85
XUAN RAMON XİMENEZ MAHNIN KİMİDİR ÖLÜMÜN DƏ ÇEVİRƏNİ ƏZİZ SƏLAMİ

XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

  • Upload
    others

  • View
    1

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

XUAN RAMON XİMENEZ

MAHNIN KİMİDİR ÖLÜMÜN DƏ

ÇEVİRƏNİ

ƏZİZ SƏLAMİ

Page 2: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 2 -

Published by Aziz Salami ©

Berlin - Germany, 2015

E-mail: [email protected]

Page 3: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 3 -

İspaniya’nın güneyində yerləşən Əndəlis əyalətində,

sahillərini Atlantik okeanının dalğaları döyəcləyən Moguer adlı kiçik bir şəhər vardır. Modern dünya şeirinin böyük təmsilçilərindən biri olan Juan Ramon Jimenez 1881-ci ildə burada dünyaya göz açmışdır. O, otuz il sonra öz böyük əsəri olan “Plateru və mən” kitabını həmin şəhərdə yaratmışdır.

Plateru, bir eşşək adı olmuşdur. Ximenez çox sevdiyi bu heyvanla bir baharda yola çıxmış, qışadək vətəni Əndəlis’i gəzib dolaşmış və uzun yol boyu onunla danışmışdır. Bu əsər kiçik proza parçaları biçimində yazılmış, bir çox dillərə çevrilmiş və dünya oxucuları tərəfindən böyük sevgiylə qarşılanmışdır.

Ximenez rifahlı bir ailədə böyümüş, hüquq üzrə təhsil almış və sonralar Madrid’ə getmişdir. Elə buradaca bir şair kimi tanınmışdır. Xəstəlik və eləcə də təkliyə dərin ehtiyac onu çox sevdiyi və yaradıcılığının baş qaynağı olan daha dərin bir yalnızlığa yönəltmişdir. Dünyanın heç bir səsinə dözə bilməyən və onu bir işgəncə kimi duyan Ximenez özü üçün divarları heç bir səs keçirməyən otaq düzəltdirmək məcburiyyətində qalmışdır.

Bu halına baxmayaraq İtaliya, Fransa və İsveçrə ölkələrindən də görüş etmişdir. 1956-cı ildə Nobel ödülü almışdır. 1970-ci İldə Amerika Birləşmiş Statları’na gəlmiş və onu ömrü boyu qoruyan və onun qayğısına qalan qadınıyla tanış olmuşdur. Onlar birlikdə Tagor’un əsərlərini İspaniya dilinə çevirmişlər. O, ömrünün böyük bir parçasını Amerika’da yaşadığına baxmayaraq öz doğma dilinə vəfalı qalmış və bütün yazılarını bu dildə yaratmışdır. Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları olmuşdur.

Bitkilərin və çiçəklərin nəbzini tuta bilən xariqəli bir həkimə bənzətmək olar onu. Onun həyata baxışı o dərəcə incə və həssasdır. Hər nəyin nəbzini tutmağa can atmaq, hər nəyin canının gizli döyüntülərini duymağa çalışmaq ana bir cizgi

Page 4: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 4 -

kimi onun bütün yaradıcılığından gəlib keçir. Hər günün öz üzünü görə bilmək, ölüb gedən hər anda ölümsüz bir varlığın o qırılmaz halqasının fərqinə varmaq Ximenez poeziyasının qabarıq özəlliklərindəndir.

Gəminin dəniz sularının dərin bir yerinə birdən varmasını, ruhunun sualtı və görünməz bir planetin qapısına toxunması kimi duyur o. Bu toxunmadan yaranan böyük çaşqınlıq bir an içində də dəniz yolçuluğundan doğan alışdığımız duyğulara yönəlir:

Duyuram gəminin dərinlərdə Böyük bir şeyə

toxunduğunu. Heç nə olmamışdır! Bir səssizlik ... və dalğalar ...

- Olmamışdır heç nə; ya olmuşdur hər nə? Bizsə bu yeniyə alışdıqmı artıq? -

Onun üçün qarşılaşdığı hər nə, ilk dəfə gördüyü kimidir. O, adi olan bütün şeyləri yenidən adlandırmaq istəyir. Onlara daha dəqiq, daha doğru ad verməyə çalışır. Bir uşaq kimi olmaq,hər nəyə yenidən, yenidən, yenidən baxmaq; usanmadan, doymadan onun varlığıyla birləşməyə çalışmaq, onun gizli dünyasının heyran yolçusu olmaq; belə bir dünyadır Ximenez’in düşüncə dünyası. Belə bir dünyada ölüm də həyatla iç-içə bir gerçəkdir, əslində ölüm yoxluq demək deyil, həyatları bir-birinə bağlayan halqalardır və bu ölüm halqaları olmadan yeni başlayan bir həyat da ola bilməz. Beləliklə, həyat və ölüm tükənməz bir varlığın qurumaz çeşməsidir və ölüm də həyatın mahnısı kimidir:

Yox fərqi ey könlüm! Mahnın kimidir ölümün də.

