31
QARABAĞ BƏYLƏRBƏYLİYİ I fəsil:Qarabağ bəylərbəyliyi,bəylərbəyliklərin yaranması və idarə sistemi. II fəsil:Qarabağ bəylərbəyliyinin siyasi həyatı. III fəsil:Qarabağ bəylərbəyliyinin iqtisadi həyatı Mənbə və tarixşünaslıq XV yüzilliyin sonu,XVI yüzilliyin əvvəllərində Səfəvi dövləti Azərbaycan cəmiyyətinin mükəmməl bir siyasi təşkilatı kimi meydana çıxmışdı..Səvəvilər dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların nümayəndələrinin,o cümlədən də azərbaycanləların yazdəqları farsdilli salnamələr təşkil edir. XVI əsrdə Azərbaycanda bəylərbəyiliklər yaranma dövrü hesab olunur.XVII əsrdə 13 bəylərbəyiliyin adı çəkilir. Bunlardan biri Qarabağ bəylərbəyliyidir. Qarabağ tarixini öyrənmək üçün ən yaxşı mənbələr Səfəvi dövr mənbələridir. Bu dövr mənbələri əvvəlki dövrlərlə müqayisədə daha çox olsa da,onlar az işlənmişdi. Bu dövr mənbələri 3 yerə bölünür: 1)nəsrani 1

asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

Embed Size (px)

Citation preview

Page 1: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

QARABAĞ BƏYLƏRBƏYLİYİ

I fəsil:Qarabağ bəylərbəyliyi,bəylərbəyliklərin yaranması və idarə sistemi.

II fəsil:Qarabağ bəylərbəyliyinin siyasi həyatı.

III fəsil:Qarabağ bəylərbəyliyinin iqtisadi həyatı

Mənbə və tarixşünaslıq

XV yüzilliyin sonu,XVI yüzilliyin əvvəllərində Səfəvi dövləti Azərbaycan

cəmiyyətinin mükəmməl bir siyasi təşkilatı kimi meydana çıxmışdı..Səvəvilər

dövlətinin tarixinə dair əsas və ən çoxsaylı mənbələr qrupunu müxtəlif xalqların

nümayəndələrinin,o cümlədən də azərbaycanləların yazdəqları farsdilli salnamələr

təşkil edir.

XVI əsrdə Azərbaycanda bəylərbəyiliklər yaranma dövrü hesab olunur.XVII

əsrdə 13 bəylərbəyiliyin adı çəkilir. Bunlardan biri Qarabağ bəylərbəyliyidir.

Qarabağ tarixini öyrənmək üçün ən yaxşı mənbələr Səfəvi dövr mənbələridir. Bu

dövr mənbələri əvvəlki dövrlərlə müqayisədə daha çox olsa da,onlar az işlənmişdi.

Bu dövr mənbələri 3 yerə bölünür: 1)nəsrani mənbələr(narrativ), 2)memuar

ədəbiyyatı, 3)sənədli qaynaqlar.

1)NARRATİV MƏNBƏLƏR—XVI-XVIII əsrlərin farsdilli narrativ mənbələri

hələlik çox qeyri-kafi halda az öyrənilmişdi.Sədrəddin Sultan İbrahim əl-Əmini –

xronoloji cəhətdən nəzərdən keçirdiyimiz dövrün ilk narrativ mənbəyinin,hicri

918(1513-1514)-ci illərə qədər gətirilib çıxarılan,I Şah İsmayIlIn yürüşlərinin tarixi

olan “Fütuhat-i şahi”(“Şahın qələbələri”) adlanan əsərin müəllifidir.Əsərdə

Səfəvilərin şəcərəsi,I Şah İsmayılın uşaqlıq illəri,onun hakimiyyət uğrunda

mübarizəsi haqqında elmi əhəmiyyətli məlumatlar vardır.Dövrün bir sıra

mənbələrində “Fütuhati-Əmini”ni adı ilə də işlənir.

1

Page 2: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

Səfəvilər dövlətinin tarixinə dair salnamələr arasında indiyədək

elmdə, demək olar ki, tədqiq edilməmiş Qazi Əhməd İbrahim Quminin

“Xülasət ət-təvarix” (“Tarixlərin xülasəsi”) əsəri qeyd olunmalıdı. “Xülasət ət-

təvarix” Qazi Əhmədin yeganə əsəri deyildi. Bu əsərdə dövlət aparatı,əyalət və

şəhərlərdə idarə sistemi,yüksək vəzifəli şəxslər,o cümlədən vilayət bəylərbəyi,

kələntərlər,darğalar,qazılar,sədrlər,şeyx-ül islamlar,möhtəsiblər barədə məlumat

vardır.

Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunu öyrənmək üçün Mirzə Səmianın

1725-ci ildə yazdığı “Təzkirət əl-müluk” əsərinin xüsusi əhəmiyyəti vardır. Əsərdə

verilən məlumatlardan aydın olur ki,qaynağın müəllifi dövlət təşkilatı məsələlərinə

mükəmməl bələd olmuşdur. Əsərdə Azərbaycan Səfəvi dövlətinin quruluşu,

orqanların statusları,məmurların səlahiyyətləri,onların ləqəb və titulları haqqında

ətraflı məlumat vermişdir. “Təzkirət əl-müluk” əsərinin əlyazmalarından birinin

fotoşəkli 1943-cü ildə məşhur şərqşünas V.Minorski tərəfindən Kembriç şəhərində

nəşr edilmişdir. Həmin nəşrdə “Təzkirət əl-müluk” əsərinin əlyazmasının

fotoşəklindən başqa, onun İngilis dilinə tərcüməsi və geniş izahı verilmişdir.

V.F.Minorski “Təzkirət əl-müluk” əsərinə şərh və əlavələrində dövlət və idarə

quruluşu ilə yanaşı bəylərbəyiliklərdən də qısa bəhs etmişdir. Alman alimi

Röhrbörn isə Səfəvilər dövründə əyalətlərin quruluşu” adlı yazısında ilk

qaynaqlara əsasən Azərbaycan bəylərbəyilikləri, onların inzibati, hərbi və iqtisadi

hüquqları ilə bağlı məsələlərə də müəyyən qədər toxunmuşdur.

