27
MÖVZU 1. ELEKTRON KOMMERSİYANIN PREDMETİ VƏ ƏSAS ANLAYIŞLARI Plan: 1.İnformasiya texnologiyalarının inkişaf mərhələləri 2.Elektron kommersiya elektron biznes anlayışları 3. Elektron kommersiyanın predmeti 4. Elektron iqtisadi fəaliyyətin əsas növləri 5. Elektron biznesin əsas prinsipləri 6. İnternet kommersiya anlayışı İnformasiya texnologiyalarının yaranma tarixi bir qayda olaraq 1888-ci ildə ixtiraçı U.Berrou tərəfindən yaradılmış hesablama maşını ilə bağlanılır. 1890-cı ildə Q.Hollrit şərtləri perforasiya olunmuş kartlarla daxil edilən riyazi məsələləri həll edən maşın quraşdırmışdır. 1925-ci ildə V.Buş ilk dəfə olaraq analoji hesablama maşınını ixtira etmiş, 12 ildən sonra isə onun tərəfindən diferensial tənliklərin həllini yerinə yetirən maşın yığılmışdır. 1945-ci ildə Pensilvaniya Universitetinin alimləri J.Ekkert və J.Mokli ilk ENIAC (Electronic Numerirical Inteqrator and Computer) elektron kompüterini yaratmışlar. 1946-cı ildə J. fon Neyman bu cür maşınların idarə olunması üçün ikili hesablama

kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

  • Upload
    others

  • View
    6

  • Download
    0

Embed Size (px)

Citation preview

Page 1: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

MÖVZU 1.

ELEKTRON KOMMERSİYANIN PREDMETİ VƏ ƏSAS

ANLAYIŞLARI

Plan:

1. İnformasiya texnologiyalarının inkişaf mərhələləri2. Elektron kommersiya və elektron biznes anlayışları3. Elektron kommersiyanın predmeti4. Elektron iqtisadi fəaliyyətin əsas növləri5. Elektron biznesin əsas prinsipləri6. İnternet kommersiya anlayışı

İnformasiya texnologiyalarının yaranma tarixi bir qayda olaraq 1888-ci ildə

ixtiraçı U.Berrou tərəfindən yaradılmış hesablama maşını ilə bağlanılır. 1890-cı

ildə Q.Hollrit şərtləri perforasiya olunmuş kartlarla daxil edilən riyazi məsələləri

həll edən maşın quraşdırmışdır. 1925-ci ildə V.Buş ilk dəfə olaraq analoji

hesablama maşınını ixtira etmiş, 12 ildən sonra isə onun tərəfindən diferensial

tənliklərin həllini yerinə yetirən maşın yığılmışdır.

1945-ci ildə Pensilvaniya Universitetinin alimləri J.Ekkert və J.Mokli ilk

ENIAC (Electronic Numerirical Inteqrator and Computer) elektron kompüterini

yaratmışlar. 1946-cı ildə J. fon Neyman bu cür maşınların idarə olunması üçün ikili

hesablama sistemini təklif etmiş, həmçinin maşına təkcə məlumatların verilməsi və

onların saxlanılması prinsipini deyil, həm də idarəetmə komandalarının verilməsi

prinsipini də işləyib hazlrlamışdır.

1951-ci ildə dünyada ilk dəfə olaraq UNIVAC kommersiya kompüteri

yaradılmışdır. Təxminən həmin vaxtlarda alman alimi K.Suze tərəfindən fəaliyyət-

də olan ilk proqramlı rəqəmli hesablama Z3 qurğusu təklif olunmuşdur. 1960-cı

illərin əvvəllərinə kibernetik sistemlər nəzəriyyəsi işlənib hazırlanmışdır ki, bu da

yeni kibernetika elminin əsasını təşkil etmişdir. 1971-ci ildə ilk mikrosxem

meydana gəlmiş, 1974-cü ildə isə bazara fərdi kompüterlərin sələfi çıxmışdır.

1960-cı ilə kimi dünyada 7 mindən çox olmayaraq kompüterlərdən istifadə

olunurdu. Tarixi dönüş isə ancaq 1993-cü ilə baş verdi; bu zaman ilk dəfə olaraq

Page 2: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

fərdi kompüterlərin istehsalı minik avtomobillərinin istehsal həcmlərini ötüb keçdi

və 35,4 milyon ədəd təşkil etdi. Hazırda bir çox ölkələrdə, məsələn, ABŞ-da fərdi

kompüterlər televizorlardan çox istehsal olunub satılır.

Hesablama vasitələri texnikasının görünməmiş istehsalı əsas məqsəd kimi

qarşıda durmur. Son bir neçə illər kompüter texnologiyaları və onlardan istifadəyə

olan baxışlar ciddi dəyişikliklərə məruz qalmışdır. 1994-cü ilə kimi lokal

şəbəkələr, məlumat bazası ilə idarəetmə sistemləri, mətn prosessorları,

transaksiyalarla idarəetmə sistemləri və hətta multimediya texnologiyaları

şirkətlərin və ayrı-ayrı firmaların əsasən daxili avtomatlaşdırılması aləti kimi, yəni

korporativ sistemlərin avtomatlaşdırılmasi vasitəsi kimi istifadə olunurdu.

Lakin 1995-ci ildən başlayaraq vəziyyət tezliklə dəyişməyə başladı.