2008

Page 5: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 5 -

İÇİNDƏKİLƏR

Oyanmaq 8

Təbiət 9

Axsaq uşaq 10

Sən 12

Ümid 13

Qızıl oxlar 14

Ulduzlar 15

Anarkən 16

Bilmirəm 17

Sevgi 18

Qızılgül 19

Bil ey ruhum 20

Görə bilmədim 21

Ruhum mənim 22

Sən yatırsan 23

Yazarkən 24

Tulla bu günün daşını 25

Şeylərin adı 26

İşıq 27

Böyük 28

Arı 29

Yavaş yeri 30

Ölü 31

Mən 32

Page 6: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 6 -

Dönüşsüz yolçuluq 33

Mahnın kimidir ölümün də 34

Dənizlər 35

Sükançı və mən 36

Ün 37

Bir günün də 38

Röyalarım 39

Sevda 40

Kiçik və yaşıl quş 41

Günəş batarkən 42

Şeir - 1 43

Şeir - 2 44

Çat 45

Xatirələr - 1 46

Xatirələr - 2 47

Xatirələr - 3 48

Moguer 49

Axşam 50

Gecənin zənginliyi 51

Torpaq və güllər 52

Səhərin açılması 53

Dağa çıxarkən 54

Səninlə 55

Bulud 56

Örnək 57

At 58

Page 7: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 7 -

Ürəyimcə 59

Səhər 60

Səndən xatirələrim 61

Ruh 62

Tanrının iti 63

Daha 64

Axşam dənizi 65

Torpaq və dəniz 66

Gəmidə 67

Bir dənizçinin məzarı üstündə yazılmalı 68

Od 69

Xatirələrin 70

Mutluluq 71

Mahnı 72

Qasırğa 73

Anlaşma 74

Sən 75

Gecə mahnısı 76

Rahatlanmaq 77

İçdəki günəş 78

Axşam 79

Birdənbirə 80

Sevda 81

İşıq 82

Həsrət 83

Sən məndəsən 84

Page 8: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 8 -

OYANMAQ Hər zaman səninçin olmaq istərəm,

ey Həyat!

Bir çiçək kimi,

Ki yığar sonsuz yuxusunda xəzinələri

Qapanmış yarpaqlarına,

Açılar gecənin sonunda gündüzlə,

Və saçar bütün qoxularını röyasının!

Page 9: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 9 -

TƏBİƏT

Uşaqlıqda daşlarla etdiyimiz kimi

Qaldırmaq olaydı ey təbiət!

O böyük və çılpaq gövdəni,

Görmək olaydı altındakı o

Kiçik və sonsuz sirrini.

Page 10: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 10 -

AXSAQ UŞAQ “Gözlə burda!“ qız gülümsəyir,

“Gedim qoltuqağacını gətirim“ deyir.

Günəş və qızılgüllər, yaşıl işıqları

Saçılır ağaclı yolun arı-arı,

Şən-şən ötüşür quşlar,

Gündoğanın quzeyindən əsir ruzgar,

“Gözlə burda!“ qız gülümsəyir,

“Gedim qoltuqağacını gətirim“ deyir.

Röyadandır və ipəkdən göyüzü,

Ürəyin ta dərinlərində qalır izi,

Ağ paltarda gəlirlər uşaqlar,

Oynayırlar, tərləyirlər:

“Qaç sən də, qaç!“ çığırırlar,

“Gözlə burda!“ qız gülümsəyir,

“Gedim qoltuqağacını gətirim“ deyir.

Gözlərində bir parıltı, inanmayır,

Bu burxulmuş qılçasını tanımayır!

Çiynində yükü ağrının, yorulur,

Söykənir qızılağaca, oturur,

Ağlayır, gülür, dura bilmir oğlan,

“Gedim qoltuqağacını gətirim!“ deyir oğlan!

Page 11: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 11 -

Gözləməz ki quşlar amma;

Keçir bahar, gözləməz ki uşaqlar da.

Qaçanındır, uçanındır

Bu bayram da ...

“Gözlə burda!“ qız gülümsəyir,

“Gedim qoltuqağacını gətirim“ deyir!

Page 12: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 12 -

SƏN Keçir hamı, keçir yaşıl, qırmızı da ...

Sən bəyazsan,

yuxarıda.

Burda olan qabalığı, kobudluğu ...

Sən duymazsan

yuxarıda.

Keçir hamı, qurnazı da, sarsağı da ...

Sən dumduru, bulanmazsan

yuxarıda.

Page 13: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 13 -

ÜMİD

İşıqlı qaş-daşlar kimi

Çıxarıram ürəyimin

Qutusundan ümidimi,

Qızım kimi,

Sevdiyim bir qadın kimi, bacım kimi,

Sevə-sevə

Qızılgüllər arasında gəzdirirəm,

Süzürəm onu uzun-uzun,

Sonra yenə

gizlədirəm.

Page 14: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 14 -

QIZIL OXLAR Öldürür yayı hər yandan

Saçılan qızıl oxlar,

Qana işləyən zəhər kimi

Havada ağrılar var.