Səfəvi dövr idarə quruluşu haqqında ətraflı məlumat verən qaynaqlardan biri də

Mirzə Rəfianın “Dəstur əl-müluk” əsəridir

Azərbaycanın mərkəzi idarələrində çalışan məmurlar, vilayət və şəhər

hakimləri, dini təsisatlar barədə çox qiymətli məlumatlarla zəngin olan

qaybaqlardan biri də görkəmli Azərbaycan tarixşünası İskəndər bəy Türkman

Münşinin “Tarix-i aləm arayi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarix”) adlı

əsəridir. İskəndər (1560/61-1634) o dövr üçün gözəl təhsil almışdı,mahir xəttat

olmuşdur.İskəndər Münşi müxtəlif hakimlərin yanında maliyyə məmuru işləmiş, I

Şah Abbasın birinci vəziri Hatəmbəy Ordubadinin sayəsində yüksək mənsəbə 2

Page 3: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

çatmışdı. İskəndər bəy yürüşlər,səfərlər zamanı şahı müşayiət etmiş,Azərbaycanda,

İraqda, İranda və digər ölkələrdə bir çox hadisələrin şahidi olmuşdu. İskəndər bəy

Münşinin Azərbaycan Səfəvi dövlətinin idarə quruluşu ilə yaxından tanışlığı onun

bir çox şəhərləri gəzməsi, hadisələrin əksəriyyətinin iştirakçısı və müşahidəçisi

olması ilə bağlıdır. İskəndər bəy Türkmanın əsəri girişdən(müqəddimə) və iki

cilddən (səhifə) ibarət olub bu dövrü öyrənmək üçün ən mühüm və əvəzedilməz

mənbədir.Əsərin giriş hissəsi daha maraqlıdı.Burada İskəndər bəy Münşi Səfəvilər

sülaləsinin mənşəyindən söz açır,bu sülalənin ilk dörd şahının hakimiyyət tarixini

şərh edir. Müəllif bu hissəni əvvəlki tarixşünasların materialları əsasında yazsa

da,müxtəlif bizim üçün naməlum olan mənbələrdən götürülmüş materiallardan da

istifadə etmişdir. ”Müqəddimə”nin II İsmayıl və Məhəmməd Xudabəndənin

hakimiyyət dövrlərinə həsr olunmuş bölmələri bizim üçün olduqca qiymətli mənbə

hesab olunur. Çünki biz sinxron mənbələrin heç birində həmin illərin belə tam və

təfsilatlı şərhinə rast gəlmirik. Digər Səfəvi dövr tarixçilərinə nisbətən İskəndər

bəy Münşi kefiyyət üstünlüyü ilə fərqlənir. O, sələflərindən məlumatları sadəcə

götürmür, həm də hadisələrə öz münasibətini bildirməklə onları yenidən

mənalandırmağa , sistemləşdirməyə səy göstərir. İ.Münşi bəzən hadisələrin

təzahürlərinə aludə olmur, onların tarixini vermir,əsas diqqətini hadisələrin

mahiyyətinin açılmasına yönəldir.

MEMUAR ƏDƏBİYYATI-Azərbaycanın XVI yüzilliyin əvvəllərində

mərkəzləşmiş,hərbi-siyasi baxımdan güclü, geniş ərazini əhatə edən bir dövlətə

çevrilməsi, onun iqtiasdi tərəqqisi Avropanın irəlidə gedən dövlətlərinin başçıları

və işgüzar adamların diqqətlərini dərhal pzünə cəlb etmişdi. Elə buna görə də XVI

yüzilliyin əvvəllərindən başlayaraq Avropadan müxtəlif məqsədlərlə Azərbaycana

gələn səyyahlarıı ardı-arası kəsilmirdi. Xüsusi tapşırıqlarla Azərbaycana gələn

səyyahlar hesabat səpgisində yazdıqları gündəliklərində ölkənin sosial-iqtisadi

həyatı maddi və mənəvi mədəniyyəti ilə yanaşı onun ən xırda məsələlərini belə

nəzərdən qaçırmırdılar. Azərbaycan Səfəvi dövlətini quruluşu,vilayət və

şəhərlərinin hakimləri, dini və dünyəvi vəzifələr, məhkəmə prosesi və s. barədə

3

Page 4: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

məlumat verən Avropalı səyyah,tacir,missionerlərinin gündəlikləri olduqca

qiymətlidir.

Fransalı tacirlərdən Jan Battist Tavernye də Şərq ölkələrində səyahətləri zamanı

dəfələrlə Azərbaycanda da olmuş və gündəliyində Azərbaycanın Səfəvi dövlətinin

idarə quruluşu haqqında qiymətli məlumatlar vermişdir. O, şəxsi müşahidələri

əsasında idarə quruluşu formasına görə Səfəvi dövlətinin tipik monarxiya olması

haqqında qismən doğru nəticələr əldə etməyə müvəffəq olmuşdur.

Səfəvi dövlətinin idarəçilik forması haqqında Tavernye ilə yanaşı Adam

Oliyarenin də səyahətnaməsində geniş məlumatlar vardır. Həm də Adam Oliyare

Tavernyedən fərqli olaraq dövrün qərb və şərq qaynaqlarına mükəmməl bələd

olduğuna görə Səfəvi dövlət idarəçiilyinin qərb dövlət sistemləri ilə müqayisəli

şərhini verməyə cəhd göstərmişdir. Tavernyenin gündəliyində dövlətin idarə

quruluşunun əsasını təşkil edən orqanlarla yanaşı saray təşkilatı və bu təşkilatda

fəaliyyət göstərən məmurlar, onların səlahiyyət bölgüsü öz əksini tapmışdır.

Vinçentso d Alessandri Venetsiya Respublikasının I ŞahTəhmasibin sarayına

təyin edilmiş səfiri idi. O, 1571-ci ildə Səfəvilərin paytaxtı Qəzvin şəhərinə gəlmiş

və təxminən iki il ölkədə yaşamışdı. Qayıtdıqdan sonra o, Venetsiya hakiminə

özünün Səfəvilər dövlətinə olan Səfəri barədə hesabat təqdim etmişdi. Müxtəsər

olmasına baxmayaraq, Alessandrinin hesabatında I Şah Təhmasibin hakimiyyətinin

son illərindəSəfəvilər dövlətinin vəziyyəti haqqında maraqlı məlumatlar və

avropalının müşahidələri vardır.

Alessandri Səfəvilər sarayı , I Şah Təhmasibin şəxsiyyəti və həyat

tərzi, mərkəzi hökumət, Səfəvilərin daxili siyasəti , o cümlədən vergi

siyasəti haqqında, dövlət idarəçiliyi və inzibati quruluşu haqqında qiymətli

məlumatlar verir.

Missioner Sanson 1683-cü ildə Səfəvi dövlətinə gəlmiş və səkkiz ay ölkənin bir

çox sahələrində olmuşdur.

Avropa mənbələrindən bizim üçün ən faydalı olanları XVI əsrin

ikinci yarısında Azərbaycana gəlmiş “Moskva kompaniyası” adlı ingilis

4

Page 5: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

30 şirkətinin agentləri olan tacir-səyahətçilərin - Antoni Cenkinsonun, Tomas

Olkonun, Riçara Consonun, Artur Edvardsın, Ceffri Deketin və Xristofor

Berrounun hesabatları, habelə italyanlardan Ancolellonun, naməlum tacirin,

Vekyettinin qeydləridir. Bu hesabatlarda Azərbaycanın və bütün Səfəvilər

dövlətinin iqtisadi vəziyyəti, o cümlədən şəhərləri, ticarəti və ticarət malları, ticarət

yolları, ölkə təsərrüfatının aparıcı sahələrindən biri olan ipəkçiliyin vəziyyəti və

imkanları haqqında xeyli məlumata təsadüf edilir.