Texnoloji həllərin mürəkkəbləşməsi ilə yanaşı, onların konvergensiyası

(uygunlaşması) baş verir ki, bu da universal texnologiyaların yaranmasına gətirib

çıxarır. Müasir texnologiyalar qarşısında qoyulan əsas şərt onlardan istifadənin

universallığı və istifadəçilərin fərdi ehtiyaclarına uyğunlaşmasının

(adaptasiyasının) sadəliyidir.

Informasiya texnologiyaları inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə

doğru yayılmaqda davam edir və həmin texnologiyaların yarandığından fərqli olan

yeni-yeni mədəniyyətləri əhatə edir. Bu mədəniyyətlər daxilində

«avtomatlaşdırılma» və «kompüterləşdirmə» müxtəlif cür dərk olunurlar, çox vaxt

bu, fərdi insanların şəxsi həyatlarına və cəmiyyətlərə müdaxilə qorxusu ilə

bağlıdır. Internet-mədəniyyətin inkişafı təhsildən başlayır.

Texniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən

tamamilə yeni informasiya məhsullarının, həmçinin informasiya xidmətlərinin yeni

növlərinin yaranmasını gətirir. Texniki vasitələrin inkişafı həyatın bütün

sahələrində dərin keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olur.

Postindustrial konsepsiyaya görə cəmiyyəti aqrar və ya patriarxal, industrial

və postindustrivl yaxud da informasiya cəmiyyətlərinə bölürlər. Postindustrial

cəmiyyətin fərqləndirici cəhəti odur ki, iqtisadiyyatın strukturunda xidmət sferası

sənaye və kənd təsərrüfatı istehsalı ilə müqayisədə üstünlük təşkil edir və elm əsas

2

Page 3: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

istehsal gücünə çevrilərək ictimai həyatın və dövlət siyasətinin əsaslarını müəyyən

edir. əhalinin həyat səviyyəsi, əmtəə bazarının, əmtəə və mal bazarlarının səviyyəsi

əsaslı şəkildə informasiya texnologiyalarından isitfadə səviyyəsindən asılıdır.

İnformasiya cəmiyyətində informasiya əsas kapital hesab olunur və həm də

informasiya hakimiyyət mənbəyinə çevrilir.

İnformasiya cəmiyyətinin formalaşması prosesi haqqında fikirlər hələ XX

əsrin 70-ci illərindən ortaya çıxmışdır (R.Druker, U.Martin, İ.Masuda, E.Toffler və

b.). İnformasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı, kompüterin

əsas əmək alətinə çevrilməsi və məlumatların şəbəkə vasitəsilə ötürülməsinin geniş

vüsət alması bu proseslərin əsasını təşkil edir. lakin informasiya texnologiyalarının

zəruriliyi ilə yanaşı informasiya əsrinin əsas nailiyyəti ictimai həyatda yaratdığı

inqilabi dəyişikliklərdir, məsələn, biznes, dövlət orqanları və vətəndaşlar arasında

münasibətlər şəffaf olur ki, bu da korrupsiyanın əhəmiyyətli dərəcədə azalmasına

gətirib çıxarır; informasiya mübadiləsi o qədər optimallaşır ki, nəinki resurslara və

vaxta qənaət olunur, hətta, ənənəvi istehsal və istehlak prinsipləri də dəyişir.

Müasir biznes tədarükçü şirkətlərin imkanlarının daim artması ilə müşayiət

olunur ki, bu da qlobal rəqabətin genişlənməsinə və məhsul və xidmətlərin

keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır. bütün dünyada müəssisələr biznesin

təşkili və idarə edilməsi metodları və üsullarını dəyişirlər. Şirkətlər, sifarişçilər və

tədarükçülər arasında münasibətlər sadələşdirilir. Biznes-proseslər yenidən

qurulur, virtual müəssisələr yaradılır və autsorsinq texnologiyaları təkmilləşdirilir.

İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın dirçəlməsinin əsasını yalnız istifadə

edilən kompüterlərin sayının çoxluğu deyil, həm də onların bir şəbəkədə bir-

ləşdirilməsi təşkil edir. İstifadə edilən kompüterlərin belə bir şəbəkədə birləş-

dirilməsi iqtisadi, sosial və siyasi münasibətlərdə, eləcə də texnologiyaların

istifadəsinə əsaslanan elektron kommersiyada inqilabi dəyişikliyə səbəb olur.

Sənayedə baş verən istənilən inqilab iqtisadiyyatda çox böyük imkanlar

yaradır. I sənaye inqilabından sonra (1760-1830), yəni buxar mühərrikinin kəşfi ilə

dəmir yolları, iri sənaye müəssisələri yaradıldı. Elektrikin kəşfi sənayedə II

inqilaba (1875-1980) səbəb oldu və elektroenergetikanın, telefon, radionun və

3

Page 4: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

müasir bazar iqtisadiyyatının və s. yaradılmasına gətirib çıxardı. Polimer

materialların ixtira edilməsi ilə (1940-1980) sənayedə III inqilab baş verdi və

kömür əsas enerji daşıyıcıları olan neft və qazla əvəz edildi, maşınqayırma inkişaf

etdirildi, plastmass materiallardan və əlvan metallurgiyadan geniş istifadəyə

başlanıldı, avtomobil istehsalı genişləndi. Bir sıra tədqiqatçılar belə fikirdədirlər ki,

qlobal kompüter şəbəkəsinin yaranması növbəti inqilabın başlanğıcıdır.