Çiçəklər, qanadlar, işıqlar ...

Nə varsa köçməkdə,

Nə kədərli bir ayrılıq!

Quvuşur dənizə ürək də.

Gözyaşları və titrəmə,

Hər nə sorur sanki:

Hara gedirsiniz? - Hardasınız?

Susur hər nə, bilən yox ki!

Page 15: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 15 -

ULDUZLAR

Ulduzlar, ulduzlar! ...

Nə kədərli baxırsınız uzaqlardan!

Ölmüş dostların gözlərimisiniz?

Baxırsınız iri-iri!

Hər il bahar başlayarkən

Bu dünyanı xatırlayan

Ölmüş dostların gözlərimisiniz?

Ulduzlar, ulduzlar! ...

Siz ey ruhun işıqdan çiçəkləri!

Page 16: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 16 -

ANARKƏN Qaranlıq və soyuq ağrılar doldurar könlümü,

Sanki torpaq altında qalaram,

Anarkən bir zaman məni sevənləri,

Artıq bu dünyadan gedənləri.

Gur işıqlar içində qalaram,

Özüm də işıqlanaram,

Anarkən bir zaman məni sevənləri,

Hələ mutlu ömür sürənləri.

Page 17: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 17 -

BİLMİRƏM

Bilmirəm necə varmaq olar

Bu günün sahilindən

Sabahın sahilinə.

Çay aparır

Bu axşamın gerçəyini

O ümidsiz dənizlərə.

Baxıram gündoğana, günbatana,

Baxıram güneyə, quzeyə ...

Ruhumda olan o parlaq gerçəyi

Ömrü artıq tükənmiş bir göy kimi

Dağılıb tökülən görürəm.

... Bilmirəm necə varmaq olar

Bu günün sahilindən

Sabahın sahilinə.

Page 18: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 18 -

SEVGİ Bütün günü ürəyini

Qollarımda yırğalayıb

Oxşayıram,

- Ölümsüz bir ağ çiçəksən,

ey sevgi! -

Gecələri mışıl-mışıl yatsın deyə

Yer verirəm ürəyimdə,

İnciyib küsməsin deyə

Oyaq qalıram başı üstə,

- Gözlərini yeni açmış bir körpəsən,

ey sevgi! -

Page 19: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 19 -

QIZILGÜL

Bir qızılgül əkdi dodaqların

Dodaqlarıma, öpərkən,

Saldı köklərini dərinlərə

Yeyər ürəyimi o gündən.

Sonbahardı, göylərdən

Çəkdi günəşin işıqları

Parlaq sütunlar kimi həyatın

Bütün qızıllarını yuxarı.

Quraq keçdi yay ayları,

Və qurudu qızılgüllərim də,

İki acı tumurcuq açıldı,

Gözlərimdə.

Page 20: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 20 -

BİL EY RUHUM İstər güclü, istər gücsüz olsun bu mıx ...

Nə fərq edər,

Düşəcəkdir şəkil yenə -

Bil ey ruhum!

Page 21: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 21 -

GÖRƏ BİLMƏDİM

Görüm deyə sənin ruhunu,

Bir qızılgül kimi

qopardım ləçəklərini,

Görə bilmədim mən onu.

Güclü bir qoxu amma

Doldurdu hər yeri,

Sardı ölkələri, dənizləri,

Və varılmaz üfüqləri.

Page 22: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 22 -

RUHUM MƏNİM Hara getsə ruhum mənim

Yelkən açaraq, ya uçaraq,

Onundur hər yerdə olan,

Nə əngindir

Nə sürəkli bu səssizlik!

Enib qalxdıqca gəmimiz,

Uca burnu

Bölür iki gümüş yerə

Tutqun mavini ortadan.

Safürəkli və yalnız bir kraliçadır

Soyuqqanlı ruhum mənim,

Sahib olduğu anlarda

Sonsuz olan bir ölkəyə!

Page 23: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 23 -

SƏN YATIRSAN

Sən yatırsan,

Öpmərəm səni yox.

Sən ruhunu verdin mənə

Və gövdənin

Oyaq qalan gözlərini

- Ulduz dolu bağçam mənim! -

Sən yatırsan, sanki sən özün deyilsən,

Yox öpmərəm, öpmərəm səni yox!

Sənə sadiq deyiləm mən,

Öpsəm səni ...

Yox öpmərəm,

öpmərəm səni yox ...

Page 24: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 24 -

YAZARKƏN

Goethe

Bilmirəm, necə söyləyim,

Biçimsizdir hələ də

Sözlərim.

Page 25: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 25 -

TULLA BU GÜNÜN DAŞINI

Tulla bu günün daşını,

Unut və yat, o işıqsa,

Sabah erkən

Günəş olmuş görəcəksən.

Page 26: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 26 -

ŞEYLƏRİN ADI Ver mənə ey ağıl

Gerçək adını şeylərin!