Bir çox tədqiqatçılar Azərbaycan tarixinə dair apardıqları araşdırmalarda dövlət

quruluşu,əyalət və şəhər idarə sisteminə yeri gəldikcə toxunmuşlar.Xüsusilə

Petruşevskinin əsərlərində Azərbaycan Səfəvi dövləti idarə sistemi bağlı maraqlı

qeydlər vardır.1949-cu ildə nəşr olunmuş monoqrafiyasında Səfəvilər dövründə

xəlifət əl-xülafə,əmir əl-üməra institutları ilə bərabər Azərbaycan,Şirvan,Qarabağ,

Çuxur-Səd bəylərbəylikləri və onların idarə quruluşu barədə də qısa məlumat

verilir.

Səfəvi dövrü həm yerli, həm də xarici tarixşünaslıqda geniş öyrənilmiş

mövzulardan biridir. Bu dövrlə bağlı yazan tarixçilərdən biri də Adil Baxşəliyevdi.

O,özünün 2009-cu ildə yazdığı “Səfəvi dövlətinin sosial-iqtisadi həyatı və

beynəlxalq əlaqələri” kitabında sosial-iqtisadi münasibətlər,Səfəvi dövlətinin

daxili,xarici siyasəti, Səfəvilərin Osmanlı, Şeybani, Moğol, İngiltərə,Fransa,

Rusiya,Venesiya dövlətləri ilə münasibətlərindən bəhs edir.

Zeynal Həsənəliyev “XVII əsrdə Səfəvi dövlətinin beynəlxalq əlaqələri” adlı

kitabında Səfəvi dövlətinin XVII əsr siyasi hadisələrindən,mərkəzi və yerli idarə

sistemindən,ordu quruculuğundan yazır. Kitab 2007-ci ildə nəşr olunmuşdu.

Həmçinin əsərdə bəylərbəyiliklər, onların idarə forması,kənd təsərrüfatı,sosial

həyat haqqında da məlumatlar öz əksini tapır.

Ə.Ə.Rəhmani “Azərbaycan XVI əsrin sonu-XVII əsrin əvvəlində” əsərində

bəylərbəyi,valayət vəziri,kələntər,darğa barədə qısa məlumat verir. R.Məmmədov

da həmçinin öz əsərində bu mövzuya toxunur.

5

Page 6: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

I FƏSİL: Qarabağ bəylərbəyliyi, bəylərbəyilərin yaranması və idarə

sistemi

Azərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına

qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə edirdi. Bu geniş ərazi təbii

sərhədləri ilə bir-birindən ayrılan vilayətlərə bölünürdü. Ərəbistan, Luristan,

Gürcüstan, Kürdüstandan ibarət 4 valiliyə və 13 bəylərbəyiliyə bölünürdü.

Bəylərbəyiliklərdən birinci Qəndəhar, ikinci Şirvan, üçüncü Herat, dördüncü

Azərbaycan, beşinci Çuxur-Səd, altıncı Qarabağ və Gəncə, yeddinci Astrabad,

səkkizinci Fars,doqquzuncu Kirman, onuncu Mərvi Şahicahan, on birinci

Qələmrov-i Əlişəkər ölkəsi (Həmədan), on ikinci Məşhəd-i müqəddəs-i müəlla, on

üçüncü Darüssəltəney-i (paytaxt) Qəzvin dir.1

Araz və Kür çayları arasında yerləşən Qarabağ bəylərbəyiliyinin ərazisi Sınıq

körpüyə qədər uzanırdı. Qazax, Şəmsəddinli, Zəyən, Şərur, Zəngəzur , Dərələyəz

də Qarabağ bəylərbəyliyinə daxildir.Mərkəzi Gəncə şəhəri olan Qarabağ

bəylərbəyliyin ərazisini bəzən Tiflisə qədər də uzanır. 1554-cü ildən sonra Qazax

və Şəmsəddin, I Şah Abbasın dövründə Zəyəm, Səfəvilərin hakimiyytinin son

illərində isə Kaxetiya və Zəngəzur da Qarabağ bəylərbəyiliyinə tabe olmuşdu.

Hicri 1106 (1694-cü ildə) Kəlbəli xan Ziyad oğlu Qacarın Qarabağ bəybəyliyi ilə

paralel, həm də Kaxetiya hakimin təyin edilməsi, bu vaxt Kaxetiyanında Qarabağa

tabe olduğunu göstərir1

Qarabağ ərazisinə həmçinin, Bərdə, Cavanşir, Bərguşad, Lori pəmbək, Arasbar-

Bəyazitli, Somal-Tərgəvər daxil idi. Bərdə Tərtər çayı üzərində, Şuşanın

şimalında,Gəncənin qərbində yerləşirdi. Cavanşir ərazisində Türkman qoşunları

kimi tanınan Otuz-ikilər tayfası məskunlaşmışdır. Bu tayfa 32 müxtəlif qoldan

ibarət olduğu üçün Otuz-ikilər adlanırdı.4Lori Pəmbəkcənubdan Kürlə birləşən

Borcalı çayı sahilində yerləşirdi. Arasbar Kürün sahili mənasını verir, Beyazitli bu

1

6

Page 7: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

tayfanın adı idi. Somay Salmasın cənub qərbinə kimi uzanırdı. Tərgəvər

Urmiyanın qərb hissəsi idi.5 XVI-XVII əsrlərdə bəylərbəyiliklərin ərazisi sabit

qalmamış ayrı-ayrı inzibati vahidlərin ərazisi dəfələrlə dəyişmiş, şəhər hətta bütöv

bir mahal bir vilayətdən alınıb başqasına verilmişdi. XVI əsrin ikinci yarısına

qədər əyalətləri əmirlər idarə edirdi.

Bəylərbəyi vəzifəsi isə məhz XVI əsrin ortalarında təsis edilmişdi. Bəylərbəyilik

vəzifəsinə ilk dəfə 1543-cü ildə şah Təhmasibin fərmanı ilə Herat hakimi təyin

edildi.

