtisadiyyatına keçidə ciddi yanaşılmalı, qaranlıq
məsələlər aydınlaşdırılmalı və real qərarlar qəbul olunmalıdır.
Belə ki, respublikanın hazırki şəraitinə uyğun olan təcrübədə
özünü doğrultmuş hazır "bazar mexanizmi modeli" demək olar
ki, yoxdur. Digər tərəfdən respublikada əmtəə-pul müna-
sibətləri mövcuddur və inkişaf etdirilir, mülkiyyət formasından
asılı olmayaraq bütün istehsal müəssisələri əmtəə istehsalçı-
270
larıdır. Deməli, həqiqi bazarın olmasına böyük ehtiyac vardır.
Lakin hazırki şəraitdə onun ideal mexanizmi və ideal tənzim
haqqında tam mülahizə söyləmək çətindir.
Dünya ölkələrinin bazar münasibətləri sahəsində müsbət
təcrübəsi bizə əsas verir ki, respublikanın sosial-ictimai qurulu-
şuna və şəraitinə uyğun bazar iqtisadiyyatı və bazar mexanizmi
yaratmağa böyük məsuliyyət hissi ilə yanaşaq. Hazırda
Azərbaycan və eləcə də keçmiş sosialist blokuna daxil olan, in-
diki müstəqil dövlətlər bazar iqtisadiyyatı modelini yaratmağa
cəhd göstərirlər. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət
göstərən Amerika Birləşmiş Ştatları, Yaponiya, Avropanın
"Ümumi Bazar" ölkələri, inkişaf etməkdə olan dövlətlər hansı
bazar modelinin əlverişli olmasını saf-çürük edir, onlardan daha
təkmilini, iqtisadiyyatı dinamik inkişaf reysləri üzərinə
keçirməyə qabil modeli seçməyə çalışırlar. Hazırda inkişaf
etmiş və inkişafda etməkdə olan dövlətlərdə - söhbət ABŞ və
yaxud Yaponiya iqtisadi inkişaf yolunu seçməkdə gedir. "Azad
bazar" prinsiplərinə əsaslanan və iqtisadiyyatın idarə edil-
məsində böyük üstünlüklərə malik olan model ABŞ modeli
hesab olunur. İqtisadiyyatın idarə edilməsində dövlətin rolunun
üstünlük təşkil etdiyi model Yaponiyaya məxsusdur. Əlbəttə,
yeni inkişaf yolu seçməkdə olan dövlətlər, o cümlədən
Azərbaycan Respublikası üçün iqtisadiyyatın inkişaf modelinin
müəyyənləşdirilməsi və seçilməsi barədə gedən mübahisələr,
ümumiləşdirmələr faydalı və əhəmiyyətlidir.
Azərbaycan Respublikasının iqtisadi inkişaf modeli seçi-
lərkən əsasən aşağıdakı məsələlər diqqət mərkəzində sax-
lanılmalıdır. Seçilmiş iqtisadi inkişaf modelinin xarakteri, onun
prinsipləri Azərbaycanda qəbul olunmuş qanunlar, normativ-
hüquqi sənədlər, qaydalarla bərabər, həm də onun regional,
tarixi xüsusiyyətlərini, mədəniyyətini, siyasətini səciyyələn-
dirilməlidir. Bununla yanaşı seçilmiş model inkişaf etmiş bazar
ölkələrinin modelləri ilə düzgün uzlaşmasına xüsusi diqqət
yetirilməlidir. Burada əsas diqqət hüquqi və iqtisadi islahatların
271
aparılmasına, sabitləşdirilmənin, özəlləşdirmənin xüsusi
ardıcıllıqla həyata keçirilməsinə yetirilməlidir.
Bazar münasibətlərinə keçidin və onun formalaşmasının
ümumi prinsipləri eyni mahiyyətli olsa da ayrı-ayrı regionların
səciyyəvi şəraiti həmin prinsiplərin reallaşmasında özünün
xüsusiyyətini büruzə verir. Bu baxımdan respublikamızın bazar
münasibətinə keçməsi ilə əlaqədar bütünlükdə, xüsusilə kənd
təsərrüfatı sistemində spesifik şəraiti, regional xüsusiyyətləri
hökmən nəzərə alınmalıdır.
Uzun illər ərzində Azərbaycan Respublikasının iqtisadiy-
yatı əsasən xammal istehsalı istiqamətində inkişaf edib, yəni
xammal mənbəyi kimi başqa dövlətlərin əlavəsinə çevrilib.
Belə bir vəziyyət bazar münasibətlərinin genişlənməsinə, onun
inkişafına meydan aça bilməz. Ona görə də respublikada
mövcud xammal sərvəti bazasında son məhsul istehsal edən
obyektlərin yaradılmasına böyük əhəmiyyət verilməlidir. Aqrar
sferanın strukturunda taxıl və heyvandarlıq məhsulları
istehsalçılarının artımı stimullaşdırılmalı və tənzimlənməlidir.
Son illərdə bazar iqtisadiyyatına keçidlə bağlı bir çox sanballı
qanunlar, normativ-qanunverici sənədlər qəbul olunsa da onlar
lazımi səmərə verməmiş, iqtisadiyyatın sahələrində yüksəlişə
nail olunmamışdır. Odur ki, respublika iqtisadiyyatının bazar
münasibətlərinə keçirilməsi üçün aqrar sahədə köklü struktur
dəyişiklikləri aparılmalı, aqrar sahədə iqtisadi münasibətlər
yeniləşməli, ölkənin iqtisadi təhlükəsizliyi təmin olunmalı,
investisiya siyasəti səmərəli təşkil edilməli, maliyyə, pul,
kredit, vergi və bank işləri, büdcə siyasəti optimal təşkil olun-
malı, xarici iqtisadi əlaqələr dünya bazar iqtisadiyyatı müna-
sibətlərinə keçidin tələblərinə tam cavab verməlidir. Ona görə
də Azərbaycan iqtisadiyyatının gələcək bazar modelini se-
çərkən başqa amillərlə bərabər, inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələrin bazar iqtisadi modelləri öyrənilməli,
ümumiləşdirilməli və onların fərqləndirici cəhətləri ilə yanaşı
ümumi aspektləri də nəzərə alınmalıdır.
272
2. Aqrar bazarın formalaşmasında dövlətin aqrar
siyasətinin rolu
Bazar münasibətlərinin inkişafı şəraitində aqrar bazarın
formalaşması və səmərəli fəaliyyət göstərməsi həlledici səviy-
yədə dövlətin aqrar siyasəti ilə bağlıdır. Aqrar siyasət vasitəsi
ilə aqrar sferanın inkişaf istiqamətləri, vəzifələri, prinsipləri,
məqsədi, inkişafının nəzəri-metodoloji əsasları, praktiki məsə-
lələri müəyyən edilir. Aqrar siyasət aqrar sferanın inkişafı ilə
əlaqədar olaraq qarşısında duran başlıca məqsəd və vəzi-
fələrdən biri də aqrar bazarın düzgün formalaşması və səmərəli
fəaliyyət göstərməsinin müəyyən edilməsidir.
İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, aqrar
bazarın formalaşması və fəaliyyət göstərməsi uzun müddətli
prosesin nəticəsi olub, yalnız aqrar bazar iştirakçıları arasında
mövcud olan qarşılıqlı iqtisadi münasibətlər əsasında forma-
laşmır. Əgər aqrar bazar yalnız aqrar əmtəə istehsalçıları ilə
istehlakçıları arasında ikili, daha doğrusu heç bir üçüncü tərəfin
iştirakı olmadan formalaşardısa onda hər hansı ekstremal şərait
istər istehsalçı və istərsə də istehlakçı baxımdan acınacaqlı
vəziyyətlə qarşılaşmış olardı.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadiyyatın
bütun sahələrində olduğu kimi aqrar sektorda da bazarın yalnız
özünü tənzimləmə mexanizmi əsasında formalaşdırılması
gözlənilən səmərəni təmin etmir.
Məlum olduğu kimi aqrar bazar - təkcə aqrar sferada ça-
lışan əmtəə istehsalçılarının, eləcə də kənd əhalisinin deyil,
nəticə etibarilə cəmiyyətin bütün üzvlərinin istehlakına, maraq
və mənafelərinə xidmət edir. Belə desək heç də səhf etmərik ki,
aqrar bazar mahiyyət etibarilə ölkə əhalisinin yaşayış səviy-
yəsini müəyyənləşdirir. Bu baxımdan müasir şəraitdə bütün
sivil dövlətlər öz ölkələrində səmərəli və etibarlı aqrar bazar
formalaşdırmaq qayğısına qalırlar. Bu sahədə Azərbaycan Res-
publikasında da mühüm tədbirlər həyata keçirilir, aqrar bazarın
273
formalaşması və fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə
dair müasir dövrün tələbləri səviyyəsində normativ-hüquqi baza
yaradılmış, bir çox praktiki məsələlər həll edilmişdir.
Bir çox ölkələrin aqrar bazarın formalaşdırılmasında
dövlətin aktiv iştirakı təcrübəsi göstərir ki, bütün hallarda bu
proses qiymət paritetinə nail olunmasına və gəlirlərin tən-
zimlənməsinə şərait yaradır. Onu da qeyd etmək lazımdır ki,
müasir aqrar iqtisadiyyatın inkişafını aqrar bazarın forma-
laşmasına dövlətin səmərəli təsiri olmadan təsəvvür etmək
mümkün deyildir. Dövlət ölkədə səmərəli, etibarlı, yüksək
keyfiyyətli yə nəhayət istər istehsalçının və istərsə də isteh-
lakçının maraqlarını təmin edə bilən aqrar bazar formalaş-
dırmağa maraqlıdır. Məhz belə bir aqrar bazarın formalaşması
nəticə etibarilə dövlətin prioritet strateji maraqlarının təmin
edilməsinə xidmət edir.
Aqrar bazarda daxili əmtəə istehsalçılarının maraq və
mənafelərinin etibarlı qorunması, istehlakçıların sosial
maraqlarına uyğun gələn qiymətlər və ən nəhayət ərzaq və kənd
təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması sonda
dövlətin aqrar sferada iqtisadi təhlükəsizliyinin təmin olun-
masının ən mühüm atributlarından biri hesab olunur. Beləliklə
dövlət səmərəli aqrar siyasət həyata keçirməklə aqrar bazarda
stabillik yaratmağa cəhd göstərir.
Dövlətin həyata keçirdiyi aqrar siyasət aqrar bazarda
istehsalçı və istehlakçı arasında qarşılıqlı anlaşmanın yaran-
masına, ekvivalent mübadilə münasibətlərinin formalaşdırıl-
masına, aqrar-sənaye kompleksində dəyər qanununun tələblə-
rinin yerinə yetirilməsinə və ən nəhayət iqtisadiyyatın sahələri -
xüsusilə sənaye ilə kənd təsərrüfatı arasında disproporsiyanın
aradan qaldırılmasına xidmət edir. Dövlətin aqrar siyasəti
bilavasitə aqrar bazarda dövlətin strateji maraqlarının qorun-
masına, aqrar sferanın digər xarici ölkələrin zərərli təsirlərindən
əlverişli şərait yaradır.
274
Müasir dövrdə dövlətin aqrar siyasətinin aqrar bazarın
formalaşmasına təsiri aşağıdakı amillərlə şərtlənir:
1. Aqrar bazar iştirakçılarının təbii fəlakət və digər əvvəl-
cədən proqnozlaşdırıla bilməyən təsirlərdən etibarlı sığorta-
lanması;
2. Daxili əmtəə istehsalçılarının iqtisadi maraqlarının
səmərəli və etibarlı şəkildə müdafiə olunması;
3. İstehlakçıların vəziyyətinin stabil saxlanılması.
Bazar münasibətlərinin formalaşdığı şəraitdə dövlətin
aqrar siyasəti dövlətin aqrar sferanın müasir dövrün tələblərinə
uyğun inkişaf etdirilməsinə dair həyata keçirdiyi kompleks
tədbirlərin cəmindən ibarətdir. Müasir dövrdə dövlətin aqrar
siyasətinin başlıca məqsədi aqrar sferada çoxukladlı iqtisadi
münasibətlərin bərqərar olmasına şərait yaratmaqdan, azad
sahibkarlığın inkişafını və müxtəlif mülkiyyət formalarına
əsaslanan çoxsaylı təsərrüfat qurumlarının azad rəqabət əsa-
sında fəaliyyətini təmin etməkdən, ölkə əhalisinin ərzaq və
kənd təsərrüfatı məhsullarına olan tələbatının daha çox xüsusi
mənbələr hesabına ödəməkdən, mövcud resurslardan, xüsusilə
əmək və maliyyə ehtiyatlarından səmərəli istifadəyə nail olma-
dan və bu əsasda əhalinin həyat şəraitini yaxşılaşdırmaqdan
ibarətdir.
Azərbaycan Respublikasında son illər bu istiqamətdə
mühüm nəzəri və praktiki əhəmiyyətli tədbirlər həyata ke-
çirilmiş və bunun nəticəsində aqrar sferanın dinamik inkişafı
təmin edilmişdir.
Bazar münasibətlərinin formalaşdığı müasir mərhələdə
dövlətin aqrar siyasətinin əsas vəzifəsi ölkə əhalisini yüksək
keyfiyyətli xammal ilə müntəzəm səviyyədə təmin etməkdən,
etibarlı və səmərəli aqrar bazar yaratmaqdan, iqtisadiyyatın,
dövlətin sosial inkişafını, əhalinin həyat tərzini yaxşılaşdırmaq
məqsədi ilə səmərəli aqrar sənaye istehsalı formalaşdırmaqdan
ibarətdir.
275
Məlumatların təhlilindən aydın olur ki, ölkəmizdə döv-
lətin aqrar siyasətinin düzgün qurulması və ona ciddi əməl
olunmasının nəticəsidir ki, hazırda ərzaq və digər kənd təsər-
rüfatı məhsulları istehsalı xeyli artmış, ölkəyə ərzaq məhsulları
idxalı kəskin olaraq azaldılmış, xarici bazarlardan ərzaq asılılığı
aradan qaldırılmış, əhalinin ərzaqla təminatı yaxşılaşmışdır.
Dövlətin aqrar siyasətinin başlıca istiqaməti aqrar bazarın
düzgün formalaşmasına və səmərəli fəaliyyət göstərməsinə
istiqamətlənir. Bu fəaliyyət aqrar bazar münasibətlərinin
inkişafı ilə yanaşı həm də aqrar sferanın təsərrüfat-maliyyə fəa-
liyyətinin kəskin olaraq yaxşılaşdırılmasına bu sahədə mövcud
olan nöqsanların aradan qaldırılmasına, istehsalın artırılmasına
və səmərəliliyin yüksəldilməsinə şərait yaradır. Bununla
əlaqədar olaraq dövlətin aqrar siyasətinin aqrar bazarın forma-
laşmasına təsirin gücləndirilməsi məqsədi ilə bazar infrastruk-
turunun genişləndirilməsi əmək, kapital ve istehsal resurs-
larından istifadənin səmərəli mexanizmini formalaşdırmalıdır.
Aqrar siyasət aqrar bazarın fəaliyyətinin səmərəli təsərrüfat-
iqtisadi mexanizmini formalaşdırmalı, kənd təsərrüfatı və
sənaye məhsulları arasında qiymət paritetini təmin etməli,
vergi, kredit, sığorta, gömrük və digər tənzimlənmə vasitə-
lərindən istifadə etməklə aqrar iqtisadiyyatın inkişafına təşkilat-
maliyyə yardım və dəstəyin göstərilməsini artırmalıdır. Dövlət
aqrar-sənaye istehsalının planlaşdırılması və proqnozlaşdırıl-
masını təmin etməklə aqrar bazarın konyunkturunda baş verən
dəyişiklərə uyğun təşkilati-iqtisadi və texniki-texnoloji təd-
birlərin həyata keçirilməsinə nail olmalı, habelə torpaq müna-
sibətlərinin təkmilləşdirilməsini təmin etməlidir.
Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, hər bir dövlət
özünəməxsus aqrar siyasəti vasitəsilə bazar münasibətləri
şəraitində fəaliyyət göstərən aqrar iqtisadiyyatın bütün təsər-
rüfat kateqoriyaları arasında iqtisadi və hüquqi bərabərliyini
təmin etməli, aqrar sektorda azad rəqabət mühitinin formalaş-
dırılmasına hüquqi yardım və köməklik göstərməli və eyni
276
zamanda yeni yaradılan istehsal qurumlarının inkişafını stimul-
laşdırmaq məqsədi ilə onların maliyyə-təsərrüfat vəziyyətini
yaxşılaşdırmağa yönəldilmiş zəruri tədbirlər həyata keçirmə-
lidir. Yalnız dövlətin gücü ilə aqrar bazarda mülkiyyət mən-
subiyyətindən asılı olmayaraq bütün növ müəssisələrin, o
cümlədən istehsal, emal, kənd təsərrüfatı məhsulunun satışı,
aqroservis xidməti, ticarət və kredit strukturlarının fəaliyyəti
əlaqələndirilməli və iqtisadi maraqları ardıcıl olaraq təmin
edilməlidir.
Təcrübə göstərir ki, aqrar bazarın səmərəli forma-
laşdırılması əhəmiyyətli səviyyədə yerli istehsalın inkişafının
iqtisadi cəhətdən düzgün stimullaşdırılmasından asılıdır. Bu
məqsədlə də xarici rəqabətin əlverişsiz təsirləri zərərsizləş-
dirilməli, dövlət tərəfindən yerli əmtəə istehsalçılarının maraq-
larının qorunmasına yönəldilmiş xarici iqtisadi siyasət həyata
keçirilməlidir. Bu siyasətin başlıca məqsəd və vəzifələri
ölkənin, o cümlədən regionların sərvətlərindən və imkanların-
dan səmərəli istifadəyə nail olmağa şərait yaratmaqdan, sosial-
iqtisadi yüksəlişi təmin etməkdən, əhalinin həyat şəraitinin
yüksəldilməsini təmin etməkdən ibarət olmalıdır. Son illər
ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər yüksək
nəticələrə nail olmağa imkan vermişdir.
Aqrar bazarın səmərəli formalaşdırılmasına və müasir
dövrün tələbləri səviyyəsində fəaliyyət göstərməsinin nail
olunması məqsədi ilə aşağıdakılara əməl edilməlidir:
- aqrar sferada istehsalçıların və istehlakçıların sosial-
iqtisadi tarazlığına əsaslanan iqtisadi münasibətlər formalaş-
dırılmalı;
- aqrar sferada dövlətin başlıca strateji maraqlarını təmin
etməklə kənd təsərrüfatı məhsulları istehsalının stabil və
dinamik inkişafı təmin edilməli;
- aqrar sferanın istehsal-iqtisadi fəaliyyətinin yaxşılaş-
dırılmasına yönəldilən normativ-hüquqi və iqtisadi təyinatlı
tədbirlər hazırlanmalı və tətbiq edilməlidir.
277
Bütün bunlar aqrar bazarın inkişafına, onun aqrar sferanın
sosial-iqtisadi yüksəlişin təmin edilməsində rolu və əhə-
miyyətinin artmasına imkan verəcəkdir. Beləliklə ölkədə aqrar
bazarın formalaşması dövlətin aqrar siyasətinin inkişafından
asılıdır. Aqrar bazar aqrar siyasətə əsasən yaradılır və inkişaf
edir. Deməli aqrar bazarın səmərəliliyi dövlətin aqrar siyasə-
tindən asılıdır.
Qeyd edilənlər nəzərə alınaraq göstərmək lazımdır ki,
aqrar bazarın formalaşmasına və onun səmərəliliyinin yüksəl-
dilməsinə yönəldilən dövlətin aqrar siyasəti bir sıra hallarda
yerli əmtəə istehsalçılarının və ticarət strukturlarının istər daxili
və istərsə də xarici bazara çıxışına müxtəlif növ hüquqi, iqtisadi
və təşkilati baryerlərin yaradılmasına səbəb olur. Belə ki,
məhsul istehsalçıları öz məhsullarını sərbəst reallaşdırmaq
imkanına malik deyildir, məhsulların daşınması, saxlanılması,
emalı, tədarükü qaydaları bazar iqtisadiyyatının tələblərinə
cavab vermir. Bu kimi məsələlərin vaxtında həll edilməməsi
aqrar bazarın fəaliyyətinə ciddi zərər vurur.
3. Aqrar bazarın formalaşmasının iqtisadi mexanizmi
Azərbaycan Respublikasında aqrar bazarın formalaşması
və onun səmərəli fəaliyyət göstərməsi əhəmiyyətli səviyyədə
aqrar sferanın iqtisadi mexanizminin müasir iqtisadi müna-
sibətlərin tələbləri səviyəsində təkmilləşdirilməsindən asılıdır.
Aqrar sferanın iqtisadi mexanizmi məhsul istehsalının artı-
rılması, iqtisadi səmərəliliyin yüksəldilməsi, əhalinin ərzaqla
təminatının yaxşılaşdırılmasının başlıca amili və həlledici
şərtidir.
Bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, bazar
məhz iqtisadi mexanizmin köməyi ilə idarə olunur. İqtisadi me-
xanizmin səmərəli formalaşdırılması bazarda məhsulların
bolluğuna və qiymətlərin səviyyəsinin normallaşdırılmasına və
ən nəhayət istehsalçı ilə istehlakçı arasında münasibətlərin
278
balanslaşdırılmasına gətirib çıxarır. Ona görə də aqrar bazarın
iqtisadi mexanizmi cəmiyyətdə mövcud olan istehsal
münasibətlərinin xarakterindən asılı olaraq daima yeniləşməli
və ardıcıl olaraq təkmilləşdirilməlidir.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının
müasir mərhələsində aqrar bazarın iqtisadi mexanizminin
təkmilləşdirilməsi məcmu iqtisadi mexanizmin və onu təşkil
edən bütün elementlərin yeni istehsal münasibətlərinin xarak-
terinə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən
asılıdır. İqtisadi mexanizmin təkmilləşdirilməsi aqrar bazarın
bütün iştirakçılarının maraq və mənafelərinə xidmət edir. Aqrar
bazarın iqtisadi mexanizminin təkmilləşdirilməsi dövrü olaraq
həyata keçirilən tədbirlərlə əlaqəli olur.
Bazar münasibətlərinin formalaşdığı şəraitdə aqrar
bazarın iqtisadi mexanizminin təkmilləşməsi ilə bağlı həyata
keçirilən tədbirlər bir qayda olaraq istehsalçıların iqtisadi
cəhətdən stimullaşdırılmasına, istehsalçıların sosial cəhətdən
müdafiə olunmasına yönəldilir. Aqrar bazarın mühüm subyekt-
lərindən olan istehsalçıların iqtisadi cəhətdən stimullaşdırılması
onların məhsul istehsalı və satışına olan maraqlarının yüksəl-
dilməsinə, istehlakçıların sosial cəhətdən müdafiə olunması isə
alıcıların maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Müasir dövrdə ölkəmizdə aqrar bazarın iqtisadi mexa-
nizminin təkmilləşdirilməsi istər iqtisadiyyatın bu sferasında
fəaliyyət göstərən qurumların təsərrüfat münasibətlərinin və
istərsə də dövlət tərəfindən iqtisadi mexanizmin tərkib
elementlərinin aktivliyinin yüksəldilməsinə və onların yeni
şəraitə uyğunlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərə
əsaslanır.
Qeyd etmək lazımdır ki, uzun illər ölkəmizdə iqtisadiyyat
inzibati üsullarla, planlı qaydada idarə olunmuş, aqrar bazar və
onun iqtisadi mexanizmi Dövlət tərəfindən tənzimlənmişdir.
Ölkəmizdə aparılan köklü iqtisadi islahatlar nəticəsində ictimai
mülkiyyət və keçmiş təsərrüfatçılıq sistemi ləğv edilmiş, müasir
279
istehsal münasibətləri yaranmış, aqrar bazar fəaliyyətə baş-
lamış, onun iqtisadi mexanizmi formalaşmışdır. Lakin onu da
qeyd etmək lazımdır ki, hələlik aqrar bazarın iqtisadi me-
xanizmi müasir dövrün tələblərinə tam uyğunlaşmamışdır və
onun təkmilləşdirilməsinə ehtiyac vardır.
Bununla əlaqədar olaraq aqrar bazarın iqtisadi mexa-
nizminin təkmilləşdirilməsi məqsədəuyğun formada həyata
keçirilməli və bu zaman həyata keçirilən tədbirlər elə qurul-
malıdır ki, bu proses bütövlükdə iqtisadi inkişafın stimullaşdı-
rılmasına xidmət etsin, xalq təsərrüfatının müxtəlif sahələri
arasında iqtisadi balanslaşdırma təmin edilsin və ən nəhayət
aqrar bazarın istehlakçı təbəqələrinin sosial müdafiəsinə
əlverişli şərait yaradılsın.
Məlum olduğu kimi aqrar bazarın iqtisadi mexanizminin
təkmilləşdirilməsində başlıca məqsəd iqtisadi mexanizmin
tərkib elementlərinin təsir gücünün aktivləşdirilməsi yolu ilə,
bazarda tələb və təklif arasında iqtisadi tarazlığın təmin edil-
məsindən ibarətdir. Ona görə də aqrar bazarın iqtisadi mexa-
nizminin təkmilləşdirilməsi üçün onun tərkibinə daxil olan
elementlərin səmərəliliyinin yüksəldilməsinə nail olunmalıdır.
Aqrar bazarın iqtisadi mexanizminin tərkibində qiymət
amili mühüm əhəmiyyətə malikdir. Qiymət aqrar bazarın ən
çevik tənzimləyici vasitəsidir. Müasir şəraitdə qiymət vasitəsilə
aqrar bazara daxil olan istehsal, tədarük, xidmət və s. sahələrin
inkişafının tənzimlənməsi ilə yanaşı həm de istehsalçı və
istehlakçı kateqoriyaları arasında iqtisadi balanslaşdırma həyata
keçirilir.
Bazar münasibətlərinin inkişafı ilə əlaqədar olaraq liberal
qiymət sisteminə keçid aqrar bazarda ərzaq, yeyinti və kənd
təsərrüfatı məhsullarının böyük əksəriyyətinin qiymətlərinin
sərbəstləşdirilməsilə nəticələnmişdir. Qiymətlər bazarda tələb
və təklifin təsiri ilə sərbəst şəkildə formalaşmaqla istehsalçının
sərəncamında olan maddi, maliyyə və əmək resurslarının
280
iqtisadiyyatın və xidmətin daha sərfəli sahəsinə yönəldilməsinə
marağı təmin edir.
Beləliklə, istehsalın və xidmətin istiqamətini və səmə-
rəliliyini bazar özü müəyyənləşdirir, mülkiyyət formasından
asılı olmayaraq kənd təsərrüfatı, yeyinti, emal və xidmət
müəssisələrinin təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarını
tənzimləyir. Sərbəst qiymətqoyma sisteminin fəaliyyəti və bu
fəaliyyətdə tələb və təklifin həll edici rolu bazarda tələbat
olmayan məhsulların istehsalına iqtisadi marağı təmin etmir.
Qeyd etmək lazımdır ki, aqrar bazarda kənd təsərrüfatı
məhsullarının qiymətləri sərbəstləşdikdən sonra istehsalın
strukturunda mühüm dəyişikliklər baş vermiş ölkədə bir çox
məhsulların, xüsusilə ərzaq məhsulların istehsalı kəskin olaraq
artmışdır. Lakin bir çox strateji əhəmiyyətli məhsulların,
xüsusilə pambığın, tütünün, üzümçülüyün inkişafına nail olun-
mamış, bazarda onların qiyməti aşağı düşmüşdür. Ölkəmizdə
həmin məhsulların geniş təkrar istehsalını həyata keçirməyə
imkan verə bilən təminatlı qiymət səviyyələri müəyyən-
ləşdirilməmişdir. Əgər nəzərə alsaq ki, həmin sahələr ölkəyə iri
həcmli valyuta resursları gətirməyə imkan verən məhsullar
istehsal edir, onda bu sahələrin istehsalının və satışının aqrar
bazarın iqtisadi mexanizminin mühüm elementi kimi qiymət
amil vasitəsilə tənzimlənməsi dövlətin ərzaq təhlükəsizliyinin
təmin olunması baxımından da əhəmiyyəti böyükdür.
Bir çox qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, aqrar
bazarda kənd təsərrüfatı məhsullarının qiymətləri sərbəst qay-
dada müəyyənləşdirilsə də, mövcud bazar qiyməti istehsalçını
qane etmədikdə və onun iqtisadi maraqlarına uyğun gəlmə-
dikdə, istehsalçının gəlir əldə etmək imkanları zəiflədikdə döv-
lət orqanları qiymətlərin səviyyəsinə zəruri düzəlişlər etməli,
məhsulların bazar qiyməti ilə təminatlı qiymət arasındakı fərqi
kompensasiya şəklində istehsalçılara verməlidir. Azərbaycan
Respublikasında aqrar sferanın müasir inkişafı şəraitində bu
281
qabaqcıl təcrübədən istifadə qeyd edilən sahələrin inkişafına
real şərait yaradar.
Aqrar bazarın formalaşmasının iqtisadi mexanizminin
tərkibində vergi mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu
kimi aqrar bazar münasibətlərinin subyektləri olan istehsal,
emal, xidmət, satış, daşınma, saxlama və s. müəssisə və təşki-
latlar müxtəlif növ və müxtəlif dərəcəli vergilərin ödəyi-
ciləridirlər. Bu vergi növü və dərəcələri həmin subyektlərin son
nəticələrinə həlledici təsir göstərir və maddi marağın təmin
olunmasında istisna əhəmiyyətə malikdir. Ona görə də bazar
subyektlərinin vergiyə cəlb olunma sisteminin daima yeni-
ləşməsi və təkmilləşdirilməsi olduqca vacibdir.
Azərbaycan Respublikasında bazar münasibətlərinin in-
kişafı ilə əlaqədar iqtisadiyyatın bütün sahələrində əsaslı
dəyişikliklər həyata keçirilir. Belə bir şəraitdə vergi sistemi də
dəyişməz qala bilməz. Odur ki, mövcud vergi sistemi
təkmilləşdirilməli, bazar münasibətlərinə keçid prinsipləri
nəzərə alınmaqla vergi qoyma qaydaları və onların hər birinin
dərəcələri yeniləşdirilməlidir. Bu prosesin aqrar bazara daxil
olan sahələrdə də aparılması nəticə etibarı ilə məhsulların
qiymətinin sabitləşdirilməsinə və müasir dövrün tələblərinə
uyğunlaşmasına şərait yaradar.
Qeyd etmək lazımdır ki, aqrar sferanın inkişafının zəru-
riliyi nəzərə alınaraq onun iqtisadi mexanizminin təkmilləş-
dirilməsinə ölkəmizdə xüsusi diqqət verilir. Aqrar sferada
güzəştli vergi sisteminə keçirilməsi, xüsusilə kənd təsərrüfatı
məhsulları istehsalçılarını, torpaq vergisi istisna olmaqla digər
növ vergilərdən azad edilməsi, məhsul istehsalçıları üçün
müxtəlif stimullaşma tədbirlərin həyata keçirilməsi, güzəştli
qiymətlərlə yanacaq və başqa resursların verilməsi iqtisadi
mexanizmin təkmilləşməsinə və aqrar bazarın iqtisadi mexa-
nizminin yeniləşməsinə əlverişli şərait yaratmışdır.
Aqrar bazarın formalaşması və fəaliyyətinin iqtisadi
mexanizminin tərkib hissələrindən biri də bank və maliyyə-
282
kredit sistemidir. Bank və maliyyə-kredit sisteminin bazar
münasibətlərinin tələbləri səviyyəsində qurulması aqrar bazarın
iqtisadi mexanizminin səmərəli fəaliyyətinə həlledici təsir
göstərir. Lakin ölkədə köklü islahatların həyata keçirilməsinə,
aqrar sahibkarlıq fəaliyyətinin formalaşmasına, aqrar bazarların
inkişafına, onların iqtisadi mexanizminin səmərəli təşkilinə
imkan yaransa da bu sahələrə xidmət göstərən bank və
maliyyə-kredit sistemi bu tələblər səviyyəsində qurulmamışdır.
Xüsusilə kredit sistemi, onun verilmə qaydaları, faiz dərəcələri
və s. bazar münasibətlərinin tələblərinə və aqrar sferanın
inkişafına uyğun deyildir.
Təcrübə göstərir ki, hazırki mərhələdə bank və maliyyə-
kredit sistemi yeniləşdirmədən aqrar bazarın dinamik və tarazlı
inkişafını təmin etmək qeyri-mümkündür. Ölkənin bütün
regionlarında özəl banklar yaradılmalı, kredit kassaları təşkil
edilməli, özəl bankların və kredit kassalarının təsisçiləri özəl
kənd təsərrüfatı qurumları olmalıdır. Özəl kənd təsərrüfatı
müəssisələrinə kredit faizi müəyyənləşdirərkən ən aşağı faiz
dərəcələri nəzərdə tutulmalıdır ki, krediti almaqda onlar ma-
raqlı olsunlar, eyni zamanda da həmin kreditin qaytarılmasında
ümidsizlik aradan qaldırılsın.
Ölkə əhalisinin ərzaq təhlükəsizliyinin yüksəldilməsi
məqsədi ilə bütün regionlarda taxıl, ət, süd məhsulları istehsal
edən özəl kənd təsərrüfatı müəssisələrinə kredit verilməsində
üstünlük verilməlidir. Eyni zamanda taxıl, ət və süd məhsulları
istehsal edən özəl kənd təsərrüfatı müəssisələrinə dövlət tərə-
findən subsidiyalar ayrılmalıdır. Eyni zamanda həmin məhsul-
ların istehsalının Dövlət tərəfindən stimullaşdırılması təcrübəsi
genişləndirilməlidir.
Bir çox inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsulları
istehsalçılarının gəlirlərinin tərkibində onlara verilən dövlət
subsidiyalarının xüsusi çəkisi 25-50%-dən az olmur. Həmin
ölkələrdə məqsədli dövlət proqramlarının yerinə yetirilməsinə
tələb olunan xərclərin 50%-i dövlət vəsaiti hesabına ödənilir.
283
Bütün bunlar son nəticədə kənd təsərrüfatı məhsulları
istehsalının son nəticəsində maddi marağını təmin edir ki, bu da
istehsal həcminin artmasına və ölkənin ərzaq təhlükəsizliyi
probleminin həllinə əlverişli şərait yaradır.
4. Aqrar bazarı formalaşdıran istehsal sahələri
Bazar münasibətlərinin formalaşdığı müasir mərhələdə
ölkəmizdə dövlət aqrar siyasətinin başlıca məqsədi yeni iqtisadi
münasibətlərin inkişafı əsasında çox növlü təsərrüfatçılığın,
azad sahibkarlığın, sərbəst rəqabətin inkişafına nail olmaq, ölkə
əhalisinin ərzaq məhsullarına tələbatını mümkün qədər daxili
istehsal hesabına təmin etməkdən ibarətdir. Buna nail olmaq
üçün ölkədə etibarlı aqrar bazar formalaşmalı və səmərəli
fəaliyyət göstərməlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında bu
istiqamətdə mühüm, məqsədəuyğun və etibarlı tədbirlər həyata
keçirilir. Bu tədbirlər təsərrüfatçılıq üsullarının yeniləşməsinə,
rəqabətin genişlənməsinə, istehsalçıların maragının yüksəlmə-
sinə, istehsalın strukturunun müasir dövrün tələblərinə uyğun-
laşmasına şərait yaradır. Beləliklə məhsul istehsalının çoxal-
masına və əhalinin ərzaqla təminatının yaxşılaşmasına nail
olunur. Bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, hər
hansı konkret ölkədə əhalinin ərzaq və istehlak məhsulları ilə
tələbatının 70-80%-nin yerli məhsullarla ödənilməsi həmin
ölkədə aqrar siyasətin və aqrar bazarın fəaliyyəti etibarlı hesab
olunur.
Azərbaycan Respublikasında bu istiqamətdə həyata
keçirilən sosial-iqtisadi, təşkilati, texniki-texnoloji tədbirlər və
ümumiyyətlə aqrar siyasət və ölkədə regional inkişafı sürət-
ləndirilməsi ölkənin sosial-iqtisadi inkişafını təmin etmişdir.
Bütün bunlar ölkəmizdə ərzaq məhsulları istehsalının artmasına
şərait yaratmış və əhalinin ərzağa olan tələbatı bir çox məh-
sullar üzrə yerli istehsal hesabına ödənilməsinə nail olmuş,
284
daxili aqrar bazarın xarici bazarlardan asılılığı aradan
qaldırılmışdır.
Göstərmək lazımdır ki, aqrar sferanın inkişafında başlıca
istiqamət olan aqrar bazarın düzgün formalaşması və səmərəli
fəaliyyət göstərməli bir sıra amil və şərtlərdən asılıdır. Bunlara
başlıca olaraq dövlətin aqrar bazarın müasir dövrün tələbləri
səviyyəsində təşkili, aqrar bazarın formalaşmasında əsas amil
olan istehsal sahələrinin inkişaf istiqamətinin düzgün müəyyən
edilməsidir.
Azərbaycan Respublikasında dövlətin aqrar siyasəti bazar
iqtisadiyyatının tələbləri səviyyəsində formalaşmış, onun
başlıca istiqaməti aqrar sferada yeni istehsal münasibətlərinin
inkişafına nail olmaq, çoxukladlı iqtisadiyyatı və aqrar sahib-
karlığı formalaşdırmaq, istehsal-iqtisadi əlaqə və mənafeləri
təkmilləşdirmək, iqtisadi mexanizmi müasir dövrün tələblərinə
uyğunlaşdırmaq, sosial-iqtisadi infrastrukturu təkmilləşdirmək,
azad rəqabətə nail olmaq ölkədə regionların sosial-iqtisadi
inkişafını sürətləndirməkdən ibarətdir. Ölkədə aqrar sferanın
inkişafının müasir səviyyəsindən aydın olur ki, dövlətin aqrar
siyasəti uğurla reallaşdırılır.
Göstərmək lazımdır ki, dövlətin aqrar siyasətinin həyata
keçirilməsi daimi proses olsa da onun dövrləri və mərhələləri
əvvəlcədən elmi əsaslarla müəyyənləşdirilir, hər bir dövr və
mərhələdə yerinə yetirilən tədbirlər dəqiqləşdirilir. Ölkəmizdə
bu istiqamətdə həyata keçirilən məqsədə yönlü siyasət, iqtisadi,
təşkilati tədbirlər düzgün əsaslandırılmış və onlar aqrar sferanın
inkişafını və aqrar bazarın formalaşdırılmasını təmin etmişlər.
Məlum olduğu kimi aqrar bazar başlıca olaraq iki mənbə -
yəni daxili istehsal sahələrinin inkişafı və idxal edilən
məhsullar hesabına formalıdır. Azərbaycan Respublikası şərai-
tində aqrar bazarın formalaşmasında birinci hala üstünlük ve-
rilir. Çünki aqrar bazarın yerli mənbə hesabına formalaşması
daxili istehsalın artırılmasına marağı artırır, istehsal sahələrində
yüksək nəticələrə nail olunur.
285
Azərbaycan Respublikasında aqrar bazarı formalaşdıran
istehsal sahələrin quruluşuna kənd təsərrüfatı, meşəçilik,
balıqçılıq, emal və yeyinti-sənaye sahələri daxildir. Aqrar baza-
rın formalaşdırılmasında kənd təsərrüfаtı sаһələrinin rоlu
böyüкdür. Ölкənin кənd təsərrüfаtı çохsаһəlidir və əкinçiliyin
struкtur tərкibi tахılçılıq, tərəvəzçiliк, каrtоfçuluq, tütünçülüк,
pаmbıqçılıq, mеyvəçilik, üzümçülüк, çаyçılıqdаn ibаrətdir.
Hеyvаndаrlığın struкtur tərкibində isə mаldаrlıq, qоyunçuluq,
quşçuluq, dоnuzçuluq, bаrаmаçılıq və аrıçılıq əsаs sаһələr
һеsаb еdilir.
Ölкənin аqrаr bаzаrının fоrmаlаşdırılmаsındа və inкişа-
fındа кənd təsərrüfаtı sаһələrinin һər birinin özünəməхsus yеri
və əһəmiyyəti vаrdır. Aqrаr bаzаrın struкtur tərкibində əsаs
yеri dахili istеһsаl tutur. Bеlə кi, һаl-һаzırdа ölкə əһаlisinin
illiк istеһlакının 65-70%-i dахili istеһsаlın pаyınа düşür.
Bununla bеlə, аqrаr bаzаrdа istеһlак оlunаn əsаs növ ərzаq
məһsullаrının хüsusi çəкisində sаbitliк müşаһidə еdilmir. Hər
bir коnкrеt dövrdə idхаl və dахildə istеһsаl оlunаn məһsullаrın
хüsusi çəкisi çəmi məһsullаrın tərкibində müхtəlif оlur.
Təcrübə göstərir ki, ölkənin sosial-iqtisadi yüksəlişinin
təmin edildiyi müasir şəraitdə aqrar bazar əsasən daxili istehsal
һеsаbınа fоrmаlаşdırılmalı və dаһа dа inкişаf еtdirilməlidir.
Bunun üçün bir sırа təşкilаti-iqtisаdi tədbirlərin коmplекs,
sistеmli və аrdıcıl һəyаtа кеçirilməsinə əməl edilməlidir.
Həmin tədbirlərin коmplекsi sistеmində dünyа кənd
təsərrüfаtının inкişаf təcrübəsindən istifаdə еdilməsi çох böyüк
əһəmiyyətə mаliкdir. Ölкənin tоrpаq-iqlim şərаitinin кənd
təsərrüfаtının inкişаfı üçün əlvеrişli оlmаsını və burаdа çох-
sаһəli кənd təsərrüfаtının inкişаfının mümкünlüyünü də nəzərə
аlsаq dünyа təcrübəsindən istifаdə еdərəк һər bir sаһənin
хüsusi prоqrаmlаr əsаsındа inкişаfınа nаil оlmаq mümкündür.
Bаzаr münаsibətlərinə кеçid şərаitində кənd təsərrüfаtının
inкişаfı məqsədyönlü dövlət prоqrаmlаrının hаzırlаnmаsına və
yеrinə yеtirilməsinə əsаslаnmаldır.
286
Аzərbаycаn tоrpаqlаrının münbitliyini yüksəldilməsi və
onlardan istifadənin yaxşılaşdırılması proqramı digər prо-
qrаmlаrın, əкinçiliк və һеyvаndаrlıq məhsulları istеһsаlının
dinamik inkişafını təmin оlunmаsı üzrə коmplекs tədbirlərin
yеrinə yеtirilməsi üçün əsаs bаzа һеsаb еdilməlidir. Həmin
prоqrаmа müvаfiq оlаrаq:
- yеrli tоrpаq-iqlim şərаitinə uyğunlaşan elmi əaslarla,
ekoloji cəhətdən təhlükəsiz əkinçilik sisteminin hazırlanması və
tətbiqi təmin edilməli;
- torpağın münbitliyinin qorunmasını və yüksəldilməsini
təmin edən həcdə erroziyaya qarşı, aqrokimya, meşəqoruyucu
hidromeliorativ tədbirlər yerinə yetirilməli;
- mineral gübrələrin, əhəng materiallarının, bitkilərin
mühafizə vasitələrinin bərpa olunması və həmcinin artması
təmin edilməli;
- əmtəənin istehsalçıların tələbini ödənilməsi üçün müasir
texnika və avadanlıqlar bazarı formaladırmalı;
- rəqabət strukturlarının inkişafı stimullaşdırılmalı və
güzəştli kreditləşdirilmə yolu ilə maddi-texniki baza geniş-
ləndirməli;
- maşınqayırma istehsalında siyasət strukturu dəyiş-
dirməlidir.
Mövçud оlаn və əldə еdilən tехniкаnın istifаdəsinin
yахşılаşdırılmаsı üçün tələb еdilən şərаitlərdən biri də sеrvis
хidmətinin кöкündən dəyişdirilməsidir. Ən bаşlıcаsı aqrar sfe-
rada struktur dəyişikləri aparılmalıdır. Bununlа bеlə, tехnоlоji
prоsеslərin еtibаrlı sistеmi yаrаdılmаlı, bunun üçün yеni tipdə
texniki xidmət sistemi yaradılmalıdır.
Yеni tехnоlоgiyа siyаsəti ilк növbədə кənd təsərrüfаtınа
yüкsəк tехnоlоgiyаlı və rеsurs qənаətli tехniкаnın gətirilməsini,
istеһsаl vаsitələrinin tоpdаnsаtış bаzаrının fоrmаlаşdırılmаsını,
һаzır məһsulun sаtış bаzаrının əvvəlcədən müəyyənləşdirilmə-
sini tələb еdir.
287
Prоqrаm üzrə dövlət büdcəsi, regionların yеrli büdcələri,
кənd təsərrüfаtınа yаrdım fоndu və tоrpаqdаn istifаdə еdənlərin
vаsаiti һеsаbınа müəyyən еdilmiş mаliyyələşdirmə qаydаlаrınа
ciddi əməl оlunmаlıdır. Tоrpаq vеrgisindən аlınаn vəsаitlər bu
məqsədə yönəldilməlidir.
Yüкsəк кеyfiyyətli һеyvаndаrlıq məһsullаrı istеһsаlının
аrtımı mаl-qаrаnın gеnеtik pоtеnsiаlının yüкsəldilməsi,
sаğlаmlığının qоrunmаsı, mövcud оlаn və yеni cinslərin gеniş
miqyаsdа sеlекsiyа işinin yахşılaşdırılmаsı ilə sıх bаğlıdır.
Bütün bu işlərin, һəmçinin süni mаyаlаnmаyа çəкilən хərçlərin,
bаytаr pеrеpаrаtlаrının və alətlərin əldə еdilməsinə vеrilən pul
vəsаitlərinin dövlət büdcəsi һеsаbınа һəyаtа кеçirilməsi təmin
olunmalıdır.
Aqrar bazarın formalaşması və səmərəli fəaliyyət göstər-
məsində meşə təsərrüfatının rolu və əhəmiyyəti böyükdür.
Azərbaycan Respublikasında meşə təsərrüfatı sahəsində məq-
sədyönlü proqramlar müəyyən edilməli və onların əsаsındа
хаlq təsərrüfаtının, о çümlədən кənd əmtəə istеһsаlçılаrının
аrtаn tələbini ödənilməsi məqsədi ilə mеşə rеsurslаrındаn sə-
mərəli istifаdə оlunmаsı və təкrаr istеһsаlının təmin edilməsi
tələb оlunur. Məşədən, onun sərvətlərindən səmərəli istifadəyə
nail olunması üçün aşağıdakıların nəzərədə tutulması məq-
sədəuyğun hesab olunur:
- mеşə təsərrüfаtlаrının еһtiyаcını ödəməк üçün mеşə
təsərrüfаtının bütün gəlir vəsаitlərinin təmərкüzləşdirilməsini
və istifаdəsini təmin еdən mеşə idаrəçiliyinin səmərəli iqtisаdi
mехаnizmini fоrmаlаşdırmаsı;
- mеşə mədəniyyəti, mеşə təsərrüfаtı, mеşə mеliоrаtiv iş-
lərinin və mеşə аğаclаrının və qеyri аğаc məһsullаrının еmа-
lının mexanikləşmə səviyyəsini yüksəldilməsi;
- аşаğı əmtəəli оlаn аğаclаrı yеnisi ilə əvəz edilərək
qiymətli mеşələrin bərpа еdilməsi;
- кənd təsərrüfаtı qurumlаrındа mеşə və mеşə оlmаyаn
ərаzilərdə qоruyucu mеşə zоlаqlаrının кəmiyyət və кеyfiyyətlə
288
аrtırılmаsı hesabına ümümi meşəliyin aqrosferasının, onun
əsası olan biоlоjiləşmənin və екоlоjiləşmənin dаvаmlılığının
möһкəmləndirilməsinə təsir göstərilməsi.
İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, aqrar
bazarın formalaşması və səmərəli fəaliyyət göstərməsi həlledici
səviyyədə ölkədə yeyinti və emal sənaye sahələrinin
inkişafından asılıdır. Qeyd etmək lazımdır ki, bu istiqamətdə
ölkəmizdə son dövrlər çox möhtəşəm tədbirlər həyata keçirilir,
yeyinti və emal sənaye sahələrinin miqyası genişlənir, onların
müasir texnologiya təchizatı yaxşılaşır, regionlarda xammal
bazarının tələblərinə uyğun emal və yeyinti sənaye sahələri
sürətlə inkişaf etdirilir. Belə ki, respublikanın müvafiq region-
larında pambıq emalı müəssisələri, tütün fеrmеntаsiyа zаvоd-
lаrı, tərəvəz-meyvə konserv müəssisələri, şirə, şərab və şərаb
məһsullаrı istеһsаlı zаvоdlаrı, ət və süd еmаlı müəssisələri və
sаir inkişafına nail olunmuşdur. Lakin son illər Azərbaycan
Respublikasının aqrar sferasında məhsul istehsalının sürətlə
artması, bir çox emal müəssisələrinin istehsal gücünün aşagı
olması, infrastrukturun nəqliyyat növündəki buraxılan nöq-
sanlar ölkənin еmаl-sənаyе sаһələrinin inкişаfındа ciddi gər-
ginliк yаrаnmışdır. Əһаlinin ərzаq məһsullаrı ilə təmin оlun-
mаsının yахşılаşdırılmаsının əsаs şərti yеyinti, еmаl sənа-
yеsinin və məһsulun sахlаnılmаsı bаzаsının inкişаf еtdiril-
məsidir. Qеyd еtməк lаzımdır кi, təкcə itкilərin аzаldılmаsı və
хаmmаl еmаlının dərinləşdirilməsi һеsаbınа yеyinti məһ-
sullаrının istеһsаlını 25-30 fаiz аrtırmаq mümkündür.
Lакin sоn illərdə bir sırа оbyекtiv və subyекtiv аmillərin
nəticəsində məһsulun еmаl оlunmuş һаldа əһаliyə yаlnız 30
fаizi rеаlizə еdilir. Аvrоpа ölкələrində bu rəqəm 90 fаizi кеçir.
Rеspubliкаdа һаzır məһsulun və еmаlın tехniкi səviyyəsi
оlduqcа аşаğıdır. Tехnоlоji аvаdаnlığın təхminən 60 fаizinin
аşınmаsı 50 fаizdən yuхаrıdır. Əl əməyinin хüsusi çəкisi 40-50
fаiz təşкil еdir. Qаblаşdırılmış yеyinti məһsullаrının pərакəndə
sаtışının һəcmi 30 fаizdən çох оlmur. Оdur кi, ölкədə еmаl
289
müəssisələrinin və sехlərinin mаddi-tехniкi bаzаsının yеniləş-
dirilməsi, yеni еmаl müəssisələrinin və sехlərinin tikilməsi
tələb оlunur.
Sаһələrаrаsı və rеgiоnlаrаrаsı əһəmiyyətə mаliк оlаn
хаmmаl və material resurslarının, һаzır məһsullаrın аrtırılmаsı
və digər vəzifələrin həllinə diqqət artırılmalıdır. Rеgiоnаl sə-
viyyədə istеһsаl mənbələri və regionların istehlakı nəzərə
alınmalıdır.
Ət və süd sənаyеsinin mаtеriаl-tехniкi bаzаsının inкişаfı,
qаbаqcıl tехnоlоgiyаnın tətbiq оlunmаsı, təкrаr хаmmаlın tаm
istifаdəsi, ət və süd məһsullаrının istеһsаlının аrtırılmаsı, uzun
müddət sахlаnılmаsı əsаsındа һəyаtа кеçirilməlidir.
Çörəкbişirmə, yаrmа, кrахmаl, qənnаdı, pivə, аlкоqоlsuz
içkilər, liкоr-аrаq və spirt sənаyеsinin inкişаfındа rеgiоnаl
bölgələrin tələbləri nəzərə аlınmаlıdır. Ən vаcib məsələlərdən
biri хаmmаl zоnalаrın yаrаdılmаsı, fəаliyyət göstərən еmаl və
yеyinti müəssisələrinin rекоnstruкsiyа оlunmаsıdır.
Rеgiоnаl prоqrаmlаrın rеаlizə оlunmаsı üçün büdcə təmi-
nаtlаrı ilə yаnаşı səһmdаr, хüsusi və хаrici invеstisiyаlаrdаn dа
istifаdə оlunmаlıdır. Yеyinti və еmаl sаһələrinin inкişаfındа ən
кəsкin prоblеm müаsir mаşın və аvаdаnlıqlаrın оlmаmаsıdır.
Müstəqil Dövlətlər Birliyi ölкələri ilə əməкdаşlığın yаrа-
dılmаsı, yеyinti və еmаl sənаyеsi üçün müаsir аvаdаnlıqlаrın
аlınmаsının, еləcə də lаzım оlаn аvаdаnlığın və еһtiyаt һissə-
lərinin uzаq хаric dövlətlərdən idхаl оlunmаsının gеnişləndiril-
məsi nəzərdə tutulmаlı və bu prоblem һəll еdilməlidir.
Yеyinti məһsullаrının təminаtlı кеyfiyyətlə burахılmа-
sının və istеһlакçılаrın mаrаğının müdаfiə еdilməsini təmin
еtməк üçün dövlət sеrtifiкаt sistеmi və ərzаq mаllаrının stаn-
dаrtlаşdırılmаsı fоrmаsını yаrаtmаlı və sаnitаr nəzаrəti mеха-
nizmi fоrmаlаşdırmalıdır. Bütün bunlar aqrar bazarın düzgün
formalaşdırılmasını və səmərəli fəaliyyət göstərməsini əsas
istiqamətləridir.
290
5. Aqrar bazarın dövlət tənzimlənməsi
Aqrar bazarın formalaşması və xüsusilə səmərəli fəaliyyət
göstərməsi həlledici səviyyədə onun dövlət tənzimlənməsindən
asılıdır. Aqrar sfera və onun əsasında formalaşan aqrar bazar
milli iqtisadiyyatın elə sahəsindən biridir ki, onun inkişafı və
fəaliyyəti daima dövlətin daima himayəsində olması və mün-
təzəm olaraq tənzimlənməlidir.
Ümumiyyətlə ölkənin aqrar sferası, o cümlədən aqrar
bazar xalq təsərrüfatının bütün digər sahələrindən onunla fərq-
lənir ki, onun məhsullarını cəmiyyətin bütün üzvləri istehlak
edir, məhsulların qiymətinin artımı ona olan tələbatı aşaga
salmaq qabiliyyətinə malik deyildir və əksinə çox ciddi sosial
problemlərin, gərginliklərin yaranmasına səbəb olur. Deməli,
bütün hallarda dövlət xalq təsərrüfatının digər sahələrindən
daha çox aqrar bölməyə diqqət yetirməli, aqrar bazardakı möv-
cud vəziyyəti daim nəzarət altında saxlamalı və bu sektorda baş
verə biləcək hər hansı zərərli tendensiyanı əvvəlcədən aradan
qaldırmağa qadir olmalıdır.
Bazar münasibətlərini müasir inkişafı şəraitində aqrar
sferaya dövlət himayəsinin göstərilməsi də daxil olmaqla aqrar
bazarın dövlət tənzimlənməsinə baxışlar müxtəlifdir. Bu
baxışlar başlıca olaraq aşağıdakı aspektlər üzrə qruplaşdırılır:
- xarici ticarət üzrə əsaslar;
- aqrar əmtəə istehsalçılarının və ümumilikdə aqrar
sferanın gəlirlərinin formalaşması ilə bağlı əsaslar;
- kəndin inkişafı ilə bağlı əsaslar;
- əmtəə mühitin mühafizəsi ilə bağlı əsaslar.
Qeyd etmək lazımdır ki, aqrar bazarın dövlət tənzim-
lənməsinin labüdlüyünü dəstəkləyən xarici ticarət üzrə əsaslar
ilk növbədə ölkə əhalisinin ərzaq, kənd təsərrüfatı və yeyinti
məhsullarına olan tələbatının daxili istehsal resursları hesabına
ödənilməsinə əsaslanır. Praktikada bu əsaslar ölkələrin ərzaq
məhsulları ilə özünütəminetmə səviyyəsilə də əlaqələndirirlər.
291
Ölkənin ərzaq məhsulları ilə özünütənzimləməyə nail
olmaq və bu əsasda aqrar bazarın dövlət tənzimlənməsini
həyata keçirmək üçün ölkəyə kənardan ərzaq və yeyinti məh-
sullarının gətirilməsinə məhdudiyyət və ticarət baryeri qoyulur,
yerli istehsalçıların stimullaşdırılmasına yönəldilmiş aktiv
fəaliyyət həyata keçirilir. Beləliklə ölkənin aqrar bazarı xarici
ölkələrin və onların əmtəə istehsalçılarının iqtisadi təsirinə
məruz qalmır, ölkə ərzaq asılılığından azad olur, kənd əha-
lisinin məşgulluğu yüksəlir.
Qeyd etmək lazımdır ki, ölkə əhalisi tərəfindən istehlak
edilən bütün ərzaq və yeyinti məhsullarını ölkə daxilində isteh-
sal etmək praktiki olaraq mümkün deyildir. Bütün hallarda
müəyyən məhsullar həmişə xaricdən alınır. Bununla yanaşı
dünya praktikasında elə hallarda mövcuddur ki, ölkədə ərzaq
məhsullarının istehsalı idxal edilmiş resurslardan istifadə əsa-
sında həyata keçirilir. Məsələn Yaponiya yüksək uzun müddət
ərzaq məhsullarına olan tələbatını daxili resurslar hesabına
ödənilməsinə nail olmuşdur. Onu da nəzərə almaq lazımdır ki,
Yaponiyanın aqrar bazarı və bütövlükdə aqrar sektoru yüksək
dərəcədə sənayeləşmiş və eyni zamanda yüksək enerji tutu-
muna malikdir. Enerji təminatı ilə yalnız idxal hesabına
ödənilir.
Aqrar bazarın dövlət tənzimlənməsində mühüm əsas-
lardan olan özünütəminetmə səviyyəsi onunla şərtlənir ki, ölkə
əhalinin istehlakı üçün zəruri olan əsas qida məhsullarını özü
istehsal edir, ölkə iqtisadiyyatı üçün baha başa gələn əsas xa-
rakter daşımayan məhsulları idxal edir. Bu zaman mövcud
proseslərin nəticəsində qiymət disproporsiyası yaransa da bu
ölkənin ərzaq və iqtisadi təhlükəsizliyinə çətinlik yaratmır.
Məlum olduğu kimi özünütəminetmə səviyyəsi ərzaq istehla-
kının tərkib hissəli olub əsas etibarı ilə ölkə daxili ərzaq
istehsalı ilə təmin edilir.
Onu da qeyd etmək lazımdır ki, ölkənin özünütəminetmə
səviyyəsi ilə aqrar bazarın dövlət tənzimlənməsi və o cümlədən
292
aqrar sferaya dövlət yardımı arasında məntiqi əlaqə mövcuddur.
Bu baxımdan aqrar bazarın dövlət tənzimlənməsi ilə aqrar
sferaya dövlət köməyi labüdlüyünü təsdiq edən belə əsas
üzərində dayanmaq vacibdir ki, ölkənin ərzaq məhsulları ilə
özünütəminetmə səviyyəsi aşağı düşdüyü hallarda ölkəyə xaric-
dən ərzaq gətirilməsi qeyri-mümkün olur. Bu olduqca çətin
haldır. Deməli ölkənin özünü təmin etmə əsasda fəaliyyəti
etibarlı deyildir.
Aqrar bazarın dövlət tənzimlənməsi ilə ərzaq təhlükə-
sizliyi kimi olduqca vacib problemin həlli imkanlarının art-
masına şərait yaranır. Belə ki, ərzaq təhlükəsizliyinin yalnız
ərzaq məhsulları istehsalının azalması ilə deyil, əhalinin gə-
lirlərinin səviyyəsinin aşağı olması, yaxud əhalinin gəlirləri ilə
ərzaq məhsullarının qiymətləri arasındakı nisbətin qiymətlərin
aşağı salınmasını nəticələnir. Beləliklə aqrar bazar
tənzimləməklə dövlət eyni zamanda əhalinin gəlirlərinin də
səviyyəsinin yüksəldilməsinə, ərzaq məhsullarının qiymətləri-
nin səviyyəsinin stabilləşməsinə və tədricən aşağı düşməsinə
real şərait yaradır.
Bazar münasibətlərinin formalaşdığı şəraitdə aqrar ba-
zarın dövlət tənzimlənməsinə şərtləndirilən başlıca əsaslardan
biri aqrar sferanın gəlirlərinin formalaşması ilə bağlı olan
mövcud tendensiyalardır. Məlum olduğu kimi müasir dövrdə
kənd təsərrüfatının və o cümlədən aqrar bazarın ən mühüm
problemlərindən biri əmtəə istehsalçılarının gəlirlərinin iqtisa-
diyyatın digər sahələri ilə müqayisədə aşağı olmasıdır.
Bununla əlaqədar olaraq ölkənin sosial-iqtisadi inkişafının
müasir mərhələsində aqrar bazarın dövlət tənzimlənməsinin
səmərəliliyinin yüksəldilməsi üçün dövlətin qarşısında duran ən
mühüm vəzifələrdən biri xalq təsərrüfatının sahələri arasında
gəlirlərin formalaşması baxımından siyasi və iqtisadi ədaləti
təmin etməkdən ibarətdir. Buna nail olunması olduqca vacib
vəzifədir və aqrar bazarın düzgün tənzimlənməsində olduqca
labüddür.
293
Aqrar bazarın dövlət tənzimlənməsini şərtləndirən əsas-
lardan biri olan aqrar sferanın gəlirlərinin formalaşması ilə
bağlı aparılan tədqiqat işləri bu göstəricinin vacibliyini sübut
edir. İqtisadçılar tərəfindən aparılan araşdırmalardan belə qə-
naətə gəlinmişdir ki, qiymət siyasəti vasitəsilə aqrar bazar sub-
yektlərinin gəlirlərinin artmasına cəhd o zaman səmərə verə
bilər ki, qiymətlər bu sahədə daimi olaraq artmağa meylli
olsun.
Bu sahədə dövlət siyasətinin prioritetlərinə söykənməklə
məsələn, fermerlərin öz məhsullarının qiymətlərinin birtərəfli
qaydada artırması kənd təsərrüfatı ilə iqtisadiyyatın qeyri-aqrar
sektoru arasında gəlirlərin bərabərləşdirilməsinə gətirib çıxara
bilər. Lakin bütün bunlar heç bir halda təminat vermir ki,
müəyyən zaman kəsiyindən sonra iqtisadiyyatın sahələri arasın-
da yenidən gəlirlərin dispariteti meydana çıxmayacaq.
Bazar münasibətlərinin formalaşdığı müasir dövrdə aqrar
bazarın dövlət tənzimlənməsi sahəsində irəli sürülən, başlıca
əsaslardan biri də kəndin inkişafı ilə bağlı olan amildir. Məlum
olduğu kimi aqrar sfera uzun illər əhalinin məşğul olduğu
başlıca sahələrdən biridir. Lakin son illə bu sahədə vəziyyət
xeyli dəyişmiş, əhalinin məşğulluq səviyyəsi aşağı düşmüşdür.
Bu da kəndin inkişafının zəiflənməsinə səbəb olmuşdur. Lakin
son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramların qəbul edilməsi nəticəsində aqrar sfera inkişaf
etmiş, kəndlərin sürətlə inkişafına nail olunmuşdur. Bunun nəti-
cəsində aqrar bazarın dövlət tənzimlənməsi sahəsində ciddi
inkişafa nail olunmuşdur.
Aqrar bazarın dövlət tənzimlənməsini şərtləndirən başlıca
əsaslardan biri ətraf mühitin mühafizəsidir. Məlum olduğu kimi
aqrar sfera ətraf mühitin ən güclü şəkildə çirkləndiyi sahələrdən
biridir. Belə ki, heyvandarlığın atdığı maddələr, gübrələr,
müxtəlif kimyəvi maddələr, neft məhsulları və s. ətraf mühitin
çirklənməsinə səbəb olur. Bir çox ölkələrdə kənd təsərrüfatı
məhsulları istehsalçıları ilə ekoloji cəhətdən təmiz məhsul
294
istehsalına dair müqavilələr tərtib edilir və buna ciddi nəzarət
həyata keçirilir. Ekoloji cəhətdən təmiz məhsul istehsalı müasir
maşınlara və mütərəqqi texnologiyaya əsaslanır.
Azərbaycan Respublikasında isə bu sahədə nöqsanlar çox
genişdir. Mütərəqqi texnologiya tətbiq olunmur, məhsuldarlıq
hələlik aşağıdır, maya dəyəri yüksəkdir. Bu da bazarda məh-
sulun qiymətinin bahalaşmasına səbəb olur. Beləliklə aqrar
bazarın tənzimlənməsində çətinliklər yaranır.
Bazar münasibətlərinin formalaşdığı, ölkənin sosial-
iqtisadi inkişafının müasir şəraitində əhalinin ərzaq təminatının
yaxşılaşdırılması məqsədi ilə aqrar sferada mütərəqqi texno-
logiya tətbiq edilməli, müasir maşın-mexanizmlərdən istifadə
olunmalı, ətraf mühitin qorunması təmin olunmalıdır. Bunun
üçün aqrar sferanın Dövlət yardımı və köməyinə ehtiyacı
böyükdür.
Bunlar nəzərə alınaraq ölkədə aqrar bazarın Dövlət tən-
zimlənməsinin aşağıdakı başlıca vəzifələri yerinə yetirməsi
tələb olunur:
- ölkədə ərzaq təhlükəsizliyinin qarşısının alınması məq-
sədilə yeyinti məhsullarının istehsalı daxili mənbələr hesabına
həyata keçirilməli;
- əsas növ ərzaq və xalq istehlakı məhsulları istehsal
edilən sahələrin intensiv inkişafı təmin edilməli;
- əmtəə istehsalçılarının gəlirlərini geniş təkrar istehsalın
təmin olunması səviyyəsinə çatdırılması üçün dövlət tərəfindən
köməklik göstərilməsi;
- elmi-texniki tərəqqinin nailiyyətlərindən geniş istifadə
olunması və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün şərait
yaradılması;
- xarici bazarlara çıxmaq üçün dövlət daxilində birgə ərazi
iqtisadi münasibətlərin formalaşması.
Aqrar bazarın dövlət tənzimlənməsinin müxtəlif metod-
larından istifadə edilir. Bazar münasibətləri şəraitində istifadə
olunan metodlar aşağıdakılardır:
295
- birbaşa və yaxud müstəqim tənzimlənmə;
- dolayı, yaxud qeyri-müstəqim tənzimlənmə.
Bazar münasibətlərinin inkişafının müasir mərhələsində
aqrar bazarın birbaşa və ya müstəqil tənzimlənməsi dövlət tərə-
findən aqrar sektora və aqrar bazarın fəaliyyətinin nizamlan-
masına yönəldilmiş hüquqi-normativ aktlar vasitəsilə həyata
keçirilir.
Aqrar bazarın birbaşa (müstəqim) tənzimlənməsi əksər
hallarda aqrar bazarın hüquqi tənzimlənməsi də adlanır. Hüquqi
tənzimlənmə ölkədə qəbul edilən qanunlara əsaslanır. Bu za-
man aqrar bazarda fəaliyyət göstərən mülkiyyət formasından
asılı olmayaraq aqrar bazar iştirakçılarının maraq və mənafeləri
ölkənin müvafiq qanunları vasitəsilə qorunur və müdafiə
olunur.
Müasir dövrdə aqrar bazarın dövlət tənzimlənməsi əsasən
birbaşa tənzimlənmə qaydası ilə həyata keçirilir. Bununla
yanaşı aqrar bazarın dövlət tənzimlənməsində digər qaydadan,
yəni dolayı üsuldan da istifadə olunur. Aqrar bazarın dövlət
tərəfindən dolayı və ya qeyri-müstəqil tənzimlənməsi aşağıdakı
vasitələrlə həyata keçirilir:
- əmtəəlik məhsulun satışından daxil olan vəsaitin
artırılması;
- aqrar sferanın məhsullarının dövlət tədarükü;
- əmtəə istehsalçılarının qiymət subsidiyaları;
- məhsul istehsal xərclərinin aşağı salınması tədbirləri;
- aqrar sferada struktur siyasət;
- aqrar sferada istehsalın rentabelliyinin yüksəldilməsinə
yönəldilən tədbirlər;
- ölkədə xarici ticarətin tənzimlənməsi ilə əlaqədar
tədbirlər.
Təcrübə göstərir ki, aqrar sferada fəaliyyət göstərən təsər-
rüfatçılıq formalarının gəlirlərinin artırılmasına başlıca olaraq
əmtəəlik məhsulların satışından daxil olan vəsaitin çoxalması
ilə nail olunur. Əmtəəlik məhsulların satışından əldə edilən
296
vəsaitin artımının başlıca yolu satılan məhsullara tələbin yük-
səlməsi və təklif olunan məhsulların ixtisar olunmasıdır. Aqrar
bazarda kənd təsərrüfatı məhsullarına olan tələbatın yüksəl-
məsinə yalnız onların tədarükü sisteminin səmərəli təşkili ilə
nail olmaq mümkündür. Bununla yanaşı aqrar bazarda yerli
ərzaq məhsullarına olan tələbin artımı həm də idxal olunan
ərzaq məhsullarına məhdudiyyətlərin qoyulması və ərzaq məh-
sullarının ixracının stimullaçdırılması vasitəsilə də həyata
keçirilir.
İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, aqrar
bazarda əmtəə təklifinin həcminin ixtisar olunmasına əsasən
kənd təsərrüfatı məhsulları istehsalının kvotalaşdırılması yolu
ilə nail olunur. Son illər respublikamızda bu istiqamətdə həyata
keçirilən tədbirlər genişlənir, aqrar bazarlarda yerli əmtəələrin
rolu artır, əhəmiyyəti yüksəlir.
Müasir dövrdə aqrar bazarın dövlət tənzimlənməsinin
başlıca vasitələrindən biri əsas növ məhsulların dövlət
tərəfindən tədarük edilməsi hesab olunur. Bir çox ölkələrdə
dövlət aqrar bazarda mövcud olan vəziyyəti yaxşılaşdırmaq və
məhsul istehsalçılarının marağını yüksəltmək və qiymətlərin
səviyyəsinə yardım göstərmək məqsədi ilə onların məhsulları-
nın müəyyən hissəsinin büdcədən maliyyələşən bəzi müəssisə-
lər tərəfindən tədarük olunmasına səlahiyyət verir. Bu proses
dövlətin tədarük intervensiyası adlanır. Beləliklə, dövlət tərə-
findən tədarük hesabına bazarda qiymətlərin səviyyəsinin yük-
səldilməsinə şərait yaranır, bu öz növbəsində məhsul istehsalı
və satışının çoxalmasına marağı təmin edir.
Bazar münasibətlərinin müasir inkişafı şəraitində aqrar
bazarın dövlət tənzimlənməsinin əsas vasitələrindən biri məhsul
istehsalçılarının qiymətlərinin səviyyəsinə yardım göstərilmə-
sidir. Bunun ən mühüm və yayılmış forması qiymət subsidiya-
sıdır. Qiymət subsidiyası əmtəə istehsalçılarının iqtisadi mara-
ğını təmin etmək məqsədi ilə dövlət tərəfindən istehsalçılara
minimum təminatlı qiymət səviyyəsində yardım göstəril-
297
məsidir. Azərbaycan Respublikasında son illər bu sahədə ciddi
tədbirlər həyata keçirilir. Belə ki, dənli bitkilərin, məhsuldar
heyvandarlığın inkişafı ilə əlaqədar qiymət subsidiyalarının
tətbiqi həmin sahələrdə yüksək inkişafa şərait yaratmışdır.
Aqrar bazarın dövlət tənzimlənməsinin əsas vasitələ-
rindən biri məhsul istehsalı xərclərinin aşağı salınmasıdır.
Məlum olduğu kimi istehsal olunan məhsulların xərcləri çoxlu
sayda mənbələr hesabına formalaşır. Buna əmək və vəsait sərfi,
istehsalın idarə olunması, satışı, saxlanılması və s. ilə bağlı
xərclər daxildir. Bu xərclərin aşağı salınması və bu əsasda
əmtəələrin qiymətindən ucuzlaşdırılması ehtiyatları və imkan-
ları genişdir. Hazırda bir çox aqrar sahibkar bu istiqamətdə
mühüm nəticələrə nail olmuşdur.
Aqrar sferanın müasir inkişafı şəraitində ölkədə aqrar
bazarın dövlət tənzimlənməsinin digər vasitələrinin də rolu və
əhəmiyyəti böyükdür. Belə ki, aqrar bazarın dövlət tənzim-
lənməsinin mühüm vasitələrindən biri də aqrar bazara xidmət
edən və eyni zamanda aqrar bazarın tərkibinə daxil olan bütün
sahələrdə struktur siyasətin səmərəli qurulmasıdır. Bununla
yanaşı aqrar bazarın dövlət tənzimlənməsinin ən mühüm
vasitələrindən biri də aqrar bazarın tərkibinə daxil olan sahə-
lərin, o cümlədən kənd təsərrüfatı və yeyinti sahələrində isteh-
salın rentabelliyinin yüksəldilməsinə istiqamətlənmiş məqsəd-
yönlü tədbirlərin həyata keçirilməsidir. Ölkəmizdə aqrar sfe-
ranın inkişaf etdirilməsi istiqamətləri müəyyən edilərkən qeyd
edilən bu tədbirlər uğurla həll edilir.
6. Aqrar bazarın qorunması
Bazar münasibətlərinin inkişafının müasir mərhələsində
dövlətin iqtisadi müstəqilliyinin təmin edilməsində aqrar
bazarın qorunması istisna əhəmiyyətli tədbirdir. Aqrar bazarın
qorunması ölkə əhalisinin ərzaq və digər istehlak məhsulları ilə
tələbatının yerli mənbələr hesabına ödənilməsində, yerli aqrar
298
əmtəə istehsalçılarının fəaliyyətinin səmərəliliyinin yüksəl-
dilməsində əhəmiyyətli rol oynayır. Aqrar bazarın qorunması
bütün dövlətlərin iqtisadi siyasətinin prioritet istiqamətlərindən
biri olmalıdır. Aqrar bazar ilk növbədə ölkə əhalisinin ərzaq,
kənd təsərrüfatı və yeyinti məhsullarına, milli sənayenin isə
kənd təsərrüfatı xammalına olan tələbatını ödəmək məqsədinə
xidmət etdiyindən onun müdafiə edilməsi dövlətin strateji
iqtisadi maraqlarının qorunması kimi qiymətləndirilir. Aqrar
bazarın qorunması nəticə etibarilə dövlətin aqrar sferasının
təhlükəsizliyinin təmin edilməsinin ən mühüm amilidir.
Aqrar bazarın qorunması yerli əmtəə istehsalçılarının və
maddi-texniki resursları bazarının xarici rəqabətin əlverişsiz
təsirlərindən müdafiə edilməsi kimi şərtlənir. Aqrar bazarı
qorumaqla dövlət yerli bazarda xarici əmtəə istehsalçılarının
fəaliyyətini məhdudlaşdırır, ölkə əhalisinin və sənayenin ərzaq,
yeyinti məhsullarına və xammala olan tələbatının daxili əmtəə
istehsalçıları tərəfindən ödənilməsini təmin edir. Aqrar bazarın
qorunması sahəsində müvəffəqiyyətin əldə olunması dövlətin
iqtisadi gücü kimi dəyərləndirilir.
Son illər aqrar bazarın qorunması sahəsində dövlətin
müvəffəqiyyətli fəaliyyəti kənd təsərrüfatı əmtəə istehsalçılarını
idxalçıların manevrlərindən və bazar konyukturundan asılılığını
neytrallaşdırır. Bazar iqtisadiyyatı sahəsində inkişaf etmiş
dövlətlərin təcrübəsi göstərir ki, ölkənin iqtisadi təhlükəsizlik
səviyyəsinin yüksəldilməsi, onun milli maraqlarının daxili və
xarici bazarda səmərəli müdafiə edilməsi mexanizmindən asılı-
dır. Qeyd etmək lazımdır ki, bazarın qorunması, daxili və xarici
bazarlarda səmərəli fəaliyyət bütün dövlətlər üçün vacib və
zəruridir. Keçid iqtisadiyyatı şəraitində daxili bazarın qorun-
ması bir də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, keçid dövrü
cəmiyyətdə mövcud olan ənənəvi iqtisadi münasibətlər
sisteminin dağıdılması, dövlətin iqtisadiyyata təsir mexaniz-
minin zəif olması ilə əlaqədardır. Bazar münasibətlərinin in-
kişafı şəraitində yerli əmtəə istehsalçıları idxal olunan məhsul-
299
ların müdaxiləsindən, həmçinin kapitalın xaricə axınından
müdafiə olunmaq zərurəti habelə ixrac olunan məhsulların qiy-
mətlərinin süni surətdə aşağı salınması, idxal olunan məh-
sulların qiymətlərinin isə yüksəldilməsi ilə üzləşirlər. Bu isə
bilavasitə ölkənin iqtisadi sərhədlərini qorumaq iqtidarında olan
gömrük mexanizminin nöqsanlı olması ilə əlaqədardır.
Dünya təcrübəsi göstərir ki, daxili və xarici bazarın
qorunması sahəsində dövlətin səmərəli siyasəti olmadan
ölkənin sosial-iqtisadi inkişafına nail olmaq qeyri-mümkündür.
Güclü və rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılmasının ən
mühüm vasitələrindən biri daxili və xarici bazarda ölkənin milli
maraqlarının müdafiə edilməsidir. Aqrar bazarın qorunması
milli iqtisadiyyatın müdafiəsinin ən mühüm tərkib element-
lərindən biri hesab edilməlidir.
Milli iqtisadiyyat, eləcə də aqrar iqtisadiyyat və aqrar
bazar üçün daha təhlükəli tendensiya yerli əmtəə istehsalçıların
xarici bazarın zərərli təsirinə məruz qalmasıdır. Bunun nəti-
cəsidir ki, aqrar bazara məhsul çıxaran yerli əmtəə istehsalçısı
xarici rəqabətin əlverişsiz təsirləri ilə üzləşdiyindən iqtisadi
arenanı tərk etmək labüdlüyü ilə üzləşir. Odur ki, dövlət tərəfin-
dən, xüsusilə aqrar bazarın müdafiəsinə yönəldilmiş himayə-
çilik siyasəti həyata keçirilir. Dövlətin himayəçilik siyasəti
gömrük rüsumları vasitəsilə həyata keçirilir. Gömrük tarif-
lərinin himayəçilik dərəcəsi onun ölkəyə idxal olunan milli
istehsal məhsulunun gətirilməsini nə dərəcədə məhdudlaş-
dırması ilə xarakterizə olunur.
Himayəçilik siyasətinin həyata keçirilməsinə bilavasitə
xidmət edən gömrük rüsumları istehsal olunan analoji məh-
sulun idxalını məhdudlaşdırdığından milli əmtəə istehsalçıları
əlverişli şəraitdə fəaliyyət göstərmək imkanına malik olur və
dövlət büdcəsinə daxil olmaların həcmi artar. Bundan əlavə
gömrük rüsumları xarici əmtəə istehsalçılarının milli iqtisadiy-
yatda manevr imkanlarını tam ciddiyyəti ilə məhdudlaşdırır və
300
xarici subyektlər xüsusilə də aqrar bazarda ucuz qiymətə
məhsul satmaq imkanlarından məhrum olurlar.