Qoy şeylərin özü olsun

Sözlərim,

Yenidən yaratsın onları ruhum mənim,

Bilməyənlər bilsinlər şeylərin nə olduğunu,

Unudanlar bilsinlər şeylərin nə olduğunu,

Və şeyləri sevənlər bilsinlər

Şeylərin nə olduğunu,

Ver mənə ey ağıl

Gerçək adını özünün,

Onların və mənim

Və bütün şeylərin!

Page 27: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 27 -

İŞIQ

Dayan işıq, dayan!

- Tutum deyə qaçıram mən, dəli kimi. -

Dayan işıq, dayan!

- Durur birdən, yaxınlaşınca mən ona Dönür soyuq qaranlığa. -

Dayan işıq, dayan!

Uşaq kimi düşüb yerə Ağlayıram, bir daha onu görmədən:

Dayan ... işıq ... dayan ...

Page 28: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 28 -

BÖYÜK Get ey Böyük, dincəl sən də

O Kiçiyin şərəfinə,

Dünyadırsa onun zamanı,

Dünyalardır

sənin zamanın.

Page 29: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 29 -

ARI

Axar sularda bir daş tək,

Yuyulmuş gözyaşlarımda

Duracağam sənin yanında.

Yağışdan sonra bir ulduz tək

- Gözyaşlarının yağışı -

Arı gözlə o gün məni!

Page 30: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 30 -

YAVAŞ YERİ Qaçma artıq, yavaş yeri:

Sən özünə getməlisən!

Yavaş yeri, qaçma artıq!

Bir uşaq var səndə çünki,

- Böyüməyən -

Sənə çata bilməz ki!

Page 31: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 31 -

ÖLÜ

Bilindi artıq ağırlığı:

Palçıqda qaldı bir gözü,

Və göylərdə bir gözü.*

*Tərəzinin gözləri

Page 32: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 32 -

MƏN Mən

Mən deyiləm,

Mən mənimlə gedən,

Görə bilmədiyim biriyəm,

Az deyil onunla olduğum,

Sonra unutduğum,

Mən söyləyəndə susar o,

Mən nifrət edəndə o bağışlar,

Gəzər olmadığım yerlərdə,

Yaşayar mən öldüyümdə.

Page 33: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 33 -

DÖNÜŞSÜZ YOLÇULUQ

Bir gün gedərəm mən də dönmədən,

Mənsiz ötüşən quşlar qalar,

Qalar bağçam və yaşıl ağacım,

Və quyumdakı bəyaz sular.

Axşamları yerüzərində

Mavi və səssiz olar uca göylər,

Bu axşam kimi kilsənin

Qülləsindən çan səsi yüksələr.

Bir gün ölər məni sevənlər də,

İllər keçər, kəndimiz də başqalaşar,

Bağçamdakı ağ çiçəklərin açıldığı yerdə

Ruhum həsrətlə dolaşar.

Bir gün gedərəm, kimsəsiz, evsiz,

Nə yaşıl ağacım, nə bəyaz sular,

Nə mavi göy başım üzərində ...

Və mənsiz ötüşən quşlar qalar.

Page 34: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 34 -

MAHNIN KİMİDİR ÖLÜMÜN DƏ O qədər arıdır ki indi ürəyim

Birdir onunçün, ölməsi də

Mahnı söyləməsi də ...

Bitirə bilər indi kitabını həyatın,

Ya ölümün,

Röyalarda düşünən könlüm üçün

Yazılmamış heç biri onların.

Ölümsüzlük vardır ona ikisində də.

Yox fərqi ey könlüm!

Mahnın kimidir ölümün də.

Page 35: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 35 -

DƏNİZLƏR

Duyuram gəminin dərinlərdə

Böyük bir şeyə

toxunduğunu.

Heç nə olmamışdır!

Bir səssizlik ... və dalğalar ...

- Olmamışdır heç nə, ya olmuşdur hər nə?

Bizsə bu yeniyə alışdıqmı artıq?

Page 36: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 36 -

SÜKANÇI VƏ MƏN Yatır hamı aşağıda,

Bir sükançıdır

Bir mən oyaq, yuxarıda.

Onun gözləri əqrəbində kompasın,

Odur yönəldən qapalı gəmidə dənizçiləri,

Mənim gözlərim sonsuzlarda,

Mənəm yönəldən ruhlarda

gizli xəzinələri.

Page 37: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 37 -

ÜN

Qalmasa bir gün məzarın da ey könlüm!

Olamasa artıq səni tanıyan,

Ölümsüz bir çiçək kimi bir mahnın

Qalacaqmı bunca mahnıdan?

Mənim yaşıl çəmənimdə

Ömrümün küləyilə yırğalanan

Bunca çiçəklərdən ey könlüm

Hansı qalacaq o zaman?

Page 38: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 38 -

BİR GÜNÜN DƏ Bir kiçik, ya böyük bir sirrini bilmədən

Qoyma keçsin bir günün də,

Diqqətlə bax, bir gizliliyi

Açmadığın olmasın heç birində,

Ver tanrıya ruhunun

Ən parlaq, ən arı incisini,

O sənə bir parçacıq

Quru çörək verdiyində.

Page 39: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 39 -

RÖYALARIM

Uçuşur röyalarım

Hündür ağacın

Başının üzərində.

