251
AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR № 01 Bakı şəhəri 31 yanvar 2012-ci il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təklif olunan bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının təsdiqi barədə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QƏRARA ALIR: 1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təklif olunan aşağıdakı vahid tarif-ixtisas sorğu kitabçaları təsdiq edilsin: 1.1. “Neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, Bölmələr: Quyuların qazılması, neft və qaz hasilatı; Sualtı texniki işlər (əlavə olunur); 1.2. “Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (əlavə olunur)”;

dejure.az · Web viewİşçinin tarif-ixtisas xüsusiyyətlərində əsas və ən çox yerinə yetirilən işlər sadalanmışdır. İş həcmindən asılı olaraq bu və ya digər

  • Upload
    others

  • View
    8

  • Download
    0

Embed Size (px)

Citation preview

AZƏRBAYCAN RESPUBLİKASIƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

KOLLEGİYASI 

QƏRAR 

№ 01 

Bakı şəhəri                                                               31 yanvar 2012-ci il

 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təklif

olunan bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının təsdiqi barədə

 “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi,

qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təklif olunan aşağıdakı vahid tarif-ixtisas sorğu kitabçaları təsdiq edilsin:

1.1. “Neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, Bölmələr: Quyuların qazılması, neft və qaz hasilatı; Sualtı texniki işlər (əlavə olunur);

1.2. “Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (əlavə olunur)”;

1.3. “Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, Bölmə: Qaz təsərrüfatı (əlavə olunur);

1.4. “Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” Bölmə: Qaz təsərrüfatı (əlavə olunur).

2. Kadrlarla iş və hüquq şöbəsinə (E. Sadıqov) tapşırılsın ki,  yuxarıda qeyd edilən hüquqi aktların 3 gün müddətində

Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Ümumi şöbəyə (B. Əliyev) tapşırılsın ki, bu Qərarın Azərbaycan Dövlət Neft Şirkətinə çatdırılmasını təmin etsin.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan Respublikasının neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif İxtisas-Sorğu Kitabçasının (hissə 06) təsdiq edilməsi haqqında” 2005-ci il 30 iyun tarixli 12-2 nömrəli kollegiya qərarının 1-ci hissəsi ləğv edilsin.

5. Bu qərarın icrasına nəzarət nazir müavini N. Məmmədova həvalə edilsin.

 

Nazir                                                      Fizuli Ələkbərov

 

  “Təsdiq edilmişdir”Azərbaycan RespublikasınınƏmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi Kollegiyasının

qərarı № 01

31 yanvar 2012-ci il

Nazir

_____________Fizuli Ələkbərov   

Neft sənayesinə aid olan qulluqçuvəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası

 Bölmələr: Quyuların qazılması, neft və qaz hasilatı Sualtı

texniki işlər

GİRİŞ 

“Neft sənayesi sahəsinə aid olan qulluqçu vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası" Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça rəhbər və mütəxəssislərin əmək funksiyasını, hüquq, məsuliyyət və ixtisas hazırlığını müəyyən edən vəzifə təlimatlarının işlənməsi, müəssisənin idarəetmə sistemi üçün kadrların seçilməsi, yerləşdirilməsi və istifadə edilməsi, struktur bölmələrin rolunu müəyyən edən əsasnamələrin tərtib edilməsi, həmçinin rəhbər və mütəxəssislərin attestasiyasının keçirilməsi üçün əsasdır.

Hər bir vəzifənin tarif-ixtisas xüsusiyyəti üç bölmədən ibarətdir. “Əmək funksiyası” bölməsində müvafiq vəzifəni tutan işçiyə tam və ya qismən yerinə yetirilməsi həvalə edilən funksiyalar sadalanır. "Bilməlidir" bölməsində işçiyə həvalə edilmiş funksiyaların yerinə yetirilməsi üçün bilməli olduğu qanunvericilik

aktları, əsasnamələr, təlimatlar, metodiki, normativ və digər rəhbər sənədlər sadalanır. “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçiyə müvafiq tarif dərəcəsi üzrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan ixtisas hazırlığının profili, səviyyəsi, həmçinin iş stajına olan tələblər müəyyən edilmişdir.

Rəhbər və mütəxəssislərin əməyinin ödənilmə dərəcəsi hazırkı kitabçaya uyğun olaraq attestasiya komissiyasının tövsiyələrinə əsasən müəssisənin rəhbəri tərəfindən təyin olunur. Bu zaman işçinin əmək funksiyasını yerinə yetirərkən sərbəst iş fəaliyyəti, qəbul edilmiş qərarların düzgünlüyünə görə məsuliyyəti, işə təşəbbüskar və yaradıcı münasibəti, əməyinin səmərəliliyi və keyfiyyəti, həmçinin əməli fəaliyyət təcrübəsi və ixtisası üzrə biliyi hökmən nəzərə alınır.

Kitabçada bütün vəzifələr üçün əməyin ödənilmə dərəcələri müəssisə səviyyəsində (respublika neft sənayesinin idarəetmə strukturu üç pilləlidir: şirkət - istehsalat birliyi - müəssisə) verilmişdir. "Böyük" vəzifə adı mütəxəssisə öz vəzifəsindən əlavə ona tabe olan icraçıya rəhbərlik etdikdə verilir.

Mütəxəssislərin əməyinin ödəniş dərəcələri diapazonunun yuxarı həddi onların işlədikləri istehsalat bölməsi rəisinin əməyinin ödəniş dərəcəsindən nisbətən aşağı, birliklər üzrə rəhbər və mütəxəssislərin tarif dərəcələri idarə və müəssisələrin rəhbər və mütəxəssislərindən bir qədər yüksək, şirkət üzrə rəhbər və mütəxəssislərin əməyinin ödəniş dərəcələri isə birliklə müqayisədə daha yüksək təyin edilir.

Kitabçaya baş mütəxəssis, bölmə rəisinin (müdirinin) müavini və büro rəisi (müdiri) vəzifələri üçün tarif-ixtisas xüsusiyyətləri daxil edilməmişdir. Onların əmək funksiyası, bilik və ixtisas tələbləri kitabçaya daxil olan müvafiq vəzifələrin tarif-ixtisas xüsusiyyətləri əsasında müəyyən olunur.

Qulluqçu tutduğu vəzifə üzrə nəzərdə tutulmuş funksiyaları yerinə yetirməklə bərabər ona tabe olan eyni vəzifəli icraçılara rəhbərliyi həyata keçirirsə, ona böyük (məsələn, böyük usta, böyük mexanik, böyük dispetçer və s.) vəzifəsi verilə bilər.

Mütəxəssislər üçün müəyyən olunmuş ən yüksək əməyin ödəniş dərəcələri, onlara müəssisənin və ya onun struktur bölməsinin fəaliyyət istiqamətlərindən biri üzrə funksiyalar, yaxud icraçı qrupuna metodiki rəhbərlik üzrə vəzifələr həvalə edildikdə təyin olunur.

İşçinin tarif-ixtisas xüsusiyyətlərində əsas və ən çox yerinə yetirilən işlər sadalanmışdır. İş həcmindən asılı olaraq bu və ya digər vəzifə üçün müəyyən olunmuş funksiyalar işçilərin say normativlərini aşmadan bir neçə icraçı arasında bölüşdürülə bilər. Əməyin təşkilinin təkmilləşdirilməsi, texniki vasitələrin tətbiqi, əməyin səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar olaraq işçilər üçün kitabçada müəyyən edilmiş funksiyalar iqtisadi cəhətdən məqsədyönlü şəkildə genişləndirilə bilər. Belə hallarda işçiyə digər vəzifə üzrə nəzərdə tutulmuş, iş tərkibi üzrə ciddi fərqlənməyən, yəni eyni idarəetmə funksiyasına aid, bərabər mürəkkəbliyi olan və eyni zamanda yerinə yetirilməsi başqa ixtisasın, biliyin olmasını, vəzifə adının dəyişilməsini tələb etməyən funksiyaların yerinə yetirilməsi tapşırıla bilər.

 Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi tutduqları vəzifəyə təyin edilirlər.

Kitabçada yalnız quyuların qazılması, neft və qaz hasilatı üçün spesifik olan rəhbər və mütəxəssis vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri verilmişdir. Neft sənayesində çalışan digər qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri üçün "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin tarif-ixtisas kitabçası"na və müvafiq vəzifənin səciyyəvi olduğu sahə üzrə tarif-ixtisas sorğu kitabçalarına müraciət edilməlidir. Bu zaman müvafiq vəzifə üçün əməyin ödənilmə dərəcələrinin diapazonu neft sənayesində qüvvədə olan sistemə uyğunlaşdırılmalıdır.

 

 Neft sənayesinə aid olan qulluqçuvəzifələrinin adı və ödəniş dərəcələri diapazonu

 Sıra№-si

Vəzifələrin adları Ödənişdərəcələ

ri diapazon

u

Səhifə

1 2 3 4I. Quyuların qazılması, neft və qaz hasilatı

 Rəhbərlər

1 Anbar təsərrüfatının müdiri 12-14 72 Avadanlıqların təmiri üzrə usta (böyük usta da

daxil olmaqla)8-12 8

3 Vışkaquraşdırma sexinin rəisi 13-14 94 Buxar-su təchizatı sexinin rəisi 13-14 115 Boru-alət meydançasının rəisi 11-12 126 Qazma üzrə texnoloji şöbənin rəisi 14-15 147 Qazma üzrə texniki-istehsalat şöbəsinin rəisi 14-15 158 Quyuların əsaslı və yeraltı təmiri üzrə

istehsalat şöbəsinin rəisi 

14-15 

169 Quyuların möhkəmləndirilməsi sexinin rəisi 13-14 1810 Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi 14-15 1911 Qazma avadanlıqlarının kirayə-təmir sexinin

alət meydançasının müdiri 

11-12 

2112 Qazma qurğusunun rəisi 13-16 2213 Qazma ustası 12-13 2414 Qazın hazırlanması üzrə usta 11-12 2615 Quyuların tədqiqi üzrə usta 11-12 2816 Quyuların yoxlanması (sınağı) üzrə usta (böyük

usta da daxil olmaqla) 

11-13 

3017 Quyuların əsaslı və yeraltı təmiri üzrə usta

(böyük usta da daxil olmaqla) 

11-13 

3118 Qazma ustası köməkçisi 11-12 3419 Elmi-tədqiqat və istehsalat işləri sexinin rəisi 13-14 3520 İstehsalata xidmət bazasının rəisi 15-16 3621 İstehsalın avtomatlaşdırılması sexinin rəisi 13-14 3822 Yuyucu məhlullar sexinin rəisi 13-14 4023 Kompressor stansiyasının rəisi 12-13 4124 Geoloji şöbənin rəisi 14-15 4225 Lay təzyiqinin saxlanılması sexinin rəisi 14-15 44

26 Mədən geofizika partiyasının rəisi 12-13 4527 Mərkəzi mühəndis-texnoloji xidmətinin

(MMTX) rəisi15-16 47

28 Mühəndis-texnoloji xidmətin növbə rəisi 11-13 4829 Mürəkkəb işlər üzrə usta 12-13 4930 Neft və qazçıxarma üzrə istehsalat şöbəsinin

rəisi14-15 51

31 Neftin hazırlanması üzrə istehsalat şöbəsinin rəisi

14-15 52

32 Neft və qaz yataqlarının işlənməsi üzrə texnoloji şöbənin rəisi

14-15 53

33 Neft mədən hidrotexniki qurğularının istismarı,təmiri və korroziyaya qarşı mübarizə üzrə istehsalat şöbəsinin rəisi

  

14-15

  

5534 Neft və qazçıxarma sexinin rəisi

(neftçıxarmada stasionar platforma rəisi) 

14-15 

5635 Neftin hazırlanması və nəqli sexinin rəisi 14-15 5836 Neft və qazın hazırlanması üzrə qurğunun rəisi 12-13 5937 Neft və qazçıxarma üzrə usta 11-12 6138 Neftin hazırlanması və sabitləşdirilməsi üzrə

usta11-12 63

39 Rayon mühəndis-texnoloji xidmətinin (RMTX) rəisi

14-15 65

40 Rezervuar parkının rəisi 11-12 6641 Təbiətin mühafizəsi və təbii sərvətlərdən

səmərəli istifadə şöbəsinin rəisi 

13-14 

6742 Kirayə-təmir sexinin rəisi 13-14 6843 Üzən qazma qurğuları üzrə istehsalat şöbəsinin

rəisi14-15 70

44 Şəbəkə rayonunun rəisi 12-13 72Mütəxəssislər

45 Arxiv işləri üzrə mütəxəssis 7-12 7446 Avadanlıqların istismarı və təmiri üzrə

mühəndis7-13 75

47 Avadanlıqların təmiri və xidməti üzrə mexanik (böyük mexanik də daxil olmaqla)

 7-13

 77

48 Vışka inşası üzrə mühəndis 7-13 7849 Qazma üzrə mühəndis 7-13 7950 Quyuların möhkəmləndirilməsi üzrə mühəndis 7-13 8151 Quyuların sementlənməsi üzrə mühəndis 7-13 8252 Quyuların yoxlanması və sınağı üzrə mühəndis 7-13 8453 Quyuların təmiri üzrə mühəndis 7-13 8554 Qəza-xilasetmə işləri üzrə mühəndis 7-13 86

55 Qazma üzrə geoloq 7-13 8756 Quyuların təmiri üzrə geoloq 7-13 8957 Qazma üzrə texnik 5-8 9058 Elektrik təchizatı üzrə mühəndis 7-13 9159 Ətraf mühitin mühafizəsi üzrə mühəndis 7-13 9260 Gili məhlullar üzrə mühəndis 7-13 9361 Geofizik 7-13 9562 Geoloq 7-13 9663 Lay təzyiqinin saxlanılması üzrə mühəndis 7-13 9764 Lay təzyiqinin saxlanılması üzrə geoloq 7-13 9965 Markşeyder 7-13 10066 Neft və qazçıxarma üzrə mühəndis-texnoloq 7-13 10267 Neft və qazçıxarma üzrə mühəndis 7-13 10468 Neftin hazırlanması və nəqli üzrə mühəndis 7-13 10569 Neft-mədən hidrotexniki qurğularının istismarı,

təmiri və korroziya ilə mübarizə üzrə mühəndis 

7-13 

10770 Neft və qaz yataqlarının işlənməsi üzrə geoloq 7-13 10871 Neft və qazçıxarma üzrə texnik 5-8 11072 Neft və qazın hazırlanması və nəqli üzrə texnik 5-8 11073 Topoqraf 5-8 11174 Texnik-geoloq 5-8 11275 Texnik-energetik 5-8 11376 Üzən qazma qurğuları üzrə mühəndis 7-13 114

II. Sualtı texniki işlər 

Rəhbərlər 

77 Baş dalğıc mütəxəssisi 15-16 115 

Mütəxəssislər78 Dalğıc mütəxəssisi 10-11 11679 Böyük dalğıc mütəxəssisi 12-13 117

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ 

I. QUYULARIN QAZILMASI, NEFT VƏ QAZ HASİLATI

RƏHBƏRLƏR

 Anbar təsərrüfatının müdiri

 Əmək funksiyası. Müəssisə və təşkilatların və ya onun

bölmələrinin anbar təsərrüfatına rəhbərlik edir. Maddi sərvətlərin anbara qəbulu, onların yerləşdirilməsi, saxlanılması, qorunması, mədaxil-məxaric və sair sənədlərin tərtib edilməsi, anbar əməliyyatları, rəsmiləşdirmə qaydalarının aparılmasına riayət edilməsini təmin edir. Müəyyən olunmuş hesabat-uçot və alınmış maddi sərvətlər haqqında məlumatları şirkətdə tətbiq olunan SAP ERP kompüter proqramı sisteminə daxil edir. Anbarda olan yanğına  qarşı vasitələrin alınıb lazımi yerdə quraşdırılmasına, köhnələrinin təmir olunmasına, anbar ərazisində olan avadanlıq və inventarların işlək vəziyyətdə saxlanılmasına nəzarət edir. Anbar ərazisində iş proseslərinin aparılması zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğına qarşı mühafizə, mülki müdafiə normaları və qaydalarına əməl edilməsini təmin edir. Maddi sərvətlərin inventarlaşdırılmasının aparılmasında iştirak edir. Anbar ərazisində işləyən işçilərin təhlükəsizlik deyimləri ilə təchiz edilməsini təmin edir. Anbarın qapalı otaqlarının, qapalı sahələrinin müasir siqnalizasiya sistemi ilə təchiz edilməsini təmin edir. İş vaxtının sonunda anbarın qapılarının möhürlənməsinə, siqnalizasiya sisteminin qoşulmasına nəzarət edir.           Bilməlidir: anbar təsərrüfatının təşkilində əsasnamə, təlimat və digər normativ sənədləri; əmtəə-maddi sərvətlərə aid olan standart və texniki şərtləri; əmtəə-maddi sərvətlərin ölçüsünü, növünü, çeşidini və başqa keyfiyyət xüsusiyyətlərini, onların istifadəyə yararlılıq müddətini; yükləmə və boşaltma işlərinin təşkilini; əmtəə-maddi sərvətlərinin yerləşdirilməsi qaydalarını; kompüter avadanlıqları əsaslarını və şirkətdə tətbiq olunan SAP ERP kompüter proqramı sistemində işləməyi; əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

12-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali təhsil;13-cü dərəcə: ali təhsil və 12-ci dərəcəli mühəndis və ya anbar

təsərrüfatının müdiri vəzifələrində  2 ildən az olmayaraq iş stajı;   14-cü dərəcə:  ali təhsil və 13-cü dərəcəli anbar təsərrüfatının

müdiri  vəzifəsində 2 ildən az olmayaraq iş stajı. 

Avadanlıqların təmiri üzrə usta(böyük usta da daxil olmaqla)

            Əmək funksiyası. Briqadaya avadanlıqların plan və plandan kənar təmiri, təmirlərarası xidməti üzrə rəhbərliyi həyata keçirir, operativ iş planlarının işlənib hazırlanmasında iştirak edir. Briqadalara və ayrı-ayrı fəhlələrə plana müvafiq olaraq istehsal tapşırıqlarını təyin edir. Briqadanın işini təşkil edir, təmirin qabaqcıl sistem və metodlarını tətbiq edir. Plan tapşırıqlarının yerinə yetirilməsini, istehsal güclərindən maksimal istifadə olunmasını, xammalın, materialların qənaətlə sərfini, fəhlələrin əmək məhsuldarlığının, yerinə yetirilən işlərin keyfiyyətinin sistematik olaraq yüksəldilməsini təmin edir. Avadanlıqların düzgün istismarına nəzarəti həyata keçirir. Briqadanın nəqliyyat vasitələri, qaldırıcı mexanizmlər, materiallar və alətlərə olan tələbatını müəyyən edir və onların səmərəli istifadə olunmasını təmin edir. Mürəkkəb və xüsusi təhlükəli təmir işlərinin yerinə yetirilməsində iştirak edir. Təkrar ehtiyatların yığılması, saxlanılması üzrə tədbirlərin yerinə yetirilməsini təmin edir. Fəhlələrə istehsalat təlimi keçirilməsini həyata keçirir. Vaxt (istehsal) normalarına, qiymətlərə yenidən baxılması haqqında təkliflər verir. Təmir işlərinin keyfiyyətini yoxlayır, təmir müddətinin və onların dəyərinin azaldılması, qovşaq və hissələrin davamlılığının yüksəldilməsi, brakların qarşısının alınması və təmirin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsinin, əməyin elmi təşkilinin başqa elementlərinin tətbiqini təşkil edir. Yeni növ avadanlıqların, diaqnostika vasitələrinin, qurğuların və yüksək əmək tutumlu proseslərin mexanikləşdirilməsi üçün vasitələrin tətbiqini təşkil edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təklif və ixtiraların tətbiqinə kömək edir. İstehsalat ehtiyatlarının aşkar edilməsi, əlverişli iş şəraitinin yaradılması üzrə işlərin həyata keçirilməsində iştirak edir. Briqadada təsərrüfat hesabını tətbiq edir. İstehsal-təsərrüfat

fəaliyyətinin nəticələrini təhlil edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiqini təmin edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Maddi-texniki ehtiyatların sərfinin, istismar avadanlıqlarının işinin uçotunu təşkil edir. Fəhlələrin işlə səmərəli yüklənməsini təşkil edir. Briqadaların formalaşdırılmasını həyata keçirir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası norma və qaydalarına riayət olunmasına ciddi nəzarət edir. İşdə fərqlənən fəhlələrin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi, həmçinin tarif-ixtisas sorğu kitabçasına əsasən fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. Fəhlələrin peşə ustalıqlarının və ixtisaslarının artırılması, onlara ikinci və bir-birini əvəz edən bir neçə peşələrin öyrədilməsi, himayəçiliyin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sahələrin istehsal-texniki və təsərrüfat fəaliyyətinə dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; müəssisədə təmir xidmətinin təşkilini; müəssisənin və sahənin avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatları və iş rejimlərini; təmir işlərinin texnologiyasını; avadanlıqların təmiri, quraşdırılması və sınağı üzrə texniki şərtləri, norma, standart və təlimatları; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin, texniki-iqtisadi və istehsal planlaşdırılmasının əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi və maddi həvəsləndirmə haqqında qüvvədə olan əsasnamələri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası norma və qaydalarını; kollektivin sosiologiya və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda - istehsalatda ən azı 5 il iş stajı,

8-10-cu dərəcələr: I-II qrup müəssisədə avadanlıqların təmiri üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

11-12-ci dərəcələr: I-II qrup müəssisədə avadanlıqların təmiri üzrə böyük usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

Vışkaquraşdırma sexinin rəisi 

Əmək funksiyası. Sexin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Vışka inşası və quraşdırılması üzrə plan tapşırıqlarının yerinə yetirilməsini və vışkaquraşdırma briqadalarının ahəngdar işini təmin edir. Avadanlıqların düzgün texniki istismarını və onların təmir qrafiklərinin yerinə yetirilməsini təmin edir. Əməyin elmi təşkilinin tətbiqi, istehsalın təşkilinin, onun texnologiyasının təkmilləşdirilməsi, tikinti-quraşdırma işlərinin mexanikləşdirilməsi, buruqların tikilmə müddətlərinin azaldılması və keyfiyyətinin yüksəldilməsi üzrə işlər görür. Vışka inşası üzrə istehsal planlarının yerinə yetirilməsini təmin edən təşkilati-texniki tədbirlərin işlənib hazırlanması və tətbiqini təşkil edir. Payız-qış və daşqın dövrlərində işlərə hazırlıq üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Təsərrüfat hesabının inkişafı və möhkəmləndirilməsi üzrə işləri həyata keçirir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Əməyin normalaşdırılmasının təkmilləşdirilməsi üzrə işləri təşkil edir. Sexin təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. İş icraçıları, mexaniklər, ustalar və sex xidmətlərinin işlərini əlaqələndirir. İşçilər tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinə nail olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcılığı, təşəbbüskarlığı və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sexin fəaliyyətinə dair yuxarı orqanların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları; vışkaların inşası və sökülməsi işinin təşkilini və texnologiyasını; tikilən vışkalara qoyulan texniki tələbləri; iş görülən zaman istifadə olunan qazma avadanlıqları və xüsusi texnikanın texniki xarakteristikalarını və konstruktiv xüsusiyyətlərini; neft sənayesi iqtisadiyyatının, istehsalın, əməyin və idarəetmənin əsaslarını; istehsalın planlaşdırılması əsaslarını,

təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiya və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

Buxar-su təchizatı sexinin rəisi 

            Əmək funksiyası. Bütün istehsalat obyektlərinin buxar və texniki su ilə fasiləsiz təchiz edilməsi üzrə sexin dəqiq işini təmin edir. Sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Plan tapşırıqlarının təyin olunmuş müddətdə yerinə yetirilməsini təmin edir. İstehsal planlarının yerinə yetirilməsini təmin edən təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Bina, qurğu, avadanlıq və kommunikasiyaların qüvvədə olan qayda və təlimatlara müvafiq istismarını və onların təmir qrafikinin yerinə yetirilməsini təmin edir. İşəsalma-sazlama işlərinin aparılması və istismara verilən istilik enerjisi avadanlıqları və kommunikasiyalarının sınanması keyfiyyətinə, istilik enerjisi, yanacaq, elektrik enerjisi və materialların sərfinə nəzarəti həyata keçirir. İstehsalın təmin edilməsi üçün zəruri olan alət, avadanlıq və maddi-texniki vasitələrin alınması üçün sifarişlərin tərtib olunmasında iştirak edir. Sexin avadanlıqlarla, yanacaqla təmin olunmasını və onlardan səmərəli istifadə edilməsini təşkil edir. İstehsal fondlarından istifadənin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər görür. Sexin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. Avadanlıqların pasportlaşdırılmasını, istismarda olmasının, hərəkətinin və texniki vəziyyətinin uçotunun aparılmasını təşkil edir. İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, təmir texnologiyasının təkmilləşdirilməsi

üzrə iş aparır. Təhlükəsiz və sağlam iş şəraitini təmin edir. Briqadaların işini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə qayda və normalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: müəssisədə istilik və su təchizatının təşkili qaydalarını, tətbiq olunan istilik texnikası və su-nasos avadanlıqlarının texniki xarakteristikalarını; sexin fəaliyyətinə aid olan təşkilati sərəncamverici sənədləri; qazanxana nəzarətinə aid rəhbər materialları; texniki istismar qaydalarını; sexin bina, qurğu və avadanlıqlarının istismarında təhlükəsizlik texnikası qaydalarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri, maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiya və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

Boru-alət meydançasının rəisi 

            Əmək funksiyası. Meydançanın istehsal-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Təyin edilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət edir. Yükqaldırma mexanizmləri və

nəqliyyat vasitələrinə gündəlik tələbatı planlaşdırır və onlar üçün sifarişlər tərtib edir. Yüklərin əsas istehsalat obyektlərinə çatdırılmasına nəzarət edir. Əsas istehsalat briqadalarının material, alət və ehtiyat hissələri ilə təmin olunmasını təşkil edir və onlara nəzarət edir. Endirmə-qaldırma alətləri, ləvazimatlar, bərkidici məmulatların və s. vaxtında təmiri və hazırlanmasını təşkil edir. Mürəkkəb və təhlükəli işlərə bilavasitə rəhbərlik edir. Avadanlıq, mexanizm, ləvazimat və alətlərin vəziyyətinə, onların düzgün saxlanmasına və istismarına nəzarəti həyata keçirir. Alətlər meydançasında əməyin elmi təşkilinin tətbiqi, yükləmə-boşaltma işlərinin mexanikləşdirilməsi, kollektivdə səmərələşdiriciliyin və ixtiraçılığın inkişaf etdirilməsi üzrə iş aparır. Meydançanın işçiləri tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Bədbəxt hadisələrin təhqiq edilməsində və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Ehtiyat hissələri, alət və materiallar üzrə qüvvədə olan sərf normalarına yenidən baxılmasında, daha mütərəqqi normaların işlənib hazırlanmasında iştirak edir. Alət meydançasının təsərrüfat fəaliyyətini təhlil edir. Qara və əlvan metal tullantılarının yığılması və təhvil verilməsini təmin edir. Quyuların təmiri və mənimsənilməsi üçün zəruri olan endirmə-qaldırma və başqa alətlərin, onların hərəkəti və texniki vəziyyətinin uçota alınmasını təmin edir. Yararsız hala düşmüş alətlərin və avadanlıqların çıxdaş edilməsi və hesabdan silinməsini təşkil edir. Meydançada işçilərin seçilməsini və səmərəli yerləşdirilməsini, yeni işçilərin təcrübə keçməsini həyata keçirir. İşçilərin istehsalat və əmək intizamına nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Meydança üzrə təyin olunmuş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: alət meydançasının fəaliyyətinə dair qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; alət meydançasının istehsal güclərini, meydançanın avadanlıqlarını və onların istismar qaydalarını; əsas istehsalın təşkili, iqtisadiyyatı, texnologiyasının əsaslarını; qüvvədə olan əməyin ödənilməsi haqqında əsasnamələri və maddi həvəsləndirmə formalarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və

yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə boru-alət meydançasının rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

Qazma üzrə texnoloji şöbənin rəisi 

Əmək funksiyası. Qazma rejiminin optimal parametrlərinin və səmərəli qazma üsullarının təyin edilməsi üzrə texnoloji tövsiyələrin işlənib hazırlanmasına rəhbərlik edir. İstehsalatın inkişafı üzrə cari və perspektiv planların işlənib hazırlanmasında iştirak edir. Qazmanın texnoloji proseslərinin təkmilləşdirilməsi üzrə ən perspektiv istiqamətləri təyin edir. Quyuların qazma texnologiyasına riayət edilməsinə, qazma üzrə işlərin keyfiyyətlə aparılmasına nəzarəti, quyuların möhkəmləndirilməsi və mənimsənilməsi üzrə işləri təşkil edir. Bəzi mürəkkəb və yeni texnoloji proseslərə bilavasitə obyektlərdə rəhbərlik edir. Texnoloji sənədlərin işlənib hazırlanmasına və istehsalatın onlarla təmin edilməsinə nəzarəti və rəhbərliyi həyata keçirir. Texnoloji proseslərin təshih edilməsi ilə əlaqədar olaraq texniki sənədlərdə edilən dəyişiklikləri gözdən keçirir. Qazma göstəricilərinin yüksəldilməsi, qəzaların və çətinliklərin qarşısının alınması və onların ləğv edilməsinə sərf olunan vaxtın azaldılması üzrə texnoloji tədbirlərin işlənib hazırlanmasına rəhbərlik edir, onların yerinə yetirilməsinə nəzarət edir. Qazma sahələri və qazma intervalları üzrə ən səmərəli quyu dibi mühərrik növlərinin tətbiqi üzrə tövsiyələrin işlənib hazırlanmasını təşkil edir. Yeni qazma texnologiyası və texnikasının tətbiqi üzrə cari və perspektiv planların işlənib hazırlanmasında iştirak edir. Yuyucu mayelərin hazırlanması, emalı və ağırlaşdırılmasının təkmilləşdirilməsi üzrə parametrlərin və resepturaların işlənib hazırlanmasına rəhbərlik edir. Yeni texnikanın, materialın və texnoloji proseslərin sənaye sınağını təşkil edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, təbiətin və ətraf mühitin mühafizəsi üzrə

norma və qaydalara riayət edilməsinə nəzarəti həyata keçirir. Ağır bədbəxt hadisələrin təhqiq edilməsi üzrə komissiyanın işində iştirak edir. istehsalatın texniki hazırlığını təmin edən bölmələrin fəaliyyətini əlaqələndirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: neft yataqlarının işlədilməsi sahəsində yuxarı orqanların əmr, qərar və sərəncamlarını, metodiki, normativ və başqa rəhbər materialları; istehsalatın texniki inkişaf perspektivlərini; quyuların qazma texnologiyasını; qazmada istehsalın texnoloji hazırlığının təşkilini; avadanlıqların iş rejimini və istehsal gücünü; texnoloji proseslərin layihələndirilməsində əməyin elmi təşkili tələblərini; texniki sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi üzrə təlimatları və başqa rəhbər materialları; qazma texnikası və texnologiyası sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübəsini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

Qazma üzrə texniki-istehsalat şöbəsinin rəisi 

            Əmək funksiyası. Qazma üzrə təyin olunmuş planın yerinə yetirilməsinə rəhbərliyi həyata keçirir. Qazma proseslərinin daha da təkmilləşdirilməsi üzrə tapşırıqların və qazmaişlərinin aparılması üzrə cari və perspektiv planların işlənib hazırlanmasında iştirak edir. Müəssisənin material-texniki təchizat planlarının işlənib hazırlanmasına rəhbərlik edir. Qazma dəzgahlarının səmərəli hərəkəti və quyuların tikilmə qrafiklərinin işlənib hazırlanmasına rəhbərlik edir. Briqada, sahə, sexlər üzrə istehsalat proqramlarının və təqvim qrafiklərinin işlənib hazırlanmasına rəhbərlik edir. Bu planların və operativ qrafiklərin yerinə

yetirilməsinə müntəzəm nəzarəti təşkil edir. Başa çatmamış tikinti həcminin azaldılması, quyuların sifarişçiyə təhvili üzrə işlərə rəhbərliyi həyata keçirir. Müəssisənin payız-qış, daşqın dövrlərində işə hazırlanması və ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə texniki-təşkilati tədbirlərin işlənib hazırlanmasına rəhbərlik edir.

Yataqların işlənməsi və onların abadlaşdırılması plan qrafiklərinin tərtib olunmasında, neft və qazın sənaye işlənməsi üçün kəşfiyyat sahələri və yataqlarının qəbulunda iştirak edir. Müəssisənin torpaqların təmizlənməsi, rekultivasiyası və onların kənd təsərrüfatı müəssisələrinə təhvil verilməsi işlərinə nəzarət edir. Neft və qaz quyularının qazılması işləri üzrə istehsalat göstəricilərini təhlil edir. İstehsalatın texniki sənəd, material, avadanlıq, alət və s. ilə vaxtında təmin edilməsinə operativ nəzarəti təşkil edir.

Material-texniki ehtiyatların qənaəti üzrə texniki-təşkilati tədbirlər işləyib hazırlayır; materialların qənaətlə işlədilməsinə nəzarəti təşkil edir. İstehsalın texnologiyasının, təşkilinin yaxşılaşdırılması və əmək məhsuldarlığının yüksəlməsinə imkan yaradan elmi tapıntı, ixtira, qabaqcıl təcrübənin aşkar edilməsi və mənimsənilməsi üzrə işlər aparır. Ağır və qrup halında olan bədbəxt hadisələrin təhqiq edilməsi üzrə işlərdə iştirak edir. Qazma işlərinin idarə edilməsi və əməyin elmi təşkili üzrə planların işlənib hazırlanmasında iştirak edir. Quyuların qazılması sahəsində istehsalat vahidlərinin fəaliyyətini uyğunlaşdırır. Zəruri statistik hesabatların vaxtında və keyfiyyətlə tərtib olunmasını təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi məsələləri üzrə yuxarı təşkilatların əmr, qərar və sərəncamlarını, normativ, metodiki və başqa rəhbər materialları; müəssisənin texniki inkişaf perspektivlərini, istehsal gücünü; sexlərin, sahələrin, xidmətlərin ixtisaslaşmasını və onlar arasındakı istehsal əlaqələrini; görülən işlərin növlərini; istehsalın texnologiyasının əsaslarını; istehsalın texnika və texnologiyası sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübəsini; əməyin, istehsalat və idarəetmənin təşkilini, iqtisadiyyatın əsaslarını; mövcud standartları; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi haqqında qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını,

kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 Quyuların əsaslı və yeraltı təmiri üzrə istehsalat şöbəsinin

rəisi 

            Əmək funksiyası. Quyuların əsaslı və yeraltı təmiri üzrə planların yerinə yetirilməsini təmin edir. Quyuların əsaslı və yeraltı təmiri üzrə perspektiv və cari planların işlənib hazırlanmasında iştirak edir. Quyuların yeraltı və əsaslı təmirinin aparılması qrafiklərinin işlənib hazırlanmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Təmirlərarası müddətin uzadılması və quyuların təmirinin tezliyinin azaldılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanmasını təşkil edir. Quyuların yeraltı və əsaslı təmirinin texnika və texnologiyasının təkmilləşdirilməsi məsələləri üzrə elmi-tədqiqat işlərinin planlaşdırılmasında iştirak edir. Quyu fondunun fəaliyyətsizliyi və dayanması səbəblərinin, həmçinin yeraltı təmirin zəruriliyinin aşkar edilməsi üzrə təhlillərin aparılmasını təşkil edir. Quyuların təmirində yeni texnika və texnologiyanın, layların neft veriminin artırılmasının yeni metodlarının tətbiqi üzrə işlərin təşkilində iştirak edir. Quyuların yeraltı və əsaslı təmiri üçün lazım olan ehtiyat hissələri, material və avadanlığı istehsalat bölmələri arasında bölüşdürür. Quyuların yeraltı və əsaslı təmiri sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi üzrə işləri təşkil edir. Quyuların təmiri zamanı baş verən qəzaların tədqiqində və onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Quyuların yeraltı və əsaslı təmirini və layların neft veriminin artırılmasını yerinə yetirən istehsal bölmələri üçün əmək şəraitinin sağlamlaşdırılması və yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir.

Zəruri hesabatların vaxtında tərtib olunması və müvafiq orqanlara təqdim edilməsini təmin edir. Quyuların təmiri sahəsində

istehsal bölmələrinin fəaliyyətlərini əlaqələndirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: quyuların təmirinin operativ idarə edilməsi və planlaşdırılması məsələləri üzrə yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları; müəssisədə (sexdə) quyuların təmiri üzrə istehsalat tapşırıqlarının planlaşdırılmasının təşkilini; müəssisənin istehsal gücünü, birliyin bölmələrini; müəssisələrin ixtisaslaşmasını və onların istehsal əlaqələrini; quyuların təmirinin aparılma texnologiyasının əsaslarını; quyuların təmiri gedişinin operativ uçotunun təşkilini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə. 

Quyuların möhkəmləndirilməsi sexinin rəisi 

            Əmək funksiyası. Sexin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir, plan tapşırıqlarının yerinə yetirilməsini təşkil edir. Quyuların sementlənməsi üzrə sifarişlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir. Sementləmə işləri yerinə yetirilən zaman avadanlıqlardan və nəqliyyat vasitələrindən düzgün istifadə edilməsi, texnoloji intizama riayət edilməsinə nəzarəti həyata keçirir. İstehsalın təşkilinin təkmilləşdirilməsi üzrə işləri yerinə yetirir. Sexin avadanlıq, ehtiyat hissələri və materiallarla təmin olunmasını təşkil edir. İstehsal planlarının yerinə yetirilməsinin təmin edilməsi, payız-qış və daşqın dövrlərində işlərə hazırlıq üzrə təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının öyrənilməsi, ümumiləşdirilməsi və yayılmasını təşkil

edir. Sexdə səmərələşdiriciliyin və ixtiraçılığın inkişafına kömək edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Ustaların və sex xidmətinin işini əlaqələndirir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşçilər tərəfindən istehsalat və əmək intizamına, əmək nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər təqdim edir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinə nail olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcılığı, təşəbbüskarlığı və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sexin istehsal-təsərrüfat fəaliyyətinə aid olan qərar, sərəncam, əmr və başqa rəhbər materialları; quyuların möhkəmləndirilməsi texnologiyasını; sexin avadanlıqlarını; onların texniki istismar qaydalarını; iqtisadiyyatın, istehsalın planlaşdırılması və təşkilinin əsaslarını, əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiya və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi

 

            Əmək funksiyası. Sexin bütün istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Quyuların yeraltı və əsaslı təmiri üzrə operativ planların işlənib hazırlanmasında iştirak edir. Vurucu quyuların qəbuletmə qabiliyyətinin artırılması və neft hasilatının intensivləşdirilməsi üzrə işləri həyata keçirir. Qurğu və avadanlıqların düzgün texniki istismarını, avadanlıqların təmiri, sınağı və onlara profilaktiki baxış qrafiklərinin yerinə yetirilməsini təmin edir. Quyuların yeraltı və əsaslı təmirə hazırlanması və keçirilməsinə, baş verən qəzaların ləğvi ilə əlaqədar plan tapşırıqlarının və işlərin təyin olunmuş müddətdə yerinə yetirilməsini və onlara nəzarəti həyata keçirir. Sexin avadanlıqlar, alətlər, materiallar, xüsusi texnika ilə vaxtında təmin olunmasını təşkil edir və onlardan səmərəli istifadə edilməsini təmin edir. Quyuların təmirlərarası işləmə dövrünün durmadan yüksəldilməsi, təmirlərin tezliyi və maya dəyərinin aşağı salınmasına, təmirin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-texniki tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsini təmin edir. Çoxtəmirli quyuların və yeraltı təmirin yaranma səbəblərinin aşkar edilməsi üzrə təhlillərin aparılmasını təşkil edir. Quyuların keyfiyyətsiz təmirinin və qəzaların səbəblərinin təhqiq edilməsində iştirak edir və onların aradan qaldırılması üzrə tədbirlər görür. İstehsalatda zəruri olan avadanlıq, alət və maddi-texniki vasitələr üçün sifarişlərin vaxtında tərtib olunmasını təmin edir. Materialların, yanacağın və elektrik enerjisinin sərfinə nəzarəti həyata keçirir. Zay və yararsız hala düşmüş alət və avadanlıqların seçilib ayrılmasında və hesabdan silinmə aktlarının hazırlanmasında iştirak edir. Yeni texnika və texnologiyanın tətbiqini, böyük əmək tutumlu proseslərin mexanikləşdirilməsini və ilkin tövsiyələrin verilməsini təmin edir. Quraşdırılmamış avadanlığın saxlanması və konservasiyasının düzgünlüyünə nəzarət edir. Quyuların təmiri texnologiyasının təkmilləşdirilməsi üzrə iş görür. Təhlükəsiz və sağlam iş şəraitini təmin edir. Ustaların, briqadaların işini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi norma və qaydalarına; istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex

üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir.

Bilməlidir: sexin fəaliyyətinə aid olan qərar, əmr, sərəncam və başqa rəhbər materialları; quyuların yeraltı və əsaslı təmir texnologiyasını və onun təşkilini; neft və qaz yataqlarının işlənməsi texnologiyasının əsaslarını; quyuların yeraltı və əsaslı təmirində istifadə olunan avadanlıqların və alətlərin texniki xarakteristikalarını; sexin işlədiyi neft yataqlarının geoloji xarakteristikasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını, istehsalın operativ idarə edilməsi və planlaşdırılması məsələləri üzrə rəhbər materialları; texniki-iqtisadi və istehsal planlaşdırmasının əsaslarını, təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: I-II qrup müəssisədə əsas sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I-II qrup müəssisədə əsas sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 Qazma avadanlıqlarının kirayə-təmir sexinin

alət meydançasının müdiri 

Əmək funksiyası. İstehsalat briqadalarının alınmış sifarişlər və daşıma qrafiki üzrə vaxtında və komplekt şəkildə material, avadanlıq, alət və ehtiyat hissələri ilə təmin edilməsini təşkil edir. Maddi-texniki ehtiyatların iş obyektlərinə çatdırılması üçün nəqliyyat vasitələri və yükqaldırma mexanizmlərinə olan gündəlik tələbatı təyin edir. Maddi-texniki ehtiyatların istehsalatda istifadəsi üçün hazırlanmasını və komplektləşdirilməsini təşkil edir. İstehsalat briqadaları üçün zəruri alət və başqa məmulatların

hazırlanması və təmiri üzrə istehsalat xidməti bazasının sexlərlə daimi qarşılıqlı əlaqəsini təşkil edir. İdarənin mərkəzi anbarından və başqa tədarük məntəqələrindən zəruri maddi-texniki ehtiyatların alınmasını təşkil edir, müəyyən olunmuş operativ texniki sənədləşmənin aparılmasını, istismarda olan endirmə-qaldırma və başqa alətlərin, onların hərəkətinin, texniki vəziyyətinin və işinin uçota alınmasını,stropların, elevatorların vaxtında defektoskopiyadan keçirilməsini, həmçinin yararsız hala düşmüş alətlərin brak edilməsi və hesabdan silinməsini təşkil edir. Alət meydançasının fəaliyyəti haqqında müvafiq hesabatların tərtib olunmasını təmin edir. Qara və əlvan metal tullantılarının yığılması və təhvil verilməsini, alət meydançası işçilərinin ixtisaslarının müntəzəm olaraq artırılmasını, onlar tərəfindən təhlükəsiz və sağlam iş şəraitini, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət olunmasını təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İstehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət olunmasına nəzarəti həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Meydança üzrə müəyyən olunmuş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır

Bilməlidir: qazma işləri idarəsinin fəaliyyətinə aid olan qərar, əmr, sərəncam və başqa rəhbər materialları; istehsalat briqadalarına göndərilən avadanlıq və alətlərə qoyulan texniki tələbləri və konstruktiv xüsusiyyətləri; meydançanın avadanlığını və onun texniki istismar qaydalarını; avadanlıq və alətlərin təmirə təhvil verilmə və təmirdən sonra qəbulu qaydalarını; təchizat və anbar təsərrüfatının işinin təşkilini; nəqliyyat və materiallar üçün sifarişlərin tərtib olunma qaydalarını; qazma işləri istehsalatının texnologiyasını; iqtisadiyyatın və istehsalatın təşkilinin əsaslarını, işlər üzrə norma və qiymətləri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

11-12-cı dərəcələr: I-II qrup müəssisədə qazma avadanlıqlarının kirayə-təmir sexinin alət meydançasının müdiri vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Qazma qurğusunun rəisi

             Əmək funksiyası. Qazma briqadasının işini təşkil edir. Quyuların qazılması və mənimsənilməsi üzrə bütün işlərə texniki rəhbərliyi həyata keçirir. Briqada tərəfindən istehsalat tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsini təmin edən konkret tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsinə nəzarət edir. Qurtarmış işləri qəbul edir. Quyuların tikintisi üçün layihə tələblərinə, geoloji - texniki naryada, texnoloji-rejim xəritəsinə və qazma işlərinin plan qrafikinə ciddi riayət olunmasını təmin edir. Qazma üzrə istehsal tapşırıqlarını müəyyən edir və onların vaxtında qazma növbələrinə, briqadanın ayrı-ayrı fəhlələrinə çatdırır.