Gömrük vergiləri bütün sahələrdə olduğu kimi aqrar
bazarda da idxal mallarının daxili qiymətlərini artırır ki, yerli
kənd təsərrüfatı əmtəə istehsalçılarını, həm də aqrar-sənaye
istehsalçılarını xarici rəqabətdən qoruyaraq onların istehsalı
genişləndirmək imkanlarını artırır. Qeyd etmək lazımdır ki, hər
hansı bir mala qoyulan gömrük tarifi yalnız həmin malı istehsal
edən firmaları himayə etmir. Eyni zamanda həmin firmada
işləyən fəhlə və qulluqçuların gəlirlərini himayə edir.
İnkişaf etmiş ölkələrdə gömrük tarifləri elə qurulur ki,
vergiyə cəlb olunma səviyyəsi malın emalı dərəcəsi artdıqca
çoxalır. Məsələn, emal olunan xam pambıq idxalına gömrük
rüsumu qoyulmadığı halda pambıq parça ipliyi üçün bu tarif 7-
9%, hazır məhsul üçün isə 20% səviyyəsində ola bilir.
Bununla da hər hansı bir ölkənin pambıq parça məmulatı
istehlakçısı pulsuz xarici pambıq satın alaraq real müdafiə
səviyyəsinə malik olur ki, bu da gömrük rüsumunun nominal
miqdarından xeyli çoxdur. Təcrübədə bu miqdar rüsumsuz və
ya rüsumla idxal olunan xammalın xüsusi çəkisi nə qədər yük-
səkdirsə bir o qədər çox olur.
Aqrar sfera inkişaf etmiş dünya dövlətlərində iqtisadiy-
yatın ən mühüm tərkib elementi hesab olunmaqla əhalinin əksər
xüsusi çəkisinin məşğulluğunun təmin olunması ilə şərtlənir.
Odur ki, iqtisadiyyatın aqrar sferasında, o cümlədən aqrar
bazarda proteksionist meyllərin güclənməsi dövlətin bu sahədə
prioritet maraqlarının qorunması kimi xarakterizə olunur. Bu
baxımdan əksər ölkələrin təcrübəsində aqrar bazarın qorun-
ması və xarici rəqabətin əlverişsiz təsirlərinin neytrallaşdırıl-
ması aqrar ərzaq siyasətinin ən mühüm tərkib elementlərindən
biri hesab olunur. Aqrar bazarın qorunmasını özündə əks
etdirən dövlətin aqrar siyasəti üç əsas mərhələni birləşdirir.
301
Birinci mərhələdə ASK-də istehsal edilən məhsulların
qiymətləri liberallaşdırılır, dövlət sifarişinin həcmi ixtisar
olunur, istehsalın həcminin planlaşdırılmasından imtina edilir.
İkinci mərhələdə aqrar bazarda liberallaşdırma aqrar
proteksionizmlə əvəz olunur. Daxili bazarın qorunması ilə bağlı
minimum qarantiyaya malik olan idxal-ixrac gömrük
rüsumlarından, kvotalardan və ixrac subsidiyalarından istifadə
olunur.
Üçüncü mərhələdə isə aqrar sferanın tənzimlənməsinin
təkmil maliyyə mexanizmi formalaşdırılır.
İnkişaf etmiş ölkələrdə qiymətlərin səviyyəsinə iqtisadi
yardım göstərilməsinin ən geniş mexanizmi qiymətlərə birbaşa
əlavələrin verilməsidir. Qiymətlərin səviyyəsinə birbaşa əlavə-
lərin mahiyyəti onunla bağlıdır ki, dövlət qiymətlərin səviyyə-
sini müəyyən edir və hər bir istehsalçıya dövlətin müəyyənləş-
dirdiyi qiymət həddi ilə pərakəndə satış qiymətləri arasındakı
fərq ödənilir.
Aqrar bazarın qorunmasına istiqamətləndirilmiş dövlət
siyasəti eyni zamanda kənd təsərrüfatı ərzaq və yeyinti
məhsullarına minimum təminatlı qiymətlər tətbiq edilməsidir.
Minimum təminatlı qiymətlər inkişaf etmiş dünya dövlətlərində
qiymətlərin səviyyəsinə yardım göstərilməsinin ən mühüm
vasitələrindən biri hesab olunur. Minimum təminatlı qiymət-
lərin müəyyənləşdirilməsi bazarda artıq qalmış izafi məhsulun
dövlət tərəfindən tədarük olunması kimi şərtlənir. Qiymətlərin
ümumi səviyyəsinin artımı zamanı əhali istehlak etdiyi məh-
sulları yüksək qiymətə almağa məcbur olur. Ərzaq istehlakı
əhalinin istehlak xərclərinin tərkibində yüksək xüsusi çəki
təşkil etdiyindən qiymətlərin səviyyəsinin artması bir sıra hal-
larda ərzaq məhsullarına olan tələbin səviyyəsinin aşağı
düşməsi müşayiət olunur. Odur ki, dövlət iri həcmdə məhsulu
təminatlı qiymətlərlə tədarük etmək məcburiyyətində qalır ki,
bu vasitə ilə də aqrar bazarı stabilləşdirir, onu xarici ölkələrin
zərərli təsirlərindən qoruyur.
302
Aqrar bazarda və bütövlükdə aqrar sferada proteksionist
siyasətin ən mühüm tərkib elementlərindən biri kənd təsər-
rüfatında istifadə olunan maddi-texniki resursların subsidiya-
laşdırılmasıdır. Aqrar sferanın məhsullarının qiymətləri ilə
maddi-texniki resursların qiymətləri arasında disparitet keçid
iqtisadiyyatını yaşayan bütün ölkələr üçün xarakterik hal hesab
olunur. Bu problemin aradan qaldırılması məqsədilə əksər
ölkələr maddi-texniki resursların subsidiyalaşdırılması varian-
tından istifadə edirlər. Belə ki, əksər ölkələrdə, o cümlədən
Rusiyada mülkiyyət formasından asılı olmayaraq kənd təsər-
rüfatı əmtəə istehsalçılarına satılan mineral gübrələr, elektrik
enerjisi, yanacaq məhsullarına dotasiyalar verilir. Dünya təc-
rübəsi göstərir ki, kənd təsərrüfatı əmtəə istehsalçılarına verilən
dotasiyaların səmərəliliyi aşağıdakı şərtlərə əməl edilməsi ilə
səciyyələnir:
- maddi-texniki resurslar bazarında azad rəqabətin
mövcudluğu;
- maddi-texniki resurslar bazarında istehsal vasitələri
təklifinin qiymət elastikliyinə malik olması;
- maddi-texniki resurslar bazarında təklif edilən istehsal
vasitələrinin tətbiqinin məqsədli xarakterə malik olması.
Bu şərtlərdən hər hansı birinin iqtisadi praktikada reallaş-
dırılması nəticə etibarilə resurslarla bağlı verilən dotasiyaların
qarşıya qoyulan məqsədə nail olmamasına gətirib çıxarır və
onun səmərəliliyini aşağı salır. Göründüyü kimi əgər subsidiya-
laşdırılan resurs bazarında inhisarçılıq və qeyri-elastik resurs
təklifi mövcud olarsa onda kənd təsərrüfatına həmin resursların
əldə edilməsinə çəkilən xərclərin dotasiyası yalnız və yalnız
qiymətlərin artımına gətirib çıxarır.
Aqrar bazarın qorunması sisteminin ən mühüm prin-
siplərindən biri də kredit proqramlarının həyata keçirilməsi ilə
bağlıdır. Keçid iqtisadiyyatı ölkələrində qiymətlərin liberallaş-
dırılması kənd təsərrüfatı ilə maddi-texniki resursların isteh-
salçıları arasında paritetin pisləşməsinə səbəb olur. Qiymətlərin
303
liberallaşdırılması ilə müşayiət olunan yüksək inflyasiya dal-
ğası faiz stavkasının artmasına və verilən kreditlərin müd-
dətinin ixtisar olunmasına əlverişli şərait yaradır. Beləliklə, iq-
tisadi böhranla xarakterizə olunan keçid iqtisadiyyatında aqrar
sfera kəskin maliyyə durumu ilə üzləşir. Xüsusi dövriyyə
vəsaitlərinin məhdudluğu, yeni maddi-texniki resursların əldə
edilməsi imkanlarının çətinləşməsi özünü tam mənası ilə biruzə
verir. Aqrar iqtisadiyyatda mövcud böhranlı tendensiyalar
bütün dövlətlərdə aqrar bazara xidmət edən sahələrin kreditləş-
dirilməsi üzrə xüsusi dövlət proqramlarının hazırlanması mü-
hüm əhəmiyyət kəsb edir.
Aqrar bazarın qorunması sisteminin mühüm tərkib ele-
menti olmaqla aqrar sferanın kreditləşdirilməsi aşağıdakı təd-
birlərin həyata keçirilməsini nəzərdə tutur:
- faiz stavkalarının subsidiyalaşdırılması;
- ASK sahələrinə dövlət qarantiyası ilə bank subsidiya-
larının verilməsi;
- bilavasitə aqrar sferaya xidmət edən ixtisaslaşdırılmış
kredit institutlarının yaradılması;
- aqrar sferaya verilmiş borcların silinməsi.
Maliyyə stabilləşdirilməsinə təsir edən mənfi tenden-
siyalar nəticə etibarilə ona gətirib çıxarır ki, kənd təsərrüfatı
üçün zəruri olan yeganə mövsümi kredit mənbəyi kimi dövlət
büdcəsi çıxış edir. Dövlət büdcəsinə alternativ olan xüsusi
maliyyə resursları vasitəsi ilə aqrar sfera investisiyalaşdırılmır.
Dövlət büdcəsinin maliyyə gərginliyini nəzərə alsaq aqrar
sferanın mərkəzləşdirilmiş maliyyə resursları hesabına
investisiyalaşdırılması mümkün deyil. Bu problemin həlli yal-
nız iqtisadiyyatın maliyyə stabilləşdirilməsi vasitəsilə mümkün
ola bilər. Maliyyə stabilləşdirlməsinin isə əsas istiqamət-
lərindən biri kreditlərin subsidiyalaşdırılması hesab olunur.
İqtisadiyyatın aqrar sferasında dövlət tərəfindən subsidi-
yalaşdırılmış kreditləşdirmə siyasətinin həyata keçirilməsi
bazar iqtisadiyyatı ölkələri üçün xarakterik hal hesab olunur.
304
Aqrar bazarın qorunması siyasətinin həyata keçirilməsi baxı-
mından subsidiyalaşdırılmış kreditləşdirmə kənd təsərrüfatı
əmtəə istehsalçılarının maliyyə resurslarına olan tələbatının
xüsusi mənbələr hesabına ödənilməsinə imkan verir. Subsi-
diyalaşdırılmış kreditləşdirmə iqtisadiyyatın aqrar sferasının
pul vəsaiti çatışmamazlığı ilə üzləşmə təhlükəsini neytral-
laşdırır.
Aqrar bazarın qorunmasının ən mühüm və aparıcı
vasitələrindən biri aqrar bazarın xarici ticarət tənzimlənməsi
hesab olunur. Qeyd etmək lazımdır ki, praktiki olaraq bütün
postsosialist ölkələrində iqtisadi sistemin transformasiyasının
əsasını təşkil edən iqtisadiyyatın liberallaşdırılması ilk olaraq
xarici ticarət fəaliyyətinin liberallaşdırılması ilə müşayiət
olunur. Xarici ticarət fəaliyyətinin liberallaşdırılması xalq təsər-
rüfatının ayrı-ayrı sahələrinin, müəssisələrin maneəsiz, sərbəst
xarici iqtisadi əlaqələrinin təzahür forması kimi xarakterizə
olunur.
Bazar infrastrukturlarının zəif inkişafı şəraitində istehsal
həcminin aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatı xarici
ticarət fəaliyyətindən, o cümlədən idxaldan asılılığı obyektiv
zərurətə çevrilir. Belə hal aqrar sferada baş verir. Nəticədə isə
əhalinin ərzaq və istehlak məhsullarına olan tələbatının
ödənilməsi idxal kanalları hesabına həyata keçirilir. Aqrar
bazarda baş verən neqativ tendensiyalar bir də onunla şərtlənir
ki, ASK-də idxalçı strukturlarla bərabər şəraitdə fəaliyyət gös-
tərən əmtəə istehsalçılarının olmaması və ən nəhayət aqrar
sektorun rəqabət qabiliyyətinin aşağı olması ərzaq kom-
pleksinin xarici ölkələrdən asılılığını gücləndirir. Nəticədə isə
ölkənin aqrar bazarı beynəlxalq konyukturun və xarici idxal-
çıların hegemonluğuna məruz qalır.
305
X FƏSİL. AQRAR İQTİSADİYYATDA
İNVESTİSİYA SİYASƏTİ VƏ İSTEHSALIN
İNTENSİVLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ.
AQROLİZİNQ XİDMƏTİ VƏ ONUN YERİ
1. İnvestisiya siyasəti və aqrar sahədə onun əsas
xüsusiyyətləri.
2. İnvestisiyaların aqrar sferanın inkişafında rolu
3. Aqrar sferada istehsalın intensivləşdirilməsi
4. Aqrolizinq xidməti və onun yeri
5. Lizinq əməliyyatlarının növləri və formaları
6. Lizinq münasibətlərinin formalaşmasının dünya
təcrübəsi
7. Azərbaycanda lizinq bazarının formalaşması
1. İnvestisiya siyasəti və aqrar sahədə onun əsas
xüsusiyyətləri
İnvestisiya istər makro, istərsə də mikro səviyyədə təsər-
rüfat həyatının vacib elementi hesab olunur. Mahiyyət etibarilə
investisiya bütövlükdə ölkənin, təsərrüfatçılığın, ayrı-ayrı
subyektlərin gələcək fəaliyyətini müəyyən edir və iqtisadiyya-
tın inkişafının hərəkətverici qüvvəsinə çevrilir. İqtisadiyyatm
indiki durumunda, xüsusilə aqrar bölmədə iqtisadiyyatı dir-
çəltmək, onun dünya inteqrasiyasına qoşulmasını təmin etmək
üçün külli miqdarda investisiya vəsaitinə ehtiyac yaranmışdır.
İnvestisiya anlayışı latın mənşəli olub «investiv» sözündən gö-
türülüb «Sərmayə qoyuluşu» mənasını verir. Ənənəvi olaraq in-
vestisiya dedikdə gələcəkdə gəlir götürmək məqsədilə müəyyən
iqtisadi layihələrin həyata keçirilməsi başa düşülür. İnves-
tisiyanın mənasını və iqtisadiyyatda rolunu başa düşmək üçün
onun mahiyyəti və strukturuna nəzər salmaq lazımdır. Azər-
baycan Respublikasının «İnvestisiya fəaliyyəti haqqında»
306
qanununda göstərilir ki, investisiya gəlir (mənfəət) və ya sosial
səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət
növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə
maddi və intellektual sərvətlərdən ibarətdir. Odur ki, investisiya
fəallığının artırılmasına aqrar bölmənin böhrandan çıxarılma-
sının vacib şərti və onun gələcək inkişafını müəyyənləşdirən
əsas amil kimi baxılmalıdır.
Bütünlükdə iqtisadiyyatda, xüsusilə onun vacib sahəsi
olan aqrar bölmədə investisiya aşağıdakı ünsürlərdən ibarətdir:
- pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar,
səhmlər və qiymətli kağızlar;
- daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq
və başqa maddi sərvətlər);
- müvafıq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər
intellektual sərvətlər;
- bu və ya digər istehsal növünün təşkili üçün
zəruri olan
patentləşdirilmiş texniki sənədləşdirmə, vərdiş və
istehsalat təcrübəsi kimi tətbiq edilmiş texniki, texnoloji
kommersiya və digər biliklərin məcmusu;
- torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan
qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə
müəlliflik hüququndan içəri gələn və başqa əmlak hü-
quqları;
- başqa sərvətlər.
Ümumilikdə götürməklə geniş mənada belə qənaətə
gəlmək olar ki, investisiya mənfəət və ya səmərə əldə etmək
məqsədilə dövlətin, hüquqi və fiziki şəxslərin, torpaq və əmlak
üzərində xüsusi mülkiyyətə əsaslanan yeni müəssisə və təsərrü-
fatların yaradılmasına, fəaliyyətdə olan müəssisələrin genişlən-
dirilməsinə, tərpənməz əmlakın, səhmlərin, istiqrazların və
digər qiymətli kağızların, aktivlərin əldə edilməsinə yönəldilən
pul vəsaiti, əmlak və intellektual dəyərləri başa düşmək la-
zımdır.
307
Araşdırmalar və iqtisadi ədəbiyyatlarla tanışlıqdan aydın
olur ki, investisiyalarda əsas rol kapitala məxsusdur. Lakin
investisiya kapital qoyuluşuna nisbətən daha geniş anlayışdır.
Odur ki, investisiya anlayışının müəyyən edilməsində iqtisad-
çılar arasında fikir ayrılığı mövcuddur.
Bir qrup iqtisadçılar «investisiya» və «əsası vəsait qo-
yuluşu» anlayışlarını eyniləşdirirlər. Onlar öz fikirlərini bu-
nunla əsaslandırırlar ki, əsaslı vəsait qoyuluşu müəssisənin əsas
kapitala pul vəsaitinin avans edilməsi ilə bağlı institusional
fəaliyyətdir. Onların fıkrincə fəaliyyətin gücləndirilməsi isteh-
salın artımına, müəssisələrin səmərəli fəaliyyətinə şərait yarada
bilər.
İkinci qrup iqtisadçılar iddia edirlər ki, investisiya pul
vəsaitinin uzun müddətli qoyuluşu deməkdir. Onlar qeyd
edirlər ki, təcrübədə investisiyalaşma başqa formada da – ni-
zamnamə kapitalına üzvülük haqqı, daşınmaz və daşınar
əmlaka, qiymətli kağızlara qoyuluşlar və s. həyata keçirib bilər.
Belə ki, yeni tikinti, istehsal obyektlərinin genişləndirilməsi və
rekonmistruksiyası, torpağın mühafızəsi və rekultivasiyası,
irriqasiya və melorasiya işlərinin aparılması, çoxillik əkmələrin
salınması ilə bağlı olan investisiya qoyuluşu bir qayda olaraq
uzunmüddətli xarakter daşıyır.
Əlbəttə, istehsal xarakterli bina və qurğuların, xüsusi
təyinatlı anbar təsərrüfatının, emaledici sənaye müəssisələrinin,
torpaqların sənaye, tikinti tullantılarından təmizlənərək yararlı
hala salınması, torpaqların zərərli olunanlardan təmizlənməsi,
suvarma sistemlərinin çəkilməsi, yeni bağların, üzüm plantasi-
yalarının salınmasına yönəldilən investisiyalar uzun müddət
tələb edir.
Lakin quraşdırma tələb etməyən maşın və avadanlıqların
başqa istehsal vasitələrinin almması ib bağlı aparılan işlər tez
və həm də qısamüddətli olur. Odur ki, uzunmüddətli investisiya
qoyuluşları riskli olur və onların qaytarılması daha çox vaxt
tələb edir. Burada istehsalata yönəldilən investisiyaların artım
308
surəti də mühüm rol oynayır. İnvestisiyanın artım surəti bir sıra
amillərdən asılıdır. Hər şeydən əvvəl investisiyanın həcmi əldə
edilmiş gəlirin istehlaka və yığıma bölünməsindən asılıdır.
Ölkə vətəndaşlarının gəlirinin artması onun əmanətlərə yönəl-
dilən payının çoxalmasına səbəb olur. Deməli, ümumi gəlirdə
yığımının (əmanətlərin) payının artması investisiyanın həc-
minin artmasına səbəb olur və əksinə.
İnvestisiya həcminə gözlənilən mənfəət norması da təsir
göstərir. Belə ki, mənfəət investorlar üçün əsas sövqedici
amildir. Gözlənilən mənfəət norması nə qədər yüksəkdirsə,
investisiyanın həcmi bir o qədər çox olur və əksinə.
İnvestisiyanın həcminə xeyli dərəcədə borc faizinin dərə-
cəsi də təsir göstərir. Belə ki, investisiyalaşma prosesində
nəinki xüsusi və həm də borc alınmış vəsaitlərdən də istifadə
olunur.
Əgər gözlənilən xalis mənfəət norması borc faizinin orta
dərəcəsindən yüksək olarsa, onda bu cür qoyuluş investor üçün
sərfəlidir.
Aqrar sahədə sahibkarlıq fəaliyyəti obyektlərinə investi-
siya müxtəlif formada həyata keçirilir. Onlar xüsusiyyətlərinə
görə fərqləndirilir. Belə ki, pul vəsaitinin qoyulması obyekti
üzrə investisiyanı portfel (maliyyə) və real investisiyaya
bölünür.
Portfel (maliyyə) investisiya - vəsaitin səhmlərə, isti-
qrazlara və başqa qiymətli kağızlara, digər müəssisələrin aktiv-
lərinə yerləşdirilən qoyuluşlar hesab olunur.
Portfel investisiya həyata keçirilərkən investor divident,
yəni qiymətli kağızlara gəlir əldə etməklə öz maliyyə kapitalını
artınr. Real investisiya material və qeyri material aktivlərə
pulun avans edilməsidir. Real investisiya yəni, müəssisələrin
yaradılmasına, fəaliyyətdə olan müəssisələrin yenidən qurulma-
sına, texnika ilə yenidən silahlanmasına qoyuluşlardır. Bu
zaman müəssisə investor vəsait qoymaqda öz istehsal fondlarını
və onların fəaliyyəti üçün zəruri olan dövriyyə vəsaitini artırır.
309
İnvestisiya qoyuluşu aşağıdakı amillərə müvafiq olaraq
təsnifləşdirilir:
- sahə strukturuna (sənaye, nəqliyyat, kənd təsərrüfatı);
- təkrar istehsal strukturuna (yeni tikinti, genişləndirmə,
yenidənqurma fəaliyyətdə olan müəssisələrin genişlən-
dirilməsi);
- texnoloji struktura (tikinti quraşdırma işləri, avadanlıq
alınması, sair kapital məsrəfləri).
«İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respub-
likasının Qanununda «kapital qoyuluşu» anlayışı aşağıdakı
kimi verilir: «Əsas fondların yaradılmasına və təkrar isteh-
salına, habelə maddi istehsalın digər formada inkişafına investi-
siya yönəldilməsi, kapital qoyuluşları şəklində həyata keçirilir».
Başqa sözlə, kapital qoyuluşu əsas kapitala (əsas vasitə), o
cümlədən yeni tikintiyə, fəaliyyətdə olan müəssisələrin
genişləndirilməsinə, yenidən qurulmasına və texnika ilə
silahlanmasına, maşın, avadanlıq, alət, inventar alınmasına,
layihə - axtarış işlərinə və digər məsrəflərə qoyulan investisi-
yadır. Bu tərif əsas götürülərsə, onda dövriyyə vəsaitinə qoyul-
muş investisiya kapital qoyuluşu hesab edilə bilməz. Kapital
qoyuluşu: bina və qurğular ucaldıldığı zaman tikinti-quraşdırma
işlərinə, maşın və avadanlıqların alınması, quraşdırılması və
sazlanmasına, layihə axtarış işlərinə, torpaq sahələrinin
ayrılmasına və tikinti ilə əlaqədar olan köçürmələrə sərf olunan
məsrəflərdir. Odur ki, investisiya qoyuluşu daha geniş məna
kəsb edir və təsərrüfatların, müəssisələrin inkişaf istiqamət-
lərinin müəyyən edilməsində səmərəliliyin yüksəldilməsində
xüsusi əhəmiyyət kəsb edir.
Bazar iqtisadiyyatı yolu tutan Azərbaycan Respub-
likasında istehsalın təşkili və aparılmasına, onun sferasının
genişləndirilməsinə, yeni texnika və texnologiyanın tətbiqinə
böyük məbləğdə investisiyalar tələb olunur. Bu tələbatın ödə-
nilməsi, ölkə iqtisadiyyatının sahələrinə, xüsusilə aqrar
bölməyə xarici investisiyaların cəlb edilməsi dövlətin həyata
310
keçirdiyi investisiya siyasətindən bilavasitə asılıdır. Bazar
iqtisadiyyatı şəraitində investisiya siyasəti aşağıdakı prinsiplər
əsasında həyata keçirilir:
- investisiya prosesinin ardıcıl olaraq mərkəzləşdiril-
məsi, kapital qoyuluşlarının ümumi həcmində müəssisələrin
şəxsi vəsaitlərinin, paylarının artırılması, investisiyaların ma-
liyyələşdirmə mənbələrindən biri kimi amortizasiya ayırma-
larının rolunun artırılması;
- dövlət investisiyalarının müsabiqə əsasında istehsal
məqsədlərinə yerləşdirilməsi;
- mərkəzləşdirilmiş kapital qoyuluşlarının qaytarılması;
- layihələrin birgə dövlət kommersiya maliyyələşdiril-
məsi praktikasının genişləndirilməsi;
- investisiyalara yönəldilmiş dövlət büdcə vəsaitləri-
nin məqsədli xərclənməsinə dövlət nəzarətinin gücləndirilməsi;
- dövlət tərəfindən himayə edilən investisiya layihə-
lərinin sığortalanmavə təminat praktikasının genişləndirilməsi;
- xarici investisiyaların stimullaşdırılması.
Normal təkrar istehsal prosesini həyata keçirmək üçün
müəssisələrin investisiya potensialının bərpa edilməsi tələb
olunur. Bunun üçün onların öz mənbələrinin amortizasiya-
larının və mənfəətin rolunun artırılması zəruridir. Bu da kənd
təsərrüfat məhsullarına olan qiymətlərlə onların istehlak etdik-
ləri material-texniki resursların qiymətləri arasındakı dis-
paritetin aradan qaldırılması, vergi təzyiqinin azaldılması,
onların silinməsi daxil edilməklə mümkündür.
Aqrar sahədə investisiya fəaliyyətinin stimullaşdırılması
məqsədilə, yeni texnikanın alınmasına və istehsal təyinatlı
tikintiyə yönəldilən mənfəət vergiyə cəlb edilməməlidir. Eləcə
də tikinti materiallarının istehsalı ilə bağlı qeyri kənd təsərrüfatı
fəaliyyətinin bəzi növləri üzrə alınmış mənfəətdən də vergi
tutulmaması məqsədəuyğundur. Amortizasiya siyasətinə təsir-
lilik vermək üçün vaxtaşırı əsas fondların bərpa dəyərinin və
amortizasiya ayırmalarının indeksləşdirilməsini keçirmək,
311
surətli amortizasiyanı fəal tətbiq etmək, amortizasiya fondu
vəsaitlərinin xüsusi saxlanma və xərclənmə rejimini tətbiq
etmək vacib şərtlərdəndir. Aqrar bölmədə davam edən böhran
şəraitində daha fəal dövlət tənzimlənməsi təkcə stimullaşdırıcı
tədbirlərin tətbiq olunması ilə deyil, həm də birbaşa investisiya
qoyuluşları yolu ilə saxlanılır. Dövlət vasitəçiləri ilk növbədə
kəndə texniki potensialın bərpasına; məqsədli proqramlarla
nəzərdə tutulan, əvvəllər başlanmış obyektlər üzrə tikintinin
başa çatdırılmasına, aqrar elmin, toxumçuluğun, damazlıq işlə-
rinin, material-texniki bazanın, həmçinin kənd təsərrüfatında
eləcə də emaledici sənaye sahələrində məhsulların saxlanma
bazalarının möhkəmləndirilməsinə; kənddə mənzil tikintisinə;
kiçik biznesə yardım edilməsinə; fərdi investorların fəallığının
maliyyələşdirilməsinə; qəzaların təbii fəlakətlərin, ekoloji
faciələrin nəticələrinin aradan qaldırılmasına; istehsalın ekoloji
təhlükəsizliyini təmin edən obyekt və sistemlərin yaradılmasına
yönəldilməlidir. Həmçinin aqrar bölmədə kreditin ixtisaslaş-
dırılmış sisteminin istiqamətlərindən biri kimi lizinqə dövlət
yardımı məqsədəuyğundur. Kənd təsərrüfatı məhsulları və
ərzaq istehsalına texniki vasitələr və avadanlıqlar alınmasının
maliyyələşdirilməsində dövlət məqsədli büdcə yardımı fon-
dunun rolunu artırmaq, məqsədli kredit xəttini fəal işlətmək,
yerli maliyyələşdirmə mənbələrini səfərbər etmək zəruridir.
Qeyd edildiyi kimi, kənd təsərrüfatı və sənaye məhsullarına
yaranmış qiymət nisbətində yaxın illərdə kapital qoyuluşlarını
şəxsi vəsaitləri hesabına ancaq bəzi müəssisələr edə bilər,
investisiyaların dövlət və regional büdcələrdən maliyyələşdiril-
məsi yaxın illərdə aqrar bölmənin və bütövlükdə aqrar sənaye
müəssisələrinin istehsal potensialının vəziyyətini yaxşılaş-
dırmayacaq. Bununla birlikdə dövlət, regional və yerli səviy-
yələrdə onların hər birinin səlahiyyətini etibarlı, ən başlıcası
qanunverciliklə təsbit edilmiş sabit maliyyələşdirmə mənbəyi
funksiyalarının bölüşdürülməsi (müəyyən hədd qoyulması)
tələb olunur. Bu məqsədlər üçün vergilərin və digər ödəniş
312
növlərinin müxtəlif səviyyəsi büdcələr arasında hər il dəyiş-
məkdənsə, sabit ortamüddətli 2-3 ilə bölüşdürülmə nor-
mativlərini işləyib hazırlamaq və təsdiq etmək daha faydalıdır.
Bununla yanaşı yaxın və uzaq gələcək üçün dövlət səviyyə-
sində aqrar sahədə bank investisiyalarının artırılması üçün
əlverişli şəraitin yaradılmasına istiqamətlənmiş tədbirlər hazır-
lanaraq həyata keçirilməlidir. Maliyyə - kredit sistemi böh-
ranının aradan qaldırılması üzrə tədbirlər sırasında müəssisələr,
təsərrüfatlar arasında qarşılıqlı hesablaşmaların qaydaya sa-
lınması, sığorta sisteminin yaradılması ön plana çəkilməlidir.
Araşdırmalardan aydın olur ki, investisiya siyasətinin pro-
blemlərinin həllində yeni yanaşmalara kənd təsərrüfatının isteh-
sal potensialının sabitləşdirilməsi və aqrar - sənaye
müəssisələrinin inkişafı hesabına nail oluna bilər. Maşınların
yeni sisteminin, qabaqcıl texnologiyaların tətbiqi əsasında kənd
təsərrüfatı istehsalının intensivləşdirilməsi, məhsul istehsalının
artımının təmin edilməsi regionlarda əhalinin sosial - iqtisadi
vəziyyətinin yaxşılaşmasına imkan verəcəkdir.
Aqrar bölmənin iqtisadiyyatının bərpasının və iqtisadi
yüksəlişin stimullaşdırılmasının vacib amili dövlətin kredit
siyasətidir.
Hansı ki, təsərrüfat subyektlərinə, torpaqların münbitliyi-
nin səviyyəsi, obyekt tikintisinin smeta dəyərində şəxsi vəsait-
lərin payı, kənd təsərrüfatı müəssisəsi tərəfindən realizə olun-
muş məhsulun tam dəyərində yardımçı təsərrüfatların emaledici
istehsalatın gəlirlərinin xüsusi çəkisi, yeni tikilən kənd
təsərrüfatı əhəmiyyətli obyektlər üçün yeni məqsədli kreditlərin
açılması, daşınmaz əmlakın, torpaq daxil olmaqla girov qo-
yulması əsasında ipotekanın tətbiqi kimi əlamətlər üzrə
differensiallaşdırılmış güzəştli vergi dərəcələri ilə kreditlərin
verilməsi dövlət yardımının məntiqi davamı olmalıdır. «Aqrar
islahatın əsasları haqqında» Azərbaycan Respublikasının
Qanununda göstərilir: «Aqrar bölmə iqtisadiyyatın vacib
sahələrindən biri kimi dövlət himayəsindədir. Dövlət himayəsi
313
aşağıdakı istiqamətlərlə müəyyən edilir: - aqrar sahəyə
investisiya qoyuluşunun stimullaşdırılması...» Qeyd etmək
lazımdır ki, aqrar sahəyə investisiyaların, xüsusilə xarici inves-
tisiyaların cəlb edilməsinə stimul yaratmaq bir sıra amillərlə
bağlıdır. Bu amillərə vergi güzəştlərinin tətbiqi, təminatlı daxili
bazarın yaradılması, xarici bazara çıxmaq üçün müəyyən
imtiyazların verilməsi, işçi qüvvəsinə tələbatın ödənilməsi,
həmçinin istehsal və sosial infrastruktura dövlət yardımı və sair
aiddir. Lakin qəbul olunmuş qanundan 10 ildən artıq vaxt
keçməsinə baxmayaraq bu istiqamətdə lazımi irəliləyişə nail
olunmamış, aqrar sahənin xüsusiyyətləri nəzərə alınmamışdır.
Odur ki, aqrar sahəyə investisiyalar (xarici, daxili) cəlb
edilərkən onun əsas xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.
Çünki aqrar bölmə torpaq, iqlim şəraitinə, regional xüsusiyyətə
malik olmasına və təbii amillərdən bilavasitə asılı olmasına
görə iqtisadiyyatın başqa sahələrindən köklü surətdə fərqlənir.
Bəzən bu fərqlər istehsalın nəticəsinə, aqrar sahəyə yönəldilən
investisiyaların ödənilmə müddətinə təsir göstərir. Belə ki,
aqrar bölməyə investisiya formasında qoyulan vəsaitin geri
qaytarılmağa başlanma müddəti 2-5 ildən sonra başlayır.
Aqrar bölməni iqtisadiyyatın başqa sahələrindən fərqlən-
dirən investisiya qoyuluşlarının riskini artıran xüsusiyyətlərdən
biri də təbii, ekoloji və ətraf mühitin mühafizəsi ilə bağlı
amillərdən əmələ gələn çətinliklərdir. Aqrar bölmədə təbii
xüsusiyyətlər istehsalın həcminə, onun son nəticəsinə, inves-
tisiyaların ödənilmə müddətinə bilavasitə təsir göstərir. Araş-
dırmalar göstərir ki, aqrotexniki, təşkilati, iqtisadi, texniki təd-
birlərin yüksək səviyyədə həyata keçirildiyi şəraitdə belə təbii
amillərin əlverişsiz keçməsi olması təsərrüfatlar səmərəli
fəaliyyət göstərməyə bilər. Həmçinin aqrar sahədə istifadə
olunan sənaye mənşəli məhsulların, başqa resursların qiymət-
lərinin kəskin artdığı şəraitdə investorlar, başqa kənd təsərrüfatı
məhsulları istehsalçıları istehsal edib satdıqları məhsullardan
əldə etdikləri pul vəsaiti ilə çəkdikləri xərcləri ödəməyə bilər.
314
Odur ki, aqrar bölmədə investisiya qoyuluşları aparılarkən,
onun ödənilmə müddətləri müəyyən edilərkən təbii xüsu-
siyyətlər mütləq nəzərə alınmalıdır.
Torpağın təbii münbitliyi, torpağın quruluşu relyef, tem-
peratur, işıq radiasiyası, su ilə təminat kənd təsərrüfatı isteh-
salına əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, pambıq is-
tehsalı respublikanın başqa regionları ilə müqayisədə Kür -
Araz ovalığının düzən hissəsində, xüsusilə Qarabağ - Mil,
Muğan - Salyan və Şirvan zonalarında daha yüksək səmərə
verir, meyvə-tərəvəz məhsulları Quba - Xaçmaz, Lənkəran -
Astara, Şəki - Zaqatala, Gəncə - Qazax zonalarının təsərrü-
fatlarında təlabatı ödəyəcək miqdarda məhsul və gəlir (mənfəət)
götürməyə imkan verir. Həmçinin üzümçülük-şərabçılığın
inkişafı başqa regionlarla müqayisədə Şirvanm dağlıq ərazisi,
Gəncə - Qazax zonasının təsərrüfatları, Mil - Qarabağ zonasının
dağətəyi , ərazisi daha əlverişli hesab olunur.
Deməli, göstərilən regionlarda təbii amillər kənd təsərrü-
fatı məhsulları istehsalının artımına istehsala qoyulan inves-
tisiyaların ödənilmə müddətin bilavasitə təsir göstərir. Odur ki,
aqrar bölmədə bu və ya digər sahələrin inkişafında, inves-
tisiyaların cəlb edilməsində təbii amillər, regional xüsusiy-
yətlər, istehsalın ixtisaslaşması, fəaliyyətdə olan infrastruktur
nəzərə alınmalıdır.
Aqrar sahədə investisiya qoyuluşlarına, onun ödənilmə
müddətinə təsir edən amillərdən biri də ekoloji tarazlığın
pozulması, onun kənd təsərrüfatına, ətraf mühitə vurduğu
ziyandır. Ətraf mühitin mühafızəsi məsələsi aqrar sahə üçün
daha mühümdür. Çünki, burada istehsal bilavasitə ətraf mühitlə
bağlıdır. Elmi-texniki tərəqqinin sürətlənməsi təbiətlə kənd
təsərrüfatı arasında qarşılıqlı əlaqəni dərinləşdirməklə yanaşı
aqrar bölmədə istehsalın ətraf mühitə təsirini gücləndirir. Bu
özünü müxtəlif istiqamətdə büruzə verir. Torpaqdan istifadənin
intensivliyinin artması, bir tərəfdən torpaqəmələgəlmə prosesini
pozur, digər tərəfdən torpaqların külək, su erroziyasına məruz
315
qalmasına şərait yaradır. Hazırda respublikada torpaq
sahələrinin 80-85%-ə qədəri bu və ya digər formada erroziyaya
uğramışdır. Külək və su erroziyası qazmtı işləri apardıqdan
sonra torpağm rekultivasiya olunmaması kənd təsərrüfatına hər
il bir neçə milyard ABŞ dolları həcmində ziyan vurur. Belə
torpaqların müəyyən hissəsi tədriclə öz keyfiyyətini itirərək
əkin dövriyyəsindən çıxmaq həddinədək korlana bilir.
Azərbaycanda torpaqların iqtisadi münbitliyini
yüksəltməklə məhsul istehsalını artırmaq yollarından biri meli-
orasiya işlərinin aparılmasıdır. Lakin meliorasiya, irriqasiya
işlərini daha geniş ərazibrdə aparmaq məqsədilə inşa olunan,
müasir tələblərə cavab verməyən bəndlər, su anbarları, suvarma
kanalları səmərə vermək əvəzinə ziyan yaranmasına şərait
yaradır, istehsalata yönəldilən investisiyaların səmərəsini aşağı
salır.
Hesablamalar göstərir ki, respublikada bitkiçilik məh-
sullarının 80,7%-i əkin sahəsinin 73%-ni təşkil edən suvarılan
torpaqlardan alınır. Suvarılan torpaqlarda becərilən bitklərin
məhsulları dəmyə torpaqdakılara nisbətən baha qiymətə satılır
(pambıq, tütün, tərəvəz və s.). Ona görə də suvarmanın
genişləndirilməsi daima diqqət mərkəzində saxlanılır. Lakin
ondan səmərəsiz istifadə ətraf mühitin çirklənməsinə, ekoloji
tarazlığın pozulmasına səbəb olur.
Aqrar istehsalda böyük kütləli traktor və maşınlardan
istifadə edilməsi nəticəsində torpaq qatı bərkiyir, ondakı
mikrorqanizmlərin həyat fəaliyyəti pisləşir, həm də ətraf mühit
yanacaq və sürtkü materialları, habelə işlənmiş qazlarla
çirklənir.
Müasir kənd təsərrüfatıın kimyasız təsəvvür etmək çə-
tindir. Gübrələr və kimyəvi mühafızə vasitələri aqrar sahədə
bitkilərin məhsuldarlığının artırılmasına xidmət etməlidir.
Lakin onlardan düzgün istifadə edilmədikdə bu, ətraf mühitin
zərərli maddələrlə çirklənməsinə səbəb olur. Sanitar - ekoloji
normativlərə əməl olunmasına pis nəzarət edilməsi nəticəsində
316
tərəvəz və bostan bitkilərinə həddindən artıq gübrə verilməsi
onların tərkibində normadan artıq nitrat birləşmələrinin
toplanmasına şərait yaradır. Zəhərli kimyəvi maddələr
normadan artıq tətbiq edildikdə ətraf mühitin flora və faunasına
ciddi ziyan dəyir. Bu isə aqrar sahəyə yönəldilən investisi-
yaların istehsalın inkişafına təsirini zəiflədir, onun ödənilmə
müddətinin uzanmasına səbəb olur.
Araşdırmalar göstərir ki, kənd təsərrüfatının son nəticəsi
bir çox istehsal və qeyri-istehsal sahələrindən asılı olduğuna
görə təkcə aqrar sahəyə qoyulan investisiyalar lazımi səmərə
verməz. Odur ki, aqrar bölməyə, onun sahələrinə yönəldilən
investisiyalar bu sahə ilə qarşılıqlı əlaqədə olan emaledici
sənaye xidmət sahələri ilə qarşılıqlı nisbətdə olmalıdır. Daha
doğrusu, aqrar bölmənin bağçılıq, üzümçülük, tərəvəzçilik,
çayçılıq sahələrinin inkişafına yönəldilən investisiyalar
müəyyən nisbətdə emaledici sənayenin, bununla bağlı xammal
və hazır məhsulların saxlanması üçün anbar və soyuducu təsər-
rüfatların, hazır məhsulun satışı ilə bağlı sahələrin təşkilini,
həmçinin sosial infrastruktur sahələrinin inkişafını da əhatə
etməlidir. Aqrar sahəyə investisiya qoyuluşunda qeyd edilən
nisbətin gözlənilməsi, istehsalın inkişafına qoyulan vəsaitin
daha tez və artan miqdarda səmərə verməsinə şərait yarada
bilər. Aqrar bölməyə investisiya qoyuluşları nisbətən geniş
ərazilərdə həyata (20-100 hektar) keçirildiyinə görə bu
sahələrdə təbii, ekoloji və digər amillər nəzərə alınmalıdır. Belə
ki, nisbətən geniş ərazilərdə külək, su eroziyasının, torpaqların
şoranlaşmaya məruz qalmaları ehtimalı artır. Həmçinin mineral
gübrələrin, zəhərli kimyəvi maddələrin ətraf mühiti çirk-
ləndirmək, flora və faunaya ziyan dəyməsi ehtimalı artır. Son
nəticədə bu amillər istehsala qoyulan vəsaitin ödənilmə səviy-
yəsinə bilavasitə təsir göstərir. Odur ki, aqrar bölməyə
investisiyalar cəlb edilərkən kənd təsərrüfatının bu xüsu-
siyyətləri nəzərə alınmalıdır.
317
2. İnvestisiyaların aqrar sferanın inkişafında rolu
İnvestisiya iqtisadiyyatın sabitləşdirilməsinin və perspek-
tiv inkişafının əsas vasitələrindən biri kimi çıxış etməklə real
ümumi kapitalın artırılmasında, iqtisadi səmərəliliyin stimul-
laşdırılmasında, bir sözlə, rəqabət qabiliyyətli milli iqtisadiy-
yatın formalaşdırılmasında mühüm rol oynayır. Onun istifadə
nəticəliyinin və yığım səviyyəsinin yüksəldilməsi real istehsalın
canlandırılmasının və iqtisadiyyatın yeni sektorlarının yaradıl-
ması və inkişafının əsas təməli olmaqla böhranlı hadisələrin
aradan qaldırılmasına və ölkənin milli sərvətinin artırılmasına
zəmin yaradır.
Hazırda yerli müəssisələrə xarici iqtisadi əlaqələrin
bərabər hüquqlu və tərəfdaşı olmaq ixtiyarı verilmişdir. Məhz
bu imkandan istifadə edərək ölkə iqtisadiyyatının bütün sahə-
lərində xarici tərəfdaşlarla faydalı iqtisadi əlaqələr yaradılır. Bu
zaman hər bir müəssisə xarici iqtisadi əlaqələr amilinin
üstünlüklərindən yararlanmağa can atır. Çox vaxt bunu ölkə iq-
tisadiyyatında gedən proseslərlə, xüsusilə də istehsalın bərpası
və genişləndirilməsi üçün maddi-texniki təminatın, investisiya
mənbələrinin və maliyyə vəsaitlərinin məhdudluğu ilə izah
edirlər. Odur ki, dövlət və özəl sektorun mülkiyyətçiləri xarici
iqtisadi əlaqələr yaradaraq ayrı-ayrı sahələrin, istehsal və qeyri-
istehsal müəssisələrinin inkişaf yoluna qaytarılması məqsədilə
investisiya cəlb etməyə çalışırlar. Bu istiqamətdə aparılan işlər
artıq öz nəticəsini yanacaq-enerji kompleksinin, habelə ölkə
iqtisadiyyatının əsas sahəsi olan neft və qaz hasilatı sahəsində
vermişdir. Hazırda respublikamıza xarici investisiya axını
davam edir və onun tətbiq dairəsi tədricən genişlənərək emal,
tikinti və xidmət sahələrini əhatə etməkdədir.
Mövcud şəraitdə maliyyə-kredit bazarında kredit faiz-
lərinin yüksək olması müxtəlif ölkələrin firmalarını iri həcmli
investisiya layihələrini həyata keçirən zaman elmi-texniki
potensialın və maliyyə ehtiyatlarının birləşdirilməsinə vadar
318
edir. Həm xarici, həm də yerli şirkətlər üçün iqtisadi əlaqələrə
girməklə mühüm investisiya layihələrini birgə həyata keçirmək
daha faydalı olur. Bununla da tərəflər iri həcmli layihələrin
həyata keçirilməsində riskin payını bölüşməklə onlara deyə
biləcək zərərin müəyyən hissəsindən özlərini sığortalamış
olurlar. Bu zaman həm investorların, həm investisiya alanların,
həm də dövlətin maraqlarının nəzərə alınması daha vacibdir.
Daha doğrusu, investisiya bazarının təşkilində iştirakçı olan
bütün tərəflərin maraqlarının təmin olunmasına çalışmaq lazım-
dır. Belə ki, əgər investorları maksimum gəlir götürmək və satış
bazarına yiyələnmək maraqlandırırsa, investisiya alanları
istehsalı modernizasiya etmək, ilkin kapital əldə etmək və
kapital dövriyyəsini artırmaq daha çox maraqlandırır. Gös-
tərilən tərəflərin maraqları çərçivəsində dövlətin marağı daha
önəmlidir və o, investisiya prosesinin tənzimlənməsi, iqtisadiy-
yatın səmərəli olması və sosial yönümlü layihələrin tətbiqinə
daha çox üstünlük verir. Odur ki, ölkə iqtisadiyyatının inkişaf
etdirilməsinin strateji istiqaməti kimi lazımi investisiyanın cəlb
olunması hesabına tez bir müddətdə milli iqtisadiyyatın bütün
sahələrinin gələcək inkişafı üçün vacib olan valyuta axınını
təmin etmək lazımdır. Şübhəsiz ki, qeyd edilən strateji xəttin
ardıcıl olaraq həyata keçirilməsi qarşıya çıxan problemlərin
dövlət səviyyəsində həlli və investisiya axını üçün mühüm olan
iqtisadi şəraitin yaradılması son nəticədə ölkənin iqtisadi
tərəqqisini təmin edəcəkdir.
İqtisadi kateqoriya kimi investisiya bir sıra mühüm funk-
siyalar yerinə yetirir. Hansı ki, bu funksiyalarsız hər hansı bir
dövlətin, həmçinin Azərbaycan Respublikasının, onun aqrar
sahəsinin normal inkişafı mümkün deyil.
İqtisadiyyatın müxtəlif səviyyələrində investisiya aşağı-
dakılar üçün əsas hesab edilir:
- geniş təkrar istehsal siyasətinin həyata keçirilməsi;
319
- elmi-texniki tərəqqinin sürətlənməsi, ölkə məhsullarının
keyfiyyətinin yaxşılaşdırılması və onların rəqabət qabiliyyət-
liliyinin təmin edilməsi;
- ictimai istehsalın strukturunun yenidən qurulması və
aqrar-sənaye sahələrinin, həmçinin iqtisadiyyatın başqa sahə-
lərinin proporsional inkişafının təmin edilməsi;
- sənayenin zəruri xammal bazasının yaradılması;
- istehsal və sosial infrastruktur sahələrinin inkişafının
təmin edilməsi;
- məşğulluq probleminin qismən və ya tamamilə yum-
şaldılması məsələlərinin həll edilməsi;
- ətraf mühitin mühafızəsi və təbii ehtiyatlardan səmərəli
istifadə olunması. Qeyd etmək lazımdır ki, respublikanın aqrar
bölməsinə investisiya qoyuluşunun təmin edilməsi böhranlı
vəziyyətin aradan qaldırılmasına, onun tədricən sabitləşməsinə
və inkişafına əlverişli şərait yarada bilər.
Araşdırmalar və inkişaf etmiş ölkələrin təcrübəsi göstərir
ki, investisiya iqtisadiyyatın, onun vacib sahəsi olan aqrar
sahənin inkişafını müəyyən edən əsas amildir. Cəmiyyətin real
kapitalının artması iqtisadiyyatın istehsal potensialını yüksəldir,
istehsala, yeni texnologiyaya investisiya qoyuluşu kəskin rəqa-
bət mübarizəsində fəaliyyət göstərməyə yardım edir, öz məh-
sullarına qiymətin daha çevik tənzimlənməsinə imkan verir.
Araşdırmalar göstərir ki, 2004-2008-ci illərdə bütün
maliyyələşmə mənbələri hesabına ölkə iqtisadiyyatına və sosial
sahənin inkişafı üçün 24398,4 milyon manat həcmində vəsait
qoyulmuşdur. Bu vəsaitin 16920,0 milyon manatı (69,3%)
sənaye sahələrinə, 377,3 milyon manatı (1,6%) kənd təsərrüfatı
sahələrinə, 81,2 milyon manatı (0,3%) tikintiyə, 2853,3 milyon
manatı (11,7%) nəqliyyat və rabitə sahələrinə, 4166,6 milyon
manatı (17,1%) digər sahələrə yönəldilmişdir.
Təhlil göstərir ki, ölkə iqtisadiyyatı üzrə əsas kapitala
yönəldilmiş investisiyaların məbləği 2001-2008-ci illərdə 17,8
mlrd. manat təşkil etmişdir. Kənd təsərrüfatı üzrə əsas kapitala
320
yönəldilmiş investisiyanın məbləği isə 136,4 mlyn. manat təşkil
etmişdir.
Cədvəl 1.
1995-2007-ci illərdə aqrar sahə üzrə əsas
kapitala yönəldilmiş investisiyaların inkişaf dinamikası
(mln. manat).
İllər Ölkə
iqtisadiyyatı
üzrə əsas
kapitala
yönəldilmiş
investisiya
O
cümlədən
kənd
təsərrüfatı
üzrə əsas
kapitala
yönəldilmiş
investisiya
Kənd təsərrüfatı üzrə
əsas kapitala yönəl-
dilmiş investisiyaların
bütövlükdə ölkə
iqtisadiyyatı
investisiyasında xüsusi
çəkisi, %-lə
1996-
2000
4553.4 38.1 0.8
2000 967.8 6.5 0.7
2005 5769.9 40.7 0.7
2006 6234.5 58.3 0.9
2007 7471.2 243.3 3.2
Apardığımız müşahidələr göstərir ki, özəlləşdirmənin
həyata keçirilməsi aqrar sahə məhsullarının emalı sferasına in-
vestorların marağının artmasına və bu sahəyə vəsait qoyuluş-
larının xeyli çoxalmasına imkan versə də, həmin sferaya inves-
tisiya qoyuluşunun nisbi səviyyəsi xeyli aşağı olaraq qal-
maqdadır. Eyni zamanda tədqiqatlar göstərir ki, aqrar sahənin
emal sənayesinin hələlik kompleksdaxili inteqrasiya əlaqələri
vasitəsilə kənd təsərrüfatının inkişafına təsiri, o cümlədən
bilavasitə aqrar istehsala investisiyalar yönəltmək imkanları
çox zəifdir. Bundan başqa, aqrar sahəyə yatırılan investisiya-
larınn qaytarılma müddətinin uzun olması və bu sahədə risk-
lərin yüksəkliyi buraya xarici investorların cəlb edilməsində
böyük maneələrə çevrilmişdir. Məhz bu amillərin təsiri nə-
ticəsində son dövrlərdə Azərbaycanın bilavasitə kənd
321
təsərrüfatına xarici və müştərək müəssisələr tərəfindən inves-
tisiya qoyuluşları həyata keçirilməmişdir (cədvəl 2).
Cədvəl 2.
Azərbaycan Respublikasında aqrar sahə üzrə əsas kapitala
yönəldilmiş xarici investisiyaların dinamikası
İllər
Əsas kapitala
yönəldilmiş xarici
investisiyalar
Əsas kapitala
yönəldilmin xarici
investisiyaların
iqtisadiyyatın
bütün sahələri
üzrə istifadə
edilmiş xarici
investisiyalarda
xüsusi çəkisi, %-lə
Əsas kapitala
yönəldilmiş
xarici
investisiyaların
aqrar sahə üzrə
istifadə edilmiş
investisiyalarda
xüsusi çəkisi, %-
lə
Cəmi
(mln.
manat)
O
cümlədən
xarici və
müştərək
müəssisələr
tərəfındən
1999 7,4 - 1,4 67,9
2000 4,3 - 0,8 66,7
2001 3,2 - 0,4 38,0
2002 13,2 - 0,9 78,5
2003 8,7 - 0,3 24,8
2005 16,2 - 0,4 39,9
2006 10,8 - 0,3 18,5
Nəzərdə saxlamaq lazımdır ki, aqrar sahə müəssisələrində
zəruri həcmdə yığımın olmaması və irimiqyaslı investisiya
risklərinin mövcudluğu əslində aqrar sferada mövcud olan
istehsal-maliyyə böhranının əsas səbəbləri kimi çıxış edir.
Araşdırmalar göstərir ki, ölkəmizin aqrar sahəsində investisiya
mühitinin pisləşməsini doğuran əsas səbəblər aşağıdakılardan
ibarətdir:
- buraya maliyyə resursları axınının zəifləməsi;
- bazarda idxal məhsullarının xüsusi çəkisinin yüksək-
liyi və yerli məhsul satışmm məhdudluğu üzündən yerli isteh-
salçıların gəlirləri həcminin azalması;
- büdcə münasibətlərində bütün sferaların qısa müddət
ərzində köklü surətdə yenidən qurulması, aqrar sahə istehsa-
lınm dövlət tənzimlənməsinin yeni mexanizmi əsasında ərzaq
322
istehsalçılarının maliyyə itkilərinin uyğun kompensasiyası ol-
madan aqrar sahəyə dövlət yardımının mövcud formalarından
imtina edilməsi.
Aqrar sahənin inkişafı və səməraliliyinin yüksəldilməsi
baxımından investisiyaların rolu özünü başlıca olaraq iki
aspektdə göstərir:
1. Əsas kapitala investisiyalaşmanın həyata keçirilməsi
əsasında aqrar istehsalın maddi-texniki resurslarla təminatının
möhkəmləndirilməsi. Burada kənd təsərrüfatı və sənaye məh-
sullarının qiymətləri arasında disparitetlərin aradan qaldırıl-
ması məqsədilə aqrar əmtəə istehsalçılarının ödəmə qabi-
liyyətinin yüksəldilməsi, xüsusilə də, kənd təsərrüfatı əmtəə
istehsalçılarına qısa və uzun müddətli güzəştlərin verilməsi
tələb olunur.
2. Aqrar sahənin möhkəmləndirilməsi və əksər
aqrar-sənaye müəssisələrinin maliyyə vəziyyətinin sabitləşdiril-
məsi məqsədilə aqrar istehsalın davamlı artımı üçün əlve-
rişli investisiya mühitinin formalaşdırılması.
Keçmiş postsovet məkanında fəaliyyət göstərən kənd tə-
sərrüfatı bankları aqrar-sənaye müəssisələrinin kapital resurs-
larına olan tələbatlarının ödənilməsində mühüm əhəmiyyət
kəsb edirdilər. Bu banklar əslində kənd təsərrüfatının inves-
tisiyalaşdırılmasını həyata keçirməklə məşğul idilər.
Dünyanın bir çox ölkələrində kənd təsərrüfatının inves-
tisiyalaşdırılması məqsədilə ixtisaslaşdırılmış fondlar və agent-
liklər yaradılmışdır. Keçmiş sosialist düşərgəsinin bəzi ölkə-
lərində (Polşada, Sloveniyada, Litvada, Macarıstanda və s.)
aqrar islahatların gedişində kredit kooperasiyaları yaradılmışdır
ki, bu qurumların da aqrar sferanın investisiya resurslarına olan
tələbatın ödənilməsində mühüm əhəmiyyəti olmuşdur. Keçid
iqtisadiyyatlı ölkələrdə aqrar sahənin investisiyalaşdırılmasının
yeni forması meydana çıxmışdır ki, bu da əsasən kənd təsər-
rüfatı üzrə ixtisaslaşmış regionlarda bazar infrastrukturunun
formalaşmasına əlverişli şərait yaradır. Belə kr, kəndin inki-
323
şafına investisiya yönəldən agentlik regionda kənd təsərrü-
fatının inkişafı ilə yanaşı, eyni zamanda, aqroturizmin, sənət-
karlığının, ənənəvi xalq yaradıcılığının da inkişafının stimul-
laşdırılmasına vəsait yönəldir.
Ölkəmizdə bazar iqtisadiyyatının möhkəmləndirilməsinin
ən mühüm istiqamətlərindən biri də resupblikamızın region-
larında sahibkarlığın inkişafıdır. Bu məqsədlə Azərbaycan Res-
publikası Prezidentinin 11 fevral 2004-cü ilə tarixli «Azər-
baycan Respublikası regionlarının inkişafının Dövlət
Proqramı»nda sahibkarlığın regional inkişafının sürətləndiril-
məsi, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının in-
kişafına investisiyaların yönəldilməsi xüsusi mühüm əhəmiyyət
kəsb edir. Proqramda əsas məqsəd regionlara, o cümlədən kənd
yaşayış məntəqələrinə investisiyaların cəlb edilməsinə nail
olmaqdan ibarətdir.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalı və
emalının inkişaf etdirilməsi sahəsində geniş imkanlarının
olması heç kimdə şübhə doğurmamalıdır. Respublikanın mün-
bit torpaqlarında pambıq, üzüm, taxıl, tütün, çay, meyvə-tə-
rəvəz, kartof, sitrus meyvələri və s. yetişdirilir ki, bu sahəyə də
investisiyaların cəlb edilməsi ilə buraxılan məhsulların məh-
suldarlığını xeyli artırmaq olar. Bununla da həm ölkənin daxili
ehtiyaclarını tam ödəmək, eləcə də həmin məhsulların ixracına
nail olmaq mümkündür. Həmçinin ölkəmizin təbii-iqlim şəraiti
və istirahət-müalicə zamanlarının mövcudluğu imkan verir ki,
bu sahələrin inkişafına xarici investisiyalar cəlb olunsun. Ona
görə də hesab edirik ki, qeyri-neft sektorunun, o cümlədən də
aqrar sahənin inkişafına yönəldilən investisiyaların bütövlükdə
ölkə iqtisadiyyatına yönəldilən məcmu investisiyalarda xüsusi
çəkisinin artırılmasına, əmək məhsuldarlığın yüksəlməsini
təmin etməklə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin
artırılması və qeyd olunan sahələrin inkişafı məqsədilə sahəvi
proqramların hazırlanmasına xüsusi diqqət verilməlidir.
324
Son vaxtlar xarici kapitalın ölkə iqtisadiyyatına axını
xarici investisiyalara marağı artırır. Bu, hər şeydən əvvəl, Azər-
baycanın zəngin təbii ehtiyatlarının, xammal resurslarının ol-
ması ilə yanaşı, kifayət qədər ucuz işçi qüvvəsinin olması,
habelə ixtisaslı elmi-texniki kadr potensialının mövcudluğu,
Azərbaycanın malik olduğu coğrafı mövqeyi, nəqliyyat əla-
qələri və onun məhsullarının dünya bazarına çıxara bilməsi
üçün əlverişli şəraitin olması ilə bağlıdır. Hazırda ölkəmiz
dünya miqyasında xammal resurslarını və ilkin xammal məh-
sullarını ixrac edən və ilk növbədə istehlak tələbatını ödəmək
məqsədilə nəzərdə tutulmuş xarici yüksək texnoloji məhsul və
xidmətləri idxal edən ölkə kimi çıxış edir. Respublikamız emal
sənayesinin müxtəlif sahələrinin inkişafı üçün kifayət qədər
kənd təsərrüfatı xammalı bazasına malikdir. Eyni zamanda, hə-
min xammal resurslarının və onların emalına əsaslanan müəs-
sisə və istehsalların çoxu ən gəlirli və tez xərcini ödəyən hesab
olunur. Bundan başqa, Azərbaycanda xarici investisiyaların
hüquqlarının qorunması üçün zəruri olan bütün normativ-
hüquqi aktlar qəbul olunmuşdur. İstər daxili, istərsə də xarici
investisiyaların kompleks proqramlarının stimullaşdırılmasının
reallaşdırılmasında investisiya fəaliyyətinin qanunvericilik
bazasının yaradılması və təkmilləşdirilməsi üzrə zəruri təşkilati
tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Həmin tədbirlər sırasında investisiyaların maliyyə, valyuta,
vergi, gömrük, tarif və qeyri-tarif tənzimlənməsi haqqında
qanunvericilik aktlarının və digər normativ sənədlərin sabitliyi;
hüquqi-normativ sənədlərdə vaxtaşırı nəzərdə tutulan dəyi-
şikliklər haqqında informasiyanın mövcudluğu; investisiyaların
idarəetmə orqanlarının müfəssəl idarəçilik sistemi və mexa-
nizmlərinin olması kimi tədbirlər xüsusi seçilir.
Hesab edirik ki, ölkə iqtisadiyyatının sabit inkişafının
təmin edilməsi, bütün sahələrə xarici investisiyaların cəlb olun-
ması üçün güzəştli vergiqoyma, ikiqat vergiqoymadan azad
etməklə, xarici investorlara öz investisiyalarını respublika
325
iqtisadiyyatına qoyulmasına stimulu gücləndirmək olar. Eyni
zamanda xarici investisiyaların axınını gücləndirmək məqsədilə
onların vahid dövlət orqan tərzindən idarə olunması və müvafiq
sahələrə yönəldilməsi məqsədəuyğun sayılmalıdır.
3. Aqrar sferada istehsalın intensivləşdirilməsi
I. İntensivləşmənin mahiyyəti – Aqrar sahə üçün xarak-
terik olan geniş təkrar istehsal iki formada: intensiv və ektensiv
yolla inkişaf edə bilər. İstehsal meydanı genişləndirilirsə
ekstensiv şəkildə geniş təkrar istehsal, daha səmərəli istehsal
vasitələri tətbiq edilirsə intensiv və ekstensiv yolla inkişafının
mahiyyətini metodoloji baxımdan dərk etməyə və onlar ara-
sında konkret fərqi müəyyənləşdirməyə imkan verir.
Kənd təsərrüfatı müəsisələrinin, onun sahələrinin maddi-
texniki bazasını, bioloji ehtiyyatlarını və istehsalın təşkili
formalarını, dəyişdirmədən, yenidən qurmadan istehsal yalnız
istehsal sahələrinin genişləndirilməsi amilləri hesabına inkişaf
etdiriləndə buna ekstensiv inkişaf yolu deyilir, istehsal sahələ-
rinin və ya istehsal meydanının genişləndirilməsi anlayışı
yalnız aqrar bölmədə əkin sahələrinin genişləndirilməsi kimi
deyil, daha geniş mənada, yəni istehsalın əvvəlki bazaya
əsaslanan, onun keyfiyyətcə yenidən qurulması ilə əlaqədar
olmayan hər cür genişlənməsi kimi nəzərdə tutulur.
İntensiv inkişaf isə istehsalın keyfiyyətcə təkmilləşdiril-
məsi, yenidən qurulması, elmin və texnikanın yeni nailiyyət-
lərinin tətbiq edilməsi əsasında məhsul istehsalının artmasıdır.
İntensivləşmə həmdə investisiya (kapital) qoyuluşunun bir-
birinin yanında yerləşən torpaq sahələri arasında bölüşdürül-
mək əvəzinə eyni bir torpaq sahəsində təmərküzləşməsini nə-
zərdə tutur. Deməli geniş təkrar istehsal prosesində sahə va-
hidinə vəsait qoyuluşunun artımı ilə yanaşı onun tərkibinin və
tətbiqi mexanizminin təkmilləşdirilməsinin elə formasını nə-
326
zərdə tutur ki, vahid istehsal sahəsindən məhsul çıxımının
artımı cəmiyyət üçün sərfəli olsun.
İntensivləşmə prosesi yalnız vəsait qoyuluşunun artırıl-
ması kimi birtərəfli qaydada deyil, həmdə onun ehtiyac olduğu,
konkret şəraitin tələbləri baxımından əsaslandırılmış, düşü-
nülmüş formada aparılmasıdır. İntensivləşmə prosesində vəsait
qoyuluşunun artırılması hesabına yeni-yeni resursların istehsala
cəlb olunmasına daha çox meyil göstərmək əvəzinə, mövcud
resurlardan daha təkmilləşmiş formada istifadəyə diqqət artı-
rılmalı, elm və texnikanın son nəaliyyətlərindən, daha məh-
suldar bitki sortları və heyvan cinsindən, geniş imkanlara malik
maşın və mexanizmlərdən, qabaqcıl texnologiyadan, istehsalın
təşkili və aparılması formalarından, xammalın tədarükü emalı,
saxlanması və satışının təşkilinin mütərəqqi formalarından
istifadə edilməlidir.
İntensivləşmə mürəkkəb və çoxcəhətli bir proses kimi
müəyyən məkan və zaman şəraitində ölkənin və konkret sahə-
nin iqtisadiyyatının inkişaf səviyyəsindən asılıdır. Belə ki, bu
və ya digər sahənin inkişafı əvvəlcə vəsaiyit qoyuluşunun
təmərküzləşməsi prosesi ilə başlayır, getdikcə kəmiyyət dəyi-
şiklikləri müsbət keyfiyyət dəyişikliklərinə keçir, inkişaf
müəyyən ardıcılıqla təmin olunduğu üçün intensivləşmə prosesi
də ardıcıl xarakter daşıyır, ümumiyyətlə aqrar sahədə istehsalın
intensivləşməsi konkret istehsal sahəsində geniş təkrar isteh-
salın elə formasıdır ki, istehsal vasitələrinin təmərküzləşməsi və
keyfiyyətcə təkmilləşməsi qabaqcıl texnologiyanın və əməyin
təşkilinin mütərəqqi formalarının tətbiq edilməsi əsasında
məhsul istehsalının artırılmasına və ucuzlaşdırılmasına imkan
verir. İntensivləşmə geniş təkrar istehsalın forması kimi elmi-
texniki tərəqqinin nəaliyyətlərinə və istehsalın bütün amil-
lərinin təkmilləşməsinə əsaslanır.
II. Aqrar sahədə intensivləşdirmənin səviyyəsi – inten-
sivləşmə çoxcəhətli, mürəkəb proses kimi adətən müqayisə
nəticəsində müəyyənləşdirilən, nisbi göstəricilər vasitəsi ilə
327
xarakterizə olunan kateqoriyadır. Müəssisələrin birinin digərinə
və ya müəssisənin rayona, rayonun respublikaya nisbətən
intensivlik səviyyəsinin yüksək və aşağı olması haqqında
nəticəyə ancaq müəssisələri bir-biri ilə müqayisə etməklə
gəlmək mümkündür. Müəssisələri müqayisə etmək üçün inten-
sivləşmənin səviyyəsini əks etdirən göstəricilər müəyyənləş-
dirilir.Göstəricilər ümumi və xüsusi təyinatlı olmaqla dəyər və
natura ifadələrlə səciyyələnir. Ümumi göstəricilərdən bütöv-
lükdə müəssisə üzrə, xüsusi göstəricilərdən isə müəssisənin
ayrı-ayrı sahələri üzrə intensivləşmə səviyyəsini müəyyən et-
məkdə istifadə olunur. Göstəricilər müəyyənləşdirildikdə vəsait
qoyuluşu, əmək sərfi sahə vahidi ilə müxtəlif variantlarda
müqayisə olunur.
Birinci variant- intensivləşmənin səviyyəsini əks etdirən
ümumi göstərici sahə vahidinə düşən əsas fondların dəyəri və
cari istehsal xərcləri (amartizasiyasız) aşağıdakı formada
hesablanır:
Ə.F.D. +C.İ.X. (amortizasiyasız)
İS= ------------------------------------------------------
Torpaq sahəsi, ha (k/t yararlı sahə; əkin yeri)
İntensivləşmənin səviyyəsini əks etdirən bu göstərici
müəssisənin maddi-texniki ehtiyyatlarla bağlı imkanlarını və
cari ildə istehsala qoyulan xərclərin təmərküzləşmə səviyyəsini
xarakterizə edir. Bəzi hallarda bu göstəricidən iki istiqamətdə
istifadə olunur. Bu onunla əlaqədardır ki, aqrar sahədə əsas
fondların dəyəri ilə istehsal xərcləri arasında nisbətin dəyişməsi
hesabına istehsalın nəticələri müxtəlif olur. Ona görə də in-
tensivləşmə səviyyəsinin ümumi göstəricisinin tərkib hissələri
(əsas fondlar və cari istehsal xərcləri) ayırmaqla iki müstəqil
göstərici kimi müəyyən edilir:
a) sahə vahidinə düşən əsas fondların dəyəri göstəricisi
ilə:
328
Əsas fondların dəyəri (min man)
İS= ------------------------------------------------------
Torpaq sahəsi ha (k/t yararlı sahə; ə/y)
Bu göstərici vasitəsilə müəssisə, təsərrüfat üzrə və ya hər
hansı istehsal sahəsi üzrə intensivləşmə səviyyəsini müəyyən
etmək olar.
b) Vahid torpaq sahəsinə düşən cari istehsal xərcləri
üzrə:
Bu göstəricidə vəsait qoyuluşunun reallaşan hissəsi öz
əksini tapır. Ona görə də təcrübədə intensivlik səviyyəsini
müəyyən edərkən bu göstəricidən geniş istifadə olunur. Digər
göstəricilər kimi bu göstəricidə təsərrüfat üzrə və ayrı-ayrı
sahələr üzrə hesablana bilər. Lakin bu göstəricinin catışmayan
cəhəti vardır. Bu ondan ibarətdir ki, sahə vahidinə düşən isteh-
sal xərcləri bəzən səmərəsiz xərclərin hesabına da artır ki, belə
halda onu intensivləşdirmə ilə eyniləşdirmək olmaz.
İkinci variant –Sahə vahidinə düşən əmək sərfi gös-
təricisi intensivlik səviyyəsi göstəricisi kimi sahə və təsərrüfat
üzrə müəyyən olunur. Bu göstərici intensivlik səviyyəsi ilə
yanaşı iş proseslərinin mexanikləşdirmə və avtomatlaşdırma
səviyyəsində müəyyən mənada əks etdirir. İntensivlik səviyyəsi
yüksəldikcə becərilən torpaq sahəsi vahidinə va vahid məhsula
görə əmək sərfi azalmalıdır.
İntensivlik səviyyəsi konkret sahə üzrə müəyyən edil-
dikdə xüsusi göstəricilərdən istifadə olunur. Belə göstəricilərə
əkinçilikdə aşağıdakılar aid edilə bilər:
Cari istehsal xərcləri (min man)
İS= ------------------------------------------------------
Torpaq sahəsinə, ha (k/t yararlı sahə, ə/y)
329
1. Enerji ilə təmin olunma göstəricisi. Bu göstərici kənd
təsərrüfatına yararlı hər hektar torpaq sahəsinə düşən güclə
müəyyən edilir. Enerji ilə təmin olunma göstəricisi əslində trak-
torların, kombaynların, avtomobillərin, elektrik mühərrik-
lərinin, qurğularının sahə vahidində təmərküşləşməsini əks et-
dirir.
2. Hər hektar əkin yerinə verilən mineral və üzvü güb-
rələr əkinçilikdə intensivləşdirməni əks etdirən göstəricilər-
dir.Bitkiçilikdə intensivlik səviyyəsi artdıqca kimyəvi vasi-
tələrdən istifadə dərəcəsi də yüksəlir. Lakin kimyəvi vasitə-
lərdən istifadəyə ekoloji baxımdan da yanaşmaq lazımdır.
3. Mütərəqqi texnologiya tətbiqi intensivlik göstəricisi
kimi əkin sahələrinin tərkibində mütərəqqi texnologiya ilə
becərilən sahələrin tutduğu xüsusi çəki ilə müəyyən edilir.
4. Bitkilərin növ tərkibinin yaxşılaşdırılması, yəni daha
məhsuldar, xəstəliyə davamlı növ bitkilərin əkin sahələrinin
ümumi əkinlərdə tutduğu xüsusi çəki göstəricisi bitkiçilikdə
intensivliyi xarakterizə edən göstəricilərdən biridir.
5. Torpağın meliorasiya olunma səviyyəsi göstəricisi tor-
pağın münbitliyinin yaxşılaşdırılması ilə əlaqədar görülən su-
varma, qurutma işlərinin ümumi işlərə nisbəti ilə müəyyən
edilir. Torpaqyaxşılaşdırma işləri hansı təsərrüfatda daha səmə-
rəli təşkil olunursa, bu, istehsal prosesinə öz təsirini birbaşa
göstərir.
6. Becərilən torpaqların, əkin yerinin və daha sərfəli
bitki altında olan sahələrin xüsusi çəkisinin kənd təsərrüfatına
yararlı torpaqların tərkibində artması göstəriciləri də əkinçlikdə
intensivliyi əks etdirir.
Heyvandarlıqda intensivlik səviyyəsini əks etdirən xüsusi
göstəricilərə aşağıdakılar daxildir: naxrın quruluşunun yaxşılaş-
dırılması; heyvanların yem, nümunəvi binalar, mexanikləş-
dirmə və avtomatlaşdırma vasitələri ilə təmin olunma səviyyəsi,
mütərəqqi texnologiyanın tətbiqi, cins yaxşılaşdırma işlərinin
həcmi, hər baş heyvan hesabına əldə edilən məhsulun miqdarı
330
heyvandarlıq məhsulları istehsalının mövsümliyinin azaldılması
və s. Beləliklə kənd təsərrüfatında və onun ayrı-ayrı sahəsində
intensivlik səviyyəsini yuxarıda göstərilən ümumi və xüsusi
göstəricilərin koməyi ilə müəyyən nəticəyə gəlmək olur.
Bununla əlaqədar aşağıda verilən sxemə diqqət yetirək.
Sxem 1.
Lakin intensivlik vəsait qoyuluşunun və ondan səmərəli
istifadənin vəhdəti olduğu üçün intensivləşmənin iqtisadi
səmərəsini müəyyən etməklə bu mürəkkəb prosesə kompleks
qiymət vermək mümkündür.
İntensivləşmənin iqtisadi səmərəsi (İ.İ.S) – Əlavə vəsait
qoyuluşu, istehsalın idarə olunması və texnoloji proseslərin
təkmilləşməsi şəraitində formalaşan, istehsalın nəticələrini əks
etdirən göstəricilərin köməyi ilə müəyyənləşir (ümumi məhsul,
son məhsul, ümumi gəlir, xalis gəlir) ona təminat verən kom-
ponentlər (torpaq sahəsi, əmək sərfi və istehsal fondları ilə
İntensivləşmənin səviyyəsini
xarakterizə edən göstəricilər
Hər hektar
yararlı sahəyə görə
malqaranın
sıxlığı, başla
Hər hektar
yararlı sahəyə görə
istehal
məsrəfləri,
min man
Hər hektar
yararlı sahəyə görə
əsas
fondların dəyəri, min
man
Əməyin
fondla silahlanması,
min man
Əsas fondların
quruluşu, %-lə
Hər hektar yararlı
sahəyə a/s sərfi
331
təmin olunma səviyyəsi) ilə müqayisə olunur. Sahə vahidinə
görə ümumi məhsul (son məhsul), ümumi gəlir və xalis gəlir
göstəricilərinin hər biri intensivləşmənin iqtisadi səmərəliliyini
müəyyən cəhətdən xarakterizə edir. İstehsalın iqtisadi
səmərəliliyi aşağıdakı qaydada hesablanır:
Ümumi məhsul (əmtəəlik məhsul, ümumi gəlir, xalis gəlir)
İ.İ.S. = --------------------------------------------------------------------
K/t yararlı torpaq sahəsinə, əkin yerinə, ha
Vahid sahədən məhsul istehsalının artması ümumiyyətlə,
intensivlik nəticəsini xarakterizə etsədə özlüyündə onun tam
səmərəli olması demək deyildir. Bunun üçün məsrəflərin art-
masına nisbətən məhsul istehsalı daha sürətlə, müstəsna hal-
larda isə ona bərabər olmalıdır. Başqa sözlə, istehsal olunan
məhsulun artması ilə bərabər, məhsulun maya dəyərinin aşağı
düşməsi hesabına da sahə vahidindən götürülən xalis gəlirin
məbləği artmalıdır.
İntensivləşmənin iqtisadi səmərəliliyi öz əksini əmək
məhsuldarlığının artmasında da tapır. Odur ki, vahid əmək sər-
finə düşən ümumi məhsul,ümumi gəlir və xalis gəlir göstəri-
cilərindən istifadə etməklə aşağıdakı qaydada intensivləşdir-
mənin iqtisadi səmərəsini müəyyənləşdirmək olar:
Üm (Üg;Xg) min manat
İ.İ.S. = --------------------------------------
Əmək sərfinə; adam-saat
Kənd təsərrüfatında istehsalın intensivləşməsi nəticəsində
fondla təmin olunma göstəricisinin artmasıda müşahidə edilir.
Odur ki, intensivləşmənin iqtisadi səmərəliliyinə hərtərəfli
qiymət vermək üçün istehsalın nəticə göstəricilərini istehsal
fondlarının cəminə bölürlər:
332
Ümumiyyətlə intensivləşmənin iqtisadi səmərəsinə
mürəkkəb ictimai-iqtisadi proses kimi hərtərəfli qiymət vermək
üçün göstəricilərin əksəriyyətindən sistem formasında istifadə
olunması məsləhət görülür.
Sxem 2.
Üm (Üg;Xg) min manat
İ.İ.S. = --------------------------------------
Əsas və dövriyyə fondlarının orta illik
dəyərinə
İntensivləşmənin iqtisadi
səmərəlilik göstəriciləri
1 nəfər işçiyə ümumi
məhsul çıxımı, man
1000 man.
əsas fonda
düşən
dövriyyə vəsaitinin
dəyəri,man
Hər hektar
yararlı
sahəyə
ümumi məhsul
çıxımı, min
man
Hər hektar
yararlı
sahəyə
ümumi gəlir,
min man
Hər hektar
yararlı
sahəyə düşən
xalis gəlir,
min man
Məhsulun maya
dəyəri, man
1000 man xərcə
ümumi
məhsul
çıxımı, man
1000 man əsas fonda
ümumi
məhsul
çıçıxımı
man
Dövriyyə fondunun
quruluşu, %
İstehsalın
rentabelliyi,%
333
İntensivləşmənin iqtisadi səmərəliliyini əks etdirən göstə-
ricilərə həmçinin bitkilərin və heyvanların məhsuldarlığı da
aiddir.