Müasir texnologiyaların yaratdığı dəyişikliklər sənaye inqilabının üç əsas

əlamətini təyin edir: 1) istehsal və kommersiyanın hər bir sahələrində dəyişikliklər;

2) əmək məhsuldarlığının artması; 3) ictimai həyatın yeni formalarının yaranması.

Cəmiyyətin həyatına yeni texnologiyaların, cib telefonlarının, kompüter, kosmik

rabitə vasitələrinin, lifli optikanın, biotexnologiyaların, İnternet və elektron

kommersiyanın sürətlə daxil olması dəmir yollarının, radionun, təyyarənn və

elektrikin tətbiq edilməsini xatırladır.

Elektron kommersiya öz təbiətinə görə beynəlmiləldir. Hələ ki, o, daha çox

tətbiqini ABŞ, Yaponiya və Avropa Birliyi arasında aparılan əməliyyatlarda

tapmışdır.

Elektron kommersiyanın öyrənilməsi ilə bağlı olan ilkin vəzifələrdən biri

onun predmetinin müəyyən olunması və anlayışlar aparatının yaradılmasıdır.

Məsələnin çətinliyi ondan ibarətdir ki, hamı tərəfindən qəbul edilmiş

«elektron kommersiya» termini yoxdur, buna görə də elmi fənn kimi o, faktların

toplanması və onların dərk olunması mərhələsindədir.

Elektron kommersiya kimi elektron vasitələrdən istifadə edərək

məlumatların mübadiləsiyolu ilə kommersiya əməliyyatlarının həyata keçirilməsini

nəzərdə tutan sahibkarlıq fəaliyyəti başa düşülür.

Elektron kommersiyanın əsasında məlumatların mübadiləsi üzrə elektron

vasitələrinin tətbiq olunması ilə kommersiya əməliyyatlarının aparılmasının və

istehsalat proseslərinin idarəedilməsinin yeni informasiya texnologiyaları durur.

«İstehsalat proseslərinin idarəedilməsi» anlayışının «elektron kommersiya»

termininin məzmununa daxil edilməsi onunla əsaslandırılır ki, məhz ticarətin,

maliyyənin və iqtisadi inkişafın bir-biri ilə bağlı olan problemlərinə sistemli

4

Page 5: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

yanaşma nəticəsində elektron kommersiya vasitəsilə ticarət və investisiya

(sərmayə) axınlarının idarəedilməsi və müvafiq maliyyə risklərinin effektiv

qaydada bölüşdürülməsi mümkün olur.

Elektron kommersiyanın vacib hissələrindən biri elektron ticarətdir.

Bu terminin Beynəlxalq Ticarət Təşkilatı tərəfindən təfsirinə əsasən

(sentyabr 1988-ci il) elektron ticarət - ticarətin spesifik forması, malların və

xidmətlərin alışının, satışının və bölgüsünün tamamilə yeni üsulu olmaqla hazırda

beynəlxalq miqyasda tanınmış çoxtərəfli ticarət qaydaları, o cümlədən xidmətlərlə

ticarət üzrə Baş sazişlə nizamlanır.

Elektron kommersiyanın predmeti kommersiya əməliyyatlarının

aparılmasının bütün formaları, yəni: ticarət; distribütor sazişləri; kommersiya

nümayəndəliyi və agent münasibətləri; faktorinq; lizinq; sənaye obyektlərinin

tikintisi; konsultativ (məsləhət) xidmətlər; injinirinq; lisenziyaların alışı/satışı;

investisiya (sərmayə) qoyuluşu; maliyyələşdirmə; bank xidmətləri; sığortalanma;

istismar olunma və yaxud konsessiya haqqında saziş; birgə müəssisələr, sənaye və

sahibkarlıq əməkdaşlığının digər formaları ola bilərlər.

Elektron kommersiyanı aşağıdakı kimi təyin etmək olar: «Elektron

kommersiya - qarşılıqlı münasibətlərin elektron formada həyata keçirildiyi

istənilən sövdələşmədir».

Elektron kommersiya şirkətlərə daxili əməliyyatları daha səmərəli və çevik

həyata keçirməyə, tədarükçülərlə daha sıx əlaqələr yaratmağa, sifarişçilərin

sorğularına və istəklərinə daha tez münasibət bildirməyə imkan yaradır. Şirkətlər

bir tərəfdən tədarükçüləri coğrafi məkanından asılı olmayaraq seçmək, digər

tərəfdən isə öz məhsul və xidmətlərini qlobal bazarlara çıxarmaq imkanı əldə

edirlər.

UNCİTRAL (beynəlxalq ticarət hüququ üzrə BMT-nin komissiyası)

sənədlərində elektron kommersiya İnternet və digər elektron kommunikasiya

vasitələri ilə həyata keçirilən müxtəlif sövdələşmələr kimi təyin edilir.

Elektron ticarət haqqında UNCİTRAL qanunları ticarət fəaliyyətində istifadə

olunan və rəqəmsal və ya digər şəkildə təqdim olunan istənilən informasiyanın

5

Page 6: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

yayılması üzrə əsas qaydaları tənzimləyir. Onun tətbiq sferası genişdir ki, bu da

«ticarət» anlayışının geniş olması ilə bağlıdır. Bu anlayışa istənilən ticarət

sövdələşməsi (əmtəə və xidmətlərin tədarükü və ya mübadiləsi), distribütor

razılaşması, faktorinq, lizinq, injinirinq, lisenziyanın alınması və satılması, bank

xidmətləri, sığorta, əmtəə və sərnişinlərin hava, dəmir yolu və avtotransportla

daşınması və digər kommeriya əməkdaşlığı formaları aid edilir.