Göyərçindir onlar,

Başlarında işıqlar işıl-işıl

Musiqidir qanad çalışları.

Qızıla tutarlar məni uçduqca,

Yaxınlaşıb ağaca

Uzaqlaşdıqca.

Page 40: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 40 -

SEVDA

Nə uzun sürdü gəlişin,

Ey bu günün günəşi, ey bu günün günəşi!

Gəl ki, tükəndi nəfəsim!

Sanki qoparmışlar köksümdən

Ürəyi!

Gəl ki, tükəndi nəfəsim!

Page 41: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 41 -

KİÇİK VƏ YAŞIL QUŞ

Gəlmişəm mən,

Orda qaldı yanıqlı mahnılarım,

Dənizin sahilində

Ağlayaraq.

Gəlmişəm mən,

Nə fayda bundan sizə,

Orda qaldı

Ruhum mənim.

Gəlmişəm mən,

Məni qardaş sanmayın,

Orda gəzər ruhum mənim

Ağlayaraq.

Page 42: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 42 -

GÜNƏŞ BATARKƏN Ah nə qızıl bir melodiya, ki bir azdan

Ölümsüzlükdə əriyəcəkdir,

Ah nə yazıq, ki qulaqlarımız

Onu bir daha dinləməyəcəkdir,

Və bu səssizlik, qızılları getdikcə azalan ...

Sonra da, ölümsüzlükdə yer alan.

Page 43: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 43 -

ŞEİR

1

Əl vurma artıq ona

Qızılgül belədir çünki

Page 44: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 44 -

ŞEİR 2

Çəkib çıxarıram köküylə onu yerdən

Yaşdır hələ səhər şəfəqindən.

Ah, nə gözəldir xışıltısı torpağın,

Qoxulu və nəmlidir,

Ah, nə bir yağış, alnımda, gözlərimdə!

Gözlərimi qamaşdıran

Ulduzların işığında!

Page 45: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 45 -

ÇAT

Nə böyük bir çatdır bu

Açılmış həyatımda!

Bütün canımla hər şeydə

Olmaq istərdim,

Bütün canımla hər şeydə

Qalmaq istərdim!

Page 46: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 46 -

XATİRƏLƏR 1

Qızıl rəngli qum təpələri xatirələr

Gələr və gedər ...

Aparar yellər onları,

Ordadılar,

Olduqları yerdə, vardırlar,

Və hardasa olacaqlar ...

Qızıl rəngli qum təpələri xatirələr ...

Dəniz-dünyamızı

Sonsuz bir qızılla doldurarlar,

Və ruzgarlarda dağılarlar

Xatirələr ...

Page 47: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 47 -

XATİRƏLƏR

2

Ah ey bütün xatirələrin

Gəldiyi yollardan uzaq

Gizli xatirələr!

Bir qızılgül kimi səhrada,

Bir ulduz kimi günorta göylərində,

Gözlənilmədən, bir gecə

Canlanan xatirələr!

- Soyuq unutmanın acı həsrəti! -

Çox az yaşanan

Daha yaxşı bir həyata

Yol açan xatirələr!

Daşlıdır, yorandır

Hər günki yollarımız,

Və birdən bənzərsiz bir baharın

möcüzəsi:

Unudulmuş xatirələr!

Page 48: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 48 -

XATİRƏLƏR 3

Axaraq ruhumun altında

Çay oyur içimi,

Artıq duyuram canımda

Gücümün tükəndiyini,

Göylər çatmır dadıma,

Ulduzlar məni aldadır,

Yox, onlar üzərimdə deyil

Dərinlərdə, altımdadır.

Varammı mən?

Olacağam!

Xatirələr irmağında

Bir dalğa olub axacağam ...

Səninlə ey, axar sular!

Page 49: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 49 -

MOGUER *

Axşamkən iri buludlar kənd üzərində toplaşır,

Kədərlidir və yuxulu fənərlər də,

Sularla ruzgar arasında sarı ay dolaşır.

Yaxınlaşır tarlalardan nəmli qoxu və bu an

Yaşıl bir ulduz boylanır əski kilsənin qülləsi

ardından,

Saat yeddi arabası keçir yenə ...

hürüşürlər itlər də ...

Yol üstünə çıxdığında, üzünü soyuq ay

dolduracaqdır,

Bir təpə üzərində bəyaz bir məzarlıq vardır,

Ağlayır orda hündür və qaranlıq sərvlər də.

* Moguer: şairin doğma şəhəri

Page 50: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 50 -

AXŞAM Ah nə yelləyir ruhumun ağacı

Altun başını xəfif yeldə,

Və sərbəstcə mənə söyləyir

Ki hər nə məndədir, məndə!

Page 51: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 51 -

GECƏNİN ZƏNGİNLİYİ

Nə qədər sirrlər oldu səndən aldığımız,

Nə qədər sirrlər var səndən alacağımğız,

- Onlar sənin deyil, bizimdir ey gecə! -

Ah bu həvəs, sonu yox:

Daldırmaq əlimi dərinlərinə

Aramaq ulduzlarının arasında!