III. İntensivləşmənin əsas istiqamətləri. Bazar iqtisa-
diyyatı şəraitində aqrar sferanın onun tərkib hissəsi olan kənd
təsərrüfatının intensivləşdirilməsinin başlıca istiqamətlərindən
biri aqrar bölmənin sənayeləşdirilməsidir. İstehsalın kompleks
mexanikləşdirilməsi vədaha çox nəzərəçarpacaq dərəcədə avto-
matlaşdırılması, sənaye üsullarının geniş tətbiqi əsasında kənd
təsərrüfatı məhsulları istehsalına əlverişsiz iqlim amillərinin
mənfi təsiri tədricən azalır. Nəticədə istehsal daha münasib for-
mada intensiv əsaslarla idarə olunur. İstixanalarda, heyvan-
darlıq komplekslərində məhsul itehsalı iqlim amillərindən az
asılı olduğu üçün istehsalı yüksək səviyyədə mexanikləşdirmək
və avtomatlaşdırmaqla sənaye əsasına keçmək mümkündür.
İntensivləşdirmə istiqamətlərindən biri də onun hərtərəfli
kimyalaşdırılması, yəni mineral gübrələrin və başqa kimyəvi
vasitələrin, boy maddələrinin geniş tətbiq olunması, polimer
materiallardan və digər məhsullardan istifadə edilməsidir.
Bazar iqtisadiyyatı şəraitində kənd təsərrüfatı müəs-
sisələrinin intensivləşdirilməsinin əsas istiqamətlərindən biri də
torpaqların meliorasiyasıdır. Respublikada torpaqların melio-
rativ vəziyyətinin aşağıolması yüksək və sabit məhsul götürül-
məsinə imkan vermir. Ona görə də tarlaqoruyucu meşə zo-
laqları salmaq, yeni suvarma şəbəkələri yaratmaq, külək və su
eroziyasının, həmçinin torpağın şoranlaşmasının qarşısını al-
maq yolu ilə istehsalın sabit inkişafının təmin edilməsinə böyük
əhəmiyyət verilməlidir.
İntensivləşdirmənin kompleks həyata keçirilməsini təmin
etmək məqsədilə aqrar bölmənin elmi əsaslarla idarə edilməsi
sisteminin işlənib hazırlanması və tətbiq edilməsidir. Belə bir
sistem hər bir regionun qarşılıqlı olan aqroiqlim, bioloji,
texniki, texnoloji, təşkilati-iqtisadi vəhdətini nəzərə almaqla
işlənib hazırlanmalıdır. Aqrar sferanın, onun tərkib hissəsi olan
334
kənd təsərrüfatının idarə edilməsinin vacib həlqəsiəkinçilik
sistemidir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar intensivləş-
dirmənin əsas istiqamətləri müəyyənləşdirilərkən növbəti əkin-
çiliyin səmərəli təşkili, torpaq eroziyasına qarşı səmərəli mü-
barizə, istehsala tətbiq olunan maşınlar sistemi, suvarma, qu-
rutma, ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirləri ön
plana çəkilməlidir.
Aqrar bölmənin, onun sahələrinin intensiv inkişafının
təmin edilməsində cəlb edilmiş vəsaitdən daha doğrusu investi-
siyalardan geniş istifadə olunur. İnvestisiyaların aqrar sahəyə
cəlb olunmasının miqyasının genişləndirilməsi aqrar bölmədə
böhranlı vəziyyəti aradan qaldırmağa, müəssisələrin maliyyə
vəziyyətini sağlamlaşdırmağa şərait yarada bilər.
Istehsalın intensivləşdirilməsi mütərəqqi texnologiyanın,
intensiv bitki sortlarının və məhsuldar heyvan cinslərinin tətbi-
qindən də asılıdır. Müasir şəraitdə intensivləşmənin geniş ya-
yılmış formalarından biri əkinçiliyin elmi əsaslarla idarə olun-
masına imkan verən intensiv texnologiyanın tətbiqidir. Əkin-
çilikdə mütərəqqi texnologiya becərmənin tələblərinə cavab
verən münasib bitki sortlarının olmasını tələb edir. Sortun
yüksək məhsuldarlığı iləyanaşı, onun xəstəliklərə, zərərve-
ricilərə davamlılığı, vegetasiya müddətinin qısalığı, maşınla yı-
ğıma münasib olması əkinçiliyin intensivləşdirilməsinə müsbət
təsir göstərir.
4. Aqrolizinq xidməti və onun yeri
Lizinq haqqında anlayış – Lizinq elə bir maliyyə-
ləşdirmə növüdür ki, onun həyata keçirilməsi zamanı əmlaka
sahib olmaq deyil, ondan istifadə etmək vasitəsilə gəlir əldə
edilir. Bu zaman əsas diqqət balans hesabatına və ya kredit ta-
rixinə deyil lizinq olanın lizinq ödəmələrini həyata keçirmək
üçün biznes fəaliyyəti nəticəsində nəğd pul axını yarada bilmək
qabiliyyətinə yönəldilir. Bu səbəbdən lizinq uzun müddətli
335
kredit tarixinə və ya girov qoymaq üçün kifayət qədər əmlaka
malik olmayan yeni yaradılmış kiçik və orta müəssisələr üçün
daha əlverişlidir. Lizinqin iqtisadi inkişafa təsiri özünü aşa-
ğıdakı formafa biruzə verir: istehsalın yeniləşməsinə və kiçik
sahibkarlığın inkişafına müsbət təsir göstərir; maliyyə baza-
rında rəqabətin artmasına xidmət edir. Bütövlükdə iqtisadiyyata
kapital qoyuluşunun həcmini artırır: avadanlığın əsas satış
həcminin artmasına xidmət edir.
Lizinq – ingilis mənşəli “Lease” sözündən olub, mənası
“əmlakı götürmək və müvəqqəti istifadəyə vermək” deməkdir.
Lizinq haqqında hələ eramızdan əvvəl 350 –ci ildə Aristotel
özünün “Ritorika” əsərində qeyd edirdi ki, sərvət heç də mül-
kiyyət hüquqi əsasında əmlaka sahib olmaq deyil. Ondan isti-
fadə etməkdir. Aristotelin fikrincə, mənfəət əldə etmək üçün
hökmən əmlaka və ya avadanlığa sahib olmaq lazım deyil. On-
dan istifadə etmək hüququna malik olmaq və gəlir əldə etmək
kifayətdir.
Roma imperiyasında lizinq probemindən kənarda qalma-
mışdır.
Müasir lizinqin bir çox çətinlikləri bu anlayışda əşya və
müqavilə hüquqları elementlərinin birləşdirilməsi ilə
əlaqədardır. Yeni tarixdə «lizinq» anlayışı ilk dəfə olaraq 1877-
ci ildə istifadə edilmişdir. Məhz həmin ildə «Bell» telefonları
satmaqdan imtina edərək, onları icarəyə verməyə başladı.
Ənənəvi olaraq lizinq amerikan ixtirası sayılır. Bir müd-
dətdən sonra o, Amerika sahibkarları tərəfindən okean vasi-
təsilə Avropaya gətirildi. Fəaliyyətinin əsasını lizinq əməliy-
yatları təşkil edən ilk cəmiyyət 1952-ci ildə San-Fransisko
şəhərində Amerikanın «Yunayted Steyts lizinq korporeşn»
şirkəti tərəfindən yaradıldı. Amerika lizinqinin atası hesab
edilən Henri Şonfeld tezliklə dərk etdi ki, lizinq fəaliyyəti
hədsiz dərəcədə geniş imkanlara malikdir. Çox çəkmədi ki,
ABŞ-da maliyyə lizinq cəmiyyətlərinin hesablama lizinq
istehsal-təsərrüfat fəaliyyətinin mühüm alətinə çevrildi.
336
Keçən əsrin 60-cı illərindən başlayaraq bir çox Avropa
dövlətlərinin qanunvericiliyində lizinq fəaliyyətini ifadə etmək
üçün müxtəlif terminlərdən istifadə olunmağa başlandı.
Məsələn, Fransanın, İtaliyanın və Belçikanın lizinqə aid
normativ-hüquqi sənədlərində kredit-icarə, icarənin maliyyələş-
dirilməsi və maliyyə idarəsi üzrə əməliyyatlar kimi terminlərə
rast gəlinirdi. Məhz buna görədir ki, iqtisadi ədəbiyyatda
lizinqin mahiyyətinin və məzmununun birmənalı şərhinə az-az
hallarda təsadüf olunur. Uzun müddətdir ki, lizinqin iqtisadi
mahiyyəti mübahisəli olaraq qalır. Onun nəzəriyyə və prak-
tikada məzmunu və rolu müxtəlif cür və çox vaxt isə ziddiyyətli
şərh olunur.
Bəziləri lizinqə sahibkarlıq fəaliyyətinin kreditləşdirilmə-
sinin özünə məxsus üsulu kimi baxır, digərləri onu uzun-
müddətli icarə ilə və onun formalarından biri ilə tamamilə
eyniləşdirirlər ki, bu da öz növbəsində muzdlu və ya podrat
münasibətlərinə uyğun gəlir. Üçüncülər lizinqi istehsal vasitə-
lərinin üstüörtülü alqı-satqı qaydası və ya özgə əmlakından
istifadə hüququ hesab edirlər. Dördüncülər lizinqi özgələri
hesabına fəaliyyət kimi, daha doğrusu, vəkalət verənin tapşırığı
ilə özgə əmlakının idarə edilməsi kimi şərh edirlər.
Nəzəriyyədə və praktiki işçilər arasında lizinqin bütöv-
lükdə icarə ilə və ya onun formalarından biri ilə tam və ya
qismən eyniləşdirilməsi daha geniş yayılmışdır.
Belə ki, N.M.Vasilyev, M.I.Braqinski və V.V.Vitryanski
birbaşa və praktiki şəkildə birmənalı olaraq təsdiq edirlər ki,
lizinq və icarə arasında prinsipial fərqlər yoxdur: əgər icarə
mənşə anlayışı sayılırsa, onda lizinq növ anlayışı olub, icarənin
növlərindən biri hesab edilməlidir. I.A.Buzova, Q.A.Maxovi-
kova və V.V.Terexova lizinq ilə maliyyə icarəsi müqaviləsi
arasında bərabərlik işarəsi qoyurlar. Lizinqə məhsuldar qüv-
vələrlə istehsal münasibətlərinin qarşılıqlı əlaqədə vəziyyətini
müəyyən edən mülkiyyət münasibətlərinin reallaşdırılması
üsulu kimi baxan M.I.Leşşenkoya görə, lizinq kredit olmaqla,
337
ənənəvi bank ssudasından onunla fərqlənir ki, o, lizinq verən
tərəfindən lizinq alana əmlakın (avadanlıq, maşın, gəmi və s.)
istifadəyə verilməsi formasında, daha doğrusu, bir növ əmtəə
krediti kimi təqdim olunur.
Lizinq fəaliyyətini əmlakın əldə edilməsi və onun lizinqə
verilməsi üzrə investisiya fəaliyyəti növlərindən biri hesab edən
V.D.Qazman lizinqin mahiyyətini «...lizinq verən tərəfındən
müvəqqəti sərbəst xüsusi və cəlb edilmiş maliyyə vasitələrinin
lizinq alanın iqtisadiyyatına investisiyalaşdırılmasında...»
görür. Onun fikrincə, lizinq verən əmlakı lizinq alan üçün əldə
etməklə, onun gələcək istifadəsini maliyyələşdirir, sonradan isə
öz xərclərini çıxarır və dövri olaraq lizinq ödəmələri vasitəsilə
mükafat alır. Nəticədə lizinq verənin investisiya fəaliyyəti
hesabına lizinq alanın əsas kapitalı tamamlanır.
Qeyd edilən fikirlər müəyyən qədər obyektiv elmi
təcrübi əsaslara söykənsə də, lizinqin mahiyyətinə yanaşma-
larda bir mənalılıq olmadığına görə, onun təcrübələrində də-
qiqlik və yaxud da yarımçıqlıq nəzərə çarpır. Belə ki, lizinq
verən müəyyən bir əmlakı yalnız konkret istehlakçının
maraqlarına uyğun olaraq aldığı halda, icarəyə verən əksinə,
ilkin olaraq texniki vasitələrin müəyyən çeşidini alır və sonra
icarədən istifadə edəni axtarır. Ona görə də hesab edilir ki,
lizinq ilə icarə müqaviləsi arasında bərabərlik işarəsi qoymaq
olmaz. Lakin lizinq icarə mexanizmi ilə sıx bağlıdır. Bununla
yanaşı, bir tərəfdən lizinq öz məzmununa və mahiyyətinə görə
kredit sövdəsinə uyğun gəlir, digər tərəfdən isə, lizinq ilə bir-
başa investisiya arasında oxşarlıq vardır. Lizinqi ənənəvi bank
ssudasına alternativ olan maliyyələşdirmə forması kimi xarak-
terizə edən prof. R.M.Cəbiyevin təbirincə «...lizinq mahiyyətcə
lizinq verən tərəfdən lizinq alana istifadəyə verilən avadanlıq
şəklində kreditlir».
Beləliklə lizinq özündə təşkilati-iqtisadi münasibətlərin ən
azı üç növünü: icarə, investisiya və ticarəti birləşdirən
sahibkarlıq fəaliyyəti sistemidir. Onların hər birinin ayrı-
338
ayrılıqda məzmunu spesıfik əmlak-maliyyə lizinq
münasibətlərinin mahiyyətini tam əhatə etmir (Sxem 3).
Sxem 3.
Lizinq iqtisadi-hüquqı münasıbətlərın kompleksı kimi
Lizinq verən tərəfindən lizinq müqaviləsi üzrə əmlakın
əldə edilməsi və onun lizinqə verilməsi üzrə funksiyanın yerinə
yetirilməsi isə lizinq fəaliyyəti hesab edilir. Lizinq fəaliyyətini
hüquqi və fiziki şəxslər həyata keçirə bilərlər.
Münasibət
subyektləri
Hüquq münasibətləri Maliyyə-
kommersiya
Təşkilati-texniki
Lizinq obyektləri Lizinq münasibətləri
-mülkiyyət m
ünasibətləri
-alqı-satqı hüquqi münasibətləri
-icarə hüququ
ünasibətləri -girov münasibətləri
-investisiyalaşma və
əmtəə kreditləşməsi --münasibətləri
mülkiyyət zəmanəti
münasibətləri -tapşırıq münasibətləri
- investisiya
fəaliyyətinin tənzimlənməsi
- sığorta münasibətləri
ivestisiyalaşma
şərtləri
əmtəə kreditləşməsi
şərtləri
investisiya mənbəbri
ödəmə üsulları
sığorta şərtləri vergitutma
lizinq
predmetinin dəyərinin
qiymətləndirilməsi
əmlakı istifadə edənin
tədiyyə qabiliyyəti
-lizinq
obyektinin
almması şərtləri
lizinq şirkətlərinin
yaradılması
- lizinq layihələrinin texniki-iqtisadi
əsaslandırılması -
layihələrin ekspertizası - istifadə edənin
avadanlığa sifarişi
- lizinq obyektinin göndərilməsi və qəbulu
şərtləri
- obyektin istismar şəraiti
- müqaviblərin
bağlanması - texniki və digər
xidmattar
- lizinq bazarmda
marketinq
339
Lizinq mürəkkəb, sosial-iqtisadi haişə kimi çoxukladlı
iqtisadiyyatın formalaşması və istehsal fəaliyyətinin fəallaş-
dırılması üzrə ən mühüm funksiyalarını yerinə yetirir (Sxem 4.)
Sxem 4.
Lizinqin əlamətləri və funksiyaları
Sxemdə lizinqin sadalanan funksiyalarından yalnız dör-
dünün: maliyyə, istehsal, təchizat və vergi imtiazları funksi-
yalarının dəqiqləşdirilməsinə çalışaq.
Maliyyə funksiyası əmtəə istehsalçısının zəruri istehsal
vasitələrinin tam dəyəri haqqının birdəfəlik ödənilməsindən
azad edilməsində və ona maddi-əşya formasında uzunmüddətli
kreditin verilməsində ifadə olunur. Lizinqin istehsal funksiyası
istehsalat vəzifələrinin bahalı və mənəvi cəhətdən köhnəlmiş
Əlamətlə
r
-Xarici
iqtisadi fəaliy-
yətin inkişafı
- Əmlakın dəyərinin
ödənilməsi
-Əmlak mülkiyyətçisi-
nin və
istifadəçisinin məhdudlaşdırı
lması
-Xüsusi mülkiyyət-
çinin təkrar
istehsalı -Əmlakın
mənimsənil-
məsinin diferensiallaş-
dırılması
Funksiya
lar
İstehsal vasitələrinin
lizinqi
-Sahibkarlığın
fəaliyyəti forması -Mülkiyyət
münasibətlərinin
reallaşması üsulu -Əmlak-hüquqi
münasibətlər
kompleksi
-İnvestisiya
fəaliyyətinin növü
- İstehsal va-
sitələrinə İnvestisiya
Əmlakm
icarəyə ve-rilməsi
Alqı-satqı
Əmlaka sa-
hiblik və onun
istifadəsi
- Sahibkar-lığın həyata
keçirilməsi-
Lizinq olan tərə-
findən
əmlakmın almması
hüququ
- Maliyyə
- İstehsal - Satış
- Vergi
güzəştlərinin alınması
- Sahibkarhq
zonasının
genişləndirilm
əsi
- Rəqabət münasibətləri
nin inkişafı
- Əmlakın döv-
lətsizləşdirilm
əsi və özəlləş-
dirilməsi
340
maşınların alınması yolu ilə deyil, müvəqqəti istifadə yolu ilə
operativ olaraq həll edilməsindən ibarətdir. Bu, istehsalın
maddi-texniki təchizatının, ən yeni texnikaya, ETI-yə çıxışın
səmərəli üsuludur. Tam servisli lizinq zamanı əmlakın veril-
məsi geniş servislə, məsələn, texniki xidmət, xammalla, iş
qüvvəsi ilə təchiz olunma və s. ilə müşaiyət edilə bilər.
Satış funksiyası istehlakçı dairəsinin genişlənməsini və
yeni satış bazarlarının ələ keçirilməsini əhatə edir.
Vergi və amortizasiya güzəştlərinin alınması funksiyası
aşağıdakı xüsusiyyətlərə malikdir:
- lizinq üzrə götürülmüş əmlak istifadəçinin balansında
əks olunmaya bilər, çünki mülkiyyət hüququnu lizinq verən
özündə saxlayır;
- lizinq ödəmələri istehsal olunan məhsulun (xidmətin)
maya dəyərinə aid edilir ki, bu da müvafiq olaraq vergi tutulan
mənfəəti aşağı salır;
- lizinq obyektinin normativ xidmət müddəti bazasında
deyil, kontrakt müddəti əsasında hesablanan sürətli
amortizasiyanın tətbiq edilməsi əldə edilən mənfəəti aşağı salır
və əmlakın təzələnməsini sürətləndirir.
Nəticədə lizinq öz sferasına yeni obyektlər cəlb etməklə
təkliflərin diversifikasiyasına kömək edir, istehsal vasitələri
bazarını inkişaf və diversifikasiya etdirir.
5. Lizinq əməliyyatlannın növləri və formaları
Lizinq münasibətlərinin mənimsənilməsi üzrə məqsəd-
yönlü təcrübi işin təşkili üçün onların reallaşmasının mümkün
növlərinin, forma və üsullarının düzgün müəyyən edilməsi
mühüm əhəmiyyət kəsb edir. Dünya təcrübəsində lizinq
münasibətlərinin çoxsaylı variantlarına rast gəlinir.
Lakin iqtisadi ədəbiyyatda hələ indiyə qədər lizinq növ-
lərinin verilməsində aydınlıq və birmənalılıq yoxdur, çox vaxt
isə anlayışların izahında qarışıqlığa yol verilir. Hələ də indiyə
341
qədər lizinq münasibətlərinin dəqiq təsnifatı, az və ya çox
dərəcədə tam siyahısı işlənib hazırlanmamışdır. Onlar arasında
sərhədlər heç də həmişə kifayət qədər lazımi səviyyədə müəy-
yənləşdirilmir, bu və ya digər növün əlamətləri müxtəlif dərə-
cədə bir müqavilədə uzlaşdırılır. Lizinq fəaliyyətinin nəzəriyyə
və təcrübəsinin anlayış aparatını təmin edən mövcud ter-
minologiyada müəyyənlik və nizamlılıq yoxdur. Məsələn, eyni
bir lizinq növünün ifadə olunması üçün maliyyə, kapital,
birbaşa, standart və s. kimi terminlər geniş yayılmışdır. Daha
böyük uyğunsuzluq lizinqin müxtəlif növ, tip və formalarının
ayrılmasının əsası kimi qəbul edilmiş əlamətlərin seçilməsində
meydana çıxır.
Mülki Məcəllədə bazar sferası üzrə lizinqin yalnız iki
forması: daxili və beynəlxalq formaları ayrılır. 1994-cü ildə
qəbul edilmiş «Lizinq xidməti haqqında» AR Qanununda isə
lizinq xidmətini onun həyata keçirilməsinə yönəldilən vəsaitin
mənbəyinə görə, lizinq haqqının tərkibinə görə və lizinq
müqaviləsi subyektlərinin iştirakına görə təsnifləşdirilmişdilər.
V.D.Qazmanın fikrincə, lizinqin formalarını müəyyən
edərkən əsas təsnifat əlamətləri kimi aşağıdakıları götürmək
lazımdır:
- icarəyə götürülən əmlaka münasibətinə görə: xalis,
tam, natamam;
- maliyyələşmə tipinə görə: təcili, təzələnən
- iştirakçıların tərkibinə görə: ikitərəfli və ya birbaşa,
birbaşa maliyyə, vendor- lizinq, qaytarma, dolayı, çoxtərəfli
(səhmdar, leverec- lizinq, ayrıca, qrup halında), sublizinq;
- əmlakın tipinə görə: daşınar və daşınmaz əmlak;
- əmlakın ödəmə dərəcəsinə görə: tam və natamam
ödəməli;
- bazar sektoruna görə: daxili, beynəlxalq;
- vergi imtiyazlarına münasibətə görə: əmlaka vergitu-
tulması üzrə imtiyazlardan istifadə etməklə, imtiyazlardan isti-
fadə etməməklə;
342
- lizinq ödəmələrinin xarakterinə görə: lizinq
növləri (maliyyə, operativ), pullu, kompensasiyalı.
Iqtisadi ədəbiyyatda bəzən lizinq əməliyyatlarının növləri
və formaları qarışdırılır. Bəzən lizinqin əsas növləri kimi
maliyyə və operativ lizinqlər, formaları kimi isə bir çox
əlamətlərə görə təsnifləşdirilən lizinqlər götürülür. Məsələn,
maliyyə və operativ lizinqləri lizinqin əsas növləri kimi qəbul
edən M.I.Leşşenkoya görə müxtəlif əlamətlər üzrə lizinqin əsas
təşkilati formalarının təsnifatı aşağıdakı kimi olmalıdır:
- lizinqin obyektinə görə: daşınar və daşınmaz əmlak
lizinqləri;
- sövdələşmənin davamlılığına görə: obyektin
istifadəsi normativ müddətli maliyyə lizinqi, normativ istifadə
müddətindən aşağı dövrlü operativ lizinq;
- amortizasiya şərtlərinə görə: tam amortizasi-
yalı, natamam amortizasiyalı lizinqlər;
- bazar sferasına görə: daxili, beynəlxalq, tranzit lizinq-
lər;
- sövdələşmənin təşkili növünə görə: birbaşa, do-
layı, qaytarma, «leverec- lizinq»;
- xidmət həcminə görə: xalis, tam və natamam xidmət
dəsti, kompleks, baş lizinqlər;
- lizinq ödəmələrinin tipinə görə: pullu, kompen-
sasiyalı qarışıq lizinqlər;
- vergi imtiyazlarına münasibətə görə: həqiqi, fiktiv
lizinqlər.
Göründüyü kimi, iqtisadi ədəbiyyatda çox vaxt lizinq
münasibətlərinin forma və növləri qarışdırılır. Eyni zamanda,
ölkənin qanunvericilik aktlarında, o cümlədən, Mülki
Məcəllədə daxili və beynəlxalq lizinqin, lizinqin formaları kimi
şərh olunması heç də metodoloji cəhətdən elmi əsaslara söy-
kənmir. Çünki doğrudan da daxili və xarici lizinq bazar sferası
əlamətlərinə görə xarakterizə edilən lizinq növlərinə daha çox
uyğun gəlir.
343
Bundan başqa, fikrimizcə, lizinq əməliyyatlarının for-
maları xeyli dərəcədə onun məzmunu ilə əlaqələndirilməli və
onu tamamlamalıdır. Məhz bu mənada lizinqin forma və növ
baxımından düzgün təsnifatı V.A.Qoremıkinin dərsliyində öz
ifadəsini tapmışdır.
Beləliklə, lizinq ümumilikdə sahibkarlıq fəaliyyətinin
mülkiyyət və investisiya münasibətlərini və xüsusi təsərrü-
fatçılıq sistemini ifadə edən təşkilati forması sayılır, lakin hər
bir müstəqil hadisə və iqtisadi kateqoriya kimi o, öz xüsusi
məzmununa və müxtəlif təzahür formalarına malikdir. Lizinq
məhsuldar qüvvələr və istehsal münasibətləri elementlərinin
müəyyən qarşılıqlı təsirini ifadə etdiyinə görə o, maddi-əşyavi
əsasa və sosial-iqtisadi məzmuna malikdir.
Lizinqin sosial-iqtisadi məzmunu mülkiyyət və şaquli və
üfiqi istiqamətlərdə birgə iqtisadi fəaliyyət münasibətləri ilə,
habelə mülkiyyətin transformasiyası şərtləri ilə müəyyən
olunur.
Lizinqin maddi-əşyavi tərəfi istehsalın təşkili-hüquqi
formaları, sahibkarlıq fəaliyyətinin bütün və ya bir qisim maddi
ünsürlərinin muzdla tutulması, əmlakın alqı-satqısı müna-
sibətləri və kreditləşmə şərtləri ilə xarakterizə edilir.
Buradan belə bir qənaətə gəlmək olar ki, lizinq müna-
sibətlərinin əsas formaları aşağıdakılardan ibarətdir:
1. Əmlakın əldə edilməsi və kreditləşdirmə.
2. Əmlakın muzdla tutulması:
- tam;
- qismən.
3. Təşkilati-hüquqi formalar:
- müstəqil;
- təsərrüfatdaxili.
4. Sahibkarın təsərrüfat sahibi kimi ayrılması:
- fərdi;
- korporativ.
344
Lizinq növlərinin faset metodu ilə diferensiallaşdırılması
üçün müxtəlif meyarlar tətbiq olunur: sövdələşmənin təşkilati
forması, münasibətin davamlılığı, tərəflərin öhdəliklərinin
həcmi, lizinq obyektlərinin xüsusiyyətləri və onların amortiza-
siya şərtləri, lizinq ödəmələrinin tipi, vergi güzəştlərinə mü-
nasibət və bazar sektoru, lizinq verənin risk dərəcəsi, lizinq
sövdəlşmələri iştirakçılarının tərkibi və s. (Sxem 5.).
Lizinq növlərinin təsnifləşdirmə əlamətlərini iki qrupda
birləşdirmək olar:
1.Təşkilati-hüquqi əlamətlər:
- sövdələşmənin təşkili forması;
- servis xidmətlərinin həcmi;
- sövdələşmə iştirakçılarının tərkibi;
- lizinq münasibətlərinin obyekti;
- sövdələşmənin davamlılığı;
- bazar sferası.
2. Maliyyə-iqtisadi əlamətlər:
- fıskal şərtlər;
- sövdələşmənin ölçüsü;
- maliyyələşmə üsulu;
- lizinq verənin riski;
- lizinq obyektinin amortizasiya rejimi;
- lizinq ödəmələri sistemi
345
Sxem 5. Lizinqin əsas növlərinin təsnifatı.
LİZİNQ
Təsnifat əlamətləri
Lizinq obyekti
Sövdələşmənin
təşkili forması
Sövdələşmənin
davamlılığı - Birbaşa
- Qaytarma
- Göndərənə lizinq
- Dolayı
- Qarışıq
- Müxtəlif növlü:
sublizinq üçtərəfli
çoxtərəfli
Xidmət
həcmi
- Daşınar əmlakın
lizinqi
- Daşınmaz əmlakın
lizinqi
- Toxum lizinqi
- Məhsuldar heyvan
lizinqi
- Müxtəlif növlü:
xüsusi
- Obyektin nor-
mativ istifadə
müddətindən az
dövrlü operativ
- Yeniləşən
- Revolver
- Obyektin nor-
mativ istifadə
müddətli
maliyyə
- Müxtəlif
növlü ayrılmış
(leverc) qrup
halında
(səhmdar) vergi
rıçaqlı
- Xalis
- Zərfdə
(tam xidmət
dəsti ilə,
kompleks)
- Natamam
xidmətlər
dəsti ilə
-Baş
Bazar
sferası
- Daxili
- Xarici
- Müxtəlif
növlü:
birbaşa ixrac
tranzit
birbaşa daxili
Lizinq
ödəmələrinin
tipi
Pullu
- Kompensasiyalı
- Kombinə
edilmiş
Lizinq verənin
risk səviyyəsi
- Zəmanətli
- Təmin
olunmamış
- Qismən
təmin olunmuş
Amortizasiy
a şərtləri
Vergi güzəştlərin
ə münasibət
- Tam olmayan
amortizasiya ilə
- Tam amortizasiya ilə
- Müxtəlif növlü:
sürətli amortizasiya ilə
- Fiktiv
- Həqiqi
346
6. Lizinq münasibətlərinin formalaşmasının
dünya təcrübəsi
Azərbaycanda lizinqin inkişafı xarici ölkələrdə, xüsu-
silədə inkişaf etmiş bazar ölkələrində lizinq fəaliyyətinin təşki-
linin forma və metodlarının hərtərəfli təhlilini tələb edir.
Dünya ölkələrinin təcrübəsi sübut edir ki, son illər lizinq
əməliyyatları əksər ölkələrdə iqtisadiyyatın stabilləşdirilmə-
sinin və inkişafının ayrılmaz hissəsinə çevrilmişdir. Onlarda
lizinq həcminin artım tempi maşın və avadanlıq istehsalına xü-
susi kapital qoyuluşunun artım tempini xeyli ötüb keçir. Lizinq
həm daxili, həm də xarici bazarlarda məhsulların satışı zamanı
geniş istifadə olunur.
2000-ci ildə dünyada lizinq formasında yeni avadanlıq,
maşın və mexanizmlərlə maliyyələşməyə 400 mlrd ABŞ
dollarından yuxarı məbləğ yönəldilmişdir ki, bu da kəmiyyətcə
birbaşa xarici invsetisiyalara bərabərdir. Avtomobil, mülki
təyyarə və dəniz gəmilərindən başqa, beynəlxalq lizinqin pred-
metləri çox vaxt inşaat avadanlığı, hesablama texnikası, dəzgah
və avadanlıq olur.
Hazırda inkişaf etmiş ölkələrdə investisiyanın 25-30%-i
lizinq əməliyyatlarının payına düşür, yeni növ məhsulların
80%-ə qədəri icarəyə götürülmüş avadanlıqlarda istehsal olunur
(cədvəl 3).
Cədvəl 3.
XX əsrin sonlarında maşın və avadanlığa investisiyanın
ümıımi məbləğində lizinqin xüsusi çəkisi
Olkələr Lizinqin xüsusi çəkisi, %-lə
1. Almaniya, Fransa, Isveç, Ispaniya 12-17
2. İtaliya, Hollandiya 12-14
3. Avstraliya, Danimarka, 8-10
347
Norveç, Yaponiya
4. ABŞ 25-30
Lizinq xidmətlərinin müasir dünya bazarı dünyanın
iqtisadi mərkəzlərində: ABŞ, Qərbi Avropa və Yaponiyada
cəmlənmişdir ki, onların da payına dünyada lizinq sövdə-
ləşmələri həcminin təxminən 93%-i düşür.
Honkonq, İndoneziya, Tayvan, Sinqapur və xüsusilə də
Cənubi Koreyada lizinqin dinamik inkişafı müşaiyət olunur.
Cənubi Koreya dünya təsnifatında beşinci yerə çıxmışdır.
Lakin əksər ölkələrdə lizinq qanunvericiliyi köklü
fərqlərə malikdir. Belə ki, kontraktın sonunda avadanlıq alışı
opsionlu lizinqin fransız modeli Ingiltərədə lizinq sövdələşməsi
deyil, icarə - satış sövdələşməsi hesab edilir. ABŞ-da da opsion
lizinqin mütləq şərti sayılmır. Lizinq zamanı alış opsionunun
rolu ümumilikdə birbaşa əks qiymətləndirmələrə malikdir.
Məsələn, Belçika, Fransız və Italiya qanunvericilikləri alış
opsionuna lizinq müqaviləsinin mütləq elementlərindən biri
kimi baxır.
Lizinqləşdirilən əmlakın mühasibat uçotu qaydalarında da
vahidlik yoxdur. Mühasibat uçotunun ingilis-sakson sistemi
lizinq obyektinin icarədarın balansında əks olunmasını nəzərdə
tutur, Fransada və bir sıra digər ölkələrdə mövcud normalara
görə isə, o, lizinq şirkətinin balansında nəzərə alınır.
Dünya təcrübəsində indiyə qədər lizinq anlayışının özü-
nün hətta vahid şərhinə rast gəlinmir. Lakin bu, yalnız lizinq
əməliyyatlarının (Fransada kredit-icarə, Belçikada maliyyə
icarəsi və s.) izahı üçün müxtəlif terminlərin istifadəsi ilə bağlı
deyildir. Bu, hüquqi və iqtisadi xüsusiyyətlərlə əlaqələndiril-
məlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, ölkələrin ço-
xunda, o cümlədən də ABŞ-da lizinq sövdələşmələrini tən-
zimləyən xüsusi qanunvericilik yoxdur, lizinq müqaviləsindən
meydana çıxan münasibətlər isə mülki və ticarət hüququnun
348
ümumi müddəları ilə, vergi qanunvericiliyi ilə tənzimlənir. Bu
ölkələrdə başlıca rolu lizinq və məhkəmə təcrübəsi oynayır.
Bəzi ölkələrdə, o cümlədən Fransa, Belçika və Ispaniyada
xüsusi lizinq qanunvericiliyi mövcuddur. Həmin ölkələrin
normativ aktlarında lizinqin tərifı verilir, əlamətləri sadalanır,
maliyyə lizinqi müqaviləsinin bağlanması haqqında şərtlər
müəyyən edilir, lizinq verənin cavab verməli olduğu tələblər
şərh olunur. Bundan başqa, lizinq müddəti və əmlakın normativ
xidmət müddəti arasındakı nisbət, eləcə də lizinq verən, lizinq
alan və əmlakın satıcısı arasındakı münasibətlər qanunveri-
ciliklə tənzimlənir.
Bununla belə, lizinqin xüsusi olaraq, hüquqi təminatının
mövcudluğundan və yoxluğundan asılı olmayaraq maliyyə və
operativ lizinqin mahiyyətinin iqtisadi və hüquqi anlayışları
mühasibat uçotunun istifadə olunan metodlarına nisbətən öndə
dururlar.
Xarici ölkələrdə lizinq münasibətlərinin tənzimlənməsi
təcrübəsinin ümumiləşdirilməsi onların hüquqi təminatının üç
səviyyəsini ayırmağa imkan verir:
- lizinq sövdəlşmələrini tənzimləyən xüsusi qruplara
malik ölkələr (Fransa, Belçika, Italiya və s.);
- xüsusi qanunvericilik aktlarına malik ölkələr (İngiltərə,
Avstraliya);
- xususi qanunlara və qanunvericilik aktlarına malik
olmayan ölkələr (ABŞ, Almaniya).
Birinci qrup ölkələrin xüsusi qanunlarında lizinq zamanı
meydana çıxan üçtərəfli münasibətlərin bütün kompleksinin
tənzimlənməsi cəhdi bir çox vacib məsələlərin müfəssəl surətdə
nizama salınmasının yoxluğu ilə uzlaşdırılır. Bu aktlara uyğun
olaraq lizinq müqaviləsində üçtərəfli əsasda mütləq göstərilir
ki, avadanlıq növbəti dəfə icarəyə verilməsi məqsədilə əldə
edilir və o, yalnız istehsal məqsədləri üçün istifadə oluna bilər,
eləcə də alış hüququ haqqında şərtlərə və müqavilə müddətinin
qurtarmasından sonra avadanlığın əldə edildiyi qiymətə
349
məhdudiyyətlər qoyulur. Bununla yanaşı həmin ölkələrdə risk
və məsuliyyətin meydana çıxması məsələləri mülki və ticarət
hüququnun ümumi normaları ilə həll edilir.
Ikinci qrup ölkələrdə lizinqin hüquqi tənzimlənməsi iki
prinsipdən irəli gəlməklə - müvəqqəti istifadəyə verilmiş əm-
lakın dəyərindən asılı olmaqla və lizinq müqaviləsi subyekt-
lərindən asılı olmaqla həyata keçirilir. Məsələn, İngiltərənin
qanunvericilik təcrübəsində lizinq obyektinin dəyəri 2000 funt
sterlinqi keçmədiyi və istifadəçinin isə hüquqi şəxs sayıldığı
şəraitdə 1965-ci ildə qəbul edilmiş icarə-satış haqqında Qanu-
nun normaları tətbiq olunur.
Üçüncü qrup ölkələr üçün lizinqin inkişafına xüsusi
qanunvericiliyin yoxluğunun maneçilik törətmədiyi ABŞ-ın
hüququ səciyyəvidir. Bu onunla izah olunur ki, yaxın vaxtlara
kimi ABŞ-da lizinqə müraciət edilməsinin başlıca sövqedici
motivi amortizasiyalı vergi güzəştləri sayılırdı. Onlar isə öz
növbəsində vergitutma məsələləri üzrə qanunvericilik aktla-
rında nizama salınırdı. Bu qrup ölkələrdə lizinq sövdələşmə-
lərinə rəğmən, həm də mülki və ticarət hüququnun ümumi
müddəaları geniş istifadə edilir.
Lizinq münasibətlərinin subyektləri haqqında məsələ də
bir çox ölkələrdə müxtəlif cür həll edilir. Məsələn, Fransada
lizinq sövdələşmələrini banklar və onunla əlaqədar olan ixtisas-
laşdırılmış maliyyə təşkilatları həyata keçirə bildiyi halda,
ABŞ-da kommersiya banklarına maliyyə xidmətlərinin müəy-
yən növlərini yerinə yetirmək qadağan edilir. Lizinq şirkətləri
bir qayda olaraq banklardan təcrid edilmişdir. Belçikada
lizinqlə yalnız İqtisadiyyat Nazirliyinin xüsusi icazəsini almış
təşkilatlar məşğul ola bilər. İtaliyada lizinq verən müəyyən
həcmdə kapitala malik olmalıdır. ABŞ-da lizinq şirkətlərinin 4
növü geniş yayılmışdır:
- banklar və ya onların şöbələri;
- istehsalçı firmaların texnika lizinqi üzrə ixtisas-
laşdırılmış bölmələri;
350
- müstəqil lizinq firmaları;
- digər təşkilatlar (sığorta, broker, investisiya və s.).
Bankların lizinq biznesi sferasına fəal tətbiqi aşağıdakı bir
sıra şərtlərlə müəyyən edilir:
- praktiki olaraq bütün ölkələrdə banklara əmlakın lizinqə
verilməsinə, yəni bilavasitə icarədar rolunda çıxış etməsinə
icazə vermişdir. Nəticədə keçən əsrin 60-70-ci illərində
şirkətlərdə likvid vəsaitlərin kəskin çatışmazlığı yarandıqda
banklar bu hüquqdan istifadədən yararlandılar və avadanlığı
lizinqə verməyə başladılar;
- bir sıra ölkələrdə qanunvericilik banklara eyni bir borc
alana onların nizamnamə kapitalının 10%-ni keçməyən həcmdə
kredit verilməsini qadağan etdiyi halda lizinq üçün oxşar
məhdudiyyətlər tətbiq edilmir;
- lizinq əməliyyatları formaca kreditləşmə variantları,
bəzi hallarda isə onların əsas məzmunu maliyyələşdirmə kimi
çıxış etdiyindən banklar lizinq layihələrinin təşkili və yerinə
yetirilməsi üzrə zəruri iştirakçılara çevrilirlər. Bu gün artıq heç
bir kifayət qədər iri əməliyyat bankların bilavasitə iştirakı
olmadan keçinə bilmir.
ABŞ-da lizinqin sürətli inkişafının əsas səbəblərindən biri
vergi güzəştləri sayılır. Bu isə sürətli amortizasiyadan və inves-
tisiyalı vergi güzəştindən ibarətdir (yeni investisiyaların
dəyərinin 10%-ə qədəri vergi məbləğindən tutulur). Məsələn,
avadanlığının alınması üzrə məsrəflər 100000 dollar, inves-
tisiya güzəşti 10% olarsa, büdcə məbləğindən 10000 dollar
çıxılır. Lakin vergi güzəştləri yalnız o halda meydana çıxdı ki,
muqavilə ABŞ-ın Maliyyə Nazirliyinin daxili gəlirlər idarəsinin
icarə üçün müəyyən etdiyi aşağıdakı qaydalara uyğun gəldi:
- lizinqin davamlılığı 30 ildən aşağı olmalıdır;
- lizinq müddətinin sonunda obyekt öz ilkin dəyərinin
20%-dən az olmyan qalıq dəyərinə malik olmalıdır;
- lizinq dövrü avadanlığın xidmət müddətinin 75%-ni
ötməməlidir;
351
- lizinq verən tərəfindən lizinq obyektinə minimal
sərmayə onun dəyərinin 20%-dən az olmamalıdır;
- bəzi yaxşılaşdırmalardan başqa lizinq alan lizinq
obyektinə sərmayə qoymamalıdır;
- lizinq ödəmələr qrafikini nəzərdə tutmamalıdır,
çünki onlar başlanğıcda böyük, sonra isə kiçik ola bilər;
- lizinq verən vergi güzəştlərindən asılı olmayaraq lizinq
üzrə mənfəətin alınmasını nəzərdə tutmalıdır;
- lizinqin uzadılması imkanı avadanlığın normal bazar
dəyərini nəzərdə tutmamalıdır.
ABŞ-da avtomobil nəqliyyatı vasitələrinin lizinqi daha
geniş yayılmışdır ki, o da açıq və bağlı formalarda həyata
keçirilir.
Belçikada lizinqin həyata keçirilməsi xüsusiyyətləri aşa-
ğıdakılardır:
- əmlak icarədar tərəfindən yalnız peşəkarlıq məqsədləri
üçün istifadə olunmalıdır;
- əmlak icarədar tərəfindən onun növbəti lizinqi məqsə-
dilə əldə olunmalı və gələcək icarədarın təbblərinə uyğun
gəlməlidir;
- lizinqin müddəti əmlakın istismar müddətindən yuxarı
olmamalıdır;
- icarə haqqının elə bir ölçüsü müəyyən edilir ki, bu,
icarədara icarəyə götürülən əmlakın xərclərini kontraktın
fəaliyyət müddəti ərzində ödəməyə imkan verir;
- kontraktda əmlakın qalıq dəyərinə müvafiq qiy-
mətlə lizinqin qurtarması onunla icarəyə götürülən əmlakın
mülkiyyətçi kimi icarədara hüquq verilməsi nəzərdə tutulma-
lıdır.
Ingiltərədə kontrakt o zaman lizinq sövdələşməsi sayılır
ki, aşağıdakı şərtlər yerinə yetirilmiş olsun:
- o, əmlakın istismar müddətinin 75%-dən az olmayan
müddətə bağlanır;
352
- burada əmlakın dəyərinin kontarktın fəaliyyət müddəti
ərzində tam ödənilməsi nəzərdə tutulur.
Avstriyada lizinqin həyata keçirilməsi xüsusiyyətləri
aşağıdakılardır:
- lizinq kontraktının əsas müddəti əmlakın iqtisadi
xidmət müddətinin 40-80%-ə bərabər olur;
- alış opsionunun dəyəri opsionun reallaşma anma
əmlakın dəyəri ilə uyğun gəlməlidir;
- lizinq müqaviləsinin davametmə müddətində dövri
ödəmələr nominal olmalıdır;
- əgər lizinq kontraktının predmeti yalnız istifadəsi üçün
zəruri olan xüsusi əmlak sayılırsa, onda belə əmlakın iqtisadi
mülkiyyətçisi istifadəçi sayılır.
7. Azərbaycanda lizinq bazarının formalaşması
Keçid iqtisadiyyatına malik ölkələrin inkişafında əlverişli
maliyyə vasitəsi kimi mühüm rol oynayan lizinq mövcud olan
problemlərin aradan qaldırılmasında optimal vasitə sayılır.
Odur ki, çoxukladlı iqtisadiyyata, bazar münasibətləri yolunu
əsas tutan Azərbaycan Respublikasının, xüsusində onun qeyri-
neft sektorunun inkişafında lizinqin əhəmiyyəti əvəzedilməzdir.
Bu məqsədlə 1997-ci ildə Respublika Nazirlər Kabineti
Material Ehtiyyatları Nazirliyini ləv etdi və onun bazasında
“Azərkontrakt” DövlətKontrakt Korporasiyasını (D.K.K.)
yaratdı. Yni zamanda “Azərkirayə” müəssisə DKK “Azər-
kontrakt” SC-nin ixtiyarına verildi. 1999-cu ilin sonunda
“Azərkirayənin” bazasında yeni “Azərlizinq” müəssisəsi yara-
dıldı. Hələ o zaman müəssisənin yaradılmasında məqsəd mül-
kiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara, o
cümlədən xarici firma və şirkətlərə mümkün olan hər cür lizinq
xidmətləri göstərmək idi.
İlk vaxtlar “Azərlizinq” öz fəaliyyətində yerqazan və yol
inşaatı texnikasının, nəqliyyat vasitələrinin və ixtisaslaşdırılmış
353
nəqliyyatın, kiçik mexanikləşdirmə vasitələrinin, elektron-ölçü
və məişət texnikasının qısa və uzunmüddətli lizinqi ilə məşğul
olurdusa, tədriclə onun fəaliyyət dairəsi daha da genişləndi.
Artıq bu xidmət növləri ilə yanaşı, “Azərlizinq” öz müştə-
rilərinə maşın və mexanizmlərin, nəqliyyat vasitələrinin xidmət
heyəti ilə birgə təqdim olunması, ağır çəkili və uzun ölçülü
yüklərin daşınması, habelə lizinqə verilən texniki vasitələrin
təmiri və onlara xidmətin göstərilməsi kimi yüksək səviyyəli
lizinq əməliyyatları təklif edir.
Hazırda Azərbaycanda lizinq sazişi xeyli sadələşdiril-
məklə aşağıdakı mərhələlərdən keçir:
1. Lizinq müraciəti. Potensial lizinq alan onu maraq-
landıran obyektin geniş təsvirini verməklə lizinq müraciətinin
formasını doldurur.
2. Müraciətə baxılması. Müraciətə lizinq şirkəti tərəfindən
baxılır.
3. Müraciətin təsdiqlənməsi. Müraciət lizinq şirkətinin
kredit komitəsi tərəfındən təsdiq edilir.
4. Lizinq müqaviləsinin bağlanması.
5. Alqı-satqı müqaviləsinin bağlanması. Lizinq verən və
satıcı arasında alqı-satqı müqaviləsi bağlanılır.
6. Lizinq obyektinin əldə edilməsi. Lizinq verən lizinq
obyektini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə
vermək üçün onu mülkiyyət hüququ ilə əldə edir.
7. Sığorta. Lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə
tutulmadıqda satıcı lizinq obyektini sığortalamalıdır.
8. Lizinq obyektinin lizinq alana verilməsi.
9. Lizinq ödənişləri. Lizinq alan lizinq obyektindən isti-
fadəyə görə mütəmadi olaraq lizinq ödənişlərini həyata keçirir.
10. Monitorinq - maliyyə nəzarəti.
11. Mülkiyyət hüququnun lizinq alana keçməsi.
Azərbaycanın lizinq sektoruna investisiyanın həvəs-
ləndirilməsi özünü aşağıdakılarda biruzə verir:
- lizinq inkişaf mərhələsindədir;
354
- ölkə üzrə lizinq portfelinin dəyəri 2,5 mln. dollardır;
- tətbiq olunan faiz dərəcələri 20-25%-dir;
- əsas sferalar: yeyinti sənayesi - 18%, tikinti - 24%,
yüngül sənaye -12%;
- lizinqin stimullaşdırılması yolları: Lizinqin üstün-
lüyünü potensial istehlakçılara çatdırmaq məqsədilə geniş
tədbirlər aparılması; qanunvericilikdə dəyişikliklər; lizinq üzrə
gətirilən avadanlığın ƏDV-dən və gömrük rüsumlarından azad
edilməsi; lizinq şirkətləri üçün vergi güzəştlərinin tətbiqi; bu
güzəştlər həmişəlik olmalı deyil; lizinqin stimullaşdırılması
üçün 5 illik dövrə kifayətdir.
Məlum olduğu kimi, 2000-ci il sentyabr ayının 1-də
qüvvəyə minmiş AR Mülki Məcəlləsi ölkənin mülki qanun-
vericiliyinin əsasını təşkil edir. Burada kommersiya əməliyyat-
larında iştirak edən tərəflərin mülkiyyət və müqavilə hüquqları
habelə, öhdəlikləri təsbit olımur, hüquqi baxımdan tənzimlənir.
Onu da qeyd edək ki, Mülki Məcəllədə «lizinq» anlayışı
şərh olunmasa da, lizinq müqaviləsi tərəflərinin öhdəlikləri
müəyyənləşdirilmişdir. Mülki Məcəlləyə uyğun olaraq, lizinq
müqaviləsinə görə lizinq verən müəyyən əşyanı lizinq alanın
istifadəsinə verir. Məcəllə həmçinin lizinq obyektinin satıcısını
da lizinq müqaviləsinin bir tərəfı kimi qəbul edir.
2003-cü ilin avqustunda Mülki Məcəllənin lizinqi tənzim-
ləyən hissəsinə 18 yeni maddənin əlavə edilməsi barədə qanun
qüvvəyə minmişdir. Bununla bağlı ölkə prezidentinin müvafiq
Fərmanında Iqtisadi Inkişaf Nazirliyinə lizinq xidmətlərinin sti-
mullaşdırılması haqqında təkliflərin hazırlanması tapşırılmışdır.
Həmin tapşırığın icrası kimi Vergi Məcəlləsinə lizinq obyekti
olan əmlakın sürətli amortizasiyası, habelə lizinq əməliyyat-
larının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı dəyi-
şikliklər edilmişdir. Qüvvəyə minmiş dəyişikliklər 1994-cü ildə
qəbul edilmiş «Lizinq xidməti haqqında» qanun üzərində
aparılan işin nəticəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Dəyişikliklər nəticəsində Mülki Məcəllənin lizinqini tənzim-
355
ləyən müddəaları beynəlxalq standartlar səviyyəsinə çat-
dırılmışdır.
Ölkənin lizinq qanunvericiliyinin müsbət tərəflərindən
biri də lizinq əməliyyatlarının aparılmasına lisenziyanın tələb
olunmamasıdır. 2002-ci ilin sentyabrından etibarən ölkə Prezi-
dentinin Fərmanına əsasən lizinq də daxil olmaqla bir sıra
sahibkarlıq fəaliyyəti növləri üçün lisenziyanın alınması tələb
olunmur.
AR Vergi Məcəlləsinin 140-cı maddəsinə əsasən lizinq
müqaivləsi aşağıda göstərilmiş şərtlərdən birinə cavab
verməlidir:
- lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra
əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə
müddəti qurtardıqdan sonra, icarəçi əmlakı müəyyən edilmiş
və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna
malikdir, yaxud;
- icarə müddəti icarəyə götürülən əmlakın istismar
müddətinin 75%-indən artıqdır, yaxud;
- icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri
icarənin əvvəlinə onun bazar qiymətinin 20%-dən azdır, yaxud;
- icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin
əvvəlinə olan bazar qiymətinin ən azı 90%-nə bərabərdir və ya
ondan artıqdır, yaxud;
- icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlan-
mışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa
heç kəs tərəfindən istifadə edilə bilməz.
1. Maliyyə xidmətlərinə aid edildiyi üçün lizinq əməliy-
yatları ƏDV-dən azad edilmişdir. Bunun nəticəsində lizinq və
bank krediti üçün bərabər vergi mühiti yaradılmışdır.
2. Lizinq obyektini balansında uçota alan lizinq münasi-
bətinin subyekti lizinq obyektinə sürətləndirilmiş amortizasiya
tətbiq edə bilər və bununla da vergiyə cəlb olunan mənfəətini
amortizasiya məbləğində azalda bilər.
356
Bütün bu dəyişikliklər lizinqdən istifadə edilməsi üçün
maliyyə stimulları olmaqla Azərbaycanda lizinq bazarının
formalaşması üçün mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, aparılan tədqiqatlar göstərir ki, Azərbaycanın
lizinq sektorunda lizinqin hüquqi tənzimlənməsi sahəsində baş
verən müsbət dəyişikliklər aşağıdakılardan ibarət olmuşdur:
- ölkə prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərma-
nına əsasən lizinq fəaliyyətinin həyata keçirilməsi üçün
xüsusi razılıq (lisenziya) alınması tələb olunmur;
- 9 avqust 2003-cü il tarixdə qüvvəyə minmiş dəyişik-
liklər nəticəsində Mülki Məcəlləyə 18 yeni maddə əlavə edil-
mişdir;
- lizinq əməliyyatları ƏDY-yə cəlb edilmir;
- lizinq obyektinə lizinqalan tərəfindən sürətləndirilmiş
amortizasiya (əmsal 2) tətbiq olımur.
Lakin bununla belə, ölkənin lizinq qanunvericiliyində
bəzi ziddiyyətli məqamlar da mövcuddur. Bir tərəfdən, AR
Mülki Məcəlləsində (MM) «lizinq», Vergi Məcəlləsində (VM)
isə «maliyyə lizinqi» terminlərindən istifadə edilir. Digər tə-
rəfdən isə, MM-nin 38-ci fəslində və VM-nin 140-cı maddə-
sində lizinq müqaviləsinin mahiyyəti fərqli şəkildə izah olunur.
Belə ki, Mülki Məcəllə lizinqi daha çox formal meyarlarına,
Vergi Məcəlləsi isə faktiki xüsusiyyətlərinə görə qiymətləndi-
rilir.
Beynəlxalq təcrübədən də məlumdur ki, mövcud vergi
güzəştlərindən sui-istifadə edilməsi məqsədilə yalan lizinq
əqdləri bağlana bilər. Bizim MM-nin 340.2-ci maddəsinə görə
bu cür əqdlər etibarsız hesab edilir. Odur ki, lizinq əqdinin fak-
tiki mahiyyətini müəyyən etmək üçün qanunvericilik tələb-
lərinin mövcudluğu zəruridir. Lakin əslində bu və bütün digər
tələblərin vahid normativ-hüquqi aktda təsbit edilməsi daha
məqsədəuyğundur. Əks təqdirdə təcrübədə, məsələn, MM-yə
uyğun tərtib edilmiş hər hansı lizinq müqaviləsi VM-nin
357
tələblərinə cavab vermədikdə bağlanmış əqdin aidiyyatı
müəmmalı qalacaq.
Buna görə də lizinq əqdinə dair bütün tələblər, o cüm-
lədən VM ilə müəyyən edilmiş tələblər yalnız MM-də müəyyən
edilməli və bu zaman bütün digər qanunvericilik aktlarında
«lizinq» terminindən istifadə etmək lazımdır. Qeyd olunan tə-
ləblərə cavab verməyən lizinq müqaviləsi mahiyyətdən asılı
olaraq nisyə alqı-satqı və yaxud əmlak kirayəsi (icarə) əqdinə
aid edilməlidir.
MM-nin bəzi mövcud müddəaları lizinq adı altında faktiki
olaraq başqa əqdin bağlanmasına zəmin yaradır. Belə ki, MM-
nin 747.3-cü maddəsinə görə lizinq alana müqavilə müddəti
qurtardıqdan sonra lizinq predmetini əldə etmək vəzifəsi həvalə
edilə bilər. Aydındır ki, belə bir şərtlə bağlanmış müqavilə adi
nisyə alqı-satqı əqdidir. Digər tərəfdən, MM-nin 747-2-ci mad-
dəsinə görə lizinq müqaviləsində lizinq verənin müvafiq əmlakı
hazırlaması nəzərdə tutula bilər. Bu halda bağlanmış əqd isə
daha çox podrat münasibətlərini xatırladır.
Şübhəsiz ki, iri sahibkarlıq subyektlərini, o cümlədən
bankları lizinq fəaliyyətinə cəlb etmək üçün ilk növbədə qeyd
olunan hüquqi problemləri həll etmək lazımdır. Əgər bir halda
ki, Mülki Məcəllə lizinqi icarənin, Vergi Məcəlləsi isə kreditin
bir forması kimi müəyyən edirsə, onda qeyri-müəyyən hüquqi
çərçivədə banklar üçün lizinq heç də cəlbedici olmayacaqdır.
Məlumdur ki, həm icarə, həm də kredit əmlakın istifadəyə ve-
rilməsi öhdəliklərinin ayrı-ayrı növləridir. Lakin lizinq zamanı
müqavilənin əsas predmeti əvəzedilməz əmlak olduğu üçün
hüquqi cəhətdən lizinq yalnız icarənin xüsusi növü kimi sə-
ciyyələndirilə bilər. Eyni zamanda lizinq iqtisadi nöqteyi-nəzər-
dən kredit formasıdır. Ona görə ki, əslində lizinq verən lizinq
əldə etmək üçün maliyyələşdirir. Lizinqin kredit mahiyyəti
özünü qaytarılan lizinq (bu zaman lizinq alan və satıcı eyni şəxs
olur) əməliyyatında daha aydın göstərir. Onu da qeyd edək ki,
mövcud qanunvericilik lizinqin bu növünü nəzərdə tutmur.
358
Yuxarıda qeyd olunanlardan belə bir qənaətə gəlmək olar
ki, Vergi Məcəlləsindən lizinqi xarakterizə edən meyarlar
çıxarıldığı təqdirdə onun vergi siyasəti məqsədilə kredit
forması kimi qəbul edilməsi məqbuldur. «Banklar haqqında»
AR Qanununun 32.1.2-ci maddəsində də bank nəzarəti
məqsədilə lizinq kredit forması kimi qəbul edilmişdir. Hər iki
halda formal olaraq icarənin bir növünün kredit kimi qəbul
edilməsi iqtisadi siyasətin tərkib hissəsidir. Əslində isə vergi,
bank və digər qanunvericilikdə lizinqi xarakterizə edən meyar-
lar nəzərdə tutulmalı deyildir, çünki bu, mülki qanunvericiliyə
aid olan bir məsələdir.
Ölkə qanunvericiliyinə görə, banklar onların lisenziya-
sında qadağan edilməmişdirsə, lizinq fəaliyyəti ilə məşğul ola
bilərlər. Birbaşa kreditdən fərqli olaraq lizinq zamanı bank daha
etibarlı təminata malikdir. Çünki birbaşa kreditin təminatı olan
girov (ipoteka) kreditindən fərqli olaraq lizinq predmeti əvvəl-
cədən bankın mülkiyyəti olur. Digər tərəfdən, lizinq zamanı
bank kreditin təyinatını dəqiq bilir. Məhz buna görə də vergi
güzəştləri olmadan belə bankların lizinq fəaliyyəti ilə məşğul
olması onlar üçün olduqca sərfəlidir.
Son vaxtlar AR Milli Bankı da bankların lizinq fəaliyyəti
ilə məşğul olmasını öz normativ aktları ilə təşviq edir. Belə ki,
məsələn, Milli Bankın «Azərbaycan Respublikasının bank sis-
temində icarə əməliyyatları üzrə uçot Qaydaları»nda lizinq
əməliyyatlarının uçot qaydaları müəyyən edilmişdir. Həmin
Qaydalara görə də lizinqin mühasibat uçotu kredit əməliy-
yatlarının uçotuna bənzərdir.
İnkişaf etmiş dünya ölkələrində banklar lizinq əməliy-
yatlarında dolayısı yolla da iştirak edirlər. Belə ki, bölünmüş li-
zinq adlanan əməliyyat zamanı banklar lizinq şirkətlərinin öz-
lərini hər hansı lizinq predmetinin alınması üçün kreditləş-
dirirlər. «Lizinq xidməti haqqında» qüvvədən düşmüş Qanunun
4-cü maddəsində lizinqin bu növü nəzərdə tutulmuşdur. Bu
zaman lizinqin məbləğinin ən azı 30%-i lizinq verənə məxsus
359
olmalı idi. Xarici təcrübədə isə bu dərəcə adətən 20%-dən artıq
olmur. Mövcud qanunvericilikdə nə bölünmüş lizinq, nə də
analoji dərəcə nəzərdə tutulmur. Fikrimizcə, lizinq bazarına
qeyri-ciddi şirkətlərin daxil olmasının qarşısını almaq məqsə-
dilə 10-20% həddində bir dərəcənin müəyyən edilməsi məq-
sədəuyğun olardı.
Ölkənin lizinq bazarının təhlili göstərir ki, Azərbaycanın
lizinq bazarında mövcud olan lizinq şirkətləri arasındakı rəqa-
bətə aşağıdakı amillərin təsiri xüsusilə əhəmiyyətlidir:
- təzə şirkətlərin bazara daxil olmaq imkanı;
- lizinqi əvəz edən xidmətin bazara daxil olmaq imkanı;
- tədarükçülərin qüvvəsi;
- alıcıların qüvvəsi.
Bunu sxematik olaraq aşağıdakı kimi də ifadə etmək
mümkündür (sxem 6).
Sxem 6.
Azərbaycanın lizinqin bazarının formalaşmasına
təsir edən amillər.
Bazara daxil ola biləcək
yeni şirkətlər
Lizinq bazarı, lizinq
şirkətləri arasında
rəqabət
Lizinqi əvəz edə bilən
xidmətlər
Təchizatçılar
Alıcılar
Lizinqi əvəz edən
xidmətin bazara daxil
olmaq imkanı
Tədarükçülərin qüvvəsi
Тязя ширкятлярин
базара дахил олмаг
имканы. Алыжыларын
гцввяси
360
İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi gös-
tərir ki, adətən lizinq xidmətlərinə minimum potensial tələbat
ÜDM-in təxminən 2,8%-nə, lizinq xidmətlərinin potensial
təklifi isə tələbatın 20%-nə bərabər götürülür.
^^- • ■'•■■......^ Qeyd olunanları nəzərə almaqla, tərəfimizdən
1999-2005-ci illərdə respublikamızın ÜDM ilə bağlı lizinq
tələbatının hesablamaları aparılmışdır (cədvəl 4).
2 saylı cədvəlin məlumatlarından göründüyü kimi, lizinq
xidmətlərinə potensial tələbatın həcmi 2003-cü ildə 192 mln.
ABŞ dolları təşkil etmiş, lizinq xidmətlərinin potensial təklifı
isə (tələbatdan 20%) 38,4 mln. ABŞ dollarına bərabər
olmuşdur. Əgər nəzərə alsaq ki, 2003-cü ildə lizinq əməliy-
yatlarının ümumi həcmi 4,2 mln. ABŞ dolları təşkil etmişdir,
onda aydın olar ki5 respublikamızda lizinq xidmətlərə potensial
tələbatın yalnız 2,2%-i, lizinq xidmətlərinin potensial təklifinin
isə 10,9%-i ödənilmişdir.
Apardığımız hesabalamalara görə, 2004 və 2005-ci illərdə
Iizinq xidmətlərə potensial tələbatın həcmi müvafıq olaraq 207
və 240 mln. ABŞ dolları, lizinq xidmətlərinin potensial təklifı
isə 41,4 və 48,0 mln. ABŞ dolları təşkil edəcəkdir
.
1999-2008-ci illərdə Azərbaycanın ÜDM ilə bağlı lizinq
tələbatının hesablamaları (mln. ABŞ dolları ilə)
İl UDM-in həcmi
Lizinq xidmətlərə
potensial tələbat
(ÜDM-dan 2,8%)
Lizinq xidmətlərinin
potensial təklifi
(tələbatdan 20%)
1999 4,584 136 27,2
2000 5,273 148 29,6
2001 5,708 160 32,0
2002 6,090 171 34,2
361
2003 6,870 192 38,4
2004 7,385 207 41,4
2005 8,567 240 48,0
2008 9,256 289 52,9
Göründüyü kimi, gələcəkdə iqtisadi artıma iqtisadiyyatın
diversifikasiyasına yardım edə biləcək mühüm maliyyə xid-
mətləri sırasında istehsal avadanlığı və vasitələrinin, daşınar və
daşınmaz əmlakın aldə edilməsi və yeni istehsalların təşkilinə
yardım edən lizinq xidmətlərinin rolu daha da artacaqdır.
Hazırda qeyri-neft sektorunun aşağı kapitallaşdırılması dərəcəsi
və bank sisteminin iri investisiyaları maliyyələşdirmək imkan-
larının məhdud olduğu şəraitdə maliyyə lizinqinin əhəmiyyəti
daha da artır. Bununla yanaşı ölkənin maliyyə sektorunda
hələlik geniş tətbiq edilməyən bu alətin inkişaf etdirilməsi üçün
Beynəlxalq Maliyyə Korporasiyasının fəaliyyəti yüksək qiy-
mətləndirilməlidir. Az bir müddət ərzində lizinq fəaliyyətinin
genişləndirilməsi üçün ölkənin mülki və vergi qanunverici-
liyinə əhəmiyyətli əlavələr hazırlanması, lizinq şirkətlərinə əha-
təli texniki yardım göstərməsi gələcəkdə layihənin uğur qazan-
masına inamı artırır.
362
XI FƏSİL. AQRAR SFERADA İSTEHSALIN
SƏMƏRƏLİLİYİ VƏ ONUN
YÜKSƏLDİLMƏSİ YOLLARI
1. İqtisadi səmərəliliyin mahiyyəti və yüksəldilməsinin
zərərliyi
2. Aqrar sferada iqtisadi səmərəliliyi əks etdirən göstəricilər
3. Aqrar sferada istehsalın iqtisadi səmərəliliyin müəyyən
edilməsi metodları
4. Aqrar sferada son məhsul istehsalı
5. Aqrar sferada istehsalın səmərəliliyinin yüksəldilməsini
xarakterizə edən amillər
6. Aqrar sferada iqtisadi səmərəliliyin yüksəldilməsi
istiqamətləri
1.İqtisadi səmərəliliyin mahiyyəti
və yüksəldilməsinin zərərliyi
Bazar münasibətlərinin formalaşdığı şəraitdə xalq
təsərrüfatının bütün sahələrində olduğu kimi aqrar sferada da
istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi qarşıda duran
ən başlıca problemlərdən biridir. Bu zərurət ondan irəli gəlir ki,
maddi nemətlər istehsal edən sahələrdə, o cümlədən aqrar sfe-
rada istehsalında iqtisadi səmərəliliyin yüksəldilməsini təmin
etmədən əhalinin həyat şəraitini yaxşılaşdırmaq qeyri müm-
kündür.
Qеyd еtməк lаzımdır кi, istehsalın iqtisаdi səmərəliliyinin
yüksəldilməsi üçün hər şeydən əvvəl iqtisadi səmərəliliyin əsas
nəzəri və praktiki cəhətləri düzgün qiymətləndirilməli, mahiy-
yəti və məzmunu elmi cəhətdən əsaslandırılmalıdır.
Mülkiyyət münasibətlərindən, təsərrüfatçılıq formaların-
dan asılı olmayaraq istehsalın səmərəliliyi iqtisadi məzmuna
malikdir. İqtisadi səmərəlilik istehsalın nəticə göstəricisidir.
363
İstehsalın nəticəsinin məsarifə nisbəti iqtisadi səmərəlilikdə öz
əksini tapır. İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi o
deməkdir ki, eyni məsariflə böyük son nəticəyə nail olunur,
yaxud az məsariflə eyni istehsal nəticəsi əldə edilir.
Ümumi iqtisadi mənada səmərəliliyin mahiyyəti eyni
əmək miqdarının köməyi ilə daha çox istehsal etmək və yaxud
ən az əmək miqdarı ilə daha çox istehsal nəticəsinə nail
olmaqdan ibarətdir.
Məlum olduğu kimi istehsal həmişə müəyyən ictimai
xarakterə malikdir. Ona görə də, səmərəlilik də öz növbəsində
spesifik xüsusiyyətə malik olub, sosial-iqtisadi məzmunu əks
etdirir. Beləliklə, səmərəliliyin konkret ifadəsi nəticə və mə-
sarif, istehsal üsulu və iqtisadi qanunla müəyyənləşdirilir. Sə-
mərəliliyə bir iqtisadi kateqoriya kimi qiymət verilir. Səmə-
rəliliyin iqtisadi məzmunu onun iqtisadi kateqoriya kimi çıxış
etməsinin əsasıdır.
Bununla yanaşı onu qeyd etmək lazımdır ki, iqtisadi
ədəbiyyаtdа iqtisadi səmərəliliк intеnsivləşdirmə ilə еyniləş-
dirilir. Əlbəttə bunu düzgün hesab etməyənlər də vardır. Ümu-
miyyətlə isə səmərəliliк və intensivləşmə bir-biri ilə sıх
bаğlıdır, lakin еyni dеyildir.
Aqrar sferada intеnsivləşmə və səmərəliliк istеһsаlın
müxtəlif cəhətlərini səçiyyələndirir. Оnа görə оnlаrı еyniləşdir-
məк düzgün dеyildir. İntеnsivləşmə prоsеsdir. Аrtımın кеy-
fiyyət аmillərindən istifadə edilmiş istеһsаlın yеni tехnоlоgiyа
və mütərəqqi tехniка ilə təchiz olunması istеһsаlın struкturunun
səmərəli qurulmаsı əsаsındа istehsalın hərəkəti və onun inkişaf
prosesidir.
Elmi-tехniкi tərəqqinin inкişаfı еһtiyаtа qənaət, struktur
irəliləyiş və sаir intеnsivləşmənin tərкib һissələri оlduğu һаldа,
оnlаr eyni zamanda səmərəliliyin yüksəldilməsi amilləridir.
Bununla əlaqədar olaraq intensivləşmə ilə səmərəliliк bir-birinə
охşаr gəlsə də, eyni iqisаdi məzmunа mаliк dеyildirlər.
364
Aqrar sferada səmərəliliк inкişаf prоsеsinin yеkunudur,
əldə еdilmiş və yа nəzərdə tutulmuş vəziyyəti səciyyələndirən
yекun göstəricidir. Səmərəlilik alınan nəticələrin bu nəticələri
törədən səbəbə, yəni istehsal xərcinə və yа еһtiyаtа оlаn
nisbətidir, səmərəliliк dаһа аz istеһsаl xərci hesabına daha çox
gəlir аlınmаsı və yüкsəк nəticəyə nаil оlunmаsı deməkdir.
Mülkiyyət münasibətindən və təsərrüfatçılıq formasından
asılı оlmаyаrаq aqrar sferada səmərəlilik istehsalın nəticəsini
özündə əks etdirir. Lakin istehsalın nəticəsinin nə qədər
səmərəli olduğunu isə bir sıra iqtisadi göstəricilərin köməyi ilə
müəyyənləşdirmək olur.
Müasir dövrdə aqrar sferada səmərəliliyin yüksəldilmə-
sinin əhəmiyyəti kəskin olaraq artdığına baxmayaraq bu pro-
blemin həllinə lazımi səviyyədə fikir verilmir. Xalq təsərrü-
fаtının bаşqa sаһələrinə nisbətən aqrar sferada və хüsusilə кənd
təsərrüfаtı istеһsаlının səmərəliliyinin yüкsəldilməsi üçün
ölкəmizdə bir sırа iqtisаdi, tехniкi, təşкilаti-sоsiаl tədbirlər
һəyаtа кеçirildiyinə, еlmi cəһətdən əsаslаndırılmış təкlif və
tövsiyələrin һаzırlаnmаsınа, təsərrüfаtlаrа bu sаһədə əməli кö-
məкliкlər göstərilməsinə baxmayaraq iqtisаdi səmərəliliyin
yüкsəldilməsinə nаil olunmamışdır.
Xüsusi mülkiyyətin inkişafı şəraitində aqrar sferada
səmərəliliyə yalnız iqtisadi nəticə kimi deyil, həmçinin sosial
nəticə kimi qiymət verilməlidir. Bu zərurət ondan irəli gəlir ki,
səmərəliliк yüksək olan sahələrdə xalis gəlir, yахud mənfəətin
аrtmаsı sosial məsələlərin həlli üçün real şərait yaradır. Son
nəticədə bütünlükdə istehsalın sоsiаl-iqtisаdi səmərəliliyi təmin
olunur.
İqtisаdi islаһаtlаrın sürətlənməsinə aqrar sferada xüsusi
təsərrüfatların inkişafına, sahibkarlığın formalaşmasına, aqrar
sferada bir sıra iqtisadi qanun və kateqoriyaların obyektiv ma-
hiyyəti düzgün qiymətləndirilmir, onların əsas prinsiplərinə
əməl edilmir. Nəticədə ölkəmizdə geniş miqyasda həyata ke-
çirilən islahatlar, elmi-texniki tərəqqinin inкişаfı, sahibkarlığın
365
formalaşması, hazırlanmış iqtisadi texniki-təşkilati tədbirlər
məhsul istehsalının artırılmasına, iqtisadi səmərəliliyin yüksəl-
dilməsinə, əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılmasına
səbəb olmur, aqrar sferada yüksəlişin təmin edilməsinə şərait
yarada bilmir.
Bazar münasibətlərinin formalaşdığı və sahibkarlığın
sürətlə inkişaf etdiyi şəraitdə aqrar sferada istehsalının sə-
mərəliliyi çox mürəkkəb problem olub, özündə sоsiаl-iqtisаdi,
tехniкi, tехnоlоji xüsusiyyətləri əks etdirir. Оdur кi, istər хаlq
təsərrüfаtı səviyyəsində, istərsə də, regionlar, sahələr. Müəs-
sisəvə kollektivlər səviyyəsində istеһsаlın iqtisаdi səmərəliliyi
prоblеmi öyrənilərкən bütün хüsusiyyətlər və amillər nəzərə
alınmalı, hərtərəfli öyrənilməlidir.
Aqrar sferada istehsalın səmərəliliyi probleminin öy-
rənilməsi cəmiyyətin inkişafının müasir mərhələsində xüsusilə
vacibdir. Çünki mülkiyyət münasibətlərinin inkişafı, xüsusi
təsərrüfatların və sahibkarların formalaşdığı şəraitdə iqtisаdi
mехаnizmin təkmilləşdirilməsi və yeni iqtisadi üsulların tətbiqi
üçün rеаl zəmin yaranmışdır.
Lakin bütün bunlara baxmayaraq mülkiyyətin və təsərrü-
fatçılığın hansı formasının tətbiqindən аsılı оlmаyаrаq istеһ-
sаlın iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi və düzgün
qiymətləndirilməsi obyektiv bir zərurət olub, iqtisadi qanun-
ların mahiyyətindən irəli gəlir.
Eyni zamanda qeyd etmək lazımdır ki, aqrar sferada
istehsalın iqtisadi səmərəliliyini müəyyən edərkən sahələrin
xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Aqrar sferada təsərrü-
fatçılıq formalarından asılı olmayaraq istehsal sahələrinin iq-
tisadi səmərəliliyi müəyyənləşdirilərkən bu göstərici mütləq
torpaq əlaqələndirilməlidir.
Lakin iqtisadi ədəbiyyatda bu göstəriciyə lazımi səviy-
yədə qiymət verilmir və bu göstərir ki, aqrar sferada iqtisadi
səmərəlilik əldə edilən nəticənin istehsal xərcinə olan nisbəti ilə
müəyyən edilməsi ən düzgün üsuldur. Bu həqiqətən də belədir.
366
Eyni zamanda istehsal nəticəsinin istehsal xərcinə olan nisbətin
nöqsan cəhəti də vardır. Belə ki, istehsalın iqtisadi səmərəliliyi
bu üsulla müəyyən edilərkən aqrar sferada əsas istehsal vasitəsi
olan torpaq nəzərə alınmır.
Məlum olduğu kimi aqrar sferada istehsal torpaqla
bağlıdır. Burada sərf edilən əmək və vəsait torpaqdan səmərəli
istifadəyə yönəldilir. Deməli, iqtisadi səmərəlilik müəyyən
edilərkən torpaqdan istifadə nəzərə alınmalıdır. Bu xüsusilə
sahibkarlıq şəraitində olduqca vacibdir.
Xüsusi təsərrüfatlarda istehsalın səmərəliliyini torpaq
vahidindən maksimum məhsul çıxımı daha düzgün xarakterizə
edir. Ümumiyyətlə aqrar sferada istehsalın səmərəliliyi o vaxt
təmin oluna bilər ki, ən az əmək və vəsait sərfinin torpaq
vahidi, həmçinin istehsal resurslarının hər vahidi hesabı ilə
maksimum məhsul istehsal edilsin.
Göstərilənlər nəzərə alınaraq, hazırda xüsusi mülkiyyətə
və sahibkarlığa əsaslanan təsərrüfat formalarında məhsul isteh-
salının artımı ilə yanaşı onun iqtisadi səmərəliliyinin yük-
səldilməsini təmin edən kompleks texniki-texnoloji, təşkilati,
sosial-iqtisadi tədbirlər həyata keçirilir. Belə tədbirlərə istehsal-
iqtisadi əlaqələrin təkmilləşdirilməsi, maliyyə-kredit, vergi,
sığorta münasibətlərinin yenidən qurulması, maddi-texniki
təchizat və aqroservis xidmətləri bazarlarının formalaşması,
satış qaydalarının və qiymət mexanizmin sərbəstləşməsi, emal
müəssisələrində yenidənqurma işlərinin həyata keçirilməsi,
tədarük qaydalarının, xammal və son məhsulların saxlanıl-
masının səmərəli təşkili və s. aiddir. Bütün bunlar məhsul isteh-
salının artımı ilə yanaşı məhsul vahidinin əmək və vəsait sər-
finin aşağı salınmasına və iqtisadi səmərəliliyin yüksəldil-
məsinə şərait yaradır.
Ümumiyyətlə, istehsalın səmərəliliyi aqrar sferanın iqtisa-
diyyatının başlıca problemi kimi mürəkkəb ictimai-iqtisadi pro-
sesdir. Bu prosesin düzgün dərk edilməsi və onun yüksəl-
367
dilməsi istiqamətlərinin əsaslandırılması mühüm vəzifə kimi
qarşıda durur.
İqtisadi ədəbiyyatda «səmərə» və «səmərəlilik»
anlayışlardan istifadə edilir. Bu göstəricilər bir-biri ilə bağlı və
biri digərindən asılı olsa da, ayrı-ayrı mənaya malikdir və
müxtəlif məqsədlər üçün istifadə edilir.
Aqrar sferada «səmərə» hər hansı bir tədbirin nəticəsini
əks etdirir. Yəni bu və ya digər tədbirin həyata keçirilməsi ilə
hansı nəticəyə nail olduğu müəyyənləşdirilir. Məsələn, aqrar
sferanın hər hansı bitkiçilik sahəsində suvarmanın aparılması,
sahələrin gübrələnməsi, heyvanların yemlərlə təmin edilmə-
sinin yaxşılaşdırılması nəticəsində məhsul istehsalının artımına
nail olunur. Yaxud mütərəqqi və məhsuldar nəqliyyat vasi-
təsindən istifadə etməklə xammalı vaxtında daşımaq müm-
kündür.