Bu qanun elektron ticarətlə bağlı bəzi məsələləri əhatə edir. Burada elektron

kommersiyada istifadə olunan əsas anlayışlar, məlumatların ötürülməsi üzrə

hüquqi tələblərin tətbiqinə yanaşmalar öz əksini tapır.

Internet-biznes son zamanlar yeni imkanlar yaradır. Lakin digər tərəfdən

elektron bazar hələ ki ənənəvi bazarlarla müqayisədə zəifdir. Elektron kommersi-

yanın potensialının tam reallaşdırılması üçün bir sıra problemlər həll olunmalıdır.

Qloballaşmanın keçid dövrü problemləri. Prinsip etibarı ilə qlobal Şəbəkə

dünyanın o başındakı şirkətlə biznesin aparılmasını qonşü küçədə yerləşən şirkətlə

olduğu kimi asan edə bilər. Lakin bu əlaqə vasitəsi həmişə lazım olan səviyyədə

olmur. Müxtəlif kontinentlərdə yerləşən şirkətlər özlərinin və yaxud təklif etdikləri

malların və xidmətlərin real olmasına necə inana bilərlər? Hər hansı bir şirkət

dünyanın o tayında yerləşən və fərqli ənənəyə malik olan, digər qaydalarla işləyən

şirkəti necə başa düşə bilər? Bütün bunlar və bunlarla bağlı olan digər məsələləır

qloballaşma probleminin bir hissəsini təşkil edirlər.

Müqavilə və maliyyə problemləri. Elektron yolla bağlanılan və elektron

üsulla ödəniş aparılan müqavilə bir sıra əsaslı, fundamental problemlər qaldırır.

Şirkətlər arasında bağlanılan kontarkt hansı mərhələdə bağlanılmış hesab olunur?

Bu kontraktın hüquqi statusu necədir? Hansı təşkilatın hüquqi tabeliyinə düşür?

Maliyyə qaydalarındakı fərqləri nəzərə almaqla ödəniş necə həyata keçirilir və

təsdiq olunur? Məhsula olan vergilər və gömrük yığımları necə olmalıdırlar? Bu

yığımlar və vergilər necə alınacaqdır? Digər tərəfdən kredit və debet kardlarından

on-layn hesablaşmalarında istifadə olunması – xüsusilə pərakəndə ticarət

sektorunda - müəyyən risklə bağlıdır. Onlardan istifadənin təhlükəsizlik baxımdan

problemli olması (kardlarla yüksək riskli fırıldaqların olması), həmçinin bu ödəniş

6

Page 7: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

sistemlərinin istismarının yüksək dəyəri alıcılar, həm də satıcılar üçün istifadəni az

maraqlı və cəzbedici edir.

Əməliyyatların məxfiliyi və təhlükəsizliyi məsələləri. Açıq şəbəkələrdə

elektron kommersiya sistemləri məxfiliyi və təhlükəsizliyi təmin eləyən effektiv və

etibarlı mexanizmlərin tətbiq olunmasını tələb edir. Bu mexanizmlər məxfiliyi,

identifikasiyanı, eyniləşdirməni (yəni bağlanılan sövdələşmə tərəflərinin bir-

birlərinin şəxsiyyətini təsdiqləməyə imkan verilməsi) və avtorizasiyanı (yəni

adama və yaxud proqarma nəyi etməyə icazə verilməsinin müəyyən olunması

prosesi) təmin olunmalıdır. Belə mexanizmlər sistem istifadəçini identifikasiya

edən kimi işləməyə başlamalı və bütün seans zamanlı işləməlidir. Son nəticədə bu

mexanizmlər ona zəmanət verməlidirlər ki, tərəflər sonradan sövdələşmədə

iştirakdan imtina edə bilməsinlər. Məxfiliyin və təhlükəsizliyinin təmin olunması

üzrə tanılınan mexanizmlər üçüncü tərəf tərəfindən sertifikatlaşdırmağa əsaslandığı

üçün elektron kommersiyanın qlobal sistemi qlobal sertifikatlaşdırma sisteminin

yaradılmasını tələb edəcəkdir.

Mülkiyyət hüququ. Elektron üsulla yayılan və buna görə də asanlıqla surəti

çıxarıla bilən mallar üçün əqli, intellektual mülkiyyət hüquqlarının qorunması

problemi xüsusilə ciddi dayanır.

Şəbəkələrin qarşılıqlı əlaqələri və bir-birinə uyğunluğu. Elektron kommer-

siyanın potensialını tam olaraq reallaşdırılması daxilolmanın universallığını tələb

edir – istənilən şirkət və istənilən sifarişçi coğrafi yerləşmələrindən və yaxud

şəbəkələrninfərqli xüsusiyyətlərindən asılı olmayaraq məhsul və xidmətləri təklif

eləyən bütün təşkilatların saytlarına daxil olma imkanına malik olmalıdır.

Yeni iştirakçıların cəlb olunması. Elektron kommersiyanın inkişafına mane

olan amillərdən biri – biliklərin və ixtisasın, xüsusilə dünyanın mərkəzi

ölkələrindən uzaq periferiyasında, «üçüncü dünya» ölkələrində lazımi səviyyədə

olmamasıdır. Belə bir təhlükə mövcuddur ki, bir çox şirkətlər (xüsusilə böyük

olmayan və orta) elektron kommersiya sistemlərinin inkişafı üçün vəsaitlərə malik

olan iri rəqiblərlə müqayisədə geridə qala bilər və sərfəli olmauan vəziyyətdə qala

bilərlər. Buna görə də yeni texnologiyaların biznesə tətbiqini təbliğ etmək və təhsil

7

Page 8: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

alma imkanını yaratmaq lazımdır. Məsələn, ABŞ, Yaponiya, Sinqapur, Cənubi

Koreya və digər ölkələrdə olduğu kimi.