Çətinliklərin və quyu xəttinin əyilməsinin qarşısının alınması, ayrı-ayrı əməliyyatların aparılma planına uyğun olaraq quyuların qazma texnologiyasına ciddi riayət edilməsi üzrə tədbirlər görür. Yuyucu məhlulun keyfiyyətini yoxlayır. Əmək məhsuldarlığının, işlərin keyfiyyətinin yüksəldilməsi, qazma işlərinin maya dəyərinin aşağı salınmasına yönəldilmiş tədbirləri tətbiq edir. Tələb olunan qazma avadanlığı, alət, qaldırıcı-nəqliyyat maşınları, ehtiyat hissələri və başqa texniki vasitə və materiallarla təmin olunmaq üçün vaxtında sifarişlər verilir. Avadanlıq, mexanizm və alətlərin düzgün istismarı və saz vəziyyətdə olmasına daimi nəzarəti həyata keçirir. Detalların, ehtiyat hissələrinin, materialların və kimyəvi reagentlərin düzgün yığılmasını və saxlanmasını təmin edir. Vışkaquraşdırma sexinə verilən ərazinin və qazma avadanlıqlarının işə hazırlanmasını həyata keçirir. Əvvəlcədən işlənib hazırlanmış plan və ya tapşırıq üzrə təhlükəli və mürəkkəb işlərə rəhbərlik edir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarət edir. Briqadada fəhlələrin yerləşdirilməsi və səmərəli işini təmin edir. Briqadanın istehsal-təsərrüfat fəaliyyətini təhlil edir, təsərrüfat

hesabı metodlarını tətbiq edir. Qabaqcıl təcrübənin yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflərin və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiqini təmin edir. İstehsal ehtiyatlarının tətbiqi üzrə işlərin həyata keçirilməsində iştirak edir. İşçilər tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına, istehsal planlarının yerinə yetirilməsinə görə fəhlələrdə yüksək məsuliyyət hisslərinin inkişafına kömək edir. Müəyyən olunmuş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. İşdə fərqlənən briqada fəhlələrinin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması üzrə işləri, onların ikinci və bir-birini əvəz edən bir neçə peşənin öyrənilməsini, təcrübə mübadiləsinin inkişafını təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: qazma qurğusunun fəaliyyətinə dair əmr, sərəncam və başqa rəhbər sənədləri; qazma avadanlıqları, mexanizm və qurğularının alətlərinin texniki xarakteristikalarını və onların istismar qaydalarını; qazma işlərinin texnologiyasını; əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; briqadalar tərəfindən yerinə yetirilən işlərin qiymətlərini və vaxt normalarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; quyuların qazılması (mənimsənilməsi) zamanı sərf olunan enerji və materialların, texniki vasitələrin qiymətlərini, istehsalat xidməti bazası sexləri, tamponaj, vışkaquraşdırma, geofizika və avtotraktor idarələri tərəfindən briqadaya göstərilən xidmətlərin dəyərini; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və qazma üzrə ən azı 2 il iş stajı və ya orta ixtisas təhsili və qazma üzrə ən azı 3 il iş stajı.

13-14-cü dərəcələr: I-II qrup müəssisədə layihə dərinliyi 3500-4000 metrə qədər olan qazma qurğusunun rəisi vəzifəsini icra etdikdə;

14-15-ci dərəcələr: I-II qrup müəssisədə layihə dərinliyi 4000-dən 6000 metrə qədər olan qazma qurğusunun rəisi vəzifəsini icra etdikdə;

15-16-cı dərəcələr: I-II qrup müəssisədə layihə dərinliyi 6000 metrdən yuxarı olan qazma qurğusunun rəisi vəzifəsini icra etdikdə.

 Qazma ustası

             Əmək funksiyası. Quyuların qazılması üzrə işlərə rəhbərliyi həyata keçirir. Qazma texnologiyasının tələblərinə uyğun olaraq qazma alətlərinin və materiallarının qazmaya vaxtında daxil olmasını təşkil edir və buna nəzarət edir. Briqada tərəfindən geoloji-texniki tapşırıqların, texnoloji rejim xəritəsinin və qazma işlərinin plan-qrafikinin tələblərinə riayət edilməsini təmin edir. Qazma briqadası tərəfindən plan tapşırıqlarının yerinə yetirilməsini, avadanlıqların tam yüklənməsini və onların səmərəli istifadəsini, materialların qənaətlə işlədilməsini, qazmanın maya dəyərinin aşağı salınmasını təmin edir. Qazma alətlərinin düzgün istismarına nəzarət edir. Quyuların qazılması, qəzaların və çətinliklərin qarşısının alınması və aradan qaldırılması üzrə ən mürəkkəb və məsuliyyətli işləri yerinə yetirir. Quyuların qazılmasında qabaqcıl texnologiyanın və optimal qazma rejiminin, yüksək əmək tutumlu proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılmasının qabaqcıl əmək metod və üsullarının, iş yerlərinin attestasiyası və səmərələşdirilməsinin, əməyin elmi təşkilinin başqa ünsürlərinin tətbiqini təmin edir. İstehsalatın işini vaxtında təşkil edir, fəhlələrin yerləşdirilməsini təmin edir. Texnoloji proseslərə riayət edilməsinə nəzarət edir, onların pozulması səbəblərini operativ surətdə aşkara çıxarır və aradan qaldırır. Brakın qarşısının alınması və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Briqadaları formalaşdırır. Briqadada fəhlələrin müntəzəm işini təmin edir. Briqadaya səmərəli xidmət göstərilməsi üzrə tədbirlər həyata keçirir. Xidmət briqadalarının fəaliyyətini əlaqələndirir. Briqadada təsərrüfat hesabını tətbiq edir. Təsdiq olunmuş istehsal planına və qrafikinə uyğun olaraq istehsal tapşırıqlarını müəyyən edir və onları vaxtında fəhlələrə, manqalara (briqadalara) çatdırır. Qazma alətləri və avadanlıqlarının işi

haqqında müəyyən olunmuş sənədləşməni aparır. Briqada üçün material, alət və avadanlıqların alınmasına sifarişlər tərtib edir. Materialların dəyərinin qeydiyyatını aparır, onların saxlanılması, vaxtında və düzgün hesabdan silinməsi üzrə tədbirlər görür. Fəhlələrə istehsalat təlimi keçir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi, avadanlıqların və alətlərin texniki istismarı qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirir, onlara riayət olunmasına nəzarət edir. Peşələrin qarşılıqlı əvəz edilməsinin inkişafı, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin başqa mütərəqqi formalarının tətbiq olunmasına kömək edir. Say normativləri və qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrin dərəcələrinin artırılması haqqında təkliflər verir. İşlərə tarif təyin edilməsində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir, briqada üçün təyin edilmiş əmək haqqı fondunun sərfinə nəzarət edir. Əmək haqqı, iş vaxtı boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, yaradıcı təşəbbüskarlığın yayılmasına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təmin edir. İstehsalat ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, iş vaxtından səmərəli istifadə edilməsi, istehsalat mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Fəhlələrdə istehsal planının yerinə yetirilməsinə görə yüksək məsuliyyət hissinin inkişafına, kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına kömək edir. Briqadaların işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozan fəhlələrin intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə yiyələnməsi və peşələrin qarşılıqlı əvəz edilməsi, həmçinin təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: qazma briqadasının istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; qazma işlərinin texnologiyasını; qazma avadanlıqları və alətlərinin texniki xarakteristikalarını, onların istismarı və təmiri qaydalarını; geoloji və texniki çətinliklərin əmələ gəlmə səbəblərini, onların qarşısının alınması və ləğv edilməsi üsullarını, həmçinin

sənədlərin rəsmiləşdirilməsi qaydalarını; texniki normalaşdırma və briqadada təsərrüfat hesabı metodlarını; qazma zamanı işlədilən materialları və onların saxlanma qaydalarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsasları.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı.

12-ci dərəcə: I-II qrup müəssisədə qazma ustası vəzifəsini icra etdikdə;

13-cü dərəcə: I-II qrup müəssisədə mailliyi 80 dərəcədən az olan maili, çoxxətli, dərinliyi 1500 metrdən artıq olan quyuların üzən qazma vasitələri ilə qazılmasında qazma ustası vəzifəsini icra etdikdə.

 Qazın hazırlanması üzrə usta

 Əmək funksiyası. Qazın hazırlanması üzrə işlərə rəhbərliyi

həyata keçirir. Briqada tərəfindən plan tapşırıqlarının təyin edilmiş vaxtda yerinə yetirilməsini, istehsal güclərindən səmərəli istifadə edilməsini, xammal və materialların qənaətlə işlədilməsini və əmək məhsuldarlığının sistematik yüksəldilməsini təmin edir. İstehsalatın işini vaxtında təşkil edir, texnoloji reqlamentə əsasən qazın hazırlanması üzrə qurğunun parametrlərinin verilmiş iş rejimində saxlanılmasını təmin edir. Avadanlıq, mexanizm və alətlərin düzgün istismarına, saz vəziyyətdə olmasına daimi nəzarəti həyata keçirir. Avadanlığın işində mümkün olan nasazlıqların qarşısını alır və aradan qaldırır. Növbə heyəti tərəfindən texniki sənədləşmənin düzgün aparılmasına gündəlik nəzarəti təmin edir, nöqsanları aşkar edir, səbəblərini təhlil edir və onların aradan qaldırılması üzrə tədbirlər görür. Hazırlanan qazın keyfiyyətinə şəxsən və daimi nəzarəti həyata keçirir, pozuntuların səbəbini aşkar edir və keyfiyyətini bərpa etmək üçün operativ tədbirlər görür. Mürəkkəb və təhlükəli işlərə rəhbərliyi həyata keçirir. Sənaye kanalizasiyasına axan çirkab sulara və atmosferə buraxılan qazlara nəzarət edir,

aparatların texniki yoxlamalarını, qurğuda təmir və alov işlərinin aparılması üçün onların keyfiyyətli hazırlanmasını təmin edir. Yüksək təhlükə ilə bağlı işlərin aparılma keyfiyyətinə nəzarət edir. Qurğu üçün təlimatların və texnoloji reqlamentin işlənib hazırlanmasında iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və səmərələşdirilməsinin, əməyin elmi təşkilinin perspektiv metodlarının tətbiqini təşkil edir. Briqadaları formalaşdırır. Xidmət briqadalarının fəaliyyətini əlaqələndirir. Briqadada təsərrüfat hesabını tətbiq edir. Təsdiq olunmuş istehsal planına və qrafikinə əsasən istehsal tapşırıqlarını təyin edir və onları vaxtında ayrı-ayrı fəhlələrə, manqalara çatdırır. Fəhlələrə istehsalat təlimi keçir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər həyata keçirir və onlara riayət olunmasına nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiq edilməsinə kömək edir. Say normativlərinə, qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir, briqadaya təyin edilmiş əmək haqqı fondunun istifadəsinə nəzarət edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiqini təmin edir. İstehsalat ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, iş vaxtından səmərəli istifadə olunması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir. Fəhlələrdə istehsal planlarının yerinə yetirilməsinə görə yüksək məsuliyyət hissinin artmasına, kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsi, həmçinin təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: istehsalın təşkili və qazçıxarma texnologiyasına dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; qurğunun texnoloji reqlamentini; qurğunun avadanlıqlarının konstruktiv xüsusiyyətlərini, texniki istismar qaydalarını və iş rejimlərini; buraxılan məhsul üçün texniki şərtləri; təhlükəsizlik norma və qaydalarını; vəzifə və istehsalat təlimatlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; işlərin norma və qiymətlərini; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə qazın hazırlanması üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Quyuların tədqiqi üzrə usta

             Əmək funksiyası. Quyuların tədqiqi üzrə briqadaların (manqaların) işini təşkil edir. Quyuların tədqiqi üzrə işlərə rəhbərlik edir və alınmış məlumatların ilkin işlənməsini həyata keçirir. Quyuların tədqiqat üçün hazırlanmasını, tədqiqatların keyfiyyətlə aparılmasını təmin edir və onlara nəzarət edir. İstehsalat qrafiklərinin, operativ planların işlənib hazırlanmasında iştirak edir və onların vaxtında yerinə yetirilməsini təmin edir. Quyuların mürəkkəb mədən və hidrodinamiki tədqiqatlarında iştirak edir. Aparat, cihaz, avadanlıq və mexanizmlərin düzgün istismarını təşkil edir, onları vaxtında hesabdan silir. Tədqiqat aparatları və cihazlarının təmirinə rəhbərlik edir. Zəruri texnika, alət və materiallar üçün vaxtında sifarişlər hazırlayır. İş vaxtı əmək, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir və müəyyən edilmiş sənədləşməni aparır. Materialların, yanacağın, elektrik enerjisinin səmərəli sərfini təmin edir. Brakın qarşısının alınmasını və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış

işlərin qəbulunda iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsinin, əməyin elmi təşkilinin başqa elementlərinin tətbiqini təşkil edir. Fəhlələrin, manqaların müntəzəm və səmərəli işini təmin edir. Briqadaları formalaşdırır. Briqadada təsərrüfat hesabını tətbiq edir. Təsdiq olunmuş istehsal planları və qrafiklərinə uyğun olaraq istehsal tapşırıqlarını müəyyən edir və onları vaxtında fəhlələrə, manqalara çatdırır. Fəhlələrə istehsalat təlimi keçir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət olunmasına nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiq edilməsinə kömək edir. Say normativləri və qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. Briqada üçün təyin edilmiş əmək haqqı fondunun istifadəsinə nəzarət edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiqini təmin edir. İş vaxtından səmərəli istifadə edilməsi, istehsalat mədəniyyətinin yüksəldilməsi, əlverişli əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanmasında, istehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına, istehsal planlarının yerinə yetirilməsinə görə fəhlələrdə məsuliyyət hissinin artmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozan fəhlələrin intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə yiyələnməsi və peşələrin qarşılıqlı əvəzedilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir.

Bilməlidir: quyuların tədqiqi üzrə işlərə dair qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; quyuların tədqiqinin aparılma texnologiyasını və quyu fondunun xarakteristikalarını; aparat, avadanlıq, mexanizm və cihazların texniki xarakteristikalarını, onların istismar və təmir qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin

əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə quyuların tədqiqi üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Quyuların yoxlanması (sınağı) üzrə usta

(böyük usta da daxil olmaqla) 

            Əmək funksiyası. Quyuların yoxlanması və sınağı üzrə işlərə rəhbərliyi həyata keçirir. Plan tapşırıqlarının yerinə yetirilməsini, əmək məhsuldarlığının yüksəldilməsini, materialların qənaətlə sərfini, quyuların yoxlanması, sement körpülərin qurulması, onların təzyiq altında yoxlanılması, yuyucu məhlulun dəyişdirilməsi üzrə işlərin yerinə yetirilməsini təmin edir, işlərin texnologiyasına və keyfiyyətinə nəzarət edir. Mürəkkəb və təhlükəli işlərə rəhbərlik edir. Quyuların yoxlanması üçün zəruri olan boru, material və alətlərin vaxtında alınmasını təşkil edir və buna nəzarət edir. Zəruri material, alət və avadanlıqlar üçün vaxtında sifarişlər tərtib edir. Materialların dəyərinin uçotunu aparır, onların mühafizəsinin təmin edilməsi, vaxtında və düzgün hesabdan silinməsi üzrə tədbirlər görür. Brakın qarşısının alınması və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsinin, əməyin elmi təşkilinin perspektiv metodlarının tətbiqini təşkil edir. İşçilər tərəfindən avadanlıq və alətlərdən düzgün istifadəni, briqadanın, fəhlələrin, manqaların müntəzəm işini təmin edir. Briqadaları formalaşdırır. Briqadada təsərrüfat hesabını tətbiq edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi

qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət olunmasına nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiqinə kömək edir. Say normativləri və qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. Briqada üçün təyin edilmiş əmək haqqı fondunun istifadəsinə nəzarət edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin güzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təmin edir. İş vaxtından səmərəli istifadə edilməsi, istehsalat mədəniyyətinin yüksəldilməsi, əlverişli iş şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanmasında, istehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına, istehsal planların yerinə yetirilməsinə görə fəhlələrdə məsuliyyət hissinin artmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozan fəhlələrin intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqların artırılması, onların ikinci peşəyə yiyələnməsi və peşələrin qarşılıqlı əvəzedilməsi, həmçinin təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: quyuların sınağı (yoxlanması) üzrə işlərə dair qərar, əmr, təlimat və başqa rəhbər materialları; görülən işlərin texnologiyasını; yoxlanılan obyektlərin xarakteristikalarını və işlərin yerinə yetirilməsini çətinləşdirən amilləri;  quyuların möhkəmləndirilmə konstruksiyalarını; avadanlıq, alət və tərtibatların texniki xarakteristikalarını, onların texniki istismar qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və

psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. ixtisas təhsili olmadıqda istehsalatda ən azı 5 ü iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə quyuların yoxlanması (sınağı) üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

12-13-cü dərəcələr: I-II qrup müəssisədə quyuların yoxlanması (sınağı) üzrə böyük usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Quyuların əsaslı və yeraltı təmiri üzrə usta

(böyük usta da daxil olmaqla) 

Əmək funksiyası. İstehsalat briqadasına rəhbərliyi həyata keçirir. Təhkim edilmiş xidmət zonasında quyuların təmiri üzrə plan tapşırıqlarının briqada tərəfindən yerinə yetirilməsini təmin edir. Quyuların əsaslı və yeraltı təmiri üzrə işlərə rəhbərlik edir. İşlərin istehsalat plan-qrafiklərinin işlənib hazırlanmasında iştirak edir. Quyuların təmirini, alətlərin istismarını, avadanlıq və xüsusi texnikanın tam yüklənməsi və səmərəli istifadə olunmasını təmin edir və onlara nəzarət edir. Təmirin keyfiyyətinin və texnologiyanın pozulma səbəblərinin aradan qaldırılmasına operativ təsir göstərir. Təmir işlərini keyfiyyətlə yerinə yetirməklə bərabər onların müddəti və dəyərinin azaldılması, quyuların təmirlərarası işləmə müddətinin artırılması üzrə tədbirlərin tətbiqini həyata keçirir. Quyuya endirmək üçün təyin edilmiş texnoloji və elektrik avadanlıqlarının, alətlərin, texnikanın saz vəziyyətdə olmasını yoxlayır. Mürəkkəb və xüsusi təhlükəli təmir işlərinin aparılmasında iştirak edir. Plana müvafiq olaraq briqadaya və ayrı-ayrı fəhlələrə istehsal tapşırıqlarını təyin edir. Quyuların təmirə qəbulunda və təmir olunmuş quyuların sifarişçiyə təhvil verilməsində iştirak edir. Briqadada əmək məhsuldarlığının yüksəldilməsinə yardım göstərən qabaqcıl texnologiyanı, yeni texnika və qurğuları, əl işlərini və yüksək əmək tutumlu proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını, təlimat xəritələrini və

nümunəvi layihələri tətbiq edir. Alətlərin hazırlanması və seçilib yığılmasını təmin edir. Təmir texnologiyasının tələblərinə uyğun olaraq texnika, avadanlıq, alət və materiallar üçün sifarişlər tərtib edir. Material sərfinin uçotunu aparır, onların mühafizəsinin təmin edilməsi, vaxtında və düzgün hesabdan silinməsi üzrə tədbirlər görür. Fəhlələri iş növbələri üzrə yerləşdirir və onların əməyini təşkil edir. Brakın aradan qaldırılması və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarını, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsini, əməyin elmi təşkilinin perspektiv metodlarını tətbiq edir. Briqadada fəhlələrin, manqaların müntəzəm işini təmin edir. Briqadaları formalaşdırır. Xidmət briqadalarının fəaliyyətini əlaqələndirir. Briqadada təsərrüfat hesabını tətbiq edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsi və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiqinə kömək edir. Say normativlərinə və qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcələrin verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. Briqada üçün müəyyən olunmuş əmək haqqı fondunun istifadəsinə nəzarət edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təmin edir. İş vaxtından səmərəli istifadə edilməsi, istehsalat mədəniyyətinin yüksəldilməsi, əlverişli iş şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanmasında, istehsalat ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək nizam-intizam qaydalarına riayət olunmasına nəzarət edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına, istehsal planlarının yerinə yetirilməsinə görə fəhlələrdə məsuliyyət hissinin artmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamı qaydalarını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər təqdim edir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə yiyələnməsi və

peşələrin qarşılıqlı əvəzedilməsi, həmçinin təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: quyuların yeraltı (əsaslı) təmiri işlərinə dair qərar, sərəncam, əmr, təlimat və başqa rəhbər materialları; təmir işlərinin aparılma texnologiyasını; avadanlıq, alət və qurğuların texniki xarakteristikalarını, onların istismarı və təmiri qaydalarını; geoloji və texniki çətinliklərin baş vermə səbəblərini, onların qarşısını alma və ləğv etmə üsullarını; sənədləşmənin aparılma qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydalarını; əməyin və istehsalın təşkilinin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il  iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə quyuların əsaslı (yeraltı) təmiri üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

12-13-cü dərəcələr: I-II qrup müəssisədə quyuların əsaslı (yeraltı) təmiri üzrə böyük usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Qazma ustası köməkçisi

       Əmək funksiyası. Yüksək keyfiyyətli quyuların qazılması

üzrə normativ planın təyin olunmuş vaxtda yerinə yetirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, istehsalat xərclərinin azaldılması və qazma texnologiyasına ciddi riayət edilməsinin təmin olunmasında qazma ustasına kömək edir və o olmadıqda briqadaya rəhbərliyi həyata keçirir. Yeni texnoloji proseslərin və istehsal qrafiklərinin işlənib hazırlanması və istehsalatın təkmilləşdirilməsində iştirak edir. Texnoloji proseslərə riayət olunmasına nəzarət edir, onların pozulma səbəblərini aradan qaldırır. İstehsalat işlərini vaxtında hazırlayır, təhlükəsiz və sağlam

əmək şəraitini təmin edir. Mürəkkəb və təhlükəli işlərə rəhbərlik edir. Brakın qarşısının alınması və işin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Qazma alətləri, kimyəvi reagentlər, yanacaq-sürtgü və digər materialların zəruri ehtiyatlarını təmin edir və mövcud ehtiyatlarını yoxlayır. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Qazma işçilərinin ixtisaslarının yüksəldilməsi üzrə tədbirlərdə iştirak edir. Yeni fəhlələrin təcrübə keçməsinə daimi nəzarəti həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsinin tətbiqini həyata keçirir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına riayət olunmasını təmin edir. Kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraiti yaradır, tərbiyəvi iş aparır.

Bilməlidir: qazma briqadasının istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam, əmr və başqa rəhbər materialları; qazma işlərinin texnologiyasını; qazma avadanlıqları və alətlərin texniki xarakteristikalarını, onların istismar və təmir qaydalarını; geoloji və texniki çətinliklərin səbəblərini, onların qarşısını alma və ləğv etmə üsullarını, həmçinin sənədlərin rəsmiləşdirilməsi qaydalarını; texniki normalaşdırma və briqadada təsərrüfat hesabı metodlarını; qazma zamanı tətbiq olunan materialları və onların saxlanma qaydalarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarmı; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üçün qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və qazmada ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda qazmaçıköməkçisi və ya qazmaçı peşəsi üzrə ən azı 5 il iş stajı.

11-12-ci dərəcə: I-II qrup müəssisədə qazma ustası köməkçisi vəzifəsini icra etdikdə.

Elmi-tədqiqat və istehsalat işləri sexinin rəisi 

Əmək funksiyası. Mədən-tədqiqat işlərinin ahəngdar aparılmasının və tədqiqat üzrə mövzular planının yerinə yetirilməsinin təmin edilməsi üzrə sexin fəaliyyətinə rəhbərlik edir. Laylarda və quyularda aparılan hidrodinamik tədqiqatların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin və planların vaxtında yerinə yetirilməsini təmin edir. Quyuların tədqiqi üzrə operativ tapşırıqların yerinə yetirilməsini təmin edir. Tədqiqat işləri aparılması üçün quyuların hazırlanmasına nəzarəti təmin edir. Geoloji-mədən, mədən-geofiziki, fiziki-kimyəvi tədqiqatlar və analitik işlər üzrə illik və aylıq planların işlənib hazırlanmasına rəhbərlik edir. Tədqiqat və analitik işlərin aparılma müddətinin azaldılması və maya dəyərinin aşağı salınması üzrə tədbirlər görür. Dərinlik tədqiqatları, yataqların işlənməsi laboratoriyalarının və geofiziki tədqiqatlar qrupunun işinə nəzarət edir. Zəruri avadanlıq, aparat, cihaz, alət, kimyəvi reagentlərin alınması üçün illik sifarişlər tərtib edir və onların səmərəli istifadəsini və saxlanmasını təmin edir. Laboratoriyaların maddi-texniki vasitə, xüsusi texnika və operativ nəqliyyatla təmin olunmasına nəzarət edir. Yararsız hala düşmüş maşınların, avadanlıqların hesabdan silinməsi üçün vaxtında aktların tərtib olunmasını təmin edir. Sexin təsərrüfat-istehsalat fəaliyyətinin nəticələrini təhlil edir. Əməyin elmi təşkili, istehsalın və idarəetmənin təkmilləşdirilməsi, aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və tətbiq edilməsində iştirak edir. Sexin tədqiqat briqadaları və laboratoriyalarının fəaliyyətini əlaqələndirir. İşlərin düzgün və təhlükəsiz təşkil olunmasını təmin edir, sexin işçiləri tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət olunmasına nəzarət edir. Aparılan tədqiqatlar və analitik işlər haqqında hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: neft rayonunda yataqların işlənməsi və tədqiqat işlərinin aparılması məsələlərinə aid qərar, əmr, sərəncam və başqa rəhbər materialları; neft və qaz yataqlarının işlənmə

texnologiyasını; tədqiqatlar aparılan zaman tətbiq olunan avadanlıqları, nəzarət-ölçü cihazlarını və onların istismar qaydalarını; yataqların geoloji xarakteristikalarını; neftin, qazın, layın və laya vurulan suların fiziki-kimyəvi xassələrinin təyin olunması metodlarını; elmi-tədqiqat işlərinin aparılmasının təşkili metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri, maddi həvəsləndirmə formalarını; tədqiqat işlərinin aparılması üzrə qabaqcıl yerli və xarici təcrübəni; sex sənədlərinin uçotu və saxlanması qaydalarını; neft sənayesində iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydaları; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 İstehsalata xidmət bazasının rəisi

 Əmək funksiyası. Bazanın istehsal-təsərrüfat fəaliyyətinə

rəhbərlik edir. Qazma (neft-mədən) avadanlığı və başqa istehsalat obyektlərinin təmiri üzrə planların işlənib hazırlanmasında iştirak edir. Onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Sexlərin maddi-texniki və nəqliyyat vasitələri ilə təmin olunmasına rəhbərliyi həyata keçirir. Böyük əmək tutumlu işlərin mexanikləşdirilməsi üçün bazaya verilmiş xüsusi texnika, aqreqat, alət və ləvazimatlardan səmərəli istifadə edilməsini və onların vaxtında yeniləri ilə əvəz edilməsini təşkil edir. Qazma, neft-mədən, energetika avadanlıqlarının, qazma və tutucu alətlərin təmirini, həmçinin təyin edilmiş nomenklatura üzrə yeni məmulatların hazırlanmasını təmin edir. Avadanlığın düzgün texniki istismarına nəzarəti həyata keçirir. Avadanlığın sıradan çıxması nəticəsində baş verən qəzaların qarşısının alınması üzrə zəruri tədbirlər görür. Bazanın əsas istehsalat obyektləri ilə dəqiq və əlaqəli işini təmin

edir. İstismar avadanlıqlarının təmiri ilə əlaqədar boşdayanmaların azaldılmasını və qəza-təmir bölmələrinin fəaliyyətini təmin edir. Təmir üzrə texnika və texnologiyanın təkmilləşdirilməsi üçün tədbirlərin işlənib hazırlanmasına nəzarəti həyata keçirir. Yeni texnika, diaqnostika və böyük əmək tutumlu işlərin mexanikləşdirilməsi vasitələrinin tətbiqini təmin edir. Əməyin elmi təşkili və istehsalın təşkilinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması və tətbiqinə nəzarəti həyata keçirir. İstismar avadanlıqlarının etibarlılığı, keyfiyyəti, konstruktiv qüsurları, təmirə yararlılığı üzrə göstəricilərin təhlilini təmin edir. İstehsalat xidmətinin təşkili sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılmasını həyata keçirir. Bazanın işçiləri tərəfindən bazanın sexlərində və əsas istehsalat obyektlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Maddi-texniki ehtiyatların, yanacaq-sürtgü materiallarının, elektrik enerjisinin və s. qənaəti üzrə tədbirlərin işlənib hazırlanmasına və onların yerinə yetirilməsinə nəzarəti təmin edir. Təkrar ehtiyatların yığılması, saxlanılması və istifadə edilməsi üzrə tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsini təşkil edir. Bazanın təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirir. Bazanın struktur bölmələrinin fəaliyyətlərini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və səmərəli istifadə edilməsini həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Yüksək iş nəticələrinə nail olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Bazanın işçiləri arasında tərbiyəvi iş aparır, onlara rəhbərlik edir.

Bilməlidir: bazanın istehsalat fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; bazanın sexlərində istehsal olunan məhsullara texniki tələbatı; istehsal texnologiyasını; avadanlıqların texniki istismar qaydalarını; əməyin ödənilməsi üzrə qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; plan işinin təşkilini; təsərrüfat hesabı metodlarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını ,

kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis texniki vəzifələrdə ən azı 5 il iş stajı.

15-ci dərəcə: II qrup müəssisədə İXB rəisi vəzifəsini icra etdikdə;

16-cı dərəcə: I qrup müəssisədə İXB rəisi vəzifəsini icra etdikdə.

 İstehsalın avtomatlaşdırılması sexinin rəisi

 Əmək funksiyası. Sexin istehsal-təsərrüfat fəaliyyətinə

rəhbərlik edir. Sexin illik, rüblük aylıq iş plan-qrafiklərinin işlənib hazırlanmasında iştirak edir və plan tapşırıqlarının təyin edilmiş müddətdə yerinə yetirilməsini təmin edir. Neft hasilatı obyektlərinin, avtomatika və ölçü vasitələrinin plan üzrə təmirini və texniki xidmətini təşkil edir. Sexə verilən avadanlıq və qurğuların düzgün istismarına nəzarət edir. Ölçü, avtomatika və telemexanika vasitələrinin işinin aylıq təhlilinin aparılmasını təşkil edir və onların iş qabiliyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görür. Nümunəvi və işçi nəzarət-ölçü cihazlarının dövlət kalibrlənməsi və düzgünləşdirilməsi işinin aparılmasını təşkil edir. İstismara verilən yeni və ya əsaslı təmir olunmuş ölçü, avtomatika və telemexanika vasitələrinin qəbulunda iştirak edir. Sexin avadanlıq, alət, materiallarla vaxtında təmin olunmasını və onlardan səmərəli istifadə olunmasını təşkil edir. İstehsalın təchiz edilməsi üçün zəruri olan avadanlıqların, nəzarət-ölçü cihazlarının və maddi-texniki vasitələrinin alınması üçün sifarişlərin tərtib olunmasını təmin edir. Sex briqadalarının əsas istehsalat sexlərinin kompleks briqadaları ilə, həmçinin müqavilə əsasında neftqazçıxarma idarəsinin obyektlərinə xidmət edən digər briqadalarla qarşılıqlı əlaqəni təşkil edir və onların işinə nəzarət edir. Sexin nəqliyyat vasitələrinə olan tələbatı müəyyən edir və onlardan səmərəli istifadə olunmasına nəzarəti təşkil edir. Yeni texnikanın, mütərəqqi texnologiyanın, əməyin elmi təşkilinin tətbiqi üzrə işlərin yerinə yetirilməsini təmin edir və onlara nəzarəti həyata keçirir. Sexdə qabaqcıl təcrübənin yayılması, səmərələşdirmə və ixtiraçılığın inkişaf etdirilməsi üzrə

işlər görür. Avadanlıqlar, nəzarət-ölçü cihazları, avtomatika vasitələrinin pasportlaşdırılmasının, onların istismarda olmasının, yerdəyişməsinin və texniki vəziyyətinin uçotunun aparılmasına nəzarət edir. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə iş görür. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət olunmasına nəzarət edir. Sexdə uçot-hesabat və texniki sənədləşmənin aparılmasını təmin edir. Sexin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. Ustaların və sex xidmətlərinin işini təşkil edir və onların işinə nəzarəti həyata keçirir. Sexin işçilərinin seçilməsi, yerləşdirilməsi və onların işinin səmərəli qurulmasını təşkil edir. Sexin işçilərinin ixtisasının artırılması üzrə tədbirlər işləyib hazırlayır və tətbiq edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sexin istehsal-texniki və təsərrüfat fəaliyyətinə aid olan qərar, əmr, sərəncam və başqa rəhbər materialları; ölçü vasitələrinə texniki və metroloji xidmətin, istehsal proseslərinin avtomatlaşdırılması və telemexanikləşdirilməsinin təşkilini; neftqazçıxarmanın əsas və köməkçi istehsalatında tətbiq olunan ölçü, avtomatika, telemexanika və rabitə vasitələrinin texniki xarakteristikalarmı; bu vasitələrin texniki istismar qaydalarını və təlimatlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsal və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; istehsalatın texniki-iqtisadi planlaşdırılmasının əsaslarını; istehsalın avtomatlaşdırılması və telemexanikləşdirilməsi üzrə qabaqcıl yerli və xarici təcrübəni, əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 3 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 Yuyucu məhlullar sexinin rəisi

 Əmək funksiyası. Sexin istehsal-təsərrüfat fəaliyyətinə

rəhbərlik edir. Ayrı-ayrı qazma intervalları üçün yuyucu məhlul reseptinin işlənib hazırlanmasına nəzarəti həyata keçirir. Qazma quyularının vaxtında kimyəvi reagentlərlə təmin olunmasının təşkilinə, yuyucu məhlulların keyfiyyətinə və səmərəli işlədilməsinə, onların uçotuna və düzgün saxlanmasına nəzarət edir. Kimyəvi reagentlərin alınması, aparaturaların hazırlanması və təmiri üçün sifarişlərin tərtib olunmasını təmin edir. Yuyucu məhlulların yeni emal üsullarının axtarılması və tətbiqi üzrə təcrübə və tədqiqat işlərinin aparılmasını həyata keçirir. Yuyucu məhlulların emal texnologiyası üzrə qazma briqadalarının fəhlələrinə təlim keçirilməsini təmin edir. Laboratoriya işçiləri üçün nomenklatura tapşırıqlarını tərtib edir və zəruri hallarda qazmada yuyucu məhlulların parametrlərinin dəyişdirilməsi üzrə tövsiyələrin verilməsinə nəzarət edir. Ustaların işini əlaqələndirir. Sex işçilərinin seçilməsi və səmərəli yerləşdirilməsini təmin edir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə qayda və normalarına, istehsalat və əmək intizamına, daxili nizam-intizam qaydalarına, ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib və təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüsü və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: gil təsərrüfatının fəaliyyətinə aid olan qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; qazma işlərinin, geologiyanın, ümumi, qeyri-üzvi və kolloid kimyanın əsaslarını; işlədilən ağırlaşdırıcı və kimyəvi reagentlərin fiziki-kimyəvi xarakteristikalarını; yuyucu məhlulların bütün parametrlərinin

ölçülmə metodlarını və bu zaman işlədilən ölçü cihazlarını, materialların sərf normalarını və saxlanması qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsal və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslanın; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I-II qrup müəssisədə köməkçi sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

 Kompressor stansiyasının rəisi

 Əmək funksiyası. Qazın qüvvədə olan keyfiyyət normalarına

uyğun hazırlanması və vurulması üzrə planın yerinə yetirilməsini təmin edir. Kompressor stansiyasının texnoloji avadanlığının texnoloji rejim normaları, texnoloji reqlament və istismar üzrə istehsalat təlimatlarına müvafiq olaraq qəzasız, fasiləsiz işini təmin edir, pozulmaları aşkara çıxarır və onların aradan qaldırılması üzrə tədbirlər görür. Kompressor stansiyasının avadanlıqlarından, kimyəvi reagentlərdən, materiallardan, elektrik enerjisindən, eləcə də iş vaxtından keyfiyyətli və səmərəli istifadə edilməsini, qurğuların təhlükəsiz iş şəraitini təmin edir. Növbə heyəti tərəfindən texniki sənədləşmənin (gündəlik rejim vərəqələri, növbə jurnalı) düzgün aparılmasına gündəlik nəzarət edir. Kompressor stansiyasında avadanlıqların texniki yoxlanılmaya, təmir və alov işlərinin aparılmasına keyfiyyətli hazırlığını təmin edir. Təmir heyətinin işinə, əməyin mühafizəsi, təhlükəsizlik texnikası norma və qaydalarına riayət edilməsinə, yüksək təhlükə ilə bağlı işlərin aparılmasına nəzarət edir. Kompressor stansiyasının yenidən texniki təchizatı üzrə təkliflər hazırlayır. Yeni texnikanın, istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılmasının tətbiqini həyata keçirir. Kadrların seçilməsi,

yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. Ustaların işini əlaqələndirir. Qabaqcıl əmək metod və üsullarının tətbiqini təşkil edir, peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsinə və əməyin təşkilinin başqa mütərəqqi formalarının tətbiqinə kömək edir. Qəzaların, bədbəxt hadisələrin təhqiq edilməsində iştirak edir. İstehsalat və əmək intizamına nəzarəti həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər verir. Təyin edilmiş hesabatları vaxtında tərtib edərək müvafiq ünvanlara təqdim edir. Yaradıcı təşəbbüsü və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: kompressor stansiyasının fəaliyyətinə dair qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; kompressor stansiyasının texnoloji reqlamentini və sxemini; kompressor stansiyasının avadanlıqlarının konstruktiv xüsusiyyətlərini, texniki istismar qaydalarını və iş rejimlərini; əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydalarını; vəzifə və istehsalat təlimatlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsal və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə kompressor stansiyasının rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

Geoloji şöbənin rəisi 

Əmək funksiyası. Geoloji kəşfiyyat işləri üzrə cari və perspektiv planların, neft və qazın sənaye ehtiyatlarının artırılması, mədən-geofiziki və tədqiqat işləri üzrə plan layihələrinin işlənməsini təşkil edir. Geoloji-kəşfiyyat işləri planının yerinə yetirilməsini, strukturların qazma üçün hazırlığını təmin edir. Kəşfiyyat, istismar və vurucu quyuların qazılması və sınanmasına geoloji nəzarəti təşkil edir. Geoloji axtarış, kəşfiyyat, geofiziki işləri

təhlil edir və onlara qiymət verir, bu işlərin gələcək istiqamətləri üzrə tövsiyələr işləyib hazırlayır. Neft yataqlarının axtarış və kəşfiyyatının yeni metodlarını öyrənir və istehsalata tətbiq edir. Geoloji-kəşfiyyat işlərinin həcminin vaxtında uçota alınmasına nəzarəti həyata keçirir. Metodiki-təcrübə, tematik və laboratoriya işlərinin yerinə yetirilməsini təmin edir və əlaqələndirir. Geoloji-kəşfiyyat işlərinin nəticələrini ümumiləşdirir və onların səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər işləyib hazırlayır. Ümumiləşdirilmiş geoloji sənədlərin, geoloji hesabatların, istismar və vurucu quyuların tikintisi üçün texnoloji layihə toplusunun, faydalı qazıntı ehtiyatlarının hesablanması üzrə sənədlərin tərtib olunmasını, həmçinin təyin olunmuş geoloji-istehsalat hesabatlarının tərtib və müvafiq ünvanlara vaxtında təqdim olunmasını təşkil edir və onlara nəzarət edir. Quyuların tikintisi üzrə fərdi və nümunəvi layihələrin müzakirəsində iştirak edir. Geoloji səbəblərə görə quyuların konservasiyası və ləğvi üçün materialların rəsmiləşdirilməsini təşkil edir. İstehsalın idarəetmə proseslərinin təkmilləşdirilməsi və istehsalın elmi təşkili üzrə tədbirlərin tətbiqini təmin edir. Təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və yeraltı sərvətlərin mühafizəsi üzrə tədbirlərin tərtib olunmasında iştirak edir. Geoloji bölmələrin fəaliyyətini əlaqələndirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: geoloji-kəşfiyyat işlərinin təşkilinə dair əmr, qərar və sərəncamları, metodiki, normativ və başqa rəhbər materialları; tədqiqat aparılan rayonda geoloji-kəşfiyyat işlərinin və mineral-xammal bazasının vəziyyətini və inkişaf perspektivlərini; geoloji-kəşfiyyat rayonunda fəaliyyətdə olan və tikilən neft-qazçıxarma sənayesi müəssisələrinin neft və qaz ehtiyatlan ilə təmin olunma vəziyyətini; mineral xammala sənaye tələblərini; geoloji-kəşfiyyat və neft qazçıxarma işlərinin texnologiyası və onların aparılma keyfiyyətinə olan tələbləri; tətbiq olunan geoloji-kəşfiyyat və neft-mədən avadanlıqlarının növlərini və onların texniki istismar qaydalarını; geoloji hesabatların tərtib olunması və onların müvafiq instansiyalara təqdim olunma qaydalarını; mineral-xammal və geoloji-kəşfiyyat işlərinin iqtisadiyyatını, layihələşdirilmə və maliyyələşdirilmə qaydalarını; təsərrüfat hesabı metodlarını; faydalı qazıntı ehtiyatlarının hesablanması və yataqların qeydə alınması qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; sənədlərin və başqa geoloji materialların qeydə alınması və saxlanması qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə

qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə. 

Lay təzyiqinin saxlanılması sexinin rəisi 

Əmək funksiyası. İstehsalat obyektlərində fasiləsiz və qəzasız işin təmin olunması, su, buxar, hava, qaz və başqa reagentlərin məhsuldar laylara vurulması üzrə tapşırıqların yerinə yetirilməsində sexin fəaliyyətinə rəhbərlik edir. Vurucu quyular və başqa istehsalat obyektlərinin işini təyin olunmuş texnoloji rejim və texniki istismar qaydalarına müvafiq olaraq təmin edir. Obyektlərin avadanlıqlarının təmir qrafiklərinin yerinə yetirilməsini təmin edir. İstehsalat obyektlərinin vəziyyətinə müntəzəm nəzarəti təşkil edir və vurucu quyu fondundan istifadənin yaxşılaşdırılması üzrə tədbirlər görür. Vurucu quyuların və sexin başqa obyektlərinin abadlaşdırılması və istismara verilməsi üzrə işlərə nəzarəti həyata keçirir. Lay təzyiqinin saxlanılması, avadanlığın etibarlılığının yüksəldilməsi, vurucu quyuların mənimsənilməsi və qəbuletmə qabiliyyətinin yüksəldilməsi üzrə təşkilatı-texniki tədbirlərin işlənib hazırlanmasında iştirak edir. İstehsalın təşkilinin, onun texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi, məhsulun maya dəyəri və əmək tutumunun azaldılması üzrə işlər görür. Materialların, elektrik enerjisinin, yanacağın sərfinə nəzarəti həyata keçirir. Maddi-texniki təchizat məsələlərini həll edir. Sexin istehsal-təsərrüfat fəaliyyətini təhlil edir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Briqadaların işini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onların işinin səmərəli qurulmasını təmin edir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və

normalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib edilərək müvafiq ünvanlara təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi üzrə qərar, əmr, sərəncam və başqa rəhbər materialları; sexin istehsal gücünü; istehsal proseslərinin texnika və texnologiyasını; əsas istehsala xidmət edən köməkçi sexlərin və bölmələrin ixtisaslaşdırılmasını və onlar arasındakı istehsal əlaqələrini; istehsalın operativ uçotunun təşkilini; təsərrüfat hesabı metodlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; neft və qaz sənayesi sahəsində yerli və xarici elmi və texniki nailiyyətləri; əməyin ödənilməsi və maddi həvəsləndirməyə aid qüvvədə olan əsasnamələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə I-II qrup müəssisədə əsas sexdə II qrup sex rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə I-II qrup müəssisədə əsas sexdə I qrup sex rəisi vəzifəsini icra etdikdə.

Mədən geofizika partiyasının rəisi 

Əmək funksiyası. Quyularda partladıcı-deşici işlərin və tədqiqatların yerinə yetirilməsi üzrə partiyalara rəhbərliyi həyata keçirir. Zəruri sənədlərin (naryad-marşrut, naryad-putyovka, yol vərəqəsi, quyu haqqında geoloji-geofiziki məlumatlar və s.) alınması və rəsmiləşdirilməsini, quyu və yerüstü aparat və avadanlığın

texniki vəziyyətinin yoxlanılmasını həyata keçirir. Partiyanı zəruri materiallarla təmin edir. Aparaturanın və avadanlığın düzgün istismarına nəzarət edir. Quyularda işin görülməsini təşkil edir. Sifariş edilmiş iş həcminin yerinə yetirilməsini təmin edir. Geofiziki tədqiqat materiallarının rəsmiləşdirilməsi və təhvil verilməsini təşkil edir. Yeni texnikanın və qabaqcıl texnologiyanın, böyük əmək tutumlu proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlərin, əməyin qabaqcıl metod və üsullarının tətbiqini təmin edir. Köhnəlmiş norma və qiymətlərə yenidən baxılması üzrə təkliflər verir. Aparatura və avadanlığın istismarı, partiyanın iş vaxtının uçotu, əmək haqqı fondunun xərclənməsi üçün müəyyən olunmuş sənədləşmənin aparılmasını təşkil edir. Partiya üçün material və alətlər almaq üçün sifarişlərin tərtib olunmasını təşkil edir. Maddi dəyərlərin qeydiyyatının aparılmasını təmin edir, onların qorunması, vaxtında və düzgün hesabdan silinməsi üzrə tədbirlər görür. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, radiasiya təhlükəsizliyi norma və qaydalarına, partlayış işləri zamanı vahid təhlükəsizlik qaydalarına və s. riayət edilməsinə nəzarət edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. İşçilərin yaradıcı təşəbbüslərinin, partiyanın perspektiv vəzifələrinin həll olunmasına, onun texniki-iqtisadi səviyyəsinin yüksəldilməsinə istiqamətlənməsini təmin edir. Partiyanın ixtisaslı kadrlarla təmin edilməsi üzrə tədbirlər görür. Kadrların tərbiyə edilməsi, əmək və istehsalat intizamının möhkəmləndirilməsi üzrə işlər aparır. Kollektivdə qarşılıqlı kömək və tələbkarlıq şəraitinin yaranmasına, geofiziki işlərin yerinə yetirilməsinə görə fəhlələrdə yüksək məsuliyyət hissinin inkişaf etdirilməsinə yardım edir.