Bunların nəticəsində məhsul istehsalının artımına və
daşınma zamanı itkilərin azalmasına, istehsal olunan və daşınan
məhsulların keyfiyyətinin yaxşılaşmasına nail olunur. Bütün
bunlar istehsal və xidmətin səmərəsinin artmasını əks etdirir.
Lakin səmərə, yaxud məhsul istehsalının artımı, yaxud
məhsulun vaxtında daşınması suvarmadan, gübrələnmədən,
yemləmədən, nəqliyyatdan və s. nə dərəcədə faydalı istifadəni
əks etdirmir. Belə ki, gübrələnmə, yemlənmə və s. tədbirin
həyata keçirilməsi nəticəsində artan məhsulun dəyərinin həmin
tədbirlərə çəkilən xərclərdən az olması halları baş verir.
Deməli, səmərəyə nail olunması hələ səmərəlilik əldə edilməsi
deyildir və belə hallara praktikada geniş təsadüf olunur.
Aqrar sferada səmərəlilik alınan nəticə ilə onu əmələ
gətirən səbəbin dəyər ifadəsində müqayisəsi ilə müəyyən olu-
nur. Səmərəlilik sərf edilən əmək və vəsait hesabına əldə edilən
dəyərdən ibarətdir və həmin əmək və vəsaitin məqsədəuyğun
olmasını müəyyənləşdirməyə imkan verir.
Aqrar sferada səmərəlilik bir iqtisadi kateqoriya kimi
istehsal prosesinin müxtəlif texnoloji, iqtisadi və sosial
368
sistemlərini əhatə edir. Bundan asılı olaraq səmərəlilik özünü
aşağıdakı cəhətlərdə əks etdirir:
1. İstehsal-texnoloji səmərəlilik. Bu göstərici aqrar
sferada istehsal resurslarından istifadənin səmərəliliyini əks
etdirir. Burada torpaq, əsas fondların digər ünsürlərindən, həm-
çinin əmək ehtiyatından istifadə səviyyəsinə məhsul istehsalı
baxımından qiymət verilir. İstehsal-texnoloji səmərəlilik
konkret məhsul istehsalında məhsuldar qüvvələrdən istifadənin
səviyyəsini əks etdirir.
2. İstehsal-iqtisadi səmərəlilik. Bu göstərici vasitəsi ilə
məhsul istehsalının səmərəliliyinə istehsal-texnoloji və iqtisadi
mexanizm baxımdan birlikdə qiymət verilir. Bu göstəricilərə
praktikada iqtisadi səmərəlilik və yaxud istehsalın iqtisadi
səmərəliliyi də deyilir. İstehsal iqtisadi səmərəlilik əldə edilən
nəticənin onu yaradan səbəbə nisbəti ilə müəyyənləşdirilir.
Bütün bunların köməyi ilə istehsal sahələrində iqtisadi
səmərəliliyin yüksəldilməsi üçün mövcud imkanları və yaxud
səmərəliliyin aşağı olması səbəblərini müəyyən etmək müm-
kündür. Məsələn, iqtisadi səmərəlilik qiymət, əmək və vəsait
sərfi hesabına aşağıdırsa, o zaman səbəbi iqtisadi mexanizmdə,
məhsuldarlığın aşağı olması, məhsulun keyfiyyətinin pis,
itkilərin çox olmasıdırsa, o zaman texnoloji prosesdə tapmaq
lazımdır.
3. Sosial səmərəlilik. Bu göstərici vasitəsilə əməkçilərin
istehlak fondu və mədəni-sosial obyektləri təmin olunma sə-
viyyəsi, onların ixtisas dərəcəsinin artması müəyyən edilir.
Sosial səmərəlilik əmək ehtiyatlarından səmərəli istifadə edil-
məsi, əmək məhsuldarlığının yüksəldilməsi, maddi maraq,
sosial infrastrukturun inkişafı kimi mühüm problemlərlə bağ-
lıdır, geniş təkrar istehsalın yüksəldilməsində və əhalinin həyat
şəraitinin yaxşılaşdırılmasında həlledici əhəmiyyətə malikdir.
Lakin qeyd etmək lazımdır ki, ölkədə aqrar islahatların
ilkin mərhələsinin başa çatmasına, xüsusi təsərrüfatların və
sahibkarlığın formalaşmasına, istehsal-iqtisadi əlaqələrin bazar
369
münasibətlərinin tələblərinə uyğunlaşmasına baxmayaraq,
əksər regionlarda maddi maraq prinsipi və kəndin sosial
infrastrukturunun inkişaf sürəti aşağı olduğuna görə aqrar
sferanın iqtisadi yüksəlişi tam təmin edilmir. Ona görə də
hazırda qarşıda duran əsas məsələlərdən biri də sosial səmərə-
liliyin yüksəldilməsinə dair kompleks tədbirlərin həyata keçi-
rilməsidir.
Bazar münasibətlərinin formalaşdığı müasir dövrdə aqrar
sferada istehsalın iqtisadi səmərəliliyinə kompleks qiymət
verilərkən, onun səviyyəsinin xalq təsərrüfatı, müəssisə və
şəxsi maraq baxımından təhlili aparılmalı, onların qarşılıqlı
əlaqə və asılılığı öyrənilməlidir.
Aqrar sferada səmərəliliyə xalq təsərrüfatı miqyasında
qiymət verilərkən ölkə əhalisinin tələbatının kənd təsərrüfatının
son məhsulları ilə daha dolğun səviyyədə təmin olunması əsas
götürülməlidir. Xammal istehsalının artımı, onun emalının
çoxalması və son məhsul istehsalının artımı aqrar sferada xalq
təsərrüfatı səviyyəsində iqtisadi səmərəliliyin yüksəldilməsini
əks etdirir.
Aqrar sferada iqtisadi səmərəliliyə müəssisənin (kollek-
tiv) marağı baxımından qiymət verilərkən müəssisədə geniş
təkrar istehsalın inkişaf sürəti əsas götürülür. Geniş təkrar
istehsalın inkişaf sürətinin yüksək olması müəssisədə istehsalın
iqtisadi səmərəliliyinin də yüksək olduğunu əks etdirir.
İstehsalın iqtisadi səmərəliliyinə şəxsi mənafeyi baxı-
mından qiymət verilərkən xüsusi təsərrüfatların üzvlərinin və
sahibkarların maddi marağının təmin edilməsi əsas götürülür.
Təcrübə göstərir ki, maddi marağa riayət olan istehsal qurum-
larında istehsalın iqtisadi səmərəliliyi də yüksəlir və əksinə
yüksək iqtisadi səmərəliliyə əməl edilən təsərrüfatlarda işçilərin
maddi marağı təmin olunur.
Beləliklə, bazar münasibətlərinin formalaşdığı müasir
dövrdə aqrar sferada istehsalın iqtisadi səmərəliliyinin düzgün
qiymətləndirilməsi üçün onun xalq təsərrüfatı, müəssisə və
370
şəxsi maraq baxımında təhlilinin aparılması üçün bir çox gös-
təricilərin hesablanması tələb olunur. Belə göstəricilər öy-
rənilən ictimai-iqtisadi hadisəni hərtərəfli xarakterizə etsələr də,
bu və ya digər göstəriciyə üstünlük vermədikdə, onların çox-
luğu və adətən müxtəlif səviyyələrdə olmaları müəyyən anla-
şılmazlıq da yaradır. Odur ki, belə göstəricilər içərisindən daha
vacib və başlıca mahiyyət kəsb edən meyar göstəricilər iqtisadi
səmərə hesablanan obyektlərin xarakterinə uyğun olaraq seçilib
müəyyən edilməlidir.
Aqrar sferada istehsalın iqtisadi səmərəliliyi müəssisə və
ya kollektiv miqyasında müəyyən edildikdə onun optimal
rentabellik səviyyəsi ilə faktiki rentabellik səviyyəsini
müqayisə etməklə ümumiləşdirmək olar. Deməli, rentabellik
müəssisə səviyyəsində iqtisadi səmərəliliyi daha çox xarakte-
rizə edən göstərici hesab edilməlidir. İqtisadi səmərəlilik şəxsi
maraq baxımından qiymətləndirildikdə üstünlük işçilərin is-
tehlak fondları ilə təmin olunma səviyyəsini əks etdirən
göstəriciyə verilir.
Bazar iqtisadiyyatının müvəffəqiyyəti inkişaf etdiyi ha-
zırkı mərhələdə aqrar sferada istehsalın iqtisadi səmərəliliyi
dedikdə, ilk növbədə əmək və vəsait qoyuluşunun artımını
ləngitmək və yaxud məsariflərin mümkün olan səviyyədə aşağı
salmaqla, hər hektar torpaq sahəsi və hər baş heyvan hesabına
daha çox məhsul istehsal etmək nəzərdə tutulur. Lakin daha
yüksək fond və material tutumlu məhsullar hesabına sahə vahi-
dindən məhsul istehsalını artırmaq xalq təsərrüfatı baxımından
aqrar sferada istehsalının iqtisadi səmərəliliyinə mənfi təsir
göstərir.
Aqrar sferada istehsalın iqtisadi səmərəliliyinə xalq
təsərrüfatı səviyyəsində qiymət verdikdə yeni yaranan məhsula
- xalis məhsulun həcminə daha çox istinad etmək lazım gəlir.
Çünki istehsal olunan məhsulun yalnız müəyyən hissəsi xalis
məhsul kimi yeni yaranan dəyərdən və ya milli gəlirdən, yəni
ümumi məhsul ilə ödəmə fondunun dəyərləri fərqindən ibarət
371
olur. Milli gəlirin artması məcmu əməyin məhsuldarlığını əks
etdirməklə, ictimai istehsalın səmərəliliyini göstərir.
Ümumi məhsul istehsalının artması və ödəmə fondunun
kiçilməsi hesabına milli gəlirin çoxalmasını ictimai əmək
məhsuldarlığının artması kimi anlamaqla bərabər, material
məsariflərinə qənaət kimi də başa düşmək lazımdır.
Ona görə də istehsalın iqtisadi səmərəliliyinin başlıca
göstəricisi və ya meyarı daha az məcmu əmək sərfi müqabilin-
də milli gəlirin artırılmasıdır. Adambaşına milli gəlir göstərici-
sinin səviyyəsi və onun artımı ictimai istehsalın iqtisadi səmə-
rəliliyini xalq təsərrüfatı miqyasında daha əyani əks etdirir.
Xalq təsərrüfatı baxımından aqrar sferada istehsalın
iqtisadi səmərəlilik göstəricilərinin meyarı ilə istehsal məsa-
riflərin artımını aşağı salmaq, adambaşına ərzaq və xammal
istehsalını artırmaq hesabına cəmiyyətin tələbatına uyğun
tərkibdə və keyfiyyətdə məhsul istehsalından ibarətdir.
Eyni zamanda aqrar sferada iqtisadi səmərəliliyə xalq
təsərrüfatı səviyyəsində qiymət verildikdə istifadə olunan
adambaşına ərzaq və xammal göstəricilərinə bir sıra düzəlişlər
verilməsi tələb olunur. Bunun başlıca səbəbi aqrar sferada
ümumi məhsulunun tərkibində kənd təsərrüfatı məhsullarına
nisbətən aralıq məhsulların xüsusi çəkisinin daha çox olmasıdır.
Ona görə də aqrar sferada təsərrüfat fəaliyyətinə iqtisadi cəhət-
dən qiymət vermək üçün ümumi məhsulun tərkibindən aralıq
məhsulun dəyərini çıxmaqla son məhsul göstəricisindən istifadə
etmək lazım gəlir.
Son məhsul aqrar sferada iqtisadi səmərəlilik göstəricisi
kimi əsasən istehlak məqsədi ilə müəyyən tərkib və keyfiyyətdə
istehsal olunan məhsulları əks etdirir. Məsrəfləri ləngitməklə
adambaşına aqrar sferanın son məhsulu istehsalının artırılması,
əslində kənd təsərrüfatının və bütünlükdə aqrar sfera sisteminin
təsərrüfat fəaliyyətinin səmərəliliyini qiymətləndirən başlıca
göstəricidir. Təsadüfi deyil ki, xalq hazırda aqrar sferanın işinə
qiyməti onun son məhsuluna, yəni bilavasitə bazarda məhsul
372
bolluğuna və məhsulların əhalinin tələbatını ödəmə səviyyəsinə
görə verir. Ona görə də hər bir xüsusi təsərrüfat və sahibkar
istehsalın inkişafı ilə yanaşı son məhsulun artırılmasına çalışır,
bununla əlaqədar olaraq imkan və ehtiyatlardan səmərəli isti-
fadəyə nail olur.
2. Aqrar sferada iqtisadi səmərəliliyi
əks etdirən göstəricilər
Bazar münasibətlərinin formalaşdığı şəraitdə ölkənin
sosial-iqtisadi yüksəlişi və əhalinin ərzaqla təminatının yax-
şılaşdırılması kənd təsərrüfatı məhsulları istehsalının artırılması
ilə yanaşı həlledici səviyyədə istehsalın iqtisadi səmərəliliyinin
yüksəldilməsindən asılıdır.
Bununla əlaqədar olaraq aqrar sferanın maddi-texniki re-
surslarla təminatına, idarəetmə sisteminin və iqtisadi mexa-
nizmin təkmilləşdirilməsinə, istehsal potensialından istifadənin
yüksəldilməsinə və s. dair həyata keçirilən tədbirlər kənd təsər-
rüfatında yeni istehsal münasibətlərinin formalaşmasının sürət-
ləndirilməsinə, xüsusi təsərrüfatların inkişafına sahibkarlığın
formalaşmasına və istehsalın səmərəliliyinin yüksəldilməsinə
stimul yaratmışdır.
Mülkiyyət münasibətindən və təsərrüfatçılıq formasından
asılı olmayaraq aqrar sferada məhsul istehsalının artırılması ilə
yanaşı istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi də
müasir dövrdə qarşıda duran başlıca problemlərdən biridir. Mə-
lum olduğu kimi, xüsusi təsərrüfatlarda və sahibkarlıq forma-
larında məhsul istehsalının artırılmasına əsasən intensiv in-
kişafın həyata keçirilməsi, istehsal resurslarından və əmək
sərfindən daha səmərəli istifadə edilməsi yolu ilə nail olunur.
Lakin istehsalın artırılması ilə əlaqədar olaraq istifadə edilən
resursların qiymətinin yüksək olmasının nəticəsidir ki, xüsusi
təsərrüfatlarda xərc artımı məhsul istehsalını qabaqlayır, məh-
sul baha başa gəlir, iqtisadi səmərə əldə edilmir. Bu da xüsusi
373
təsərrüfatların inkişaf etdirilməsi üçün tələb olunan vəsaitin
alınmasına imkan vermir.
Ona görə də bir sıra xüsusi təsərrüfatlarda məhsul
istehsalının ucuzlaşdırılması və onun iqtisadi səmərəliliyinin
yüksəldilməsi üçün istehsal-iqtisadi əlaqələrin və iqtisadi mexa-
nizmin təkmilləşdirilməsinə, sosial-istehsal infrastrukturun
səmərəli qurulmasına, istehsal resurslarından daha düzgün
istifadə edilməsinə, əməyin təşkili və stimullaşdırılmasının
mütərəqqi formalarının tətbiqinə dair mühüm tədbirlər həyata
keçirilir.
Bunlar xüsusi təsərrüfatlarda israfçılığın qarşısının
alınmasına və məhsul istehsalının çoxalmasına şərait yaradır.
Bütün bu tədbirlərin nəticəsinin xüsusi təsərrüfatlarda iqtisadi
cəhətdən səmərəli olub-olmamasının düzgün müəyyən edilməsi
olduqca vacibdir, iqtisad elminin qarşısında duran ən başlıca
məsələlərdən biridir.
Məlum olduğu kimi, iqtisadi səmərəlilik sosial, iqtisadi və
texniki məzmuna malik olub, göstəricilərin tam bir sistemi ilə
müəyyən edilir. Kənddə mülkiyyətin müxtəlif formalarının və
xüsusi təsərrüfatların inkişafı nəzərə alınmaqla iqtisadi
səmərəliliyin göstəricilər sisteminin müəyyən edilməsi, elmi
cəhətdən əsaslandırılması və onlardan düzgün istifadənin həya-
ta keçirilməsi müasir dövrdə mühüm əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda istehsal
səmərəliliyinin meyarı göstəriciləri və müəyyən edilməsi meto-
duna dair həmişə fikir ayrılığı olmuş, bu sahədə irəli sürülən
təkliflər bir-birindən fərqlənmişdir. Belə vəziyyət aqrar sahib-
karlıq formalarının inkişaf etdiyi hazırkı dövrdə də mövcuddur.
Belə ki, aqrar sahibkarlıq formalarının istehsalın iqtisadi
səmərəliliyinin meyarına olduqca çoxlu miqdarda göstəricilər
daxil edilir.
Hazırda iqtisadi ədəbiyyatda aqrar sahibkarlıq formala-
rında istehsalın iqtisadi səmərəliliyinin meyarına aşağıdakılara
aid edilməsi irəli sürülür.
374
1. Əhalinin ərzaq məhsullarına və digər istehlak mallarına
olan tələbatının ödənilməsi səviyyəsi.
2. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması.
3. Məhsul istehsalının artırılması səviyyəsi.
4. Gəlir və mənfəətin artırılması və əhalinin əmək, mate-
rial, xərc vahidi hesabına çoxaldılması.
5. Əmək məhsuldarlığının səviyyəsi.
6. Əmək və məsarif, maddi-texniki resurs vahidinə düşən
məhsul və gəlirin çoxaldılması.
7. Ümumi məhsul, ümumi gəlir, mənfəət, xalis gəlirin
artımı və onların əmək və xərc, torpaq və fond vahidinə görə
artımı.
İstehsalın iqtisadi səmərəlilik göstəricisinə isə xalis gəlir,
mənfəət, ümumi məhsul, ümumi gəlir, əmtəəlik məhsul və
bunların hər birinin bir işçi, bir adam-saat, torpaq, əkin yeri,
əsas istehsal fondu, istehsal xərci vahidinə olan nisbəti daxil
edilir. Bununla yanaşı iqtisadi səmərəlilik müəyyən edilərkən
məhsuldarlıq, rentabellik, fond tutumu, fondverimi, məhsul
vahidinin əmək sərfi və s. göstəricilərdən istifadə edilməsi
təklif olunur.
Beləliklə aqrar sahibkarlıq istehsalın iqtisadi səmərə-
liliyinin meyar və göstəriciləri çoxdur, onların hər birinin üs-
tünlüyü və nöqsanı vardır. Kənd təsərrüfatı istehsalı ictimai
mülkiyyətə əsaslanan dövrlər istehsalın iqtisadi səmərəliliyi
xalq təsərrüfatı, region, zona, müəssisə, kollektiv. ayrı-ayrı
sahələr səviyyəsində müəyyən edilirdi və bu zaman yuxanda
qeyd edilən müxtəlif meyar və göstəricilərdən istifadə olu-
nurdu.
Hazırda aqrar sferada yeni mülkiyyət münasibəti for-
malaşmış və sahibkarlıq inkişaf etmişdir. Onlar isə həcmcə çox
kiçik olmaqla yanaşı əsasən ailələrdən və kiçik kollektivlərdən
ibarətdir. Belə təsərrüfatlarda istehsalın iqtisadi səmərəliliyini
müəyyən edərkən qeyd edilən meyar və göstəricilərin çoxundan
istifadə edilməsinə ehtiyac olmur. Ona görə də aqrar
375
sahibkarlıq formalarında istehsalın iqtisadi səmərəliliyi müəy-
yən edilərkən onların xüsusiyyətləri nəzərə alınmalı və elə gös-
təricilərdən istifadə olunmalıdır ki, həmin göstəricilər sa-
hibkarlıq fəaliyyətinə tam və düzgün qiymət verilməsinə şərait
yaratsın.
Sahibkarlıq şəraitində istehsalın iqtisadi səmərəliliyi
müəyyən edilərkən istifadə edilən iqtisadi göstəricilər torpağın,
əməyin və istehsal vasitələrinin iqtisadi səmərəliliyini xarakte-
rizə etməlidir.
Torpaqdan istifadə göstəriciləri bitkiçilik sahələrinin
məhsuldarlığı, bir hektar torpağa və əsasən əkin sahəsinə düşən
ümumi məhsul, ümumi və xalis gəlir, mənfəət aid olur.
Əməkdən istifadə göstəricilərinə məhsul vahidinə düşən
əmək sərfi, əmək sərfi vahidinə düşən ümumi məhsul, ümumi
və xalis gəlir daxil edilir.
İstehsal vasitələrindən istifadə göstəriciləri hər bir maşın
və mexanizm üzrə yerinə yetirilən işin həcmi və yaxud istehsal
olunan məhsulun miqdarı.
Aqrar sahibkarlıq formalarında istehsalın iqtisadi səmə-
rəliliyi müəyyən edilərkən bu göstəricilərdən ümumiləşdirilmiş
formada istifadə olunmalıdır. Bununla əlaqədar olaraq iqtisadi
səmərəlilik müəyyən edilərkən aqrar sahibkarlıq şəraitində
aşağıdakı göstəricilərdən istifadə edilməlidir.
1. Torpaq vahidinə düşən ümumi məhsul, ümumi gəlir,
mənfəət.
2. Əmək sərfi vahidi hesabına əldə edilən ümumi məhsul,
ümumi gəlir, xalis gəlir, mənfəət.
3. İstehsal xərci vahidi hesabına alınan ümumi məhsul,
ümumi və xalis gəlir, mənfəət.
4. Əmək məhsuldarlığı.
5. Fond verimi və fond tutumu.
6. Rentabellik səviyyəsi.
Qeyd etmək lazımdır ki, digər təsərrüfatçılıq formalarında
olduğu kimi, xüsusi təsərrüfatlarda da əmək məhsuldarlığı
376
istehsalın iqtisadi səmərəliliyini əks etdirən əsas göstəricilərdən
biridir. Əmək məhsuldarlığı sərf edilən əməyin nə qədər faydalı
olmasını göstərməklə yanaşı, əmək ehtiyatlarından istifadənin
səmərəliliyini də xarakterizə edir. Əmək məhsuldarlığı orta bir
işçi və yaxud işlənilmiş bir adam-saat hesabına nə qədər məh-
sul istehsal edildiyini, pul gəliri ümumi və xalis gəlir aldığını
göstərir.
Bu göstəricilər vasitəsi ilə xüsusi təsərrüfatın nə
səviyyədə faydalı fəaliyyət göstərməsini müəyyən etmək və
onun yüksəldilməsinə dair təkliflər hazırlamaq mümkündür.
Lakin əmək məhsuldarlığı xüsusi təsərrüfatlarda yalnız
əmək sərfini əhatə edir, istehsalın inkişafı üçün tələb olunan to-
xum, yanacaq, yem, sürtgü materialları, gübrə, kimyəvi mad-
dələri və s. nəzərə alınmır. Bütün bunlar məhsulun maya dəyə-
rini təşkil edir və bu göstərici məhsul istehsalına məsariflərin
öz əvəzinə çıxarıb çıxarmaması haqqında ümumi təsəvvür
yaradır.
Maya dəyəri göstərir ki, məhsul istehsalı konkret təsər-
rüfata neçəyə başa gəlmişdir. Lakin maya dəyəri məhsul isteh-
salına bütün məsarifləri əks etdirsə də, onun iqtisadi səmərəli-
liyi barədə tam təsəvvür vermir. İstehsalın iqtisadi səmə-
rəliliyini bilmək üçün istehsal məsarif ilə yanaşı əldə edilən
gəlirlərin bilinməsi də çox vacibdir. İstehsal məsarif (maya
dəyəri) ilə gəlirlərin müqayisəsi istehsalın iqtisadi səmərə-
liliyinə dair ümumiləşdirilmiş nəticə çıxarmağa imkan verir.
Bununla əlaqədar olaraq gəlirin nədən ibarət olunmasının
dəqiqləşdirilməsi də vacibdir. Çünki kənd təsərrüfatında pul
gəliri, ümumi gəlir, xalis gəlir göstəriciləri mövcuddur, onlar
bir-biri ilə əlaqəli, biri digərindən asılı olsa da, aralarında
kəskin fərq vardır. Xüsusi təsərrüfatlar üçün bu göstəricilərin
hamısı əhəmiyyəti böyük olsa da, ümumi gəlir olduqca vacib
göstəricidir. Belə ki, xüsusi təsərrüfatlarda ümumi gəlirin
mahiyyəti dəyişmiş o təsərrüfatın əsas iqtisadi göstəricisi olaraq
təsərrüfat hesablı gəlir adlanır.
377
Xüsusi təsərrüfatlarda təsərrüfat hesablı gəlir yeni
yaradılmış dəyərdir və onun yeganə mənbəyi təsərrüfat üzv-
lərinin əməyidir. Konkret bir dövrdə istehsal edilmiş ümumi
məhsuldar (dəyər ifadəsində) onun istehsalına sərf edilmiş
maddi xərclər çıxıldıqdan sonra yerdə qalan hissə xüsusi təsər-
rüfatların təsərrüfat-hesablı gəlirini təşkil edir. Bu gəlir dəyər
ifadəsində xüsusi təsərrüfatların xalis məhsulu hesab edilir və
iqtisadiyyatda mühüm yer tutur.
Xüsusi təsərrüfatlar təsərrüfat hesablı gəlir və xalis
məhsul göstəricisi istehsalın iqtisadi səmərəliliyini xarakterizə
etməklə yanaşı əməyin stimullaşdırılmasının başlıca və həll-
edici amilidir. Təsərrüfat hesablı gəlirlə xalis məhsul iqtisadi
məzmunca bir-birinə çox yaxın anlayış olmaqla yeni yaradılan
dəyərdirlər. Xüsusi təsərrüfatlarda təsərrüfat hesablı gəlir və
xalis məhsul göstəriciləri xalq təsərrüfatı səviyyəsində milli
gəlirin məzmununa tam uyğun gəlir. Belə ki, bu göstəricilər
müəyyən edilərkən ümumi məhsulun dəyərindən maddi məsa-
riflər çıxılır və qalan hissə konkret şərait nəzərə alınmaqla
istehsalın inkişaf etdirilməsinə və əhalinin həyat şəraitinin yax-
şılaşdırılmasına sərf olunur.
Beləliklə, müasir dövrdə təsərrüfat hesablı gəlir xüsusi
təsərrüfatların əsas iqtisadi göstəricisi kimi onların fəaliyyətinin
nəticəsi olub, istehsalın iqtisadi səmərəliliyini əks etdirir.
Təsərrüfat hesablı gəlir xüsusi təsərrüfatların inkişafının başlıca
maliyyə mənbəyidir.
Təsərrüfat hesablı gəlirdən işçilərə əməkhaqqı verilir, tə-
sərrüfatların maddi-texniki bazası möhkəmləndirilir, sosial təd-
birlər həyata keçirilir, yüksək əmək məhsuldarlığına və istehsal
nəticələrinə nail olanlara mükafat verilir, cəmiyyətin inkişafına
vəsait ayrılır. Xüsusi təsərrüfatlarda təsərrüfat hesablı gəlirin
həcminin artması, onun torpaq və əsas fondların vahidi, orta
illik bir işçi, işlənilmiş bir adam-saat hesabına təsərrüfatın
iqtisadi inkişaf səviyyəsini əks etdirən ən mühüm göstəricidir.
378
Xüsusi təsərrüfatlarda yaradılan təsərrüfat hesablı gəlir
təsərrüfatlara və onların üzvlərinə məxsusdur, onların rifah
halının yaxşılaşmasına xidmət edir. Ona görə də təsərrüfat
hesablı gəlirin həcminin artması, torpaq sahəsi və əsas istehsal
fondu vahidi, orta illik bir işçi hesabına onun çoxalması üçün
təsərrüfatlarla yanaşı onların hər bir üzvü şəxsən maraqlıdırlar.
Təsərrüfat hesablı gəlirdən cəmiyyətin inkişafına da vəsait
ayrıldığına, habelə cəmiyyətin üzvü olan kənd əhalisinin həyat
səviyyəsinin yaxşılaşmasına sərf olduğuna görə dövlət kənd
təsərrüfatı müəssisələrinin gəlirlərinin artması üçün maraqlıdır
və onun çoxaldılmasında qiymət, maliyyə-kredit, vergiqoyma
və s. yolda aktiv iştirak edir.
Xüsusi təsərrüfatlarda təsərrüfat hesablı gəlirin həcmi,
onun artım sürəti və səviyyəsi istehsal olunan məhsulun və bu
məhsulun istehsalına sərf olunan material xərclərinin
məbləğindən asılıdır. Ona görə də xalq təsərrüfatının digər
sahələrində olduğu kimi xüsusi təsərrüfatlarında da daha az
əmək və vəsait sərf etməklə daha çox məhsul istehsal edilməsi
mühüm zərurət kimi qarşıda durur. Bu proses son nəticədə
xüsusi təsərrüfatlarında təsərrüfat hesablı gəlirin artmasına və
beləliklə geniş təkrar istehsalın genişlənməsinə və xalqın həyat
səviyyəsinin yaxşılaşmasına səbəb olur.
Beləliklə, təhlildən aydın olur ki, digər təsərrüfatçılıq
formalarında olduğu kimi xüsusi təsərrüfatlarda da istehsalın
iqtisadi səmərəliliyini xarakterizə edən meyar və göstəricilər
çoxdur və təsərrüfatların fəaliyyətinə qiymət verilərkən
müxtəlif məqsədlər üçün onların əksəriyyətindən istifadə edil-
məlidir. Lakin xüsusi təsərrüfatların inkişafının müasir mərhə-
ləsində istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi istehsal
xərci, maya dəyəri, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti,
qiymət, məhsuldarlıq və s. amillərlə bağlıdır. Bu amillərin hər
biri istehsalın iqtisadi səmərəliliyinə müxtəlif səviyyəsi də təsir
göstərir.
379
Təcrübə göstərir ki, istehsal xərcinin aşağı salınmasına və
iqtisadi səmərəliliyin yüksəldilməsinə dair həyata keçirilən hər
bir texnoloji-texniki, təşkilati, sosial-iqtisadi tədbir təsərrüfat və
sahibkarlarda torpaqdan, texnikadan, əmək ehtiyatından,
maliyyə vəsaitindən daha dolğun istifadəyə şərait yaratmalı,
orta illik bir işçi, işlənilmiş bir adam-saat, bir manat istehsal
xərci hesabına daha çox məhsul istehsal edilməsini və gəlir
alınmasını təmin etməlidir.
Materialların təhlilindən aydın olur ki, bir işçi, bir adam-
saat, bir manatlıq əsas fond və istehsal xərci hesabına daha çox
ümumi məhsul istehsal edən və gəlir alan xüsusi təsərrüfatlarda
mövcud istehsal resurslarından dolğun istifadə edilməsinə,
istehsal xərcinin aşağı salınmasına və gəlirlərin artırılmasına
daha çox maraq göstərilir. Deməli, xüsusi təsərrüfatlarda isteh-
sal xərcinin aşağı salınması və gəlirlərin artırılması üçün ilk
növbədə maddi maraq təmin edilməlidir. Çünki xüsusi təsər-
rüfatlarda yüksək istehsal-iqtisadi nəticələr üçün hər bir işçi
maddi cəhətdən maraqlıdır. Xüsusi təsərrüfatlar əsasən ailə-
lərdən və kiçik sayda işçilərdən ibarət olaraq formalaşdığına
görə onların inkişafı hər bir üzvünün fəaliyyətindən asılıdır.
Təsərrüfat üzvləri isə daha az əmək və vəsait sərf etmək və
daha çox gəlir almaq üçün maraqlıdırlar.
Lakin buna baxmayaraq, xüsusi təsərrüfatlarda iqtisadi
mexanizmin müasir vəziyyəti məhsul istehsalının artırılması və
iqtisadi səmərəliliyin yüksəldilməsi üçün maddi marağı təmin
etmir. Belə ki, xüsusi təsərrüfatlar istehsal etdiyi məhsulların
hamısını sərbəst sata bilmir, maddi-texniki resurslarla təchizat-
da ciddi nöqsanlar vardır, istehsal-sosial infrastruktur düzgün
formalaşdırılmır, əhalinin sosial müdafiəsi və kəndin sosial
inkişafı təmin edilmir.
Bununla yanaşı, istehsal-iqtisadi əlaqələrin formalaşdırıl-
masında, bank-maliyyə sisteminin təkmilləşdirilməsində, idarə-
etmə strukturunun yenidən qurulmasında ciddi nöqsanlar var-
dır, dövlətin xüsusi təsərrüfatlara iqtisadi köməklik göstərmək
380
imkanları məhduddur. Bütün bunlar aqrar bazarda tələb-təklifin
pozulmasına, əhalinin ərzaq məhsulları ilə tələbatının ödənil-
məsinə şərait yaratmır. Çünki xüsusi təsərrüfatların inkişafı ilə
əlaqədar olaraq məhsul istehsalının artırılmasına və iqtisadi
səmərəliliyin yüksəldilməsinə nail olunmur.
Qeyd edilənlər nəzərə alınaraq bazar münasibətlərinin
inkişafı şəraitində xüsusi təsərrüfatlarda istehsalın iqtisadi
səmərəliliyini xarakterizə edən amillərin düzgün müəy-
yənləşdirilməsinin böyük nəzəri və praktiki əhəmiyyəti vardır.
İqtisadi ədəbiyyatdan aydın olur ki, bazar münasibətləri şərai-
tində xüsusi təsərrüfatlarda istehsalın iqtisadi səmərəliliyinə
əsasən təbii, bazar, texnoloji-iqtisadi, təşkilati-idarəetmə, sosial
amillər kompleksi təsir göstərir.
Təbii amillərə torpağın təbii münbitliyi, relyefi, quruluşu,
su ilə təminatı, havanın temperaturu və s.; bazar amillərinə
tələb-təklif, qiymət, keyfiyyət məsələləri; texnoloji amillərə
bitkiçilik və heyvandarlıq məhsulları istehsalının texnologiyası;
iqtisadi amillərə qiymət, maliyyə-kredit, vergi, maddi maraq,
əmək məhsuldarlığı və s.; təşkilati-idarəetmə amillərinə isteh-
salın idarəetmə forma və prinsipləri və sosial amillərə isə
əhalinin sosial müdafiəsi, kəndin sosial inkişafı və s. daxildir.
Bu amillər kompleksi kənd təsərrüfatı məhsulları isteh-
salının artırılmasına, məhsul vahidi hesabına əmək və vəsait
sərfinin aşağı düşməsinə, əmək məhsuldarlığının yüksəldilmə-
sinə şərait yaradır. Ona görə də bütün təsərrüfatçılıq forma-
larında torpaq vahidi, bir işçi, bir adam-saat bir manatlıq əsas
fond və istehsal xərci hesabına daha çox gəlir alınır və iqtisadi
səmərəlilik yüksəlir.
Bazar münasibətlərinin formalaşdığı şəraitdə xüsusi
təsərrüfatlarda istehsalın iqtisadi səmərəliliyinə təsir göstərən
amillər kompleksi bir-biri ilə qarşılıqlı əlaqə və asılılığa
malikdir. Bu və ya digər amilin istehsalın inkişafına və iqtisadi
səmərəliliyin yüksəldilməsinə göstərdiyi təsir digər amillərin də
təsir səviyyəsinin artıb-azalmasına səbəb olur. Məsələn, təbii
381
amillər kompleksinə daxil olan torpağın münbitliyi, suva-
rılması, havanın temperaturu əlverişli olmadığı haldı məhsul
istehsalı azalır, bazar amilinə daxil olan tələb-təklif və qiymət
amillərinin rolunun aşağı düşməsinə səbəb olur.
Digər amillər də bir-biri ilə sıx əlaqəyə malikdir. Deməli,
xüsusi təsərrüfatlarda məhsul istehsalının artırılması və iqtisadi
səmərəliliyin yüksəldilməsi üçün qeyd edilən amillər kompleksi
nəzərə alınmalıdır.
3. Aqrar sferada istehsalın iqtisadi səmərəliliyin
müəyyən edilməsi metodları
Bazar münasibətlərinin formalaşdığı və milli iqtisa-
diyyatın qabaqcıl dünya iqtisadiyyatına inteqrasiya prosesinin
gücləndiyi müasir dövrdə ölkənin sosial-iqtisadi yüksəlişinin
sürətləndirilməsi həlledici səviyyədə aqrar sferanın inkişafın-
dan asılıdır. Aqrar sfera ölkənin ərzaq təhlükəsizliyinin təmin
edilməsində, emal və yeyinti sənaye sahələrinin səmərəli fəaliy-
yətə göstərməsində, daxili bazarın xarici bazardan asılılığının
qarşısının alınmasına, əhalinin məhsulluğunun yüksəldilməsin-
də, həyat şəraitinin yaxşılaşdırılmasında əvəzedilməz əhəmiy-
yətə malikdir.
Ona görə də respublikanın milli iqtisadiyyatının dair
həyata keçirilən tədbirlər sistemində aqrar sferanın intensiv
inkişaf etdirilməsinə xüsusi fikir verilir. Bu son illər daha çox
özünü göstərir. Belə ki, ölkədə iqtisadi islahatlara dair proqram
həyata keçirilərkən islahatların aqrar sferada üstün aparılması
təmin edilmişdir. Nəticədə aqrar sferada ictimai təsərrüfatlar
ləğv edilmiş, əmlak və torpaq özəlləşdirilmiş, xüsusi mülkiy-
yətə əsaslanan təsərrüfat formaları yaradılmış, aqrar sahibkarlıq
inkişaf etmişdir. Bunların nəticəsində respublikanın aqrar
sferasında əksər növ məhsul istehsalı artmış, əhalinin həyat
şəraiti xeyli yaxşılaşmışdır.
382
Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramlarının qəbul edilməsi, aqrar
sferaya dövlət yardımı və dəstəyinin artırılması, bir sıra stimul-
laşdırma tədbirlərinin həyata keçirilməsi aqrar sferada yüksək
istehsal-iqtisadi nəticələri nail olunmasına şərait yaratmışdır.
Azərbaycanda aqrar islahatların ilkin mərhələsinin uğurla
başa çatmasının nəticəsidir ki, ölkənin aqrar sferasının inkişafı
üçün tələb olunan istehsal vasitələri istehsalı, xüsusilə əksər
növ maşın-mexanizmlər üçün ehtiyat hissələri istehsal edən
sahələr yaradılmış, müxtəlif mineral gübrələrin, xəstəlik və
zərərvericilərə qarşı mübarizə üçün kimyəvi maddələr isteh-
salına başlanılmış, texniki təmir və aqroservis xidməti forma-
laşmışdır. Bunun nəticəsində aqrar sferanın maddi-texniki
bazası xeyli möhkəmlənmiş, bir çox bitkiçilik və heyvandarlıq
məhsulları istehsalının sənaye təməlinə keçilməsinin əsası
qoyulmuşdur.
Qeyd edilənlərlə yanaşı aqrar sferaya ixtisaslaşdırılmış
xidmətlər göstərmək, bitkiçilik və heyvandarlıq məhsulları
istehsalını artırmaq məqsədi ilə qarışıq yem istehsalı, mikro-
biologiya sənaye sahələrinin imkanları genişləndirilmiş, tikinti,
təmir, rabitə və informasiya xidməti sahələrinin fəaliyyəti
artırılmışdır.
Aqrar islahatların həyata keçirilməsi ilə əlaqədar olaraq
kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədi ilə
yeni torpaq sahələrinin mənimsənilməsinə, torpaqların şoran-
lardan təmizlənməsinə, erroziyaya qarşı mübarizə aparılmasına
meyl artmışdır. Eyni zamanda istehsal və sosial infrastrukturun
yaradılması və başqa tədbirlərin həyata keçirilməsi ilə əlaqədar
olaraq daha çox miqdarda əsas fondların istifadəyə verilməsinə,
kimyəvi vasitələrdən daha çox istifadə olunmasına, heyvanların
sayının çoxaldılmasına, yemdən intensiv istifadə edilməsinə və
s. nail olunmuşdur.
Bütün bunlar respublikada əksər növ bitkiçilik və heyvan-
darlıq xammalı istehsalının artmasına və onların son məhsulları
383
istehsalının çoxalmasına səbəb olmuşdur. Lakin bunlarla yanaşı
kənd təsərrüfatı məhsulları istehsalının maya dəyəri də artmış
və iqtisadi səmərəlilik aşağı düşmüşdür.
Qeyd etmək lazımdır ki, respublikanın əksər regionlarında
istehsalın intensiv inkişafına əməl olunmadığına görə iqtisadi
səmərəliliyin yüksəldilməsinə əməl olunmur. Statistik məlu-
matların təhlilindən aydın olur ki, bir çox regionlarda hələlik
istehsal fondlarının məhsul istehsalına nisbətən daha üstün
artımına nail olunduğu üçün kənd təsərrüfatında material və
fond tutumu kimi göstəricilər də artmış və nəticədə aqrar
sferada məhsul vahidinə yanacaq, metal, enerji və s. sərfi
həddən çox artmışdır. İqtisadiyyatın bu cür inkişafı kənd
təsərrüfatı məhsulları istehsalını artırmaq üçün təbii ehti-
yatlardan getdikcə daha çox istifadə olunmasına aparıb çıxar-
mışdır. Təbii ehtiyatlardan birtərəfli istifadə edilməsi isə
iqtisadi baxımdan ziyanlı olmaqla yanaşı, ekoloji baxımdan da
zərərlidir. Bu son nəticədə küllü həcmdə ziyana gətirib çıxarır.
Odur ki, kənd təsərrüfatı məhsulları istehsalının iqtisadi
səmərəliliyinin artırılması tədbirləri görülərkən ekoloji cəhət də
nəzərə alınmalıdır.
Bazar münasibətlərinin formalaşdığı müasir mərhələdə
aqrar sferanın sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılması
üçün sahibkarlıq fəaliyyətinin bütün imkanlarından düzgün
istifadəyə nail olunmalıdır. Lakin hələlik aqrar sferada bəzi
istehsal və iqtisadi münasibətlər sahəsində uyğunsuzluqlar qal-
maqdadır. Bütün bunlar öz növbəsində elmi-texniki tərəqqinin
nailiyyətlərinin, intensiv texnologiyanın tətbiqini, torpaqdan,
əmək ehtiyatlarından səmərəli istifadə edilməsini ləngitməklə,
aqrar sferanın iqtisadiyyatına mənfi təsir göstərir.
İqtisadiyyatda yaranan bu geriliyi aradan qaldırmaq üçün
aqrar sferada səmərəliliyini yüksəltmək - hər hektar torpaq
sahəsinin məhsulvermə qabiliyyətini və hər manat məsarifin
ödənilmə səviyyəsini artırmaq, ümumiyyətlə, məsarif ləngitmə
mexanizmini işə salmaqla ölkənin ərzaq və kənd təsərrüfatı
384
mənşəli xammala olan tələbatını maksimum dərəcədə ödəmək
qayğısına hər vəsaitə ilə qalmaq lazım gəlir.
Qeyd etmək lazımdır ki, aqrar sferada istehsalın iqtisadi
səmərəliliyi mürəkkəb və çoxcəhətli olduğu üçün onun müəy-
yən edilməsi adətən çətindir. İqtisadi səmərəlilik bir iqtisadi
kateqoriya kimi qarşılıqlı əlaqədar texnoloji, iqtisadi və sosial
sferalarda material və əmək ehtiyatlarından, istehsal məsrəf-
lərindən istifadə səviyyəsini əks etdirir, onların istehsalın
məqsədinə nə dərəcədə müvafiq gəlməsini göstərir.
Aqrar sferada müxtəlif səviyyədə olan və bir-birini
tamamlayan ayrı-ayrı iqtisadi maraqların uzlaşdığı nəzərə
alınaraq istehsalın iqtisadi səmərəliliyinin göstəricilər siste-
mindən istifadə edilməsinə nail olunmalıdır. Bununla əlaqədar
olaraq aqrar sferada istehsalın iqtisadi səmərəliliyinin səviy-
yəsinə qiymət verilərkən ona xalq təsərrüfatı, ayrı-ayrı sahələr,
müəssisə və təşkilatlar, təsərrüfat və müəssisə daxili bölmələr
və s. miqyasında, həmçinin müxtəlif texnoloji və sosial-iqtisadi
tədbirlər üzrə qiymət vermək lazım gəlir. Səmərəliliyi müəyyən
etdikdə istehsalın ümumi məqsədinin reallaşması səviyyəsini
əks etdirən ümumi göstəricilər ilə istehsalın ayrı-ayrı pro-
seslərini səciyyələndirən xüsusi göstəricilərin vəhdətinə daha
çox üstünlük vermək lazımdır.
Səmərəlilik göstəriciləri hesablanarkən adətən təsərrüfat
fəaliyyətinin nəticəsi onu törədən səbəb ilə müqayisə olunur.
Müqayisədə kəsr vasitəsilə nəticə göstəriciləri səbəb göstəri-
cilərinə bölünür. Kəsrin surətində istehsalın son nəticəsi,
məxrəcində isə istehsal resursları və məsrəflərlə bağlı olan
göstəricilər əks etdirilir.
Bazar münasibətlərinin formalaşdığı, sahibkarlıq fəaliy-
yətinin genişləndiyi, istehsal-iqtisadi münasibətlərin səmə-
rəliliyinin yüksəldiyi müasir dövrdə aqrar sferada səmərəlilik
hesablayarkən göstəricilər öyrənilən ictimai iqtisadi hadisəyə
elə münasib formada seçilməlidir ki, faydalılığı xarakterizə edə
bilsin. Aqrar sferada istehsalçının xüsusiyyətindən asılı olaraq
385
səmərəlilik göstəricilərinin seçilməsinə yaradıcılıqla yanaşmaq
tələb olunur. Məsələn, sahə vahidindən məhsul istehsalını
hesablamaq lazım gəlsə, məsələnin qoyuluşundan, təsərrüfatın
istehsal istiqamətindən və məhsulun xarakterlərindən asılı
olaraq məhsulu əks etdirmək üçün ümumi məhsul, əmtəəlik
məhsul, son məhsul və ya xalis məhsul göstəricilərindən və ya
onların artımlarından; sahə vahidi kimi isə kənd təsərrüfatına
yararlı torpaq sahəsindən, becərilən sahədən, əkin yerindən və
ya konkret məhsul istehsal olunan əkin sahəsi göstəricilərindən
istifadə etmək lazım gəlir.
Deməli, ilk baxımda çox sadə görünən göstəricini - sahə
vahidinə görə məhsul istehsalını hesablamaq üçün əslində bir
neçə variantda (ümumi məhsulun yararlı torpaq sahəsinə,
əmtəəlik məhsulun yararlı torpaq sahəsinə, xalis məhsulun
yararlı torpaq sahəsinə, ümumi məhsulun əkin yerinə, əmtəəlik
məhsulun əkin yerinə nisbəti və s.) tərtib olunan göstəricilərdən
yalnız bir-iki münasibini seçib hesablamaq lazımdır.
Aqrar sferada istehsalın səmərəsini xarakterizə edən
göstəriciləri bilavasitə hesablamaqdan qabaq onların üzərində
dayanaq. Belə göstəricilərə: ümumi, əmtəəlik, son və xalis
məhsullar; ümumi, xalis (mənfəət) və təsərrüfat hesablı gəlirlər
aiddir. Bu göstəricilər haqqında əvvəlki bölmələrdə izahat
verilməsinə baxmayaraq, burada onların səmərəliliyinin müəy-
yən edilməsindəki rolunu aşkara çıxarmaqdan ötrü bəzi cəhət-
ləri ilə qısaca tanış olar.
Təsərrüfat fəaliyyətinin yekun göstəricisi olan ümumi
məhsulun göstəricisinin bir sıra çatışmazlıqlarına baxmayaraq
kənd təsərrüfatında iqtisadi səmərəliliyin müəyyən edilməsində
onun rolu böyükdür. Kənd təsərrüfatında ümumi məhsulun
hesablanmasında müəyyən qədər təkrar uçota yol verilsə də bu,
xalq təsərrüfatının başqa sahələrində, xüsusilə sənayedə ümumi
məhsulun hesablanmasında olan təkrarlardan xeyli azdır.
Odur ki, kənd təsərrüfatında səmərəliliyi müəyyən etdikdə
ümumi məhsul göstəricisindən geniş miqyasda istifadə olunur.
386
Kənd təsərrüfatında ümumi məhsulun artması əhalinin ərzaqla
və sənayenin xammal ilə təchizatının yaxşılaşmasını göstər-
məklə yanaşı, həm də möhkəm yem bazası və toxum fondu
yaradılmasını göstərir.
İqtisadi səmərəliliyi müəyyən etdikdə kənd təsərrüfatında
ümumi məhsul ilə yanaşı, əmtəəlik və son məhsul göstə-
ricisindən də istifadə edilir. Son məhsul ümumi məhsuldan cari
ildə istehsal edilən və istehsal ehtiyatları üçün (toxum, yem,
buzovlara və çoşqalara içizdirilən süd, inkubasiyada istifadə
olunan yumurta və s.) istifadə olunan aralıq məhsulların dəyə-
rini çıxdıqdan sonra qalaq hissəyə (məbləğə) deyilir.
Əmtəəlik məhsul isə ümumi məhsulun sahədaxili (kənd-
daxili) mübadiləsini nəzərə almadan realizasiya edilən hissə-
sidir. Kənd təsərrüfatı müəssisələri səviyyəsində son məhsul ilə
əmtəəlik məhsulunun dəyərləri (cari qiymətləri) bir-birinə çox
yaxın olduğu üçün, kənd təsərrüfatı müəssisəsi üzrə iqtisadi
səmərəliliyi müəyyənləşdirərkən bunların bu və ya digərindən
istifadə edilir. Xalq təsərrüfatı və aqrar sfera səviyyəsində son
məhsul və əmtəəlik məhsulun dəyər göstəriciləri arasında
fərqlər daha çox olduğu üçün bu səviyyələr üzrə iqtisadi
səmərəlilik hesablandıqda adları çəkilən göstəricilər bir-birini
əvəz edə bilmir.
Xalis məhsul və ya ümumi gəlir (cəmiyyət miqyasında
milli gəlir) göstəricisindən yeni yaranan dəyər kimi istehsalın
iqtisadi səmərəliliyinin müəyyən edilməsində geniş istifadə
olunur. Bu göstəricini səciyyələndirən cəhət ondan ibarətdir ki,
burada ümumi məhsulun dəyərindən ödəmə fondu (istifadə
olunan materialların, xammalın və s. dəyəri) çıxıldığı üçün
ümumi gəlirin tərkibində əslində məsrəf ləngitmə mexaniz-
minin işləməsi səviyyəsi də öz əksini tapır. Odur ki, xalis məh-
sulun artımı birbaşa istehsalın səmərəliliyi haqqında müəyyən
təsəvvür yaratmağa qadir göstəricidir.
Ümumi gəlir göstəricisinin tərkibində yığım fondu ilə
yanaşı, istehlak fondu da iştirak edir. Bəzi hallarda kənd
387
təsərrüfatı müəssisələrinə (birliklərinə) verilən sərbəstlikdən
düzgün istifadə etməyən istehsalçı kollektivlər ümumi gəliri
əsasən istehlak fondları hesabına artırmağa meyl göstərirlər. Bu
vəziyyəti səmərəlilik baxımından qiymətləndirmək üçün
ümumi gəlir göstəricisi ilə yanaşı, xalis gəlir göstəricisindən də
istifadə edilir.
Xalis gəlir ümumi gəlir ilə istehlak fondunun fərqi və ya
ümumi məhsul ilə cari istehsal xərclərinin fərqi kimi müəs-
sisənin maliyyə-iqtisadi imkanlarını göstərir. Xalis gəlirin real-
laşan hissəsi isə mənfəət adlanır. Əslində hazırda uçot-hesabat
sənədlərində xalis gəlir əvəzinə bir qayda olaraq mənfəət əks
etdirilir. Xalis gəlirin (və ya mənfəətin) artması kənd təsərrüfatı
istehsalatında səmərəliliyi geniş təkrar istehsalı davam etdirmək
imkanları baxımından səciyyələndirir.
Müasir iqtisadi islahat şəraitində iqtisadi səmərəliliyi əks
etdirən başlıca göstəricilərdən biri də təsərrüfat hesablı gəlirdir.
Bu göstərici ümumi gəlirdən bütün ödəncləri və ayırmaları
çıxdıqdan sonra təsərrüfatın ixtiyarında qalan hissəsinin
məbləği ilə müəyyən edilir. Odur ki, təsərrüfat hesablı gəlirin
artması kollektivin həyat fəaliyyətinin iqtisadi imkanlarının
yüksəlməsini əks etdirən mühüm göstərici hesab olunur.
Yuxarıda sadalanan göstəricilərin əksəriyyətinin artması
ümumiyyətlə kənd təsərrüfatı istehsalatının iqtisadi səmə-
rəliliyinin yüksəldilməsini əsasən göstərir. Lakin səmərəlilik
konkret ifadəsini bu göstəriciləri torpaq, əmək və digər istehsal
ehtiyatlarına, istehsal xərclərinə bölməklə tapır. Xərcləri əks
etdirən göstərici kimi çevrilmiş məsariflərin məbləği göstə-
ricisindən daha çox istifadə edilir. Çünki burada cari xərclərlə
yanaşı, əsas fondlardan istifadə səviyyəsi də öz əksini tapır.
Ümumiyyətlə, kənd təsərrüfatı müəssisələrində istehsalın
iqtisadi səmərəliliyini müəyyənləşdirmək üçün göstəricilər
sistemindən istifadə edilir. Bunlara aşağıdakılar daxildir: torpaq
sahəsinə (kənd təsərrüfatına yararlı torpaqlara, əkin yerinə),
əmək ehtiyatlarına (orta illik işçiyə, adam-saata) istehsal
388
fondlarına və ya əsas fondlara, çevrilmiş məsrəflərə, cari isteh-
sal xərclərinə, əmtəəlik məhsulun maya dəyərinə ayrı-ayrılıqda
düşən ümumi məhsul, son məhsul, xalis məhsul, xalis gəlir
(mənfəət), təsərrüfat hesablı gəlir və s. Həmin göstəricilərin
hesablanma qaydası olduqca sadədir. Məsələn, ümumi məh-
sulun dəyərini kənd təsərrüfatına yararlı torpaq sahəsinə böl-
məklə hər hektar yararlı torpaq sahəsinə düşən ümumi məh-
sulun dəyəri tapılır və s.
Kənd təsərrüfatında iqtisadi səmərəliliyi müəyyənləş-
dirərkən bu göstəricilərlə yanaşı, rentabellik səviyyəsinin art-
ması, əmək tutumu, material və maya dəyəri göstəricilərinin
aşağı düşməsi, əməkhaqqının artması, hər nəfərə düşən sosial-
mədəni obyektlər sahəsinin çoxalması və s. bu kimi gös-
təriciləri də hesablamaq lazım gəlir.
İqtisadi səmərəliliyə sahə baxımından (yəni kənd təsər-
rüfatı səviyyəsində) verilən qiymətlə yanaşı, cəmiyyət baxı-
mından da (xalq təsərrüfatı səviyyəsində) qiymət vermək
lazımdır. Kənd təsərrüfatı istehsalatının iqtisadi səmərəliliyi alq
təsərrüfatı miqyasında - aqrar bölmədə yaradılan milli gəlirin
məcmu əmək sərfinə (canlı və əşyalanmış) bölməklə müəyyən
edilir; bu məqsədlə həmçinin əhalinin hər nəfərinə istehsal
olunan ərzaq və digər kənd təsərrüfatı mənşəli məhsulların
miqdarının artması göstəriciləri də hesablanır. Kənd təsər-
rüfatında milli gəlirin yaradılmasında əmək tutumu və torpaq
sahəsi tutumu göstəricilərinin aşağı düşməsi də burada iqtisadi
səmərəliliyi əks etdirir.
Kənd təsərrüfatının iqtisadi səmərəliliyinin yüksəlməsi
müxtəlif tədbirlərdən asılıdır. Bu tədbirlərin bir qisminə kənd
təsərrüfatının inkişaf etdirilməsinə əsaslı vəsait qoyuluşunun
artırılması, istehsal proseslərinin mexanikləşdirilməsi səviy-
yəsinin yüksəldilməsi, kimyalaşdırma və s. aiddir. Bu fəsildə
ümumi göstəricilərlə yanaşı, konkret göstəricilərdən istifadə
edilməsi iqtisadi səmərəliliyin müəyyənləşdirilməsini daha
sistemli formaya salır. Belə ki, sahə vahidinə, hər nəfər orta
389
illik işçiyə düşən ümumi gəlir, xalis gəlir və s. ümumi xarak-
terli göstəricilərlə yanaşı əsaslı vəsait qoyuluşunun, gübrələ-
mənin, mütərəqqi becərmə üsullarının və s. iqtisadi səmə-
rəliliyini əks etdirən konkret göstəricilərin hesablanması da
məqsədə müvafiqdir.
Kənd təsərrüfatında gübrə tətbiqinin səmərəliliyini
gübrələmə ilə əlaqədar olan məhsul istehsalı artımının dəyərini
bu tədbirə əlavə məsrəf qoyuluşunun məbləği ilə müqayisə
etməklə hesablayırlar. Meliorasiyanın iqtisadi səmərəliliyi isə
məhsuldarlığın, ümumi məhsulun, ümumi və xalis gəlirin
(mənfəətin) əsaslı vəsait qoyuluşunun, səmərəlilik əmsalının
artmasını hesablamaq yolu ilə müəyyənləşdirilir. Burada
həmçinin iqtisadi-ekoloji səmərəlilik göstəricilərinə də diqqət
verilməlidir. Yeni bitki sortlarını və heyvan cinslərini iqtisadi
cəhətdən qiymətləndirdikdə onların məhsuldarlıq ilə yanaşı,
digər keyfiyyət göstəricilərinin (lif çıxımı, şəkərlilik, yağlılıq,
zülalın miqdarı və s.) artmasına da diqqət verilir. Bunlar vahid
məhsul istehsalına məsrəflərin azalması şəraitində iqtisadi
cəhətdən sərfəli olur.
Ayrı-ayn maşınların və onların komplekslərinin tətbiqi
zamanı istismar xərclərinin, canlı əmək sərfinin, əsaslı vəsait
qoyuluşunun iqtisadi səmərəliliyi ilə bərabər, maşınların metal
tutumu, texnoloji proseslərin enerji tutumu kimi xalq təsərrüfatı
əhəmiyyətli göstəriciləri də hesablamaq lazım gəlir.
4. Aqrar sferada son məhsul istehsalı
Azərbaycan Respublikasında dövlətin aqrar siyasətinin
uğurla həyata keçirilməsi nəticəsində bu sahədə son illər
yüksək istehsal-iqtisadi göstəricilərə nail olunur, ərzaq istehsalı
artır, aqrar bazarın fəaliyyəti genişlənir, əhalinin həyat şəraiti
yaxşılaşır. Eyni zamanda aqrar sferada istehsalın iqtisadi
səmərəliliyi də yüksəlir, iqtisadi əlaqə və mənafeylər səmərəli
qurulur, regionların sosial-iqtisadi yüksəlişi təmin olunur.
390
Aqrar sferanın inkişafı və iqtisadi səmərəliliyin yüksəldilməsi
ilə əlaqədar olaraq onlara düzgün qiymət verilməsi, yəni aqrar
sferanın istehsal-maliyyə nəticələrinin və ümumi fəaliyyətinin
qiymətləndirilməsi vacib zərurət təsnif edir.
Aqrar sferanın müasir inkişafı şəraitində onun istehsal və
iqtisadi fəaliyyətinə qiymət verilərkən müxtəlif göstəricilərdən,
yəni ümumi məhsulun dəyərindən, əmtəəlik məhsul
göstəricisindən, mənfəətdən, xalis gəlirdən, fondverimindən,
əmək məhsuldarlığından, rentabellikdən və s. istifadə edilir. Bu
göstəricilərin hər birindən müəyyən məqsədlər üçün istifadə
olunsa da, onların hamısının müəyyən müsbət və mənfi cə-
hətləri vardır və aqrar sferanın fəaliyyətinin düzgün qiymətlən-
dirilməsini təmin etmir. Ona görə də aqrar sferanın sosial-
iqtisadi inkişafına, istehsal-maliyyə nəticələrinə obyektiv qiy-
mət verilməsi üçün düzgün hesab olunan və məqsədəuyğun
sayılan göstəricidən istifadə olunmalı və bu göstəricinin düz-
günlüyü əsaslandırılmalıdır.
Hazırda aqrar sferanın fəaliyyəti yekunlaşdırılarkən ən
çox istifadə olunan göstərici istehsal olunan ümumi məhsulun
həcmi və yaxud onun dəyəridir. Lakin ümumi məhsul heç də
həmişə yekun göstəricini və yaxud nəticəni düzgün əks
etdirmir. Məlum olduğu kimi, aqrar sferanın ayrı-ayrı sahələri
üzrə istehsal olunan məhsulların cəmi dəyər ifadəsində
onun ümumi məhsulunu təşkil edir.
Təcrübə göstərir ki, mövcud hesablamalar qaydası ilə bu
göstərici müəyyən edilərkən eyni məhsulun müxtəlif for-
malarda təkrarlanaraq aralıq məhsul kimi uçota alınmasına yol
verilir. Məsələn, üzüm kənd təsərrüfatında, eyni zamanda şərab
və şərab məhsulları kimi emal müəssisələrində; taxıl dənli bitki
olaraq kənd təsərrüfatında, un, çörək, çörək məmulatı kimi
emal və digər sahələrdə ümumi məhsul kimi qiymətləndirilir.
Belə vəziyyət digər sahələrdə də mövcuddur. Beləliklə, aqrar
sferada ümumi məhsulun qiymətləndirilməsinin mövcud
metodu düzgün məlumat əldə etməyə imkan vermir. Deməli,
391
ümumi məhsulun dəyəri müəyyən edilərkən aqrar sferada
müəyyən dövr ərzində istehsal olunan ümumi məhsulun dəyə-
rindən aralıq məhsulun dəyəri çıxılmalıdır.
Aqrar sferada aralıq məhsul istehsal olunan və həmin
dövr məhsul istehsalının ehtiyacının ödənilməsində istifadə
olunan ümumi məhsulun bir hissəsidir. Məsələn, aqrar sferada
kərə yağı istehsalında aralıq məhsula daxildir: kənd təsər-
rüfatından alınan yem və dən, qarışıq yem istehsal edən müəssi-
sədə hazırlanan qüvvəli yem, inəklərdən sağılan süd. Öz növ-
bəsində, yem və dən bitkiçilik sahələrinin, qüvvəli yem qarışıq
yem istehsal edən müəssisənin və süd isə heyvandarlıq
sahələrinin son məhsulunu təşkil edir.
Beləliklə, aqrar sferanın istehsal-iqtisadi fəaliyyətinə
qiymət verilərkən, yuxarıda qeyd edildiyi kimi, istehsal olunan
ümumi məhsulun dəyərindən aralıq məhsulun dəyərini
çıxdıqdan sonra qalan hissədən, yəni son məhsuldan istifadə
edilməsi məqsədəuyğundur. Deməli, aqrar sferada və ona daxil
olan istehsal sahələrində yüksək iqtisadi nəticələrə nail olmaq
üçün ümumi məhsul istehsalının çoxaldılması və onun dəyə-
rinin artırılması ilə yanaşı məhsulun keyfiyyəti də yüksəl-
dilməli, ümumi məhsulun tərkibində aralıq məhsulun xüsusi
çəkisi azaldılmalı və son məhsulun xüsusi çəkisi isə əksinə
artırılmalıdır.
Beləliklə aqrar sferanın inkişafı şəraitində son məhsulun
həcmi ümumi və aralıq məhsulun cəmindən ibarətdir. Deməli,
aqrar sferada yüksək istehsal-maliyyə nəticələrinə nail
olunması üçün məhsul istehsalının artırılması keyfiyyətinin
çoxaldılması və dəyərinin yüksəldilməsi ilə yanaşı onun
tərkibindəki aralıq məhsulun azaldılmasına nail olunmalıdır.
Aqrar sferada son məhsula aşağıdakılar daxildir:
- bir ildə kənd təsərrüfatı xammalı emalından alınan ərzaq
məhsulları və digər istehlak şeyləri;
392
- emal mərhələsini keçmədən istehsal və ehtiyat fondları
yaratmaq üçün bilavasitə istifadə olunan kənd təsərrüfatı
məhsulları;
- aqrar sahibkarlıq fəaliyyətindən kənarda digər istehsal
sahələrinin ehtiyaclarını ödəmək məqsədləri üçün istifadə
olunan məhsullar.
Beləliklə, aqrar sferada som məhsul istehsalının artırıl-
ması üçün xammaldan alınan ərzaq və xammal istehlakı məh-
sullarının çoxaldılmasına nail olmalı, istehsal sahələrin ehti-
yacları üçün ayrılan məhsullardan səmərəli istifadə həyata
keçirilməlidir. Respublika üzrə, habelə ayrı-ayrı sahibkarlar
üzrə son məhsul hesablanarkən respublikadan kənara, bir
bölgədən digər bölgəyə emal edilmək üçün göndərilən və başqa
məqsədlərə istehlak olunan məhsullar son məhsula daxil
edilməli, kənardan gətirilən və emal edilən məhsullar isə son
məhsulun tərkibindən çıxarılmalıdır. Bu son məhsulun düzgün
hesablanması və müəssisənin fəaliyyətinin düzgün
qiymətləndirilməsi üçün olduqca vacibdir.
Aqrar sferada son məhsul istehsalının həcminin artırıl-
ması və onun dəyərinin yüksəldilməsi də mühüm vəzifə kimi
qarşıda durur. Bu istehsal olunan məhsulların həcminin çoxal-
dılması və keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı məh-
sulların dəyərinin müəyyən edilməsində istifadə olunan qiy-
mətlərin səviyyəsindən asılıdır. Bir qayda olaraq son məhsulun
dəyəri müəyyən edilərkən faktiki qiymətlərdən istifadə olunur.
Aqrar sferada son məhsulun dəyərinə aşağıdakılar
daxildir:
- kənd təsərrüfatı sahələrində yaradılan xalis məhsul;
- kənd təsərrüfatı xammalının emalından alınan xalis
məhsul;
- kənd təsərrüfatı və emal sənayesi sahələrinin məhsul-
larının satışı ilə məşğul olan müvafiq sahələrinin xalis məhsulu;
- sənaye mənşəli əsas fondların amortizasiya ayırmaları;
393
- aqrar sferaya xidmət göstərən sahələrdə hazırlanan
xammal və materiallar;
- əsas fondların dəyəri.
Respublikanın ayrı-ayrı regionlarında aqrar sahibkarlıq
formalarının son məhsulunun dinamikası və quruluşunun təhli-
lindən aydın olur ki, onun tərkibində emal və satışla məşğul
olan sahələrin tutduğu xüsusi çəki yüksək olmaqla ardıcıl
olaraq artır, kənd təsərrüfatında yaradılan xalis məhsulun
xüsusi çəkisi aşağı olmaqla azalmağa meyl edir. Bu istehsal
olunan xammalın daha çox emaldan keçirilməsi və satışının
yüksəlməsi ilə əlaqədardır.
Aqrar sahibkarların fəaliyyətinin qiymətləndirilməsində
əldə edilən xalis məhsul göstəricisi mühüm əhəmiyyətə
malikdir. Xalis məhsulu son məsulun dəyərindən amortizasiya
ayırmalarını və sənaye mənşəli xammal və materialların
dəyərini çıxdıqdan sonra qalan hissəyə deyilir. Xalis məhsulun
səviyyəsi istehsal olunan son məhsulun artımı ilə yanaşı
amortizasiya ayırmalarının azalmasından və məhsul istehsalı
prosesində istifadə olunan sənaye mənşəli xammal və mate-
rialların, yanacağın, sürtgü materiallarının ehtiyat hissələrinin,
inventarların və s. xüsusi çəkisinin aşağı düşməsindən asılıdır.
Lakin təcrübə göstərir ki, hələlik bu sahədə ciddi
çatışmamazlıqlar mövcuddur və nöqsanlara yol verilir. Belə ki,
əksər xüsusi təsərrüfatlarda məhsul istehsalının artım sürəti
aşağıdır, mövcud imkanlardan az həcmdə son məhsul əldə
edilir, son məhsulun tərkibində amortizasiya ayırmalarının,
sənaye mənşəli xammal və materialların xüsusi çəkisi isə
yüksəkdir. Çünki amortizasiya ayırmaları düzgün aparılmır,
mövcud normativlərə əməl edilmir, həmin normativlər də
müasir dövrün tələblərinə uyğun deyildir. İstehsal prosesi üçün
tələb olunan maddi-texniki resurslardan səmərəli istifadəyə nail
olunmur.
Qeyd etmək lazımdır ki, aqrar sahibkarlıq şəraitində xalis
məhsulun əldə edilməsinin yeganə mənbəyi kənd təsərrüfatıdır.
394
Deməli, xalis məhsulun artırılması və iqtisadi yüksəlişin təmin
edilməsi üçün kənd təsərrüfatı istehsalının intensiv inkişafı
həyata keçirilməli, istehsal-iqtisadi əlaqələr təkmilləşdirilməli,
maddi marağı düzgün təşkilinə nail olunmalıdır.
Eyni zamanda göstərmək lazımdır ki, xalis məhsulun
artırılması ehtiyatlan bir çox hallarda kənd təsərrüfatından
kənarda da mövcud olur. Belə ki, hazırda kənd təsərrüfatı məh-
sulları istehsalını artırmaq və keyfiyyətini yüksəltməklə yanaşı,
onların istehlak xassələrinin mühafizə olunaraq saxlanılması da
böyük xalq təsərrüfatı əhəmiyyətli problem kimi qarşıda durur.
Nəzərə almaq lazımdır ki, əksər bölgələrdə kənd təsərrüfatında
istehsal olunan ərzaq və digər məhsulların istehlakçılara çat-
dırılması prosesində itkilərə yol verilir, məhsulların təbii key-
fiyyətini saxlamaq mümkün olmur. Bu da yüksək keyfiyyətli və
əhalinin tələbatına uyğun olan son məhsul istehsalına şərait
yaratmır, ölkənin sosial-iqtisadi yüksəlişinin ləngiməsinə səbəb
olur.
Təcrübə göstərir ki, sahibkarlar və digər təsərrüfatçılıq
formaları tərəfindən istehsal olunan məhsulların yığılması,
daşınması, saxlanılması, emalı, satışı zamanı buraxılan itkilərin
azaldılması və keyfiyyətin aşağı düşməsinin qarşısının alınması
xammal və xüsusilə ərzaq ehtiyatının möhkəmləndirilməsində
həlledici əhəmiyyətə malikdir. Hesablamalardan aydın olur ki,
kənd təsərrüfatı xammalının istehlakçılara qaytarılması
prosesində itkilərin həcmi ayrı-ayrı məhsullar üzrə 20-30%-ə
çatır, məhsul vahidinin əmək və vəsait sərfi də bir o qədər artır.
Kənd təsərrüfatı xammalı itkisinin çoxalması və keyfiy-
yətin aşağı düşməsi bir sıra texniki-texnoloji və təşkilati amil-
lərdə bağlıdır. Belə ki, əksər xüsusi təsərrüfatların və sahibkar-
ların kənd təsərrüfatı xammalını saxlamaq üçün anbarları yox-
dur, məhsulların vaxtında daşınmasını təmin edəcək nəqliyyat
vasitələri çatışmır. Emal müəssisələrinin çoxu xammal istehsalı
bazarından uzaqda fəaliyyət göstərir və onların əksəriyyəti tələb
olunan infrastruktura malik deyildir, müasir texnika ilə təmin
395
olunmamışdır. Bütün bunlar itkilərin qarşısının alınmasına
şərait yaratmır.
Ümumiyyətlə, aqrar sferada xammalının və son məhsul-
larının daşınması, saxlanılması, emalı və satışı ilə məşğul olan
sahələrinin, müəssisə, təşkilat və sahibkarların bu istiqamətlə
fəaliyyət göstərən bölmələrinin, habelə müvafiq xidmət
müəssisələrinin imkanları, maddi-texniki bazası müasir elmi-
texniki tərəqqinin nailiyyətlərinə və bazar münasibətlərinin
tələblərinə tam cavab vermir. Bunların nəticəsidir ki, itkilərə
yol verilir və iqtisadi səmərəliliyin yüksəldilməsinə nail
olunmur.
Beləliklə, aqrar sferada son məhsul istehsalının artırılması
üçün onun bütün mərhələlərində yüksək nəticələrə nail
olunmasına dair kompleks tədbirlər həyata keçirilməli texniki,
texnoloji, təşkilati və iqtisadi amillər bazar iqtisadiyyatının
tələblərinə uyğunlaşdırılmalıdır.
5. Aqrar sferada istehsalın səmərəliliyinin
yüksəldilməsini xarakterizə edən amillər
Bazar münasibətlərinin formalaşması və ölkənin
regionlarının sosial-iqtisadi inkişafının sürətlənməsi nəticəsində
aqrar sferada köklü dəyişikliklə baş vermişdir. Bunların nəticə-
sində yeni iqtisadi münasibətlərin formalaşması, istehsalın
idarə edilməsi, strukturu və təşkilinin bazar münasibətlərinə
uyğun təkmilləşdirilməsi, çoxcəhətli sosial-iqtisadi vəzifələrin
həlli istehsalın səmərəliliyini yüksəldilməsi ilə əlaqədardır.
Məhsul istehsal etmək, xalqın həyat səviyyəsini yüksəltmək
üçün müəyyən miqdarda əmək və vəsait sərfi tələb olunur.
Bunların kəmiyyət və keyfiyyəti yüksək nəticələrə nail olmağa
təminat verir.
Məlum olduğu kimi aqrar sferada məhsul istehsalının
artımı və iqtisadi səmərəliliyin yüksəldilməsi müxtəlif
şərtlərdən və amillərdən asılıdır. Bu şərt və amillər tələbatın
396
ödənilməsi yolları və istehsal üçün seçilən maddiləşmiş və canlı
əmək sərfi, istehlak tələbatının ödənilməsi dərəcəsi ilə şərtlənir.
Bu o deməkdir ki, müəyyən xərclər və məsrəflər daxilində
tələbat maksimum səviyyədə ödənilməlidir. Bunun üçün səmə-
rəliliyin həm kəmiyyət göstəricilərindən, həm də dəyər
göstəricilərindən istifadə edilir.
Əmək məsarifinin azalması nəticə göstəricisinə təsir
göstərir. Məhsul istehsalın çəkilən xərclər maya; dəyəri
göstəricisinə daxil olduğundan maddiləşmiş əmək məsrəflərini
əks etdirir. Ona görə də əmək məhsuldarlığı, fond tutumu,
material tutumu, rentabellik göstəricisi ayn-ayrılıqda mühüm
əhəmiyyət kəsb etsələr də, ümumi səmərəlilik göstəricisini tam
səciyyələndirmir.
Ona görə də dəyər ifadəsində iqtisadi səmərəlilik göstəri-
ciləri hesablanarkən nəzərə alınmalıdır ki, istehsal sahəsi
(bitkiçilik, heyvandarlıq və s.) və obyektindən (bina üzümlük,
texnika və s.) asılı olaraq səmərəlilik göstəricisinin xarakteri də
müxtəlif olacaqdır.
Kənd təsərrüfatında istehsal fondlarının səmərəliliyini
ölçmək üçün illik xalis gəlirin həcminin əsaslı vəsait qoyu-
luşuna nisbəti kimi qiymətləndirilir. Beləliklə, yeni iqtisadi
münasibətlərin formalaşdırıldığı şəraitdə səmərəlilik göstəri-
cisini elmi-nəzəri bah xımdan araşdırmaq, onu sistemləşdirmək
və dəqiqləşdirmək tələb olunur. Bununla əlaqədar iqtisadçı
alimlərin elmi baxışlarına nəzər salınmasını və ümumiləş-
dirməyi məqsədəuyğun hesab edirik.
Bununla əlaqədar olaraq aqrar sferanın inkişafına dair
tədbirlər müəyyən edilərkən geniş istifadə olunan səmərə və
səmərəlilik anlayışları mahiyyəti və onların ümumi və xüsusi
xarakterini nəzərdən keçirməyə ehtiyac vardır.
Məlumdur ki, səmərə - əldə edilən nəticədir. Səmərəlilik -
səmərənin ölçüsüdür. İqtisadi səmərəlilik meyarı kimi əmək
məhsuldarlığının səviyyəsi götürülür.
397
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı və müstəqil
təsərrüfatçılıq şəraitində əmək məhsuldarlığının səviyyəsini
səmərəlilik meyarı kimi götürmək elmi və praktiki baxımdan
əsas meyar kimi qəbul edilməsi məqsədəuyğun deyildir. Çünki,
mühüm iqtisadi göstərici olsa da əmək məhsuldarlığı maddi
istehsal sahəsində canlı əməyin səmərəlilik dərəcəsidir və onun
səviyyəsinin müəyyən edilməsi onun kəmiyyət amillərini
nəzərə alsa da son nəticəsinin gəlirliyini ümumiləşdirmir.
İşçilərin sayının ixtisarı və ya qənaət hesabına əldə edilən
əmək məhsuldarlığı səmərəliliyi səciyyələndirmir. Bunun həm
də indiki iqtisadi münasibətlərin formalaşdırıldığı şəraitdə
mahiyyəti sahibkar üçün əhəmiyyət kəsb etmir. Sahibkarı iq-
tisadi səmərəlilik meyarı kimi onun son gəliri mənfəətin kəmiy-
yəti maraqlandırır. Bu mənada belə hesab edirik ki, konkret
sahə xüsusiyyətləri ilə əlaqədar səmərəliliyin göstəriciləri elmi
tədqiqatla dəqiqləşdirilə bilər.
Bəzi iqtisadçılar səmərəlilik göstəricisi kimi əmək
məhsuldarlığı və əməkhaqqı; maya dəyəri; fondverimi; bir
manatlıq istehsal fonduna ümumi və xalis gəlirin həcmi kimi
göstəricilərdən; min nəfər orta illik işçiyə qarışıq yem istehsalı;
bir ton qarışıq yem istehsalına elektrik enerjisi məsarifi və s.
kimi göstəricilərdən istifadə etməyi təklif edirlər.
Bazar münasibətlərinin müasir inkişafı və aqrar
sahibkarlıq fəaliyyətinin sürətləndiyi hazırkı dövrdə aqrar
sferada iqtisadi səmərəlilik göstəricisini iki aspektdə tədqiq
etmək elmi baxımdan daha düzgün olardı. Birinci növbədə,
istehsalın nəticələrini özündə əks etdirən ümumiləşdirici yekun
göstəricilərə - ümumi gəlir, xalis gəlir və mənfəət göstəricilə-
rinə ayıraraq tədqiq edilməsi elmi metodiki baxımdan düzgün
hesab edilir. Ona görə də tədqiqatlarda bu vacib amil nəzərə
alınmalı, ümumiləşdirici - yekun göstəriciləri ilə sahə gös-
təriciləri ayrı-ayrı xüsusi göstəricilər qarışdırılmamalıdır.
İqtisadi ədəbiyyatda ümumi daxili məhsulun maddi
istehsal sahələrində məşğul olan işçilərin sayına nisbəti-ictimai
398
əmək məhsuldarlığını səmərəlilik meyarı kimi qəbul edilməsi
təklif olunur. Sahə və müəssisə səviyyəsində isə ümumi daxili
məhsulun əvəzinə onun analoqu olan mənfəət göstəricisindən
istifadə edilməsini məqsədəuyğun hesab edilir. bu zaman isteh-
salın iqtisadi göstəriciləri müəyyən edilərkən iki qrup gös-
təricilərdən - bütün istehsal sahələri üçün xarakterik gös-
təricilərdən və ayrı-ayrı sahələrin spesifik xüsusiyyətlərini əks
etdirən xüsusi göstəricilərdən istifadə olunması təklif edilir.