7

Page 8: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

1Minorskiyə görə bəylərbəyi adı ilk dəfə I Şah Abbasın dövründə işlədilmişdir.Onun

fikrincə,həmin vaxta qədər Səfəvilər dövlətini hakikmlər idarə etmişlər.Həm də bu

zaman o,”Tarix-i aləm aray-i Abbasi” yə əsaslanmışdır.Çünki burada əyalət

başçılarının adları sadəcə olaraq hakimlər kimi çəkilir.Alessandri isə göstərir ki,I Şah

Təhmasibin dövründə dövlət sultanların idarəsi altında olan 50 hissəyə bölünmüşdü.1

Petruşevskiyə görə isə Səfəvi əyalətlərində bəylərbəyi vəzifəsi Şah Abbasa qadər

mövcud olmuşdur.H.Zərinazədə də bu fıkri təsdiqləyir.Halbuki, hələ XIV əsrdə

bəylərbəyi istilası vəzifə kimi işlənmişdir.”Tarix-i Vəssaf” əsərində

deyilir:”Bayduxan Tığaçar noyana bəylərbəyi verdi”Bundan əlavə”Təzukat-i

Teymuri” əsərində Teymurun dili ilə deyilir:”Əmr etdim ki,313 nəfərdən 4 nəfər

bəylərbəyi və 1 nəfər əmir-ül-üməra olsun” göründüyü kimi,Səfəvilərə qədər

Elxanilər və Teymurilər dövlətlərində bəylərbəyi istilahı

işlənmişdir.Qaraqoyunlu,Ağqoyunlu və I İsmayılın hakimiyyəti dövründə bu istilaha

təsadüf edilməmişdi.Şah Təhmasibin hakimiyyyətinin ilk dövrlərindən başlayaraq

artıq əyalət hakimləri bəylərbəyi rütbəsi daşımaqdadırlar.2Bəylərbəyilər şahın

fərmanı ilə bu vəzifəyə təyin olunur, onlara “Xan” titulu verilir, eyni zamanda onlara

bayraq və təbil təqdim olunurdu. “Xan” titulunun verilməsi müvəqqəti xarakter

daşımırdı. Bir dəfə verildikdən sonra bu titul sahibinin mənsub oldugu tayfa həmin

titulun sahibi olaraq nasildən-nəsilə ötürür və irsən onun sahibi olurlar. Petro dello

Valle yazır: Elə nəsil var ki, 200 ildir titulu daşıyır. Bəylərbəylərə çoxlu torpaqlar

tiyul verilirdi.Tiyulun maliyyə işləri ilə bilavasitə bəylərbəyi özü məşğul olurdu,lakin

onlar vəzifədən azad edildikdə tiyul əllərindən alınırdı.

Buna görə də əhali onları “Ərbab” adlandırır.1 Bəylərbəyilər içərisində sərhəd

əyalətlərinə təyin olunan bəylərbəyilərə “əmr əl-üməra” hərbi rütbəsi verilirdi.Həm

də I Təhmasib hakimiyyətinin ilk illərinə qədər bəylərbəyiliyə nisbətən “əmir- ul-

uməra” termini daha geniş şəkildə işlənməkdə idi.Əslində “bəylərbəyi” və “əmir-ul-

uməra” adlarını XVI-XVII əsr müəllifləri yanaşı işlətmişdilər.2

Məhz həmin dövrdən başlayaraq “Xan”, “Sultan” və “Bəy” titulları daşıyan

bəylərbəyilərin hüquq və səlahiyyətləri arasında fərq qoyulur. Belə ki, səlahiyyət

Page 9: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

vilayətlərinin bəylərbəyi həm də ordu komandiri vəzifəsinin daşıdığı üçün digər

əyalətlərdiki “Xan”,”Sultan” titulu daşıyan bəylərbəyidən daha yüksək imtiyazlara

malik idi. Ilk Səfəvilər dövründə və sonralar da bəylərbəyilər feodal əyanları olan

Qızılbaş tayfa başçıları və şəhzadələrin arasından təyin edilirdi. Bəylərbəyilər nə

qədər müstəqil olsalarda, şah tərəfindən əyalətlərə maliyyə məmurları, vəzirlər təyin

edilərkən onların fikri soruşulmurdu.

Şarden yazır ki,xanlar hakimlik etdikləri vilayıtlərdə kiçik padşahalr olub.Onların

da şah kimi qəsri,sarayı və mühasibat divanı vardı.Ancaq onların arasındakı fərq

xanın eli və gəlirinin şahın idarə etdiyi ölkənin əhalisi və gəlirindən çox az olmasında

idi.Vilayətdə xandan sonra başqa hakimlər də vardı ki,onlar xana tabe idilər.

Həmin məmurlar bəylərbəyinin fəaliyyəti üzərində bir növ şahın nəzarətçiləri hesab

olunur və mərkəzi hakimiyyət əyalətlərdə fəaliyyət göstərən həmin məmurlar vasitəsi

ilə bəylərbəyilər və yerli məmurlar üzərində nəzarəti həyata kecirirdi.Bəylərbəyilər

şah sarayın nümunəsindı yaradılmış saraya və vassallara malik idilər. Onların

sarayında süfraçı başı, şərabçı başı, anbardar başı, miraxur, mirşikar və buludçu başı

kimi vəzifə ştatları var idi. Bəylərbəyilər o qədər müstəqil idilər ki, onlar ancaq

şahdan qorxur onun qarşısında hesabat verirdilər.

Qedrətli qızılbaş əyanlarının nümüyəndələri bəylərbəyi,əmir-əl-üməra və hakim

sifətilə valayətləri irsi olaraq idarə edirdilər.Məsələn,Qarabağ və Astrabadı qacar

tayfasından olan iki nəslin əmirləri idarə edirdi.1

Bəylərbəyilər tabeliyində olan əyalətə öz şəxsi ərazisi kimi baxırdılar. Onlar

hökmdar olduqları əyalətin bütün mülki, maliyyə, inzibati və hərbi işlərinə rəhbərlik

edir və çox vaxt əyalət daxilində bütün məsələləri müstəqil həll edirdilər. Hakim

olduqları əyalət əhalisindən öz məmurları vasitəsilə vergiləri toplayır, onun müəyyən

hissəsini dövlət xəzinəsinə verdikdən sonra yerdə qalan vəsaiti müstəqil

xərcləyirdilər. Onlar başçılıq etdiyi ərazidən 3000 nəfərlik ordu toplayır onun paltar,

yemək, silah və atlı təminatını yerli bütcə hesabına ödəyirdi. Müharibə vaxtı isə

bəylərbəyi özü başda olmaqla tabeliyində olan ordu hissəsini cəbhaya aparmalı idi.I

Page 10: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

Şah Abbas hakimiyyətə keçdikdən sonra bəylərbəyilərin səlahiyyətlərini nisbətən

məhdudlaşdırdı. Petro Della Valye yazır: Xanlara məxsus ərazi, torpaq, kənd ata

öldükdən sonra oğluna çatırdı. Qanuna görə, xan öldükdə, onun daşınar və daşınmaz

mallarının siyahısını vərəsələri tutub, şaha təqdim edirdilər. Şah bəyəndiyi şeyləri

götürüb, qalığını vərəsəyə qaytarırdı”Bəylərbəyi və əyalət hakimləri məhkəmə

işlərinə nəzarət funksiyasınıda həyata keçirirdilər. Bəylərbəyilər əyalət daxilindəki

karvan yollarının təhlükəsizliyinə görə məsuliyyət daşıyırdılar. Oğurlanmış ticarət

malları müəyyən olunmuş müddətə tapılmadıqda, hakim həmin malın əvəzini şəxsən

özü mal sahibinə ödəməli idi.Bəylərbəyilərin malik olduqları səlahiyyətləri öz

əllərində saxlamasında onların tayfa başçıları arasından seçilməsi vətəyin edilməsinin

də böyük rolu var idi.Çünki bəylərbəyi hökmran olduğu əyalətdə başçılıq etdiyi

qızılbaş oymaqlarına və tayfalarına arxalanırdı.Həm də İslam dininə əsasən,tayfa

üzvləri öz tayfa başçıların sözsüz itaət edib,onun əmirlərini yerinə yetirməli

idi.Bu,şərq ölkələrinə məxsus bir adət-ənənə idi.