Bilməlidir: partiyanın istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; quyularda geofiziki tədqiqatların və deşmə-partlayış işlərinin aparılması texnikasını və metodlarını; geofiziki tədqiqat materiallarının qəbulu və keyfiyyətinin qiymətləndirilməsi üzrə təlimatları; tətbiq olunan geofiziki tədqiqat materiallarının qəbulu və keyfiyyətinin qiymətləndirilməsi üzrə təlimatları; tətbiq olunan geofiziki, deşmə-partladıcı aparatura və avadanlığın texniki xarakteristikalarını və onların istismar qaydalarını, sənədlərin (işlərin yerinə yetirilməsi haqqında aktlar, naryad-putyovka, iş vaxtı balansı və s.) rəsmiləşdirilməsi qaydalarını; briqadada təsərrüfat hesabı metodlarını; işlərin yerinə yetirilməsi zamanı tətbiq olunan materialları və onların saxlanma qaydalarını; əməyin ödənilməsi

haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydalarını; deşmə-partlayış işləri görülən, radioaktiv maddələrlə işləyən zaman təhlükəsizlik qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə ən azı 5 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə mədən geofizika partiyasının rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Mərkəzi mühəndis-texnoloji xidmətinin (MMTX) rəisi

 Əmək funksiyası. Neft və qazçıxarma üzrə istehsal planının

verilmiş texnologiyaya müvafiq olaraq quyuların tikintisinin plan-qrafikinin yerinə yetirilməsini təmin edir. İşçi agentin məhsuldar laylara vurulması, neftin və qazın hazırlanması və verilməsi üzrə istehsalat tapşırıqlarının bölmələr tərəfindən yerinə yetirilməsinə operativ nəzarəti həyata keçirir. Rayon mühəndis-texnoloji xidmətlərin işlərini təhlil edir. Əsas istehsalın gedişinə, istehsal prosesinin müəyyən olunmuş rejim və qrafiklərdən kənara çıxması, qəza və çətinliklərin baş verməsi səbəblərinin aydınlaşdırılmasına operativ nəzarət edir və onların aradan qaldırılması üçün zəruri tədbirlər görür. Neft və qaz quyuları fondunun vəziyyətinə və istifadə edilməsinə nəzarət edir. Quyuların boşdayanmadan vaxtında istismara verilməsi üzrə tədbirlərin işlənib hazırlanmasına və tətbiqinə rəhbərliyi həyata keçirir. Mühəndis-texnoloji xidmətlərin, həmçinin əsas və köməkçi istehsal sexlərinin əlaqəli işini təmin edir. Birliyin müəssisələrinin funksional şöbələri və xidmətləri ilə birlikdə istehsal obyektlərinin texnoloji iş rejimlərini, plan və tapşırıqların operativ təshih edilməsini həyata keçirir. Operativ planların, plan tapşırıqlarının yerinə yetirilməsinin təmin edilməsi üzrə texniki-təşkilati tədbirlərin işlənib hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. İdarə rəhbərliyini təşkilati-texniki tədbirlərin və iş planının yerinə

yetirilmə nəticələri haqqında gündəlik məlumatlarla təmin edir. Qəza obyektlərinə işçi qüvvəsi, mexanizm və nəqliyyatın göndərilməsi məsələlərini həll edir. Qəzaların və çətinliklərin tədqiq edilməsində iştirak edir. Qazılmış və mənimsənilmiş quyuların istismara verilməsi üzrə işləri təşkil edir, onların yerinə yetirilməsinə nəzarət edir. Qazma və buruqquraşdırma briqadaları üçün normal istehsalat-məişət şəraitinin yaradılmasını təşkil edir və ona nəzarət edir. Əsas istehsalatın material, avadanlıq, alət və nəqliyyatın bütün növləri ilə vaxtında təmin olunmasını təşkil edir. Payız-qış və daşqın dövrlərinə hazırlıq işləri üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Əməyin, istehsalın və idarəetmənin elmi təşkili üzrə planların işlənib hazırlanmasında iştirak edir. Mühəndis-texnoloji xidmət işçilərinin seçilməsi və səmərəli yerləşdirilməsini həyata keçirir. Xidmətin işçilərinə rəhbərlik edir.

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları, müəssisədə istehsalın planlaşdırılmasının təşkilini və istehsalın inkişaf perspektivlərini; müəssisənin istehsal gücünü; sexlərin və bölmələrin ixtisaslaşmasını və onlar arasındakı istehsal əlaqələrini; istehsal proseslərinin texnologiyasını; istehsalın operativ uçotunun təşkilini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını, neft və qaz sənayesi sahəsində yerli və xarici elmi və texniki nailiyyətləri və qabaqcıl təcrübəni, ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalın operativ idarə edilməsi üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

15-ci dərəcə: II qrup müəssisədə MMTX rəisi vəzifəsini icra etdikdə;

16-cı dərəcə: I qrup müəssisədə MMTX rəisi vəzifəsini icra etdikdə.

 Mühəndis-texnoloji xidmətin növbə rəisi

 

Əmək funksiyası. İşlərin istehsal prosesinin təyin edilmiş texnologiyasına müvafiq yerinə yetirilməsini təmin edir. Əsas istehsalatın ahəngdar işinin və quyuların tikintisi plan-qrafikinin yerinə yetirilməsi üzrə istehsalat briqadalarının, neft və qazçıxarma, lay təzyiqinin saxlanılması, neftin hazırlanması və vurulması sexlərinin, istehsalat xidməti bazasının fəaliyyətinə rəhbərlik edir. İstehsalat xidməti bazası, lay təzyiqinin saxlanılması sexlərinin iş həcmlərinin operativ planlaşdırılmasını həyata keçirir, onların yerinə yetirilməsinə nəzarət edir. Köməkçi bölmə və xidmətlərin əlaqəli fəaliyyətini təşkil etməklə, neft və qazçıxarma, quyuların mənimsənilməsi (sınanması), qazmada istehsal prosesləri gedişinin pozulmasının qarşısını almaq üçün tədbirlər görür. Quyu fondunun vəziyyətinə daimi nəzarəti həyata keçirir və onların vaxtında istismara verilməsi üzrə tədbirlər görür. İstehsalat obyektlərinin avadanlıq, material, alət, ehtiyat hissələri və nəqliyyatın bütün növləri ilə təmin olunmasına nəzarət edir. Quyunun sınaqdan keçirilməsi üzrə işləri təşkil edir. Nəqliyyatın birinci növbədə hara ayrılmasını operativ qaydada təyin edir. Müəssisənin sexlərində xüsusi texnikadan və nəqliyyatdan səmərəli istifadə edilməsinə və istehsal briqadalarının vaxtında obyektlərə göndərilməsinə nəzarət edir. Quyuların tikinti plan-qrafikinin və hasilat planının yerinə yetirilmə nəticələri haqqında gündəlik məlumatların tərtib edilməsini təşkil edir. Qəza və maneələrin ləğv edilməsi üzrə operativ tədbirlər görür. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Pozuntular aşkara çıxarıldıqda işi dayandırır və onların aradan qaldırılması üzrə tədbirlər görür.

Bilməlidir: istehsalın operativ idarə edilməsinə aid qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları, müəssisədə istehsalın planlaşdırılmasının təşkilini; istehsal prosesinin texnologiyasını; istehsalat obyektlərinin avadanlıqlarını və onların texniki istismar qaydalarını; istehsalın operativ uçotunun təşkilini; iqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin təşkilini, əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalın operativ idarə olunması üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 3 il iş stajı.

11-12-ci dərəcələr: II qrup müəssisədə MTX-nin növbə rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

12-13-cü dərəcələr: I qrup müəssisədə MTX-nin növbə rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Mürəkkəb işlər üzrə usta

 Əmək funksiyası. Qəzaların və mürəkkəbləşmələrin

qarşısının alınması məqsədi ilə verilmiş texnologiyaya riayət olunmasına nəzarəti həyata keçirir. Mürəkkəb, təhlükəli işlərin aparılmasında, qəzaların və çətinliklərin aradan qaldırılmasında bilavasitə iştirak edir, işlərə rəhbərlik edir. Dərin qoruyucu kəmərlərin endirilməsi üzrə işlərdə iştirak edir. Buruqların və alətlərin texniki vəziyyətinə nəzarət edir. Quyuların əsaslı təmiri üçün planların, qəza və çətinliklərin aradan qaldırılması planlarının tərtib olunmasında, onların baş vermə səbəblərinin öyrənilməsi və təhlilində iştirak edir. Atmosferə buraxılan tullantıların və açıq fontanların ləğv edilməsində bilavasitə iştirak edir. Qeyri-standart tutucu alətlər və qurğular hazırlayır. Qəzaların və mürəkkəbləşmələrin qarşısının alınması üzrə təlimatların və tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Quyuların tikintisi və istismarı zamanı qəzaların qarşısının alınması üçün profilaktiki iş aparır və profilaktiki xəritələr hazırlayır. Tutucu alətlərin və qurğuların düzgün saxlanması və istismarına, yükqaldırma mexanizmlərinin işinə və məhsulların parametrlərinə nəzarəti həyata keçirir. Sıradan çıxmış tutucu alət və qurğuların hesabdan silinməsi və təzələrinin alınması üçün sənədləri rəsmiləşdirir. Briqadaların fəhlələrinə neft-qaz-sutəzahürlərinin xəbərdarlığı üzrə qəzasız quyu qazılmasını öyrədir. İstehsalat obyektlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarını tətbiq edir. Zəruri sənədləşdirməni aparır. Fəhlələrin işini səmərəli təşkil edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən fəhlələrin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozanların

intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin texniki bilik səviyyəsinin yüksəldilməsi üzrə işlər aparır.

Bilməlidir: avadanlıq, alət və qurğuların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini və iş rejimlərini, onların texniki istismar qaydalarını; istehsal proseslərinin, mürəkkəb qazma və udulma işlərinin aparılması texnologiyasını; atmosferə buraxılan tullantılar, açıq fontanlar və başqa çətinliklərlə mübarizə metodlarını; qəzaların və çətinliklərin baş vermə səbəblərini və onların ləğv etmə metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarını; udulmalarla mübarizə metodlarını, udulma zonasının izolə edilməsi üçün qatışıqların tərkibini və tətbiq edilmə üsullarını; texniki hesablamaların aparılma metodlarını və konstruktiv əsaslarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını, əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə mürəkkəb işlər üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Neft və qazçıxarma üzrə istehsalat şöbəsinin rəisi

 Əmək funksiyası. Müəssisənin ahəngdar işləməsini,

istehsalın operativ tənzimlənməsini təmin edir. Hasilat, neft və qazın mədəndaxili yığılması sahəsində istehsal bölmələrinin (sexlərin) fəaliyyətini əlaqələndirir. Operativ istehsal planlarının işlənib hazırlanmasına və onların hər bir istehsal bölməsinə çatdırılmasına rəhbərlik edir. Neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsinə yönəldilmiş texniki-təşkilati tədbirlərin, layların neft veriminin artırılması üzrə tədbirlərin işlənib hazırlanmasını təşkil edir, onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Quyuların yeraltı və əsaslı təmiri planlarının işlənib hazırlanmasına rəhbərlik edir və onların yerinə

yetirilməsinə nəzarəti həyata keçirir. Quyuların yeraltı və əsaslı təmir briqadalarının hərəkət planına nəzarəti həyata keçirir. Fəaliyyətsiz və dayanan quyuların sayının azaldılması, hasilatda, neft və mayenin, laya vurulan suyun qeydə alınmasında avtomatlaşdırmanın yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Əmək məsrəflərinin azaldılmasını, təhlükəsizlik qaydalarının tələblərini və istehsalat sanitariyası normalarını nəzərə almaqla istehsalın hazırlanması, inkişafı və yenidən qurulması üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir. Təhvil verilən neftin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin işlənib hazırlanmasına nəzarət edir. Materialların sərfi və avadanlığa tələbat normalarının işlənib hazırlanmasında, həmçinin ehtiyat fondun sexlər arasında bölüşdürülməsində iştirak edir və onlardan istifadəyə nəzarət edir. Neftçıxarma obyektlərinin lahiyələndirilməsi tapşırıqlarının tərtib edilməsində və layihə-axtarış işləri planlarının formalaşdırılmasında iştirak edir. Neftçıxarma sexləri işlərinin istehsal göstəricilərini və quyuların istismar fondundan istifadə vəziyyətini təhlil edir. Texnoloji sənədlərin konkret şəraitə, texniki normativlərə, təhlükəsizlik və istehsal sanitariyası qayda və normalarının tələblərinə uyğunlaşdırılması üzrə işlərin aparılmasına nəzarəti həyata keçirir. İstehsalatın texniki sənədlər, materiallar, avadanlıqlar, alətlər və s. ilə təmin olunmasına operativ nəzarəti təşkil edir. İstehsalın texnologiyasının yaxşılaşmasına və əmək məhsuldarlığının yüksəldilməsinə imkan verən elmi tapıntı, ixtira və qabaqcıl təcrübənin öyrənilməsi və mənimsənilməsi üzrə işlər aparır. Zəruri statistik hesabatların vaxtında keyfiyyətlə tərtib olunmasını təşkil edir. Bədbəxt hadisələrin təhqiqatı üzrə komissiyanın işində iştirak edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: istehsalın operativ idarə edilməsi və planlaşdırılması məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; müəssisənin inkişaf perspektivlərini; müəssisənin istehsal gücünü; sexlərin, sahələrin ixtisaslaşmasını, onlar arasındakı istehsal əlaqələrini; yerinə yetirilən işlərin növlərini, neft və qaz hasilatının texnologiyasını; istehsalın gedişinin operativ uçotunun təşkilini; neft və qazın hazırlanması, saxlanması və nəqli texnologiyasını; quyuların cari (yeraltı) və əsaslı təmiri texnologiyasını; neft-mədən avadanlıqlarının texniki istismar qaydalarını; neftçıxarma sənayesi sahəsində ən yeni yerli və xarici texniki nailiyyətləri; iqtisadiyyatın, əməyin təşkilini, istehsalın və idarəetmənin əsaslarını; əmək

qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 Neftin hazırlanması üzrə istehsalat şöbəsinin rəisi

 Əmək funksiyası. Neftin hazırlanması və tədarük edilməsi,

qazın hasilatı və istifadə edilməsi planlarının yerinə yetirilməsinə, hazırlanan neftin keyfiyyətinin yaxşılaşdırılmasına, yüngül karbohidrogenlərin geniş fraksiyasının işlənməsinə, yönəldilmiş təşkilati-texniki tədbirlərin vaxtında işlənib hazırlanmasını təmin edir. Neftin kompleks hazırlanması, qazın çıxarılması, texnoloji avadanlığın korroziyadan mühafizə sahəsində elmi-tədqiqat işlərinin əlaqələndirilməsi və onların həcminin təyin edilməsində iştirak edir. Neftin çıxarılması və hazırlanması, qazın çıxarılması, məhsulun realizə olunması üzrə perspektiv və cari planların işlənib hazırlanmasına rəhbərliyi həyata keçirir. Ətraf mühitin mühafizəsinə, neftin hazırlanması və qazın çıxarılması sahəsində təbii ehtiyatlardan səmərəli istifadəyə, neft və qazın hazırlanması, nəqli və saxlanılması obyektlərində hava mühitinin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. İstehsalın texnologiyasının, təşkilinin yaxşılaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsinə imkan yaradan qabaqcıl təcrübə, elmi kəşf və ixtiraların aşkar edilməsi və mənimsənilməsi üzrə işlər aparır. Fəaliyyətdə olan istehsalın yenidən qurulması, istehsalın təşkili, texnologiyasının mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə texniki sənədlərin təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun işlənib hazırlanmasını təmin edir. Daxili ehtiyaclar üçün neftin və səmt qazının qənaətlə sərfi, neft və qaz

itkisinin, demulqatorların sərfinin azaldılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. Neftin hazırlanması, sadə karbohidrogenlərin geniş fraksiyalarının istehsalı, qazın hasilatı və istifadə edilməsi, bitumun istehsalı məsələləri üzrə bölmələrin fəaliyyətlərini əlaqələndirir. Zəruri statistik hesabatların vaxtında tərtib olunmasını təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; neftin hazırlanması, yüngül karbohidrogenlərin geniş fraksiyalarının istehsalı, lay sularının təmizlənməsi, səmt qazının yığılması, neft əsaslı bitumların istehsalı üzrə texnika və texnologiyanı; bölmələrin ixtisaslaşmasını və onlar arasındakı istehsal əlaqələrini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 Neft və qaz yataqlarının işlənməsi üzrə texnoloji şöbənin

rəisi 

Əmək funksiyası. Neft yataqlarının işlənilməsinin tənzimlənməsi və nəzarəti, neft ehtiyatlarının səmərəli işlənməsi və tam çıxarılması üzrə perspektiv və cari tədbirlərin işlənib hazırlanmasını təşkil edir və onların tətbiqinə nəzarəti həyata keçirir. İstismar obyektləri üzrə neft çıxarmanın perspektiv və cari planlarının işlənib hazırlanmasında iştirak edir. Yataqların işlənməsi sahəsində tədbirlərin həyata keçirilməsinə, yeni sahələrin sınaq istismarı və onların sənaye üsulu ilə hazırlanması üzrə işlərə nəzarət edir. Yataqların işlənməsi üçün layihə-texnoloji sənədləri nəzərdən keçirir və onların yerinə

yetirilməsinə, istismar və vurucu quyuların texnoloji iş rejimlərinin vaxtında tərtib edilməsinə və onlardan istifadəyə sistematik nəzarəti təşkil edir. Hasilatın intensivləşdirilməsi və layların neftveriminin artırılması üzrə geoloji-texniki tədbirlərin işlənib hazırlanmasını təşkil edir. Quyuların əsaslı təmirinin planlaşdırılmasında istismar və vurucu quyular fondu ilə əlaqəli işlərə, quyuların əsaslı təmirinin aparılması işlərinə, neft və qaz yataqlarının işlədilməsində yeni metodların tətbiqinə nəzarəti təşkil edir. Qazılmış quyuların hidrodinamik tədqiqinin planlaşdırılmasını həyata keçirir, dövrülüyünü təyin edir, dərinlik tədqiqatlarını təşkil edir. Təmir işləri aparılarkən geoloji nəzarəti təmin edir. Neft yataqlarının işlənilməsinə, yeni geofiziki metodlarının sınağı üzrə təcrübə işlərinin aparılmasına, quyuların başqa obyektlərə qaytarılması zərurətini təyin edir, qaytarılmanı rəsmiləşdirir və bu işlərin aparılmasına, quyuların ləğvinə, konservasiyaya hazırlanmasına nəzarəti həyata keçirir. Fond materiallarından və geoloji-mədən sənədlərindən düzgün istifadəni və mühafizəni təmin edir. Neft yataqlarının istismarı zamanı yeraltı sərvətlərin mühafizəsi tədbirlərinin planlaşdırılmasında iştirak və onların icrasına nəzarət edir. Neft yataqlarının səmərəli işlənməsi məsələləri üzrə struktur bölmələrinin fəaliyyətinə gündəlik metodiki rəhbərliyi həyata keçirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: neft yataqlarının işlənməsi sahəsində qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; tədqiq olunan rayonda mineral-xammal bazasının vəziyyətini və inkişaf perspektivlərini, istehsalın texnologiyasını; yataqların işlənməsi obyektləri üzrə neft və qaz hasilatının uçotu qaydalarını; fond materialları və geoloji-mədən sənədlərin uçotu və saxlanılması qaydalarını; neftçıxarma sənayesi sahəsində yerli və xarici elmi, texniki, texnoloji nailiyyətləri; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində neft-qaz yataqlarının işlənməsi üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 Neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziyaya qarşı mübarizə üzrə istehsalat şöbəsinin rəisi 

Əmək funksiyası. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmiri üzrə cari və perspektiv planların hazırlanmasında iştirak edir. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət edir. Müvafiq istehsal bölmələrinə əsaslı təmirin texniki məsələlərinin həllində köməklik göstərir, lazım gəldikdə səlahiyyətli təşkilatların dəvət edilməsi üçün tədbirlər görür. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmir layihələrinə baxır və onlara rəy verir. Neft-mədən hidrotexniki qurğularının tikintisi, istismarı, təmiri və korroziyaya qarşı mübarizə üzrə işlərin gedişinə, keyfiyyət və kəmiyyət göstəricilərinə nəzarət edir. Neft-mədən hidrotexniki qurğuları üzrə tikintini istismara qəbul edən komissiyaların işində iştirak edir. Yüksək əmək tutumlu işlərin avtomatlaşdırılması və mexanikləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasını təşkil edir və onların istehsalata tətbiqini təmin edir. Neft-mədən hidrotexniki qurğularının korroziyaya qarşı mübarizə və təmir işlərinin illik planlarının tərtib olunmasında iştirak və onların yerinə yetirilməsinə nəzarət edir. Neft-mədən hidrotexniki qurğularının texniki vəziyyətinin müayinə edilməsi üzrə tədbirlər işləyir, qəza təhlükəli obyektləri aşkar edir, onlarda qəzanın qarşısının alınması və təbii fəlakətlərə qarşı mübarizə üzrə tədbirlərin hazırlanmasında iştirak edir. Təmir və korroziyaya qarşı mübarizə işlərində qabaqcıl texnologiyanın, texniki yeniliklərin, mütərəqqi metodların tətbiqi üzrə təşkilati-texniki işlər görür. İş şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə yeni texnoloji proseslərin işlənməsi və həyata keçirilməsini təmin edir. Neft-mədən hidrotexniki qurğularının işini təhlil edir, onlardan istifadənin səmərəliliyinin artırılması, etibarlı və uzunmüddətli istismarı üzrə tədbirlər işləyib hazırlayır. Yeni növ neft-mədən hidrotexniki qurğuların yoxlanması və sınanması üzrə işlərdə iştirak edir. Neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziyaya qarşı mübarizə məsələləri ilə bağlı elmi-tədqiqat və layihə institutları ilə əlaqə saxlayır. Neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziyaya qarşı

mübarizə işləri, bu işlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənməsində iştirak edir. Qurğuların payız-qış dövründə işə hazırlanması üzrə tədbirlərin işlənməsinə və yerinə yetirilməsinə nəzarət edir. Neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziyaya qarşı mübarizə üzrə elmi-texniki nailiyyətləri, qabaqcıl təcrübəni öyrənir. Neft-mədən hidrotexniki qurğularının texniki istismarı və təmiri, korroziyaya qarşı mübarizə üzrə qaydalara və texniki şərtlərə riayət olunmasına nəzarət edir. Şöbənin səlahiyyətləri üzrə hesabatların vaxtında və keyfiyyətlə tərtib olunması və müvafiq ünvanlara göndərilməsini təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziyaya qarşı mübarizə məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin inkişaf perspektivlərini; neft-mədən hidrotexniki qurğularının təmiri, korroziyaya qarşı mübarizə üzrə istehsal planlaşdırılmasının təşkilini; bu işlərin aparılma texnologiyasını; neft-mədən hidrotexniki qurğuların növlərini, texniki xarakteristikaları, konstruktiv xüsusiyyətlərini və təyinatlarını, onların texniki istismarı və təmiri qaydalarını; korroziyaya qarşı mübarizə metodlarını; neft-mədən hidrotexniki qurğularının istismarı və təmiri, korroziya ilə mübarizə məsələləri üzrə yerli və xarici qabaqcıl təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, təsərrüfat hesabı metodlarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və neft sənayesində ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 7 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 Neft və qazçıxarma sexinin rəisi

(neftçıxarmada stasionar platforma rəisi)

 Əmək funksiyası. Sexin istehsal-təsərrüfat fəaliyyətinə

rəhbərliyi həyata keçirir. Bütün istehsal sahələrinin fasiləsiz işini təşkil edir və istehsal tapşırıqlarının yerinə yetirilməsinə operativ nəzarət edir. Texniki istismar qaydalarına və təyin edilmiş texnoloji rejimlərə ciddi riayət etməklə quyuların və başqa istehsalat obyektlərinin istismarını təmin edir. Quyu fondundan istifadənin yaxşılaşdırılması üzrə tədbirlər görür. Qazılması və mənimsənilməsi başa çatmış quyuların istismara verilməsi üzrə işlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. İstehsalat obyektlərinin zəruri material, avadanlıq, alətlər və nəqliyyatla vaxtında təmin olunmasına nəzarət edir. Neft və qazçıxarma texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi ehtiyatlarından istifadə edilməsi, çıxarılan neftin əmək tutumunun və maya dəyərinin azaldılması üzrə işləri təşkil edir. Neft və qazçıxarma sahə və briqadaların, quyuların yeraltı təmiri briqadalarının və digər bölmələrin işini əlaqələndirir. Materialların, elektrik enerjisinin, yanacağın sərfinə nəzarət edir. Avadanlıq və başqa əsas vasitələrin düzgün texniki istismarını təmin edir. Neft-mədən avadanlıqlarının təmir plan-qrafiklərinin tərtib olunmasında və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsində iştirak edir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə edilməsini həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarına, istehsal və əmək intizamına, daxili nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət edir. Fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozan işçilərin intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib edilərək təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sexin istehsal-təsərrüfat fəaliyyətinə aid olan qərar, sərəncam, əmr və başqa rəhbər materialları; neft və qazçıxarma üzrə istehsal prosesinin texnologiyasını; neft-mədən avadanlıqlarını və onların texniki istismar qaydalarını; sexlərin və bölmələrin ixtisaslaşmasını və onlar arasındakı istehsal əlaqələrini;

iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; istehsalın planlaşdırılmasını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; neft və qaz sənayesi sahəsində yerli və xarici elmi-texniki nailiyyətləri, qabaqcıl müəssisələrin təcrübələrini; istehsalın operativ uçotunun təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə qayda və normalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: I-II qrup müəssisədə əsas sexdə II qrup sexin rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I-II qrup müəssisədə əsas sexdə I qrup sexin rəisi vəzifəsini icra etdikdə.

Neftçıxarmada stasionar platforma rəisi üçün:14-cü dərəcə: II qrup müəssisədə neftçıxarmada stasionar

platforma rəisi vəzifəsini icra etdikdə;15-ci dərəcə: I qrup müəssisədə neftçıxarmada stasionar

platforma rəisi vəzifəsini icra etdikdə. 

Neftin hazırlanması və nəqli sexinin rəisi 

Əmək funksiyası. Sexin istehsal təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Neftin qəbulu, hazırlanması və təhvili üzrə istehsal tapşırıqlarının yerinə yetirilməsində istehsalat obyektlərinin fasiləsiz işini təşkil edir. Neftin hazırlanması, mədən sularından və səmt qazından istifadə texnologiyasına düzgün riayət edilməsinə nəzarəti həyata keçirir, kondisiya olunmuş neftin təhvil verilməsi üzrə planın dövlət standartlarına müvafiq yerinə yetirilməsini təmin edir. Neftin qəbulu, saxlanması, emalı və vurulması zamanı itkilərin azaldılması üçün tədbirlər həyata keçirir. Neftin hazırlanma texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin avtomatlaşdırılması, məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə işlər aparır. Sexin lazım olan material, alət və avadanlıqlarla təmin olunmasına nəzarət edir. Zərərli, aşındırıcı,

partlayıcı-tezalışan maddələrin təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraqzərərsizləşdirilməsi, saxlanması, nəql edilməsi və tətbiqini təşkil edir. Əməyin normalaşdırılmasının yaxşılaşdırılması, istehsalın təşkilinin daha mütərəqqi formalarının tətbiqi üzrə işləri təşkil edir. Usta və fəhlələrə təhlükəsiz iş metodlarının vaxtında və keyfiyyətlə öyrədilməsini təşkil edir və həyata keçirir. Avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarın və onların təmir qrafiklərinin yerinə yetirilməsini təmin edir. Usta, briqada və əlaqəçilərin işlərini əlaqələndirir. Kadrların seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə olunmasını həyata keçirir. İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarına, istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət edilməsinə nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozan işçilərin intizam qaydasında cəzalandırılması haqqında təkliflər verir. Sex üzrə təyin edilmiş hesabatların vaxtında tərtib edilərək təqdim olunmasını təmin edir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsinə şərait yaradır. Yaradıcı təşəbbüsü və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sexin istehsal-təsərrüfat fəaliyyətinə aid olan qərar, sərəncam, əmr və başqa rəhbər materialları; sex tərəfindən buraxılan məhsullara qoyulan texniki tələbləri; istehsalın texnologiyasını; sex avadanlığını və onun texniki istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi və maddi həvəsləndirmə haqqında qüvvədə olan əsasnamələri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: I-II qrup müəssisədə əsas sexdə II qrup sexin rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I-II qrup müəssisədə əsas sexdə I qrup sexin rəisi vəzifəsini icra etdikdə.

 Neft və qazın hazırlanması üzrə qurğunun rəisi

 Əmək funksiyası. Neftin hazırlanması üzrə qurğunun

istehsal-təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir. Neftin hazırlanması üzrə plan tapşırıqlarının yerinə yetirilməsini, işin təhlükəsiz təşkilini və texnoloji avadanlığın düzgün texniki istismarını təmin edir. İstehsal güclərindən səmərəli istifadəni, enerji ehtiyatlarının, xammal və materialların qənaətlə sərf olunmasını təşkil edir. Mürəkkəb və təhlükəli işlərə bilavasitə rəhbərlik edir. Texnoloji proseslərə riayət edilməsinə nəzarət edir, verilmiş rejimdən kənara çıxmanı aşkar edir və vaxtında onları aradan qaldırır. Hazırlanan neftin keyfiyyətli olmasını təmin edir. İşçilər tərəfindən təhlükəsizlik texnikası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi üzrə təlimat və qaydalara riayət edilməsini, təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. İşçilərin həyatı və sağlamlığı təhlükə qarşısında olduqda işin dayandırılması üçün tədbirlər görür. İşlərin təhlükəsiz aparılması üçün vaxtlı-vaxtında fəhlələrlə təlimlər keçir və xüsusilə təhlükəli işlər yerinə yetirilən zaman onlara xüsusi təlimlər keçir. Yeni fəhlələrin təcrübə keçməsinə daima nəzarət edir. İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və onlara yenidən baxılmasında iştirak edir. Qurğunun işçilərinin seçilməsini və səmərəli yerləşdirilməsini həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozan işçilərin intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüsü və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: qurğunun istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; nəzarət-ölçü cihazlarını; qurğunun texnoloji sxemini; boru kəmərlərinin texnoloji sistemini; su, elektrik enerjisi, buxarla təchiz olunma sxemini; sənaye kanalizasiyasının sxemini; avadanlıqları və onların texniki istismar qaydalarını; neftin hazırlanma texnologiyasını; qurğunun texnoloji rejimini və texnoloji xəritəsini; qüvvədə olan əməyin ödənilməsi haqqında əsasnaməni və maddi həvəsləndirmə formalarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi,

təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə neft və qazın hazırlanması üzrə qurğunun rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Neft və qazçıxarma üzrə usta

 Əmək funksiyası. Neft və qazçıxarma üzrə briqadanın

istehsal fəaliyyətinə və vahid naryad üzrə işləyən əlaqəli briqadalara rəhbərliyi həyata keçirir. Əmək məhsuldarlığının yüksəldilməsi, neft və qazçıxarma üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir. Obyektlərin və quyuların texnoloji iş rejimlərinə riayət olunmasını təmin edir və onlara nəzarət edir, kənarlaşmaların səbəblərini operativ surətdə aşkar edir və onları aradan qaldırır. Quyulara və başqa istehsalat obyektlərinə və kommunikasiyalara xidməti təşkil edir. Quyu fondunun boşdayanmasının azaldılması üzrə tədbirlər görür. Quyuları təmirə verən zaman onlarda hazırlıq işləri görür və quyuların qəbul və təhvil aktlarını rəsmiləşdirir. Quyuların təmirdən qəbul edilməsinə nəzarəti həyata keçirir. Mürəkkəb və təhlükəli işlərin yerinə yetirilməsində iştirak edir. İstehsal planları və qrafiklərinə müvafiq olaraq istehsal tapşırıqlarını təyin edir və onları, həmçinin materialların, yanacağın, elektrik enerjisinin istifadəsi üzrə göstəriciləri və onlara qənaət edilməsinə görə mükafatların məbləğlərini manqalara və ayrı-ayrı fəhlələrə çatdırır. Neft və qazçıxarma briqadası və vahid naryad üzrə işləyən əlaqəli briqadaların üzvlərinin yerinə yetirdikləri işlərin keyfiyyətinə, elektrik enerjisi, yanacaq, material və alətlərdən qənaətlə istifadə edilməsinə nəzarəti təmin edir. Tələb olunan texnika, materiallar, alətlər üçün sifarişləri vaxtında tərtib edərək təqdim edir. Yeni texnoloji proseslərin yaradılmasında və fəaliyyətdə olanların təkmilləşdirilməsində iştirak edir. Brakın qarşısının alınması və

işlərin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qabaqcıl əmək metod və üsullarının, iş yerlərinin attestasiyası və səmərələşdirilməsinin, əməyin elmi təşkilinin perspektiv üsullarının tətbiqini təşkil edir. Fəhlələrin avadanlıq və alətlərdən düzgün istifadə etməsini təmin edir. Briqadaların formalaşdırılmasını həyata keçirir. Briqada təsərrüfat hesabını tətbiq edir. Fəhlələrə istehsalat təlimi keçir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi, avadanlıqların və alətlərin texniki istismar qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər keçirir, həmçinin onlara riayət edilməsinə nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsinə və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiq edilməsinə kömək edir. Say normativlərinə, qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcə verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. Briqadaya təyin edilmiş əmək haqqı fondunun sərfinə nəzarət edir. İş vaxtı, əmək haqqı, boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təşkil edir. İstehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, istehsalat fəaliyyətinin yüksəldilməsi, iş vaxtından səmərəli istifadə olunması tədbirlərinin işlənməsində iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. Fəhlələrdə istehsal planlarının yerinə yetirilməsinə görə yüksək məsuliyyət hissinin aşılanmasına, kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına kömək edir. Briqadanın işində fərqlənən fəhlələrin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozan işçilərin intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsinə öyrədilməsi, təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: neft və qazçıxarma işlərinə dair qərar, sərəncam, əmr, təlimat və başqa rəhbər materialları; quyu, yerüstü avadanlıq, qurğu və kommunikasiyaların istismarı üzrə qaydaları; işlərin

aparılma texnologiyasını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; iqtisadiyyatın, istehsalın və əməyin təşkilinin əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə neft və qazçıxarma üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Neftin hazırlanması və sabitləşdirilməsi üzrə usta

 Əmək funksiyası. Neftin hazırlanması və sabitləşdirilməsi

üzrə briqadaya rəhbərliyi həyata keçirir. Neftin hazırlanması üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir. İş planlarının həyata keçirilməsində iştirak edir. Tədarükçülərdən neftin qəbulunu, neftin hazırlanması üzrə qurğuda neftin hazırlanmasını və istehlakçılara təhvil verilməsini təşkil edir. Texnoloji avadanlıq və aparatların iş və istismar rejimlərinə riayət edilməsini təmin edir. Hazırlanan neftin standart və texniki şərtlərin tələblərinə uyğun olmasına nəzarət edir. Neftin keyfiyyət qrupları üzrə hazırlanmasının uçotunu aparır. Neftin hazırlanması zamanı neft itkisinin azaldılması üzrə tədbirlərin tətbiqini təmin edir. Avadanlıqların təmir qrafiklərinin tərtib edilməsində iştirak edir. Təmir işlərinin hazırlanması və aparılmasına rəhbərliyi həyata keçirir. Mürəkkəb və təhlükəli işlərə rəhbərlik edir. Tələb olunan texnika, material və alətlər üçün sifarişləri vaxtında tərtib edərək təqdim edir. Avadanlıq və aparatların işinin uçotunu aparır. Əmək məhsuldarlığının yüksəldilməsini, hazırlanan neftin yüksək keyfiyyətli olmasını, xammal, material, yanacaq və enerjidən səmərəli istifadəni, istehsalatın işini fəhlələrin səmərəli yerləşdirilməsini təmin edir. Texnoloji proseslərə riayət olunmasına nəzarət edir, nöqsanları operativ surətdə aşkar edir və onları aradan qaldırır. Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və fəaliyyətdə olanların təkmilləşdirilməsində iştirak edir. Görülən işlərin keyfiyyətini yoxlayır. Brakın qarşısının alınması və

hazırlanan neftin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirir. Qurtarmış işlərin qəbulunda iştirak edir. Briqadada yeni texnika və texnologiyanın tətbiqində, yüksək əmək tutumlu və əl işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasında iştirak edir. Əməyin qabaqcıl metod və üsullarının, iş yerlərinin attestasiyası və səmərələşdirilməsinin, əməyin elmi təşkilinin başqa perspektiv üsullarının tətbiqini təşkil edir. Fəhlələr tərəfindən avadanlıq və alətlərdən düzgün istifadə olunmasını həyata keçirir. Briqadada təsərrüfat hesabını tətbiq edir. Təsdiq olunmuş istehsal planları və qrafiklərinə əsasən istehsal tapşırıqlarını müəyyən edir və onları vaxtında ayrı-ayrı fəhlələrə çatdırır. Fəhlələri istehsalatda təlimatlandırır. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi, avadanlıqların və alətlərin texniki istismar qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, onlara riayət edilməsinə nəzarət edir. Peşələrin əvəzedilməsinin inkişafına, xidmət zonasının genişləndirilməsinə və əməyin təşkilinin digər mütərəqqi formalarının tətbiq edilməsinə kömək edir. Say normativlərinə, qiymətlərə yenidən baxılması, həmçinin fəhlələrə dərəcə verilməsi haqqında təkliflər verir. İşlərin tarifləşdirilməsində iştirak edir. İstehsal fəaliyyətinin nəticələrini təhlil edir. Briqadaya ayrılmış əmək haqqı fondunun sərfinə nəzarət edir. İş vaxtı, əmək haqqı,  boşdayanmaların uçotu üzrə ilkin sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsini təmin edir. Qabaqcıl təcrübənin, təşəbbüskarlığın yayılmasına, yaradıcı təşəbbüslərin inkişafına, səmərələşdirici təkliflər və ixtiraların tətbiqinə kömək edir. Əmək haqqı və mükafatlandırma sistemlərinin düzgün və səmərəli tətbiq edilməsini təmin edir. İstehsal ehtiyatlarının aşkar edilməsi üzrə işlərin həyata keçirilməsində, əlverişli əmək şəraitinin yaradılması, istehsalat mədəniyyətinin yüksəldilməsi, iş vaxtından səmərəli istifadə olunması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Fəhlələr tərəfindən istehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. Fəhlələrdə istehsal planlarının yerinə yetirilməsinə görə məsuliyyət hissinin artmasına, kollektivdə qarşılıqlı yardım və tələbkarlıq şəraitinin yaradılmasına kömək edir. Briqadanın işdə fərqlənən fəhlələrinin mükafatlandırılması və ya istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Fəhlələrin ixtisaslarının və peşə ustalıqlarının artırılması, onların ikinci peşəyə və peşələrin qarşılıqlı əvəzedilməsinə öyrədilməsi,

təcrübə mübadiləsinin inkişafı üzrə işləri təşkil edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: neftin hazırlanması və vurulması üzrə qərar, əmr, sərəncam, təlimat və başqa rəhbər materialları; boru kəmərlərinin texnoloji sxemini; avadanlıqları və onların texniki istismar qaydalarını; neftin hazırlanmasının və vurulmasının texnoloji rejimini, neftin hazırlanması və təhvil verilməsi üzrə standartları və texniki şərtləri; təmir işlərinin təşkili qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını; təsərrüfat hesabı metodların; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalatda ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və istehsalatda ən azı 3 il iş stajı. İxtisas təhsili olmadıqda istehsalatda ən azı 5 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə neftin hazırlanması və sabitləşdirilməsi üzrə usta vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Rayon mühəndis-texnoloji xidmətinin (RMTX) rəisi

 Əmək funksiyası. Quyuların tikintisində plan-qrafiklə

verilmiş texnologiyaya və avadanlığın texniki istismar qaydalarına müvafiq olaraq bütün işlərə operativ rəhbərliyi həyata keçirir. Qazma işləri və quyu təhvili üzrə plan-qrafikin yerinə yetirilməsini təmin edir. Quyuların qazılması, mənimsənilməsi (sınanması) üzrə texnika və texnologiyanın tələblərinə, təhlükəsizlik texnikası qaydalarına, materialların sərfi normalarına, istehsal mədəniyyətinə briqada üzvlərinin riayət etməsini təmin edir. İstehsal obyektlərinin tələb olunan materiallara, avadanlıqlara, alətlərə və nəqliyyata olan tələbatını müəyyən edir və onlarla vaxtında təmin olunmasına nəzarət edir. Qazma işçilərinin növbə ərzində iş yerinə aparılması və geri gətirilməsini təşkil edir. Quyuların rejim-texnoloji xəritələr və geoloji-texniki naryadlar üzrə qazılması və mənimsənilməsi texnologiyasına riayət edilməsinə daimi mühəndis nəzarətini təmin edir. Qəza və çətinliklərin aradan qaldırılmasında iştirak edir. Qazma və mənimsəmə (sınaq)

briqadalarına işin aparılma texnikası və texnologiyası məsələləri üzrə operativ göstərişlər verir. Quyuların qazılması və mənimsənilməsinin (sınanmasının) müxtəlif texnoloji əməliyyatları üzrə iş planlarının tərtib olunmasında iştirak edir. Buruqquraşdırma idarəsinə təhvil verilmək üçün qazma qurğularının hazırlanması üzrə işlər aparır. İstehsalat-xidmət bazasının qazmada apardığı profilaktiki işlərə nəzarəti həyata keçirir. Quyuların neftçıxarma idarəsinə təhvil verilməsinə görə məsuliyyət daşıyır. Payız-qış və daşqın dövrləri üçün hazırlıq tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. İstehsalın, əməyin və idarəetmənin elmi təşkili üzrə planların işlənib hazırlanmasında və tətbiq olunmasında iştirak edir. Daha əlverişli iş şəraitinin yaradılması və istehsalat mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlər görür. Tabeliyində olan istehsalat obyektlərində operativ sənədləşmənin aparılmasını və onların fəaliyyətinin nəticələri haqqında gündəlik məlumatın vaxtında mərkəzi mühəndis-texnoloji xidmətinə təqdim edilməsini təşkil edir. Rayon mühəndis-texnoloji xidməti işçilərinin seçilməsi və səmərəli yerləşdirilməsini həyata keçirir. Xidmətin işçilərinə rəhbərlik edir.

Bilməlidir: istehsalın planlaşdırılması və operativ idarə edilməsi məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; neft rayonunun istehsal ehtiyatlarını; istehsal prosesinin texnika və texnologiyasını; əsas istehsala xidmət edən köməkçi sexlərin və bölmələrin ixtisaslaşmasını; istehsalın operativ uçotunun təşkilini; mühəndis-texniki işlərin mexanikləşdirilmə vasitələrini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; neft və qaz sənayesi sahəsində yerli və xarici elmi-texniki nailiyyətləri və qabaqcıl müəssisələrin təcrübələrini; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnaməni və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və istehsalın operativ idarə edilməsi üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə PMTX rəisi vəzifəsini icra etdikdə ;

15-ci dərəcə: I qrup müəssisədə PMTX rəisi vəzifəsini icra etdikdə.

 Rezervuar parkının rəisi

 Əmək funksiyası. Rezervuar parkının istehsalat fəaliyyətinə

rəhbərlik edir. Rezervuar parkı üzrə istehsal planının yerinə yetirilməsini təmin edir. Texnoloji prosesin düzgün aparılmasına nəzarəti həyata keçirir. Neft itkisinin azaldılması, reagentlərin, elektrik enerjisinin, materialların qənaətlə sərf edilməsi üzrə tədbirlərin yerinə yetirilməsini təşkil edir. Rezervuar, nasos, kommunikasiyaların düzgün texniki istismarını təmin edir. Cari və əsaslı təmir qrafiklərinin tərtib olunmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsini təşkil edir. Parkın yanğından mühafizəsini təmin edir. Mürəkkəb və təhlükəli işlərə rəhbərlik edir. Avadanlıqların, mexanizmlərin vəziyyətinə və obyektlərdə əmək şəraitinə gündəlik nəzarəti həyata keçirir. Təhlükəsiz və sağlam əmək şəraitini təmin edir. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və yenidən baxılmasında iştirak edir. Neftin qəbulu və tədarükü üzrə uçot və hesabatların tərtibini təşkil edir. Lazımi sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsinə nəzarət edir. Ustaların, briqadaların işini əlaqələndirir. Parkın işçilərinin seçilməsi və səmərəli yerləşdirilməsini həyata keçirir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi barədə təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: rezervuar parkının istehsal-təsərrüfat fəaliyyətinə dair qərar, əmr, sərəncam və başqa rəhbər materialları; neftin hazırlanması və vurulması texnologiyasını; boru kəmərlərinin texnoloji sxemini, rezervuar parkının avadanlığını və onun istismar qaydalarını; rezervuar parkının texnoloji iş rejimini; nasos təsərrüfatını; xam və hazır neft üzrə standartları və texniki şərtləri;

məhsulun qəbulu, saxlanması və tədarükü üzrə uçotu və nəzarəti; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri, maddi həvəsləndirmə formalarını; təsərrüfat hesabı metodlarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından və qazdan mühafizə norma və qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı.