Bunlarla yanaşı iqtisadi ədəbiyyatda hər 100 hektar
sahəsindən götürülən ümumi və əmtəəlik məhsulun dəyərinin,
hər hektardan məhsuldarlığın istehsal xərcləri vahidinə görə
əldə edilən mənfəətin kənd təsərrüfatı məhsulları istehsalının
ümumi səmərəliliyini xarakterizə edən göstərici kimi qəbul
edilməsi də təklif olunur.
Qeyd etmək lazımdır ki, mənfəət mühüm iqtisadi kate-
qoriya olmaqla istehsalın səmərəliliyini əks etdirən göstə-
ricilərindən biridir. Mənfəətin artması təkrar istehsalın geniş-
lənməsi və istehsalçının marağının və rifahının yüksəldil-
məsinin mühüm mənbəyi, tələbatın ödənilməsi vasitəsidir.
Mənfəət göstəricisini elmi cəhətdən öyrənmədən isteh-
salın rentabelliyinin, vəsait qoyuluşunun, təsərrüfat fəaliyyə-
tinin nəticələrinin səmərəliliyini düzgün müəyyən etmək
mümkün deyildir. Təsərrüfat təcrübəsində mənfəət reallaşmış
məhsuldan əldə edilən pul ilə onun istehsalına çəkilən xərclər
arasındakı fərqdir.
Məlum olduğu kimi kənd təsərrüfatı məhsullarının bir
hissəsi saxlanıb sonrakı ildə satıldığı üçün real mənfəətin həcmi
hesabat dövründə düzgün müəyyən edilmir. Ona görə də
istehsalçıların mənfəətinin həcmini hesabat ili üçün müəyyən
etmək düzgün deyildir. Mənfəətin tərkibinə təsir edən xidmətlər
üçün vəsait, ödəmə və cərimələr, kreditə görə faizlər, vergilər,
sığorta ayırmaları və s. mənfəət hesablanılarkən nəzərə alınmır.
Odur ki, məhsul istehsalçılarının fəaliyyətinin mənfəətli olub-
olmamasını, müvafiq hesablamaları proqnozlaşdırmaqla müəy-
399
yən etmək mümkündür. Beləliklə aqrar sferada reallaşdırılan
məhsuldan alınan pul gəliri ilə onun tam maya dəyəri (vergi və
ödəmələr nəzərə alınmaqla) arasındakı fərqi mənfəət kimi
qiymətləndirmək daha düzgündür.
Məlum olduğu kimi aqrar sferada fəaliyyət göstərən
təsərrüfatçılıq formaları istehsal etdiyi məhsulların müəyyən
hissəsindən toxum, yem, ərzaq və s. kimi istehlak edir, onları
satışa çıxarmır. Ancaq ümumi məhsulun dəyəri müəyyən edi-
lərkən təsərrüfatlar tərəfindən öz istehsalına yönəldilən məh-
sullar nəzərə alınır və istehsalçıların ümumi gəliri və xalis gəliri
müəyyən edilir. Aqrar sferada səmərəlilik baxımından bu
göstəricilərin müəyyən edilməsi, istehsalçı aqrar sahibkarlığın
fəaliyyətinin səmərəliliyini düzgün xarakterizə edir. Gəlirlərin
əmələ gəlməsi xüsusiyyətləri və səciyyəvi cəhətləri istehsalın
istiqaməti və xarakterindən irəli gəlir. Ona görə də regionlar
üzrə istehsalın səmərəlilik göstəriciləri fərqlənir.
Məlumdur ki, rentabellik istehsalın iqtisadi səmərəliliyini
əks etdirən başlıca göstəricilərindən biridir. Rentabellik iqtisadi
səmərəliliyin başqa göstəricilərinə nisbətən ümumiləşdirici
xarakter daşıyır. Rentabellik səviyyəsini hesablamaq üçün xalis
gəlirin həcmini düzgün müəyyən etmək olduqca vacibdir. Sahə
vahidi hesabına kənd təsərrüfatı məhsulları istehsalı artdıqca
ümumi məhsul, ümumi və xalis gəlir çoxalır, bunlar isə
səmərəliliyin yüksəldilməsi ilə səciyyələnir. Səmərəliliyi daha
düzgün xarakterizə etmək üçün ümumi və xalis gəlirin istehsal
məsariflərinə nisbəti müəyyən edilir.
Qeyd etmək lazımdır ki, aqrar sferada iqtisadi səmərəliliyi
xarakterizə etmək üçün bir çox iqtisadi göstəricilərdən istifadə
edilir. Məlumdur ki, digər göstəricilər, məsələn məhsuldarlıq,
material məsariflərinə qənaət, əmək məhsuldarlığı, istehsalın
ixtisaslaşması, intensivlik dərəcəsi, qabaqcıl təcrübə və elmi
nailiyyətlərindən istifadə, qiymət, keyfiyyət, əsas və dövriyyə
fondundan istifadə, əməyin və istehsalın təşkili, stimullaşdırma;
təchizat və s. istehsal-iqtisadi göstəricilər öz əksini son nəticədə
400
istehsalın səmərəliliyinin təminində mühüm əhəmiyyətə
malikdir.
Bazar münasibətlərinin müasir inkişafı şəraitində aqrar
sferada fəaliyyət göstərən sahibkarlığın formalarında iqtisadi
səmərəliliyi xarakterizə edən göstəricilərə məhsulun maya
dəyərini, məhsul vahidinin satınalma qiymətini, rentabelliyi,
fondverimini, fondtutumunu, material tutumunu, torpaqların
hər hektarı hesabı ilə əldə edilən ümumi məhsulu, ümumi
gəliri, təsərrüfat hesablı gəliri, xalis gəliri, təsərrüfatın malik
olduğu istehsal ehtiyatlarının hər bir və yüz manatı hesabı ilə
əldə edilən ümumi məhsulu, ümumi gəliri, təsərrüfat hesablı
gəliri və xalis gəliri aid etmək olar.
Bütün bunlarla yanaşı aqrar sferada iqtisadi səmərəliliyə
habelə torpaq sahəsi vahidinə düşən ümumi məhsul, ümumi
gəlir, mənfəət, o cümlədən əkin sahəsi, vahidinə görə əldə
edilən ümumi məhsul, ümumi gəlir, xalis gəlir, mənfəət
göstəricilərindən də istifadə olunur. Bunlar əsasən torpaqlardan
istifadənin iqtisadi səmərəliliyini xarakterizə edən göstərici-
lərdir. Bununla yanaşı kənd təsərrüfatında iqtisadi səmərəliliyin
sahə göstəricilərindən də istifadə olunur. Belə ki, aqrar sferada
istehsalın elmi əsaslarda ixtisaslaşması və yerləşdirilməsi,
istehsalın intensivləşməsi iqtisadi səmərəliliyi müəyyən edən ən
mühüm meyar göstəricisindən biridir. Kənd təsərrüfatının ixti-
saslaşmasının səmərəliliyini müəyyən etmək üçün hər 100
hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinə, 1000 manatlıq
əsas və dövriyyə fondlarına, 1000 manatlıq illik istehsal mə-
sariflərinə, orta illik bir işçiyə düşən ümumi və əmtəəlik
məhsulun dəyəri ümumi və xalis gəlir, mənfəət göstəricisindən
də istifadə edilir.
İqtisadi ədəbiyyatda aqrar sferada istehsalın səmərəlilik
göstəricisinə mənfəət, rentabellik, əmək məhsuldarlığı, maya
dəyəri, fondverimi göstəricilərinin daxil edilməsinin nöqsanlı
olduğu göstərilir, resurs potensialının təminatının ümumi gəlirə
401
nisbətini səmərəliliyi müəyyən edən metod kimi qəbul edilməsi
təklif olunur.
Qeyd etmək lazımdır ki, resurs potensialından istifadəni
səmərəlilik göstəricisi kimi xarakterizə etmək elmi baxımdan
düzgün deyildir. Ona görə ki, resurs potensialından səmərəli
istifadənin özü həmin potensialın tərkibinə daxil olan istehsal,
əmək, maliyyə potensialının ayrılıqda həcmi və quruluşundan
çox asılıdır. İkincisi, resurs potensialının hər bir ünsüründən
istifadə səviyyəsi müxtəlif olmaqla nəticə göstəricisinə təsir
edir. Bununla belə resurs potensialından səmərəli istifadə
edilməsi iqtisadi səmərəliliyə təsir edən mühüm amillər olsa da
ayrılıqda səmərəlilik göstəricisi kimi qiymətləndirilməsi
düzgün deyildir.
Bunlarla yanaşı iqtisadçılar tərəfindən bazar münasibətləri
şəraitində istehsalın iqtisadi səmərəliliyinə çox düzgün olmaq
istehsal-iqtisadi, texniki-texnoloji, təşkilati-sosial səmərəlilik
baxımından yanaşılır və onlara təsir amilləri torpaq-iqlim
amillərinə - təşkilati, iqtisadi, hüquqi, texniki, texnoloji, sosial
və bazar amillərinə ayırırlar.
Göstərənlər nəzərə alınaraq qeyd etmək lazımdır ki,
müxtəlif istehsal qurumların formalaşdığı və aqrar sahibkarlığın
inkişafı şəraitində aqrar sferada istehsalın iqtisadi səmərəli-
liyinin qiymətləndirilməsində olduqca çoxlu sayda göstəricidən
istifadə olunur. Bu göstəricilər aşağıdakı formada qruplaş-
dırmaq olar: birincisi, müəssisə və sahibkarlığın istehsal
imkanları; ikincisi, müəssisə və sahibkarlığın inkişafı; üçüncü,
istehsal maliyyə resurslarından istifadə səviyyəsini xarakterizə
edən və dördüncüsü, həmin resurslardan istifadənin iqtisadi
səmərəliliyini xarakterizə edən göstəricilər sistemi. Burada
mənfəət iqtisadi səmərəliliyin meyarı kimi qəbul edilir və
səmərəliliyə təsir göstərən amillər texnoloji, texniki, iqtisadi,
sosial, təşkilati, hüquqi amillərə ayrılır.
Onu da göstərmək lazımdır ki, aqrar sferada sahibkarlığın
inkişafı şəraitində onlarda istehsalın səmərəliliyinə qiymət
402
verərkən əmtəəlik məhsul göstəricilərindən istifadə olunması
labüddür. Belə ki, istehsal-iqtisadi göstəriciləri çox da geniş
olmayan sahibkarlığın fəaliyyətinə əmtəəlik, məhsul göstəricisi
ilə düzgün qiymət vermək mümkündür. Bunu kəndli təsər-
rüfatlarının fəaliyyətlərinin ümumiləşdirilməsi nəticələri və
təcrübədən aydın görmək olar.
Məlumdur ki, kəndli təsərrüfatları istehsal etdiyi məhsu-
lunun birincisi, hamısının öz istehlakı üçün istifadə edir. Misal
üçün müşahidələr və yerlərdə aparılan sorğu göstərir ki, 2-5
hektar taxıl sahəsi olan kəndli təsərrüfatı taxılın hamısını öz
istehlakına sərf edir və toxum üçün saxlayır. Belə təsərrüfatları
əksər rayonlarda xüsusən məhsuldarlığı aşağı olan dağ
rayonlarında müşahidə etmək mümkündür. Şəxsi istehlaka sərf
edilən məhsullara tərəvəzi, meyvəni, digər dənli bitkilər -
noxud çəltik, günəbaxan üzrə, ət, süd istehsalını aid etmək olar.
İkincisi, kəndli təsərrüfatlarında
məhsulun müəyyən
hissəsini 30-50%-ni satışa verən, yəni, öz istehlakına və
əmtəəlik məqsədilə işləyən təsərrüfatlar vardır. Üçüncüsü,
məhsulun 95-100%-ni əmtəəlik məqsədi ilə istehsal edən təsər-
rüfatlar mövcuddur. Misal üçün, pambığın, tütünün, çayın,
taxılın, meyvənin və s. 95-100%-ni əmtəəlik üçün istehsal edən
təsərrüfatlar vardır. Belə halda ümumi mənafe və sahənin
səmərəliliyi baxımından əmtəəlik məhsulun hesablanmasının
əhəmiyyəti böyükdür.
İstehsalçı nə qədər çox məhsul satmağa meyllidirsə,
ehtiyatlardan daha yaxşı istifadəyə və ona görə də səmərəli
fəaliyyətin istiqamətlərini müəyyən etməyə nail olur.
Qeyd etmək lazımdır ki, hazırda inkişaf etmiş ölkələrdə
kəndli təsərrüfatlarının həcmi nəzərə alınmaqla onların
əmtəəlik səviyyəsi mühüm göstərici kimi müəyyən edilir. Ölkə-
mizdə kəndli təsərrüfatlarını müasir inkişafı şəraitində onlarda
istehsal fəaliyyətinin səmərəliliyinə qiymət verilərkən istehsalın
ümumi əmtəəlik səviyyəsi nəzərə alınmalıdır.
403
Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, bazar
münasibətlərinin formalaşdırıldığı şəraitdə kənd təsərrüfatında
iqtisadi səmərəlilik göstəricisi ümumiləşdirici göstəricilərə və
xüsusi sahə göstəricilərinə ayrılmalı və onların hər birinə
qiymət verilməlidir.
Qeyd etmək lazımdır ki, səmərəlilik göstəricisi ümumi və
xüsusi göstəricilərindən ibarət olmaqla həm naturada, həm də
dəyər ifadəsində formalaşır. Ümumi göstəricilər nəticə, xüsusi
sahə göstəriciləri səbəb göstəriciləri kimi xarakterizə edilir.
Səbəb amilləri (göstəriciləri) ilə nəticə amilləri (göstəriciləri)
bir-biri ilə əlaqədardır. Bununla belə səbəb amilləri (gös-
təriciləri) nəticə amillərinə (göstəricilərinə), nəticənin forma-
laşmasına təsir edir. Nəzərə almaq lazımdır ki, ümumi nəticə
amilləri də səbəb amillərinə təsir göstərir. Məsələn gəlirin və ya
mənfəətin çoxalması təkrar istehsala əlverişli zəmin yaradır.
Göstərilənlərlə əlaqədar olaraq səmərəlilik göstəricilərinin
natura və dəyər göstəriciləri aşağıdakı istiqamətə ayrılır:
1) istehsal ehtiyat və imkanlarından istifadəni xarakterizə
edən göstəricilər;
2) maliyyə və maddi-texniki ehtiyatlarından istifadəni
xarakterizə edən göstəricilər;
3) əmək ehtiyatlarından istifadəni xarakterizə edən
göstəricilərə;
4) səmərəliliyin ümumiləşdirici göstəricilər.
Qeyd etmək lazımdır ki, bir sıra səmərəlilik göstəricisinin
ümumi təsərrüfat və metodiki baxımındın müəyyən edilməsi
vacib olsa da bazar münasibətləri şəraitində kəndli təsərrü-
fatlarında bəzi göstəricilərin müəyyənləşdirilməsinə ehtiyac
qalmır. Belə ki, xırda kəndli təsərrüfatlarının həcmi 10-5 hektar
və daha az olan təsərrüfatlar üçün bəzi göstəriciləri müəyyən
etməyə lüzum olmur və onlar öz əhəmiyyətini itirir. Məsələn,
əmək məhsuldarlığı, fondverimi, 100 manatlıq istehsal olunan
məhsula ümumi gəlir, hər nəfərə qarışıq yem istehsalı, məhsul
vahidinə və hektara adam-gün hesabı ilə əmək məsarifi, yem
404
istehsalına elektrik enerjisi məsarifi, 100 hektar torpaq sahəsinə
məhsul istehsalı, kənd təsərrüfatına yararlı torpaq sahəsinə əsas
fondun artımı və s. göstəriciləri müəyyən etməyə ehtiyac
qalmır.
6. Aqrar sferada iqtisadi səmərəliliyin
yüksəldilməsi istiqamətləri
Aqrar sferada sahibkarlığın inkişafının müasir mərhələ-
sində istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi istehsal
xərci, maya dəyəri, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti,
qiymət, məhsuldarlıq və s. amillərlə bağlıdır. Bu amillərin hər
biri istehsalın iqtisadi səmərəliliyinə müxtəlif səviyyədə təsir
göstərir.
Məhsul istehsalının artması və yaxud sərbəst qalması,
qiymətlərin dəyişməz olması, yaxud artması nəticəsində edilən
gəlirlər və rentabellik yüksəlir. Ona görə də istehsal xərcinin
aşağı salınmasına və iqtisadi səmərəliliyin yüksəldilməsinə dair
həyata keçirilən hər bir texnoloji-texniki, təşkilati, sosial-
iqtisadi tədbir təsərrüfat və sahibkarlarda torpaqdan, texnika-
dan, əmək ehtiyatından, maliyyə vəsaitindən daha dolğun isti-
fadəyə şərait yaratmalı, orta illik bir işçi, işlənilmiş bir adam-
saat, bir manat istehsal xərci hesabına daha çox məhsul istehsal
edilməsini və gəlir alınmasını təmin etməlidir.
Materialların təhlili göstərir ki, bir işçi, bir adam-saat, bir
manatlıq əsas fond və istehsal xərci hesabına daha çox ümumi
məhsul istehsal edən və gəlir alan sahibkarlar mövcud istehsal
resurslarından dolğun istifadə edilməsinə nail olur.
Ümumiyyətlə, aqrar sferanın məhsulları istehsalının
iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün başlıca istiqamət
elmi-texniki tərəqqinin nailiyyətlərinin və mütərəqqi texnolo-
giyanın istehsal prosesinə tətbiqi əsasında sahənin hərtərəfli
intensivləşdirilməsidir.
405
Müasir şəraitdə aqrar sferanın intensivləşdirilməsi torpaq-
dan, texnikadan, gübrələrdən, enerji mənbəlilərindən, suvarma
sularından, yemlərdən və s. səmərəli istifadə edilməsini aqrar
sferanın bütün fəaliyyətində səmərəli iqtisadi əlaqələrin, əmə-
yin təşkilinin və maddi maraq prinsiplərinin təkmilləşdiril-
məsini və s. nəzərdə tutur.
İntensivləşmə məhsul istehsalının artırılmasının başlıca
istiqaməti kimi öz təbiəti etibarilə əsaslı vəsait qoyuluşunun
artması ilə bağlı olduğu üçün, onun həyata keçməsindən ötrü
birinci dərəcəli vəzifə qənaət rejiminə əməl olunmasına şərait
yaratmaqdır. Əks təqdirdə «istehsal hesabına istehsal» prinsipi
tədriclə özünə aqrar sferada daha çox yer etməklə, iqtisadi
səmərəliliyin aşağı düşməsinə səbəb olur.
Qənaət rejimi əsasən elmi-texniki tərəqqinin nailiyyət-
lərini tətbiq edərək əmək məhsuldarlığını yüksəltmək hesabına
məsrəflərin ödənilməsini sürətləndirmək yolu ilə həyata keçi-
rilməlidir. Vəsait qoyuluşunun səmərəliliyini yüksəltmək üçün
daha əhəmiyyətli və məqsədəuyğun sahələr göstərirlər. Deməli
aqrar sahibkarlar istehsal xərcinin aşağı salınması və gəlirlərin
artırılması üçün ilk növbədə maddi maraq təmin etməlidirlər.
Çünki sahibkarlıq şəraitində yüksək istehsal-iqtisadi nəticələr
üçün hər bir işçi maddi cəhətdən maraqlıdır. Aqrar sahibkarlıq
əsasən ailələrdən və kiçik sayda işçilərdən ibarət olaraq for-
malaşdığına görə onun inkişafı hər bir üzvünün fəaliyyətindən
asılıdır. Təsərrüfat üzvləri isə daha az əmək və vəsait sərf
etmək və daha çox gəlir almaq üçün maraqlıdırlar.
Lakin buna baxmayaraq hələlik əksər regionlarda sa-
hibkarlıq fəaliyyəti üçün heç də geniş imkanlar yaradılma-
mışdır. İqtisadi mexanizmin müasir vəziyyəti məhsul isteh-
salının artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsi üçün
maddi marağı tam təmin etmir. Belə ki, sahibkarlar istehsal
etdiyi məhsulların hamısını sərbəst sata bilmir, maddi-texniki
resurslarla təchizatda ciddi nöqsanlar vardır, istehsal-sosial
406
infrastruktur düzgün formalaşdırılmır və kəndin sosial inkişafı
təmin edilir.
Bununla yanaşı istehsal-iqtisadi əlaqələrin formalaşdırıl-
masında bank-maliyyə sisteminin təkmilləşdirilməsində, ida-
rəetmə strukturunun yenidən qurulmasında ciddi nöqsanlar
vardır, dövlətin sahibkarlara iqtisadi himayə göstərmək imkan-
ları məhduddur. Bütün bunlar aqrar bazarda tələb-təklifin po-
zulmasına, əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilmə-
sinə imkan vermir.
Qeyd edilənlər nəzərə alınaraq aqrar sahibkarlıq şəraitində
istehsalın iqtisadi səmərəliliyini xarakterizə edən amillərin
düzgün müəyyənləşdirilməsinin böyük nəzəri və praktiki
əhəmiyyəti vardır. İqtisadi ədəbiyyatdan aydın olur ki,
sahibkarlıq şəraitində istehsalın iqtisadi səmərəliliyinə əsasən
təbii, bazar, texnoloji-iqtisadi, təşkilati-idarəetmə, sosial amillər
kompleksi təsir göstərir.
Təbii amillərə torpağın münbitliyi, relyefi, quruluşu, su
ilə təminatı. havanın temperaturu və s.; bazar amillərinə tələb-
təklif, qiymət, keyfiyyət məsələləri; texnoloji amillərə bitkiçilik
və heyvandarlıq məhsulları istehsalının texnologiyası; iqtisadi
amillərə qiymət, maliyyə-kredit, vergi, maddi maraq, əmək
məhsuldarlığı və s.; təşkilati-idarəetmə amillərinə istehsalın
idarəetmə forma və prinsipləri və sosial amillərə isə əhalinin
sosial müdafiəsi, kəndin sosial inkişafı və s. daxildir.
Bu amillər kompleksi kənd təsərrüfatı məhsulları isteh-
salının artırılmasına, məhsul vahidi hesabına əmək və vəsait
sərfinin aşağı salınmasına, əmək məhsuldarlığının yüksəldil-
məsinə şərait yaradır. Ona görə də bütün təsərrüfatçılıq for-
malarında torpaq vahidi, bir işçi, bir adam-saat bir manatlıq
əsas fond və istehsal xərci hesabına daha çox gəlir alınır və iq-
tisadi səmərəlilik yüksəlir.
Beləliklə aqrar sahibkarlıq şəraitində istehsalın iqtisadi
səmərəliliyinə təsir göstərən amillər kompleksi bir-birilə
qarşılıqlı əlaqə və asılılığa malikdir. Bu və ya digər amilin
407
istehsalın inkişafına və iqtisadi səmərəliliyin yüksəldilməsinə
göstərdiyi təsir digər amillərin də təsir səviyyəsinin artıb-azal-
masına səbəb olur. Məsələn, təbii amillər kompleksinə daxil
olan torpağın münbitliyi, suvarılması, havanın temperaturu əl-
verişli olmadığı halda məhsul istehsalı azalır, baza amilinə
daxil olan tələb-təklif və qiymət amillərinin rolunun aşağı
düşməsinə səbəb olur. Digər amillər də bir-birilə sıx əlaqəyə
malikdir. Deməli, aqrar sahibkarlıq şəraitində məhsul isteh-
salının artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsi üçün
qeyd edilən amillər kompleksi nəzərə alınmalıdır.
Konkret şəraitdən asılı olaraq bəzi təsərrüfatlarda və
sahibkarlıq formalarında əsaslı vəsait qoyuluşundan səmərəli
istifadə etmək üçün torpaqların münbitliyinin artırılması və
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə,
digər təsərrüfatlarda xidmət sahələrinin genişləndirilməsinə, ya
da sosial obyektlərin inkişaf etdirilməsinə və s. üstünlük verilir.
Məsələn, iqtisadçıların son illərdəki hesablamaları göstərir ki,
ölkə üzrə orta hesabla əsaslı vəsaiti məhsulun saxlanmasına və
emalına sərf etmək, onu kənd təsərrüfatı məhsulları istehsalının
artımına sərf etməkdən dəfələrlə səmərəlidir.
Bazar münasibətlərinin inkişafı şəraitində elmi-texniki
tərəqqinin nailiyyətlərinin aqrar sferada tətbiqi, istehsal proses-
lərinin hərtərəfli intensivləşdirilməsi məhsuldar qüvvələrin
inkişafına səbəb olur. Məhsuldar qüvvələrin inkişafı isə konkret
şəraitdə müəyyən istehsal münasibətlərinə uyğun gələn təşkilat
formasının və idarə aparatının fəaliyyət göstərməsini tələb edir.
Lakin hazırkı dövr daha səmərəli hesab edilən təsərrüfat -
təşkilat formaları, onlar arasında olan iqtisadi münasibətlər
ümumiyyətlə, təsərrüfat mexanizmi və ya onun ayrı-ayrı kom-
pleksləri gələcəkdə ümumi inkişafı və istehsalın səmərəliyini
ləngidə bilər. Ona görə də istehsalın iqtisadi səmərəliliyinin
yüksəldilməsinin vacib məsələlərindən biri kənd təsərrüfatının
xalq təsərrüfatının digər sahələri ilə iqtisadi münasibətlərinin və
408
bütünlükdə aqrar sferanın təsərrüfat mexanizminin təkmilləş-
dirilməsidir.
Uzun illərdən bəri yaranmış iqtisadi münasibətlər aqrar
sferanı bir qayda olaraq digər xalq təsərrüfatı sahələrindən asılı
vəziyyətə salmış, iqtisadi münasibətlər əslində büdcə münasi-
bətləri ilə əvəz olunmuş, maddi və mənəvi marağın pozulması
kəndin sosial inkişafının ləngiməsinə, infrastrukturun zəiflə-
məsi itkilərin artmasına və s. səbəb olmuşdur. Nəticədə kənd
təsərrüfatı məhsullarının toplanması, daşınması, saxlanması və
emalı mərhələlərində itkilər xeyli artmışdır. Belə itkilər bəzi sa-
hələrdə hətta 40%-ə çatmışdır. İtkiləri azaltmaq məqsədilə inte-
qrasiya olunan sahələrarası əlaqələrin təkmilləşdirilməsi müasir
dövrdə mühüm vəzifə kimi qarşıda durur.
Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi
mexanizmin təkmilləşdirilməsi yolu ilə aqrar sferada iqtisadi
səmərəliliyin yüksəldilməsinin başlıca istiqamətlərindən biri də
məhsul istehsalı ilə məşğul olan xüsusi təsərrüfat və sahibkar-
ların imkanlarını genişləndirməklə onların müstəqilliyinin artı-
rılmasıdır. Bunların nəticəsində təsərrüfatçılıq mexanizminin
inkişafına elə bir dinamik istiqamət vermək tələb olunur ki, bu
üstünlüklərdən bacarıqla istifadə etməyə imkan yaratsın.
Təsərrüfatlarda çoxdan bəri özünə yer etmiş ələbaxımlılıq
meyli iqtisadi sərbəstliyi pozmuş, onun rolunu əslində heçə
endirmişdir. İqtisadi sərbəstlik rejiminə əməl etmək üçün ölkə-
mizdə ASK sisteminə daxil olan müəssisə və təşkilatların əv-
vəlcə öz xərcini ödəmə və təsərrüfat hesabı prinsipinə, daha
sonra isə tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə reji-
mində işləməyə keçirilməsinə dair rəsmi sənədlər və aktlar,
alternativ xarakterli konsepsiyalar onların qarşısında səmərəli
fəaliyyət göstərmək üçün konkret vəzifələr qoymuşdur.
İqtisadi səmərəliliyin yüksəldilməsinin mühüm istiqamət-
lərindən biri də kənd təsərrüfatının normativ bazasının yaxşılaş-
dırılmasıdır. Kənd təsərrüfatı müəssisəsi əldə etdiyi mənfəəti
müvafiq normativlərdən istifadə əsasında bölüşdürür. Təsərrü-
409
fat hesablı gəlir kimi qalan hissə bilavasitə təsərrüfatın sosial-
iqtisadi inkişafına, işçilərin maddi həvəsləndirilməsinə sərf olu-
nur. Mənfəətin təsərrüfat sərəncamında qalan hissəsinin dövlətə
ayrılan məbləğ hesabına artırılması və ya əksinə, azaldılması
xalq təsərrüfatı miqyasında təsərrüfat hesabı münasibətlərinin
pozulması kimi başa düşülməlidir. Normativ bazanın yaxşılaş-
dırılması dövlət ilə kənd təsərrüfatı müəssisəsi arasında hər iki
tərəfin mənafeyini əlaqələndirən iqtisadi münasibətlərin nizam-
lanması kimi anlaşılmalıdır.
İqtisadi səmərəliliyin yüksəldilməsinə təsir edən kom-
pleks tədbirlər sisteminə maya dəyərini aşağı salan amillər də
aiddir. Məhz maya dəyərini aşağı salmaq yolu ilə səmərəliliyin
artırılması ən perspektivli və sərfəli istiqamətdir. Çünki maya
dəyərini aşağı saldıqda məhsul vahidi istehsalına material və
əmək sərfi azalır və təsərrüfatların maliyyə imkanları xeyli
artır. Maya dəyəri artdıqda isə təsərrüfatın maliyyə imkanları
pisləşir, məhsul vahidi hesabına alınan mənfəət azalır.
Aqrar sferada istehsalın iqtisadi səmərəliliyin yüksəldil-
məsinin mühüm ehtiyat mənbələrindən biri də məhsulların key-
fiyyətinin yaxşılaşdırılmasıdır. Kənd təsərrüfatı məhsullarının
keyfiyyəti onun istehlak xassələrinin məcmusu kimi, istər
cəmiyyətin və istərsə də kollektivin konkret şəraitdən asılı ola-
raq irəli gələn bu və ya digər tələbatının ödənilmə səviyyəsidir.
Məhsulun keyfiyyəti ilə onun istehlakı ödəmək qabiliy-
yəti arasında sıx asılılıq mövcuddur. Çünki keyfiyyətinin yaxşı-
laşması birbaşa məhsulun istehlakı ödəmə səviyyəsinin art-
masını göstərir. Lakin onları eyniləşdirmək də olmaz. Belə ki,
əmtəələrin (məhsulların) insanların bu və ya digər tələbatını
ödəmə səviyyəsi iqtisadiyyatda əmtəələrin istehlak dəyəri ilə
xarakterizə olunur. Deməli, istehlak dəyəri əmtəənin xassələ-
rinin məcmusunu və bu məcmunun insanın tələbatına müna-
sibətini, keyfiyyət isə bu münasibətin hansı xassə əsasında tələ-
bata nə dərəcədə cavab verdiyini əks etdirir.
410
Bir çox hallarda eyni məhsulların istehlak dəyəri tələbatı
müxtəlif dərəcədə ödəmə qabiliyyətinə malikdir. Çünki onlar
öz xassələrinin faydalılığına görə bir-birindən fərqlənir. Mə-
sələn, eyni kütləyə malik olan hər hansı bərk və ya yumşaq
buğdanın kleykovinasının miqdarından, südün yağlılıq, bir sıra
məhsulların şəkərlilik, turşuluq dərəcəsindən və s. asılı olaraq
tələbatı ödəmə dərəcəsi də müxtəlifdir.
Deməli, məhsulların ictimai istehlak dəyəri məhsulun
keyfiyyətini xarakterizə edir. Ona görə də məhsulun keyfiyyəti
anlayışının iqtisadi mahiyyətini araşdırdıqda ona əmtəəşü-
naslıq baxımından deyil, iqtisadi kateqoriya baxımından ya-
naşmaq lazım gəlir. Yuxarıda sadalanan xassələrin çoxu əmtəə-
şünaslar və ya texnoloqlar üçün başlıca rol oynayır, iqtisadçılar
üçün isə həm də onların cəmiyyətin tələbatını nə dərəcədə ödə-
məsi də xüsusi maraq doğurur.
Məsələn, un üyütmək üçün xammal kimi əsasən buğda
lazım olduğuna görə dəyirman işçiləri daha çox buğda ehtiya-
tına malik olmağa çalışır. Cəmiyyət üçün buğdanın tərkibindəki
kleykovinanın, zülalın kəmiyyət göstəricilərinin, onun xammal
kimi qəbul edilərkən nəmlilik və zibillik göstəricilərinin yax-
şılaşdırılması da başlıca əhəmiyyət kəsb edir.
Kənd təsərrüfatı məhsullarının keyfiyyəti yüksəldikcə
onların istehsalının iqtisadi səmərəliliyi artır. Çünki eyni miq-
darda istehsal olunan məhsullardan keyfiyyətcə daha yaxşısı
həm ictimai tələbatı tam ödəyir, həm də əmək məhsuldarlığının
artmasını təmin edir. Emal müəssisələrinə göndərilən daha
keyfiyyətli xammaldan tullantı da az olur.
Ümumiyyətlə, keyfiyyətin yüksəlməsi əlavə xərc çəkmə-
dən məhsul istehsalının artması deməkdir. Ona görə də məh-
sulun keyfiyyətinin yüksəldilməsi cəmiyyətin tələbatının ödə-
nilməsi sahəsində yerinə yetirilməsi çox zəruri olan təd-
birlərdən biridir. Hesablamalar göstərir ki, 3% yağlılığa malik
olan südün hər 1 tonundan 34 kq kərə yağı və ya 83 kq pendir
alınarsa, 4%-i süddən 46 kq yağ və ya 106 kq pendir, 5%-li
411
süddən 60 kq yağ və ya 130 kq pendir alınar. Zülalın 0,1%
aşağı düşməsi 1 ton emal olunan süddə kəsmiyin 5 kq azal-
masına səbəb olur.
Bir sözlə, pambıqçılıqda lif çıxımından, süd istehsalında
yağlılıq dərəcəsindən və zülalın miqdarından və s. digər key-
fiyyət göstəricilərindən təsərrüfatların iqtisadiyyatı birbaşa
asılıdır. Bütün bunlara baxmayaraq, kənd təsərrüfatında istehsal
olunan məhsulların keyfiyyəti əhalinin artmaqda olan tələbatına
hələ cavab vermir.
Keyfiyyət sahəsində buraxılan nöqsanlar təkcə tələbat
baxımından deyil, həmçinin iqtisadi səmərəlilik baxımından da
xalq təsərrüfatına böyük ziyanlar vurur. Keyfiyyətsiz məhsul is-
tehsalı daşınma, saxlanma və tədarüklə bağlı xərclərin artma-
sına şərait yaradır. Məsələn, südün keyfiyyəti aşağı düşdükdə,
yəni yağlılıq dərəcəsi 1% azaldıqda 7,5 ton 4%-li süd əvəzinə,
10 ton 3%-li süd daşımaq lazım gəlir. Bu isə öz növbəsində
nəqliyyat xidməti işlərinin dəyərinin artmasına səbəb olur.
Nəticədə iqtisadiyyata ziyan vurulur. Odur ki, keyfiyyətin yax-
şılaşması hesabına iqtisadi səmərəliliyin artırılmasına hazırda
ölkəmizdə böyük diqqət verilir.
Məsulun keyfiyyəti elmin, texnikanın inkişaf səviyyə-
sindən, bitki və heyvanların potensial imkanlarından (sort, cins,
yem və s. asılı olaraq), xarici mühit amillərindən (torpağın key-
fiyyəti, ərazinin relyefi, ətraf temperatur və s.) və texnoloji pro-
seslərin səmərəli təşkilindən asılıdır.
412
XII FƏSİL. AQRAR İSTEHSAL VƏ MƏŞĞULLUQ
1. Kənd təsərrüfatı istehsalının spesifik xüsusiyyətləri və
məşğulluq
2. Əmək bazarı anlayışı
3. Kənd əmək bazarının formalaşması
4. Əhali məşğulluğunun hüquqi, iqtisadi və təşkilati
təminatı
5. Ərazi məşğulluq proqramının hazırlanmasının təşkili
6. Ərazi məşğulluq proqramının məzmunu
1. Kənd təsərrüfatı istehsalının spesifik
xüsusiyyətləri və məşğulluq
Bütün zamanlarda kənd təsərrüfatı ölkə iqtisadiyyatının
ən mühüm sahələrindən biri olmaqla əhalinin ərzaq, sənayenin
isə xammala olan tələbatının ödənilməsində önəmli rola malik
olmuşdur. Əhalinin istehlak etdiyi gündəlik tələbat məhsul-
larının ¾ hissəsi kənd təsərrüfatı məhsulu olduğundan bu sahə
bilavasitə cəmiyyət üzvlərinin yaşayış səviyyəsini səciyyələn-
dirən maddi-istehsal sferası kimi xarakterizə olunur.
Kənd təsərrüfatı cəmiyyətin həyatında sosial-iqtisadi sə-
ciyyə daşımaqla yanaşı eyni zamanda siyasi və strateji əhə-
miyyətə də malikdir. Aqrar istehsalın sosial-iqtisadi əhəmiyyəti
onun önəmli istehsal sahəsi olmaqla cəmiyyətin ilkin təbii
ehtiyacının ödənilməsində oynadığı rolla şərtlənir.
Hər bir ölkədə ərzaq məhsullarının qıtlığı və istehlak
bazarında kəskin qiymət artımının baş verməsi fonunda cə-
miyyətdə yarana biləcək ziddiyyətlərin vətəndaş sülhünün və
sabitliyin pozulmasına gətirib çıxarması kənd təsərrüfatının
siyasi əhəmiyyətini səciyyələndirir.
Aqrar istehsalın strateji əhəmiyyəti isə onun bilavasitə
dövlətin ərzaq müstəqilliyinin təmin edilməsində əhəmiyyətli,
413
başqa sözlə əvəzedilməz maddi-istehsal sferası kimi çıxış
etməsi ilə səciyyələnir.
İqtisadiyyatın digər sahələrindən fərqli olaraq kənd təsər-
rüfatı özünəməxsus spesifik xüsusiyyətlərə malikdir ki, bu da
son nəticədə ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsinə bilava-
sitə təsir göstərir. Bütün bunları nəzərə alaraq kənd təsərrü-
fatının özünəməxsus xüsusiyyətlərini aşağıdakı kimi xarakte-
rizə etmək olar:
- aqrar istehsalda torpağın əsas istehsal vasitəsi kimi
çıxış etməsi;
- torpaq ehtiyatlarının məhdudluğu və bu baxımdan
kənd təsərrüfatının daha çox intensiv amillərə əsas-
lanması;
- kənd təsərrüfatı istehsalının təbii-iqlim şəraitindən
asılılığı;
- kənd təsərrüfatında gəlirliyin riskli olması;
- kənd təsərrüfatının daxili və xarici rəqabətin əlverişsiz
təzahürlərinə səmərəli müqavimət göstərmək iqti-
darında olmaması.
Bütün bu xüsusiyyətlərə malik olması ilə yanaşı ölkə-
mizdə kənd təsərrüfatının inkişafı üçün lazım olan şəraitin ol-
ması onun hər zaman aqrar yönümdə ixtisaslaşmasını şərtlən-
dirmişdir. Belə ki, əvvəlki təsərrüfatçılıq sistemində ölkədə
kənd təsərrüfatı məhsulları istehsalının yüksək inkişaf tempinə
nail olunmuşdur. Bu zamanlar aqrar sahə dövlət büdcəsindən
davamlı olaraq dotasiyalaşdırılmış, dövlət sifarişi və mərkəz-
ləşdirilmiş maddi-texniki təchizat sistemi vasitəsilə himayə
olunmuşdur.
Keçmiş ittifaqın dağılması fonunda baş verən sosial-iq-
tisadi proseslər göstərir ki, planlı sosialist təsərrüfatı sisteminin
əsasən kolxoz və sovxozlardan ibarət olan aqrar bölməsi kənd
təsərrüfatının potensial imkanlarından, ehtiyatlardan səmərəli
istifadə etməyə imkan vermirdi. Həmin dövrdə mərkəzləşdi-
rilmiş planlaşdırma, inzibati idarəetmə metodları şəxsi
414
təşəbbüslərin qarşısını alırdı. Nəticədə bütün SSRİ məkanında
olduğu kimi Azərbaycanda da iqtisadiyyat, xüsusilə də kənd
təsərrüfatı 1990-cı illərin əvvəllərində uzun sürən böhran və
tənəzzül vəziyyətinə düşmüşdür.
Postsovet dövrünü yaşayan ölkəmizin aqrar bölməsi təbii-
ekoloji, sosial-iqtisadi və texniki-texnoloji səciyyəli problem-
lərlə üzləşmişdir.
Birinci olaraq qeyd etmək lazımdır ki, “ittifaq” dağıldıq-
dan sonra meliorasiya və irriqasiya işlərinə, becərmə texnolo-
giyalarına kifayət qədər vəsaitin ayrılmaması torpaqların şoran-
laşmasına və eroziyasına, su mənbələrinin tükənməsinə, bitki
örtüyünün genofondunun məhv edilməsinə, ətraf mühitin
tullantılarla çirklənməsinə səbəb olmuşdur.
Son illərdə müşahidə olunan istiləşmə və quraqlıq bir sıra
ərazilərdə ənənəvi istehsal sahələrini belə səmərəsiz etmişdir.
Ölkənin əksər hissəsini dağlıq və dağətəyi ərazilər təşkil
etdiyindən, torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi
çətinləşmişdir. Müxtəlif iqlim tiplərinin mövcud olması hər bir
iqlim qurşağı üçün spesifik sort və texnologiyadan istifadə
edilməsini bir vəzifə olaraq qarşıya qoyur.
İkincisi, keçmiş SSRİ bazarlarının itirilməsi, dövlət tərə-
findən məhsul tədarükünün aradan götürülməsi, təchizat, kənd
təsərrüfatı, emal və xidmət müəssisələri arasında iqtisadi əlaqə-
lərin qırılması, bazar münasibətləri prinsiplərinə əsaslanan yeni
ərazi və sahə idarəetmə strukturunun, tələblə-təklifin tarazlığına
əsaslanan qiymət və rəqabət mexanizminin formalaşmaması,
maşın və avadanlıqların mənəvi və fiziki cəhətdən köhnəlməsi
aqrar-sənaye istehsalının bütün mərhələlərində iqtisadi səmərə-
liliyin aşağı düşməsinə, bir çox məhsulların istehsalının zərərlə
başa gəlməsinə, çoxillik əkmələrin (üzümlüklərin, çay sahə-
lərinin və s.) qırılmasına-məhv edilməsinə, əkin sahələrinin
dövriyyədən çıxarılmasına, son nəticədə aqrar sahədə işsizliyin
artımına və məşğulluğun azalmasına, insanların həyat səviy-
yəsinin aşağı düşməsinə səbəb olmuşdur.
415
Üçüncüsü, aqrar istehsalda iqtisadi subyektlərin tədiyyə
qabiliyyətinin aşağı düşməsi yeni texnologiyaların və elmi-
texniki nailiyyətlərin öyrənilməsini və tətbiqini çətinləşdir-
mişdir. Daxili bazarın qorunmaması kənd təsərrüfatı məhsul-
larının istehsalını səmərəsiz etdiyindən istehsalçılar intensiv
texnologiyaları tətbiq etməkdə çətinliklərlə üzləşmişdilər.
Belə şəraitdə ölkədə aqrar islahatların aparılmasının ob-
yektiv zəruriliyi yarandı. Ölkədə aqrar islahatların aparılması
ilə əlaqədar dünyanın bir sıra ölkələrinin təcrübəsi öyrənilmiş
və aqrar sahədə zəruri transformasiya prosesinin həyata keçi-
rilməsi məqsədi ilə hüquqi-normativ baza formalaşdırılmışdır.
İslahatların aparılması nəticəsi olaraq iqtisadiyyatın aqrar
bölməsi tamamilə özəlləşdirilmiş, kənd təsərrüfatı məhsulla-
rının istehsalı azad bazar konyukturunun tələblərinə tabe etdi-
rilmişdir. Kənd təsərrüfatında müxtəlif mülkiyyət mənsu-
biyyətli təsərrüfatçılıq formaları yaranmış, kənddə sahibkarlıq
və azad rəqabət mühitinə əsaslanan çoxukladlı iqtisadiyyat for-
malaşdırılmışdır.
Aqrar islahatların ilkin nəticələri milli iqtisadiyyatda kənd
təsərrüfatının mövcud vəziyyətinə də xeyli təsir göstərmişdir.
Məlum həqiqətdir ki, bu gün də gələcəkdə də kənd təsərrüfatı
kənd əhalisinin məşğulluğunun təmin edilməsində, yaşayış sə-
viyyəsinin yaxşılaşdırılmasında, kənd əhalisinin şəhərlərə axı-
nının qarşısının alınmasında əsas rol oynayır.
Aqrar sahənin maliyyə nəticələri kənd təsərrüfatı məh-
sullarının istehlakçılara çatdırılmasında, ərzaq bazarında məh-
sul satışından formalaşmaqla yanaşı, eyni zamanda emal səna-
yesi ilə aqrar əmtəə istehsalçılarının qarşılıqlı iqtisadi mü-
nasibətləri ilə də bilavasitə bağlıdır. Emal bölməsi kənd təsər-
rüfatı xammalının sənaye əsasında işləməsini, onun hazır məh-
sullara çevrilməsilə bağlı formalaşan istehsal münasibətlərinin
məcmusu kimi səciyyələndirilir. Bu baxımdan kənd təsərrüfatı
məhsulları istehsalı ilə emal sənayesi arasında qarşılıqlı əlaqə
vardır. Belə ki, kənd təsərrüfatının inkişafını emal sənayesi
416
olmadan təsəvvür etmək qeyri-mümkündür. Eyni zamanda
emal sənayesinin inkişafını kənd təsərrüfatı xammalı istehsalı
olmadan təsəvvür etmək də mümkün deyildir.
Hazırda aqrar sahədə istehsal olunan kənd təsərrüfatı
məhsulları (pambıq, tütün, çay, taxıl, üzüm, meyvə-tərəvəz, ət-
süd və s.) emal mərhələsini keçir. Texniki bitkilər isə bütün-
lükdə emal mərhələsində istifadə olunur. KƏnd təsərrüfatı məh-
sulları əsas etibarı ilə ilkin və sonrakı emal mərhələsi keçməklə
eyni zamanda yeyinti və yüngül sənaye üçün xammal bazası
funksiyasını da yerinə yetirir.
Emal sənayesi aqrar sahənin inkişafında mühüm rol oy-
nayan maddi-texniki ehtiyatlarla təchizatın formalaşmasına da
xidmət edir. Belə ki, kənd təsərrüfatı ilə emal sənayesi arasında
inteqrasiya əlaqələri nəticəsində müqavilə şərtlərinə uyğun
olaraq kənd təsərrüfatı məhsulunun dəyərini bir sıra hallarda
pul formasında deyil, natura-texnika formasında əldə edirlər.
Emal sənayesi müəssisələri kənd təsərrüfatının çoxfunksiyalılı-
ğının təmin olunmasında da mühüm rol oynayır. Belə ki, ölkə-
nin regionlarında emal müəssisələrinin varlığı kənd əhalisinin
alternativ məşğulluğunun formalaşmasına bilavasitə təsir
göstərir.
Emal sənayesinin mütərəqqi texnologiyalarla təmin edil-
məsi konkret regionun dünya bazarına rəqabətqabiliyyətli
məhsul çıxarmasını şərtləndirməklə, eyni zamanda milli aqrar
iqtisadiyyatda idxalı əvəzetmə strategiyasının uğurla reallaş-
dırılmasına xidmət edir.
Hazırda ölkənin xam kənd təsərrüfatı mallarını emal edən
və ərzaq istehsal etməklə məşğul olan 1840 müəssisə fəaliyyət
göstərir. Onlardan 1297-si ərzaq məhsullarının, içkilərin və
tütünün emalı, 316-sı parça istehsalı və ipəyirmə, 227-si dəri və
dəri məhsulları emalı ilə məşğul olur. Həmçinin 114 üzümün
ilkin emalı, 16 şərab, 40 konserv, 19 pambıqtəmizləmə və 7
tütün fermentasiya zavodu, 32 ət-süd, 3 yağ-piy müəssisəsi, 14
çayın ilkin emalı və çayçəkmə fabriki vardır. Hal-hazırda bu
417
müəssisələrin xeyli hissəsi özəlləşdirilmiş, müəyyən hissəsi isə
özəlləşdirilmək məqsədilə Dövlət Əmlakının İdarə Edilməsi
Komitəsinin sərəncamına verilmişdir.
Ölkədə qida məhsullarının istehsalının strukturunda ərzaq
təhlükəsizliyi baxımından taxıl məhsulları istehsalı önəmli yer
tutur. Hazırda respublikada lisenziyaya malik təxminən 146 un
dəyirmanı fəaliyyət göstərir. Yeni texnologiya ilə təchiz
olunmuş böyük taxıl üyüdən dəyirmanlar, məsələn, Bakıdakı
“Taxıl” ATSC, Tovuzdakı “Naiqin Co” və Gəncədəki “Dəyir-
man” ATSC əsasən böyük istehlak mərkəzlərinin ətrafında
yerləşir.
Qida məhsulları istehsalı ilə fəaliyyət göstərən müəssi-
sələrin tərkibində üzüm emalı müəssisələri əhəmiyyətli rol
oynayır.
Şərabçılıq müəssisələri araq-likyor məhsulları, tünd süfrə
və şampan şərabları, konyak məhsulları istehsal edir. Şərab
istehsalı prosesi üzümün ilkin emalı, xam spirt və konyak spirti
istehsalı, yüngül çaxır istehsalı və şüşələrə dordurma kimi
müxtəlif texnoloji mərhələləri əhatə edir.
Şərabçılıq sənayesi aqrosənayenin yüksək məhsuldarlıq
imkanlarına malik sahələrdəndir. Şərabçılıq sənayesində hər
dekolitr məhsula qoyulan investisiya 2-3 dəfə artıq mənfəət gö-
türməyə imkan verir. Hazırda şərabçılıq sənayesinin qarşısında
duran mühüm problemlərdən biri satış həcmini artırmaqdır.
Ölkədə ümumi istehsal gücü ildə 760 milyon şərti banka
olan 97 konserv zavodu mövcuddur. Bu zavodlardan 3-ü iri
istehsal güclü, 12-si orta, 82-si isə kiçik istehsal gücünə malik-
dir. Bu müəssisələr regionlar üzrə aşağıdakı kimi yerləşdi-
rilmişdir.
Quba-Xaçmaz regionu – 18 zavod; Şəki-Zaqatala regionu
– 18 zavod, Abşeron regionu – 17 zavod, Şirvan regionu – 17
zavod, Gəncə-Qazax regionu – 9 zavod, Lənkəran-Astara re-
gionu – 6 zavod, Mugan-Səlyan regionu – 5 zavod, Naxçıvan
regionu – 4 zavod, Mil-Qarabağ regionu – 3 zavod.
418
Quba-Xaçmaz regionundakı 18 zavoddan 3-4 hərəsi 100
nəfər işçiyə malik olmaqla iri istehsal güclü müəssisələrdir.
Ət və süd ərzaq məhsulları olmaqla respublika əhalisinin
istehlakında əvəzedilməz rol oynayır. Əhalinin ərzaq mallarına
sərf etdiyi xərclərin 40%-i süd və süd məhsullarına, 26%-i isə
ət və ət məhsullarına sərf edilir. Bu məhsullar həm insanların
gündəlik qidasında, həm də satış şəbəkəsinin fəaliyyətində
böyük əhəmiyyətə malikdir.
Respublikanın süd emalı bölməsində 100 qurum mövcud-
dur. Onların başlıca hissəsi Bakı-Abşeron regionunda yerləş-
mişdir. Qalan hissəsi isə ölkənin mərkəzi və şimal hissələrində
olmaqla müxtəlif regionlarda yerləşdirilməlidir. Formal süd
məhsulları emalı bölməsi süd emalı müəssisələrindən və kənd
emalçılarından ibarətdir. Fərq əsasən son məhsulun tərkibinə
əsaslanır, kənd emalçıları əsasən pendir və qatıq, süd zavodları
isə məhsulların bütün spektrini istehsal edir.
Sovet dövrünün böyük gücə, köhnəlmiş avadanlığa və
yüksək istehsal xərclərinə malik süd emalı zavodları istehsalı
dayandırılmışlar. Hazırda süd məhsulları sənayesi özünə yeni
investisiyalar cəlb edir ki, bunun nəticəsində də orta müəssi-
sələr yaranır. Lakin bu yeni müəssisələrin əksəriyyəti xammal
kimi idxal edilən quru süddən istifadə etməyə üstünlük verirlər,
bu da yerli istehsalın stimullaşdırılmasına xidmət etmir.
Bunun əsas səbəbi təzə südü toplamaq üçün soyuducu
saxlama qurğularının qıtlığı, müəyyən qədər isə quru süd id-
xalına gömrük rüsumunun aşağı olmasıdır.
Süd tozuna idxal tariflərinin aşağı olması siyasəti yeni ya-
ranmış müəssisələrə alt bölmədə məhsulun yeniləşdirilməsi və
südün toplanması şəbəkəsinə investisiya qoymaq yolu ilə tam
inteqrasiyaya nail olmadan da yüksək gəlir əldə etmək imkanı
qazanır.
Hal-hazırda ət və süd məhsulları bazarında idxal edilən
məhsullar üstünlük təşkil edir. Yeli məhsullar Bakıda yerləşən
bir sıra böyük müəssisələr tərəfindən istehsal olunur. Fermer
419
təsərrüfatları birbaşa kənd yerlərində kiçik emal sexləri qurmaq
imkanına malik deyillər. Lakin anbar hazır məhsul bazarına
çıxmaq yolunda da çətinliklərlə üzləşirlər. Fermerlərin əksəriy-
yəti müasir emal avadanlığı, texnoloji proses, bölmənin iqtisadi
səmərəliliyi və s. haqqında heç bir məlumata malik deyillər.
Başqa biriləri məhsul qablaşdırılması, reklam edilməsi, həm-
çinin potensial alıcıların axtarılması və satış müəssisələri ilə
əlaqədar qurulması sahəsində zəif biliklərə və təcrübəyə ma-
likdirlər.
Beynəlxalq təcrübə göstərir ki, kənd ərazilərində də ət və
süd emalı sənayesinin məhsulları üçün potensial bazar vardır.
Bununla yanaşı istehlakçıların qruplaşdırılması ayrı-ayrı qrup-
ların tələbatına uyğun olaraq. Məhsulların çeşidlənməsi təc-
rübəsi öyrənilməmiş və yoxlanılmamışdır. Əgər xammal isteh-
lakı bazarında satış fəaliyyəti vasitəsilə ət və süd məhsulları
üçün tələbat yaradılarsa, onların reallaşdırılması üçün böyük
imkanlar əldə edilər və bu da kənd yerlərində əhali məşğullu-
ğunun səviyyəsinə təsir göstərər.
Bu baxımdan dövlətin aqrar sahədə prioritet iqtisadi ma-
raqları kənd təsərrüfatında bazar münasibətlərinin tələblərinə
uyğun konkret iqtisadi və sosial mühit formalaşdırılmasına
şərait yaradılmasını, kənd əhalisinin məşğulluğunun yüksəl-
dilməsi və şərtlənən yeni iş yerlərinin açılmasını tələb edir.
2.Əmək bazarı anlayışı
Əmək bazarı — ölkədəki insan gücü əməyin təklif
olunması və tələbinin yerləşdiyi sahəyə deyilir. Əmək bazarın-
da iş qüvvəsinin növləri, xüsusiyyətləri və ödənəcək əməkhaqqı
müəyyən edilir.
Bölgələrin planlaşdırılması baxımından əmək bazarı - Bir
məhsulun emalat və satış mərkəzləri ilə birbaşa olan əlaqəsinə
deyilir.
420
Şəhərlərin planlaşdırılması baxımından əmək bazarı —
müəyyən olan və daimi bir yerdə qalan işçilərin ünvanlarını
dəyişdirmədən verilən işləri qəbul edəcəkləri bazardır. Əmək
bazarı işçi ilə işəgötürən qrupların alış-satış etdikləri yerdir.
Əmək bazarını nəzəri cəhətdən 5 yerə bölmək olar: 1.
İdeal əmək bazarı; 2. Təbii əmək bazarı; 3. Təşkilati əmək ba-
zarı; 4. Təşviqli əmək bazarı; 5. Himayəçi əmək bazarı.
1. İdeal əmək bazarı ölkədə mövcud olan bazarlarda xalis
rəqabətin olması ilə formalaşır. Məhz xalis rəqabətin olması
prinsipi, əməyin təklifi ilə tələbatının tarazlığına səbəb olur, və
bazarda iş qüvvəsi axınını əngəlləyən problemlər mövcud
olmur.
Lakin hal-hazırda xalis rəqabətin olmadığı bir şəraitdə
ideal bir əmək bazarının mövcudluğundan söz açmaq olmaz.
Bunun üçün ideal iş qüvvəsi və ideal iş şəraitinin olması
lazımdır.
Bu bazarın xüsusiyyəti aşağıdakı kimidir:
- xidmət və əmtəə standartdır;
- əmtəə ilə əməyin rəqabətlə meydana gələn tək bir
qiyməti vardır;
- hər bir əmtəə və əməyə aid yetərli sayda təklif və tələbat
vardır;
- iş qüvvəsi ilə işəgötürən əmək bazarı haqqında yetərli
informasiyaya sahibdirlər. İnformasiya axını lazımi səviyyə-
dədir. Əmək bazarı şəffafdır və kənardan bu xüsusiyyətləri gör-
mək mümkündür;
- bazarda iş qüvvəsi və işəgötürən arasında iş birliyi,
qruplaşmalar, təşkilatlanmalar və qarşı tərəfə iqtisadi təzyiq
yoxdur;
- bazarda giriş ilə sıxış sərbəstdir.
2. Təbii əmək bazarı xalis rəqabətin olmadığı bir bazardır.
Əməyin təklifi ilə tələbatın şərtləri bazardakı vəziyyətə görə
dəyişir. İşçi və işəgötürənlər arasındakı bütün sözləşmələr fərdi
münasibətlərə dayanır. Ümumiyyətlə istər milli, istərsə də mə-
421
həlli səviyyədə olsun, əməyin təklifi ilə tələbatının tarazlığı po-
zulmuş olur və dövlət bazara müdaxilə edərək tarazlığı bərpa
etmək imkanına malik olur. Bu zaman əmək hüquqi pozul-
muşdur və eyni xüsusiyyətdə və ağırlıqda olan işlərə fərqli
əməkhaqqı ödənilmiş olur. Həmçinin bazarda haqq və əda-
lətdən, işçi keyfiyyətindən söz açmaq çətin olur.
3. Demoqrafik siyasi rejimin və qarışıq iqtisadi vəziyyətin
mövcud olduğu ölkələrdə, həmçinin əmək təşkilatlarının qüv-
vətli olması nəticəsində, əmək bazarı işçi — işəgötürən təş-
kilatları ilə dövlət tərəfindən idarə edilməkdədir. Təşkilati əmək
bazarı sadəcə amillərin təsirinə məruz qalmaqdan əlavə, işçi ilə
işverənin qarşılıqlı bazarlıq imkanlarına da sahibdir. Bu hal
bazarda əməyin təklifi ilə tələbatının tarazlığına səbəb olur.
Tarazlıq pozulduqda isə dövlətin müdaxiləsi ortaya çıxır. Hal-
hazırda Türkiyə, ABŞ və Almaniya kimi dövlətlərdə bir tip ba-
zarlar mövcuddur.
4. Hər bir avtoritar rejimdə təbii əmək bazarının əskik-
liklərini aradan qaldırmaq üçün dövlət tamamilə bazara mü-
daxilə edir. Xüsusilə kommunist rejimin mövcud olduğu ölkə-
lərdə bu tip bazarlara rast gəlmək olur. Hər bir iş sahəsində
müxtəlif təşviqedici və ya stimullaşdırmalar mövcuddur. Özəl
sektorlarda müxtəlif təşviqlər tətbiq edilir. Lakin dövlətin
həyata keçirdiyi təşviqlər tətbiqinə və təsirinə görə mühüm yer
tutur. Bu tip bazarlarda rəqabət mövcııd deyildir.
Yeni iqtisadi münasibətlər şəraitində Respublikamızda
meydana çıxan ən mühüm problemlərdən biri əhalinin
məşğulluğunun səmərəli şəkildə həll edilməsidir. Məşğulluq
probleminin həlli isə ilk növbədə işçi qüvvəsinə tələb və təklifi
nizamlayan əmək bazarının formalaşdırılmasından asılıdır.
Məlum olduğu kimi, bir iqtisadi sistemdən digər iqtisadi
sistemə keçid iqtisadiyyatın bütün sahələrində böhranla
müşahidə olundu. Yaranmış olan iqtisadi böhran isə çoxlu say-
da işsizlərin yaranmasına səbəb oldu və bunun da nəticəsində
əmək bazarındakı vəziyyət gərginləşdi.
422
Yeni iqtisadi münasibətlərə keçiddən xeyli vaxt keç-
məsinə baxmayaraq əmək bazarındakı vəziyyət bu gün də gər-
gin olaraq qalmaqda davam edir. Əgər əmək bazarındakı gər-
ginlik yaradan səbəblərdən biri əksər iri istehsal müəssisə-
lərinin (neft sektoru istisna olmaqla) işləməməsidirsə, bunun
digər səbəbi artmaqda olan mütəxəssislərin sayı ilə əmək ba-
zarında təklif olunan iş yerlərinin sayı arasında yaranan kəskin
fərqin mövcudluğudur. Qeyd etmək lazımdır ki, bu gün təhsil
sistemində mövcud olan çatışmamazlıqlar da işsizlik səviyyə-
sinin yüksəlməsinə təsir göstərir. Belə ki, son illərdə ali və orta
ixtisas məktəblərinə qəbul bir çox hallarda əmək bazarındakı
tələb və təklif prinsipi nəzərə alınmadan həyata keçirilir.
Nəticədə bir çox ixtisaslar üzrə kadrların işsizliyi problemi
meydana çıxır.
Yeni münasibətlər şəraitində əmək bazarında yaranmış
gərginliyin azaldılması tədbirləri içərisində işçilərin yeni peşə
və ixtisaslara yiyələnmələri mühüm yer tutur.
Yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə
gəlmək olar ki, respublikamızda əmək bazarında yaranmış gər-
ginliyi azaltmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi
məqsədəuyğundur:
- əmək ehtiyatları ilə iş yerləri arasındakı tarazlığı təmin
etmək üçün yeni iş yerlərinin yaradılması zəruridir. Yeni iş
yerlərinin yaradılması isə birbaşa dövlətin köməkliyi ilə həyata
keçirilməlidir. Dövlət neft sektorundan və eləcədə digər inkişaf
etmiş sahələrdən əldə olunan gəlirləri digər geridə qalmış
sahələrin inkişafına yönəltməli, bununla da bu sahələr üzrə mü-
təxəssislərin işlə təminatı həyata keçirilməlidir;
- yeni iqtisadi şəraitlə əlaqədar yaranan yeni iş yerlərinə
uyğun peşə və ixtisaslara yiyələnmiş kadrlar hazırlanmalıdır;
- təhsil sisteminin qurulmasında əmək bazarındakı tələb
və təklif prinsipləri nəzərə alınmalıdır;
- gənclərin peşə və ixtisaslara yiyələnmək imkanları ge-
nişləndirilməlidir.
423
Bu amillər əmək bazarında gərginliyin və əhali arasında
işsizlik səviyyəsinin azaldılmasına müsbət təsir göstərmiş olar. Əmək bazarının formalaşması və inkişaf istiqamətləri.
Beynəlxalq Əmək Təşkilatı əmək bazarı sahəsində fəal siyasət
mövzusu üzrə son illərdəki fəaliyyətində mərkəzləşdirilmiş
planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçidlə bağlı
əmələ gələn məşğulluq (işsizlik) problemini öz diqqət mər-
kəzində saxlamışdır.
Burada əsas məqsəd məşğulluq, işsizlik, işçi qüvvəsinin
mobilliyi, məhsuldarlığı, real əməkhaqqı və gəlir, əməkhaq-
qındakı fərqlər sahəsində son dəyişikliklərin təhlilini vermək,
məşğulluğun vəziyyətini öyrənmək; bu sahədə aparılan siya-
sətdə və qanunvericilikdə təklif edilən dəyişiklikləri öyrənmək
kimi məsələlər əsas yer tutmuşdur.
BƏT-in bu sahədə fəaliyyətinin gedişində torlanan infor-
masiya əsasında əmək bazarı sahəsində proqramlar və gələcək
siyasətin istiqamətlərinə aid olan məsləhətlər təqdim edilmişdir.
Milli əmək bazarında baş verən real hadisələri yalnız əməyin
statistikası, məlumatlan ilə öyrənmək mümkündür. Ona görə də
Azərbaycanda etibarlı statistik məlumatlar olmadan əmək
bazarı siyasətini və bu sahədə digər səmərəli siyasət yetirmək
qeyri mümkündür. Bu baxımdan dövlət orqanlarının sərən-
camında etibarlı statistik məlumatlar olması vacibdir. Əməyin
statistikası üzrə belə məlumatlar Beynəlxalq Əmək Təşkilatının
əməyin statistikası üzrə hazırladığı beynəlxalq standartlara
uyğun tərtib edilməmişdir.
Əmək bazarının çevikliyi ilə məşğulluq səviyyəsi ara-
sındakı bağlılıqla əlaqədar dünya elmində müxtəlif fikirlər
mövcuddur. Çoxları belə təsdiq edirlər ki, daima artan işsizlik
səviyyəsi zəhmətkeşlər üçün təmin edilən yüksək sosial
müdafiə səviyyəsi ilə əlaqədardır. Belə hesab edirlər ki, əmək
bazarının çevik mexanizmi iqtisadi səmərəliliyi sarsıdır və
struktur dəyişikliklərin keçirilməsinin mümkünlüyünü məh-
dudlaşdırır.
424
Bəzi Qərbi Avropa ölkələrinin əmək bazarına həsr edilmiş
tədqiqatların əksəriyyətinin nəticələrinə görə, kadr hazırlığı,
əmək bazarının fəaliyyətinə nəzarət, investisiya qoyuluşu kimi
çətinliklərlə bağlı olan işsizlik mürəkkəb prosesdir.
Ölkədə məşğulluq sahəsində perspektiv problemləri və
onların həlli yollarını müəyyən etməkdən ötrü onun bölgələri
və sahələri üzrə müxtəlif qrup əmək qabiliyyətli əhalinin
məşğulluğu proqnozu işlənib hazırlanmalıdır; bu proqnozlar
sürətlə formalaşan əmək bazarının hərtərəfli təhlili əsasında bir
neçə variantda hazırlanmalıdır.
Əmək bazarını qiymətləndirmək üçün uyğun regionda
əmək ehtiyatlarından səmərəli istifadənin təhlili verilməklə,
əmək bazarının proqnozu işlənilən ildən əvvəlki ilin sonuna
əməkqabiliyyətli yaşda olan əmək qabiliyyətli əhalinin sayı
müəyyən edilməklə, həmçinin aşağıda göstərilən səbəblərdən
sərbəstləşən əhali qrupları hesabına bu sayın artmasının müm-
kün olan mənbələri:
• Dövlət mülkiyyətinin transformasiya nəticəsində müəs-
sisə və təşkilatlardan sərbəstləşdirilən işçilərin sayı; (pensiya
yaşda olan işçilər istisna olmaqla);
• Əmək bazarını doldura bilən gənclərin sayı;
• Uşaqlara üç yaşına çatana qədər qulluq etmək üçün
verilmiş məsuliyyətdən sonra işə çıxan və əmək bazarına daxil
olan bilən qadınların sayı;
• kadr axıcılığı səbəblərindən əmək bazarına daxil olan
şəxslərin sayı;
• azadlıqdan məhrum etmə yerlərindən buraxılan və əmək
bazarına daxil olanların sayı;
• əmək bazarına daxil ola biləcək başqa ölkələrdən
gələnlərin sayı;
• Azərbaycan Milli Ordusunun silahlı qüvvələri sırasından
xidmət vaxtının qurtarması ilə əlaqədar tərxis edilmiş sıravi
heyətin sayı nəzərə alınmalıdır.
425
Əmək bazarını doldura biləcək bu işçi qüvvəsindən sə-
mərəli istifadə edilməsi üçün onun istiqamətlərinin müəyyən
edilməsi mühüm əhəmiyyət kəsb edir.
Əmək bazarının effektiv şəkildə formalaşması, inkişafı və
həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanması —
bazar iqtisadiyyatına keçid proqramının əsas tərkib hissəsidir.
Azərbaycanda əmək bazarı bir sıra makro və mikroiqtisadi
amillərin təsiri altında formalaşır. Bu amillər müasir dövrdə
əmək bazarını formalaşdırır və məşğulluğun xüsusiyyətlərini və
inkişaf istiqamətlərini müəyyən edir.
Respublikamızda formalaşan əmək bazarının xüsusiyyət-
ləri:
Azərbaycanda əmək bazarı iki, bir-biri ilə sıx əlaqəli, eyni
zamanda funksional cəhətdən ziddiyyətli olan — bir tərəfdən,
əmək ehtiyatlarının əmək prosesinə cəlb etmə üsulları, onların
təşkili və tənzimlənməsi mexanizmləri, digər tərəfdən, işçi
qüvvəsi hüquqlarının qorunması və sair əlamətlərlə seçilən
sahələr ilə təmsil olunur. Bu əlamətləri nəzərə almaqla əmək
bazarını şərti olaraq «açıq» və «gizli» hissələrə bölmək olar.
«Açıq» əmək bazarı öz növbəsində rəsmi və qeyri-rəsmi his-
sələrə bölünə bilər. Rəsmi hissə dövlət məşğulluq orqanlarında
qeydə alınmış iş qüvvəsini və vakant iş yerlərini, o cümlədən
peşə hazırlığı sahəsində şagird yerlərini özündə birləşdirir.
Qeyri rəsmi hissə rəsmi məşğulluq xidməti sistemi ilə əhatə
olunmayan digər əmək münasibətlərini cəmləşdirir. Bu növ
münasibətlər işə götürənlər və müxtəlif vasitəçi strukturların
birbaşa əlaqələri əsasında həyata keçirilir.
«Gizli» əmək bazarı əsasən qeyri-rəsmi müqavilə və
kontrakt ilə işləyən və hal-hazırda «məşğul» sayılanlar, lakin
hər an müəyyən səbəblərdən işi itirmək ehtimalı yüksək olan
işçilərdən ibarətdir.
Respublikamızın ərazisi coğrafi, təbiət, iqlim şəraiti və tə-
bii ehtiyatlar baxımından zəngin olsa da, mövcud nəqliyyat,
rabitə və sair kommunikasiya infrastrukturu müasir bazar
426
tələblərini tam şəkildə ödəmir, ona görə də texniki cəhətdən
dəyişilməsini və küllü miqdarda kapital qoyuluşlarını tələb edir.
Əmək bazarının formalaşmasına mane olan bir sıra amil-
lərin mövcudluğu. Əmək bazarı infrastrukturunun müasir
tələblərə cavab verən səviyyədə təşkili olunmaması.
Yaranmış vəziyyəti aradan qaldırmaq üçün bütün səylər
işçi qüvvəsinə tələb və təklif arasında olan fərqin mümkün
dərəcədə azaldılması üçün işə götürənlə işçi arasında
münasibətlərin yeni tələblərə uyğun qurulmasına hərtərəfli
yardım göstərilməsi, aidiyyatı olan dövlət orqanları, məşğulluq,
təhsil və sosial müdafiə sistemi, ictimai və qeyri-dövlət təş-
kilatları arasında məşğulluğun inkişafı ilə bağlı görülən işlərin
koordinasiyasının gücləndirilməsi, əmək bazarının informasiya
təminatı sisteminin yaradılması kimi istiqamətlərə yönəl-
məlidir.
Son illər əmək ehtiyatlarının formalaşmasında bir sıra
neqativ tendensiyalar yaranıb. Bunlardan, doğum səviyyəsinin
azaldılması və ölüm səviyyəsinin artması, əhalinin yaş-cins
strukturunun pozulması, respublika ərazisində miqrasiya nisbət-
lərinin pozulması, əhalinin həyat səviyyəsinin aşağı olması və
ümumilikdə sosial inkişaf göstəricilərinin pisləşməsi kimi ten-
densiyaları göstərmək olar. Qeyd etmək lazımdır ki, bütün
bunlarla yanaşı çox illər əmək ehtiyatlarının təhsil səviyyəsi
yüksəlib, müasir birliklərə malik olanların sayı artıb, bu da yeni
bazar iqtisadiyyatın tələblərinə cavab verən işçi qüvvəsinin iş
potensialının artırılmasına şərait yaradıb.
Şübhəsiz ki, işsizliyin artması, iş qüvvəsinin sərbəstləş-
məsi, köhnə peşələrin yeni peşələrə əvəz olunması, çoxsahə-
liliyin genişlənməsi, alternativ məşğulluq formalarının inkişafı,
gizli məşğulluğun yayılması və sair bu kimi problemlərin həlli
üçün, məşğulluq sahəsinin transformasiyası və müasir pro-
sesləri nəzərə alan yeni mexanizmlərin işlənməsi tələb olunur.
Əmək bazarının inkişafı üçün məşğulluq siyasətinin əsas
amillərindən olan və yeni şəraitə cavab verən infrastrukturun
427
yaradılması olmalıdır. Əmək bazarı infrastrukturunun yara-
dılması bazar iqtisadiyyatının tələblərinə cavab verən əmək
münasibətlərinin formalaşması üçün də çox vacibdir.
Belə ki, əmək bazarında iş qüvvəsinə olan tələbatı araş-
dırdıqda müəyyən olur ki, son illər tələbat aşağı düşüb. Təkcə
son iki ildə keçirilən əmək yarmarkalarının nəticələrini
araşdırsaq görmək olar ki, vakansiyalar əsasən fiziki işlər ilə
bağlıdır (80-90%). Bunu da qeyd etmək lazımdır ki, aparılan
struktur islahatın nəticəsində büdcə təşkilatlarında iş yerlərinin
ixtisarı davam edir və bu prosesdə işçi qüvvəsinin qadın
hissəsinə tələbat daha artıq sürətlə azalır. Təsadüfi hal deyil ki,
qeydə alınmış işçilərin 65 %-ni qadınlar təşkil edir. Ümumiy-
yətlə, vakansiyalar haqqında dəqiq məlumatların olmaması sə-
bəbindən əmək bazarında işçilərə olan tələbatın səviyyəsini
müəyyən etmək çox çətindir.
Əmək bazarının ikinci tərəfi — əmək qüvvəsinin təklifinə
gəldikdə isə, qeyd etmək lazımdır ki, təklif artır. Belə ki, 1995-
ci ildə rəsmi işsiz statusunu almışların sayı 31.000 nəfər
olmuşdursa, 1998-ci ildə — 41.000 nəfər, 2003-cü ilin birinci
yarısında bunların sayı — 44000 nəfərə çatmışdır.
Əmək bazarının inkişafı üçün məşğulluq xidməti məş-
ğulluq sahəsinin inkişaf mexanizmlərinin formalaşdırılması,
məşğulluğun peşə-ixtisas strukturunun proqnozlaşdırılması,
əmək ehtiyatlarının hazırlığı və peşə dəyişilmə proseslərinin
tənzimlənməsi və sair problemlər ilə yaxından məşğul olma-
lıdır.
Beləliklə, əmək bazarının formalaşması aşağıdakı əsas
prinsiplərə əsaslanmalıdır:
1. işçi qüvvəsinin təklif azadlığı - şəxsi maraqları nəzərə
alaraq ictimai istehsal prosesində məşğul olmaq və ya
olmamaq seçiminin olması, ixtisas və qanun çərçivəsində fəa-
liyyət növünün seçim azadlığı və sair;
428
2. işçi qüvvəsinə tələbat azadlığı — əmək qanunvericili-
yinə uyğun olaraq və əhalinin maraqlarına zidd olmayaraq işə
götürmək və işdən azad etmək sərbəstliyi;
3. əmək ödənişlərinin sərbəstləşməsi — bazar iqtisadiyya-
tının əsasını təşkil edən tələb və təklif nəticəsində formalaşan
və qanunla müəyyən edilmiş əmək ödənişlərinin minimum sə-
viyyəsi nəzərə alınmaqla əməkhaqqı və digər qanuni gəlirlərin
müəyyən edilməsi. Gəlirlərin səviyyəsinin isə ancaq vergilər
sistemi vasitəsi ilə tənzimlənməsi.
4. əmək miqrasiyası prosesinin sadələşdirilməsi— əmək
ehtiyatlarının həm ölkədaxili yerdəyişməsi, həm də xarici ölkə-
lərə əmək miqrasiyası proseslərinin sərbəstləşməsi. Eyni za-
manda regional məşğulluğun artırılması proqramlarının hazır-
lanmasına diqqət göstərilməlidir.
Əmək bazarının əsas tərkib hissəsi onun infrastrukturu-
dur. O, əhalini işə düzəlməsini, peşə yönümlü, peşə hazırlığını
və yenidən hazırlanmanı, işçi qüvvəsini tələb və təklif arasında
tarazlaşdırmanın əldə olunmasını tənzimləyir. İşəgötürənlər və
işçilər arasında əlaqə yaranması, məşğulluq siyasətinin həyata
keçirilməsi və əmək bazarında fəaliyyətlə bu və ya digər
dərəcədə bağlı müxtəlif orqanların fəaliyyətinin uyğunlaşması
da onun vəzifəsinə daxildir.
Hal-hazırda əmək bazarının infrastrukturunun üç əsas
blokunu fərqləndirmək olar.
Dövlət və qeyri-dövlət məşğulluq xidmətləri və
müəssislərin kadrlar şöbəsi.
İşçilərin peşə hazırlığı, yenidən hazırlanması və ixtisasla-
rının artırılması ilə məşğul olan təşkilatları.
Sosial tərəfdaşlıq, hakimiyyət orqanlarının, zəhmətkeşlə-
rin nümayəndələrinin və sahibkarların qarışıqlı əlaqəsi sistemi.
Dövlət və qeyri-dövlət məşğulluq xidmətləri, müəssisə və
firmaların kadr xidmətləri əmək bazarı infrastrukturunun əsas
blokudur. Birlikdə həll etmək və qarşılıqlı fəaliyyət üçün məş-
ğulluq xidməti və müəssisələrin kadr xidmətinin çoxlu məsə-
429
lələri var. Buna görə də onların razılaşdırılmış işi əmək baza-
rının müvəffəqiyyətlə fəaliyyət göstərməsinə böyük təsir edir.
İnfrastrukturun tərkib hissələrinin fəaliyyəti qanunverici
və icra hakimiyyəti orqanlarının müəyyən etdikləri və əmək
bazarının infrastrukturunun fəaliyyətinin normativ-hüquqi
əsasmı təşkil edən qanunlar, sərəncamlar, əmrlər və digər
normativ sənədlərlə tənzimlənir.