İnformasiyanın ötürülməsi və emalında elektron vasitələrdən istifadə olunan

prosesləri və biznes əməliyyatları, hansı ki, elektron kommersiyaya aid etmək olar,

aşağıdakı kimi təsnifləşdirilir:

- potensial sifarişçi və tədarükçü arasında əlaqənin yaradılması;

- kommersiya ilə bağlı informasiyanın mübadiləsi;

- satış öncəsi və sonrası dəstək (məhsul və xidmətlər barədə müfəssəl

informasiyanın və məsləhətlərin verilməsi və s.)

- müştərilər (CRM) və tədarükçülərin (SCM) müşayiət olunması sisteminin

təşkili;

- bazarın marketinq tədqiqatlarının təmin edilməsi;

- reklam, ticarət nişanlarının təbliği və əmtəə və xidmətlərin yaradılması;

- fiziki məhsul və xidmətlərin, eləcə də elektron materialların ticarəti;

- icarəyə verilmə;

- lisenziyaların verilməsi;

- hesablaşmalar (pulların elektron köçürülməsi yolu ilə, kredit kartları,

elektron çeklər və elektron pullar vasitəsilə);

- faktorinq;

- treydinq;

- lizinq;

- konsaltinq;

- injinirinq;

- sığorta;

- bank xidmətləri;

- müəssisənin resurslarının avtomatlaşdırılmış idarə olunması sistemlərindən

istifadə (MRP; MRP II, ERP, CSRP və s.);

- biznes inzibatçılığı ( icazələr, konsessiyalar, vergilər, gömrük və s.);

- işçi heyətin idarə olunması;

8

Page 9: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

- şirkət və onun ticarət tərəfdaşları ilə birgə idarə olunan bölüşdürülmüş

biznes-proseslər (autsorsinq, məhsulun birgə işlənib hazırlanması, virtual

müəssisələr və s.);

- arbitraj;

- kommersiya xarakterli digər əməkdaşlıqlar, məsələn, yük və sərnişinlərin

hava, dəniz və dəmiryolu nəqliyyatı ilə daşınması üçün biletlərin satışı və bron

edilməsi.

Elektron kommersiya kommersiya fəaliyyətində geniş spektr kommunikasiya

texnologiyalarından, məsələn, elektron poçt, faks, məlumatların elektron

mübadiləsi EDİ və elektron ödənişlər EFT, İnternet, İntranet (korporativ İnternet),

ekstranet (xarici mühitlə informasiyanın elektron mübadiləsi) və s. kimi

texnologiyalardan istifadəni özündə birləşdirir.

«Elektron kommersiya» anlayışı internet-kommersiya anlayışından daha

genişdir, belə ki, bura elektron yolla həyata keçirilən bütün kommersiya fəaliyyəti

növləri daxil edilir.

İnternet-kommersiya – yalnız İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən

kommersiyadır.

Beləliklə, «bank-müştəri» sistemi ilə həyata keçirilən bank xidmətləri, VAN

şəbəkələrdən istifadə etməklə həyata keçirilən kommersiya fəaliyyəti (o cümlədən,

EDİ və EFT), mobil kommersiya, müəssisənin resurslarının idarə olunması

sistemlərin (MRP; MRP II, ERP, CSRP) və s. internet-kommersiyaya daxil deyil.

Sifariş, daşınma, hesabların alınması, çıxarılması və ödəniş dövrü də daxil

olmaqla müasir kommersiya əməliyyatları tam elektron formada həyata keçirilə

bilir.

Biznes – əmtəə və xidmətlərin satışı üzrə fəaliyyətdir və bazar rəqabəti

şəraitində həyata keçirilir və məqsəd gəlir əldə etməkdir.

Biznesin mahiyyəti vətəndaşlara, şirkətlərə və təşkilatlara məhsul və

xidmətlərin istehsalı və satışı məqsədilə intellektual, maddi, maliyyə, əmək və

informasiya resurslarının birləşdirilməsindən ibarətdir.

Sahibkarlıq – dəyəri olan hər hansı yeni nəyinsə yaradılmasıdır.

9

Page 10: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

Elektron biznes konsepsiyası XX əsrin 80-ci illərində ABŞ-da meydana

gəlmişdir və qlobal informaiya iqtisadiyyatı ideyasının inkşiaf etdirilməsinə

gətirib çıxardı. Bu ideya şirkətlərdə informasiya texnologiyalarının tətbiqi ilə lokal

və korporativ informasiya şəbəkələrinin yaradılmasının nəzəri əsasını təşkil edir.