Və ... başqa əllərin parıltısı

Öz xəzinələri ardınca!

Page 52: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 52 -

TORPAQ VƏ GÜLLƏR Torpaq, səhər toranında,

Və qaranlıq,

Ulduzlardan deşik-deşik

- Ah sən mənim ürəyimsən!

Güllər, səhər toranında,

Rəngi solmuş

Və islanmış ulduzlardan

- Ah nə axar şehləriniz gözlərimdən!

Page 53: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 53 -

SƏHƏRİN AÇILMASI

saat beş

Ağlayır körpə uşaq ...

Ağarır ağlaması,

Dünyanı qucaqlayaraq!

Bir xoruz banlaması.

Ağlayır körpə uşaq ...

Kosmosun ən incə və ən ufaq

Ağzı olaraq!

Açılır səhər, sopsoyuq.

Page 54: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 54 -

DAĞA ÇIXARKƏN Qocaman bir badam ağacı, çiçəklənmiş,

Qaradır gövdəsi tutqun kölgədə,

Dırmaşarkən yalçın qayalardan sənə doğru

Duyuram ətimin

Ta dərinlərinə saldığın köklərini,

Sanki doldurursan ruhumun

Ulduzlarıyla göyləri!

Page 55: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 55 -

SƏNİNLƏ

Dolaşırsan məndə sən

Ruhum kimi,

Çılpaq qadın!

Səninlə uzun və sehirli

Bir sərgi zalıdır bədənim

Açılır günəşli və kimsəsiz bir dənizə.

Page 56: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 56 -

BULUD Bir sirrdir

Səndə gördüyüm ey göy!

O yanlarında nələr varsa,

Mən burda röyalar içindəyəm.

Page 57: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 57 -

ÖRNƏK

Nə gözəl bir örnəksən,

Ey gündüzün mavi göyləri!

Açılmış gözlərə,

Oyaq qalmaq üçün!

Nə gözəl bir örnəksən,

Ey gecənin mavi göyləri!

Qapanmış gözlərə,

Röyalara dalmaq üçün!

Page 58: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 58 -

AT Sarmaşıb qılçalarım həyatımın

Qımıldamadan duran atının

Dipdiri, yuvarlaq, yumşaq çılpaqlığına.

- Artıq altımdadır, artıq mənimdir o!

Və verir mənə könlümün istəyini! -

Birdən yayınır kədərli baxışlarım

Mənim taxtım olan bu gözəllikdən o yana,

Qovuşur sürüylə dolaşan,

sonra dağılan atlara ...

Page 59: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 59 -

ÜRƏYİMCƏ

Ürəyimcə olar sonra,

Tək qaldığım zaman!

Sonsuzluğumdu ey könlüm

Bir anım olan!

Page 60: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 60 -

SƏHƏR Göy unutmuşdu

Nə olduğunu,

Unudulmuşluğunda yuxumun.

Açınca birdən gözlərimi

Əngin və sonsuz bir gözəllik,

Yaşıl və mavi sirlərdən

Hörülmüş bir çələng

Sardı oyanmış alnımı.

Göy ad deyil,

Özüydü göy.

Page 61: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 61 -

SƏNDƏN XATİRƏLƏRİM

Xatirələrim səndən ah

Nə qədər!

Tam unutqanlığımın

günəşinin işığında,

Başqa bir kosmosun göylərində

Ulduzlarıdır gündüzün.

Page 62: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 62 -

RUH Yuvarlaq və güclü bir buddur

Gözəlliyi ruhun,

Bir məmədir, ya bir çiyin,

Öz gözəlliyinin nəşəsiylə

Və həyata güvənməsiylə dolu,

Bilər öz içində sona varmasını

Hədəfinin özündə olmasını!

Nə ayıran var onu

Nə bağlayan!

Yox həyatla onun arasında olan!

Tam ortasında həyatın,

Hazırdır hər zaman

Yola çıxmağa,

adsız məkanlar deyə getməyə,

Bir ulduz kimi təkbaşına

Dövr etməyə!

Page 63: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 63 -

TANRININ İTİ

Burdadır o! Gəlin hamınız!

Haydı qazın, qazın artıq!

Yoruldu daha pəncələrim

Qan içində!

Burdadır o!

Ölümsüzlük qoxusu var

Bu nəmli qara torpaqda!

Burdadır o!

Ölməz günəşə doğru dinləyin

Sürəkli ulartımı!

Burdadır o! Gəlin hamınız!

Haydı qazın! Qazın! Qazın!

Page 64: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 64 -

DAHA Daha canlanmaq hər dəfə

- Daha dərinlərə, daha yüksəklərə -

Daha sərt olması köklərin

Daha sərbəst olması qanadların!

Sarsılmaz köklərin sərbəstliyi!

Sonsuz uçuşun inamı!

Page 65: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 65 -

AXŞAM DƏNİZİ

Durğundur dəniz axşam altında,

Çılpaqlığa doğru gedən bir həyat kimidir

Dəyişən rəngi toranlaşan havanın!