Əmək bazası infrastrukturunda işçilər peşə təhsili, yeni-
dən hazırlanması və təkmilləşdirilməsinin həyata keçirilməsini
təmin edən orqanların böyük rolu var. Bu blok işçi qüvvəsinə
tələb və təklifin tarazlaşdırılmasını, əmək bazarını yeni bazar
ixtisasları ilə təmin etmək məqsədilə struktur yenidənqurması
ilə əlaqədar azad olunmuş işçilərin yenidən hazırlanmasını hə-
yata keçirir. Ona daxil olan təşkilatlara texniki liseylər, ixtisas-
laşdırılmış kolleclər, ali və orta-ixtisas təhsili müəssisələri,
məşğulluq xidməti bazasında işçilərin yenidən hazırlanması
mərkəzləri aiddir. Bu sahədə ən kəskin problemlər:
- Mövcud tədris müəssisələrində kadr hazırlığının struk-
turu və əmək bazarında ehtiyac olan peşə ixtisasına tələb ara-
sında uyğunsuzluq;
- Əmək bazarındakı dəyişkənliyin daha geniş profilli
işçilərin birtərəfli ixtisaslaşmasıdır.
Bilavasitə istehsalda peşə hazırlığı, kadrların yenidən ha-
zırlanma və ixtisaslarının artırılması sahəsində iş xüsusilə pis-
ləşmişdir. Bu, gənclərin istehsalata həvəssiz getməsinin səbəb-
lərindən biridir. Çoxları hələ də kiçik biznes, xırda ticarət və
məşğulluğun digər növlərinə üstünlük verir. Demək olar ki,
bütün kateqoriya işçilərin ixtisaslarının artırılmasının dövriyyə
xeyli artmışdır. Qeyd edək ki, Qərbi Avropa və Yaponiyada bu
müddət rəhbər işçilər və mütəxəssislər üçün 3-5 il, fəhlələr
üçün 3-6 ildir. Bizim bir çox rəhbər işçilərin ixtisası müasir tə-
ləblərə cavab vermir. Müəssisələrin böyük əksəriyyətinin mü-
fəssəl işlənib hazırlanmış biznes planı və heyətlə iş planı prak-
tiki olaraq yoxdur. Kadrların ixtisas səviyyələrinin aşağı olması
430
məhsullarımızın dünya bazarlarında rəqabət arada birləşməsinin
əsas səbəbidir.
Beynəlxalq Əmək Təşkilatı (BƏT) yarandığı 1919-cu
ildən muzdla işə çəlbetmə üzrə xüsusi (pullu) büroların fəaliy-
yəti məsələləri ilə məşğul olur. Bu cür xüsusi agentliklərin sayı
ABŞ-da 1968-ci ildə 2 minə yaxın, 1995-ci ildə isə təxminən
14 min (bunlarda 216 min qulluqçu işləmişdir) olmuşdur. Hə-
min dövrdə dövlət xidməti bürolarının sayı 1700 olmuşdur.
1995-ci ildə Yaponiyada 3200 xüsusi agentliyə qarşı 479 dövlət
bürosu olmuşdur. Eynilə oxşar vəziyyət Böyük Britaniyada və
bir digər ölkələrdə də olmuşdur.
Buna görə də BƏT «məşğulluq üzrə xüsusi agentlik haq-
qında» yeni Konvensiya və tövsiyələrin layihəsini hazırlamış
və bunlar Beynəlxalq Əmək konfransının 85-ci sessiyasında
təsdiq olunmuşdur.
Şəxsi agentlik və ya bürolar Azərbaycanda da inkişaf
etməli və iqtisadiyyatın yüksəldiyi şəraitdə kadrlamı daha fəal,
diqqətli və səmərəli seçilməsinin əhəmiyyəti artacaqdır. Bunu
isə ixtisaslaşdırılmış məşğulluq agentləri daha yaxşı edə bilər.
Baxılmış beynəlxalq aktlara müvafiq olaraq onların fəaliyyətmi
tənzimləmək üçün lazımi tədbirləri həyata keçirmək zəruridir.
İqtisadi inkişafın tənzimlənməsi məsələlərində dövlət
orqanlarının fəaliyyət istiqamətlərindən biri də əmək bazarının
formalaşması proseslərinə təsir edən qlobal amillərin hərtərəfli
öyrənilməsi və nəzərə alınmasıdır.
İnformasiya — telekommunikasiya sahəsinin son illərdəki
sürətli inkişafı ilə yaranan İnternet texnologiyaları da məhz bu
cür amillərdəndir. O, iqtisadi fəaliyyətlə məşğul olan adamların
informasiya mübadiləsi aktivliyinə xidmət edən yeni təkmil
mühitdir. Bu mühiti yeni informasiya, yaxud elektron, yaxud da
kibernetik fəza adlandırırlar. İnternet texnologiyalarının ən
mühüm xüsusiyyətlərinin, keyfiyyət və imkanlarının iqtisadiy-
yatda tətbiqi «qlobal bazar meydanı» (global market place) ad-
lanır. Onun mahiyyəti ondan ibarətdir ki, internet istifadəçiləri
431
az məsrəflə böyük miqyaslı və intensivlikli informasiya müba-
diləsinə malik ola bilir və onlar arasında ənənəvi «bazar mey-
danı»nda olduğu kimi, hamını görmək və eşitmək imkanı
yaranır. Nəticə etibarı ilə İnternet informasiya fəzası (elektron,
kibernetik) ənənəvi iqtisadiyyatdan fərqlənən yeni iqtisadiy-
yatın, iqtisadi münasibətlərin və yeni əmək bazarının yaranma-
sına səbəb olur. Belə ki, informasiya-telekommunikasiya texno-
logiyalarının müasir inkişafı iqtisadi fəaliyyət üçün yeni qlobal
elektron mühiti formalaşdırır. Belə qlobal mühit «qlobal şəbəkə
iqtisadiyyatı» (global petwored economy) adlanır. Bu elə
mühitdir ki, burada iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün
istənilən hər hansı fiziki və hüquqi şəxs ən az xərclə digəri ilə
kontrakt yarada bilər. Bu isə öz növbəsində iqtisadi sistemin
təkamülünə, yeni əmək bazarlarının formalaşmasına və onunla
əlaqədar tənzimləmə mexanizmlərinin, təşkilati və şəbəkə
strukturlarının əmələ gəlməsinə, son nəticədə isə daha çox
üfüqi əlavələrə əsaslanan sahəsiz şəbəkə iqtisadiyyatının yaran-
masına səbəb olur.
İnternetin interaktiv imkanlarının genişlənməsi ilə paralel
olaraq onun vasitəsilə həyata keçirilən iqtisadi fəaliyyətin xüsu-
siyyətləri, miqyası və əhatə dairəsi də genişlənir. İnternet vasi-
təsilə nəinki reklam işləri, həmçinin abunə, ticarət, xidmət və s.
kimi işlər də yerinə yetirilir. Hesab edilir ki, internet vasitəsilə
elə kateqoriyalı işlərin, xidmətlərin, məhsulların ticarəti daha
səmərəlidir ki, onları almaq üçün həqiqətən də görmək zəruri
deyil. İnternetdə iqtisadiyyatın bəzi bölgələri üçün qlobal bazar
mühiti kimi yeni xidmət sektoru yaradılmaqdadır. Ona görə də
internet vasitəsilə biznes təşkil etmək üçün aşağıdakı yeni
keyfiyyət və xüsusiyyətlərdən istifadə olunmalıdır: a) virtual
iqtisadiyyatda xidmət və əmtəə istehsalçısına potensial müştəri-
nin və istehlakçının daha yaxşı məlum olması; b) rəqabətin
daha da kəskinləşməsi; c) təklifin qeyri məhdud olması; ç)
müştəri ilə daimi kontaktdan və əks əlaqədən səmərənin əldə
edilməsi; d) müştərinin arzu və istəyinə istiqamətlənmə; e)
432
«istehlakçı cəmiyyəti və iqtisadiyyat»ının formalaşması tenden-
siyasının güclənməsi; ə) interaktiv imkanları çox olan virtual
iqtisadiyyata müvafiq yeni iqtisadi institut və münasibətlərin
formalaşması.
İnternetdə mövcud olan yüzlərlə pulsuz informasiya
sistemləri (Yahoo, İnfoseek və s.) lazımi istehsalçı, əmək bazarı
və ya partnyor haqqında müvafiq informasiyaların operativ-
cəsinə əldə olunmasına imkan verir. Bu xüsusiyyət biznesdəki
ənənəvi vasitəçilərin gələcəyinə, əmək bazarındakı dəyişikliyə
təsir edir və istehsalçıların qeyri-istehsal xərclərinin aşağı düş-
məsinə səbəb olur. Eyni zamanda belə bir şəraitdə informasiya
çoxluğu yarana bilər ki, onun çoxluğu ən lazımlısını seçməyə
çətinlik yaradır. Ona görə də internetdə istifadəçilər üçün elə
xidmət növləri yaradılır ki, onların istəyinə, fərdi maraqlarına
uyğun ən lazımi informasiyalar, kontraktlar seçilsin və istifadə-
çiyə təqdim edilsin. Bu cür xidmət növü əsasən iki istiqamətdə
inkişaf edir: 1) istifadəçi yalnız ona lazım olan informasiyanı
ilk mənbədən alır; 2) istifadəçi az xərclə internetdə özünün
məxsusi kanalını açır. Bu imkan milyonlarla müstəqil infor-
masiya kanallarının yaranmasına səbəb olur. Nəticədə müxtəlif
periodik nəşrlərlə və informativ məhsullarla məşğul olan biznes
növü ciddi dəyişikliyə uğrayır Bu cür dəyişikliklər isə əmək
bazarının formalaşmasını tənzimləyən mexanizmlərdə müvafiq
amillərin nəzərə alınmasını zəruri edir.
3. Kənd əmək bazarının formalaşması
Respublikamızda bazar münasibətlərinə keçid şəraitində
kənd əhalisinin quruluşunda baş verən kəmiyyət və keyfiyyət
dəyişiklikləri onların, bilik və peşə səviyyəsinin regionun möv-
cud istehsal mexanizmi səviyyəsinə uyğunlaşdırılmasını, işçi
qüvvəsinə olan tələbin artırılmasını və nəhayət optimal məşğul-
luğun təmin edilməsini aktual problemlərdən biri kimi qarşıya
qoyur.
433
Əhalinin təkrar istehsal səviyyəsi iqtisadi inkişafın əsas
göstəricilərindən biridir. Odur ki, müasir dövrdə respublikada
kənd əmək bazarının formalaşması və ixtisaslı mütəxəssislər-
dən səmərəli istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, yeni münasibətlər sisteminə keçidlə bağlı
əmək ehtiyatlarının kənd təsərrüfatında optimal məşğulluğun
təmin edilməsinə bir sıra amillər təsir etmişdir. Çünki hər hansı
sahədə baş verən tərəqqi ilk növbədə sağlam iqtisadi münasi-
bətlər sisteminə əsaslanır. Bunun da özəyini səmərəli məşğul-
luq təşkil edir. Lakin son illərdə bu istiqamətdə bir qeyri müəy-
yənlik yaranmış və nəticədə əmək və kapital arasında ziddiyyət
əmək ehtiyatlarının idarə olunması xarakterinə də təsir etmişdir.
Digər tərəfdən kənd təsərrüfatının quruluşundakı dəyişikliklər,
əhalinin miqrasiyası, təbii hərəkəti, siyasi vəziyyətlə bağlı
köçkünlərin respublikaya gəlməsi və s. amilləri fərqləndirmək
olar. Bundan başqa qeyd etmək lazımdır ki, yeni bazar müna-
sibətləri sistemində təkcə əmək məhsulları deyil, onları yaradan
iş qüvvəsi də bazar vasitəsilə reallaşır. Başqa sözlə bir alqı-
satqı vasitəsi kimi iş qüvvəsi əmtəəyə çevrilir və buna görə də
işə götürənlərin tələbkarlığına rast gəlinir. Bu tələbin ödənil-
məsi kadrların keyfiyyət, peşə-ixtisas səviyyəsi baxımından
mövcud iş yerlərinin xarakter və səviyyəsinə uyğun gəlmir.
Lakin son illərdə mülkiyyətin təşkilati - hüquqi forma
dəyişikliyinə xidmət edən iqtisadi islahatlar - dövlət əmlakının
özəlləşdirilməsi prosesinə başlanılmışdır. Ölkədə qarşılıqlı fay-
dalı əməkdaşlığa əsaslanan “açıq qapı” siyasətinin həyata keçi-
rilməsi və digər ölkələrlə əlaqələrin bərpa edilməsi, xarici in-
vestisiyaların cəlb edilməsi və onların qorunmasına təminat ve-
rilməsi, sağlam investisiya mühitinin və sahibkarlıq fəaliyyəti
üçün əlverişli şəraitin yaradılması istiqamətdə və məqsədyönlü
tədbirlərin həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişafında
yeni mərhələ olmaqla mühüm əhəmiyyət kəsb edir. Ölkənin
kənd təsərrüfatında da mühüm sosial-iqtisadi dəyişikliklər baş
vermişdir. Torpaq islahatının həyata keçirilməsi, torpağın
434
xüsusi mülkiyyətə verilməsi, təsərrüfat əmlakının özəlləşdiril-
məsi üçün zəaıri normativ-hüquqi bazanın yaradılması kənd
təsərrüfatının daha sürətli inkişafına, kənd əmək bazarının for-
malaşmasını yarada bilər. Lakin burada dövlətin rolu xüsusi
əhəmiyyət kəsb edir.
Kənd əmək bazarının formalaşdırılmasının mühüm
cəhətlərindən biri kənd təsərrüfatı sahələri üzrə mütəxəssislərin
hazırlanmasıdır. Azərbaycanın kənd təsərrüfatı ölkəsi olduğunu
nəzərə alaraq bu sahədə daha çox işlərin görülməsi lazımdır.
Lakin son illərdə bir tərəfdən kənd yerlərində yaranmış sosial-
iqtisadi çətinliklər, digər tərəfdən də bu sahə üzrə kadrların
hazırlığının aşağı düşməsi kənd əmək bazarının formalaşmasını
çətinləşdirmişdir. Təbii ki, bu amillər kəndə əmək bazarının
formalaşmasına öz mənfi təsirini göstərəcəkdir. Kənd əmək
bazarının formalaşmamasının nəticəsi olaraq gənclərin xarici
ölkələrə, xüsusilə MDB ölkələrinə axını sürətlənmişdir. Bu da
kənd əmək bazarında işçi qüvvəsi çatışmazlığı meydana gətirir.
Bunun qarşısının alınması üçün kənd əmək ehtiyatla-
rından səmərəli istifadə olunması üzrə kompleks proqram ha-
zırlanmalı, bölgü, yenidən bölgü və istifadə olunma fazaları
proqramda öz əksini tapmalıdır. Məqsəd qarşıya qoyulmuş
dövrdə regionun əmək ehtiyatlarının kəmiyyət və keyfiyyət
tərkibinin yaxşılaşdırılması və onların perspektivini müəyyən-
ləşdirməkdən ibarət olmalıdır. İş yerlərinin sayı və işçi qüvvə-
sinə tələb arasında proporsional tarazlıq yaradılmalıdır. Əmək
ehtiyatlarının bölgüsü, onların formalaşması və istifadəsi ara-
sında birləşdirici amillər müəyyənləşdirilməli və özündə əmək
ehtiyatlarının hərəkət dinamikasını cəmləşdirməlidir.
Respublikamızda son on bir illik zamanı ərzində iqtisa-
diyyatı bazar münasibətləri əsasında qurmaq, cəmiyyətin demo-
kratik əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Prezidenti və Milli Məclis tərəfindən iqtisadi
islahatların hüquqi əsasını təşkil edən; "Mülkiyyət haqqında",
"İcarə haqqında", "Kəndli (fermer) təsərrüfatları haqqında",
435
"Aqrar islahatların əsas istiqamətləri haqqında" "Sahibkarlıq
haqqında" və s. Fərmanlar, qanunlar və digər normativ hüquqi
sənədlər qəbul edilmişdir. Bu qanunlara istinad edərək Azər-
baycan Hökuməti bazar münasibətlərinə əsaslanan milli iqtisa-
diyyatın formalaşdırılması məqsədilə köklü şəkildə iqtisadi
islahatlar aparmağa başladı. Bu islahatların əsas istiqa-
mətlərindən biri də aqrar islahatlar təşkil edir.
Aqrar islahatlar kənd təsərrüfatının bazar münasibətləri
əsasında yenidən qurulması, başqa sözlə, bu sahədə mülkiy-
yətin, o cümlədən torpağın özəlləşdirilməsi, sahibkarlığın və
rəqabətin inkişafı hesabına istehsalın səmərəliliyinin yüksəl-
dilməsi, məhsul istehsalının artırılması, kənd təsərrüfatında
çalışan işçilərin sosial rifah halının yaxşılaşdırılması, kənd yer-
lərində əhalinin məşğulluq səviyyəsinin qaldırılması, ölkənin
ərzaq təhlükəsizliyinin təmin olunması kimi mühüm sosial-
iqtisadi məsələlərin həllini nəzərdə tutur.
Təhlil göstərir ki, ölkəmizdə aparılan aqrar islahatlar ge-
dişində sovxoz və kolxozların ləğv edilməsi, onlara məxsus
torpaq, mal-qara və əmlakın özəlləşdirilməsi, kənd təsərrüfatı
məhsulları istehsalında mərkəzi planlaşdırma sistemi və məhsul
alışı üzrə dövlət sifarişlərinin ləğv edilməsi, alış qiymətlərinin
liberallaşdırılması və digər tədbirlər kənd təsərrüfatının struk-
turuna və inkişaf dinamikasına ciddi təsir göstərmişdir. Belə ki,
islahatların ilkin nəticələrinin qiymətləndirilməsi göstərir ki,
ölkədə artıq bazar iqtisadiyyatına uyğun struktur dəyişiklikləri
baş verir. Əhalidə sahibkarlıq və işgüzarlıq vərdişləri artır.
Əhali özünü torpaq və əmlakın tam sahibi kimi hiss edir. Sov-
xoz və kolxozların yerində yaranmış yeni təsərrüfatçılıq for-
maları, o cümlədən kəndli (fermer) və ailə təsərrüfatları məhsul
istehsalı həcminin artmasında mühüm rol oynayır.
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, əgər müstəqil-
liyin ilk dövrlərində kənd təsərrüfatında ümumi məhsul istehsa-
lının həcmi ildə orta hesabla 12% aşağı düşürdüsə, aqrar isla-
hatlar həyata keçirilməyə başladıqdan sonra bu göstərici ilbəil
436
artmış və onun artım sürəti 1999-cu ildə 7,1 %, 2000-ci ildə isə
12 % təşkil etmişdir.
Lakin qeyd etməliyik ki, 2008-ci ildə kənd təsərrüfatında
məşğul olan əhalinin sayının 1566,5 min nəfərə çatmasına bax-
mayaraq, bu sahədə vəziyyəti hələ də qənaətbəxş hesab etmək
olmaz, belə ki, vaxtı ilə kənd təsərrüfatında 3,6 mln. nəfər
çalışırdı və hal-hazırda onların 60-65%-i işsizliklə üzləşmişdir.
Bu səbəbdən iş yerləri tapmaq məqsədilə onların yarıdan çoxu
Bakı şəhərinə, böyük bir hissəsi isə rusiyaya, MDB və uzaq
xarici ölkələrə üz tutmuşdur.
Yuxanda qeyd etmişdik ki, bazar münasibətləri şəraitində
Azərbaycanda kənd əmək bazarının formalaşmasında mütəxəs-
sislərin hazırlanması və onlardan səmərəli istifadə edilməsi mü-
hüm rol oynayır.
Aqrar islahatlar şəraitində aqrar sahədə sahibkarlıq fəa-
liyyətinin formalaşması, çoxukladlı təsərrüfatçılıq formalarının
inkişafı, bununla əlaqədar kəndin mühüm sosial-iqtisadi pro-
blemlərinin (məşğulluğu) həll etmək, istehsalı artırmaq və onun
səmərəliliyini, yeni texnologiyanı tətbiq etmək, maddi-texniki
vasitələrdən istifadə etmək, əmək münasibətlərini təkmilləş-
dirmək və bir sıra başqa məsələlərin həlli bir çox cəhətdən işə
hərtərəfli bələd olan, yüksək ixtisaslı mütəxəssis və işçi kadr-
ların hazırlanmasından çox asılıdır. Əmək bazarının tənzim-
lənməsi probleminin geniş miqyaslı həlli baxımından aqrar
sahələrdə ixtisaslı kadrların hazırlanmasının çevik sistemlərinin
və müasir təhsil mərkəzlərinin yaradılması zərurəti yaranır. Bu-
raya peşəkarlığa meyil sistemlərini, peşəkarlığın baza hazır-
lığını, ixtisasartırma, hüquqi bilik alma sistemlərini daxil etmək
vacibdir.
Hazırda bu sistemlərin ayrı-ayrı bölmələri bir-birindən
təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərdiyi üçün onların
səmərəliliyindən danışmaq olmaz.
Planlı iqtisadiyyatdan fərqli olaraq bazar iqtisadiyyatı
şəraitində əmək bazarında müxtəlif peşələrə və ixtisaslara tələ-
437
batı dəyişir, yeni peşə və ixtisaslara tələbat yaranır, həmçinin
mövcud peşəyə və ixtisasa malik olanların yenidən hazırlan-
masını tələb edir. Son zamanlar özəl təhsil müəssisələrində
oxşar ixtisaslar və peşələr üzrə kadr hazırlanması əmək baza-
rında rəqabətli kəskinləşdirir və işsizliyin səviyyəsinə təsir
göstərir.
Azərbaycan Respublikasının "təhsil Qanunu"nda göstə-
rilir ki, təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli bi-
liyə, bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, məsu-
liyyət hissinə, mütərəqqi dünya görüşə malik olan və onu daim
inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq, yüksək
əxlaqi və mənəvi keyfiyyətlərinə, demorkratikliyinə görə dün-
yanın ən qabaqcıl vətəndaşları səviyyəsində dura bilən sağlam
yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cə-
miyyət qurmağı, Azərbaycanı dünyanın ən inkişaf etmiş de-
mokratik dövlətlərindən birinə çevrilməyə qadir olan insan tər-
biyə etməkdir.
ASK sisteminə müxtəlif təsərrüfatçılıq formalarının inki-
şafı peşəkar kadr hazırlığını, onların peşə tərkibinin kökündən
dəyişməsini, yeni tipli işçilərin təkrar istehsalını tələb edir.
Hazırlanacaq kadrlar əmək bazarında rəqabətə cavab vermə-
lidir. Çünki bazar münasibətləri şəraitində istehsalın intensiv-
ləşmə səviyyəsinin yüksəldilməsi bilaväsitə kadrların ixtisas sə-
viyyəsindən, bacarığından, iqtisadi, aqrotexniki, zootexniki
cəhətdən savadlılığından, texnikanı idarə edə bilməsindən və
texnoloji proseslərdən baş çıxarmasından, təsərrüfatı, müəs-
sisəni sərbəst idarəetmə qabiliyyətindən asılıdır. Əgər iri həcmi
təsərrüfatlarda işçilərə 1-2 peşə bacarığı kifayət edirdisə, kəndli
(fermer) təsərrüfatlarında və digər xüsusi təsərrüfatçılıq forma-
larında işçilər 5-10 peşə bacarığına nail olmalıdırlar. Bu məq-
sədlə kənd təsərrüfatı işçilərinin həmin peşələrə yiyələnmək
üçün bilik səviyyələri durmadan yüksəldilməlidir.
438
4.Əhali məşğulluğunun hüquqi,
iqtisadi və təşkilati təminatı
Əhalinin məşğulluğunun hüquqi, iqtisadi və təşkilati
şərtlərini, habelə Azərbaycan Respublikası ərazisində daim ya-
şayan vətəndaşların əmək hüququnun tənzimlənməsini həyata
keçirmək üçün 1991-ci ildə Azərbaycan Respublikasının vətən-
daşlarının məşğulluq sahəsində hüquqi təminatlarını tənzim-
ləyən Azərbaycan Respublikasında «Əhalinin Məşğulluğu»
haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Respublikada əmək üzrə qanunvericilik əsasən əmək ba-
zarının tənzimlənməsi üzrə beynəlxalq praktikaya, həmçinin
Beynəlxalq Əmək Təşkilatının (BƏT) əmək və məşğulluq üzrə
konvensiya və tövsiyələrinə uyğun hazırlanmışdır.
1991-ci ildə Azərbaycan hökuməti məşğulluğu tənzim-
ləyən qanunvericilik aktlarının bütöv paketini qəbul etmişdir.
Buna məşğulluq haqqında qanun, dövlət məşğulluq xidmətinin
yaradılması haqqında, məşğulluq fondu yaradılması, ictimai
işlərin təşkili haqqında qərarlar və s. daxil edilmişdir.
02 iyul 2001-ci ildə məşğulluğa kömək sahəsində dövlət
siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də
respublika vətəndaşlarının əmək sahəsində və işsizlərin mü-
dafiəsi sahəsində dövlət təminatını müəyyən edən «Məşğulluq
Haqqında Azərbaycan Respublikası Qanunu» ikinci dəfə qəbul
edilmişdir. Bu qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı
mənalarda şərh edilmişdir:
• Məşğulluq — Azərbaycan Respublikası vətəndaşlarının
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olma-
yan şəxslərin və əcnəbilərin Azərbaycan Respublikasının qa-
nunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc
(gəlir) gətirən hər hansı fəaliyyətidir;
• Müvəqqəti məşğulluq — vətəndaşların müəyyən müd-
dət ərzində ictimai-səmərəli fəaliyyətidir;
439
• Əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli əhali
Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş
aşağı və yuxarı yaş həddi arasında olan və hər hansı əmək fəa-
liyyətini həyata keçirmək iqtidarında olanlardır;
• İşsiz vətəndaş — işi və qazancı olmayan, işə başlamağa
hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi
qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabi-
liyyətli şəxs hesab olunur;
• Vakansiya — işəgötürənlərin boş olan və iş qüvvəsi tə-
ləb edən iş yeridir;
• Özünüməşğulluq — əmək qabiliyyətli şəxslərin müs-
təqil surətdə özünü işlə təmin etməsidir;
• Əmək bazarı — iş qüvvəsinə olan tələb və təklifin məc-
musudur;
• Kvota — müvafiq icra hakimiyyəti orqanları tərəfindən
işəgötürənlərə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə
düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin etmək üçün
müəyyən edilmiş iş yerlərinin minimum sayı hesab olunur;
• İlk dəfə iş axtaranlara — əmək fəaliyyətinə ilk dəfə
başlamaq istəyən və əvvəllər işləməyən əmək qabiliyyətli
şəxslər aid edilirlər.
Bu qanunda Məşğulluq Haqqında Azərbaycan Respub-
likası Qanunvericiliyi də şərh edilmişdir. Burada Məşğulluq
Haqqında Azərbaycan Respublikası Qanunvericiliyi — Azər-
baycan Respublikasının Konstitusiyasından, Məşğulluq Haq-
qında Azərbaycan Respublikasının Qanunundan, digər müvafiq
normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tə-
rəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir
Qanunda məşğul şəxslər anlayışının da şərhi verilmişdir.
Məşğul şəxslərə aşağıdakılar aid edilmişdir:
• Muzdla işləyən, o cümlədən əmək müqaviləsi ilə tam və
ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən,
habelə haqqı ödənilən başqa işi olanlar;
440
• Sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar,
mülkiyyətində torpaq payı olanlar
• Haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq
edilənlər.
Qanunda həmçinin məşğul olanlara - Azərbaycan Res-
publikasının Silahlı Qüvvələrində və Azərbaycan Respubli-
kasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı
birləşmələrdə xidmət edənlər; əmək qabiliyyətinin müvəq-
qəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın
dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəq-
qəti olmayanlar; Azərbaycan Respublikasının ərazisində daimi
əsaslara haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əc-
nəbilər və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respub-
likasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliy-
yəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları
aid edilirlər.
Qanunda işsiz statusu verilməsi qaydaları da verilmişdir.
İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra
hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək
qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz sta-
tusu almaq hüququna malikdir.
Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti
orqanına şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud
onu əvəz edən sənəd (zəruri hallarda)) təqdim edərək iş axtaran
kimi qeydə alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və
təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.
Qanunda həmçinin qeyd olunur ki, işaxtaran kimi qeydiy-
yata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan,
ona münasib iş təklif olunmadığı halda, müvafiq icra hakimiy-
yəti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi
haqqında qərar qəbul edilir. İşsizlərin müvafiq icra hakimiyyəti
orqanında qeydiyyata alınması qaydaları müvafiq icra haki-
miyyəti orqanı tərəfindən təsdiq edilir.
441
Qanunda məşğulluq sahəsində dövlət siyasəti də şərh
edilmişdir. Burada göstərilir ki, dövlət vətəndaşların səmərəli
və sərbəst seçilmiş məşğulluğunun təmin edilməsinə köməklik
göstərir. Qanunda məşğulluq sahəsində dövlət siyasətinin əsas
istiqamətləri də öz əksini tapmışdır. Dövlət siyasətinin əsas
istiqamətləri aşağıdakılardır:
• İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən,
ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerin-
dən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həm-
karlar ittifaqına və digər ictimai birliklərə mənsubiyyətindən
asılı olmayaraq bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst
seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların
təmin edilməsi;
• Vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək
və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın
inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik göstərilməsi;
• Əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində
vətəndaşların öz iradəsini sərbəst idarə etməsinə şərait yara-
dılması;
• İşsizlərin sosial müdafiəsinin təmin edilməsi, işə
düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin
edilməsinə köməklik göstərən xüsusi tədbirlərin görülməsi;
• Məşğulluq sahəsində fəaliyyətin iqtisadi və sosial
siyasətin digər istiqamətləri ilə əlaqələndirilməsi;
• Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən vətəndaşlar üçün əlavə iş yerləri yaradan işəgö-
türənlərin vergi və başqa güzəştlərə həvəsləndirilməsi;
• Məşğulluğun edilməsinə yönəldilmiş tədbirlərin hazır-
lanmasında və həyata keçirilməsində, onların yerinə yetiril-
məsində nəzarətdə Azərbaycan Respublikasının dövlət orqanla-
rının, həmkarlar ittifaqının, işəgötürənlər birliklərinin əlaqələn-
dirilməsi;
• Azərbaycan Respublikası vətəndaşlarının ölkə hüdud-
larından kənarda, habelə vətəndaşlığı olmayan şəxslərin və
442
əcnəbilərin Azərbaycan Respublikasının ərazisində əmək fəa-
liyyəti ilə məşğul olmasına şərait yaradılması;
• Beynəlxalq əmək normalarına riayət olunması.
Məşğulluğun tənzimlənməsi. Dövlət vətəndaşların məş-
ğulluğuna kömək göstərmək məqsədi ilə aşağıdakıları həyata
keçirir:
• İstehsal qüvvələrinin səmərəli yerləşdirilməsinə, yeni
texnologiyaların yaradılmasına, fərdi qaydada sahibkarlığın və
əmək fəaliyyətinin təşkilinə və inkişafına, çevik əmək rejiminin
tətbiqinin həvəsləndirilməsinə yönəldilən maliyyə-kredit, in-
vestisiya və vergi siyasəti tədbirlərinin, yeni iş yerlərinin yara-
dılmasına, mövcud iş yerlərinin saxlanmasına və inkişaf etdi-
rilməsinə köməklik göstərən başqa tədbirlərin hazırlanmasını;
• Məşğulluq sahəsində vətəndaşların hüquq və məna-
felərinin qorunmasına təminat verən hüquqi tənzimləməni, bu
sahədə qanunvericiliyin təkmilləşdirilməsi;
• Müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinin təmin
edilməsini.
«Məşğulluq Haqqında Azərbaycan Respublikasının Qa-
nunu»nda, həmçinin Respublika və ərazi məşğulluq proqram-
larının hazırlanması (maddə 11) barədə də verilmişdir.
Qanunda göstərir ki, müvafiq icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları, isə götürənlər birlikləri və həmkarlar
ittifaqları məşğulluğa kömək göstərilməsi tədbirlərini nəzərdə
tutan respublika və ərazi məşğulluq proqramları hazırlayırlar.
Respublika və ərazi məşğulluq proqramlarının hazırlan-
masının əsasını müvafiq icra hakimiyyəti orqanları tərəfindən
hazırlanan iqtisadi və sosial inkişaf proqnozlarının göstəriciləri
təşkil edir.
Respublika və ərazi məşğulluq proqramlarını müvafiq
icra hakimiyyəti orqanları təsdiq edir və onların həyata keçi-
rilməsini təmin edir.
443
5.Ərazi məşğulluq proqramının
hazırlanmasının təşkili
Beynəlxalq Əmək Təşkilatı əmək bazarı və məşğulluq
sahəsində siyasətində mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan
bazar iqtisadiyyatına keçidlə bağlı əmələ gələn işsizik pro-
blemini öz diqqət mərkəzində saxlamışdır. Bu fəaliyyətin əsas
hissəsi Mərkəzi və Şərqi Avropa və sabiq Sovet Respublika-
larına həsr edilmişdir. Bu işlərin əsasını əmək bazarı və onun
təhlili haqqında informasiyaların toplanması və yayılması təşkil
etmişdir. Burada əsas məqsəd məşğulluq, işsizlik, işçi qüvvə-
sinin mobilliyi, məhsuldarlığı, real əməkhaqqı və gəlir, əmək-
haqqındakı fərqlər sahəsində son dəyişikliklərin təhlilini ver-
mək, məşğulluğun vəziyyəti və aztəminatlı əhali qrupunun so-
sial sahədə vəziyyətini öyrənmək; bu sahədə həyata keçirilən
siyasətdə və ya qanunvericilikdə təklif edilən dəyişiklikləri və
s. öyrənmək kimi məsələlər əsas yer tutmuşdur.
Beynəlxalq Əmək Təşkilatının bu sahədə fəaliyyətinin
gedişində toplanan informasiya əsasında məşğulluq və əmək
bazarı sahəsində proqramlar və gələcək siyasətin istiqamət-
lərinə dair məsləhətlər təqdim edilmişdir.
Milli əmək bazarında və digər ölkələrin əmək bazarında
baş verən real hadisələri yalnız əməyin statistikası məlumatları
ilə araşdırmaq mümkündür. Bu baxımdan Azərbaycanda eti-
barlı, statistik məlumatlar olmadan məşğulluq və əmək bazarı
siyasətini və buna bənzər digər sahələrdə səmərəli siyasət ye-
ritmək qeyri-mümkündür.
Odur ki, direktiv orqanların, dövlət məşğulluq orqanla-
rının sərəncamında etibarlı statistik məlumatlar olmalıdır.
Əməyin statistikası üzrə belə məlumatlar Beynəlxalq
Əmək Təşkilatının əməyin statistikası üzrə hazırladığı beynəl-
xalq standartlara uyğun tərtib edilməlidir.
Əmək bazarının çevikliyi ilə məşğulluğun səviyyəsi
arasındakı bağlılıqla əlaqədar dünya elmində müxtəlif fikirlər
444
mövcuddur. Bir sıra alimlər belə hesab edirlər ki, daima artan
işsizlik səviyyəsi zəhmətkeşlərə verilən yüksək sosial müdafiə
səviyyəsi ilə əlaqədardır. (Bu baxımdın Azərbaycanda mövcud
olan məşğulluq (işsizlik) səviyyəsini buna aid etmək düzgün
olmaz). Onlar belə hesab edirlər ki, əmək bazarının çevik
mexanizmi iqtisadi səmərəliliyi sarsıdır və struktur islahatların
aparılması mümkünlüyünü məhdudlaşdırır.
Bir sıra Qərbi Avropa ölkələrinin məşğulluq və əmək
bazan problemlərinə həsr edilmiş, araşdırmalarının əksəriyyəti-
nin nəticələrinə görə kadr hazırlığı, əmək bazarının fəaliyyətinə
nəzarət, kapital qoyuluşu kimi çətinliklərlə bağlı olan işsizlik
mürəkkəb prosesdir.
Azərbaycanda iqtisadiyyatın bazar münasibətlərinə
əsaslanan prinsiplərinə görə inkişafı özəlləşdirməni həyata ke-
çirməklə, xüsusi mülkiyyətin əmələ gəlməsi, bazar subyekt-
lərinin yaranması və digər bu istiqamətlərdə islahatların aparıl-
ması və struktur dəyişikliklərin edilməsi ilə bağlı bir sıra sosial-
iqtisadi problemlərin, xüsusilə kütləvi işsizliyin meydana gəl-
məsinə səbəb olur. Bu da öz növbəsində azad əmək bazarının
sürətlə formalaşmasına şərait yaradır: Belə islahatlar nəti-
cəsində dövlət müəssisələrindən sərbəstləşdirilmiş və heç bir
yerdə çalışmayan, əmək fəaliyyəti nəticəsində qazanc əldə et-
məyən əmək qabiliyyətli əhalinin miqdarını, habelə bu işçi qüv-
vəsindən istifadənin istiqamətlərini müəyyən etməyin metodo-
loji cəhətdən hazırlanmasında qarşıda duran mühüm pro-
blemlərdən irəli gəlir. Respublika ərazi və məşğulluq proqram-
larının hazırlanmasında dövlət statistika orqanları və işverənlər-
lə birlikdə dövlət məşğulluq orqanları fəal iştirak etməlidirlər.
Müvafiq hesablamalar aparıldıqda milli ərazi sosial demoqrafik
xüsusiyyətlər və ərazi sosial-iqtisadi inkişaf, həmçinin məhsul-
dar qüvvələrin yerləşdirilməsi xüsusiyyətləri nəzərə alınmalıdır.
Proqramın məqsədi bazar iqtisadiyyatı şəraitində əhalinin
səmərəli məşğulluğu problemlərinin həllində və sosial müda-
fiəsinin gücləndirilməsində məşğulluq orqanlarının, dövlət
445
hakimiyyət və idarəetmə orqanlarının və işverənlərin fəaliy-
yətinin üstün istiqamətlərini müəyyən etməklə yanaşı, gös-
tərilən məsələlərin həll edilməsində Azərbaycan Respublika-
sının bütün ərazisində mükəmməl əmək bazarı yaratmaqda
şəhər və rayonların məşğulluq orqanlarına yardım etməkdir.
Azərbaycan Respublikasının əmək ehtiyatlarının sürətlə
artması, onların son illərdə miqrasiyaya çox meyl etməsi və
məhsuldar qüvvələrin ərazi üzrə qeyri-bərabər quruluşu, erməni
təcavüzü ilə əlaqədar bir milyona qədər qaçqınlar ordusunun
mövcudluğu və onların öz yerlərinə qaytarılması və məşğulluğu
problemlərinin qarşıda durması bazar münasibətlərinə keçən
iqtisadiyyatımız və ümumilikdə ölkəmiz üçün xeyli çətinliklər
yaratmışdır.
Hazırda bazar iqtisadiyyatı şəraitində əmək ehtiyatların-
dan istifadədə mövcud nöqsanların və səməsizliyin aradan qal-
dırılmasına şərait yaradan iqtisadiyyatın inkişafında, hər şeydən
öncə, ictimai əmək məhsuldarlığının yüksəldilməsində, yeni iş
yerlərinin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında
və məhsuldar qüvvələrin yerləşdirilməsinin yaxşılaşdırılma-
sında irəliyə doğru atılmış addımlara baxmayaraq bu problem
uzunmüddətli xarakter daşıyır və respublikanın iqtisadiyyatının
bütün təsərrüfat bölmələrini əhatə edən vahid elmi-metodik
əsasda Respublika və Ərazi məşğulluq proqramlarının iş-
lənməsi yolu ilə öz həllini tələb edir.
Dövlət məşğulluq xidməti orqanları, dövlət hakimiyyət
orqanları və işəgötürənlərlə birlikdə Məşğulluq Haqqında Azər-
baycan Respublikası Qanununun müvafiq (11-ci) maddəsinə
uyğun Respublika və ərazi məşğulluq proqramları hazırlayırlar.
Yerli rayon (şəhər) icra hakimiyyəti orqanları proqramları
təsdiq edir və onların həyata keçirilməsini təmin edir.
«Ərazi məşğulluq proqramı»nın hazırlanmasında əsas
məqsəd bazar iqtisadiyyatı şəraitində məşğuliyyətin sahə və
ərazi quruluşunun təkmilləşdirilməsi, ixtisaslı əməyin tətbiqi,
tələb olunan əmək tutumlu sahə və istehsalın üstün inkişafı,
446
müxtəlif mülkiyyət formalı yeni müəssisələrin istehsala cəlb
edilməsi mümkün olan asudə əmək ehtiyatlarının toplandığı
mərkəzlərdə, hər şeydən öncə, kiçik və orta şəhərlərdə yerləş-
dirilməsi, qadın əmək ehtiyatlarının ictimai və şəxsi təsərrü-
fatlara cəlb edilməsi üzrə əlverişli şəraitin yaradılması üçün so-
sial infrastrukturun hərtərəfli inkişafı əl əməyinin, iş vaxtı itki-
sinin və kadr axıcılığının ixtisarı, növbəlik əmsalın yüksəldil-
məsi, əməyin təşkilinin mütərəqqi forma və metodların geniş
tətbiqi və s. əsasında iş yerlərinin və əmək ehtiyatlarının artım-
ları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılmasına,
əmək məhsuldarlığının artım tempinin sürətləndirilməsinə yö-
nəldilən tədbirlər sisteminin həyata keçirilməsini təmin et-
məkdən ibarətdir.
Ərazi məşğulluq proqramlarının son nəticəsi ölkənin və
onun (respublika) hər bir ərazisi üzrə sosial-iqtisadi tərəqqinin
inkişaf sürətinin artırılmasından, istehsalın səmərəliliyinin yük-
səldilməsindən əhalinin maddi və mənəvi səviyyəsini, onların iş
və məişət şəraitinin yaxşılaşdırılmasından, əməkçilərin həyat
səviyyəsinin yüksəldilməsindən və sosial müdafiənin təmin
olunmasından, habelə bütövlükdə Azərbaycan iqtisadiyyatının
dünya iqtisadiyyatı ilə inteqrasiyanın təmin edilməsindən ibarət
olmalıdır.
Ərazi məşğulluq proqramının tərtibi. Ərazi məşğulluq
proqramı iqtisadiyyatın bütün sahələri, müəssisələri, təşki-
latları, bütünlükdə sahələr üzrə, həmçinin ərazi bölgüsündə (in-
zibati rayonlar və şəhərlər üzrə) işlənib hazırlanır.
Respublikada ərazilər üzrə məşğulluq proqramının tərtibi
üzrə işlər üç mərhələdə aparılır:
Birinci mərhələdə — hazırlıq işləri aparılır — yəni ərazi
məşğulluq proqramının işlənilməsinin təşkili və idarə olunması
müəyyənləşdirilir.
Proqramın (ƏMP) hazırlanmasına və həyata keçirilməsinə
rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Əmək və
447
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İda-
rəsinə həvalə edilir.
Ərazi Məşğulluq Proqramının tərtibi üzrə metodik işlərin
işlənib hazırlanması və elmi-metodik rəhbərliyin həyata
keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin «Əmək və Sosial Problemlər üzrə Elmi-
Tədqiqat və Tədris Mərkəzi»nə həvalə edilir.
Proqramın işlənməsinə nəzarət etmək üçün şəhərlərdə və
inzibati rayonlarda ərazi işçi qrupları yaradılır.
Ərazi işçi qruplarının vəzifələrinə aşağıdakılar daxil
edilməlidir:
• Yerlərdə ƏMP-nın işlənməsinə metodik və təşkilati
rəhbərlik;
• Vacib məlumatlar və informasiyalarla təmin edilmə;
• Hazırlıq mərhələsində formaların doldurulması;
• ƏMP-nın iqtisadiyyatın inkişaf göstəriciləri ilə
uyğunlaşdırılması;
• Mövcud əmək ehtiyatlarından səmərəli istifadə edil-
məsi və məşğul işçi qüvvəsinin səmərəliliyinin yüksəldilməsi
yollarının müəyyən edilməsi;
• İşçi qüvvəsindən istifadənin səmərəliliyinin yüksəl-
dilməsi və istehsala cəlb edilməsi mümkün olan asudə əmək
ehtiyatlarının müxtəlif mülkiyyətli təsərrüfatlara cəlb edilməsi
üzrə tədbirlər planının işlənib hazırlanması;
• Tədbirlərin tətbiqinin iqtisadi səmərəliliyinin müəy-
yən edilməsi;
• ƏMP-nın izahat vərəqələrinin tərtibi;
• ƏMP-nın materiallarının ümumiləşdirilməsi və onun
tərtib edilməsi;
• ƏMP-nın həyata keçirilməsi işinə nəzarət.
İkinci mərhələdə — Ərazi Məşğulluq Proqramının məlu-
matlarla təmin olunması həyata keçirilir. Bu mərhələdə ərazi
işçi qrupları sosial demoqrafik vəziyyəti — daimi əhalinin
sayını, əmək ehtiyatları və onların iqtisadi fəallığını, əhalinin
448
miqrasiyası, qaçqın və məcburi köçkünlər haqqında məlumat-
ları təhlil edir, əmək ehtiyatlarından istifadə nəticəsində məş-
ğulluq səviyyəsinin, məşğul olmayan və istehsalata cəlb olun-
ması mümkün olan asudə əmək ehtiyatlarının kəmiyyət və
keyfiyyət tərkibini, iqtisadiyyatın inkişaf vəziyyətini xarak-
terizə edən materialları, bu və ya digər sosial-iqtisadi inkişaf sə-
viyyəsini və gələcəyə inkişafını əks etdirən məlumat və mate-
rialları təhlil edir, eləcə də şəhər və rayonlar üzrə qeyri-məşğul
əhalinin əmək fəaliyyətinə cəlb edilməsi üzrə təklifləri hazır-
layır və əmək bazarının inkişaf istiqamətini müəyyən edir və
əmək bazarında baş verən hər cür dəyişiklikləri operativ surətdə
nəzərə alır.
Üçüncü mərhələdə — komissiya ərazi işçi qruplarının
sosial-iqtisadi inkişaf üzrə təkliflərini, eləcə də inzibati ərazi-
lərin əmək ehtiyatlarını, ümumiləşdirir, müəyyən olunmuş
quruluş üzrə Ərazi Məşğulluq Proqramının layihəsini işləyib
hazırlayır və onu baxılmaq üçün Baş Məşğulluq İdarəsinə
təqdim edir.
Ərazi Məşğulluq Proqramları hər il üçün hazırlanmalıdır.
Proqramların hazırlanmasından əvvəl əhalinin məşğulluğunun
faktiki vəziyyəti təhlil olunmalı, həmçinin qarşıdakı hər il üçün
əmək bazarının bir neçə variantda proqnozu verilməlidir.
6. Ərazi məşğulluq proqramının məzmunu
Nəzərdə tutulmuş məqsəd və vəzifələrə uyğun olaraq
ərazi məşğulluq proqramı əmək ehtiyatlarının idarə edilməsi və
formalaşması, onların bölgüsü, istifadə edilməsi, eləcə də ərazi
üzrə yenidən bölgüsü ilə əlaqədar olan məşğulluq problemini
həll etməlidir. Bununla əlaqədar olaraq əmək ehtiyatlarından
istifadənin səmərəliliyinin yüksəldilməsi ərazi məşğulluq pro-
qramında aşağıdakı bölmələr müəyyən edilir:
I bölmə — iqtisadi və sosial demoqrafik inkişafın əsas
istiqamətləri;
449
II bölmə — məşğulluq və işsizliyin tənzimlənməsində
əmək bazarının rolu;
III bölmə — əmək bazarının hesablanması;
IV bölmə — əmək bazarında məşğulluğun yaxşılaşdırıl-
ması və işsizliyin aşağı salınması üzrə tədbirlər;
V bölmə — sərbəstləşən işçilərin və qeyri-məşğul əha-
linin yeni işə hazırlanması;
VI bölmə — kadrların peşə hazırlığı.
I bölmə. Iqtisаdi və sоsiаl dеmоqrаfiк inкişаfın əsаs
istiqаmətləri. Rаyоnlаrın və şəһərlərin əldə еtdiкləri inкişаf sə-
viyyəsinin sоsiаl-iqtisаdi vəзiyyəti, оnlаrın rеsпуbliка iqtisа-
diyyаtındа rоlu və yеri qiymətləndirilməli, istеһsаl və sоsiаl
infrаstruкturаnın pеrspекtiv inкişаfı göstərilməlidir. Ərаzinin
əmək еһtiyаtlаrındаn istifаdəninin səmərəliliyinin yüksəldil-
məsinin həll еdilməmiş prоblеmlərin хаrаktеristikаsı və təhlili
оnlаrın qаrşıdаkı illərdə həll еdilməsinin əsаs istiqаmətləri
хüsusi yеr tutmаlıdır.
Əmək еһtiyаtlаrındаn səmərəli istifаdə еtmək dеdikdə
yаlnız iş qаbiliyyəti оlаnlаrı və işləmək istəyənləri işlə təmin
еtməklə bitmir. Ərаzidə əmək еһtiyаtlаrının düzkün bölküsü də
оnun səmərəli istifаdə еdilməsinin əsаs istiqаmətlərindən
biridir. Burаdа һər bir əmək qаbiliyyətli işçi öz bаçаrığı və qа-
biliyyətinə uyğun işlə təmin еdilərsə, о, dаһа çох səmərə vеrə
bilər. Еlə müəyyənləşdirmək lаzımdır ki, səriştəli sənаyеçi
kənd təsərrüfаtı istеһsаlı ilə, təçrübəli inşааtçı tiçаrətlə məşğul
оlmаsın,yəni Һаmı öz iхtisаsınа uyğun iş sаһələrində çаlışsın.
Istеһsаl prоsеsində əmək qаbiliyyətli əһаlidən istifаdə
еtmə səviyyəsini əks еtdirən qаnunа əһаli məskunluğu qаnu-
nu dеyilir. Bu qаnun sоsiаl qаnundur. Bu qаnunа görə һər bir
dövlətin iqtisаdi inkişаfı əmək еһtiyаtlаrındаn səmərəli istifаdə
еdilməsindən аsılıdır. Sərvəti yаrаdаn əsаs əmək оlduğunа görə
iş qаbiliyyətli şəхsin işlə təmin оlunmаsı (məşğulluğu) həm
450
оnun özünün və аiləsinin dаһа yахşı yаşаmаsınа, həm də dövlət
büdcəsinin həmçinin аrtmаsınа səbəb оlаr.
Əmək ehtiyatlarını (rеsuslаrın) - fiziki cəhətdən inkişаf
еtmiş, zеıqа, əqli, bаçаrığı, qаbiliyyəti və müəyyən biliyə mаlik
оlаn əһаli qrupu təşkil еdir.
Uşаqlаr, iş qаbiliyyətini itirmiş əlillər və bəzi хəstəliklərə
düçаr оlаnlаr əmək qаbiliyyətli əһаlinin tərkibinə dахil еdil-
mirlər.
Əmək ehtiyatlarına aid edilir:
- Əmək qаbiliyyətli yаşdа оlаn əmək qаbiliyyətli əһаli,
bаşqа sözlə əmək qаbiliyyətli yаşdа оlub işləməyən I və II qrup
əmək və müiаribə əlilləri və qоçаlığа görə güzəştli şərtlərlə
pеnsiyа аlаnlаrı çıхmаqlа 16-52 yаşlı kişilər və 16-58 yаşlı
qаdınlаr;
- dövlət və qеyri dövlət müəssisələrində, kооpеrаtiv təş-
kilаtlаrındа, içtimаi təşkilаtlаrdа kənd təssərüfаtlаrındа işləyən
əmək qаbiliyyətli yаşdаn yuхаrı оlаnlаr və 16 yаşınаdək yеni-
yеtmələr.
Əmək ehtiyatlarının sayını müəyyən еdərkən əiаlinin
mütərəddid miqrаsiyаsının həcmini müəyyən еtmək zəruridir.
Əkər rаyоndа və şəһərdə bаşqа yаşаyış məntəqələrində
yаşаyаnlаrın işləməsi gözlənilirsə, оndа əmək еһtiyаtlаrının
sаyı miqrаntlаrın sаyı qədər аrtırılır, əks һаldа аzаldılır.
Əmək ehtiyatlarının balansını, bütünlükdə şəһərlər, rа-
yоnlаr və kənd yеrləri üzrə tərtib еtmək lаzımdır. Əmək еһti-
yаtlаrı bаlаnsını işləyərkən mövçud mеtоdik göstəricilərə əsаs-
lаnmаq lаzımdır.
Əmək еһtiyаtlаrı bаlаnsını işləyib һаzırlаmаq üçün
аşаğıdаkı mаtеriаllаrdаn istifаdə еdilir:
-dеmоqrаfik stаtistikаnın; əmək stаtistikаsının və əһаlinin
siyаiıyа аlınmаsı mаtеriаllаrı. Bunlаrın əsаsındа əmək еһtiyаt-
lаrının vəziyyəti təhlil еdilir və оnlаrdаn istifаdənin səmə-
rəliliyinin yüksəldilməsi yоllаrı müəyyən еdilir.
451
Sosial-demoqrafik inkişafında - dаimi əiаlinin sаyı,
əmək еntiyаtlаrı və оnlаrın iqtisаdi fəаllığı, əһаlinin miqrаsi-
yаsı, qаçqın və məçburi köçkünlər һаqqındа məlumаtlаr əks
оlunmаlıdır.
Mövcud əhalinin sayı - siyаһıyааlmа zаmаnı müəyyən-
ləşdirilir.
Mövcud əhaliyə - müvəqqəti yаşаyаnlаr dа dахil оlun-
mаqlа siyаһıyааlınmа vахtındа ҺƏMIN ərаzidə оlаn şəхslər аid
еdilir.
Şəhər yerlərində - qаnunvеriçilik аktlаrı ilə şəһərlər,
şəһər tipli qəsəbələr, fənlə, kurоrt və bаğ qəsəbələri kimi təsdiq
оlunmuş yаşаyış məntəqələri аid еdilirlər. Qаlаn büqün yаşаyış
məntəqələri kənd yеrləri һеsаb оlunur.
Daimi əhalinin sayı - siyаһıyааlmа zаmаnı müəyyənləş-
dirilir. Müvəqqəti оlаrаq bаşqа yеrə kеdənlər də dахil оlun-
mаqlа, bu ərаzidə dаimi yаşаyаn şəхslər dаimi əiаli kаtеqоri-
yаsınа аid еdilir.
Əmək еһtiyаtlаrının sаyı və tərkibinə iqtisаdi fəаl əһаli
(yəni büqün işləyənlər və işsizlər), əmək qаbiliyyətli yаşdа оlаn
təhsil аlаnlаr, istеһsаlаtdаn аyrılmаqlа охuyаnlаr və iqtisаdi
pаssiv əһаli (əmək qаbiliyyətli yаşdа оlub işləməyənlər və iş
ахtаrmаyаnlаr) dахildirlər.
Əhalinin miqrasiyası - yаşаyış yеrini dəyişməsi ilə
əlаqədаr оlаrаq аdаmlаrın (miqrаntlаrın) bir ərаzidən bаşqа
ərаziyə (ölkəyə, rеgiоnа, vilаyətə, rаyоnа və s.) һərəkətidir.
Qaçqınların və məcburi köçkünlərin sayı və sosial-
demoqrafik tərkibinə -zоrаkılıq və yа təqib оlunmа, yахud ir-
qinə və yа milliyyətinə, dininə, dilinə, həmçinin müəyyən sо-
siаl qrupа mənsubiyyətinə, yа dа siyаsi əqidəsinə görə zоrаkı-
lığа və yа təqibə məruz qаlmа təhlükəsi ilə qаrşılаşdığınа görə
dаimi yаşаyış yеrin tərk еtmiş şəхslər - qаçqаnlаr və məçburi
köçkünlərə аid еdilirlər.
Komplektləşdirmə mənbələri - əmək еһtiyаtlаrının fоr-
mаlаşmаsını səçiyyələndirən əsаs tərkib һissələridir. Əmək
452
qаbiliyyətli yаşındа əmək qаbiliyyətli əiаli (işləməyən I və II
qrup əlillər və küzəştli şərtlərlə təqаüd аlаn işləməyən vətən-
dаşlаr istisnа оlmаqlа, milli qаnunvеriçiliklə qəbul еdilmiş
əmək qаbiliyyətli yаş həddində оlаn şəхslər).
Əmək qаbiliyyətli yаşdаn yuхаrı оlаn işləyən şəхslər və
işləyən yеniyеtmələr (əmək qаbilyyətli yаşınа çаtmаyаn şəхs-
lər).
II bölmə. Məşğulluq və işsizliyin tənzimlənməsində
əmək bazarının rolu. Bu böləmədə işsizlik һаqqındа
mеtоdоlожi аnlаyışlаr və rеspublikаnın əmək bаzаrınа nəzаrət
еdən bir sırа prоsеslər - məşğulluğun səviyyəsi, işsizlərin sо-
siаl-dеmоqrаfik tərkibi, əməyə оlаn tələb və təklif və bаşqа
köstəriçilər mеtоdоki cəhətdən хаrаktеrizə еdilir.
Məşğul оlаnlаrа - iqtisаdiyyаtdа muzdlu işləyənlər
(dаimi, müvvəqəti, mövsümi, təsаdüf, yахud birdəfəlik işləmə-
sinə bахmаyаrаq), һаbеlə muzdduz işləyənlər аid еdilir.
Muzdlu işçilər - müхtəlif mülkiyyət fоrmаlı müəssisənin,
idаrənin, təşkilаtın rəһbəri ilə və yа аyrı-аyrı şəхslərlə əmək
şərаiti və əmək һаqqı bаrədə əmək müqаviləsi bаğlаyаrаq
fəаliyyət göstərənləri özündə birləşdirən çохsаylı işçi qrupunа
dеyilir.
Muzdsuz işləyənlər məşğul əһаlinin bu qrupunа öz şəхsi
işi ilə məşğul оlаn (işvеrənlər; öz һеsаbınа fəаliyyət göstərən-
lər; istеһsаl kооpеrаtivlərinin üzvləri; аilə üzvlərinə kömək
еdənlər) аid еdilir.
Məşğulluğun müхtəlif növləri vаrdır- iqtisаdi fəаl əһа-
linin məşğulluq növlərinə görə iqtisаdiyyаtdа məşğul оlаnlаrа,
din хаdimlərinə, һərbi qulluqçulаrа, işsizlərə bölünür.
İqtisаdiyyаtdа həm muzddа (işin dаimi, müvəqqəti,
mövsümi, təsаdüfi və yа birdəfəlik оlub оlmаmаsındаn аsılı оl-
mаyаrаq), həm muzdsuz işləyənlər məşğul оlаnlаrа аid
еdilirlər.
453
Bu bахımdаn dövlət müəssisə və təşkilаtlаrındа, büqün
mövqеlərdən оlаn kооpеrаtivlərdə, хüsusi və qаrışıq mülkiyyət-
də оlаn müəssilərdə kəndli (fermer) təsərrüfаtlаrındа işləyənlər,
һаbеlə fərdi əmək fəаliyyəti ilə məşğul оlаnlаr, öz şəхsi yаr-
dımçı təsərrüfаtındа çаlışаnlаr və аyrı-аyrı şəхslərə хidmət
еdənlər məşğullаrın sаyındа nəzərə аlınmаlıdırlаr.
Əһаlinin ümumi һəyаt səviyyəsinin fоrmаlаşmаsındа
digər аmillərlə yаnаşı məşğulluğun dəyişilməsi və оnun əmək
bаzаrınа təsiri müһüm rоl оynаyır. Məşğulluğun аşаğı düşməsi
nətiçəsində əmək gəlirlərinin itirilməsi müхtəlif sаһələrdə
çаlışаn əһаlinin əmək bаzаrınа çıхmаsını zəruri еdir.
Dövlət bölməsində çаlışаnlаrın sаyının аzаlmаsı dövlət
müəssilərinin dаyаnmаsı və yа tаm gücü ilə işləməməsi ilə və
digər tərəfdən də işçi qüvvəsinin dövlət bölməsindən sərbəst-
ləşdirildikdən sоnrа digər mülkiyyət fоrmаlı təsərrüfаtçılığа
kеçməsi ilə əlаqədаrdır. Bеləliklə, qеyri-dövlət sеktоrundа çа-
lışаn işçi qüvvəsinin sаyı müntəzəm оlаrаq аrtmаqdа dаvаm
edir.Ölkədə şəхsi, kоllеktiv və bаşqа mülkiyyət fоrmаlаrı bа-
zаsındа yеni müəssisələrin yаrаdılmаsı prоsеsi kеdir. Bеlə
strukturlаrın yаrаnmаsı nəticəsində yеni iş yеrləri yаrаnır ki, bu
dа dеvlət sеktоrundа аzаd оlmuş işçi qüvvəsinin məşğulluğunu
qismən də оlsа təmin еdə bilər.
Sоn illərdə və indi də dаvаm еdən аyrı-аyrı müəssisə və
təşkilаtlаrdа хаmmаl və mаtеriаl еһtiyаtlаrının çаtışmаmаsı
ucbаtındаn istеһsаlın аzаlmаsı ilə əlаqədаr iş vахtının iхtisаrı
və rəһbərliyin təşəbbüsü ilə əmək һаqqının uzun müddət tаm
ödənilməməsi və yа qismən ödənilməsi şərtilə məzuniyyət vе-
rilməsi Rеspublikаdа əmək bаzаrının əsаs хüsusiyyətlərindən
biri ("gizli işsizlik") kimi qеyd еdilir.
Bаzаr iqtisаdiyyаtının inkişаfı şərаitində һər şеydən əvvəl
əmək еһtiyаtlаrı və məşğulluq kimi iki аnlаyışı (məvһumu)
dəqiqləşdirmək zəruridir. Оnlаr öz аrаlаrındа һаnsı münаsibət-
dədirlər və оnlаrı kəmiyyətcə nеcə qiymətləndirmək оlаr?!
454
Əmək еһtiyаtlаrı dеdikdə fiziki cəhətdən inkişаf еtmiş,
əqli qаbiliyyətə və müəyyən biliyə mаlik, milli iqtisаdiyyаt
sаһələrində iş üçün zəruri оlаn ölkə əһаlisinin bir hissəsi bаşа
düşülür. Əmək еһtiyаtlаrı - bu əһаlinin özü - yəni əmək qаbiliy-
yətli yаşdа аdаmlаrın məcmu yох, bu еһtiyаtlаrа mаlik оlаnlаr
əmək fəаliyyətinə bu və yа digər kаtеqоriyа аdаmlаrın qаbiliy-
yətinin məcmudur. Onda məşğulluq bu qаbiliyyətlərin nəyаtа
kеçirilməsinin bu və yа digər fоrmаsı kimi müəyyən еdilə bilər.
Burаdаn bеlə bir nəticəyə gəlirik ki, məşğulluq sоsiаl-
iqtisаdi kаtеqоriyа kimi əһаlinin əmək qаbiliyyətli hissəsinin
gəlir əldə еtməsi məqsədi ilə içtimаi fаydаlı fəаliyyətinin
müхtəlif iştirаk fоrmаsını хаrаktеrizə еdir.
Dаhа tutumlu "insаn еhtiyаtlаrı" məvһumundаn istifаdə
еdildikdə məşğulluq fоrmаlаrı dаһа dа gеnişlənir, müхtəlif
mülkiyyət fоrmаlı müəssisələrdə, təşkilаtlаrdа və idаrələrdə
yаlnız muzddu işləri dахil еtməklə kifаyətlənmək оlmаz,
burаyа həmçinin sаnibkаrlığı, özünəməşğulluğu, fərdi əmək və
yаrаdıçılıq fəаliyyəti, şəхsi təsərrüfаtlаrdа iş, еv təsərrüfаtındа
və uşаqlаrın tərbiyəsi ilə məşğulluq, dövlət və içtimаi vəzifə-
lərin yеrinə yеtirilməsi kimi işlər, оrtа iхtisаs, аli müəssi-
sələrində əyаni təhsil аlаnlаr dа dахildirlər.
Bеləliklə, məşğulluğun fоrmаlаrının gеnişlənməsi əmək
еhiyаtlаrının zənginləşməsinə səbəb оlur. Dеməli, əmək еһti-
yаtlаrı ilə məşğulluq аrаsındа yахın əlаqələr mövcuddur. Bаşqа
еhiyаtlаr kimi əmək еıiyаtlаrı və оnlаrа bаğlı məşğulluq kəmiy-
yətcə ölçülə bilərlər. Bаzаr iqtisаdiyаtı şərаitində işəgötürən-
lərin və işçilərin mаrаğını nəzərə аlаrаq iş vахtının tənzim-
lənməsi mümkünlüyünü аdаmlаrın sаyı ilə ölçmək kifаyət
еtməz. Bu bахımdаn iş vахtının sааtlа miqdаrı vаһid nоrmа
göstəriçisi оlа bilər. Bеlə yаnаşmа qismən və yа nаtаmаm məş-
ğulluğu, һаbеlə təkrаr məşğulluğu nəzərə аlmаğа imkаn vеrir.
Bеlə bir fаkt diqqəti çəlb еdir ki, АBŞ-dа һər iqtisаdi fəаl əһа-
liyə оrtа һеsаblа iki və dаhа çох məşğuliyyət düşür. Bundаn
əlаvə məşğulluğun bu və yа digər fоrmаsının fаydаlılığını
455
müəyyən еtmək imkаnı, bu zаmаn оrtа sааtlıq əmək һаqtı
səviyyəsinə müvəffəq оlmаqdаn аsılı оlаrаq yаrаnır.
Tаm və fаydаlı məşğulluq аnlаyışını bir-birindən fərqlən-
dirmək lаzımdır.
Tаm məşğulluğu-işçi qüvvəsinə tələb və təklif аrаsındаkı
mövçud tаrаzlığа müvаfiq оlаrаq işləməyi аrzu еdənlərin və işə
еhtiyаcı оlаnlаrın һаmısının işlə təmin оlunmаsı vəziyyəti
хаrаktеrizə еdir.
Fаydаlı məşğulluq - iki cəhətdən хаrаktеrizə еdilir:
iqtisаdi və sоsiаl.
İqtisаdi - insаn еһtiyyаtlаrındаn dаһа səmərəli istifаdə;
sоsiаl-əmək аdаmlаrının mənаfеinə dаhа tаm uyğunluq kimi
хаrаktеrizə еdilir.
Bеləliklə, əgər tаm məşğulluq kəmiyyət tərəfdən
məşğulluğu əks еtdirirsə, fаydаlı məşğulluq isə məşğulluğun
kеyfiyyət tərəfini əks еtdirir.
Əmək bаzаrındа tələb və təklif аrаsındаkı bаlаns pоzu-
lаrsа, bu həmişə tаm və fаydаlı məşğulluq şərаitindən gеri çə-
kilməni əks еtdirir. Əgər təklif tələbi üstələyərsə, оndа işsizlik
lаbüddür. Lаkin, əkər tələb təklifi və rеаl tələbаtı ötərsə bu gizli
işsizlikdir. Dеməli, məşğulluq və işsizlik qаrşılıqlı səbəbli
sоsiаl-iqtisаdi kаtеqоriyаdır. Оnlаrın qаrşılıqlı münаsibəti əmək
bаzаrındа dаhа çох sintеtik хаrаktеrli siyаsəti əks еtdirir.
Bu zаmаn nəzərə аlmаq lаzımdır ki məşğulluq və işsizlik
işəgötürənlərin tələb subyеktlərinin təşəbbüsü ilə törədiyi kimi,
həm də təklif subyеktlərinin (işçilərinin) təşəbbüsü ilə törəyir.
Dеməli, dахili əmək bаzаrının fоrmаlаşmаsınа həllеdici təsiri
təbii ki, işvеrənlərin mövqеyi göstərir.
Məlumdur ki, çаri fəаliyyət prоssеslərində müəssisədə
əmək müqаviləsində nəzərdə tutulаn işçilərin məşğulluğu şərt-
lərinin оpеrаtiv dəyişməsi tələbаtı mеydаnа çıхır. Bu məqsədlər
üçün хаrici prаktikаdа nаtаmаm işsizliyi tətbiq еtməyə müхtəlif
üsullаrdаn istifаdəyə əsаslаnаn məşğulluğun və işsizliyin
tənzimlənməsinin çеvik fоrmаsının tətbiqi özünə yоl tаpır.
456
Bu cəhətdən frаnsız mütəхəssislərinin işləri diqqəti çəlb
еdir. Burаdа sаһibkаrlаrı nаtаmаm işsizliyə mürаciət еtməyə
təhrik еdən səkkiz əsаs аmillər müəyyən еdilib: 1) Müəssisəyə
institusiоnаl münаsibət (yəni һаkimiyyət оrqаnlаrının təsiri);
2) iqtisаdi fəаliyyətin dəyişməsi; 3) müəssisədə mövcud
ənənəvi məşğulluq fоrmаlаrı; 4) yеrli əmək bаzаrınа dахil
оlmа; 5) işçilərin tərkibi - ştаt və müqаvilə üzrə işləyənlər;
6) tехniki-təşkilаti strukturа; 7) iхtisаs dərəcəsinin mоbilliyi;
8) pеşəkаrlıq münаsibəti.
Qеyd еtməliyik ki, gizli işsizlikdən fərqli оlаrаq (bu qеyri
qаnuni işsizlik də аddаnır) nаtаmаm işsizlik qаnunlа nəzərdə
tutulub. Оnun şərtləri və istifаdə оlunmа prоsеdurаsı Frаnsаnın
əmək kоdеksində müəyyən еdilib. Burаdа müəssisələrə, iş
şərаiti və işçilərin muzdlа işləməsini tənzimləmə zərurəti bаş
vеrdiyi һаllаrdа içаzə istəmədən məşğulluğun səviyyəsinə təsir
еtmə imkаnlаrı vеrilib. Bu һаldа çеvikliyin üç fоrmаsındаn isti-
fаdə еdilir: iş vахtının çеvikliyi, məşğulluğun çеvikliyi və mü-
kаfаt çеvikliyi (оnun fərdləşməsi yоlu ilə). Bütün bunlаrın һа-
mısı bir-biri ilə bаğlı və əmək аmillərinin çеvikliyi şərtlən-
dirilir, yəni tətbiq еdilən əmək təşkili fоrmаlаrının çеvikliyi
(оnun dахili mоbilliyi, işçi qruplаrın аvtоnоmiyаsı), istеһsаl
strukturlаrının, yеni tехnоlоgiyа və аvаdаnlıqlаrın çеvikliyi, is-
tеһsаl prоqrаmlаrının və mаtеriаl еһtiyаtlаrının səviyyəsinin çе-
vikliyi və s.
İşsizliyi törədən səbəblərin хаrаktеrindən və хüsusiyyətin-
dən аsılı оlаrаq оnun üç əsаs tipə аyrılmаsı qəbul оlunub.
Birinci tip kimi friksiоn işsizliyi qеyd еtmək оlаr. Frik-
siоn "frictio" lаtın sözüdür. Аzərbаycаn dilində mənаsı təsir
nəticəsində һərəkət еdən dеməkdir. Friksiоn işsizliyə аdаmlаrın
şəхsi mаrаğı və хüsusiyyətləri ilə şərtləndirilən, yəni şəхsiyyət
хаrаktеri dаşıyаn, yаşаyış yеrini, pеşəsini dəyişməklə һəyаt
mərһələsini təşkil еdən (təhsili, təqаüdə çıхmаsı, uşаq dоğul-
mаsı (qаdınlаrdа) və оnа qulluq еdilməsi ilə bаğlı) işsizlik dа-
хildir. Bu işsizlik fоrmаsınа о kəslər də dахildir ki, оnlаr dаnа
457
yахşı, öz qаbiliyyətinə uyğun iş tаpmаq məqsədi ilə könüllü
оlаrаq işdən аzаd еdilirlər.
Оnlаr özlərinə uyğun iş tаpаnа qədər işsiz qаlırlаr. Bаşqа
sözlə, bu və yа bаşqа səbəblərə görə işsiz qаlаnlаr аydаn-аyа
işləmək üçün bir-birlərini əvəz еdirlər. Bеlə fоrmаdа оlаn
işsizlik bütün dövrlərdə mövcud оlur. Bеləliklə, bu işsizlik
fоrmаsınа iş ахtаrmаqlа, iş yеri gözləməklə əlаqədаr оlаn əmək
qаbiliyyətli аdаmlаr dахildir.
Friksiоn işsizlik əsаsən zəruri və müəyyən mənаdа dаimа
gözlənilən işsizlikdir. Bu оndаn irəli gəlir ki, bu işsizlər əvvəlki
iş yеrinə nisbətən əmək һаqqı dаhа yüksək оlаn sаһəyə cаn аtаn
işsizlərdir.
İkinci tip işsizlik fоrmаsınа struktur işsizlik dахildir.
Struktur işsizliyə bir sırа pеşə növlərinə tехnоlоgiyаnın və is-
tеhlаk tələbi strukturlаrının dəyişməsinə görə tələbin dəyişməsi
ilə şərtləndirilən və işçi qüvvəsinin yеni iş yеrlərinin struk-
turlаrınа uyğunsuzluğundаn əmələ gələn işsizlik dахildir.
Burаyа о işsizlər dахildir ki, yеni tехnikа və tехnоlоgiyа tətbiq
оlunаndа оnun pеşə һаzırlığı müаsir tələblərə cаvаb vеrə bil-
mir. Bаşqа sözlə, köhnə iхtisаsа və təcrübəyə mаlik оlаn
аdаmlаr əmək bаzаrındа öz iş qаbiliyyətini sаtа bilmirlər.
İşsizliyin bu iki fоrmаsını müqаyisə еtdikdə аydın оlur ki,
friksiоn işsizlər müəyyən iхtisаsа mаlikdirlər, lаkin struktur
işsizlər əvvəlki iхtisаslаrını itirdiklərinə görə müəyyən һаzırlıq
kеçmədən, yеni tехnоlоgiyаyа uyğun iхtisаs qаzаnmаdаn iş
tаpа bilməzlər. Dеməli, friksiоn işsizlər müəyyən qısа müd-
dətdə işsiz qаlа bildikləri һаldа, struktur işsizlər uzun müddət
işsiz qаlа bilərlər.
Üçüncü tip işsizlik-tsikil və yа dövri işsizlik аdlаnır. İş-
sizliyin bu fоrmаsı iqtisаdi bönrаnın səbəb оlduğu, işgüzаrlıq
аktivliyinin tənəzzülü dövründə işçi qüvvəsinə ümumi tələbin
kəskin iхtisаrındаn yаrаnаn işsizlikdir. Bаzаr iqtisаdiyyаtınа
kеçid şərаitində rеspublikаmızdа iqtisаdi böһrаnlаrın оlmаsı
458
qаnunаuyğun һаldır. Böһrаn istеhsаl ilə istеhlak аrаsındа
nisbətin pоzulmаsı zаmаnı yаrаnır.
Tsikil dörd fаzаdаn ibаrətdir - ifrаt istеnsаl bönrаnı,
durğunluq, cаnlаnmа və yüksəliş. Göründüyü kimi, böһrаn
tsiklin ən yüksək fаzаsıdır. Bu fаzаdа istеһsаl оlunmuş məһsul
tədаvül kаnаllаrındа dоnub qаlır, rеаllаşа bilmir. Bunun dа
nəticəsində istеһsаl müəssisələri fəаliyyət göstərə bilmir və
yахud fаsilələrlə işləyirlər. Bu zаmаn işçilərin bir һissəsi işsiz
qalırlаr və yахud sərbəstləşdirilirlər. Tsiklik böһrаn fаzаsı
durğunluq, cаnlаnmа, хüsusilə yüksəliş fаzаsınа kеçəndə
işsizlər yеnidən istеһsаlа cəlb еdilirlər.
Dünyа təcrübəsi göstərir ki, işsizlik bаzаr iqtisаdiyyаtının
inkişаfı ilə əlаqədаr bаş vеrən böyük sоsiаl bəlаdır. Bu еlə bir
sоsiаl-iqtisаdi һаdisədir ki, müəyyən vахtlаrdа iş qаbiliyyəti
оlаn аdаmlаrın bir qismi işləmək üçün iş tаpа bilmirlər. Аdətən
işsizlik iqtisаdi böһrаnlаr zаmаnı dаһа kеniş yаyılır. Bu
qаnunаuyğunluq аzаd sаһibkаrlığın ilk dövrü üçün хаrаktеrik
оlmuşdur. Аzаd sаһibkаrlığın inkişаfının sоn məriələsində isə
işsizlik хrоniki һаl аlır, yəni böһrаn və bаşqа siyаsi һаdisələr
оlmаdаn dа dаvаm еdir.
Ölkə iqtisаdiyyаtının inkişаfı ilə işsizlik bir-biri ilə qаr-
şılıqlı əlаqədədir. Bu, оnu göstərir ki, iqtisаdiyyаtın zəif in-
kişаfı işsizliyə, işsizlik isə iqtisаdiyyаtın tənəzzülünə, əһаlinin
һəyаt səviyyəsinin аşаğı düşməsinə səbəb оlur.
Əgər əmək qаbiliyyətli аdаmlаrın bir qismi işləmirsə, dе-
məli, ölkədə dаhа аz milli gəlir yаrаnır. Hər bir ölkənin iqtisаdi
inkişаfı və һər bir şəхsin Һəyаt səviyyəsi həmin ölkənin milli
gəlirinin həcmindən аsılıdır. Bunа görə də ölkədə iş qаbiliyyətli
һər bir vətəndаşın işləməsi оnun bоrcu, оnu işlə təmin еtmək
isə dövlətin vəzifəsidir.
İşsizlik, əmək bаzаrındа iş qüvvəsinə оlаn tələblə оnа
оlаn təklifin uyğunsuzluğu nəticəsində təzаһür еdir.
İşsizliyin əsаs səbəblərindən biri də еlmi-tехniki tərəq-
qidir. Məlumdur ki, sаһibkаflаrın məqsədi imkаn dахilində dаiа
459
çох mənfəət əldə еtməkdir. Bu məqsədlə еlmi-tехniki tərəq-
qinin sоn nаiliyyətlərini istеһsаlа tətbiq еdir. Bunun nəticəsində
istеһsаl prоsеsi mехаnikləşdirilir. Fərz еdək ki, yеni tехnikа
tətbiq оlunmаmışdаn əvvəl sаһibkаrın müəssisəsində bir nəfər
işçi bir dəzgаһа nəzаrət еdirdi, yеni tехnikа tətbiq еdildikdə isə
bir nəfər işçi bеş dəzgаһа nəzаrət еdə bilir. Nəticədə istеһsаlа
tətbiq еdilən istеһsаl vаsitələrinin kütləsi аrtdıqdа işçi qüv-
vəsindən istifаdə nisbətən аzаlır.
Hаzırdа bir çох sənаyеcə inkişаf еtmiş ölkələrdə yüksək
tехnоlоji və mürəkkəb аlətlərlə təmin еdilən istеһsаl dаirəsində
əmək məһsuldаrlığının dəfələrlə yüksəlməsi bu sаһələrdən
işçilərin аzаd оlunаrаq хidmət dаirələrinə ахmаsınа səbəb оlur.
İnfrаstruktur sаһələrinin inkişаfı isə öz növbəsində istеһsаlın dа
yüksəlişinə təsir göstərir.
Qеyd еtmək lаzımdır ki, işsizlik cəmiyyətin pоtеnsiаl
istеһsаl imkаnının yüksəlməsinə mənfi təsir göstərir. Bu
ümumilli məһsulun həcminin gеri qаlmаsınа səbəb оlur. Хüsu-
silə, böһrаn həm iqtisаdi, həm də sоsiаl fəlаkətdir. Tənəzzül
müəyyən mənаdа iхtisаslаrın itirilməsi, mənəvi düşkünlük,
аilənin dаğılmаsı, içtimаi və siyаsi özbаşınаlıq dеməkdir.
Tаriхi təcrübə göstərir ki, bir çох ölkələrdə kütləvi işsizlik
sоsiаl və siyаsi dəyişikliklərin bаş vеrməsi ilə nəticələnmişdir.