Hal-hazırda biznes elektron formaya keçir, yəni tərəfdaşlar arasında

kommersiya prosesi (əmtəə və xidmətlərin alqı-satqısı, fond bazarında qiymətli

kağızlarla əməliyyatlar, əqdlərin bağlanması və yerinə yetirilməsi və s. bu kimi

əməliyyatlar) informasiya fəzasında elektron sənədlərin mübadiləsi yolu ilə

həyata keçirilir. İqtisadiyyatın informasiya sektoru postindustrial iqtisadi sistemdə

təsərrüfatın idarə edilməsinin ənənəvi formalarının transformasiyasının əsasını

təşkil edir. İnformasiya cəmiyyətinin əsas xarakterik xüsusiyyətləri aşağıdakı-

lardır:

- informasiya resurslarının digər resurslar arasında prioritet təşkil etməsi;

- kommunikasiya texnologiyaları və elektron biznes əsasında bilik və

informasiyaların avtomatlaşdırılmış saxlanması, emalı və istifadəsi;

- şəbəkə texnologiyalarının tətbiqinin qlobal xarakteri;

- hər bir insanın informasiya resurslarına çıxışının sərbəst olması.

Elektron biznes – şirkətlərin kompüter şəbəkələri vasitəsilə, xüsusən də

İnternet vasitəsilə gəlir əldə etmək məqsədilə iqtisadi fəaliyyətidir.

Elektron kommersiya elektron biznesin tərkib hissəsidir, onun həyata

keçirilmə üsullarından biridir.

Elektron kommersiya (e-commerce) - informasiya kommunikasiya

texnologiyalarından istifadə etməklə elektron biznes fəaliyyətinin bir növüdür.

Elektron kommersiya anlayışı internet-kommersiya anlayışından genişdir,

belə ki, elektron kommersiyaya elektron yolla həyata keçirilən bütün növ

kommersiya fəaliyyəti daxildir. Lakin internet-kommersiya yalnız internet

şəbəkəsi vasitəsilə həyata keçirilən elektron kommersiyadır.

Elektron biznes əmtəələrin adi elektron alqı-satqısı prosesi deyildir, burada

həm də müəssisə daxilində və xaricində gəlir əldə etmək məqsədilə şəbəkə

kommunikasiya texnologiyalarından istifadə zərurəti yaranır. Elektron biznesin

10

Page 11: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

inkişafı əsas biznes proseslərin və əlaqə kanallarının informasiya fəzasına keçidi

ilə bağlıdır ki, bu da gec-tez bütün müəssisələrin fəaliyyətində öz əksini

tapacaqdır. Elektron biznes 4 mərhələdən ibarətdir: marketinq; istehsal; satış və

ödəniş. Əgər biznesin 2 və daha artıq mərhələsi elektron sistem vasitəsilə həyata

keçirilirsə, onda bu biznes elektron biznes hesab olunur.

Müstəqim mənada elektron biznes İnternet texnologiyaları vasitəsilə biznes-

proseslərin transformasiyasıdır ki, burada əmək məhsuldarlığının artırılmasına

imkan yaranır. Biznes-proses bir-biri ilə qarşılıqlı əlaqədar olan əməliyyatlar və

prosedurların məcmusudur və onun köməyilə şirkətin təşkilati strukturu

çərçivəsində konkret kommersiya fəaliyyəti həyata keçirilir. Eyni zamanda struktur

bölmələrinin funksiyaları və onlar arasında münasibətlər tam dəqiq müəyyən edilir

və qeydiyyata alınır. Elektron biznes çox dinamik sahədir.

Hal-hazırda elektron biznes texnologiyaları müasir rəqabətin vacib alətləridir.

Elektron biznesin təsiri ilə orta və kiçik müəssisələrin – məhsulun

hazırlanmasından tutmuş bazarda satışına qədər bütün fəaliyyət formaları dəyişir.

Beləliklə, tədqiqat və bazar korporasiyalarının təşkilatıi strukturlarında cəmləşərək

intellektual bazarın başlıca güc mənbəyinə çevrilir. Bu strukturlarda yeni

informasiya texnologiyaları yaradır və onlara nəzarət edir.

Bütövlükdə elektron biznesin 3 tərkib hissəsi vardır:

1) elektron sənəd dövriyyəsi;

2) elektron ödəniş sistemi;

3) elektron ticarət.

Elektron biznes aşağıdakı mühüm texnologiyalara əsaslanır:

- şəbəkə texnologiyaları;

- korporativ texnologiyalar;

- İnternet texnologiyalar;

- istehsal informasiya texnologiyaları;

- qərarların qəbulu üzrə dəstək sistemi;

- süni intellekt texnologiyaları.

Elektron biznesin yaradılma prosesi aşağıdakıları əhatə edir:

11

Page 12: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

- proqnozlaşdırma;

- texnologiya komponentlərinin sintezi;

- kommersiya yönümlü komponentlərinin sintezi;

- həyata keçirilmə prinsipləri və texnologiyaları;

- dəqiq müəyyən olunmuş strategiya.

Şirkətlərin elektron fəzaya keçməsinin əsas səbəbləri aşağıdakılardır:

- bazarın yeni seqmentlərinin mənimsənilməsi;

- yeni xidmətlərin təklif edilməsi;

- xərclərin azalması;

- biznes-proseslərin on-line rejimində dəstəklənmsi;

- sıx tərəfdaşlıq;

- fasiləsiz çıxışın (sutka boyu) olması.

Bazarların qloballaşması, regional iqtisadi qurumların (geniş elektron

ticarət şəbəkəsi) meydana gəlməsi, inteqrasiya prosesləri müəssisələr qarşısında

geniş imkanlar yaradır. Elektron biznesin təkamül prosesini bir neçə fazaya

bölmək olar və bunlardan hər biri əvvəlki fazaya əsaslanaraq biznes

əməliyyatlarının və təşkili üsullarının daha mürəkkəb səviyyəsini təşkil edir (Şək.