11-12-ci dərəcələr: I-II qrup müəssisədə rezervuar parkının rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə

şöbəsinin rəisi 

            Əmək funksiyası. Təbiətin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi üzrə tələblərin yerinə yetirilməsini təmin edir. Ətraf mühitin mühafizəsi sahəsində bütün plan tapşırıqlarının yerinə yetirilməsi üzrə işləri təşkil edir. Təbii sərvətlərdən səmərəli və qayğı ilə istifadə edilməsinə yönəldilmiş təşkilati-texniki tədbirlərin, müəssisənin texniki-iqtisadi inkişafı üzrə perspektiv və cari planların işlənib hazırlanmasında, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin planlaşdırılmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. Təbiətin mühafizəsi üzrə işlərin təşkili və neft-mədən çirkab sularının təmizlənməsi sahəsində texniki tərəqqi məsələlərini müzakirə edir və müvafiq qərarlar qəbul edir. Yataqların işlənməsi, sahələrin abadlaşdırılması layihələrini təbii ehtiyatlardan səmərəli istifadə üzrə ekspertiza edir, təbii sərvətlərdən səmərəli istifadə edilməsində və təbiətin mühafizəsi sahəsində mütəxəssislərin, fəhlələrin öyrədilməsində və onların hazırlanmasında iştirak edir. Neft-mədən çirkab sularının təmizlənməsi və təbiətin mühafizəsi sahəsi üzrə struktur bölmələrin fəaliyyətini əlaqələndirir. Ətraf mühitin mühafizəsi sahəsində zəruri uçot və hesabatların tərtibini təşkil edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: təbii sərvətlərdən səmərəli istifadə və təbiətin mühafizəsinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ

və başqa rəhbər materialları; müəssisənin inkişaf perspektivlərini; istehsal texnologiyasının əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; neft-mədən çirkab sularının təmizlənməsi və təbiətin mühafizəsi sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübələrini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyi, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı

13-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 Kirayə-təmir sexinin rəisi

 Əmək funksiyası. Avadanlıqların təmiri və texniki xidmət

üzrə sexin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Sexin istehsal fəaliyyətinə dair aylıq operativ planın işlənib hazırlanmasında iştirak edir. Sexin plan tapşırıqlarının təyin olunmuş müddətdə yerinə yetirilməsini təmin edir. Sexin ahəngdar işini, təmir işlərinin yüksək keyfiyyətini saxlamaqla onların dəyərinin azaldılmasını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin edir. Avadanlıqların düzgün istismarına və fasiləsiz işinə, istismar avadanlıqlarının təmir-plan qrafiklərinin yerinə yetirilməsinə nəzarət edir. İstehsalat obyektlərinin vaxtında saz avadanlıqlarla komplektləşdirilməsini, işəsalma-sazlama işlərinin aparılmasını təşkil edir. Avadanlığın istismar tələblərinə uyğunluğu üzrə təhlilin aparılmasını təşkil edir. Quraşdırılmamış avadanlıqların və ehtiyat hissələrinin konservasiyası və saxlanılmasının düzgünlüyünə nəzarət edir. Keyfiyyətsiz avadanlıq və ehtiyat hissələrinin tədarükü ilə əlaqədar olaraq reklamasiyaların təqdim edilməsi üçün hazırlıq işləri görür. Brakın seçilib ayrılmasında və yararsız hala düşmüş avadanlıqların hesabdan silinməsi üçün aktların hazırlanmasında iştirak edir. Avadanlıqlarla əlaqədar qəzaların vaxtında təhqiq və ləğv edilməsini təmin edir, onların qarşısının alınması üzrə tədbirlərin

işlənib hazırlanmasında iştirak edir. Sexin avadanlıq, alət, material və xüsusi texnika ilə vaxtında təmin olunmasını təşkil edir və onlardan səmərəli istifadə olunmasını təmin edir. Maddi-texniki ehtiyatların qənaətlə işlədilməsi üzrə tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsini təşkil edir. Yeni texnikanın və böyük əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə tədbirlərin yerinə yetirilməsini təşkil edir və yeni texniki vasitələrin sınağı üzrə rəylərin hazırlanmasında iştirak edir. Sexdə əməyin təşkilinin tətbiqi, təmir texnologiyasının təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi, qabaqcıl təcrübənin yayılması, səmərələşdiriciliyin və ixtiraçılığın inkişaf etdirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə iş aparır. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi norma və qaydalarına riayət edilməsinə nəzarət edir. Ustaların işini əlaqələndirir. Sexin istehsal-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil edir. Təkrar ehtiyatların yığılması, saxlanması və təhvilini təmin edir. Sexə təhkim edilmiş avadanlıqların pasportlaşdırılmasını həyata keçirir. Sexdə uçot-hesabat və texniki sənədləşmənin aparılmasını təmin edir. Sexdə işçilərin seçilməsi və səmərəli yerləşdirilməsini həyata keçirir. Sex işçilərinin ixtisaslarının artırılması üzrə tədbirlər işləyib hazırlayır və tətbiq edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb edilməsi haqqında təkliflər verir. Yüksək iş nəticələrinin əldə olunmasında işçilərin yaradıcı təşəbbüs və fəallıq göstərməsi üçün şərait yaradır. Yaradıcı təşəbbüs və yenilikçiliyi müdafiə edir və onların yayılmasını təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: sexin fəaliyyətinə aid olan qərar, əmr, sərəncam və başqa rəhbər sənədləri; təmir xidmətinin təşkilini; avadanlığın planlı təmiri haqqında əsasnaməni; təmir işlərinin texnologiyasını; xidmət olunan avadanlıqların texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini və istismar göstəricilərini; avadanlığın təmiri, quraşdırılması və sınağı üzrə texniki şərtlər, normalar, standart və təlimatları; neft sənayesində iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; təsərrüfat hesabı metodlarını; texniki-iqtisadi və istehsal planlaşdırılmasının əsaslarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri, maddi həvəsləndirmə formalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, yeraltı sərvətlərin

və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 3 il iş stajı və ya orta ixtisas təhsili və ixtisası üzrə mühəndis-texniki vəzifələrdə ən azı 5 il iş stajı.

13-cü dərəcə: I - II qrup müəssisədə köməkçi sexdə II qrup sexin rəisi vəzifəsini icra etdikdə;

14-cü dərəcə: I - II qrup müəssisədə köməkçi sexdə I qrup sexin rəisi vəzifəsini icra etdikdə.

 Üzən qazma qurğuları üzrə istehsalat şöbəsinin rəisi

 Əmək funksiyası. Üzən qazma qurğularının perspektiv

tikintisi üzrə tələbnamələr işləyir və baxılmaq üçün birliyin rəhbərliyinə təqdim edir. Üzən qazma qurğularına aid yerli və xarici avadanlıq və ehtiyat hissələri üçün sifarişlərin vaxtında tərtib edilməsinə nəzarət edir. Üzən qazma qurğuları və onların təchizatı üçün avadanlıqların layihələndirilməsi və hazırlanması üzrə texniki şərtlər və tapşırıqların işlənməsində iştirak edir, onların təhlükəsizlik standartları, qaydaları və normalarına uyğun olmasına nəzarət edir. Eskiz-texniki layihə işlərini nəzərdən keçirir və təhlil edir, layihə və işçi sənədləri razılaşdırır, layihə təşkilatlarına üzən qazma qurğularının istismar keyfiyyətlərinin yaxşılaşdırılması üzrə tövsiyələr verir. Üzən qazma qurğularının tikintisi üzrə müşahidə qrupu ilə qarşılıqlı fəaliyyət göstərir, müşahidə qrupu ilə üzən qazma qurğuları hazırlayan zavod arasında yaranan məsələləri həll edir. Üzən qazma qurğularının təhlükəsizlik standartları, qaydaları və normalarına uyğunluğuna diqqət yetirilməklə tikintidən istismara qəbul edilməsi üzrə dövlət komissiyalarının işində iştirak edir. Üzən qazma qurğularının istismarı üzrə xarici təcrübəni təhlil edir və ümumiləşdirir. Özüqalxan və yarımdalan qazma qurğularının təhlükəsizlik texnikası üzrə məqsədli yoxlanılmasını həyata keçirir. Avadanlıq və alətlərin yeni növlərinin sınağında iştirak edir, təhlükəsizliyin təmin olunmasını nəzərə almaqla onlara rəy verir. Əməyin təhlükəsizliyi üzrə daimi komissiyanın işində iştirak edir, əmək şəraitinin vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanları aradan qaldırmaq üçün zəruri tədbirlər görür. Ağır və ya ölümlə nəticələnən qrup

halında bədbəxt hadisələrin, I və II dərəcəli qəzaların araşdırılmasında (zəruri hallarda), onların qarşısının alınması üzrə tədbirlərin işlənilməsində iştirak edir. Üzən qazma qurğularının istismarı və təmir üzrə işlərin təhlükəsiz aparılması üçün təlimatların işlənib hazırlanmasını təşkil edir və bu işlərə rəhbərlik edir. Üzən qazma qurğularının istismarı və təmiri məsələlərinə dair yeni texnika və texnologiyanı, qabaqcıl təcrübəni öyrənir, onların tətbiqi üçün tədbirlər görür. Üzən qazma qurğularının etibarlı və uzunmüddətli işini təmin etmək məqsədilə əlaqədar istehsal bölmələrinin fəaliyyətlərini əlaqələndirir və istiqamətləndirir. Şöbənin işçilərinə rəhbərlik edir.

Bilməlidir: üzən qazma qurğularının istismarı və təmiri məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin inkişaf perspektivlərini; üzən qazma qurğularının növləri, istehsal gücləri, texniki xarakteristikaları və konstruktiv xüsusiyyətlərini; onların istismar və təmir qaydalarını; üzən qazma qurğularının istismarı və təmiri üzrə işlərin planlaşdırılma qayda və metodlarını; istehsalın texnologiyasının əsaslarını; üzən qazma qurğuları, onların istismarı və təmiri sahəsində yerli və xarici qabaqcıl təcrübəni; texniki sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi üzrə təlimat və başqa rəhbər materialları; əmək və idarəetmənin elmi təşkilinin, iqtisadiyyatın əsaslarını; təsərrüfat hesabı metodlarını; əməyin ödənilməsi haqqında qüvvədə olan əsasnamələri və maddi həvəsləndirmə formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası və ətraf mühitin mühafizəsi üzrə qayda və normaları, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

14-cü dərəcə: II qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə;

15-ci dərəcə: I qrup müəssisədə şöbə rəisi vəzifəsini icra etdikdə.

 Şəbəkə rayonunun rəisi

 Əmək funksiyası. Elektrik qurğuları, yarımstansiyalar və

elektrik ötürücü xətlərin etibarlı, təhlükəsiz və qənaətli işini təmin

edir. Yarımstansiya avadanlıqları, bölüşdürücü qurğular və elektrik ötürücü xətlərin texniki vəziyyətinə nəzarəti, onların planlı təmirlərini və profilaktik sınaqlarını təmin edir. Şəbəkə rayonunun bütün fəaliyyət növləri üzrə təşkilati-texniki tədbirləri, cari və perspektiv planların hazırlanmasında iştirak edir. Şəbəkə rayonu hüdudlarında enerji obyektlərinin tikintisinə və onların vaxtında istismara verilməsinə nəzarəti həyata keçirir. Şəbəkə rayonunun ustaları üçün istehsal tapşırıqlarını müəyyən edir, onların işini əlaqələndirir və tapşırıqların yerinə yetirilməsinin uçotunu aparır. Elektrik avadanlıqları və elektrik şəbəkələrinin əsaslı təmiri üzrə illik planları işləyib hazırlayır. Mürəkkəb və təhlükəli işlərə bilavasitə rəhbərlik edir. Mühafizə vasitələrinin vaxtında sınaqdan keçirilməsinə və elektrik qurğularının onlarla komplektləşdirilməsinə nəzarəti həyata keçirir. Şəbəkə rayonu elektrik təsərrüfatının istismar ehtiyacları üçün zəruri olan materiallar, ehtiyat hissələri, alət və tərtibatlara sifarişləri hazırlayır. Elektrik avadanlıqlarının istismarı sahəsində yeni texnika və texnologiyanın tətbiqi üzrə tədbirlər yerinə yetirir. Avadanlıq, mexanizm, tərtibat və alətlərin saz vəziyyətdə olmasına və düzgün istismarına nəzarəti həyata keçirir. Ventilyasiya qurğuları və sistemlərinin fasiləsiz işinə, iş yerlərinin normal işıqlandırılması, çəpərləyici və qoruyucu qurğuların olmasına və saz vəziyyətdə saxlanılmasına nəzarəti həyata keçirir. Texnoloji rejim və reqlamentlərə, işlərin təhlükəsiz aparılması üzrə təlimat və qaydalara riayət edilməsinə nəzarəti həyata keçirir. Əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, istehsal sanitariyası, və yanğına qarşı təhlükəsizlik tədbirlərini təyin olunmuş müddətdə yerinə yetirir. Elektrik qurğuları elektrik xəttinə qoşulan zaman istehlakçılar tərəfindən texniki şərtlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. İşlərin təhlükəsiz aparılması üzrə işçilərə təlim və xüsusilə təhlükəli işlərin yerinə yetirilməsi üçün tapşırıqlar verilərkən xüsusi təlimlər keçir. İşə yeni qəbul edilmiş fəhlələrin təcrübə keçməsinə daima nəzarət edir. İşlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənib hazırlanmasında və yenidən baxılmasında iştirak edir. Zərərçəkənlərə ilk tibbi yardım göstərilməsini, qəzaların, bədbəxt hadisələrin təhqiq edilməsini təşkil edir və onların təhqiqində iştirak edir, uçotunu aparır, qarşısının alınması üzrə tədbirlər işləyib hazırlayır. Elektrik təchizatı, rayona təhkim olunmuş avadanlıq və enerji obyektlərinin istismarı üzrə texniki sənədləşmənin aparılması və saxlanılmasını təmin edir. Kadrların

seçilməsi, yerləşdirilməsi və onlardan səmərəli istifadə edilməsini həyata keçirir. İstehsalat və əmək intizamına, daxili əmək intizamı qaydalarına riayət olunmasına nəzarət edir. İşdə fərqlənən işçilərin mükafatlandırılması, istehsalat və əmək intizamını pozanların intizam məsuliyyətinə cəlb olunması barədə təkliflər verir. Müəyyən olunmuş hesabatları vaxtında tərtib edərək müvafiq ünvanlara təqdim edir. Yaradıcı təşəbbüs vəyenilikçiliyi müdafiə edir və onların yayılmasının təmin edir. Kollektivdə tərbiyəvi iş aparır.

Bilməlidir: müəssisədə enerji xidmətinin fəaliyyətinə dair qərar, sərəncam və əmrləri, digər rəhbər, metodiki və normativ materialları; sənaye müəssisələrində elektrik qurğularına təhlükəsiz xidmət və texniki istismar qaydalarını; elektrotexniki qurğuların quraşdırılması qaydalarını; neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemini, təhlükəsizlik texnikasının istismarı üzrə yerli təlimatları; NQÇİ-nin baş energetiki tərəfindən təsdiq olunmuş elektrik ötürücü xətlərinin və yarımstansiyaların planlı xəbərdarlıq təmiri qrafiklərini; elektrotexniki qurğuların həddən artıq gərginlikdən müdafiəsi üzrə rəhbər göstərişləri; sənaye energetikası və enerji nəzarəti üzrə dövlət müfəttişliyinin materiallarını; əsas və köməkçi avadanlıqların istismar xüsusiyyətlərini; avtomatik tənzimləmə qurğuları, texnoloji qoruyucular və nəzarət-ölçü cihazlarının rele müdafiələrinin prinsipial sxemlərini və iş prinsiplərini, həmçinin idarəetmə, xəbərdaretmə, daimi cərəyan xətlərinin əsas qidalanma sxemlərini; əsas və köməkçi avadanlıqların və kommunikasiya aparatlarının şəbəkə rayonu üzrə, eləcə də şəbəkə rayonuna mənsub olan avadanlıqların və tikililərin ərazi yerləşməsini; iqtisadiyyatın, əməyin təşkilinin və energetikanın əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; kollektivin sosiologiyası və psixologiyasının əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və ixtisası üzrə mühəndis-texniki və rəhbər vəzifələrdə ən azı 5 il iş stajı.

12-13-cü dərəcələr: I-II qrup müəssisədə şəbəkə rayonunun rəisi vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 MÜTƏXƏSSİSLƏR

 

Arxiv işləri üzrə mütəxəssis             Əmək funksiyası. Müəyyən olunmuş qaydada arxiv sənədlərinin istifadəsinin, saxlanmasının, mühafizə edilməsinin təminatı üzrə təşkilati funksiyaları yerinə yetirir. Müəyyən edilmiş qəbul qaydalarına riayət etməklə kargüzarlıq işləri başa çatmış arxiv sənədlərinin saxlanması üçün tədbir görür. Sənədlərin arxivə qəbul edilməsi zamanı onların düzgün formalaşdırılmasını və hazırlanmasını həyata keçirir. Sənədlərin nomenklaturasını işləyib hazırlayır. Mühafizə müddəti keçmiş arxiv sənədlərinin silinməsi və məhv edilməsi üzrə tərtib edilmiş aktların düzgünlüyünü yoxlayır. Daxili normativ və sərəncamverici sənədləri tərtib edir. Arxivin işi haqqında zəruri hesabatları hazırlayır və tərtib edir. Müəssisənin, təşkilatın arxiv bazası göstəricilərinin, qeydiyyat kartoçkalarının tərtibi və tətbiqini həyata keçirir. Dövlət orqanları və digər arxivlərlə qarşılıqlı əlaqə yaradır. Müəssisənin arxivində sənədlərin saxlanmasını təmin edir. Yazılı və şifahi müraciətlərə cavab hazırlayır. Arxiv xidmətinin kompüter təminatını həyata keçirir. Daxili əmək intizamı qaydalarına riayət edir.

Bilməlidir: arxiv işlərinin aparılması üzrə normativ hüquqi aktları, əsasnamələri, təlimatları və digər rəhbər materialları və sənədləri; arxivə verilən sənədlərin qəbulu və təhvili, onların istifadəsi və saxlanması  qaydalarını; arxiv işlərinin aparılmasının əsaslarını; arxiv xidmətinin vəzifə və funksiyalarını; arxivlərin iş qaydasını; arxivin fəaliyyət xüsusiyyətlərini; arxiv sənədlərinin təsnifatını; kargüzarlığı; arxiv işləri və kargüzarlıq üzrə qüvvədə olan normativ sənədləri; arxivə qəbul edilən sənədlərin saxlanması və istifadəsi qaydalarını; kompüter proqramlarının standart paketini; xidməti etiket qaydalarını; daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan orta ixtisas təhsili;8-ci dərəcə: iş stajına tələb qoyulmadan ali təhsil; 9-cu dərəcə: ali təhsil və 8-ci dərəcəli mütəxəssis vəzifəsində 2

ildən az olmayaraq iş stajı;10-cu dərəcə: ali təhsil və 9-cu dərəcəli arxiv işləri üzrə

mütəxəssis vəzifəsində 2 ildən az olmayaraq iş stajı;11-ci dərəcə: ali təhsil və 10-cu dərəcəli arxiv işləri üzrə

mütəxəssis vəzifəsində 2 ildən az olmayaraq iş stajı;

         12-ci dərəcə: ali təhsil və 11-ci dərəcəli arxiv işləri üzrə mütəxəssis vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

 Avadanlıqların istismarı və təmiri üzrə mühəndis

 Əmək funksiyası. Avadanlıq, mexanizm, nəqliyyat

vasitələrini səmərəli yükləmək və düzgün istismar etməklə onların qəzasız, etibarlı işini təmin edir. Avadanlıqların təmiri və sınağının cari planlarının (qrafiklərinin) tərtib edilməsində iştirak edir. Təmir işlərinin keyfiyyətinin artırılması, avadanlıqların istismarının, onlara cari xidmətin yaxşılaşdırılması və təmirlərarası xidmət müddətinin uzadılması üzrə tədbirlərin işlənməsində iştirak edir. Təmir işlərinin keyfiyyətini yoxlayır, təmir müddətlərinin ixtisarı və onların dəyərinin azaldılması, hissə və qovşaqların dözümlülüyünün artırılması, brakın qarşısının alınması və avadanlığın təmir keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər işləyir. Mövcud avadanlıqların uçotunu aparır və onların təmiri və modernləşdirilməsindən sonra pasportlarda dəyişikliklər edir. Avadanlıqların əsaslı təmiri üçün podrat təşkilatları ilə müqavilələrin bağlanması üzrə materialları hazırlayır. Avadanlıqla əlaqəli qəzanın səbəblərinin təhqiqində iştirak edir və onların qarşısının alınması üzrə tədbirlər işləyir. Avadanlıqlardan istifadə göstəricilərini təhlil edir, onların istismar şərtlərini, həmçinin vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədilə ayrı-ayrı qovşaq və hissələri öyrənir, tez aşman hissələrin eskizlər albomunu aparır. Təmirlərin aparılması və avadanlıqların sınağı, istismar, texniki qulluq, üzrə təlimatlara riayət olunmasına nəzarəti həyata keçirir. Avadanlıqların təmiri üzrə normativ materialları (ehtiyat hissələrinin xidmət müddəti, növbəli və tezalışan hissələrin nomenklaturası, sürtgü materialları sərfinin normaları və s.) işləyir. Avadanlıqların plan təmirlərinin həyata keçirilməsinə, yükqaldırıcı mexanizmlərin yoxlanmasına və defektoskopiyaya daimi nəzarəti həyata keçirir. Təmir-istismar ehtiyacları üçün avadanlıq, ehtiyat hissə, sürtgü-yanacaq materialları, alət və digər materiallara tələbatı əsaslandırmaqla illik sifarişlərin tərtib olunmasında iştirak edir. Avadanlıqların təmiri və quraşdırılması üzrə yeni standart və texniki şərtlərin tətbiqi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak edir. Avadanlığın texniki vəziyyətinin yoxlanmasında və onun təmirdən qəbul olunmasında, həmçinin yeni alınmış avadanlığın qəbulunda iştirak edir, avadanlığın hesabdan silinməsi və ya başqa müəssisəyə verilməsi üçün müvafiq sənədləri tərtib edir. İstehsalın

səmərəliliyinin artırılması üzrə tədbirlər işləyir və onların həyata keçirilməsində iştirak edir. Avadanlığın sıradan çıxmasına, hissələrin davamlılığına və onların aşınmasına nəzarət etməyə imkan verən texniki və uçot sənədləri sistemini tətbiq edir. Müəyyən olunmuş hesabatları tərtib edir.

Bilməlidir: avadanlıqların texniki xidməti və təmirinə aid olan qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisədə təmir xidmətinin təşkilini; neft-mədən avadanlıqlarının texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri, təyinatları və iş rejimlərini; onların texniki istismar qaydalarını; təmir işlərinin planlaşdırma metodlarını; istehsal texnologiyasının əsaslarını; təmirlərin qabaqcıl sistemlərini və təmir işlərinin texnologiyasını; təmirlərin keçirilməsi smetalarını hazırlamaq üçün avadanlıq, material, ehtiyat hissə, alət və s. vasitələr üzrə sifarişlərin tərtib olunma qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Avadanlıqların təmiri və xidməti üzrə mexanik

(böyük mexanik də daxil olmaqla) 

Əmək funksiyası. Qazma, neft-mədən avadanlıqlarının düzgün istismarı və etibarlı işini təmin edir. Qazma, neft-mədən avadanlıqlarının vaxtında və keyfiyyətli profilaktik yoxlanmasını, planlı təmirini təşkil edir. Qazma, neft-mədən avadanlıqlarının texniki istismar qaydalarına əməl olunmasına və təhlükəsizlik qaydalarının tələblərinə uyğunluğuna nəzarəti həyata keçirir və onların təhlükəsiz istismarını təşkil edir. Vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqların iş şəraitini öyrənir. Aşınmış və mənəvi köhnəlmiş avadanlığın vaxtında dəyişdirilməsi üzrə tədbirlər görür. Qazma, neft-mədən texnikasının yeni nümunələrinin sınağında iştirak edir. Təzyiq altında işləyən yükqaldırma mexanizmləri, yüktutan və çalovlu ləvazimat, aparat və qabların, asetilen, oksigen və kompressor qurğularının qaydalarla nəzərdə tutulmuş sınağının keçirilməsində, texnikanın yoxlanmasında və təftişində iştirak edir. Avadanlıq, alət və ləvazimatların defektoskopiya ilə nəzarətdən keçirilməsində iştirak edir. Avadanlıqların quraşdırılması keyfiyyətinə nəzarət edir. Alınan yeni qurğuların komplektliyinə nəzarət edir. Qazma, neft-mədən avadanlıqlarının qəzası səbəblərinin araşdırılmasında və onların qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak edir. Avadanlıqların təmirinin aparılması və modernləşdirilməsinə dair səmərələşdirici təkliflərə və ixtiralara, onlar üzrə rəy verir və qəbul olunmuş təkliflərin tətbiqini təmin edir. Avadanlıqları təmir edən işçilərə rəhbərlik edir. Tabeliyində olan fəhlələr üçün işlərin təhlükəsiz aparılması üzrə təlimat, xüsusilə təhlükəli işlərin yerinə yetirilməsi üzrə xüsusi təlim keçir. Müəssisədə işlərin qabaqcıl metodlarının tətbiqində və təmir işlərinin təşkilinin təkmilləşdirilməsində iştirak edir. Avadanlığın işinin, ehtiyat hissələri və material sərfinin ilkin uçotunu aparır. Mövcud avadanlıqlar və onların texniki vəziyyəti haqqında hesabatların tərtib edilməsini təmin edir. Briqadaların ehtiyat hissələri, materiallarla təmin edilməsinə və avadanlıqlar üçün texniki pasportların mövcudluğuna nəzarəti həyata keçirir. Neft-mədən avadanlığının təmirinin keyfiyyəti üzrə rəy verir. Yanacaq və sürtgü materiallarının sərf normalarına riayət olunmasına nəzarət edir. Yanacaq-energetika ehtiyatlarının qənaəti üzrə tədbirlərin işlənməsində iştirak edir. Təyin olunmuş hesabatları aparır.

Bilməlidir: qazma, neft-mədən avadanlıqlarının texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətləri, təyinat və iş rejimlərini; təmir işlərinin planlaşdırılma metodlarını, təşkili və

texnologiyasını; təmir üzrə texniki sənədləşmənin tərtib edilmə qaydalarını; neft və qaz quyuları qazılmasının əsaslarını; müəssisənin texniki inkişaf perspektivlərini; qazma, neft-mədən avadanlıqlarının istismarını; onların təmiri, modernləşdirilməsi zamanı əməyin elmi təşkilinin tələblərini; iqtisadiyyatın əsaslarını, qazma, neft-mədən avadanlıqlarının təmirinin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və mühəndis-texniki vəzifələrdə ixtisası üzrə ən azı 1 il iş stajı və ya orta ixtisas təhsili və mühəndis-texniki vəzifələrdə ixtisası üzrə ən azı 5 il iş stajı.

7-ci dərəcə: I-II qrup müəssisədə mexanik vəzifəsini icra etdikdə;

8-9-cu dərəcələr: I-II qrup müəssisədə 7-ci dərəcəli mexanik vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

10-11-ci dərəcələr: I-II qrup müəssisədə müvafiq olaraq 8-9-cu dərəcəli mexanik vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq;

12-13-cü dərəcələr: I-II qrup müəssisədə böyük mexanik vəzifəsini icra etdikdə və iş təcrübəsindən asılı olaraq.

 Vışka inşası üzrə mühəndis

 Əmək funksiyası. Vışka qurğuları və qrup meydançalarının

tikintisi üzrə operativ planları işləyib hazırlayır. Avadanlıqların düzgün istismar olunması və təmir qrafikinə düzgün riayət olunmasını təmin edir. Avadanlıqların quraşdırılması üzrə layihə və texniki şərtlərə riayət olunmasına texniki nəzarəti həyata keçirir. Tikinti-quraşdırma işlərinin, texnologiyanın təkmilləşdirilməsi və mexanikləşdirilməsi, quyu tikintisi üzrə tikinti müddətlərinin qısaldılması və onun keyfiyyətinin artırılması işlərini həyata keçirir. Quyuların tikintisində texniki-iqtisadi göstəricilərin yerinə yetirilməsini təhlil edir. Vışka-quraşdırma işlərinin yaxşılaşdırılması üzrə tədbirlərin hazırlanmasında və tətbiqində iştirak edir. Qabaqcıl əmək üsulları və metodlarının ümumiləşdirilməsində və yayılmasında iştirak edir. Briqadalar tərəfindən texnoloji intizama, avadanlıqların istismarı qaydalarına, material sərfi normalarına

riayət olunmasına nəzarət edir. Təyin olunmuş uçot və hesabat işləri aparır.

Bilməlidir: vışka inşası, işlərin təşkili, vışka quraşdırılması və sökülməsi texnologiyası üzrə qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; tikilən vışkalara texniki tələbləri; işlərin icrasında istifadə olunan qazma avadanlıqları və xüsusi texnikanın texniki xarakteristikalarını və konstruktiv xüsusiyyətlərini, onların texniki istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; vışka inşası üzrə qabaqcıl yerli və xarici təcrübəni; təsərrüfat hesabı metodlarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: alı texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Qazma üzrə mühəndis

 Əmək funksiyası. Quyuların qazma rejimlərini hazırlayır.

Texnoloji rejim-xəritələri tərtib edir və onların tətbiqinin dəqiqliyinə nəzarət edir. Quyu tikintisinin aylıq plan-qrafiklərini və qazma briqadalarının işlərinin texniki-iqtisadi göstəricilərini tərtib edir. Ən məsuliyyətli əməliyyatların (qoruyucu kəmərlərin endirilməsi və onların sementlənməsi, lay sınayıcı ilə işləmə və s.) həyata keçirilməsinə operativ planlar tərtib edir. Texniki sənədləri

işləyir və quyu qazılmasının texnologiyasının dəyişməsi ilə əlaqədar olaraq onu təshih edir. Qazma briqadalarının iş vaxtından səmərəli istifadə, qazmada qəza, çətinliklərin və brakların qarşısının alınması üzrə tədbirlər işləyir. Onların ləğv edilməsi planlarını tərtib edir. Təsdiq olunmuş tədbir və planların yerinə yetirilməsinə nəzarət edir. Qazmada və buruq tikintisində qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayır. İstehsalatda yeni texnika və texnologiyaların mənimsənilməsi üzrə təcrübə-eksperimental işlərinin keçirilməsində iştirak edir. Qazma briqadalarının, qazma avadanlıq və alətlərinin işi haqqında məlumatları təhlil edir. Aparılan işlərin keyfiyyətini endirmədən qazmanın kommersiya sürətinin artırılması və quyu tikintisinin dəyərinin azaldılması üzrə tədbirlər işləyir. Avadanlıq və alətlərin texniki istismarı qaydalarına briqadalar tərəfindən riayət olunmasına nəzarət edir. Qazma işlərinin maddi-texniki təchizatı üzrə illik və cari sifarişlərin tərtib edilməsində iştirak edir. Zəruri uçot və hesabatları aparır.

Bilməlidir: qazma işlərinin həyata keçirilməsinin təşkilinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; vışkaquraşdırmanın, quyuların qazılması və sınağının texnologiyasını; qazma avadanlıq və alətlərini, onların texniki istismar qaydalarını; quyu tikintisi üzrə qüsur, qəza, çətinləşmə, brakların yaranması səbəblərini, onların qarşısının alınması və ləğv edilməsi üsullarını; texniki sənədlərin tərtib edilmə qaydalarını; quyu tikintisinin texnika və texnologiyası sahəsində qabaqcıl yerli və xarici təcrübəni, qazmaişlərinin layihələndirilməsi və planlaşdırılmasını; geologiyanın əsaslarını və qazma meydançalarının geoloji quruluşunu, quyu tikintisinin texniki qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli qazma üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Quyuların möhkəmləndirilməsi üzrə mühəndis

 Əmək funksiyası. İşlərin təyin olunmuş texnologiyasına

müvafiq olaraq quyuların möhkəmləndirilməsi prosesində, istehsalat və texnoloji intizama riayət edilməsində, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsində iştirak edir və onlara nəzarəti həyata keçirir. Sementləmə üzrə işlərin aparılması üçün maddi vəsaitlərin hazırlanmasını təşkil edir və onların hazırlanmasına nəzarət edir. İşlərin aparılmasında texnoloji avadanlıq və texnikanın səmərəli yerləşməsini təmin edir. İstehsalat tapşırıqlarının yerinə yetirilməsi haqqında məlumat hazırlayır və rəhbərliyə təqdim edir. Lazımi texniki-texnoloji sənədləri işləyir. Sementləmə işlərinin yerinə yetirilməsində avadanlıq və nəqliyyat vasitələrinin səmərəli istismarını təmin edir. Quyuların möhkəmləndirilməsində yeni avadanlıq, material və texniki proseslərin texnoloji sınağını keçirir. Quyuların möhkəmləndirilməsi, qəza və çətinliklərin qarşısının alınması üzrə tədbirlərin tətbiqində iştirak edir. Quyuların möhkəmləndirilməsi sahəsində qabaqcıl təcrübəni öyrənir, ümumiləşdirir və yayır.

Bilməlidir: quyuların möhkəmləndirilməsi üzrə işlərin həyata keçirilməsinin təşkilinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; quyuların sementlənməsi, möhkəmləndirilməsi üzrə texniki-texnoloji sənədlərin işlənməsi və tərtibi qaydalarını; quyuların möhkəmləndirilməsi üzrə işlərin aparılması texnologiyasını və onların konstruksiyalarını; quyuların möhkəmləndirilməsi aparılarkən istifadə olunan avadanlıq və texnikanın texniki xarakteristikalarını; quyuların sementlənməsində istifadə olunan sement, tamponaj məhlullarını, kimyəvi reagentlərin fiziki-kimyəvi xassələrini və onlara təsir edən amilləri; istifadə

olunan materialların sərf normalarını, onların saxlanması və nəqli qaydalarını; quyuların möhkəmləndirilməsi üzrə yeni texnoloji proseslərin, yeni texnika və texnoloji avadanlığın sınağının keçirilmə metodikasını, quyuların möhkəmləndirilməsi üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Quyuların sementlənməsi üzrə mühəndis 

Əmək funksiyası. Quyuların sementlənməsi üzrə texnoloji prosesə rəhbərlik edir. Quyu xətlərinin sementlənməyə hazırlanmasına nəzarət edir, istismar kəmərləri ləvazimatlarının düzgün yerləşdirilməsini təmin edir. Sementləmə işlərini aparmaq üçün yerüstü kommunikasiyaların sazlığının yoxlanmasını və maddi-texniki vəsaitlərin hazırlanmasını təşkil edir. Texnoloji avadanlıqların səmərəli yerləşdirilməsini təmin edir, sement, sıxıcı maye və kimyəvi reagentlərin lazımi miqdarının hesabatını aparır. Quyuda gözlənilən maksimal təzyiqi və qoruyucu kəmərlərin sementlənməsi və sementləmə üzrə digər işlərin yerinə yetirilməsi üçün zəruri olan vaxtı təyin edir. Müvafiq texniki sənədləri işləyir və texnoloji intizama, əməyin mühafizəsi və təhlükəsizlik texnikası

qaydalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Sementləmə işləri yerinə yetirilərkən nəqliyyat vasitələrinin düzgün istismarını təmin edir. İstismar kolonlarının sementlənməsi prosesində yaranan brakların ləğvində iştirak edir.

Bilməlidir: qazma işlərinin aparılmasına (quyuların möhkəmləndirilməsi) aid olan qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; yatağın geoloji quruluşunu; geofiziki və hidrodinamik tədqiqat metodlarını, sementləmə işlərinin həyata keçirilmə texnologiyasını; qoruyucu kəmərlərin konstruksiyalarını; tətbiq olunan sement və materialları, onların sərf normalarını, saxlanılması və nəqli qaydalarını; quyuların sementlənməsi üzrə qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Quyuların yoxlanması və sınağı üzrə mühəndis

 Əmək funksiyası. Quyuların yoxlanması və sınağı

texnologiyasını işləyir. Quyuların yoxlanması və sınağı üçün texniki vasitələrin hazırlanmasını təşkil edir. Quyuların yoxlanması və

sınağı işlərinə illik planları tərtib edir və onların yerinə yetirilməsinə nəzarət edir. Quyuların yoxlanması, sınağı, perforasiyası və sement körpülərinin qoyulması üzrə işlərə bilavasitə rəhbərlik edir. Texniki sənədləri işləyir, təyin olunmuş uçot və hesabatları aparır. Zəruri hallarda quyuların yoxlanması və sınağı üzrə əlavə tədbirlər işləyir. Quyuların yoxlanması, sınağı, perforasiyası və sement körpülərinin qoyulmasında işlədilən nasos-kompressor boru kəmərlərinin hesabatını aparır, quyuların təchizat sxeminə nəzarət edir. Quyuların yoxlanması və sınağı prosesi üzrə qazma briqadalarının təcrübəsini ümumiləşdirir və onlar arasında qabaqcıl təcrübə mübadiləsini təşkil edir. Quyuların yoxlanması və sınağının təşkili və texnologiyasının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflərin tətbiqi üzrə işlər aparır. Quyuların yoxlanması və sınağında təhlükəsizlik texnikasına riayət olunmasına nəzarət edir.

Bilməlidir: quyuların yoxlanması və sınağına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; işlərin aparılma texnologiyasını; geoloji-texniki naryadı; işlərin aparılmasını çətinləşdirən amilləri; quyuların möhkəmləndirilməsi konstruksiyalarını; avadanlıq, alət və ləvazimatların texniki xarakteristikalarını; onların istismar qaydalarını; quyuların yoxlanması və sınağı üzrə işlərin təşkilinə dair qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Quyuların təmiri üzrə mühəndis 

Əmək funksiyası. Quyuların təmiri üzrə plan tapşırıqlarının yerinə yetirilməsini təmin edir, quyuların yeraltı və əsaslı təmir briqadalarının işlərinin ahəngdarlığına nəzarət edir. Quyuların yeraltı və əsaslı təmirində istehsalat xidməti bazasının texnoloji əlaqədə olan sexlərinin işini təşkil edir və əlaqələndirir. Obyektlərin xüsusi texnika ilə vaxtında təmin olunmasına, onun səmərəli bölüşdürülməsinə və istifadə edilməsinə nəzarət edir. İstehsalat xidməti bazası sexlərinin sifarişlərinin vaxtında yerinə yetirilməsinə, briqadanın iş vaxtına və yerinə yetirilən iş həcminin uçotuna nəzarət edir. Sexlərin təşkilati-texniki, iş vaxtının itkiləri ilə mübarizə və payız-yaz daşqınlarına hazırlıq üzrə kompleks tədbirlər planlarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. Yeni texnikanın, səmərələşdirici təkliflərin, qabaqcıl təcrübənin tətbiqi üzrə işlər görür. Obyektlərdə qəzaların aradan qaldırılması üzrə işləri təşkil edir. Xüsusi texnikaya olan sifarişləri razılaşdırır. Avadanlıqlarda qəzaların, istehsalat zədələnmələrinin səbəblərinin araşdırılmasında iştirak edir və onların qarşısının alınması üzrə tədbirlər işləyir.

Bilməlidir: quyuların yeraltı və əsaslı təmirinin təşkili və texnologiyasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; quyuların yeraltı və əsaslı təmiri üzrə işlərin texnologiyasını; quyuların yeraltı və əsaslı təmiri zamanı istifadə olunan avadanlıqların, alətlərin və texnikanın konstruktiv xüsusiyyətlərini və texniki xarakteristikalarını, təyinatı və iş rejimlərini, texniki istismar qaydalarını; xüsusi texnikaya, avadanlığa və alətlərə sifarişlərin tərtib olunma qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya 6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Qəza-xilasetmə işləri üzrə mühəndis 

Əmək funksiyası. Qəza-xilasetmə əməliyyatlarının hazırlanması və keçirilməsinə operativ-texniki rəhbərliyi həyata keçirir. Xilasetmə işlərinin layihə-texniki sənədlərini və təşkili planını işləyir. Hər bir konkret halda xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün qəza dəstələrinin heyəti və təchizatını müəyyən edir və onların qəza yerlərinə çıxışına hazır olmalarına nəzarət edir. Dəstənin (qrupun) işçiləri və texniki vasitələrinin qəza-xilasetmə işlərinin yerinə yetirilməsinə daimi hazırlığını təmin etmək üçün planlar və təşkilati tədbirlər işləyir, qəza-xilasetmə təlim və məşqlərində iştirak edir, nəzəri məşğələlər keçirir. Qəza-xilasetmə işləri yerinə yetirilərkən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir. Xilasetmə işinin gedişi haqqında rəhbərliyə məlumat verir, xilasetmə əməliyyatı üzrə işçi jurnalı aparır. Hesabat-texniki və maliyyə sənədlərini tərtib edir. Dəstənin (qrupun) fəaliyyət zonasında qəzaların uçotunu aparır, qəza-xilasetmə əməliyyatları təcrübəsini ümumiləşdirir və qəza-xilasetmə işləri texnologiyasının təkmilləşdirilməsi üzrə təkliflər işləyir. Dəstənin (qrupun) texniki təchizatının perspektiv inkişafı üzrə istehsalat planlarının və təkliflərin işlənməsində iştirak edir.

Bilməlidir: dənizdə fəlakətə uğramış insanların və gəmilərin xilası zamanı qaza-xilasetmə işlərinin keçirilməsi məsələlərinə dair qərar, əmr, sərəncam, beynəlxalq konvensiya və sazişləri;

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin aidiyyəti hissəsini; qəza-xilasetmə işlərinin təşkilini və aparılmasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; gəmi nəzəriyyəsi və quruluşunun əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; qəza-xilasetmə işlərinin aparılmasında əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Qazma üzrə geoloq

 Əmək funksiyası. Geoloji-kəşfiyyat işləri üzrə materialların

ümumiləşdirilməsində, işlər aparılan rayonun geoloji quruluşunu dəqiqləşdirmək məqsədilə tədqiqatların nəticələrinin işlənməsində iştirak edir. Quyular üzrə geofiziki tədqiqatların aparılmasını təşkil edir və onlara nəzarət edir. Karotaj işlərinin keyfiyyətinə  və yerinə yetirilmiş işlərin həcminə nəzarəti həyata keçirir. Borularda lay sınayıcını tətbiq etməklə qazma prosesində quyuların sınanmasını təşkil edir və onlara nəzarət edir, görülən işlərdə iştirak edir, müvafiq sənədləşməni aparır. Neft-qaz sızması ilə əlaqədar çətinliklərin ləğvində iştirak edir. Kern nümunəsinin götürülməsini təşkil edir, çətinliklərin mümkün variantının proqnozunu verir. Qazma prosesində götürülmüş kern və şlamı təsvir edir. Qoruyucu kəmərlərin enmə dərinliyinə və sementlənməsinə nəzarət edir. Kəmərlərin germetikliyinin sınanmasında iştirak edir. Tikintisi başa

çatmış quyular üzrə geoloji sənədlərin hazırlanması və neftqazçıxarma müəssisəsinə təhvil verilməsində iştirak edir. Ləğv olunmuş quyunun quyuağzı avadanlıqlarının vəziyyətinə nəzarət edir. Qazma prosesində geoloji çətinləşmələrin xarakterini və səbəblərini aşkar edir və onların aradan qaldırılması üçün tədbirlərin işlənməsində iştirak edir. Geoloji hesabatları tərtib edir.

Bilməlidir: geologiya xidmətinin fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları; neft və qaz olan rayon və yatağın geologiyasını; neft və qaz yataqlarının işlənməsi (qazılması) qaydalarını; quyuların mövcud hidrogeoloji və geofiziki tədqiqat metodlarını; quyuların qazılma üsullarını və tədqiq olunan avadanlıqların xarakteristikasını; quyuların qazılması, sınanması texnologiyasının əsaslarını; qrafik sənədləşmənin qurulması və karotaj materialının emalı prinsiplərini və metodlarını; qoruyucu kəmərlərin endirilmə və sementləmə texnologiyasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; mədən-geofiziki tədqiqatlar və deşmə-partlayış işlərinin aparılması zamanı əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya

6-cı dərəcəli texnik-geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.

Quyuların təmiri üzrə geoloq 

Əmək funksiyası. Quyuların təmiri zamanı bütün növ mədən-geofiziki və digər tədqiqat işlərinin düzgün təşkilinə və təhlükəsiz aparılmasına nəzarəti həyata keçirir. Quyularda görülmüş işlər haqqında sənədləşməni vaxtında tərtib edir. Quyuların yeraltı və əsaslı təmiri üzrə planların (qrafiklərin) tərtib olunmasında iştirak edir. Geoloji materialların və mədən-geofiziki tədqiqatların, quyularda görülmüş işlərin nəticələrini ümumiləşdirir və təhlil edir. Quyu dibi zonasının işlənməsində tətbiq olunan yeni texnika və texnologiyanın səmərəliliyini təhlil edir. Müəyyən olunmuş statistik hesabatları aparır. Geoloji sənədlərin müəyyən olunmuş qaydada saxlanmasını təmin edir. Quyuların tədqiqi və təmir olunması zamanı təhlükəsizlik tədbirlərinin hazırlanmasında iştirak edir. Quyuların yeraltı və əsaslı təmir briqadalarının işinə nəzarət edir.

Bilməlidir: quyuların təmir işlərinin təşkili və texnologiyasına dair sərəncam, əmr və digər rəhbər materialları; neft yatağı və rayonunun geologiyasını; neft yataqlarının işlənməsi qaydalarını; quyuların mədən və geofiziki tədqiqinin mövcud metodlarını; layın parametrlərinin müəyyən olunma metodikasını; tətbiq olunan avadanlıqların xarakteristikası və quyuların istismar üsullarını; qazma, quyuların yeraltı və əsaslı təmiri texnologiyasının əsaslarını; geoloji-qrafiki sənədlərin qurulması, karotaj materiallarının işlənməsinin metod və prinsiplərini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; mədən-geofiziki tədqiqatlar və deşmə-partlayış işlərinin aparılması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını; ətraf mühit və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya

6-cı dərəcəli texnik-geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.

Qazma üzrə texnik 

Əmək funksiyası. Qazmada və buruq tikintisində qabaqcıl təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılmasında iştirak edir. Yeni texnika və texnologiyanın mənimsənilməsi üzrə təcrübə-eksperimental işlərin keçirilməsində iştirak edir. Avadanlıq və alətlərin işləməsi haqqında məlumatları toplayır və təhlil edir. Şöbənin işçiləri tərəfindən əmr, sərəncam və s. göstərişlərin vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Qazma işləri, buruqquraşdırma, tamponaj idarələrindən məlumatlar alır və onları mütəxəssislərə çatdırır. Həmin idarələr tərəfindən yuxarı təşkilatların əmr və sərəncamlarının yerinə yetirilmə müddətlərinə nəzarət edir. Təyin olunmuş uçot və hesabatları aparır. Kargüzarlıqla əlaqədar olan bütün işləri yerinə yetirir.