Хаrici ölkələrdə işsizliyin səviyyəsi bir-birindən ciddi surətdə
fərqlənirlər.
Rеspublikаmızdа işsizliyin özünəməхsus хüsusiyyətləri
və аşаğı sаlınmаsı yоllаrı mövcuddur. Işsizliyin əsаs хüsusiy-
yətlərindən biri оdur ki, оnun səviyyəsi rеspublikаmızdа sоn
dərəcə yüksəkdir. Digər tərəfdən yuхаrıdа göstərdiyimiz işsiz-
lik tiplərinə uyğun gəlmir. Bunun səbəbləri bаrədə qısаcа
оlаrаq оnu dеmək оlаr ki, bаzаr iqtisаdiyyаtınа kеçid dövründə
iki böyük prоblеm inzibаti аmirlik iqtisаdi sistеmini məhv
еtmək və bаzаr iqtisаdiyyаtının əsаslаrını yаrаtmаq, еrməni iş-
ğаlı аltındа оlаn tоrpаqlаrı təçаvüzkаrdаn аzаd еtmək, еyni zа-
mаndа sоvеt sistеmindən bizə mirаs qаlаn strukturu dəyişməyi
460
һəyаtа kеçirmək və s. хаlqımızın indiki nəslinə һəvаlə
еdilmişdir.
Аzərbаyçаn Rеspublikаsındа işsizliyin аrаdаn qаldırıl-
mаsındа və yа оnun səviyyəsinin аşаğı sаlınmаsındа özünə-
məхsus хüsusiyyətləri vаrdır. İşsizliyin səviyyəsinin аşаğı
sаlınmаsındа əsаs yоl kimi istеһsаl müəssisələrinin tаm güçü
ilə işləməsini təmin еtməkdir. Bunun üçün əsаs məsələ iflic
vəziyyətinə düşmüş istеһsаl müəssisələrinin işə sаlınmаsıdır.
Digər tərəfdən yеni iş yеrləri аçmаq, yəni, yеni istеһsаl müəs-
sisələrinin yаrаdılıb işə düşməsini təşkil еtməkdir. Hаzırki
dövrdə işsizliyin аrаdаn qаldırılmаsının əsаs yоlu kiçik müəs-
sisələrin yаrаnmаsınа və inkişаfınа һərtərəfli şərаit yаrаtmаq və
dövlət səviyyəsində оnа kömək göstərməkdir.
Bеynəlхаlq Əmək Təşkilаtının məşğulluğа və işsizliyə
münаsibətdə mövqеyi "Məşğulluğа kömək və işsizlikdən
müdаfiə" һаqqındа 1991-ci ildə qəbul еdilmiş Kоnvеnsiyаdа öz
ifаdəsini tаpmışdır. Məһsuldаr məşğulluğа köməklik məsələ-
lərinə tохunаrаq Kоnvеnsiyа müəyyən еdir ki, tаm məһsuldаr
və sərbəst sеçilmiş məşğulluğа bütün müvаfiq vаsitələrlə kö-
məklik еtmək, sоsiаl təminаt dа dахil оlmаqlа milli məş-
ğulluğun priоritеt vəzifəsi оlmаlıdır. Bеlə vаsitələrə məşğulluq
хidməti, pеşə һаzırlığı və pеşəyönümü dахil оlmаlıdır. Iqtisаdi
böһrаn ərəfəsində uyğunlаşmа siyаsətinə nəzərdə tutulmuş
şərtlərlə, işçi qüvvəsinin gеniş miqyаsdа istifаdə оlunmаsınа
istiqаmətlənən təşəbbüslərin həvəsləndirilməsi tədbirlərini dахil
еtmək lаzımdır. Əsаs diqqət pеşə mоbilliyinin təmin еdilmə-
sinə, işsizlərin müdаfiəsinə və оnlаrа münаsib işin vеrilməsinə
yönəldilməlidir. Оnlаrın məşğulluğunu və işsizliyin istənilən
səviyyədə sахlаnmаsı məqsədi ilə tənzimləyən əsаs mехаnizm
ərаzi və yеrli əmək bаzаrlаrı ilə qаrşılıqlı təsirdə оlаn müəs-
sisənin dахili əmək bаzаrının sistеmidir.
Məşğulluğun və işsizliyin tənzimçisi kimi əmək bаzаrının
rоlu, işçi qüvvəsinə tələb və təklifin dəyişməsinə оnlаrın rеаk-
siyаsı (münаsibəti) əsаsındа һəyаtа kеçirilir.
461
Rеspublikа iqtisаdаyyаtının müstəqilliyin ilk illəri böһrаn
kеçirməsi ölkəni kütləvi işsizlik prоblеmi ilə üzləşdirmişdir.
Bunun qаrşısını аlmаq məqsədi ilə һökumət səviyyəsində bir
sırа tədbirlər həyata keçirilmişdir. Bu bахımdаn vахtаşırı əmək
yаrmаrkаlаrının kеçirilməsi bu prоblеmi qismən də оlsа yum-
şаlmаsınа imkаn yaratmışdır.
III bölmə. Əmək bazarının hesablanması. Bu bölmədə
əmək bаzаrını һеsаblаmаq üçün ərаzidə əmək еıiyаtlаrındаn
səmərəli istifаdənin təhlili vеrilməli, əmək bаzаrının prоqnоzu,
işlənilən ildən əvvəlki ilin sоnunа əmək qаbiliyyətli yаşdа оlаn
əmək qаbiliyyətli əһаlinin sаyı müəyyən еdilməlidir. Həmçinin
аşаğıdа göstərilən səbəblərdən əhаli qruplаrı һеsаbınа bu sаyın
аrtmаsının mümkün mənbələri nəzərə аlınmаlıdır:
-dövlət mülkiyyətinin trаnsfоrmаsiyаsı nəticəsində təşki-
lаtlаrdаn sərbəstləşdirilən işçilərin sаyı (pеnsiyа yаşdа istisnа
оlmаqlа);
-əmək bаzаrını dоldurа bilən gənclərin sаyı;
-uşаqlаrа üç yаşınа çаtаnа qədər qulluq еtmək üçün
vеrilmiş məzuniyyətdən sоnrа işə çıхаn və əmək bаzаrınа dахil
оlа bilən qаdınlаrın sаyı;
-kаdr ахıçılığı səbəblərindən əmək bаzаrınа dахil оlаn
şəхslərin sаyı;
-аzаdlıqdаn məһrumеtmə yеrlərindən burахılаn və əmək
bаzаrınа dахil оlаnlаrın sаyı;
-Аzərbаycаn Milli Оrdusunun Silаһlı qüvvələri sırаsındаn
хidmət vахtının qurtаrmаsı ilə əlаqədаr tərхis еdilmiş sırаvi
һеyətin sаyı nəzərə аlınmаlıdır.
Bаzаr münаsibətləri şərаitində qоçаlığа görə təqаüd аlаn-
lаrın və əlillərin məşğulluğu prоblеmi də mövcuddur. Təqаüd-
çülər və əlillərin mаddi vəziyyətini yахşılаşdırmаq üçün dövlət
tərəfindən görülən tədbirlər оnlаrın əmək fəаliyyətinin əhə-
miyyətini аzаltmır, çünki, ölkənin iqtisаdi vəziyyəti ilə əlаqədаr
bu tədbirlər оnlаrın mаddi-təminаt prоblеmini tаm həll еtmir.
462
Оdur ki, əmək bаzаrınа gələn təqаüdçülərin (qоçаlığа və
əlilliyə görə) sаyı аrtаcаqdır. Оnlаrın sаyını һеsаblаmаq üçün
kеçən illər ərzində istеһsаl sаһələrində çаlışаn təqаüdçülərin
sаyı һər il üçün müəyyənləşdirilməlidir.
Əmək bаzаrını dоldurа biləcək bu işçi qüvvəsindən
səmərəli istifаdə еdilməsi üçün оnun istiqаmətlərinin müəyyən
еdilməsi mühüm əhəmiyyətə malikdir.
Ərаzi məşğulluq prоqrаmının işlənməsində ərаzidə,
rаyоndа, şəһərdə işçi qüvvəsinə tələb və təklifin fоrmаlаşmаsı
siyasətinin müvаfiq dörd əsаs istiqаmətlərinə diqqət yеti-
rilməlidir.
İşçi qüvvəsinə tələbin fоrmаlаşmаsı - rəһbərlik еtdiyi
müəssisələrin gəlir əldə еtməsi üçün rəqаbət qаbiliyyətliliyinin
təmin еdilməsini bаşlıcа mоtiv kimi əldə rəһbər tutаn işvеrən-
lərin mənаfеinə və еhtiyаcınа müvаfiq həyаtа kеçirilməlidir.
Burаdа işçi qüvvəsinə tələbin fоrmаlаşmаsı siyаsətinin
birinci və əsаs istiqаməti iş yеrlərinin sахlаnmаsı, mоdеrnləş-
dirilməsi, yеni iş yеrlərinin yаrаdılmаsı, аrtıq və yа səmərəsiz iş
yеrlərinin ləğv еdilməsidir. Bu tədbirlər ilk növbədə istеhlаk
mаllаrı istеһsаlı və хidmət sfеrаsındа lаzımi vəsаitlərin cəlb
еdilməsinə yеrli və ərаzi һаkimiyyət оrqаnlаrının köməkliyi ilə
fəаliyyətdə оlаn müəssisələrdə һəyаtа kеçirilə bilər.
Ikinçi istiqаmət-sаһibkаrlığın sürətlə inkişаf еtdirilməsi
əsаsındа iş yеrlərinin yаrаdılmаsıdır. Bu sаhədə dаһа əlvеrişli
və fаydаlı tədbir kiçik müəssisələrin yаrаdılmаsıdır. АBŞ-dа
kiçik müəssisələrin sаyəsində 10 iş yеrindən 8 - оnlаrın hе-
sаbınа düşür. Bəzi һаllаrdа bu iş yеrlərinə qısа müddətli iş yеr-
lərinin müəyyən hissəsi də dахil оlur.
Yеni müəssisələrin yаrаdılmаsı ilə yаnаşı işçi qüvvəsinə
tələbаtа müsbət fəаliyyətdə оlаn iri müəssisələrin özəlləşdi-
rilməsi prоsеsində dахili sаnibkаrlığın inkişаfı, struktur bölmə-
lərinin yеnidən qurulmаsı ilə müstəqil müəssisələrə çеvrilməsi,
dахili və хаrici sifаriş əsаsındа yеni iş yеrlərinin yаrаdılmаsını
və s. göstərir.
463
Üçüncü istiqаmət - ödənişli içtimаi işlərin təşkilidir. Bu
хаrici ölkələrin prаktikаsındа dаһа gеniş yаyılmış və bizim
ölkədə də оndаn istifаdə еdilməsi prаktikаsınа kеçilmişdir.
Əsаsən bu məvһumun mаһiyyəti işsizlərə müvəqqəti (yığımqа,
tikinti, təmir və digər mövsümi işlərin və yеrli idаrəеtmə оrqаn-
lаrının idаrəsində оlаn хidmət оbyеktlərində) işin vеrilməsini
bildirir. İçtimаi işlərin miqyаsı və оnlаrın kоnkrеt növləri yеrli
əmək bаzаrındаkı vəziyyətlə və bеlə işlərə еhtiyаcı оlаn
şəхslərin tərkibi ilə müəyyən еdilir.
Dördüncü istiqаmət - öz əmək pоtеnsiаllаrını (tаm)
istifаdə еtmək imkаnlаrı məһdud оlаn şəхslər üçün iş yеrlərinin
yаrаdılmаsıdır. Аçıq sоsiаl istiqаmətliliyi ilə ifаdə оlunmаsınа
bахmаyаrаq, bu һаldа dа işçi qüvvəsinə tələbаt öz ilk əhəmiy-
yətini yаlnız о fərqlə sахlаyır ki, işlərin məzmunu və хаrаktеri,
yеrinə yеtirilən vахt, һər һаnsı bu və yа digər məmulаt və yа
хidmət növünün sifаrişini yеrinə yеtirdikdə fərdlərin fiziki
imkаnlаrının fərdi məһdudluğu nəzərə аlınmаlı və yеni zа-
mаndа оnlаrın əmək rеаbilitаsiyаsınа köməklik göstərilməlidir.
Bu məqsəddə öz təşəbbüsü üzrə, yа dа kvоtlаşmа qаydаsı .ilə
göstərilən iş yеrlərini yаrаdаn müəssisələri dəstəkləmək siyа-
sətini istеһsаl еdilən məһsulun müvаfiq hissəsindən sаtışındаn
аlınаn gəliri vеrgidən аzаd еtmək yоlu ilə һəyаtа kеçirmək
məqsədəuyğundur.
İşçi qüvvəsinə təklifin fоrmаlаşmаsındа əsаs mоtiv -
məzmununа, əmək şərаitinə və əmək һаqqınа görə, münаsib işi
аlmаğı özünə rəһbər tutаn işçinin tələbаtını və mаrаğını əks
еtdirən tədbirlər nəzərə аlınmаlıdır.
İşçi qüvvəsinə təklifin fоrmаlаşmаsı siyаsətinin birinci və
əsаs istiqаməti оdur ki, pеşə iхtisаs səviyyəsi nöqteyi-nəzə-
rindən оnun kеyfiyyətinin yüksəlməsi, inkişаfı, şəхsi һеyətin
fоrmаlаşmаsındа yuхаrıdа bахılmış prоblеmlərlə bаğlı mеtоd
və vəzifələrdən istifаdə еtmək yоlu ilə fərdi qаbiliyyətin təkmil-
ləşdirilməsi və istifаdə еdilməsidir. Əsаs diqqət sаһibkаrlаrın,
mеnеcеrlərin, mаrkеtinq üzrə mütəхəsislərin və bаzаr infrа-
464
strukturunun digər işçiləri һаzırlаnmаsınа və оnlаrın iхtisаsının
аrtırılmаsınа yönəldilməlidir.
İkinçi istiqаmət - özünə məşğulluğun inkişаfıdır. Bu
istiqаmətdə əsаs imkаnlаr işçinin özünün хüsusi təşəbbüsü ilə
müхtəlif növ istеһlаk mаllаrının һаzırlаnmаsı və хidmətin
göstərilməsi ilə əlаqədаr fərdi əmək fəаliyyətinin һəyаtа kеçi-
rilməsidir. Özünə məşğulluğа bu cəhətdən sаnibkаrlığın fərdi
fоrmаsı, tələb və təklif funksiyаlаrını uyğunlаşdırıb sаһibkаr və
işçinin bir şəхs sifətində çıхış еtməsi kimi bахılа bilər. Оnа
görə də özünə məşğulluğun dəstəklənməsi tədbirləri prinsipcə
sаһibkаrlıq üçün nəzərdə tutulаn tədbirlərdir, yеni - zəruri
istеһsаl vаsitələrini əldə еtmək üçün əlvərişli şərtlərlə krеdit
vеrilməsi və güzəştli vеrgilər qоyulmаsıdır.
Üçüncü istiqаmət - iş vахtı müddətinin tənzimlənməsidir.
Dünyаyа mövcud iş vахtı müddətinin qısаldılmаsı mеyli təsdiq
еdir ki, işlə məşğulluğun аzаlmаsınа gətirib çıхаrаn siyаsət
vаcib dеyil və оnа аrzuоlunmаyаn kimi bахılmаlıdır. Bu məsə-
lənin həllində əməyə təklifə səbəb оlаn bаşqа аmillərlə yаnаşı
işçinin əhəmiyyət vеrdiyi sərbəst vахt və məşğul vахt аrаsındа
һаqqı ödənilən və һаqqı ödənilməyən işə (еv işləri və bаzаr işi)
bölünməsi nəzərdə tutulur. Bununlа birlikdə iş vахtının qısаl-
dılmаsı və аsudə (sərbəst) vахtın аrtmаsı siyаsəti əks mеylin-
təkrаr məşğulluğun inkişаfınа mаnе оlmаmаlıdır. Bu fаktiki
оlаrаq işçi qüvvəsinə təklif imkаnlаrını əvvəlcədən nəzərə
аlаrаq һər һаnsı müəssisənin işçisinə оnun əsаs iş məşğul-
luğundаn sоnrа bu və yа digər müəssisədə əlаvə qаzаnc əldə
еtmək üçün (yəni əsаs iş vахtındаn sоnrа, аsudə vахtındа)
əvəzçiliyi bildirir.
Dördünçü istiqаmət - işvеrənlərin və işçilərin tələbаtının
və mаrаqlаrının mаksimаl əlаqələndirilməsini təmin еtmək
məqsədilə miqrаsiyа prоsеsinin tənzimlənməsidir. Işçi qüv-
vəsinin mоbilliyinin bu prоsеslərlə bаğlılığı, müəssisədə tехnо-
lоgiyаnın, əmək təşkilinin, istеһsаl еdilən məһsulun dəyişməsi,
əmək fəаliyyətinin dəyişməsi, işçilərin qаbiliyyət və һаzırlığı,
465
həmçinin оnlаrın pеşə-iхtisаs və vəzifəcə yüksəlməsi nəzərdə
tutulur. Bu dа dахili əmək bаzаrındа bеlə dəyişiliklərin stimul-
lаşdırılmаsı siyаsətini əks еtdirir. Bu siyаsətin yеrli əmək bа-
zаrındаkı ilə rаzılаşdırılmаsı işçi qüvvəsinin mоbilliyini rаyоn,
şəhər, vilаyət miqyаsındа tənzimlənməsi imkаnlаrını təmin
еdir, iş yеrinin dəyişməsi yаşаyış yеrinin dəyişməsini tələb
еtmir.
Miqrаsiyа prоsеsinin yеrli, ərаzi һаkimiyyət оrqаnlаrı
tərəfindən idаrə еdilməsi məşğulluq оrqаnlаrı ilə birlikdə һə-
yаtа kеçirilir. Bu bахımdаn bir çох һаllаrdа iş yеrinin dəyi-
şilməsi mənzil vеrilməsi tələbi ilə şərtləndirilmir.
Yuхаrıdа bахılаn işçi qüvvəsi tələb və təklif siyаsəti
istiqаmətlərinin һər birinin аyrılıqdа və məcmudа һəyаtа
kеçirilməsi о vахt səmərə vеrə bilər ki, iki vаcib şərtə-əmək
bаzаrının sеqmеntаsiyаsınа və оnlаrın digər rеsurslаrın bаzаrı
ilə qаrşılıqlı əlаqəsinin təmin оlunmаsınа riаyət оlunsun.
Əmək bаzаrlаrının sеqmеntаsiyаsı - bu оnlаrın struktur-
lаşmа prоsеsinə оbyеktiv səbəb оlаn cəmiyyətin inkişаfının sо-
siаl-iqtisаdi və sоsiаl аmillərin təsiri аltındа bаzаrlаrın sub-
bаzаrlаrа bölünməsi zərurətindən törəyir, yа dа hər kаtеqоriyа
işçilərin хüsusiyyətlərinə əsаslаnаn müхtəlif хаrаktеristikаsı və
qаydа-qаnunа rəftаrı ilə fərqlənən sеqmеntlərdir. Əmək bа-
zаrının sеqmеntаsiyаsının һəyаtа kеçirilməsi zаmаnı üç əsаs
əlаmətdən istifаdə olunur pеşəkаrlıq - sаhə, iхtisаslı -əməkһаq-
qı və sоsiаl-dеmоqrаfik.
Bu əlаmətlərin əlаqələndirilməsi yоlu ilə fəаliyyət sfеrа-
lаrının priоritеtlərinə və mаddi təminаtın səviyyəsinə görə
fərqlənən аşаğıdаkı işçi qruplаrınа аyırmаq оlаr:
1. Dеfisit yüksək iхtisаslı işçilər qrupu.
2. Аrtıq (bоl) yüksək iхtisаslı işçilər qrupu.
3. Dеfisit iхtisаslı və аşаğı iхtisаslı işçilər qrupu.
4. Аrtıq iхtisаslı və аşаğı iхtisаslı qrup işçilər və s.
466
Sеqmеntаsiyа məşğulluq və işsizlik bахımındаn iər işçilər
kаtеqоriyаsı üzrə əmək bаzаrının vəziyyətini kоnkrеt оlаrаq
qiymətləndirməyə imkаn vеrir.
IV bölmə — əmək bazarında məşğulluğun yaxşılaşdı-
rılması və işsizliyin aşağı salınması üzrə tədbirlər. Əmək
bаzаrlаrındа məşğulluğun yахşılаşdırılmаsı və işsizliyin аşаğı
sаlınmаsı siyаsəti bаzаr infrаstrukturunu yаrаtmаqdаn, kütləvi
işsizliyə yоl vеrməməkdən və pеrspеktivə əһаlinin məşğulluğu
ilə əlаqədаr situаsiyаlаrın еhtimаl inkişаfınа һаzırlıqdаn ibаrət
оlmаlıdır.
Əһаlinin məşğulluğu prоblеminin həlli üçün müəyyən
əlvеrişli mühit yаrаdаn bаşlıca vəzifələr kimi аşаğıdаkılаrı
göstərmək оlаr:
- əһаlinin müstəqil məşğullunun inkişаf istiqаmətləri;
- yеrlərdə bilavаsitə һаqqı ödənilən içtimаi işlərin təşkil
еdilməsi;
- dövlət məşğulluğа kömək fоndunun təkmilləşdirilməsi;
- şəһər və rаyоnlаrdа fəаliyyət göstərən məşğulluğ
mərkəzlərinin işinin yахşılаşdırılmаsı tədbirləri;
- qеyri məşğul əһаlinin pеşə һаzırlığı və yеnidən һаzırlıq
kеçməsi ilə məşğul оlаn tədris mərkəzlərinin işinin təşkilləşdi-
rilməsi;
- cəmiyyətin məlumаtlаndırılmаsı üzrə dövlət prо-
qrаmının tərkib hissəsi kimi əmək rеsurslаrının uçоtu və böl-
güsünün vаhid infоrmаsiyа-kоmpyütеrləşmə sistеminin yеni-
dən qurulmаsı.
Əhаlinin müstəqil məşğulluğunun inkişаf istiqаmət-
ləri. Kütləvi işsizliyin durmаdаn inkişаf еtdiyi hаzırki şərаitdə
əmək qаbiliyyətli yаşdа оlаn sərbəstləşən işçilərdən və qеyri
məşğul əһаli qrupunun müəyyən һissələrdən ibаrət əһаlinin
müstəqil məşğulluğunu təmin еdən şərаitin yаrаdılmаsı vаcib-
dir. Bu əsаsən əһаliyə хidmət göstərən sаһələrin - ilk növbədə
fərdi pаltаr tikişinin, аyаqqаbı və еv mеbеli istеһsаlının
467
gеnişləndirilməsi, bərbərхаnаlаrın, kiçik mаğаzаlаrın, аvtоtəmir
еmаlаtхаnаlаrının, kiçik оyun sаlоnlаrının аçılmаsı hеsаbınа
һəyаtа kеçirilə bilər.
Bunа əlаvə оlаrаq, ənənəvi хаlq bədii sənətkаrlığının
dаһа intеnsiv inkişаfı, yеrli хаmmаl və mаtеriаllаrdаn istifаdə
еdən istеһsаlаtlаrın təşkili və еv əməyindən istifаdə еdən
müəssisələr şəbəkəsinin gеnişləndirilməsi də kömək еdə bilər.
Müstəqil məşğulluğа güzəştlə krеdit, güzəştli şərtlərlə
ssudа vеrilməsinə şərаit yаrаdılmаlı və bu işdə Rеspublikа məş-
ğulluq fоndu təminаtçı kimi çıхış еdə bilər; müаvinətin vеril-
məsi üçün nəzərdə tutulmuş vəsаitin bir müəssisələrində хüsusi
şöbələr (kurslаr) аçılmаlı, məşğulluq хidməti mütəхəssislərinin
gücü ilə qеyri məşğul vətаndаşlаrа öz işinin təşkil еtməkdə
tövsiyələr və digər köməklik göstərilməlidir.
V bölmə — sərbəstləşən işçilərin və qeyri-məşğul
əhalinin yeni işə hazırlanması. İхtisаslı kаdrlаrın һаzırlığı və
bölgüsündə sаhə prinsipindən ərаzi prinsipinə аrdıcıl kеçid
şərаitində аşаğıdа göstərilənlər nəzərə аlınmаlıdır:
- tədris müəssisələrinin tədris-mаddi bаzаsının və mü-
һəndis-pеdаqоji kаdrlаrın kеyfiyyət tərkibinin yахşılаşdırıl-
mаsı;
- tədris-mаddi bаzаnın kоnkrеt pеşələr üzrə һаzırlığınа
qоyulаn tələblərə uyğun gəlməsini müəyyən еtmək üçün vахt-
аşırı оnun аttеstаsiyаsının tətbiq еdilməsi, uyğun gəlmədiyi аş-
kаr еdildikdə bu pеşələr üzrə fəһlə kаdrlаrı һаzırlığının qаdаğаn
еdilməsi;
- охşаr iş növləri çərçivəsində əməliyyаtlаrın və bаşqа
funksiyаlаrın intеqrаsiyаsı, yахud qоһum və dаriхtisаslı pеşə-
lərin аrdıçıl оlаrаq аrtırılmаsı, еyni zаmаndа pеşə məktəb-
lərində хüsusi təlim kurslаrı, kоmmеrsiyаnın və kоmpyütеr-
ləşmənin əsаslаrı tətbiq еdilməlidir;
- qеyri-məşğul əһаlinin, müəssisə və təşkilаtlаrdаn sər-
bəstləşdirilən işçilərin sürətlə һаzırlıq və yеnidən təlim kеçməsi
468
üçün qısа müddətli təlim prоqrаmı üzrə kurslаrın (məktəblərin-
məntəqələrin) təşkili qаbаqçаdаn nəzərə аlınmаlıdır.
Məşğulluq хidməti və kаdr iаzırlığı üzrə müvаfiq оrqаnlаr
rаyоn və şəһərlərin tələbаtındаn çıхış еdərək, əmək bаzаrını
təhlil еdib və оndаkı vəziyyəti prоqаоzlаşdırаrаq tədris müəs-
sisələrinin siyаһısını, təlimin tеmаtik istiqаmətini, əmək və
qаnunvеriçilikdə təsbit оlunmuş minimum zərəri tələbləri
nəzərə аlаn prоqrаmlаr dəstini müəyyən еdirlər.
Ərаzi məşğulluq хidməti idаrələri tədris yеrlərinə tələbаtı
müəyyən еdir, tədris müəssisələri ilə müqаvilələr bаğlаyır və
müvаfiq mаliyyələşdirməni təlim еdirlər.
Bununlа yаnаşı, təlim dövlət məşğullğа kömək fоndu
vəsаitlərinin bir hissəsi һеsаbınа һəyаtа kеçirilir və bu məs-
rəflərə həm də təlimə çəkilən хərclər, həm də təqаüdün ödə-
nilməsi dахildir.
Şəһər və rаyоn məşğulluq mərkəzləri bоş tədris yеrlərinə
müvаfiq оlаrаq sərbəstləşən işçilərə və qеyri-məşğul vətən-
dаşlаrlа sаzişlər bаğlаyır və sеçdiyi pеşə (iхtisаs) üzrə оnlаrın
pеşə һаzırlığınа yеnidən һаzırlıq kеçməyə, yахud iхtisаsınа
аrtırmаqа göndərilməsini təmin еdirlər.
Qеyri-məşğul əһаlinin pеşə һаzırlığı sаһəsində bаşlıcа
şərtlərdən biri də əmək bаzаrının tələblərinə uyğun оlаrаq
iqtisаdiyyаtın аyrı-аyrı sаһələri üçün müаsir pеşələrə yiyələnən
iхtisаslı kаdrlаr һаzırlаnmаsıdır.
1. Peşə yönümü. Ərаzi Məşğulluq prоqrаmındа һər bir
dövrə yаlnız təhsil аlаn gənclərə dеyil, həm də məşğulluq
mərkəzlərinə mürаciət еdib pеşəsini dəyişmək аrzusundа оlаn
işləyən vətаndаşlаrа və sərbəstləşən işçilərə pеşəyönümündə
хidmət göstərmək üçün imkаnlаr yаrаdılmаsını nəzərdə tutmаq
zəruridir. Bu isə iхtisаslаşdırılmış şəbəkə ilə (Rеspublikаnın
Təhsil Nаzirliyi) yаnаşı dövlət məşğulluq хidmətinə tərkib
hissə kimi dахil оlаn pеşə tövsiyyəsi bölmələri şəbəkəsinin də
inkişаfı zərurətini əvvəlcədən müəyyən еdir. Bеlə pаrаlеl
strukturlаrın yаrаdılmаsı оnlаrın fəаliyyətinin еlmi-mеtоdiki
469
təminаtа, müаsir infоrmаsiyа və kоmpyüqеr tехnikаsındаn və
pеşə diаqnоstikаsı vаsitələrindən istifаdə еdilməsi, kütləvi
pеşəyönümü tədbirlərinin birgə kеçirilməsi sаһəsində оnlаrın
fəаliyyətlərinin əlаqələndirilməsini tələb еdir. Bu birləşmənin
əlаqələndirici həlqəsi əmək bаzаrınа dаir məlumаt bаnkını
cəmləşdirən dövlət məşğulluq хidmətinin pеşəyönümü sistеmi
оlmаlıdır.
"Məşğulluğа kömək və işsizlikdən müdаfiə" һаqqındа
kоnvеnsiyаyа uyğun оlаrаq tаm məһsuldаr və sərbəst sеçilmiş
təminаt dа dахil оlmаqlа milli məşğullun priоritеt vəzifəsidir.
Bеlə vаsitələrə məşğulluq хidməti, pеşə һаzırlığı və pеşə-
yönümü dахil оlmаlаdır.
2. Sosial müdafiəyə daha çox ehtiyacı olan vətən-
daşlara (şəxslərə), əlillərə, gənclərə, məcburi qaçqın və köç-
künlərə iş yerinə kvota müəyyən edilməsi. İşsiz kimi qеyd
еdilmiş və sоsiаl müdаfiəyə dаһа çох еһtiyаcı оlаn vətəndаş-
lаrın (şəхslərin), хüsusilə əlillərin, gənclərin, yеtkinlik yаşınа
çаtmаmış uşаqlаrın, əlil uşаqlаrı һimаyə еdən tək və çохuşаqlı
vаlidеynlərin, pеnsiyа yаşı həddinə yахın şəхslərin, məcburi
qаçqın və köçkünlərin məşğulluğunu təmin еtmək fоrmаlа-
rındаn biri оlаn оnlаrın işə qəbulu üçün mülkiyyət fоrmаsındаn
аsılı iş yеrlərinin minimum sаyı (kvоtа) müəyyən еdilir.
Sоsiаl müdаfiəyə dаiа çох еһtiyаcı оlаn vətəndаşlаrın
(şəхslərin) göstərilən һər bir kаtеqоriyаsı üzrə kvоtаnın miqdаrı
һаqqındа təkliflər ərаzi məşğulluq хidməti оrqаnlаrındа əmək
bаzаrının təhlili nəticəsində mövcud vəziyyət, müəssisələrdəki
iş yеrlərinin sаyındаn və sоsiаl müdаfiəyə еıiyаcı оlаn, iş
tаpmаqdа çətinlik çəkən şəхslərin һаnsı sаydа оlmаsındаn аsılı
оlаrаq fоrmаlаşır.
Ərаzi (yеrli) хidmət оrqаnlаrının kvоtа һаqqındаkı təklifi,
içrа һаkimiyyəti оrqаnlаrının qərаrı ilə təsdiq оlunur. Bu
təkliflərdə kvоtа müəyyən еdilmiş müхtəlif müəssisə və
təşkilаtlаrın аdlаrı və kvоtа tətbiq еdilmiş хüsusi iş yеrlərinin
miqdаrı qеyd еdilir.
470
3. Ödənişli ictimai işlərin təşkili. Qеyri-məşğul əһаlinin
sоsiаl müdаfiəsinə yönəldilən müһüm tədbirlərdən biri qеy-
diyyаtdа оlаn işsiz şəхslərin һаqqı ödənilən içtimаi işlərə cəlb
еdilməsidir.
Ödənişli içtimаi işlərin təşkili yеrli icrа һаkimiyyəti оr-
qаnlаrı tərəfindən tövsiyə еdilən müəssisə, idаrə və təşkilаtlаrlа
yеrli məşğulluq хidməti оrqаnlаrı аrаsındа bаğlаnаn müqаvilə
əsаsındа təşkil еdilir. İçtimаi işlər - işsizlərin və qеyri-məşğul
əһаlinin хüsusi pеşə һаzırlığının tələb еtməyən müvəqqəti
əmək fəаliyyəti növüdür.
Bu işlər səһiyyə, idmаn, mədəniyyət sаhəsində, rаyоn
(şəһər) ərаzisinin аbаdlаşdırılmаsı, sоsiаl-məişət təyinаtlı
binаlаrın tikintisi və təmirində, ticаrətdə, kənd təsərrüfаtı
istеһsаlındа хidmətlər və işləyr tоplusu оlа bilər. Hər ərаzidə
içtimаi işlərin həcmi və kоnkrеt növləri həmin ərаzidə yаrаnmış
vəziyyətdən аsılı оlаrаq müəyyən еdilir.
Ödənişli içtimаi işlər bu işləri təşkil еdən müəssisə, idаrə,
təşkilаtlаr, һаbеlə qаnun çərçivəsində Məşğulluq Fоndu
һеsаbınа mаliyyələşdirilə bilər.
4. İşsizlərə müavinətlərin ödənilməsi. Ərаzi məşğulluq
prоqrаmındа qеyri-məşğul əһаlinin sоsiаl müdаfiəsinin təmin
еdilməsində "Аzərbаycаn Rеspublikаsındа əһаlinin məşğulluğu
һаqqındа" Qаnunа müvаfiq оlаrаq "işsizlik" stаtusu аlmış
qеyri-məşğul şəхslərə işsizliyə görə müаvinətlərin vеrilməsi
nəzərdə tutulа bilər.
Işsizliyə görə müаvinət ərаzi üzrə qеydiyyаtdа оlаn işsiz
vətəndаşlаrа qаnunvеriçiliklə müəyyən оlunmuş qаydаdа rаyоn
(şəһər) məşğulluq mərkəzləri tərəfindən münаsib iş və pеşə
һаzırlığı hаqqı ödənilən içtimаi iş təklif оlunа bilinmədiyi
һаllаrdа ödənilə bilər.
Rеspublikа və yа yеrli büdcələr hеsаbınа işsizlik müаvi-
nətinin ödənilməsi qаnunvеriciliklə nəzərdə tutulаn müddətdə
bаşа çаtаrsа, bu müаvinəti аlmаq һüququnu itirən şəхslərə,
һаbеlə şəхslərin һimаyəsində оlаn аilə üzvlərinə yеrli əlаqə-
471
ləndirmə kоmissiyаlаrının rəyinə istinаdən mənzildən, kоm-
munаl хidmətlərindən, içtimаi və özəl nəqliyyаtdаn, səhiyyə və
içtimаi iаşə хidmətlərindən istifаdə еtmək üçün dоtаsiyаlаr dа
dахil оlmаqlа mаddi və bаşqа yаrdımlаrın göstərilməsini də
qеyri-məşğul əһаliyə göstərilən sоsiаl kömək kimi nəzərdə
tutulаn tədbirlərə dахil еtmək оlаr.
İşsiz vətəndаşlаrа işsizliyə görə müаvinətin ödənilməsi
Məşğulluq Fоndu һеsаbınа nəzərdə tutulа bilər.
5. Əmək bazarı ilə qarşılıqlı əlaqələrin təşkili. Dövlət
оrqаnlаrı ilə birlikdə üç tərəfli (һəmkаrlаr ittifаqı və
sаhibkаrlаr) əsаsdа məşğulluq siyаsətini müəyyən еtmək və
prаktiki оlаrаq һəyаtа kеçirmək sаһəsində rаzılаşdırılmış
qərаrlаr һаzırlаmаq iqtidаrındа оlаn əmək bаzаrının əsаs
pаrtiyаlаrı аrаsındа qаrşıqlı əlаqələri dаimа təkmilləşdirilməsi
vacibdir.
Bu məqsədlə, ərаzi, şəhər və rаyоn səviyyələrində həm-
kаrlаr ittifаqlarının işəgötürənlər аssоsiаsiyаlаrının və dövlət
һаkimiyyət оrqаnlаrının birgə qərаrı ilə məşğulluğа kömək
göstərən əlаqələndirmə kоmissiyаlаrı yаrаdılа bilər. Məşğul-
luğа kömək göstərən əlаqələndirmə kоmisiyаlаrının əsаs
vəzifələrinə аşаğıdаkılаrı аid еtmək оlаr:
- məşğulluq sаһəsində müvаfiq dəyişikliklərə uyğunlаş-
mаq tədbirlərinin һаzırlаnmаsı üçün һəmkаrlаr ittifаqlаrı,
işəgötürənlər və dövlət һаkimiyyət оrqаnlаrının nümаyəndələri
аrаsındа məsləһətləşmələr аpаrmаq;
- tаm və səmərəli məşğulluğu təmin еtməyə yönəldilmiş
mаliyyə-krеdit, invеstisiyа və vеrgi siyаsəti sаhəsində tədbirlər
işləyib һаzırlаmаq;
- məşğulluq sаһəsində fəаliyyəti iqtisаdi və sоsiаl siyа-
sətin digər istiqаmətləri əlаqələndirmək;
- məşğulluq sаһəsində gözlənilən dəyişiklikləri prоqnоz-
lаşdırmаq və müvаfiq təkliflər işləyib һаzırlаmаq;
472
- işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi еtimаlı оlаn
ərаzilərin və sаһələrin müəyyən еdilməsi üzrə təkliflər
һаzırlаmаq.
Məşğulluq prоblеminin həllinə yönəldilmiş kоnkrеt tаp-
şırıqlаrı müəyyən еtmək üçün prоqrаmа əlаvə оlunmuş cəd-
vəllər dоldurulmаlı və təhlil еdilməlidir.
VI bölmə — kadrların peşə hazırlığı. Bu bölmədə ərаzi
məşğulluq prоqrаmının һаzırlаnmаsı üçün rаyоndа, şəhərdə аli
və оrtа iхtisаs təһsili vеrən tədris müəssisələrinin, һаbеlə
müəssisə, idаrə və təşkilаtlаrdа pеşə təhsili оlаn işçilərin sаyı
və dövlət məşğulluq хidməti оrqаnlаrındа qеyri-məşğul əһаli-
nin pеşə һаzırlığı bаrədə məlumаtlаr tоplаnаrаq təhlil еdil-
məlidir.
Tədris müəssisələrini bitirmiş şəхslərə bilаvаsitə müəs-
sisədə (idаrədə, təşkilаtdа) təhsil аlmış, həmçinin tədris-kurs
kоmbinаtlаrındа, kurslаrdа, аli məktəblərin nəzdindəki iхtisаs-
artırmа institutlаrındа, nаzirlik və bаş idаrələrin nəzdindəki
iхtisаsаrtırmа kurslаrındа һаzırlаnmış şəхslər аid еdilir.
Dövlət məşğulluq хidməti оrqаnlаrı һаqqındаkı məlu-
mаtlаrа — müхtəlif növdən оlаn təhsil müəssisələrinə rаyоn,
şəһər məşğulluq хidməti оrqаnlаrı tərəfindən qеyri-məşğul və
sərbəstləşən əһаlidən pеşə öyrənmək üçün göndərilmiş şəхslər
аid еdilir,
Tехniki -pеşə təhsilli tədris müəssisələrini bitirmiş şа-
girdlər fəhlə pеşəsinə yiyələnirlər. Bəzi pеşə təhsilli müəs-
sisələrin şаgirdləri kаtibəlik, iş içrаçısı və sаir pеşələr üzrə də
һаzırlаnırlаr. Bu bахımdаn tехniki pеşə məktəblərini bitirmiş
şаgirdlərin sаyının qеydə аlınmаsının хüsusi əhəmiyyəti vаrdır.
473
XIII FƏSİL. AQRAR İQTİSADİYYATDA
İDARƏETMƏ SİSTEMİ
1. Aqrar iqtisadiyyatda idarəetmə anlayışı, onun iqtisadi
mahiyyəti
2. İstehsalın idarə edilməsinin məqsədi və məzmunu
3. İstehsalın idarə edilməsinin elmi əsasları
4. İdarəetmə elminin digər elmlərlə əlaqəsi
5. Aqrar sferanın idarə edilməsi xüsusiyyətləri
1. Aqrar iqtisadiyyatda idarəetmə anlayışı,
onun iqtisadi mahiyyəti
Hər hansı bir sistemin, insan amili də daxil edilməklə istər
ayrılıqda və istərsə də qrup halında adamların fəaliyyətinin ida-
rə edilməsi, o zaman səmərəli olur ki, onların fəallığın istiqa-
mətləndirən və tənzimləyən müəyyən təşkiledici başlanğıc
olsun. Təcrübə göstərir ki, sahibkarlıq fəaliyyəti şəraitində
idarəetmə xüsusi idarəetmə biliyi olmadan aparıldıqda bütün-
lükdə ölkənin, eyni zamanda müəssisənin, təsərrüfatın iqtisa-
diyyatına böyük ziyan dəyə bilər. Odur ki, aqrar iqtisadiyyatda
idarəedici orqanların üzərinə düşən məqsəd və funksiyaların
yerinə yetirilməsinin optimal təşkilinin təmin edilməsi üçün
idarəetmənin nəzəri aspektlərinin mahiyyəti, iqtisadi
məzmununun öyrənilməsi vacibdir.
İdarəetmə - elə bir ardıcıl arası kəsilməz prosesdir ki, o
daxili və xarici şəraitin dəyişməsindən asılı olmayaraq idarə-
etmə qərarlarının qəbulu və realizə olunmasında işçilərin hə-
rəkətini təmin edir və istiqamətləndirir.
İdarəetmə insanların, xüsusilə də maddi nemətlər istehsalı
prosesində işləyən kollektivlərin fəaliyyətində haqlı olaraq ən
mürəkkəb sahə hesab olunur. Bununla yanaşı idarəetmə isteh-
salın iqtisadi səmərəliliyini müəyyənləşdirən əsas amillərdən
biridir. İdarəetmə düzgün təşkil edilmədiyi şəraitdə istehsal
474
resurslarından səmərəli istifadə etmək, əmək və vəsait şərtini
aşağı salmaq, işçiləri istehsalın nəticəsinə maraqlandırmaq
mümkün deyil.
İdarəetmə nəzəriyyəsinə görə canlı aləm əsasən üç kom-
ponentə: cansız təbiət, canlı təbiət və insan cəmiyyətinə ayrılır.
Bu müddəalara əsaslanaraq idarəetmə prosesi aşağıdakı şəkildə
təsnifləşir:
- cansız təbiətdə (texniki sistemlərdə) idarəetmə
prosesləri;
- canlı təbiətdə (bioloji sistemlərdə) idarəetmə prosesi;
- cəmiyyətin (sosial sistemlərin) idarə edilməsi.
İstehsal-texniki proseslərin, mexanizmlərin, maşınlar
sisteminin, yəni texniki sistemlərin idarə edilməsini F.Engels
əşyaların idarə edilməsi adlandırmışdır. İdarəetmənin bu sahəsi
əsasən texnika elmləri tərəfindən öyrənilir. Canlı təbiətdə baş
verən və canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olan
məsələləri təbiət elmləri öyrənir. Qruplarda, kollektivlərdə və
siniflərdə birləşmiş və müxtəlif marağa malik olan insanların
idarə edilməsini F.Engels cəmiyyətin idarə edilməsi adlandır-
mışdır. İdarəetmənin bu sahəsi çox mürəkkəbdir, onun öyrənil-
məsi ilə əsasən sosioloji və ictimai elmlər məşğul olur. Cəmiy-
yətin ən məhsuldar qüvvəsi olan insanlar təbiət və cəmiyyət
qanunlarını dərk edir və onlardan maddi nemətlərin istehsalı,
bölgüsü, mübadiləsi və istehlakı prosesində faydalanır. İda-
rəetmə fənninin obyekti sosial-iqtisadi sistemlər, idarəetmə sis-
teminin predmeti isə ictimai istehsal sayılır. İctimai istehsalın
idarə edilməsi iqtisadiyyatın ayrı-ayrı sahələrin, regionların,
birliklərin, müəssisələrin və onların tərkib elementlərinin idarə
olunması deməkdir.
İdarəetmə prosesi insan fəaliyyətinin xüsusi növü olmaqla
idarə obyektinin məqsədyönlü və razılaşdırılmış fəaliyyətini
təmin etmək ehtiyacından yaranır. Əgər fərdi təsərrüfatçı öz is-
tehsal fəaliyyətini özü idarə edirsə, bu və ya digər qrup və
kollektivlərdə (kooperativlər, birgə təsərrüfatlar, assosiasiyalar,
475
səhmdar cəmiyyətləri və s.) idarəetmə funksiyalarını həyata
keçirməkdən ötrü ayrıca subyekt (rəhbər, idarəetmə orqanı)
tələb olunur.
İdarəetmə nəzəriyyəçilərinin əsərlərində ayrı-ayrı ictimai-
iqtisadi formasiyalarda istehsalın iqtisadı və təşkilatı tərəfləri
təhlil edilərək birgə fəaliyyət zamanı idarəetmənin xüsusi funk-
siyalarının məzmunu araşdırılmışdır. Onlar əmək prosesində
istehsal və xidmət kooperasiyasının mahiyyət və xarakterini
açmış və bu əsasda da xüsusi fəaliyyət növünün - idarəetmə
funksiyasının mövcudluğunun obyektiv zəruriliyini göstər-
mişlər.
Hər cür fərdi və ya birgə əməyin çox və ya az dərəcədə
planlaşdırılmağa, istiqamətləndirməyə, əlaqələndirilməyə, nə-
zarət edilməyə və tənzimləməyə ehtiyacı vardır. Göstərilən fəa-
liyyət növü ayrı-ayrı fərdi fəaliyyət arasında uyğunluq yaradır
və onun ümumi məqsədini həyata keçirmək üçün qarşılıqlı
funksiyaları yerinə yetirir.
İstehsalın iqtisadi əlaqələrinin inkişafı ilə bağlı olaraq
idarəetmə həlledici dərəcədə genişlənmişdir. Bununla yanaşı,
idarəetmə funksiyası həm də bu və ya digər dərəcədə univer-
sallaşmışdır. İstehsalı həmişə sahibkarın özü və ya onun etibar
etdiyi xüsusi şəxs və ya qrup şəxslər idarə etmişdir. Kapitalın
təmərküzləşməsi nəticəsində bir sıra iri müəssisələr, konsernlər
yarandı. İdarəetmə funksiyası getdikcə daha artıq genişlənməyə
başlayaraq, yeni növ idarəetmə fəaliyyətinin meydana gəlmə-
sinə səbəb oldu.
Beləliklə, əmək bölgüsü, onun ixtisaslaşması və təmər-
küzləşməsi, maddiləşmiş və canlı əməyin bir-birindən kəskin
asılılığı real həyatda xüsusi fəaliyyət növü olan idarəetməni
zəruriyyətə çevirdi.
İdarəetmə nəzəriyyəçilərinin əsərlərində ayrı-ayrı ictimai-
iqtisadi formasiyalarda idarəetmənin spesifik cəhətləri hərtərəfli
təhlil olunur, idarəetmənin konkret tarixi xarakteri qeyd edilir.
Belə ki, idarəetmənin məqsədi, prinsipləri, üsulları və hüdudları
476
hər şeydən əvvəl bu və ya digər ictimai formasiyanın iqtisadi və
siyasi əsasından asılıdır. Bununla əlaqədar olaraq, idarəetmənin
sinfi xarakteri barədə nəticə xüsusi əhəmiyyət kəsb edir. Bu, o
deməkdir ki, sosioloji idarəetmə siyasi xarakter daşıyır və onun
əsas məqsədi ali dövlət orqanları tərəfindən müəyyənləşdirilir.
İctimai iqtisadi formasiyanın istehsal münasibətlərinin
xarakterindən asılı olmayaraq idarəetmə fəaliyyəti istehsal və
qeyri-istehsal sahələrinin texniki-iqtisadi parametrlərini tənzim-
ləyən xüsusi fəaliyyət növüdür. İdarəetmə funksiyası yalnız
birgə əmək prosesinin öz təbiətindən doğan və prosesə aid olan
xüsusi bir funksiya olmaqla qalmır, o həmçinin birgə əmək
prosesində məqsədə nail olmaq üçün idarəetmə obyektinə təsir
vasitəsi kimi çıxış edir. Məqsədin məzmununa uyğun olaraq
idarəetmə funksiyası əmək kooperasiyası iştirakçıları arasın-
dakı münasibətləri müəyyən edir.
İdarəetmənin nəzəri əsaslarının tədqiqi ilə məşğul olan
alimlər göstərmişlər ki, kapitalizm ən düzgün iş üsullarının
qərarlaşmasında, ən yaxşı uçot və nəzarət sistemlərinin tətbiq
edilməsində və başqa bu kimi işlərdə bir sıra çox dəyərli elmi
nailiyyətləri özündə birləşdirir.
Müasir şəraitdə mövcud münasibətləri, barışmaz zid-
diyyətləri nizamlamaq üçün yüksək inkişaf etmiş ölkələrdə
istehsalın daha da ictimailəşdirilməsi prosesi baş verir, yeni
idarəetmə formaları inkişaf edir, iri sahəni, sahələrarası, döv-
lətlərarası münasibətlər əsasında birliklər yaranır. Lakin bu
proses bir müəssisə daxilində idarəetmə prosesini məhdud-
laşdırır. Qeyd edildiyi kimi, istehsalın idarə edilməsi bir-biri ilə
qarşılıqlı vahid idarəetmə əlaqəsi olan təşkilatı-texniki və
sosial-iqtisadi proseslərlə xarakterizə olunur. İdarəetmənin təş-
kilatı-texniki tərəfi əmək kooperasiyası nəticəsində yaranmaqla
məhsuldar qüvvələrin inkişafı səviyyəsindən asılı olduğu halda,
idarəetmə münasibətlərinin sosial-iqtisadi tərəfi cəmiyyətin
hakim sosial-iqtisadı münasibətləri ilə müəyyənləşir. Buna görə
də idarəetmənin mahiyyətini onun hər iki tərəfmi idarəetmə
477
münasibətləri nöqteyi-nəzərindən qiymətləndirmək vacibdir.
Belə ki, idarəetmə münasibətlərinə ancaq təşkilatı-texniki
xarakteristika baxımından yanaşıldıqda bir çox səbəb-nəticə
əlaqələrini, idarəetməni müəyyənləşdirən məqsədi, onun əhatə
dairəsini, forma və üsullarını açmaq mümkün olmur.
Təbiidir ki, ictimai-iqtisadi formasiyalarda istehsal müna-
sibətləri, istehsalın təşkili prosesləri bir-birindən əsaslı surətdə
fərqləndiyindən idarəetmə sistemi də onlara uyğun qurul-
malıdır. Lakin cəmiyyətdə baş verən proseslər öz əksini idarə-
etmə və təsərrüfat mexanizmində tapmadıqda istehsal müna-
sibətləri ilə idarəetmə sistemi arasında münaqişələr baş verir,
onlar isə dərinləşərək ziddiyyət formasına keçir.
Müasir şəraitdə idarəetmə şəxsi və ictimai həyatın bütün
sahələrini həm istehsal və həm də qeyri-istehsal sahələrini əhatə
edən fəaliyyət növünə çevrilmişdir.
İstehsalın idarə edilməsi dedikdə, insanların maddi və
mənəvi tələbatını ödəmək üçün məhsul istehsal edən və xidmət
sahələrində çalışan insanların fəaliyyətinin əlaqələndirilməsi və
istiqamətləndirilməsi başa düşülür. İdarəetmə sistemi istər
iqtisadi, istərsə də sosial səmərəliliyin yüksəldilməsinə
yönəldilir.
Hər bir cəmiyyətdə idarəetmənin mahiyyətini obyektiv
fəaliyyət göstərən iqtisadi qanunlar, ən başlıcası isə bu və ya
digər cəmiyyətin əsas iqtisadi qanunu müəyyən edir. İdarəetmə
sisteminin inkişafının obyektiv şərti fəaliyyətin məqsədli xa-
rakterini müəyyən edən, bütün idarəetmə sisteminin insanların
tələblərinin ödənilməsinə yönəldilməsini, onların idarəetmə
prosesində fəal iştirakını təmin edən obyektiv şərait - istehsal
vasitələri üzərində mülkiyyət münasibətləri, sosial-ictimai və
dövlət quruluşudur.
478
2. İstehsalın idarə edilməsinin
məqsədi və məzmunu
İdarəetmə fəaliyyətinin başlanğıc mərhələsi məqsədin
formalaşdırılması və seçilməsidir. Məqsəd isə şəxsin, qrupun,
kollektivin və ümumiyyətlə cəmiyyətin arzu etdiyi təşkilatı,
iqtisadi, sosial və hüquqi münasibətlərin məcmusudur. Məlum-
dur ki, insan fəaliyyətinin başlıca xüsusiyyəti məqsədyönlü-
lükdür. Buna görə də xüsusi növ sosial fəaliyyət olan ida-
rəetməyə də məqsədyönlülük xasdır.
Sosial idarəetmənin hər hansı növü texniki və bioloji
sistemlərin idarə edilməsindən mahiyyətcə onunla fərqlənir ki,
idarəetmə subyekti (idarəetmə sistemi) idarəetmə obyektinə
(idarə olunan sistemə) fəaliyyət məqsədinin müəyyən olunması
ilə təsir göstərir. İdarəetmə nəzəriyyəsi ilə məşğul olan klassik-
lər öyrədirlər ki, sosial-iqtisadi idarəetmənin məqsədi və vəzifə-
ləri cəmiyyətin inkişafının hərtərəfli təhlili nəticəsində for-
malaşır.
İstehsalın idarə edilməsi öz məqsədinin tətbiqini sosial,
iqtisadi, təşkilati-texniki, perspektiv, cari, dövlət, sahəvi, ərazi
və s. məqsədlərin tərtibi və icrasında tapır.
İstehsal şəraitində idarəetmənin qlobal məqsədi istehsalın
maddi-texniki bazasının yaradılması, hərtərəfli inkişaf etmiş
şəxsiyyətin formalaşmasıdır.
Müasir şəraitdə istehsalın idarə edilməsi adamların idarə
edilməsi ilə daha çox bağlı olur və bazar iqtisadiyyatı şərai-
tində, insan amilinin fəallaşması ilə əlaqədar xüsusi məna kəsb
edir. Bir tərəfdən elmi-texniki tərəqqinin nəticəsi olaraq insan-
maşın sistemlərinin tətbiqi, həmin sistemlərdə adamların əmə-
yinin məzmununun dəyişməsi və istehsalat nəticələri üçün
məsuliyyətinin artması ilə, digər tərəfdən isə insanların cəmiy-
yətdə vəziyyətinin dəyişməsi və istehsalın idarə edilməsində
iştiraklarının genişləndirilməsi ilə əlaqədardır. Cəmiyyətimizin
demokratikləşdirilməsi, sahibkarlar və "dövlət müəssisələri
479
(birlikləri) haqqında" qanunun qəbul edilməsi prosesində
vətəndaşların idarəetmə prosesində iştirakını zəruri edir.
Təsərrüfat, müəssisə (birlik) cəmiyyətin bir hissəsidir.
Təbiidir ki, onun məqsədi və vəzifələri cəmiyyətdə hökmran
olan bazis və üstqurum münasibətlərini əks etdirir.
Hər bir insan istehsalın inkişafının və insanların həyat
tərzinin yaxşılaşdırılmasının əsası olan istehsalın inkişafına
maraq göstərir. Birgə əmək şəraitində hər bir insan öz təsərrü-
fatında, müəssisəsində (birliyində) istehsalın iqtisadi səmərəlili-
yinin yüksəldilməsinə maraq göstərir. Bu maraq maksimum
mənfəət alınması ilə təmin edilir.
Təsərrüfatların, müəssisələrin, sahibkarların fəaliyyəti qa-
nunlar və hüquqi normativ aktlarla nizamlanır.
Təsərrüfat və müəssisənin idarəetmə xüsusiyyətləri aşa-
ğıdakılarla şərtlənir:
1. Müəssisə və təsərrüfatlarda çoxsaylı insanlar çalışır. Bu
insanlar əmək bölgüsünə müvafiq surətdə cəmiyyətin, kollek-
tivin və qrupun ümumi məqsədinin tərkib hissəsi olan müxtəlif
işləri yerinə yetirirlər. Bununla yanaşı, hər bir insan istehsalın
sahibi kimi idarəetmə prosesində iştirak etmək hüququna
malikdir. Hər bir insanın fərdi xüsusiyyətlərə malik olmasını da
nəzərdən qaçırmaq olmaz. Buna görə də kollektivin, qrupun,
fərdin xüsusiyyətlərini nəzərə almaqla idarə edilməsi insan və
təşkilatı münasibətlərinin psixologiyası barədə dərin biliklər
tələb edir.
2. İstehsal mürəkkəb prosesdir. İstehsal prosesində ayn-
ayrı vahidlərin, xidmət sahələrinin fəaliyyət birliyini və
sahibkarın səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar
arasında dəqiq iqtisadi münasibətlər yaradılması vacibdir.
3. Sahibkarlarda müxtəlif texniki vasitələr, maşın və
avadanlıqlar, istehsal binaları və tikililəri mövcuddur. Bununla
bərabər, təsərrüfatların texniki təminatı, istehsal şəraiti müxtəlif
olduğuna görə fəaliyyət nəticələri də eyni olmur. Buna görə də
480
idarəetmə prosesində mövcud imkanlardan daha dolğun istifadə
edilməsi üçün müxtəlif idarəetmə formaları tətbiq edilməlidir.
4. Bitki və heyvanların bioloji xüsusiyyətlərindən və
mövcud texniki təminatdan asılı olaraq müxtəlif əmək pro-
sesləri yerinə yetirilir. Bu proseslər bir-birindən formasına, ye-
rinə yetirilmə xüsusiyyətinə, vaxtına və s. fərqləndiyinə görə
idarəetmə prosesi elə təşkil edilməlidir ki, insanlar sahələrə və
iş növlərinə müvafiq bölüşdürülsün və əmək prosesi məkan və
zaman daxilində ahəngdar aparıla bilsin.
5. İstehsal prosesi dövründə sahibkarın müxtəlif material
və xammal (ehtiyat hissələri, yanacaq-sürtgü materialları,
mineral gübrələr, zəhərli kimyəvi maddələr, toxum, yem və s.)
işlətməsi ilə əlaqədar olaraq onların tələbata müvafiq miqdarda
və keyfiyyətdə olması vacibdir.
Həyatda hər şey sistemlidir. Təhlil obyekti maşın, canlı
təbiət, cəmiyyət və ya onun bir hissəsi kimi öz-özlüyündə bütöv
sistem təşkil edir. Müxtəlif formalı sistemləri şərti olaraq üç
növə bölmək olar: texniki, bioloji, sosioloji, o cümlədən, sosial-
iqtisadi.
Sistem dedikdə, tamlıq təşkil edən elementlərin qarşılıqlı
əlaqəsi və təsiri başa düşülür. Bütün sistemlərin ümumi cə-
hətləri ilə yanaşı, spesifik xüsusiyyətləri və qanunauyğunluqları
da vardır. Sosial-iqtisadi sistemlər daha kəskin fərqləndirici
xüsusiyyətlərə malikdir. Bu hal sosioloji sistemlərin əsasını
insanlar təşkil etməsindən irəli gəlir. İnsanlar sosioloji sistem-
lərin və onların tərkib elementlərinin formalaşmasında iştirak
edir, əlaqələrinin xarakterinə, xüsusiyyətlərinə, fəaliyyətinə və
inkişafına təsir göstərir.
Sosial-iqtisadi sistemlərin başlıca xüsusiyyəti odur ki,
onların əsasını insanların marağı təşkil edir. İnsan amilinin
gücləndiyi müasir dövrdə bu müddəa xüsusi əhəmiyyətə malik-
dir. İnsanların ictimai, kollektiv və şəxsi marağı (siyasi, iq-
tisadi, sosial və s.) müvafiq sosial-iqtisadi sistemin vəziyyətinə
və onun inkişafına təsir edir.
481
Sosial-iqtisadi sistemlərin genezisi onlara xas olan daxili
idarəetmənin müstəqil fəaliyyət sahəsinə çevrilməsinə gətirib
çıxarmışdır. İdarəetmə prosesində baş verən münasibətlər ilk
növbədə müvafiq cəmiyyətin istehsal münasibətləri ilə müəy-
yənləşdirilir. Bununla əlaqədar olaraq idarəetmənin məqsədi,
onun prinsipləri, forma və üsulları istehsal münasibətlərinin
xarakterindən asılı olaraq dəyişir.
Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi sistemlər
müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına əsaslanır.
İdarəetmə obyekti olmaqla istehsal sosial-iqtisadi sistem-
dir. Onun sosial-iqtisadi sistem olması insanlar tərəfindən hə-
yata keçirilməsi ilə, iqtisadi sistem olması isə əmək nəticəsində
maddi nemətlər, məcmu ictimai məhsul, o cümlədən, milli gəlir
yaradılması, cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı və
istehsal münasibətlərinin geniş təkrar istehsal prosesinin həyata
keçirilməsi ilə müəyyənləşdirilir.
İstehsal sahələri, regionlar, rayonlar, kəndli (fermer)
təsərrüfatları, istehsal və xidmət kooperativləri, dövlət təsər-
rüfatları və sahibkarlığın digər formaları mürəkkəb və dinamik
inkişaf edən sosial-iqtisadi sistemdir. Məsələn, aqrar sahənin
sahəvi quruluşu nazirlikləri, istehsal və dövlət komitələrini,
ərazi kənd təsərrüfat idarələrini, torpaq mülkiyyətçilərini,
kəndli (fermer) təsərrüfatlarını, kooperativləri, səhmdar cəmiy-
yətlərini və digər sahibkarlıq formalarını birləşdirir. Onların
sayı və tərkibi məhsulun həcmindən, növündən, işçilərin say
tərkibindən asılı olaraq dəyişir. Sosial-iqtisadi sistemlər ayrı-
ayrı hissələrin təsadüfi təşkilatı birləşməsindən deyil, təşkilatı,
iqtisadi və texnoloji proseslərin bir-birini xronoloji ardıcıllıqla
tamamlanması zəruriyyətindən yaranır. Sistemi təşkil edən
ayrı-ayrı proseslər, bütün sistemə xas keyfiyyətlərə malik
olmur.
Hər bir kooperativ, səhmdar cəmiyyəti, assosiasiyalar,
şirkətlər və sahibkarlığın digər formaları çox sayda quruluş va-
hidlərindən (fermalar, istehsal sahələri, sexlər, şöbələr, xidmət
482
sahələri və s.) ibarətdir. Onlar vahid məqsəd üçün, məsələn,
müəyyən kəmiyyət və keyfiyyətdə məhsul istehsalı, emalı,
saxlanması və satışı üçün birgə fəaliyyət göstərir və bu proses
zamanı biri digərini ardıcıllıqla tamamlayır. Bir çox hallarda bu
əlaqələri əmək kooperasiyası, məhsul istehsalı və ya emalı üzrə
vahid texnologiyanın ayrı-ayrı hissələrinin yerinə yetirilməsi
müəyyənləşdirir.
Sosial-iqtisadi sistemlər xüsusi sabitliyə, bununla bərabər
xüsusi mütəhərriklik və dinamizmə malikdir. Bu xüsusiyyət
elementlərin sıx qarşılıqlı əlaqəsinə, istehsal prosesinin daim
dəyişməsinə, elementin və sistemin özünün inkişafına əsaslanır.
Qeyd edildiyi kimi, hər bir sistem onun tərkib element-
lərinin məcmusundan ibarətdir. Element hər şeydən əvvəl
sistemin müəyyən quruluş hissəsidir. Məsələn, kəndli (fermer)
təsərrüfatı və kooperativ aqrar sahənin elementidir. Bununla
bərabər o özüdə mürəkkəb elementlər (bitkiçilik, heyvandarlıq,
emal, satış və s.) çoxluğundan ibarətdir.
Element bir və ya bir neçə xassəli olur. Bu xassələrin hər
birindən sistemdə istifadə oluna bilər və ya onlar funksional
istifadə üçün ehtiyatda saxlanıla bilər. Elementin xassələrindən
hər biri onun bu və ya digər sistemə daxil olması üçün şərt
sayıla bilər.
Elementin xassələri sistemin təşkilində onun yerini
müəyyən edir, sistem çərçivəsində inkişaf edir, sistemin fəaliy-
yət şərtlərinə tabe olur, öz-özünə inkişaf edir və ya idarəedici
təsir nəticəsində şəklini dəyişir.
Elementlər sistem daxilində fəaliyyət göstərir və inkişaf
edir, buna görə də onların xassələri bütünlüklə sistemin xassə-
lərinə tabedir. Məhz sistemin məqsədləri onun xüsusi hissəsi
kimi, elementin konkret mövcudluq formasını müəyyən edir.
Beləliklə, elementin quruluş muxtariyyəti onun əlamətlərindən
biridir.
Elementlər onların funksiyalarında təzahür edən, özündə
müəyyən fəaliyyəti əks etdirən və yalnız digər elementlərlə
483
qarşılıqlı fəaliyyətdə meydana çıxan spesifik xüsusiyyətlərə
malikdir. Yalnız bu əsasda sistemin elementlərinin qarşılıqlı
əlaqəsi mümkündür. Bu funksional xüsusiyyət sistemin
elementlərini fərqləndirmə əlamətidir. Konkret şəraitdən asılı
olaraq elementlərdən hər biri sərəncamverici və ya icraedici
funksiyaları yerinə yetirə bilər.
Elementlər öz-özünə fəaliyyət göstərmir. Onlar qarşılıqlı
fəaliyyətdə olmasa heç biri öz funksiyasını başa çatdıra bilməz.
Element öz təyinatını yalnız sistemin digər elementləri ilə
qarşılıqlı əlaqə şəraitində yerinə yetirə bilər. Qarşılıqlı fəaliy-
yətin səmərəliliyi elementlərin qarşılıqlı əlaqələrinin təşki-
lindən və tənzimlənmə dərəcəsindən asılıdır.
Hər hansı elementə üstünlük verərkən ətraf mühitin ona
və əksinə, onun ətraf mühitə təsirini nəzərə almaq vacibdir.
Buna görə də hər hansı element ətraf mühitin təsiri nəzərə
alınmaqla təhlil edilməlidir.
Sistemin tərkib elementlərinin xüsusiyyətlərini araşdır-
maqla onların əsas sistem əlamətlərini ayırmaq olar. Onlar aşa-
ğıdakılardır: hər bir elementin quruluş müstəqilliyi, element-
lərin müxtəlif təbiətli olması, elementlərin funksional spesi-
fikası, ətraf mühitlə elementlərin nizamlanmış əlaqəsi.
Element sistemin müəyyən hissəsində ola bilər, belə halda
o, yarımsistemə çevrilir. Xarakterik xüsusiyyətlərə malik
olması, sistemin digər hissələri ilə qarşılıqlı əlaqədə olan,
müəyyən zaman və məkan daxilində müstəqil fəaliyyət göstərə
bilən, bu və ya digər əlamətinə görə sistemin ayrılmış hissəsinə
yarımsistem deyilir. Yarımsistemlər iri və mürəkkəb sistem-
lərin dekompozisiyası nəticəsində yaranır. Məsələn, ərazi kənd
təsərrüfat idarələrinin əhatə etdikləri ərazilərdə yerləşən torpaq
mülkiyyətçiləri, kəndli (fermer) təsərrüfatları, kooperativlər və
sahibkarlığın digər formaları onun yarımsistemləri sayılır.
Kəndli (fermer) təsərrüfatları, kooperativlər və sahibkarlığın
digər təsərrüfat-təşkilat formaları nisbətən xırda yarımsistem-
lərdən (bitkiçilik, heyvandarlıq, emal, satış və s.) ibarətdir.
484
Nəzərə almaq lazımdır ki, «element», «yarımsistem»,
«sistem» mütəhərrik olmaqla qarşılıqlı əlaqədədir. Məsələn,
nazirlik sistem, ərazi kənd təsərrüfat idarələri yarımsistem,
onun tərkibinə daxil olan kəndli (fermer) təsərrüfatları koope-
rativlər və sahibkarlığın təsərrüfat-təşkilat formaları isə ele-
mentlərdir və ya kəndli (fermer) təsərrüfatları, kooperativlər və
sahibkarlığın digər təsərrüfat formaları yarımsistem, bitkiçilik,
heyvandarlıq isə elementlərdir. Həmçinin qeyd edilməlidir ki,
hər bir sistem, yarımsistem və ya element məqsədi, funksiyası,
üsulu, prosesin xarakteri və s. ilə fərqlənən texniki, texnoloji
təşkilatı, iqtisadi və sosioloji sistemlər məcmusundan ibarətdir.
Hər bir sosial-iqtisadi sistem müstəqil, lakin qarşılıqlı
əlaqəli iki sistemdən: idarə olunan və idarə edən sistemlərdən
ibarətdir.
İdarə olunan sistemə təsərrüfat və müəssisələrin, ərazi
kənd təsərrüfatı idarələrinin, nazirliklərin, istehsal və dövlət
komitələrinin maddi nemətlər istehsalı prosesini təmin edən və
ya xidmət göstərən elementləri və yarımsistemləri daxildir.
İdarə edən sistemə təsərrüfat və müəssisələrin, ərazi
idarəetmə orqanlarının, nazirliklərin, istehsal və dövlət komi-
tələrinin qarşıya qoyulmuş məqsədi həyata keçirmək üçün idarə
olunan sistemdə çalışan insanlara məqsədyönlü təsir edən, yəni
idarəetmə fəaliyyətini həyata keçirən bütün element və ya-
rımsistemləri daxildir. Hazırda bir sıra nazirliklərdə, dövlət və
istehsal komitələrində idarəetmə prosesinin təşkili üzrə xidmət
vahidləri fəaliyyət göstərir.
İdarə edən sistemin başlıca elementi idarəetmənin
təşkilatı quruluşudur.
Öz növbəsində hər bir idarəedici yarımsistem geniş
şəbəkəli lokal yarımsistemlərdən ibarətdir. Məsələn, ərazi kənd
təsərrüfat idarələrində texnoloji, təşkilatı, iqtisadi, mühasibat
uçotu, normallaşdırma, təftiş və nəzarət üzrə funksiyalar yerinə
yetirilir. Bu sistemlərdən hər birinin öz xüsusiyyətləri möv-
cuddur, idarə edən və idarə olunan sistemlər biri digərinə və
485
ətraf mühitə uyğunlaşma xüsusiyyətlərinə görə fərqlənir.
Nazirliklər, dövlət və istehsal komitələri, torpaq mülkiyyət-
çilərinin, kəndli (fermer) təsərrüfatları, kooperativlər və digər
sahibkarlıq formaları şəklində birgə fəaliyyəti onun sistem
halında olmasını təmin edə bilər.
Təsərrüfat, müəssisə və onların elementlərinin məcmusu
haqqında danışdıqda ona fikir verilməlidir ki, təsərrüfatda və ya
onun iri həcmli hissələrində (idarə edən və idarə olunan sistem-
lərində) özünəməxsus sistem təşkil edən yekcins qrup texniki,
texnoloji, təşkilatı, iqtisadi, sosial elementlər və mikroele-
mentlər qrupu özünü büruzə verir. Bu sistemlərdən (yarım-
sistemlərdən) hər biri özünə müvafiq məsələləri həll edir.
Mükəmməllik səviyyəsindən asılı olmayaraq heç də bütün
növ maşın və mexanizmlər yığımına texniki sistem demək
olmaz. Maşın və mexanizmlər yığımının sistem olması üçün o
qarşılıqlı əlaqədə fəaliyyət göstərən, biri digərinin işini ardıcıl
tamamlayan və konkret işi yerinə yetirən təşkilatı-texniki
avadanlıq kompleksdən ibarət olmalıdır. Texniki sistemlər,
başqa sistemlərlə müqayisədə az mütəhərrikdir, ətraf mühitə
gec uyğunlaşır. Bu heç də texniki sistemlərin dəyişməzliyini
göstərmir. Elmi-texniki tərəqqi texniki sistemlərin inkişafına
həlledici təsir göstərir.
Təsərrüfatda texnoloji sistem mühüm yer tutur. Texnoloji
sistem məhsul istehsalı prosesinin mərhələlərə və proseslərə
bölünməsinə əsaslanır. Texnoloji sistem məhsul istehsalı üçün
aqrotexniki, aqrobioloji, zootexniki, sanitar-gigiyenik və s. pro-
seslərin ardıcıl yerinə yetirilməsi və onların idarə edilməsindən
ibarətdir. Texnoloji sistemin mahiyyəti və xassələri istehsal
olunan məhsulun kəmiyyət və keyfiyyət parametrlərinə qoyulan
tələblərdən asılıdır. Texnoloji sistem texniki sistemə nisbətən
daha mütəhərrik olmaqla, ətraf mühitin təsirinə daha çox məruz
qalır və onun vəziyyətinə uyğunlaşır. Texnoloji sistem elmi-
texniki tərəqqinin təsirindən dinamik dəyişir və ona uyğunlaşır.
486
Təşkilatı sistem istehsalın optimal quruluşunu tərtib
etməklə torpaqdan, əmək və istehsal vasitələrindən səmərəli
istifadəni təmin edir. Bu sistem əməyin mütərəqqi təşkili for-
malarını, elmi nailiyyətləri və qabaqcıl təcrübənin istehsalata
tətbiqini əhatə etməklə istehsal nəticələrinə təsir göstərir. Aqrar
sahənin son nəticələrinə təsir edən amilləri, onların müxtəlif-
liyini, idarəetmənin və xidmət göstərmənin zaman və məkan
daxilində tənzimlənilməsinin mürəkkəbliyini nəzərə alsaq, təş-
kilatı sistemin təsərrüfatda rolunun və yerinin əvəzsiz olduğunu
görərik.
Texniki, texnoloji və təşkilatı sistemlər birlikdə təsərrü-
fatın idarə edilməsinin təşkilatı-texniki tərəfini xarakterizə edir.
İqtisadi sistem təsərrüfatın istehsal fəaliyyətini iqtisadi
amillərlə (planlaşdırma, iqtisadi təhlil, vergi sistemi və s.)
istiqamətləndirir və nizamlayır. İqtisadi sistem bütün sistemlərə
həlledici təsir göstərməklə onların səmərəli fəaliyyətini təmin
edir. Bununla bərabər, iqtisadi sistem də digər sistemlərin əks
təsirinə məruz qalır.
İnsanların istehsal vasitələrinin sahibi olduqları və idarə-
etmə sistemində fəal iştirak etdikləri bazar iqtisadiyyatı şərai-
tində sosial sistem xüsusi əhəmiyyət kəsb edir. İstehsal pro-
sesini həyata keçirən insanların qarşılıqlı fəaliyyəti şəraitində
yaranmış müəyyən sosial münasibətlərinin əsasında da əmək-
daşlıq və qarşılıqlı yardım münasibətləri genişlənir. Sosial sis-
tem məhz iqtisadi sistemlə birlikdə istehsalın məqsədini, onun
prinsip və təşkili üsullarını müəyyənləşdirir, yəni istehsalın
idarə edilməsinin sosial-iqtisadi tərəfini səciyyələndirir.
Texniki, texnoloji istehsal ilə idarəetmənin təşkili, iqtisadi
və sosial sistemlər arasında qarşılıqlı əlaqə mövcuddur. Onların
vəhdəti ölkə iqtisadiyyatının hər bir vəsiləsinin vahid orqa-
nizmidir.
Beləliklə, ölkə iqtisadiyyatının hər bir vəsiləsi idarə edən
və idarə olunan sistemlərdən ibarətdir. Onlar bir-biri ilə qar-
şılıqlı əlaqədə və asılılıqdadır. Bu əlaqələr kəmiyyət xarakterinə
487
malikdir: idarə olunan sistem böyük olduqca, nisbi olaraq idarə
edən sistem də böyüyür. Qeyd etmək lazımdır ki, bu asılılıq heç
də düz mütənasib xarakteri daşımır, çünki idarə edən sistemin
həcminə bir çox digər amillər də (idarəetmə fəaliyyətinin mexa-
nikləşdirilməsi, sistemin təşkili səviyyəsi, təsərrüfatın yerləş-
diyi ərazinin coğrafi səth quruluşu, təsərrüfatın istiqaməti,
yerləşdiyi ərazinin kompaktlığı və s.) təsir edir. Təsərrüfat və
müəssisələr sahə və regionların idarə edilməsi iyerarxiyasında
birinci mərhələni təşkil etməklə yanaşı, iqtisadiyyatın əsas
mərhələsini, müasir cəmiyyətin isə iqtisadi quruluşunu müəy-
yənləşdirir. Bu onunla izah edilir ki, cəmiyyətin mikroquruluşu
hər şeydən əvvəl, mövcud təsərrüfat və müəssisələrdə istehsalın
həcminin dəyişməsi, yeni təsərrüfatlar və müəssisələr
yaradılması və ya ləğv edilməsi ilə müəyyənləşdirilir. Bütün
bunlar xalq təsərrüfatı proporsiyalarının dəyişməsi ilə nəti-
cələnir.
İdarə edən və idarə olunan sistem arasında əlaqə infor-
masiya vasitəsi ilə həyata keçirilir. İstehsal prosesi gedişində
informasiya idarə olunan sistemdən idarə edən sistemə daxil
olur. Bu informasiya sərəncam və qərarlar hazırlanmasına
xidmət etməklə, onlar icra üçün idarə olunan sistemə daxil olur.
Əlbəttə, bu, idarəetmə prosesinin sadələşdirilmiş sxe-
midir. Yalnız istehsal prosesinə dair məlumat və həmin prosesə
təsir edən daxili amillər əsasında istehsalı idarə etmək mümkün
deyil. İdarəetmə prosesi olduqca mürəkkəb olmaqla, idarə edən
sistem daxili məlumatla yanaşı xarici məlumatdan da istifadə
edir. Xarici məlumatın fərmanlar, normativlər, əsasnamələr,
qərarlar, əmrlər, göstərişlər və s. şəklində daxil olması epizodik
xarakter daşıyırsa, istehsalın ritmik idarə olunması üçün daxili
məlumat müntəzəm olaraq verilməlidir.
Hər bir sosial-iqtisadi sistem öz-özünə idarə oluna bilər,
bununla bərabər, onun kənardan təsirə ehtiyacı vardır.
Xarici təsir idarəetmənin məqsədini müəyyən edən yuxan
idarəetmə sistemləri ilə bərabər, yekcins, eyni mərhələli
488
sistemlər tərəfindən də göstərilə bilər. Sistemin özü isə onu
təşkil edən elementlərə təsir göstərir. Məsələn, Kənd Təsər-
rüfatı Nazirliyi idarəetmə sistemi kimi ali hakimiyyət və isteh-
salı idarə edən ali idarəetmə orqanlarının, habelə digər nazirlik
və təşkilatların təsirinə məruz qalmaqla, öz sistemini idarə
etmək, yəni tabeçiliyində olan təsərrüfat, təşkilat, birlik və s.
daxilində gedən prosesləri əlaqələndirmək, nəzarət etmək və
istiqamətləndirmək səlahiyyətinə malikdir.