Səssizlik, yalnızlıq hər yanda,

- Sahildə kimsə yox,

Ki görsün deyə birini

Gəlib keçsin oradan -

Mən dalmışam özümə, röyalara qapılıb,

Röyalarla gedirəm ... gedirəm ... gedirəm ...

Dənizlər ardında o qərib ölkələrə.

Page 66: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 66 -

TORPAQ VƏ DƏNİZ Yerüzərində aparır yer,

Göyüzərində amma sən

Aparırsan ey dəniz!

Nə qədər güvənmək olur ulduzlara!

O gümüş və altun işıqlarla

Göstərərkən yolumuzu!

İnsan düşünür ki

Yoludur gövdənin yer

Və dəniz

Yoludur ruhumuzun.

Sanki ruh

Tək çıxmış dənizdə

Yolçuluğa,

Gövdə isə

Qlamış təkbaşına

Sahildə,

Kədərli, soyuq, donuq

Əlvida deyərək.

Nə qədər bənzəyir

Dəniz yolçuluğu

Ölüm yolunda yolçuluğa,

Ölümsüz bir həyat yolunda yolçuluğa!

Page 67: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 67 -

GƏMİDƏ

yeni ay

Orda hamı, hər nə orda

Uca burnunda gəminin,

Kömür kimi, içi közlə dolu,

Və həvəsli.

Gəminin arxasında durmuşam, yapyalnız,

Kül kimi, kimsəsiz,

Gecə yanımdadır,

Ruhsuzam!

Asır artıq gecəyə

Göylər sayrışan gümüş süslərini.

Page 68: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 68 -

BİR DƏNİZÇİNİN MƏZARI ÜSTÜNDƏ YAZILMALI

Məzarının harda olduğunu bilmək üçün

Aramaq gərəkdir göylərdə,

- Bir ulduzdan süzülür sənin ölümün,

Yoxdur ağırlığı məzar daşının:

Röya qədər yüngül

Bir kosmosdur o, -

İtmiş bilinməzliklərdə,

Sən, hər nədəsən,

Göydə, dənizlərdə, torpaqda

Və ölümdəsən.

Page 69: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 69 -

OD

İti bir külək keçir

Gözlərimin közləri üzərindən,

Və alovlandırır onları, dönə-dönə,

qan içində günəş kimi.

Nə qalxıb enməsi var

Bu odun!

Nə halları!

Qızmar uyğuları, axşam şəfəqləri,

Ulduz işıqları, günəşləri!

Sönür ruhum

Büsbütün,

Ey şəfəqlər, ey günortalar!

Alışın və yanın içimdə mənim,

Üzərindən iti külək keçən

Gözlərimdə mənim!

Ah ey dərisiz ətin

Dərisiz ruhun

Möcüzəli gündüzü!

Page 70: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 70 -

XATİRƏLƏRİN Xatirələrin sənin!

O qədər tərdir, o qədər təzə ki!

İslanarkən gözyaşlarımda mənim!

Kəskin və acı

Qoxusudur sulanmış

Tozlu sarmaşıqların!

Page 71: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 71 -

MUTLULUQ

Hansı görünməz və qocaman

Bir ağacda yetişir ey mutluluq

Sənin o yuvarlaq və dolğun meyvələrin

Ki duyar bunu zaman-zaman ruh da?

Hansı düşüncələrdir sənin budaqların,

Hansı duyğulardır sənin çiçəklərin,

Hansı mahnılardır sənin quşların,

Hansı gülüşlərdir verən sənə qoxunu?

Nədir bəsləyən köklərini?

Pəncərəmdən girən bu limon kimi

Hardan gəlirsən və necə

Ən dərin yerinə evimin

Və oxşayırsan könlümü xəfifcə?

Page 72: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 72 -

MAHNI

Sonbahardır, sənin qopan

Tək yarpağın

Ey qızılgül!

Ağrılardır bütün, sənin

Bir damlacıq qanın

Ey qız!

Page 73: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 73 -

QASIRĞA

Gurlayaraq harın-harın

Dartdı məni çılqınca,

Sanki yelə döndü və toza bütün dünya.

Qurtulum deyə gücü tükənməyən

Və sıxan qollarından

Yerə atdım özümü.

İndi bir yığın quş kimi uzaqlarda,

Nə gözəl görünür

Qırmızımtul batıda!

Page 74: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 74 -

ANLAŞMA Söndürməyin işıqları ...

Qoyun bu pis saatlar keçsin,

Və gedib gömülsün çiçəklənmiş

Akasiyası altında duyğuların,

Və ulduzlu göyləri altında düşüncələrin.

Altında yaxşı bir alının

Altında yaxşı bir ürəyin

Ən sonda anlamaq bir-birini,

Yox buna bənzər bir mutluluq,

Sonra gülər üzlə, tələsmədən

Dönmək geriyə,

Və sevinən bir ruhla

Doldurmaq açılmış çuxurları

qızılgüllə,

Bundadır şübhəsiz

Sevinci ruhun da.