Bilməlidir: əsas texnoloji avadanlıqları və onların iş prinsiplərini; istehsalın nümunəvi texnoloji proses və rejimlərini; istehsalatda qüvvədə olan standartları, texniki şərtləri və normaları; texniki sənədlərin hazırlanması və tərtib edilməsi üzrə rəhbər materialları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan

orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

 Elektrik təchizatı üzrə mühəndis

 

Əmək funksiyası. Elektrik qurğularının quraşdırma, texniki istismar və təhlükəsizlik qaydalarına tam müvafiq olaraq, onların istismarı üzrə işlərin aparılmasına texniki nəzarəti həyata keçirir. Elektrik avadanlıqları və kabel məmulatlarına tələbatı öyrənir, illik sifarişləri hazırlayır. Plan təmirləri qrafiklərinin yerinə yetirilməsinə nəzarət edir. Yeni tikilən obyektlərin işə salınması üçün texniki şərtlərin alınması ilə əlaqədar məsələlərin uçotunu aparır və onların həllində iştirak edir. Elektrik enerjisinin istehlakı, elektrik qurğularının əsaslı təmiri və sazlanması üzrə müqavilələr hazırlayır və onların yerinə yetirilməsinə nəzarət edir. Elektrik və texnoloji avadanlıqların sazlığının vaxtında yoxlanmasını təmin edir və statik enerjinin götürülməsi üzrə tədbirləri həyata keçirir. Enerji obyektlərinin işinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin işlənməsində və onlara nəzarət edilməsində iştirak edir. Elektrotexniki heyətin texniki istismar, təhlükəsizlik texnikası qaydaları haqqında biliklərini qiymətləndirən komissiyaların işində iştirak edir. Elektrik avadanlıqlarının işində qəzaların, elektrik zədələnmələri ilə əlaqədar baş verən bədbəxt hadisələrin təhqiqində iştirak edir. Elektrik enerjisinin təyin olunmuş istehlak limitləri üzrə sərfinə nəzarət edir.

Bilməlidir: müəssisənin enerji xidmətinin təşkilini; elektrik təchizatı sxemini; elektrik avadanlıqlarının iş rejimlərini; elektrik qurğularının texniki istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik-energetik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Ətraf mühitin mühafizəsi üzrə mühəndis

 Əmək funksiyası. Təbii ehtiyatların mühafizəsi üzrə təşkilati-

texniki tədbirlərin perspektiv və cari planlarının, kompleks proqramların ümumiləşdirilmiş layihələrinin işlənib hazırlanmasında iştirak edir. Müəssisədə tətbiq olunan texnika və texnologiyanın təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində elm və texnikanın müasir səviyyəsinə uyğunluğunu təyin edir. Ətraf mühitin naməlum çirklənmə mənbələrini aşkar edir və onların ləğv olunması üzrə tədbirlər hazırlayır. Bütün müəssisələrdə su qoruyucu obyektlərin tikintisinin gedişinə nəzarət edir. Ətraf mühitin mühafizəsi məsələləri üzrə layihə-konstruktor və elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə nəzarət edir. Qəza və açıq fontanlar zamanı sahələrə axmış neftin yığılması, onun yayılmasının məhdudlaşdırılması üzrə tövsiyələrin hazırlanması və verilməsində iştirak edir. Su və hava hövzələrinin çirklənməsinin qarşısının alınması, torpağın rekultivasiya edilməsi və əvvəlki istifadəçisinə vaxtında verilməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir. İstehsal mədəniyyətinin yüksəldilməsi, ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə müəssisələrin və ölkənin başqa neft rayonlarının qabaqcıl təcrübəsini öyrənir, ümumiləşdirir və yayır. Atmosferə zəhərli maddələrin atılmasının qarşısının alınması, texniki neft itkilərinin azaldılması və kanalizasiya şəbəkələrinin təmizləyici qurğuların çöküntüləri ilə çirklənməsinin qarşısının alınması üzrə ən yaxşı təkliflər üçün baxış-müsabiqəsinin təşkilində iştirak edir. Ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə statistik hesabatı hazırlayır.

Bilməlidir: ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması üzrə qərar, sərəncam, əmr, metodiki, normativ və başqa rəhbər materialları; kompleks proqramların, perspektiv və cari planların işlənib hazırlanması qaydalarını; istehsalın texnologiyasının əsaslarını; texnoloji sənədləri; yeni texnoloji proseslər, texniki vasitələr və preparatların layihələrini; texnoloji proseslərin, texniki vasitələrin təkmilləşdirilməsi

layihələrini; təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması qaydalarına riayət olunması üzrə müəssisə və təşkilatların fəaliyyətinə planlı və seçmə nəzarət metodlarını; ətraf mühitin, yeraltı sərvətlərin mühafizəsi üzrə tədbirlərdə material, maliyyə və insan ehtiyatlarından səmərəli istifadə olunmasına nəzarət metodlarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Gilli məhlullar üzrə mühəndis

 Əmək funksiyası. Geoloji-texniki naryadın tələblərini nəzərə

almaqla yuyucu mayenin resepturasını seçir. Yuyucu mayenin hazırlanması və işlənməsi texnologiyasının dəyişməsi ilə əlaqədar texniki sənədlərə dəyişikliklər edir. Yuyucu məhlulun parametrlərinin yoxlama ölçmələrini aparır və quyu qazılmasında geoloji-texniki şərtlərə müvafiq olaraq ölçmələrin aparılma müddətlərini təyin edir. Qazma prosesində yuyucu məhlulun vəziyyəti və keyfiyyətinə, yuyucu məhlulun düzgün və vaxtında emal olunmasına nəzarət edir. Hazırlama metodunun təkmilləşdirilməsi, məhlulun emalı və ağırlaşdırılması üzrə tədbirləri işləyir və tətbiq edir. Qazma intervalları üzrə ağırlaşdırıcı

və kimyəvi reagentlərin sərfini təhlil edir. Qazmada nəzarət-ölçü cihazları və təmizləmə qurğularının vəziyyətinə nəzarət edir. Yuyucu məhlulları emal edərkən qazma briqadaları fəhlələrini təlimatlandırır. Gil təsərrüfatı xidmətində təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına, laborant-kollektorların işinə nəzarət edir. Müəyyən olunmuş uçot və hesabatları aparır.

Bilməlidir: gil təsərrüfatının aparılması ilə əlaqədar qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; qazılan yataqların geoloji quruluşunu və qazmaişlərinin əsaslarını; ümumi, qeyri-üzvi və kolloid kimyanın əsaslarını; tətbiq olunan ağırlaşdırıcı və kimyəvi reagentlərin fiziki-kimyəvi xüsusiyyətlərini; yuyucu məhlulların bütün parametrlərinin ölçülməsi metodlarını və bu vaxt istifadə olunan ölçü cihazlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Geofizik

 Əmək funksiyası. Səhra briqadalarının işinə rəhbərlik edir

və partiyanın səhra işlərinin və interpretasiyalarmı həyata keçirməsi üçün zəruri olan geoloji-geofiziki, kartoqrafik və digər

materiallarla, həmçinin aparat və avadanlıqlarla komplektləşməsini təmin edir. Partiyanın qarşısında qoyulmuş geoloji məsələlərin, plan və hasilat normalarının yerinə yetirilməsini, səhra işlərinin yüksək keyfiyyətini təmin edir. Aparat və avadanlıqların qorunması və düzgün istifadə olunmasını təmin edir. Əməyin qabaqcıl metodlarının tətbiqini, səmərələşdiricilik və ixtiraçılığın inkişafını təşkil edir. Aparatların vaxtında yoxlanması və təmirini, seysmik qeydlərin aparılmasını və onların əyani formada əks olunmasını həyata keçirir. İlkin texniki sənədləşməni və yerinə yetirilmiş işlərin uçotunu aparır. Səhra işləri başa çatdıqdan sonra aparat və avadanlıqların saxlanmağa təhvil verilməsi üçün hazırlanması işlərini təşkil edir. Səhra materiallarının qəbulu və qiymətləndirilməsini, seysmik materialların emalını və interpretasiyasını həyata keçirir. Materialların EHM-lə emal mərkəzinə ötürülmək üçün hazırlanmasına rəhbərlik edir. Materialların EHM-də emalı metodikasının seçilməsində iştirak edir, maşında emaldan sonra materialları qəbul edir. Səhra işləri və kameral tədqiqatlar zamanı işçilərin yüksək əmək məhsuldarlığını və səhra materiallarının vaxtında emalını təmin edir. Geoloji interpretasiyada və yekun texniki hesabatın tərtib olunmasında iştirak edir. İstehsalat üzrə metodiki əsasnamə, təlimat və tələblərə riayət olunmasını təmin edir. İstehsalat və əmək intizamına, təhlükəsizlik texnikasına, əməyin mühafizəsi və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət edir. Kadrların ixtisasının artırılmasında və iş təcrübəsinin mübadiləsində iştirak edir.

Bilməlidir: təşkilatın istehsal-geofiziki fəaliyyətinə dair qərar, sərəncam, əmr və digər rəhbər materialları; tədqiq olunan rayonun geofiziki öyrənilmə dərəcəsi və geologiyası haqqında müasir təcrübəni; seysmokəşfiyyat və digər növ geofiziki işlərin həyata keçirilmə texnologiyasını və onların yerinə yetirilmə keyfiyyətinə qoyulan tələbləri; sənədlərin və digər geoloji-geofiziki materialların uçotu və saxlanması qaydalarını; geofiziki işlərin layihələşdirilməsi, planlaşdırılması və maliyyələşdirilməsi qaydalarını; tətbiq olunan geofiziki avadanlıq, cihaz və aparatların növlərini, onların texniki istismar qaydalarını; geofiziki materialın hesabat sənədlərinin tərtib edilmə qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası istehsalat sanitariyası qaydalarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geofizik vəzifəsində ən azı 2 il iş stajı.

GeoloqƏmək funksiyası. Neft və qaz yataqlarının işlənməsi,

neftverimi konturlarının və su-neft kontaktının qalxma vəziyyətinə nəzarət edir. Neft və qazçıxarma, quyu qazılması, geofiziki və hidrogeoloji tədqiqatlar üzrə daxil olan məlumatlar əsasında ilkin sənədləşməni aparır. Qazmanın, yoxlamanın gedişinə, yerinə yetirilən tədqiqat işlərinin keyfiyyət və həcminə, əsaslı təmirə, neft və qaz quyularında texnoloji iş rejiminə operativ geoloji nəzarəti həyata keçirir. Yeraltı sərvətlərin işlənməsi üzrə sənədləri, geoloji hesabatları, quyuların mədən və geofiziki tədqiqi, kimyəvi təhlil üçün nümunələrin götürülməsi üzrə planlar (qrafiklər) tərtib edir. Karotaj diaqramlarını işləyir. Quyu fondunun işinin aylıq təhlilini aparır. Quyuların istismarının texnoloji iş rejimlərinin işlənməsi və tətbiqində, geoloji-texniki tədbirlərin işlənməsində iştirak edir. Quyu qazılması üçün geoloji-texniki naryadın geoloji hissəsini hazırlayır. Öyrənilən işlər rayonunun geoloji quruluşunu xarakterizə edən qrafik materialları (sxem, kəsim, xəritə, diaqramlar) tərtib edir. Geoloji materialların təyin olunmuş qaydada uçotunu, saxlanılması və çoxaldılmasını təşkil edir. Quyuların ləğv edilməsi, konservasiyası və qaytarılması üzrə sənədləri tərtib edir. Kadrların ixtisasının artırılmasında və iş təcrübəsinin mübadiləsində iştirak edir. Təyin edilmiş statistik hesabatları aparır.

Bilməlidir: təşkilatın geoloji-istehsalat fəaliyyətinə dair qərar, əmr, sərəncam və digər rəhbər materialları; neft və qaz olan rayon və yatağın geologiyasını; neft və qaz yataqlarının işlənmə qaydalarını; hasil olunan xammal növünə sənaye tələblərini; quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını; quyuların qazılması və istismarı üsullarını və tətbiq olunan avadanlıqların xarakteristikalarını; quyuların qazılması, cari və əsaslı təmiri texnologiyasının əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; geoloji sənədlərin tərtib olunma qaydalarını; qrafiki, geoloji sənədlərin quruluşunu, karotaj materiallarının işlənməsi prinsip və metodlarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası qaydalarını; geoloji materialların uçotunu və saxlanma qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya

6-cı dərəcəli texnik geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.

Lay təzyiqinin saxlanılması üzrə mühəndis 

Əmək funksiyası. Lay təzyiqinin saxlanılması üzrə perspektiv illik və operativ planların işlənib hazırlanmasında iştirak edir. Vurucu quyuların işinin səmərəliliyinin yüksəldilməsi yollarını müəyyən edir. Avadanlıqların işinin dayandırılmasının və vurucu quyular fondunun texniki vəziyyətinin təhlilini aparır. Laya su vurulması üzrə plan tapşırıqlarının yerinə yetirilməsi və istehsal

obyektlərinin vəziyyətinə nəzarəti həyata keçirir. Vurucu quyuların əsaslı təmiri üzrə planı (naryad-tapşırığı) tərtib edir və onun keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir. Quraşdırılmamış avadanlıq, ehtiyat hissələrinin düzgün saxlanılması və konservasiya olunmasını təmin edir. Qəzaların baş vermə və avadanlıqların sıradan çıxma səbəblərinin təhqiq olunmasını təşkil edir. Yeni texnikanın sınaqdan çıxarılması, onun tətbiqi və əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işlərin yerinə yetirilməsini təşkil edir və bu işlərə nəzarət edir. Tətbiq olunan avadanlıqların konstruksiyasının təkmilləşdirilməsinə dair səmərələşdirici təklif və ixtiralara rəy verir. Səmərələşdiricilərə və ixtiraçılara əməli kömək göstərir və qəbul olunmuş təkliflərin tətbiq olunmasını təşkil edir. Avadanlıqların pasportlaşdırılmasını, onların texniki vəziyyəti üzrə lazımi sənədləşməni və onların uçotunu aparır. İstehsal mədəniyyətinin yüksəldilməsi və ətraf mühitin mühafizəsi üzrə işləri həyata keçirir.

Bilməlidir: laylara işçi agentlərin vurulması işlərinin aparılmasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; neft və qaz yataqlarının işlənməsi texnologiyasını; laylara işçi agentlərin vurulması üzrə işlərin planlaşdırılması və layihələndirilməsi qaydalarını; laylara işçi agentlərin vurulması üzrə avadanlıqları, onların texniki istismarı və təmiri üzrə işlərin təşkil olunma qaydalarını; geoloji çətinləşmələr, texniki qüsurlar, avadanlıqlarda qəzaların əmələ gəlmə səbəblərini, onların qarşısının alınması və ləğv olunması üsullarını; hesabat sənədlərinin tərtib olunması qaydalarını; materialların sərfi normalarını və onların düzgün saxlanması qaydalarını; layların neftveriminin artırılması üzrə texnika və texnologiya sahəsində yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Lay təzyiqinin saxlanılması üzrə geoloq

 Əmək funksiyası. Vurucu quyuların iş rejimlərinə operativ

nəzarəti həyata keçirir. Geofiziki və tədqiqat işlərinin, vurucu quyuların tədqiqi planının yerinə yetirilməsinə nəzarət edir və sifarişlər tərtib edir. Obyektlər üzrə vurmanın operativ uçotunu (nasos-kompressor stansiyalarında sərf ölçənlərin kartoqramlarının yığılması və şifrələnməsi) aparır. Vurulan su nümunələrinin yığılmasına və onların təhlilinin aparılması gedişinə nəzarət edir. Boru kəmərlərinin və sementləmənin təzyiqlə yoxlanılması işləri üzrə aktların tərtib edilməsində iştirak edir. Yeraltı sərvətlərin mühafizəsi məsələlərinə nəzarət edir. Su sərfinin uçotu üzrə cihazların təmiri və dəyişdirilməsinə sifariş verir. Quyuların iş rejimi, yaxud ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi qaydaları pozularsa, quyuların işini dayandırır. Təyin olunmuş hesabatları vaxtında tərtib edərək təqdim edir. Quyu fondunun aylıq təhlilini aparır. Geoloji materialların qəbul edilmiş qayda üzrə artırılması və qorunmasını təmin edir. Quyuların ləğv edilməsi, konservasiya edilməsi və qaytarılması haqqında sənədləri rəsmiləşdirir.

Bilməlidir: geoloji işlərin aparılmasına dair əmr, sərəncam və digər rəhbər materialları; neft-qaz rayonlarının geologiyasını; neft yataqlarının düzgün işlənməsi qaydalarını; quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını; layların parametrlərinin təyin edilməsi metodikasını; tətbiq edilən avadanlığın xarakteristikasını və quyuların istismar üsullarını; quyuların qazılması; yeraltı və əsaslı təmirin texnologiyasının əsaslarını; geoloji-qrafiki sənədlərin tərtib edilməsi, karotaj materialının işlənməsi prinsip və metodlarını; iqtisadiyyatın, əməyin təşkilinin,

istehsalın və idarəetmənin əsaslarını; mədən-geofiziki tədqiqat və deşmə-partlayış işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya

6-cı dərəcəli texnik-geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.

Markşeyder 

Əmək funksiyası. Müəssisənin fəaliyyəti ərazisində geodezi gərginləşmə və geodezi çəkiliş şəbəkələrinin qurulmasını və inkişafını, topoqrafik və markşeyder çəkilişlərinin yerinə yetirilməsini təmin edir. Quyu ağızları, bina və qurğuların layihədən naturaya köçürülməsini həyata keçirir. Maili istiqamətlənmiş quyuların istiqamətini verir və qazma prosesində quyu xəttinin layihə istiqamətinə riayət olunmasına nəzarət edir. Yerlərdə sənaye obyektləri və mühəndis kommunikasiyaların tikintisi üçün meydança və yol istiqamətlərinin seçilməsində iştirak edir. Tikinti konstruksiyaları elementlərinin fəza-həndəsi nisbətlərinə riayət olunmasına və onların layihəyə uyğunluğuna geodezi və markşeyder nəzarətini həyata keçirir. Podrat təşkilatları tərəfindən yerinə yetirilən markşeyder və topoqrafik işləri qəbul edir. Dağ süxurlarının horizontal yerdəyişmə prosesinə, dağ təzyiqinin təzahürlərinə, yer səthi, bina və

qurğuların deformasiyasına cihazlarla müşahidə aparılmasını təmin edir. Dağ işlərinin inkişaf layihə və planlarında, neft, qaz və yeraltı su yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi layihə və sxemlərində olan tələbləri, yeraltı sərvətlərin səmərəli istifadəsi və mühafizəsi üzrə tələblərin yerinə yetirilməsinə markşeyder nəzarətini həyata keçirir. Dağ işləri görülərkən işçilərin, əhalinin həyatı və sağlamlığı üçün təhlükəsizliyi, ətraf mühit, bina və qurğuların mühafizəsini təmin edən tədbirlərin vaxtında yerinə yetirilməsinə və onların səmərəliliyinə nəzarəti həyata keçirir. Neft və qaz yataqlarının həndəsi hesablamalarının aparılması ilə bağlı işlərin yerinə yetirilməsini həyata keçirir. Yataq və sənaye obyektlərinin markşeyderplanlarını tərtib edir, geoloji struktur xəritələri və digər dağ-qrafiki sənədlər üçün markşeyder əsaslarının hazırlanmasını həyata keçirir. Torpaq ayırmalarının alınması üçün zəruri olan materialları rəsmiləşdirir. Ayrılmış və qaytarılmış torpaqların, yerinə yetirilmiş rekultivasiya işlərinin uçotunu aparır. Markşeyder və topoqrafik-geodeziya işləri üzrə perspektiv və cari planların işlənməsində iştirak edir. Markşeyder işləri üzrə hesabat sənədlərini tərtib edir.

Bilməlidir: markşeyder işlərinin aparılması texnologiyasını, markşeyder avadanlıqları və cihazlarının konstruksiyasını, onların istismar qaydalarını; markşeyder işlərinin aparılmasına dair təlimat, əsasnamə və normativ materialları; yer səthinin hərəkətinə və mühafizə olunan obyektlərin vəziyyətinə müşahidə metodlarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; markşeyder işlərinin yerinə yetirilməsi üzrə yerli və xarici müəssisələrin qabaqcıl təcrübəsini; əmək qanunvericiliyinin əsaslarını; yeraltı sərvətlərin və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyi; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli markşeyder vəzifəsində ən azı 2 il iş stajı.

Neft və qazçıxarma üzrə mühəndis-texnoloq 

Əmək funksiyası. Neft-mədən obyektlərində qoyulmuş texnoloji iş rejimlərinə riayət edilməsini, istehsalın texnoloji hazırlığını təmin edir. Quyuların və başqa istehsal obyektlərinin texnoloji iş rejimlərinin tərtib edilməsində iştirak edir. Obyektlərin müəyyən olunmuş texnoloji iş rejimlərinə uyğun olaraq istismar edilməsini təmin edir. Neft və qaz hasilatı və məhsuldar laylara işçi agentin vurulmasında texnoloji prosesin pozuntularının qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görür. Laya vurulan işçi agentin həcminə və keyfiyyətinə nəzarət edir. Neft və qaz hasilatı üzrə müəyyən olunmuş tapşırıqların yerinə yetirilməsinə istiqamətlənmiş geoloji-texniki tədbirlər işləyib hazırlayır. Neft və qazçıxarma briqadalarının texniki, texnoloji və başqa sənədlərlə vaxtında təmin olunmasını təşkil edir. İstehsalın texnoloji rejimlərinin dəyişməsi və təshihi ilə əlaqədar olaraq texniki sənədlərdə düzəlişlər edir. Başqa bölmələr tərəfindən neft və qazçıxarma sexinə xidmət göstərilməsi üçün sifarişlər tərtib edir. Parafinsizləşdirmə qrafiklərini və quyularda, boru kəmərlərində duz çöküntüləri (korroziya) ilə mübarizə üzrə tədbirlər işləyib hazırlayır və onların yerinə yetirilməsini təmin edir. Neft-mədən obyektlərinin vaxtında təmirə hazırlanmasını təşkil edir. Quyuların yeraltı və əsaslı təmiri, quyudibi zonaya təsir etmə əməliyyatlarının aparılması üçün plan-qrafiklərin (naryad-tapşırıqların) tərtib edilməsində iştirak edir. Neft-mədən obyektlərində yerinə yetirilmiş təmir işlərinin keyfiyyətinə nəzarət edir. Neft və qazın hasilatı, yığılmasının texnoloji proseslərini təhlil edir və onların təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlayır. Neft və qazın hasilatı və yığılmasında yeni texnoloji proseslərin mənimsənilməsi üçün eksperimental işlərin keçirilməsində və onların istehsalata tətbiqində, neft-mədən obyektlərinin tikinti layihələrinin müzakirəsində iştirak edir. Texnoloji qurğularda və istismar

quyularında baş vermiş qəzaların qeydiyyatını aparır. Qəzaların səbəblərini təhlil edir, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. İstehsal mədəniyyəti və səmərəliliyinin yüksəldilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin, material, yanacaq, enerji məsrəflərinin texniki əsaslanmış normalarının işlənib hazırlanmasında və tətbiq olunmasında iştirak edir. Material-texniki vəsaitlərdən və nəqliyyatdan səmərəli istifadə olunmasına nəzarət edir. Yeni texnikanın sınaqdan çıxarılması və tətbiq edilməsi, istehsal proseslərinin kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi, neft və qazın hasilatı, yığılması texnologiyasının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflərin müzakirəsində iştirak edir, onların yararlılığı haqqında rəy verir.

Bilməlidir: neft və qaz hasilatı və yığılmasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; neft və qaz yataqlarının işlənməsinin əsaslarını; quyuların yeraltı və əsaslı təmiri, neft və qaz hasilatı, yığılması üzrə texnika və texnologiyanı; quyu tikintisi texnologiyasının əsaslarını; neft-mədən obyektlərində texniki nasazlıq, qəza və mürəkkəbləşmələrin yaranma səbəblərini, onların qarşısının alınması və ləğv edilməsi üsullarını; neft mədənlərinə xidmət edən bölmələrin ixtisaslaşmasını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; neft və qaz hasilatı sahəsində yerli və xarici təcrübəni; neft və qaz yataqlarının işlənmə qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik-texnoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis-texnoloq vəzifəsində ən azı 2 il iş stajı.

 Neft və qazçıxarma üzrə mühəndis

 Əmək funksiyası. Obyektlərdə istismar quyularının işini

müəyyən edilmiş texniki rejimlərə müvafiq olaraq təşkil edir. Təsdiq olunmuş texnoloji rejimlərdən kənarlaşmaların səbəblərinin aradan qaldırılması üçün operativ tədbirlər görür. Neft və qaz hasilatı üzrə perspektiv, cari və operativ planların işlənib hazırlanmasında iştirak edir. İstismar quyuları və digər istehsal obyektləri üçün texnoloji iş rejiminin hazırlanmasında iştirak edir. Neft və qaz hasilatı briqadalarının zəruri texniki, texnoloji və digər sənədlərlə vaxtında təmin olunmasını təşkil edir. İstehsalın texnoloji rejiminin dəyişməsi və təshihi ilə əlaqədar olaraq texniki sənədlərdə dəyişikliklər edir. Obyektlərin pasportlaşdırılması işini aparır. İstismar quyulan üzrə qəzaların uçotunu aparır. Qəzaların baş vermə səbəblərinin araşdırılması, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənməsində iştirak edir. Quyularda cari təmir işlərinin keyfiyyətlə aparılmasına nəzarət edir. Yeni texnikanın sınağı və tətbiqi, neft yığımı sistemlərinin neft-çıxarma və parafinsizləşdirmə texnologiyasının təkmilləşdirilməsi üzrə işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Tətbiq olunan avadanlıqların konstruksiyasının təkmilləşdirilməsinə dair səmərələşdirici təklif və ixtiralara rəy verir. Qəbul olunmuş səmərələşdirici təkliflərin tətbiqinə əməli kömək göstərir. İstehsal mədəniyyəti və səmərəliliyinin yüksəldilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin işlənib hazırlanması və tətbiq olunmasında iştirak edir. Material, yanacaq və enerji məsrəfləri üzrə texniki əsaslandırılmış normaların işlənib hazırlanmasında iştirak edir. Materiallardan səmərəli istifadə olunmasına nəzarət edir.

Bilməlidir: neft və qaz hasilatı və yığılmasının texnika və texnologiyasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və başqa rəhbər materialları; neft və qaz yataqlarının

istismar olunma qaydalarını; quyuların yeraltı və əsaslı təmirinin texnika və texnologiyasını; quyu tikintisi texnologiyasının əsaslarını; neft-mədən obyektlərində texniki nasazlığın, qəzaların və çətinliklərin əmələ gəlmə səbəblərini, onların qarşısının alınması və aradan qaldırılması üsullarını; neft mədənlərinə xidmət edən bölmələrin ixtisaslaşdırılmasını; neft və qaz hasilatı sahəsində yerli və xarici təcrübəni; istehsalın operativ uçotunun təşkilini; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və normalarını; ətraf mühit və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli neft və qazçıxarma üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Neftin hazırlanması və nəqli üzrə mühəndis 

Əmək funksiyası. Neftin keyfiyyətlə hazırlanmasını təmin edir. Neftin hazırlanması və nəqli üçün perspektiv, carı və operativ planların işlənib hazırlanmasında iştirak edir. Neftin hazırlanması və nəqli üzrə obyektlərin işinin səmərəliliyinin yüksəldilməsi yollarını müəyyən edir. Təhvil verilən neftin keyfiyyətinin yüksəldilməsi və itkilərin azaldılması üzrə tədbirlər işləyib hazırlayır və tətbiq edir. Sexin texnoloji avadanlığının təhlükəsiz və texniki cəhətdən düzgün istismar olunmasını təmin edir, neftin hazırlanması və nəqli texnologiyasına riayət edilməsinə daimi

nəzarəti həyata keçirir. Avadanlığın əsaslı təmiri üçün plan-sifarişlərin tərtib olunmasında, avadanlığın sıradan çıxması və qəzaların səbəblərinin təhqiq edilməsində iştirak edir. Neftin hazırlanması və nəqli texnologiyasının təkmilləşdirilməsi üzrə səmərələşdirici təkliflərə baxır, müəssisə şəraitində onların istifadə olunmasını təşkil edir. Müəssisənin payız-qış dövrünə hazırlığı üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Neftin hazırlanması və ötürülməsində tətbiq edilən kimyəvi reagent, material, yanacaq, elektrik enerjisinin sərfi normalarının təhlilini aparır. Kimyəvi reagentlərin saxlanmasına nəzarət edir. İstehsal mədəniyyətinin yüksəldilməsi üzrə işləri həyata keçirir və ətraf mühitin mühafizəsi üzrə tədbirlər görür.

Bilməlidir: neft və qazın hazırlanması və nəqlinin təşkilinə, texnika və texnologiyasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin inkişaf perspektivini; neftin hazırlanması və nəqli texnologiyasını və təşkilini; qurğuların texnoloji rejimlərini və texniki istismar qaydalarını; hazır məhsula qoyulan texniki tələbləri; texnoloji proseslərin layihələndirilməsi zamanı əməyin elmi təşkilinin əsas tələblərini; neftin hazırlanması və nəqli texnologiyası sahəsində yerli və xarici müəssisələrin qabaqcıl təcrübələrini; ətraf mühitin və yeraltı sərvətlərin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli neft və qazın hazırlanması və nəqli üzrə texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

 Neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və

korroziya ilə mübarizə üzrə mühəndis 

Əmək funksiyası. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmiri üzrə cari və perspektiv plan-layihələrini hazırlayır. Neft-mədən hidrotexniki qurğularının əsaslı təmir layihələrinin müzakirəsində iştirak edir. Qüvvədə olan təlimatlara müvafiq olaraq neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə yerinə yetirilən bütün iş həcmlərinin dəyişməsi, həmçinin əlavə iş həcmləri (işin icrasından asılı olmayan səbəblərdən texniki layihələrdə nəzərdə tutulmayan) üçün smeta, smeta-maliyyə hesablarını və kalkulyasiyaları hazırlayır, neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə üzrə metodik göstərişlər işləyir. Briqadalar tərəfindən işlənmiş vaxtın və yerinə yetirilmiş iş həcminin uçotuna nəzarət edir. Əlaqədar sexlərdə iş vaxtı itkilərinin azaldılması üzrə kompleks təşkilati-texniki tədbirlər planlarının işlənməsində iştirak edir. Yeni texnikanın, səmərələşdirici təkliflərin və ixtiraların, qabaqcıl təcrübənin tətbiqi üzrə işlər görür. Obyektlərdə qəzaların ləğv edilməsi və onların qarşısının alınması üzrə işləri təşkil edir. Xüsusi texnikaya olan sifarişləri razılaşdırır. Avadanlıqlarda qəzaların, istehsalat zədələnmələrinin səbəblərinin araşdırılmasında iştirak edir və onların qarşısının alınması üzrə tədbirlər işləyir. Hidrotexniki qurğuların təmiri və istismarı üzrə tələb olunan avadanlıq, alət, material, ehtiyat hissələri və digər vəsaitlər üçün illik sifarişlər tərtib edir. Hidrotexniki qurğuların əsaslı tikintisi üzrə müvafiq tikinti təşkilatlarına sifarişlər tərtib edir. Müvafiq texniki sənədləri işləyir və texnoloji intizama, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. Zəruri uçot və hesabatları aparır.

Bilməlidir: neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizənin təşkili və texnologiyasına dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; neft-mədən hidrotexniki qurğularının istismarı, təmiri və korroziya ilə mübarizə işlərinin planlaşdırılma metodlarını; tələb

olunan avadanlıq, material, ehtiyat hissə və alətlərə sifarişlərin tərtib olunma qaydalarını, onların sərf normalarını; neft-mədən hidrotexniki qurğularının istismar və təmir qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarmı, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı.

Neft və qaz yataqlarının işlənməsi üzrə geoloq 

Əmək funksiyası. Neft və qaz hasilatı, laya işçi agentin vurulması, yatağın qazılıb genişləndirilməsi, neft və qaz yataqlarının kəşfiyyatının başa çatdırılması üzrə cari və perspektiv planların işlənməsində iştirak edir. Yataqların işlənməsinin layihələndirilməsi, quyuların təmirinin cari və perspektiv planların, quyuların təmirinə sifarişlərin tərtib olunması üçün materiallar hazırlayır. Neft və qaz yataqlarının işlənmə vəziyyətinə nəzarət edir, yataqların işlənməsinin dövrü təhlilini aparır. Neft və qaz hasilatı, laya işçi agentin vurulması, quyuların qazılması, geofiziki və hidrodinamiki tədqiqatlar üzrə daxil olan məlumatlar əsasında ilkin sənədləşməni aparır. Tədqiqat işlərinin yerinə yetirilmə keyfiyyəti və həcminə, əsaslı təmirə, neft, qaz və vurucu quyularda texnoloji iş rejiminə operativ nəzarəti həyata keçirir. Yeraltı

sərvətlərin işlənməsində dağ süxurlarının çıxarılması sənədlərini, geoloji hesabatları, quyuların mədən və geofiziki tədqiqat, kimyəvi təhlil üçün maye nümunələrinin götürülməsi planlarını (qrafiklərini) tərtib edir. Karotaj diaqramlarını işləyir. Quyu fondunun aylıq təhlilini aparır. Məhsuldar və vurucu quyuların texnoloji iş rejimlərinin, neft və qaz ehtiyatlarının tam çıxarılması üzrə tədbirlərin işlənməsində iştirak edir. Yataqların işlənməsinin, onların kəşfiyyatının təkmilləşdirilməsi üzrə təkliflər işləyir. Quyuların qazılmasına geoloji-texniki naryadın geoloji hissəsi üçün ilkin məlumatları hazırlayır. Öyrənilən iş rayonunun geoloji quruluşunu xarakterizə edən qrafik materialları (sxem, xəritə, kəsim, diaqramlar) tərtib edir. Geoloji materialların təyin olunmuş qaydada uçotu, saxlanması və çoxaldılmasını təşkil edir. Geoloji səbəblər üzrə quyuların ləğv edilməsi, konservasiyası və qaytarılması üçün sənədləri tərtib edir. İş təcrübəsinin mübadilə edilməsi və kadrların ixtisasının artırılmasında iştirak edir.

Bilməlidir: təşkilatın geoloji-istehsalat fəaliyyətinə dair qərar, əmr, sərəncam və digər rəhbər materialları; neft və qaz olan rayon və yatağın geologiyasını, neft və qaz yataqlarının işlənmə qaydalarını; hasil edilən xammal növünə sənaye tələblərini; quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını; yataqların işlənməsinin layihələşdirilməsi və təhlili metodlarını; quyuların qazılması və istismarı üsullarını; layların neftveriminin artırılması prinsip və metodlarını; quyuların qazılması, cari və əsaslı təmiri texnologiyasının əsaslarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; geoloji sənədləşmənin tərtib edilmə qaydalarını; qrafiki, geoloji sənədləşmənin qurulması və karotaj materialının emalının prinsip və metodlarını; yeraltı sərvətlərin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası qaydalarını, geoloji materialların uçotu və saxlanması qaydalarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya

6-cı dərəcəli texnik-geoloq vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 7-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 8-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və 9-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 10-cu dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 11-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 12-ci dərəcəli geoloq vəzifəsində ən azı 2 il iş stajı.

Neft və qazçıxarma üzrə texnik 

Əmək funksiyası. İxtisaslı mütəxəssislərin rəhbərliyi altında neftqazçıxarma üzrə planın yerinə yetirilməsi işlərini həyata keçirir. Layların neftveriminin artırılması, quyularınparafinsizləşdirilməsi, neft hasilatı sahəsində yeni texnika və texnologiyanın tətbiqi üzrə tədbirlərin işlənməsində iştirak edir. Quyuların texnoloji prosesləri və iş rejimlərinin təshih edilməsi ilə bağlı texniki sənədlərdə dəyişiklikləri rəsmiləşdirir və razılaşdırır. Avadanlığın istismar qaydalarına riayət olunmasına nəzarət edir.

Bilməlidir: neft və qaz hasilatı texnologiyasını; neft və qazçıxarmanın texnologiyasına dair əmr, sərəncam və digər rəhbər materialları; avadanlığın təmirə verilməsi və təmirdən qəbul olunması qaydalarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan

orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

Neft və qazın hazırlanması və nəqli üzrə texnik 

Əmək funksiyası. İxtisaslı mütəxəssislərin rəhbərliyi altında neft və qazın hazırlanması və nəqli qurğularının fasiləsiz işini təmin

etmək, təhvil verilən neft və qazın keyfiyyətini yüksəltmək üzrə işləri yerinə yetirir. Texnoloji proseslərin texniki tapşırıqlara və fəaliyyətdə olan normativ sənədlərə müvafiq olaraq düzgün aparılmasını həyata keçirir. Neft və qazın hazırlanması və nəqli üzrə istehsalat obyektlərinin texnoloji proses və rejimlərinin təshih edilməsi ilə bağlı texniki sənədlərdə dəyişiklikləri rəsmiləşdirir. Kimyəvi reagentlərin saxlanmasına, material və alətlərin səmərəli istifadəsinə nəzarəti həyata keçirir. Texnoloji avadanlığın sınaqdan keçirilməsində iştirak edir.

Bilməlidir: neft və qazın hazırlanması və nəqli texnologiyasını; quyuların texnoloji rejimlərini və onların texniki istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan

orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik vəzifəsində ən azı 2 il iş stajı.

 Topoqraf

 Əmək funksiyası. Fotoplanlarda relyef və konturların

çəkilişini, vizual topoqrafik çəkilişi və topoqrafik xəritələrin təzələnməsini, marşrutlar üzrə səhra deşifrələnməsini, relyefin kontur və elementlərinin kameral deşifrələnməsini; taxometrik planların tərtib edilməsini; plan-hündürlük əsaslanmasını yerinə yetirir. Geoloji tədqiqatların bölünməsi, naturaya köçürülməsi və dağ mədənləri, quyu və digər nöqtələrin bağlılığını həyata keçirir. Alətlərin yoxlanmasını və yustirlənməsini aparır. Briqadanın üzvləri tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin edir. Relyefin çəkilişini yerinə yetirir

və stereofotoqrammetrik metodla xəritənin originalını tərtib edir. Xəritələrin originallarını, məlumatları trapesiya çərçivələri üzrə çəkir və rəsmiləşdirir. Texniki sənədlərin rəsmiləşdirilməsini həyata keçirir.

Bilməlidir: topoqrafik çəkiliş, xəritələrin (planların) təzələnməsi və IV dərəcəli nivelirləmənin həyata keçirilməsi üzrə qüvvədə olan təlimatları; topoqrafik çəkilişin, xəritələrin təzələnməsinin mövcud üsullarının texnologiyasını; topoqrafik xəritələrin originallarının stereofotoqrammetrik çəkiliş və tərtib olunma metodlarını; tətbiq olunan alət və cihazların yoxlanma və yustirlənmə qaydalarını; texniki və maliyyə hesabatlarının tərtib olunması üzrə tələbləri; təhlükəsizlik texnikası, əməyin mühafizəsi qaydalarını, topoqrafik-geodeziya işləri üzrə istehsalatın və əməyin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan

orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli topoqraf vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli topoqraf vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli topoqraf vəzifəsində ən azı 2 il iş stajı.

Texnik-geoloq 

Əmək funksiyası. İxtisaslı mütəxəssisin rəhbərliyi altında yataqların (sahələrin, obyektlərin) öyrənilməsi işlərini yerinə yetirir. Qazma məlumatlarını, sınaq, kern nəticələrini karotaj diaqramlarına köçürməklə onların işlənilməsini həyata keçirir. Kernlərin və bütün digər növ nümunələrin götürülməsini, neftin və qazın gündəlik hasilatının ölçülməsini təmin edir. Müşahidə olunan obyektlərdə ölçmə və təsvir etmə işlərini aparır. Cihazların göstəricilərini qeyd edir. İlkin geoloji sənədləşdirməni aparır və onların işlənilməsini həyata keçirir. Layihə işləri və geoloji hesabatlara aid olan qrafik materialları, sxemləri, kəsimləri, planları və diaqramları çəkir. Quyuların fəaliyyətə qaytarılması, konservasiyası və ləğvi ilə əlaqədar sənədlərin tərtib olunmasında

iştirak edir. Geoloji sənədlərin, nümunələrin, digər materialların saxlanılmasını təşkil edir və onların uçotunu aparır. Quyuların əsaslı təmin, perforasiyasından sonra yoxlama və sınanma işlərinin nəticələrinin təhlilini təşkil edir.

Bilməlidir: yatağın geologiyasını; geoloji-kəşfiyyat, qazma, mədən işlərinin texnologiyasını və onların aparılması üzrə təlimatları; geoloji sənədlərin saxlanılması və uçotu qaydalarını; cihaz və avadanlıqların istismar qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan

orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik-geoloq vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik-geoloq vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik-geoloq vəzifəsində ən azı 2 il iş stajı.

Texnik-energetik 

Əmək funksiyası. Bütün elektrik avadanlıqları və elektrik alətlərinin pasportlaşdırılmasını həyata keçirir. Mövcud olan və yeni daxil olmuş elektrik avadanlıqlarının, sexə təhkim olunmuş elektrik avadanlıqların, qurğuların texniki vəziyyətinin və istismarının, yararsız vəziyyətə düşmüş avadanlıqların hesabdan silinməsi üçün sənədləşmənin, sex üzrə əlvan və qara metalların təhvil verilməsinin uçotunu aparır. Sexin bütün texniki sənədlərini lazımi qaydada saxlayır. Elektrik avadanlıqlarının pasportunda qeydlər aparmaqla və sənədləri tərtib etməklə, onların təmirə verilməsi və alınması işlərini həyata keçirir. Sex üzrə iş vaxtının tabel uçotunu aparır.

Bilməlidir: elektrik avadanlıqlarının operativ uçotunun aparılma qaydalarını; avadanlıqlar üzrə ilkin texniki sənədlərin

formalarını; avadanlıqların təmirə verilməsi və təmirdən qəbul olunması qaydalarını; əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:5-ci dərəcə: I-II qrup müəssisədə iş stajına tələb qoyulmadan

orta ixtisas (texniki) təhsili və yaxud digər orta ixtisas təhsilli mütəxəssis vəzifələrində ən azı 2 il iş stajı;

6-cı dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 5-ci dərəcəli texnik-energetik vəzifəsində ən azı 2 il iş stajı;

7-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 6-cı dərəcəli texnik-energetik vəzifəsində ən azı 2 il iş stajı;

8-ci dərəcə: I-II qrup müəssisədə orta ixtisas (texniki) təhsili və ixtisası üzrə 7-ci dərəcəli texnik-energetik vəzifəsində ən azı 2 il iş stajı.

Üzən qazma qurğuları üzrə mühəndis 

Əmək funksiyası. Üzən qazma qurğularının istismarı və təmiri üzrə tapşırıqların, plan-qrafiklərin tərtib olunmasında iştirak edir. Üzən qazma qurğularının profilaktik və təmir xidmətlərinə dair məlumatlar toplayır, ümumiləşdirir, təhlil edir və müvafiq orqanlara təqdim edir. Yeni üzən qazma qurğularının istifadəsi haqqında təkliflər verir. Hidrometroloji şərait haqqında məlumatları alır. Üzən qazma qurğularının səmərəli istismarı üzrə təşkilati-texniki tədbirlər hazırlayır. Üzən qazma qurğularının tikinti layihələrinin müzakirəsində iştirak edir. Bu qurğuların təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır. Müəssisənin üzən qazma qurğularına olan tələbatı üzrə illik sifarişlərin tərtib edilməsində iştirak edir. Üzən qazma qurğularının istismarı və təmiri üzrə işlərin təhlükəsizlik qayda və normalarına müvafiq olaraq aparılmasına nəzarət edir. Bu işlərin təhlükəsiz aparılması üzrə təlimatların işlənməsində iştirak edir. Üzən qazma qurğularında baş vermiş qəza və bədbəxt hadisələrin səbəblərinin təhqiqində, onların ləğv edilməsi və qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. İstehsal tapşırıqları və planların yerinə yetirilmə gedişinə nəzarət edir, onların nəticələrini təhlil edir. Lazım olan uçot və hesabatları aparır.

Bilməlidir: üzən qazma qurğularının istismarı və təmiri məsələlərinə dair qərar, sərəncam və əmrləri, metodiki, normativ və digər rəhbər materialları; müəssisənin üzən qazmaqurğularının texniki vəziyyətini, onların istehsal gücləri, texniki xarakteristikaları, konstruktiv xüsusiyyətləri və iş rejimlərini, istismar və təmir qaydalarını; üzən qazma qurğuları, onların istismarı və təmiri sahəsində qabaqcıl yerli və xarici təcrübəni; iqtisadiyyatın, əməyin təşkilinin, istehsalın və idarəetmənin əsaslarını; texniki sənədlərin tərtib edilməsi üzrə əsasnamə və təlimatları; əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə, ətraf mühitin mühafizəsi qayda və normalarını, kompüter avadanlıqları ilə işləməyi, istifadədə olan müvafiq kompüter proqramlarının əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali texniki təhsil və ya

6-cı dərəcəli texnik vəzifəsində, yaxud digər ali təhsilli mütəxəssis vəzifələrində ən azı 3 il iş stajı;

8-ci dərəcə: ali texniki təhsil və 7-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

9-cu dərəcə: ali texniki təhsil və 8-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

10-cu dərəcə: ali texniki təhsil və 9-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

11-ci dərəcə: ali texniki təhsil və 10-cu dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

12-ci dərəcə: ali texniki təhsil və 11-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı;

13-cü dərəcə: ali texniki təhsil və 12-ci dərəcəli mühəndis vəzifəsində ən azı 2 il iş stajı. 