1).

Şəkil 1. Elektron biznesin pilləli inkişaf modeli

Elektron biznesin fəaliyyət prinsipləri. Hal-hazırda elektron ticarət əmə-

liyyatları istənilən biznesin əsas hissəsini təşkil edir. İnternet-texnologiyalardan

12

Корпорасийалар

Консорсиумлар

Реэионал тижарят шябякяляри

Глобал електрон базар

Page 13: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

fəal şəkildə istifadə edən şirkətlər rəqibləri qarşısında əhəmiyyətli üstünlüklərə

malik olurlar, çünki onlar məsələləri operativ həll edə bilirlər. Elektron fəza

(virtual iqtisadiyyat) – elektron kommersiya və elektron biznesin həyata

keçirildiyi fəzadır. Bu iqtisadiyyat interaktiv imkanlardan istifadəyə əsaslanır.

Elektron kommersiya bildiyimiz kimi, elektron biznesin tərkib hissəsidir. Bu

iqtisadiyyatı bəzən şəbəkə iqtisadiyyatı, yaxud rəqəmsal iqtisadiyyat adlandırırlar.

Çünki virtual iqtisadiyyatın strukturu ayrı-ayrı seqmentlərdən formalaşır və

bunlardan hər biri öz aralarında şəbəkə ilə bağlı olurlar. Bu iqtisadiyyat

informasiya texnologiyaları və məhsullarının yaradılması və istifadəsini,

telekommunikasiya xidmətlərini, elektron biznesi, elektron kommersiyanı, elektron

bazarları, elektron marketinq və s. əhatə edir. M.Kastels rəqəmsal iqtisadiyyatın 5

prinsipini müəyyən edir:

- məhsuldarlıq əsasən elm və texnologiyanın nailiyyətlərinin istifadəsindən,

eyni zamanda informasiya və menecmentin keyfiyyətindən asılıdır;

- inkişaf etmiş kapitalist ölkələrində istehsalçı və istehlakçıların diqqəti

maddi istehsaldan informasiya fəaliyyətinin nəticələrinə doğru yönəlir;

- istehsal prosesinin təşkilinin köklü surətdə transformasiyası;

- iqtisadiyyatın qlobal xarakteri, yəni kapital, istehsal, menecment, bazarlar,

əmək, informasiya və texnologiyalar milli sərhədlərdən asılı olmayaraq təşkil

edilir;

- əsasını informasiya texnologiyaları təşkil edən texnoloji dəyişikliklər və

inqilabi xarakter daşıyan bu dəyişikliklər müasir dünyanın maddi əsasını köklü

surətdə dəyişir.

Elektron iqtisadiyyatın 3 əsas tərkib hissəsini fərqləndirirlər:

- elektron kommersiya;

- informasiya texnologiyaları infrastrukturu;

- elektron biznes infrastrukturu.

K. Kelli elektron iqtisadiyyatın əsas fəaliyyət prinsiplərini aşağıdakı kimi

formalaşdırır:

13

Page 14: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

Vahid sistemli əlaqə prinsipi. Fərdi kompüterlər və kompüter qurğuları öz

aralarında telekommunikasiya vasitəsilə birləşdirilərək ümumdünya şəbəkəni

yaradırlar.

Tamlıq prinsipi. Elektron iqtisadiyyatda əmtəə və xidmətin dəyəri təkliflərin

müxtəlifliyi ilə müəyyən olunur. Bu o deməkdir ki, şəbəkədə nə qədər çox əmtəə

olarsa, onlar bir o qədər dəyərlidir.

Artan effekt prinsipi. Elektron iqtisadiyyata yeni iştirakçıların gəlməsi

şəbəkənin miqyasının böyüməsinə gətirib çıxarır. İnternet şəbəkəsi getdikcə ge-nişləndiyindən daha çox biznesmenlər şəbəkəyə daxil olurlar. Son nəticədə əmtəə

(xidmət) satış həcmi artır və bu da biznes prosesi iştirakçılarının gəlirlərinin

həcminin artmasına səbəb olur. Qiymətin əmələgəlməsində əks proses baş verir.

Bunun mahiyyəti odur ki, elektron iqtisadiyyatda rast gəlinən ən yaxşı əmtəənin

qiymətində ildən ilə aşağı düşmə meyli müşahidə olunur. İnternet–şirkətlər öz

fəaliyyətini sərt rəqabət şəraitində davam etdirmək üçün bazara daim yeni məhsul

çıxarmaq məcburiyyətində qalırlar. Buna görə də internet iqtisadiyyatda həyata

keçirilən innovasiyaların, reklamların dəyəri artır.

«Pulsuz» xidmətlər prinsipi. Elektron iqtisadiyyatda əmtəənin dəyəri onun

yayılma miqyası ilə düz mütənasibdir. Ona görə də əmtəələrin istifadəçilərə təqdim

olunan surətlərinin miqdarının artması bu əmtəələrin hər birinin qiymətinin

artmasına gətirib çıxarır. İnternet-şirkətlər təklif olunan əmtəələrin gələcəkdə daha

modern variantlarını və uyğun olaraq əlavə servis xidmətlərini də təklif etməklə

kifayət qədər gəlir əldə edə bilər. Bununla yanaşı şirkət əmtəənin ilkin variantını

pulsuz təklif edə bilər.