Page 75: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 75 -

SƏN

Sən eynisən özünün

Deyilsən həm də,

Çalarları kimi mavinin

Göyüzündə.

Page 76: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 76 -

GECƏ MAHNISI Ulduzla gözyaşım

Bir-birinə toxundular,

Tək bir gözyaşında

Tək bir ulduz oldular.

Kor oldum mən, kar oldu

Göylər də sevərək,

Dünyada bir ulduz ağrısı

Və gözyaşımın işığı qaldı tək.

Page 77: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 77 -

RAHATLANMAQ

Dante

Nə bir rahatlanmaq

Xoş əməklərlə dolu!

Nə bir üfüq

Uzanan sonsuzluğun sonuna

Və açılan bu nəşəli könlümdə!

- Dərinlərdə döyünür o

Və hər döyüntüsüylə açır

Tanrısal bir altun xəzinəsini

Ruhumda. -

Nə bir baxmaq, nə dərin bir dalmaq!

Seyr etmək hər nədən hər nəyi,

İçində böyük bir rahatlığın!

Page 78: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 78 -

İÇDƏKİ GÜNƏŞ 1

Bir günəş yanır indi məndə için-için,

İşıqladaraq mənim günortamı,

Yaxınlaşır ruhumdakı uzaq dağlar

Bu işıqla gətirir mənə çiçəklərini.

2

Artıq dibsiz dərinlərin qaranlığı

heç yanda qalmadı,

Və uşaqlığımda cəhənnəm sandığım

O xəndək kimi oldu

o uçurum da,

Sonra ah, ey gəncliyim!

Bir sevda axşamında keçdim oradan

Və qırmızı qızıgüllər içində gördüm

o xəndəyi Axşam işıqlarında parıl-parıl.

3

Hər yana varır indi ruhum!

Artıq getməyə nə gərək, o hər nədədir!

- Qaranlıqdan qorxmur daha bu uşaq! -

4

Ey mənə yaxınlaşan gözəl gecə!

Bir bilinməzlik qalmayacaq

qaranlığında mənə!

Page 79: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 79 -

AXŞAM

Musiqi səsi, mən orda olmadan ...

- Nə kədərlidir səslənişi! -

Bağçanın qızıl parıltısı, göylərin

Küləyi, son quşların bir neçəsi!

Mən getmirəm, gedə bilmirəm,

- Musiqi səsi, mən orda olmadan! -

Mən edə bilmirəm

Mən gedə bilmirəm

sərbəstcə,

Getmək istəyirəm, ağlayaraq!

Musiqi səsi, mən orda olmadan ...!

Page 80: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 80 -

BİRDƏNBİRƏ Birdənbirə

Açır məni düşüncələr

Kosmosdan böyük oluram.

İndi artıq

Hər nə məndədir,

Ulduzlar, dərin dənizlər,

İnsanların düşüncələri,

Bakirə ölkələr

Bütün ruhumdadır.

Hər nə mənim hökmümdədir,

Məndə düşünür nə varsa,

Nə olduğumu bilmədən.

Page 81: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 81 -

SEVDA

Tutqun və mor

Bir buluddu ürəyim

Yanan axşam göylərində,

Göyərmiş, qıvrılmış ağrıdan

Sarmış çaşğın bir işıq onu

İçində

Odla qızılın!

Page 82: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 82 -

İŞIQ Eşikdə qudurmuşdu qaranlıq

və son külək,

Oynayırdı soyuq yarpaqlarla.

Günəşlə dolu

bir nəşə vardı içəridə,

Ölümsüz bir duyğu kimi

Alıb mənimsəmişdi ruhum onu

Ətimin qarmaqarışıqlığının tam ortasında.

Qıpqırmızı və duru

Batmayan bir günəş.

Page 83: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 83 -

HƏSRƏT

Ey günəşin işığındakı yaşıl yarpaq!

Sən bənzəyirsən arzuma,

Hər nəyin ləzzətini yaşamaq,

Qalmaq hər nədə

ölümsüz olaraq!

Page 84: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 84 -

SƏN MƏNDƏSƏN

Ey saymaqla qurtarmayan

Ey özündə olmayan,

ey gözəllik!

Tükənməz bir zövq alım deyə

Çağırarsan məni sonsuz zənginliyinə!

Sən məndəsən, dalaram sənin diblərinə,

Hər anımda bir istək:

Varmaq, varmaq dərinliklərinə!

Sən məndəsən,

Köksümdə səhər şəfəqləri

Arxamda bir günəş,

Yanıram, işıqlanıram

İndi gur bir alovam mən,

Sən məndəsən,

Mənəm gətirən gövdənə

Bu doyumsuz və ölümsüz ruhumu!

Page 85: XUAN RAMON XİMENEZ · 2017-06-16 · Ximenez’in yaradıcılığı Garcıa Lorca, Guillen, Alberti və Aleixandre kimi şairlərin çıxış nöqtələri və özü də böyük ustaları

- 85 -

Qaynaqlar:

Daş və göy

Çevirənləri:

F. Foqelzanq

K. Kotta Könlüm öl, ya da oxu

Çevirəni:

H. L. Davi