Əyalətlərdə cinayətə aid olan məsələlərdə də bəylərbəyi səlahiyyətli idi.Samson

yazır ki,əyalətlərdə hökmranlıq edən xanlar cinayət məhkəməsinin sədri hesab

olunurdu.Xacəki İsfahaninin qetdlərinə görə Qarabağ əyalətində “ehdase ərbe” I

Təhmasib bəylərbəyi Şahverdi Sultan Ziyad oğluna tapşırmışdı.

Əyalətlərdə yolların təhlükəsizliyini qorumaq sahəsində də bəylərbəyi məsuliyyət

daşıyırdı.1501-ci ildən 1578-ci ilə qədər yolların qorunması yaxşı

qurulmuşdur.Quminin yazısına görə,yollar o qədər təhlükəsiz idi ki,hər yerdə tacirlər

və yolçular rahat və əziyyətsiz səfərə çıxardılar .Yollarda oğurlanmış mallar

müəyyən olunmuş vaxt ərzində tapılıb sahibinə çatdırılmalı idi,əualət bəylərbəyi

oğurlanmış malı vaxtında tapmadıqda onun dəyərini sahibinə ödəməli idi.1

Qaynaqlarda Səfəvilərin hakimiyyətinin ilk illərində Qarabağda Qacarlardan

Göyçə Sultanın bəylərbiyi oldoğu göstərilir.I Şah Təhmasib(4524-1576) isə

Qarabağa Kəmaləddin Şahverdi Sultan Ziyadoğlu Qacarı bəylərbəyi təyin edir.Ata

yurdu Qarabağa bəylərbəyi təyin olunan Şahverdi Sultan Qacarın Ziyadlı

oymağından idi.İskəndər bəy Türkman yazır ki,Şah Təhmasib yaxınlıqlarına görə

Page 11: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacara qardaş-mühasib deyirdi.Hərbi

yürüşlərdə göstərdiyi qəhrəmanlıqlara görəI Şah Təhmasib Şahverdi Sultandan sonra

onun bəylərbəyi olacaq bütün varislərini “mühasib” adlanması və bu ifadənin

Qarabağa aid bütün fərmanlarda başçının adından sonra yazılması barədə göstəriş

vermişdi.1568-ci ildə Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacar vəfat

etdi.Yerinə oğlu İbrahim Sultan bəylərbəyi oldu.Qarabağda yaşamış Fəzli İsfahani

adlı tarixçi 1570-1571-ci ildə baş verən hadisələrdən danışarkən Qarabağa İbrahim

Sultandan sonra Kəmaləddin Şahverdi Sultan Ziyad oğlu Qacarın digər oğlu Yusif

xəlifənin bəylərbəyi göndərdiyini yazır.II Şah İsmayıl (1576-1578) isə Qarabağ əmir

əl- üməralığını Yusif xəlifə Ziyad oğlundan alıb,onun əmisi oğlu Peykər Sultan

Qacara vermişdir.Peykər Sultan Yusif xəlifənin Heydər Mirzə ilə yaxınlığını bilir və

hesab edirdi ki,onu öldürsə,II Şah İsmayılın yanında nüfuzu,şöhrəti artacaq.O,bu

məqsədlə fürsətdən istifadə edib Yusif xəlifəni hamamda öldürtdü.Hətta bununla

kifayətlənməyərək onun anası və qardaşını da qətlə yetirdilər.Ancaq bu hadisə II Şah

İsmayılın xpşuna gəlmədi.Peykər Sultanı Qarabağ bəylərbəyliyindən azad

edib,yerinə İmamqulu xan Qacarı bəylərbəyi yəyin etdi.Doğma ata-baba yurdunu,

Qarabağı qeyrətlə qoruyan İmamqulu xan Qacar 1588-ci ildə Gəncədə vəfat

edir.Kəmaləddin Şahverdi xan Ziyad oğlu Qacarın nəvəsi Məhəmməd xan(Xəlil

xanın oğlu) Qarabağa bəylərbəyi göndərilir .Məhəmməd xan Qacarı oğlu

Murtuzaqulu xan Qacar əvəz edir.Murtuzaqulu xanın vəfatından sonra isə onun

əmisi oğlu Uğurlu xan 1664-cü ildə Qarabağ bəylərbəyi oldu.Qarabağda çox

möhkəm hərbi qüvvəyə malik olan Ziyad oğulların hakimiyyəti irsi idi.Ancaq

bəylərbəyilərin hakimiyyətinin irsi olmasına baxmayaraq,onların üzərində mərkəzi

dövlət aparatının möhkəm nəzarəti vardı.Dövlət bəylərbəyini öz tabeliyində

saxlamaq üçün onların öhəsində olan qoşunlarının sayını şah qoşununun sayından

həmişə az olmasına çalışırdı.Digər tərəfdən bəylərbəyinin özünə də artıq qoşun

saxlamaq sərfəli deyildi.Çünki qoşunun bütün xərci onun öhdəsinə düşürdü.Qarabağ

vilayəti timsalında bir məsələ də aydın olur ki,I Şah Abbas və ondan sonra

hakimiyyət başına keçən Səvəfi hökmdarlar vilayətdə sakin olan Qızılbaş tayfa

ağsaqqalları və əmirləri ilə həmişə hesablaşırdılar.

Page 12: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

1588-1593-cü illərdə “Gəncə- Tahrir Dəftəri “ yazıldı. Sərdar Fərhad Paşa İmamzadə

Məhəmməd Əfəndini Gəncə-Qarabağ Tahrir Dəftərinin yazılmasına məmur

etdi.Başlanğıcı və axırı(1588-1593) İmamzadə Məhəmməd Əfəndinin rəhbərliyinə

nəsib olan “Gəncə-Qarabağ Tahrir Dəftəri”beş maliyyə məmurunun səyi ilə

hazırlanmışdı.III Sultan Mehmedin Tuğra(imza)sı çəkilmişdir.Osmanlıların “Gəncə-

Qarabağ” Tahrir(Sayım) Dəftəri aşağıdakı həqiqətləri ortaya çıxarır:

1.Qarabağ tamamilə Türk ulusu ilə məskunlaşəb.