II. SUALTI TEXNİKİ İŞLƏRRƏHBƏRLƏR

Baş dalğıc mütəxəssisiƏmək funksiyası. İdarənin bütün növ sualtı-texniki dalğıc

işlərinə, Dərinlik Dalğıc Kompleksinin (DDK) işinə metodiki və texniki rəhbərlik edir. Sualtı-texniki vasitələrin istismara buraxılmasında idarədə müəyyən edilmiş qaydaya və istismar təlimatına riayət edilməsini təmin edir. Sualtı-texniki vasitələrin və

texniki sənədlərin (təlimatların) respublikada qüvvədə olan qanunvericiliyə, dünya standartlarına uyğun olaraq hazırlanması, istehsalatda tətbiqi və yoxlanmasını təşkil edir. Sualtı işlərin aparılması zamanı baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin araşdırılmasında iştirak edərək, onların səbəblərinin təhlili və aşkar olunmuş nöqsanların ləğvi üzrə operativ tədbirlərin həyata keçirilməsini təmin edir. Dalğıc kadrlarının və mütəxəssislərinin hazırlanmasına rəhbərlik edir. Sualtı-texniki işlərin vəziyyətini və səviyyəsini təhlil edir, nəticələri barədə rəhbərliyə təkliflər verir. Yerinə yetirilən sualtı-texniki işlərin ( eyni zamanda DDK üzrə) həcminin düzgün müəyyən olunmasına və yerinə yetirilməsinə nəzarəti həyata keçirir. DDK-nın dalğıc mütəxəssisləri və mühəndislərinin fəaliyyətinə rəhbərlik edir. Məşq suyaenmələri də daxil olmaqla dalğıc suya enmələri və bütün növ sualtı dalğıc işlərinin yerinə yetirilməsini təşkil edir. Zərurət olduqda xüsusi mürəkkəb dalğıc işlərinin yerinə yetirilməsində iştirak edir. Sualtı-texniki işlərin yerinə yetirilməsi zamanı işçilərin həyatı və sağlamlığının qorunması, təhlükəsiz şəraitin yaradılması üzrə həyata keçirilən tədbirlərin səmərəliliyinə nəzarət edir.

Sualtı-texniki işlərdə istifadə olunan texniki vasitələrin və metodların təkmilləşdirilməsi üzrə elmi nailiyyətlərin işçilər tərəfindən mənimsənilməsi və tətbiqinə, idarədə texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normativ aktların tələblərinə, daxili intizam və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə, sənədləşmənin və kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsinə nəzarət edir. Dalğıc məntəqələrində dalğıc mütəxəssisləri və dalğıcların yerləşdirilməsi üzrə idarə rəhbərinə təkliflər verir. Dalğıc işləri ilə məşğul olan işçilərin mükafatlandırılması, eyni zamanda nizam-intizamı pozan işçilərin cəzalandırılması məqsədilə idarə rəhbəri qarşısında məsələ qaldırır. Sualtı-texniki dalğıc işlərini yerinə yetirərkən baş verən qəzaların, bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərini araşdırır və belə hadisələrin baş verməməsi üçün rəhbərliyə təkliflər verir.

Texniki təchizata tələbatı müəyyən edir. Dalğıc işləri üzrə sənədləşmələri və hesabatları yerinə yetirir, dalğıc avadanlıqları, alətləri və ləvazimatlarının uçotunu aparır.

Bilməlidir: böyük dalğıc mütəxəssisinə aid olan vahid tarif-ixtisas xüsusiyyətlərinin tələblərini; Dövlət Neft Şirkətinin sualtı-texniki xidmət və Dərinlik Dalğıc Kompleksinin (DDK) fəaliyyəti

üzrə əmr, qərar və göstərişlərini və sualtı-texniki işlər üzrə metodiki, normativ və digər rəhbər materialları; dalğıc avadanlıqlarının texniki istismar qaydalarını və iş prinsiplərini.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil, ixtisası üzrə iqtisadiyyatın uyğun sahələrində mühəndis-texniki və rəhbər vəzifələrdə 5 ildən və böyük dalğıc mütəxəssisi vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

15-ci dərəcə: II qrup müəssisədə baş dalğıc mütəxəssisi vəzifəsini icra etdikdə.

16-cı dərəcə: I qrup müəssisədə baş dalğıc mütəxəssisi vəzifəsini icra etdikdə.

MÜTƏXƏSSİSLƏRDalğıc mütəxəssisi

Əmək funksiyası. Dalğıc məntəqəsinin fəaliyyətinə rəhbərlik edir, dalğıc personalının dalğıc hazırlığını həyata keçirir. Dalğıc texnikasının işə daim hazırlığını, təmir edilməsini təmin edir, dalğıc avadanlıqları və ləvazimatlarından düzgün istifadə olunmasına və saxlamasına nəzarət edir. Dalğıc texnikasına vaxtlı-vaxtında texniki baxış keçirir və dalğıcların tibbi müayinədən keçməsini təşkil edir. Texniki vasitələrin istismarı üzrə təlimat və qaydalara ciddi əməl olunmaqla, sualtı işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsini təşkil edir. Dalğıc texnikasından istifadə zamanı və dalğıc işləri yerinə yetirilən zaman təhlükəsizlik texnikası qaydalarına əməl olunmasını, istehsalat sahəsində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi qaydalarına və normativ-hüquqi aktların tələblərinə, texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların tələblərinə riayət olunmasını, sənədləşmələrin və kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsini, daxili intizam qaydalarına əməl olunmasını təmin edir.

Bilməlidir: Dövlət Neft Şirkətinin aidiyyəti üzrə əmr, qərar və göstərişlərini və sualtı-texniki işlər üzrə metodiki, normativ və digər rəhbər materialları; müəssisədə dalğıc xidmətinin strukturunu; dalğıc texnikası və ləvazimatlarının konstruksiyasını; dəniz neft-qaz mədənlərində dalğıclar tərəfindən yerinə yetirilən təmir və xidmət işlərinin təşkilini, növlərini, texnologiyasını və yerinə yetirilmə metodlarını; dalğıc texnikasının texniki istismar və təmir qaydalarını, sualtı aparatların nəzəri əsaslarını; hiperbarik fiziologiyanın və dalğıc təbabətinin əsaslarını;

dalğıc əməyinin təhlükəsizliyi üzrə sahə və dövlət standartlarını; sualtı-texniki işlərin yerinə yetirilməsi zamanı texniki təhlükəsizlik qaydalarını; dalğıc işləri sahəsindəölkədaxili və xarici ölkələrin təcrübəsini; iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkilini, istehsalın təşkilini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil, ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı, dalğıc mütəxəssisi proqramı üzrə tam hazırlıq kursu bitirmiş.

10-11-ci dərəcələr: müvafiq olaraq I-II qrup müəssisədə dalğıc mütəxəssisi vəzifəsini icra etdikdə.

Böyük dalğıc mütəxəssisi 

Əmək funksiyası. Dalğıc məntəqələrinin qəza-xilasetmə, gəmiqaldırma və digər dalğıc işləri zamanı fəaliyyətinə rəhbərlik edir. Zərurət olduqda xüsusi və mürəkkəb dalğıc qəza-xilasetmə işlərinin yerinə yetirilməsində şəxsən iştirak edir. Dərinlik Dalğıc Kompleksinin (DDK) dalğıc hazırlığına rəhbərlik edir. Dalğıcların suyaenmələrini təşkil edir. Tənəffüs üçün qaz qarışıqlarının hazırlanmasını təmin edir.

Dalğıclar tərəfindən görülən işin keyfiyyətinə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına əməl edilməsinə, dalğıc avadanlığı və geyimlərindən düzgün istifadə edilməsinə və saxlanmasına nəzarət edir. Dalğıcların texniki bilik səviyyələrinin yüksəldilməsi işində, eləcə də Dalğıc-İxtisas Komissiyalarının işində yaxından iştirak edir. Dalğıc avadanlıqlarına vaxtlı-vaxtında baxış keçirir və dalğıcların tibbi müayinəsini təşkil edir. Dalğıc texnikasının işlək vəziyyətdə olmasını və texniki istismar qaydalarına riayət edilməsini təmin edir. Texniki vasitələrdən istifadə olunmasında bütün rəhbər, normativ-hüquqi sənədlərə və təlimatlara ciddi əməl olunmasına və sualtı işlərin keyfiyyətinə nəzarət edir. Dalğıc avadanlığının texniki təminatına sifarişləri tərtib edir, ehtiyat hissələri, avadanlıq, alətlər və materialların istifadə olunmasına və qeydiyyatına nəzarəti həyata keçirir. Dalğıc işləri üzrə sənədləşmənin, hesabatların aparılmasını təmin edir. İstehsalat sahəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi qaydalarına və normativ aktların tələblərinə, texniki vasitələrdən istifadə olunmasında qüvvədə olan standartların tələblərinə riayət olunmasına, sənədləşmənin və

kargüzarlıq işlərinin müəyyən olunmuş normalara uyğun həyata keçirilməsinə, daxili intizam qaydalarına əməl olunmasına nəzarət edir. Mürəkkəb dalğıc işlərinə rəhbərlik edir.

Bilməlidir: dalğıc mütəxəssisinə aid olan vahid tarif-ixtisas xüsusiyyətlərinin tələblərini; DDK-nın bütün sistem və qovşaqlarının quruluşunu; hidrotexniki qurğuların konstruksiyalarını; DDK-nın istismar və texniki sənədləşmələrini; müəssisədə maddi-texniki təchizatın təşkilini; hövzə və ətraf mühitin qorunması üzrə qanunvericiliyin əsaslarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və dalğıc mütəxəssisi vəzifəsində 2 ildən az olmayaraq iş stajı.

12-13-cü dərəcələr: müvafiq olaraq I-II qrup müəssisədə böyük dalğıc mütəxəssisi vəzifəsini icra etdikdə.  

 

  “Təsdiq edilmişdir”Azərbaycan RespublikasınınƏmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

Kollegiyasının

qərarı № 01

31 yanvar 2012-ci il

Nazir

_____________Fizuli Ələkbərov

 Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan

fəhlə peşələrinin Vahid Tarif-İxtisas SorğuKitabçası

 GİRİŞ

 “Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan

fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “Kitabça” adlandırılacaqdır) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda topoqrafiya, geodeziya və kartoqrafiya sahəsi üzrə çalışan fəhlələrə ixtisas dərəcəsinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.

Kitabçada fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmiş, peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri müəyyən edilmişdir.

Tarif ixtisas xüsusiyyətlərinin “İşin xüsusiyyəti” hissəsi özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində yerinə yetirilən işlər üzrə biliyə olan tələblər nəzərdə tutulur.

Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu hallarda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.

Aşağı dərəcəli peşələrin tarif-ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.

Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlığın texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialların sərf normasını, zay məhsulun növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülmə üsullarını, qaldırıcı-nəqletdirici avadanlığın idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.

Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr yerinə yetirdikləri işlərlə yanaşı çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.

Avtomaşınların, traktorların idarə edilməsi, həmçinin qazma-partlatma və deşmə-partlatma işlərinə aid peşələr üzrə çalışan fəhlələrin peşə hazırlığı və ya təhsili barədə müvafiq sənədi olmalıdır.

Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin dərəcəsi tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə müqayisə edilərək müəyyənləşdirilir.

Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.

İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Fəhləyə hər hansı bir tarif dərəcəsinin verilməsi və ya artırılması məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.

Fəhləyə hər hansı və ya daha yüksək tarif dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.

İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilir.

İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.

İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsinə  aid suallara cavab verməli və “İşin xüsusiyyəti” hissəsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə

yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə müəyyən edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməyi bacarmalıdır.

Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.

Əsas işindən əlavə briqadaya rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.

 

Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan fəhlə peşələrinin adları və ödəniş dərəcələrinin diapazonu

 Sıra №-si

Peşələrin adları

Ödənişdərəcə

ləri diapaz

onu

Kitabça qüvvəyə minənədək qüvvədə

olan  peşələrin adları Səhifə

1 2 3 4 51 Dağ süxurlarının

cilalayıcısı 2-4Dağ süxurlarının cilalayıcısı 7

2 Elektrokəşfiyyatstansiyasının motorçusu 4

Elektrokəşfiyyatstansiyasının motorçusu 8

3 Geodeziya nişanlarının quraşdırıcısı

3-5

Geodeziya nişanlarının quraşdırıcısı.Reperçi 9

4 Geofiziki cihazların sazlayıcısı 6

Geofiziki cihazların sazlayıcısı 11

5 Geoloji nümunələri seçən 4-5 Geoloji nümunələri seçən 116 Geoloji nümunələrin

yuyucusu 2-5Geoloji nümunələrin yuyucusu 12

7 Geoloji axtarış və planaalma işlərinin bələdçisi

4

Geoloji axtarış və planaalma işlərinin bələdçisi.Kirşə sürücüsü 14

8 Geoloji işlər üzrə fəhlə2-3

Geoloji planaalma və axtarış işləri üzrə fəhlə 14

9 Geofiziki işlər üzrə fəhlə2-4

Geofiziki işlər üzrə fəhlə. Radiometrist 16

10 Karotajçı 4-6 Karotajçı 2111 Karotaj stansiyasının

maşinisti 

4-5

Qaz karotaj stansiyasının maşinistiKarotaj stansiyasının qaldırıcısının maşinistiÖzüyeriyən karotaj stansiyasının motorçusu 23

12 Seysmik siqnalları yaradan qurğunun maşinisti 6

Səyyar seysmik qurğunun operatoru

2413 Şurfqazma qurğusunun

maşinisti 4Şurfqazma aqreqatının maşinisti 24

14 Şlixlərin və mineralların zənginləşdiricisi 4

Şlixlərin zənginləşdiricisi25

15 Topoqrafik xəritələrin 4-6 Topoqrafik xəritələrin 25

orijinallarının oymaçısı orijinallarının oymaçısı16 Topoqrafiya-geodeziya

və markşeyder işlərindəölçügötürən

2-5

Topoqrafiya-geodeziya vəmarkşeyder işlərindəölçügötürən.Heliotropist 27

  

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ 

1. Dağ süxurlarının cilalayıcısı 

2-ci dərəcəİşin xüsusiyyəti. Fiziki-mexaniki sınaqlar üçün şliflərin

və anşliflərin səthinin qoparılması, kobud işlənməsi. Nümunələrin ölçülməsi və onların parçalanması.

Bilməlidir: Dağ süxurlarının əsas fiziki-mexaniki xassələrini və onların işlənmə metodlarını, tətbiq olunan abraziv materialları.

 2. Dağ süxurlarının cilalayıcısı

 3-cü dərəcə

İşin xüsusiyyəti.  Tərkibində 50%-ə qədər kvars olan, maqmatik və metamorfik dağ süxurlarından sadə şlif və anşliflərin hazırlanması. Dağ süxurlarının fiziki-mexaniki xassələrini öyrənmək üçün kiçik kubların, lövhələrin, prizmaların, silindrlərin cilalanması. Nümunələrin bintlənməsi və onların yoxlanması. Qoruyucu şüşənin yapışdırılması. Şliflərin yuyulması. Mikroskop altında şliflərin yoxlanması, yapışdırıcı tərkibin hazırlanması. İstifadə olunan avadanlığın profilaktik və cari təmiri. Hazır şliflərin etiketlənməsi və qeydə alınması.

Bilməlidir:  dağ süxurlarının emal xüsusiyyətlərini və fiziki-kimyəvi xassələrini; şliflər (nümunələr) emal olunarkən istifadə olunan tərtibat, alət və avadanlıqların istismar qaydalarını; şlifləyici (abraziv) materialların növünü və təyinatını; yapışdırıcı tərkibin növünü və hazırlanma texnologiyasını, dağ süxurlarının emal texnologiyasını və onlardan şliflərin hazırlanmasını; şliflərin etiketlənməsini və uçotunu, şliflərin keyfiyyət tələblərini;  şliflər hazırlanarkən dağ süxurlarının emal təmizliyinin və dəqiqliyinin əldə olunması üsullarını, onların fərqini; müxtəlif şliflərin qalınlığının ölçüsünü; şliflərin etiketləmə və sənədləşdirmə qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 3. Dağ süxurlarının cilalayıcısı

 4-cü dərəcə

İşin xüsusiyyəti.  Çöküntü, zəif bərkimiş dağ süxurlarından, tərkibində 50%-dən çox kvars olan süxurlardan, çatlı süxurlardan, onların fiziki-mexaniki xassələrini öyrənmək üçün mürəkkəb şlif və nümunələrin  hazırlanması.

Bilməlidir: mineral dağ süxurlarının emalının xüsusiyyətini və xassələrini; şlif və nümunələrin emalı zamanı istifadə olunan avadanlıq və tərtibatların növlərini; yapışdırıcı tərkibin xassələrini və onların hazırlanması texnologiyasını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

  4. Elektrokəşfiyyat stansiyasının motorçusu

 4-cü dərəcə

İşin xüsusiyyəti.  Elektrokəşfiyyat stansiyasının generator qurğusuna xidmət göstərilməsi. Ölçmələr aparılan zaman generator qurğusunun işə salınması və dayandırılması, mühərrikin zəruri iş rejiminin təmin edilməsi. Cərəyan xətləri və danışıq qurğuları üçün naqillərin qoşulması və açılması. Mühərrikin əsas hissələrinin nizamlanması və generator qurğusunun rele və kontaktlarının nizamlanması. Meydançanın müşahidə məntəqəsinin seçilməsi və hazırlanması, meydançada generator qurğularının quraşdırılması. Geofiziki tədqiqat işləri zamanı elektrokəşfiyyat və perforasiya stansiyalarının idarə edilməsi. Radio rabitəsi üçün antenaların quraşdırılması, generator qurğusunun yoxlanması, yağlanması, hazırlanması və yerə birləşdirilməsi. Avadanlıqların və aparatların daşınması, yüklənməsi və boşaldılması. Generator qurğusunun cari təmirində növbəli texniki xidmətin yerinə yetirilməsi.

Bilməlidir: istehsalat qaydalarını, quyularda keçirilən geofiziki tədqiqatların ardıcıllığını; karotaj kabelinin, cihazların endirilmə-qaldırılma qaydalarını; karotaj-perforasiya stansiyalarının profilaktik təmirini; generator qurğusunun quraşdırılmasını; generator avadanlıqlarının texniki istismar qaydasını; mühərrik, generator, transmissiyalarda olan nasazlığın aradan qaldırılması yollarını, elektrokəşfiyyat stansiyasının tətbiqində istehsal prosesinin sxemini, elektrotexnikanın və radiotexnikanın əsasını; elektrokəşfiyyat dəstəsinin çöl avadanlıqlarının növlərini və istifadə edilən naqillərin markasını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

 5. Geodeziya nişanlarının quraşdırıcısı 

3-cü dərəcəİşin xüsusiyyəti. Trianqulyasiya və poliqonometriya mərkəz

və məntəqələri üçün taxta-geodeziya nişanlarının, dəmir-beton sütunların və beton monolitlərin quraşdırılması, sökülməsi və təmiri.

Özüllərin, torpağa basdırılan reperlərin, markaların nivelirlənəcək məntəqə üçün hazırlanması.

Geodeziya nişanları üçün sahənin təmizlənməsi. Endirici-qaldırıcı əməliyyatlar üçün keçidlərin, qaldırıcı dirəklərin və digər vasitələrin hazırlanması. Elementlərin, qovşaqların (bəndlərin) hazırlanması, torpaq səthində taxta-geodeziya nişanlarının yığılması və nişanların ayrı-ayrı detallarının hazırlanması. Geodeziya nişanlarının yığılmış vəziyyətdə, yaxud ayrı-ayrı hissələrini sonradan bərkitməklə qaldırılması. Mərkəzi təməlinin qoyulması və istiqamətləndirici məntəqələrin qurulması. Dəmir-beton pilonların, beton monolitlərin və reperlərin tökülməsi üçün formaların hazırlanması, yığılması, quraşdırılması və çıxarılması. Çalaların qazılması üçün nişanların qoyulması. Armaturların qurulması. Beton kütləsinin hazırlanması və qoyulması. Reperlərin təmizlənməsi, quraşdırılması, basdırılması və onların xarici tərtibatı. Trianqulyasiya yaxud poliqonometrik mərkəz və məntəqələrin geodeziya nişanlarının və reperlərinin təmiri və quraşdırılması zamanı dülgər, torpaq və betontökmə işlərinin yerinə yetirilməsi. Avadanlıq, alət və materialların yüklənməsi, boşaldılması və daşınması. Geodezik nişanların və reperlərin saxlanması üçün sənədlərin hazırlanması.

Bilməlidir: taxta-geodezik nişanların, trianqulyasiya və poliqonometrik mərkəz və məntəqələrin, uzunmüddətə torpağa basdırılan reperlərin, fərqləndirici nişanların, qaya markalarının və reperlərin təyin edilməsi və quraşdırılmasını; geodezik nişanların quraşdırılması, sökülməsi qaydaları və onların hazırlanması keyfiyyətinə qoyulan tələbləri; detal və konstruksiyaların əsas birləşmə formasını; taxta-geodeziya nişanlarının yığılmış formada və ayrı-ayrı detallarının  qaldırılması üsullarını; taxta-geodezik nişanların, blokların, trosların, kanatların bərkidilməsi üsullarını və qaydalarını; tikinti-quraşdırılma, dülgər, yer və beton işlərinin yerinə yetirilmə texnologiyasını; taxta-geodeziya nişanlarının, reperlərin, trianqulyasiya və ya poliqonometriya mərkəz və məntəqələrinin qurulmasında tikinti materiallarının əsas növ və

xassələrini; armatur karkasların quraşdırılma qaydasını; betonun hazırlanma qaydasını; dülgər, çilingər və nəzarət-ölçü alətlərinin növlərini və təyin edilməsini; mərkəzlərin quruluşunu və geodeziya nişanlarının xarici tərtibatını.

  6. Geodeziya nişanlarının quraşdırıcısı

 4-cü dərəcə

İşin xüsusiyyəti.  Hündürlüyü 20 m-ə qədər olan metal-geodeziya nişanlarının və hündürlüyü 20 m-dən 40 m-ə qədər olan taxta-geodeziya nişanlarının quraşdırılması, sökülməsi və təmiri. Ayrı-ayrı detalların yerdə hazırlanması və bərkidilməsi.

Qaldırıcı qurğu və mexanizmlərin quraşdırılması və sökülməsi. Hündürlükdə metal-geodeziya nişanlarının təmiri və tikintisi zamanı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi. Çilingər və qaynaq işlərinin yerinə yetirilməsi. Geodeziya nişanlarının saxlanması üçün sənədlərin hazırlanması.

Bilməlidir: metal-geodeziya nişanlarının konstruksiyasını və detalların elementlərinin təyin edilməsini, metal-geodeziya nişanlarının quraşdırılma və sökülmə qaydalarını və onların hazırlanması keyfiyyətinə qoyulan tələbləri; geodeziya nişanlarının, onların detallarının, blokların, trosların, kanatların bərkidilmə üsul və qaydalarını; tikinti-quraşdırma və qaynaq işlərinin yerinə yetirilmə texnologiyasını; metal-geodeziya nişanlarının tətbiq edilməsində materialların əsas növ və xassələrini; qaynaq avadanlığının, çilingər-dülgər alətinin növünün təyin edilməsini.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 5-ci dərəcə

Hündürlüyü 20 m-dən çox olan metal-geodeziya nişanlarının və hündürlüyü 40 m-dən yuxarı olan taxta-geodeziya nişanlarının quraşdırılması və sökülməsi işlərində çalışdıqda.

  7. Geofiziki cihazların sazlayıcısı.

 6-cı dərəcə

İşin xüsusiyyəti. Seysmik, elektrokəşfiyyat, karotaj, qaz karotajı və digər geofiziki stansiyaların, qravimetrik, qravitasiya variometri və qradiyentometr, maqnitometr, potensiometr, seysmik qəbul və ona aid avadanlıqlar və digər geofiziki cihazların, aparat

və qurğuların sazlanması, nizamlanması, yoxlanılması, təmiri və etalonlaşdırılması. Geofiziki avadanlıqların, aparatların və cihazların quraşdırılması, sökülməsi, sazlanması, nizamlanması, yoxlanılması və etalonlaşdırılması.

Bilməlidir: elektrotexnikanın və radiotexnikanın əsaslarını; elektrik və radio sxemlərini; geofiziki stansiyanın, cihazların, aparatların və digər qurğuların növünü, quraşdırılmasını, sökülmə üsullarını, nizamlanmasını; geofiziki alətlərin, aparatların, qurğuların və onların komplektlərinin təmirini, etalonlaşdırılmasının, nizamlanmasının, sazlanmasının qaydasını və texnologiyasını; elektroquraşdırma və radioquraşdırma işlərinin texnologiyasını; ölçü cihazlarının təmiri və quraşdırılmasını, saxlanma və istifadə qaydasını; təmir işlərində işlədilən texniki vasitələr və materialları, radioaktiv mənbələrlə davranış qaydalarını.

İlk peşə-ixtisas təhsili tələb olunur. 

  8. Geoloji nümunələri seçən4-cü dərəcə

İşin xüsusiyyəti.  Faydalı elementlərin kəmiyyət və keyfiyyətinin müəyyən edilməsi üçün dağ mədənlərində açılmış şırımlardan, parçalanmış, deşilmiş yerlərdən nümunələrin seçilib götürülməsi və yerin təkində onların ehtiyatının hesablanması. Dağ  süxurlarının konturlanması, onların çəkic, perforator, əl, pnevmatik və elektrik nümunəseçən vasitəsilə dəqiq qoparılıb çıxarılması. Ehtiyac olduqda dəliklərin qazılması, şırımların mişarlanması, deşilmiş dəliklərin sahəsinin, nümunələrin həcminin və kütləsinin ölçülməsi. Nümunələrin qablaşdırılması, markalanması, rəflərdə yerinin dəyişdirilməsi və bərkidilməsi. Çapıcı çəkiclərin, perforatorların və nümunəseçənlərin işə hazırlanması və onların elektrik şəbəkəsinə (və ya hava naqillərinə) qoşulması. İstifadə olunan avadanlıqlara texniki xidmət və onların işində kiçik nasazlıqların aradan qaldırılması. Texniki sənədləşmənin aparılması.

Bilməlidir: mikrotektonikanın əsaslarını, süxurların xarici əlamətlərini, filizlərin strukturunu, dağ süxurlarının fiziki xassələrini və xətt üzrə parçalanmanı; yarma xəttindən istifadə metodlarını, konstruksiyaları, perforatorların, çapıcı çəkiclərin, elektrik burğularının, pnevmatik burğu və linglərin, nümunəseçənlərin istismar qaydalarını, dəliklərin hazırlanmış sxemini və onların dərinliyini, işlədilən alətlərin

növlərini; geoloji nümunələrin seçim standartlarını, texniki şərtləri, süxurların əl və mexanikləşdirilmiş üsulla işlənilməsini, quraşdırılmış siqnalizasiyadan istifadə qaydalarını. Texniki vasitələrin quraşdırılmasını və nümunəseçmə texnologiyasını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 5-ci dərəcə

Eyni işlər dəniz şəraitində yerinə yetirildikdə. 

9. Geoloji nümunələrin yuyucusu 

2-ci dərəcəİşin xüsusiyyəti. Daha yüksək ixtisaslı geoloji nümunələr

yuyucusunun rəhbərliyi altında şlix nümunələrinin yuyulması. Qumun qanovlara (lotoklara), təknələrə, yuyucu cihazlara və qurğulara yüklənməsində, onların süzgəcdən keçirilməsində, dənəvər materialların yuyulmasında, ağır fraksiyaların çökdürülməsində iştirak etmək. Şlixlərin boşaldılması, qurudulması və qablaşdırılması.

Bilməlidir: geoloji nümunələrin yuyulması və qatılaşdırılmasının əsas qaydalarını; şlixlərdə tez-tez rast gəlinən mineralların tərkibini; metaltərkibli və boş süxurların xarici əlamətlərini. 

10. Geoloji nümunələrin yuyucusu 

3-cü dərəcəİşin xüsusiyyəti. Ölçüsü 1 mm və daha artıq olan dənələrdən

faydalı şlix minerallarının 70% -dən az olmadan çıxışını təmin etməklə kütləvi şlix nümunələrinin qanovlarda, təknələrdə, yuma və hazırlama cihaz və qurğularında yuyulması və hazır vəziyyətə gətirilməsi. Qumun yüklənməsi, süzgəcdən keçirilməsi, dənəvər materialların yuyulub, gilli maddələrdən təmizlənməsi (çökdürülməsi), ağır fraksiyaların qatılaşdırılması, nümunənin “rəngsiz” şlix vəziyyətinə gətirilənə qədər  yuyulması, nümunədən yuyulan metalın nömrəsini göstərməklə qablaşdırılması və uçotunun aparılması.

Bilməlidir: şlix nümunələrinin yuyulma və hazırlanmasının təyinatını, qayda və üsullarını; qumun material tərkibindən asılı olaraq yuma və hazırlama cihaz və qurğularının texnoloji iş

rejimini;  yuyulmuş nümunələrin markalanması, qablaşdırması və uçot qaydalarını.

   11. Geoloji nümunələrin yuyucusu

 4-cü dərəcə

İşin xüsusiyyəti.  Ölçüsü 0,5 mm -dən 1mm-ə qədər olan dənələrdən faydalı şlix minerallarının 90% -dən az olmayan çıxışını təmin etməklə kütləvi şlix nümunələrinin qanovlarda, təknələrdə, yuma və hazırlama cihaz və qurğularında yuyulması və hazır vəziyyətə gətirilməsi.

Bilməlidir: dağ süxurlarındakı yumşaq çöküntülərin yuyulma səviyyəsini və onların suda çökdürülmə qaydalarını; şlixlərdəki faydalı və əlavə mineralların növlərini;  şlixlərinqumdan ayrılması zamanı suyun hərəkət sürətinin təsirini; şlix nümunələrinin işlənmə qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 12. Geoloji nümunələrin yuyucusu

5-ci dərəcəİşin xüsusiyyəti.  Kontrol şlix nümunələrinin qanovlarda,

təknələrdə, yuyub-qatılaşdırma qurğusunda yuyulması və hazır vəziyyətə gətirilməsi. Ölçüsü 0,5 mm -dən kiçik olan dənələrdən faydalı şlix minerallarının 95%-dən az olmayan çıxışını təmin etməklə kütləvi şlix nümunələrinin qanovlarda, təknələrdə, yuma və hazırlama cihaz və ya qurğularında yuyulması və hazır vəziyyətə gətirilməsi. Yuyulmuş kontrol nümunələrinin işlənməsi, markalanması və uçotu.

Bilməlidir: yuma və qatılaşdırma cihaz və ya qurğularının quruluşunu, tənzimlənmə qaydalarını; şlixlərdə faydalı və əlavə mineralların xüsusiyyət və makro əlamətlərini; kontrol nümunələrin işlənmə, markalama və uçot qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 13. Geoloji axtarış və planaalma işlərinin bələdçisi

 4-cü dərəcə

İşin xüsusiyyəti. Geoloji partiya işçilərinin, səyyar  və məskunlaşmış dəstələrin dağlıq, qalın meşə, bataqlıqlaşmış və boş

sahələrdə müşayiət edilməsi. Nəzərdə tutulmuş məntəqəyə getmək və düşərgənin salınması üçün daha rahat və təhlükəsiz yerin seçilməsi. Arabaların təmiri və yüklərin daşınmaya hazırlanması. Heyvanlara qulluq və onların yemlənməsi. Düşərgəni su ilə təchiz etmək üçün su mənbələrinin tapılması. Yüklərin qablaşdırılması, yüklənməsi, onların yük heyvanları və su nəqliyyatı ilə daşınması.

Bilməlidir: yerləşdiyi yerin adını, iş gedən sahənin relyefinin əsas elementlərini, quyu yataqlarını, yaşayış məntəqələrini, obaları, qışlaqları, köçəriləri, məskunlaşdığı yerdə keçilməsi mümkün olan aşırımları, cığırları, bərələri, nəzərdə tutulmuş məntəqəyə daha rahat və təhlükəsiz yolla getməyi, məskunlaşmaq üçün təhlükəsiz yer seçməyi; yüklərin qablaşdırılması, daşınması və yerləşdirilməsi qaydalarını; yük daşıyan heyvanlara qulluq edilməsi və onların yemlənməsi qaydalarını.

 14. Geoloji işlər üzrə fəhlə

 2-ci dərəcə

İşin xüsusiyyəti. Köhnə mədən yerlərinin (xəndəklərin, quyuların və şurfların) təmizlənməsi, yenilərinin qazılması, kiçik səthlərin işlənməsi. Marşrutda mütəxəssisin-geoloqun müşayiət olunması. Nümunələrin dublikatlarının seçilməsi və onların yoxlanmağa hazırlanması. Su mənbələrindən istifadə rejiminə riayət olunması və suyun səviyyəsinin ölçülməsi. Hidrometrik işlər zamanı suyun tədqiq olunduğu yerin təmizlənməsi. Yumşaq süxurların litogeokimyəvi nümunələrinin qurudulması, xırdalanması və ələnməsi. Nümunələrin seçilməsi üçün paketlərin hazırlanması, maye üçün qabların və torbaların yuyulması. Çöl ləvazimatlarının, cihazların, avadanlıqların, alətlərin qablaşdırılması, yüklənməsi və boşadılması. Yüklərin daşınması. Çöl ləvazimatlarına, cihazlara, avadanlıq və alətlərə qulluq göstərilməsi və onların işə hazır vəziyyətdə saxlanması. Düşərgənin salınması üçün yer seçimində iştirak edilməsi, çadırların qurulub-sökülməsi. Əmlakın qorunması, düşərgənin ərazisində təmizliyə və sanitar-gigiyena qaydalarına riayət edilməsi. Yaşayış və iş yerlərinin təmizlənməsi və onların dövri olaraq dezinfeksiyası. Torpaq işlərinin aparılması. Odun və su tədarükünün görülməsi, yeməyin hazırlanması. Çöl işlərinin təşkilində və aparılmasında iştirak edilməsi.

 Bilməlidir: çöl ləvazimatlarının, cihazların, avadanlıq və alətlərin istifadə olunması, qorunması və geoloji partiyanın köçürülməsi zamanı onların qablaşdırılma və daşınma qaydalarını;

cihaz, avadanlıq, ləvazimat və materiallardan istifadə qaydalarını; ərzağın qəbul edilmə, saxlanma və sərf olunma uçotunun aparılması və yararlılıq müddətinə nəzarət olunmasını; aşpazlıq və kulinariya işlərinin əsaslarını.

 15. Geoloji işlər üzrə fəhlə

 3-cü dərəcə

İşin xüsusiyyəti.  Təbii yolla yerin səthinə çıxmış süxurlardan, fərdi ştuflardan nümunələrin, litogeokimyəvi, geobotaniki, su, qaz və şlix nümunələrinin seçilməsi, qablaşdırılması və etiketlənməsi, yumşaq süxurlardan monolitlərin seçilməsi. Şlix nümunələrinin yuyulması üçün seçilmiş yerin avadanlıqla təchiz olunması. Şlix nümunələrinin verilmiş xüsusi çəkiyə və ya göstərilən rəng alınana qədər qanov və təknələrdə yuyulması. Şlix nümunələrinin qurudulması. Qızıl, kasiterit, volframit və digər komponentlərdən müxtəlif mineral və metal dənələrinin sovrulması yolu ilə şlixlərin işlənməsi. Çöl cihazlarındakı göstəricilərin jurnala qeyd edilməsi. Yeraltı və yerüstü su mənbələrinin ölçülməsi. Hidrometriya işlərinin aparıldığı yerin təmizlənməsi. İş gedən dağ yollarında keçidlərin töküntülərdən təmizlənməsi. Zəif nümunələrin ələnməsi, biogeokimyəvi nümunələrin küllənməsi, quyudan çıxarılan kernlərinyoxlanması və hazırlanması, yerüstü dağ hasilatı nümunələrinin surətinin götürülməsi və yararlığının aşkar edilməsi, seçilmiş nümunələrin daşınması. Məsafənin ölçülməsi. Çalalarda reperlərin quraşdırılması və onların xarici görünüşünün tərtibatı. Göllərdə və su qəbuledicilərdə işlərin ölçülməsi. Mineral təbəqələrin və dəlillərin seçilməsi, qablaşdırılması, yarlıqların yapışdırılması və laboratoriyada tədqiq edilməsi üçün ayrılması. Xırda quyuların əl ilə və motoburla qazılması, torpaq işlərinin görülməsi. Yol nişanlamalarının təmizlənməsi. Çöl tədarükünün, avadanlıqların, alətlərin yüklənməsi, boşaldılması və daşınması.

Bilməlidir: geoloji planaalma və axtarış işlərinin aparılması haqqında əsas bilikləri; nümunələrin və süxur nümunələrinin seçilməsi, qablaşdırılması, yarlıq vurulması və daşınması qaydalarını; şlix nümunələrinin seçilməsi, yuyulması, sovrulması yollarını və qaydalarını; şlixlərin  daha çox olduğu yeri; şlixlərdə rast gəlinən mineral və metalları, çöl cihazlarına qulluq və onların istismar qaydalarını; dağ süxurlarının fiziki-

mexaniki xassələri haqqında adi məlumatları və onların geoloji şəraitini; topoqrafiya – geodeziya işlərində zondla tədqiqat aparan vənümunəseçən alətlərin müəyyən edilməsini, onlardan istifadə qaydalarını, onların mühafizəsini və daşınmasını; geodeziya nişanlarının müəyyən edilməsini; çalaların qazılması, yol və nişanların təmizlənməsi qaydalarını; lesotaksasion işlər haqqında əsas anlayışları; motoburların quraşdırılması və qazma alətlərinin istifadə qaydalarını, quyuların əl ilə və motoburlaqazılması texnologiyasını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

16. Geofiziki işlər üzrə fəhlə 

2-ci dərəcəİşin xüsusiyyəti. Elektrodların, seysmik qəbuledicilərin

yerlərdə quraşdırılması və onların seysmik  və ya elektrik kəşfiyyat xətlərinə birləşdirilməsində iştirak edilməsi. İş prosesində seysmik qəbuledicilərin, elektrodların və qoşulma məftillərinin daşınması. Yardımçı xətlərin, elektrik kəşfiyyatı və seysmik məftillərin açılması. Birləşmələrdəki nasazlıqların aradan qaldırılması, izolyasiya və bandajların bərpa edilməsi. İş üçün radiometrik cihaz və avadanlıqların yoxlanması və hazırlanması, onların müşahidə məntəqəsində quraşdırılması. Radiometr və etanometr göstəricilərinin çöl jurnalına qeyd olunması. Seysmik hörüklərin qidalanma xətlərinin hazırlanmasında iştirak. Blok-balans, karotaj avadanlıqları və qravimetrlərin quraşdırılmasında iştirak etmək və bunun üçün iş sahəsinin hazırlanması. Əl ilə endirmə-qaldırma əməliyyatlarında iştirak. Radiometrik  tədqiqatlar aparılarkən kernin hazırlanması. Aparat və avadanlıqların quraşdırılması vaxtı yükləmə-boşaltma işlərinin yerinə yetirilməsi.

Quyularda geofiziki işlərin yerinə yetirilməsi, çəpərləmə və torpaqlama işlərinin qaydaya salınması. Quyularda karotaj işlərinin görülməsi, karotaj kabelinin üst zirehinin yoxlanması, karotaj kabelinin calaşdırılması işinin görülməsi, cihazların kabelə birləşdirilməsi, cihazların, kabelin birləşmə yerinin saxlanması, karotaj kabelinin və digər avadanlığın yüngül təmir işləri; karotaj avadanlığının yüklənməsi, boşaldılması, və daşınması işlərinin görülməsi, cihazların quyudakı əməliyyatlarına baxılması, karotaj zondlarının və yüklərinin daşınması.

Bilməlidir:  geofiziki cihazların, avadanlığın və iş sxemlərinin quraşdırılması və sökülməsini; endirmə-qaldırma əməliyyatlarını, karotaj-perforasiya mexanizminin, aparatların və birləşmələrin işlək vəziyyətdə olmasını; avadanlıqda, alətlərdə olan nöqsanların aradan qaldırılmasını, kabellərin zirehliliyini və örtüklərin izolə edilməsini; quyularda aparılan geofiziki işlərin ardıcıllığını, karotaj və perforasiya avadanlığının sxemlərini, quruluşunu, iş prinsipini və istismar qaydalarını; quyularda aparılan geofiziki işlər zamanı cərəyan mənbələrinin tiplərini, onlar ilə aparılan işi; partlayıcı maddələr ilə  bağlı bütün informasiyanı və onların istismar qaydalarını; yüngül karotaj avadanlığı ilə iş qaydasını, zondların hazırlanma yollarını və kabellərin calaşdırılmasını; qazma quyularının əsas anlayışını, onların quruluşunu, quyularda mövcud olan geofiziki avadanlıqların növlərini, perforasiya aparatlarının, avadanlığın və torpedaların quruluşunu, aparatların və avadanlığın daşınma qaydalarını, əsas istifadə olunan partlayıcı maddələrin tiplərini, cərəyan mənbələrinin növlərini və onlar ilə rəftarı, quyularda geofiziki ölçmələr zamanı istifadə olunan radioaktiv maddələrin iş prinsipi və onlar ilə rəftar etməyi; geofiziki araşdırmaların keçirilməsi zamanı quyularda karotaj, perforasiya və partlama işlərinin görülməsini; aparat, cihaz və avadanlıqların köçürülməsini, mühafizəsini, istismarını və yerləşdirilməsi qaydalarını;  quraşdırma alətləri ilə işləməyin əsas üsullarını; radiometrik işlərin təyin olunması ilə bağlı elementar məlumatları; radiometrik aparatların müşahidə məntəqəsinə köçürülməsi və quraşdırılması zamanı ondan istifadə qaydasını; radiometrik preparatlar və filizlərlə iş zamanı onlardan düzgün istifadəni və texniki təhlükəsizlik qaydalarını. 

17. Geofiziki işlər üzrə fəhlə 

3-cü dərəcəİşin xüsusiyyəti. Seysmik stansiyalarda geofiziki işlərin

yerinə yetirilməsində, seysmik hörüklərin qoşulmasında (ayrılmasında), çəpərləmə və torpaqlamanın qaydaya salınmasında iştirak edilməsi. Enerji təchizatı sisteminə (benzinlə işləyən aqreqatlara, enerji təchizatı qurğularına, akkumulyator batareyasına) texniki qulluq. Elektrik kəşfiyyatı və partlayış məntəqələri stansiyalarında geofiziki işlərin yerinə yetirilməsində iştirak edilməsi. Partlayıcı maddələrin yüklənməsi, boşaldılması və daşınması. Partlayıcı maddələr üzrə mütəxəssisin iştirakı ilə qeyri

fəal partlayıcı maddələrin hazırlanması. Partladılmış quyuların şablonlaşdırılması vəziyyətinin yoxlanması. Partlayıcı maddə üzrə mütəxəssislə birlikdə şurflarda partlayıcı maddələrin yerləşdirilməsi və onların quyuya buraxılması, detonlaşmış şnur xəttinin qaydaya salınması. Qazma-partlatma işlərinin nəticələrinin aradan qaldırılmasında iştirak edilməsi. Elektrik kəşfiyyat stansiyalarındakı birləşmələrdə olan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması. Elektrik dövrəsinin torpağa birləşdirilməsinin sahmana salınması və onun keyfiyyətinin yoxlanması. Elektrik təchizatı sisteminə (benzinlə işləyən aqreqatların və akkumulyator batareyalarının daşınması və s.) qulluq edilməsi. Cihaz və avadanlıqların müşahidə məntəqəsində quraşdırılması. Qravimetrlərin daşınması və onlara qulluq.

Quyularda geofiziki işlərin yerinə yetirilməsi, çəpərləmə və torpaqlama işlərinin qaydaya salınması. Quyuların karotaj işlərinin görülməsi, karotaj kabelinin üst zirehinin yoxlanması, karotaj kabelinin calaşdırılması işinin görülməsi, cihazların kabelə birləşdirilməsi, cihazların, kabelin birləşmə yerinin saxlanması, karotaj kabelinin və digər avadanlığın yüngül təmiri, karotaj avadanlığının yüklənməsi, boşaldılması və daşınması işlərinin görülməsi, cihazların quyudakı əməliyyatlarına baxılması, karotaj zondlarının və yüklərinin daşınması.

Bilməlidir: geofiziki cihazların, avadanlığın və iş sxemlərinin quraşdırılması və sökülməsini; endirmə-qaldırma əməliyyatlarını, karotaj-perforasiya mexanizminin, aparatların və birləşmələrin işlək vəziyyətdə olmasını; avadanlıqda, alətlərdə olan nöqsanların aradan qaldırılmasını, kabellərin zirehliliyini və örtüklərin izolə edilməsini; quyularda aparılan geofiziki araşdırmaların ardıcıllığını, karotaj və perforasiya avadanlığının sxemlərini, quruluşunu, iş prinsipini və istismar qaydalarını; quyularda aparılan geofiziki araşdırmalar zamanı cərəyan mənbələrinin tiplərini, onlar ilə aparılan işi; partlayıcı maddələr ilə bağlı bütün informasiyanı və onların istismar qaydalarını; yüngül karotaj avadanlığı ilə iş qaydasını; zondların hazırlanma yollarını və kabellərin calaşdırılmasını; qazma quyularının əsas anlayışını, onların quruluşunu, quyularda mövcud olan geofiziki avadanlıqların növlərini;  perforasiya aparatlarının, avadanlığın və torpedaların quruluşunu; aparatların və avadanlığın daşınma qaydalarını; əsas istifadə olunan partlayıcı maddələrin tiplərini; cərəyan mənbələrinin növlərini və onlar ilə rəftarı; quyularda geofiziki ölçmələr zamanı istifadə olunan radioaktiv maddələrin iş prinsipini

və onlar ilə rəftar qaydalarını; geofiziki araşdırmaların keçirilməsi zamanı quyularda karotaj, perforasiya və partlama işlərinin görülməsini; seysmik və elektrik kəşfiyyat xətlərinin qaydaya salınmasını, onların stansiyalara qoşulma və birləşdirilməsi sistemini; nəzarət-ölçü cihazları vasitəsilə iş üsullarını; mühərrik, generator və nəzarət cihazlarının düzəldilməsi və onlarla davranış qaydalarını; benzinlə işləyən aqreqatların daşınması üsulunu; turşu və qələvi akkumulyatorlarının enerji ilə doldurulması, daşınması, onlara qulluq və mühafizə olunması tələblərini; geofizika işlərində avadanlıq və materialların işlədilməsi haqqında təlimatları və normativ sənədləri; partladıcı materialların əsas xassə və xüsusiyyətlərini, onların yerinin dəyişdirilməsi və mühafizəsi tələblərini; qeyri-aktiv partlayıcı maddələrin quraşdırılma üsullarını və onların daşınmasını; izolyasiya materialları və quraşdırılma alətləri ilə davranış qaydalarını, partlatma işlərinin tətbiqinin fərdi qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 18. Geofiziki işlər üzrə fəhlə

 4-cü dərəcə

İşin xüsusiyyəti. Seysmik, elektrik kəşfiyyatı və yardımçı xətlərin hazırlanması. Seysmik hörüyün və elektrik kəşfiyyatı qurğularının (keçiricilik qabiliyyəti və s.) qoşulması, yerləşdirilməsi, keyfiyyətinin yoxlanılması, onların işində yaranan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Avadanlığın və radiometrik cihazların yoxlanması və iş üçün hazırlanması. Cihazların müşahidə məntəqəsində quraşdırılması və qaydaya salınması. Cihazın stabil iş qabiliyyətinin yoxlanması. Cihaz göstəricilərinin çöl jurnalına qeyd olunması. Cihazın həssaslığının yoxlanması. Meydana çıxan anomaliyalar üçün fərqləndirici nişanların qurulması. Cihazların kiçik təmiri. Elektrik kəşfiyyatı xətti və seysmik  hörüyün bölmələrinin hazırlanmasında iştirak etmək; seysmik qəbuledici qrupların montajı. Müxtəlif növ torpağa bərkidilmə və çəpərləmənin təşkil edilməsi. Yerlərdə müşahidə məntəqələri üçün lazımi nöqtələrin axtarılması. Qravimetr və maqnitometrin xətt boyu daşınması və yerləşdirilməsi. Radiometrik cihazların köməyi ilə işçi müşahidələrinin yerinə yetirilməsi işinin yoxlanması. Çöl jurnalında qravimetr və radiometr göstəricilərinin qeydiyyatı. Tanıma işarələrinin qoyulması. Radiometrin etalonunun və həssaslığının

yoxlanması. Geofiziki avadanlıqların vəziyyətinə nəzarət, profilaktik  qulluq və onların cari təmirində iştirak edilməsi. Dənizdə üzən vasitələrlə müvafiq  geofiziki tədqiqatların aparılması. 