İnternet-şirkətlər öz fəaliyyətlərində aşağıdakı qaydaları əsas götürürlər:

- internet bazara pulsuz xidmətlər və əmtəə çıxarılmalıdır ki, gələcəkdə

modernləşdirilmiş məhsul alıcılarının dairəsi genişlənsin;

- bir məhsulu pulsuz təklif etməklə digər məhsulları asanlıqla satmaq olar;

- sahibkar perspektivdə öz məhsuluna lazımi tələb həcmini formalaşdırmaq

üçün həmin məhsulun ilkin versiyasını alıcılara pulsuz istifadəsini təklif etməlidir.

14

Page 15: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

Göstərilən qaydalara riayət etməklə internet-şirkətlər elektron iqtisadiyyat

çərçivəsində virtual bazarda davamlı uğurlu fəaliyyət göstərə bilərlər.

Loyallıq prinsipi. Bu prinsipin mahiyyəti odur ki, hər hansı internet-şirkətə

meyllik dərəcəsi şəbəkə və şəbəkə platformalarının eyni vaxtda tətbiqi ilə bağlıdır.

Əgər ənənəvi iqtisadiyyatda hər bir vətəndaşın həyat səviyyəsi daha çox milli

iqtisadiyyatın fəaliyyətinin səmərəliliyindən asılıdırsa, internetdə vətəndaşın

rahatlığı şəbəkənin inkişaf səviyyəsi ilə müəyyən olunur. Buradan belə nəticə çıxır

ki, hər bir vətəndaşın maksimum yüksək həyat səviyyəsini təmin etmək üçün

şəbəkənin və şəbəkədə iş imkanlarının genişlənməsinə və təkmilləşdirilməsinə

şərait yaradılmalıdır.

Dəyərlərin yenidənqiymətləndirilməsi prinsipi: bu prinsipin mahiyyəti ondan

ibarətdir ki, maddi dəyərlər tədricən biliklər sistemi və informasiya dəyərləri ilə

əvəz olunur. Müasir əmtəələrin dəyərində dəyərin informasiya ilə bağlı hissəsinin

həcmi daim artır. Bu prinsipə müvafiq olaraq İnternetə məhsullarını çıxaran

tədarükçülər konkret alıcı qrupunu və ya bazar seqmentini nəzərə alaraq öz

təkliflər kataloqunu hazırlayırlar.

Qloballaşma prinsipi. Elektron iqtisadiyyat – dünya miqyasında öz

aralarında sıx bağlı olan bazarların məcmusudur. İnternet-şirkətlərin coğrafi

məkanı heç bir prinsipial əhəmiyyət daşımır. Hər hansı biznes şəbəkədə ani olaraq

dünyaya yayılır. Elə həmin sürətlə də rəqiblər meydana gəlir ki, bu da müxtəlif növ

risklərin artması ilə bağlıdır. Hal-hazırda telekommunikasiya sferasında bizneslə

məşğul olan güclü amerikan İnter-şirkətlərinə avropa Birliyinin analoji şirkətləri

çox ciddi rəqibdirlər.

Xaos prinsipi. Bu prinsipin mahiyyəti odur ki, elektron iqtisadiyyatda

şirkətlərin mövcud olması və yaşaması kifayət qədər tez-tez və dövri olaraq baş

verən qeyri-tarazlıq vəziyyətinin yaranması ilə təmin olunur. Qeyri-tarazlıq

vəziyyəti yarandıqda köhnə elektron biznesin dağılması baş verir və yeni və daha

səmərəli biznes üçün əlverişli şərait meydana gəlir. Təcrübə göstərir ki, şəbəkədə

yeni biznesin mövcudluq müddəti ənənəvi iqtisadiyyatla müqayisədə çox qısadır.

Bu halda köhnə iş yerlərinin məhv olması ilə daha çox sayda yeni iş yerləri

15

Page 16: kommersiya934.weebly.com · Web viewTexniki və texnoloji tərəqqi özü ilə mətni, səsi və təsviri özündə birləşdirən tamamilə yeni informasiya məhsullarının, həmçinin

yaranır. Bir sıra mütəxəssislərin fikrinə görə elektron iqtisadiyyat dövri olaraq baş

verən xaos şəraitində fəaliyyət göstərir.

Anarxiya prinsipi. Anarxiya - elektron iqtisadiyyatın mövcudluğunun əsas

üsuludur. Bu iqtisadiyyatda şəbəkə iştirakçılarına istiqamət verən və onları

uzlaşdıran mərkəzi planlaşdırma orqanı yoxdur. Elektron iqtisadiyyat praktiki

olaraq idarə olunmur.

Klonlaşdırma prinsipi. Elektron iqtisadiyyatda real alıcıların sayı ilbəil çox

yüıksək sürətlə artır, bircins alıcı qrupları virtual bazarın yeni seqmentini təşkil

edirlər. Bu halda ticarətin sərhədləri aradan qalxır. Elektron ticarət prosesi (ET)

dünya miqyasında həqiqətən də sərbəst olur. Televiziya üçün 50 mln. civarında

daimi istifadəçi kontingentini formalaşdırmaq üçün 113 il, radio üçün 38 il

lazımdırsa, İnternet üçün isə buna cəmi 5 il kifayətdir.

Yoxlama sualları:1. Elektron biznes nədir?2. Elektron kommersiya nədir?3. İnternet-kommersiya nədir?4. Elektron iqtisadi fəaliyyətin hansı növləri vardır?5. Hansı səbəblərə görə şirkətlər elektron fəzaya keçirlər?6. Kellinin əsas prinsipləri hansılardır?

16