2.Qarabağda Türk adət-ənənələri hakimdir.Hər el,obada qədim Oğuzlara uyğun

siniflər vardır.

3.Türkiyə dövtəti xalqının öz kökündən gördüyü Azərbayacnı,xüsusilə Qarabağı bir

Anadolu bölgəsi qəbul edərək eyni tərəziyə qoymaqdadır.Gəncə-Qarabağın digər

Türk bölgələrindən fərqlənmədiyini,eyni həyat şərtlərinin qurulmasına çalışdığını

ortaya çıxarır.

4.Savaşın ağırlıqlarını xalqa yükləməyərək bölgənin iqtisadi inkişafınına əhəmiyyət

qazandırmaqdadır.

5.Türk və Müsəlman Azərbaycan xalqının rifahı,rahatlığı və yaxşı yaşayış şərtlərinə

sahib olması üçün çalışmaqdadır.Hər ildə dəftər hazırlanarkən türk olduqlarına geniş

yer verildiyi halda mənsəb ayrılığına qəti sürətdə yol verilməmişdir.

Şah Abbas dövründə bölgələrdə Osmanlı idarə sistemini çox da

dəyişdirmədi.Bəylərbəylikilər bölgələr halına gətirildi.Başına

məliklər,minbaşılar.yüzbaşılar.sultanlar,naiblər,qorçubaşı və s. qoyuldu.Türkiyə ilə

İran savaşlarında fərqlənənlərə “Məlik” ünvanı verildi.

Page 13: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

II FƏSİL

Qarabağ bəylərbəyliyinin siyasi həyatı

Qarabağ Ağqoyunlu dövründə olduqca inkişaf etmiş,həyatını musiqi,şənlik,varlıq

içırisində keçirmişdir.Qarabağ yarım əsrə yaxın Ağqoyunlu sülaləsinə mənsub

hökmdarlara qışlaq olmuşdur.Şah İsmayılın bababı Cüneyd 1459-cu ildə Şirvan

üzərinə olan səfərindən dönərkən burada qaldı.Onun oğlu Heydərin (1488) səfəri

üçün topladığı qüvvənin mühüm bir qismini Qarabağ müridləri təşkil edirdi.1

Qarabağ Osmanlı-Səfəvi arasında gedən savaşların bir növ meydanı olmuşdu.1514-

cü ildə Çaldıran savaşında(23.8.1514) zəfər qazanan Yavuz Sultan Səlim(1512-1520)

heç bir müqavimət görmədən Təbrizə girdi.Yavuz 9 gün Təbrizdə qald;,oradan

Qarabağa hərəkət etdi(22.9.1514).Qışı Qarabağda keçirmək niyyətində idi,burada

ordusunu yenidən toplayıb Türküstana yürüş edəcəkdi.

Qanuni Sultan Süleyman(1520-1566) İran üzərinə üç böyük səfər etdi.İlk səfəri

zamanı Ərzurum,Qars üzərindən Rəvan,Naxçıvan və Qarabağı aldıqdan

sonra(28.9.1534) Tebrizə gedir.İkinci səfərdə Hünkar,Araz boyunca Revan və

Naxçıvanı alaraq Qarabağa girdi.Qarabağ/Gəncə bəylərbəyi Qacarlı Ziyad –Xan

Oğlu Şahverdi Sultan idi. 25.7.1554 günü Osmanlı ordusu Qanuninin başçılığı altında

Qarabağa girdi.Gəncə/Qarabağ bəylərbəyi İmamqulu Xan Osmanlının qarşısında

durmağa cəsarət etmədi.Qanuni dörd gün Qarabağda qaldı.Sonra Naxçıvana hərəkət

etdi.Təhmasib Qanuniyə sülh müqaviləsi bağlanması üçün elçi göndərir.1.6.1555

Amasya müqaviləsi bağlanır.İrəvan,Naxçıvan,Təbriz,İraq(Bağdad) Osmanlıda

Page 14: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

qalır.Gəncə,Qarabağ İranlılarda qalır.

1.10.1588-ci ildə Osmanlılar Qarabağı ilhaq etdilər.Bu zaman Kürün sağındaki

Sarıqamışa çatanda bütün Aran(Qarabağ) Türkiyənin bir parçası oldu.Yerli əhalidən

Qacarlı,Şahsevən tayafaları Osmanlı axınlarından qorxaraq Qarabağı tərk

etdilər.Bütün gözəlliiklərə sahib Gəncə şəhəri əyalət mərkəzi oldu.Partaloğlu Mustafa

bəy vali təyin olundu.1588-1593-cü illərdə “Gəncə-Tahrir(Sayım) Dəftəri”

yazıldı.Qarabağın mərkəzi Gəncə olduğundan əyalətə Gəncə/Qaraabğ ünvanı verildi.2

1578-1590-cı il savaşlarının sonunda Osmanlı dövləti

Gürcüstan,Dağıstan(Şirvan.Aran/Gəncə-Qarabağ,Təbriz),bütün Azərbaycan və Xəzər

dənizinə yiyələndi.Tutduqları hər ərazidə öz idarəçilyini quran Osmanlı dövləti

Qafqazda da bu planı həyata keçirdi. 1578-1590-cı il savaşlarından sonra Qafqaz da

böyük əyalətlərə bölünərək Anadolu Bəylərbəyliyinə tabe edildi.Gəncə qalası

da”Gəncə-Qarabağ əyaləti”nin mərkəzi oldu.İlk olaraq Partaloğlu Mustafa bəy bu

əyalətin bəylərbəyi oldu.Sonra da Sohumlu Çərkəz (Apkaz) Heydər və Həsən Paşanın

adı çəkilir.Gəncəni fəth edən Fərhad Paşa elə o zaman qala inşa etdirdi.37 gündə

tamamlanan qalanın hündürlüyü 20,sahəsi 3800 zira idi(1 zira=75-90sm).

1603-1612-ci il müharibəsində Səfəvilər torpaqlarını Osmanlıadn azad etməyə

başladı.Səfəvi ordusu Gəncə qalası önündə göründü.Aylarca davam edən mühasirəyə

tab gətirməyən qala 6.7.1606-da təslim oldu.Bununla da Türkiyənin çox önəm verdiyi

“Gəncə-Qarabağ əyaləti” əldən çıxmış oldu.I Şah Abbas Gəncə qalasını

dağıtdırdı.Sonradan bu günə gələn Gəncə qalasını bir az irəlidə inşa

etdirdi.20.11.1612-ci ildə İstanbul sülhü

bağlanır.Rəvan,Naxçıvan,Gəncə,Qarabağ,Urmiyə,Təbriz Türkiyə torpaqlarından

qoparaq İran hakimiyyətinə keçdi.1578-1590-cı il savaşlarında qazanılan 570.000km2

lik Qafqazan 400km2 ərazi itirildi.