Quyularda geofiziki işlərin yerinə yetirilməsi, çəpərləmə və torpaqlama işlərinin qaydaya salınması. Quyuların karotaj işlərinin görülməsi, karotaj kabelinin üst zirehinin yoxlanması, karotaj kabelinin calaşdırılması işinin görülməsi, cihazların kabelə birləşdirilməsi, cihazların, kabelin birləşmə yerinin saxlanması, karotaj kabelinin və digər avadanlığın yüngül təmiri, karotaj avadanlığının yüklənməsi, boşaldılması və daşınması işlərinin görülməsi, cihazların quyudakı əməliyyatlarına baxılması, karotaj zondlarının və yüklərinin daşınması.

Bilməlidir:  geofiziki cihazların, avadanlığın və iş sxemlərinin quraşdırılması və sökülməsini; endirmə-qaldırma əməliyyatlarını, karotaj-perforasiya mexanizminin, aparatların və birləşmələrin işlək vəziyyətdə olmasını; avadanlıqda, alətlərdə olan nöqsanların aradan qaldırılmasını, kabellərin zirehliliyini və örtüklərin izolə edilməsini; quyularda aparılan geofiziki araşdırmaların ardıcıllığını, karotaj və perforasiya avadanlığının sxemlərini, quruluşunu, iş prinsipini və istismar qaydalarını, quyularda aparılan geofiziki araşdırmalar zamanı cərəyan mənbələrinin tiplərini, onlar ilə aparılan işi, partlayıcı maddələr ilə bağlı bütün informasiyanı və onların istismar qaydalarını, yüngül karotaj avadanlığı ilə iş qaydasını, zondların hazırlanma yollarını və kabellərin calaşdırılmasını; qazma quyularının əsas anlayışını, onların quruluşunu, quyularda mövcud olan geofiziki avadanlıqların növlərini,  perforasiya aparatlarının, avadanlığın və torpedaların quruluşunu, aparatların və avadanlığın daşınma qaydalarını, əsas istifadə olunan partlayıcı maddələrin tiplərini, cərəyan mənbələrinin növlərini və onlar ilə rəftarı, quyularda geofiziki ölçmələr zamanı istifadə olunan radioaktiv maddələrin iş prinsipini və onlar ilə rəftar qaydalarını; geofiziki işlər zamanı quyularda karotaj, perforasiya və partlama işlərinin görülməsini; geofiziki işlərin uyğun növlərinin metodikasını və tapşırılmış iş haqqında əsas bilikləri; istehsalat prosesində çöl geofiziki işlərin yerinə yetirilməsinin texnologiyasını və təşkil edilməsini; yerlərdə, müşahidə nöqtələrində nişanlama sistemini və geofiziki cihazların quraşdırılmasını; geofiziki cihazların və avadanlıqların mühafizəsi və yerinin dəyişdirilməsi, onlara qulluq və onların istismarı qaydalarını; elektrik zəncirlərinin quraşdırılmasının əsas yollarını;

nəzarət-ölçü cihazları və quraşdırma  alətləri ilə iş qaydalarını; uyğun metodla yerinə yetirilən işin (partlatma işləri, yüksək gərginlikli cərəyanla  iş, ionlaşmış şüalarla iş) təlimatını; çöl jurnalında qeydlərin aparılmasını;  cihazların sazlanmasını və onların etalonlaşdırılmasını; radiotexnika və elektrotexnika ilə bağlı elementar məlumatları.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

19. Karotajçı 

4-cü dərəcəİşin xüsusiyyəti.  quyularda karotaj işlərinin yerinə

yetirilməsi. Karotaj kabelinin üst zirehinin yoxlanması. Karotaj kabelinin calaşdırılması işinin görülməsi, cihazların kabelə birləşdirilməsi,  cihazların, kabelin birləşmə yerlərinin təmiz saxlanması, karotaj kabelinin və digər avadanlığın yüngül təmir edilməsi. Quyuda karotaj ləvazimatlarının təmirində, quraşdırılma və sökülmə işlərində iştirak edilməsi. Geofiziki cihaz və avadanlıqların düzgün yoxlanılması. Cərəyan keçən yerlərin müəyyən edilməsi və ölçülməsi. İzolyasiya məftilləri və karotaj kabellərində zədələnmələrin aradan qaldırılması. Cihaz və aparatların quyuların ağzında quraşdırılması və quyuya endirilməsində iştirak edilməsi. Geofiziki cihaz və avadanlıqlara texniki xidmətin göstərilməsində iştirak edilməsi. Quyulardan cihaz və avadanlıqların çıxardılması və digər yerə daşınması.

Bilməlidir: quyularda geofiziki tədqiqatların müntəzəm həyata keçirilməsini; karotaj-perforator cihaz və avadanlıqlarının fəaliyyət prinsiplərini, quraşdırılması sxemini və onların istismar qaydalarını; quyularda geofiziki tədqiqatların aparılmasında işlədilən təchizat mənbəyinin tiplərini və onlarla davranış qaydalarını; karotaj kabellərinin izolyasiyasının yoxlanması və təmiri qaydalarını; lehimləmə işlərinin yerinə yetirilmə üsullarını, partlayıcı materiallar haqqında əsas məlumatları və onlarla davranış qaydalarını, geofiziki quyu cihazlarına texniki xidmətin həyata keçirilməsi qaydalarını; karotaj kabellərinin birləşdirilməsi və quyu cihazlarının hazırlanması üsullarını; quyu cihazlarının yığılma və sökülmə ardıcıllığını, kabelin işçi vəziyyətinə gətirilməsini.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

  

20. Karotajçı 

5-ci dərəcəİşin xüsusiyyəti.  Dərinliyi 1000 m-ə qədər

olan qazma quyularında dağ süxurlarının geofiziki tədqiqatlarının həyata keçirilməsi üçün karotaj, pnevmatik emal, deşik açma vətorpedləmə üzrə işlərin yerinə yetirilməsi. Quyularda geofiziki tədqiqatların aparılmasında quyu cihazlarının, torped və perforatorların quyu ağzında yığılması, endirilməsi və qaldırılması. Quyuda, quyu yaxınlığında və quyulararası tədqiqatlarda karotaj, perforasiya və torpeda işləri üçün işçi sxemlərin, cihaz və avadanlıqların düzgün yoxlanılması, quraşdırılması və sökülməsi, karotaj-perforator mexanizmləri, aparatları və birləşdirici məftil sxeminin düzgün yoxlanılması. Quyuda roliklərin, laboratoriya və qaldırıcıların quraşdırılması. Bucurqadların torpaqlanması, geofiziki cihazların kabelə birləşdirilməsi. Mövcud olan xəbərdarlıq işarələrinin yoxlanılması, kabelin uzunluğunun və birinci işarənin göstəricisinin ölçülməsi. Avadanlıq və alətlərin nasazlığının aradan qaldırılması; kabellərdə zədələnmələrin aradan qaldırılması, kabellərin zirehliliyinin və örtüklərin  izolə edilməsinin yoxlanması. Aparat və avadanlıqların ayrılması, quyudan qaldırılması, yüklənməsi, boşaldılması və dəyişdirilməsi.

Bilməlidir:  qazma quyuları və onların konstruksiyaları haqqında əsas anlayışları, quyuların xüsusiyyətini öyrənmək üçün müxtəlif növ geofiziki tədqiqatların aparılmasını; quyuların yanında və quyular arasında perforator aparatlarının, avadanlıq və torpedlərin quraşdırılmasını; aparat və avadanlıqların daşınması qaydalarını; işlədilən partladıcı maddə və vasitələrin əsas tiplərini; elektrik təchizatı mənbələrinin tipləri və onlarla davranış qaydalarını; torpaqlanmış-polyarlaşmamış elektrodların hazırlanması üsullarını; quyularda geofiziki tədqiqatlar vaxtı radioaktiv maddələrin təyin edilməsi və onlarla davranış qaydalarını; quyularda geofiziki tədqiqatların aparılması zamanı işçi sxemi və avadanlıqların quraşdırılma və sökülmə qaydalarını; avadanlıqların profilaktik təmirində  istehsalat qaydalarını.

İlk peşə-ixtisas təhsili tələb olunur. 

6-cı dərəcə

Dərinliyi 1000 m-dən çox olan qazma quyularında karotaj, perforasiya və torpedləmə işlərinin yerinə yetirilməsi zamanı.

  21. Karotaj stansiyasının maşinisti

 4-cü dərəcə

İşin xüsusiyyəti.  Dərinliyi 1000 m-ə qədər olan quyularda partlatma işləri və geofiziki tədqiqatlar aparılarkən, qazkarotaj, özühərəkətedən karotaj və perforator stansiyalarının, karotaj qaldırıcılarının idarə edilməsi. Stansiya və qaldırıcıların daşınmağa və işə hazırlanması. Sahələrin seçilməsi, hazırlanması və laboratoriyaların, generator qurğularının və qaldırıcıların quraşdırılması. Avadanlıqların quraşdırılması və sökülməsi. Stansiyaların işıqlandırıcı və yüksək güc şəbəkələrinə qoşulması. Benzinlə işləyən mühərriklərin və generatorların, bucurqadların, qaldırıcıların, laboratoriyaların və stansiyaların cari təmiri və onlara texniki xidmət göstərilməsi. Elektrolitin dəyişdirilməsi və akkumulyatorun doldurulması. Aparat, avadanlıq və alətlərin yüklənməsi, daşınması və boşaldılması. Qazma quyularının quruluşu, qaldırıcı qurğunun profilaktik təmiri.

Bilməlidir:  quyu konstruksiyasını; quyularda geofiziki tədqiqatların aparılması qaydalarını; quyu cihazlarının quyuya endirilməsi və qaldırılması qaydalarını; karotaj-perforator avadanlıqları və aparatların daşınması qaydalarını, onların quraşdırılması və istismarı qaydalarını; qazkarotaj, perforator və karotaj stansiyalarının avadanlıqlarının cari təmiri və hər növbədə nəzərdə tutulmuş texniki xidmətin həyata keçirilməsi qaydalarını; generator və stansiyaların aparat və avadanlıqlarının texniki xüsusiyyəti və tiplərini; kabel və məftillərin markalarını; elektronikanın əsaslarını; partlama işlərinin yerinə yetirilməsi qaydaları və üsullarını; akkumulyatorun enerji ilə doldurulması rejimi və qaydalarını; qurğuların torpağa birləşdirilməsi və şəbəkədə baş verən zədələnmələrin tapılması üsullarını; stansiyalarda, benzinlə işləyən mühərriklərdə, generator və yardımçı mexanizmlərdə zədələnmə əlamətlərinin aradan qaldırılması yollarını.

İlk peşə-ixtisas təhsili tələb olunur. 

5-ci dərəcəDərinliyi 1000 m-dən çox olan quyularda vurma-partlatma

işlərinin və geofiziki tədqiqatların aparılması zamanı.

 22. Seysmik siqnalları yaradan qurğunun maşinisti

 6-cı dərəcə

İşin xüsusiyyəti. İmpuls və vibrasiya təsirli seysmik siqnalları yaradan qurğuların idarə edilməsi. Qurğuların mexaniki, hidravlik və elektrik qovşaqlarının yoxlanması və nizamlanması. Seysmik siqnalları yaradan mənbələrin işə hazırlanması və onların sınaqdan çıxarılması. Qurğuların iş parametrlərinin ölçülməsi. İmpuls seysmik siqnalların yaradılması. Seysmik stansiyalarla əlaqə saxlanması. Qurğuların qaz, elektrik, mexaniki və digər sistemlərinin işinə nəzarət. Qurğuların işində nasazlıqların aşkar olunması və aradan qaldırılması. Qurğular sisteminin texniki xidmət planının hər növbədə yerinə yetirilməsi, onların plan  texniki xidmətində və cari təmirində iştirakı.

Bilməlidir: seysmik siqnalları yaradan qurğuların qaz, mexaniki sistem, elektrik və radioelektron qovşaqlarının quraşdırılmasını, onların istismarını və texniki xidmətinin yerinə yetirilməsini, təmirini və nizamlanmasını; profildə seysmik kəşfiyyat işlərinin aparılma ardıcıllığını və qaydalarını, seysmik siqnal mənbələri kimi qurğuya aid edilən tələbləri.

İlk peşə-ixtisas təhsili tələb olunur. 

 23. Şurfqazma qurğusunun maşinisti 

4-cü dərəcəİşin xüsusiyyəti.  Şurfun qazılması

vaxtı şurfqazma qurğusunun, kranların quraşdırılması və idarə edilməsi. Şurfqazma qurğularının yerləşdirilməsi üçün sahənin seçilməsində iştirak edilməsi. Şurfqazma qurğularının quraşdırılması və sökülməsində, daşınması və işə hazırlanmasında iştirak edilməsi. Şurfun qazılması əməliyyatlarında iştirak edilməsi. Avadanlıq və alətlərin işlək vəziyyətdə olmasına və düzgün işlədilməsinə nəzarət edilməsi. Hər növbədə texniki xidmətin yerinə yetirilməsi, şurfqazma qurğularının cari və nəzərdə tutulmuş texniki təmirində iştirak edilməsi. Yükləmə-boşaltma işlərinin yerinə yetirilməsində iştirak edilməsi.

Bilməlidir: şurf quyularının qazılmasının texnoloji üsullarını; şurfqazma mexanizmləri, qurğuları və elektrik avadanlıqlarının qaydaya salınmasını,  onların texniki istismar qaydalarını və qulluğu; şurfqazma qurğularının, mexanizm və

düyünlərin cari və profilaktik təmirinin aparılması qaydalarını, siqnalizasiyanın quraşdırılmasını.

İlk peşə-ixtisas təhsili tələb olunur. 

  24. Şlixlərin və mineralların zənginləşdiricisi 

4-cü dərəcəİşin xüsusiyyəti.  Şlixlərin zənginləşdirilməsi prosesinin hava

vurma, əl və ya cihazla yerinə yetirilməsi. Şlixlərin sovurulmaya hazırlanması. Cihazların işinə nəzarət edilməsi. Cihazların işə salınması və dayandırılması. Yerin altından çıxarılan hasilatın cihazla tənzimlənməsi. Materialın cihazda düzgün bölüşdürülməsi və tənzimlənməsi. Cihazların işində olan nöqsanların tapılması və aradan qaldırılması. Zənginləşdirilmiş məhsulun qablaşdırılması və təhvil verilməsi. Sənədləşmənin qeydiyyata alınması. Nümunənin seçilməsi, qeydiyyatı vəmarkalanması.

Bilməlidir:  cihazların qaydaya salınmasını, nümunələrin seçilməsi və yenidən işlənilməsi üsullarını, şlanqlarla hava vurma yollarını; mineralların xüsusi çəkisi və fiziki xüsusiyyətini, hasilatın mənfəət tutumunu,  şlixlərdə tez-tez rast gəlinən faydalı elementləri; yararlı hasilatın hava ilə vurulması rejimini; cihazların istismarı və sazlanması qaydalarını; sənədləşmənin rəsmiləşdirilməsi qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 25. Topoqrafik xəritələrin orijinallarının oymaçısı

 4-cü dərəcə

İşin xüsusiyyəti. Topoqrafik xəritələrin (planların) orijinallarının hazırlanmasında iştirak edilməsi. Topoqrafiya xəritəsinin 1 kv.dm–nə horizontların sayı 20-yə qədər olmaqla, relyef konturların oyulması və çəkilməsi. Topoqrafik xəritələrin (planların) oyulması və çəkilməsi zamanı hidroqrafik və ştrixlənmiş elementləri saxlamaq, topoqrafik xəritələrdə (planlarda) 1kv.dm-də konturların sayı 30-a qədər olmaqla, düzənliklərin, çayların, yaşıllıqların, təpələrin, dağətəyi rayonların, mövcud olan yol şəbəkələrinin, açıq boş qumluqların və ya qumluqların, bitkilərlə örtülmüş yaşıllıqların öz xüsusiyyətləri ilə göstərilməsi. Əsas geodeziya məntəqələrinin oyulması. Kilometrlik şəbəkələr və çərçivələrin oyulması və ölçülərin

yoxlanması.Şəkilyığma qurğusunda coğrafi adların kəsilməsi və yapışdırılması, rəqəmlərin, şərti işarələrin, haşiyələrin tərtibatı və hazırlanması. Oyulmuş hidroqrafik elementlərin retuşlanması. Pozitiv surətlərin doldurulması. Korrektura nöqsanlarının düzəldilməsi. Oyma alətləri və cihazlarının itilənməsi və düzəldilməsi.

Bilməlidir: topoqrafik xəritələrin (planın) təyinatını; topoqrafik xəritənin (planın) orijinalının hazırlanma texnologiyasının əsaslarını; xəritənin (planın) çapa hazırlanma texnologiyasını: xəritələrin (planın) saxlanması və düzgün hazırlanmasını; tərtib edilmiş və çap olunmuş işin mürəkkəbliyinin 1-3-cü kateqoriyasını təyin etmək üçün ölçü meyarını; şərti işarələri; istifadə olunan oyma alətləri və cihazlarının itilənib düzəldilməsi qaydalarını; topoqrafiya xəritələrinin (planların) orijinallarının çapa hazırlanması üçün qüvvədə olan təlimat və nizamnamələri.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 26. Topoqrafik xəritələrin orijinallarının oymaçısı

 5-ci dərəcə

            İşin xüsusiyyəti. Horizontların sayı 1 kv.dm-də  20-dən 100-ə qədər olan topoqrafik xəritələrin (planların) relyef konturlarının oyulması və çəkilməsi. Topoqrafik xəritələrin (planların) oyulması və çəkilməsi zamanı hidroqrafik və ştrixlənmiş elementlərin saxlanılması, topoqrafik xəritənin 1 kv.dm-də konturların sayı 30-dan 100-ə qədər olmaqla, kənd tipli yaşayış məntəqələrini, düzənlikləri, meşəkənarı yerləri; böyük bataqlıqlaşmış massivləri, texniki əkin plantasiyası, meyvə bağları və bostanları olan dağətəyi rayonları, çayları, kol basmış meşələri və mövcud olan qədim kolluqları, kanalları, gölləri göstərmək.

Bilməlidir: topoqrafik xəritənin (planın) orijinalının hazırlanması texnologiyasını; tərtib edilmiş və nəşr olunmuş işin mürəkkəbliyinin 4-6-cı  kateqoriyasını təyin etmək üçün ölçü meyarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 27. Topoqrafik xəritələrin orijinallarının oymaçısı

 6-cı dərəcə

            İşin xüsusiyyəti. Horizontların sayı 1kv dm-də 100-dən çox olan topoqrafik xəritənin (planın) relyef konturlarının oyulması və çəkilməsi. Topoqrafik xəritənin (planın) oyulması və çəkilməsində hidroqrafik və ştrixlənmiş elementlərin saxlanması; 1 kv.dm-də konturların sayı 100-dən çox olmaqla, qalın meşəlik yerlərinin, kənd tipli iri yaşayış məntəqələrinin, şose yolları və dəmir yolları şəbəkələri ilə güclü inkişaf etmiş sənaye rayonlarının, dağlıq yerlərdəki yaşayış məntəqələrinin göstərilməsi.

 Bilməlidir: topoqrafik xəritənin (planın) hazırlanması texnologiyasını; tərtib edilmiş və nəşr olunmuş işin mürəkkəbliyinin 7-10-cu  kateqoriyasını təyin etmək üçün ölçü meyarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 28. Topoqrafiya-geodeziya

və markşeyder işlərində ölçügötürən 

2-ci dərəcəİşin xüsusiyyəti. Topoqrafiya-geodeziya

və markşeyder işlərinin aparılması. Relyef və konturların xarakterik nöqtələrinin seçilməsi. Geodeziya işarə və reperlərin mərkəzinin açılması və bağlanması. Tamasaların başmaqlarda, reperlərdə, payalarda, svaylarda və ərazinin digər seçilmiş nöqtələrində qurulması. Tuşlama üçün trasın təmizlənməsi. Xətlərin (məsafələrin), tros, qaytan və ruletka ilə ölçülməsi. Xətlərin nişanlanması (payalanması). Taxta mıxların (nişan ağaclarının) və vizir payaların hazırlanması və qurulması. Nivelirləmədə piketlərin nişanlanması. Piketlərin və reperlərin bərkidilməsi. Müxtəlif sistemli dəzgah bloklarının, nişangahlı və lot-aparatlı ştativlərin quraşdırılması. Ştativlərlə məftillərin çəkilməsi, yükün asılması və endirilməsi, məftillərin barabanlara sarınması və barabanların qutulara yerləşdirilməsi. Şaqulların qurulması. Yeraltı kommunikasiyaların plana alınması zamanı ölçmə işlərində iştirak edilməsi. Çöl ləvazimatlarının, avadanlıqların və cihazların yüklənməsi, boşaldılması, daşınması, köçürülməsi. Çöl düşərgələrinin salınması.

Bilməlidir: topoqrafiya-geodeziya işləri haqqında ümumi anlayışı; ərazinin kontur-relyefinin xarakter nöqtələrinin seçilməsi

qaydalarını; ölçü alətlərindən istifadə qaydalarını; ştativlərin, blokların, dəzgahların quraşdırılmasını; nişangahlı bazis ştativlərinin tam yerləşdirilməsi qaydalarını; topoqrafiya-geodeziya və markşeyder cihazlarının, alətlərinin və avadanlıqlarının istifadəsi, daşınması, saxlanması və qablaşdırılması qaydalarını; tuşlama üçün trasların təmizlənməsi, tamasa və nişan ağaclarının qurulması qaydalarını; piket və müvəqqəti  reperlərin bərkidilməsi qaydalarını.

  29. Topoqrafiya-geodeziya

və markşeyder işlərində ölçügötürən 

3-cü dərəcəİşin xüsusiyyəti. Topoqrafiya-geodeziya

və markşeyder işlərinin həyata keçirilməsi, topoqrafiya-geodeziya və markşeyder cihaz və alətlərinin müşahidə nöqtəsində (məntəqədə) qurulması və yoxlanılması. Tamasa üzərində səviyyənin alətlə yoxlanılması. Ərazinin vizual yoxlanması, oriyentir məntəqələrinə bağlanma və nişanların yüksəkliklərinin ölçülməsi. Başlanğıc məntəqələrin qabaqcadan axtarılması. Keçid nöqtələrinin seçilməsi. Tuşlama (vizirləmə) üçün trasın təmizlənməsi. Trianqulyasiya və ya poliqonometriya məntəqələrinə heliotropların, fənərlərin, meteoroloji ölçmələr üçün cihazların, yüksək dəqiqlikli optik alətlərin çatdırılması. Trianqulyasiya və ya poliqonometriya məntəqəsindən müşahidə məntəqəsi istiqamətində xüsusi cihazların köməyi ilə işıq siqnalının verilməsi və ya işıq siqnalının əks etdirilməsi. Məntəqədə qaytarıcının (işıq məsafəölçənin) yanında  meteoroloji ölçmələrin aparılması. Sadə hesablamaların aparılması. Çöl jurnalında qeydlərin aparılması.

Bilməlidir: topoqrafiya-geodeziya və markşeyder işlərinin müəyyən edilməsini, çöl jurnalının yazılması qaydalarını; topoqrafiya-geodeziya və markşeyder işlərinə aid cihaz və alətlərin müşahidə məntəqəsində quraşdırılması və yoxlanılmasını; tamasa üzərində səviyyənin şaqula əsasən yoxlanılmasını; başlanğıc məntəqələrin tapılması və keçid nöqtələrinin seçilməsi qaydalarını, topoqrafiya-geodeziya və markşeyder cihaz və alətlərinin məntəqədə qurulması qaydalarını;  geodeziya və markşeyder işarələrinin konstruksiyasını; siqnalların dayanıqlılığı və sərtliyinin təyin edilməsi metodlarını; oriyentir məntəqələri və mərkəzlərin düzgün basdırılması, təsvir və görünüş şəraitinə qoyulan tələbləri, heliotropların, fənərlərin

vəqaytarıcıların (işıq məsafəölçənin) mexanizmini və onlarla davranış qaydalarını; işıq siqnallarının verilməsi, qaytarıcı, akkumulyator və enerji təchizatı elementlərinə qulluq edilməsi və onların saxlanılması qaydalarını; məntəqədə qaytarıcının yanında meteoroloji ölçmələrin yerinə yetirilmə qaydalarını; optik cihazların yoxlanılması metodlarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

  

30. Topoqrafiya-geodeziya və markşeyder işlərində ölçügötürən

 4-cü dərəcə

            İşin xüsusiyyəti.  Dənizdə və göllərdə şelflərin plana alınması üçün dərinliklərin ölçülməsi vaxtı topoqrafiya-geodeziya və markşeyder ölçmələrinin aparılması. Yüksək dəqiqlikli optik cihazların qurulması və enerji mənbəyinə qoşulması. Yaxın məntəqələr arasında əlaqə yaradılması və siqnalizasiyanın yaradılması. Alət və cihazlardan hesabatların çıxarılması. Çöl jurnalında qeydlərin aparılması, yoxlama üçün hər səhifədə ölçülmüş kəmiyyətlərin orta qiymətinin hesablanması. Sxemlərin, profil və qrafiklərin çəkilməsi və tərtib edilməsi, həmçinin ölçü materiallarının qeydə alınması.

Tikinti-quraşdırma işlərinin görülməsi vaxtı geodeziya-markşeyder ölçmələrinin aparılması. Yüksəkliklərin tarazlama şlanqları və səviyyə ölçənin (boruları bir-birinə bağlamaqla) və ya nivelir şlanqının köməyi ilə bir tikinti-quraşdırma sahəsindən digərinə (mərtəbədən-mərtəbəyə, yarusdan-yarusa) ötürülməsi. Tikilən konstruksiyaların quraşdırılması zamanı layihə parametrlərindən üfüqi və şaquli kənara çıxmalara alətlə nəzarət edilməsi.  Tirlərə, kalonlara reper, marka və nişanların vurulması.

Bilməlidir: dəniz və göllərdə şelflərin plana alınması üçün dərinliklərin ölçülməsi xüsusiyyətlərini, müşahidə yerlərində yüksək dəqiqlikli optik cihazların qurulması qaydalarını, texniki sənədləşmədə nomoqramlar vasitəsilə hesablaşmanın aparılması və çöl müşahidələrinin nəticələrinin işlənilməsini, geodeziya və markşeyder planları üçün şərti işarələri, baş plan və baş tikinti planlarının tikinti-quraşdırma çertyojlarını; hündürlükdə və yeraltı tikintidə, o cümlədən, sıxılmış hava zonasında siqnalizasiya qaydalarını; şərti və mütləq üfüqi vəziyyətin ötürülməsini; üfüqi və

şaquli vəziyyətdə olan konstruksiyalara nəzarətin üsul və qaydalarını; konstruksiyaların və onların elementlərinin quraşdırılması vaxtı layihədən kənara çıxmaları.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

  31. Topoqrafiya-geodeziya

və markşeyder işlərində ölçügötürən 

5-ci dərəcəİşin xüsusiyyəti.  Tikinti-quraşdırma işlərində topoqrafiya-

geodeziya və markşeyder ölçmələrinin yüksək dəqiqlikli optik cihazların şaquli vizirləmənin köməyi ilə yerinə yetirilməsi. Cihazların quraşdırılması və nomoqramlara əsasən hesabatların götürülməsi. Tirlərin, dirəklərin kalonların və digər tikinti konstruksiyalarının ölçülməsi və yoxlanılması. Bir çox dirək və kalon cərgələrinin plana alınması. Blokların, kalonların, rigel və digər tikinti konstruksiyalarının parametrlərinin ölçülməsi və yoxlanması. Svay və kalonların plan və yüksəklik əsasının yaradılması. Konstruksiyaların layihə vəziyyətindən naturaya keçirilməsinin və kran yollarının düzəldilməsinin alətlə təminatı. Quraşdırma horizontunun (səviyyənin) geodezist və ya markşeyderin rəhbərliyi ilə naturaya köçürülməsi. Texnoloji blokların, düyünlərin, quraşdırma konstruksiyalarının icra sxemlərinin  tərtib olunması.

Bilməlidir: tikinti-quraşdırma işlərində yüksək dəqiqlikli optik cihazların şaquli nişan almanın köməyi ilə topoqrafiya-geodeziya və markşeyder ölçmələrinin yerinə yetirilməsi qaydalarını; tikinti konstruksiyalarının həndəsi parametrlərinin yoxlanmasını, ölçmə üsulları və qaydalarını; horizontun tikinti konstruksiyalarının plana alınma üsul və qaydalarını, naturaya köçürülməsini; quraşdırma horizontunun naturaya köçürülməsini; quraşdırılan konstruksiyaların, blokların, düyünlərin icra sxemlərinin tərtib olunma qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

  

 

  “Təsdiq edilmişdir”Azərbaycan RespublikasınınƏmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

Kollegiyasının

qərarı № 01

31 yanvar 2012-ci il

Nazir

_____________Fizuli Ələkbərov

  

 Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı

və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına

aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas SorğuKitabçası

                       Bölmə: Qaz təsərrüfatı 

  

GİRİŞ  

“Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” Bölmə: Qaz təsərrüfatı (bundan sonra “Kitabça” adlandırılacaqdır) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabça mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda qaz təsərrüfatı

sahəsi üzrə çalışan fəhlələrə ixtisas dərəcəsinin verilməsində, yerinə yetirilən işlərin tarifləşdirilməsində, fəhlələrin Vahid Tarif Cədvəli üzrə əməyinin ödəniş dərəcəsinin müəyyənləşdirilməsində, onların konkret əmək funksiyalarını əks etdirən peşə təlimatlarının hazırlanmasında, peşə hazırlığından asılı olaraq onların seçilməsi və yerləşdirilməsində, peşəkarlıq səviyyələrindən asılı olaraq məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ-hüquqi akt olaraq tətbiq edilir.

Kitabçada fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətləri əmək şəraiti nəzərə alınmadan işlərin mürəkkəbliyinə əsasən müəyyənləşdirilmiş, peşələrin Vahid Tarif Cədvəli üzrə əməyin ödəniş dərəcələri müəyyən edilmişdir.

Tarif ixtisas xüsusiyyətlərinin “İşin xüsusiyyəti”  hissəsi özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu işlərdən əlavə fəhlə iş növbəsinin qəbulu və təhvili, iş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və ləvazimatın lazımi səviyyədə saxlanılması, təyin edilmiş sənədləşdirmənin aparılması ilə əlaqədar işləri də yerinə yetirməlidir. Tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsində yerinə yetirilən işlər üzrə biliyə olan tələblər nəzərdə tutulur.

Kitabçada bu və ya digər peşə üzrə bir neçə dərəcə nəzərdə tutulduğu hallarda yüksək ixtisaslı fəhlə onun dərəcəsinə aid olan tarif-ixtisas xüsusiyyətlərində sadalanan işlərdən əlavə özündən aşağı ixtisaslı fəhlənin tarif-ixtisas xüsusiyyətlərində verilmiş işləri də yerinə yetirmək qabiliyyətinə malik olmalıdır. Ona görə də aşağı ixtisaslı dərəcələrin tarif-ixtisas xüsusiyyətlərində nəzərdə tutulmuş işlər, yüksək dərəcənin tarif-ixtisas xüsusiyyətlərində öz əksini tapmamışdır.

Aşağı dərəcəli peşələrin tarif-ixtisas xüsusiyyətlərində göstərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir.

Bu işlərlə yanaşı fəhlə iş yerində əməyin səmərəli təşkilini, görülən işlərin texnoloji prosesini, avadanlığın texniki istismar və onlara xidmət qaydalarını, istifadə edilən alət və inventarları, yanacağın, enerjinin, xammal və materialların sərf normasını, zay məhsulun növlərini, onun yaranma səbəblərini və aradan qaldırılması yollarını, əməyin təhlükəsizliyi və sanitar-gigiyena normalarını, yanğından mühafizə üçün istifadə edilən vasitələri və yanğının söndürülməsi üsullarını, qaldırıcı-nəqletdirici avadanlığın idarə edilməsi qaydasını, istehsalat təlimini və müəssisədaxili intizam qaydalarını da bilməlidir.

Bu tələblərdən əlavə maşın və mexanizmlərin idarə edilməsi ilə məşğul olan fəhlələr yerinə yetirdikləri işlərlə yanaşı çilingər işini də yaxşı bilməli, avadanlıq və maşınların iş prosesində nasazlıqlarının aradan qaldırılması və onun təmirində iştirak etməyi də bacarmalıdırlar.

Müəssisə, idarə və təşkilatlarda işlərin tarifləşdirilməsi Kitabçada göstərilən tarif-ixtisas xüsusiyyətləri əsasında aparılır. Bu zaman tarifləşdirilən işin dərəcəsi tarif-ixtisas xüsusiyyətlərində qeyd olunan müvafiq işlərlə müqayisə edilərək müəyyənləşdirilir.

Fəhlə peşəsinin adı Kitabçaya uyğun olaraq istehsalatda konkret faktiki yerinə yetirilən işlər nəzərə alınmaqla təyin edilməlidir. Müxtəlif peşənin işlərini yerinə yetirən fəhləyə peşə adı onun yerinə yetirdiyi işlər içərisində xüsusi çəkisi çox olan işə əsasən müəyyən edilir.

İşlər briqada tərəfindən həyata keçirilən zaman işlərin tarifləşdirilməsi işin tərkibinə daxil olan əməliyyatların həcmi və dərəcəsi nəzərə alınmaqla müəyyənləşdirilir.

Fəhləyə hər hansı bir tarif dərəcəsinin verilməsi və ya artırılması məsələsinə fəhlənin ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır.

Fəhləyə hər hansı və ya daha yüksək tarif dərəcəsinin verilməsi üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilə bilərlər.

İxtisas imtahanlarının keçirilmə müddəti və qaydası işəgötürən tərəfindən müəyyənləşdirilərək fəhlələrə çatdırılır. İxtisas imtahanlarını müvəffəqiyyətlə vermiş işçiyə yüksək ixtisas dərəcəsi verilir.

İxtisas imtahanlarını vermiş fəhlələrə ixtisas dərəcəsinin verilməsi və ya artırılması onun yerinə yetirdiyi işlərin mürəkkəbliyi nəzərə alınmaqla həyata keçirilir.

İxtisas imtahanı zamanı ixtisas dərəcəsi təyin edilən və ya artırılan fəhlə tarif-ixtisas xüsusiyyətlərinin “Bilməlidir” hissəsinə  aid suallara cavab verməli və “İşin xüsusiyyəti” hissəsində göstərilmiş ayrı-ayrı işləri müstəqil olaraq yerinə yetirməyi bacarmalıdır. Bundan əlavə fəhlə müəyyən edilmiş hasilat, vaxt və xidmət normalarını lazımi keyfiyyətlə yerinə yetirməyi bacarmalıdır.

Briqada üzvü olan fəhləyə ixtisas dərəcəsinin təyin edilməsi və ya artırılması yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında görülən işlərin mürəkkəbliyi üzrə yox, onun müstəqil olaraq yerinə yetirə biləcəyi işlərin mürəkkəbliyi üzrə aparılmalıdır.

Əsas işindən əlavə briqadaya rəhbərlik edən fəhləyə ixtisas dərəcəsinin verilməsi ümumi qayda əsasında həyata keçirilir. Briqadaya rəhbərlik həmin fəhlənin dərəcəsinin artırılması üçün əsas sayılmır.

Qaz təsərrüfatı sahəsinə aid olanfəhlə peşələrinin adları və ödəniş

dərəcələrinin diapazonu  

Sıra

№-si

Peşələrin adlarıÖdəniş

dərəcələri diapazon

uSəhifə

1 2 3 41 Buxarlandırıcı qurğunun aparatçısı 4 62 Elektrik qaz qaynaqçısı – kəsici 4-6 63 Qaz paylayıcı stansiyanın maşinisti 4-5 94 Qazholder stansiyasının operatoru 2-4 105 Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri 4-6 116 Qaz avadanlığının istismarı və təmiri üzrə

çilingər 3-5 147 Qaz təsərrüfatının nəzarətçisi 4 168 Soba təsərrüfatının nəzarətçisi 2-4 179 Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə

çilingər 2-6 18

 

 

 

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ 

1. Buxarlandırıcı qurğunun aparatçısı 

4-cü dərəcə            İşin xüsusiyyəti. Qaz tənzimləmə məntəqəsi və buxarlandırıcı qurğuları qazla təchiz etmək üçün ayrılmış avadanlığa xidmət. Qurğuların işə salınması və dayandırılması. Zəruri texnoloji rejimdə maye qazın buxarlanması üçün avadanlığın sazlanması. Qarışdırıcı qurğuya qaz və havanın, buxarlandırıcıya buxar və maye qazın tələb olunan miqdarda verilməsinin təmin edilməsi. Qaz sayğacı və axın-sorucu ventilyasiyanın qoşulması və çıxarılması. Odorlaşdırıcı və quruducu qurğuların işə salınması və qoşulması. Qaz, buxar və hava keçirici armaturların, buxarlandırıcı qurğuların hissələrinin təmirində iştirak. Təzyiq altında işlək boruların təkrar yoxlanışa hazırlanması. Nəzarət uçot işlərinin aparılması.            Bilməlidir: işin prinsip və mexanizmini, çən qurğularının, qaz tənzimləmə məntəqəsinin avadanlığının və buxarlandırıcıların təyin edilməsini; qaz-hava inyeksiya qarışdırıcı aqreqatların təyinatını və mexanizmini; nəzarət-ölçü cihazlarının və armaturların iş prinsipi və mexanizmini; qazşəkilli vəziyyətdə maye qazın şəkildəyişmə prosesinin texnologiyasını; qazın hava ilə qarışdırılmasının norma və üsullarını; quruducu və odorlaşdırıcı qurğuların mexanizmini; laboratoriyada analiz etmək üçün qaz-hava qarışığı nümunələrini seçən cihazları; təzyiq altında işləyən buxar, hava və qaz borularının təkrar yoxlanılması müddətini; qazdan təhlükəli yerlərdə istehsalat təmirinin aparılması qaydalarını; nəzarət-uçot işlərinin aparılması qaydalarını.

 Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

2. Elektrik qaz qaynaqçısı-kəsici 

4-cü dərəcə            İşin xüsusiyyəti. Fəaliyyətdə olan aşağı və orta təzyiqli qaz kəmərlərində, təzyiq aşağı salındıqda, oyuqların kəsilməsi və açılması. Daha yüksək ixtisaslı elektrik qaz qaynaqçısı-kəsicinin rəhbərliyi altında fəaliyyətdə olan qaz kəmərlərində kəsmə işlərinin yerinə yetirilməsi. Rezin qovuqların, tıxacların və buğumların quraşdırılması. Təzyiq altında olan boruların kəsilməsi, qaynaq

üçün detalların və çatqıların hazırlanması, qaz kəmərlərində kəsilmiş pəncərələrin qaynaq edilməsi. Qazdan təhlükəli işlərin yerinə yetirilməsi üçün alət və materialların hazırlanması. Fəaliyyətdə olan qaz kəmərlərində təzyiqin ölçülməsi. Qaz kəmərlərində artıq təzyiq olduqda kipləşdirici qurğuların və qapayıcıların vəziyyətinin yoxlanılması. Bütün hallarda qaz kəmərlərində elektrik və qaz qaynağı. Kondensat yığıcılarının, hidravlik örtgəclərin hazırlanması, qaynağı və sınaqdan çıxarılması. Müvafiq elektrodların və aşqar məftillərin seçilməsi. Aşağı, orta və yüksək təzyiqli qaz kəmərlərində gücləndirici muftaların quraşdırılması və qaz sızmalarının aradan qaldırılması. Qaz kəmərlərinin üfürülüb təmizlənməsində iştirakı. Odluqların və kəsicilərin cari təmiri. Sadə cizgilərin oxunması. Kəsmə zamanı nişan qoyma və uyğunlaşdırma.

Bilməlidir: qaynaq edilən detalların forma və qalınlığından asılı olaraq metalın qaynaq rejimlərinin müəyyən olunması üsullarını; qaz qaynağı və kəsmənin əsas rejim və növlərini; qaz elektrik qaynağı və qaz elektrik kəsici aparatların quraşdırılması və xidmətini, onların istismar və təmir qaydalarını; oksigen və asetilen balonlarının, qaz generatorlarının nəqli və xidməti qaydalarını; mayeləşdirilmiş qazla metalların kəsilməsi qaydalarını; boru və fasonlu hissələrin çeşidlərini; qaz kəmərlərinin sınaqdan çıxarılma qaydalarını; fəaliyyətdə olan qaz kəmərlərində işlərin yerinə yetirilmə qaydalarını.

İlk peşə-ixtisas təhsili tələb olunur. 

3. Elektrik qaz qaynaqçısı-kəsici 

5-ci dərəcə            İşin xüsusiyyəti. Fəaliyyətdə olan aşağı və orta təzyiqli qaz kəmərlərində kəsiklərin yerinə yetirilməsi. Fəaliyyətdə olan qaz kəmərlərində bütün hallarda elektrik və qaz qaynaqlarının yerinə yetirilməsi. Bina daxili qaz kəmərlərində kəsik aparılması. Kondensat yığıcılarının, hidravlik örtgəclərin, qaz kəmərlərində olan içəri əyilmiş və qabarmış qapayıcılarınkəsilməsi. Çarxların qaynaq edilməsi. Yüksək təzyiqli kompensator və siyirtmələrin kəsilməsi. Orta mürəkkəb cizgilərin oxunması.

Bilməlidir: orta təzyiqdə işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərini; qaynaq edilən detalın forma və qalınlığından asılı olaraq metalların qaynaq rejimlərinin müəyyən edilməsi üsullarını; qaynaq edilən metalların texnologiyasını; müxtəlif növ elektrik və

qaz qaynağı aparatlarının istismarı və təmiri qaydalarını, quraşdırılmasını; polad və çuqun üçün qaynaq işlərinin növ və rejimlərini; təzyiq altında işləyən mühüm əhəmiyyət kəsb edən tikişlərə nəzarət və onların sınaqdan çıxarılması üsullarını; kəsmə və dəyişdirmə variantlarını; qaz kəmərlərinin sınaqdan çıxarılma qaydalarını; fəaliyyətdə olan qaz kəmərlərində işlərin icrasını.

İlk peşə-ixtisas təhsili tələb olunur. 

4. Elektrik qaz qaynaqçısı-kəsici 

6-cı dərəcə            İşin xüsusiyyəti. Fəaliyyətdə olan yüksək təzyiqli qaz kəmərlərində kəsmə işlərinin yerinə yetirilməsi. Fəaliyyətdə olan qaz nizamlayıcı, qaz doldurucu və qaz paylayıcı stansiya binalarının daxilində və təzyiq altında işləyən kompressor hissələrində qaz kəmərlərinin qaynağının yerinə yetirilməsi. Mayeləşdirilmiş və sıxılmış qaz balonlarının, təzyiq altında işləyən mayeləşdirilmiş qaz çənlərinin, qazholderlərin və digər tutumların qaynağı. Müxtəlif qalınlıqlı polad məmulatlarının, fərdi hissələrində kip möhkəm qaynaq tikişlərinin vurulması, dərin qaynaq üsulu ilə qaynaq işlərinin yerinə yetirilməsi. Yüksək təzyiq altında işlər üçün nəzərdə tutulan müxtəlif formalı məmulatların xüsusi məsuliyyətlə elektrik qaynağı. Bina daxilində qaz kəmərləri qovşaqları dəyişdirilərkən qazdan təhlükəli işlər. Əlvan metalların qaynağı. Su altında və qazdan müdafiə zonalarında flüs qatı altında avtomatlarla qaynaq edilməsi. Odluq, kəsici və digər qaz qaynağı avadanlığını açmadan reduktorların təmiri. Əridilib calanmış metallarda və qaynaq birləşmələrində baxış zamanı aşkar edilmiş qüsurların müəyyən edilməsi və düzəldilməsi. Mürəkkəb cizgilərin oxunması. Elektrik qaz qaynaqçısı – kəsicinin işinə rəhbərlik.

Bilməlidir: yüksək təzyiq altında işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərini; nazik divarlı detalların qaynaq texnologiyasını; qaz nizamlayıcı, qaz doldurucu stansiyalarda və kompressor hissələrində mayeləşdirilmiş qaz rezervuarları və qazholderlərin təmiri zamanı istismar olunan yüksək təzyiqli qaz kəmərlərində işlərin icrası qaydalarını; qaynaq birləşmələrinin qüsurlarının təsnifatı, onların müəyyən olunması və aradan qaldırılması üsullarını; polad, çuqun və əlvan metallar üçün qaz qaynağı işlərinin növləri və rejimlərini; aşqar materialların dövlət standartlarını; elektrotexnika, metalşünaslıq və metalların texnologiyasının əsaslarını.