Hər hansı sistemdə xarici və daxili təsirlər bir-biri ilə əla-
qədar olmaqla, qarşılıqlı asılılıqdadır. Xarici təsirlər daxili
təsirlərin gücünü azaldır, onu məhdudlaşdırır. Beləliklə, sis-
temdə xarici və daxili təsirlər arasındakı əlaqə dəyişkəndir, la-
kin hər hansı sistem qapalı olmaqla, yalnız özünü idarə əsa-
sında fəaliyyət göstərə bilməz. O, daim xarici sistemlərin təsi-
rinə məruz qalır.
Sistemin fəaliyyəti və inkişafı qlobal məqsədin, onun
element və yarımsistemləri isə lokal məqsədlərin yerinə yeti-
rilməsinə tabe edilir. Belə sistemlərin fəaliyyəti və idarə edil-
məsi təkcə onların birliyinin saxlanılması prosesi olmayıb, həm
də keyfiyyətcə yeni vəziyyətə keçirilməsi prosesidir.
3. İstehsalın idarə edilməsinin elmi əsasları
İdarəetmə elmi iqtisadi-təşkilatı elmlərə aiddir, çünki
istehsalın idarə edilməsi prosesində o, insanların əlaqə və mü-
nasibətlərini öyrənir.
İstehsalın idarə edilməsi fənninin predmetini müəyyənləş-
dirərkən birgə fəaliyyətə rəhbərlik lüzumundan irəli gələn, xü-
susi növ funksiya olan idarəetmənin mahiyyətinə əsaslanırlar.
İstehsal prosesinin gedişində və onu idarə edərkən adamlar bir-
biri ilə müəyyən münasibətlərə girirlər. Buna görə də ida-
rəetmənin öyrənilməsi, hər şeydən əvvəl istehsalın gedişi pro-
sesində insanların fəaliyyət münasibətlərinin öyrənilməsi,
489
idarəetmə münasibətlərinin formalaşdırılması qanunauyğunluq-
larının aşkar edilməsindən ibarətdir.
İdarəetmə elminin predmeti idarəetmə münasibətləridir.
İctimai istehsalın idarəetmə münasibətləri adamların və
kollektivlərin idarəetmə prosesində mürəkkəb qarşılıqlı əlaqə
və münasibətlərindən ibarətdir.
Əgər istehsal proseslərinin və münasibətlərinin məz-
mununu ictimai istehsal prosesində bilavasitə maddi nemətləri
istehsal edənlərin əməyi təşkil edirsə, bu halda idarəetmə pro-
sesi və münasibətlərinin məzmununu ictimai istehsal prosesi
iştirakçılarının birgə əməyini əks etdirən əlaqələr təşkil edir. Bu
əlaqələrin məzmunu 1-ci sxemdə verilir.
İstehsal prosesində əlaqələr birgə fəaliyyət zamanı əmək
kooperasiyası, ayrı-ayrı istehsal proseslərinin yerinə yetirilməsi
dövründə yaranan müxtəlif köməkçi və yardımçı xidmət,
məhsul istehsalı, bölgüsü vasitəsi ilə həyata keçirilir.
İdarəetmə münasibətləri isə idarəetmə prosesindəki əla-
qələri əks etdirən məlumat vasitəsi ilə həyata keçirilir.
İdarəetmə üzrə fəaliyyətin nəticəsi qərarın, habelə idarə-
etmə obyekti qarşısında qoyulmuş məsələlərin yerinə yetiril-
məsinə istiqamətləndirilən planlaşdırma, təşkil etmə, əlaqələn-
dirmə, həvəsləndirmə və nəzarət funksiyasının yerinə yeti-
rilməsidir.
İdarəetmə müxtəlif növ münasibətləri əhatə edir (siyasi,
sosial, iqtisadi, etnik və s.). O, bir çox məcmu obyektiv və
subyektiv amillərin təsirinə məruz qalır.
490
Sxem 1.
İstehsalın idarə edilməsində əlaqələr
Hər şeydən əvvəl, idarəetmə münasibətləri tarixən istehsal
münasibətlərinə nisbətən gec inkişaf etmiş istehsal koopera-
siyasının nəticəsi olaraq meydana gəlmişdir; ikincisi isə onun
məzmunu, xarakteri və əhatə miqyası bilavasitə istehsal müna-
sibətləri ilə müəyyən edilir. Lakin bu münasibətlər birtərəfli
deyil, əksinə, idarəetmə münasibətləri istehsal münasibətlərinin
ən fəal hissəsi olmaqla, bu münasibətlər vasitəsi ilə məhsuldar
qüvvələrin inkişafına əks təsir göstərir.
Müasir mərhələdə sosial-iqtisadi inkişafın xüsusiyyətlə-
rindən biri cəmiyyət miqyasında idarəetmə proseslərinin onun
iqtisadi bazisi olan istehsalla inteqrasiyasından ibarətdir. Buna
görə də istehsal müstəqil sosial-iqtisadi sistem kimi baxarkən,
onun daha böyük sistemin-cəmiyyətin bir hissəsi olmasını nə-
zərə almaq vacibdir. İstehsalın idarə olunmasını formalaşdı-
Məhsuldar quvvələrin inkişaf
səviyyəsi
İstehsalın ixtisaslaşması və
kooperasiyası
Əməyin bilavasitə istehsal və
idarəetmə əməyinə bölünməsi
Fəaliyyət
mübadiləsi
İdarəetmə sferası
İdarəetmə
münasibətləri
Bilavasitə
istehsal sferası
Bilavasitə istehsal
əməyi
İdarəetmə əməyi
491
rarkən və inkişaf etdirərkən bazis və üstqurum münasibətlərinin
mənşəyini nəzərə almaq vacibdir.
İstehsalın idarə edilməsi vasitəsi ilə təkcə sırf istehsal
məsələləri həll edilmir. O, adamların tərbiyəsinə və harmonik
inkişafına, ictimai münasibətlərin təkmilləşdirilməsinə həlledici
təsir göstərir.
İdarəetmə mürəkkəb sistem olduğuna görə elementlər və
əlaqələr çoxluğuna təsiri göstərmək üçün, həmin sistemin
quruluşu, əlaqələndirici və istiqamətverici qüvvələri haqqında
tam və hərtərəfli təsəvvürə malik olmaq vacibdir. Bunun üçün
vacib şərtlərdən biri idarəetmə münasibətlərinin bir çox əla-
mətlərinə görə təsnifləşdirilməsidir.
İdarəetmə münasibətləri aşağıdakı əlamətlərə görə
təkmilləşdirilir:
- idarə edən və idarə olunan sistem arasındakı münasibətə
görə, yəni bilavasitə idarəetmə subyekti ilə idarəetmə obyekti
arasındakı qarşılıqlı əlaqələr;
- idarəetmə obyektinin daxili idarəetmə münasibətləri,
idarəetmə mərhələləri və pillələri (məsələn, ərazi kənd tə-
sərrüfat idarəsinin daxili torpaq mülkiyyətçiləri, kəndli (fermer)
təsərrüfatları, kooperativlər və sahibkarlığın digər təsərrüfat
formaları) ilə idarəetmə münasibətləri;
- hər bir idarəetmə mərhələsində rəhbərlə tabeçilikdə
olanlar arasında münasibətlər (subordinasiya əlaqəsi);
- rəhbər işçi ilə müxtəlif idarəetmə mərhələlərinin işçiləri
arasında münasibət (əlaqələndirmə münasibəti).
Bu əlamətlərin tərkib hissəsi olmaqla idarə etmə müna-
sibətləri aşağıdakı yarımqruplara bölünür:
a) sahəvi, yəni bir sahə daxilində əlaqələr;
b) ərazi, yəni bir region daxilində əlaqələr;
c) sahələrarası, yəni aqrar sahə üzrə müəssisə və
təşkilatlarının digər sahələrlə əlaqəsi;
ç) regionlararası - müxtəlif regionlarda yerləşən aqrar
sahə üzrə müəssisə və təşkilatlarının əlaqəsi;
492
d) ərazi və sahəvi.
İdarəetmə münasibətləri daxili və xarici münasibətlərə də
bölünür. Xarici əlaqələr həmin sistemin başqa sistemlərlə, yəni
ətraf mühitlə əlaqəsi zamanı baş verir. Daxili əlaqələr sistemin
elementləri və mexanizmlərinin qarşılıqlı fəaliyyəti ilə müəy-
yən olunur.
İştirakçılarının sayına görə idarəetmə münasibətləri sis-
temlərarası, qruplararası və şəxsi münasibətlərə bölünür ki,
onlar da öz növbəsində birbaşa, qrup və qarışıq şəklində olur.
İdarəetmə münasibətləri təşkilatı əlaqələrin sayma görə
sadə və mürəkkəb, xətti, funksional və qarışıq, davametmə
müddətinə görə isə müvəqqəti və daimi olur.
İdarəetmə münasibətləri idarəetmə obyektinə təsir
istiqamətinə və dərəcəsinə görə birbaşa və vasitəçiliklə həyata
keçirilir. Birbaşa əlaqələr tapşırıq, əmr, sərəncam və s. forma-
larda, vasitəçilik münasibətləri isə əsasən məsləhət, məlumat
vermək formasında həyata keçirilir.
Subyektin obyektə təsir etdiyi insan münasibəti və insan
fəaliyyətinin növü olan idarəetmə haqqında danışarkən, ob-
yektin inkişaf formasını, obyektin inkişafının insanların şüurun-
da subyektiv inikasını, idarəetmə sisteminin idarəetmə obyek-
tinə fəal təsirini nəzərə almaq vacibdir.
Təsirin faydalılığı idarəetmə obyektinin insanların şüu-
runda inikası, onun daxili qanunları və qanunauyğunluqlarının
təbiəti ilə müəyyənləşdirilir. Beləliklə, idarəetmədə obyektin və
subyektin qarşılıqlı münasibəti və təsir fəaliyyəti istehsalın
planauyğun və ritmik inkişafını təmin etmək məqsədilə iqtisadi
qanunlar mexanizmindən (digər qanunlarla birlikdə) idarəetmə
sistemində və fəaliyyətində şüurlu surətdə istifadəsindən iba-
rətdir.
493
4. İdarəetmə elminin digər elmlərlə əlaqəsi
İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində insan-
ların məqsədyönlü fəaliyyət qanunlarının, qanunauyğunluqla-
rının aşkar edilməsindən, prinsip, funksiya, forma və üsul-
larının müəyyənləşdirilməsindən ibarətdir. İdarəetmə elminin
metodoloji əsasını analiz və sintez əsasında yaradılan iqtisad
nəzəriyyəsi təşkil edir. Buna görə də idarəetmə elmi ictimai is-
tehsalın inkişaf qanunlarına, iqtisad qanunlara və onların idarə-
etmə prosesinə təsirinə əsaslanmalıdır. Bununla belə, idarəetmə
elmində bir sıra spesifik, yalnız onun özünə xas olan qanun-
lardan, qanunauyğunluqlardan və üsullardan istifadə edilir.
Sosial hadisələri tədqiq edərkən yalnız ictimai-iqtisadi
formasiyanın xüsusiyyətlərini hərtərəfli öyrənməklə ictimai
hadisələrin təbiətini, onların mövqeyini dərk etmək
mümkündür. Bu xüsusda ictimai-iqtisadi formasiyaların iqtisadi
qanunlarının dərk edilməsi zəruridir. Çünki cəmiyyətin iqtisadi
qanunları istehsal münasibətlərini, istehsal və münasibətlərini,
ümumi xüsusiyyətlərini, istehsalın formasını, onun idarəetmə
sistemini müəyyənləşdirir.
İstehsalın idarəetmə münasibətlərini öyrənərkən, hər şey-
dən əvvəl idarəetməyə konkret sosial hadisə kimi yanaşılması,
yəni ictimai-iqtisadi formasiyanın xüsusiyyətlərini təhlil edər-
kən, ümumi və xüsusi əlamətlərini ayırd etmək vacibdir.
İstehsalı idarəetmə fənninin vəzifəsi istehsalın idarə
edilmə mexanizmini aydınlaşdırmaqla, məqsədin əsaslandırıl-
ması və onu həyata keçirmək məqsədi ilə konkret məsələlərin
həlli üçün yollar və qaydalar tapmaq məqsədi ilə bilgilər ver-
məkdən ibarətdir.
İdarəetmə nəzəriyyəsi kompleks biliklər sistemidir. İda-
rəetmə elmi ona məxsus üsullardan başqa, kibernetikaya, sis-
temlər nəzəriyyəsinə və digər elmlərə məxsus müxtəlif üsul-
lardan istifadə edir. Sosial-iqtisadi sistemlərin əsasını insanlar
494
təşkil etdiyindən idarəetmə fəaliyyətində kompleks ictimai
fənlər üzrə qazanılmış biliklərdən istifadə edilməsi vacibdir.
İstehsalın idarə edilməsi fənni istehsal prosesində insan-
lara təsir üsullarının kompleks tətbiqi yollarını və istiqamət-
lərini hazırlayır. Bununla bərabər o, digər elmləri əvəz etmir,
məntiqi asılılıqların təhlili əsasında idarəetmə forma və üsul-
larının təkmilləşdirilməsi haqqında tədbirlər hazırlayır. İsteh-
salın idarə edilməsi aşağıdakı bölmələrdən ibarətdir:
1. İstehsalın idarə edilməsinin metodoloji əsasları. Bu
bölmədə idarəetmənin mahiyyəti, onun məzmunu, qanunları,
qanunauyğunluqları, prinsipləri açılır.
2. İstehsalın idarəolunma sisteminin təşkilatı forması. Bu
bölmədə idarəetmə funksiyaları, quruluşu, idarəetmə siste-
mində xətti və funksional tabeçilik sistemi, ərazi və sahəvi ida-
rəetmənin uzlaşdırılması barədə bəhs edilir.
3. Məcmu təsir vasitələri olmaqla idarəetmə mexanizmi
və üsulları barədə təlim. Bu hissədə iqtisadi, təşkilati-sərən-
camverici, sosioloji-psixoloji təsir vasitələri, onların məzmunu
və qarşılıqlı təsiri öyrənilir.
4. İdarəetmə prosesi, onun xassələri, dinamik inkişafı,
onun hissələrinin və idarəetmə prosesinin təsnifləşdirilməsi,
məqsədi, informasiya təminatı, idarəetmə qərarlarının əsaslan-
dırılması, qiymətləndirilməsi, icraya nəzarətin təşkili və s.
öyrənilir.
5. İdarəetmə kadrları, onların seçilməsi və idarəetmə əmə-
yinin səmərəli təşkili, idarəetmə kadrlarını maddi və mənəvi
həvəsləndirmə sistemi.
6. İdarəetmə prosesinin keyfiyyəti və səmərəliliyinin
müəyyən edilməsi meyarı.
İdarəetmə elmi təcrübənin tələblərinə əsasən təşəkkül ta-
pır və nəzəri cəhətdən inkişaf edir. Təcrübənin tələbləri, kon-
kret idarəetmə məsələlərinin həll olunma zərurəti elmi biliklərin
inkişafına maraq doğurur, buna görə də idarəetmə nəzəriyyə-
495
sinin inkişafı təcrübə qazanılması, onun ayrı-ayrı problemləri
üzrə ümumiləşdirmələr aparılması ilə əlaqədardır.
İdarəetmə elminin dialektikası və daxili inkişafının mən-
tiqi, elmi hadisələr barədə informasiyanın yığılmasından, onla-
rın mahiyyətinin açılmasından, inkişafındakı səciyyəvi xüsu-
siyyətlərinin və nəhayət, elmi kateqoriya və qanunlarının for-
malaşdırılmasından ibarətdir. İstehsalın idarə edilməsi nəzə-
riyyəsinin məzmunu onun obyekti ilə müəyyənləşdirilir.
Elmi idarəetmənin əsas xüsusiyyətləri aşağıdakılardan
ibarətdir: iqtisadi qanunların, idarəetmə qanunları və qanunauy-
ğunluqlarının dərk edilməsi və onlardan şüurlu surətdə istifadə
olunması; idarəetmədə təsir prosesinin sistemli və ardıcıllığının tə-
min edilməsi; idarəetmə obyekti və subyektinin modelləş-
dirilməsi; hadisələrin kəmiyyətcə ölçülməsi; idarəetmənin dövlət,
təsərrüfat və ictimai səviyyələrinin dialektik çulğalaması və s.
İdarəetmə elmini idarəetmə mədəniyyətindən fərqlən-
dirmək vacibdir. İdarəetmə və rəhbərlik mədəniyyəti adamların
vərdişi, intuisiyası, onların idarəetmə elmini təcrübədə idarə-
etmə obyekti və subyektinin xüsusiyyətlərini nəzərə almaqla
tətbiq etmək qabiliyyəti ilə ölçülür.
İdarəetmə elm və mədəniyyət olmaqla, onda obyektivlik
və fərdilik uzlaşır.
Başqa elmlərdə olduğu kimi, istehsalın idarə edilməsi
elminin də ümumi metodoloji əsasını hakim ideologiya təşkil
edir. Dialektik yanaşma istehsalın idarə edilməsi prosesinə aid
olan hadisə və həqiqətləri, xarici təsirlərin təzahürlərinin ma-
hiyyətini dialektik yanaşma əsasında açmağa və dərk etməyə
imkan verir.
İstehsalın idarə edilmənin öyrənilməsində istifadə olunan
yanaşma üsulları aşağıdakılardır:
Konkret-tarixi yanaşma istehsalın idarə edilməsi pro-
bleminin elmi cəhətdən həlli üçün mühüm üsuldur. İdarəetmə
prosesində əlaqələr inkişafda olan və xarici amillərin təsiri
nəticəsində dəyişən proseslər kimi öyrənilməlidir.
496
Kompleks yanaşma idarəetmə prosesini öyrənmək və
onun təkmilləşdirilməsindən ötrü tövsiyələr hazırlamaq üçün
səmərəli şərtlərdən biridir. İstehsalın idarə edilməsi münasi-
bətlərdən ibarət olduğuna görə idarəetmə münasibətlərinin təh-
lili siyasi, iqtisadi, hüquqi, sosioloji-psixoloji və digər yanaşma
üsullarının tətbiqi ilə mümkündür.
Aspektli yanaşma idarəetmə münasibətlərinin konkret
ictimai elmlər (iqtisadi nəzəriyyə sosiologiya, fəlsəfə, psixolo-
giya, kibernetika və s.) əsasında təsdiq olunan müəyyən tərəfini
və mahiyyətini araşdırmağa imkan verir.
Sistemli yanaşma idarə edən və idarə olunan sistemlərin
bir-biri ilə kompleks qarşılıqlı əlaqəsi olan, ümumi məqsəd
üzrə birləşən vahid sisteminin mahiyyətini, onun daxili və
xarici əlaqələrini araşdırmağa imkan verir. Sistemli yanaşmanın
həyata keçirilmə şərti sistemli təhlil metodologiyasıdır. Onun
vəzifəsi müxtəlif pillədə idarəetmə subyektlərini mürəkkəb
problemlərinin həlli məqsədilə elmi cəhətdən əsaslandırılmış
üsullarla təmin etməkdən ibarətdir. Bununla əlaqədar olaraq
maksimum məlumat almaq, onu əsaslı şəkildə işləməklə əsas-
landırılmış qərar qəbul etmək üçün riyazi modellərin hazır-
lanması mühüm əhəmiyyət kəsb edir. Sistemli təhlil ida-
rəetmənin təşkilati quruluşunu layihələndirmək üçün mühüm
metodoloji əsaslardan biridir.
Modelləşdirmə idarəetmə elminin səmərəli üsullarından
biridir. Onun məzmunu idarəetmə obyekti və subyektinin
mahiyyətini və özünü aparma xüsusiyyətlərini öyrənməyi asan-
laşdıran modelin tərtibindən ibarətdir.
Müxtəlif növlü modelləşdirmədən istifadə edilə bilər.
Verilən məlumat əsasında, istehsalın «giriş» və «çıxış» və-
ziyyətini xarakterizə edən fiziki vahidlər əsasında, qrafiklər
qurmaq və s.
Müasir kompüterlərin geniş istehsalı ilə əlaqədar olaraq
riyazi modelləşdirmənin əhəmiyyəti həlledici dərəcədə
yüksəlmişdir. Tərtib edilmiş riyazi modellər texniki vasitələrin
497
köməyi ilə reallaşdırılır, idarəetmə prosesləri təhlil olunur,
ümumiləşdirilir, qanunauyğunluqlar müəyyənləşdirilir və bütün
bunların əsasında optimal idarəetmə qərarı qəbul edilir.
Riyazi model dedikdə, proses və ya obyektin əsas qanu-
nauyğunluqları və qarşılıqlı əlaqələrinin riyazi şəkildə ifadəsi
başa düşülür. Model tərtib edərkən obyektin giriş parametrləri
ilə çıxış parametrləri arasında qarşılıqlı əlaqələr riyazi nisbət-
lərlə ifadə olunur. Buna görə də giriş parametrlərini dəyişməklə
obyektin yeni çıxış vəziyyətini və onun səmərəliliyini səciyyə-
ləndirən göstəricilər sistemi, idarəetmə qərarlarının müxtəlif
şəraitdə özünü doğrultması haqqında qısa müddətdə, az əmək
və vəsait sərf etməklə məlumat almaq mümkündür. Riyazi
modelləşdirmənin tətbiqi idarəetmə operativliyini yüksəldir,
kadrların təfəkkürünü gücləndirir, onların məsuliyyətini artırır
və nəhayət, avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi
üçün zəmin yaradır.
İdarəetmə elmində tətbiq olunan mühüm elmi üsullardan
biri də eksperimentdir. Lakin onun mövcud istehsal şəraitində
tətbiqi üçün bır sıra şərtlərə əməl edilməsi zəruridir. Mümkün
olan qərar bir və ya bir neçə obyektdə sınaqdan keçirilir, sınaq
nəticələrinin təhlili əsasında dəqiqləşdirilir və onun kütləvi
tətbiqi barədə qərar qəbul edilir.
Eksperiment idarəetmə obyektinin ayrı-ayrı elementləri
üzrə də aparıla bilər. Məqsəd idarəetmə təcrübəsində qarşıya
çıxan məsələlərin həll olunma qaydasının yaxşılaşdırılasıdır.
Sosioloji üsullar sayılan anketləşdirmə, müsahibə və
sorğu vasitəsi ilə ictimai münasibətlərin, insanların əmək prose-
sində mənəvi cəhətdən formalaşmasının, habelə ictimai şüurun
yüksəlməsinin idarəetmə münasibətlərinin təkmilləşdirilməsinə
təsiri öyrənilir.
İqtisadi-riyazi üsulların (xətti, dinamik proqramlaşdırma,
kütləvi xidmət nəzəriyyəsi, oyunlar nəzəriyyəsi və s.), habelə
tətbiqi riyaziyyatın qrafiklər nəzəriyyəsi, informasiya nəzə-
498
riyyəsi, korrelyasiya, reqressiya və amilli təhlil və s. kimi böl-
mələrindən də istehsalın idarə edilməsində geniş istifadə edilir.
İdarəetmə elmində ümumi elmi dərketmə üsulları sayılan
analiz və sintezdən, induksiya və deduksiyadan da geniş is-
tifadə olunur.
Göstərilən üsulları təcrid olunmuş şəkildə deyil, kompleks
tətbiq etmək vacibdir. Yalnız belə olduqda istehsalın idarə
edilməsi prosesinin mahiyyəti və məzmunu dərin və tam dərk
edilə bilər.
Məlum olduğu kimi, insan cəmiyyəti müxtəlif fəaliyyət
sferaları və inkişaf xüsusiyyətləri ilə xarakterizə olunur və
onlardan hər birinin öz tədqiqat predmeti mövcuddur. Məsələn,
ictimai istehsalın öyrənilməsi ilə ictimai elmlərlə yanaşı bir sıra
təbiət və texnika elmləri də məşğul olur. İctimai istehsalın idarə
edilməsi nəzəriyyəsi ictimai elmlərlə tətbiqi elmlərin qovuş-
ması nəticəsində yaranmışdır. Başqa elmlərdən fərqli olaraq
istehsalın idarə edilməsi elmi istehsala kompleks təsir yollarını
tədqiq edir və işləyib hazırlayır.
İstehsal fəaliyyəti prosesində idarəetmə münasibətləri
insanlar arasında baş verdiyindən, bu münasibətlər ictimai xa-
rakter daşıyır. Buna görə də ictimai elmlər sistemində idarə-
etmə elmi iqtisadi-təşkilati elmlər sinfinə aid edilir. Bu cür aid-
etmənin doğruluğu idarəetmə münasibətlərinin təbiətindən irəli
gələn bir sıra əlamətlərlə müəyyənləşdirilir.
İdarəetmə nəzəriyyəsi vasitəsi ilə sistemin sahəvi mən-
subiyyətindən asılı olmayaraq iqtisadi-təşkilati münasibətlər
öyrənilir. Buna görə də idarəetmə elmi sahələrarası elm kimi
xarakterizə olunur. Beləliklə, idarəetmə elminin xüsusiyyəti
ondan ibarətdir ki, o, konkret sosial-təcrübi məsələləri həll et-
mək üçün birgə, məqsədyönlü fəaliyyət göstərən kollektiv üzv-
ləri arasında yaranan ictimai münasibətləri öyrənir. İctimai elm-
lərdən biri olmaqla, idarəetmə onlardan hansınınsa tərkibindən
ayrılan və ya onun əlavəsi olmayan müstəqil elmdir.
499
İstehsalın idarə edilməsi elminin sosial təfəkkür siste-
mində vəziyyətini aydınlaşdırarkən birinci növbədə onun iq-
tisadi elmlərlə qarşılıqlı əlaqəsi üzərində dayanmaq lazımdır.
Məlum olduğu kimi, iqtisadi elmlərin predmetini istehsal
(iqtisadi) münasibətləri təşkil edir, buna görə də ictimai həyatın
bütün məsələlərinə istehsal, bölgü və mübadilə proseslərinin
qanunauyğunluqları nöqteyi-nəzərindən baxılır. İdarəetmə mü-
nasibətlərinin özünəməxsus xüsusiyyətləri olmaqla iqtisadi
qanunların və qarşıya qoyulmuş iqtisadi məsələlərin icrasının
mühüm amili kimi çıxış edir. Buna görə də istehsalın idarə
edilməsinin forma və üsulları, onun məqsədi və icra vasitələri
iqtisadi inkişafın bilavasitə təsiri altında formalaşır.
İdarəetmə elmi fəlsəfə elmləri ilə və birinci növbədə onun
metodologiyasının əsasını təşkil edən iqtisad nəzəriyyəsi ilə sıx
bağlıdır. İdarəetmə elmi yalnız dialektik yanaşma əsasında
istehsalın idarə edilməsi prosesinə daxil olan hadisələrin
mahiyyətini obyektiv öyrənə bilər. İdarəetmə elminin mühüm
bölməsi olan idarəetmə qərarlarının qəbul edilməsi əslində mü-
lahizə və nəticə təliminin spesifik əlaqəsidir və ya başqa sözlə
desək, onların tətbiqi məntiqidir. İşçilərin həvəsləndirilməsi və
onların fəallığının həvəsləndirilməsi nəzəriyyəsi kollektiv iş
şəraitində əməyin psixologiyasının dərindən və hərtərəfli öyrə-
nilməsini tələb edir. Kollektivdə qarşılıqlı əlaqələr yüksək
məhsuldar əmək etikasına əsaslanmalıdır.
Deyilənlər istehsalın idarə edilməsi elminin spesifik xüsu-
siyyətlərə malik olmasını göstərməklə, onun öz funksiyalarını
yerinə yetirməsi üçün digər elm sahələrinin bir çox element-
lərindən istifadə etməsini sübuta yetirir.
5. Aqrar sferanın idarə edilməsi xüsusiyyətləri
Aqrar sfera mürəkkəb istehsal və sosial-iqtisadi sistemdir.
Onun elementlərinin kifayət qədər sıx qarşılıqlı əlaqəsi təmin
edilməmişdir, mənafelər arasında ziddiyyətlər mövcuddur. Ona
500
görə də aqrar sferanın elementləri arasında qarşılıqlı əlaqə və
fəaliyyəti nizamlaya bilən təşkilati quruluşun müəyyən edilməsi
vacib problemlərdən biridir. Bu quruluşun inkişafı həlledici
səviyyədə istehsalın aşağıdakı obyektiv amillərindən, şərtlərin-
dən asılıdır:
I Sosial-iqtisadi və sosial-siyasi amillər. Bu amillərə
aiddir:
- istehsal vasitələri üzərində mülkiyyət;
- təsərrüfat quruculuğunun müasir mərhələsində qarşıda
duran məqsəd və vəzifələr;
- rəhbərlik prinsipi və metodları;
- dövlət quruluşu və ölkənin inzibati bölgüsü;
- regionların milli və tarixi inkişafı.
II Təşkilati-texniki və iqtisadi amillərə daxildir:
- ictimai əmək bölgüsünün səviyyəsi;
- istehsalın ixtisaslaşması və kooperasiyası;
- istehsalın tipi və həcmi;
- istehsalın təşkilati quruluşu;
- istehsalın və idarəetmənin mexanikləşdirmə və avto-
matlaşdırma səviyyəsi;
- ərazi üzrə istehsalın yerləşdirilməsi;
- xarici-iqtisadi əlaqələr;
- kooperasiya üzrə əlaqələr;
- təbii-iqlim şəraiti.
III İdarəetmə amillərinə aiddir:
- funksiyaların mərkəzləşdirmə səviyyəsi;
- sahəvi və ərazi idarəetmə prinsiplərinin nisbəti;
- kadrların ixtisas dərəcəsi;
- mövcud idarəetmə mexanizmi;
- kollektivdə sosioloji-psixoloji münasibətlər. İstehsal amilləri idarəetmə funksiyalarının tərkibinə,
həcminə əmək tutumuna, işçilərin sayına, idarəetmə mərhə-lələrinin formalaşmasına təsir göstərir. Ona görə də səmərəli idarəetmə quruluşu müəyyən edilərkən bu cəhətlərə diqqət
501
yetirilməlidir. Aqrar sferanın idarə edilməsinin əsas prinsipləri aşağıdakılardır:
- təsərrüfat rəhbərliyinin düzgün vəhdəti; - məsuliyyət, planlılıq, elmlik; - maddi və mənəvi amillərdən əlaqələndirilməsi; - kadrların düzgün seçilib yerləşdirilməsi. Aqrar sferanın idarəetmə sistemi formalaşdırılarkən bu
prinsiplərə əməl edilməsi onun səmərəli fəaliyyətini təmin edə bilər. Bununla yanaşı mürəkkəb və çox funksiyalı idarəetmə obyekti olmaqla aqrar-sənaye müəssisələrinin xarakteri, onun xüsusiyyətini əks etdirən prinsiplərin meydana gəlməsinə səbəb olur. Bunların nəzərə alınması aqrar-sənaye müəssisələrində əlavə səmərə əldə edilməsinə şərait yaradır.
Aqrar sferada idarəetmə quruluşunun təşkilati-texniki prinsipləri aşağıdakılardır:
- təşkilati və iqtisadi vahidlik: aparatın bütün mərhə-lələri qarşılıqlı surətdə bir-birinə bağlıdır və son nəticəyə nail olmaq üçün bir-birinə qarşılıqlı təsir göstərirlər;
- hər bir orqanın, mərhələnin və vəzifəli şəxsin məq-sədyönlü fəaliyyəti: yəni onlara vəzifə, hüquq və məsuliy-yətinin təmin edilməsi;
- quruluş uyğunluğu: yəni idarəetmə orqanlarının quru-luşu bütün mərhələlərdə oxşar olmalı, idarəetmə obyektlərinin quruluşuna və idarəetmə normalarına uyğun gəlməlidir;
- sistemin bütün pillələrində idarəetmə orqanlarının funksional vahidliyi: yəni onların funksiyaları oxşar, tabeçilik sistemi isə eyni tipli olmalıdır. Onların qurulmasında eyni tip-lilik yüksəldikcə, sistem tənzimlənir, qarşılıqlı fəaliyyət sadə-ləşir, qərarların qəbul edilmə operativliyi və icrası yüksəlir.
Bütün bu prinsiplər aqrar sahənin idarə edilməsində baş-lıca istiqamətdir və bütünlükdə aqrar sahə bu prinsiplərlə idarə olunmalıdır. Aqrar-sanaye müəssisələrinə kənd təsərrüfatı, emal müəssisələri, təchizat, satış təşkilatları, xidmət müəssisə-ləri və sair daxildir. Bununla yanaşı ayrı-ayrı sahələrin idarə olunmasında bəzi xüsusi cəhətlər, şərtlərdə mövcuddur. Bu ilk
502
növbədə kənd təsərrüfatı müəssisələrinə aiddir. Belə ki, kənd təsərrüfatı müəssisələrində istehsal xüsusiyyəti iqtisadiyyatın başqa sahələrindən köklü surətdə fərqlənir. Kənd təsərrüfatında istehsal və iş dövrü bir-birinə uyğun gəlmir, əmək mövsümi xa-rakterə malikdir, məhsulun becərilməsində və xüsusilə toplan-masında gərgin dövr yaranır, kənd təsərrüfatı təbii-iqlim, tor-paq, su və digər amil və şərtlərlə sıx əlaqədardır. Qeyd edilən xüsusiyyətlər kənd təsərrüfatında idarəetmənin təşkilinə həll-edici təsir göstərir. Məlum olduğu kimi Azərbaycan şəraitində kənd təsərrüfatı məhsulları istehsalında əhalinin təsərrüfatı kəndli (fermer) təsərrüfatları və başqa özəl qurumlar böyük xüsusi çəkiyə malikdirlər. Hazırda kənd təsərrüfatına yararlı torpaqların 98,0%-dən çoxu onların istifadəsindədir. Kənd təsərrüfatında əsas istehsal fondunun, mal-qaranın, çoxillik əkmələrin texnikanın da əksər hissəsi bu təsərrüfatların payına düşür. Odur ki, bu təsərrüfat formalarının yeni prinsiplər əsa-sında idarəedilməsi konsepsiyası hazırlanması və tətbiq edil-məlidir. Aqrar sferada tədarük və emal olunan məhsulların əsas hissəsində kənd təsərrüfatı müəssisələri verir. Onlar möhkəm istehsal resurslarına malik olmaqla yanaşı çoxsahəli mürəkkəb təsərrüfatçılıq formalarıdır. Kənd təsərrüfatı müəssisələri öz fəaliyyəti dairəsində iqtisadiyyatın əksər sahələri ilə geniş istehsal-iqtisadi əlaqəyə girir, özxərciniödəmə, özünümaliyyə-ləşdirmə prinsipi ilə işləyir, istehsal etdiyi məhsulları reallaş-dırmaqda, istehsal vasitələri almaqda, əməyin təşkili və sti-mullaşdırılması formalarını tətbiq etməkdə tam müstəqildir. Bütün bunlar kənd təsərrüfatı müəssisələrinin idarə edilməsi işinin çox mürəkkəb olmasına səbəb olur. Onlar müəssisə haq-qında qanunun tələblərinə uyğun olaraq idarə edilir. Kollektiv mülkiyyətli təsərrüfatın rəhbər əmək kollektivinin ümumi yığıncağı tərəfindən gizli və yaxud açıq səsvermə yolu ilə seçilir. Müəssisələrin rəhbərinin azad edilməsi də bu yolla hə-yata keçirilir. Müəssisə rəhbəri təsərrüfatın ümumi rəhbər kimi bütün istehsal, iqtisadi, təşkilati, texniki, texnoloji məsələlərin həllinə bilavasitə rəhbərlik edir və istiqamət verir.
503
XIV FƏSİL. MÜASİR AQRAR İSLAHATLAR
VƏ AQRAR İQTİSADİYYATDA İDARƏETMƏ
SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
1. Müasir aqrar islahatlar
2. İqtisadi idarəetmənin obyektləri, subyektləri və tipləri
3. İqtisadi idarəetmənin funksiyaları və prinsipləri
4. İqtisadi idarəetmə mexanizmi
5. Aqrar iqtisadiyyatda idarəetmə sisteminin
təkmilləşdirilməsi
1. Müasir aqrar islahatlar
1994-1995-ci illərdə ölkə parlamenti tərəfindən qəbul
edilmiş “Aqrar islahatların əsasları”, “Sovxoz və kolxozların
islahatları haqqında” Azərbaycan Respublikasının qanunları və
iqtisadiyyatın aqrar bölməsində başlanan islahatlar erasını dörd
mərhələyə bölmək olar.
1994-1996-cı illəri əhatə edən mərhələdə aqrar bölmədə
islahatların hüquqi təminatı yetərincə yüksək səviyyədə forma-
laşdırmaqla eyni zamanda kənd təsərrüfatında uzun illər hakim
mövqe tutmuş dövlət mülkiyyətinin özəl qurumların transfor-
masiyası da həyata keçirilmişdir.
1996-1998-ci illəri əhatə edən islahatların ikinci mərhə-
ləsində kənd təsərrüfatı müəssisələrinin mülkiyyət mənsubiy-
yəti dəyişdirilmiş, aqrar bölmədə istehsalın azalması meylləri
dayandırılmış, bütövlükdə aqrar-sənaye istehsalında sabitləşmə
dövrü başlanmışdır.
1998-2001-ci illəri əhatə edən üçüncü mərhələ isə kənd
təsərrüfatında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və
bütün iqtisadi vasitələrin hərəkətə gətirilərək aktivləşdirilməsi
hesabına yerli əmtəə istehsalçılarının stimullaşdırılması məsə-
lələri gündəliyə gətirilmişdir.
504
Bu mərhələdə dövlət başçısının 9 noyabr 1999-cu il tarixli
fərmanı ilə “1999-2000-ci illərdə Azərbaycan Respublikasında
aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahib-
karlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı”
təsdiq olunmuş, 22 mart 1999-cu il tarixli Prezident Fərmanı ilə
isə kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi
istisna olunmaqla başqa bütün vergilərdən beş il müddətinə
azad edilmiş, bu vergilərə görə keçmişdən qalmış borcların ha-
mısı silinmiş, istehsalçılara neft məhsullarının satışında iki illik
güzəştlər edilmişdir. Eyni zamanda Respublika Prezidentinin 2
mart 2001-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının
ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilmişdir. Həmin
proqram aqrar sahədə 2010-cu ilə qədər fəaliyyət dövrünü əhatə
edən kənd təsərrüfatının inkişafı üçün çox mühüm proqram
sənədidir.
25 aprel 2002-ci il tarixdən etibarən Azərbaycan Respub-
likası Prezidentinin təşəbbüsü ilə sahibkarlarla keçirilən görüş-
dən sonra isə islahatların dördüncü mərhələsi – daxili bazarın
qorunması mərhələsinə start verilmişdir. Daxili bazarda xarici
rəqabətin zərərli təsirlərin neytrallaşdırılmasına dair tədbirlər
həmin mərhələnin konturları kimi xarakterizə olunur.
Beləliklə, bütövlükdə götürüldükdə ardıcıl və məqsədyön-
lü şəkildə həyata keçirilmiş tədbirlər nəticəsində aqrar böl-
mənin bazar iqtisadi münasibətlərinə uyğun qanunvericilik ba-
zası formalaşdırılmış və aqrar bölmədə aqrar iqtisadiyyatın əsa-
sında çoxukladlı yeni mülkiyyətçilər ordusu yaranmışdır.
Hazırda ölkədə istehsalın yeni strukturu formalaşmaqdadır.
Bunun nəticəsidir ki, aqrar iqtisadiyyatda istehsal olunan kənd
təsərrüfatı mənşəli məhsulların 99%-i artıq özəl bölmənin
payına düşür. Aqrar islahatların aparılması nəticəsində respub-
likanın bazar münasibətlərinə keçidi uğurla formalaşdırılmışdır.
Hazırda kənd təsərrüfatında ciddi sosial-iqtisadi inkişaf və
iqtisadi artım meylləri müşahidə olunmaqdadır.
505
Keçmiş ittifaq respublikalarından ilk dəfə olaraq Azər-
baycan iqtisadiyyatında çoxukladlı təsərrüfat münasibətlərinin
əsasları yaranmış, torpaq islahatı başa çatdırılmış, yeni sosial-
iqtisadi strukturlar formalaşmış və onların fəaliyyəti bazar
münasibətlərinin tələblərinə uyğunlaşdırılmışdır.
Bazar münasibətlərinin tələbləri və xüsusiyyətləri əsa-
sında kənd təsərrüfatında yaradılan bu sosial-iqtisadi strukturlar
müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarını özündə ehtiva
etməklə yanaşı eyni zamanda milli aqrar əmtəə istehsalçılarının
hüquq və səlahiyyətlərinin daha da artırılmasına geniş üfüqlər
açır.
Məhz aqrar islahatların ilkin mərhələsində həyata keçi-
rilmiş uğurlu tədbirlər nəticəsində kənd təsərrüfatında tənəz-
zülün qarşısı alınmış, respublikada istehsal edilən ümumi daxili
məhsulun (ÜDM) strukturunda kənd təsərrüfatı məhsullarının
xüsusi çəkisi xeyli artaraq 15-22% təşkil etmişdir.
Son illərdə əvvəlki illərdən fərqli olaraq ərzaq taxılına
olan tələbatın 80-85%-i yerli istehsal hesabına ödənilməkdədir
ki, bu da hazırkı şəraitdə kifayət qədər məqbul göstəricidir.
Əvvəlki illərə nisbətən daxili tələbatın ət məhsulları üzrə
ödənişi 30%, süd məhsulları üzrə 18,5% və yumurta üzrə 12%
artsa da bunlar qeyd edilən sahələrdə iqtisadi imkanların son
həddi deyildir, yəni bu məhsullar üzrə hazırki vəziyyətdə isteh-
salın həcmi mövcud tələbata uyğun olaraq 19.5%, 35% və
32%-ni ödəmək imkanındadır.
Bununla yanaşı “2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf
üzrə Dövlət Proqramı”, Azərbaycan Respublikasında kiçik və
orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci
illər); Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) və digər qəbul
olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o
cümlədən fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi;
sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin
506
həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların
xüsusi çəkisinin artmasını təmin etməkdir. Lakin ölkədə əsas
ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam
təminatı hələ ki, mümkün olmamışdır.
Digər tərəfdən dünya ərzaq bazarlarında müşahidə olunan
qeyri-sabitlik Azərbaycanda da ərzaq məhsullarının qiymətinə
öz təsirini göstərir. Mövcud vəziyyət daxili ərzaq bazarının id-
xaldan asılılığını maksimum azaldılması və ərzaq ehtiyatlarının
yaradılması məsələsinə kompleks yanaşma tələb edir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 may
tarixli 2786 №-li sərəncamına uyğun olaraq hazırlanmış
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı məhz bu məqsədə nail
olmaq üçün 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur.
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin
və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiy-
yətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının
tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata
keçirilməsi zərurət təşkil edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə əgər 1950-
1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 mln. ton, 1985-
1995-ci illərdə 12 mln. ton təşkil edirdisə, 2030-cu ilədək bu
göstərici cəmi 9 mln. ton səviyyəsində olacaqdır. Azərbaycan
Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin
iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Qeyd etmək lazımdır ki, əhalinin etibarlı ərzaq təmina-
tında sahibkarlıq mühüm rol oynayır. Bununla əlaqədar olaraq,
ölkədə işgüzarlıq mühitinin davamlı yaxşılaşdırılması dövlətin
iqtisadi siyasətinin mühüm istiqamətlərindəndir.
Ölkədə həyata keçirilən siyasət nəticəsində aqrar bölmədə
sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı
15 669 çatmışdır. Onlardan 9521 bilavasitə kənd təsərrüfatı ilə,
507
6148 isə emal sahəsində fəaliyyət göstərən sahibkarlıq
subyektləridir.
Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahə-
sində sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə döv-
lətin maliyyə dəstəyi uğurla həyata keçirilir. Belə ki, 2002-
2007-ci illərdə və 2008-ci ilin altı ayı ərzində Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən müvəkkil kredit təşkilatları va-
sitəsilə ölkənin 63 şəhər və rayonu üzrə ümumilikdə 6738
sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdi-
rilməsinə 271.4 mln. manat güzəştli kredit verilmişdir. Həmin
vəsaitin 147 mln. manatı kənd təsərrüfatı məhsullarının isteh-
salı və emalı, habelə ərzaq məhsullarının istehsalı üzrə 5431
layihənin maliyyələşdirilməsinə yönəldilmişdir. Ondan:
- müxtəlif ərzaq məhsullarının istehsalı yönümlü
layihənin maliyyələşdirilməsinə 25.5 mln. manat;
- kənd təsərrüfatı məhsullarının emalı yönümlü
layihələri maliyyələşdirilməsinə 42.5 mln. manat;
- kənd təsərrüfatı məhsulları istehsalı, xüsusilə
əkinçiliyin və heyvandarlığın inkişaf layihələrinin
maliyyələşdirilməsinə 79 mln. manat vəsait
ayrılmışdır.
Əldə edilmiş nailiyyətlərlə yanaşı, ərzaq təminatı sahə-
sində sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, bununla
bağlı əlavə həvəsləndirici tədbirlərin görülməsinə aqrar böl-
mənin kreditləşdirilməsinin artırılmasına ciddi ehtiyac vardır.
Xüsusilə ərzaq məhsullarının saxlanılması üçün anbarların,
soyuducu kameralarının, elevatorların eləcədə kənd təsərrüfatı
texnikası və gübrə istehsalı, qablaşdırılma müəssisələrinin
yaradılması, taxıl, yem, ət və süd məhsulları, meyvə-tərəvəz və
digər ərzaq məhsullarının istehsalının genişləndirilməsi, emal
sənayesinin inkişafı ilə bağlı tədbirlərin görülməsi zəruridir.
508
2.İqtisadi idarəetmənin obyektləri,
subyektləri və tipləri
İdarəetmə münasibətlər sistemidir. Onun da məzmunu,
prinsipləri, vasitələri və hüdudları vardır. İdarəetmə münasi-
bətləri idarəetmə funksiyalarını həyata keçirmək üzrə yaranan
münasibətlərdir və onlar iqtisadi sistemə daxilən xas olan me-
xanizm vasitəsilə tənzimlənir.
İdarəetmə iqtisadi formalar, metodlar, göstəricilər, norma
və normativlər vasitəsilə həyata keçirilmirsə bu iqtisadi ida-
rəetmə adlanır. İqtisadi idarəetmə obyektiv iqtisadi qanunların
tələblərinə uyğun olaraq həyata keçirilməlidir. İqtisadiyyatın öz
metodları ilə idarə olunması sayəsində onun inkişafı təmin
edilir, tarazlığı və bütövlüyü saxlanılır. Deyilənlərə əsasən
iqtisadi idarəetməni belə səciyyələndirmək olar.
İqtisadi idarəetmə - iqtisadi prosesləri tənzim edən ob-
yektiv qanunları bilmək əsasında, iqtisadiyyata daxilən xas olan
mexanizmi hərəkətə gətirməklə ölkənin iqtisadi potensialından
məqsədyönlü şəkildə, səmərəli istifadə etməyə yönəldilmiş fəa-
liyyətdir. İqtisadi idarəetmənin obyektləri və subyektləri möv-
cuddur. İdarəetmənin obyektləri: bütövlükdə iqtisadiyyat,
iqtisadiyyatın ayrı-ayrı sahələri, kooperasiyalar, səhmdar cə-
miyyətləri, trestlər, konsernlər, birliklər, müəssisələr, əmək kol-
lektivləri, fərdi bizneslə məşğul olanlar, aqrobiznes sahələri.
Bütövlükdə ictimai təkrar istehsal və onun fazaları – istehsal
bölgü: mübadilə və istehlak – iqtisadi idarəetmə obyektləridir.
İdarəetmənin subyektləri – dövlət və onun orqanları –
inhisar birliklərinin idarə orqanları, səhmdar cəmiyyətlərinin
idarə orqanları, birliklərin idarə orqanları, müəssisələrin idarə
orqanları, sahibkarlar və menecerlər, banklar, müxtəlif fondlar,
bizneslə məşğul olan fərdlər və s.
İqtisadi idarəetmənin subyektləri iqtisadi vasitələrin kate-
qoriya qanunlarının köməyi ilə istehsalı, bölgünü, mübadiləni
və istehlakı idarə edirlər, istehsal amillərini müxtəlif sahələr
509
arasında bölüşdürür, istehsalı stimullaşdırır, onun səmərəliliyini
və gəlirliliyini təmin edirlər.
İqtisadi sistemin idarə olunmasının iki tipi mövcuddur:
kortəbii və şüurlu.
Kortəbii iqtisadi idarə olunma – iqtisadi sistemin
qaydaya salınması çoxsaylı təsadüflərdən, kortəbii hərə-
kətlərdən asılı olur və ümumi meyl kimi özünə yol açır və bir
növ “avtomatik” fəaliyyət göstərir, adamların prosesə qarışma-
sını tələb etmir. Bununla belə adamlar öz fəaliyyətini kortəbii
proseslərin tələblərinə uyğunlaşdırmağa, onlara istiqamət ver-
məyə məcburdur. Lakin onlar kortəbii proseslərə tam hakim ola
bilmirlər. Bazar hərc-mərcliyini kortəbii idarə olunmaya misal
göstərmək olar.
Bazarda çoxsaylı alqı-satqı əməliyyatları aparılır. Bu
prosesin arxasında meyl kimi fəaliyyət göstərən bazar qanunları
– dəyər qanunu, tələb və təklif qanunu, rəqabət qanunu durur.
Məhz bu qanunların fəaliyyəti ilə kənar müdaxilə olmadan
iqtisadiyyat idarə olunur, ictimai əməyin kortəbii bölgüsü baş
verir. İstehsal amilləri müxtəlif sahələr arasında bölünür,
iqtisadi proporsiyalar yaranır və kortəbii qüvvələrin təsirindən
pozulur və yenidən bərpa olunur. Proses bu cür fasiləsiz təkrar
olunur. Burada bazar rəqabəti iqtisadiyyatın başlıca idarəedici
qüvvəsi olur.
Bazar kortəbiiliyi şəraitində əmtəə istehsalçıları öz
hərəkətlərindən azad deyillər, bazarın qanunlarına tabedilər və
öz fəaliyyətlərini bazarın tələblərinə uyğun qurmağa məcbur
olurlar.
Şüurlu iqtisadi idarəetmə - adamların qarşıya qoyduq-
ları məqsədlərə çatmağa yönəldilmiş fəaliyyətləri ilə bağlıdır.
İqtisadiyyatı idarə etmək üçün ictimai orqanlar, idarəetmə
subyektləri formalaşır, yəni arzu olunan nəticələr almaq üçün
iqtisadi sistemə şüurlu təsir göstərən orqanlar və təşkilatlar
meydana gəlir. Bu mövcud cəmiyyətin təbiətinə uyğun olaraq
fəaliyyət göstərir və təkmilləşdirilir.
510
Cəmiyyətin inkişafı, elmi-texniki tərəqqinin təsiri ilə
adamların kortəbii qüvvələr üzərində ağalığı artırır və özünün
şüurlu idarəetmə fəaliyyəti güclənir.
İqtisadi idarəetmədə şüurlu amilin rolunun artması müx-
təlif səviyyəli idarəetmə sistemlərinin yaranmasında və dövlətin
iqtisadi proseslərin tənzimlənməsində geniş iştirak etməsində
tapır.
3. İqtisadi idarəetmənin funksiyaları
və prinsipləri
İqtisadiyyatın idarə edilməsi obyektiv iqtisadi qanunlar və
dövlətin qəbul etdiyi hüquqi aktlarla tənzimlənir. Bazar iqtisa-
diyyatı şəraitində iqtisadiyyat bazar qanunları ilə idarə olunur.
Bu qanunların fəaliyyəti şəraitində iqtisadi idarəetmə istehsalın
bazarın tələblərinə uyğunluğunu təmin etməli, istehsal olunmuş
məhsulun reallaşdırılmasına şərait yaratmalı, istehsalın öz
xərclərini öz hesabına ödənilməsini və gəlir də götürülməsini
təmin etməlidir. Bununla da mülkiyyətin bütün forma və növ-
lərinin iqtisadi cəhətdən reallaşdırılmasına şərait yaradılmalıdır.
Hər iki tip qanunlar sistemi iqtisadi idarəetmənin qarşı-
sında duran funksiyaların həyata keçirilməsinə xidmət etməli-
dir. İqtisadi idarəetmənin aşağıdakı əsas funksiyalarını gös-
tərmək olar:
1. Makroiqtisadiyyat səviyyəsində
a) ictimai təkrar istehsalın fasiləsizliyini təmin etmək
yolu ilə ictimai məhsulun sabit artmasına nail olmaq
və əhalinin artan tələbatının ödənilməsinə şərait
yaratmaq;
b) pul tədavülünün sabitliyini saxlamaq və inflyasiyaya
yol verməmək;
c) iş qabiliyyətli əhalinin tam məşğulluğunu təmin etmək
və işsizliyin qarşısını almaq;
511
ç) cəmiyyətin gəlirlərini formalaşdırmaq və sosial ədaləti
təmin etmək.
2. Mikroiqtisadiyyat səviyyəsində
a) istehsal amillərinin səmərəli bölgüsü və istifadəsinin
səmərəliliyini artırmaq yolu ilə müəssisənin (firma-
nın) gəlirliyini təmin etmək, yüksək mənfəət götür-
mək;
b) istehsalın optimal strukturunu yaratmaq və onun sabit
inkişafına nail olmaq, elmi-texniki tərəqqinin nailiy-
yətlərini müntəzəm olaraq istehsala tətbiq etmək;
c) müəssisələrin öz xərclərini ödəməsinə nail olmaq və
əldə edilmiş gəlirlərin sosial ədalət prinsipi ilə bölün-
məsini təmin etmək.
Hər iki səviyyədə iqtisadi idarəetmə mülkiyyət formala-
rının iqtisadi cəhətdən reallaşdırılmasını təmin etməlidir. Bu
idarəetmənin çox mühüm funksiyasıdır. Başqa bir mühüm
funksiya dövlətin iqtisadi siyasətini həyata keçirilməsinə mak-
simum şərait yaratmaqdır.
İqtisadi idarəetmənin prinsipləri.
İqtisadi idarəetmə onun müvəffəqiyyətini təmin edən
prinsiplərə əsaslanmalıdır. İdarəetmənin prinsipləri dedikdə iq-
tisadi prosesləri idarəetmə funksiyalarını yerinə yetirən orqan-
ları, təşkilatların və şəxslərin rəhbər tutduqları, istinad etdikləri
əsas qaydalar nəzərdə tutulur.
İqtisadi idarəetmənin prinsiplərinə aşağıdakıları aid etmək
olar.
1. Obyektivlik prinsipi.
Bu prinsip iqtisadi qanunların tələblərini dərindən
bilməklə və onlara istinad etməklə, imkanları nəzərə almaqla və
iqtisadiyyatın həqiqi vəziyyətini əsas götürməklə təmin edilir.
Obyektiv fəaliyyət göstərən bazar qanunlarını bilmədən sə-
mərəli idarəetmə qeyri-mümkündür. Marketinq və biznes fəa-
liyyəti də bu prinsipə istinad etmədən lazımi səmərə verməz.
Obyektiv şəraiti, qanunların tələblərini nəzərə almadan atılan
512
hər bir addım uğursuzluqlara gətirib çıxarır. Məsələn, pul
tədavülü, qanun tələbləri nəzərə alınmadan tədavülə fasiləsiz
pul buraxılması inflyasiyaya səbəb olmuşdur. İdarəetmədə sub-
yektiv fəaliyyətin rolu böyük olsa da subyektin özbaşınalığa yol
vermək olmaz.
2. Konkretlik prinsipi.
Konkret iqtisadi proseslərin öyrənilməsi, dəqiq və elmi
cəhətdən işlənilmiş informasiya əsasında daxili və xarici
amilləri tam nəzərə almaqla idarə etmək olar. Konkret şəraitə
uyğun olaraq addımlar atılmalıdır. Məsələn, mövcud şəraitə
uyğun vergi qoymaq, bazara uyğun qiymətlər tətbiq etmək olar.
3. Optimallıq-effektlik prinsipi
İqtisadiyyatın optimallığına, effektliyinə nail olmaq
iqtisadi idarəetmənin başlıca məqsədidir və həm də onun əsas
prinsipidir. İqtisadi idarəetmədə başlıca cəhət odur ki, əmək,
maddi və maliyyə ehtiyatlarından səmərəli istifadə edilsin, az
məsrəflərlə daha yüksək nəticələr əldə olunsun.
4. Özünümaliyyələşdirmə prinsipi
Hər bir təsərrüfat obyekti müəyyən məsrəflər hesabına
fəaliyyət göstərir. Müəssisələrin, trestlərin və s. iqtisadi idarə-
etmə sistemi elə təşkil olunmalıdır ki, təsərrüfat fəaliyyətinin
nəticəsində əldə olunan ümumi gəlirdən xərclər çıxıldıqdan
sonra xalis gəlir götürülsün və bu gəlirin hesabına öz istehsalını
genişləndirmək üçün maddi imkana malik olsun, öz eh-
tiyaclarını öz vəsaiti hesabına ödəyə bilsin.
5. Əsas həlqənin seçilməsi prinsipi
Sistem halında fəaliyyətdə olan iqtisadiyyatın bütün
həlqələri müxtəlif, ancaq bir-birilə bağlı vəzifələri yerinə
yetirirlər. Lakin öz əhəmiyyətinə görə bu vəzifələr eyni olmur.
Burada birinci və ikinci dərəcəli vəzifələr, əsas və əsas ol-
mayan, mühüm və mühüm olmayan vəzifələr vardır. Buna görə
də konkret şəraitə, qarşıya qoyulmuş strateji məqsədlərə uyğun
olaraq vəzifələr zəncirinin həlqələrindən əsas həlqəni tapıb
ayırmaq lazımdır. Bu elə həlqədir ki, qalanları onunla bağlıdır,
513
əsas vəzifə həll olunduğundan qalan vəzifələr də həll olu-
nacaqdır. Məsələn, müasir dövrdə iqtisadi müstəqilliyə nail
olmaq respublikamızın qarşıya qoyduğu strateji məqsəddir. Bu
məqsədə çatmaq üçün iqtisadi islahatlar aparılmış, və bazar
iqtisadiyyatına keçid təmin edilmişdir. Bazar kateqoriyaları
vasitəsilə iqtisadiyyat idarə olunur.
6. Stimullaşdırma prinsipi.
İdarəetmə hər şeydən əvvəl adamların əmək fəaliyyətini
təşkil etməkdir. Onlar öz fəaliyyətləri ilə həyati yaşayış
vasitələrini yaradırlar. Bu nemətlərin istehsalı, onun kəmiyyəti
və keyfiyyəti adamların fəaliyyətlərinin iqtisadi cəhətdən idarə
edilməsindən çox asılıdır, adamlar isə canlı və düşünən məx-
luqdur. Onların mənafeləri, maraqları və tələbatları vardır. On-
ları müəyyən təkanverici amillərin, qüvvələrin təsiri ilə hərə-
kətə gətirirlər. Bu təkanverici amillər və qüvvələr nəzərə alın-
madan adamların fəaliyyətini idarə etmək olmaz. Buradan da
iqtisadi idarəetmədə adamların əmək fəallığını stimullaşdırmaq
zərurəti meydana gəlir. Adamlar nə edirlərsə hökmən onların
orada marağı, tələbatını təmin etmə prinsipi vardır.
Ancaq bu tələbat prinsipi ödənildikdə fəallıq real olur və
deməli tələbatını ödəmək vasitələri ilə adamların fəallığına təsir
etmək olar. Məhz tələbat adamların iqtisadi davranışını müəy-
yən edir, iqtisadi sahələr arasında əlaqə yaradır.
Tələbatlar cürbəcür olur: şəxsi tələbat, kollektiv tələbat
(istehsalın, ailənin), ictimai tələbat. Tələbatlar maddi, mənəvi,
sosial tələbatlara da ayrılır. Bu tələbatlar ödənilməsə adamlar
yaşaya bilməz.
İqtisadi idarəetmədə maddi tələbatlar maddi istehsalın
inkişafına effektliyin idarə edilməsi aləti kimi istifadə olunur.
Tələbatlar mənafe, məqsəd kimi dərk olunur. Mənafe –
dərk olunmuş tələbatdır. Adamların tələbatları və mənafelərin
iqtisadi idarəetmədə nəzərə alınması onların əmək fəallıqlarının
fəaliyyətlərinin stimullaşdırılmasında ifadə olunur.
514
İqtisadi stimullaşdırma əməyin ödənilməsində, mükafat-
landırılmasında özünü aydın göstərir. Çox məhsul almaq üçün
yaxşı işləmək, yaxşı işləmək üçün isə çox pay verilməlidir.
Əməyin kəmiyyət və keyfiyyətinə görə ödənilməsi, əməklər-
dəki fərqlərin düzgün nəzərə alınması, yüksək nəticələrə görə
əməyin mükafatlandırılması istehsalçının maddi marağını
artırır, daha yaxşı işləmə həvəsləndirir. İqtisadi stimullaşdırma
əməkhaqqı, mənfəət, faiz, renta, vergi, investisiya, kredit, göm-
rük haqqı, pul fondları və s. vasitəsilə həyata keçirilir.
İqtisadi idarəetmənin ərazi-sahə, demokratik mərkəziyyət
və s. kimi prinsipləri də vardır.
4.İqtisadi idarəetmə mexanizmi
İqtisadi idarəetmə ona uyğun gələn mexanizmin hərəkətə
gətirilməsi ilə mümkün olur.
İqtisadi idarəetmə mexanizmi – istehsalın idarə edilməsi
üçün tətbiq olunan konkret təsərrüfatçılıq formalarının, me-
todların, iqtisadi göstəricilər və mənafelərin, təsərrüfat-hüquqi
normaların və təşkilat strukturunun məcmusudur. Bu mexanizm
spesifik iqtisadi alətlərin vasitəsi ilə hərəkətə gətirilir.
İqtisadi idarəetmə vasitələri və alətləri bunlardır: qiymət-
lər, istehsal xərcləri (maya dəyəri), mənfəət, faiz, renta, əmək-
haqqı, vergilər, mənfəətdən ayrılmalar, kredit, maddi stimullaş-
dırmanın formaları, təsərrüfat müqavilələri, gömrük sistemi,
pul və müxtəlif qiymətli kağızlar.
İqtisadi idarəetmənin subyektləri bu mexanizm və va-
sitələrdən istifadə etməklə bütövlükdə ictimai istehsalı idarə
edirlər. Hər bir təkrar istehsal sikli başa çatdıqdan sonra onu
yenidən başlamaq üçün əldə olunmuş gəlirlər mülkiyyət for-
malarına uyğun olaraq bölüşdürülür.
İlkin bölgü nəticəsində mənfəət, renta, faiz, əməkhaqqı
formaları almış gəlirlər, qiymətlər, vergilər, tariflər, cərimələr,
qiymətli kağızlar vasitəsi ilə yenidən bölüşdürülür.
515
İqtisadi idarəetmədə qiymətlərin rolu böyükdür. Qiy-
mətlər elə bir alətdir ki, onların vasitəsilə müəssisələrin istehsal
xərcləri (maya dəyəri) və mənfəəti, gəlirdən dövlət büdcəsinə
tədiyyələr, ticarət təşkilatlarının mənfəəti, istehsalı, idarə orqan-
larının gəlirləri formalaşdırılır. Bununla yanaşı qiymətlər
vasitəsilə istehsalın ayrı-ayrı sahələrinin inkişafı stimullaş-
dırılır, gəlirlərdəki fərqlər nisbətən aradan qaldırılır, əhalinin
sosial müdafiəsi vasitəsi kimi istifadə olunur, qiymətlərin aşağı
salınması, inhisar qiymətləri əleyhinə tədbirlər və s.
İqtisadi idarəetmənin ən güclü alətlərindən biri də vergi
sistemidir. Vergilər vasitəsilə gəlirlərin yenidən bölgüsü həyata
keçirilir, bütün səviyyələrdə dövlət büdcəsinin gəlir hissəsi
formalaşdırılır, iqtisadi fəaliyyət növləri stimullaşdırılır, lazım
gəldikdə bəzi fəaliyyət sahələri məhdudlaşdırılır, gömrük ver-
gisi vasitəsilə daxili bazar müdafiə olunur və dövlətin valyuta
ehtiyatları artırılır. İstehsalın səmərəliliyi və əmək məhsul-
darlığının yüksəldilməsi, istehsal xərclərinin azaldılması, məh-
sulun keyfiyyətinin yüksəldilməsi, əmək intizamının möhkəm-
ləndirilməsi, kadr axınının qarşısının alınması, elmin inkişaf
etdirilməsi, texniki tərəqqinin və s. proseslərin idarə edil-
məsində iqtisadi stimullaşdırılma vasitələrindən geniş istifadə
olunur. Bu kimi vasitələr sırasında əməkhaqqı sistemi xüsusi
rola malikdir. Əməkhaqqı əhalinin əsas hissəsinin gəlirlərinin
başlıca mənbəyi olmaqla yanaşı bölgüdə və istehlakda sosial
ədalətin təmin edilməsi vasitələrdən biri kimi güclü idarəetmə
keyfiyyətinə malikdir. Onun vasitəsilə maddi maraq prinsipi
tətbiq edilir və iqtisadi mənafelər idarə olunur.
Əməkhaqqı sistemi ilə yanaşı qiymətlər, mənfəət, faiz,
vergilər, renta və s. kateqoriyalardan da iqtisadi həvəsləndirmə,
stimul yaratma vasitəsi kimi geniş istifadə olunur.
Pulsuz heç bir iqtisadi idarəetmə mexanizmi işləyə bil-
məz. Bütün dəyər göstəriciləri, hesablaşmalar pulun vasitəsilə
həyata keçirilir. Pul həm idarəetmə alətidir və həm də idarə
olunma obyektidir. Pul tədavülü onun hərəkət qanununa uyğun
516
olmalı, onun normadan artıq buraxılmasına, qiymətdən düş-
məsinə yol verilməməlidir. Əks təqdirdə inflyasiya baş verir və
iqtisadi idarəetmə mexanizmi iflic vəziyyətə düşür, iqtisadi
böhran yaranır. İqtisadi böhrandan çıxmaq üçün iqtisadi
idarəetmə mexanizminin bütün həlqələrində sağlamlaşdırma
tədbirləri həyata keçirilməlidir. İlk növbədə maliyyə sistemində
ciddi qayda-qanun yaradılmalıdır.
Maliyyə sistemi vasitəsilə cəmiyyətdə pul fondları
yaradılır. Bu fondların vasitəsilə geniş təkrar istehsalın ehtiyac-
ları ödənilir, iqtisadi proseslərə güclü təsir göstərilir, müəs-
sisələrin, sahələrin, regionların ehtiyacları ödənilir və onların
mənafeləri əlaqələndirilir.
Maliyyənin köməyi ilə elmi tərəqqinin aparıcı istiqa-
mətləri elm, sosial sahələr inkişaf etdirilir, əməyin ödənilməsi
həyata keçirilir. Dövlətlə müəssisələr, müəssisələrin özləri
arasında, müəssisələrlə banklar arasında, müəssisələrin öz
daxili sahələri arasında, dövlətlə kooperativ təşkilatları, ictimai
təşkilatlar, əhali arasında münasibətlər maliyyə mexanizmi va-
sitəsilə yaranır və tənzim edilir. Bütün bunlar maliyyənin geniş
imkanlara malik iqtisadi idarəetmə sisteminin olduğunu
göstərir.
İqtisadi idarəetmənin mühüm alətlərindən biri də kredit-
dir. Kreditin vasitəsilə cəmiyyətdə müvəqqəti sərbəstləşən pul
vəsaiti hərəkətə gətirilir və təkrar istehsalın fasiləsizliyinin
təmin edilməsi, istehsalın genişləndirilməsi, yeni sahələrin ya-
radılması və əhalinin müəyyən ehtiyaclarının ödənilməsi məq-
sədilə istifadə edilir.
5.Aqrar iqtisadiyyatda idarəetmə sisteminin
təkmilləşdirilməsi
Ölkəmizdə aqrar islahatların və istərsə də aqrar iqtisadiy-
yatın inkişafının növbəti mərhələsində özəl qurumların təşkili
və idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan
517
kənd təsərrüfatı bazar iqtisadiyyatı prinsipləri ilə inkişaf etmiş
ölkələrdən İsveçin təcrübəsi diqqətə layiqdir. Belə ki, İsveçdə
kənd təsərrüfatı kooperativinin ali idarəetmə orqanı bütün
vəzifəli şəxslərin – idarə heyəti sədrinin, katibin və mühasibin
seçildiyi illik ümumi yığıncaqdır. Daha iri kooperativlərin idarə
heyəti və ya şura daha çoxsaylı olur. Bu halda müxtəlif fəa-
liyyət istiqamətləri üzrə sədrin müavinləri də ola bilər. İsveç
kooperativlərində insanlar həm özlərinə və həm də öz həm-
karlarına hörmətlə yanaşırlar.
Burada ümumi yığıncaqda seçki komissiyası yaradılır və
onun vəzifəsinə növbəti mandat dövrü üçün idarə heyətinə və
ya şuraya yeni namizədlərin irəli sürülməsi üzrə hazırlıq
işlərinin aparılması aiddir. Belə əsaslı hazırlıq işi təsadüfi
adamların seçilməsinin qarşısını alır.
Ümumi yığıncaq həmçinin, kooperativin iqtisadi-maliyyə
fəaliyyətinin qanuniliyinə və düzgünlüyünə nəzarət edən təftiş
komissiyasını seçir.
Fermer kooperativinin sədrinin fəaliyyəti sferası çox-
sahəlidir. O, təkcə idarə heyəti iclaslarının aparılması və qərar
qəbul olunması məsələlər üzrə materialların hazırlanması ilə
deyil, həmçinin onların yerinə yetirilməsi üçün də tam məsu-
liyyət daşıyır. İdarə heyəti və ya şura sədrinin əsas vəzifəsi kol-
lektiv müəssisənin məqsəd və vəzifələrinin həyata keçiril-
məsidir.
İsveç kooperativinin mühasibatlığı işçilərinin az saylığı
ilə fərqlənir. Burada mühasib də kassir də bir şəxsdir. O,
bütövlükdə kooperativin və ayrı-ayrılıqda hər bir üzvünün
istehsal etdiyi məhsul və göstərdiyi xidmətlərin həcmini izləyir,
pul vəsaitlərinin hərəkətinin uçotunu aparır. Mühasib (kassir)
kooperativin illik balansını və maliyyə hesabatını hazırlayır. Bu
hesabatlara təşkilatın illik təsərrüfat fəaliyyəti haqqında hesabat
da daxil olmaqla təftişçilər tərəfindən nəzarət olunur.
İsveç kooperativlərinin istehsal etdiyi məhsulların satışı
prosesi də maraqlıdır. Məsələn, alıcı hər hansı bir məhsul üzrə
518
kooperativə sifariş verir. Satış üzrə məsul şəxs sifariş olunan
məhsulun nə qədərinin gələn həftə fermerlər tərəfindən qablaş-
dırılıb göndərmək imkanı olduqları halda ilkin informasiyaya
baxır. Belə informasiya hər həftə istehsalçı fermerlər tərəfindən
kooperativə daxil olur. Bundan sonra kooperativ ayrı-ayrı
fermerlərə həmin məhsulu sifariş edir. İri sifarişlər bir neçə
fermer arasında bölünür. Belə bir metod fermer təsərrüfatlarının
daim istehsal həcmi ilə təmin olunmasını və onlara koopera-
tivin işində fəal iştirak etməyə imkan verir. Məhsulun sax-
lanmasını fermer öz təsərrüfatında təmin edir. Sifariş olduqdan
sonra o, məhsulu kooperativin firma nişanı olan paketlərə
qablaşdırır. Məhsulun sifarişçiyə çatdırılmasını isə kooperativ
yerinə yetirir. Məhsulu göndərdikdən sonra fermer kooperativə
tədarük haqqında sənəd göndərir. 20 gündən sonra, sifarişçi
tərəfindən məhsulun dəyərinin ödənmə müddətinə baxmayaraq,
kooperativ pulu fermerin hesabına köçürür.
Hər hansı səbəbdən, sifarişçi tərəfindən məhsulun
dəyərinin ödənilməsi gecikdirilsə də fermer tədarük etdiyi
məhsula görə pulu mütləq alır. Uğursuz əməliyyatlara görə isə
zərər kooperativin bütün üzvləri arasında bölüşdürülür. Bu
ayrıca hər hansı bir fermerin müflisləşməsinin qarşısını alır.
İsveç kooperativində tam aşkarlıq hökm sürür. İstehsalçı
öz məhsulunun kimə və hansı qiymətə satıldığını, onu maraq-
landıran sair məlumatları hər zaman ala bilir.
Beləliklə, inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi
göstərir ki, respublikamızın aqrar iqtisadiyyatında bu təcrü-
bədən istifadə edib aqrobiznes sistemində idarəetmə sistemini
təkmilləşdirmək məqsədəuyğundur.
519
İstifadə edilmiş ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikasının Konstitusiyası, 1995
2. “Aqrar islahatların əsasları” Azərbaycan Respublika-
sının Qanunu. Bakı -1995
3. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbay-
can Respublikasının Qanunu. Bakı -1995
4. “İcarə haqqında” Azərbaycan Respublikasının
Qanunu. Bakı -1992
5. “Torpaq islahatı haqqında” Azərbaycan Respub-
likasının Qanunu. Bakı – 1996
6. Kəndli (fermer) təsərrüfatları haqqında Az. Respub-
likasının Qanunu. Bakı – 1994
7. “Sahibkarlıq haqqında” Azərbaycan Respublikasının
Qanunu. Bakı -1994
8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının
Qanunu
9. “Azərbaycan Respublikasının torpaq məcəlləsi”, 1998
10. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər), Bakı –
2004
11. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2009-2013-cü illər), Bakı
2009
12. “Azərbaycan Respublikasının Dövlət mülkiyyətinin
özəlləşdirilməsinin Dövlət Proqramı”, 1998
13. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı. Bakı -2008.
14. “Azərbaycanın statistik göstəriciləri”. Azərbaycan
Dövlət Statistika Komitəsi. Bakı 2010.
15. “Azərbaycanın kənd təsərrüfatı”. Azərbaycan Dövlət
Statistika Komitəsi. Bakı 2010.
520
16. Abbasov İ. “Əhalinin ərzaq məhsulları ilə etibarlı
təminatı dövlətin iqtisadi siyasətinin əsas prioritetlə-
rindən biridir”, İqtisadiyyat və həyat, 2008, №12
17. Abbasov A.E. “Ərzaq təhlükəsizliyi”, 2007
18. Alıyev İ.H. Azərbaycan Respublikasında aqrar sahədə
iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi,
2003
19. Alıyev İ.H. – Aqrar sahənin inkişafının əsas maliyyə
mənbələri. Bakı – 2007
20. Ataşov B.X. Ərzaq təhlükəsizliyinin aktual pro-
blemləri, Bakı 2005
21. Əhmədov İ.V. – Kənd təsərrüfatının idarə edilməsi.
Bakı – 2006
22. Əliyev A, Qasımov Ə. Azərbaycanın sosial-iqtisadi
inkişafında islahatların rolu, 2000
23. Əliyev S.N ASK-da iqtisadi əlaqələr və aqrar münasi-
bətlərin tənzimlənməsi, 1995
24. Hacıyev Ə.H. – Aqrar-sənaye kompleksinin iqtisadiy-
yatı. Bakı -2006
25. Xəlilov H.A. – Milli ərzaq təhlükəsizliyi: bazar trans-
formasiyaları və iqtisadi reallaşma amilləri. Bakı -
2001
26. İbrahimov İ.H. – Regionlarda sahibkarlığın inkişaf
meyilləri və xüsusiyyətləri. Bakı – 2007
27. İbrahimov E.R. “Heydər Əliyev və dövlətin aqrar
siyasəti”. Bakı, Gənclik n. 2003, 776 s.
28. İbrahimov İ.H., Aqrar iqtisadiyyatın aktual problem-
ləri, Bakı – 2002, İbrahimov İ.H., Aqrar iqtisadiyyatın
əsasları, 2005.
29. İbrahimov İ.H. “Aqrar iqtisadiyyatın əsasları”, 2005
30. “Kənd təsərrüfatının iqtisadiyyatı” (dərslik), i.e.d.,
prof. Ə.Qasımov redaktorluğu ilə.
31. Qarayev İ.Ş. və başqaları “Dünya bazar qiymətləri”,
Bakı 1997
521
32. Qarayev A.İ. “Yeni iqtisadi şəraitdə ASK-nin inkişafı
və maliyyə münasibətləri”, Bakı 2000.
33. Qasımov Ə.C. – Aqrar-sənaye müəssisələrinin iqtisa-
diyyatı və idarə edilməsi, Bakı 2005.
34. Qasımov Ə., İsrafilov H. Regionların sosial-iqtisadi in-
kişaf problemləri, 2006
35. Məmmədov A.S. Kənd təsərrüfatının iqtisadiyyatı,
2005
36. Nuriyev Ə. Regional siyasət və idarəetmə, 2004
37. Nuriyev Ə. Regional idarəetmənin əsasları, 2007
38. Rüstəmov R.M., Aqrar sahədə davamlı inkişafın for-
malaşması məsələləri, 2006
39. Salahov S.V. Aqrar sahənin dövlət tənzimlənməsi pro-
blemləri. Bakı – 2004
40. Verdiyev Ə., Qarayev İ. – Aqrar bazarın formalaşma-
sının iqtisadi problemləri. Bakı – 2000.
Rus dilində istifadə edilmiş ədəbiyyat
1. Аграрная экономика, учебник, 2002
2. Агропромышленный комплекс России, 2000
3. Агеев В.А. Управленческий механизм обеспечения
продовольственной безопасности, Москва 1999.
4. Аграрные отношения: теория, история, практика,
перспективы развития. Учебник, Москва., 1993.
5. Богомолов В.А. Экономическая безопасность,
Москва, 2006
6. Богданов И.Я. Экономическая безопасность
России, Москва 2001
7. Башмачников В.Ф «Пути аграрного возрождения»,
Москва 1997
8. Ибрагимов М.А. «Актуальные проблемы создания
системы АПК», Москва, 2005
522
9. Караев И.Ш., Новрузова З. Цена и экономическое
регулирование рынка, 2006
10. Коваленко Н.Я. – Экономика сельского хозяйства,
Москва – 1999
11. Новиков В.И., Калашников И.Б, Аграрная
политика, Москва 2001
12. Попов Н.А. – Экономика сельского хозяйства
(учебник), Москва – 2000
13. Пешехонов В.А, Пащенко А.И. Экономика
аграрного сектора: Учеб. пособие для студентов
экон. специальностей, 2003
14. Румянцева Е.Е. Пути достижения продоволь-
ственной безопасности Союзного государства и
СНГ, Минск, 2001
523
Няшриййатын мцдири Камил Щцсейнов
Баш редактор Исмят Сяфяров
Редактор Исабя Щцсейнова
Корректор Сцдабя Манафова
Компйутер operatoru Тяраня Бахшялийева
Дизайнер Вцсаля Ахундова
i.e.d., professor İ.Ş.Qarayev, i.e.n., dosent Ə.H.Hacıyev,
i.e.n., dosent S.N.Əliyev, i.e.n., dosent V.M.Xəlilov,
i.e.n., dosent L.S.Amanova,
i.e.n., baş müəllim N.K.Eyvazova
Aqrar sferanın iqtisadiyyatı
və idarə edilməsi
----------------------------------------------------------
Dərslik
Чапа имзаланыб . 07. 2011. Каьыз форматы 60х84 1/16.
Щяжми ч.в. Сифариш . Сайы 00.
---------------------------------------------------------------------------
" Игтисад Университети " Няшриййаты.
АЗ 1001, Бакы, Истиглалиййят кцчяси, 6
___________________________________________________