Osmanlı-Səfəvi savaşları başlayanda(1603) səkkiz Qacar oymağı Rəvan və

Qarabağa hücum edən Səfəvilərdən ayrılıb Osmanlı ifdarəsindəki yerlərə

köçdülər.Bu vaxt Qarabağın fəthinə Hüseyn xan qoşuldu.Osmanlı hakimiyyətindəki

Qacarlıların çoxu Hüseyn xana qoşuldu.Çox şiddətli qarşılaşmalarla 1606-cı ildə

Page 15: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

Qarabağı aldılar.O.Qarabağda gedən son döyüşlərdə qətiyyətsizlik göstərdiyinə görə

Qarabağ əhalisinin gözündən düşür.Qarabağ valiliyi yenə Ziyadoğlularından Xəlil

Xan oğlu Məhəmməd xana verildi.İlk Qarabağ valisi Məhəmməd xan gürcülərlə

savaşda öldürüldü.Onun yerinə Ziyadoğullarından Məhəmməd Qulu xana rast

gəlinir.Gürcüstan valisi 1627-ci ildə şahlığa qarşı çıxarkən Məhəmməd Qulu xanın

səhlənkarlığında istifadə edib Qarabağa qoşun yeridərək yerli əhaliyə xeyli zaayn

vurdu.Şah dərhal Məhəmməd Qulu xanın əvəzinə Qarabağa Allahverdi xanın oğlu

Davud xanı bəylərbəyi təyin edir.

I Şah Abbas əslində fürsətdən istifsdə edərək Qarabağı da Qacarların irsi

hakimiyyətlərini ləğv etmək istəyirdi.Ancaq onların irsi idarə hüquqlarına son

qoymaq baş tutmurdu.Davud xan Qızılbaş olmadığına görə nə Qarabağın yerli

əhalisinə araxalaan,nə də burada özünə möhkəm hərbi dayaq yarada

bilmədi.O,Gürcüstan valisi ilə yaxınlaşdı.Gürcüstan valisi bu əlaqədən istifadə edərək

Qarabağa qarətçilik yürüşləri edirdi.Bu işlərdən xəbərdar olan Şah Səfi (1629-1642)

Məhəmməd Qulu xan Qacarı 1631-ci ildə yenidən Qarabağa bəylərbəyi təyin

etdi.Beləliklə də,qısa fasilədən sonra Qacarların irsi idarə hüquqları yenıdın bərpa

olundu.Davud xan Osmanlı Dövlətinə qaçdı və orada öldürüldü.

Məhəmməd Qulu xan Qacar Qarabağ və qonşu bəylərbəyliklərin də qorunmasında

çox böyük igidliklər göstərirdi.1635-ci ilin avqust ayından 1636-cı ilin aprel ayına

qədər Çuxur-Səddə Osmanlı qoşunlarına qarşı döyüşlərdə olduğu zaman onu

Qarabağda oğlu Murtuzaqulu xan əvəz edirdi.Murtuzaqulu xanın vəfatından sonra isə

onun əmisi oğlu Uğurlu xan 1664-cü ildə Qarabağ bəylərbəyi oldu.1614-1639-cu il

müharibəsi zamanı Qarabağda Osmanlı hakimiyyəti 7 ay,24 davam

etmişdi.Müharibənin nəticəsi olaraq bağlanan 17 may 1639-cu il Qəsr-i Şirin sülh

müqaviləsinə görə 1)Rəvan,Gəncə-Qarabağ əyalətləri İranda

qalır,2)Bağdad,Çıldır,Ahıska,Ahılkələk,Borçalı Türkiyəyə qaldı.Artıq Gəncə-

Qarabağ rəsmi şəkildə İranda qaldı/

Page 16: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

III FƏSİL

Qarabağ bəylərbəyliyinin sosial- iqtisadi həyatı

Oğuzlarla bağlı Alpout, Ayrım,Əfşar,Bayandur, Bəydili,Bayat, Dondarlı,

Düyərli,Təklə,Qırxqız(Qırzquz) kimi toponim və etnonimlərlə dolu olan

bəylərbəyliyi ulu babalarımızın Qarabağ adlandırması təsadüfi deyildir.Azərbaycan

tarixçisi İsgəndər bəy Münşi(1560-1634) özünün məşhur “Tarix-i aləm aray-i

Abbasi” əsərində yazır ki,Qarabağ axar-baxarlı yaylaqları,qışlaqları olan,hər yeri

yaşıllıqla örtülü,təmiz havalı yerdir.Qacarlar və onlara doğma olan digər türk elləri

orada gözəl bağlar-baxçalar salmışdılar.

Əvvəlki yüzilliklərdə olduğu kimi,Səfəvilərin də vaxtında XVI-XVII yüzilliklərdə

Qarabağda Qacar,Qaramanlı,Baharlı tayfaları,Zülqədər elinin Şəmsəddinli

obası,onlarla qaynayıb qarışmış Qazaxlar,Otuziki və İyirmidörd oymaqları

əkinçiliklə,heyvandarlıqla məşğul olurdular.Otuziki obadan meydana gəldiyi üçün bu

adla anılan böyük Türkmən topluluğu Qarabağın qədim sakinləri olub,Tərəkəmə

deyilən türklər də yerli əhali idi. Otuzikinin Qarabağda Müqəddəm,Cavanşir,

Əhmədli,Qaraqoyunlu, Göycəli(Göyçəli), Ozan kimi obaları məlumdur. Adları

çəkilən tayfa və obalarla bağlı toponim və etnonimlərin izlərinə hal-hazırda da

Qarabağın bütün rayonlarında rast gəlinir.

XVI-XVII yüzillərdə Səfəvi məmləkətində yerli bazarların təşəkkülü prosesi

yüksək səviyyəyə çatmışdı.Şəhərlərin çoxu geniş vilayətlərin iqtisadi mərkəzlərinə

çevrilmiş,onların ən böyükəri bütün ölkə miqyasında xüsusi əhəmiyyət kəsb edərək

xarici və tranzit ticarətdə əsas rol oynayırdı.Daxili ticarət əsasən şəhər bazarlarında

cəmlənmişdi.Araz çayı kənarındakı Qarabağ şəhərində 600 dükan olduğunu

yazmışdır.

XVI-XVII əsrlərdə Qarabağda Qacarların geniş qışlaq və yaylaqları var idi.Qarabağ

bəylərbəyiliyi ərazisində bəslənən “Qarabağ atı” yaxşı bəslənilirdi və savaşlarda çox

Page 17: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

sürətli qaçırdı.Həmçinin Dağlıq Qarabağda sürü-sürü qoyunlar,seçilmiş heyvanlar

vardı.Bunlar da Osmanlı idarəçiliyi dövründə Türk xalqının yeganə gəlir qaynağı

idi.1Qarabağda ipəkböcəyi yetişdirilirdi.”Kənar” adlı ipək olduqca məşhur

idi.Qarabağın “Şerbafi” ipəyi də zərifdi.Dünya ticarətində yerini alan hər iki növ

dəyərliydi.Burada ildə 12000 batman(təqribən 96000 kq) ipək əldə edilirdi.Qarabağ

həm də toxunan qiymətli xalçaları ilə şöhrət qazanmışdı.