İlk peşə-ixtisas təhsili tələb olunur. 

5. Qaz paylayıcı stansiyanın maşinisti 

4-cü dərəcə            İşin xüsusiyyəti. Axın sorucu ventilyasiyaya, durulaşdırılmış və sıxılmış qaz vuran nasos və kompressorlara xidmət, xidmət avadanlığının işə salınması və onun işinə nəzarət. Material xərclərinin və aqreqatların işinin uçotunun aparılması, nasos-kompressor kommunikasiya sisteminin və aqreqatların cari təmiri.            Bilməlidir: xidmət edilən avadanlığın istifadə qaydalarını və quruluşunu; durulaşdırılmış və sıxılmış qaz kəmərləri ilə qaz ötürücü kommunikasiyalara, qaz paylayıcı və qaz doldurucu stansiyalara nəql edilməsi texnologiyasını; qaz kəmərləri sistemində və kompressorlarda quraşdırılmış nəzarət-ölçü cihazlarını; kompressor, bağlayıcı armatur və aparatların təmir növlərini; hava dəyişmə nasoslarını və axın sorucu ventilyasiyanın işə salınması və söndürülməsini; işə salan, işıqlandırıcı armatur, elektrik şəbəkəsi, söndürən qurğular və boru kəmərlərinə olan texniki tələbatı; yanğın əleyhinə olan inventarların istifadə qaydalarını. 

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

6. Qazpaylayıcı stansiyanın maşinisti 

5-ci dərəcə            İşin xüsusiyyəti. Durulaşdırılmış qazın vurulmasının texnoloji prosesinin aparılması. Nəzarət-ölçü cihazlarının və mühafizə qurğularının yoxlanılması. Qazpaylayıcı stansiya avadanlığının sazlanması və onlara qulluq. İşləyən aqreqatlarda və onların hissələrində olan nöqsanların tapılıb aradan qaldırılması. Kompressorların, nasosların, nasos-kompressor bölməsinin armaturlarının və digər avadanlığın əsaslı təmir edilməsi. Qazpaylayıcı stansiya avadanlığının ehtiyat rejimə keçirilməsi və ya təmirə çıxarılması. Növbədə olan maşinistlərin işinə rəhbərlik edilməsi.            Bilməlidir: xidmət edilən avadanlığın sazlanma qaydalarını və konstruktiv xüsusiyyətlərini; kompressorlarda, nasoslarda, karusel qurğularında, axın sorucu aqreqatlarda və kompressor-nasos bölməsində quraşdırılan digər avadanlıqda olan bütün

nasazlıqların yoxlanılması və aradan qaldırılması üsullarını; xidmət edilən avadanlığın qabaqcadan nəzərdə tutulmuş planlı təmir və təftiş qaydalarını; mühafizə qurğularının və nəzarət-ölçü cihazlarının quruluşunu.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

7. Qazholder stansiyasının operatoru  

2-ci dərəcə            İşin xüsusiyyəti. Qazholderin qazla doldurulması və nizamlayıcı cihazlara xidmət, qazholder stansiyasında həcmi 250 min m3-ə qədər olan qazın yüksək ixtisaslı operatorun nəzarəti altında ölçülməsi və qeydiyyatı. Xidmət edilən avadanlığın sürtülmüş hissələrinin yağlanması.            Bilməlidir: stansiya avadanlığının işinin texnoloji sxemini; yeraltı qaz kommunikasiya sxemini; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi qaydalarını; yağlama üsullarını və növlərini. 

8. Qazholder stansiyasının operatoru  

3-cü dərəcə            İşin xüsusiyyəti. Qazholderin qazla doldurulması və nizamlayıcı cihazların işinə nəzarət, qazholder stansiyasında həcmi 250 min m3-ə qədər olan qazın ölçülməsi və qeydiyyatı. Nizamlayıcı cihazlara xidmət, qazholder stansiyasında həcmi 250 min m3-ə qədər olan qazın yüksək ixtisaslı operatorun nəzarəti altında ölçülməsi və uçotu. Qazholderin, nasosların, qaz kommunikasiyalarının, blokirofka sisteminin və siqnalizasiyanın, qaldırıcı mexanizmlərin işinə, quyu və məşəllərin vəziyyətinə nəzarət. Qazholder stansiyasına qaz verilməsi rejiminə riayət olunmasını təmin etmək. Qazholderdə qazın həcmi və təzyiqinin, temperaturunun, yağ örtgəcində yağın səviyyəsinin, şaybaların, örtgəcdə suyun səviyyəsi və temperaturunun, çənlərin nəzarət-ölçü cihazlarının göstəricilərinə uyğun tənzimlənməsi və onlara nəzarət. Qaz itkisinin aradan qaldırılması və yoxlanması. Qazın qəbulu və sərfi təzyiqinin operativ uçotunun aparılması. Cihazların göstəricilərinin jurnalda operativ qeyd olunmaqla işlənilməsi və məlumatların mərkəzi dispetçerə ötürülməsi.            Bilməlidir: qazholderin iş rejimini və quruluşunu; stansiya avadanlığının işə salınmasının mümkün olan bütün variantlarını;

qazın verilmə rejimini; nəzarət-ölçü cihazlarının tətbiqi mexanizmini; qeydə alan cihazların diaqramının işlənməsi qaydalarını; stansiyanın işlərinin operativ uçotunun aparılması qaydalarını; qazholderin doldurulması və boşaldılmasına icazə verilən həddi; qazholderdə saxlanılan qazın xassələrini.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

9. Qazholder stansiyasının operatoru  

4-cü dərəcə            İşin xüsusiyyəti. Qazholderin qazla doldurulması və nizamlayıcı cihazların işinə nəzarət, qazholder stansiyasında həcmi 250 min m3-dən çox  olan qazın ölçülməsi və uçotu. Planimetrlə qeydə alan cihazların göctəricilərinin işlənməsi və lazımi düzəlişlərin aparılması. Qazholder stansiyasında qalıq qazın və faktiki qaz sərfinin təyin edilməsi. İstehsalat yerlərinin və stansiyaların qurulmasında, quyuların qazlılığının yoxlanılması və qazholder stansiyasının mühafizə qurğularının mütəmadi yoxlanılmasında iştirak etmək. Qazholder  stansiyasında daxili yoxlamanın keçirilməsində, çənlərin mütəmadi yoxlanılmasında iştirak etmək. Stansiyanın iş qrafikini və haqq-hesab sənədlərini tərtib etmək. Piroliz qazların ayrılması istehsalında qazholderlərə xidmət.            Bilməlidir: yeraltı qaz kommunikasiya sxemlərini və onların üstündəki tikililəri; qazholder stansiyası avadanlığının quraşdırılması və yerləşdirilməsini; stansiyanın avadanlıq və cihazlarının qarşılıqlı təsirini; qazholder stansiyasının verilmiş rejimin pozulmasına bais olan səbəbləri, müxtəlif növlü qazanalizator qurğularını; analizin nəticələrinə görə lazımi hesablaşmaların aparılmasını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

10. Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri 

4-cü dərəcə            İşin xüsusiyyəti. Diametri 500 mm-ə qədər olan aşağı və orta təzyiqlə işləyən qaz kəmərlərində qəza-bərpa işlərinin yerinə yetirilməsi. Kondensat yığıcılarından qazkondensatınçıxarılması. Kranların yağlanması, qaz kəmərlərinin hermetikliyinin

yoxlanılması, onların üfürülməsi və buxara verilməsi. Qəzaların aradan qaldırılması üçün yeraltı qaz kəmərləri istiqamətində şurfların qazılması. Məişət qaz cihazlarının, yemək bişirən peçlərin, həmçinin qaz avadanlıqlarının, kommunal-məişət və kənd təsərrüfatı müəssisə və idarələrində qurulmuş qazla işləyən sobaların və digər sənaye aqreqatlarının bərpası üçün təmir işlərinin aparılması. Qazın şəbəkəyə buraxılması və qaz avadanlığının şəbəkəyə qoşulması.            Bilməlidir: mexanizmlərin, məişət qaz cihazlarının, avtomatik mənzil qızdırıcı sobaların, yemək bişirən peçlərin texniki istismar qaydalarını; qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını; qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini; onların təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını; diametri 500 mm-ə qədər olan aşağı və orta təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin aparılması qaydalarını; qaz kəmərlərinin hermetikliyə sınağını, üfürülməsi və buxara verilməsi qaydalarını; qəzalı qaz kəmərlərində müvəqqəti baypasların qurulmasını; qaz kəmərlərində bilərziklərin quraşdırılması üsullarını; yeraltı qaz ötürücülərinin istismarı və quraşdırılmasının texniki şərtlərini.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

11. Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri 

5-ci dərəcə            İşin xüsusiyyəti. Diametri 500 mm-ə qədər olan, aşağı və orta təzyiqlə işləyən və diametri 500 mm-ə qədər olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin yerinə yetirilməsi. Qaz itkisi olan sahənin məhdudlaşdırılması. Qaz kəmərlərində bandajların və basma bilərziklərin, bərkidicilərin, gücləndiricilərin quraşdırılması. Fəaliyyətdə olan qaz kəmərləri istiqamətində nişanların qoyulması, ayrı-ayrı detalların və model hissələrinin montajı və hazırlanması. Qaz kəmərlərinin hissələrinin onların kəsişmələrinin eskizinin hazırlanması. Yeraltı qaz kəmərlərinin yerinin müəyyən edilməsi, qaz kəmərlərinin vəziyyətinin yoxlanması və onların elektron cihazlarla izolə edilməsi. İşləyən qaz kəmərlərinin oyulub yerləşdirilməsi və sökülməsi işlərində çilingər işlərinin yerinə yetirilməsi. Qazdoldurma stansiyasında (məntəqəsində) qəzaların aradan

qaldırılması işlərinin yerinə yetirilməsi və qaz avadanlığının pnevmomexaniki və elektrik avtomatlarının bərpası.            Bilməlidir: mexanizmlərin, restoranların avtomatik işləyən qaz piltələrinin, qazla işləyən qızdırıcıların və sənaye ocaq aqreqatlarının, durulaşdırılmış qazın rezervuar qurğularının, həyət avadanlığının, buxarlandırıcıların və istilikdəyişdiricilərin, qazholder qurğuları və ocaq avtomatlarının, soba və digər qaz avadanlığının təmiri və texniki istismar qaydalarını; diametri 500 mm-ə qədər olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin aparılması qaydalarını;  qaz kəmərlərinə qoşulma və başqa xəttə keçirilmə qayda və üsullarını; fəaliyyətdə olan qaz kəmərlərində təzyiqi aşağı salmadan oyma cihazlarının qurulmasını; qaz kəmərlərinin qəzadan sonra istismara verilməsi, onların quraşdırılması və hermetikliyinin yoxlanılması qaydalarını, texniki şərtləri; qaz kəmərləri hissələrinin və kəsişmələrin eskizinin tərtib edilməsi texnikasını; elektrotexnika və metal texnologiyasının əsaslarını; qazpaylayıcı və qazdoldurucu stansiyanın (məntəqənin), qaz kəmərlərinin texniki sxemini; rezervuarların və digər qaz avadanlığının yoxlanılması və sınaqdan keçirilməsi qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

12. Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri 

6-cı dərəcə            İşin xüsusiyyəti. Qeyri metal qaz kəmərlərində və diametri 500 mm-dən çox olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin yerinə yetirilməsi. Qaz kəmərinin keçdiyi yollarda nişanların qoyulması, ayrı-ayrı detalların və xüsusilə mürəkkəb böyük model hissələrin montajı və hazırlanması. Qazholder stansiyasında qəza-bərpa işlərinin aparılması. Qaz kəmərlərinin vəziyyətinin müəyyən edilməsi və onların diaqnostik cihazlarla izolə edilməsi.  Avtomatika və telemexanika avadanlığının işə salınması və sazlanması, qəzaların aradan qaldırılması işlərinə rəhbərlik etmək.            Bilməlidir: diametri 500 mm-dən çox olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin aparılması qaydalarını; elektrik mühafizə qurğuları və qaz kəmərlərinin düzgün yerləşdirilməsi sxemini; oyub yerləşdirmə və fəaliyyətdə olan qaz kəmərlərinə keçirmə qayda və üsullarını; yeraltı qaz şəbəkələrində mürəkkəb avadanlıqların konstruktiv xüsusiyyətlərini

və onların təmiri qaydalarını; qaz kəmərlərinin çertyojunu (plan, profil, qaynaq sxemi) və qaz kəmərlərinin mürəkkəb hissələrinin və kəsişmələrin eskizinin tərtib edilməsi qaydalarını; avadanlığın sazlanmasını, telemexanika və avtomatika aparatları sistemini; nəzarət-ölçü cihazları və diaqnostik cihazların tənzimlənməsi və sazlanmasını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 13. Qaz avadanlığının istismarı və təmiri üzrə çilingər

  3-cü dərəcə

İşin xüsusiyyəti. Avtomat su qızdırıcılarının dəyişdirilməsi, bütün sistemin məişət qaz piltələrinin, sıxılmış qazın qaz balonları qurğularının, qaz buxarlarının, onlara xidmət və cari təmiri üzrə çilingər işlərinin yerinə yetirilməsi. Reduktorların dəyişdirilməsi, məişət cihazlarına qazın buraxılması. Qazholder stansiyaları və kompressor qurğularının avadanlığının quraşdırılması, sökülməsi və təmiri üzrə işlərdə iştirakı. Qazholderlərin, qaz paylayıcı stansiyaların rezervuarlarının və mayeləşdirilmiş qazın qrup qurğularının daxili yoxlanışa və hidravlik sınağa hazırlanması. Qaz nizamlayıcı məntəqələrin avadanlığının işinin yoxlanılması.

Bilməlidir: yaşayış evlərinin qaz təchizatı qaydalarını; mənzil daxilində qaz avadanlığının istismar qaydalarını; qaz cihazlarının təmir növlərini, qazholder və qazpaylayıcı stansiyaların qaz kəmərlərinin texnoloji sxemlərini; mayeləşdirilmiş və sıxılmış qazın qazholder və qazpaylayıcı stansiyalarının istismar qaydalarını; qazholder və qazpaylayıcı stansiyaların kommunikasiya və avadanlığında cari təmirlərin aparılma qaydalarını; stansiyalarda rezervuarların və digər avadanlığın yoxlanılması, sınaqdan çıxarılması qaydalarını; qaztənzimləyici məntəqələrdə avadanlığın quraşdırılması, iş prinsipi, sazlanması və cari təmirlərini, təzyiq altında işləyən boruların quraşdırılması və təhlükəsizlik istismarı üzrə qazanxana nəzarəti qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

14. Qaz avadanlığının istismarı və təmiri üzrə çilingər 

4-cü dərəcə

İşin xüsusiyyəti. Qazla işləyən tutumlu və axımlı avtomat suqızdırıcılarının dəyişdirilməsi üzrə çilingər işlərinin yerinə yetirilməsi, onların qızdırıcı sobalarının, avtomat mənzil qızdırıcı cihazların odluqlarının, yeməkbişirən peçlərin və restoran plitkalarının,  qrup maye qaz balon qurğularının, qazpaylayıcı məntəqələrin (əsas və qoruyucu qaz kəmərlərinin bağlayıcı-qoruyucu armaturlarının və nizamlayıcılarının müxtəlif növlərinin) təmiri və tənzimlənməsi və onlara sanitar-texniki xidmət. Fəaliyyətdə olan qaz kəmərlərinin kəsilməsi vəkəsilib-quraşdırlması işləri üzrə sadə çilingər işlərinin yerinə yetirilməsi. Mərkəzdənqaçma və porşenli nasosların, kompressorların bütün növlərinin təmiri, buxarlandırıcı qurğuların, balonların ventillərinin özü bağlanan klapanlarının və mayeləşdirilmiş qaz üçün reduktorların təmiri və onlara xidmət edilməsi. Tikintidə işləyən yeni qaz tənzimləyici məntəqə və stansiyaların yenidən qurulması zamanı quraşdırma işlərinin yerinə yetirilməsi. Qrup qaz balonları qurğularının quraşdırılması. Müəssisələrdə, kommunal-məişət idarələrində, habelə avtomatikası olmayan qazanxanalarda quraşdırılmış bütün növ qaz avadanlığının təmiri, qazın buraxılması, onlara xidmət edilməsi.

Bilməlidir: yaşayış və kommunal-məişət idarələrinin, qazanxanaların qaz təchizatı qaydalarını, məişət və avtomatikası olan  kommunal-məişət qaz cihazlarının iş prinsipi və quraşdırılmasını; yaşayış evlərində, kommunal-məişət müəssisələrində və qazanxanalarda qaz avadanlığının quraşdırılması və qazın buraxılması qaydalarını; qaz cihazlarının növləri və təmir üsullarını; qaz tənzimləyici məntəqələrin texniki-sanitar qurğularının yığılması, quraşdırılması, iş prinsipi və təmir qaydalarını; mayeləşdirilmiş qazın qazpaylayıcı stansiyalarında buxarlandırıcı qurğular, kompressorlar, mərkəzdənqaçan və porşenli nasosların quraşdırılması, yığılması və təmirini.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 15. Qaz avadanlığının istismarı və təmiri üzrə çilingər

 5-ci dərəcə

            İşin xüsusiyyəti. Qaz nizamlayıcı məntəqə və stansiyaların təmirdən sonra avadanlıq və avtomatikasının nizamlanması və sazlanması üzrə çilingər işlərinin yerinə yetirilməsi. Qazla işləyən yemək bişirən qazanların və avtomat restoran pilətələrin cari təmiri

və onlara xidmət. Fəaliyyətdə olan qaz kəmərlərinin kəsilməsi və kəsilib-quraşdırılması üzrə orta mürəkkəb və mürəkkəb çilingər işlərinin yerinə yetirilməsi. Qazholder və qazpaylayıcı stansiyalarda müfəttiş yoxlanışında olan avadanlığın təhvil verilməyə hazırlanması və bu prosesdə iştirak edilməsi. Qazholder, qazpaylayıcı və qaz tənzimləyici stansiyaların (məntəqələrin) avadanlığın və yeraltı kommunikasiyalarının quraşdırılması, sökülməsi və təmiri işlərini yerinə yetirərkən çilingərlər briqadasına rəhbərlik. Qazın buraxılması, qaz avadanlığı, yaşayış binalarının qazanxanalarının pnevmatik və elektrik avtomatikasının, elektrik stansiyalarının, kommunal-məişət və sənaye müəssisələrinin təmiri və onlara xidmət, qazanların avtomatikasının, qazanxanalarının qaz odluğu qurğularının və nizamlayıcı mexanizmlərin verilmiş iş rejimində (buraxılma və istismarda) sınaqdan çıxarılması və sazlanması. Nəzarət-ölçü cihazlarının sazlanması. Təsərrüfat çənləri qurğularının mayeləşdirilmiş qazla ilkin doldurulması, onlardan buxarlanmayan qalıqların təmizlənməsi, bu qurğuların mütəmadi yoxlanışa hazırlanması. Buxarlandırıcı qurğuların işə buraxılması və qazlanması. Qazanxana, çən və təmizləyici qurğuların qaz avadanlığının təmiri üçün qüsur siyahısının tərtib olunması.

Bilməlidir: elektrotexnika və metalların texnologiyasının əsaslarını; nasazlıqların aşkar olunması və aradan qaldırılması qayda və üsullarını; qazholder, qaz paylayıcı və qaz tənzimləyici stansiyaların (məntəqələrin) avadanlığının sınaqdan çıxarılması və sazlanması işlərinin yerinə yetirilməsi, quraşdırılması və iş prinsipi; qaz yanacağı ilə işləyən stansiya və qazanxanaların nəzarət-ölçü cihazlarının quraşdırılması, təmiri və dövlət yoxlanışına verilməsi qaydalarını; qazla işləyən qazanxanaların quraşdırılması, istismar, təmir və avtomatikasının sazlanması qaydalarını; mayeləşdirilmiş qazın təsərrüfat qurğularının, buxarlandırıcılarının, istilikdəyişdiricilərinin avadanlığının quraşdırılması və istismar qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 16. Qaz təsərrüfatının nəzarətçisi

 4-cü dərəcə

            İşin xüsusiyyəti. Qaz şəbəkəsində avadanlığın işi zamanı sərf ölçən qaz sayğacının göstəricilərinin götürülməsi və nəzarəti.

Siyirtmənin əllə tənzimlənməsi. Qaz ölçü qovşağında qazın miqdarının ölçülməsi, siyirtməsinin plomblanması. Xidmət olunan nəzarət-ölçü cihazlarında qarşıya çıxan xırda nasazlıqların aradan qaldırılması. Yeni qoyulmuş obyektlərin qeydiyyatının aparılması, qaz istifadəçilərinin şəxsi hesablarının sənədləşdirilməsinin aparılması, abonent  kitabçasının verilməsi. Qüvvədə olan müəyyən edilmiş qaydada qazdan istifadə edən abunəçilərin qaz hesabının aparılması. Qaz ödənişinin vaxtında və düzgün aparılmasına nəzarət edilməsi. Qazdan istifadə zamanı qaz istehlakçılarının eləcə də, güzəştli istehlakçıların sayının, o cümlədən qızdırılan sahənin ölçüsünün sayğacsız sistem zamanı hesablanması. İstehlakçıların qazla fasiləsiz təchiz olunmasına, qaz sərfinin hesabatının və nəzarət-ölçü cihazlarının texniki vəziyyəti haqqında aktın tərtibinə nəzarət edilməsi. Qaz sayğaclarına müdaxilə edilməsi, onların yararsız hala salınması haqqında, həmçinin oğurluq hallarının baş verməsi haqqında dərhal sahə rəhbərliyinə məlumat verilməsi. Abonentlərə mülayim, səmimi rəftar edilməklə xidmət göstərilməsi.            Bilməlidir: sərf ölçən qaz sayğacının iş prinsipini, quruluşunu və texniki xüsusiyyətlərini; qüvvədə olan tarifləri və abunəçilərlə hesablaşma qaydasını; qaz sərfinin qeydə alınması cihazlarına xidmət zamanı texniki-təhlükəsizlik qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

17. Soba təsərrüfatının nəzarətçisi 

2-ci dərəcə            İşin xüsusiyyəti. Bərk, maye və qazşəkilli yanacaqla işləyən qızdırıcı soba və pilətələrin bacalarının vaxtlı-vaxtında təmizlənməsinə nəzarət edilməsi. Bərk yanacağın qazşəkilli yanacağa çevrilməsi üçün sobaların hazırlığının yoxlanılması. Baca başlıqlarının damın konkasına uyğun olaraq düzgün yerləşdirilməsinin yoxlanılması və külək dirəklərinin yerinin müəyyən edilməsi, təlimatdan kənara çıxmaların və nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması.            Bilməlidir: ventilyasiya və bacaların yoxlanılması və təmizlənməsi qaydalarını; qaz cihazlarından  yanmış məhsulun çəkilməsi üçün bacaların quruluşunu; ocaqların qazşəkilli yanacaqla yenidən təchiz edilməsinə qoyulan tələbatı. 

18. Soba təsərrüfatının nəzarətçisi

 3-cü dərəcə

            İşin xüsusiyyəti. Sobanın yanacaq  hissəsinin odadavamlı kərpiclə hörülməsinə nəzarət. Bacalarda və xüsusi sobalarda dudanın yandırılması. İstehsalat ventilyasiyasının alovla təmizlənməsi. Qaz odluğunu quraşdırmaq üçün tez alışan odunların istifadəsi. Başlıqların hündürlüyünün boru-soba işləri üzrə göstərişə və qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğunluğunun yoxlanılması. Soba və bacaların texniki vəziyyəti haqqında qəbul edilmiş formaya əsasən akt tərtib edilməsi.            Bilməlidir: soba işlərinin növlərini və onların aparılması qaydalarını; qızdırıcı cihazların konstruksiyasının tətbiqini və sobalarda bərk yanacağın qazşəkilli yanacağa çevrilməsində baca və ventilyasiya kanallarına olan tələbatı; bərk yanacağın qaz şəkilinə çevrilməsi üçün sobaların və bacaların texniki vəziyyəti haqqında aktın rəsmiləşdirilməsi qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 

19. Soba təsərrüfatının nəzarətçisi 

4-cü dərəcə            İşin xüsusiyyəti. Bütün sistemdən olan sobaların qazşəkilli yanacaqla yenidən təchiz edilməsinin  texniki şərtlərinə və cizgilərinə nəzarət, soba və bacaların yenidən qurulması işlərinin aparılmasına nəzarət. Bacalarda, ventilyasiya  kanallarında əmələ gələn çətin tıxacların yerinin müəyyən edilməsi və onların aradan qaldırılması. Qazla qızdırılan təsərrüfat-məişət cihazlarının və su qızdırıcı sobaların bacalarının sıxlığının və seyrəkliyinin təyin edilməsi. Sobaların qazşəkilli yanacaqla yenidən təchiz edilməsi və istifadəyə verilməsi vaxtı texniki sənədləşdirmənin rəsmiləşdirilməsi.            Bilməlidir: müxtəlif sistemli sobaların quruluşunu, boru-soba işləri üzrə göstərişi, qaz təsərrüfatında təhlükəsizlik qaydalarını, soba işləri yerinə yetirilərkən yanğın əleyhinə tədbirləri, işlərin qanuniləşdirilmiş zəruri texniki sənədlərlə təhvil verilməsini və rəsmiləşdirmə qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 20. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 2-ci dərəcə

            İşin xüsusiyyəti. Yeraltı qaz kəmərləri və onların qurğularına, örtüklər, quyular, hidroörtgəclər və kondensat yığıcılarına xidmət edilməsi. Quyularda, anbarlarda və nəzarət borularında qazın mövcudluğunun qaz-analizatorları vasitəsilə təyin olunmasında iştirakı. Quyuların havasının dəyişdirilməsi. Ehtiyat nişanlarının və divar işarələrinin vurulması. Təmir aparılarkən köməkçi və çilingər işlərinin yerinə yetirilməsi, fəaliyyətdə olan qaz kəmərlərinin kəsilib quraşdırılması və dəyişdirilməsi, zədələnmiş izolyasiya yerlərinin bərpa edilməsi. Qaz kəmərlərində qaz sızmalarının yoxlanması.            Bilməlidir: yolun xidmət sahələrində qaz kəmərlərinin kommunikasiyalarını və digər yeraltı qurğuları; qaz kəmərlərində qaz sızmalarının təyin olunması qaydalarını; örtüklərin quraşdırılmasının texniki tələblərini; qaz ilə çirklənmiş quyularda havanın dəyişdirilməsini; qaz analizatorlarının quraşdırılması və onlardan istifadə qaydalarını; fərdi mühafizə vasitələrindən istifadə qaydalarını. 21. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 3-cü dərəcə

            İşin xüsusiyyəti. Aşağı təzyiqlərdə fəaliyyətdə olan qaz kəmərlərinin təmiri zamanı çilingər işlərinin yerinə yetirilməsi. Qaz kəmərləri yollarına və qurğularına xidmət göstərilməsi. Qaz quyularının, kondensat yığıcılarının və armaturların saz vəziyyətdə olmasına nəzarət. Qaz kəmərləri yollarının yoxlanışı haqqında yazılı qeydlərin aparılması. Təzyiq altında olan linza kompensatorlarının və aşağı təzyiqli qaz kəmərlərində olan siyirtmələrin quraşdırılması və sökülməsi. Aşağı təzyiqli qaz kəmərlərində olan armaturlarda xırda sızmaların aradan qaldırılması. Qaz kəmərlərindən qaz-hava qarışıqlarının çıxarılması, qaz kəmərlərinin təmizlənməsi və izolyasiyanın aşınmasının müəyyən edilməsi. Yeraltı qaz kəmərlərində izolyasiyanın bərpası. Nəzarət yoxlanışı üçün bina və quyularda qaz-hava qarışıqlarından nümunələrin götürülməsi. Manometrlərin göstəricilərinin düzgünlüyünün yoxlanılması. Qaz quyularının təmiri. Qaz kəmərlərinin və qurğularının profilaktik və cari təmirləri. Qaz kəmərləri keçən dərinliklərdə quyuların qazılması. Qaz kəmərlərinin izolyasiyasına və vəziyyətinə baxış. Qaz kəmərlərində qaz təzyiqinin ölçülməsi.

            Bilməlidir: qaz kəmərlərində və qurğularında işlərin aparılma qaydalarını; yeraltı qaz kəmərlərində armaturların təyinatı və quraşdırılması qaydalarını; qaz kəmərləri qurğularında nasazlıqların aşkar olunması və aradan qaldırılması qaydalarını; sərf-reduksiya başlıqlarının kipləşdirici armaturları və qoruyucu klapanlarının təzyiq nizamlayıcılarının, manometrlərin quraşdırılmasını; kondensat yığıcılarından kondensatın çıxarılması qayda və üsullarını; nəzarət yoxlanışı üçün bina və quyularda qaz-hava qarışıqlarından nümunələrin götürülməsi qaydalarını; fəaliyyətdə olan aşağı təzyiqli qaz kəmərlərinin  quraşdırılması və dəyişdirilməsi növlərini və qaz kəmərləri qovşaqlarının sıxlığının yoxlanılması üsullarını; korroziya əleyhinə izolyasiyanın növlərini onun qaz kəmərlərinin üzərinə çəkilməsi və istismara qəbulu qaydalarını, quyuların qazılması qaydalarını; qaz kəmərlərində tıxacların aşkar olunması və aradan qaldırılması üsullarını; tıxacların aradan qaldırılması üçün həlledici xassələri, onların saxlanılması və tətbiqi qaydalarını. 22. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 4-cü dərəcə

            İşin xüsusiyyəti. Fəaliyyətdə olan orta və yüksək təzyiqlərdə qaz kəmərlərinin kəsilib quraşdırılması, dəyişdirilməsi və təmiri işlərində çilingər işlərinin yerinə yetirilməsi. Orta və yüksək təzyiqli qaz kəmərlərinin yolunda kondensat yığıcılarının quraşdırılması, dəyişdirilməsi, yoxlanılması və onlara baxış keçirilməsi və kondensatın çıxarılması. Kondensat yığıcılarının dirəklərində aşkar olunan nasazlıqların aradan qaldırılması. Qaz kəmərləri keçən marşrut xəritənin və qrafiklərin tərtib olunması. Qaz kəmərlərinin sıxlıq, buxara verilmə və hava ilə təmizlənmə sınaqlarının həyata keçirilməsi. Yeraltı qaz kəmərləri təmir edilərkən, mürəkkəb çilingər işlərinin yerinə yetirilməsi və qaz sızmalarının, tıxacların aradan qaldırılması. Orta və yüksək qaz təzyiqi altında işləyən linza kompensatorlarının, kondensat-yığıcılarının, hidroörtgəclərin və siyirtmələrin quraşdırılması və sökülməsinin həyata keçirilməsi. Yeraltı qaz kəmərlərinin coğrafi mövqeyinin müəyyən edilməsi, onların izolyasiya vəziyyətinin elektron cihazlarla yoxlanılması. Açılmış sahəni izolyasiya etməklə qaz kəmərlərinin yolu boyunca şurf vasitəsilə kəşfiyyat aparılması. Qaynaq üçün boruların hazırlanması və mərkəzi nöqtəyə uyğunlaşdırılması. Qaz kəmərlərində kranların yağlanması. Kənar

təşkilatlar qaz kəmərləri yollarının yaxınlığında iş apararkən qaz kəmərlərinin mühafizəsini təmin edən tədbirlərin görülməsi.            Bilməlidir: qaz kəmərləri yollarında işin düzgün aparılmasını; orta və yüksək təzyiqli kondensat yığıcılarından kondensatın çıxarılması qayda və üsullarını; yeraltı qaz kəmərlərində işlər yerinə yetirilərkən istifadə olunan, bütün sistemin qazanalizatorlarının quraşdırılması və işinin yoxlanılmasını; qaz kəmərlərinin sınaqdan çıxarılması və buxara verilməsi, hava ilə təmizlənməsi işlərinin yerinə yetirilməsi qayda və üsullarını; yeraltı qaz kəmərlərinin quraşdırılması, sınaqdan çıxarılması və istismara verilməsinin texniki qaydalarını; əsaslı təmir aparılan qaz kəmərlərində müvəqqəti baypasların quraşdırılması qayda və üsullarını; qaz kəmərlərində boru ağzı birləşmələrin təmirinin qayda və üsullarını; orta və yüksək təzyiqli qaz kəmərlərinin kəsilib quraşdırılması və dəyişdirilməsi qaydalarını; qaz kəmərlərinin izolyasiyasının vəziyyətinə nəzarət edən elektron cihazlarının quraşdırılmasını və işini; fəaliyyətdə olan orta və yüksək təzyiqli qaz kəmərlərində təmirlərin növlərini; bütün diametrli olan orta və yüksək təzyiqli qaz kəmərlərində kipləşdirici bilərziklərin qurulması üsullarını; orta və yüksək təzyiqli qaz kəmərlərində linza kompensatorlarının və bağlayıcı armaturların quraşdırılması və sökülməsi qaydalarını.

Ümumi orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 23. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 5-ci dərəcə

            İşin xüsusiyyəti. Fəaliyyətdə olan orta və yüksək təzyiqli qaz kəmərlərində  kəsilib quraşdırılma, dəyişdirilmə zamanı çilingər işlərinin yerinə yetirilməsi. Qaz kəmərlərində kipləşdirici, gücləndirici, taxma bilərziklərin və bandajların quraşdırılması. Yeraltı qaz kəmərlərinin izolyasiyası. Bilavasitə yol üstündə yerləşən qaz kəmərlərinin böyük fasonlu hissələrinin və detallarının nişanlanması, hazırlanması və quraşdırılması. Qaz kəmərlərinin ayrı-ayrı mürəkkəb qovşaqlarının və kəsişmə nöqtələrinin eskizlərinin tərtib olunması. Yeraltı qaz kəmərlərinin hermetikliyinin elektron cihazlarla yoxlanılması və izolyasiyanın vəziyyətinin müəyyən edilməsi. Qaz sızan yerlərin lokallaşdırılması. Qaz kəmərlərinin sıxlığa, buxaraverilmə və hava ilə təmizlənmə sınaqlarının həyata keçirilməsi.

Aşağı  təzyiqli  kondensat  yığıcılarının  suyu kənara axıdan borularının, nəzarət borularının və keçiricilərin uzunluğu artırılarkən xüsusi mürəkkəb hesab edilən çilingər işlərinin yerinə yetirilməsi. Orta və yüksək təzyiqli kondensat yığıcılarının sökülməsi, dəyişdirilməsi və quraşdırılması. Daha aşağı ixtisaslı çilingərlərin işinə rəhbərlik edilməsi.            Bilməlidir: fəaliyyətdə olan orta və yüksək təzyiqli qaz kəmərlərində kəsilib-quraşdırma, izolyasiya və dəyişdirmə işlərinin qayda və üsullarını; qaz kəmərlərinin hava ilə təmizlənməsi, sınaqdan çıxarılması və buxara verilməsi işlərinin yerinə yetirilmə qayda və üsullarını, qaz kəmərlərinin germetiklik vəziyyətinə nəzarət edən elektron cihazların quraşdırılma və işini; kondensat yığıcılarının, siyirtmələrin, avtomatik yağlayıcı kranların, kompensatorların quraşdırılması və sökülməsi qaydalarını; qaz kəmərlərində təzyiqi aşağı salmadan kəsib-quraşdırma işlərini aparmaq üçün tərtibatların quraşdırılması və belə qaz kəmərlərində təmir işlərinin yerinə yetirilməsi qaydalarını; mürəkkəb və böyük fasonlu hissələrin və qaynaq üçün hazırlanan detalların nişanlanması, emal və yığılmasının texniki şəraitini; qaz kəmərləri və qurğularının quraşdırılması, sınaqdan çıxarılması və istismara verilməsinin texniki şəraitini; yeraltı qaz kəmərlərinə quraşdırılmış xüsusi mürəkkəb avadanlığın konstruktiv xüsusiyyətlərini və onun təmir qaydalarını; qaz kəmərlərinin (plan və profil) cizgilərin oxunmasını; qaz kəmərlərinin kəsişməsi və mürəkkəb qovşaqların eskizlərinin tərtib olunma qaydalarını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur. 24. Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər

 6-cı dərəcə

            İşin xüsusiyyəti. Mürəkkəb və avtomat qurğularla təchiz olunmayan məişət qaz pilətələrin dəyişdirilməsi üzrə çilingər işlərinin yerinə yetirilməsi, bu  pilətələrin və mənzil daxilində armaturlu qaz kəmərlərinin cari təmiri və onlara xidmət edilməsi. Sonradan təsirsiz qazla üfürməklə mayeləşdirilmiş qaz üçün balonların daxili səthinin buxara verilməsi. Sonradan qaynaq üçün balonların tikişlərinin hazırlanması. Balonlarda tikişlərin qaynaq edilməsində və onlara başmaqların, bobinlərin qaynaqla yapışdırılmasında iştirak etməsi. Rəngləmədən əvvəl balonların təmizlənməsi, balonların başmaqlarının düzəldilməsi və təmir

edilməsi. Kipləşdirici muftalarda metal qırıntılarının kənar edilməsi. Qaz qaynağı üçün aşqar məftillərin tədarükü. Balonlarda ventillərin quraşdırılması və balonların ölçülməsi. Qaz cihazlarının istifadə qaydaları üzrə abunəçilərlə təlimatların və profilaktik təmirlərin aparılması və balonların dəyişdirilməsi. Damğaların vurulması.            Bilməlidir: məişət qaz pilətələrinin, mənzil daxilində qaz kəmərlərinin və onların armaturlarının texniki istismarı və təmirinin qayda və üsullarını; balonların və onların ventillərinin növləri və quraşdırılmasını; balonların təmirində tətbiq olunan nəzarət-ölçü cihazları, mexanizmlər və tərtibatlardan istifadə qaydalarını və təyinatını, bilərzik və balonlardan metal qırıntıların kənar edilməsi qaydalarını; qaz qaynağı üçün istifadə olunan məftillərin təyinatını.

Tam orta təhsil və əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur.

 

  “Təsdiq edilmişdir”Azərbaycan RespublikasınınƏmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi

Kollegiyasının

qərarı № 01

31 yanvar 2012-ci il

Nazir

_____________Fizuli Ələkbərov

  

Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma

təsərrüfatlarına aid olan qulluqçu vəzifələrinin  Vahid Tarif-İxtisas Sorğu Kitabçası

                       Bölmə: Qaz təsərrüfatı 

  

 G İ R İ Ş 

"Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası Bölmə: Qaz təsərrüfatı (bundan sonra “Kitabça” adlandırılacaqdır) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

Kitabçada mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın şəhər, qəsəbə və əhali yaşayan ərazilərində qaz təsərrüfatı müəssisə, idarə və təşkilatlarının bu sahəyə aid edilən səciyyəvi qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmışdır. Tarif-ixtisas xüsusiyyətlərində

göstərilən əməyin ödəniş dərəcələri respublikada tətbiq edilən Vahid Tarif Cədvəlinə uyğun olaraq müəyyənləşdirilmişdir.

Kitabçada rəhbər və mütəxəssislərin əməyinin ödəniş dərəcələri onların təhsili, əmək stajı və işinin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilmişdir.

Hər bir vəzifənin tarif ixtisas xüsusiyyətləri üç bölmədən ibarətdir:

- "Əmək funksiyası" bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- "Bilməlidir" bölməsində işçinin qanunvericilik aktları və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- "Ödəniş dərəcələrinə ixtisas tələbləri" bölməsində işçinin ixtisas və əmək stajına, eləcə də işin xüsusiyyətləri ilə bağlı tələblər öz əksini tapmışdır.

Kitabça qaz təsərrüfatı sahəsinə aid edilən qulluqçu vəzifələrini tutan işçilərin əsas əmək funksiyalarını, onların hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerdəyişməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, işçilərin attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

İstehsalın idarə edilməsində Kitabçada göstərilən əsas əmək funksiyaları nəzərə alınmaqla hər bir işçinin əmək müqaviləsində (kontraktında) əmək funksiyasının—  yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsi dəqiq və birmənalı müəyyən edilməlidir.

 Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə ixtisas tələblərində müəyyən edilmiş xüsusi hazırlığı və ya əmək stajı olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər attestasiya komissiyasının təklifi ilə xüsusi hazırlığı və əmək stajı olan işçilər kimi tutduqları vəzifəyə təyin edilirlər.

   

Qaz təsərrüfatı sahəsinə aid olanqulluqçu vəzifələrinin adı və əməyinin

ödəniş dərəcələri diapazonu  Sıra№-si Vəzifələrin adları

Ödəniş dərəcələri diapazonu

Səhifə

1 2 3 4

  

1. RƏHBƏRLƏR 

   

 1

 Qaz istismar sahəsinin  sahə rəisi  

 15-16

 4

  

2. MÜTƏXƏSSİSLƏR 

   

Qaz kəmərlərinin istismarı üzrə mühəndis 

 7-13

 5

     

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ 

1. RƏHBƏRLƏR 

  Qaz istismar sahəsinin sahə rəisi 

Əmək funksiyası. Qaz istismar sahəsinin sahə rəisi tabeçiliyində olan qaz istismarı sahəsinin işinə rəhbərlik edir, onun fəaliyyət və iş proqramlarını müəyyənləşdirir və formalaşdırır. Sahənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir. İstehsalat sahələrinin və digər struktur bölmələrinin işini və onların bir-biri ilə qarşılıqlı istehsalat münasibətlərini təşkil edir. Onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində məqsədəuyğun fəaliyyətlərini istiqamətləndirir.  Sahənin ixtisaslı kadrlarla təmin edilməsini, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsini, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını, ətraf mühitin qorunması üzrə təlimatların tələblərinə riayət olunmasını təmin edir. Sahəni təşkilatlarda, digər dövlət və ictimai orqanlarda təmsil edir. Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunun aparılmasına, maddi sərvətlərin inventarizasiyasının aparılması işlərinə rəhbərlik edir. Hesabat dövründə qazın həcminə, normadan artıq itkisiz, fasiləsiz və təhlükəsiz istehlakçılara çatdırılmasına, normadan artıq itkilərin vaxtında araşdırılaraq hesabatda  düzgün əks olunmasına nəzarət edir və bu işlərə birbaşa cavabdehlik edərək məsuliyyət daşıyır.  İstehlak olunmuş qazın dəyərinin ödənilməsi üçün tələb olunan bütün tədbirləri vaxtında görür. Qaz kəmərlərinin və onun üzərində quraşdırılmış avadanlıqların, nəzarət ölçü cihazlarının və başqa əsas vəsaitlərin texniki istismarının və təmir qrafiklərinin düzgün yerinə yetirilməsini təmin edir. İstehsalat və əmək intizamı qaydalarına riayət edilməsinə nəzarət edir. Sahə üzrə müəyyən olunmuş hesabatların tərtib edilərək vaxtında təqdim olunmasını təmin edir.

Bilməlidir: sahənin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətləri müəyyən edən dövlət proqramlarını və normativ hüquqi aktları; aidiyyəti dövlət orqanlarının və səlahiyyətli qurumların sahənin fəaliyyəti ilə əlaqədar fərman, sərəncam, əmr və göstərişlərini; sahənin texniki, iqtisadi və sosial inkişaf perspektivlərini; təsərrüfatçılıq və idarəetmə metodlarını; təsərrüfat müqavilələrinin bağlanması və yerinə yetirilməsi qaydalarını; sahə üzrə elm və texnikanın nailiyyətlərini və qabaqcıl

müəssisə və təşkilatların iş təcrübəsini; iqtisadiyyatın, istehsalın və əməyin təşkilini və idarə olunmasını; qanunvericiliyin əsaslarını; kompüterdə işləməyi, rayon qaz istismarı sahəsində istifadə olunan kompüter proqramlarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil və sahənin fəaliyyətinə uyğun olan rəhbər vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə:  abonentlərin sayı 8 minədək olduqda;16-cı dərəcə:  abonentlərin sayı 8 mindən artıq olduqda.

 2. MÜTƏXƏSSİSLƏR

  Qaz kəmərlərinin istismarı üzrə mühəndis

 Əmək funksiyası. Qaz kəməri xətlərinin, əsas və köməkçi

texnoloji avadanlıqların texniki normalara uyğun olaraq istismarını təmin edir. Qaz kəmərlərinin sahələr üzrə istismarı, şəbəkələrin və qaz kəmərlərinin zədələnməsi və qəzaların qarşısının alınması üzrə texniki tədbirləri, texnoloji xəritə və təlimatları işləyib hazırlayır və tətbiq edir. Təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə tədbirlərinin həyata keçirilməsinə nəzarət edir. Tədbirlərin işlənib hazırlanmasında və tətbiq edilməsində, texnoloji avadanlıqların və qaz kəmərlərinin texniki istismar səviyyəsinin qaldırılmasında iştirak edir. Hesabat və uçot işlərinin aparılmasını müəyyən edir. Təmir-istismar ehtiyacları üçün avadanlıq, ehtiyat hissə, alət və materiallar üzrə tələbatı əsaslandırmaqla illik sifarişlərin tərtib olunmasında iştirak edir. Avadanlıqların, cihazların texniki vəziyyətinin yoxlanmasında, həmçinin yeni alınmış avadanlıq və cihazların qəbul olunmasında iştirak edir. Avadanlıq və cihazların sıradan çıxması səbəblərini araşdırır.   

Bilməlidir: qaz kəmərlərinin istismarı üzrə təlimatı, texniki qaydaları və digər aidiyyəti rəhbər materialları; qaz kəmərlərinin istismarı ilə bağlı  mövcud vəziyyəti; qaz kəmərlərinin, əsas və köməkçi avadanlıqların texnoloji sxemini və texniki xüsusiyyətlərini; qaz doldurma stansiyalarının mühəndis şəbəkəsini və doldurma şəraitini; qaz kəmərləri layihəsində nəzərdə tutulan əsas tədbirləri;  istehsalın və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

 Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki təhsil

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan və ya 6-cı dərəcəli texnik vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: 7-ci dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: 8-ci dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis  vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: 9-cu dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: 10-cu dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

 12-ci dərəcə: 11-ci dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə: 12-ci dərəcəli qaz kəmərlərinin istismarı üzrə mühəndis vəzifəsində 2 ildən az olmayaraq əmək stajı.