Osmanlılar ticarətə də əhəmiyyət veriridilər.Qarabağdan ələdə edilən ya da

Qarabağa gətirilən malların təhlükəsizliyi üçün ticarət yolları üzərində karvansaraylar

qurulmuşdu.Bundan əlavə Gəncədə Qapalı çarşı(Bədəstan) açılaraq hər ölkədən gələn

tacirlərin işi asanlaşdırılmışdı.İstanbuldan gətirilən bakır 18-20%,gümüş 14-15%,qızıl

isə 20% karla satılırdı.Bundan əlavə Gəncədə Qapalı çarşı(Bədəstan) açılaraq hər

ölkədən gələn tacirlərin işi asanlaşdırılmışdı.İstanbuldan gətirilən bakır 18-

20%,gümüş 14-15%,qızıl isə 20% karla satılırdı.1

XVI-XVIII yüzilliklərdə tacir və sənətkarlar şəhər əhalisinin mütləq əksəriyyətini

təşkil edir və müxtəlif vergilər ödəyir,mükəlləfiyyətlər yerinə yetirirdilər.Bu dövrdə

təxminən 45 vergi və mükəlləfiyyət mövcud olmuşdu:tamğa,bac,boniçə,təyin,rəsme

daruğəgi,qapıçılıq,şikari,ələfə,ülufə,ulam,ixracat,çərik,novruzi,üşr,salami,çobanbəyi

və s.2İlk Səfəvilərin vergi siyasətini öyrənmək baxımından Bakı şəhərinin qala

hissəsindəki epiqrafik abidə böyük əhəmiyyət kəsb edir.Bu,Şah Təhmasibin mətni

farsca olan,daş üzərində həkk olunmuş və Cümə məscidi minarəsinin özülünə

qoyulmuş fərmanıdır.Hicri 964(1556-1557)-cü il tarixli fərmanda dövlətin bütün

vilayətlərində vergilərin azaldığını bildirir.3Alessandriyə görə I Təhmasibin

hakimiyyətinin son illərində torpaq vergisi məhsulun 1/6 hissəsinə bərabər idi.Şah

hökuməti tez-tez xəracı və digər vergiləri ləğv etməyə,yaxud azaltmağa məcbur

olurdu.Əvəzində isə bir neçə il keçdikdən sonra şah adətən əvvəlki illərdə alınmamış

vergi bprclarını da dərhal ödəməyi tələb edirdi ki,bu da kütləvi dilənçiliyə gətirib

çıxarırdı.Əvəzində isə bir neçə il keçdikdən sonra şah adətən əvvəlki illərdə

alınmamış vergi bprclarını da dərhal ödəməyi tələb edirdi ki,bu da kütləvi dilənçiliyə

gətirib çıxarırdı.İ.Petruşevskinin yazdığına görə XVII əsrdə Azərbaycanın müxtəlif

Page 18: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

rayonlarında malcəhət ümumi məhsulun 1/5-dən 1/3-nə qədərini təşkil edirdi.Şarden

yazırdı ki,rüsum XVII əsrin sonlarında məhsulun 1/10-dən 1/20-i qədərini təşkil

edirdi.

XVI-XVII əsrlərdə Gəncə şəhəri Qarabağ bəylərbəyliyinin mərkəzi,inkişaf etmiş

şəhərlərdən biri idi.Ö.Çələbi şəhərdə 6000 evin olduğunu yazırdı.Kornelli de Brüin

1703-ci ildə Gəncəni Şamaxı ilə müqayisə edərək qeyd edirdi ki,Gəncə 4 dəfə

Şamaxıdan böyükdür,orada əksəriyyəti iki mərtəbəli olan daş binalar,yaraşıqlı

küçələr,bazarlar,karvansaralar,qubernatorun böyük və əzəmətli sarayı vardır.Bu şəhər

İranın ən mühüm mərkəzlərindən biridir.

Əvvəlki dövrlərdə olduğu kimi bu dövrdə dətorpaq sahibliyinin beş əsas növü vardı:

1.Dövlət torpaqları(xəzinə torpaqları)-əraziyi divan;

2.Hakim sülalənin şəxsi mülkləri-əraziyi xassə;

3.Müsəlman ruhani idarələrinə vəsiyyət edilmiş torpaqlar-əraziyi məuquf(vəqflər);

4.Xüsusi mülkiyyətdə olan olan torpaqlar-mülklər;

5.Kənd icmalarının mülkiyyəti olan torpaqlar-camaatideh.

Rafael dü Man qeyd edirdi ki,bu torpaq mülkiyyətləri arasında iki əsas forma –

divan və xassə mülkləri üstünlük təşkil edir.Divandan əldə edilən gəlir dövlət

xərclərinin ödənilməsinə yönəldilirdi,xassə torpaqları əgər şaha məxsus

idisə,xəzinəyə verilir və ya onun göstərişi ilə xərclənirdi,şah ailə üzvlərinin xassə

torpaqlarından gəliri onların özünə məsrəf olunurdu.

Istifadə olunmuş ədəbiyyat siyahısı

1..Həsənəliyev Z. XVII əsrdə Səfəvi dövlətinin beynəlxalq əlaqələri,Bakı,2007

2..Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti,Bakı,2007

Page 19: asantelebe.files.wordpress.com · Web viewAzərbaycan Səfəvi imperatorluğu Feratdan Qendahara, Qafqazdan Hind okeanına qədər 2.800 000 km2 - dən ibarət geniş ərazini əhatə

3.Baxşəliyev A. Səfəvi dövlətinin sosial-iqtisadi həyatı və beynəlxalq əlaqələri,Bakı,2009

4. ONK Nizamettin Azərbayacan Qarabağ tarixi,İstanbul,1997

5. Bayamlı Z. Azərbayacn Səfəvilər dövlətinin inzibati quruluşu və idarə sistemi,Bakı,2006

6. Cəfərli N. Səfəvilər dövləti:hakimiyyət və idarəçilik orqanları.Bakı,2000

7. 1 Bayramov Z. Azərbaycan bəylərbəyilikləri və onun statusu məqaləsi,Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri,Tarix,Fəlsəfə və

hüquq seriyası,1984,N4

8. Bayramlı Z. Azərbayacn Səfəvi dövlətinin idarə quruluşunun bəzi məsələləri Tavernyenin S əyahətnaməsində məqaləsi ,Bakı Universitetinin

xəbərləri,Humanitar elmlər seriyası N 1,2004